You are on page 1of 18

TéLéBéLéR ÜÇÜN

AVROPA KREDÌT
TRANSFER SÌSTEMÌ
(AKTS)
MéLUMAT KÌTABÇASI

z
.a

AK
u
d

TS
e
z.
a
fq
a
Türkiyə Respublikasının Prezidenti Abdullah Gül

q
w.
Qafqaz Universitetinin yeni tədris binasının təməlini atarkən

w
w
www.qafqaz.edu.az

EC
TS
QUALITY MANAGEMENT CERTIFICATE

ƏLAQƏ MƏLUMATLARI EUROPEAN CREDIT


TRANSFER SYSTEM
(ECTS)
Tel: (+994 12) 448 28 62/66; INFORMATION PACKAGE
Faks: (+994 12) 448 28 61/67;
e-mail: info@qafqaz.edu.az FOR STUDENTS

bir dünya universiteti


Qafqaz Üniversitesi ...

müasir kampüs...
Qafqaz Universiteti

Avropa Kredit Transfer Sistemi


(AKTS)

European Credit Transfer Systems


(ECTS)

MéLUMAT KÌTABÇASI

Bakı - 2008
TéLéBéLéR ÜÇÜN AVROPA KREDÌT
TRANSFER SÌSTEMÌ (AKTS)

MéLUMAT KÌTABÇASI

Hazırladılar:
Dr. Cihan Bulut, Dr. A. Reha Yılmaz

Redaktor:
Ìslam Hüseynov

Dizayn:
Sahib Kazımov

Copyright ã
Qafqaz Universiteti
Boloniya prosesi nədir?
“Boloniya prosesi” adı altında başlayan çalışmaların tarixi 1988-
ci ilə qədər uzanır. 19 sentyabr 1988-ci il tarixində Alma Mater-
Boloniya Avropanın ən qədim universitetlərindən biri olaraq
qurulmasının 900 illik yubileyində “Magna Carta Universitatum”
hazırlanır. 25 may 1998-ci ildə Sorbona Universitetinin qurulma-
sının 800 illik yubileyində “Sorbona Deklarasiyası” qəbul olunur.
19 iyun 1999-cu ildə isə 29 Avropa ölkəsinin təhsil nazirləri
“Boloniya Deklarasiyası”nı imzalayırlar. Boloniya Deklarasiya-
sında 2010-cu ilə qədər ortaq bir Avropa Ali Təhsil Zonasının
(EHEA) formalaşdırılması üçün bir sıra fəaliyyət prinsipləri mü-
əyyənləşdirilmişdir. 25 Mart 2001-ci il tarixində “Höteborq Tələ-
bə Deklarasiyası” imzalanır. Bu mövzudakı ən son iclas isə
Praqa (19 may 2001) və Qrasda (04 iyul 2003) olan görüşlərdən
sonra 19 sentyabr 2003-cü ildə Berlində keçirilmişdir. Praqa
Konfransında 2010-cu ilə qədər Avropa Ali Təhsil Zonasının
formalaşdırılması müddəaları yenidən gözdən keçirilmişdir.
2005-ci ildən etibarən 45 ölkə prosesə qoşularaq bu ortaq təhsil
hədəfini dəstəkləyir. Həmin ölkələr prosesə daxil olma ardıcıl-
lıqları ilə bunlardır:
 1999: Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka,
Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Maca-
rıtan, İslandiya, İrlandiya, İtaliya, Latviya, Litva, Lyüksem-
burq, Malta, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumı-
niya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Böyük
Britaniya;
 2001: Xorvatiya, Cənubi Kipr, Lixtenşteyn, Türkiyə;
 2003: Albaniya, Andora, Bosniya və Hersoqovina, Vatikan,
Rusiya, Serbiya və Çernoqoriya, Makedoniya;
 2005: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və
Ukrayna.
Boloniya prosesinə üzv olan 45 ölkə ilə yanaşı bəzi beynəlxalq
qurumlar da prosesə qoşulmuşdur. Bunlar:
 Avropa Komissiyası
 Avropa Şurası məsləhətçi üzv
 Avropa Universitetlər Birliyi - məsləhətçi üzv
 EURASHE - məsləhətçi üzv
 ESIB - Avropa Tələbələri Beynəlxalq Birlikləri - məsləhətçi üzv

1
 UNESCO-CEPES - məsləhətçi üzv
 ENQA - məsləhətçi üzv
 Education International Pan-European Structure - məslə-
hətçi üzv
 UNICE - məsləhətçi üzv

