__________________Milli Kitabxana___________________


 

__________________Milli Kitabxana___________________

İSMAYIL ŞIXLI

SEÇİLMİŞ
ƏSƏRLƏRİ
İKİ CİLDDƏ

II CİLD

"ŞƏRQ-QƏRB"
BAKI-2005


 

__________________Milli Kitabxana___________________

Bu kitab “İsmayıl Şıxlı.Dəli Kür.”(Bakı, Yazıçı,1982) nəşri arasında
təkrar nəşrə hazırlanmışdır.

894.3613 - dc 21
AZE
İsmayıl Şıxlı. Seçilmiş əsərləri. İki cilddə. II cild. Bakı, "Şərq-Qərb",
2005 ,400 səh.

Görkəmli yazıçı İsmayıl Şıxlının oxucular arasında geniş şöhrət
qazanmış "Dəli Kür" romanı XIX əsrdə tarixi qanunauyğunluqların
Azərbaycan xalqının həyatına daxil olma prosesini, adamların yaşayışında,
mənəviyyatında əmələ gətirdiyi köklü dəyişiklikləri realist inandırıcılıqla
göstərən bir əsərdir. Xalqımızın milli oyanış dovrü Göytəpə kəndində baş
verən mürəkkəb və ziddiyyətli hadisələr fonunda qələmə alınmışdır, Əsər
qollu-budaqlı qəhrəmanlarına, ehtiramlar toqquşması və bədii boyaların
zənginliyinə görə haqlı olaraq milli tarixi roman janrının kamil
nümunələrindən sayılır.
Sovet dövrü Azərbaycan ədəbiyyatında həqiqi milli xarakterin, realist
zadəgan-kübar (mülkədar) obrazının ilk dolğun, tutumlu örnəyi məhz "Dəli
Kür" romanının qəhrəmanı Cahandar ağadır.
...İsmayıl Şıxlı zaman-zaman oxunacaq bir kitabdır - "Dəli Kür"dür.

ISBN 9952-418-34-2

© "ŞƏRQ-QƏRB", 2005


 

__________________Milli Kitabxana___________________


 

__________________Milli Kitabxana___________________


 

__________________Milli Kitabxana___________________


 

__________________Milli Kitabxana___________________
BİRİNCİ HİSSƏ

1

Göytəpə kəndinin yastı qazma daxmaları Kürün sahilinə qədər
səpələnmişdi. Bu il yağınlıq olduğundan, o otlar vaxtından əvvəl göyərmiş,
yazın ilıq nəfəsini duyandan sonra isə püskürüb qalxmışdı. Hələ aprel sona
çatmamış bu çal-çəpərsiz kəndin həyətləri, xırman yerləri, tövlə və
samanlıqların üstü, hətta evlerin damları da yaşıllaşmışdı. Həyətləri
birləşdirib torpaq yola çıxan, sonra da sahildəki çəmənliyi çalın-çarpaz
doğrayıb Kürə enən cığırları ot basmış, kəndin üst tərəfindəki ləpələrin
rəngi dəyişmişdi. İl quraqlıq keçəndə bahar gəlməmiş saralıb-solan
dəmyələr bu il gül-çiçəyə qərq olmuşdu. Yalnız kəndin yaxınından ötüb
Tiflisə doğru uzanan xır yolu əvvəlki kimi ağarır, bəzi yerlərdə daşların
arasından ot cücərsə də təbiətin bu ümumi ahənginə tabe olmaq istəmir,
dərəli-təpəli yamacları aşıb üfüqdə gözdən itirdi. Hər şey əvvəlki kimi idi.
Həyat-bacalarda ocaq tüstülənir, mallar haylanıb Kürə tökülür, qız-gəlinlər
suya enirdilər. Haçaquyruq qaranquşlar süzüb sinələrini çiçəklərə
toxundurur, Kürə baş vurub su götürür, sonra da civildəşə-civildəşə
balalarının yanına qayıdırdılar. Torpaqdan güclə seçilən qara damların
arasında təkəm-seyrək gözə dəyən daş evlərin kirəmitli damındakı
sığırçınlar yenə əvvəlki kimi dimdiklərini şaqqıldadıb oxuyurdular.
Zərnigar xanım bunların heç birini görmürdü. O, başını göy məhəccərli
eyvanın dirəyinə söykəyib için-için ağlayırdı. Tez-tez kəlağayısının ucu ilə
gözünün yaşını silir, "mən bu dərdə necə dözüm, kimdən imdad istəyim?" -
deyə inildəyirdi.
Havada süzon iri bir çalağanın kölgəsi çəpərin üstündən aşıb, həyətin
ortası ilə tövləyə doğru süründü. Zəncirdəki itlər dartınıb mırıldaşdılar.
Toyuq-cücə qorxudan samanlığa doluşdu. Zərnigar xanım bunların heç
birinə fıkir vermədi, kəlağayısını düzəldib eyvandan endi, cığırla sahilə
doğru addımladı.
Gün xeyli qalxmışdı. Axşamdan kəndin üstünə çökən duman çəkilmiş,
səhərə yaxın yağış da çiləmişdi. Torpaq yolların və cığırların


 

__________________Milli Kitabxana___________________

tozu xal-xal olmuşdu. Çəmənliyin şehi parıldayırdı. Kürün ləpədöyənindən
bir az aralı, çaylaqda qaynar asmışdılar. Tumançaq uşaqlar yarğanın dibi ilə
qaçışırdılar. Camışları haylayıb suya tökən cavanların hay-küyü sıldırım
yarğanlarda əks edir, bu yarğanların ovuqlarındakı quşlar hürküşüb bölük-
bölük havaya qalxırdılar. Lakin Zərnigar xanım heç nəyə fikir vermirdi.
Bütün gecəni yatmayıb səhərəcən ağladığından arvadın gözləri şişmiş,
kirpikləri bir-birinə yapışmış, göz yaşı quruyııb, müşəmbə kimi yanağında
qalmışdı. Qulaqları güyüldəyirdi. O, hara getdiyini bilmirdi. Öz evindan baş
götürüb uzaqlaşmaq, bir anlığa da olsa, dərdini unutmaq istəyirdi. Ancaq
bacarmırdı. Dil desə də ürək razı olmur, ayaqları sözünə baxmayıb,
sürünürdü. Zərnigar xanım özü də hiss etmədən gəlib yarğanın qaşına çatdı.
Qarşısındakı uçurumu, ayağının altındakı yarıq-yarıq olmuş torpağı
görmədi. Əgər bir az irəlidə yarğan gurultu ilə uçmasaydı, o, ayaq
saxlamayacaq, bəlkə də torpağa qarışıb birbaş Kürə düşəcəkdi. Gurultunu
eşidən kimi qeyri-ixtiyari geri çəkildi, toz yatandan sonra isə uçurumun dibi
ilə axan qıjıltılı boz-bulanıq suya dəhşətlə baxdı. "Birparça çörəyim ov-
sanata keçdi. Yoxsa balalarım yetim qalacaqdı", - deyə salamat qurtardığına
şükür elədi. Bu hal uzun sürmədi. O yenidon gözünü Kürə zillədi. O taydakı
qalın meşənin ətəyini, boz qumsallığı yalaya-yalaya axan, bəzi yerlərdə isə
burulub, kolları araya alan Kür şaxələnib qollara ayrılır, balaca adaların
ətrafında fırlanıb bəri üzə, hündür yarğanların üstünə cumurdu. Sular sarı
torpağı yalayıb geri çəkilir, lillənə-lillənə uzaqlara gedirdi. Yarğanən dibi
görünmürdü. Oraya düşənin heç sümüyü də ələ gəlməzdi. Zərnigar xanım
ehtiyatla yarğana yaxınlaşdı. Bəlkə birdəfəlik özünü atsın? İkicə addım
qabağa getsə, torpaq ayağı altından ovxalanıb töküləcək, uçuruma necə
düşdüyündən özünün də xəbəri olmayacaqdı. Bəs sonra? Eşidən-bilən nə
deyər?
Bu fikirlər Zərnigar xanımı dəhşətə gətirdi. Bədəni üyüşdü. Suyun soyuq
havasını üzündə hiss edib geri çəkildi. İxtiyarsız olaraq dönüb evlərinə
baxdı. Ətrafına yulğun kollarından hündür çəpər çəkilmiş bir-mərtəbə daş
evin pencərə şüşələri səhər günəşinin şəfəqlərini əks etdirib parıldayırdı.
Darvaza açıq idi. Eyvanın məhəccərindəki naxışlı taxtalar, mavi rəngli
dirəklər, göy qapılar, üstündə bir cüt qabaq-qarşı xoruz çəkilmiş divar, bir
az o yandakı samanlıq, çardağının üstünə ilanyalı ot tayası yığılmış tövlə,
həyətdə eşələnən toyuq-cücə aydınca görünürdü. Axı bunların çoxunu o özü
düzəltmişdi. O, buraya gəlin


 

Onlar çayın ortasına yaxınlaşdılar. Sahildən aralanan kimi kürəyi işə saldılar. Oğlu Şamxalın da orada olduğunu yəqin etdi. Yarğanın kənarında oturub oğlunu gözləyəsi oldu. __________________Milli Kitabxana___________________ gələndə ərinin var-dövləti olsa da." *** . suyun axan ilə bəri üzə keçmək İstədiklərini anladı. Kərəntiyə dirənib suvadağı çıxdı. O özünə toxtaqlıq verdi. Qayıqdakılar nə qədər çalışsalar da. Zərnigar xanım dikəldi..deyə özünə təsəlli verdi. Çəpin güclü təkanı qayığı suyun axarından çıxartdı. 9    . Heç yana getməməyi. əməlli-başlı bir otağı da yox idi. Qayıq sahilə yanaşdı. əksinə. yumaq kimi büzüşməzdi. onun yurduna su salmaq istəyəni evdən qovmağı qərara aldı.. Qayığı suyun axarına buraxıb yarğanın dibi ilə gedən yoldaşlarının arxasınca baxdı. Şamxal əlindəki heybəni çiyninə atdı. Zərnigar xanımın əməyi vardı.. kəndin ucqarındakı qazmaların bərabərindən sahilə çıxacaqdılar. su qayığı əyirdi. Arvadın ürəyi atlandı. evdə bədbəxt bir hadisə baş verdiyini zənn etdi. Təkandan silkələnmiş qayıq ləngərləndi və sahildən aralandı. Kimin anasının mələr qaldığını onda görərik. . Onlar bir az aşağıdan. kəmərini daraltdı. Kürün suyu bulanmışdı. Arvad oğlunu tanıdı. Şamxal quş kimi sıçrayıb kənara atıldı. . Zərnigar xanım qayığın suyun axarı ilə gedib. çiləkənə çırpılacağından qorxdu. istiqaməti düz götürə bilmir.. Onlar bəri üzə şütüdülər. Ancaq əbəs yerə həyəcan keçirirdi. hündür qovaqların seyrəlib yulğunluğun başladığı yerdə beş-altı qaraltı görünürdü. burnu xırdaca daşları şaqqıldatdı. Ana-oğul dikdirdə qabaqlaşdılar.Harada olsa gəlib çıxacaq. "Şamxal bu işləri belə qoymaz. Yəqin yuxarılara yağmışdı. Gümüş dəstəkli xəncərini yana çəkdi. Gələnlərin. Bunların hamısında onun. Zərnigar xanım yaman günə düşmüşdü. Yoxsa arvad bircə gecənin içində bu qədər qocalıb. Şamxal üst-başını çırpıb. qayığı yuxarıdan salıb. Şamxal qabaqda oturub kürək çəkirdi. Onun beli də bükülmüşdü. Zərnigar xanım əllərini yanına salıb dərindən nəfəs aldı. Əlini gözünün üstünə qoyub diqqətlə baxdı. pəncərəsi Kürə baxan evlərinin qənşərindəki cığırla asta-asta yuxarı qalxdı. Qaraltılar bir-bir atılıb qayığa mindilər. Zərnigar xanım oğlunun qabağına gəldi. Şamxal anasını gözü-yaşlı görüb. Kərəntiyə çiyninə alıb. Çəpin təkanı ilə şütüyən uzun qayıq ləpələri yara-yara irəlilədi.Kürün o tayında.

Kürdən keçəndə islanmış zər baftalı dolağına. Anası isə səhər-səhər onu vay-şivənlə qarşılayırdı. Üstünə boz ki- 10    . Qolundan tutub.dedi.atan mənim başıma nə oyun açdı? Şamxal bir az sakitləşdi. toydan-mağardan qayıdanda evdə belə söhbətlər olurdu. səhər-səhər nə çərənləyirsən? . Bir şey olan kimi gözünü yumub tökür. . Belə bir oğulun onu darda qoymayacağını yəqin edib. qılçalarını uzadıb. Gördünmü. bala! Şamxalın səbri tükəndi. diqqətlə üzünə baxdı: . ot çalmaqdan qolları gizildəyirdi. həm də kövrələn Zərnigar xanım yenidən dilləndi: Mənim hayıfımı ondan almasan. O. Bəs deyilmi. ağlayıb-sızıldayar. O bu cür sözləri birinci dəfə eşitmirdi. Şamxal isə iki yanını basa-basa gedir.deyə. ay bala . Anası həmişə kişinin üstünə düşüb dava-dalaş salar. Onun kərənti çəkib. Oğlunun gəlişindən sonra həm ürəklənən. ay bala. rahat nəfəs almaq istəyirdi. Zərnigar xanım uzun donunun ətəyi ilə gözlərini silə-silə Şamxalın arxasınca cığıra düşdü və oğlunun enli kürəyinə yapışmış tərli köynəyinə. Heç ərlik-boyluq qızı olan. özünə toxtaqlıq verdi. Bu saat doyunca yemək. anasının yanından sakitcə ötüb qabağa keçdi. Atası hər dəfə bir yana gedəndə. anasının üstünə qışqırdı: . Şamxalın üst- başından təzəcə çalınmış ot iyi gəlirdi. Kərəntini dirəkdən asdı. Kərəntinin ovxarlanmış və ora- burasında yaşıl ot qırıntıları ilişib qalmış iti ağzı parıldayırdı. suya batmış quşburun çarığına baxdı. . __________________Milli Kitabxana___________________ Şamxal anasına yaxınlaşdı. "Görəsən yenə nə olub? Bu zalım qızının da göz yaşı ovcunun içindədir. Hətta ürəyində anasını yamanladı da. sənin kimi oğul böyüdən kişi də belə iş tutarmı? Şamxal dinmədi. Heybəni çiynindən götürdü. niyə gözüyün on yerindən əhəyirsən? Arvad daha da kövrəldi. Şamxal həyotə girdi. hikkəsindən boğula-boğula: .deyə öz-özünə düşündü.Bizi el içində biabır edib. belindəki sallamalı kəmərinə. . Zərnigar xanım göz yaşına ara verib səsini ucaltdı. südümü sənə halal eləmərəm. sonra da sakitləşərdi. Belə. Anasının bu halı Şaraxalı darıxırdı. Önlüyünün ətəyi ilə gözlərini silib. Cəld geri dönüb. oğul! Qiyamətəcən ahu-naləm səni yandırar. əzalarının sızıltısı kəsincəyə qədər uzanmaq." . Zərnigar xanım yenidən kövrəldi. Yenə nə olub. yeridikce çiynindəki kərənti sağa-sola ləngər vururdu. atan ölmüş təzə eşqə düşüb. Xalxalın yanından ötüb çardağa yaxınlaşdı.

. saçını yolub üzünü cırmağa. çarıqlarını və corabını soyunmaq istadiyini görən Zərnigar xanım irəli gəldi. Qurbanın olum. qızışıb adam üstünə gəlməyin axın necə olur. Qoy bilsin ki. əllərini belinə qoyub Şamxalın qabağında dayandı. gədənin əl-ayağına dolaşma. __________________Milli Kitabxana___________________ lim salınmış taxtda oturub.. yaxın gəl. Bircə belə dur. Dədəm hamımızı tikə-tikə doğrayar. ay qağa. əlini çarığın bağına uzatdı. bizi yazıq eləmə. evimizə qan salma. küncə qısılıb titrəyə-titrəyə qardaşının bərəkətlərinə göz qoyan Salatın özünü Şamxalın üstünə saldı. özü eşqə düşmüşdü? "Yaxşı. mənim dediklərimi qulaqardına vurursan?! Atan ölmüşün tərəfini saxlayırsan?! Yoxsa inanmırsan.deyə Salatnın hörüklərindən tutub dartışdırdı. Yenicə uzatdığı bığlarının ucunu ağzına salıb çeynəməyə başladı. bu dəfə dinməz-söyləməz onun ardınca astanaya qədər gəldi. İndi gördünmü tərifli atan nə iş tutub? Xalqın halal-kamal kəbinli arvadını gətirib. Oğlunun sakitcə əyləşib. mindirib mənim boynuma! . deyək ki. .Qoy bu həyasız köpək qızını tikə-tikə doğrasın. şappıltı ilə dizlərini döyməyə başladı. gözü qızışıb. ay gözü tökülmüş tanrı. Arvad təpiklə vurub qapını taybatay açdı. İçəridə taxtın üstündə büzüşüb oturan gəlini göstərdi: . 11    . Şamxal anasının hirsindən əsdiyini görüb. yaxın gəl.Haradasan. Bayaqdan qorxu içində. Onun ovuc-ovuc qanını içəcəm. Amanın bir günüdü. ay qağa. Zərnigar xanım oğlunun əlindən yapışıb çəkə-çəkə ağ daşdan tikilmiş imarətə doğru apardı. Başına dönüm. . Dərdin alım. . atam kişidi. bu zülmü niyə götürürsən?! Anasının fəryadı bu dəfə Şamxala yaman təsir etdi. Salatın yenə özünü qardaşının üstünə saldı. . hə? Gəl. Gəl. farağat dur. Doğrudan da atası nə iş tutmuşdu? Oğluna toy eləyib gəlin gətirmək əvəzinə.O. Qızının dizin-dizin sürünüb əl çəkmədiyini görən Zərnigar xanım: . bəs bu nə üçün evini-eşiyini buraxıb arvad üstünə gəlib?!" Şamxalın rəngi qaçdı. Yeriyəndə yırım-yırım yırğalanır. Amanın bir günüdü. gör atan sənə nə yaxşı ana gətirib? Hər yanı bir gəmi boyda. Əlini sallamalı kəmərindən asdığı xəncərin gümüş dəstəyinə yetirdi. evimizi yıxma. əlini qana bulama! Şamxal bacısını itələyib kənara yıxdı. tamaşa elə!. əllərini tutub yalvardı: . Deyəsən.

Əlini xəncərin dəstəyindon çəkməyən Şamxal onun yalın ayağına. Ev başına dolandı. Üzünə isti qan vurdu. Hə. Bu saat rədd ol burdan. qulağındakı yumru sırğaya. üstü ilə qayıt xarabana! Gəlin sapsarı saralsa da. rədd ol buradan! . kişi deyilsən! Di tez ol! Ani olaraq fikrə gedən Şamxal anasının sözlərindən sonra gəlinə yaxınlaşdı. bu cindar köpək qızının qaş-gözü sənin də ağlını başından aldı? Atan kimi sən də suyuldun? Bu saat onun saçını biləyinə dolayıb sürüməsən. sürü bu itin balasını! Hirsindən rəngi ağappaq ağarmış Şamxal gəlinin üstünə yeriyib boğuq bir sələ qışqırdı: . yoxsa bağırsaqlarını ayağına dolayaram! Gəlin gözünü də qırpmadı. beli büzməli qırçın donuna. Bunu hiss edən Zərnigar xanım oğlunun üstünə qışqırdı: . sürüşüb çiyninə düşmüş nimdaş kəlağayısına. Hünərin varsa. qulaqları güyüldədi. Qeyrətli kişi qadına əl qaldırmaz. Onun qanı qaçmış dodaqları aralandı: . qızışmış köpək qızını?! Sənə demədimmi bir az da burada qalsa başımıza minəcək?! Ədə sal ayağıyın altına. Kürün aşağısındakı uzaq kəndlərin bırindən gətirmişdi. yer ayağının altından qaçdı. Gözünü qırpmadan qarşısında dayanan ucaboy oğlanın sarışın sifətinə baxdı. qızm var. Şamxal qorxusundan uçum-uçum uçunan bu gəlinin öz tərəflərindən olmadığını dərhal bildi. Salatın özünü itirdi. Gördün bu çərhəya. özünü sındırmadı. evdən qovursan? Gəlinin belə sakit. Gəlinin gözəlliyi Şamxalı yumşaltdı. niyə durdun? Yoxsa. günahsız?! .Zərnigar xanım elə qışqırdı ki. Görünür. . Məni sən gotürməyibsən ki. günalısız qana bais olma. Dodaqları səyridi. Gəlin yavaşca ayağa durdu.Yolun altı ilə gəlibsən. şələ-küləni yığışdır. Gəlinin iri qonur gözləri yaşarmışdı. Dur. oğlun. Atıa. təmkinli cavabı Şamxalın qulaqlarında ildırım kimi şaqqıldadı. topuğıma enən gen. __________________Milli Kitabxana___________________ . Nə. tən ortadan ayırdığı qara saçlarına. atası onu haradansa. Onun qolları boşaldı. koftasının yaxasını didişdirən titrək barmaqlarına baxdı. get atanla haqq- hesab çək! 12    . . . Onun ətli sinəsi qalxıb endi. Anasının səsini güclə eşitdi: .

qancıqdan süd əmən! . .Südümə söymə. Gözünü qan örtmüş Şamxal isə getdikcə qızışır. arvadı öldürməyə nə var ki? Vur! Şamxal xəncəri siyirdi. Cahandar ağa oğlunun yaxasından yapışıb qapıya tərəf itələdi. Zərnigar xanım əlləri üzündə dəhşət içində quruyub qaldı. Otağa gur və zəhmli bir səs yayıldı: . Gicgahlarındakı damarlar gömgöy göyərib şişdi..İtil burdan. Hirsindən nə etdiyini bilməyən Şamxal atasının qolundan tutub dartındı: . Ayağını üzən-gidən yenicə çəkən Cahandar ağanın gözü pəncərəyə sataşdı. Burax deyirəm sənə! . az qaldı ki. Kəs səsini. Ata ilə oğul döyüşə hazırlaşan buğalar kimi qabaq-qabağa dayandılar. niyə durubsan? Əlin-ayağın niyə titrəyir. Təpiyinin altına salıb döyəclədi. gəlini sürüyüb ev-dən bayıra atmaq istəyirdi. Qabarıq sinəsini irəli verib Şamxalın üstünə qışqırdı: . Ağzını təmiz saxla. küçük! Şamxal bir əlindəki dəstəyə bir də hələ də lüləsindən tüstü çıxan tüfəngə baxdı. Şamxalın xəncəri gəlinin başına endirmək istədiyini gördüyü ilə tüfəngi hərləməyi bir oldu. Bir anlığa hamı daş kimi donub qaldı. mənim üstümə şeşələnirsən?! Cahandar ağa qolunu hərləyib oğluna bir şillə çəkdi. Polad tiyə havada parıldadı. Salatının ürəyi keçdi. Ə. Güllə açıldı.. Şamxalın əlindəki xəncərin polad tiyəsi iki bölünüb evin ortasına düşdü. dədə! . Arvadların qışqırtısı bir-birinə qarışdığından.Vur. Birdən gəlin var gücünü toplayıb ayağa durdu. __________________Milli Kitabxana___________________ Artıq Şamxal dözə bilmədi. Gəlinin saçını biləyinə dolayıb yerə yıxdı. O. Artıq ölümünü gözü qabağına gətirən gəlin evin ortasında heykəl tək dayandı. partlasın. ovdan qayıdan Cahandar ağanın həyətdə dayandığını heç kəs görmədi. Vəznəli çuxasının ətəyini belinə sancmış Cahandar ağa ağır bədəninə yaraşmayan bir çevikliklə atılıb içəri keçdi və hələ də özünə gələ bilməyən oğlunun üstünü aldı. Şamxal gözləmədiyi bu zərbədən dik atılıb bir pişik cəldliyi ilə geri sıçradı. qancığın balası! . ayaqlarına döşənib sürünən bacısının üstündən keçib irəli şığıdı. 13    . Pəncərənin şüşəsi cingilti ilə ətrafa səpələndi. Kəs səsini. Onun gözlərində qığılcım oynadı. qoduq.

evimi yıxma. irəli atılıb iri bədənini qabağa verdi.Ərinin sakitləşmək istəmədiyini görəndə isə qarğamağa başladı: - Əlin çürüsün. Sürünüb atasının ayaqlarına döşəndi. atası iri pəncəli əlləri ilə bu saat onu yaxalayacaq.Bəsdir. Kişi onun nəzərində getdikcə böyüyüb dağa dönürdü. qalın. mən qana bais ola bilmərəm".deyə mənim üstümə atılmazmı? Yox. gələn kimi evimə qan saldın.A kişi. qıllı çatma qaşlarının arası düyünləndi. Onu yox. Lakin Şamxalın yumaq kimi evin ortasında fırlandığını. elə bil yuxudan ayıldı. Lakın o özünü ələ aldı və birdən atasının üstünə atıldı. Bir göz qırpımında hadisədən çaşıb qalan gəlin yerindən tərpənə bilmədi. uşaqdan əl çək. ay camaat. evə qan düşdü. . ona necə qıyırsan? Qolun qurusun. ağlını başına yığ. "Bəlkə kişi birdən uşağı xəsarət etdi. hirsindən gözü ayağının altını seçməyən Cahandar ağanınsa getdikcə qızışdığını görəndə. Şamxal quzğun kimi üstünə gələn atasından əvvəllcə qorxdu. Üst-başı cırılıb. Cahandar ağanın ağır yumruqları kürəyinə dəysə də. qoymayın. O az qala yerlə sürünən iri qollarını irəli uzadıb oğluna doğru ayıldı. onda necə olar? Bütün günahlar mənim boynumda qalmazmı? Elə Cahandar ağanın özü də sonradan. Ayə. Ə. saçları üzünə dağılan bu cavan qadın heyrətlə Cahandar ağaya baxırdı. pəhləvan cüssəli Cahandar ağanın qara sifəti tunc kimi bozardı. biryolluq canım qurtarsın. yazığam. vurma. . ay insafsız. yazıqda tutar qalmadı. Oğlunun qəfil hücumunu gözləməyən Cahandar ağa tüfəngin qundağı və Şamxalın sinəsindən vurub yerə sərdi. əri olacaq bu adamdan gözünü çəkmirdi. O. Üzünü torpağa sürtdü. diz çöküb kişinin ayaqlarını qucaqladı: . öldürürsənsə məni öldür. hardasınız. __________________Milli Kitabxana___________________ Başı az qala tavana dəyən.qaradabansan. qurbanın olum. Onun nəzərində kişi getdikcə böyüdü və nərildəyərək ov üstünə atılmağa hazırlaşan heybətli bir pələngə döndü. iri həbəşi dodaqları titrədi. O gördü ki. Onda taqsır yoxdur. sehrlənmiş kimi yerindən tərpənmir. balamı öldürdü! Salatın yavaş-yavaş özünə gəldi. ya da əlindən bir xəta çıxdı. Gəlinin bədənini üşütmə götürdü. Sonra da təpiklə döyəcləməyə başladı. . O. mən başıbatmışı öldür ki. 14    . Zərnigar xanım özünü kişinin qabağına atdı. sonra da qabarıq sinəsinin altına salıb xurd-xəşil edəcəkdir. Dili dolaşa-dolaşa yalvarmağa başladı: . uşaqdan əl çək! Ay Allah.

__________________Milli Kitabxana___________________

Cahandar ağa onun hönkürtüsünə baxmayıb, yenə də oğlunun üstünə
yeridi...
Nökərlər səs-küyə tökülüşüb gəldilər. Kürün sahilində qaynar asmağa
gedən qulluqçulardan da özünü haraya yetirənlər oldu. Tapdıq hamıdan
qabaq gəldi. O gördü ki, ağanın təzə arvadı kişinin ayağını qucaqlayıb irəli
buraxmır, Şamxal isə namusa boğulub atasının qabağından qaçmaq istəmir.
Bircə an keçsə yenə hər şey təkrar olacaq, kişi oğlunu təzədən
yaxalayacaqdı. Tapdıq bir sıçrayışla özünü araya saldı. Cahandar ağa onun
enli kürəyinin arxasında qalan Şamxalı görə bilmədi.
- Əl-ayağına dolaşma!
- Ağa, ayıbdır, yoldan ötən, keçən olar.
- Qabağımı kəsmə, deyirəm sənə!
- Ağa...
- Burax məni, o it küçüyünü tikə-tikə doğrayacağam!
- Ağa, səbrin olsun.
Tapdıq Cahandar ağanın başını qatdı. O biri nökərlər isə Şamxalın
dartınmasına fikir vermədilər. Çəkə-çəkə onu çardağın yanına apardılar.
Papağını yerdən götürüb tozunu çırpdılar, hələ də özünə gəlməyən Şamxala
verdilər. Eyvanda nərildəyib, Şamxalın ardınca söyüş söyən Cahandar
ağanın gözündən birtəhər uzaqlaşdırdılar.
Hər şey bir-birinə qarışmışdı. Toyuqlar qorxusundan tara çıxıb
qaqqıldaşırdılar. Küllükdə eşələnən ana toyuq sirkanların arasına dolub
civildəşən balalarının başına bir iş gələcəyini zənn edib, tüklərini
pırpızlaşdıraraq çığırırdı. Hətta talvarın altına bağlanmış itlər belə zəncirini
dartıb qırmaq və hadisə yerinə cummaq istəyirdilər...

2

Şamxal birbaş sahilə endi.
Göyün üzü tərtəmiz idi. Yalnız o tayda, meşədən uzaqlarda, üfüqlə
birləşmiş kimi görünən boz dağların başı üstündə topa-topa ağ buludlar
dolaşırdı. Laylanmış buludların qalın kölgələri boz təpələrin, dərələrin
üzərində qanadını gırmış nəhəng bir quş kimi sürünürdü. Bu kölgələr uzanıb
bərilərə, meşənin ətəklərinə qədər gəlirdi.
İndicə baş veren əhvalatın təsirindən yaxasını qurtara bilməyən Şamxal
yarğanın kənarında oturdu.

15 
 

__________________Milli Kitabxana___________________

Hündür boz təpələri yarıb uçurumlara çevirən Kür meşənin yaxası boyu
uzanıb gedirdi. Tez-tez köpüklənib daşan, yaz aylarında yatağına sığmayıb,
gah sol sahildəki meşəyə soxulan, gah da bəri üzdəki hündür yarğanları,
biçənəkləri, yulğunluqları yuyub aparan Kür bu il daha coşqun idi. O,
nəhəng palıd ağaclarını kökündən qoparıb bir yumaq kimi bürmələyir, özü
ilə uzaqlara - aşağıdakı kəndlərin bəra-bərinə qədər aparırdı.
Şamxal əlini gözünün üstünə qoyub Kürün şaxələnmiş qollarına, eninə-
uzununa yayılan bu nəhəng çayın ortasındakı xırdaca adalara tamaşa etdi.
Həmin adaların bəziləri zaman keçdikcə böyümüşdü. İllərdən bəri suyun
lilləndiyi bu adalarda balaca pöhrələr əmələ gəlmiş, get-gedə qalınlaşıb
meşəyə dönmüşdü. Gecələr o taydan üzüb keçən və kəndə soxulub, toyuq-
cücə oğurlamağa çalışan ac çaqqallar çox zaman bu adadakı cələyə toplaşır,
qaranlıq qarışan kimi səs-səsə verib ulaşırdılar.
Şamxal həmişə yarğanın qaşında oturub, bunlara tamaşa etməkdən
doymazdı. Ancaq indi onun gözünə beç nə görünmürdü. Bir az bundan
əvvəl baş verən hadisələr yenidən xəyalında canlanırdı.
Əvvəlcə o heç bir şey ayırd edə bilmədi. Atası hardan gəlib çıxdı? Kim-
kimə qabaqca əl qaldırdı? Bəs necə oldu ki, Mələk sağ qaldı? Bəs onun
əlindəki xəncər niyə iki bölündü? O heç nə anlamırdı. Beyni uğuldayırdı.
Qulaqları və bil tutulmuşdu, güy-güy güyüldəyirdi.
Şamxal hadisələri təkrar-təkrar yadına saldı. Anasını, yerə döşənən
Salatını, qorxusundan rəngi ağarıb dodaqları titrəyən Mələyi, atasının
heybətli, qorxunc sifətini gözünün qabağına gətirdi. Hadisələr getdikcə
aydınlaşmağa, lilli su kimi çöküb durulmağa başladı. Şamxal hər şeyi başa
düşdü. O, atasına əl qaldırmışdı. Hələ indiyə qədər onların evində belə
hadisə olmamışdı. Nə Şamxal atasının üzünə ağ olmuş, nə də atası ona
güldən ağır söz demişdi. Cahandar ağa həmişə onun boyunu sevər, səhər-
səhər atı minib Kürə sulamağa aparanda samanlığın üstünə çıxıb arxasınca
baxardı. Şamxal atasının onun yelinə uçduğunu, hər yerdə, hər evdə
oğlundan danışdığını çox gözəl bilirdi. O neçə dəfə atasının anası ilə
söhbətini eşitmiş, kənd qızlarının adını çəkib gəlin seçdiyini bilmişdi. Atası
onu çox sevirdi. Bəs indi?..
Cahandar ağanın heybətli nəriltisi yenidən onun qulaqlarında səsləndi.
"Yox, mən bir də onunla üz-üzə gələ bilmərəm. Yəqin kişinin indi məndən
zəhləsi gedir. Harda görsə, yenə üstümə cumacaq. Bəs

16 
 

__________________Milli Kitabxana___________________

anamın təqsiri nədir? Axı niyə onun üstünə günü gətirir? Bundan sonra
anamın günü ah-vayla keçməyəcəkmi? Mən onun göz yaşına necə
dözəydim? Arvad bircə gecənin içində büzüşüb yumağa dönməmişdimi?.."
Samxal düşündükcə daha uzaqlara gedir, ürəyində Mələyi asıb-kəsirdi. O
heç bir vəchlə Mələyə haqq verə bilmirdi. Bu cavan arvadın nə üçün ev-
eşiyini buraxıb, özündən yaşlı kişiyə qoşularaq galdiyini ah-vayla bilmirdi.
"Axı o istəsəydi, gəlməzdi. Atamın sözünə baxmazdı. O gəlməsəydi, bizim
evdə bu dava-dalaş da olmazdı. Taqsırın hamısı ondadır".
Düşüncələr bir burulğan kimi onu qoynuna alıb fırladırdı. Şamxal
yarğanın qaşından ayağa durub üstünün tozunu çırpdı. Suvadağdan düşüb
yarğanın kölgəsinə endi.
Uşaqlar qızıl tozu səpələnmiş kimi par-par parıldayan qumluqda
uzanmışdılar. Bəziləri özünü suya atıb çimir, bəziləri də yastı daşları suyun
üzündə sürüşdürürdülər. Narın ləpələrə toxunub şütüyən daşlar şıldır yerdə
qurulamış qovaq ağacına qədər gedirdi.
Şamxal daş atmaqda bəhsə girən uşaqlara, budaqları lillənib qalan
çiləkənə, ağacı yerindən tərpədə bilməyən boz-bulanıq sulara baxdı.
Elə bil gücsüzlüyünü hiss edən sular hirslənib kötüyün ətrafında
fırlanırdılar. Bunlara əhəmiyyət verməyən çılpaq bir uşaq isə ağacın üstündə
oturub suya qarmaq atırdı.
Şamxal ixtiyarsız olaraq köksünü ötürdü. Axı o da cami altı-yeddi il
bundan əvvəl, bu uşaqlar kimi çimib, qumsallıqda eşələnirdi. Yoldaşları ilə
birlikdə üzə-üzə Kürü keçib meşəyə adlayardı. Axşama qədər moruqdan, cır
meyvələrdən yeyər, qaranlıq qarışanda isə sal bağlayıb, bəri üzə
qayıdardılar. Bəzən də istilənmiş qara camışları suya töküb çimizdirər,
sonra da şığıyıb Kürdən keçirərdiiər. Fınxıra-fınxıra üzən kəllərin
quyruğundan yapışıb Kürü adlamaq onlara ləzzət verərdi.
Şamxal birdən-birə qocaldığını hiss edən adamlar kimi uşaqlığını
xatırlayıb kədərləndi. Onu qəhər boğdu. Bayaq yad adamların yanında
biabır olmamaq üçün ağlamağını saxlaya bilmişdisə də, indi bacarmadı.
Gənclik qürurunun tapdalandığını hiss edib kövrəldi. Onu atasının
hərəkətlərindən daha çox Mələyin mərhəməti daha yandırırdı. Şamxal
Mələyin diz çöküb yalvardığını, "A kişi, yazıqda tutar qoymadın", - deyə
ona tərəf durmasını xatırlayanda dözə bilmədi. Hirs onu boğdu. "Gör nə
günə qalmışam ki, mənim döydüyüm adam mənə qəhmər çıxır, mənə yazığı
gəlir. Məni atamın əlindən almaq istəyir. İndi mən

17 
 

__________________Milli Kitabxana___________________
nə üzlə geri qayıdım? Bundan sonra Mələk mənə yazıq, yetim bir uşağa
baxan kimi baxmazmı? Sonra da qarşımda dayanıb, "Hə, necəsən, o sənin
kişiliyin, bu da mənim arvadlığım" – deməyəcəkmi? Bəlkə də lağa qoyub
güləcək! Mənə məsxərə edəcək! Atam da indiki kimi ona yan basacaq. Yox,
mən bir də o evə üz tutmaram. Çıxıb gedəcəm. Harda olsa, bir parça çörək
taparam. Bəs anamın, Salatının axırı necə olacaq?" Şamxal ağzı üstə uzanıb
çənəsini qollarına söykədi. Onun çiyinləri qalxıb-enir, bütün bədəni
titrəyirdi. O ağlamırdı. Ağzı üstə uzanıb eşələnir, daxildən qopan nəriltini
boğmaq istədikcə titrəyib çalxalanırdı... Axşamtərəfi boğuq bir gurultu
qopdu. Hündürlüyü on sajenə yaxın olan yarğan uçub suya töküldü. Qatı
duman suyun üzünü bürüdü. Yarğan uçanda qabağı kəsilib göllənən su
özünə yol açıb, yenə əvvəlki kimi sarı torpağı yalaya-yalaya, qıjıltı ilə axıb
getdi.
Şamxal diksinib qalxdı. Gözünü yarğan uçan tərəfə zillədi. Sonra da
əlini üzünə çəkdi. Yanağında laxtalanmış qam ovxalayıb tökdü. Əyilib axar
suda əl-üzünü yudu. Üst-başının tozunu çırpıb papağını düzəltdi, Lap
yaxında, suyun dayaz yerinə qonmuş balaca, caydaq bir quş cikkildədi.
Şamxal dönüb baxdı. Uzun quyruqlu quş balıq axtarırdı.
Şamxal bir dəstə qızın yarğanın qaşı ilə suya endiyini görüb ayağa
qalxdı. Başqa vaxt olsaydı, o, yerindən durmazdı. Əksinə, bəlkə da,
yaxındakı yulğun kollarının arasına girib, nağıllarda söyləndiyi kimi, suya
tökülüb çimişən bu mələk qızların ağ bədəninə, sinələrinə dağılan uzun,
qara saçlarına oğrun-oğrun tamaşa edər, onların ördək kimi suya baş vurub
üzmələrinə, zarafatlaşıb bir-birilərini suya basmalarına, sonra da balıq kimi
şütüyüb adaya qədər getmələrinə göz qoyardı. Bəlkə do balaca vaxtı elədiyi
kimi, qızlardan birinin paltarını götürüb gizlədərdi də. Lakin indi onun
ortaya çıxası halı yox idi. Üst-başı cırılmış, ağız-burnu əzilib gömgöy
edilmişdi. Hələ indiyə qədər kənddə heç kəs onu bu kökdə görməmişdi.
Kürü üzüb o üzə keçməkdə birincilik qazanan, at çapıb xəncər oynatmaqda
heç kəsə aman verməyən, yaba, yumruq davasında dəfələrlə qalib gələn
Şamxal buradan uzaqlaşmağı qərara aldı. Dərhal paltarını soyundu. Qızların
qaqqıltısı və ayaq tappıltıları yarğanda səslənincə, paltarını başına dolayıb,
özünü suya atdı. Bir göz qırpımında üzüb cələyə keçdi. Qızlar sahilə enənde
qarşıdakı adada tərpənən yulğun kollarından başqa heç na gormədilər.

18 
 

__________________Milli Kitabxana___________________
3

Günbatan çağı Kürün üstünü bürüyən duman ətəyini sallayaraq, asta-
asta ətrafa yayıldı. Gün qərbə doğru əyiləndən sonra yuxarıdakı boz
dağlardan xəfif meli əsdi. Otların, dəmyələrdə əkilmiş sinəsi laləli taxılların
üstündən keçib gələn bu axşam küləyi sahilə enib Kürün üzərinə duvaq kimi
çəkilmiş ağ, nazik dumanı qovub uzaqlara - aşağıdakı kəndlərə doğru
apardı. Getdikcə suyun səthinə yatan çiskinli duman cələdəki yulğun
kollarına toxunaraq parçalanır, sürünə-sürünə o taya - meşəyə doğru gedir,
orada isə ağacların başına dolanıb yox olurdu. Örüşdən qayıdan mallar
buynuzlaşa-buynuzlaşa sahilə enib doyunca su içir, o taydan, odun
qırmaqdan qayıdan kənd cavanları isə sal bağlayıb bəri üzə keçirdilər.
Səhərki hadisədən sonra atına minib meşəyə gedən Cahandar ağa da
sahildə idi. O bütün günü hirsli-hirsli meşədə gəzmiş, dərdini dağıdıb,
başını qatmaq üçün qabağına çıxan quşlara, vəhşi donuzlara güllə atmışdı.
Nəhayət, axşamüstü Qarasuyun yaxası boyu keçib gedən maralların izinə
düşüb Kürün sahilinə qədər gəlmişdi. Cahandar ağa su içən maralların
üstünü almış və sərrast atdığı güllə ilə iri bir maralı vurub yıxmışdı. Atdan
düşüb ovunu kənara çəkmiş, cələdə dalda bir yerdə gizlətmişdi.
Cahandar ağa Kürün kiçik qolunu keçib cələyə çatdı. Qarşı sahildəki
kənd evlərini görən at bərkdən kişnədi. Cahandar ağa iki barmağını ağzına
salıb fit çaldı. O həmişə evdən qayıdanda bu yolda Kürdən keçər və cələyə
çatanda iki dəfə fil çalardı. Evdəkilər dərhal onu başa düşər, vurulmuş ovu
gətirmək üçün araba qoşub sahilə enərdilər.
Bu dəfə də belə oldu.
Cahandar ağa atını girmədən salıb sahilə çıxanda enişdən gələn araba ilə
qabaqlaşdı. Həmişə ovdan qayıdanda onu oğlu Şamxal qarşılayırdı. İndi isə
arabanın boynunda oğlu yox, nökərlərdən biri əyləşmişdi. Maralı vurandan
sonra kefi bir qədər açılan Cahandar ağanın qaşqabağı yenə tutuldu. O,
kəllərin qabağını saxlayıb cavab gözləyən nökərə üzünü belə çevirmədən
dilləndi:
- A bala, a Tapdıq, arabanı yuxarıdan, girmədən sal. Qız qayasının alt
tərəfindəki cələyə sür. Oradakı içi ovuq qovağı görmüsənmi? Həmin ağacın
dibində maral var. Arabaya qoy gətir.

19 
 

__________________Milli Kitabxana___________________

Oğlan horultu ilə su içən kəlləri çubuqlayıb arabanı suya saldı. Təkərin
dəmir şini xırda daşları əzib qıcırdadı. Su əvvəlcə təkərin topunu, sonra da
cağları batırıb tara çıxanda təkərlərin qıcıltısı da çəkildi. Atını mahmızlayıb
dikdirə qalxan Cahandar ağa qanrılıb geri baxdı.
- Ayə, yuxarıdan sür, yoxsa arabanı çiləkənə vurub döndərərsən. - Araba
qarşıdakı cələdə gözdən itəndə, sahildən düz həyətlərinə çıxan cığırla birbaş
evlərinə gəldi. Atdan düşüb nökərləri səslədi: - Ay uşaq, kim var, gəlin, atın
yəhərini alın!
O, tüfəngi eyvanın dirəyindən asıb samanlığın üstünə çıxdı. Gözünü
günbatan tərəfə, çəmənliyə zillədi. Mallar Kürün yaxası boyu qatarlaşıb
gəlirdilər. Yelini dolmuş inəklər balasına çatmaq üçün mələyir,
yazabuğalar, düyələr bir-birini buynuzlayıb qovurdular. Naxırdan xeyli
aralanıb nərildəyən iri bir buğa ayağı ilə yeri eşib tozu göyə sovururdu.
Cahandar ağa naxır Kürdən su içib yarğanın qaşına çıxana qədər samanlığın
üstündən enmədi, Boğazı zınqırovlu maral erkac kimi qabağa düşüb xalxala
yaxınlaşanda nökərləri səslədi. Özü də onlarla bərabər naxırın qabağına
getdi. Pərli-budaqlı buynuzunu şax tutub yeriyən maralı onu görən kimi
yaxınlaşıb əlini iylədi. Heyvanın soyuq və nəm burnunun təmasından
kişinin qıdığı gəldi. Cahandar ağa heyvanın başını, qulaqlarının və
buynuzunun dibini qaşıdı. Üç il bundan əvvəl meşədən tutub gətirdiyi və
əldə böyüdüb naxıra qatdığı bu maral həmişə onun dərdini dağıdardı. Ancaq
bu dəfə belə olmadı.
Nökərlər heyvanları yerləşdirdilər. Qulluqçular inəkləri sağıb
rahatladılar. Zəncirdən açılmış itlər mırıldaşa-mırıldaşa yallarını içdikdən
sonra evin ətrafına dolanmağa başladılar.
Heyətə sakitlik çökdü. Bu sükut getdikcə gücləndi və bütün şənliyi
bürüdü. Sahilboyu səpələnmiş kənd evlərinin solğun işıqları, həyətlərdə
qalanan ocaqların közərtiləri də yavaş-yavaş söndü. Kürün qıjıltısı gücləndi.
Əsən asta külək biçilmiş otların qoxusunu kəndə doldurdu. Hamı evə
çəkildi. Cahandar ağa isə qapıda hərlənir, pəncərəsindən zəif işıq gələn
otağa yaxınlaşa bilmirdi. İndi o nə etməli idi? Öz hərəkətlərinə necə bəraət
qazandırmalı idi?..
İki gün bundan əvvəl, şəhərdən qayıdarkən, Kürün sahilinda Mələyə rast
gələndə o heç nə fikirləşməmişdi. Cavan, ətli-qanlı gəlini su kənarında
görəndə sönməkdə olan ehtirası birdən-birə quduz kimi oyanmışdı. Hələ
keçən il, dağa köçəndə, Cahandar ağanın gözü bu gəlini almışdı.
Göytəpəlilər dağ yolunda, çay kənarında arabalarını aç-

20 
 

__________________Milli Kitabxana___________________

mışdılar. Kürün aşağısındakı obaların köçü isə gəlib keçirdi. Bir dəstə qız-
gəlin atla, arabalardan qabaq yola düşmüşdü. Onlar bulaq başında cılovu
çəkib atlarını suladılar. Elə bu vaxt Cahandar ağanın gözü yəhərin üstündə
şostlə oturmuş Mələyin açıq buduna sataşdı. Gəlin ətəyinin
çirmənməyindən xəbərsiz olsa da, bir qadın sövq-təbii ilə kiminsə ona
baxdığını duydu və ətrafına göz gəzdirəndə bulağın üst tərəfində tüfəngini
qucaqlayıb otluğa uzanmış Cahandar ağanı gördü. Gəlin öz gözəlliyini dərk
edən bir qadın qürurundanmı, yoxsa ona gözünü zilləyən kişinin
ağayanalığını xoşladığındanmı, nədənsə, gülümsündü. Bunu hiss cdən
Cahandar ağanın iri dodaqları aralandı. Ancaq Mələk ani şaşqınlıqdan sonra
özünü ələ aldı. Pul kimi qızardı. Kəlağayısını gözünün üstünə çəkib atını
mahmızladı. Donunun çir-mənmiş yerini düzəldib budunu örtdü. Bir göz
qırpımında qarşıdakı döngədən burulub yox oldu. Cahandar ağa
arabaçılardan bu koçün hansı obanın olduğunu öyrənsə də, nə gəlinin adını,
nə də kimliyini heç kəsdən soruşa bilmədi.
...İndi bir ildən sonra təsadüf onları yenə qabaqlaşdırmışdı. Cahandar
ağa çoxdan bəri xəyalından çıxmayan gəlini görəndə atının başını çəkib
saxlamış və donunun ətəyini dizindən yuxarı qaldırıb paçasının arasında
bürmələmiş gəlinin suda daha gözəl görünən maya kimi ağ baldırlarına
həsrətlə, oğrun-oğrun baxmışdı. Mələk axşamüstü günəşin son şüalarını əks
etdirib parıldayan Kürün qızılı sularında əl-üzünü yuyurdu.
Cahandar ağa atını yaxrı sürüb:
- Ay bacı, atan ehsanına bir qab su ver, içim, - demişdi.
Mələk səsə diksinib geri dönmüş və başının üstünü kəsdirən enli-kürük
kişinin bığının altından gülümsədiyini görmüşdü. Gəlin əlləri titrəyə-titrəyə
iri mis parçı doldurub qabağa uzadanda Cahandar ağa Mələyin biləyindən
yapışıb özünə doğru çəkmiş və bir göz qırpımında atın qucağına almışdı.
Onun çırpınmasına baxmayaraq atı Kürə salmış və birbaş o taya, meşəyə
keçmişdi. İki gün binələrdə gecələdikdən sonra öz qələbəsindən məst olan
Cahandar ağa Mələyi götürüb birbaş evə gəlmişdi. Onsuz da taleyindən
narazı olan Mələk isə bu şir ürəkli kişinin iradəsinə tabe olub susmuşdu.
Cahandar ağa hər şeyin sakit keçəcəyini, Zərnigarın bir az deyinib
susacağını zənn etmişdi. Ancaq səhərki hadisə onu sarsıtmışdı. Əksinə
baxsan, Cahandar ağa gözü qızıb Mələyi gətirəndə uşaqlarını heç yadına
salmamışdı.

21 
 

__________________Milli Kitabxana___________________

... İndi o, qapıda hərlənir, içəri girməyə cəsarət etmirdi. Qorxurdu ki,
qapını açan kimi yenə hay-küy düşəcək, kim bilir, bəlkə də əlindən bir xata
da çıxacaqdır.
Nəhayət, göyün üzünə ulduzlar səpələnib, hava tamam soyuyanda
Cahandar ağa içəri girdi. Gözlədiyinin əksinə olaraq onu sükutla qar-
şıladılar. Əksinə baxsan, heç onun qabağına çıxan olmadı. Şamxal evdən
gedəndən sonra Zərnigar xanım küncün birinə çəkilib ağlayır, Salatın isə
qorxusundan gözə görünmürdü. Yalnız Mələk evdə idi. O, taxtın ayaq
tərəfİndə divara qısılıb oturmuşdıı.
Tavandan asılmış çırağın fitilini qaldıran olmadığından, otaq güclə
işıqlanırdı. Bu zəif və solğun işıq onu daha da darıxdırdı. Əlini uzadıb fitili
yuxarı çəkdi. Yalnız bu zaman dönüb Mələyə baxdı. Əli qoynunda
dayanmış gəlin gözünü pəncərəyə zilləmişdi. Paltarı bir neçə yerdən
cırılmışdı. Yanağında və alnında qara ləkələr vardı.
Cahandar ağa xeyli nə edəcəyini bilmədi. Ona yaxınlaşıb könlünümü
alsın, yoxsa qışqırıb "səsini kəs"mi desin. Sükut xeyli çəkdi. Mələyin sakit
axan göz yaşı gücləndi. Otağı hıçqırıq bürüdü. Taxtın üstündə mütəkkəyə
dirsəklənən Cahandar ağanın səbri tükəndi.
- Di yaxşı, axşam-axşanı gözünün yaşım az axıt. Dur, bəri gəl
görüm.
Matok yavaşca ayağa durdu. Taxla yaxınlaşıb kişinin qabağında
dayandı.
- Məni niyə bədbəxt elədin? Yurduma-yuvama niyə su saldın?
Mələyin kədərli görkəmi kişini qəhərləndirdi.
- Axı sənə nə olub? - deyə soruşdu.
- Daha bundan artıq nə olacaq, el içində biabır oldum. İndi mən
hansı üzlə geri qayıdım? Mənim böyük tikəmi qulağım boyda eləməzlərmi?
- Sarsaq-sarsaq danışma. Sərt bu evdən heç yana getməyəcəksən!
- Bəs Şamxal?
- Kim? O nə qoduqdur? - Kişi qalxıb dik oturdu. - Bir də onun
adını mənim yanımda çəkmə!
- Bəs arvadını, qızın?
- Az danış, onların sənə dəxli yoxdur.Bu evin sahibi mənəm, mən də
nə elədiyimi bilirəm.
O nə qədər hirsli olub Mələyə susmağı əmr etsə də, qəlbinin
dərinliklərində haqsızlığını duyurdu. Bu hadisənin belə sakitcə gəlib
keçməyəcəyini, evdə hər gün dava-dalaş düşəcəyini aydınca görürdü. Ancaq
o, evinin əmin-amanlığını saxlamaq, necə olur-olsun, dil tapıb

22 
 

Ocaq alovlandı. bir daha buralara üz çevirməyəcakdir. at oynatmayacaqmı? Düşüncələr getdikcə güclənir. Aparın bişirin. Xırman yerində maralın yanını kəsdirən nökərlərə yaxınlaşdı: . Qab-qacaq gətirib kişilərin yanını kəsdirdilər. Həyətdə səs-küy çoxaldı. Pəncərə şüşələri elə bil alışıb yandı. Az sonra onun dalınca gedən Tapdıq əlindəki tənək çubuğunu oynada-oynada pəncərəyə yaxınlaşdı. bir yaxşı ocaq çatın. Heç beş dəqiqə keçməmiş şaqqalanan maralın əti doğranıb sinilərə dolduruldu. . Cahandar ağa pəncərədən həyətə. bu nə işdir tutmusan?" . bu saat Qori müəllimlər seminariyasında oxuyan oğlu qapını açıb içəri girəcək. Araba təkəri-nin cırıltısı və kəlləri haylayan Tapdığın səsi eşidildi. Bəs Əşrəf?. nökərlərin köməkləşib maralı arabadan necə düşürdüklərinə göz qoydu. qızı vardı. 23    . bir az çığır-bağır salacaqlar. Ağa. Kəndin üstünə çökən qaranlıq qorxurmuş kimi.deyəcəkdir. Deyəsən. Bir-iki şiş kabab gətirsəniz. Axı. nə olub. Arvadlar əl-ayağa düşüb. Ay uşaqlar. arvad tayfasının qaydasıdır. Bozartmalıq ətlə kabablıq ayırd edildi. bu axşamkı kabab bizə qismət olacaq. Zərnigar da yazıq idi. bəsimdir. qaşlarını çatıb "Ata. onunla bir yastığa baş qoyurdular. tələsik qara damlara qaçdılar. Yetişmiş oğlu. . Heç nə olmaz. Cahandar ağa gah hirslənir. Cahandar ağanın həyətinə yaxın gəlmədi. sonra da qınlarına çəkilib susacaqlar. nahaq yerə başını cəncələ saldığını duyub peşmanlayır. Uşaqları da çağır.. maralı gətirdim. İtlər zingildəyib susdular. gah da özünə ürək-dirək verirdi. Ona elə gəldi ki. Tapdıq eyvandan aralandı. Sonra da baş götürüb evdən gedəcək. İndi necə olsun? Onu bu evdən qovmaq olarmı? El-oba buna nə deyər? Bəs Mələyin təqsiri nədir? Bu yazığı da yerindən-yuvasından o oynatmayıbmı? Bəs onun əri? Bu gün-sabah meydana çıxıb qan-qan deyə. Onun sözünü gizli sevinclə qarşıladılar. Yoxsa o da qardaşı Şamxal kimi mənim üstümə düşəcək? Anasına qəhmər durub məni bihörmət edəcək?". . __________________Milli Kitabxana___________________ hər şeyi səhmana salmaq istəyirdi.. eldən çıxan bir iş tutmamışam ki? Elə dədə-babadan iki arvad saxlamaq peşəmiz deyilmi? Bu işi bir mən ha görməmişəm. Kişi lap darıxdı. eyib deyilmi. neçə il idi ki. ağır yük kimi onu əzirdi. "Əşi..

cavan qadının hərarətli təmasından məst olurdu. keç günahımdan. Ətrafı köz üstündə bişən yağlı ət iyi bürüdü. Təmiz havası. Mələk bu evə gəlməyindən narazı deyildi. səni heç yerə buraxan deyiləm. Kişi tüpürdüyünü yalamaz. Qalanları isə çöməlib əti gözdən qoymur. Mələk bir pişik mehribanlığı ilə Cahandar ağanın sinəsinə qısılıb xumarlanır. Ürəyi yumşalıb barışacaq. elə bil mən də sənin qulluqçun. Elə mən özüm də onu dilə tutacağam. __________________Milli Kitabxana___________________ Tapdıq qolunu çırmayıb göstəriş verməyə. Şişləri yan-yana düzdülər. O. ağanı hirsləndirməmək üçün həmişəki kimi kababı özü bişirməyi qərara aldı.. Birtəhər dilə tutub. sonra bağırsaqları dartışdıra- dartışdıra həyətdən uzaqlaşdılar. bir qəzadı başıma gəlib... Bir-ikisi ocaqdan bir az aralı başını biləklərinin üstünə qoyub uzanmışdı. yola gətirmək lazımdır.. Əllərinə bir şey keçməyəndə isə geri çəkilib astadan zingildəyirdilər.. Ocağın ətrafında hərlənənlərin kölgələri tez-tez çarpazlaşıb həyətə sərilir. onun dediyi sözlərə qulaq asdıqca ürəyindəki şübhə və qorxu yoxa çıxırdı. Hələ beş yaşı tamam olmamış dağda onların evini sel aparmışdı. özündən cavanları buyurmağa başladı. əl-ayağına düş. yazığam. yavaş-yavaş köz düşürdü. O.Özün bilirsən ki. Sonra da bir-birimizə isinişəcəksiniz. Zəncirdən açılmış itlər də ət iyini duymuşdular. Xasiyyətini bilirəm. bəzən də uzanaraq çəpəri aşır. Mələyin nəfəsindən məst olan Cahandar ağa pıçıltı ilə təzə arvadını oxşayırdı: . Tapdıq maralın içini təmizlədikdən sonra bağırsaqları bir neçə yerə bölüb itlərin qabağına atdı. balacalıqdan yetim qalmışdı. yalvar. de ki.. Hər şey düzələcək. kənardakı ot tayalarının üstündə dolandıqdan sonra qaranlığa qarışırdı. Nökərlər palıd odununun sürüşüb düşən közlərini bir az da irəli çəkdilər. Sən həmişə. ətrafa sıçraşır. qəbrəcən mənim olacaqsan. Ancaq o da yazıqdı. sərin diş göy nədən bulaqları. Gecədən xeyli keçmişdi. Kür- dən xeyli aralı olan dağ kəndlərindən idi. Əslinə baxsan. başıaçıq böyömüşdü. fürsət tapan kimi sinib irəli sürünürdü. Ata-anası da dayə ilə birlikdə yox 24    . . Yanına get. Tüklü sinəsində mehriban bir əlin gəzdiyini hiss edən Cahandar ağa hər şeyi unndub Mələyin ətli bədənini qucaqlayır. Necə olsa uşaqlarımın anasıdır. güllü-çiçəkli çəmənlikləri olan bu kəndin bütün qızları kimi Mələk də ayaqyalın. fikir eləmə. Ocaq çatıldadıqca qığılcımları. Qabağında dillənib üzünə ağ olmaram. İtlər əvvəlcə bir-birinin üstünə cumdular. O.

qırçınb donunun içində quzu quyruğu kimi yırğalanan ən-damına baxdı. Kənddə hamı onun qoçaqlığından danışırdı. Bulaq başına. Ancaq bir gün Mələk gözünü açdı və gördü ki. deyəsən. Otaqda bir neço dəfə fırlanıb. əmisi arvadına İnandığı üçün heç nə düşünmür. Aynada qaş-göz oynadıb şaqqıldadı. üstünü vurmadı. Qabarıq sinəsi elə bil köhnə koftasını partlatmaq istəyirdi. əmisinə. İllər keçdikcə onlar böyüyür və bir-bir nişanlanıb ərə verilirdi. Qaça-qaça bayıra çıxdı. üstü çil-çil güzgünün qabağında dayanıb. O. beləliklə də salamat qalmışdı. Lakin həftələr keçib. Hürkmüş kimi geri çəkildi. nəhayət. Yanaqlarına. Mələyin dörd əmisi qızı vardı. çox qoçaq qız idi. O. yaylağa qalxanda onu özü ilə aparmışdı. Sonra da küncdəki badyanın ağzını açıb bir qaşıq süd üzü götürdü. çay kənarında. ona da növbə çatacağını.. hətta özündən kiçik olan qızlar belə ərdədirlər. Nəhayət. . "Yox. Binəyə köçəndə. Səhər tezdən suya gələn arvadlar. bir qızlıq sövq-təbiilə hiss etdi ki. ortaya çıxan olmadı. onun da belə bir şad günü olacağını fikirləşirdi. qızlarla oynamağa gedən Mələk geri qayıtmamış. divardan asılmış balaca. O belə bir qızı tezliklə əldən vermək istəmirdi.deyə xəyalından keçirib qımışdı. Xoşbəxtlikdən gündüzdən əmisigilə. __________________Milli Kitabxana___________________ olmuşdu. Elə bil qız birdən şam kimi alışıb yandı. Mələyin də qulağı bu sözü çalmışdı. ev-eşik sahibi olublar. Mələyi fikir götürdü. O az qala özü boyda olan mis səhəngi dalına alıb dodaqaltı zümzümə edə-edə yoxuşa dırmaşırdı. Yaşının az olmasına baxmayaraq dərədən dörd-beş səhəng bulaq suyu gətirərdi. Qızın özündən xoşu gəldi. aylar dolandısa da. Əmisi arvadı Mələkdə baş verən dəyişikliyi hiss etsə də. Mələk güzgüdə bir də özünə baxdı. pis deyiləm". İri gözləri bulaq kimi qaynayırdı. onun tay-tuşları. qız nişanlıdır. "Bəs mən? Yoxsa eybəcərəm? Qaş-gözümdə şikəstlik var? Niyə mənə yaxın duran yoxdur?" Bir gün evdə heç kəs olmayanda. Əmisi arvadı onu yanından buraxmamışdı. boy-buxununa xeyli baxdı.. onun ən gözəl günləri gəlib keçir. Hər dəfə toy olub qızlar cehizlə köçürüləndə Mələk uşaq kimi sevinir. kürəyinə tökülmüş saçına. Atını sulamağa gətirən kənd cavanları onu 25    . atını sulamağa enən cavanlar Mələyin cığırla dərədən çıxdığını görürdülər. qaynarda ondan söz soruşub ağzını arayan olanda cavab verirdi ki. vaxtı çatanda ona da cah-cəlalla toy olacağını gözləyirdi. Yanaqlarından az qala qan damırdı. Qaşları çatma idi. saçlanna çəkdi. qardaşım oğluna alacam.

kəndin varlı adamlarından olan Allahyar yeddi dəfə evlənmişdi. birbaş yuxarı dağ kəndlərinə getmiş və orada Mələyi görüb elçi düşmüşdü. Deyilənlərə görə. bir gün Mələyi Kürün aşağı tərəfindəki kəndlərdən birinə ərə verdilər. arvad saxlayan deyil. Hərəsində bir eyib tapır və evdən qovurdu. . göydəki buludların dağların başına neca qonduğuna baxaydım. . Bir də bu qərib kənddə onun dərdini söyləyəsi bir adamı da yox idi. O. atını sulayan oğlanlardan məni anan olurmu? Yoxsa yaddan çıxmışam?" . Onsuz da taleyindən küskün olan Mələk elə ilk ətindən ərinə boyun əymiş. onun dediyi ilə oturub durmuşdu. Allahyar da ilk günlər ona pis olmamışdı. qoy əynin sevinsin". uşaq dərdi idi. Mələyin yediyini-içdiyini burnundan tökmüşdü. sonra da bulaq başına qaçaydım. Allahyar aldığı arvadla altı-yeddi aydan artıq yaşamırdı. bir an belə kəndlərini. Allahın altında bircə günlüyə qanadlı quş olaydım. örpəyinin ucu ilə dolmuş gozlərini silirdi. Ancaq bir üdən sonra yavaş-yavaş kürlüyo başlamış.deyə onun arxasınca ağız əymişdilər. . dolama yolların uzanıb getdiyi təpələrin o üzündəki dağ ətəyində güclə görünən kəndlərinə baxırdı. sonsuz arvad mənim nəyimə lazımdır". uça-uça gedib bacamızdan içəri düşəydim. dərdini heç kəsə açmırdı. "Niyə ıışağın olmur. Cəmi bir neçə həftəyə hər şeyi həll edib qızı evə gətirmişdi. "Yetinliklə böyümüsən. Çiçəklər də yazın əvvəlindəki kimi tərtəzədir.demişdi. oraların otu hələ solmayıb. Mələk sirrini çölə salmamaq üçün qonum-qonşuya belə getmirdi. Kişi ondan xeyli yaşlı idi. Sonuncu arvadını boşayandan sonra heç kəs ona qız verməmişdi. Mələyi geyindirib-kecindirmiş. döşlərdə mal otaran uşaqları. O. evimizə doyunca baxaydım. "Nə olsun. Çiçəklərimizin. __________________Milli Kitabxana___________________ bulaq üstündə görəndə daha əvvəlki kimi həsrənə baxmırlar.deyə evdə dava-dalaş salmışdı. sonuncu arvadı ilə haqq-hesabı kəsəndən sonra öz kəndlərindən evlənə bilməyəcəyini başa düşüb. atını çapıb çəmənliklərdə 26    . Otların üstünə sərilib. dövləti varsa da. Bəlkə heç kişiliyi də yoxdur". Görəsən məni heç yada salan varmı? Suya gələn qızlardan. əmimə. Hər gün bir bəhanə ilə onu danlayıb söymüş. Mələk şam kimi ərisə də. Bulaqların suyu görəsən yenə sərindirmi? Yenə qayaların arasından sızdıqca şırıldayırmı? Ah. yeniyetmə qızlara söz atıb mahnı qoşurlar.dey düşünür. kəkotumuzun iyindən ötəri burnumun ucu göynəyir. Əslində isə onun dərdi. Tez-tez eyvanda dayanıb yuxanlara. "İndi yəqin ki. Nəhayət. Ondan daha cavan.

O. Ucqardakı qara damdan kiminsə səksəkəli səsi eşidildi. əlini gözünün üstünə qoyub çiləkənlərə. kimsən? Şamxal Çərkəzə cavab vermədi. qayınanası da ona göz verib. __________________Milli Kitabxana___________________ gəzən oğlanları unuda bilmirdi. Onlar sakitcə içəri keçdilər. lap aşağılarda suların birləşdiyi yerdəki qayalıqlara baxırdı. Çırağın hisindən kərənlər qapqara olmuşdu. Ə. Orta bacanın altındakı ocaq yerində iri bir kötük yanırdı. onu caynağına alıb birbaş evinə gətirdi. a adam. Bax elə bu vaxtlar Cahandar ağa peydə oldu və ley cücə götürən kimi.. Onu qınayan olmasaydı. gecə vaxtı qəbirdən xortdamış kimi bardan gəlirsən? Şamxal həmyaşıdı Çərkəzin xasiyyətinə bələd idi. O. Çərkəz hələ də çaxmağın dabanını endirməmişdi. Əri o yana dursun. Güləsər yumaq kimi büzüşüb yuxuya getmiş. Ə. Gecədən xeyli keçmiş kəndin aşağısında itlər hürüşdü. Dirəkdən asılmış qara çıraq qazma damın divarlarını güclə işıqlandırırdı. yeri oldu olmadı. mənəm. nə səs-küy salıbsan? Çərkəz gözlədi. Qorun altında qara aftafa vardı. yarğanların dibindəki burulğanlara. işıq vermir. Divarın torpağı quzulayıb tökülürdü. Küncə-bucağa dolmuş qarafatmaların qəmli cırıltıları çöldəki böcəklərin səsinə qarışmışdı. Əgər o. xeyir ola.. Ancaq bu dəfə ona cavab verməyə həvəsi yox idi. Bərk ayaqda əmisinə sifariş edib yanına çağırmağı və dərdini ona açmağı qərara almışdı. Ehtiyatlı oğulun anası ağlamaz. Hisli çırağın başına dolanan pərvanələrin iri kölgələri gah divarda sürünür. dolama cığırlar yuxusuna girirdi. Ə. Mələk axır vaxtlar tez-tez Kürün sahilinə çıxır. İçəri his dolmuşdu. Tez-tez yarpızlı dərələr. . Bu qərib sükutdan Şamxal elə bil vahimələndi. Ayə. ya da yuxarı gedən arabaların biri ilə evlərinə qayıdardı. cana doysa da. həmişə zarafat edib adamlara sataşmağı sevərdi. Nə çoxdu anasının əmcəyini kəsənlər. ya piyada. uzun 27    . Bunu görən Şamxal sakit dayana bilmədi: . Şamxal çaxmaq şaqqıltısını eşidib dinləndi: . O. hələ qəti qərara gələ bilmirdi. hiss edirdi ki. düşmənli adamlar kimi tüfəngi niyə hazır tutubsan? . bütün bu işlərin sonuna çatmaq istəyirdi. Yavaş-yavaş evə yaxınlaşdı. Qaraltı ona yaxınlaşandan sonra dirəyin halından çıxdı: . Şamxal da dil altında qalan deyildi. Allahyanı evdə qəfəsə salınmış quş kimi yaşayır. gah da torpaq döşəməyə sərilirdi. burada. Mələyi eşitməsə onda. gözucu mitil yorğan- döşəkdə yatana baxdı. Ancaq hələlik səbr edir. Qara damın qabağındakı çardağın dirəyini özünə dalda edən Çərkəz qaraltının kim olduğunu bilənə qədər əlini tüfəngin tətiyindən çəkmədi.

__________________Milli Kitabxana___________________ hörükləri sürüşüb torpağa düşmüşdü. Yaxşı. Çardağın üstündə onlara yer düzəltdi. Şamxal həm mal damı. İçəri girən kimi aləmi murdarlayır. Gəlsənə eşiyə çıxaq. Hələ tezdir. Küncdəki boz kilimi və döşəyi götürdü. Damın küncündə. Heç nə hazıra deyil. Onun nazik burun pərələri səyriyir. Çərkəz küncə sarı gedib donquldandı: .Şamxal vaxtsız gəlməyinə bir bəhanə tapmaq məqsədi ilə əlavə etdi: . həm də təzə qarmaq atarıq. Ə. . Çərkəz bunu duydu. qoy sən deyən olsun. Damazlığı kəsilmiş elə bil buranı gözləyir. eşikdə gözləyirik. . Necə məgər? . Yalnız indicə evdə yad adam olduğunu bilən Güləsər qızarıb yorğanını başına çəkdi. dur çardağın üstünə palaz sal. Mən də gedəcəyəm. . Şirin yatan qızın mışıltısı evə yayılmışdı.Balıq tutmağa gedəcəksənmi? . qoy ay doğsun. ay Güləsər. Gedəcəyəm. . Onlar eşiyə çıxan kimi ayağa durub donunu əyninə keçirdi. yarımaçıq dodaqları arasından dişləri parıldayırdı. Sonra da şırıltı və şıppıltı səsi gəldi. Onun hələ də yuxulu olduğunu görən Çərkəz yenidən dilləndi: . . həm də ev olan qazmada darıxdı. qızı niyə oyadırsan? Güləsər durub yerində oturdu. Ay qız. Çərkəz bacısının "daha mənimlə işin yoxdur ki?" demək istədiyini anladı. Həm axşamdan atdığım qarmaqları yoxlarıq. arakəsmənin o üzündə inək oxrandı. Nəfəs aldıqca sinəsi mitil yorğanı titrədirdi. Tez ol. 28    . Evi kəsif miz iyi bürüdü. elə çardağın üstündə yer salıb uzanarıq. . . Sonra da kənara çəkilib sakitcə dayandı. Gözlərini ovuşdurub gərnəşdi.

Şamxal könülsüzcəsinə qaşığı götürdü. . bal. minnətnən çörək yemərəm.. gör nə dadıyır. Ulduzlar titrəşirdi. Özümə bir daxma düzəldəcəyəm. Çərkəz camı qabağına çəkdi: . Di get yat. Yata bilmirdi. Qaşığı da İki elə.deyib onu danlayacaqlar. bir də Kürün qıjıltısı bir- birinə qarışmışdı. Bəlkə sonradan iştaha gəldi. Birdəfəlik kənddən çıxıb getsə necə olar? Bəlkə. Dayım da olsa. yorğana bürünən kimi xoruldadı. __________________Milli Kitabxana___________________ . . Cələdəki çaqqalların vaqqıltısı. O. Ağac qaşıqla qarışdırıb doğramac etdi. üzə vurmadı. Karvan yolu haçalanıb göy qübbəsində göz işlədikcə uzanırdı. Bir azdan çərkəz mitil yorğanı başına çəkdi. Bir qaşığı əlinə götür. "Kişi də anasını. Sən də uzan. . O özünü elə aparırdı ki. Get. Yaxşı. dayısıgilə getsin? Görəsən onlar bu işə necə baxarlar? Bəlkə. Doğrudan da. Təzəcə bişirdiyi arpa fətirinin üç- dördünü büküb camı ağzına qoydu. Qatıq deyil ki. Çərkəz arpa çörəyini ovcunda ovxalayıb qalığın içinə tökdü. Bir qaşıq götürüb ağzına aldı. Yəqin Şamxal da mənə yoldaşlıq edəcək. O. Yaxşı. Gecə keçir. O. Elə bil yuxusu ərşə çəkilmişdi. acından ürəyim doğranır. gör sənin toyunda qardaşın nə qiyamət eləyəcək! Güləsər yeniyetmə kənd qızlarına xas olan bir qəmzə ila boynunu bükdü və dinməz-söyləməz çardaqdan endi. . Şamxal gözünü səmadakı ulduz-lara dikmişdi. hələ nə edəcəyini müəyyənləşdirə bilmirdi. Evə keçib iri bir mis camı qatıqla doldurdu. Kənd yuxuda idi. qoltuqda yaşamaq heç kişilikdən deyil. Ay doğanda gedərik. arxası üstə uzanaraq əllərini başının altında daraqladı. Çərkəz Cahandar ağagildə olan hadisəni bilsə də. tənbəl-tənbəl hürən itlərin yuxulu səsi. Göyün üzü tərtəmiz idi. bir daha evə qayıtmayacağını qərara alsa da. guya heç nədən xəbəri yoxdur. gör yeməyə bir şey taparsanmı. Çox sağ ol. Şamxalın isə gözünə yuxu getmədi. bacısını atıb gələrmi?" . toxam. Heç kəsə yalvaran deyiləm. camı irəli itələdi. Cəld damın üstünə çıxdı.. Ləzzətlə damağını şaqqıldadıb başını buladı. şəkərə təpik atır. Kənddəki qızlardan birini də 29    . baldır. sən mənə bir şey tap gətir. ora getmək olardımı? "Atamın bu işindən sonra kim mənim üzümə baxar? Bir də. Güləsər yalın ayaqlarını şappıldada-şappıldada çardaqdan endi. mən yatdım. Adamın beyninə işləyir. yemir-yeməsin.

Qulağının dibindən sancıb uzaqlaşdı. onda necə olsun? Doğrudan da. Aşağıdakı təpələrin arxasından çıxan ay yuvarlana-yuvarlana yuxarı qalxdı. atam da olsa. Ancaq yenə sakit ola bilmədi. "Yox. Amma atasının iki qardaşın arasında ayrı-seçkilik saldığını xatırlayanda tutuldu. Kürün şaxalənmiş suları parıldadı. . 30    . Atamın acığına cah-cəlafla da toy edəcəyəm. Közəran papiros havanı cızıb otluğun arasında xeyli qızardı. Kimdən pisdir? Nə olar atası gəmiçi olanda? Özünün də deyəsən mənə meyli var". Onun bir çöpü də mənə lazım deyil. kündən küt düşər" -deyəcək. Mənə sən qalacaqsan". Kimi ürəyim istəyir. çəmənlikdəki yaşıl qurbağalar quruldaşırdılar. onu da alacağam. Təzədən onun qapısına getsəm. Bir yandan da bədəninə daraşan birələr onu qor kimi daladı. hələ bir iş görməmişəm? Bir də ki. Heç nə lazım deyil. Görüm qabağımda necə durur?! Bəlkə birdən atam razı olmadı? "Hələ ölməmişəm ki. . həm də qəzəbi artdı. Yata bilməyəcəyini görən Şamxal yorğam kənara atıb oturdu. necə deyərlər. Cibindən gümüş tütünqabını çıxardıb papiros eşdi. heç atamın seçdiyi qızlara da yaxın getməyəcəm. Əşrəfi çox istəyirdi. Şamxalı isə yanında saxlamışdı. Bu cah-cəlal kimindir? Qardaşın məktəbi qurtarandan sonra Allah bilir hara çıxıb gedəcək.demişdi. Gecə böcəkləri səs-səsə verib ötür. Hardasa xoruz banladı. mal-dövlətin hamısı onun idi. Qardaşı yadına düşəndə Şamxalın həm ürəyi kövrəldi. boyun əyməyəcəm. Nə çoxdur kəndimizdə gözəl-göyçək qızlar. Əşrəfdə var idi". İlxıdan at. Yanıqlı-yanıqlı sümürüb tüstülətdi. İri bir ağcaqanad vızıldayıb Şamxalın başına dolandı. Şamxal bayaqdan bəri onu yoran dolaşıq fikirlərdən yaxasını qurtarmaq üçün yorğanı başına çəkdi.deyə qabağıma çıxdı. Atası burada da insafsızlıq etmişdi. ürəyində "Urvan məndən olmasa. naxırdan mal ayırıb gətirəcəyəm. . Şamxal papirosunu sümürüb çardağın üstündən yerə atdı. __________________Milli Kitabxana___________________ gətirib qoyacağam evə. üzümə vurmasa da. O. Bəs xərc-xəracat?" Şamxal durub yerində oturdu. Əşrəf. Kəndin üstünə solğun bir işıq çiləndi. Əşrəfi keçən il Qori müəllimlər seminariyasına oxumağa göndərmiş.sən qal. "Atamın mal-dövlətində mənim də payım var. "Evimizdən biri oxusa bəsdir.İndi də belə. malımı-dövlətimi dağıdırsan?" . Mən ki. canlara dəyən oğlan idi. Elə biri Çərkəzin bacısı Güləsər. Yenə fikir onu götürdü.

Qoca dayımı? . su daşıb? . Çərkəz yorğanı kilimə büküb çardaqdan endi. Şamxal qibtə ilə ona baxırdı. . Çərkəz yorğanı üstündon atıb ayağa durdu. Sərin havanı ciyərlərinə çəkib bərkdən əsnədi. Çərkəz də dinmədi. Şamxalın burnunu çəmən çiçəklərinin qoxusu qıcıqlandırdı. yatıb qalmışıq. Birdən Çərkəz hövlnak oyanıb. . Bir az kənarda onu gözləyən Şamxalın papirosu işıldayırdı. Axşamdan dağların başında şimşək çaxırdı. . Hə.Kişi yaman qocalıb. Qollarını açıb gərnəşdi. Suyun sərin havası onların üzünə çırpıldı. Tozlu araba yolunu keçib sahilə endilər. Kükrəyib daşan Kürün qıjıltısı daha aydın eşidilirdi. Birtəhər üzüb çıxır. . Suyun ortasına gələndə çəp yerə çatmır. Onlar kəsə cığırla birbaş sahilə yollandılar. . Yarğanın qaşına çatdılar. başını yorğanın altından çıxartdı: . Həyətdən içəri atdı. Ay doğanda onu oyatmalı olduğunu belə unutmuşdu. Çərkəz Ay işığında parıldayan qol-qanadlı Kürə baxdı: . Qoyma getsin. Srağagün gəminin başını aldırırlar. Nədi? . Şamxalın bədəni üşürgələndi. 31    . dur. Çərkəzin xorultusu mışıltıya çevrilmişdi. . Yazıq kişi hələ də gəlib evə çıxmayıb. __________________Milli Kitabxana___________________ Ay doğandan sonra ulduzlar solğunlaşıb titrəşdi. Ətraf səssiz idi. Su yaman bulanıb. Hə. hava aydınlaşıb? . a Şamxal. Əlacımız nədir? Bir də. Kişi çəpi dayayıb gəmini saxlayır.deyə Çərkəz cavab verdi. ay çoxdan doğub. . Aya. Asta. Deyəsən. olduqca mülayim bir bahar küləyi əsdi. Sonra köksünü ötürüb əlavə etdi: . Yəqin yenə yuxarıya yağıb. Deyəsən. Çərkəz köksünü ötürüb uzaqda qaraları qayalıqlara baxdı. Özü də suya düşür. . Deyəsən. Şamxal susdu. Kim. O yaşda adama gəmiçilik etmək çətindir. Cələdəki çaqqallar ulaşırdı. Yaman şirin yuxuya getmişdin. . əldən-ayaqdan düşüb. İndi neçə gündür evə gəlmir. Onda bəxtimiz kəsib. onu ölənəcən gəmidən ayırmaq olmaz. Daha əvvəlki kimi deyü. özüm qaldırmadım. .

Onlar bir-birinin bəhsinə üzüb adaya çatdılar. . Al. Ağlım kəsmir. . . tülkünü neyləyirsən? . Su soyuq idi. gəl elə şığanıb buradan keçək. Ancaq sən de ki. dayanıb Şamxala baxdı. Niyə sən üşümürsən. Kürün üstünü qatı duman bürümüşdü. Adanın o üzündəki çiləkənlərin alt tərəfinə. . Onlar paltarlarını soyunub. Yox. qarmağa keçir. Şamxal dolaqlarını açıb ayaqlarını soyunana qədər çərkəz qayıtdı. Tülkülərlə mənim haqq-hesabım çoxdur. Ancaq bunu nə Şamxal. Çərkəz onları başıaşağı sallamışdı. Özün də əlli tərpən. hara gedirsən. Qurbağaların qarnı ağarırdı. Çərkəz balaca gölməçədə xeyli əlləşdi. Bir az bundan qabaq səs-səsə verib suyun üzündə süzən qurbağalar susdular. . O özünü şappıltı ilə suya atdı. Orada həmişə balıq olur. sözünün dalını demədən şappıltı ilə suya atılıb üzməyə başladı. Hansı tərəfə gedəcəyik? . . Bir-iki dəfə əlinə toxunan soyuq və süruşkən qurbağaları qaçırtdı.O. iri bir daşın altında gizlətdilər. Ə kişi.Yoxsa üşüyürsən? . Onun əlində beş-altı qurbağa vardı. Ə. su daşıb adanı basmamış ola. yarğanın dibində. Qarmağa keçirəcəyəm. Qurbağa tutmağa. Əlimə ziyil düşməz ki? . mən üşüyürəm? . Çərkəz suyun qırağına çatan kimi paltarını soyımdu. hara gedirsən? . __________________Milli Kitabxana___________________ . Amma qarmağa elə keçir ki. . Yuxarıdan düşək ki. Ə. . Boş sözdür. Bir neçə gün əvvəl su daşanda əmələ gələn gölməçəyə yaxınlaşdı.O. ölməsinlər. . Yalnız burada bədən- 32    . bir az da gəl. nə də Çərkəz hiss edirdi. sən balıqdan danış. qurbağaları axıdarsan. . özünü yarğanın altındakı yulğunluğa verdi. Gərək tüfəngi götürəydim. Xırdaca və köpüklü ləpələr yarğanın dibini yalayır.Gözlə ha. Çərkəz zil səslə qıy çəkib onu daha da qorxutdu. Onlar sahilboyu qalxdılar. Səs eşidən şələquyruq bir tülkü gözləri parıldaya-parıldaya qaçıb. Asmaları su aparmaz ki? . Şamxal suya girməzdən evvəl dönub Çərkəzin üzünə baxdı. Bir azdan Şamxal dayandı. Köpək oğlunun malı qapıda toyuq-cücə qoymayıb. . rəiyyət balasının canı bərk olur. Mənə baxma. . ağac qırıntılarını və çör-çöpü kənara atırdı. birbaş adanın üstünə çıxaq.

Özüdə indicə aparıblar- Yəqin balıq düşübmüş. Naqqa yavaş-yavaş təslim olurdu. Bunu görən Çərkəz özünü saxlaya bilmədi. . Xısın-xısın danışıb gülürdülər. Naqqa bir anlığa suyun üzünə qalxdı. gücüm çatmır. onu çəkib çıxartdılar. onların hər ikisi səksənib geri sıçradı. .Dayan. quyruğunu şappıldadıb dartınır. Çərkəz kəndirdən tutub var gücü ilə dartır. Ancaq o taydan. Balıq çırpınıb suyun üzərinə çıxır. Onlar qamışlığa çatanda heç kəsi görmədilər. Görmürsənmi səs gəlir?! Yəqin Sadıqlının uşaqlarıdır. sonra da suyun dibinə cumurdu. Onlar geri qayıtdılar. birbaş çiləkənin yanına qaçdı. Kəndir az qalırdı ki. ayağına batan çökürlərə fikir vermədən irəli cumdu. üzülsün. . .deyə Çərkəz qışqırdı. . Görünür. qumluqda. yarğanın qaşından səs gəlirdi. Əyə. Qarmağın biri yerli-dibli yox idi. Balıq yenə suya cumdu. balıq da dincəlirdi. Yaxşı. hara qaçırsımz? Əyə. Nə olub? . Şamxal onu tək buraxmadı. Çərkəz hər şeyi unudub. Atılan qarmağın birini də balıq aparmışdı. dayan. Vay sizin. Gəl qayıdaq. Əyə. Şamxal güc- bəla ilə ipi yulğun koluna dolayıb dayandı. Adamın o tərəfindəki qamışlıqdan səs gəldi. balıq isə onu sürüyüb aparırdı. qarmaq atdığı yerə gəldi. Çərkəz daha da əsəbiləşdi. ayaq izi var. Balıq onları addım- addım su aşağı aparırdı. Çərkəz birbaş oraya yüyürdü.deyə ona yaxınlaşan Şamxal soruşdu. İslanmış kəndir dartınıb onların əlini kəsirdi. Çərkəz yaxşı tanıdığı cığırla yulğunluğu keçib. tez kəndiri bir yerə bağla. Çərkəz sahildə. .deyə Çərkəz qışqırıb. Duman daha da qatılaşmışdı.. deyəsən yaman zırpı balıqdır. Onlar nəfəslərini dərdilər.Bəlkə balıq kəndiri qırıb? Yox. borc olsun!. .. Anasının əmcəyini kəsənlər. köpəkuşağı! . Şamxal onun köməyinə çatmasa idi. İndi ipi yavaş-yavaş yığ! Onlar güc-bəla ilə kəndiri çəkdilər. __________________Milli Kitabxana___________________ lərinin soyuqdan qızardığını hiss etdilər. . Elə bu vaxt sudak: qarmağın zərblə dartıl-dığını gördülər. Çərkəz axıracan tab gətirə bilməyəcəkdi. . Sanki düşmənlərinin kim olduğunu bilmək istəyirmiş kimi onlara baxdı və birdən quyruğunu suya elə çırpdı ki. heç kəs yoxdur... tez özünü yetir.. dal tərəfdən qabaqlarına keç. qoyma bunları. -Vay. ça- 33    . Nəhayət.

Anası ilə bərabər. Çərkəz yarğanın kənarındakı dikdirdə ayaq saxladı. Səba nəsimi Kürün səthinə çökmüş dumanı qovub uzaqlara aparırdı. . Dayanıb bir-birinin üzünə baxdılar. . Onda gedək. Şamxal onun evə doğru könülsüz addımladığını hiss etdi. Yəni orda balıq var? . Şamxal etiraz eləmədi. Onlar paltarlarını geyinib sahilə qayıdanda artıq dan yerinə səda düşmüşdü. Al. hətta cığırlar belə şehə bulaşmışdı. O nə qanır balıq bişirməyi? . Təəccüblə Şamxalın üzünə baxdı: . . . çox ləzzətli balıq bişirir. Qızıl balığın əsl məkanı oradır. üşümürsən ki? . çiləkənin alt tərəfinə qarmaq ataq. Mən yenə tutaram. Güləsər bişirsin. . Çərkəz heç nə demədi. 5 Qaranlıq qarışıb əl-ayaq yığışandan sonra Zərnigar xanım yan otağa çəkildi. Elə demə.deyə Çərkəz naqqanı ayağı ilə arxası üstə çevirdi. __________________Milli Kitabxana___________________ palayıb çırpınan balığı əldən qaçırmamaq üçün iri bir ağac götürüb var gücü ilə naqqanın başına endirdi. Evə qaranlıq çökdü. İtlərin Allahı verdi. . Yox. Yox. Hə. Sən hardan bilirsən? . köpənəcən yeyəcəklər.. Var. Bilirəm. Bədənlərindən buğ qalxırdı. . arvad inadından dönmədi. Yulğunların arası ilə Çərkəzin göstərdiyi səmtə doğru addımladılar.. evə apar. .Gedək sizə. . Yenicə tut-duqları pullu balıqları irəli uzatdı. Qızının lampanı yandırmaq istədiyini görəndə acıqlandı: 34    . Kənd itləri səs-səsə verib hürüşür. Səhərdən dilinə bir şey dəyməsə də qulluqçuların gətir-diyi çay- çörəyə əl vurmadı. . Çərkəz qaşlarını çatdı. at kişnəməsi və mal-qara səsi ətrafa yayılırdı.deyə Şamxal etiraz etdi. Sahildəki yulğun kolları. yaşıl otlar. göz yaşı axıdan Salatın nə qədər yalvardısa da. . Gicəllənən balıq bığlarını oynadıb rahatlaşdı. . Çərkəz onu candan eləməmiş əl çəkmədi.deyə Şamxal sakitcə cavab verdi. Belə eləməsəm suya düşən kimi diriləcəkdi.

qulluqçulara göstəriş verən. məni elə çaşdırıb ki.Ana. qağama qarğama. sən də. Onun gözü yolda idi. sonra da cah-cəlalla toy etmək Zərnigar xanımın arzu- 35    . . Ana. . itlərin zəncirini açıb yal tökənləri də gözündən qoymurdu. inəklərin südünü bir yana yığdırıb eyməyə çəkdirən. Dərdin alım. Yarğanın qaşında at kişnəyəndə ərinin gəldiyini hiss etdi. Allah atan Cahandar ağanın əlifini yanıltsın. ay bala. əli belində. Ozünün dediyi kimi. O. Ona nişan aparacaqdılar. ay ana. Bəs mənim ürəyim darıxmır? . . Yıxıl. Hətta xalxaldan çıxan təpəl buzov anasını əməndə arvad hər şeyi unudub "ay qız!" . istərsə də Kürdə çimişəndə onlara baxır. Arvadın bədənini titrətmə götürdü. öl bir yerdə! Mənim çırağımı fələk özü söndürüb. . Salatın anasından nə olduğunu soruşanda Zərnigar xanım "heç" – deyə köksünü ötürdü. Əl çək məndən. Zərnigar xanım da ortada hərlənərdi. İstər Qaynarda.Qağan da ölsün. dərdin alım. Mən bu evin ocağını kor qoyacağam. Amma indi!. Otaq onun başına fırlandı. malları xalxala dolduranları da. Şamxal bir tərəfdə hərlənər. Onun özünə layiq bir qız axtarıb tapraaq. necə qıyıb qağama elə dedin? Arvad hirsli olduğundan nə danışdığını bilmirdi. . Zərnigar xanım düz iki il idi ki. Əlində çatı buzov dalınca qaçanları da. . üz-gözündən öpdü: .. Əşrəf onun istəklisi idi. Sənə dedim otur bir yerdə. pəncərədən hər şeyi görürdü. __________________Milli Kitabxana___________________ . Bu gün- sabah kiçik oğlu oxumaqdan qayıdacaqdı. Onun həyatı dünənə qədər nə yaxşı sakit keçirdi. ilk ovunun balası idi. Həmişə mal-qara öriişdən qayıdanda həyətə çıxıb. Salatın anasının boynunu qucaqlayıb. Salatın səsini kəsib təəccüblə onun üzünə baxanda Zərnigar xanım elə bil yuxudan ayıldı. boynunu oxşayıb "mənim yaranal ərim" . toyda. canını dişinə tutub dayanırdı. Sən qağamın canı. adamın ürəyi darıxır. toyuq-cücəni rahatlayıb. nişanda özünə gəlin seçirdi. Onun fikri bayırda qalsa da yerindən tərpənmir.deyə çığırdı da. kənd qızlarını gozündən qoymurdu. Qoy yandırım. . Hələ də evə qayıtmayan oğlunu xatırladı. nə danışdığımı da bilmirəm.dediyi Cahandar ağa samanlığın üstündə oturub nərildəyərdi. itlərin yalına belə göz qoyan Zərnigar xanım indi yerindən tərpənmədi. hamıdan çox istədiyi.

oğul-uşaq yanında üzün qara olsun". iştahından maral əti də keçir.. otağa keçdi. __________________Milli Kitabxana___________________ su idi. Görüm yediyiniz boğazınızda qalsın. ay kişi. hər məclisdə oğlundan danışar. İlan çalmış kimi yerindən dik atılıb camı götürdü və vıyıltı ilə bayıra atdı. Bunları düşündükcə onun başından tüstü çıxır. özüm bişirmişəm. Geri qayıdanda parça-paltar əvəzinə Mələyi gətirmişdi. Həyətdə ocaq qalanıb maralın dərisi soyulanda arvad yenidən hirsləndi. yavaşca araladı. O hər yerdə. daha heç nə bilmirəm". Ancaq bircə şeyi bilirdi ki. Tikələrin hərəsi bir tərəfə dağıldı. birtəhər anasının könlünü almağa çalışdığından. İsti-isti yeyin.Xanım. - deyə ərinə qarğayırdı. Zərnigar xanımı da elə yandıran bu idi. hətta doğma qardaşı Şamxaldan da seçilir. Qoy olsun. oğlu deyəsən hamıdan. Sacdan götürdüyü isti yuxaları qatlayıb göy soğanla birlikdə camın yanına düzmüşdü. Əlbəttə. mərifətli bir oğul yox idi. O. bu mahalda iki savadlı vardısa. Axı. Zərnigar xanım elə bilirdi ki. qabı irəli çəkdi. Salatın anasının vəziyyətini başa düşsə də. Axı o nə edə bilərdi? Anasına təsəlli vermək üçün bir sözü yox idi. Doğrudan da. Ancaq anası ona imkan vermədi. göy çat eləyəndə Əşrəf yerə düşüb. elə də olacaq. Yenicə qalaylandığından par-par parıldayan iri mis sinini taxtın üstünə qoydu. Gör nə tezcə də ova gedib? Gül kimi balamı evindən didərgin salıb. "Səni görüm el içində xəcil olasan. . Əlindəkiləri yerə salmamaq üçün çiynini qabağa verib. Mis cam daşa dəyib danqıldadı. Əşrəf hər oğulun tayı deyildi. onun biri Əşrəf idi. onun boyunu sevərdi. Buna onun haqqı da var idi. Təzə bardağın suyu sərin olar. Onlar Əşrəf gələnə qədər hər şeyi hazır etmək istəyirdilər. İstiot və kəkotu səpilmiş kababın xoş ətri dərhal otağa doldu. sonra da otluğa diyirləndi. Elə bu məqsədlə də Cahandar ağa şəhərə. Tapdıq qapını ayağı ilə itələyib. Salatın tez ayağa durdu. İndidən xanımına maral əti yedirdir. həftə bazarına getmişdi. Bir ay bundan əvvəl onlar qazının qapısına getmiş və qız "həsini almışdılar. ünü göyə qalxırdı. "Səni görüm gora sağ baş aparmayasan! Təzə eşqə düşdüyün yerdə tanrı belini qıraydı. qanacaqlı. bir şey deyə bilmirdi. Otağı əsəbi bir səs bürüdü: 36    . Mənim ahım sızi tutmasa. Bilirəm ki.. hələ utanmır. Tapdıq sinini ehmalca irəli itələdi. Hələ bu mahalda onun kimi gözəl- göyçək. kitab-dəftərin nə olduğunu bilməyən Zərnigar xanım oxumağın da nə olduğunu başa düşmürdü.

Mələyi də arinə qatmaq istədi. Qardaşından söz salıb Şamxalın harda olduğunumu soruşsun. sifariş elədim. Qızının bir quzu kimi böyrünə qısıldığını görən Zərnigar xanım ehmalca onun üstünü örtdü. Salatın şirin-şirin mışıldayırd!. Büzüşüb bir küncdəcə oturdu. bizim kişini vurdular. qoy təzə xanımının gözünə soxsun. qız Əşrəfi soruşurdu? Onun qaş-gözunü tərifləyib. Arvadı yenidən hirs götürdü. çənəsindəki qara xalından sözmü salsın? Salatm çox fikirləşdi. bu saat atasının fikrini dağıtmaq üçün çox şey söyləmək istəyirdi. qardaşlarım gəlib məni apardılar. Dur. Allah məni bura gatirən günə daş yağdıraydı". O doğrudan da qapını açıb həyətə çıxmaq. Ancaq nədən başlamağı bilmirdi. yenə mənim evim yıxılmayacaqmı? Oğlum-qızım düzdə qalmayacaqmı? Nə bilim vallah.Tutalım. Onun yurduna od vuracağam.Bu saat rədd ol burdan! Yoxsa. çox düşündü və özünün də xəbəri olmadan yuxuya getdi. bu evin altını üstünə çevirəcəyəm. bəlkə də uşaqlardan birini öldürdülər. . kin- küdurətə və qısqanclığa üstün gəldi. "Mən bunu hara qoyum gedim? . Nökər dinməz-söyləməz bayıra çıxdı. səni də ağana qataram. Arvad bir anlığa hər şeyi unutdu. yoxsa Əşrəfdən danışıb qardaşına almaq istədikləri qızımı tərifləsin? İki gün əvvəl Kürün qırağında onu gördüyünümü söyləsin? Anasına desinmi ki. Sakitcə anasına yaxınlaşdı. Ya da ki. bəs sonra? Onlar dinc duracaqlarmı? Araya qan düşməyəcəkmi? Kim bilir. Ancaq səhərki əhvalatı xatırlayanda susdu. Zərnigar xanım gözünü pəncə- 37    . ərini Mələyə. Kürün qıjıltısı aydınca eşidilirdi. Tapdıq nə isə demək istədi. ana. gözlərinə dəm verdi. qurbanın olum. şirin gülüşündən. Artıq ətraf sakitləşmişdi. belə də olsa. Elə pallı-paltarlı yerinə uzandı. Salatın yük yerindən yorğan-döşək götürüb yer saldı. . Yerlər qulaqlıdır.deyə düşündü. Kaş yaranmayaydım. __________________Milli Kitabxana___________________ . dilim-ağzım qurusun. "Yox. Onun qəlbindəki analıq hissi qadınlıq duyğusuna. onda necə olacaq? Elə də olsa. O. Ay solğun işığını pəncərədən içəri salmışdı. Apar. Bu hayfi onda qoymaram. ağanı sənə. Zərnigar xanım bu dəfə dinmədi. heç özün də bu işlərdən baş açmıram. Bu gün-sabah gəlib çıxarlar". ver ağana. Əli hər yerdən üzüldüyündən. Mənim də sahibim var. canına yazığın gəlsin. Mən çöldə-zadda qalmamışam. Lakin Zərnigar xanım ayağını yerə döyüb onun üstünə qışqırdı: . Salatın anasının böyrünə qısıldı.

Zərnigar belə yerlərdən çox vaxt əlləri və dırnaqları xınalı qayıdırdı. . Zurnaçılar cuşa gəlib daha da zilə çəkirdilər. . ona ikisini biçirdilər. naqafil ovçuya rast gələrsən". Çərkəzi paltarlı bu oğlan atın yalına yataraq qamçını oynadırdı. __________________Milli Kitabxana___________________ rədən bayıra zilləyib fikrə getdi. Az sonra geri qayıtdılar. Heç biz tərəfin adamına oxşamır. Hamı təəccüblə cıdırın qalibinə baxırdı. . Qərib oğlan nəməri göydə alıb atının boynuna doladı. Qızlar. xır yolunu keçib o tərəflərə. bu tək bacını dönə-dönə oynadıb əllərini şabaşla doldurur. qırmızı kəlağayının altından qız teli kimi axıb töküldü. Zərnigar qayğısız bir həyat keçirirdi. Oğlan arxada qoyduğu cavanları gözləmədən atını birbaş zurnaçıların qabağına sürdü. .Qonaq ürək eləyib bizim cavanların qabağında at oynatmaz. gəlinlər damların üstünə toplaşıb qoşalaşan atlara baxırdılar. At quş kimi süzür. ucaboy bir qıza dönürdü. Onun başlığı ağ göyərçin qanadı kimi havada çırpınırdı. bu yerlərə gəl-diyi ilk günlərə aparıb çıxardı. qardaşları.deyirdilər. İllər keçdikcə Zərnigar yaşa dolur. Nəməri kimin alacağı hamını maraqlandırırdı. kəhər atlı bir oğlan gəlirdi. Xəyal onu uzaqlara. tanımıram.. "A xınalı kəklik. Onlar kənddən aralanıb döngədə görünməz oldular. Artıq nişanlı qızlar onu öz cərgələrinə qatır. yorub taqətdən salmamış ondan əl çəkmirdilər. Zəmigar üç qardaşın tək bacısı idi. təpələrin ətəyindəki düzənliyə gedirdilər. Atlılar uzaqlaşır. Adamlar atlının qabağına yüyürdülər. bəy gəzəndə onu da özləri ilə aparırdılar. xəndəklərin üstündən yüngüllüklə atılırdı. Bu kimin oğludur? . Kənddə bir toy. . anasının sonbe-şiyi olduğuna görə hamı onun başına pərvanə kimi dolanırdı. Kəhər şaxə 38    . çox dağa-daşa çıxma. Gümüş döşlüklü kəhərin yalı. Qardaşları onu belə görəndə sataşır. Deyəsən qonaqdır. nişan olanda gəlinlər onu da aparır.. Özlərinə bir don tikəndə. Vallah. Qabaqda göy buxara papaqlı. Zərnigar bu atmacaların mənasını o qədər də yaxşı başa düşməsə də. Cavanlar cıdıra çıxmışdılar. Camaatın arasına pıçıltı düşmüşdü: . Evdəki gəlinlər onu əzizləyir. Bir gün yenə kəndlərində toy vardı. Ciyərli oğul özünü hər yerdə göstərər. qızarıb evdən bayıra qaçırdı. Evin körpəsi. nazik.

bala. Bəs burada bir simsarın varmı? O dillənənə qədər Zərnigarın böyük qardaşı cavab verdi: . deyəsən. Zərnigar camaatdan aralanıb qardaşlarının yanma qaçdı. Zumaçıl ar susmuşdular. . O. Ananın südü sənə halal olsun. . Hamı heyran qalmışdı. Oğlan birdən yəhərdə başı üstündə dayandı. Ev sahibi yenə oğlana müraciət etdi: . kimsə xəncərin dəstəyindən yapışıb irəli çıxdı. Dəfin ahənginə uyğun olaraq qabaq ayaqlarını yerə döydü. Zurnaçıların bərabərinə çatanda atılıb yerə düşdü. Vaxtsız banlayan beçənin başını tez kəsərlər. Olsun. Qərib oğlana diqqətlə baxdı. . __________________Milli Kitabxana___________________ qalxıb kişnədi. . ət yeyən quş dimdiyindən bilinir. haramzadalar! Adam da qonağa əl qaldırarmı? Cavanlar xəncərlərini qınına qoyub geri çəkildilər. At qaçaraq onu xeyli uzağa apardı və geri dönüb dördnala çapdı. Rədd olun burdan. qabağa çıxsın. a bala. Ə. elə Zərnigar da içini çəkib qışqırdı. Arvadların çoxu. atı yedəkləyib kənara çəkilən kimi. Cavanlardan bir neçəsi irəli çıxanda Zərnigarın qardaşları qırğı kimi atılıb ortaya keçdilər və qəribi araya aldılar. yandıqlarından elə eləyirlər. toy toğlusu kimi nə atılıb-düşürsən! Yoxsa bizi arvad hesab eləyirsən? Oğlan çiyni üstündən dönüb saymazyana ona baxdı. A bala. Göytəpədənəm.deyə xəncərlərini hazır tutdular. a bala. . mən bir şey demirəm. Hamı məsələnin nə ilə qurtaracağını gözləyirdi. qohumumuzdu. ay Murad dayı. Xəncərin havada parıldaması ilə qəribin oğlanın biləyini göydə tutması bir oldu. . Bizə qonaq gəlib. . sən onlara baş qoşma. ağır otur. Kişi diqqətlə onları süzüb gülümsündü. kimlərdənsən? . Özün arvad adını üstünə götürürsənsə. Ancaq. At qaçıb camaata yaxınlaşanda kəhərin böyrünə yatan oğlan sıçrayıb ayaq üstə atın belinə qalxdı. . Elə bu vaxt zəhmli bir səs eşidildi: . Kimi əcəl hərləyirsə. Toy sahibi qonağın kürəyinə döydü. batman gəl. kənd cavanlarının çoxu qəzəbli idi. Murad kişi çiynindən sürüşüb düşən əbasını düzəldib qışqırdı: 39    . Oğlan görünməz oldu.

Nəhayət. evdə sakitlik olanda Zərnigar boynundan asdığı açarla sandığı açıb pal-paltarını tökər. Al. . Oğlan bir gecə qonaq qalıb getdi. Çənəmizin altını niyə kəsdiribsən. Kəlağayı hanı. sinəsini qabardıb qızlara qürurla cavab verdi: . Ay qız. boynundakı kəlağayını rəngindən seçilmədi. sonra da keçən yay dağda dərdiyi sarı boğça çiçəyinin arasına qoyub yenə sandıqda gizlədərdi. şeytandan üç gün qabaq yaranmısan. Yalnız kiçik qardaşı qızın üstünə acıqlandı: . sonra da üzünü Zərnigarın böyük qardaşına tutdu: . Nəməri niyə sənə verdi? . bu yad yerdə qorxmaması onu heyran etmişdi. Oğlan ani fikrə getdi və birdən atın boynundan kəlağayını açıb Zərnigarın çiyninə atdı: . tərli at qoxusunun gedib- getmədiyini yoxlayar. o kim idi? . O oğlan kim idi? . . atan tərəfdən qohumuq. Ay batmış. Hətta bir gecə işığı söndürüb anasının yanına uzananda səbr edə bilməyib: . dərdin alım? . Yalnız bu zaman qonaq dönüb Zərnigara baxdı. Qızlar onu sərçə kimi didişdirib suala basdıqca. çalın görək. qoy sənin olsun. Oğlanın bağışladığı qırmızı kəlağayını qatlayıb sandıqda. Qoyun qızlar oynasın! Zurnaçılar oyun havası çaldılar. Qız oğlanı unuda bilmirdi. __________________Milli Kitabxana___________________ . Hərə bir tərəfə dağılıb. . Yamanca şeysən. Qohumumuzdur. Yenə hər kəs öz işinə başladı. Pis oğlan deyil. Oğlan nədənsə gülümsündü. kəlağayını çıxarıb baxar. sizə nə var? Toy qurtardı. gözlə ha. Bacımdır. Mənə kəlağayı bağışlayan. Belə öz qohumumuzdur. . . Oğlanın cəsarəti. Ancaq bir şey demədilər. Ancaq Zərnigar onu unuda bilmədi. niyə kiridiniz. Bu qiz kimdir? . Zərnigarın qardaşları azca pərt oldular. 40    .deyə soruşdu. dərdin alım. amma yaman qaradır. Əyə. Hansı. çıx get! Zərnigar cəld qızların yanına qaçdı. göstər görək. . o. Zərnigarın yanaqları qıpqırmızı olub. ala-bəzək parçalardan tikdiyi boğçanın içində gizlətdi. Qız hər şeyi unutmuşdu.

Zərnigar o gündən sonra oğlanı daha intizarla gözlədi. Atlılar qaçıb qabağa keçdilər. Zurnaçıları düşürdüb oyun havası çaldırdılar. Damın üstündə əli tüfəngli dayanan qardaşını gördü. onları soruşub? Bu. anası da demişdi ki. Axırda baban cana doyub. höcət eləməyin.. üç uşaq anası idi. gecənin birində arvad-uşağını arabaya doldurub. Qardaşları kövrəlmişdi. bacıla-rından ayrılmaq onlara ağır gəlirdi. Sonra köçüb buraya gəlmişik. görmürsünüzmü tərs damarına düşüb?! Faytonların qumrovları yenidən zınqıldadı. İndi biz burda olsaq da kökümüz-nəslimiz ordadır.dedi. Düz üç gün. "Gəlində işiniz olmasın". Zərnigar onların boynunu qucaq-layıb ağladı. __________________Milli Kitabxana___________________ . .dedi. - deyə əzizləyərdi. üç gece toy çaldılar. uzun əhvalatdır. Zərnigar israr etmiş. Axırda yengə ortaya çıxdı.Eh. bizim də əslimiz o tərəfdən. Ağsaqqal bir kişi cavanlara acıqlandı: . Faytonlar qatarlaşdılar. Kürün aşağısındakı Göy- təpədəndir. Deyəsən. Sonra da qumrovlu fayton gətirdilər. rəhmətlik babanın əlindən xata çıxıb. O zaman Zərnigarın on altı yaşı vardı. Qumrovlu faytonlar yola çatıb dayandı. Zərnigarı Cahandar ağaya verdilər. Bu hadisədən düz bir il sonra qıza elçi gəldi. hardan qohum olduq? Axı qızını. oynatsın!". Zərnigar da üzündən duvağı araladı. Bütün bunlar düz iyirmi il qabaq olmuşdu.Niyə? . Əri həmişə onu "Zərrim. kənddən qaçıb. Gözünü pəncərəyə zilləyib dayanan Zərnigar xanım hər şeyi indiki kimi xattriayırdı. Zərnigar. Nişan taxdılar. Ancaq qızın böyük qardaşı irəli yeridi. kişiyə cadu yazdırıblar. dərdin alım. Kimin hünəri varsa. sonra da toy oldu. Zərnigan ortaya çəkmək istədilər. . qardaşının hirsli səsini eşitdi: "Beşaçılanı doldurub damın üstündə gözləyəcəyəm. . Elə bu vaxt başlarının üstündən dalbadal üç güllə vıyıldayıb keçdi. araya qan düşüb. Kimsə "gəlin oynasın". Zərrim".O ki.. bizim kənddən deyil. Üstünə qurd yağı sürtüblər. Cahandar ağa da babayın nəslindədir. Mübahisə qızaşdı. Gəlini evdən çıxartdılar. "Bəs indi nə oldu? Niyə birdən-birə üzü döndü? Yox. Dönüb baxdılar. neylirsən. "Mənim bacım öz toyunda oynamayacaq". Gəlini oynatmaq istədilər.. Allah mər- 41    .A bala. -dedi. Kimsə "yola çıxan kimi faytonları dayandırıb gəlini oynadacağıq". . qızım. İndi o. Zərnigar evlərindən ayrıldı. Kənddə ikitirəlik olub..

Nökərləri qaldırıb danlamaq. ay tanrı. qığılcımlar göyə sovrulurdu. məni niyə bu günlərə qoydun? 6 Mələyin yoxa çıxması xəbərini eşidəndən yarımca saat sonra Allahyar yola hazırlaşdı. ərinə qarğayıb söysə də. Necə deyərlər. qaranlıqda yol itirən adamlar kimi divardan tuta-tuta birtəhər sürünüb özünü evə saldı. Onun atını gətirdilər. Paxılın goru çatlasın. Qapıya yaxınlaşdı. əvvəl dediyi sözləri unudub yerindən qalxdı. həndəvərinə hərlənən adamları dişləyib gəmirmək istəyirdi. Həyətdə dirəkdən asılmış tənəka ləyən yerə düşüb danqıldadı.deyə öz-özünə pıçıldadı. Külək şiddətləndikcə ocaq qalanır. Ona elə gəldi ki. Bayırda külək qalxdı.deyə təmkinlə cavab verdi.Gözün tökülsün. dil desə də. eyvanın dirəkləri əyildi. Nökərlərin samanlığın yanında qaladıqları ocaq yerindəki kösövlər közərdi. tavan onun üstünə uçdu. Arvadın gözünə qaranlıq çökdü. ürək razı olmurdu. __________________Milli Kitabxana___________________ dimazarın evini yıxsın. . Arvad divara söykənib güc-bəla ilə ayaq üstündə dayandı. Pəncərənin qabağından keçərkən gözucu içəri baxdı. elə yeyib yatmağı bilirlər. Məni gözü gotürməyənin gözünə nar şaxı batsın". Ocağı da söndürməyiblər. Zərnigar xanım yerin içində dirsəkləndi. "Belləri qırılmışlar. "Qoy Allah hər şeyin altını üstünə çevirsin". Bu saat samanlığa od düşəcək". İniltinin səsi otağa yayıldı: . evdə işim- gücüm tökülüb qalıb". qarın qayışını çəkib bər- 42    . Fitili aşağı çəkilmiş otuzluq lampanın solğun işığında ərini və onun qolu üstündə yatan Mələyi gördü. Zərnigar xanım küləyin otu bir yumaq kimi büküb xırman yerinə qədər apardığını gördükdə yerindən tərpənmədi. sonra da ocağı söndürməyə göndərmək istədi. Allahyar kəhərin qoltuqaltısını yoxladı. O. Zərnigar xanım qapını açıb bayıra çıxdı. Hər şey - közərən ocaq da. həyəcanlandı və bir az bundar. Bu neçə gündə arpa yeyib kökələn ot yüyənini çeynəyir. O. Onların sualına "daha bəsdir. vıyıldayan külək də. Tardakı toyuqlar qığıldaşdılar. Nə qədər hirsli olsa da. alışıb yanan od da onun yadından çıxdı. . Qumar yoldaşlarının və karvansara sahibini duyuq salmamaq üçün əhvalatı açmadı. var-dövlətinin yanıb kül olmasını istəmirdi. Talvarın üstündəki ot tayası uçub yerə töküldü.

Ağacların kölgələri uzanıb çarpazlaşmış və küçəyə sərilmişdi. Ustalar çəkidə tənəkələri dö-yəclədikcə danqıltı şəhəri başına götürür. kişmiş. yaxşı zəncəfil. qaysı aldı. Ayağını üzəngiyə qoyub. Sular ağacların dibi ilə şırıldayıb axırdı. kirəmit damlara qonur. 43    . Dükana yaxınlaşdı. O əvvəlcə heç yerdə dayanmamaq. Allahyar üstü çadırlı furqon və arabalarla dolu karvansara həyətindəki atların. qab-qacaqlar günün altında parıldayırdı. tapılar". tozu yatırmaq üçün yola da su çiləyirdilər. Onlar bir-birini həvəsə gətirirmiş kimi “Ay başına dönüm.köhnə və tanış müştərini mehribanlıqla qarşıladılar. Balaca uşaqlar. Allahyar atdan düşdü. könlün nə istəsə. İrəvan qaysısı. Tənəkəçi dükanlarının qabağındakı dəmir sobalar. .deyə çağırdıqlarını eşidəndə tərkindəki boş xurcun yadına düşdü. Xurcunun ağzını bağlayıb. Allahyar beş-on girvənkə düyü. kimi də dükanların qabağında boynunu büküb dayanan yetim uşaqlara bir-iki qəpik verib səkini suladırdı. __________________Milli Kitabxana___________________ kitdi Sonra gümüş döşlüyünü sahmana saldı. Allahyar küçəyə çıxanda dükançılar adətləri üzrə yenə səkiləri sulayırdılar. künclərdə dükan açmış yamaqçılar. Kimi özü xəkəndaz götürüb. mixək var. xırdavatçılar və dükançılar nə qədər çalışsalar da. atını dördnala çaparaq. Onlar gündə üç dəfə dükanın qabağını sulayırdılar. Alverçilər onu . bu kiçik qəza şəhərindən uzaqlaşmaq istədi. Çəkməçilərdən anasına bir cüt məst aldı. atın belinə qalxmazdan əvvəl mehtərin haqqını verdi.deyə qışqırır. Kəhəri ağaca bağlayıb. At sahibinin süvar olduğunu duyan kimi. qoyma gəldi”. . başını dik tutub kişnədi. çəkməsilənlər elə bir yarışa girmişdilər. Kənarlarına iri. bəzən hay-küylə uçub. quşları qova bilmirdilər. dəmirçixanalardakı zindan səsini belə batırırdı. İki kəllə qənd götürdü. səkilər zibillənirdi. Qarğalar höcətə düşmüş kimi budaqlara qonub qarıldaşır. ulaqların arasından keçib küçəyə çıxdı. Çinarların başı qarğa yuvası ilə dolu idi." Səkilərin yaxası boyu balaca arx çəkilmişdi. yenə atın belinə qalxdı. Baqqallar. darçın. sonra yenə də yuvalarına toplaşırdılar. Əklə düyüsü. özünü yetir. yerə yapışmış kimi görünən birmərtəbəli şəhər evlərinin üstündə fırlanır. Artıq gün əyilmişdi. Küçənin yanlarında qatarlaşan uca çinarların kölgəsi ilə atını astaca sürdü. dəlləklər. yastı daş döşənmiş küçənin hər iki tərəfi dükan idi. Amma dükançıların "axşam bazarıdır ay müştəri. Dükançıların cəhdinə baxmayaraq. xurcunu götürdü.

Selləmə yağışlardan sonra yatağına sığmayan boz-bulanıq sulara. O. Evə tez dönsəydim. Gölməçələrdəki qurbağalar da səs-səsə vermişdilər. əlim tutan günün səhərisi qayıdaydım. az qala qanadlanıb uçurdu. yoluna davam etdi. ayağından qığılcım qopan atını gah xır yolla sürür. Son günlər evdə kürlük etməsi. Şəhərin kənarındakı dəmir körpüyə yaxınlaşdı. Atını dörd-nala çaparaq. "Zəhrimara yaman şirnikmişdim. hətta evdən də qovulmıışdu. O sakitləşə bilmirdi. axşam qaranlığı çöllərin üstünə çökəcəkdi. Əslinə baxsan. Bir azdan gün batacaq. şəhərdən uzaqlaşdı. Axı o. bu elə onun ürəyindən idi. Atın dırnağı altından parıltı ilə qalxan quşlar onu diksindirdikcə fikirdən ayılır. Allahyar Mələyin evdən baş götürüb getməsini heç cür ağlına sığışdıra bilmirdi. Həyətdə bir küncə qısılaraq yatmış. qaranlıq qarışana qədər yolun qorxulu yerlərini keçmək və işıq gözünə özünü evlərinə çatdırmaq istəyirdi. Mələyin əmisi evinə getməsi ehtimalı onu o qədər də həyəcanlandırırırdı. Neçə dəfə döyülüb- söyülmüş. __________________Milli Kitabxana___________________ Allahyar çilingər və qalayçıların yanından ötdü. Taxılların və bahar havasının təsiri ilə yaşıllaşan dəmyə çallarda. Tələsmək lazım idi. tez-tez dava-dalaş salıb Mələyi yamanlaması məhz bunun üçün deyildimi? O elə bu arvadı da bezikdirib evdən qovmaq istə- 44    . At da sahibinin fikrini başa düşmüş kimi tələsir. Allahyar qucağında tutduğa zağlı tüfənginin tətiyindən barmağını çəkmirdi. Şəhərdə ləngidiyinə və bir həftədən bəri karvansarada qumara başı qarışdığına görə özünü danlayırdı. körpünün dirəklərini döyəcləyən hirsli çaya belə baxmadı. Allahyar yenicə nallatdığı. gah da sünbüllənmiş taxıl zəmilərinin arasındakı torpaq yola salırdı. otların arasında gəzişən quşlar ağız-ağıza verib oxuyurdular. İndi o birdən-birə hara gedə bilərdi? Bəlkə. acıq edib əmisinin yanına qaçıb? Daha geri qayıtmaq istəmir? Sahibinin fikrə getdiyini duyan at yerişini yavaşıdıb yorğaladı. Silsilə təpələrin bəzi yerlərinə qatı kölgə çökür. bəlkə də bu iş baş verməzdi". atı mahmızladı. qamçını çəkib atı yenə səyirdirdi. ancaq heç cınqırını da çıxarmamışdı. bəzi yerləri isə hələ də günəşin şüaları altında qızılı rəngə çalırdı. Tanış nalbəndlə salamlaşıb. Gərək elə cümə ertəsi. Dağların dalında gizlənən günəşin son sarımtıl şüaları qərb tərəfdəki buludları çəhrayı rəngə boyamışdı. Ətrafa axşam sərinliyi çökmüşdü. O. səhər tezdən isə heç nə olmamış kimi qolunu çırmalayıb işə başlamışdı. Allahın dilsiz-ağızsız heyvanı idi.

Hər gün qapazlanırdı. atın belinə qalxardı. Qarşıdakı hündür təpənin üstündə üç-dörd qaraltı göründü. . Elə o vaxtdan buranın adı "Qardaş vay" dərəsi qalmışdır. Allahyarın dodaqları qaçdı. Birtəhər kəndə çatmaq lazımdı. bəlkə də heç yola çıxmaz. At yenə nədənsə fınxırıb qulaqlarını qırpdı. indi də bu dərayə çatanda sümüyü eyməndi. 45    . "əger belə edibsə. özünü yarğandan atıb?". Əgər getməyibsə?! Elə məsələ da bunda idi. Əgər şəhərdə namus ona güc verməsəydi. __________________Milli Kitabxana___________________ mirdimi? Hətta əlaltından özünə yeni arvad axtarmırdımı? Bəs belə isə nə üçün təşvişə düşmüşdü? Allahyar kəndə çatan kimi Mələyin əmisigilə adam göndərib. Bəlkə elə canı boğazına yığılıbmış.deyə düşündü və yüngülləşmiş kimi atını mahmızladı. Yol burulub çayın içindən keçir və sonra düzənliyə çıxırdı. lap ağıl-sız arvadmış". Ala-toranda çökəklərdə adam olub-olmadığını yoxlayırdı. Allahyar yoldan kənara çıxıb gizlənir. Əgər çıxıb əmisigilə gedibsə. Allahyarı narahat edən də bu idi. Yaralılar səhərəcən "qardaş vay". mə-sələni öyrənməyi qət etmişdi. danlanmadığı gün olmurdu. Allahyar ürəyindəki xofu dağıtmaq və dərələrin birində qarşısına çıxa biləcək qaçaq-quldurun yolunu kəsməsi ehtimalını unutmaq üçün yenə də Mələyi düşünməyə başladı. gecə yenə qumar oynayar. yarğandan atıblar. Ancaq axşam küləyinin dərə boyu otları yalaya-yalaya ötüb keçdiyini gördükdə ürəklənib atını mahmızlayırdı. qarşıdakı dərədə bir gecədə yeddi qardaşı xəncər-dən keçirib. Ancaq artıq gec idi. At döngələri burulduqca qulaqlarını şəkləyib fırnıxır. . Sol tərəfdə yolun altındakı dərədən axan suyun şırıltısı aydınca eşidilirdi. səhər tezdən işıq gözünə. Allahyarın həmişə olduğu kimi.deyə bir- birini çağırıb inildəmişdilər. Ürəyində. bəzən də tırıldayıb dayanırdı. İndiyə qədər bu Acı dərədə çox adamın qanı axıdılmışdı. Deyilənə görə. indi də alinə fürsət düşüb. Heç kəs ona minnət etməyəcəkdi. Allahyar ən çox qorxduğu yerə çatmışdı. "Bəlkə özünü Kürə atıb? Axı son vaxtlar onun söyülüb. O qorxurdu. Qamışlıqda quruldayan qurbağalar tez-lez səslərin: kəsib şappıltı ilə suya atılırdılar. onda özündən küssün. Burada dərənin ətrafın-dakı təpələr ağız-ağıza gəlib daralırdı. Buranı salamat ötmək evə çatmağa bərabərdi. Allahyar tüfənginin qayışını qoluna dolayıb ətrafı dinlədi. atın başını çəkib ətrafı dinləyirdi.

Allahyar xurcunu taxtın üstünə atdı. sonra da Allahyara şırvandılar. səksəkəli halda irəlilədi. Atın tərkinə bağladığı xurcunu götürdü. göz qoyan nökərə üzünü belə çevirmədən: . Çaxmağı yavaşca hərləyib gülləni lüləyə verdi. Deyəsən kəhər də sakitləşmişdi. Allahyar kənd itlərinin boğuq səsini eşidib ürəkləndi. Bayaqdan balaca bir qaraltı görəndə fınxırıb dayanırdısa. "Bir az da belə sürsəm. Təpədəki qaraltılar daha aydın görünürdü. Qanrılıb geri baxdı. . .deyə düşündü və cilovu dartdı. Bir xeyli qulağı səsdə. Bir az bundan əvvəl kəndin aşağısında səs-küy qalxanda oyanıb yol gözləyən nökər gələ-nin kim olduğunu bilib qapını açdı. atı çatladardım".deyib içəri keçdi. Arlıq kəndin işıqları görünürdü. O sakitcə atdan endi. darvazaya yaxınlaşanda itlər hürüşürdülər.. O heç bir şey olmamış kimi ağır addımlarla pilləkəni qalxıb göy məhəccərli eyvana çıxdı. Ancaq gec idi. Təpələrin dalından ay boylandı. . uzu 46    . buxarının yanında.dedi. səksəkəli qalan anasına "xoş gördük" . Onun hərəkətlərin. Ancaq dalınca heç kəsin gəlmədiyini yəqin etdikdən sonra atı yavaşıtdı. indi gözləri yana- yana yolu o üz-bu üzə keçən tülkülərə belə əhəmiyyət vermə-dən irəliləyirdi. Uzaqda şaxələnib axan Kürün suları ağarışdı. Özünü lap itirdi. Atı xır yoldan torpaq yola saldı. . Allahyar yalnız indi. Kəhər götürüldü Allahyar dərəni burulub çayı necə keçdiyini.. Tüfəngi yuxarıda. qorxduğu yerdən dörd-beş verst aralandıqdan sonra məsələni başa düşdü. nəfəsini dərdi. Təpələrdəki qaraltıların çox qədim zamanlarda salınmış qəbristanlıqdakı başdaşıları olduğunu görüb. Tüfəngin çaxmağını hərləyib gülləni lülədən çıxartdı. __________________Milli Kitabxana___________________ O. Ətrafa solğun ay çiləndi. Təpələrin ağız-ağıza qovuşduğu yerə çatanda gözünü yumub atın yalına yatdı. O. İtlər sahiblərini tanıyıb atın ətra-fında atılıb- düşdülər. həyətdə bir az gəzdir. Əlini atın boynuna çəkdi. Kəhər suyun içində idi. Neçə gündən bəri əli qoynunda. "Allaha pənah". İlbizlər səs-səsə verdilər. Atın başını qanırıb dönmək və birbaş şəhərə qayıtmaq istədi. Arvad oğluna nə cavab verəcəyini düşünə-düşünə onun ardınca getdi. divara söykəyib qoltuqaltısını çıxartdı.Atın yəhərini al.tərlidir. dördnala çapıb düzanliyə nə vaxt çatdığını bilmədi. Anasının kömək etməsinə razılıq verməyib.deyə irəlilədi. Dəsmalını çıxardıb alını basmış soyuq təri sildi. sol tərəfdəki təpədə do qaraltılar gördü.

. Qonum- qonşuya da çıxa bilmirəm. Qaranlıq qarışdı. adamın gümanı hər yerə gəlir. Açıb-ağardılası dərddimi ki.Elə sən deyən olacaq. getdiyin yerdən qayıtmaq bilmirsən. Allahyar öləziməkdə olan lampaya baxıb daha da darıxdı.Mələk hanı? Çağır gəlib çəkmələrimi çıxartsın. Yuxarı başa keçib. Sabah öyrənərsən. Bəlkə elə ona görə də gecə ikən atı çapıb kəndə qayıdıb. Bəs gəlin hanı? . . Bir də. yenə hansı cəhənnəmdəsə yıxılıb yatır. . deyəsən! Arvad oğlunun bərk tutulduğunu görüb sözünü dəyişdi. . yenə qayıtmadı. Aclığın varmı. itlərə yal verdim. Allahyar razı olmadı. Gözləri oğlunun üzünə zilləndi. oğlu hər şeyi bilirmiş. Bəlkə. 47    . atasının dağılmışına qaçıb? Nə bilim vallah. Deyəsən. gətirim. . heyvanları rahatlayıb. Neçə gündü yoxa çıxıb? Arvad ancaq indi məsələni başa düşdü. Sən də ki.Ela sən gedəndən. Birtəhər çəkmələrini çıxartdı. . Yolu qara gəlmiş cımbata vəkildi. ay bala. divardakı yarıqlardan birində gizlənmiş qarafatma kəsik- kəsik oxumağa başladı.dedi. Qalmışam evdə tək. Aralığa sükut çökdü. içəri girməkdən yoruldum. mütəkkəyə dirsəkləndi. əl-ayaq yığışdı. O. gədənin nədən xəbəri yoxdur. axşamüstü səhəngi götürüb suya getdi. gəlmədi. __________________Milli Kitabxana___________________ boğaz çəkmələrini özü soyunmalı oldu. Nə bilim. Obaşdan gədəni Kürün qırağına göndərdim. deyəsən buxarının yanında. Demək. Səhəngi tapıb gətirdi. Bu hüznlü səs otağı başına götürdü. Arvad dinmədi. İndi moən nə edim? Başıma haranın daşını salım? deyə öz- özünə söyləndi. evin tikilsin. sağ ayağındakı dar xrom çəkməsinin dabanını sol çəkməsinin burnuna dayayıb dartdı və heç xəbəri yoxmuş kimi gözünü otaqda gəzdirib: . dərdin alım? Ürəyin nə istəyir. . Hardasa lap yaxında. Qoy özüm soyundurum.İzi-tozu qalmayıb? -Nə bilim. axşamın xeyrindən sa-bahın şəri yaxşıdır. sabah onsuz da eşidəcək. O gecə səhərəcən eşiyə çıxıb. Heç nə lazım deyil.Bəlkə heç açıb-ağartmayım? Qoy rahat yatsın. Mal-qara örüşdən qayıtdı. . Yıxıl yat. Heç gördüm deyən olmadı. bilmirəm. Dedimki. .

Allahyar əvvəllər buna o qədər fikir verməmişdi. "əlimə keçən kimi səni tikə-tikə doğrayacağam". arvadının xəbərsiz-ətərsiz yoxa çıxdığı bir vaxtda. Gözünü qaranlıqda tavana zilləyib dayandı. Başının altındakı yastıqdan Allahyara tanış bir qoxu gəlirdi. Mələk onun yanındadır. Arabir buxarının yanındakı qarafatmaların cırıltısı eşidilirdi. öz-özünü tanıya bilmirdi. Allahyar özünü sakit göstərməyə çalışsa da səhərə qədər yata bilmədi. gah da çiləkənlərin altından. nəfəsinin ətrini hiss etmədiyi bir adam ondan uzaqlaşandan sonra. yastığa çökmüş tanış və bir qədər də doğma bir insanın ətri ona rahatlıq vermirdi. qəlbinin duymadığı. . xoş bir qoxu vardı. Əslinə baxsan. O. nə gözəl olardı! Allahyar onun saçını sığallayıb. Allahyarı əvvəlki arvadlardan Mələyə daha çox bağlayan qızın bədəninin ətri idi. sinəsini qoxulamazdımı? Səhər şəfəqləri pəncərə şüşələrində oynayana qədər onun mışıltısına qulaq asmazdımı?! Allahyar yerin içində çevrilir. Arvadının saçı onun üzünə toxunur. burulğanlardan dartıb çıxardırdı. Gözünü tavana zilləyib xəyalən arvadını axtarırdı. İndi Allahyar da belə idi. Mələyin ətri yorğan-döşəyə hopmuşdu. Ətraf səssiz idi. Hər gün görsə də. Ona nə olmuşdu? İndiyə qədər qəlbinə yad olan bu hisslər hardan gəlib çıxmışdı? Nə üçün o titrəyirdi? Məgər Mələyi azmı döymüşdu? Onun gözünün yaşını azmı axıtmışdı? Azmı onun sinəsini yumruqlamışdı? Bəs indiyəcən onun ətrini niyə duymamışdı? Hələ şəhərdən arvadının yoxa çıxması xəbərini eşidəndə dişini-dişinə sıxıb söyüş söyən. Yanaşı uzanıbdır. onunla bir yastığa baş qoysa. Gah onu sağ-salamat tapıb gətirir. İnsan çox zaman qiymətli bir şeyi əldən verəndən. ömründə ilk dəfə doğma bir adamın yoxluğunu duyurdu. Ənlik-kirşan çəkməyən üstünə gül suyu çiləməyən bu gəlinin bədənində onu ən ağır dəqiqələrdə belə məst edən. Allahyara elə gəlirdi ki. Amma indi. Əgər bu saat Mələk yanımda olsa. Mələyin sinəsindən və saçından gələn mixək iyinə bənzər rayihəni hələdə unuda bilmirdi. O. onun qədrini bilməyib itirəndən sonra ayılır. Onun qulaqları güyüldəyirdi. qəlbindəki boşluğu görür və gecə-gündüz xiffət çəkir.deyən o deyildimi? Elə bircə saat bundan əvvəl yol uzunu onu asıb-kəsmirdimi? İndi birdən-birə ona nə oldu? Yoxsa Mələyi sevirdi? Yoxsa indiyəcən qəlbinin harasındasa mürgüləyib yatan hisslər çılğın bir ehtirasla oyanıb baş qaldırmışdı? Allahyar heç nə anlamırdı. __________________Milli Kitabxana___________________ Anası ona yer saldı. 48    .

deyə düşündü. Quşlar onun belini didib parçalamışdılar. qumluqda eşələnən uşaqların yanında bəzən ayaq saxlayıb. O hələ hec kəsə heç nə açmaq istəmirdi. Axşamüstü nökərin geri qayıdacağını və Mələyin əmisigildə olduğu xəbərini gətirəcəyini gözləyirdi. Tez-tez atının başını saxlayıb. Ürəyi əsə-əsə gölməçəyə yaxınlaşdı. Allahyar iri bir naqqanın quruladığını görüb sakitləşdi. Quşlar dimdiklədikcə çırpınıb. dərhal deyərdilər. onları dilləndirirdi. Yoxsa bir xəbər çıxardı. "Yəqin başi əlində deyil. Atını mahmızlayıb Kürdən ayrılan balaca qoldan keçdi. Orada nə isə qaralırdı. Yulğun kollarını yara-yara quşların firlandığı yerə yaxınlaşdı. "Yaxşı. Axmış olsa bir yerdə qurulamazdımı?" Allahyar atını sürür. yenə də havaya alxırdı. Allahyar atdan düşdü. göyün üzündə fırlanan quşlara baxdı. Uşaqlar axan meyit görsəydilər. Atını sürüb çay aşağı uzaqlara getdi. yarğanın dibində. Günün qulağı əyilib axşama dönəndə Allahyar geri qayıtdı. atı minib Kürün sahilinə endi. Bəzən öz-özünü danlayır. o tərəf-bu tərəfə boylanırdı. __________________Milli Kitabxana___________________ *** Allahyar səhər tezdən. suyu şappıldadırdı. suyun şıldır yerində qurulayan qaraltıları nəzərdən keçirdi. daşanda balaca qola gəlib bu gölməçəyə düşən naqqa geri qayıda bilməmişdi.. Birdən yulğunluqların o tərəfindo. Qarğalar onu görüb kənara qaçdılar. Balaca adacıqları. Yarğanların dibinı. Allahyar axşama qədər bəri üzü axtarmağı qərara aldı. Şübhələr yavaş-yavaş onun qəlbinə hakim olurdu. Görünür. İri bir quzğun isə özünü suya çırpır. .. O nökərlə bir vaxtda evə çatdı. Dinməz-söyləməz içəri keçib üzüqoylu taxtın üstə döşəndi. Qarğa-quzğunun bir yerə toplanıb- toplanmadığını yoxladı. sabah o biri sahili də gəzərəm". oynayıb yerindən qopsun. Bəlkə heç özünü suya atmayıb? Birdən ayağı sürüşüb? Axı o üzmək bilmirdi. arvadının ölümünə inanmırdı. Allahyar atını minıb uzaqlaşdı. Eşitdiyi xəbərdən məyus oldu. nahaq bu fikrə düşdüyünə söylənirdi. yulğun kolluğunu saymazyana axtardı. nökəri yola salandan sonra. bəs niyə evinə qayıtmir?". qarğa-quzğun dolaşdığını gördü. 49    . bəs niyə belə xəlvəti gedib! Nə üçün anama bir şey deməyib? Əgər gedibsə. çiləkənlərin ətrafını. Suda çimib. Qarğa-quzğun yenidən balığın üstünə töküldü. Rəngi saraldı. Ürəyi az qaldı ki. "Əgər nökər əliboş qayıtsa. O.

