You are on page 1of 9

Almaz İsrail qızı Həsrət

almazhasret.com

TƏBİƏTİN MƏHKƏMƏSİ

Məktəb: Bakı şəhəri, Xətai rayonu, Ə.Əliyev adına 204 saylı orta
məktəb
Müəllim - Almaz İsrail qızı Həsrət – 204 saylı orta ümumtəhsil
məktəbinin biologiya müəllimi. (bilgi@almazhasret.com)
Məqsəd:
- Ekoloji dünyabaxışın formalaşdırılması
- Ekoloji tarazlığın məhz hansı təbii amilin təsiri nəticəsində pozulmasını aramaq
- Ekoloji biliklərin sistemləşdirilməsi və ümumiləşdirilməsi
- təhsil yönümdə: əsas bioloji anlayışların möhkəmləndirilməsi ( təbiətin qorunması, təbii
resurslar, flora, fauna, “Qırmızı kitab”, ekoloji sistemlər, Ozon qatı, turş yağışlar, smoq,
parnik effekti)
- inkişafetdirici yöndə: öyrəniləcək mövzu ilə bağlı biliklərinin ümumiləşdirilməsi
bacarığının inkişaf etdirilməsi
- tərbiyələndirici yöndə:
a) şagirdlərdə ekoloji dünyagörüşünün formalaşdırılması
b) sağlam yaşayışı, sağlam həyat tərzini təbliğat etmək qabiliyyəti
v) hər bir fəal vətəndaşda ekoloji tərbiyənin formalaşdırılması
Təbiətdə mövcud olan dəyişikliklərin ekoloji durumu ilə bağlı dəlil və sübutlarını təqdimat
şəklində nümayiş edərək ekoloji məhkəmə formasında keçirilən dərsdə şagirdlərdə
* Müstəqil tədqiqat işlərinin aparılması vərdişləri təkmilləşsin
*Analiz etmək, araşdırmaq, dərketmək və ümumiləşdirmək qabiliyyətinin artması
*Ətrafda mövcud olan hər hansı bir obyektin əlamətlərini xarakterizə etmək bacarığı
formalaşır
*Təbiətə sevgi və onun qorunması istəyi dərinləşir
*Bloq və orada işləməyi öyrənirlər
*Kompüter proqramları ilə tanış olurlar
*Google xəritə ilə işləmək vərdişi yaranır
*Veb2.0 sosial servis xidmətlərindən istifadə vərdişləri formalaşır
Almaz İsrail qızı Həsrət
almazhasret.com

*Şəxsi araşdırmaları nəticəsində düzgün və ədalətli nəticə çıxarırlar


Bu layihə nəyə görə tədris edilmişdir? : Ona görə ki, məqsədimiz...
*Kopenhaqendə 2009-cu ilin dekabr ayında keçiriləcək “İqlim dəşiyikliyi və Qlobal
istiləşmə” adlı konfransa hazırlıq məqsədilə keçirilən aksiyalara qoşulmaqdır
Bu aksiyalarda Azərbaycanı təmsil edən yeganə orta məktəb 204 saylı ümumtəhsil məktəbi
oldu!