Avropa Kredit Transfer Sistemi (European Credit


Transfer System) (ECTS) nədir?
Tələbə mobilliyini asanlaşdırmaq və tələbələrin xaricdə aldıqları
təhsilin öz ölkələrində tanınmasına nail olmaq üçün AB tərə-
findən Avropa Kredit Transfer Sistemi (ECTS) yaradılmışdır.
Avropa Kredit Transfer Sistemi (ECTS / AKTS) bir akademik
tanınma sistemi olub əsas məqsədi müxtəlif ölkələrin təhsil mü-
əssisələrində oxuyan mübadilə proqramı tələbələrinin aldıqları
təhsilin nəticələrinin tam və ədalətli şəkildə müvafiq orqanlar tə-
rəfindən qarşılıqlı olaraq tanınmasını təmin etməkdir.
ECTS başlanğıcda iki müxtəlif ölkənin ali təhsil müəssisələri ara-
sında həyata keçirilən keçişlər üçün yaradılmışdır. Ancaq eyni ali
təhsil müəssisəsi daxilində və ya eyni ölkədəki müxtəlif ali təhsil
müəssisələri arasında da istifadə oluna bilər.
Bu sistemin uzunmüddətli məqsədi isə kredit və qiymətləndirmə
məsələlərində Avropa ölkələri miqyasında standartlaşdırmaq,
şəffaflığa nail olmaq, beləliklə, Avropa təhsil məkanında inteq-
rasıyanı gücləndirməkdir. Bu baxımdan Avropa Kredit Transfer
Sistemi ali təhsil sahəsində Avropa səviyyəsində keçərli bir
“ortaq dil” olaraq qiymətləndirilir.
ECTS sistemini başqa tələbə mobilliyi proqramlarından fərqlən-
dirən ən vacib xüsusiyyəti xaricdə təhsil almağa gedən tələbə-
lərin həmin universitetin tələbələri ilə birlikdə dərslərdə iştirak et-
mələrini həyata keçirməsidir. Beləcə tələbələrin həmin universi-
tetin akademik həyatına fəal şəkildə iştirak etməsi mümkün olur.
ECTS çərçivəsində xaricdə təhsil alan tələbələr sadəcə müəy-
yən bir müddət üçün deyil, arzu edərlərsə proqramlarını bitirənə
qədər getdikləri ali təhsil müəssisəsində qala bilərlər. Əlavə ola-
raq, istəyən tələbələr üçüncü bir ali təhsil müəssisəsinə də keçə
bilərlər. Bu kimi tələblərin qəbul edilib edilməməsi, diplom alma
və ya keçmə şərtlərinin irəli sürülməsi müvafiq ali təhsil orqan-
larının səlahiyyəti daxilindədir.

2
Ali təhsil müəssisələri xarici tələbələrin akademik uğurları ilə
bağlı bütün məsələlərdə qərarvermə səlahiyyətinə malikdir. Mü-
əssisələr mövcud dərs tiplərində və qiymətləndirmə normala-
rında hər hansı bir dəyişiklik etmədən öz tələbələri tərəfindən
alınan dərslərin və imtahanların hamısını qonaq tələbələr üçün
də həyata keçirirlər.
ECTS çərçivəsində xaricdə təhsil almağa qərar verən bir tələ-
bənin edəcəyi ilk iş ixtisasına uyğun proqrama sahib olan ali təh-
sil müəssisələrini müəyyənləşdirməkdir. Bu məqsədlə ECTS-ə
qoşulan müəssisələrin hazırladığı və istər müəssisə, istərsə də
dərs proqramının quruluşu ilə dərslərin məzmunu haqqında bilgi
verən Məlumat kitabçasından (information package) faydalanılır.
Gediləcək müəssisə müəyyən olunduqdan sonra tələbə tərəfin-
dən ərizə forması doldurulur (application form) və akademik ta-
nınmanın zəmanət altına alınması məqsədi ilə tələbə ilə tələbə-
nin öz müəssisəsi və xaricdəki təhsil alacağı müəssisə arasında
üçtərəfli müqavilə imzalanır (learning agreement). Ölkələr arasın-
dakı istər təhsil, istərsə də qiymətləndirmə sistemlərindəki fərqli-
liklər səbəbindən tələbələrin dərs yüklərinin müəyyənləşdirilmə-
sində və aldığı qiymətlərin köçürülməsində bir qayda olaraq
“ortaq dil” istifadəsi məcburidir. Bu məqsədlə hər fənn üçün
ECTS krediti (ECTS credit) müəyyən olunur, alınan qiymətlər isə
ECTS qiymətləndirmə sisteminin (ECTS grading scale) köməyi
ilə hərf qiymətinə çevirilir. Bütün bu işlərin görülməsində əlaqə-
ləndiricilər fəal rol oynayaraq həm məsləhətçi vəzifəsini yerinə
yetirərlər, həm də qarşıya çıxa biləcək problemlərin həllində kö-
məklik göstərərlər.

ECTS krediti nədir? Nələri əhatə edir?


Avropa Kredit Transfer Sistemi (ECTS) tələbələrin xarici ölkədə
aldıqları və müvəffəq olduqları dərs kreditlərinin bir ali təhsil mü-
əssisəsindən digərinə köçürülməsinə imkan verən bir sistemdir.
Bu sistemdə akademik semestrlər (yarımilliklər) kreditləndirilir.
Həyata keçirilərkən bir illik akademik təhsilə (iki yarımillik) 60
kredit, bir yarımillik təhsilə isə 30 kredit verililir. Bir ildə 3 semestr
tətbiq edən ali təhsil müəssisələrində hər bir semestr 20 kredit
olaraq qiymətləndirilir.
ECTS krediti bütöv miqdar olaraq verilir 1.83 kimi saylardan
qaçınılır. Ancaq çox zəruri hallarda onluq kəsr saylarından da
istifadə olunur.