. Bu hər şenliyə yayılan kimi pıçıldaşmalar başladı. Bu xəbər şenliyə yayılan günün axşamı kəndin ağsaqqallarından biri Allahyarı kənara çəkib danladı: . . Kim bilir? . Allah sən saxla. qumun içinə basdırmışlar. Əlində çatı. bəlkə elə sənin arvadındır.deyə arxayınca evlərinə dağılışmışlar. Elə kişidən hər nə desən çıxar. . . Ləpələr tərpətdikcə cəsəd yırğalanırdı. Sualtı daşlar baş-gözünü əzmişdi. Suda çox qaldığından qaralan və şişən meyit tanınmaz hala düşmüşdü. elə oradaca. __________________Milli Kitabxana___________________ *** Üç gündən sonra Kürün lap aşağısında. Get yoxla. Allahyar nə qədər çalışsa da sirr açılmış. Barı meyitini gətirib basdıraydılar. Heç ağlım kəsmir. "Bir gün sahibi gəlib çıxar". 50    . Olar olar. Esmişəm. Yəni deyirsən. hələ çox şey görəcəkmişik.. Ay bala. Ləpələr cəsədi kənara atmışdı. . . aşağılarda bir meyit tapılıb. Deyilənə görə. buzovu mala qatan arvadlar bir-birini görən kimi xosunlasırlar. malı sulamağa aparan uşaqlar heyvanların böyrüşüb geri qaçdığını görmüş və hürkən mallardan qabaq özləri təngnəfəs halda binəyə qaçmışdılar. Bəs nə olar? . qaynar başında da bu cür söhbətlər olurdu. . Deyilənə görə. . bəs sənin qeyrətin hanı? Niyə gedib qadını axtarmırsan? . Deyirlər yazıq özünü yarğandan atıb. Mələyin başına gələni eşidibsənmi? . . Gəzmədiyim yer qalmayıb. Mələyin yoxa çıxması hamıya məlum olmuşdu. . it yeməyib. binələrin bərabərində.deyə Allahyar sakitcə dilləndi. Əynindəki paltardan nişanə qalmamışdı. Onun söylədiklərinə qulaq asan qocalardan bir neçəsi sahilə gəlmiş köpüklü suyun kənarında uzanan meyitə baxmışdılar. Elə həmişə yetimin başı qapazlı olar. bir qadın meyitinin qurulaması xəbəri kəndə yayıldı. namusu itə atıblar. Yaxın heç kimi yoxdur.. Çay kənarında. . Qadının ayaqları hələ də suda idi. Qoca bu kimsəsiz meyiti kənara çəkmiş.

Yarım saata qədər cəsədi diqqətlə nəzərdən keçirən Allahyar arvadına oxşar bir nişanə tapa bilmədi. Allahyar qumu qazdı. arabanı da yerinə çək. Dava-dalaşın səhərisi günü Zərnigar xanımın yanına getmişdi. 51    . Anası da o gündən bəri ağzı üstə döşənib qalmışdı. həm də ətli- əndamlı imiş. 7 Əlləri qoynunda. öküzləri aç. Zərnigar xanım: "Bircə onu görməyəcəksən. yerini xəlvətləmək istəyirsən. Allahyar tələsik geri qayıtdı. atası əziyyət çəkir. Ev suyu soğulmuş dəyirmana dönmüşdü. Allahyar evə çatıb meyiti gətirmək üçün araba sazladığı vaxt doqqazda bir atlı onu çağırdı. Onlar yarım saata qədər xısın-xısın söhbət etdilər. Sual dolu gözərini onun üzunə dikən anasına heç nə demədi. atı yəhərlə". ölümə gedən adamlar kimi.deyə kişisinə cavab vermişdi. dinməz-söyləməz çıxıb getmişdi. Nəhayət. . O. bir də söz- söhbətdən xoşu gəlib ara qızışdıran arvadların üzünü görmək istəmədiyindən evdən eşiyə çıxmamışdı. onun barmağındakı üzük Allahyarı çaşdırdı. Ancaq tüpürdüyünü yalaya bilmir. heç nə deməmiş. Atlılar kənddən uzaqlaşdılar. Atasının qorxusundan. Amma boy- buxununa uyğun gəlirdi: görünür. Allahyarın dodaqları astadan tərpənir. titrək barmaqları tüfəngin tətiyində oynayırdı. Özü isə evə keçib. eyvanın dirəyinə söykənib selləmə bahar yağışına tamaşa edən Salatını fıkir götürmüşdü. bacarmayacaqsan! Kişi hirsindən boğulsa da. Qocalar cəsədi basdırdıqları yeri ona nişan verdilər.Bizi başından eləyib. . ayağını sürüyə-sürüyə necə içəri girdiyini unuda bilmirdi. cəsədi aparmağı qərara aldı. Onun hara getdiyini dəqiq bilən yox idi. Arabanı qoşan nökərə: "Heç nə lazım deyil. Salatın duyurdu ki. __________________Milli Kitabxana___________________ Allahyar ertəsi günü tezdən binələrə yola düşdü. Atlı içəri keçmədi. Atın belinə qalxdı. meşəyə. qadın həm cavan.dedi. Nə əynindəki paltar paltara. Meyit indi daha da tanınmaz olmuşdu. tüfəngini və qoltuqaltısını götürdü. Mələk də çıxılmaz vəziyyətdə qalmışdı. Salatın onun qorxa-qorxa. Tez ol. nə də cəsəd insana bənzəyirdi. . binəyə göndərmək istəmişdisə də. Cahandar ağa ailəsini o taya. tutduğu işə peşmandır. Şamxal evə qayıtmamışdı.

Astadan "işin yoxdur".deyə pıçıldadı. . Zil qara. Ay həyasız. Özünü şax tutdu. acizliyini dərk etdiyindənmi. Zərnigar xanımın gözləri güzgüdə oynadı. qonur gözlərinin həlqəsində parıldayan yaşına. Yalnız bir an. hirsini və daxildən qopub gələn hönkürtüsünü boğub göz yaşını saxlamaq istədikcə kənarı səyriyən dodağına. Özünü irəli atmaq istədisə də bacarmadı. gəlinin ürəyindən keçənləri göz bəbəyindən oxumaq istəyirdi. Onun yanaqlarına. qollarını yanına salıb dayandığını və beləliklə də Mələyin daha gözəl. bircə an fikrə getdi. gözümün içinə baxa bilmirsən?! Mələk sinəsinə enmiş başını qaldırıb Zərnigar xanımın üzünə baxdı. Salatın onların yenidən dalaşa biləcəklərindən ehtiyatlandı və Mələyin arxasınca sakitcə içəri girdi. Onlar qarşı-qarşıya dayanmışdılar. qıvrım saçlı Mələyin məzlum görkəmi onu daha da hirsləndirdi. əzələləri büzüşən çənəsinin zənəxdanına hərisliklə baxır. Arvad elə bil onun sifətindəki hər bir cizgini yadında saxlamağa çalişır. azca aralanmış dodaqları arasından parıldayan dişlərinə. yanaqlarından süzülsə də. Zərnigar xanım günüsünü görən kimi yerindən dik atıldı və naqafil üstü alınmış pələng kimi hücuma hazırlaşdı. Mələk ona baxırdı. Sənnən deyiləm?! . Bir xeyli beləcə dayandılar. bir-iki addım irəli gəlib sakitcə arvadın qabağında dayandı. qaşlarına. genişlənmiş bəbəklərinə. Salatın anasının titrədiyini və birdən geri dönüb gəlini şillələdiyini gördü. __________________Milli Kitabxana___________________ Mələyin bədəni əsirdi. Kirpiklərində titrəyən yaş yuvarlanıb. sinəsinin qalxıb-endiyini gözlərinin oynadığını görsə də dinmədi. Otağa sükut çökdü. Dodaqlarını dişləyib. səsini çıxartmadı. Elə Mələk də mane oldu. Gah özünə. yoxsa utanırsan. hələ iz düşməmiş alnına. Saçlarına dən düşdüyünü yenicə görürmüş kimi donub qaldı. hıçqırığını boğdu. geri döndü və birdən gözü bədənnüma güzgüyə sataşdı. Salatın atıasının fısıltısını aydınca eşitdi. daha cazibədar olduğunu dərk etdiyini duydu. Anası onu döşündən geri itələdi. Gəlin onun burun pərələrinin genişləndiyini. nədənsə. Elə bil qızdırmadan yenicə durmuşdu. Salatın anasının ani olaraq köks ötürdüyünü. Salatın gördü ki. Zərnigar xa- 52    . Başını yuxarı qaldır! . . Arvad sanki təslim oldu: hirsindənmi. gah da Mələyə baxdı. anası gözləri ilə gəlini yemək istəyir.

öz dərdim özümə bəsdir. .. . hönkür- hönkür ağladı. O. gözünə döyəclədi. səni dərdə salmayaydım. Çəkib donunun yaxasını cırdı. Kaş öləydim. Arvad özünün itilirilmiş -ənclıyinə. İtələyib yıxmaq istədi. gəlinkən saçlarına dən düşüb. Pırpızlanmış saçından ayrılan qıvrım telinin bir qismi üzünə yapışmışdı. ərini bir daha özünə ram edib. __________________Milli Kitabxana___________________ nın daha da hirsləndi. Anasının yanını kəsdirən Salatın nə qədər çatışdısa da. . dayandı. əlini üzünə çəkib saçını geri elədi. Ancaq. Məni öldür. Zərnigar xanımı bu saat sakitləşdirmək mümkün deyil. Salatın da onlara qoşuldu. Kirpikləri yaş idi. Saçlarını dartışdırdı. onu ovundura bilmədi. ömürlük qaravaşın ollam. nədənsə. Onun yorulub dayanmasını gözlədi. Körpə uşaq kimi hıçqırdı. nəfəsini kəsən ağrılardan can qurtarıb yüngülləşən Mələk. Yalnız bu vaxt Mələk bayaqdan güclə saxladığı göz yaşını axıtmağa başladı. Mələk tərpənmədi. Qızarmış gözünü Zərnigar xanıma zillədi. .. əllərini öpməyə başladı. ancaq evdən qovma. Mələk gedəndən sonra Zərnigar xanım taxtın üstünə döşəndi.. Arvad büzüşüb oturmuşdu. Geri döndü. Gəlinin üzünə. Onun yanaqları islanmışdı. başa düşə bümirdi ki. Mələk də bunu gözləyirmiş kimi onun qarşısında dizi üstə düşüb başını Zərnigar xanımın sinəsində gizlətməyə çalışdı Arvad əvvəlcə onu itələyib özündən uzaqlaşdırmaq istədi. O nə qədər çalışsa da. başını yuxarı qaldırdı. Onun məlul- müşkül görkəmi qurğuşun siqlətli daşları da əridərdi. Çevir balalarıyın başına.... Zərnigar xanım heç nə demədi. nəhayət. Məndə nə taxsır var? -Rədd ol. Salatın anasının öz günüsünün başını sinəsinə sıxıb hönkürtü ilə ağladığını gördü. Çıx get. . Mələyin döşündən itələyib astaca özündən uzaqlaşdırdı. eşqindən yarımadığına ağlayırdı. Onlar ağır fəlakətə düşmüş və dar gündə rastlaşıb. Onu qucaqlayıb. Qollarını açıb arvadın üstünə yeridi. geri qaytara 53    . . bir-birinə həyan olan doğma adamlar kimi qucaqlaşıb hönkürüşdülər. Neçə gündən bəri sinəsini sıxıb. Astanada qanrılıb çiyni üstündən Zərnigar xanıma baxdı. . dedim sənə! Mələk gəldiyi kimi də sakitcə qapıya yaxınlaşdı. O. Zərnigar xanım əlləri ağrıyıncaya qədər onu döydü və birdən kökündən kəsilmiş ot kimi taxtın üstünə çökdü. Görünür Mələk buna dözmədi.

Evdə darıxdı. arvad olacağını duyurdu.. Daha o.deyirdi. Elə bil onu qara basdı. Mələyin hər cəhətdən ondan üstün olduğunu. Yulğun kolları uğuldadı. Elə Mələyin də hərəkətlərindən xoşu gəldi. arvadların susması Cahandar ağanın da qaşqabağını açmışdı. qovrulub yanırdı. Şamxal qayıtmadı. Kəndin üstündən keçən dolu suları döyəclədi. . Yaşıl don geyinmiş meşənin üstünə elə bil birdən-birə qırov düşdü. Qocalıq öz kölgəsini onun üstünə salır. gör necə sarsaq xəyallara düşürəm". Qız xəyallandı. Ancaq aradan iki gün keçdi. Buludlar birdən-birə istiqamətini dəyişib kəndin üstünə yeridi. Onun evə qayıdacağını gozlədi. el üzünə. O tayda sähilboyu uzanıb gedən qovaq ağaclarının yarpaqları tərpəndi. 54    . çiləkənli. Elə bil göyün səthi çatlayıb aralanmışdı. Anası bir az dincələndən sonra Salatın qardaşını düşündü. Yarpaqların astarı göründü. Dalbadal şimşək çaxırdı. mən nə fikirləşirəm? Allah. buruılğanlı sular. Gurultu ilə başlayan yağış tez də ötüb keçdi. Diksinib fikirdən ayıldı. nərildəyib dəli Kürün şaxələnmiş qolları gözünün önündən keçdi. özünü yorma. daşlara. bir də bəridəki taxıl zəmilərini. evdə kabus kimi gəzmirdi. Elə bü Kürü daşa basdılar. ərinin onun qoynundan çıxmayacağını. Tozanaqlı külək sahillə kənd arasındakı çəmən otlarının telinə daraq çəkib bəriyə doğru gəldi. Xırdaca ləpələr qırçınlaşıb sahilə axışdı. qəlbinin dərinliyindən sanki bir səs baş qaldırıb ona "sakit ol. __________________Milli Kitabxana___________________ bilməyəcəyini başa düşdüyündən. döşlərdəki təkəm-seyrək ağacları görmək mümkün deyildi. Göy inildəyib şaqqıldadı. Ağlına cürbəcür şeylər gəldi. Deyəsən. Ətəyini sallayan duman yavaş-yavaş aşağı enirdi. qapı-bacalardakı toz-torpağı. Zərnigar xanım kişi üçün lazım olan gənclik təravətini itirdiyini böyük dəhşət hissi ilə dərk edirdi. Salatın bu hadisədən sonra anasının qəlbindən keçənləri bilməsə də. atılan daş geri qayıtmaz" . arvadın varlığını sıxırdı.deyə özünə qarğış etdi... Səmada göz qamaşdıran əyri-üyrü işıqlar oynayırdı. ot qırıntılarını süpürüb apardı. onun sakitləşməsinə sevindi. "Ağlıma gələn dağlara. Üfuqdəki dağları.. Selləmə yağış başladı. özününsə bu evə elə-belə. qorxulu fikirlərdən yaxasını qurtarmaq üçün eyvana çıxdı. mənə ölüm ver. Sıldırım yarğanlar. Suyun üzü alılıb-düşdü. Kəndin üst tərəfindəki təpələri qara bulud bürümüşdü. Səma yaralı nəhəng kimi bir neçə dəfə nərildəyib susdu. hirsindən ev-eşiyi bir-birinə qatmaq istəsə də olmur. Yağış havasını duyan toyuqlar qaçıb talvarın altına doluşdular. Qəzəblənsə də.

Səhəng agırlaşıb aşağı batdı. Güləsər aşağı endi. gündəliyə geyinib bu kökə salmazdı. . Güləsər onun hörüklərinə. Eybi yoxdur. Barmaqlanın arasına palçıq dolmuşdu. Su yolu sürüşkənləşmişdi. . Suya gedən Güləsəri gördü. Bu gözəl paltarın ətəyi şehə və palçığa bulanmışdı. Ayaqqabın yoxdıırmu? . Ləpələr şıltaqlıqla atılıb-düşür. fikir vermədi. Var. çəkməmi soyunaram. Güləsər qabağa keçdi. boğçaya büküb saxlayar. sənin də səhəngini doldurum. Talvarın altına yüyürüb. . mən düşüm. Bir müddət heç biri dinmədi. Yanaşı dayandılar. . . atlas koftasına. Salatın addımlarını yeyinlətdi. Xınası solmuş dırnaqları lilə batmışdı. Əgər onun belə paltarı olsa. yalın ayaqlarını şappıldada-şappıldada bir-birilərini qovdular. . Yox. Arxasındakı hənirtini duyan Güləsər qanrılıb baxdı. Salatın onun sorğu-suala başlayacağından ehtiyat edərək susdu. özüm enərəm. Gölməçələri yarıb. Güləsərin yanaqları qızarmışdı. Güləsər əvvəlcə öz səhəngini suya basdı. asta-asta enişdən enirdi. Hər ikisi dinməz- söyləməz yola düşdü. Onun dərdi də bahar yağışı kimi ötüb keçdi. Salatın Güləsərin dərisi qaralmış balaca ayağına baxdı. Gözünü Kürün sahilinə enən cığıra zillədi. Onlar bir-birilərinə yaxınlaşdılar. yox. Güləsər isə xəbərsiz halda. Kürün suyu bulanıb köpüklənmişdi. Hazır mən ayağı yalınam. __________________Milli Kitabxana___________________ Uşaqlar şalvarlarını çırmalayıb həyətə qaçışdılar. Qoy. səhəngi götürdü və kəsə yolla Güləsərin dalınca yollandı. İkinci səhəngi də doldurandan sonra kənara çıxmaq istədi. sürüşüb yıxılacağından ehtiyat edərək. Salatın qabaqda gedirdi. Təpələrin o üzündən qalxan göy qurşağı ətəyini sallayıb kəndi qucaqladı. Sürüşərsən. yarğanın sarı torpağını yalayırdı. Su poqquldadı. Güləsər onu dartıb sudan çıxartdı və Suvadağın qaşında dayanan Salatına verdi. Yağışın yenicə yuyub islatdığı cığırda onun yalın ayağının ləpiri qalırdı. Salatın aşağı əyilib əlini uzatdı: 55    . Güləsərin heyfi gəldi. Suvadağa çatanda yenə dayandılar. Özünü qıza yetirməyə çalışdı. Palçıqdır deyən. Salatın sualının yersiz olduğunu başa düşüb xəcalət çəkdi. geyinməmişəm. Otların şehi onun donunun ətəyiəyini islatdısa da. topuğuna enən qırçınlı ipək donuna diqqətlə baxdı. Salatın bir az bundan əvvəlki ağır düşüncələrini unutdu.

gözləyəcəyəm. Səni and verirəm o qardaşın Çərkəzin canına. Güləsər dinmədi. . . . Hə. qağam evdən didərgin düşüb. . ona yaxşı bax. Heç görünmürsən? . Səhəngi çiynində rahatlayıb qolunu qulpnaa keçirdi. eşitdim. yaman qorxuram.Biləyimdən yapış. Haradadır ki? . Bəlkə axşam qaranlıq qarışanda oğurlanıb xəlvəti sizə gəldim.Tərsin biridir. Belini düzəldib nəfəsini dərdi.deyə Salatın doluxsunub cavab verdi. . sözlü adama oxşayırdı. Dünən bizdəydi. Ancaq ağzından qaçırma ha. 0. Nə bilim. Tutduğu iş cəhənnəmə.balaca ha deyil. O sevinirdi. Özü isə səhəngini dalına alıb. çatı ilə sarıdı. Deyəsən səndə xəbər var. Salatın gözünü Güləsərin üzünə zillədi. Özün başımıza gələni bilirsən ki?! . Cahandar ağanın evinin bərabərinə çatanda Güləsər sükutu pozdu: . . Sən Allah.deyə Güləsər onun sözünü kəsdi.. Sonra da səhənglərin palçığını silib. Bıy.deyə Güləsər silkələndi və qabağa keçdi. Salatın qızın dalınca xeyli baxıb köksünü ötürdü. . Bəlkə Çərkəzin yanıa gəlib? Qız susdu. Heç nə olmaz. Heç. . Güləsərin gözləri gülürdü. Qardaşı Çərkəzin sözlərini yadına salıb susdu Xeyli sonra özünü bilməməzliyə vurub soruşdu: . mən onu hardan görərəm? . Qağamı görübsənmi? . . __________________Milli Kitabxana___________________ . qağam sizdədimi? Niyə dinmirsən? Sənə nə oldu? Niyə qızardın? . tıxacları taxdı. . . Heç kəsə deməzsən ki? . Güləsər onun köməyi ilə yuxarı çıxdı. Salatın qanrılıb qızın üzünə baxdı. bircə sənə deyirəm. Salatına kömək elədi. Onlar yolayrıcıda dayandılar. Dönüb evlərinə sarı addımladı. qardaşının yerini bildiyinə görə az qalırdı ki. Mənə özləri tapşırıb. düzünü de. Nə xəbər? . . ay Salatın. . Arxayın ol. Güləsər ondan aralanıb evlərinə doğru yollandı. uşaq 56    . . Qağamın canı üçün yox. Anasına bir az sakitləşdiyinə. Kişi yaman pıs iş tutub. Gəl..

Anası da sevinəcəkdi Bəs sonra? Eh. kolların arasında gözdən itdiyini gördü. Fikirli-fikirli başını buladı. sonrası Allah kərimdir. çiynindəki əndırləri silkələyib kürəyinin ortasına atırdı. Görmürsən səhəngə güllə dəyib? . möhkəm 57    . . Çiynindəki səhəng ağırlaşdı. Salatın özünə gəlməmiş Güləsərin təlaşlı səsi eşidildi: Allah. Yəqin hansı ciyəri yanmışınsa çovutma gülləsi dəyib. Qağayın canı üçün düz sözümdür. Qızın qolundan tutub yaşlı qadınlar kimi ürək verdi. yaxşı qurtarıbsan. mənə ölüm ver. Birdən elə bil onu daldan itələdilər. niyə yıxıldım. Nə olub ki? . 8 Qoca ağır-ağır yoxuşu qalxırdi. Allaha şükür. __________________Milli Kitabxana___________________ kimi atılıb düşsün. Ağzı üstə palçığa yıxıldı. Su fışqırıb axırdı. Nə isə bir şey an kimi vızıldayıb havada. O bu saat anasının yanına qaçacaq. Elə şey olmaz. kənddə olduğunu ona xəbər verəcəkdi. Heç özüm də bilmirəm. Kişi yorulmuşdu. Salatın xırmana yaxınlaşdı. Gözunə inanmadı. səhəngin ortası necə deşilib. Gözünü o taya. Güləsər kənara düşmüş səhəngə baxdı. Qızın qolundan tutub qaldırdı. Tez-tez dayanıb nəfəsini dərir. Allah mənə ölüm ver. . Səhəng deşilmişdi. O. Təngildəvib qabağa yeridi. Səhəng onun çiynindən düşüb üç-dörd addım qabağa dığırlandı. Qiz qədər çalışdısa da müvazinətini saxlaya bilmədi. . Cahandar üzünə qaldırdığı tüfəngini aşağı saldı. meşəyə zillədi. O tayda bir atlının meşəyə girərək. Güləsər Salatını yıxıldığı yerdən qaldırandan sonra belini düzəldib sahilə baxdı. Nökərlər tökülüşüb gəldilər. Qız qolunun siyrilmiş yerindən axan qana fikir vermədən durub səhəngi götürmək istədi. bu nə idi? O dalındakı səhəngi yerə qoydu. Güllə səsi eşidən Cahandar ağa tüfəngi götürüb samanlığın üstünə çıxdı. Salatın. Ay qız. Bircə bax. Salatın ətrafına boylanıb çiynini çəkdi. Əlindəki söyüd çubuğuna keçirdiyı balıqların pulları parıldayır və quyruqları açıq-çəhrayı rəngə çalırdı. Şamxalın heç yana getmədiyini. .

. gedin ağzınızın qatığını silin. Bəs nəsiniz. saçaqlı papağını boynunun dalına itələmişdi. Qızıma nə deyəcəksən. . bunları hardan tutmusan. . biz uşağıq? . Onların əllərində balaca qarmaqlar var idi. iri. Qoca olanda nə olar.. O. yerini bizə də de! . __________________Milli Kitabxana___________________ islanmışdı.deyə uşaqlardan Əli adlı birisi dilləndi. Bir xeyli Kürdə çimişən uşaqlara. ay xalası göyçəklər? . Dikdirin qaşına çatanda bir dəstə uşaqla qarşılaşdı. İndi məndən nə istəyirsiniz.deyə Qoca kişi dayanıb onları süzdü. Uşaqlar Qoca kişini araya aldılar. . Gözləri parıldayan balıqların içində hələ də nəfəs alanları var idi. Demirəm. ay sənin bacıyın məməsini yeyim. Kim. . Dizi yamaqlı şalvarı. . arxalığının altından görünən boynu qara sapla işlənmiş kirli alt köynəyi belə yaş idi. bacını məndən artığına verəcəksən? 58    . Sizdən balıq tutan olmaz. qızına. Gecəli-gündüzlü suda qaldığından ağappaq olan dabanını və codlaşmış ayaq barmaqlarını qızmış tozlu torpağa basdıqca. bala. Sinəsinə düşən ağ saqqalının pərakəndə tüklərini səhər küləyi oynadırdı.Elə eləmə ki. Yaxşı. Kişi dayanıb nəfəsini dərdi. . Onun sinəsinə düşmüş saqqalına baxdı. Qocasan. .. Hərisliklə onun əlindəki balıqlara baxdılar. Öküzünün burada olub-olmadığını yoxladı. . . Xeyri yoxdur. Qırxıq başından buğ qalxırdı. bədəninə istilik yayılırdı. Niyə bacarmıram? . ay nişanlısı göyçəklər? . Niyə olmur. . Çarıqlarını və iplik corabını soyunub əlinə almışdı. Nəyin xeyri yoxdur? . Ey-ey. nişanlınız olsun. Qoca dayı. ay Qoca dayı? .. Yanları qırış-qırış gözləri kiçilib balacalaşdı.Xalanız olmasın. Sonra yenə yoluna davam etdi. Xalamızda işin olmasın. . Əli gözünü qıyıb kişini süzdü. Axı bacarmazsan. . Niyə ki? . . Uşaqsınız. ay qırışmal. yulğunluğa doluşan mal-qaraya baxdı..

Nişanlımız sənin balığına qalmayıb. Qoca kişi də onlara qoşuldu. . Arpalar buğum verib sünbülləmişdi. Heç kəs kişinin bu şuxluğundan inciməz. Qoca dayı. 59    . Qarnı doyan çəpişlərin çəmənlikdə atılıb-düşməsi Kürün sahilindən belə görünürdü. . Uşaqlar qəhqəhə çəkib gülüşdülor. Niyə? . Qoca kişi sahilə enən uşaqların dalınca xeyli baxdı. Kişi də söz altında qalmazdı.Bəs bığların? . __________________Milli Kitabxana___________________ Axı sənə yazığım gəlir. . . . təpələrin döşündə isə quzular otlayırdı. Paçalama üstünə minib. Saqqalını yolar. sonra peşman olarsınız. Bəlkə. Deyib-güldükcə elə bil cavanlaşıb yüngülləşərdi. Qırxdırram. Sarı çiçəklər.Kəsdirrəm. Yoxuşu çıxıb qaşı aşandan sonra dayandı. Aldatmazsan ki? . özümüz tutarıq. balıqları sizə verim. Təpələrdən əsib gələn bahar küləyi onun üzünə vurdu. Kişi dayanıb kəndə doğru baxdı. Mənim siznən zarafatım var? Uşaqlar gülə-gülə ondan aralanıb eniş aşağı düşdülər. Dəmyədə əkilmiş taxıllar qurşağa çıxırdı. Bir az bəridə. Bir dəstə qız pencər dərirdi. topa-topa bitən lalələr adamın gözünü oxşayırdı. . İndi alın. aparın nişanlınıza. . gəl bu işdən əl götür. nə qayırar? . . Vallah. sifətinə qayğıkeş bir görkəm verdi. Onda gəlib apararıq. Nəfəsini dərib yoluna davam etdi. başına toplaşıb ona sataşardılar. Kəndin üst tərəfindəki təpələr yamyaşıl idi. indi sözün nədir? Əli dayandı. Gəmiçi Qoca həmişə kəndin yeniyetmələri ilə zarafatlaşmağı sevərdi. Hə. məni bağladınız. Elə bil bədəninin ağrısı da azaldı. . Məsələn. . başına oyun açar. Bacımın xasiyyəti pisdir. harda görsələr. tumanının bağı ilə səni boğar. əliniz boşa çıxdı? . Ay haramzadalar. əksinə. İndi də uşaqlarla zarafatlaşandan sonra özünü yüngül hiss etdi. İndi o daha cəsarətlə addımlayırdı. tez-tez yağış yağması dəmyələri gömgöy enmişdi. Gəlin. Bu il havaların yaxşı keçməsi.

Ayaqları yalın idi. çardağın yanını ot basmışdı. 60    . bir-iki gün dincəlməli idi. Dünən də qağam tutmuşdu. çörəkdən yeyib.. O. oralarda dolanırdı. xırman yerini. Onların çoxunu Qoca kişi öz gəmisində bəri üzə keçirməli idi. düz bir həftə idi ki. mal-qaranın sayı-hesabı olmayacaqdı. Qız ağzından söz qaçırdığına peşman olub qızardı. Əgər srağagün Güləsər onun yanına gəlməsəydi. Qızının xatirinə dəyməmək üçün araya söz qatdı. Bıy nə yaxşı balıqlardır. Güləsər taxılın içində pencər yığan qızlardan aralanıb atasına doğru gəlirdi. həftələrlə evə baş sala bilmirdi. pendirdən. . qarı rəhmətə getmişdi. . Əgər qızı Güləsər olmasaydı. . Onun qara damı torpaqdan güclə seçilirdi. özünmü tutubsan? Qoca kişi balığı gəmi ilə keçirdiyi uşaqlardan aldığını demədi. Başını tərpədib. . Bundan sonra kişinin əl-ayağı soyumuşdu. O. O. Aldığı haqdan. __________________Milli Kitabxana___________________ Gəmiçi Qoca ətrafını ot basmış cığırla kəndin ucqarındakı evinə doğru addımladı. Nə dəribsən? . meşəyə. Şamxal da bizdə idi. bəlkə heç bu gün də evə qayıtmayacaqdı. ay dədə. Sənə pencər bişirəcəm. qoyun sürülərınin. Damın ətrafındakı kalafalıqları. Meşədən köçüb gələn binələrin. Əlindəki bıçaq və dırnaqları nəm torpağa bulaşmışdı. İlanotu. Çöllərin küləyi qızın yanağını cızmışdı. şabalıdı rəngə düşmüşdü. Atası dabunu hiss etdi. Arvadı Züleyxa ölənə qədər ev səliqəli olardı. . kəndə keçirirdi. Ancaq iki il idi ki. Gəmiçi Qoca həm də heç olmasa. heç evə qayıtmazdı. şeytanım qoy bu gün balıq yesin. Onun ətəyi dolu idi. a xalası göyçək? . Burda nə gəzirsən. Dedim. Yemlik yeməkdən əlləri və dodaqları bir az qaralıb.. yaylağa hazırlaşanları isə bəri üzə. Sənə pencər dərirəm. Axı bu gün-sabah el yaylağa qalxacaqdı. Kəndin girəcəyində başını qaldırıb ətrafa baxdı. Dodaqları da qaysaqlanan kimi olmuşdu. qızının sözünü təsdiqlədi. Hətta qazmanın üstündə belə ot cücərmişdi. Mən də gör sənə nə gətirmışəm. evə gəlmirdi. bəlkə də aylarla gəminin yanında qalar. Hərdənbir də uşaqlar ona balıq gətirirdiler. Ayaq saxladı. Kişi qızını gorəndə sevindi. çit donunun ətəyini belinə sancmışdı. binəyə köçənləri o taya. Güləsər bərabərinə çatanda gulümsündü: .

burda nə əlləşirsən? Çərkəz belini düzəldib tərini sildi Atasının sualına zarafatla cavab verdi. özüm horradan-zaddan bişirirəm. Adəti üzrə şuxluğa başladı: . ay bala? . onu heç yana buraxmazdı. ya da təzək yuvarladan dozanqurdular əlləşirdilər. necə də köməkləşirdilər! Arabir lap yaxından.Fikrin nədir. Heç Çərkəz də arabaya yaxın durmazdı.. Bütün canlılar əlləşib işləyirdilər. Cığırlarda cığır salan qarışqalar harasa tələsir. Qoca kişi toz-torpaq basmış boyunduruğa və təkərləri əyilən arabaya baxdı. İki dozanqurdu mal təzəyini yumurlayıb aparırdı. __________________Milli Kitabxana___________________ Yağın varmı? Dünəndən bir qaşıq saxlamışam. Hər şey oyanmışdı. əlindəki balıqları qızına verib qabağa keçdi. Qoca kişi talvarın altında eşələnən Çərkəzin yanına getdi. Yolun kənarındakı çiçəklərin üstünə qonan xallı kəpənəklər qanadlarını oynada-oynada şirə sorur. Onlarla bəhsə girən bal arıları güllərin başına dolanırdılar. Onlar əziyyət çəkmir. Güləsər köksünü ötürdü və ondan xeyli aralanan atasının yorğun görkəminə tamaşa etdi. Güləsərin əlacı olsa. Niyə dəymir. Amma qarışqalar. Həmişə gül-çiçək içində üzən kəpənəklər necə də gözəl idilər. yaz gəlmişdi. keçən il də əlləri aşağı oldu. Dağ köçünə hamıdan qabaq hazır olardı. bəzən də havanın ətrindən xoşlanıb göyə qalxır və bir-biri ilə zarafatlaşır kimi çəmənlərin dərinliklərinə uçurdular. Güləsər dayanıb baxdı. Qabağındakı qırıq arabanı göstərdi: . İndi oğlunun hərəkəti onu xeyli düşündürdü. Əvvəllər onun arabasının bir cağı da sınıq olmazdı. Kişi qocalıb əldən düşmüşdü. Yəqin neçə gündür dilinə isti çörək dəymir. dağa köçdük. Bu il isə heç araba qoşmamışdı. 61    .. ay bala.A xalası göyçək. qızın əlindən nə gələ bilərdi? Onlar həyətə çatdılar. .Ölü dirildirəm. Bəli. O. Qoca kişinln az qala ayağının altından pırıltı ilə qalxan quşlar uçub qabağa düşür və bir xeyli cığırın ortasında səkirdilər.Bəlkə. Bir-birini necə də başa düşür. Amma neyləsin. İnişil arvadı öldü. səhərdən axşama qədər çiçəkdən-çiçəyə qonurdular. əllərinə keçənləri daşıyıb yuvalarına doldururdular. Özü qolunu çırmayıb ortaya atılardı. Onlar başıaşağı durub. Güləsər atasının çatlamış dabanlarına baxa-baxa onun izi ilə getdi. Qəribə idi. dal ayaqları ilə kürəciyi dığırlayırdılar.

Güləsər göz yaşını və buruunu silib. hanı. Kösövlər çatırdadı və birdən alışıb parıldadı. Güləsər atasının altı deşilmiş çarığını gözdən keçirdi və içəri adladı. . Bir də axı bu əziyyət nəyə lazımdır? Onlar ki. . Ay dədə. Çərkəz əlınin tozunu silib. Balığı kimnən tutmuşdun? . uzun donunun ətəyi ilə ocağı yellədi. taxtın üstündə oturan atasına yaxınlaşdı.deyə kişi sakitcə dilləndı. Ocaq tüstüləndi. Ətrafı boğaz acışdıran göyümsov bir tüstü bürüdü. Arabanın cağları çürümüşdü. deyəsən. . xırıltılı səslə güldü. İstəyirsən balığı da pörtdət. bir şey demədi. Deyəsən. ay xalası göyçək. -Nə olarki? . Kişi çiynindəki kəndiri həyətə atdı. Çarıqlarını qızına verdi. Orta ocaqda korun-korun yanan kötüyün ucunu vurub qorlandırdı çır-çırpı yığıb üstünə tökdü. __________________Milli Kitabxana___________________ Kişi oğlunun şini düşmüş təkərlə oynamasını əbəs zəhmət hesab etsə də.A bala. İslanmış corablarını talvarın üstünə tulladı. mən də göstərim? . Belə bir arabanı sazlamaqdansa. balıq tutmusan. Heç bu il nübar eləməmişəm. göstər görüm? . təzəsini bağlamaq daha asan olardı. it-pişik aparmasın. Zəhrimar islanıb cılğıya dönüb. təkərdən üç-dörd addım kanardakı çokəyə yuvarlandı. Bu duman bir müddət laylanıb evin içinə çökdü və yavaş- yavaş orta bacadan burulub çıxdı. balıqmı? . . 62    . Hə. Tüstüdən nəfəsi kəsilən Güləsər eşiyə çıxdı. dağa köçən deyildilər. Kişi oğlunun üzünə baxıb. . Çərkəz fırladıb o üz-bu üzünə baxdığı təkəri əlindən buraxdı. . Şamxalnan. Qız bir-iki dəfə ocağı püflədisə. Çərkəz əvvəlcə atasının qıyıq gözlərinə. Ay dədə. Onun şini cingilti ilə çıxıb. . ox da qacıyıb əyilmişdi. sonra da ocağın kənarında eşələnən bacısına baxdı. O bizə gəlmişdi? . odun yanmadı. Pencər yaxşıdır. elə yerə qoy ki.deyə Çərkəz cavab verdi və qaşqabağı tökülən atasına baxdı. Təkər həyətin ortasında dığırlanıb bir-ikı dövrə vurdu və göy otluğa düşdü. sənə pencərmi bişirim. Heç. Sən tutduğun balığı mənə göstərdinmi. Təkərlərin əyrisi çatlayıb aralanmışdı. Sən mənim balıq tutduğumu hardan bilirsən? -Bilirəm.

Doydum. Bu saat balıq gətirim. Qoca kişi qəlyanını doldurdu. Çərkəzin qabağındakı pencəri çömçələyib götürürdü. Yanaqları rəngdən-rəngə düşür. gözdə-qulaqda olmaq lazımdır". gicsahlarındakı damarlar oynayırdı. Arxalığının cibindən çaxmağını çıxardıb qovu alışdırdı. Kişini fikir gotürdü. O indiyə qədər Güləsəri uşaq hesab edirdi. „Ay dədə. Sarımsaqlı qatığı irəli çəkib bir-iki qaşıq pencərin üstünə tökdü. Çörəkdən kəsib pencəri çömçələdi. Bu saat hazır olar. O da bunun kimi ortaboylu. -indidən mazaqlaşmaq istəyir. qız lap yetişib. tökməbədənli idi. Boyu. Güləsər qabı götürdü. Yox. tez-tez əyilib fətir götürən qızım gözaltı süzürdü. . Qoca kişi qızının bu mehribanlığına qarşı necə minnətdarlıq edəcəvini bilmədi. Güləsər atasının dayandığını görüb təəccüblə soruşdu: . O. yeriyəndə boynunu bir az yana əyməsi lap Züleyxa idi. əllərini şalvarının dizinə çəkdi. "Yox. Niyə yemədin.sarımsaqlı yaxşıdır. Boyları bir qamçı olan kimi adamın belinə sıçrayırlar". . quru qıza oxşamırdi. Zarafatlaşmaq. Gözləri oyur-oyur oynayır. "Günü qara lap özünü açıb. Güləsər böyümüşdü. təəccüblə ona baxır. Elə bil rəngi də ağarmışdı. Allah sizin damazlığınızı kəssin. ağzın şirin olsun. Döşləri nimdaş qoftasını dik tuturdu. . Heç bir il bundan qabaqkı arıq. Balığa da asmışam. Onun iştahası qaçdı. Kişi onun arxasınca baxdı. Qəlyanın üstünə qoyub sümürdü. Kişi görürdü ki. Qız lap anasına oxşayırdı. Camı qabağına çəkib bardaş qurdu. çubuğunu tüstülətdi.deyə ayağa durdu. buxunu. Güləsər qardaşı ilə bir qabda xörək yeyirdi. Amma bu gün elə bil yuxudan ayılmışdı.. Kisi quru çörəyi dişsiz damağında övkələdikcə çənəsi şaqqıldayır. Ancaq onun üzünə baxıb gülümsəməklə kifayətləndi. Tez-tez şitlik edir. 63    . . Kişi taxtın üstünə uzandı. Kişi bunun fərqinə indi vardığından.deyə xəyalından keçirdi. Güləsər iri mis cama çəkdiyi pencəri atasının qabağına qoydu. qızı şuxluq edir. Güləsərdə ilk dəfə müşahidə etdiyi bu hal kişini hürkütdü. İştahan açılar. yoxsa xoşuna gəlmədi? .dedi. Soyutma bişirirəm. Özü isə Çərkəzlə yanaşı oturdu. deməyə söz tapmırdı. Güləsər köhnə bir mütəkkə gətirib onun başının altına qoydu. Qoşa hörükləri görəndə xəyalı uzaqlara getdi. ay dədə.. əzilib-büzülmək istəyir. Qardaşını cinləndirib xısın-xısın gülürdü. Baş barmağı ilə közərmiş tütünü basıb. çox sağ ol. qızım. Camı geri itələyib. __________________Milli Kitabxana___________________ Bir azdan yağda qızardılmış soğan iyi ətrafa yayıldı. .

deyə ərini sancmışdı. O heç kəsə heç nə demədən birbaş ılxının içinə girib atı yallamış və quş kimi sıçrayıb belinə qalxmışdı. biçənəklərin üst tərəfindəki təpənin qaşında özünə ev tikdi. Qara damın həyətində iri bir çardaq da tikdilər. Enli qovaq ağaclarını doğrayıb ortadan yardılar.deyirdi. torpağın süzülüb axmasının qabağını aldı. Cahandar ağanın oğlunun qara damda yaşamasını şəninə sığışdıra bilmirdi. İndi ürəyin dincəlsin". Şaraxalın yanına gəlib onu danlayan ağsaqqallar da oldu. Bu xəbər Cahandar ağanı hirsləndirsə də dinməmişdi. . Şamxal evin dal tərəfindən balaca bir pəncərə açdı. südünə çəkib. Meşədən dirək. Uşaqların hardansa tapib gətirdikləri bir parça şüşəni ora saldı. . nə künc-bucağında yeməyə bir şeyi vardı. Hətta bir-iki dəfə qəsdləndi ki. başı əlhəd daşına dəyib geri qayıdar" . tövləni harda tikəcəyini indidən müəyyənləşdirdi. Damın pərdilərini Şamxal özü örtdü. Kənd camaatı əvvəlcə bu işə təəccüb etdi. Üç gün gecəli-gündüzlü işləyəndən sonra qazma daxmanın üstünü örtdülər. O biri tərəfdən də onun. Bir dəfə ilxıçılar xəbər gətirdilər kı. Harda xırman açacağını. Kənd cavanları ona kömək etdilər.İnadın birıdir. Ancaq onun gözlədiyi kimi olmadı. Səliqə ilə yonub yan-yana qoydular. Bu xəbər Cahandar ağanı təəccübləndirmədi. . Çərkəzgilə getməyə də arlandı. Dikdiri çıxıb kəndə doğru gedyn atlının qabağına heç kəs keçə bilməmişdi. "Tərs oğlu tərs. atını minib dayısıgilə getsin. Ancaq o. Sonra fikrindən daşındı. kişi kimi sözünün üstündə durduğunu bəyənirdi. Şamxal divarından nəm qoxusu gələn daxmada tək yaşayırdı. "Bir gün ağıllanar. O bu işə bir tərəfdən sevinir.deyə ürəyində onu yamanladı. ancaq Şamxal bir daha buralarda hərlənməmişdi. sözündən dönmədi. Cahandar ağa oğlunun yenə nə isə aparacağını gözləyirdi. Həyətdəki ot-ələfi təmizlədi. axırı belə olacaq". Onun nə yorğan-döşəyi. __________________Milli Kitabxana___________________ 9 Şamxal kəndin kənarında. Şamxal özü çardağın ətrafını yulğun çubuğu ilə hördü. oğlunun öz atasına belə boyun əymədiyıni. Bilirdim ki. samanlığı. Birləşib yer qazdılar. Əvvəlcə ayrı yaşamaq ona çox asan gəlirdi. Amma özünə ev tikəndən ikicə gün sonra belə yaşamağın çətinliyini dərk etdi. istəyinə çatdın. kərən gətirdilər. Şamxal çəmənliyə gəlib ayağı səkil qaşqa atı aparmışdır. Əri iIə küsü saxlayan Zərnigar xanım da buna dözə bilməmiş. "Axır ki. 64    .

Cırcıramaların səsi. nahaq bu xəyallara düşürəm. içəri keçib taxtın üstünə uzandı. Biçənəklərinin ucu-bucağı görünmür. Dalbadal güllə atıldı. Şamxal bir həftə beləcə yaşadı. Cələdəki çaqqallar səs-səsə verib ulaşdıqca kənd itləri hürüşürdü. Şenliyin aşağısından səs-küy qalxdı. Yoxsa oğurluq üstündə ölmək heç kişilikdən deyil. "Yox. Şamxalı fikir götürmüşdü. "Bəlkə Habil oğlu Qasımın yanına getsin? Onun dəstəsinə qoşulub çapqınçılığa başlasın? Maldan-qaradan oğurlayıb birbaş həftəbazarına sürsün? Bircə günün içində xırıd edib paltar-palazdan alsın. Adam öləndə də bir şey üstündə ölər. Camaat adamın cəmdəyinə tüpürər". yaranan bir gün ölməyəcəkmi?" O. Çardağın dirəyindən asılan qara çırağın başına dolanan pərvanələrin. Göy otluqda araba surürdülər. Şamxal çox fikirləşmiş və ona haqq vermişdi.demişdi. Dalbadal sümürüb tüstünü kənara üfürdu. O. qayıdanda biçənəkdən bir qucaq ot çalımşdı. Qonum-qonşunun qoltuğunda yaşamaqdan pis şey yoxdur". . Bu söhbətdən bir gün sonra Şamxal qərarını ona demiş və köməkləşib ev tikmişdilər. Bir axşam həyətdə oturmuşdu. Ancaq nə olsun. Cırcıramaların səsi bir-birinə qarışmışdı. çox adam bu yolla varlanıb? Hərçənd bu yolda ölüm-itim də var. Yaman günündə beş-on tağarlıq yer götürüb əkib-bicərsən. Beş-on dəqiqədən sonra hər şey sakitləşdi. Təkərlərin otları əzməsi və öküzlərin arabir fısıldayıb ot 65    . Torpağın gözü də sizindir. Şamxala ayrılıb ev tikməyi elə Çərkəz məsləhət görmüşdü: "Sənə nə var. İtlər səs-səsə verib ulaşdılar. Şamxal həmişəki kimi bu axşam da atını Kürə sulamağa aparmış. deyirlər. uçub işığa gələn cücülərin ardı-arası kəsilmirdi. Şamxal yaxında hənirti duyub qulaq kəsildi. Şirin-şirin ot yeyən at qulaqlarını şəkləyib fınxırdı. Ulduzlar sayrışırdı. ev-eşiyini sahmana salsın? Axı. Kimsə damın üstünə çıxıb bərk qıy çəkdi. Haramçılıqdan bir şey çıxmaz. Daha mənim kimi deyilsən ki. Kimsə xır yolunda araba sürürdü. Kürün qıjıltısı aydınca eşidildi. xırdaca böcəklərin sayı-hesabı yox idi. İtlər nəyi isə qovub cələyə doğru apardılar. Şamxal qalxıb oturdu. belə məsləhətdir. Papiros eşib-yandırdı. Yenə fikrinə davam etdi. yanı üstə çevrildi. dədəyin malı-dövləti aşıb-daşır.Əgər evinizə qayıtmaq istəmirsənsə. Ətraf yaşıllıq olduğundan. Təkərlər qıcıldayırdı. Dirəyə bağlanmış at qabağındakı göy otu xımırtladırdı. Əlində on beş iyrimi kənd var. __________________Milli Kitabxana___________________ Əslinə baxsan. .

Şamxal nökərləri Tapdiğı tanıdı. Quş kimi qanadlanıb Şamxalın boynuna sarıldı. Əlacım nədir? . Salatın onun kövrəldiyini hiss etdi. Yerə enib bnun yanına gəldi. . . nə təhərsən? Bacısının onu duz kimi yalaması Şamxalı qəhərləndirdi. Şamxal gələnlərin ötüb gedəcəyini zənn etdi. Bəs bu araba-zad nədir? . Elə fikri-zikri sənsən. . . Ancaq səs-küy yaxınlaşdı. . Kirimişcə: . mənə heç nə lazım deyil. Heç hara. Indiyəcən arabanın üstündən düşməyib. o. 66    . Görünür. . nə danışdığındır? Quru yerdə ha yatmayacaqsan? Evdə palaz-paltar olmazmı? . Xoş gördük. Salatın his verən qara çırağı yuxarı qaldırdı. arabadakı yüklərin bəzi qismini boşaltdı. Evin də mübarək. Araba düz işığa gəldi. Onun mənə heç nəyi lazım deyil. Xoş gördük. divarlara düşdü. bəzən də tavana qalxıb pərdələrdə dolaşdı. Gəl görüm. Anam nə təhərdir? . O kimdir? . "ho-ho. Bıy. Öz cehizindəndir. ə. Fürsəti əldən verməyib üzünü Tapdığa tutdu: . . qabağa düşmüş və yo-iz olmayan yerlərdə arabanı xəndəyə salmaqdan ehtiyat edirdi. Özüm hamısını düzəldərəm.deyə Şamxal sakitcə dilləndi. Salatın Şamxala imkan vermədi. Tez ol. Paltar-palazdır. şeyləri boşalt. qardaşının nə deyəcəyini gözləyən Salatın dözmədi. hara belə? . Yaxşıdı. evin necədir? Onlar çardağı keçib içəri adladılar. Heç nə lazım deyil. ağa.Gətirdiyimiz şeylərin hamısı anamındır.Salatın dayandı və qardaşının atasına işarə etdiyini başa düşdü. Qızın saçını sığallayıb üzündən öpdü. . __________________Milli Kitabxana___________________ qoparması eşidilirdi. ay qağa. Bəs təkcə darıxmırsan? . elə sənin yanına gəlmişəm. . Arabaçı tez-tez çubuğunu şaqqıldadır. Tapdıq bacı-qardaşın başı qarışdığından istifadə edib. İri və vahiməli kölgələr torpaq döşəmədə gəzdi. Xanım göndərib.dedi. Qurbanın olum. Çırağı götürüb qabağa keçdi. . Qaytar geri. hiş" - deyə heyvanları səsləyirdi. dərdin ürəyimə. .

Lap uzaqda bir oğlan at çapırdı. Suyun yaxası boyu uzanan yarğanın qaşı ilə 67    . Çəmənlərdən biçilmiş ot qoxusu gəlirdi. Səhər tezdən ev-eşiyi süpürmüş. Güləsər addımlarını yeyinlətdi. Onlar elə həyətdə. Güləsər hündür yarğanın yanından sola burulub cığırla aşağı endi. Çərkəz də axşamüstü evə dönəcəkdi. Gəl qayıdaq. səhəngi götürüb birbaş Kürə yollandı. Evin içi bomboş idi. qızlarla pencərə getmiş. . kürəyini ona doğru çevirdi. . Çəmənlikdə oynaşan uşaqlar malları qabağına qatıb kəndə doğru haylayırdılar. Sabah evini silib-süpürəcəm. geri qayıdanda səhəngin boş olduğunu görmüşdü. Bizi tək qoyub qaçdın. Divarlara kilim tutacam. Anam hər şey göndərib. çöllərin üzərinə solğun işıq çilənmişdi. Ancaq nə olsun. burda necə yatırsan? . ağzın yekə olar. Səni tək qoyub. Salatın qardaşından ayrılmadı. Özümü öldürrəm. Gördüm. Tapdıq geri qayıtdı. Gün yaxmışdı. Ay yuvarlanıb yuxarı qalxmışdı. səni bu cür qoymaram.deyə Şamxal zarafata salıb bacısını susdurdu. Atası indicə gələcəkdi. Gətirdikləri şeylərin hamısını dasıyıb içəri doldurdular. . Heç insafın yoxdur? . heç yana gedən deyiləm. Divar nəm idi. A bacın ölsun. Kəndin qərb tərəfindəki hündür təpələrin zirvəsi narıncı rəngə boyanmışdı. Taxtın üstündə bir cırıq palazda yox idi . Ətrafa sərinlik gətirən kölgə çökürdü. . Yorğan- döşəyini yük yerinə yığacam. çardağın altında yer saldılar. Yaş kərən və Pərdələrdən az qala su damırdı. O. Onların gözünə yuxu getmirdi. Qab-qacaq da gətirmişəm. Sahildəki söyüd ağaclarının budaqları qızılı rəngə çalırdı. Az danış. Onlar ay doğana qədər əlləşdilər. Birtəhər. Yorğanı çiyninə çəkib. Özün gördün ki? . __________________Milli Kitabxana___________________ Salatın boş evin ortasında dayandı. Təpələrin. Heç olmazsa onlara bir stəkan çay vermək lazımdı. Hirslənmişdi. Salatın qardaşını arxadan qucaqlayıb büzüşdü. atandır. Görək indi sözün nə olacaq. 10 Güləsər gecikmişdi.

Kürün balıq qoxusu verən nəm havasını ciyərlərinə doldururdu. Təpələrin dalından qızartı görünürdü. çiynində səhəng suyun axarının əksinə gedən kölgəsinə tez-tez dönüb baxırdı. Göyün üzündə süzən saysız-hesabsız qızlarquşunun səsi bir-birinə qarışmışdı. Qızın gözlərinə Kürun üstünə enən kölgədən də qatı bir kölgə endi. Qız vahimələnən kimi olub səhəngin qulpundan yapışdı. Tələsik üzünə su çırpıb saçını sığalladı. Diğırlanıb sahilə qədər getdi. Yarısı təpənin dalında gizlənən günəşin əksi şəffaf sularda parıldayırdı. Səhəng yerə düşdü. Ocağın şəfəqləri səmada əks edib ağ buludları alovlandırırdı. Kənara çəkib ağzını tıxacladı. Güləsər səhəngi suya basıb doldurdu. 68    . Onun qızılı saçları suyun üzünə dağılıb qıvrılırdı. Qız. Güləsər Suvadağa çatanda sahilə qatı bir kölgə çökdü. Elə bil kimsə orada nəhəng bir tonqal qalamışdı. İri daşa toxunub dayandı. O hərdənbir ayaq saxlayır. Onun qaşı ilə gedən Güləsərin də kölgəsi xırda ləpələrin üzəri ilə irəliləyirdi. Suların şırıltısı.axar sular. ancaq Şamxal onun biləyindən yapışdı. nə deyərlər? El içində biabır olmazdımı? Qız başını qaldırıb Şamxalın üzünə baxdı. Güləsər gözlənilməyən bu təsadüfdən özünü itirdi. Yarğanın kölgəsi suya düşmüşdü. Güləsər Kürün gur yerinə şəfəq saçan günəşə baxdı. Elə bil günəş yaxan zaman hər yer . Güləsər tanış səs eşidib geri dönəndə Şamxalla qarşı-qarşıya dayandı. yaşıl təpələr. Aralanmaq istədi. Qız başını qaldırıb üfüqə baxdı. Tıxac siçrayıb çıxdı. Yaxındakı adacıqları bürüyən çiçəkləmiş yulğun kollarının uclarının rəngini sulardan seçmək olmurdu. tez-tez nəfəs aldığını gördü. təpələrin ağız-ağıza qovuşduğu yerdə aşağı enmiş və axşam-axşam axar sularda çimirdi. Səhəngin suyu loqqultu ilə süzülüb sahil daşlarını islatdı. Sinəsində göyərçin kimi çapalayan ürəyi koftasını titrətdi. Günəş gizlənmişdi. Axşamüstü çay kənarında onları bir yerdə görsələr. Elə bu an sahildəki yulğun kollarının arxasından bir qayıq çıxdı. sünbüllü zəmilər od tutub yanırdı. Sanki günəş Kürün başında. Tezcə də yola düşmək istədi. Onun dinmədiyini. Gözucu yarğanın aşağısında sahilə yan almış qayığa və orada intizarla Şamxalı gözləyən Tapdığa baxdı. __________________Milli Kitabxana___________________ getdi. Bir müddət heç biri dinmədi. Sular çəhrayı rəngə boyanmışdı. cələdəki salxım söyüd yarpaqlarının xışıltısı çəmənlərdən küləyin qovub gətirdiyi çiçək qoxuları Güləsəri məst etmişdi. Yerlə səma birləşmiş kimi görünürdü. Qız cəld səhəngini çiyninə alıb yarğanın qaşına dırmanmaq istədi. Kimsə onu çağırdı. Birdən onun bədəninə üşütmə gəldi.

elə göy otluğun üstünə gəbə salmışdı. Mal otaran uşaqlar hay-harayla kəndə qaçdılar. düşərgədə hamıdan sonra. Lal suları yarıb şütüyən qayıq Kürün ortasındakı adanın arxasında görünməz oldu. meşəyə keçib.. Onun çapalayıb qayığı çevirməsinə.dedi. paçasının arasına saldığı qızı sinəsinə sıxdı. Kürün qıjıltısı. bir az aralı dayanmışdı.. Hamı arabanın yanına. __________________Milli Kitabxana___________________ Güləsər qışqırmaq istədisə. Dikdiri çıxanda dayandı. Gəmiçi Qocanın arabası həmişəki kimi köçün lap axırında getdiyindən. yulğun kollarının uğultusu adamı vahimələndirirdi. oğlanınsa onu tııtub gəmiyə basdığını VƏ üstəlik bir-iki şillə çəkdiyini elə yarğanın qaşından gördüklərini danışdılar. Qız ağlayıb çırpınırmış. Bağdan açılan itlər yal üstündə boğuşurdular. güclü bir əl onun ağzını qapadı. ya da suya atılmasına imkan vermədi. Bir xeyli sahildə vurnuxan Çərkəz əlacsız qalıb geri. Güləsərin olduğunu bilib Qoca kişiyə xəbər yolladılar.. dağ köçündə tutmuşdu. Qapılarda ocaq qalamışdılar. Bacısının qaçırıldığını eşidən Çərkəz tüfəngi götürüb başı alovlu sahilə qaçdı. Tapdığa "tərpən" . kəndə qayıtdı. Üstü dəyəli arabaların böyründə ocaq tüstülənirdi. Cələdəki çaqqallar isə səs-səsə verib ulaşırdılar. ancaq heç nə tapa bilmədi. Yalandan havaya bir-iki güllə atdı. Özü isə dal tərəfdə oturub. Göytəpəlilərin arabaları ağız-ağıza qovuşan sisli-dumanlı dağların arasındakı dərə ilə qıjıldayıb çayın sahilində dayanmışdı. Yalnız onların. Arvadlara göstərdilər. Qayıq o taya. Çərkəzgilin ucqarındakı evlərdən işıq gəlmirdi. *** Güləsərin könlü Şamxalı inişil. Qızın tez-tez çırpınıb özünü suya atdığını. Qoyun kəsib alişma edənlər də var idi. Kəndin mötəbər adamları mütəkkəyə dirsəklənib dincəlir. İki oğlanın bir qızı zorla qayığa qoyub qaçırdıqlarını söylədilər. O. Kəndin işıqları yanmışdı. 69    .. Üz-gözünün cırılmasına da fikir vermədi. Malı sulamağa aparan naxırçılar boş səhəngi tapıb gətirdilər. köksünü ötürüb ağır-ağır qaranlıq daxmaya doğru addımladı. Qatı qaranlıq ətrafı bürümüşdü. Ətrafa boylandı. qız-gəlin bulaqdan su gətirib çay tədarükünə başlayırdı. Ancaq onun səsini eşidən olmayıb. Ac canavar quzu götürən kimi qızı basmarlayıb "qayığa saldı. Şamxal qucağında titrəyən qızın çapalamasına baxmadı.

gəl uzan. Ay dədə. . köçün işini nə bilmək olar. __________________Milli Kitabxana___________________ Güləsər atasının fikirli-fikirli arabanın yanında dolaşdığını. Bala. Sonra arabanın içindən boz kilimi götürüb yerə saldı. Özünü sındırmamaq üçün Şamxalı süfrəyə dəvət etdi. ocaqdakı qazanı. Şamxal Qoca kişi ilə salamlaşıb yanını yerə qoymuşdu. Mən də ocaq qalayacam. kilimin üstünə uzanmış atasını süzdü. səhəngi götürüb bulağa getdi. Ay bala. Qoca dayı. Arvad qızının qab-qaşıq tədarükünü görüb təəccübləndi: . əli qoynunda. Qazanda nə isə dığıldamağa. fikrin nədir? . sarı samovar poqquldamağa başladı. kasıblığın üzü qara olsun. Heç nə lazım deyil. Güləsər bircə an fikrə getdi. Ancaq gec idi. . Ay ana. çay dəmləmişik. elə Güləsər bir stəkan çay versə pis olmaz. Yarımca saatdan sonra Qoca kişinin də arabası yanında ocaq tüstüləndi. O. Stəkan-nəlbəkini yuyub silməyə başladı. biabır olmarıqmı? . Güləsər sakitcə samovarın yanında oturdu. Güləsər hələ də təəccüblə ona baxan anasının boynunu qucaqladı: . Şamxalın təşəkkür edib gedəcəyi və burada dayanmayacağı zənnində idi. Amma Çərkəzin gözlədiyinin əksinə Şamxal: . Heç. biz do ocağa xörək asmışıq. Bir stəkan çay içərəm. buğlanan ağ samovarlara tamaşa etdiyini gördü. Çərkəz anasının təlaş içində qaldığını. dincəl. Aylarla sandıqda saxladığı və indicə əyninə keçirdiyi qırçınlı qırmızı donunun uzun ətəyi ilə yalın ayağını örtdü. . 70    . Olanda da olarıq. Arvadın gözü yol çəkirmiş kimi intizam idi. O. Sifətində məlul- müşkül bir ifadə var idi.deyə sakitcə cavab verən Güləsər üzünü atasına tutdu. Çərkəz gözaltı qaynayan samovarı. . ocaqlara asılmış qazanlara. Üstünə balaca döşəkçə atdı. A bala. anasının.deyə onun təklifini qəbul etdi. Sarı samovarı çıxartdı. neyləyək. Doğrudan da aradan bir az keçməmiş Çərkəzlə Şamxal onların arabasına yaxınlaşdı. Şamxal gələndən sonra pərtləşən Qoca kişi nəhayət dilləndi: . birdən qonaq-zad gələr. kimdi gəlib sənin qazanına baxan? Qoy hamı elə bilsin ki. Güləsərin onsuz da dağ havasından allaşmış yanağının daha da qızardığını və lal baxışlarla nə isə demək istədiyini anladı. indi səni nəyə qonaq edək? .

. Deyəsən. Niyə yoxdur. Bu saat gətirərəm. Sualedici nəzərlərlə arvadına. Qız sonralar dağda olanda da. amma. bacın lap böyüyüb. Onun qulaqları güyüldədi. Çərkəz də qaş-göz oynatmazdı. Maşallah. "Sizin çayınız qəndsiz də şirin olar". Anası onu səsləməsəydi. Şamxal Çərkəzin qaşqabağından məsələni anladı və onları çıxılmaz vəziyyətdən qurtarmaq üçün gülümsündü. sonra da qızına baxdı. qəlbində nə isə baş qaldırır. Çərkəzlə bərabər arabadan uzaqlaşmazdan əvvəl dönüb bir də Güləsərə baxdı. sizin çayınız qəndsiz də şirin olar. ancaq farmaşdadı. O.deyə oğlunu göstərdiyini və onu xəbərsiz qonaq gətirməkdə məzəmmət etdiyini eşidəndon sonra əlini stəkandan çəkdi. Züleyxa xala. O. Üzünə zillənən gözlərdə həm mehriban.dediyinı aydınca eşitdi. Kişilərin söhbətini güclə eşitdi. Güləsər dağların kölgə saldığı cığırla güneyə doğru addımlayan Şamxalı və qardaşını xır yoluna qədər gözdən qoymadı. Əziyyət çəkməyin. Çayımız var. Qızın dodaqlarındakı təbəssüm donub qaldı. ay bala.deyə təşəkkür etdi. Züleyxa arvad yerindən qalxmaq istədi. özü də hiss etmədən bir xeyli beləcə dayandı. Ona elə gəldi ki. özü də hiss etmədən dilavərliyə başladı: . hətta arana köçəndə də bu sözləri unuda bilmədi. Güləsər atasının "taxsırın hamısı bu xalası göyçəkdədir. Güləsər atasının və anasının vəziyyətini başa düşdü. hiss etdi ki. Qız onun Çərkəzə: . Çayı içən kimi ayağa durdu. Güləsər süzdüyü çayı Şamxalın qabağına qoydu və nə üçünsə başını qaldırıb onun üzünə baxdı. Qəndimiz yoxdur. __________________Milli Kitabxana___________________ . üzünə zillənən gözlər köz kimi onu yandırıb qarsadı. Adamın düz ürəyinin içinə baxır. "Ağzınız şirin olsun". Kişi dayandı. bəlkə də axşama qədər beləcə dayanacaqdı. . süfrəni və stəkan-nəlbəkini yığışdıranda da Şamxalın sözləri qulağından getmədi. Bu nə demək idi? Necə yəni çayınız qəndsiz də şirin olar? Yoxsa o başqa söz demək istəyirdi? Amma qəribə gözləri var. ." . . Samovarın istisi vurduqca qızarmış yanaqları daha da pörtdü. bu xatirələr 71    . . Yoxsa atası öskürüb bərkdən içini arıtlamaz. Qız ömründə ilk dəfə duyduğu və mənasını başa düşmədiyi bir hissin təsiri ilə sarsıldı.. həm də qəlbə nüfuz edən qəribə bir ifadə oxudu. Şamxal çox oturmadı. Ayağa durub uzaqlaşmaq istədisə də bacarmadı.

__________________Milli Kitabxana___________________ nə üçünsə onu sevindirir. Cahandar ağagilin həyətinə boylanmaqdan yorulmurdu. O. Güləsər gözünü yumub yuxulamağa çalışsa da bacarmır. Bacadan evin ortasına düşən ay işığı azalır. Adaya çatan kimi qaçıb özünü suya atdı. Bu iztirab və məchul hisslər ona əzab versə də. büdrəyib yıxılsın. Bacadan seyr etdiyi səmanın bir parçası onun xəyalı tək gah tərtəmiz olur. Bəzən "o hara. gah da küləyin qovub gətirdiyi dumana bürünüb tutqunlaşırdı. bəzən göyün üzünə səpələnmiş ulduzlara orta bacadan tamaşa edərək xəyala dalırdı. Belə hallarda Güləsər indicə ürəyinin partlayacağından qorxurdu. hansının vaxtsız sönəcəyini əvvəlcədən demək olurmu?! *** Şamxal elo o gecə kəndə qayıtdı. yerinə qor dolmuş kimi səhərəcən qovrulurdu. kül altında qalmış köz kimi işıldayıb sönən arzuların sayını- hesabını bilmək. xoş və ləzzətli idi. özünə bir həmdərd axtarmağa. Şamxal atını sulamağa aparanda bir bəhanə ilə səhəngi götürüb Kürə enir. Güləsəri meşəyə aparmadı. hansının alovlanıb parıldayacağını. yulğun kolluğunda gizləndi. Şamxalın sözləri yenə qulaqlarında səslənir. Ancaq kürəyinə zillənən baxışları duyur. xəyalı gözünün önündən getmirdi. özünü elə aparırdı ki. Üzüb keçmək istədi: Şamxaldan əvvəl Tapdıq qabağa keçdi. ürəyindən keçənləri kimə isə danışmağa sövq edir. Şamxaldan qaçır. Qız özünün də ayırd edə bilmədiyi hallar keçirirdi. Qızı 72    . Qayığı birbaş Kürün ortasındakı balaca adaya sürüb. uzaqdan da olsa oğlanı görməklə təsəlli tapmağa çalışırdı. Gənclik qəlbinin sirlərini məgər axıra qədər başa düşmək olurmu? Orada cücərən meyllərin. Hərdən təsadüf onları qarşılaşdıranda isə Güləsər yolunu dəyişdirib. camaat yatandan sonra şenliyə dönmək istəyirdi. Ancaq bu sirri kimə söyləyə bilərdi? Onu məsxərəyə qoymazdılarmı? "Gor qızın iştabından nə keçir?" - deyə ələ salmazdılarmı? O. Səhərlər yorğan-döşəyi salmaq adı ilə çardağın üstünə çıxıb hərlənir. parıldayan qığılcımların. onsuz da qaranlıq olan qazmaya ürək sıxıcı bir kölgə çökürdü. torpaq divarın yarıqlarında cırıldaşan gecə böcəklərinin səsini dinləyir. Güləsər əvvəlcə çox çırpındı. iz itirmək. mən hara?" -deyə özünü danlasa da. bəzən qara damda mitil yorğan-döşəyə bürünüb gözlərini his basmış kərənə zilləyir. düz yolda ayaqları dolaşır və az qalırdı ki. guya heç nə onu maraqlandırmır.

__________________Milli Kitabxana___________________ dartıb sudan çıxartdı. mərhəmətsiz bir adama qarşı coşan kin qarışıq gjley-güzar var idi. məni biabır eləmə. həm də soyuqdan çənəsi şaqqıldayırdı. həm qorxudan. Yazıq qız çırpınır. mənə dəymə. O da bunu hiss edib tərpənmədi. nökərlərinə götürüb qaçırdığını yəqin etdi. Oğlan onu qucaqlayanda sudan kənara atılmış balıq kirni çapalayır. Qız onun sinəsinə qısılıb belindən qucaqladı. Şamxal islaq paltarı bədəninə yapışan qızın əzalarının titrədiyini hiss etdi. İndiyəcən atasının bu işə qol qoymayacağını bildiyindən. yenidən çırpındı. kolun dibində dəhşətli və eyni zamanda cazibədar bir maraqla gözlədiyi əhvalatın baş verəcəyindən qorxurdu. Qurban olum. Şamxal bunu duymuş kimi qabağa keçib axşam ayazında tir-tir əsən Güləsərin qolundan tutdu. Ay dəli. Görünür. Ancaq indi işlər tərsinə dönmüşdü. Qızın baxışlarında acizanə yalvarışla bahəm dərin bir məzəmmət. dil anlamaz. özünü niyə öldürürsən? . Güləsərin bədəni tir-tir əsməyə başladı. sirrini heç kəsə açmamışdı. Şamxal ələ keçirdiyi ovu yırtıcı bir ehtirasla parçalamaq fikrində deyildi. nədənsə. Tapdıq çəkilib kənarda dayanandan sonra Güləsər bir az sakitləşdi. heç özu də bilmədən onun qoynuna qısıldı. ehtiras və həyəcandan boğulan bir səslə dilləndi: . Oğlanın onu buraxmayacağını hiss etdikdə isə gözləri ilə Şamxalı axtardı. O. . onu köməyə çağırmaq istədi. Qız qorxusundanmı. 73    . Qız qorxdu. Şamxal qızı çəkib yulgun kollarının qalın yerinə apardı. yoxsa imdad axtardığındanmı. İllərdən bəri ürəyində bəslədiyi arzuların puç olduğu qənaətinə gəldi- Şamxalın onu özünə yox. elə buradaca. insan öz taleyindən qaça biiməzmiş! On yeddi yaşı yenicə tamam olan Güləsər isə başına gələn əhvalatdan heç nə anlamır. əl-qolu tutulanda isə dartınıb çirpınırdı. Şamxalı tutub saxlamaq. Güləsərin canını yenidən titrətmə götürdü. əl-qol atmağa qoymaq istəmədi. Canını qurtarmaq üçün var-qüvvəsini toplayıb dartındı. Qurbanın olum. Üzüm ayaqlarıyın altına. Şamxal onun özünü həlak edəcəyini görüb. O. məni qaytar evimizə. ay Şamxal. Güləsəri evinə aparmaq və həmişəlik özünə arvad etmək istəyirdi. Hələ indiyə qadər bir oğlan əli toxunmayan bədəni Şamxalın təmasından daha şiddətlə titrəyirdi.

oğlanı yola gətirdiyinə və bir azdan evlərinə qayıdacağına sevinirdi. Mən də gəlimmi? . onun qolundan yad kişi yapışmışdı! Yəqin ki. Ağlına gələn qara fikirlər ildırım kimi çaxıb onu sarsıtdı. Axı.. niyə qorxursan? . Yox. Kürək çəkildikcə şütüyən qayıq xırdaca ləpələri yarıb suyu şapıpldadırdı. Onun nəfəsi darıxdı. Qızın uşaq koftasına yapışmış yumru döşlərinin. . sən qayıt. Şamxal qabaq tərəfə keçdi. Bəlkə. Aman Allah. Qarışıq fikirlərdən hələ də özünə gələ bilməyən Güləsəri astadan səslədi. İlk öpüşdən başı gicəllənən Giüəsər sustaldı. . Ancaq onu eşidən olmadı. Ancaq Şamxal ona güldən ağır acı bir söz də demədi.Gecə yarıdan keçib. suyun axarı ilə aşağıya doğru getdi. __________________Milli Kitabxana___________________ Çuxasının ətəyi ilə Güləsəri bürüyüb özünə doğru çəkdi. döşümdən itələyib heç içəri buraxmayacaq?! Qızı dəhşət götürdü. zorla başlarına oyun gətirildiyini çox eşitmişdi. Əlindən tutub sahilə çıxartdı.. Birdən yolda-zadda. Qız yenə də titrədi. eşşəyin belində tərsinə oturdub. özümüz gedərik. Güləsər götürülüb qaçırılan qızların döyüldüyünü. üzündə gəzdirdi. şenlik sakitləşəndən sonra onlar yenə qayığa oturdular. yarğanların kölgəsində gözdən itəndə Şamxal Güləsərin qolundan yapışdı.Sənsiz lap darıxmışdım". Ölüm ayaqlarıyın altında.. ay Güləsər. kəndin içində gəzdirməzlərmi? Qız hıçqırdı. Qayıqda oturan Tapdıq pıçıltı ilə dilləndi: . Görəsən gecədən çoxmu keçib? Dədəm evə gəlibmi? Çərkəz hardadır? Mə qapıdan içəri girəndə nə deyəcək? Yəqin boynunu qucaqlayıb "Nə yaxşı gəldin. O. Şamxal insaflı imiş. Ağıllarına cürbəcür fikirlər gəlir.deyib üzümdən öpəcək. . Bu sarıdan qızın ürəyi sakitləşmişdi. O.. Bu dəfə Güləsər çırpınmadı. ürəyi çırpındıqca titrədiyini hiss etdi. . nə böyük rüsvayçılıqdır! İndi mənə kim inanar? Üzümü qaralayıb. Tapdıq qayığı itələyib sahildən aralandı. Qayığın burnu sahil daşlarına dəyib xırçıldayanda. . atılıb kənara çıxdı. Hətta onları aylarla gizlədib ortaya çıxarmırdılar da. mənə dəymə. Mən səni biabır eləmək istəmirəm ki. Şamxalın çuxasına bürünüb sakitcə əyləşdi. Heç nə olmaz. . bu saat şenliyin adamları onun götürülüb qaçırıldığını bilirlər. Qızın ayaqlarını yerdən üzüb yuxarı qaldırdı Təpimiş dodaqlarını onun yanaqlarında. 74    .

heç kəs qaçırdığı qızı salamat buraxmaq istəmirdi. Şamxal isə ağır-ağır adımlayırdı. Cavanlar onu məsxərəyə qoyub gülər. İsmətini itirmiş qız. Şamxal təpələrin dalından yenicə doğan ay işığında qızı başdan-ayağa süzdü.Sürüdən ayrı düşən qoyun da belə. Qız az qala qaçır. bir də geri. Dəyirmanın novuna tökülən suların şırıltısı arasında çaxçağın qulağa dəyən boğuq taqqıltılarına qarışırdı. sabah baş qaldırib. vahimə içində qardaşını gözləyən Salatın gecə yarıdan sonra şıqqıltı eşidib. Mənəm. kənd arasında.gül parçası kimi bir qızı da özünə ram edə bilməyib. Qara damda təkcə oturub. . qızın ona meylli olduğunu duymuşdu. Özün bilən yaxşıdır. Ancaq sənə kim inanacaq? Elə Güləsəri də sarsıdan bu idi. Ancaq Güləsəri də incitmək istəmirdi.deyə ələ salardılar. Adam. Şamxal bunları çox yaxşı bilirdi və dediyindən də dönən deyildi. İndl fikrin nədir? Hara getmək istəyirsən? Qız dinmədi. kimsən? . qurşağa çıxan otların arasıyla kölgə kimi irəliləyirdi. Ona görə vəhşilik dərəcəsinə gəlsə də. müti halda canavarın qabağınca qaçır. atasının evinə qayıtmırdı. Yerindəcə silkələnib dayandı. Güləsər qabağa düşmüşdü. Əlim-ayağım dəyməyib. Şamxal onun tərəddüd etdiyini görüb. həmin adamla qalıb yaşayır. . Danışmaq istədisə də bacarmadı. qələbəsinə əmin oldu və heç nə soruşmadan qızı kirimişcə qabağına salıb evə gətirdi. şenliyin arasında gəzə bilməzdi. Arabir sudan sıçrayan iri balıqların şappıltısı eşidilirdi. Cırcıramalar səs-səsə verrnisdilər. Onlar dəyirmanın üst tərəfındən keçib qaşdakı tut ağacının yaxınlında dayandılar. Şamxal astaca dilləndi: . 75    . Tərtəmizsən. Burada ikinci bir cəhət də vardı.Deyə soruşdu. Daha o nə kişidi?" Qaçırılan qızın bəkarətinin pozulmadan geri qayıtması oğlan üçün ölüm sayılırdı. Elə buna görə də bir az arxayın tərpənirdi. Kənd zulmət içində idi. Yaş onu boğdu. . Səksəkəli halda: . . həyətə çıxdı. Şamxal onu evlərinə buraxan deyildi. Yaylığının ucunu ağzına salıb didişdirdi. Əgər qızı qaytarsa. doqqazda oturan kişilər salamını da almazdılar. "bivec. Bir də. ömürlük işgəncə də olsa. __________________Milli Kitabxana___________________ Onlar kənd itlərini duyuq salmamaq üçün çəmənliyin ortasındakı cığırla getdilər.

Salatın çuxaya bürünüb kölgədə dayanan qızı tanımadı. . Bəlkə gec deyil. Şamxal yerindəcə donub qalan qızı itələyib içəri saldı. bunu içəri apar.. bu nə işdi? Güləsər uşaq kimi kövrəldi və birdən Salatının boynuna sarılıb hönkürdü. özbaşına arvad alması ona yaman toxunmuşdu. Heç yana getmək lazım deyil. Üst-başı sudur. Nə deyirəm ona bax! Salatın çırağı yandırıb qabağa keçdi. çırağı yandır. Qurban olum. bir gecə saxlayıb buraxdılar". .deyə xəyalında onu asıb-kəsirdi. . Yazıq tir-tir əsir. Nə yol? Daha gəlib çıxıbsan. o geri qayıtsa daha pis olmazdımı? "Kasıb qız idi. O mənə heç nə eləməyib. Məgər o bu günü çoxdan arzulamırdımı? Tez-tez Şamxala sataşıb "nə vaxt gəlin gətirirsən?" . nə elədiyındir? . Qardaşının heç kəslə məsləhətləşməyib. Sonra bacısını səslədi: . . . Güləsər. Bu kimdir? . Qardaşı evlənirdi. Onlar xeyli beləcə dayandılar. .deyən 76    . mənə bir yol göstər. Güləsərin halına acıdı. . Uzun danışma. ver dəyişsin. Salatın soyuqdan gömgöy göyərmiş qıza baxdı. Bir də. . Ay qağa. qarşıdakı məchulluq onu titrədirdi. Axırda kişinin ürəyi partlamasa yaxşıdır". . evimizə gedim? Salatın həyadan qızardı. adam da. Güləsər uçum-uçum uçunurdu. Digər tərəfdən. Səs salma! Salatın qardaşının yanında başqa bir adamın da gəldiyini görüb susdu. Qızlıq ismətinin bakirəliyini saxlamağın çox çətin olduğunu bildiyindən. ürəyinin lap dərinliyində baş qaldıran bir hiss onu sevindirirdi. Ay qız. Lakin soyuqdan çox. Güləsər? Ay qağa. Şenliyi özünə güldürməkmi istəyirsən? Salatın hirslənmişdi. "Bu gədə lap ağlını itirib. Onlar çardağın qabağında dayandılar. Quru paltarın varsa. Tez ol. Güləsər ağlayıb ürəyini boşaltdı. __________________Milli Kitabxana___________________ . - deyə yazığı daşqalaq etməzdilərmi? Aralığa qan düşməzdimi? Bir dlişmənçilik dy bu yandan başlamazdımı? Bunları fikirləşən Salatın yaşlı qadınlar kimi Güləsərə öyüd-nəsihət verməyə başladı: .. Onlar içəri keçdilər.

Dolaşıq fikirlərdən yaxasını qurtarıb. On-az görüşsələr də. Qoy köynəyimi dəyişdirim. Salatın Şamxalın toyunda dovunca oynamağı əhd etmişdi! Onun arzuları niyə puç olurdu? Bəlkə Güləsəri bəyənmirdi? Yox. Allah eləməmiş naxoşlayıb-elərsən. gömgöy kəsilibsən. Salatın birdən-birə ayılan kimi oldu. . Bu yüngüllük və şıtıxlıq Güləsərə də təsir etdi. cah-cəlalla toy etməyib. Aman Allah. Ağ zolaqların arasında açıq-çəhrayı rəngə çalan bədəni görünürdü. Onlar bir-birinin bədənini çox görmüşdülər. . Yaxşı. O tez sandığı açdı. Güləsərin üzündən öpdü. Bəlkə qardaşının belə xəlvəti evlənməyi. Tez-tez. məni danlama. Elə bil qızın sifətinə isti buğ verdılər. əynindəkini soyun. Al. bir-birinə çox yaxın idilər. Salatının ürəyi çırpınırdı. bəsdi. Yaş köynək qızın yumru döşlərinə yapışmışdı. Hətta bəzən bir-birini suya basanda zarafata salıb döşlərini sıxırdılar. . Amma 77    . Qaşlarını oynadıb gulümsündü. . Qurban olum. Əvəzinə şıtıx. Yanaqları allanıb pörtdü. naz eləmə. __________________Milli Kitabxana___________________ o deyidimi? Bəs indi niyə hirslənir? Gülüb oynamaq əvəzinə niyə qaşqabağını tökür? Bu suallara Salatın özü də cavab tapa bilmirdi. . Əlindəki donu sinəsinə tutub geri çəkildi. Allah sizi qoşa qarıtsın! Bir də ki. gör necə də titrəyirsən? Aaz. ay şeytan. Axı mən belə istəmirdim. qız götürüb qaçması ona toxunurdu? Axı. Onun yenicə ətə dolan ağ sinəsinə baxdı. Qız koftasını soyunanda Salatın Güləsərin alt paltarının da islaq olduğunu gördü. Onun da çöhrəsi açıldı. it də vurdu samanlığa saldı. Belə xoş gəlibsən. Daha nə istəyirsən? Elə bil Salatını birdən-birə dəyişdirdilər. azca bundan əvvəlki donuq qız haraya isə çıxıb getdi. Yad yerə ha gəlməyibsən? . Bəzi yerlərdə ətlə paltar arasında hava qalmışdı. Güləsər onun çoxdan xoşuna gəlirdi. Sən Allah. Tez ol. Gicgahlarındakı damarlar nəbzinin ahənginə uyğun olaraq vurmağa başladı. Qədəmin yüngül olsun. biabırçılıq olar. özüyün ürəyindəndir. Elə uşaqlıqdan Kürdə yan- yana çimir. bir-birindən çəkinmədən soyunub suya atılırdılar. Nə bilirsən. qaş-gözünü oynadıb gülən ayar bir qız gəldi. bəlkə bu yaxşıdır. Birdən Güləsər də dayandı. Salatın çırağın işığında onun yaşlı gözlərinin dərinliklərində parlayan qığılcımlan duydu. Quru paltar çıxartdı. üzünü o yana tut. Pişiyin könlü samanlıqdaydı. .

soyun.dedi. "Getmə. qoy qız paltarını dəyişsin. Gəlmə. Çardağın bacasından süzülüb. . Bacadan süzülən ay işığı torpaq döşəmənin ortasına ağ bir ləkə saldı. Xoruzlar banladı. - deyə titrədi. yalnız səhərə yaxın şirin yuxuya getdi. yatıb yuxuya qaldı. Heç nə olmaz. ayaq üstə niyə durmusan? . Şərq tərəfdə üfüq ağarışır. . Salatın onu taxtın üstündə oturdub. 11 Salatın bütün gecəni narahat yatdığından. Sakitcə: . Həmişə dan yerinə səda düşəndə ayaq üstündə olub qapı-bacada hərlənən qız. Yastıqları qoşalayıb yan-yana qoydu.deyə ondan aralanıb yük yerinə yaxınlaşdı.. qısılıb küncə çəkilməsinə əhəmiyyət vermədi. O. qardaşını geri qaytarıb taxtın üstünə yorğan-döşək saldı.. Güləsər yorğanın arasına necə və nə vaxt girdiyini bilmədi. Qız buraxmadı. Soyun yat. toyuqlar tardan töküldü. __________________Milli Kitabxana___________________ indi Salatın qıza baxanda qardaşı Şamxalı gözünün qabağına gətirdi və özünü itirdi. qoşa yastıqlara baxdı: . üzünə düşən işıq da onu oyada bilmədi. Kürün sularını belə alovlandırırdı. Dan yeri sökülürdü. ancaq o oyanmadı. Şenliyin xoruzları səs-səsə verib banlaşırdılar. cəld otaqdan çıxdı. Durub Şamxalın ayağını basdalamadı və beləliklə də bütün ömrü boyu evdə "üstünlük qazanacağı" ehtimalını əldən verdi. Dəhlizdə ayaq tappıltısı eşidildi. zifaf gecəsində necə hərəkət etməli olduğu haqqında vaxtı ilə gəlinlərin ona öyrətdiklərini unutdu. Yaxşı..deyə qımışdı və qızın üzündən bir də öpdü. Çəmənliklərdə və yolların kənarında səkən quşlar yeni bir səhərin açıldığını duyub oxuyurdular. Çıraq söndü. . Şamxal onun titrəməsinə.. Güləsər yad və isti bir bədənin təmasından diksinib titrədi. Bu qızartı getdikcə çoxalır. Çıxıb getmək istədi. qorxuram". Salatın yüyürüb qardaşının qabağını kəsdi: . Bacısını birinci dəfə belə yorğun görən Şamxal daya 78    . Şamxal içəri girəndə Güləsər özünü elə itirdi ki. Küncdə dayanıb ona tamaşa edən Güləsərin üzündən öpdü. qapılarda mal-qara mələşməyə başladı. göyün üzü qızarırdı.

Qazan asıb. Elə bil qız. Sonra da ocaq yerindəki kösövü qorlandırıb alışdırdı. Saçını gözünün üstündən geri elədi. bircə gecənin içində yaşa dolub toxtamış kimi görünürdü. . O. maddım-nıaddım qardaşının üzünə baxdı. həm də nədənsə qüssələndirdi. Yalnız bundan sonra məsələni başa düşən Salatın diqqətlə çiyni tüfəngli qardaşına baxdı. ürəyinin çırpındığını hiss edib geri qayıtdı. Ona elə gəldi ki. Salatın yorğanı üstüno çəkib paltarlı yatmışdı. Yerin içində gərnəşib bərkdən əsnədi. "Boyuna qurban olum. Ancaq yenə çevrilərkən. Salatın qaynatdığı çayı təzədon isitməli. Görünür. Dünənəcən qırğı kimi süzən Şamxal indi ağır-ağır addımlayir. samovara od saldı. Güləsərin də səsi-səmiri gəlmirdi. İndiyə qədər bir yerdo oynayıb güldükləri Güləsərin üzünə necə baxacağını təsəvvürünə gətirə bilmədi. Ancaq içəri. Saçları yastığa dağılmışdı. düşürdüyü qazanı yenidən ocağa asmalı oldu. Qız darıxdığından. Şamxal gəlmədi. Yerişində bir ağırlıq var. əlçatmaz bir aləmlə vidalaşdı.deyə xəyalından keçirdi. doqqaza doğru getdi və gözləmədiyi halda Şahnigarla qarşılaşdı. Hətta. Əzik donunun ətəyini aşağı cəkdi. Sığırçınlar malları haylayıb apardılar. . 79    . ay qardaş. Tezmi qayıdacaqsan? . Salatın gözünü açsa da. Güləsərin yanına gedə bilmədi. lap kişi həddinə dolubsanmış". Salatın cığırla uzaqlaşan qardaşının arxasınca baxdı. ot tayasının bərabərindən ona boylanan gunəşin şüaları düz gözünün içinə düşdü. . Şamxalın kürəyi dünənkindən xeyli enlənmiş. Bir-iki dəfə ayaqlarının ucunda qapıya yaxınlaşdısa da. səsi də dəyişmişdir. . çaydan-çörəkdən hazırla. Çalğını götürüb. elə boyu da uzanmışdır. Qalx. İçəri getsəm danışmağa söz də tapmaram". Şamxal hələ də yuxudan tamam ayılmamış bacısını başdan-ayağa süzüb gülüınsündü və tüfəngini çiyninə aşırdı. Amma nədənsə bir az süst kimidir. heç nə başa düşmədiyindən. uzaq. deyəsən. Bir az fırlanıb gəlirəm. __________________Milli Kitabxana___________________ nıb qıza xeyli tamaşa etdi.Qıza da baş çək. Qardaşında hiss etdıyi bu dəyişiklik həm onu sevindirdi. "Axı mən ona nə deyəcəyəm? Qız gözümün qabağında duranda ətim çimçişir. Gün xeyli qalxdı. o da utandığından eşiyə çıxa bilmirdi. kəlağayısının ucü ilə yaşarmış gözlərini quruladı. qapı-bacanı süpürdü.

. Ona elə gəldi ki. Ağzından söz qaçırmaz ki? . Bir də. taxtın üstündəki yorğan-döşəyə. Get uşaqları qaldır. Bəd-bəd danışma. Qorxuram araya qan düşə. Arvad xeyli ocaqdakı qazana. Mən sizin kimi etibarsız deyiləm. Dinməz- söyləməz çardağın yanına qədər gəldilər. Yerlər qulaqlıdır. rəngin niyə saraldı? . Biləndə nə olar? . dədəm bilirmi? . . ay bibi? . Salatın əli üzündəcə quruyub qaldı. Bunu sən hardan bilirsən? . ay bibi? . . Oğlunun tutduğu işdən kişinin qəzəblənəcəyini yaxşı bildiyindən. . . . "Bəlkə bibim elə al dillə bir xəbər tutmağa gəlib? Əhvalatı öyrənəndən sonra hay-haray salacaq? Bəs Şamxal niyə ləngidi? Allah. bu sirri hələ məndən başqa heç kim bilmir. hələ əl dəyməmiş stəkan-nəlbəkiyə. 80    . . Qağam yoxdu. bu saat bibisinin ardınca şenliyin camaatı bura töküləcək. Belə de. . A-a-a-z. bu qədər də yatmaq olarmı? . Bilmirəm bu işlərin axırı necə olacaq? . bu viranın uşaqları hələ durmayıblar? Günorta olub. Heç nə olmaz. Kimi deyirsən. Qızdırmalı adamlar kimi titrəyib saraldı. Tapşırmışam. Şahnigar qucaqlayıb qızın yanaqlarından. . Necə yəni kimi.. BƏ burada niyə durmuşuq. Qızın bu halı Şahnigarın gözündon qaçmadı.. Bəs sən hardan?. Qorxu və həyəcanla bibisinə baxdı. Kürün qırağına. Tapdıq dedi. . __________________Milli Kitabxana___________________ . təzə bəylə gəlini. ay bibi. gedək. Səndən nə əcəb. Salatının ürəyi uçurdu. sonra da bağlı qapıya baxdı. Qız hamıdan çox atasından qorxurdu. alnından öpdü. Haraya gedib? . sənə nə oldu. . A-a-a-z. bəsdir yatdıqları. sən özün saxla". hamı onları daşqalaq edəcək. Bu xəbərin belə tezliklə yayılacağını gözləmədiyindən özünü itirdi. Qurbanın olum..

. həmişə deyib-gülməkdən xoşu gələn bibisinin yenə də şitlik edəcəyini bilib qizardı. yoxsa qucaqlayıb öpəcəkdi? Güləsər fikrini toplayana qədər Şahnigar onun başının üstünü kəsdirdi.. Arvadın səsi qazma evin divarlarında cingildədi: . təhqirli sözlər gözlədi. düz sözümdür. Verilən sualın mahiyyətini anlamadığından başını aşağı saldı. qağan kimdir? Şahnigar yenə qəhqəhə çəkdi. Qapını taybatay açıb irəlilədi. yatmaq nədi? Bəri gəl görüm. __________________Milli Kitabxana___________________ „ Yazıqdı. Əlini belinə qoyub. 81    . qabağa düşdü. Meymun ağzının dadını bilirmiş. Vallah.. Hamımızın başına gələn iş deyilmi? Eh. deyəsən bizi bəxtəvərə salacaqsan. ay qız. Sonra Salatını ehmalca kənar edib. Salatın. . təzədən ərə gedəydim. Sonra səliqə ilə süpürülmüş evə. Gedək görək nə qələt qarışdırıblar.. Bir ayağa dur görüm. Sıx dişləri parıldadı.. Elə bil kiçilib gözdən gizlənmək istəyirdi.ha. kaş qiz olub.ha. başıma xeyir. utanma. . yük yerindəki yorğan-döşəyə. yenidən uğunub keçdi.. . qardaşım oğlu sənin nəyinə aşiq olub? Güləsər sürüşüb taxtdan düşdü. Qəşəngsən.. ha.. Şahnigar incə bir şuxluqla qaş-gözünü oynadıb güldü.. yoxsa ayağa durub Şahnigarın qabağında dizmi çöksün? Görəsən arvad ona nə deyəcəkdi? Saçından tutub bayıramı atacaqdı.. taxtın küncündəcə oturmuşdu. qırçınlı atlas donunun qırçınları dalğalandı. Güləsər yorğan-döşəyi yığıb. ağzını marçıldatdi.. pis deyilsən. Şahnigar isə qızın ətrafında dolanıb. O. Yaxşı deyil. Bıy-bıy. Arvad dəhlizdə ayaq saxlayıb. Hm. Güləsər nə edəcəyini bilmədi. Qoy qız yatsın.. . Yanaqlarında qırmızı ləkələr əmələ gəldi. Şahnigar gözü alışana qədər qapının ağzında dayandı.. arxasınca gələn Salatına göz vurdu. Belə dur görüm. daha da büzüşən gəlinə baxdı. qoy qağam gəlsin. Xırdaca çənəsi buxağın içində itdi. Başını niyə aşağı salırsan? Üzümə bax. Ləngərlənə-ləngərlənə qapıya yaxınlaşdı. Təzə gəlinin tezdən durub evi yığışdırması onun xoşuna gəldi. İçəri getmək istəyən arvadı saxlamağa çalışdı. Elə əvvəlki kimi büzüşüb otursunmu. Onun zər baftalı. Bundan daha ağır... Bir belə fırlan görüm.. taxtın üstünə salınmış palaza baxdı. Dingəsindəki qızıl pullar titrəyib cingildədi.

eşitdinmi?. . O. Bircə qulaq as.. Amma neyləyim ki.. Ay bibi. Kişi ki. Olmurlar olmasınlar..O. . ərə getməyi bilən adam utanmaz. qıırtardı. Ay bibi. ay bala. Ancaq sən də gərək bir az usta olasan. İstəyirsən ki.Sən ona qulaq asma. Bibi. Üzünüzün suyunu niyə tökürəm. Yaxşı eləyibsən. yeməli şeysən. ay qız. . . Şahnigar qəşş edib. hə. Sevgi bilməz. üzümüzün suyunu tökmə. nə bilim? . bəsdi.. Hə. 82    . Kaş hamı sənin kimi olaydı.. qucaqlaşıb nəfəs-nəfəsə yatırsan.. ay bala. taxtın üstündə oturdu. naz bilməz. ətimizi tökmə. gör başına nə oyun açacam! . Sinəsinə basıb saz kimi çaldı.. . Olmaya- bilməyə kəcinə çəkəsən. Sir-sifətinə diqqətlə baxmaq istəyirəm. Gəlinin utanıb büzüşdüyünü görəndə daha da şaqılldadı: -Niyə qısılırsan. Evin ortasında aşıqsayağı tirlana-fırlana astadan. ondan bir uzunqulaq yaxşıdır. de görüm qardaşım oğlu naz-zad qanırmı? Sənin kimi telli-toqqalı gəlinin işvəsinə dözə biləcəkmi? . Ağrım ürəklərinə. gözləriyin altı nə yaman qaralıb? Yəqin qırışmal səni yamanca yorub. sığallayıb qılığına girdin. hə. eləmi? Qoy bircə qayıtsın. niyə İrişirsən? Deyəsən xoşun gəlir? . . pis oğlana gəlibsən? Yoxsa qorxursan? . . Sən Allah. cavanlıq gözəl şeydir. Yaxşı. düz sözümdür. saz bilməz. Şamxal səndən əl çəkməz. belə işığa gol görüm. bir qız bir oğlanındır. lakin məlahətli səslə oxumağa başladı: İşvə bilməz. qızım. hamınızın ürəyi zoqquldayır. Güləsəri də çəkib yanında əyləşdirdi. Ürəyinə heç nə gətirmə. qızı utandırma. Təki məni ərim çox istəsin. ürəyini sıxma. kişini əldə saxlaya biləsən. pişik kimi şeydir. Tökülməz. Bəy. bsdir. . Gecələr ki. İllaha da ərin qəşəng olanda. Bığı burma bir oğlan qabağına çıxsa getməzsən? Hə. üzünü yenidən Güləsərə çevirdi. söhbət bilməz. qəmzə bilməz.. sən Allah. var.. Nə utanmaq. su da töksən ayırmaq olmur. Vallah. Kişi ki. çiyninin üstündən sürüşüb düşən hörüyünün ucunu əlinə aldı. mənim bəxtim gətirmədi. qollarıyın arasındakını beçe balı kimi sorub yeyəsən. ərə getmək pisdir? Vallah. __________________Milli Kitabxana___________________ . naz-qəmzə bilmədi. Nə olub.

İgid deyil qucaqlaşam. sən də ləzzət alasan. dişləyə. Sıxma- boğmaya salıb. Məni dərd oxudur. Salatın da uğunub getdi. Rəhmətlik pis kişi deyildi. .deyə arvad dərindən köksünü ötürdü. mənciyəzi Əbilə verdilər. ay bala. . Elə bilirsən hər papaq geyinənlə bir yastığa baş qoymaq olar? Ağrım ürəklərinə. məni bir nadana verdilər. ay bibi. Mahnını qurtaran kimi yenə qəhqəhə çəkdi. onların çoxunun elə qaraltısı var. yoxsa gəlin. .Rəhmətlik Əbil dayını özün sevib- seçmişdin? . məni bir nadana verdilər. babalıma girdilər. Araya söz qatmaq və onun fikrini yayındırmaq üçün arvadı qucaqladı. Fırlana-fırlana gəlib tastın üstündə oturdu. Yox. Eh. Sən lap aşıqsanmış ki. Günahıma. varın. . . Öküz deyil çodarlara satam mən. yatam mən. Kişi gərək axır nəfəsinə qədər qırğı kimi şövqlü ola. __________________Milli Kitabxana___________________ Söz eşitməz. göz bilməz. Günahıma. qucaqlaya. . dövlətin. . ay bibi. Kürt toyuq kimi yanını kəsdirib oturan yatağan öküzdən nə çıxar? . . Ana. Ana. sənə nə olub ki. ay bala.Allah onu da mənə çox gördü. Salatın bibisinin kövrəldiyini və bu saat uşaq kimi doluxsunub ağlayacağını duydu. nə yaman oxuyursan?! . acığın tutmasın. 83    . Güləsərin qəlbinə çökən qurğuşun ağırlıqlı kədər elə bil yoxa çıxdı. bir bığıburma ərim olsaydı. Qabağına duran ha yoxdur. Bilmirəm dulam. Ağzın isti yerdədi deyin. a bala. qaş anlamaz. Qoyun deyil qoyunlara qatam mən. onların hamısına dəyərdi. ərə getmək sənə asan gəlir. Qıraqdan baxan da adımı arsız qoyur. apardı qara torpağın altına. dərd. babalıma girdilər.deyə Salatın çəkinə-çəkinə çoxdan ürəyində dolaşan sualı verdi.Mən istəyən oğlan dədəyin qorxusundan heç papağının ucunu göstərə bilmədi. Ay bibi. birtəhər dolanırdıq. neyləyirəm varı. Allaha şükür. . İndi qalmışam qara daram altında tək.

cavan olmaram bir də mən". arvadı şübhəyə salmamaq üçün gözünün ucu ilə taxtın yuxarı tərəfinə doğru baxdı. özünün üzüyünə nə gəlib. görüm. sonra peşman olarsınız. Cavanlıq gözəl şeydir. Üz ağlığım göstər görüm. 84    . . Şahnigar gözünün yaşını silib. Salatından qabaq özü yük yerinin yanındakı sandığa yaxınlaşıb qapağını qaldırdı. Əvvəlcə barmağındakı yaqut qaşlı üzüyü çıxartdı. hanı gəlinin paltarı? Tez ol. Ay bibi. Dərindən köksünü ötürdü. geyin. O. Nə qədər bacarırsınız kefinizi sürün. bibi payıdır. Qızı qucaqlayıb marça-marçla öpdü. Sən işində ol. __________________Milli Kitabxana___________________ . Məni danışdırıb. qocalmayıbsan ha?! . Sonra da ehmalca Güləsərin böyrünə toxundu. sandığı aç. indən sonra sənə canımı da qurban eləyərəm. Şahnigar yorğan-döşəyin arasındakı mələfəni tapdı və birdən uşaq kimi evin ortasında oynadı. Onun nəm bəbəkləri parıldadı. Niyə durursan? Güləsər həyadan yerə girəcək olsa da. amma eşitməyibsənmi "Ömür keçir. hər şeyi var. . bacadan süzülən işığa gətirdi. Başımı qatmayın. Qardaşıgildə olub-keçənləri unutmağa çalışıb gülümsündü. Mən buraya vacib iş üçün gəlmişəm. gülümsəməyə çalışdı. bu da bilərziyin. bəs niyə bu kökdədir. Qardaşı qızının ipək paltarlarından bir dəst çıxarıb Güləsərin üstünə atdı. . Həm də qardaşının evdə dava salacağından qorxduğıı üçün verilən şeyləri Güləsərdən alıb. mən nə elədiyimi bilirəm. O. dərdləndirdiyiniz bəsdir. götür. Ancaq Şahnigar onun qolundan yapışıb. Tez ol. Salatın üzünü çevirib. . Sənə nə olub. gün keçir. Sonra da ağ buğumhı biləyindən bilərziyi açdı. geri qaytarmaq fikrinə düşdü. keçirt barmağma. taxtın yuxarı başında. . Üzün ağ olsun. onun qədrini bilin. .. qızım. . . . Güləsər üzünü əlləri ilə qapadı. Yaxın gəl. qapıya sarı getdi və dayandı. idincə yığılmış yorğan-döşəyə ötəri nəzər saldı. Bibi!. Sonra nəyin çatışmır? Salatın özünü sındırmaq istəmədi. . Hər şeyi var. Düz deyirsən. yalın ayaqlarına baxdı. Bax bu sənin nişan üzüyün. İkiniz də bir boydasınız. yenicə görürmüş kimi qızın əynindəki nimdaş paltarlarına. Lazım deyil.

hər şeyi özüm düzəldəcəyəm. . boyuna qurban. tez ol çaydan. Qoy indi qardaşım oğlunun hünəri var. _ Al. İndi oldun sudan gələn sürməli qız. dayan. ayaqqabı geyindirdi. Dayan. ay bibi. Burdayam. mənə iynə-sap. Al. Gəlinin qulağını deşdi.. Bax belə. əl-ayağıma dolaşma. Bəh-bəh.. qabağında dursun. -Nə baş açacaqsan. . bir az da kömür gətir. çörəkdən gətir. a-az. bu da baş qızılın. Dedim ki. Deşdirməmisən? Niyə? Belə şeyləri adam atası evində deşdirər. İndi oldun nazənin sənəm. Ay Salatın. Ay Salatın. Güləsərin etirazına fikir vermədən iynəni sapladı.. sənin işlərindən baş açmaq çətindir. Dərhal da sırğalarını çıxarıb. gah oxuyur. qulağını göstər görüm. .Götür. Təzə paltar və zinətdən sıxılan Güləsər həyadan puçur-puçur tər tökdükcə. Yox. sən Allah. gülümsəməyə çalışdı. . sırğa da taxacağam. Bu saat qulağını da deşəcəyəm. Qara məxmərin üstündə lap qəşəng görünür. Ay bibi. . . qanı kəsdi. .Mənim ya sənin. bir az sünnə ver. kənara dur.deyə Salatın sözə qarışdı. götür. Belindəki qızıl suyuna çəkümiş enli gümüş kəməri də açdı. Hanı. lap gül kimi açıldın. başımıza oyun açma. . Hardan alım? . Sən belə şeyləri başa düşməzsən. Kəlağayının altından bağla. Rəhmətlik kişi Tiflisdən. gəlibsənmi? Bə niyə dinmirsən? Qapının arxasındaca durub bizi pusursan? 85    . Güləsərin qulağına keçirtdi. nə təfavütü var? Şahnigar özü Güləsəri soyundurdu. qızın üz-gözünü qaralama. ay bibi. Ay bibi. gah da şaqqıldayıb gülürdü.. Vallah. __________________Milli Kitabxana___________________ . Barmağına üzük keçirtdi. Bilərziyi qoluna taxdı. Kömür sürtüb. . bir ləzgi zərgərindən almışdı. . Şahnigar onun ətrafına fırlanıb çırtıq çalır. bağla görüm necə yaraşır? Bax belə. Bə bu qırışmal harda qaldı? . . kömək elə. Bəh-bəh. Yoxsa sırğasız gəzmək istəyirsən? Qoymaram. Ağrımadı ki? Gəlin üz-gözünü turşutmuş olsa da. Yoxundu? Özümdə tapılar. Bıy. ağrımadı. Təzə paltar. Üç qatardı.

gözün qamaşdı? Siz kişilərə belə lazımdır. yaşılı rəngə çalan xınalı boynunu sığalladı. Adam bir iş görəndə əməlli-başlı fikirləşər. ay bibi? . Şamxal bibisinin yanında oturdu. de görüm belə tezdən cavan arvadı qoyub hara getmişdin? Ova? Göstər görüm nə vurmusan? Qırqovul? Bax buna varam. Hə. Otur yanımda. Sən hara? Təzə gəlin bir-iki həftə evdən bayıra ayaq basmaz. Şahnigar nahaq yerə onun üstünə düşdüyünü dərk etdi. Gərək sən də onun əməyini itirməyəsən. Özünəməxsus bir şuxluqla gözünü qıyıb. ay Güləsər. __________________Milli Kitabxana___________________ Şahnigar quş kimi qanadlanıb Şamxalı qucaqladı. qızı çılım-çılpaq gətirib soxubsan qara dama. Görmürsənmi. qardaşı oğlunu barmağı ilə hədələdi: . . Şahnigar qızın qolundan tutdu: . . Güləsər ayağa qalxdı. Əynində abırlı bir paltarı da yoxdur. Özün ki. yoxsa dostluğu pozarıq. Alacam.Deyəsən. "Deyib-gülmək əvəzinə köhnə yaraları tezələməyin nə mənası var?" . Salatın quşları götürüb həyətə çıxanda Güləsər də getmək istədi. . Qırqovula dönüb ortada süzəsən. niyə durubsunuz? Tez olun. arvadın qədrin bilən olacaqsan. Yaxşı. bildinmi? Yoxsa bu nədir. gəlini incitmə ha. Onun əlindəki qırqovulu taxtın üstünə qoymağa imkan vermədi. xoşuma gəlmirsən. böyük-kiçiyə məsləhət elər. Bura bax. Bax. Şahnigar bəzəndirdiyi gəlini qardaşı oğluna göstərdi.O. Bu nədir. Salatının əlindən qırqovulları alıb diqqətlə baxdı. bibin hələ sağdır. . ocağa qazan asın. Quşları yuxarı qaldırıb. Uşaq kimi qardaşı oğlunun boynundan asıldı. ərin indidən səni qırqovull əti ilə yemləmək istəyir. Deyəsən. Hə. .deyə düşündü. hər şeyi bilirsən? Şamxalın qaşqabağı töküldü. qardaşoğlu. parıldayan zərli lələklərini. necədir. Buğum-buğum cığa tökəsən. Salatın Şamxalın vurduğu quşları və tüfəngi qardaşının əlindən aldı. Düz gəlinin yanına gəldi. Sən gərək bu saat heç gərdəkdən çıxmayasan. . Yoxsa arvadını tanıya bilmədin? - O əlini əlinə vurub şaqqıldadı. xoşuma gəldin. gəlin gərək tovuz kimi bəzəkli olsun. xoşuna gəlirmi? . 86    . . Alacam? Bə nə vaxt? Toydan sonra nağara? Yox. Vəziyyətdən çıxmaq üçün yenə zarafata başlamağı münasib bildi.Daha nə istəyirsən. Niyə əvvəlcə mənim yanıma gəlmirdin? Allaha şükür. təzə gəlinimizdir. Vallah.

. de görüm. düz sözümdür. yenə ürəyim tab gətirmədi. salaram. qab-qacağı. . . Necə deyərlər cavan da olsa kişi idi. hər şeyi var. dövlətim. Sənə öz əlimle gərdək də qurmuşam. Şahnigar qardaşı oğlunun tutqun çöhrəsinə baxıb. . Niyə? . Oz yanıma. Ancaq mən sizi köçürməyə gəlmişəm? . Özümə söz vermişdim ki. kişi gərək qoltuqda yaşamasın. Nə eləyəydim? . tutduğu bu işə camaatin. bu yanı yoxdur. Nə olar mənim yanıma köçəndə? Otağın biri sənindir. Qazma evin yoxsul və ürəksıxıcı görkəmi onları daha da darıxdırdı. Eləmisən. Başını tərpətmə. Hara? . qardaşoğlu. çox etibarsızsan. Mən ki. yerimi dar eləyərsən? Görünür. insafın yoxdur? Qalmışam qu quşu kimi damın altlnda tək. siz də bir. ələlxüsus atasının nə deyəcəyini bibisindən soruşmağa cəsarət etmirdi. Aralığa sükut çökdü. Sahnigar da bir anlığa çətinlik çəkdi. mənim varım. qara damda yaşamaq yaraşarmı? Hə? Niyə dinmirsən? . hamısı sənə qurbandır. 87    . Divarda xalısı. Sənnən küsmüşəm. sən bibini hələ yaxşı tanımırsan. səni qiyamətəcən dindirməyim. Cahandar ağa kimi bir kişinin oğluna. Orası elədir. Heç bilirsən sənin qapına nədən ötəri gəlmişəm? . Bunun niyəsini soruşmazlar. köksünü ötürdü: . Gəlmir. gedəcəksən. Ə. asma lampası. Çox sağ ol. Gələndə nə olar. Salatınla mən bir otaqda qalaram. Kişinin zəhmi isə həmişə ağır olur. Şamxal söhbətə başlamaq üçün münasib söz tapa bilmədiyindən əllərini ovuşdurur. Bir anlığa elə bil hava da çatışmadı. Heç o yan. nəyim varsa. . . Başına and olsun. bu nədir? Heç sənə. . Bibin ölmüşdü? O eyvanlı qoşa otaqları sənin əlindən alan vardı? Niyə gəlmirdin? Yoxsa qorxursan. Şamxalla o qədər açıq danışa bilmirdi. Vallah. ay bibi. Qızların yanında özünü nə qədər sərbəst aparsa da. öz evindir. Amma neyləyim. sənə bir pislik eləməmişəm. __________________Milli Kitabxana___________________ Güləsər Şahnigarın böyrünə qısıldı. zornan da olsa aparacam. yadıma gəlmir. Əvvəla.

Bir xeyli tərəddüd içində qardaşının üzünə baxdı. mənə verirsən? Arvad kövrəldi. Mən sidq ürəklə sənə söz danışıram.. qardaşoğlu. ancaq qorxudan dillənə bilmədiyini anladı. __________________Milli Kitabxana___________________ . . . Əlini cəftəyə uzatmazdan əvvəl dönüb geri baxdı. Şahnigar xanımın sinəsi qalxıb-enir. 12 Şamxal ayağa durub kəmərini daraltdı. O bunları görsə də dinmədi.Bax heç o yan.Bərəkallah.O. . ele-belə. sakitcə divara söykədiyi tüfəngə yaxınlaşdı. bir sizsiniz. əliboş çıxsın? Onun yanına yaraqlı getmək qorxaqlıq deyilmi? Arvadlar. İndi bu nə cavabdır.. gözünü quruladı. .. Şamxal dediyi sözə peşman oldu.Hələ axşama çox var. Yüngül addımlarla qapıya yaxınlaşdı. . "Yoxsa atası bu xəbəri eşidib gəlmişdi? Yenə ata-oğul üz-üzə dayanacaqdır?" O ehmalca ayağa durdu.Çərkəz. Beynində ildırım sürətli fikirlər gəlib keçdi.Gərək deməyəsən.Səni çağırırlar. Dirəyə söykənən bacısına yaxınlaşdı. evində nə var doldurub birbaş gəlirsən bizə. Əslinə baxsan o. Şamxal bacısının nə isə bir söz demək istədiyini. Onun saralmış sifəti yarıqaranlıq evdə daha da solğun görünürdü. Eşidirsənmi? . Salatın isitməli adamlar tək titrədir. fikirləşərik. O da həyəcanlandı. illah da Güləsər 88    .Nə olub? Salatının dodaqları güclən tərpəndi. uşağım yox. Salatın ehmalca içəri girdi. yaxşı cavab verdin. "Tüfəngi götürsünmü? Yoxsa Çərkəzin qabağına elə-belə. sən də. Boğazı qaytanlı köynəyinin qırışlarını arxaya tərəf yığdı. saymazyana. mən yadammı belə söz danışırsan? Mənim sizdən başqa kimim var? Ərim yox. . əl-ayaq yığışdırılanda arabanı qoşursan. bu yanı yoxdur.İncimə. . Qaranlıq qarışıb. ..Heç nə fikirləşmək lazım deyil. bibisinin könlünə toxunmaq istəmirdi. Güləsər isə cəsəd kimi yerindən tərpənə bilmirdi. Ə. bibi.Kim? . sözgəlişi dedim.

Şahnigar xanım qardaşı oğlunun ürəyindən keçənləri üzündən oxudu. Şamxal hiss etdi ki. taxtın üstündəki qoltuqaltıdan bir daraq patron götürdü və tüfəngi doldurdu. yenə lal baxışlarındakı yalvarışı gördü. Ona elə geldi ki. __________________Milli Kitabxana___________________ buna nə deyərdi? Elə ilk gündən arvadının gözündən düşməzdimi? Yox. Arvadların üzünə baxmadan qapını açıb. Gözlərini onun üzünə zillədi. köz kimi deşib ürəyinə keçir və bütün əzalarını sızıldadır. Xəzinənin boş olduğunu görüb. Bir az da belə keçsə. kişi kişinin qabağına yaraqsız çıxmaz. Onun iki su arasında qaldığını və qəti bir qərara gələ bilmədiyini başa düşdü. Arvadının üzünə baxdı. bəlkə də ürəyi sıxılıb yerə səriləcəkdir. Hər dəfə nəfəs aldıqca sinəsi körük kimi qabarırdı. . oğul. Bəlkə onun silahı var? Qapıya çıxan kimi sinəmi nişan alacaq ? Heç əl-ayaq tərpətməyə qoymayacaq? Kimi. tərpənsin!" O. Şahnigar xanımın yenicə qulağına taxdığı sırğalar titrəşirdi. Ancaq Güləsərin yaşarmış gözlərini xəyalından çıxarda bilmədi. Bu sözdən sonra Şamxal tüfəngin çaxmağını çevirdi. O. ehmalca tüfəngi götürüb əlində hərlədi. Şamxal Güləsərin lal baxışlarındakı məzlumluqla bərabər. kürəyinin ortasını nə isə yandırır. 89    . Geniş açılmış gözlərinin ətrafında həlqələnən yaş gah çoxalıb bəbəklərinin üstünü örtür. elə-belə. Hünəri var. əliboş gedəcəm. məni? Çərkəz mənə Cahandar ağanın oğlu Şamxala əl qaldıracaq? Vallahi onların külünü torba ilə daşıtdıraram. məzəmmət və yalvarışı da duydu. Elə bil güclü əl onu yerindəcə fırlatdı. yönünü çevirdi və getmək istədi. Astaca addımlarla evin ortasındakı dirəyə yaxınlaşdı. Çaxmaq şaqqıltısı kəsəndən sonra evdə kiminsə təlaşla nəfəs aldığını duydu. hər şey onun gözlərində tor görünür. Gəlin boğulurmuş kimi tez-tez udqunurdu. ağır-ağır həyətə çıxdı. Onun kəlağayısı sürüşüb çiyninə düşmüşdü. arvadının qarşısında acizlik edəcəyini duyduğundan. gah da geri çəkilib kirpiklərinin dibində titrəşirdi. Birdən özü də hiss etmədən geri çevrildi. Güləsərin başı hərlənir. tüfəngi mismardan asdı.Ehtiyat igidin yaraşığıdır. Sakitcə Şamxala yaxınlaşdı. Dönüb Güləsərə baxdı. Boynundakı damarlar şişib göyərmişdi.

Burnunun deşiklərindən fısqırıb çıxan tüstü uzun qoşa zolaq kimi qabağa vurur. Əlini xəncərin dəstəyinə qoyub. __________________Milli Kitabxana___________________ Çərkəz təzə düşmüş cığırın ortasında dayanıb papiros çəkirdi. "ölmək öl- 90    . sonra isə bir-birinə qarışır və süd rəngli havada əriyirdi. Şamxal Çərkəzin fısıldaya-fısıldaya papiros çəkdiyini və çiynindəki tüfəngin qayışını barmaqları ilə didişdirdiyini görəndə. silahsız gəldiyinə peşman oldu.

Güləsəri axtarıb tapacaqlar. Şamxal dərhal tüfəngi götürəcək. Özünü də bilməməzliyə vurma". O. onun yanında sallağı oturdu. bunu etiraf etməyə məcbur olur. qızı özü götürüb 91    . . xırıldamaq nədir. - deyəcəyini gözlədi.Lazımdır. sakitcə papirosunu sümürdü. Aralığa sükut çökdü. Çərkəz yerindən tərpənmədi. tüfəngin qayışını çiynində düzəltdi. indi fikrin nədir? . Çərkəz də tüfəngini dizinin üstünə qoyub. elə ona görə də dar ayaqda Şamxala dərdini açıb kömək istəyirdi. həm də bir az tələsmək lazım olduğunu söyləmək istəyirdi.Başımıza gələni eşitməyibsənmi?. Çərkəz xeyli vaxtdan bəri Şamxalın Güləsərə meyl saldığını duyduğundan. Şamxal sakitcə papirosunu sümürüb. Yalnız bundan sonra Şamxalın üzünə baxdı. O. Şamxal isə tüstünü ciyərlərinə doldurur. buna daha çox əmin idi. . Çərkəzin heç nədən xəbəri olmadığını biləndən sonra daha da həyəcanlandı.Nədir ki? ..İşin yoxdur ki? .deyə düşündü və səksəkəli halda irəlilədi. sıçrayıb üstünə cummaqdanbaşqa əlacım yoxdur" . papiros qutusunu çıxartdı. Qızı götürüb qaçıblar.Gedək qızı axtaraq. O. . Çərkəz ondan cavab gözləyir. əgər bir balaca əl tərpətsə. Çərkəz dostunun da həyəcan keçirəcəyini. elə zənn edirdi ki. sonra danışarıq. sonra da xəncərini yana çəkib çöməldi. Barmaqları əsə-əsə tütün eşdi. üzdə bir söz deməsə də. Şamxal dərindən nəfəs aldı. Amma Çərkəz suala sualla cavab verdi.Neyləyirsən? . Əlini xəncərin dəstəyindən çəkib. -Xeyirdimi? Çərkəz hərisliklə sümürdüyü papirosu yerə atıb.Nəyə lazımdır? Şamxal Çərkəzin bu saat "Mən yaraqsız adama əl qaldırmaram.Tüfəngin hanı? . Ancaq Çərkəzin gözlədiyinin əksinə bu xəbər Şamxalı narahat etmədi. bu xəbəri eşidən kimi əl-ayağa düşəcəyini və onun dərdinə şərik olacağını gözləyirdi. Dostlar xeyli sakitcə dayandılar. Şamxal ona yaxınlaşanda belə başını qaldırmadı. heç nədən xəbəri olmayan Çərkəzə nə deyəcəyini.Yaxşı. Get tüfəngini gətir. . yerin altında da olsa. tüstünü göyə üfürdü. həyəcanını gizlətmək üçün təmkinini pozmamağa çalışdı. __________________Milli Kitabxana___________________ məkdir.

. Bığının altından astaca qımışdı. Təzədən. evə gedəkmi" .Gümanın kimə gəlir.Onun anasını ağladaram! Şamxal nə qədər səbirli olmağa çalışsa da. İndi yəqin iş işdən keçmiş olar. Çərkəzə toxunmalı bir cavab verməsə. gecikmisən.Nə yaman fikrə getdin? Çərkəzin səsini eşidəndən sonra Şamxal başını qaldırıb ürkək nəzərlərlə müsahibinin üzünə baxdı. görüşmək istəyirsənsə dur. . qızı kim aparmış olar? .Çox sinənə döymə.Niyə əl vura bilməz? . "işim var" . Səbirsizliklə cavab gözləyən Çərkəzin üzünə belə baxmadan sakitcə dilləndi. dava-qalmaqal salsın: "Qızı götürüb qaçmağı bilirsən. O istəmirdi ki. O tələsir. Başqa vaxtda bircə işarəyə bənd olan dostu isə indi karvanı batmış kimi daşa dönüb dinmirdi. . . Dünən aparıblar.deyə boyun qaçırda bilərdi.Nə bilim? Onlar yenə susdular.Hansı tərəfə getmək fikrindəsən? .deyə onu yamanlasın. ... Çərkəz onu qorxaqlıqda ittiham etsin. 92    .. Ona nə olduğunu basa düşmək çətin idi.Nə gec deyilmi? . Deyirlər qızı Kürdən keçiriblər.. Çərkəz vaxtından əvvəl şübhələnməsin. .. Aralıqdakı sükut Çərkəzi darıxdırdı. bir quş kimi qanadlanıb. __________________Milli Kitabxana___________________ qaçdığını necə xəbər verəcəyini bilmirdi. Əsl həqiqəti ondan gizlətsinmi.Mənim bacıma heç kəs əl vura bilməz! Şamxalın dodaqları qaçdı.O taya.. Çərkəzi sakitləşdirmək üçün münasib söz axtarırdı. qızı axtarmaq gec deyilmi?. sakitləşə bilməyəcəyini duydu. məsələnin əslini biləndən sonra isə təzədən üstünə gəlib. .Deyirəm. O hələ də elə etmək istəyirdi ki. Çərkəz güclə sezilən bu təbəssümdə özündən razı qalan arxayın bir adam istehzasını gördü. yoxsa "bacın burdadır. gümanı gəldiyi yerlərə baş vurmaq istəyirdi. O. son sözə dözmədi.Gec deyilmi? . Şamxal mümkün qədər səbirli olmağa çalışdığından.desin? Bu xəbəri Çərkəz necə qarşılayacaq? Samxal papirosunu sümürüb kənara atdı. amma boynuna almağa kişiliyin çatmır?" . Ancaq bunu kişiliyinə sığışdırmırdı. .

Deyirəm artıq-əskik danışma! . qəsdən aradakı məsafəni qısaltdı və söhbət müddətində ilk dəfə şəstlə müsahibinin gözlərinin içinə baxdı. yan-yörəsinə boylandığının fərqinə vardı. O.İndi nə məsləhət görürsən? .Ağzını təmiz saxla! . ürəyindən keçənləri üzündən oxumaq və eşidəcəyi sözdən sonra onun necə hərəkət edəcəyini əvvəlcədən öyrənmək istədi. – Getmək myelin yoxdursa. Çərkəz onun həyəcanlanmasına fikir verməzdi.Bacın da qalar ortalıqda. Əgər Şamxalın baxışlarındakı ürkəklik olmasaydı. .Ə. . Elə bil zəhmli baxışları ilə qarşısındakını sarsıtmaq. .deyə Çərkəz hirslə ayağa durdu. . Çərkəz onun alışqanı yandırarkən barmaqlarının titrədiyini gördü. baş kəsəcəksən? . .Bura bax. açıq de. Səhərdən dostunun bir dəfə də olsun onun üzünə şax baxa bilmədiyini.Niyə kəsmirəm. Əlini xəncərin dəstəyinə aparması ilə yarıya qədər siyirməsi bir oldu. sən niyə özündən çıxırsan? Soğan yemiş adamlar kimi için niyə göynəyir? Şamxal qabağa yeriyib. Pələ camış kimi yalmanıb fısıldayır. nəzərlərini yayındırıb. eləmi? . Heç olmasa qızı hansı köpək oğlunun apardığını öyrənməliyəm. Əvvəlcədən bükdüyü papiroslardan birini götürdü. Gözləri ilə Şamxalı yeyəcək oldu. Çərkəzlə üzbəüz dayandı. səsini ucaltdı: . Yoxsa bu işdən xəbəri var? Onun üçün də dilini sürüyür?" Çərkəzin sinəsi qabardı.Gözləyə bilmirəm. ürəyim soyuyar.Heç olmasa. niyə keçirsən? Şamxal yenə qutusunu çıxartdı.Bir az gözlə. çərən-pərən danışma. gah da çiynimin üstündən o yana boylanır? Heç boynunu da dik qaldırmır.Keçmə. Döyüşə hazırlaşan xoruzlar kimi dimdik-dimdiyə dayananların nəfəsi 93    . Sinəsini qabağa verib. . __________________Milli Kitabxana___________________ .Əlinə nə keçəcək? . Ancaq Şamxalın hərəkətləri onu ayıldan kimi oldu.Bə nə olsun deyirsən. ya yox?! Şamxal dik atıldı. qızın başından keçim? . "Niyə suçlu adamlar kimi gözlərini məndən gizlədir? Söz danışanda gah yerə baxır. nə odlu-odlu danışırsan? Tutaq ki. qızı tapdın.Bura bax.Nə deyirsən?! .

Lakin ürək eləmədi. lüləni torpağa doğru çevirməyə çalışdı. kəllə-kəlləyə 94    . __________________Milli Kitabxana___________________ bir-birini vurdu. tüfəngi buraxmadılar. Çərkəzin islanmış saçı dağılıb. lüləni yuxarı qaldırdı. Müvazinətini itirdiyindən. O doğrudan da qəfildən zəhərli ilanı tapdalayan adam kimi dəhşətlə geri atıldı və dərhal da tüfəngi hərlədi. Bir göz qırpımında gülləni lüləyə verdi.Dağa-daşa düşmə. Çərkəz fürsəti əldən verəcək. taqətdən düşmüşdü. Bundan sonra onlar tüfəngdən daha möhkəm yapışdılar. tüfəngi həm özündən uzaqlaşdırır. Ona elə gəldi ki. necə olursa-olsun silahı əldən verməməyə çalışırdı. xəncəri siyirməyi ağlından keçirtdi. Əgər bircə an da keçsə. üzünə zillənən gözlərdə ovunu əvvəlcə ovsunlayıb. Nəfəs aldıqca sinələri qalxıb-enir. Çərkəz bunu gözləmədiyi üçün səndələdi. bir şey olsa. Onlar süpürləşməyə başladılar. Tüfəngdən yapışıb. genişlənmiş burun pərələrindən nəfəsləri fisqırırdı. Çərkəz onun fikrini duyduğundan. Ancaq bacarmadı. həm də vurub Çərkəzin əlindən almaq istəyirdi. Şamxal ayağını Çərkəzin qarnına dayayıb. çaxmağı yenidən hərləyəcəyindən qorxdu. dərhal rəqibinin əl-qolunu tutmaq üçün özünü bir az irəli verdi və təmkinlə dilləndi: . Güllə Şamxalın qulağını yalayıb keçdi. Çərkəz yalnız bircə anlığa susdu. Kəsif barıt qoxusu burunlarına doldu. Barmağını tətiyə uzadana qədər Şamxal ov güdən pişik cəldliyi ilə irəli şığıdı. Buynuzlarını bir-birinə keçirdib. Şamxalın üzündəki tüklər də ona zəhərli tikanlar kimi görünürdü. Çiynini qarsaladı. Şamxalın sinəsindən tər axırdı. sonra yeyən bir yırtıcı sehrkarlığı var. nəfəslərini dərdilər. var gücünü topladı və barmağını tətiyə yetirdi. alnına yapışmışdı. Köynəklərinin yaxası açılmışdı. adamı çalmağa hazırlaşan şahmar ilan soyuqluğunu duydu. Gözlərindən qığılcım qopsa da. Bu ani sükutdan sonra qəti hücumun başlanacağı şübhəsiz idi. Onlar son dəfə güclərini sınayırdılar. Bir anlığa dayanıb. Şamxal bir əli ilə qundaqdan. Hər ikisinin dizi yerə gəldi. Çərkəzin dərhal ayağa durub. gozünün içinə fısıldayıb qıvrılan Şahmar atılıb boynuna dolanacaqdı. Şamxal arada tüfəngi buraxıb. Qarşısında dayanan Şamxalın sifətində quyruğunun üstünə qalxıb. bir əli ilə də lülədən yapışıb. tüfəngi geri çəkdi. başı çatıltı ilə Şamxalın alnına dəydi. Çərkəz isə var gücü ilə müqavimət göstərir. Rəqibinin qolunu qanırıb. Şamxal. Bəs nə etməli? O birdən var gücü ilə tüfəngi özünə tərəf çəkib burdu. silahı qoparmaq istədi. qız məndədir. İkisi də qan-tərə batıb. Belə olduqda qundağı yuxarı qaldırıb.

Hətta qabağa yeriyib onların söhbətinə qulaq asmaq. yenidən qışqırdı. Tüfəngi əldən verməkdən qorxduqlarına görə dartışmalarında davam etdilər. çaxmağı çıxartmışam. amma qardaşını saya salmır. özünü o yerə qoymadı. Güllə açılanda isə bir sıçrayışla irəli atılıb. Şahnigar xanım özünü irəli salıb sinəsini güllənin qabağına verdi. Bütüncə dədəsidir". Vıyıldayıb gedən güllə dalaşanları diksindirdi. xanım.Ata bilməz. dirəyə söykəndi.deyə ürəyində Şamxalı asıb-kəsdi. həyətə çıxdı. tüfəngi üzünə qaldırdı. . . . Onun qəzəb dolu cingiltili səsi eşidildi: . . Çərkəzlə Şamxal onun sözünü eşitmədilər. 95    . Ancaq onların çöməltmə oturub. Çərkəz sinəsinə tuşlanmış tüfəngin boz üzünü gördü və nəhayət inadından əl çəkən dalaşqan uşaqlar kimi qollarını boşaldıb tüfəngi buraxdı. Torpaq eşim-eşim oldu. Ehmalca tüfəngi götürdü. Qapını açıb bayıra atılmağa hazırlaşan Güləsərin qabağını kəsdi. yanaşı söhbət etmələri. "Allah eləyə. Göy otluqda eşələnənlərin başının üstünü kəsdirdi. "Gədənin təşəxxüslüyünə bir bax. . Qardaşı oğlunun ehtiyatsızlıq etdiyindən narahat olan Şahnigar xanım evdə qərar tuta bilmədi. Səhər şehinə çilənmiş göy otlar dizlərinin altında əzildi. Şahnigar xanım tətiyi çəkdi. Şamxal bunu gözləmədiyindən təngildədisə də tez özünü ələ aldı. davasız-şavasız qurtara". Çardaqda ayaq saxlayıb. xalqın qızını gətirib evə. hər şey elə-belə.Sizə aralanın demirəmmi?! Onun sözü yenə cavabsız qaldı. "Oturun yerinizdə!" – deyə onlara acıqlanıb.Aralanın deyirəm sizə! Eşidirsinizmi? Yoxsa ikinizi də qanınıza boyayacam. arxayın-arxayın papiros çəkmələri Şahnigar xanımın bir az sakitləşdirdi. qurtarmaq belə istədi. Qazma damın qulaqları cingildədən sükutu içərisində ürək çırpıntılarını duydusa da. Ancaq cavanların birdən-birə əlbəyaxa olduğunu görəndə özünü itirdi. hər şeyi zarafata salıb. gözünü ağartdı. bu da tüfəng götürüb onun qabağına çıxmağı şəninə sığışdırmır.deyə yerindən tərpənməyən Çərkəz sakitcə dilləndi. Bu saat Çərkəz qızıl ilana dönüb. Cavanlar əlbəyaxa olsa.Narahat olmayın. Şahnigar xanım çaxmağı hərləyib. harayçılığa çatmaq üçün hazır dayandı. Çardağın altından qışqırıq qopdu. __________________Milli Kitabxana___________________ gələn kəllər kimi yenidən tutaşdılar.deyə öz-özünə düşündü. . Salatının qolundan tutub geri itələdi. rastına kim gəlsə tas-tas eləməyə hazırdır. Sıçrayıb ayağa durması ilə tüfəngi hərləməsi bir oldu.

deyə Sahnigar dilləndi.Qoy rədd olsun. sənə söz düşmür. . Kişinin həndəvərinə hərlənmək olmadı.Namərd!. Sözlər dişlərinin arasından fısıltı ilə çıxdı: . . . daha nə istəyirsən? Çərkəz heç nə demədi. __________________Milli Kitabxana___________________ Şamxal yalnız bundan sonra əbəs yerə atılıb-düşdüyünü anladı və tüfəngi hirslə yerə atdı. Hirsindən gözləri qan çanağına döndü. Hirsindən və aciziiyini dərk etdiyindən daxildən qopub gələn hönkürtünü güclə boğub dişini-dişinə sıxdı. . əl çəkən deyiləm. Dişinin arasından su da keçmədi. İndiyəcən dost idiniz.Mən elə namərdnən üz-üzə durmaram. Onsuz da boğuq olan sifəti daha da qaralıb. qundağı üzündən araladı. . bilirəm acıqlısan. 13 Şamxalın Güləsəri götürüb qaçması xəbərini eşidəndə Cahandar ağa üç gün. . amma sarsaqlama. yenidən irəli atılmaq istədi.Gördüm dostluğunu. Burada da özünü bildirdin. . Gözlərinə qaranlıq çökdü. . otağa girib. ağıllı ol. Şahnigar xanım da dərindən nəfəs alıb. Çərkəz Şahnigar xanıma cavab vermədi. Bir qız bir oğlanındır. için-için ağlayan bacısına sataşanda ağlı başından çıxdı. elə şeydən ötəri dava salmazlar. Mələk qorxa-qorxa.Kökünüz kəsilsin! Şamxal xəncəri siyirib. Şahnigar xanım qardaşı oğlunun sinəsindən geri itələdi. ay bibi. Çərkəz əyilib tüfəngini götürdü. Gəlin barışın. ağır-ağır uzaqlaşdı.Niyə durdun? Gedək bacınla görüş.Səsini kəs. Tüfəngi çiyninə keçirib. onun üstünə 96    . Çaxmağı yerinə saldı. Qızarıb qan çanağına dönmüş gözlərinin həlqəsində yığışan yaş damlalarını geri qaytarıb udqundu. barmaqlarının ucunda. Onun hulqumu bir neçə dəfə qalxıb-endi. Qəzəbdən alışıb yanan gözlərini Şamxala zillədi. Çərkəzin gözü çardağın altında dirəyi qucaqlayıb. tunc kimi bozardı.Adam dostuna elə söz deməz.. Üzünü Şamxala çevirdi: .A qırışmal. indi də qohum oldunuz. Atamın goru haqqı. üç gecə ağzı üstə yatdı. . Çərkəzin son sözünə əhəmiyyət verməməyə çalışdı.Yaxşı.

