You are on page 1of 219

MÜNDӘRİCAT ........................................................................................................................................................

MÜNDӘRİCAT
ÖN SÖZ ....................................................................................................................... 4

MÜQӘDDİMӘ ...................................................................................................... 7

SÜNNİLӘR VӘ ŞİӘLӘRİN QUR’AN BARӘSİNDӘ GÖ-

RÜŞLӘRİ ................................................................................................................... 9

SÜNNİLӘR VӘ ŞİӘLӘRӘ GÖRӘ PEYĞӘMBӘRİN SÜN-

NӘSİ ............................................................................................................................. 14

ŞİӘ VӘ SÜNNİLӘRӘ GÖRӘ E’TİQADLAR .............................. 25

ŞİӘ VӘ SÜNNİLӘRİN ALLAH BARӘDӘ E’TİQADLARI ......................... 26

SÜNNİ VӘ ŞİӘLӘRİN PEYĞӘMBӘRLİK MÖVZUSU BARӘDӘ E’Tİ-

QADLARI ................................................................................................................. 29

ŞİӘLӘR VӘ SÜNNİLӘRӘ GÖRӘ İMAMӘT ................................................. 35

Hansı haqdır? .................................................................................................. 36

Qur’anda imamәt ........................................................................................... 36

Hәzrәti peyğәmbәr (s)-in sünnәsindә imamәt ........................................ 37

Sünnilәrin xilafәt mövzusu barәdә görüşlәri vә bu görüşün tәnqidi .... 41

Qur’ani-kәrimdә Hәzrәti Әli (ә)-nin vilayәti ilә әlaqәdar ayәlәr ............ 44

Tәbliğ ayәsi dә Hәzrәti Әli (ә)-nin vilayәti ilә әlaqәdardır ...................... 46

“Dini mükәmmәl etmә” ayәsi dә xilafәtlә әlaqәdardır ............................ 63

“Dini mükәmmәl etmә” ayәsinin әrәfә günündә nazil olduğunu irәli

sürәn görüşün tәnqidi .................................................................................... 67

Mübahisәnin әn әsas nöqtәsi ......................................................................... 83

Hәsrәt vә tәәssüf ............................................................................................. 100

Hәzrәti Әli (ә)-nin vilayәtini isbat edәn başqa dәlillәr .............................. 106

Şura ideyasının tәnqidi .................................................................................. 110

“Sәqәleyn” hәdisi haqqında ixtilaf ............................................................... 113

Hәdisin sәhih olub-olmaması barәdә ixtilaf ............................................... 120


MÜNDӘRİCAT ........................................................................................................................................................ 3

MӘZHӘBLӘRİN PEYĞӘMBӘRİN SÜNNӘSİ BARӘDӘ İXTİLAFLARI ... 123

Peyğәmbәrin sünnәsi haqqında sünnilәrlә şiәlәrin ixtilafları .................. 124

ŞİӘ VӘ SÜNNİLӘRİN QӘZAVÜ-QӘDӘR BARӘSİNDӘ E’TİQADLARI .. 131

Sünnilәrә görә qәzavü-qәdәr ........................................................................ 131

Şiә mәzhәbindә qәzavü-qәdәr ...................................................................... 140

Qәzavü-qәdәr ilә xәlifәlik mәsәlәsi ............................................................. 145

XUMS ......................................................................................................................... 147

TӘQLİD ..................................................................................................................... 150

SÜNNİLӘRİN TӘNQİD ETDİKLӘRİ ŞİӘ E’TİQAD-

LARI .............................................................................................................................. 155

MӘ’SUMLUQ .......................................................................................................... 159

MӘ’SUM İMAMLARIN SAYI ............................................................................. 164

İMAMLARIN ELMİ ............................................................................................... 165

BӘDA’ MӘSӘLӘSİ ................................................................................................ 169

TӘQİYYӘ MӘSӘLӘSİ .......................................................................................... 174

MÜT’Ә VӘ YAXUD MÜVӘQQӘTİ EVLİLİK ................................................ 182

QUR’ANIN TӘHRİF OLUNMASI MӘSӘLӘSİ .............................................. 189

İKİ NAMAZI BİRDӘN QILMAQ ...................................................................... 196

TORPAQ PARÇASINA SӘCDӘ ........................................................................ 202

RӘC’ӘT .................................................................................................................... 205

ӘHLİ-BEYTİ HӘDDӘN ARTIQ SEVMӘK ..................................................... 209

MӘHDİ MÜNTӘZӘR ( GÖZLӘNİLӘN MӘHDİ ) ....................................... 213


ÖN SÖZ ..................................................................................................................................................................... 4

ÖN SÖZ

Bismillәhir – Rәhmanir – Rәhim

Lәyaqәtli bәndәlәr olmaq üçün bizlәrә hidayәt ne’mәti vә hәr cür xeyir vә

xoşbәxtliyi bәxş edәn alәmlәrin Rәbbinә hәmd olsun. Heç şübhәsiz, Ona tәvәkkül

etmәk vә Ondan yardım dilәmәk kifayәtdir. Çünki Onun özü saleh bәndәlәrini

şeytanların hiylәsindәn qurtarar, yolundan azanları isә alçaldıb zәlil edәr.

Alәmlәrә mәrhәmәtin tәzahürü olaraq göndәrilәn, mәzlumlar vә zülmә mә’ruz

qalanların yardımçısı, Allaha inam gәtirәn yoxsulların sevgilisi Hәzrәti

Peyğәmbәr(s)-ә salam olsun. Bir dә Peyğәmbәr (s)-in pak Әhli-beyt (ә)-inә salam

olsun ki, Allah-tәala onları, doğru yol axtaranlara bәlәdçi vә “qurtuluş gәmisi”

olmaları üçün, başqa bәndәlәrdәn üstün etmişdir. Ona görә dә hәr kim onlardan

uzaqlaşsa, hәlak olar.

Sonra Allahın razılığı vә rizvanı Peyğәmbәr (s)-lә bey’әt edәn, ona yardım edәn,

әhdinә sadiq qalan, ondan sonra da әhdinin üstündә duran, bu yoldan geri

dönmәyәn, daima şükr edәn әshabına vә onlara tabe olan vә qiyamәtә qәdәr

onların göstәrdiyi yol ilә gedәn ilk vә son tәbәәlәrinә olsun.


% & %'  
!
" 
$#      
 
  
 


    
“Ey Pәrvәrdigar! Köksümü yar, işimi asanlaşdır vә sözümü başa düşsünlәr

deyә dilimdәki düyünü aç”. (Ta-ha surәsi, 25-28-ci ayәlәr)


ÖN SÖZ ..................................................................................................................................................................... 5

Bu kitabdan öncә dәrc edilmiş “Necә hidayәt oldum” adlı kitabım görüş vә

tәnqidlәrini bizdәn әsirgәmәyәn әziz oxucular tәrәfindәn çox bәyәnilmişdir. Buna

görә dә bir çoxları mәndәn sünni vә şiә müsәlmanlar arasında ixtilaflı mövzuları

әtraflı şәkildә şәrh etmәyimi istәdilәr. Mәn dә hәqiqәti düzgün bilmәk istәyәnlәrә

yardımçı olmaq vә dillәrdә dolaşan bir çox sәhvlәri düzәltmәk mәqsәdilә bu kitabı

da hәmin qaydada yazdım. Ümidvaram ki, mәnim tarixi araşdırma vә müqayisә

yolu ilә hәqiqәtә çatdığım kimi insaflı tәdqiqatçılar da, Allahın yardımı ilә әn qısa

yolla hәqiqәtә qovuşa bilәcәklәr.

Әlinizdәki kitabı “Ey iman gәtirәnlәr! Allahdan qorxun vә doğru olanlarla

olun” ayәsindәn iqtibas edәrәk, “Doğru olanlarla birgә” adlandırdım.

Bu kitabda oxuyacağınız fikirlәr mәnim yәqin etdiyim vә hәr vasitә ilә

başqalarına da izah etmәk istәdiyim fikirlәrdir. Mәn bu fikirlәri heç kimsәyә zorla

qәbul etdirmәk istәmirәm vә bütün müsәlman bacı-qardaşlarımın baxışlarına

hörmәt bәslәyirәm. Şübhәsiz, yeganә hidayәt edәn Allahdır vә salehlәrin vәlisi dә

Odur.

Bә’zilәri “Necә hidayәt oldum” kitabından Әhli-beyt mәzhәbinә

inanmayanların “zәlalәt” (sapqınlıq) içәrisindә olduqları mә’nasının çıxdığını irәli

sürәrәk e’tiraz edib, “zәlalәtdәn mәqsәd nәdir?”-deyә sual vermişlәr. Bu e’tiraza

qısa şәkildә bu cavabları verirәm:

Әvvәla, Qur’ani-Kәrimdә “zәlalәt” sözü unutqanlıq vә xәta mә’nasında da

işlәnmişdir. Allah-tәala belә buyurur:

3 
 0 *  / ()

 * 
+ !,-

. /  0
!'1  
2 !&
“Onlara dair bilik yalnız Rәbbimin dәrgahında olan bir kitabdır. Rәbbim xәta

etmәz vә unutmaz.” (Ta-ha surәsi, 52-ci ayә)

Başqa bir ayәdә isә belә buyurur:

…
3  4 *  !15  6
 7-8 ,.!15  
9 )

: ; …
“…Әgәr biri unutsa, o birisi xatırlatsın…” (Bәqәrә surәsi, 282-ci ayә)

Yenә Qur’ani-Kәrimdә “zәlalәt” sözü tәhqiq vә axtarma mә’nasında da

işlәdilmişdir. Allah-tәala Peyğәmbәr (s)-ә xitabәn belә buyurur:


ÖN SÖZ ..................................................................................................................................................................... 6


3  ' . *< != >?  
“Sәni şaşqın vәziyyәtdә (Onu ararkәn) görüb yol göstәrmәdimmi?” (Zuha

surәsi, 7-ci ayә)

Yә’ni, biz sәnin hәqiqәti axtardığını gördük vә sәnә onun yolunu göstәrdik.

Mә’lumdur ki, Hәzrәti Peyğәmbәr (s) hәlә ona vәhy nazil olmadığı vaxt öz

tayfasından ayrılıb, hәqiqәti axtarmaq üçün Hәra mağarasında gecәlәyirdi. O

Hәzrәtin sözündә dә “zәlalәt” eyni mә’nanı ifadә edir:

!58 4  !5 ?  ! "  "



@ 1  A 9!= A 1 B C


“Hikmәt mö’minin itirdiyidir, onu harada tapsa götürәr”.

Demәli, әvvәlki kitabımın da adı yuxarıda izah edilәn mә’nanı ifadә edir.

İkincisi, kitabın adı bә’zi oxucuların yozduğu kimi hidayәt olunmayanların

hidayәtә zidd olan “zәlalәt”dә olduqları mә’nasını versә dә, yenә dә Hәzrәti

Peyğәmbәrin aşağıda nәql edәcәyimiz hәdisi ilә tamamilә uyğundur:

G/ %()

: " !1'
/
D ,B H1 : ; 
!
,E/  5 
:  ,
 I
J  
 !,-
"
E K9  D B E
. F>
!: 3 

“Mәn sizin aranızda iki dәyәrli şey qoyub gedirәm: Allahın kitabını vә yaxınlarım olan

Әhli-beytimi. Bu ikisinә sarıldığınız müddәtdә әsla zәlalәtә düşmәzsiniz”.

Bu hәdisdә Qur’an vә Әhli-beyt (ә)-ә birlikdә sarılmayanın bir növ zәlalәtdә

olacağı açıq şәkildә şәrh edilir. Mәnim heç bir şübhәm yoxdur ki, yuxarıda qeyd

olunan hәdisin ifadә etdiyi mә’nada zәlalәtdә idim vә Allah-tәalanın lütfü ilә

Qur’an vә Әhli-beyt (ә)-ә sarılaraq hidayәt olundum. Bizlәri bu yola hidayәt edәn

Allaha hәmd olsun ki, әgәr Allah bizi hidayәt etmәsәydi, biz әsla doğru yolu tanıya

bilmәzdik.

Birinci vә ikinci kitabım Qur’ani-Kәrimdә izah olunan bә’zi әsasları ehtiva edir.

Qur’an әn doğru vә әn gözәl kәlamdır. Bu iki kitabımda yazdıqlarım mütlәq

şәkildә haqq olmasa belә, haqqa çox yaxın şeylәrdir. Çünki әsaslandığım dәlillәr

sünni vә şiә müsәlmanların ikisinin dә qәbul etdiyi vә sәhih olduğuna inandığı

hәqiqәtlәrdir. Mәnә “Necә hidayәt oldum” vә “Doğru olanlarla birgә” adlı

kitablarımı yuxarıda qeyd etdiklәrimә әsaslanaraq hazırlamaq vә mö’min bacı-

qardaşlarımın istifadәsinә vermәk imkanını bәxş edәn Allaha şükr olsun.


MÜQӘDDİMӘ ......................................................................................................................................................... 7

MÜQӘDDİMӘ

Allahın salam vә salavatı peyğәmbәrlәrin әn şәrәflisi, ağamız vә mövlamız

Hәzrәti Mәhәmmәd (s) vә onun pak Әhli-beyt (ә)-inә olsun.

Allah-tәaladan Mәhәmmәd (s)-in ümmәtini hidayәt etmәsini dilәyirәm. Arzum

budur ki, bu ümmәt әn xeyirli ümmәt olsun vә bütün insanları Hәzrәti-Mәhәmmәd

(s)-in bayrağı altında hidayәt vә nura sövq etsin. “Kafirlәr istәmәsә dә Allah

nurunu tamamlayacaqdır”.

Hәr din öz mәnsublarının inandığı bir sıra inamlara vә bu inamların tәşkil etdiyi

qayda vә mәfhumlara әsaslanır. Bu inamlar hamının qәbul etdiyi әqli әsaslara

dayanan açıq vә qәti dәlillәrlә sübuta yetirilmәlidir. Çünki yalnız bu yolla

mö’minlәr başqalarını da özlәrinin inandıqları şeylәrә dә’vәt vә onlarda da bu

yüksәk hissin formalaşmasını tә’min edәrlәr.

Buna baxmayaraq dindә elә düşüncәlәr dә vardır ki, alimlәr dә ilk mәrhәlәdә

onları şәrh etmәkdә çәtinliyә düşürlәr. Mәsәlәn, odun yandırıcı olduğunu ağıl vә

elmin qәbul etmәsinә baxmayaraq, hәmin od Allah-tәalanın әmri ilә Hәzrәti-

İbrahim әleyhissalam üçün soyuq vә fәrәh qaynağı olmuşdur. Hәmçinin Hәzrәti-

İbrahimin tikә-tikә doğrayıb, hәr tikәsini ayrı-ayrı dağların üstünә qoyduğu quşlar,

elmin şәrh edә bilmәmәsinә baxmayaraq, Hәzrәt onları çağırdıqda Allahın әmri ilә

dirilib gәlmişdilәr. Habelә, Hәzrәti-İsa (ә)-nın әlini sürtmәsi ilә anadangәlmә korun
MÜQӘDDİMӘ ......................................................................................................................................................... 8

gözü görür, cüzam xәstәliyi tutmuş adam yaxşılaşır, hәtta ölü dirilir. Halbuki

bugünkü elmlәrlә bunların izahını tapmaq çox çәtindir.

Bütün bunlar Allah-tәalanın peyğәmbәrlәr vasitәsilә hәyata keçirtdiyi

mö’cüzәlәrdir. Belә nümunәlәr müsәlmanlar, yәhudilәr vә xristianların hәr birinin

yanında çoxdur. Allah-tәalanın peyğәmbәrlәrin әli ilә hәyata keçirtdiyi mö’cüzәlәr

insanlara ağıllarının hәr şeyi anlamaqda aciz olduğunu göstәrmәk üçündür. Allah

tәala insanlara çox az bir bilik vermişdir. Bәlkә dә insanların nisbi kamal vә

mәslәhәti dә bundadır. Necә ki, insanların çoxu Allahın ne’mәtinә şükr etmәyib,

hәtta bә’zilәri Onun varlığını danıblar. Bә’zilәri dә ağıl vә elmlә fәxr edәrәk Allah-

tәalanın әvәzinә, bunlara sitayiş edirlәr. Bunların hamısı ağıllarının dayaz vә

elmlәrinin az olmasına baxmayaraq mәğrur olurlar. Allah bilir ki, әgәr bunlara hәr

şeyi dәrk etmәk elmi verilsәydi, onda nә edәrdilәr?!

İnamların müsәlmanlar üçün olduqca әhәmiyyәtli olduğunu bilәrәk, bu kitaba

Qur’ani-Kәrim vә Peyğәmbәr (s)-in hәdislәrindә mövcud olan bir sıra islami inam

vә e’tiqadları daxil etmişәm. Sünnilәr vә şiәlәrin Qur’an vә Peyğәmbәr (s)-in

hәdislәri haqqında etdiklәri e’tiqadları xüsusi bir bölmәdә tәdqiq etdikdәn sonra,

hәr iki mәzhәbin ixtilaf edib bir-birlәrini tәqsirlәndirdiklәri başqa mәsәlәlәrә dә

toxunacağam. Mәqsәdim haqq olduğuna inandığım mövzuları izah etmәk, bu

mövzular barәsindә tәdqiqat aparmaq istәyәnlәrә yardımçı olmaq vә islam

birliyinin sağlam bir düşüncә әsasında qurulması işinә yardımçı olmaqdır.

Allah-tәaladan bizi öz sevdiyi vә razı olduğu yolda müvәffәq etmәsini vә

müsәlmanları birliyә doğru sövq etdirmәsini dilәyirәm. Hәqiqәtәn dә O, әziz vә

qadirdir.
SÜNNİLӘR VӘ ŞİӘLӘRİN QUR’AN BARӘSİNDӘ GÖRÜŞLӘRİ ..................................................... 9

SÜNNİLӘR VӘ ŞİӘLӘRİN QUR’AN

BARӘSİNDӘ GÖRÜŞLӘRİ

Qur’an Hәzrәti Peyğәmbәr (s.ә.v.)-ә nazil olan Allahın kәlamıdır vә heç bir batil ona

yol tapmamışdır. Qur’ani-Kәrim müsәlmanların әhkam, ibadәt vә e’tiqadları ilә bağlı

müraciәt etdiklәri әn üstün vә mükәmmәl qaynaqdır. Hәr kim Qur’ana şәkk etsә vә

yaxud onu tәhqir etsә islamdan çıxmış sayılır. Bütün müsәlmanlar Qur’anın

müqәddәsliyi, hörmәti vә ona әmәl etmәk baxımından hәmfikirdirlәr. Müsәlmanların

fikir ayrılığı Qur’anın tәfsir vә tә’vili ilә bağlıdır. Şiә mәzhәbinin Qur’anın tәfsir vә

tә’vilindә müraciәt etdiyi yeganә mәnbә Hәzrәti Peyğәmbәr (s) vә Әhli-beyt (ә)

imamlarıdır.

Sünnilәrin mәnbәyi isә yenә Hәzrәti Peyğәmbәr (s)-dәn nәql olunan hәdislәrlә,

araşdırmadan sәhabәlәrin vә ya mәhşur dörd mәzhәb imamlarından birinin hәdislәrilә

әlaqәdar tәfsir vә izahlarıdır. Buna görә dә islami mәsәlәlәrdә, xüsusilә dә fiqhi

hökmlәr barәsindә bir çox ixtilaf meydana gәlmişdir. Sünni mәzhәblәrinin öz

aralarında belә, ixtilafları olduğu halda, bu mәzhәblәrlә Әhli-beyt mәktәbi arasında

ixtilafın mövcud olması tәәccüblәndirici deyildir.

Kitabın başlanğıcında qeyd etdiyim kimi ixtilafların sadәcә bir neçәsini izah etmәklә

kifayәtlәnәcәyәm. Çünki, mәqsәdim qısa şәkildә işarә etmәkdir. Daha әtraflı mә’lumat

әldә etmәk istәyәnlәr bu dәrin dәnizә dalmalı vә hәqiqi incilәri oradan tapmalıdırlar.
SÜNNİLӘR VӘ ŞİӘLӘRİN QUR’AN BARӘSİNDӘ GÖRÜŞLӘRİ ..................................................... 10

Hәm şiәlәr, hәm dә sünnilәr e’tiqad edirlәr ki, Hәzrәti Peyğәmbәr (s) Qur’ani-

Kәrimin bütün hökmlәrini izah vә bütün ayәlәri tәfsir etmişdir. Lakin Peyğәmbәr (s)-

dәn sonra tә’vil vә tәfsir üçün kimә müraciәt etmәk barәsindә fikir ayrılığı mövcuddur.

Sünnilәr bu haqda belә deyirlәr: “Qur’anın tәfsiri haqqında müraciәt edilmәsi zәruri

olan şәxslәr kimliyindәn asılı olmayaraq, bütün sәhabәlәr, onlardan sonra isә dörd

mәzhәb imamları vә digәr islam alimlәrindәn ibarәtdir”.

Amma şiә mәzhәbinә görә bu iş üçün sadәcә Әhli-beyt imam (ә)-ları

sәlahiyyәtlidirlәr. Çünki Allah-tәalanın,

; %1L : * D ,0- ; 6

- 78   5 M % NO!.…
“…Әgәr bilmirsiniz zikr әhlindәn soruşun” 1 ayәsindә nәzәrdә tutduğu “zikr

әhli” dә elә Әhli-beyt (ә)-dir. Allah-tәalanın seçdiyi vә kitabın elmini miras qoyduğu

şәxslәr dә onlardır:

…!P
!Q
" 
!0E R 
  " 
8 9 
 !,B
 !0S   HDS
“Sonra kitabı bәndәlәrimizdәn seçdiklәrimizә miras qoyduq…” (Fatir surәsi, 32-

ci ayә)

Elә buna görәdir ki, Peyğәmbәr (s) dә onları Qur’anla eyni sәviyyәdә tutmuş,

müsәlmanların onlara sarılmağını әmr etmiş vә tabe olunması zәruri olan “iki dәyәrli

әmanәt”dәn biri olduqlarını e’lan edәrәk belә buyurmuşdur:

G/M 
L / %()

: " !1'
/
D ,B H1 : ; 
! T
,E/  5 M T
:  ,
 I
J  
 !,
- "
E K9  D B E
. U
 -  :
“Sizlәr üçün iki dәyәrli şey qoyub gedirәm: Allahın kitabı vә itrәtim olan Әhli-beytim.

Bunlara sarıldığınız müddәtdә mәndәn sonra әsla azmazsınız”.2

Müslimin nәql etdiyi hәdisdә isә “Allahın kitabı vә Әhli-beytim” ifadәsindәn sonra

üç dәfә:

(T
,E/  5  T
. I 9  D -  - W ) (Sizlәrә Әhli-beytim haqqında Allahı xatırladıram)-deyә

buyurduğu da zikr edilmişdir.3

1 “Nәhl surәsi”, 43-cü ayә; Bax “Tәfsiri-Tәbәri”, c. 14, sәh. 109; “Tәfsir ibn Kәsir”, c. 2, sәh. 570.
2 “Sәhih әt-Tirmizi”, c. 2, sәh. 329; Nisai vә Әhmәd ibni-Hәnbәl dә bu hәdisi nәql ediblәr.
3 “Sәhih Müslüm”, c. 2, sәh. 362.
SÜNNİLӘR VӘ ŞİӘLӘRİN QUR’AN BARӘSİNDӘ GÖRÜŞLӘRİ ..................................................... 11

Mә’lumdur ki, ümmәtin arasında Әhli-beyt (ә) hamıdan bilikli, tәqvalı vә

fәzilәtlidir. Fәrәzdәq onların haqqında belә deyir:

D 5  E
& Y

 *  
5   E4 "   E
&  D ' ,H1Z
M %!- TH,   5 M H ; 

Tәqvalıları saysalar, onlar (Әhli-beyt) tәqvalıların rәhbәridirlәr. “Yer üzünün әn

yaxşısı kimlәrdir?”-deyә soruşulsa, yenә “onlardır”-deyilәr.

Burada Әhli-beyt (ә) ilә Qur’ani-Kәrim arasında olan әlaqәni xatırlatmaq mәqsәdi

ilә bir neçә ayәni qeyd edirәm:

I H1 *[ b;%0B  


+ !,
- T
. [ Fc - b;d    I H
[ FDE
\ ; %1L :%  FD
   I H
 [ ]
%^_0  `
&
%1 /
D 

&  a
 .

;  _'R 1 9*

“Ulduzların mәnzillәrinә and olsun ki, - kaş bunun nә qәdәr böyük bir and

olduğunu bilәydiniz - çox qiymәtli Qur’andır; Gizli saxlanılmış bir kitabda. Ona

yalnız pak olanlardan başqa kimsә toxunmaz”. (Vaqiә surәsi, 75-79-cu ayәlәr)

Bu ayәlәr, heç şübhәsiz, Әhli-beyt (ә)-in Qur’anın dәrin vә gizli mә’nalarını bildiyini

göstәrir. Çünki әgәr Allah-tәalanın içdiyi andlara diqqәt yetirsәk, Onun әsrә, qәlәmә,

әncirә, zeytuna va başqa şeylәrә and içdiyini görәrik. Amma “ulduzların mәnzilinә”

içdiyi and daha böyük bir anddır. Onun andı bir şeydәn çәkindirmәk üçün deyil, rәdd

vә isbat üçündür. Allah-tәala and içdikdәn sonra “Çox qiymәtli Qur’andır; Gizli

saxlanılmış bir kitabda”-deyә buyuraraq, Qur’anın dәrin hәqiqәtlәrinin gizli saxlanılmış

bir kitabda olduğunu bildirmişdir. Sonra isә “Ona yalnız pak olanlar toxunar”-deyә

buyurur. Demәk ayәdә mövcud olan “” (la) sözü mәnfiliyi göstәrir. Çünki anddan

sonra gәlibdir. “Toxunmaz” sözü isә “dәrk etmәz” vә “anlaya bilmәz” mә’nasındadır

vә bә’zilәrinin güman etdiyi kimi әllә toxunmaq mә’nasında deyildir. Çünki әrәbcәdә

әl vә buna bәnzәr bir şeylә toxunmaq mә’nasında olan “” (lәms) sözü ilә batini vә

ruhi әlaqә mә’nasında olan “” (mәss) sözü arasında böyük bir fәrq vardır. Allah-tәala

bu sözü başqa bir ayәdә dә yenә batini idrak vә tә’sir mә’nasında işlәdәrәk belә

buyurur:

;  e

Q D 5 W
!.  9-8 : ;
!REHf  " 
FgZ
!h D ' H W
% H: " 89  ;9 

SÜNNİLӘR VӘ ŞİӘLӘRİN QUR’AN BARӘSİNDӘ GÖRÜŞLӘRİ ..................................................... 12

“Tәqvalılara şeytandan bir vәsvәsә toxunduğu zaman onlar (Allahı) xatırlayıb

düşünәrlәr vә dәrhal görәn olarlar”. (Ә’raf surәsi, 201-ci ayә)

Başqa bir ayәdә isә belә buyurur:

…i1  " 
; !REHf  I R HQj
 ,
8 9 ] %!1- J*
; %%*!/  ; %- N  " 89 
“Sәlәm yeyәnlәr (qәbrlәrindәn) ancaq şeytanın toxunması ilә ayәli olan kimsә

kimi qalxarlar…” (Bәqәrә surәsi , 275-ci ayә)

Demәk, buradakı “mәss” ağıl vә ruhla әlaqәdardır vә әllә toxunmaq mә’nasında

deyildir. Allah-tәala pak olanlardan başqa heç kәsin Qur’ana toxunmayacağına dair

and içir. Әgәr bundan mәqsәd әllә toxunmaq olsa, Allah-tәala belә bir şeyә and içәrmi?

Tarix kitablarında bә’zi zalım hökmdarların (mәsәlәn bir sıra Әmәvi xәlifәlәrinin)

Qur’anla oynadıqları vә onu parçaladıqları yazılmışdır. Hәmçinin İsrail әskәrlәrinin

Beyrutu işğal etdiklәri vaxt Qur’anı yandırdıqlarını özümüz televiziyada görmüşük.

Buna görә dә Allah-tәalanın bu sözü (Yә’ni “Qur’ana pak olanlardan başqa kimsә

toxuna bilmәz” ayәsi) Qur’an ayәlәrinin mә’nalarını Allahın seçdiyi vә tәrtәmiz etdiyi

bir qrupdan başqa heç kim başa düşә bilmәz anlamındadır.

Ayәdә mövcud olan “mutәhhәrun” sözü qrammatik baxımdan tamamlıq hesab

edilir, yә’ni “tәmizlәnmiş kimsәlәr”. Allah-tәala başqa bir ayәdә dә belә buyurur:

Gk'
R : D -  'R  U

EQ   5  i
 ?   D B 0 l
 5
8 E
I J 
!1H

“… Siz ey Әhli-beyt! Allah sizdәn çirkinliyi yox etmәk vә sizi tәrtәmiz, pak etmәk

istәyir”. (Әhzab surәsi, 33-cü ayә)

Demәk, “Ona tәmiz olanlardan başqa kimsә toxuna bilmәz” ayәsi dә, Peyğәmbәr (s)

vә Әhli-beyt (ә)-dәn başqa heç kimsә Qur’anın hәqiqәtlәrini başa düşә bilmәz

mә’nasındadır.

Buna görә, Hәzrәti-Peyğәmbәr (s) Әhli-beyt (ә) haqqında belә buyurmuşdur:

" 
bAE
Q&!', !4W
!. o

a
 ,
4 *
 " 
T
,H*
b;!M T
,E/  5   [ m

 n  " 
Y

 *  
5 *
b;!M ] %^_0 

;
!REHf  
 p 
!e. %,4  

 L 
SÜNNİLӘR VӘ ŞİӘLӘRİN QUR’AN BARӘSİNDӘ GÖRÜŞLӘRİ ..................................................... 13

“Ulduzlar yer üzünün әhalisini qәrq olmaqdan qoruduğu kimi mәnim Әhli-beytim dә

ümmәtimi ixtilaflardan qoruyur. Әrәblәrdәn hәr hansı bir qәbilә onlarla müxalif olsa, şeytanın

hizbindәn olar”.1

Belәliklә, aydın olur ki, Şiә mәzhәbinin bu haqdakı әqidәsi Qur’anın ayәlәrinә vә

hәtta sünnilәrin “sihah” kitablarında nәql olunmuş Peyğәmbәr (s)-in hәdislәrinә

әsaslanır. Biz burada bu barәdә bә’zi misallar vermәklә kifayәtlәndik.

1 Hakim “Müstәdrәk”in 3-cü cildinin 149-cu sәhifәsindә bu rәvayәti İbni Abbasdan nәql edәrәk onun

sәhih olduğunu qeyd etmişdir.


SÜNNİLӘR VӘ ŞİӘLӘRӘ GÖRӘ PEYĞӘMBӘRİN SÜNNӘSİ ........................................................... 14

SÜNNİLӘR VӘ ŞİӘLӘRӘ GÖRӘ

P E Y Ğ Ә M B Ә R İ N S Ü N N Ә S İ.

Peyğәmbәrin sünnәsi o hәzrәtin dediyi sözlәrә, gördüyü işlәrә vә hәr hansı bir

mәsәlәyә münasibәtinә deyilir. Sünnә, müsәlmanların әhkam, ibadәtlәr vә e’tiqadlar

mövzusu ilә bağlı Qur’ani-Kәrimdәn sonra müraciәt etdiklәri ikinci mәnbәdir.

Sünnilәr peyğәmbәrin sünnәsinә Raşidin Xәlifәlәri, yә’ni Әbu-Bәkr, Ömәr, Osman

vә Әli әleyhissalamın sünnәsini dә әlavә edirlәr. Bunu da nәql etdiklәri bu hәdislә

әsaslandırırlar:

8
?
%H0 !
/ !'E %_) q
L / " 
r
 '1  " 
s  t
!j
 
AH0O  T
,H0
 /
D B E
“Mәnim sünnәmә vә mәndәn sonrakı hidayәt olmuş Raşidin Xәlifәlәrin sünnәsinә tabe olun

ki, kamala çatasınız”.1

Bu baradә әn yaxşı misal, onların Peyğәmbәr (s)-in qadağan etdiyi, Ömәrin isә

sünnәyә çevirdiyi “tәravih” namazı qılmalarıdır.2

Bә’zilәri isә Peyğәmbәr (s)-in sünnәsinә istisnasız bütün sәhabәlәrin sünnәsini dә

әlavә edirlәr. Buna dәlil olaraq aşağıda nәql etdiyimiz hәdisi göstәrirlәr:

1 “Müsnәdu Әhmәd ibni Hәnbәl”, c. 4, sәh. 126.


2 “Sәhih әl-Buxari”, c. 7, sәh. 99, “Allahın әmri üçün qәzәb vә şiddәtin caiz olduğu yerlәr” bölmәsinә

baxın.
SÜNNİLӘR VӘ ŞİӘLӘRӘ GÖRӘ PEYĞӘMBӘRİN SÜNNӘSİ ........................................................... 15

D , ,5  D , ,&  D '


N/
]
%^_0 !- T
/!C
 
“Әshabım ulduzlar kimidir, hәr birinә tabe olsanız hidayәt olarsınız”.

Vә bu hәdis:

T
,H*
u bA0 M T
/!CM
“Әshabım ümmәtin әminlәridir”.1

İnkar edilmәsi mümkün olmayan hәqiqәt budur ki, “Әshabım ulduzlar kimidir”

hәdisi Әhli-beyt (ә) haqqında rәvayәt olunan bu hәdisin әvәzindә uydurulmuş bir

hәdisdir: “Әhli-beytimin imamları ulduzlar kimidir, hәr birinә tabe olsanız hidayәt olarsınız”.2

Bu hәdis daha ağlabatandır. Çünki, Әhli-beyt imam (ә)-ları tәqva, zöhd, elm vә

pәhrizkarlığın әn üstün örnәklәri idilәr. Bunu yalnız Әhli-beyt (ә)-in ardıcılları deyil,

hәm dә düşmәnlәri e’tiraf ediblәr.

Lakin “Әshabım ulduzlar kimidirlәr” hәdisi sağlam ağlın qәbul edә bilmәdiyi bir

(üzdәniraq) hәdisdir. Çünki, әrәblәr sәhrada sәfәr etdiklәri zaman tәkcә hәr hansı bir

ulduza iqtida etmәklә yollarını tapa bilmirdilәr, әksinә müәyyәn vә adları mәlum olan

ulduzlara tabe olmaqla yolu tapırdılar. Hәmçinin bu hәdis, bәzi sәhabәlәrin

peyğәmbәrin vәfatından sonra etdiklәri әmәllәrlә uyğun gәlmir. Belә ki, әshab arasında

Peyğәmbәr (s)-in vәfatından sonra mürtәd olan sәhabәlәr dә olubdur.3 Bundan әlavә,

onların öz aralarında bir çox mәsәlә ilә әlaqәdar ixtilafları var imiş4, hәtta bә’zilәri

digәrlәrini lә’nәtlәyib,5 bә’zilәri dә ziddiyyәtә görә başqalarını öldürüblәr.6 Hәmçinin

bә’zi sәhabәlәrә şәrab içmәk, zina etmәk vә oğurluq etmәk üçün hәdd (cәza) tәtbiq

edilmişdir. Tarixdә buna bәnzәr bir çox hadisә baş vermişdir. Belә olduğu halda, hansı

ağılla bu cür insanlara mütlәq şәkildә tabe olmağı әmr edәn bir hәdisin doğru

olduğunu qәbul etmәk olar?

1 “Sәhih Müslüm”, “Fәzailüs-sәhabә” bölmәsi vә “Müsnәdu Әhmәd ibni Hәnbәl”, c. 4, sәh. 398.
2 “Dәaimül-İslam”, Qazı nәql etmişdir.
3 Әbu Bәkrin müharibә etdiyi vә “Әhli-riddә” (dindәn çıxan) adlandırdığı kimsәlәr kimi.
4 Sәhabәlәrin çoxunun Osmanı tәnә edib öldürdüyü kimi
5 Müaviyәnin Hәzrәt Әli әleyhissalamı lә’nәt etdiyi kimi.
6 Cәmәl, Sәffeyn, Nәhrәvan vә s. müharibәlәr kimi.
SÜNNİLӘR VӘ ŞİӘLӘRӘ GÖRӘ PEYĞӘMBӘRİN SÜNNӘSİ ........................................................... 16

Hәzrәti Әli әleyhissalam ilә müharibә edәn Müaviyә vә onun kimi şәxslәrә tabe

olanların doğru yolda olmaları mümkündürmü? Halbuki, Hәzrәti Peyğәmbәr (s)

Müaviyәni “bağilәrin (üsyan edәnlәrin) rәhbәri” adlandırmışdır.1

Habelә Әmәvi hakimiyyәtini güclәndirmәk vә dәstәklәmәk mәqsәdi ilә günahsız

insanları öldürәn Bisr ibni-Әrtat, Müğirә ibni-Şö’bә vә Әmr ibni-Asa tabe olan kimsәlәr

doğru yolda necә ola bilәrlәr?

Sәn ey elmli oxucu! Әgәr “Әshabım ulduzlar kimidir” hәdisini oxusan, özün başa

düşәrsәn ki, bu hәdis qondarmadı. Çünki bu hәdis yaratdığı mә’naya baxmayaraq,

sәhabәlәrә xitab edir. Necә ola bilәr ki, Peyğәmbәr (s) “Ey әshabım, әshabıma tabe

olun!” desin? Amma “Ey әshabım! Әhli-beytimin imamlarına tabe olun. Çünki onlar

mәndәn sonra sizi doğru yola hidayәt edәnlәrdir” hәdisi haqqa daha yaxındır. Çünki,

peyğәmbәr sünnәtindә onu tәsdiq edәn çoxlu sayda şahid var sәhih olduğuna әsla

şübhә etmәk olmaz. Buna görә dә şiәlәr,

q
L / " 
r
 '1  " 
H  t
!j
  A
H0O  T
,H0
 /
D B E
“Mәnim sünnәmә vә mәndәn sonrakı hidayәt olmuş Raşidin Xәlifәlәrin sünnәsinә tabe

olun” hәdisindә Әhli-beyt (ә)-dәn olan on iki mә’sum imamın nәzәrdә tutulduğu

әqidәsindәdirlәr. Allahın Peyğәmbәr (s)-i Qur’ana tabe olmağı vacib etdiyi kimi, Әhli-

beyt (ә) imamlarına da tabe olmağı vacib etmişdir.2

Mәn qabaqca da qeyd etdiyim kimi sadәcә sünnilәrin “sihah”ındakı rәvayәtlәrdә

mövcud olan vә şiә mәzhәbinin görüşlәrinin doğru olduğunu isbat edәn dәlillәri nәql

etmәklә kifayәtlәnmәyә çalışıram. Yoxsa şiә mәnbәlәrindә bundan da çox dәlillәr vә

aşkar bәyanlar mövcuddur.3

1 (  
 
 
    ) “Әmmarı baği (zülmkar) bir qrup öldürәcәkdir” hәdisinә işarәdir.
2 “Sәhih әt-Tirmizi”, c. 5, sәh. 328; “Sәhih Müslüm”, c. 2, sәh. 362; “Kәnz әl-Ümmal lil-Hindi”, c.1, sәh. 44;

“Müsnәdu Әhmәd ibni Hәnbәl”, c. 5, sәh. 189; “әl-Müstәdrәk lil-Hakim”, c. 3, sәh. 148; “Әs-sәvaiqu әl-

Muhriqә libni Hәcәr әl-Heysәmi”, sәh. 148; “әt-Tәbәqat әl-Kubra libni Sә’d”, c. 2, sәh. 194; “Tәbәrani”,

c. 1, sәh. 131.
3 Mәsәlәn, Sәduq “Әl-ikmal” adlı әsәrindә Peyğәmbәr(s)dәn belә nәql edir:

!" # !  $ %& ' % !


% & * $+  , %-  '*./
0 1234 56   ! 7
“Mәndәn sonra imamlar on iki nәfәrdir. Birincisi Әli, sonuncusu isә Qaimdir. Bunlar mәnim xәlifәlәrim vә

varislәrimdir”.
SÜNNİLӘR VӘ ŞİӘLӘRӘ GÖRӘ PEYĞӘMBӘRİN SÜNNӘSİ ........................................................... 17

Qeyd etmәk lazımdır ki, şiәlәr Әhli-beyt imamlar (ә)-ının şәriәt qurma haqqına

sahib olduğunu vә onların sünnәsinin dә ictihadları olduğunu iddia etmirlәr. Şiә

mәzhәbinin görüşü belәdir: İmamların verdiyi bütün hökmlәr Allahın kitabı vә Hәzrәti

Peyğәmbәr (s)-in sünnәsindәn ibarәtdir ki, Hәzrәti Peyğәmbәr (s) Hәzrәti Әli (ә)-yә, o

Hәzrәt (ә) dә övladlarına öyrәtmişdir. Demәk, onlar bu elmin varisidirlәr.

Şiә mәzhәbinin bu barәdә bir çox dәlillәri vardır ki, sünni alimlәr dә öz “Sihah”,

“Müsnәd” vә tarix kitablarında nәql etmişlәr.

Burada qarşımıza belә bir sual çıxır ki, sünnilәr nәyә görә sәhih bildiklәri bu

hәdislәrә әmәl etmәyiblәr?

Başqa bir mәsәlә dә bundan ibarәtdir ki, әvvәlcә izah etdiyimiz kimi şiәlәr ilә

sünnilәrin nәinki Qur’anın tәfsirindә, hәmçinin Peyğәmbәr (s)-in hәdislәrinin tәfsirindә

dә ixtilafları vardır. Mәsәlәn, hәr iki tәrәfin dә qәbul etdiyi hәdisdә mövcud olan

“Raşidin Xәlifәlәri” sözündәn mәqsәd sünnilәrin fikrincә Peyğәmbәr (s)-dәn sonra

gәlәn dörd xәlifәdir, halbuki şiәlәrә görә bu sözdәn mәqsәd Әhli-beyt (ә)-dәn olan on

iki imamdır.

Bu ixtilaf Qur’ani-Kәrim vә ya Hәzrәti Peyğәmbәr (s)-in öydüyü, yaxud

müsәlmanları onlara tabe olmağı әmr etdiyi şәxslәrlә әlaqәdar bütün mövzularda

mövcuddur. Mәsәlәn, aşağıdakı hәdislәrә diqqәt edin:

 E
Z O 
T
0/ t
!EQ
 M " 
 )
 . M T
,H tu !1
“Mәnim ümmәtimin alimlәri Bәni-İsrailin peyğәmbәrlәrindәn üstündürlәr”.

t
!EQ
*  A S  tu !1L 
“Alimlәr Peyğәmbәrlәrin varisidirlәr”.

Sünnilәr bu hәdislәri ümumilәşdirәrәk onun ümmәtin bütün alimlәrinә şamil

olunduğunu söylәyirlәr. Şiәlәr isә bunların yalnız on iki imamdan ibarәt olduğunu irәli

sürürlәr. Buna görә dә şiәlәr on iki imam (ә)-ı, Hәzrәti Mәhәmmәd (s.ә.v.)-i çıxmaq

şәrti ilә, bütün peyğәmbәrlәrdәn üstün sayırlar. Hәqiqәt dә, bundan ibarәtdir ki, ağıl da

bu görüşü qәbul edir. Әvvәla ona görә ki, Qur’ani-Kәrim kitab elmini Allahın seçdiyi

bәndәlәrinә irs qoyduğunu qeyd etmişdir. Bu isә bir növ ixtisaslaşdırmaqdır. İkincisi,

Hәzrәti Peyğәmbәr (s) öz Әhli-beyt (ә)-inә elә xüsusiyyәtlәr saymışdır ki, heç kim
SÜNNİLӘR VӘ ŞİӘLӘRӘ GÖRӘ PEYĞӘMBӘRİN SÜNNӘSİ ........................................................... 18

onlara tay ola bilmәz. Mәsәlәn, onları “qurtuluş gәmisi”, “hidayәt imamları”, “qaranlığı

işıqlandıran mәş’әllәr” vә “iki dәyәrli әmanәtdәn biri” adlandırmışdır.

Bu misallardan belә çıxır ki, sünnilәrin görüşü Qur’ani-Kәrim vә Peyğәmbәr (s)-in

sünnәsinin isbat etdiyi bu xüsusiyyәtlәrlә uyğun deyildir. Bundan әlavә, ağıl da

sünnilәrin bu barәdәki görüşlәri ilә qane ola bilmir. Çünki onların görüşündә Allah-

tәalanın bütün pisliklәri onlardan uzaqlaşdırıb tәrtәmiz etdiyi alimlәrin kimlәr olduğu

bәlli deyildir. Hәmçinin bu alimlәrlә Әmәvi vә Abbasi hökmdarlarına yaltaqlanaraq

islam ümmәtinә zülm edәn alimlәr arasında heç bir fәrq yoxdur. Halbuki Peyğәmbәr

(s)-in varislәri olub, ilahi bir qüvvә ilә elmlәri öz babalarından (Peyğәmbәr (s)-dәn) alan

vә bundan başqa hәr hansı bir ustaddan elm öyrәnmәyәn Әhli-beyt imam (ә)-ları ilә

başqa alimlәrin çox böyük fәrqi vardır. Elә sünni alimlәr dә öz kitablarında

imamlardan, xüsusilә imam Baqir (ә), imam Sadiq (ә) vә imam Riza әleyhissalamdan

maraqlı rәvayәtlәr nәql etmişlәr. Misal üçün, qeyd etmişlәr ki, İmam Riza (ә) uşaq ikәn

Mә’munun mәclisindә zәngin elmi ilә qırx qazını mәğlub etmişdir.1

Әhli-beyti başqalarından ayıran digәr bir üstünlük dә onların, on iki imam (ә)-ın heç

bir mәsәlә haqqında bir-birlәrilә fikir ayrılığı olmamasıdır. Halbuki dörd mәzhәb

imamlarının bir çox fiqhi mәsәlә haqqında baxışları müxtәlifdir. Digәr tәrәfdәn isә әgәr

sünnilәrin qeyd etdiyimiz ayә vә hәdislәri ümmәtin bütün alimlәrinә ümumilәşdirmәk

haqqında görüşlәrini qәbul etsәk, bu görüşlәr әsrlәrdәn sonra mәzhәb vә fikir ayrılığına

yol açaraq minlәrcә mәzhәbin meydana gәlmәsinә sәbәb olar. Bәlkә dә sünni alimlәr bu

görüşün batil vә e’tiqad birliyinә xәlәl gәtirdiyini başa düşdüklәrinә görә ictihad

qapısını bağlamaq mәcburiyyәtindә qalıblar.

Amma şiә inamı Allah-tәala vә Hәzrәti Peyğәmbәr (s)-in әmrlәrinә mütlәq şәkildә

tәslim olmaq vә hәr bir dövrdә müsәlmanların möhtac olduğu elmlәrә ilahi iradә ilә

sahib olan imamların әtrafında toplanmaq üsuluna әsaslanır. Elә buna görә dә artıq heç

kim Allah vә Peyğәmbәr (s)-ә yalandan istinad edәrәk yeni bir mәzhәb çıxarda vә xalqı

ona tabe olmağa dә’vәt edә bilmәz. Sünnilәrlә şiәlәrin bu mövzu haqqındakı ixtilafları

bir tәrәfdәn hәr iki firqәnin dә inandıqları Hәzrәti Mәhdi (ә.c.)-nin kim olduğu

1 “әl-Әqd әl-Fәrid” vә “әl-Füsul әl-Mühimmә libni әs-Sabağ әl-Maliki”, c. 3, sәh. 42.


SÜNNİLӘR VӘ ŞİӘLӘRӘ GÖRӘ PEYĞӘMBӘRİN SÜNNӘSİ ........................................................... 19

haqqındakı ixtilaflara bәnzәyir. Şiәlәr o Hәzrәti tanıyır vә ata-babasının kim olduğunu

bilirlәr. Amma sünnilәrә görә axır zamanda doğulacaq tanınmamış bir şәxsdir. Buna

görә dә görürük ki, sünnilәrdәn bir çoxu Mәhdi olduqlarını iddia ediblәr. Amma

şiәlәrdәn heç kim belә bir iddiada olmamış vә ola bilmәz. Maraqlıdır ki, sünnilәrin

çoxu uşaqlarının adını Mәhdi qoyur vә ümid edirlәr ki, hәmin uşaq vә’d edilmiş Mәhdi

olacaqdır. Lakin şiәlәr uşaqlarına Mәhdi adını qoysalar da, Mәhәmmәd adını

qoyduqları kimi, yalnız tәbәrrük üçündür vә heç kim hәmin övladın Mәhdi olduğunu

iddia etmir. Çünki Şiә mәzhәbinә görә Hәzrәti Mәhdi (ә.c.) on iki әsr bundan әvvәl

doğulmuş vә hәlәlik qeyb (gizlilik) dövründә olduğuna görә gözlәrә görünmür. Buna

görә dә Hәzrәti Mәhdi (ә.c.)-nin zühuru şiәyә bir növ mö’cüzәdir.

Sünnilәr ilә şiәlәrin bә’zәn dә şәxslәrlә әlaqәsi olmayan hәdislәr barәdә ixtilafları

vardır. Mәsәlәn, (bA1


   T
,H o
 a
 ,
4 ‫( )ا‬Ümmәtimin ixtilafı rәhmәtdir) hәdisi.
Sünni alimlәr bu hәdisi belә tәfsir ediblәr: “Hәr bir mәsәlәdә fiqhi hökmlәrin ixtilaflı

olması müsәlmanlar üçün bir rәhmәtdir. Çünki belә olduqda hәr bir müsәlman öz

vәziyyәtinә uyğun hökmü seçә bilәr. Mәsәlәn, әgәr imam Malik bir mәsәlә haqqında

ağır hökm edirsә, amma Әbu Hәnifәnin hәmin mәsәlәyә dair verdiyi hökm asandırsa,

insan maliki olsa belә, hәmin mәsәlәdә Әbu Hәnifәdәn tәqlid edә bilәr”. Şiәlәr isә bu

rәvayәti başqa şәkildә tәfsir edirlәr. Çünki Şiә mәzhәbinin hәdis kitablarında nәql

olunan belә bir hәdis mövcuddur: “İmam Sadiq әleyhissalamdan “Ümmәtin ixtilafları

rәhmәtdir hәdisi barәdә fikiriniz nәdir?”-deyә soruşulduqda o Hәzrәt (ә) belә cavab

verdi: Allahın Peyğәmbәr (s)-i düz deyibdir. Sualı verәn adam tәkrar belә bir sual verdi:

“İxtilafları rәhmәtdirsә, onda birliklәri bәladırmı?”

Hәzrәt cavab verdi: “Yox, sәnin anladığın vә onların (yә’ni sünnilәrin) anladığı kimi

deyil. Hәzrәti Peyğәmbәr (s)-in bu hәdisdәn mәqsәdi müsәlmanların qarşılıqlı elm

öyrәnmәk üçün bir-birlәrinin yanına getmәyidir.”

Sonra isә bu ayәni oxudu:

D ' 9L  D '


E 
%L?  W
D '  % & 8
0E
 "
  T
. %'9  ,E
bA Z
!h D ' 0
A+ &  .
7- " 
   * % .…

; 8 C
 
SÜNNİLӘR VӘ ŞİӘLӘRӘ GÖRӘ PEYĞӘMBӘRİN SÜNNӘSİ ........................................................... 20

“…Niyә hәr bir tayfadan bir dәstә elm öyrәnmәk üçün getmәsinlәr ki,

qayıtdıqdan sonra öz tayfalarını qorxutsunlar. Bәlkә, onlar (әldә etdiklәri biliklәr

sayәsindә nalayiq işlәrdәn) çәkinsinlәr”. (Tövbә surәsi, 122-ci ayә)

Daha sonra İmam Cәfәr Sadiq (ә) sözlәrinә belә davam etdi: “Әgәr dindә ixtilafa

düşsәlәr, Şeytanın firqәsi olarlar. Yә’ni hәdisdә mövcud olan “ixtilaf” sözü әrәbcә “gәl-

get etmәk” mә’nasında da işlәnir. Bu hәdisdә isә ümmәtin elm öyrәnmәsi üçün

müsafirәt etmәsi mә’nasındadır”.

Göründüyü kimi bu izahat qaneedicidir vә ayrılığı rәdd edәrәk birliyә çağırır.1

Halbuki sünnilәrin bu hәdisә etdiklәri tәfsir ağlabatan deyildir. Çünki müsәlmanların

dәstә-dәstә olub, müxtәlif mәzhәblәrә bölünmәsinә sәbәb olur. Buna görә dә belә fikir

tәk bir e’tiqad әtrafında toplanmağa dә’vәt edәn Qur’anla uyğun deyildir. Allah-tәala

“Mu’minun” surәsinin 52-ci ayәsindә belә buyurur:

;
%H:!. D B _/ !M b$ 
 bAH D B ,H v
8
5 ;9 

“Bu sizin tәk ümmәtinizdir. Mәn dә sizin Rәbbinizәm. Mәnim әzabımdan

qorxun”.

Ali-İmran surәsinin 103-cü ayәsindә dә belә buyurur:

…%&H  : *  !GLE
1? I
9  
QC
 /
%1e

, 
“Hamınız birlikdә Allahın ipindәn möhkәm yapışın vә ayrılmayın…”

Әnfal surәsinin 46-cı ayәsindә isә belә buyurur:

…D B w 
l
 5 8 : %f
  ,. %x !0: *  …
“…Bir-birinizlә çәkişmәyin, yoxsa zәiflәyәr vә gücdәn düşәrsiniz…”

Bir ümmәtin fәrdlәrini bir-birlәrinә düşmәn edәn vә nәticәdә bir-birlәrini kafir

olmaqda ittiham etmәyә vә hәtta başqalarının qanını tökmәyi halal saymağa sәbәb olan

tәfriqәdәn vә çәkişmәdәn, yә’ni mәzhәblәrә bölünmәkdәn daha ağır bir tәfriqә

vardırmı? Tarix boyu baş verәn hadisәlәr bunun әn böyük şahidlәridir. Halbuki Allah-

1 Bu ixtilafın kiçik bir nümunәsi budur: Namazda “Bismillah” demәk malikilәrә görә mәkruh, şafeilәrә

görә vacib, hәnәfilәrә görә müstәhәbdir; hәmçinin hәnbәlilәr isә cәhriyyә namazlarında belә sәssiz

oxunmasına inanırlar.
SÜNNİLӘR VӘ ŞİӘLӘRӘ GÖRӘ PEYĞӘMBӘRİN SÜNNӘSİ ........................................................... 21

tәala müsәlmanlara bölündüklәri halda qorxunc nәticәlәrlә qarşılaşacaqlarına dair

xәbәrdarlıq etmişdir. Qur’ani-Kәrim Ali-İmran surәsinin 105-ci ayәsindә belә buyurur:

…y
 !0EQ  D 5 tz !?! 
L / " 
%,4 %&H  : " 
8 9!- %%B: * 
“Açıq-aydın dәlillәr gәldikdәn sonra, bir-birindәn ayrılan vә ixtilaf törәdәn

şәxslәr kimi olmayın…”

Әn’am surәsinin 159-cu ayәsindә dә belә buyurur:

…t+   T
. D ' 0
U
 
 !GLE
%!-  D ' 0
P %&H . " 89  ;9 

“(Ey Peyğәmbәr!) şübhәsiz ki, sәnin firqә-firqә olub dinini parçalayanlarla heç

bir әlaqәn yoxdur…”

Rum surәsinin 31 vә 32-ci ayәlәrindә isә belә buyurur:

; %
. D '
  !1/

+ p 
(- [ !GLE
%!- D ' 0
P %&H . " 
8 9 " 
r
 -

f
 1  " 
%%B: *  …
“…Müşriklәrdәn, yә’ni öz dinini parçalayıb firqә-firqә olanlardan olma. Hәr bir

firqә özünün sahib olduğu ilә sevinәr”.

Burada bunu da qeyd edim ki, ayәdә olan “şiyә’әn” (dәstә-dәstә) sözünün,

bә’zilәrinin güman etdiyi kimi, Şiә ilә heç bir әlaqәsi yoxdur. Bir dәfә bir avam adam

gәlib mәnә nәsihәt edәrәk bunları söylәdi: “ Şiәlәri burax! Çünki Allah onları sevmir,

Peyğәmbәrini dә onları sevmәkdәn çәkindirmişdir.”

Ona, “Bu haqda bir dәlilin varmı?” dediyim zaman cavabımda yuxarıda

oxuduğumuz ayәni oxudu.

Ona ayәdә mövcud olan “şiyә’әn” sözünün “dәstә-dәstә” demәk olduğunu

söylәdim vә bu sözün Şiә mәzhәbi ilә heç bir әlaqәsi olmadığını ona başa salmağa

çalışdım. Amma heyf ki, o yenә öz batil sözündә tә’kid etdi. Çünki mәscidin imamı ona

belә öyrәtmişdi vә şiәlәrdәn uzaq durmasını tövsiyyә etmişdi. Halbuki Qur’ani-

Kәrimdә “şiә” sözü bә’zәn mәdh anlamında işlәnmişdir. Mәsәlәn, Saffat surәsinin 83-

cü ayәsnidә Allah-tәala belә buyurur:

D E
5 /*
I
,
L E
 " 
;9 

“Hәqiqәtәn İbrahim Nuhun şiәsindәndir”.

Yә’ni iman vә hidayәtdә ona tabe olanlardandır.


SÜNNİLӘR VӘ ŞİӘLӘRӘ GÖRӘ PEYĞӘMBӘRİN SÜNNӘSİ ........................................................... 22

İndi әsl mövzuya qayıtmaq istәyirәm. Mәn hәqiqәti bilmәzdәn әvvәl “Ümmәtin

ixtilafı rәhmәtdir” hәdisini oxuyub Hәzrәti Peyğәmbәr (s)-dәn nәql olunan

$
 J*

!H0  T
.!'(- A# &  .
r
 L
QO  "
E,0S
 
T
,H m

, ,O
“Yaxında ümmәtim yetmiş iki firqәyә bölünәcәkdir. Onların birini çıxmaqla, qalanları

cәhәnnәmә gedәcәklәr”1 hәdisi ilә qarşılaşdığım zaman heyrәt edir vә öz-özümә

düşünürdüm ki, görәsәn nәyә görә ümmәtin bölünmәsi hәm rәhmәtdir, hәm dә

cәhәnnәmә getmәyә sәbәb olur?

Lakin Hәzrәti imam Sadiq әleyhissalamın hәmin hәdislә әlaqәdar şәrhini

gördükdәn sonra artıq heyrәtim aradan qalxdı. Әhli-beyt imam (ә)-larının hidayәt

imamları vә Qur’an ilә sünnәnin әsl tәfsirçilәri olduqlarını anladım vә başa düşdüm ki,

Hәzrәti Peyğәmbәr (s) haqq olaraq onların haqqında buyurmuşdur:

%B
' ,. D 5 %H ,: * [ m

{ !'0 g
 9j
 : "   !^ !'Q-
 "  [
+ % A
0E

 - D B E
. T
,E/ 
5 M  K

D B 0
D   D'H!
. D 5 %17L : * [ %B
' ,. D ' 0 %9j
 ,: *
“Mәnim Әhli-beytim sizin aranızda Nuhun gәmisi kimidir. Hәr kim o gәmiyә minsә

qurtular, ondan üz döndәrәn isә boğulub hәlak olar. Onları qabaqlamayın, hәlak olarsınız.

Onlardan dala qalmayın, hәlak olarsınız. Onlara bir şey öyrәtmәyә cәhd göstәrmәyin, çünki

onlar sizdәn daha çox bilirlәr”.2

Hәzrәti Әli әleyhissalam haqq olaraq Әhli-beyt (ә) haqqında belә buyurmuşdur:

T
. D - E
L "  [ 3 5 " 
D - %?
j
  " . D 5  SM %LQH: D ' ,1 O %p
!. D B EQ
 U

E/  5   \ 

%B
' ,. D ' 0  H4N,: *  [%()

,. D 5 %Q

 : *  [%)' !. %)'  ; 
 [Q !. Q  ; !
. [GP

1 “Sünәn ibn Macә” “әl-Fitәn”, c. 2, hәdis 3993; “Müsnәdu Әhmәd ibni Hәnbәl”, c. 3, sәh. 120; Tirmizi

“İman” kitabı.
2 “әs-Sәvaiqu әl-Muhriqә libni Hәcәr әl-Heysәmi”, sәh. 136 vә 227; “әl-Cami әs-sәğir lis-Süyuti”, c. 2, sәh.

132; “Müsnәdu Әhmәd ibni Hәnbәl”, c. 3, sәh. 17 vә c. 4, sәh. 366; “Hilyә әl-övliya liәbi-Nәim”, c. 4, sәh.

306; “әl-Müstәdrәk lil-Hakim”, c. 3, sәh. 151; “Tәlxisu әz-Zәhәbi” - “әl-Mo’cәm әs-sәğir lil-Tәbәrani”, c. 2,

sәh. 22
SÜNNİLӘR VӘ ŞİӘLӘRӘ GÖRӘ PEYĞӘMBӘRİN SÜNNӘSİ ........................................................... 23

“Peyğәmbәrimizin Әhli-beytinә baxın vә onlara sarılın: onlara tabe olun, onlar sizi

hidayәtdәn çıxarmaz vә sizi yamanlığa çevirmәz. Әgәr onlar otursalar, siz dә oturun, әgәr onlar

qalxsalar, siz dә qalxın. Onları qabaqlamayın. Yoxsa azarsınız, onlardan dala qalmayın, yoxsa

hәlak olarsınız”.1

Hәzrәti Әli әleyhissalam Әhli-beyt (ә)-in dәyәrini izah etdiyi başqa bir xütbәdә isә

belә buyurmuşdur:

"  D ' ,1 


  [ D '
0
h
!/ "  D 5  5
!} [D '
1
 
"  D ' 1  
D -  Q
j
  [
' ^
  y
 %   D
 L
 |
 E D 5

D '
/
[ ]
!e
, *
 ~ Z
*   [ ]
aO*
 D Z
! P D 5 I
E
. ; %
,j
  *  HC
  ; %
!j * [ D '

R
0 D
B 

A+ !
   "   %  [ I
,
Q0 "  I !
` R   [ I

! "   h
!Q 
 p [ I
/
!e
€
 _C
  P !

bE& I :!  FkK


- D
 L
 $  ;9 !
. [ A+ 
 
+ !1O
   * A+ !

“Onlar elmin hәyatı, elmsizliyin isә ölümüdürlәr. Onların helmi (hәlimliyi) elmlәrindәn,

onların zahiri batinlәrindәn, onların susmağı isә mәntiqlәrinin hikmәtindәn xәbәr verir. Onlar

haqqa müxalifәt etmәzlәr vә onun haqqında mübahisәyә düşmәzlәr. Onlar İslamın dirәklәri vә

qurtuluş sığınacaqlarıdırlar. Haqq onlar vasitәsi ilә öz kamalına çatdı, batil isә yerindәn

qoparılıb dili kökündәn kәsildi. Onlar dini qorumaq vә tәtbiq etmәk fikri ilә düşünürlәr. Eşitmәk

vә nәql etmәk fikri ilә yox. Elmi nәql edәnlәr çox olar, amma ona riayәt edәnlәr az olar”.2

Bәli, elmin qapısı olan Hәzrәti imam Әli әleyhissalam doğru deyibdir. Hәqiqәtәn dә,

dini qorumaq vә ona riayәt etmәk üçün eşidib düşünәnlә yalnız nәql etmәk üçün qulaq

asanın arasında çox böyük bir fәrq vardır. Qulaq asıb nәql edәnlәr çoxdur. Peyğәmbәr

(s)-in mәclisindә hazır olan o hәzrәtdәn hәdis eşidәn, amma hәdisin mә’nasını düzgün

şәkildә başa düşmәdәn nәql edәn sәhabәlәr az deyildir. Bunlar, bә’zәn dә, o hәzrәtin

mәqsәdinin әksini nәql ediblәr.3 Amma, hәdisi anlayaraq nәql edәnlәr olduqca azdır.