3
ECTS krediti bir fənnin uğurla tamamlanması üçün tələbənin
üzərinə düşən bütün işləri (nəzəriyyə, praktika, seminar, fərdi
çalışma, imtahanlar, tapşırıqlar və s.) ifadə edən bir dəyərdir.
Bu dəyər hər fənnin bir ali təhsil müəssisəsində bir tədris ilinin
vaxtında tamamlaması üçün lazım olan ümumi iş yükünün nə
qədərlik bir hissəsini əhatə etdiyinin göstəricisidir.
Bir tədris ilində 120 ECTS kreditlik bir proqramda iştirak etmək
istəyən bir tələbənin yükü müvafiq ali təhsil müəssisəsində təh-
sil alan orta hesabla bir tələbənin aldığı dərs yükünün iki qatı ola-
caqdır. Bir tədris ilində 30 ECTS kreditlik bir proqramda iştirak
etmək istəyən bir tələbənin yükü isə müvafiq ali təhsil müəssi-
səsində təhsil alan orta hesabla bir tələbənin aldığı dərs yükünə
görə çox azdır və yarı-zamanlı statusda dərs alacaqmış kimi
düşünülə bilər.

ECTS krediti veriləcək fənlər hansılardır?


Məcburi və seçməli dərslərin hamısına ECTS krediti verilməlidir.
Tələbənin iştirak etdiyi proqramı başa vurması üçün alınması
məcburi olan dissertasiya işi, layihə işi və ya təcrübə kimi çalış-
malara da ECTS krediti verilməlidir. ECTS krediti sadəcə audi-
toriya saatını deyil, o fənlə bağlı bütün iş yükünü əhatə edir. Audi-
toriya saatı - əgər bir fənn nəzəri olaraq işlənirsə - iş yükü ilə və
bilavasitə auditoriya ECTS krediti ilə birbaşa bağlıdır.
Fənlər üçün ECTS kreditinin müəyyənləşdirilməsində diqqət
edilməsi vacib olan ən önəmli xüsus bir tədris ilində alınması
lazım olan bütün dərslərin kreditlərinin cəminin 60 olması məc-
buriyyətidir.
ECTS krediti ilə auditoriya saatı arasında bir əlaqə vardır. Ancaq
ECTS kreditinin sadəcə dərs saatına bağlı olmadığı, o dərsin
formalaşdırdığı bütün iş yükünü əhatə etdiyi nəzərə alınmalıdır.
Auditoriya saatı - əgər bir dərs klassik üsullarla tədris olunursa -
iş yükü ilə və vasitəsilə ECTS krediti ilə birbaşa əlaqəlidir.
Beş kreditlik bir dərs bir ali təhsil müəssisəsində 24 saatlıq nəzəri
dərs, 6 saatlıq təcrübə və 60 saatlıq fərdi çalışmadan ibarətdirsə,
başqa bir müəssisədə 24 saatlıq nəzəri dərs, 36 saatlıq təcrübə
və 30 saatlıq fərdi çalışmadan ibarət ola bilər. Tələbə hər iki
müəssi-sədə də eyni iş yükü ilə bənzər uğurlar əldə edə bilər.
Görün-düyü kimi, hər iki müəssisədəki ECTS krediti eynidir,
ancaq ümumi dərs saatları fərqlidir.

4
Nəzarətçilərin nəzarətində keçilən laboratoriya və ya layihələn-
dirmə işlərindən ibarət olan fənlər üçün vəziyyət daha mürək-
kəbdir. Bir saatlıq nəzəri dərs ilə bir saatlıq laboratoriya məşğə-
ləsi qətiyyən bir-birinə bərabər deyil. Ali təhsil müəssisələri
ümumiyyətlə bir saatlıq laboratoriya dərsini ¼ və ya ½ nəzəri
dərs saatı kimi qiymətləndirir. Bir nəzarətçi başçılığında yerinə
yetirilməyən layihə çalışmalarının kreditləndirilməsində isə o la-
yihənin tam zamanlı bir çalışma nəticəsində neçə həftədə ta-
mamlanacağı nəzərə alınmalıdır.

Fənnin səviyyəsi və ya çətinlik dərəcəsi ilə ECTS


krediti arasında bir əlaqə varmı?
ECTS krediti heç bir şəkildə fənnin səviyyəsini müəyyən etməz
və çətinlik dərəcəsi ilə ECTS kredit miqdarı arasında da bir əlaqə
yoxdur. Fənnin səviyyəsi ali təhsil alınacaq müəssisənin məlu-
mat kitabçasında öz əksini tapır. Məlumat kitabçasında əlavə
olaraq dərsin proqramı, keçilmə tipi, qiymətləndirmə forması
(imtahanlar və ev tapşırıqlarının miqdarı və ağırlıqları) kimi
mövzularda da məlumatlar olur.