Layihənin planlaşdırılması və mənbəyi


Şagirdlərdə doğma yurdlarının təbii resursları, onların müxtəlifliyi, əsas xüsusiyyətləri və
mühafizəsi barədə ekoloji bilik və anlayışları formalaşdırmaqdan ötrü məktəb daxilində
təlim zamanı bu layihənin keçirilməsi- son zamanlar təhsilimizin müasir beynəlxalq təhsil
standartlarına uyğun inteqrativ təlimə cavab verə biləcək layihə metodikasının
istifadəsindən irəli gəldi. Təbiətdə tarazlığın məhz hansı səbəbdən pozulmasını, məhz hansı
amilin təsirindən pozulmasını əsas götürərək araşdırmalarını necə aparacaqlarını
planlaşdırırlar.
Kopenhagendə keçirilən “Qlobal İstiləşmə və İqlim dəyişikliyi” mövzusu ilə bağlı keçirilən
aksiyaya qatılmaq bu layihənin planlaşdırılmasına təkan verdi. Bunu da nəzərə alsaq ki,
2010-cu il Azərbaycanda “Ekologiya ili” elan olunub, bu layihənin davamlı olması
ehtimalı 100% oldu.
- Şagirdlər layihəni işləyərkən əvvəlcə fərdi, sonra isə cüt və qruplara ayrılaraq özlərinin
mülahizələrini irəli sürürlər, sonda sinif daxilində qrupların hazırladığı fikirlərin müzakirəsi
baş verir.
- Qrupda şagirdlər problem sual üzərində düşünürlər və nümunələr gətirirlər. Sonra sinifdə
müzakirələr baş verir və ümumi klaster doldurulur. Bu klaster səbəb xəritəsinin
qurulmasının əsası olacaqdır. http://www.scribd.com/doc/25988613/H%C9%99yatIn-d
%C9%99y%C9%99r%C4%B0-n%C9%99d%C9%99dir
- Nümunələrdən biri seçilir və konkret faktlar gətirilərək səbəbləri müəyyənləşdirilir. Bu
xəritə ilə şagirdlər bütün layihə müddəti ərzində işləyirlər, əlavələr olunur və yeniliklər
edirlər.
- Şagirdlər öz aralarında vəzifə bölgüsü aparırlar. Tədqiqat işlərini plan üzrə yerinə
yetirməyə başlayırlar.
- Bu zaman şagirdlər özləri ilə rəqəmli fotoaparat, noutbuk, mobil telefon götürürlər,
tədqiqat işlərini daha da zənginləşdirərək əldə etdikləri materialları toplayıb, məhkəməyə
təqdim edirlər.
- Ekoloji tarazlığın pozulması səbəblərini arayıb axtarırlar (“Yaşıl paket”dən cizgi filminə
baxış): http://www.youtube.com/watch?v=FW9jgXQ9AcQ
- Problemləri tapdıqca onların qarşısını alma yollarını da öyrənməyə başlayırlar.
Almaz İsrail qızı Həsrət
almazhasret.com

- Layihənin həyata keçirilməsi zamanı şagirdlər tərəfindən eksperimental yolla əldə


etdikləri biliklərin müxtəlif multimedia vasitələrindən və onların imkanlarından istifadə
etməklə təqdimatlar, maarifləndirici nəşrlər, hazırladığı bloq, sonda Google.map -dakı
xəritədə ümumi redaktənin nəticəsi olan “Dünya Ekoloji xəritəni” hazırlayırlar. Həmçinin
“bloq” vasitəsilə digər məktəblərin şagirdləri ilə əlaqə yaradaraq, əldə etdikləri nəticələri
barədə də qarşılıqlı olaraq rəy və təkliflərini qeyd edirlər. Bu da digər məktəblərarası
qarşılıqlı ünsiyyət yaratmağın ən yaxşı nümunəsi olar. http://maps.google.com/maps/ms?
ie=UTF8&hl=ru&source=embed&msa=0&msid=117491753388562412009.00047cbdcad3
abff44f92&z=2 Google xəritədən istifadə edərək birgə ekoloji durumla bağlı , hər bir
şagirdin rastlaşdığı bitki və heyvan növlərinin şəkilləri internetdə tapılır və ümumi redaktə
olunan Google xəritədə yerləşdirilir. Bu xəritədə həmçinin ekoloji tarazlığın pozulub-
pozulmaması görünəcək. Məktəblilərin birgə yaratdıqları, ekoloji durumu göstərən xəritə
olacaq.
Layihənin uğurlu olması üçün ümumi təhsil konsepsiyası olan Milli Kurikulumun
satndartlarına istinad olunur. http://www.kurikulum.az/ Milli Kurrikulum ictimai-siyasi,
mədəni və sosial həyatın qloballaşdığı və universallaşdığı, informasiya-kommunikasiya
texnologiyalarının rolunun artdığı, rəqabətin gücləndiyi müasir dövrdə hər bir şəxsin
istedad və qabiliyyətinin müstəsna əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, müstəqil qərarlar
qəbul etməsi üçün onun zəruri təhsil səviyyəsinə və bacarıqlara malik olmasına, cəmiyyətin
inkişafının əsas hərəkətverici qüvvəsi olan insanın formalaşdırılmasına və problemlərin
həllinə yönəlmişdir.
Məhz bu kontentdən də layihənin gedişatında bu sənədin prinsiplərindən istifadə olunub.
Biologiya fənn kurikulumu. http://www.kurikulum.az/index.php?
option=com_content&view=category&layout=blog&id=75&Itemid=132&lang=az
Ümumi orta təhsil pilləsində şagirdlərdə canlı aləmin yaranması, quruluşu, funksiyaları,
təsnifatı, yayılma qanunauyğunluqları, inkişafı və mühafizəsi, onların bir-biri ilə və cansız
aləmlə qarşılıqlı əlaqəsi, maddi aləmin vəhdət təşkil etməsi barədə ümumi təsəvvürlər
formalaşdırılır, onlarda özünə, ətraf mühitə qayğıkeş və həssas münasibət yaradılır.
http://www.kurikulum.az/index.php?
option=com_content&view=category&layout=blog&id=59&Itemid=141&lang= az
Tam orta təhsil pilləsində şagirdlərdə həyatın əmələ gəlməsi, hüceyrə, üzvi aləmin
inkişafı və təkamülü, insanın mənşəyi, genetika və seleksiyanın əsasları, ekologiyanın
problemləri və həlli yolları haqqında anlayışlar yaratmaqla müvafiq bilik və bacarıqlar
aşılanır, canlı maddi aləmin tamlığı və vəhdət təşkil etməsi haqqında elmi dünyagörüş və
məntiqi təfəkkür formalaşdırılır
Biologiya təbiətə aid elm sahələri ilə sıx əlaqədardır. Fizikanın, kimyanın, riyaziyyatın,
coğrafiyanın (fiziki coğrafiya) bir sıra qanunları və ekoloji problemlər haqqında təsəvvürü
olmayan bir insan həyatı lazımi səviyyədə dərk edə bilmədiyindən, biologiyanın tədrisi
prosesində həmin fənlərə istinad edir. Yalnız bu halda dünyanın tam bir vahid kimi
qavranılması üçün zəmin yaranmış olur. Biologiya fənninin tədrisi sayəsində insanın bioloji
Almaz İsrail qızı Həsrət
almazhasret.com