1 “Nәhc әl-Bәlağә”, c. 2, sәh. 190


2 “Nәhc әl-Bәlağә”, c. 3, sәh. 439
3 Misal üçün, Әbu Hüreyrә peyğәmbәrdәn belә bir hәdis rәvayәt edir:



      
“Hәqiqәtәn dә Allah Adәmi öz surәtindә yaradıb”.
SÜNNİLӘR VӘ ŞİӘLӘRӘ GÖRӘ PEYĞӘMBӘRİN SÜNNӘSİ ........................................................... 24

İnsan bә’zәn ömrünü elmә sәrf etmәsinә baxmayaraq ancaq müәyyәn bir fәndә

mütәxәssis olur. Lakin, Әhli-beyt imam (ә)-larının bütün elmlәrin müxtәlif fәnlәrindә

dәrin bir biliyә sahib olduqları tarixi araşdıranlar üçün mә’lum vә isbat olunmuş bir

hәqiqәtdir. Tarix kitabları Hәzrәti Әli әleyhissalamın dәrin ilahi elmini sübuta yetirәn

örnәklәrlә doludur. Bunun başqa bir şahidi dә Hәzrәti imam Mәhәmmәd Baqir (ә) vә

İmam Cә’fәr Sadiq әleyhissalamın tәşkil etdiklәri elmi mәktәblәrdir. Bu mәktәblәrdә

minlәrcә alim yetişdirilmiş, minlәrcә tәlәbә fiqh, kәlam, tәfsir, kimya vә s. fәnlәrdәn

tәhsil almışlar.

Bu hәdisi iki cür başa düşmәk olar. Birincisi yuxarıdakı kimi. İkincisi isә bu cür: Allah Adәmi onun

surәtindә yaradıb.

İmam Sadiq bu hәdisin izahında deyir: “İki şәxs bir-birinә nalayiq sözlәr deyirdilәr. Biri o birisinә dedi:

“Allah sәnin üzünü dә, sәnin üzünә oxşayanı da çirkin etsin”. Peyğәmbәr bu sözü eşidib dedi: “Allah

Adәmi onun surәtindә yaradıb”. Yә’ni “sәn, sәnin üzünә oxşayan” sözünü demәklә Adәmә nalayiq söz

demiş olursan. Çünki, Adәm ona oxşayır”


ŞİӘ VӘ SÜNNİLӘRӘ GÖRӘ E‘TİQADLAR ............................................................................................... 25

Ş İ Ә V Ә S Ü N N İ L Ә R Ә G Ö R Ә

E ’ T İ Q A D L A R
ŞİӘ VӘ SÜNNİLӘRİN ALLAH BARӘDӘ
E’TİQADLARI.

SÜNNİ VӘ ŞİӘLӘRİN PEYĞӘMBӘRLİK


MÖVZUSU BARӘDӘ E’TİQADLARI.

ŞİӘLӘR VӘ SÜNNİLӘRӘ GÖRӘ İMAMӘT.

MӘZHӘBLӘRİN PEYĞӘMBӘRİN SÜNNӘSİ


BARӘDӘ İXTİLAFLARI.

ŞİӘ VӘ SÜNNİLӘRİN QӘZAVÜ - QӘDӘR


BARӘSİNDӘ E’TİQADLARI.

XUMS.

TӘQLİD.

Şiәlәrin qurtuluş firqәsi olduğuna dair inamımı daha da qüvvәtlәndirәn amil,

onların e’tiqadlarının ağıllı vә dәrrakәli adamlar tәrәfindәn rahatlıqla qәbul oluna

bilmәsidir. Onların nәzәrindә hәr bir mәsәlә vә e’tiqad haqqında Әhli-beyt imam (ә)-

larında tam mә’nası ilә qәnaәtbәxş bir izahat mövcuddur.

Halbuki sünnilәrin vә digәr firqәlәrin bә’zi e’tiqadi mәsәlәlәrә dair açıq-aydın bir

çıxış yolu göstәrmәdiklәrini müşahidә edirik.

Bu bölmәdә әhәmiyyәtli e’tiqadlardan bә’zilәri barәdә hәr iki firqәnin görüşlәrini

açıqlayıb, dәrin tәnqid etmәdәn fikrimi bildirәrәk, bunlardan birini seçmәyi oxucuların

öz öhdәsinә qoyacağam.

Bütün müsәlmanların inandığı bir sıra әsas e’tiqadlar vardır. O cümlәdәn, Allah-

tәalaya, onun mәlәklәrinә, sәmavi kitablara vә peyğәmbәrlәrә inanmaq vә

peyğәmbәrlәrin arasında heç bir fәrq qoymamaq kimi inamla yanaşı, bütün

müsәlmanlar cәnnәtә, cәhәnnәmә vә Allahın ölülәri dirildib hamısından hesab

soruşacağına inanırlar. Habelә, bütün müsәlmanlar Qur’ani-Kәrimә, Hәzrәti

Mәhәmmәd (s)-in son peyğәmbәr olduğuna vә qiblәnin olmasına inanırlar. Amma bu

e’tiqadlardan bә’zisinin şәrhindә ixtilaf vardır vә bu mövzular müxtәlif kәlami, fiqhi vә

siyasi mәktәblәrin ixtilaf sәhnәsinә çevrilmişdir.


ŞİӘ VӘ SÜNNİLӘRİN ALLAH BARӘDӘ E’TİQADLARI ..................................................................... 26

Ş İ Ә V Ә S Ü N N İ L Ә R İ N A L L A H B A R Ә D Ә

E ’ T İ Q A D L A R I.

Bu mövzuda zikr olunan әn mühüm mәsәlә Allahı görmәk mәsәlәsidir. Әhli-sünnәt

axirәtdә hәr bir möminin Allahı görә bilәcәyini sübut etmәyә çalışır. Buxari, Müslim

kimi sünni sәhih kitablarını oxuduqda, mәcazi şәkildә deyil, hәqiqi görmәyi tә’kid edәn

rәvayәtlәri tapırıq.1 Hәmçinin o kitablarda Allahı oxşatmaq tapırıq. O gülür2, gәlir vә

yeriyir vә dünya sәmasına enir.3 Әlamәt olaraq tanınacağı budunu açır4 vә ayağını

cәhәnnәmә qoyur vә o da dolub deyir: “Bәsdir” vә Allahın uzaq (münәzzәh) olduğu vә

sair sifәtlәr.5

Xatırlayıram, Afrikanın şәrqindә Keniyanın Lamu şәhәrindә olanda, mәscidin

daxilindә namaz qılanlara moizә edәn bir vәhhabi imamı gördüm ki, deyirdi: “Allahın

iki әli, iki ayağı, iki gözü vә bir üzü var” Mәn bunu qәbul etmәdikdә Qur’an ayәlәri

gәtirmәyә başladı:

…;
!,h %Q v   / % !& !1/
%0L
 D '

M U
 9{ bA %n  ‚

 P %'E  U

!&
“Yәhudilәr dedilәr: “Allahın әli bağlıdır”. Dediklәrinә görә onların әli bağlandı

vә lәnәtә gәldilәr. Әksinә, Allahın әllәri açıqdır…” (Maidә surәsi, 64-cü ayә)

…!00
E N/
„
    `
0
 
“Vә dedi: “Bizim gözlәrimizlә gәmini düzәlt”…” (Hud surәsi, 37-ci ayә)

…„
 / I ?  3  Q ;+ !. !'E "  (-
“Hәr bir şәxs fanidir, amma rәbbinin üzü baqi qalar…” (Әr-Rәhman surәsi, 27-ci

ayә)

1 “Sәhih әl-Buxari”, c. 2, sәh. 47; c. 5, sәh. 179; c. 6, sәh. 33


2 “Sәhih әl-Buxari”, c. 4, sәh. 226; c. 5, sәh. 47-48; “Sәhih Müslüm”, c. 1, sәh. 114-122
3 “Sәhih әl-Buxari”, c. 8, sәh. 197
4 “Sәhih әl-Buxari”, c. 8, sәh. 182
5 “Sәhih әl-Buxari”, c. 8, sәh. 187 vә 202
ŞİӘ VӘ SÜNNİLӘRİN ALLAH BARӘDӘ E’TİQADLARI ..................................................................... 27

Mәn dedim: “Dәlil gәtirdiyin bütün bu ayәlәr mәcazidir”. O cavab verdi ki, “Qur’an

hamısı hәqiqәtdir, orada mәcaz yoxdur.” Mәn soruşdum, bәs bu ayәyә nә deyirsәn?

… 3 1  M $
 4
… T
. % ' . 3 1  M v
8
5 T
. ; !- "  
“Bu dünyada kor olan axirәtdә dә kor olar…” (İsra surәsi, 72-ci ayә)

Bu ayәni hәqiqi mәnayamı yozursunuz? Vә dünyada kor olan axirәtdә dә kor

olacaqmı? O belә cavab verdi: “Biz Allahın әlindәn, gözündәn vә üzündәn danışırıq,

korlarla işimiz yoxdur.”

Mәn dedim: Yaxşı, korları keçәk, bәs bu ayәyә nә deyirsәn?

…„
 / I ?  3  Q ;+ !. !'E "  (-
“Hәr bir şey fani olacaq, tәkcә rәbbinin üzü qalacaq…” (Әr-Rәhman surәsi, 27-ci

ayә)

O, mәsciddәkilәrә baxıb dedi: “Sizin içinizdә bu ayәni başa düşmәyәn varmı?

Dediyin bu ayә, bu ayә kimi aydındır:”

I ' ?  *9 6

!5 t+ T  (-
“Rәbbinin üzündәn başqa hәr bir şey hәlak olar”. (Qәsәs surәsi, 88-ci ayә)

Mәn dedim: Sәn aranı qarışdırdın. Qardaşım, biz Qur’an barәsindә ixtilafda olduq.

Sәn iddia etdin ki, Qur’anda mәcaz yoxdur, hamısı hәqiqәtdir. Mәn isә belә iddia etdim

ki, Quranda mәcaz var, xüsusәn Allaha cism verәn vә onu başqa bir şeyә bәnzәdәn

ayәlәr. İndi ki, sәn öz rәyinә belә israr edirsәn, onda belә demәlisәn ki, “Onun üzündәn

başqa hәr bir şey hәlak olar” ayәsinin mәnası budur ki, Onun әllәri, ayaqları vә hәr bir

cismi mәhv olub aradan gedәr, ancaq üzü qalar. Allah-tәala belә şeylәrdәn çox ucadır

(uzaqdır). Sonra üzümü orada olanlara tutub dedim: “Sizlәr bunun dediyi ilә razısız?”

Hamı susdu vә hәmin şeyx dә bir söz demәdi. Onlarla vidalaşıb, onlara hidayәt vә

müvәffәqiyyәt arzulayıb onlardan ayrıldım.

Bәli, bu onların sәhih kitablarında vә mühazirәlәrindә olan Allah barәsindәki

әqidәlәridir. Deyim ki, alimlәrindәn bәzilәri bunu inkar edir, lakin әksәriyyәti (çoxu)

qarşısında bulud olmayan on dörd gecәlik ayı gördüklәri kimi axirәtdә dә Allahı

görәcәklәrinә inanırlar vә onlar dәlil olaraq aşağıdakı ayәni gәtirirlәr:


ŞİӘ VӘ SÜNNİLӘRİN ALLAH BARӘDӘ E’TİQADLARI ..................................................................... 28

b$  }
! !'/ 3 6
b$  =

! 8+ †
 %  Fv%?
“O gün üzlәr tәzә tәr olacaq, öz rәbblәrinә baxacaq”. (Qiyamәt surәsi, 22-23-cü

ayәlәr) 1

Bu xüsusda imamiyyә şiәlәrinin әqidәlәriylә tanış olduqda insan daxilәn rahat olur.

Allaha cism verәn vә Allahı hәr hansı bir mәxluqa bәnzәdәn Qur’an ayәlәrini,

bәzilәrinin güman etdiklәri kimi, hәqiqi mәnaya vә sözlәrin zahirlәrinә deyil, mәcazi

mәnaya izah etdiklәrini qәbul etmәklә insan ağlı razı qalır. İmam Әli (ә) bu barәdә

buyurur:

*  FP%?%  FUL  *  FPC


  ‡ I
,
 e


i
 E  q
8 9 [ "
R 
 ˆ
 % { I !0 *  D
1 '
  L / I - 
  *

…FP1  b? M *  FPC


  FU& 
“O, elә bir mәbuddur ki, dәrin düşüncәlilәr belә, Onu idrak etmәkdә acizdir. Әql vә fikir

dәryasına dalanlar Onun zatının әslinә vara bilmәz. Elә bir hüdud yoxdur ki, sifәtini әhatә edә

bilsin, bir vәsf (tә’rif) yaradılmayıb ki, zatına layiq olsun. Onun üçün mәhdud bir an yoxdur.

Onun nәzәrindәn kәnarda zaman yoxdur…”

Allahı başqa bir mәxluqa bәnzәdәnlәrin cavabında İmam Baqir (ә) belә demişdir:

…!0E 6
FPP   !0K
F%0e
  Fm%j
  % ' . I
E
!L mP M T
. !0
!5 N/
v !p HE ! (-  /
“Әksinә, onun әn incә mәnalarında üstün tutduğumuz hәr bir şey, bizim özümüz kimi

mәxluq vә yaradılmışdır, bizim öhdәmizә buraxılmalıdır…”

Dediklәrimizin isbatı üçün aşağıdakı Qur’an ayәlәri kifayәt edәr.

…‰t T  I

K1
- i
 E …
“…Ona bәnzәr heç bir şey yoxdur…” (Şura surәsi, 11-ci ayә)

… !e/Šz  I - 
 : *
“Gözlәr onu (görüb) dәrk etmәz…” (Әn’am surәsi, 102-ci ayә)

1 Bu ayәni Әhli-beyt imam (ә)-ları belә tәfsir etmişlәr ki, o gün üzlәr gözәl vә sevincli olacaq vә

rәbblәrinin rәhmәtinә baxacaqlar.


SÜNNİ VӘ ŞİӘLӘRİN PEYĞӘMBӘRLİK MÖVZUSU BARӘDӘ E’TİQADLARI .......................... 29

Başqa bir ayәdә isә Musa peyğәmbәr Allahdan istәdikdә ki, özünü ona göstәrsin,

belә buyurdu:

…T
 : "  : 2 !& : „
 E 6
\M T

M  2 !&
“Musa dedi: “Ey rәbbim özünü mәnә göstәr, sәnә baxım”. Allah dedi: “Sәn mәni

әsla görә bilmәzsәn”…”

Ayәdәki "  nәhv alimlәrin dediyi kimi әbәdiliyi ifadә edir vә әlbәttә ki, bu elm

mә’dәni, risalәt mözisi, Allahın kitaban elmini miras qoyduğu Әhli-beyt imam (ә)-

larının sözlәrinә әsaslanan şiәlәrin әqidәlәrinin düzgünlüyünә qәti bir dәlildir. Bu

barәdә daha geniş mәlumat әldә etmәk istәyәnlәr Seyyid Şәrәfuddinin “Kәlimәtun

hәulәr ru’yә” kitabı kimi müfәssәl kitablara müraciәt edә bilәrlәr. O ki, qaldı Seyyid

Şәrәfuddinin “Әl Müraciat” kitabına, o elә bir kitabdır ki, şiәnin әqidә vә inancları ilә

tanış olmaq istәyәnlәrin bu kitabı oxuması gәrәkdir.

S Ü N N İ V Ә Ş İ Ә L Ә R İ N P E Y Ğ Ә M B Ә R L İ K

MÖVZUSU BARӘDӘ E’TİQADLARI.

Şiә vә sünnilәrin arasında münaqişәli mәsәlәlәrdәn biri dә “mә’sumluq”

mövzusudur. Şiә mәzhәbinә görә peyğәmbәrlәr (Allahın salamı onlara olsun) elçi

olaraq göndәrilmәzdәn әvvәl dә, sonra da mә’sumdurlar. Amma sünnilәrin fikrincә,

onlar ancaq Allahın kәlamını bәyan edәrkәn mә’sumdurlar, qalan vaxtlarda isә başqa

adamlar kimi sәhv dә edә bilәrlәr.

Bu mәsәlәyә dair sünnilәrin “sihah” kitablarında bir sıra rәvayәtlәr dә vardır ki,

hәmin rәvayәtlәrә görә Hәzrәti Peyğәmbәr (s) bir neçә dәfә “sәhv elәmiş” vә bә’zi

sәhabәlәr ona düzgün yolu göstәrmişlәr. Misal üçün, Bәdr әsirlәri barәdә guya Hәzrәti

Peyğәmbәr (ә) sәhv elәyib, Ömәr isә düzgün qәrar verib vә әgәr Ömәr olmasaymış

Peyğәmbәr (s) hәlak olacaqmış.1 Nәql elәdiklәri başqa bir rәvayәtә görә isә Hәzrәti

1 Bunu ibni Kәsir “әl-Bidayә vәn-Nihayә” adlı kitabında, İmam Әhmәd Hәnbәl, Müslim, Әbu Davud vә

Tirmizidәn nәql edibdir.


SÜNNİ VӘ ŞİӘLӘRİN PEYĞӘMBӘRLİK MÖVZUSU BARӘDӘ E’TİQADLARI .......................... 30

Peyğәmbәr (s) Mәdinәyә gәldiyi vaxt Mәdinә әhalisinin xurma ağaclarını

döllәndirdiklәrini görüb onlara “Ağacları döllәndirmәyә ehtiyac yoxdur, ağaclar öz-

özünә döllәnir vә meyvә verirlәr”-deyibmiş. Lakin xurma ağacları meyvә vermәyir.

Әhali bunu gördükdә Peyğәmbәr (s)-in yanına gәlib vә şikayәt edir. Peyğәmbәr (s) dә

belә deyir:

T0
D - !EP 
%N/
D  M D ,
“Siz dünya işlәrini mәndәn yaxşı bilirsiniz”.

Başqa bir rәvayәtә görә isә Hәzrәt (ә) belә demişdir:

F f
 / !M !1H!
. ŒM " 
t+  f
 /
D B :   M W
 [ v 8j
 . D B 0

P " 
t+  f
 /
D B :   M W
F f
 / !M !1H

“Mәn dә insanam. Әgәr dininizlә әlaqәdar bir şeyi әmr etsәm onu әldә edin, әgәr öz

görüşümdәn bir şey nәql etsәm, mәn dә insanam”.1

Sünnilәrin nәql etdiyi başqa bir rәvayәt dә budur: Guya Hәzrәti Peyğәmbәr (s)-i

sehirlәyiblәr vә o Hәzrәt (s) bir neçә gün sehirlәnmiş vәziyyәtdә qalıb vә gün әrzindә

nә elәdiyini bilmirmiş. Hәtta qadınları ilә әlaqәdә olduğunu güman elәyir2 vә

görmәdiyi bir işi dә gördüyünü xәyal edirmiş.3

Başqa bir rәvayәtә görә isә guya Hәzrәt (s) namaz qılarkәn çaşmış vә neçә rәk’әt

namaz qıldığını bilmәmişdir4 vә ya namazda yuxulamış vә yuxusu o qәdәr dәrin imiş

ki, xorultusunu eşitmişlәr vә oyanandan sonra da dәstәmaz almadan namaz qılmışdır.5

Yenә belә nәql edirlәr ki, guya o Hәzrәt (s) qәzәblәnәr, bә’zәn lә’nәtә layiq olmayan

kimsәlәri dә söyәr, sonra da belә deyәrmiş:

A# 1    $# !-x I  I  L ? !. I ,QQO  M [ I ,0L  r


 1
1  Hq!. F f
 / !M !1H
HD' J 
“Ey Allahım, mәn dә insanam, müsәlmanlardan hәr birini söysәm, ya lә’nәt etsәm, sәn

bunu onun üçün bir sәdәqә vә rәhmәt hesab et”.6

1 “Sәhihi-Müslim”,Әl-Fәzail kitabı, c.7, sәh.95;“Müsnәdu Әhmәd ibni Hәnbәl”, c.1, sәh.162 vә c.3, sәh.152
2 “Sәhih әl-Buxari”, c. 7, sәh. 29
3 “Sәhih әl-Buxari”, c. 4, sәh. 68
4 “Sәhih әl-Buxari”, c. 1, sәh. 123 vә c. 2, sәh. 65
5 “Sәhih әl-Buxari”, c. 2, sәh. 37, 44, 171
6 “Sәhih әl-Buxari”, c. 8, sәh. 96; “Sünәn әd-Daremi” “Әr-Riqaq”
SÜNNİ VӘ ŞİӘLӘRİN PEYĞӘMBӘRLİK MÖVZUSU BARӘDӘ E’TİQADLARI .......................... 31

Nәql etdiklәri başqa bir rәvayәtә görә guya Hәzrәt (s) Aişәnin evindә uzanıbmış vә

budları görünürmüş. Әbu Bәkr içәri girir, Hәzrәt (ә) elә o vәziyyәtdә onunla danışır.

Sonra da Ömәr içәri girir, Hәzrәt (s) eyni vәziyyәtdә Ömәrlә dә danışır. Amma Osman

içәri girmәk üçün icazә istәyәndә, Hәzrәt (s) qalxıb oturur vә paltarını düzәldir. Aişә

bunun sәbәbini soruşanda, Hәzrәt (s) belә cavab verir:

A B Z
a
 1  I 0
T
C
 ,
 : + ?  " 
T
C
 ,O M * M
“Mәn mәlәklәrin utandığı şәxsdәn utanmayacağammı?”1

Yenә rәvayәt edirlәr ki, Hәzrәt (s) guya Ramazan ayında cünub olurmuş vә buna

görә sübh namazını qıla bilmirmiş.2

Hәmin mәnbәlәrdә bu kimi ağlabatmayan vә Peyğәmbәr (s)-in mәqamına

yaraşmayan bir çox rәvayәt vardır ki, onları nәql etmәyә lüzum yoxdur.3

Şiәlәrә gәldikdә isә, qeyd etmәk lazımdır ki, onlar Әhli-beyt imam (ә)-larından

aldıqları tә’limә görә peyğәmbәrlәri, xüsusilә dә peyğәmbәrlәrin sonuncusu Hәzrәti

Mәhәmmәd (s)-i bu kimi puç vә şә’nlәrinә yaraşmayan sifәtlәrdәn uzaq bilir vә

Peyğәmbәr (s)-in hәr cür günah, pislik vә sәhvdәn pak olduğuna inanırlar. Şiә

mәzhәbinә görә Hәzrәti Peyğәmbәr (s) hәr cür günah, xәta, sәhv, unutqanlıq, sehr vә

ağlı aradan qaldıran bütün tә’sirlәrdәn uzaqdır. Hәtta Hәzrәti Peyğәmbәr (s) yeriyәndә

bir şey yemәk, uca sәslә gülmәk, yersiz zarafat etmәk vә sairә bu kimi xalqın gözündә

eyib sayılan işlәrdәn çәkinirdi. Hәlә qalsın Peyğәmbәr (s)-in başqalarının gözü

qarşısında üzünü arvadının üzünә dayayıb zәncilәrin oynamalarına tamaşa etmәsi.4

Yaxud arvadının da olduğu bir müharibәdә arvadı ilә qaçış müsabiqәsi vermәsi.5

Şiә mәzhәbi Peyğәmbәr (s)-in mә’sumluğu ilә uyğun olmayan bu cür rәvayәtlәrin

Әmәvilәr vә onların nökәrlәri tәrәfindәn uydurulduğuna inanır. Çünki Әmәvilәr

istәyirdilәr ki, bu yolla öz utandırıcı işlәrinә bәhanә quraşdırsınlar.

1 “Sәhih Müslüm”, c. 7, sәh. 117


2 “Sәhih әl-Buxari”, c. 2, sәh. 232-234
3 “Sәhih әl-Buxari”, c. 3, sәh. 114 vә c. 7, sәh. 96
4 “Sәhih әl-Buxari”, c. 3, sәh. 228 vә c. 2, sәh. 3
5 “Müsnәdu Әhmәd ibni Hәnbәl”, c. 6, sәh. 75
SÜNNİ VӘ ŞİӘLӘRİN PEYĞӘMBӘRLİK MÖVZUSU BARӘDӘ E’TİQADLARI .......................... 32

Bә’zilәrinin qondarma rәvayәtlәrindә mövzu olan Zeydin arvadı Zeynәbi başını

darayanda gördüyü zaman Peyğәmbәr (s)-in:



%  l
 7  ‚

 ; !CQO
1
“Qәlblәri dәyişdirәn Allahı günah vә nöqsandan uzaq bilirәm” - dediyi vә ya Aişәyә

meyl edib başqa arvadlarına qarşı әdalәtsiz davrandığını vә buna görә dә başqa

arvadlarının bir dәfә Fatimә (s.ә.) ilә bir dәfә dә Cәhş qızı Zeynәb ilә birlikdә gәlib

ondan әdalәtlә davranmasını istәdiklәrini ifadә edәn rәvayәtlәrin doğru olduğunu

qәbul etsәk2, başqa sözlә desәk, әgәr Peyğәmbәr (s)-in sәhv edib hәvәsinә tabe

olduğunu qәbul etsәk, onda Müaviyyә, Yezid, Mәrvan ibni-Hәkәm, Әmr ibni As kimi

böyük günahlar işlәyәn, Allahın haramını halal edәn, günahsız insanları öldürәn

kimsәlәri qınamaq olmaz.

Şiә imamları olan Әhli-beyt (ә) Hәzrәti Peyğәmbәr (s)-in hәr cürә xәta vә günahdan

uzaq vә mә’sum olduğunu bәyan etmiş vә zahiri anlamı ilә bunun әksini ifadә etdiyi

güman edilәn ayәlәrin tә’vilini (bu ayәlәrdә qәsd edilәn hәqiqi anlamları) izah etmişlәr.

Mәsәlәn, (
3 9% : i
 Q ) “Üzünü qırışdırıb döndәrdi” ayәsi kimi zahiri mә’nası ilә

Peyğәmbәr (s)-i bir növ qınadığı güman edilәn vә ya:

 H4N:! „
 Q
W " 
] H :! I 9  „
   
n E

“Sәnin keçmişdәki vә gәlәcәkdәki günahını bağışlasın deyә” ya da

 Q
H0   I 9  
 !:   
“Hәqiqәtәn Allah, peyğәmbәrlәrin tövbәsini qәbul edәr” yaxud da

D '  U
 W
M D
„
 0 I 9  !
“Allah sәni bağışlasın, nәyә görә onlara icazә verdin” kimi zahiri mә’nası ilә

Peyğәmbәr (s)-in guya bir növ günah işlәtdiyini göstәrәn ayәlәri Әhli-beyt imam (ә)-

ları Peyğәmbәr (s)-in mә’sumluğunu göstәrәcәk bir şәkildә tә’vil etmişlәr. Çünki bu cür

1 “Cәlaleyn” tәfsiri, “Allahın aşkar etdiyini, öz nәfsindә gizlәdirsәn” ayәsinin tәfsirinә bax.
2 “Sәhih Müslüm”, c. 7, sәh. 136
SÜNNİ VӘ ŞİӘLӘRİN PEYĞӘMBӘRLİK MÖVZUSU BARӘDӘ E’TİQADLARI .......................... 33

ayәlәrdә qeyd edilәn әsl mә’na ayәnin zahirindәn başa düşülәn mә’na deyildir vә

çoxunda mәcazi mә’nalar vardır. Bu cür tә’birlәr әrәb dilindә çoxdur. Qur’ani-Kәrimdә

dә bunun nümunәlәri mövcuddur. Bu kimi mövzularda hәqiqәtin nә olduğunu bilmәk

istәyәnlәr şiә alimlәrinin yazdıqları tәfsirlәr, o cümlәdәn Әllamә Tәbatәbainin yazdığı

“Әl-Mizan”, Ayәtullah Xoinin yazdığı “Әl-Bәyan”, Mәhәmmәdcavad Muğniyәnin

yazdığı “Әl-Kaşif” vә Tәbәrsinin yazdığı “Әl-İhticac” kimi tәfsir vә hәdis kitablarına

müraciәt edә bilәrlәr. Mәn dә bu kitabda hәr iki firqәnin e’tiqadlarına qısa şәkildә işarә

edәrәk şәxsәn inandığım e’tiqadları açıqlamaq istәdiyim üçün mә’sumiyyәtlә әlaqәdar

mövzuların tәfәrrüatına girmәkdәn vaz keçdim. Mәn peyğәmbәrlәr vә onlardan sonra

gәlәn varislәrin mә’sum olduğuna inanır vә bu fikri müdafiә edirәm. Elә bu e’tiqad

mәni arxayın etmiş va şübhә ilә heyrәt qapısını üzümә bağlamışdır.

Peyğәmbәrlәrin yalnız Allahın kәlamını tәbliğ etdiklәri vaxt mә’sum olduğunu irәli

sürәn fikir isә heç bir dәlilә әsaslanmayan bir iddiadır. Çünki belә olsa, onda

peyğәmbәrlәrin filan sözünün Allah tәrәfindәn olduğu vә o biri sözünün isә özündәn

olduğunu ayırd etmәk üçün heç bir dәlil gәtirmәk olmaz. Belәliklә, sözlәrinin bә’zisini

mә’sum, bә’zisini isә qeyri-mә’sumdur deyә ayırd etmәk mümkün deyil vә onun

barәsindә xәta ehtimal oluna bilәr. Dinin müqәddәsliyindә şübhә yaradan bu tәzadlı

baxışdan Allaha pәnah aparıram.

Burada hidayәt olduqdan sonra dostlarımla apardığım bir mübahisәni xatırlayıram.

Mәn onlara Hәzrәti Peyğәmbәr (s)-in mütlәq mә’sum olduğunu sübuta yetirmәyә

çalışırdım. Onlar da mәni Peyğәmbәr (s)-in yalnız Qur’anı tәbliğ etdiyi vaxt mә’sum

olduğuna inandırmağa çalışırdılar. Mübahisә etdiyim şәxslәrin arasında Cәrid1

mәntәqәsindәn bir müәllim dә var idi ki, zәkası, elmi vә maraqlı sözlәrilә mәşhur idi.

Hәmin müәllim dostum bir az düşündükdәn sonra dedi: “Dostlar, mәnim bu mövzu

haqqında bir fikrim var”. Hamımız “Buyurun, söylәyin”-deyә sözü ona verdik. O belә

dedi:

“Ticani qardaşımızın Şiә mәzhәbindәn nәql elәdiyi görüş hәqiqәtәn dә haqq vә

doğru bir görüşdür. Bizim dә Peyğәmbәr (s)-in mә’sumluğuna mütlәq inanmağımız

1 Cәrid mәntәqәsi Tunisin cәnubunda Qәfәsә şәhәrindәn 92 kilometr mәsafәdә yerlәşәn bir mәntәqәdir.
SÜNNİ VӘ ŞİӘLӘRİN PEYĞӘMBӘRLİK MÖVZUSU BARӘDӘ E’TİQADLARI .......................... 34

lazımdır. Yoxsa Qur’anın özünә belә şübhә edәrik”. Onlar “Nәyә görә?”-deyә

soruşduqda dәrhal bu cavabı verdi: “Görәsәn Qur’anın surәlәrinin hәr hansı birisinin

altında Allahın imzası vardırmı?”

Müәllim dostumuzun imzadan söz açmaqda mәqsәdi yazının sonunda onun kimә

aid olduğunu göstәrәn bir әlamәt idi.

Onun bu maraqlı fikri hamını düşündürdü. Çünki bu sözü ilә incә bir mәtlәbә

toxunmuşdu. Tәәssübü olmayan insaflı bir insan ağlı ilә dәrin düşünsә, bu hәqiqәtlә

qarşılaşacaqdır. Qur’anın Allahın kәlamı olduğuna inanmaq onu çatdıran elçinin bütün

davranışlarında vә sözlәrindә mә’sum olduğuna mütlәq şәkildә inanmağı zәruri edir.

Çünki mütlәq şәkildә mә’sum olmayan bir şәxsin Allah-tәalanın kәlamını duyduğunu

iddia etmәsi vә Cәbraili vәhy nazil edәrkәn gördüyünü irәli sürmәsi, o hәqiqәtlәri

görmәyәn insanlar tәrәfindәn qәbul olunmaz. Başqa sözlә desәk, Peyğәmbәr (s)-in әn

böyük mö’cüzәlәrindәn olan Qur’ani-Kәrim o Hәzrәtin haqq peyğәmbәri olduğunu vә

Qur’anın ilahi bir kitab olaraq, Allah tәrәfindәn nazil olunduğunu isbat etmәk üçün

kifayәtdir. Qur’anda mövcud olan bütün tәfәrrüatların, mәsәlәn hәr hansı bir ayәnin,

sözün vә ya hәrfin Allah tәrәfindәn gәldiyinә vә heç bir hәrfin dәyişmәdiyinә inanmaq

Peyğәmbәr (s)-in mütlәq şәkildә hәr cür böyük vә ya kiçik sәhvdәn mә’sum vә uzaq

olduğuna inanmaqdan asılıdır. Şiә mәzhәbi dә Peyğәmbәrlәr haqqında belә bir inama

malikdir. Sözün qısası, şiә mәzhәbinin mә’sumluq mövzusu barәdә baxışı qәlbi arxayın

edәn, şeytanın vә nәfsin vәsvәsәlәrini mәhv edib fitnә axtaranlar, xüsusilә dә iman vә

dinimizi aradan qaldırmaq, Peyğәmbәr (s)-imizin bir nöqsanı olduğunu “isbat” etmәk

üçün bir bәhanә dalınca olan yәhudi, xristian vә din düşmәnlәrinin qarşısını alan çox

sağlam bir e’tiqaddır. Onlar çox vaxtlar “Sәhih әl-Buxari” vә “Sәhih Müslüm”ün

Hәzrәti Peyğәmbәr (s)-ә aid etdiklәri davranış vә sözlәri bizim әleyhimizә dәlil

göstәrirlәr. Halbuki Hәzrәti Peyğәmbәr (s) bu kimi hәrәkәt vә rәftarlardan uzaq vә

pakdır.1

1 Buxari “Sәhih” әsәrinin 3-cü cildinin 152-ci sәhifәsindә ibni Ubey ibni Meymundan nәql edәrәk Aişәnin

belә xәbәr verdiyini yazıbdır: “Hәzrәti Peyğәmbәr (s) bir gün bir nәfәrin mәsciddә Qur’an oxuduğunu

eşitdiyi vaxt belә buyurdu: “Allah ona rәhmәt elәsin. Filan surәlәrdәn unutduğum üçün söylәmәdiyim

behman ayәlәri mәnә xatırlatdı”.”.


ŞİӘLӘR VӘ SÜNNİLӘRӘ GÖRӘ İMAMӘT .............................................................................................. 35

Әlbәttә, müsәlman olmayanlara Buxari vә Müslimin kitablarında bә’zi zәif

hәdislәrin dә olduğunu inandırmaq çox çәtindir. Çünki onlar dәrhal deyә bilәrlәr ki, bu

kitablar sünnilәr tәrәfindәn qәbul olunan “sәhih” kitablardır.

Sünnilәrә görә Allahın kitabından sonra “Sәhihi әl-Buxari” әn doğru kitabdır.

ŞİӘLӘR VӘ SÜNNİLӘRӘ GÖRӘ İMAMӘT.

Burada imamәtdәn mәqsәdimiz “imamәti-kübra”, yә’ni müsәlmanlara hökumәt,

xilafәt vә rәhbәrlik etmәk mәqamıdır.

Bu kitab şiә vә sünni mәzhәblәrini bir-birilә müqayisә etmәk mәqsәdilә yazıldığı

üçün әvvәlcә hәr iki firqәnin imamәt barәsindәki әsas baxışlarını şәrh etmәliyәm ki,

oxucu hәr ikisini bilsin vә belәliklә, mәni öncәki baxışımı buraxıb, bu yeni görüşü qәbul

etmәyә sövq etdirәn sәbәblәrdәn xәbәrdar olsun.

Şiә mәzhәbinә görә “imamәt” Üsulidindәn (dinin üsulundan) sayılan bir tәmәldir

vә böyük bir әhәmiyyәtә malikdir. Çünki imamәt insanlara vә әn xeyirli ümmәtә

rәhbәrlik etmәk mәsәlәsidir. Bu rәhbәrlik mәqamına layiq ola bilmәk bir sıra fәzilәt vә

üstün qabiliyyәtlәri zәruri edir. Onlardan sadәcә bir neçәsinә toxunacağam:

Rәhbәr olacaq şәxs elmli, şücaәtli, sәbirli, iffәtli, zöhdlü, tәqvalı vә әmәli saleh kimi

xüsusiyyәt vә sifәtlәrә malik olmalı vә pislikdәn uzaq durmalıdır. Şiә mәzhәbinә görә

dә imamәt Peyğәmbәr (s)-dәn sonra insanlara rәhbәrlik etmәk üçün Allah-tәalanın

saleh bәndәlәri arasında seçdiyi insana verdiyi ilahi bir mәnsәbdir. Bu e’tiqada görә

Hәzrәti İmam Әli (ә) dә Allahın tә’yinatı ilә müsәlmanlara imam olmuşdur. Vәhy yolu

ilә aldığı әmr nәticәsindә Hәzrәti Peyğәmbәr (s)-ә Hәzrәti Әli әleyhissalamı xalqa

rәhbәr olaraq tә’yin etmәk vәzifәsi tapşırılmışdır vә buna görә hәccәtülvida (vida

hәccindәn) qayıdarkәn Qәdir-Xumda Hәzrәti Әli (ә)-nin Allahın әmri ilә imam

olduğunu e’lan etmişdir.

Hәtta orada olan minlәrcә sәhabә bu e’landan sonra Hәzrәti Әli (ә) ilә bey’әt

etmişdilәr. Buraya qәdәr şiә mәzhәbinin nәzәri idi.

Sünnilәr dә ümmәtә rәhbәrlik edәn bir mәqamın, yә’ni imamәtin fәrz olduğuna

inanırlar. Amma onlara görә rәhbәr vә imamı seçmәk haqqı ümmәtin özünә aiddir.
HANSI HAQDIR? ................................................................................................................................................. 36

Buna görә dә Әbu Quhafә oğlu Әbu Bәkr Peyğәmbәr (s)-in vәfatından sonra

müsәlmanlar tәrәfindәn seçilmiş vә onlara rәhbәr olmuşdur.

Sünnilәrә görә Hәzrәti Peyğәmbәr (s) xilafәtlә bağlı mәsәlәdә susmuş vә ümmәtә

bu mövzu barәdә heç bir şey e’lan etmәmiş vә bu işi xalqın öz öhdәsinә qoymuşdur.

Hansı haqdır?
Tәdqiqatçı bir insan tәrәfkeşlik etmәdәn hәr iki firqәnin dә dәlillәrinә baxıb

sözlәrini incәlәsә, şübhәsiz hәqiqәti başa düşәr. Mәn hәmin dәlillәrә qısa şәkildә işarә

edәrәk, özümün çatdığım hәqiqәtlәri sizlәrә tәqdim edәcәyәm.

Qur’anda imamәt.

Allah-tәala Bәqәrә surәsinin 124-cü ayәsindә belә buyurur:

2 !0* 2 !&
,H W " 
 2 !& [!G!
6 

!H0
„
 
!? 
2 !& H"' H1:N. y
+ !1
B /
I _/ D E
5 /
,/ W


r
 1

!9\  
' 
“İbrahimin Rәbbi onu bir neçә işlә sınadı. O da onları bütünlüklә yerinә yetirdi.

Allah dedi: “Mәn sәni insanların imamı elәdim”. Dedi: “Uşaqlarımı da?” Dedi:

“Mәnim әhdim zalımlara aid olmaz”.”

Allah-tәala bu ayәdә imamәt mәqamının ilahi bir mәqam olduğunu vә bu mәqamı

öz istәdiyi şәxslәrә verdiyini açıqlamışdır. Çünki, bu ayәdә aydın şәkildә qeyd

olunmuşdur ki, İbrahim (ә)-in imamәti Allah tәrәfindәn verilmişdir vә bu mәqamın

Allahın bir әhdi olduğu vә ilahi әhdә layiq olmayan zalımların bundan uzaq qalacağı

açıq şәkildә bildirilmişdir.

Yenә Allah-tәala Әnbiya surәsinin 73-cü ayәsindә belә buyurur:

!0  %!- $
!-Hp  tz !,
 $
aHe  ] !&6
 y

 Ej
   L .
D '
E 
!0E  M !
 N/
; '  A# H1Z
M D 5 !0 L ? 

" 
/
!
“Biz onları әmrimizlә (insanları) doğru yola gәtirәn imamlar etdik. Biz onlara

xeyirli işlәr görmәyi, namaz qılmağı vә oruc tutmağı vәhy etdik. Onlar yalnız Bizә

ibadәt edirdilәr”.
HANSI HAQDIR? ................................................................................................................................................. 37

Yenә Sәcdә surәsinin 24-cü ayәsindә belә buyurur:

; %0&
% !0:
!Ž
/ %!-  Q
 !H1  !
 N/
; '  A# H1Z
M D ' 0
!0 L ? 
“Sәbr etdiklәri vә ayәlәrimizә ürәkdәn inandıqları üçün Biz onlardan әmrimizlә

haqq yolu göstәrәn rәhbәrlәr tә’yin etmişik”.

Qәsәs surәsinin 5-ci ayәsindә isә belә buyurur:

r
 S
%  D ' L ^
   A# H1Z
M D ' L ^
   Y

 * 
. %L
)
 ,O  " 89   H"1  ; M  

“Biz dә o yerdә zәif düşüb әzilәnlәrә bol ne’mәt vermәk, onları rәhbәr vә varis

etmәk istәdik”.

Bә’zilәri qeyd etdiyimiz ayәlәrdә mövcud olan “imamәt” sözünün mә’nasının

“peyğәmbәrlik” olduğunu irәli sürüblәr. Halbuki bu fikir sәhvdir vә “imamәt”

sözünün mә’nası ilә uyğun gәlmir. Çünki peyğәmbәr eyni zamanda imamdır, amma

hәr imam peyğәmbәr deyildir.

Buna görә Şiә mәzhәbinin görüşü Qur’anın ifadә etdiyinә daha yaxındır. Çünki bu

ayәlәrdә Allah-tәalanın imamәti istәdiyi kimsәyә verәcәyi vә imamlıq mәqamının

zalımlara nәsib olmayacaq ilahi bir mәnsәb olduğu açıqca qeyd edilmişdir. Digәr

tәrәfdәn isә Hәzrәti Peyğәmbәr (s)-in, İmam Әli әleyhissalamı çıxmaq şәrti ilә bütün

mәşhur sәhabәlәri islamdan qabaq bir müddәt müşrik olduqlarına görә zalımlardan

olublar vә buna görә dә Allahın әhdi olan imamәt vә xilafәtә çata bilmәk sәlahiyyәtini

itiriblәr. Verdiyim bu izahatdan ilahi bir mәqam olan imamәtә yalnız Hәzrәti Әli

әleyhissalamın layiq olduğu aydınca görünür.

Hәzrәti Әli (ә) Allahdan başqasına ibadәt etmәmiş vә bir gün belә bütlәrә

tapınmamışdır. Buna görә dә Allah-tәala sәhabәlәrin arasında ona qiymәt vermiş vә

onu üstün etmişdir.

Әgәr bir nәfәr “İslam keçmişi bağışlamışdır”-desә, “Bәli, bu doğrudur”-deyәrik.

Amma yenә dә müşrik olub sonra tövbә edәn şәxslә doğulduğu gündәn tәmiz vә pak

olan vә Allahdan başqasını tanımayan bir şәxs arasında çox böyük fәrq vardır.

Hәzrәti peyğәmbәr (s)-in sünnәsindә imamәt.

Hәzrәti Peyğәmbәr (s) dәfәlәrlә imamәt mövzusuna diqqәt yetirmişdir. Şiә vә sünni

alimlәri öz kitab vә müsnәdlәrindә Peyğәmbәr (s)-in bu mәsәlә ilә bağlı söylәdiyi


HANSI HAQDIR? ................................................................................................................................................. 38

sözlәrini nәql ediblәr. Bә’zәn bu mövzuda “imamәt” sözünü işlәdәrәk işarә etmiş,

bә’zәn dә “xilafәt” sözü ilә, bә’zәn isә “vilayәt” vә ya “imarәt” (әmirlik) sözlәrini

işlәdәrәk bu mövzuya toxunmuşdur.

“İmamәt” sözünün olduğu bir hәdisdә Hәzrәt Peyğәmbәr (s) belә buyurubdur:

" 
8 9 D B ,
H1Z
M  
 D B E ; %(e
   D '
E ; %(e
 :  D B %_QC

  D ' %_QC

: " 89  D B ,
H1Z
M !E
4

D B %0L    D ' %0L  :  D B %)n


Q  D ' %)n
Q:

$ aHe  D B E
. %!&M !* : 2 !. g

EH !
/ D 5 8 /
!0a. I
9  2 %O ! % !&
“İmamlarınızın (rәhbәrlәrinizin) әn xeyirlisi sizin onlara qarşı sevgi bәslәdiyiniz vә onların

da sizlәrә qarşı sevgi bәslәdiyi vә sizin onlara rәhmәt dilәdiyiniz vә onların da sizlәrә rәhmәt

dilәdiyi kimsәlәrdir. İmamlarınızın әn pislәri isә sizin sevmәdiyiniz vә onların da sizi sevmәdiyi

vә sizin lә’nәt etdiyiniz vә onların da sizә lә’nәt etdiyi imamlardır”.

Bu rәvayәtә görә o Hәzrәtdәn “Belә imamlar ilә müharibә aparaqmı?”-deyә

soruşduqları vaxt Peyğәmbәr (s) belә cavab verdi: “Aranızda namazı bәrpa etdiklәri

zamanadәk yox”.1

Hәzrәti Peyğәmbәr (s) başqa bir rәvayәtә görә belә buyurmuşdur:

r

h
!EHf  
 %& D ' /%& b2!?
D '
E
. ] %EO  T
,H0
 /
; % H0
 ,* q
 '/
; ,'  * bAH1Z
M 
L / ; %B:

i
;
!1K? T
.
“Mәndәn sonra bә’zi imamlar gәlәcәk ki, mәnim göstәrdiyim yolla getmәyәcәk vә mәnim

sünnәmә tabe olmayacaqlar. Onlardan bә’zilәrinin qәlblәri şeytan qәlbi, amma bәdәnlәri insan

bәdәni olacaqdır”.2

İçindә “xilafәt” sözünün mövcud olduğu başqa bir hәdisә görә isә Hәzrәti

Peyğәmbәr (s) belә buyurmuşdur:

|
   & " 
D ' (- A#  E
4  f
  !0S
D B E ; %B   A  !s  ] %: s, !G1Z
!& "   2 p *

1 “Sәhihi-Müslim”, c. 6, sәh.24.
2 “Sәhih Müslüm”, c. 6, sәh. 20;
HANSI HAQDIR? ................................................................................................................................................. 39

“Bu din qiyamәtә qәdәr qalacaqdır vә heç şübhәsiz Qüreyşdәn olan on iki xәlifә sizә hökm

edәcәkdir”.

Cabir ibni Sәmurә belә deyir: “Hәzrәti Peyğәmbәr (s)-in “On iki xәlifә hökm etdiyi

müddәtdә islam әziz olacaqdır”-deyә buyurduğunu eşitdim. Daha sonra da bir söz

dedi, amma mәn anlamadım. Atamdan Peyğәmbәr (s)-in nә dediyini soruşdum. Atam

“Hamısı da Qüreyşdәndir” -deyә buyurduğunu söylәdi”.1

Hәzrәti Peyğәmbәr (s)-in “әmir” sözü olan bir hәdisindә belә buyurduğu nәql

olunmuşdur:

a.M :% !& ` /!: T =



 "  " B
 D O  B M "   

/ o
   " 1 . ;  B
0: ; %.
L ,. ‰t  ; %B,O

%(
 !* : 2 !& D ' :
!
“Yaxında bә’zi әmirlәr hakim olacaqdır. Siz onları tanıyacaq vә inkar edәcәksiniz. Tanıyan

kimsә geri çәkilәcәk, inkar edәn şәxs isә (qarşı çıxan kimsә isә) qurtulacaqdır. Amma onların

hakimiyyәtinә razı olub tabe olanlar hәlak olacaqlar”.

O Hәzrәtdәn “Onlarla müharibә aparaqmı?”-deyә soruşduqları vaxt “Sizin aranızda

namazı bәrpa etdiklәri zamanadәk yox”-deyә buyurdu.2

Bir ayrı rәvayәtә görә isә belә buyurmuşdur:

|
   & " 
D ' (- Gk  f
  !0S
; %B
“On iki әmir olacaq ki, hamısı Qureyşdәndir”.3

Başqa bir hәdisdә dә sәhabәlәrә xәbәrdarlıq edәrәk belә buyurduğu rәvayәt

olunmuşdur:

A
 !E
  ]
%  A   ; %B,O  $
 !
*  ; %  C
 ,O
“Yaxında әmir olmağa tamah edәcәksiniz, amma Qiyamәt günü peşmanlıq duyacaqsınız”.4

“Vilayәt” sözünün mövcud olduğu hәdislәrә gәldikdә isә, onların birindә belә

buyurur:

1 “Sәhih Müslüm”, c. 6, sәh. 3; “Sәhih әl-Buxari”, c. 8, sәh. 105-128.


2 “Sәhih Müslüm”, c. 6, sәh. 23.
3 “Sәhih әl-Buxari”, c. 8, sәh. 127.
4 “Sәhih әl-Buxari”, c. 8, sәh. 106.
HANSI HAQDIR? ................................................................................................................................................. 40

A H0^
  I
E I J  ] H  J*
D '  
+ !{%5  y
 %1E. r
 1
1  " 
A# HE
 T
 2+  " 
!
“Müsәlman bir әhaliyә hiylә vә xәyanәtlә rәhbәrlik edәrәk, onlara hiylә vә xәyanәt edәrәk

ölәn bir valiyә Allah-tәala cәnnәti haram etmişdir”.1

“Vilayәt” sözünü xatırladan ayrı bir hәdisdә dә belә buyurur:

|
   & " 
D ' (- a
# ?   f
  !0S
D ' _E !!GE=

! 

!H0   M 2 p*
“Hamısı Qureyşdәn olan on iki şәxs vilayәt etdiyi (hakimiyyәtdә olduğu) müddәtdә işlәr

xeyirli olacaq”.2

Qur’ani-Kәrim vә Peyğәmbәr (s)-in sünnәsindәn imamәt vә xilafәt mәfhumları ilә

bağlı nәql etdiyimiz bu qısa mә’lumatları tәfsir vә izah etmәyә lüzum görmәdik. Bu

mövzuda heç bir şiә qaynağına da müraciәt etmәdik, sadәcә sünnilәrin sәhih

qaynaqlarından sitat gәtirdik. Çünki bu mövzu, yә’ni “xilafәtin Qüreyşdәn olan on iki

nәfәrә mәxsus olduğu” mövzusu sünnilәrin dә şübhәsiz qәbul etdiklәri bir mövzudur.

Hәtta bә’zi sünni alimlәr Hәzrәti Peyğәmbәr (s)-in belә buyurduğunu nәql ediblәr:

D 
!5 T
0/ " 
D ' (- A#  E
4  f
  !0S
q
L / ; %B
“Mәndәn sonra on iki xәlifә olacaqdır, hamısı da bәni-Haşimdәn”.3

Әş Şә’bi Mәsruqdan nәql elәdiyi bir rәvayәtdә belә deyibdir: “Bir gün İbni

Mәs’udun hüzurundaydıq vә müshәflәrimizi ona tәqdim edirdik. Cavan bir oğlan ona

müraciәt edәrәk soruşdu: “Görәsәn Peyğәmbәr (s)-imiz özündәn sonra neçә xәlifәnin

gәlәcәyinә dair sizә bir şey buyurmuşdumu?” İbni Mәs’ud belә dedi: “Sәn cavansan,

amma bu cür mә’nalı suallar verirsәn, halbuki sәndәn qabaq bu fikir barәdә heç kim

mәndәn bir şey soruşmamışdı. Bәli, Peyğәmbәr (s)-imiz bu mövzu haqqında bizә

buyurmuşdu ki:

 E
Z  O 6
T
0/ t
!Q  P
 L /
A#  E
?  f
  !0S6

L / ; %B
“Mәndәn sonra Bәni İsrailin Nәqblәrinin sayı qәdәr, (yә’ni on iki) xәlifә gәlәcәkdir” ”.”.4

1 “Sәhih әl-Buxari”, c. 8, sәh. 106.


2 “Sәhih Müslüm”, c. 6, sәh. 3.
3 “Yәnabi әl-Mәvәddә lil-Qunduzi әl-Hәnәfi”, c. 3, sәh. 104.
4 “Yәnabi әl-Mәvәddә lil-Qunduzi әl-Hәnәfi”, c. 3, sәh. 105.
SÜNNÜLӘRİN XİLAFӘT MÖVZUSU BARӘDӘ GÖRÜŞLӘRİ VӘ BU GÖRÜŞÜN TӘNQİDİ ........ 41

İndi dә hәr iki firqәnin öz iddialarını isbat etmәk üçün göstәrdiklәri dәlillәrә,

hәmçinin bu mövzu ilә әlaqәdar olan nәslәr (ayә, aşkar sübut) haqqındakı baxışlarına

işarә edәrәk, Hәzrәti Peyğәmbәr (s)-in vәfatından bu günә qәdәr müsәlmanların

bölünmәsinә sәbәb olan bu әhәmiyyәtli mәsәlә barәdәki tә’villәrini araşdırmağa

çalışacağıq.

Müsәlmanlar bir ümmәtdәn olmalarına baxmayaraq, bu mәsәlә barәsindә ayrı-ayrı

nәzәrlәrә malik olduqlarına görә müxtәlif mәzhәblәrә, kәlam vә düşüncә mәktәblәrinә

bölünüblәr. İstәr fiqhdә, istәr Qur’anın tәfsirindә, istәrsә dә Peyğәmbәr (s)-in sünnәsini

anlamaqda müsәlmanların arasında ortaya çıxan müxtәlif fikir ayrılıqlarının әsas

qaynağı “imamәt” vә “xilafәt” mövzusudur. Xilafәt mәsәlәsi sadә bir mәsәlә deyildir.

Bu mәsәlә İslam tarixi boyu doğru hәdislәrin inkar edilmәsinә, hәtta bir çox әsassız

hәdisin qondarılmasına sәbәb olmuşdur.

Bunun sәbәbi isә insanların çoxunun “mövcud vәziyyәti”, “olması lazım olan

vәziyyәt” kimi göstәrmәyә meylli olmalarıdır.

Sünnilәrin xilafәt mövzusu barәdә görüşlәri vә bu görüşün tәnqidi.


Sünnilәrin bu fikirlә bağlı görüşlәri mә’lumdur. Onlara görә Hәzrәti Peyğәmbәr (s)

özündәn sonra kimin xilafәt mәqamına çatacağını tә’yin etmәmişdir. Sәhabәlәrin “Әhli

hәll vә әqd” (böyüklәri) olanları Sәqifeyi Bәni Saidә adlı bir yerdә iclas keçirib Әbu

Bәkri, Peyğәmbәr (s)-in yanındakı mәqamını nәzәrә alaraq xәlifәliyә seçiblәr.

Sünnilәrin kitablarında nәql olunan bir hәdisә görә Hәzrәti Peyğәmbәr (s) xәstәlәndiyi

zaman Әbu Bәkri öz yerinә camaata pişnamazlıq etmәk üçün göndәrmişdi. Buna görә

dә dedilәr: “Peyğәmbәrin dinimiz üçün seçdiyi bir şәxsi biz nәyә görә dünyamız üçün

seçmәyәk?”

Sünnilәrin sözlәrinin xülasәsi belәdir:

1. Hәzrәti Peyğәmbәr (s) heç kimi açıq-aşkar şәkildә xilafәt mәqamına tә’yin

etmәyibdir.

2. Xәlifә ancaq şura üzvlәri tәrәfindәn seçilә bilәr.

3. Әbu Bәkri sәhabәlәrin böyüklәri xәlifәliyә seçiblәr.


SÜNNÜLӘRİN XİLAFӘT MÖVZUSU BARӘDӘ GÖRÜŞLӘRİ VӘ BU GÖRÜŞÜN TӘNQİDİ ........ 42

Mәn bu ideyanı Maliki mәzhәbinә mәnsub olduğum vaxt var gücümlә müdafiә edir

vә doğruluğunu sübut etmәk üçün “şura” ilә әlaqәdar olan ayәlәri dәlil olaraq

göstәrirdim.

Hәtta hökumәt sistemi barәdә islam dininin demokratik bir seçki tәklif etdiyini irәli

sürür vә hәmçinin müasir dövrdә inkişaf etmiş ölkәlәrin iftixar etdiklәri bir üsulu islam

dininin әsrlәr öncә hәyata keçirdiyini söylәyәrәk iftixar edirdim.

“Qәrblilәr respublika sistemini tam mә’nası ilә 19-cu әsrdә tanıyıblar. Halbuki islam

6-cı әsrdә bunu hәyata keçirmәyә başlayıbdır”-deyәrdim.

Lakin şiә alimlәri ilә görüşüb kitablarını oxuyaraq qaneedici dәlillәrdәn xәbәrdar

olduqdan sonra, yә’ni açıq-aşkar höccәti görәndәn sonra bu fikirlәrimi dәyişdim vә

inandım ki, ümmәtin Allah vә Peyğәmbәr (s) tәrәfindәn tә’yin olunan bir rәrhbәri

vardır vә bu iş şuranın öhdәsinә qoyulmayıbdır. Çünki Rә’d surәsi, 7-ci ayәdә:

…P+ !5 ]+ % & 7B


 F8
0 U
  !1H

“…Sәn ancaq bir qorxuducusan, hәr bir tayfanın bir hidayәt edәni vardır…”-deyә

buyuran Allah-tәala heç bir ümmәti imamsız vә rәhbәrsiz qoymadığı kimi mәrhәmәtli

Peyğәmbәr (s) dә ümmәtinin başsız qalmasına razı olmazdı.

Hamı bilir ki, Hәzrәti Peyğәmbәr (s) xüsusilә ümmәtinin bölünmәsindәn,1 әvvәlki

hәyat tәrzinә qayıtmasından,2 dünyaya hәris olmalarından,3 bir-birlәrilә müharibә

edәrәk bir-birlәrinin boyunlarını vurmalarından4 vә nәhayәt, yәhudi vә xristianların

sünnәlәrinә tabe olmalarından5 qorxurdu.

Әbu Bәkrin qızı ümmül mö’minin Aişә, Ömәr yaralandığı vaxt bir nәfәri onun

yanına göndәrib “Özündәn sonra ümmәti-Mәhәmmәd (s)-ә bir xәlifә tә’yin et, onları

başsız qoyma! Çünki mәn onların arasında fitnә qopmasından qorxuram” demişdi.6

1 “Sәhih әt-Tirmizi”;“Sünәn әbi-Davud”;“Sünәn ibn Macә”;“Müsnәdu Әhmәd ibni Hәnbәl”, c. 2, sәh. 332.
2 “Sәhih әl-Buxari”, c. 7, sәh. 209; “Sәhih әl-Buxari”, “Babül-hovz”, c. 5, sәh. 192.
3 “Sәhih әl-Buxari”, “Babül-hovz”, c. 4, sәh. 63.
4 “Sәhih әl-Buxari”, c. 7, sәh. 112.
5 “Sәhih әl-Buxari”, c. 4, sәh. 144 vә c. 8, sәh. 151.
6 “Tarix әl-Xülәfa (әl-imamәti vәs-siyasә) libni Qәtibә әd-Dinuri”, c. 7, sәh. 28.
SÜNNÜLӘRİN XİLAFӘT MÖVZUSU BARӘDӘ GÖRÜŞLӘRİ VӘ BU GÖRÜŞÜN TӘNQİDİ ........ 43

Vә ya Ömәrin oğlu Abdullah, atası yaralananda onun yanına gedib: “Xalq sәnin öz

yerinә bir nәfәr tә’yin etmәyәcәyini güman edir. Halbuki sәn dәvә, ya qoyun sürüsünü

tapşırdığın çoban, sürünü başsız qoyub gәlәndә çobanın onları tәlәf etdiyini

söylәyirsәn. Әlbәttә ki, xalqı qorumaq daha çox әhәmiyyәtlidir” demişdi.1

Hәtta müsәlmanların şura ilә seçdiklәri birinci xәlifә Әbu Bәkr şura üsuluna da

e’timad etmәyib, özündәn sonrakı xәlifәni özü tә’yin etmişdi ki, ixtilaf, bölünmә vә

fitnәnin qabağını alsın!

Hәzrәti Әli (ә) xәlifә Әbu Bәkrlә bey’әt etmәk üçün Ömәr tәrәfindәn tәzyiqә mә’ruz

qaldığı zaman bu vәziyyәti xәbәr verәrәk belә buyurmuşdu:

G{ „
 E v P P
  ] % E  I  P    v  R  „
 !GQ l
  

“Sağdığın süddәn, әlbәttә sәnә dә bir pay çatar, bu gün işi onun üçün möhkәmlәndir, sabah

onu sәnә qaytarar”.2

Ömәri xәlifәlik vәzifәsinә namizәd göstәrәn Әbu Bәkrin özü belә şuraya

inanmadığına görә Peyğәmbәr (s)-in öz yerinә heç kimi tә’yin etmәdiyini necә qәbul

edә bilәrik? Görәsәn Peyğәmbәr (s) Әbu Bәkrin, Aişә vә Ömәrin oğlu Abdullahın

bildiklәrini bilmirdi vә xәlifәnin xalq tәrәfindәn seçildiyi tәqdirdә bunun fikir

ayrılığına, hәtta fitnә vә ixtilafa sәbәb olacağından xәbәri yox idimi? Bu mәsәlәdә әn

әhәmiyyәtli mәqamın kimin әlinә keçәcәyini dә yaddan çıxarmamaq lazımdır. Necә ki,

bu bölünmә vә ixtilaf ilk dәfә Sәqifәdә Әbu Bәkrin xәlifәliyә seçilmәsi üçün keçirilәn

yığıncaqda ortaya çıxmışdı. Sәqifәdә Әnsarın böyüyü Sә’d ibni İbadә vә oğlu Qeys ibni

Sә’d, Әli ibni Әbu Talib, Zübeyr ibni Әvvam,3 Abbas ibni Әbdulmütәllib vә digәr Bәni

Haşim böyüklәri vә bә’zi sәhabәlәr Әbu Bәkrin xәlifә olmasına qarşı çıxıb, xәlifәliyin

Hәzrәti Әli (ә)-nin haqqı olduğunu söylәdilәr vә yandırılmaqla tәhdid olunana qәdәr

Hәzrәti Әli (ә)-nin evindә oturub Әbu Bәkrlә bey’әt etmәkdәn imtina etdilәr.4

1 “Sәhih Müslüm”, c. 6, sәh. 85.


2 “Tarix әl-Xülәfa (әl-imamәti vәs-siyasә) libni Qәtibә әd-Dinuri”, c. 1, sәh. 18.
3 “Sәhih әl-Buxari”, c. 8, sәh. 26.
4 “Tarix әl-Xülәfa (әl-imamәti vәs-siyasә) libni Qәtibә әd-Dinuri”, c. 1, sәh. 18.
QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 44

Şiәlәr isә sünnilәrin әksinә olaraq, Hәzrәti Peyğәmbәr (s)-in Hәzrәti Әli (ә)-ni öz

xәlifәsi tә’yin etdiyinә vә buna bir çox yerdә, o cümlәdәn Qәdir-Xumda aşkar surәtdә

işarә etdiyinә inanırlar.

Şiә mәzhәbinin bu mәsәlә ilә әlaqәdar irәli sürdüyü dәlillәr asanlıqla göz yumulan,

elә-belә dәlillәr deyildir. Çünki bu mövzu ilә әlaqәdar nazil olunan Qur’an ayәlәri

mövcuddur vә müxtәlif fәnlәrә dair әsәrlәri olan mәşhur alimlәr bu mövzu ilә әlaqәdar

hәdislәri geniş şәkildә nәql edәrәk tarix vә hәdis kitablarını doldurublar. Belәliklә,

nәsildәn nәslә hәdis alimlәrinin qeyd etdiyi bu hәdislәr bütün islam alәminә

yayılmışdır. Hәzrәti Peyğәmbәr (s)-in bu mәsәlәyә çox әhәmiyyәt verdiyi diqqәtli

tәdqiqatçıların bildiyi bir hәqiqәtdir.

Qur’ani-Kәrimdә Hәzrәti Әli (ә)-nin vilayәti ilә әlaqәdar ayәlәr.


