Rəşad Nuri Güntəkin
Yarpaq tökümü
I fəsil
16.05.2008. Tərcümə:
Könül Əliyeva
(
Qeyd:
Digər İnternet səhifələrində dərci qadağandır)
© Rəşad Nuri Güntəkin
"Altın Yarpaq Anonim Şirkəti"ndən niyə istefa etdim? Bunu başa düşməyə nə var ki? Aldığım altmış iki lirəmaaşla dolana bilmirəm. İki kiçik qardaşıma və xəstə anama baxıram. Bəzən anam soyuqdan, qardaşlarım dayeməkdən şikayət edərdilər. Mən çiynimi çəkər: "Nə edim, mənim əlimdən bu qədər gəlir. Əlimə keçən pulu barda, keflərdə yeyib-içib sizi bu vəziyyətdə saxlasam, mənə söz deməyə haqqınız olar. Ancaq haqq-hesabortadadı" deyərdim. Bu açıq-aydın həqiqəti başa düşsələr çox yaxşı. Başa düşməsələr "xanımlar, əfəndilər, buotelin yeməklərini bəyənmirsinizsə, pulu da az verərsiniz. Məndən daha yaxşı bilən varsa, xəbər verin, hamımız bərabər oraya köçək" deyib, dağılmış qapını çırpıb, gedərəm. Anam bir yaşlı qadın... Qardaşlarım Allahın ikiçarəsizi... Mən onları bax bu cür danlayanda mənə qarşı gəlmədən razı olurlar. Ancaq, canavarın böyüyünə, yəniözümə necə söz keçirdim? Yaşım otuzdu... Sağlamlığım, gücüm yerində... arsız bir xasiyyətim var... nə görsəmürəyim istəyir... yemək-içmək, paltar görsəm istəyirəm... Bunların başqalarında olduğu kimi məndə də olmağınıistəyirəm... Bax belə halda, içimdə qopan qiyaməti siz təsəvvür edin.Qaranlıq qış axşamları, ayaqqabımın deşiklərindən girən palçığın soyuğu ciyərlərimə işləyib, borclu olduğumdükkanların qabağından keçməmək üçün küçələri dolana-dolana evə gedəndə yanından ehtişamlı maşınlar keçir.Bunların içindəkilərin bəzilərini tanıyıram. Əylənməyə, ovuc-ovuc pul xərcləməyə gedirlər. Ürəyim elə sıxılır ki,öz-özümə soruşuram: "Bunların hamısı məndən dəyərli adamlardı? Onlar istədikləri kimi yaşadıqları halda, mənniyə it kimi küçələrdə sürünüm ki? istədiyimi yeyə, istədiyimi geyinə bilməyim? Ürəyimin istədiyi bir qadınıniyə, bir dəfə də olsun, qoynuma almayım?"Beləcə illərcə, öz-özümlə dalaşdıqdan sonra, nəhayət, bu nəticəyə gəldim: "Atam həddən artıq, namuslu vədürüst adam imiş." Bir atanın övladlarına qoyub getdiyi ən qiymətli miras təmiz bir addır" deyərmiş... Təmiz bir adın yanında bir az mal-mülk də olsa, çox yaxşı; amma bu da kasıb övladlara ən çox bir, ya da iki nəsil dözər. Hər nəysə, atam yaxşı eləyib, pis eləyib o başqa bir məsələ... Ancaq ətrafımızdakı varlı insanların hamısı analarınınqarnından qoltuqlarında çek dəftərləri ilə çıxmayıblar ki... Allahın onlara verdiyi dərketmə qabiliyyətini "əbcəd"kimi ölüyə, diriyə, faydasız şeylərə sərf etmək yerinə, özlərinə istifadə edib varlanıblar... Əgər sən də özünün beyinsiz, eşşək kimi bir şey olmadığını deyirsənsə, əlini-qolunu tutan yoxdu ki, dilənçi kimi boş-boş zarıdığına,qismətini sına... Bacarsan, çox yaxşı... Bacarmasan: "Nə edək, əlimizdən gələni elədik, amma olmadı" deyər, qara bəxtimizi günahlandırarıq.Bu sözləri deyən adam, bir ay əvvəl şirkətin mühasiblik katibliyindən istefa verən dələ sifətli, kəskin ağ dişli,qarabuğdayı bir gəncdi. O gün həm unutduğu bir neçə əşyanı götürməyə, həm də "köhnə yoldaşlarına" başçəkməyə gəlmişdi. Nahar fasiləsi idi. Məmurların kübarları qarşıdakı yeməkxanada yumurta salatı, xaş, lobya yeməyə getmişdilər,xaş yeməyə pulu olmayanlar bir tərəfdən pendir, zeytun, soyutma yumurta yeyirlər, bir tərəfdən də yoldaşlarınaqulaq asırlar. O, stollardan birinin üstünə uzanıb, ayaqqabısının dabanı ilə dağınıq kağızlara vura-vura sözünədavam edirdi: – Bu cür, qəti şəkildə nə isə əzm etdikdən sonra, ibrət almış baxışlarla ətrafıma baxdım... Bir yığın saçlı,saqqallı adam məktəbli uşaqlar kimi ardarda düzülüb, qəribə bir sürüyə qarışıb, yerimizdə addımlayırıq, yüksələ bilmirik. Olduğumuz yerdə nə qədər əlləşib-vuruşsan da önündəkini, yanındakını nə qədər itələsən də boş yerə...Allah bilir, neçə il keçəcək, maaşın bilmirəm neçə qəpik artacaq. Biri qovulacaq, öləcək, o zaman iki addımirəliləyə biləcəksən. Ona görə də, üzə çıxaram, ya bataram deyib, bu dəstədən, yəni "Altın Yarpaq AnonimŞirkətindən" canımı qurtardım... Aranızdan ayrılandan bəri bir ay keçibmi? Bəlkə də keçməyib... Üst-başımıtəzələmişəm, elə deyil?Özünü düzəldib, bəzəkli ipək corablarını, yeni köynəyini öyünə-öyünə göstərib gülürdü: – Həm də, bir pis iş görmürəm ki? Heç kimin malına, həyatına, namusuna toxunınuram? Qətiyyən.... SadəcəHavyar karvansarayında bir dəllalın yanında işləyirəm... Onun üçün gömrükdən mal çəkirəm. Hələlik az maaş,həm də nisbətən az və zəhmətsiz qazanc... Ancaq Allah bərəkət versin, gül kimi dolanıram...Öskürəkli bir yaşlı adam, dərindən içini çəkib; "Haqlısan... Heyf ki, bizim üçün gecdi daha" deyə deyinir;1
Leave a Comment