You are on page 1of 2

Fauna

Heyvanlar aləmi

Azərbaycan heyvanlar aləmi ilə zəngin olan bir ölkədir. Azərbaycanda 97 növ məməli, 357 növ quş,
67 növ sürünən və suda-quruda yaşayan, 97 növ balıq və 15 mindən çox onurğasız
yayılmışdır.Azərbaycanın heyvanlar aləmi haqqında ilk məlumatlar XVII əsr Pilqrims tərəfindən
verilmişdir. Azərbaycanın Qırmızı kitabına 108 növ heyvan daxil edilmişdir. Onların 14-ü məməli, 36-
sı quş, 13-ü sürünən və suda –quruda yaşayan, 5-i balıq və 40 növü isə həşəratdır.

Vaşaq (Lyns Orientalis) çox nadir heyvandır. Azərbaycanda əsasən


düzənlik və dağ meşələrində yaşayır və bütün təbii ərazilərdə rast gəlinir.
Düşmənləri canavar və sahibsiz itlərdir. Bədəninin uzunluğu 80-130sm-dir.
Qidasını əsasən dovşan, quş və xırda gəmiriciləri təşkil edir. Bu növ
Azərbaycanın Qırmızı Kitabına daxil edilmişdir.

Ceyran (Gazella Subgutturosa) 6-7 il ömür sürürlər. Bədənin uzunluğu


95-115 sm-dir. Erkəklərinin buynuzu qara rəngdədir. Ceyran səhra və
yarımsəhra ərazilərinin səciyyəvi sakinidir. Qidasını müxtəlif otlar və
kollar təşkil edir. Onlar təkcə şirin su deyil, həmçinin Xəzər dənizinin
duzlu suyunu da içirlər. Ceyran Azərbaycanın Qırmızı Kitabına daxil
edilmişdir.

Bəbir (Felis Pardus Tullianus) çox nadir növdür. Bədənin


uzunluğu 90-170 sm-dir. Bu növə Naxçıvan, Talış, Böyük
Qafqaz və nadir hallarda Qarabağ ərazilərində rast gəlinir.
Əsasən qayalı və dərəli dağ meşələrində məskən salır. Bəbir
Azərbaycanın Qırmızı kitabına daxil edilmişdir.

Aralıq dəniz tısbağası (Testudo Graeca Iberia) quru çöl və


yarımsəhraların sakinidir. Bu heyvan çox ləngdir, amma ətraf mühitin
əlverişsiz şəraitinə çox yaxşı uyğunlaşır. Düşmənləri tülkü və yırtıcı
quşlardır. Qidasını müxtəlif bitkilər təşkil edir. Aralıq dəniz tısbağası
Azərbaycanın Qırmızı Kitabına daxil edilmişdir.
Kiçik Asiya gürzəsinə (Vipera Xanthina) Naxçıvanda (Ordubad, Şahbuz
və Culfa) 1300-2000 m -ə qədər dağətəyi zonada rast gəlinir. Bədəninin
uzunluğu 75-110 sm-dir. Qidasını quşlar, gəmirici, kərtənkələ və həşəratlar
təşkil edir. Zəhərli ilandır. Kiçik Asiya gürzəsi Azərbaycanın Qırmızı
Kitabına daxil edilmişdir.

You might also like