Allah-tәala Maidә surәsinin 55 vә 56-cı ayәlәrindә belә buyurur:

I %O  I 9  29 % , "   ; %L-


 D 5  $ !-Hp  ; %:@   $ aHe  ; %1E
 " 89  I %O  I 9  D B _E
 !1H

; %Q
!n  D 5 I
J  
 p  ;9 !
.%0d " 89 
“Sizin hami vә dostunuz ancaq Allah, Onun elçisi vә namaz qılarkәn ruku

halında zәkat verәn mö’minlәrdir. Hәr kim Allah, Onun elçisi vә mö’minlәrlә

dostluq etsә, bilsin ki, Allahın firqәsi qәlәbә çalacaqdır”.

İmam Әbu İshaq Sә’lәbi “Әl-Kәbir” adlı tәfsirindә Әbuzәr Qәffaridәn belә bir

rәvayәti nәql edir: “Mәn bu iki qulağımla eşitdim - yalan desәm hәr ikisi dә kar olsun-

vә bu iki gözümlә gördüm-yalan desәm hәr ikisi dә kor olsun-ki, Hәzrәti Peyğәmbәr (s)

belә buyururdu:

I 8 4 "  b28j


  [v  e
  "  F%e0 [
$   B   :
!& $
  Q   Z
!& ‡T

“Әli mö’minlәrin rәhbәri, kafirlәri öldürәndir. Ona kömәk edәn (Allahdan) kömәk görәr,

onu yalnız buraxan (Allah tәrәfindәn) yalnız buraxılar”.

Bilin ki, mәn Hәzrәti Peyğәmbәr (s)-lә birlikdә namaz qıldığım bir gün bir kafir

mәsciddә xalqdan yardım dilәdi. Amma heç kim ona bir şey vermәdi. Hәzrәti Әli (ә) isә

ruku halında idi, çәçәlә barmağını (bir halda ki, onda üzük var idi) ona tәrәf uzatdı.
QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 45

Hәmin kasıb adam gәlib Hәzrәt (ә)-in barmağından üzüyü çıxartdı. O vaxt Hәzrәti

Peyğәmbәr (s) Allaha yalvararaq belә dua etdi:

# 
x T
 L ?   [T
% & %'   T
!
" 
$#       q
 M T
  q
 
 T

   6
 2 !&

„
 H6
#k
K- >  - 8  #k
K- „
 C
 Q
  T - [q
 M T
. I -
 M q
x M I
/
P    T
4M ; !5 [T
5 M " 

3 O %! „
 @ O U
 E
:M  & kG e

/ !0/
U
 0-

P    !‘E
 T
5 M " 
# 
x T
 L ?  [q
 M T
  q
 
 T

   !. [„_EQ
 >  Q TM DH ' 9 

q
' } I
/

“Ey Allahım! Qardaşım Musa sәnә dua edәrәk dedi: “Ey Rәbbim, mәnim köksümü aç, işimi

asanlaşdır, dilimdәki düyünü aç ki, sözümü başa düşsünlәr vә mәnim öz әhlimdәn olan qardaşım

Harunu mәnә kömәkçi et, onunla mәni qüvvәtlәndir vә onu mәnim işimә şәrik et ki, sәnә çoxlu

tәsbih vә zikr edәk. Heç şübhәsiz sәn bizim halımızı әn yaxşı görәnsәn”. Sәn isә ona “Ey Musa,

duan qәbul edildi vә istәdiyin verildi”-deyә vәhy etdin.

Ey Allahım, mәn dә sәnin bәndәn vә Peyğәmbәrinәm. Sәn mәnim dә köksümü aç, işimi

asanlaşdır vә mәnim öz әhlimdәn olan Әlini mәnә vәzir (xәlifә, kömәkçi) tә’yin et, onunla mәni

qüvvәtlәndir.” ”

Әbuzәr belә davam edir: “Allaha and olsun ki, hәlә Peyğәmbәr (s) sözünü

qurtarmamışdı ki, Cәbrail (ә) nazil olub bu ayәni gәtirdi:

‚
z  29 % , "   ["L -
 D 5  $ !-Hp  ; %:@  $ a
 H ; %1E
 " 
8 9 %0 d " 
8 9 I %O  ‚
u  D B _E
 !1H6

; %Q
!n  D 5 ‚


 p 
;9 ’
. %0 d " 
8 9 I %O 
“Sizin dostunuz ancaq Allah, Onun elçisi vә namaz qılarkәn ruku halında zәkat

verәn mö’minlәrdir. Hәr kim Allah, Onun elçisi vә mö’minlәrlә dostluq etsә, bilsin

ki, Allahın firqәsi qәlәbә çalacaqdır”. ”.

Bu ayәlәrin Hәzrәti Әli (ә) haqqında nazil olunduğu barәdә şiәlәrin arasında ittifaq

vardır. Әhli-beyt imam (ә)-ları tәrәfindәn bu mövzu barәsindә nәql olunan rәvayәtlәr

bir çox e’tibarlı şiә kitablarında mövcuddur. Mәsәlәn:


QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 46

1. “Biharül-Әnvar” (müәllifi: Әllamә Mәclisi)

2. “İsbatül-Hüda” (müәllifi: Hürri Amuli)

3. “Tәfsir әl-Mizan” (müәllifi: Әllamә Tәbatәbai)

4. “Tәfsir әl-Kaşif” (müәllifi: Mәhәmmәdcavid Müğәnniyә)

5. “Әl-Qәdir” (müәllifi: Әllamә Әmini) vә s.

Bu ayәlәrin Hәzrәti Әli (ә) haqqında nazil olunması bir çox sünni alim tәrәfindәn dә

rәvayәt olunubdur. Biz burada yalnız bu mövzuya işarә edәn sünnilәrin tәfsirlәrini

qeyd edirik:

1. Zәmәxşәrinin “Әl-Gaşşaf” adlı tәfsiri, c. 1, sәh. 649.

2. “Tәfsiri-Tәbәri.” c. 6, sәh. 288.

3. İbni-Cozinin yazdığı “Zadül-mәsir fi elmi tәfsir”, c. 2, sәh. 383.

4. “Tәfsiri-Qürtübi”, c. 6, sәh. 219.

5. “Tәfsiri-Fәxri-Razi”, c. 12, sәh. 26.

6. “Tәfsiri-ibni-Kәsir”, c. 2, sәh. 71.

7. “Tәfsiri-Nәsәfi”, c. 1, sәh. 289.

8. Hәsәkani Hәnәfinin yazdığı “Şәvahidüt-tәnzil”, c. 1, sәh. 161.

9. Siyutinin yazdığı “Dürrül-mәnsur”, c. 2, sәh. 293.

10. Vahidinin yazdığı “Әsbabül-nüzul”, sәh. 148.

11. Cәssasın yazdığı “Әhkamül-Qur’an”, c. 4, sәh. 102.

12. Kәlbinin yazdığı “Әt-tәshil li ülumit-tәnzil”, c. 1, sәh. 181.

Bu hәdis sünni alimlәrә aid bir çox başqa mәnbәdә dә mövcuddur.

Tәbliğ ayәsi dә Hәzrәti Әli (ә)-nin vilayәti ilә әlaqәdardır.

Allah-tәala “Maidә” surәsinin 67-ci ayәsindә belә buyurur:



!s0  " 
„
 1 e

L  I 9  I , !O
 U
 n 9/ !1.  L  : D  ; 
 „
 / " 
„
 E 6
2 p
 ! “ 7/ 2 %OH !'_!
“Ey Peyğәmbәr! Rәbbin tәrәfindәn sәnә nazil olanı tәbliğ et. Әgәr (bunu)

etmәsәn, Allahın risalәtini yerinә yetirmiş olmazsan. Allah sәni insanlardan

qoruyacaq”.

Bir sıra sünni tәfsirçilәr bu ayәnin be’sәtin ilk zamanlarında Hәzrәti Peyğәmbәr (s)-

in öldürülmәmәk vә hәmlәlәrdәn qorunmaq üçün mühafizәçi saxladığı günlәrdә nazil


QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 47

olunduğunu vә “Allah sәni insanlardan qoruyacaq” ayәsi nazil olduqdan sonra isә

mühafizәçilәrә: “Gedin, artıq mәni Allah-tәala qoruyacaqdır” buyurduğunu söylәyirlәr.

İbni Cәrir vә İbni Mәrdәveyhin nәql etdiklәri bir rәvayәtdә Abdullah İbni Şәqiq belә

deyir:

“Hәzrәti Peyğәmbәr (s)-in әshabından bә’zilәri o hәzrәtin dalınca gedib, onu

qoruyurdular. “Allah sәni insanlardan qoruyacaqdır” ayәsi nazil olduqda Hәzrәt (s)

belә buyurdu:



!s0  " 
T
01 e
   & I 9  ;9 !
. D B 

a
 1 /
%C
 

 !s0  !'_ !
“Artıq evlәrinizә gedin. Allahın özü mәni insanlardan qoruyacaqdır”.”1

Yenә İbni Hәbban vә İbni Mәrdәveyhin nәql etdiklәri başqa bir rәvayәtdә Әbu

Hüreyrә belә deyir: “Hәzrәti Peyğәmbәr (s)-lә birgә sәfәr edәrkәn әn geniş kölgәliyi o

hәzrәt üçün hazırladıq. Bir gün Peyğәmbәr (s) bir ağacın kölgәsindә oturub qılıncını

ağaca asmışdı. Bir nәfәr gәlib o hәzrәtin qılıncını götürәrәk dedi: “Ey Mәhәmmәd, indi

sәni mәndәn kim qoruya bilәr?”

Hәzrәt (s) buyurdu: “Mәni Allah qoruyar, qılıncını at”. Hәmin adam qılıncı yerә

atdı. Bundan sonra “Allah sәni insanlardan qoruyacaqdır” ayәsi nazil olundu”.2

Tirmizi, Hakim vә Әbu Nәimin nәql etdiklәri bir rәvayәtә görә isә Aişә belә

demişdir: “Allah sәni insanlardan qoruyacaqdır” ayәsi nazil olana qәdәr Peyğәmbәr (s)

mühafizәçilәri tәrәfindәn qorunurdu. Bu ayә nazil olduqdan sonra isә “Artıq gedin,

mәni Allah qoruyacaqdır”-deyә buyurdu.

Yenә Tәbәri, Әbu Nәim, İbni-Mәrdәveyhә vә İbni Kәsirin nәql etdiyi bir rәvayәtdә

dә İbni Abbas belә deyir: “Peyğәmbәri mühafizәçilәr qoruyurdu. Әmisi Әbu Talib hәr

gün Bәni Haşimdәn bir nәfәri Peyğәmbәri qorumaq üçün göndәrirdi. Bir gün Hәzrәti

Peyğәmbәr (s) әmisinә dedi: “Ey әmi, artıq Allah mәni qoruyur. Sәnin göndәrdiyin

adamlara ehtiyacım yoxdur”.

Nәql etdiyimiz bu hәdislәr vә tәhlillәrә diqqәt yetirin. Düşündükdә onların doğru

olmadığını vә ayәnin ehtiva etdiyi hәqiqi anlamı ilә uyğun olmadığını görürük. Çünki

1 “әd-Dürr әl-Mәnsur fit-tәfsir vәl Mә’sur lis-Süyuti”, c. 3, sәh. 119.


2 “әd-Dürr әl-Mәnsur fit-tәfsir vәl Mә’sur lis-Süyuti”, c. 3, sәh. 119.
QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 48

bu rәvayәtlәrә görә, bu ayә be’sәtin ilk zamanlarında nazil olunubdur. Hәtta bә’zi

rәvayәtlәr bunun Әbu Talibin yaşadığı dövrdә, yә’ni hicrәtdәn neçә il qabaq nazil

olunduğunu iddia edirlәr. Bu isә izah edәcәyimiz kimi, doğru deyildir. Xüsusәn dә

Әbu Hureyrәnin “Peyğәmbәrlә sәfәr edәrkәn onun üçün әn geniş kölgәliyi hazırladıq”-

deyә başlanan hәdisinin qondarma bir hәdis olduğu açıq-aşkardır. Çünki Әbu

Hureyrәnin özünün dә e’tiraf etdiyi1 kimi o, İslamı vә İslam Peyğәmbәri (s)-ni ancaq

hicrәtin yeddinci ilindә tanımış vә inanmışdır. Onda bu hәdis necә doğru ola bilәr?

Şiә vә sünni tәfsirçilәrinin hamısı Maidә surәsinin Mәdinәdә nazil olunduğunu vә

әn son surә olduğunu qәbul edirlәr. Bundan әlavә Әhmәd, Әbu Übeydә (“Fәzail”dә),

Nuhas(“Nasix”dә), Nәsai, İbni Münzir, Hakim, İbni Mәrdveyh vә Beyhәqi (“Sünәn”dә)

nәql etdiklәri bir hәdisdә Cübeyr ibni-Nәfirin belә dediyini qeyd etmişlәr:

“Hәcc sәfәrinә getdiyim vaxt Aişәni görmәyә getdim. O, mәndәn soruşdu: “Ey

Cübeyr, Maidә surәsini oxuyursanmı?” Mәn cavabında “bәli”-dedim. O mәnә belә

dedi: “Bilin ki, Maidә surәsi әn son nazil olunan surәdir. Onda halal olan hәr şeyin

halal, haram olan hәr şeyin isә haram olduğuna inanın”.2

Yenә Әhmәd vә Tirmizinin nәql edib Hakimin tәsdiq etdiyi vә İbni Mәrdәveyh ilә

Beyhәqinin qeyd etdiyi bir hәdisә görә Abdullah İbni Ömәr belә deyibdir: “Әn son

nazil olunan surә Maidә surәsidir”.3

Yenә Әbu Übeydәnin nәql etdiyi bir hәdisdә Mәhәmmәd İbni Kә’b belә deyir:

“Maidә surәsi Hәzrәti Peyğәmbәr (s)-ә vida hәccindә (hәccәtülvida) Mәkkә vә Mәdinә

arasında dәvәnin üstündә nazil olundu. (Onda) dәvә çiynini aşağı әydi vә Peyğәmbәr

(s) yerә endi…”4

İbni Cәririn nәql etdiyi bir rәvayәtә görә isә Rәbi İbni Әnәs belә deyibdir: “Maidә

surәsi Hәzrәti Peyğәmbәr (s)-ә vida hәcci yolunda dәvәsinә mindiyi bir zamanda nazil

1 “Fәth әl-Bari fi şәrhi Sәhih әl-Buxari”, c. 6, sәh. 31; “әl-Bidayә vәn-Nihayә libn Kәsir”, c. 8, sәh.102;

“Siyәrü Ә’lamün”, c. 2, sәh. 436; “Әl-isabә”, c. 3, sәh. 287.


2 “әd-Dürr әl-Mәnsur fit-tәfsir vәl Mә’sur lis-Süyuti”, c. 3, sәh. 3.
3 “әd-Dürr әl-Mәnsur fit-tәfsir vәl Mә’sur lis-Süyuti”, c. 3, sәh. 3.
4 “әd-Dürr әl-Mәnsur fit-tәfsir vәl Mә’sur lis-Süyuti”, c. 3, sәh. 4.
QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 49

olundu. Vәhyin ağırlığından o dәvә yerә yatdı vә Hәzrәti Peyğәmbәr (s)-i yerә

endirdi”.1

Yenә Әbu Übeydәnin nәql etdiyi bir hәdisә görә Zәmürәt İbni Hәbib vә Әtiyә İbni

Qeys Hәzrәti Peyğәmbәr (s)-in belә buyurduğunu nәql ediblәr:

!'  %H   !' a%( N. [#a


p0: ;
d  
4
d " 
$  Z
!”
“Maidә surәsi Qur’anın әn son nazil olunan bölmәsidir, onun halal etdiyi şeylәr halal vә

haram etdiyi şeylәr dә haramdır”.2

Bütün bunlardan sonra hansı insaflı vә ağıllı insan bu ayәnin be’sәtin ilk

zamanlarında nazil olunduğu iddiasını qәbul edә bilәr? Xüsusәn dә, әgәr bu iddia

ayәni әsl mә’nasından uzaqlaşdırmaq üçün olsa!?

Şiә mәzhәbindә Maidә surәsinin әn son surә olmasında vә “tәbliğ” ayәsi deyә

adlandırılan “Ey Peyğәmbәr, sәnә Rәbbindәn nazil olanı tәbliğ et” ayәsinin Hәzrәti

Peyğәmbәr (s)-ә hәccәtül vidadan sonra zilhәccә ayının 18-dә cümә axşamı Qәdir-

Xumda Hәzrәti Peyğәmbәr (s)-in Hәzrәti Әli (ә)-ni özündәn sonra xәlifә tә’yin

etmәsindәn qabaq nazil olmasında heç bir ixtilaf yoxdur. Cәbrail (ә) cümә axşamı

gününün ilk saatlarında nazil olub o hәzrәtә müraciәt edәrәk dedi:

" 
„
 E 6
2 p
M ! “ 7/ 2 %OH  !'_M !) 2 %OH  !'_M ! :„
  2 % ] a
 H  „
 Z
  ‚
z  ;9 6
 H1C
  !

.(

!H0  " 
„
 1 e

L  ‚
u  I , !O
U
 n 9/ !1.  L  : D  ; 6
 [„/
“Ey Mәhәmmәd, Allah-tәala sәnә salam göndәrib, buyurur ki, “Ey Peyğәmbәr!

Rәbbin tәrәfindәn sәnә nazil olanı tәbliğ et. Әgәr (bunu) etmәsәn Allahın risalәtini

(elçiliyini) yerinә yetirmiş olmazsan. Allah sәni insanlardan qoruyacaq”.”.

Bu ayә açıq şәkildә göstәrir ki, o dövrdә risalәt (Peyğәmbәrlik vәzifәsi) sona çatmaq

halında imiş. Amma xalqa bir hәqiqәt hәlә çatdırılmamışdı. Bu hәqiqәt o qәdәr

әhәmiyyәtli idi ki, onsuz din kamil sayılmırdı.

1 “әd-Dürr әl-Mәnsur fit-tәfsir vәl Mә’sur lis-Süyuti”, c. 3, sәh. 4.


2 “әd-Dürr әl-Mәnsur fit-tәfsir vәl Mә’sur lis-Süyuti”, c. 3, sәh. 4.
QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 50

Bu ayә hәmçinin bu mәsәlәyә işarә edir ki, Hәzrәti Peyğәmbәr (s) xalqın bu önәmli

mәsәlәni inkar edә bilәcәyindәn nigaran imiş. Lakin Allah- tәala bu mәsәlәnin tәbliğ

olunmasının tә’xirә salınmasına icazә vermәdi.

Belә böyük bir yığıncağın tәzәdәn tәşkil olunması çox çәtin olduğuna vә Peyğәmbәr

(s)-in vәfatına az bir müddәt qaldığına görә bu fürsәt әn әlverişli fürsәt idi. Çünki oraya

cәmlәşәnlәrin qәlblәri vida hәccindә Peyğәmbәr (s)-lә birlikdә olmaq şәrәfinә nail

olduqları üçün yeni bir hәyat qazanmışdı. Hәzrәti Peyğәmbәr (s) vәsiyyәtlәrini

eşitmәyә hazır olan yüz mindәn çox sәhabәyә xitab edәrәk belә buyurur:

l
 E
?N. P M T/ 2 %O T :
N  ; M „
  % 85 D B 
!  L / D - !  * T7L 
“Bәlkә bu ildәn sonra sizi tәzәdәn görmәyәcәyәm. Rәbbimin elçisinin gәlib mәni dә’vәt

etmәsi vә mәnim dә bu dә’vәti qәbul etmәyimә az qalıb”.

Qәdir-Xum yolayrıcı olduğu üçün vә oraya yığışanların bu әzәmәtli yığıncaqdan

sonra öz vәtәnlәrinә qayıdacaqlarına görә belә bir yığıncağın tәkrar hәyata keçmәsi

mümkün olmayacaqdı. Buna görә dә Hәzrәti Peyğәmbәr (s) bu mühüm mәsәlәni tәbliğ

etmәk üçün bu fürsәti әldәn vermәzdi. Bundan daha әhәmiyyәtlisi dә o idi ki, Allah-

tәala tәrәfindәn mәcburedici kimi vәhy nazil olmuş vә risalәtin hamısının bu mәsәlәni

tәbliğ etmәkdәn asılı olduğunu vә Allahın onu qәsdçilәrdәn qorumaq üçün kifayәt

olduğunu bildirmişdi. Ona görә dә artıq xalqın inkar etmәsi әhәmiyyәtli deyildi.

Ondan qabaq da bir çox peyğәmbәr inkar edilmişdi. Amma bu, onların әmr

olunduqları şeyi tәbliğ etmәlәrinә mane olmamışdı. Allah-tәalanın әvvәlcәdәn onların

bir çoxunun haqqı istәmәdiyini (Zuxruf surәsi, 78-ci ayә) vә onların arasında tәkzib

edәnlәrin olduğunu bilmәsi (Haqqә surәsi, 49-cu ayә) tәbliğin zәruriliyinә bir xәlәl

yetirmir. Çünki Allah-tәala xalqı höccәtsiz buraxmaz:

!G1E
B Gp
p I 9  ; !- 
O _   L / bAH^ I
J   

!s0
; %B a
9 †

“Biz Peyğәmbәrlәri müjdә gәtirәn vә әzabla qorxudan kimi göndәrdik ki, daha

insanlar üçün peyğәmbәrlәrdәn sonra Allaha qarşı bir bәhanә yeri qalmasın. Allah

yenilmәz qüvvәt vә hikmәt sahibidir”. (Nisa surәsi, 165-ci ayә)


QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 51

Bundan әlavә ümmәtlәri tәrәfindәn tәkzib vә inkar olunan keçmiş peyğәmbәrlәrin

vәziyyәti Hәzrәti Mәhәmmәd (s) üçün dә gözәl bir örnәk olaraq Qur’anda qeyd

olunmuşdur. Allah-tәala belә buyurur:

["  
 !C
 M –
+ % ] % & D E
5 /6
] % & P %1S P+ !
+ % ] % & D ' Q& U
 /89 -   . > %/78B  ; 6


k
B
 ; !- g
 EB . D ' :8 4 M HDS ["
.
!B
U
 E N. 3 O % 
 78- 
“Әgәr sәni tәkzib etsәlәr, sәndәn әvvәl Nuh, Ad vә Sәmud tayfası da

(peyğәmbәrlәrini) tәkzib etmişdi. İbrahim tayfası da, Lut qövmü dә, Mәdyәn әhli dә

(peyğәmbәrlәrini) tәkzib etmişdi. Musa da yalançı sayılmışdı. Kafirlәrә (bir qәdәr)

möhlәt verdim. Sonra onları (әzabla) yaxaladım. Mәnim onları inkar etmәyim necә

oldu!” (Hәcc surәsi, 42-44-cü ayәlәr)

Biz әgәr kor tәәssübdәn әl çәksәk vә hәqiqәti öyrәnmәk üçün araşdırmağa başlasaq,

başa düşәrik ki, elә bu qәdәr izahat kifayәtdir vә ayәnin mә’nası isә ayәnin nazil

olunmasından qabaq vә sonra baş verәn hadisәlәrlә uyğundur.

Bir çox sünni alimi şiә alimlәrlә eyni fikirdәdirlәr vә bu ayәnin Qәdir-Xumda

Hәzrәti Әli әleyhissalamın xәlifәliyә tә’yin olunması әrәfәsindә nazil olunduğunu

qәbul etmiş vә öz sәnәdlәri ilә bu haqda hәdis nәql etmişlәr. Hәtta bu hәdislәrin sәhih

hәdislәr olduğunu qeyd etmişlәr. Burada hәmin alimlәrin vә yazdıqları әsәrlәrdәn bir

neçәsinin adını çәkirәm:

1. Hafiz Әbu Nәim, “Nüzulul-Qur’an” adlı kitabında.

2. İmam Vahidi, “Әsbabün-Nüzul” adlı kitabında, sәh. 150.

3. İmam Әbu İshaq Sә’lәbi, “Әl-Kәbir”adlı kitabında.

4. Hakim Hәskani, “Şәvahidüt-tәnzil li-qәvaidüt-tәfzil” adlı kitabında, c. 1,

sәh. 187.

5. Cәlalәddin Siyuti, “Dürr әl-Mәnsur” adlı tәfsirindә, c. 3, sәh. 117.

6. Fәxri Razi, “Әl-Kәbir” adlı tәfsirindә, c. 2, sәh. 50.

7. Mәhәmmәd Raşid Rza, “Әl-Minar”adlı tәfsirindә, c. 2, sәh. 86 vә c. 6, sәh. 463.

8. İbni Әsakir, “Tarixi-Dәmәşq” adlı kitabında, c. 2, sәh. 86.

9. Şövkani, “Fәthül-Qәdir” adlı kitabında, c. 2, sәh. 60.

10. İbni Tәlhә Şafei, “Mәtalibüs-sәül” adlı kitabında, c. 1, sәh. 44.


QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 52

11. İbni Sәbbağ Maliki, “әl-Füsulul-mühümmә” adlı kitabında, sәh. 25

12. Qunduzi Hәnәfi, “Yәnabiül-mәvәddә”adlı kitabında, sәh. 120.

13. Şәhristani, “әl-Milәl vә Nihәl” adlı kitabında, c. 1, sәh. 163.

14. İbni Cәrir Tәbәri, “Kitabül-vilayәt” adlı әsәrindә.

15. İbni Sәid Sәcistani, “Kitabül-vilayәt” adlı kitabında.

16. Bәdrәddin Hәnәfi, “Ümdәtül-qari fi şәrhil-Buxari” adlı kitabında, c. 8, sәh. 584.

17. Әbdulvәhab Buxari, “Tәfsirül-Qur’an” adlı tәfsirindә.

18. Alüsin, “Ruhul-mәani” adlı kitabında, c. 2, sәh. 384.

19. Hәmvini, “Fәraidüs-simtәyin” adlı kitabında, c. 1, sәh. 185.

20. Әllamә Seyyid Sadiq Hәsәnxan, “Fәthül-bәyan fi mәqasidül-Qur’an” adlı

kitabında, c. 3, sәh. 63.

Bunlar mәtlәbә işarә edәn sünni alimlәrdәn bir neçәsidir. Әllamә Әmini “Әl-Qәdir”

adlı kitabında bunlardan әlavә bir çox qaynaq da qeyd edibdir.

Görәsәn Hәzrәti Peyğәmbәr (s) “Sәnә nazil olanı tәbliğ et” әmri gәldikdәn sonra nә

etdi?

Şiә deyir ki, Hәzrәti Peyğәmbәr (s) xalqı Qәdir-Xum adlı bir yerdә toplayıb uzun vә

tә’sirli bir nitq söylәyәrәk onları şahid gәtirdi ki, o Hәzrәt (s) onlardan üstündür. Onlar

da buna şahidlik etdilәr. Bundan sonra Hәzrәti Peyğәmbәr (s) Әli әleyhissalamın

әlindәn tutub havaya qaldıraraq belә buyurdu:

"  2 8 4  v  e
  "   e
  [ v P! "  P
! v *  "  2
 HD' J  [ v * %  FT
 8' . v *% U
 0- " 

 P —
 E I L  HC
 
P
M  I 8 4
“Mәn hәr kimin mövlasıyam, bu Әli dә onun mövlasıdır. Ey Allahım, onu sevәni sev,

onunla düşmәn olana düşmәn ol, ona yardım edәnә yardım et, onu yalqız buraxanı yalqız burax

vә haraya getsә, haqqı onunla bәrabәr et”.

Sonra başındakı әmmamәsini Hәzrәti Әli (ә)-nin başına qoyub ona xüsusi bir çadır

hazırlatdı. Vә әshabından Hәzrәti Әli (ә)-ni, mö’minlәrin rәhbәrliyinә çatdığı üçün,

tәbrik etmәlәrini istәdi. Әshab da, başda Әbu Bәkr vә Ömәr olmaqla, gәlib Hәzrәti Әli

(ә)-ni tәbrik etdi. Hәtta Әbu Bәkr vә Ömәr Hәzrәti Әli (ә)-yә xitabәn,
QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 53

A+ 0
@   "+ 
@  7-  %  U
 E
  M U
 C
 Q
 M l
+
!h T
/M " /! „
  ˜+ / ˜+ /
“Xoş halına ey Әbu Talibin oğlu, bizim vә bütün müsәlmanların mövlası oldun”-

dedilәr.1

Tәbrik mәrasimi sona çatdıqdan sonra Hәzrәti Peyğәmbәr (s)-ә bu ayә nazil olundu:

…!G0
P ] a
 O *
 D B  U
 E
=  T
,1 L 
D B E U
 1 1 :M D B 0
P D B  U
  1 - M ] % E …
“…Bu gün dininizi kamil edib sizә ne’mәtimi tamamladım vә sizә din olaraq

İslama (bağlanmanıza) razı oldum…” (Maidә surәsi, 3-cü ayә)

Şiә mәzhәbinin görüşü bax budur. Bu hәdis şiәlәr arasında qәti bir şәkildә qәbul

olunur. Şiә alimlәrinin bu haqda heç bir ixtilafı yoxdur. İndi isә sünni alimlәrin bu

hadisәni qeyd edib-etmәdiklәrinә diqqәt yetirәk. Bu mәsәlәni araşdırmağımız ona

birtәrәfli baxmağımıza mane olar vә verәcәyimiz hökmün haqqa uyğun olmasına

kömәk edәr.

Buna görә dә diqqәtli şәkildә mövzunu araşdırıb hәr iki firqәnin dә dәlillәrini

gözdәn keçirmәliyik vә bu işdә yalnız Allahın rizasını mәqsәd seçmәliyik.

İndi әsl mәsәlәyә qayıdaraq, yuxarıdakı suala cavab olaraq deyirәm ki, bәli, bir çox

sünni alimi Qәdir-Xum hadisәsini tәfәrrüatı ilә qeyd etmişdir. Biz misal olaraq

bunlardan bir neçәsini qeyd edirik:

1. Әhmәd İbni Hәnbәl, “Müsnәd” adlı kitabında Zeyd İbni Әrqәmdәn belә nәql

edir:

“Hәzrәti Peyğәmbәr (s) ilә birlikdә Qәdir-Xum adlanan bir dәrәdә dayandıq.

Peyğәmbәr (s) әmr etdi ki, namaz qılmaq üçün hazırlaşaq, sonra isә günorta çağı o

Hәzrәtlә namaz qıldıq. Daha sonra bir ağacın üstünә parça sәrildi vә o Hәzrәt üçün

kölgәlik düzәldi. Hәzrәti Peyğәmbәr (s) sözә başladı vә belә buyurdu: “Bilirsinizmi?

Şәhadәt verirsiniz ki, mәn hәr mö’min üçün onun öz nәfsindәn daha üstünәm?”

Camaat “Bәli, sәn daha üstünsәn”-dedi. Sonra Hәzrәt (s) buyurdu:

1 Bu hәm şiә, hәm dә sünni alimlәrinin nәql etdiyi “Qәdir-Xum” hәdisidir. - “Müsnәdu Әhmәd ibni

Hәnbәl”, c. 4, sәh. 281; Tәbәri öz tәfsirindә; Fәxri Razi “Tәfsir әl-Kәbir”, c. 3, sәh. 636; “әs-Sәvaiqu әl-

Muhriqә libni Hәcәr әl-Heysәmi”; Darәqini Beyhәqi “әl-Xutbi әl Bağdadi”; Әş-Şәhristani vә s.


QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 54

v P ! "  P


! v *  "  2
 HD' 9  [v* %  ‡T
L . v * %  U
 0- " 1 .
“Mәn hәr kimin mövlasıyam, Әli dә onun mövlasıdır. Ey Allahım, onu sevәni sev, onunla

düşmәn olana düşmәn ol”.1

2. İmam Nәsai, “Xәsais” adlı kitabında Zeyd İbni Әrqәmin belә dediyini nәql

edibdir:

“Hәzrәti Peyğәmbәr (s) vida hәccindәn qayıtdığı vaxt Qәdir-Xumda dayanıb

kölgәlik bir yerin qurulmasını әmr etdi vә daha sonra belә buyurdu:

T
,E/  5 M T
:  ,
 ‚


 !,-

4 … " 
 Q- M !15   M "
E K9  D B E
. F>
!: T6
 U
 Q?
N. U
 E
P T!-

!M q
 * %  ‚
z  ;9 6
:2 !& HDS [Y% C
  HT P
 3 H, !&
,  "  !1' H’
. [!1'
E
. T
% 
j
 : g
 E-  \ !.

"  P
! v *  "  2
 HD' 9  [I_E
 8' . I HE
 U
 0- "  :2 !. ™T
 
E/
8 4 M I H6
HDS "+ 
@  7- _T


vP!
“Mәn yaxında Rәbbim tәrәfindәn dә’vәt olunacağam vә bu dә’vәtә müsbәt cavab verәcәyәm.

Mәn sizin aranızda iki dәyәrli şeyi qoyub gedirәm ki, birisi o birisindәn daha böyükdür. Allahın

kitabı vә qohumlarımdan olan Әhli-beytimi. Baxın, mәndәn sonra onlarla necә rәftar

edәcәksiniz. Onlar Kövsәr hovuzu başında mәnә qovuşana qәdәr bir-birindәn ayrılmayacaqlar”.

Daha sonra belә buyurdu:

“Allah mәnim mövlamdır, mәn dә bütün mö’minlәrin mövlasıyam”.

Daha sonra da Hәzrәti Әli (ә)-nin әlindәn tutub buyurdu:

“Mәn hәr kimin vәlisiyәm, Әli dә onun vәlisidir. Ey Allahım, onu sevәni sev, onunla

düşmәn olana düşmәn ol”.

Әbültüfeyl deyir ki, Zeyddәn “Bunu Hәzrәti Peyğәmbәr (s)-dәn eşitdinmi?”-deyә

soruşdum. O mәnim cavabımda dedi: “Nә deyirsәn? Kölgәlikdә olanların hamısı onu

iki gözü ilә gördü vә (bu sözlәri) iki qulağı ilә eşitdi”.”.2

1 “Müsnәdu Әhmәd ibni Hәnbәl”, c. 4, sәh. 372.


2 “Xәsais әn-Nisai”, sәh. 21.
QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 55

3. Hakim Neyşaburi Şeyxeynin (Buxari vә Müslimin) sәhih bildiyi iki sәnәdlә Zeyd

İbni Әrqәmdәn belә nәql etmişdir:

“Hәzrәti Peyğәmbәr (s) hәccәtül vidadan qayıdarkәn Qәdir-Xumda enib kölgәlik bir

yerin qurulmasını әmr etdi. Kölgәlik hazır olduqdan sonra belә buyurdu:

T
,E/  5 M T
:  ,
 ‚


 !,-

4 … " 
 Q- M !15   M "
E K9  D B E
. F>
!: T6
 U
 Q?
N. U
 E
P T!-

!M q
 * %  ‚
z  ;9 6
:2 !& HDS [Y% C
  HT P
 3 H, !&
,  "  !1' H’
. [!1'
E
.
%
j
 : g
 E-  \ !.

v P! "  P
! v *  "  2
 HD' 9 [I_E
 8' . v * %  U
 0- "  :2 !. ™T
 
E/
8 4 M I H6
HDS "+ 
@  7- _T

“Yaxında mәn dә’vәt olunacaq vә dә’vәti yerinә yetirәcәyәm. Mәn sizin aranızda iki dәyәrli

şeyi qoyub gedirәm; biri o birisindәn daha böyükdür: Allahın kitabı vә itrәtim (Әhli-beytim).

Baxın, mәndәn sonra onlarla necә rәftar edәcәksiniz? Onlar Kövsәr hovuzu başında tәzәdәn

mәnә qovuşana qәdәr bir-birindәn ayrılmayacaqlar”.

Sonra belә buyurdu:

“Allah-tәala mәnim mövlamdır, mәn dә bütün mö’minlәrin mövlasıyam”.

Daha sonra Әli (ә)-nin әlindәn tutaraq belә buyurdu:

“Mәn hәr kimin mövlasıyam, bu (Әli(ә)) onun mövlasıdır. Ey Allahım, onu sevәni sev,

onunla düşmәn olana düşmәn ol”.” 1

4. Bu hәdisi Müslim dә öz “Sәhih”indә öz sәnәdi ilә Zeyd İbni Әrqәmdәn qısa bir

şәkildә nәql etmişdir. Müslimin nәql etdiyinә görә Zeyd İbni Әrqәm belә demişdir:

“Hәzrәti Peyğәmbәr (s) bir gün Mәkkә ilә Mәdinә arasında “Xum” adlanan bir

bulağın qırağında bizә xitabәn nitq söylәyәrәk, Allaha hәmd vә sәna elәdi, öyüd verdi

vә (ilahi cәzanı) bizә xatırlatdı. Sonra belә buyurdu:

!1' H "


E S D B E
. F>
!: !M l
 EQ
?!. T/ 2 %O T :
N  ; M „
  % F f
 / !M !1H’
. 
 !H0  !'_M * ML/ !HM

:2 !& HDS I


E
. l
 {9   
+ !,-
3  —
9 C
 . I
/
%B
 1 ,O  ‚



!,B
/
8j
 .  %_0  
3  '  I
E
. ‚


 !,-

T
,E/ 
5 M T
. ‚
z  D -  7-W M T
,E/ 
5  T
. ‚
z  D -  7-W M T
,E/ 
5 M T
. ‚
z  D -  7-W M T
,E/  5 M

1 “әl-Müstәdrәk lil-Hakim”, c. 3, sәh. 109.


QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 56

“Ey camaat, mәn sadәcә bir bәşәrәm, yaxında Rәbbimin elçisi (mәnim canımı almaq üçün)

gәlәcәk vә mәn dә bunu qәbul edәcәyәm. Mәn sizin aranızda iki dәyәrli şeyi qoyub gedirәm:

onlardan birisi Allahın kitabıdır. Onda hidayәt vә nur vardır. Buna görә Allahın kitabına sarılıb

ondan bәrk yapışın”.

Belәliklә, Allahın kitabına sarılmağa tәşviq etdi. Daha sonra isә belә buyurdu:

“Vә mәnim Әhli-beytim. Әhli-beytim haqqında sizә Allahı xatırladıram. Sizi Allaha and

verirәm ki, Әhli-beytimi unutmayasınız”.” 1

İmam Müslim hadisәni xülasә şәkildә nәql etsә dә, Allaha şükür ki, yenә dә mövzu

heç bir şübhәyә yol vermәyәcәk qәdәr açıq vә aşkardır. Bәlkә dә Qәdir-Xum hәdisini

gizlәmәyi zәruri edәn siyasi şәrait sәbәb olmuşdur ki, Zeyd İbni Әrqәmin özü bu hәdisi

xülasә etsin. Siyasi şәraitin nәticәsindә hәdisin qısaldılması hәdisin özündәn dә

mә’lumdur. Bu barәdә ravi belә deyir: “Mәn vә Hüseyn ibni-Sübrә vә Ömәr İbni

Müslim birlikdә Zeyd İbni Әrqәmin yanına getdik. Oturduqdan sonra Hüseyn ona

xitabәn belә dedi: “Ey Zeyd, hәqiqәtәn dә çox böyük xeyirlәrә çatıbsan; Peyğәmbәri

görüb, onun nitqinә qulaq asıb, onunla cihada gedib vә arxasında namaz qılıbsan.

Hәqiqәtәn dә çox böyük bir xeyrә çatıbsan. Ey Zeyd, Peyğәmbәrdәn eşitdiyin

hәdislәrdәn bizә dә söylә”.

Zeyd isә dedi: “Ey qardaşımın oğlu, and olsun Allaha ki, artıq qocalmışam. Ölmәk

vaxtım çatıb vә Peyğәmbәr (s)-dәn eşidib әzbәrlәdiyim hәdislәrdәn bә’zisini dә

unutmuşam. Sizә nәql etdiyim hәdislәri qәbul edib, onlara әmәl edin. Qabaqca

danışmadığım mövzular haqqında isә mәni mәcbur etmәyin”.

Daha sonra belә dedi:

“Hәzrәti Peyğәmbәr (s) bir gün Xum bulağı adlanan yerdә bizә xitabәn nitq

söylәyib belә buyurdu… (Yuxarıda qeyd olunan hәdis)” ”

Hәdisin zahirindәn belә mә’lum olur ki, Hüseyn ondan (Zeyd İbni Әrqәmdәn)

orada olanların gözü qabağında Qәdir-Xum hadisәsini açıq-aşkar soruşub. O da bu

suala aşkar cavab verdiyi tәqdirdә xalqı Әli (ә)-ni lә’nәtlәmәyә mәcbur edәn bir

hökumәtin onu da tәzyiqә mә’ruz qoyacağı vә çәtinliyә düşәcәyini bildiyi üçün qocalıb

1 “Sәhih Müslüm”, c. 7, sәh. 122; Bu hәdisi imam Әhmәd, Tirmizi, İbni Әsakir vә başqaları da nәql

ediblәr.
QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 57

ölmәk vaxtının çatdığını vә әzbәrlәdiyi hәdislәrin bir qismini unutduğunu bәhanә

edәrәk qabaqca nәql etdiyi hәdislәri qәbul etmәlәrini istәyir. Amma bütün bunlara

baxmayaraq, yenә dә Zeyd İbni Әrqәm bir çox hәqiqәtlәri izah etmiş vә Qәdirin adını

olmasa da o hadisәyә toxunmuşdur. Çünki “Bir gün Mәkkә ilә Mәdinә arasında Xum

adlanan bir bulaq qırağında Peyğәmbәr bizә nitq söylәdi” cümlәsi ilә bu hadisәyә işarә

edir. “Әmanәt qoyulan iki dәyәrli şey-Allahın kitabı vә Әhli-beyt” ifadәsi dә Hәzrәti

Әli әleyhissalamın fәzilәtinin nә qәdәr böyük olduğuna, yә’ni Qur’andan sonrakı yerdә

olduğuna işarәdir. Әlbәttә o, hәqiqәtlәri işarәlәrlә bәyan edib vә hәqiqәtlәri başa

düşmәyi işarәdәn qananların öhdәsinә buraxıbdır. Çünki Hәzrәti Әli (ә)-nin

Peyğәmbәr (s)-in Әhli-beyt (ә)-i arasında әn yüksәk mәrtәbәyә malik olduğu

müsәlmanların bildiyi bir hәqiqәt idi.

Hәtta imam Müslimin dә qeyd etdiyimiz hәdisdәn bizim anladığımız mә’nanı

anladığını vә bu hәdisi Hәzrәti Әli (ә)-nin fәzilәtlәrinә ayırdığı bölmәdә qeyd etdiyini1

müşahidә edirik. Halbuki, bu hәdisdә Hәzrәti Әli (ә)-nin adı çәkilmir.

5. Tәbәrani “Mәcmәül-Kәbir” adlı kitabında sәhih sәnәdlәrә әsaslanaraq Zeyd İbni

Әrqәm vә Hüzeyfә İbni Üseydi Qәffaridәn hәrәsinin öz yerindә belә dediyini nәql edir:

“Hәzrәti Peyğәmbәr (s) Qәdir-Xumda ağaclar altında söylәdiyi nitqdә belә

buyurdu:

š;%Z
!& D ,M W!1. ; % @
  D B H6
 b2@
  T6
 l
 E
?N. 3  P M ; M „
  % 
 !H0  !'_ M
“Ey camaat, mәnim (Allah tәrәfindәn) dә’vәt olunacağım vә o dә’vәti qә’bul edәcәyim zaman

yaxındadır. Mәnim bir mәs’uliyyәtim var. Sizin dә mәs’uliyyәtiniz var. Nә deyirsiniz?”

Camaat dedi:

# E4 ‚
u  > p^
 . [UC
e  y
  5 !? U
 n 9/  & „
 HM
“Biz şahidlik edirik ki, sәn tәbliğ etdin, cihad etdin vә öyüd verdin. Allah sәnә yaxşı

mükafat versin”.

Yenә Hәzrәti Peyğәmbәr (s) belә buyurdu:

1 “Sәhih Müslüm”, c. 7, sәh. 122, “Babü Fәzaili Әli...”.


QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 58

y
 % 1  ;9 M [‡ v  ! ;9 M ‡ I ,H0? ;9 M I %O  v  Q G H1C
  ;9 M ‚
u  *9 6
I 6
* ; M ; ' f
 : i
 E M

š
%Q  T
. "  —
 L Q ‚
z  ;9 M !'E
. l
  * bAE:
d A  !H  ;9 M [
y% 1   L / ‡ —
 L Q  ;9 M ‡
“Siz Allahın tәk olduğuna, Mәhәmmәdin onun bәndәsi vә Peyğәmbәri olduğuna, cәnnәt vә

cәhәnnәmin, ölümün vә ölümdәn sonra yenidәn dirilmәnin haqq olduğuna vә qiyamәt gününün

şübhәsiz olaraq gәlib çatacağına vә Allah-tәalanın qәbirdә olanları yenidәn dirildib, Mәhşәrә

gәtirәcәyinә şәhadәt verirsinizmi?”

Camaat dedi:



83z /
 ' f
  3 /
“Bәli, bunların hamısının haqq olduğuna şәhadәt veririk”.

Onda Peyğәmbәr (s) belә buyurdu:

" 1 . D '


 M " 
D '
/
3  M !M [r0

@ 1   %  !  [q* %  ‚
z  ;9 6

 !H0 !'_M! :2 !& HDS['   HD' 9 

[vP! "  P
! v *  "  2
 HD' 9  – !‘E
 T
0L  – v * %  8'3 . v * %  U
 0-
“Ey Allahım, (bunların şahidliyinә) sәn dә şahid ol.” Sonra isә sözünә belә davam etdi: “Ey

insanlar, Allah mәnim mövlamdır, mәn dә mö’minlәrin mövlasıyam vә mәn onlar üçün onların

öz nәfsindәn daha üstünәm. Mәn hәr kimin mövlasıyam, bu da (Әli (ә) dә) onun mövlasıdır. Ey

Allahım, onu sevәni sev, onunla düşmәn olana düşmәn ol”.

Daha sonra belә buyurdu:

I
E
. [
t!L0
 3 6
q
e
 / " E/ ! Y
   M FY%  [Y% C
  HT ; P
 D B H6
 [DB h  . T6

 !H0  !'_M!

!1'
E
. T
x %
j
 : g
 E- [
"E K9  "
 HT ; P
: r
 
D B Z
!O T6
 [+AH).
" 
;
! & ]%^_0  P  

%()

: * I
/
%B
 1 ,O !. [DB 
N/
I .  h  3 !L: ‚

 
E/
I
.

h l
 QO 9 ?  Hp ‚


 !,-

Q- Šz  
 K9 

Y
 % C
  HT P   3 H, !E)

 0 "  !1' H M k Q
j
  g
 E
R9  T
NHQ I H!
. T
,E/  5 M T
:  ,
 [%  Q: * 
“Ey insanlar, mәn sizdәn әvvәl gedәcәyәm, siz dә Kövsәr hovuzunda mәnim yanıma

gәlәcәksiniz. Bu hovuzun böyüklüyü Bәsrә ilә Sәn’anın arasında olan mәsafәdәn daha çoxdur.

Orada ulduzların sayı qәdәr gümüş qәdәhlәr vardır. O vaxt mәn sizdәn iki dәyәrli şeylә (mәndәn
QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 59

sonra) necә rәftar etdiyiniz barәdә soruşacağam. O iki dәyәrli şeyin böyüyü Allahın kitabıdır. O,

bir vәsaildir ki, bir tәrәfi Allahın әlindәdir, o biri tәrәfi isә sizin әlinizdәdir. Ondan bәrk yapışın

ki, azğınlığa düşmәyәsiniz vә onu dәyişdirmәyin. (O biri dәyәrli şey isә) mәnim itrәtim, Әhli-

beytimdir. Lütf edәn vә hәr şeydәn xәbәrdar olan Allahım mәhz xәbәr veribdir ki, onlar Kövsәr

hovuzu başında tәzәdәn mәnә qovuşana qәdәr bir-birlәrindәn ayrılmayacaqlar”.”1

6. İmam Әhmәd dә Burra İbni Azibin vasitәsilә iki sәnәdә әsasәn belә nәql etmişdir:

“Peyğәmbәr (s) ilә birlikdәydik. Qәdir-Xumda endik vә namaz qılmaq üçün bir yerә

yığışmağımız әmr olundu. İki ağacın altı Peyğәmbәr (s)-in namaz qılması üçün

tәmizlәndi. Hәzrәti Peyğәmbәr (s) günorta namazını qılandan sonra Hәzrәti Әli (ә)-nin

әlindәn tutaraq belә buyurdu: “Bilmirsinizmi ki, mәn mö’minlәrә, onlara onların

özlәrindәn daha layiqәm?”2 Camaat: “Bәli, sәn üstünsәn”-dedilәr.

Sonra Hәzrәti Әli (ә)-nin әlindәn tutub belә buyurdu:

[vP! "  P
!  v *  "  2
 HD' 9  [v* %  ‡T
L . v * %  U
 0- " 
“Mәn hәr kimin mövlasıyam, Әli dә onun mövlasıdır. Ey Allahım, onu sevәni sev, onunla

düşmәn olana düşmәn ol”.

Ravi deyir ki, bundan sonra Ömәr Hәzrәti Әli (ә) ilә görüşәrәk, “Ey Әbu Talibin

oğlu, mübarәk olsun sәnә, bütün mö’min kişi vә mö’minә qadınların mövlası oldun”-

dedi”.3

Qәdir-Xum hәdisini qeyd etdiyimiz sünni alimlәrdәn әlavә Tirmizi, İbni Macә, İbni

Әsakir, Әbu Nәim, İbni Әsir, Xarәzmi, Siyuti, İbni Hәcәr, Heysәmi, İbni Sәbbağ Maliki,

Qunduzi Hәnәfi, İbni Mәğazili, İbni Kәsir, Himvini, Hәskani, Qәzali vә Buxari kimi

sünni alimlәr dә nәql ediblәr. (Buxari bu hәdisi “Tarix” kitabında qeyd edibdir).

Bunlardan әlavә, “Әl-Qәdir” kitabının müәllifi Әllamә Әmininin apardığı tәdqiqata

görә birinci әsrdәn on dördüncü әsrә qәdәr ayrı-ayrı mәzhәb vә tәbәqәlәrdәn

1 “әs-Sәvaiqu әl-Muhriqә libni Hәcәr әl-Heysәmi”, sәh. 25 (Tәbәrani vә Tirmizidәn nәql olunaraq).
2 Yә’ni peyğәmbәr mö’minlәrin mallarında, canlarında vә dinlәrindә onlara, onların özlәrindәn daha

layiqdir vә tam ixtiyar sahibidir. Bu üzdәn onun bütün dediklәrinә әmәl olunmalıdır.
3 “Müsnәdu Әhmәd ibni Hәnbәl”, 4-cü cüz, sәh. 81; “Kәnz әl-Ümmal lil-Hindi”, 15-ci cüz, sәh. 117;

“Fәzailul Xәmsә minәs-sihahis-sittә”, c. 1, sәh. 350


QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 60

olmalarına baxmayaraq bu hәdisi öz kitablarında qeydә alan sünnü alimlәrin sayı üç

yüz altmışdan çoxdur. Daha әtraflı mә’lumat üçün “Әl-Qәdir” kitabına baxa bilәrsiniz.1

Bütün bunlardan sonra, Qәdir-Xum hәdisinin şiәlәr tәrәfindәn qondarıldığını iddia

etmәk çox gülüncdür.

Amma qәribәdir ki, Qәdir-Xum hәdisindәn bәhs edәrkәn müsәlmanların çoxunun

ondan xәbәrsiz olduqlarını görürük.

Bundan daha tәәcüblәndirici olan hadisә budur ki, sәhih olduğu hamı tәrәfindәn

qәbul olunan bu hәdis var ikәn, sünni alimlәr hansı әsasla Peyğәmbәr (s)-in özünә

xәlifә tә’yin etmәdiyini vә bunu şuranın öhdәsinә qoyduğunu iddia etmәlidirlәr.

Axı xilafәt mövzusunda bu hәdisdәn daha açıq bir söz ola bilәrmi?

Burada mәn Tunisin Zeytunә şәhәrinin alimlәrindәn biri ilә apardığım mübahisәni

xatırlayıram. Mәn ona imam Әli әleyhissalamın Peyğәmbәr (s)-in xәlifәsi olduğunu

isbat etmәk üçün Qәdir-Xum hәdisini irәli sürdüyüm zaman o bu hәdisin sәhih bir

hәdis olduğunu e’tiraf etmәsinә baxmayaraq, yazdığı bir Qur’an tәfsiri kitabında bu

hәdisә toxunduğuna işarә etdi. O, yazdığı tәfsirdә Qәdir-Xum hәdisinin sәhih hәdis

olduğunu qeyd etdikdәn sonra belә yazıbdır:

“Şiәlәr bu hәdisin Hәzrәti Әli әleyhissalamın xilafәtini izah edәn bir dәlil olduğunu

güman edirlәr. Halbuki, bu nöqteyi-nәzәr sünnilәr arasında batil hesab edilir. Çünki bu

iddia da Әbu Bәkr Siddiq, Ömәr Faruq vә Zunnurәyn Osmanın xilafәtә çatmasının

ziddinәdir. Buna görә dә hәdisdә mövcud olan “mövla” sözü “dost vә kömәkçi”

mә’nasınadır. Qur’ani-Kәrimdә dә “mövla” sözü hәmin mә’nalarda işlәnilibdir.

Xülәfai-Raşidin vә sәhabәlәrin, hәmçinin tabein vә alimlәrin bu hәdisdәn başa

düşdüklәri mә’na bundan ibarәtdir. Buna görә dә rafizilәrin bu hәdis haqqında bә’yan

etdiklәri tә’bir vә tәfsir etibarsızdır. Çünki onlar xәlifәlәrin xәlifәliyini qәbul etmir vә

Peyğәmbәrin әshabını tәhqir edirlәr. Bu da onların yalanları vә qondarmalarını rәdd

etmәk üçün kifayәtdir”.

Ona belә bir sual verdim: “Sizin fikrinizcә bu hadisә hәqiqәtәn Qәdir-Xumda baş

veribdirmi?”

1 Әllamә Әmininin “Әl-Qәdir” kitabı 11 cilddәn ibarәtdir vә müәllif әhli sünnәnin kitablarından әl-Qәdir

hәdisinә aid olan hәr bir şeyi orada toplamışdır.


QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 61

Belә cavab verdi: “Әgәr baş vermәsәydi alimlәr vә hәdisçilәr onu nәql etmәzdilәr”.

Mәn dedim: “Demәk, sizin fikrinizә görә Hәzrәti Peyğәmbәr (s) o qızmar günәşin

altında әshabını bir yerә toplayıb ki, onlara Hәzrәti Әli (ә)-nin onların dostu olduğunu

söylәsin?”

Belә cavab verdi: “Sәhabәlәrdәn bә’zilәri Hәzrәti Әli (ә)-dәn şikayәt edib ona qarşı

düşmәnçilik bәslәyirdilәr. Hәzrәti Peyğәmbәr (s) onların düşmәnçilik duyğusunu

aradan qaldırmaq vә Hәzrәti Әli (ә)-ni sevmәlәrini tә’min etmәk üçün onlara “Әli sizin

dost vә yardımçınızdır”-deyә buyurdu”.

Mәn dedim: “Bu iş üçün onların hamısını gözlәtmәk vә xütbәyә “Mәn sizә sizin öz

nәfsinizdәn daha üstünәm”-deyә başlamağı zәruri edә bilәrdimi? Әgәr mövzu sizin

dediyiniz kimi ancaq bir neçә sәhabәnin Әli (ә)-dәn şikayәtçi olmasından ibarәt olsaydı,

onda Peyğәmbәr (s)-in hәmin adamlara “Әli sizin dostunuz vә kömәkçinizdir” demәsi

kifayәt idi vә belәliklә, mәsәlә hәll olub gedәrdi. Yә’ni, qocalı-cavanlı, arvadlı-kişili yüz

mindәn çox camaatı günәşin istisi altında saxlatdırıb xütbә oxumasına ehtiyac

qalmazdı. Görünür fikir sahibi bir adamı qane etmәk üçün belә bir tәfsir әsla kifayәt

deyildir”.

O da “Heç bir ağıllı adam yüz min sәhabәnin sәnin vә şiәlәrin anladığı mә’nanı başa

düşmәdiyinә inana bilmәz”-deyә cavab verdi.

Mәn dedim: “Әvvәla, onlardan az bir hissәsi Mәdinәdә yaşayırdı. İkincisi, onlar

şübhәsiz mәnim vә şiәlәrin anladığı mә’nanı başa düşmüşdülәr. Bax, elә buna görәdir

ki, alimlәr Әbu Bәkr ilә Ömәrin Hәzrәti Әli (ә)-yә “Xoş halına, ey Әbu Talibin oğlu.

Mәnim vә bütün mö’minlәrin mövlası oldun”-deyәrәk tәbrik etmәlәrini öz kitablarında

qeyd ediblәr”.

O da, “Elәdirsә, nәyә görә Peyğәmbәrin vәfatından sonra Әliyә bey’әt etmәdilәr?”-

deyә soruşdu.

Mәn isә cavab olaraq belә dedim: “Sünni alimlәrin özlәri dә kitablarında

sәhabәlәrdәn bә’zisinin Peyğәmbәr (s)-in әmrlәrinә (hәtta Peyğәmbәrin yaşadığı vә

özünün sağ olduğu vaxt) qarşı çıxdıqlarını nәql etdiklәrinә görә1 Peyğәmbәrin

1 Buxari vә Müslim Hüdeybiyyә sülhü vә sairә hadisәlәrdә әshabın bir çox müxalifәtini öz sәnәdlәri ilә

nәql ediblәr.
QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 62

vәfatından sonra onun şәrtlәrini yerinә yetirmәdiklәri tәbiidir vә tәәccüblәndirici bir

mәsәlә deyildir. Sәhabәlәrin әksәriyyәti, Peyğәmbәr (s)-in Üsamәni qısa bir müddәt

әrzindә ordu komandanı tә’yin etmәsinә, yaşının az olduğunu irәli sürәrәk, e’tiraz

etmişdilәr. Buna görә dә yaşı az olan Hәzrәti Әli (ә)-nin xәlifә olmasını necә qәbul edә

bilәrdilәr?”

O, çәtinliyә düşәrәk belә cavab verdi: “Әgәr Hәzrәti Әli (ә) Hәzrәti Peyğәmbәr (s)-

in onu xәlifә tә’yin etdiyinә inansaydı, öz haqqından vaz keçib susmazdı. Çünki o, heç

kimdәn qorxmayan şücaәtli bir insan idi vә sәhabәlәrin hamısı ondan qorxurdu”.

Ona belә dedim: “Bu başqa bir mәsәlәdir, bu mövzuya girmәk istәmirәm. Çünki sәn

sәhih hәdislәrlә qane olmayıb keçmişdәkilәrin kәramәt vә müqәddәsliyini qorumaq

üçün hәdislәri әsl mә’nasından uzaqlaşdırmağa çalışırsan. Buna görә dә Hәzrәti Әli (ә)-

nin susması vә haqqını sübuta yetirmәk üçün müxtәlif tәdbirlәri barәdә sәni necә qane

edә bilәrәm?”

Hәmin adam gülә-gülә belә cavab verdi: “Mәn Hәzrәti Әli әleyhissalamın o

birilәrindәn daha fәzilәtli olduğuna inanıram. Әgәr mәnim әlimdә olsaydı,

sәhabәlәrdәn heç birisini ondan qabağa keçmәyә qoymazdım. Çünki elmin qapısı odur.

Allahın qalib aslanı odur. Lakin iradә Allahındır. O, istәdiyini önә keçirdir vә istәdiyini

geridә qoyur. Ondan nә etdiyi soruşulmaz. Sorğu-suala çәkilәn isә mәxluqlardır”.

Mәn dә gülümsәyәrәk belә dedim: “Bu da başqa bir mәsәlәdir vә qәza-qәdәr

mövzusuna daxil olur. Әvvәllәr dә, bu mәsәlә haqqında mübahisә aparmışdıq. Amma

heç birimiz qarşı tәrәfi qane edә bilmәmişdik vә hәr kәs öz fikrindә qalmışdı. Amma

mәni heyrәtlәndirәn budur ki, bә’zi adamlarla mübahisә aparanda çox vaxt dәlillәrlә

onları sakit etdiyim vaxt tez söhbәti dәyişib mübahisә etdiyimiz mövzu ilә heç bir

әlaqәsi olmayan başqa bir mövzunu irәli sürürlәr”.

O isә “Mәn öz fikrimin üstündә durmuşam vә әqidәmi dәyişmәmişәm”-dedi.

Bundan sonra onunla xudahafizlәşib oradan getdim. Bu mübahisәdәn sonra daima

düşünürdüm ki, görәsәn nәyә görә alimlәrimiz arasında bu mübahisәni sonuna qәdәr

davam etdirәn birisini tapa bilmirәm?

Bә’zilәri mübahisә etmәyә başlayır, amma sözlәrinә dәlil gәtirә bilmәdiklәri vaxt tez:
QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 63

D ,Q
 - ! D B  U
 Q
 - !!'  U
 4  & bAHM „
  :

“Onlar keçib getmiş bir ümmәtdir, onların gördüyü işlәr özlәrinә aiddir; siz dә öz

işlәrinizә mәs’ulsunuz”-deyәrәk, mübahisә etmәmәyi üstün tuturlar.

Bә’zilәri dә “Fitnә vә düşmәnçiliyi yenidәn qızışdırmaq bizim vәzifәmiz deyil,

mühüm olan şiә vә sünnilәrin bir Allaha vә eyni Peyğәmbәr (s)-ә inanmalarıdır. Bu

bizim üçün kifayәtdir”-deyirlәr. Bә’zisi dә “Sәhabәlәr barәdә danışmaqdan çәkin.

Allahdan qorx”-deyib mübahisә etmәkdәn qaçırlar.

Görәsәn belә bir vәziyyәtdә vә belә bir nöqteyi-nәzәrlә insan tәdqiqat apara bilәrmi

vә haqqı tapması mümkündürmu?

Görәsәn, bu mövqe,

r
 &
P! D ,0- ; 
D B !5  / %:!5  &
“De ki, әgәr düz deyirsinizsә, dәlilinizi göstәrin”-deyәrәk xalqı dәlil gәtirmәyә

dә’vәt edәn Qur’anın mövqeyi ilә uyğundurmu? Bunun әksinә onlar hәr yerdә şiәnin

adı çәkilәndә vә düzgün dәlillәr göstәrildiyi vaxt hәr cürә ittiham vә yalana әl atırlar.

“Dini mükәmmәl etmә” ayәsi dә xilafәtlә әlaqәdardır.

Allah-tәala Maidә surәsinin 3-cü ayәsindә belә buyurur:

…!G0
P ] aO*
 D B  U
 E
= 
,1 L 
D B E U
 1 1 : D B 0
P D B  U
  1 -  ] % E …
“…Bu gün dininizi tamamlayıb mükәmmәl etdim, sizә olan ne’mәtimi başa

çatdırdım vә bir din kimi sizin üçün islamı bәyәnib seçdim…”

Şiәlәr bu ayәnin Qәdir-Xumda Hәzrәti Peyğәmbәr (s)-in İmam Әli (ә)-ni

müsәlmanların xәlifәsi tә’yin etdikdәn sonra nazil olunduğuna inanırlar vә bu mövzu

haqqında Әhli-beyt imamları (ә)-ndan nәql olunan rәvayәtlәrә әsaslanırlar.

Sünni alimlәrdәn bir çoxu da bu ayәnin Qәdir-Xumda Hәzrәti Әli әleyhissalamın

xәlifәliyә tә’yin olunmasından sonra nazil olunduğunu rәvayәt ediblәr. Biz hәmin

alimlәrdәn bә’zisinin adını aşağıda qeyd edirik:

1. İbni Әsakir yazdığı “Tarixi-Dәmәşq” adlı kitabında, c. 2, sәh. 75.

2. İbni Mәğazili Şafei yazdığı “Mәnaqibi Әli ibni Әbu Talib” adlı әsәrindә, sәh. 19.

3. Xәtib Bağdadi yazdığı “Tarixi-Bağdad” adlı kitabında, c. 8, sәh. 290.


QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 64

4. Siyuti yazdığı “İtqan” adlı kitabında, c. 1, sәh. 31.

5. Xarәzmi Hәnәfi yazdığı “Mәnaqib” adlı әsәrindә, sәh. 80.

6. Sibt İbni Cozi yazdığı “Tәzkirәtül-xәvas” adlı kitabında, sәh. 30.

7. İbni Kәsir yazdığı “Tәfsir”indә, c. 2, sәh. 14.