ECTS krediti ilə fənnin saatı arasında bir əlaqə varmı?


ECTS krediti sadəcə dərs saatına bağlı olmayıb o dərsə aid
bütün iş yükünü əhatə edər.
Auditoriya saatı - əgər bir dərs nəzəri olaraq işlənirsə - iş yükü ilə
və bilavasitə ECTS krediti ilə birbaşa bağlıdır.

ECTS qiymətləndirmə sistemi necədir?


Avropada bir çox müxtəlif qiymətləndirmə sistemlərindən isti-
fadə olunur. Bu səbəbdən tələbələr, bəzi problemlərlə qarşı-
laşırlar. Qiymətləndirmə normaları müxtəlif fənlər arasında və
ya eyni ölkədəki ali təhsil müəssisələri arasında çox fərqlən-
məsə də, ölkədən-ölkəyə ciddi fərqliliklər meydana gəlir. Qiymət
köçürülməsində ortaya çıxan səhvlər təhsillərinin bir hissəsini
xarici ölkədə alan tələbələr üçün ciddi problemlər doğurur.
Tələbələrin xarici ali təhsil müəssisələrində aldıqları qiymətlərin
öz ölkələrindəki müəssisələr tərəfindən asanlıqla başa dü-
şülməsi məqsədi ilə bir ECTS qiymətləndirmə sistemi yaradıl-
mışdır. Ancaq bu, ali təhsil müəssisələrinin qiymətləndirmə
sistemlərinə müdaxilə etmək mənasını vermir. Ali təhsil müəs-
sisələri ECTS qiymətləndirmə sistemini nə şəkildə tətbiq edə-
cəklərinə özləri qərar verir. Tələbələrin ECTS kreditləri qarşı-
lığında aldıqları qiymətləri getdikləri müəssisə versə də, bu

5
qiymətlərin qarşılaşdırılmasını tələbənin qeydiyyatda olduğu
müəssisənin qiymətləndirmə sistemi əsas götürülərək, bölmə
komissiyaları həyata keçirir. ECTS qiymət sistemi tətbiq edil-
mədə müəssisələrin özlərinin qərar vermələri prinsipi əsasında
tənzimlənmişdir.

ECTS Bu qiyməti Açıqlama


qiyməti alan tələbələrin
təxmini faizi

Mükəmməl : Bəzi kiçik qüsurlarla


A 10
birlikdə yüksək göstərici
Çox Yaxşı: Bəzi qüsurlarla birlikdə orta
B 25 həddən yuxarı bir göstərici
Yaxşı : Diqqət edilməsi vacib olan
C 30 qüsurlarla birlikdə səmərəli fəaliyyət
Orta: Düzəldilməsi vacib olan səhvlərlə
D 25 birlikdə qəbul ediləcək bir səviyyə
göstəricisi
E 10 Kafi: Kafi səviyyədəki ən aşağı
göstərici
FX * - Qeyri-kafi: Kreditin verilməsindən əvvəl
bəzi işlərin görülməsi lazımdır.
Qeyri-kafi: Ciddi çalışmaq lazımdır.
F* -

* Müvəffəq olmayan tələbələrə “FX” və ya “F” qiyməti verilir. “FX” qiyməti zəif olan,
ancaq bir az daha çalışmaqla “E” qiyməti ala biləcək tələbələrə verilir. Belə bir
fərqləndirmə müvəffəq olamayan bəzi tələbələrin daha sonra alacaqları dərsləri
müəyyən etmələrinə kömək edir. Ancaq zəif tələbələr arasındakı fərqi müəyyən
etməkdə çətinlik çəkən müəssisələr “FX” qiymətini tətbiq etmədən sadəcə “F” qiy-
mətindən istifadə edirlər.

ECTS qiymətləndirmə sistemində 5-i kafi (məqbul), 2-si isə


qeyri-kafi (qeyri-məqbul) olmaqla 7 dərəcəli qiymət vardır. Qiy-
mətləndirmə sistemində bu saydan daha az qiymətin olmasının
tələbənin müvəffəqiyyətini tam şəkildə əks etdirməyəcəyi, bu
saydan çox qiymətin olması isə gerçək olmayan bir vəziyyəti
göstərəcəyi nəzərə alınmışdır. Tələbənin aldığı dərslərin kö-
çürmə krediti olaraq qəbul edilə bilməsi üçün dərslərdən “A” ilə
“E” arasında qiymət alması məcburidir. “FX” və “F” qiymətlərinin
kredit dəyəri sıfırdır. Zəif tələbələrə “FX” və ya “F” qiyməti verilir.
“FX” qiyməti zəif olan, ancaq bir az daha çalışmaqla “E” qiyməti
ala biləcək tələbələrə verilir. Belə bir fərqləndirmə müvəffəq ola
bilməyən bəzi tələbələrin daha sonra alacaqları dərsləri müəy-
yənləşdirmələrinə kömək edir. Ancaq zəif tələbələr arasındakı
fərqi müəyyən etməkdə çətinlik çəkən müəssisələr “FX” qiymə-
tini tətbiq etmədən sadəcə “F” qiymətindən istifadə edirlər.