və sosial mahiyyətini başa düşən şagird özünün, yaxınlarının sağlamlığının qorunmasına və


sağlam həyat tərzinə hazırlanır.
Informatika http://www.kurikulum.az/index.php?
option=com_content&view=category&layout=blog&id=70&Itemid=117&lang=az
Şagird
* Kompyuterdə istifadə olunan əməliyyat sistemlərini tənzimləyir.
*Mətn və qrafiki redaktorda müvafiq nümunələr hazırlayır.
*Multimedia təqdimatları hazırlayır.
*Elektron cədvəldə iş nümayiş etdirir.

*Müxtəlif şəbəkə növlərindən, şəbəkənin işini təmin edən proqram təminatından, İnternetin
xidməti proqramlarından istifadə edir.

Həyat bilgisi və “Təbiət və biz” (http://www.kurikulum.az/index.php?


option=com_content&view=category&layout=blog&id=43&Itemid=66&lang=az
*Coğrafi obyektləri xəritədə göstərir.
* Yaşadığı ərazidə ekologiyanın sağlamlaşdırılması üçün kiçik layihələr hazırlayıb təqdim
edir
* Ekologiyanın qorunması ilə bağlı kiçik təqdimatlar edir.

Riyaziyyat (http://www.kurikulum.az/index.php?
option=com_content&view=article&id=108%3A11-uemumi-tlim-
nticlri&catid=40%3ARiyaziyyat&Itemid=69&lang=az)
* riyazi və statistik məlumatları toplayır, araşdırır, sistemləşdirir və nəticəsini təqdim edir;
* Statistika və ehtimal əsasında hadisənin başvermə mümkünlüyünü proqnozlaşdırır;
* mühakimələrini məntiqi əsaslandırır, yazılı və ya şifahi nitqində fikirlərini dəqiq, aydın və
yığcam ifadə edir;
* müxtəlif həyati məsələlərin həllində riyazi bilikləri tətbiq edir;
* fikirlərini layihələndirir, onların əsasında alqoritmlər qurur, nəticələri yoxlayır və
qiymətləndirir.