Belə bivaxt hara gedirsən? Cahandar ağa qəfil zərbə almış adam kimi təngildəyib yerində dayandı. Əgər bir azca da belə getsə. diri gozlü ölmüşdü. Zərnigar xanım özü də Şamxaldan narazı idi. Səsi xırıldayıb boğazında qırıldı. Hava isti olsa da. Mələk eyni zamanda bu gözlərin dərinliyində müti bir qul kimi diz çöküb yerə döşənmək istəyən aciz bir insanın yalvarışını da gördü. dəvə yunundan toxunmuş ağ başlığını boynuna doladı. Əslinə baxsan. 97    . Əvvəlcə Zərnigar xanımı hərəkətə gətirmək. Bu baxışda nələr yox idi?! Ətrafı qırışmış gözlərin işığı sönmüşdü.söyləməz paltarını geyindi. O. Mələk dözə bilmədi.deyə fikirləşdi. amma cıqqırını da çıxartmadı. Qoltuqaltısını götürdü. Mələk də Cahandar ağanın daş kimi lal və qaradinməz olduğundan təşvişə düşdü: "Acıqlı başda ağıl olmaz". Bunlar azmış kimi xəncəri də belinə bağladı. Amma nə dinir. Arvadın gözü onun üzünə dikilib qaldı. "kişinin əl-ayağına düş.demək istədi. Amma onun dilinin gödək olduğunu yadına salıb dayandı. ərinin kürəklərinin titrədiyini. İçəridən çıxmağa hazırlaşan ərinin qabağında dayanıb. üzünə baxdı. Didələr öləziməkdə olan qara çıraq kimi titrəyib soğulurdu. Nə isə demək istədi. Cahandar ağa bir axşam div yuxusundan ayılan kimi ayağa durdu. Kişinin əlindən xata çıxa biləcəyini düşünəndə evdəki arvadlar yarpaq kimi əsdilər. Darağı xəzinəyə basıb çaxmağı hərlədi. Arvad lap özünü itirmişdi. Yenə heç kəs dinib-danışmadı. Zərnigar xanım imdad istəyirdi. getməyə qoyma". Mələyə elə gəldi ki. söz deməyə cəsarət etmədi. Kişinin sifətindən qan damırdı. nə də ərinə bir söz deyə bilirdi. ərinin nə isə dəhşətli bir iş düşündüyünü yəqin etmişdi. arvad ayaq üstündə keçinəcəkdi. Dili söz tutmadı. qarası isə tən ortada. Zərnigar xanım qorxusundan cəsədə dönmüşdü. şüşə kimi parıldayırdı. Dinməz. Asta-asta qapının ağzına yeridi. iri və cod barmaqlarının gəbənin ilgəklərini didib tökdüyünü gördü. gülləni lüləyə verdi. Bir analıq sövq-təbiisi ilə oğlunun başında qaranlıq olduğunu duyurdu. . Hər biri bir ilə qədər sürən üzücü günlər gəlib keçdi. Geniş açılmış heyrətli gözləri ilə az qaldı qarşısında dayanan arvadı yesin. Birdən Zərnigar xanım Mələyin qolundan yapışdı. . Yazığın nəfəsi güclə gedib-gəlirdi.. balaca bir nöqtə kimi işıldayır. arvadın gözünün ağı həddindən artıq böyüyüb. __________________Milli Kitabxana___________________ yorğan salanda. Necə deyərlər. Yalnız bəbəklər geniş açılıb.

dizinə döydü: 98    . __________________Milli Kitabxana___________________ . arxasını söykədi.Nə vaxtdan kişinin işinə qarışırsan?! . Cahandar ağa bir an nə edəcəyini bilmədi. Aşağı əyilib onu yerdən qaldırdı. qapının ağzında dayanan və onu bayıra .Ay uşaq. Amma arvadın sifətinin kağız kimi ağardığını. Hələ indiyə qədər onun qabağını kəsən. . otağın divarları cingildədi. Kişinin beyninə qan sıçradı. qırışlar sıslaşdı.Halal eləyirəm.Cəhənnəm ol. Gəlin tərpənmədi. Qollarını gərib qapının çərçivəsindən yapışdı. Mən nəkarəyəm ki. Qolunu hərləyib var gücü ilə arvada bir şillə çəkdi. Amma Mələyin ətli bədəni divar boyu ağır-ağır sürüşdü və birdən kəsilmiş ağac kimi yerə sərildi. sənə söz deyəm. Mələk gözlərinə qan çökdüyünü və qulaqlarının uğuldadığını hiss etdi. su gətirin. Onun geri çəkilib yol verəcəyini gözlədi. Mələk qapını örtüb. yoxsa o it küçüyünün hayıfını səndən alaram! . Ayağının altından yer qaçdı. . Ona ele gəldi ki. getdiyi yoldan qaytaran olmamışdı. kim var. yanaqlarında göyümsov ləkələr oynadı.Al. . Cahandar ağa yolu kəsib. Taxtın üstünə uzatdı. tök.Çəkil yolumdan!. Tavandan asılmış otuzluq lampa sağa-sola gedib ləngərləndi. düz sözümdür. neylək. Vallah. arası düyünləndi. ağız-burnundan qan fışqırdığını görəndə həyəcanlandı. gözlərinə qor doldu.. Cahandar ağa onu kənara eləyib keçmək istədi. buraxmaq istəməyən Mələyin döşündən itələdi. "Lənət sənə şeytan. Arvadın yanağı alışdı. amma ürəyim uçunur. özünü lap itirdi: . . ətəyindən daşı tök. tez olun.Qarışmıram soruşuram. işə düşmədik". Səni and verirəm o balalarıyın canına. deyirəm sənə. ağız-burnundan axıb laxtalanmış qanı görəndə üzünü cırıb.deyə söylənən Cahandar ağa onun üstündən adlayıb keçmək istədi.Qanını üstümə tökmə! . Mələyin ağarmış sifətini. al. Cahandar ağa arvadın çıraq kimi sönüb yerə çökdüyünü görəndə ayaq saxladı. aşağı yatdı. evin divarları çökəlib. Arvadı soyuq tor basdığını görüb. Zərnigar xanım da surünə- sürünə gəldi. Bayaqdan o biri otaqda qorxudan titrəyə-titrəyə bu işlərin nə ilə qurtaracağını gözləyən Salatın özünü içəri saldı. Qıllı qaşların tükləri biz-biz olub pırpızlandı.

deyə astaca dilləndi. fikri evdə. Cahandar ağa gecə yarıya qədər gözünü tavana zilləyib. Kişi əl vurmadı. Zərnigar xanım "niyə mənim olur. elə sənin də küçüyündür. göyümsov tüstü boynunun ardında burulur. dana-buzov səsini. O heç kimdən heç nə soruşmadı. Cahandar ağa sinəsində bir boşluq. sonra da duman kimi çoküb. Zərnigar xanım belə vaxtda ərinin gözünə görünməkdən ehtiyat etdiyindən. Arabir isti şüşəyə toxunan. Özünü zahirən laqeyd göstərsə də. Ağır addımlarla evin yuxarı başına keçib taxtın üstündə əyləşdi.Allah sənə insaf versin. Tez-tez eşiyə çıxıb. __________________Milli Kitabxana___________________ . Mələyi yorğan-döşəyə uzatmışdılar. Salatın atasına xörək gətirdi. gözünü örtülüb-açılan qapıdan çəkmirdi. . Sümüyümüzü it sümüyünə caladı. ay Cahandar ağa. başı alovlu ora. tikə-tikə doğrayacağını qət etdiyi gəlinini də yaddan çıxartmışdı.demək istədisə də qorxusundan dinmədi.Günahın hamısı sənin küçüyündədir. içəri girib arvadının halını öyrənməyə üzü gəlməsə də. . sonra da sakitcə otaqdan getdi. Mələyin yanında idi. örüşdən qayıdan malları görmür. Mələyin üzünə su çiləyən qızına kömək etdi. ya da 99    . Otağa qulağı güyüldədən bir sükut çökmüşdü. Öləziməkdə olan otuzluq lampanın ətrafında fırlanan xırdaca cücülərin evin divarlarında tərpənən kölgələrinə fikir verdi. Qız taxtın üstünə yorğan-döşək atdı. qollarında yorğunluq hiss edirdi. Onun nəriltisi otağı başına götürdü.Mənə yer sal! . Axşam qaranlığında həyətdə dolaşan nökərləri. Qəribə idi: elə bil üç gündən bəri ürəyinin başında qurğuşun kimi çöküb dayanan ağrılar yox olmuş. Öldürmək istədiyi oğlunu da. O. bir kölgə kimi çəkilib səssizcə öz otağına keçdi. qəfəsə salınmış yaralı pələng kimi dolandıqca. Əlinin bu qədər ağır olduğunu. O vurnuxurdu.bura qaçırdı. bütün hirsi elə o şillə ilə çıxıb getmişdi. Əlləri əsə-əsə papiros eşdi. Nəhayət. enli kürəyinin ortasında yatırdı. əl-ayaq yığışdırılanda kişi içəri girdi. gözləri alacalanırdı. Mələyin başına gələn əhvalat ona her şeyi unutdurmuşdu. bir şapalaqla o boyda arvadı yerə sərə biləcəyini ağlına gətirə bilmədiyindən indi əzab çəkirdi. Cahandar ağa tüfəngi taxtın üstünə atıb eşiyə çıxdı. qoyun-quzu mələşməsini də eşitmirdi. Həyətdə fırlandı. bu yazığı niyə öldürdün? Yetimin günahı nəydi? . yata bilmədi. içəri girən Salatın atasına heç nə demir. adımızı batırdı". Beyni güyüldəyir.

öz əlinin nişanələrini görür kimi oldu. mənim o adda oğlum yoxdur". Dünənki uşaq nə tez 100    . onun "oğlum olsa səni təpədən dırnağadək qızıllayacağam". Amma indi tamam əlini üzdü. Ola bilməz. Hər şeyi unudub yatmaq. __________________Milli Kitabxana___________________ içəri düşüb fitilin alovunda qarsalanan pərvanələrin çırpıntıları. "Bəs indi niyə belə olsun? Onun əzizlədiyi. arabir anasının ğözündən oğurlanıb nəmiyə girməsi. Şamxalın iməkləməsi. Daşıyıb itlərə tökərdi. Cahandar aga onun bu saat qara damda necə yatmasını. O da yıxılacağından qorxaraq. El yaylaqda olanda peşqurtdan gələn Cahandar ağanın gecə arvadı ilə dəyədə yanaşı uzanması. arvadı ilə necə qucaqlaşdığını gözünün qabağına gətirməyə çalışdı. Onun gec-tez geri qayıdacağını gözləyirdi. "Öləndə vəsiyyət edəcəm. yaman dəcəl idi. onun nəfəs . Kişi yorğanı başına çəkib. Amma mümkün olmadı. Şamxalı qucağına alıb atın belinə qoyardı.alıb - almadığını bilmək istəyirdi. . dəyələrin qabağında tumançaq qaçması. anadan necə olması yadına düşdü. üzünü divara çevirdi. Kişi fikrini toplayıb. müəyyən qərara gələ bilmirdi.deməsi. üstümə qoymasınlar. Anası hirslənib onu döyəndə Cahandar ağa qabağa keçər. Kişi onun köynəyinin cırıq yerindən qaralan zolaqları. O nə qədər də yaraşıqlı idi! Belə oğlun atasının nə dərdi ola bilərdi? Qəribə bu idi ki. tozlu qanadların pırıltısı sükutu pozurdu. Hində yumurta qoymaz. Şamxal kişi həddinə dolmuşdu? Ev-eşik sahibi idi. Oğlu onu odsuz-ocaqsız yandırırdı. Kürün sahilinə doğru enən oğlunun enli kürəyi gözünün qabağına gəldi. boynunda gəzdirib dizinin üstündə oynatdığı uşaq niyə dönük çıxsın? Kim? Uşaq?" Cahandar ağa gülümsündü. Artıq hər şeyin bitdiyini qərara aldı.deye cavab verməsi elə bil dünən olmuşdu. Zərnigar xanımın utana-utana "deyəsən uşağa qalmışam" . Cahandar ağa hərdənbir başını . Şamxal gözünün qabağından çəkilmədi. Demək. ağır düşüncələrin pəncəsindən yaxasını qurtarmaq istədi. Şamxal evlənmişdi. Birdən-birə son dəfə uzaqlaşıb. Şamxalın kürəyi enləndi və bir az bundan əvvəl tumançaq gəzən uşaq əvəzinə bığ yeri tərləmiş cavan bir oğlan dayandı. əlindən təknədə çörək qalmazdı. camdakı süd üzünü başına çəkib tejənlərin ağzını açması məgər yaddan çıxardımı?! O. Qız götürüb qaçmışdı. bərk-bərk atasından yapışardı. Şamxalın balacalığı. Birdən-birə Cahandar ağanın qəlbində qəribə hisslər baş qaldırdı.yastıqdan azca yuxarı qaldırıb Mələk yatan tərəfə baxır. Cahandar ağa Şamxalın küsməyinin bu qədər ciddi olacağını heç güman etmirdi.

Kim bilir. bir tərəfdən oğlunun böyüməsini dərk edib qəlbində fəxr edir. O. Mələk taxtın üstündə. Allah istəyən yaxşıdır. Mələk yaxşı arvaddır. bir ata kimi qürurlanır. O bu saat yerindən sürünüb. "Görəsən Əşrəf bu saat nə edir? Evdə olanları eşidibmi? Odamı məndən üz döndərəcək? Yox. yata bilmir. Yerin içində dirsəklənib. ərinin yanına gedə bilərdi. özünü danladı. __________________Milli Kitabxana___________________ böyüdü? O bunlara inana bilmirdi. Elə onun evdə qalmağı bəsdir. onun sonra nə edəcəyini gözləyirdi. qabağıma keçməsə idi. Əşrəf ağıllı baladır. "Bəlkə də belə olması yaxşıdır. Şamxalın tayı deyil". Başı ağrıyırdı. Mələk Cahandar ağadan incimişdi. onu sakitləşdirmək üçün söz tapardı. Kişi yerin içində qurcalanır. Axı o da yazıqdı! Oğlunun hərəkəti kişini odsuz-ocaqsız yandırırdı! Amma qorxurdu. istədiyinə çatmışdı. hələlik qələbə Mələyindir. 101    . Dünənki uşaq indi kişi olmuşdu! Ancaq necə kişi? Atasının üzünə ağ olan. karvan-karvan üstünə cumulan fikirlərlə əlləşirdi. O. Ona da bu lazım idi. gedib bir xata çıxardacaqdım. Sonra qaş qayırdığı yerdə vurub gözünü tökərəm". nə də bir şey fikirləşə bilirdi. Üzünün bir tərəfi od tutub yansa da. "Qoy dincəlsin. döyülsə də. Nə qədər çalışırdısa da. ağrı ötüb keçmişdi. Vallah. ehmalca o yatan tərəfə baxdı. Mələk balaca bir hərəkətlə Cahandar ağanın ovqatını təlx edəcəyindən ehtiyatlanır. Birdən-birə Cahandar ağanın arvadına yazığı gəldi. məni oğul qanı tökməkdən saxlayır". özbaşınalıq edib nəslinə yaramayan qızla evlənən biqeyrət kişi! Cahandar ağa yenidən əsəbiləşdi. xatadan qurtarmışdı. ürəyi keçib huşsuz qalsa da. düşüncəsi də hissləri kimi kütləşmişdi. bir tərəfdən də gülməyi tuturdu. ona görə də susurdu. Mələyin də gözünə yuxu getmirdi. Mələyi vurduğuna peşman olsa da sevinirdi. könlünü alacağını gözləmirdi. Cahandar ağanın evdə olduğunu. Şamxalı yaddan çıxartmaq üçün o biri oğlunu xatırladı. Nə yuxusu gəlir. ondan bir az aralı uzanan ərinin yatmadığnı bilsə də səsini çıxartmır. hələ də əli ağrıdığını xatırlayıb. Qəlbində baş qaldıran hissləri ayırd edib. Lakin ərinin onun ayağına gələcəyini. onu yoldan saxlamış. Axı hansı kişi arvadını döyəndən sonra peşmançılıığını boynuna alıb üzr istəyir? O handa da Cahandar ağa ola. gah yorğanı başına çəkir gah da o üz bu üzə dönürdü. Deməli. silahlanıb getmədiyini xatırlayırdı. beynində oyanan suallara cavab tapmaqda çətinlik çəkirdi. Amma bircə şeyi. bəlkə də o. Elə bil zehni. Ö. Bununla iki dəfədir yolumu kəsir.

hələ indiyəcən arvad yanında şirin söz işlətdiyini xatırlamırdı. Kişi iri ovcunu onun yanağında gəzdirdi. buna ehtiyac da duymamışdı. ovunu götürmüşdü.Bərkmi vurdum? . Cahandar ağanın dodaqları tərpəndi. Bunun səbəbi Cahandar ağa kimi kişilərin o qədər də yaxşı dərk edə bilmədikləri məhəbbət idimi. nə cavab verəcəyini fikirləşirdi. Mələyin sifətinin islaq olduğunu duydu.Əlin yaman ağır imiş. __________________Milli Kitabxana___________________ Mələk ərinin yerindən qalxıb ona doğru gəldiyini görəndə təəcüblənsə də dinmədi. həyəcanlı nəfəslərini və ürək çırpıntılarını aydınca eşidirdilər. İri. Dinmədi. Kişi yorğanı qaldırıb yanına girəndə də tərpənmədi. Hər ikisi oyaq olduğunu bilir. həm də ürəyində sevinir. cod barmaqları ilə bulaq kimi səssizcə qaynayan gözlərdən axan suyu qurutmaq istədi. həm də arvadına minnətdarlığını söyləmək üçün nə qədər fikirləşsə də. Bir yastığa baş qoyduqlarından. Sükut xeyli çəkdi. Amma indi Mələyə nə isə könül oxşayan bir söz demək zərurətini hiss edirdi. Lazım olanda qartal kimi qanad çalıb. Əslinə baxsan. . Mələk uzun müddət qaşlarında gəzən barmaqların təmasını hiss etdi. özünün bu cür nər ürəkli kişidən güclü olduğunu dərk edib qürurlanırdı.. amma qabaqca danışmağa söz tapmırdı.. 102    . münasib söz tapa bilmirdi. Mələk onun hansı duyğuların hokum gəldiyini bilmək istəyir və əri bir söz soruşarsa. O. Cahandar ağa peşmançılığını bildirmək. yoxsa atalıq duyğusunun minnətdarlığı idimi. Bir xeyli beləcə uzandılar. aydın deyildi.

Qocaların söylədiyinə görə. Arabaların : bir ucu yoldan üzülməmiş. Hamı gecəni gündüzə qatıb çaydan daş. Alatoranlıqdan işə çıxsalar da. qaranlıq qarışan kimi evlərinə dağılışırdılar. __________________Milli Kitabxana___________________ İKİNCİ HİSSƏ 1 Göytəpə kəndinin ucqarında. El arasında buraya "Zayej" ("Zayezjiy dom" sözünün el arasında işlənən şəkli) deyirlər. dizə qədər sarıdıqları ayaqlarının pəncəsi arasındakı qara çay daşlarını çəkiclə ovxalayan dustaqların başının üstünü kəsdirirdi. Ancaq başqa kəndlərdən. Göytəpəlilərin vəziyyəti nisbətən yaxşı idi. bircə həftədən sonra isə əməlli- başlı yola düşdü. Gözlərində yanları qapalı iri eynək. burada yeməyə bir şey də tapmazdılar. evlərdə nə qədər araba varsa hamısını qoşdurub birbaş xır daşımağa göndərmişdilər. arabaçıların gətirib qatar-qatar tökdükləri daşları deyirman kimi üyüdüb ovxalayırdılar. yolun kənarında oturub. çəkicin 103    . axşamlar isə burada yatırmışlar. Əgər dallarınca çörək gətirən olmasaydı. Qatarlaşan arabalar həmin yolla qarışqa kimi irəli-geri gedirdi. bu evi vaxtilə xır yolunu çəkənlər tikiblər. Hətta onların çoxu yola döşəmək üçün Kürün sahilindəki çaylaqdan araba ilə xır daşıdıqlarını indi də unutmamışdır. Pristavın əmri ilə kəndin mötöbər adamları qabağa düşüb qapı-qapı gəzmiş. Onlar gündüzlər yolda işləyir. xüsusən dağ ətəyindəki obalardan gələnlər elə yolun kənarındaca gecələyəsi olurdular. Təkərlər əvvəlcə xam torpaqda iz saldı. Onları heç olmasa həftədə. Daşqıranlar nəfəslərini dərmədən çəkici endirir. Bəzən daş parçalanmır. Onların qaladıqları ocaqların şöləsi uzun zaman sönmür. Pristav günəşin atlı kazaklarla gəlib yola baş çəkirdi. xır yolunun üst tərəfində üçotaqlı bir bina var. Ətraf kəndlərdən də gələnlər çox idi. o biri ucu Kürün safrilindən geri qayıdırdı. Ulaqları təpələrin ətəyindəki çəmənlikdə növbə ilə otaran arabaçılar həm də yatanların keşiyini çəkirdilər. Hörükdəki öküzlər dizini yerə qoyur. Dəmir cingiltiləri ətrafa səpələnən qəlpələrin vızıltısına qarışırdı. qum daşıyırdı. kəllər boyunduruğun altında ləhləyirdilər. ya da yarım ayda bir evlərinə də buraxmırdılar. Göytəpəlilərdən bu yolun necə çəkilməsini xatırlayanlar az deyil. səhərin sazağı başlayana qədər korun-korun yanıb qorlanırdı.

qandallı dustaqlar. Kürlə Xramın ağız-ağıza qovuşduğu dar keçidi birləşdirən bu körpü sarı kərpicdən hörülmüşdü. __________________Milli Kitabxana___________________ altından qığılcım qalxırdı. Görünür. oranın yolunu bilən də yoxdur. Hətta gecələrin birində əli dinc durmayan dəcəllər qapı-bacanı da söküb apardılar. Elə ona görə də ayağı qandallı dustaqları bura töküblər. Körpü möhkəmdir. İrəvanı da Gəncə ilə birləşdirmək istəyir. Daş ovxantısı onları qurşağa qədər basırdı. Onların dediyinə görə. Göytəpə kəndinin yuxarısında qədim bir körpü də var.Fəhlələr qaranlıq qarışana qədər bellərini qaldırmadan başıaşağı işlyirdilər. Hətta körpünün aşağısında sudan qalxan enli kərpic tağların içində otaqlar da var. Elə bil daşlar üzə durub. körpünün qarnındakı karvansarada gecələyərlərmiş. hökumət bu yolu tez çəkmək. kağız verib. İndi otaqların içinə quşlardan başqa heç kəs girmir. kəndin üst tərəfindəki sil-silə təpələrin ətəyi ilə uzanan torpaq yol daha işə yaramırdı. Bəzən də atlı kazakların müşayiət etdiyi qumrovlu faytonların dayanması və yolçuların dincəlməsi 104    . təkərli otaqda yaşayan saqqallı kişilər çıxıb getdilər. döşəmənin çürümüş taxtalarını dəyişib otaqları sahmana saldılar. axşam qaranlığına düşən müsafirlər elə buradaca. Gəncəyə keçən faytonların qabağına çıxır. Mübahisə çox olsa da körpünün nə vaxt və kim tərəfindən tikildiyini dəqiq bilən yoxdur. Onlar Tiflisdən İrəvana. kağız alırdılar. Bu boş otaqlarda qoca bir qan ilə kişi yaşadı. Evin qapı-pəncərəsini. dağların o tərəfindən . Yolun kənarındakı ev isə sahibsiz qaldı. Tiflisi İrəvanla. Şah Abbas da. aşıb gələn qoşunlarına yol açmağa çalışır. Axı hazır körpüdən kim qaçar? Qocalar deyirlər ki. körpünün harasındasa pilləkən varmış. düz bir il gecəli-gündüzlü işləyəndən sonra yol hazır oldu. oranın keşikçilər üçün tikildiyini söyləyənlər də var. Deyilənə görə. Amma bir gün şəhərdən yeni adamlar gəldilər. Yolun kənarındakı bu onadan gecələr solğun işıq göründü. Əslinə baxsan. Yaşlı kişilər həmin torpaq yolla çox karvanların gəlib keçdiyini sövyləyirdilər. Mühəndislər də buna inandiqları üçün yeni çəkilən xır yolunu körpü ilə birləşdirirlər. əzilmək istəmirdi. Bu fikrə etiraz edənlər. Ətrafında ot cücərən dəmir barmaqlıqlı şüşəsiz pəncərələr çuxura düşmüş gözlər kimi qaralır. Yolbasanlar. Kənd arasında pıçıltı gedirdi ki. Elə gürcü padşahı İrakli də bu yolla gəlib Kür boyundakı obalara basqın etmışdir. Qacar da Tiflisi talamağa bu yolla gediblər. Eyvanın divarından dəmir qutu asdılar. Vaxtsız yola çıxıb.

Camaat arasında bir müddət ona "poçt Əhməd". Ancaq bu uzun sürmədi. Sifətindən. Bundan sonra onun məşğuliyyəti də artdı. gəlib-gedən olmadığını yəqin etdikdən sonra bel götürüb qapı-bacanı sahmana salırdı. Saçını. gül basdırmaq istəyirdi. Kənd uşaqları bəzən ona sataşar. sonra da atın döşünə satıb siyirmə-qılınc altında şəhərə apardıqlarını xatırlayanlar. bir dəst yorğan-döşəyi və yekə bir kürkü vardı. Hətta həmin kazakların ətraf kəndlərdən. sonra isə şapka geydiyinə görə "rus Əhməd" dedilər. Xır yolunun ətrafina su çıxmır. Bütün günü evin ətrafında dolaşır. Deyilənə görə. O. Əhməd nə qədər çalışsa da. saçının. Rus Əhməd guşənişin bir həyat keçirirdi. müsəlmanlığını sübut edə bilmirdi. O hərdənbir ova getməyi. Onun kim olduğunu heç kəs bilmirdi. Əhməd isə "Zayej"in dörd yanında ağac əkmək. Otaqlar yenə boş qaldı. Ancaq yavaş-yavaş ona isinişdilər. Axşam qaranlığına düşənlər burada gecələyirdilər. 105    . Göytəpə kəndinin üst tərəfi dəmyədir. saqqalını rus qaraçıları kimi uzatmışdı. qoca ilə qan da çıxıb getdi. araba düzəltdi. hər gün Kürdən iki-üç çəllək su gətirib. Danışanda sözləri qəribə şivə ilə tələffüz edirdi. Kürdən balıq tutmağı da sevirdi. Yavaş-yavaş onların arasında ünsiyyət başlayırdı. birdən-birə bu yolla gedib-gələnlər azaldı. "Xaçpərəstlə nə işimiz var". -deyə uzaq gəzirdilər. İki il bundan əvvəl buraya iyirmi dörd. eləcə də Göytəpənin özündən adamları tutub döydüklərini. __________________Milli Kitabxana___________________ üçün əllərindən gələni edirdilər. "Zayej"in ətrafı yavaş-yavaş yaşıllaşırdı. poçta boş-boşuna göndərilmədiyi qənaətinə gəlirdi. əlini gözünün üstünə qoyub. Göytəpəlilər onu da xatırlayırdılar ki. Adı Əhməd idi. onları unutmayanlar çoxdur. Boynu işləməli uzun köynəyinin belinə sallamalı qotaz bağlayırdı. iyirmi beş yaşlı bir oğlan gəldi. qapı-bacanı sulayırdı. dünya malından bir sandığı. xır yoluna baxır. balaca tilovla kiçik balıqlardan tutardı. Göytəpəlilərdən neçə dəfə atlı kazakların tökülüşüb gəldiklərini və "Zayej"də gecələdiklərini görənlər az olmamışdır. Hamı onun rus olduğunu zənn edir. bir kötüyün üstündəcə oturub. Əhməd özünə at aldı. Əvvəllər ona heç kəs yaxın durmazdı. bəzən də yaxın gəlib söhbətə girişərdilər. Göytəpəlilər kimi iri qarmaq almaz. Bu isə ona qarşı şübhəni artırırdı. Amma geyimi camaatı çaşdırdı. gözünün qaralığından müsəlmana oxşayırdı. şəhərdən su çəlləyi gətirdi. ! Ayağında soldat çəkməsi vardı.

Bu uşaqların içində Cahandar ağanın kiçik oğlu Əşrəf də olardı. qaytar özümə. Ox kimi süzüb darılığa doğru uçdu. rus Əhməd. __________________Milli Kitabxana___________________ Rus Əhməd bəzən "Zayej"in eyvanında oturub kitab oxuyardı. buzun üstü ilə arabaların keçməsindən və adamların keçə çəkmə geyib at qoşulmuş xizəklə gəzməsindən olan söhbətlər uşaqlara daha çox xoş gəlirdi. Əynində vəznəli. . rastına düşsə. izdihamlı şəhərlərdən. sinəsi qalxıb-enirdi. Sivri burnu pərələnir.Verməsəm nə qayırarsan? Oğlan tüfəngi hərlədi: .Vuraram. Zil qara saçının qıvrım teli alnına düşmüşdü. hələ də acığı soyumayan Əşrəfi başdan-ayağa süzdü. Qürub çağı nişana lap tez gələn quş. Uşağın ağ sifəti alışıb yanırdı. məzəli söhbətlər edər. böyük çaylardan. Bəzən də uşaqları başına yığıb. Bir də ki bura bizim çəmənlikdir. bildirçini mən vurmuşam! O dönüb əlində tüfəng. . Uşaq yaman həyəcanlanmışdı. cığırla darılığa doğru gedir. . O. Əhmədin gülləsi ilə bir vaxtda kiminsə tüfəngi də açıldı.Bütün bu yerlərın hamısı sizindir? 106    . qara çuxası vardı. Kürün yaxası boyu uzanan çəmənlikdə hərlənirdi. bir-iki dəfə qanad çalıb otluğa düşdü. Yulğun kolları xışıldayırdı. Əhməd quşu yerdən qaldırdı. Əhməd gülümsünərək. Əhmədin ayağının lap altından pırıltı ilə bir bildirçin qalxdı.Necə yəni nədən? Hələ mənim əlimdən bir quş qaçmayıb. uzaq yerlərdən. boranlı-çovğunlu diyarlardan söhbət açardı.Ver deyirəm sənə! . Göy buxara papağını geri itələmişdi.Nədən bilirsən? . otluğun içində dayanan oğlana baxdı. qalın meşələrdən. Bir dəfə Əhməd Cahandar ağanın evinin bərabərində. Yarğanların kölgəsi suya düşmüşdü.Adam da bir quşdan ötrü dalaşarmı? İstəyirsən bildirçini sənə bağışlayım. . .Lazım deyil. Onun on dörd-on beş yaşı ancaq olardı. Donan sulardan.Ey. Onların tanışlığı düşmənçiliklə başlamışdı. .Amma bu dəfə qaçıb. Kürün o üzündən uçub dənlənməyə gələn qırqovullardan birini vurmaq istəyirdi. Elə bu vaxt qəzəbli və cingiltili bir səs eşitdi: . Mən vurmuşam.

Mərcə hazırlaşan höcət uşaqlar kimi səsini ucaltdı. . Hər dəfə vurub saldığı quşun qanadından yapışıb yuxarı qaldırır və qürurla "hə.Hamısı. bir uşaq marağı ilə quşu süzürdü. . hardan yaralanmasına baxdı. Onlar qaranlıq qarışana qədər Kürün yaxası boyu dolaşdılar. olsun. . onun zarafat etdiyini başa düşmədi.Bəsnə?! . Onun sifətindəki qəzəb yox oldu.Bəs mən indi harada ov edim? Görürəm bunların hamısı sizindir. Birdən-birə onda bu yaşlı kişi ilə bəhsə girmək həvəsi doğdu. Əşrəf Əhmədin səsindəki mənanı. Yanaqları qızardı. Dizinə qədər şehə batan oğlan isə hər şeyi unutmuşdu. Əşrəf isə deyilən sözləri ciddiyyətlə qəbul edirdi.Heç nə olmaz. . ovçudan çox. O. Onun hərəkətlərində maraqla bərabər bir peşmançılıq da vardı. yoxsa Əhmədin əlindən almasınamı peşman olduğunu təyin etmək çətin idi.Kürün suyu mənim ha deyil.Yəni deyirsən mahir ovçusan.Acığın soyudumu? Əşrəf gülümsündü. Tüklərini aralayıb. məndən də ustasan? Əhməd onu şitəndirmək istəyirdi. . Əhməd qəsdən ala-toranda nişana yaxşı gələn quşlara güllə atmır. Allahın balığında nə işim var? .Yaxşı.Bəs quş da Allahın deyildimi. . Oğlanın gözləri oynadı. .Onda gəl mərcləşək.O taydakı meşə də? . gözlərində həm sevinc.Axı bu çəmənlik sizindir. Ancaq onun quşu vurduğunamı. Görək kim yaxşı güllə atır. .Onu mən vurmuşdum. .Su da? . Yəqin Kürdən də balıq tutmağa qoymayacaqsan. mənim ixtiyarım yoxdur. 107    . bildirçini bəri ver! Əhməd quşu Əşrəfə uzatdı. əlimdən aldın? . ilk ovçuluq həvəsi ile alışıb-yanan Əşrəfin qabağa düşməsinə imkan yaradırdı.Yox.Zarafatı burax. Əhməd uşağın tutqun çöhrəsini məsum bir təbəssümün bürüdüyünü. həm də hüznlü bir kədərin olduğunu gördü. . __________________Milli Kitabxana___________________ . Oğlan cəld bildirçinin qanadını gərdi.Mənim ovçuluğuma inanmırsan? . mən izn verirəm.

ay urus. uzun əhvalatdır. hamısını danışaram. Ov yoldaşını birinci dəfə görürmüş kimi dayandı. Əhməd Əşrəfin qürubun son şəfəqində necə qızardığını. . istəyirsənmi? . Əşrəf cığırdan sola burulub Əhməddən aralanmaq istədi.Nə bilim? . . __________________Milli Kitabxana___________________ necədir?" – demək istəyirdi. . bir aya öyrənərsən.İstəsən lap rusca danışmağı da öyrədərəm. Əşrəfin geri qayıtmaq istədiyini görən Əhməd ayaq saxladı. hamı mənə rus Əhməd deyir. neyləyirsən onları.Daha bəsdirmi. Artıq göz-gözü görmürdü. O bir qədər susdu.Bəs öyrənmək necə. .. . Mat-mat Əhmədin üzünə baxdı. Doğrudan da ovçusan.Şapka geydiyinə görə? .Oxumağa. .Eh. Bu. pis iş tutmuş adamlara məxsus peşmançılıqla boyunu büküb dayandığını aydınca gördü. Əhməd cavan dostunun sevincinə şərik olmaq üçün gülümsünürdü.Yəqin.Çətindir? .Peterburqda. xallı oğlan? İndi inandım. Onun səsi titrəyib qırıldı.Sən də pis atmırsan. Onlar hiss etmədən kənddən xeyli uzaqlaşmışdılar.Sən oraya nəyə getmişdin? .Utanma.Öyrənmişəm.Sənin kimi oğulun əlində nəmənədir. . sən də de.Sənə niyə belə ad qoyublar? .Bəs niyə qayıtdın? ..Uzaq bir şəhərdir. Bir gün yanıma gələrsən. Əşrəf nə deyəcəyini yəqinləşdirə bilmədi. Kəndin solğun işıqları titrəşirdi.Axı sən niyə papaq geymirsən? .Nə bilim?! . . Onlar dikdirə çıxdılar.Peterburq haradır? . Razısanmı? . 108    .Harada? .Yox. .deyə o. çiynini çəkdi. . . Oxumaq bilirsənmi? .

Bu kəndə gələli heç kəsin isti çörəyini kəsməmişdi. bağlamanı açdı. Çox yaxşı. . Bir də. . İndi birdən-birə kimsə onun halına acıyırdı. bağışlayıram. O qəhərləndi. Doğrudan da o kövrəlmişdi. nəhayət qəlbinə yaxın bir insan tapdığına sevinirdi. Hamı ondan uzaq gəzirdi. Elə həmin günün səhərisi poçtalyonun qapısı döyüldü. gecen xeyrə qalsın.Bunları da apar. Əhmədin qulaqlarında "qəribə hörmət etmək lazımdır" deyən qadının səsi canlandı. Əşrəf cingiltili səslə güldü: .Niyə ki? . . . . Bir də ki. Elə isti-isti götürüb gətirmişəm. Əlindəki böyük bağlamanı yavaşca pəncərənin qabağına qoydu. adam qəribə hörmət edər. Balaca oğlanın qayğıkeşliyi onun qəlbini riqqətə gətirdi. __________________Milli Kitabxana___________________ . hər şeyi anama danışdım. dedi ki. Əşrəf alnına yenicə iz düşmüş Əhmədin gözlərinin həlqəsinin yaşardığının. kirpiklərinin titrədiyinin fərqinə vardı.Onları mən vurmamışam. Bu təndir çörəyi də yenicə bişib.Ay xoş gördük səni. Bəs bu nədir? .O. gəl.Niyə ki? – Əşrəf təəccübləndi. Qaranlıqda iri gözləri parıldadı. Əhməd təzə çörəyin ətrini ciyərinə çəkib gülümsündü. demək gəldin.Adam qəribliyə düşəndə olar. həmişə yad. yağdır. soyuq baxışlarla qarşılaşan. . havaxt könlün istəsə. Əhməd lələ. . taleyin gərəksiz bir taxta parçası kimi köpüklü dalğalarla vurub kənara atdığı bu adam. İllərdən bəri yaxın və doğma bir adamın nəvaziş və mehribanlığını görməyən. onları kim bişirəcək? . Başqa cür də ola bilməzdi. Əşrəf koxa. Məni yaman danladı. gecələr kürkünəcə bürünüb yatırdı. Gözləyəcəyəm. Əşrəf içəri girdi.Nə olar sən vurmayanda.Sən boyda da yetim olar? .Sən almırsan. Di yaxşı. .Sənin payındır. O isə yolun kənarındakı kimsəsiz daxmaya çəkilir. uzun gecələri öz xəyalları ilə tək yaşayan.Ovçu ovçunun şikarını əlindən almaz. Bir az pendir.Yox. . bax bunlar. 109    .Anam göndərdi.Yetiməm. mən özüm bağışlayıram. Stolun üstünə səpələnmiş kağızlara nə isə yazan Əhməd qanrılıb baxdı.Evinizdə adam yoxdur? Əhməd qəmli-qəmli başını buladı: . Qızardılmış bildirçinləri çıxardıb stolun üstünə qoydu.

bir yerdə yesək. Əhməd lələ? . kişinin eşmə bığlarının və sinəsinə düşən saqqalının tərpəndiyini zənn etdi. 110    . . saçını vurdurub. çal papaqlı bir kişi qalın çatma qaşları altındakı gözlərini zilləyib Əşrəfə baxırdı. mismara keçirilmiş iri kürkü necə diqqətlə süzdüyünün fərqinə vara bilmirdi. hətta küncdəki süpürgəni. təzə çörək yemirəm.Nə gözəldir! Çoxdandır bu cür ətirli. qardaş.Çox sağ ol. lap cavan görünərdi. küncdəki taxtın üstünə atılmış boz kilimin bir tərəfinə yığılan yorğan-döşəyi. Əşrəf gözaltı Əhmədi süzürdü. Əşrəf dostlaşmağa başladığı bu adamın daha yaraşıqlı və cazibədar olmasını istəyirdi. Oğlana elə gəldi ki. . saqqalını qırxdırsa.deyə o. başına ağ yelənli qara kəlağayı örtmüş arvad kim idi? Onların çiyni üstündən boylanan uşağın gözləri nə qədər tanışdır! Əşrəf onu harada görmüşdü? Əhməd çörəyini yeyib qurtardı. "Əgər o. mənim də. şəkildəki kişinin bir-birinə kip qapanmış dodaqları bu saat aralanacaq və nə isə mehriban bir söz deyəcəkdir. Onun bu qədər göyçək olduğunu dünən axşam sezə bilməmişdi. Bəs onun yanında oturan. Şəkil Əşrəfin nəzərində böyüdü. Əyləş.Nə olar. pəncərə qabağındakı kitabları. Hətta onun evinin- eşiyinin de səliqəsi ilə qürrələnməyə çalışırdı. . xəncəri necə də yaraşıqlı idi! Əşrəf her şeyi aydınca təsəvvür edirdi. divardan asılmış qoşalüləni. dəhlizdəki qab-qacağı. Onun bəbəklərinin işıltısı aydınca görünürdü. sən dəyə. ovçu qardaş". lap ürəyimi xarab elədin. Oğlanın diqqətlə şəklə baxdığını və hər şeyi unutduğunu görəndə əlini onun çiyninə qoyub astadan dilləndi. sonra da çörəklərdən birini kəsdi: .deyə zarafatyana təşəkkür etdi. "Çox sağ ol. Onun vəznəli çuxası.Heç. . Onlar yanaşı oturdular. Oğlan hər şeyi. Əhməd oğlanın ürəyindən keçənlərdən xəbərsiz idi. Geyimini də dəyişsəydi pis olmazdı".Toxam.Niyə ki. İri. __________________Milli Kitabxana___________________ Sonra da o. Əşrəfin hər şeyə gözaltı baxdığını. . hətta xəncərin ağ şirmayı dəstəsi üzərindəki gümüş düymələri belə sanki görünürdü. oraya yığılmış kağız qırıntılarını belə nəzərdən keçirdikdən sonra divardan asılmış şəklə baxdı. O. Ancaq Əşrəf onun sözlərini eşitmədi. isti çörəkləri büküb oğluna verən adamın sir-sifətini xəyalən təsəvvürünə gətirməyə çalışdı. . İştaha ile çörək yediyindən. bir az da bəridəki iri sandığı. bığlarını sahmana salsa. belindəki sallamalı kəməri. köksünü ötürdü. sənin də iştahan açılar.

Elə otağın birini boşaldıb sinif edərik.Yaman oxşayır. Mən sizə hər şeyi: xəritəni də. .Sənin yanına niyə gəlmirlər. yenə də ətrafi qara çərçivəli şüşənin altındak: balaca şəklə çevrildi. Düz demirəmmi? .Niyə küsülüsünüz? Əhməd pis və acı bir xatirəni qovurmuş kimi əlini yellədi.Bunların hamısını oxumusanmı? . bir az bundan əvvəl qaşqabağı gülən. zorla gülümsəməyə çalışdı.Keçənləri yada salmasaq yaxşıdır. çovğunlu ruzigarını xatırladan bir kədər çökdüyünü hiss etsə də. O da mənəm. Ancaq sən sözündən dönmə.Bəs onlar indi haradadırlar? .Lap yaxşı olar. .Mənim bir-iki dostum var.deyə soruşdu. 111    . Bir uşaq sadəlövhlüyü ilə: . Səni də öyrədəcəyəm.Niyə öyrətmirəm. şəhərlərin adını da. qoy gəlsinlər. . .Anamdır. şəkil çəkməyi də. Molla Sadığın acığına hamımız gələrik. Əşrəf bu söhbətlərin xoşa gəlmədiyini. Əşrəf nəzərlərini divardakı şəkildən çəkib kitablara baxdı.Küsülüyük. Rusca yazmağı da. . Onun nəzərində böyümüş adam kiçildi. Sənin nəyindir? . marağım boğa bilmədi.Niyə təəccüb edirsən? .Xoşuna gəlir? Əşrəf yad təmasdan diksinib fikirdən ayrıldı.Çox yaxşı kişidir. Özümüzün məktəbimiz olar. Onun dodaqları qaçdı. Onlar susdular. . __________________Milli Kitabxana___________________ . Gözlərində günah qarışıq bir maraq oyandı.Atamdır.Şuşada. oxşayırmı? . . oxumağı da biləcəksən. onları da öyrədərsənmi? . Ancaq gəlin. hesabı da öyrədəcəm. . mehriban çöhrəli Əhmədin sifətinə qışın boz. .Bəs sən rus deyilsən? .Bəs bu arvad kimdir? .Oxumuşam.

Razısanmı. Hava isti idi. O. apardığı sərnişinə baxdı. .Razıyam. uzun və kimsəsiz yol onu da taqətdən salmışdı. Dərisinin qırışlarına qonan tozu tər islatmışdı. Kürə doğru süründü. Fayton tərpəndikcə astaca yırğalanırdı. 112    . Atlar qəfil hücumdan diksinib irəli atıldılar. 2 Təpələrin ətəyindəki xır yolla irəliləyən fayton kəndə yaxınlaşırdı. Təpələrin ətəyindən qalxan boğanaq toz-torpağı göyə sovurub. Uzun yolun yorğunluğunu unutmaq üçün söhbət etmək. Elə buna göra də dönüb. Faytonçu da yorulmuşdu. Havada şaqqıldayan qamçının səsini eşitdikdə azca hərəkətə gəlib daş yola səs salsalar da. yanpörtü əyləşmişdi. necə olursa-olsun axşama Tiflisə çatmaq istəyirdi. maraqlı bir əhvalata qulaq asmaq istədi. Balaca dostunu sınayıcı nəzərlə süzdü. Görünür. Saralıb-solmağa başlayan çöllərdəki sirkanların arasında gizlənən cırcıramalar qərib-qərib oxuyurdular.deyə öz-özünə söylənən faytonçu birdən qamçını havada şaqqıldatdı. lap uzaqdan güclə görünən Kürün sahilinə səpələnmiş kənd evlərinə. Faytonçunun cidd-cəhdinə baxmayaraq. Xırdaca gözlərini qıyıb boz təpələrə. . Gəl mənə qardaş ol.Əşrəf. __________________Milli Kitabxana___________________ O xeyli dayandı. dinməz-söyləməz oturmuşdu. "Hey-hey. gəl əməlli-başlı dost olaq. O isə gözlərini qıyıb. Gün şaxımışdı. axşama az qalır". yay kimi burula-burula yuxarı qalxdı və yolun ortasında xeyli dayandıqdan sonra üzü aşağı. "Zalım oğlu zalım elə bil ağzına su alıb". a başınıza dönüm. Atlar yorulmuşdu. faytonçunun kürəyinə baxdı. düzənliyi bir xətt kimi kəsib üfüqə doğru gedirdi. Faytonçu darıxdı. düzənliyə dağılmış mal-qaraya tamaşa edirdi. beş-on addımdan sonra yenə də yerişlərini yavaşıdırdılar. Fayton bərk silkələndi. əlli tərpənin. indi olduq üç. qaçmır. hə? Əşrəf sevinclə: . Faytonda oturan müsafir isə heç nəyə fikir vermədən sakitcə ətrafı seyr edirdi. yerişlərinə haram qatmaq istəmirdilər. bilirsən nə var. Onun Şapkasının altından çıxan sarışın saçları boynunun dalında qıvrılmışdı. Sən yaman xoşuma gəlirsən. ayağını-ayağının üstünə aşıraraq. Ancaq həvəsdən düşmür. İki qardaş idik. Yolun ortasında özünü günə verən koramallar səs eşitdikdə sürünüb qalınlıqda gözdən itirdilər. Fikirdən ayrılan müsafir gozlərini açıb. Yol isə uzanır. Deyəsən mürgüləyirdi.

Heç. russunuz. . belkə müsəlmansınız. 113    .Bizi. "Deyəsən bir az artıq-əskik danışdım.Müsəlmanlardan. Necə məgər? ...Rusları. Sir-sifətindən oxşamır. Dedim.Sizdə taqsır yoxdur.Onlardan bir pislik görmüsən? .. atları çox qovmayın. Müsəlmanlar bunun kimi üzlərinin yarısını qırxdırıb. Onun üçün hirsləndi. bir də indiki adamları seçmək çox çətin olur. Bəlkə elə özü də müsəlmandır. atlara bir-iki qamçı çəkdikdən sonra geri qanrıldı.Boş sözdür! Faytonçu sərnişinin qəzəbləndiyini hiss edib ehtiyatlandı. cilovları dartışdırdı.Eybi yoxdur. deyirlər bizi görməyə gözləri yoxdur. Gərək əvvəlcə kim olduğunu öyrənəydim. . .. Faytonçu müştərisinin səsini eşidib geri döndü.Aleksey Osipoviç. çənələrində saqqal qoymurlar. Onlar susdular. . .Bəli. . .Müsəlman olanda nə olar? . adınızı da bilmirəm.Nə bilim. yəni kimi? . . Eh.Hava istidir.Kimdən? . __________________Milli Kitabxana___________________ .Gecikərik. Aleksey Osipoviç isə faytonun arxasına söykənib. onsuz da bu gün Tiflisə çata bilməyəcəyik. Sərnişinin qaşları çatıldı. . .Bəs harada gecələyəcəyik? Mən bilən. Müsəlmanların oxumuşları da qiyafələrini dəyişirlər".Kəndlərin birinə dönərik. gözünü səmadakı ağ buludlara zillədi.Demək. cənab. . .Qorxmursunuz? . . Deyəsən bir az artıq-əskik danışdım. Faytonçu belə bir adamla söhbətin tutmayacağını yəqin edib. bu yollarda karvansara yoxdur. üfüqə doğru əyilən günəşi göstərdi: .Bağışlayın. O.Bəs niyə qorxursan? .Mən lap qorxuya düşdüm.

zamanın tələbini unutmaq olmaz.Fərmanda müsəlman şöbəsinin açılması barədə qeydin olmamasını cənabınızın xatirinə salsam. qəbahət etmərəm. bir fikir irəli sürəndə əvvəlcə ağıl və məntiqə müraciət etmək lazımdır. Bu cür axmaq fikirlər nəticəsində yerli xalqlar bizə şübhə ilə baxırlar. Şurada böyük mübahisə qalxmışdı. yaxud rus olmaqdan pisdirmi? Bütün isanları Allah yaratmayıbmı? Onlar hamısı təbiətin övladı deyilmi? Bəs bu ayrı-seçkilik nə deməkdir? Kim insanlar arasında ögey-doğmalıq salıb? Axı nə üçün səhərdən axşama qədər bir parça çörək üçün yollarda fayton sürən bu rus kəndlisi tanımadığı xalq haqqında belə danışır? Bu işlərdə müqəssir kimdir? Kim insanların beyninə bu zəhəri yeritmişdir? Bizim dərdimiz çox böyükdür. Yeni şöbənin açılmasına qəti etiraz edənlər var idi. unutmayın ki. Semyonovun müəllimləri sakit etdikdən sonra dediyi sözlər Aleksey Osipoviçin indi də yadındadır.Diqqətinizə qarşı minnətdaram.Onların rus-tatar məktəblərində oxumaları kifayətdir. . __________________Milli Kitabxana___________________ "Bu nə şübhədir? Nə üçün insanlar bir-birindən qorxub hürkürlər? Məgər müsəlman olmaq ingilis. Qafqaz müsəlmanları da böyük rus imperiyasının tələbələridir. 1878- ci ildən 1883-cü ilə qədər Qori seminariyasının direktoru olub) müsəlman şöbəsinin açılması məsələsini irəli sürmüşdü. Bizim borcumuz onların savadlanmasına kömək etməkdir. . Seminariyaların açılması haqqında atamız çarın özü fərman vermişdir.Nə vaxta qədər? 114    . . Yerlilərdən müəllim hazırlamağa nə ehtiyac var?! . . Onların içində ağalıq iddiasına düşənlər. Elə ziyalılarımızda da taqsır çoxdur. .Cənablar. İndi əlahəzrət imperatorun özü də tələbələrinin savadlanmasını istəyir.Bəs sizin dediyiniz məktəblərdə kim dərs deyəcək? . Seminariyanın direktoru Dmitri Semyonov (Uşinskinin tələbəsi və görkəmli pedaqoqdur (1834-1902). . Bir də.Biz özümüz. Atamız çarın tələbələri arasında ayrı-seçkilik salmaq özü qəbahətdir. yerliləri öz evlərində rahat dolanmağa qoymaq istəməyənlər azdırmı? Elə bizim seminariyada belələri yoxdurmu?" Aleksey Osipoviç hələ dörd il əvvəl Qori seminariyasının pedaqoji şurasında olan mübahisəni xatırladı. Bizim borcumuz isə deyilənləri yerinə yetirməkdir.deyə Semyonov atmacaya sakit cavab verdi. Əsrin. Yerli şəraiti öyrənmək və əlahəzrətə kömək etmək bizim borcumuzdur. cənab.

115    . Müsəlmanlara daha çox kömək etmək lazımdır. Burada təhlükəli bir şey yoxdur.Cənab Çernyayevski (A. Semyonov mürəbbəli çaydan bir-iki qurtum aldıqdan sonra sakitcə sözə başladı. Hərçənd "Tiflisski vestnik" qəzeti vaxtı ilə onun poçtda işləməsinə işarə edərək. bu yolda çətinliklərin də olacağını indidən görürəm. . Amma biz daha uzağa baxmalıyıq. . Dmitri Dmitriyeviç. bəs bu şöbəyə kim rəhbərlik edəcək? Tatar dilini bilən müəllimi hardan tapaq? . cənab. Maarif gözlərin ziyasıdır. bizim borcumuz insanlara xidmət etməkdir. . cənablar. .deyə Semyonov sakitcə gülüb Aleksey Osipoviçi təqdim etdi. . __________________Milli Kitabxana___________________ .Narahat olmayın. Mən onu Kuban seminariyasından tanıyıram. . . . Elə həmin axşam Semyonov Aleksey Osipoviçi yanına çağırdı. süfrəyə şirniyyat və çay qoyduqdan sonra küncə çəkilib tikiş tikməyə başladı. Yeni məktəblərdən yeni məqsədlər üçün istifadə etməliyik. Mən onların həyatına yaxşı bələdəm. Aleksey Osipoviç. Elə bunun üçün də məktəblər açırlar.Siz elə sözlərə fikir verməyin.Həmişə. Biz gözləri açmalı. Amma zərər yoxdur.Elmin meydanı geniş. Bizim borcumuz əməli tədbirlər görməkdir. mənzili isə uzaqdır. Aleksey Osipoviçi "eks poçtalyon" adlandırmışdır. . Zamanın hökmü belədir. Qafqaz valisi də bu şöbənin açılmasına razıdır.Siz yanılırsınız.Üzr istəyirəm.O. Mən onu müsəlman şöbəsinə inspektor və müəllim təyin edirəm. cənab Semyonov. Aleksey Osipoviçin onların dilini və adətlərini mükəmməl bildiyini sizin nəzərinizə çatdırmalıyam. Bizim tarixi borcumuz isə bu işə kömək etməkdir.Mən Sizi anlayıram. ətrafa ziya saçmalıyıq. yerli ziyalıların yetişməsindən sonra baş verə biləcək hadisələr Sizi narahat etmirmi? Onlar bizə meydan oxumayacaqlarını? .Yaxşı. Həm də. Yoxsa bu zülmət səltənətində yaşamaq olmaz. Olqa Konstantinovna onu mehribanlıqla qarşıladı. Müəllim el anasıdır.Yox.Çara və hökumətə yerli məmurlar lazımdır. Yerli müsəlmanların tələbini ödəmək lazımdır.Çernyayevski (1840-1897) Qori seminariyasında Azərbaycan şöbəsinin inspektoru olmuşdur) bu işin öhdəsindən gələr.deyə Semyonov müsahibinin sözünü qətiyyətlə kəsdi. gec-tez yerli ziyalılar yetişəcəkdir. . Bizim maarif cəbhəsində bu cür "eks poçtalyonlara" ehtiyac çoxdur. Maarif sahəsində təcrübəsi çoxdur.

Yeni üsulla məktəb açmaq istəyir. Hə.deyə Semyonov dostcasına əlini onun çiyninə qoydu. Öz dillərində dərslikləri də yoxdur. Şamaxıda. Bu söhbətlər 1879-cu ildə olmuşdur.Mirzə Fətəlimi? . Xır yolunda asta-asta 116    . .Elə ona görə də Sizə məftun olmuşam. deyesən. müsəlman şöbəsinin açılması fikrini kim ortaya atmışdır? . O çox güclü və gözüaçıq adamdır. Ancaq müsəlmanların özləri öz talelərini bizdən yaxşı anlayırlar. . Mən yerli ziyalıların bəziləri ilə tanışam.Zənnimcə. Artıq hökumətin rəsmi əmri alınmışdı. Təpələrin kölgəsi uzanıb yolun üstünə sərilmişdi. Gəncədə olmuşdu. Bizim Şamaxıda Seyid Əzim Şirvani adlı bir şair var. onlar sentyabr ayına qədər beş-altı tələbə yığa bilmişdilər. Hər şeydən əvvəl şagirdlərin haqqında düşünmək lazımdır. Elə bu məqsədlə də Aleksey Osipoviç səfərə çixmışdı. indi mən Sizə arxayınam. Aleksey Osipoviçin çayını təzələyəsi olacaqsınız. Çayınızı için. .Bu işdə fədakarlıq lazımdır. yollarda idi. O düz bir ay idi ki. . . Uzaqdakı kənd evlərinin pəncərə şüşələri qürub şəfəqlərini əks etdirib parıldayırdı. cənab eks poçtalyon. kəndbəkənd gəzməli də olsam tapacağam. Siz qorxmayın.Aydındır. Faytonçu bu axşam şəhərə çata bilməyəcəyini yəqin etdiyindən sakitləşmişdi. İlk illər çətinlik olacaq. Sizin təşəbbüsünüzdür. İrəvan quberniyasını gəzmişdi. Əməli təkliflərinizi yazın. digər tərəfdən köhnə məktəbin buxovlarından azad ola bilmir. Təxminən üç min verst qət etmişdi. Bir yandan yerli ruhanilər onu incidir. Atların təri soyumuşdu. Böyük zəkadır.Mən onun haqqında çox eşitmişəm. Dmitri Dmitriyevıç. Bizim seminariya müəllimləri içərisində təhkimçilik dövrünə qayıtmaq istəyənlər də var.. məndən qabaq bu fikri kapitan Axundov irəli atmışdır. . Bilirsinizmi. Mənim arzularım çox böyükdür.Bəli. Bəzən kəndləri piyada dolanmış. İndi isə şöbəni genişləndirmək mümkün idi. Olqa Konstantinovna. fikrinizi mənə bildirin. Gələcəyi görməyənlər də çoxdur. . Şöbənin açılmasına rəsmi icazə verilməsə də. Onun nələr çəkdiyi mənə bəllidir. Artıq gün yaxmışdı. . Əsərlərini oxumuşam.Yox. İndi isə Qazaxdan keçib Tiflisə gedirdi.Elə bəzilərini də qorxuya salan budur..Taparıq. Şuşada. __________________Milli Kitabxana___________________ .

Əvvəlcə Siz için.Yox. . Adamı təndirin alovu kimi bürkü vururdu. Böyük ləzzətlə yuyundu. Kənardaca dizi üstə çökdü.Çox sağ olun. Bunu hiss edən faytonçu qanrılıb geri baxdı. dincəlsinlər. ətrafa dağıtmaqdan zövq alırdılar.Yaxın gəlin. daşları şaqqıldadırdılar. Ayağını da soyundu. Onun paltarına narın toz qonmuşdu. . Sizə çətin olar. Süfrədəki kolbasaya. . O. . O. yox. Pencək və köynəyini çıxardıb otluğa atdı. Stəkana şərab tökdü. Aleksey Osipoviç şərab şüşəsini açmaq istəyirdi. Aleksey Osipoviç yolun alt tərəfindəki dərə ilə axan balaca çaya yaxınlaşdı. Siz buyuracaqsınız. köpüklü suları sıçradıb.Buyurun. çayın ortasında dayandı. Sulu əllərini əvvəlcə saçına. . cilovu çəkib atları dayandırdı. . ilıq suyu üzünə çırpdı. Ayaqları uyuşmuşdu. . Xırdaca daşların üstü ilə yeriyib. Faytonçu isə atları suyun kənarındakı çəmənliyə buraxdı.Verin mənə. Hava sərinləşmişdi.Artıq sərin düşüb. Faytonçu da atlarını çimizdirdi. Aleksey Osipoviç də faytondan endi. Balaca. tıxacı açdı. .Bu saat.Sizə nə lazımdır. cənab. Cibindən iri bir bıçaq çıxardıb. cənab? . Aleksey Osipoviç ovcunu doldurub. Elə bil uşaq kimi sevinir. Faytonçu könülsüzcəsinə süfrəyə yaxınlaşdı.Atları açın. Aleksey Osipoviç faytonun günlüyünü qatlamaq üçün ayağa durdu. __________________Milli Kitabxana___________________ irəliləyən fayton təkərinin qıcırtısı. şüşəni götürdü. Bədəni sərinləyən kəhərlər ayaqlarını suya çırpıb. Amma əsən mehin nəfəsində hələ də istilik vardı. Yaşına uyğun olmayan bir cəldliklə atılıb yerə düşdü. gəlin. . Su isinmişdi. bir də at nalının taqqıltısından basqa heç nə eşitmirdi. Mən içməsəm də olar. 117    . Yuyunub qurtarandan sonra özünü yüngül hiss edən Aleksey Osipoviç göylükdə balaca bir süfrə açdı. sonra da saqqalına çəkdi. pendir-çörəyə baxdı. cənab. . çörək yeyək. yumru və sürüşkən daşlar ayağı qıdıqlayırdı. Özümüz də nəfəsimizi dərək.Sağ olunu sonra deyərsiniz. Faytonçu bu dəfə etiraz etmədi.

Atası isə gözaltı onu süzür. Furqonun çadırını çəkmişdi. . get 118    . Ömrü boyu bir parça çörək üçün çalışmışdı. Onların taxılından heç əsər də qalmamışdı. Oralar istidir. . hara gedirsən?" .Alyoşa. biçinə getməyə hazırlaşırdı. Anası da ona tərəf çıxdı.İvan Filippiç Sizin sevmədiyiniz müsəlmanlarda belə bir məsəl var. Aclıq təhlükəsi vardı. Taxıl biçini zamanı isə başqa kəndlilərlə birlikdə arvad-uşağını da yığıb. "Sənə soyuq olar. .cənab. qışqırıb hamıya "Artıq mən böyümüşəm. Onda onun altı. elə bil bir ağızdan qışqırıb: Alyoşa.İstəmirəm. alnına tökülən saçlarına baxdıqca atasını yadına salırdı. Yola tədarük görən. aran yerlərinə enərdi. günahkar uşaq kimi. qürurlanır. Sizə kömək edərəm. Obaşdan. __________________Milli Kitabxana___________________ . Bəzən həftələrlə evə qayıtmazdı. sən evimizdə qal. ya yeddi yaşı ancaq olardı. Atları otararam.. yorğan. O da belə idi. bir aya qayıdarıq. -demək istəyirdi. Atası ilə bir yerdə olduğu sonuncu yay Aleksey Osipoviçin yadından heç vaxt çıxmırdı. Kənd xoruzları səs-səsə verib banlaşır. döşək hazırlayan anasına kömək etdi. Qatarlaşan furqonlar tozlu-torpaqlı yollarla birneçə gün getdikdən sonra taxıl zəmilərinin ətrafında dayanardı.Axı. Atama kömək edəcəyəm".Yoldaşlıqda ayrı-seçkilik olmaz. Faytonçu özünü itirmişdi. Çox çəkməz. istiyə dözməzsən. Həmin il Şamaxının ətrafındakı əkin yerlərini dolu döymüşdü. ətrafı qırışmış gözlərindəki məsumluğa. . Yola düşməzdən bir gün əvvəl balaca Alekseyi yanına çağırdı. Ayazımaqda olan üfüqə tamaşa edən Aleksey sərin havanı ciyərlərinə çəkib. . ananla mən gedim. Bir az bundan əvvəl haqqında çox pis fikirdə olduğu adamın sadə və səmimi rəftarı onu çaşdırmışdı. Atası yay aylarında furqonla Şamaxıdan. İndi biz yoldaşıq. Aleksey atasının yanında oturmuşdu. Aleksey gedəsi oldu. ..Məni də özünüzlə aparın. tən olmasa gen gərək. qalın saqqalına. çörək bişirib. Aleksey Osipoviçə artıq əlli yaşı keçmiş bu kişinin dizi üstə oturub.deyə Aleksey ayaqlarını yerə döydü. Həmin gecə o yatmadı. Sahibkarla biçinçilər arasında sövdələşmə başlanardı. Ağsudan Çuxuryurda və başqa yaylaqlara adam daşıyırdı.demək istəyirdilər. üst dodağını örtmüş bığına. Hamı kimi Osip də aran yerinə. çəkinə-çəkinə süfrəyə əl uzatmasına. Yoldaş yoldaşla tən gərək. sonra xəstələnərsən..İvan Filippiç.. hələ dan ulduzu doğmamışdan yola düşdülər. Bağışlayın. adınız. .

__________________Milli Kitabxana___________________ ananın yanına uzan". Şamaxıdan gələn biçinçilər çölün ortasında. Günorta furqonun kölgəsinə uzanıb iştahla çörək yeyən ata-anasına tamaşa etmək ona ayrı ləzzət verirdi. Hərdənbir ulduz axanda dik atılır. Çay-çörək yedikdən sonra ocağın ətrafına toplaşardılar. Uşaqlarla bərabər atları otarmağa aparan Aleksey ağ çadırlı furqonların yanında alovlanan ocaqlara tamaşa etməkdən doymurdu. cır səsi ilə mahnı oxuyanlara qoşulardı. Aleksey nəinki getmək istəmir. O çox vaxt arxası üstə uzanıb. Anasi həm sevinər. Hamının "Mişka" . Gecənin qaranlığında şəfəqlər oynaşır. Axı bu kartofları suda Aleksey bişirmişdi. Onlar işləyən zaman atları otaran. Onların nə üçün titrədiklərinin səbəbini öyrənməyə çalışırdı. Yenə yerinə uzanır. anası isə onun arxasınca dərz bağlayırdı. əksinə cilovu atasının əlindən alıb. Gah bafa bağlayır. həm də uğunub keçinərdi. Belə hallarda bəzən ata-anasını da oyatmaq istəyirdi. buludları yaran aya tamaşa edirdi. çayı da o qaynatmışdi! Gecəninsə ayrı ləzzəti vardı.deyə çağırdığı sarı telli oğlan qarmon çalardı. bu quyruqlu alovun onların zəmisinə düşüb. Arabir kövşənlər şaqqıldayırdı. Biçinçilər ala-torandan qalxır. Yarımca saat sonra bütün günü işləyənlər çul kimi döşənib. . Alekseyin isə gözünə yuxu getmirdi.deyirdi. çuqun qazanlarda xörək bişirənlərin kölgəsi bir nəhəng kimi uzanıb zəmilərin ortasında gəzişirdi. əllərini başının altında çarpazlayıb. ağır yuxuya gedirdilər. Çölün üzərinə çökmüş gecənin sərinliyi onu üşürgələndirəndə yorğana bürünür. O yay çox gözəl keçdi. furqonu özü sürməyə. Furqonları yan-yana açdılar. Bazar günü isə biçindən bir az tez qayıdırdılar. Ancaq onların bir-birinə qısılıb. Aleksey də özünü kişilər cərgəsində hesab edir. Ətrafa qulaq cingildədən dərin sükut çökürdü. Lakin səs-küy və canlanma çox çəkmirdi. atasının biçdiyi dərzləri yandıracağından qorxurdu. ölü kimi yatdıqlarını görəndə fikrini dəyişirdi. beləliklə de böyümüş olduğunu göstərməyə çalışırdı. gah da dərzləri pəncələyən atasına əl-ayaq verirdi. soyuqdan titrəşdiklərini güman etdiyi ulduzların halına acıyırdı. şehdən nəm çəkmiş zəmilərə doluşurdular. Göy ot xımırtladan atların fınxırtısından və gecə böcəklərinin həzin səslərindən başqa heç nə eşidilmirdi. süfrə açan Aleksey arabir anasına da kömək edirdi. Alekseyin atası sünbüllənmiş taxılları qucaqlayıb oraqla biçir. sonra da çay qaynadıb. aylı gecələrdə göyə səpələnmiş ulduzları saymaq istəyirdi. taxıl zəmilərinin kənarında düşərgə saldılar. 119    .

Onlar yenə də muzdla işləyirdilər. Alekseyin atası da bunların içində idi. Özünü də bu il necə olur-olsun məktəbə göndərəcəm. saqqalını Sığallayıb. Anasının bişirdiyi xörəyi çölə apardı. pencələri saydılar. Aleksey atasının Allaha şükür elədiyini gördü. Atı yallayıb belinə qalxdı. Göy otlar yəhrələnib uzanırdı. Hazır buğdanı çuvallara doldurub furqonlara yükləyər və birbaş evlərinə qayıdardılar. Alekseygilin biçənəyi yox idi.Sənə qırmızı çəkmə. Biçinçilər adət üzrə xırman açıb taxıltarını elə zəmilərin kənarındaca döyərdilər. Bığını.deyə atası gülə-gülə ona müraciət etdi. ot yığan qızların. Şərt üzrə hər on pencədən birini biçinçilərə verdilər. Hər pencədən azı on çanaq buğda çıxacaq. gəlinlərin yanından ötürdü. Taxıl sahibləri gəldilər. Bellərinə ağ işləməli önlük bağlamışdılar. Gətirdiyi xörəyi ona verdi. onun necə iştaha ilə çörək yeməsinə tamaşa etdi. Alekseygil də elə etdilər. Kişinin rəngi durulmuşdu. İstəyirsən qotazlı kəmər də alım. Amma ot çalanlar yoxsullar idi.. Çirkli və tərli köynəyi kürəyinə yapışmışdı. Yoxsa insafsızlıq olar. Aleksey Osipoviç? . Açıq yaxasından tüklü sinəsi görünürdü. Görünür. bir də boynu işləməli ipək köynək alacam. Hələ üstəlik bir-iki pud satıb Alyoşaya da zəhmət haqqı verərik. ayağa durdu. xörəyini yeyib qurtarandan sonra əli ilə ağzını sildi. . Kişi lap arıqlamışdı. Kəndlilər cərgə ilə kərənti çəkirdilər. on pencə taxılımız var. Tez-tez arvadı ilə zarafat edirdi. Axı o da işləyib. Amma məktəbə göndərə bilmədi.Belə-belə işlər. Aleksey atasını tapdı. Özü isə kənardaca oturub. Şükür. biçinçilər də ruzigarın xoş keçməsindən razı idilər. bu il çörəyimiz var. Kəndə qayıdandan sonra da ot biçini başlandı. Belədir. Aleksey bu dəfə də atasını tək buraxmadı (Elə bil ondan həmişəlik ayrılacağı ürəyinə dammışdı). Onların çoxu başına qırmızı qıymaça çəkmişdi. __________________Milli Kitabxana___________________ Düz bir aydan sonra biçini qurtardılar. Mariya. Yüz çanaq üç tağardan da çox edir. ya yox. Havanın gözəlliyi Alekseyi sevindirirdi. Boynundan sallanan zəncirli mis xaçı öpdü. 120    . İki pud taxıl satıb oğluna qırmızı çəkmə aldı. İki gün gecəli-gündüzlü əlləşib taxıllarını döydülər. Furqon karvanı qatarlaşdı. Şamaxıya gələn kimi atası dediyinə əməl etdi. Aleksey atını çapıb. Ovxarlanmış kərəntilərin ağzı parıldayırdı. O. Elə bil dağların döşü zolaq-zolaq olmuşdu. Dağların döşündə dalğalanan çiçəkli çəmənlik varlılarındı.

ka- 121    . Stəkandakı şərabı Aleksey Osipoviç özü içməli oldu.Çox sağ ol.İçin. Elə bil kişini birdən-birə dəyişdilər. . o. O da Sizin kimi beləcə saç- saqqal qoyardı. Alyoşayam. Üçü evdədir.deyə Aleksey Osipoviç stəkanı onun qabağına qoydu. .Cənab Aleksey Osipoviç. Qaşqabağı açıldı. Sonra da göyün üzünə baxdı. Yağmasa yaxşıdır.. Bir həftədən sonra isə davasız-dərmansız sətəlcəmdən öldü. Dodaqlarının yanı azca əyildi. .Allah verəndən çoxdur. Külfət çox.Yaman bürküdür. furqon sürərdi.İnana bilmirəm. mən ki. Aleksey Osipoviçsən. faytondan başqa da bir şeyim yoxdur. . Siz faytonçusunuz. Elə həmin axşam selləmə yağış yağdı. Özünə həmdərd tapmış adam kimi ürəyini boşaldırdı. Bir parça torpaqdan və iki atdan başqa heç nəyi yox idi. . get evə.deyə İvan Filippiç yanıqlı-yanıqlı söhbətə başladı.Neçə uşağınız var? . Aleksey Osipoviç.Xalis kəndli idi. arvadının hazırladığı hamamda çimə bilmədi. Bir qucaq da göy ot apar. Qırmızı şərabın damlaları saqqalına süzüldü. .Nə üçün mənə belə deyirsən. . İvan Filippiç həyalı uşaq kimi qızardı. Anana da de hamamı qızdırsın. Parlaq dişləri göründü. __________________Milli Kitabxana___________________ . atını çap. Bununla da indiki zəmanədə arvad-uşaq saxlamaq çətindir. . İki gün titrətdi.Oxuyanı varmı? . . . qocalmışam. Aleksey..Yox.. . İkisini köçürmüşəm. O da sevinəndə bu cür qımışardı.deyə kişi təəccübləndi və süfrənin kənarında yerini rahatlayıb əyləşdi.Siz mənim atama yaman oxşayırsınız.. Yer saldırıb birbaş yorğan-döşəyə uzandı. İvan Filippiçsə birdən-birə şüşəni başına çəkdi.. Osip cücə kimi islanmış halda evə gəldi.. gəlib çiməcəm. . Yaxşı. Ani fikrə gedən Aleksey Osipoviç gözünü faytonçunun üzündən çəkmədən köksünü ötürdü. . Amma o. sən daha böyümüsən. Artıq o çəkinmir. Aleksey Osipoviç onun bəbəklərində oynayan sevinc qığılcımını aydınca gördü. Nə deyəcəyini bilmədi. Kim istəməz balası oxusun? Amma neyləyim. - Özünüz görürsünüz ki. Sizin atanız yəqin ki. Atası da belə idi. mən faytonçu babayam.Hardan olsun? . Atası onunla xeyli zarafat etdi.

Əhməd ehtiyatlandı. . gecələr qapını möhkəm bağlayır. Qarşıdakı kənd evlərinin titrək və solğun işıqları görünürdü. . .Heç nə lazım deyil. . Deyirlər orda. bunun xərci-xəracatı var.Qoriyə. Mən onu pansiona düzəldərəm. Amma uşaqdır. Vasili. gözümdən qoya bilmirəm. Hər ehtimala qarşı qoşalüləsini götürüb.Vaska. Bir həftə bundan qabaq Bakıya iş axtarmağa getmək istədiyini mənə dedi. Qapı bir də döyüldü.Kimsən? 122    . Düz sözümdür. danışdıq. qapıya yaxınlaşdı.Bəs indi nə işdədir? . pəncərə taxtalarını da qapayırdı. .Neçə yaşı var? . Ona görə də cavab verməkdə çətinlik çəkirdi.Hara? .Olsun. __________________Milli Kitabxana___________________ sıblığın üzü qara olsun. Onlar yola düşəndə artıq qaranlıq qarışmışdı. Həyətdən at fınxırtısı və xısın-xısın danışan kişi səsi gəlirdi. . neft mədənlərində iş çoxdur. "Bu zaman kim olar?" - deyə Əhməd təəccüblə çiyinlərini çəkdi.Demək. . Bircə kiçik oğlum dörd il məktəbə getdi.Ay ev yiyəsi. . oxuda bilməmişəm. . işığı öləzitdi. oxumağa.Adı nədir? . Özünü ora-bura vurur. Səsini çıxarmadan bir xeyli dayandı.Vallah nə deyim. . niyə təəccüb edirsiniz. 3 Gecədən xeyli keçmiş "Zayej"in qapısı döyüldü.Heç nə. .deyə faytonçu sakitcə cavab verdi.Onu ver mənə. özümlə apararam. Əhməd şüşəsi hislənmiş lampanın fitilini aşağı çəkib. amma əlindən bir şey gəlmir. Hər şey mənim boynuma. İvan Filippiç eşitdiklərinə inana bilmirdi. Tiflisə çatan kimi məsələni həll edirik. Onun bu kənddə düşməni olmasa da. .Bu yaz on altıya keçəcək.

Siz keçin içəri. Amma bilmirəm bir-birinizi başa düşəcəksinizmi? . Əhməd qapını arxasınca örtmədən həyətə çıxdı. Tüfəngini küncdə divara söykəyib.Siz russunuz? 123    . .Çox sağ ol. adamın başı işə-gücə qarışır. . Əhmədi qonağın sözü bərk tutdu. bir az rahatlanaq. Yaxşı. . sonra danışarıq. işıqdan qorxan kölgə kimi geri çəkildi. Evə çökmüş qaranlıq.. İvan Filippiç faytonu eyvanın qabağına çəkib dayanmışdı.Həyətdə rahatlayarıq. Taxtaları. "Doğrudan da. adam darıxır. Faytonçu ev sahibinin təmiz rusca danışdığını görüb sevindi.Buyurun. Bir az kənarda əlində qamçı dayanan iri bədənli kişi isə onun şübhələrini tamam dağıtdı.İvan Filippiç..Pəncərəni açsaq olmazmı. ay kişi? . Amma gecənin biri bir ilə dönür. gecəyə düşmüşük. .Bu saat.A kişi. İçəri aydınlaşdı. adam tək olanda qapı-bacanı basdırır- .Hə.Allah qonağı istəmirsənmi? .Yol adamıyıq. bəs faytonu neyləyək? . . mən bu saat faytonçuya kömək edim.Üstəlik də qəriblik. . . Qoy içəri keçək.Bu zaman nə Allah qonağı. mən özüm ona kömək edərəm. . Təklif edilən yerdə əyləşməzdən əvvəl pencəyini soyundu. - deyə xəyalından keçirdi və qapını taybatay açdı.Fikrinizə başqa şey gəlməsin. . . lap qəribə olmuşam". . Əhməd cəftəni çəkib qapını araladı. buyurun. lampanın filtirini qaldırdı. .Atları açın. Gündüz yenə yaxşıdır. qonağı qapı qabağında sorğu-suala tutmazlar. sonra da pəncərənin özünü açdı. Siz əyləşin. .Dil taparıq. doğrudan da yol adamıdır. zəhmət olmasa. __________________Milli Kitabxana___________________ . Əhməd qonağı qabağa salıb yol göstərdi. İçəri təmiz hava doldu. İçəridən süzülüb düşən solğun işıqda eyvanda dayananı gördü. təklik pis şeydir. Aleksey Osipoviç içəri ötəri bir nəzər salan kimi ev sahibinin subay olduğunu anladı. Onun qiyafəsindən başa düşdü ki.deyə Əhməd otağın Kürə baxan tərəfinə keçdi. atları rahatlayın.Əlbəttə.Şəhərəmi gedirsiniz? .

124    . Uzun və ağır yolun yorduğu atlar isə sahibinin nəvazişindən xoşhallanır. biri gün evdəyəm".deyə İvan Filippiç gülümsündü. elə buradaca. O gah sətrin aşağısına doğru hərfləri əyilən. Az-çox rus dilini bilən uşaqlarla görüşmüş. Ən ucqar kəndlərə də gedəydim. . yatmaq istəyən Aleksey Osipoviçin yuxusu dağıldı. onlarla söhbət edərək. göz gəzdirib otağı nəzərdən keçirdi. tərti tüklərini sığallayırdı. Yanı üstə uzanıb mütəkkəyə dirsəkləndi. bir azdan gedib yenə gətirərik. qəlbindəki şübhə azalırdı.Yox. altmışa qədər adamın razılığını almışdı. zəhməti hədər getməmişdi. O. gözümün qabağında olsa yaxşıdır. Vərəqləri didilib tökülən əlifba kitabını səhifələdi. siz qonaqsınız.Burada çaşılası bir şey yoxdur. . .Xeyr. O gördüyü işdən həm razı idi. Adam çaşıb qalır. Onlar atları xalxala saldılar. saçı tökülmüş başının tərini sildi. Bəlkə beş-on uşaq tapardım. Əhməd onun ehtiyat etdiyini görüb gülümsündü.Mənim sərnişinim tatarca danışır. Bircə kəndlərdə yerli dildə məktəblər açılmasına icazə veriləydi! Onda bizim də işimiz asanlaşardı". Ele bu məqsədlə evə göz gəzdirdi. qoy hələlik yesinlər. Bir az bundan əvvəl göz qapaqları ağırlaşıb. "Axır ki. - sabah olmasa da. xalxala salaq istəyirsiniz faytonu da o tərəfə çəkək. küncdəki qlobus. . O yaman yorulmuşdu. Atları açın. O. Aleksey Osipoviç pencəyini soyunduqdan sonra pəncərənin qabağına gəldi. Sizsə rusca. . "Gərək bir az gəzəydim. uzanıb dincələrdi. Böyük maraq və diqqətlə yazıları nəzərdən keçirdi. İvan Filippiç sakitcə keçib getmək və gecələmək istəmədiyi bu kənddə özünə həmdərd tapdığına sevinir və ev sahibinin mehribanlığını gördükcə. səfəri başa vururam. Aleksey Osipoviç stul çəkib əyləşdi.Al. Rahat bir yer olsa. atların ətrafında fırlanır. Sonra dəftərləri açdı. . həm də narazı. O durub stola yaxınlaşdı. Divardan asılmış yarımkürələr xəritəsi. dəftərlər diqqətini cəlb etdi. Digər tərəfdən də Aleksey Osipoviç uşaqların azlığına görə özündən narazılıq edirdi. Əhməd Kürün kənarındakı çəmənlikdən biçib gətirdiyi göy otu qucaqlayıb faytonçuya verdi.Lap qəribədir. yox. Çatmasa. Razı idi ona görə ki. qulaqlarını qırpa-qırpa göy otu xımırtladırdılar. Cib dəsmalını çıxardıb. Qonağa zaval olmaz. əli ilə bellərini ovxalayır. Üstünə gəbə salınmış taxta yaxınlaşdı.Heç nədən qorxmayın. __________________Milli Kitabxana___________________ . pəncərənin qabağına və stolun üstünə yığılmış kitablar. -deyə düşündü. .

Siz kimsiniz? . Onu işığa doğru gətirib. dilicanlar buradan gəlib keçərdi. əslində mən burada işsizəm. Darıxmamaq üçün uşaqları başıma yığıb yazı-pozu öyrədirəm. Bura məktəbə oxşamırdı. poçtalyon? .Necə. Əhməd isə bu qəribə və maraqlı qonağın xeyirxah insana oxşadığını hiss edirdi. Amma dəmiryol çəkiləndən sonra şose yolunda gəliş-gediş azaldı.Bilirəm uşaqlar yazıb. Hərflərin düzülüşündən burada əlinə yenicə qələm alan uşaqların da . boş evə qarovul çəkirəm.Heç nə başa düşmürəm. .Poçtalyon kimi bir şey. Atları rahatlayandan sonra içəri. Əvvəllər Bakıya. samovar aparmağa gələn Əhməd qonağın dəftərlərlə əlləşdiyini görüb ayaq saxladı. Aleksey Osipoviç ayağa durub Əhmədin çiynindən yapışdı. Kim isə yazıları yoxlamış.Mən yazdırmışam.Dəftərdir. Aleksey Osipoviç ona baxdıqca öz gəncliyini xatırlayır. Bilirsinizmi. kəndlərdə indiyəcən bu cür yaşayış evi görməmişdi. Bəs onda o haraya düşmüşdü? Axı o. . az- çox xətlərini bişirənlərin də zəhmət çəkdiyini müəyyənləşdirmək olurdu. necə deyərlər. Həm deyirsiniz müəllim deyiləm.Burada nə var ki? .Bəli. __________________Milli Kitabxana___________________ gah da yuxarı dırmaşan sözləri böyük səy və çətinliklə yazan uşaqların balaca və titrək barmaqlarını gözü qabağına gətirdi. Elə bu Əhmədin gözlərindəki mənanı oxumaq. . . Axı. . gülümsər çöhrəsini çulğamış hüzn və kədərin səbəbini öyrənmək istədi. Aleksey Osipoviç otağı bir də nəzərdən keçirdi. həm də deyirsiniz mən yazdırmışam. .Bəs bunlar nədir? . Gəncəyə gedən poçt faytonları. Uşaqlar yaziblar. səhvləri də qırmızı mürəkkəblə düzəltmişdi.Siz nə qədər böyük iş gördüyünüzü bilirsinizmi? .Adınız nədir? 125    . . Mən də. Yerevana.deyə Əhməd sakitcə cavab verdi. Elə ev sahibi də müəllimə bənzəmirdi. Xətlər cürbəcür idi.Siz müəllimsiniz? . cənab.Nə üçün uzanıb dincəlmirsiniz? Aleksey Osipoviç səsə qanrılıb baxdı. bəs sizin evdə nə gəzir? . diqqətlə sifətinə baxdı.

Peterburqda.Yoxsa inqilabçılara qoşulmuşdun? 126    . İndi isə yavaş-yavaş "uçitel Əhmədə" çevrilirəm.Siyasi əqidəmi şübhəli hesab etdilər.deyə Aleksey Osipoviç müsahibinin üzünə baxdı. . Sonra nədənsə "rus Əhməd" oldum. . ya da "eks poçtalyon". Gözləri dalğın və düşüncəli idi. Mən də əvvəllər poçtda işləmişəm. Aleksey Osipoviçin dodaqları azca qaçdı.Xeyr. Uzun saçı qıvrılıb qaşının üstünə qədər enmişdi.Əhməddir.. Görək sonra nə olacaq. . "Poçt Əhməd". .Bəs rus dilini burada öyrəmnisən? . Aleksey Osipoviç müsahibinin titrək səslə söylədiyi sözləri eşidəndən sonra stulunu bir az geri çəkdi. . __________________Milli Kitabxana___________________ .O yenə qəhqəhə çəkdi. Sonra ağ dəsmalı yenə səliqə ilə qatlayıb şalvar cibinə qoydu.Oxuyurdum. hələ ilk təravətini itirməmişdi. sonra da stul çəkib əyləşdi. . Aleksey Osipoviç gülməyinə ara verib. Axı bizim taleyimiz bir-birinə yaman oxşayır. Elə bir çıxırıq. Onlar bir-birinə qoşuldular.Qurtara bildinmi? . yarımçıq qovdular. Sakitcə dayanıb aramca papiros sümürən Əhmədin nəfəsi qırışıq havaya yayılan tüstü içində xəyal kimi gorünən sifətinə baxdı.Aleksey Osipoviç qəhqəhə çəkib güldü. İkisi də bir sözdür. Onun saqqalı xeyli uzanmışdı. Əvvəllər kənd arasında mənə "poçt Əhməd" deyərdilər. Sifətində iztirablı günlərin izi qalsa da. Sonra müəllimliyə başladım. Onunla üzbəüz dayanan Əhməd eşmə papirosunu yandırandan sonra qonağın hələ də sual dolu baxışlarla onu süzdüyünü görub dilləndi: .Poçt Əhməd. Qapı ağzında dayanıb onlara tamaşa edən İvan Filippiç bir şey başa düşmədiyindən çiynini çəkdi və sakitcə samovarı götürüb həyətə çıxdı.Harda? . . . . dəsmalla gözünü sildi. – İndi uçitel olmusan. qıyıq gözlərinin daha da kiçilib yaşardığını gördükdə özünü gülməkdən saxlaya bilmədi. qardaş..Hüquq fakültəsində.Başı bəlalı adama oxşayırsan. Lap mənim kimisən. . İndinin özündə də yoldaşlarım mənə zarafatla "eks poçtalyon" deyirlər. Əhməd qonağının qoltuğunun altı qıdıqlanan uşaq kimi uğunub getdiyini.Niyə? . Əlini saqqalına çəkib dayandı.

Bəs indi necə? .deyə qonaq təəccüblə soruşdu.Bağışlayın. Onlar qoymurlar ki. . Axı. Bir yandan da özümüzün satqınlarımız aman vermirlər. Cəmiyyətdən ayrı kimi yaşayırdın. onu mən oxutmuşam. deyirsiniz. sən özün də bilmədən yaxşı bir iş başlamısan.İndi heç bir şey. .Yox.. altı-yeddi nəfər. O həmişə Sizdən yazır. yox.Bilirsinizmi? . . təbib qənşər gələr.Yəni. mən Qori seminariyasında işləyirəm. Hərə bir qapaz vurur.Bir balaca meyl etmişdim. İndi Sizin tələbənizdir. Necə deyərlər. . Bəs Siz mənim adımı hardan bilirsiniz? . ən ucqar kəndə gəlib çıxmışam. __________________Milli Kitabxana___________________ . Biz orada təzə şöbə açmışıq. Necə məgər? . Zənnimcə.Hansı Əşrəf? Göytəpəlimi? . Siz mənə kömək edə biləcəksiniz.Çox yaxşı tanıyıram. demək. Demək. Əlimdən heç nə gəlmir. Bilirsinizmi nə var.Sabah onlarla söhbət edə bilərikmi? . Aleksey Osipoviç? İndi də qonaq heyrət və maraqla ev sahibini süzdü.Ailələri razı olsa. . Bilirsinizmi. Gördüyünüz kimi.deyə Aleksey Osipoviç gözləri genişlənmiş Əhmədə baxdı.Bəli. Siz bizim mollaları tanımırsınız. madam ki.Düz demirsən. Sənin bu kənddə uşaqlara dərs deməyin böyük xidmətdir. .Bəli. .Əşrəfin məktublarından. . Əhməd. Ümumən.Öyrənirlər.deyə Əhməd səsini bir az uzatdı.Harada işləyirsiniz? . camaat gözünü açsın. Ən yaxşı oxuyan tələbələrimizdəndir.. .İkinci ildir. .Qoridə. gözünü açmağa qoymur.Uşaqlar bir şey öyrənə bilirlərmi? .deyə Əhməd kədərli səslə sözünə davam etdi. o biri uşaqlar da fərasətli olacaq. balaca millət olmaq bədbəxtlikdir. . millətinə kömək etmək istəyən hər kəs elm və maarifə fikir verməlidir. . 127    . düz tapmısınız. Əhməd. . Uşaqlarınızdan neçəsini Qoriyə oxumağa apara bilərəm? . Siz Çernyayevski deyilsiniz ki. Atam-anam da məndən üz döndərib.Yoxlamaq istəyirsiniz? . bu işə etiraz edərlər? . Əşrəfi siz oxutmusunuz. xəstə sağalası olsa.Bizim camaatın dərdi böyükdür.İndimi? . Bu işə çoxdanmı başlayıbsan? .

__________________Milli Kitabxana___________________ . Camaatın içində kişiyə "kafirsən" dedi. Qonaq jiletinin yaxasından gümüş zənciri sallanan saatını çıxartdı. .Çox maraqlıdır. döş cibinə qoydu. İvan Filippiç. Buğlanan isti çayı qabağına çəkdi. Əhmədin tələsik düzəltdiyi süfrəyə yaxınlaşdı. Yalnız söhbətin çox uzun çəkdiyini hiss edən faytonçu "Aleksey Osipoviç. .Fikrimi dəyişdim. kəndinizdə mollaxana var. Neçə dəfə mənə hücum çəkiblər. .Düzdür.Nəyin üstündə? .Demək belə. . Atası onu Qoriyə oxumağa göndərmək istəyəndə Molla Sadıq hay-haray saldı. "Uşaqların mollaxanadan qaçmasının baisi sənsən.Heç nədən qorxmayın. . qapağını açdı. . deyəsən bir-iki gün bu kənddə qalası olacağıq.Məsləhət görmürəm.Bəs şəhərə tələsmirdiniz? . İvan Filippiç kətil çəkib oturdu. Aleksey Osipoviç saatının qapağını şaqqıltı ila qapayıb. . Keçən il də böyük dava oldu. .Demək. binəyə köçənlər də var. . . Hələ üstəlik məni də yamanladı. amma bizimkilərin dərdi heç açılası deyil.Meşəyə. Lüləyi açıb. Səhər tezdən yola çıxasıyıq. .Demək hamı kənddədir? . Tələsdiyindən çayın soyumasını göz- 128    .deyə lənət yağdırdı.Özünüz bilən yaxşıdır. Sabah ora getmək pis olmaz.deyə qışqırandan sonra dönüb baxdılar. . pıqhapıqla qaynayan samovardan bir stəkan çay süzdü.Bəli.Gecə keçir. qaynamış samovarı içəri gətirməsindən belə xəbərləri olmadı.Ruhanilərin xalqa mənfəəti azdır. .Əşrəfin. Amma bu gün-sabah tərpənəsidirlər.Xeyr. . .İvan Filippiç. çay hazırdır" .Camaat hələ yaylağa köçməyib ki? . . ocaq qalamasından. rahatlanmaq lazımdır. Kənddə bir adamın savadlı olmasını istəmirlər.Gəlin əyləşin. çörək yeyək. gərək bizi bağışlayasan. başımız söhbətə yaman qarışıb. Onların başı söhbətə o qədər qarışmışdı ki. Düyməni basıb. İvan Filippiçi həyətdə odun yarıb.

Çəpərin dibinə sinəsinə kölgə kimi sürünüb. Buradan hər şey aydınca görünürdü.dedi. Stəkanı yarıya qədər boşaldıb. Əhməd göyün üzündəki qızartıları görəndə nəyinsə yandığını anladı və yanğının harda olduğunu bilmək üçün dərhal məhəccərin üstünə çıxdı. qapını gözlədiyini yaxşi bildiyindən. Çəmənlikdə bir xeyli nəyi isə qovdular. Elə bu vaxt haradasa dalbadal güllə açıldı. itlər səs-səsə verəndə Əhməd nəlbəkini yerə qoydu və bayırdakı səs-küyü xeyli sakitcə dinlədi.dedi. tüfəngi göturüb pəncərədən bayıra atıldı. Sahildə çathaçatla yanan ot tayalarının alovları qaranlıqda şölələnirdi. . Həyətə çıxmayıb.Nə. . nəlbəkini barmaqlarının. buğlanan çayı hortahortla içməyə başladı. İkicə qutumda nəlbəkini boşaldıb. ucunda yuxarı qaldırdı. 4 Yatmağa hazırlaşan Cahandar ağa nökərlərdən ot tayasına od vurulduğunu eşidən kimi çırağı söndürdü. Onlar. .Ogurluğa gələn otu niyə yandırır? Əhməd məhəccərin üstündən aşağı endi. ağız-ağıza verib hürüşən itlərə və gecənin sükutunu pozan qışqırtılara qulaq asdılar. əlini yenidən stəkana uzatdı. yəqin tülkü-mülkü qovurlar" . Sol əli ilə dodağının üstünü örtən bığını geri sığalladı. Sonra itlər basa-basa Kürün üstünə endilər. Dirsəyini stola söykədi. Hay-haray əvvəlcə kəndin aşağısından gəlirdi. Atışmanın arası kəsəndə at kişnəməsi və boğuq tappıltılar eşidildi. . . . Ehmalca ayağa durub qoşalüləni gotürdü. talvarın altına gəldi. İtlər kimisə qovub suya saldılar. Kənd itləri səs- səsə verib zingildəşdilər. basqın? – deyə Aleksey Osipoviç təəccüblə soruşdu və özü də hiss etmədən Əhmədlə bərabər eyvana çıxdı.Bu oğru işinə oxşamır. Deyəsən düşmənçilik məsələsidir. Nəlbəkini ağzına yaxınlaşdırıb.deyə heç nə başa düşməyən Aleksey Osipoviç yenə soruşdu. Haradasa qıy çəkdilər. Dalbadal güllə atıldı. 129    .Nə olub? . Belə hallarda düşmən pusquda dayanıb. __________________Milli Kitabxana___________________ ləyə bilmədi. Belə şeylərə adət eləyən Əhməd yerindən tərpənmədən çayını içdi və qonaqlara "narahat olmayın. Əhməd məhəccərin üstündən boylana-boylana: . Ancaq atışma şiddətlənib. birbaş evin dal tərəfinə hərləndi.Ot tayaları yanır.Yəqin yenə kiminsə evinə basqın eləyirlər.

uşaq-muşaq işi deyil. Oğru olsaydı tövləyə. hələ istisi soyumamış şüşəni çıxartdı. Tüfəngi taxtın üstünə atdı və yalnız bundan sonra arvadını səslədi. Tapdıq tövlədəki atlardan birini yallayıb belinə qalxdı və siyirməxəncər sahilə doğru çapdı. Təlaş içində eyvanda dayanan Mələyə fikir vermədən içəri keçdi. Cahandar ağa hiss etdi ki. Qaranlıqdan onun atəşinə atəşlə cavab verdilər. daha çöldəki otlara od vurmazdı.Gəl çırağı yandır. səs-səmir kəsəndən sonra tüfəngini çiyninə alıb ağır-ağır evə qayıtdı. atlı aradan çıxdı. Ağır bir şey şappıltı ilə suya düşdü. itlər qaraltını qovub sahilə endirdilər. __________________Milli Kitabxana___________________ Dirəyə daldalanıb. Tez-tez "mənə sataşan kim olar?" . özün də keç o biri otağa! Mələk səs salmaqdan ehtiyat edirmiş kimi barmaqlarının ucunda gəlib. sonra isə yanan tayalara tərəf qovdular. Bəs Salatına 130    . O. üzüb özünü adadakı cələyə saldı. İtlər qaraltını yaxaladılar. O ya suya batıb qaldı. at bürküb fınxırdı və birdən sıçrayıb üzüaşağı.deyə özünə suallar verdi. ya da xalxala basqın edərdi. Yaşıla çalan barıt alovu parıldayıb söndü. Yaxşı. İtlər qaçanın qabağını kəsdilər. otu o yandirıb. acgözlüklə papirosunu sümürə-sümürə otaqda gəzdikcə tüstü-duman evi bürüdü. Otağa solğun bir işıq çilənəndən sonra ərinin üzünə baxmağa cəsarət etmədiyindən səssizcə kölgə kimi çəkilib qapının dalında əridi. Kişi yenə bir-iki güllə atdı. Şamxalın hayıfını məndən almaq istəyir? Yəni belə işə cürət edər? Yox. Cahandar ağa itlərin sahildə dayanıb hürmələrindən anladı ki. . belə qələt eləsin. İllər ondan əl çəkmədilər. İnanmıram. Gələn oğru da deyildi. ağlım kəsmir. Çaxmağı hərləyib yenidən nişan almaq istəyirdi ki. Yox. "Bu. Bəlkə o gədədir. itlərin qəzəblə hürdükləri tərəfə bir-iki güllə atdı. ya da ki. Onu əvvəlcə kəndin içinə doğru. Nökərlər əllərinə nə keçdisə götürüb darvazadan çıxdılar. bu kimdirsə mənə sataşır. İtlər birdən uçurumun kənarında dayandılar. Kişini fikir gotürdü. Kürə doğru çapdı. Kişi "ayə. Cahandar ağa papiros eşib müştüyə keçirdi.deyə qıy çəkdi. O hiss etdi ki. Cahandar ağa tətiyi bir də çəkib işıq gələn səmtə atəş atdı. Fitili yuxarı çəkib alışdırdı. Cahandar ağa qaraltı alovun işığına çıxan kimi nişan almaq üçün barmağı tətikdə hazır dayandı. Nökərlərin qaçan adamı qamarlamağa çalışdıqlarını bilib gözlədi. qoymayın!" . Tapdıq itlərin geri qaytardığı adamın qabağını kəsmək fikrindədir. Gəmiçi Qocanın oğlunu qan ha örtməyib. bir hovurluğuna deyək ki.

Heç olmasa tanıya bildinmi? . dalınca niyə getmədin? . Yoxsa heç kəs cürət edib mənim evimin həndəvərinə hərlənməz. __________________Milli Kitabxana___________________ güllə atan kim idi? Onda ki Şamxal məsələsi yox idi. Sonra iri müştüyə keçirdiyi papirosunu tüstülədə-tüstülədə otaqda gəzindi. ağa. sir-sifətindən zəhrimar yağdığını.Xəncər tüfəng deyil ki. Kəndin bir az bundan əvvəl ağız-ağıza verən itləri səslərini kəsdilər. Nökərlər geri qayıtdılar.Kim? Çərkəz? Yox. . Elə bu onun işidir. Tapdıq bu iri bədənli kişinin qurğuşun qaldırırmış kimi ağır-ağır tərpəndiyini. Cahandar ağa ağır sükut içində bir xeyli qarşısında dayanan nökərə baxdı. Cahandar ağa gözünü qapıya zillədi. əlimdən qaça bilməzdi. Kim idisə bura adamına oxşamırdı.Axı tüfəngli adamın üstünə əliyalın getmək çətindir. Neyləyim. Hamıdan sonra həyətə girən Tapdıq atı dirəyə bağlayıb. Onun yoğun.Bəs belindəki nədir? . Cahandar ağa gözünü geniş açıb qapının ağzında dayanan nökəri süzdü. Nökərlərin nə xəbərlə gələcəklərini gözlədi. gözlərinin yenə qızarıb qan çanağına döndüyünü gördü və anladı ki. bu mənim ağlıma gəlməyib? Onun kimliyini öyrənməmişəm.Yaxşı. mən qabağını kəsənəcən özünü suya atdı. tanıya bilmədim. zəhmli səsi eşidildi: . Görüm onda sözün nə olacaq.Yox. ağa. kürəyini odlayasan. . .Çərkəz deyildi ki? .Tuta bilmədik. ağası bu saat qana həris bir yırtıcı kimi əlinə keçəni parçalamağa hazırdır. İndi isə mənə sataşırlar.Necə olub ki. tüfəng də verəcəm. Aramızda bircə güllə mənzili qalmışdı.. .. nə danışırsan! Çərkəz olsaydı. Hələ bu kənddə indiyəcən qabağımdan söz qaytaran olmayıb. qısqandım. ağa. mən özümü yetirənəcən suyu keçib cələyə girdi.Nədən? . Elə o olacaq.Belin qırılmamışdı ha.Nə oldu? . əgər tüfəngim olsaydı. . Bəlkə. bu barədə təzə arvadı ilə bir kəlmə danışmadığına özü də təəccüb etdi. Mələyin əvvəlki ərini indiyə qədər yadına salmadığına. o saat tanıyardım. Deyəsən burda ayrı əl var.Sözün düzü. . həəl məni yaxşı tanımır".. ağanın yanına gəldi. Cahandar ağa duruxdu. Darvazanın ağzında dayanıb qaranlığa hürən itlər zingildəyib susdular. Görünür. 131    ..

. .Deyirsən bura adamına oxşamırdı. yaralıya oxşayırdı.Kimindir? .O nədir? . Görünür.Dedim ki. .Rast gəlmədi. tapıb gətirərəm.Ağlım kəsmir. dalınca geri qayıtmaz? . Ancaq onun gözlərində ani qığılcım kimi parıldayan sevinc tezcə də yox oldu. qaranlıqda bir şey ağardığını görən kimi atdan düşüb baxdım. .Yekə-yekə danışma.Göstər görüm. Bu saat gedib anbardakı tüfəngdən birini götür Uşaqlardan da kimi istəyirsən özünlə apar. gülləniz boşa çıxmayıb.Bəlkə o biqeyrət köpəkoğlu papağını da qoyub qaçıb? Əməllibaşlı yoxladın? . Papağı düşmüş olsa.Ağa. __________________Milli Kitabxana___________________ Cahandar ağa onun qabağında dayandı. Onun qıllı qaşları bir-iki dəfə qalxıb-endi.Bilmirəm. . . nabələd adamdı. Qanın təzə olduğunu görüb. Kişi papirosunu sümürüb yenə otaqda gəzindi. Bəbəkləri qəzəblə alovlandı. Cahandar ağa diqqətlə qotazlı yun başlığın ləkələrinə baxdı.Sən elə bilirsən papağını itirmiş olsa. gülləniz boşa çıxmayıb. . O adam kimdirsə. Qaşlarını çatıb zəhmlə nökərə baxdı. eşitdiklərinə inanmırmış kimi gözünü Tapdığa zillədi. . . Sabahacan suvadağı 132    . deyəsən. özündən razı halda güclə sezilə biləcək tərzdə gülümsündü.Ala-torandan yenə gedib baxaram..Bundan. itlər onu təntidib suya salanda başından düşüb. Tapdıq başlığı taxtın ayaq tərəfində işığa sərdi. Deyəsən atına da güllə dəymişdi. Yarğanın qaşından tapdım. hə? .Nədən bilirsən? . . -Nə dedin? . Başlıqdan başqa heç nə tapmadım.deyə Tapdıq əlindəki yun başlığı göstərdi.Başlıq.Bəli. Cahandar ağa dabanı üstündə geri fırlanıb. ağa.Gərək tapaydın. – Qana bulaşıb. ağa. Tapdıq cansıxıcı sükutdan yaxasını qurtarmaq üçün astaca diləndi: . ..

o biri də ki. Amma yox. həmişəki kimi divardan asmaq istədi. nə deyirəm. Yanımda olsaydılar. "Təklik yaman şeymiş" .. axırda da nükərin ümidinə qalasan.Nə deyirsən? .Yerdən-zaddan sal yataq. Deyəsən. Taxtın yuxarı başında ərinə yer saldı. intizarla ərinin nə deyəcəyini gözləyən Mələk dərhal içəri girdi. bəlkə də bu işlər başıma gəlməzdi. __________________Milli Kitabxana___________________ kəsib pusquda durun. Kişinin paltarını və uzunboğaz çəkməsini götürüb bir tərəfə qoydu. Kişi ağır düşüncələrin pəncəsindən yaxasını qurtarmaq və ürəyinə dammış şübhələri aydınlaşdırmaq üçün arvadını səslədi. .Gətir yanıma qoy. Ona elə gəldi ki. Qoltuqaltını da bəri ver. o isə yurdda tək qalmışdır. o geri qayıtsa.Yatdığımız yerdə bunları neyləyirsən? . . Mələk dərhal yük yerindən yorğan-döşək gətirdi. Kişinin tüfəngini və xəncərini götürüb. Qoy lap böyüsün. . ona bax! Mələk ərinin sözünə əməl etdi. obalar yaylaqdan köçüb gəlmiş. heç bundan da böyük dərd olarmı? -deyə düşünən kişi qəhərləndi. Əşrəf gərək mənim zənnimi itirməsin". nə də səmir. Ərinin işarəsini gözləmədən pəncərənin taxtasını basdı. belə. Onda bəndəvərimə heç kəs hərlənə bilməz. Sükutdan qulaq cingildəyirdi. Lazım gəlsə onu padşahın oturduğu şəhərə də göndərərəm. Taxtın aşağısındakı yun başlığı görəndə üzünü ərinə çevirdi. Kişi yanında isti və doğma bir nəfəsin olmadığını ilk dəfə duyub qüssələndi. Bayaqdan qonşu otaqda oturub. Nə bir səs var. Yastıqları qoşalayıb yanaşı qoydu. elə şey olmaz. Başa düşdünmü? Di yeri! Tapdıq gedəndən sonra evdə tək qalan Cahandar ağanın qəlbinə indiyə qədər duymadığı bir yalqızlıq kədəri çökdü. indiki zamanda bir yanım hökumətə söykəməsən iş keçməyəcək. divan-dərə ilə yaxın olsun. İşdi. təki fərasətli olsun. indi iki yuxu almışdıq. Gərək Əşrəfin getdiyinə razı olmayaydım.Bunu niyə bura atıbsan? Özü də qana bələnib? 133    . ya da dirisini məna gətirin. Mərdimazar köpukoğlu olmasaydı. -Birini göndərmişəm oxumağa. ancaq əri razı olmadı.deyə xəyalından keçirdi. "İki oğuldan biri yanında olmaya. ya ölüsünü. oxumaq yaxşıdır. Ürəyi döyünə-döyünə ərinin üzünə baxdı.. .Sənə borc deyil. Bəlkə heç sözümə baxmadı'? Şamxal kimi zaylıq elədi? Yox. Bəlkə elə Əşrəfin özünü pristavdanzaddan qoydular.

Allahyarın. bir-birini qovub-oynaşan qızlar qaşdakı kişiləri görən kimi susdular..Ərin?! . .Əvvəlki.Allahyar kimdir? . Cahandar ağanın dişləri kilidləndi. Gəlinlər əmr almış kimi yaşmaqlarını burunlarının ucunadək qaldırıb. Qardaşından bir xəbər. 5 Onlar yarğanın kənarında sudan gələn qızlarla qarşılaşdılar. gözlərinin üstünə çəkdilər.Nə bilim? Uşaqlar suyun qırağından tapıblar.Kimindir? . Əhməd də yerindən tərpənmədi. Çəmənliyə səpələnib zarafatlaşan. Başlığı yerə tulladı. . harasa uzağa. yumaq kimi büzüşdü. Hələ də özünə gələ bilməyən arvadının başının üstünü kəsdirdi: . elə buna görə də ayağını sürüyüb arxada qalan qız dabanı üstə fırlanıb geri döndü. guya gəlinləri görmür.. Onların yarğanlarda əks-səda verib qulaqlarda cingildəyən gülüşləri xırp kəsildi.Hə.Mənimki deyil. Elə bil otaq başına hərləndi. .Bə kimindir? . Aleksey Osipoviç cığırla qatarlaşıb gələn qızları xeyli süzdü. çiyinlərində su dolu səhəng olmasına baxmayaraq. Öz əli ilə düzəltdiyi qotazları görəndə gözünə qaranlıq çökdü. titrək səslə onu çağırdı. Kürün o üzündəki meşəyə baxır. Özü də hiss etmədən. Qızlar sakitcə onların yanından ötüb keçəndə Əhməd ayaq saxlayıb dala qalan Salatını tanıdı. Onların səfini pozmamaq üçün sahilə enən yeganə cığırdan kənara çıxdı və özünü elə apardı ki. ya da məktub olacağını zənn edən. Qırmızı koftasının sinəsinə tökülmüş muncuğunun gümüş pul- 134    . Özü də hiss etmədən: .Onundur! . Cahandar ağa dik atıldı.deyə qışqırdı. baş örtüklərini irəli. __________________Milli Kitabxana___________________ . Bax gör. Bir xeyli beləcə dayandı və birdən bilmədən əlinə ilan götürən adam kimi dəhşətə geri sıçradı. Onun fısıltısını qulağının dibində eşidən Mələk nə edəcəyini bilmədiyindən. bəlkə tanıdın? Mələk ürəyinə qorxulu bir şey daman adamlar kimi əsə-əsə başlığı götürdü.

Yox. Əşrəfi Qoriyə yola salanda ilk dəfə gəminin yanında gördüyü Salatının indi xeyli dəyişdiyini dərhal sezdi.Bu qızlardan mollaxanaya gedəni varmı? . Əhməd Salatının ''yəqin binəyə gedib" . qağamın? . .Necədir. onu gözlədiklərini hiss edən Salatın qızardı. cavab əvəzinə çiyinlərini çəkib başını yuxarı qaldırdı. Yaxşı da elədilər.Bəli. nə söyləyirlər? . . .Lap yaxşıdır. adəti üzrə gözlərini qıyıb bərkdən qəhqəhə çəkdi. .Yaman oxşayır.Hə. gətirənə də. . molladan gözləri su içmədi və qızlarını belə həlləm-qəlləm adamın yanına göndərmədilər. Onlar bir xeyli sakitcə dayanıb. Salatın tez-tez dönüb geri boylanır. Sizə də çoxlu salamı var. uzaqlaşan qızların arxasınca baxdılar. Qız qolunu çiynindəki səhəngin qulpuna keçirib dayanmışdı. Qızı nə üçün çağırdığını unutmuş kimi sakitcə dayanan Əhməd gözünü qızın üzündən çəkmədən susdu. . Onun təəccübdən geniş açılmış intizar dolu gözləri Əhmədin üzünə zilləndi. .Salam göndərənə də qurban olum.Əşrəfin bacısıdır? .deyə Əhməd sakitcə dilləndi. __________________Milli Kitabxana___________________ ları cingildəyib parıldadı. O. – Əvvəllər bir neçə ay dərs keçildi. Yaşmağı sürüşüb düşdü. Sonra camaat eşitdi ki.deyə Əhməd sakitcə cavab verdi və dönüb gözləri yol çəkən Aleksey Osipoviçə baxdı. Molla Sadıq dərs əvəzinə cadudan danışır. Bir sözlə. onlar da xısın-xısın gülüşürdülər. qızları dirəyə arpa dırmaşdıra bilməsi ilə qorxudur. . O. 135    . Yenə dabanı üstə fırlanıb geri döndükdə Əhmədin səsini eşitdi: . Salatın hürküdülmüş quş kimi qanadlanıb qızların yanına qaçdı.Atan haradadır? Yalnız bu zaman yaşmağının sürüşüb düşdüyünü və qızların bir kənarda dayanıb. . sonra da gözlərini çevirib o taya baxdı.Elədir. qızlara nə isə deyir.Kimin. Qızın bu sadəlövh və səmimi cavabı Aleksey Osipoviçin yaman xoşuna gəldi.Atana deyərsən "Zayej"ə baş çəksin. Qız Əşrəfdən kağız olub-olmadığını soruşmaq istədisə də cəsarəti çatmadı. .demək istədiyini anladı. Əşrəfin yanından gələn var.

Özü də kəmsavadın biridir. .Yanıqlı olmayım. Əlindəki dəsmalla tez-tez alnının. Amma bizimkilərin işi. sonra kənd evlərinə baxdı. Camaata aman vermirlər ki. görərik nə canlı-cinlidir.Heç olmasa tanış ola rıq. Yoxsa inanmırsan? . 136    . insanların canına xof salmaqdır. Onlar kəndin ortasından keçən əyri yolla məscidə sarı irəlilədilər.Hə. cindən. Ayaqyalın uşaqlar cığırla qaçır. gözlərini qıyıb gülürdü. . . Camaatımızın da dərdi çəkiləsi deyil. Aleksey Osipoviç pencəyini soyunub çiyninə salmışdı. Əksinə.Elə bilirsən təkcə sizdə belədir? Başqa millətlərin ruhaniləri ağıllıdır? .İnanıram. . üzünün tərini silirdi.deyə uşaqları göstərirdi. Bizim hərəmiz bircə adam savadlandırsaq. indi necə deyirsən. onun savadlanmasına çalışmalıyıq. böyük iş görmüş olarıq. Aleksey Osipoviç sözünə ara verib. Ona görə də möhkəm olmaq lazımdır. Ancaq heç nəyə fikir vermir. bu topasaqqal kişinin haradan gəldiyini və kim oldugunu bilmək istəyirdilər. Heç olmasa azdan-çoxdan millətinə xeyir verməyə çalışırlar.gücü xortdandan.Tək niyə oluruq? Gərək köməkləşək. şəyatindən danışıb. çəpərlərin dibinə toplaşırdılar.deyə Aleksey Osipoviç onun sözünü təsdiqlədi. .Deyəsən molladan yaman yanıqlısan. "sənin keçisaqqal bir rusla yol getməyinə gülürlər".Nə mənası var? . Əhməd əsəbiləşsə də. __________________Milli Kitabxana___________________ . amma tək əldən səs çıxmaz. hətta zarafata salıb Əhmədə göz vurur. Molla Sadığın yanına gedək. İndi də başına mürid yığır. bacarsalar. Əlindəki iri ağac ona qəribə bir görkəm verirdi. müsahibini süzdü. . ya yox? . elə bil kəndə hay düşmüşdü.Hamısı birdir. . Rus Əhmədlə gəzən adam onlara əcaib təsir bağışlayırdı. bir-birinə xəbər verib doqqazlara. nə edim? Zalım oğlu başdan ayağa kələkdir. Ancaq özünü elə aparır.Düzdür. Xalqımıza kömək etmək istəyiriksə. Hava isti idi. gözlərini açsınlar. guya elm dəryasıdır. Ancaq yenə bizimkinə baxanda onlara şükür. Avamlıq ruhanilərin çörəyidir. Yolun az qala topuğa çıxan narın tozu onun çəkmələrini və şalvarını bomboz etmişdi. bütün qığılcımları söndürəcəklər. Aleksey Osipoviç halını pozmur. Hətta dəcəllik edib onlara it qısqırdanlar da olurdu. Sənin mollaların heç vaxt maarif məşəlini yandırmayacaq. Aleksey Osipoviç. Doğrudan da. Bunu Aleksey Osipoviç özü də duymuşdu. Yəqin elə buna görə də qara damların həyətinə toplaşan uşaqlar bic-bic gülür.

Gələnin hökumət adamı olduğunu zənn edib özünü yığışdırdı. Molla Sadığın başı o qədər qarışmışdı ki.deyə Aleksey Osipoviç astaca dilləndi.Bu uşağın günahı nədir? Molla Sadıq halını pozmadan dönüb yanında dayananlara baxdı.Bunun günahı nədir? Yalnız bu zaman Molla Sadıq əllərini aşağı saldı. Asta addımlarla mollaya yaxınlaşdı. Qalstukunu düzəltdi. boynunun tərini silib.. su çilənmiş torpaq döşəməyə həsir salınmışdı. əlindəki şapkasının içini quruladı. orada qaynaşan saysız-hesabsız toz dənələri adamın diqqətini cəlb etdiyindan. Dar pəncərələrin balaca gözündən düşən işiq zolaqları otağın divarlarında oynaşırdı. İçəri nəm qoxuyurdu.Çıx buradan. dinsiz! . əlləri havada asılı qaldı. Əhməd döyülən uşağı tanıyıb irəli atılmaq istəyəndə Aleksey Osipoviç onu dayandırdı. yenidən uşaqların üstünə qışqırdı: 137    . Onun qiyafəsindən hiss etdi ki. . Papağını başına qoyandan sonra məscidin qapısını açdı. məlum! Özün gəldiyin yetmir. sakit ol. . Onunla necə danışacağını bilmədiyindən. səsini çıxartmırdı. qonaq bura adamı deyil şəhərdən gəlib. Bir xeyli beləcə dayandılar. .Kəs. Səliqə ilə süpürülüb. onlardan bir az aralı döşəkçədə oturan mollanı gördü. əbasını yellətdi: . __________________Milli Kitabxana___________________ Məscidin həyətindn Aleksey Osipoviç üstünün tozunu çırpıb. Döyülən uşaq ağrıdan qıvrılsa da. içəri girənlərin ona yaxınlaşdığını hiss etmədi.Molla Sadıq. Hirsini udub müsahibini süzdü.Molla. İçəridəki sükutu havada oynayan çubuğun şaqqıltısı pozurdu. Onun qəzəbli gözləri Əhmədə sataşanda ilan çalmış kimi dik atıldı. Kimi isə falaqqaya salmışdılar. küncdə oturanlar nəzərə çarpmırdı. məscidə kafir də gətirirsən?! . pencəyini geyindi. Onların saralmış sifətləri solğun işıqda daha sarı görünürdü. məlun! Allahın evini murdarlama.. Nə edəcəyini bilmədiyindən. Boyun-boyuna verən uşaqlar qorxularından nəfəslərini çəkmirdilər. Dəsmalla üzünün. Onun sifətindəki ciddilik və təmkin mollanı qorxuya saldı. Molla "kafirin" xalis müsəlmanca danışdığını görüb susdu. Bir neçə dəqiqədən sonra gözü qaranlığa alışdı və yalnız bu zaman minbərin yanında dizi üstə əyləşən uşaqları. Aleksey Osipoviç bir az dayanmalı oldu. Yarıqaranlıq məscidin içindəki çal- çarpaz zolaqlar. mən özüm gəlmişəm. Aleksey Osipoviç ayağı falaqqaya qoyulmuş uşağı göstərdi. . Əllərini yuxarı qaldırıb. Əhmədlə Aleksey Osipoviç həsirin üstü ilə küncə tərəf getdilər.

Görmürsünüz başıma nə oyun açıblar? Tütünün içinə barıt doldurub. Təsbehin axırıncı muncugnu şaqqıldayıb dayandı. dodaqları tərpəndi. Aleksey Osipoviç. nəyə isə pıqqıldayıb gülüşən uşaqların qorxudan saralmış rənglərinin qanı özünə gəldi. Hamısı da bu məlun Osmanın işidir. Yavaşca əlini ütülmüş saqqalına uzatdı. Falaqqadan açılmı uşaq ayağa durdu.Molla. Uşaqları qəzəbli baxışları ilə qapıya qədər ötürən Molla Sadıq əlini bir- iki dəfə ütülmüş saqqalına çəkib. mənə papiros eşirlər. İslanmış kirpiklərini tez-tez döyüb mollanın üzünə baxdı. . Əvvəlcə dizi yamaqlı şalvarını yuxarı çəkdi. Başmaqlarını birtəhər cütləyib geyindi. __________________Milli Kitabxana___________________ . Sonra da sarı kəhrəba təsbehinin qoz boyda dənələrini şaqqıldatdı: . Seyrək dişləri göründü. mənim bu uşaqlarla işim var.Açın onun ayağını. bir-iki dəfə burnunu dartdı.Bağışlayın.Bayırda gözləyin.Sizin bu şeytan balaları ilə nə işiniz ola bilər? Qoy cəhənnəm olsunlar! Molla qonağın narazılığını görüb susdu. Uşaqlar mollanın sifətindəki qozəbdən qorxuya düşüb. keç günahımdan. Əbasının ətəyi dolaşa-dolaşa qapıya doğru addımladı: 138    . Köynəyinin açıq yaxasından uşağın körpücük sümükləri və boynundan asılmış üçkünc dua göründü. Həlqələri yaşla dolu olan bic gözlərdəki istehza ətrafdakıların nəzərindən qaçmadı.Molla dizi üstə qalxdı. Onu da gülmək tutdu. Onun bu halınamı. Ayağını yerə basanda təngildəyib ufuldadı. Gözlərinin ətrafı qırışdı. Onun titrək əlləri havaya qalxdı. "İlahi. yoxsa bir az bundan əvvəl olub-keçən hadisəyəmi. . döşəkçənin üstündə əyləşdi. Osman da özünü saxlaya bilmədi. .Niyə olmur. ismi-şərəfinizi bilmək olarmı? . gurultu ilə qapıya doğru qaçanda Əhməd onları səslədi. Ayazın və günün çat-çat etdiyi yanağının almaları yumrulandı. Molla tələsik ayağa durdu. adım Aleksey. dayan. Bir xeyli beləcə dayanandan sonra qaşlar çatıldı və qəzəbli baxışlar Əhmədin üzünə sancıldı. özünüz də rədd olun!!! . Onun sualına hələ də cavab vermədiyini yadına saldı. sizinlə işimiz var. . Qonaqlara da yer göstərdi. Onun qorxu və təəccüb dolu gözləri geniş açılıb mat-mat Aleksey Osipoviçə baxdı.Nə? . Göz yaşının izi daha aydın güründü. Sənin hüzurunda qəbahət işləmişəm". Sonra qalın ağdan tikilmiş və çirkdən rəngi qaralmış köynəyinin qolu ilə gözünün yaşını silib.

heç içəri buraxmazdım. hələ tələsmə.Mən Allahın evində siznən kəlmə kəsə bilmərəm. Elə əlahəzrət padşah da belə işlərə qiymət verir. . . məni günaha batırmayın.Onda buyurun.Aleksey Osipoviç sakitcə söhbətə başladı. Onun əvvəlcə məmnun qaldığını.Sizin də elm şəhidi olduğunuzu görəndə sevinməyə bilmirəm. məscid olmasın. Yoxsul kəndli balalarına dərs demək çox savabdır. axı Sizinlə ciddi söhbətimiz var. Molla Sadıq Aleksey Osipoviçin istehzasını başa düşmədiyindən və şəhər qiyafəli bir adamın onu alim hesab etməsindən məmnun qaldığından gülümsədi. Molla Sadıq. Siz də hücrənizdə onlara dərs deməkdə çox savab iş görürsünüz. Onlar nəm qoxuyan otaqdan çıxdılar. bir şey çıxmaz.Üləmalar danışmağa söz taparlar. . Molla ikrah edirmiş kimi bir-iki addım geri çəkilib dayandı və əli ilə Kürdən əsən mehin oynatdığı ütülmüş saqqalını tumarlaya-tumarlaya gələnləri qıyıq gözləri ilə süzdü. indi nə edək? .Yox. Məscidin həyətindən bir az aralı otluqda dayanan uşaqlar Molla Sadığı görən kimi aşağı sinib gizləndilər. Əlbəttə Aleksev Osipoviç Molla Sadığın köməyinə o qədər də ümid etmirdi. taqsırın hamısı səndədir.Küfr danışma. Buna görə də padşahınız müsəlman balaları üçün yeni məktəblər açmağa icazə veribdir. . Aleksey Osipoviç sözünə ara verib gözaltı Molla Sadığı süzdü. 139    . Mollanın hay-harayından çaşan Aleksey Osipoviç dönüb Əhmədin üzünə baxdı. Bizim yeganə ümidimiz müsəlman nahaniləridir. Allah-taala zəhmətinizin əvvəzini yetirəcək. Əhməd. mənim elmə canyandıran adamlardan xoşum gəlir.Tez olun. .Molla Sadıq. gedək. .Yağmaz. qorxma. Molla Sadıq. molla. məni günaha batırmayın.Yaxşı. molla. . biz söhbətimizi edəcəyik. . __________________Milli Kitabxana___________________ . Gərək siz də bu işdə bizə kömək edəsiniz. bayır olsun. Tez olun. Göydən od yağar . sonra yavaş-yavaş təhlükə hiss edən hiyləgər adamlar kimi gözlərinin qıyılıb süzüldüyünü gördü.Mən dedim ki. .Sizin mənimlə nə söhbətiniz ola bilər? .Bilirsinizmi. . Mən onun müsəlman olmadığını bilsəydim.

Ancaq bacarmayacağam. İndi də bu yolla uşaqlarımızı öz dinlərindən döndərmək istəyirsiniz 140    . Aydın idi ki. istəsələr də behiştə göndərərlər. Müsəlmanca onun özündən yaxşı danışan bu rusun kələyinə uymamaq üçün ehmallı olmağı qərara aldı. Müsahibini diqqətlə dinləyən Molla Sadıq söhbət bu yerə çatanda üzə vurmasa da ürəyində ehtiyat etməyə başladı. Bir xeyli Aleksey Osipoviçin çiyninin üstündən o yana. Molla Sadıq. saqqızını oğurlatma". Onları başa salın ki. mən də bu işə kömək edim? Yox. Siz istəyirsiniz onlar gedib boyunlarına xaç salsın. cənab. başlarına şapka qoysun. kənarda dayanmış Əhmədə baxdı. . molla? . Allahın yolundan. cəhənnəm əzabları ilə dəhşətə gətirir və behişt xülyaları ilə məst edirlər. qoy uşaqlarını bizim məktəbə göndərsinlər. Siz islamın duşmənisiniz. __________________Milli Kitabxana___________________ Ancaq ruhanilərin yoxsul kəndlilər arasında çox böyük hörmətə malik olduğunu da bilirdi. Onun "Zayej"də uşaqları başına yığıb gizli dərs keçməsi xəbərini eşidəndən sonra mollanın necə deyərlər. Molla Sadıq zahirən özünü çox təmkinli apardı: . İndi mətləbiniz mənə bəlli oldu. Elə buna görə də Aleksey Osipoviç əvvəlcə Molla Sadığa müraciət etməyi onu öz dili ilə danışdırıb. kürəyi sancırdı. "Bütün bunlar Əhmədin kələyi deyilmi? Elə keçən il Cahandar ağanı baş- beyindən çıxarıb Əşrəfi oxutmağa göndərtdirən də bu deyildimi? Yox. sizin kənddə savadli uşaqlar var. O bilirdi ki. guya külli-ixtiyardırlar. mən bu işi bacarmayacağam. İndi də təzə məktəb söhbəti ortaya çıxmışdı. ehtiyatlı ol. O belə bir qüvvədən yeri gəldikcə istifadə etməyi qərara almışdı. adamları cəhənnəm oduna yandırar. Bu işdə gərək mənə kömək edəsiniz. Həm də özlərini elə aparırlar ki.Mən müsəlman uşaqlarını öz əlimlə dinsizlərə qoşa bilmərəm. mollalar savadsız camaatı Allah xofu ilə qorxudur. Sizin məqsədiniz heç də bizim uşaqların qeydinə qalmaq deyil. süst damarından tutmağı qarara almışdı. Bir də Əhmədin bu işə qarışmağı onu yaman çaşdırmışdı. Onlardan beş-on nəfərini oxumağa aparmaq lazımdır. Camaat Sizin bir sözünüzü iki eləməz. mollalar ata-anaları dilə tutmaq və uşaqlarını yeni məktəbə gondərməyə razı salmaqda istəsələr çox iş görə bilərlər. . istəsələr. peyğəmbərin dinindən dönüb kafir olsunlar.Nə üçün.Çox pakizə.Mən Sizə nə kömək edə bilərəm? . . .Görürəm.İstəsəniz çox iş görərsiniz. .O ani bir sükuta gedib gözlərini qıydı.

ya da biçin vaxtı olduğu kimi.Siz bu işə qarışmasanız yaxşıdır. görüləcək işlər barədə tədbir tökərdilər. başqa əlac yoxdur. Molla Sadığın yağırı basılmış kimi üz-gözü əyildi. Bizim öz elmimiz var.Amma sizin elminiz yox. Təpə arı yuvası kimi qaynayırdı. Oğlu Şamxalın hadisəsindən sonra camaat arasına birinci dəfə çıxdığından sıxılırdı. Bu təpədə evlər yıxılıb. iri tut ağacının kölgəsində. Gözləri qəzəblə parıldadı: . Sifətindəki süni sakitlik yox oldu. onu da uşaqlarımıza öyrədərik. Cahandar ağa da burada idi. İndi də camaat böyük maraq və intizarla buraya toplaşmışdı. elliklə bir iş lazım gələndə buraya toplaşıb ağsaqqallara qulaq asar. kənardaca torpağın üstə bardaş qurub oturan kişini gözaltı süzürdü. . Tiflis şeyxi hamıdan qabaq bu işə etiraz edərdi. Bu təpə çox hadisələrin şahidi olmuşdu. tüfəngini də dizinin üstünə qoyub dirsəklənmişdi. 6 Kəndin ortasındakı təpədə. __________________Milli Kitabxana___________________ . sözləri çəpləşən kənd cavanları burada çox yumruq davasına çıxıb bir-birinin üstünə xəncər çəkmiş. buraya məsləhətə yığışmışdılar. . Əynindəki paltar didik-didik 141    . evlər tikilmişdi. Kənd arasında dolaşan söhbət çoxlarını çaşbaş salmışdı. çox qanlılar barışdırılmışdı.İstəsəniz də. Molla Sadığın məsciddə dediyi sözlər adamları ehtiyatlandırmışdı. atını çidarlayıb otlağa ötürmüşdü. . molla. Şəki mollaları mənə kömək əlini uzatmazdı.Elm elmdir. Nə qədər çalışsa da bacarmır.Gördük necə öyrədirsiniz. Özü isə kürəyini tut ağacına söykəyərək domuşub oturmuş. molla. Adətən onlar çətinliyə düşəndə. bəzən də aralığa qan salınmışdılar. Göytəpəlilər dağ köçü.Oxumaq dinsizlik olsaydı.Yox. Burada çox adamlar əlini Qurana basıb günahsız olduğuna and içmiş. . O. Üç gündən bəri şənliyə yayılan söz-söhbətin əslini öyrənmək və kəndi dolaşan o "keçisaqqal rus"un haradan gəldiyini və nə istədiyini bilmək həvəsi ürəkləri bürümüşdü. . Şuşa.Gəmiçi Qocanın beli lap əyilmişdi. istəməsəniz də qarışacağıq. Elə Məhəmmədin Quranında da elm öyrənmək tövsiyə edilir. Gəmiçi Qocanın da burada olması onu lap darıxdırırdı. böyük bir mərəkə vardı.

__________________Milli Kitabxana___________________ olmuşdu. "Allah kasıba qız verincə başına daş salsa yaxşıdır.Oho. . Cahandar ağaya yaxınlaşanda xeyli dayandı. bəziləri də başlarını tərpətməklə salamı aldılar. həmişə şuxluq edib aləmi güldürən Qocanın indi yumaq kimi büzüşməsi Cahandar ağanın da ürəyini ağrıtdı. Mərəkədəkilərlə bir-bir əl tutdu. Alcksey Osipoviç Molla Sadığın yanında oturan saqqallı kişilərin dinmədiyini. Oturanların bəzisi ayağa durdu.deyə xəyalından keçirdi. canıbaşı sazdırmı? . . çox kamallı uşaqdır. Diqqətlə kişinin üzünə baxdı.Bəli. fərsiz gör kimnən qohum oldu! Arxasını kimə dayadı! İndi mən nə edim? Qapısına gediləsi deyil ki. Əvvəlcə cığara kağızdan birini götürdü. – Uşaq necədir. O darıxdı. Ancaq özünü sındırmadı.Siz Əşrəfin atası deyilsiniz ki? . el adətincə barışıqlıq eləyəsən. qaşqabaq tökdüklərini gördükdə söhbəti o qədər də asanlıqla keçməyəcəyini dərhal duydu. İndi bu yazıq neyləsin? Özü də bilir ki. . toplaşanlara salam verdilər. beş-on adam yığıb aparasan. əksinə. Ağ saqqalının tükləri daraqdan çıxmış yun kimi pilələnmişdi. dərindən nəfəs aldı.Cahandar ağa yavaşca dilləndi və ayağa qalxdı. Cuxura düşmüş gözləri güclə gorünürdü. lap qırğı kimidir. Qutunu şaqqıltı ilə örtüb cibinə qoydu. Kağızın arasına qoyub yoğun bir papiros eşdi. Onlar. "Belin sınsın. Fikrini dağıtmaq üçün çuxasının yan cibindən gümüş qutusunu çıxartdı. Nə də bir adamlığı var ki. heç onun dərdini çəkməyin. qapısını açıb barışığa gələn olmayacaq". Cahandar ağa tütünü barmağı ilə qırdı. Ona əl qaldırmaq heç qeyrətdən deyil. kişi kimi düşmənçilik çəkəsən. O yenidən qudasını saymazyana süzdü. Qapağın basıb yapıxdırdığı saçaqlı sarı tütündən bir çimdik götürmək istədi. Cahandar ağa ixtiyarsız -Şamxalı yadına saldı və ürəyində onu yamanladı. Çaxmaqla qovu alışdırdı. Halal olsun. Zərif doğranan liflər rezin kimi uzanıb yuxarı qalxdı. 142    . adəti üzrə. bəzisi yerindəcə qurcalandı. Elə bu zaman Aleksey Osipoviçlə Əhməd mərəkəyə yaxınlaşdı. Papirosunu yandırıb. Özü də məkəbimizin gülüdür. Uzun kəhrəba müştüyünü çıxardıb papirosunu keçirdi. Kişinin məyus və müşkül görkəmi bulud kimi tutulub susması. Onsuz da ayaq üstündə ölüb". Qapağı açıb sol əlini barmaqları arasında tutdu. Ağımsov tüstü onun enli dodaqlarının üstünə enmiş qalın bığlarının arasına doldu.

Niyə. Cahandar ağa nə cavab verəcəyini bilmədi.Bilməsəm demərəm.Yox.Bəs Əli necə. lap qiyamət olar.Əslinə baxsan. .Kim? Osman! O ki. Mən yaxşı bilirəm. . Molla Sadıq da susub mənalı-mənalı camaatı süzdü.Gələr.Köçə çatarmı? . . Söhbət bu yerə çatanda aralığa sükut çökdü. .əskik danışma. . . - Onları oxutsaq.Dərs deyən mənəm. Aleksey Osipoviç söhbəti başlamaq üçün ələ düşən fürsətin gedəcəyini görüb sükutu pozdu. o da yaman qəribsəyir.Çatar. . .Molla Sadıq da bu dəfə qəzəblə dilləndi. Bir- birilərinə həyan olub. korafəhimin biridir. o barədə arxayın olun.deyə Aleksey Osipoviç sakitcə cavab verib ətrafdakıları süzdü. niyə çıxmır?! .İkisi də bir bezin qırağıdır.Niyə susursunuz? . sonra peşman olarsan! . əlbəttə uşaq heç nə başa düşməz. o da fərasətsizdir? . Bir də o cür ki siz dərs deyirsiniz.Niyə yoxdur. heç darıxma. Axı bizim məktəbdə Əşrəfdən başqa Göytəpədən heç kəs oxumur. Onun təsbehi daha da bərkdən şaqqıldadı.Ey rus Əhməd artıq. evə tezmi buraxacaqsınız? .deyə Aleksey Osipoviçdən qabaq Əhməd dilləndi.Səlim də? . __________________Milli Kitabxana___________________ .Uşaqdan ötəri yaman qəribsəmişik. dostlarından ötəri yaman darıxır. . Onun yoldaşlarından beş-altı nəfəri də oxumağa getsə. əməlli-başlı adam olarlar. . Həddini bil.Bəs nə vaxt gələcək.İndi burda mənnən nə hinkir-minkir başlayıbsan? 143    .Çıxar. uşaqlardan seçib oxumağa aparaq. Elə sizin kəndə ondan ötəri gəlmişəm. Düz demirəmmi? Gərək onu tək qoymayaq.Kimdir onlar?! .Bizim kənddə oxumağa gedəsi uşaq yoxdur! . . var. Üç ildə bir Quran ayəsini əzbərləyə bilmir. ondan oxuyan çıxar? .Biri Osman.Təkdir. yoxsa sən? . olmuya korluq çəkir? . . qəribliyi unudarlar. . Beş-on günəcən evdə olar. Gərək kömək edəsiniz.

Sənin yaxşılığın da. Onun sallamalı kəmərindən asdığı iri xəncəri az qalırdı ki. Biz padşahımızın fərmanına boyun əyməyə həmişə hazırıq. Aleksey Osipoviç beli xəncərli kişilərin qaşlarının üstünə qədər enmiş saçaqlı papaqları altından parıldayan qəzəbli gözlərinə baxdı. . Kəndlərin bir çoxunda yeni məktəblər açılıbdır. Molla Sadıq. kişi. . bu yollarla bizi aldada bilməzsiniz. Sonra da ətrafdakıları süzdü.Nəfəsin ağırdır. eşidirsinizmi? Molla Sadıq əlini havada oynatdı. Hərənin öz mollası var.taalanın burada nə işi var. Biz heç kəsi dinindən döndərmək istəmirik. bizə nə veribsən ala bilmirsən? Qapı-qapı düşüb uşaqlarımızın başını niyə tovlayırsan. Molla Sadıq gözlərini qıyıb. Uşaqlar səndən heç nə öyrənə bilmirlər. onu da nəzərə almışıq. ağzını açmağa macal tapmamış Molla Sadığın yanındakı kişilərdən biri qabağa yeridi. . Biz də sizdən ötəri çalışırıq. ay Molla Sadıq. Gündə üç öynə namazlarını da qılırlar. Orada şəriət dərsləri də keçiləcək.Nə üçün dava-dalaş salırsınız? .Yox. belini üzüb salsın. hiyləgərcəsinə Aleksey Osipoviçə baxdı.Sünnilərlə şiələr bir yerdə. Ancaq onu bilin ki. edənləri sakitləşdirməyə çalışdı. . __________________Milli Kitabxana___________________ .Küfr danışma. Allah-taala özü sizi sirrinə vaqif elemək istəmir.deyə Alcksey Osipoviç mübahisə. .Demək. . .Oxunacaq.Nə olar. belə işlər daha baş tutmaz. Sizin uyezddə də bu işə başlamaq lazımdır. Aralığa çaxnaşma salmaq fikrindəsiniz.Bura bax. . rədd ol burdan!!! 144    . cənab.səhərdən söhbətə qulaq asan Gəmiçi Qoca astaca dilləndi. Xaçpərəstlərin islam milləti arasında təfriqə salmaq köhnə peşəsidir. . Elə bizim Çərkəz də üç-dörd il ayaq döydü. hər şey Allahın əmri ilədir. o təzə məktəblər necə olacaq? Orada Quran oxunmayacaq? . Ay camaat. niyə oxunmayacaq.Mən ki onlara pislik eləmək istəmirəm. . O. .Acığın tutmasın.Yox. Biz sizi yaxşı tanıyırıq. Elə bizim Qoridəki seminariyada da şəriət dərsləri keçilir. Qoyun uşaqlarınız oxusun.Allah. amma bir şey çıxmadı. pisliyin də bizə lazım deyil. ay molla? . Biz uşaqlarımızı verən deyilik.Əlahəzrət padşahımız özü müsəlman balalarının oxumasına icazə veribdir. . Ancaq bizi başa salın görək. İndi də uşaqları oxutmaq adı ilə başımızı tovlamaq istəyirsiniz. .