8. Alusi yazdığı “Ruhul-Mә’ani” adlı tәfsirindә, c.6, sәh. 55.

9. İbni Kәsir Dәmәşqi yazdığı “Әl-bidayәtü vәn-nәhayә” adlı kitabında, c.5, sәh.213

10. Siyuti yazdığı “әd-Dürr әl-Mәnsur” adlı tәfsirindә, c. 3, sәh. 19.

11. Qunduzi Hәnәfi yazıdığı “Yәnabi әl-Mәvәddә” adlı kitabında, sәh. 115.

12. Hәskani Hәnәfi yazdığı “Şәvahidüt-tәnzil”adlı kitabında, c. 1, sәh. 157.

Bununla belә sünni alimlәr sәhabәlәrin kәramәti qorunsun deyә, ayәni başqa cür

tә’vil vә tәfsir etmәk mәcburiyyәtindә qalıblar. Yoxsa, bu ayәnin Qәdir-Xum günündә

nazil olunduğunu e’tiraf etsәlәr, onda Hәzrәti Әli әleyhissalamın vәliliyini e’tiraf etmiş

vә Allahın bu vәliliklә dini mükәmmәl etdiyi vә ne’mәtini müsәlmanlara

tamamladığını qәbul etmiş olarlar. Bu da Әli (ә)-dәn әvvәl xәlifәliyә çatan üç xәlifәnin

xilafәtini danmaq vә sәhabәlәrin әdalәtinә şübhәlәnmәk vә bir çox hәdisin suda әriyәn

duz kimi әriyib getmәyi demәkdir. Bu isә böyük bir müsibәtdir. Çünki belәliklә, böyük

bir ümmәtin e’tiqadına, tarixinә, alimlәrinә, şәxsiyyәtlәrinә göz yumulmalıdır!

Hәmçinin bu ayәnin Әrәfә axşamı (cümә günü) nazil olunduğunu nәql edәn Buxari vә

Müslim kimi şәxsiyyәtlәrin sözlәrinә dә şübhә edilmәlidir. Buna görә dә ilk rәvayәtlәr

vә hәdislәr şiәlәrin uydurması hesab olunmuş vә şiәlәri danlamaq sәhabәlәri

danlamaqdan üstün tutulmuşdu. Sünnilәrә görә sәhabәlәr heç bir günah etmәyәn

әdalәtli adamlardırlar vә heç kimin onları tәnqid etmәyә haqqı yoxdur.1

Hәtta bә’zilәri şiә mәzhәbini zәrdüştlük vә kafirlikdә ittiham etmiş vә belә iddia

ediblәr ki, bu mәzhәbin banisi Abdullah İbni Sәbadır.2

1 Çünki sünnilәrin fikrincә sәhabәlәr ulduzlar kimidirlәr. Hәr birinә tabe olsanız doğru yolu taparsınız.
2 Qeyd etmәk lazımdır ki, tarixi kitablara görә Abdullah İbni Sәba adlı bir şәxs yox imiş. Vә bu iddia

tәhrif vә yalançılıqla mәşhur olan Seyf İbni Ömәr Tәmiminin qondardığı yalanlardan biridir. Abdulla

İbni Sәbanın mövcud olmadığını bilmәk üçün Әllamә Әskәrinin “Abdulla İbni Sәba” adlı kitabını oxu.

Taha Hüseynin “әl-Fitnәtul Kubra” vә Doktor Mustafa Kamil әş-Şeybinin “әs-Silәtu beynәt-tәsәvvüf vәt-

tәşәyyü” kitabı.
QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 65

Mә’lum olduğu kimi birinci әsrdәn e’tibarәn müsәlmanlara hakim olan hökmdarlar

Hәzrәti Әli (ә) vә o Hәzrәtin övladlarının mәqamını xalqın gözündә kiçiltmәk üçün

sәhabәlәrә hörmәt etmәk vә onları sevmәk siyasәtini tә’qib ediblәr. Hәtta minbәrlәrdә

Әhli-beyt (ә)-ә açıq-aşkar lә’nәt oxutdurulub vә şiәlәr ölüm vә sürgünә mәhkum

olublar. Nәhayәt, Müaviyәnin xәlifәliyi dövründә tәbliğat vasitәlәrinin yaydığı Şiә

mәzhәbi әleyhinә yalan şayiәlәr nәticәsindә bu cür tәbliğatların tә’siri altında qalan

müsәlmanlar arasında şiәlәrә qarşı nifrәt vә düşmәnçilik hissi oyanmışdı.

Şiәlәr Qur’an vә Әhli-beyt (ә)-in әmrlәri istiqamәtindә tarix boyu zalımlara qarşı

әbәdi mübarizә apardıqlarına görә hәmişә zalım hökmdarlar tәrәfindәn tәzyiqә mә’ruz

qalaraq, yox olmağa mәhkum olunmuş bir әks cәbhә kimi hesab ediliblәr.

Buna görә, o әsrlәrdә yaşayan tarixçi vә yazıçılar belә hakimiyyәtә yaxın ola bilmәk

üçün yazdıqları kitablarda şiәlәri Rafizi adlandırıb, kafir bilib vә qanlarını halal

bilmişlәr.

Әmәvi dövlәti devrildikdәn vә Abbasi dövlәti qurulduqdan sonra bir sıra tarixçinin

әvvәlki yolu davam etmәlәrinә baxmayaraq, bir qrupu da Әhli-beyt (ә)-in hәqiqi

mәqamını başa düşüb, insaf yolunu seçdilәr vә Hәzrәti Әli (ә)-ni xülәfayi-raşidindәn

biri hesab etmәyә çalışdılar. Amma yenә dә Hәzrәti Әli (ә)-nin hәqiqәtәn belә bir

mәqama sahib olduğunu açıq şәkildә e’lan etmәkdәn qorxurdular. Buna görә dә

onların yazdıqları “Sihah” kitablarında Hәzrәti Әli (ә)-nin fәzilәtlәrindәn ancaq o

Hәzrәtdәn әvvәl xәlifәliyi әlә keçirәnlәrin ziddinә olmayan az bir qisminә yer

verilibdir. Bә’zilәri dә Hәzrәti Әli (ә)-nin dilindәn Әbu Bәkr, Ömәr vә Osmanın

fәzilәti haqqında üzdәniraq hәdislәr uyduraraq, öz xәyallarında Hәzrәti Әli (ә)-nin

daha fәzilәtli olduğuna inanan şiәlәri çıxılmaz vәziyyәtdә qoymaq istәdilәr.

Mәn apardığım tәdqiqatlar әsasında bu nәticәyә gәldim ki, o zamanlarda

şәxsiyyәtlәrin şöhrәt vә böyüklüyü onların Hәzrәti Әli (ә)-yә qarşı düşmәnçiliklәri ilә

ölçülürmüş. İstәr Әmәvilәr, istәrsә dә Abbasilәr dövründә Hәzrәti Әli (ә) ilә düşmәn

olan, dili vә ya qılıncı ilә o Hәzrәtә vә onun şiәlәrinә qarşı әks mövqe tutan şәxslәrә

dövlәt aparatında әhәmiyyәtli vәzifәlәr verilirdi.

Buna görә dә çoxları sәhabәlәrdәn bә’zisinin rütbәsini xalqın nәzәrindә ucaldır,

bә’zisinin dәyәrini dә alçaldırdılar. Bә’zi şairlәrә saysız-hesabsız mal verildiyi halda,


QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 66

Әhli-beyt (ә)-i müdafiә edәn şairlәr öldürülürdü. Bәlkә dә Ümmül-mö’minin Aişә dә

Hәzrәti Әli (ә) ilә düşmәn olub o Hәzrәtlә müharibә aparmasaydı, bu qәdәr

yüksәlmәzdi.1

Elә buna görәdir ki, Abbasilәrin Buxari, Müslüm vә İmam Malikin mәqamlarını

ucaltdığını müşahidә edirik. Çünki, onlar Hәzrәti Әli (ә)-nin fәzilәtlәrindәn çox az bir

qisminә işarә ediblәr. Hәtta onların kitablarında Hәzrәti Әli (ә)-nin xüsusi bir fәzilәt vә

imtiyazı olmadığına dair hәdis dә mövcuddur. Mәsәlәn, Buxari “Sәhih”indә, “Osmanın

mәnaqibi” bölmәsindә İbni Ömәrin belә dediyini nәql edir:

“Biz Hәzrәti Peyğәmbәrin zamanında heç kimi Әbu Bәkrin sәviyyәsindә

görmürdük. Hәmçinin, Ömәr ilә Osmandan başqa Peyğәmbәrin o biri sәhabәlәrini eyni

sәviyyәdә görür vә heç kimi başqasından üstün hesab etmirdik”.2 Bu sözә görә saysız-

hesabsız fәzilәtlәrә sahib olan Hәzrәti Әli (ә) sıravi bir müsәlman imiş.

Hәzrәti Әli (ә) vә övladlarının imamlığına inanmaq tarix boyu adamları dövlәt

idarәsindә әhәmiyyәtli bir mövqeyә sahib olmaqdan mәhrum edirdi. Necә ki,

әsrimizdә irs, yaxud seçkilәr yolu ilә hakimiyyәtә keçәnlәr Әhli-beyt (ә)-in xilafәtinә

inanmaqdan xoşlanmırlar. Onlar Şiә mәzhәbindә olan imamәt e’tiqadını teokratik bir

görüş adlandırır, ona istehza da edirlәr. Xüsusilә Şiә mәzhәbinin qeybdә olan bir

İmamın varlığına dair e’tiqadını qәbul edә bilmirlәr. Onların әsas sәhvlәri ilahi bir

hadisәni öz kiçik mәntiqlәrinin ölçülәrilә hәzm etmәyә çalışmalarıdır.

Bәli, Şiә mәzhәbi heç bir tәrәddüdә düşmәdәn, Hәzrәti Mәhdi әleyhissalamın zühur

edib yer üzünü zülm vә işgәncәylә dolduqdan sonra, tәkrar әdalәtlә dolduracağına

inanır.

1 Aişә Hәzrәti Әli (ә)-nin adının çәkilmәsinә belә dözә bilmirdi. (“Sәhih әl-Buxari”, c. 1, sәh. 162; c. 7, sәh.

18; c. 5, sәh. 140) Tarixçilәrin yazdığına görә, Hәzrәti Әli (ә)-nin şәhid olunması xәbәrini alandan sonra,

şükür sәcdәsi edib bu barәdә bir şe’r dә yazdı.


2 “Sәhih әl-Buxari” (c. 4, sәh. 191 vә sәh. 201) hәmçinin 4-cü cildin 195-ci sәhifәsindә Hәnәfiyyәyә

mәnsub etdiyi bir rәvayәtdә belә deyir:

“Atamdan (Hәzrәti Әlidәn) soruşdum ki, Peyğәmbәr (s)-dәn sonra kim daha üstündür. O belә cavab

verdi: “Әbu Bәkr”. Mәn: “Sonra kim?”-deyә soruşdum. “Sonra Ömәr”-dedi. Daha sonra Osman

demәsindәn qorxduğum üçün, “sonra sәnsәn?” deyә soruşdum. “Mәn ancaq müsәlmanlardan

birisiyәm”-deyә cavab verdi”.


QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 67

İndi, yenidәn әsas mövzumuza qayıdaq vә tәәssübdәn uzaq bir şәkildә “dini

mükәmmәl etmә” ayәsinin hansı münasibәt vә sәbәbә görә nazil olunduğunu, hәr iki

tәrәfin dә bu mövzu haqqındakı sözlәrini dәyәrlәndirәrәk, araşdıraq. Onun-bunun razı

qalıb-qalmaması bizi maraqlandırmır. Çünki mәqsәdimiz Allahın rizasıdır. Mәqsәdimiz

“Nә mal-dövlәt, nә dә övladın bir fayda vermәdiyi bir gündә; ancaq sağlam, tәmiz bir

qәlblә Allahın hüzuruna” (Şuәra surәsi 88-89-cu ayәlәr) gәlәrәk, Onun әzabından

qurtulmaqdır.


 8L  %&8. D B 

  L / D :   - M D ' 5 %? y
 HP% O  " 
8 9 !HN. Fv%? _P% 
 :  Fv%? _›EQ: ] % 

; 
!4!'E
. D 5 I
9  A
1  
. D ' 5 %? U
 H)E/ " 
8 9 !HM [;  B : D ,0- !1/

“Bә’zi üzlәrin ağ, bә’zi üzlәrin isә qara olacağı gündә (Qiyamәt günündә) üzü

qara olanlara: “İman gәtirәndәn sonra kafirmi oldunuz? İndi kafir olduğunuza görә

dadın әzabı!”-deyilәcәkdir. Üzü ağ olanlar isә Allahın mәrhәmәti içәrisindә olub

orada (cәnnәtdә) hәmişәlik qalacaqlar”. (Ali-İmran surәsi, 106-107-ci ayәlәr)

“Dini mükәmmәl etmә” ayәsinin әrәfә günündә nazil olduğunu irәli sürәn

görüşün tәnqidi.

Buxari “Sәhih” adlı kitabının 5-ci cildinin 127-ci sәhifәsindә belә yazmışdır:

“Mәhәmmәd İbni Yusif Qeys İbni Müslimdәn, o da Tariq İbni Şәhabdan belә nәql

etmişdir ki, yәhudilәrdәn bir qrup müsәlmanlara belә dedilәr: “Әgәr bu ayә bizә nazil

olsaydı, biz o günü bayram edәrdik”. Ömәr onlardan “Hansı ayә?”-deyә soruşdu.

Onlar: “ “Bu gün sizә dininizi mükәmmәl edib ne’mәtimi sizә tamamladım vә bir din

kimi sizin üçün islamı bәyәnib seçdim”. ayәsi”-deyә cavab verdilәr. Ömәr dedi-“Mәn o

ayәnin harada nazil olunduğunu bilirәm. O ayә Hәzrәti Peyğәmbәr (s) Әrәfә çölündә

olduğu vaxt nazil olundu”.

İbni Cәririn nәql etdiyi bir hәdisdә dә İsa İbni Harisә Әl-Әnsari belә deyir:

“Darül-imarәdә oturduğumuz vaxt bir nәfәr xristian bizә xitabәn: “Ey müsәlmanlar,

sizә bir ayә nazil olunub ki, әgәr bizә nazil olunsaydı, bizdәn iki nәfәr yer üzündә

qalıncaya qәdәr o günü vә o saatı bayram edәrdik”. O ayә,

…D B 0
P D B  U
  1 -  ] %E …
QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 68

“…Bu gün dininizi mükәmmәl etdim…” (Maidә surәsi, 3-cü ayә) ayәsidir.

Bizdәn heç kim ona cavab vermәdi. Mәn Mәhәmmәd İbni Kә’b Qәrtәni ilә görüşüb

әhvalatı ona danışdım. O dedi, “Nә üçün o xristianın cavabını vermәdiniz? Ömәr İbni

Xәttab bu ayә haqqında belә deyibdir: “Bu ayә Hәzrәti Peyğәmbәr (s)-ә Әrәfә günündә

Әrәfat dağının üstündә durduğu vaxt nazil olunub”. Müsәlmanlar isә bu günü bayram

edirlәr vә bu barәdә heç bir ixtilafları yoxdur”.”1

Bu rәvayәtlәrdәn belә aydın olur ki, müsәlmanlar әvvәlcә o günün hansı tarixdә

olduğunu bilmir vә ona әhәmiyyәt vermirmişlәr. Necә ki, bir dәfә yәhudilәr, bir dәfә

dә xristianlar onlara “Әgәr bu ayә bizә nazil olunsaydı, o günü bayram edәrdik”-

dediklәri vaxt, Ömәr onlardan hansı ayәdәn danışdıqlarını soruşanda onlar “Bu gün

dininizi mükәmmәl edib… ayәsi”-deyә cavab verdiklәrindә, Ömәr onlara belә dedi:

“Mәn bu ayәnin harada nazil olunduğunu bilirәm; Hәzrәti Peyğәmbәr (s) Әrәfә

çölündә olduğu vaxt bu ayә nazil olunub”.

Biz bu hәdisin uydurma olduğu qәnaәtindәyik. Görünür Buxarinin zamanında

Ömәrin dilindәn bu rәvayәti uyduranlar bu mühüm günün bayram olmasının qarşısını

almağa cәhd edirmişlәr. Buna görә dә bunu yәhudi vә xristianlara mәnsub etmiş vә

belәliklә, әhәmiyyәtli günün xatirәlәrdәn silinmәsini istәmişlәr. Halbuki, bu hәdisә

görә o gün müsәlmanların әn böyük bayramlarından biri olmalı imiş. Çünki o gündә

Allah-tәala dinlәrini mükәmmәl edәrәk ne’mәtini tamamlayıb vә onlar üçün din olaraq

islam dinini seçibdir.

Buna görә dә ikinci rәvayәtdә bir xristianın “Ey müsәlmanlar, sizә bir ayә nazil

olunubdur ki, әgәr bizә nazil olunsaydı, o günü bizdәn yer üzündә iki nәfәr qalıncaya

qәdәr bayram edәrdik”-demәsinә baxmayaraq ravinin “Bizdәn heç kim ona cavab

vermәdi”-dediyini müşahidә edirik. Bu isә onların hәmin günün tarixi әhәmiyyәtini,

böyüklüyünü bilmәdiklәrini göstәrir. Әgәr hәmin gün müsәlmanlar arasında bayram

kimi qәbul olunmuş bir gün olsaydı, heç bir ravidәn gizli qalmazdı. Halbuki, onlar

müsәlmanların iki bayramı, yә’ni Fitr vә Qurban bayramlarından xәbәrdar idilәr. Hәtta

Buxari vә Müslim kimi alim vә hәdisçilәr öz kitablarında “Kitabül-eydeyn” (iki bayram

1 “әd-Dürr әl-Mәnsur fit-tәfsir vәl Mә’sur lis-Süyuti”, c. 3, sәh. 18


QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 69

kitabı), “Sәlatül-eydeyn” (iki bayram namazı) vә “Xütbәtül-eydeyn” (iki bayram

xütbәsi) kimi mövzulardan bәhs etmişlәr, amma üçüncü bir bayramın varlığından

danışmayıblar.

Çox böyük bir ehtimal var ki, xәlifәni seçmәkdә, şura üsuluna inananlar Hәzrәti Әli

(ә)-nin Qәdir-Xum günü imamlığa tә’yin olunması haqda nazil olunan bu ayәnin ayrı

bir mәqsәdlә nazil olunduğunu demәk üçün, Әrәfә gününün buna uyğun olduğunu

görüb bu gündә nazil olunduğunu söylәyiblәr. Çünki Qәdir-Xumda yüz min nәfәrdәn

çox toplanıbmış. Vida hәccindә isә, Qәdir-Xum gününü çıxmaqla, belә bir әzәmәtli

yığıncaq ancaq Әrәfә günündә olurmuş. Çünki hacılar ancaq әrәfә günü bir yerdә

olurlar. Hәccin digәr günlәrindә isә ayrı-ayrı qruplar halında hәrәkәt edәrlәr.

Bu ayәnin Әrәfә günündә nazil olduğunu irәli sürәnlәr әrәfә günü ilә Qәdir-Xum

günü arasında mövcud olan bәnzәrliklәrdәn istifadә edәrәk, Hәzrәti Peyğәmbәr (s)-in

Әrәfәdә oxuduğu mәşhur xütbәsindәn dәrhal sonra bu ayәnin nazil olduğunu iddia

edirlәr.

Hәzrәti Әli әleyhissalamın xilafәtini e’lan edәn vә tәkzib olunmaz dәlillәri

görmәyәn, Sәqifeyi Bәni Saidәdә yığışıb Әbu Bәkrә bey’әt etmәklә xalqı, o cümlәdәn

Hәzrәti Әli (ә) vә onunla bәrabәr Hәzrәti Peyğәmbәr (s)-ә qüsl vermәklә mәşğul olan

şәxslәri görülüb qurtarmış bir işlә qarşı-qarşıya qoyanlar hәqiqәtәn Qәdir-Xum hәdisini

heçә sayaraq onu ört-basdır ediblәr. Belә bir mәfkurәnin hökm sürdüyü bir dövrdә

kimsә bu ayәnin Qәdir-Xum günündә nazil olduğunu söylәyә bilәrdimi? Halbuki, bu

ayә Hәzrәti Әli (ә)-nin vilayәt vә hakimiyyәtә sahib olduğunu bildirmәk mәqsәdindә

Qәdir-Xum hәdisindәn daha açıq deyildir. Çünki bu ayә yalnız o gündә dinin

mükәmmәl olunduğunu, ne’mәtin tamamlandığını vә Allahın buna razı olduğunu

bildirir. Eyni zamanda dinin kamala çatmasına sәbәb olan bir hadisәnin bu gündә baş

verdiyinә işarә etsә dә, yenә dә Qәdir-Xum hәdisi qәdәr açıq deyildir.

Qәdir-Xum hәdisini inkar edәn vә ya tә’vil yolu ilә özlәrini görmәmәzliyә vuranlar

üçün dә bu ayәnin Qәdir-Xumda nazil olduğunu inkar etmәk, әlbәttә ki, daha asandır.

İbni Cәririn Qübeysә İbni Әbu Züveybdәn nәql etdiyi rәvayәt bu fikrimizin

doğruluğuna dair olan inamımızı daha da qüvvәtlәndirir. Hәmin rәvayәt belәdir:


QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 70

Kә’b bizә dedi: “Әgәr bu ümmәtdәn başqa bir ümmәtә bu ayә nazil olunsaydı, onda

nazil olunduğu günü bayram edәr vә hәmişә o günü qeyd edәrdilәr”. Ömәr ondan

“Hansı ayәni deyirsәn?”-deyә soruşdu. Kә’b dedi:

…D
 B 0
P D B  U
  1 -  ] % E 
“Bu gün sizә dininizi mükәmmәl etdim… ” ayәsini deyirәm”. Ömәr isә dedi: “Mәn

bu ayәnin nazil olunduğu günü dә, nazil olunduğu yeri dә bilirәm. Bu ayә Әrәfә

gününün cümә gününә düşdüyü gündә nazil olundu. Allaha şükür ki, bu günlәrin hәr

ikisi dә bizim üçün bayramdır”.1

“Bu gün sizә dininizi mükәmmәl etdim…” ayәsinin Әrәfә günü nazil olunduğunu

iddia edәn әqidә baxımından “tәbliğ” ayәsi deyә tanınan, yә’ni Hәzrәti Peyğәmbәr (s)-ә

çox mühüm bir mövzunu tәbliğ etmәk öhdәliyini tapşıran “Ey peyğәmbәr! Sәnә Rәbbin

tәrәfindәn nazil olanı tәbliğ et” ayәsi ilә uyğun gәlmir. Çünki bu ayәnin vida hәccindәn

sonra Mәkkә ilә Mәdinә arasında nazil olunduğunu keçәn bәhsdә izah etmiş vә bunu

yüz iyirmidәn çox sәhabә ilә üç yüz altmışdan çox sünni alimin rәvayәt etdiyini

görmüşdük. Belә olan tәqdirdә necә ola bilir ki, Allah-tәala bir tәrәfdәn Әrәfә günündә

dini mükәmmәl edib, ne’mәtini tamamladığını bildirir, digәr tәrәfdәn isә hәlә bir hәftә

keçmәmiş, Hәzrәti Peyğәmbәr (s) Mәdinәyә qayıdanda başqa bir ayә nazil olur vә

risalәtin hәlә tamamlanmadığını vә bu iş üçün ona nazil olunan çox mühüm bir

mövzunu tәbliğ etmәsinin zәruri olduğunu bildirir?

Bundan әlavә, hәr kәs Hәzrәti Peyğәmbәr (s)-in Әrәfә günü söylәdiyi xütbәsinә

diqqәt yetirsә, orada müsәlmanların bilmәdiyi vә tәbliğ olunması dinin mükәmmәl

olub, ne’mәtin tamamlanmasına sәbәb ola bilәcәk yeni bir hökmün mövcud olmadığını

görәr. Çünki, xütbәdә Qur’ani-Kәrimin vә Peyğәmbәr (s)-in bir çox münasibәtlәrlә

әlaqәdar qeyd etdiyi vә Peyğәmbәr (s)-in Әrәfә günü yenidәn tә’kid etdiyi bir sıra

vәsiyyәtlәrdәn başqa bir şey yoxdur. Buna әmin olmağınız üçün hәmin xütbәnin

müxtәlif ravilәr tәrәfindәn nәql olunan mәtnini dәrc edirik:

“Bu gün vә bu ayınız haram ay vә günlәrdәn olduğu kimi Allah-tәala qanınızı vә

malınızı da bir-birinizә haram etmişdir”.

1 “әd-Dürr әl-Mәnsur fit-tәfsir vәl Mә’sur lis-Süyuti”, bu ayәnin tәfsiri.


QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 71

“Allahdan qorxun vә xalqın malını çәkdiyiniz vә ölçdüyünüz zaman azaltmayın.

Yer üzündә fitnә-fәsadı yaymayın. Hәr kimin yanında bir әmanәt vardırsa, onu

sahibinә versin!”

“İslamda xalqın hamısı bәrabәrdir, bir әrәbin bir әcәmә üstünlüyü yoxdur, üstünlük

ancaq tәqva ilәdir”.

“Cahiliyyәt dövründә qәrarlaşdırılmış hәr qan vә hәr sәlәm ayaqlarımın altındadır”.

“Ey camaat! “nәsi”1 etmәk küfrü (kafirliyi) çoxaltmaq demәkdir. Bilin ki, (bu gün)

zaman eynәn Allah-tәalanın göylәri vә yeri yaratdığı gündәki halını alıbdır”.

“Allahın yanında ayların sayı on ikidir vә bunu öz kitabında qeyd etmişdir.

Onlardan dördü haram olan aylardır”.

“Sizlәrә qadınlara qarşı әn yaxşı şәkildә rәftar etmәyi tövsiyә edirәm. Onları Allahın

әmanәti olaraq alırsınız vә Allahın kitabı ilә onlarla evlәnmәk sizә halal olubdur”.

“Sizlәrә sahib olduğunuz kölәlәrlә yaxşı davranmağı tövsiyә edirәm; özünüz

yediyiniz yemәklәrdәn onlara yedirdin vә özünüz geydiyiniz paltarlardan onlara

geydirin”.

“Müsәlman müsәlmanın qardaşıdır, ona kәlәk gәlmәz, xәyanәt etmәz. Müsәlmanın

canı vә malı az da olsa, başqa müsәlmanlara haramdır. Bundan sonra şeytan artıq

kimsәnin ona sitayiş edәcәyindәn ümidini kәsmişdir; amma әhәmiyyәt vermәdiyiniz

işlәrinizdә ona itaәt olunacaqdır”.

“Allahın әn böyük düşmәni adam öldürmәyәn kimsәni öldürәn, vurmayan kimsәni

vurandır. Öz böyüklәrinin ne’mәtinә nankor olan şәxs Allahın Mәhәmmәdә nazil etdiyi

dinә kafir olar. Özünü atası olmayan birisinә mәnsub edәnә Allahın, mәlәklәrin vә

bütün xalqın lә’nәti olsun”.

“Mәnim vәzifәm “La ilahә illәllah” demәdiklәri vә mәnim peyğәmbәrliyimә

şahidlik etmәdiklәri zamana qәdәr xalqla müharibә etmәkdir. Bu işlәri gördüklәri

zaman isә özlәri vә var-dövlәtlәri mәnim pәnahımdadır vә yalnız haqqa aid olandan

başqa heç bir şey onlardan alınmaz. İnsanların hesabı isә Allaha aiddir”.

1 “Nәsi” haram olan Rәcәb, Mәhәrrәm, Zilqә’dә vә Zilhәccә aylarından birini haram saymamaq vә gәlәn

il ondan sonrakı ayı haram hesab etmәmәkdir.


QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 72

“Mәndәn sonra doğru yoldan azaraq vә bir-birinizin boynunu vuraraq yenidәn

küfrә düşmәyin”.

Bәli, bunlar vida hәccinin Әrәfәsindә Hәzrәti Peyğәmbәr (s)-in söylәdiyi xütbәnin

tam mәtnidir. Bu xütbәnin heç bir bölmәsinin gözdәn yayınmaması üçün bütün e’tibarlı

mәnbәlәrә müraciәt edib xütbәnin bütün bölmәlәrini toplayaraq bir yerdә nәql etdim.

Göründüyü kimi bu xütbәdә sәhabәlәrin bilmәdiyi vә yeni sayılacaq bir hökm yoxdur.

Çünki bu xütbәdә mövcud olan hökmlәrin hamısı Qur’anda qeyd edilmiş vә

Peyğәmbәr (s)-in sünnәsindә açıqlanmışdır. Hәzrәti Peyğәmbәr (s)-in bu hökmlәri

yenidәn söylәmәsi vә onlara tә’kid etmәsinin sәbәbi isә budur ki, belә әzәmәtli bir

yığıncaq o hәzrәtin be’sәtindәn sonra bәlkә dә ilk dәfә hәyata keçirilirdi. Çünki hәccә

hәrәkәt etmәzdәn әvvәl onlara bu hәccin vida hәcci olduğunu bildirmişdi. Buna görә

dә bu hәccdә çoxlu camaat iştirak etmişdi. Belә olduğu halda isә onlara bu tövsiyәlәri

bir daha söylәmәyin önәmli tә’siri olardı.

Amma ikinci görüşü, yә’ni ayәnin Qәdir-Xumda Hәzrәti Әli (ә)-nin xәlifә vә

mö’minlәrin әmiri (Әmirәl-mö’minin) olaraq tә’yin olunmasından sonra nazil

olunduğunu qә’bul etsәk, onda ayәnin mә’nası hәmin hadisә ilә sәslәşәr.

Hәzrәti Peyğәmbәr (s)-dәn sonra xәlifәnin kim olacağı çox әhәmiyyәtli bir mәsәlә

idi. Allah-tәalanın öz bәndәlәrini başsız buraxması qeyri-mümkündür. Hәzrәti

Peyğәmbәr (s) belә sәhabәlәrdәn birisini öz yerinә qoymadan Mәdinәdәn çıxmazdı.

Belә olduqda necә inana bilәrik ki, Hәzrәti Peyğәmbәr (s) öz yerinә birisini tә’yin

etmәdәn mәlәkuti-ә’laya getmişdir?

Bu әsrdә yaşayan qeyri-müsәlmanlar da hökmdarın әhәmiyyәtinә inanıb, xalqın

işlәrini idarә etmәk üçün hәtta, hökmdarın ölümündәn әvvәl onun yerinә birisini tә’yin

edir vә xalqın bir gün belә başsız qalmasını istәmirlәr. Buna görә Allah-tәalanın bütün

şәriәtlәrin axırıncısı olaraq göndәrdiyi әn mükәmmәl din olan islam dinindә bu

mәsәlәnin hәll olunmaması ağlabatan bir şey deyildir.

Kitabın qabaqkı bölmәlәrindә Aişә, ibni-Ömәr, hәtta Әbu Bәkr vә Ömәrin dә belә

rәhbәrin yerini tutacaq bir kimsәnin tә’yin olunmasının әhәmiyyәtini bildiklәrinә,

yoxsa fitnәnin baş verәcәyini anladıqlarına vә bu haqda tövsiyә etdiklәrinә işarә

etmişdim.
QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 73

Onlardan sonra gәlәn xәlifәlәr dә bunun zәruri olduğunu başa düşüb özlәrinә

canişin tә’yin etmişdilәr. Bәs necә deyә bilәrik ki, Allah vә Peyğәmbәr (s) bu mәsәlәni

bilmәyiblәr?!

Hәqiqәt bundan ibarәtdir ki, Allah-tәala öz Peyğәmbәrinә vida hәccindәn sonra,

Mәkkәdәn Mәdinәyә qayıdarkәn vәhy nazil etmiş vә Hәzrәti Әli (ә)-nin xәlifә tә’yin

olunmasını әmr etmişdir. Yә’ni belә buyurmuşdur:



!H0  " 
„
 1 e

L  ‚
u  I , !O
U
 n 9/ !1.  L  : D  ; 6
 „
 / " 
„
 E 6
2 p
M ! “ 7/ 2 %OH  !'_M !
“Ey Peyğәmbәr, sәnә Rәbbin tәrәfindәn nazil olanı tәbliğ et! Әgәr bunu etmәsәn

Rәbbinin risalәtini tәbliğ etmәmiş olarsan. Allah sәni xalqdan qoruyacaqdır”.

(Maidә surәsi, 67-ci ayә)

Yә’ni, ey Mәhәmmәd, Әlinin sәndәn sonra mö’minlәrin vәlisi vә әmiri olduğuna

dair әmrimi tәbliğ etmәsәn, hәyata keçirmәk üçün peyğәmbәrliyә seçildiyin mәqsәdi

mükәmmәl etmәmiş olarsan. Çünki, dinin imamәt ilә mükәmmәl olduğunu ağıl

sahiblәrinin tamamilә qәbul etdiklәri bir hәqiqәtdir. Eyni zamanda bu ayәdәn belә

nәticә hasil olur ki, Peyğәmbәr (s) xalqın müxalifәt, yaxud tәkzib etmәsindәn dә

çәkinir. Bә’zi hәdislәrdә Hәzrәti Peyğәmbәr (s)-in belә buyurduğu nәql olunubdur:

l
+
!h T
/M " / HT
 ;9 M :P % O M ›
 E/M 9 - D 
 M 
' f
 1  85 T
. ] %&M ; M T/ "   E
Z 3 Q? T
   M  &

$
 K-  r
 
H,1  A
9
/
T
1 L

T/ T
T 
L ,
  ; M  E
Z 3 Q? U
 N
 . [q
L / ] !
 T
, E
4  TE

  T
4M

!#WM T
% H1O 3 H, I
E T
!Q& 6
$
H
 ™T
L
T
, x a
  $
 KB
r
 1
Z
a
9  T
" 
W@ 1 
“Cәbrail Rәbbim tәrәfindәn göndәrilәrәk, mәnә bu camaat içәrisindә qalxıb, bütün ağ vә

qaralara Әli İbni Әbu Talibin mәnim qardaşım, varisim, xәlifәm vә mәndәn sonra imam

olduğunu e’lan etmәyimi әmr etmişdir. Mәn Cәbraildәn rәbbimin mәni bununla bağlı üzürlü

saymasını istәdim. Çünki tәqvalıların az olduğu vә Әli ilә maraqlandığım tәqdirdә mәnә әziyyәt

edib, qınayanların çox olacağını bilirdim. Hәtta, onlar mәnә “üzün” (yә’ni hәr sözә qulaq asan

vә qәbul edәn) lәqәbini dә verdilәr. Allah-tәala belә buyurur:

…D B  + E4 ; W   & b;W  % 5 ; % %  H Q


H0  ; W @  " 
8 9 D ' 0

QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 74

“İçlәrindә Peyğәmbәri incidib, “O hәr sözә qulaq asıb qәbul edәn bir qulaqdır”-

deyәnlәr dә var. De ki: “O qulaq sizin üçün bir ne’mәtdir”…” (Tövbә surәsi, 61-ci

ayә)

I
E
. T
nE
Q,/
*9 6
‚
u Y
   D . [U H B :  & D 5

,

/
T0B
 U
  L   D '
E 29 P M D '
E1O M ; M U
 †
% 

+  M 7- 3  I , !h Y


  . !G!6
 !#sE
 D B  I Qe
   & ‚
z  ;9 M 

!H0   
!L %1 !.
Әgәr istәsәm onları adları ilә söylәyib kimlәr olduqlarını açıqlayaram. Lakin onları

gizlәmәklә öz kәramәtimi qoruyuram. Amma Allah-tәala bu mәsәlәni tәbliğ etmәkdәn vaz

keçmәyimә razı olmadı. Ey camaat! Bilin ki, Onu (Әlini) Allah-tәala sizlәrә vәli vә imam seçmiş

vә ona tabe olmağı hamıya vacib etmişdir”.1

Cәlalәddin Siyuti dә “әd Dürr әl-Mәnsur” adlı әsәrinin 2-ci cildinin 298-ci

sәhifәsindә bu mә’nanı ifadә edәn bir xütbә nәql edibdir.

Demәk Allah-tәala tәbliğ ayәsini Hәzrәti Peyğәmbәr (s)-ә nazil edәrkәn ona әmr

edibdir ki, Rәbbinin әmrinә dәrhal itaәt edib, Hәzrәti Әli (ә)-nin xәlifәliyә tә’yin

olunmasını vә әshabına da әmirәl-mö’minin seçilmәsinә görә, Әli (ә)-ni tәbrik

etmәlәrini söylәsin. Bundan sonra isә Allah-tәala “Bu gün sizә dininizi mükәmmәl

edib ne’mәtimi sizә tamamladım vә sizә din olaraq islamı seçdim” ayәsini nazil

etmişdir.

Bundan әlavә bә’zi sünni alimlәrin dә tәbliğ ayәsinin Hәzrәti Әli (ә)-nin imamlığı ilә

bağlı nazil olduğunu açıq-aşkar e’tiraf etdiklәrini görürük. İbni Mәrdәveyh İbni

Mәs’uddan belә nәql edibdir:

“Hәzrәti Peyğәmbәrin zamanında biz tәbliğ ayәsini belә oxuyur vә anlayırdıq:

I , !O
 U
 n 9/!1.  L  : D  ; 
 ( r
 0
@ 1   %  !‘E
 ;9 
) „
 H/ " 
„
 E 
2 p
 ! “ 7/ 2 %OH  !'_!



!H0  " 
„
 1 e

L  I 9 

1 Hafiz İbni Cәrir Tәbәri, “Kitabül-vilayә”; “әd-Dürr әl-Mәnsur fit-tәfsir vәl Mә’sur lis-Süyuti”, c. 2,

sәh. 298
QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 75

“Ey Peyğәmbәr, sәnә Rәbbin tәrәfindәn-Әlinin mö’minlәrin mövlası olduğuna

dair-nazil olan әmri tәbliğ et. Әgәr bunu etmәsәn onun risalәtini tәbliğ etmәmiş

olarsan. Şübhәsiz ki, Allah sәni xalqdan qoruyar”.”1

Bütün bunlara şiәlәrin mә’sum Әhli-beyt imamlar (ә)-ından nәql etdiklәri

rәvayәtlәri dә әlavә etsәk, onda Allah-tәalanın “imamәt” ilә dinini mükәmmәl etdiyi

bizim üçün aydınlaşar. Elә buna görә dә Şiә mәzhәbindә imamәt üsuli-dindәn (dinin

әsaslarından) sayılır.

Belәliklә, Allah-tәala Hәzrәti Әli (ә)-nin imamlığı ilә müsәlmanlara ne’mәtini

tamamlayıb vә onları çobansız qoyunlar kimi buraxmayıbdır ki, müxtәlif hәvәslәrlә vә

fitnәlәrlә üzlәşmәyib, ikitirәlik yaratmasınlar. Bununla da, islamı onlara din olaraq

seçmişdir. Allah-tәala Qәdir-Xumda tәrtәmiz vә pak etdiyi, kitabının elmini bağışladığı

imamları Hәzrәti Mәhәmmәd (s)-in varislәri vә müsәlmanların rәhbәri tә’yin etmişdir.

Buna görә dә müsәlmanların Allahın hökmünә vә seçdiyinә razı olaraq, tәslim olmaları

gәrәklidir. Çünki islamın ümumi anlamı da, Allaha tәslim olmaqdır. Allah-tәala Qәsәs

surәsinin 68, 69 vә 70-ci ayәlәrindә belә buyurur:

_"B
: ! D L „
 _/  ; %-
f
  !H1 3 !L: ‚

 ; !CQO $  Ej

 D '  ; !-!  !,ž  tu !f !  j
  „
 _/ 

; %L?  : I
E 6
 D B C
  I  $
 4
… 3 uŠ T
.  1 C
  I  % 5 *9 6
I 6
* ‚
u  % 5  ; %0
L  ! D 5  

“Rәbbin istәdiyini yaradar vә (istәdiyini dә) seçәr. Onların (bәndәlәrin

istәdiklәrini etmәyә) heç bir ixtiyarı yoxdur. Allah pak vә müqәddәsdir vә

müşriklәrin Ona şәrik qoşduqları bütlәrdәn ucadır. Sәnin Rәbbin onların

ürәklәrinin gizli saxladığı vә aşkar etdiyi hәr şeyi bilir. Allah Odur. Allahdan başqa

heç bir tanrı yoxdur. Dünyada da, axirәtdә dә hәmd-sәna Ona mәxsusdur. Hökm

Onundur. Siz Onun hüzuruna qaytarılacaqsınız”.

Buradan mә’lum olur ki, Hәzrәti Peyğәmbәr (ә) Qәdir gününü bayram etmişdir.

Çünki imam Әli әleyhissalamı öz canişini etdikdәn vә “Bu gün dininizi mükәmmәl

etdim” ayәsi nazil olunduqdan sonra belә buyurmuşdur:

1 Şövkani, “Fәthül-qәdir” tәfsiri, c.3, sәh. 57; “әd-Dürr әl-Mәnsur fit-tәfsir vәl Mә’sur lis-Süyuti”, c. 2, sәh.

298 (ibni-Abbasdan nәql edәrәk).


QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 76

" 
l
+
!h T
/M "
/ T
 A
*   T
, !O
/
_H  T =

  [
A1 L 0  ]
!1:6
 [
"  2
!1- 6
3  I
9
 1 C
 

q
L /
“Dini mükәmmәl edәn, ne’mәtini tamamlayan vә mәndәn sonra Әli ibni Әbu-Talibin

vilayәtinә razı olan Allaha hәmd vә şükür olsun”.1

Daha sonra Hәzrәti Әli (ә)-nin tәbrik olunması üçün xüsusi bir mәrasim tәşkil

etdirdi. Bir çadırda oturub, Hәzrәti Әli (ә)-ni dә öz yanında oturtdu vә müsәlmanlara, o

cümlәdәn öz arvadlarına әmr etdi ki, gәlib Hәzrәti Әli (ә)-ni әmirәlmö’minin

seçilmәsinә görә salamlayıb tәbrik etsinlәr. Orada olan sәhabәlәr dә bu әmri yerinә

yetirib, Hәzrәti Әli (ә)-ni tәbrik etdilәr. Hәzrәti әmirәlmö’minin Әli әleyhissalamı tәbrik

edәnlәrin arasında Әbu Bәkr vә Ömәr dә var idi. Onlar gәlib Hәzrәti Әli (ә)-ni tәbrik

edәrәk,

A+ 0
@   "+ 
@  7- 3 %   !* %  U
 E
  M U
 C
 Q
 M l
+
!h T
/M " / ! „
  ™˜/ ™˜/
“Xoş halına, xoş halına ey Әbu Talibin oğlu, artıq bizim vә bütün mö’minlәrin

mövlasısan”-dedilәr.2

Hәssan İbni Sabit Hәzrәti Peyğәmbәr (s)-in bu gündә olan fәrәh vә sevincini

görәndә o Hәzrәtin yanına gәlib, “Bu mәnzildә bir neçә beyt şe’r söylәmәyimә icazә

verirsinizmi?”-deyә soruşdu.

Hәzrәti Peyğәmbәr (s) ona belә buyurdu: “Allahın bәrәkәtilә söylә ey Hassan,

dilinlә bizә yardımçı olduğun zamana qәdәr Ruhulqudus tәrәfindәn tә’yid

olunacaqsan”.

O da başlayıb aşağıdakı şe’rlәri oxudu:

!GP
!0 2
%OH !
/ ` 1 O !. ™Dj
 /
D ' _EQ

n  ] %  D '

P!0

1 Hakim Hәskaninin Әbu Sәid Xüdridәn bu ayәnin tәfsiri ilә әlaqәdar nәql etdiyi hәdis; vә Hafiz Әbu

Nә’im İsfahani “Qur’ani-Kәrimdә Әli ilә әlaqәdar nazil olan ayәlәr” kitabı.
2 “Sirr әl-alәmin lil-İmam әl-Ğәzzali”, sәh. 6; “Müsnәdu Әhmәd ibni-Hәnbәl”, c. 4, sәh. 281; Tәbәri,

“Tәfsir”, c. 3, sәh. 428; Qeyd etdiyimiz müәlliflәrdәn әlavә Beyhәqi, Sә’lәbi, Fәxri Razi, İbni Kәsir vә

başqaları da bu hadisәni rәvayәt ediblәr.


QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 77

“Qәdir günü Peyğәmbәrlәri onlara sәslәnirdi,

Xumda dinlә, eşit Elçi nida edirdi”.

Bu şe’r olduqca uzun bir şe’rdir vә tarixçilәr öz kitablarında onu nәql ediblәr”.1

Lakin bunlara baxmayaraq, yenә dә Qüreyş bu tә’yinatla razı olmadı vә öz başçısını

seçәrәk, Ömәrin Abdullah İbni Abbasa açıqca dediyi kimi, hәm peyğәmbәrliyin, hәm

dә xәlifәliyin Bәni Haşimdә olması vә onların bununla fәxr etmәsini qәbul edә

bilmәdi”.2

Hәzrәti Peyğәmbәr (s)-in tәşkil elәdiyi bu ilk tәbrik mәrasimindәn bir il sonra artıq

heç kimdә bu bayramı qeyd etmәk cür’әti qalmamışdı. Hәmçinin müşahidә edirik ki,

Әli әleyhissalamın canişin seçilmәsinә dair bәyan olunan nәssdәn (açıq hökm) yalnız iki

ay keçmәsinә baxmayaraq qorxu vә terror ab-havası yaradaraq, hәmin nәssi

unutdurmağa vә yaddaşlardan sildirmәyә çalışdılar vә daha heç kimdә bu barәdә

danışmaq cәsarәti qalmadı. Belә bir vәziyyәtdә tәbii idi ki, Qәdir-Xum hadisәsinin il

dönümündәn iki ay deyil, bir il keçdiyinә görә hәmin bayramın adı belә çәkilmәsin.

Belәliklә, illәr bir-birini әvәz etdi. Nәhayәt, 25 ildәn sonra haqq öz әhlinә qayıtdı vә

hakimiyyәt Әli әleyhissalamın әlinә keçdi. İmam Әli (ә) bu bayramı bәrpa etdi vә bu iş

üçün Qәdir-Xumda olan vә Peyğәmbәr (s)-in xütbәsini eşidәn sәhabәlәrdәn istәdi ki,

camaatın qarşısında dayanıb hәmin tarixi gün haqqında şahidlik etsinlәr. Sәhabәlәrdәn

otuz nәfәr (bu otuz nәfәrdәn on altı nәfәri Bәdr müharibәsindә iştirak edәnlәrdәn

idilәr) ayağa qalxıb şahidlik etdilәr”.3

Unutduğunu iddia edәrәk şahidlik etmәyәn Malik İbni Әnәs isә Hәzrәti Әli

әleyhissalamın “Әgәr doğru demirsәnsә, xalqdan gizlәdә bilmәyәcәyin bir bәlaya düçar

olasan” mә’nasındakı qarğışına tutularaq, yerindәn qalxmadan cüzam xәstәliyinә düçar

1 Hafiz Әbu İsfahani, “Qur’anda Әli haqqında nazil olunan ayәlәr” adlı kitabında; “әl-Mәnaqib lil-

Xarәzmi”, sәh. 80; Әl Gәnci Şafei, “Әl-Talib”; Cәlalәddin Siyuti vә s.


2 “Tarix әt-Tәbәri”, c. 5, sәh. 31; “Tarix ibn әl-Әsir”, c. 3, sәh. 31; “Şәrhu Nәhc әl-Bәlağә libn Әbil-Hәdid”,

c. 2, sәh. 18.
3 “Müsnәdu Әhmәd ibni Hәnbәl”, c. 1, sәh. 119 vә c. 4, sәh. 370; “Xәsais әn-Nisai”, sәh. 19; “Kәnz әl-

Ümmal lil-Hindi”, c. 6, sәh. 397; “Tarix ibn Kәsir”, c. 5, sәh. 211; İbni Әsir, “Usd әl-Ğabә”, c. 4, sәh. 28;

Süyuti “Cәmül-cәvami”; “әl-İsabә libn Hәcәr әl-Әsqәlani”, c. 2, sәh. 408.


QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 78

oldu. O, sonralar ağlaya-ağlaya “Saleh bәndәnin qarğışına tutuldum. Mәn onun

haqqında şahid olduğumu gizlәtdim”-deyәrdi.1

Belәliklә, Hәzrәti İmam Әli (ә) bu ümmәtә höccәti tamamladı vә o vaxtdan bu günә

qәdәr, bu gündәn dә qiyamәtә qәdәr şiәlәr Qәdir-Xum gününü (Zilhәccә ayının 18-ci

gününü) bayram etmiş, edir vә edәcәkdir vә bu bayram şiәlәrә görә әn böyük

bayramdır. Әn böyük olmalıdır da. Çünki o gün Allah-tәalanın bizә dinini mükәmmәl

edib ne’mәtini tamamladığı vә bizlәrә din olaraq islamı seçdiyi gündür. O gün hәm

Allahın, hәm Peyğәmbәr (s)-in, hәm dә mö’minlәrin yanında şan-şәrәfli bir gündür. Bir

sıra sünni alimlәrin Әbu Hüreyrәdәn nәql etdiklәri bir rәvayәtә görә Hәzrәti

Peyğәmbәr (s) Hәzrәti Әli (ә)-nin әlindәn tutub “Mәn hәr kimin mövlasıyam Әli dә

onun mövlasıdır”-deyә buyurdu. Bundan sonra Allah-tәala “Bu gün sizә dininizi

mükәmmәl edib…” ayәsini nazil etdi. Әbu Hüreyrә deyir: “O gün, Qәdir-Xum

günüdür. Hәr kim Zilhәccә ayının on sәkkizinci gününü oruc tutsa, ona altmış ayın

orucunun savabı yazılar”.2

Hәmin günün fәzilәtlәrilә әlaqәdar şiәlәrin Әhli-beyt imamlar (ә)-ından nәql

etdiklәri rәvayәtlәr saysız-hesabsız deyilәcәk qәdәr çoxdur.

Allaha şükür olsun ki, bizi hidayәt edib, Hәzrәti Әli әleyhissalamın vilayәtinә

sarılan vә Qәdir-Xumu bayram edәnlәrdәn qәrar vermişdir.

Sözün qısası “Mәn hәr kimin mövlasıyam, Әli dә onun mövlasıdır”-deyә başlanan

Qәdir hәdisi islam ümmәtinin nәql etmәklә ittifaq etdiyi çox mühüm bir hәdis vә daha

doğrusu әzәmәtli bir tarixi hadisәdir. Üç yüz altmışdan çox sünni alimin bu hәdisi öz

mühüm әsәrlәrindә nәql etdiklәrini bundan qabaq demişdik. Bu hәdisi nәql edәn şiә

alimlәrinin sayı isә daha çoxdur. Bu haqda daha çox tәdqiqat aparmaq istәyәnlәr

Әllamә Әmininin yazdığı “Әl-Qәdir” kitabına müraciәt edә bilәrlәr.

İşarә etdiyim bu mübahisәlәrdәn sonra islam ümmәtinin Sünni vә Şiә adlandırılan

iki qrupa bölünmәsi heç dә tәәccüblәndirici deyildir. Sünnilәr Sәqifeyi Bәni-Saidәdә

1 “Mәcmә әz-Zәvaid lil-Heysәmi”, c. 9, sәh. 106; “Tarix ibn Kәsir”, c. 5, sәh. 211; İbni Әsir, “Usd әl-Ğabә”,

c. 3, sәh. 321; “Hilyә әl-övliya liәbi-Nәim”, c. 5, sәh. 26; “Müsnәdu Әhmәd ibni Hәnbәl”, c. 1, sәh. 119.
2 “әl-Bidayә vәn-Nihayә libn Kәsir”, c. 5, sәh. 214.
QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 79

qurulan şuraya әsaslanaraq bu mövzu haqqında mövcud olan aydın hökmlәri tә’vil

ediblәr.

Şiәlәr isә mövcud olan nәsslәrә1 әsaslanaraq Әhli-beytdәn olan on iki imama

yönәlmiş vә onlardan üz çevirmәmişdir.

Hәqiqәt bundan ibarәtdir ki, Sünni mәzhәbi barәdә tәdqiqat apardığımız zaman

görürük ki, bir çox mәsәlә, xüsusilә dә xilafәt mövzusundakı mәsәlәlәr güman vә

ictihada әsaslanaraq yaradılıbdır. Axı seçki üsulunda bu gün seçdiyimiz şәxsin o

birilәrindәn üstün olduğuna dair qәti bir dәlil mövcud deyildir. Çünki qәlblәrin

içәrisindәn xәbәrimiz yoxdur vә ümumiyyәtlә insanlar nәfslәrindәki gizli olan bir sıra

duyğular, istәklәr vә xudbinliyin tә’sirindә qalarlar. Buna görә dә bir şәxsin

hakimiyyәtә çatmasında seçicilәrin iradәsindәn asılı olduğu tәqdirdә ruhda mövcud

olan bu amillәr tә’sirli olarlar. Xәlifәni seçki yolu ilә tә’yin etmәk ideyasını tәdqiq

edәnlәr bilirlәr ki, bu qәdәr tә’riflәnәn bu görüş heç bir zaman hәqiqi mә’nada bir

müvәffәqiyyәt әldә edә bilmәyib vә әsla müvәffәqiyyәtә çatmayacaqdır.

Şuranın öncülü olan Әbu Bәkrin özü seçki vә şura ilә hakimiyyәt başına keçmәsinә

baxmayaraq, ölümünün yaxınlaşdığını hiss edәn kimi şura üsulundan istifadә etmәdәn

tez Ömәri öz yerinә xәlifә tә’yin etdi. Әbu Bәkrin xәlifәliyә çatmasında böyük rolu olan

Ömәr isә Әbu Bәkrin ölümündәn sonra açıq-aşkar xalqın hüzurunda belә demişdi:

“Әbu Bәkrә olunan bey’әt tәdbirsiz vә düşünüb-daşınmadan birdәn-birә görülәn bir iş

idi. Allah-tәala müsәlmanları onun şәrindәn qorusun”.2

Sonra Ömәr, yaralanıb әcәlinin yaxın olduğunu başa düşәn kimi altı nәfәri seçdi ki,

öz aralarından bir nәfәri xәlifә tә’yin etsinlәr. Amma eyni zamanda qәti bir şәkildә

bilirdi ki, uzun müddәt Peyğәmbәr (s)-lә birlikdә olmalarına, islamı digәrlәrindәn

әvvәl qәbul etmәlәrinә vә keçmişdә yüksәk bir tәqva vә zühdә sahib olmalarına

baxmayaraq, mә’sumlardan başqa kimsәnin qurtula bilmәdiyi bәşәri hisslәrdәn

bunların çoxu qurtula bilmәyәcәkdir. Bu isә onların ikitirәliyә düşmәlәrinә sәbәb

olacaqdır. Ömәr zahirdә ixtilafın qabağını almaq üçün Әbdürrәhman İbni Ovfun

olduğu tәrәfi üstün tutaraq “Fikir ayrılığı yarandıqda Әbdürrәhman İbni Ovfun olduğu

1 Nәss – açıq hökm, aşkar dәlil.


2 “Sәhih әl-Buxari”, c. 8, sәh. 26.
QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 80

tәrәfә tabe olun”-deyirdi. Şura Hәzrәti Әli әleyhissalamı seçir. Amma onunla belә şәrt

edirlәr ki, Allahın kitabı, Peyğәmbәr (s)-in sünnәsi vә Şeyxeynin (Әbu Bәkr ilә Ömәrin)

sünnәsinә uyğun olaraq, aralarında hökm etsin. Lakin Hәzrәti Әli әleyhissalam

Şeyxeynin sünnәsinә bağlı qalmaq şәrtini rәdd edir.1 Osman isә bu şәrtlәri qәbul edir vә

onlar Osmana xәlifәlik bey’әti edirlәr. Hәzrәti Әli әleyhissalam bu haqda belә

buyurmuşdur:

T0B
 [
Z
!\H0  v
8
5 3 6
;  & M y
  

H, D ' 0
2
HŠz  `  HT.
l
 H  Y
  ,  , 3 %_f
% '
9
!E.

H"5  H"5 `  v

' e


 4 … 2 ! I
0
n )

D ' 0
b?  3n e
 . [!h W 6
y
  h
 %(O M W6
U
   O M
“Ey Allahım, tәşkil etdiklәri şuraya qarşı sәndәn yardım dilәyirәm. Mәni o birincisi ilә necә

bәrabәr sandılar vә mәnim haqqımda şübhә oyatdılar ki, bu gün bu adamlarla eyni sәviyyәli

olmuşam? Lakin yenә dә dözdüm vә eniş-yoxuşlarda onlara tabe oldum. Sonra onların arasında

әn paxıl vә kinli olanı, (Sә’d ibni Әbi Vәqqas) batil yoluna addım atdı. O birisi isә öz kürәkәninә

görә mәndәn uzaqlaşdı. Qalan iki nәfәrin dә adını çәkmәk belә ayıbdır”.2

Müsәlmanların “görkәmli” vә “seçilmiş” şәxsiyyәtlәri sayılanlar, bu şәkildә

hisslәrinә qapılanda vә paxıllıq, tәәssüb vә qohumbazlıqları bu dәrәcәdә qüvvәtli

olanda, onda başqa adamlardan nә gözlәmәk olar? Gәrçi Әbdürrәhman İbni Ovf bir

müddәtdәn sonra Osmanı seçmәkdә peşman oldu vә onu xәyanәtdә ittiham etdi. Buna

görә dә sәhabәlәrin böyüklәri onun yanına gәlib dedilәr: “Ey Әbdürrәhman! Bu sәnin

öz işin idi”. Әbdürrәhman isә onlara “Mәn onun belә olduğunu bilmirdim. Amma

Allaha and içirәm ki, artıq onunla danışmayacağam”-deyә, cavab vermiş vә Osmanın

әlindәn narahat olduğu halda dünyadan getmişdir. Hәtta Әbdürrәhman xәstәlәndiyi

zaman Osman onu görmәyә gәlәndә üzünü divara çevirib, Osmanla danışmadığı

rәvayәtlәrdә qeyd olunub.3

Daha sonra, o mә’lum hadisәlәr baş verdi vә xalq Osmanın әleyhinә qiyam etdi vә

mәsәlә Osmanın ölümü ilә nәticәlәndi.

1 “Tarix әt-Tәbәri” vә “Tarix ibn әl-Әsir”, Ömәrin ölümü vә Osmanın xәlifә seçilmәsi bölmәsi.
2 “Şәrh nәhc әl-Bәlağә li-Muhәmmәd Әbduh”, c. 1, sәh. 88
3 Tәbәri vә İbni Әsirin “Tarix” kitablarının 36-cı hicri ilindә baş verәn hadisәlәri ehtiva edәn bölmәsi vә

“Şәrh nәhc әl-Bәlağә li-Muhәmmәd Әbduh”, c. 1, sәh. 88


QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 81

Nәhayәt, bu hadisәlәrdәn sonra ümmәt yenidәn seçki yolu ilә Hәzrәti Әli (ә)-ni

seçdi. Amma artıq gec olmuşdu vә ümmәt gec tәrpәnmişdi. Çünki artıq islam dövlәti

sarsılmışdı vә münafiqlәr, zalımlar, islam düşmәnlәri vә nәyin bahasına olursa olsun

xәlifәliyi istәyәnlәr üçün meydan hazırlanmışdı. Allah ilә Peyğәmbәr (s)-in hökmlәri bu

iyirmi beş il әrzindә dәyişdirilmişdi vә islam dövlәti, Hәzrәti Әli әleyhissalama tufanlı

bir dәniz vә qaranlıq buludlar arasında görünürdü. O Hәzrәtin xәlifәliyi başdan-başa

“Nakisin” (әhdi pozanlar), “Qasitin” (tüğyan edәnlәr) vә “Mariqin” (dindәn

uzaqlaşanlar) ilә müharibәlәrdә keçdi vә ancaq şәhid olduğu vaxt bu meydanlardan

çıxa bildi. Allahın salam vә salavatı ona olsun!

Hәzrәti Әli (ә) ümmәtin düçar olduğu bu hala tәәssüf edirdi. Mәkkә fәthinә qәdәr

islama qarşı müharibә aparan vә Mәkkә fәth olandan sonra atası ilә birlikdә sәrbәst

buraxılan Müaviyә İbni Әbu Süfyan, Әmr İbni As, Müğeyrә İbni Şö’bә, Mәrvan İbni

Hәkәm vә bunlar kimi bir çoxları islamdan pay almaq sevdasına düşdülәr.

Belәliklә, Mәhәmmәd (s)-in ümmәti qan dәryasında qәrq oldu vә alçaq adamlar

müsәlmanlara hakim oldular. Bu kimi insanların ümmәt arasında bir vәzifәyә çatmaları

әsasәn şura yolu ilә xәlifәni seçmәk mәntiqinә dayanırdı. Bir müddәt keçdikdәn sonra

isә şura sistemi zülmkar monarxiyaya çevrildi. Xülәfayi Raşidin dövrü deyә

adlandırdıqları dörd xәlifәnin dövrü Hәzrәti Әli әleyhissalamın şәhid edilmәsi ilә sona

çatdı…

Amma hәqiqәtdә bu dörd xәlifәnin arasında yalnız Әbu Bәkr vә Hәzrәti Әli (ә) şura

vә seçki ilә xәlifә olmuşdular. Әbu Bәkrin bey’әti dә birdәn-birә vә bu günün istilahı

(termini) ilә desәk, müxalifәtin xәbәri olmadan baş vermişdi. Demәk, şura vә sәrbәst

seçki ilә xәlifәliyә seçilәn yalnız Hәzrәti Әli (ә) idi. Müsәlmanlar Hәzrәti Әli (ә) ilә, (o

Hәzrәtin istәmәmәsinә baxmayaraq) bey’әt etdilәr vә sәhabәlәrdәn bey’әt etmәyәnlәr

dә heç zaman tәhdid edilmәdilәr. Allah-tәala da belә iradә etmişdi ki, Әli İbni Әbu

Talib ilahi nәss vә müsәlmanların seçmәsi ilә xәlifәliyә çatsın. Bütün müsәlmanlar

Hәzrәt Әli әleyhissalamın xәlifәliyini qәbul edirlәr, lakin mә’lum olduğu kimi

başqalarının xәlifәliyi barәdә ixtilaf vardır.

Bu vәziyyәt olduqca acınacaqlı bir vәziyyәtdir. Әgәr onlar Allah- tәalanın onlar

üçün seçdiyini qәbul edib razı olsaydılar, onda başlarının üstündәn vә ayaqlarının
QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 82

altından onlar üçün ilahi ne’mәtlәr axardı vә Allah-tәala onlara göydәn bәrәkәt nazil

edәrdi. Әgәr Onun әmrinә itaәt etsәydilәr, onda Allah-tәalanın iradә etdiyi vә

r
 0
@  D ,0- ; 
; %  *  D ,
“Vә sizlәr ucasınız, әgәr mö’min olsanız” ayәsindә buyurduğu kimi bu gün

müsәlmanlar bütün alәmin ağası olardılar. Lakin aşkar düşmәnimiz olan lә’nәtli şeytan

Haqq-tәalaya xitabәn demişdir ki,

D '

!1M "   D '

 4 " 
 D '

M "
E/ " 
D ' H0E:
… HDS[DE
,
 1  „
 h  

D '  ;9  L & Šz T
0,% { M !1Q
.

" 
-
! D 5  K- M  ^

: *  D '

Z
!1 "  
“Sәn mәni azdırıb yoldan çıxartdığın üçün mәn dә Sәnin düz yolunun üstündә

oturub insanlara mane olacağam. Sonra onların qarşılarından vә arxalarından,

sağlarından vә sollarından gәlәcәyәm vә Sәn onların әksәriyyәtini şükr edәn

görmәyәcәksәn”. (Ә’raf surәsi, 16-17-ci ayәlәr)

Bugünkü müsәlmanların vәziyyәtinә bir baxın, zәif olurlar vә heç bir şeyә güclәri

çatmır, hәtta bu zәifliklәri ucbatından bir sıra kafir dövlәtlәrdәn belә dilәnirlәr. İsraili

tanıdıqlarına baxmayaraq, İsrail onların varlığını tanımağı rәdd edir. Hәtta özünә

paytaxt etdiyi Qüds şәhәrinә әsla girmәlәrinә icazә vermir. İslam dövlәtlәrinin yox,

Amerikanın ya da Rusiyanın himayәsi sayәsindә hәyatlarına davam edirlәr. İslam

millәtlәrini kasıblıq, aclıq vә xәstәlik tәhdid edir. Halbuki, Avropanın itlәri müxtәlif әt

vә balıqlarla bәslәnirlәr.