6
Qafqaz Universiteti Bakalavr Tədris və İmtahan Təlimatnamə-
sinə görə dərs müvəffəqiyyəti qiymətlərini ifadə edən ballar,
qiymətlər və əmsallar aşağıda göstərilmişdir.

Ballar Qiymətlər Əmsallar

90-100 A1 4.00
85-89 A2 3,50 4
75-84 B1 3,00
70-74 B2 2,50 3
65-69 C1 2,00
60-64 C2 1,50 2
55-59 D1 1,00
50-54 D2 0,50 1
0-49 F3 0,00
F2 0,00
F1 0,00

G : Kreditsiz dərslərdə müvəffəq olmaq.


K : Kreditsiz dərslərdə müvəffəq olmamaq.
F1 : Davamiyyətsizliyə görə ümumi imtahana buraxılmamaq, müvəffəqiyyətsizlik.
F2 : Ümumi imtahana girmə haqqı olduğu halda tələbənin imtahana girməməsi, ,
müvəffəqiyyətsizlik.
F3 : Ümumi imtahana girdi, müvəffəq olmadı.

Bu halda universitet üçün ECTS qiymətlərinin qarşılığını aşağı-


dakı cədvəldəki kimi göstərmək olar.

Qafqaz Universiteti Avropa Kredit


Transfer Sistemi
(AKTS/ECTS)
Ballar Qiymətlər Qiymətlər
100-90 A1
A*
85-89 A2
75-84 B1 B
70-74 B2 C
65-69 C1 D
60-64 C2
55-59 D1 E*
50-54 D2
F3
F1
F
0-49 F2
K
G E*
* Xarici ölkəyə təhsil almağa gedən tələbənin aldığı A və E ECTS qiymətlərinin Qafqaz
Universiteti qiymətlərinə çevrilməsində tələbənin akademik uğuru ilə yerli qiymətlər
də nəzərə alına bilər.

7
ECTS əlaqələndiriciləri və onların vəzifələri
ECTS-ə qatılan hər ali təhsil müəssisəsi müəssisə əlaqələndiri-
cisi ilə ECTS-i tətbiq edən hər bölmə üçün bir bölmə əlaqələn-
diricisi müəyyən edir. Əlaqələndiricilər ECTS-in akademik və
idari işlərini izləməklə yanaşı, ECTS-ə qatılmaq istəyən tələbə-
lərə məsləhətlər verirlər. Əlaqələndiricilər müəssisələrinə xaric-
dən gələn tələbələrin problemsiz bir şəkildə inteqrasiyasını tə-
min etməklə, xaricə gedən tələbələrin də nailiyyətlərini daima
izləmək məqsədi ilə onlarla müntəzəm əlaqə qururlar.
A. Müəssisə əlaqələndiricisi
Müəssisə əlaqələndiricisinin əsas vəzifəsi ECTS prinsiplərinə
və işləyişinə uyğun şəkildə müəssisənin öhdəliklərini yerinə ye-
tirməsini təmin etməkdir. Müəssisə əlaqələndiricisinin üzərinə
düşən əsas işlər bunlardır: müəssisə daxilində və xaricində
ECTS-i tanıtmaq; ECTS-in təcrübədə tətbiq olunmasını asan-
laşdıran işlər görmək; bölmə əlaqələndiricilərinə kömək etmək.
Əlaqələndiricinin - xüsusilə böyük müəssisələrdə - müəssisənin
həm akademik, həm də idari təbəqəsi ilə güclü əlaqələri olan
təcrübəli bir adam olması vacibdir. Tələbələri ECTS haqqında
məlumatlandırmaq və bölmə əlaqələndiriciləri ilə bərabər Mə-
lumat kitabçası hazırlayaraq nəşr etdirmək və paylamaq müəs-
sisə əlaqələndiricisinin digər vəzifələrindəndir. Bundan başqa,
müəssisə əlaqələndiricisi müəssisənin Avropa Komissiyası və
National Grand-Awarding Authority ilə imzalanan müqavilələrə
görə də məsuldur.
B. Bölmə əlaqələndiricisi
Bölmə və ya fakültə daxilindəki, tələbələrin və akademik heyətin
kontaktda olduğu bölmə əlaqələndiricisi ECTS-in daha çox tət-
biq olunan və akademik cəhətləri ilə əlaqəlidir. Bölmə əlaqələndi-
ricisi ECTS-ə qoşulan digər müəssisələrdən gələn məlumat ki-
tabçalarının tələbələrə paylanmasını təmin edir, ərizə formaları-
nın doldurulmasında tələbələrə köməklik göstərir, akademik ta-
nınma metodları və sənədləri (təhsil müqaviləsi, akademik ara-
yış) haqqında tələbələri məlumatlandırır. Bölmə əlaqələndiricisi
tələbələrin xaricdəki dərs proqramlarının müəyyənləşdirilməsi
prosesində məsləhətlər verir.
Bölmə əlaqələndiriciləri öz müəssisəsi ilə xaricdəki müəssisə
arasındakı məlumat axınını təmin etmək üçün ərizə formalarının