Bu saat ikinizi də bir-birinə çataqlayıb. Aleksey Osipoviç bunu aydın görsə də. Adamlar getdikcə qızışdılar. Yoxsa camaat birdən-birə yuvası dağıdılmış an kimi qəzəblənməzdi. burada bir ol var idi. Şübhəsiz. Əhməd hər ehtimala qarşı qabağa keçdi.Ay camaat. Adını Əhməd qoysan da kafirsən! . Bu rusu tovlayıb gətirən də sənsən. özünü şax tutdu. daha aləmi başınıza niyə tökürsünüz? Biz dedik məsləhətləşək. rusdan dönmüş! . səbriniz olsun.Mən də sizin kimi müsəlmanam. Aleksey Osipoviçin rəngi köynəyinin ağ yaxalığından seçilmirdi. Görünür.Qoymarıq onların boynuna xaç salasınız! . Əhməd də çıxılmaz vəziyyətdə qalmışdı. uşağınızı vermirsiniz. . . O.Kəs səsini. çıxın kəndimizdən! . . verməyin. Kişi sözünü deyib qurtaran kimi hərə bir tərəfdən hoqquldamağa başladı. İlk zərbələrin qarşısını almaq. hay-haray nəyə lazımdır. Başqa kəndlərdə ona qulaq asmış. demədik dava eləyək.Bizə ağıl öyrətmə! Taqsırın hamısı sən dinsizdədir. bir az dayanın! . Əvvəlcə elə səni doğramaq lazımdır! 145    .Yalan deyirsən. o qədər də asan deyildi. geri çəkilməyin mümkün olmadığını dərk etdiyindən. ya da camaatı sakitləşdirmək üçün bir-iki söz deməyi lazım bildi. hətta qana susayacaqlarını təsəvvür etmirdi. gözaltı qonağını süzdü. Kürün sahilindəki bu ucqar kəndin adamların başa salmaq. Onların çoxu əlini xəncərə atıb.Bizi də özləri kimi kafir eləmək istəyirlər! . qovun onu! . görünür. irəli cummağa bir balaca işarə gözlədi. Hücuma keçən kəndlilər onları tut ağacına doğru sıxışdırdılar. Bir hadisə olan kimi Kürü keçib.Ay camaat.Biz uşaqlarımızın başından keçməmişik! . Ancaq bu saat onun həyatı belə təhlükə altında idi. Əhməd qorxdu.Ay camaat.Dinsizlər. yarğandan başı aşağı Kürə atacağıq. divan-dərə tanımaq istəməyən bu adamlar fitvaya uyub nə desən edə bilərdilər.Rus Əhmədi də ona qatın! . O. O hələ bu cür qızışmış adamlarla üz-üzə gəlməmişdi. özlərini meşəyə verən. Göytəpəyə gələli az-çox xasiyyətinə bələd olduğu kəndlilərin belə səbrsiz olacağını. Ağlınızı başınıza yığın. Molla Sadıq bütün gecəni yatmamışdı. __________________Milli Kitabxana___________________ Elə bil camaat buna bənd imiş. . üstəlik də kömək etmişdilər.

Əlim-ayağım dəyməmiş rədd ol burdan!!! . yeməyə cörək tapmayacaqlar? Lazım deyil sizin oxutmağınız! . Addım-addım geri çəkilib gözlərini Cahandar ağaya zillədilər. Siz verirsiniz! Molla Sadıq dodaqucu gülüb. Onları savadlandırmaqdır. niyə dinmirsiniz? Sizi bir-birinizə çataqlayıb atın döşünə salanda bu Molla Sadıq qabağa dura biləcəkmi? Sizdən soruşuram. İndi zaman dəyişir. getsəniz məsləhətdir. Bir müddət sakitcə dayanıb camaatın susmasını gözlədi.Geri durun. Tüfəngi dizinin üstündən götürüb. . Əhmədi başı ilə camaata göstərdi.deyə bayaqkı xəncərli kişi onun sozünü kəsdi. .Biz heç kəsi öz dinindən döndərmək istəmirik. . Bayaqdan papirosunu papirosun oduna yandıran Cahandar ağa dözə bilmədi.Fikriniz nədir. onlara elm öyrətməkdir.Biz sizin xeyriniz üçün çalışırıq. yoxsa könlünüzə Sibir düşüb? Bəs bunun sonrasından qorxmursunuz? Sabah atlı kazaklar tökülüb gələndə cavab verə biləcəksiniz? Hə. Şapkasını çıxardıb. ayağa durdu. Əhməd artıq gözləməyin mümkün olmadığını yəqin etdi. Bizə kömək etmək əvəzinə molla Sadığın fitvasına nahaq uyursunuz. __________________Milli Kitabxana___________________ Aleksey Osipoviç Əhmədin qolundan çəkib geri dartdı.Biz oxumamışıq. . içini dəsmalla quruladı. . dünya uçub? Uşaqlarımız da oxumasa. Onun zəhmli baxışlarından ehtiyat edib. Cahandar ağanın yoğun səsi eşidildi: . Cahandar ağa çaxmağı hərləyərək gülləni lüləyə verdi. . Hər ehtimala qarşı cibində gəzdirdiyi naqanın dəstəyinə əl uzatdı. Onlar Əhmədlə Aleksey Osipiviçi tut ağacına qısnadılar.İndi gördünüz bu işlərin mayeyi-fəsadı kimdir? Molla Sadığın təmkinlə söylədiyi bu sözlər adamları yerindən oynatdı.İndi də mollamıza sataşırsan? . .Aleksey Osipoviç.Fitvanı o yox. Nə edəcəklərini bilmədən tərəddüd içində dayandı- 146    . nahaq yerə fitva verirsiniz. deyirəm sizə!!! Onlar tərpənmədilər. . Qızışmış camaatın önüncə gələn Molla Sadığın qabağını kəsdi. Elmsiz adam kor kimidir. Gərək siz uşaqlarınızı bədbəxt olmağa qoymayasınız. Özü qabağa yeridi. onda harayınıza çatan olacaqmı?! Adamlar qımışdılar.Geri durun! Camaat burulğan kimi burulub yerindəcə fırlandı. ayaq saxlayanlar tərəddüd içində dayandılar. Bizim məqsədimiz sizin uşaqlarınızı oxutmaq.

. Əlində ki təsbehi saqqalı bərabərinə qaldırıb. .Ə. Bir də.Adam bir iş görəndə fikirləşər. bir az bundan əvvəl irəli atılanlar geri çəkildilər. qabağa çıxsın! . hə?! . .O hansı köpəkoğludur. sözündən dönmək istəmədi. Cahandar ağanın üstünə qabardı. Cahandar ağanın sözlərini eşidib susdular.Sənin? . Demək istədiyi söz ilişib boğazında qaldı. gəlsin görüm? Molla Sadıq çiynindən sürüşüb düşən əbasını düzəltdi. Molla Sadıq gördü ki.Qonaqdır. __________________Milli Kitabxana___________________ lar. dilini qarnına qoy! . . .Səni özbaşına qoymazlar! . Onun iri qalın dodaqlarının səyridiyini. məzəmmətə keçdi: . Müsahi- 147    . Hələ uşaqlıqdan xasiyyətinə bələd olduğu. barmağının tüfəngin tətiyində titrədiyini görəndə sözünün dalını qısdı. Hər yetənin sözünə baxb toy toğlusu kimi ortalığa düşməz.O mənim öz işimdir! .Ə. xalq səni özünə vəkil eləyib? Nə düşmüsən ortalığa? .Kimin qonağıdır? .Mənim. Bunu hiss edən Cahandar ağa da səsinin ahəngini dəyişib. Öz oğlunu dinsiz eləməyin yetmir.Yekə kişisən.Bəli..Elə sənin kimiləri deyilmi camaatın evini yıxan. İndi kimin hünəri var.O qonaq deyil. səsini dəyişdi.Tapılar.Bəs sən niyə düşmüsən? Niyə qoymursan bu dinsizləri qovaq getsin? Yoxsa təzə qudan Gəmiçi Qocanın qardaşı oğlu Osmanı da oxumağa göndərəcəksən. . Sinəsini gərib. O özünün məğlub olduğunu hiss etsə də. indi də başqasının. ağzını təmiz saxla. . . qonağa əl qaldırmazlar.Kəs səsini. . dınqıra süzən qurumsaq! Molla Sadıq Cahandar ağanın qıllı qaşları altından üzünə zillənən qan sağılmış gözlərinə baxa bilmədi. . balaca vaxtı bir yerdə oynayanda dəfələrlə yumruğunun dadını gördüyü Cahandar ağanın zəhmi onu basdı.Artıq-əskik danışma. cadugər haramzada.Kim qoymaz? .

Sonra da adəti üzrə şapkasının içini qumladı. . Camaatın sakitləşdiyini və bir daha qalmaqal salmayacaqlarını yəqin etdikdən sonra Cahandar ağa yenə əvvəlki yerinə qayıtdı. adam bir iş görəndə əvvəlcə məsləhətləşər. Burada səndən başqa da kişi var. . . Əsəblərini sakitləşdirmək və həyəcanın ətrafdakılara bildirməmək üçün yenidən papiros eşdi. görünür.Mən ki onlara pislik eləmirəm. Qanmaz adam çoxdur. Bu kişini də ortalıqda biabır elədin. Dağılıb gedənlərin arxasınca xeyli baxdı. bildinmi? . Deyəsən adamlarınız yaman xatalıymış. Əhməd dilinin ucu ilə qaysaqlanmış dodağını isladıb. batman gəl. Molla Sadıq hirslə camaatı süzüb. Qərib adamsan. Aleksey Osipoviçlə Əhməd də dərindən nəfəs aldılar. Hər yetənlə ağız-ağıza vermə. Bəli xəncərli kişilərin çoxu kəndin dolama cığırlarında görünməz oldu. . Ancaq nə etməli. Aleksey Osipoviç köynəyinin yaxasını açdı. – Mənim söz güləşdirən adamdan xoşum gəlməz.deyə Cahandar ağa səsini ucaltdı. mərəkədən uzaqlaşdı.Təəssüf ediləsi haldır. . Aralığa dava düşsə vuruşmağa dazır olanlar yarıya qədər siyirdikləri xəncəri şaqqıltı ilə qınına saldılar.Onlarda günah yoxdur. Cahandar ağa sakitcə cavab verdi: . Taxsırın hamısı o mürid köpəkoğlundadır. Tut ağacının ətrafında yalnız Cahan- 148    . Çiynini tut ağacına söykədi. hər şeyə baş qatma. əllərindən nə desən gələr. Beş-on saqqallı kişi də onun arxasınca getdi.Çox sağ olun.O barədə sonra fikirləşərik. Qalstukunu boşaldıb əlindəki dəsmalla tərini sildi.A bala. __________________Milli Kitabxana___________________ binin dodağının bir balaca tərpənməsinə bənd olan Cahandar ağa da susdu.Ağır otur. . Əşrəfin dostu məndən ötəri də əzizdir. Mollanın dillənməyə taqəti olmadığını yəqin etdikdən sonra barmağını tətikdən çəkdi. .Mən belə gözləmirdim. bizi də. Cahandar ağa qohumlarını gözaltı süzüb arxayınlaşdı.Sözümə qulaq as. ovcunda sıxdığı naqanın dəstəyini buraxdı. Bir işin olanda əvvəlcə mənə de. əliboş qayıtmalı olacam. Böyük kədər və hüznlə başını buladı. Yoxsa durduğun yerdə özünü də xataya salmışdın. Mərəkədəkilər dağılışdılar. Bir-iki dəfə dərindən nəfəs aldıqdan sonra üzünü Əhmədə tutdu: .

Elə bu saat.Sözün düzü. Aleksey Osipoviç dönüb Əhmədin üzünə baxdı.Bəli. . .Durun gedək. Yolçu yolda gərək. qonağımız var.Getmək istəyirsiniz? . İvan Filippiçsə faytonu asta-asta sürürdü.. Razılaşmaqdan başqa əlac olmadığını bilib susdu.deyə Cahandar ağa ona cavab verdi. . . son vaxtlar Mələyin bu cür hərəkətlərinə alışmış olduğundan. .A bala. Əgər Siz olmasaydınız. Görünür. bura gətir. yola çıxacağıq. . nökərlərdən əvvəl cilovu tutub. indi durun evə gedək. 7 Mələk Cahandar ağanı bir həftəlik ayrılıqdan sonra öz istəkli ərinin həsrətini çəkən təzə gəlinlər kimi mehribanlıqla qarşıladı. Sizə minnətdaram. __________________Milli Kitabxana___________________ dar ağanın qohumları qaldı. Bu bir neçə gündə 149    . ertəykən yola düşsək yaxşıdır.Nə vaxt? . Hə. .Tələsməyin. . .Zəhmət çəkməyin. Cahandar ağa atını yedəkləmişdi.. Qəmər at evə çatdığını hiss edib bərk kişnəyəndə. deyəsən salamat qurtara bilməyəcəkdik. şalını başına salıb həyətə yüyürdü.Çox sağ olun. Sonra da qaç evə. Əşrəfə sözünüz yoxdur ki? Kişi oğlunun adını eşidəndə qaşlarını çatıb ağır-ağır qonağa baxdı. sakitcə atın tərkindəki iri xurcunu yerə düşürdü. Bir az bundan əvvəl baş verən hadisədən xəcalət çəkdiyindən nə edəcəyini belə müəyyənləşdirə bilmədi.Darıxmayın. kişinin üzəngisini basdı. sonra da üzünü cavanlardan birinə tutdu. Aleksey Osipoviç fikirli-fikirli papiros çəkən Cahandar ağaya yaxınlaşdı. onsuz da yaman gecikmişəm. xəbər ver ki.Gedək evə. Bu kəndə gələn qonaq mənim evimdə çörək kəsməmiş gedə bilməz. Başa düşdünmü? Uşaqlara da tapşır ki. . . get o atın cidarını al. Belə şeylərdən xoşu gəlməyən və tez-tez "Mən ölənə kimi üzəngimi basmağa qoymaram" - deyən Cahandar ağa bu dəfə də dinmədi.Fayton gözləyir. . Orada danışıb məsləhətləşərik. hazırlaşsınlar. Onlar tozlu yolun kənarındakı cığırla Kürün sahilinə doğru addımladılar.

Cahandar ağa üzünə dikilən gözlərdə sevinc qarışıq narahatlığı gördü. İndiyə qədər heç kəsdən nəvaziş görməyən bu qadın dikəlib ərinin üzünə baxdı. Ovsunlanmış kimi yerindən tərpənə bilməyən Mələk də şirin duyğuların pəncəsindən qurtardı və cəld ərinin tüfəngini götürüb aralandı.Qoy dursun. Əyilib xurcunu yerdən qaldırmaq istədi. Kişi Mələyin həm utandığını. təşəkkür və minnətdarlığını bildirir. Kişinin odlu baxışlarını üzündə hıss edən Mələk azca qızarıb həyalandı. Bunu ərinə sezdirməmək üçün sürüşüb boynunun dalına düşən şalını yavaşca gözünün üstünə çəkdi. __________________Milli Kitabxana___________________ sir. onun xasiyyətinə hələ o qədər də yaxşı bələd deyiləm". Tapdığın səsi kişini özünə gətirdi. O dərk etdi ki. ağa. 150    . həm də gözəlliyini duyan qadınlar kimi qomzələndiyini hiss etdi. Amma tezcə də öz hisslərini cilovladı: "Bəlkə onun bu cür şeylərdən xoşu gəlmir? Münim mehribanlığımı yüngüllük kimi başa düşsə hirslənməzmi? Axı. Cahandar ağa həyadanmı. Mələk dilinin ucuna gələn sözü uddu. ərinə öz razılığını. O. . arvadı lal baxışlarla qəlbini açır. qarayanız kişinin ürəyindən nələr keçdiyini bilmək istədi. hər şeyi açıb söyləmək. uşaqlar aparar. bir qədər də kobud şəkildə yoğun səslə dediyi bu sözün arxasınca incə bir eyhamın olduğunu. nədənsə qulağının dibinəcən qızaran Mələyin qolundan tutdu: . yaşına və təbiətinə uygun olmayan bir həvəslə arvadının başını sinəsinə sıxmaq arzusunun bir ildırım sürəti ilə beynindən keçdiyini duydu.sifəti durulan təzə arvadını gözaltı süzdü. . Hətta onun ürək çırpıtıtılarının koftasını titrədiyini də gördü. Büruzə verməsə də.demək istədi.Hamı yoldan sağlıqnan. Çoxdan bəri qəlbində yatan bir hissin alovlandığını duyan cavan qadınlara xas olan işvə ilə ərini oxşamaq istədiyini dərk etdi. yoxsa xurcunun ağırlığındanmı. . Ərinin sualına cavab vermədi. arvadı üçün darıxan bir adamın öz həsrətini sezilməz dərəcədə ustalıqla etiraf etdiyini zərif bir qadın həssaslığı ilə duyan Mələk.Əyə.Mənsiz darıxıbsan'? Kişinin zahirən laqeyd. nə yaman ləngidin? . belə bir cavan gəlinin qəlbini ovlaya bildiyi ilə qürurlandı. Mələk ərini altdan-yuxarı ürkək baxışlarla süzdü. Zahirən kobud görünən bu enlikürək. Kişinin ürəyi birdən-birə kövrəldi. Mələk bu sözlərdə özünə qarşı bir qayğının olduğunu duydu. "sənsiz lap qəribsəyirdim yadıma düşəndə burnumun ucu göynəyirdi".

Yaxşı. Kişi xəyaldan ayrıldı. Naxışların hərəsi bir rəng çalır. taxtın ayağinda cütlədi. Mələk ayaqqabısını soyunub taxtın üstunə çıxanda. taxtın üstündə yumşaq döşəkçəyə uzanıb mütəkkəyə dirsəklənməyə. tavanın taxtaları da tərtəmiz yuyulmuşdur. __________________Milli Kitabxana___________________ Dağa köçməzdən əvvəl şəhərə gedib. gümüş kimi parılıdayan qalaylı iri mis sinilərə. ayaqlarını yu. Bütün bunlar nə demək idi? Nə üçün indiyə qədər o. Çöməlib ərinin qabağında oturdu. yerə sərildi. Kimsə otağı qızdırır.Özüm soyunaram. Otağın havasıda da nə isə adamın ruhunu oxşayan. Diqqətı şüşəsi tərtəmiz silinmiş otuzluq lampaya. vəznəli çuxasını. çəmən çiçəkləri kimi adamın gözünü oxşayırdı. "ayırı-oyun" alan Cahandar ağa otağa keçib taxtın üstündə əyləşəndə evi üçün qəribsədiyini bir daha dərk etdi. divarlar da. divara vurulmuş pərli-budaqlı maral buynuzundan ərinin gümüş dəstəkli xəncərini. Elə bil taxtın üstünə salınmış gəbələrin də rəngi açılmışdı. Heç ikicə dəqiqə keçməmiş Mələk aftafa-ləyənlə içəri girdi. 151    . . onu xumarlandırıb yatırtmaq dərəcəsinə gətirən isti bir nəfəs var. onun üstündən ağ qotazlı başlıqla göy buxara papağını asanda. divar boyu başdan-başa vurulmuş xalıya nəzər saldı. onda su gətirim. işlərini sahmana salan və bir az da. gülümsünən arvadına əziyyət vermək istəmədi. Bu ilıq və adamı oxşayıb ovunduran nəfəsi bu evə gətirmişdi? Yoxsa. Cahandar ağaya elə gəldi ki. başının altına tük balış qoyub dincəlməyə çağırırdı. qadın qayğısının nə demək olduğunu bir daha duydu. özü demişkən. onun üzünə vurdu.döşəyə.Gətir çəkmələrini soyundurum. Uzun və gen donunun ətəyi dövrələnib. Cahandar ağa dabanı üstündə fırlanıb geri dönən arvadının qırçınlı donunun yelləndiyini gördü. o qocalırdı? Ona görə də özünü istiyə verən bir pişik tənbəlliyi ilə evdə oturmaq istəyirdi?! Mələk hələ də taxtın üstündə oturan və fikirli-fikirli ətrafa boylanan ərinə yaxınlaşdı. ev sahibınin əzalarındakı yorğunluğu çıxartmaq üçün bədənini ovur. . Otağın havası dalğalanıb. tərəcədəki qab-qacağa. Kişi uzunboğaz çəkmələrini soyunub. Hər şey adamın üzünə gülürdü. Qarşısında dayanıb. qürub şəfəqlərini özündə əks etdirib alovlanan pəncərələrə tutulmuş təzə pərdələrə. . evindən ötəri bu qədər darıxmamışdı. kişi evin rahatlığının. səliqə ilə yığılmış yorğan. tüfəngini.

Cahandar ağanın onu ağuşundan buraxıncaya qədər gözləməyi qərara aldı. Kişi heç nə demədi. Belə bir hadisəni gözləməyən Mələk əvvəlcə heç nə demədi. hərəkətinə bəraət verirmiş kimi qaşqabaqlı dilləndi: . Ani olaraq "bu kişiyə nə oldu'?" . Sanki "ürəyin dincəldimi?" – demək istədi. Mələk sakitcə şalını irəli çəkdi. yaxıngəl. Bunlara göz qoyan Cahandar ağa. Mələk səylə ilıq suda onun ayağını ovxalayıb barmaqlarını şaqqıldatdı. Mələyin onun adını çağırmayıb. Kişi hirslənmişdi. Cahandar ağa şalvarının balağını çirmələyən arvadının yumşaq əlinin təmasını duydu. sakitcə arvadına baxırdı. öpməyə başladı. gah da çiynindən sürüşüb döşü aşağı sallanırdı.Əyə. əlini uzadıb. Bir dəqiqə bundan əvvəl ürəyindən keçənləri. Mələk saçını cəld çiyninin üstündən geri atır. altdan-yuxarı kişinin üzünə baxdı. Mələk aşağı əyildikcə kürəyinin ortasındakı hörükləri sağa-sola qıvrılır. Ayaqlarını ləyənin içinə saldı. dizinin üstünə qoydu. özümüzük. Ləyəni kənara itələdi. Arvad onun barmaqlarının qəsdənmi. __________________Milli Kitabxana___________________ . başını niyə örtmürsən?! Ərinin halını gözəl başa düşən Mələk dodağını dişləyib gülümsündü: . boyun-boğazını örtdü və bundan sonra ərinə çəpəki nəzər saldı. Sifətindəki ciddilik yox oldu. Ərinin ayağını qurulamaq üçün yuxarı qaldırdı.deyə düşündü. sadəcə "əyə" deməsindən xüsusi bir ləzzət aldı.Bu nədi. Mələyin hörüyü bir də sürüşüb ləyənə doğru sallananda. Əslinə baxsan. onun bu oxşamadan xoşu gəlir. Arvadnının qarşısında zəiflik edəcəyindən və bunu Mələyin duyacağından qorxduğu üçün sifətinə sərt bir ifadə verməyə çalışdı. Onun iradəsinin əleyhinə getməmək üçün ərinin sinəsinə qısılıb dayandı. Cahandar ağa nəzərini arvadının sürüşüb çiyninə düşmüş şalı altından görünən ağ boynundan və qızıl sırğalarının yanında qıvrılan telindən çəkmədən. dağ kimi zəhmli bir kişini yerindən oynatmaq qüdrətinə malik olma- 152    .Burda başqa adam yoxdur. Tellərini yığıb qulağının ardına itələdi. bəri. yoxsa təsadüfənmi boynunun dalında gəzdiyini duydu və gözlərini süzdürüb. Mələyin belindən tutub özünə doğru çəkdi. Cahandar ağa isti su və qadının nəvazişindən məst olub yerindən tərpənmir. saçı geri elədi. dabanını qaşıdı. Qəribə nəvaziş və namərbut hərəkətlərlə sinəsinə sıxıb. Cahandar ağa arvadının yumşaq budlarının təmasından titrədi. arvadının qarşısında alçala bilmək təhlükəsini unutdu. yenə də işinə davam edirdi. gah ilan kimi belinə dolanır.

Bir az bundan əvvəlki şadlıq yox oldu. oyuncağa dönürdü. Cibindən gümüş qutusunu çıxardıb. Mələyin son sözü onu yaman tutmuşdu.Bir az səbir elə. ya da nadir hallarda büruzə verilən nəvazişin aylarla həsrətini çəkməlidir. Cahandar ağa bir anda üz- gözündən qan daman zəhmli və yontalmamış nəhəngə dönüb döşəkçənin üstünə sərələndi. bir gəlinin qabağında əyilmədim. sehrli olmasındadır. Zərnigarın üzünə bir dəfə gülmədim. dədə-baba adətini pozmamışdı. O. 153    . müvazinətini itirir. görən olar. nədənsə Mələyi görəndə hər şeyi unudur. cəld ləyəni götürdü və ərinin üzünə ötəri nəzər salıb gülümsündü. cavanlığımda bir qızın. Amma. ərinin onu sevib-sevmədiyini bilməməlidir. qapını vurub bayıra çıxandan sonra Cahandar ağa özünə gəldi. Kişi yaman pərt olmuşdu. Bir az bundan əvvəl ərinin nahaq yerə hirsləndiyini başa salmaq və özünün təqsirsiz olduğunu bildirmək üçün iradəsini ələ aldı. ömrü boyu ondan xoş söz eşitmək eşqi ilə alışıb-yanardı. arvad yanındakı amiranəliyi də onun sirli. Cahandar ağa indiyəcən belə yaşamış. Arvad həmışə intizar içində yaşamalı. Uşaq kimi səbirsizlik etdiyini və öz hərəkəti ilə arvadının qarşısında alçaldığını düşündükcə. Ancaq bu hal uzun sürmədi. amanın qırılmayıb ha. gözünün üstünə kölgə saldı. Mələk qələbəsinə əmin olduğundan. . . Onun zənnincə. Sanki bəbəklərindəki mənanı gizlətmək. __________________Milli Kitabxana___________________ sına ürəyində sevinirdi. O. O çırpınıb ərinin qolları arasından çıxdı. papiros eşmək istədi.Yaman darıxmışam. Kişinin əzəməti də. "Mənə nə olub.Ayıbdı. qüdrəti də. Hərdənbir ötəri deyilən xoş sözün. . Bir az bundan əvvəl özünün də hiss etmədən verdiyi köntöy cavabdan ərinin tutulduğunu duyan Mələk onun könlünü almağa çalışdı. ürəyindən keçənlərin gözlərindən oxunmasına imkan verməmək üçün kirpiklərinin qabağına çəpər çəkdi. papirosunu tüstülədir. Cahandar ağanın iri qıllı qaşları aşağı enib. kişiyə zahiri müqavimət göstərmək meyli gücləndi. Taxtın üstündə uzanıb mütəkkəyə dirsəkləndi. Barmaqlarının titrədiyini hiss etdi. Həm də bütün qadınlarda olduğu kimi. öz-özünü bağışlamaq istəmirdi. adi bir təbəssümün. Belə olanda arvad kişinin qədrini bilər. kişi ömrü boyu istədiyini arvadına bildirməməlidir. indi mən niyə belə olmuşam? Niyə Mələyi görəndə hər şeyi yadımdan çıxardıram?" – deyə öz-özünü müihakimə edirdi.

O xurcunu bura gətir.Yoldaşlı yeyəndə iştahlı olur. . əlini güllü atlasa uzatdı.deyə Cahandar ağa diqqətlə onun üzünə baxdı. düz sözümdür. qabağında çay. - Xəngəlinə söz ola bilməz. təpitmə kəsmişəm. .Aç. parçaları çıxart. soğanı çox olub? . seç götür. Mələk bu dəfə etiraz etmədi. . . . Mələk xurcunun içindəkiləri ortalığa tökdü.Özün ver. sənə ləzzətli bir xəngəl bişirəcəm. Mələyin gözlərindən oxudu ki. Qadınların belə bir zəif cəhətlərinin olduğunu. həmişə hər balaca işdən ötəri ərlərinin tərifini eşitmək istədiklərini. . Ərinin böyrünə qısılıb. Səmərqənd ipəyi. sən də ye. döşəkçənin üstünə uzanan Cahandar ağa Mələyi yanına çağırdı. Mələk dinmədi. Xörəklərin ləzzətli olur. kişmiri şal taxtın üstündə qalaqlandı. .Xoşuna gəlirmi. .Yox. Dünəndən qurud əzib. əlini siniyə uzatdı. bişirdiyi xörəyin ləzzətli olmasını təsdiq edən söz eşitmək istəyir. Əli sinidə.Bir azca səbir elə. Gəlin ərinin sözünə əməl etdi. Cahandar ağa bardaş qurub oturdu. __________________Milli Kitabxana___________________ . xara döşəküzüləri. Vallah. bununla daha da xoşa gəlməyə çaləşdıqlarını bilən Cahandar ağanın dodağı qaçdı.Necədi? 154    . .Sənin xoşuna gələn mənim də ürəyimdən olacaq. . Cahandar ağa qurtum-qurtum içdiyi çayı qurtardı. Atlas və güllü ipək parçalar. Bir azdan Mələk siniyə çəkdiyi qurudlu xəngəli taxtın üstünə qoydu. təriflənmək. . Bütün xörəklərdən çox sevdiyi xəngəli görəndə dərhal sinini qabağına çəkdi. gözü isə arvadının üzündə qalan ərinin böyrünə balaca toxundu. boş stəkanı nəlbəkiyə qoyub.Mən bəyəndiyim xoşuna gəlməz. .Ürəyin hansı parçanı istəyir. deyəsən. inanmırsan? Cahandar ağa özünü bir az da ağır göstərməyə çalışıb dinmədi. çörəyini ye. Əlin çox duzludur.Mənim payım durur. Xörəkdən sonra.Gəl otur. Ancaq bu hal uzun çəkmədi.Yaxşı. .

deyə kişmiri şalı göstərdi: . Deyirlər yaman meyxana olacaq. . .Mən gedəndən sonra heç buralara hərlənibmi? . __________________Milli Kitabxana___________________ . "Qoy arvadın payını elə kişinin gözü qabağındaca yollayım" . .Mələk övladının intizarını çəkən kişinin ürəyindən keçənləri duydu və onu sakitləşdirmək istədi. Parçaları kənara itələyib mütəkkəyə dirsəkləndi.Yox. Mələk hər şeyi başa düşdü. Cahandar ağanın nə qədər hirsli olsa da. Hərənin payını özünə göndər. 155    . . . Müridlər bu axşam Molla Sadığın evinə yığışıblar. Kimə nə göndərəcəyini müəyyənləşdirdi. bu işləri ərindən xəbərsiz kimi xəlvəti görsün.Hara gedib? . Amma Şahnigarın payını elə buradaca. kişinin gözü qabağında ayırdı. . . Güllü bir çitə bağlayıb kənara qoydu.Ağa. parçanı onun qucağına atdı.Nə. . bu sənin.Cahandar ağa dayanıb.Nəbilim? Kişi bu qeyri-müəyyən cavabdan arvadının ürəyindən xəbər verdiyini duyub. Bir az bundan əvvəl həbəşi dodaqlarında oynayan təbəssüm yox oldu. Türbədən də gələnlər var. payı ləngitmədi. Amma.Cahandar ağa astaca dilləndi. İstəyirsən onun qənd-çayını elə bu saat Tapdıqnan yolla. dabanı üstündə də geri qayıtdi.Al. . . Şahnigar xanım evdə yoxdur. ağa.Meyxanaya. əlində bağlama.Hardan? .Maşallah lap su sonasına dönüb. Həm də qərara aldı ki. .deyə düşündü və dərhal Tapdığı çağırdı. .Yox. meyxana?! . ayağa durdu. elə gəlininə də pay aldığını anladı. Bircə dəfə su yolunda görmüşəm. Cahandar ağa stəkandakı çayı ikicə hortumda başına çəkib.Bəti-bənizi qaçmayıb ki? . Bu da onun.Yəqin korluq çəkirlər.Yaxşı. oğluna da. Kişinin halı birdən-birə dəyişdi. Lap yaxşıdır. Cahandar ağanın bacısı Şahnigarı çox istədiyini yaxşı bildiyindən. . Qalanlarını da özün bölüşdür. Gözəyarı hər şeyi yerbəyer etdi.Get atı yəhərlə! Tapdıq səssizcə otaqdan çıxdı. . evdən küsüb gedən arvadı Zərnigara da. . Tapdıq getdi. yol çəkən gözləri ilə Mələyə baxdı.Bəli. qızına da. Şahnigarı da yaddan çıxartma.Bu güllü parçanı da Salatına almışam.Yaxşı.

Ağ samovarlar eyvanda yan-yana düzülüb poqquldayırdı. . toyda-nişanda olduğu kimi ipək qurşaq bağlamış. Kişi buxaq bağlamışdı. xəyal kimi əridi. qaş-gözü oynayırdı. tez-tez də təsbehinin iri muncuqlarını şaqqıldadırdı. yaraqlanmasına kömək etdi. Tez-tez əlini saqqalına çəkib boğazını arıtlayırdı. kaş payı bu gün göndərməyəydim". Evin ortasında hərlənən Molla Sadıq hər şeyə göz qoyur. çöpün çöp üstündən sürüşməsini istəmirdi. nökərlər odun yarırdılar. Molla Sadığın on iki kərənli uzun evi başdan-başa gəbə ilə doşənmişdi. Əlindəki qamçının dəstəyini az qalır ovxalayıb töksün. "Axşam qonağımız olacaq. çənəsini bir az boynuna doğru əyəndə ağ ət qat-qat olurdu. Onun özü də bu gün çox səliqəli və şıx geyinmişdi. Ev adamın üzünə gülürdü. O bu gün dərs keçməmişdi.Çəkmələrimi gətir! Mələk danışmağı və ərindən soz soruşmağı yersiz bildi. eyvana çıxdı. Molla Sadıq dodaqaltı otaqda zümzümə edə-edə otaqda hərlənir. Birdən havalanmış 156    . atın belinə qalxdı. O başa düşdü ki. evi sahmana salın". İndi hər şey hazır idi. Quş idimi siçrayıb. tavandan asılan çırağın məftili elə bil qəsdən lap aşağıya endirilmişdi. Bunlar azmış kimi axşama qədər uşaqları saxlayıb. Dördnala çapan at gecənin qaranlığına qarışıb. künc-bucağın qurumu da təmizlənmişdi. Qonşu otaqda arvad-uşaq düyü təmizləyir. Pəncərədən qonşu otaqda düyü arıtlayan gəlininə və qonum-qonşudan yığılan cavan arvadlara baxdı. __________________Milli Kitabxana___________________ . Sinəsi qabarıq idi. Divar boyu döşəkcələr salınmışdı.deyin özünü danladı. Arxalığını təzələmiş. Sakitcə onun paltarını geyib. kişinin dişi bağırsaqlarını kəsir.demişdi. . Səliqə ilə altı vurulmuş saqqalını tərpədib. qapı-bacanı çalğılatmışdı. Uşaqları məsciddən birbaş evinə gətirmiş və hərəsinin əlinə bir süpürgə vermişdi. əmmaməsini də xüsusi bir zövqlə başına qoymuşdu. O. Mələk "Yolum qara gəlsin. Hər tərəf tərtəmiz süpürülmüş. Cahandar ağa arvadının sual dolu baxışlarına cavab vermədi. Divara vurulan ala-bəzək kilimlərin tozu alınmış. Yanaqlarından qan damır.

Meyxana haqqında çox qəribə şeylər söyləyirdilər: guya müridlər ibadət zamanı qızışır. şaq-şaq şaqqıldayan çaydan süzüb. birnəfəsə içirlər. Bu axşam onun evində meyxana qurulacaqdı. Müridlərin cəzb olduğu. Molla Sadıq çox fikirləşmədi. Qaş qaralır. işinizdə olun. Onların nəinki əlləri yanmır.Kişinin qulağına səs gəlib. Onun müridləri də vaxtaşırı qəbri ziyarət edir və sonra da meyxana başlayırdılar. əllərini közərmiş dəmirə. gözünə mələklər görünür. Getməzdən əvvəl ona bir kitab verdi. heç istiliyi də hiss etmirlər. ya da oranın bir tikə çörəyini yesə. o türbəyə müqəddəs bir adam basdırılmışdı. "hey.deyə xosunlaşdılar. __________________Milli Kitabxana___________________ buğa kimi "hey. Bu hadisədən bir neçə ay sonra Göytəpədə uzunsaqqal kişilər gorünməyə başladı. Oxu öyrən. ağızları köpüklənərək qəşş etdikləri. Bir neçə il bundan qabaq bu uzunsaqqal müridlərdən biri Göytəpəyə gəlib çıxdı.deyə cavab verdi. ibadət etdiklərini eşidərdilər. adamların oraya toplaşıb.deyə ələ saldıqları bu adam- 157    . saatlarla bu dünyadan köçüb. sirlərlə dolu olan ecazkar və müqəddəs insanlar kimi təsəvvür edirdi. . o dünyada ruhlarla qovuşduqları haqqında rəvayətlər söyləyirdilər. kim türbəyə ziyarətə getsə. Buradan qazanc iyinin gəldiyini duyub dərhal işə başladı. istədiyi arzuya çatıb. hey!". Uşaqların "keçisaqqal" . Otaqdakı arvadlar diksinib: . Deyilənə görə. onun müridi ol".Bismillah. Əvvəllər göytəpəlilər müridliyin nə olduğunu bilməzdilər. başqalarını da başa sal. Arvadların bəzisi vahimə içində küncə çəkildi. Hər yerə belə bir xəbər yayılmışdı ki.deyib nərildədi. Molla Sadıq intizar içində müridləri gözləyirdi. Çox adam müridləri əfsanəvi varlıqlar. bütün qada-bəladan uzaq olar. Qonşu türbədən də hörmətli bir qonaq gələcəkdi. yenə heç nə olmur. Molla Sadığın gəlini sehrli bir pıçıltı ilə onlara: . "Bizim mürşidimiz. hey!" . Çox qəribə. Elə uzaqdan- uzağa qonşu dağ kəndlərindən birində müqəddəs qəbir olduğunu. Onun zil səsi kəndin ortasına qədər getdi. Ya da poqquldaya-poqquldaya qaynayan samovarı qucaqlarına alır. cəddinə qurban olduğum Seyid Nigarinindir. möcüzəli sözlər danışırdılar. onlarla danışır. Ona türbəyə toplanan nəzirlərdən pay göndəriləcəyini vəd etmişdilər. - dedi. ya da od kimi qızmış peçə basırlar. üç gecə Molla Sadığın evində yeyib-yatdı. Üç gün. bu kişiyə nə oldu? .

. Bütün müridlər kimi guya ani zikrə gedən Hacı Əmrah əfəndi dua oxuduqdan sonra üstü bıçaqla kəsilmiş postallarını qapının ağzında soyundu. kəndin yan tərəfındən təpələrin kölgəsi uzanıb evlərin üstünə səriləndə Molla Sadığın intizarla gözlədiyi qonağın atı doqqazda kişnədi. Molla Sadıq qonağına yol göstərə-göstərə eyvana gəldi. Nəhayət. __________________Milli Kitabxana___________________ ların sayı tədricən artdı. Molla Sadıq əlini saqqalına çəkib. Kişi heç nəfəsini dərməmiş Molla Sadığın gəlini aftafa-ləyən gətirdi. Aftafanın hacıleylək boğazı kimi uzun.Buyuracaqsınız. Hacı Əmrah əfəndi gəbələrin üstü ilə səssizcə addımlayıb. Hansı bir qadınınsa səylə toxuduğu corab təptəzə idi.. ev sahibinin təklifini gözləmədən keçib əyləşdi. yuxarı başa keçdi. sonra axirət dünyasında cəhənnəm oduna yanarsınız". Üzəngini basıb. Yaşmağını yuxarı qaldırıb Hacı Əmrah əfəndinin əlinə su tökdü. Kənd əhlini məscidə toplayıb. "Camaat. Molla Sadıq onları cütləyib qoydu və qapını açdı. Molla Sadıq onları müdafiə etdi. ay Hacı Əmrah əfəndi. saralan üfülərin tutqunlaşmasına baxdı və birdən bədəninə üşütmə gələn adamlar kimi "Allah.deyə atın üstünə yayxanmış göbəkli kişi dilləndi. Hətta cavanlardan da bu işə qoşulan. Nökərlərdən əvvəl o özü gələnin qabağına yüyürdü. şəvə kimi qara saqqal uzadanlar oldu. Bundan sonra Göytəpədə müridlər çoxaldı.deyə heybətli səslə qışqırdı.Çox sağ ol. . Allah" . şəkk eləməyin. Qəribə idi. dodaqlarını tərpətdi. Balışları qoltuğunun altına qoyub ayaqlarını uzatdı. . Molla Sadığın gözləri ixtiyarsız olaraq qonağın naxışlı yun corabına dikildi. elə həmin günün səhərisi saqqalını uzatmağa başlayırdı. kəndin üstünə çökən buludların tonqal kimi alovlanıb qızarmasına. Son illər müridlərin dəstəsinə qadınlar da qoşulurdu. nazik lüləyindən şoralanan sərin su ilə əllərini yuyub saqqalına çəkən kişi "atan behiştlik" .Xoş gəlmisən. Adamlar xofa düşüb susdular. Hacı Əmrah əfəndi içəri girməzdən əvvəl dönüb geri.əl çəkmir. . Hər tərəfinə iri bir yastıq qoyulmuş döşəkcənin onun üçün hazırlandığını yaxşı bildiyindən. Sonra da iri bədənini birtəhər sürüyüb. . yerə düşdü. yol səni yormadi ki? .dedi. məzhəbinizdən dönməyin. atın başını tutdu.deyə 158    . Onlar ikiqat əyilib görüşdülər. hamınız sünnüsünüz. xoş günün olsun.. minbərə qalxdı. kim bircə dəfə onların məclisinə düşsə.

Hacı. Tavandan asılmış çıraqları yandırıb. 159    .Zənən də? . divar boyu cərgələnmiş döşəkcələr üstündə əyləşənlərin naxışlı corabları nizamla sıraya duran əsgərlər kimi qatarlaşırdı. Hacıya ehtiramla baş əyib görüşdü. Qapı açıldı. İçəri dolur. Əlini qaşının pırpızlanmış tükünə çəkib ikiqat əyildi: . . ya yox? . .Çox pakizə. Ona görə də onu daha da şirnikləndirmək haqqında düşünürdü. Bardaş qurub kişilərlə bərabər çay içdilər. armudu stəkanlar ayaqların bərabərində sıralanırdı. Qonum-qonşudan çağırılan qız-gəlin ortası güllü. Yavaş-yavaş içəri saqqallı adamlarla dolur. güllü dəsmalı geri qaytardı. Bir az bundan əvvəl eyvanda qaynayan samovarları içəri gətirdilər. Göytəpənin adlı-sanlı müridlərindən biri içəri girdi. Molla Sadığın da xırdaca gözləri muncuq kimi işıldadı. Hacı. Cəmi bir neçə ildə bu qədər mürid toplaya bildiyinə görə Molla Sadıqdan razi qalmışdı. Bayaqkı gəlin yenə içəri girdi. Biz bəndələrin işi Allaha qulluq etməkdir. Sarıya çalan qıllı qaşları bir-iki dəfə qalxıb- endi. sinəyə tökülən uzun saqqallara tamaşa edirdi.Şükür xaliqə. kürəyini iri balınca söykəyən Hacı Əmrah əfəndi gözaltı divar boyu düzülmüş corablı ayaqlara. məclisə gələn müridlərin ardı-arası kəsilmirdi. __________________Milli Kitabxana___________________ qurulandığı xoruzlu.Cəddinə qurban olduğumun müridləri çoxalır.Əlbəttə.Çoxalır. Zənənlər də var. .Borcumuzdur. din məzhəb yolunda adam canından keçər. pis deyil. son zamanlar ziyarətə gələnlərin çoxalmasında. Kişilərdən sonra əli təsbehli qadınlar da gəldi. astanada cütlənib qatarlaşan ayaqqabıların sayı çoxaldı. fitili qaldırdı. indi özünüz görəcəksiniz. çox gözəl. balaca.İşlərin necə gedir. Cəddinə qurban olduğum özü sənin zəhmətini qiymətləndirər. Axşamın boz-bulanıq qaranlığına bürünən otaq işıqlandı. Qonaq iki stəkan dalbadal boşaltdıqdan sonra iri dəsmalla. Onun payını artirmağın. nəzirlərin artmasında Molla Sadığın xüsusi rol oynadığını bilirdi. Heç ikicə dəqiqə keçməmiş boğmalı armudu stəkanda buğlanan pürrəngi çay onun qabağında hazır oldu. . . qara sinilərdə çay daşıyır. Onlar da öz yerlərini tutdular. Yerini rahatlayıb. daha da həvəsləndirməyin vaxtı gəlib çatdığını dərk edən Hacı.təəccüblə soruşan Hacının çuxura düşmüş gözləri quyu dibindəki su kimi parıldadı. Sonra da döşəkcələrdən birinin üstünə əyləşdi. puçur-puçur olub alnından axan təri sildi. Bundan sonra qapı tez-tez açılıb-örtüldü. ay Molla Sadıq? . əlbəttə.

oğlum. Üç-dörd şapalaqla sinini boşaldıb. Oradan boylanan uşaqları. Molla Sadıq qonağın gözlərindən qəlbini oxuyub. Hətta arabir sual verənləri də 160    . Ancaq Hacı Əmrah əfəndi qoymadı. əzizlərim.Qapının ağzında üstü bıçaqla kəsilmiş bir cüt təzə postal var. Müridlər də gözlərini bu ağ sinəli. Meyxanaya gələn arvadların bəzisi bu sözləri əvvəllər də eşitmişdi. Molla Sadıq pəncərələrin taxtasını bağlatmaq istədi. Kim bu dünyada sıxıntı çəksə. "Qoy tamaşa eləsinlər. sizə bir sualım var. Müridlər qulaq kəsilmişdilər. gözünü ac qoymasın. . içəri girməyə cəsarət etməyən cavanları göstərdi. İnsan gərək havalı və eşqli olsun.Onu özünüzmü kəsibsiniz? . geri çəkilənlər də oldu. ağzı yaşmaqlı gəlinləri.Ay Hacı. . Saqqallarına bulaşan düyüləri təmizləyənlər yenidən çaya hücum etdilər.Bəli. yerində qurcalandı. Lazım olanda mən özüm deyərəm".Ayağımı sıxırdı.Buyur. ağızlara təpişdirdi. xeyri var. o sizindirmi? . elə axirətdə də əzab içində qıvrılacaq. Qəlbində Allaha məhəbbəti olmayan bu dünyada yaşaya bilməz. Kəsməyə də bilərdim. mən də kəsdim. __________________Milli Kitabxana___________________ Samovarlar dolub-boşalandan sonra ortalığa iri sinilərdə plov gəldi. Nəfsini qaytarıb. buğumlu barmaqlar yağlı düyünü xışmalayıb. Qəlbində eşqi çox olan adam Allaha daha tez qovuşar. Amma cəddinə qurban olduğum deyir ki. saqqalını tərpətdi: . Ancaq yenə də qulaq asırdılar. Eşqdir bu dünyanın əzəli. bala. Elə bu vaxt küncdə əyləşən müridlərdən biri dizi üstə oturub. Dünyanın sirri budur.Səbəbini bilmək olarmı? Hacı Əmrah əfəndi əlindəki stəkanı yerə qoyub gülümsündü və ayağındakı naxışlı coraba baxdı. yaşı əllini keçmiş olsa da. gümrahlığını itirməyən kişinin ağzına zilləmişdilər. . Çıraqların fitilini bir az da qaldırdılar. Elə cəddinə qurban olduğum Seyid Nigari bir eşqlə yanıb kül olmadımı? Onun Nigara olan eşqi ilahi bir eşqə çevrildi. insan gərək bu dünyada özünə əziyyət verməsin.Bəli. Xaliq özü belə buyurmuşdur. övladım. . Biləklər çirməndi. . Aşiq və məşuq öz eşqləri ilə Yaradana qovuşurlar.

buğum-buğum ət tökmüşdü. Qardaşı ona "çıx. Yavaş-yavaş pıçıltılar. Əl-ayağıma dolaşmayın". Bir hörümçək həssaslıği ilə hər şeyə göz qoyan Molla Sadıq onu izləyirdi. Ona görə də Hacı Əmrah əfəndinin dediklərini o qədər də yaxşı anlaya bilmirdilər. Onlar xof və həyəcan içində oturur. Bir toy. Oynamaqdan doymur. minnətlə qardaş çörəyi yeməkdənsə. Hətta bir dəfə Cahandar ağa onu təpiyinin altına salıb. Nə işinə qalıb ki. hətta Kürə suya gedəndə də özünü daş-qaşla bəzədi. bədənini qamçı ilə tuluq-tuluq etdi. Deyilənə görə. şaqqıldayıb gülməkdən usanmırdı. acgözlüklə Hacıya qulaq asıb dediklərinin mahiyyətini dərk etməyə çalışırdılar. Keçən il ərini ilan vurandan sonra damın altında tək qalmışdı. ruhların mələklərə necə qovuşacağı haqqında fikirləşirdilər. əsl müridlərin çoxu yol getdikləri yerdə belə. Mollanın bu ətli-əndamlı qısraq qadından xoşu gəlirdi. Ancaq belə məclisə yenicə gələnlər hələ utanır. Amma Şahnigar xanım dediyindən dönmədi. eşitməyibsinizmi ərsiz arvad yüyənsiz at kimi şeydir.. oraya da gedəcək? İndi mən də haraya istəsəm çapacam. bir nişan onsuz keçmədi. Belə bir səadatə nə vaxt və necə çatacaqlarını düşünən müridlər maraq və intizar içində qıvrılırdılar. ərəmik camış tək anqırıb gəzirdi". Şahnigar xanım razı olmamışdı. Hətta onlarla söhbət də edirdilər. Geyinib-kecindi. üzlərini gizlədir. Allahı görür. mələklərə rast gəlirdilər. Onu danlayıb bir söz deyəndə də hirslənirdi. Molla Sadıq Şahnigar xanıma yaxın getməyi. Kişinin ölümündən sonra arıqlamaq əvəzinə kökəlmiş. "Ərimin var-dövləti təkcə mənə qalıb. Onun çox qəribə taleyi vardı. küncə qısılıb. buxaq sallayıb. O çox qəribə olmuşdu. haraya istəsə. Evindəcə oturdu. dedi-qodular çoxaldı. O isə heç nəyə fikir verməyib şaqqıldayırdı. Cahandar ağanın bacısı Şahnigar xanım da bunların içində idi. Onların bu məclisə gəlməsinin əsas səbəbi də bu idi. Onlar çox qəribə hal keçirirdilər. özümü cəncələ salıram? Yengə əlinə baxıb. Qarıların dediyi kimi. __________________Milli Kitabxana___________________ olurdu. Onun əyyarlığını bəyənməyən arvadlar tərs-tərs baxır.qol açıb! Necə də harınlayıb!" – deyə Şahnigarı öz aralarında asıb-kəsirdilər. gəl evimizə" - demişdisə də. "bəxtəvərə bax. gör əri öləndən sonra nə əl.deyə fikirləşmişdi.. Amma bu sirri heç kəsə aça bilmir. "Məndən nə istəyirsiniz. hətta ürəyindən keçənləri etiraf elməkdən də qorxurdu. ona söz 161    . damın altında tək qalmaq yaxşıdır". Kəlağayılarının altında gizlətdikləri kitabı sinələrinə qısıb titrəşirdilər. . Şahnigar xanım dediyindən dönmədi. oturub sağa-sola xərcləyəcəm.

ərdoya inanan. qorxulu. . intiqam almaq üçün fürsət axtarırdı. belə bir məqam ələ düşdü. Hamı mat qalmışdı. Molla Sadıq özünü sındırmamaq üçün onun arxasınca çıxmış və ayağını üzəngiyə qoyub atın belinə qalxmağa hazırlaşan Cahandar ağaya yaxınlaşmışdı: .Molla. Molla Sadıq da başının qədrini bilirdi. O. .Sən niyə dinsizlik edirsən. Molla Sadıq. peyğəmbərimi də. bunlar hamısı lotuluqdur"' . mənə lotuluq gəlmə. Axı Cahandar ağa kənddə yenicə müridlər yarananda Molla Sadığı çox pis vəziyyətə salmışdı?! Molla Sadıq ilk dəfə öz evində meyxana düzəltmişdi. Gecələr çətinliklə də olsa mollaxanada oxuduğu hərfləri yadına salıb 162    . kürəyini Cahandar ağanın gülləsinə verməyə təhəri yox idi.Sən dini. kənddə bir az açıq dolansa da.Sən kafirsən! . Cahandar ağa bir az oturub. Burada nə isə başqa bir əməl işlətmək lazım idi. Cahandar ağanı sındırmaq və özünün haqlı olduğunu camaat qarşısında nümayiş etdirmək istəyirdi. ya da heç olmazsa bu işə rəğbət bəsləyən bir adam halına salmaq idi. O. hələ həndəvərinə dolanan olmamışdı. Onun məqsədi kəndin bu hörmətli adamını ya müridə çevirmək. Ancaq zənnində yanılmışdı. Mən Allahımı da tanıyıram. uydurma nağılları bir həqiqət kimi qəbul edən Şahnigar xanım tez tələyə düşdü. Elə o vaxtdan Molla Sadıq Cahandar ağa ilə yanıqlı gəzir. mənim elə uşaqlıqdan səndən xoşum gəlmir. oğraş adama oxşayırsan. müridlik savab işdir. O nə qədər əyyar arvad olsa da.deyə qapını vurub çıxmışdı. O. Necə deyərlər. türbədən gələn müridin hədisinə qulaq asandan sonra narazılığını bildirmiş. Onlara qoşulan cənnətlik olacaq. İkicə ayın içində onu inandırdılar ki. Şahnigar xanımı öz dəstəsinə çəkməyə çalışdı. Lap uşaqlıqdan cinə.Bilirsən nə var. Allahı danırsan. Cahandar ağanı da dəvət etmişdi. Nəhayət. atını minib uzaqlaşmışdı. Şahnigar xanım Seyid Nigarinin kitabını Quranla yanaşı qoydu. __________________Milli Kitabxana___________________ deməyi xəyalına belə gətirə bilmirdi. müridlər çalıb-oynayanda isə məclisi yarımçıq qoyub ayağa durmuşdu: "Mənim ağlım bir şey kəsmir. Allahın qəzəbindən qorxmursan? . get dınqırına süz.Allahda işin olmasın! . Molla Sadığın ayrı bir məqsədi vardı. Heç kəs canından keçməmişdi.

küncdəcə oturur. Şahnigar xanım böyük təəccüblə qonağın asta-asta sini çalmasına baxdı. Hamı titrəməli kimi silkələnir. qorxu və maraq içində nələr olacağını gözləyirdi. O dərhal dikəlib bardaş qurdu. Şahnigar xanım qardaşının kənddə olmamasından istifadə edib. Nəhayət. İndi o. "Ərim yox.. ilk dəfə Molla Sadığın evinə. Arvad çox düşündü. Səslər getdikcə güclənir. ondan sonra məndən küsmə. müridlərin meyxanasına gəldi. Şahnigar xanım yanındakı arvadların da dingildədiyini gördü. Oturanlar onun sözünü bir ağızdan təkrar edib. "Ay baba. Qalan müridlər də arvadlı-kişili dizi üstə oturdular. arvad Allah yolundan dönməkdən daha çox xoflanırdı. axirət dünyasında oda qalanacağını gözünün qabağına gətirdi və razılıq verdi. Nəhayət.. sehrli bir aləmə düşmüşdür. "Meyxana başlanıb. "qulağıma söz-zad dəyir. Meyxananı başlamaq olardı. məqsədinə çatdığına və Cahandar ağanı el içində biabır eləyəcəyinə görə ürəyində sevinir. Onun üçün də rəhminə qurban olduğum mənə kəc baxır. elə Allahın bədbəxtiyəm. Meyxanaya gedək baba". Haradansa qardaşı Cahandar ağa bu işləri eşitdi və ona sifarış elədi ki. Molla Sadıq da diz çökdü. böyük tikəni qulağın boyda edərəm". ibadət hissi qorxuya üstün gəldi. Hacı Əmrah əfəndi qızışıb sinini daha bərkdən dan- 163    . Qonağa nazik bir sini verdilər. Günahım çoxdur.Bəlkə qəzəbə gəlmişəm. otağa boğuq bir gumbultu düşüb. asta-asta sağa-sola ləngər vururdu. donub yerindəcə qalmışdı. Belə bir yoldan geri dönsə. Artıq gecə keçirdi. bax ha.deyə pıçıldadı. sən niyə oxumursan?" . Şahnigar xanım odla su arasında qaldı. yerlərində yırğalandılar. . divan cingildədirdi. Şahnigar xanım heç nə anlamırdı. . Qəribə idi. Molla Sadığın gözü onu çoxdan almışdı. O nə edəcəyini bilmədiyindən. Birdən kişi yaşına uyğun olmayan zil və məlahətli səslə oxudu. Bəlkə gec deyil. saqqalını tumarlaya-tumarlaya Hacı Əmrah əfəndiyə baxırdı. Kimsə onun böyrünə toxundu. böyük tərəddüdlə də olsa. Ona elə gəlirdi ki. ağlını oğurladarsan. elə bu müridlərə qoşulsam kəramət sahibi məndən mərhəmətini əsirgəməz?".deyə düşündü. gödək baba. __________________Milli Kitabxana___________________ höccələyə-höccələyə şerləri əzbərlədi. uşağım yox.

sözləri də dəyişirdi: "Ay Sənəm. Birdən kimsə ilan çalmış kimi atılıb ortaya düşdü. hamı ayağa qalxdı. həm oynayır. sonra da sola əyilib. arvad. Hər şeyi unudub. tısıltı çoxaldı. Şahnigar xanımı dəhşət bürüdü. mənəm. Əvvəlcə sağa. Nəhayət. qızışıb cəzb olan müridlərin çırağın ahında fısıldayıb dingildədiklərini. O yalnız bircə şeyi. sinələr qalxıb- düşdü. başınıza havamı gəlib?" – deyə qışqırmaq istədi. Nəğmənin ahəngi. bu burulğanın küləyi Şahnigar xanımı da silkələdi. pəncərə taxtalarının necə. Çiyinlərini yuxarı çəkib. Çıraqların işığının nə üçün öləziyib. iki. nə zaman bağlandığını görmədi. bu hürkü Allah xofundan da 164    . Onun da dodaqları aralandı. Elə bil otağın içindən bir burulğan qalxıb. yerlərində ləngər vurdular. Ağızlar köpükləndi. Ağız deyəni qulaq eşitmirdi. Dərdini çəkən Bil.deyə pıçıldadı. Oxunan hava çox yüngül idi. əcaib bir şeyə tamaşa edirmiş kimi yerindəcə çaşbaş qalan Şahnigar xanım ürəyində "dınqıra süzmək bu imiş". Şahnigar xanım bu ətli kişinin dabanlarını yerə vurduqca yırım- yırım yırğalandığını gördü. pıçıltı ilə dediyi sözlər səslərə qarışdı. "Ay camaat. Əslində onda təqsir yox idi. O. Onu gülmək tutdu. mənəm".üç nəfərin bihuş halda yerə sərələndiyini görə bildi. . Yuxudan ayılan kimi oldu. Şahnigar xanım gördü ki. həm də oxuyurdu. titrəməsinin səbəbini anlamadı. Həm də hər misradan sonra "puffa. __________________Milli Kitabxana___________________ qıldadır. O da ayağa durdu. sizə nə olub. Özü də hiss etmədən yerindəcə yırğalandı.deyə ağzını tavana tutub fısıldayırdı. cuşa gəlib zil səslə oxuyurdu. Artıq bir-birinə fikir verən yox idi. dabanı üstündə dingildədi. hər şeyi yerindən oynadırdı. Yavaş-yavaş bu hal başqalarına da sirayət etdi. Elə bu zaman kimsə onu tərpətdi. Onlar gərili yay kimi titrəyir. Puffultu. Sənəm. Divar boyu çömbəltmə oturan müridlərin saqqalları tərpənirdi. Kişi ağzından köpük daşlana-daşlana onun ətrafında fırlanırdı. Bəli. O çox qəribə bir hala düşmüşdü: dəli kimi əl-qol atır. Şahnigar xanım heç nə başa düşmürdü. kişi bir-birinə qarışdı. O haraya düşmüşdü? Arvad xoflandı. puffa!" . Şahnigar xanım qarışıq və eybəcərləşmiş sifətlər arasında Molla Sadığın gözlərini gördü. Adamın sümüyünə yaman düşürdü. boynunu qısdı. Yalli oynayan kimi qatarlaşıb. sıçrayıb ortalığa atılmağa him axtarır kimi yerlərində güclə qərar tuturdular.

İşığı yandırın!!! Lakin dillənən olmadı. Qolunu hərlədi. burax məni! Şahnigar xanım çırpınıb inildədi. Barıtın yaşıla çalan ağmısov işığında ani olaraq bərələn gözlər parıldadı. onların çoxu qaranlığa salıb. dırnaqlarının ucuna qədər yeridi saçlarının dibi üşüdü. Şahnigar xanım qolundan yapışan əlin təmasından kişiliyini duydu. parıldayan gözlər qapıya zilləndi. . Elə bu vaxt güclü bir zərbədən zirəzələri qopan qapı taybatay açıldı. Ancaq qapının ağzını kəsən Cahandar ağa qızmış nərə dönmüşdü. . Solğun bənizlər. O. Heybətli bir səs qulaqlarda cingildədi. Onun pırpızlaşmış saçı gözünə sataşanda otaq başına hərləndi. Birdən-birə bədəninə soyuq tər gələn Şahnigar xanım qapıya yaxınlaşdı.Düş qabağıma. __________________Milli Kitabxana___________________ dəhşətli idi. Qamçi ilə bərabər Şahnigar xanım da ilan kimi qıvrılıb. yerindəcə qovruldu. Otağa dolmuş qaranlıq xəcalət çəkirmiş kimi sürünüb künclərə qısıldı. Küncə dogru dartışdırdı. Evin dal tərəfindəki pəncərə açıq idi. Qaranlıqda çaxmaq şaqqıldadı. yoxsa hamınızı güllədən keçirəcəm!!! Binamus köpək uşağı! Kimsə eşələndi. qancıq!!! 165    . Ev sahibindən başqa heç kəsin bilmədiyi qapının bir qanadı görünürdü. əlini qapının cəftəsinə uzatmaq istədikdə. qıllı saqqallar göründü. Görünür.deyə yenidən nərildədi. Dalbadal iki güllə açıldı. Qamçını havaya nə zaman qaldırdığını bilmədi. Elə bil arvadın qoynuna ilan saldılar Buz kimi soyuq bir şey belinə dolanıb. Şahnigar xanım otaqdakıların başı kəsilmiş toyuq kimi partapartla yerə sərilib çırpındıqların.Haramzada köpək oğlu. Cahandar ağa gözü ilə hər yeri axtardıqdan sonra küncdə tir-tir əsən bacısını gördü. . hiss etdi. . fışqırıb üstünə şoralanan qandan xəbəri olmadı.Hanı o oğraş!!! . kimsə qolundan yapışdı. . Hirsindən dodağını elə dişlədi ki. Kilimin biri də aralanmışdı. Cahandar ağa baş tərəfdəki döşəkçələrin boş olduğunu gördü. Az sonra işıq yandı.Tez olun. Elə bu zaman işıqlar söndü. Heç kəs cavab vermədi. birtəhər aradan çıxmaq istəyirdi. Otağa qulaqbatırıcı bir şaqqıltı düşdü. pırpızlaşmış saçlar. İçəridəkilər süründülər. Divanın suvağı qopub töküldü. didilib açılmış yaxalar.

çəmən otlarını. ayağı büdrəyib yıxılan kimi sıçrayıb qalxır. əksinə daha da höcətə salacağını anlayan Şahnigar susur. Nəhayət. O. Şahnigar yüngül nəfəs alıb irəlilədi. Onlar kəndi keçmişdilər. İtlər ağız- ağıza verib ulaşır. nə də bir az bundan əvvəl kəndə çaxnaşma salan itlər hürüşürdü. güclə görünən bacısına baxırdı. gah da az qalan atın ayağı altına düşən. qardaşının tərsliyini bildiyindən dinmirdi. bəzən də nazik paltarından keçib. Cahandar ağa vaxtında ona xəbər vermişdi. araba yolunun narın və yumşaq tozu atın ayağının altında tappıldadı. Bir də o. qanqalların arası ilə irəliləyirdi. barmaği isə tüfəngin tətiyində oynayırdı. kolların yarpaqlarını xışıldadıb. Arvad özünü saxlaya bilməyib qışqırdı. Həmişə Kür tərəfdən əsən meh də dayanmışdı. Gözünü atın qulaqları arasından irəli zilləyib. Cahandar ağanın qəlbinə çökən dəhşətli qara fikirlərdən də qatı bir qaranlıq ətrafı çulğalamışdı. Qəmər fınxırıb yüyəni daha bərkdən çeynədi. qaranlıqda güclə seçilən qadını döşünün altına alıb əzmək istəyirdi. Nə göz yaşının. qardaşına nə deyə bilərdi? Axı. bu işlərin nə ilə qurtaracağını. Atin isti nəfəsini kürəyinin ortasında duyan Şahnigar isə səsini çıxartmadan yumaq kimi bükülüb irəliləyirdi. Sarı tikanlar dizinin gözünə. yeganə qardaşının onu haraya apardığını dəhşət və səbirsizliklə gözləyirdi. İri bir qanqal topasi Şahnigarın düz gözünün altına deydi. "Bu müridlərə uyma" 166    . O gah sirkənlikdə təmiz itən. atın başını çəkdi. bədəninə dolduqca ufuldanırdı. Kəndə çaxnaşmna düşmüşdü. mürgüləyən kəndi oyadacağından ehtiyat edirdi. Şahnigarın ağaran paltarından başqa heç nə görmürdü. Kəndin və çöllərin üzərinə qatı qaranlıq çökmüşdü. Artıq ay batmışdı. Şallaq yenə havada şaqqıldadı. orda-burda tüfəng atılırdı. Yalnız bu zaman Cahandar ağa fikirdən ayılıb. __________________Milli Kitabxana___________________ 9 Qəmər at sahibinin hirsləndiyini duymuş kimi yüyəni çeynəyib fınxırdıqca ağzından köpük daşlanırdı. O. Cahandar ağa susurdu. nə də ah-nalənin onu inadından döndərə bilməyəcəyini. Atın döşünə çıxan topa qanqallar bu dilsiz-ağızsız insanı döyəcləyirdi. Elə bil hər şey daşa dönüb donmuşdu. Şahnigar bunu bilsə də dinmir. Nə ötən böcəklərin səsi eşidilir. Getdikcə qanqal və sirkən xışıltısı azaldı. Sanki təbiət nəfəsini içəri çəkib susur. Əlləri ilə gözünü tutub atın dırnağının dibinə çökdü. Uzun donunun ətəyi kol-kosa ilişib təngildəsə də dayanmır. şallağın çiyni aşağı enəcəyindən qorxduğuna görə canını dişinə tutub yorturdu. nə yalvarışın. Dodaqları səyriyir.

iri ağaclar seçilirdi. Onun gözlərində hər şey bir-birinə qarışıb dumana büründü. Artıq yolun kənarındakı otlar. oğurladıb sözə baxdım. İndi bilirəm nələr çəkirsən? Mənim kimi bacını Allah yerə soxsun. Dan yerinə güclə seçilən çəhrayı rəng çiləndi. Orda-burda quşlar cikkildəşirdilər. Hər şey aydınlaşırdı. Otların dibinə qısılıb yatan quşlar oyanıb piniti ilə havaya qalxır. 167    . Deyəsən. __________________Milli Kitabxana___________________ demişdi.. Olduqca sərin. Bir az bundan əvvəl ayağının altını belə görə bilməyən Şahnigarın gözü qarşısında qıjıldayıb axan Kür parıldadı. vaxtında sözünə baxmadım. Şahnigar da cana doymuşdu. Şahnigar sinəsi dolu nəfəs alıb irəli baxdi. ildırım kimi çaxıb guruldamasını istəyirdi. Bəs Cahandar ağa niyə dinmirdi? Nə üçün qamçını hərləyib onun bədənini tuluq-tuluq etmirdi? Nə üçün bir-iki ağır söz deyib-bacısını söymür. Bəs Şahnigar ona niyə qulaq asmamışdı? Məgər qardaş bacının pis gününü istəyərmi? Onun adının ləkələnməsinə dözərmi? Hələ mənə bu da azdır. Birdən onda dayanıb oyanan səhərin nəğməsini dinləmək. Elə bil qaranlıq zərif bir tül kimi yerin üzərindən götürüldü. böyüyün sözünə baxmayan böyürə-böyürə qalar". birdəfəlik olub qurtarsın. göyün üzü açılsın. nə olacaqsa. Sabah bütün kənddə zurna çalmayacaqlarmı? Yazıq qardaş. Ətraf aydınlaşdı. Xısın-xısın ağlayıb ufuldamaqdan təngə gəlmişdi. heç nə olmayıb. Bəs o haraya gedirdi? Bir anlığa bədəninə dolan tikanların ağrısını unudan Şahnigar kürəyinin ortasını qızdıran at nəfəsini hiss etdikdə səhərin gözəlliyini unutdu. üfüqdə əyri-üyrü xətt cızıldı. səni də dərdə saldım. Arvad nə qədər çalışdısa da. Sahildəki yulğun kolları xışıldadı. O. Kürün üstünə doğru enən duman da göründü. torağaylar isə yolun ortası ilə dazıyıb dil açırdılar. harada olduqlarını müəyyənləşdirə bilmədi. Nahaq yerə ağlım. kənddən çox uzaqlaşmışdılar. başının üstünü alan qara buludların birdəfəlik baş-başa gəlib şaqqıldamasını. Silsilə təpələrin zirvəsi ağarışdı. onu doyunca danlamırdı? Nə üçün ürəyini boşaltmırdı? Axı. Onun üçün deyiblər. Qaranlıqla bərabər onun ürəyinə çökmüş qorxu da azaldı. Qoy selləmə yağış yağsın. axar suların şaxələnmiş qollarına baxmaq arzusu doğdu. Artıq yolların sinəsi ilə sürünüb. Hava avazıyırdı. üfüqlərin qızarmasına doyunca tamaşa edib. Məni öldürsən də azdır. Yenə qəlbinə qara qorxu çökdü. adamın bədənini üşürgələndirməyə başlayan meh əsməyə başladı. Yoxsa bu məchulluqdan nə çıxar? Yoxsa.. İndi nə olsun? Kimin ağzını bağlayacaqsan? Kimi başa salacaqsan ki. Lap gözündən boğazlanasıyam.

ay qardaş. Yenə ətəyi dolaşa-dolaşa irəlilədi. Öldürməyə aparır. Eldən arlanmasam. məni lap çox istəyirsən. bacına qulaq asdın. nə qol açıb zurnaçıların qabağında süzən gəlinləri görürdüm. Ancaq at döşü ilə vurub onu irəli itələdi. istəyirsən heç getməyim" – deyərdim. nə ətrafımda hərlənən qızları. sənə ürəyimi açmışam. __________________Milli Kitabxana___________________ Arvadı titrətmə götürdü. suçum var. Arvad dinmədi. heç nə mənim yadımdan çıxmayıb. Qardaşının daş kimi lal-kar olması onu lap vahimələndirdi. burnumu kürəyinə söykəyib səni qıdıqladığım yadından çıxıbmı. bir dəfə ərim məni döymüşdü. Birdən-birə beyninə gələn fikirlər onu hürkütdü. xoşuna gəlirmi? Mənə toy olanda hamıdan çox qəmlənən sən olmadınmı? Gəlin getməzdən əvvəl otağa girib üzümdən duvağı açdığın. yengən necədir. mən səni heç vaxt aldatmamışam. Yenə mənə.dedin. 168    . Mən balacalıqdan hamıdan söz gizlətsəm də. Axı biz bacı-qardaşdan çox. ay qardaş? Gecələr böyrünə qısılıb yatdığım. Onda bildim ki. Yoxsa düz- dünyani niyə dolanır?Nə?! Öldürmək?! Axı. Mən olmasam araya qan düşəcəkdi. Onun iyini səndən almadımmı. Sənə toy olanda hamıdan çox sevinən mən olmadımmı? Gəlinimizi gətirəndə hamıdan qabaq məndən soruşmadınmı ki. Heç kəsi eşitmədin. Axı sən məni çox istəyirdin?! Yadındadırmı. Yüz adamın paltarının içində sənin köynəyinin iyindən taparam. o inandığımız haqqı yalan danışmıram. onun hirsinin soyuyub-soyumadığını bilmək. məni öldürmək fikrinə düşmüsən? İnanmıram. niyə?! Nə pis iş tutmuşam ki? Sənin əlin məni. sənsiz lap darıxacağam' . Əslinə baxsan. sirdaş olmuşuq. hər şeyi necə olubsa söyləmək istədi. Özün bilirsən ki. "Mənim bacıma əl qaldıranın əlini kəsərəm". "Deyəsən. alatoranda qardaşının üzünə baxmaq. Bəs indi nə olub ki. Nə cıdıra çıxan atlıları. ancaq günahım o qədər də böyük deyil. "Ay şeytan. ay qardaş. Cehizimlə bərabər məni bəzəkli arabaya mindirib yola salanda da gözüm səndə idi. Hətta qanrılıb geri. düz sözümdür. mənimki də bura qədər imiş. Vallah. Doğrudur. ay qardaş? Bu saat da sənin bədəninin qoxusu burnumdan getməyib. Sən məndən ayrılmaq istəmirdin. Mənim gözüm səndə idi eyvandaca boynunu büküb durmuşdun. yazığın boğazını üzürdün. Mənə əl qaldırmazsan. ay qardaş!" Şahnigar bir az ürəkləndi. boynuma alıram. arabadan düşüb yanına gələr. niyə bikefsən. "gözlərinə qurban. . Kərənti də düşüb ayağımı kəsmişdi. Heç nə. ay qardaş. ay qardaş. Onda atlanıb gəldin.dediyin yadında deyilmi? Axı mən o günü sənin doluxsunub yaşaran gözlərini indi də unutmamışam. Anam ölondə məni sən saxladın. elə mən də sənin kimi idim. bircə bacını öldürməyə qalxarmı.

atın başını döndərib sahilə endi. papağını yerə soxmuşdu. __________________Milli Kitabxana___________________ Cahandar ağa isə fikrini cəmləşdirə bilmirdi. Cələdəki kolların. yoxsa ürəyindəkı kədərin təsirindənmi. Ondan sonra nə qədər çalışsan da. ölsə yaxşıdır. mərəkə içinə çıxmamaq məsləhətdir. atamın goruna söyməyəcəklərmi? Kişilikdən dəm vurur. Elə ona görə də qohumlarına dönə-dönə tapşırırdı ki. Molla Sadığın. Bir yanını şaqqalayıb kəs sən də xəbəri olmazdı. Adına söz deyildimi. Kür köpüklənmişdi. O hər şeydən çox şübhədən qorxurdu. hava çatışmırmış kimi tez-tez köksünü ötürürdü. Hardasa. amma bacısından xəbəri yoxdur. gözünün həlqələri tez-tez dolub boşalırdı. Amma kimi inandıracaqsan? Bundan sonra mən camaat arasına necə çıxacam? Başıma papaq qoyub necə gəzəcəm? Mərəkədə oturub necə söhbət edəcəm? Üzümə deməsələr də. Yumruq boyda olan bu at parçası sıxıldıqca nəfəsi boğazına yığılıb. "Kişi ki adamların gözünün içinə şax baxa bilmədi. Ona elə gəlirdi ki. arxamca rişxənd edib. Atın üstündə necə oturduğunu. Mənim ürəyimə bir balaca xal düşsə. Onun səsi budaqdan-budağa düşüb yarğanda cingildəyirdi. Dilləri kəsmək. arvad kimi ləçək bağlamaq.deməyəcəklərmi? Bundan sonra hər baxış. nədənsə cəh-cəh vururdu. qurtardı. Necə deyərlər. Cahandar ağa həmişə belə düşünürdü. lap bu saat ürəyi partlayıb sinəsindən bayıra çıxacaqdır. hər mənalı gülüş məni şübhəyə salmayacaqmı? Kaş sən heç yaranmayaydın? İndi mən nə edim? Dərdimi kimə açım?" O. Kürün üzərinə çək- 169    . Quşlar artıq oyanmışdı. oradaca düyünlənirdi. yarğanların dibi ilə qatarlaşan qalın yulğunların. müridlərin dınqırına süzür. Gözükölgəli ömür sürməkdənsə. ya da başqa bir müridin əli ona dəymişdi. Beş gün yaşa. otların üstünə şeh düşmüşdü. Nəfəsi darıxır. o heç fikirləşmirdi. ürəyi keyimişdi. "Bəlkə də ona heç nə olmayıb. Boz-bulanıq sular yerindəcə çalxalanıb qumları yalayırdı. Onun üçün bu dünyada hər şeydən əziz təmiz adla yaşamaq idi. iyrənc sifəti dururdu. Bu dünyada təmiz ad saxlamaq çox çətindi. ağacların budaqları arasında gizlənmiş bir bülbül səhərin açılmasına sevindiyindənmi. namusdan danışır. mümkün deyil". tərtəmizdir. Dodaqları səyriyir. amma gözükölgəli olma. deyilən sözləri geri qaytarmaq ki. bir də Molla Sadığın qaba. ləkəni təmizləyə bilməyəcəksən. Bacısı onun adını batırmışdı. haraya getdıyini də bilmirdi. O nə edəcəyini bilmirdi. Əslinə baxsan. İndi onun qorxduğu iş başına gəlmişdi. Elə bil beyni. "Çalıınm adınıza söz çıxmasın. Şübhə ac qurd kimi sinəsini gəmirib parçalayırdı. Müridlərin meyxanasına getmişdi. özünüzdən küsün". Gözünün qabağında yalnız duman içində ağaran bacısı. .

Qardaşının heç olmasa insafa gəlib dayanmasını gözləyirdi. Yenicə çırtlayan günəşin maili şüaları yarpaqların arasından süzülüb. Cığırlara şeh qonmuşdu. Şahnigar ağlamamaq üçün dodağını çeynəsə də olmur. Quşlar inilti ilə ora-bura uçurdular. O yerimir. Pırpızlanmış saçına və hörüklərinin ucuna pıtırğan yapışmışdı. Cahandar ağa bacısının məzəmmət və yalvarışla dolu gözlərindəki məzlumluğu. cığırla cələnin içərilərinə gedirdi. Cahandar ağanın gözü qan çanağına dönmüşdü. Göyün üzü tərtəmiz idi. Özü isə suya yaxınlaşdı. üzünü yana çevirdi. Donunun ətəyi şehə batmışdı. Ayaq üstə güclə dayanırdı. "Bacın ölsün. Kürün ayrılan bir qolu yolu kəsmişdi. Cığir iri bir palıdın ətrafına dolanıb açıqlığa çıxanda Şahnigar dayandı. at fınxırtısı bu sükutu pozurdu. Havaya nəm xəzəl qoxusu hopmuşdu. Qolları və cırıq paltarından görünən dizləri al qana boyanmışdı. Ağacların yarpaqlarından süzülən və lap ucda yumrulanıb dayanan şeh damcıları parıldayırdı. gözünün həlqələrini dolduran yaşı geri qaytardı. Şahnigarın üstünə düşmüşdü. Şahnigarın dodağını çeynəyib səssizcə ağlaması. Bir xeyli xırdaca ləpələrə. əyindəki paltar didik-didik olmuşdu. Ayaqqabısının dabanı qopmuş. Meşənin qatı kölgəsi elə bil səhərin açılmasını bir az da ləngitmək. Bir-iki dəfə udqunub. Hönkürtü ilə ağlayacağından qorxub. Ağ bədənində qara zolaqlar görünürdü. -deyə xəyalından keçirdi. ağacların mürgüləməsinə mane olan səhər mehinin qarşısını almaq. bir də dönüb atın üstündə dayanan qardaşına baxdı. Cahandar ağa da atın başını çəkib dayandı. imdad istəyən bir adamın iztirabını duyanda kövrəldi. hıçqırığını boğub titrəməsi onun xəyalını uzaqlara apardı. Koftasının qolu çiynindən üzülüb sallanmışdı. __________________Milli Kitabxana___________________ müş duman da yavaş-yavaş geri çəkilirdi. Sinəsi açıq idi. yaş sel kimi axıb yanaqlarından süzülürdü. güclə sürünürdü. Gözünün altı göyərmişdi. Meşənin üstünə elə bil su çilənmişdi. Yalnız bundan sonra dönüb bacısına baxdı. Bacısının balacalığını gözünün qabağına gə- 170    . O bir qarşıdakı suya. Yüngülcə sçrayıb yerə düşdü. Şahnigar taqətdən düşmüşdü. O buna pis məna vermədi. Amma gözlənilməyən qonaqların ayaq tappıltısı. O əyilib üzünə bir-iki ovuc su çırpdı. Cığır isə qol-budaği bir-birinə çarpazlaşmış iri ağacların arası ilə qıvrılıb daha da qalınlığa gedirdi. yarpaqların xışıldayıb quşları oyatmasına imkan vermək istəmirdi. səni də yuxusuz qoydum". Bacısını qabağına salıb. O yenə dinmirdi. sonra da üfüqdən baş qaldıran günəşə baxdı. Onun donu cırıq-cırıq olmuşdu. İrəli getmək mümkün deyildi. Qəməri çidarlayıb otluğa buraxdı. Bədənində salamat yer qalmamışdı. ay qardaş.

Hər şey dumana bürünmüş kimi bir- birinə qarışmışdı. Sümüyü çaxnaşan arvadın kürəyi gizildəyirdi. Əlini suya saldı. qardaşının qan çanağına dönmüş bəbəklərini görəndə bütün ümidləri alt-üst oldu.. Meşə çıraqban kimi parıldayırdı. heç özünün də xəbəri olmadan. Tüstünü ciyərlərinə çəkib acgözlüklə papiros sümürən Cahandar ağanın gözləri əl-üzünü yuyan bacısından başqa heç nə görmürdü. İri qıllı qaşları birləşib aşağı endi: . __________________Milli Kitabxana___________________ tirdi. Onun qanı sağılmış gözləri bacısının üzünə zilləndi. bedəninə sərinlik yayıldı. Uşaqlıqda olduğu kimi qanadlanıb boynunu qucaqlamağa hazırlaşan və balaca bir işarə gözləyən bacısını bağrına basmaq istədi. kolların arasından boylanan günəşə. Şahnigar uşaq vaxtı da təqsiri olanda beləcə səssizcə ağlayırdı. Bunu hiss edən Şahnigar bir-iki addım irəli gəldi. Günəşin zərrələri altında sinəsi və kiçik qanadları parıldayan quşcığaz havalanmış kimi süzüb bir-iki dəfə mayallaq vurdu.. Lap yaxından bir quş qalxdı. "Bəlkə elə indi. Səksəkəli də olsa sahildə dayanıb. Şahnigar cələni ortadan yarıb otları yalaya-yalaya axan suyun kənarında çömbəltmə oturdu. bəzən də çiləkənlərin ətrafında fırlanırdı. Amma Cahandar ağa cəld geri döndü. Elə bil dizlərinin ağrısı da azaldı. Şahnigar yüngülləşən kimi oldu. Qıllı qaşlar altında mağaraya çəkilmiş yaralı və qəzəbli pələng kimi ona baxan gözlərin zəhmindən sarsıldı. "Bacın ölsün. Ala-bəzək qızlarquşu dəstə ilə havaya qalxıb adaların üstü ilə uçur. alışıb-yanan Kürə baxdı.. Bayaqkı bülbül yenə şaqqıldayırdı. ay qardaş. sənciyəzi əldən saldım". Əlini şıltaq ləpələrə uzatdı. Şahnigar ixtiyarsız olaraq əlini gözünün üstünə qoyub 171    . Bir an bundan əvvəl ona təsəlli verən. Bir xeyli beləcə dayanıb nə edəcəyini bilmədi. Meşə oyanmışdı. qardaşına sezdirmədən geri baxdı. Arvadın görkəmi onu sarsıtdı. Hər şey tükdən asılı idi. həlqəsi yaşla dolub-boşalan nəmli gözlər əvəzinə. O ehtiyatla." – deyə düşünən Cahandar ağa tüfəngi hərlədi. Cahandar ağanın qutu çıxardıb papiros eşdiyini görəndə ürəyi rahatlandı. Bir anlığa hər şeyi unutdu. Barmaqlarının arasına və qoluna dolan sarı tikanların yeri göynədisə də. Doğrudanmı üzünü yusun? Bu uzun yolu bircə kəlmə də danışmayan qardaşı nə üçün ona bele bir əmr vermişdi? Bu nə demək idi? Şahnigarın gözü dalda idi. Ürkək addımlarla suya yaxınlaşdı.. axan suların zümzüməsinə qarışmışdı. .Əl-üzünü yu! Şahnigarın qolları yanına düşdü. Onların səsi şırıldayıb.deyə ürəyindən keçirdi. Ayağı çidarlı Qəmər isə fınxıra-fınxıra göy otu xımırtladırdı.

məni niyə. Havada lələklər oynadı. Ancaq nəfəsini çəkə bilmədi.. Ağacların yarpaqları arasından süzülüb düşən səhər günəşinin maili şüalarında çimən sular heç nə olmamış kimi şırıltı ilə axıb gedirdi. Quşlar yenə oxuyurdular. Meşə uğuldayıb saqqıldadı. Cahandar ağa ilk dəfə görürmüş kimi bacısını diqqətlə süzdü. Bayaqkı bülbül daha bərkdən cikkildəyirdi. yerə sərilmiş Şahnigarın yanında dayandı. Şahnigarın sifətində gülüşdən çox məzəmməti andıran bir təbəssüm oynadı. Yaxası açıq idi. Yıxılmamaq üçün suyun kənarındakı balaca yulğun kolundan yapışdı. __________________Milli Kitabxana___________________ ayağa qalxdı: mavi ənginliklərə doğru baş alıb gedən quşu gözdən itirməməyə çalışdı. Onun dodaqları titrəyə- titrəyə dediyi son sözlərdən başqa qulağı heç nə eşitmirdi. Yalnız sahibinin ağzı üstə döşənib inildədiyini duyan kəhər ayağı ilə yeri eşir. sifətindəki məzəmmət dolu təbəssüm beynində əbədi həkk olunmuşdu. 172    . qıllı qaşlı. haray salıb koməyə adam çağırırmış kimi bərkdən kişnəyirdi. Nə üçün gözündən tüstü cıxdığını başı gicəllənib səldirlədiyini bilmədi. Üfüq qan rənginə boyanmışdı. Kürəyinın arası od tutub yandı. Dodağı azca aralanmışdı. Hər şey öz ahəngində idi. Yazıq quş tərpənə bilmədi. Bacısının geniş açılmış bəbəklərində əyilib ovunu parçalamaq istəyən heybətli bir sifət gördü. Bacısı şehli otların arasında arxası üstə uzanmışdı. ay qağa. anasıdır. "Qurban olum. Elə bil burun pərələri titrəyirdi. qardaşına baxdı. yalnız bircə an onların gözləri bir-birinə sancıldı. Onun xəyalı allandı. Cahandar ağa bir- iki addım qabağa gəlib. iri həbəşi dodaqlı bir adam onun özünə də yad gəldi. Onun gözləri torlanmışdı. Sinəsinin ortasından axan qan buğlanırdı. Birdən hardansa peyda olan ley onun üstünə cumdu. Qız nə qədər də ona oxşayırmış! Kişi diz çökdü. Birdən-birə hələ istisi soyumamış cəsədin üstünə sərilib hönkürdü. Qıllı papaqlı. Elə bil onun gözünün qabağından tor göturüldü: hər şey aydınlaşdı.." Cahandar ağa bu sözləri güclə eşitdi. Bacısının son anda üzünə zillənmiş lal baxışı - durğun göl kimi sakit dayanan iri qumral gözləri. Kürün suları da qızarmışdı. Yaş bəbəklərini qapamışdı. Şahnigarın təngildəyib fırlandığını və kökündən kəsilmiş ağac kimi göy otların üzərinə sərildiyini görmədi. Qanrılıb geri. Şahnigar ağzını açıb qışqırmaq istədi. Gözlər süzüldü. Nazik qaşlarının ucu aşağı əyilmişdi. qarşısındakı Şahnigar yox. Bəbəklərini torlandıran yaş yanaqları aşağı süzüldü. Bir an. Ona elə gəldi ki.

Qatarı yola salan xidmətçi axşamüstü bu kimsəsiz yerdə tək qalan sərnişinə baxdı. Çarxlar relslərin üstündə sürüşüb fırlandı. . 173    . Əslinə baxsan. Parovoz içini təmizləyib bir neçə dəfə güyüldədi və fışıltı ilə yoluna davam etdi. Gün yaxmışdı. Gecə vaxtı o hara gedəcəkdi? Gözətçi sərnişinin yaxınlaşmasını gözlədi. Onun geyimindən seminarist olduğunu bildikdə daha da təəccübləndi.Burda məndən başqa heç kəs yoxdur. Əşrəf gözətçiyə yaxınlaşıb salamlaşdı. __________________Milli Kitabxana___________________ ÜÇÜNCÜ HİSSƏ 1 Boz dağların ətəyi ilə qıvrıla-qıvrıla gələn qatar kiçik bir dayanacaqda azca yavaşıdı. ürəyində yığılıb qalanları danışmaq üçün həmsöhbət tapanda bir əl-ayaq da satın alırdı. Kəsik-kəsik fit verib uzaqlaşarı qatarın arxasınca xeyli baxdıqdan sonra kiçik yol çamadanını götürüb. Qumu. Sükutdan qulaq güyüldəyirdi. Gözünü meşəyə doğru uzanan cığıra zillədi. Əşrəf vaqonun ayaqlığından yerə atıldı. Uzağamı gedəcəksiniz? . cavan oğlan.deyə Əşrəf əli ilə meşənin qurtaracağında.Məni qarşılamağa gələsi idilər.O taya. . Cığırların və araba yolunun doğradığı çəmənlikdə heç kəs görünmürdü. Cəmi üç-dörd işçisi olan bu cür yerdə yeni bir adam görəndə sevinir. hündür yarğanların o tərəfində. Çamadanını yerə qoyub ətrafa boylandı. o özünün kiçik daxmasında bu qərib oğlana yer verməyə hazır idi. üfüqlə birləşən boz təpəliklərin ətəyində güclə seçilən kəndi göstərdi. təklikdən darıxırdı. Gözətçi oğlanın narahatlığını hiss etdi: . Qatar bunu gözləyirmiş kimi dartınıb silkələndi. Səssizlikdən qulaq batan. Əşrəf paltarının tozunu çırpıb yolun kənarında dayandı. kimi axtarırsınız? Əşrəf gözünü yoldan çəkmədən gözətçiyə cavab verdi: . ya da sifarişiniz çatmayıb. kənddən-kəsəkdən uzaq balaca stansiyada o. torpağı və relslərin altındakı taxtadan belə mazuta bulanmış yolun ətrafındakı otların üstünə elə bil şeh çiləndi. bircə budkadan ibarət olan stansiyaya yaxınlaşdı. Sol tərəfdəki boz təpəliklərə qədər uzanıb gedən səhrada cırcırama ötüşürdü. Bu yaxınlarda kənd yox idi.Görünür ya gecikiblər.

axşamüstü nahaq yola çıxdığını düşündü. . . Qaranlıq çökürdü. .. Əşrəf dodaqaltı gülümsündü. Gecə vaxtı kim mənim qabağına gəmi gətirəcək?". əmi. birtəhər gedib çıxaram. Ürəyi quş kimi çırpınır. O.Gecdir bala. Əlindəki nazik çubuqla cığırın kənarındakı otları. . Onun beli azacıq donqarlanmışdı. qalın. Əşrəf başını qaldırıb havaya baxdı. yollar qorxuludur. Papiros çəkməkdən bığının ortası saralmışdı.Heç nə olmaz. göydə bir neçə dəfə qanad çalır və yenidən çəmənliyə qonurdular. Əşrəf çamadanını kəmərə bağlayıb çiyninə almışdı.Getsəm yaxşıdır. Ürəyim sözümə baxmır. Mən buranın hər cığırına bələdəm. Stansiya ilə meşənin arası beş-altı verst olardı. Ağacların qatı kölgəsi axşamın yaxınlaşmasını bir az da tezləşdirdi. Gözətçi həmsöhbətini əldən buraxdığına təəssüfləndi və papiros eşib balaca müştüyünə keçirdi.. çiçəkləri vura-vura irəliləyirdi. həsrətini çəkdiyi bu yerlərin havasını ciyərlərinə doldurub ləzzətlə nəfəs almaqdan doymurdu. 174    . Otların dibinə sinən quşlar Əşrəfin ayaq tappıltısını eşidib pırıltı ilə havaya qalxır. Əşrəf yaşı əllini keçmiş gözətçiyə baxdı. Ətraf yamyaşıl idi. Baş barmağının sədəfi kəhrəba rənginə çalırdı. Əşrəf ona gətirilən atın belinə qalxıb dördnala çapar və bir anda meşənin qalınlığında gözdən itərdi. Yol isə hələ çox idi. Yolda heç kəs görünmürdü.Qalsan məsləhətdir. Əşrəf qocadan ayrıldı.Özün bil. Kürü keçə bilməyəcəyəm. __________________Milli Kitabxana___________________ Gözətçi artıq üzərinə axşam qaranlığı düşən meşəyə və üfüqdə son şəfəqlərini yayıb batmaqda olan günəşə baxdı: .Doğru sözümdür. qonağım olun. İri yaşıl çəyirtkələr atılıb yolun ortasına düşürdü. qanadlanıb uçsun. Əşrəf yalnız indi. ilıq meh dalğalandırdıqca qırçın-qırçın olub dəniz kimi səpələnirdi. Həmişə Qoridən qayıdanda atası onun qabağına adam göndərərdi. Ancaq. Ot basmış cığırla meşəyə doğru addımladı. Bəs indi? Bəlkə elə doğrudan da xəbər çatmayıb? Bəlkə Kürün suyu daşıb. Bir-təhər sahilə çatsam da. heç yana gedə bilməzsən. . Çəmənliyin otu qurşağa çıxırdı. . az qalırdı. bəri üzə keçmək mümkün deyil? Bəlkə Qoca dayının gəmisi işləmir? Əşrəf meşəyə çatdı. "Gərək stansiyada gecələyəydim.Çox sağ ol.

Ancaq gələnlər ona çatıb atları yanaşı sürdülər. İlbizlər oxuyur. Quşlar harda isə gizləndilər. Qucaqlaşıb görüşdülər. harada isə bülbül cəh-cəh vururdu. Atı qabağa çəkdi. Bir cüt qır. Birdən hər şey susdu. O.İşi vardı. Ancaq bu çox çəkmədi. Ancaq gecə öz qanadını meşənin üstünə gərmişdi. Quşlar heybətlə qışqırıb budaqların arasında gizləndilər. Əşrəf beləcə bəlkə də bir neçə saat oturardı. min gedək. Hər şey yenidən öz qaydasına düşdü. ağa bizi gözləyir. qaladakı güllü-çiçəkli otların üstünə sərilmişdi. Tapdıq Əşrəfin şapkasına. . Meşənin dərinliyindən at fınxırtısı və ayaq tappıltısı gəldi. Qarasu tərəfdə qaz qaqqıldayırdı. 175    . Cığırdan kənara çıxıb gizləndi. Əşrəf ehtiyatlandı.Əşrəf.qovul cığırın otrafında hərlənib yem axtarırdı. . . Talanın ortasında bir sürü maral göründü. Maral sürüsü hürküb kolluğa qaçdı. Meşədən aralanan qaraltılar talanın ortası ilə düz onun üstünə gəldi. Taladan o yana meşə daha da qalınlaşırdı. Əşrəf ala-toranda gələnləri güclə seçdi. ayağa durdu. dərdin alım.Tez ol. Meşə zümzümə edirdi.Kimsən? .Mənəm. balağı düz şalvarına baxdı və cilovu çəkib atı saxladı.Bəs Şamxal hanı. Onların yedəyində yəhərli bir atın da olduğunu yəqin etdikdə ürəyi sakitləşdi və gizləndiyi yerdən çıxdı. Onun səsi budaqlarda əks-səda verib bütün meşəyə yayılırdı. Qabağa düşdü. Tapdıq Əşrəfin çamadanını götürdü. Köynəyinin yaxasını açıb şapkası ilə özünü yellədi. Xoruzların səsi kəsildi. Sıx yarpaqlı iri palıd ağaclarının tompal kölgələri uzanıb. Əşrəf sıçrayıb atın belinə qalxdı. Üstəlik qarasu yolu kəsirdi. Arabir ağacların arasında qanad şaqqıldayırdı. Çamadanmı yerə qoyub üstümdə oturdu. Əşrəf onları hürkütməmək və bir az dincini almaq üçün dayandı. Elə bu vaxt talada hər şey bir-birinə qarışdı. __________________Milli Kitabxana___________________ Cığır talaya çıxdı. .deyə Tapdıq könülsüz cavab verdi. sənsənmi? Onlar atdan düşdülər. Yoluna davam etmək istədi. Tərkindəki xurcunu götürüb Əşrəfə uzatdı. Gələnlər cilovu çəkib səksəkəli halda soruşdular: . Onlardan bir az o yana isə meşəxoruzu oxuyurdu. məim qabağıma həmişə o gələrdi? . Qaranlıqda keçidi tapmaq çətin olacaqdı. Atlar hürküb tırıldadı.

. Bir az da getsə meşə seyrələcək. Əşrəfdən olsa heç yerdə dayanmaz.Bəli.Ağa tapşırdı ki. Sonra dal ayaqları üstə qalxıb fınxırdı. Əşrəf yəhərin üstündən qanrılıb Tapdığa baxdı. . Tapdıqgil də onun arxasınca dördnala çapdılar. Tapdıqgil ağacların dalına girdilər. taladakı binələr görünəcəkdi. . Əşrəf cingiltili səslə qəhqəhə çəkib atın yalına yatdı. Əşrəf onların atlı kazak olduğunu gördükdə təəccübləndi və dönüb yoldaşlarına baxdı. baldırına toxunmasına.Dedim ki.Camaatdan. Əşrəf xırdaca şaxların belinə.Dayan! O. Bir xeyli beləca nəfəslərini dərmədən dayandılar. O isə sözünə davam etdı: .Kimdən? . Kəhər özünü saxlaya bilməyib büdrədi. atı üzdürə- üzdürə o taya adlayardı. Çaxmaq şaqqıldadı. atın başını çəkmədən birbaş sahilə gedər.Al.Bəs buralarda nə gəzirsən? . Kazak atın başını qanırıb aralandı və tüfəngi əlinə aldı: 176    . Kazaklar onlarla üzbəüz dayandılar: . ayıbdı. Kəhər cilovun boşaldığını hiss edib qulağını yapırtdı və dartınıb irəli atıldı. Qaraltılar irəli çıxdı. Budaqlardan özünü qorudu. Yarpaq qoxulu nəm havanı ciyərinə çəkdi. Studentsən? .Yol adamıyıq. adamam. Qaranlıqda gözünü onun üzünə zillədi: . yarpaqların yanağına çırpılmasına fikir vermədi.Görmürsən. Əşrəf daha da aşağı əyildi. evimizə gedirəm. Əşrəf yəhərin qaşına sindi. Əşrəf özünə gələnə qədər yolu kəsdilər.Bilirəm adamsan. Kürün lilli və burulğanlı qollarını keçib. . Meşənin dərinliyinə getdi. Kazakın biri tüfəngini çiyninə keçirdi və atını mahmızlayıb lap Əşrəfə yaxınlaşdı.Evimizə. Qarşıdan səs gəldi.Sən kimsən? . atın cilovunu dartdı. kəndə rus libasında gəlməsin.Hara gedirsiniz? .Kimsiniz? . At ağacların yanından sivişib keçdikcə yəhərin qaşına sindi. . __________________Milli Kitabxana___________________ . paltarını dəyiş.

Atını mahmızlayıb qabağa keçdi. Kazaklar onları arakəsməyə aldılar. __________________Milli Kitabxana___________________ . onlardan bir az aralı gələn kazaklara baxdı: . Düşün qabağa! Bayaqdan söhbətə qulaq asan və heç nə anlamayan Tapdıq atını mahmızlayıb Əşrəflə bərabərləşdi: .Siz dustaqsınız! .Ey. bu yanadır.Necə dəxli yoxdur. Əşrəf cilovu çəkib dayandı.Haçandan? . Əşrəfin əmisi oğlu da təəccüblə çiyinlərini çəkdilər. Qaranlıqda gözünü Əşrəfə bərəltdi: .Bu özbaşınalıqdar. bu qoruq kimindir? . . Əlini yəhərin tərkindəki irəşməyə uzatdı. Böyüyünüz kimdir? . görüm.Əşrəf. Onun yoğun və xırıltılı səsi meşəyə yayıldı: .Bizim yolumuz bu yanadır.Atdan düş! Tapdıq artıq dözə bilmədi. Yəhərin üstündə dikəlib Əşrəfin üstünə bağırdı: .Deyir dustaqsınız. bu urus bizdən nə istəyir? . diri qalıbsınız. Atı ehmalca mahmızlayıb ciğırdan çıxdı. qoruğa giribsiniz. Arxa tərəfdən kazaka 177    . əlini uzadıb cilovdan yapışdı.Padşahın.Nədən ötəri? . Onlar indiyə qədər bu meşədə belə şey görməmişdilər. Düşün qabağa! Əşrəf heç nə demədi. bura dədə-babadan bizim kənd camaatınındır. kim qoruğa girsə. O.Böyüyümüz özü əmr edib ki. Tapdıq da. . güllə ilə vurun.Məni başa salın.Xeyr.Qoruq nədir? Bu dəfə kazak daha qəzəblə qışqırdı.Niyə qoruğa giribsiniz? .Nə üçün? . Onu qarşılamağa gələnlər də dinməzcə cilovu buraxdılar və Əşrəfin dalınca irəlilədilər. Qoruq sözünü də birinci dəfə eşidirdilər.Onun sənə dəxli yoxdur. Hələ sizin bəxtiniz getirib ki. Qanrılıb geri. Əşrəf özü də mat qalmışdı: . tatar balası.Düşün qabağa. Kazak atını səyirdib qabağa gəldi və daha da qəzəbləndi: . Kazak artıq dözmədi. Cığır talanın qurtaracağında haçalandı. çox danışma! . .Özünüzü bilməməzliyə vurmayın.

niyə qoymursunuz camaat rahat dolansın? Kazak dartındı.İşin olmasın. O. . Əşrəf atının yəhərini düzəltdi. 178    . __________________Milli Kitabxana___________________ yaxınlaşdı və gözlənilmədən irəşməni hərləyib atdı. Tüfəngin lüləsinə güllə verdi və Əşrəfi geri itələdi: . Tüfəngləri götürüb çalın-çarpaz çiyninə keçirdi.Axı. Ancaq Əşrəfin əmisi oğlu ona aman vermədi. Əşrəf quş kimi atılıb atın tərkinə mindi və daldan kazakı qucaqlayıb qollarını tutdu. Onun ata yazığı gəldi və qəzəblə kazaklara yaxınlaşdı- hirsindən dişini-dişinə sıxdı: . qoy səsini kəsim. Otlar. . . qılınclarını alıb qollarını çatdılar. səs-səmirə tökülüb gəlməmiş gedək.Əlimizə müftə at düşüb. Tapdıq çəmənlikdəki atları cilovlayıb yaxına gətirdi. İrəşmə göydə ilan kimi qıvrılıb kazakın boynuna dolandı. Dal tərəfə keçib kəhərin buduna baxdı. Tapdığın atdan yıxdığı kazak bir xeyli kəməndlə bərabər süründükdən sonra ayağa qalxdı. Qılıncları belinə bağladı. Əşrəf ayağını üzəngiyə qoyub atına mindi.Bu nədir? . Tapdığın yedəyindəki atları görüb təəccübləndi: . quldurlar. Qılıncını siyirib. At kişnədi və ilan sancmış kimi kənara sıçradı. Tapdıq kazakların da atını tutub gətirdi.deyə Əşrəf dabanı üstə fırlandı və tufəngin lüləsini əli ilə kənara itələdi. Əşrəfin əmisi oğlu rusca deyilənləri başa düşməsə də anladı ki.Bu sizə baha tamam olacaq. Kazakın əlindəki tüfəngin qundağı ortadan iki bölünüb yerə düşdü. Qılıncın yaraladığı yerdən qan axırdı. O biri kazak çaxmağı hərlədi. arxadan Əşrəfə hücum etdi. Xəncərin siyirib şığıdı. meşədə ha qoymayacağanı.Bə kimdədir? . belə dur.Bunlarda nə təqsir var? . əl-ayaq atana qədər Tapdıq süruyüb kazakı atdan saldı.Tez olun. Cığıra düşməzdən əvvəl dönüb geri baxdı. aparıb ilxıya qatarıq. çiçəklər əzildi. Əşrəfgil yarımsaatlıq vuruşmadan sonra kazakları üstələdilər. Qolunun kəndirini açmağa çalışdı və xırıltılı səslə Əşrəfi söydü: . Əşrəfin çamadanını atın tərkinə sarıdı və sıçrayıb yəhərə qalxdı: . Yenidən əlbəyaxa döyüş başladı. artıq- əskik danışırlar.Ə. palıd ağacına sarıdılar.Ağzını təmiz saxla.Onları buraya göndərəndə. nə istəyirsiniz. Onların tüfənglərini. axmaq. Torpaq eşim-eşim oldu. . Atlar kişnəyib talaya qaçdı.

Köməyə gəlin. gedək. Atdan düşüb silahları götürmək istədi: . sən belə işlərə qarışma. Talanın o tərəfindən. tüfəngləri çıxardıb qucağına aldı və üzünü Əşrəfə tutdu: . Tapdıq əlacsız qalıb atları buraxdı və onlar talada gözdən itincəyə qədər dallarınca baxdı. Əmisi oğlu bu dəfə dözə bilmədi. Dördnala çaparaq dəyələrə 179    . qılıncları da Tapdıqdan aldı.Bə bunları neyləyim? Əşrəf tüfəngləri də. . burax getsin.Burax. atını sür. . .O. Bayaqdan sakitcə dayanan və Əşrəfgilin getməsini gözləyən kazaklar da bu səsi eşitdilər. tez ol. Atını geri sürüb palıd ağacının bərabərində otluğa atdı. Onlar ikisi də birdən qışqırdı: . Meşəyə boğuq bir gurultu yayıldı. .Niyə? . .Ağa.Deyəsən. Tapdıq çiynini çəkib yoldaşına baxdı. .Heyf. __________________Milli Kitabxana___________________ . Əşrəfin əmisi oğlu narazılıqla başını buladı: . talanın ortasındakı çəmənlikdə hörüklənmış Qəmər qulaqlarını şəklədi. sözünə bax. oxuduqca ağlın azalır. Dəyələrdən bir az aralı. meşənin qalınlığından səs gəldi. . Tapdıq dərhal atını mahmızladı. Yalını pırpızlandırıb bərkdən kişnədi və dal ayağı üstə qalxıb çəçiyini havada oynatdı.Ə. burax. Tüfənglərini aparsaq.Adam insaflı olar. Yazıqdırlar. adam da tüfəngi əldən verərmi? . yəhərləri lap təzə idi.Dedim. Onlar başa düşdülər ki. Zərblə dartınıb irəşməni qırdı. Bir dəstə qaraltı qoruğa çıxdı. .Ağa. nə qayırırsan.Nə deyir. Əşrəfi sözündən döndərmək mümkün deyil. onları dinməz- söyləməz güllələyərlər. aradan çıxaq. Atlar dördnala çapıb meşədə gorünməz oldu 2 Meşənin dərinliyində. binələrdən xeyli uzaqda dalbadal güllə atıldı.Cəhənnəmə güllələsinlər.Belə işi ancaq qaçaq-quldur görər.İşin olmasın. Əşrəf cilovu buraxdı. . quldurlar bizi qırır.

Sərniclər köpüklənib dolduqca ətrafa ahəngdar bir qıjıltı yayılırdı. O. O. Ancaq baş-başa vermiş palıdlar. Meşənin arxasında gizlənən günəşin maili şüaları yarpaqların arasına soxulub ətrafı işıqlandırmağa çalışırdı. Qəmər nə qədər çılğınlaşmış olsa da. buzovlar dartınıb anasını əmməyə çalışırdı. Mələk də onların içində idi. göyçək gözlərin dərinliyində sanki bir məzəmmət gördü. Dəyələrin bərabərindəki iri palıd ağacının altına gəldi. Kişinin əlini. Cahandar ağa ona yaxınlaşanda isə təlaşla ətrafa boylanıb astadan oxrandı. paltarını iylədi. Arvadlar sərnic götürüb inəkləri sağırdılar. İnəklər balasını yalayıb astadan fısqırır. sonra da iri buynuzunu oynadaraq. Axurunda gül bitsin. Otlağında bənövşə. Naxırın içində fırlanan maral boynundakı qumrovu zınqıldada- zınqıldada Cahandar ağaya yaxınlaşdı. sahibinin səsini eşidən kimi yerişini yavaşıtdı. Cahandar ağa maralın boynunu qucaqladı. __________________Milli Kitabxana___________________ tərəf qaçdı. təlaşla papirosunu sümürür və gözünü yoldan çəkmirdi. başını qızıl bir inəyin böyrünə qısıb buzov əmizdirir. Elə bil bu dilsiz. Qəmər!” . Maral qəşəng gözlərini sahibinin üzünə zillədi. Sakitləşmək üçün qabaq ayağı ilə yeri eşdi. Binədəki arvad-uşaq çığırışıb kənara dağıldı.deyə atı səslədi. Kişi irəşməni yığdı. mən burnunu onun üzünə yapışdırdı. Mallar örüşdən qayıtmışdı. Cahandar alaçıqdan hövlnak çıxıb atın dalınca yüyürdü. lakin mehriban 180    . İri fıstıq və vələs ağaclarının qalın yarpaqları işiğın qabağını kəsib yerə qatı kölgə salırdı. Gözünü meşənin dərinliyinə gedən cığıra zillədi. qumral. Gün yaxmışdı.deyə düşündü. Qutusunu çıxardıb barmaqları titrəyə-titrəyə papiros eşdi. Kişi bu iri. Kürəyini ağaca söykədi. dodaqaltı eydirmə deyirdi: Lay-lay çallam həmişə. "Görəsən uşaqlara bir şey olmadı ki?" . Cahandar ağa atı alaçığın yanında təzədən örüklədi. Yoğun və zəhmli səslə bir-iki dəfə “hey-hey. Meşəyə birdən-birə qaranlıq çokürdü. Dəyələrin ətrafında bir- iki dəfə dövrə vurub dayandı. atın yalın sığalladı və yedəkləyib alaçığın yanına gətirdi. Karvan gedib yemişə. Ancaq Cahandar ağa bunların heç birini görmürdü.

Çırağın fitilini qaldırdı. Əşrəf mane olmaq istədisə də. Tapdıq qulaq asmayıb qoçu düz onun ayağının altına uzatdı. Cahandar ağa əvvəlcə Tapdığın. Cahandar ağanın bədənindən xəfif bir gizilti keçdi. Kişi daha da xoşhallanaraq maralın gözündən öpdü. Yoxsa dərimə saman təpərlər". Ancaq yerindən tərpənmədi. Gözünü ərinin üzünə zillədi: . Maral diksinib qulaqlarını şəklədi. Qaraltılar talanın aşağı tərəfindəki körpüdən keçib dərələrə doğru irəlilədilər. ona qarşı əvvələri nəvazişini əsirgədiyindən şikayətlənirdi. Yenə onun başına toplandılar.. O buradan hər şeyi aydın görə bilməsə də.İndi nə deyirsən. Kişi darıxdı. Döşəkçənin üstünə uzanıb mütəkkəyə dirsəkləndi. sahibinin laqeydliyindən. Tüfəngin dabanını endirdi. "Mənə tapşırıblar. Əlindəki samovarı alaçığın qabaq tərəfindəki küncə qoydu. səs-küydən və ocaqların ətrafında dolaşan kölgələrin hərəkətindən həyətdə nələr baş verdiyini təsəvvüründə canlandırırdı. Cahandar ağa onun buynuzunun dibini qaşıdı. __________________Milli Kitabxana___________________ heyvan ondan gileylənir. Hətta ayağa durmaq. Cahandar ağa tüfəngini çiynindən alıb çaxmağı hərlədi. Hamı güldü. güllü podnosdakı stəkanları irəli çəkdi. Əşrəf el adətinə tabe oldu. Papirosunu axırıncı dəfə sümürüb yerə atdı. Əşrəfi qarşılamağa çıxanlar atın başını tutdular. Maral da bunu gözləyirmiş kimi sahibinin sinəsinə qısılıb dayandı. .. Bir xeyli. sonra da Əşrəfin səsini eşitdi. durub alaçığa doğru addımladı. Köynəyinin yaxasını açıb dərindən nəfəs aldı. Oğlan yəhərdən enib ətrafdakılarla bir-bir görüşdü. Oğlunun qabağına getmək əvəzinə. aradan keçən dəqiqələrin hər biri il qədər uzun çəkdi. Ayağının altında kəsilən qurbana xeyli baxandan sonra kənara çəkildi. Mələk çayniki dəmkeşin üstünə qoyduqdan sonra qara. Əşrəfi söhbətə tutub ləngidənlərə acıqlanmaq və oğlunu yanına çağırmaq istədi. səksəkəli halda ətrafı dinlədi. Mələk içəri girdi. gərək kəsəm. Maralın təzə ot qoxusu verən nəfəsi onun nəfəsinə qarışdı. Cahandar ağaya elə gəldi ki. "Bir az səbr elə". Tüfəngi çadırın divarına söykədi. Samovar dığıldayıb zümzüməyə başladı. Qapı yerindən asılmış pərdəni aralayıb içəri keçdi. Tapdıq iri bir qoçun buynuzundan yapışıb darta-darta gətirdi və düz Əşrəfin bərabərində dayandı. İtlər qarasuyun o tayındakı qamışlığa doğru cumdular. Sonra Əşrəfi saxladılar. mən onun gözünə görünümmü? Cahandar ağanın fikri həyətdə olduğundan. O hiss etdi ki. Arada deyəsən zarafatlaşanlar da oldu.deyə onu tərpənməyə qoymadı. bir az gec dilləndi: 181    .

yoldan gəlib. indi kişiyə yaxınlaşa bilmədi. ya da onu yanına çağırıb üz- gözündən öpəcək. Oğlunu lal sükutla başdan- ayağa süzdü. Əşrəf məktəbli libasında idi. Başında isə günlüyü parıldayan mahud şapka var idi.Gəlin. Mələk paltarların içəridə. Belindəki sallamalı kəmərindən xəncər asardı. O gözləyirdi ki. Bütün yol boyu evə çatan kimi atasının boynunu qucaqlayıb. döşəkcənin üstündə bardaş qurub oturan Cahandar ağaya baxdı. Balağı açıq uzun şalvar geymişdi. paltarını dəyiş. üst-başını səliqəyə saldıqdan sonra alaçığa qayıtdı.Get. O da yerindən tərpənmədi. Əşrəf könülsüzcəsinə libasını dəyişdi. Tapdığın səsi eşidildi: . Sakitcə alaçıqdan çıxdı. Mələk gəldiyi kimi də astaca çıxıb qonşu dəyəyə getdi. Ayağında qara çəkmə var idi. Əşrəf atasının birdən-birə tutulduğunu hiss etdi.Hə. Ona etiraz etmək. Ancaq bunların heç biri olmadı. hazır oldu. __________________Milli Kitabxana___________________ . uzaq yerdən gəlmiş yad bir adama oxşayırdı. Əşrəf seminariyada oxuduğu müddətdə xeyli sərbəstliyə alışmışdı. Tapdıq əlində aftafa. Həyətin ortasındakı səs-küy azaldı. özün qulluq elə. ayaq tappıltıları çadıra yaxınlaşdı. Amma indi atasının səsini eşidən kimi uşağa döndüyünü hiss etdi. buradasanmı? . məktəb libasını soyunmaq istəmədiyini söyləmək ağlına belə gəlmədi. onun əlinə su tökün. Ancaq Cahandar ağanın səsi onu saxladı: .Ağa. İndi isə o. Kişi bu dəfə onu çağırıb yanında. Əşrəf tərtəmiz yuyunub. üz-gözündən öpəcəyini qət etmiş olsa da. gülə-gülə salamlaşıb hal-əhval tutacaqdı. Bir xeyli sakitcə dayanıb. atasının yanına getmək istədi. yenidən alaçığa. Uşaq lap dəyişmişdi. sandığın üstündə olduğunu işarə ilə başa salıb uzaqlaşdı. Cahandar ağa oğlunu həmişə vəznəli çuxada görmüşdü. Belinə üstündə yazı olan iri toqqalı kəmər bağlamışdı. Əşraf göy buxara papaq geyərdi. Əşrəf atasının səsini eşidən kimi qabağa keçdi. O özünü artıq böyük adam hesab edirdi. qolunun üstündə dəsmal. Alaçığın pərdəsini aralayıb içəri girdi. Çırağın solğun işığında aydın görünməsə də. atası ayağa duracaq. döşəkcənin üstündə oturt- 182    . Onu kölgə kimi izləyən Tapdıqla birlikdə qonşu dəyəyə keçdi. Cahandar ağanın hirsli səsi eşidildi: .Ay uşaq. Salamı dilində qaldı.

Kişi çeçəyib stəkanı yerə qoydu. Bundan sonra soyuqqanlılıqla dilləndi: . Mələk səssizcə içəri girdi. Cahandar ağa qənddandan iri bir qənd götürüb ağzına atdı. oğluna nə yalan danışa bilir.Yolda nə çox ləngidiniz? . İki stəkan çay süzüb birini ərinin birin Əşrəfin qabağına qoydu. Həm də onun öskürməsi. Elə səni gözləyirdik. Cahandar ağa susdu. __________________Milli Kitabxana___________________ du.Kazaklar.Deyirlər buralar daha qoruq olacaq. Kişi yerindəcə qurcalandı və qaşlarını çatıb təəccüblə oğlunun üzünə baxdı: . . tez olsunlar. . Hortahortla çayını içdi.Kazakların bizim meşədə nə işi var? . Bayırda ocaq çatdılar. atası nədənsə çox danışmaq istəmir. Cahandar ağa üzünü Mələyə tutdu: . təzə adamdır.Qabağımızı kəsmişdilər. Sonra yenə səliqə ilə qatlayıb arxalığının qoynunda gizlətdi. Əşrəf onu gözaltı süzdü və başa düşdü ki. Mələk alaçıqdan çıxmazdan əvvəl ərinə bir stəkan da çay süzdü Ata ilə oğul tək qaldı.Nə bilim? – deyə Əşrəf çiynini çəkdi. stəkanı hirslə geri itələməsi göstərirdi ki.Şamxal da? . "Yəqin. Yalnız bu zaman Əşrəf ürəklənib atasının üzünə baxdı: . Araya sükut çökdü. Biz də səhər köçürük. Əşrəf hiss etdi ki.Get de.Pis deyil. O.O tayda.Hamısı.Bəs anam hanı? . Cibindən dəsmal çıxardıb ağız-burnunu sildi. Cahandar ağa stəkanı qabağına çəkdi və oğlunun üzünə baxmadan dilləndi: . Qovrulan ət iyi meşəyə yayıldı. Padşahın adamları ova çıxacaqlar. bu barədə danışmaq lazım deyil.qulluqçudur" - deyə xəyalından keçirdi və heç nə soruşmadı. . uşaq acdır. . Əşrəf stəkanı qabağına çəkib qurtum-qurtum çay içməyə başladı. Yaşmağını yuxarı qaldırıb küncdə əyləşdi.Kim? . kənddədir. nə də bu saat hər 183    .Bibim nə təhərdir? Cahandar ağanın çayı boğazında qaldı.

Ocaqlar sönmüşdü. O istəyirdi ki. harda isə qanad şaqqıldayır. çətənlər. Bu səslər kəsik. Əşrəf atasına sərbəstlik vermək və onun hüzurunda soyunmamaq üçün eşiyə çıxdı. fasilələrlə eşidilirdi. O hamıya tapşırmışdı ki. Lap yaxında anadil ötdü. Cahandar ağa Əşrəfin bu işlərə necə münasibət bəsləycəyini bilməsə də. çaqqallar vaqqıldayırdı. qatı kölgələri daha da tündləşdirməyə çalışırdı.O bilirdi ki. arabir öküzlər öskürüşürdü.kəsik. O çox gözəl bilirdi ki. Meşəyə solğun bir ziya səpələnmişdi. min bir pıçıltı ilə danışırdı. Əşrəf lap uşaqlıqdan bu quşların qəmli oxumağını dinləyəndə mütəəssir olurdu. Kişi bu oğlunu da küsdürəcəyindən ehtiyat etdiyi üçün susmağı. ağacların budaqları arasından başıaşağı sallanan bu quşlar yalnız gecələr oxuyurdular. heç olmazsa beş-altı aydan bəri üzünü görmədiyi oğlu şirin-şirin danışmaq belə çətin olacaqdı. Yalnız qalın kolların sıx yarpaqları əvvəlki kimi bir-birinə qısılaraq ay işığının qabağını kəsir. O indi hər şeyi unudaraq meşəyə qulaq asdı. __________________Milli Kitabxana___________________ şeyi söyləməyi münasib hesab edirdi. Əşrəf bu gözəgörünməz quşların səsini eşidən tək alaçığın qabağındakı palıdın altına getdi. farmaşlar. qalın keçələr.. Kişi qorxurdu. Çay-çörəkdən sonra Mələk ata ilə oğula alaçıqda yanaşı yer saldı. arabir meşəxoruzları banlayır. Dəyələrin çoxu sökülmüş. Ona görə susmağı və gecəni sakit keçirməyi qərara almışdı. Deyilənə görə onlar vaxtı ilə insan olmuşlar. İşini qurtaranlar şirin yuxuya getsələr də. Əşrəf həqiqəti öyrənəndən sonra ağız ləzzəti ilə bir tikə çörək yemək. İndi bir-birini səsləyən anadillər peyğəmbərin danasını otarırlar- 184    .. Meşe sehrli bir qaranlıq içində mürgüləsə də. könül bulandıran söhbət eşıtmək istəmirdi. qarasuyun yaxası boyu uzanan qamışlıqlarda qurbağalar quruldayır. Əşrəfə heç nəyi xəbər verməsinlər. Bax həmin bu sükut anlarında sanki hər şeyin susmasını gözləyən anadillərin zil və kədərli səsı eşidilirdi. qab-qacaqlar arabalara doldurulmuşdu. Bir az bundan əvvəl meşəni bürüyən zil qaranlıq uzaqdakı qollu-budaqlı nəhəng ağacların yarpaqları arasından boylanan və hər dəqiqə yüksəyə qalxan narıncı dəyirmi ayın parıldadığını görüb geri çəkilmişdi. Əşrəf kəndə gedəndə özü hər şeyi öyrənsin. heç olmasa bircə gecə mehriban yatmağı arzu edirdi. Xalxalda kövşəyən malların gəyirtisi eşidilir. yaddan bir şey çıxartmamaq üçün yurd yerini dönə-dönə yoxlayanlar da var idi. hər halda xoşagəlməz. Ağacın gövdəsinə söykənib susdu. hələ ora-bura qaçanlar. Çəyirtkələr pırıltı ilə otdan-ota atlanır. Taladakı təkəm-seyrək ağacların çəmənliyə sərilən kölgələri aydın görünürdü.

onlar nə qədər axtarırlarsa. Cahandar ağa oğlunun yatdığını yəqin etdikdən sonra yerin içində dirsəkləndi.Tüfəng atan siz idinizmi? . Yarpaqlar xışıldadıqca bu kölgə xal-xal olur. Bu sərinlik onun yorğun əzalarını dincəltdi. Lap yaxında bayquş uladı.Yaxşı. Hardasa qanad şaqqıldadı. kürəyi enli.. Elə bil xəyalında nəyi isə olçüb-biçirdi: . Duranda palıd kimi əzəmətli. Təzə ipək yorğan- döşək bir müddət xışıldadı. Bir gün dana itir. Onun iri əzələli tük basmış geniş sinəsi açıq idi. çənli-çiskinli havada hərəsi bir yana üz tutur biri "tapdınmı?" .. Dodaqları. Əşrəfin ağ bənizi daha da ağarmışdı. Qaşları incəlmişdi. bəzən də geri çəkilib çadırın divarına yapışırdı. Tüfəngi döşəyin yanına qoymuşdu.deyə soruşur. sinəsi və qolları tunc kimi olsun. O öz övladını qollu-budaqlı iri palıd ağacı kimi möhkəm görmək istəyirdi..Haraya gəldiyinizi gördülərmi? . Yorğanın altına girib orada paltarını soyundu. Gözünü alaçığına tavanına zilləyib dayandı. soyuq havasından buza dönmüş yataq ona doğma və xoş göründü. Cahandar ağa yorğanı sinəsinə çəkib yerinə uzanmışdı. Əşrəf diksindi. yıxıl yat Əşrəf çırağın fitilini aşağı çəkdi. "Tapdınmı?". Elə bu cür. baldırları möhkəm. Asta addımlarla alaçığa yaxınlaşdı. . bir-birilərini səsləyə-səsləyə. Cahandar ağa oğluna doğru əyildi. oğlunun əlləri cod. Əşrəf deyilənlərin doğru olub-olmadığını yoxlayırmış kimi sakitcə qulaq asdı. o biri isə "yox" . ayın işığı tala-tala yerə sərilir və çadırın açıq qapısından içəri soxulub yorğan-döşəyin üstündə oynayırdı. Dalımızca düşmüşdülər. heyvanı tapa bilmirlər. qorxularından dönub quş olurlar. çənəsi nazilmişdi. __________________Milli Kitabxana___________________ mış. İzi itirdik. "Yox". Həyətdəki iri palıd ağacının kölgəsi alaçığın üstünə sərilmişdi. "Tapdınmı?". Həmin bu işıq bəzən Əşrəfin üzünü işıqlandırır. yıxılanda da palıd kimi 185    . Kişi qüssələndi. O istəyirdi ki. Ağacların dövrəsində yarasalar uçuşdu. Necə aydın idi! Ayın işığı yarpaqların kölgəsini çalın-çarpaz doğrayıb Əşrəfin çiyninə düşdü. Bir xeyli heyran-heyran öz balasına tamaşa elədi.. kazaklar idi.Yox.deyə cavab verir. Meşənin qaranlığında. . Meşənin nəmli.Yox. Şüşənin yuxarısından üfürüb işığı söndürdü. Kişi xeyli dinmədi. Əşrəf yerin içində yenə bir müddət anadillərə qulaq asdı və özü də hiss etmədən yuxuya gedib mışıldadı. "Yox".

içə çox narahat idi. səmadakı parlaq ulduzlara zillədi. Pəncərənin pərdəsi asılmış. deyəsən. __________________Milli Kitabxana___________________ nəriltili olsun. Əşrəfin üzündən və alnından ehmalca öpdü. Cahandar ağanın bir də qayıdacağını. nə də evdə. O günü camaatın başı dəfnə qarışdı. qəbrə ilk torpağı özü tökdü. kişilərdən biri qəbrin üstündə Quran oxumağa başlayanda kənara çəkildi.dedi.. Əslində. Nə cənazə qaldırılanda. Ancaq. Əşrəf qız kimi zərifləşmişdi. 3 Tərtəmiz süpürülüb təmizlənmiş otaq başdan-başa gəbə ilə döşənmişdi. iki gün evdən bayıra çıxa bilmədi. çal-çəpərinə od vurub. ehsan yerində bir kəlmə danışmadı. otuzluq çırağın fitili azacıq qaldırılmışdı. Türbədən gələn qonağı elə gecə ikən. "Yox". Müridlərin axırıncı yığıncağı dağıldıqdan sonra o. Yumşaq gəbələrin üstündə səssizcə gəzdikdə elə bil bu rahatlıqdan ləzzət alırdı. Anadillər yenə həzin-həzin ötürdülər: "Tapdınmı?". onun evinə basqın edəcəyini. Ayağında təptəzə naxışlı corab var idi. Bəlkə oxumaq onu sıxırdı? Bəlkə onu daha məktəbə getməyə qoymasın? Kişi bu cür düşüncələrlə xeyli oğlunun üzünə baxdı. Yuxarı başda iki döşəkcə və zər bafta ilə işlənmiş qızıl qotazlı məxmər mütəkkələr qoyulmuşdu. evi gülləyə basacağını gözlədi. Birdən ehtiyatla aşağı əyildi. yenə əvvəlki kimi mışıltı ilə yatdığını yəqin etdikdən sonra yerinə uzanıb yorğanı sinəsinə çəkdi. obadan geri qalmaq ayıbdır. hamının 186    . Molla Sadıq iki gündən sonra öz arvadını və gəlinlərini yas yerinə göndərdi. kəhrəba muncuqlarını şaqqıldadırdı. xeyli fikrə getdi. Onun hec nə hiss etmədiyini. Şahnigar özünü asmışdır.. namaz qılanlara qoşulmadı. Baş-sağlığı verənlərə belə heç nə demədi. Ancaq ertəsi günü arvadlar ona xəbər gətirdilər ki. gedin. Gözünü ağacların bası üstündən o yana. Hamı Cahandar ağanın qapısına toplandı. bir dəstə atlı ilə yola saldı. Molla Sadığın qaşı çatıldı. ehtiyatlı olmalarını tapşırdı. nə qəbristanlıqda. . "Eldən. otaqda gəzinə-gəzinə təsbehinin iri. qapıya tüfəngli keşikçilər qoydu. O. Molla Sadıq çiynində əba. Əl altından qohumlarına və Sadıq müridlərinə xəbər göndərdi. Cahandar ağa bacısının cənazəsini özü götürdü. Ağlaşmaya gedən qonşu arvadları xəbər gətirdilər ki.

Bəlkə Cahandar ağa onu görən kimi tüfəngi çəkdi. müridlərin sayı azalar. özünün günahkar olduğunu boynuna almış olar. qəzəb bir az soyumuşdu. ağlaşmadan sonra çay-çörək verib yola saldıqlarını söylədilər. daxildən püskürüb çıxmaq istəyən. dərd. Bir yandan da bu rus Əhməd uşaqları tovlayıb məscidə gəlməyə qoymurdu. Yas yerində ona heç nə demədilər.dedi. o Quran oxudu. Cahandar ağa bir kəlmə dinib-danışmadı. bu qəzəb bir gün püskürəcək. Cahandar ağa canın dişinə tutub. Qəlblərdəki kin. bu hadisələrdən sonra camaat arasında hörmətdən düşər. Onun məqsədi bu yolla ağız aramaq. Molla Sadıq zənnində yanılmadı. Əgər yas yerina dəyməsə. ay Molla Sadıq. Xırdaca damarlar az qalır ki. bəs hanı sənin qüdrətin? Bəs hanı türbənin qəzəbi. "Allah rəhmət eləsin" . Elin adəti var qanlı düşmən qanlı düşmənin qapısına gələndə ona əl qaldırmazlar. Şahnigarın ölümündə Cahandar ağanın əli var.tökülməkdə olan bir qayanı saxlayır. O başa düşdü ki. uçub. üçüncü gün Molla Sadığın özü cəsarətə gəlib. ölüm adamları yumşaltmışdı. O qorxurdu ki. özü də xata ondan uzaq olmayacaq. o. taqsirkardır. O istəyirdi ki. Cahandar ağanın evində nələr danışıldığını öyrənmək idi. özünü saxlayır. ağırlaşıb qurğuşun yükü kimi qəddini əyir. Ona görə də bu qədər sükut edir. kəndin bir necə ağsaqqalı ilə bərabər Cahandar ağanın evinə getdi. O saqqallı rus kəndə gəlib gedəndən sonra uşaqlar 187    . bəlkə də narazılıqla qurtarıb gedə biləcək bir incikliyi düşmənçiliyə çevirə bilərdi. Onlara ədəblə hörmət etdiklərini. Arvadlar yas yerindən razı qayıtdılar. bəs onda nə olsun? Ara yerdə güdaza getsin? Yox. Onu başqa bir şey də narahat edirdi. belə şey ola bilməz. Elə bil çiynini verib. Hüzr yerinə gələnlər ev sahibinə başsağlığı verib dağılanda Molla Sadıqla Cahandar ağanın baxışları ani olaraq bir- birinə sancıldı və bu anı baxış ona hər şeyi aydınlaşdırdı. Bəs onda türbədəkilərə nə cavab verərdi? Göytəpəlilər deməzdilərmi ki. yazı-pozu öyrədir. Yerin içində xeyli qovruldu. bu yolla özünə olan münasibəti aydınlaşdırsın. qəzəb. Mərhuməyə behişt arzuladı. peşmançılıq onu əzir. "kafir" kitabları oxutdururdu. vulkan kimi alovlanmağa hazır olan qəzəbini hələlik boğur. Nəhayət. Yükün ağırlığından onun gözlərinə qan sağılır. Hətta Molla Sadıqdan xahiş etdilər. Molla Sadıq dərk etdi ki. partlasın. Onları xəlvəti yanına aparır. Yas gecəsi sakit keçdi. Görünür. Bir də Molla Sadıq özü onun yanına gəlmişdi. Evə gələndən sonra yata bilmədi. Kin. __________________Milli Kitabxana___________________ ölüsü-dirisi olacaq". ələm.

dəlilin yox. Kənd yatmağa hazırlaşırdı. heç nəyə baxmadan. Xeyli ətrafına boylandı. Bu qorxu ona da sirayət etdi. ona inanmır. Əhməd heç. .qolunu bağlayıb birbaş Sibirə göndərməzdilərmi? Onun izi-tozu biryolluq itməzdimi? Mən də rahat nəfəs almazdımmı? Bəs sonra? Molla Sadığı fikir götürdü. təklif gözləmədən atını birbaş həyətə sürərdi. .Ay ev yiyəsi! İtlər atlının üstünə cumdular.edə geri qayıtdı. . kəhrəba muncuqlarını şaqqıldadırdı. Əgər bu iş baş tutsa belə.Evdədir.A bala. başlıqla üz-gözünü bürümüş adama baxdı. din var. Deynən türbədən gəlirəm. itə yal verib zəncirdən buraxmışdı. onu kənddən qovmaq asan idi. Yerlər qulaqlıdır. Amma cammaat buna yol verməz.Sən kimsən? . bəs Cahandar ağa'? Bəlkə divan-dərəyə xəbər versin ki. Hamı mal-qarasını rahatlamış. qan töküb. yol ilə gedənlərə saymazyana baxdı və astadan həyətdəkiləri səslədi: . Qapıda hərlənən nökərlərdən biri doqqaza çıxdı və az qala atlını dartıb yerə salan itləri qovdu. şəriət var. Onun gözlərindən başqa heç yeri görünmürdü. nə edə bilərdin? Ölünü təzədən qəbirdən çıxarmayacaqdılar ki? Bir də. Bu işi sübut etməyin çox çətin olduğunu düşündü. o saat qəbri eşib tökəcəklər. onda necə olar? Atlı kazaklar gəlib onu tutmazdımı. Qaranlıq lap qarışmışdı.Deynən zəhmət olmasa. sonrası pis olardı. Lap qılıncdan keçirsələr də onları qəbristanlığını həndəvərinə hərlənməyə qoymazdılar. __________________Milli Kitabxana___________________ adamın sözünə heç baxmaq istəmirdilər.Allah qonağı. axşama düşmüşəm. Atlı gördüki. Şübhə ilə yan- yörəsinə boylandı. təsbehinin iri. Molla Sadıq bu cür ağır düşüncələrlə yumşaq gəbənin üstündə gəzinir. Nökər yenə bir xeyli təəccüblə onun üzünə baxdı. molla evdədirmi? . camaat buna razı olarmı? Rusa nə var. doqqaza çıxsın. Atlı yəhərin qaşındakı tüfəngin qundağını yapıncının altında gizlətmişdi. əl. Əl-ayaq yığışılmışdı. nökər nədənsə qorxur. hə. Atı azacıq tərpədib evin böyrünə qısıldı. Daxmaların çoxunda işıq sönmüşdü. Sonra ehtiyat edə. Bir xeyli təəccüblə. Molla Sadığın doqqazında bir atlı dayandı. dedin. tez-gec xəbər tutarlar və mənim daşımı daş üstündə qoymazlar. Cahandar ağa doğma bacısını öldürüb. Əgər itlər onun qabağını kəsməsəydi. 188    . Şahidin yox.

molla. sözümün dalına qulaq as. papirosunu yenidən tüstülətdi.O qədər də yox. yoxdursa da doğrudan da axşamlayıb gecələməyə yer axtarırdısa.Qonaq tüfəngini də küncə qoyduqdan sonra iki addım qabağa gəldi: . evə gəlsin. Onlar yanaşı oturdular.addımladı.Məni tutmazlar ki? . . Gümüş dəstəkli xəncərini düzəldib bardaş qurdu. Molla Sadıq dəhşətlə çırağın solğun işığında oturan adama baxdı. nə istədiyini soruşmağı yersiz hesab etdi. Papirosun tüstüsü onu duman ki- 189    . . Yerindən dik atılıb ayağa qalxdı.Əyləş.Bu nə sözdür. Qonağa da təklif etdi. Eyvanda tüfəngli bir adam göründü: . yatacaq. Bu.Deyəsən uzaqdan gəlirsən? . Gələn qonağın əgər bir işi vardısa. Evin ortasında dayanıb gözlədi. Molla Sadıq bir ev sahibi kimi gələnin kim olduğunu . Hələ də təəccüblə onu süzən ev sahibinin üzünə belə baxmadan astadan dilləndi: . Tütün qutusunu çıxardıb papiros eşdi. Aradan ikicə dəqiqə keçməmiş çay gətirdilər. Molla Sadıq qonağın sifətinə nə qədər diqqətlə baxsa da. Molla Sadıq stəkanı qabağına çəkdi. __________________Milli Kitabxana___________________ Nökər xeyli ləng gəldi. O. Molla Sadıq evin yuxarı başındakı döşəkcəni göstərdi: . Geri. qorxmayın.Hirslənmə. başına at təpib. Başlığını sürüsdürüb boynunun dalına saldı. Qonaq yüngül addımlarla eyvana qalxdı.dedi və iki əli ilə onunla görüşdü. nədir? . molla. deyirlər Cahandar ağanın bacısının ölümünə sən bais olmusan? Kişini elə bil ilan sancdı. Cilovu nökərə verib evə doğru. yapıncısını çiynindən alıb küncə qoydu. Nökərin göstərdiyi qapını açıb içəri keçdi. Atlı dərhal yəhərdən yerə endi. adam yanında dəyməzlər. səhər tezdən də çıxıb gedəcəkdi.Molla.Molla deyir. Hər yerin gəbə ilə döşəndiyini görüb ayaqqabılarını soyundu. dincini al. Qonaq çayını içdi. tanıya bilmədi. İçəri keçməzdən əvvəl yolunu kəsən itlərə baxdı. atdan düşüb. adət deyildi. Onun belə sərbəst hərəkətindən təəcüblənsə də.Yox. Çaxmaqla qovu yandırıb papirosunu odladı və yanıqlı-yanıqlı sümürdü.Xoş gördük. divara doğru çəkildi: . Yenə susdular. heç nə demədi. . tez-gec özü deyəcək. Allah qonağıdırsa. Allah qonağı.