Ümmәtin bu acı taleyinә Hәzrәti Fatimә (ә) Әbu Bәkrә qarşı Mühacir vә Әnsar

qadınlarının arasında söylәdiyi xütbәsindә işarә etmişdi:

 
j  > !05 [#E
Q !#.!x  !#RE
Q !#P l

L   Ÿ
z 
%Q, 6
HDS [~,
0:!1K b$  \ 0. U
 C
      q
1 L  !M

[#!N? A
0,

%_0†1 h  !#M D - !EP "  %QHEh HDS [;% HŠz  I H M ! Hl{
; % !H,  o

L  ; %R
Q1 

#E
5x D B †E. 
   r
 1

!9\  " 
P+ Q,
O  [+
!  
+  5  D+ 
!{ ™,L  $+ % R O  ]+ 
! g
+ E
 /
 f
 /M

; %5
!- !'  D ,M !5%1B  p
 M D B E U
 E1  & [DB /
3 HM [DB  $#  
  !E. #E
e D B L 1 ? 
QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 83

“And olsun ki, artıq (fitnә dәvәsi) boğaz olub, bu yaxınlıqda doğacaqdır, gözlәmәk lazımdır.

Sonra qablar dolusu tәzә qan vә hәlakedici zәhәrlәr sağacaqsınız. Bax, o vaxt batilә gedәnlәr zәrәr

edәcәkdir vә gәlәcәkdәkilәr әvvәldәkilәrin gördüklәri işin nәticәsini anlayacaqlar. Hәlәlik dünyanı

әldә etdiyinizә görә şad olun, amma fitnәyә düşәcәyinizdәn könlünüz әmin olsun. Sizә iti

qılıncların, zülmkar vә tәcavüzkarların hakimiyyәtinin, yayğın qarışıqlığın vә zalımların

zorakılığının müjdәsini verirәm. Var-dövlәtinizi mәhv edәcәk vә cәmiyyәtinizi kökündәn

biçәcәkdir. Çox böyük bir peşmanlıq sizi gözlәyir. Amma heç bir iş görә bilmәzsiniz. Çünki

hәqiqәti görә bilmirsiniz. İstәmәmәnizә baxmayaraq sizi mәcbur edәcәyikmi?”1

Ey alәmlәrin qadınlarının әn üstünü, ey Peyğәmbәr (s)-in yadigarı, ey Fatimeyi

Zәhra (s.ә.), hәqiqәtәn dә verdiyin xәbәrlәr düz çıxdı. Necә ola bilәrdi ki, düz çıxmasın?

Çünki bu, peyğәmbәrlik silsilәsindәn vә risalәt qaymağından axan bir xәbәr idi.

Doğrudan da Hәzrәti-Fatimә salamullah әleyhanın bu sözlәri islam ümmәtinin

keçmiş vә bugünkü tarixindә tamamilә baş verib vә baş verir. Kim bilir, bәlkә dә

gәlәcәk daha ağır olacaqdır. Çünki onlar Allahın nazil etdiyindәn üz döndәrdilәr. Allah

da onların әmәllәrini alçaldıb puç etdi.

Mübahisәnin әn әsas nöqtәsi

Bütün bu bәhslәrdә zәrurәtlә diqqәt yetirilәn incә bir mә’na qalıbdır. O da bundan

ibarәtdir ki, bә’zi düşmәnlәr Әli әleyhissalamın xәlifәliyә tә’yin olunması barәdә

mövcud olan açıq-aşkar nәsslәri rәdd edә bilmәdiklәri üçün özlәrini heyrәtlәnmiş kimi

göstәrib dedilәr ki, Әli (ә)-nin xәlifә tә’yin olduğu gün orada yüz mindәn çox sәhabә

var idi. Necә ola bilәr ki, bu sәhabәlәrin hamısı Әli (ә)-dәn üz çevirib onun әleyhinә

dәsisә qursunlar. Tәdqiqata başladığım ilk zamanlarda, bu mәsәlә mәnim özümü dә,

şübhәyә salmışdı.

Әgәr mәsәlә bu şәkildә irәli sürülsә, onda hәmin düşmәnlәrin sözlәri qaneedici

görünә bilәr! Lakin bu mәsәlәni hәrtәrәfli bir şәkildә araşdırdıqda onun heyrәtlәndirici

olmadığı başa düşülәr. Mәsәlәni hәrtәrәfli araşdırmaq üçün bu suala diqqәt edәk:

Yüz minә yaxın sәhabәnin Peyğәmbәr (s)-in әmrindәn çıxdığını söylәmәk doğru

deyilsә, onda hadisә necә olmuşdur?

1 Tәbәri, “Dәlailül-imamә”; İbni Tәyfur, “Bәlağatün-Nisa”; Ömәr Rza Kәxxalә, “Ә’lamün-nisa”, c.4, sәh.

123; İbni Әbil Hәdid, Şәrhu Nәhc әl-Bәlağә libn Әbil-Hәdid”.


QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 84

Birincisi, Qәdir-Xum bey’әtindә olanların hamısı Mәdinәdә yaşamırdı. Orada

olanlardan әn çox üç va ya dörd min nәfәri Mәdinәdә yaşayırdı. Digәr tәrәfdәn isә

bunların çoxunun da kölәlәr vә Әhli Süffә kimi Mәdinәdә kimsәsi olmayan vә müxtәlif

yerlәrdәn Peyğәmbәr (s)-in yanına gәlmiş adamlar olduğunu nәzәrә alsaq, onda hәmin

dörd min nәfәrin yarısını da hesabdan çıxmalıyıq. Yerdә qalan iki min nәfәr dә

cәmiyyәtdәki sistemә uyğun olaraq, mәnsub olduqları qәbilәnin başçılarına tabe idilәr.

Hәzrәti Peyğәmbәr (s) dә mәslәhәtә görә cәmiyyәtdәki bu sistemi aradan

qaldırmamışdı vә hәr bir qrup o hәzrәtin yanına gәlәndә onların böyüklәrini onlara

rәhbәr tә’yin edirdi. Buna görә islam tarixindә onlara “Әhli-hәll vә әqd” deyilirdi.

Hәzrәti Peyğәmbәr (s)-in vәfatından sonra tәşkil olunan “Sәqifә” yığıncağının

tәşkilini araşdırdığımız zaman Әbu Bәkri xәlifә tә’yin edәn bu yığıncaqda әn çox yüz

nәfәrin iştirak etdiyi müәyyәn olur. Çünki Mәdinә әhalisi olan Әnsardan yalnız

böyüklәr bu yığıncaqda var idi. Mәkkә әhalisindәn olan vә Hәzrәti Peyğәmbәr (s)-lә

birlikdә Mәdinәyә mühacirәt edәn Mühacirlәrdәn isә yalnız Qüreyşin nümayәndәsi

olan üç vә ya dörd nәfәr bu yığıncaqda iştirak etmişdi. Buna dәlil olaraq, Sәqifәnin

(yә’ni tavanı olan bir yerin) nә böyüklükdә ola bilәcәyini tәsәvvür etmәk kifayәtdir.

Çünki o zamanın şәraitini nәzәrdә tutduğumuz zaman Sәqifәnin bir yığıncaq meydanı

olmadığı vә normal bir ev olduğu mә’lum olur. Hәtta Sәqifeyi Bәni-Saidәdә belә yüz

nәfәrin toplandığını söylәmәmiz bir şişirtmәdir. Amma mә’lumdur ki, orada yüz min

nәfәr yox idi. Xalq hәmin yığıncaqda baş verәnlәr haqqında bir müddәt keçәndәn sonra

xәbәrdar ola bildi. Bu da onunla bağlıdır ki, o dövrdә indiki kimi kütlәvi informasiya

vәsaiti yox idi.

Xәzrәc qәbilәsinin böyüyü vә eyni zamanda Әnsarın görkәmli şәxsiyyәtlәrindәn

olan Sә’d İbni Übadә vә oğlu Qeysin әks mövqedә olmalarına baxmayaraq

yığıncaqdakılar Әbu Bәkrin xәlifә olması barәdә hәmfikir oldular. Amma indiki

terminlә desәk, orada olanların böyük әksәriyyәtinin ona bey’әt etmәsi müsәlmanların

әksәriyyәtinin olmadığı bir şәraitdә hәyata keçirildi. Çünki onların bir qismi

Peyğәmbәr (s)-i qüsl vә kәfәn etmәklә mәşğul idi. Digәr bir qismi isә Peyğәmbәr (s)-in
QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 85

vәfat etmәsi xәbәrindәn sarsılmışdılar. Ömәr İbni Xәttab da onları “Peyğәmbәr (s)

öldü”-demәk ilә qorxutmuşdu.1

Bundan әlavә sәhabәlәrin çoxunu Hәzrәti Peyğәmbәr (s) Üsamәnin ordusu ilә

göndәrmişdi. Buna görә dә onların әksәriyyәti Mәdinәnin çölündә Cürüf adlı bir yerdә

idilәr vә Sәqifә yığıncağında iştirak edә bilmәdilәr. Bütün bunları nәzәrә alaraq qәbilә

üzvlәrinin öz böyüklәri tәrәfindәn verilәn qәrara qarşı çıxmaları ağlabatandırmı?

Xüsusilә dә әgәr bu qәrar bütün qәbilәlәrin әldә etmәyә cәhd göstәrdiyi mühüm bir

mövqeyә sahib olmaqla әlaqәdar olsa? Çünki xәlifәliyin әsl qanuni sahibi qırağa

qoyulub vә iş şuranın öhdәsinә qoyulduqdan sonra artıq bir gündә bütün

müsәlmanların başçısı olmaq şәrәfi onlara da nәsib ola bilәrdi. Belә olduğu tәqdirdә

onlar nәyә görә buna sevinmәsinlәr vә nәyә görә onu himayә etmәsinlәr?

İkinci mәsәlә budur ki, Mәdinәdә oturanların verdiyi qәrara Әrәbistan

yarımadasının başqa mәntәqәlәrindә yaşayan vә mәrkәzdәn uzaq olanların qarşı

çıxması da demәk olar ki, qeyri-mümkün idi. Çünki o zamanlar kommunikasiya

vasitәlәri yox idi. Bundan әlavә, onlar belә düşünürdülәr ki, Mәdinә әhalisi Peyğәmbәr

(s)-lә eyni şәhәrdә yaşadıqlarına görә Peyğәmbәr (s)-ә nazil olan hökm vә әmrlәri daha

yaxşı bilirlәr. Hәtta yeni hökmlәri ehtiva edәn vәhyin hansı saat vә hansı gündә nazil

olduğundan da xәbәrdardırlar.

Bundan әlavә, mәrkәzdәn uzaq olan bir qәbilә başçısı xilafәt mәsәlәsilә

maraqlanarmı? Ona görә Әbu Bәkrin, Әli (ә)-nin vә ya başqasının xәlifә olması

vәziyyәti dәyişdirmәzdi. Onu qәbilәsinin başçılıq vәzifәsini qorumaq vә heç kimin

onun işlәrinә müdaxilә etmәmәsi maraqlandırırdı. Digәr tәrәfdәn isә, bәlkә dә

onlardan bә’zisi mәsәlәni soruşub hәqiqәtdәn xәbәrdar olmaq istәyiblәr. Amma

başdakılar ayrı-ayrı yollarla onları susdurublar. Hәtta Әbu Bәkrә zәkat vermәkdәn

boyun qaçıran Malik İbni Nüveyrә haqqında deyilәn әhvalatda, belә şeylәrin olduğunu

görmәk mümkündür.

Buna görә dә Әbu Bәkr zamanında zәkat vermәkdәn boyun qaçıranlarla aparılan

müharibә zamanı baş verәn hadisәlәri araşdıran kimsә bu әhvalatların bir çox

1 “Sәhih әl-Buxari”, c. 4, sәh. 195.


QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 86

ziddiyyәti ehtiva etdiyinin vә sәhabәlәrin, xüsusilә dә hökmdar olanların hörmәtini

qorumaq mәqsәdilә bә’zi tarixçilәrin bu mәsәlәni tәhrif etdiklәrinin şahidi olacaq vә

hәmin yazıların adamı qane etmәdiyini görәcәkdir.

Üçüncü mәsәlә isә bu hadisәnin birdәn-birә baş vermәsi, xalqı olub qurtarmış bir

işlә qarşı-qarşıya qoymaqdan ibarәt idi. Çünki Sәqifә yığıncağı Hәzrәti Peyğәmbәr (s)-i

torpağa tapşırmaq işlәrilә mәşğul olan sәhabәlәrdәn xәbәrsiz tәşkil olunmuşdu. Hәmin

sәhabәlәrin arasında Hәzrәti İmam Әli (ә), Abbas, Miqdad, Sәlman, Әbuzәr, Әmmar,

Zübeyr vә başqaları var idi.

Sәqifәdә yığışanlar oradan çıxıb Әbu Bәkri tәmtәraqla mәscidә aparmaq vә xalqın

ona ümumi bey’әt etmәsini istәdiklәri, xalqın da ona istәyәrәk yaxud da zorla bey’әt

etdiklәri zaman әxlaqi keyyfiyyәtlәrә malik olan Hәzrәti Әli (ә) vә mәslәkdaşları

mәşğul olduqları müqәddәs vәzifәni hәlә başa çatdırmamışdılar. Onlar Hәzrәti

Peyğәmbәr (s)-i qüslsuz, kәfәnsiz vә dәfn etmәdәn xәlifәlik üçün Sәqifәyә qaçıb gәlә

bilmәzdilәr. Onlar öz vәzifәlәrini yerinә yetirdiklәri zaman isә artıq Әbu Bәkr xәlifәliyә

seçilmiş vә iş-işdәn keçmişdi. Buna qarşı çıxıb müsәlmanların arasında ikitirәlik

yaratmaq istәyәnlәr fitnәkar olaraq qiymәtlәndirilir vә müsәlmanların bunlara qarşı

müqavimәt göstәrmәlәri, lazım gәlәrsә, bunların öldürülmәlәri belә irәli sürülürdü.

Elә buna görә dә Ömәr, Sә’d İbni Ubadәni Әbu Bәkrә bey’әt etmәdiyi üçün ölümlә

tәhdid edәrәk “Öldürün onu, o fitnәkardır”1 -deyirdisә, Hәzrәti Әli (ә)-ni vә onun

evindә olanları isә yandırmaqla hәdәlәyirdi.

Xüsusilә, Ömәrin bey’әt mövzusu haqqında olan fikrini anlayandan sonra bu

mövzu ilә әlaqәdar olan bir çox mәsәlә dә hәll olar. Çünki Ömәr belә inanırdı ki,

bey’әtin düzgün vә sәhih olması üçün bir nәfәr müsәlmanın onu tәsdiq etmәsi

kifayәtdir vә qalan müsәlmanlar ona tabe olmalıdırlar. Hәr kim bu işdәn boyun qaçırsa,

dindәn çıxıb (mürtәd olub) vә öldürülmәlidir!! Burada Ömәrin bey’әt mövzusu barәdә

olan sözlәrini “Sәhih әl-Buxari”dәn nәql edirik. Ömәr Sәqifәdә baş verәn hadisәlәr

haqqında belә deyibdir:

1 “Sәhih әl-Buxari”, c. 8, sәh. 26; “Tarix әt-Tәbәri”; “Tarix әl-Xülәfa (әl-imamәti vәs-siyasә) libni Qәtibә

әd-Dinuri”.
QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 87

“Hay-küy vә bağırmalar o qәdәr çoxaldı ki, mәn ixtilaf olacağından qorxdum. Buna

görә tez dedim: “Ey Әbu Bәkr, әlini mәnә ver”. Әbu Bәkr dә әlini uzatdı vә mәn ona

bey’әt etdim. Mühacirlәr1 vә Әnsar da bey’әt etdilәr. Sonra Sә’d İbni Ubadәyә hücum

etdik. Onlardan birisi “Sә’d İbni Übadәni öldürün”-dedi. Mәn dә “Sә’d İbni Ubadәni

Allah öldürsün”-dedim. Allaha and olsun ki, gördüyümüz heç bir iş Әbu Bәkrin bey’әti

qәdәr çәtin deyildi. Qorxduq ki, bey’әt alınmadan yığıncaq başa çatar vә camaat gedib

başqa bir nәfәrlә bey’әt edәr. O vaxt isә biz ya istәmәdiyimiz bir şәxsә bey’әt etmәk,

yaxud da müxalifәtdә durmaq mәcburiyyәtindә qalardıq vә fitnә-fәsad törәnәrdi”.2

Demәk, Ömәrin fikrincә xәlifәlik mәsәlәsi seçki vә şuraya aid olan bir mәsәlә

deyildir vә müsәlmanlardan birisinin qabağa düşüb bey’әt etmәsi vә bu işin qalan

müsәlmanlara höccәt (sübut) olması kifayәtdir. Elә buna görә dә Әbu Bәkrә “Uzat

әlini”-deyir. Әbu Bәkr әlini uzatdığı vaxt da mәslәhәtlәşmәdәn ona bey’әt edir. Ömәr

bu nöqteyi-nәzәri belә izah edir:

“Qorxduq ki, bey’әt alınmadan yığıncaq başa çatar vә camaat gedib başqa bir

nәfәrlә bey’әt edәr. O vaxt isә biz ya istәmәdiyimiz bir şәxsә bey’әt etmәk, yaxud da

müxalifәtdә durmaq mәcburiyyәtindә qalardıq vә fәsad törәnәrdi”.

Mә’lum olur ki, Ömәr Әnsarın öz aralarından birisini seçib ona bey’әt etmәlәrindәn

qorxurmuş. Ömәrin yuxarıda nәql etdiyimiz sözlәri mәsәlәni daha da aydınlaşdırır.

Amma hökm vermәkdә insaflı vә tәdqiqatda diqqәtli olmağımız üçün bunu da

e’tiraf etmәliyik ki, Ömәr hәyatının son günlәrindә xәlifәlik barәdә fikrini dәyişmişdi.

Sonuncu hәccindәn qayıtdığı gün Әbdürrәhman İbni Ovfun yanında ikәn bir nәfәr

gәlib ona belә dedi: “Ey әmirәlmö’minin, filankәs deyir: “Әgәr Ömәr dünyadan getsә,

biz filankәs ilә bey’әt edәrik. Çünki Allaha and olsun Әbu Bәkr ilә bey’әt etmәk dә

tәlәm-tәlәsik bir iş idi ki, baş tutdu”. Sәn onun haqqında nә deyirsәn?” Bunu eşidәn

Ömәr bәrk hirslәndi vә Mәdinәyә çatan kimi xalqı toplayıb onlarla danışdı. Ömәrin

sözlәrinin bir qismi belәdir:

1 Bütün tarixçilәr qeyd etmişlәr ki, Sәqifәdә ancaq 4 nәfәr mühacir iştirak etmişdir. Ömәrin “beyәt etdim

vә mühacirlәr beyәt etdi” sözü, hәmin xütbәdә dediyi – “Әli (ә) vә Zübeyr vә onlarla olanlar bizimlә

müxalifәt etdilәr” sözü ilә uyğun gәlmir”. Bax: “Sәhih әl-Buxari”, c. 8, sәh. 26
2 “Sәhih әl-Buxari”, c. 8, sәh. 28.
QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 88

“Mәnә xәbәr veriblәr ki, sizlәrdәn birisi deyib: “Әgәr Ömәr ölsә, mәn filankәsә

bey’әt edәcәyәm”. Heç kim “Әbu Bәkrin bey’әti dә tәlәm-tәlәsik olmuşdu vә sonradan

baş tutmuşdu”-deyә özünü aldatmasın. Bәli, belә olmuşdu. Lakin Allah şәrini

uzaqlaşdırdı. Hәr kәs müsәlmanlarla mәslәhәtlәşmәdәn birisinә bey’әt etsә, nә ona

bey’әt olunar, nә dә bey’әt etdiyi kimsәyә. Hәr ikisi dә öldürülmәlidir (ya da hәr ikisi

dә öldürülә bilәr)”.1

Kaş Ömәr İbni Xәttab Sәqifә günü bu fikrә sahib olub, özünün dә şahidlik etdiyi

kimi, tәlәm-tәlәsik alınan bey’әtә camaatı mәcbur etmәyәydi. Amma Ömәr o günü bu

fikrә necә sahib ola bilәrdi? Axı bu görüşә görә hәm özünün, hәm dә yoldaşının

öldürülmәsi zәruri idi. Çünki yeni görüşündә belә deyir:

“Hәr kәs müsәlmanlarla mәslәhәtlәşmәdәn birisinә bey’әt etsә, nә ona bey’әt

olunar, nә dә bey’әt etdiyi kimsәyә, hәr ikisi dә öldürülmәlidir”.2

İndi isә görәk nәyә görә Ömәr ömrünün axırlarında fikrini dәyişdirib. Halbuki,

onun özü hamıdan yaxşı bilirdi ki, onun bu yeni görüşü Әbu Bәkrә olunan bey’әti

sarsıda bilәr. Çünki onun özü müsәlmanlarla mәslәhәtlәşmәdәn Әbu Bәkrә bey’әt

etmişdi. Bu görüş onun öz xәlifәliyinin tәnqid olunmasına da sәbәb olardı. Hәtta

müsәlmanlardan bә’zisi gәlib Әbu-Bәkrә e’tiraz etmişdilәr ki, niyә daş qәlbli bir nәfәri

onlara hökmdar edibdir.3 Ömәr Әbu Bәkrin yazısını xalqa oxumaq istәdiyi vaxt bir

nәfәr ona belә sual vermişdi: “O yazıda nә yazılıb ey, Әbu Hәfs”. Ömәr isә belә cavab

vermişdi: “Bilmirәm, amma onu eşidib itaәt edәn birinci adam mәnәm”. Sonra hәmin

adam belә demişdi: “Allaha and olsun ki, mәn onda nә yazıldığını bilirәm. Әvvәlcә sәn

onu xәlifә etdin, indi dә o sәni xәlifә edir”.4

Hәzrәti Әli әleyhissalam da Ömәr camaatı Әbu Bәkrә bey’әt etmәyә mәcbur elәdiyi

vaxt buna bәnzәr bir söz buyurmuşdu:

… G{ „
 E v P P   v   M ] % E  I  P    [ v  R  „
  !GQ  l
  

1 “Sәhih әl-Buxari”, c. 8, sәh. 26.


2 “Tarix әt-Tәbәri”, c. 5; “Şәrhu Nәhc әl-Bәlağә libn Әbil-Hәdid”, c. 1.
3 “Tarix әt-Tәbәri”, c. 3, sәh. 428.
4 “Tarix әl-Xülәfa (әl-imamәti vәs-siyasә) libni Qәtibә әd-Dinuri”, c. 1, sәh. 25.
QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 89

“Sağdığın bu süddәn sәnә dә bir pay çatar, bu gün işi onun üçün möhkәmlәndir, sabah onu

sәnә qaytarar…” 1

Mühüm olan budur ki, Ömәrin bey’әt barәdәki fikrini dәyişmәsinin sәbәbini

araşdıraq. Mәnim fikrimcә sәbәblәrdәn biri budur ki, Ömәr Peyğәmbәr (s)-in

ölümündәn sonra sәhabәlәrdәn bә’zisinin Hәzrәti Әli (ә)-yә bey’әt etmәk istәdiyini hiss

etmişdi. Ömәr isә bunu әsla istәmirdi vә ona görә dә Hәzrәti Peyğәmbәr (s)-in vәfatının

yaxınlaşdığını hiss edib vәsiyyәtnamә yazdırmaq istәdikdә Ömәr mane olmuşdu.2

Çünki bu vәsiyyәtnamәdә yazılanların nә olacağını tәxmin edirdi. Buna görә dә hәtta

Peyğәmbәr (s)-in sayıqladığını bәhanә gәtirәrәk, ciddi-cәhdlә bu vәsiyyәtnamәnin

yazılmasına mane oldu vә xalqın Hәzrәti Әli (ә)-yә bey’әt etmәsinin qarşısını almaq

üçün Hәzrәti Peyğәmbәr (s)-in ölüm xәbәrini yaymaq istәmәyәnlәri ölümlә hәdәlәdi.3

Digәr tәrәfdәn isә Әbu Bәkrә bey’әt etmәyi irәli sürüb xalqı ona bey’әt etmәyә mәcbur

etdi vә bu işdәn boyun qaçırmaq istәyәnlәri öldürmәklә hәdәlәdi.4

Bu işlәrin hamısı Hәzrәti Әli әleyhissalamı xәlifәlik vәzifәsindәn uzaqlaşdırmaq

üçün görülürdü. Belә olduğu halda Ömәr bir adamın “Ömәr ölәndәn sonra mәn

filankәsә bey’әt edәcәyәm”-demәyinә necә razı ola bilәrdi?

Kim olduğu tarixdә qeyd olunmayan, amma şübhәsiz sәhabәlәrdәn biri olan hәmin

adam Ömәrin Әbu Bәkrә bey’әt aldığı әhvalata istinad edәrәk deyir: “And olsun Allaha

ki, Әbu Bәkrin bey’әti dә tәlәm-tәlәsik olmuşdu. Amma sonradan baş tutdu”-yә’ni

onun bey’әti müsәlmanlarla mәslәhәtlәşmәdәn hәyata keçirilibdir. Әgәr Ömәrin Әbu-

Bәkrә aldığı bey’әt doğrudursa, onda başqasına bey’әt almaqda hәmin metodu hәyata

keçirmәk niyә doğru olmasın? Digәr tәrәfdәn isә bu adamın, hәmçinin bey’әt etmәk

istәdiyi şәxsin adları hәm İbni Abbas, hәm Әbdürrәhman İbni Ovf, hәm dә Ömәr

tәrәfindәn gizli saxlanılıb. Lakin Ömәrin bu sözdәn bәrk hirslәndiyi vә tez xalqa

müraciәt edәrәk xәlifәlik mәsәlәsinә toxunması bu iki şәxsin müsәlmanlar arasında

әhәmiyyәtli bir mövqeyә sahib olduqlarını göstәrir. O, tәlәm-tәlәsik xәlifә seçmәk

1 “Tarix әl-Xülәfa (әl-imamәti vәs-siyasә) libni Qәtibә әd-Dinuri”, c. 1, sәh. 18.


2 “Sәhih Müslüm”, c. 5, sәh. 75; “Sәhih әl-Buxari”, c. 7, sәh. 9.
3 “Sәhih әl-Buxari”, c. 4, sәh. 195.
4 “Sәhih әl-Buxari”, c. 8, sәh. 28; “Tarix әl-Xülәfa libni Qәtibә әd-Dinuri”, c. 1, sәh.19.
QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 90

hadisәsinin tәkrar olunmasının qarşısını almaq istәyib. Çünki bu dәfә onun istәmәdiyi

bir şәxs xәlifәlik vәzifәsini әldә edә bilәrdi.

İşarә etdiyimiz bәhslәrdәn mә’lum olduğu kimi bu söz tәkcә o şәxsin sözü deyildi,

әksinә sәhabәlәrin әksәriyyәti hәmin fikirdә idi. Buna görә dә Buxarinin bunları

yazdığını müşahidә edirik: “Ömәr hirslәndi, sonra belә dedi: “Mәn hәlә ölmәmişәm,

xalqın işlәrini qәsb etmәk istәyәnlәr çәkinmәlidirlәr”.”1

Demәk, Ömәr ona görә fikrini dәyişibdir ki, onun sözlәrilә desәk, xalqın işlәrini

qәsb edib onun istәmәdiyi bir şәxsә, mәsәlәn Hәzrәti Әli (ә)-yә bey’әt etmәk

istәyәnlәrin qarşısını alsın. Çünki o, inanırdı ki, xәlifәlik Әli (ә)-nin haqqı deyil vә bu

mәsәlә xalqın sәlahiyyәtindәdir. Belә olduğu tәqdirdә bu sual cavabsız qalır ki, Hәzrәti

Peyğәmbәr (s)-in vәfatından sonra Ömәr nәyә görә müsәlmanlarla mәslәhәtlәşmәdәn

Әbu Bәkrә bey’әt etdi?

Mә’lum olduğu kimi Ömәr çalışırdı ki, hansı yolla olursa olsun Әli (ә)-nin xәlifәlik

mәqamına çatmasına mane olsun. Bu nәticә nәinki Ömәrin qeyd etdiyimiz xütbәsindәn,

hәmçinin bütün tarix kitablarından әldә edilir. Tarix kitablarını araşdıran hәr bir şәxs

bilir ki, hәtta Әbu Bәkrin xәlifә olduğu vaxt da hәqiqi hökmdar Ömәr idi. Elә buna görә

dә Әbu Bәkr Üsamә İbni Zeyddәn istәmişdi ki, Ömәri müharibәyә aparmasın. Çünki

xәlifәlik işlәrindә ondan mәslәhәt alırdı.2

Digәr tәrәfdәn isә görürük ki, Hәzrәti Әli (ә) uzun bir müddәt, yә’ni Әbu Bәkr,

Ömәr vә Osmanın xәlifә olduğu müddәtdә heç bir vәzifә vә mәs’uliyyәtә sahib

olmayıb. Halbuki Hәzrәti Әli әleyhissalamı hamı böyük şәxsiyyәt kimi tanıyırdı.

Bundan daha da heyrәtlәndirici hadisә budur ki, Ömәr ölümü yaxınlaşdığı vaxt öz

yerinә xәlifә tә’yin etmәk üçün Әbu Ubeydә İbni Cәrrah ya da Әbu Hüzeyfәnin qulu

Salimin sağ olmadıqlarına tәәssüflәnibdir.

Şübhәsiz Ömәr bey’әtlә bağlı әvvәlki düşüncәsini dәyişәrәk, mәslәhәtlәşmәdәn

alınan bey’әti xalqın haqqını qәsb etmәk kimi qiymәtlәndiribdir. Buna görә dә orta bir

yol tapmalı idi ki, heç kim xalqı özünün bey’әt etdiyi şәxsә bey’әt etmәyә mәcbur edә

bilmәsin. Digәr tәrәfdәn isә o, xәlifә seçmәk işini tamamilә xalqın iradәsinә buraxa

1 “Sәhih әl-Buxari”, c. 8, sәh. 25.


2 “әt-Tәbәqat әl-Kubra libni Sә’d” vә tarix kitablarının әksәriyyәti.
QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 91

bilmәzdi. Çünki onun özü Hәzrәti Peyğәmbәr (s)-in vәfatından sonra Sәqifә

yığıncağında iştirak etmiş vә görmüşdü ki, fikir ayrılığı qan axıtmaq mәrhәlәsinә qәdәr

böyüyә bilәr. Buna görә dә nәhayәt, altı nәfәrdәn ibarәt bir şura müәyyәnlәşdirdi ki,

hәmin şura gәlәcәk xәlifәni seçsin. Qalan müsәlmanların isә bu işә qarışmaq haqqı yox

idi. Digәr tәrәfdәn, Ömәr bilirdi ki, bu altı nәfәrin arasında da ixtilaf yaranacaq. Buna

görә dә vәsiyyәt etdi ki, ixtilaf yarandığı tәqdirdә Әbdürrәhman İbni Ovfun tәrәfini

saxlasınlar vә lazım olsa qalan üç nәfәri öldürsünlәr. Әlbәttә bu vәziyyәt onların üç

nәfәrdәn ibarәt iki hissәyә bölündüklәri zaman yaranardı. Halbuki bu qeyri-mümkün

idi. Çünki Ömәr bilirdi ki, Sә’d İbni Vәqqas ilә Әbdürrәhman İbni Ovf eyni qәbilәyә –

Bәni-Zöhrә qәbilәsinә mәnsubdurlar vә bir-birinin әmioğlusudurlar. Sә’d isә Әli (ә)-ni

sevmәzdi vә Әli (ә)-yә qarşı ürәyindә kin bәslәyirdi. Çünki Hәzrәti Әli (ә) onun Әbdüş

Şәms qәbilәsindәn olan dayılarını öldürmüşdü. Ömәr hәmçinin bilirdi ki,

Әbdürrәhman İbni Ovfun arvadı Osmanın bacısıdır, yә’ni Әbdürrәhman Osmanın

yeznәsidir. Habelә bilirdi ki, Tәlhә Osmanı himayә edir. Çünki bә’zi ravilәrin nәql

elәdiyinә görә onunla Osman arasında sәmimiyyәt var imiş. Bundan әlavә Tәlhәnin Әli

(ә)-yә deyil, Osmana sәs vermәsi üçün onun Teym qәbilәsinә mәnsub olması kifayәt

edәrdi. Çünki Teym ilә Bәni Haşim qәbilәlәri arasında Әbu Bәkrin xәlifә olmasına görә

düşmәnçilik var idi.1

Ömәr bunların hamısını yaxşı bilirdi. Belәliklә, Ömәr bu altı nәfәri şuranın üzvü

seçdi. Bu altı nәfәrin altısı da mühacirlәrdәn idi. Әnsardan bir nәfәr dә şuranın

üzvlüyünә seçilmәdi.

Onların hamısı nüfuz vә әhәmiyyәtә malik qәbilә başçıları idilәr:

1. Әli İbni Әbu Talib; Bәni-Haşim qәbilәsinin başçısı.

2. Osman İbni Әffan; Bәni-Ümәyyә qәbilәsinin başçısı.

3. Әbdürrәhman İbni Ovf; Bәni-Zöhrә qәbilәsinin başçısı.

4. Sә’d İbni Әbu Vәqqas; Bәni-Zöhrә qәbilәsinә mәnsub idi, ana tәrәfindәn isә Bәni-

Ümәyyә qәbilәsinә.

5. Tәlhә İbni Übeydullah; Bәni-Teym qәbilәsinin başçısı.

1 “Şәrhu Nәhc әl-Bәlağә li-Muhәmmәd Әbduh”, c. 1, sәh. 88.


QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 92

6. Zübeyr İbni Әvam; Hәzrәti Peyğәmbәr (s)-in bibisi Sәfiyyәnin oğlu vә Әbu

Bәkrin qızı Әsmanın әri idi.

Bu altı nәfәr “әhli hәll vә әqd” sayılır vә verdiklәri hökm vә fikirlәri bütün

müsәlmanlar tәrәfindәn, istәr Mәdinәdә, istәrsә dә başqa şәhәr vә mәntәqәlәrdә qәbul

olunurdu. Müsәlmanlar heç bir e’tiraz etmәdәn itaәt etmәli idilәr. Buna qarşı çıxan

şәxsin qanı da halal olmuşdu. Buradan Qәdir-Xum hәdisinin nәyә görә üstü örtülü

qaldığı da aydınlaşır.

Digәr tәrәfdәn isә deyә bilәrik ki, Ömәr bu altı nәfәrin necә düşündüklәrini vә hansı

hәdәfi tutduqlarını bildiyinә görә, Osman İbni Әffanın xәlifәliyә çatması üçün zәmin

yaradırdı. Çünki o, әn azı bilirdi ki, bunlar Hәzrәti Әli (ә)-nin xәlifә olmasına razı

olmazdılar. Yoxsa hansı haqqa әsaslanaraq Әbdürrәhman İbni Ovfun tәrәfini Hәzrәti

Әli (ә)-dәn üstün tutdu? Halbuki, müsәlmanların arasında Hәzrәti Әli (ә) ya da Әbu

Bәkrin daha fәzilәtli olduğu barәdә ixtilaf olsa da, Hәzrәti Әli (ә) ilә Әbdürrәhman İbni

Ovfun bir-birilә müqayisә olunması indiyә qәdәr eşidilmәyib.

Burada şura üsulunu müdafiә edәn sünni qardaşlarıma bu sualı vermәk lazımdır ki,

görәsәn bu altı nәfәrdәn ibarәt hey’әti hәqiqi şura hesab etmәk olarmı? Axı bu altı

nәfәri müsәlmanlar deyil, Ömәrin özü seçmişdi. Onun özünün xәlifәliyә çatması

müsәlmanlarla mәslәhәtlәşmә olmadan, yә’ni tә’yinlә olduğu halda, o hansı üsul, ya da

haqqa dayanaraq müsәlmanları onlardan birinә boyun әymәyә mәcbur edә bilirdi?

Görünür, Ömәr xәlifәliyin yalnız mühacirlәrin haqqı olduğuna vә heç kimin bu

mövzu barәdә onlarla mübarizә aparmaq haqqına sahib olmadığına inanırdı. Hәtta o

da, Әbu Bәkr kimi, xәlifәliyin ancaq Qüreyşә aid olduğuna inanırdı. Buna görә dә

Salmani Farsi, Әmmar Yasir, Bilal Hәbәşi, Süheybi Rumi, Әbuzәri Qәffari vә Qüreyş

qәbilәsindәn olmayan minlәrlә sәhabәnin xәlifәlik vәzifәsinә çatmaq haqqı yox idi.

Bunlar dәlilsiz bir müddәa deyildir vә hәdisçilәrin onların özlәrindәn nәql etdiklәri

sözlәri ilә sübuta yetirilir. Burada Buxari vә Müslimin “Sәhih” kitablarında qeyd

etdiklәri xütbәyә qayıdaq. Ömәr belә deyir:

“Danışmaq istәyirdim. Әbu Bәkrin qarşısında söylәmәk üçün xoşuma gәlәn bir

xütbә dә hazırlamışdım. Lakin ondan çәkinirdim. Danışmaq istәdiyim vaxt Әbu Bәkr

mәnә “yavaş ol”-dedi. Mәn isә onu hirslәndirmәk istәmәdim. Әbu Bәkr danışmağa
QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 93

başladı. O mәndәn daha dözümlü vә daha vüqarlı idi. Allaha and olsun ki, mәnim

hazırladığım sözlәrin hamısına bәnzәr, ya da daha yaxşısını özünün hazırlıqsız

nitqindә söylәdi. Sonra susub Әnsara xitabәn dedi: “Özünüz haqqında qeyd etdiyiniz

hәr bir xeyrin әhlisiniz. Amma xәlifәlik yalnız Qüreyş qәbilәsinә yaraşır”.1

Belәliklә, mә’lum olur ki, Әbu Bәkr ilә Ömәr şura üsuluna, sözün әsl mә’nasında

inanmırdılar. Әlbәttә bә’zi tarixçilәr Әbu Bәkrin Әnsar qarşısında Hәzrәti Peyğәmbәr

(s)-in “xәlifәlik Qüreyşdәndir”-deyә buyurduğuna istinad etdiyini yazırlar. Bu hәdis

şübhәsiz ki, doğrudur. Bunu Buxari vә Müslim öz “Sәhih” kitablarında qeyd ediblәr.

Hәmçinin başqa sünni vә şiә kitablarında da vardır. Bu hәdisdә Hәzrәti Peyğәmbәr

(s) belә buyurubdur:

|
   & " 
D ' (-  f
  !0S
q
L / " 
tu !¡
 
“Mәndәn sonra xәlifәlәr on iki nәfәrdir. Hamısı da Qüreyşdәndir”.

Hәzrәti Peyğәmbәr (s) başqa bir hәdisdә mәsәlәni daha açıq buyurmuşdur:

;
!0S


!H0  " 
T 
/ ! |  & T
.   *  85 2 p *
“Bu iş, insanlardan ancaq iki nәfәr belә qalsa, Qüreyşdә olacaqdır”. 2

Peyğәmbәrin bu sözlәri dә hәmin mә’nanı ifadә edir:

 Hf 
Ej
  T. |
+   
F`Q: 
 !H0 
“Camaat hәm xeyirdә, hәm şәrdә Qüreyşә tabedir”. 3

Әgәr bütün müsәlmanlar bu hәdislәrә inansalar, o zaman kim iddia edә bilәr ki,

Hәzrәti Peyğәmbәr (s) xәlifәliyin taleyini şuraya tapşırmışdır? Ey düşüncә sahiblәri, bu

paradoksdur.

Peyğәmbәrin özündәn sonrakı xәlifәlәri, sayları vә adları ilә birlikdә tә’yin etdiyini

tә’kid edәn Әhli-beyt imamlar (ә)-ı vә şiә alimlәri ilә bә’zi sünni alimlәrin fikrini qәbul

etmәyincә bu paradoks vә tәzaddan qurtarmaq mümkün deyildir.

1 “Sәhih -Müslüm”, Babül-Vәsiyyәt.


2 “Sәhih Müslüm”, c. 6, sәh. 2; “Sәhih әl-Buxari”, c. 8, sәh. 27.
3 “Sәhih Müslüm”, c. 6, sәh. 2; “Sәhih әl-Buxari”, c. 8, sәh. 27.
QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 94

Bu izahatlarımızdan Ömәrin xәlifәlik mәqamını Qüreyşlә mәhdudlaşdırmasının

әsas sәbәbini anlaya bilәrik. Ömәr hәtta Hәzrәti Peyğәmbәr (s)-in sağlığında da

nәsslәrә qarşı ictihad etmәklә mәşhur idi. Bunun әn açıq nümunәlәrini Hüdeybiyyә

sülhü1, münafiqlәrә namaz qılmaqda2, Cümә axşamı müsibәtindә3 vә behişti

müjdәlәmәyә4 mane olmaqda müşahidә edirik.

Buna görә dә Peyğәmbәr (s)-in vәfatından sonra o Hәzrәtin xәlifәlik haqqındakı

hәdisinә qarşı çıxması, o Hәzrәtin Әli әleyhissalamın xәlifә olması barәdә buyurduğu

sözlәrini Әli (ә)-nin yaşı hamıdan az olduğuna görә qәbul etmәmәsi vә Qüreyş sözünü

ümumi bir şәkildә ehtiva edәn hәdislә kifayәtlәnmәsi heç dә tәәccüblәndirici deyildir.

Ömәri vәfatından qabaq Qüreyşin böyüklәrindәn altı nәfәri şura üzvlәri olaraq tә’yin

etmәyә sövq etdirәn dә budur. Belәliklә, Peyğәmbәr (s)-in hәdislәrilә özünün xәlifәliyi

ilә bağlı Qureyşin haqqına inanması arasında bir növ uyğunluq yaratmaq istәmişdir.

Bәlkә dә xәlifә seçilmәyәcәyini bildiyi halda Hәzrәti Әli әleyhissalamı hәmin şuraya

daxil etmәsi dә bir növ siyasәt imiş. Çünki belәliklә Hәzrәti Әli (ә)-nin daha üstün

olduğuna inanan dostlarının artıq heç bir bәhanәsi qalmayacaqdır. Hәzrәti Әli (ә) isә

xalqın qarşısında söylәdiyi xütbәsindә bu siyasәtin mahiyyәtini izah etmişdi. O Hәzrәt

(ә) belә buyurmuşdu:

[D5   M TM D 
x A+  !1? T
. !'L ? I

E
Q

3)
  W6
3 H, [
A0C
 1
 $
H
 $
H1  2
%h 3  y
  Qe
 .

T0B
 [
Z
!\H0  v
8
5 3 6
;  & M y
  

3 H, D ' 0
2
HŠz  `  HT.
l
 H  Y
  ,  3, [3 %_f
 I
9
!E.

…H"5  H"5 `  v

' e



4 … 2 ! [I0n)
D ' 0
b?  3 n e
 . [!h W 6
y
  h
 %(O M W 6
U
   O M
“Müddәtin uzun vә möhnәtin ağır olmasına baxmayaraq, sәbr etdim. Hәtta o (Ömәr)

dünyadan köçmәk istәyәndә xәlifәlik (seçmәk) işini bir qrupun öhdәsinә qoydu. Belәliklә, mәnim

dә onlardan biri olduğum zәnn olundu. Ey Allahım, şuraya bax! Onlardan birincisilә

müqayisәdә nәyә görә mәnә şübhә olundu ki, indi bu şәxslәrlә bәrabәr hesab olunum. Lakin eniş-

1 “Sәhih әl-Buxari”, c. 2, sәh. 81; “Sәhih Müslüm”, “Hüdeybiyyә sülhü” babı.


2 “Sәhih әl-Buxari”, c. 2, sәh. 76.
3 “Sәhih әl-Buxari”, c. 1, sәh. 37.
4 “Sәhih әl-Buxari”, c. 1, sәh. 45.
QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 95

yoxuşlarda (islamın mәslәhәtinә görә) onlarla yoldaşlıq etdim. Sonra onlardan biri qәlbindәki

kinә qulaq asdı, o birisi dә öz kürәkәninә meyl elәdi vә…”1 (xütbәnin davamı var)

Dördüncü hәqiqәt bundan ibarәtdir ki, Hәzrәti Әli әleyhissalam hәr yolla adamlara

dәlil gәtirdi. Amma bunun heç bir faydası olmadı. Çünki onlar ya Allahın Әli (ә)-yә

ehsan etdiyi mәqama görә o Hәzrәtә paxıllıq edirdilәr, ya da Qüreyş qәbilәsinin

şöhrәtli pәhlәvanlarını öldürüb şücaәtilә islam düşmәnlәrinin burnunu yerә sürtdüyü

vә onları tәslim olmağa mәcbur etdiyi üçün qәlblәrindә Hәzrәti Әli (ә)-yә qarşı kin vә

düşmәnçilik bәslәyirdilәr. Buna görә dә o Hәzrәtdәn üz çevirib, başqalarına meyl

etmişdilәr. Belә adamlara dәlil gәtirmәyin faydası ola bilәrmi? Amma bütün bunlara

baxmayaraq, yenә dә Hәzrәti Әli (ә) bir dağ kimi dayanmış vә Hәzrәti Peyğәmbәr (s)-in

gәtirdiyi din ilә qoyduğu sünnәni müdafiә etmişdi. Nә qınayanların qınaması, nә dә

dünyanın mal vә vәzifәsi onun iradәsinә xәlәl gәtirә bilmәdi.

Hәzrәti Peyğәmbәr (s) bunu bilirdi. Buna görә dә Hәzrәti Әli (ә)-nin mәhәbbәtini

insanların qәlbinә yerlәşdirmәk mәqsәdilә hәr bir münasibәtlә camaata qardaşı vә

әmioğlusu Әli (ә)-nin fәzilәtlәrini xatırladırdı:

Fm!
I )
 n / b;!œ 6
™T7 _l
“Әlini sevmәk iman, düşmәnçilik isә nifaqdır”.2

™T
 " 
!M T0
‡T

“Әli mәndәndir, mәn dә Әlidәnәm”.3

q
L / "+ 
@  7- ‡T
 _T

“Әli mәndәn sonra bütün mö’minlәrin vәlisidir”.4

q
  %/M T
1 
A
0
 
 !/ ‡T

“Әli mәnim elm şәhәrimin qapısı vә övladlarımın atasıdır”.5

1 “Şәrhu Nәhc әl-Bәlağә li-Muhәmmәd Әbduh”, c. 1, sәh. 87.


2 “Sәhih Müslüm”, c. 1, sәh. 61.
3 “Sәhih әl-Buxari”, c. 3, sәh. 168.
4 “Müsnәdu Әhmәd ibni Hәnbәl”, c. 5, sәh. 25; “әl-Müstәdrәk lil-Hakim”, c. 3, sәh. 124.
5 “әl-Müstәdrәk lil-Hakim”, c. 3, sәh. 126.
QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 96

r
 
H^C
 1   n   Z
!& r
 
H,1  ] !6
 r
 1


 1   EO ‡T

“Әli müsәlmanların ağası, tәqvalıların imamı vә nurüzlülәrin rәhbәridir”.1

Yuxarıda qeyd etdiyimiz kәlamlar Hәzrәti Peyğәmbәr (s)-in sözlәrindәn bә’zi

nümunәlәrdir. Amma heyif ki, bu sözlәr bir çox adamların qәlbindә paxıllıq vә

düşmәnçilikdәn başqa bir şey artırmadı. Buna görә dә Hәzrәti Peyğәmbәr (s)

ölümündәn qabaq onu çağırıb, boynuna sarılıb belә buyurdu:

*9 6
  Q& !. > %L!/ ; ’
. .q
L / „
  !' ' \  o
 % O ]+ % & 

 T
. " Z
!n=
 „
  ;9  D  M T6
:_T
 !

!#%\  T
! : 3 H,  Q

 !.
“Ey Әli, mәnim bu qövmümün sәnә qarşı bәslәdiyi kindәn xәbәrim var. Mәndәn sonra

kinlәrini sәnә aşkar bildirәcәklәr. Әgәr onlar sәnә bey’әt etsәlәr qәbul et. Әks tәqdirdә mәzlum

olaraq mәnimlә görüşәcәyin vaxta kimi sәbr et”.2

Beşinci mövzu bundan ibarәtdir ki, adam Qur’anı oxuyub ayәlәrinә diqqәt yetirdiyi

vaxt görür ki, keçmiş ümmәtlәr arasında da buna bәnzәr bir sıra ixtilaflar mövcud olub.

Mәsәlәn, Qabil qardaşı Habili haqsızlıqla öldürür. Hәzrәti Nuh min ilә yaxın bir zaman

cihad etsә dә qövmündәn bir neçә nәfәri çıxmaqla, heç kim ona tabe olmur vә arvadı ilә

oğlu belә kafirlәr tәrәfdә olurlar. Allah Lut peyğәmbәrin yaşadığı şәhәri uçurtmaq

istәdiyi vaxt yalnız bir evin adamları mö’min idilәr. Yer üzündә zülm edib xalqı özünә

kölә edәn Fir’onun qövmündә imanını gizlәdәn bir nәfәrdәn başqa mö’min yox idi.

Yaqub peyğәmbәrin oğlanları özlәrini güclü bilib kiçik qardaşları Hәzrәti Yusifin

atalarının gözündә daha әziz olduğuna dözә bilmәyib, heç bir günahı olmayan Hәzrәti

Yusifi öldürmәyi planlaşdırırlar. Allah-tәala Bәni-İsraili Hәzrәti Musanın әlilә qurtarıb,

dәnizi onların keçә bilmәsi üçün ikiyә böldü vә düşmәnlәri olan Fir’onu orada boğub

hәlak etdi. Amma bu mö’cüzәlәrә şahid olan Bәni-İsrail dәnizdәn tәzәcә çıxmış

olmalarına baxmayaraq, bütlәrә sitayiş edәn bir qövmü görәn kimi Hәzrәti Musaya

“Onların sitayiş etdiklәri bütlәr kimi bizә dә sitayiş etmәyimiz üçün bütlәr qәrar ver”-

dedilәr. Hәzrәti Musa onlara “Siz cahil bir qövmsünüz”-dedi. Hәzrәti Musa Rәbbi ilә

1 “Müntәxәbi Kәnz әl-ümmal”, c. 5, sәh. 34.


2 “әr-Riyaz әn-Nәzirә lit-Tәbәri fi mәnaqibül-әşәrә”, Babi-fәzaili Әli İbni Әbu Talib.
QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 97

görüşmәyә getdiyi vaxt qardaşı Harunu onlara rәhbәr tәyin etdi. Ancaq onlar onun

әleyhinә dәsisәlәr yaratdılar vә az qaldı onu öldürsünlәr. Nәhayәt, kafir olub buzova

sitayiş edir vә sonralar bir çox peyğәmbәri öldürürlәr. Bu barәdә Allah-tәala “Bәqәrә”

surәsinin 87-ci ayәsindә Bәni-İsrailә xitabәn belә buyurur:

; %, : !#
. D ,/89 - !#
 . D :  QB ,O  D B 
  M 
3 % ' : * !1/
b2%O D - tz !? !19B .M
“Hәr dәfә ürәyinizә yatmayan bir әmrlә gәlәn peyğәmbәrә tәkәbbür

göstәrmәdinizmi? Mәhz buna görә dә onların bir qismini tәkzib etdiniz, bir qismini

isә öldürdünüz”.

Yәhya ibni Zәkәriyya peyğәmbәr olduğu halda başı kәsilir vә Bәni İsrail

zalımlarından birinә hәdiyyә olunur. Yәhudilәr ilә xristianlar Hәzrәti İsanı çarmıxa

çәkib öldürürlәr.

Müsәlmanlara gәldikdә isә, islam ümmәtindәn sayılanlar Hәzrәti Peyğәmbәr (s)-in

әtirli çiçәyi vә cәnnәt gәnclәrinin ağası İmam Hüseyn (ә) ilә yetmiş iki nәfәrdәn ibarәt

olan әshabını öldürmәk üçün ordu hazırlayıb Kәrbalada Peyğәmbәr (s)-in Әhli-beytini

mühasirәyә aldılar vә Hәzrәti Hüseyn (ә)-lә bütün әshabını (süd әmәn körpәyә kimi)

qılıncları ilә doğradılar.

Bütün bunlar nәzәrdә tutulsa, onda xәlifәlik mәsәlәsindә baş verәn hadisәlәrin

heyrәtlәndirici bir cәhәti qalmaz. Hәzrәti Peyğәmbәr (s) dә ümmәti haqqında belә

buyurubdur:

:% !& [v%1, 4   ™l=


  C
 ? %4 P %  3H, 
+ 8
/
!#W
 + Qf

/
# Q
D B Q& ; !- "  " 0O ; %LQ
H,,O

šš;W 6
" 1 . :2 !& š3 !eH0  P %'E  D 5  :M
“Çox keçmәdәn özünüzdәn әvvәlki ümmәtlәrin sünnәsini, qarış-qarış vә addım-addım tә’qib

edәcәksiniz; onlar kәrtәnkәlә yuvasına belә girmiş olsalar, siz dә hәmin yuvaya girәcәksiniz”.

Hәzrәti Peyğәmbәr (s)-dәn, “Әvvәlki ümmәtlәrdәn yәhudilәr vә xristianları qәsd

edirsinizmi?”-deyә soruşdular. O Hәzrәt (s) belә cavab verir: “Әlbәttә ki, onları qәsd

edirәm”.1

1 “Sәhih әl-Buxari”, c. 4, sәh. 144 vә c. 8, sәh. 151


QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 98

Belә olduğu tәqdirdә Hәzrәti Peyğәmbәr (s) buyurmuşdur:

b$ 
 bA&  .
*9 6

!H0  T
. !'(- A# &  .
r
 L
QO  ¢

a
 S 3 6
T
,HM m

, ,O
“Mәnim ümmәtim yetmiş üç firqәyә bölünәcәk ki, hәmin firqәlәrdәn yalnız biri cәnnәtә

girәcәk, qalanı isә cәhәnnәmә daxil olacaqdır”.1

Hәzrәti Peyğәmbәr (s) başqa bir yerdә belә buyurmuşdur:

 ! :2 %&N. [


‚ 
!H0   6
2 !E. š"M 3 6
2 %&N. 2
!1f  y

W 3 6
A
 !E
 ] %  T
/!C
 N/
3 :@ 

v M *  q
L / 2 H/ " 1
!#CO :2 %&N. :> 
L / " 
%S  M ! q
 : * „
 H6
:2 !E. T
/!C
 M t
* @ 5

D
L H0  
1 5  K
*9 6
D ' 0
£
 j
 
“Әshabım qiyamәt günündә sol tәrәfә doğru aparılacaqdır. O zaman mәn “haraya?”-deyә

soruşacağam. “And olsun Allaha ki, cәhәnnәmә”-deyә cavab verilәcәk. O zaman mәn “Ey

Rәbbim, bunlar mәnim әshabımdır”-deyәcәyәm. “Bunların sәndәn sonra nә etdiklәrini, nә

bid’әtlәr çıxardıqlarını bilmirsәn”-deyә cavab verilәcәkdir. O zaman mәn deyәcәyәm: “Mәndәn

sonra dindә bid’әt çıxaranlar Allahın rәhmәtindәn uzaq olsunlar”. Onlardan sürüdәn ayrılıb

itәn dәvә kimi yalnız bir neçәsi qurtulacaqdır”.2

Bizim gizli sirlәrimizdәn xәbәrdar olan Allah-tәala belә buyurmuşdur:

r
 0

@ 1 /
U
 
   %  

!H0   K- M!
“Sәn çox istәsәn dә, yenә dә insanların әksәriyyәti iman gәtirmәz”. (“Yusif”

surәsi, 103-cü ayә)

; %5
!- C
 
D 5  K- M  C
 !
/ D 5 tz !?  /…
“…Xeyir, o haqq olan Qur’anla onlara gәlibdir. Lakin әksәriyyәti haqqı istәmәz”.

(“Mö’minun” surәsi, 70-ci ayә)

; %5
!- C
 
D 5  K- M " B
 C
 !
/ D - !0†?
  

1 “Sünәn ibn Macә”, c. 2, 3993 nömrәli hәdis; “Müsnәdu Әhmәd ibni Hәnbәl”, c. 3, sәh. 120; Tirmizi

“İman”.
2 “Sәhih әl-Buxari”, c. 7, sәh. 209; “Sәhih Müslüm”, Babül-hovz.
QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............... 99

“Hәqiqәtәn dә sizә haqqı gәtirdik, amma әksәriyyәtiniz haqqı istәmirsiniz”.

(“Zuxruf” surәsi, 78-ci ayә)

; %1L * D 5  K- M H"B


 ‡ I
9     ;9 
* M
“Bilin ki, Allahın vә’di heç şübhәsiz hәqiqәtdir. Amma çoxları bilmәz”. (“Yunus”

surәsi, 55-ci ayә)

; %O
!. D 5  K- M D ' /%& 3 /N :  D '
5
%.N/
D B %=  …
“…Onlar sizi dәlillәrilә razı etmәyә çalışırlar, amma qәlblәri bunu rәdd edir,

onların çoxu da fasiqdir”. (“Tövbә” surәsi, 8-ci ayә)

;  Bf
 * D 5  K- M H"B
 

!H0   + )
 . 8  I 9  ;9 

“…Allah insanlara lütf vә ehsan edir. Amma onların çoxu şükür etmәz”. (“Yunus”

surәsi, 60-cı ayә)

;  .
!B  D 5  K- M !' B
0 HDS I
9  A 1 L 
; %.
L 
“Onlar Allahın ne’mәtlәrini bildikdәn sonra onu inkar edәrlәr, çoxu da kafirdir”.

(“Nәhl” surәsi, 83-cü ayә)

G%- *9 


!H0  K- M /N.  -9 89 E
D ' 0E/ v !0. H 
   
“And olsun ki, Biz düşünüb ibrәt alsınlar deyә onu (suyu) olduqları yerlәrә

axıtdıq. Amma çoxu nankor oldu”. (“Furqan” surәsi, 50-ci ayә)

; %-
f
  D 5 J*
I
9 !
/ D 5  K-  " 
@ !
“Onların çoxu ancaq şәrik qoşaraq Allaha inanarlar”. (“Yusif” surәsi, 106-cı ayә)

; %=
L  D ' . HC
  ; %1L * D 5  K- M  /…
“…Onların әksәriyyәti haqqı bilmәzlәr vә üz çevirib gedәrlәr”. (“Әnbiya” surәsi,

24-cü ayә)

; 
!O D ,M ; %BQ:* ; %BC
) :  ; %Q^
 L : —

C  85 " 1
.M
“İndi siz bu kәlama tәәccübmü edirsiniz? Hәm dә gülürsünüz, heç ağlamırsınız!

Qәflәt içindә qalıbsınız”. (“Nәcm” surәsi, 59-61-ci ayәlәr)


QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............. 100

Hәsrәt vә tәәssüf

Bu hәqiqәtlәri oxuyan hәr bir müsәlman Hәzrәti Әli әleyhissalamın Peyğәmbәr (s)-

in tә’yin etdiyi xәlifәlik mәnsәbindәn uzaqlaşdırılması ilә islam ümmәtinin o Hәzrәt

(ә)-in hikmәtli rәhbәrliyi vә misilsiz elmindәn mәhrum qalmasına necә

tәәssüflәnmәsin?

Әgәr hәr bir müsәlman tәәssüb vә hissiyyatdan uzaq bir şәkildә mәsәlәni araşdırsa,

başa düşәr ki, Hәzrәti Әli (ә) Peyğәmbәr (s)-dәn sonra әn bilikli insan olub. Tarix

şahiddir ki, sәhabәlәrin alimlәri qarşılaşdıqları çәtin mәsәlәlәri hәll etmәk üçün Hәzrәti

Әli (ә)-yә müraciәt edәrmişlәr. Ömәr İbni Xәttab yetmiş dәfәdәn çox deyibdir ki,

1 „
 '  ‡T
 * % 
“Әgәr Әli olmasaydı, Ömәr hәlak olardı”.1

Halbuki, o Hәzrәt (ә) kimsәyә bir sual belә vermәyibdir. Yenә tarix şahidlik edir ki,

Hәzrәti Әli (ә) sәhabәlәrin arasında әn şücaәtli vә әn güclü şәxs idi. Bir çox yerlәrdә

qorxmaz sәhabәlәr müharibәdәn qaçdıqları halda, o Hәzrәt (ә) bütün müharibәlәrdә

sonadәk sarsılmadan iştirak etmişdir. Bunu sübuta yetirmәk üçün Hәzrәti Peyğәmbәr

(s)-in Xeybәr müharibәsindә Hәzrәti Әli (ә) haqqında buyurduğu bu söz kifayәtdir:

I Q & ‚
u  " C
 , 6
#H . i
 E  FH - I %O  ‚
u  I _QC

 I %O  ‚
z  _lC

 + ?  3 6
T
, #{ H"ER
 Šu

;
!œ¤

“Sabah bayrağı elә bir kişinin әlinә verәcәyәm ki, Allahı vә Peyğәmbәrini sevir, Allah vә

Peyğәmbәri dә onu sevir. O, durmadan düşmәnә hәmlә edir vә әsla düşmәnin qabağından

qaçmaz. Allah onun qәlbini imanla imtahan edibdir”.2

Bunu eşidәn sәhabәlәrdәn hәr biri istәyirdi ki, bayraq ona verilsin. Amma Hәzrәti

Peyğәmbәr (s) bayrağı Hәzrәti Әli (ә)-yә verdi.

Sözün qısası Hәzrәti Әli әleyhissalama xass olan elm, qüdrәt vә cәsarәt hәm şiәlәrin,

hәm dә sünnilәrin qәbul etdiyi açıq-aşkar bir hәqiqәtdir. Hәzrәti Әli әleyhissalamın

1 “әl-Mәnaqib lil-Xarәzmi”, sәh. 48; “Әl-İsti’ab”, c. 3, sәh. 39; “Tәzkirәtüs-sibt”, sәh. 87; “Mәtalibüs-sul”,

sәh. 13; “Tәfsiri Nişaburi”, “Әhqaf” surәsinin tәfsirindә; “Feyzül-Qәdir”, c. 4, sәh. 357.
2 “Sәhih әl-Buxari”, c. 4, sәh. 5 vә sәh. 12; c. 5, sәh. 76-77; “Sәhih Müslüm”, c. 7, sәh. 121.
QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............. 101

Hәzrәti Peyğәmbәr (s)-dәn sonra onun varisi vә xәlifәsi, müsәlmanların da imamı

olduğuna birbaşa, ya da dolayı şәkildә dәlalәt edәn hәdislәri nәzәrdә tutmasaq da belә,

Qur’ani-Kәrimin rәhbәrlik vә imamlığın ancaq elm, cәsarәt vә qüdrәtә malik olan bir

şәxsin haqqı olduğunu bәyan etdiyini görә bilәrik. Allah-tәala “Yunus” surәsinin 35-ci

ayәsindә alimlәrә tabe olmağın vacib olduğu barәdә belә buyurur:

; %1B C
 : g
 E- D B  !1.3 '  ; M J*

'  * " HM ` QH, ; M _ M C
   

'  " 1 .M…
“…Doğru yola yönәldәn kәs ardınca gedilmәyә çox layiqdir, yoxsa doğru yol

göstәrilmәdikcә özü onu tapa bilmәyәn kәs? Necә muhakimә yürüdürsünüz?”

Bilikli, güclü vә şücaәtli olana itaәt etmәyin vacib olduğu haqqında da “Bәqәrә”

surәsinin 247-ci ayәsindә belә deyilir:

‚
z  ;9 6
:2 !& [
2!1  " 
A# L O y
 @  D  I 0
„

 1 !
/ _ M " C
  !0E „
  1  I  ; %B 3 HM % !&…

FDE
 F`O
 ‚
u  tu !f "  I B   T
:@  ‚
u  [
D
^
 D
 L
 T
. A# R 
 / v P x D B E v !R 
 6

“…(İnanmayanlar) Biz hökmdarlığa daha layiq ikәn vә ona var-dövlәt

verilmәdiyi halda, o, necә bizә padşah ola bilәr?”-deyә cavab verdilәr. Peyğәmbәr

onlara dedi: “Allah sizdәn ötrü onu (bәyәnib) seçmiş, elm vә bәdәncә (qüvvәtcә) ona

üstünlük vermişdir. Allah öz mülkünü (hökumәtini) istәdiyinә verәr. Allahın

(qüdrәti) genişdir. Allah (hәr şeyi) bilәndir”.”