8
və imzalanan sənədlərin müəssisələr arasında dövriyyəsini izlə-
yir; tələbələrin dərs proqramları ilə bağlı xaricdəki müəssisə ilə
əlaqə qurur; xaricə təhsil almağa gedən tələbələrlə xaricdəki təh-
silini tamamlayıb müəssisələrinə geri dönən tələbələrin akade-
mik arayışlarını hazırlayır. Bölmə əlaqələndiriciləri tədris heyə-
tinə həm ECTS haqqında, həm də bölmədəki dərslərə ECTS
krediti verilməsiylə bağlı məlumat verir. Bölmə əlaqələndiricisi
əlavə olaraq “Məlumat kitabçası”nın bölmə ilə bağlı hissəsini
hazırlayır.

ECTS necə tətbiq olunur ?


ECTS-in tətbiq olunmasını təmin edən və akademik tanınmanı
asanlaşdıran üç təməl ünsür aşağıdakılardır:
 Məlumat kitabçası (Information Package)
 Təhsil müqaviləsi (Learning Agreement)
 Diploma əlavə (Diploma sumplament)
Məlumat kitabçası (Information Package)
ECTS-i tətbiq etmək istəyən ali təhsil müəssisələri öz müəssi-
sələrində keçilən fənlər haqqında ətraflı məlumat olan və hər il
yenilənən bir məlumat kitabçası hazırlayır. Bu kitabçada əlavə
olaraq qeydiyyat-qəbul qaydaları, yemək və yataqxana mə-
sələləri, akademik təqvim kimi müvafiq təhsil müəssisəni tanı-
dan ümumi məlumatlar da olur. Ciddi bir xarici ölkə təhsili üçün
tədris olunacaq mövzuların əvvəlcədən tam şəkildə bilinməsi
vacibdir. Bu səbəbdən adı keçən kitabçada dərs planları, dərsə
girmə şərtləri, həftəlik dərs saatları, dərslərin tipi, öyrənmə və
öyrətmə metodları, imtahan və qiymətləndirmə formaları, qiy-
mətləndirmə sistemi, dərəcəyə yönəlik dərslərin quruluşu və
dərslər üçün müəyyən olunan ECTS kreditləri ilə bağlı açıqla-
malarla yanaşı, dərsi verən bölmənin təqdiminə yönəlik ümumi
məlumatlar da yer alır.
Müvafiq ali təhsil müəssisənin ana dilində və Avropa Birliyinin
istifadə etdiyi digər dillərdə hazırlanan Məlumat kitabçası xaricdə
təhsil almaq istəyən tələbələr ilə bu tələbələrə məsləhətçi olan
professorların faydalanmaları üçün ECTS-i tətbiq edən digər ali
təhsil müəssisələrinə paylanılır.

9
Təhsil müqaviləsi (Learning Agreement)
Təhsil müqaviləsi xarici ölkədə alınacaq təhsilin məzmununu
açıqlayan və tələbə ilə hər iki ali təhsil müəssisəsi arasında 3
nüsxədə imzalanan sənəddir.
Təhsil müqaviləsində yer alan və uğurla tamamlanan bir dərs
tələbənin öz universiteti tərəfindən avtomatik olaraq tanınır. Tə-
ləbənin xarici ölkədə alacağı dərslərin öz universitetindəki hansı
dərslərin yerini tutacağının ona əvvəlcədən yazılı olaraq bildiril-
məsi məqsədəmüvafiqdir.
Təhsil müqaviləsi tələbə xarici ölkəyə getmədən qabaq imza-
lanır. Tələbə xaricdəki müəssisəyə gedib təhsilə başladıqdan
sonra müqavilədəki dərslərdən bəzilərini keçməyə bilər. Bunun
səbəbi dərs cədvəli bəlli olduqdan sonra bəzi dərslərin toq-
quşması və ya bəzi dərslərdə həddindən az tələbənin qeydiy-
yatdan keçməsi ilə bağlı olaraq həmin dərsin açılmamasıdır.
Belə bir hal baş verərsə, müqavilədə yer alan bəzi dərslərdə
dəyişiklik edilə bilər. Bu halda təhsil müqaviləsinin arxa səhifə-
sində bu kimi dəyişikliklər üçün ayrılan bölmənin doldurulması
və tələbə ilə hər iki müəssisədəki əlaqələndirici tərəfindən imza-
lanması lazımdır.
Diploma əlavə (Diploma sumplament)
Boloniya prosesi çərçivəsində diqqəti cəlb edən məqamlardan
biri diplomların ekvivalentliyi və qarşılıqlı tanınmasında mühüm
əhəmiyyət kəsb edən diploma əlavənin hazırlanmasıdır. Diplo-
ma əlavənin vahid modeli (nümunəsi) Avropa Komissiyası, Avro-
pa Şurası və YUNESKO-nun ekspertlərinin də daxil olduğu birgə
işçi qrupu tərəfindən işlənib hazırlanmışdır. Həmin model üzrə
hazırlanan diploma əlavə məzunların akademik mobilliyini və
onların əmək bazarında fəaliyyətə başlamasını asanlaşdırır. Bü-
tün ölkələr ali təhsil müəssisələri ixtisaslarının tanınması prose-
sini asanlaşdıracaq Avropa tipli diplom əlavələri ilə təchiz etmək
məsələsində əməkdaşlıq etməlidirlər. Diploma əlavə ixtisas haq-
qında ətraflı məlumat vermək məqsədilə ali təhsil müəssisələ-
rinin diplomlarına əlavə kimi təqdim olunur. Bu da öz növbəsində
partnyor ölkənin nüfuzlu orqanı üçün əhəmiyyətli informasiya
daşıyır.