Qonaq bu saat ayağa duracaq.Olmasaydı. . daha pis olacaqdır. Cahandar ağanın təzə arvadı bilmirsən kimdir? 190    . eləmi? . Bir də bunların mənə nə dəxli var? . Molla Sadıq lap ehtiyatlandı.. bütün bunların mənə nə dəxli var? Yoxsa məni çəkiyə çəkir? Ağzımdan söz almaq istəyir? Boynuma bir şey qoymağa çalışır? Bu nə canlı-cinlidir mənim qapımı açdı? Gecə vaxtı xataya düşmədik?! Mən bunu necə rədd eləyim getsin?". mənə dağ çəkənə dağ çəkmisən.Niyə oturmursan. . gələn adamı elə buradaca. sonra da atılıb həyətə çıxacaq. . bu nə sözdür danışırsan?. arvad özünü boğmayıb. bəlkə də Cahandar ağanın göndərdiyini güman etdi.Sən otur. mənim baldırlarım ağrıyır. Eşitdiklərinə inanmaq istəmədi. Bu adamın qəsdən gəldiyini. de görüm kimsən və bu axşam şərində məndən nə istəyirsən? Mollanın səsi həm qəzəbdən.Mən sənə təşəkkür eləməyə gəlmişəm. Qonaq ancaq indi başını qaldırıb ev sahibinin üzünə baxdı. həm də qorxudan titrədi. arvad-uşağı qıracaq. a kişi. Əgər molla uşaqlara göz eləsə. __________________Milli Kitabxana___________________ mi bürümüşdü. . Molla Sadıq donub yerində qaldı.Ey Allahın bəndəsi.Molla. sifəti laylanmış göyümtül tüstünün içində güclə seçilirdi. Bu namərd oğlu türbədən gəlirəm deyə məni yamanca yastığa qoydu". Qıllı papağı. molla. Ona elə gəldi ki. molla? Qonağın səsi kişini özünə gətirdi. Bu kimdir? Necə yəni təşəkkür eləməyə gəlmişəm? Axı. evin içində öldürtsə. həm də çox həyəcanlı olduğunu sezdi: . sən mənim ürəyimdən tikan çıxartmısan. Duyuq düşən düşmənlər şaraqqa-şaraqla evi gülluyə basacaq. Molla Sadıq ehtiyatsızlıq etdiyinə. qapını açmazdım.Mənim sözlərim sənə qəribə gəlir. "Yamanca yerdə axşamladıq. . Pusquda duranlar içəri göndərdikləri adamın nə edəcəyini gözləyirlər. tanımadığı adamı içəri buraxdığına görə özünü danladı. Onun hirsli-hirsli təsbeh çevirdiyini. ev-eşiyi də yandıracaqdılar. qardaşının gülləsinə qurban olub. Ürəyindən keçənləri büruzə verməmək üçün təsbehini çevirdi və gəzinməyə başladı: . atın belinə qalxıb dördnala çapacaqdır.Sənin ağzından qan iyi gəlir. xəncəri siyirib onu doğrayacaq. bu saat evin dörd tərafini kəsiblər.Deyirlər.

Lazımdır. arvad-uşaq eşidər. Tüstüm təpəmdən çıxır. Kişi dərindən nəfəs aldı. Arxayın-arxayın təsbehini çevirdi. Molla dinmədi. Mərəkəyə çıxa bilmirəm. molla. O isə papirosunu kötüyünə qədər sümürüb söndürdü və qapıya tərəf atdı.A bala. molla. arvadını əlindən verib. Nəyimə də lazımdır? . heç yeri görmürdü. papirosun kötüyünü çeynəyib yesin.Nə? . O fasiləsiz olaraq papirosunu sümürürdü. İndi sənin yanına gəlmişəm. O yalnız indi arxayınlıqla qonağını gözdən keçirdi. __________________Milli Kitabxana___________________ . Sonra da ayağa durub ev sahibinin qabağında dayandı. Özünə toxtaqlıq ver. Gözünü haraya isə zilləmişdi. Onun rənginin avazıyıb kağız kimi ağardığını. Mən başımı qaldırıb adamların üzünə baxa bilmirəm. Onu tapa bilmirəm. Ancan heç yerə baxmır.Bəli. o namərd köpəkoğluna əlim çatmır. özü də utanmaz- utanmaz atın belində gəzir" – deyirlər. gözüm kölgəlidir. papağımı yerə soxub. otur. Evin qaranlığı azalan kimi oldu. Onun gicgahlarından qalxan göy damarlar yanağına doğru uzanırdı. qohum-əqrəbanın yanında dilim gödəkdir. . burnundan fısqırıb çıxırdı. bizə iki stəkan çay gətir.deyə Molla Sadıq qonağı sakitləşdirməyə çalışdı. mənə kömək elə. Yalnız bundan sonra Molla Sadıq qonağı dindirdi: 191    . Hamı arxamca mənə rişxənd edir.Bir az yavaş. "Biqeyrət köpək oğlu. titrədiyini gördü. Gözünə işıq gəldi. Pakizə çay gətirdi. Molla Sadıq bu dəfə yerini rahatlayıb bardaş qurdu. mənə dağ çəkənə dağ çəkmək istəyirəm.deyə kimi isə səslədi. . Otur görüm. Qızı Pakizə içəri girdi. Atı da tövləyə çəksinlər. Halalca. Az qalırdı ki. o mənim arvadımdır. Molla Sadığın elə bil üstündən dağ götürüldü. kəbinli arvadımdır. molla! Mən odsuz-ocaqsız yanıram. bütün nəslimin namusuna sataşıb. . heç kəsin üzünə baxa bilmirəm. Tüstü ağzından. acmışıq. Anana da de. . Qapını arxasınca möhkəmcə örtdü.İndi bildinmi mənim dərdim nədir? Cahandar ağa mənim anamı ağladıb. "Ay uşaq" . xəncərin dəstəyindən yapışdığını və barmaqların. xörək tədarüku görsün. Tay-tuşun. .Yox. Məni ələ salırlar. Nə qədər çalışıram. Onlar yenidən döşəkcənin üstündə yanaşı əyləşdilər.Belə söhbəti ayaqüstü eləməzlər. .

. ürəyini boşaltmağa adam tapmayan və əsəbləri tarıma çəkilmiş kimi dartılı olan Allahyar indi. Onu bu saat tərpətsən. sel-su kimi yaş axıdıb sakitləşən bir qadının vəziyyətində idi. .Allahyar. indi məndən nə istəyirsən? 192    . sənin gözünü qan örtüb. nə cürətlə bu tərəflərə ayaq basmısan.Namussuz yaşamaqdansa. Stəkanı boşaltdıqdan sonra geri itələdi.Ot tayalarını da sənmi odlamışdın? . başları qarışıqdır.Yenə ehtiyatsızlıq eləyirsən.Yaxşı. çayını iç.Allahyar. gözünü yumub doyunca ağlayan. sən şir ürəyi yemisən. indi gələndə səni görüb-eləyən olmadı ki? . O bu saat aylardan bəri qovrulan. O. Molla Sadığa elə gəldi ki. . nə qədər Cahandar ağa sağdır. .Yox. Qəndlər dişin altında əzilib xırçıldadı.Ehtiyatsızlıq edirsən. Demirsənmi duyuq düşərlər. Otağa horultu düşdü. __________________Milli Kitabxana___________________ . heç yerindən də qalxa bilməzdi. uzun müddət tənha dərd çəkən.Yaxşı.Bəli.Bildim ki. . kənddə əl.Orası elədir.Bəli.qol aça bilməyəcəkdir. . Molla Sadıq söhbətə ara verdi. Xır yolundan burulub saymazyana doqqazınıza gəldim. başa düşürdü ki. . Mütəkkəyə dirsəklənib təsbehini çevirdi. uzun sürən bir xəstəliyin taqətdən saldığı adamın vəziyyətindədir.Onun qızına gülləni sənmi atmışdın? . amma ehtiyat da lazımdır. qardaş. Ayaqlarını uzatdı. hayıfımı ala bilməməkdən qorxuram. Molla Sadıq çay içmək bəhanəsi ilə fikirləşmək. Stəkan-nəlbəki şaqqıldadı. Yoxsa ara yerdə qanın itər. Onun beli də azacıq donqarlanmışdı. . fikir verən olmadı. .Qardaş. Allahyar elə bil süstləşmişdi. nəhayət. Bir az bundan əvvəl gərili yay kimi dartılıb açılmağa hazır olan qonağının büzüşdüyünü gördü. adın nədir? . hər şeyi ona danışandan sonra. ələ düşən bu fürsətdən istifadə etmək və ustalıqla tədbir tökmək istəyirdi. Deyəsən. molla. . ölmək yaxşıdır. iri tikəni qulağın boyda elyərlər? .Mən ölümdən qorxmuram. nədir.

məni öldürsünlər.Axı. O nəyi isə xəyalında xeyli ölçüb-biçdi və nəhayət. Molla Sadıq təsbehini qoluna keçirib xeyli saqqalını tumarladı. sən istəsən də mən buna razı olmaram. __________________Milli Kitabxana___________________ Allahyar fikrindən ayılıb müsahibinin üzünə baxdı. . Fürsət düşən kimi sənnən haqq-hesab çəkəcək.Yaxşı. .Bunu sənə kim deyib? .deyə molla onun sözünü kəsdi.Sən nəyə əsasən belə bir işi mənə təklif eləyirsən? . Molla Sadıq onun gözlərindəki yalvarışı oxudu: . Ona görə də sənə pənah gətirmişəm. sataşa-sataşa divan 193    .Yox. Qalanı ilə işin olmasın. köməkləşək. Cahandar ağa bacısının hayıfını səndə qoymayacaq. .Mənə kömək elə. – Allahyar alışıb- yanan ocaq kimi yenidən alovlanmağa başladı. Həndəvərinə hərlənmək olmur.Özün bilirsən ki. mən sənə nə kömək edə bilərəm? Allahyar bir az dirçəldi.Molla Sadıq. heç kəs ondan şübhələnməsin.hesabı özüm çəkəcəm. molla. o sənin də düşmənindir. astadan diiləndi: . Sənin əvəzinə gedim onu öldürüm?' . Mən hər şeyi bilirəm. Çırağın fitilindən ox kimi uzanan ziyalar onun gözlərinə sancıldı və kirpiklərinin arasına doldu.Yaxşı. Molla Sadıq ürəyindən keçənləri ondan gizlətməyi və Allahyarı bir az çək- çevirə salmağı lazım bildi.İndi mən nə eləyim. Bu kənddə də heç kimim yoxdu. İndi isə həmin adam özü öz ayağı ilə gəlib çıxmışdı. Güclə qaçıb canımı qurtardım. İndi özün bil. Molla Sadıq əslində Cahandar ağanın təzə arvadının ərini çoxdan. sən məni uşaq yerinə qoyma. qızışdırıb Cahandar ağanın üstürnə salmağı çoxdan arzulayırdı. axtarırdı. Elə öz kəndimizdə də fərli bir qohumum yoxdur. Heç kəslə tanış deyiləm. Tayalarına od vuranda az qalmışdı ki.Onunla haqq. Onu da bilirəm ki. . Sən ancaq fürsət düşəndə mənə xəbər çatdır. . Gözlərini qıyıb lampaya baxdı. Söhbətlərinin eşidilməsindən qorxurlarmış kimi az qala pıçıltı ilə danışmağa başladılar: . Mən ona dağ çəkə-çəkə. Molla da yenidən bardaş qurub oturdu. Mən gəlmişəm ki. . Döşəkcəni sürüşdürüb lap mollanın yanına gəldi. Onu tapıb əlbir olmağı. Qnlar baş-başa verdilər. Həm də bunu elə etmək istəyirdi ki. onlar dişli tayfadırlar.

Bir iş tutanda da izi azdırmaq lazımdır. görüşdüyümüzü gərək nə dil bilsin. Molla Sadıq onun gözlərinin qayır-qayır qaynadığını gördü. Ancaq bizim burda danışdıqlarımızı. məsəl bardağa girdin. Yolçu yolda gərək.Ürəyini buz kimi saxla. qardaş. Kişi elə bil birdən-birə cavanlaşdı. İndi özün bil. onları duyuq salarsan. Belə eləsən gərək bu saat adam göndərib mənim burda olduğumu Cahandar ağaya xəbər verəsən. Bu da sənin xeyrinə olmaz. adamların duyuq düşüb hay-haray salıb- salmadıqlarını bilmək istədi.Mənim boynuma çətin iş qoyursan. . aranı var. 194    . nə dodaq. heç nə lazım deyil. Ancaq Molla Sadıq onun çiynindən basıb aşağı oturtdu: . Yapıncısını çiyninə saldı. Daha sən bu işdən boyun qaçıra bilməzsən. Kəsə yolla kənddən çıxarsınlar. Onun belinin əyrisi də düzəldi. Gözləri ov üstünə atılmağa hazır olan yırtıcı gözü kimi parıldadı. nə zaman. Buralarda gözə dəysən. Ancaq gecə böcəklərinin cırıltısı və Kürün uğultusundan başqa heç nə eşitmədi. özüm xəbər çatdıraram. . başa düşdünmü? Bunun dağı var. Sıçrayıb ayağa qalxdı. .Məsləhət sənindir. mən gəldiyim yolla da geri qayıda bilərəm. molla.Di salamat qal. Allahyar doğrudan da getməyə hazırlaşırmış kimi qalxmaq istədi. Bu gün- sabah əkini-biçini olacaq.nə eləmək lazım olduğuna işarə elə. əl çəkən deyiləm. __________________Milli Kitabxana___________________ tutacam ancaq məni xəbardar elə. Harda. Molla Sadıq xeyli pəncərə qarşısında dayanıb kəndi dinlədi. . Yüngül addımlarla küncə yaxınlaşıb tüfəngini götürdü. oldun bardaq suyu. . dediklərimə qulaq as: sən bu kəndə hərlənmə. bir daş üstdə. ətək sənin. sarı kəhrəba muncuqları gecəyarısına qədər şaqqıldadı. . . Başlığı boynuna doladı. İtlərin hürüb-hürmədiyini. Ay doğmamış aradan çıxsam yaxşıdır.Dayan. Nə vaxt lazım olsa. Onun təsbehinin iri. Ancaq qoy uşaqlar səni ötürsünlər. Qapını möhkəmcə bağlayıb otaqda gəzindi. əl mənim. bir daş altda. Bir neçə dəqiqədən sonra Allahyarın atının ayaq tappıltıları evdən uzaqlaşdı.Özün bil. çörək ye. Bayaqkı üzgünlük yox oldu.Eviniz şən olsun. nə eləmək .İndi ki. belə oldu. Bir də. Eşitdinmi.

bir dəstə cavan heyvanları şığayıb suya tökür. arabaları açsınlar. qorxub geri qayıtmaq istəyən inəkləri. özü də atdan endi. Kürün lil qoxusu verən sərin havası onun üzünə vurdu. arabaların yanında qaçışan tumançaq uşaqların. yulğun kollarının arası ilə irəlilədilər. göyöyünlər mallara dinclik vermirdi. Cahandar ağa iri qovaq ağacının kölgəsində dayandı.Deyəsən yenə Kürün dəliliyi tutub. Kürün sahili köçərilərin düşərgəsinə çevrilmişdi. Tələm-tələsik ocaq qalayıb qazan asan arvadların. Keçidin aşağı tərəfində. Yulğunluqların içi mal-qara ilə dolmuşdu. Milçəklər. Tapdıq dərindən nəfəs aldı: . At bərkdən kişnədi.. Onlardan biri az qaldı atın ayaqları altına düşsün. heyvanları sulayaıb sığırçıların səsi bir-birinə qarışmışdı. Qızlar təlaşla qışqırışıb ətrafa dağıldılar. Kürün balaca bir qolu Əşrəfgilin yolunu kəsdi. Arabalar bölük. Tapdıq bələdçilik etmək məqsədi ilə atını qabağa sürüb suya saldı. gəmi işləmir? . Döngəni burulmaq istərkən bir dəstə qızla qabaqlaşdılar. Nəfəs almaq olmurdu. Onlar tez-tez başlarını aşağı əyir. Arabalar gəlib çatdı. sığırçılar isə malları bir-birinə qarışmağa qoymurdular. çoxmu dayanasıyıq. danaları daşa basırdılar. şaxları əlləri ilə kənar edirdilər. mane oldu: . Tapdıq yüyəni onun əlindən almaq istədikdə. suyun yayılıb dayazlaşdığı yerdə. Tapdıq da yüyəni dartdı. Atlar qoşalaşdı. Əşrəf acıqlı bir səs eşitdi: 195    . Onlar çaparaq şuyu keçdilər və cığıra çıxdılar. Yenə ötüşdülər. __________________Milli Kitabxana___________________ 4 Əşrəf meşənin qurtaracağında atın cilovunu çəkdi. Boz-bulanıq sular ətrafa sıçradı. Onlar malları hay-küylə ürəkləndirib o üzə keçirməyə çalışırdılar. Uşaqlar dana- buzovları. Açıqlığa çıxan kimi Əşrəf atını mahmızladı və keçidin yuxarı tərəfinə doğru irəlilədi. Əşrəf ondan geri qalmaq istəməyib. Əlindəki saxsı cürdəyi salıb sındırdı. suyun qırağında bu qədər adam olmazdı.Get. sonra işarə etdi ki. Dördnala çapan atların cilovunu nə qədər yığdılarsa da. qamçını havada oynatdı. Əlini gözünün üstünə qoyub.Yəni deyirsən. öyrən gör.İşləsəydi. yelini ala bilmədilər. Yuxarılara yağan yağışdan sonra hava bürkülənmişdi.. ağız-ağıza qovuşan sulara baxdı. . Tapdıqla Əşrəf lil basmış cığırla.bölük dayanmışdı.

Bizə qarğıyan. Əşrəf də atın başını çevirib Tapdıqla bərabərləşdi: . dilim qurusun. Suyu o üzə keçən qızların arxasından çatmağa tələsdi. Qız ani şaşqınlıqdan sonra hirsdən çox küskünlüyü andıran bir çevikliklə dabanı üstündə fırlandı və geri döndü. yekə qız olub.Salatın da böyüyüb? . Saxsı qabın qırıqları cığırın ortasına səpələnmişdi. . Qulaqlarını diklədib kişnədi. Atlar addım-addım irəliləyir. __________________Milli Kitabxana___________________ . Qız qaça-qaça Kürün balaca qolu üstə sərilib körpünü əvəz edən iri qovaq ağacının üstünə çıxdı. Onun hörükləri yellənib çiyinlərini öpdü və kürəyinin ortasında dayandı. bəzən lilli gölməçələrdən keçir. bu. gözlərindəki qəzəbin yox olub.O qız kim idi? .Ciyəri yanmışlar. Əşrəf atın cilovunu dartıb dayandı. Əşrəf onun yalın ayağının qabığı soyulmuş ağacın gövdəsinə saldığı izləri belə gördü. Bir az əvvəl baş vermiş hadisəni unutmuş kimi atlı oğlana baxdı. Qızı başdanayağa süzdü. . Atlar ləpəli. Qız körpünün ortasında dayandı. Qırmızı atlaz donunun sinəsindəki pullar və belindəki kəmərin toqqası parıldayan bir qız qaş- bağını töküb onların arxasınca baxırdı. Qız dabanı üstə fırlanıb körpünü keçdi və qızların arxasından çatdı. ağacların yarpağını qoparırdı. O. . boz-bulanıq suyun köpüklü sinəsini görən kimi dayandı.Eh. uşaq ədası ilə büzüb salladığı dodaqlarının tərpəndiyini.Tanımadınmı? Pakizə idi. Gözünü yumub-açınca bir qaraçı boyda uzanırlar. Əşrəf imiş ki. Əşrəf dodaqucu gülümsündü: 196    . ərkəsöyün bir məzəmmətə çevrildiyini gördü. bəzən də ağızlarını uzadıb. Əşrəf yenidən susdu. Sahilə çatdılar. Əşrəf qızın çatma qaşlarının ortasındakı düyünün açıldığını. qıza nə var.O ki. yəhərin üstündən qanrılıb geri baxdı. O da yerindən tərpənmədi.Hansı qız? .Bıy. Əşrəfin hələ də onun arxasınca baxdığını görəndə qaşlarını çatıb dodaqlarını büzdü və birdən onu tanıdı: .Molla Sadığın qızı. lap balacaydı. Əşrəf onu yenidən görmək istəyirmiş kimi arxaya boylandı: .Maşallah. .Hansı Pakizə? .

Suyu da dağıldı.Bir-iki dəfə sözləri çəpləşib. sahildə korun-korun yanan ocağa baxdı. Gəmi yarıya qədər aşağı çökmüşdü. Əşrəf atdan düşdü. Ancaq birdən-birə tululdu. Adəti üzrə ona şuxluqla cavab vermək istədi. Əşrəf kişinin sifətindəki dəyişikliyi sezmədi. Sahildə.O da əvəzində bizə qarğıyıb. ağa? . Cilovu Tapdığa verib Qoca kişiyə yaxınlaşdı. Kişi belini düzəldib dikəldi. bəzən sahilə toxunub burnu ilə xırdaca daşları xışildadıb şaqqıldadırdı. ay Qoca dayı. ağa. . Qoca kişi bir an tərəddüd içində dayandı.Hatısı qız. sonra dodaqları qaçdı: 197    . Gəminin dal tərəfində dayanıb vedrə ilə suyu boşaldırdı.. ..Xoş gördük. dedim. Yağış. Molla Sadıqla atan bu saat xəncər-bıçaqdır.Qızlarla aran necədir? Gəmiçi gözünü qıyıb diqqətlə Əşrəfin üzünə baxdı və hiss etdı ki. az qalıb araya qan düşsün. __________________Milli Kitabxana___________________ . O isə Əşrəfin qulaqlarının ucuna qədər qızardığını.Niyə. Yenə əvvəlki kimi gülə- gülə gəmiçiyə sataşdı: . Daha nə istəyir? .Olmaya qızdan xoşun gəldi. yarğanın qaşında. *** Qoca kişi şalvarını dizinə qədər çirməmişdi. Ləpələr onu tərpətdikcə ləngərlənir. .Xoş gördük. nə olub ki? . Vəziyyətdən çıxmaq üçün atını mahmızlayıb suyun yaxasıboyu sürdü. ürəyini boşaltdı. elə-belə sözdü. iki-üç addımlıqda dayanan oğlana baxdı. Zarafatyana başladığı söhbəti ciddiyyətlə qurtardı: . Qaşqabağını sallayıb könülsüzcəsinə dilləndi: .Axı nəyin üstündə? Tapdıq söhbətin gözlənilməyən bir istiqamət aldığını anladı. Əşrəfi tanıyan kimi dodaqları qaçdı.Yazıq qız az qalırdı ağlasın. Bir xeyli gəmiçiyə.Elə şeyi olmaya-olmaya ağlına gətirəsən. . suyu gəminin ortasından idi. onun kənddə baş verən hadisələrdən xəbəri yoxdur.Pakizəni deyirəm. .Heç. ağa? Əşrəf diksinib təəccüblə Tapdığın üzünə baxdı. Qabını sındırdıq. . həyadan alnına tər belə gəldiyini gördü.

Gəmiçinin əllərindəki göy damarlar şişmişdi. Əşrəf onun boynunun qırış-qırış olmuş dərisinə.Yoxsa qocalıbsan? Daha əlinin arxasını yerə qoyursan? Qoca kişi qanrılıb qarşı tərəfdəki sahilə. O. Kəndimizin binəsi burda qoyulandan bizim nəslimiz gəmiçilik eləyib. Orada isə qəzəblənmiş kimi hər şeyi basmarlayıb altına atır və yalnız bundan sonar ürəyi sakitləşmiş təki lal sükutla axırdı. Bir xeyli haraya isə. bala. Kürün kükrəyən suyu eşim-eşim eşilir. Kişi köksünü ötürüb.Deyəsən kefin kökdür.Niyə? .Qoca dayı.Düz deyirsən. atam deyərdi ki. çox belə sellər-sular yola salmısan. sonra xalana söyərəm. yoxsa bu gəmi? Kişi gözünü sulardan çəkib müsahibinin üzünə baxdı.Elə zarafat yoxdur.Sudan qorxursan? . Doğrudan da onun baxışlarından həyatdan usanmış bir adamın yorğunluğu tökülürdü. islaq köynəyinin yaxasından gorünən dördkünc duaya baxdı. Barmaqları xəfifcə titrəyirdi.Atan da gəmiçi idi'? Biz dədə-babadan gəmiçi olmuşuq.Qızımda işin olmasın. . ay qızı göyçək.Peşkəşdi.Görürəm. gəminin arxa hissəsindəki taxtanın üstündə olurdu. . lap uzaqlara gedən fikrini toplamağa çalışdı.Hələ canımdan bezməmişəm. təki məni o üzə keçirəsən. sən böyük olarsan. Bir-iki dəfə udqunduqdan sonra astaca dilləndi: Bu gəmi məndən çox böyükdür. . Daha gəmi sözümə baxmır. bala. . ay nişanlısı göyçək? . qollarım taqətdən düşüb.Niyə kök olmasın. .Sən indidən danış. mənə də babamdan qalıb. Əşrəf yüngülcə gəmiyə atıldı: . __________________Milli Kitabxana___________________ . Burda nə var ki? Sən ki. . Ləpələr bir-birini qova-qova qarşıdakı sahilə qədər gedirdi. lilli çiləkənlərin yanındakı iri burulğanlara qədər aparırdı. . hündür yarğanı döyəcləyən burulğanlı sulara baxdı: . Qoca dayı. gözünü suya zilləmişdi. 198    .Görmürsən? . .

Qoca dayı.. Allahın vergisindən o da yoxdur. Əşrəf hiss etdi ki. . onların qara damını gözünün qabağına gətirdi: . Gəl..Çərkəz hardadır? Güləsər nə təhərdir? Kişini ele bil birdən-birə dəyişdilər.Salamatlıqdır. Qoca dayı.Tapılar.Çərkəz də gəmiçi olacaq? Kişi bir xeyli dinmədi. bu yazığa bir az torpaq verməzmi?" . Bu gəmi babamı yola salıb. ya da suda böğular. Solğun gözlərini Əşrəfin üzünə zilləyib dayandı: .Su sənəyi suda sınar. bir anlığa Çəkəzi. özünü yorma. Qoca dayı? .Nə bilim. Gəmiçi əlini gözünün üstə qoyub meşəyə tərəf baxdı: 199    . bu gün-sabah da. fikir eləmə. Dünya belə gəlib.Nə çoxdur Allahın torpağı? .Çox sağ ol.Bəs fikrin nədir. Əşrəfin atı yüyənini dartdı. Onu sakitləşdirmək. növbə mənimdir. Qulaqlarını dikəldib bərkdən kişnədi.Niyə ki? . gəmiçilik eləməz. ağzın isti yerdədir. . belə də gedəcək. De görüm işin. Ürəyində onun hələ dünya işlərindən bixəbər olduğuna güldü: . . O.Ay nişanlısı göyçək. gəmiçini ya sel aparar. . Qocanın sözləri Əşrəfi kədərləndirdi. dal tərəfdəki taxtanın üstünə qalxıb suya saldı. atamı yola saldı.Allahın torpağını bəndələr çoxdan qamarlaşdırıblar. ay bala? .gücün necədir? . Var gücü ilə təkan verib gəmini geri itələdi: . Qoca kişi tamamilə ümidini itirmiş adamlar kimi səsi titrəyə-titrəyə danışır. heç olmasa əkin-biçin eləyərdik. Məndən olsa.deyə düşündü.Verərlər. Kişi qarşısında dayanan bu yeniyetmə oğlanın sifətinin ciddiləşdiyini gördü. yaxşıdır. "Doğrudan da atama desəm. Ölsələrdə əllərindən bir tikə verməzlər. bala. yeri gəlsə qocaya yardım etməyi belə xəyalından keçirdi. Cəld ayağa durub gəminin böyrünə söykədiyi çəpi götürdü.Gedəndə qardaşından soruşarsan. nə yox? . __________________Milli Kitabxana___________________ .Bilmirəm. . Bə sizlərdə nə var. beş-altı tağarlıq yerimiz olsaydı.Hardan tapılar. onunçün belə danışırsan.

Çiynini çəkıb zabitin üzünə baxdı.Bizi o taya keçir. Kişinin üstünə qışqırdı: . Mal-qaranı.Sən kimsən? .Yox. Camaat gözlənilmədən gəmi yoluna gələn kazaklara təşvişlə baxdı. yarğanın qaşında oturub köçü gözləyənlərə baxdı. Əlini qılınca uzatdı. Əsrəf gəmidən sahilə sıçradı. gümüş xəncərinə baxdı. Atını bir az da sürüb Qoca kişinin yanında saxladı: . Qoca kişi gülümsündü: . __________________Milli Kitabxana___________________ . 200    . düz gəminin bərabərində dayandılar. görmürmü su ağız-ağıza qovuşub? . qoca kaftar.Buralarda səndən başqa gəmiçi varmı? .Kəs səsini.Bura bax. Zabit əvvəlcə gəmiyə. Özü dərhal atın belinə qalxdı.Bəs öz adamlarınızı niyə keçirirsən? . göy buxara papaqlı cavanın belindəki sallamalı kəmərinə. Zabit dönüb ağ çərkəzi çuxalı. Kazaklar sahildə. Kişi heç nə başa düşmədi. Bir dəstə atlı kazak meşənin qurtaracağında dayandı. atan yaşında kişini niyə bihörmət eləyirsən? . . Atılıb yəhərə qalxdı. Yəhərin üstündən əyilib Qoca kişinin qulağına bağırdı: . arvad-uşağı gözdən keçirdi. Sonra atını mahmızlayıb cığıra düşdü. bizi o taya keçir. İtlər zəncirdə dartınıb ağız-ağıza verdilər.Onun sənə dəxli yoxdur. Tərcüman üzünü yenidən Qoca kişiyə tutdu: . Cahandar ağa isə sıçrayıb ayağa durdu. Öndəki zabit durbinlə sahildəkilərə. bunlar kimdir? – deyə təəccüblə soruşdu.Nəçəlnik olanda nə olar. o tayda.Mən. sonra Kürün qabarmış sinəsinə baxdı. Əşrəf artıq dözə bilmədi: .Naçalnik deyir ki. "arabaları qoşun.Kim deyir onu? . kənara çəkin". Aralıqda qaçışan uşaqlar qorxudan arabaların böyrünə qısıldılar.Yalançının atasına lənət.A bala. Kazaklar zabitin işarəsini baş düşüb hazırca dayandılar. Atlılardan biri irəli çıxdı. Qalanları onun arxasınca gəldilər. Nökərlərə dedi ki. Dilmanc atını irəli sürdü.

Bizi axtarırlar. saymazyana ətrafı kəsdilər.A kişi. Kazakların yanına getməzdən əvvəl adamları xəbərdar etdi: . Mal-qara yulğunluğa dolduruldu. Gözünü qıyıb diqqətlə onu bir də təpədən-dırnağa süzdü. Onun qohumları və kənd camaatı dərhal. hamı hazırdır. Binələrə çaxnaşma düşdü. Cahandar ağa gördü ki.Onun üstünə niyə düşübsünüz. yox. Sonra dilmanca işarə etdi: .Bəlkə elə bu özüdür? Onların ətrafına toplaşan göytəpəlilər susdular. . Üzünü dilmanca tutub gəmiçini müdafiə etdi: . uşaqdan nə istəyirsiniz? 201    . şalvarının balağı açıq bir adam görməyibsən? Toqqasında yazıları da var. Necə məgər? . Bəs dünən gecə keçirdiyin student yadından çıxıb? . Yavaşca Əşrəfin qulağına pıçıldadı: . Zabitə yaxınlaşıb astadan soruşdu: . Kazakların mühasirəyə alındıqlarından xəbərləri olmadı.O taya adam keçiribsənmi? . Böyük narahatlıqla bu höcətləşmənin nə ilə qurtaracağını gözlədilər. ustalıqla. tüfəngini yəhərin qaşına qoydu. inkir-minkir başlama. barmaqlar tüfəngin tətiyindədir.Dedim ki. __________________Milli Kitabxana___________________ .Ağa. çaxmağın dabanını açdı. amiranə bir tərzdə verdiyi sual zabitin xoşuna gəlmədi: . . gəl aradan çıxaq. Əllər xəncərin düstəyində. Cahandar ağa atı çapıb camaata yaxınlaşdı. bu tərəflərdə elə adam gözə dəyməyib. O. arabalar kənara çəkildi. Bir neçə dəqiqədən sonra kişilərdən başqa heç kəs görünmədi.Yox. de görüm belə bir adam görübsən ya yox? Əşrəf məsələni başa düşdü.Uşaqdan nə istəyirsiniz? Cahandar ağanın təmkinlə. bunlar dünənkilərdir.Yalan deyirsən.Student nədir? . Əşrəf onu eşitmədi. görmürsünüzmü heç nədən xəbəri yoxdur? Zabit Əşrəfin ötkəmliyini xoşlamadı.Sən bu işə qarışma.Arvad-uşağı aradan çıxardın.Yenə soruşuram. Tapdıq da onların kimi axtardığını anladı. . Bütün bunları gözaltı sizən Cahandar ağa kazaklara yaxınlaşdı.Başında rus şapkası. İki gündür gəmi işləmir.

Qəmər qəfil təkandan dal ayağı üstə qalxıb kişnədi. Onda qızın on dörd yaşı yenicə tamam olurdu. Kazaklar gördülər ki. Onun qəzəbli səsi xırıldadı: .Nə üçün dava axtarırsınız? Əgər adamlar burda yoxdursa. Camaat aralanıb onlara yol verdi. Dilmanc zabitin ürəyindən keçənləri duydu. Bu elə o vaxt idi ki. Gözləmədiyi bu vəziyyət onu sarsıtdı: . Onun ayagının altındakı xırda.Rədd olun! Adamlar sıxlaşdılar. Həbəşi dodaqları gömgöy oldu.Bizim sizə veriləsi adamımız yoxdur. __________________Milli Kitabxana___________________ Zabit artıq dözmədi.Tutun bunları! Elə bil Cahandar ağaya od vurdular. sizə veriləsi adamımız yoxdur. Azca hərəkət etsələr. Cahandar ağanın burun pərləri genişləndi. . . Zabitlə dilmanc bir-birinin üzünə baxdılar. tətiklər çəkiləcək. xəncərlər göydə parıldayacaqdır. Onlar bizim kazakları döyüb. gəlinlərin söhbətindən. Bizə dünən gecə qoruğa girən adamlar lazımdır. yumru daşlar şaqqıldadı. . Kazaklar yəhərin üstündə qalxıb düşə- düşə meşəyə tərəf çapdılar. Pakizə özündən böyük qızlara qoşulmağa çalışır. çox arxayın tərpənibdir. Onlar Pakizəni uşaq zənn etdiklərindən 202    .Bizim sizinlə işimiz yoxdur. əllərindən silahları alıblar. Göytəpəlilər onlar meşədə gözdən itməmiş əllərini tətikdən çəkmədilər. səsini yumşaltdı: .Dedim ki. araya qırğın düşəcək. Əgər silaha əl atsalar.Yol açıqdır. Onları tapıb verin. çıxaq gedək. Zabit elə bil yaddan çıxartmamaq üçün diqqətlə Əşrəfin üzünə baxdı.Elə isə salamat qalın. Zabit ancaq indi dərk etdi ki. Sonra Cahandar ağaya ötəri nəzər fırlatdı. Atını mahmızlayıb qabağa keçdi. açığını deyin. Onun fısıltısı aydınca eşidildi: . . Atın cilovunu dartıb geri fırlandı. zarafatından xoşu gəlirdi. üzük qaşı kimi mühasirədədirlər. 5 Pakizə Əşrəfi ilk dəfə yaxından hələ üç il bundan əvvəl görmüşdü. bəlkə də buradan salamat qayıdan olmayacaqdır.

Hamı bayrama hazırlaşırdı. evə girmək istəmirdi. qapıda xeyli hərləndi. 203    . Ancaq heç kəs içəri. meşədən uzun payalar kəsib gətirmişdilər. bu il Novruz bayramını daha böyük həvəs və eşqlə qarşılamağa hazırlaşırdı. Pakizə bihuşedici gül qoxulamış adamlar kimi məstliklə qızların öz nişanlıları ilə necə görüşdüklərini təsəvvüründə canlandırmağa və ilk öpüşün ləzzətinin nədən ibarət olduğunu duymağa çalışırdı. Pakizə evdə o yan-bu yana qaçır. Varlı da. Əlini gözünün üstünə qoyub yasəmən rənginə çalan üfüqə boylandı. nədənsə. eyni zamanda sehrli bir maraq onu özünə cəlb edirdi. onun yanında öz ərlərindən baməzəliliklə danışır. Onlar qucaq- qucaq küləş. Kənd uşaqları səbirsizliklə axşamın düşməsini gözləyir. Nə isə dumanlı. axşama qədər hazır edib geyməyə çalışırdılar. O. yenicə yaşıllaşan meşəyə. __________________Milli Kitabxana___________________ çəkinmir. Tonqallardan başqa damın üstündə lopa da yanacaqdı.. Onlar şər qarışan kimi tonqal yandıracaqdılar. saman gətirib otun üstünə atırdılar. anasına və gəlinlərinə əl-ayaq verir. arvadlar tez-tez düyü arıtlayan qızlara göz yetirirdilər. odun qırıntılarını da buraya atırdılar. üfüqdəki pənbə buludlar çəhrayı rəngə boyandı. Kür tərəfdən əsən meh isti nəfəs kimi adamı məst edirdi. tez-tez xırman yerinə topladıqları ota baxırdılar. kişi təmasının nə demək olduğunu duyması da elə bu dövrə təsadüf edir. Pakizə təzə paltarını geyindi. Səmənilər süfrələrə düzülürdü. bu axşam süfrəsi boş qalmasın. Bundan başqa əllərinə keçən quru çırpılan. Novruz bayramı idi. Aylarla yığdıqlarını bir gecə üçün xərcləyənlər də var idi. torpaqdan baş qaldıran çiçəkləri isti nəfəsi ilə xumarlandıran günəş qərbə doğru əyildi. hətta toy gecəsi xatirələrini bütün təfərrüatı ilə söyləyirdilər. Gəlinlər yumurta boyayır. Kürə. həm də axşamın tez düşməsini gözləyirdi. İlıq bahar havası hamını xumarlandırırdı. Kürün üstünə qanadını gərən axşam kölgəsi sürünə-sürünə kəndə doğru yeridi. Pəncərələrdə solğun işıqlar göründü. o vaxt olduğu kimi indi də dumanlı və sehrkar bir duyğunun şirinliyindən məst olurdu. sahilin göy otlarına baxdı. sonra damın belinə çıxdı. Nəhayət. Hava ilıq idi. İndi o həmin an aydın şəkildə tez-tez təsəvvüründə canlandırır. yenicə cücərib yaşıllaşan yamacları. Oğlanlar bundan başqa.. kasıb da çalışırdı ki. Qızlar sakit oturmurdular. Pakizənin ömründə ilk dəfə oğlan baxışının. Özlərinə təzə paltar tikir. İri bir gərməni ortasından deşib həmin ağaca keçirmiş və lopa düzəltmişdilər.

Kürün yaxası boyu məskən salan kəndlərin üstündə də göy üzünün qızardığını gördü. tüstü bir müddət qığılcımlarla çarpışdı və çəkilib getdi. Kənd şəfəqlərə qərq oldu. Oğlanlar isə baca-baca gəzərdilər. fişəngləri var qüvvələri ilə yuxarı tolazlayırdılar. Qızlara qoşuldu. Hər şey nağıllardakı kimi qəribə idi. Kəndi ahəngdar bir uğultu bürümüşdü.gülüşə evdən uzaqlaşdılar. Üstünə bir az neft çilədilər. bəzən də lap Kürün sahilinə qədər enirdi. lopalar söndü. iynəlik salıb bəxt sınamaq qızların adəti idi. Qızlar qapıları pusa-pusa xeyli gəzdilər və nəhayət Pakizənin xalasıgilə gəldilər. Kölgələr uzanıb yerlə sürünür. Gücləri gəlincəyə qədər firlayıb havaya atdılar. Əvvəlcə nəm küləş alışmadı. Elə bil hər şey alışmışdı. Bu hal çox davam etmədi. Pakizənin xalası üstü 204    . Oğlanlar bəhsə girişdilər. kəndin üstünü elə bil duman bürüdü. Hətta Kürün suları da qızartdaq idi. bəzən evlərin divarına düşür. Cavanlar lopaları yandırıb damların üstünə sancdılar. baharın ilk ilıq havasını udmaqdan doymazdı. Çəpərin dibində bir dəstə qız dayandı. Pakizə lap aşağılarda. Hamı evə çəkildi. ya da gün tutulan zaman ağız-ağıza verib ulaşdıqları kimi. Pakizə qaça-qaça doqqaza çıxdı. O. Adət üzrə ev sahibi heybəyə şirniyyat qoymalı idi. Pakizəni də çağırdılar. Vıyıltı ilə havaya qalxan fişəng güyültü ilə yerə düşürdü. Sönüb qurtarmaqda olan tonqalların ətrafındakı uşaqlardan və bir də mal- qaranı rahatlayanlardan başqa bayırda heç kəs qalmadı. Səs-küy azaldı. Səs-küylə içəri doluşdular. Tonqallar qorlandıqca qığılcım göydə oynayırdı. __________________Milli Kitabxana___________________ Yaxındakı həyətlərdən birində tonqalı yandırdılar. Pakizə böyük heyranlıq və valehliklə havada bir-birini qovub daha yüksəyə qalxmaq istəyən fişənglərə baxdı. od vurdular. iplə bacadan içəri sallayardılar. ağ tüstü layları burula-burula havaya qalxdı. Qız getmədi. Onun dalınca bütün qonşular tonqallara od vurdular. Gülüşə. Fişənglər alovlandı. Xoş bir yaz axşamı kəndin üstünə qanadını gördi. səhərə qədər damın belində dayanıb hər şeyə tamaşa edər. Kəndin birdən-birə alova qərq olduğunu görən itlər qorxdular. Onlar azacıq sonra sakitləşdilər. Onlar balaca heybələrini götürüb damın üstünə çıxar. Sonra otlar alışıb çatırdadı. indi də zingildəşib səs-səsə verdilər. alov ucaldı. Bayram axşamı qapı pusmaq. Zəlzələ. Onlar öz güclərini göstərir. Oğlanlar neçə gündən bəri hazırladıqları fişəngləri mazuta buladılar. fişənglər öləzidi. Uşaqlar əl-ələ verib tonqalların ətrafında oynaşdılar. Tonqallar yandı.

Qızlardan biri gülə-gülə iri bir badyanı su ilə doldurub ortalığa qoydu. Uclarına pambıq doladılar. Pakizənin xalası onları sakitləşdirdi: .Qorxmayın. o biri qovur. odur. Pakizə xısın-xısın gülüb ayağa qalxdı. Pakizənin xalası iri siniyə plov çəkdi. gah da. Ancaq bir şey başa düşmədiyindən. Qızlar səslərini kəsib təəccüblə bir-birilərinin üzlərinə baxdılar. qovan qaçırdı. Sininin çevrəsi boyu şam düzmüşdülər. __________________Milli Kitabxana___________________ taxtapuşlu qara damı səliqə ilə süpürmüşdü.Qoy onun olsun. İynələr suda üzməyə başladı. qoynundan konfet çıxardıb uşaqlara verdi sonra ev sahibi kimi ərklə qızları süfrəyə dəvət etdi.Bu iynənin biri Fatmadır. Pakizə xalasını öpdü. Zəfəranlı plovun ətri evə dolmuşdu. Xonçadakı saçaqlı konfetləri xışmalayıb qızlara payladı. hamınızdan böyükdür.Gəlin iynəlik salaq. . Qızların nəfəsi suya toxunduqca iynələrdən gah biri qaçır. Qızlar iynələri suya saldılar. Ürəyində hansı oğlanı tutubsa. . Az qala pıçıltı ilə: 205    . əksinə. Bir dəstə oğlan hay-küylə həyətə girdi. Heç beş dəqiqə keçmədi ki. sən de.Hansı oğlana gözün düşübsə. . Süfrəni yığışdırdılar.Onu özü bilər. Sonra Pakizənin xalasına üz tutdular: . Baca-baca gəzirlər. ürəyində tut. əgər iynələr birləşsə. xoruz quyruğu kimi al-əlvan rəng çalan bir heybə sallandı. Ortaya iri bir sini qoyulmuşdu. Qızlar onu dürtmələdilər. buxara ipəyindən tikilmiş. Qızlar öz ürəklərində belə hesab edirdilər ki. Elə bu vaxt itlər hürüşdü.Ay xala. qaçan dayanır. bə o biri kimdir? . Qızlar sininin ətrafında hərləmə bardaş qurub oturdular. təkrar soruşdu: . oğlanlardır. Pakizə də onlara qoşuldu. bu iynə kimin olsun? Arvad qızlara xeyli baxdı.Oğlanı da özünüz bilərsiniz. sini boşaldı. Növbə Pakizəyə çatdı. Onlar iki iynə götürdülər. Azacıq sonra onların ayaq tappıltıları damın üstündə eşidildi. Gözünü yaşı on altını ötmüş Fatmaya zillədi: . Taxtın üstünə gəbə salınmışdı. görək birləşəcəksinizmi? Pakizə qızardı və heç nə demək istəmədi. oğlanla qız göruşəcək və evlənəcəklər. . Taxtın üstünə qoydular. Doğrudan da aradan heç ikicə dəqiqə keçməmiş bacadan təzə. demək.dedi.

Onda bacadan düşəcəyik. Oğlanlar gurultu ilə damın üstündən həyətə endilər. Açmadı. Arvad gülməkdən yaşarmış gözlərini silib özünü güclə sakitləşdirdi: . Evin içinə torpaq töküldü. Pakizə küncdəki iri qara bülövü götürüb heybənin bir gözünə qoydu. 206    .Bəs sən nəsən? . hətta təpiklə taqqıldatdılar. . yoxsa əl çəkməyəcəklər.Onda qızınızı aparacağıq.Ay xala. daha heç nəyimiz yoxdur. . .Çəkin. sənin işin olmasın. qonaq daha əzizdir.Ay qızlar.Nə olar. .dedi. Əşrəf heybənin ağzını açanda pişik movultu ilə kanara sıçradı. Onların səsi aydınca eşidildi.Qızımız da yoxdur. Qızlar qəşş edib taxtın üstünə yıxıldılar.Ay günü qara. aç gəlsinlər.Mən qonağam.Olanımızı verdik. . Oğlanlardan biri bərkdən qışqırdı: . . . Kürəyini söykədi.Yox. ay xala. bizi xataya saldın. paylarını verək.Nə qəşəngdir! Qızlar da yaxınlaşıb heybəyə baxdılar. Pakizənin xalası üzünü bacısı qızına tutdu: . . . nə yaman ağırdır! Əşrəf.Gətir bura. . bəxtin gətirib. __________________Milli Kitabxana___________________ . bu saat onların başına oyun açacam. Əli ilə sığalladı: . Pakizə qorxdu: .deyə qışqırdı. sənin heybəni ağzınacan doldurublar.Açın. Pakizə onu götürüb işığa tutdu.işiniz olmasın.Mən? – deyə Pakizə duruxdu və kəkələdi. payımızı verin! .Ölsəniz də qapını açmaram. .Ə. Oğlanlar kəndiri dartdılar. . .deyə qışqırdı. Heybə evin ortasına düşdü. Qız qapının az qala dabanından çıxacağını görüb qorxdu. Qapını döydülər. Yumruqla döyəclədilər. qoyma. taxtın üstündə yatan pişiyi də o biri gözünə saldı. . Pakizə qapının cəftəsini vurub dayandı.

O bu dumanlı hissin nə demək olduğunu aydın 207    . Gülə-gülə onlara yaxınlaşdı: . Bircə eşiyə çıx! Pakizənin xalası Əşrəfi gülə-gülə qovdu. Əşrəf qızın qolunu buraxdı.A bala. tonqalın üstündən atıldılar.b geri çəkildi. Qaşqabağını sallayıb astadan: . Oğlanlar iştaha ilə plov yeməyə başladılar. bəzən həmin təması biləyində təkrar hiss etmək arzusunun qəlbinin dərinliklərindən baş qaldırdığını sezirdi.Tutaq ki. şirni payımızı da ver. . __________________Milli Kitabxana___________________ Pakizə ehtiyatla cəftəni qaldır. Qapı gurultu ilə açıldı. mənim qismətim sənsən. taqsır özündə oldu. gəlin xörək yeyin. Getməzdən əvvəl dönüb Pakizəyə baxdı: . ancaq Pakizə o ləzzəti ala bilmədi.Burax.Mənim heybəmə pişik salan sənsən? . könül almaq da bacarır. başı gicəlləndi Qızın səsi də yumşaldı: . Divara qısılan Pakizəyə baxdı və birdən onun qolundan yapışdı: . . Arvad saçaqlı konfetlərdən onların heybəsinə tökdü. . Ona elə gəldi ki. Demək. qolum ağrıyır. Oğlanın barmaqları daha da möhkəm sıxıldı. Ancaq Pakizə unuda bilmədi. Onların nəzərləri bir-birinə sancıldı. Pakizə biləyini tutub ovxaladı. Qızlar da taxtın bir küncündə oturdular. höcətləşməyin.Onda səni aparacam. O böyüdükcə. Ancaq Pakizə kənardaca dayanıb küskün nəzərlərlə Əşrəfə baxdı. Əşrəf hamıdan əvvəl içəri girdi. Bu hadisəni qızlar. Biləyini onun əlindən çıxartmaq istədi.Bir buna bax. Pakizə qolunu dartdı.Küsmə. Qayınananız sizi yaman çox istəyirmiş. Oğlanlar plovu yeyib durdular: . mənəm. . bəlkə Əşrəfin özü də unutdu. qolundan yapışmış barmaqların ilk təmasını daha tez-tez xatırlayır.Deynən qələt eləmişəm. Onlar getdilər. Qız acizliyini hiss edib altdan-yuxarı Əşrəfin üzünə baxdı. Ondan sonrakı illərdə. Pakizənin bədəni gizildədi. Əşrəf axıra qaldı.Ciyəri yanmış. Yaxşı plovum var. Novruz bayramında yenə qapı pusdular.Niyə deyirəm? Pakizənin xalası ayağa durdu. şirni yedilər.Ay xala.

gah da lap aşağı yatıb hər yeri bürüyürdü. Novruz bayramı gecəsi baş verən hadisə təkrar gəlib gözünün qabağında dayandı. bu arzunun nədən irəli gəldiyini özünə etiraf etməkdə qorxurdu.Ona baxmadım. Kəndə narın qar yağmışdı. sac almaq üçün gedən qızlar olmasaydı. atı sürüb sahilə endi.. O taydakı meşəyə baxdı. Qızlar səhənglərini doldurub gülə-gülə sahildən uzaqlaşdılar. Kürün üstü ilə sürünən duman gah ortada birləşir. Pakizə səhəngini götürüb. Axı aradan iki il keçmişdi. yəqin yan ötər. ya da ələk. Pakizə bu cür yarışirin. Qız günah işləmiş kimi özünü danlamağa. 208    . Arabir yenıcə düşmüş izlə qonşuya od dalınca.Əşrəfi görəniniz varmı? . lap əməlli-başlı oğlan olub. Elə bu vaxt hardansa atılan tüfəng səsi yarğanda şaqqıldadı. Su donmuşdu. Yəqin indi lap böyümüş olar. Pakizə birdən-birə onu uzaqdan da olsa görmək istədiyini duydu. Bacalardan burula-burula havaya qalxan göyümsov tüstüləri qardan seçmək olmurdu. Qızlar suvadağa çatdılar. Ağaclar iri ağ göbələklər kimi yan-yana dayanmışdı. hafizəsindən silib atmağa çalışırdı. Göytəpənin qara damları qarın altında itmişdi. topuqlarına qədər qara bata-bata suya gedən qızlarla birlikdə Kürə endi. Çox vaxt da bu xatirəni yox etməyə. Qız Əşrəfi xəyalında canlandırmağa çalışdı.Dünən qonaq çağırmışdıq. Pakizə sahildə ayaq saxladı. Bir dəstə cavan. ancaq özünün özünə gücü çatmırdı. Görəsən xasiyyəti dəyişibmi? Məni görsə tanıyarmı? Tanısa da kim bilir. burda insane yaşadığını təyin etmək çətin idi. ağız-ağıza qovuşsun. Arabir qızlar qaqqıldayırdı.Bığı çıxıbmı? .. yad bir oğlanı nahaq yerə görməyi xəyalından keçirdiyinə görə tövbə etməyə başladı. Ördəklər xeyli üzdükdən sonra baş vurub suya batdılar. Pakizə bütün yol boyu narahat oldu. . yarıxəyali xatirələrlə yaşadığı vaxt ikinci bir hadisə baş verdı. Səhəngin altı ilə buzu sındırıb su götürdülər. Qalın buz suyun ortasına qədər gedib az qalırdı ki. __________________Milli Kitabxana___________________ başa düşə bilmir. Fatma söhbətə başladı: . Pakizə onlardan gözünü çəkmədi. Suyun buz bağlamamış açıq yerində ördəklər üzürdü. Biləyini sıxan barmaqların təmasını yenidən hiss edən kimi oldu.Nə olub ki? .

mütəkkələri dönə-dönə çırpdı. Həyətdə çatha çat odun doğrayırdılar. Qonaqların eyvanda ayaqlarının qarını təmizlədiklərinə. Paltarını deyişdi. Pakizə odun gətirmək bəhanəsi ilə qaloşun izinə baxa-baxa doqqaza qədər getdi. pəncərə pərdələrini dəyişdı. Həmin qaraltılar asta-asta Molla Sadıqgilə yaxınlaşdılar. Yenidən eyvanda. evi sahmana sal. Pakizə ocağa yaxınlaşan kimi anası onu səslədi: . Ayağında uzunboğaz çəkmə vardı. qabarıq sinəsini görəndə təəccüb etdi.. Əşrəf gələcək. Pakizə atasının üzünə baxdı. Molla Sadıq mütəkkəyə dirsəklənmişdi. Qonaqlar isə bardaş qurub oturmuşdular. Pakizə sarı aftafa-ləyən götürdü. Pakizə eyvandan çəkilmədi. Döşəkcələri. biz də çağırmışıq. Dodaqlarında təbəssüm geri qayıtdı. Qız ömründə ilk dəfə qaloş görürdü. Əşrəf qaloşunu astanada çıxartdı. özünü tanıya bilmədi. fənərin şüşəsini sildi. Xörək hazır oldu. dəsmalı qolunun üstünə salıb içəri girdi. hətta ağ samovarı həyətə çıxardıb qarla sürtdü. Günorta üstünə yaxın kəndin ortasındakı cığırda qaraltı göründü. Şamxal çərkəzi paltar geyinmişdi. Geri qayıdarkən ayaq saxlayıb Əşrəfin qaloşuna baxdı. Poqquldayan samovara yaxınlaşıb çay dəmlədi. üstlərini çırpdıqlarına fikir verdi. Anası ocağa qazan asmışdı. həyətdə fırlanmağa başladı.Hamı çağırır.. Arada paltarçırpmaq bəhanəsi ilə tövlənin üstünə çıxıb Cahandar ağagilə tərəf boylandı. Pəncərənin pərdəsini azacıq aralayıb baxdı. Divardakı gəbələrin tozunu aldı. Süpürgəni götürüb evi süpürdü.Əlini isit. Onun parıltısından xoşu gəldi. Arada o biri otağa keçib özünə də baxdı. Qonaqlar doqqazdan içəri girəndə onlara ötəri nəzər salıb otağa keçdi. Dönüb ləpirlərə baxdı.Əşrəf? Qız öz səsindən hürkdü. Əşrəf isə paltolu idi. . __________________Milli Kitabxana___________________ Qızlar bir-bir evlərinə buruldular.Bu zaman nə qonaq. Ətlənmiş çiynini. Onların yenə əvvəlki kimi öz işləri ilə məşğul olduqlarını görüb sakitləşdi. Kişi boğazını arıtlayıb dikəldi- 209    . qab-qacağı stəkan- nəlbəkini suya çəkdi. Ayağının qarını eyvanda təmizləyib səhəngini yerə qoydu. ay ana? . Pakizə çayniki götürüb otaqdan çıxdı. ayıbdı. Gəlinləri pəncərənin qabağında düyü arıtlayırdı. Qaloşun altındakı naxışların izi qarın üstünə düşmüşdü. Təzə sabun çıxartdı. Qorxaq baxışlarla gəlinə. . çayniki dəmkeşin üstünə qoyub dəsmalla örtdü. Qız bədənindəki dəyişikliyi birinci dəfə müşahidə etdiyindən. bir ləkə qoymadı qalsın. Pakizə də onlarda ayrıldı. Nəhayət. sonra da anasına baxdı. Bir yerdə toz. qonağımız olacaq. Göynəmiş barmaqlarını hovxura-hovxura içəri girdi.

Molla Sadıq qarnını tutub döşəkcəyə uzanmışdı. Pakizə yalnız bundan sonra samanlığın üstündən aşağı endi.Daha heybəmə pişik qoymayacaqsan ki? Qız qızardı. Cığırın kənarında. Pakizə səhəngi tələsik çiyninə alıb birbaş Kürə endi. O bu saat ayağının dolaşıb yıxılacağından qorxurdu. Gah su yoluna endi.. Əşrəf Novruz bayramında olan əhvalatı nağıl etmişdir. Qarlı meşədə gözdən itdilər. kürəkləyib sahildən aralandılar. Yaxında heç kəsin olmadığını yəqin etdikdən sonra nazik bir ağac göturdü. Meşənin kənarında yəhərli-yüyənli dayanmış atların belinə qalxdılar. Qonaqlar növbə ilə əllərini yudular. Şamxal dəsmalla gozünü silirdi.. Əşrəf on gün kənddə qaldıqdan sonra Qoriyə oxumağa qayıtdı. Sahildə dayananlar da evə döndülər. Yəqin ki. Qaça-qaça evlərinə qayıtdı. qarın təmiz yerində qaloşun naxışı düşmüşdü. Pakizə qara güllü podnosda stəkanları düzüb içəri girəndə gözü heç nə görmürdü. Pakizə buzlu suya baxa-baxa özünü suvadağa yetirdi. Qar hələ var idi. O. Qayıq bəzən dayanırdı. Qımışıb boynunu yana əydi. o da belədirmi? Pakizənin gözü kənd yollarında qaldı. Mən onun barmaqlarının yerini indi də biləyimdə hiss edirəm. Sahildəki ayaq izlərinə baxdı. Axırda Əşrəf əlini silib dəsmalı Pakizəyə verəndə gülümsündü: . əlinizi yuyun. Sonra balaca qayığı suya saldılar. Pakizə ehtiyatla ətrafa boylandı. o da mənim kimi həmin gecəni tez-tez yadına salmışdır. Pakizə saçının dibinə qədər qızardı və qapını açıb bayıra qaçdı. Gecə də bir az yağmışdı. hər şey onun xatirindədir. Sırsıralar xışıldaşa-xışıldaşa axıb gedirdi. Pakizə irəli gəldi. ayaq saxlayıb qohumları ilə görüşdü.. O. o da həmin gecəni yadından çıxarmamışdır. Burada o. başa düşdü ki. Tələsik suvadağa enib səhəngini doldurdu. Əşrəfi sahilə qədər ötürdülər. süfrəni gəlin yığışdırdı. Qayıq geri qayıtdı. Nəhayət.. Qaloşun izinin ortasına sancdı. Pakizə çayı süfrəyə qoydu. Suyun buzu çox yerdə çatlamışdı. Su tökdü. Pakizə onların yolu kəsən buzları andırdıqlarını başa düşdü. görəsən. o taya keçdilər. Hamı gülüşürdü. Demək. Harda qaloş izi gördüsə oraya getdi. yola düşəndə Pakizə samanlığın üstündə dayanmışdı. Dabanı üstə fırlanıb otaqdan cıxdı. gah da kimi isə çağırmaq bəhanəsi ilə doqqaza çıxdı. çay verməyi isə ona həvalə etdilər. __________________Milli Kitabxana___________________ A bala. gah qonşuya getdi. Demək. Xörəyi anası apardı. 210    .

__________________Milli Kitabxana___________________
Bundan sonra Pakizə düz bir həftə, çiynində səhəng gündə suya endi.
Qaloş izinin itib- itməməsini yoxladı. İz iki gün salamat qaldı. Üçüncü gün
Pakizə gördü ki, kimsə qaloş naxışının bir tərəfini tapdalayıb. Qız
həyəcanlandı. Onun əlacı olsaydı, ləpir düşən yerə çəpər çəkərdi. O biri gün
iz daha da balacalaşdı. Altıncı gün lap az. Yeddinci gün Pakizə tezdən
durdu. Tələsik paltarını geyinib səhəngi götürdü. Hamıdan əvvəl sahilə
endi. Suvadağın bərabərində Salatına rast gəldi. Görüşdülər. Söhbət edə-edə
Kürə endilər. Pakizə yarğanın qaşına çatanda arxada qaldı. Əşrəfin ləpirini
axtardı. Qaloşun naxışı tamamilə silinmişdi. Pakizə özü də hiss etmədən
əlini dizinə çırpdı.
- Bıy, gözünüz çıxsın.
Salatın ayaq saxladı. Qanrılıb çiyninin üstündən qıza baxdı:
- Nə olub?
- İzi təmiz ayaqlayıblar.
- Nə izi?
- Qaloşun izini.
- Kimin qaloşunun?
- Əşrəfin.
- Kimin, Əşrəfin?
Salatının təəccüb dolu sərt səsi qızı özünə gətirdi. Pakizə ürəyinin sirrini
çölə saldığını, ağzından söz qaçırdığını başa düşdü. Ürkək baxışlarla
Salatını süzdü. Onun ürəyindən keçənləri sifətindən oxumaq istədi. Pakizə
Salatının gözlərində təəccüb qarışıq bir nifrət parıldadığını duydu. Elə bil
Salatın dişlərini bir-birinə sıxıb “bura bax, sənin mənim qardaşımla nə işin
var, onun qaloşunun izini niyə nişanlayırsan?” - demək istəyirdi.
Pakizə ani bir şaşqınlıqdan sonra özünü ələ aldı. Vəziyyətdən çıxmaq
üçün hələ də ona təəccüblə baxan Salatının üzünə güldü:
- Qaloş izindən yaman xoşum gəlir, elə qəşəng naxışı var ki!
Salatın dinmədi. Sakitcə səhəngləri doldurub geri qayıtdılar.
Zərnigar xanım ərinə nə qədər nifrət etsə də, onun əlindən yanıqlı, ürəyi
dağlı olsa da, kişini unuda bilmirdi. Hərdənbir xəlvətə çəkilib gizlincə
ağlayır, Cahandar ağanın halını düşünürdü. O, hiss edirdi kişi sınıqdır, daha
əvvəlki hay-harayı yoxdur. Şamxalın ayrılıb getmə-

211 
 

__________________Milli Kitabxana___________________
si, bacısının ölümü onun belini bükübdür. Zərnigar xanım bəzən onu
görmək istədiyini, heç olmazsa uzaqdan boyuna baxmaq arzusunun
ürəyindən keçdiyini hiss edirdi. Arvad qəlbinin ən ucqar bir guşəsində
gizlənib cücərməyə çalışan bu duyğudan qorxsa da, onun qol-qanad açıb
güclənə biləcəyi ehtimalından dəhşətə gəlsədə, özü ilə mübarizə aparmağı
bacarmırdı. Bəzən ərinin paltarının qoxusu burnuna dəyirdi, səsi
qulaqlarında canlanırdı. Cod barmaqların təmasını çiynində, saçında,
sinəsində hiss edirdi. Belə hallarda az qalırdı ki, durub birbaş qayıtsın.
Arvad hiss edirdi ki, oğlunun yanında onun günü nə qədər xoş keçsə də,
gəlini iki qızı başına dolanıb onun əlini isti sudan soyuq suya vurmağa
qoymasalar da, nə isə bir şey çatışmır. O, ərinin xiffətini edirdi. Bir qadın
kimi kişi hərarətinin, kişi nəfəsinin həsrətini çəkirdi. Axı, o hələ o qədər də
yaşlı deyildi!
Əşrəf gələndən sonra arvadın xəyalı daha da qarışdı. Oğlu məktəbdən
qayıdanda onu Cahandar ağanın yanına buraxmayacağını qərara almış olsa
da, ürəyi yumşaldı. O gördü ki, Əşrəf iki suyun arasında qalıb, nə atasından
keçə bilir, nə də anasından. Bir də o, bu oğlunun da sınıq dolanmasını, atası
ola-ola yetimlik çəkməsini istəmirdi. Ürəyindəki bütün kin və qəzəbə, qadın
izzət-nəfsinin tapdalanmasına belə analıq hissi üstün gəlirdi. Zərnigar xanım
hətta qəsdlənmişdi ki, oğlunu da götürüb geri, ərinin yanına, öz evinə
qayıtsın. "Mən baş götürüb evdən çıxanda kimə nə eləyirəm? Günümün
bundan ürəyimi ağrıyacaq? Bəlkə onlara da elə bu lazımdır? Əl-ayaqlarına
heç kəs dolaşmaz. Zəhmət çəkib ev-eşik tikib cah-cəlal düzəldən mən,
hazıra çıxan onlar? Ay Allah, sənin nə insafsız işlərin var! Mənim
balalarımı niyə gül kimi soldurub ürəklərinə çal-çarpaz dağ çəkirsən? Mən
nə günah sahibiyəm? Yox, gedəcəm. Kişi məni evdən qovmayıb ki? Özüm
çıxıb gəlmişəm. İndi də qayıdacam. Balalarımı başıma yığacağam... Bəs ona
necə dözəcəm? Gözüm baxa-baxa nər kimi kişini əlimdən o qoynuna salan
o həyasızla necə bir damın altında yaşayacam? Allah, sən özün mənə rəhm
elə!"
Əşrəf heç nə soruşmasa da, anasının ürəyindən keçənləri duyurdu.
Oğlunun atasının hərəkətlərindən razı qalmadığını Zərnigar xanım da hiss
edirdi. Ancaq istəmirdi ki, ata ilə kiçik oğlunun da arası açılsın, üz-göz
olsunlar. Şamxal da, Güləsər də dinmirdi. Salatın heç nəyə qarışmırdı...
İndi onlar yanaşı uzanmışdılar. Düz üç gün idi ki, Əşrəf anasından
ayrılmır, gecələr həyətdə, çardağın altında yer salıb onunla yanaşı yatırdı.

212 
 

__________________Milli Kitabxana___________________
Onlar susurdular. Əşrəf kəndə gələndən sonra evlərində baş verən
hadisələri öyrənməyə çalışırdısa da, müəyyən bir aydınlıq şəkildə əldə edə
bilmirdi. Qəribə burası idi ki, heç kəs onunla açıq danışmaq istəmirdi.
Gözlərdəki ürkək baxışlarda, dodaqlardakı ifadalərdə nə isə sirli, bir şey
gizlənirdi. Onu ən çox maraqlandıran bibisinin qəfil ölümü idi.
Əşrəf anasının yatmadığını hiss etdi. Dönüb üzünə baxdı. Zərnigar
xanım arxası üstə uzanmışdı. Gözlərini göyün üzünə zilləmişdi. Sonsuz
ənginliklərdəki ulduzlar sayrışırdı.
- Ana, bibim nədən öldü?
Zərnigar xanım bu sakit sualdan diksindi. O dəhşətli gün gözünün
qabığına gəldi. Cahandar ağanın adam göndərib otııı çağırtdırtj Şahnigann
mcyitinin yuyulmasım ona etibar etdiyitıi xatırladı. Arv baldızmın qanh
sifətini görondə dəhşotə gəldi, giillə yarusına baxabil mədi. Onu titrətmə
götürdü vo hər şeyi başa düşdü. Onu da anladı kj Cahandar ağa bu sirrin
açılmasını istəmir. Elə ona goro da köhnə ar-vadım çağırtdınb, ona etibar
edib.
Zərnigar xanım cəsədi özü yudu, özü kəfənlədi. Yalnız bundan sonra
qohum əqrəbanı meyitə yaxın buraxdılar. "Günahdır", - deyə kəfəni açmağa
qoymadılar...
Zərnigar xanım bütün bu həqiqətləri açıb oğluna söyləyə bilməzdi.
- Taqsır özündə oldu, bala, müridlərə qoşuldu, axırda da özünü bədbəxt
elədi.
Əşrəf anasının səsinin titrədiyini hiss etdi. Sezdirmədən onun gözlərinə
baxdı. Arvadın kirpikləri islanmışdı. Yanağında yaş gilələnmişdi.
- Deyəsən, atam mənim bildiyimdən də zalım adamdır.
- Yox, yox, dərdin alım, onda nə taqsır var? - arvadın səsi titrədi və
çevrilib oğlunun üzünə baxdı. Onun bir şey duyub-duymadığını
yəqinləşdirməyə çalışdı. - Özü öz suçunu başa düşdü. Görünür,
bibinin qisməti buymuş.
Əşrəf dinmədi. Qəlbindəki şübhələr daha da çoxaldı. Aralığa yenidən
ağır sükut çökdü...
- Bəs atam bu məsələyə neçə baxır, Qoca kişi ilə barışıbsınız?
- Yox. Nə danışdığındır, ay bala, kişi Şamxalın əlindən zəncir gəmirir,
heç barışar?
- Atam Şamxalla barışmasa, mən də o evə ayaq basmayacam.
- Elə söz danışma, dərdin alım, Şamxal ayrı, sən ayrı. Atan da yazıqdır.
Tək qalıb.

213 
 

__________________Milli Kitabxana___________________
Əşrəf yerin içində dirsəkləndi. Təəccüblə anasına baxdı:
- Bəs sənə elədiyi pislik?
- Qismətdən artıq yemək olmaz, bala, görünür, Allahın əmri beləymiş.
Olacağa çarə yoxdur.
Arvad köksünü ötürdü. Əşrəf onun acizlikdənmi, mütilikdənmi,
əlacsızlıqdanmı, yoxsa böyük bir qəlbə malik olub, hər şeyi bağışlamaq
istədiyindənmi belə danışdığını ayırd edə bilmədi. O, anasi ilə atasını
müqayisə etdi. Arvad öz mətanət və alicənablığı ilə onun nəzərində bir daha
da böyüdü. Ona elə gəldi ki, anası hər şeyi Allaha, taleyə bağlamaqla özünü
sakitləşdirir, sarsıntılara qalib gəlmək üçün mənəvi təskinlik axtarır.
- Bəndə yoldan çıxanda Allah nə eləsin, ana?
- Elə demə, bala, hər şey Yaradanın əlindədir. Bir də sən belə şeylərə
çox fikir vermə. Cahandar ağa sənin atandır, onu tək qoyma.
- Deyirsən, yanına qayıdım?
- Qayit bala. Salatına da deyəcəm getsin.
- Yox.
- Sözümdən çıxsan, üzünə baxmaram.
Əşrəf dinmədi. Anasını qucaqlayıb, başını onun sinəsinə söykədi.
Zərnigar xanım oğlunun qıvrım saçlarını sığalladı.
Külək şiddətləndi. İri damlalı yağış xırdalanıb çisəyə çevrildi. Otlar
ağırlaşıb boynunu əydi. Buğumlanmış çiçəklərin, sünbülləşmiş taxılların
yarpaqlarında damlalar gilələndi. Cığırların tapdalanmış sarı torpaği
sürüşkənləşdi. Əşrəf başıaçıq, düşüncələr içində haraya getdiyini özü də
bilmədən xır yolu ilə irəlilədi. Onun ayağının altındakı xırdaca daşlar
xırçıldadı, pırpızlanmış saçına narın çiskin qondu. O fikirli idi... Yolun
ağımsov daşları yuyulmuşdu. Göyün üzündəki buludlar seyrəlsə hava
tutqun idi. Axşam qaranlığının yaxınlaşması bu tutqunluğu daha da
gücləndirirdi. Əşrəf üşürgələndiyindənmi, yoxsa islaq qanadlarını
qurutmaq istədiklərindənmi, nədənsə tüklərini pırpızlandırıb çırpınan boz
quşcuğazlara, çəmənlikdə dolaşan heyvanlara fikir vermədi. Yoldan burulub
cığıra düşdü və asta addımlarla sahilə doğru endi.
Kürün yaxası boyu uzanan çəmənlikdəki ot adamın qurşağına çıxırdı.
Cığırlar güclə seçilirdi. Suyun üstünü də duman bürümüşdü. Əşrəf yeridikcə
şehə batmış otlar, toxumlamış sarı çiçəklər dizinə qonur, onu isladırdı.
Şalvarı müşəmbələnmiş kimi xışıldayırdı. Lakin onları sezmirdi. Əşrəf iki
suyun arasında qalmışdı. O, anasına haqq

214 
 

__________________Milli Kitabxana___________________
versə də atası ilə necə rəftar edəcəyini, ona nə deyəcəyini, evə təzə
gətirilmiş analığı ilə necə oturub-duracağını aydınlaşdıra bilmirdi.
Quşlar pırıltı ilə onun ayağının altından qalxır, beş-on addım uçub yenə
cığırın ortasına qonurdular. Taxılların arasında turac oxuyurdu. Dumana
bürünmüş Kür isə uğultu ilə axırdı. Sahilboyu fikirli-fikirli xeyli dolaşan
Əşrəf, nəhayət, dikdirə qalxdı.
Qarşı tərəfdən bir atlı gəlirdi. Əşrəf bunu görüb evlərinin qənşərindəki
dikdirdə ayaq saxladı. Dayanıb gələnin yaxinlaşmasını gözlədi. Əhməd ona
çatan kimi atın cilovunu çəkdi. Elə yəhərin qaşından əyilib Əşrəfin boynunu
qucaqladı.
- Xoş gördük, Əşrəf koxa, nə var, nə yox, son buralara xoş gəlmisən!
- Çox sağ olun, Əhməd lələ.
- Maşallah, yekə oğlan olmusan, deyəsən, oxumaq sənə düşüb?
Əşrəf dinmədi. Dodaqucu gülümsünüb başını aşağı saldı. Əhməd atdan
endi. Onlar cığırla yanaşı addımladılar. Sahibinin yedəyində gedən at arabir
ağzını uzadıb cığırın kənarındakı otlardan qoparırdı.
- Haçan gəlmisən?
- Beş-altı gündür. Dünən "Zayej"ə getmişdim. Yox idiniz.
- Mən də beş-altı gündür şəhərdəyəm. Elə oradan gəlirəm.
- Xeyirdimi?
- Xeyirdir, Əşrəf koxa, icazə verdilər.
- Nəyə?
- Məktəb açmağa.
- Yəni əməlli-başlı məktəb?
- Bəli. Lap əməlli-başlı. Bilirsənmi, Əşrəf, - o birdən dayandı. Diqqətlə
Əşrəfin üzünə baxdı. - Axı sənin müəllimin bizim kəndə gəlib çıxmışdı.
Sənə bir şey demədi?
- Dedi. Hər şeyi söylədi.
- Aleksey Osipoviç deyəsən sözünə düz adamdır, - deyə Əhməd
söhbətinə davam etdi. - Gəlib bizim kənddən Tiflisə keçəndə "Zayej"də
qaldı. Mənim işimi çox bəyəndi. Gedəndə söz verdi ki, mütləq Tiflisdə
maarif müvəkkilinin yanına döyəcək və Göytəpədə məktəb açılmasına
kömək edəcək. Sənin xəbərin yoxdur. Düz iki il idi ki, hər yerə ərizə
yazırdım, ancaq cavab verən yox idi. Nəhayət, indi çağırıb dedilər ki, icazə
veririk. Daha bundan sonra gizlində yox, açıq-aşkar dərs keçəcəyik. Sən
seminariyanı qurtarıb gələnəcən əməlli-başlı bir məktəb düzəldəcəm. Gərək
kəndin ortasında təzə məktəb tikək. Axı təzə müəllim köhnə binada dərs
deyə bilməz.

215 
 

__________________Milli Kitabxana___________________
Əhməd həm sevinir, həm də Əşrəfin fikrini dağıtmaq istəyirdi. Ona görə
söhbətini şirinləşdirir, arabir zarafata salıb Əşrəfə göz vurur, onun kürəyinə
döyürdü:
- Hə, nə deyirsən, razısan?
- Siz olan yerdə mən dərs deyə bilmərəm.
- Deyəcəksən. Əsl müəllim sən olacaqsan. Mən kiməm? Poçt Əhməd,
vəssalam. Amma sən Qori seminariyasını bitirmiş bir müəllim olacaqsan.
Yox, sənin qabağında dayanmaq olmaz. Əşrəf koxa, yaxşı, bəs, yaylağa
haçan gedirsən?
- Sabahda, biri gündə yola düşərlər. Ancaq mən getmeyəcəyəm.
- Niyə?
- Qalıb sizə kömək eləyəcəm.
- Nə kömək, Əşrəf koxa?
- Uşaqları hazırlamağa. Bilirsinizmi, Əhməd lələ, Aleksey Osipoviç
tapşırdı ki, Osmanı, Səlimi, bir də Həsəni mütləq hazırlayıb seminariyaya
aparmaq lazımdır. Mən də söz vermişəm.
- Lap yaxşı eləmisən. Bu işi mən də bəyənirəm. Amma sən yaylağa
gedəcəksən.
- Axı onlar aranda qalırlar.
- Bunun eybi yoxdur. Mən burdayam.
- Əhməd lələ...
- Sözümə qulaq as. Onları özüm hazırlayaram. Ancaq sən gərək başqa
bir məsələdə mənə kömək eləyəsən.
- O nədi?
- Məktəb tikmək məsələsi. Əgər atan bu işə qol qoymasa, çətin başa
gələn işdir.
Əşrəf susdu. Əhməd onun fikrə getdiyini görüb dinmədi. O başa düşdü
ki, uşağın ürəyi atasından sınıqdır. Əvvəlki kimi ərkəsöyün deyil.
- Yaxşı, çox fikrə getmə. Sonra görüşüb danışarıq. Salamat qal.
- Yox, yox, gedək bizə.
- Sonra. İndi tələsirəm. Bir-iki məktub var, onları yazıb təcili yola
salasıyam.
Əhməd atını minib xır yoluna doğru çapdı. Əşrəf onu gözü ilə xeyli
müşayiət etdi və evlərinə sarı yollandı.
Cahandar ağa eyvanda oturmuşdu. Məhəccərə dirsəklənərək, həyətdə,
talvarın altında, arabaların qolunu, tarını, taxtalarını yoxlayıb oxunu
mazutlayan, dəyə tikmək üçün meşədən kəsib getirdikləri çu-

216 
 

__________________Milli Kitabxana___________________
buqların düyünlərini arıtlayan nökərlərə göz qoyurdu. Onun məqsədi iki
gündən sonra köçmək idi. Ancaq Əşrəfin susması onu çaşdırırdı. Oğlunun
kimin yanında qalmaq istədiyini bilmədiyindən, köçü iki günə də təxirə
salmışdı. Cahandar ağa Əşrəfi yanından heç yana buraxmayacağını qət
etmiş olsa da, hələ bir şey demir, oğlunun özünün söz açmasını gözləyirdi.
Bir də o, Əşrəfi gözündən qoymağa qorxurdu. Axır vaxtlar kişi hər şeydən
ehtiyat edirdi. Salatının səhənginə güllə dəyməsi, gecə ot tayalarına od
vurulması boş-boşuna deyildi. Burada Allahyardan başqa da kiminsə əli var
idi. Kim isə bu kənddə ona yol göstərir, hər şeyi nişan verirdi. Cahandar ağa
ən çox Çərkəzdən şübhələnirdi. Şamxalla olan dalaşdan sonra bu beyni qan
oğlan nə desən eləyə bilərdi. Onu aradan götürmək olmazdımı? Qabağını
kəsib suya atmaq, ya da gecənin birində qara damın qapısına bir yaba ot
basıb od vurmaq, onu diri-diri yandırmaq nə çətin iş idi? Bəs onda camaat
nə deyərdi? Bu heç Cahandar ağaya yaraşardımı? Hamı onu daş-qalaq edib
deməzdimi ki, gör kimə qoşulub, kimlə düşmənçilik aparır? Yox, bu,
kişilikdən olmazdı. Bir də ki Şamxal... Axı biz onlarla qohum olmuşuq, kişi
mənim qudamdır.
Cahandar ağa cığırla evə yaxınlaşan oğlunu gördü. Uzaqdan onun boy-
buxununa həsrət və məftunluqla baxdı. Əşrəfin xeyli böyüdüyünün fərqinə
indi vardı. Onun ağır, təmkinlə yeriməsindən xoşu gəldi. Ata ona doyunca
baxa bilməmişdi. Onunla qabaq-qabağa oturub işıq gözünə söhbət
etməmişdi. Qərib yerdə necə dolandığını soruşmamışdı. Oğlu da ona heç nə
deməmişdi.
Əşrəf gəldi. Ayağına yapışmış palçığı divara söykədilmiş belin ağzı ilə
silib təmizlədi. Pilləkənlə yuxarı qalxdı. Astaca salam verib bir kənarda,
küncdəki dirəyə söykənərək dayandı. Cahandar ağa tərpənmədi. Əşrəf də
dinmədi. Gözünü Kürün aşağısına, göydəki qara buludların qurtarıb havanın
işıqlaşdığı səmtə, meşə ilə maviyə çalan ağımsov səmanın birləşdiyi yerə
zillədi.
Qulluqçulardan biri samovardan çay süzüb, məhəccərin üstünə qoydu.
Yaşmağını burnunun üstünə qədər qaldırıb Əşrəfin üzünə baxdı. İşarə ilə
çay istəyib-istəmədiyini soruşdu. Əşrəf başını buladı. Cahandar ağa bu him-
cimdən əsəbiləşib stəkanı götürdü. İkicə hortumda boşaltdı. Nəlbəkiyə
qoyub geri, dirəyə doğru itələdi. Oğlunun nəfəsini arxa tərəfdə hiss etsə də
dönüb baxmadı. Gümüş tütün qutusunu çıxartdı. Adəti üzrə tələsmədən
papiros eşib müştüyə keçirdi. Yandırıb

217 
 

__________________Milli Kitabxana___________________
sümürdü. Ağ tüstü lay-lay havaya qalxıb, onun başının ətrafında dolandı. O,
oğlu ilə söhbət etmək istəyirdi. Ancaq sözü necə, nədən başlayacağını
bilmirdi. Onun fikri də papirosundan çıxan tüstü kimi bir-birinə qarımışdı.
Hamı ilə açıq söhbət edən Cahandar ağa indi Əşrəflə, bir parça uşaqla dil
tapa bilmirdi. O elə zənn edirdi ki, Əşrəf Qoridən qayıdandan sonra yenə
evdə qalmaqal olacaqdır. Ancaq onun gözlədiyinin əksinə, Əşrəf atasından
heç nə soruşmadı. Anasının yanında üç gün qaldıqdan sonra evə qayıtdi.
Sakitcə hərlənməyə başladı, Onun fikrindən nələr keçdiyini bilmək çox
çətin idi. Cahandar ağanı da narahat edən elə bu idi. Baxışı ilə hamını
titrədən bu zəhmli kişi bığ yeri yenicə tərləmiş bu uşağın lal sükutundan
qorxurdu. Cahandar ağa papirosunu tüstülədib sussa da, həyəcan keçirirdi.
O bu saat geri yanında da, bir cüt gözünün olmasını, oğlunun hər bir balaca
hərəkətini nəzərdən qaçırmamağı arzu edirdi. Nəhayət, o bu sükuta dözə
bilmədi. Oğluna tərəf üzünü belə çevirmədən astadan, lakin qəti
tələbkarlıqla soruşdu:
- Hara getmişdin?
- Qəbristanlığa.
Cahandar ağanın altındakı stul cırıldadı. Kişi yıxılacağından qorxurmuş
kimi dirsəklərini məhəccərə söykədi və yumruqlarını gicgahlarına dayadı.
Onun sol yumruğundakı müştüyün ucunda yanan papirosun tüstüsü laylanıb
papağının qivrım tükləri arasına doldu. Əşrəf atasının daxili bir ağrıdan
qovrulan adamlar kimi sinəsini məhəccərə söykəyib, bir az da büzüşdüyünü
hiss etdi. Korun-koruna yanan papirosun külü uzandı. Od müştüyə çatdısa
da, Cahandar ağa bunun fərqinə varmadı. Kül ovxalanıb onun çiyninə
töküldü. Kişi yerindən tərpənmədi. Bunlara diqqətlə göz qoyan Əşrəf
atasının gicgahlarındakı ağ tüklərin çoxaldığını gördü. Bir neçə ay əvvəl, qış
tətili zamanı bunlar yox idi. Əşrəf atasının geri dönüb daha nə isə
soruşacağını gözlədi. Ancaq Cahandar ağa dinmədi.
- Müştuyün yanır.
- Nə?..Hə...
Cahandar ağa müştüyü qeyri-ixtiyari ağzına alıb sümürdü və bundan
sonra başa düşdü ki, papiros çoxdan külə dönüb. O, kötüyü üfürüb çıxartdı.
Müştüyü məxmər köynəyinin döş cibində gizlətdi. Əşrəf, cibinin düyməsini
açanda da, bağlayanda da atasının barmaqlarının xəfifcə titrədiyini gördü.
Kişi dönüb oğlunun üzünə baxdı. Əşrəf onun qallı qaşları altındakı qan
sağılmış gözlərində zəhmdən başqa nə isə bir

218 
 

Onlara "yorulmayasınız" dedi. Təzə bağlanmış dördtəkərli arabanın yanında dayandı.Baş üstə. samı bağına belə diqqət yetirdi.. Cahandar ağa göyün üzünə baxdı. samıya.Şini boşalan təkər varmı? . . şinini yoxladı. Balta taqqıltıları. Arabir dəmir cingiltiləri də eşidilirdi. qoy təzə şin səksinlər. Sabah tezdən arabanı qoş.Bəlkə götürmədi. Tapdığı yanına çağırdı: . Sonra saymazyana oğlundan soruşdu: . Tapdıq gah taxta yonan dülgərlərə. gah da dəvə çubuğu seçib təmizləyənlərə göstəriş verirdi.Var.Nə barədə? . təkərləri dəmirçiyə apar. Əşrəf dinməz-söyləməz atasının arxasınca həyətə endi. Onları da düzəldərəm. ancaq Cahandar ağa nökəri saxladı: . Narazılıqla başını buladı. Kişi asta addımlarla samanlığa doğru gedənə qədər yerindən tərpənə bilmədi. ağa. Arabalar talvarın altında yan-yana düzülmüşdü.Dağa kiminlə gedəcəksən. ağa. Hələ ağzının sarısı getmə- 219    . rəndə səsləri bir-birinə qarışmışdı. Bacısını yada salmamaq və bir daha bu söhbətə qayıtmamaq üçün ayağa durdu: . Cahandar ağa keçirdiyi iztirabla gözlərindən oxuna biləcəyini başa düşüb. ayağı ilə təkərlərin topunu.Bu təzə arabanın üstünün dəyəsini tikin.Niyə? .Hamısını bir də yoxla. . Onun belə şax və sərt danışması xoşuna gəlsə də.Gedək arabalara baxaq. Cahandar ağa dönüb onun üzünə elə baxdı ki. gülməyi tutdu. Sonra da get usta Müxəyin yanına. yoxsa ananla? . Onlar xırman yerində dayandılar. Tapdıq ondan aralanmaq istədi.İşim var. Tapdıq dindiyinə peşman oldu. bu saat dörd araba hazırdı.. hörüklü-zadlı apar ver onlara. al gətir. Boyunduruğa. . mənimlə. gah təkərləri yoxlayıb mazutlayanlara. özünü toxtatdı. ağa. Cahandar ağa işləyənlərə yaxınlaşdı. . iki cüt təzə təkər bağlayıb. Səhər tezdən bir cüt saz kəl seç. nəzərlərini Əşrəfin üzündən yayındırdı və ani şaşqınlığa son qoyub.Heç birinizlə.Nə qərara gəldin? . Cahandar ağa oğlunu altdan-altdan süzdü. __________________Milli Kitabxana___________________ ürkəkliyin də olduğunu duydu.

Onlar samanlığın üstünə çıxdılar.Gərək bizə kömək eləyəsən..Yox.Açılsın. kəndçi uşaqları oxuyacaq. məktəb məsələsidir. Cahandar ağa papirosunu yandırıb dərindən bir-iki nəfəs alıb sümürdükdən sonra özünü ələ aldı və sakitcə soruşdu: . Kişi dinmədi. Görünür. başa düşdü ki. Yanında saxlamağa çalışdığı və nədənsə bir az hörmət etdiyi bu oğlunu da əzişdirəcəkdi.Siz kimsiniz? . Kəndin üst tərəfində biçənəkləri. O eyni zamanda hiss etdi ki. Ona görə belə köntöy-köntöy cavab verir.Nə kömək. əlləri əsmətyə başlayır.İşin adını bilmək olmazmı? . Əşrəf də onunlayanaşı oturdu. Əşrəf yenidən dilləndi: . bir az o yandakı əkin 220    . gicgahlarındakı damarlar şişməyə. Elə oxumaq istəyənlərin hamısına. . yarıkinayə ilə soruşdu: Damlara qarovul çəkəcəksən? Əşrəf atasının gözünün içinə baxdı: .Əhməd lələylə mənə. baş verən hadisələr. bostanda qalacaqsan? . Papirosunu sümürə-sümürə oğlunun üzünə baxıb dayandı. Əşrəf də atası kimi o tərəfə baxdı. oğlunun cavab qaytarmasına dözə bilmədi.İş tapılar. Gərək bizim kənddə də məktəb açılsın. Cahandar ağanin iri həbəşi dodaqlarında qəzəb qarışıq bir istehza dolandı: . . özünü ələ ala bilməyəcəkdi. Kişi nə qədər çalışdısa da. onun sualında qayğıkeşlik və maraq olduğunu duydu: . oğlu xoşluqla danışmaq istəmir. . anasının sözləri ona təsir etmişdir. Yarızarafat. kəndlərin çoxunda məktəb açılacaq. O da səsinin ahəngini dəyişdi. bala? Əşrəf atasının səsinin yumşaldığını. bos biz? Cahandar ağa oğlunu yeni görürmüş kimi diqqətlə Əşrəfin üzünə baxdı. Cahandar ağa sallağı oturub təzədən papiros eşdi. Kürün bəri üzündəki çəmənlik onların idi. Bir az da belə getsə.Bəs nə eləyəcəksən. yəqin ki. mənnə deyirəm. O taydakı meşədə də otlaq yerləri var idi.Bilirsənmi. .. Gözünü Kürə tərəf zillədi. ata. padşahın əmri var.Niyə olmur. Kişi heç nə başa düşmədi. __________________Milli Kitabxana___________________ yən bu uşağın ona cavab qaytarmağına qəribə baxdı.Kəndlərin çoxunda təzə məktəb tikirlər.

Mənim sümüyümü it sümüyünə caladığınız bəsdir. Onların torpağını bir günə atla gəzib qurtarmaq olmazdı.Bunu sənə kim öyrədib? Yoxsa qardaşın lüt qayınatasının qarnını mənim hesabına doldurmaq istəyir? Kişinin səsi xırıldadı.Mən səni belə bilməzdim. məktəb tikdir. Cahandar ağa ayağa durub. . ata.Necə yəni kasıblara torpaq payla. Qaşları gözünün üstünə endi. Əşrəf çəmənlikdə otlayan mallara baxdı və birdən Qoca yadına düşdü. Sahildə onunla elədiyi söhbəti xatırladı. heç torpağı olmasın? . Rəngi tunc kimi bozardı. Tüstü havaya qalxıb yaylandı. bunlar mənim nəyimə lazımdır?" . Əşrəf atasının tüstü arxasından ona necə tərs-tərs baxdığını gördü. Yanağının əti səyriməyə başladı.Olmazmı öz torpağımızdan bir az kasıblara verək? Kişi papirosunu kötüyünə qədər sümürdü. Kişinin sinəsi qabardı. Yağış ara verən kimi yaylağa yola düşəcəyik. o biri isə gözünün üstünə endi: . Ancaq bu ani qəzəbi başqa bir hiss. samanlığın üstündən endi. Onun iri. Dinmədilər.Nə demək istəyirsən? . Əşrəf də durdu. . Dərindən nəfəs alıb tüstünü burun deşiklərindən fısqırtdı. . Gözlənilmədən atasından soruşdu: .deyə öz-özünə düşünməyə başladı.Söz güləşdirmə! 221    . sözünü de! . həbəşi dodaqları səyridi: .Bir də mənim yanımda belə sözlər danışma.Elə biri Qoca dayını. __________________Milli Kitabxana___________________ yerləri uzanıb gedirdi.Sözünü de. Cahandar ağa "uşağın başı xarab olub.Bizim neçə hektar yerimiz var.Kəndimizdə elə adam varmı ki. nədir? . .Dedim ki.Kəndimizdə səndən varlı adam varmı? Kişi dayandı. Cahandar ağa dabanı üstə geri fırlandı. . Cahandar ağanın qalın dodaqları azacıq qaçdı. təəssüf qarışıq istehza əvəz etdi: . . Əşrəf atasının gözlərində şimşək kimi çaxıb keçən qəzəbi gördü.Kimi deyirsən? . Onun qaşının biri yuxarı qalxdı.Get hazırlaş. Beyninə qan vuran adamlar kimi gözləri qıpqırmızı oldu.Mən getməyəcəyəm. Burun pərələri genişləndi: .

dəmyə təpəliklərin ətəyindəki düzənlikdə uzunqulaqlar bir-birini qovaraq anqırışırdılar. Elə bil gediş-gəliş kəsilmiş bu yolda qızı Güləsərin" ayaq izlərini axtarırdı. __________________Milli Kitabxana___________________ 7 Qoca kişi nə qədər çalışdısa da. Qızı Güləsərin mehriban davranışı. Zəncirotlarının zərif. Ömründə ilk dəfə özünü tam yalqız və kimsəsiz hiss etdi. Qapını açıb içəri girmək. Qoca kişi bədəninin ağrılarını unudardı. Əvvəllər Kürün qırağından qayıdanda heç olmazsa qızı onu qarşılayardı. Ancaq bu hal çox çəkməmişdi. İnsan nəfəsi ilə isinməyən evin soyuqluğu kişini üşütdü. Bir az da belə getsə tamam itib-batacaqdı. Amma indi cığırı ot basmışdı. Xır yolundan o tərəfdə. Səssizlikdən qulaqları güyüldədi. isti yay günəşinin təsiri ilə xumarlanan təbiət sanki mürgüləyirdi. Həyəti ot basmışdı. Arabir çəyirtkələr otdan-ota atılırdılar. Əvvəllər biçənəklərin otu qalınlaşıb qurşağa qədər çıxsa da. palaz atıb taxtın üstündə uzanmaq fikrindən daşındı. mal-qara tapdalamamışdı? Taqsır məndədi. atası ilə Çərkəzi yedizdirərdi. məni qovacaqdılarmı? Bəs o yazıq neyləsin? Çərkəzdə də günah oldu. Amma indi vəziyyət tamamilə başqa cür idi. Cığırta düz Kürə doğru yollandı. Qoca kişi bir xeyli ot. oğlu Çərkəzin qapıda hərlənməsi onu ürəkləndirmisdi. toz kimi yüngül lifləri havada uçuşurdu. Kişi darıxdı. Üstünü çayır və ilanotu bürüyən bu kiçik yolcuğaz güclə seçilirdi. Güləsər gedəndən sonra ev bomboş qalmışdı. Əgər Şamxalın qapısını açsam. Nəzərlərini yerdən çəkmədən irəlilədi. Orada dayanıb gözləri ilə sahilə doğru uzanan cığırı axtardı. ələf basmış həyətə. çardağın qabağında oturdu. Dik- 222    . çiçəkləyən qanqallara. evdə dayana bilmədi. Kürün sahilinə doğru uzanan cığırın torpağı çat-çat olub yanılmışdı. Elə bil kənd bomboş. sirkənli kalafalıqlara boylandı. Kişi iri bir daş tapıb bayırda. Güləsərin saldığı əyri- üyrü ağ cığır yaşıllıqları yarıb düz sahilə enərdi. Deyəsən ürəyim lap daşa dönüb. Kişi qəhərləndi. İndiyəcən bir kərə dalınca gedib onu axtarmamışam. Azdan-çoxdan bir şey tapıb bişirər. Ayağa durub həyətdəki tənha saqqız ağacının kölgəsinə getdi. arxayın-arxayın yuvalarına yem daşıyırdılar. idi... bəlkə də buna rast gələcəkdi? Güləsərin bu yolla axırıncı dəfə suya getdiyi vaxt torpağa düşən ləpirini bəlkə də heç yağış yuyub aparmamış. Arvadı öləndən sonra da bir müddət evdən soyumuşdu. Kim bilir. Qarışqalar bu yolla gediş-gəlişin olmadığını duymuş kimi qatarlaşıb. Qaralıq və rütubətli daxma ona daha nəmli və tutqun göründü.

__________________Milli Kitabxana___________________ başlıq eləyib dava salmasaydı. oğlumu ayaqlayıb onun qapısına gedə bilmərəm. Kişi hətta adəti üzrə onlara qoşulmaq. Kürün sahilində sərbəst nəfəs ala bildikləri üçün cavan qızlardan geri qalmaq istəmir bir-birini sulayır.. özü də hiss etmədən çəmənliyi keçib sahilə çatdı. Qarşısından keçənlərin sifəti dumana büründü.dediyini belə eşitdi. Qoca kişi suvadağda su dolduran qadınları gördü. suyun qırağında. Ona elə gəldi ki. indi bəlkə birtəhər barışmışdıq. sahildən uzaqlaşmadı. yeniyetmə qızlara bir-iki baməzə söz də demək istədi. Gəlinlər qəfəsdən buraxılmış quş kimi yalnız burada. cığıra baxa-baxa. Güləsərə rast gəlsəm onunla görüşsəm. Güləsərin də burada olacağı ümidi onu yerindən tərpənməyə qoymadı. Elə bil suya daş atdılar. hə. Kişi birdən-birə dirçəldi. işləri çətinə düşəndə isə cingiltili səs-küylə. qaqqıldaşa-qaqqıldaşa yarğanın dibi ilə qaçışırdılar. axşama qədər evə getməyim. O. daha da şitənir. Lakin qızlar durna kimi qatarlaşıb cığırla dikdirə 223    . Suya gələnlər səhənglərini doldurub dikdirə çıxdılar.. Güləsər çiynində səhəng. Qoca kişi arvadlardan birinin "ay gününüz qara gəlməsin. əvəzində isə məzlum çöhrəli Güləsər canlandı. necə olar? Bəlkə yazıq qızı heç evdən bayıra buraxmırlar? Bəlkə uşağın başında bir iş var?" Kişi bu ağır düşüncələrlə. Kişinin gözü alacalandı. Ancaq elə burada. arabir də onlara sataşan şıltaq qızları tutub çimdikləyirdilər.səda verən qaqqıltılar onu xəyaldan ayırdı. Bu sükut və kədər kişinin qəlbində bir az əvvəl baş qaldıran sevincini qovub apardısa da. Amma innən sonra bu iş baş tutmaz. Qaçırılandan bəri üzünə həsrət qaldığı qızını heç olmasa uzaqdan görə bilmək. su yolunda qarşılaşdıq desəm. Onlar isə bədənləri göyərsə də. mənə inanmazmı? Balta elə doğrudan da bu bəhanə ilə suyun kənarında gözləyim. Çərkəz mənə nə deyəcək? Soruşsa. bəlkə də yaxınlaşıb kefini soruşa bilmək arzusu onun gözlərinə işıq gətirdi. deyəsən mazaq axtarırsınız?" . Yarğanda əks. balıq tutmaqdan qayıdırdım. gözünu zilləyib arvadlara baxdı. fürsət tapan kimi İntiqam alır. Gəlinlər yaşmaqlarını burunlarına qədər qaldırdılar. Ancaq qızlardan biri yarğanın qaşında dayanan Qoca kişinin suya düşən kölgəsini görən kimi "gələn var" - deyə pıçıldadı və tələsik səhəngini suya basdı. bu saat suvadağdan yuxarı qalxacaqdır. Bu zarafatlar onun dərdini bir az dağıtdı. Yalnız Kür əvvəlki kimi qıjıltı və uğultu ilə axmağında davam etdi. Yarğanda əks-səda verən gülüşlər kəsildi.

Kişinin kövrək səsi onu da qüssələndirdi. Güləsərin atasını yarğanın qaşında görən kimi qəsdən ləngiyib yoldaşlarından 224    . Salatının sözləri kişini haraya isə. Onun yanları qırış. Qızın gözləri gülümsəsə də. həm də eyni zamanda ona təsəlli vermək. kimsə geri yanında astadan tövşüyür. sınıq könlünü şadlandırmaq istəyirdi. Kişi isə ürəyi dolu olsa da susurdu. nə yox. Kürün sahilindəki meşəyə doğru zillədi.Gözünü Salatının üzünə zillədi. gah da nəzərini yerə zilləyirdi. eyni halı keçirirdi. Kişi çevrildi. . görək nə var. Salatın ixtiyar bir adamı dərdə saldıqlarına görə qardaşının əvəzinə utanır.qırış olmuş gözləri yaşardı. Elə bil nədənsə çəkinir. Salatın çiynində səhəng. qabağa gəlib söz deməyə cəsarəti catmırdı. . O başa düşdü ki.Olmur. Qoca kişi ümidinin boşa çıxdığını anladı. gah da ağarırdı.Sən söylə. civə kimi sağa-sola qaçırdı.Allaha şükür. Kişi boğazında bir şey qalmış kimi udqunurdu. dərisi qırış-qırış olmuş boynundakı damarların şişdiyini gördü. .endiyini. Qoca kişi də.. Salatın susdu. gözünü qızın çiyninin üstündə o yana. yarğanın qaşında duyanmışdı. Salatını görəndən sonra necə hərəkət edəcəyini müəyyənləşdirə bilmirdi. Kişi birdən-birə irəli qaçmaq. bunu qüruruna sığışdırmadı. bir yerdə dura bilmir. qızım. Salatın onun pilə kimi yumşaq. lap uzaqlara uçub getmiş xəyaldan ayırdı. onun gözlərində xəcalət çəksə bir adamın iztirablarını oxuyardı.Salamatlıqdır. yoxsa qızı gülərülə dindirib Güləsəri soruşsunmu?. Kişi dərindən köksünü ötürüb.. . O gah kirpiklərini çaxıb göz qapaqlarını aşağı salır. Əgər Qoca kişi diqqətlə baxsaydı. Güləsəri görüb-görmədiklərini soruşmaq istədi. Qoca dayı? Kişi baxışını yerdən qaldırdı.Nə var. qızım. nə yox. Kişi xeyli susdu. Göyün o üzündə toplanan ağ buludlara baxdı. O. Ancaq susdu. Torlanmış gözəri yaşardı.Onun fikrini çəkmə. Qoca dayı. günahkar bir uşaq kimi gülümsündü: . dözə bilmirəm. gəlinlərdən birini saxlayıb. ağ saqqalının seyrək tükləri arasından hülqumunun bir neçə dəfə qalxıb. Salatının yanaqları gah qızarır. Dinməz-söyləməz ötüb getsinmi. demək olar ki. Elə bu zaman hiss etdi ki. həsrət qövr edən yaralar kimi qəlbinin başını göynədir. __________________Milli Kitabxana___________________ qalxanda. qolları yanına düşdü. . gah ötəricə kişiyə baxır.

. onun günahı nədir? Salatının sükutu Qoca kişiyə bir il qədər uzun göründü. Bibisinin ölümündən sonra atasının gözünə görünmək olmurdu. Salatın ondan aralanıb beş altı addım gedəndən sonra bunları duymuş kimi qanrılıb geri baxdı. qızım. gah da qığılcım kimi qorlanıb parıldayırdı. Qız xeyli tərədüddən sonra onun yanından ötüb getmək istəyəndə kişiyə ele gəldi ki.. Qardaşı Şamxalın qaşqabağı açılmırdı. Qarasının ətrafını bozumtul ağ basmış gözlərin həlqəsi yaşarmışdı.Onu görmək istəyirəm. Əgər Salatın onun xahişini rədd etsə. 225    .Nədi. gah da zəifləyib güclə işıldayan gözlərə diqqətə baxan Salatın dərk etdi ki. Şamxal bundan xəbər tutsa. Qıvrıla-qıvrıla çəmənliyin ortasından keçib kəndə doğru uzanan cığırda dayananlar onu gözləyirdlər. Boynunu yana doğru əyib qızın üzünə baxdı: .Heç yana getmə. Onlar dava üçün bir bəhanə axtarırdılar. səndən asılıdır. həsrətdən ürəyi zoqquldayan. nəfəsi daralıb sinəsinin başına yığıldı.Heç elə şey olarmı? . .. qızı gizlincə atasi ilə görüşdürsə. . Dillənmək istədisə də səsi çıxmadı. ayaq üstündə keçinəcəkdir. . istəsən olar. Belə bir vaxtda qardaşından icazəsiz Güləsəri evdən bayıra çıxartsa. Belə münasib fürsəti əldən verəcəyindən qorxdu. bala.Məndən asılıdır? Kişi başını tərpətdi.Qoca dayı. İslaq kirpiklərin dibi qızarmışdı. Qoca dayı? Kişi Salatının getmək istədiyini anladı. Elə bil kişnin də nitqi tutulmuşdu.Sözun. Ürəyinin çırpıntısına uyğun olaraq gah güclənib közərən. Kişinin məyuslaşan sifəti birdən-birə canlandı: . Salatın üzünə zillənən gözlərdəki xırdaca nazik damarları gördü. Qız darıxdı. söhbətin. __________________Milli Kitabxana___________________ aralanan Salatın onu təskin etmək üçün söz tapa bilmirdi. onun saçından yapışıb kəndin ortası ilə sürüməzmi? Güləsəri də ona qatıb çubuğun altına salmazdımı? Bəs bu yazıq Qoca kişi neyləsin. Bəbəklər ən ucqar ulduzlar kimi gah kiçilib solğunlaşır. balasından ötəri burnunun ucu göynəyən bu talesiz qocanın axıra qədər ayaq üstündə dayanıb-dayana bilməməsi onun cavabından asılıdır. Qız iki od arasında qalmışdı. bala? . ürəyini çəkib yerindən qopartdılar.Niyə olmur.

cığırın kələ-kötür yerlərində tez-tez ayağı büdrəyən Güləsər atasını sahildə görən kimi daşa dönüb yerindəcə qaldı. . xəyaldan ayrılıb ətrafına boylandı və Güləsəri gördü. Güləsər arıq. sanki qarşısında dayanan bir xəyalın yox olacağından ehtiyat edirmiş kimi ayağa durdu. az qala dibindəki daşları belə görünən çayda sürü ilə üzüşən bıçqıl balıqlara baxdı. açıq havada gəzdiyindən həmişə yanaqları və dodaqları qaysaq- qaysaq olan. Qırçınlı uzun ipək donu topuğuna qədər enir. Yarğanın kölgəsində çömbəltmə oturdu. Papağının dizinin üstündən sürüşüb düşməsinin fərqinə varmadı. başıaçıq bir qız idi. Adam az qalırdı bihuş olsun. Salatının xəbərdarlığına baxmayaraq. nimdaş paltarlı. az qala evdən su yoluna qədər qaçan. Qoca kişinin başı o qədər qarışmışdı ki. dərdin alım. süzən quşlara.Bizi gözlə. __________________Milli Kitabxana___________________ . Lakin şappıltı kişini diksindirdi. Papağını çıxardıb dizinə keçirdi. Kişinin çiynindən elə bil dağ götürüldü. Kişi beləcə. Əgər Salatın yarğanın qaşından suya daş atmasaydı. kənardaca dayanıb ona tamaşa edən qızının gəldiyini belə hiss etmədi. axar sulara. Qoca kişi isə yüngülcə nəfəs alıb suvadağa endi. Onunla üzbəüz dayanan gəlinin öz qızı olub-olmadığına şübhə edirmiş kimi susdu. Kişi ehmalca. geri qayıdan binələri bəri üzə addadacağını unutdu. qarşıdakı adacıqda yulğun kollarının arasındakı iydələr çiçəkləmişdi. yaşıl don geyinmiş meşəyə baxmaqdan doymurdu. suyun axan boyu irəlilədi. Gəmini o taya keçirməli olduğunu. bəlkə də onlar beləcə xeyli susacaqdılar. addımmı ata bilmədi. Sinəsi atlaz koftanı dik tuturdu. Dinməz- söyləməz qızına yaxınlaşdı. Hətta sahildə nə üçün dayandığını. Əlini qoşalayıb sərin sudan doldurdu və üzünə çırpdı.Gözlərəm. Salatın yüngül addımlarla irəliləyib. İndi onun qarşısında dayanan gəlin isə ətli-əndamlı bir qadın idi. Yaş əlini qırxıq başına çəkdi. az qala ayaqqa- 226    . kimi gözlədiyini belə yadından çıxartdı...Niyə ki? . Nə qədər çalışdısa da. O. su ilə oynaya-oynaya xeyli gözlədi. qarayanız. Bir xeyli xırdaca yumru daşları ayaqları ilə şaqqıldada-şaqqıldada sahillə. Bir az o yanda. Belində iri gümüş kəmər var idi. çiçəklərin ətrini havaya hopdururdu. Suyun üzünü qaysaqlandıran həzin meh kolları xışıldadaraq. bütün yolu tövşüyə-tövşüyə gələn. cığırın ortasında onu gözləyən qızlara çatdı. Hər şeyi unudub suyun qırçın ləpələrinə. Kişi özünü itirdi. ayağı yalın. Kişi birdən- birə təbiətə məftun olmuş yeniyetmə cavan kimi hər şeyə diqqət yetirir.

Nə edəcəyini bilmədi. taxılların arasında dolaşan qız olmayacaq. bu az müddətdə Güləsər bir az da yaşa dolub toxtamışdır. . mışıltısının əvvəlki kimi doğma olduğunu duydu. Güləsər atasının yad bir adam kimi dayanıb boylanmasına dözə bilmədi. Güləsərin başını sinəsinə sıxıb. bala? Onlar kənara çəkilib.bəzəkli.Qurban olum. Lakin o. özünün də sakitləşməsini gözlədi. Bir az əvvəl başını sinəsinə sıxıb saçını sığalladığı qızını kişi təzədən diqqətlə nəzərdən keçirdi. Azca buxaq bağlamış ağ bənizi. onun qoynuna sığınan. Sinəsi qabarıq idi. nə yaxşı məni yadına saldın? Kişi yalnız qızının səsini eşidəndən sonra dirçəldi. Hıçqıra-hıçqıra atasının üz-gözündən öpdü. yarğanın kölgəsində. qolu bilərzikli bu gəlinin öz qızı olduğuna şübhə etdi. yenə əvvəlki kimi atasına mehribandir. Bərli. Ürəkləri sözlə dolu olsa da. Dodaqları azca qalınlaşıb sulanmışdı. atası evinə qayıtmayacaqdır. saçını sığalladı. Gözündən gilələnib süzülmək istəyən yaşını geri qaytarıb sinəsinə axıtdı. həsrətini çəkdiyi doğma qızı Güləsərdir. Kişi qızının yanaqlarının tozu silinmiş alma kimi allaşdığını. əziz bir adamını əbədi itirdiyini indicə anladı. Qızın qulağındakı qızıl sırğalar boynundakı damarların zərifcə vurmasına uyğun olaraq titrəyirdi.Səni yaddan çıxartmaq olarmı. başıaçıq. Kişi onun titrək səsinin dəyişmədiyini.toqqalı gəlin gözünün qabağından çəkilib getdi. Güləsər bir daha ayaqyalın. Qızının da. başa düşürdü ki. yoxsa kədərlənsin. uşaqlıq dövrünü keçirib qadına çevrilməsinə inana bilmədi. əvəzinə isə sinəsinə qısılmış dəcəl qızı Güləsər gəldi. susdular. daşların üstündə oturdular. . 227    . Qollarını açıb kişinin boynunu qucaqladı. Yaşıl yelənli qara kəlağayısı sürüşüb çiyninə düşmüşdü. Bir az əvvəl hiss etdiyi yadlıq yox oldu. Arıq bir qızın ərə gedəndən sonra. bu hala sevinsin. Kişi qızının gəlin olmasına. Hiss etdi ki. Nə qədər çalışdısa da. __________________Milli Kitabxana___________________ bısının üstünü örtürdü. Saçının qoxusundan. bədəninin ətrindən hiss etdi ki. əvvəlki Güləsəri xəyalından çıxarda bilmədi. bir daha geri. Bilmədi ki. Zil qara saçı ortadan ayrılmış Kişi duruxdu. O. ay dədə. Onun gözləri sanki bir az böyümüşdü. az bir vaxtın içində bu qədər gözəlləşməsini kişi ağlına sığışdıra bilmirdi. bir daha atasının qazına daxmasını silib-süpürməyəcək. telli. altı kölgələnmiş gözlərinin üstünə enən kirpiklərinin bir az da qalınlaşıb uzandığının fərqinə vardı. O qətiyyən dəyişməyib. Onun damarları çıxmış əllərini yanağına yapışdırıb göz yaşı ilə islatdı. Susdu.

Atam öz kürəkəninin paltarını geyinməzmi? Şamxal istəməzmi ki. Qızın gözü yaşardı və başa düşdü ki. Yenə susdular. yaxşı gün görməsi ilə onun ürəyini açmaq məqsədi ilə belə etmişdi. Güləsər əlini yaxasına apardı. O. Şamxal buna nə deyəcək? Biz ki. Kəlağayının ucunu sinəsindən aşağı salladı. .. paltar-palazlarını yuyaram. Güləsər evə qayıdan kimi Şamxalın paltarlarından gətirib atasına verəcəyini xəyalından keçirdi. Məndə də təqsir var. Yanaqlarında qıvrılan saçlarını yığıb qulağının ardında gizlətdi. Görüşməyə gələrkən yaxşı paltar geyindiyinə peşman oldu. atasını sevindirmək. Kişinin saqqalı daha da yuxalmışdı.Nəyi. qaynayıb-qarışsın. qızım. . Alt köynəyinin yaxası qapqara idi.didik olmuşdu. Danışmağa söz də tapmıram. deyə məni yamanladı? Bəlkə buna haqqı var'? Bircə dəfə onları yada salmamışam". Əyni-başı da tökülmüşdü. Üst paltarı didik. İndi isə atasının birdən-birə tutulmasını görüb pərt oldu. Aralar düzəlsə nə yaxşı olar! Atamın bizə ayağı açılar. Adam qohum olur ki. mənə nə olub. Fürsət tapanda mən özüm də evimizə gedərəm. "Bəlkə atam ürəyində məndən incidi? Biz nə gündəyik. atasınınsa yarımçılpaq vəziyyətdə olmasına görə xəcalət çəkdi. biş-düşümüz olanda onların payını saxlaram". Güləsər birdən-birə sıxıldı. Həmişə qırmızı olan və yanaqlarındakı xırdaca damarları görünən bənizi solmuşdu. ay dədə? . qayınatasının əyni-başı abırlı olsun? Qızını istəyən oğul gərək qayınatasının da qeydinə qalsın. "Nə olar. Düymələr çözələnib tökülürdü. gediş-gəliş başlayar. evdən gedəndən sonra atasının paltarlarını heç kəs yumamışdır.Heç özüm də bilmirəm. Gərək Şamxalı başa salıb inadından döndərəydim. qızım? 228    . bu nə kefdədir. Elə lap Çərkəz özü də.Gətir tikim. qohum olmuşuq. Onun belinin azca əyildiyinin fərqinə vardı. __________________Milli Kitabxana___________________ Güləsər atasının qəribə bir hala onu süzdüyünü hiss edib kəlağayını irəli çəkdi. Özünün geyinib-kecindiyinə. ayağını yığıb uzun donunun altında gizlədi: .Mənə niyə elə baxırsan. Yanaqlarının almacıq sümükləri çıxmışdı. İndi də Güləsər atasını süzdü. Koftasının iç tərəfindən iynə-sap çıxartdı. Gözlər elə bil şəffaflığını itirmişdi. daha düşmənçilik eləmək nə üçün? İndiyəcən gərək çoxdan barışıqlıq olaydı.

mehriban və doğma bir adam ərkyanalıği ilə əlini atasının yaxasına uzatdı: . ay dədə. Atasının zarafatı cavabsız qaldı. əvvəllər olduğu kimi onu cinlətməyi lazım bildi. Onsuz da əyinə alınası deyil. . Başını aşağı əyib. . Güləsər düyməni bərkitdi.Şərə düşəsi vaxtım çoxdan keçib. Həmşə Güləsərdən çəkinmədən paltarlarını yuyulmağa verən Qoca kişi indi öz qızından həya etdi. Hətta Güləsər əvvəllər olduğu kimi gülüb.Yaxşı. .Soyun. qızının nəfəsini sinəsində duydu. . . insanlıq və nəhayət.sökük yerlərini gizlətmək istədi. soyunma.Köynəyin düymələrini. abırlı paltar belə geyinə bilmədiyini.Niyə. o yox? .Çərkəz nə təhərdir? 229    . heç nə olmaz. Gözünü qıyıb gülümsündü: . heç olmazsa düymələrini bərkidim. bala. .Ağzına çöp al.Mən elə demək istəmirəm. beləliklə də atalıq. məndən utanırsan? . Güləsərin barmaqları onun yaxasını açdı. Qoca kişi gözünü qızından cəkib üzünə. Saçının qoxusu burnunu qıdıqladı.Heç kim.. Kişinin dodaqları qaçdı: . Hər ikisi özünü sərbəst hiss etdi. bala. O. ancaq diymələrini tikəcəm.Lazım deyil. Atasının könlünü almağa çalışdı: . yoxsa övladı qarşısında ilk dəfə olaraq özünün yoxsulluğunu. Hətta əlini yaxasına aparıb sinəni örtmək və alt paltarının cırıq.Çərkəz də? Güləsərin təəccübünə cavan olaraq kişi qızına sataşmağı. Balasını utandırdığındanmı. nədənsə azacıq qızardı. zarafata başladı. dişi ilə sapı kəsdi.. Bir az əvvəlki yadlıq və utancaqlıq yox oldu. Kişı özü də bunu hiss edib susdu. Güləsər kişiyə dinməyə imkan vermədən işinə başladı. . kişilik qürurunun tapdalanmasından xəcalət cəkdiyindənmi. özümüz suya çəkirik. __________________Milli Kitabxana___________________ .Yox.İstəməz.Paltarlarınızı kim yuyur? . Güləsərin qaşları çatıldı. zəhmətinə dəyməz. sonra şərə düşərsən. mən paltarımı özüm yuya bilərəm. ay dədə.Yəni sənin qardaşın Çərkəz məndən artıq kişinin oğludur. düymələri çozələnmiş cırıq və çirkli köynəyinə baxdı. bala. Güləsər Qoca kişinin etirazına baxmayaraq.

Qoca kişi də qalxdı. dünya ölüm-itim dünyasıdır. Paltarlarınızı gətirin yuyum. Sənə ayrı sözüm də var. Sonra Şamxal bilər. – Amma səndən yaman yanıqlıdır. ay dədə. atasının boynunu qucaqlayıb tələsik üz-gözündən öpdü: . Gözlərinə qurban olum. incimə. şərtləşdikləri kimi Kürə balaca bir daş atmalı oldu. Onun evə qəlbi nisgilli qayıtmasına qıymadı: . ay dədə. mən də qalmıışam naçar.Qağamın canı üçün ölənəcən üzünə baxmaram. əvvəl. səhənglərin yanında dayanan Salatına yaxınlaşdı. bala. Güləsər bir istədi "Mən beş gün tez.Baxarıq yox. baxarıq. Bayaqdan kənara düşüb qalan papağını yerdən götürüb çırpdı. ay dədə. bala. beş gün gec. . 230    . mən gedim.Yaxşı. heç nə lazım deyil. . Atasını dönə-dönə öpdü. Ata ilə balanın söhbəti nə qədər şirin olsa da.birə uşaq kimi kövrəlib qızının yolunu kəsdi. Allah səni də nə arzulayırsansa. Salatın onları bir-birindən ayırmaq istəməsə də. Güləsərin alnını tor basmışdı. Çərkəzin əlini başına yığmaq istəmirsənmi? .desin. . . . amma bizi yaman yetim qoydun. Çərkəzin də payını gətirəcəm. Qoca kişi birdən.axır çıxıb getməliydim" . qızım. Amma dilinin ucuna gələn sözü geri qaytarıb söhbəti dəyişdi: . Qoca dayı. .Gəl səni də öpüm. Güləsər gözünün yaşını silib.Sağ ol. Yanaqları pörtmüşdü. mütləq gəl.Zəhmət çəkmə.Gəl səni bir də öpüm.Pis deyil.Məndə nə günah var? . .Dindirmək olmur. Salatının da gözləri yaşardı. Sənə xörək də bişirəcəm. eşitdinmi? .Bəs fikrin nədir.Orası elədir. suya enən qızları görəndə. Güləsər hıçqırığını güclə boğdu. bala.Qoca kişi qızının gözlərini yerə dikdiyinə nəzər yetirdi. sözümü yerə salma. Güləsər ayağa durdu. Güləsər işarəni anladı. sabah gəlməmiş olma. Qoca kişi qızın ürəyini sındırmaq istəmədi. Bax sabah günortaüstü yenə də burada gözləyəcəm.Qurbanın olum. __________________Milli Kitabxana___________________ . ona çatdırsın.

. Əhməd səs-küyə evdən çıxdı. O.yarğanlı sahillərə. ucaboy. başlarına iri qıllı papaq qoymuşdular. yakşı yaman. Onlar əyinlərinə şabalıdı rəngli yun çuxa geymiş. Kazakların böyründən sallanan və az qala yerə dəyən uzun qılınclarının dəmirləri və tüfənglərinin lülələri parıldadı. Atdan enib əlində qamçı oynadan enlikürək. gözünü qarşısında dayanıb istehza ilə ona baxan kazakın üzünə zillədi və xalis rus dilində: 231    . Fayton qapqara idi. uzun saqqal kazaklar yəhərin üstündə qalxıb. təhqiramiz söz elə bil Əhmədi silkələyib ayıltdı. yarlı yaraqlı kazakları görəndə ani olaraq Peterburqu xatırladı. Qıllı papaqlı. saqqalı sinəsinə yayılmış kazak ona yaxınlaşıb. birdə əlli ildən bəri birlikdə bərkə-boşa düşdükləri gəmisi gözləyirdi. başı az qala buludlara toxunan qayalıqların alt tətərfindəki girməyə doğru zillədi.endilər. __________________Milli Kitabxana___________________ Qızlar dikdiri aşıb gözdən itəndə sonar Qoca kişi üzünü qabarıb köpüklənən Kürün adacıqların başına dolanan uçurumlu. Çiyinləri. Cayda atlar yortmağa başladı. ni bum-bum? Bu acı. Papaqlarının ortasındakı qırmızı və başlıqlarını qotazları aydın seçilirdi. Camaat onların Tiflisə ötüb keçdiklərini yəqin edib arxayınlaşdı. Çəkmələrinin dabanlarındakı dişli dəmirlərlə atları mahmızladılar. bütöv ağacları belə qatlayıb ovxalayan burulğanlara baxdı. kladi karman. Gözünü aşağıda. Orada onu burulğanlı. döşləri işım-işım işıldayırdı. Uşaqlar damların üstünə çıxdılar. bir-birini qovub çiləkənlərə çırpılan dalğalara.Ey tatar. Bədənində soyuq bir gizilti keçdi. O. Onların nə üçün bura gəldiklərini anlamadığıdan. Azacıq toz qalxdı. Arxadan bir cərgə düzülmüş atlı gəldi. Dəstə kənddən xeyli aralandı. Onun içində oturanlar da elə bil qızıla bürünmüşdülər. Göytəpəlilər təşviş və həyəcan içərisində dayanıb gələnlərə uzaqdan tamaşa etdilər. Xır yoluna səs düşdü. Ancaq atlılar gözlənilmədən burulub "Zayej"in qabağında dayandılar. 8 Günorta üstünə yaxın xır yolunun aşağı tərəfindən. Gün vurduqca parıldayırdı. Acı dərənin yanındakı döngədən bir dəstə atlı kişi onların ardınca zınqırovlu bir fayton dikdirə qalxdı. Ni bilmez..birdən-birə bağırdı: . köpüklü sular. xəyalına yüz cür qorxulu fikir gəldi. Daşlara toxunan nallar ahəngdar şəkildə çaqqıldadı. Dəstə kəndə yaxınlaşdı.

Kazaklar heç nə soruşmadan Əhmədin axşam biçib gətirdiyi göy otu qucaqlayıb atlarının qabağına tökdülər. Hətta əilini yuxarı qaldırıb şallağını belə hərləmək istədi. Dodaqları azacıq aralanıb gülümsündü. o üzdəki meşəyə.deyə soruşdu. Pristav sakitcə Kürə. çiling- ağac oynayan uşaqlar onun diqqətini cəlb etdi. kəndin mənzərəsi onun xoşuna gəldi. Kazaklar stultarı götürdülər."Zayej"dir. Dəsmalla boyunlarını. Əhməd onun şaşırdığını görüb daha qətiyyətlə dilləndi: .Buyurun. Gözləri qıyıldı və dönüb arxa tərəfdə dayanan yoldaşlarına baxdı.Bu nədir? . Kazak vəziyyətini dəyişməli oldu. Elə bil eyvanda oturanları yellədilər. Belini azacıq irəli əyib ayaqlarını aralayan və elə bil ki. Bura "Zayej"dir. __________________Milli Kitabxana___________________ . lazım olur. Pristav və yoldaşları əyləşdilər. Ancaq pristavın eyvanda dayandığını görüb əlini saxladı. .Nə buyurursunuz? . . yoxsa məktəb? . Divardakı yazı taxtasını.Özünüz görürsünüz. yarpaq açmış ağaclar. . xəritəni görəndə bayaqkı kazak yenidən bağırdı: . Kazakın sifəti dəyişdi.Lazım olur.Onu demirəm. Kür tərəfdən əsən sərin meh otları. . Deyəsən.Lazım olur. sonra Əhmədi yanına çağırdı. Az danış. mən sizi dinləyirəm. Diqqətlə bir-bir otaqları gəzdilər. Hər tərəfi yoxladılar. Əhmədi udmağa hazırlaşan kazak qarşısındakı adamın təmkin və cavabından diksinib geri çəkildi. aralıqlardakı cələyə baxdı. çiçəkləri sığallaya- sığallaya "Zayej"ə qədər gəldi. məhəccərin qabağında kölgə yerə düzdülər. skamyaları. 232    . Onlar kitellərinin yaxasını açdılar. Biçənəklərin otu. Bir az bundan əvvəl onun sifətini bürüyən təbəssüm yox oldu. Eyvanda. göylüklərdə qaçışan atlar.Gedək otaqları göstər. Sonra divar boyu sallağı oturub papiros eşdilər. şapkalarının içini quruladılar. Pristav hətta daz başının tərini sildi. O bir xeyli başını tərpətdi. Stulları bayıra çıxart. Bayaqkı kazak əyilib pristavın qulağına nəsə dedi.Bəs nə üçün bunları buraya doldurmusan? . Az qaldı baxışları ilə Əhmədi yesin. görmürsənmi pristav gəlib? Onlar Əbmədi qabaqlarına qatıb içəri apardılar.

rusca. Pristavın sifətinin ifadəsi yumşaldı.. Pristav yerində qurcalandı. .. sən gəl bura. eləmi? .Hm.Poçta işçisi. . .Bəli..Sən onlara tatarca yazmağı öyrədirsən? ..Bəli. Üzünü Əhmədə tutub astadan dilləndi: .Sən kimsən? . ..Sən təksən.Camaatı buraya yığmaq lazımdır..Peterburqda.Hm. eyvanda gəzindi. da. cənab pristav.. çayı onlar qoyarlar. Əhməd onun gözlərindəki narazılığın yavaş-yavaş silindiyini hiss etdi. .Yoxlaya bilərsiniz.Hm. Kazaklar dərhal samovarı götürdülər. Pristav tərini silə-silə özünü yellədi..Bəzi kitablar oxuduğuma görə.. . vacib məsələ var. Özün də bizə dilmanc olarsan. Onun altındakı stul cırıldadı.Burada da o kitablardan oxuyursan? ... arvad-uşağın yoxdur? . 233    .Elə isə bir samovar.. uşaqlar hərdənbir yanıma gəlir. Özünüz bilirsiniz ki.Qonaq gələnlərə hər şey tapılar. tak. sonra gəlib bayaqkı yerində oturdu. ..Bəs sonra. Bəs buranı nə üçün məktəbə döndərmisən? . Pristav özünü xeyli yellədi. Bəs sizdə çay tapılmaz? . Sən uşaqlarla get.Göndəriblər.Yox. . tak..Yaxşı.. tak. bizim kəndlərdə məktəb yoxdur. da. cənab pristav. Qarşısın da dayanan Əhmədi aşağıdan yuxarı. Əhmədin samovara su tökdüyünü görüb dilləndi: . Çəlləkdən su doldurdular Elə həyətin ortasındaca odun çıtıqlayıb samovara od saldılar.Student olmusan? .Ruscanı harda öyrənmisən? . Bəs buraya necə gəlmisən? .. tak. da. sonra da qovublar. Darıxanda onlara yazı- pozu öyrədirəm.Nəyin üstündə? .Cənab pristav. diqqətlə süzdü: . Səndən xoşum gəldi. __________________Milli Kitabxana___________________ .. bütün kişiləri buraya çağır. Əhməd otağa girib samovarı çıxartdı.. .. ..Yoxdur.

__________________Milli Kitabxana___________________ Atlı kazaklar kəndə doluşdular. Cahandar ağa azacıq sakitləşdi. Kəndin üstünə çöküb duman kimi ətrafi kölgələndirdi. Arvadlar heç üzlərini də göstərmədilər. Bizim tayfadan kim varsa. Gün bərk qızdığından. Ancaq ehtiyatlı oğulun anası ağlamaz.Yox. İsti yay günlərində tozu. Qoltuqaltısını çiyninə keçirdi. Zəncirdə dartınan itlərə acıqlandı. Torpaq yolun tozu göyə qalxırdı.Niyə? . Cahandar ağa evə gedib paltarını dəyişdi. 234    . Özü hər şeyi yoxladı. Atı yəhərləyib həyətdə onu gözləyən Tapdığa yaxınlaşdı. atın çəkilərini bərkitdi. İtlər yad adamları görəndə zəncirdə dartınıb çırpındılar. .Camaat hanı. ancaq cırcıramalar səs-səsə vermişdilər. .uğuldayır. Əhməd Cahandar ağanı çağırdı. Sonra qanrılıb nökərlərə səsləndi: . Xəncərini belinə bağladı. Kişilər daldalanmağa çalışdılar. Kişi onun səsini eşidən kimi sıçrayıb ayağa qalxdı. Tüfənginin xəzinəsini yoxladı. Kənd suyu soğulmuş dəyirman kimi birdən- birə susdu. hamısına xəbər elə. ağa? . Uşaqlar qaçıb gizləndilər. Bir xeyli yaraqlı kazaklara.Siz də atlarınızı yəhərləyin.Xeyir ola. Ayağını üzəngiyə qoymazdan əvvəl üzünü Tapdığa tutdu: .Yox.A bala. burulğan kimi havaya qalxan bu boğanaqdan camaat vahiməyə düşdü.Elə bir şey yoxdur. . . Kazaklar uzaqlaşdılar. Tapdıq kişinin həyəcanlandığını başa düşdü. Bu ölü sükutu hiss edən kazaklardan biri Əhməddən soruşdu: . atı yühərləyin. a bala? . sonra da Əhmədə baxdı.Nə olub.torpağı göyə sovurub. divana etibar eləmək olmaz. Nökərlərdən qabaq özü doqqaza çıxdı. Samanlığın belindən endi. cilovunu gəmirən at kimi fınxırıb sahili döyəcləyirdi.Təkcə məni? . Tüfəngini əlinə aldı. bütün camaatı. Dalımızca "Zayej"ə gəlin. Kür isə çağlayıb.Sizdən xeyir gözləmirlər. yaraqlarınızı da götürün. köçüblər? .Sizdən qorxurlar.Pristav "Zayej"ə çağırır.Bəs niyə görütmürlər? . Atlılar doqqazda dayandılar. .

"onu başa sal. qoy otursun". Cahandar ağa oturmadı. Aşağı düşüb camaata doğru gəldi. O tayfadan olan adamlar ayağa qalxdılar. Kazaklar pristavın dövrəsində sıxlaşdılar. Pristav oradan möhürlü bir kağız çıxartdı. Kəndlilər tayfa-tayfa bölünüb öz ağsaqqallarının başına toplaşdılar. Pristav isə eyvanda sakitcə çay içir. Pristav onu.. Sonra yanındakı stulu göstərdi. Göytəpə kəndində nə qədər başıpapaqlı vardısa. Nökərlər yedəklərində at kənarda dayandılar.deyə ürəyindən keçirdi. xatanın özündən uzaq olmasını arzulayırdı.Cahandar ağa kimdir? . Nökərlər atların yüyənini hazırlayıb dayandılar. Pristav işarə ilə onu yanına çağırdı. o ayağa durdu. . Gümüş qutusunu çıxardıb papiros eşdi. Qəmər quş kimi səkib yola çıxdı. Yaxındakı ağaca söykənib dayandı. Pristavın səsi yenidən eşidildi: . bir az kənarda. Cahandar ağa gözlənilmədən ağır zərbə alan adamlar kimi bir anlığa özünü itirdi. Onlar üz-üzə dayandılar. hamısı pristavın hüzuruna gəldi. Onun qulaqları güyüldədi. __________________Milli Kitabxana___________________ Cahandar ağa sıçrayıb atın belinə qalxdı. Hamı həyəcanlı idi.deyə amiranə səslə soruşdu. "Zayej"in həyəti camaatla doldu. Cahandar ağa Əhmədin izahından sonra stulu kənara çəkib əyləşdi. "Ağla gələn başa gələr". Kazaklar stulu gətirib həyətin ortasına qoydular. Nəhayət. Cahandar ağa oturmaq istəmədi. aradan necə çıxacağını qərarlaşdırdı. 235    . Cahandar ağanın qıllı qaşları gözünün üstünə endi. Bir az sakitləşsə də. çiynində əba. gözlərinin qabağında qara dairəciklər oynadı.Molla Sadıq kimdir? . Yer elə bil ayağının altından qaçıb ləngər vurdu. Hamı dönüb ona tərəf baxdı. "Xalis Şamildir". təsbeh çevirən Molla Sadığı və onlardan başqa da oturmaq istəməyən bir neçə adamı nəzərdən yayındırmadı. Pristavın gəlişini hərə bir cür izah edir. Onlara işarə ilə oturmalarını əmr etdi. - deyə düşündü və ildırım sürəti ilə nə etməli olduğunu.. pristav onun zəhmli baxışlarının mənasını anlamasa da. Cahandar ağa tüfəngi çiynindən çıxartdı və ağır addımlarla mərəkənin ortasına gəldi. Pristav kəndliləri yaxına çağırdı. başını tərpədib gülümsündü. . səksəkəli qaldı.Mənəm. Oxumazdan əvvəl Əhmədi yanına çağırdı: . Stolun üstünə bir qovluq qoydular. Bir qabaq stolu da tapdılar. altdan-altdan camaatı süzürdü. Pristav üzünü Əhmədə tutub dedi ki.Gəl bura. Camaat göy otluqda bardaş qurub çevrələndi.

O həm də bu yolla kənddə kimin güclü. Ələ keçəni birbaş Sibirə göndərəcəyəm. Onun məqsədi həmin adamları ələ almaq və nə iş görsə. Bunları öyrənir və yeri gələndə onlardan bacarıqla istifadə etməyə çalışırdı. Cahandar ağa isə papirosunu tüstülədirdi. Cahandar ağa ilə yanaşı düşmək istəmədi. fikrində yanılmadığını. Pristav susdu. Quran oxuyacaqmış kimi bir-iki dəfə öskürüb boğazını arıtladı: 236    . O başa düşmüşdü ki. meşədə ov eləsə. __________________Milli Kitabxana___________________ Molla Sadıq əbasını düzəltdi. kim qanunu pozsa. Bilirdi ki. onların yardımından istifadə etmək idi. Pristav kəndin bütün ağsaqqallarını çağırdıqdan sonra əlindəki kağızı yerə qoydu. Sonra üzünü Cahandar ağanın. hamı təəccüb içindədir. Cahandar ağa baxışları ilə onlara icazə verdi. Sizi xəbərdar edirəm. Bir də bu tayfaların özlərinin arasında da ziddiyyətlər var. Oraya yaxın getmək. Qoruğun keşikçilərinin sözünə baxmayanlar yerindəcə güllələnəcək. Təsbehini çevirə-çevirə o biri tərəfdən pristava yaxınlaşdı. cəzalanacaq. yerli qayda-qanunları öynınməyə çalışan məmurlardan idi. kimin zəif olduğunu müəyyənləşdirdi. Ağsaqqallar fikirli-fikirli başlarını aşaği salmışdılar. Əhməd pristavın dediklərini tərcümə etdikdən sonra Molla Sadıq adəti üzrə əbasıni çiynində düzəltdi. kəndlərdə hələ tayfa və nəsillər var. Elə bil camaatın üstünə su ələnmişdi. Pristav ayağa durdu.Siz niyə qalxmısınız.Camaat. Göytəpəyə gəlməzdən əvvəl. Kürün o üzündəki meşə bundan sonra padşahın ov yeri olacaq. ona tabe olurlar. Pristav ona da yer göstərdi. Molla Sadıq isə təsbeh çevirməyə ara vermirdi. Sözünün camaata necə təsir etdiyini yoxlamaq məqsədi ilə adamları bir-bir gözaltı süzdü. O. O gördü ki. İndi. Pristav çox yaxşı bilirdi ki. Əhməd onun dediklərini tərcümə etdi. onun nə deyəcəyini gözləyən göytəpəliləri nəzərdən keçirdi: . onların ağsaqqalı nə desə. elə siyahını götürüb Cahandar ağanın adını oxuyanda camaatın bir hissəsinin təlaşla ayağa qalxdığını görən kimi anladı. Yeri gələndə bunlardan da istifadə etməyi pristav nəzərdən qaçırmamağın faydalı olduğunu yəqinləşdirmişdi. bu adamlarla hələ çox görüşəcəkdir. pristav bu kəndin varlı və nüfuzlu adamlarını müəyyənləşdirmişdi. Ətrafında oturanlara baxdı. icazəsiz o tərəflərə hərlənsə. O. Bir xeyli sükutla dayanıb. oturun. hər xalqın zəif və qüvvətli cəhəti var. qoruğa girmək qadağandır. hələ də ayaq üstündə dayanan qohumlarına tutdu: .