Allah-tәala sәhabәlәr arasında Hәzrәti Әli әleyhissalama elmdә üstünlük vermişdi.

O, haqlı olaraq elm şәhәrinin qapısı idi. Buna görә dә Hәzrәti Peyğәmbәr (s)-in

vәfatından sonra sәhabәlәrin hәll edә bilmәdiklәri hәr bir mәsәlәni hәll etmәk üçün

müraciәt etdiklәri yeganә şәxs Hәzrәti Әli (ә) idi. Onlar bir mәsәlәni hәll edә

bilmәdikdә belә deyәrdilәr: “Bunu ancaq Әli hәll edә bilәr”.1

Allah-tәala fiziki cәhәtdәn dә Hәzrәti Әli (ә)-yә üstünlük vermişdi. Buna görә dә o

Hәzrәtә “Allahın qәlәbә çalan şiri” deyilirdi. Onun qüvvәt vә şücaәti nәsildәn-nәsilә

keçәrәk dillәr әzbәri olmuşdur. Hәtta tarixçilәr o Hәzrәtdәn bu mövzuda bir çox

kәramәtlәr nәql ediblәr. Bununla bağlı iyirmi sәhabәnin tәrpәdә bilmәdiyi Xeybәr

1 “әl-Mәnaqib lil-Xarәzmi”, sәh. 58; “Tәzkirәtüs-Sibt”, sәh. 87; İbni Mәğazili, “Tәrcümәtü Әli”, sәh. 79.
QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............. 102

qapısını qopartmaq,1 Kә’bәnin üstündәn böyük bir büt olan “Hübәli” qopardıb atmaq2,

bir ordunun hәrәkәt etdirә bilmәdiyi bir qayanı yerindәn oynatmaq3 vә sair bu kimi

mәşhur rәvayәtlәr mövcuddur.

Hәzrәti Peyğәmbәr (s) hәr bir münasibәtdә әmioğlusu Hәzrәti Әli (ә)-nin

fәzilәtlәrini xalqa deyәr, xüsusiyyәt vә üstünlüklәrini söylәyәrdi. Mәsәlәn, belә

buyurubdur:

%LEh
M I  %L1 O !. q
L / " 
T
, E
4  TE

  T
?M 853z ;9 6

“Bu mәnim qardaşım vә mәndәn sonra varisim vә xәlifәmdir, onu eşidin vә ona itaәt edin”.4

q
L / HTQ
 * I HM *9 6
3 O % " 
; !5 A
p
01 /
T0
U
 M
“Sәnin mәnә olan nisbәtin Harunun Musaya olan nisbәti kimidir. Ancaq mәndәn sonra

peyğәmbәr yoxdur”.5

T
/M " / HT
 72% ,E . T/ T
   T,
9 
 ^
  A H0? " B 
  T
:%  y
 %1 [T
:!E !EC
  ; M P M " 

A+ a
=
 T
. D B 4
  "  [G5 " 
D B ?
j
  "  I H’
. l
+
!h
“Hәr kim mәnim kimi yaşamaq, mәnim kimi ölmәk, Rәbbinin mәnә vә’d etdiyi hәmişәlik

cәnnәtdә sakin olmaq istәyirsә, Әli İbni Әbu Talibin vilayәtini qәbul etsin. Çünki o, sizi әsla

doğru yoldan çıxarmaz vә әsla azğınlığa yönәltmәz”.6

Hәzrәti Peyğәmbәr (s)-in hәyatını tәdqiq edәn hәr şәxs o Hәzrәt (ә)-in yalnız bu

sözlәri demәklә kifayәtlәnmәyib tutduğu mövqe vә әmәllәrilә dә Hәzrәti Әli

әleyhissalamın sәhabәlәr arasında üstün bir mövqeyә sahib olduğunu sübuta

yetirmişdir. Hәzrәti Peyğәmbәr (s) heç vaxt heç bir sәhabәni Hәzrәti Әli (ә)-yә

komandir tә’yin etmәmişdi. Halbuki, sәhabәlәrdәn bә’zisini bә’zisinә komandir

etmişdi. Mәsәlәn, Zatüs-sәlasil müharibәsindә Әmr İbni Ası Әbu Bәkr ilә Ömәrin

1 “Şәrhu Nәhc әl-Bәlağә libn Әbil-Hәdid”, “Müqәddimә”.


2 “Şәrhu Nәhc әl-Bәlağә libn Әbil-Hәdid”, “Müqәddimә”.
3 “Şәrhu Nәhc әl-Bәlağә libn Әbil-Hәdid”, “Müqәddimә”.
4 “Tarix әt-Tәbәri”, c. 2, sәh. 319; “Tarix ibn әl-Әsir”, c. 2, sәh. 62.
5 “Sәhih Müslüm”, c. 7, sәh. 120.
6 “әl-Müstәdrәk lil-Hakim”, c. 3, sәh. 128 vә c. 5, sәh. 24; әt-Tibrani “әl-Kәbir”.
QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............. 103

komandiri etmişdi.1 O Hәzrәt (s) ölümündәn az bir müddәt әvvәl cavan bir oğlan olan

Üsamә İbni Zeydi isә bunların hamısına komandir tә’yin etmişdi. Amma Hәzrәti Әli (ә)

göndәrildiyi yerlәrin hamısında komandir olaraq göndәrilmişdir. Hәtta Hәzrәti Әli (ә)

vә Xalid İbni Vәlidin komandirliyi altında iki qoşun göndәrdiyi zaman Hәzrәti

Peyğәmbәr (s) belә buyurmuşdu:

I
7- |E^
   ‡T
L . D ,E ,  W6
 I
f

E? 3  + 
 (B . D ,&  ,.  W6

“Ayrıldığınız vaxt hәrәniz öz qoşununa komandirlik edәcәkdir. Amma bir yerdә olduğunuz

halda iki qoşundan ibarәt bütün qoşunun komandiri Әlidir”.

Qeyd etdiklәrimizdәn mә’lum olur ki, Peyğәmbәr (s)-dәn sonra mö’minlәrin vәlisi

Әli (ә)-dir vә heç kimin o Hәzrәt (ә)-dәn qabağa getmәk haqqı yoxdur. Amma әfsus ki,

müsәlmanlar Hәzrәti Әli әleyhissalamın haqqını özünә qaytarmadıqlarına görә böyük

zәrәr çәkdilәr. Elә bir zәrәr ki, onun yük vә ağırlığını bu günә qәdәr daşımaq

mәcburiyyәtindә qalıblar vә öz әllәrilә әkdiklәri xardal ağacının acı meyvәsini bu gün

dә dadmaqdadırlar.

Әgәr bu ümmәt Allah vә onun Peyğәmbәr (s)-inin seçdiyini qәbul etsәydilәr, onda

Peyğәmbәr (s)-in heç bir dәyişikliyә yol vermәdәn ümmәtә rәhbәrlik etdiyi kimi

Hәzrәti Әli (ә) dә otuz il islam ümmәtinә eyni şәkildә rәhbәrlik edәrdi. Belәliklә, bu

ümmәt arasındakı ixtilaflar yaranmazdı. Çünki Әbu Bәkr vә Ömәr xәlifә olduqları

zaman açıq-aşkar nәsslәrin qarşısında öz ictihadları vә düşündüklәri kimi hәrәkәt

edәrәk, bir çox dәyişikliklәrә sәbәb oldular. Camaat da onların әmәllәrini vacib bir

sünnә kimi qәbul etdi.

Osman xәlifә olduqda isә hökmlәri o qәdәr dәyişdi ki: “O Allahın kitabı,

Peyğәmbәrin sünnәsi vә Әbu Bәkr ilә Ömәrin sünnәsilә müxalifdir”-söylәnildi. Bu da

sәhabәlәrin e’tiraz etmәsi vә nәhayәt, Osmanın öldürülmәsilә nәticәlәnәn xalq

qiyamına vә indiyә qәdәr yarası sağalmayan böyük fitnәlәrә sәbәb oldu.

Amma Hәzrәti Әli әleyhissalam yalnız Allahın kitabı vә Peyğәmbәr (s)-in sünnәsinә

bağlı qalıb bir iynә ucu qәdәr onlardan kәnara çıxmadı. Bunun әn böyük dәlili isә o

Hәzrәt (ә)-in xәlifә olduğu tәqdirdә Allahın kitabına Peyğәmbәr (s)-in sünnәsilә yanaşı

1 “әs-Sirә әl-Hәlәbiyyә”, sәh. 231; “әt-Tәbәqat әl-Kubra libni Sә’d”.


QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............. 104

Әbu Bәkr ilә Ömәrin sünnәsini nәzәrә alıb, hökm edәcәyi tәqdirdә xәlifәliyi qәbul

etmәmәsidir.

Buradan belә bir sual yaranır ki, Әbu Bәkr, Ömәr vә Osman ilahi hökmlәri

dәyişmәyә mәcbur olduqları halda nәyә görә Hәzrәti Әli (ә) bu çәrçivәdәn kәnara

çıxmır?

Cavab bundan ibarәtdir ki, Hәzrәti Әli (ә) onların sahib olmadığı elmlәrә sahib idi.

Hәzrәti Peyğәmbәr (s) tәkcә bir dәfәsindә Hәzrәti Әli (ә)-yә min elmin qapısını

(üsulunu) öyrәtmişdir ki, onların hәrәsindәn dә min qapı açılırdı.1 Buna görә dә Hәzrәti

Әli (ә) haqqında belә buyurmuşdur:

q
L / I
E
. %,4  !
,H*
" EQ: _T
 ! U
 M
“Ey Әli, mәndәn sonra mәnim ümmәtimә ixtilafa düşdüklәri mövzuları sәn izah

edәcәksәn”.2

Digәr xәlifәlәrә gәldikdә isә onlar nәinki Qur’anın tә’vilini, hәtta bir çox zahiri

hökmlәri belә bilmirdilәr. Buxari vә Müslim “Sәhih” kitablarında belә bir rәvayәti nәql

edirlәr: “Bir nәfәr Ömәr xәlifә olduğu vaxt ondan soruşdu: “Ey Әmirәlmö’minin, mәn

cünub olub, su da tapa bilmәdiyim tәqdirdә nә edim?” Ömәr ona belә cavab verdi:

“Namaz qılma”.”

Hәmçinin, ölәnә qәdәr “kәlalә”3 nin hökmünü bilmәdiyi vә “kaş peyğәmbәr (s)-dәn

soruşaydım”-dediyi nәql olunubdur. Halbuki, kәlalәnin hökmü Qur’ani-Kәrimdә qeyd

edilibdir. Bax, sünnilәrin ilham yolu ilә elm qazandığına inandıqları Ömәrin elmi

sәviyyәsi bu qәdәrdir!

Belә bir sual verilsә ki, “Әgәr vәziyyәt belә olubsa, onda nәyә görә Peyğәmbәr (s)-

dәn sonra Hәzrәti Әli (ә) müsәlmanların fikir ayrılığına düşdüklәri mövzuları izah

etmәdi?” Belә cavab vermәliyik ki, Hәzrәti Әli (ә) hәmişә belә ixtilaflı mәsәlәlәri izah

1 “Kәnz әl-Ümmal lil-Hindi”, c. 6, sәh. 392, 6009 nömrәli hәdis; “Hilyә әl-övliya liәbi-Nәim” vә “Yәnabi

әl-Mәvәddә lil-Qunduzi әl-Hәnәfi”, sәh. 73 vә 77; “Tarix Dәmәşq libn Әsakir”, c. 2, sәh. 483.
2 “әl-Müstәdrәk lil-Hakim”, c. 3, sәh. 122; “Tarix Dәmәşq libn Әsakir”, c. 2, sәh. 488
3 Kәlalәnin mә’nası barәdә ixtilaf vardır, ata-ana vә uşaqdan başqa olan varis demәkdir. (İkinci dәrәcәli

varis)
QUR’ANİ-KӘRİMDӘ HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİ İLӘ ӘLAQӘDAR AYӘLӘR ............. 105

edirdi. O, sәhabәlәrin qarşılaşdıqları çәtinliklәri hәll etmәk üçün müraciәt etdiklәri şәxs

idi. Hәzrәti Әli (ә) heç vaxt haqqı izah vә bәyan etmәk vә ümmәtә öyüd vermәkdәn vaz

keçmәdi. Lakin onlar hәmin öyüdlәrdәn yalnız xoşları gәlәnlәri vә siyasәtlәrinә uyğun

olanları qәbul edir vә belә olmayanları kәnara atırdılar. Tarix bu fikrimin әn böyük

şahididir.

Hәqiqәt bundan ibarәtdir ki, әgәr Hәzrәti Әli (ә) vә onun nәslindәn olan imamlar

olmasaydılar, insanlar din haqqında әsaslı bir biliyә sahib olmazdılar. Lakin Qur’ani-

Kәrimin buyurduğu kimi insanların çoxu haqqı sevmәzlәr. Bu arada bә’zilәri öz

adlarına ictihad edib fәtva verәrәk, zamanın zalım hökmdarları tәrәfindәn zülm vә

tәzyiqә mә’ruz qalan Әhli-beyt imamları (ә)-nın qarşısında üzdәniraq mәzhәb qurmağa

çalışdılar.

Hәzrәti Әli (ә) minbәrә çıxıb xalqa “Mәni itirmәdәn әvvәl istәdiyiniz hәr şey

haqqında mәnә sual verin”-deyirdi. Yә’ni başqalarının nöqsanlı vә mәhdud elmlәrinin

әksinә olaraq, Әhli-beyt imamları (ә)-nın elmi mükәmmәl idi. Çünki elm şәhәrinin

qapıları onlardan başqa kimsә deyildi. Hәzrәti Әli әleyhissalama bu kifayәtdir ki,

“Nәhcül-bәlağә” kimi hikmәt qaynağı olan bir kitabı bizә yadigar qoymuşdur. O biri

Әhli-beyt imam (ә)-larına da bu kifayәtdir ki, kitablara sığmayan elmlәri var vә istәr

sünni, istәrsә dә şiә alimlәri buna şahidlik edirlәr.

Yenә dә әsas mәsәlәyә qayıdaq: Әgәr Hәzrәti Әli (ә) islam ümmәtinә otuz il

Peyğәmbәr (s)-in metodu әsasında rәhbәrlik etsәydi, İslam daha da genişlәnәr, xalqın

qәlbindә әbәdilәşәr vә dәrinlәşәrdi. Böyük-kiçik fitnәlәr vә Kәrbәlada Aşura hadisәsi

baş vermәzdi. Әgәr Hәzrәti Әli (ә)-dәn sonra da üç әsr boyu digәr on bir mә’sum imam

da (Hәzrәti Peyğәmbәr (s)-in vәsiyyәt etdiyi kimi) islam ümmәtinә rәhbәrlik etsәydilәr,

onda yer üzündә müsәlman olmayan bir yer qalmazdı vә dünya bu gün

gördüyümüzdәn daha fәrqli bir şәkildә olar vә hәyatımız sözün hәqiqi mә’nasında

düzgün bir hәyat olardı. Amma Allah-tәala “Әnkәbut” surәsinin 2-ci ayәsindә belә

buyurmuşdur:

; %0, * D 5  !s0 d % % ; M %-  , ; M 


 !H0  l
 

 M ¥
HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİNİ İSBAT EDӘN BAŞQA DӘLİLLӘR ..................................... 106

“İnsanlar yalnız, “İman gәtirdik” – demәlәrilә onlardan әl çәkilib imtahan

olunmayacaqlarınımı sanırlar?”

Müsәlmanlar Hәzrәti Peyğәmbәr (s)-dәn sonra xәlifәlik mәsәlәsindә imtahan

olundular vә qabaqkı ümmәtlәr yaxşı imtahan vermәdiklәri kimi, islam ümmәti dә

yaxşı imtahan verә bilmәdi. Hәzrәti Peyğәmbәr (s) dә müxtәlif münasibәtlәrdә bu

fәlakәtlәrin baş verәcәyini xәbәr vermişdi.1

Qur’ani-Kәrim dә bunu bir çox ayәlәrindә bildiribdir. Mәsәlәn, “Ali-İmran”

surәsinin 144-cü ayәsindә belә buyurur:

…D B /
! M  D ,Q   ,
&  M y
 ! ; !
.M…
“…Әgәr O (Peyğәmbәr), ölsә vә ya öldürülәrsә siz gerimi dönәcәksiniz?…”

Hәmçinin “Furqan” surәsinin 30-cu ayәsindә belә buyurur:

G%^'  ; d   85 8j


 H:
% & ;9 
 ! 2 %OH  2 !&
“Peyğәmbәr dә “Ey Rәbbim! Hәqiqәtәn qövmüm bu Qur’anı tәrk etmişdi”-

deyәcәk”.

Hәzrәti Әli (ә)-nin vilayәtini isbat edәn başqa dәlillәr.


Allah-tәala müsәlmanları Hәzrәti Әli (ә)-nin vilayәtini qәbul edib-etmәdiklәrilә

imtahan etmişdir vә hәlә dә imtahan edir. Әslindә, mәzhәblәrlә әlaqәdar ixtilaflar da,

ümumiyyәtlә bu böyük imtahan qarşısında bir çoxlarının müvәffәq olmamasından

qaynaqlanıb. Amma Allah-tәala bәndәlәrinә bәslәdiyi sonsuz mәhәbbәtinә görә

sonrakıları әvvәlkilәrin gördüklәri işlәr üçün cәzalandırmır. Buna görә dә üstün

hikmәtilә Hәzrәti Әli (ә)-nin xәlifәliyә tә’yin olunmasını mö’cüzәyә bәnzәyәn bir sıra

әhәmiyyәtli hadisәlәr vә aşkar nişanәlәrlә qüvvәtlәndirmiş vә unudulmasına, yaxud

unutdurulmasına mane olmuşdur. Bu hadisәlәrә şahid olanlar bunları sonrakılara tә’rif

etmәk mәcburiyyәtindә qalmış vә belәliklә, sonradan gәlәnlәr üçün araşdırma vә

tәdqiq yolu ilә haqqı tapmaq imkanı yaranmışdır.

1 Mәsәlәn, bundan әvvәl qeyd etdiyimiz “Yәhudi vә xristianların sünnәsinә tabe olmaq” hәdisi,

hәmçinin “Hovz” hәdisi.


HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİNİ İSBAT EDӘN BAŞQA DӘLİLLӘR ..................................... 107

Birinci dәlil: Hәzrәti Әli әleyhissalamın imamlıq vә vәliliyini inkar edәn kәslәrә

nazil olan әzabla әlaqәdardır. Bu hadisә Hәzrәti Peyğәmbәr (s)-in Qәdir-Xumda

Hәzrәti Әli (ә)-ni müsәlmanlara xәlifә tә’yin etmәsini vә sonra da orada olanların

öhdәsinә bu hadisәni orada olmayanlara çatdırması vәzifәsini qoymasından sonra baş

vermişdir.1 Әhvalat belәdir: Haris İbni Nü’mani Fihri Qәdir-Xumda Hәzrәti Peyğәmbәr

(s)-in nә dediyini eşitsә dә, o sözlәr xoşuna gәlmәdi. Buna görә dәvәsinә minib

Peyğәmbәr (s)-in mәscidinә tәrәf hәrәkәt etdi vә oraya çatdıqda dәvәsini mәscidin

qarşısında bir yerә bağlayaraq Peyğәmbәr (s)-in hüzuruna gәldi vә o Hәzrәt (ә)-ә

xitabәn belә dedi: “Ey Mәhәmmәd! Bizә әmr etdin ki, Allahın birliyinә vә sәnin Onun

peyğәmbәri olduğuna şahidlik edәk. Bizә gündә beş vaxt namaz qılmağı, Ramazan

ayında oruc tutmağı, hәcc üçün Beytullaha getmәyi vә malımızdan zәkat vermәyi әmr

etdin. Biz bunları da qәbul etdik. Sonra bunlarla kifayәtlәnmәyib indi dә әmioğlunun

әlini qaldırıb “Mәn hәr kimin mövlasıyam, Әli dә onun mövlasıdır”-deyәrәk onu

hamıdan üstün tutursan. Bu sәnin öz hökmün idi, yoxsa Allah tәrәfindәn gәlәn bir әmr

idi?” Bu sözlәri eşidәn Peyğәmbәr (s)-in gözlәri narahatlıqdan qızardı vә üç dәfә

buyurdu: “Bir olan Allaha and olsun ki, bu mәndәn deyil Allahdandır”.

Sonra Haris, “Ey Allahım, әgәr Mәhәmmәdin dediyi haqdırsa, bizә göydәn daş

yağdır, ya da başqa bir әzab göndәr”-dedi vә qalxıb oradan getdi.

Ravi belә deyir: “Allaha and olsun ki, hәlә Haris dәvәsinә çatmamışdı ki, Allah-tәala

göydәn bir daş endirdi vә hәmin daş onun başına düşüb arxasından çıxdı vә Haris

oradaca öldü. O zaman Allah-tәala bu ayәni nazil etdi:

F`.
P I  i
 E  " 
.
!B
`+ &
 
+ 8L/
bZ
!O 2 NO
“Sual edәn biri ona әzab enmәsini istәdi. Belә bir әzabı kafirlәrdәn heç kim

uzaqlaşdıra bilmәz”. (Mәaric surәsi, 1-2-ci ayәlәr)

1 Bu әhvalatdan başa düşürük ki, Mәdinәnin bayırında yaşayan bә’zi әrәblәr, Mәhәmmәd peyğәmbәri

sevmәdiklәri kimi, Әlini dә sevmirmişlәr. Buna görә dә görürük ki, bu tәrbiyәsiz kişi Peyğәmbәrin

yanına gәlib, salam vermәdәn deyir: “Ey Mәhәmmәd!... Allah-tәala haqq olaraq buyurub: “Әrәblәrin

küfr vә nifaqı daha çoxdur vә Allahın Peyğәmbәrә nazil etdiyini bilmәmәyә layiqdirlәr”.”
HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİNİ İSBAT EDӘN BAŞQA DӘLİLLӘR ..................................... 108

Bu hadisәni sünni alimlәrindәn bir çoxu nәql ediblәr.1

İkinci dәlil: Qәdir-Xumda baş verәn hadisәyә şahidlik etmәkdәn boyun qaçırdıqları

üçün Hәzrәti Әli (ә)-nin qarğışı ilә әzab düşәn sәhabәlәrlә әlaqәdardır.

Hәzrәti Әli (ә) xәlifәlik dövründә xalqın toplandığı әhәmiyyәtli günlәrin birindә

minbәrә çıxaraq, xalqa belә xitab etmişdi: “Hәzrәti Peyğәmbәr (s)-in Qәdir-Xum

günündә “Mәn hәr kimin mövlasıyam, Әli dә onun mövlasıdır”-deyә buyurduğunu

eşidәn hәr bir müsәlmana Allahı şahid gәtirirәm ki, qalxıb eşitdiyinә dair şahidlik etsin.

Bu hadisәni öz gözlәrilә görmәyәn vә öz qulaqları ilә eşitmәyәn qalxmasın”.

O zaman on altı nәfәri Bәdr müharibәsindә iştirak edәn sәhabәlәr olmaqla otuz

sәhabә qalxıb Peyğәmbәr (s)-in Hәzrәti Әli (ә)-nin әlindәn tutaraq xalqa xitabәn,

“Mәnim mö’minlәrә öz nәfslәrindәn daha üstün olduğumu bilirsinizmi?”-deyә

soruşduğu, camaatın da “Bәli, bilirik”-deyә cavab verdiyi, sonra da Hәzrәti Peyğәmbәr

(s)-in, “Mәn hәr kimin mövlasıyam, Әli dә onun mövlasıdır. Ey Allahım, onu sevәni

sev, onunla düşmәn olana düşmәn ol”-deyә buyurduğuna dair şahidlik etdilәr.

Amma Qәdir-Xumda odan bә’zi sәhabәlәr Hәzrәti Әli (ә)-yә paxıllıq vә düşmәnçilik

etdiklәrinә görә şahidlik etmәdilәr. Bunlardan biri Әnәs İbni Malik idi. Hәzrәti Әli (ә)

minbәrdәn enib ondan, “Ey Әnәs, nәyә görә Peyğәmbәr (s)-in sәhabәlәri kimi sәn dә

şahidlik etmәdin”-deyә soruşduqda, Әnәs belә cavab vermişdi: “Ey Әmirәlmö’minin,

artıq qocalmışam vә eşitdiklәrimi unutmuşam”. Hәzrәti Әli (ә) isә onu “Әgәr yalan

danışırsansa, Allah sәni sarığınla gizlәdә bilmәyәcәyin bir ağlığa (xәstәliyә) düçar

etsin”-deyә qarğışlamışdı. Bu sözdәn sonra Әnәs İbni Malik hәlә yerindәn qalxmamış

cüzam xәstәliyi tutdu vә xәstәliyә görә üzü ağardı. Sonralar Әnәs ağlayaraq “Mәni

saleh bәndәnin qarğışı bu hala saldı. Axı mәn şәhadәti gizlәtdim”-deyәrdi.

Bu mә’lum bir әhvalatdır. İbni Qüteybә “Әl-maarif” adlı kitabında xәstәliyә düçar

olan mәşhur adamları sayarkәn Әnәsin dә cüzam xәstәliyinә düçar olduğunu,

hәmçinin bu әhvalatı nәql edibdir (sәh. 251). Bu әhvalatı Әhmәd İbni Hәnbәl dә

“Müsnәd” adlı kitabında nәql edәrәk: “Üç nәfәrdәn başqa hamısı şahidlik etdilәr.

1 Hәskani, “Şәvahidül-tәnzil”, c. 2, sәh. 286; “Tәfsiri-Sә’lәbi”; “Tәfsiri-Qurtubi”, c. 18, sәh. 287; Raşid Rza,

“Tәfsiri әl-Minar”, c. 6, sәh. 464; “Yәnabi әl-Mәvәddә lil-Qunduzi әl-Hәnәfi”, sәh. 328; “әl-Müstәdrәk lil-

Hakim”, c. 2, sәh. 502; “әs-Sirәtu әl-Hәlәbiyyә”, c. 3, sәh. 275; “Tәzkirә әl-Xәvass libn әl-Cәuzi”, sәh. 37.
HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİNİ İSBAT EDӘN BAŞQA DӘLİLLӘR ..................................... 109

Şahidlik etmәyәn üç nәfәr isә İmam Әli әleyhissalamın bәd duasına tutuldu”-deyә

yazmışdır (c. 1, sәh. 119).

Burada Әhmәd İbni Hәnbәlin Әl-Bәlazüriyә1 istinad edәrәk qeyd etdiyi hәmin üç

nәfәrin adlarını yazmaq yerinә düşәrdi. O, deyir ki, “Minbәrin altında bu üç nәfәr

oturmuşdu: Әnәs İbni Malik, Bürra İbni Azib vә Cәrir İbni Abdullah әl-Bәcli Hәzrәti

Әli (ә)-nin istәyini tәkrar etmәsinә baxmayaraq, bu üç nәfәrdәn heç biri qalxıb şahidlik

etmәdi. Bu vaxt Hәzrәti Әli belә dedi: “Allahım, bu şahidliyi bildiyi halda gizlәdәn kәsi

elә bir bәlaya düçar et ki, hәmin bәla ilә tanınsın vә bәlaya düçar olmadan canını

alma”.” Ravi belә deyir: “Әnәs İbni Malik cüzam xәstәliyinә düçar oldu. Bürra İbni

Azib kor oldu, Cәrir İbni Abdullah әl-Bәcli isә hicrәt etdiyi halda tәkrar bәdәvi hәyatına

qayıtdı vә Әş-Şәrat mәntәqәsinә gedib anasının evindә öldü”. Bu әhvalat bir çox tarixçi

tәrәfindәn nәql olunan mәşhur bir әhvalatdır.2 İbrәt alın ey ağıl sahiblәri!

Hәr bir tәdqiqatçı üstündәn iyirmi beş il keçmiş, unudulmaqda olan vә Hәzrәti Әli

(ә)-nin yenidәn dirçәltdiyi bu hadisәni araşdırarkәn, o Hәzrәt (ә)-in nә qәdәr böyük

dәyәr, әzәmәt, yüksәk hümmәt vә tәmiz qәlbә sahib olduğunu anlayar. Hәzrәti Әli

әleyhissalam Hәzrәti Peyğәmbәr (s)-in vәfatından sonra sәbr edәrәk, islamın

mәnfәәtinә xeyir verәn mәsәlәlәrdә Әbu Bәkr, Ömәr vә Osman ilә әmәkdaşlıq edirdi.

Amma bununla yanaşı Qәdir-Xum hadisәsini hәyatı boyu tam mә’nası ilә qәlbindә

saxlamış vә onu yenidәn bәyan vә bәrpa etmәk üçün әlverişli bir fürsәt axtarırdı. Buna

görә dә yeri gәlәndә bu hadisәni xatırladırdı. Müsәlmanların bir yerә toplandıqları

zaman onları bu hadisәyә şahidlik etmәyә çağırması da bunun bir nümunәsidir.

Bu mübarәk hadisә ilә bağlı böyük hikmәtә bax ki, İmam (ә) onu bәrpa etmәk üçün

bütün müsәlmanlara, istәr Qәdir günündә olanlara, istәrsә dә olmayanlara söhbәti

tamamladı. Әgәr Hәzrәti Әli (ә)-nin özü “Peyğәmbәr (s) Qәdir günündә mәni xәlifә

seçdi”-desәydi, eşidәnlәrә dәrin tә’sir bağışlamazdı. Hәtta ona “Niyә uzun bir müddәt

susdun?”-deyә e’tiraz edәrdilәr. Amma “Qәdir-Xum günündә Peyğәmbәr (s)-in

1 “Әnsabül-Әşraf”, c.1 vә c. 2, sәh. 152.


2 “Tarix Dәmәşq libn Әsakir”, c. 2, sәh. 7 vә c. 3, sәh. 150; “Şәrhu Nәhc әl-Bәlağә libn Әbil-Hәdid”, c. 19,

sәh. 217; “Әbәqatül-әnvar”, c. 2, sәh. 309; İbni Mәğazili Şafei, “Mәnaqibü Әli İbni Әbu Talib”, sәh. 23; “әs-

Sirә әl-Hәlәbiyyә”, c. 3, sәh. 337.


HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİNİ İSBAT EDӘN BAŞQA DӘLİLLӘR ..................................... 110

sözlәrini eşidәn hәr müsәlman şәxsi Allaha and verirәm ki, qalxıb şahidlik etsin”-

demәsilә bu hadisәni on altı nәfәri Bәdr müharibasindә iştirak etmiş sәhabәlәr olmaqla

otuz sәhabә nәql etdilәr vә ona şahidlik etdilәr. Bununla da tәkzib edәnlәrin, şәkk-

şübhә edәnlәrin, ötәn dövr әrzindә o Hәzrәtә susduğu üçün e’tiraz edәnlәrin yolunu

bağladı. Çünki bu otuz nәfәrin dә susmasının aşkar bir sәbәbi var idi: Vәziyyәtin

tәhlükәli olması vә bu susmağın islamın mәslәhәtinә uyğun olması. Bu da göstәrir ki, o

dövrdә bu hәqiqәti aşkar etmәk üçün lazımi şәrait yox imiş.

Şura ideyasının tәnqidi.

Keçәn bәhslәrimizdә qeyd etdik ki, Şiә mәzhәbinә görә xәlifә Allah tәrәfindәn

seçilir. Belә ki, Allah seçdiyi şәxsin kim olduğunu Peyğәmbәr (s.ә.v.) yolu ilә bildirir,

Peyğәmbәr (s) dә onu e’lan edir. Bu görüş islamın bütün hökm vә qanunları ilә

uyğundur. Çünki Allah-tәala “Qәsәs” surәsinin 68-ci ayәsindә belә buyurur:

…$  Ej

 D '  ; !-!  !,j  tu !f !  j
 …
“…İstәdiyini yaradan vә istәdiyini seçәn Odur. Onların seçmәk haqqı yoxdur…”

Allah-tәala Peyğәmbәr (s)-in ümmәtinin әn yaxşı ümmәt olmasını istәyirdi. Buna

görә dә bu ümmәtin rәhbәri hikmәt sahibi, alim, tәqvalı, şücaәtli, zahid vә mükәmmәl

bir imana sahib olmalı idi. Digәr tәrәfdәn bu sifәtlәr Allah-tәalanın özünün seçdiyi vә

rәhbәrlik üçün zәruri olan sifәtlәrlә tәchiz etdiyi kimsәdәn başqa heç kimdә ola bilmәz.

Allah-tәala “Hәcc” surәsinin 75-ci ayәsindә belә buyurur:

Fke

/ F`E
1O I 9  ;9 


!H0  " 
 a
# O  A
B Z
a1  " 
T
R e
  I 9 
“Allah mәlәklәr vә insanlar arasından elçilәri seçәr. Allah eşidәn vә görәndir”.

Allah-tәala peyğәmbәrlәri seçdiyi kimi varislәri (xәlifәlәri) dә seçәr. Hәzrәti

Mәhәmmәd (s) belә buyurubdur:

l
+
!h T
/M " / _T
 !M TsE

  [ ‡T

 ™TQ
 7B 
“Bütün Peyğәmbәrlәrin bir vәsisi (özündәn sonra işlәri idarә edәn) vardır. Mәnim vәsim dә

Әli İbni Әbu Talibdir”.1

1 “Tarix libn Әsakir”, c. 3, sәh. 5; “әl-Mәnaqib lil-Xarәzmi”, sәh. 42; “Yәnabi әl-Mәvәddә lil-Qunduzi әl-

Hәnәfi”, sәh. 79.


HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİNİ İSBAT EDӘN BAŞQA DӘLİLLӘR ..................................... 111

Hәzrәt (s) başqa bir hәdisdә dә belә buyurubdur:

t
!E

 *  D :!4 ‡T
  t!E
Q*  D :!4!M
“Mәn peyğәmbәrlәrin sonuncusuyam, Әli dә vәsilәrin sonuncusudur”. 1

Şiәlәr, qeyd etdiyimiz cәhәtlәrә әsasәn, cәmiyyәtә rәhbәrlik etmәk işini Peyğәmbәr

(s)-in öhdәsinә qoyublar. Buna görә dә onların arasında xәlifәlik iddiası edәn, yaxud bu

vәzifәyә meyl edәn kimsә olmayıbdır.

Bütün şiәlәr inanırlar ki, Peyğәmbәr (s)-in özü Allahın әmrilә xәlifәlәri adları ilә

birlikdә e’lan edibdir vә bunlar on iki imamdan ibarәtdirlәr. Belәliklә, nәsslәr seçki

yolunu açıq-aşkar rәdd edibdir. Buna görә dә Şiә mәzhәbindә hәr kim xәlifәlik iddiası

etsә, fasiq vә dindәn çıxmış sayılır.

Lakin sünnilәr xәlifәliyi seçki vә şura ilә әldә olunan bir vәzifә hesab edirlәr.

Belәliklә, onlar bu ümmәt içindә heç kimin üzünә bağlanması mümkün olmayan bir

qapı açıblar. Belә ki, uzaq vә ya yaxın olmasına baxmayaraq, hәr cürә adam bu vәzifәyә

göz dikibdir. Hәtta xәlifәlik Qüreyş qәbilәsinin әlindәn çıxıb kölәlәrin, farsların,

türklәrin vә monqolların da әlinә keçmişdir. Belәcә dә, xәlifәlik üçün zәruri olan

xüsusiyyәt vә sifәtlәr dә әhәmiyyәtini itirdi. Çünki mә’sum olmayan bir insan hissiyat

vә qәrizәsinin tә’siri altındadır. Buna görә dә hakimiyyәtә çatdığı zaman bütün

dәyәrlәri tapdalaya bilәr. İslam tarixi bu iddiamızın әn yaxşı şahididir.

Bә’zi oxucular mәnim bu mәsәlәni şişirtdiyimi düşünә bilәrlәr. Bu cür düşünәnlәr

Әmәvi, Abbasi vә başqa hökmdarların tarixini oxuyub görsünlәr ki, üzdәniraq

“Әmirәlmö’minin” adlandırılan Әmәvi vә Abbasi xәlifәlәri camaatın gözü qabağında

şәrab içib, meymunlarla oynayır vә onların әyninә qızıldan işlәnmiş paltarlar

geydirirdilәr. Bu üzdәniraq “Әmirәlmö’minin”lәrin bә’zisi kәnizlәrinә öz paltarlarını

geydirib, camaata pişnamazlıq etmәyә göndәrirdilәr vә s.

İslam alәminә Peyğәmbәr (s)-in üzdәniraq xәlifәsi adı ilә rәhbәrlik edәn bu kimi

sultanlar hәqiqәtәn dә zalım şahlardan başqa bir şey deyildilәr. Bunu sünnilәrin

Hәzrәti Peyğәmbәr (s)-dәn nәql etdiklәri aşağıdakı hәdis dә göstәrir:

1 “Yәnabi әl-Mәvәddә lil-Qunduzi әl-Hәnәfi”, c. 2, sәh. 3; “әl-Mәnaqib lil-Xarәzmi”, “Zәxairül-üqba”.


HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİNİ İSBAT EDӘN BAŞQA DӘLİLLӘR ..................................... 112

!G=%) !#B  ; %B: HDS !G! ; %SaS q


L / " 
A .a
j 
“Mәndәn sonra xәlifәlik otuz il çәkәcәkdir. Ondan sonra zalım padşahlar hökm sürәcәkdir”.

Bu padşahların nә etdiklәri haqqında daha әtraflı mә’lumat әldә etmәk üçün Tәbәri,

İbni Әsir, Әbül Fida, İbni Qüteybә vә başqalarının yazdıqları tarix kitablarına müraciәt

edә bilәrsiniz.

Biz burada yalnız seçki üsuluna e’tiqad edәnlәrin fikirlәrinin nöqsanlarına işarә

edәrәk hәmin fikrin kökündәn yalnış bir fikir olduğunu qeyd etmәk istәyirik. Çünki bu

gün bәyәnib seçdiyimiz birisilә sabah düşmәn oluruq vә seçkidә sәhv etdiyimizi başa

düşürük. Bu vәziyyәt Әbdürrәhman İbni Ovf üçün dә yaranmışdı. O, әvvәlcә Osmanı

xәlifәlik vәzifәsinә seçdiyi halda, sonra bu işindәn peşman olmuşdu. Amma artıq

peşmançılığının heç bir faydası yox idi. Sәhabәlәrin böyüklәrindәn sayılan Osman

Әbdürrәhman İbni Ovfla etdiyi әhd-peymana sadiq qalmırsa, yaxud Әbdürrәhman İbni

Ovf kimi sәhabә xәlifәni seçmәkdә sәhv edirsә, onda seçki üsulunun doğruluğuna necә

e’tibar etmәk olar? Buna görә ağıllı insanlar әvvәlindәn iflas edәn vә müsәlmanlara

artıq yük olan seçki üsuluna necә razı ola bilәr? Özü dә elә bir seçim ki, iztirabın,

sabitsizliyin vә qanların tökülmәyinә sәbәb olur. Ömәrin dә dediyi kimi, Әbu Bәkrә

beyәt olunmaq düşünülmәdәn, sәhvәn, ani olan bir iş olmuşdursa, Allah bunun (bu

işin) şәrrini müsәlmanlardan uzaq etdi vә bundan sonra Әli (ә)-yә olan bey’әt ümmәtin

rәislәriylә olmuşdusa, bәzi sәhabәlәr beyәti sındırdılar vә bu Cәmәl, Siffeyn, Nәhrivan

müharibәlәrinә gәtirib çıxartdı, günahsız qanlar axıdıldı. Tәcrübәdәn keçib, elә

әvvәldәn zәifliyi üzә çıxan, dәyişdirmә vә xilafәtdәn uzaqlaşdıra bilmәdiklәri xәlifәnin

әmәlinin pis nәticәsi olan bu qaydaya ağıllı insanlar necә rahat ola bilәrlәr.

Müsәlmanlar Osmanı xilafәtdәn uzaqlaşdırmağa çalışmışlar, lakin o belә demişdir:

“Allahın mәnә geydirdiyi köynәyi әsla çıxarmaram”.

Bu nәzәriyyәyә qarşı bizdә olan ikrah hissini daha da artıracaq işlәrdәn biri dә

dövlәt başçısı seçmәkdә demokratiya iddiası edәn qәrb dövlәtlәrindә bu gün

gördüklәrimizdir. Müxtәlif partiyalar nәyin bahasına olursa olsun hakimiyyәtә gәlmәk

üçün bir-birlәri ilә yarışır vә bu yolda küllü miqdarda pul xәrclәyirlәr. Bu pulların

hamısı tәbliğat vasitәlәrinә mәxsusdur vә kasıb camaatın hesabına çoxlu sayda


HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİNİ İSBAT EDӘN BAŞQA DӘLİLLӘR ..................................... 113

vәrәqlәr, plokatlar hәdәr edirlәr. Hansı ki, bu camaatın maddi vә mәnәvi qayğıya daha

çox ehtiyacı var. Hakimiyyәtә gәldikdә isә qohum-әqrәbalarını, dostlarını, partiya

üzvlәrini mәs’ul vәzifә başına gәtirir, digәrlәrinin öhdәsinә isә işlәmәk qalır. Nә çox

insani dәyәrlәr var ki, aşağı düşmüşdür vә nә çox şeytani alçaqlıq var ki, azadlıq vә

demokratiya adı ilә vә parlaq şüarlar altında ucalmışdır, livat vә zina evlilik әvәzinә

qanuni bir hal olmuşdur.

Seçki üsulunun bu nöqsanlarını nәzәrә alan Şiә mәzhәbinin xәlifәliyin üsulu dindәn

olduğuna vә bu mәqamın Allah-tәalanın seçmәsilә birisinә vermәsinin zәruriliyinә

inanmasının әhәmiyyәti aydınlaşır.

“Sәqәleyn” hәdisi haqqında ixtilaf.

Keçәn bölmәlәrdә Şiә vә Sünni mәzhәblәrinin xәlifәlik mәsәlәsi barәdәki ideyalarını

vә hәr iki mәzhәbә görә Hәzrәti Peyğәmbәr (s)-in bu haqda vәsiyyәt vә әmrinin nә

olduğunu izah etdik. İndi isә Hәzrәti Peyğәmbәr (s)-in başqa bir әhәmiyyәtli mәsәlә

haqqında vәsiyyәt vә әmrinin nә olduğunu araşdıracağıq. O da ixtilafları aradan

qaldırmaq üçün müraciәt olunan şey haqqındadır. Allah-tәala Qur’ani-Kәrimdә belә

buyurur:

 
v _P  . t+  
. D , x !0: ; ’
. [DB 0

 * 
M 2 %OH  %LE
hM I 9  %LE
hM %0 d " 
8 9 !'_  !

a
# 
N : " 
  M F E4 „

W3
4
… ]
% E  I
9 !
/ ; %0
@ : D ,0- ; 
2
%OH  I
9 
“Ey iman gәtirәnlәr, Allaha itaәt edin vә Onun rәsuluna vә sizdәn olan әmr

sahibinә (vәliyi-әmrә) dә itaәt edin. Әgәr Allaha va qiyamәt gününә inanırsınızsa,

bir işdә ixtilafa düşdüyünüzdә Allaha va Onun rәsuluna müraciәt edin. Bunda sizin

xeyriniz var. Bunun nәticәsi daha yaxşıdır”. (“Nisa” surәsi, 59-cu ayә)

Hәzrәti Peyğәmbәr (s) öz ümmәti arasında istinad edәcәklәri vә әtrafında

toplanacaqları bir әsas qoyub getmişdir. Çünki O, alәmlәrә rәhmәt olaraq

peyğәmbәrliyә seçilmiş vә özündәn sonra ümmәtinin ixtilafa düşmәyib xeyirli bir

ümmәt olmasını istәyirdi. Hәdisçilәrin ardıcıl sәnәdlәrlә nәql etdiklәri bir hәdisdә

Hәzrәti Peyğәmbәr (s) belә buyurubdur:


HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİNİ İSBAT EDӘN BAŞQA DӘLİLLӘR ..................................... 114

"  
,E/  5 M
:  ,
 I
9  
 !,-
[G/M q
L / %()

: "  [!1
'/
D ,B H1 : ; 
! [
"E K9  D B E
. U
 -  :

!1
'E
. T
%j
 : g
 E-  \!. [ Y
 % C
  HT P
 3 H, !&
, 
“Mәn sizin aranızda iki dәyәrli әmanәt qoyuram. Mәndәn sonra onlardan bәrk yapışdığınız

müddәtdә әsla azğınlığa düşmәzsiniz. Onlar Allahın kitabı vә mәnim itrәtim olan Әhli-

beytimdir. Bu iki şey Kövsәr hovuzunda mәnimlә qovuşana qәdәr bir-birlәrindәn әsla

ayrılmazlar. Baxın görün mәndәn sonra onlarla necә rәftar edәcәksiniz”.1

Bu hәdis hәm şiә, hәm dә sünni hәdisçilәrin nәql etdiklәri sәhih bir hәdisdir. Bunu

hәdisçilәr öz “müsnәd” vә “sәhih”lәrindә otuzdan çox sәhabәdәn nәql ediblәr.

Mübahisә vә dәlil gәtirmәk mәqamında olduğuma görә bu hәdisin doğruluğunu

sübuta yetirmәk üçün şiә kitablarına, ya da şiә alimlәrin sözlәrinә istinad etmәyib, bu

hәdisi nәql edәrәk doğruluğunu e’tiraf edәn sünni alimlәrin adlarını qeyd etmәklә

kifayәtlәnәcәyәm (Gәrçi insaf vә әdalәt bu mövzuda şiә qaynaqlarına da işarә etmәyi

zәruri edir).

Aşağıda hәmin hәdisi nәql edәn sünni alimlәrin vә yazdıqları kitabların adlarını

qeyd edirik:

1. Müslüm, “Sәhih”, (Kitabü fәzaili Әli İbni Әbu Talib), c. 7, sәh. 122.

2. Tirmizi, “Sәhih”, c. 5, sәh. 328.

3. İmam Nәsai, “Әl-Xәsais”, sәh. 21.

4. İmam Әhmәd İbni Hәnbәl, “Müsnәd”, c. 3, sәh. 17.

5. Hakim, “Müstәdrәk”, c. 3, sәh. 109.

6. “Kәnz әl-ümmal”, c. 1, sәh. 154.

7. İbni Sә’d, “Әt-tәbәqatül-kübra”, c. 2, sәh. 194.

8. İbni Әsir, “әl-Camiül-üsul”, c. 1, sәh. 187.

9. Siyuti, “әs-Camius-sәğir”, c. 1, sәh. 353.

10. Heysәmi, “Mәcmәüz-zәvaid”, c. 9, sәh. 163.

11. Nәbәhani, “әl-Fәthül-kәbir”, c. 1, sәh. 451.

12. İbni Әsir, “Üsdül-ğabә fi mә’rifәtis-sәhabә”, c. 2, sәh. 12.

1 “әl-Müstәdrәk lil-Hakim”, c. 3, sәh. 148.


HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİNİ İSBAT EDӘN BAŞQA DӘLİLLӘR ..................................... 115

13. İbni Әsakir, “Tarix”, c. 5, sәh. 436.

14. İbni Kәsir, “Tәfsir”, c. 4, sәh. 113.

15. “әt-Tacul cami lil üsul”, c. 3, sәh. 308.

Yuxarıda qeyd etdiklәrimizdәn әlavә İbni Hәcәr “әs Sәvaiqül-mühriqә” adlı

kitabında bu hәdisi qeyd etmiş vә sәhih olduğunu e’tiraf etmişdir. Yenә Zәhәbi “Әt-

tәlxis” adlı kitabında bu hәdisi nәql edib vә Şeyxeynin şәrtlәrinә görә sәhih olduğunu

söylәyibdir. Yenә Xarәzmi Hәnәfi vә İbni Mәğazili Şafei vә Tәbәrani “Әl-mö’cәm” adlı

kitabında vә “Әs-sirәtül-hәlәbiyyәnin” müәllifi bu kitabının haşiyәsindә vә “Yәnabiül-

mәvәddә” kitabının müәllifi vә başqaları da bu hәdisi nәql ediblәr.

Bütün bunlardan sonra “Allahın kitabı vә mәnim itrәtim olan Әhli-beytim”-deyә

tanınan Sәqәleyn hәdisini sünnilәrin qәbul etmәdiyini vә şiәlәrin uydurduğu bir hәdis

olduğunu iddia etmәk, iddia edәnin biliksiz, yaxud inadcıl olduğunu göstәrir. Allah-

tәaladan dilәyirәm ki, biliksizlikdәn yaranan tәәssüb vә inadı qәlblәrdәn uzaqlaşdırsın.

Bә’zi adamlar şiәlәrlә sünnilәrin qәbul etdiyi bu hәdisi “Allahın kitabı vә mәnim

sünnәm” hәdisinә çevirmәk istәyirlәr. Mәsәlәn, “Miftahü Künuzissünnә” adlı kitabın

müәllifi, kitabının 478-ci sәhifәsindә Buxari, Müslüm, Tirmizi vә İbni Macәdәn nәql

edәrәk “Peyğәmbәrin Allahın kitabı vә öz sünnәsi haqqında vәsiyyәti” başlığı altında

bir bölmә ayırmışdır. Halbuki, hәmin dörd kitabı araşdırdığınız tәqdirdә onun nәql

etdiyi hәdisin bu kitablarda mövcud olmadığını görәrsiniz.

Bәli, Buxarinin kitabında “Kitabul-e’tisam Bil-Kitab vәs-sünnә” adlı bir bölmә

vardır. Amma orada belә bir hәdis mövcud deyildir. “Sәhihi-Buxari” vә qeyd etdiyimiz

kitablarda belә bir hәdis vardır: “Tәlhә İbni Müsәrrif belә deyir: “Abdullah İbni

Übeyddәn “Görәsәn Peyğәmbәr (s) bir vәsiyyәt etdimi?”-deyә soruşdum. O, belә dedi:

“Xeyr”. Onda mәn dedim: “Belә olduğu halda xalqa necә vәsiyyәt etmәk әmr

olunubdur?” O, belә cavab verdi: “Peyğәmbәr (s) Allahın kitabını vәsiyyәt etdi”.”.”1

Göründüyü kimi Hәzrәti Peyğәmbәr (s)-in “Mәn sizin aranızda iki dәyәrli әmanәt

qoyuram. Allahın kitabı vә mәnim sünnәm”-kimi bir hәdisi yoxdur vә әgәr bә’zi

kitablarda belә bir hәdis olsa da e’tibarsızdır. Çünki nәql etdiyimiz kimi, icma bunun

1 “Sәhih әl-Buxari”, c. 3, sәh. 186; “Sәhih әt-Tirmizi” (Kitabül-vәsaya); “Sәhih Müslüm” (Kitabül-vәsaya);

“Sәhihi İbni Macә” (Kitabül-vәsaya).


HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİNİ İSBAT EDӘN BAŞQA DӘLİLLӘR ..................................... 116

xilafınadır. Bundan әlavә әgәr “Allahın kitabı vә mәnim sünnәm”-deyә nәql olunan

hәdisә diqqәt yetirilsә bu “hәdis”in әqli vә nәqli dәlillәrә zidd olduğu görünәr. Belә bir

hәdisi bir neçә dәlil ilә rәdd etmәk mümkündür.

Birinci dәlil: Bütün tarixçilәrin vә hәdisçilәrin yazdıqlarına görә Hәzrәti Peyğәmbәr

(s)-in sağlığında hәdislәr qeydә alınmayıb. Heç kim dә iddia etmәyib ki, Peyğәmbәr (s)-

in sağlığında o Hәzrәtin sünnәsini toplayıb yazırmış. Onda necә ola bilәr ki, o Hәzrәt

(s) “Mәn sizin aranızda iki dәyәrli әmanәt qoyuram, Allahın kitabı vә mәnim sünnәm”-

desin? Çünki Allahın kitabı hәm yazılır, hәm dә әzbәrlәnirdi. Amma Peyğәmbәr (s)-in

zamanında o hәzrәtin sünnәsi yazılmırdı. Buna görә dә o Qur’an ilә yanaşı camaatın

müraciәt etmәsi üçün әmanәt qoyula bilmәzdi. Çünki mә’lum olduğu kimi Peyğәmbәr

(s)-in hәdislәri, әmәllәri vә tәsdiq etdiyi şeylәr Peyğәmbәr (s)-in sünnәsi adlanır ki,

bunların arasında әn әhәmiyyәtlisi o Hәzrәt (ә)-in hәdislәridir.

Mә’lumdur ki, Hәzrәti Peyğәmbәr (s) müntәzәm olaraq sәhabәlәrinә öz sünnәsini

öyrәtmirdi. O Hәzrәt (s) müxtәlif münasibәtlәrdә vә ayrı-ayrı mәsәlәlәr barәdә

danışardı. Belә vәziyyәtlәrin çoxunda sәhabәlәrdәn bir, yaxud bir neçә nәfәri

Peyğәmbәr (s)-in yanında olurdu. Belә vәziyyәtdә peyğәmbәr (s)-in “Mәn sizlәrә öz

sünnәmi әmanәt qoyuram”-demәsi mümkündürmü?

İkinci dәlil: Mә’lum olduğu kimi Hәzrәti Peyğәmbәr (s) xәstәliyi ağırlaşan zaman

(ölümündәn üç gün qabaq) müsәlmanların sonralar azğınlığa düşmәsinә mane olmaq

üçün bir vәsiyyәtnamә yazdırmaq istәyirdi. Amma Ömәr “Peyğәmbәr sayıqlayır, bizә

Allahın kitabı kifayәtdir”-deyәrәk bu işә mane olmuşdu.1 Әgәr Hәzrәti Peyğәmbәr (s)

daha әvvәl onlara “Mәn sizin aranızda Allahın kitabı vә öz sünnәmi qoyuram” desәydi,

onda peyğәmbәr vәsiyyәt yazdırmaq istәyәrkәn, Ömәrin “Bizә Allahın kitabı

kifayәtdir” demәsi düzgün olmazdı. (yә’ni Ömәr, “Bizә Allahın kitabı vә Peyğәmbәrin

sünnәsi kifayәtdir”-demәli idi) Çünki, bu sözü demәklә o özü vә onun sözünü

dәstәklәyәn sәhabәlәr Peyğәmbәr (s)-ә qarşı çıxmış olurdular. Düşünmürәm ki, әhli

sünnә buna razı olsun. Buna görә dә aydın olur ki, bu hәdisi Әhli beyt (ә)-ә

düşmәnçilik edәnlәr saxtalaşdırmışlar. Xüsusәn dә onları xilafәtdәn uzaqlaşdırdıqdan

1 “Sәhih әl-Buxari”, c. 5, sәh. 138; “Sәhih Müslüm”, c. 2, sәh. 16.


HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİNİ İSBAT EDӘN BAŞQA DӘLİLLӘR ..................................... 117

sonra. “Sәqәleyn” hәdisini saxtalaşdıran sanki elә hesab etmişdir ki, insanlar Allahın

kitabına sarılıb, Peyğәmbәr (s)-in itrәtini tәrk edәcәk vә başqalarının yoluyla

gedәcәklәr. Sanki, hәdisi saxtalaşdırmaqla elә bilmişdir ki, etdiklәri әmәllәri düzgün

qәlәmә verәcәk, peyğәmbәr vәsiyyәtinә әmәl etmәyәn sәhabәlәrә olan tәnqid vә

bәdnamlığı onların üzәrindәn götürәcәkdi.

Üçüncü dәlil: Mә’lum olduğu kimi Әbu Bәkrin xәlifә olduğu dövrdә baş verәn

hadisәlәrdәn biri dә Ömәrin e’tiraz edib, Peyğәmbәr (s)-in “Hәr kim La ilahә ilәllah,

Mәhәmmәdәn rәsulullah desә, haqqından başqa mal vә canını mәndәn qorumuş olur,

onun hesabı isә Allaha aiddir” hәdisini dәlil göstәrmәsinә baxmayaraq, Әbu Bәkrin

zәkat vermәyәnlәrlә müharibә etmәyә qәrar vermәsidir. Әgәr Peyğәmbәr (s)-in sünnәsi

xalq arasında yayılıb vә xalqı hidayәt etmәk üçün kifayәt etsәydi onda hamıdan qabaq

Әbu Bәkr bu hәdisi bilmәli vә ona әmәl etmәli idi. Çünki o, bir xәlifә olaraq sünnәni

hamıdan artıq bilmәli vә hәyata keçirmәli idi.

Әlbәttә, axırda Ömәr dә Әbu Bәkrin “Zәkat da bir növ haqdır”-şәklindә hәdisin

tәfsir etmәsinә razı olub müharibә etmәyi qәbul etdi. Amma onların bu cür hәrәkәt

etmәlәri Hәzrәti Peyğәmbәr (s)-in tәfsir oluna bilmәyәn başqa bir sünnәsilә uyğun

deyildi. Çünki Hәzrәti Peyğәmbәr (s)-in zamanında Sә’lәbә adlı bir şәxs zәkat

vermәkdәn boyun qaçırtmışdı vә onun haqqında Qur’anda ayә nazil olunmuşdu. Lakin

Hәzrәti Peyğәmbәr (s) nә onunla müharibә etmiş, nә dә onu zәkat vermәyә mәcbur

etmişdi.

Onların bu hәrәkәti Üsamә İbni Zeydin başına gәlәn bir hadisә ilә bağlı Hәzrәti

Peyğәmbәr (s)-in buyurduğu söz ilә dә uyğun deyil. Üsamә müharibәlәrdәn birindә

düşmәn mәğlub olub qaçmağa üz qoyanda bir nәfәri tә’qib etmiş vә o adamın “La ilahә

illәllah”-demәsinә baxmayaraq, onu öldürmüşdü. Bu xәbәri eşidәn Peyğәmbәr (s)

Üsamәyә e’tiraz edәrәk demişdi: “Onu La ilahә illәllah demәsinә baxmayaraq öldürdün

ey Üsamә”. Ravi deyir: “Bundan sonra Üsamә Allaha yalvararaq günahının

bağışlanmasını istәrdi” Hәtta Üsamә belә deyәrdi: “Ey kaş o günәcәn müsәlman

olmayaydım”.1

1 “Sәhih әl-Buxari”, c. 8, sәh. 36; “Sәhih Müslüm”, c. 1, sәh. 67.


HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİNİ İSBAT EDӘN BAŞQA DӘLİLLӘR ..................................... 118

Dördüncü dәlil: Mә’lumdur ki, Hәzrәti-Peyğәmbәr (s)-in vәfatından sonra әshabın

bir çox hәrәkәtlәri o hәzrәtin sünnәsinә zidd oldu. Bu sәhabәlәr ya o hәzrәtin sünnәsinә

bilә-bilә, yaxud Hәzrәt (s)-dәn nәql olunan nәsslәr qarşısında ictihad edәrәk

Peyğәmbәr (s)-in sünnәsinә qarşı çıxırdılar. Bu tәqdirdә Qur’anın aşağıda qeyd

etdiyimiz ayәsi sanki bunlara xitabәn nazil olunmuşdur:

‚
z £

L  "   [D5

 M " 
$  Ej

 D '  ; %B ; M # M I %O  ‚
u  )& W6
A+ 0
@  *  "+ 
@ 1
; !- !

!G0E
Q *# a
=
 9 =
   . I %O 
“Allah vә onun Peyğәmbәri bir işi hökm etdiyi zaman, heç bir mö’min kişiyә vә

qadına öz işlәrindә başqa yol seçmәk yaraşmaz. Allah vә onun Peyğәmbәrinә

günahkar olan kәs, şübhәsiz ki, haqq yoldan açıq-aydın azmışdır”. (Әhzab surәsi, 36-

cı ayә)

Ya da onlar Peyğәmbәr (s)-in sünnәsini bilmәdiklәrinә görә belә rәftar edirdilәr. Bu

tәqdirdә isә Peyğәmbәr (s)-in onlara “Mәn sizin aranızda sünnәmi әmanәt qoyuram”-

demәsi mümkündürmü? Çünki Peyğәmbәr (s)-ә zaman vә mәkan baxımından әn yaxın

adamlar olan әshab sünnәni bilmirdi. Belә olan halda o zaman yaşamayan vә

Peyğәmbәr (s)-i görmәyәnlәrin vәziyyәti necә ola bilәr?

Beşinci dәlil: Mә’lum olduğu kimi sünnәnin toplanıb, yazılması işi Abbasilәrin

dövründә başlanıb vә sünnilәrin arasında yazılan ilk hәdis kitabı imam Malikinin

yazdığı “Әl-mәvәddә” adlı kitabdır. Bu isә böyük fitnә, Hәrrә hadisәsi vә Mәdinә

әhalisinin qırğına mә’ruz qalmasından sonra meydana gәlmişdir. Hәmin hadisәlәr

әsnasında sәhabәlәr zalımcasına qәtlә yetirildilәr. Vәziyyәt bu şәkil aldığı zaman insan,

dünya malına çatmaq mәqsәdilә sultanlara yaxınlaşmağa çalışan ravilәrә necә e’tibar

edә bilәr?

Bax elә buna görәdir ki, hәdislәrdә ziddiyyәt vә ixtilaf yaranıb vә islam ümmәti

ayrı-ayrı mәzhәblәrә bölünübdür. Belә ki, bir mәzhәbә görә doğru sayılan bir hәdis

başqa bir mәzhәb tәrәfindәn tәkzib olunur. Belәdirsә Hәzrәti-Peyğәmbәr (s)-in “Mәn

sizin aranızda Allahın kitabını vә öz sünnәmi qoyuram”-demiş olmasını necә qәbul edә

bilәrik? Halbuki o Hәzrәt (s) özündәn sonra münafiqlәrin vә satqınların bir çox yalan

şeylәri ona istinad edәcәklәrini bilirdi vә bu haqda belә buyururdu:


HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİNİ İSBAT EDӘN BAŞQA DӘLİLLӘR ..................................... 119


!H0  " 
v  L   MH%Q,E . HT 
 8
- " 1 . A /J8B  HT y
  K-
“Mәnә yalan bir şey istinad edәnlәr çoxalıblar. Mәnә yalan bir şey istinad edәn şәxs

cәhәnnәmdә yerini hazırlasın”.

Hәzrәti Peyğәmbәr (s)-in sağlığında da o Hәzrәt (s)-ә yalan şeylәr istinad edәnlәrin

çox olduğunu nәzәrә alaraq o Hәzrәt (s) vәfatından sonra sünnәsinә tabe olmağı

müsәlmanların öhdәsinә necә qoya bilәrdi? Halbuki, bizlәrin bu hәdislәrin sәhihliyinә

yәqinimiz (elmimiz) yoxdur.

Altıncı dәlil: Sünni alimlәr öz “Sәhih” kitablarında Peyğәmbәr (s)-in öz ümmәtinә

iki dәyәrli әmanәt buraxdığını vә bunların bә’zәn Allahın kitabı ilә Peyğәmbәr (s)-in

sünnәsi olduğunu, bә’zәn dә o hәzrәtin, “Mәndәn sonra mәnim sünnәm üzrә olan

Xülәfayi-Raşidinin sünnәsinә sarılın”-deyә buyurduğunu rәvayәt edirlәr. Mә’lumdur

ki, bu hәdisdә “Allahın kitabı vә Peyğәmbәrin sünnәsinә” xәlifәlәrin sünnәsi dә әlavә

olunubdur. Bu hәdisә görә islam ehkamının mәnbәyi iki şey yox, üç şeydir. Bunlar da

hәm sünnilәrin, hәm dә şiәlәrin doğruluğunu qәbul etdiklәri “Sәqәleyn” (Allahın kitabı

vә mәnim Әhli-beytim) hәdisilә ziddiyyәt tәşkil edir. Halbuki, “Sәqәleyn” hәdisi

haqqında işarә etmәdiyimiz şiә mәnbәlәrindәn başqa iyirmidәn çox sünni mәnbәyindә

dә bәhs olunub vә doğruluğuna tә’kid olunubdur.

Yeddinci dәlil: Hәzrәti-Peyğәmbәr (s) qәtiyyәtlә bilirdi ki, әshabından bir çoxu

Qur’anın, öz dillәrincә nazil olmasına baxmayaraq, bir çox ayәsinin tәfsir vә tә’vilini

bilmirlәr. Demәk, onlardan sonra gәlәnlәr (tabein) va ya islamı qәbul edәn rumlar,

farslar, hәbәşlәr vә әrәbcә bilmәyәn bütün başqa müsәlmanların Qur’anın tәfsir vә

tә’vilini düz-әmәlli bilmәyәcәklәri açıq bir hәqiqәtdir.