Ümumiyyətlə, “Təbiətin Məhkəməsi” layihəsinin həyata keçirilməsi zamanı bir sıra


fənnlərə inteqrasiya aydın şəkildə özünü göstərir:
Almaz İsrail qızı Həsrət
almazhasret.com

Layihənin tədris planının məzmunu


Məktəblilər tərəfindən yaradılan “Dünya Ekoloji xəritə” hazırlanır. Həmin virtual xəritədə
canlı bitki və heyvan növləri haqqında şagirdlər ensiklopedik məqalələr yazmaqla
İnternetdə geniş məlumat resursların yaradıcılarına da qatılmış olurlar. http://a-
aliyev.blogspot.com/2009/12/biz-dunya-ekoloji-xritni-yaratdq.html
"Təbiətin məhkəməsi" adlı layihənin həyata keçirilməsi zamanı şagirdlərin birgə
redaktəsi ilə hazırlanmış materialları bloqda yerləşdirirlər. http://a-
aliyev.blogspot.com/2009/11/sagirdlrin-birg-redaktsi-il-hazrlanms.html Nəticədə
müxtəlif məktəblərin şagirdləri arasında İnternetdə şəbəkədaxili ünsiyyət yaradılır.
Problemli və tədrislə bağlı suallara cavab axtarışı zamanı şagirdlər təbiətin əsas
xüsusiyyətlərini tədqiq etmək metodunu mənimsəyirlər.
Layihənin gedişi zamanı şagirdlər birgə ekoloji bilik əldə etməyə , fənlərarası əlaqələrdən
istifadə edərək layihədə qoyulan məsələlərin daha effektli həlli yollarını araşdırımağa nail
olurlar..
Layihə zamanı şagirdlər apardığı bütün araşdırma və tədqiqatlarının nəticələrini məhkəmə
şəklində keçirilən iclasda nümayiş etdirirlər. Bu məhkəmənin adı “Təbiətin məhkəməsi”
adlanır. Bu, ekoloji məhkəmənin əsas mövzusu ekoloji biliklərin bir daha artması və ətraf
mühitin qorunması ilə bağlıdır. Ekoloji məhkəmənin iştirakçıları: hakim, ittihamçı, Vəkil,
şahidlər ( флора, фауна, torpaq, su, hava, təbiəti qoruyan), katib, müttəhim, konvoy ,
məhkəmə tibbi eksperti . Cinayətkar isə məlum olan “İNSANDIR”.
( http://www.youtube.com/watch?v=rsY3pkf7b3I)
Almaz İsrail qızı Həsrət
almazhasret.com

Məhkəmə prosesinə başlamazdan öncə şagirdlər “Yaşıl Paket” materiallarındakı cizgi


filmlərinə baxırlar. http://www.youtube.com/watch?v=FW9jgXQ9AcQ. Problemlərlə tanış
olurlar və sonra bu problemlərin yaranması səbəblərini araşdırmağa hazırlaşırlar.
Materialları toplayıb, məhkəmə prosesinin başlanmasını gözləyirlər.
Məhkəmə günü: Məhkəmə prosesinin başlanmasının ilk zəngi çalınır. Hər bir şagird su,
hava, torpaq, flora, fauna timsalında insanın onlara vurduğu ziyanları barədə məhkəmə
iclasında təqdimat vasitəsilə hakimə nümayış edərək öz şikayətlərini bildirirlər. Məhkəmə
başlayır və hazırlanmış olan bütün tədqiqat işləri və araşdırmalar təqdimat şəklində geniş
auditoriya qarşısında şagirdlər tərəfindən nümayiş etdirilir. Təbii ki, məhkəmənin gedişi
zamanı cinayətkarın vəkili onun müştərisinə qarşı söylənilən bütün bu şikayətləri, iradları
təkzib edir. Onun müştərisinə qarşı söylənilən ittihamların hamısını rədd edir. Ancaq
şikayətçilərin araşdırmaları və təcrübə yolu ilə apardıqları sübutların hamısı fakt və əsas
dəlil kimi hakimə təhvil verilir. Məhkəmə öz işini davam etdirir. Sonda şagirdlər özləri əsas
cinayətkarı, təbiətin ən böyük düşmənini tapıb elan edirlər (sübut və dəlillərə əsasən). Və
hakim məhkəmənin sonunda müttəhimə son cəza maddəsini oxuyur.
Layihənin gedişi zamanı şagirdlər sinifdə öz aralarında sorğu aparırlar. Sorğunun
suallarını da şagirdlər özləri fikirləşirlər. Sonra həmin sorğulardakı cavabları auditoriya
qarşısında oxuyub öz rəy və münasibətlərini bildirirlər. http://www.youtube.com/watch?
v=HMyoltOIkvk
Sonra şagirdlər layihənin mövzusuna uyğun (İstİxana effektİ : realdır yoxsa fantazİyadır?)
qiymətləndirmə üzrə müzakirələrə başlayırlar. http://dotsub.com/view/07f267ef-c79b-4629-
80c3-e235b99fe19d Bu qiymətləndirmədən sonra ümumi layihənin qiymətləndirilməsinə
keçirlər.
Sonda Təbiətdə tarazlığın pozulmasına səbəb olan hər hansı bir amilin, məsələn “Suyun”
təbiətdəki rolu ilə bağlı ayrıca məktəbdaxili aksiyanı keçirirlər.
http://www.scribd.com/doc/26000462/Damlada-heyat-aksiya
Həmçinin Azərbaycanın “Qırmızı Kitabı” barədə bilgiyə də malik olurlar.
http://www.scribd.com/doc/26003304/Qirmizi-kitab