10
ECTS-nin ali təhsil müəssisələri üçün verdiyi
imkanlar hansılardır?
 Tədris planları və fənnin məzmunu haqqında müfəssəl məlu-
mat verir.
 Akademik tanınma məsələsində alimlərə yardımçı olur.
 Fənn proqramlarının quruluşu, tələbələrin dərs yükü və təd-
ris müddətinin sonundakı nailiyyətlərin yenidən nəzərdən ke-
çirilməsinə kömək edir.
Avropada müxtəlif qiymətləndirmə sistemlərindən istifadə olunur.
Tələbələrin xarici ali təhsil müəssisəsində aldıqları qiymətlərin
öz ölkələrindəki ali məktəblər tərəfindən asanlıqla başa düşül-
məsi məqsədi ilə bir ECTS qiymətləndirmə sistemi yaradılmışdır.
Ancaq bu qiymətləndirmə sisteminin əsas məqsədi ali təhsil
müəssisələrinə əlavə məlumat verməkdir və müvafiq təhsil mü-
əssisəsində mövcud olan hər hansı bir qiymətləndirmə sistemi-
nin əvəzində işlədilməsi məcburi deyildir.
Ali təhsil müəssisələri bu qiymətləndirmə sistemini öz sistemləri
daxilində necə tətbiq edəcəklərinə özləri qərar verir.
ECTS qiymətləndirmə sisteminin əsas məqsədi tələbənin fəaliy-
yətinin səmərəliliyi haqqında ali təhsil müəssisələrinə əlavə mə-
lumat verərək şəffaflığı və qarşılıqlı şəkildə müqayisə etmə im-
kanı verməkdir.
Müəssisə əvvəlcə tələbənin aldığı qiymətlərin hansı şəkildə pay-
lanmasını nəzərdən keçirir. ECTS qiymətləndirmə sistemindəki
10-25-30-25-10 modelini əldə etmək üçün müvəffəq olmuş tə-
ləbələrin ümumi sayının ilk 10 % -nə, 35%-nə, 65%-nə və 90%-
nə daxil olanların aldıqları ballara görə ECTS qiymətləndirmə
limiti müəyyən edilir.
Müvəffəq olmuş tələbə sayının ilk 10 % -nə girən tələbələrə hər
zaman avtomatik olaraq “A” qiyməti vermək əsas deyildir.
“A” qiyməti “mükəmməl”-in qarşılığı olduğu üçün bu dərəcəyə
müəssisələr arasında da müxtəlif şəkildə yanaşma ola bilər.
Məsələn, tələbələrin sadəcə 8%-ni “First Class Honours” dərə-
cəsi ilə məzun edən bir ingilis təhsil müəssisəsi “A” qiymətini ilk
8%-ə girən tələbələrə verə bilər.
Halbuki tələbələrinin 14%-i “30 con lode” olan bir italyan müəs-
sisəsinin ilk 14%-ə girən tələbələri ilk 10%-lik tələbələrdən fərq-
ləndirməsi vacib deyildir.

11
Digər tərəfdən, bir ispan müəssisəsinin “Matricula de Honor”
dərəcəsi ilə mükafatlandırdığı tələbə sayı ümumi tələbə sayının
5%-indən az ola bilər.
Bu halda “mükəmməl” dərəcəsi:
 Akademik dərəcə və ixtisas tanınmasını asanlaşdıraraq şəf-
faflığı artırır.
 Bütün Avropada qəbul olunan ortaq bir sistem formalaşdı-
rarkən milli təşkilati xüsusiyyəti qoruyur.
 Qənaətedici olması baxımından bir başqa təhsil sistemi da-
xilində başa düşüləcək şəkildə məlumat verir.
 Müəssisənin xaricdə tanınma və qəbul edilmə imkanını ar-
tırır.
 Məzunlarının öz ölkələrində və beynəlxalq səviyyədə işlə
təmin olunma imkanını artırır.
 Diplomun dərəcəsi və köçürülməsi xüsusunda tez-tez rast
gəlinən bir çox sualı cavablandırması baxımından zaman
itkisinin qarşısını alır.

ECTS-nin tələbələrə verdiyi imkanlar hansılardır?