Bә’zi sәhih hәdislәrdә Әbu-Bәkrdәn “Әbәs” surәsinin 31-ci ayәsinin ( !‘/M A# ' -
!. )

mә’nasının nә olduğu soruşularkәn belә cavab verdiyi qeyd edilir:

“Allahın kitabı barәdә bilmәdiyim bir şey söylәsәm, hansı göy mәnә kölgә salar vә

hansı yer mәni üstündә daşıyar”.1

1 Qәstәlani, “İrşadüs-sari”, c. 10, sәh. 298; İbni-Hәcәr, “Fәthülbari”, c. 13, sәh. 230.
HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİNİ İSBAT EDӘN BAŞQA DӘLİLLӘR ..................................... 120

Ömәr dә bu ayәnin mә’nasını bilmirdi. Әnәs ibni-Malikdәn belә bir rәvayәt nәql

olunub:

“Ömәr ibni-Xәttab bir gün minbәrin üstündә “Әbәs” surәsinin 27-31-ci ayәlәrini:

!‘/ A# ' -
!. !GQ {  Z
  a
#j  !G%,x  !GQ)
 & !GQ0
 !‘Q !'E
. !0,QN.
oxuyandan sonra belә dedi:

“Bunların hamısını bildik, amma ( _Mz ) (әbb) nә demәkdir? And olsun Allaha, bu
tәkәllüfә әmr etmәkdir. “Әbb” sözünün mә’nasını bilmәsәn nә olar? Qur’ani-Kәrimin

sizә açıqlanan bölmәsinә әmәl edin, bilmәdiyiniz hissәsini isә Allaha hәvalә edin” ”.1

Qur’ani-Kәrimin tәfsiri barәdә deyilәn bu sözü Peyğәmbәrin sünnәsi barәdә dә

demәk olar. Bir çox hәdisin üstündә sәhabәlәr, mәzhәblәr vә o cümlәdәn sünnilәrlә

şiәlәr arasında fikir ayrılığı yaranıbdır. Bu ixtilaflar hәm hәdisin doğru olub-olmadığı,

hәm dә tәfsir vә tә’vili ilә bağlı meydana gәlibdir. Bununla әlaqәdar bir neçә misala

diqqәt yetirәk.

Hәdisin sәhih olub-olmaması barәdә ixtilaf.

Misal üçün Әbu-Bәkrin xәlifә olduğu ilk günlәrdә Hәzrәti Fatimә (s.ә.) gәlib ondan

Fәdәki geri vermәsini istәmiş vә demişdi ki, Hәzrәti Peyğәmbәr (s) sağlığında Fәdәk

bağını ona hәdiyyә veribdir. Amma Әbu Bәkr bunu rәdd etmişdir. Hәzrәti Fatimә (s.ә.)

atasının mirasını istәyәndә isә Әbu Bәkr Hәzrәti Peyğәmbәr (s)-in “Biz peyğәmbәrlәr

miras qoymarıq. Bizdәn sonra qalan hәr şeyimiz sәdәqәdir.”-deyә buyurduğunu irәli

sürmüş vә Hәzrәti Fatimә (s.ә.)-nin istәyini rәdd etmişdir. Hәzrәti Fatimә (s.ә.) Әbu

Bәkrin Hәzrәti Peyğәmbәr (s)-ә istinad etdiyi bu sözün yalan olduğunu e’lan etmiş vә

bu sözün Qur’ani-Kәrimә zidd olduğunu bildirmişdir. Ölәnә qәdәr Xanım Zәhra (s.ә.)

Әbu Bәkrlә ixtilafda oldu vә ona qәzәbli olub, onunla danışmadı.

Başqa bir misal isә Ümmül-Mö’minin Aişәnin Ramazan ayında sәhәr azanına qәdәr

cünub halda qalıb qüsl etmәyәn kimsәnin orucu barәdә Әbu-Hüreyrә ilә olan

1 “Tәfsiri ibni-Cәrir”, c. 3, sәh. 38; “Kәnz әl-Ümmal lil-Hindi”, c. 1, sәh. 287; “әl-Müstәdrәk lil-Hakim”,

(“Tәlxisu әz-Zәhәbi”), c. 2, sәh. 14; “Tarixi әl-Xәtib”, c. 11, sәh. 468; “Tәfsiri-kәşşaf”, c. 3, sәh. 253;

“Üsulu-Tәfsir”, sәh. 30; Xazin öz tәfsirindә, c. 4, sәh. 374; “Tәfsiri ibni-Kәsir”, c. 4, sәh. 473
HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİNİ İSBAT EDӘN BAŞQA DӘLİLLӘR ..................................... 121

ixtilafıdır. Aişә belә bir şәxsin orucunun sәhih olduğunu söylәrkәn, Әbu-Hüreyrә belә

bir şәxsin orucunu yemәsinin gәrәkli olduğunu iddia etmişdir. Әhvalat belәdir:

İmam Malikin “Әl-mәvәddә” adlı әsәrindә vә Buxarinin “Sәhih” adlı kitabında

qeyd etdiklәri bir rәvayәtә görә Ümmül-mö’minin Aişә ilә Ümmü-Sәlәmә belә deyirlәr:

“Hәzrәti-Peyğәmbәr (s) ramazan ayında cima sәbәbilә cünub olduğundan sәhәr

azanına qәdәr qüsl etmәdәn qalır vә o günü oruc tuturdu”.

Әbu-Bәkr ibni-Әbdürrәhman da belә deyir: “Mәn vә atam Mәdinәnin әmiri olan

Mәrvan ibni-Hәkәmin yanında idik. Atam ona dedi: “Әbu-Hüreyrәnin e’tiqadına görә

hәr kim sәhәr azanına qәdәr cünub qalsa o günü orucunu yemәk mәcburiyyәtindәdir.”

Bunu eşidәn Mәrvan, “Ey Әbdürrәhman, Allaha and verirәm, gedin bu mәsәlәni

Ümmül-mö’minin Aişә vә Ümmü-Sәlәmәdәn soruşun”. Әbdürrәhman ilә mәn birlikdә

Aişәnin yanına getdik. Әbdürrәhman ona salam verib dedi: “Ey Ümmül-mö’minin, biz

Mәrvan ibni-Hәkәmin yanında idik ona Әbu-Hüreyrәnin sәhәr azanına qәdәr cünub

qalan şәxsin o günü oruc tuta bilmәyәcәyi barәdә e’tiqadı bildirildi.” O zaman Aişә belә

dedi: “Әbu-Hüreyrәnin dediyi şәkildә deyildir. Ey Әbdürrәhman Peyğәmbәr (s)-in

gördüyü işlә müxalifәt etmәk istәyirsәnmi?” Әbdürrәhman, “And olsun Allaha ki,

yox”. O zaman Aişә dedi: “Mәn şahidlik edirәm ki, Peyğәmbәr (s) cima sәbәbilә cünub

olanda sәhәr azanına qәdәr qüsl etmәdәn qalırdı vә o günü oruc tuturdu.”

Sonra oradan çıxıb Ümmü-Sәlәmәnin yanına getdik. Әbdürrәhman ondan da hәmin

mәsәlәni soruşdu. O da Aişәnin verdiyi cavabı verdi. O zaman Mәrvan Әbdürrәhmana

dedi: “Mәnim qapıdakı dәvәmә min vә bunu Әbu-Hüreyrәyә xәbәr ver. O, Әqiq

mәntәqәsindәki tarlasındadır.” Әbdürrәhman ilә birlikdә dәvәyә minib Әbu-

Hüreyrәnin yanına getdik. Әbdürrәhman onunla bir qәdәr söhbәt etdikdәn sonra,

mәsәlәni ona danışdı. Әbu-Hüreyrә dedi: “Mәnim bundan xәbәrim yoxdur, bir nәfәr

mәnә belә demişdi”.”1

Әziz oxucu! Sünnilәrә görә islamın ravisi olan Әbu-Hüreyrәnin dini hökmlәri izah

etmәkdә zәnnә әsaslandığı vә hәtta kimin ona xәbәr verdiyini belә bilmәdәn bir hökmü

Peyğәmbәr (s)-ә mәnsub etdiyini gör vә ibrәt al.

1 “Sәhih әl-Buxari”, c. 2, sәh. 232; “Müvәttә әl-İmam Malik”, c. 1, sәh. 272


HӘZRӘTİ ӘLİ (Ә)-NİN VİLAYӘTİNİ İSBAT EDӘN BAŞQA DӘLİLLӘR ..................................... 122

Әbu-Hüreyrәnin özünün dandığı başqa bir hadisә. Abdullah ibni-Mәhәmmәd

Hişam ibni-Yusifdәn, o da Müәmmәrdәn, o da Zühridәn, o da Әbu-Mәslәmәdәn, o da

Әbu-Hüreyrәdәn Hәzrәti-Peyğәmbәr (s)-in belә buyurduğunu nәql etmişdir:

“Xәstәlik heç bir heyvan ya insandan, başqa bir heyvana vә ya insana sirayәt etmәz.

Qarında olan qurd vә uğursuz quş deyilәn bir şey yoxdur” Bu zaman bәdәvi

әrәblәrdәn biri Peyğәmbәr (s)-dәn soruşdu: “Onda nәyә görә qumlar üstündә ceyran

kimi oynayan bir dәvәni qotur dәvә ilә bir yerdә saxlayanda әvvәlki dәvә dә qotur

olur?” Buna cavab olaraq Hәzrәti Peyğәmbәr (s) belә buyurdu: “Onda o әvvәlki dәvәni

kim bu xәstәliyә düçar edib?”

Әbu-Sәlәmә belә deyir: “Mәn daha sonra Әbu-Hüreyrәdәn Peyğәmbәrin “Yoluxucu

xәstәliyi olan sağlam olanların arasına getmәsin”-deyә buyurduğunu eşitdim.” Әbu-

Hüreyrә әvvәlki hәdisini isә danırdı. Ona dedilәr ki, “Sәn әvvәllәr Peyğәmbәrin

“yoluxucu xәstәlik yoxdur”-deyә buyurduğunu iddia etmirdin?” Әbu Hüreyrә isә bu

e’tiraza qaşrı Hәbәşi dilindә bir şeylәr söylәdi. Әbu-Sәlәmә deyir ki, “Әbu-Hüreyrәnin

bu hәdisdәn başqa bir hәdisi unutduğunu daha görmәdim”.1

Aişә ilә ibni Ömәrin ixtilafı. İbni-Cüreyc Әtadan, o da Ürvә ibni-Zübeyrdәn belә

nәql etmişdir:

“Mәn vә Abdullah ibni-Ömәr, Aişәnin otağının yanında durmuşduq. Biz onun

dişini fırçalamasının sәsini belә eşidirdik. Bu vaxt mәn ibni-Ömәrdәn “Ey

Әbdürrәhmanın atası, görәsәn Peyğәmbәr (s) Rәcәb ayında ömrә (hәccinә) getdimi?”-

deyә soruşdum. “Bәli”-dedi. O zaman mәn Aişәyә sәslәnәrәk, “Ey ana, Әbdürrәhmanın

atasının nә dediyini eşidirsәnmi?” -deyә soruşdum. Aişә “Nә deyir?”-dedi.

“Peyğәmbәrin Rәcәb ayında ömrә (hәccinә) getdiyini söylәyir”-dedim. O zaman Aişә

belә dedi: “Allah Әbu-Әbdürrәhmanı bağışlasın. And olsun ki, Peyğәmbәr Rәcәb

ayında ömrә (hәccinә) getmәyibdir. Peyğәmbәrin getdiyi bütün ömrәlәrdә Әbu-

Әbdürrәhman da onunla birlikdә idi”.”

Ravi belә deyir: “Bunu ibni-Ömәr dә eşidirdi. Amma heç bir şey demәyib

susmuşdu”.2

1 “Sәhih әl-Buxari”, c. 7, sәh. 31; “Sәhih Müslüm”, c. 7, sәh. 32.


2 “Sәhih Müslüm”, c. 3, sәh. 61; “Sәhih әl-Buxari”, c. 5, sәh. 86.
MӘZHӘBLӘRİN PEYĞӘMBӘRİN SÜNNӘSİ BARӘDӘ İXTİLAFLARI .......................................... 123

MӘZHӘBLӘRİN PEYĞӘMBӘRİN SÜNNӘSİ

BARӘDӘ İXTİLAFLARI.

Peyğәmbәr (s)-in sünnәsi haqqında Әbu Bәkr ilә Ömәrin1, Hәzrәti Fatimә (s.ә.) ilә

Әbu Bәkrin2 vә Peyğәmbәr (s)-in arvadları arasında3 ixtilaf vardır. Hәmçinin Әbu

Hüreyrә kimi şöhrәtli bir ravi bir-birilә uyğun olmayan rәvayәtlәr nәql etmiş vә sünnә

haqqında Aişә ilә ixtilafa düşmüşdür.4 Peyğәmbәr (s)-in sünnәsi haqqında ibni-Ömәr

ilә Aişә5, Abdullah ibni-Abbas ilә ibni-Zubeyr6, Hәzrәti Әli ilә Osman7 vә başqa

sәhabәlәrin arasında ixtilaf var imiş.8 Bu mәsәlә ilә bağlı Tabein arasında isә ixtilaflar o

qәdәr çoxalmışdı ki, nәhayәt yetmişdәn çox mәzhәb meydana gәldi. İbni-Mәs’udun bir

mәzhәbi var idi, ibni-Ömәrin bir ayrı mәzhәbi vә nәhayәt ibni-Abbas, ibni-Zübeyr, ibni-

Üyeynә, ibni-Cüreyc, Hәsәnül-Bәsri, Süfyani-Sövri, Malik, Әbu-Hәnifә, Şafei, Әhmәd

ibni-Hәnbәl vә daha bir çoxlarının ayrı-ayrı mәzhәblәri var idi. Әlbәttә siyasi amillәrin

tә’siri nәticәsindә sünni mәzhәblәrdәn yalnız dördü rәsmi olması bir çox sünni

mәzhәbinin aradan getmәsinә sәbәb olmuşdur. Bu dörd mәzhәbin arasında da fiqhi

mәsәlәlәrin çoxunda ixtilaf vardır. Bu ixtilafların sәbәbi isә onların sünnә haqqındakı

ixtilaflarıdır.

1 Zәkat vermәyәnlәrlә müharibә etmәk haqqında Әbu-Bәkrlә Ömәrin arasında mövcud olan ixtilafa

işarәdir.
2 Fәdәk әhvalatına vә “biz peyğәmbәrlәr miras qoymuruq” hәdisi barәdә ixtilafı.
3 Aişәnin nәql etdiyi vә Peyğәmbәrin o biri arvadlarının müxalifәt etdiyi böyüklәrә süd vermәk

әhvalatına işarәdir.
4 Peyğәmbәrin ramazan ayında cünub olaraq gecәlәdiyi vә o günü oruc tutduğunu bildirәn hәdisinә

işarәdir.
5 Aişәnin tәkzib etdiyi, ibni Ömәrin Peyğәmbәrin Rәcәb ayında Ömrәyә getdiyinә dair nәql etdiyi

hәdisinә işarәdir.
6 Müt’әnin halal olub-olmadığı haqqındakı ixtilaflarına işarәdir. Bax: “Sәhih әl-Buxari”, c. 6, sәh. 129
7 Hәcc müt’әsinin halal olub-olmadığı haqqındakı ixtilaflarına işarәdir. Bax: “Sәhihi-Buxari”, c.2, sәh. 153
8 Dәstәmaz vә müsafir namazında “bismillah” deyilib-deyilmәmәsi haqqındakı ixtilafları ilә saysız bir

çox fiqhi mәsәlәlәrә işarәdir.


PEYĞӘMBӘRİN SÜNNӘSİ HAQQINDA SÜNNİLӘRLӘ ŞİӘLӘRİN İXTİLAFLARI .................. 124

Peyğәmbәrin sünnәsi haqqında sünnilәrlә şiәlәrin ixtilafları.


Şiәlәr ilә sünnilәrin arasında Peyğәmbәr (s)-in sünnәsi haqqında mövcud olan

ixtilafların iki mühüm amili vardır.

Birinci amil: Hansı hәdisin sәhih sayıldığı vә hansı hәdisin sәnәdi baxımından

sәhih sayılmadığı barәdә fikir ayrılığıdır. Şiә mәzhәbi “Peyğәmbәr (s)-in sünnәsi” adı

altında tәqdim olunan bir çox hәdisin sәnәdsiz olduğu vә nәticә e’tibarilә sәhih

olmadığını irәli sürür.

Başqa sözlә desәk, şiә mәzhәbi bir sıra hәdislәrin sәhih olduğu iddiasına e’tiraz

edәrәk hәmin hәdislәri rәvayәt edәnlәrin sәhabәlәrdәn olmalarına baxmayaraq әdalәtli

olmadıqlarını söylәyir. Çünki şiәlәr, sünnilәrin әksinә olaraq, bütün sәhabәlәrin әdalәtli

olmasına inanmırlar. Belә fikirlәr indi әhli sünnәnin әqidәsindә dә mövcuddur.

Bundan әlavә, şiәlәr әgәr bir hәdis Әhli-beyt imam (ә)-larından gәlәn rәvayәtlәrlә

uyğun olmasa, hәmin hәdisin doğru bir hәdis olmadığına inanırlar. Şiә mәzhәbinә görә

ravinin dәrәcәsi nә qәdәr yüksәk olsa da, әgәr rәvayәt etdiyi hәdis Әhli-beyt (ә)-in

rәvayәti ilә uyğun olmasa, onda Әhli-beyt (ә)-in rәvayәtini me’yar götürmәk vacibdir.

Onların bu haqda Qur’an vә hәtta müxaliflәrcә belә doğruluğu qәbul olunan sünnәdәn

bir çox dәlillәri vardır. Bunlardan bә’zisinә qabaqca işarә etmişdik.

İkinci amil: Hәdisi başa düşmәkdә әmәlә gәlәn ixtilafdır. Yә’ni bir hәdisi sünnilәr

bir cür başa düşürlәr, şiәlәr isә başqa bir cür. Misal üçün daha әvvәl işarә etdiyimiz:

bA1   T
,H o
 a
 ,
4 

“Ümmәtimin ixtilafı rәhmәtdir” hәdisini sünnilәr “dörd mәzhәbin fiqhi hökmlәrdә

ixtilafı müsәlmanlar üçün rәhmәtdir”-deyә tәfsir edirlәr, halbuki şiәlәr hәmin hәdisi

“Ümmәtin bә’zisinin başqa bә’zisinin yanına gedib elm öyrәnmәsinә rәhmәt vardır.”-

deyә tәfsir edirlәr; Yә’ni “ixtilaf” sözünün “dolanmaq” vә “get-gәl etmәk” mә’nasında

olduğunu söylәyirlәr.

Bә’zәn dә şiә ilә sünnilәrin fikir ayrılığı, hәdisin mә’nası barәdә deyil, hәdisdә

göstәrilmiş olan şәxslәrin kimliyi barәdәdir. Misal üçün, sünnilәr Hәzrәti Peyğәmbәr

(s)-dәn nәql olunan:


PEYĞӘMBӘRİN SÜNNӘSİ HAQQINDA SÜNNİLӘRLӘ ŞİӘLӘRİN İXTİLAFLARI .................. 125

" 

H  t
!j
  A
H0O  T
,H0
 /
D B E
“Mәnim sünnәmә vә mәndәn sonra gәlәn Xülәfayi-Raşidinin sünnәsinә sarılın” hәdisindә

dörd xәlifәnin nәzәrdә tutulduğunu irәli sürürlәr. Lakin şiәlәr bu hәdisdә hәzrәti İmam

Әlidәn başlayaraq Hәzrәti İmam Mәhdidә sona çatan on iki imamın nәzәrdә

tutulduğuna inanırlar.

Yenә Hәzrәti Peyğәmbәr (s)-in:

|  & " 


D ' (-  f
  !0S q
L / " 
tu !j
 
“Mәndәn sonrakı xәlifәlәr on ikidir: hamısı da Qureyşdәndir” hәdisindәn mәqsәd şiә

mәzhәbinә görә Әhli-beyt imam (ә)-larıdır. Sünnilәr isә bu hәdisә qәnaәtlәndirici bir

tәfsir irәli sürә bilmәyiblәr.

İslam ümmәti arasında hәtta Peyğәmbәr (s)-lә әlaqәdar olan tarixi hadisәlәrdә belә,

fikir ayrılığı vardır. Mәsәlәn sünnilәr Rәbiül-әvvәl ayının on ikisini Peyğәmbәr (s)-in

doğum günü olaraq bayram edirlәr, şiәlәr isә hәmin ayın on yeddisini Peyğәmbәr (s)-in

doğum günü olaraq bayram edirlәr.

Hәzrәti-Peyğәmbәr (s)-in özü kimi hamı tәrәfindәn qәbul olunan bir rәhbәr

olmadığı tәqdirdә Peyğәmbәr (s)-in sünnәsindә ixtilaf olacağı tәbii bir hadisәdir. O

Hәzrәtdәn sonra da İslam ümmәtinin arasında belә bir şәxs olmalıdır ki, Hәzrәti

Peyğәmbәr (s) kimi ixtilafı mәhv edib, Allah-tәalanın nazil etdiyi şәkildә hökm etsin.

Hәzrәti Peyğәmbәr (s)-in bu hәqiqәti görmәmәsi qeyri-mümkündür. Çünki, ondan

sonra, Qur’anı tә’vil edәrәk islam ümmәtinin ayrı-ayrı firqәlәr vә mәzhәblәrә

bölünәcәyini bilirdi. Şiә mәzhәbinin e’tiqadına görә Hәzrәti Peyğәmbәr (s) Allahın

әmrilә özündәn sonra müsәlmanların ixtilaflarını hәll etmәk mәqsәdilә iki dәyәrli

әmanәt qoyub getmişdir. Bunlardan birincisi Qur’an, o birisi isә Әhli-beytdir.

Müsәlmanlar bunlara tabe olduqları tәqdirdә azğınlıqdan qurtularlar, bunların

birindәn ayrı düşmәk o birisindәn dә ayrı düşmәk demәkdir. Çünki bunlar qiyamәtә

qәdәr bir-birlәrindәn ayrılmayacaqlar. (Bax: “Sәqәleyn hәdisi”)

Әhli-beyt imamlarının birincisi Hәzrәti Әli (ә)-dir. Peyğәmbәr (s)-in özündәn sonra

müsәlmanların rәhbәri olaraq tә’yin etdiyi Әli (ә) dünyaya gәldiyi gündәn kamala

çatana qәdәr Peyğәmbәr (s)-in xüsusi tәrbiyyәsi altında olmuşdur. Hәzrәti Peyğәmbәr
PEYĞӘMBӘRİN SÜNNӘSİ HAQQINDA SÜNNİLӘRLӘ ŞİӘLӘRİN İXTİLAFLARI .................. 126

(s) özü ilә Әli (ә)-nin munasibәtini Hәzrәti Musa ilә Harunun münasibәti kimi

olduğunu söylәmişdir. O Hәzrәt (s) hәmçinin belә buyurubdur:

I

N:  D ' :
!: U
 M ;
d   

p0: 3  D ' :
!&M !M
“Mәn onlarla Qur’anın nazil olunması üçün müharibә aparıram, sәn (ey Әli) onlarla

Qur’anın tә’vili üçün müharibә aparacaqsan.” 1

Hәmçinin belә buyurmuşdur:

q
L / " 
I
E
. %,4 
!
,H*
u " EQ: _ 
 ! U
 M
“Ey Әli, sәn mәndәn sonra ümmәtimin ixtilafa düşdüklәri mәsәlәlәri izah edәcәksәn”.2

Qur’ani-Kәrim samit (danışmayan) bir kitab olduğundan, ayrı-ayrı mövzulara ayrıla

bilәcәyindәn, batini vә zahiri olduğundan (yә’ni tәfsir edilmәyә möhtac olduğundan)

onun tә’vili uğrunda müharibә edәn ilahi bir rәhbәrә ehtiyac vardır. Digәr tәrәfdәn

sünnәnin dә belә bir rәhbәrә möhtac olduğu aşkardır. Kitab vә sünnәnin vәziyyәti belә

ikәn Hәzrәti-Peyğәmbәr (s)-in danışa bilmәyәn iki höccәti qoyub getmәsi qeyri-

mümkündür. Çünki qәlblәrindә sapqınlıq olanların öz hәdәflәri istiqamәtindә bunları

tә’vil etmәlәri, fitnә çıxartmaq vә dünyanı әldә etmәk mәqsәdilә mütәşabihata tabe

olmaları, sonra da әmәllәrini doğru göstәrmәk mәqsәdilә Qur’an vә sünnәdәn bә’zi

dәlillәr uydurmaları hәmişә mümkün olan bir hadisәyә çevrilәrdi. Bu da sonradan

gәlәnlәrin әvvәlkilәrin әdalәtli olduğuna e’tiqad edib yanlış yola davam etmәlәrinә

sәbәb olardı. Nәticәdә qiyamәt günündә әmәllәrindәn peşman olardılar:

!0:P !O !0L h M !H6


!0H/ % !& [*%OH  !0L h M ‚
z  !0L h M !0,E  ! ; % % 
!H0  T
. D ' 5 %? l
 9 : ] % 

#k
Q- !G0L  D ' 0L  

8L  " 
"
E L =

D '
:
d !0H/ [aE
QH  !%(=
 N. !tz  Q- 

1 “әl-Mәnaqib lil-Xarәzmi”, sәh. 44; “Yәnabi әl-Mәvәddә lil-Qunduzi әl-Hәnәfi”, sәh. 233; “Әl-isabә”, c. 1,

sәh. 25; “Kafiyәtül-talib”, sәh. 334; “Müntәxәbi Kәnz әl-ümmal”, c. 5, sәh. 36; “İhqaqül-hәqq”, c. 6, sәh. 37
2 “әl-Müstәdrәk lil-Hakim”, c. 3, sәh. 122; “Tarix Dәmәşq libn Әsakir”, c. 2, sәh. 488; “әl-Mәnaqib lil-

Xarәzmi”, sәh. 236; “Kәnzül-hәqaiq”, sәh. 203; “Müntәxәbi Kәnz әl-ümmal”, c. 5, sәh. 33; “Yәnabi әl-

Mәvәddә lil-Qunduzi әl-Hәnәfi”, sәh. 182.


PEYĞӘMBӘRİN SÜNNӘSİ HAQQINDA SÜNNİLӘRLӘ ŞİӘLӘRİN İXTİLAFLARI .................. 127

“Üzlәri odda o tәrәf-bu tәrәfә çevrildiyi (haldan -hala düşdüyü) gün onlar, “Kaş

Allaha tabe olardıq, Peyğәmbәrә itaәt edәrdik!”-deyәcәklәr. Onlar deyәcәklәr:

“Pәrvәrdigara! biz ağalarımıza, böyüklәrimizә itaәt etdik, onlarsa bizi haqq yoldan

azdırdılar. Pәrvәrdigara! Onlara ikiqat әzab ver, onları böyük bir lә’nәtә düçar et!” ”

(Әhzab surәsi, 66-68-ci ayәlәr)

!%(=
 M t
* @ 53 !0H/ [D5 * Šu D 5  4 M U
 !& !GLE
1? !'E
. %- HP W6
3 H, !',4 M U
 0L  bAHM U
 4 P !19-

; %1L : * " B
3  FgL =

¦B
2 !& [
!H0  " 
!#L=

!#/8 D '
:
Ž.
“Hәr ümmәt (oda) girdikdә öz dindaşına lә’nәt oxuyacaq. Nәhayәt, hamısı

birlikdә cәhәnnәmdә toplandığı zaman sonra gәlәnlәr (tabe olanlar) әvvәl gәlәnlәr

(tabe olduqları) barәsindә deyәcәklәr: “Ey Rәbbimiz! Bizi azdıran bunlardır. Bunlara

ikiqat cәhәnnәm әzabı ver”. Allah buyuracaq: “Hamınızı ikiqat әzab gözlәyir, lakin

siz bilmirsiniz”.” (Ә’rәf surәsi, 38-ci ayә)

Allah-tәalanın peyğәmbәr göndәrәrәk doğru yolu göstәrmәdiyi bir ümmәt yoxdur.

Lakin onlar peyğәmbәrlәrindәn sonra Allahın kәlamını tә’vil etmәyә vә dәyişmәyә

başlayıblar. Heç bir ağıllı adam Hәzrәti İsanın öz ümmәtinә “Mәn Allaham”-demiş

olmasını qәbul edә bilәrmi? Yox, Hәzrәti İsa, Qur’ani-Kәrimin buyurduğu kimi “Onlara

mәnә әmr olunandan başqa bir şey söylәmәdim”-deyir. Amma dünya sevgisi vә

arzular xristianları e’tiqadi baxımdan bu yerә gәtiribdir. Görәsәn Hәzrәti İsa vә ondan

әvvәl Hәzrәti Musa Hәzrәti Mәhәmmәd (s)-in gәlәcәyini müjdә vermәmişdilәrmi?

Amma onlar Mәhәmmәd (s)-in adını dәyişdirib “Qurtarıcı” qoydular.

Görәsәn, İslam ümmәtinin-bir firqәsini çıxmaqla-hamısı cәmisi yetmişә yaxın olan

firqәyә bölünmәsinin sәbәbi tә’vil olubdur? Biz dә bu gün o firqәlәr arasında yaşayırıq.

Görәsәn öz firqәsinin doğru yoldan azdığını qәbul edәn bir şәxs vardırmı? Başqa sözlә

desәk, görәsәn Allahın kitabı vә Peyğәmbәr (s)-in sünnәsinә zidd hәrәkәt etdiyini qәbul

edәn bir islam mәzhәbi vardırmı? Әksinә, hәr bir islam mәzhәbindәn soruşsan,

özünün Allahın kitabı vә Peyğәmbәr (s)-in sünnәsinә әmәl etdiyini iddia edәr. Bu halda

çıxış yolu nәdir?

Görәsәn, çıxış yolunun nә cür olduğunu Peyğәmbәr (s) vә daha doğrusu Allah-tәala

(nәüzü billah) bilmirmiş? Bu sözdәn Allaha pәnah aparıram. Allah-tәala bәndәlәrinә


PEYĞӘMBӘRİN SÜNNӘSİ HAQQINDA SÜNNİLӘRLӘ ŞİӘLӘRİN İXTİLAFLARI .................. 128

qarşı böyük lütf sahibidir. O, bәndәlәrinin xeyrini istәyir. Buna görә dә Allah-tәala

hәlak olanın da doğru yolu gördükdәn sonra, yә’ni dәlil vә sübut üstündә hәlak olması

vә qurtulanın da dәlil vә sübut ilә qurtulması üçün hidayәt yolunu aşkar edibdir.

Allah-tәala bәndәlәrini özbaşına, vilayәtsiz buraxmaz.

Buna görә dә Hәzrәti Peyğәmbәr (s)-in müsәlmanlar arasında Allahın kitabı ilә öz

sünnәsini әmanәt qoyduğunu buyurması, islam ümmәtinin qarşılaşacaqları ixtilafların

hәlli vә çıxılmaz vәziyyәtlәrin aradan qaldırılması üçün qәti bir çıxış yolu deyildir.

Çünki tә’vil yolunu nәinki kәsmir, әksinә daha da açır. Xaricilәrin imamlarına qarşı

çıxmaq istәdiklәri zaman “Ey Әli! hökm sәnin deyil, yalnız Allah-tәalanın haqqıdır”

şüarından yapışdıqlarını görmürsәnmi? Bu şüar olduqca aldadıcı bir şüar idi. Bunu

eşidәn kimsә bu şüarı irәli sürәnin bәşәrin hökm etmәsini rәdd edәrәk Allahın

hökmlәrini istәdiyini zәnn edәr. Halbuki hәqiqәt bunun tamamilә әksinә idi. Allah-

tәala Bәqәrә surәsinin 204-cü ayәsindә belә buyurur:

]
!ej

 _ M % 5  [
IQ
 &
.!  I J '
f
   !E_  $
!EC 
. I % & „
 Q^

L  "  

!s0  " 

“Bu dünyada elә insan vardır ki, Allahı öz әqidәsinin doğruluğuna şahid gәtirәr

vә onun dünya hәyatı haqqındakı sözlәri sәni tәәccüblәndirәr. Halbuki o

düşmәnlәrin әn inadçısıdır”.

Bәli, çox vaxt belә şüarların arxasında nәlәr olduğunu bilmәdәn aldanırıq. Lakin

“elm şәhәrinin qapısı” olan Hәzrәti-Әli (ә) bunu bilirdi. Buna görә dә xaricilәrin verdiyi

şüara belә cavab verdi:

 h
!Q  !'/
P   ™ A 1 
- !'H

“Haqq sözdür, amma bunun vasitәsilә batil nәzәrdә tutulmuşdur”.

Batil yaradan haqq sözlәr olduqca çoxdur. Xaricilәr Hәzrәti Әliyә “Hökm sәnә deyil,

Allaha mәxsusdur”-dediklәri zaman görәsәn, Allah-tәalanın (bu sözlә Allaha pәnah

aparıram) yer üzünә gәlib onların ixtilafları barәdә hökm etmәsini istәyirdilәrmi?

Yoxsa onlar Allahın Qur’anda buyurduğu hökmlәri daha yaxşı bilirdilәr vә Hәzrәti Әli

(ә)-nin bu hökmlәri öz görüşünә görә tә’vil etdiyinә inanırdılar? Bu barәdәki dәlillәri

nә idi? Allahın hökmünü onların bildiklәrini, Әli (ә)-nin isә bilmәdiyini kim qәbul
PEYĞӘMBӘRİN SÜNNӘSİ HAQQINDA SÜNNİLӘRLӘ ŞİӘLӘRİN İXTİLAFLARI .................. 129

edәr? Axı Әli (ә) onlardan daha alim, daha düz danışandır. Bu onlardan qabaq

müsәlman olubdur. Mәgәr islam onun getdiyi yoldan başqa bir yol idi?

Buna görә dә onların şüarı sadә insanları aldadaraq Hәzrәti Әli (ә)-yә qarşı

apardıqları müharibәyә cәlb etmәk mәqsәdilә irәli sürülәn aldadıcı bir şüardan başqa

bir şey deyildi.

Bu gün tarix tәkrar olunur. İnsan hәmin insandır. Hiylә vә aldatmaq yollarından

istifadә edәnlәr bu gün dә vardırlar vә demәk olar ki, daha da çoxalıblar. Çünki, bu

günün hiylәgәrlәri keçmişdәkilәrin tәcrübәlәrindәn dә bәhrәlәnirlәr. Demәk, bu gün dә

bir çox haqq söz vardır ki, onlarda gizli batil qәsd yaşayır. Bu gün vәhabilәrin ortaya

atdıqları tövhid çağrışı vә şirkә qarşı irәli sürdüklәri şüarları bunun açıq-aşkar

nümunәlәridir. Hansı müsәlman prinsipcә bunları qәbul etmәz? Amma dәrin

düşüncәyә sahib olan insanlar yaxşı bilirlәr ki, bu sözlәrdә başqa mәqsәd gizlәnir.

Allahın salamı sәnә olsun ey Әli. Sәnin bu hikmәtli sözün әsrlәr boyu qulaqlarda

sәslәnib, sәslәnir vә sәslәnәcәkdir: “Bir çox haqq söz var ki, onlardan batil nәzәrdә tutulur”.

Bir “ruhani” minbәrә çıxıb әn uca sәslә, “Kim mәn şiәyәm”-desә, biz ona “sәn

kafirsәn”-deyәrik; vә hәr kim “mәn sünniyәm”-desә, biz ona “sәn kafirsәn”-deyәrik.

“Biz nә şiәyik, nә dә sünniliyin tәrәfdarıyıq, biz yalnız islamı istәyirik”. Mәncә onun

sözü dә batil güdәn bir haqq sözdür. Görәsәn bu “ruhani” hansı islamı istәyir? Bu gün

bir neçә növ islam anlayışı vardır. Hәtta birinci әsrdә belә islam müxtәlif mәzhәblәrә

bölünmüşdür. O zamandan bәri bir tәrәfdә Hәzrәti Әli (ә)-nin, o biri tәrәfdә isә

Müaviyәnin müdafiә etdiyi islam vardır. Hәtta iş müharibәyә qәdәr gәlib çatmışdı.

Daha sonrakı dövrdә bir tәrәfdә Hәzrәti Hüsey (ә)-nin bayraqdarı olduğu İslam, o biri

tәrәfdә dә islam adına Әhli-beyt (ә)-i öldürәn, Hüseyn (ә)-in onun әleyhinә qiyam

etdiyi üçün İslamdan çıxdığını iddia edәn, şәrab içәn vә meymun oynadan Yezidin

islamı vardı. Yenә bir yanda Әhli-beyt imam (ә)-ları ilә onların tәrәfdarlarının müdafiә

etdiyi islam anlayışı, digәr yanda da hökmdarlarla onlara tabe olanların islam anlayışı

var idi. Belәliklә, görürük ki, tarix boyu müsәlmanlar arasında ixtilaf mövcud olub.

Qeyd etdiyimiz bәhslәrdәn sonra mәn Hәzrәti Peyğәmbәr (ә)-in “Mәn sizin

aranızda Allahın kitabı ilә sünnәmi әmanәt qoyuram”-deyә buyurduğunu qәbul edә

bilmәrәm. Hәqiqәt bundan ibarәtdir ki, bütün müsәlmanların doğru olduğunu qәbul
PEYĞӘMBӘRİN SÜNNӘSİ HAQQINDA SÜNNİLӘRLӘ ŞİӘLӘRİN İXTİLAFLARI .................. 130

etdiklәri ikinci hәdis, yә’ni “Mәn sizin aranızda iki dәyәrli әmanәti, Allahın kitabını vә Әhli-

beytimi qoyuram” hәdisi sәhih vә düzgündür. Çünki, bu hәdis bütün mәsәlәlәri hәll edir.

Artıq Peyğәmbәr (s)-in müraciәt etmәyimizi әmr etdiyi Әhli-beyt (ә)-ә üz tutduqdan

sonra isә Qur’andan bir ayәnin tә’vil vә tәfsirindә bir ixtilaf, hәm dә sünnәdәn bir

hәdisin tәfsir, ya tәshihindә düzәliş vermәk üçün bir mәsәlә qalmır. Hәzrәti Peyğәmbәr

(s)-in müraciәt etmәk üçün tә’yin etdiyi o şәxsiyyәtlәrin bu mәqama layiq vә bu işin

әhli olduqlarını da bilirik. Çünki heç bir müsәlman bu şәxsiyyәtlәrin yüksәk elm, zöhd

vә tәqvalılığına şәkk etmir. Allah-tәala onlardan hәr cür pisliyi uzaqlaşdıraraq, onları

pak-pakizә edib vә onlara kitab elmini bәxş etmişdir. Onlar nә Qur’anla müxalif olarlar,

nә dә onun haqqında fikir ayrılığına düşәrlәr, nә dә qiyamәtә qәdәr ondan ayrılarlar.

Necә ki, Hәzrәti Peyğәmbәr (s) Sәqәleyn hәdisindә belә buyurubdur:

"  !1' H’


. [T
,E/  5 M T
:  ,
 Y

 Šz   6
t
!1H  " 
FP1  bQ ‚


 !,-
[
"E, E
4 D B E
. F>
!: T6

Y
 % C
  HT P
 3H, !&
, 
“Mәn aranızda iki xәlifә qoyuram: Allahın kitabı ki, göydәn yerә sallanan bir ipdir vә

mәnim Әhli-beytim. Onlar (Kövsәr) hovuzun başında mәnimlә qovuşana qәdәr bir-birlәrindәn

ayrılmayacaqlar”.1

Bax, bu hәqiqәtlәri nәzәrә alaraq doğru olanlarla birlikdә olmağın yolunu bu

hәqiqәtlәri heç kimdәn çәkinmәdәn söylәmәkdә görürәm. Mәqsәdim başqalarını razı

etmәkdәn әvvәl Allahın razılığını qazanmaq vә öz vicdanımı razı etmәkdir.

Sözün qısası, bu mövzuda Hәzrәti Peyğәmbәr (s)-in vәsiyyәtinә tabe olan şiә

mәzhәbi haqqdır. Şiәlәr hәqiqi mә’nada Әhli-beyt (ә)-ә tabe olmaqla, onları öz rәhbәr

vә imamları qәbul etmәklә, onları sevmәklә, onlara iqtida etmәklә Allah-tәalaya

yaxınlaşırlar. Belәliklә Peyğәmbәr (s)-in hәdisindә dә vә’d olunduğu kimi Allahın izni

ilә dünya vә axirәtdә sәadәtә çatmaq lәyaqәtini әldә edirlәr.

1 “Müsnәdu Әhmәd ibni Hәnbәl”, c. 5, sәh. 122; “әd-Dürr әl-Mәnsur fit-tәfsir vәl Mә’sur lis-Süyuti”, c. 2,

sәh. 60; “Kәnz әl-Ümmal lil-Hindi”, c. 1, sәh. 154; “Mәcmә әz-Zәvaid lil-Heysәmi”, c. 9, sәh. 162; “Yәnabi

әl-Mәvәddә lil-Qunduzi әl-Hәnәfi”, sәh. 38 vә 183; “Әqәbatul Әnvar”, c. 1, sәh. 16; “әl-Müstәdrәk lil-

Hakim”, c. 3, sәh. 148.


SÜNNİLӘRLӘ GÖRӘ QӘZAVÜ-QӘDӘR .................................................................................................. 131

Qiyamәt günündә hәr kәs öz sevdiyi ilә mәşhәrә gәlәcәkdir. Demәk, Әhli-beyt (ә)-i

sevәnlәr dә onlarla mәhşur olacaqlar. Zәmәxşәrin bu haqda bir şe’ri vardır ki,

mәzmunu budur:

“Şübhә vә ixtilaflar çoxalıb, hamı da

Özünün doğru yolda olduğunu iddia edir.

Mәn isә la ilahә illәllah ilә

Әhmәd ilә Әliyә olan sevgimә sarılmışam.

Bir it Әshabi-Kәhfi sevmәklә sәadәtә çatdı.

Peyğәmbәrin Әhli-beytini sevmәklә necә şәqavәt (bәdbәxtçilik) әhli olaram”.

Ey Allahım, bizi dә onların vilayәt ipindәn tutanlardan, onların yolu ilә

gedәnlәrdәn, onların gәmisinә minәnlәrdәn, onların imamlığına inananlardan vә

onlarla birlikdә mәhşәrә gedәnlәrdәn qәrar ver! Sәn, hәqiqәtәn dә istәdiyinә doğru

yolu göstәrәrsәn. (Amin ya Rәbbil-Alәmin)

Ş İ Ә V Ә S Ü N N İ L Ә R İ N Q Ә Z A V Ü - Q Ә D Ә R

B A R Ә S İ N D Ә E’TİQADLARI

Sünnilәrә görә qәzavü-qәdәr.


Әvvәllәr qәzavü-qәdәr mәsәlәsi mәnim üçün çox çәtin vә başa düşülmәyәn bir

mәsәlә idi. Fikrimi rahat edib, qәlbimi qane edәcәk bir tәfsir tapa bilmirdim. Bu mәsәlә

haqqında çaşıb qalmışdım. Bir tәrәfdәn sünni mәktәbindә öyrәnmişdim ki, insan

tәbiәtinә uyğun olan әmәllәrә sövq etdirilir vә Allah-tәala insan övladına, anasının

bәtnindә ikәn, iki mәlәk göndәrir vә bu mәlәklәr onun әcәli, ruzisi, әmәli vә şәqavәt

(bәdbәxtçilik), ya sәadәt әhli olacağını yazırlar.1 Digәr tәrәfdәn dә ağlım ilә vicdanım

Allahın әdalәtli olduğunu vә bәndәlәrinә zülm etmәdiyini söylәyirdi. Axı necә ola bilәr

ki, Allah özünün yazdığı vә sövq etdirdiyi әmәllәrә görә insanlardan hesab çәksin?

Başqa müsәlman gәnclәr kimi mәn dә fikri baxımdan tәzadlar içindә yaşayırdım.

Bir tәrәfdәn düşünürdüm ki:

1 “Sәhih Müslüm”, c. 8, sәh. 44.


SÜNNİLӘRLӘ GÖRӘ QӘZAVÜ-QӘDӘR .................................................................................................. 132

; % N
  D 5   L   !H1 2 N
  *
“Allah gördüyü işlәr barәsindә sorğu-sual olunmaz”. (Әnbiya surәsi, 23-cü ayә)

 
 !1
b2!HL. % 5
“O, istәdiyini edәndir”. (Buruc surәsi, 16-cı ayә)

O mәxluqatı yaratdı, bir qismini cәhәnnәmdә qәrar verdi, digәr bir qismini isә

cәnnәtdә. Digәr tәrәfdәn dә deyirdim ki:

$+ HW 2 !K
D 
\ * ‚
z  ;9 6

“Hәqiqәtәn, Allah (heç kәsә) zәrrә qәdәr zülm etmәz”. (Nisa surәsi, 40-cı ayә)


E
QL 
]+ a
9 \ /
„
 _/ !
“Sәnin Rәbbin bәndәlәrinә zülm edәn deyildir”. (Fussilәt surәsi, 46-cı ayә)

; %1
\  D ' 
  M 
 !H0  H"B
3  !#†E 
 !H0  D 
\  * ‚
z  ;9 6

“Allah insanlara heç zülm etmәz, ancaq insanların özü bir-birlәrinә zülm

edәrlәr”. (Yunus surәsi, 44-cü ayә)

Vә hәdisdә dә deyildiyi kimi, “O, mәxluqatına bir ananın uşağına bәslәdiyi mәhәbbәtdәn

daha çox mәhәbbәt bәslәyәr”.1

Bә’zәn bu mövzu ilә әlaqәdar Qur’an ayәlәrini oxuyanda belә ziddiyyәtli

mәfhumlarla qarşı-qarşıya qalırdım. Bә’zәn insanın öz әmәllәrinin mәs’ulu olduğunu

anlayırdım.

v   #s  $+ HW 2 !K


 1 L  "   v   # E4 $+ HW 2 !K
 1 L  " 1 .
“Kim zәrrә qәdәr yaxşı iş görsә, onun xeyrini görәcәkdir. Kim zәrrә qәdәr pis iş

görsә, onun zәrәrini görәcәkdir”. (Zәlzәlә surәsi, 7-8-ci ayәlәr)

Bә’zәn dә insanın müәyyәn bir cәhәtә sövq etdirildiyini, heç bir qüdrәti olmadığını

vә özünә bir fayda, ya zәrәr vermәyә vә ruzi qazanmağa qadir olmadığını anlayırdım:

‚
u  tu !f ; M *9 6
; §!f: !

1 “Sәhih әl-Buxari”, c. 7, sәh. 75.


SÜNNİLӘRLӘ GÖRӘ QӘZAVÜ-QӘDӘR .................................................................................................. 133

“Allah istәmәsә, siz istәyә bilmәzsiniz”. (İnsan surәsi, 30-cu ayә)

tu !f "  q
'  tu !f "  ()

 ‚
z  ;9 ’
.
“Allah istәdiyini yoldan çıxardar, istәdiyini dә doğru yola salar”. (Fatir surәsi, 8-

ci ayә)

Yalnız mәn deyil, demәk olar ki, müsәlmanların әksәriyyәti bu fikri paradoksu

tәcrübә edirlәr. Elә buna görә dә alimlәrin çoxundan qәzavü-qәdәr mәsәlәsini

soruşduğun vaxt görürsәn ki, verdiklәri cavab özlәrini belә, qane etmir. Buna görә dә

“bu mәsәlә barәdә çox fikirlәşmәmәlisәn”, ya “bu mәsәlә barәdә bәhs etmәk

haramdır”, ya da “hәr müsәlman qәzavü-qәdәrә inanmalı vә xeyir-şәrin Allah

tәrәfindәn olduğunu qәbul etmәlidir” vә sairә bu kimi sözlәr deyәrәk cavab vermәkdәn

boyun qaçırırlar.

Onlardan “Necә olar ki, Allah-tәala bir bәndәsini günah etmәyә mәcbur etdikdәn

sonra onu cәhәnnәmә atsın?”-deyә soruşulduğu vaxt da cavab vermәk әvәzindә sual

verәni kafir, zindiq olmaq vә dindәn çıxmaqda ittiham edirlәr. Buna görә dә ağıllar

daşlaşıb vә artıq camaat evlәnmәyin, boşanmağın vә hәtta zinanın da qәzavü-qәdәr

olduğuna inanırlar. Hәtta deyirlәr ki, yemәk vә içmәk dә insanın iradәsindәn asılı

deyildir vә Allahın bizim üçün yazdığı şeydәn başqa, heç bir şey yeyib içә bilmәrik.

Yә’ni bir nәfәr şәrab içsә dә, adam öldürsә dә bunu seçmәyibdir.

Belә sözlәri bir-birinin ardınca söylәyәn alimlәrimizdәn birinә belә dedim: “Axı

Qur’an sizin iddialarınızı tәkzib edir. Dediklәrinizdә hәdisә әsaslanırsınızsa, onda

hәmin hәdislәr yalandır. Çünki, Peyğәmbәr (s)-in hәdisi Qur’ana zidd ola bilmәz.

Allah-tәala Qur’anda belә buyurur:

…t
!0  " 
D B  
 !h! %CB
!.…
“…Bәyәndiyiniz qadınlarla evlәnin…” (Nisa surәsi, 3-cü ayә)

Bu ayә arvadı seçmәkdә insanın azad olduğuna dәlalәt edir.

Allah-tәala talaq barәsindә isә belә buyurur:

…;+ !!
/
F¨

 :  M o
+  L 1 /
F>!!
. [
;!:H  m
 a9R 
SÜNNİLӘRLӘ GÖRӘ QӘZAVÜ-QӘDӘR .................................................................................................. 134

“(Ric’i) talaq vermә (boşanma) iki dәfә mümkündür, ondan sonra yaxşı

dolanmaq, ya da xoşluqla ayrılmaq gәrәkdir…” (Bәqәrә surәsi, 229-cu ayә)

Burada da insan seçmәkdә azaddır.

Zina barәsindә isә İsra surәsinin 32-ci ayәsindә belә buyurur:

a
# E
QO tz !O A# f
 
!. ; !- I H
!p  %/   :* 
“Zinaya da yaxın düşmәyin. Çünki o, çox çirkin bir әmәl vә pis bir yoldur”.

Bu ayә göstәrir ki, zinaya yaxın düşmәk, ya da düşmәmәk adamın öz әlindәdir.

Şәrab barәsindә dә Maidә surәsinin 91-ci ayәsindә belә buyurur:

"
  I
9 
- W
"  D - He
 


E1 
1 j
 
. tz !)n Q   $  L  D B 0E/ ` &
% ; M ; !REHf   
 !1H

; %',0 D ,M  ' . $


aHe 
“Şübhәsiz ki, şeytan içki vә qumarla aranıza әdavәt vә kin salmaq, sizi Allahı

yada salmaqdan vә namaz qılmaqdan ayırmaq istәr. Artıq bu işә son

qoyacaqsınızmı?”

Bu ayәdә dә insanın azad olduğu açıqca bәyan olunubdur.

Adam öldürmәyә gәldikdә isә, Allah-tәala bu haqda Әn’am surәsinin 151-ci

ayәsindә belә buyurur:

...C
 !
/ J*
I 9  ] H 
, 9 i
  H0  %, :*...
“…Allahın (qәtlini) haram buyurduğu şәxsi haqsız yerә öldürmәyin…”

Hәmçinin Nisa surәsinin 93-cü ayәsindә belә buyurur:

!G1E
M !G/8 I  H M I 0L  I
E I 9  l
 )

{  !'E
. G
!4 D H0' ? v § p^
 . G1L , !G0
@   ,  "  
“Hәr kәs bir mö’min şәxsi qәsdәn öldürsә onun cәzası әbәdi qalacağı

cәhәnnәmdir. Allah ona qәzәb vә lә’nәt edәr, onun üçün şiddәtli әzab hazırlar”.

Bu ayә dә insanın öldürmәk mövzusunda azad olduğunu göstәrir.

Allah-tәala hәtta yemәk vә içmәk barәdә dә bizә yol göstәrib vә Ә’raf surәsinin 31-ci

ayәsindә belә buyurub:

r
 .

 1  _lC

* I H
%.

 : *  %/    %-  ...
SÜNNİLӘRLӘ GÖRӘ QӘZAVÜ-QӘDӘR .................................................................................................. 135

“…Yeyin vә için: amma israf etmәyin O israf edәnlәri sevmәz”.

Bu ayә dә insanın azad olduğuna dәlalәt edir. ”

Bu ayәlәri misal gәtirәndәn sonra hәmin alimdәn soruşdum: “Bәs siz Allahın insanı

müәyyәn bir tәrәfә yönәltdiyini necә söylәyә bilirsiniz?” O belә cavab verdi: “Kainatda

tәsәrrüf edәn yalnız Allahdır” vә dәlil olaraq Ali-İmran surәsinin 26-cı ayәsini qeyd

etdi. Hәmin ayәdә Allah-tәala belә buyurur:

tu !f: "  (28


: tu !f: "  _pL
: tu !f: " H1
„
  1  
 p
0: tu !f: "  „
  1  y

@ : „

 1  „

! HD' 9  
&

F 
& t+ T  7- 3  „
 H6
 Ej
  > 
E/

“De ki, Ey mülkün sahibi olan Allah! Sәn mülkü istәdiyin şәxsә verәr, istәdiyin

şәxsdәn alarsan, istәdiyin şәxsi yüksәldәr vә istәdiyin şәxsi alçaldarsan. Xeyir yalnız

Sәnin әlindәdir. Hәqiqәtәn, Sәn hәr şeyә qadirsәn”.

Mәn ona belә cavab verdim: “Aramızda Allahın iradәsi barәdә vә Allah-tәalanın bir

iş görmәk istәdiyi tәqdirdә insanların, cinlәrin vә başqa mәxluqların bunun qabağını

almaq imkanı olmadıqları haqqında heç bir ixtilaf yoxdur. İxtilafımız bәndәlәrin

әmәllәri haqqındadır. Belә ki, bәndәlәr gördüklәri әmәllәrindә azaddırlar, yoxsa

Allahın iradәsilә bu işlәr baş verir”.

Mәnim bu sözümә qarşı, “Sizin dininiz sizә, mәnim dinim dә mәnәdir”-cavabını

verdi vә mübahisәdәn boyun qaçırdı.

İki gün sonra tәzәdәn onun yanına gedib soruşdum: “Sizin e’tiqadınıza görә hәr işi

Allah-tәala görür vә bәndәnin heç bir seçmә haqqı yoxdur. Elәdirsә, onda nәyә görә

xilafәt mövzusu haqqında (olan haqq) sözü demirsiniz? Yә’ni nә üçün xәlifәni

seçmәkdә dә istәdiyini yaradan vә istәdiyini seçәn odur; bәndәlәrin seçmә haqqı

yoxdur demirsiniz vә xәlifәnin müsәlmanlar tәrәfindәn seçilmәsinә inanırsınız?”

O, belә cavab verdi: “Bunu xәlifәlik haqqında da söylәyirәm. Çünki Әbu Bәkri,

sonra Ömәri, sonra Osmanı, sonra da Әlini xәlifәliyә seçәn Allah-tәaladır. Әgәr Allah-

tәala Әlinin birinci xәlifә olmasını iradә etsәydi, cinlәr ya insanlar buna mane ola

bilmәzdilәr”.

Mәn isә ona belә dedim: “İndi çıxılmaz vәziyyәtә düşdün”. O, “necә?”-deyә

soruşdu.
SÜNNİLӘRLӘ GÖRӘ QӘZAVÜ-QӘDӘR .................................................................................................. 136

Mәn isә belә dedim: “Ya Allah-tәalanın dörd Xülәfayi-Raşidini seçdiyi, onlardan

sonra isә xәlifә seçmәk işini xalqın öz öhdәsinә qoyduğunu, ya da Allah-tәalanın bu işi

xalqın öhdәsinә qoymayıb Peyğәmbәr (s)-in vәfatından sonra qiyamәt gününә qәdәr

bütün xәlifalәri Özü seçdiyini qәbul etmәlisәn”.

O dedi, “İkinci nöqteyi-nәzәri qәbul edirәm”. Sonra da bu ayәni oxudu:

…tu !f: " H1


„
  1  
 p
0: tu !f: "  „
  1  T
:@ : „

 1  „

! HD' 9  
&
“Dedi: Ey Allahım, ey mülkün sahibi, mülkü istәdiyinә verirsәn, istәdiyindәn dә

mülkü alırsan…”

Ona belә dedim, “Demәk, padşahlar ilә hökmdarların әlilә islamda hәyata keçirilәn

azğınlıqlar vә cinayәtlәr dә Allah-tәalaya aiddir. Çünki Allah hәmin adamları

müsәlmanlara hakim edibdir”.

Belә cavab verdi: “Bәli belәdir. Saleh adamlardan birisi:

!'E
.  , !  M A#   & „
 
'  ; M !P  W

Vә әgәr bir şәhәr (әhalisini) hәlak etmәk istәsәk, onların zәnginlәrinә әmr edәrik.

ayәsindә mövcud olan “َْ َ ‫( ”َأ‬әmәrnә: әmr edәrik) sözünü “ َْ ‫( ” َأ‬әmmәrna: hökmdar

edәrik) şәklindә oxuyubdur”.

Mәn dedim: “Demәk, Hәzrәti Әli (ә) vә Hәzrәti Hüseyn (ә)-in şәhid olunması da

Allahın istәyi ilә olmuşdur?”

O isә belә cavab verdi: “Bәli, Hәzrәti Peyğәmbәr (s)-in Hәzrәti Әli (ә)-nin başına vә

saqqalına işarә edәrәk belә buyurduğunu eşitmәmisәnmi?

v
8
5  H,Q: H, v
8
5 3  „
 /
)
  q
8 9 " 
4 …  M
“Ey Әli, sәnin burana (başına) vurub, buranı (saqqalını) qana bulayan şәxs sonradan

gәlәnlәrin әn şәqavәtlisidir (bәdbәxtidir)”.

Hәzrәti Hüseyn (ә)-in Kәrbәlada şәhid olacağını da Hәzrәti Peyğәmbәr (s) bilirdi.

Bunu Ümmü-Sәlәmәyә dә xәbәr vermişdi. Hәzrәti Peyğәmbәr (s) hәmçinin Hәzrәti

Hәsәn әleyhissalamın iki böyük islam firqәsi arasında sülhü bәrpa edәcәyini dә bilirdi.

Demәli, hәr şey әzәldәn yazılıbdır. İnsanın başqa bir yolu yoxdur. Demәk, çıxılmaz

vәziyyәtdә mәn deyilәm sәnsәn”.


SÜNNİLӘRLӘ GÖRӘ QӘZAVÜ-QӘDӘR .................................................................................................. 137

Bir müddәt susub ona baxdım. O isә dediyi sözlәrdә gәtirdiyi dәlillәrlә mәni

susdurduğunu zәnn edirdi. Mәn dә Allahın baş verәcәk hadisәlәri qabaqca bilmәsi

mövzusu ilә mәxluqları mәcbur etmәk mövzusunu bir-birinә qarışdırmaması üçün onu

necә qane edәcәyimi düşünürdüm. Tәzәdәn ona belә bir sual verdim: “Demәk keçmiş

vә indiki bütün hökmdarları, islam vә müsәlmanlarla müharibә aparanları belә, Allah-

tәala tә’yin edibdir?” “Heç şübhәsiz”-deyә cavab verdi.

Mәn tәzәdәn soruşdum: “Tunis vә Әlcәzairi işğal edib müstәmlәkәyә çevirәn Fransa

hökumәtini dә Allah tә’yin edib?”

O, belә cavab verdi: “Bәli, özün dә gördün ki, qabaqcadan müәyyәn olunmuş vaxt

qurtaran kimi dә bu ölkәlәrdәn çıxdı”.

Mәn isә belә bir sual verdim: “Sәn әvvәllәr sünnilәrin Peyğәmbәr (s)-dәn sonra

xәlifә seçmәk işinin şura öhdәsinә qoyulduğu haqqında e’tiqadını müdafiә

etmirdinmi?”

“Bәli, indi dә bu e’tiqadı müdafiә edirәm, gәlәcәkdә dә müdafiә edәcәyәm”-deyә

cavab verdi.

Tәzәdәn ona başqa bir sual verdim: “Onda Allahın seçmәsilә insanların şura ilә

seçmәsi arasında necә uyğunluq yaradırsan?”

O, “Müsәlmanların Әbu Bәkri seçmәlәri Allahın seçmәsi demәkdir”-deyә cavab

verdi.

Mәn dedim: “Allah-tәala Sәqifәdә onlara Әbu Bәkri seçmәlәri üçün vәhy nazil

etmişdimi?”

O belә cavab verdi: “Әstәğfurullah, Hәzrәti Mәhәmmәd (s)-dәn sonra artıq heç kimә

vәhy nazil olmayıb. Bu şiәlәrin görüşüdür”. Mә’lum olduğu kimi, şiәlәrin belә bir

görüşü yoxdur vә bu bә’zilәrinin şiә mәzhәbinә etdiklәri iftiradan başqa bir şey

deyildir.

Ona dedim ki, “Hәlәlik şiәlәrlә işimiz yoxdur, mәni öz e’tiqadınla qane et! Әbu

Bәkrin Allahın tәrәfindәn seçildiyini necә bildin?”

O, belә cavab verdi: “Әgәr Allahın iradәsi bunun әksinә olsaydı, onda müsәlmanlar

bu işi görә bilmәzdilәr. Әslindә bütün alәm yığışsa Allahın iradәsinin әksinә bir iş görә

bilmәz”.
SÜNNİLӘRLӘ GÖRӘ QӘZAVÜ-QӘDӘR .................................................................................................. 138

Bәli, göründüyü kimi belә bir fikir hәqiqәtәn insanın düşüncәsini çıxılmaz

vәziyyәtdә qoyar vә onun tәdqiq vә düşüncә qabiliyyәtini korlayar. Belәliklә, insan

Qur’ani-Kәrimin ayәlәrini düzgün bir şәkildә araşdırmaqdan uzaqlaşar vә nәticәdә heç

bir elmi-fәlsәfi nәzәriyyәni qәbul edә bilmәz.

Burada başqa bir әhvalatı xatırlayıram. Bir gün bir dostumla birlikdә çoxlu ağacı

olan xurmalıqların içindә yeriyir vә qәzavü-qәdәr mәsәlәsi barәdә danışırdıq. Bu vaxt

yetişmiş bir xurma meyvәsi ağacdan yerә düşdü vә mәn onu otların üstündәn götürüb

yemәk istәdim. Dostum dedi: “Allahın sәnә yazdığından başqasını yemirsәn: bu xurma

sәnin üçün yerә düşdü”. Ona, “İndi ki, sәn bunun mәnә yazıldığına inanırsan, mәn dә

onu yemәyәcәyәm”.-deyib xurmanı ağzımdan çıxartdım. Dostum dedi: “Sübhanәllah,

әgәr bir şey sәnә yazılmayıbsa, Allah onu sәnin qarnından belә çıxardar”.

Ona, “Elәdirsә yemәyәcәyәm”-dedim vә dostuma xurmanı yemәkdә vә ya

yemәmәkdә azad olduğumu isbat etmәk mәqsәdilә xurmanı tәzәdәn ağzıma qoyub

çeynәmәyә başladım. Mәn xurmanı çeynәyib udana qәdәr dostum mәnә baxırdı.

Udandan sonra isә belә dedi: “And olsun Allaha ki, sәnin üçün bu xurma dәnәsi

yazılmışdı”. Belәliklә, mәni “mәğlub” etdi. Axı mәn artıq xurmanı qarnımdan çıxarda

bilmәzdim!

Bәli, çoxlarının qәbul etdiyi vә mәnim dә sünni olduğum vaxt inandığım qәzavü-

qәdәr haqqındakı e’tiqad bu idi. Bu e’tiqad ilә fikri böhran vә iztirab içindә qalmaq çox

tәbiidir. Çünki belә bir e’tiqada sahib olan şәxs bir iş görmәk istәdiyi zaman gözlәyәr

ki, Allah-tәala vәziyyәti dәyişsin. Belәliklә dә insan mәs’uliyyәt altından qaçar vә

mәs’uliyyәti Allahın boynuna yıxar. Demәk, zina vә oğurluq edәn, yaxud bir qız

uşağını qaçırdıb tәcavüz etdikdәn sonra öldürәn adama e’tiraz edib, ondan nәyә görә

bu işlәri gördün deyә soruşsan, cavabında belә deyәr: “Allah mәnә mane olmağa

qadirdir. Allah bu işlәri görmәyi mәnim alnıma yazıbdır”.