Cahandar ağa pristavın nəyə işarə etdiyini və söhbətin haraya gətirib çıxaracağını anladı.Var.Yenə soruşuram. danışırsan? Bu mənim yox. Cahandar ağa heç nə sezdirmədən gözaltı öz adamlarına. .Mənim oğlum. biz sizə borcluyuq. başa düşdü ki. yersiz gəldi. nə də size çağırardım. onu aparsın.Cənab pristav. O hələ Kürün sahilində kazaklarla toqquşanda bilmişdi ki.Bu saat bilərsiniz. Bu gündən sonra qoruq tərəfə heç kim ayaq basmamalıdır. indi camaat neyləsin? Pristav molladan bu cavabı gözləmirdi.Sizin kənddən seminariyada oxuyan varmı? Camaat dinmədi. sizin kənddən seminariyada oxuyan varmı? . Cahandar ağa gözünü zilləyib onun sonra nə deyəcəyini gözlədi. O. yerli qaç? .Pristav üzünü camaata tutdu və səsini ucaltdı: . __________________Milli Kitabxana___________________ . . .Bə onda bizi buraya nəyə yığıbsan? . qubernatorun əmridir. Pristav gözləmədiyi bu cavabdan sonra bir xeyli necə hərəkət edəcəyini münyyənləşdirə bilmədi. Göytəpəlilər başa düşdülər ki. onunla işim yoxdur. Kişi daha da ürəkləndi. Heç kəs.Əgər siz dinc dayansaydınız.Kimdir? . bu nə sözdür. azca səsini ucaltdı: . binələrimiz ora ilə dolanıb. pristav Əşrəfi axtarır. Hamı bir-birinin üzünə baxdı. mən sizi ağıllı adam hesab eləyirdim.İndiyəcən nə olubsa. Pristav sualını təkrar etməli oldu: . göytəpəlilərin heç biri onu ələ verməyəcək. Mən buraya sizdən icazə almağa gəlməmişəm.sizin dediyinizi necə başa düşək. cənab pristav. heç kəs Əşrəfin adını çəkməyəcək. Doğru sözə cavab tapa bilmədiyindən. Tapdığın həyəcanla ətrafa boylandığını gördü. istəməyən də buna razı olmazdı. Ona görə bir az duruxdu. . həm də qəzəb dolu səslə dilləndi: 237    . .Cahandar ağa. Həm təəccüb. Malımız. . mən nə buraya gələrdim. bu məsələ belə qalmayacaq. Əşrəfə baxdı. o yerlər dədə-babadan bizim kəndin olub. Cahandar ağanı istəyən də. Bəlkə də bu qədər atlı kazak töküb gəlib ki.Biz nə eləmişik? . Pristav bunu duydu.deyə Cahandar ağa sakitcə sözə başladı. . lap kənarda dayanan Şamxala.Belə çıxır ki.

Bu mümkün deyil. Pristav Göytəpəyə yola düşəndə elə zənn etmişdi ki.Mənim təklifim aydındır: Bu gündən sonra heç kəs o tərəflərə ayaq basmayacaq.Sən bu işlərə qarışma. . göylə uçsun? Pristavın əlləri xəfifcə əsdi.Mənim oğlum da quldur deyil. cənab pristav? . Bu. . kazakları meşədə ağaca sarıyan adamları dərhal tapıb tutacaq. __________________Milli Kitabxana___________________ . onun günahından keçsin. balalarınız yetim qalsın? .Yox.qorxu lazım deyil. Onun səsində qəzəbdən çox istehza duyuldu: . ildə canişinin kefi durub bir dəfə ova çıxacaq deyin. Əgər padşah bunu bilsə. hökumətlə hökumətlik eləyəcəksiniz? Könlünüzə Sibir düşüb? İstəyirsiniz ki. yolları kəsibsiniz ki. Sizi cəzalandırar. . Pristav səsini bir az alçaltdı və sınayıcı nəzərlərlə Cahandar ağanın üzünə baxdı: . . onda taqsır yoxdur? . onun özünü günahlandırsın.Onun nə iş tutduğunu bilirsənmi? . burdan gəlib-getməyin. kazakların qabağına qatıb həbsxanaya göndərəcəkdi. torpaq kəndlinin çörəyidir. Həmin meşə Kür ətrafındakı kəndlilərindir və onlar həmin meşə ilə dolanırlar.Bəlkə kazaklar onun yolunu kəsib? . Siz biçənəklərə keşikçi qoyubsunuz. camaatın yerini əlindən almazlar. . . camaatın üstünə təpinən kimi hamı qorxub geri çəkiləcək.Olsa. Amma indi gözləmədiyi bu vəziyyətdən çaşıb qalmışdı. Pristav elə bilirdi ki.Bəs Sizin təklifiniz nədir. cənab Peterburq studenti? . 238    . Boynundakı damarlar şişdi.Meşədə kazakların yolunu kəsib. özüm tənbeh eləyərdim. Bəs camaat neyləsin.Kazaklar quldur deyil. ədalətsizlikdir. .Demək. Cahandar ağa oğlunun taqsırkar olduğunu boynuna alacaq. ayda.Təklifin nədir. İndiyə qədər yalnız deyilənləri tərcümə edən və söhbətə qarışmayan Əhməd dözə bilmədi: . Bunu onun əlindən almaq böyük cinayətdir.Hədə.Axı mümkün deyil. az qalırdı ki.Cənab pristav.Necə. cənab pristav. bəlkə də xahiş edəcəkdi ki. Ancaq Cahandar ağa pristavın gözlədiyinin əksinə.

Göytəpəlilərin ağsaqqalları Əhmədin cəsarətinə təəccüb edirdilər. __________________Milli Kitabxana___________________ . deyəsən.Kəs səsini! . Bayaqkı qıllıpapaq. cənab pristav. O.Nə olar. adam gəmidə oturub. gözləri qaldı hədəqəsindən çıxsın. belə bir əqidədə idi ki. Əslində o elə kəndə gəlib Əhmədlə söhbət elədiyi ilk andarı ondan şübhələnmiş və qərara almışdı ki. Bir az bundan əvvəl bölük- bölük. indi belə danışmazdın. şəhərə qayıdan kimi onun adını şübhəli adamlar siyahısına yazsın. öz başını dolandıran bir adam kimi baxırdı. Özünü ələ aldı və səsinin titrəməsini büruzə vermədi: . Göytəpəlilər işarə gözləyirmiş kimi yerlərindən atıldılar. Vaxtında sənin başına ağıl qoysaydılar. İndi isə o birdən-birə göytəpəlilərin gözündə böyüyürdü. əgər sənə tapşırılan qəzada rahatlıq olmasını istəyirsənsə. Adamların cərgəsi sıxlaşdı. tayfa-tayfa oturan kəndlilər zəncir halqası kimi 239    . . sallam atın qabağına! Əhmədin dodağı azacıq qaçdı. belə şeyləri çox görmüşəm .Bu saat qollarını bağlatdırıb. qərib. Pristavın səsi xırıldadı: . az görmüsən. .Pristavın elə bil beyninə qan vurdu. cənab pristav.Yox. pristav daha ciddi hərəkət etməli olacaq və Əhmədi elə indi cəzalandıracaqdı.Məni hədələməyin. Camaatın gözü qabağında məğlub olub geri çəkilməsi isə mümkün deyildi. Gözlərində qəzəb qarışıq bir istehza dolaşdı. Əhməd gərgin döyüşdən çıxmış adam kimi dərindən nəfəs alıb gülümsündü: . ayrıca bir qovluq düzəltsin və Əhmədın üzərinə nəzarətçi qoysun. Xüsusən də Peterburq tələbələrini. . Cahandar ağa sıçrayıb ayağa qalxdı. gəlib sizdən icazə istəsin. kazaklara baxdı. Pristav başa düşdü ki. Elə bil pristav da bunları başa düşürdü. gərək məktəbdən qovulmuş studentləri gözdən qoymayasan.Cənab student. bu kənddə Əhmədlə belə açıq danışmaq onun xeyrinə olmayacaq. bəlkə padşahı çağıraq.Bunun qollarını sarıyın. Əhmədi sakit baxışlarla gözaltı süzdü. öz təbəələrinin qeydinə qalmaq padşahın borcudur. Ancaq. gəmiçi ilə dava eləməz. O.Bizi incitməyin. . Camaat indiyə qədər Əhmədə yazıq.Nə demək istəyirsən? . Pristav susdu.Düz iş görmürsünüz. yekəpər kazak irəli çıxdı.

__________________Milli Kitabxana___________________ birləşdilər. Onun döşündəki medallar bir-birinə dəyib cingildədi. Gecə yarıdan keçməsinə baxmayaraq yerin içində çevrilir. Onların bəbəkləri genişləndi. biz də mal təkin gözümüzü döyə-döyə baxacağıq. mən sənin oğlunu da. bu. geri durun. bir-birimizi başa düşək. bu saat qabağıma qataram. Əvvəllər bu tərəfləri hökumət adamlarından ayda-ildə bir dəfə hərlənən olmazdı. iş pis olar. O başa düşürdü ki. Məktəblərin. .Siz mənə qanun öyrədəcəksiniz? .Yaxşı. Cahandar ağa ilə kazak döş-döşə dayandı.Biz onu vermərik. bundan sonra necə hərəkət etməli olacağını fikrində ölçüb-biçirdi. deyəsən bundan sonra divan-dərə ilə çox oturub-durmalı olacaqlar. amma elin qayda-qanunu da var. mən deyirəm. Bir az da keçəndən sonra lap kişiliyimizi də əlimizdən alacaqlar. Ancaq indi vəziyyət dəyişirdi. Sən bizi ayağı çarıqlı görmə. onun yoldaşlarını da istəsəm. onunla yaxın olanlar. divan-dərədən qaçanlar yox. Hər ikisinin qıllı qaşı aşağı enib gözlərinin üstünü örtdü. Bu 240    . Özbaşınasınız? . qabağına qoyub uşaq kimi danlayacaq. hökumətlə hökumətlik eləmək də baş tutan iş deyil. Cahandar ağa? .İndi nə edək deyirsən. Tərsinə çəksək. atın belində gəzib ağayanalıq etmişdi. Bəs nə etməli? Pristav demişkən. oxumağın axırının haraya gedıb çıxacağını o qədər də dərk etmirdi.Necə yəni vermərik. Yox. kişilikdən deyil.İstəsəniz məsləhətləşib dil taparıq. höcətləşsək. Onun savadı yox idi. Pəncəsi üstə qalxıb bir-iki dəfə yerində silkələndi. ona arxalananlar qazanacaqlar. 9 Cahandar ağanın yuxusu qaçmışdı. cənab pristav. kəndi ayaq altına qoyacaq və hər işə qarışacaqlar. Pristav həftədə bir gəlib bizi yığacaq. dava-dalaşsız.Özbaşına deyilik. dədə-baba qaydası ilə dolanmış.Pristav. Deyəsən. . Ərəb əlifbası ilə azacıq yazı-pozudan başqa heç nə bilmirdi. Amma indi bir şey olan kimi atlı kazaklar tökülüb gəlir. Kazaklar geri çəkildilər. Pristav əlini geri yanında çarpazladı. . . Paqonunun zər baftalı qotazları parıldadı. Belə getsə onlar buraları su yoluna çevirəcək. O. . Deyəsən. zəmanə dəyişir.

- dedi. Ancaq yenə yata bilmədi.dedi. "bu dəfə bağışlayıram". günüm. O da boynumuza. Pristava söz verdik ki. minnət qoydu. Beyni güyüldədi.. Ancaq necə də diri-diri danışırdı. nə yaman sınıxmısan? Niyə belə qaşqabaqlısan? Allah mənciyəzi yerə soxsun. "Ay gidi dünya. ay qardaş səndə də bir az taqsır oldu. Dərindən köksünü ötürdü. Bilirəm. axı?!" Kişi dəhşətə gəldi. Yorğanı yuxarı çəkdi.. Gözlərini yumdu. Yerinə qor dolmuş kimi bədəni alışdı. gör axırın hara gəlib çıxdı!" Cahandar ağa durub oturdu. Arvad diqqətlə qardaşını süzdü. Oğlu Şamxalın da yaylağa köçəcəyini yadına salıb sevindi. Əşrəflə Salatının onunla gedəcəyini xatırladı. Heç nedən qorxmurdu. "Ömrüm. səni də dərdə saldım. Bacısı yuxuda da ondan əl çəkmədi. Onun səsi titrədi. Deyəsən. Daş kimi dayanıb bacısınm üzünə baxdı.. tüfəng oynatmağın vaxtı keçır. Uşaqlar bilməyiblər. Yastığının ortasını çökəldib başının altına qoydu. Yazıq-yazıq dilləndi: "Dağa havaxt köçürsünüz. Yastığa dirsəklənərək acgözlüklə sümürməyə başladı. __________________Milli Kitabxana___________________ dəfə birtəhər qurtardıq. ay zəmanə!. Allah bilir. O bu qarışıq fikirləri özündən qovlamaq üçün köç haqqında düşündü. bir də elə şeylər olmaz.gözün də yaman qızarıb. rəngin-rufun qaçıb. Orada xeyli çevrildi. Bəs. Papirosu tez-tez sümürüb kötüyünü atdı va yorğanı başına bürüdü. sanki kimisə oyadacağından qorxurmuş kimi. bir az yatmaq lazımdır". nə yaman fikirlisən". yuxusuz qalıbsan. bundan sonra gərək onların dediyi ilə oturub-duraq. barmaqlarının ucunda içəri girdi. Deyəsən. Kişinin bədənini tər basdı. bəlkə heç əlinə tüfəng alıb bir güllə də atmayıb. Deyəsən. Şamxal düz iş tutmadı. Boynunu büküb məlul-məlul qardaşının üzünə baxdı. Demək. Əşrəfin özü də dəyişib. at çapıb. Gəlib taxtın aşağı tərəfində dayandı. Papiros eşdi.. Amma acığına gəlməsin. . onlara boyun əyək. Görüm səni qara gələsən. Cahandar ağa yanı üstə çevrildi. Birdən Şahnigarın gözlərində həyəcan göründü. Hamı dağa qalxacaqdı. "Obaşdan köc yola düşəcək. "Əhməd kimdir? Qəribin biri.deyə düşündü. yoxsa kazaklara toxunmazdılar. Sonra astaca. birdən-birə Şahnigar gəlib gözünün qabağında dayandı.. "Qabağında ölüm. . yalnız səhərə yaxın gözünə çimir getdi. Şahnigar qapını açıb astanada dayandı. ay qardaş. dərdin alım? Bə məni aranda qoyursunuz? Demirsənmi bacım aranda istidən bişər? Yoxsa elə bilirsən qara torpaq sərin olur?" Cahandar ağa dillənə bilmədi. Adam da öz 241    .

məndə heç nə yoxdur. evə dava-dalaş salardım. acığın tutub gözün qızışanda heç irəlini-gerini fikirləşmirsən? Yoxsa mənim sözlərimdən inciyirsən? İncimə. şit. niyə qaşqabağını turşaltdın? Mən sənin dərdini artırmağa gəlməmişəm. müridlərdən əl-ayağı dəyən olubmu? Mənim namusumu ləkələməyiblər ki? O bircə canına and olsun ki. o handa da güllə ola. Sən xasiyyətimi bilmirdinmi. Yoxsa sözlərimdən incidin. ay qardaş. qəlbinin ilk çiçəyi idin. Bacın ölsün. __________________Milli Kitabxana___________________ dogma balasını yad qızından ötəri ayağının altına salıb çığnayardımı? Arvad-uşağını evindən didərgin salardımı? Vallah. ancaq gərək bir az səbr eləyəydin. Yoxsa peşmançılıq çəkirsən. Hıçqırığını boğmağa çalışdığından çiyinləri qalxıb-endi. dərdin alım. Dərdin alım. keçən keçib. mən gül kimi tərtəmizəm. bir bacı bir qardaşa qurbandır. Nə eləyim. heç elə şey olarmı? Heç sənin kimi bir kişinin bacısı da pis yola düşərmi? Özünü üzmə. Allah verən xasiyyət idi. Ürəyinə heç nə gəlməsin. bir az lateyr danışmağı. Amma yaman insafsızsan. Adamın üstünə günü gəlməyi sənə asanmı gəlir. ay qardaş. mən sənin heç ayağına da daş dəyməsini istəmirəm. görəsən Şahnigarın taqsırı varmı. atını saxlayıb bircə kərə halımı da soruşmadın". Birdən saçında bir əlin gəzdiyini hiss etdi. . Allah sənə insaf versin. İstəyirəm hər şeyi bilib bir az yüngülləşəsən. Elə hey fikirləşirsən ki. ay qardaş. Zərnigarda günah yoxdur. İndi nə eləmək olar? Olan olub. Bir də görüm tanrının gözü tökülsün. təzədən sənə qurban deyərdim. bəlkə də bu işlər başıma gəlməzdi. ondan ötəri fikir eləyirsən. 242    . mənim səndən başqa kimim var? Heç səndən inciyərəmmi? Lap xəncərlə tikə-tikə doğrasan da uf deməzdim. Ancaq özünü üzmə. Cahandar ağa dözmədi. pis-yaxşı bir kişiyə ərə getmişdim. ay qardaş. ay qardaş? Axı sən onunla neçə ildir bir yastığa baş qoyurdun! Sən onun gözünün ilk ovu. ay qardaş.Dərdin ürəyimə. Onu vaxtsız əlimdən almasaydı. Üzünü əlləri ilə qapayıb ağzı üstə döşəndi. mənim ölümümə dözmürsən'? Heç elə şeyi ağlına da gətirmə. Bilirəm məndən də yanıqlısan. elə uşaqlıqdan deyib-gülməyi sevmirdimmi? Başım batsın. Qanqallar dizimə dolanda. ay qardaş. Onun yerinə kim olsa. elə lap mən özüm də olsam.şit zarafat etməyi tərgidə bilmirdim. Mənim min canım olsaydı. niyə ağlayırsan? Cahandar ağa dinmədi. elə şey nədir ki. özünü üzmə. mən səndən zərrə qədər də inciməmişəm. üzüm ayaqlarıyın altına. mən ufuldayıb ağlayanda.

sənə nə olub. sonra samanlığın üstünə çıxıb Kür tərəfdən əsən səhər küləyi yorğunluğunu. Qızarmış gözlərini bacısının. Şahnigar duruxdu. . Üzünə bir-iki ovuc su vurdu. . . Yorğanı üstündən nə vaxt atdığını.A kişi. yuxusuzluğunu bir az dağıtdı. Arvad elə bil birdən-birə dəyişdi.Sarsaq-sarsaq danışma. həyətə çıxdı. Onun yoğun və kallaşmış səsi mürgüyə gedən Göytəpənin bütün xoruzlarını oyatdı. Kəndin ucqarında xoruz banladı.Yox. Cahandar ağa bunun qəzəbini. asta-asta paltarını geyindi. talvarın altına baxdı. adam ölü ilə öpüşməz.. yıxıl yat. Ancaq Şahnigar duman içində geri. Cahandar ağa başını yuxarı qaldırdı. Sonra qorxa-qorxa qapıya baxdı. Gözünü açanda Mələyin təşvişlə ona baxdığını gördü. . __________________Milli Kitabxana___________________ . dayan. yoxsa özümü öldürərəm. 243    . şüşə kimi cansız.. yox. Otaq işıqlandı. Şahnigar. özünə toxtaqlıq ver. Mələk çırağın fitilini azca qaldırdı. Onun baxışlarında anlaşılmaz bir ifadə yarandı və daş kimi donub qaldı. orada kimsə dayanıb nəfəs alır. Cahandar ağa pəncərənin taxtasını azacıq araladı. məni halal elə. dərdin alım. İşıqlaşırdı. ona elə gəldi ki.Nə bilim. yorğanı üstündən atıb yavaşca durdu. Kişi Kürün qıjıltısına qulaq asdı. Cahandar ağa otaqları dolandı. Arabaları qoşmuşdular. məni də ağlamaq tutur.. heç nə ifadə etməyən gözlərini gördü. yaman sayıqlayırdın. "Şahnigar.deyə nə vaxt qışqırdığını bilmədi. məzəmmətmi.Keç günahımdan. getmə. Üzünü arvadına tutub acıqlandı. Cahandar ağa təzədən papiros eşdi.. Kişinin nəfəsi darıxdı.Elə eləmə. ya da süstləşdiyindən heç bir məna verməyən bir baxışmı olduğunu anlaya bilmədi. bəsdi. gözünü tavana zilləyib susdu.İşığı niyə çoxaltdın? . Cahandar ağa keyikmiş kimi ətrafına xeyli boylandı. Əlini uzadıb bacısını qucaqlamaq istədi. Cahandar ağa onun buz kimi soyuq. qapıya doğru çəkildi və narazılıqla başını buladı: . Di yaxşı. Mələk dinmədi. Atlar yəhərlənmişdi. Cahandar ağa bundan sonra bir az özünə gəlib toxtadı. sənə sözüm var". Həyətlərdə qanad şaqqıldadı. O. inciklikmi. üzünə zillədi: . yalvarışnı.

otların arasından pırıltı ilə qalxıb yolun ortasına qonur. boyunduruğu. Hər şeyi sahmana saldıqdan sonra arabanın içini gəbə ilə döşəmiş. uşaq ağlaşmasi bir-birinə qarışmışdı. Kəndə hay düşdü. Cahandar ağa özü atın belinə qalxdı. buraları sənə tapşırıram. Arabaların kölgəsi uzanıb yolun alt tərəfinə sərilirdi. __________________Milli Kitabxana___________________ Bütün kənd ayağa qalxmışdı. inəklər hürküdülmüş kimi ora-bura qaçışıb mələşdilər. Onun arxasınca qohum- əqrəbaları düzülmüşdü. İşıqlaşırdı. Arabir kişilərin acıqlı səsi eşidilirdi. Arabanın içi geniş və yumşaq idi. kəllərin.Arxayın ol. Bütün kənd təkər üstündə yolda dayanmışdı. . Yolda rahat yatmaq üçün əldə yastıq və mütəkkə saxlamışdı. Sığırçılar malları haylayıb xır yoluna çıxartdılar. Dan yeri işıqlansa da. İlxı yerindən tərpəndi. samilan yoxlayırdılar. sönmüş ocaq yerini nəzərdən keçirdi. Cahandar ağa atını arabaların dalınca çapdı. həm də Əşrəfi tək qoymamaq üçün anasının sözündən çıxmamışdı. Salatın da onun yanında idi. ay hələ batmamışdı. yorğan-döşəyi arabalara dolduranlara kömək etmişdi. sonra qanad çalıb yenə uçurdular. öküzlərin necə qoşulduğunu nəzərdən keçirirdilər. Qapı-bacalarda hərlənən qadınların səsi. Cahandar ağa da onlara ayrıca araba qoşdurmuşdu. Salatın bərk yorulmuşdu. Onları səhərin ala- toranında torpaqdan güclə seçmək olurdu. Əşrəf lap qabaqkı arabanın boynunda oturmuşdu. Arabalar yola çıxandan sonra Cahandar ağa özü hər şeyi bir də yoxladı. Görünür. Arabalar məhəllə-məhəllə qatarlaşmışdı. Camışlar.Mən sənə ümidliyəm. Quşlar oyanıb oxuyur. Cahandar ağanın köçü dəstənin önündə idi. Hamı susmuşdu. Üzünü onun yanında kölgə kimi dolaşan Tapdığa tutdu: . ağa. arxa tərəfi isə kilimlə örtmüşdü. un çuvallarını. Onlar danışmırdılar. Hər ikisinin yuxusu qaçmışdı. Tərpənmək vaxtı olduğunu bildirdi. Köçməzdən iki gün əvvəl anası onu atasının yanına göndərmişdi. Salatın həm Şamxalgilin yerini dar eləməmək. Salatın özü qolunu çirməyib farmaşları. neçə gündən bəri köçə hazırlaşıb əldən düşmüş arvadlar arabanın 244    . Arabalarını xır yoluna çıxardanlar təkərləri. Arvadlar dəyələrin içində yer salıb uşaqlarını rahatlayırdılar. Qapıların qıfılını.

__________________Milli Kitabxana___________________ içinə uzanan kimi yuxuya getmişdilər. lakin adamın bədənini üşürgələndirən səhər küləyi gəlib keçdi. 245    . Kür tərəfdən olduqca sərin. Molla Sadıqgil arabaları köçün o başında. elə bil yer. sonra da başını söykədi. 10 Göytəpəlilər iki gündən sonra Çayqovuşan adlı səfalı bir yerdə düşərgə saldılar.sevinə qaçışmağa. Bu külək elə bil günəş çıxmamışdan əvvəl gecənin son qalıqlarını qabağına qatıb uzaqlara qovdu. şəffaflaşdı və səmanın böyük bir parçası başdan-başa alovlanan kimi oldu. Köç kənddən aralandı. Cərgə seyrəlib daha da uzandı. Üfüq şərq tərəfdə əvvəl maviyə çaldı. İstidən təntimiş kəllər boyunduruğun altından çıxan kimi Özlərini suya verdilər. Fısıldaşa-fısıldaşa ləzzətlə çimdilər. yastıq. Salatın əllərini onun çiyninə qoydu.Ay qağa. Əşrəf gözünü üfüqə zillədi. Arvadlar arabaların kölgəsində palaz saldılar. Çubuqlar. Yol boyu arabaların sitkələyib yorduğu uşaqlar sevinə. Təkərlər xır yolunun xırdaca daşlarını əzib qıcırdadı. Kəllər güc verib ağır arabaları yerindən tərpətdi. Ocaqlar qalandı. nə gözəldir! Əşrəf dinmədi. Dağa köçə bilməyib aranda qalanların itləri xır yolu ilə uzaqlaşıb gözdən itən arabaların dalınca acı-acı ulaşdılar. mütəkkə çıxartdılar. Axırıncı arabalar kənddən aralanıb xır yoluna çıxdı. Kişilər balta götürüb yolun o üzündəki meşəyə. nəhayət. kənddən tədarüksüz yola düşənlər xəmir yoğurub sac asdılar. Bu solğun qızartı getdikcə gücləndi. Bir xeyli beləcə dayanıb üfüqə baxdılar. Uşaqları da araba beşik kimi sitkələyib yatırtmışdı. yumru qara çay daşları ilə camışları yalamalamağa başladılar. odun qırmağa getdilər. qamçılar havada şaqqıldadı. Cahandar ağagil isə aşağı tərəfdə iri bir palıd ağacının altında açdılar. Bəzi arabaların yanında qazan danqıldadı. yağda qızardılmış soğan iyi ətrafa yayıldı. Arabaları yoldan kanara çəkib köpüklü dağ çayının sahilindəkı çəmənlikdə açdılar. Salatın onun böyrünə qısılıb. yenicə çıxan və hələlik ancaq qovsvari balaca bir hissəsi görünən günəşə baxdı: . samovarlar çıxarıldı. göy alışıb-yanır. sonra süd kimi ağardı. çəhrayı rəngə boyandı.

Əşrəf çiyni səhəngli qıza baxdı. sonra da vızıltı ilə havaya qalxıb bənövşə rəngli güllərin başına dolanırdı. Əşrəf hərdən ayaq saxlayıb onlara baxır. a bala? .Elə bu? . Əşrəf bunu başa düşdü və heç nə demədi. Hardansa uçub gəlmiş bal arıları gah yarpızlara qonur.Yox. Ayaq səsi eşitdikdə dönüb oğluna baxdı: . Onlar yanaşı addımladılar. Ağız-ağıza qovuşan dağların arası ilə axıb gələn çaya tamaşa edirdi. dərənin o başındakı bulağa doğru yollandı.Bulağa tərəf. Bulağın axarına yenicə çatmışdı ki. .Dağa çatan kimi özüm sənə ləzzətli bir ayran dovğası bişirəcəm. Cahandar ağa kölgədə mütəkkəyə dirsəklənib fikirli-fikirli oturmuşdu. Aşağı əyilib kökü suda olan yarpızları dərdi. cığırla. Əşrəf ayağının islanmasına fikir vermədi. Yarpızını da çox eləyəcəm. Halbuki həmişə dağ yolunda qırmızı atlazdan don geyinərdi. ay qağa? . Təbiətin bu sakit ahəngi elə bil zümzümə edir və adama layla çalırdı. kiminsə tövşüyə- tövşüyə arxasınca gəldiyini hiss edib geri döndü. Salatın təngnəfəs halda özünü ona yetirdi: . . . .Çox ləngimə. Yarpızların ətrindən nəfəs almaq olmurdu. İndi isə sandıqda qat kəsmiş qara kəlağayını boynuna dolamışdı. Asta addımlarla.Həftədə bir dəfə. Əşrəf dikdirə çıxdı. bibisinin yasını saxlayırdı. dərindən nəfəs alıb bu təmiz ətir qoxuyan havanı udurdu.Hara gedirsən.Bəs plov? . Salatın ondan geri qalmadı. Xəngəl necə? . . Oxuduğun yerdə sizə dovğa bişirirlərmi? . O. ağ kəlağayı örtərdi.Ürəyin dovğa istəyirmi. Bulağın suyu göy otların arası ilə şırıldaya-şırıldaya axırdı.Mən də gedirəm. Onun əynində boz kofta vardı.Bu azdır? 246    . __________________Milli Kitabxana___________________ Əşrəf pencəyini çiyninə salıb yola doğru getdi.Yox. bir müddət dayanıb nə isə axtarır.Lap burnumun ucu göynəyir.

Bu yay sənə özüm qulluq eləyecəyəm. Əşrəf geri döndü. gözünü Əşrəfin kürəyinə zilləmişdi. Əşrəf qabağa düşmüşdü. __________________Milli Kitabxana___________________ .De görüm. pis paltar deyil ki? . Ancaq o.Bir söz soruşsam inciməzsən ki? .Ay qağa? .Niyə özümüz yuyuruq? Məktəbdə paltaryuyanlar var. nə soruşmaq istəyirsən. mən baxım. .Siznən qız da oxuyurmu? . lap motala dönəsən. Qardaşı “kişi qoymur” -dedikdə xeyli təəccüb etdi. daha bundan ötəri niyə yalvarırsan? . yaxşımı? .Demək. . Sonra astadan qardaşına müraciət etdi: . Salatın qardaşının dalınca irəliləyirdi. onun fərəhdən alovlanıb-yanan gözlərinə baxdı: . Kəmərin üstündə yazı da var. ay qağa. Bir xeyli tərəddüd içində dayandı.Hə. təmiz havasından yanaqları qızaran bacısına.Orada paltarlarımzı özünüz yuyursunuz? . İraq canına.Sandıqda saxladığın paltarları da məktəbdən veriblər? . onu bə niyə geyinmirsən? Xəlvətcə sandığı açıb baxmışam.Kişi qoymur. Bir anlığa onu seminariya paltarında təsəvvüründə canlandırmağa çalışırdı. Sevincdən və dağların sərin. . hər şeyinizi hazır verirlər? .Əşrəf bacısının qolundan tutdu- Özü kənara çıxıb onu cığıra saldı.Nədi? . Elə bu məqsədlə də xeyli susduqdan sonra təzədən dilləndi: . . Bir xeylı 247    .Ay qağa.Sonra partlayaram.Bıy. bilirsən nə eləyək? Dağa çatan kimi həmin paltarlarını geyin. Niyə qoymur. doğrudan da qardaşı kənddə məktəb libasını geyinməyəcəkdir. Elə yaxşıdır ki. . elə demə. başa düşdü ki. . . bir söz də soruşmaq istəyirəm. bə nə? Heç fikir eləmə. Əşrəfi kimin paltarda görmək. ay şeytan? . Ancaq aşkarda bir şey deyə bilmədi. ona necə yaraşdığını bilmək arzusu ilə alışıb-yanırdı.De görüm. düymələri par-par parıldayır. Yanaşı getməyə başladılar. O.Yaxşı. Gözləriyin ağrısını alım.deyə xəyalından keçirdi.Yox.Azdı. qızların ayrıca məktəbi var. Mən səni heç o paltarda görməmişəm. .Hamısını. .Salatın sözünə ara verdi. Gərək səni o qədər kökəldəm ki.Ay qağa.Ay qağa.

Qız xəyalən çox uzaqlara getmışdi.Burda nə var. özləri də.Bacararammı? . __________________Milli Kitabxana___________________ heç biri dinmədi. Onların paltarları da qəşəngdir.Niyə olmur? Salatın dinmədi.Sənin. ürəyindən keçənlərin hamısını yazmağı bacaracaqsan. Arana köçənə qədər təkcə bizim adımızı yox. Danışanda adam qulaq asmaqdan doymur. Çerayayevskinin. heç elə şey olar? .Bilirsənmi. gah da qaşlarını çatıb ciddiləşirdi. O özü də hiss etmədən yuxulu uşaq kimi gah gülümsünür. Qori müəllimlər seminariyasından. . ay dəli. eyni zamanda olduqca cazibədar bir aləmə qovuşmaq həsrəti ilə qovrulub-yanan. 248    . kiçik səhnəciklər göstərdiklərindən bacısına danışmaq istədi.Niyə bacarmırsan? . yaylağa çatan kimi sənə bütün hərfləri öyrədəcəyəm. Xasiyyəti də dəyişir. mən də oxuya bilərəmmi? . Salatın birdən köksünü ötürdü: - Görəsən. Kipianinin verdiyi dərslərdən. Mən oxumuş qızları görmüşəm.Niyə bilmirsən? Qız bu sözləri ürəyində söylədiyini zənn edirdi. Amma bir şərtim var. oxumaq yaxşı şeydir. Əşrəf isə ürəyindəkiləri ona necə izah etməyi fikirləşdi. . Adam çox şey öyrənir. Hərdənbir hər iki məktəb tələbələrinin birlikdə müsamirələr təşkil etmələrindən. Salatın susub onun nə deyəcəyini gözlədi. direktor Semyonovun. Ancaq bunların Salatına çox qəribə təsir bağışlayacağını düşünüb. onların könüllü olaraq qızlar üçün gimnaziya açdıqlarından. Əgər bizim qızlar oxusalar. Əşrəf sezdirmədən bacısının haraya isə zillənmiş fikirli gözlərinə baxdı. Gərək əvəzində hər gün mənə ləzzətli xörək bişirəsən. Salatın. Bu gözlərdə əfsanəvi nağıllarda söylənən sehrli. lakin bu mümkün olmadığını dərk edib məyuslaşan bir adamın keçdiyi halı müşahidə etdi. qardaşı onun dediklərini eşitmişdir. bir də özümün adını yaza bilsəydim.Ay qağa. Əşrəf onu şirin xəyallardan ayırmaq istəmədi. qızların oğlanlarla bərabər səhnəyə çıxıb şer oxumasından. onlardan da gözəl olarlar. orada pulsuz dərs demələrindən bacısına nağıl etmək istədi. O dayanıb Əşrəfin üzünə baxdı: . bu söhbəti başqa vaxta saxlamağı qərara aldı. Ancaq Əşrəfin səsini eşidəndə diksindi va başa düşdü ki. dünyada heç dərdim olmazdı. . O.

Az qala pıçıltı ilə dilləndi: . Ancaq Əşrəf: . . dərin. mən Pakizənin səhəngindəki sudan içmək istəyirəm. . Dodaqları astadan tərpəndi. Pakizə qolunu çiynindəki səhəngin qulpuna keçirmişdi. ətin tökülməsin. qız da onu gördü. Geri dönub cığıra düşməzdən əvvəl. __________________Milli Kitabxana___________________ . sonra özünə qalmaz. meşə tərəfdən iki qız çıxdı. Pakizə qonur gözlərini süzüb Əşrəfin üzünə baxdı. bu nədir? . Salatının hirsindən dişləri kilidləndi. səhəngdən su yerinə alça töküləndə təəccüblə dilləndi: . Sakitcə səhəngin ağzını tıxadı. sinəsinin üstünə qədər sallanan iki qatar mərcan Əşrəfin diqqətini cəlb etdi. üstü doludur.A . Xırda. ancaq Pakizə yerindən tərpənmədi. Gözünü qaldırıb Əşrəfə. Elə bu vaxt qarşıdakı döngədən.Bəsdi.Pakizə. Əşrəfin sonra nə deyəcəyini gözlədi. Tez kəlağayısını irəli çəkdi.A qağa. ani sezilməyəcək dərəcədə sürətli bir çevik- 249    . Salatının əlindən dolçanı aldı.Bulağın üstündən o yanda bir ağac var. Qızın nəzərə güclə çarpacaq qədər zərif olan buxağı sifətini daha da gözəlləşdirirdi. . Bası aşağı saldı.Səhəng doludur. dayanma. . Pakizə camaat bilməsin deyin.deyə onu çağırdı. tıxacı çıxartdı. Sakitcə onların yanından ötmək istədi. O azacıq aşağı əyildi. sonra da Salatına baxdı. Him-cimlə başa salmağa çalışdı ki. . Pakizənin dodağı azca qaçdı. onsuz da bulağa çatmışıq. Onun ağ boynu.az. qırmızı alçalar taqqıltı ilə bir-bir dolçaya töküldü. Pakizə qıpqırmızı oldu. Gülə-gülə Salatının üzünə baxdı. bəsdi. Əşrəf onun birini dərhal tanıdı. qulağındakı qızıl sırğası göründü. xalqı yolundan saxlama. Dişləri parıldadı. . Kəlağayısı sürüşdü.Bəsdirmi? . Bacı-qardaş qol-qola verib bulağa yaxınlaşdılar.Belə mənim gözüm üstə. Onlardan bir az aralı dayanıb gözləyən qız qaş-göz oynatdı.Dolça hanı? Əşrəf onun səsinin titrədiyini duydu. Salatının isə təəccübdən qaşları çatıldı.Bir dolça su ver. qəsdən səhəngə su əvəzinə alça doldurduqlarını və gizlicə aradan çıxmaq istədiklərini izah etmədi. istəyirsiniz siz də gedin. Deyəsən. Salatın Pakizənin hərəkətlərinə heyrətlə baxsa da. bir xeyli də ətrafa səpələndi.Yox. Qız ayaq saxladı.

qatarlaşan arabaların. Əşrəf onların sözlərini aydınca eşitdi. Yavaşca qardaşının qoluna toxundu: .Hə.. indi Əşrəfin üzünə necə baxacaqsan? . sürülərin ardınca sürünə-sürünə yuxarılara qədər qalxırdı. .Nə eləyim. Salatın qardaşının yerindən tərpənmədiyini. nə.. qığılcımlar ətrafa sıçradı..Tək məni qorxutmadın ki.Sənə nə oldu? . mən də olanımı verdim. Pakizə ərkyana Əşrəfin gözünün içinə baxdi və qələbəsinə əmin olan adamlar kimi dabanı üstə fırlanıb. . Əşrəfin bu halı onu hürkütdü. qız ayaq saxlayıb daha nə isə demək istəyir. Bir az gözləmək. Onsuz da yollar tutulmuşdu. Onlar bulağın üstündə də. Alovların işığı bir-birinə qarışdı. . Pakizə yoldaşına bərabərləşəndə qız onu məzəmmətə başladı...Mən küsməmişəm. Ətrafda hərlənənlərin kölgəsi uzandı. Adam atı yavaş sürər. Qaranlıqda mürgüləyən dağların döşünə işıq düşdü.. Sürü ilə yaylağa qalxan qoyunların. gedək. Hamını hürkütdün.. Arabaların yanında ocaq qaladılar. Gözlərində sevinc qığılcımı oynadı. Göytəpəlilər düşərgədən tərpənmədilər. " Məndən inciməyibsən ki? . heyvanlara da rahatlıq vermək lazım idi. çayın üstünə sərildi. Özü də hiss etmədən cəsarətləndi. atlı-pıyada hərəkət edən aran adamlarının əlindən tərpənmək olmurdu.Dalımızca çoxmu qarğadın? Pakizənin yanaqları daha da qızardı. Əşrəf heyrətlə onun arxasınca baxdı. a günü qara. elə-belə soruşuram. Göyün üzündə şəfəq oynadı. heç.Bizi niyə biabır elədin. ilxıların. Dodağını dişləyib yerində silkələndi: .Kürün qırağında səni qorxutdum. qıjıltı ilə axan çayın sinəsi parıldadi. Dağların quru fıstıq odunu çatırdadı. geri qayıdanda da heç nə danışmadılar. qızları köçün bərabərinə qədər gözü ilə müşayiət etdiyini görəndə lap heyrətləndi. alovlar dilim-dilim olub göyə qalxdı. . Səni bilmirəm. o su istədi. Axşam oldu. 250    . Onlar burada bir xeyli dincəlməyi qərara aldılar.Nədən ötəri? . o biri qızın dalınca yüyürdü. __________________Milli Kitabxana___________________ liklə gözünün ucu ilə Əşrəfi süzdü.Olmaya mənim sözlərim xətrinə dəyib? . Əşrəfə elə gəldi ki.. Yolların üstünü bulud kimi bürüyən toz axşama qadər yerə çökmür.Yox.

səmanın bir parçasından başqa heç nəyi görmək mümkün deyildi. Kənd arasında hamının şümşad adlandırdığı bu tütəyin səsində qəribə. bir-iki baməzə söz dediklərini indi də xatırlayırdı. Ocaqların alovları azaldı. Cəmi səkkiz deşiyi olan adi. qurban olum telli bacına. Ocağın ətrafında toplaşanlar buradan aydın görünürdü. Sonra da oyun havası çaldılar. sonra da zarafata başladılar. Onun nökərləri mal-qaranı bir az kənarda saxladılar. qayalar dığırlanıb çaya düşürdü.. Əşrəf də arabaya gəldi. qız-gəlinlərə söz atdıqlarını çox gözəl bilirdi. Uşaqlardan birini ayağa qaldırıb ortaya saldılar. hətta yaşlı kişilərin belə tütək çalanlara cavab verdiklərini. Salatın yer salıb qardaşını gözləyirdi. Cahandar ağa palıd ağacının dibində oturdu. elə oradaca ocaq qaladılar. Əşrəf tütək çalanların tütəklə adamlara çataşdıqlarını. Nədənsə bu sadə və səmimi zarafatdan heç kəs incimirdi. İşıqda hər şeyin nəzərə çarpacağından ehtiyat etdi. nazik mis tütəyi dodaqlarına yaxınlaşdırıb çalan adamı gözlərinin qarşısında canlandırmağa çalışdı. çayın vadisi qaranlıq idi. Sakitcə düşərgəyə baxdı.. mal-qaranın iyini duyan ayılar yaxınlarda dolaşırdı. hay-harayı 251    . meşə quşlarının səsinə qulaq asdılar. növbə ilə keşik çəkəsi adamlardan başqa hamı rahatlandı. Ocaqlar olmasaydı. Əl-ayaq yığışıldı. iki addımlıqda nələr baş verdiyini təyin etmək çətinləşərdi. əl çalıb oynatdılar. Əşrəf gözlərini yumub lap uşaqlıqdan sevə-sevə qulaq asdığı havaları dinlədi. Arabaların dal taxtasına bağlanan itləri açdılar. ürəyə yol tapan va xəyalı uzaqlara aparan bir hüzn var idi. Mütəkkəni sinəsinin altına qoyub ağzı üstə uzandı. __________________Milli Kitabxana___________________ Cahandar ağa arabaların yanında ocaq qalamağa icazə vermədi. Göyün üzünə ulduzların səpələnməsinə baxmayaraq. Görünür. Uşaqlar və arvadlar dəyələrə doluşdular. Dağlar o qədər uca idi ki. Xeyli sükut içində dayandılar. Əşrəf uşaqların. Sıldırım qayaların və dağların qatı kölgəsi gecənin qaranlığını daha da tündləşdirirdi. qələm qaşlı. Ətrafdakılar gülüşdülər. Salatın da onun yanına gəldi. incə belli bacına". balacalıqdakı kimi diqqətlə tütəyə qulaq asdı və onun nə dediyini ürəyində təkrar etdi: "Ədə. Suyun qıjıltısına. ədə. Onların gülüşü. yeniyetmələrin. Əşrəf onun geri yanında əyləşdi. Tütək çalan ara verdi. Axşamdan xeyli keçdi. Tütəkdə əvvəlcə çobanbayatı çaldılar. Kimsə tütək çalmağa başladı. Hərdənbir hardansa şaqqıltı gəlir. o yolnan gedən oğlan. Əşrəf arabanın boynuna doğru gəldi. Gecə oyaq qalıb. O. Onlar yanaşı uzandılar.

"Günü qara gəlmişin gözü elə bil ilan gözü kimi ovsunludur. Qoy məni öldürsünlər. Elə bil hamı susmuşdıı.Yaman. Allah hamını bərabər yaradıb. . dərəni doldurdu. oynayanda nə olar ki? . kirpiyini çaxması.Necə nə olar? Heç seminariyada oxuyan onlara qoşularmı? . Əşrəfi necə həvəslə süzməsi gözünün qabağından getmirdi. Qaranlıqda bir-birinin üzünü görməsələr də. ağzını bağlasın". Salatın. Tütək susandan sonra arabanın içinə çəkilib. Batmışın gör nə yaxşı səsi var.zadda işin olmasın.Bə nə.Bilirsən nə var. . Məni qınayan olmasaydı. kiri. heç onların tayısan? . axşam vaxtı Allahda. bu saat qaçıb oynayanlara qoşulardım. Bacı-qardaş düşərgədə səs-səmir kəsilənə qədər beləcə uzandılar. . Hər ikisi gözünü dəyənin üstündəki keçəyə zilləyib susdu.Ay qağa.Niyə.. sol yanağının 252    . mən onlardan artığam? . Salatın bulağın üstündəki hadisəni unuda bilmirdi. Aman ovçu vurma məni. Mahnı isə qayalarda əks-səda verib gecənin qaranlığında daha uzaqlara yayılırdı. Yar əlindən yaralıyam.Bircə kiri. Salatın Pakizənin qonur gözlərinin necə süzüldüyünü və gözlənilmədən adama necə qıyqacı baxdığını yadına saldı. yatmağa hazırlaşdılar. Bir alagöz qız üstə. __________________Milli Kitabxana___________________ dalğa-dalğa olub çayyuxarı yayıldı. Mən bu dağın maralıyam. Salatın dirsəyi ilə Əşrəfə toxundu: . nəfəs almalarından yatıb- yatmadıqlarını bilirdilər. mahnı oxuyurlar. Qulaq as. Arxası üstə yanaşı uzandılar. Oturmuşdum bulaq üstə. Pakizənin ayrılarkən Əşrəfin üzünə necə baxdığı yadından çıxmırdı. bizi biabir eləmə. Qızlar gəlir dəstə-dəstə. Nəfəsini içəri çəkib bu həzin nəğməyə qulaq asırdı. xoşuna gəlirmi? .Bu da bayaqkı deyil. Az qalmışdı bircə dəqiqənin içində gədənin dilini.. Qızın gülüşü. Onun dodaqlarından silinməyən gülüşü.Niyə.

kəndin ən gözəl qızlarından birinin Əşrəfdən ötəri qovrulub yandığına sevindi. . "Qoy ağzının suyu axsın. Salatının ürəyində birdən-birə qardaşının boyuna qovalanan bir bacının iftixarı baş qaldırdı. Bəxtəvərin qızının sümükləri şırt-şırt şırtlayır. qardaşının nəfəsinə qulaq asdı. __________________Milli Kitabxana___________________ azacıq çökəltdiyini nəzərində canlandırdı. onun qabağında məm kimi əriyib axmazdı.Yuxum gəlmir. çoxlarınız qardaşımın dalınca sürünəcəksiniz. Yenə susdular. onun sevincini sel kimi yuyub özü ilə aparırdı. Onların bir-birinə üstü örtülü dedikləri nəydi? Yoxsa Əşrəf də dədəmin sözündən çıxacaq? Razılıq almadan gedib özbaşına evlənəcək? Yoxsa bu qardaşımın da toyunu görməyəcəm?" Salatın lap darıxdı. Düşüncələrinə ara verib. Onun müsibətini yadına saldı. yatmayıbsan ki? . Özü də deyəsən qağandan kəsir.deyə xəyalından keçirdi.Hə. boyuna qurban olduğumun boyuna vurulsun. Amma onu görməyəcəksiniz. .Ay qağa. Özü də hiss etmədən köksünü ötürdü. . Qımışanda adamın tüstüsünü təpəsindən çıxardır. beli də ki. Ürəyində şıltaqlıq olmasaydı.deyə düşündü. bizim xəbərimiz yoxdur? Belə olmasaydı xısın- xısın danışmazdılar. Qardaşımın boyuna qurban olum. Hər ikisi bir-birinin necə nəfəs almasını eşitdi. nə də başına bu iş gələrdi.Mənim də. mən qızlığımla ölmüşə baxa bilmirəm. bibim nə müridlərin meyxanasına gedərdi. - Əgər onun fitnəsi olmasaydı. Hamınıza dağ çəkəcəm. üzükdən keçər. qoy qardaşımın dalınca sürünsün. qaş-gözü adamı yandırır. hələ harasıdır. mən sizin gəlininiz olmaq istəyirəm. O. həmişə ona "dınqıra süzən qurumsaq" deyir. Heç belə işə dədəm qol qoyarmı? Yoxsa Pakizə ilə Əşrəfin elə əvvəldən him-cimi var. "Qardaşım neyləsin. Lakin bu fərəhli düşüncələrin dalınca gələn başqa fikirlər onu sarsıdırdı. . məni alın. . Pakizənin titrək səsini belə eşidən kimi oldu. Dədəmin Molla Sadıqdan zəndeyi-zəhləsi gedir. 253    . Salatın bir anlığa bibisinin ölümünü gözünün qarşısına gətirdi. deyəsən ürəyin tökülür. "Onun qanlısı Molla Sadıqdır. indi də onlar lap xəncər- bıçaqdadırlar. hələ çox qızlar onun ayağına döşənəcək". Dədəm bu dərdi heç unudarmı? Elə bundan əvvəl də onların sözü düz gəlmirdi. dörd yanımda şırvanacaqsınız ki. Batmış elə bil qaraçı gözəlidir. dilinizi bir qarış çıxardıb mənə yalvaracaqsınız. Gözü qayır-qayır oynayır.

ağlıma gəlir ki. Həyəcanından tövşüyə-tövşüyə.Yox. amandır. İndi o. .Nə bilim.Nədi. Əşrəf bacısının doğrudan da həyəcan keçirdiyini duydu və onu şakitləşdirmək məqsədi ilə Kürün sahilində Pakizə ilə necə rastlaşdıqlarını ona danışdı. köpək uşağı qağamı dərdə salmasalar yaxşıdı".Deməsən əl çəkən deyiləm. Çayın qıjıltısı çoxaldı. Salatın qalxıb oturdu. ay dəli. bunlar doğrudur.Sənin xoşun gəlir? .Cadu nədir? . Bəlkə elə o alçalara cadu yazılmışdır? Günü qara qəsdən yolumuzun üstünə çıxdı'? Su yerinə Əşrəfə alça verdi? Allah. Bəs sən yemədin? . Arabanın qabaq tərəfindən ayın işığı içəri düşmüşdü.Nə bilim. alçadan yedinmi? . diqqətlə qardaşının üzünə baxırdı: . birdən sənə cadu eləyərlər. təlaşla dilləndi: .Deyək ki.Lap ləzzətnən. Salatın qorxudan əsir. Pakizənin hərəkətini bağışlaya bilmədi. Düşərgəyə tam sükut çökdü.Elə buna görə yuxun qaçıb? Gözünü yum. Birdən ağlına qəribə bir fikir gəldi. Qaranlıqda onun nətər düşündüyünü sifətindən oxumağa çalışdı. __________________Milli Kitabxana___________________ . ay qağa. Arpanı dirəyə dırmaşdırır. ay qağa. Salatın azacıq rahatlansa da. "Deyəsən gədəyə cadu eləyiblər. nə olsun? . . . Ondan sonra günümüz 254    . .Nə bilim.Qəşəngdir.Pakizədən xoşun gəlir? . . səni yolundan azdırarlar. dilim-ağzım qurusun. yıxıl yat. sir-sifəti pis deyil. Aradan xeyli keçdi. Qız vahimələndi. Salatın susdu. deyirlər Molla Sadıq cadugərdir.Ay qağa? .Caduya inanırsan? Əşrəf üstündəki yorğanı atıb oturdu.A günü qara. niyə tövşüyürsən? . Ocaqların közü sönüb kül oldu.Ay qağa. bacısının üzünü bir balaca görürdü. yatmamısan? . .Pakizə ilə üstüörtülü danışdığın nəydi? Əşrəf dönüb Salatının üzünə baxdı.

Yəni deyirsən. gəl yataq.Niyə olmur. Bütün dərə uguldadı. Heç belə işə razı olarmı? . qoyma. . *** Səhərə yaxın dalbadal iki güllə açıldı. . qağamın canı üçün. Sıçrayıb arabadan çıxdı. Ağılsız ha deyiləm. bacı. qorxuram. onlardan uzaq ol. taqətdən düşəndə isə ayaqlarını 255    . ay Salatın? .Nə bilim. __________________Milli Kitabxana___________________ qara olar. Özüm səni cinləndirirdim. çayın lap yaxınlığından qumrov səsi gəldi. Səsini ciddiləşdirdi: . . hər şeyi bilirəm. Gecə keçir. ay qağa. Nökərlər yaralı maralı palıd ağacının dibinə gətirdilər. İtlər yolun o üzündə meşənin dərinliyinə cumdular.Yaxşı. atamın onları görməyə gözü yoxdur.Durub qalanını da yeyəcəm. Bir az da keçdı. Kərəm kimi yanıram. Kişilər dərhal öz mallarını yoxladılar. Çaxmağını hərləyib gülləni lüləyə verdi.Gülmə. Tüfəngli. Sən Allah. Cahandar ağanın oyanması ilə paltarını geyinməsi bir oldu. . Yatmaq lazımdır. . alçalar cadulu olar. qarmaqarışıq halda hərə bir tərəfə qaçdı. Əşrəf dözmədi.Düz deyirsən.Əşrəf. Heyvan qalxmaq istəsə də bacarmır. məni qorxutma. Qonşular bir- birilərini səsləyib nə olduğunu soruşdular. Sonra da inilti eşidildi. çomaqlı yola doğru qaçanların qayıtmasını gözlədi. Onlar bir-birinin qoynuna qısıldılar. Alçadan da yeyibsən. Özün bilirsən ki. Ancaq atası onu saxladı.Ovsunlanmışam. Azacıq sonra dəyənin içini məsum bir mışıltı doldurdu. heç ürəyim rahatlanmır. Ocaqların kənarında mürgüləyənlər dik atıldılar. Üfüq qızardı. hə? . Yastığın üstünə yıxıb yorğana bürüdü.Məni ələ salma. çapalayıb buynuzunu yerə döyür. . Özü də onun böyrünə uzandı. Ağaclar əks-səda verib şaqqıldadı. Düşərgə silkələnib yuxudan oyandı. Bulağın alt tərəfindəki çəmənlikdən. elə sözlər danışma. sənciyəzi cadulayıblar. Maralın sinəsindən qan axırdı. Əşrəf gülə-gülə bacısını qucaqladı. Hələ nə olduğunu başa düşə bilməyən arvadlar uşaqlarını tez qucaqlarına aldılar. Əşrəf də hövlnak yuxudan oyandı və tüfəngini götürüb meşəyə getmək istədi. Ancaq arabadan çıxmadı.

Ona görə də kənardaca gizlənib ətrafı güdürdü. ya da qayaların birinin dibindən köçə atəş açacağından. ağacların dalında dayanmışdı. Onun dodaqları təpimişdi. atasından xeyli uzaqda açmış olan Şamxal da yuxudan səksəkəli oyanmışdı. necə olubsa gözümüzdon qaçıb suyun qırağındakı çəmənliyə gedib. O beləliklə hələlik izi itirmək.Ağa. Yoxsa əl heyvanına güllə atmazdılar. Hətta atasını gec görəndə təşvişə də düşmüşdü. nə edəcəyini. Az qaldı ağlasın. lakin nə edəcəyini bilməyib acizləşəndə ağlamaq istəyirdi. dinməz-söyləməz tüfəngi üzünə qaldırıb tətiyi çəkməyə hazır idi. həqiqəti bilənə qədər susmaq istəyirdi. Əgər o bir adamdan azca şübhələnsə. bu işdə əli olduğunu bilsə. Cahandar ağa bulud kimi tutuldu. O ən çox hirslənəndə. Gücsüzlüyünü hiss edib inildədi. Arabasını köçün lap kənarında. Maral sahibini görən kimi son qüvvəsini toplayıb durmaq istədi. Hansı köpək oğlusa elə bilib çöl maralıdır. 256    . __________________Milli Kitabxana___________________ uzadıb vazıq-yazıq ətrafına boylanırdı. Şamxal işinin yalnız maralla qurtarıb gedəcəyinə arxayın deyildi. Bu təsadüfün nəticəsi deyil. O bu saat kiminsə ağacların dalından. Bu düşmənçilik idi. Neçə ildən bəri eldə bəsləyib böyütdükləri maralın bu cür. Zərnigar xanımsa arabanın içində üz-gözünü cırır. Cahandar ağa gələndə nökərlər geri çəkildilər. camaata nə deyəcəyini müəyyənləşdirə bilməyən Cahandar ağa bu sözdən yapışmağı qərara aldı. Bu gözlərdə sanki imdad istəyən bir canlının yalvarışı vardı. bəlkə də daha böyük bir bədbəxtliyin üz verəcəyindən qorxurdu. Bığının ucunu ağzına alıb çeynəyirdi. Nökərlərdən biri marala baxıb köksünü ötürdü: . Atası ilə küsülü olsa da. İndi də nəzərə çarpmadan kənarda. Gizlicə onun keşiyini çəkirdi. Maralı kimin vurduğunu müəyyən etmək çətin idi. Əhvalatın nə yerdə olduğunu bilənlər yavaş-yavaş ağacın dibinə toplandılar. Can verən marala baxıb heyfsiləndilər. Hamı susurdu. İndi də belə oldu. Başa düşdü ki. Bayaqdan qovrula-qovrula qalıb. bu işin nə ilə qurtaracağını gözləyirdi. gözlənilmədən hansı bir mərdimazarınsa gülləsinə qurban olması onları kədərləndirirdi. Barmaqları əsirdi: "Bu nə idi? Kişiyə sataşan kim idi? Yoxsa onu tək görüb üstünə ayaq alırdılar? Camaat arasında hörmətdən salmaq istəyirdilər?" Şamxalın birdən-birə ürəyi kövrəldi. Onun gözləri yaşaran kimi oldu. kimsə yenə ətrafında dolanır. onu gözündən qoymurdu.

Tez olun. Tez-tez tərini silir və zəhlətökən bir səslə cikkildəşən boz sərçələrə baxırdı. . Daha bəsdi. Onların səsi eşidilməz oldu. seminariyaya imtahana aparmalı idi. Cahandar ağa həmişəki kimi atını çapıb qabağa düşmədi.Vallah yatmamışdıq. O hamı tərəfindən unudulmuş bir adam kimi yalqızlıq hiss edirdi. Fikirli-fikirli arabaların yanı ilə getdi. Əvvəlcə malları hayladılar. itinə də daş. Əhməd onun soyuq üzünü. sonar isə arabalar qatarlaşdı.deyə düşündü. __________________Milli Kitabxana___________________ Meşəyə doğru gedənlər də. sizin kimi maymaqlar olan yerdə adamın maralına da güllə atarlar. axşama qədər sudan çıxmayacaqlar". ağa. duyuq düşüb vaxtında aradan çıxıblar. Qorxdu ki. Ayağa durub xır yoluna boylandı.Sizə tapşırmamışdımmı səhərə qədər oyaq olun. dünən öyrəndiklərini bu gün təkrar edib yoxlamalı idilər. Cahandar ağa zəhmli baxışlarını nökərlərin üzünə zillədi: . Nədənsə Əhməd isti yay günlərində sərçələrin cikkiltisinə qulaq asanda qüssələnirdi. 11 Əhməd "Zayej"in qabağında təkcə oturmuşdu. arabaları qoşun. O darıxdı. gözünüzü döyməyin.Yox.Kəs səsini. vaxta az qalırdı. Cahandar ağa özünü sındırmamaq üçün maralın üzünə baxmadı. Sərçələr hay-küylə havaya qalxdılar. Elə bu vaxt bir şey tappıltı ilə onun qabağına düşdü. . Görünür. bir şey gözünüzə dəymədi? . Uşaqlar onun yanına gəlməli. Yarımca saat keçməmiş köç yola düşdü. itlərin dalınca lap o yanlara getdik. El dağdan qayıdanda Əhməd onları Qoriyə. Onun da ürəyindən çimmək keçdi. açıq 257    . gah da eyvanın məhəccərinə qonur. Əhməd diksinib geri çəkildi. gah da bir-birini didə-didə çəpərə doluşurdular. . Qutusunu çıxardıb papiros eşdi. Əhmədin qulaqları cingildədi. yol. heyvanın halı onu kövrəldər. Eyvana getdi. Onlar gah divarın daşları arasındakı ovuqlara girir. kimi isə lap uzaqlara qədər qovanlar da qayıtdılar.Nə oldu. "Yazıqlar yəqin yenə istinin əlindən özlərini Kürə veriblər.izdir gəlib-gedən olur? . Onların zil səsi adamın beynini deşirdi. həm də işıqlaşırdı. Yumaq kimi yumrulanan qızıl ilan qıvrılıb açıldi və dərhal quyruğu üstə qalxıb fısıldadı. axmaq. Heç kəs yox idi.

nəyinsə intiqamını almaq istəyirdilər. İlana baxıb cikkildədilər. __________________Milli Kitabxana___________________ ağzını. Geri dönüb kəndə doğru addımladı. Dedilər ki. Otağa girmədi. O. O arabir dayanıb. onları qaçırdan bu ilan imiş. Hava təndir kimi qarsalayırdı. Əhməd yalnız indi başa düşdü ki. Balıq qovuğu kimi ortadan boğmalanıb köprüyən bu ağ tuluqlar onların qollarırının altından dik qalxıb bellərinin ortasında qoşalaşmışdı. Yaba ilə götürüb çəpərin üstünə atdı. Bir xeyli ilanın qıvrılan quyruğuna baxdı. dağa köçə bilməyib aranda qalanlar da iş-güc dalınca getmişdilər. Yalnız cığır ağarırdı.deyə xəyalından keçirdi. Sinələrinin altına qoyub. "Ulduz görməsə ölməyəcək". istidən təntisə də çimmədi. Kalafalıqlardakı qanqallar saralıb-solmuşdu. əlləri və ayaqları ilə suya şappıldadırdılar. Əhməd suya daş atdı. Sahildən uzaqlaşdı. birini öldürəndə o biriləri qardaşlarının intiqamını alır". Qarpızlar qoyun sürüsü kimi tağların üstündə yatmışdı. bir də qaranlıq qarışanda geri qayıdacaqdılar. Bostanın ətrafını kalış basmışdı. . Onlar üzmək öyrənirdilər. sərin düşəndən sonra oxuyacaqdılar. O bircə an da geciksə ilan üstünə atılacaqdı. Tumanlarının başını və ayağını bağlayıb. Qanadlarını çırpıb boğazlarını pırpızlaşdırdılar. Kənd xarabaya oxşayırdı. O gülümsündü. çimişən uşaqlara tamaşa etdi. tuluq kimi üfürmüşdülər. Sərçələr hay-küylə çəpərə qondular. Uşaqları evdə tapmaq ümidi ilə kəndə girdi. Uşaqlardan Osmangili soruşdu. Əhməd ona imkan vermə. Əhməd kəndin bomboş olduğunu görüb sahilə endi. Cırcıramalar belə təntiyib susmuşdular. İlanın qarnının altı parıldadı. başını əzdi. Əhməd cığırla bostanın ortasındakı talvara sarı yollandı. bir az bundan əvvəl çimişirdilər. bayaq sərçələri qorxudan.deyə düşündü. Qapı-bacada heç kəs gözə dəymirdi. Divarın dibindəki yabanı götürüb. Əhməd torpaq yola buruldu. . Elə xırman yerlərini də çayır örtmüşdü. Uşaqlar qanadlı çəyirtkələrə oxşayırdılar. Qara damları nazik tel kimi bir-birinə bağlayan cığırları gediş-gəliş kəsildiyindən ot basmışdı. Onlar ancaq axşamüstü. İsti adamın boğazına dolub onu boğurdu. Görünür. üstü 258    . Ayağı topuğa qədər narın. Yemişin ətri hələ xeyli uzaqdan adamı vururdu. Qalan yerləri isə göy ot bürümüşdü. Elə bil onu didib- parçalamaq. yumşaq toza batdı. "Deyirlər qızıl ilanın yeddi qardaşı olur. yəqin bostana gediblər. Hələ suvadağa çatmamışdan səs-küy eşitdi. Yarğanın qaşında ayaq saxlayıb. tez-tez çıxardığı qara dilini və qarmaq dışlərini aydınca gördü.

Ürəyində bu boyda bostandan bostançıya nə qədər pay düşə biləcəyini hesabladı. ömrün uzun olsun. əmi. mən ayrı işdən ötəri gəlmişəm. 259    .Bərəkətli olsun. Baş barmağı ilə basıb hamarladı Damağına aldı. Kalışlığın arasındakı qarpızlardan birini götürüb geri qayıtdı. yerdə qalan iki payı. __________________Milli Kitabxana___________________ otla basdırılmış böyrü nişanlı qarpızlara. Əhməd susdu. Birdən dayandı. onunla da var işi mollanın.Allah bərəkət versin. Bundan sonra arxalığının cibindən bir parça qov çıxardıb daşın üstünə qoydu. Kişi ona cavab verəndən sonra talvarın dirəyinə söykənib domuşuqlu oturdu.Sağ ol.Zəhmət çəkməyin. Rüstəm əmi. Hər yerdə belə deyilmi? Rüstəm kişi dərindən köksünü ötürdü və səsinin ahəngini dəyişdi: . Kişi gözünü qıyıb onun üzünə baxdı və elə bil ürəyindən keçənləri duyub gülümsündü: . yemişi neyləyəcək? . ye. bala. hələ yaxşı ki. Salam verib dayandı. arxın qırağında oturan Əhmədin üzünə belə baxmadan dilləndi: . Alışdırıb qəlyanını odladı. hamısını şəhərə göndərəcək. şirinliyindən qabığı çat-cat olan boz yemişlərə baxırdı. heç nə lazım deyil. .Molla bu qədər qarpızı. . yeddidən beşi mollanın. Kisənin içinə salıb xeyli eşələdi.Eşitmişəm. ürəyin sərinləsin. Tələsmədən çaxmağı bir neçə dəfə çaxdı. . Tağların arasındakı bala şamamanı gördü. . bala.Neçədən biri sənindir? . Ordu çökələ-çökələ sorub tüstülətdi. bu var. niyə eşitməmişəm. demək olar ki.Yeddidən. gözəyarı tütünlə dolduğunu müəyyən edib çıxartdı. Kimsə talvarın yanından qışqırdı. Heç belə söz eşidibsənmi? . .Al kəs.Hə. döşü mollanın. şərikliyik. yaman istidir. uzununa baxdı. Uzun qəlyanını çıxartdı. yaxşı bostanın var. bala. Dikəlib bostanın eninə. . Bu olmasa nə edərdik? Əhməd kişinin Allaha təvəkkül eləyib susduğunu gördü.Satacaq. Kişi talvarın kölgəsində. Rüstəm kişi yerindən qalxıb ağır-ağır talvara doğru addımladı. Əhməd bostançıya yaxınlaşdı. a bala.Başı mollanın.Molla ilə şəriklimi əkibsən? . Qeyri-iradi aşağı əyilib qopartdı. Əhməd dinmədi.

bostan üstünə gələn adam gərək qarpızdan. . əyninin paltarı da müftə olacaq. billah səhv eləyirsən. - Burda uşaqlara bir şey öyrətmək olmur. . axı biz şərtləşmişik? . Sonra fikirləşdim.Yaylağa. mənim gücüm çatmaz. var-dövləti var. bala.Yaxşı. Ağlın nə kəsir? Kişinin alnının qırışları yığıldı. hava çox istidir.Sənin yaxşılıq eləmək istədiyini başa düşürəm. Göyümsov tüstü saqqalı boyu aşağı yatıb sinəsinə yayıldı: 260    . hər şey hökumətin hesabına olacaq. __________________Milli Kitabxana___________________ . Əşrəf oxuyur. Baş barmağı ilə qəlyanının külünü basdı. bala.. . El dağdan dönəndə də aparım seminariyaya.Niyə ki. Rüstəm əmi. Onun ovurdları çökəldi. Bu barədə söz ola bilməz. yatmağı da.Axı mən səni başa saldım ki. mən cavabdeh. qarpızını kəs. bu kol biz girən kol deyil. inanmaq olmaz.O nə işdir. o Cahandar ağanın oğludur.Əşrəfə baxma. Yenə deyəcəksən ki Səlimi ver.Bilirsənmi. Bərkdən sümürdü. . Mən belə qərara gəlmişəm ki. Səlim mənimdir. Yol xərci də verəcəklər. sonra fikirləşərik. Vaxta da az qalıb. Gözünü qıyıb tüstüsünün arasından Əhmədin üzünə baxdı: . . Qəlyanını sümürüb xoruldatdı. Xırdaca gözləri fikirli-fikirli bir xeyli yerə zilləndi. əgər bir pislik olsa. Başını ağrıtma. özün heç. .Adətdir. gərək başqalarını da başa salasan. baş tutan iş deyil.Amması-zadı yoxdur.Divan işidir.Bu olmadı.. a bala? . pisdirmi? .Səlimi yaylağa aparmaq istəyirəm. Orda həm bir az sularını dəyişsinlər. onları götürüb yaylağa aparım. amma. Sənin dediklərindən ağlım bir şey kəsmir. . vəssalam. O ki qaldı. Daha nə istəyirsən? . bala. onu oxudacağam. Mən ayrı bir işdən ötəri sənin yanına gəlmişəm.deyə Əhməd izaha başladı. həm də gecə-gündüz dərs keçim. sənin nədən ötəri gəldiyini bilirəm. yemişdən kəssin. xeyir ola? .Vallah. Neçə vaxtdır əziyyət çəkirik. Səlim çox zehinli uşaqdır. oxumağı da.Burda fikirləşməli bir şey yoxdur. Rüstəm kişi bir xeyli susdu. Mənə inan. . a bala. dərs keçirik. Yeməyi də.Yox. mən kiməm? Əhməd qarpızı geri itələdi: . O mütləq oxumalıdır. . Rüstəm əmi. oxumağa aparım. bala.

o biri at belində gəzir. . tanışın deyil. heç bir dəst yorğan-döşəyin də yoxdur. . -Nə yaman arxayın danışırsan. "Suyun lal axanı. Rüstəm kişi susdu. Bacarsaydıq uşaqlarımızı elə özümüz yaylağa aparardıq.deyə Əhməd dərindən köksünü ötürdü. Yol xərci də. avazın yaxşı gəlir.Eh. Hər ay donluğumdan artırıb saxlamışam. Rüstəm əmi. gerini fikirləşən adamdır". Bir xeyli fikirli-fikirli ülgüclə tərtəmiz qırxılmış başını ovxaladı: .A bala. Əhmədi birinci dəfə görürmüş kimi heyrətlə süzdü.elə dərd də burasındadır ki. mən bir şey başa düşə bilmirəm.Bunlar hamısı Allahın işidir.Ay oğul. Birbaşa qalxarıq yaylağa. - deyə düşündü. Əhmədin son sözlərindən sonra o. . özünü öldürürsən? İndiki zamanda heç qardaş qardaşa bir tikə çörək vermir. məsəl var deyərlər. Qalxan yıxılana baxmır.O nədi elə? . oxuduğun Quran olsa. hər şeyi qamarlayıb alır. axı sənin nəyin var? Qərib adamsan. həm də heyrətlə Əhmədə müraciət etdi. . __________________Milli Kitabxana___________________ . Biri gecə-gündüz dəridən çıxıb işləyir.Sonra da biriniz çətən verərsiniz. Allah heç vaxt göydən yerə enib bu torpaqları bölüşdürməyib. Biri var-dövlətini qoymağa yer tapmır. lap yemək. . əmi. Bir furqon tutacağam.içmək də mənim boynumadır. ağzı çox odludur. hər şey mənə aydındır. Deyəsən. Kim güclüdürsə. Sonra da nəzərə çarpmayacaq dərəcədə astadan başını tərpətdi. Bir-iki dəst də yorğan- döşək taparıq. sənə nə düşüb ki. o biri acından ölür. Əhməd. .Sonra? . Vəssalam. heç bir kənddə də anadan olmayıbsınız.Bu uşaqlar sənin qohumun deyil. əlini uzadıb qıymaçanı açdı. Ancaq bir az pulum var. Gör nələr danışır! Deyəsən heç iki ölünü bir qəbirdə qoyana oxşamır. . . bu uşaqları yığıb haraya aparmaq istəyirsən? . Hər şeyi ölçüb- biçmişəm. aranın istisində qalıb bişməzdik. dediklərinin hamısı düzdür.deyə kişi bu dəfə həm təəccüb.Dedikləriniz düzdür. Amma insafa qalsa. a bala. bəndənin işidir. biriniz keçə. Rüstəm kişi başına bir qıymaça çəkmişdi. irəlini. Tərdən və torpaqdan parçanın rəngi qapqara qaralmışdı. . adamın yerə baxanı buna deyiblər.Bilirəm.Allahın yox.A bala. Eşitdiyimə görə. Qəlyanını təzədən doldurub tüstülətdi: 261    . . bir-birimizə kömək eləmirik.

lalvarlarda özlərinə yer salmışdılar. özünü ağcaqanadlardan qoruya-qoruya kəndin arası ilə xeyli dolaşdı. ..Bayaq dedim. savadlı olsun. . Mən camaata bununla kömək eləyərəm. heç olmasa bizdən sonra gələnlər yaxşı dolansınlar. Təzəyin acı tüstüsü bütün kəndə yayılmış. sənin əlində nə var ki. belə oldu.Hələ heç kəsi tapmamışam. bir yarpaq belə tərpənmirdi. nəhayət. Arançılar damların üstündə. onların xortumu dəyən yer bir saat göynəyirdi. 262    . Əgər hamı oxusa. Həyətdə it olmadığından. Hamı təzək yandırmışdı. xeyiri şərdən seçə bilsinlər. Rüstəm əmi. nadanlıq aradan qalxacaq. a bala. Amma dünya belə gəlib. Mən bu uşaqları oxudacağam. dediklərin düzdür.. savadlı olsa. Bir budaq. Belə-belə hamı savadlanacaq. Birələr enli kimi adamın bədəninə daraşırdı.Mənim əlimdə heç nəyim olmasa da savadım var. Qazma daxmalarda oturmaq mümkün deyildi.Düzələcək. Elə bayırda da rahatlıq yox idi. oğul. məni bağladın. arvada deyərəm. Aydındırmı? Qoca çiyinlərini çəkdi: .Yaxşi. deyəsən. a bala. bə o biri uşaqlarla da danışıbsanmı? . ağır qaranlıq çökmüşdü. belə haqsızlıqlar baş verməz. Daha onun-bunun əvəzinə işləməsin. birbaş çardağın üstünə çıxdı. Onların vızıltısı bütün Göytəpəyə yayılmışdı. mən istəyirəm ki. indi ki. Allah köməyiniz olsun. çoxaldıqca qaranlığın ömrü azalır. Onların da hərəsi beş uşaq oxudacaq.Camaatıma kömək. gedin. çörəkdən- zaddan bişirər. .Yaxşı. camaata da kömək eleyəsən? . Gündüzlər haraya isə çəkilib yox olan ağcaqanadlar Kürün üstündən bulud kimi qalxıb kəndə dolmuşdu. mənim istədiyim budur. Mal-qaranın torpaq yoldan qaldırdığı toz havada boğanaq kimi dayanmışdı. onsuz da ağır olan havanı kəsifləşdirmişdi. a bala. Bu işlər düzələn deyil. Xeyir-şərini başa düşsün. adamın gözünə nur gəlir. indi sən nə eləmək istəyirsən? . gəmiçi Qocanın həyətində ayaq saxladı. __________________Milli Kitabxana___________________ .Qarpızını kəs. Elm dediyin işıq kimi bir şeydir. Biz cəhənnəm. Bax. *** Göytəpənin üstünə boğucu. Ağcaqanadlar elə sancırdılar ki. bir ot. Əhməd əlində iri bir budaq. sənin oğlun Səlim oxusun. belə də gedəcək. .Nə bilim.

maşallah qırğı kimisən. Bacısı qaçırılandan sonra isə heç dindirmək olmur. zəhrimar qara qızdırma yenə başlayacaqdı.Sənə nə olub. vay-vayım qalıb. Allah qoysa bu gün-sabah Çərkəzə də toy eləyib gəlin gətirərsən.Birtəhər yola veririk. . niyə yatmır.Bəs Çərkəz hanı? Qoca kişi köksünü ötürdü.Nə bilim. Qoca dayı. . a bala.Bıy səni zəhrimara qalasan! . Mənim hay-hayım gedib. Qoca dayı? . . nə əcəb səndən? . nə yox. əlləşir. . özü bilir. ay Qoca dayı.Nə bilim. poçt Əhmədəm. .Vallah düz sözümdür. nə var.Axşamın xeyir. Kişi qəfildən onun başının üstünü kəsdirən adamı əvvəlcə tanıya bilmədi. Yazıq kişi neçə il idi ki.Yatar. gözaltısı var? . Bu gün-sabahlığam. . fəhləliyə. . Ağcaqanadlar bir az kənara uçdular. . Çardağın üstündə təzək yandırıb oturmuşdu. Bir söz soruşan kimi "kənddən baş götürüb gedəcəyəm" . qorxularından tüstüyə yaxın gələ bilmədilər. amma Çərkəz ipə-sapa yatmır.deyir.Ay səni xoş gördük. __________________Milli Kitabxana___________________ Qoca kişi Kürün qırağından yenicə qayıtmışdı. Tüstü daha da çoxaldı.Elə belə gəldim kefini soruşum. bu dərddən yaxasını qurtara bilmirdi. Onlar yanaşı oturdular.Bəs sən nə deyirsən? .O. yuxusu gəlmirdi Təklik onu yaman darıxdırırdı. Deyəsən. . bəri gəl. İstilərlə necəsən? . ay Qoca dayı.Mənəm.Haraya. Yorğunluğuna baxmayaraq. Qoca kişi ağacla təzəkləri qurdaladı. yanını yerə qoy görək. a bala.Nə deyim.Çox yaxşı eləyibsən. tüstü boğazına dolduğundan çeçədi. şəhərə. a bala. . Bədənini üşütmə götürmüşdü.Ay xalayın toyu olsun.Axşamın xeyir.Elə mən də onu deyirəm.Mən hardan bilim? Heç ürəyinin sözünü adama açır ki? Əhməd kişinin dərdini dağıtmaq üçün söhbətini bir az da şirinləşdirməyi qərara aldı: 263    . . mənə təsəlli verirsən? . axır vaxtlar heç evə yovuşmur. kimsən? . . Elə bil yazığın yaralı yerinə toxundular. Onlar vızıltı ilə ətrafa dolanıb. . gözünü ovuşdurdu.

sözü yoxdur. Kişi azacıq sükutdan sonra soruşdu: . yanıma gəlibsən. sözün yoxdur ki? . Çərkəzin canı sağ olsun. Kişi yenə təzəyi qurdaladı. .Seminariyaya hazırladıqlarımı. nə də yetim uşağın anasının imkanı olmadığından susurdu. . heç bir stəkan quru çayım da yoxdur ki. sənə verəm. Korun-koruna yanan ocağın gözünü deşdi: . Üstünə keçə salırsan.Allah kökünü kəssin.Mən bu sirri öyrənsəm. sonradan fikrini söyləmək istəyirdi.Nə verəcəyəm. sabah yaylağa gedirəm.Hansı uşaqları? . Əhməd isə doğrudan da kişinin kefini bir az açmaq.Sənin razılığın olsa. a bala. Bundan istifadə edən iri bir ağcaqanad Əhmədin boynuna qondu. Gəlmişəm səndən icazə alım. amma yoxdan Allah da bezardır.Niyə istəmir? Qoca kişi yetim qalmış qardaşı oğlunun oxumaq arzusunda olduğunu çoxdan bilirdi. nə isə bir söz demək istədiyini anlamışdı. Görmürsənmi. Ancaq nə özünün. Qoca kişi yanındakı təzəklərdən götürüb ocağa qoydu. Təzəyi çevirdi. görmürsənmi dilənçidən pay diləyirəm? . Əhməd diksinib şappıltı ilə boynuna vurdu. ay Qoca dayı. onu da deşib adamı dişləyir.Qoca dayı. Onun ovcu qana bulandı. __________________Milli Kitabxana___________________ .Dünya varından ötəri ürəyini niyə sıxırsan. Əlindəki ağacla közü eşib üfürdü. ay nişanlısı göyçək.Uşaqları aparıram. əvəzinə nə verərsən? . Tüstü kəsifləşən kimi ağcaqanadlar vızıldaşıb yenidən kənara çəkildi. uzun xortumunu birdən-birə sancdı. .Orası elədir. bir Allah bəndəsi bu işdə Osmana kömək etmək istəyirdi.Xeyirdimi. Qoca kişi gecə vaxtı Əhmədin onun yanına boş- boşuna gəlmədiyini. Amma soruşmağa ürək etmirdi. yaman şeydir.Osman özü getmək istəyirmi? . Tüstü azacıq seyrəldi. ona nə üçün mane olaydı? Kişi bir xeyli susduqdan sonra dərindən köksünü ötürüb astadan dilləndi: 264    . Sizin Osmanı da aparmaq istəyirəm. İndi ki. İri.Anası nə deyir? . . Bir xeyli yenə susdular. a bala? . Əhməd onun boğulub çeçədiyini görüb ağacı aldı.

Qoca dayının sözə başlamasını gözlədi.Özünüz bilən yaxşıdır. yaylaqda bizim uşaq gözünə deysə. Çardağın üstündən endi. dünəndən bilsəydim bəlkə bir. Onun başı qarışdı.Deyərəm. . Çərkəzin onu qoca vaxtında qara damın altında tək qoyub şəhərə gedəcəyindən qorxur. Kişi gəldi. Əhməd. Əşrəf talaya yaxınlaşdığını başa düşdü. Kitabı yan cibinə qoydu.Mən apararam. tamamilə tək və yalqız idi. Meşədə nə qədər qaldığını bilmədi. nə eləyim?" . dərdin alım.Yox. Ağacların kölgəsindən kənarda. Başqa bir sifarişin yoxdur ki? . Çiyələklərin ətri dərhal onu vurdu. . ancaq qəti qarara gələ bilmədiyini hiss etsə də dinmədi. arxayın ol. Əhməd başa düşdü ki. bala. Qoca kişinin onu səslədiyini eşidib ayaq saxladı.İşdi. təklik ağır dərddir. - Yaxşı yol.Çox sağ ol. Əhməd bu anda Qoca kişiyə haqq verdi.iki yemişdən qarpızdan tapardım. kişinin səsindəki titrəyişdən duydu ki. Bir xeyli cığırla getdi. Qoca dayı. Əhməd onun əlini sıxıb ayrıldı. Budaqları aralayıb çəmənliyə baxdı. . 265    . mən bir şey demirəm. deynən nigaran olmasın. salamatlıqdır. Gedin. Qarşıdan səs gəldi. Sanki bununla "Yoxsulluğun üzü qara olsun. Sənin əvəzindən pay verərəm. Əşrəf hər şeyi unutdu. Xallı kəpənək dalınca qaçan uşaq kimi yarpaqları aralayıb qırmızı çiyələkləri dərə-dərə meşənin dərinliyinə doğru irəlilədi. Əhməd onun nə isə bir şey demək istədiyini. Gəmiçi ona yaxınlaşana qədər gözlədi.demək istədi.Kişi çiynini çəkdı. Cingiltili qız gülüşləri onu ayağa qalxmağa məcbur etdi. Bir müddət tərəddüd içində dayandı. Yumaq kimi büzüşüb balacalaşmış bu ixtiyar kişini öpdü. kövrəlmişdir. Qoca kişi doğma kəndində yaşasa da. 12 Əşrəf pencəyini çiynindən götürüb geydi. Başını sinəsində xeyli saxladı. a bala. __________________Milli Kitabxana___________________ . Əhməd yavaşca onun çiynini qucaqladı. . güneydəki qalın yarpaqların arasında qızaran çiyələkləri dərmək üçün dizi üstə çökdü. Çünki özü çox yaxşı bilirdi ki. Allah köməyiniz olsun. uşaqlardan muğayat ol. kişi qızından çox oğlunun dərdini çəkir. ata payının ləzzəti başqa olur. Onun qəlbi riqqətə gəldi. . İndi əlim heç yana çatmaz. Bu saat Qoca kişi ilə özünün arasında bır yaxınlıq olduğunu hiss etdi.

Qız qışqırdı. Yelləndikcə donun ətəyi dalğalanıb çətir kimi açılır. Ancaq demədi. Ancaq Pakizə bunu hiss etmirdi. Doğrudan da Pakizədən söz almayınca əl çəkmək istəmədilər.Nişanlının adını de. baldırı göynədi. O hətta dərənin üstünə qalxanda belə aşağı baxmırdı. budunu yandırdı. . Göylükdə. Yelləncəyin küləyi qızları vurdu. sıldırım qayaların bərabərinə qədər ucalırdı. . dərənin üst tərəfindəki açıq mavi səmaya toplaşan ağ buludlara qədər ucalacaqdır. Pakizə cingiltili səslə gülüb onların yanından keçdi. sonra da onların zərbəsindən yaxasını qurtarmaq üçün sürətini daha da 266    . gah da sürüşüb köksünə düşürdü. bu saat sapanddan çıxan daş kimi süzüb göyə qalxacaq. yarpaqlardan seçilməz bir yerdə dayandı. Gicitkən dəyən yerlər qızarıb şişdi.Demərəm. gah güldü. boynundakı pullu muncuqlar cingildəyirdi. O hər dəfə aşağı endikcə gicitkənlə döyəclədilər. Qalanları isə gicitkən götürüb ətrafi kəsdilər. Qız həvəsə gəlib yelləndikcə yelləncək onu yuxarı qaldırır. gah da qışqırıb qızları hədələdi. Əşrəf gözünü Pakizədən ayırmırdı. Talanın alt tərəfi uçurum dərə idi. Pakizə yelləncəklə bərabər aşağı enəndə çubuqla onun baldırlarına vurdular. Yellənən Pakizə idi. Hörükləri gah kürəyinin ortasın qıvrılır.Deməsən. Qızlar inada düşdülər. Kəlağayı çiyninə düşmüşdü. . Əşrəf bir az da irəli gəlib. __________________Milli Kitabxana___________________ Molla Sadıqgilin məhəlləsinin qızları nəhəng bir qarağacın budaqlarından yelləncək asmışdılar.Onda ürəyindəkinin adını de. Gicitkənlər Pakizənin topuğunu.Deyəcəksən. Ləzzətlə yuxarı qalxır. əl çəkən deyilik. .Deməyəcəm. . Bəzən ona elə gəlirdi ki.Nişanlım yoxdur.Dedim ki. Qız yenə Kür qırağındakı paltarını geyinmişdi. sürətini daha da artırır və elə bil əlini uzadıb buludları tutmaq istəyirdi. Otlar titrəşdi. . Qızlar daha da sıxlaşıb yelləncəyin geri qayıtmasını gözlədilər. Pakizənin topuğu. . ağacın kölgəsində oturan qızlar ayağa qalxdılar. yoxdur. Onlardan biri əlinə nazik çubuq aldı. ancaq gülməyinə ara vermədi. . Gah ufuldadı. Qız gözünü səmaya zilləmişdi.

Ayağını nə qədər yerə dayadısa da.Aaz.Bir yerin siyrilməyib ki? Əşrəf gülümsündü. bir xəyal. Bir yanının əzildiyini. bəsdir. Görünür. yelləncək bir az da yuxarı qalxır və az qalırdı ki. Budaq yavaş-yavaş aşağı enirdi. Qız onun gömgöy olmuş dirsəklərinə və şalvarının dizinə baxdı. dövrə vurub budağa dolansın. __________________Milli Kitabxana___________________ artırdı. onu qara basır. yelləncək şahə qalxmış at kimi onu sürüyüb arxasınca apardı. Pakizənin dizi yerə dəydi.Mən heç. özü də hiss etmədən ağacların arxasından çıxıb irəli gəldi. O hər dəfə təkan verdikcə. Təəccüblə oğlanın üzünə baxdı.Adam da dəli kimi yellənərmi? Əşrəfin səsi Pakizəni özünə gətirdi. Pakizə döyüşdən qalib çıxdığına fərəhləndi və bərkdən qəhqəhə çəkdi. Onun qarşısında duran Əşrəf deyil. Əşrəf qızın keçirdiyi gah gördü. Bayaqdan Pakizə ilə zarafat edən qızlar da gülməklərinə ara verib dayandılar. Ora düşsə tikəsi ələ keçməz. Gülümsünüb astadan soruşdu: . Onun səsi qayalarda əks-səda verib meşədə uğuldadı. Qızlar dəhşətlə çığırışıb kənara çəkildilər. bəlkə də kölgədir. Gözü alacalanır. sənin bir yerin əzilməyib ki? 267    . onun pencəyini soyundurub dirsəklərinə baxsın: . kəndir qırılar. əli kəndirdən bir balaca boşalsa gurultu ilə sıldırımdan yuvarlana biləcəyini ağlına belə gətirmirdi Əşrəf həyacanlandı. Birdən budaq şaqqıldadı. Onlardan biri əlindəki gicitkəni kənara atıb qışqırdı: . dirsək və dizindən qan sızdığını ona bildirmədi: . Budaq şaqqıltı və gurultu ilə yerə düşdü. Qız belə ağır dəqiqədə onun birdən-birə hardan çıxdığını başa düşə bilmirdi. Pakizə nə olduğunu başa düşənə qədər ağac bir az da çatladı. Əşrəf Pakizəni güclə kənara çəkə bildi. Oturdu. Qız təlaşla ətrafına boylandı. Buğumundan çatlayıb aralandı. Bədəninin ağrılarını və iki addımlıqda dayanan qızları unutdu. uçurum dərənin üstünə qalxdığını. Az qaldı özünü Əşrəfin üstünə salsın. havalanma. dərənin üstündədir. Əşrəfi görən kimi özünü ələ aldı. Qorxu içində gözünü yumdu və kəndirdən yapışıb yelləncəkdə oturdu. o hər şeyi unudaraq. Ozünü yelləncəkdən atmaq istədi və gördü ki. Yelləncək iki-üç dəfə də gedib-gəlsə ağac sınacaq və qız birbaş dərəyə yuvarlanacaqdı. Əşrəf irəli atıldı. Tez donunu aşağı çəkdi. Ona elə gəldi ki. Yelləncək ona yaxınlaşanda sıçrayıb kəndirdən yapışdı. Qız ufuldayıb qışqırdısa da.

Əşrəf diksinib geri sıçradı.Sənə nə olub? . Bir-iki dəfə dərindən sümürüb tüstülətdi. 268    . Heç nə görə bilmədi. Dolama cığırla yavaş-yavaş dərədən qalxdı. Pakizənin qolundan yapışıb qaldırdılar. Soyundu. Şamxal yenə sakitcə papirosunu sümürdü.Əcəb adamsan! Şamxal özünü ələ alıb papiros eşdi. Üstünü çırpdı. Meşə uğuldadı. Şamxal gözaltı onu süzdü. Sürətini artırıb dikdiri qalxdı. Qızların dalınca getdi. Əşrəf xeyli sınmış budağa. Əşrəf onun azacıq axsadığını hiss etdi. Şamxal qardaşının yaxasından dartıb qayanın daldasına uzatdı.Tez ol. . Dərənin qaşındakı qayaların bərabərinə çatanda daşların arxasından bir adam çıxdı. Şamxal tövşüyürdü. Xırdaca çay balıqlarının sürü ilə şütüyüb üzdüklərini gördü. Başını bulayıb gülümsündü və cığırla dərəyə endi. tüfəng atıldı. səs gələn tərəfə boylandı. Qayanın dibində burulan ağ köpüklü suya nəzər saldı. Üstünü səliqəyə saldı. Əlini gözünün üstünə qoyub səmadakı ağ buludların süründüyü səmtə boylandı.Şamxal? . lap yaxında. Onun sifətində qan qalmamışdı. qarşıdakı dərəyə baxdı. Çayın kənarına çatan kimi qarşıdakı sal daşın üstündə oturdu. Əlləri. Bir-iki bağa yarpağı tapıb yarasının üstünə qoydu. Təəccüb və təşvişlə Əşrəfə baxdılar.Hara getmişdin? . __________________Milli Kitabxana___________________ Qızlar irəli gəldilər. Əşrəfin gəldiyi səmtə baxdı. Çayı keçib paltarlarını geyindi. Əşrəf ayaq saxladı. . Dönüb geri. Qızlar getdilər. Əşrəf əli ilə tüstünü özündən uzaqlaşdırdı. Haradasa. Bədəninin siyrilmiş yerlərin yoxladı. Pakizənin bir az bundan əvvəl yelləndiyi yelləncəyə. Birdən suya girmək. Qayalar səs-səsə verib şaqqıldadı. Köynəyini də çıxartdı. gedək. Başını bulayıb bayaqkından xeyli yumşaq tərzdə dilləndi: . görən olar. Pakizə heç nə demədi. Əşrəf şalvarını çirməmək istəyəndə dizinin sızıltısını hiss etdi. talanın bərabərində. Əvvəlcə soyuq suda yuyundu. . Çiyninin üstündən dönüb qayaların arasından o tərəfə. dodaqları səyriyirdi.Yerə uzan.Meşəyə. uşaqlıqda olduğu kimi suyun qabağını kəsmək və qolunu dirsəyə qədər çirməyib daşların altında gizlənən balıqları axtarıb tutmaq həvəsi onu yerindən tərpətdi.

Bilirəm.Necə yəni hardan bilirsən? Səhərdən burda ürək-göbəyimi yemişəm.Qeyrətsiz olsaydım. Qardaşının bu cür yekəxanalığı.Bu nə deməkdir? . Şamxal yenidən dilləndi: . Göz gözə dayandılar.Deyəsən oxumaq sənin ağlını azaldıb? . Əşrəf dözdü. hətta nəfəsini darıxdırdı.Mən kimə neyləmişəm? Şamxal bu dəfə qardaşını tərs-tərs süzdü. . . 269    . Sənin xalqın yad qızları olan yerdə nə işin var? Bilirsənmi o tərəflər kimin məhəlləsidir? .Nə?! Şamxal ilan kimi fısıldayıb ayağa qalxdı. __________________Milli Kitabxana___________________ .Sən hardan bilirsən? . Onun baxışlarındakı təmkin və məzəmmət Şamxalın qolunu boşaltdı. . Sonra dabanı ilə göy otluğu döyəcləyib çökəltdi. O da səsinin ahəngini dəyişdi: . Bu dəfə o həmin gözlərdə qəzəb qarışıq bir nifrət olduğunu aydınca hiss etdi.Az qalmışdı ürəyim partlasın. Onu çəkib qaldırdı. Sonra dodaqları qaçdı.Qızlar da yelləncək salmışdılar.Elə bildim sənə güllə atırlar.Niyə? . üzünü təndir hənirtisi kimi qarsaladı. Gözləri qıyıldı. onu uşaq yerinə qoyması şəstinə toxundu.Bə onda niyə veyil.Qeyrətsiz adama oxşayırsan! Əşrəf artıq dözə bilmədi. Onun sifətində əvvəlcə bir qəzəb sezildi. Əşrəfin boynundan yapışdı. .Ordakılar da bizim kəndin adamları deyilmi? Şamxal hirslə tüpürdü.Bilirsənsə niyə o tərəflərə ayaq basırsan? . . . Sakitcə qardaşının daha nələr edəcəyini gözlədi. . eləmi? . Şamxalın isti nəfəsi Əşrəfin yanaqlarını yandırdı. mən də atamın üzünə ağ olub.veyil gəzirsən? Əşrəf qardaşının gözlərinə baxdı.Bilirəm. yoxsa daxili bir nifrətin ifadəsimi olduğunu Əşrəf sezə bilmədi.Bilmirsənmi atam düşmənlidir? . evdən gedərdim. Onun təbəssümündə istehzamı.

Sallamalı kəmərini daraltdı. Xəncəri yana çəkdi. mən buna dözə bilmirəm. Əşrəf əvvəl bu barədə bir-iki dəfə söz salmaq istəmişdisə də. __________________Milli Kitabxana___________________ . bu topdağıtmaz ev. kişi tək qalmasın. Onun düşməni bizim də düşmənimizdir. O mənim atamdır. qardaşım olduğuna baxmaram. Əşrəf qardaşının nəyə işarə etdiyini başa düşdü. O çox gözəl bilirdi ki. eşitdinmi. Hulqumu bir neçə dəfə qalxıb-endi. O. Bəlkə də gözləyir ki. . Elə Salatının özü də iki od arasında qalmışdı. Onun ayağına daş dəyəndə ürəyimin başı göynəyir. geri qayıtmaq istəmirsən? . Şamxal Əşrəfin yaxasını buraxdı. Əşrəf özü də doluxsundu: .Bə ata da mən boyda kişinin anasının üstünə arvad alarmı? Təzə arvadın gözünün qabağında oğlunu təpiyin altına salarmı? Şamxalın səsi qəzəbdən xırıldadı. Heç nə demədən qabağa düşüb dolama cığırla dəyələrə doğru addımladı.Yox. ancaq eldən aralandığına görə evinə dönə bilmir. atasının yanına qayıtsın. bu böyük ailə göz qabağında parçalanıb dağılırdı.Yaxşı. Üzünü yana çevirdi.Yox. Gözünün yaşardığını qardaşına sezdirmək istəmədi. Onu da hiss edirdi ki. anası da ürəyində peşmançılıq çəkir. Şamxal lap qəhərləndi. başa düşürsənmi. bir adam onun itinə daş atanda hirsimdən ürəyim partlayır. Əslində Əşrəf özü də bütün bunların nə demək olduğunu özünə aydınlaşdıra bilmirdi. istəyirdi ki. Susdular. Şamxal imkan verməmişdi.Acığın tutmasın. yenə əvvəlki kimi bir yerdə yaşasınlar.Bəs fikrin nədir'? Onu biryolluq atalıqdan çıxartdın? . Pakizənin tez-tez yolunun üstünə çıxması qohumlarının xoşuna gəlmir.Demək. İndi isə fürsət idi. Şamxal. kişi ol.Bir də mənə belə söz desən. Əşrəfi incidən o idi ki. arvadına minnət eləsin. Cahandar ağa onun dalınca gəlsin. heç adam da atasını tək qoyarmı? . Söz düşmüşkən hər şeyi axıra çatdırmaq lazım idi. qardaşı geri. Onun namusu mənim namusumdur. indi nə eləyək deyirsən? .Nə eləyəcəksən. Atamın namusu bizim namusumuzdur. Əşrəf onun da atası kimi gicgahlarındakı xırdaca damarların vurduğunu gördü: . Cahandar ağa Molla Sadıqla barışmayacaq. Qayanın kölgəsindəki tüfəngini götürdü. Əşrəf qardaşı ilə yanaşı getməyə çalışdı. O hiss etmişdi ki. Onun Şamxala deyiləsi sözü çox idi. . 270    .

Sən hər şeyi bir-birinə qatma.Məsələ çörəkdə deyil. hə? .İndi nə eləyək deyirsən. bundan sonra da olmayacaq! 271    . bu ayrı şeydir deyirsən.Eh. qarnı da.Dədə-babamız oxumayıb. Bir də.Sən yenə dədə-baba qaydası ilə yaşamaq istəyirsən? . amma başqasının tüstüsünü təpəsindən çıxardırsan. . __________________Milli Kitabxana___________________ . . bir yandan da ona tabe olmaq istəmirsən. Çərkəzi də özünə tay etməsi onun xoşuna gəlmirdi. sənə toxunan bir şey olanda dözmürsən. . . vecinə də gəlmir. yuxarı başda oturdardı. məsələ özümüzə gələndə.Bu mümkün deyil. . . Əşrəfin Qoca kişini də. nə elədiyini özün də bilmirsən. onun dediklərini tam qəbul edə bilmirdi. .Niyə? . indi əyni də doyub. qapımızda tayamızı yandırsınlar.Bu ayrı şeydir. . bə sən niyə buna dözmürsən. . Sınayıcı nəzərlə qardaşına baxdı Onun dediklərinin nə qədər ciddi olub-olmadığını bilmək istədi. Əşrəf hər iti-qurdu gətirib Cahandar ağanın süfrəsinə çıxardıb.Mən Güləsərə nə pislik eləmişəm? Bir qarın çörək də tapmırdı. Şamxal.Görürsənmi. acından ölmüşük? . . Atam dədə-baba qaydası ilə ikinci dəfə arvad alıb.Mən kimə nə eləmişəm? . Şamxal ürəyində qardaşına azacıq haqq versə də.Kim deyir onu? .Yoxsa oxumaqdan təzə qayda-qanun gətirmisən? .Kimdir taqsırkar? . biz də oturub baxaq? .Mən oxumağa gedecəyəm. Bu insafdırmı? . . naxırımızda maralımızı vursunlar. Elə dərd burasındadır ki. Bəs onlar insan deyil? Onlar bir-birini görmək istəmir? Başqasının ürəyinə çalın-çarpaz dağ çəkə bilirsən.Necə yəni kimdir taqsırkar? Sən nə danışırsaıı? Hələ indiyə kimi bizim həndəvərə hərlənən olmayıb.Getmə. Belə getsə. Bir yandan köhnə qaydaları müdafiə eləyirsən.Əşrəf köksünü ötürdü. Güləsəri də evdə dustaq kimi saxlayırsan. gərək insanın ruhi aləmi də tox olsun. amma atası ilə barışmırsan qardaşı Çərkəzi özünə düşmən eləmisən.Niyə? .Mən.Çünki sən varsan.Qoca kişinin qızını gətirmisən. özünə isə bir balaca toxunanda göynəyirsən.Şamxal ayaq saxladı.

Susdular. mən də durub baxacam? Gündə kəndə beş-on atlı tökülüb gələcək. Hamını bir gözlə görür.Bir də səni buralarda görsəm. At. Deyəsən.Hər iti-qurdu gətirib bizə tay eləyir. Mənim atami Qoca kişiyə tay tutur. mən dediklərimi əməlli- başlı fikirləş. gah da anasının yanına gedib-gəlməsini xoşlamırdı. Şamxal qaşqabağını sallayıb qabağa düşdü. Şamxal tüfəngi çiyninə keçirdi. "Bu gədə lap zayıllayıb.Mən fikirləşmişəm. . Əşrəf ona yenə nəsə demək istədi. __________________Milli Kitabxana___________________ . atam hara.bu yana qaçırsan? . Mən axtardığımı tapım. qarğanın başqa. Yox. Ancaq ayaq saxladı. . Eşitdiyimə görə. Şamxal öz dəyəsinə doğru addımlamaq istədi. o hara'? Qızıl quşun öz yeri var. . O nə demək istəyir? Mənim atama sataşacaqlar. Qız əvvəlcə dinmədi.Çalışaram. Onun axır günlər gah atasının yanına. ağlını başına yığ.Bura bax. Dikdirə çatdılar. onda baxarıq kimin anası ağlar qalacaq.atdır ki. dözərsənmi? Şamxal dabanı üstə fırlanıb səsini ucaltdı: . atam göndərdi. .Olacaq. ancaq evdə papağını qabağına qoy. əslini axtarırlar. . Şamxal elə bil Əşrəfin də acığını Salatından almaq istəyirdi. Bacısını tərs-tərs süzdü. sonra da Əşrəfə baxdı. seçəndə cinsini. ətini şişə çəkəcəm. bir də belə sözlər danışma. Atam başqasının kəbinli arvadını gətirəndə bilmirdimi başı ağrıyacaq? Sənin başına belə iş gəlsə. Burda ayrılmalı idilər. oxumaq onun olan-qalan ağlını da aparıb.Başqa adam yoxdur? Qız dinmədi. sən fikirləş. bu gədə zənnimi itirəcək. qardaşları nədənsə hirslidirlər.Nə çox o yan. . kəs səsini. Necə yəni biz köhnə qaydalarla yaşaya bilmərik? Necə yəni bizim əsl düşmənimiz elə dədə. Əşrəfin üzünə baxmadı. . Nə olsun ki. divan-dərə adamları görünəcək deyin mən qorxacam? Yox. Gözaltı Şamxala. Lap xoşqeyrət olub. 272    . Başa düşdü ki. İndi onun Əşrəfin dalınca gəlməsi də Şamxalı hirsləndirdi. .baba qaydalarıdır. mollanın qızının tumanını iyləməyə hazırdır".Atam səni çağırır.deyə öz-özünə düşünməyə başladı. Ancaq Salatının qaça-qaça onlara yaxınlaşdığını görüb susdu.Biqeyrət-biqeyrət danışma.Neyləyim. Zəhər tökülən qaşqabağını daha da turşaltdı: . mən onun qızını almışam.

güllə atırdılar? Əşrəf tutuldu. Cahandar ağanın qəzəbi oğlundan ötəri narahat olan bir atanın hirslənməsindən başqa bir şey deyil. Əşrəfin üzünə belə baxmadan. Hələ yaşı qurumamış gözünü qardaşının üzünə zillədi: . Onların qabağında çay vardı. . Birdən önlüyü ilə üzünü örtüb hönkürdü.hirsli öz dəyəsinə getdi. Cahandar ağa oğlunu görən kimi stəkanı qabağına çəkdi. O öz məhəlləsində yad adamların olmasını istəyən kişilərdən deyildi. bir yana gedəndə özünlə tüfəng götür.Axı mənim günahım nədir? . ata? .üfüqdəki dağlara doğru zillədi. Salatın özünü güclə toxtatdı.Ay dəli. Əhmədlə görüşdü və onun yanında bardaş qurub sakitcə oturdu.Kim? . . Yenə boynunu qucaqladı. . Nə qədər çalışdısa. astadan dilləndi: . Əşrəf onun boynunu qucaqladı. . deyəsən. *** Cahandar ağa döşəkcənin üstünə uzanib mütəkkəyə dirsəklənmişdi. döşəkcədə bardaş qurub oturmuşdu. Əşrəf içəri keçdi. hıçqırığını boğa bilmədi.Sənə neçə dəfə tapşırmışam. ayıbdır.Uçitel Əhməd. Salatın yanağına yapışmış saçını geri itələdi. onun göz yaşını sildi. .Yaxşı. görən olar. __________________Milli Kitabxana___________________ O. gedək. Çayını götürüb hortuldatdı. Ancaq 273    .Qapının ağzında durma. hirsli. Salatının dodaqları səyridi. yaxşı.Elə bir şey yox idi. Kişi rahatlandı. Bir xeyli heç kəs dinmədi.Bilirsən kim gəlib? . Əhməd isə onunla üzbəüz.O nə səs-küy idi.Nə olub ki. . adama qardaşı acıqlanar. Əhməd hiss etdi ki. Onunla görüşmək üçün ayağa qalxmaq istəyən Əhməd də pərt oldu. Əşrəf təmiz dəsmal çıxardıb. niyə ağlayırsan. Yanaşı addımladılar. Cahandar ağa çay içə-içə gözünü alaçığın qapısından o tərəfə . gözünü sil.Yaxşı.

Küncə. 13 Salatın çətəni çəkib dəyənin qapısını örtdü.Görək harda yer tapırıq.. Bəlkə elə belə yaxşıdır? Bəlkə bundan sonra təkbaşına dağ. Onun sümükləri şaqqıldadı. __________________Milli Kitabxana___________________ qapısına gələnləri. Sonra boynunu yana əyib diqqətlə yazdıqlarına baxdı. Bardaş qurab oturdu. Onları səssizcə oxudu. Sonra da duağın üstünə əyilib iri.A bala.Cahandar əmi. Əgər o bir adama arxalanmasa. peşqurda gedəcəm. 274    . mən gedim. Yaylağa gələndən bəri öyrənib yazdığı hərflərə xeyli baxdı. Ayaqlı duağı ortaya qoydu. Qız elə bilirdi ki. İndi o nə etsin? Əhməd xəbərsiz-ətərsiz kəndin yetim-yesirini də yığıb birbaş yaylağa gətirmişdi. uşaqlar gedib furqonu gətirər. . Salatın gün günorta yerinə gələnə qədər üç səhifə yazıb doldurdu. Cahandar ağa papirosunu sümürdü. xəttinin gözəl olmasına çalışdığından qələmi kağıza daha möhkəm basırdı. Onlar alaçıqdan çıxmaq istədilər. belə etməzdi.zaddan tikək. Ancaq Cahandar ağa onları saxladı.. siz oturun. Əşrəf də ayağa durdu. Döşəyin altından dəftər.Hara gedirsən? . Göyümsov tüstü alaçığın içinə yayılıb laylandı və sonra bulud qatları kimi sürünüb qapıdan bayıra çıxdı. yük yerinin yanına bir döşəkcə atdı. Mənim qapıma gələn adam geri qayıtmaz. Özü də furqonu onun məhəlləsinə sürdürmüşdü. Döşəyin altında gizlətdi. Həyətdə nehrə çalxalayırdılar. ona pənah gətirənləri də geri qaytarmazdı.daşı gəzməyib. uşaqlara dəyədən. naşı hərflərlə sözlər yazmağa başladı. Arvadlar yorğan- döşəyi günə sərmişdilər. Uşaqları rahatlamaq lazımdır. qələmi gücü gəldiyi qədər sıxsa hər şey düzələcəkdir. onda Əşrəfin yanında bir kişinin olması pisdirmi? Sükut uzun çəkdi. Salatın səhəngini götürüb bulağa endi. Ayağa durub kağız-qələmi yığışdırdı. . Əhməd çayıni içib ayağa durdu: . Arxacda iri göy çibinlər vızıldaşırdı. Görəsən Əşrəf nə düşünür? Kişi gözaltı oğluna baxdı. . O.Sağ olun. Əhmədlə bərabər dəyələrin birində oturacaq? Beş-altı gündən sonra arana. Dəyədən çıxdı.qələm çıxartdı.Sözümə qulaq as. Gün qızmışdı. Əllərini boynunun arxasında çarpazlayıb bərkdən gərnəşdi. .

Salatın səhəngi yerə qoyub. . Ətəyini çırmayıb suyun axarı ilə aşağı getdi. bulağa endi. Dodağını təmizləmək əvəzinə.Zarafat deyil.Yox. . Salatın səssizcə onlara yaxınlaşdı. . Qızlar şaqqıldayıb gülüşdülər. bulağın üstünə qayıtdı. Bu vaxt qızlardan biri onun qolundan yapışıb qəhqəhə ilə güldü: . __________________Milli Kitabxana___________________ Qarşı tərəfdəki dağın döşündə.Yandıran yansın.Nə qələm. nə yeyibsən? Salatın əlinin arxası ilə ağzını sildi. Salatın qızlardan ayrılıb dolama cığırlarla yuxarı qalxdı. Onlardan arabir şaqqıldayıb gülənlər də var idi. Saz çalmağı da yaxşı idi. Oxuyanın səsi pis deyildi. qumla sürt.Dua da yazırsanmı? . O.Dodağın gömgöydür.Gör necə də boğazında qaynadır. qələmin rəngini üzünə yaymaladı. Bulağın gözündən səhəngini doldurub kənara qoydu. . Onlardan xeyli aralıda isə qızlar yelləncək sal- 275    . haqq aşığıdır. bir hissəsi isə kənardaca oturub. özünə divan eləmə. ala. . Əşrəfin qələmidir.Qələmdən olub. Bir nəfər isə ortada saz çalıb oxuyurdu.Ay qız. Cavanlar yenə çalıb-oxuyurdular.Ölmüş yaman oxuyur.Aaz. bulaqda üzünü tərtəmiz yuyası oldu. Salatın cığırla enə-enə mahnıya qulaq asdı. səsi dalğa-dalğa dərəyə yayılan saza qulaq asırdı. . ədə.Bircə əl çəkin. Onların bir qismi iri ağac novda paltar yaxalayır. Sizin kefiniz gəlib. Suyun üstü qız-gəlinlə dolmuşdu. burnun niyə bu kökdədir? Salatın dayanıb mat-mat onun üzünə baxdı: . ağzın. Yarpız dərib önlüyünü doldurdu. Qızlar yenidən gülüşdülər. deyəsən ürəyini yandıran var. . bir qismi qab qumlayır. iri fıstıq ağacının dibində cavanlar toplaşmışdılar. Diqqətlə barmaqlarına baxdı və başa düşdü ki. mənim işim var. Onlar göy otluğa uzanmışdılar.Nə olub? . sən də yazı yazırsan? . Ancaq arada zəngulə vuranda naşılığı bilinirdi. . Qızlardan biri üzünü dağın döşündə toplaşanlara tərəf tutdu: .Salatın tələsik cavab verdi və donunun ucu ilə ağzını silməyə başladı. Geri. Səhəngini götürüb yola düşmək istədi. dişi. dodaqları gömgöydür.

heç kəs yarın öyməsin. əylən. toz dəyər sənə. onun gözəlliyini mədh eləyir. Hərdənbir dodaqları aralanır. qımışırdı. Sazı yuxarı qaldırıb ortada fırlandı. "Bıy. Salatın adının dilə. görüm kimin yarısan? Hansı bəxtəvərin vəfadarısan? Kölgədə bəslənmiş quzey qarısan. Bütün qızlar kimi onu da şirin sözlər meyxoş edirdi. ağıza düşməsini istəmirdi. Mahnının sözləri onu həm əsəbiləşdirir. Gəl elə sallanma. Ancaq tərifdən də xoşu gəlirdi. O bir tərəfdən addımlarını yeyinlədib tez dəyələrə çatmağa çalışır. Yollar qubarlıdır. Aşıq son misranı deyərkən bərkdən zəngulə vurdu. məni biabır elədi" – deyə xəyalından keçirdi. Al-yaşıl geyinib çıxma qarşıma. Salatın qəribə hal keçirirdi. bulaq başındakı qızlar qaqqıldaşdılar. Aşığın sözləri qayadan-qayaya düşüb dərə aşağı yayılırdı: Sallana-sallana gələn Salatın. Salatın onun səsinin qayalarda əks-səda verib təkrar olunduğunu eşitdi. Ona elə gəldi ki. Səhərin günəşi tez dəyər sənə. doğrudan da onu tərifləyir. həm də xumarlandırırdı. __________________Milli Kitabxana___________________ mışdılar. Sağın bədnəzərdən göz dəyər sənə. söz dəyər sənə. aşıq bu sözləri boş-boşuna oxumur. digər tərəfdən də mahnının sözlərini axıra qədər eşitmək istəyirdi. Addımlarını yeyinləşdirib dərədən tez uzaqlaşmağa çalışdı. Qız bu dəfə özünü lap itirdi. O sanki qızın hər şeyi eşitdiyini başa düşdü. Düymələ yaxayın çarpaz düyməsin. Salatın başa düşürdü ki. Dönüb geri baxmağı ürəyindən 276    . Sazın səsi daha aydın eşidilirdi. Elə bil aşıq da bunu başa düşmüşdü: Aşıq deyər. Sürətini bir az artırdı. Sazı sinəsinə basıb üzünü binələrə doğru çevirdi: Əylən. ciyərin yansın. Aşıq ortada fırlandı. Dəstələ zülfünü yerə dəyməsin. Qız adının çəkildiyini eşidəndə özünü itirdi.

cəsarəti çatmadı. Tütün tozu burnunu qıcıqlandırdı.fikirləşə qalacaq ki. Səhəngi yerə qoyub dərindən nəfəs aldı. saçım doğrudan da uzundur". Əşrəfin oxumaqdan qayıdanda alıb gətirdiyi ətir şüşəsini çıxartdı. Duağı çəkib qabağına qoydu.Dərmişəm. deyəsən. Alnının tərini sildi. Papiros qutusunu boşaltdı. sözləri başa düşə bilmədi. Şamxal da eşmə çəkirdilər. ağlına nə gələcək? Yəqin mən heç xəyalına da düşməyəcəm. Koftasının qoynundan balaca bir güzgü çıxartdı. görəsən bunu kim eləyib?" Salatın qutunu burnuna yaxınlaşdırıb qoxuladı. Qələmi götürdü. bir xeyli beləcə dayandı. Qutunun üstündəki zərli yazıları oxumaq istədi. yarpız dərdinmi? . "Ciyəri yanmış düz deyirmiş. Atası da. səliqə ilə qutuya doldurdu. 277    . Çox məzəli iş olacaq. Çətəni çəkib qapını bağladı. Çox ehtiyat və çətinliklə qutunun içinə "Əhməd" sözünü yazdı. bax gör. ana. Bir xeyli əlində saxlayıb baxdı. bəsdirmi? . Hörüyünü çiyninin üstündən aşağı salıb diqqətlə baxdı. Ətirli tütünün iyi onun ciyərinə doldu. səliqə ilə qatlayıb bir küncə yığdı. Sonra saçının islaq qıvırcıqlarını sığalladı. Qaça- qaça öz dəyələrinə getdi. Salatın dizi üstə çöküb onları yığdı. Sonra nə fikirləşdisə geri qayıtdı. Dəyəni xoş bir rayihə doldurdu. Elə bu vaxt pencəyin yan cibindən yerə bir qutu düşdü. çəkəndə başa düşəcəkmi ki. Fikirləşə. Di tez ol. Sandığı ehmalca açdı. dəyəni yığışdır.Bəsdi. __________________Milli Kitabxana___________________ keçirsə də. Dəyədən çıxmaq istədi. Salatın birdən nə fikirləşdisə. Salatın anasının yanına yüyürdü. Qız bir- iki dəfə asqırdı. Qapağını açıb papirosun üstünə çilədi.bəla ilə özünü dəyələrə yetirdi. Hərflərin bəzisini tanısa da. Dəyənin çubuğundan asılmış pencəyi götürüb qatlamaq istədi. Aparıb pencəyin cibinə qoydu. O birinci dəfə bu cür yaraşıqlı papiros görürdü. əlində bir qutu. Papiros dəyənin ortasına səpələndi. . Dəyədən çıxdı. Qutunu burnuna yaxınlaşdırıb qoxuladı. Ətəyindəki yarpızı boşaltdı. Qız. Zərnigar xanım onun dəyənin yanında ləngidiyini görüb əl elədi. Amma bu qutulu papiros adamın gözünü oxşayırdı. Salatın qayıdıb doyəyə girdi.A bala. Əvvəlcə sifətindəki mürəkkəbin gedib-getməməsini yoxladı. Papirosları yenidən səliqə ilə qutuya doldurdu. uşaqlara çörək apar. papirosuna ətir çilənib? Görəsən. "Görəsən. Güc. Qız astadan gülüb ayağa durdu. heç indiyəcən fikir verməmişdim. nə oldu. Dönə-dönə oxudu. Sonra yorğan-döşəyi çırpıb təmizlədi. papirosu qoynunda gizlətdi.

arana. Xalqın papirosuna durduğum yerdə niyə ətir çilədim? Yad oğlanla mənim nə işim var? Heç qız tanımadığı adamla belə zarafat eləyərmi? Durdıığum yerdəcə özümü işə saldım. Gələnin kim olduğunu biləndən sonra isə sakitcə ayağa durar. Əlini gözünün üstünə qoyub uzaqlara boylandı. sinəsi dalğalanan yaşıl yamaclar. Arana doğru uzanan yollara həsrətlə boylanmaq. bilmədim. Yox. qramafon gülləri yaşıllığı daha da gözəlləşdirirdi. bir atlı görünən kimi ürəkləri döyünərdi. Salatın anasının hazırladığı bağlamanı götürdü. Bura həmişə qız-gəlinlə dolu olardı. gələnlərin dalınca gülərdilər. Getdikcə ağlım azalır. Buradan hər şey. Onun ətrafını kəkotu bürümüşdü. mən axmaq qutuya onun adını da yazdım. Bəs nə üçün 278    . Qızlar kəkotu dərib buradaca qurudar.deyə qımışardılar. qayıdan kimi gərək papirosu gizlədim. Aşağılarda bir araba. papirosun üstünə ətir səpələndi. Sevinclərini bir- birilərindən gizləyən gəlinlər qaraltı yaxınlaşana kimi özlərini sakit aparmağa çalışardılar. Əri gəlməyənlər isə bir-birinə qaş- göz edib. Ot qurşağa çıxırdı. Yaşmaqlarını burunlarına qədər qaldırıb dəyələra doğru qaçardılar. Onların qayıtmaq vaxtı idi. biçinə getmişdilər. otları saralan talalar. Cığıra düşüb irəlilədi. Üstü mamırlı yalçın qayalara. arana doğru uzanan torpaq yollara baxdı. Deyəsən. Yol gedə-gedə özünü danlayırdı. şüşə əlimdən düşdü. böyük tikəmi qulağım boyda eləyər. Yəqin uşaqlardan şübhələnəcək. "ərim gəldi" . Salatın özü də hiss etmədən göytəpəlilərin "Ərim gəldi" adlandırdıqları yerə gəlib çıxdı. Onlar çiyələyi ota düzüb əllərində sallamışdılar. dağların döşündəki dolama cığırlara. görəsən bunu kim götürüb. Bəlkə Əşrəfə deyim ki. Bir az bundan əvvəl tutduğu işdən peşman olmuşdu. Binədəki kişilər beş-on gün idi ki. arabir qaynanalarından gileylənib.yanırdı. axmaqlamışam. Qız köksünü ötürdü. bu işdən dədəm xəbər tutsa. gəlinlər baş-başa verib xısınlaşar. Salatın təpənin dikdirinə çatıb nəfəsini dərdi. Binələrin önündəki pəyə doğru addımladı. Elə Şamxal da ətimi şişə çəkər". Çəmənliyin ortasında ucalan qayanın üstü xınalı idi. hər qaraltıya göz qoymaq onların adəti idi. __________________Milli Kitabxana___________________ Gün günorta yerindən əyilmişdi. dərə ilə axan köpüklü sular aydınca görünürdü. Bu gün nədənsə bura boş idi. Allah eləməmiş. Sarı qaymaqçiçəkləri. Onun yanaqları alışıb. Bəlkə papirosu yerli-dibli gizlədim? Onda da fikirləşəcək ki. Qarşıdakı dağın döşündə bir dəstə uşaq vardı. Bəs yazı? Axı. dad çəkərdilər.

indi arxayınam. Əşrəf bir az o tərəfdə. Mahnının dalınca qaqqıldaşıb gülüşdülər.üyrü xətlər var idi. ona nə isə işarə etdi. Əhməd ayağa durub əlini Osmanın kürəyinə vurdu: . Doğrudan da Osman birdən qayaya yaxınlaşdı. kölgədə Səlimə şer əzbərlədirdi. bura boş deyil. Dərhal da əli ilə sildi. . Atları yorğun gəlir.. Bir gecə mehman etsən. Binədəki qız-gəlin qayanın kölgəsinə toplaşıb yollara baxır. Xalqı qınayıram. Alnının damarı şişdi. Saçının dibindən axan tər yanağından qara zolaq salmışdı. Salatın anladı ki. Salatın qızardı. bu saat özü tapacaq. 279    . Sifəti kömür tozuna bulaşımşdı. Onların başı lap qarışmışdı. Kimsə ucadan qışqırdı: . Gör necə çervon gəlir. Ancaq birdən qayanın alt tərəfindən. Osman gözünü yuxarı dikib xəyalında nəyi isə hesabladı. Beş-on addım getməmiş öz-özünü danlamağa başladı: "Mən də qəribə olmuşam. Hətta torpaqda da əyri. Ürəyində "Allah abrınızı töksün". Hər tərəf yazıq-yazıq olmuşdu. Əşrəfgil qayanın kölgəsində idilər. kölgə düşən yerdən cingiltili bir səs eşitdi: Şəkidən furqon gəlir. Qayanın dibindən yenə gülüş eşidildi.Ay çəpəl. Onun qəribə görkəmi var idi. Onun sifəti qapqara oldu. Osman qolu ilə alnının tərini sildi. hesabdan imtahan verəcəksən. .Daha yaxşı. . Əhməd iri bir daşın üstündə oturmuşdu. bəlkə ər deyil. Əlindəki yaş əski ilə daşı sildi və danışa-danışa od kimi yazmağa başladı. Kömürlə qayanı yazdı. nə bilirsən. hansınızınsa əriniz gəlir.İşin olmasın.deyə gülüşənlərin qarasınca deyindi və addımlarını yeyinlədib burdan uzaqlaşdı. Doğrudan da dərənin dibi ilə üç at qoşulmuş furqon gəlirdi. Səlim şerə ara verib. Əhməd bunu gördü və Səlimə gözünü ağartdı: . Osman qayanın divarına kömürlə nə isə yazırdı. Qayada salamat yer qalmamışdı.. Osman birdən dayandı. __________________Milli Kitabxana___________________ yollara boylanan yox idi? Salatın təəccüb etdi.Ay gəlinlər. ancaq özümün tutduğum işdən xəbərim yoxdur". özünüzü hazırlayın.Bax. nişanlıdır. Əlində kömür qayaya baxıb fikrə getdi.

__________________Milli Kitabxana___________________
- Səlim, sən necə?
- Hamısını bilirəm. Bütün dörd əməliyyatı lap yuxulu-yuxulu danışaram.
- Çox yaxşı. Əşrəf, bəs şeri bilirmi?
- Bilir, - deyə Əşrəf gülə-gülə cavab verdi. - Biz bugünkü işimizi
qurtarmışıq.
- Mən də sizə çörək gətirmişəm.
Onlar dönüb, əlində bağlama, qayanın üstündə duran Salatına baxdılar.
Əşrəf tez qızın yanına qaçıb bacısının çiynini qucaqladı.
- Lap gözəl iş görübsən, tez ol, bağlamanı aç, görək nəyin var.
Salatın qayanın kölgəsində, yaşıl otluqda süfrə açdı. Təzə isti çörəyin
ətri ətrafa yayıldı. Əşrəf çörəyin birini dərhal götürüb kəsdi. Arasına pendir
qoyub dürməklədi.
- Əhməd lələ, tez ol, motal pendiri ilə təzə çörəyin ləzzəti ayrı olur.
Əhməd sakitcə süfrəyə yaxınlaşdı.
Salatın Əşrəfin böyrünə qısıldı.
- Axşam dovğamız olacaq.
- Özü də yarpıznan, eləmi?
- Elədir.
Əşrəf uşaqları da çağırdı. Onlar bardaş qurub hərləmə oturdular. Salatın
Osmanın sir-sifətinə baxıb güldü.
- Əyə, üz-gözün nə kökdədir, lap kömürçüyə oxşayırsan.
Hamı gülüşdü. Əslində o biri uşaqlar da toz-torpaq içində idilər.
- Tez olun, özünüzü bulağa salın. Görüm kim tez gedib gələcək.
Dalda qalana çörək verməyəcəyik.
Uşaqlar bir-birini qova-qova dərəyə, bulağın üstünə endilər.

14

Binələrin üst tərəfindən səs-küy qalxdı. İtlər çaxnaşıb bir-birinə dəydi.
Dana, buzov böyrüşdü. Yenicə yuxuya gedən arvad-uşaq oyandı. Kimi isə
vurdular. Sonra da it zingiltisi eşidildi. Hamı səksəkəli halda daha nə
olacağını gözlədi.
Gələnlər dəyəyə yaxınlaşdılar. Arvad qışqırtısı uşaq ağlamasına qarışdı.
Kimi isə söydülər. Kimi isə itələdilər. Çətən şaqqıldadı. Birinci dəyədə baş
verən hal eyni ilə ikinci, üçüncü dəyədə təkrar olundu.

280 
 

__________________Milli Kitabxana___________________
Zərnigar xanım yerin içində, yuxarı məhəllədə baş verən bu səs-küyə
qulaq asdı. Yorğanı üstünə çəkdi, böyrünə qısılıb titrəyən Salatının saçını
sığalladı. Səs-küy yavaş-yavaş binələrin üst tərəfindən aşağı, endi. Zərnigar
xanım məsələni başa düşdü. Dəyələrə basqın etmişdilər. Ancaq çapqınçılar
mal-qara aparmağa gəlməmişdilər. Belə olsaydı birbaş xalxalı açar,
heyvanları qabaqlarına qatıb aparardılar.
Gələnlər dəyələri axtarırdılar. Zərnigar xanım onların içəri necə
girdiklərini, arvad-uşağın üstündən yorğanı necə atdıqlarını, qızların
qolundan yapışıb necə qaldırdıqlarını təsəvvüründə canlandırdı. Arvadın
canına vahimə düşdü. Axşamüstü bulaq başında arvadlardan biri ona eyham
vurmuşdu ki. "ehtiyatlı olun, binədə xısınlaşma var, qulağıma bəzi sözlər
dəyir", Zərnigar xanım buna əhəmiyyət verməmişdi. Hətta bu məsələni
Əşrəfə belə bildirməmişdi. "İndi mən nə edim? Sığırçılardan başqa başı
papaqlıların hamısı arandadır, kimə əlim çatacaq? Yox, gerək qızı işıq
gözünə bir tərəfə qaçırdaydım. Ya da Əşrəfin yanına göndərəydim. Uşaq da
olsa, kişi xaylağıdır, ölərdi, amma bacısını verməzdi. Bu günü qara da
həmişə qardaşının yanında qalardı, bu gecə tərs kimi qaçıb bura gəldi. Bəlkə
elə Allahın istəyi budur. Qız Əşrəfin yanında olsaydı, uşağa xətər dəyərdi.
Bəlkə heç bizim dəyələrə yaxın gəlməyəcəklər?"
Lap yaxından kobud, xırıltılı kişi səsi eşidildi. Arvad-uşağı dəyədən
bayıra tökdülər. Kimsə bərkdən söydü:
- Ay köpək uşağı, nə gəzirsiniz, arvad-uşaqdan nə istəyirsıniz?
- Qız hanı?
- Qız nədir, ay qanmaz köpək uşağı?
- Səsini kəs, ləçər, qızın yerini de.
Zərnigar xanım qarışıqlıqda Salatının adını eşitdi. Arvadın bədəninə elə
bil soyuq ilan dolandı. Dizlərindən sızıltı qalxdı. Nə qədər çalışdısa da,
dişlərinin şaqqıltısını kəsə bilmədi. Bir ana sövq-təbisilə qızını qucaqladı.
"Bu saat gələcəklər, el içində biabır olacağıq. İndi mən nə eləyim? Allah,
sən özün kömək ol. Görüm səni peşman olasan, a Cahandar ağa, sənin
ucundan bu azara düşmüşük". Arvadın nəfəsi darıxdı. Bir istədi çılın- çılpaq
ayağa, dursun, qızın qolundan yapışıb dərəyə qaçsın, birbaşa üzüaşağı
getsin, ya da Əşrəfi köməyə çağırsın. Arvad özünü lap itirdi. Oğlunu
səsləməyə ürək etmədi. Əşrəfin başına xata gələcəyindən qorxdu.
Səs-küy lap yaxınlaşdı. Çənəsi şaqqıldayan Salatının bədəni uçundu. O,
anasının böyrünə qısılıb yorğanı başına çəksə də, hər şeyi eşidir

281 
 

__________________Milli Kitabxana___________________
və vəziyyəti başa düşürdü. O da çıxış yolu axtarırdı, lakin tapa bilmirdi.
"Bəlkə farmaşa girim, ya da keçəyə bürünüb çətənin böyründə dayanım?
Nəmiyə girsəm necə olar?"
Basqınçılar Cahandar ağanın dəyələrinə yaxınlaşdılar. Nökərlər comaq
götürüb yolu kəsdilər. Əlbəyaxa vuruşma başladı. Ağac şaqqıldadı, xəncər
cingildədi. Zərnigar xanım da, Salatın da başa düşdü ki, gələnlərin qabağını
saxlamaq mümkün deyil.
Qız birdən yorğanı üstündən atdı. Elə alt köynəkdə, ayaqyalın, başıaçıq
bayıra qaçdı. Əvvəlcə dərəyə enmək istədi. Sonra dəyələrin qabağındakı
palıd ağacının altına getdi. Birtəhər ağaca çıxmağı, orada, budaqların
arasında gizlənməyi qərara aldı. Ancaq nə qədər çalışdısa, şaxdan yapışa
bilmədi. Onun ayaqları əsir, əlləri titrəyirdi.
Basqınçılar, nəhayət, Şamxalın dəyəsinə yaxınlaşdılar. Çətəni kənara
atdılar. Keçəni dartıb saldılar. Yorğan-döşəyi bir-birinə qatdılar. Salatın
anasının qışqırtısını eşitdi.
- Gəlinə dəyməyin, ay binamuslar.
- Qızı harda gizlədibsən, yerini de.
- Qız yoxdu.
- Tez ol, yoxsa saçını biləyinə dolayaram.
- Arvada əlimi qaldıracaqsan, ay köpək oğlu?
- Səsini kəs, tez ol, qızın yerini de.
Salatın qışqırtı eşitdi. Ona elə gəldi ki, anasını vurdular. Qızın ürəyi
dözmədi. Ağacın dalından çıxıb onun yanına qaçmaq istədi. Ancaq özünü
saxladı.
Basqınçılar Zərnigar xanımı da, Güləsəri də qolundan tutub bayıra
atdılar. Yorğan-döşəyi, palazları çölə tulladılar. Farmaşları, sandığı ələk-
vələk elədilər. Nəmini gəzdilər, tejənləri ayaqladılar. Əllərinə heç nə
keçmədi. Yenə kim isə qışqırdı:
- Qızı harda gizlədibsən?
- Sənə dedim ki, qız yoxdur.
- Yerini de.
- Çoxdan binədən qaçırtmışam.
- Ay qarı, bizim başımızı əkmə.
- Axtarın tapın.
Onlar yenə fırlandılar. Yorğan-döşəyin bir də altını üstünə çevirdilər.
- Ə, bu necə oldu?
- Heç yana gedə bilməz, buralarda olacaq, - deyə basqınçılardan biri
dilləndi.

282 
 

__________________Milli Kitabxana___________________
Ürəyi sakitləşmək üzrə olan Salatının bədəninə yenidən lərzə, düşdü. O
elə bildi ki, basqınçılar ağaca doğru gəlirlər. Qız ələ keçməmək üçün
sürünə-sürünə xalxala girdi. Böyür-böyürə verib yatışan inəklərin arasında
uzandı. Heyvanlar kövşəklərini saxladılar. Birxeyli qulaqlarını şəkləyib
təəccüblə baxdılar Salatın tərpəndi. Yaxındakı inək ilan kimi fısıldayıb
yerindən qalxdı. Salatın onun qarnının altında daldalanmaq istədi. İnək bu
ağ paltarlı qızı görəndə daha da hürkdü. Geri çəkilib qorxunc bir səslə
mələdi. O biri inəklər də hürküb ayağa durdular. Xalxala çaxnaşma düşdü.
Salatın nə qədər çalışdısa da, daldalanmağa yer tapmadı. İnəklər onu
buynuzlarına götürüb xalxaldan atmağa hazırlaşdılar.
Basqınçılardan biri ayaq saxladı. İnəklərin çəpərə sıxışdırdığı ağ paltarlı
qızı gördü. Dərhal o biri yoldaşlarını səslədi:
- Əyə, tapmışam.
Salatın dözə bilmədi. Qışqıra- qışqıra dərəyə qaçdı. Onun dalınca
töküldülər. Zərnigar xanım da saçını yola-yola dərəyə endi. Qızın ayağı
dolaşdı, ağzıüstə yerə sərildi. Bir-iki dəfə yumalandı. Dirsəyi daşa dəyib
qanadı, ancaq səsini çıxartmadı. Sürünüb özünü gicitkən kolluğuna saldı.
Elə bil bədəninə duz basdılar, ayaqları qora düşdü. Qolları, üz-gözü şişdi.
Ancaq canını dişinə tutub susdu. Addım səsləri yaxınlaşdı. Salatın ələ
keçəcəyini görüb sinə-sinə gicitkənlikdən çıxdı. Asırqallıqda gizləndi.
Buradan o yana qaçmağa yer yox idi.
Basqınçılar xeyli gəzdilər. Hətta bir- iki dəfə lap Salatının yanından
keçdilər. Qız bir an içində bir neçə dəfə ölümdən qayıtdı.
- Əyə, bir də gəzin, buralardadır.
Asırqalları qatlayıb ayaqlarının altına aldılar. Onları şartaşartla
sındırdılar. Salatını üzük qaşı kimi qamarğaladılar. Qız atılıb aradan çıxmaq
istədikdə onu tutdular. Qolunu qanırıb ağzını bağlamağa çalışdılar. Salatın
tükürpərdici səslə qışqırdı:
- Ana!!! Haradasan, ay qağa dadıma çat, ay qardaş!
Onun əl-qol atıb çapalamağına fikir vermədilər. Yaxın gələnlərin üz-
gözünü cırıb əllərini dişləməsinə baxmadılar. Basqınçılardan biri onu
yumaq kimi büküb qoltuğuna vurdu, Salatın çapaladı, sürüşüb yerə düşdü.
Qızın bu hərəkətindən qəzəblənən kişi onun əllərini, ayaqlarını iri ovcunun
içində sıxıb qoyun kimi çiyninə atdı. Basqınçılar qayalığa doğru getdilər.
Qarşı tərəfdən at kişnədi. Salatın yenidən qışqırdı. Zərnigar xanım əlini
dizinə çırpdı və aşağıdakı dəyələrə doğru qaçdı.

283 
 

__________________Milli Kitabxana___________________
- Vay, evim yıxıldı, Əşrəf, qızı apardılar.
Bu qışqırtını Əşrəfdən qabaq Əhməd eşidib dik atıldı. Şalvarını
geyinməsi ilə tüfəngi götürüb dəyədən çıxması bir oldu. Birbaş səs gələn
tərəfə yüyürdü. İtlər qayalığa basqın edirdilər. Sığırçılar hay- haray
salmışdılar. Qarmaqarışıq səs gəlir, arabir at kişnəyirdi. Əhməd cığırla
qayanın üst tərəfinə yüyürdü. Basqınçıların qabağını kəsmək istədi. Ancaq
ondan qabaq özünü yetirən Əşrəf qayalığa dalbadal iki güllə atdı. At
kişnədi. Basqınçılar da güllə atdılar. Əhməd qayalıqda ayaq üstə dayanan
Əşrəfi dartıb yerə yıxdı. Tövşuyə-tövşüyə soruşdu:
- Nə olub?
- Salatını aparırlar.
Əşrəf yeridən sıçrayıb ayağa qalxdı. Səsi gəldikcə bağırdı:
- A köpək uşağı, bu saat hamınızı qıracam.
O heç nəyə baxmadan irəli cumdu. Nökərlər də onun dalınca qaçdılar.
Əhməd bir xeyli sakitcə dayanıb qaranlıqda ətrafı dinşədi. Basqınçıların
hansı tərəfə getdiklərini təxmin etdikdən sonra "Ərim gəldi" təpəsinə doğru
yüyürdü. Daşlardan birini özünə mətəris edib gözlədi. Basqınçılar yenicə
atlanırdılar. Əhməd çaxmağı hərlədi. Qayalar şaqqıldadı. Tüfəngin dalınca
özü də qışqırdı:
- Əyə, qoymayın, qabaqlarını kəsin.
Atışma başlandı. Basqınçılar bir xeyli qayaların ətrafında fırlandılar.
Sonra atların tappıltısı dərədə eşidildi. Kim isə inildədi. Əhmədin qulağının
dibindən iki güllə vıyıldayıb keçdi. O, yerə yatdı. Əşrəfi gözdən itirdi. Artıq
itlər dərənin o tərəfində hürürdülər. Atlar uzaqda kişnəyirdi.
Əhməd Əşrəfi o tərəfdə, dağın döşündə tapdı. O doluxsunmuşdu.
- Aradan çıxdılar, Əhməd lələ, indi nə eleyək, qız əldən getdi!
- Dallarınca düşmək lazımdır.
Onlar bir azdan atları dördnala çaparaq dərədə gözdən itdilər.