 Xarici ölkədəki təhsil nəticəsində alınan kreditlərin və ya də-
rəcələrin akademik olaraq tanınması üçün əsas təşkil edir.
 Tələbələrin xarici ölkədə sadəcə bir müddət üçün deyil, arzu-
larına müvafiq olaraq, proqramlarını bitirənə qədər getdikləri
ali təhsil müəssisəsində qala bilməsinə imkan verir.
 Xarici ölkədə sadə başa düşülən və qarşılıqlı müqayisə olu-
na bilən bir diplom.
 Təhsil prosesi müddətində əldə edilən akademik karyera və
minimum səviyyə haqqında geniş izahat.
 Uğur və nailiyyətlər haqqında obyektiv məlumat.
 Xarici ölkədə iş tapmaq, ya da yüksək səviyyədəki iş imkan-
larına daha asan nail olmaq.
 Məzunların işlə təmin olunmasının gücləndirilməsi.

Dərs mövzuları üçün kredit tənzimlənməsi ilə


tələbələrə kredit verilməsi arasındakı fərq nədir?
Hər bir dərs mövzusu üçün ECTS krediti müəyyən olunur, amma
yalnız dərsləri müvəffəqiyyətlə tamamlayan tələbələrə kredit
verilir. Yəni tələbələr sadəcə dərsə girərək, ya da təhsillərinin bir

12
qismini xaricdə davam etdirərək ECTS krediti alma haqqı qa-
zanmırlar. Tələbələrin getdikləri müəssisə tərəfindən müəyyən
edilmiş qiymətləndirmə normalarına uyğun olmaları və hədəflə-
nən məqsədləri həyata keçirmələri lazımdır. Qiymətləndirmə
prosesi müxtəlif formalarda (yazılı, şifahi, nümayiş etdirmə və s.)
ola bilər.

Gəlmə tələbə müəssisənin keçirdiyi imtahanlara


girməsə, nə olar?
Bəzi proqramlar bir neçə akademik ilə paylanmış inteqrasiya
olunmuş təhsil modullarından ibarətdir. Tələbələr bu modulları
tamamladıqdan sonra dərs sonu imtahanına girmə haqqı qaza-
nırlar. Belə bir sistem gəlmə tələbələr üçün problem yarada bilər.
Bu tələbələr getdikləri müəssisədə qaldıqları zaman içərisində
dərs modullarının hamısını tamamlaya bilmədiklərindən imta-
hana girib lazım olan ECTS kreditini ala bilmirlər.
Alternativ həll yolu: Bu vəziyyətdə olan müəssisələr proqram-
larını ECTS-ə uyğun formaya salmaq istəyirlərsə, digər müəssi-
sələrdən gələcək tələbələri nəzərə alaraq buna görə tənzimlə-
mə aparmalıdırlar. Əgər dərslərin tənzimlənməsində bir dəyişik-
lik edilmirsə, kənardan gələn tələbələr üçün dərsin fərqli səviy-
yələrində ECTS krediti verilməsi yolu seçilə bilər.
İmtahanda dəyişiklik edilməsi: Daha öncədən də göstərildiyi
kimi, sadəcə müəssisə dəyişikliyi edilərək təhsilin bir hissəsinin
xaricdə alınması kifayət deyil, həm də tələbələrin getdikləri mü-
əssisədəki imtahanlarda da uğurlu olmaları lazımdır. Erasmus
və ECTS eksperimentləri bir çox müəssisənin tələbələri üçün
tam akademik tanınmağa zəmanət verdiyini göstərmişdir. Bə-
zən imtahanlar çox geniş bir mövzunu əhatə edir və dəyişdiril-
mir. Bu halda ev sahibi olan müəssisə tələbəyə imtahanı əvəz
edə biləcək bütün üsullardan (ev tapşırığı kimi) istifadə edə bilə-
cəyinə zəmanət verməlidir.
Layihə və müəyyən sahə üzrə iş: Bütün dərs mövzuları üçün
qiymətləndirmə formaları və öyrənmə şəkilləri məlumat kitab-
çasında göstərilməlidir. Ev sahibi müəssisənin qaydaları, əsas
müddəaları da bu məlumat kitabçasında öz əksini tapmalıdır.
Kreditlər tələbə müvəffəqiyyətinə görə çox və ya az verilməz. Bir
fənn üçün verilən kredit miqdarı müvəffəq olan bütün tələbələr
üçün eynidir. Tələbə məhsuldarlığının keyfiyyəti verilən qiymət-
lərdə əks olunur.

13
Tələbə təhsilini xarici ölkədə davam etdirmək
istədikdə, nə olur?
Tələbələrin bir qismi xarici ölkədəki təhsil vaxtı başa çatdıqdan
sonra öz ölkələrinə dönmək əvəzinə təhsillərini həmin universi-
tetdə və ya başqa bir ali təhsil müəssisəsində davam etdirməyi
arzulaya bilərlər. Bu tip istəklərə yalnız əlaqədar ali təhsil müəs-
sisələri razılıq verdikdə və tələbələr diplom alma və qeydiyyat
köçürməsi üçün lazım olan şərtləri qəbul etdikdə baxıla bilər.

14

You might also like