Texnologiyanın məzmunu və üstünlüyü


Layihənin gedişatı zamanı orta məktəb proqramına uyğun olaraq 9-10-11-ci sinif
şagirdləri:
* Qazanılmış bilik və bacarıqlarını gündəlik həyatda və praktiki fəaliyyətlərində istifadə
etməyi ;
* Kompüterdən istifadəni, siçanla işləmək bacarığı olmalı, klaviaturadan istifadəni, mətnə
uyğun şəkil tapıb yerləşdirməyi , materialları yaddaşda saxlamağı;
Almaz İsrail qızı Həsrət
almazhasret.com

* Rəqəmli fotoaparatdan istifadə etməyi və şəkilləri kompüterə köçürməyi ;


* Gooqle xəritədə işləməyi, Videonu İnternetə yükləməyi öyrənirlər.

* Internet Explorer-dən istifadə etməyi öyrənir;

* Microsoft Word, adi yazı qaydası vərdişinə yiyələnir;

* Microsoft Power Point təqdimat hazırlamaq üçün proqramda işləyir;

* Microsoft Excel cədvəl və diaqramların düzəldilməsi üçün proqramda işləmək


vərdişinə yiyələnir;

* Adobe Photoshopda internetdən əldə etdikləri şəkillərin üzərində işləmək vərdişi


yaranır;
* Picasa-da .şəkillərin saxlanması üçün istifadə qaydaları ilə tanış olurlar;
* Script –dən təqdimat və mətn saxlamaq üçün istifadə etməyi öyrənirlər;
* PhotoFiltre- şəkil üzərində işləmək bacarığına yiyələnirlər;
* Google.doc və Google.map-da, friendfeed.com - işləmək qabiliyyəti formalaşır..
* Youtube-dan istifadə etmək qaydalarını öyrənirlər;
* Dotsub. com- yeni video saxlanan yer ilə də tanış olurlar.
Məktəbin şagirdləri öz material və fəaliyyətlərini geniş ictimai kütləyə çatdırmaqdan ötrü ,
özlərinin yaratdıqları bloqdan istifadə edirlər : http://a-aliyev.blogspot.com/
Bundan əlavə şagirdlər: http://www.youtube.com/watch?v=rsY3pkf7b3I Mehkeme
Youtube-da hzirladıqları videolarını köçürürlər.
Video görüntüləri həmçinin www.dotsub.com dotsub-da da yerləşdirirlər.
http://dotsub.com/view/07f267ef-c79b-4629-80c3-e235b99fe19d Qlobal İstiləşmə ilə
əlaqədar qiymətləndirmə.
Almaz İsrail qızı Həsrət
almazhasret.com