***

Allahyar Köçəri kəndinin binələrində, Həsən ağanın alaçığında oturub
boyük intizar və təlaşla Salatını qaçırtmaq üçün göndərdiyi adamların
qayıtmasını gözləyirdi. Onun fikri dağınıq idi. Düz bir həftə idi ki, nə
gözünə yuxu gedir, nə də boğazından bir tikə çörək keçirdi. Allahyar,
nəhayət, əlinə fürsət düşdüyünə və düşmənindən intiqam

284 
 

__________________Milli Kitabxana___________________
alacağına sevinirdi. Tez-tez ürəyində Cahandar ağanı yamanlayırdı.
"Adamın anasını belə ağladarlar. Sən mənim arvadımı apardın, mən də
əvəzində sənin doğma qızını gətirib rüsvay eləyəcəyəm".
Əslində Salatını götürüb qaçmağı onun ağlına Molla Sadıq salmışdı. On
gün bundan əvvəl Allahyara sifariş yollamışdı ki, "başını orada islat, burada
qırxdır". Allahyar bu xəbəri eşidən kimi atını minib, bir-baş yaylağa
gəlmişdi. Onlar dağ kəndlərinin birində görüşmüşdülər. Molla Sadıq
binələrdə kişilərin az olduğunu, hamının arana, biçinə getdiyini ona xəbər
vermişdi. Cahandar ağa yox idi. Belə fürsət ələ düşməzdi. Allahyar
mollanın məsləhəti ilə on nəfər adam tapıb danışmış, onları qızın dalınca
göndərmişdi. Özü isə Həsən ağanın yanına gəlmişdi. Onun məqsədi bir neçə
günlüyə buralarda daldalanmaq idi. O çox gözəl bilirdi ki, qızı axtaracaqlar.
Əgər Salatını öz kəndlərinə aparsa, dərhal ələ keçərdi. Burada, ağlagəlməz
yerdə isə bir neçə gun qala bilərdi. Ona elə bu da bəs idi. Allahyarın
məqsədi Salatını özünə arvad eləmək deyildi. O istəyirdi ki, Cahandar ağa
onun arvadı ilə kef çəkdiyi kimi, bu da bir həftə, on gün Salatınla kef
çəksin, sonra isə qızı üzüqara halda geri qaytarsın. Bəlkə də başına daha
betər pisliklər gətirsin.
Allahyarın çayı çoxdan soyumuşdu. Həsən ağa sakitcə onu süzür, arabir
də dodaqaltı gülürdü. O özü də belə hal keçirmişdi. Arvadı Yəmən xanımı
ona vermək istəməyəndə götürüb qaçmağa adam göndərmişdi. Əslində qız
özü də qaçmağa hazırlaşmışdı. Ancaq qızı gətirənə qədər Həsən ağa durub
dincələ bilməmişdi.
- Ə, nə olub, nə qəm dəryasına batıbsan?
- Qorxuram əliboş qayıdalar.
- Beh veribsənmi?
- Hərəsinə bir qızıl onluq.
- Onda ürəyini buz kimi sərin saxla. Ölərlər, amma puldan keçməzlər.
Onların peşəsi mal oğurlayıb, qız qaçırtmaqdır.
- Orası elədir, amma yenə ürəyim narahatdır.
- Narahat olma.
Onlara yenə çay verdilər. Allahyar stəkanı götürüb bir-iki qurtum içdi.
Elə bu vaxt səs-küy qalxdı. İtlər bərkdən hürdü. Bir dəstə atlı binəyə
yaxınlaşdı. Onlar alaçığın qapısında dayandılar. Salatını yerə düşürdülər.
Həsən ağanın arvadı gəlini ilə köməkləşib əli, ayağı bağlı Salatını öz
dəyəsinə apardı. Basqınçıların başçısı alaçığa girdi, Allahyar dərhal ayağa
durdu.

285 
 

__________________Milli Kitabxana___________________
- Gətirdinizmi?
- Gətirdik, amma bizə yaman baha tamam oldu.
- Necə?
- Atımızın birini vurdular. Yoldaşlarımızdan da ikisi yaralandı.
- Heç nə olmaz.
- Yaxşı, bizim haqqımızı ver, qaranlıqkən aradan çıxaq.
- Qız hanı?
- Xanım dəyəyə apardı.
Allahyar əlini cibinə saldı. Əvvəlcədən ayırıb hazırladığı pulu çıxartdı:
- Al, özünüz bölüşərsiniz.
- Bu azdı. Yaralananlar heç, gərək atın da pulunu verəsən.
- O mənim işim deyil.
- Sonra peşman olarsan.
- Nə demək istəyirsən?
- Bir sözdü, deyirəm, fikirləş.
Allahyar qarşısında dayanan adamın saçaqlı papağına, tüklü sifətinə
baxdı. Bir xeyli tərıddüd içində dayandı. Onun fikrindən nələr keçirdiyini
bilmək istədi. Həsən ağa araya çökən sükutu zarafatyana tərzdə pozdu:
- Kişini yola sal, könlü balıq istəyən gərək suya girsin.
Allahyar dinməz-söyləməz əlini cibinə saldı. Atın pulunu da verdi.
Yalnız bundan sonra basqınçıların başçısı onlarla xudahafizləşdi.
- Salamat qalın.
Onlar gedəndən sonra Allahyar bir az sakitləşdi. Həsən ağa qonağının
gözlərində vəhşi bir hərisliklə sevincin qarışığını gördü. Dodaqaltı
gülümsəyib döşəkcənin üstünə uzandı.

15

Cahandar ağa ayağının ikisini də yəhərin üstündən sağ tərəfə aşırıb, atın
belinda yanaşı oturmuşdu. O, papirosunu sümürür və qırçın-qırçın olub
dalğalanan zəmilərə tamaşa edirdi. Dəmyədəki taxıllar kəhrəba kimi
saralmışdı. Sünbüllər ağırlaşıb boynunu əymişdi. Üfüqlərə qədər uzanıb
gedən zəmiləri arabir Kür tərəfdən əsən meh yerindən oynadıb dəniz kimi
ləpələndirirdi. Çöllərə ahəngdar bir xışıltı yayılırdı. Qərb tərəfdəki dağların
sinəsi belə saralmışdı. "Buranı da biçdirib, dərzləri

286 
 

__________________Milli Kitabxana___________________
qapıya daşıtdırsam, atın başını qanırıb yaylağa qayıdaram, - deyə Cahandar
ağa düşünməyə başladı. - Oralar da yiyəsiz qalıb, aranda çox ləngimək
olmaz, zamana əlləm-qəlləm zamanasıdır, sonra nə olar, nə olmaz. Şamxal
zənnimi itirdi, Əşrəfdən isə ağlım bir şey kəsmir onlara arvad-uşaq
tapşırmaq olmaz".
Kişi axır vaxtlar baş verən hadisələri xatırladı, nəhayət, maralın
öldürülməsini yadına saldı. Bunların hamısı düşmənçilik idi. Onu izləyir hər
addımbaşı sataşırdılar. Cahandar ağa əvvəllər buna o qədər də əhəmiyyət
vermək istəmirdi. Hər gəda-güdəyə baş qoşmağı şəninə sığışdırmırdı. Belə
olmasaydı, düşmənin qapısına atını sürər, onu bayıra çağırar və gülləni
sinəsinə sıxardı. Bir də, o, heç ağlına gətirmirdi ki cəsarət edib onun
həndəvərinə hərlənən olar. Ancaq, görünür, zaman dəyişmişdi. Hər başına
papaq qoyan özünü kişi hesab eləyir, əlinə tüfəng alıb camaat arasına çıxır.
"Yox, bu işi belə qoymaq olmaz. Elə dağdan arana enən kimi o
köpəkoğlunun izini itirmək lazımdır. Belə eləməsəm, bundan sonra da əl-
ayağıma çox dolaşacaq".
Cahandar ağa başını qaldırıb üfüqə, sonra da Kürün o üzündəki meşəyə
baxdı. El dağa köçməzdən əvvəl kazakların kəndə gəlməsini, pristavla olan
söhbəti xatırladı. Meşədəki əhvalatı yadına saldı. Köksünü ötürüb başını
buladı: "Bu divan-dərə də amanımızı qırıb. Deyəsən, bundan sonra əl-ayaq
tərpətmək çox çətin olacaq. Həftənin bir bu başında, bir də o başında pristav
atını çapıb gələcək, kor kimi qapını kəsəcəkdir. Qorxuram axırda bizi lap
kəbinli arvada döndərsinlər".
At, sahibinin fikrə getdiyini başa düşdüyündən, özü yoldan döndü,
taxılların arasındakı cığıra keçdi, zəmilərin ortasındakı tənha çinar ağacına
doğru addımladı. İri qaraqılçıq sünbüllər Cahandar ağanın ayağına toxunsa
da, kişi vəziyyətini dəyişmədi. Çinarın o üzündəki biçinçilərə gözünü
zillədi. Oraqlar havada parıldayırdı, kim isə astadan bayatı deyirdi:

Eləmi qar qalandı,
Qış gəldi, qar qalandı.
Qarğalar laçın oldu,
Laçınlar qarğalandı.

Cahandar ağa sakitcə mahnıya qulaq asdı. Bayatının sözləri onu daha da
məyuslaşdırdı. Kişi birdən-birə istiləndi. Əlini atıb köynəyinin yaxasını
açdı. Taxılların bürküsü onu vurdu. Bir az bundan əvvəl Kür

287 
 

. . otun altında gizlədilmiş cürdəyi görən kimi ayağa qalxdı. Gün yandırmasın deyə. arvad-uşağı toküb gəlmişik. Amma yaman istidir. indi gözləri yoldadır. Cahandar ağa sıçrayıb yəhərdən yerə düşdü. Qabı götürüb suyu başına çəkdi. ay kirvə? Kişi belini düzəldib dayandı.Heç nə olmaz. Ağacın gövdəsinə yapışmış. alnının tərini sildi: . ağa. Köynəkləri islanıb kürəklərinə yapışmışdı. həvəslə işləyirdilər.Deyəsən qorxursan. Qolu ilə ağzını silərək. İsti olmasına baxmayaraq. dəsmallarının ucunu düyünləyib başlarına keçirmişdilər. __________________Milli Kitabxana___________________ tərəfdən əsən meh birdən-birə dayandığından. papirosunu son dəfə sümürüb atdı.Allah bərəkət versin. bulaqların suyu bizi gözləyir. Cahandar ağa üst köynəyini soyundu. Su qan kimi ilıq idi. Bundan sonra ətrafa boylandı. az qalıb. Cahandar ağa bir xeyli daşın üstündə sakitcə oturub nəfəsini dərdi. Onların zil səsi az qalırdı adamın beynini deşsin. Ancaq kişi buna əhəmiyyət vermədi. ağa. cırcıramalar ağız-ağıza verib ötüşürdü. At çinarın kölgəsində dayandı. Kənardakı dərz tayasına yaxınlaşdı. Kövşənə od düşməsindən ehtiyat edərək. Bir xeyli biçinçilərə baxdı. sonra da dəstənin ağsaqqalı Sərkis kişi ilə görüşdü. ağa.Elə ona görə də çalışın tez qurtaraq. çöllərin üstünə boğanaqlı hava çökmüşdü. . Onlar taxılın içində qatarlaşmışdılar. biçinçilərin yanına getdi. Cürdəyi yenidən otun altında gizlətdi. Bircə yarpaq da tərpənmirdi. Adam nəfəs aldıqca boğazı quruyur.Biz sizdən də çox tələsirik. Dəsmalının ucunu düyünləyib başına keçirtdi. Doyunca içdi. Qulaqlarını şəkləyib astadan kişnədi.Gəlsənə ötüşək? . Gün onu qaraltmışdı. kölgədəki daşın üstündə oturdu. . ciyərlərinə isti təndir hənirtisi kimi bir şey dolurdu. uşaqlara azuqə çıxacaq. özünü gözlə.İndiki belə oldu. Orağı sol əlinə alıb. Ağacın kölgəsində.deyə ucadan biçinçiləri salamladı. . Ötən günləri yadına salmaq və biçinçiləri həvəs- 288    . Kişi güclə nəfəs alırdı. Sərkis kişinin oraqlarından birini götürüb əlilə ağzinın ovxarını yoxladı və gülümsündü: . yaxşıdır. . ayağı ilə tapdayib söndürdü. Atı ağaca bağlayıb. Cahandar ağa onlara yaxınlaşdı: "Yorulmayasınız!" .Taxıl necədir.Sizə əziyyət olar. O. Cahandar ağa susdu.

Başqa biçinçilər də yarışa qoşuldular.Var. Cahandar ağanın köynəyi tərə batdı. Orağı kənara atıb qaliblər kimi qürurla Sərkis kişiyə baxdı: . . Hamı həvəsə gəlmişdi. Tunc sifətində tər zolaq saldı.Ağa. Sərkis kirvə ondan geri qalmaq istəmədiyindən. Taxılın tozu ağ köynəyi qapqara etdi. Cürdəyi Tapdıgı" əlindən alıb. Ancaq dilinin ucuna gələn sözü geri qaytardı: .Bes nə bilmişdin? Cahandar ağa orağı dərzin dibinə atıb köynəyini götürdü. Tapdıq onu ağasının əlindən alıb möhkəm sıxdı və günə sərdi. Dabanbasaraq irəlilədi. Cahandar ağa zəminin kənarına çatanda belini düzəldib dikəldi. hər dəfə az qalırdı ki. aşağı əyilin.demək istədi. Ancaq orağı əlindən buraxmadı.deyə qışqırırdı.Ağa.Suyun varmı? . Onlar xeyli beləcə. deyəsən. Sərkis kirvə də ona aman vermədi. dalımdan çata bilmədin? Biçinçi gülümsündü. qoyma". qızmar günəşin istisi də bir anlığa yox olmuşdu. bir dərz taxıl biçsin. orağı hərləyə-hərləyə çinar ağacına doğru gəldi. Onun dalınca gəlib dərz bağlayan oğlan Cahandar ağanın arxasınca güclə çatırdı. başına çəkdi. bir-birini qova-qova taxıl biçdilər. Cahandar ağa cəldliklə orağı hərləyir. yarımca saatdan sonra kürəyinə yapışdı. Paltarıni geyinmək istədi. bu cırcırama yay günündə həftələrlə belini qaldırmayıb. Elə bil taxılın bürküsü də. taxıl biçəsən". "Yarım saat işləməyə nə var. Onlar zəmidən aralandılar. Elə bu vaxt bayaqdan biçinçilərə su paylayan Tapdıq ona yaxınlaşdı: . arabir də a başına dönüm.Hə. Yalnız bundan sonra bədəni bir az sərnidi. . . Kişinin özünün də rəngi kömürə döndü. Başını da islatdı. Cahandar ağa ovcunu su ilə doldurub üzünə çırpdı. əməlli-başlı biçinçisənmiş ki? . oraği tez-tez hərləyir.Ağa. sarı sünbülləri qucaqladı! Sərkis kirvə bir xeyli ona göz qoyduqdan sonra peşəkar bir ustalıqla orağı hərlədi. Gedək ağacın kölgəsinə. Bir xeyli ağacın kölgəsində gəzindi. Sonra da cürdəyi götürdü: . Boynunun dalından şoralanib tökülən su ilə qollarını və tüklü sinəsini yudu. Zəminin ortasındakı xəndəyə çatan kimi geri döndü. Elə bil 289    . Cahandar ağa çim suya batmış köynəyini soyundu. əl-üzünüzü yumasanız sərinləməzsiniz. hesab odur ki. __________________Milli Kitabxana___________________ ləndirmək məqsədi ilə orağı havada oynadıb.

tərpən. qoy yesinlər. Cahandar ağa ilə Tapdıq ağacın kölgəsində tək qaldılar. Xır yoluna çatana qədər qatarlaşan arabaların təkərlərindən qopan toz laylanıb havada dayanmışdı. Amma bir az ürək sarinlədən şey olsa. Mən də o tərəflərə baş çəkim. Cahandar ağa atdan endi. yeməkdən korluq çəkmirsiniz ki? . dağ adamlarıdır. Kişi əlini bədəninə çəkdi. Burada da iş qaynayırdı. Beşcə dəqiqə keçməmiş taxılların arasından çıxıb. __________________Milli Kitabxana___________________ hava da dəyişdi. Bu dəfə nökərləri yaxına qoymadı.Yox. .Yox.Biçinçiyə yaxşı qulaq asmasan iş yeriməz. Çörək bişirtdirmisənmi? . Zəmilərin arasındakı cığırlarla yüklü arabalar irəliləyib kəndin üst tərəfindəki yola çıxırdı. Kəndlilərin çoxu xırman açıb vəl qoşmuşdu. Samanlıq tərəfdə isə yenicə xırman salmışdılar. Kəmərini.Lap yaxşı. düzələr. süd də gətirəcəklər.Bişirtdirmişəm. çəkmirik. Hər tərəfdə qızğın iş gedirdi. Artıq kənd evlərinin qabağında taxıllar tayalara vurulmuşdu.Fikriniz nədir.iki xurcun qarpız gətir. xəncərini bağladıqdan sonra Sərkis kişini yanına çağırdı. . Elə bil bir az əvvəlki yorğunluqdan və əzginlikdən heç nə qalmamışdı. cilovu gəmirib yorğa addımlarla ağacın kölgəsindən uzaqlaşdı. Günorta çörəyinə qədər dediklərimi düzəlt. Sərkis kişi qayıdıb biçinə başladı. . ay kirvə. ağa. Kişi işləyəndən sonra sanki dirçəlmişdi. Nökərlər dərzlərin bəndini qırıb sünbülləri xırmana tökmüşdülər.Elə şeyin fikrini çəkməyin. Cahandar ağa ayağını üzəngiyə qoyan kimi. Cahandar ağa zəmilərin arasından keçib birbaş xır yoluna endi və orada atın başını qanırıb evə gəldi. Hamı peşqurda hazırlaşır. Tapdıq Cahandar ağanın qurumuş köynəyini gətirdi. Bu saat uşaqlardan birini göndər bir çəllək sərin su gətirsin. İki yerdə vəl qoşmuşdular. bir. Di durma. elə burada çinarın dibində yatarıq. Yarpaqlar tərpənən kimi oldu. At da sahibi kimi yüngülləşmişdi. Özü atın yəhərini alıb çardağın altına. pis olmaz. Sonra da özün bostana get. Obaşdan durub sərinkən taxıl biçmək daha faydalıdır. kölgəyə çəkildi. . biçilmiş taxılları qapıya yığıb tezliklə yaylağa qayıtmağa tələsirdi. qupquru olduğunu görüb paltarını geyindi. gecə kəndəmi qayıdacaqsınız'? . . kəndin üstünə enən torpaq yola düşdü. əli ilə Qəmərin 290    . Cahandar ağa yaşına uyğun olmayan bir çevikliklə sıçrayıb atın belinə qalxdı. ürəkləri sərnisin. Bir azdan qatıq.Ağıllı sözdür.

nədənsə. Qəmər sahibini görəndə başını tərpədib oxrandı və gözünü zilləyib sahibinin üzünə baxdı. Sanki "bizi bu istidə niyə öldürürsən? . Cahandar ağa az qaldı Qəməri köksunə basıb üz-gözündən öpsün. Xırman boyu dairəvi cığırlar düşdü Cahandar ağa hər dəfə vəli yeni yerdən sürdü və xırman tamanı yapıxana qədər vəlin üstündən düşmədi. Çubuğu havada yellədib öküzləri səslədi. At tərin içində idi. başını sinəsinə sıxıb gözünü oxşadı. ata yaxınlaşdı. yüyənini özü alırdı. At sahibinin nəvazişini duydu və nazlı gəlinlər kimi cilvələndi. O. yəhərini. Onun qabağına bir qucaq göy ot tökdükdən sonra dərz tayalarına yaxınlaşdı. kövşən əzitməyə başladı. bu gün işləməyə həvəs göstərdiyindən. atın çim tərə batmasına dözmədi. İndi o. Cahandar ağa onun yalını sığalladı. Nəhayət. Heç kəsə heç nə demədi. Onların arasındakı ünsiyyət bir heyvanla insan arasında olan dostluqdan daha çox iki sirdaşın.demək istədi. Vəl kələ-kötür dərzlərin üstündə ləngərləndi. Yeni salınmış xırmana dərz daşıyan nökərlərə kömək etdi. Sünbüllər xışıltı ilə ovxalandı. Öküzləri qoşdular vəli xırmana saldılar. Cahandar ağa sıçrayıb kənara çıxdı və samanlığın üstündə dayanıb. 291    . bir az sərniyəndən sonra dayandı. ağır gündə bir-birinə kömək durub haraya çatan iki adamın mehribanlığına bənzəyirdi. Ca-handar ağa böyük bir zövqlə öküzləri hayladı. dərzlərin üstünə qalxdı. Nəhayət. Vəl beş- on dəfə xırman boyu fırlandı və dərzlər yapıxdı. çubuğu onun əlindən aldılar. Kişi sanki bununla atın ona elədiyi yaxşılıqların əvəzini geri qaytarmaq istəyirdi. Heyvanlar dizə qedər kövşənə batdılar. gah da yuxarı. Ata buruntaq verib yalından yapışdı və sıçrayıb belinə qalxdı. döşünün tərini sildi. __________________Milli Kitabxana___________________ yalını sığalladı. boynunu qaşıdı. Cahandar ağanın paltarı islandı.xımırt göy ot yeyirdi. Dəsmahlını çıxardıb tərini sildikdən sonra talvarın altına. Onun sinəsi köpüklənmişdi. suyunu özü verir. Cahandar ağa yerə düşdü. burada da sakit dayanmadı. Daşları şaqqıldada-şaqqıldada su yuxarı irəlilədi. Ləpələrin atıb-tutduğu qayıq kimi gah çökəyə endi. Cahandar ağa özü atılıb vəlin üstünə çıxdı. Qəmər sahibinin fikrini başa düşdü və birbaşa cığırla sahilə endi. At suvadağa çatan kimi özünü Kürün dayaz yerinə saldı. kişi bundan daha da xoşhallandı. işləyənlərə xeyli tamaşa etdi. Ayağının altından qalxan su ətrafa siçradı. Qəmər quyruğu ilə çibinləri qova-qova xımırt. İsti atı da təntitmişdi. onun otunu. hörüyünü özü dəyişir. Məhz buna görə də Cahandar ağa özü atına qulluq edir.

Astanada dayanıb ayaqqabısını soyundu və barmaqlarının ucunda taxta yaxınlaşdı. Sinəsi astadan titrəyirdi. Cahandar ağa çay içəcəyini bildirdi. Ona dalbadal bir neçə stəkan çay gətirdilər. Bir xeylı qardaşının yastığının yanını kəsdirib. eşitdinmi? Di salamat qal. Qulluqçulardan biri onun dirsəyinin altına mütəkkə qoydu. Salatın gül parçası kimi bir uşaqdır. Qulluqçunun süfrəni yığışdırdığını görmədi. dincəlməyi qərara aldı. atam balası. Otaq sərin olsa da tər onu basdı. bir şey yemək istəyib-istəmədiyini soruşdu. işim var. burda çox qala bilmərəm. tələsirəm. . gün düşməsin deyə pəncərənin taxtalarını örtməsindən xəbəri olmadı. keçən-keçib. Onun qolundan yapışıb taxtın üstündə oturtmağa çalışdı. Elə bu vaxt onun əli Cahandar ağanın alnına toxundu. Cahandar ağa ayağa durub bacısından nə üçün ağladığını soruşmaq istədi. olan-olub. sənin qızın tərtəmizdir. eşidən kimi dəli olacaqsan. ay qardaş. görürəm yaman dərd çəkirsən. Kişi tərpəndi. Özünü üzmə". qulaqlarının dibi qaşındıqca xoşhallandı və arabir astadan sahibini qoxuladı. Qəmər sakit dayandı. . elə bil için-için ağlayırdı. onun necə nəfəs almasına qulaq asdı. __________________Milli Kitabxana___________________ üst paltarını soyunub atı çimizdirməyə başladı. qabağına süfrə saldı. O gördü ki. Cahandar ağa bacısının ona necə həsrət və məzəmmətlə baxdığını gördü. Allah haqqı. Atı yenə talvarın altına bağlayıb qabağına ot qoydu. Onu da mənim kimi bədbəxt eləmə. Ancaq yerindən tərpənə bilmədi.Gəldim sənə deyim ki. düz sözümdür. balanı da odsuz-ocaqsız yandırma. Otağa tövşüyə bənzər bir səs yayıldı. Şahnigar səs salmadan içəri girdi. Sinəsi qalxıb endi. Şahnigar dalı-dalı geri çəkilib qapının ağzına getdi. Bir xeyli Qəmərin iştahla ot yeməsinə tamaşa etdi. Bacısını yanına çağırdı. Burun pərələri güclə seziləcək dərəcədə səyriyirdi.deyə cavab verdi. Nəfəs alması belə çətinləşdi. "Dərdin alım gedəcəm. Xasiyyətini bilirəm. Şahnigar bir müddət beləcə dayandı. onda günah yoxdur. qapı astadan aralandı. Ancaq. Sinəsi. Kişi onları birnəfəsə içib. Şahnigar əlini qoynuna qoyub. Bir az dincini almaq üçün otağa girib taxtın üstünə uzandı. Cahandar ağa atı tərtəmiz yuduqdan sonra evə qayıtdı. sonra önlüyünün ətəyi ilə gözünü qurdaladı və aşağı əyilib qardaşının yastığını düzəltdi. Kişi qəribə bir yuxu gördü. özünü də. ancaq fikir eləmə. Heç beşcə dəqiqə keçməmiş onu yuxu apardı. gözünə qurban olum. başını azacıq yana əymişdi. Cahandar ağa durub oturdu. onda taqsır yoxdur. Bərkdən gərnəşib uzandı. O gəlmədi. 292    .

O bir az bundan əvvəl Şahnigarın dayandığı küncdən gözünü çəkə bilmirdi. Gün batana qədər xırmandakı taxılları sovurdular. O. Nə qədər qışqırdısa da. yaylaqdan nə vaxt gəlibsən? . __________________Milli Kitabxana___________________ Şahnigar ayaqqabısını əlinə götürdü. Günün günorta vaxtı kişini elə bil qara basırdı. Kişi ayağa qalxıb üst-başını düzəltdi və asta addımlarla çağıran adamın qabağına çıxdı. Nökərlər taxılı yığıb. Kim isə Cahandar ağanı səslədi. bacısı orada dayanmışdır. Xırmanların çoxunda vəli açmışdılar. İri çuvallar doldurulub yan-yana düzüldü. geri qaytarıb yanında oturtmaq. saman qırıntılarını külək xeyli uzağa apardı. Özünü ələ almaq və keçirdiyi həyəcanı qarşısındakına bildirməmək üçün papirosunu sümürdü. . İri sarı buğdalar bir yana töküldü. xoş gördük. gözünü atlının üzünə zilləyib dayandı. Harada olduğunu bir xeyli aydınlaşdıra bilmədi. O özünü topladı. Donunun ətəyini yuxarı qaldırdı. pis olmaz. Cahandar ağa hövlnak ayıldı. Elə bil sinəsinin üstünə ağır bir qaya yıxmışdılar. Cahandar ağa onu saxlamaq. Cahandar ağanın qaşları çatıldı. Kişi boğulmuş kimi xırıldadı.deyə öz-özünə söyləndi və taxtın üstündən düşdü. Yaxşıdırlar. Artıq sərin düşmüşdü. Ağır addımlarla qapıya yaxınlaşdı. birbaşa xırman yerinə gəldi və bir xeyli gəzindikdən sonra toxtadı. Orada da dayanmadı. Arvadlar sarı buğdanı xəlbirdən keçirdilər. səsi çıxmadı. Əlini cəftəyə uzatdı və qapını açıb cəld eyvana çıxdı. Nökərlər samanı yığıb samanlığa tökəndə isə üstünün tozunu çirpıb bir tərəfə çəkildi və hündür bir yerdə sallağı oturub papiros eşdi.. Bu boyda adamı vahimə götürmüşdü.. gəldiyi kimi də sakitcə qapını aralayıb otaqdan çıxdı. Doqqazda at kişnədi. Gözünü döyüb maddım-maddım boylandı. tığın bir yanında dayanıb taxılı sovurmağa başladı. Kişiyə elə gəlirdi ki. 293    .Elə indi. Cahandar ağa fikrini dağıtmaq məqsədi ilə nökərlərdən qabaq şananı əlinə aldı. Cahandar ağa axıra qədər işlədi. Kişi hiss etdi ki. "Lənət şeytana" . göz-gözə dayanıb doyunca söhbət etmək istədi. Bu saat tərpənəcək...Ə. . xırmanın ortasına toparlaşmışdılar. Cahandar ağanın xırmanlarından ikisi hazır idi. Nökərlər də ona qoşuldular.Gördüm.Bizim uşaqları görmədin ki? . Gözü otağın qaranlığa alışdıqdan sonra yuxuya getdiyini anladı. Amma yaylağa qayıtsan. əlləri titrəyir. bəlkə də atılıb qardaşının boynuna sarılacaqdır. Hətta lap tezdən xırman döyənlərdən indi taxıl sovuranlar da var idi.

Deyəsən. Gözü baxsa da heç nə görmür. .Vallah. Gözünü zilləyib arvadın üzünə baxdı və birdən hıçqırmağa başladı. Saçına pıtraq dolmuşdu. qızın huşu hələ tamam özünə gəlməyib. Arvad başa düşdü ki. Salatını qucağına götürüb döşəyin üstünə uzatdı. Görəsən.Dünən gecə. sinəsinə su çilədi. yazığın ata-anası varmı?" Tələsik ayağa durub qıza yer saldı. Suyu onun dodaqlarına yaxınlaşdırdı: . Onun yanağında bir damcı qan qalmamışdı. Atlı papirosun işığında kişinin ağarmiş sifətini gördü.İç. Onun əlini. huşun özünə gəlsin. Heç nə anlamadan sakit-sakit baxdı. ürəyimə damıb.Məndən söz gizlətmə. Ağzına tıxanmış dəsmalı açdı.Bədbəxtlik-zad olmayıb ki? . ayağını açdı.deyə öz-özünə deyindi.Nə olub. . bilsəm deyərdim. Qız dinmədi. Yəmən xanım Salatının başını qaldırıb dizinin üstünə qoydu.Kim? Nə vaxt? . uşağın saçından tutub sürüyüblər. Tikan onun bədənini deşik-deşik etmişdi.Elə bir şey yoxdur. Qızın paltarı didik-didik olmuşdu. Onu yorğana bürüdü. . Qızın salamat yeri yox idi. Kəhrəba müştük çatırdadı və az qaldı ki. Cahandar ağa papirosunu kötüyünə qədər sümürdü. Gicgahlarındakı damarlar vururdu. Sonra da qızın baş tərəfində oturub saçını sığalladı. Sudan qurtum-qurtum içdi.Elə bir şey yoxdur. Bədəni dartılı yay kimi gə- 294    . Arvad çırağı kənara qoydu. gör yazığı nə kökə salıblar. bir müddət qızın tərpənməsini gözlədi. Sifəti şişmişdi. Yəmən xanım əlində çıraq. Bəzi yerlərinə qan sağılmışdı. Azacıq sonra isə gözlərini açıb döyükdü. Barmağının arasındakı müştük titrəyirdi. alışıb yansın. Kəlağayının ucu ilə yaşarmış gözünü sildi. Yəmən xanım dəyənin ortasında huşsuz uzanan qıza təlaşla baxdı. __________________Milli Kitabxana___________________ . "İnsafsızlar. . Üzünə. düzünü bilmirəm. Arvadın ürəyi kövrəldi. amma deyəsən sizin binələrə basqın eləmişdilər. xeyirdimi? . bala. 16 Salatın xeyli özünə gələ bilmədi. . . Bədəni qıpqırmızı idi. qız inildədi. yenə üzünə su çilədi.

. amma onlara verməyin. bala? . Onlar alaçıqdan xeyli aralandılar.Məni öldürün. mən bu saat gəlirəm. mən hardayam? .Dəyəni boşaltdınmı? . Salatın sürünüb Yəmən xanımı qucaqladı. ağıllı ol. Qızın yenidən huşunu itirəcəyindən qorxan Yəmən xanım onun qolundan yapışıb sinəsinə sıxmaq istədi. məni evimizə qaytar. yer düzəlt. . qızım.Qorxma. qurbanın olum. . Yəmən xanım pıçıltı ilə sözə başladı: .Ay xala. Onun nələr düşündüyünü ayırd edə bilmədiyindən bədəni buza döndü. Amanın bir günüdür.Kimin? .Cahandar ağanın. qızım.Xala qurbanın olum.Cahandar ağanın. Həsən ağa ağır addımlarla arvadının yanına gəldi. yoxsa dədəmin hirsindən ürəyi partlayar. qardaşım bu dərdə dözə bilməyəcək. ay xala? . saçından öpdü: .Heç nə olmaz. Yəmən xanım tələsik dəyədən çıxıb alaçığa yaxınlaşdı.Bilirsən sənin qonağın kimin qızını gətirib? 295    . . Salatının yanağındakı göz yaşını sildi. Yəmən xanımın gəlini də irəli gəldi. Salatının başını sinəsindən ayırıb diqqətlə üzünə baxdı: . Məni çevir balalarının başına. Yəmən xanım qəhərləndi. Qız ev sahibəsinin sükutundan daha da həyəcanlandı. için-için ağladı: . Məndən sonra anamın günü qara olacaq. Uşaq kimi onun boynuna sarılıb hönkürtü ilə ağladı: . özünü ələ al.Yaxşı. ay xala! . sənə sözüm var. ay xala. Dəyəni boşalt. qızım.Bəri gəl. Arvad diksindi. bala. dediklərini düzəltmək asandır.Nə söz? Kişi gözləyir.Niyə dinmirsən. __________________Milli Kitabxana___________________ rilib titrədi. sən uzan. Salatının intizar və təlaş dolu gözlərinə baxdı. Ərini çağırdı.Yaxşı. özünə toxtaqlıq ver.Kimin qızısan.Bir az səbr elə. mənə yazığın gəlsin. Yəmən xanım susdu. . Salatın taqətdən düşdü. Köməkləşib qızı yenidən yorğan-döşəyə uzatdılar. gözünün yaşını sil. solğun dodaqları titrədi. Ürəyi üşüdü: .

heç nə ilə maraqlanmamışdı.İndi fikrin nədir. .Mənim evim oğraşxana deyil. . Həsən ağa dinməz-söyləməz alaçığa qayıtdı. Onun fikrində nə isə qara bir niyyət var. niyə olmur. O. Bədənində salamat yer yoxdur. . Lakin gördü ki. içəri girən kimi Allahyar döşəkcənin üstündn bir az yayxandı.Get qızı rahatla.. . Allahyar onun uzaq tanışlarından idi. Kişi ancaq indi başa düşdü ki. Həsən ağanın xırıltılı səsi Allahyarı çaşdırdı. amma. nə danışdığındır? Elə şey olmaz! .Mən də elə bilirdim. . a kişi? . .Nə?! Arvad.Nə bilim. təmiz danış. Elə Həsən ağa da soruşmamışdı. . Həsən ağanın bu saat "hər şey hazırdır.Ə. Binəyə gələndə kimin qızını qaçırmaq istədiyini ona deməmişdi. özünə də yeməkdən-zaddan ver. Allahyarın təbəssümü dodaqlarında qaldı.Bəs sonra? . namərddən hər nə desən çıxar. başa düşdü ki.Sonrasını mən özüm bilirəm. yəqin yetimin biridir. Həsən ağa ilə üzbəüz dayandı: 296    . ona pənah gətirən adamı sorğu-suala tutmaq Həsən ağanın adəti deyildi. sən kimə sataşırsan? Allahyar işin nə yerdə olduğunu sezdi.Lap əldən düşüb. . Həsən ağa qızın kim olduğunu bilib. Qız götürüb qaçmaq ona o qodər də təəccüblü görünmədiyindən.Uzun eləmə. Yavaşca ayağa durdu.. məsələ heç də onun fikirləşdiyi kimi deyil.Dur paltarını geyin. Bir də. __________________Milli Kitabxana___________________ . Həsən ağa dinmədi. de görüm kimin qızıdır? .Ə. kişinin qaş-qabağından zəhər tökülür. .Cahandar ağanın. O da ciddiləşdi. dinməz-söyləməz çıx bayıra. O. həm də Cahandar ağa Həsən ağanın yaxın dostlarından biri idi. Neçə ildi aralarında haqq- salamları var.Ə. dur get" deyəcəyini gözlədi. Allahyar arvad almaq məqsədi ilə qız gətirməmişdir. sənə nə oldu? .Qız nə təhərdir? . Həmişə çətinə düşəndə etdiyi kimi indi də saqqalını qaşımağa başladı.Olar.Qız nə təhərdir? . . qurumsaq.

Nə qız? Allahyar dabanı üstə fırlanıb fısıldadı. . . qoy sən deyən olsun. Ancaq qız sakit olmadı. çıx get. haramzada. Ona görə də sənə bir şey eləmirəm. kişiliyin budur? . Yalnız səhərə yaxın. sonra da atın belinə aşırdılar.Bə o mənə sataşanda yaxşıdımı? . əcəl səni hərləməsin.Bura bax. qurumsaq! Allahyar gördü ki. Yəmən xanımın qucağında mürgülədi. dan yerinə səda düşəndə.Yaxşı eləmirsən.çörək kəsirsən. onu yerə. mümkün olmadı. yoxsa dalına bülöv çaldırram! Allahyar tüfəngini hərləmək istədi. Özü də elə beləcə. Həsən ağa onun nəfəsini üzündə hiss etdi. araya qan salaram. Həsən ağanın dodaqları səyridi. Hörüyünü açıb pıtraqları təmizlədi. . Cahandar ağanın adı gələn kimi özünü nə yaman itirdin? . Mən səni belə qorxaq bilmirdim. .Rədd ol. O. sən mənim qonağımsan. Neçə gündü evimdə duz. ay Həsən ağa. Çırağı yandırıb qızın bədəninə dolmuş tikanları çıxartdı. Yapıncıya bürüyüb sarıdılar.Bu saat rədd ol burdan. Onun göyərmiş yerlərinə təpitmə qoydu. Allahyarı sinəsi ilə itələyib atın böyrünə sıxışdırdı: . Onunla danışmaq deyəsən fayda verməyəcək. Əl-ayağım sənə dəyməmiş. yıxıb xəncərini. sərt hərəkətlə yapıncısını götürüb çiyninə atdı. dincəl" dedisə də. Deynən qızı gətirsinlər.Qızı ver! Yoxsa.Allahyar. Ancaq nökərlər onun qolunu tutub qanırdılar. adam qonağı evindən qovmaz.Yaxşı. yaxasını qurtara bilmədi. Yəmən xanım ona nə qədər ürək-dirək verib. məsələ ciddidir. Alaçığın qapısına yaxınlaşdı. atın belinə sarıyın bu köpək oğlunu! Allahyar nə qədər çapaladısa da. Qız bütün gecə gözünü yummadı. . Bir-iki şallaq çəkib cilovu buraxdılar. Yəmən xanım səhərə qədər yatmadı. Nökərlərdən biri onun atını yəhərləyib gətirmişdi. bir az yat. Salatını geyindirdi. tüfəngini əlindən aldılar. . Arvad onun başını ehmalca dizinin üstünə qoydu. əlini-ayağını bağlayıb. gedirəm. üzüsulu ikən çıx get.Ə. __________________Milli Kitabxana___________________ . oturduğu yerdə çimir etdi… 297    .Tez olun. Gəlinin paltarlarından gətirib.Yaxşı. .Namərd adama mənim evimdə yer yoxdur. .

A kişi. Yəmən xanıma baxdı. . __________________Milli Kitabxana___________________ Gün xeyli qalxdı. Əşrəfin gözləri qıpqırmızı idi. Gözünün həlqəsi böyüdü. qızım. qardaşım gəldi. Əlindəki çörək yerə düşdü.Dur əl-üzünü yu.Hara gedirsiniz? Həsən ağa Əşrəfin dodaqlarının səyridiyini. Həsən ağa çuxasını çiynindən götürüb geydi. Binələrin üst tərəfindəki yolda dayanan atlıları göstərdi. Onun əl-üzünü yudular.Heç yana çıxma. Yorğan-döşəyə. . Ürkək baxışlarla dəyəni süzdü. Qorxulu- qorxulu ətrafına boylandı. Qız diksinib ayıldı. uşaqları göndər. bəridən gəlin. ay xala. məni evimizə çatdırın. Əşrəf Həsən ağanın bərabərində atdan düşdü. kilimin üstündə oturub gülümsəyən gəlinə və nəhayət. Arvad onun saçını sığalladı. səni heç kəsə verməyəcəyəm.. Binələrin üst tərəfində itlər hürüşdü. Salatın arvadın dediklərinə o qədər də inanmadı. otur burda. Süfrə açdılar. Uşaqlar oyanıb səhər-səhər şehli otlarda ayaqyalın qaçışmağa başladılar. Bir az da keçdi. çay-çörək ye. anan Zərnigarla uşaq vaxtı bacılıq olmuşuq. Qız birdən dik atıldı.Heç nə istəmirəm. Sən mənim balamsan. ürəyi yenə sək-səkəli qaldı. Sinəsi qalxib-endi və birdən qışqırdı: .. ancaq Salatın oyanmadı. . Həsən ağa bir-iki dəfə içəri girib arvadından nə isə soruşmaq istədi. Yəmən xanım ərini geri qaytardı. Yəmən xanım alaçığın qabağında hərlənən ərinə yaxınlaşdı. . Salatın iştahsız idi.Qorxma.Qurbanın olum.Ay xala. Salatın arvadın mehribanlığı qarşısında susdusa da. Əhməd də atını yedəklədi. Yediyi tikələr boğazından güclə keçirdi. . Salatını geri itələdi.Tələsmə. Yolda gəlib-gedən olub-olmadığını bilməyə çalışırdı.A bala. Özü yola doğru getdi. qoy onları çağırsınlar. Deyəsən. 298    . . Cahandar ağanın adamlarıdır. Əl eləyib atlıları çağırdı: . boğazında düyünlənən yaşını geri qaytardığını sezdi. Sığırçılar malları harayladılar. Onlar dəyələrə yaxınlaşdılar. O tez-tez çətənin arasından bayıra boylanırdı. . Həsən ağa dayın özü səni aparacaq. . Yəmən xanım sakitcə ayağa durdu.

lap dədən kimi dəymədüşərsən. . . bə adam bacısını beləmi qoruyar? . Stəkanlara çay süzdükdən sonra sakitcə alaçıqdan çıxdı. ona görə də bu işə sevinir". ağzında yaşmaq içəri girdi.A bala.Mənim dostumdur. tapılar. . Elə bu vaxt Yəmən xanım içəri girdi. Əşrəf qanrılıb səhərdən sakitcə dayanan Əhmədin üzünə baxdı. Həsən ağa Əşrəfin ümidsizləşdiyini görüb gülümsündü. bir şey bilmirsiniz ki? . . həm də təşvişə saldı. Bir xeyli ərinin üzünə baxdı. Həsən ağa qonaqlarını içəri dəvət etdi. ortaya süfrə saldı. sonra danışarıq. Əşrəfgil təzə camış qaymağından bir-iki qaşıq götürdülər. Çay-çörək gətirdi. "Bəlkə qızı elə bunun özü qaçırdıb? İndi də məni uşaq görüb ələ salır? Ya da atamın düşmənlərindəndir.Arana. Gözünün həlqəsinə yığılan yaşı geri qaytarıb udqundu: . atınızı bəri çəkin. qızı tapaq.Siz hardan bilirsiniz? . biçinə gedib.A qırışmal. Həsən ağa onu saxladı: . hara gedirsən? .Bə bu oğlan kimdir? . yolçu yolda gərək. taparıq. O heç nə deyə bilmədi. Onlar atlarını yedəkləyib alaçığa girdilər.O mənim dostumdur. Əhməd razılıq verdi. Kişi arvadının nə demək istədiyini başa düşdü: 299    . .Yaxşı.Bəri gəlin. Bəlkə qızı buralardan keçirəndə görüb- eləyən olub. .Sənə dedim ki. Həsən ağanın gəlini.Çox sağ olun. Onlar ev sahibinin sözündən çıxa bilmədilər.Sağ olun. Nökərlər cilovu onların əlindən aldılar.Mənəm. Onun belə arxayın danışması Əşrəfi həm sakitləşdirdi.Dədəmi hardan tanıyırsan? . Çaydan-zaddan için.Atan hardadır? . . gəlin evə gedək.Kişinin sözü Əsrəfi bərk tutdu. Əşrəf sakitcə geri döndü. . oğul.Cahandar ağanın oğlu hansınızsınız? . gərək gedək.Dostsansa kömək elə. __________________Milli Kitabxana___________________ . Atın yalından yapışıb yəhərə qalxmaq istədi.Bacını sənə göstərsəm nə verərsən? Əşrəf qarşısında dayanan bu gülümsər çöhrəli kişiyə diqqətlə baxdı. Döşəkcənin üstündə oturdular.

Yox. Əşrəf dik atıldı.İndi fikrin nədir? İstəyirsən.Yaxşı.Əyləş. dədəm harda olsa özünü yetirəcək. 17 Cahandar ağa bütün gecəni at belində yol gəldi. O.. köpüklü çayları nə vaxt adladığını.Gətir bura. Ancaq arvad-uşağın namusuna sataşılmış olsaydı. . Qız quş kimi qanadlanıb özünü Əşrəfin üstünə saldı: . . qız atan gələnə qədər bizdə qalsın? . Qalın meşələrdən necə keçdiyini. alnına tor gətirdi.Uşaqlara tapşır atları yəhərləsinlər. nəfəsi darıxırdı. mal-qaranın oğurlanınasına dözə bilərdi. Əşrəf ayağa qalxdı. Camaatın gözü qabağında zərbə almaq və qovşurulub-qıvrılmaqdan dəhşətli nə ola bilərdi? 300    . Həsən ağa onun qolundan tutub yanında oturtdu. onun keçirdiyi iztirabları heç kəs görməsin.Burdadır. lap tezdən binələr yuxudan ayılmamış özünü yaylağa yetirsin.. Əgər bir bədbəxtlik üz veribsə. evdəkilərin birinin ölümünə. Salatın qardaşının qolları arasına yıxılıb hıçqırdı. . Əlləri əsə-əsə kibrit yandırdı. dolama cığırlarla bələnləri haçan aşdığını bilmədi. . Ürəyi yumaq kimi bükülür. Otağa tüstü ilə bərabər xoş ətir qoxusu yayıldı.Salatın burdadır? . __________________Milli Kitabxana___________________ . Yəmən xanım Salatının qolundan tutub alaçığa gətirdi. Bütün yolu çaparaq gəldi. . O. heç kəsin gözünə görünmədən alaçığa girsin. .Qurban olum.. Qəmər arada addımlarını yavaşıdanda onu mahmızladı. Qızı evdə görməsə bağrı çatlayar. çörək yeyin. Kişi qorxurdu.Necə olub o buraya gəlib? Həsən ağa gülə-gülə bütün əhvalatı danışdı. . Yaylağa yetişən kimi binədə bədbəxt bir hadisə ilə qarşılaşa biləcəyini xəyalına gətirdikcə bədəni buz kimi soyuyur. Aman Allah.Qız özünü öldürür. ay qağa. mənzilə yaxınlaşdıqca daha da həyəcanlanırdı. əhvalatın nə yerdə olduğunu öyrənsin. atın yorulmasına fikir vermədi.. Əhməd cibindən papiros çıxartdı. sən belə bir rüsvayçılıq eləmə!!! Cahandar ağa istəyirdi ki.

O hələ yolda ikən gözəyarı hər şeyi öyrənmək. At. çaparaq. Birdən ürəyi dəhşətlə çırpındı. Cahandar ağa binələri. Qəmər çiçəkli göy otluqda dincini alıb otladı. Sal daşlı yoxuşu çıxandan sonra astadan kişnəyib dayandı. Sahibinin işarəsini gözləmədən. Yorğa yerişə keçdi və bir göz qırpımında qarşıdakı gədiyi aşdı.Bu atlar kimindir? .Həsən ağa bizə gəlib. Qəmər heç tərpənə bilməzdi. xalxaldakı dana- buzovu. binələrə doğru endi. __________________Milli Kitabxana___________________ At səhərə yaxın lap yavaşıdı. həmişə yolun dib tərəfi ilə gedirdi. Atın cilovunu da buraxmışdı. Qəmər ehtiyatla addımlayır. Qəmər mənzilə çatdığını hiss edib sevindi. Cahandar ağa isə heç nə görmür. sifətini iylədi Cahandar ağa atı çəmənliyə hörüklədi. heç nə eşitmirdi. qayanı burulub dikdirə çıxdı. dağ yerinin səhər havasında soyuqlayıb qançır olmasın Qəmər sahibinin qayğısını hiss edib oxrandı. Çuxasının ətəyi ilə belini quruladı. O hiss edirdi ki. Dağların döşünə duman çökmüşdü. Uşaqlar ayaqyalın qaçışırdılar.... Cahandar ağa atın köpük içində olduğuna yalnız indi fikir verdi. ağ tülə bürünmüşdü. dəyələrin qabağında qaçanları. Meşələr elə bil nazik. gözünü alaçığın qabağındakı yəhərli atlardan çəkmədi. Ömründə ilk dəfə adəti pozub qonağının nə üçün gəldiyini soruşdu: 301    . sinəsi dolu nəfəs ala bilmədi. üzəngini basdılar. kişi nə qədər çalışdısa da. sahibinin fikrini başa düşdü. Qayalar çiskin içində idi.. evində nələr baş verdiyini bilmək istəyirdi. Kişi hirsindən və yuxusuzluqdan qan çanağına dönmüş gözlərini onlara zillədi: . gurultu ilə sıldırım aşağı yuvarlanıb parça-parça olacaqdır. alt tərəf sıldırımdır. atın təri soyusun. Qəmər sürüşkən sal daşlı cığırı şaqqıldada-şaqqıldada xeyli irəlilədi. Kişinin qaşları dartıldı. atın yüyənini əlindən aldılar. Onun sinəsinin. Kişi isə kürəyini qayaya söykəyib papiros eşdi. Nökərlər onun qabağına yüyürdülər. İki addımlıqdakı cığırı seçmək olmurdu. Əgər addımını düz atmayıb sürüşsə. Cahandar ağa gözünü alaçıqdan çəkmədi. Gün xeyli qalxmışdı. paçasının tərini əli ilə sildi. dərənin dibi ilə qıjıltılı çay axır. Cahandar ağa cilovu yığışdırdı. onun əlini. bir xeyli yedəyində gəzdirdi ki. inək sağan arvadları aydınca gördü. Bir az belə getsə. Yollar sürüşkənləşmişdi. Hər yerə şeh çilənmişdi. bir balaca büdrəsə. Dumanın seyrəldyini görüb kişnədi. Kişi atdan düşdü. Sualtı daşlar bir-birinə dəyib uğuldayır.

Dərhal alaçığın qabağında ocaq qaladılar. __________________Milli Kitabxana___________________ . Onlar yanaşı oturdular. Arvad qorxu içində onun qarşısında dayandı. yadıma düşdün. Ətrafdakıları sınayıcı nəzərlərlə bir də süzdü.Xeyirdimi? .Uşaqlar. nə yox? . Cahandar ağanın qan sağılmış gözləri də arvadına zilləndi.. Arvadın ürək döyüntüsündən qabaq sinəsi də ehtizaza gəlmişdi. niyə durubsunuz? Onun nə demək istədiyini başa düşdülər. .Əşrəfin dəyəsində.Arançı qardaş. Ağır addımlarla alaçığa getdi.A bala. oralarda nə var. .Qızı qaçırmaq istəyirdilər.Düzünü de! .Düzü budur. Əşrəfin üzünə baxdı. Azacıq sonar kabab iyi ətrafa yayıldı. xoş gördük. 302    . əvvəlki qorxaqlığı bir az azaldı və ərinə şax baxdı.Binələrin yanından ötürdüm.Kim saldırdı? . Oturanlar yerlərindən qalxdılar. Həsən ağa ertəsi günü evinə getdi. O az qala baxışları ilə Mələyin beynini burğu kimi burub içəri girmək. Sakitlik idi.. Cahandar ağa baxışlarını onun sifətində. .Dəlilik eləməyəcəksən ki? . Kişi süfrəyə nəzər saldı. Həyəcanlı bir şey sezməyib azacıq sakitləşdi. sinəsindən ürəyinə keçmək və onun dedikləri ilə düşündüklərinin nə qədər eyni olduğunu bilmək istəyirdi. Nə əcəb bizi yada salibsan? .Qız hardadır? . bir də Həsən ağa. Oğlunu məzəmmətlə süzüb başını buladı: . Mələk artıq birinci səddi aşdığını duydu. Mələyin boyun damarlarının necə vurduğu.Xoş günün olsun.Nə olmuşdu? . . heyvan kəsdilər.Çağır bura. sinəsində gəzdirdi. Əşrəf dik atıldı.Tez ol. Həsən ağa gülə-gülə Cahandar ağa ilə görüşdü: . . saldırdıq. . ağa! Cahandar ağa susdu. Ortada bir sey yox idi. qulağındakı sırğaların necə titrədiyi aydın görünürdü. Evdə nələr baş verdiyini onların sifətindən öyrənmək istədi.Xeyir olmayanda nə var. Cahandar ağa qonağını yola saldıqdan sonra Mələyi yanına çağırdı. Cahandar ağa gözaltı Həsən ağanı süzdü.

Cahandar ağanın gözlərində od parıldadı. Salatını izləmək. Yanağında iki zolaq parıldayırdı. onun sifətini aydın seçə bilmədi. çətənin arasından içəri işıq süzülüb düşmüşdü. Salatın səssizcə. Aranı odlu bir qılınc kəsmişdi. Odlu qılınclar hərəkətə gəlib çarpazlaşdı. onun tapdalanmış isməti aşkara çıxacaqdır. şəffaf işıqda qızının ayaq sümükləri. Alnından qalxan sızıltı beynini dolanıb boynunun dalına keçdi. Baxışlarını həmin zolaq boyu yuxarı qaldırmaq. sonra boğulub qaraldı. çənəsinin əsməsini dayandıra bilmədi. Ona elə gəldi ki günəş qaralıb. Elə bil birdən şimşək çaxdı. göy damarları cızılıb qızarmış topuğu aydınca görünürdü. Bir neçə saniyə nəfəsini çəkə bilmədi. Kəlağayısı sürüşüb çiyninə düşmüşdü. Onun ağ dərisi. ətrafı zülmət bürüyüb. alaçığın divarlarını doğradı. Keçədən süzülən zolaqlardan biri Salatının çiynindən sallanıb. başını köksünə endirib susdu. əllərinin. kölgə kimi gəlib içəri keçdi. budu boyunca yüksəlib sinəsinə. Lakin qorxdu. Həmin işıqlar yerə döşənmiş palazı zolaq-zolaq etmişdi. Cahandar ağa baxışlarını məhz buraya. Sanki onu şaxtalı. Beynindəki güyültü azaldı. qızın baldırı. Gözünün qabağında oynayan işıq dairəciklər çəkildi.Sənə nə oldu. Onun qaramtıl çöhrəsi avazıdı. yer ləngərləndi. . Kəlağayısını irəli çəkdi. ata?! Salatının yaşdan boğulmuş titrək səsi onun qulaqlarında cingildədi. __________________Milli Kitabxana___________________ Mələk ayağını sürüyə-sürüyə alaçıqdan çıxdı. həmin işıqda qızına vurulmuş ləkəni dərhal görəcək. Kişi gözünü qızına zilləsə də. damarlarında axan qanı belə seçilir. qızın ayağına zilləmişdi. Salatın ayaqyalın idi. atası isə bəri tərəfdə. düz ayağının üstünə düşmüşdü. Salatın o üzdə. Salatın diz çökmüşdü. O səndirləyib dəyənin çubuğundan yapışdı. onun bütün əzalarını işıqdan keçirmək və nəhayət. Kişi nə qədər çallışdısa da. 303    . Keçənin deşiklərindən. üzünə düşdüyünü anladı. qaranlıq bir aləmdə qalmışdı. iti bir qılınc alaçığın havasını ortadan parçalamışdı. Kişi özünü tarazlayıb qızına baxdı. Cahandar ağaya elə gəldi ki. Cahandar ağanı birdən- birə titrətmə götürdü. Günəş şüası onun ayağını daha da şəffaflandırmışdı. İşıq zolağı hər şeyi aydınlaşdırır. gözlərinin içinə baxmaq istədi. güzgü kimi göstərir. Atasının önündə dayandı. Elə bil şəffaf. boranlı qış günündə buzlu suya saldılar. Kişiye elə gəldi ki. Kişi həmin zolağın yuxarı qalxdığını.

.Yalan deyirsən.Ye. Üçüncü gün durub paltarını geyindi..Mən ləkəsizəm. dibindən quruyan bulaq kimi şəffaflığını itirdi. əyə? Cahandar ağa gözünü hərləyib tərs-tərs Mələyə baxdı: .Ata!!! . __________________Milli Kitabxana___________________ .Qurbanın olum. Onun ayaqlarını qucaqlayıb. təzə pörtlədilmiş quzu ətini irəli.Nə təhərsən.And içirəm. Salatın başını qaldırıb atasının üzünə baxdı. üzünü çəkmələrinə sürtdü. Onun gözü. Əlini cama uzatmazdan əvvəl dirsəyi ilə Mələyin böyrünə toxundu: . ondan nə istəyirsən? Yoxsa onu da günahsız yerə mənim kimi bədbəxt eləmək fikrindəsən?" Şahnigar onun gözü önündə dayandı. Əlləri ilə üzünü qapayıb hıçqırdı: . Bəbəkləri genişlənib hərəkətsiz qaldı. sənə nə oldu? . Titrətmə və qızdırma içində ağzı üstə yatdı. Çay süzdü. Dəhşətlə atasının üzünə baxdı. Şüşə kimi soyuq gözlərini qardaşının üzünə zilləyib narazılıqla başını buladı. ay dədə. .Cavab ver! Salatın ağzı üstə döşəndi. Elə bu vaxt qulağına səs gəldi: "Qurbanın olum. özüm təzəcə bişirmişəm. Bozartmanın üstünə sarımsaqlı qatıq tökdü.Sən də ye. ikiniz də itilin gözümdən!!! Salatın dik atıldı. . Süfrə saldı. Cahandar ağa çörək götürdü. . ay qardaş. Sənə demədimmi Salatın gül parçası kimi tərtəmizdir. 304    . Yavaş-yavaş xəncəri siyirdi.İnanmıram.Sənə əl dəyibmi? .Kefini soruşmaq olmaz? Mələk isti çörəyi.Rədd olun. nə yaman insafsızsanmış. Cahandar ağa qızının titrəyən sinəsinə baxdı.. Alaçığı heybətli bir səs götürdü: .Nə olub ki? . Gülə- gülə ərindən soruşdu: . ərinin qabağına çəkdi. Mələk samovarı içəri gətirdi. özü də kişinin dizinin yanında oturdu. .Cahandar ağa iki gün alaçıqdan çıxmadı.

Bütün binə gedənləri yola saldı. Beş-altı silahlı adam qoşdu.Nə vaxt gedir? . qardaşı Şamxalla və bütün qohumları ilə necə görüşdüyünə baxdı. Ertəsi gün araba qoşdular. Dəyələrin ətrafında dolaşan itlər tənbəl-tənbəl hürürdü. Camı geri itələdi. əl-ayaq yığışdırılandan sonra itlərin arasına çaxnaşma düşmüşdü. Cahandar ağa dinmədi. Əşrəf səni görmək istəyir. mən sonra yeyərəm.Gözünü niyə zilləyibsən? . köməksiz bir adam kimi acizləşmək üzrə olduğunu heç kəsə bildirmək istəmirdi.Heç. Uşaqları da aparırlar. Çətənin arasından Əşrəfin anası ilə. __________________Milli Kitabxana___________________ Mələk sevindi. Bunu Cahandar ağa sezdi: .. Onlar gözdən itincəyə qədər gözünü çətənin arasından çəkmədi. Tüfəngini əlinə alıb. 18 Cahandar ağa səhər tezdən atın örüyünü dəyişdirmək üçün dəyədən çıxdı. xalxaldakı dana-buzov mələşirdi. uzaq və üzücü səfərdən qayıtmış kimi özünü çox yorğun hiss edirdi.Nə olub? . Ata-ana vecinə deyil". Mələk əli çənəsində. oğlu onu belə yorğun və əzgin görməsin.Getmək istəyir. Cahandar ağa səksəkəli idi. Sığırçılar kimi isə qıya basmış- 305    . Hər yeri duman bürümüşdü.Sən ye. Oğlunun qabağında atasının sınması əlçatmaz bir yüksəklikdən enməkdən də dəhşətli idi. ancaq süfrəyə əl uzatmadı. Otlar yuyulub sürüşkənləşmişdi. Cahandar ağa istəyirdi ki. . .. Xörəyi yedi. zəndimi itirəcək. Beş-on addımlıqdakı qaraltılar güclə seçilirdi. buraxmaq istəmir. Cahandar ağa onları tək buraxmadı. O özünün mənən sarsıldığını. Binə mürgüləyirdi. Çay içə- içə oğlunu düşündü. sonra isə iştahla yeməyə başladı. Döşəkcəyə uzanıb dirsəkləndi. . Havanın soyuqluğunu adam nəfəs aldıqca ciyərlərində hiss edirdi. Əhməd də gedir. O. Ancaq özü dəyədən çıxmadı. Deyir oxumağın vaxtıdır. Elə oxumağın quyruğundan yapışıb. Çisəkləyirdi. ərinin çörək yeməsinə tamaşa etdi.Sabah yola düşmək istəyirlər. Axşam. "Deyəsən. Kişi əvvəlcə könülsüz. binələrin aşağı tərəfindəki çəmənliyə getdi.

bığını və saqqalını qırov kimi bürüdü. İrəşməni dartıb ora- bura qaçar. Kişinin namusu üç şeydir: at. Kişinin başına elə bil ağır zərbə endirdüər. xalxalı dönə-dönə yoxlamış. yəqin ki. Atın yalını. Kişi diksinib geri çəkildi. Bədənini üşütmə götürdü. İrəşməni yığdı və atın yanına gəldi. Ancaq bu dəfə tərpənmədi. Hər şey aydın idi. dal tərəfə keçdi və daş kimi donub yerində qaldı. yazıq-yazıq sahibinin üzünə baxırdı. Sərxoş kimi iki-üç dəfə atın dövrəsinə fırlandı.deyə pıçıldadı. Nədənsə lap fağırlayıb süst düşən atın boynunu qucaqlayıb üzündən öpdü. onu ələ salmazdılarmı? O. Cahandar ağanın çiynindəki yapıncı nəmləndi. hər şeyin yerində olduğunu söyləmişdilər. Onlar bir daha sataşmışdılar. Qəmər". At başını azacıq tərpədib qabaq ayağı ilə yeri eşdi. Cahandar ağa ürəyində özünü danladı: "Gərək atı axşamdan çullatdıraydım. Onun gözlərinə baxdı. . Bunlara toxunmaq. İndi o buna necə dözəcəkdi? Maral vuruldu. Kişi təəccüb etdi. Gözlərini qırpmadan təəccüb. bir də papaq. qançır olub. . sonra da dal ayağı üstündə şahə qalxıb dayanardı. arvad. atın ətrafına dolandı. Cod və biz- biz tüklər onun ovcunu daladı. quyruğunu qırxmışdılar. indi də bu. Bu atı ortaya çıxarmaq olardımı? Onun yalının.deyə xəyalından keçirdi. birtəhər susdu. başına papaq qoyub mərəkəyə çıxa bilərdimi? 306    . onun namusunu ayaq altına atıb tapdalamaq demək idi. arxacı. Bir xeyli gözlərinə inanmadı. Qızı Salatını gotürüb qaçmaq istədilər. sinəsinə çal-çarpaz dağ çəkmək idi. atın örüyünü dəyişmiş. "Sənə nə olub. İtlər binələrin üstündəki yola qədər getmişdi. Cahandar ağa mıxçanı yerdən çıxartdı. Elə bil əlinin altında soyuq bir ilan tərpəndi. . onu təhqir etmişdilər.deyə kişini sakit etmişdilər. Həmişə Cahandar ağanın ayaq tappıltısını eşidəndə bərkdən kişnəyərdi. onun qüruruna toxunmuşdular. heyrət və dəhşətlə ata baxdı. Nökərlər hər yeri. __________________Milli Kitabxana___________________ dılar. - Bəlkə də agnayıb qabırğasını-zadı sındırıb. O. Əlini onun belində. Uzaqdan Qəmərin qaraltısı göründü. Qəmər boynunu bükmüşdü. Onu diri gözlü qəbrə soxmaq. Papağını. Xırdaca çiskin üzünə qondu. Belə havada erkək atı tez soyuq alır. quyruğunun qırxıldığını bir adama demək olardımı? Camaat bunu bilsə. Əlini bir də atın yalına çəkdi. "Yəqin yol adamları imiş". At bir yerdə dayanmışdı. Onun belini sığalladı. Cahandar ağa ona yaxınlaşanda konülsüzcəsinə oxrandı. Cahandar ağa sussa. boynunda gəzdirdi. Tüklərində gizlənib muncuq kimi yumrulanan damlaları sildi. qaşını.

Başını Qəmərin böyrünə söykədi. Sonra əlini yaxasına apardı. Elə bil at özü də bunu duyurdu. Ağacların yarpaqları. onun dərdinə şərik olmaq istəyirdi. sinəsi qalxıb-endi. İpək. Bu vəziyyətdə o. At isə tərpənmədi. nəfəsi ilə onun sifətini isitdi. Atın əvvəlki şahanə vüqarı yox olmuşdu. duman seyrəldiyindən. Hiss etdi ki. Qayalar. Cahandar ağaya elə gəldi ki ürəyi partlayır. iri palıd ağacları. atın dırnağının altına düşəcək. qanadı yolunub lüməklənmiş bir quşa oxşayırdı. İkiəlli atın belindən yapışdı. köks qəfəsi az qaldı partlasın. Başını gizlətmək istəyirmiş kimi atın qarnının altına əydi. Sudan kənara atılmış balıq kimi ağzını açıb tövşüdü. Duman tamam çəkilirdi. Ona elə gəldi ki. __________________Milli Kitabxana___________________ Kişi lap sarsıldı. bu saat. tüklərin dibi dərz dah kimi biz-biz dayanmışdı. Arvadı Zərnigarın. düyməlari qırıq-qırıq oldu. gah o üzünü. başını atın böyrünə çırpdı. sal qaya kimi sükut içində. Kişi bir xeyli beləcə çapaladı. Onu kim bu hala salmışdı? Ona kim əl qaldırmışdı? Bəs harda yatmışdıq. Elə bil at Cahandar ağanın ürəyindən keçənləri duyur. Sifətini yumşaq tüklərə sürtdü. bunu niyə bilməmişik? Niyə vaxtında xəbər tutmamışıq?! Cahandar ağa tüfəngini çiyninə keçirdi. qız teli kimi sürüşüb boynuna tökülən yalı dibindən qırxıldığından. sədəf dibindən düşdü. elə buradaca ürəyi partlayacaq. Boynunu büküb sahibinə baxdı. Çarpazlardan biri onun dırnağına keçdi. ata baxa-baxa. gah bu üzünü. günəşin ilk şüalarını əks etdirib parıldayırdı. Kişi hövlündən nəfəs belə ala bilmirdi. hətta bacısının ölümü belə ona bu qədər ağır gəlməmişdi. sığallı gəlin kimi yaraşıqlı olan Qəmər indi ağlar günə qalmışdı. güneydəki çəmənlər üzündəki örtüyü atırdı. Cahandar ağa xeyli. çəmənliklərin otu şehə batdığından. Dəyələrin ətrafindakı səs-küy çoxalırdı. oğlu Şamxalın küsüb getməsi də onu bu qədər yandırmamışdı. Hava azacıq işıqlaşdığından. Göy otlar kökündən çıxıb əzildi. Çuxanın qaytanları. Bəlkə bu daha yaxşı idi? Bu cür təhqirlərə dözməkdənsə ölüm münasib idi?! Hava işıqlaşırdı. tərlan kimi vüqarlı. Sakitcə oxrandı. çevrildi. Arvadlar inək sağır. O fırlandı. heç nə düşünmədən dayandı. quyruğu. O bunu hiss etmədi. Bir azdan hər şey aydınlaşacaqdı. Atın dal tərəfinə baxmaq mümkün deyildi. Necə hə- 307    . Kişi keyimişdi. Burun pərələri genişləndi. sığırçılar dana-buzov qovurdu. O dönüb Qəməri bir də təpədən-dırnağa süzdü. Binələri bürüyən çiskin yerə yatıb seyrəlir. Qan sağılmış gozünün həlqəsi qızardı. Ayağının altındakı nəm torpaq eşim-eşim oldu. Qırğı təkin cəld. heç nə anlamadan. at indi daha aydın görünürdü. dərə aşağı sürünüb gedirdi.

O bircə şeyi qət etmişdi ki. Bəlkə atı gizlincə arana göndərsin? Onda da deməzdilərmi bunun səbəbi nədir? Bir də. Cahandar ağa dərəyə endi. dişlərini bir-birinə sıxdı. Qəmər. Qutusunu çıxardıb tələsmədən. Qayaların üstünü mamır basmışdı. O dönüb geri baxdı. ehtiyatı unutmuşdu. Neçə dəfə mən sənin 308    . __________________Milli Kitabxana___________________ rəkət edəcəyini bilmirdi. binənin üstünə çökən duman geri çəkilirdi. Sən mənim ürəyimdən keçənləri balaca bir işarədən başa düşürdün. bir nişanda geri qalmamısan. Çox qaranlıq gecələrdə. Daşların arasından təkəm-seyrək ağac çıxmışdı. O hər şeyi . İndi o bir az toxtamışdı. Bir adam bu işdən xəbər tutsa. hətta evdə də heç kəs bilməməlidir. Onun alnını. irəli getmək olmaz. bu bir sirr olaraq qalmalıdır. O heç kəsin gözünə görünməmək. Bu saat qayaların arasında adam gizlənə biləcəyini. Lap aşağıda çay axırdı. məndən qabaq.qorxunu. Qəmər sakitləşib otlamağa başladı. Sən məni çox dardan çıxartmısan. Sakitcə irəşməni yığdı. Asta addımlarla cığırla dərəyə endi. yolda təhlükə olduğunu sən başa düşübsən. Qulağını yapıxdırıb sakitcə dayanmısan və məni başa salmısan ki. elə bu fürsətdən istifadə edərək onu öldürə biləcəyini belə unutmuşdu. Bəs bu boyda atı necə gizlətmək olar? Bir azdan bütün binədəkilər buralarda dolaşacaqdı. kifayət idi. Çiskin yox olmuşdu. sən mənim sirdaşım. Köpüklü suların qıjıltısı qayalara düşüb. hələ indiyəcən cıdırlarda səni keçən olmayıb. Çayın o üzü də sıldırımlıq idi. başımı uca eləmisən. Qəmər? Axı. Uçurumun kənarına qədər gəldi. Oradan da cığırla qarşıdakı qayanın üstünə qalxdı. O ancaq bircə şeyi. Bir toyda. Məndən qabaq özün yolu dəyişmisən. atın yalının və quyruğunun qırxıldığını kənddə. Lap aşağı. bədənini soyuq tər basdi. Cahandar ağa tələsdi. Kişi köksünü ötürüb atının irəşməsini yerə atdı. heç kəsə rast gəlməmək üçün dumanın altı ilə getməyə və binələrdən uzaqlaşmağa çalışdı. qara. Tüstü-duman içində ata baxdı. Qəmər. fikirli-fikirli papiros eşdi. Çayın vadisini uğultu bürümüşdü. əksinə daha da qatılaşdığı yerə enməyi qərara aldı. əks-səda verirdi. bir-birinə toxunub şaqqıldayırdı. Hirsli sular iri. bu boyda atı yolda görən olmayacaqdımı? Elə onu kəndə aparan nökərin özünün bu işi bilməsi rüsvayçılıq deyildımi? Cahandar ağa dodaqlarını kip qapayıb. Cahandar ağa tüfəngini dizinin üstünə qoyub donmuşdu. yuvarlaq daşları yumalaya-yumalaya gətirdikcə. Sən quşdan ayıq və ehtiyatlı bir atsan. Qarşıdakı dağın sinəsi işıldayır. bu vəziyyətdən necə çıxmağı fikirləşirdi. dar günümdə harayçım idin. Məni utandırmamısan. "İndi mən nə edim. dumanın hələ çəkilmədiyi.

Bu iri gözlərdə olduqca mülayim və mehriban bir baxış var idi. Otlar parıldadı. hər yerini tərtəmiz quruladı. Cahandar ağaya elə gəldi ki. Ceyran kimi boynunu dik tutub boylandı. göyü mənə bağışlayırlar. arxası üstə çevrildi və birbaş sıldırım aşağı yuvarlandı. At bərkdən kişnədi. Şahə qalxıb fırlananda elə bilirdim yeri. Qulağının dibini qaşıdı. İri. Onun yalını. Qəmərin alnındakı qaşqanı nişan aldı. Mən yaşayanda da. öləndə də mərd olmaq istəyirəm. elə beləcə. Boynundakı ipi açdı. mən də ləkəli. Onun qabaq ayaqları havada oynadı. Onun gözlərinə baxdı. __________________Milli Kitabxana___________________ yalına yatıb. Sən quş kimi qanad açıb məni güllənin altından çıxartmısan. "gözlərinə qurban. Qəmərin gözlərindən öpdü. sirdaş bilirdim. 309    . sıldırımlar bir- birini harayladı. Elə bil bu dilsiz heyvan lal baxışları ilə onu sakitləşdirmək istəyirdi. Qəmər. Qəmər ayaq saxladı. Kişi atın başını yuxarı qaldırdı. Cahandar ağanın gözü Qəmərin gözlərinə sataşdı. Sıldırımın qaşında daş kimi dayandı. Kötüyü atıb ayağa durdu. Onun səsi dərəyə yayıldı. Bir xeyli beləcə dayandı. indi mən nə edim. Tətiyi çəkdi. Ancaq Qəmər birdən müvazinətini itirdi. at yerindən tərpənməyəcək. gözükölgəli yaşamaq istəmirəm. Qəmər dal ayağı üstə şahə qalxdı. Qəmər. dərəni ümumi bir uğultu bürüdü. atın başını sinəsinə sıxdı. sənin rüsvayçılığına necə dözüm?" Kişi papirosunu dalbadal sümürdü. Cahandar ağanın dayandığı yer birdən-birə günəşin nuruna qərq oldu. sən kişnəyəndə ürəyim dağa dönürdü. belini sığalladı. Mən səni özümə qardaş. Acgözlüklə tüstünü ciyərlərinə çəkdi. Qəmər. Ehmalca qayanın kənarına doğru hayladı. Burun pərələri genişləndi. dal ayaqlarının üstə daşa dönüb qayanın üstündə qalacaqdır. əlac sənə qalıb" demişəm. Günəşin işığı aşağılara endi. Sahibinin qucağında xumarlandı. Qayalar səs-səsə verib şaqqıldadı. At bu nəvazişi hiss etdi. Elə bil dərədəki köpüklü dağ çayı nəfəsini içəri çəkib susdu. Onun yaşla dolmuş və torlanmış gözü atı güclə seçdi. qıjıltı ilə axan köpüklü sulara baxdı. bütün ağaclar. Cahandar ağa tüfəngini yanına saldı. Bu uğultu yaxındakı dağların döşündə əks-səda verib xeyli uzaqlara yayıldı. həbəşi dodaqlarını atın sifətinə yaxınlaşdırdı. sahibinə demək istəyirdi ki. Dərələrə çökən qatı kölgə dağların döşü ilə yuxarı qalxdı. Cahandar ağa çaxmağı hərləyib tüfəngi üzünə qaldırdı. Ata yaxınlaşdı. Şehlər göz qamaşdırdı. Uğuldayan dərəyə. Onun gözü elə bil yaşardı. Cibindən iri bir dəsmal çıxardıb Qəmərin bədənini sildi.

Buranın təbiəti şimala bənzəmirdi. Əvvəllər Peterburqun bəyaz gecələrinə vurğun olan Dmitri Dmitriyeviç indi də cənub axşamlarına məftunluq göstərirdi. gör kim gəlib! Semyonov qanrılıb geri baxdı və hər cür rəsmiyyəti unudaraq. Sizi görməyimə çox şadam. xoş gəlmisiniz. Semyonov əllərini sinəsində çarpazlayıb şəhərin kənarında Kürlə qucaqlaşan Liaxva çayının qıjıltısına qulaq asırdı. Bu gün də adəti üzrə. O hər axşam pəncərə qabağında dayanıb qüruba tamaşa etməyi sevirdi. qollarını açıb dostunu qucaqladı: . Ancaq Olqa Konstantinovna ayaqlarının ucunda ərinə yaxınlaşıb. Qapı döyüldü. ətəyini azca yuxarı qaldırdı və Aleksey Osipoviçə yol göstərdi. həmişəki yerində durub üfüqlərə baxırdı. 310    . Ev sahibəsi qırçınlı uzun donunun yanından yapışıb. birdən-birə də dan yerində şəfəqlər oynaşırdı. ehmalca onun çiyninə toxundu: . xoş gəlmisiniz. Qapını açarkən Aleksey Osipoviçlə qarşılaşdı.Aleksey Osipoviç. Qonaq şlyapasını çıxardıb Olqa Konstantinovnanın əlindən öpdü. nə bəyaz gecələr. çənəsinin aşağısında haçalanmış topa saqqalının yumşaq tükləri arasında dolanırdı.Dmitri. asta addımlarla dəhlizə yaxınlaşdı. Qatarlar ötdükcə təkərlər yeknəsəqliklə taqqıldayır. bağ-bağat içində itən Qorinin kiçik daxmalarında yanan çıraqlar qaranlıqda parıldayan yaqlız qurdları kimi işıldayırdı. evin ortasında dayanın Aleksey Osipoviçin gəlişindən xəbər tutmadı. dağların ətəyində yerləşən balaca dəmiryolu vağzalının solğun işıqları görunürdü. Yarımca saat bundan əvvəl zirvəsində günəşin son sarılıqlarını əks etdirən dağlar boyun-boyuna verib mürgüləyirdi. Semyonov artıq bunlara vərdiş etmişdi. Pəncərədən içəri dolan xəfif külək onun ağarmaqda olan saçını oynadır. O isə dinmədi. nə də uzun sürən yay axşamları var idi. Birdən-birə zil qaranlıq çökür. Dmitri Dmitriyeviç fikrə getdiyindən.Buyurun. Boynunu azacıq yana əyib. Aleksey Osipoviç. O tərəfdə. Onlar içəri keçdilər. parovozlar kəsik-kəsik fit verirdi. __________________Milli Kitabxana___________________ DÖRDÜNCÜ HİSSƏ 1 Axşam qaranlığı qatı bir kölgə kimi Qorinin üzərinə çökmüşdü. Olqa Konstantinovna əlindəki tikişi kənara qoyub. Direktorun geri dönməsini gözlədi. qonağı içəri dəvət etdi: .

necəsiniz? . __________________Milli Kitabxana___________________ Onlar evin küncündəki yazı masasının yanına getdilər. Lida daha da nazlandı: . Onun saçını sığallayıb.. O başa düşürdü ki. əllərini dönə.Diqqətinizə gölə minnətdalam.Yuxum gəlmil. Lidanın yanına gəldi: . Aleksey Osipoviç aşağı əyilib Lidanın balaca. Lida Dimitriyevna. Dmitri Dmitriyeviç öz yerində əyləşdi və qonağa kürsüdə oturmağı təklif etdi. Olqa Konstantinovna Aleksey Osipoviçlə ərinin vacib işi olduğunu bildiyindən. nə var. Şamın altısını da yandırdı və dostunun üzünə baxdı: . . qorxma. . Ev sahibi şamdanı qabağa çəkdi.Allatmılsınız ki? . dosta övladsızlıq dərdi çəkir. Olqa Konstantinovna yerindən durana qədər balaca Lida qonağın böyründə dayandı. Altdan-yuxarı anasının üzünə baxdı və yerində silkələndi: .Özü də gələk təzəsi olsun. Yüngülcə təzim etdi: . Aleksey Osipoviç cibindən dəsmal çıxardıb bığını səliqəyə saldı.Xoş gördük. Aleksey Osipoviç dərhal yerindən qalxdı.Yox. zərif əlindən öpdü.Mənə nağıl söyləməyə gəlmisiniz? . İndi get yat. Bir xeyli susdular.dönə öpdü.Amma əjdaha olmasın.Xoş gördük. mən ondan qolxulam. gedək yataq. .İstəsəniz söylərəm. cənab inspektol. nə yox? Səfəriniz necə keçdi? Aleksey Osipoviç ona cavab vermək istəyirdi ki. indi gecdir. nağıla başqa vaxt qulaq asarsan. Onun bu halı Semyonovu qəhərləndirdi. . Lida qaşqabağını salladı. .Aleksey Osipoviç qızın önündə sallağı oturdu.Mən sizə heç yalan demişəm? 311    . . Havaxt istəsən gəlib sənə nağıl danışaram.Qızım.Lap təzəsini söylərəm.Mən sənə çoxlu. . Semyonov dostunun Lida ilə oynayarkən dəfələrlə gözünün yaşardığını və sezilmədən dəsmalla onu quruladığını görmüşdü. . Ayaqlarını cütləyib balaca Lidanın önündə dayandı: .. qonşu otağın qapısı açıldı.Söyləyin görək. məzəli və şirin nağıllar danışacam.Adam anasının sözünə baxar.

. Bir təsəvvür edin. camaat arasında nüfuzu olan adamlardan istifadə etmək lazımdır.Mütləq! . Lida anasının əlindən yapışıb.Eləyənlər də oldu. Geri dönüb əl elədi: . Dmitri Dmitriyeviç. Nədənsə müsəlmanlar bizə etibar eləmirlər. Qəzaların əksəriyyətində məktəb açılmayıb. üç min beş yüz verst yol getmişəm. ya da tutub Sibirə yollayırlar. Vəziyyət çox ağırdır.Müsəlman ruhanilərinin böyük bir qismi də yeni açılan məktəblərə qarşı çox amansızdır.Elədir. Camaatın gözü qorxub. Aleksey Osipoviç. özü şəxsən məni müşayiət etsin və genera1 Kəbləxanla görüşdürsün.Dmitri Dmitriyeviç fikirli-fikirli dilləndi. Xüsusən də pristavları. Adəti üzrə dəsmalını çıxardıb bığını sığalladı. açılanlarda da oxuyan yoxdur. pristavlar kəndə gələndə ya adam döyürlər.Onlarda taqsır yoxdur. Zənnimcə. . .Yalnız bircə şagird razılıq vermişdi. Camaat onu görən kimi uşaqlarını oxumağa göndərməkdən qəti boyun qaçırdı. bütün Qafqazı dolaşmısan ki? .Dərbənddən başlayıb İrəvana qədər gəzdim.Yuxun şirin olsun. Qapının yanında dayandı. Kəbləxan çox nüfuzlu adamdır. Yoxsa heç kəs xeyrindən qaçmaz.Bəs Bakı quberniyası necə? . o biri otağa doğru getdi.Yaxşı. General Roslavlov mənim Naxçıvana getmək istədiyimi bildikdə qəza rəisinə tapşırdı ki. qardaş.Bəs rəsmi idarələr Sizə kömək etmədi? Qafqaz valisi onlara göstəriş vermişdi. .O. Lida qapını örtüb getdikdən sonra Aleksey Osipoviç bir xeyli evin ortasında dayanıb uşağın dalınca baxdı. . Aleksey Osipoviç sözünə davam etdi: 312    . mənə xeyli xeyri dəydi. onu da atası buraxmadı. ancaq onlardan seminariyaya oxumağa bircə nəfər də gəlmək istəmədi.Gecəniz xeylə qalsın. naçalnikləri görəndə yaxına gəlmək istəmirlər.Söyləyin görək haralarda oldunuz? . . Qəza rəisi mənimlə getmişdi. Sonra keçib əvvəlki yerində əyləşdi. ancaq gözləyəcəm. furqonla gəzirdim. . İrəvan quberniyasında yüz yetmiş min müsəlman yaşayır.Çoxunu da piyada? .Piyada getdiyim yerlər də oldu. . qızım. Şamaxıda da vəziyyət pis oldu. Ancaq ən çox atla. . __________________Milli Kitabxana___________________ . .

. Gəncədən beş. belə. sonra da həmin uşaqların özləri seminariyada oxuyarlar. ayağa durdu. De görüm müsəlmanların öz ana dillərində dərslikləri varmı? - O. cənab eks-poçtalyon.Bax. Qazaxdan da dörd-beş nəfər gələsidir. uşaqların hamısı gəlsə. müsəlman şöbəsinin nəzdində hazırlıq qrupları da aça biləcəyik. Həmişə fikirli olanda etdiyi kimi otaqda gəzindi. . olduqca səliqəli şəkildə yazdığı səhifələrə xeyli baxdı. Ancaq başının üstünü kəsdirən direktorun səbirsizliyi onu cəsarətə gətirdi. Bunu Siz məndən yaxşı bilirsiniz. qorxuram müvəffəq olmayam. Dostunun zərif xətlə. . onlardan on üç nəfəri bizim məktəbə daxil olmaq üçün ərizə yazıb. Dərbənddən üç uşağın gəlməsi yəqindir. Görək sözlərinin üstündə duracaqlarmı? . Şuşa rus-tatar məktəbində səksən nəfər oxuyur. . Ancaq müzakirəyə verməyə ürəyim gəlmir.Yoxdur. Naxçıvandan üç nəfər gələcək. Vəssalam.Aleksey Osipoviç ayağa durmaq istədi.İstəyirdim bir az gözləyim. . Əlyazmasını tam təkmilləşdirdikdən sonra ortaya çıxardım. göstər görüm.Cəmi otuz şagird seçə bilmişəm. . Qovluqdan əlyazmasını çıxartdı. Aleksey Osipoviç bir qədər tərəddüd içində dayandı.Demək. Bu lap yaxşı oldu. Mollaxanalarda ancaq Quran əzbərlədirlər. Onun dodaqları qaçdı.Dərslik. . bir də Sədinin didaktik "Gülüstan"ını öyrədirlər. Ancaq Dmitri Dmitriyeviç onun çiynindən basıb qalxmağa qoymadı. Şəkidən iki. seminaristlər təcrübə dərslərini orada keçərlər. Hanı kitab.Qurddan qorxan meşəyə girməz. mən balaca bir dərslik tərtib etmişəm. Demək. Aleksey Osipoviç. Dmitri Dmitriyeviç eynəyini gözünə taxıb elə ayaq üstündəcə kitabı vərəqlədi. .Dmitri Dmitriyeviç. Tərtib etdiyiniz proqram layihəsini də nəzərdən keçirdim. . Kitabın üstünü oxudu: "Vətən dili".İbtidai təhsil üçün dərslik vacib məsələdir. Xoşuma gəldi.Cəsarətimə görə üzr istəyirəm. Əlyazmasını vermək istəmədi. Dmitri Dmitriyeviç? .O nədir. bəs bu kitabı indiyəcən niyə müzakirəyə təqdim etməmisiniz? . Siz məndən də uzaqgörənsinizmiş. __________________Milli Kitabxana___________________ . bu barədə düşünmək lazımdır. Bilirsinizmi. . ilk təşəbbüsdür.deyə Aleksey Osipoviç astadan dilləndi. Ancaq məni başqa bir məsələ düşündürür.Çox şairanə addır. 313    . Pedaqoji şurada təsdiq edərik.

ordan-burdan süzüb parıldayır. mən inqilabçı deyiləm. nə qalib gələcək.Heç bilirsinizmi nə böyük iş görürsünüz? Bu hərəkətiniz təqdirəlayiqdir. Maraqlı deyilmi. İşıq isə onu deşir. Dmitri Dmitriyeviçi görən kimi dabanlarını bir-birinə vurub hərbi qaydada təzim etdi.Cənab direktor. başqa yerlərdə də ondan istifadə etsinlər. şimşək kimi parıldayacaq. Aleksey Osipoviç azacıq qızarıb başını aşağı saldı. əziz dost. Sizə qayət məxfi bir məktub var.O. Olqa Konstantinovna o biri otaqdan çıxıb dəhlizə getdi. Aleksey Osipoviç. Gözünü ulduzlara zillədi. Qapı döyüldü. Dmitri Dmitriyeviç sözünə ara verib. İynə ulduzu boyda da olsa yer tapır. Orada. deyilmi? Bizim hər bir əməlimiz qaranlıqda ildırım kimi çaxacaq. tabe olmur. Lazımi məsləhətlər verərik. Doşəmə silkələndi. vaxtsız gələn qonağın kim olduğunu bilmək məqsədi ilə gözünü qapıya zillədi. yoxsa qaranlıq? . __________________Milli Kitabxana___________________ .deyə o qətiyyətlə dilləndi. Biz qaranlıq gecədə. çap olunsun. alovlanıb ətrafa işıq saçacaq. Ucaboy və namərbud hərəkətli bir polis nəfəri içəri girdi. Olqa Konstantinovna geriyə dönüb təlaşla ərinin üzünə baxdı. zülmət səltənətində yaşayırıq.Qığılcımlar qorlandıqca çoxalacaq. gözünü qıyıb diqqətlə Aleksey Osipoviçin üzünə baxdı. sən də beş-on gecə yatmayıb hər şeyi düzəldərsən. Qığılcımlardan od törəyəcək. öz zəhmətimizi xatırlayıram. Tələsmək lazımdır. işıq. . Köynəyinin boynunu boşaltdı. Sinəsi dolusu nəfəs aldı: . Bir an dayanıb gözləri ilə kimi isə axtardı. Zati-aliləri şəxsən Sizə təqdim etməyi əmr etmişdir. dəsmal çıxardıb alnını quruladı. . Hətta çalışarıq ki. özünə yol açır.Mütləq. O. sonra birdən əlini onun çiyninə qoydu. tələsmək.Əlbəttə işıq. Bu kitaba indi böyük ehtiyac var. 314    . . Elə günü sabahdan pedaqoji şurada baxarıq. . Yoğun bir səs otağın divarlarını cingildətdi: . gözləmək olmaz. Niyə susursunuz? Yoxsa mənim dediklərimi təsdiq etmək istəmirsiniz? Qorxmayın. onu bürüyüb örtmək istəyir. Gələcək nəsil bunu unutmayacaq. Bir səmaya baxın. necə bilirsiniz. yaxın gəlin. Dmitri Dmitriyeviç fikirli-fikirli otaqda gəzindikdən sonra yenə pəncərənin qabağında dayandı.Cənab eks-poçtalyon. . hə. kimə isə işıq verir. Bilirsinizmi. Aleksey Osipoviç. mən hər axşam bu qaranlıq cənub gecələrində daxmalarda yanan işıqlara baxanda özümüzü. zülmət içində parıldayanları görürsünüzmü? Bir baxın necə də sayrışırlar! Elə bil qaranlıq gecə Yer kürəsinin üzərinə qara pərdə salmaq.Yox.

Ancaq Dmitri Dmitriyeviç ona icazə vermədi. Addım səsləri uzaqlaşdıqdan sonra dərindən nəfəs aldı və beş yerindən surğuclanmış zərfin o üz-bu üzünə baxdı. hiss etdi ki.Sizə aid olan məxfi bir. O yenə dabanlarını cütləyib əlini gicgahına apardı.Mən Sizdən heç nə gizlətmirəm. Bu işə məsul olasınız. Sonra adəti üzrə siyirtmədən balaca qayçı çıxardıb zərfi ehmalca kəsdi. Olqa Konstantinovna təlaş içindədir. Çiynindən sürüşüb düşən nazik. Qoridə 315    . elə Aleksey Osipoviç də intizardadır. cənab.. onu tək buraxmağı qərara aldl. .Nə üçün məktubla maraqlanmırsınız? . Dmitri Dmitriyeviç düşüncələrdən ayrıldı. Aleksey Osipoviç məktubu götürüb nəzərdən keçirdi. Peşəkar bir katibin əli ilə yazılmış səliqəli məktubu oxuduqdan sonra məktubu kənara atdı və barmaqları ilə masanı taqqıldatdı. Onu sakit etmək üçün "qulluq kağızıdır". Onun böyründən sallanan uzun qılıncının yeridikcə pilləkənlərə toxunduğunu görən kimi oldu. Birdən Aleksey Osipoviçin qarşısında dayanıb düz onun gözünün içinə baxdı: . Fırlanıb geriyə döndü. .. Buna baxmayaraq. uşaqların yanına getdi. Olqa Konstantinovna rahat nəfəs alıb. Məktubun gəlməsi ilə birdən-birə halı dəyişən Semyonova mane olmamağı. ağ yun şalı düzəltdi. Zərfi işığa tutub diqqətlə baxdı. "Mərhəmotli ağa! Siz cənablara məlumdur ki. Döşəməni taqqıldada- taqqıldada. Semyonov əsəbi hərəkətlə məktubu ondan aldı. Siz daim ona nəzarət yetirəsiniz və onu gözdən qoymayasınız. gürcü dilindən dərs demək üçün cənab Kipianiyə rəsmi olaraq bu şərtlə icazə verdik ki. Şamdanı qabağına çəkdi. Olqa Konstantinovna polisin arxasınca qapını bağladı. Semyonov kürsüdə əyləşdi. iri addımlarla dəhlizə yaxınlaşdı. Sizin təhdi-himayənizdə olan seminariyada.deyə cavab verdi. O. o biri otağa. Dmitri Dmitriyeviçsə taxta pilləkənlə aşağı enən polisin nallı çəkmələrinin taqqıltısına qulaq asdı. intizar və təşviş içində ərinə baxdı. Aleksey Osipoviç də getməyə hazırlaşdı. Divar saatının zəngi aramla on bir dəfə danqıldadı. oxuyun. əlini uzadıb boynunun dalında topladığı gur saçını sahmana saldı. Eynəyini gözünə taxdı.Məktubu almanız barədə qəbz verin. Alın. Yenidən otaqda var-gəl etdi. Yazı masasına yaxınlaşıb zərfin çatması barədə polisə kağız verdi. __________________Milli Kitabxana___________________ O qoltuq cibindən ağzı surğuclu bir məktub çıxartdı. Hələ də pəncərə qarşısında hərəkətsiz dayanan Dmitri Dmitriyeviçə uzatdı: .

artıq dərəcədə xahiş edirəm ki. bununla da daxili narahatlığını sakitləşdirməyə çalışırdı: . sonra əlinə pul düşən kimi borcu qaytarar. qonşu kənddəki dükana gedib parça istəmişdi. Aralığa yenidən sükut çökdü. Həşəmətli cənab. Düz üç gün hər yeri gəzmiş. ancaq gözünə yuxu getmirdi. Semyonov əllərini ovuşdurur. Bir yarpaq. pəncərənin qarşısında dayanmışdı. Ona əl tutan olmamışdı. Anası Osmana axşamdan damın üstündə yer salmışdı. .Fikriniz nədir? . Kipianinin həyat tərzi və nələr düşünməsi barədə əldə etdiyiniz məlumatları olduqca məxfi tərzdə mənə göndərəsiniz"!. 2 Damların və çardaqların üstündə axşamdan təzək yandırmışdılar. Saatın taqqıltısı gücləndi. bu məlumatı Sizə verməklə bərabər. Mina xala oğlunun yanında oturmuşdu. Hər şey susmuşdu. __________________Milli Kitabxana___________________ yaşayan etibarlı və rəsmi bir şəxs məlumat vermişdir ki. Aleksey Osipoviç onun azacıq irəliyə doğru əyilmiş kürəyinə baxdı. bir ot belə tərpənmirdi. hətta şəhərə gedənlərə yalvarmışdı ki. hava durğun olduğundan kəsif tüstü layları kəndin üstünə çökmüşdü. Dükançı bir arşından artıq parça verə bilməyəcəyini 316    . Axırda hər yerdən əlacı kəsildiyindən. tarixə və kağızın yuxarısındakı "qayət məxfidir" sözlərinə baxdı. barmaqlarını çarpazlayır. qonum- qonşuya ağız açmış.Kipiani gözəl müəllim və yaxşı vətəndaşdır. Semyonov əlləri dalında. Arvad Osmanın köynəyini dizinin üstünə qoyub yamayırdı. Ağcaqanad sürüsünün vızıltısı bir-birinə qarışıb kəndə züy tuturdu. ona beş-altı metr parça alsınlar. O. Gecədən xeyli keçməsinə baxmayaraq.Onlara da belə yazaq? . evinə müxtəlif adamlar yığıb hökumət əleyhinə kitablar oxuyur. Aleksey Osipoviç məktubu oxuduqdan sonra möhürə. Dmitri Dmitriyeviç yaşına uyuşmayan bir cəldliklə dabanı üstündə fırlanıb geri döndü: . yatıb yuxuya qalmamaq üçün tezdən yorğan-döşəyə girmişdi. Qafqaz Maarif müvəkkilinin imzasına.Bəs bu danosbaz kimdir? Aleksey Osipoviç çiyinlərini çəkdi. oğlundan xəlvət qapılarındakı yeganə xoruzu tutmuş. Kipiani şübhəli işlərlə məşğul olur.Mən yazardım.

Əlində çıraq. Arvad donunun ətəyi ilə gözünü sildi. Mina xala indi oğlunun yanında oturub köhnə paltarları yamayırdı. İndi kim bilir. Ancaq nə edəsən ki. Çardağın altına gəldi. Ancaq dayandı. ürəyim sakitləşməzdi. evin ortasında dayandı. Təpələrin o tayında elə bil şəffaf bir şey yanırdı. səmaya işıq çilənmişdi. ətəyi ilə bir-iki dəfə yellədi.deyə fikrindən keçirdi. Səliqə ilə qatlayıb heybəyə qoydu." . Uşağı yerindən oynatdı. Arvad dodaqaltı mızıldanıb ağlayırdı. Arvad bunlara fikir vermədi. Bədənindən soyuq gizilti keçdi-"Bəlkə kişinin paltarlarından uşağa. Birələr onun yalın ayağına və baldırına daraşdı. Bir çarıqlıq gön də qəhədə çıxıb". Oğlunun yoluna kəsib soyutma bişirdiyi xoruzu çıxardıb siniyə qoydu. uşağım yeyər" . yoxdan Allah da bezardır. kəsərəm. Mina xalanın boğazı acışdı. yoldaşlarının yanında Osmanın utanmasını istəməmişdi. Onun xəyalı çox uzaqlardadır. Bəri üz isə zülmətə qərq olmuşdu.. Dönüb ehmalca Osmanın üzünə baxdı. oğlu hiss etməsin deyə yaşını udub.demiş və birbaş evə qayıtmışdı. Barmaqlarının ucunda damın üstündən endi. Tez-tez dişi ilə sapı kəsir.. Arvad ehmalca ayağa durdu. heç nə hiss etmir. İndi mən damın altında təkcə necə dolanacağam? Elə anası ölmüş Osmanın özü qəribliyə dözəcəkmi? Burada əlimə düşəni boğazımdan kəsib ona yedizdirirdim. Ocaq közərib tüstüləndi. Həyətin ortasındakı ocaq yerinə gəldi. __________________Milli Kitabxana___________________ söylədikdə isə "ağrım ürəyinə. Mina xala qara çırağı yandırdı. Taqətsizləşmiş kimi taxtın üstündə oturdu. Əlini yorğana uzatdı. "Allah işini avand eləmiş uçitel Əhməd də heç bilmirəm hardan gəlib çıxdı? Əlimizə keçəndən tapıb yeyirdik. İstəmişdi ki. harda yatacaq? Eh. Mina xala Osmanın üstünü örtmək istədi. bircə balamı ona tapşırmışam. Onu xata-baladan saxlasın". Onun gözü açıq idi. sonra da küncə düşdü. Yanı üstə uzanıb kəndin üst tərəfindəki silsilə təpələrə baxırdı. Ağcaqanadları qovmaq üçün təzəyin gözünü deşdi. oğlunun əynini təzələməyə çalışmış. Onun iri kölgəsi divara. xoruzu sənə verməkdənsə. əyni çılpaq getməsin. Qazanı kənara çəkdi. 317    . oğlu bu saat heç nə eşitmir. hava istidir. Əri öləndən bəri yaxına gedib ağzını açmadığı sandıq gözünə sataşdı. nə ayağına geyməyə bir şeyi. Zehdən o yana. Arvad paltarı yamadı. Orda kim uşağa baxacaq? Gecədə üç-dörd dəfə oyanıb üstünü örtməsəm. O. Təpələrin zirvəsinə elə bil işıqlı zeh çəkilmişdi. Başa düşdü ki. Osman qərib yerə ürəyi sınqın. Allah özü bilən yaxşıdır. burnunu çəkirdi. bəs qışda nə olacaq? Uşağın nə çuxası var. Torpağı şappıldada-şappıldada qazma dama girdi. "İndi heç.

Çuxanı geyinsə ətəyi yerlə sürünəcəkdi. Kif atmış paltar iyi evə yayıldı. a kişi? Nə olar. ölünün vahiməsini unutdu. . arvadım təkdir. nə eləyim. Birdən üzü üstə sərilib sandığı qucaqladı: "Hardasan. Mina xala hər şeyi - paltardakı miras soyuqluğunu. Oğlunun əyninə gəlib-gəlməyəcəyini gözəyarı ölçdü. Arvad bihuşdan qoxulamış kimi sərməst oldu. kişi ölməyib. Saçını islaq yanağından geri elədi. Qapaq cingilti ilə açıldı. baxdı və bir anın içində on-on beş illik yola gedib qayıtdı. Onun tərinin iyi paltara hopmuşdur. Arvad diz çökdü. Bəs nə etsin? Bəl- 318    . Narın toz örtmüş qapaqda onun barmağının izi qaldı. bax. Dikəldi. Kölgə geri çəkildi. Kişi işdən gəlib paltarını yenicə soyunmuışdur. Kişinin paltarına toxunmamışdı. ay kişi. Donunun ətəyi ilə sandığın tozunu sildi. Sinəsi bulud kimi boşalıb sakitləşdi. Nə qədər çalışdısa da. Ərinin paltarını gotürüb taxtın üstünə qoydu. sən buna nə deyirsən?" Mina xalanın kölgəsi divarda bir xeyli titrədi. bəlkə elə atasının ruhu da şad olacaq?". əlindəki çıraq da titrədi.Özgə ha deyil. boynundan asdığı açarı çıxardı. Barmağını sandığa toxundurdu. Xəyalən Osmanı atası ilə yanaşı qoydu. Çırağı tərcəyə qoydu. hön-kürtüsünü boğa bilmədi. . Ona elə gəldi ki. fəsillər dolanmayıb. Titrək əlini uzatdı. öz balasıdır. əlacım yoxdur.deyə özünə təskinlik verdi. Əlini qoynuna salıb. Mina xala dayandı. Yaş gözlərinin həlqəsinə yığıldı. etibarsız oldun. Bu qoxu təptəzədir.. bircə dəfə başını qaldır. Onun dodaqları səyridi. dilinə kəlmeyi-şəhadət gətirdi: "Sənə ağır gəlməsin. Çırağı irəli tutdu. Osman onun çiynindən idi. niyə köməyimə gəlmirsən? Niyə gəlib oğlunu yola salmırsan? Demirsənmi. şalvarını sinəsinə basdı. şalvar da boğazına çıxacaqdı. sandığın üstünə sərilən kölgə də. küncdə nə isə tərpənir. Əri öləndən qapağı qaldırmamışdı. ərinin bədəninin qoxusu burnuna dolur. Mina xala dayandı. niyə tez getdin? Niyə məni odsuz-ocaqsız yandırdırı? Axı mən sənə nə pislik eləmişdim ki. a kişi. uşaq çılpaqdır. köynəyini. qərib bir həsrətlə öpdü. damın altında köməksiz qalıb? Allah sənə insaf versin. aradan illər keçməyib.. Arvad asta-asta ayağının altında bir şey qalıb sınacağından qorxurmuş kimi ehmalca sandığa yaxınlaşdı. gör oğlun nə boyda olub! Sözümə baxmayıb oxumağa gedir. Elə bil bu göz yaşları onu yüngülləşdirdi. Arvad ağır yük altından çıxmış kimi ayağa durdu. __________________Milli Kitabxana___________________ Arvad titrədi. ey yeri-göyü yaradan. Ərinin çuxasını. Mina xalaya elə gəldi ki. sonra daşıb gilə-gilə yanağına süzüldü. Arvad vahimələndi.

Mina xala paltarı səliqə ilə qatlayıb sandığa qoydu. Çırağı yaxına çəkdi. *** Qoca kişi yuxusunu dağıtmaq üçün üzünə bir-iki ovuc su vurdu. "Görünür. Kürün üstünə qaranlıq çökmüşdü. Əli soyuq və yuvarlaq bir şeyə toxundu. Paltarları qatlayıb yenidən sandığa yaxınlaşdı. ovcuna baxdı. əlinə yumşaq bir şey dəydi. sən məndən tədbirlisənmiş. a kişi. Belini düzəldib dikəldi. bir gün oğlun məktəbə gedəcək. yenidən mışıldadı. el bil Mina xalanın damarlarına ilıq qan vurdular. O başa düşdü ki. Köynəyinin ətəyi ilə yaş sifətini sildi.. Kənddən boğuq və yorğun xoruz səsi gəldi. Mina xala əyildi. Gəmiyə getdi. Ağcaqanadlar uçub haraya isə dağılmışdılar. axşamın təzəcə düşdüyünü zənn etmək olardı. Kürün qıjıltısından başqa heç nə eşidilmirdi. Laylanıb kəndin üstünə çökən tüstünü səhər mehi qovub uzaqlara aparmışdı. uşağı yuxudan qaldırıb onun üstünə ölçüb- biçsin? Səhərə qədər yatmayıb tiksin? Bəs Osman özü buna nə deyər? Mina xalanı yenidən fikir götürdü. başını ehtiyatla qaldırıb qolunun üstünə qoydu. mən başı batmışsa səni etibarsız bilirdim". Hava təmizlənmişdi. ona xərclik lazım olacaq. Oğlunun ilıq nəfəsi arvadın sinəsini isitdi. Mina xalanın barmaqları onun saçının arasında dolaşdı. İşığa gətirib baxdı. Yaxındakı cələdən qanad səsi gəlməsəydi. Yüngülcə damın belinə qalxdı. Sən nə yaman yerdə harayıma çatdın. Soyuq metal parıldadı. Oturdu. oğlu anasınun fikri ilə razılaşmayacaq. Bu soyuq təmas arvadı titrətdi. Qoca kişi sinəsini açdı.. Hardasa it hürdü. quşlar budaqlarda cikkildəməsəydi. yorğanı qaldırıb ehmalca oğlunun yanına girdi. Üstəlik onunla savaşıb uzaq səfərə küsülü gedəcək. a kişi. Osmanı qucaqladı. Ancaq onun mışıltı ilə yatdığını görüb dayandı. Əlini onun saçına çəkdi. cibində pul gizlədib dar günə saxlayırsanmış. İslaq əlini başına çəkdi. Nə isə tappıltı ilə yerə düşdü. Kürün sərin mehi onun saqqalının arasında oynadı. gözləri işiqlandı. 319    . Azacıq sonra isə həmin soyuqluq isindi. Arvadın bədəni qızışdı. __________________Milli Kitabxana___________________ kə qayçını götürüb kəssin. Barmaqları əsə-əsə kisənin ağzını açdı. Üzünü anasının köksünə sıxıb. Arvad köksünü ötürdü. Osman çevrildi. Kişi üfüqə baxdı. Osmanı oyatmaq istədi. Dan yeri qızarırdı. oğluna qıymadı. Tələsik həyətə çıxdı. Elə bil sümüyün duyubmuş ki. Səhər mürgüsü onu təntitmişdi.

Çarığı tikib qurtardı. Arabir balıqlar sudan havaya atılırdı. Dal tərəfə keçib heybəni götürdü. təknəyə toxunan su şappıldayırdı. Sular qızardı. Ancaq ağcaqanadlar ona aman verməmişdi. Xırdaca ləpələr onu yırğaladıqca. Qoca kişi çarığı götürdü. Mina xala nə qədər çalışdısa da. şəhərə çatan kimi özünə paltar al. . Suvadağa adamlar gələnə qədər tikib geymək istədi. Qoca kişi birdən-birə hər şeyi başa düşdü. yaş onu boğur. kövşəni əlinə aldı. Qoca kişi qaranlıq qarışan kimi ocağın işığında gonü köyşələmiş və özünə çarıq tikməyə başlamışdı. Cütləyib kənara qoydu. Bu gön onun əlinə göydən düşmüşdü. uşaqların uşkola gedəcəyini lap yadımdan çıxartmışam.Yaxşı. Osman kənardaca dayandı. Dəstə sahilə endi. Çiynini sığalladı. Gün xeyli qalxdı. Kişinin ayağı yalın idi. "Deyəsən qocalıq məni yaman üstələyib. Kişi solğunlaşan ulduzlara fikir vermədən atılıb gəmiyə mindi. kürəyi yoxladı. Osman da doluxsundu. Bir az aşağıdakı gölməçələrdə isə qurbağalar quruldayırdı. Üzümü yana çevirib dotunun ətəyi ilə gözünü sildi. Kişi əlinin üstə qoyub baxdı. Mina xala özünə toxtaqlıq verdi. . barmaqlarını düymələrinin üstündə gəzdirdi. Yarğanın kölgəsi geri çəkildi. Suyun daşıb-daşmadığını bilmək üçün sahilə. Yaxınlaşıb oğlunun üzündən öpdü. Kişi heç nəyə fikir vermədi. Bir tayı yarımçıq qalmış çarığı çıxartdı. ana. Çarığı soyundu. Ağac qırıntıları vo boz köpük zehi əvvəlki yerində idi. gözünün yaşını saxlaya bilmədi. 320    . Əşrəf. __________________Milli Kitabxana___________________ Gəmi yarğanın dibində idi. Dünən yuxarıdakı dağ kəndlərindən gəmi ilə keçirdiyi kəndlilərdən bir ona bir cüt gön vermişdi. yadından çıxmasın. Əhməd və kəndin arvad-uşağı da yarğanın qaşında idi. Qoca kişi gəminin kəndirini yoxladı. heybəsini bir gün qabaqdan hazırlayıb səbirsizliklə bu anı gözləyən oğlan birdən-birə qəribsədi. yarğanın dibindəki ləpədöyənə baxdı. Qoca kişi gəmidən düşüb onları qarşıladı. Uşaqlar qohumları ilə görüşüb bir-bir gəmiyə atılanda hiss etdi ki. dərdin alım. Mina xala. Axşamdan bəri getməyə tələsən. Əli ilə köynəyinin yaxasını düzəltdi. Elə bu vaxt yarğanın qaşından onu səslədilər. narahat olma. Gərək Osmanın yoluna bir şey tapaydım". bir az da keçsə hönkürəcəkdir. Çəpi. Ayağını qurulayıb çarığın bir tayını geydi.Bax. Dikdirdə dayananların içində qardaşı oğlu Osmanı görəndə bir xeyli təəccüb etdi. Bizi. şirincə gərnəşib bərkdən əsnədi.

Hamıdan pis geyinən.Lazım deyil. burnunu çəkdi.Əşrəf. geyin. dəyirmanın gözünə ölü salsan diri çıxar. ay bacı. . təzəni geydi.. . Əhməd gülümsündü: .. ayaqqabılarına. . Qoca kişi gəminin ipini açdı. Yenicə tikib qurtardığı çarığı cütləyib götürdü.Arxayın ol. Ancaq başını bulayıb geri çəkildi: .Əmi. Onun əynində ağ bezdən köynək var idi. hamıdan sınıq Osman idi. Osman heybəni çiynindən yerə qoydu. Kişilər özlərini şax tutmağa çalışdılar. Çarığın bağlarını bərkitmək istərkən gözü əmisinin yalın ayaqlarına sataşdı. Əhməd qardaş. dərdin alım. anası yenicə tikmişdi. elə sənin də gözün üstündə olsun.Ondan nigaran olma. Qoca kişi onun çarığının altındakı deşikləri aydınca gördü. kiçik gözləri daha da qıyıldı. Uşaqların arxasında daldalanmağa çalışırdı. Uşaqlar gəmiyə doluşub qatarlaşdılar..Di bəsdir. Qoca kişi gəminin dal tərəfinə keçdi. __________________Milli Kitabxana___________________ Onlar yenidən qucaqlaşdılar. Çanqları gəmiçidən aldı. geyin. qarın qaçmış ayağının qırışlarından çəkə bilmədi. Onun titrək səsi eşidildi: . .Al. özüm sənə tikmişəm. bir xeyli dayandı. çox sağ ol. - Tez ol. Əli çarığın bağında. Ayağını xurcunların arasında gizlətmişdi. şəhərə gedən kimi. Osman əmisinin əlindəki çarığa baxdı. aşağı əyilib köhnəni soyundu. Gözünü Qoca kişinin suda çox olduğundan ağarıb. bəs. əmi. Qoca kişi gözaltı onların əyninə.Bax. Osmanı sənə tapşırıram. 321    . Osman elə bil köhnə geyimindən xəcalət çəkirdi. az zövzəklik eləyin. cavabdeh özünsən. Görünür. . bala. a nişanlısı göyçək? – Qoca kişi onun sözünü kəsib gülümsündü.Bə şəhərəcən ayaqyalın gedəcəksən. Arvadlar gözlərini quraladılar.. çiyinlərindəki heybələrinə baxdı. Sonra dabanı üstə fırlanıb. Adəti üzrə şalvarını dartdı. Bir-iki addım dalı-dalı getdi.Pulum var. Gülüşdülər. . Onun gözlərində sevinc və təəccüb bir-birinə qarışdı. quş kimi gəmiyə atıldı. Mina xalanın ürəyi sakit olmadı. Osman anasından aralandı. Bir-birindən ayrılmaq istəməyən ana-balaya acıqlandı: . Osmana yaxınlaşdı: .Al. Səlim amanatı. məni dilə tutdun.

evdə bir azca soyuqluq hiss edəndə nəfəsləri ilə onu isit- 322    . Rüstəm kişi qabağa gəldi. . Çırağın işığı aşağı çəkilmiş olsa da. əlini uzadib kəndirdən yapışdı: . a nişanlisı göyçək. dizlərini qarnına doğru azacıq qatlayıb yatmışdı. Hərəkətləri çevik. Qırışlar onun alnına iz salmışdı. sonra gecikərik. Yarğanın divarındakı deşiklərdən bir dəstə göyərçin uçub havaya qalxdı.Ə. elə sinəsi də qəşəng və sığallı idi. Sahildəki cələ. Halbuki. Gəmi Kürün axarına düşdü. Burada dayanıb uşaqlarla bir də görüşdülər. Hiss olunurdu ki. beş-altı il bundan əvvəl yanağı. kimi gözləyirsiniz. Osmanın altı deşik çarıqlarını götürüb Kürə atdı. Mina xala sahil boyu. a nişanlısı göyçəklər. Yorğan sürüşüb düşdüyündən. buxağında. kəndin evləri getdikcə kiçildi. yol üstündəyik. Nəfəsi ipək köynəyinin yaxasındakı tülü yelləndirirdı. sinəsində nazik zehlər əmələ gəlmişdi. Əşrəf kürəyi aldı.Uşaqlarda işin olmasın. Gözlərinin altı kölgələnmiş. Səlim dil altında qalmadı: . suyun axarı ilə. Uşaqlar hərəkətə gəldilər. Vera yaşlaşmışdı. Ancaq indi ətə dolub ağırlaşmışdı. düşün gəmini yuxarı çəkək. elə uçurum yarğanlar da fırlandı. Bir göz qırpımında sahildən aralandı. gəminin bərabərincə qaçır və əlini sinəsinə döyürdü.Qoca dayı. özümüz çəkərik. Sahildəkilər ipi gəmiyə atdılar.Söz güləşdirmə. hündür yarğanın altındakı keçidə çəkdilər. çiyninin bir hissəsi və sinəsi açılmışdı. __________________Milli Kitabxana___________________ Qoca kişi ona cavab vermədi. Osman gözünü anasından çəkmədi. arvadın saçlarına düşəndən aydınca görünürdü. Onlar Kür yuxarı süzüb kəndə doğru getdi. Vera əlinin ikisini də cütləyib başının altına qoymuş. bizə sataşma. evlənmişdilər. 3 Aleksey Osipoviç yastığa dirsəklənərək qonşu çarpayıda şirin yuxuya getmiş arvadına tamaşa edirdi. Uşaqlar sükut içində dayandılar. qoy ayaqları islanmasın. bədəni nazik və oynaq idi. Onlar on ildən çox idi ki. yerişi quş kimi yüngül idi. uzaqlaşdı. Saçları gur və dalğalı idi. Qoca kişi çəpi götürüb dal tərəfə keçdi. Sahildəkilər köməkləşib gəmini yuxarı. Gülüşdülər. Qabağa getdi. Sonra üzünü uşaqlara tutdu: . kəndə doğru gedən torpaq yol. buxağı. Köksü qabarıq olsa da. Çətin günlərdə bir-birinə həyan olmuş.

Onların kölgələri gah dağın döşünə sərilər. aybaay. Tayalar cərgələnmişdi. ilk gənclik mehribanlığı. məhz belə aylı gecələrin birində öpmüşdü. Çuxuryurd yaylaqlarında bir yerdə böyümüşdülər. aylı gecələrdə qoşalaşan kölgələrinə tamaşa etməkdən doymazdılar. gah dərəni aşar. Aleksey Osipoviç də arvadını mehribanlıq və qayği içində saxlayır. özü də arvadının könlünə toxuna biləcək bir hərəkət etməmişdi. Aleksey Osipoviç hələ indiyə qədər Veradan narazılıq. Veranın yuxuda dəfələrlə uşaq kimi hıçqırıb ağladığını. gecələr yuxuya gedən kimi sifətinə qüssə çökür. o. Lakin bunların heç biri Veranın ürəyində qubar bağlayan dərdi azalda bilmirdi. Axşamlar isə tez-tez kəndin ortasına toplaşıb qarmon çalar. laylaya bənzər 323    . xeyli Alekseyin üzünə baxmış. Vera çox təmkinli qadın idi. Aleksey Osipoviç görürdü ki. onu kədərləndirməmək və fikrini dağıtmaq istəyir. bəzən də elə bil nəyi isə qucaqlayıb oxşadığını. onun məhzun çöhrəsindən hər şeyi anlamaq olurdu. bulaq üstə enəndə. Aleksey Osipoviç arvadının çox zaman yuxuda çatılan qaşlarına. Bu ünsiyyət. Vera baş yaylığını açaraq çəmənliyə qaçmışdı. sonra da kölgəli küçələrlə evlərinə ötürərdi. dodaqlarından təbəssüm əskik olmur. azacıq da olsa bir şikayət eşitməmiş. __________________Milli Kitabxana___________________ miş. zahiri şadlığını itirmir. günü nə qədər xoş keçsə də sarsılır. sonra özü də bilmədən onun boynunu bərk-bərk qucaqlamışdı. çöhrəsindəki hüznə ürək ağrısı ilə tamaşa edirdi. Kəndin alt tərəfindəki çəmənliyin otu biçilmişdi. O. Onlar belə hallarda kəndin arasındakı yolla asta-asta addımlayar. Uşaq vaxtı Şamaxı tərəfdə. qüssəli olanda. qəribliyə düşəndə bir-birinə sığınmışdılar: ürəklərindən keçənləri gözlərindən oxumuşdular. Aleksey Veranı tez-tez rəqsə çağırar. Onlar bir-birini çox istəyirdilər. Aleksey onu gözaltı süzərdi. günbəgün qocalır. Vera gündüzlər zahiri təmkinini və şadlığını saxlaya bilsə də. Onlar qurumuş çiçək və otun ətrindən məst olaraq. səhərə qədər oynayıb-oxuyar dan qızarana yaxın evlərə dağılışardılar. gah da yenicə ağardılmış kənd evlərinin divarında baş-başa verərdi. onu nəvazişlərə qərq edirdi. qəlbində gizli bir dərd baş qaldıranda belə. O həmişə ərinin sakitliyinə çalışır. alnındakı düyünlərə. Vera ağ bənizli. ya da ayaqyalın çəmənlikdə qaçanda. Aleksey Veranı ilk dəfə evlərinin yanında. qırmızı yanaqlı malakan qızları ilə bir yerdə ot biçininə gedəndə. arvadı içəridən qovrulur. Vera onun hərəkətinə əvvəlcə təəccüb etmiş. Aleksey Osipoviç hiss edirdi ki. Bir yastığa baş qoyduqları gündən indiyə qədər aralarında könülə toxunan bir söz olmamışdı. tayaların birinin kölgəsində gizlənmişdilər. uşaqlıq isinişməsi onlar evlənəndən sonra da davam etmişdi.

çarpayıları. arvadı övladsızlıq dərdi çəkir. Bayırda külək əsirdi. Çırağın işığı azalmışdı. Gözünü tavana zillədi. Ancaq indi. Mən övladsız deyilam. oğlum onsuz da ölmüşdür. __________________Milli Kitabxana___________________ bir tərzdə zümzümə etdiyini görmüşdü. Kür qıjıldayırdı. Ağacların xışıltısı eşidilirdi. Xəstə uşaqları başsız qoysa daha ağır itkilər baş verə bilər. Pestalotsi xəstə tələbələrini buraxıb öz oğlunun dəfninə getməzdimi? Ancaq o getmədi. pəncərədən boylanmaqdan yorulur. onun arxasında gizlənsinlər. "Mən nahaq kədərlənirəm. Hay- harayla qaçışan uşaqlar nəyisə salıb sındırsınlar. yay tətili günlərində Aleksey Osipoviç sakitlikdən bezmişdi. Səhərdən axşama qədər uşaqlardan ayrılmazdı. axşamlar otaqlar sükuta qərq olmasın. Sabah uşaqlar gəlməli- 324    . Mənim balalarımın sorağı bir neçə ildən sonra Azərbaycanın ən ucqar guşələrindən gələcək". yorğan-döşəyi yoxlayar. uşaqların yumşaq yerinə bir-iki şapalaq çəksin. Arxası üstə çevrildi. O hiss etməzdi ki. balacalar xilas olmaq üçün atalarının yanına qaçsınlar. uşaqlarının olmaması onu acı alma kimi büzüşdürür. O da istəyirdi ki. Veranın sinəsini və çiynini örtdü. Başı işə o qədər qarışardı ki. Bəzən ailəsini. Aleksey Osipoviç yorğanı çəkdi. mən haqsızam. Onun dən düşmüş saçını üzündən geri atdı. Belə hallarda Aleksey Osipoviç yaşarmış gözlərini silirdi. O özü tək qaldığından. Məşğələlərdən sonra onlarla birlikdə yataqxanaya gedər. Arabir parovozlar kəsik-kəsik fit verirdi. Fədakarlığı ondan öyrənək. Aleksey Osipoviç başa düşürdü ya. Doğrudan da tələbənin ən yaxın adamı. onu mənsiz də dəfn edəcəklər. uşaq ata. Bəs tələbələrim? Məgər onlar mənim övladlarım deyilmi? Məgər mən öləndən sonra onların timsalında yaşamayacammı? Müəllim üçün tələbəsini boya-başa çatdırmaq ən böyük səadət deyilmi? Məgər müəllim tələbələrini öz balasından azmı sevir? Əgər belə olmasaydı. onları yuxuya verdikdən sonra evə qayıdardı. Fikirləşdi ki. arvadının iztirablarını daha yaxşı dərk edirdi. O bütün heyatını məktəbə vermişdi.anasına demədiyi sirri müəlliminə açır. Vera evdə darıxır. Gərək biz də o cür pedaqoqların yolu ilə gedək. onun sirdaşı müəllimi deyilmi? Elə hallar olmurmu ki. Axı o da övlad istəyirdi. Vera hirslənib onlara acıqlansın. günlərin necə gəlib-getdiyini hiss etməzdi. yazi masasının üstündəki dəftər-kitabı bir-birinə qatsınlar. Övladsizlıqdan şikayət eləməyə haqqım yoxdur. Aleksey Osipoviç bunları çox yaxşı dərk edirdi. qüssə və kədərdən qulaqlar güyüldəməsin. özünü belə unudardı. Yox. üzə vurmasa da.

Hansı evə bircə dəfə getsə..Vera. Aleksey Osipoviçın yuxusunun dağılmasının bir səbəbi də sabahı gözləməsi idi. Onlar yarım saatdan sonra məktəbin həyətinə gəldilər.İcazə versəniz. gedirik. Yenə məktəbin həyəti.Cənab Kipiani. yataqxana səs-küylə dolacaq. tələbələrin min cür tələbi. ondan əl çəkmirlər.Məni də aparırsan? . Bayır isə aydınlaşır. Sakitlik idi. . Aleksey Osipoviç yanı üstə çevrildi. Azacıq aşağı əyilib Vera Fyodorovnanın əlindən öpdü və bundan sonra üzünü Aleksey Osipoviçə tutdu: . sizinlə gedərdim. uşağını oxumağa göndərəcək. Dərhal da paltarını geyinib arvadını oyatdı: . Səksəkəli yatdığından. Yenə Aleksey Osipoviç səhər gedib axşam qayıdacaq.Vağzala. Onlar furajkalarını götürüb salamlaşdılar. Aleksey Osipoviçin gözünə yuxu getməsi ilə ayılması bir oldu.Uşaqları qarşılamaq lazımdır. dur. Gözünü pəncərəyə zillədi. O iki ay bundan əvvəl Azərbaycanı oymaq-oymaq gəzib Qori müəllimlər seminariyası üçün tələbə axtarmışdı.Xeyir ola? . .. gecikirik. pəncərədən süzülən işıq çırağın şöləsini solğunlaşdırırdı. Otuz adam ona söz vermişdi ki. Yenə məşğələlər başlayacaq. İndi görəsən onlar gələcəkmi? Sonradan fikrini dəyişən olmayıb ki? Əgər sözlərindən dönsələr. Uşaqlarla çox tez dil tapır. sualları etirazı və narazılıqları meydana çıxacaq. . hazırlıq qrupları açmaq çətin olacaq.Hara? . İçəri toran idi. Faytonçu atları qoşmuşdu. . Bəs Vera nə etsin? Bəlkə onu da məktəb işinə qoşsun? Bəlkə təzə açılacaq hazırlıq kurslarında ona bir məşğələ düzəltsin? Xor və dram dərnəklərinin işini ona tapşırsın? Axı onun yaxşı səsi var. Arvad təlaşla onun üzünə baxdı: .Yoxsa səfəriniz var? 325    . balacalarla danışıb-oynasa. bu tezdən hara? O gülümsündü. Elə bu vaxt faytonçu ilə söhbət edən adamı tanıdı.Tez ol. pəncərədən işıq düşən kimi yerindən dik atıldı. şikayəti. Kiminləsə söhbət edirdi. __________________Milli Kitabxana___________________ dirlər. Aleksey Osipoviç arvadının qolundan tutub faytona yaxınlaşdı.

Əhmədlə Əşrəf uşaqları kənara.Sən də gəlmisən? . Əşrəf dönüb baxdı.Demək belə. bəzisinin kəmərini düzəltdi. yad yerə ayaq basdıqlarından. Yuxudan kal ayılmış uşaqları qoymadı ki. Gah qabağa qaçır. Həyəcanla Əşrəfin qolundan dartıb dəmir yolundan o tərəfdəki faytonu göstərdi. Elə bil ki. Ömürlərində ilk dəfə vaqona mindiklərindən. basabas salsınlar. gah da Əşrəfin yanına gəlib az qala onun ətəyindən yapışırdı. Onlar yanaşı oturdular. Çernyayevski qollarını açıb Əhmədi qucaqladı. __________________Milli Kitabxana___________________ . Əşrəf qapının ağzına tərəf getdi. Əşrəfin kürəyinə vurdu.Elədir. . Tiflisdə dəstə böyümüşdü. Əhməd də o biri vaqondakı uşaqları düşürtdü. Atlar çaparaq həyətdən çıxdılar və döngəni burulub vağzala yollandılar. Qatar silkələnib dayandı. Əlini uzadıb uşaqların bəzisinin papağını. Yükü ağır olanlara kömək etdi. hamınız gəlibsiniz. Küçələrdə təkəm-seyrək adam var idi. Tələbəsiz məktəb suyu sovulmuş dəyirman kimi yaman qüssəli olur. Vaqondan yenicə düşmüş uşaqlar onlara yaxınlaşdılar. 326    . uşaqları bir-bir gözdən keçirdi.Özünüz görürsünüz. təşviş və təlaşla ətrafa boylanırdılar. Osman birdən qabağa çıxdı. . Ani olaraq. Çayın vadisindəki çəmənlik də göz qamaşdırırdı. Faytonçu qamçını havada oynatdı. Başqa qəzalardan gələn uşaqlar da onlara qoşulmuşdular. vağzaldan aralı bir yerə topladılar. Mən də uşaqları qarşılamaq istəyirəm. Osmana yaxınlaşanda isə ayaq saxlayıb gülümsündü. Şəhər hələ yuxulu idi. Vağzalla şəhərin arasındakı düzənlikdə qıvrılıb axan Kürün suları parıldayırdı. kiminsə onu oğurlayacağından ehtiyat edirdilər. Onların ürkək baxışlarına arxasında gizlənən həvəs və marağı gördü. Ayaqlarındakı çarığa. Çoxları çiyinlərindəki heybədən bərk- bərk yapışmışdı. Elə bil oraya səhər-səhər göydən su çilənmişdi. O. Onların çoxu hələ özünə gələ bilməmişdi. Ürəyim yaman darıxır.Yox. Aleksey Osipoviç? . Osman hamıdan çox həyəcan keçirirdi. Aleksey Osipoviçi gördü. Çiyni heybəli uşaqlar müvazinətlərini saxlaya bilməyib səndirlədilər. Üfüq qıpqırmızı idi. "Görəsən bunlardan gələcəkdə nə olacaq?" deyə xəyalından keçirdi. Özü hamıdan əvvəl vaqondan yerə düşdü. gah dəstənin ortasında durur. yamaqlı paltarlarına baxdı. deyilmi. dəmir yolu gördüklərindən.

Uşaqlar və Olqa Konstantinovna qonşu otaqda yatdıqdan sonra. O 327    .deyə Əhməd nəyi isə xatırlayıb susdu və birdən qollarını açıb Kipianini qucaqladı. Məktubu kənara atdı. Eynəyinin şüşələrini sildi və polisin dünən gecə gətirdiyi məktubu şamın işığında təzədən diqqətlə oxudu.Siz papiros çəkirsiniz? Uşaqlar gülüşdülər. keçmişindən və gələcəyindən böyük ehtirasla danışırdı. O. . . Molla Sadıqla haqq-hesabı kim çürüdəcək? . gözəl müəllim idi. Semyonov yazı masasının arxasına keçdi. Ancaq Əhməd gözünü Kipianidən ayırmadı. – Bu yaman dəcəldir. Kipiani əlini uzatdı və birdən qaşlarını çatıb dayandı: . .Kipianini yalnız gürcülər deyil. bütün şöbələrin tələbələri sevirdi. Aleksey Osipoviç uşaqların hamısı ilə görüşdükdən sonra geri döndü və üzünü Əhmədə tutdu: . Heç Sizi tanış da eləmədim. sən salamatsanmı? Hamı təəccüblə onlara baxdı. onun təfəkkür tərzini belə nəzarət altında saxlamaq istəyirlər. Adamları sərbəst düşünmək hüququndan da məhrum etməyə çalışırlar.Mişa.Tapılar. .Mixail Keyxosrovoviç.Yəqin burda da bizim saqqalımızı yandıracaq. .Sevindiyimdən hər şeyi unutmuşam. Müəllimlər də onlara qoşuldular. Tütünə barıt doldurub mollanın saqqalını yandırmışdı.Kəndimizdə dəcəl çoxdur. Kipiani bütün vardığı ilə məktəbə və tələbələrə bağli idi. Az qalırlar ürəklərə belə xəfiyyələr göndərsinlər". Diqqətlə onun üzünə baxdı. "Gör nə qədər həyasızlaşıblar! İnsanın nələr fikirləşdiyini. "Kipianinin nələr düşündüyünü öyrənib bizə gizlicə xəbər verəsiniz". .deyə Osman gülə-gülə cavab verdi. Şalvarının yan cibindən təmiz bir dəsmal çıxartdı. . O bir anlığa Kipianinin hərəkətlərini gözü qabağına gətirdi. deyəsən biz tanışıq. __________________Milli Kitabxana___________________ . bu tanış səsi harda eşitdiyini xatırlamaq istədi. Seminariyada işlədiyi müddətdə hələ ondan şikayət olmamışdı. .deyə Aleksey Osipoviç sözə başladı.Axı. . Son sətirlərin üzərində xeyli dayandı. Bu bizim seminariyanın müəllimi Kipianidir.Dayan.Bəs. dayan. Vətənini dərin məhəbbətlə sevən bu adam həmişə onun taleyini düşünür.

qurtuluş yolu axtarmaq hökumət əleyhinə çıxmaqmı deməkdir? Məgər hər bir namuslu vətəndaş vətəninin. Kipianinin familiyasını tapdı. Belə bir adamı nə üçün gözüm. Onun adının qarşısında qələmlə işarə qoydu. Semyonov xırda hərflərlə yazılmış vərəqi nəzərdən keçirdi. Gülümsər çöhrəsi ağarmışdı. Rusca təmiz danışsa da. arıq bir adam idi. əksinə. inqilabi iş üstündə Peterburq. tarix dərnəyi təşkil etmişdi. şer oxuyur. Uzadıb saqqalına qatmışdı. O. Küncdəki seyfdən iri bir qovluq çıxardıb masanın üstünə qoydu. İki il idi ki. hökumət əleyhinə təbliğat aparır? Axı bu təbliğat nədən ibarətdir? Məgər ölkənin vəziyyətini düşünmək. hökumət əleyhinə işləmək deyil. ondan hələ əl çəkməyiblər. Bəs belə isə. Kazan.çıxdıya salmışdılar? Onu yenidən Sibirəmi göndərmək istəyirdilər? Axı mən ondan nə yaza bilərəm? Semyonov ayağa durdu. onun ağır hal keçirdiyinə dözməmək. Yeriyəndə sağ ayağını möhkəm basa bilmədiyindən. Boynuna ala-bəzək şal bağlamışdı. ekskursiyalara aparır. Qollarını qandallayıb elindən. Bəlkə elə doğrudan da Kipiani burada da gizli işlərlə məşğul olur. Peterburq Texnoloji İnstitutundan qovulduqdan və Sibirdə cəza çəkdikdən sonra belə onu gözdən qoymurlar. Əvvəlcə əlinə qəzet səhifəsinə bənzər iri bir kağız keçdi. millətinin səadətinə çalışmamalıdırmı? Gördüyü ədalətsizliklərə qarşı öz etiraz səsini ucaltmamalıdırmı? Bu ki. Sonra müsahibinin üzünə baxdı: .İndiyə qədər harda işləyirdiniz? 328    . Semyonov onun ərizəsini diqqətlə oxudu. Kiyev ali məktəblərindən qovulmuş müəllim və tələbələrin siyahısı idi. O. Siyahıda özünün bir neçə tanışlarının da adına rast gəldi. Bir xeyli beləcə. Nəhayət. Moskva. Azacıq axsayırdı. əlində qələm. əsaya dirənirdi. tələffüzündən gürcü olduğu dərhal sezilirdi. uşaqlarə dram dərnyinə toplayır. Qafqazın ucqar yerlərinə bundan ötərimi gəlmişik?" Semyonov iki il bundan əvvəl Kipianinin onun yanına iş üçün gəldiyini xatırladı. dayandı. Fikirli-fikirli saqqalını qaşıdı. Son vaxtlar bu cür gizli siyahıları tez-tez göndərirdilər. Mətbəədə çap olunmuş bu vərəq qara haşiyəyə alınmışdı. obasından didərgin salırlar? Məgər biz buraya. bığını qafqazlılar kimi burmamışdı. ucaboy. onun işinə kömək etmək deməkdir. __________________Milli Kitabxana___________________ özü ədəbi gecələr təşkil edir. "Demək. Zil qara saçları və saqqalı qıvrım idi. nə üçün bir balaca sərbəst düşünmək istəyənləri təqib edirdilər. Asta-asta vərəqlədi. Daxili işlər nazirliyinin əmri ilə həmin adamlar polis nəzarəti altında saxlanılır və məktəblərdə işləmək hüququndan məhrum edilirdi. Bu.

müsahibi ağır günləri xatırladıqca əzab çəkir. Semyonov bunları xatırladıqdan sonra qovluğu yenidən qabağına çəkdi.Sibirdə evlənmisiniz? . "Quberniya dəftərxanasındakı sənədlərdən aydın olur ki. Məgər. Sizin 4824 nömrəli məktubunuzu oxuduqdan sonra bu yuxarıda qeyd olunanları yadınıza salıram. Kipianinin ərizəsini. burda. Gözləri sətirlərin üzərində gəzdi.Xeyr. . 1880-ci ildə əlahəzrətin mərhəməti sayəsində polis nəzarətindən azad edilmişdir.Sürgündə də olmusunuz? . Semyonov gördü ki. bizim seminariyada gürcü dilindən dərs demək istəyirsiniz? . arvadım məni tək buraxmaq istəmədi. məsləhətləşərik. cənab direktor.Niyə. belə bir adamın seminariyaya gürcü dili müəllimi qəbul edilməsini təhlükəli hesab etmirsinizmi? Knyaz Qaqarin 22sentyabr.Çox sağ olun.Evlisinizmi? . .Bəli.K. onları da sürmüşdülər? .Yox.Bəli. . zati-alilərinin iradəsi ilə 1878-ci ildə Şərqi Sibir general-qubernatorunun nəzarəti altında sürgünə göndərilmişdir. Oradan isə Orenburq ölkəsinə sürgün edilmişdir.Kipiani Tiflis və Kutaisi quberniyalarında cinayətkar təbliğatlar apardığına görə. 1881" 329    ..İki uşağım var. . .Yaxşı.Demək.. __________________Milli Kitabxana___________________ . ona verilən cavabı axtarıb tapdı. Onun xahişini rədd etdilər. Mənim etirazıma baxmayaraq. Onun yaralarını təzələməmək məqsədi ilə söhbəti dəyişdi: .Sürgündən əvvəl Tiflis və Kutaisidə olmuşam. ancaq onlar da Sibiri görüblər. . Peterburq Texnoloji İnstitutunun sabiq tələbəsi M. Kipiani ayağa durdu. ancaq indi azadam. Kipianinin seminariyada işləməsinə icazə istədi. müsaidə etsəniz. Nəzakətlə təzim edib otaqdan çıxdı. Bundan sonra onun Tiflisə qayıtmasına icazə verilmişdir. Sizinlə bir yerdə işləyərdim. dalımca Sibirə gəldi. Semyonov elə həmin günü Qafqaz maarif müvəkkilinin adına bir məktub göndərdi.

Əvvəlcə Şərqi Sibirdə. 1881. adamı üşürgələndirən bir hava axını içəri doldu. bu şərtlə ki. 1881. ancaq üzə vurmur. sonra isə Orenburq vilayətində sürgündə olmuş Kipianinin Sizin seminariyada gürcü dili müəllimi işləməsini qeyri-mümkün hesab edirəm.№ 93" Semyonov qovluğu örtüb kənara itələdı. Köynəyinin yaxasını açdı. Nəfəsliyi itələdi. Yarpaqların xışıltısı ilə bərabər çəmən otlarının qoxusu da otağa yayıldı. mənəvi cəhətdən əziyyət çəksə də özünü şax tutması Semyonovun daha da xoşuna gəldi. 27 oktyabr. Siz Kipianiyə nəzarət edəsiniz və onun bütün hərəkətlərinin cavabdehliyini öz öhdənizə alasınız. Onun bu qüruru. Nəhayət. Sərin. Kürün o tayındakı balaca dəmiryol stansiyasından kəsik-kəsik fit eşidildi. Kipianinin dodaqlarında istehzalı bir təbəssüm oynadı. Semyonov məsələnin nə yerdə olduğunu demədi. belə bir cavab gəldi: "Zaqafqaziya müəllimlər seminariyasının direktoruna! Sizin mənim adıma oktyabrın birində göndərdiyiniz 602 nömrəli təliqəyə əsasən yenidən Qafqaz valisinə müraciət etdim və zadəgan Mixail Kipianinin Sizin seminariyada gürcü dilindən dərs deməsinə icazə aldım. Ml 161" Bu cavabları alandan iki gün sonra Kipiani onun yanına gəldi. Sizin təliqənizi və Kipianinin ərizəsini geri qaytarıram. Kipianini yola saldıqdan sonra maarif müvəkkilinə təkrar müraciət etməyi qərara aldı və bir neçə gündən sonra Tiflisə məktub göndərdi. __________________Milli Kitabxana___________________ Semyonov Tiflis qubernatorunun təliqəsini diqqətlə oxuduqdan sonra Qafqaz maarif müvəkkilinin onun adına yazdığı kağızı nəzərdən keçirdi. Bütün bunları Sizin nəzərinizə çatdırmağı özümə borc bilirəm. Elə bil otaqda hava çatışmırdı. Kipiani hər şeyi anlayır. "Zaqafqaziya müəllimlər seminariyasının direktoruna! Sizin sentyabrın üçündə mənə göndərdiyiniz 554 nömrəli təliqəyə qubernatordan aldığım cavabı Sizə bildirməyi özümə şərəf hesab edirəm. hələ cavab almadığını söylədi. 24sentyabr. Semyonov başa düşdü ki. Semyonov divara dir- 330    . Çox böyük səbir və mətanətlə susur.

bir xeyli ötüb keçən qatarların yeknəsəq taqqıltısını dinlədi. Qafqazı aşdı. Mən onun barəsində məlumat verməliyəm". Ancaq bir balaca arali qoydu ki. Lidiya anasının qolu üstündə yatmışdı. Semyonov səhrada tək qalmış bir qərib kimi yalqızlıq hiss etdi. Qorinin qatı qaranlıqda mürgüləməsi. kişi bir müddət yerindən tərpənə bilmədi. qarı burub-bükür və şüşəsiz pəncərələrdən içəri doldumrdu. Bu səs Semyonovu uzaq xəyaldan ayırsa da. "Yəqin bu saat. Onların bu məsum yuxusuna tamaşa etməkdən ləzzət aldı. Üzlərinə işıq düşməsin deyə. işıqların tamam sönməsi onu qüssələndirdi. onun uşaqlarını və arvadını həmin vaqonların pəncərəsindən boylananların içərisində təsəvvür etdi. söyüş söyən soldatları görür. Sarı. heç nə anlamaq istəməyən. aclıq və susuzluq onları taqətdən salmışdı. Vağzaldan ötüb keçən qatarın taqqıltısı getdikcə azaldı.deyir. əl-qolu qandallı dustaqları. O dayana bilmədi. Oğlunun. qapını çəkdi. Yaxındakı həyətlərdən birində qanad şaqqıldadı. Kipiani gözlərini süzdürüb istehza ilə gülümsünür. Semyonov Kipianini. nə üçün mənim haqqımda elə pis şeylər yazdın?" . qıvrım saçı daha da pırpızlaşmışdı. Yazı masasının üstündəki şamın işığı zolaq kimi çarpayıların üstünə sərilmişdi. Barmaqlarının ucunda yataq otağına keçdi. haqqında sorğu-sual gedir. Semyonov nəfəsliyi bağladı. Bu pəncərələrdən qadınlar. qarlı Sibirin qalın meşələri arasında tövşüyə-tövşüyə gedən qatarı. Semyonov qapıya yaxınlaşıb uşaqlarının üzünə baxdı. Səhərin yaxınlaşdığını xəbər verən səba nəsimi pəncərədən içəri doldu. Onun xəyalı təkər taqqıltısının arxasınca lap uzaqlara getdi. bəlkə. Ona elə gəldi ki. elə Kipiani də onun kimi dayanıb uşaqlarının mışıltısını dinləyir? Bəlkə də onun özü ağır və şirin yuxuya gedib? Bu saat onu nələr gözlədiyindən xəbərsizdir? Yəqin heç ağlına gətirmir ki. vaqonların pəncərələrindən boylanan solğun çöhrələri. Yuxuda da anasının boynunu qucaqlamışdı. Külək vıyıldayır. böyük qızının. Sanki. çovğunlu. dodaqlarının qanı qaçmış uşaqlar da boylanırdı. Tara çıxan xoruz bərkdən banladı. ucu nizəli tüfəngin qundağı ilə dustaqları vurub. __________________Milli Kitabxana___________________ səklənərək. Mərkəzi Rusiyanı keçdi və Sibirə doğru yollandı: Semyonova elə gəldi ki. Arvadının yastığını düzəltdi. bir şey olsa eşitsin. Sahildəki çinarların yarpaqları bərkdən xışıldadı. sonra da arvadının mışıltısına qulaq asdı. Aralanmış qapıdan yataq otağına nəzər saldı. Yazı masasının arxasına keçib kağız-qələm 331    . döngələrdə eşidilməz oldu. Semyonov uşaqlarının üstünü örtdü. bu təbəssümlə onu məzəmmət edir və "sənin polis xəfiyyələrindən fərqin nədir.

Mən Kipianinin evində yığıncaqlar düzəldib hökumət əleyhinə təbliğat apardığı barədə heç nə eşitməmişəm və belə bir işin olmasına inanmıram. uşaqların gələcəyini təhlükə altında qoymarammı? Maarif müvəkkili "bu işlərin bütün məsuliyyəti Sizin öhdənizə düşür" sözlərini nahaq yerə yazmamışdı ki? Elə Kipianini sən özün işə götürdün. sözanlamaz polisləri gözü qarşısına gətirdi və qələmi mürəkkəbə batırıb qətiyyətlə yazmağa başladı: "Kirill Petroviç həzrətlərinə! Siz mənim adıma göndərdiyiniz 40 nömrəli məktubunuza cavab olaraq aşağıdakıları bildirməyi özümə borc hesab edirəm. Məktubun birinci cümləsini yazdıqdan sonra əl saxladı. istər yoldaşları arasında. görünür. Tələbələr arasında böyük hörməti var. Gözünü pəncərəyə zillədi. Mən Kipianinin istər dərsdə. . onunla həmfikirsənmış. Ağır yük altından çıxmış adam kimi asudə nəfəs alıb gərnəşdi. Dilbilməz. nə cavab yazım?" Semyonov bu cür tərəddüd içində xeyli dayandı. "Bəlkə mənim yazdıqlarıma inanmadılar? Üstəlik mənün özümü də ittiham etdilər. hətta şəxsi söhbətlərində heç bir zərərli fikir söylədiyini eşitməmişəm. bəs onda nə olsun? Mən öz həyatımı. Bütün bunlarla bərabər qeyd etməliyəm ki. Qoridə axşamlar gürcülər evlərə toplaşaraq. __________________Milli Kitabxana___________________ götürdü. Kipiani seminariyanın ən intizamlı və sevimli müəllimlərindəndir. Bundan başqa gürcü dili həvəskarlarının nizamnaməsi tərtib edilmiş və qubernatora göndərilmişdir. Mən bizim gürcü dili müəllimi Kipianinin bütün hərəkət və danışıqlarına olduqca ciddi nəzarət yetirmişəm. Semyonov məktubu bitirib imza etdikdən sonra şamları söndürdü və yataq otağına keçdi. Maarif müvəkkilinə cavab yazmağa hazırlaşdı. 332    . Mən bütün bu işlərdə təhlükəli bir şey görmürəm. Öz fənnini ustalıqla keçir. Mən onun hərəkətlərinə nəzarət yetirəcəyimə söz verdiyimi və bütün məsuliyyəti öhdəmə götürdüyümü inkar edirəm". Bu barədə yerli qəzetlərdə rəsmi məlumatlar belə dərc edilmişdir.deyə məni də polis idarələrinə çəkə bilməzdilərmi? Bəs mən nə edim. gürcü dilində ədəbi əsərlər oxuyurlar. Onlar maddi cəhətdən çətinlik çəkdiklərinə görə kasıb güzəran keçirirlər və heç kəsə qarışmırlar. aldığım məlumatlara görə. Paltarını soyunub rahatca yerinə uzandı. Artıq dan yeri ağarırdı. Qələmi mürəkkəbə batırdı.

Bəzi yerlərdə qalanın divarından yuvarlanıb düşən daşlar yolu kəsmişdi. hörgülərin arasında bitən quru otlara zillədi. O zaman Kipiani ələ keçdi. çəmənliyin ortası ilə qıvrıla-qıvrıla axırdı. Göytəpənin yanında burulğanlı və hikkəli olan Kür burada quzu kimi sakit idi. arzuların ilğım kimi əlçatmazlığı onları süstləşdirmişdi? Bəlkə Kipiani taleyinə boyun əyərək ömrünü başa vurmaq istəyirdi? 333    . qala divarına yaxın bir yerdə. Aradan illər ötdü. Heç nədən qorxmurdular. Elə Əhmədin özünün də bığ yeri yenicə tərləmişdi. Qarşıdakı dağlar baş-başa vermişdi. Deyəsən. Kipiani azacıq axsadığından dalda qalır. Nəhayət. Yoxsa onun qürurunu sındırmışdılar? Yoxsa sürgün illərı onun iradəsini sarsıtmışdı? Məgər Əhməd özü də dəyişməmişdimi? O da ağır və təmkinli olmamışdımı? Bəlkə də bunlar acizlik və qorxaqlıq əlaməti idi? Bəlkə də ağır maddi vəziyyət. Onlar da belə idilər. Hər şey beləcə dəyişir. Kipiani yorğun və məhzun kimi gorünürdü. O zaman tələbələrin ən çox sevdiyi və pərəstiş etdiyi adamlar dekabristlər idi. Meşənin ətəklərində kəndlər. həm də gəncliyə xas olan macəraçı bir cəsurluq vardı. Xəfiyyələr dərnəklərin gizli fəaliyyətindən xəbər tutdular. dağılıb sökülür və köhnəlirdi. otları azacıq saralmış göylükdə oturdular. __________________Milli Kitabxana___________________ 5 Onlar dərin sükut içində. Liaxva çayı ilə birləşəndən sonra belə halını dəyişmir. asta addımlarla qədim Qori qalasının yerləşdiyi təpəyə yollandılar. həbsxanalara. Lakin tələbələrin bu coşqunluğu uzun sürmədi.. bir az bəridə isə vağzal görünürdü. Dostlar indi təsadüfən Qoridə görüşdülər. Peterburqda ilk dəfə tanış olduqları zaman Kipianinin üzünə ülgüc dəyməmişdi. Onlar Peterburq ali məktəb tələbələrinin gizli yığıncaqlarına birgə gedir. Əhmədi isə məktəbdən xaric etdilər. küçəyə çıxardılar. Onlarda həm coşqun bir ədalət hissi. əvvəlki coşqunluqdan əlamət qalmamışdı. Əhməd isə gözünü üfüqə zillədi. uçuq-sökük yerlərə. qalanlarını isə məktəbdən qovdular. Gözünü saralmış daşlara. uşaqların bəzilərini həbs etdilər. Əhməd xeyli üfüqlərə qədər uzanıb gedən sulara baxdıqdan sonra üzünü qayalara tərəf çevirdi. Çayın vadisində suya yaxın yerlər yamyaşıl olsa da. Cığırları ot basmışdı. çevriliş etməyi. bir az irəlidə gedən Əhməd tez-tez dayanıb onu gözləməli olurdu. Hətta bəzən gənclik ehtirası və marağı ilə nə isə tezliklə bir iş görməyi.. zindanlara belə düşməyi arzu edirdilər. Kipiani dərhal pencəyini çıxardıb yerə atdı və arxası üstə uzandı. ətraf saralmışdı. birgə də nümayişə.

Əslinə baxsan. Onun deməyə sözü çox idi.Bilirəm. tələbələrinə azadlıq ruhunu aşılasın.İnsanların şüurunu oyatmaq. Kipiani qaşlarını dartdı. söhbəti hardan başlayacağını müəyyənləşdirirdi.Nə üçün? . . Gərək bu sahədə hər bir kəs öz millətinə kömək eləsin. ləyaqət və qüdrətini anlamırsa. istinad nöqtəsini tapmadan Yer kürəsini özülündən oynatmaq istəyirdik. Kipiani susdu. sonra isə sürətini artırıb dərəyə dığırlandı.Bəs necə? . gərək əvvəlcə millətin özünü oyadasan.Nəyi nəzərdə tutursan? . vicdanı hərəkətə gətirmək bizim birinci vəzifəmizdir. Onları qürurla yaşamağa. Seminariyaya dərs deməyə də bu məqsədlə gəlmişdi. Onun ən 334    . Gözləri yol çekirmiş kimi fikirli-fikirli dostumun üzünə baxdı. keçmiş yoldaşlarından kiminlə əlaqəsi var? Yenə əvvəlki əqidəsindədirmi? Yoxsa gənclik xəyallarından uzaqlaşmışdır? Kipiani durub oturdu.Şüurların oyanmasını. . Əhmədi gözaltı süzüb. Təəccüb və maraq dolu baxışlarını müsahibinin üzünə zillədi: . Zənnimcə. O çalışırdı ki.Bəs millətlərin həmrəyliyi? . .Şüurların oyanması müxtəlif cür ola bilər. Ehtiraslar qızışıb keçəndən sonra baş verə biləcək peşmançılıq məni dəhşətə gətirir. nə özünə. ədalət və haqqı müdafiə etməyə alışdırsın. __________________Milli Kitabxana___________________ Kipiani də eyni ilə bu cür düşünür. nə də başqalarına kömək edə bilər. O bilmək istəyirdi ki. Ayağının ucundakı daşı götürüb atdı. . Qəlbində ona qismən haqq verdi.Çünki. Əhməd təkdirmi. . Əhməd də gözünü daşa zillədi.Bunlar bir-birinə mane olmur.Sən bilən bizim dərnəyimiz nə üçün tez dağıldı? . onun özü də bu yolla gedirdi. Daş əvvəlcə astadan. .Mən milləti parçalayıb qarşı-qarşıya qoymağın özünə şübhə ilə baxıram.Çünki ədalət və vicdan məfhumu nisbidir. Əgər bir xalq özünü dərk edə bilmirsə.Mənə ədalət və vicdanla dolu şüur lazımdır.Bu mücərrəd oldu. . . .Bəs təklifin nədir? . sən yenə sinfi təfriqədən danışacaqsan.

__________________Milli Kitabxana___________________
çox nifrət etdiyi hiss zülmə boyun əyməyi təbliğ edən mütilik fəlsəfəsi idi.
İnsanı insanlıqdan uzaqlaşdıran, qorxaq və aciz bir varlığa çevirən bu
fəlsəfənin düşməni olan Kipiani Əhmədin sözlərini eşitdikdə sevindi.
Demək, onlar ən ucqar yerlərə səpələnsələr belə, amallarından dönməyiblər.
Bir qığılcım kimi parıldayırlar. Lazım olarsa, alovlanmağa hazırdırlar.
Əhməd öz mülahizəsində millətə, öz xalqına köməyi ön plana çəkirdi. Bəlkə
indiki vəziyyətdə bu fikir daha doğru idi? Bəlkə kiçik millətlər, sayca az
olan xalqlar əvvəlcə birləşməli, inkişaf etməli, yüksək şüurlu bir vəziyyətə
gəlməlidirlər? Onların daxili ziddiyyətlərini qabartmaq o qədər də
məqsədəuyğun deyil?
- Sən millətə kömək üçün hansı yolu əsas götürürsən?
- Maarifi. Əvvəlcə buradan başlamaq lazımdır. Elmi, mədəniyyəti
artırmaq lazımdır. Hər millətin özünün düşünən beyni olmalıdır. Elə adamı
olmalıdır ki, millətin sabahını görə bilsin. Millətinə başçılıq etməyi
bacarsın, onu zamanın dolaşıq və çalpaşıq yollarından salamat çıxartmağı
bacarsın.
- Mən sənə şərik. Lakin de görüm, belə bir şəraitdə dediyin adam yetişə
bilərmi?
- Çətin.
- Demək, mənim fikrimi təsdiq edirsən ki, bununla kifayətlənmək
olmaz. Nə isə daha ciddi bir iş görmək lazımdır. Nə isə dəyişməlidir.
Nəyi isə vurub dağıtmaq lazımdır.
Əhməd gülümsündü. Bir az bundan əvvəl Kipiani haqqında nə qədər
yanlış fikrə düşdüyünü anladı. Demək, o, ömrünü sakitcə başa vurmaq
istəyənlərdən deyildi. O, yenə əvvəlki kimi döyüşməyə hazır idi. Onun
sifətindəki süstlük və yorğunluq fəaliyyət üçün geniş meydan tapa
bilməməsindən idi.
- Görünür yenə tələsirsən, əziz dost. Gərək şəraitlə də besablaşasan. Bu
saat biz tam hüquqsuzuq. Qubernatorun biri Bakıda əyləşib, biri də Tiflisdə,
ətrafında da kazakları. Hər şeyi nəzarət altına alıblar.
Ucqar bir kənddə balaca bir məktəb açmaq üçün gərək birbaş padşahın
özünə yazasan. Onun icazəsi olmadan bir daşı da yerindən tərpədə
bilməzsən. Hünərin var, bir balaca əl-qolunu tərpət, o saat siyirmə qılınc
tökuləcəklər üstünə.
- Demək, burada fikrimiz birləşir. Onlar bizi dili-ağzı bağlı hala salmaq
istəyirlər. İradələrinə tabe olmayanları isə silahla qorxudur, ya qandallayıb
Sibirə göndərir, ya da el-obasından qaçaq salırlar. Sən də deyirsən bunlara
dözək.

335 
 

__________________Milli Kitabxana___________________
- İstəsən də dözə bilməzsən.
- Bəs nə edək?
- Ordu toplamaq lazımdır.
Kipiani yerində dikəldi. Təəccüblə Əhmədin üzünə baxdı. O çox sakit
idi. Lakin onun son sözü bir az bundan əvvəl dedikləri ilə düz gəlmirdi.
- Niyə təəccüb edirsən? - deyə Əhməd dostunun çiynini qucaqladı. –
Məgər sənin dərs verdiyin uşaqlar bir ordu deyilmi? Aleksey Osipoviç
kəndbəkənd, şəhərbəşəhər gəzib ordu toplamırmı? Mənim gətirdiyim
ayaqyalın, yamaqlı uşaqlar həmin ordunun əsgərləri olmayacaqlarmı? Niyə
susursan? Məgər bunlar gələcəkdə böyük bir maarif ordusu olmayacaqmı?
Kipiani gülümsünüb çiynini çəkdi:
- Yenə əvvəlki kimi xəyalpərvər və şairanəsən.
- Xəyal olmasa, adamın qüssədən ürəyi partlayar. Bir də, mənim
xəyalım real xəyaldır. Bir təsəvvür et, biz bu uşaqların qəlbində məşəl
yandırsaq, həmin məşəllər hər yerə səpələnsə, yurdumuz çıraqbana dönər.
- Əgər çar kazakları onları vaxtından əvvəl söndürməsə.
Bu dəfə Əhməd dinmədi. Dostunun sifətindəki kədər ona da sirayət etdi.
Bir anlığa olub-keçənləri, Göytəpə kəndini, axır vaxtlar kazakların tez-tez
atlanıb gəlməsini, meşəni qoruğa çevirmələrini, camaatı sıxışdırmalarını
xatırladı. Kür sahilindəki son toqquşmanı yadına saldı. Nədənsə Cahandar
ağa bütün əzəmət və qəzəbi ilə gözünün önündə dayandı. Elə bil onun tunc
kimi bozarmış sifətini, qan sağılmış gözlərini, qıllı çatma qaşlarını və
həmişə tüfəngin tətiyində oynayan barmaqlarını gördü. Elə bu an Molla
Sadığın təsbehinin şaqqıltıları da qulağında səsləndi. Elə bil müridlər onu
bürüdülər. Əhməd qeyri-ixtiyari qara damları, Qoca kişinin, güzəranını,
uşaqları yola salmağa gələrkən sahilə toplaşan kənd adamlarını yadına saldı.
Osmanın anası oğlunun ayağına çarıq da tapmamışdı. Sinəsinə döyüb
ağlamaqdan başqa əlindən heç nə gəlmirdi. Vəziyyət çox çətin və qarışıq
idi. Biri kənddə ağalıq edir, o biri isə doyunca quru çörək də tapmırdı. Bəlkə
Kipiani düz düşünürdü? Belə vəziyyətdə hansı birlikdən danışmaq olardı?
Qalanın kölgəsi uzanıb onların üstünə düşmüşdü. Kürün suyu
qızarmışdı. Ləpələr pullu balıq kimi işıldayırdı. Vadidə mal-qara otlayırdı.
Uşaqlar sahil boyu at çapırdılar.
- Gedəkmi?

336 
 

__________________Milli Kitabxana___________________
Ayağa durdular. Gəldikləri kimi də cığırla asta-asta aşağı endilər.
Şəhərin tozlu küçələri ilə dinməzcə irəlilədilər. Əhməd sabah yola düşməli
idi. Onun gətirdiyi uşaqları seminariyaya qəbul etmişdilər. Bir həftədən çox
idi ki, dərs keçirdilər. Direktor da, Çerayayevski də Əhməddən razı
qalmışdı. Əhməd sevinirdi. Bir də ona görə ki, köhnə dostu Kipianiyə rast
gəlmişdi. İndi o tək deyildi. Həmişə əlaqə saxlayacaqdılar. O, Tiflisdə də bir
neçe gün qalmalı idi. Maarif müvəkkilini görməli Göytəpədə təzə məktəb
binası tikilməsi üçün sərəncam almalı idi. Çernyayevski özü bu işə
qarışmışdı. İcazə vermişdilər. İndi bu məsələni rəsmiləşdirmək lazım idi.
Yataqxananın bərabərində uşaqları görüb ayaq saxladılar. Osmanla
Səlim tanınmaz olmuşdu. Onların başında furajka var idi. Pencəklərinin
düymələri və toqqaları parıldayırdı. İkisi də bir qaydada geyinmişdi.
Çəkmələrini silib işıldatmışdılar. Seminarist libası onlara yaman yaraşırdı.
Əhməd cəmi bir neçə gün bundan əvvələ qədər əyinləri təzə paltar
tanımayan bu uşaqların sevincinə şərik oldu. Osman indi daha şən
görünürdü:
- Əhməd lələ, kəndə nə vaxt qayıdırsınız?
- Sabah. Sözünüz var?
Osman cavab vermədi. Qaça-qaça yataqxanaya getdi və beş dəqiqə
keçməmiş, əlində bağlama, geri qayıtdı.
- Deyəsən, anana sovqat göndərirsən?
Osman köksünü ötürdü və sirli adamlar kimi Əhmədin qolundan yapışıb
kənara çəkdi:
- Əhməd lələ, inciməyin, əziyyət də olsa, bunu anama çatdırın. Atamın
çuxasıdır. Gələndə zorla vermişdi. İndi görürəm lazım olmayacaq,
məktəbdən hər şey verəcəklər. Anama de, qoy sandıqda saxlasın.
- Bəs o nədir?
- Bu da çarıqdır. Onu da əmimə çatdırarsınız. Axı onun özünün ayağı
yalın idi.
Əhməd bu çarıqları Qoca kişinin Osmana necə verdiyini yaxşı
xatırlayırdı. Kişinin yalın ayağı, suda çox olduğundan ağarıb qırışmış
barmaqları indi də gözünün qabağında idi. Elə gəmi ilə keçəndə Əhməd
başa düşmüşdü ki, bu çarıqları Qoca kişi özünə tikib, ancaq qardaşı oğlunu
ayaqyalın görəndə ürəyi dözməmişdi, uşağa qıymamışdı. Osmanın bu cür
həssaslığı Əhmədin qəlbini riqqətə gətirdi. Bağlamanı aldı. Uşağın
kövrəldiyini hiss etdi. Bir az keçsə onun gözləri yaşla dolacaqdı. Əhməd
söhbəti dəyişmək üçün araya söz saldı:

337 
 

__________________Milli Kitabxana___________________
- Yeriniz necədir?
Osman dikəldi, əlinin dalı ilə gözünü silib gülümsündü:
- Lap yaxşıdır. Təzə çarpayı və əməlli-başlı yorğan-döşək veriblər,
arama yata bilmirəm.
- Niyə?
Səlim gülə-gülə söhbətə qarışdı:
- Qorxur ki, yıxılsın.
- Axı neyləyim, evdə bişməyib, qonşudan gəlməyib, bir balaca
tərpənəndə elə bilirəm çarpayı altımda yatacaq.
Uşaqlar gülüşdülər. Kipiani Osmana yaxınlaşıb əlini onun çiyninə
qoydu:
- Eybi yoxdur, öyrəşəcəksən.
Əhməd xeyli söhbətdən sonra onlarla xudahafizləşdi və Kipiani ilə
birlikdə yataqxanadan uzaqlaşdı.
Evə çatdılar. Ev sahibi qabağa keçdi. Qapını açdı. Əhmədi içəri dəvət
etdi. Mənzil yarıqaranlıq idi. Kipiani pəncərənin taxtasını açdı. Otağa işıqla
bərabər yaxınlıqdan axan Kürun şırıltısı doldu. Sərin hava vurdu. Əhməd
evi nəzərdən keçirdi. Küncə yazı stolu qoyulmuşdu. Divara nimdaş gəbə
vurulmuşdu. Orta stolun üstündəki müşəmbəli örtük bir neçə yerdən bıçaqla
kəsilmişdi. Mürəkkəbdən ləkə-ləkə idi. Sağ tərəfdə bir qapı var idi.
Deyəsən, qonşu otağa açılırdı.
Kipiani otaqda bir xeyli fırlandı. Bir neçə dəfə dəhlizə çıxdı, çay
qaynatdı, süfrəni səliqəyə saldı, yemək gətirdi, üz-üzə oturdular.
- Təksənmi?
- Yox.
- Bəs uşaqlar...
- Kəndə göndərmişəm.
Kipiani özünə şərab tökdü. Əhməd çayı qabağına çəkdi.
- Bəs sən?
- Təkəm.
- Saçlarına dən düşüb.
- Bilirəm...
Əhməd qurtum-qurtum çayını içdi. Gözaltı dostuna baxdı. Onun da
saçlarına dən düşmüşdü.
- Deyəsən, qocalırıq.
- Elə məni darıxdıran da odur. Ömür keçir, heç nə edə bilməmişik.
- Səbir lazımdır.

338 
 

__________________Milli Kitabxana___________________
Otağa qaranlıq çökürdü. Kipiani durub çırağı yandırdı. Əhməd ev
sahibinin sıxıldığını hiss etdi. Getmək istədi.
- Yox, bu gecə bizdə qalacaqsan; həm də səni dostlarımnan tanış
edəcəyəm. Bir azdan gələcəklər.
Əhməd dostunun mənalı gözlərinə baxdı. Dodaqları astadan tərpəndi:
- Yoxsa...
- Bəli. Dərnəyimiz işləyir.
6

Cahandar ağa atı tövlədən çıxardıb talvarın altına gətirdi. Sağrısını yalını
sığalladı. At astaca oxranıb kişini iylədi, qulaqlarını qırpıb dayandı.
Cahandar ağa dərindən köksünü ötürdü və yəhəri atın belinə qoydu.
Qarınaltı qayışları möhkəm çəkdi, üzəngini, yüyəni yoxladı, dal tərəfə keçib
atın quyruğunu duydu. At pis ata oxşamırdı. Boynu gözəl, qaməti uca idi.
Dərisinin rəngi tünd-qırmızı idi. Bəzi yerləri şabalıdı rəngə çalırdı. Qaçmağı
da pis deyildi, ancaq Cahandar ağanın ürəyinə o qədər də yatmırdı. Nə
qədər çalışırdısa da, Qəmərdən sonra bu ata isnişə bilmirdi. Elə bil at da bu
soyuqluğu duyurdu. Sahibini görəndə Qəmər kimi çəçiyi ilə yeri eşib
kişnəmir, şahə qalxıb oynaqlamırdı. Bu atla Qəməri müqayisə etmək
olmazdı. Qəmər elə bil başa düşürdü, sevincini, kədərini bildirir, lal
baxışları ilə sahibinin ürəyindən keçənləri oxumaq istəyirdi.
Cahandar ağa atın ətrafına bir də dolandı, sonra sakit addımlarla evə
doğru getdi. İçəri girib divardan asdığı tüfəngini götürdü, çalnı-çarpaz
bağladı. Ağ yundan toxunmuş qotazlı başlığını göy buxara papağının
üstündən geyib boynuna doladı. Xəncəri yana çəkdi. İçəri gəldiyi kimi də
sakit addımlarla getmək istədi. Ancaq qapıya yaxınlaşanda ayaq saxladı.
Dönüb geri, otağa baxdı, gözünü divara vurulmıış xalçaların üzərində
gəzdirdi. Tavandan asılmış otuzluq çırağa, baş tərəfdə divara mıxlanmış
qollu-budaqlı iri maral buynuzuna baxdı. Qoşa taxtı, döşəkcələri, zərbaftalı,
qotazlı mütəkkələri gözdən keçirtdi. Elə bil evindəki hər şeyi görmək, onları
hafizəsində həkk etmək istəyirdi. Özü də hiss etmədən köksünü ötürdü.
Darağı tüfəngin xəzinəsinə basdı. Çaxmağı hərləyib şaqqıldatdı, dabanı üstə
fırlanıb otaqdan çıxdı. Həyətdəkilərin üzünə baxmadı. Əli qoynunda, təlaş
və təşviş içində

339 
 

__________________Milli Kitabxana___________________
dayanıb gözünü ona zilləyən Mələyi görmədi. Qonşu otaqda pərdəni azacıq
aralayıb gözündən bulud kimi yaş tökən Salatın tərəfə dönüb baxmağı
ağlına belə gətirmədi. Ağır, lakin qəti addımlarla talvara yaxınlaşıb atı
kənara çəkdi. Quş kimi sıçrayıb yəhərə qalxdı. Yüyəni qəsdən dartdı. At
sahibinin iradəsinə tabe olub dal ayaqları üstə qalxdı və yuxudan ayılmış
kimi yəhərin altında oynadı. Yorğa yerişlə doqqaza sarı yollandı. Darvazaya
çathaçatda qanad şaqqıldadı. Cahandar ağa qeyri-ixtiyari dönüb geri baxdı.
İri, kəkilli sarı toyuq tara çıxıb hövllə qanadlarını şaqqıldadırdı. Kişi
təəccüb etdi. Toyuq birdən boğazını irəli uzadıb xoruz kimi ucadan banladı.
Cahandar ağanın bədənini soyuq tər basdı, iri həbəşi dodaqları kipcə
bağlandı. Qızarmış gözlərinə qan sağıldı. Tüfəngi hərləyib tətiyi çəkdi.
Qanadını çırpıb bir dəfə banlamaq istəyən toyuq yumaq kimi havaya qalxıb
çəpərin o üzünə düşdü. Lələkləri göydə oynadı. Cahandar ağa atın boynuna
yataraq dördnala çapdı. Kənddən aralanıb Kürün sahilində görunməz oldu.
Hava tutqun idi. Çöllər çoxdan bozarmışdı. Dəmyələrdəki kövşənlərə od
vurulduğundan, düzənlər, təpələr ala-tala olmuşdu. Elə bil əkin yerlərinə
əyrim-üyrüm qara zolaqlar çəkmişdilər. Meşə də bom-boz idi. Qovaq
ağacları saralmış yarpaqlarını tökmüşdü. Sahildəki cələ də çılpaqlaşmışdı.
Kür isə yenə əvvəlki kimi burula-burula axır, aşağılarda şaxələnib vadisini
genişləndirirdi.
Cahandar ağa atı xeyli çapdıqdan sonra cilovu çəkdi, qutusunu çıxardıb
papiros eşdi. Yandırdı. Sümürməyə başladı. Kişinin sinəsi körük kimi
qabarıb boşaldı. Burun pərlərindən fısqırıb çıxan bozumtul tüstü layları
onun sifətini görünməz etdi. Bu boz-bulanıq tüstü dumanı arasında közərən
papirosun işıltısı getdikcə gücləndi. Cahandar ağa papirosu sümürdükcə az
qalırdı ki, müştüyü tənbəki qarışıq çeynəyib udsun. Onun əlləri titrəyirdi.
Elə bil sinəsini basıb sıxırdılar, nəfəsi darıxırdı. "Səhər-səhər bu toyuq niyə
banladı? Yola çıxdığım yerdə bu nəhs əlamət nəydi? Yoxsa evimizın
başında bir qaranlıq var? Axı deyirlər toyuq banlayanda bədbəxtlik üz verir?
Görəsən indi nə olacaq? Yoxsa mənim özümün başına bir iş gələcək?"
Cahandar ağa titrəyən müştüyə baxdı. Hiss etdi ki, əlləri də əsir. "Mənə nə
olub? Yoxsa canından qorxuram? Atalar deməyibmi ki, bir ovuc qanından
qorxan namərddir? Bəs niyə ürəyim döyünür?"
Bu gün hər şey həll olunmalı idi. Özü də təkbətək, qabaq-qabağa.
Cahandar ağa onu çox axtarmışdı. Neçə dəfə kəndə gizlicə adam yollayıb,
Allahyarın yerini öyrənmək istəmişdi. O isə yağlı çörəyə dönüb,

340 
 

__________________Milli Kitabxana___________________
yoxa çıxmışdı. Şəhərə qaçıb gizlənmişdi. Cahandar ağa and içmişdi ki
düşmənindən intiqam almayınca camaat içinə çıxmayacaq. Beləliklə düz iki
ay gözləmişdi. Evdəkilərin üzünə baxmamış, ağzı üstə döşənib yatmışdı.
Dünən isə ona xəbər vermişdilər ki, Allahyar gəlib. Cahandar ağa bir gün də
gözləyib onu arxayın saldıqdan sonra yola düşməyi qərara almışdı. O özü
ilə heç kəsi götürməmişdi. Fikri təkbaşına mərd-mərdanə döyuşmək idi.
Onu bircə şey qorxudurdu: düşmənindən əvvəl ölmək!
Cahandar ağa papirosu dalbadal sümürüb atdı. Kəhəri mahmızladı. At
yerişini artırıb cələni ortadan iki bölən cığırla irəlilədi. Yarğanların dibi ilə
xeyli getdi. Cahandar ağa özünü sakitləşdirmək üçün papirosu papirosun
oduna yandırdı. At döngələri burulub dikdirə çıxdı. Uca yarğanın qaşında
fınxırıb dayandı. Kişi fikirdən ayrılıb gözünü Kürə zillədi. Su boz-bulanıq
idi. Sahil boyu mal-qara otlayırdı. Bir az bəridə atlar gəmirişirdi. Bir dəstə
qız cığırla suya enirdi.
Kişi gözünü axar suya zillədi. Mələyi götürüb qaçdığı yerin bərabərində
bir gəlin dizə qədər suya girmişdi. O da eynilə Mələk kimi donunu
bürmələyib paçasının arasına yığmışdı. Deyəsən, soyuq suyun təmasından
ləzzət alırdı. Dönə-dönə ovuclayıb üzünə çırpırdı. Cahandar ağa bir anlığa
hər şeyi unutdu. Ona elə gəldi ki, aradan aylar keçməyib, illər dolanmayıb:
suda yuyunan elə Mələkdir. O bu saat atı çapıb irəli cumacaq, gəlinin
biləyindən yapışıb, yəhərin qucağına alacaq və birbaş Kürü yarıb o tərəfə
keçəcəkdir.
Kişi yaxasını açıb sinəsi dolusu nəfəs aldı. Gözünü Kürün şaxələnmiş
qollarına zillədi. Elə bil su yorğunlaşmışdı. Həmişəki kimi qıjıldayıb
kükrəmir, sahilə çırpıb yarğanları oymur, əksinə, qayalara toxunan kimi
ağır-ağır geri çəkilirdi. Meşə də yuxulu kimi idi. Hər şey süstləşmişdi.
Cahandar ağanın qəlbində bircə an bundan əvvəl baş qaldıran gənclik
coşqunluğu yox oldu. Suda üzünü yuyan gəlin də, sahildə mal otaranlar da,
Mələk də yadından çıxdı. Ürəyində bir ağırlıq, beynində yorğunluq hiss
etdi. Hər şeyi unudaraq Kürün sakit qıjıltısına qulaq asdı. Kimsə bu qıjıltıya
həmahəng şəkildə astadan, ancaq yanıqlı-yanıqlı oxuyurdu:

Titrəyir əllərim, tor görür gözüm,
Mənmi qocalmışam, ya zəmanəmi?
Dolaşmır cahanda söhbətim, sözüm,
Mənmi qocalmışam, ya zəmanəmi?

341 
 

__________________Milli Kitabxana___________________
Tutulur məclisdə igidin yası,
Kar görmür qılıncı, polad libası,
Gəlib bic əyyamı, namərd dünyası,
Mənmi qocalmışam, ya zəmanəmi?

At, sabibinin yüyəni boşaltdığını hiss edib, cığırla sahilə endi. Cilovu
dartıb suya girdi. Cahandar ağa ona mane olmadı. Doyunca, şorultu ilə su
içməsinə imkan verdi. Özü də yenidən papiros eşib yandırdı. Yenə mahnıya
qulaq asdı:

Belə zaman hara, qoç igid hara,
Mərdləri çəkirlər namərdlər dara.
Baş əyir laçınlar, tərlanlar sara,
Mənmi qocalmışam, ya zəmanəmi?

Onun iri, həbəşi dodaqlarında təəssüf qarışıq bir məyusluq duyulurdu.
Kişi uşaq kimi dərindən köks ötürdü. Mahnının sözlərini astaca təkrar etdi:
"Mənmi qocalmışam, ya zəmanəmi?"
Sahildə ayaq tappıltıları eşidildi. Bayaq gəmirişən atlar bir-birini qovub
Kürə tökülüşdü. Cahandar ağanın da atı başını qaldırıb bərkdən kişnədi və
yüyəni çeynədi. Kişi elə bil yuxudan ayıldı. Papirosu sümürüb bir-iki nəfəsə
qurtardı və cilovu dartıb sudan çıxdı. Kəhərin başını qanırıb qarşıdakı kəndə
doğru çapdı... Cahandar ağanın özünə acığı tutdu. Axır vaxtlar tez-tez
zəiflik etdiyinə görə ürəyində özünü danladı. Elə bil birdən-birə onu
dəyişdilər. At kəndin arasına girəndə o, başlığını bir az da möhkəm doladı.
Tüfəngi yəhərin qaşından götürdü. Çaxmağı hərləyib gülləni lüləyə verdi.
Barmağını tətikdən çəkmədi. At əyri kənd yollarına buruldu, döngölərdən
keçdi. Ətrafı çəpərli iri bir darvazaya çatanda Cahandar ağa cilovu birdən-
birə dartdı. At yerində fırlanıb dayandı. Cahandar ağa darvazanın arasından
həyətə baxdı. Cod, bir qədər də heybətli səslə dilləndi:
- Ay ev yiyəsi?!
İtlər hürüşdü. Cahandar ağa barmağı tətikdə, gözünü qapıya zillədi.
Əvvəlcə nökərlər, sonra da Allahyar özü həyətə çıxdı. Elə bil Cahandar
ağanın içərisində bir şey şişib partladı. Onun beynini, sinəsini daxildən
sıxdılar. Ürəyi az qaldı köksünü partladıb çıxsın, daxili gərginlikdən
qulaqları ağrıdı. Cahandar ağa fərqinə varmadan tüfəngi dərhal üzünə
qaldırdı. Allahyar səksəkəli halda darvazaya yaxınlaşdı:
- Kimsən?

342 
 

nədənsə var səsi ilə bağıraraq. Sahibləri kimi nəfəsləri bir-birini vurdu. At təntiyib kişnədi. Bu sakit. Əl saxladı. Atı çəpərin üstündən sıçradıb həyətə düşdü. düşmən qorxur. geri dönməyə. çiyni üzüləcəkdi. Birdən Allahyarın xəncəri göydə parıldadı. yoxsa qorxudanmı. Allahyar tərpənə bilmədi.Qorxma. 343    . Cahandar ağa hiss etdi ki. arxadan vurmaram. Cahandar ağa ağrıdan bir çiyni üstə əyilərək irəlilədi və onu darvazaya sıxışdırdı. Dalı-dalı çəkilib darvazaya yaxınlaşdı. Tüfəngin dabanını açıb xəzinədəki güllələri boşaltdı və Allahyarın ayağının altına atdı. Barıt tüstüsü. __________________Milli Kitabxana___________________ Cahandar ağa onun yaraqsız olduğunu və heç nədən şübhələnmədiyini görüb tüfəngi aşağı saldı. Allahyar addım-addım geri çəkildi. O indiyə qədər göydə axtardığı adamın öz ayağı ilə qapıya gəldiyinə sevindi və hər şeyi unudaraq irəli atılmaq istədi. ona arxasını çevirməyə cürəti çatmır. Hirsindən dişini-dişinə sıxıb dayandı. Allahyarın tüfənginin qundağı parçalandı. Kürəyini qapıya söykəyib dayandı. Cahandar ağa qoca bir qarının dizinə döydüyünü və həyətin ortasında vurnuxub ağladığını gördü. Xəncəri siyirməsinə macal vermədi. güclə seziləcək dərəcədə titrəyişli və amiranə səs Allahyarı diksindirdi. tüfəngini götür. Allahyar evə girdi. Bir göz qırpımında evdən güllə kimi çıxıb atın belinə atıldı. Cahandar ağa bir azca gec tərpənsəydi. Bayaqdan söhbətə qulaq asan nökərlərdən biri atı tövlədən çıxartdı. Qəzəbdənmi. Onun boğuq səsi yenidən eşidildi: .Arvad-uşağı qorxutma. Allahyar səndirlədi. Ancaq Cahandar ağaya elə gəldi ki. Ancaq əliboş olduğunu görüb ürəyində özünü danladı. Gözlər bir-birinə sancıldı. düşmənindən qabaq tətiyi çəkdi. heybətli səslər və it zingiltisi bir-birinə qarışdı. həyətdən çıx.Kişi kişinin qabağına belə çıxmaz. Tüfəngi hərləməyi ilə tətiyi çəkməsi bir oldu. Allahyarın biləyini havada tutub qanırdı. Cahandar ağa çiyninin göynəməyinə fikir vermədi. atı darvazaya doğru çapdı. Cahandar ağa var gücü ilə ayağını üzəngiyə basıb Allahyarı yəhərdən araladı və yerə saldı. . Cahandar ağa bir göz qırpımında onun üstünü aldı. Darvazanın taxtası deşildi. Ancaq o. birtəhər nişan aldı. Get atını yəhərlə. Bir neçə saniyə beləcə dayandılar. sonra özünü tarazlayıb durdu. Özü də atılıb düşdü. Atlar bir xeyli dövrə vurdular. Onun bu halı Cahandar ağanın gözündən qaçmadı: . Atlar baş-başa dayandılar. qorxunc. Qolu ağrısa da. .Tez ol! Allahyar tərəddüd içində dayandı. Cahandar ağa çaxmağı hərlədi.

tülküyə hər addımbaşı rast gəlmək mümkündür. Vəhşi heyvanlar və quşlarla zəngin olan bu meşənin içində gözəl çəmənliklər. Addımladı. Bizim meşədə yüzillik palıd. fıstıq və qarağaca da rast gəlmək mümkündür. Sol sahildə böyük bir meşə var. İnşa yazısını təkrarən. Kirpikləri oynamır. yayda. Ancaq gülləni lüləyə verə bilmədi. Qərb tərəfimiz isə Gürcüstan torpağı ilə həmsərhəddir. Allahyarın cəsədi kökündən kəsilmiş ağac kimi gurultu ilə yerə sərildi. ciblərini alça ilə doldurub geri qayıdırlar. Bir xeyli beləcə üz-üzə dayandılar. Şimşək kimi çaxıb keçdi və Allahyar sıçrayıb irəli atıldı. ördəyin. Cahandar ağa tətiyi bir də çəkdi. Cahandar ağa ömründə ilk dəfə vahimələnib geri çəkildi. çoxdan ölmüşdür. Əlinə Osmanın yazısı keçdi. yamyaşıl talalar var. Bədəni çim tərə batdı. Çaydan bir-iki qurtum içib. çaqqala. Hədəqədən çıxmağa başlayan gözlərini Cahandar ağanın üzünə zilləyib irəli yeridi. diqqətlə oxumağa başladı. evlərin divarın yalasın. nifrət qarışıq bir məzlumluq vardı. canavara. Buranın hələ ayaq dəyib iz düşməmiş qalın yerləri var. Qabanlar sürü ilədir. meşə xoruzları banlaşır. Allahyar elə bil onu məzəmmətləyirdi. Çaxmağı bir də hərlədi. Allahyar yıxılmadı. armuddan dərir. Hər axşam-səhər talalarda qırqovul qaqqıldayır. "Mənim anadan olduğum Göytəpə kəndi Kürün sahilində yerləşmişdir. onun gözləri tərpənmir. tut yeyir. Bu meşə Kürün yaxası boyu uzanıb üfüqlərə qədər gedir. Ətrafı uca təpəliklərlə əhatə olunmuşdur. Kürə su içməyə gələn marallara tamaşa etməkdən adam doymur. __________________Milli Kitabxana___________________ aradan illər keçdi. Kənd uşaqları çox vaxt üzə-üzə Kürü adlayıb meşəyə keçir. boz ayılara. Bura səfalı və zəngin ov yeridir. Üzünə zillənmiş gözlərdə qəzəb. Allahyar qıvrıldı. Üstünə gələn adamın zəhmi onu basdı. Ayaq üstə dursa da. Bəbəkləri şüşə kimi soyuq və cansızdır. Kişi geri çəkildi. Cahandar ağa gördü ki. Bizim göytə- 344    . Burada hər nə desən tapmaq mümkündür. almadan. Allahyarın sinəsi tüfəngə dirəndi. stəkanı nəlbəkiyə qoydu. Lakin bu hal çox çəkmədi. 7 Aleksey Osipoviç çayını təzələyib yenidən dəftərləri vərəqlədi. Bizim əkin sahələrinin bir ucu qonşu erməni kəndlərinə qədər uzanıb gedir. payızda isə turacın əlindən tərpənmək olmur. Qələmi qırmızı mürəkkəbə batırdı. Kürün hirsli ləpələri az qalır ki. Cahandar ağa tətiyi çəkdi. Qışda qazın. Özünü tarazlayıb qamətini düzəltdi. Sərlövhəni oxuyan kimi ciddiləşdi.

Bu meşənin camaata çox xeyri dəyir. Yavaşca ayağa durub otaqda gəzindı. __________________Milli Kitabxana___________________ pəlilər sentyabr ayından ta mayın axırına qədər burada.Gecikən olmamışdı ki? . Ancaq indi buranı qoruq ediblər Atlı kazaklar gecə-gündüz keşik çəkir. barmaqlarının ucunda dəhlizə çıxdı. Görəsən bu niyə belədir? Axı. Aleksey Osipoviç onun çiyninin üstündən kitaba baxdı. Paltarını geyinib həyətə düşdü. Osmanın ağlına bu cür fikirlərin haradan gəlməsini bilməyə çalışırdı. Uşaqlar dərsdən sonra başqa yerlərə gedirlər? Gecələr yataqxanada da olmurlar? Bəlkə onları oxumaqdan ayırıb başqa işlərə cəlb edənlər var?" Aleksey Osipoviç yataqxananın qapısını açıb sakitcə içəri girdi.Hamı yataqxanadadırmı? Növbətçi dik atıldı. cənab inspektor. Ətraf sükuta qərq olmuşdu. Deyilənə görə. müəllimlərdən heç kəs onlara Fransa maarifçilərindən danışmırdı. deyirlər insanlar bərabərdir.Dərnəyə gedənlərdən başqa hamı vaxtında gəlib. hamı təbiətin övladıdırsa. Yalnız yataqxana otaqlarının birində. Əgər belədirsə. binədə olurlar.Vətənşünaslıq dərnəyi. Qırmızı mürəkkəblə altından xətt çəkdi. Kim o tərəflərə hərlənsə güllə ilə vururlar. Camaat dəmyələrdə taxıl əkir. Russonun fikirlərini kimdən öyrənmişdi? Aleksey Osipoviç pəncərənin qabağında dayandı. yazı işinə nə qiymət verəcəyindən çox. sonra müsəlman şöbəsinin yataqxanasına baxdı. 345    . "Yoxsa intizam pozulmuşdur. Bir parça torpağın bəsrətini çəkib qarın dolusu çörək axtaranların halına heç kəs qalmır. sulu yerimiz yoxdur. Aleksey Osipoviç dönüb çarpayıda yatan arvadına baxdı.Nə dərnək? . Onun kefi istəyəndə Tiflisdən buraya ova gələcəkdir. Bəs o. heç kəsi yaxına buraxmırlar. Məgər bu düzdürmü? Kür yanımızdan axsa da. nə üçün biri kasıb. Onu yuxudan oyatmamaq üçün ehmalca. Axı. .Bəli. Dəhlizdə. o biri varlıdır?" Aleksey Osipoviç son sətirləri bir də oxudu. O. hamı yatır. . . Hələ də kitabın təsirindən ayrıla bilmədiyinə görə müəllimin sualına ləng cavab verdi: . pəncərənin qabağında oturub çırağın solğun işığında kitab oxuyan növbətçi tələbəyə yaxınlaşdı. buranı Qafqaz valisi böyük knyazdan ötəri saxlayırlar. Bizim qolumuzdan tutan meşə idi. pəncərənin önündə zəif işıq titrəyirdi. İşıqlar sönmüşdü. Asta addımlarla yataqxanaya getdi. Seminariyanın həyətinə. onu da əlimizdən aldılar.

Hamının yatdığını və öz yerində olduğunu yəqin etdikdən sonra səs salmadan. torpaq yollarda gediş-gəliş azalmışdı. ayaqlarının ucunda çıxıb getmək istədi. __________________Milli Kitabxana___________________ Aleksey Osipoviç susdu. Sürüşüb yerə düşmüş yorğanı qaldırıb uşağın çiynini örtdü. Onun solğun işığı qalanın ətrafındakı çınqıllıqların. amma fikrindən daşındı. Pəncərənin bir tayını açıb havanı dəyişdi. O. fikirli-fikirli irəlilədi. Aleksey Osipoviç yatmış şəhərin boş küçəsi ilə hara getdiyini özü də bilmədən. O belə bir dərnəyin olduğunu bilirdi. Heyrətlə qaşlarını çatıb sözləri ürəyində təkrar etdi: "Radişşev. Qanrılıb getmək istədiyi vaxt ayağının altında bir şey qaldığını hiss edib dayandı. Qalanın iri və qalın kölgəsi sürünüb yaxındakı evlərin üstünə sərilmişdi. Bir xeyli əlində hərlədikdən sonra işığa yaxınlaşdı. O. Onlar paltarlarını səliqə ilə qatlayıb dolabçaların üstünə qoymuşdular. kitab əlində. Daş səkilərdə. Peterburqdan Moskvaya səyahət". Onu mənim rəhbərlik etdiyim müsəlman şöbəsinin tələbələri də 346    . Bu sükutu onun ayaq səslərindən başqa heç nə pozmurdu. Uşaqlar şirin-şirin yatırdılar. Keçirdiyi həyəcanı növbətçiyə sezdirməmək üçün jiletinin cibindən zəncirli saatını çıxardıb baxdı və astaca addımlarla dəhlizə yaxınlaşdı. Bəzilərinin başının altında kitab var idi. Qapının ağzına yaxınlaşarkən gözü Əşrəfin çarpayısına sataşdı. Pəncərədən süzülüb düşən solğun işıq onların çarpayısının üstündə oynayırdı. Qolunun biri sallanıb yerə düşmüşdü. Ancaq saralmış vərəqlər onun diqqətini cəlb etdi. Ay şəhərin ortasındakı uca təpənin zirvəsində aydınca görünən qədim Qori qalasının daş qüllələri üzərinə əyilmişdi. Göyün üzü tərtəmiz idi. bu kitabı hardan aldığını soruşmaq istədi. Uşaqlardan biri sayıqlamağa başladı. bu cür qadağan olmuş kitablar bizim seminariyaya da gəlib çıxmışdır. Astanada şlyapasını geyib bayıra çıxdı. Növbətçiyə oturmasını işarə etdikdən sonra içəri keçdi. yerindən tərpənə bilmədi. Əzilmiş cildin üstündəki yazıları oxudu. Küncdə çarpayı cırıldadı. Yerə düşmüş kitabı götürdü və pəncərənin qabağına atmaq istədi. "Demək. Aleksey Osipoviç Əşrəfin qolunu ehmalca qaldırıb yorğanın altına qoydu. Aleksey Osipoviç ayaq saxladı. arxası üstə uzanmışdı. Əvvəlcə onu oyatmaq. gözlərini Əşrəfin üzünə zilləyib dayandı. Elə bu vəziyyətdə. ancaq onların gecə də bir yerə toplaşdıqlarından xəbərsiz idi. Bir xeyli otağın ortasında dayanıb yuxuda belə gülümsünən tələbələrinə baxdı. Aleksey Osipoviç ona yaxınlaşdı. bəzi yerləri uçub tökülən daş hasarın üzərinə çilənmişdi. Başının altındakı yastığı düzəltdi. Bir xeyli tələbələrin mışıltısına qulaq asdı.

. Osman öz inşa işində o cür suallar ortaya atmazdı.Yataqxanadan. Qonşu səkidən ayaq səsləri eşidildi. 347    . Gələn Kipiani idi. Yanından ötüb keçmək istədi. baş-başa verib bir-birinin üstünə kölgə salan dağların arasında yox olan sulara baxdı. Aleksey Osipoviç onu gözlədi. Uşaqlara baş çəkirdim. Hətta fransız maarifçilərindən belə mənim tələbələrimin xəbəri var. Əşrəfin Radişşevi oxuması məni nə üçün bu qədər həyəcanlandırır? Məgər bizim tərbiyə etdiyimiz uşaqların açıq fikirli olması pisdirmi? Məgər biz onları öz milləti və vətəni üçün yararlı adamlar kimi böyütmək istəmirikmi?" Aleksey Osipoviç döngəni buruldu.Axşamınız xeyir.Deyəsən. . yaxşıdırlarmı? . Aleksey Osipoviç evlərin kölgəsi ilə irəliləyən adamı yerişindən tanıdı. Gözünü qıyıb şəhərin kənarındakı çəmənliyə baxdı. Kim isə onlara dekabristlərdən danışır. Aleksey Osipoviç köks dolusu nəfəs aldı və lap aşağılarda.Axşamınız xeyir.Yatışırlar. Köynəyinin yaxası ağarırdı. "Hamı bərabərdir. Bəs siz haradan gəlirsiniz? . Belə olmasaydı. Sizin də mənim kimi yuxunuz qaçıb.Yəqin gələn il şöbəniz daha da böyüyəcəkdir. O. . Ay işığında onun qırçınlı səthi parıldayırdı. şlyapasını alnını üstündən geri itələmişdi. hamı təbiətin övladıdır". Onlar yanaşı addımladılar.Necədirlər. o biri varlıdır? Məgər mən özüm bunları düşünmürəmmi? Yoxsul kəndli balalarının vəziyyəti mənə məlum deyilmi? Özüm "Qafqaz" qəzetində dəfələrlə çıxış edib kəndli uşaqları üçün pulsuz təhsilə imkan yaradılması fikrini ortaya atmamışammı? Pulsuz nıəktəb açılmasını və uşaqların tədris ləvazimatı ilə təchiz edilməsini lazım bilməmişəmmi? Bəs Osmanın yazısı. dostlarının yanına getmişdim. Səksəkəli halda başını qaldırıb qarşısında dayanan adamın üzünə baxdı və Aleksey Osipoviçi tanıdıqdan sonra gülümsündü: . Aleksey Osipoviç. __________________Milli Kitabxana___________________ oxuyurlar. Kürün suyu bu yaşıl düzənliyin ortası ilə qıvrıla-qıvrıla axırdı. Aleksey Osipoviç azacıq irəli keçib onu saxladı: . Kipiani isə fikirli olduğundan onu görmədi. Qarşı tərəfdən əsən sərin meh onun üzünə vurdu. gecə vaxtı hardan gəlirsiniz? O diksindi. Kipianinin əsasının taqqıltısı ayaq səslərindən seçilir və boş küçədə daha bərkdən eşidilirdi. cənab Kipiani. Doğrudan da belə deyilmi? Bəs nə üçün biri kasıb. onların nə üçün ölümə getdiklərini izah edir.

Ancaq onu hiss edirəm ki. cəmiyyətdəki ədalətsizlik və haqsızlıqlar da yox olar. Bu ucaboy. Zənnimcə. Kipianinin gicgahlarındakı ağ tüklər aydınca göründü. Məktəb və maarif geniş yayılmasa.Siz buna əminsinizmi? . papirosu hərisliklə sümürüb bir-iki dəfə dərindən nəfəs aldıqdan sonra müsahibinin sualına cavab verdi: . İndi yeni bir dövr başlayır. Ona görə də Kipiani kimilərinin halına acıyırdı. Onun zənnincə. bizim tarixi borcumuz da buna xidmət etməkdən ibarətdir. Bəs Siz şübhə edirsiniz? Kipiani dayandı. Papirosunu alışdırdı. Xalqçılara qoşulduğuna görə sürgünə göndərilən bu adamın indi də öz əqidəsindən dönmədiyi ona yəqin oldu. Elm. Lakin Aleksey Osipoviç onun fikirləri ilə razılaşmırdı. pencəyinin yaxasını azacıq qaldırıb boynunu qısdı.Əlbəttə. Mövzunu dəyişdirmək məqsədi ilə gülümsünərək çiynini çəkdi: . Öz fikrini axıra qədər söyləmədi.Siz haqlısınız. bu mümkün deyil.Bizim də məqsədimiz qafqazlılara kömək etmək. . . Nə isə daha ciddi bir iş görmək lazımdır.Böyük işdir. Kipianinin hərəkətlərinin nəzarət altında olduğunu xatırladı.Düzü. arıq adam onun nəzərində daha da böyüdü. məsələnin yalnız bir tərəfidir.Daha ciddi iş deyərkən nəyi nəzərdə tutursunuz? Kipiani söhbətin gözlənilmədən daha kəskin şəkil aldığını hiss edib dayandı. . camaatın gözünü açmaq lazımdır. Bundan başqa. həyat belə qala bilməz. Düşündüklərini açıq-aşkar deməkdən çəkindi. Elmli adamlar çox olsa. maarif inkişaf edir. O. . __________________Milli Kitabxana___________________ . əlavə bir neçə sinif açmalı olacağıq. Cibindən papiros çıxartdı. maarif inkişaf etsə.Bəli. Aleksey Osipoviç. bunu heç özüm də aydın təsəvvür edə bilmirəm. Elm və maariflə hər şeyi həll etmək mümkün deyil.Bəli. Aleksey Osipoviç. insanların şüurunu da dəyişdirəcəkdir. bunun insanlara xeyir verməsinə Aleksey Osipoviç inanmırdı. Başqa bir yolun olmasına. Aleksey Osipoviç onun sıx qara saqqalına baxdı. . qala bilməz. onlardan milli ziyalılar yetişdirməkdir. Kipiani başladığı mövzunu qəsdən davam etdirmədi. cəmiyyəti yalnız maarifin köməyi ilə islah etmək mümkün idi. . 348    . onların öz ideyalarını gənclərə aşılamasına yol vermək istəmirdi.Bu. Aleksey Osipoviç hiss etdi ki. Qori müəllimlər seminariyası bizim Qafqaz xalqlarına çox kömək edəcəkdir. Aleksey Osipoviç Semyonova göndərilən məktubu. Bu. Külək kibriti söndürməsin deyə.

Tələbələrə də lazım olmayan fikirlər aşılayırsınız.Necə məgər? .Məgər azadlıq qurbanlarını unutmaq olarmı? .Siz dekabristləri xatırlayırsınızmı? Kipiani bu gözlənilməz sualdan diksindi: . . həm özünüzü. gözünə heç nə dəymədi. bəzən də küçənin ortası ilə irəliləyirdi. Rəngi kağız kimi ağardı. ancaq ehtiyatlı olun. Yoldaşlarını oyatmaq.Sizə. Şəhərin işıqları tamam sönmüşdü. onlardan bir-bir kitab görüb-görmədiklərini soruşmaq istədi. Onlar küçənin döngəsinə qədər susdular. Aleksey Osipoviç tində ayaq saxladı.Alın. həm də məktəbi pis vəziyyətə salırsınız. Aleksey Osipoviçlə Kipianinin kölgəsi uzanıb alçaq daxmaların üstünə sərilir. Kipiani onun addım səsləri kəsilənə qədər yerindən tərpənmədi 8 Əşrəf yuxudan ayılan kimi əlini sinəsinin üstünə apardı.Bəli.Siz nə üçün mənə bu cür suallar verirsiniz..Siz bu cür qurbanlar verilməsini qanunauyğunmu hesab edirsiniz? .deyə düşündü. Aleksey Osipoviç ondan aralandı. Aleksey Osipoviç? .Onların taleyini unutmamısınız ki? .Məgər mən təhlükəli bir iş görürəm? . Yataqxanadan götürdüyü kitabı Kipianiyə uzatdı. __________________Milli Kitabxana___________________ . . Ancaq 349    .Ancaq aramızda olan danosbazlar yuxarılara yazmağa söz tapırlar. Daxmaların sakinləri yorğun olduqlarından və alatorandan işə gedəcəklərindən axşamdan qapılarını bağlayıb yatmışdılar. Çarpayının dörd yanına fırlandı. . Kürün qıjıltısından və sahildəki uca çinarların yarpaq xışıltısından başqa bu sükutu heç nə pozmurdu..Gələcək taleyinizlə maraqlandığıma görə. bəzən divarların dibi ilə sürünür.Mənə inanın. "Bu necə ola bilər?" . Mən qanundan kənar heç bir iş görmürəm. Yastığını qaldırdı. pəncərənin qabağını axtardı. Ay lap aşağı enmişdi. Kitabı tapmadıqda yorğanı atib yerindən sıçradı. . götürmək istəmədi. Kitabı tanısa da. əyilib aşağı baxdı. bir xeyli gözünü Aleksey Osipoviçin üzünə zilləyib tərəddüd içində dayandı. döşəyin altını yoxladı.Axı. buna əsas yoxdur. Ətraf sakit idi. . O. Sizin yenidən sürgünə göndərilməyinizi istəmirəm. .

ya da çarpayının ətrafında. haçan yatdığımdan xəbərim olmayıb . .Mən bu saat onun yanına gedəcəm. Mən cəhənnəm. Uşaqlar pətəyindən hürküdülmüş arı kimi xeyli çaxnaşdıqdan sonra yataqxanadan uzaqlaşdılar. ay Firidun. Tələbələr hay-küylə ayağa qalxdılar.Gecə Aleksey Osipoviç gəlmişdi. məndən ötəri o kişinin başı niyə ağrısın? 350    . Aleksey Osipoviç mərdimazarlıq eləyərmi? . Əşrəf tələbələr məktəbə yola düşəndən sonra hər yeri bir də nəzərdən keçirmək fikrində idi.Kipianini. . gümanı gəldiyi yerlərin hamısını yoxladı. - Əşrəfin səsi titrədi. Uşaqları duyuq salmamaq üçün o da dəsmalını götürüb bayıra çıxdı. Əşrəf çarpayıların altını. Axı bu kitabı ona gizlincə vermişdilər. Qəsdən ləngiyib onların yataqxanadan getmələrini gözlədi. onu işdən çıxardacaqlar. Belə yaxşı deyilmi. heç kəsə göstərməsin. dəsmal götürüb üzlərini yumağa qaçdılar. Uşaqlar oyanana qədər Əşrəf yataqxananı bir də dolaşdı. yuxu məni aparıb.Kişini xataya saldım. Görünür. __________________Milli Kitabxana___________________ ürək eləmədi. Firidun dəsmalla üzünü qurulayırdı: . Kitabı o mənə vermişdi. . Bir kitab apardı. Əşrəf yavaşca çarpayının üstündə oturdu.İnanmıram.deyə öz-özünə düşündü. üzr istəyəcəm. Elə bu vaxt Firidun uşaqları səhər yuxusundan oyatdı. Yəqin məsələ direktora çatacaq. Gözlərini Firiduna zillədi. Elə bu vaxt kimsə onun qulağının dibində nəfəs aldı. deyəsən sənin idi. . Heç yerdə heç nə gözünə dəymədi. Əşrəf geri döndü. axı o bu gecə növbətçi idi?" Əşrəf dostunun yanına qaçmaq və itirdiyi kitabı ondan soruşmaq istədi. "Mən yerimə uzananda kitab əlimdə idi. Tələsik çarpayıları sahmana saldılar. özü də tapşırmışdılar ki. rəngin-ruhun niyə qaçdı? .Hansı kişini? .Ağlın nə kəsir. Kitabın qəsdən götürüldüyünü yəqin etdi.Sənə nə oldu.Kitab əlimdən düşsə yerin içində olardı. Yoldaşlarının zarafatına könülsüz cavab verdi. Firidun onun halının birdən- birə dəyişməsinə təəccübləndi: . Qollarını sallayıb dayandı. Bəs bu necə oldu? Yoxsa uşaqlardan biri götürüb? Bəlkə Firidun bilir. yalvarıb kitabı geri alacağam. Bəlkə də başına oyun açacaqlar. axırıncı səhifələrini oxuyurdum. dolabçaların üstünü təzədən axtardı. Əşrəf Firiduna yaxınlaşa bilmədi.

üst-başını düzəlt Səhər ibadətinə geciksən. Əşrəf bu qara qıvrımsaçlı gürcü balasını tanısa da ona yaxınlaşmadı. Bu gün. Yaxasını açıb ətrafına boylandı. Onun gözünə görünməmək üçün daldalanmağa yer axtardı. mən səni kişi bilirdim". Tələbələr seminariyanın həyətinə toplaşmışdılar.Görək ona heç nə bildirməyəm. Onlar adətləri üzrə səhər ibadətindən əvvəl dərslərini təkrar edirdilər. Uşaqlar onun qabağına yüyürdülər. Kipianini işdən qovub tutsunlar? O kişi sənə etibar edib. qulaqları tutuldu. Bu xəbərdarlığı eşidən kimi hamı səsini kəsdi və gözünü yola zillədi. Əşrəfin bədənini soyuq tər basdı. Uşaqlardan biri "diqqət!" deyə qışqırdı. Kimi kitabı əlində tutub əzbər şer deyən yoldaşını yoxlayır. Keyimiş kimi həyətin ortasında dayandı. bu saat uşaqlar. Bəlkə elə sən qəsdən o kitabı vermisən ki. heç nə fikirləşə bilmədi. sənsə belə. hamı onun gizli kitab oxuduğunu bilir. hər sözünə diqqət yetirirlər. Ortaya çökən sükut Əşrəfi özünə gətirdi. Sabah məsləhətləşərik. Lakin bir-iki addım atdıqdan sonra ayaq saxladı. Əşrəf bir anlığa hər şeyi unudub yoldaşlarına qoşulmaq istədi. gözünə necə görünəcəm? . Uşaqlarınsa bundan xoşu gəlirdi. . dərsdən qabaq kitabı Aleksey Osipoviçdən geri istəyəm.deyir. Elə bil havası çatmadı. onun dalınca düşənlər var? Onu gözdən qoymurlar. hər yerdə izləyir. Kipiani buralardadır. "Mən onun üzünə necə baxacam. Ona görə də yolun 351    . Hardasa dayanıb ona baxır. Bəlkə vermədi? Bəs onda nə olsun?" Məktəbin həyətindəki uğultu getdikcə gücləndi və Əşrəfə elə gəldi ki. Əşrəfə elə gəlirdi ki. . Tələbələr zəncir kimi qatarlaşıb Kipiani ilə salamlaşmağa hazirlaşdılar. hətta gözləri də torlandı. __________________Milli Kitabxana___________________ Firidun Əşrəfin qolundan tutub qaldırdı: . Əşrəfgil gələndə xristian şöbəsinin uşaqlarından biri eyvana çıxıb ucadan şer deyirdi. kimi bir tərəfə çəkilib narın torpağın üstündə misal həll edirdi. Əşrəf darıxdı. Ona deyəcəklər ki. Salamlaşanda mütləq şlyapasını çıxardırdı. Öz şerlərini oxuyan dostuna qulaq asmağa indi onda həvəs yox idi. kimi sual-cavab edir. O da cığıra baxdı və hələ uzaqdan gələn Kipianini dərhal tanıdı. Həyəti ümumi bir uğultu bürümüşdü. verilən əmanəti yaxşı saxlaya bilmədiyinə görə onu danlayacaqlar. daha da pis olar. Onlar yataqxanadan uzaqlaşdılar. Onun qəribə xasiyyəti var idi.Tez ol. onun başı ağırlaşdı. Başını bulayıb onu məzəmmətləyir: "Məni niyə ələ verdin. bizim seminariyanın ən sevimli müəllimlərindən birini niyə xataya saldın? Sən bilmirsənmi ki.deyə düşündü. Ona elə gəldi ki.

Kipiani tələbəsinin çənəsinin altından tutub yuxarı qaldırdı. bəlkə də bir-iki acı söz deyəcəyini gözlədi. bundan sonra şlyapamı bircə dəfə çıxardacağam" demək istədi. Kürün sahilinə gəzməyə getmək arzusu baş tutacaqdı. müsəlmanlar isə sol tərəfə.Yaxşı olan nədir? . çiynini çəkib susdu. İndi də elə etdilər. Onun əlindən yapışıb üzr istəmək və müəllim. Kipiani birinci uşağın verdiyi salamı alıb slyapasını geyməmiş ikincisi. növbətçi müəllim olsaydı. __________________Milli Kitabxana___________________ kənarında qatarlaşıb dayanar. Birdən o. Salamlara ancaq yüngülcə təzimlə cavab verdi. Cərgələr düzələndən sonra Petrov çəliyinin əyri tərəfini qolunun büküləcəyinə keçirdi.Bəs kimdir? . daha məni aldada bilməzsiniz. üçüncüsü salam verərdi.Xristianlar sağ tərəfə. Əşrəf yalnız indi onun sifətinə baxa bildi. bu gün Kipiani gəlmişdi. O da təkrar-təkrar şlyapasını çıxartmağa məcbur olardı.Yox. Məktəbin zəngi aram-aram danqıldadı. Lap axıra çatandan sonra gülümsünüb şlyapasını geydi və bununla da "ay kələkbazlar. Əlini pencə- 352    . dostu ayağını güclə sürüyürdü. Əgər o.dedi. Firidun gördü ki. . məni danlamayın. Əşrəf başını yuxarı qaldırmadı. Ölsəm də Sizin adınızı vermərəm" . sonra rəngi avazımağa başladı. O da həyəcanlandı. özum gedib kitabı geri alacağam. Onlar bir-birini itələyə-itələyə öz yerlərini tutdular. ikibir düzlənin! Bu zəhmli səs tələbələrin arasına çaxnaşma saldı. Bu gün mən növbətçi deyiləm. . Uşaqlar tərpənənə qədər Boris Mixayloviç Pettovun cır səsi eşidildi: . Zəhmli. Tələbələrlə müəllimin arasında baş verən bu üstüörtülü zarafat hamının əhval-ruhiyyəsini düzəltdi.demək istədi. . sözünə ara verdi. onu möhkəm danlayacağını. .Sizin növbətçi olmanız. Firidunun yanında dayanan Əşrəfi yanına çağırdı. səhv edirsiniz. Kipiani məktəb həyətinin ortasına çatan kimi tələbələr onu əhatə etdilər. qəzəbli baxış əvəzinə gülümsər gözləri gördükdə bir azacıq sakitləşdi.Niyə qaş qabaqlısan? O.Nə yaxşı oldu. Müəllimin bu saat Əşrəfi bir yana çəkəcəyini. Ancaq Kipiani bu dəfə uşaqların qatarlaşıb onu gözlədiklərini başa düşdü və hələ uzaqdan şlyapasını çıxardıb qolunun üstünə aldı. . Kipianinin qarşısında ayaq üstündə güclə dayandı. Əşrəf qızardı. nahardan sonra şəhərin kənarına.Bu saat bilərsiniz. Uşaqlar bir də ona görə sevindilər ki. Kənardaca. Kim isə gülə-gülə: .

Bayaqdan bunlara göz qoyan 353    . Uşaqlar ortadan iki ayrılıb aralandılar. Hətta arada kiminsə şapkasının günlüyündən yapışıb aşağı çəkdi. Hər şey yerində idi. Onun ucu ilə gah bu. Petrov cərgələrin arası ilə hər tələbənin üzünə baxa-baxa. Petrov əvvəlki vəziyyətini aldı. "yaxanı düymələ" . cənab müəllim. Çəkmələrinin bağını açdırıb yenidən bağlatdırdı.gözünü turşutdu. Nə isə demək istədi. Üzünü müsəlman şöbəsinin tələbələri dayanan tərəfə tutdu: . vəhşi! O.Ey.Bu nədir. Osmanı isə görəndə qışqırdı: .Bəs Sizinki niyə parıldayır. "kəmərini düzəlt". əsasını yuxarı qaldırdı.Tatar! . Petrovun əlləri titrədi. gah da başqa bir tələbənin sinəsinə vurdu. Əsasının əyrisini qolunun büküləcəyinə keçirdi. . Siz balaca uşaqları döyəsiniz.Kəs səsini. kərə yağı sürtübsünüz? . .Mən qoymaram ki. Səhər günəşinin maili şüaları onun qızılı haşiyəli eynəyini. Səlimi cərgənin önünə çağırdı.Mən Sizi təhqir etmirəm.İbadətdən sonra. Yenidən müəllimin üzünə baxdı.Vəhşilər! . Petrovla döş-döşə dayandı: . Əsasını əlinə aldı. Köksünü qabardıb irəli verdi. Gülümsündü: . Uşaqlar səslərini içəri salıb onun nə deyəcəyini gözlədilər. Osmanın çiyninə endirmək istədi. astaca addımlarla axıra qədər getdi. . Hazırlıq qrupunun uşaqlarına yaxınlaşdı. Sünnülər sağ tərəfə. təəccüblə çiynini çəkdi. Osmanla Əli ləngidi. Müsəlman şöbəsinin uşaqları dayanan cərgənin önündə ayaq saxladı.Çəkmələrin niyə belə parıldayır? Osman həmişəki kimi hazırcavablıq etdi. . Elə bu vaxt Əşrəf qabağa keçdi.deyə qışqırdı. Petrov əsasını aşağı endirdi. pinti tatar balası?! Osman geyimini nəzərdən keçirdi. tatarlar. tərtəmiz silinmiş qara çəkmələrini parıldatdı. İkrah edirmiş kimi üz. şiələr isə sol tərəfə keçsin.Cərgədən çıx. parçalanın. Onlar bir- birinin əlindən yapışıb dayandılar. Qəzəblə Əşrəfin üzünə fısıldadı: . Əşrəf yerinə keçdi. ancaq udqunub dayandı. __________________Milli Kitabxana___________________ yinin yaxasından içəri saldı. O.Özünüzə hörmət edin.

dodağı təpidi. marş! . növbətçi müəllim darvazanın yanından ötdü. O buna əhəmiyyət vermədi və üzünü uşaqlara tutdu: . səhər duasının vaxtı keçir. Petrovdan qabaq dilləndi: . bircə dəqiqə. Nəhayət. Axı sünnü ilə şiə bir yerdə ibadət edə bilməz.Niyə dayanmısınız.Xristianlar birbaş kilsəyə.Mənə məlum deyil.İbadətdən sonra dərsə getməyəcəksən. Onun addım səsləri küçədən gəldi. Petrov isə boynunu əyib. 354    . Tələbələr ayaq saxladılar.Direktorun yanında olmalısan. cənab.Hara qaçırsan? Əşrəf ilan çalmış kimi dik atıldı.Burada mübahisə etməyimiz namünasibdir. Petrovun məktəbin həyətindən çıxmasını gözlədi. Kipiani astadan. Petrov acığını uşaqların üstünə tökdü: . ayrılın.Tarix dərnəyinın üzvləri ibadətdən sonra yanıma gəlsinlər. Sinə.Tez olun.sinə. Petrovun cır səsi yenidən eşidildi: . Dili.Bu gün heç bir gəzinti və məşğələ olmayacaq. üzr istəyirəm. müsəlmanlar isə öz ibadətxanalarına. direktor və inspektorla razılaşmışam. Əşrəf rahat nəfəs alıb divarın dibindən çıxdı. . Döngəyə çatan kimi dəstədən aralandı. tələbələrin eşitməməsi üçün az qala pıçıltı ilə ona cavab verdi: .Nə üçün? . onun səsindəki mehribanlığı duymadı. Tələbələr nizami əsgər kimi iri addımlarla həyətdən çıxdılar. Xristian şöbəsinin uşaqları kilsəyə. Petrov etiraz etdi: . Əşrəf dinmədi və uşaqlara qarışdı. . . Petrov daldan Əşrəfi səslədi.Cənab Petrov. divarın dibi ilə geri qayıtdı. Məşğələmiz və bir balaca gəzintimiz olacaq. müsəlmanlar isə yataqxananın yanında onlar üçün düzəldilmiş ibadətxanaya yollandılar. eynəyinin altından tərs-tərs Kipianiyə baxdı. Başının üstünü kəsdirən Kipianinin gülümsədiyini görmədi. . __________________Milli Kitabxana___________________ Kipiani gülümsəyə-gülümsəyə onlara yaxınlaşdı. .Narahat olmayın.

sonra kiçilib öz qaydasına düşdü. yoxsa zarafatını olduğunu bilmək istədi. . Kipiani də öz növbəsində Əşrəfin baxışlarından onun nələr düşündüyünü öyrənməyə çalışırdı. ya da hönkürtü ilə ağlayacaq. qurtar. peşmançılıqla xəcalət hissi bir-birinə qarışmışdır.Ondan da qorxmuram.İşim var. __________________Milli Kitabxana___________________ .Al. xəbərçi hesab etməsin. .Az qalıb. O. Əşrəfin əzaları səyriyir.Bəs şəriət müəllimindən qorxmursan? . Ancaq müəllim onun qolundan tutub saxladi: . Kipianinin üzünə baxdı. . oğlan ya qolunu çıxardıb qaçacaq. tanış sözləri oxudu. səhv bir iş tutduğundan utanır. hərflər onun gözlərində böyüdü. Bütün bədəni uçunur. Əşrəf buraxdığı səhvini düzəltmək üçün hər şeydən keçməyə hazırdır. sonra isə inamla altdan- yuxarı. onu xain.Bəs inspektordan necə? . narahatdır. . Əşrəf iztirab çəkir.Kitabı oxu. Onun dediklərinin ciddimi. . Onun arzusu bu idi ki. başqasını fəlakətə sala bilər. Əvvəlcə cəsarətsizcəsinə. Axıra çıxmağıma bir neçə səhifə var. hiss etdi ki. Bir xeyli tərpənmədi. heç nə danışmadan geri dönüb Kipianidən aralanmaq istədi. Kipiani onu da başa düşdü ki. ancaq imkan vermədi: . Özü də onu narahat edən odur ki. bu işdən pis adamlar xəbər tutmasınlar. həm də qorxur.Yox. Kipiani onun nə isə soruşmaq istədiyini başa düşdü. 355    . Elə bil bir şey tıxanıb boğazında qaldı. Onun səsi titrədi. O başa düşdü ki. Aralığa çökən bu adi sükut Əşrəfə bir il qədər uzun göründü və o heç nə söyləmədən. Kipiani sakitcə qoltuq cibindən bir kitab çıxardıb Əşrəfə uzatdı. Əşrəf lap burnunun ucundakı kitabın cildinə baxdı.Yox. Gözlərini zilləyib müəlliminə baxdı. Kipiani onun biləyindən tutdu. Amma çalış ki. O. – Əşrəfin dodaqları əsdi. Gözlərindən oxudu ki. Bir azca da belə getsə. müəllimi ona inansın. uşaq həyəcanlıdır.Bəs məndən? Əşrəf udqundu.Kitabı oxuyub qurtardınmı? . Bu saat Kipianinin onun haqqında nələr düşündüyünü öyrənməyə çalışdı.

elə indiki kimi. Kimi pəncərəni açıb səhər şəfəqlərində poqonları və qılınclarının dəstəsi parıldayan kazaklara təəccüblə tamaşa etdi. Bu gün məşğələlər öz vaxtında başlamış. Ancaq şəhərə daxil olan atlı kazakları görüb ayaq saxladı. müəllimlər də böyük həvəslə dərsə başlamışdılar. Direktorun otağına hardasa. Jiletinin cibindən açan çıxardıb qapağını açdı. Sinif otaqlarının pəncərələri açıq idi. Bu səs bir neçə dəfə təkrar olub dalğalandı. 356    . tabaşir taqqıltısından xüsusi zövq alardı. lap uzaqlarda çalınan kilsə zənginin səsini xatırladan bir danqıltı yayıldı. ötən gecə isə heç bir hadisə olmamışdı. onların verdikləri cavablara qulaq asardı. direktorun otağının qarşısındakı eyvandan hər şeyi görmək mümkün idi. indi də sakitcə dayanıb sinif otaqlarına göz gəzdirdi. Onun lövhədə məsələ həll edən riyaziyyat müəllimlərinin. Semyonov hava xoş olanda. Buradan. Müəllimlərə cavab verən tələbələrin yeknəsəq səsi eşidilirdi. Bu yeknəsəqliyi arabir müəllimlər kəsirdi. Tələbələr də. sonra özləri əlavələr edirdilər. qızıl suyuna çəkilmiş əqrəblərə baxdıqdan sonra zənciri dartdı. Semyonov lövhədə tabaşirin saat mexanizmi kimi ahəngdar şəkildə taqqıldamasından dərsin necə keçdiyini müəyyənləşdirərdi. O. ya da onlara cavab verən tələbələrin rəqəmləri tabaşirlə güllə kimi yazmasından xoşu gələrdi. Dalbadal vurulan zəngin dalğalı sədası susana qədər gözünü əqrəblərdən çəkmədi. At nalının şaqqıltısı divarları cingildətdi. __________________Milli Kitabxana___________________ 9 Semyonov üstünə göy mahud çəkilmiş iri yazı masasının arxasından durub küncdəki saata yaxınlaşdı. buradaca dayanar və yazı taxtasının önündə dərs söyləyən uşaqlara tamaşa edər. Onlar dərs söyləyən uşaqları dayandırıb nə isə soruşur. Hamı dərsdə idi. Düz on bir tamamda hər iki saatın qapağını örtdü və asta addımlarla eyvana çıxdı. Əqrəbin böyük tayı on birin üstünə çatdı. Semyonov adəti üzrə döş cibindən gümüş saatını çıxardıb şaqqıltı ilə qapağını açdı və vaxtı yoxladı. Semyonov ağ siferblatın üstündəki naxışlı rəqəmlərə. Elə bil saatın çıqqıltısı gücləndi. Səhər sükutunu pozan bu atlı dəstəsinin hay-küyü camaatı sərsəm etdi. O. Adam boyda olan saatın iri kəfgiri ətalətlə sağa-sola hərəkət etdikcə otağa ahəngdar bir çıqqıltı yayılırdı. Hər şey öz qaydasında idi. Məktəbin həyatı bomboş idi. Semyonov bir xeyli eyvanda dayandıqdan sonra yeməkxananı və yataqxanadakı işləri yoxlamaq məqsədi ilə eyvandan enmək istədi. Torpaqdan qalxan toz havada laylandı.

Farağat vəziyyətində dayansa da. . . Sonra da bir az bundan əvvəl qurduğu saatın yanında daş kimi quruyan polisə baxdı. Polislər keşik çəkirlərmiş kimi qapının yanında dayandılar. Necə məgər? . Dmitri Dmitriyeviç təmkinini pozmadan keçib öz yerində əyləşdi. Sonra kürsünü çəkib direktorla üz-üzə oturdu: .Onu aparmalıyıq. Atlılar dar küçələri. Onun qılıncı yerə dəyirdi. o biri hissə yataqxananı mühasirəyə aldı. Müsaidə edin.. əyri döngələri keçib. bir-iki addım atdıqdan sonra geri döndü: . Qabağa keçib. Rəis Semyonovun sual dolu baxışlarına fikir vermədi. Otaqda gəzinən rəisin çəkməsinin nallı dabanının taqqıltısı və polislərin fısıltısı onu hövsələdən çıxartsa da dinmədi.Dərsdədir. __________________Milli Kitabxana___________________ kimi də qorxudan qapı-bacanı daha da möhkəm bağladı. Bir hissə məktəbin ətrafinı kəsdi. qılçaları yana əyilmişdi. Rəis darvazanın yanındakı xidmətçiyə etina etmədən irəli keçdi. Üst-başlarının tozunu çırpıb papiros yandırdılar.Haraya? . Arxasınca gələn polislərlə birlikdə pilləkəni taqqıldada-taqqıldada yuxarı qalxdı. Kağızı stolun üstünə qoydu. Rəis özü qapını açdı. Səhərin şəffaf havasında daha aydın görünən göyümtül tüstülər burula-burula yuxarı qalxıb laylandı. cənab. Onun hər kəlməsini diqqətlə nəzərdən keçirdikdən sonra qaytarıb rəisə 357    .Sabahınız xeyir....Kipiani burdadırmı? . Yenə əvvəlki kimi təmkinli rəisi süzdü. Eyvanda Semyonovla qarşılaşdı: . Eynəyini taxdı.Bunun üçün əlinizdə rəsmi sərəncam varmı? Rəis Semyonovu qıyqacı baxışlarla tərs-tərs süzdü.Kabinetinizə getmək olarmı? . cənab. Semyonov susdu. . Semyonov gözaltı otaqda gəzinən rəisi süzdü. Yalnız bundan sonra Semyonova yol verdilər.Buyurun. Polis nəfərləri də onun dalınca otağa girdilər. Rəis bu qayda ilə bir xeyli gəzindi. Atdan düşdülər. cənab direktor. Semyonov kağızı oxumağa tələsmədi.Sabahınız xeyir. Ev sahibi kimi irəli keçdi. Sonra Kipianinin həbs olunması barədəki sənədi süni bir nəzakətlə direktora təqdim etdi. seminariyanın yanına qədər gəldilər Burada azca dayandıqdan sonra iki yerə ayrıldılar.Lazım olan yerə.

həyat amallarının tapdalanmasına. Sizin yazdıqlarınızı əsassız saymışlar. Kipianini həbs edəcəklər. . məsləhət bilirik. onun yerini göstərin. cənab.Axı mən onlara yazmışdım ki. 358    .Zənnimcə. Etməlisiniz. Yoxsa mənə inanmırlar? Axı biz bir yerdə işləyirik. mübahisə etmək faydasızdır. . hətta Sizin özünüzə özünüzdən yaxşı bələdik. .. cənab rəis. __________________Milli Kitabxana___________________ verdi. Pedaqoji müəssisədə buna yol vermək olmazdı.Əsəbiləşməyin.Zəhmət çəkin. bu məktəbin sahibi hələlik mənəm. "Bu niyə belə olsun? . cənab direktor.. . Mən belə bir ədalətsiz həbsdə iştirak etmərəm. onların gözəl arzularının. Ancaq o bu işi ləngitmək istədi. Onun gülüşündəki istehza Semyonovun gözündən yayınmadı. Kipianinin yerini göstərin. ideal bir əlçatmazlığın məhvinə bərabər idi.Siz onu dərsdən sonra öz evindən apara bilməzdinizmi? .Mən dərsi dayandıra bilmərəm. .Bu nə deməkdir? . Siz tələsirsiniz.Minnətdaram. Ancaq bu işdən qəti imtina edirəm. Semyonov başa düşdü ki.. Sözümü kəsməyin. Hər halda biz adamları Sizdən yaxşı tanıyırıq. Gedək.Fikrim aydındır. Dodaqları azacıq qaçdı. Siz məni məcbur edə bilməzsiniz. Ona görə də bu işi Sizin iştirakmızla görəcəyik. Tələbələrin gözü qarşısında müəllimin dustaq edilməsi pedaqoji qaydaların ciddi pozulması demək idi. Kipianidə heç bir sübhəli hərəkət görməmişəm. . . Belə hərəkət muəllimi ən güclü.Sizin məşğələniz məni maraqlandırmır.deyə düşünməyə başladı. Sizə məsləhət görürəm ki. . Siz. Bir xeyli fikirli-fikirli susdu. . . Mən Kipianini xəfiyyələrdən yaxşı tanıyıram".. yaxşı olar ki. məşğələdən sonra.Görünür. Mən lazımi yerlərə yazmışam ki. . müqəddəs və toxunulmaz bir insan hesab edən pərəstişkar şagirdlərin təsəvvürünü alt-üst etməyə.Mən verilən əmri yerinə yetirirəm. bir az da özünüz haqqında düşünəsiniz. Kipianidə heç bir şübhəli hərəkət müşahidə etməmişəm.Cənab. . Onun etirazına heç kəs əhəmiyyət verməyəcək.Məcbur yox. Rəis direktorun bu işdən narazı qaldığını sifətindən oxudu.

rəsmi keçid qəbul edən adamlar kimi dabanlarını yerə vura-vura sinif otaqlarının qabağından ötdü. Siz..O bizim işimizdir. Gedək.Onunla görüşmüşük.Aydındır.. . Rəis isə astanada durub içərini dinşədi.Məmnuniyyətlə. . O. növbətçi müəllimsiniz? . . Rəis və onun dalınca gələn polislər isə təhlükəli bir ovu qaçıracaqlarından qorxurlarmış kimi əllərini naqanın qoburundan çəkmir və pəncələri üstündə yeriyirdilər.. Növbətçi müəllim Petrov həyətin ortasında onların qarşısına çıxdı: . Boris Mixayloviçin bələdçilik etdiyi dəstənin harada dayanacağını gözlədi.Lap yaxşı. . . Özünü şax tutaraq. . Çərçivəyə dirsəklənərək başım əlinə söykədi.. Sinif otaqlarından səslər kəsildi...Cənab rəis.. Onlar gəldikləri kimi hay-küylə aşağı endilər. Qapının ağzını kəsdirən polislər qamətlərini bir az da düzəltdilər. İndi polislərin önündə irəlilədikcə onun çəkmələri daha ucadan cırıldayırdı. __________________Milli Kitabxana___________________ . Bütün məktəb nəfəsini içəri çəkib susdu. O həmişə növbətçi olanda qəsdən. Polislərdən bir neçesi pəncərənin qabağında dayandı. Sizə kim lazımdır? .Buna ehtiyacımız yoxdur. Tanış olaq. Bizə Kipianinin yerini göstərin.. Müsəlman şöbəsində dərs deyən Çernıyayevski sözünə ara verib qapıya yaxınlaşdı. Gözü ilə Kipianinin dərs dediyi otagı göstərdi.Siz kimsiniz? . Boris Mixayloviç Petrov. - Siz.Sizin buna səlahiyyətiniz yoxdur. Müəllimlər əllərində təbaşir dayandılar.Bəli.. Kipianinin səsi gəlirdi. Hamıdan əvvəl Əşrəf pəncərəyə yaxınlaşdı.Elə isə bu işi sizsiz görərik. .deyə rəis təkrar etdi və səsini alçaldıb pıçıldadı.Mən buna icazə vermirəm. Ancaq əvvəlcə direktor. Mən. Çəliyini qolunun büküləcəyinə keçirtdi. ucadan Puşkinin şerini oxuyurdu: 359    . Rəis ayağa durdu.Növbətçi müəllim ayaq saxladı. uşaqları vahiməyə salmaq üçün cırıldayan çəkmə geyinərdi. . Uşaqlar pəncərələrin qabağına toplaşdılar.Mən növbətçi müəlliməm.. Boris Mixayloviç belinin əyrisini düzəldib sinəsini qabağa verdi və əlini pencəyinin yaxasından içəri saldı. Bu gün də həmin çəkmələr ayağında idi...Boris Mixayloviç? . .

Elə deyilmi. Отчизне посивятим Души прекрасные порывы! Rəis qapını döymədən.Niyə? . Kipiani özünü itirmədi. Bu onun son dərsi olacaq. Kipiani dönüb təlaş və həyəcandan yanaqları qızarmış tələbələrin gözlərinə baxdı. onun fikrini. Elə bilirəm ki. Звезда пленительного счастья.yanırdı. cənab! Polislər qapını açdılar. Kipiani sözünü kəsmədən rəisə baxdı və əli ilə uşaqlara işarə etdi ki. Öz fikrini onlara çatdırmağa bir daha imkanı olmayacaq. Россия вспрянет ото сна. вер.Hələ zəng vurulmayıb. Boris Mixayloviç? Petrov quyruğu basılmış ilan kimi çəmbərlənib fısıldadı. Kipiani yazı taxtasının yanında təkəbbürlə dayanan Petrova da gözaltı baxdı və istehza ilə gülümsündü: . Onların baxışları alışıb. И на обломках самовластя Напишут наши имена! Rəis hövsələdən çıxıb sэsinш ucaltdı: . взойдёт она. ürək sözlərini deyə bilməyəcək. sözünü ağzında qoymaq üçün gəliblər.Qurtarın. Kipiani başa düşdü ki. Мой друг. Rəis Kipianinin istehzasını başa düşdü. məktəb skamyasının arxasında oturan bu uşaqlar bu saat qəzəbli pələng balaları kimi aşağı siniblər.Siz dustaqsınız. dərsi dayandırın! . səsini bir qədər ucaltdı: . 360    . otursunlar.Cənab Kipiani. Onlar rəisin üstünə atılmağa hazırdılar. Rəisin işarəsinə əhəmiyyət vermədi və şerin son misralarını oxudu: Товарищ. dərs deyən müəllimdən icazə almadan içəri girdi. naqanlarını çıxardıb irəli atılacaqlar. Bir şey olsa. Пока сердца для чести живы. O başa düşdü ki. onlar balaca bir işarəyə bənddirlər. Dərsi yarımçıq kəsmək olmaz. növbətçi müəllimimiz də buna razılıq verməz. Kipiani başa düşdü ki. Tələbələrlə indiki kimi bir daha üz-üzə dayanıb. Tələbələr gələn adama hörmət əlaməti olaraq gurultu ilə ayağa qalxdılar. fəaliyyətini yarımçıq kəsmək. __________________Milli Kitabxana___________________ Пока свободою горим.

darvazaya qədər dinməz- söyləməz getdi. rəsmiyyət sevənsiniz cənab Petrov. Əlini qapının dəstəyinə uzatdı. Kipiani qeyri-iradi gülümsündü və şlyapasını çıxardıb azacıq təzim etdi. Rəislə Petrov onu təqib etdilər. yalnız Petrov həyətin ortasında təkcə dayanmışdır. Semyonov əllərini sinəsində çarpazlayaraq. sonra əsasını götürdü.O qanrılıb tələbələrin üzünə baxdı. Qapı uşaqların üzünə örtüldü. Orada ayaq saxladı. Pttrov onların qabağını kəsdi: . O.Dəstəniz nə yaman böyükdür.Yadınıza salıram. Uşaqlar gurultu ilə ayağa qalxdılar. salamat qalın! Kipiani qapını açıb cəld bayıra çıxdı. Təmkinini pozmadan qələmi götürüb jurnalı yazdı. Uşaqlar pəncərələrdən boylanırdılar. Dönüb həsrətlə məktəbə baxdı. O. Polislər oranı da kəsmişdilər. Hər səhər onun şlyapasını çıxardıb salam almasından xoşlanan dəcəl tələbələri gözünün önündə dayandı. Elə bil öz xəttinə həsrətlə baxırdı. Kipiani qarşısındakı adamın qızarmış çöhrəsinə baxdı. bu gün də. Hamı qəzəb və təmkinlə susur. Bir xeyli gözünü yazıdan çəkmədi. Polislər onların sinəsindən vurub geri qaytardılar. zati-aliləri.Cənab Kipiani. Kipiani saatını çıxartdı. O gördü ki. başa düşdü ki. Zəngə hələ on beş dəqiqə var idi. – Mən buna əminəm. sinif jurnlına əl uzadarkən Petrov irəli yeridi: . . kitablarını yığdı. . Başını qaldırıb tələbələrini bir daha süzdü.. Tələbələr pəncərənin qabağına yüyürdülər.Əsəbiləşməyin. Həyətə düşən kimi Kipianini araya aldılar. bu gün dərsdən sonra heç bir gəzinti və məşğələ olmayacaq.Olacaq. . sabah da bu işlər davam edəcək. eyvanın dirəyinə söykənmişdir. Müəllimlər qapının ağzında dayanmışdılar. Əziz balalar. cənab Petrov.Son məşğələni qeyd etməliyəm. . Gurultu ilə qapıya doğru cumdular. __________________Milli Kitabxana___________________ . Siz ki. .. tələbələri və müəllim yoldaşları ilə vidalaşmaq ona müyəssər olmayacaqdır. Artıq getmək vaxtı olduğunu başa düşdü.Ona dəyməyin. Bayaqdan heç nə başa düşməyən və key kimi dayanan uşaqlar qapının zərblə vurulmasından diksinib sanki yuxudan ayıldılar. bu qədər adama niyə əziyyət vermisiniz?.. 361    . Kipiani yenə istehza ilə gülümsündü.

Uşaqlar qasırğa kimi burulub. Əli ilə işarə etdi ki. Əşrəf zəngin danqıltısından başqa heç nə eşitmədi. bütün bu məsələlər həmin kitabla bağlıdır. Polislər onun ətəyindən dartıb aşağı salmaq istəyirdilər. Atlı kazaklar gurultu ilə içəri doluşdular. Gürcü tələbələrindən Luka pəncərənin qabağına çıxmışdı. Uşaqlar əl verib bir-bir Kipiani ilə görüşdülər. Uşaqları arakəsməyə aldılar. hər şeyi yollarından süpürdülər və axırda burulğan təkin burulub Kipianini araya aldılar. Hirslə. əziz Kipiani müəllim!" . Əşrəf qışqırmaq. Əşrəf səs gələn tərəfə boylandı. Polislər onların qabağını saxlaya bilmədilər.dedi. Kişi təngildədi. başqa adamların xəbərçiliyi ilə həbs edirlər. Az qala pıçıltı ilə ona təskinlik verdi: . Kipianinin həbs olunmasına bais o özüdür. nə isə bir şey demək istəyir. Petrov əsasını onun başına endirmək istədi. Yalnız bundan sonra o.Səndə heç bir taqsır yoxdur. Tələbələr onlarla dartışır və özlərini pəncərədən həyətə atmağa çalışırdılar. Əşrəf dinmədi. Əşrəf özünü müqəssir sayır. Tələbələr qabağı kəsilən və birdən-birə özünə yol açan sel kimi gurultu ilə həyətə axışdılar. Rəis darvazanı açdı. Əşrəfin gözü yaşardı. susmaq lazımdır. qəzəblə zəngi çaldı. Zərbələr bir- birinə qarışdı. Əsa göydə fırlanıb kənara düşdü. Onun nəfəsi darıxdı. Birbaş zəng asılan eyvana yüyürdü. Şallaqlar bir göz qırpımında havada oy- 362    . Qapılar taybatay açıldı. Kipiani onu sakitləşdirmək və şübhələrdən xilas etmək üçün bir addim irəlilədi. əli ilə Əşrəfin başını sığalladı. Məni başqa iş üstündə. Əşrəf tələbələrin axınına qoşuldu. Əşrəf bu saat özünü parçalamaq istəyirdi. Başa düşdü ki. Uşaqlar onları üzük qaşı kimi araya aldılar. bu sadəlövh gəncin sonralar da iztirab çəkəcəyini duydu. Əşrəf gördü ki. Papağını havada yelləyirdi. heç nə görmədi. __________________Milli Kitabxana___________________ Birdən kim isə ucadan "Biz Sizi heç vaxt unutmayacağıq. O hiss etdi ki. var gücü ilə qışqıran növbətçi müəllimə əhəmiyyət vermədi. kimi isə köməyə çağırırmış kimi həyəcanla səsləndi. Bütün bunlar Kipianinin nəzərindən yayınmadı. Xristian şöbəsinin tələbələri isə polislərlə əlbəyaxa olacaqlar. Kəndirdən yapışıb var gücü ilə dartdı. Bütün məktəb. O. Növbətçi müəllim onu saxlamağın mümkün olmayacağını anlayıb geri çəkildi. Əsasını havada oynadıb onu hədələyən. tələbəsinə yaxınlaşıb.büküldülər. Əşrəf pəncərədən atılıb həyətə düşdü. Zəng təlaşla. elə zənn edirdi ki.deyə qışqırdı. Kipiani ilə üzbəüz dayandı. az qala bütün şəhər silkələndi. Əşrəf ağacı havada qapıb Petrovun qolunu burdu. Uşaqları yara-yara qabağa keçdi. Yalnız bundan sonra Əşrəf əlini kəndirdən çəkdi. . bir az keçsə Kipianini aparacaqlar.

Sinif otaqlarında yanan işıqlar gecənin qaranlığını boğa bilmir. Bircə işarə aləmi bir-birinə qata bilərdi. sizin sürgünləri və qandalları çox görmüşəm. solğunlaşıb pəncərələrdə öləziyir. . Uşaqları qorxutmaq kişilik deyil. Pəncərələrdə titrəşən kölgələrdən başqa seminariyanın binasında canlılıq əlaməti yox 363    . Rəis qabağa düşdü.Mən əmrimi geri götürmərəm. Uşaqlar xeyli onun ardınca baxdılar.Mən heç yana qaçan deyiləm. bizim zəhmətimiz hədər getməyəcəkdir. Əminəm ki. Siz igid. Sizə minnətdaram. Kipiani nə qədər gülümsədisə də gözləri doldu. Semyonovdan əvvəl Çernyayevski özünü irəli atdı.Bir hadisə baş versə. . gözüaçıq və namuslu vətəndaşlar olacaqsınız. Uşaqlar ortadan iki bölünüb direktorla inspektora yol verdilər. duman arxasında imiş kimi güclə görünürdü. mənim müəllim yoldaşlarım. Kipiani hündür bir yerə çıxdı. Bu şaqqıltı uzun zaman uşaqların qulağından getmədi.Mən dustağı aparmalıyam.Uşaqları dağıdın! . __________________Milli Kitabxana___________________ nadı. Əmr verin atlılar kənara dursun. Əlini yuxarı qaldırıb tələbələri sakit etdi: . hər yerdə maarif məşəlini ucaldın. cavabdeh siz olacaqsınız. . Siyirmə qılıncların polad liyəsi havada parıldadı. Bu həbslər sizi sarsıtmasın. mən sizdən çox razıyam.Fikriniz nədir? . Kazaklar atlarını nizama düzüb Kipianinin ətrafını kəsdilər. Hər şey tükdən asılı qaldı. Hətta kazaklardan qılıncını siyirib hazır dayananlar da oldu. Semyonov rəislə döşdöşə dayandı: . əziz balalar. 10 Qurğuşun kimi ağır və qatı bir qaranlıq qanad gərib seminariyanın üzərinə çökmüşdü. salamat qalın. cənab rəis. Məktəbin həyəti bomboş idi.Siz də kazakları geri çəkin. Lap qabaqdakı kazakın atının cilovundan yapışıb Kipianini geri çəkdilər. Şlyapasını çıxardıb hamıya baş əydi və bundan sonra darvazaya doğru getdi.Salamat qalın. Siz heç nədən qorxmadan xalqınız və millətiniz üçün fədakarlıq edəcəksiniz. . Daş küçə at nalının şaqqıltısı ilə doldu. Oxuyun.

qüssə və kədərə qərq edən bu ağır sükutdan adamın qulağı güyüldəyirdi. çırağı yandır! . . Petrov xeyli dolaşdı.Sizə zəhmət olar. Qapını birdən-birə açmasaydınız. Onların əli qaranlıqda bir-birinə toxundu. Petrov pəncərədən nə qədər boylandısa da. 364    . çəkmələri səslənməsin. Qalan uşaqlar ikibir.Al. O. ancaq əlli ol. deyirəm. Onun "diqqət!" deməsi ilə stolun üstündəki çırağın sönməsi bir oldu. Ancaq Petrov heç nəyə fikir vermədən bir kabus kimi sinif otaqlarının qabağında dolaşırdı. Yanında da heç kəs yox idi. Petrov qulunun və kibrit çöplərinin şaqqıltısından hiss etdi ki. fərsiz. Əşrəfin oxuduğu kitabı görə bilmədi. müsəlman şöbəsinin otaqlarına yaxınlaşdı. Kibriti tapa bilmirəm. təqsir özünüzdə oldu. pəncərələrin önündə ayaq saxladı və nəhayət. onların nə ilə məşğul olmasına göz qoyurdu. Sinif nümayəndəsi Firidun qapı tərəfdəki stolun arxasında oturmuşdu. özüm yandıraram. Petrov az qala burnunu şüşəyə yaxınlaşdırdı və uşaqların içində Əşrəfi axtardı. müəllim.ikibir əyləşib dərs oxuyurdular. Petrovun cıngiltili səsi otağa yayıldı: . nə isə ciddi bir şey oxuyurdu. cənab müəllim.Heç kəs yerindən tərpənməsin! Tez ol. Özünü göstərməməyə çalışaraq. Pencəyinin cibindən kibrit çtxardıb Firiduna verdi: . . Firidunun barmaqları titrəyir.Nə oldu? .Bu saat. İnsanı qurğuşun kimi əzib. Petrov daha da əsəbiləşdi. Otağa qaranlıq çökdü. .Ver bura. külək çırağı söndürməzdi. Hamıdan əvvəl Firidun diksinib ayağa qalxdı. __________________Milli Kitabxana___________________ idi. Daha da şübhələndi və gurultu ilə içəri girdi. Petrov bu təmasdan diksinib əlini geri çəkdi. cənab müəllim. O lap dalda əyləşmişdi.deyə Firidun ona cavab verdi və qaranlıqda nəyi isə axtarmağa başladı. Firidun kibrit qutusunu açdı. Uşaqlar yerlərində qurdalandılar. Petrov xeyli gözlədi və onun ləng tərpənməsinə qəzəbləndi: .Ver. Firidun hərdən mütaliəsinə ara verib uşaqlara baxır. O hər şeyi bilmək. Qapıların dalında ayaq saxlayıb içərini dinşədi və axırda Əşrəf oxuyan qrupun pəncərəsinə yaxınlaşdı. ehtiyatla içəri boylandı. bu dəfə adəti xilafına ayağını yerə astaca basır və çalışırdı ki. hər pıçıltını dinlamək və hər sözü eşitmək istəyirdi. .Bu saat.

Birdən stolun altından onun əlinə bir əl toxundu.Bu saat. Bir anda divarda kölgələr oynadı. Allah eləməsin. çənəsinin əzələləri oynadı.O nə sözdür. Petrov bir şey duymuş kimi ayağını döşəməyə çırpıb qışqırdı: . cənab müəllim. Əşrəf direktorun otağının qarşısında dayandı. Qapının ağzındaca dayanıb Petrova baxdı: . Firidun barmaqlarını altındakı kitabı götürüb dikəldi. Petrov kitabı bir xeyli əlində hərlədi. çöplər döşəməyə səpələndi. Firidun vaxt qazanmaq üçün bir az da ləngidi. O. Petrov qamətini düzəltdi və icazə istəmədən qapını açdı. hər şey sakitləşdi. Petrov uşaqları qəzəblə süzdükdən sonra ağır-ağır otaqdan çıxdı. Firidun kibriti çəkib çırağı yandırdı. Kibrit qutusunu ovcunda sıxıb gözlədi. Qapı örtüldü. . sinifdən çıx! Əşrəf könülsüzcəsinə ayağa qalxdı. Onun dişləri sıxıldı. Özü isə gözünü pillələri çıxan oğlanın kürəyinə zillədi. Petrov daha da qəzəbləndi: . Onlar həyətin ortasında dayandılar. bu dəqiqə. heç kəsə sezdirmədən. cənab müəllim.Dur. Əşrəfi qabağa saldı. hiss etdi ki. Petrov Əşrəfi qabağa saldı.Orada nə eşələnirsən? .Nə kitab? . Firidun otaqda bir hərəkət başlandığını duydu.Direktorun yanına.Mən hara getməliyəm. Onu tələsik.Hanı? .Budur. Firidun dərhal aşağı əyildi. . 365    . Qutu açıldı. Stolun altında xeyli ləngidi. Bir şey tapmadıqda daha da əsəbiləşdi: . kibrit dağılıb. məni ələ salıbsınız? . Skamyaların altında dəftər-kitab xışıldadı.Hesab. Petrov dərhal Əşrəfin üstünə atıldı: .Kitab. cənab müəllim? .Tez ol. sonra Əşrafin dəftərlərinin arasını axtardı. yoldaşları nə isə gizlədirlər. Onun çəkmələri indi bərkdən cırıldadı. yaramaz.Oxuduğun nə idi? . Qanrılıb bir kölgə kimi onu təqib edən növbətçi müəllimə baxdı. __________________Milli Kitabxana___________________ Elə bu vaxt Firidun kibriti əlindən yerə saldı. stolun siyirtməsinə atdı. Çəkmələrini cırıldada-cırıldada irəliləyib Semyonovun yanında dayandı.

hətta onun dodaqları azacıq aralandı. sözlərinizə də nəzarət yetirin. bəlkə də müvazinətini itirib yıxılacaqdı.Elə ona görə də bu cür yaramazın bizim seminariyada qalmasına dözə bilmirəm. bu səs hardansa lap uzaqdan eşidilir. Tavandan asılmış çilçıraqdakı şamların hamısı yansa da. qolları uzanıb ağırlaşır. Qulaqlarının ucuna qədər isindi. gözlərində yaş parıldadı. Gözlərini hürkəkcəsinə qaldırıb. qanun üzrə nə cəzam varsa. Di- 366    . . Divar saatının böyründə ayaq üstundə durdu. cənab Petrov. ayağının altındakı döşəmə möhkəmləndi: . Əgər Çernyayevski bircə dəqiqə gec dillənsəydi. Çernyayevskinin baxışlarında qəzəb və nifrətdən çox məzəmmət var. O hiss etdi ki. Əşrəfə elə gəldi ki. onu əzmək istəyir. . kimsə çiyinlərindən basıb.Mən səndən heç gözləməzdim. Kimsə onu çağırır. bu vəhşi tatar dərhal məktəbdən rədd edilməlidir! Semyonov əlindəki qələmi masanın üstünə atdı və əsəbiliklə dilləndi: .Mən onunla bu cür nəzakətlə danışılmasını yox.Bir az səbir edin. Onun qışqırtısından divar cingildədi. Bir az bundan əvvəl başı gicəllənib yıxılmağa hazır olan Əşrəfin taqətdən düşmüş dizlərinə elə bil qüvvət gəldi. Gözünün önündən tor çəkildi. cənab direktor. Əşrəf saatın çaqqıltısından da güclü olan ürək döyüntüsünü eşitdi. tutmusan? Əşrəfə elə gəldi ki. Çernyayevskinin də burada olduğunu gördükdə gözünü qaldırıb heç kəsə baxmadı. Boynundakı damarlar guppuldamağa. bədəni buz kimi keyidi. seminariyadan xaric olunmasını tələb edirəm. yarıbihuş haldan geri qaytarmaq istəyir. O. . Otağa ağır sükut çökdü. ancaq Petrovun əsəbi səsi onu daş kimi dondurdu. __________________Milli Kitabxana___________________ Əşrəf yerindən tərpənmədi.Sizin məni təhqir etməyə haqqınız yoxdur. gözlərinə qaranlıq çökdü.Səsini kəs! Semyonov əlini masaya çırpib var gücü ilə bağırdı və dərhal yerindən sıçrayıb ayağa qalxdı. Onun qulaqları cingildədi. Direktorun yazı masasının üstündəki şamdanlar da dumana bürünən kimi oldu. bu nə işdir. Əşrəf gülümsəmək istədi. ürəyinin çırpıntısı azaldı. Siz müəllimsiniz. ondan bir-iki addım aralı dayanmış müəlliminin üzünə baxdı və gördü ki. onu verin. beyninin içi güyüldəməyə başladı. O azacıq sükələndi. Furajkasını çıxardıb əlinə aldı və özü də hiss etmədən onu didişdirdi. .

daha nə istəyirsiniz? . heç nədən qorxmasın. Aydındırmı? Çernyayevski qapını açıb Əşrəfi bayıra çıxartdı. bəs nə üçün bizim müəllimimizi atın döşünə salıb apardılar? . Petrov onun yanını kəsdirdi: . Bir ay məktəb ərazisindən çıxmaq hüququ əlindən alınsın. . . .Onun sənə dəxli yoxdur.Müəllim. cənab Petrov. . . 367    .Bu nə deməkdir? Petrovun boynundakı damarlar şişdi.Cənab direktor. suallara şax cavab versin. biz onun nə üçün tutulduğunu bilmək istəyirik.Elə deyilsə. Rəngi çuğundur kimi oldu..Əşrəf. Çernıyayevski onu ilk dəfə bu cür hirsli görürdü. .. Mənə qalarsa. buralar dərəbəylikdir? Kim nə istəsə.Var. . mən bu işlə razılaşa. edə bilər? . Sizin şöbənin tələbəsi Əşrəf Göytəpəli məktəbin daxili intizam qaydalarını kobudcasına pozduğuna görə yeddi gün həbsə salınsın.Gögörürsünüzmü.Səsini kəs! Cənab Çernyayevski. cənab direktor. Kəkələməyə başladı: . əllərinin titrəməsini gizlədə bilmədi. dərs gedişinə mane olduğun bəs deyil.Bəs siz kimsiniz? . . Semyonov başını əllərinin içinə alıb bir xeyli hərəkətsiz halda yazı masasının arxasında oturdu.Məktəbin intizamını pozduğun. Təkcə su və yavan çörəkdən başqa heç nə verilməsin. cənab Petrov. onu salıb sındırsın. mən belə yaramazla heç danışmaq belə istəmirəm.Bəs deyilmi. həddini aşma! .Axı siz kimsiniz? . __________________Milli Kitabxana___________________ rektorun belə gözlənilməz qəzəbindən Petrov da. Semyonov nə qədər çalışdısa da. Yeniyetmələrə xas olan bir dəliqanlılıq qəlbini bürüdü və qərara gəldi ki. Çernyayevski də çaşıb qaldılar.Siz də adamları kölgə kimi izləməyin.. hətta başqa cəzadan da çəkinməmək gərəkdir. Dəsmalını çıxardıb eynəyini silərkan az qaldı ki. hələ mənim hüzurumda müəllimə də cavab qaytarırsan? Nə üçün zəngi çaldın? Sənə kim icazə vermişdi? Əşrəfin utancaqlığı. xəcalət çəkməsi bir anda yox oldu.Heç kim! ..Səncə.Onu mütləq məktəbdən qovmaq lazımdır.

Sinəsini irəli verib. . Bayırda səs eşidib susdu. cənab Petrov. əli nəm daşlara toxundu. mən sizin üçün tatar uşağı deyiləm. söyləyin görüm. arabir siçan civildəyirdi. Ayağının altındakı saman xışıltısından başqa heç nə eşitmədi. O. "Bu tərəfə bir adam hərlənsə. . Hardasa su damcılayır..Cənab direktor. düz onun gözünün içinə baxdı. Gedin. ona bir parça çörək verilsə. Onun keşiyini çəkən İvan adlı bir tələbə idi. kürsünü geri itələyib irəli yeridi: . Növbətçi müəllim Petrov keşikçi tələbəyə göstəriş verirdi.Mən də sizin üçün amalsız bir xəfiyyə deyiləm. Nə danışıldığını öyrənməyə çalışdı.Danosbazlıqla? . özünü də məktəbdən qovduracam.Cənab Semyonov. sizinlə çox danışmağı özümə həqarət sanıram. ayağa durub qapını sındırmaq və birbaş yataqxanaya yollanmaq istədi. . bu rütubətli zirzəmidə qalmağı şəninə sığışdırmadı.Çox baş aparırsınız. səni bu çəliklə ölüncəyə qədər əzişdirəcəm. . Ona görə də bir söz deməkdən çəkinirdi.. rütubət zirzəmiyə saldılar. Bir də ona deyiləsi sözü də yox idi.Mənə də aydınlaşır. Xristian şöbəsində oxuyan bu uşaqla Əşrəf bir-iki dəfə Kipianinin dərnəyində rastlaşmışdı.. .Siz mənimlə belə danışmayın. cənab Semyonov. Əşrəfin dişi bağırsaqlarını doğrasa da dınmədi. Hər yer sakit idi. Araları açıq deyildi. bir xeyli susdu. Petrovun çəkmələrinin cırıltısı kəsənəcən susdu. . ora-bura soxulmağa sizi vadar edən nədir? . Onun əti çimçəşdi.Siz isə böyük bir milləti ləkələyirsiniz. Direktorun əmri ilə onu cəzalandır- 368    . bir sıra məsələlər indi mənə aydınlaşır. . Əşrəf tərpənmədi. *** Əşrəfin kəmərini açdılar.Otağı tərk edin. mən əlahəzrət imperatorumuza xidmət edirəm. eşitdinmi? Qapıya qıfıl vur.. İrəli yerimək istədikdə başı divara deydi. özüm bir azdan gəlib hər şeyi yoxlayacam". .Axı siz kimsiniz ki.Siz məni təhqir edirsiniz. şapkasındakı nişanı sökdülər və elə həmin gecə qaranlıq. Gözü qaranlığa alışana qədər gözlədi. __________________Milli Kitabxana___________________ Semyonov başının üstünü kəsdirmiş Petrova altdan-yuxarı xeyli baxdıqdan sonra ayağa durdu. mənə göstəriş verirsiniz.

Bizim hamımız sənə aşiq olmuşuq. "Yəqin məni heç yada salan da yoxdur. Bunları ye. Ürəyi döyünə-döyunə bayırı dinlədi. Artıq bayırda səs-səmir kəsilmişdi. 369    . Görəsən. Əşrəfin gözü qaranlığa alışdı. bəs qorxmursan? . Siçanlar onun tərpənmədiyini görüb cəsarətləndilər.Mən səni belə bilmirdim.Kim? . Əşrəf bir xeyli gözünü qaranlığa zilləyib dayandı. Bu saat şirin-şirin yatırlar. döndü yoxdur. kotleti iştahla yedi. Bığlarını oynada-oynada Əşrəfin əllərini. O gördü ki. geri çəkil. Soyumuş olsa da. Siçanlardan biri Əşrəfin qulağına yaxınlaşdı. Əlini taxtanın arasından bəri sal. . Görünür ondan qabaq burada cəzasını çəkən uşaqlar yerlərini rahatlamaq üçün hardansa bu küləşi tapıb gətirmişlər.Səs salma. Hətta onun üstündə gəzişdilər. uşaqlar göndərib. götür.Kimsən? . qarışıq fikirlərdən yaxasını qurtarmaq üçün yatmağa çalışdı.Sən kimsən? . Yəqin lap acmısan. Əşrəf çörəyi aldı.İşində ol. Çörəyi yedinmi? Deyəsən səs gəlir. Əşraf yeni mənzilini nəzərdən keçirdikdən sonra yerini rahatlamaq istədi. Səni məktəbdən qova bilməzlər. qapıya yaxın gəl. Əşrəf zirzəminin küncünə qısıldı. Petrovu yerində yaxşı oturtdun. __________________Milli Kitabxana___________________ mışdılar. hər şeyi unutmaq. küləşin üstünə uzanıb gözlərini yumdu. sifətini qoxuladılar. bura darısqal bir yerdir. Uşaqlar axşam məşğələlərini qurtarıb yataqxanaya getmişdilər. Öldü var. səhərdən başımdan əkə bilmirdim. gecədən çoxmu keçib?" Qapı astadan döyüldü. indicə getdi. . Pencəyinin yaxasını qaldırdı. Əvvəlcə onun ətrafinda fırlandılar. Heç nədən qorxma. . Küləşin ortası yapıxmışdır.Vanya.Cənab növbətçi müəllim.Əşrəf! . Siçanlar civilti ilə ətrafa səpələndilər.Nədi? . O. Bir həftə bu qaranlıq zirzəmidə siçanlarla birlikdə yatacaq sonra isə uşaqların yanına qayıdacaqdı. sənə süd də gətirəcəklər. Döşəməyə küləş tökülmüşdür. . qoçaq oğlansanmış. Vanya kiminləsə xısın-xısın danışdı və aradan on dəqiqə keçəndən sonra yenidən Əşrəfi səslədi. Hamımız sənin dalında durmuşuq.Mənəm. Bu təmasdan oğlan dik atıldı. .

eləcə də qubernatora raport göndərmiş və tələb etmişdi ki. Sən Lukanı tanıyırsanmı? Bizim şairimiz. Bax. Taxtapuşdakı balaca otağa qalxdı.Elə bilirsən qoçaq tək sənsən? Di get.Çox sağ olsunlar. Kiçik pəncərədən təmiz hava onun üzünə vurdu. . gecikmə ha. onun sözü eşidiləcək. Amma Dmitri Dmitriyeviç evinə getməmişdi. Kipianinin tələbələrin gözü qarşısında həbs edilməsi.Nədi? .Sən bunları haradan bilirsən. Tələbələr xörəklərini yeyib yataqxanaya getmişdilər. . atlı kazakların axışıb seminariyanın həyətinə doluşması nəhayət. Onun icazəsi olmadan rəhbərlik etdiyi məktəbdə görülən işləri Semyonov pedaqoji təlimə zidd hesab edirdi. Əşrəf südü başına çəkdi. Uşaqların yatmasını xəbər verən zəng də çoxdan vurulmuşdu. bir direktor kimi bu barədə Qafqaz maarif müvəkkilinə. sonra sirrimizi açarsan. qabağına nazik bir pilləkən çıxacaq. Əşrəf sinəsi dolusu nəfəs alıb yanağını şüşəyə söykədi. Süpürgəçi ilə göndəriblər. Kür astadan qyıldayır. bu cür özbaşınalıqlara son qoyulsun. Səhərəcən uzan yat. zirzəminin aşağısında balaca bir taxta var.. Firidunla Luka göndəriblər.İki-üç dəfə özüm orda yatmışam. kabinetində təkcə oturmuşdu. bu südü də iç. Özləri gələ bilməyiblər. Semyonov belə zənn edirdi ki. . Petrov indi də yataqxanada fırlanır. Əşrəf. Əşrəf əlləri ilə qaranlığı yoxlaya-yoxlaya pilləkəni tapdı. sonra yenə düşərsən aşağı. mürgüləyən şəhərin ətrafına dolanırdı.. O.Niyə? .Ala. O.Siçanlar qoymur. başa düşdünmü? Oranı axtar. 11 Axşam məşğələləri çoxdan qurtarmışdı. . Vanya? . hətta Kipianini də azad edəcək- 370    . gecən xeyrə qalsın. . Ulduzlar civə kimi titrəşirdi.Axı yata bilmirəm. özü də yaman nəmişlikdir. Orada balaca otaq kimi yer var.Bilirsən nə var. Göyün üzü tərtəmiz idi. polis rəisinin özbaşınalığı onu hövsələdən çıxartmışdı. Tapdınmı? Onu qaldır.Vanya! . . __________________Milli Kitabxana___________________ .Nəyin üstündə? .

tələbələr sarsılıblar. Semyonov zərfi aldı. Semyonov isə sözünün üstündə möhkəm dayanmış. ancaq mən sizi tanıyıram. Semyonov düşüncələrdən ayrılıb ayağa durdu. Sizə çatdırım. Hətta müəllimlərin dərs deməsinə belə tez-tez mane olurlar. onu idarə etmək getdikcə çətinləşir. Onlar Kipianinin nə üçün tutulduğunu soruşur. bir direktor kimi verdiyi əmri geri götürməmişdi. Hətta xristian şöbəsinin tələbələri polislərlə savaşmışdılar. Məni bağışlayın. Dmitri Dmitriyeviç. belindəki gümüş xəncərinə baxdı.Tanımazsınız.deyə soruşdu. Direktor heç nə soruşmadan bu adamın çərkəzi paltarına. Otaqda direktordan başqa heç kimin olmadığını yəqin etdikdən sonra döş cibindən bir zərf çıxartdı. Saat yeknəsəq bir ahəngdarlıqla danqıldadı. Onların bir neçəsi indi də qəza dəftərxanasının zirzəmisində dustaq idi. daha əvvəlki kimi dərslərə can yandırmırlar. Hətta bir neçə dəfə gəlib Əşrəfin azad olunmasını belə tələb etmişdilər. tələbələrindən arxayın deyildi. İndi Semyonov adamlara ehtiyatla yanaşır. tələsirəm. Şlyapasını və qara frakını asılqandan götürdü. Xahiş etdilər. hər işi şəxsən özü yoxlamamış arxayın ola bilmirdi. Gələn adam da özünü itirmiş kimi bir xeyli dinmədi. nazik bir adam içəri girdi. . Semyonov görürdü ki.Kimdəndir? . Semyonov "kimdir?" . .Bəs siz kimsiniz? . Şamın işığına tutub diqqətlə nəzərdön keçirdi. Yarım saat bundan əvvəl növbətçi müəllim tələbələrin yataqxanada olduğunu və yuxuya getdiklərini direktora xəbər vermişdi. Salamat qalın. Uşaqların əhvali-ruhiyyəsi onu yamanca narahat edirdi.Bilmirəm. bu işin səbəbini bilmək istəyirdilər. Elə bu vaxt qapı ehmalca döyüldü. Siz gimnaziyada mənim qızıma dərs deyirsiniz. Yan-yörəsinə boylandı. Kağızın üstündə nə poçt möhüru vardı. 371    . nə də surğuc. rəhbəri olduğu məktəbin sükanı əlinin altında ağırlaşır. __________________Milli Kitabxana___________________ lər. Uşaqlar Kipianinin ailəsini Qoridən sürgün olunması xəbərini eşidən kimi dərsi yarımçıq qoyub onun evini əhatə etmişdilər. Ucaboy. Bu gün isə vəziyyət daha da ciddiləşmişdi. Hətta gündəlik qeydlər dəftərində də imza atıb evinə getmişdi. Lakin o. Semyonov isə bir qədər də gözləməyi. O hiss edirdi ki. . Bütün bunlar Semyonovu darıxdırırdı.Bu sizə çatacaq. yatmağa getməzdən əvvəl yataqxanaın yoxlamağı qərara almışdı.

yoxsa buna əhəmiyyət verməsin? Bəlkə bu məktubu pis niyyətlə yazıblar? Bəlkə bu. bir az bundan əvvəl aldığı məktub barədə heç nə deməməyi qət etdi. Ehtiyatlı olun. Qapıya çatmamış bayırda ayaq səsi eşidib dayandı. Saat on ikiyə az qalırdı. Əgər bu xəbər doğrudursa. Aleksey Osipoviç diqqətlə direktorun üzünə baxdı: . məktəb yuxuda ikən üstümüzü almağa çalışacaqlar. Bir müddət gözünü kağıza zilləyib dayandı. Məktubu dönə-dönə. İndi o neyləsin? Məktubda yazılanlara inansınmı? Dərhal hamını ayağa qaldırıb polislərdən qabaq özü məktəbdə axtarış aparsın. kazaklar səhər tezdən burada olmalıdırlarsa. gecikdim. Onlar bütün gecəni yatmayacaq. Yəqin indi uşaqların hamısı yatır. ayağa durub fikirli-fikirli otaqda gəzindi. diqqətlə təkrar-təkrar oxudu. Semyonov çaşıb qaldı. Onun səsi titrədi. yenə təzə xəbər var? . Sonra zərfi açdı. hətta bu barədə heç kəsə bir söz deməməyi qərara aldı. "Canab direktor.Niyə həyəcanlısınız? Semyonov susdu. sabah səhər tezdən Tiflisdən gələn kazaklar Sizin seminariyanı mühasirəyə alacaq və məktəbdə axtarış aparacaqlar. 372    . Yenidən şlyapasını və frakını götürdü. Görəsən bu kimin qurğusudur? Yoxsa mənim özümü də ləkələmək istəyirlər? Yoxsa bizim seminariyanı da şübhəli məktəblər cərgəsinə qatmaq istəyirlər? Bizim uşaqların əlində nə ola bilər? O bir qədər sakitləşdi və təşvişə düşməyi yersiz saydi. Onun içində bir balaca kağız vardı. Əlini cəftəyə apardı. Buyurun.Üzr istəyirəm. Şamdanı lap yaxına gətirdi. Aleksey Osipoviç içəri girdi və azacıq əyilib direktora təzim etdi. __________________Milli Kitabxana___________________ O gəldiyi kimi də sakitcə qapını örtüb getdi. Qanrılıb Aleksey Osipoviçin üzünə baxdı: . Semyonov bir xeyli heç nə düşünmədən sükut içində dayandı. Xeyli vaxt müəyyən bir qərara gələ bilmədi. Hətta on yaxın dostuna belə.Məyər həyəcanlanmamaq olurmu? . İri addımlarla qapıya yaxınlaşdı. özü də lap qəribəsi. Sizin və bütün xeyirxah adamların dostu olan bir nəfər". Yataqxanaya getmək istədiyini. indi Tiflisdən yola düşüblər. . . Frakını və şlyapasını stolun üstünə atıb kürsünü altına çəkdi. Çernyayevskini gözlədiyini unutdu. Kim isə qələmlə tələsik bir neçə söz yazmışdı. xəfiyyələrin qurğusudur? Kişi lap darıxdı.Eybi yoxdur.Nə üçün. Ancaq qapını açmadı.Var.

Semyonov Lukanı. Firidun. Aleksey Osipoviç? .İndi nə edək. hardadırlar? .Bizik. yoxsa müsəlmanlar? Luka yoldaşlarının əvəzində cavab verdi: .Ondan başqa da tələbimiz var.Kimdir məni görmək istəyən? . . Semyonov qapını açıq qoyub iti addımlarla eyvana çıxdı.Necə məsləhət bilirsiniz.Uşaqlara məsələni açmaq lazımdır. Əşrəfi buraxın. Dmitri Dmitriyeviç. Pəncərədən süzülən işıq döşəməyə sərilib onu zolaq-zolaq etmişdi. yenə dalaşmısınız? İndi kim-kimə hücum edib.Yəni onlarda qadağan olunmuş bir şey tapılar? .Heç kəs dava eləməyib.Burdadırlar. Aleksey Osipoviç qabağa düşdü. səs gələn tərəfə döndü: .Meşə çaqqalsız olmaz. Sonra da dönüb onlardan bir az kənarda dayanan Firiduna baxdı: . . cənab direktor. 373    . bəri. işığa çıxın. Nə qədər soruşdumsa demədilər. xristianlar.Yoxsa yenə tələb edəcəksiniz ki.Kimdir. bəlkə də məktəbi lap birdəfəlik bağlayardılar . . O. yenə vuruşublar? .Vacib işimiz var.Nə olub. Aleksey Osipoviç zahirən özünü təmkinli aparsa da direktordan çox təlaş keçirirdi. Əşrəfin çarpayısından həmin kitabı tapdıqdan sonra şübhə etmirdi ki. tələbələrdən bir neçəsi sizi görmək istəyir. biz başqa iş üçün gəlmişik. .Siz kimsiniz.Nə olub. Ancaq astanada dayandı: . unudum. bütün müəllim heyətini dəyişdirər. cənab direktor. Uşaqlar qaranlığı yaran bu işıq zolağına yaxınlaşdılar.Bilmirəm.Nə üçün indiyə qədər yatmamısınız? . . Eyvanda dayanıblar.Gedək. Əgər bunlar ələ keçsə. seminariyanı boykot edər. Semyonov isə arxasını qapıya söykəyib dayandı və dostunun məktubu oxuyub qurtarmasını gözlədi. uşaqlarda buna bənzər başqa kitablar da var. Özü də bir az tələsmək lazımdır. gedəkmi? . Onlar susdular.Az qalmışdı ki. Semyonov eyvanın küncünə. . . İvanı dərhal tanıdı. __________________Milli Kitabxana___________________ Aleksey Osipoviç kağızı alıb işığa yaxınlaşdı. elədir? .

. mən diplomatik danışıqlara başlamağa hazıram. Semyonov qabağa düşdü.Məni hədələyirsiniz? .Bir qədər də Siz pul verin. .Əşrəf. 374    . Əmr geri götürülməz. Biz tələbələr onlara yardım etmək məqsədilə pul toplamışıq.. Semyonovun qaşları çatıldı. .Bizim şöbə iki yüz əlli manat. __________________Milli Kitabxana___________________ . Sifətindəki qəzəb bir an içində yox oldu. . . Otağa ağır sükut çökdü. .Müsəlman şöbəsi də bir o qədər toplayıb.Görək məbləği heç olmasa min manata çatdıraq. Keçib öz yerində. Aleksey Osipoviç? . . hətta müəllimlərdən də bəziləri bu işə qoşulublar. Saat kəfgirinin tıqqıltısı daha da gücləndi. bala. özünü itirmədi və dərhal sözə başladı: .Firidun dilləndi.Yaxşı iş görmüsünüz. sonra da həmin pulların cənab Kipianiyə çatdırılmasına kömək edin. . Tələbələrə də oturmağı təklif etdi. lazımi yerlərlə özum danışaram. xəbərdarlıq edirik. . Çalışaram ki. buyurun içəri. .Nə qədər pul yığmısınız? .Gəlin o barədə danışmayaq. Pulları verin mənə. cənab direktor. Hətta belə bir işin nə üçün əvvəlcə onun ağlına gəlmədiyinə hirsləndi də.deyə Firidun ötkəmliklə sözünə davam etdi. kürsüdə əyləşdi. Kipianinin və onun ailəsinin vəziyyətindən yəqin ki.Əşrəfə bundan əlavə cəza verilməməlidir.Yox. Uşaqların bu cür qayğıkeşliyini o heç gözləmirdi. . Əks təqdirdə. Semyonov bir xeyli fikirli-fikirli barmağı ilə stolu taqqıldatdı və səsini alçaldıb mülayimliklə soruşdu: . Xristian şöbəsinin tələbəsi İvan direktorun danışıq ahəngindən xoşlanmasa da.Bu barədə müəllimlərlə danışmağı mən öhdəmə götürürəm. . Çernyayevski kənarda. Onun keçirdiyi bu hal tələbələrin nəzərindən yayınmadı.Var. siz deyən kimi olsun. Semyonov onlan bir qədər gözlədikdən sonra yarızarafat dilləndi: . . xəbərdarsınız. bizim səsimizə səs verəcəksiniz.Biz başqa şey tələb edirik. Siz necə məsləhət görürsünüz. Elə bilirik ki. siz də bu işə tərəfdar çıxıb.Buyurun. pəncərənin önündə dayandı.Elə isə. sizin alicənablığınızdan xoşum gəldi. bütün tələbələr işə qarışacaq. Sabah müəllimlərdən də toplayarıq.Cənab direktor.İndi tələbiniz nədir? . cənablar.Başqa sözünüz yoxdur ki? .

Bu saat gedin yataqxanaya. Silahınız varsa. hər halda ehtiyatlı olmaq lazımdır. hiss etdilər ki.Deyin görək.Yox. Bir də. sabah. əziz balalar. tikan üstündə oturmuş kimi narahat idi. Aldığımız məlumata görə. Uşaqlar gələnin öz yoldaşları olduğunu bilən kimi yorğanı üstlərindən atdılar və yerin içində dik oturdular.Hə. Əşrəfi nə üçün cəzalandırmalı olduğunu açıb söyləmədi. Madam ki. aydındırmı? Uşaqlar əmr almış əsgər kimi ayağa durdular: . Firidun çarpayıların arası ilə irəlilədi.Gedin. . Həm də bu söhbəti kəsməyi qərara aldı.Getmək olarmı? . __________________Milli Kitabxana___________________ Semyonov hüzurunda dayanan bu dəliqanlı uşaqlara ürəyin