Layihənin idarə olunması


Dərs, yəni bu layihənin həyata keçirilməsi 1 ay davam edib. Ancaq yekun olaraq iki 45
dəqiqəlik dərs içində bu layihənin yekun hesabatı keçirildi. Layihənin yekunu məktəbdə
şagirdlər tərəfindən məhkəmə şəklində keçilir.
10-11-ci sinif şagirdləri tərəfindən, Dünyada ilk dəfə olaraq “Dünya Ekoloji xəritə”
hazırlanır. Bu xəritədə şagirdlər flora http://picasaweb.google.com/almazhasret/Flora# və
fauna http://picasaweb.google.com/almazhasret/Fauna# , həmin növlər haqqında
ensiklopedik məqalələr yazmaqla İnternetdə geniş məlumat resursların yaradıcılarına da
qatılmış olurlar.
Qovaq ağacı haqqında http://www.scribd.com/doc/26003638/FLORA-Qovaq
Söyüd ağacı barədə http://www.scribd.com/doc/26003781/soyud
Flora http://www.scribd.com/doc/26003875/Flora-Metn
Fauna http://www.scribd.com/doc/26003928/Fauna-m%C9%99tn haqqında məlumatları
internetdən tapır və ya özləri ədəbiyyatdan istifadə edərək yaradırlar.
Problemli və tədrislə bağlı suallara cavab axtarışı zamanı şagirdlər təbiətin əsas
xüsusiyyətlərini tədqiq etmək metodunu mənimsəyirlər.
Layihənin gedişi zamanı şagirdlər birgə bilik əldə etməyə , fənlərarası əlaqələrdən istifadə
edərək layihədə qoyulan məsələlərin daha effektli həlli yollarını araşdırırlar.
İnternetdə şəbəkədaxili ünsiyyəti öyrənirlər.
1-ci dərsdə şagirdlər problemi açıqlayan cizgi filmlərinə baxırlar, fikirləşib, düşünürlər.
Plan qururlar.
2-ci dərsdə şagirdlər öz aralarında vəzifə bölgüsü aparırlar. Tədqiqat işlərini plan üzrə
yerinə yetirməyə başlayırlar
3-cü dərsdə internetdən, dərs vəsaitlərindən, ensiklopediyadan materiallar toplayırlar və
dərsdə tədqiqat işlərini aparmaqdan ötrü müzakirələr aparırlar
4-cü dərsdə 10-11 ci sinif şagirdləri əldə hazır olan materialları toplayıb kompüterdə
təqdimatlar hazırlayır,
5-cı dərsdə 11-ci sinif şagirdi Anar Həmidov Gooqle.map-da uşaqların topladığı
informasiyaları yerləşdirir. Bloq yaradır və oraya lazımı materialları yerləşdirir http://a-
aliyev.blogspot.com/ “Təbiətdə qorunmalı olan əsas nədir?” –onlayn sorğu yaradaraq
ictimaiyyətin rəyini öyrənməyə çalışırlar
6-ci dərsdə məhkəmə keçirirlər
7-ci dərsdə layihənin qiymətləndirməsini və son nəticəni müzakirə edirlər
Almaz İsrail qızı Həsrət
almazhasret.com

8- ci dərsdə son nəticələrini, yəni bütün materiallarını bildikləri müxtəlif kompüter


proqramlarında və müxtəlif saytlarda yerləşdirirlər

Layihənin nəticəsi:
layihələrdə işləməklə əldə etdiyi yeni metodlardan istifadə etməklə dərsləri keçdikdə,
dərsə çox böyük maraq oyanır, onlarda düşünmə qabiliyyəti artır və aşağıdakı
istiqamətlərdə inkişaf gedir:

 Şəxsilikdən ictimailiyə doğru

 Asılılıqdan müstəqilliliyə doğru


 İKT-dən istifadə vərdişlərinə doğru

 İntuisiyadan məntiqə doğru


 Tək fikirlilikdən alternativliyə doğru

 Yaradıcılığa və vizual effektlərə doğru


 Müstəqil tədqiqat işlərinin aparılması vərdişlərinin təkmilləşdirilməsinə doğru

 Analiz etmək, araşdırmaq, dərketmək və ümumiləşdirmək qabiliyyəti artır


 Ətrafda mövcud olan hər hansı bir obyektin əlamətlərini xarakterizə etmək bacarığı
formalaşır
 Təbiətə sevgi və onun qorunması istəyi dərinləşir
 Kompüterin digər yeni proqramları ilə tanış olurlar

 İnternetdə sərbəst və təhlükəsiz istifadə etmə bacarığı formalaşır


 Şəxsi araşdırmalarını təqdimat şəklində hazırlamaq bacarığı formalaşır

 Auditoriya qarşısında sərbəst çıxış etmə qabiliyyəti yaranır

You might also like