Hәqiqәtәn dә belәdirmi? Yә’ni Allah-tәala hәm qız uşaqlarını diri-diri basdırmağı

insanın qәdәrinә yazır, hәm dә “hansı günaha görә öldürüldü”-deyә bu işi görәnlәrdәn

hesab çәkir. Axı bu ağlabatan bir şeydir? Ey Allahım, heç şübhәsiz, Sәn bu kimi

böhtanlardan uzaqsan.
SÜNNİLӘRLӘ GÖRӘ QӘZAVÜ-QӘDӘR .................................................................................................. 139

Belә bir e’tiqada görә dünya alimlәri bizi alçaldar vә bu e’tiqadı nadanlıq vә geri

qalmışlığımızın әn mühüm nişanәsi hesab edәrlәr.

Tәdqiqatçılar bilirlәr ki, bu e’tiqad Әmәvilәrin dövründә uydurulub. Çünki

Әmәvilәr belә bir şayiә düzәltmişdilәr ki, guya Allah-tәala mülk vә hökumәti onlara

verib, buna görә dә camaat onlara tabe olmalı vә hökmdarlara qarşı üsyan etmәmәlidir.

Çünki onlara tabe olmaq Allaha tabe olmaq, onlara qarşı qiyam etmәksә Allaha qarşı

qiyam etmәk demәkdir. Buna görә dә qiyam edәnlәr qәtlә yetirilmәlidirlәr. Tarixdә

bunun bir çox nümunәsi vardır. Misal üçün Osman ibni-Әffandan xәlifәlikdәn әl

çәkmәsini istәdiklәri vaxt bu istәyi rәdd edәrәk belә demişdi: “Mәn Allahın mәnә

geydirdiyi köynәyi çıxartmaram”.1 Bu sözdәn belә çıxır ki, Osmana görә xәlifәlik

Allahın ona geydirdiyi bir köynәkdir vә Allahdan başqa heç kәsin dә bu köynәyi onun

әynindәn çıxartmağa haqqı yoxdur. Yә’ni ölәnә qәdәr bu köynәk onun әlindә

qalmalıdır.

Müaviyә isә xalqa belә deyirdi: “Mәn sizinlә oruc tutasınız vә zәkat verәsiniz deyә

müharibә etmәdim. Mәn sizlәrә hökm etmәk üçün müharibә etdim. Sizin istәmәmәnizә

baxmayaraq Allah bu mәqamı mәnә verdi”.

Göründüyü kimi Müaviyә Osmandan da irәliyә gedib Allahı ona yardım etmәkdә

ittiham etdir. Müaviyәnin bu xütbәsi mәşhur bir xütbәdir.2 Müaviyә hәtta xalqın

istәmәdiyinә baxmayaraq oğlu Yezidi vәliәhd etmәsinin dә Allahın iradәsilә olduğunu

iddia etmişdi. Tarixçilәrin yazdığına görә ayrı-ayrı müsәlman mәntәqәlәrә Yezid bey’әt

toplamaq üçün mәktublar göndәrir vә o vaxt Mәdinә valisi olan Mәrvan ibni Hәkәmә

yazdığı mәktubda isә “Allahın Yezidә bey’әt etmәyi, qәdәr tә’yin etdiyindәn”

danışırdı.3 Hәzrәti Hüseyn әleyhissalamın Şәhid olunmasından sonra O Hәzrәt (ә)-in

oğlu Hәzrәti Zeynülabidin әleyhissalamı zәncirlә bağlanmış bir halda әsir olaraq Kufә

valisi ibni Ziyadın mәclisinә gәtirdiklәri zaman o mәl’un, Hәzrәti Zeynülabidin (ә)-i

göstәrәrәk “kimdir bu”-deyә soruşmuşdu. Ona “bu Hüseynin oğlu Әli (Zeynülabidin)-

1 “Tarix әt-Tәbәri”, (Hisari-Osman bölmәsi); “Tarix ibn әl-Әsir”.


2 “Mәqatilüt-Talibiyyin”, sәh. 70; “Tarix ibn Kәsir”, c. 8, sәh. 131; “Şәrhu Nәhc әl-Bәlağә libn Әbil-Hәdid”,

c. 3, sәh. 16.
3 “Tarix әl-Xülәfa (әl-imamәti vәs-siyasә), c. 1, sәh. 151.
ŞİӘ MӘZHӘBİNDӘ QӘZAVÜ-QӘDӘR ..................................................................................................... 140

dir”-deyә cavab verilәn kimi, “Allah Hüseynin oğlu Әlini öldürmәdimi?”-deyә

soruşmuşdu. Bu sözü eşidәn imam Zeynülabidin (ә)-in bibisi Zeynәb (s.ә.) o mәl’una

“Yox, onu Allahın vә Peyğәmbәr (s)-in düşmәnlәri öldürdü” cavabını vermişdi. O

zaman mәl’un ibni-Ziyad Hәzrәti Zeynәb (s.ә.)-ә xitabәn, “Allahın sәnin ailәnin başına

gәtirdiyi bәla haqqında nә düşünürsәn?”-deyә soruşdu. Hәzrәti Zeynәb (s.ә.) isә belә

cavab verdi: “Mәn gözәllikdәn vә yaxşılıqdan başqa bir şey görmәdim. Bunlar Allahın,

şәhid olmağı onlara qәdәr tә’yin etdiyi bir qrup idilәr. Buna görә dә döyüşüb şәhid

oldular. Çox yaxında Allah sәninlә onları bir yerә toplayacaq vә o zaman mühakimә

olunacaqsan. O gün bax gör kim qurtulacaqdır. Anan sәnin yasına otursun, ey

Mәrcanәnin oğlu!”1

Sözün qısası bu e’tiqad (yә’ni insanın işlәrindә mәğlub olmasına e’tiqad etmәk)

Әmәvilәr vә onlara yardım edәnlәrin uydurduğu bir e’tiqaddır ki, şiә mәzhәbindәn

başqa bütün islam mәzhәblәrinә müxtәlif formalarda sirayәt edibdir.

Şiә mәzhәbindә qәzavü-qәdәr.


Şiә alimlәrilә tanış olub kitablarını oxuduğum zaman qәzavü-qәdәr haqqında sanki

yeni bir elm әldә etdim.2 Bir nәfәr Hәzrәti Әli әleyhissalamdan qәzavü-qәdәr haqqında

soruşduğu vaxt, o Hәzrәt (ә) belә buyurubdur:

  %  ª
  O  [!L
 
 %K9   R Q  „

83 - ; !- %  [#!1
:! #& !#
x* t© !)& U
 00} „
 9L  „
 C
 

3 R  M [#k
 g
 7B  D  #k
 g
 9-  [# 
8C
 : D 5 !' [#k
Ej
 : v P !Q
  M I !CQO ‚
z  ;9 6
. E
% 

P
!Q
L
l
 ,B  2
p
0 D  [#!Q
L  tz !EQ
Šz  
O
  D  [#!5 B  ` R  D  [#!/%n  £
 L  D  [#k
K- 
E
  

" 
  - " 
89
b% .   - " 
8 9 _"} „

W3 ) .a
# h
!/ !1' 0E/ ! Y
  Šz  y

!1H   4 *  [#!KQ

(
!H0 

1 “Mәqatilül-Talibiyyin”, (mәqtәlül-Hüseyn).
2 Mәhәmmәd Baqir Sәdr, Ayәtullahül-üzma Xoyi, Ayәtullah Hәkim, Әllamә Tәbatәbai vә başqa alimlәr

bu haqda mәnә çox yardım etdilәr.


ŞİӘ MӘZHӘBİNDӘ QӘZAVÜ-QӘDӘR ..................................................................................................... 141

“Allah sәnә rәhm elәsin: sәn qәzavü-qәdәrin qәti vә mütlәq bir şey olduğunu sanırsanmı?

Belә olsaydı artıq savab vә cәzanın heç bir mә’nası olmazdı vә yaxşılığa çığırmaqla yamanlıqdan

uzaqlaşdırmaq boş şeylәr olardı. Allah-tәala öz bәndәlәrinә әmr etmiş vә onları çәkindirmişdir,

amma seçmәkdә onları azad qoymuşdur. Onların tәkliflәrini asan etmiş vә çәtinlәşdirmәmişdir.

Az bir әmәlin qarşılığında çox savab vermişdir. Allah-tәalaya qarşı mәğlubdur deyә üsyan

edilmәyib, zorla da kimsәni itaәt etmәyә mәcbur etmәyib. Peyğәmbәrlәri oyuncaq olsunlar deyә

göndәrmәyib, kitabları da bihudә nazil etmәyib, göylәri, yeri vә onların arasında olan mәxluqları

da boş-boşuna yaratmayıb. Bu kafirlәrin xәyalıdır. Cәhәnnәm odunda yanacaqlarına görә vay bu

kafirlәrin halına”.1

İmam (ә)-ın bu bәyanı nә qәdәr aşkardır. Bu mövzu haqqında bundan daha açıq bir

söz vә bundan daha möhkәm bir dәlil oxumamışdım. Bu sözlәri oxuyan hәr bir

müsәlman әmәllәrindә azad olduğuna inanar. Çünki Allah-tәala bizә әmr edib, amma

seçmәk azadlığını da bizә bәxş edibdir. Hәzrәti Әli әleyhissalamın:

GkE
j
 : v P !Q   M I 9  ;9 

“Allah-tәala öz bәndәlәrinә әmr etmiş vә çәkindirmişdir, amma seçmәkdә onları azad

qoymuşdur”-deyә buyurduğu sözün mә’nası da budur. Daha sonra Hәzrәti Әli

әleyhissalam bu mövzunu daha artıq izah edәrәk belә buyurmuşdur: “Allah-tәalaya

qarşı mәğlubdur deyә üsyan edilmәyib”. Bu sözün mә’nası bundai ibarәtdir ki, Allah-

tәala insanları bir işi görmәyә mәcbur etmәk istәsәydi, onda bәndәlәri birlәşsәydilәr

belә, yenә dә Allahın işinә qalib gәlә bilmәzdilәr. Bu isә Allah-tәalanın bәndәlәrinә itaәt

ilә üsyan arasından birini seçmәk azadlığını verdiyini göstәrir. Bunu Allah-tәala Kәhf

surәsinin 29-cu ayәsindә belә izah edir:

...   B E . tz ! "   " 


@ E . tz ! " 1 . D B / " 
_C
  
&
“De ki, haqq Rәbbinizdәndir. Kim istәyir iman gәtirsin, kim dә istәyir kafir

olsun…”

Ondan sonra, Hәzrәti Әli (ә) insan vicdanının dәrinliklәrinә xitab edәrәk,

bә’zilәrinin inandığı kimi, insanın öz işlәrindә mәcburi olduğu fikrini rәdd etmәk üçün

1 “Şәrh nәhc әl-Bәlağә li-Muhәmmәd Әbduh”, c. 4, sәh. 673


ŞİӘ MӘZHӘBİNDӘ QӘZAVÜ-QӘDӘR ..................................................................................................... 142

möhkәm dәlillәr göstәrir. Çünki әgәr insanın gördüyü işlәr mәcburi olsaydı, onda

peyğәmbәrlәr vә sәmavi kitablar göndәrmәk yersiz vә dәyәrsiz işlәr olardı. Allah-tәala

isә bu kimi әmәllәrdәn uzaqdır. Peyğәmbәr ilә sәmavi kitablar ona görә göndәriliblәr

ki, xalqı islah edib qaranlıqdan nura doğru aparsınlar. Onların nәfsani xәstәliklәrini

sağaltsınlar vә sәadәtli hәyatın yolunu onlara göstәrsinlәr. Allah-tәala İsra surәsinin 9-

cu ayәsindә belә buyurur:

...] % &   5

,9

'  ; d   85 ;9 

“Hәqiqәtәn, bu Qur’an xalqı әn doğru yola yönәldir…”

Daha sonra Hәzrәti Әli (ә) sözünü fatalizmә inanmağın göylәrin, yerin vә bu ikisi

arasında olan varlıqların batil yerә yaradıldığına inanmağı zәruri etdiyini açıqlayaraq

sona çatdırır.

Bir qrupun fatalizmә, digәr qrupun isә azadlığa inandığı bir vәziyyәtdә şiә

mәzhәbinin qәzavü-qәdәr haqqındakı e’tiqadını tәdqiq etdiyimiz zaman bu e’tiqadın

çox düzgün bir e’tiqad olduğu mә’lum olur. Әhli-beyt imam (ә)-larının varlığı da islami

inam vә mәfhumları islah etmәk vә bu yoldan azanları yenidәn doğru yola aparmaq

üçündür. Bu hәdәflә Әhli-beyt imam (ә)-ları açıqca belә buyurublar:

"
   M " E/ F  M " B
3  ›
 
% : *   Q? *
“Nә fatalizm (mәcburiyyәt) düzgündür nә dә azadlıq, (hәqiqәt) bu ikisinin arasındadır”.

Bu mәfhum Hәzrәti imam Sadiq (ә) hәr kәsin öz ağlı ilә başa düşә bilәcәyi sadә bir

misalla izah etmişdir. Bir nәfәr İmam әleyhissәlama belә sual verdi: “ “Nә fatalizm, nә

dә azadlıq, (hәqiqәt) bu ikisinin arasındadır”-demәklә nәyi nәzәrdә tutursunuz?” O

Hәzrәt (ә) belә cavab vermişdir: “Sәnin yer üzündә yerimәyin onun üstünә düşmәyin

kimi deyildir”.

Bunun mә’nası bundan ibarәtdir ki, biz yeriyәnda öz iradәmizlә bu işi görürük,

amma yıxılmağımız öz iradәmizdәn asılı deyildir. Demәk, qәzavü-qәdәr ilә әlaqәdar

doğru görüş fatalizmlә azadlıq arasında bir görüşdür. Yә’ni bir sıra işlәr bizim öz

әlimizdәdir vә hәmin işlәri görmәk ya görmәmәkdәn birini seçmәkdә azadıq. Amma

bә’zi işlәr bizim nә әlimizdә deyil vә bizdәn asılı olmayaraq baş verir; biz isә bu kimi

işlәrә qarşı boyun әymәliyik. Biz seçmәkdә azad olduğumuz işlәr haqqında sorğu-suala
ŞİӘ MӘZHӘBİNDӘ QӘZAVÜ-QӘDӘR ..................................................................................................... 143

çәkilәrik, lakin bizim iradәmizdәn asılı olmayan işlәr barәdә bizdәn hesab çәkilmәz.

Demәk insan eyni zamanda hәm azaddır, hәm dә mәcburdur:

1 – Düşündükdәn sonra görmәk, ya görmәmәk barәsindә qәrar verdiyi işlәrdә

azaddır. Allah-tәala Şәms surәsindә buna işarә edәrәk belә buyurubdur:

!5!HOP "  
 !4 & !5!9-x "  ¨ . M  & [!5% : !5 %^. !'1' N. !5H%O ! i
+  
“And olsun nәfsi yaradana; sonra da ona günahlarını vә pis әmәllәrdәn

çәkinmәsini öyrәdәnә ki, nәfsini tәmizlәyәn mütlәq nicat tapacaqdır. Onu batıran

isә, әlbәttә, ziyana uğrayacaqdır”.

Demәk, nәfsin tәmizlәnmәsi vә batırılması insanın öz әlindәdir vә insan bu

ikisindәn birini seçmәkdә azaddır; nicat tapmaq, yaxud ziyana uğramaq da bu

seçmәyin qәti vә әdalәtli nәticәsidir.

2 – Onu әhatә edәn Allah-tәalanın iradә vә mәşiyyәtinә (istәyinә) boyun әyibdir.

Yә’ni bütün kainata hakim olan qanunlar qarşısında mәcbur vәziyyәtindәdir. İnsan

özünün kişi vә ya qadın olmasını, hansı irqdәn olmasını, hansı ata-anadan dünyaya

gәlmәsini vә hәtta cismi xüsusiyyәtlәrini seçә bilmәz. Bundan әlavә genetik xәstәliklәr

kimi, iradәsindәn asılı olmayaraq onun әleyhinә, ya lehinә olan bir sıra tәbilğ qanunlara

boyun әymәk mәcburiyyәtindәdir. İnsan yorulduğu vaxt yatar; yorğunluğunu alandan

sonra da oyanar; acdığı vaxt xörәk yeyәr, susadığı vaxt su içәr, sevindiyi vaxt gülәr,

qәmlәndiyi vaxt ağlayar. Bәdәn fabrikindә ayrı-ayrı hormon, hüceyrә vә böyümәk

qabiliyyәti olan rüşeymlәr istehsal olunur. Lakin onun özü bunlardan xәbәrsizdir vә

bilmir ki, ilahi qayğı hәmişә, hәtta ölümündәn sonra bela, onunladır vә onu әhatә

etmişdir. Allah-tәala bu haqda belә buyurur:

I 0
 L ^
 . 
3 H%
 .  j
 . A#   ; !- HDS [ 03 1  ™T0
 " 
A#  R  „
  D M [GO >  , ; M ; !
 l
 
C M

3 :% 1  T E
C
  ; M 3  + P
!/
„

W3 i
 E M 3 KŠu   - 89  "
E?  Hp 
“Mәgәr insan elә güman edir ki, o, başdıbaşına buraxılacaq? Mәgәr o, tökülәn bir

qәtrә nütfә deyildimi? Sonra laxtalanmış qan oldu vә Allah onu yaradıb surәt verdi.

Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift (hәmtay) yaratdı. Elә isә o Allah

ölülәri diriltmәyә qadir deyildirmi?” (Qiyamәt surәsi, 36-40-cı ayәlәr)


ŞİӘ MӘZHӘBİNDӘ QӘZAVÜ-QӘDӘR ..................................................................................................... 144

Bәli ey Rәbbimiz! Sәn hәr bir nöqsandan uzaqsan vә bütün hәmdlәr sәnә

mәxsusdur. Ey Pәrvәrdigar! Yaradan sәnsәn; tәqdir edәn, hidayәt edәn, öldürüb

dirildәn dә sәnsәn, bәrәkәtlәr sәndәdir; sәn ucasan; sәninlә müxalif olan, sәni haqq

olaraq tanımayan uzaq olsun.

Bu bәhsimizi hәlә on dörd yaşı tamamlanmamış, zәmanәsinin әn alim şәxsiyyәti

sayılan, sәkkizinci imam, Hәzrәti-Riza әleyhissalamın sözlәrilә bitirmәk yerinә

düşәrdi.1 O Hәzrәtә İmam Sadiq әleyhissalamın:

"
   M " E/ F  M  / ›
 
% : *   Q? *
“Nә fatalizm doğrudur, nә dә azadlıq, (hәqiqәt) bu ikisinin arasındadır”-deyә buyurduğu

sözün mә’nası barәdә sual verilәndә, Hәzrәti Riza (ә) belә buyurmuşdu:

“Hәr kәs belә güman etsә ki, Allah-tәala özü bizim әmәllәrimizi edir, sonra da bizi

hәmin әmәllәrә görә әzablandırır, fatalizmә (cәbrә) inanıbdır; hәr kәs Allah-tәalanın

ruzini vә bәndәlәrinin işlәrini höccәtlәrinin öhdәsinә qoyduğunu güman etsә azadlığa

(tәfvizә) inanıbdır. Bunlardan birincisi kafir, ikincisi isә müşrikdir. Amma “Hәqiqәt bu

ikisinin arasındadır” cümlәsinin mә’nası “Allahın әmr etdiyi şeyi edib, çәkindirdiyi

şeydәn boyun qaçırmağın bir yolu olduğuna inanmaq”dan ibarәtdir. Yә’ni Allah-tәala

insanı xeyir iş görmәyә, yaxud görmәmәyә qadir etdiyi kimi, şәr görüb, yaxud

görmәmәyә dә qadir etmişdir. Xeyrә әmr edib, şәrdәn isә çәkindirmişdir”.

And olsun ki, bu söz istәr ali tәhsilli, istәrsә savadsız adamların başa düşә bildiyi

qaneedici bir izahatdır. Hәqiqәtәn Hәzrәti Peyğәmbәr (s)-in Әhli-beyt (ә) haqqında

buyurduğu söz nә qәdәr doğrudur:

D B 0
D  M D ' H’
. D 5 %17L : *  %B
' ,. D ' 0  e
  : *  %B 
' ,. D 5 %H ,: *
“Onları qabaqlamayın, yoxsa hәlak olarsınız; onlardan dala da qalmayın, yoxsa yenә dә

hәlak olarsınız. Onlara elm öyrәtmәyә dә cәhd etmәyin, çünki onlar sizdәn daha biliklidirlәr”.2

1 “әl-Әqd әl-Fәrid libni Әbdi Rәbbi”, c. 3, sәh. 42


2 “әs-Sәvaiqu әl-Muhriqә libni Hәcәr әl-Heysәmi”, sәh. 148; “Mәcmә әz-Zәvaid lil-Heysәmi”, c. 9, sәh.

163; “Yәnabi әl-Mәvәddә lil-Qunduzi әl-Hәnәfi”, sәh. 41; “әd-Dürr әl-Mәnsur fit-tәfsir vәl Mә’sur lis-

Süyuti”, c. 2, sәh. 69; “Kәnz әl-ümmal lil-Hindi”, c. 1, sәh. 168; “Üsd әl-Ğabә”, c. 3, sәh. 137; “Әbәqatul-

әnvar”, c. 1, sәh. 184.


QӘZAVÜ-QӘDӘR İLӘ XӘLİFӘLİK MӘSӘLӘSİ .................................................................................... 145

Qәzavü-qәdәr ilә xәlifәlik mәsәlәsi.


Maraqlıdır ki, sünnilәr Allah-tәalanın bәndәlәrini әmәllәrindә mәcbur etdiyi vә

onların hәqiqi mә’nada azad olmadığını iddia etmәlәrinә baxmayaraq deyirlәr ki,

Hәzrәti Peyğәmbәr (s) vәfat edәndә xәlifәlik mәsәlәsini xalqın öhdәsinә qoymuşdu ki,

onlar şura yolu ilә bir nәfәri seçsinlәr.

Şiәlәr isә bunun әksinә inanırlar. Onlar insanın öz әmәllәrini seçmәkdә azad

olduğunu irәli sürmәlәrinә baxmayaraq, xәlifәlik mәsәlәsindә insanların seçmәk

azadlığı olmadığına inanırlar. Bu da ilk baxışda ziddiyyәtli görünür. Amma belә

deyildir. Әksinә, sünnilәrin Allah-tәalanın öz bәndәlәrini әmәllәrindә mәcbur etdiyinә

dair görüşlәri, qabaqca da izah etdiyimiz kimi, hәqiqәtlә ziddir. Çünki sünnilәrin

e’tiqadına görә seçmәk haqqına sahib olan yalnız Allahdır; insanlar isә seçmәk

azadlığına sahib olduqlarını güman edirlәr. Elә isә bu e’tiqada görә, misal üçün Әbu-

Bәkri Sәqifә günü әvvәlcә Ömәrin, sonra isә digәr sәhabәlәrin seçmәsi yalandan bir

seçmәdir vә onlar güman edirlәr ki, onu seçiblәr. Bu e’tiqadıi hәqiqәtә uyğun olmadığı

aşkardır.

Lakin şiәlәr Allah-tәalanın öz bәndәlәrini әmәllәrini seçmәkdә azad qoyduğuna

inanırlar. Bu inam isә Allahın xәlifәni seçdiyi inamı ilә әsla zidd deyildir.

$  Ej

 D '  ; !-![!,j
   tu !f
  !  j
  „
 _/ 
“Vә sәnin Rәbbindir ki, istәdiyini yaradar, istәdiyini seçәr, onların seçmә haqqı

yoxdur”.

Çünki xәlifәlik dә peyğәmbәrlik kimi bәndәlәrin öhdәsinә qoyula bilәn bir şey

deyildir. Allah-tәala peyğәmbәrini xalqın arasından özü seçib göndәribdir. Xәlifәlik dә

eyni ilә belәdir. İnsanlar isә hәyatları boyu Allahın әmrinә itaәt etmәk, yaxud üsyan

etmәkdәn birini seçmәkdә azaddırlar. Buna görә insan ya öz istәyilә Allahın seçdiyini

qәbul edәr vә ona boyun әyәr, ya da öz istәyilә ona qarşı çıxar. Saleh vә mö’min şәxs

Allahın seçdiyini qәbul edәr. Allahın ne’mәtinә qarşı çıxan isә Allahın seçdiyini rәdd

edәr.

Allah-tәala belә buyurur:


QӘZAVÜ-QӘDӘR İLӘ XӘLİFӘLİK MӘSӘLӘSİ .................................................................................... 146

] %  v  f
C  !#B0=
 A# f
 E
L I  ;9 ’
. q
- W
"  Y
   M "   [ 3  f
  *  ()

 a
 . q
 5 ` QH: " 1 ....

„

83 -  [!',E
0. !0:!M „
 ,:M „

83 - 2 !& [#k
e/ U
 0-  & 31  M T
0:  f
  D
 2 !&[ 31  M A
 !E


3 
 0: ] % E 
“…Hәr kәs mәnim haqq yolumu tutub getsә, nә yolunu azar, nә dә bәdbәxt olar.

Hәr kәs mәnim öyüd-nәsihәtimdәn (zikrimdәn) üz döndәrsә, güzәranı daralar vә Biz

qiyamәt günü onu mәhşәrә kor olaraq gәtirәrik. O belә deyәr: “Ey Rәbbim! Nә üçün

mәni mәhşәrә kor olaraq gәtirdin, halbuki mәn (dünyada) görürdüm”. Allah

buyurar: “Elәdir, amma sәnә ayәlәrimiz gәldi, sәn isә onları unutdun. Bu gün elәcә

dә sәn unudulacaqsan”.” (Taha surәsi, 123-126-cı ayәlәr)

Sünnilәrin bu mәsәlә barәdәki e’tiqadı nәzәrdә tutulsa, heç kim mәs’uliyyәt

daşımaz. Çünki xәlifәlik haqqında yaranan ixtilafları, baş verәn bütün hadisәlәri vә

tökülәn bütün qanları Allahın istәyinә mәnsub edirlәr! Alim olduğunu iddia edәn

onlardan birisi mәnә belә dedi:

v %L . ! „
 _/ tz !% 
“Әgәr Rәbbin istәsәydi o işlәr baş tutmazdı”.

Lakin şiә mәzhәbi azğınlığa sәbәb olan vә Allahın әmrinә qarşı çıxan hәr şәxsi

mәs’ul hesab edir, hәmçinin ona tabe olanların etdiklәri günahların da onun boynunda

olduğuna inanır.

Hәzrәti Peyğәmbәr (s) belә buyurub:

I
,
HE
 "  b2@
  D B (-  
+  D B (-
“Hamınız sürü sahibisiniz vә hәr kәs dә öz sürüsünün mәs’uludur”.

Allah-tәala da belә buyurur:

; % @
  D ' H
D 5 %&

“Onları yubadıb saxlayın, çünki sorğu-sual olunacaqlar”. (Saffat surәsi, 24-cü

ayә)
XUMS ...................................................................................................................................................................... 147

XUMS

Xums mәsәlәsi dә sünnilәrlә şiәlәr arasında ixtilaflı mәsәlәlәrdәn biridir. Bir qrupun

әleyhinә, digәr qrupun isә lehinә hökm vermәzdәn әvvәl bu mәsәlә haqqında qısa bir

şәkildә izahat vermәk lazımdır. Әvvәl Qur’anla başlayaq. Allah-tәala Qur’ani-Kәrimin

Әnfal surәsinin 41-ci ayәsindә belә buyurur:

…

E
QH  "
/ r

-
!1  3  !,E  /    
8
 2
%OH 
 I 
 1 4 I
9
;9 !
.t+   " 
D ,1 0
{ !1H %1 
“Bilin ki, әlә keçirdiyiniz hәr hansı qәnimәtin (qazandığınız hәr şeyin) beşdә biri

Allahın, Peyğәmbәrin, onun qohum-әqrabasının, yetimlәrin, yoxsulların vә yolda

qalanlarındır…”

Hәzrәti-Peyğәmbәr (s) dә belә buyurubdur:

D ,1 0
{ ! i
 1 4 I
9
_P@ : ; M ; !)  ] !E
 $
!-Hp  tz !,
 $
%3 He  ] !&
 I
9 !
/ ; !œ
* : `+ / N/
D -   M
“Mәn sizә dörd şeyi әmr edirәm: Allaha iman gәtirmәyi, namaz qılmağı, zәkat vermәyi,

Ramazan ayında oruc tutmağı vә qazandığınızın beşdә birini (xumsunu) Allaha vermәyi”.1

Mәnim fikrimcә, şiәlәr Hәzrәti Peyğәmbәr (s)-in әmrinә itaәt edәrәk hәr il, il boyu

qazandıqlarının xumsunu (beşdә birini) verirlәr. Çünki qeyd etdiyimiz ayә vә hәdisdә

mövcud olan “qәnimәt” sözünün әrәbcәdә mütlәq qazanc mә’nasında olduğuna

inanırlar. Amma sünnilәr hәmin sözün müharibәdә әlә keçirilәn qәnimәt mallar

mә’nasında olduğunu irәli sürәrәk xumsun yalnız müharibә qәnimәtlәrinә mәxsus

olduğuna inanırlar.

Sünnilәr ilә şiәlәrin Xums mәsәlәsi haqqında görüşlәri qısaca bundan ibarәtdir. Bu

mәsәlә barәsindә hәr iki mәzhәbin alimlәri tәrәfindәn bir çox kitablar yazılıbdır. Mәn

bilmirәm sünnilәrin görüşünü necә qәbul edim vә ya başqasını bunu qәbul etmәyә necә

qane edim. Çünki bu görüş, mәnim fikrimcә Müaviyә başda olmaqla Әmәvi

hökmdarlarının sözlәrindәn qaynaqlanıbdır.

Xums ilә әlaqәdar ayәni müharibәdә әlә keçirilәn mallara mәxsus hesab etmәk heç

dә tәәccüblәndirici deyildir. Çünki bu ayә müharibә ayәlәrinin arasındadır. Çoxları bu

1 “Sәhih әl-Buxari”, c. 4, sәh. 44


XUMS ...................................................................................................................................................................... 148

ayәni tәfsir edәrkәn ondan qabaqkı ya sonrakı ayәlәrin üslubuna әsaslanır vә istәdiklәri

kimi onu tәfsir edirlәr. Necә ki, Tәthir ayәsinin dә Peyğәmbәr (s)-in xanımlarına

mәxsus olduğunu iddia edirlәr. Çünki hәmin ayәdәn әvvәlki vә sonrakı ayәlәr

Peyğәmbәr (s)-in xanımları haqqındadır. Hәmçinin:

D+ E
M 
+ 8L/
D 5  fQ. I
9  
E
QO .
!'%
0 *  A H)
 l
 5 89  ; p0B  " 89 ...
“…Qızıl-gümüş yığıb Allah yolunda xәrclәmәyәnlәri şiddәtli bir әzabla müjdәlә”

(Tövbә surәsi, 34-cü ayә) - ayәsinin әhli kitaba (yәhudilәrlә xristianlara) mәxsus

olduğunu söylәyirlәr. Әbuzәr bu ayә haqqında Müaviyә vә Osman ilә mübahisә etdiyi

üçün Rәbәzә çölünә sürgün olunmuşdu. Әbuzәr bu ayәyә әsaslanaraq onların qızıl-

gümüş yığmalarını qınamışdı. Osman isә öz әmәlinә bәraәt qazandırmaq mәqsәdilә bu

mәsәlәni Kә’bül-Әhbardan soruşmuşdu. Әbuzәr hirslәnib Kә’bül-Әxbara “Anan sәnin

yasına otursun, ey yәhudi uşağı dinimizi bizә sәn öyrәdәcәksәnmi?”-deyә e’tiraz

etmişdi. Bundan sonra Osman Әbuzәri dünyanın әn pis yeri hesab etdiyi Rәbәzә çölünә

sürgün etmişdi. Әbuzәr o çöldә vәfat etmişdi vә yanında olan qızı onu qüsl vermişdir.

Göründüyü kimi Qur’an vә Peyğәmbәr (s)-in sünnәsini tә’vil etmә üslubu bә’zi

mәzhәblәr üçün mәşhur bir üsluba çevrilibdir. Onlar Qur’an vә sünnәnin açıq

nәsslәrini tә’vil etmәklә bә’zi sәhabә vә xәlifәlәrә tabe olublar.1 Әgәr bu tә’villәr

haqqında tәfsilatı ilә danışmaq istәsәk, onda ayrıca bir kitab yazmaq lazım olar.

Bir tәdqiqatçının Qur’an ayәlәrini vә Peyğәmbәr (s)-in hәdislәrini öz istәyi kimi,

yaxud mәzhәbinә uyğun şәkildә tә’vil etmәyә haqqı yoxdur.

Sünnilәr öz “Sәhih” kitablarında xumsun müharibә qәnimәtlәrindәn başqa şeylәrdә

olduğunu da qeyd ediblәr. “Sәhih әl-Buxari”nin “Fir-rikazәl-xums” adlı fәslindә belә

yazılıbdır: “Malik vә ibni-İdrisә görә rikazda (yә’ni cahiliyyәt dövründә basdırılmış

dәfinәlәrdә), istәr az olsun, istәr çox, xums vacibdir. Mә’dәn isә rikaz sayılmaz. Çünki

Hәzrәti Peyğәmbәr (s) buyurubdur ki:

i
 1 j
  x
!-  T
. F!Q? ;
 L 1  T
.

1 İmam Şәrәfüddin “Әn-nәssü vәl-ictihad” adlı kitabında sünnilәrin tә’vil etdiyi yüzdәn çox açıq nәslәrә

işarә edibdir. Tәdqiqat aparan bacı-qardaşlara hәmin kitabı oxumağı tövsiyә edirәm.
XUMS ...................................................................................................................................................................... 149

“Mә’dәndә bir şey yoxdur, rikazda isә xums vardır”.”1

Dәnizdәn çıxardılan sәrvәtlәr haqqında isә belә yazılıbdır: “İbni-Abbas deyir ki,

“Әnbәr rikazdan sayılmaz, o yalnız dәnizdә basdırılmış bir şeydir”. Hәsәn isә belә

deyir: “Hәm әnbәrdә, hәm dә mirvaridә xums vacibdir. Hәzrәti Peyğәmbәr (s) yalnız

rikazda xumsu vacib etmişdir, suda olan şey isә rikaz deyildir”.”2

Bu hәdislәrdәn mә’lum olur ki, Allahın xumsu vacib etdiyi qәnimәtdәn mәqsәd

yalnız müharibәdә әlә keçirilәn mallar deyildir. Çünki Rikaz yerdәn çıxardılan bir

dәfinәdir, onu hәr kim çıxartsa sahibi olar, amma xumsunu vermәlidir, çünki

qәnimәtdir. Hәmçinin dәnizdәn çıxardılan әnbar vә mirvarinin dә xumsunu vermәk

lazımdır, çünki bunlar da qәnimәtdir. Demәk, Buxarinin nәql etdiyi bu hәdislәrdәn

xumsun yalnız müharibә qәnimәtlәrinә mәxsus olmadığı mә’lum olur. Belәliklә şiәlәrin

görüşünün doğru olduğu ortaya çıxır. Çünki şiәlәr bütün hökm vә inamlarında Allahın

tәrtәmiz etdiyi imamlarına müraciәt edirlәr. Bu imamlar Allahın kitabı ilә bәrabәrdirlәr.

Onlara sarılan azğınlığa düşmәz vә onlara pәnah aparan әmin-amanlıqda olar. İslam

hökumәtinin әsas gәlirinin müharibәlәrdә әldә olunan qәnimәtlәrdәn ibarәt olduğunu

da söylәmәk doğru deyildir. Çünki bu fikir islamın sülhsevәr özәyi ilә ziddir. İslam

dövlәti millәtlәri әsir edib, qaynaqlarını istismar edәn müstәmlәkәçi bir dövlәt deyildir.

Digәr tәrәfdәn iqtisadiyyat hәyatın şah damarı kimidir. İslam iqtisadi nәzәriyyәsi dә

müasir istilahla desәk “ictimai tәhlükәsizliyi” tә’min edәrәk yoxsul vә işlәmәk

qabiliyyәti olmayanların da şәrәfli yaşamasını nәzәrdә tutmuşdur. Buna görә dә islam

dövlәti iqtisadiyyatını sünnilәrin “zәkat” adlandırdıqları vә 2.5 faizdәn az olan bir

gәlirә әsasәn idarә edә bilmәz. Çünki bu gәlir islam dövlәtinin öhdәsindә olan işlәrin

qarşısında çox azdır. İslam dövlәti bununla tә’lim-tәrbiyә, sәhiyyә va yol çәkmәk kimi

xidmәtlәrin mәsrәfini belә, ödәyә bilmәz, o ki, qaldı hәr bir ehtiyaclı fәrdin ehtiyacını

ödәmәyә.

Bәli, Әili-beyt imamlar (ә)-ı Qur’anın hәdәf vә mәqsәdlәrini hamıdan yaxşı bilirlәr

vә әgәr onlara itaәt olunsaydı islam dövlәti üçün zәruri olan iqtisadi vә ictimai üsulları

tәsbit edib hәyata keçirәrdilәr. Amma heyf ki, hakimiyyәt başqalarının әlindәydi vә

1 “Sәhih әl-Buxari”, c. 2, sәh. 137.


2 “Sәhih әl-Buxari”, c. 2, sәh. 136.
TӘQLİD .................................................................................................................................................................. 150

hakimiyyәt başında olanlar (Yezid kimi) saleh insanları öldürәrәk xәlifәlik mәqamını

qәsb edib, Allahın hökmlәrini öz siyasi vә dünyәvi mәnafelәrinin zәruri etdiyi

istiqamәtdә dәyişiblәr. Belәcә dә hәm özlәri azğınlığa düşüblәr, hәm dә başqalarını

doğru yoldan azdırıblar vә ümmәti bu günә qәdәr dә tә’siri davam edәn bir alçaqlığa

sövq etdiriblәr. Buna görә dә Әhli-beyt imamlarının tә’limlәri yalnız şiәlәrin inandıqları

nәzәriyyәlәr halında qalıbdır. Şiәlәr hәmin nәzәriyyәlәri icra etmәk üçün can atdılar,

amma Әmәvi vә Abbasi hökumәtlәri onların qarşısını almaq üçün әllәrindәn gәlәni

әsirgәmәdilәr vә şiәlәri müxtәlif tәzyiqlәrә mә’ruz qoydular. Amma bu dövlәtlәr

devrildikdәn sonra şiәlәr yığışıb vә var-dövlәtlәrinin xumsunu gizlincә Әhli-beyt imam

(ә)-larına göndәrmәyә başladılar. Onlar bu gün dә mallarının xumsunu tәqlid etdiklәri

müctehidә verirlәr. Müctehidlәr dә bunu xumsun mәsrәfi üçün tә’yin olunan yerlәrdә

xәrclәyirlәr. Misal üçün mәdrәsәlәr, xeyriyyә mәrkәzlәri, ümumi kitabxanalar vә

yetimxanalar açırlar vә dini mәdrәsәlәrdә tәhsil alan tәlәbәlәrә aylıq maaş verirlәr.

Buna görә dә şiә alimlәri hökumәtdәn asılı deyillәr. Yә’ni saraylardan maaş almır vә

şahların vә başqa hökmdarların әmrinә tabe deyillәr. Çünki xumsdan gәlәn gәlir onun

ehtiyaclarını tә’min edir. Amma sünni alimlәri hökmdarlara möhtacdırlar vә

vәzifәlәrini rәsmәn onlardan alırlar. Buna görә dә hökumәt başçıları istәdiklәri alimә

yüksәk vәzifә verir, istәmәdiklәrini isә vәzifәdәn uzaqlaşdırırlar. Bu onların hökumәt

başçılarının xeyrinә fәtva verib-vermәmәlәrindәn asılıdır. Hәqiqәtәn dә birinin vәzifә

başına keçmәsi onun elmi sәviyyәsindәn daha çox hökumәtә tabe olması ilә

әlaqadardır. Bu da onların xums üsuluna Әhli-beyt imamlarının bildirdiklәri şәkildә

әmәl etmәmәlәrindәn ortaya çıxan qorxunc nәticәlәrdәn biridir.

TӘQLİD

Şiә mәzhәbinә görә insan namaz, oruc, zәkat vә hәcc kimi ibadәtlәrin hökmlәrindә

aşağıda qeyd etdiyimiz üç yoldan birinә әmәl etmәlidir:

1. Ya özü – әgәr lәyaqәti olsa – müctehid olub hökmlәrin dәlilini tәdqiq etmәlidir.

2. Ya bütün әmәllәrindә – әgәr bacarığı varsa – ehtiyat etmәlidir.


TӘQLİD .................................................................................................................................................................. 151

3. Ya da bütün şәrtlәrә malik olan diri, ağıllı, әdalәtli, alim, pәhrizkar, tәqvalı,

nәfsani istәklәrә zidd vә Allahın әmrinә tabe olan bir müctehiddәn tәqlid etmәlidir.

İkinci dәrәcәli (fәr’i) hökmlәrdә ictihad etmәk bütün müsәlmanlara vacibi-kәfaidir.

Bütün şәrtlәrә malik olan bir şәxs (müctehidi-camiüiş-şәrait) bu vәzifәni öhdәsinә

aldığı zaman bu vacib әmәl) o biri müsәlmanların öhdәsindәn götürülәr vә onlar yalnız

hәmin müctehiddәn tәqlid etmәlidirlәr. Çünki ictihad mәqamı (müctehidlik) hәr kәsin

çata bilәcәyi bir mәqam deyildir. Bu mәqama çata bilmәk üçün uzun bir müddәt çox

dәrin bir elmi әldә etmәk lazımdır. Bu da ancaq ömrünü tә’lim-tәrbiyә yoluna hәsr

edib, sәbrlә ağır zәhmәtlәrә tab gәtirәnlәr üçün mümkündür. İctihad mәqamına ancaq

böyük nәsibi olanlar çata bilәrlәr. Hәzrәti Peyğәmbәr (s) bu haqda belә buyurubdur:

"
 
. I ' 9 . G E4 I
/
I 9  P  " 
“Allah hәr kәsin xeyrini istәsә, onu dindә fәqih edәr”.

Şiәlәrlә sünnilәrin bu mövzu haqqındakı görüşü, müctehidin diri olması şәrtini

çıxmaqla, eynidir. Bu mәzhәblәrin ixtilafı tәqlidә әmәl etmәklә bağlıdır. Şiә mәzhәbinә

görә hәmin şәrtlәrә malik olan bir müctehid Hәzrәti imam Mәhdi әleyhissalamın

qeyblik zamanında Hәzrәtin naibi vә canişinidir. Buna görә dә bir çox şiә aliminin

nәzәrincә müctehid hәm fәtva vermәk vә qazılıq mәqamına sahibdir, hәm dә

müsәlmanların vilayәti (idarәsi) onun haqqıdır vә müctehidi rәdd edәn imamı rәdd

etmiş kimi olar.

Buna görә dә müqәllidlәr (tәqlid edәnlәr) hökumәt işlәri başda olmaqla aralarında

olan bütün mәsәlәlәri hәll etmәk üçün müctehidә müraciәt etmәli vә mallarının

xumsunu da ona vermәlidirlәr. Müctehid dә o malı, zamanın imamı Hәzrәti Mәhdi (ә)-

nin naibi olaraq, şәraitә vә şәriәtә görә xәrclәyәr.

Amma sünnilәrә görә müctehid belә bir mәqama sahib deyildir. Onlar yalnız fiqhi

mәsәlәlәrdә mәzhәb sahiblәri olan dörd imamdan birinә, yә’ni Әbu Hәnifә, Malik, Şafei

vә yaxud Әhmәd ibni Hәnbәlә müraciәt edәrlәr. Müasir sünni alimlәrdәn bә’zilәri isә

bu dörd imamdan yalnız birindәn tәqlid etmәk әvәzinә, bә’zi hökmlәrdә birindәn,

başqa hökmlәrdә isә o birisindәn tәqlid edirlәr. Misal üçün Seyid Sabiq bu metodu

tәtbiq edәrәk dörd mәzhәbin fiqhlәrindәn seçdiyi yeni bir fiqhi kitabı yazıbdır. Çünki
TӘQLİD .................................................................................................................................................................. 152

sünnilәr belә inanırlar ki, ixtilafda rәhmәt vardır. Buna görә dә mәsәlәn Maliki

mәzhәbinә inanan şәxs hәmin mәzhәbә görә hәll edә bilmәdiyi mәsәlәni Hәnәfi

mәzhәbinә görә hәll edir.

Bu haqda Tunisin mәhkәmәlәrindәn birindә baş verәn bir hadisәni nәql etmәk,

güman edirәm ki, faydalı olar. Hadisә bundan ibarәtdir:

“Bir qız sevdiyi bir cavan oğlana әrә getmәk istәyirmiş. Amma onun atası buna razı

olmur. Qız isә evdәn qaçır vә atasının icazәsi olmadan hәmin cavan oğlana kәbin

kәsdirәrәk әrә gedir. Qızın atası mәhkәmәyә әrizә verәrәk şikayәt edir. Qız ilә әri

mәhkәmәyә gәtirilirlәr vә hakim qızdan nәyә görә evdәn qaçıb atasının icazәsi

olmadan әrә getdiyini soruşur. Qız isә belә cavab verir: “Mәn iyirmi beş yaşında bir

insanam. Bu cavan oğlana Peyğәmbәrin sünnәsinә uyğun olaraq әrә getmәk istәyirdim.

Amma atam mәni sevmәdiyim başqa bir adama vermәk istәyirdi. Buna görә mәn

mәcbur qalıb Әbu Hәnifәnin fәtvasına uyaraq әrә getdim. Çünki mәn artıq hәddi-

buluğa çatmışam”.”

Bu hadisәni hakimin özü mәnә danışdı, sonra da belә dedi: “Mәnbәlәrә baxdığımız

zaman qızın haqlı olduğunu öyrәndik. Elә güman edirәm ki, bilikli alimlәrdәn biri bu

fәtvanı ona öyrәdibmiş. Buna görә dә atasının şikayәtini rәdd edib, hәmin evliliyin

doğru olduğuna hökm verdik. Atası hirsli-hirsli mәhkәmәni tәrk etdi. Qızı Malik

mәzhәbini buraxıb Әbu Hәnifәyә tabe olmuşdu. Bu isә atasına görә bağışlanmaz bir

günah idi”.

Belә hadisәlәr mәzhәblәrin arasında mövcud olan ixtilaflara görә baş verir. Maliki

mәzhәbinә görә bakirә bir qız ancaq vәlisinin icazәsilә әrә gedә bilәr vә hәtta bakirә

olmasa belә yenә dә vәlisi onun әrә getmәsinә nәzәr vermәk haqqına sahibdir. Hәnәfi

mәzhәbi isә hәddi-buluğa çatmış bir qıza, istәr qız olsun istәrsә dul, özbaşına әrә

getmәk, hәtta öz kәbinini kәsmәk haqqını verir.

Mәzhәblәr arasında mövcud olan bu cür ixtilaflar az deyildir vә bunlar bә’zәn

müsәlmanların arasında tәfriqә vә toqquşmaya sәbәb olur. Misal üçün yuxarıda qeyd

etdiyimiz hadisәyә bәnzәr hadisәlәrdә, ümumiyyәtlә ata öz övladını irsdәn mәhrum

edir, bu da qızla qardaşları arasında düşmәnçiliyә sәbәb olur. Elә buna görә dә

ümmәtin ixtilafı, tәfriqә amili olduqu üçün, rәhmәt deyildir.


TӘQLİD .................................................................................................................................................................. 153

Ölüdәn tәqlid etmәk mәsәlәsinә gәldikdә isә qeyd etmәk lazımdır ki, sünnilәr neçә

yüz il bundan qabaq ölmüş imamlarından tәqlid edirlәr. Sünnilәrin fikrincә onların

hökm çıxarma qapısı (ictihad) bağlanıbdır. Onlardan sonra gәlәn alimlәr yalnız dörd

mәzhәbin fiqhini mәnsur yaxud mәnzum şәkildә nәql vә şәrh etmәklә kifayәtlәniblәr.

Amma bir sıra müasir sünni alimlәr deyirlәr ki, ictihad qapısı yenidәn açılmalı vә

zamanın mәslәhәtini nәzәrә alaraq yeni yaranmış mәsәlәlәrin hökmü haqqında ictihad

edilmәlidir.

Amma şiә mәzhәbinә görә ölü bir müctehiddәn tәqlid etmәk caiz deyildir. Buna

görә dә şiәlәr әlaqәdar bütün mәsәlәlәrdә, әvvәlcә qeyd etdiyimiz şәrtlәrә malik olan,

diri bir müctehiddәn tәqlid edirlәr vә bir şeyin hökmü barәdә danışdıqları zaman

hәmin müctehidә istinad edirlәr. Amma sünnilәr hәmin hökm barәdә danışdıqlarında

12 әsr bundan qabaq ölmüş bir mәzhәb imamının fәtvasına istinad etmәk

mәcburiyyәtindәdirlәr. Çünki Hәnәfi, Şafei, Maliki vә Hәnbәli mәzhәblәrinin imamları

tәxminәn on iki әsr bundan әvvәl yaşayıb vә bir-birlәrindәn dәrs alıblar.

Sünnilәr hәmçinin bu imamların mә’sum olduqlarını da irәli sürmürlәr. Onların

özlәri dә belә bir iddia etmәyiblәr. Sünnilәrә görә bu imamların sәhv etmәlәri dә

mümkündür, lakin deyirlәr ki, onlar ictihadları üçün mükafatlanırlar. Yә’ni әgәr doğru

fәtva vermiş olsalar ikiqat savab apararlar, lakin әgәr yanlış fәtva vermiş olsalar onlar

üçün bir savab yazılar.

On iki imamlı şiә mәzhәbindә isә tәqlidin iki mәrhәlәsi olub. Birinci mәrhәlә on iki

imamın dövrüdür ki, tәxminәn 250 il davam etmişdir. Bu dövrdә şiәlәrin müraciәt

etdiyi imamlar (Әhli-beyt imam (ә)-ları) öz görüşlәri vә mülahizәlәrinә görә ictihad

etmәyib babaları Hәzrәti-Peyğәmbәr (s)-dәn irs apardıqları elm vә rәvayәtlәrә әsasәn

ictihad edirdilәr. Buna görә dә bә’zәn görürük ki, bir imam (ә) belә hökm edir:

“Atam babamdan, o da Cәbraildәn, o da Allah-tәaladan belә rәvayәt etmişdir ki,…”

İkinci mәrhәlә isә bu günә qәdәr davam edәn qeyblik dövrüdür. Bu dövrdә şiәlәr

yaşayan bir müctehidә – mәsәlәn Ayәtullah Xoi, yaxud imam Xomeyniyә-1 görә filan

şeyin hökmü belәdir deyәrlәr.

1 Bu kitab İmam Xomeyni vә Ayәtullah Xoinin sağlığında yazılıbdır. M.


TӘQLİD .................................................................................................................................................................. 154

Şiәlәrin qeyblik dövründә istinad etdiklәri әn әsas qaynaq Qur’ani-Kәrim vә Әhli-

beyt imam (ә)-larından bu günә qәdәr gәlib çatan hәdislәrdәn ibarәtdir. İkinci dәrәcәdә

isә әdalәtli sәhabәlәrin nәql etdiklәri sünnәyә istinad edirlәr. Yә’ni bu mәnbәlәrә

asaslanaraq ictihad edirlәrsә heç vaxt şәxsi mülahizәlәrә әsaslanmırlar. Çünki şiә

mәzhәbinә görә Allah bütün mәsәlәlәrin hökmünü tә’yin edibdir.

Demәk, müctehidin bir mәsәlәnin hökmünü tapa bilmәmәsi hәmin mәsәlәnin

hökmsüz olduğu demәk deyillir. Bir şeyi bilmәmәk onun olmadığına dәlalәt etmәz. Bu

sözümüzün dәlili Allah-tәalanın Әn’am surәsinii 38-ci ayәsindә belә buyurduğudur:

...t+   " 


!,B

. !0h H .! ...
“…Biz Kitabda (Qur’anda) heç bir şeyi nәzәrdәn qaçırmadıq…”
SÜNNİLӘRİN TӘNQİD ETDİKLӘRİ ŞİӘ ETİQADLARI ..................................................................... 155

SÜNNİLӘRİN TӘNQİD ETDİKLӘRİ

ŞİӘ E’TİQADLARI.

MӘ’SUMLUQ.

MӘ’SUM İMAMLARIN SAYI.

İMAMLARIN ELMİ.

BӘDA’ MӘSӘLӘSİ

TӘQİYYӘ MӘSӘLӘSİ.

MÜT’Ә VӘ YAXUD MÜVӘQQӘTİ EVLİLİK.

QUR’ANIN TӘHRİF OLUNMASI MӘSӘLӘSİ.

İKİ NAMAZI BİRDӘN QILMAQ.

TORPAQ PARÇASINA SӘCDӘ.

RӘC’ӘT.

ӘHLİ-BEYTİ HӘDDӘN ARTIQ SEVMӘK.

MӘHDİ MÜNTӘZӘR (GÖZLӘNİLӘN MӘHDİ)

Sünnilәrin şiә mәzhәbi haqqında etdiklәri tәnqidlәrin әksәriyyәti Әmәvi vә Abbasi

dövlәtlәrinin iyrәnc tәәssübündәn qaynaqlanmışdır. Onlar Hәzrәti Әli әleyhissalama

qarşı kin vә düşmәnçilik bәslәyirdilәr. Hәtta o Hәzrәtә qırx il minbәrlәrdә lә’nәt

oxutdurdular. Buna görә o Hәzrәtin tәrәfdarlarına (şiәlәrә) qarşı әllәrindәn gәlәni

әsirgәmәmәlәri, hәr cürә iftira vә töhmәti vurmaları heç dә heyrәtlәndirici deyildir.

Әmәvi vә Abbasi hökumәtlәrinin yeritdiyi bu çirkin siyasәtin nәticәsindә iş o yerә

çatmışdı ki, әgәr onlardan birinә yәhudi deyilsәydi bu sözdәn şiә deyilmәsindәn daha

az narahat olardı. Onlardan sonra gәlәn nәsil dә elә bu tәrbiyә әsasında yetişdi.

Belәliklә sünnilәrin e’tiqadına müxalif olan vә onların camaatından sayılmayan şiәlәr

müxtәlif iftiralara mә’ruz qaldılar. Onlar şiәlәrә istәdiklәri töhmәt vә iftiranı vurur vә

hәtta onlara “әhli-bid’әt” deyirdilәr. Bә’zilәri hәtta rәftar vә sözlarindә belә şiә

mәzhәbinә müxalif görünmәyә xüsusi diqqәt yetirirdilәr. Misal üçün tanınmış sünni
SÜNNİLӘRİN TӘNQİD ETDİKLӘRİ ŞİӘ ETİQADLARI ..................................................................... 156

alimlәrindәn bәzilәri belә deyiblәr: “Sağ әlә üzük taxmaq Peyğәmbәr (s)-in sünnәsidir.

Lakin bu işi tәrk etmәk lazımdır. Çünki şiәlәr bunu öz şüarları ediblәr”.1

Höccәtül-islam Әbu-Hamid Qәzali isә belә deyir: “Әslindә qәbirlәri hamarlamaq

dinin hökmüdür, lakin rafizilәr (dindәn çıxanlar – şiәlәr) bunu özlәrinә şüar etdiklәri

üçün, biz qәbri ucaltmağı üstün tuturuq”.

Bә’zilәrinin “Mücәddid” lәqәbini verdiklәri ibni-Tәymiyyә dә belә deyir: “Bә’zi

alimlәr bir sıra müstәhәblәri şiәlәr tәrәfindәn şüar olunduqları üçün tәrk etmәyә fәtva

veriblәr. Hәmin müstәhәblәri tәrk etmәk bu dәlilә görә vacib olmasa da sünnini

rafizidәn ayırd etmәk üçün onları tәrk etmәk lazımdır. Çünki onlardan ayrılmağın vә

onlarla müxalif olmağın xeyri bu müstәhәblәri yerinә yetirmәkdәn daha çoxdur”.2

Hafizi-İraqidәn әmmamәnin necә asılacağı barәdә soruşulduğu zaman belә cavab

veribdir: “Mәn Tәbәrinin nәql etdiyi zәif bir hәdisdәn başqa sağ tәrәfdәn asılmasına

dәlalәt edәn bir hәdis görmәmişәm. Bu hәdis doğru ola bilәr vә mümkündür ki,

Peyğәmbәr (s) dә әmmamәsini sağ tәrәfdәn asıb sol çiyninin üstünә qoyurmuş. Amma

bu imamiyyәnin (şiәnin) şüarı olduğuna görә, onlara bәnzәmәmәk üçün tәrk

olunmalıdır”.3

Sübhanәllah; ey Allahım, sәnә pәnah aparıram. Baxın görün bir sıra üzdәniraq

alimlәr şiәlәrә bәnzәmәmәk üçün Peyğәmbәr (s)-in sünnәsini tәrk etmәyi belә rәva

görürlәr vә bunu açıqca e’tiraf etmәkdәn dә çәkinmirlәr. Görәsәn, bunlar şiәlәrin

Peyğәmbәr (s)-in sünnәsinә tabe olmağı özlәrinә şüar etdiyini aşkar şәkildә e’tiraf

etmәk deyildirmi? Görәsәn, Әhli-beyt imam (ә)-ları ilә onların şiәlәrinә müxalifәt

etmәk hәdәfilә Peyğәmbәr (s)-in sünnәsini tәrk etdikdәn sonra kimin sünnәsinә tabe

olmaq lazımdır? Görәsәn bu, Müaviyәnin sünnәsini üstün tutmaq sayılmazmı? Bu

haqda Zәmәxşәrinin Peyğәmbәr (s) sünnәsinә zidd olaraq sol әlinә üzük taxan ilk

şәxsin Müaviyә olduğuna dair şahidliyi kifayәtdir.

1 “Әl-Hidayә” adlı kitabın müәllifi Zәmәxşәri dә “Rәbiül-әbrar” adlı kitabında belә yazıbdır:

“Peyğәmbәrin sünnәsinin әksinә sol әlinә üzük taxan birinci şәxs Müaviyә ibni Әbu-Süfyan idi”.
2 “Minhac әs-sünnә әn-Nәbәviyyә libn Teymiyyә”, c. 2, sәh. 143.
3 Zәrqani, “Şәrhül-mәvahib”, c. 5, sәh. 13.
SÜNNİLӘRİN TӘNQİD ETDİKLӘRİ ŞİӘ ETİQADLARI ..................................................................... 157

Onlar hәmçinin nafilә namazlarını hәr kәsin öz evindә fәrdi olaraq qılmasını әmr

edәn Peyğәmbәr (s)-in sünnәsinin әvәzindә Ömәrin tәravih namazını camaatla qılmaq

barәdәki sünnәsinә tabe olublar. Bunu Buxari qeyd edibdir (“Sәhih”, c. 7, sәh. 99); Hәtta

Ömәrin bunu bir bid’әt olaraq qondardığına dair fikrini dә söylәyib (c. 2, sәh. 252).

Buxari qeyd etdiyi bir hәdisdә Әbdülrәhman ibni-Әbdülqaridәn belә nәql edibdir:

“Ramazan ayının gecәlәrindәn birindә mәscidә getmişdik. Gördük ki, müsәlmanlar

orada dağınıq halda namaz qılırlar vә hәr kәs özü üçün namaz qılır. Bu vәziyyәti görәn

Ömәr dedi: “Әgәr bunları bir pişnamazın arxasında toplasam daha yaxşı olar”. Sonra

da Übeyy ibni-Kә’bi onlara pişnamaz etdi. Ondan sonra mәscidә getdiyimiz vaxt Ömәr

dedi: “Nә gözәl bid’әtdir bu bid’әt”.” Ömәr bu işi Peyğәmbәr (s)-in rәdd etmәsinә

baxmayaraq gözәl bir iş hesab edibdir.

Peyğәmbәr (s)-in zamanında sәhabәlәr o Hәzrәtin qapısına gedib Ramazan ayının

nafilә namazlarında onlara pişnamazlıq etmәsini istәmişdir. Hәzrәti Peyğәmbәr (s) isә

onlara belә buyurmuşdu:

A
/%,B 1  $ aHe  *9 
I
,
E/ T
. t
 1  $
a

  E4 ;9 !
. D B :
%E/ T
. $
aHe !
/ D B E
“Gedin evinizdә namaz qılın. Çünki vacib namazdan başqa әn fәzilәtli namaz insanın öz

evindә qıldığı namazdır”.1

Onlar hәmçinin sәfәrdә müsafir namazı qılan Peyğәmbәr (s)-in sünnәsini tәrk

ediblәr vә onun yerinә Osmanın sәfәrdә namazını tam qılmaq sünnәsinә tabe olublar.2

Әgәr Peyğәmbәrin sünnәsinә müxalif olaraq başqalarının sünnәsinә tabe olduqları

mәsәlәlәr barәdә yazmaq istәsәk, onda ayrıca bir kitab yazmaq lazım gәlәcәkdir.

Görәsәn bundan sonra da bә’zi cahillәr “şiәlәr Әli ibni Әbu-Talibә tabe olublar,

halbuki o biri müsәlmanlar Peyğәmbәr (s)-ә tabe olublar” deyә bilәrlәrmi? Görәsәn

onlar iddia edә bilәrlәr ki, Hәzrәti Әli (ә) dә başqaları kimi, әn kiçik bir mövzu

haqqında belә Peyğәmbәr (s)-in sünnәsinә qarşı çıxıbdır? Belә bir iddia Qur’an vә

sünnә başda olmaqla aşkar dәlillәrin heç birisilә düz gәlmir. Çünki Hәzrәti Әli (ә)

1 “Sәhih әl-Buxari”, c. 7, sәh. 99.


2 “Sәhih әl-Buxari”, c. 2, sәh. 35.
SÜNNİLӘRİN TӘNQİD ETDİKLӘRİ ŞİӘ ETİQADLARI ..................................................................... 158

Peyğәmbәrin sünnәsinin tәfsirçisi vә ilk amilidir (әmәl edәni). Hәzrәti Peyğәmbәr (s)

onun haqqında belә buyurubdur:

/ " 
T
, p
01 /
T0
‡T

“Әlinin mәnә olan yaxınlığı mәnim Rәbbimә olan yaxınlığım kimidir”.1

Yә’ni, Allah-tәalanıi tәbliğçisi yalnız Hәzrәti-Mәhәmmәd (s) olduğu kimi, Hәzrәti

Peyğәmbәr (s)-in dә tәbliğçisi yalnız Hәzrәti Әli (ә)-dir. Amma Hәzrәti Әli (ә)-nin

günahı özündәn qabaqkı xәlifәlәrin haqq olduqlarını e’tiraf etmәmәsi, şiәlәrin günahı

isә ona tabe olub Әbu-Bәkr, Ömәr vә Osmanın xәlifәliyini rәdd etmәlәridir. Buna görә

dә onlara “rafizi” lәqәbini vermişdilәr.

Sünnilәrin şiә e’tiqadlarını qәbul etmәmәlәrinin iki sәbәbi vardır:

1. Әmәvilәrin yalan vә uydurma hәdislәrә әsaslanan tәbliğatının nәticәsindә

yaranan düşmәnçilik.

2. Şiәlәrin Әmәvi hökmdarları başda olmaqla zülmkar xәlifәlәri vә onların nәsslәrә

qarşı ictihadlarını (çıxardıqları hökmlәrini) tәsdiq etmәmәlәri.

Hәr bir tәdqiqatçı burada başa düşәr ki, şiә ilә sünni arasındakı ixtilaf “Sәqifә” günü

yaranıb vә o gündәn sonra tәdricәn daha da şiddәtlәnib. Demәk, “Sәqifә” bütün

ixtilafların qaynağı vә mehvәridir. Bununla bağlı әn aşkar nümunә bundan ibarәtdir ki,

sünnilәrin öz şiә qardaşlarını tәnqid etdiklәri әn mühüm mövzular xәlifәlik mәsәlәsilә

әlaqәdar olan mövzulardır. Misal üçün imamların sayı, imamlığın nәss ilә olması,

mә’sumluq, imamların elmi, bәda, tәqiyyә, vә’d olunmuş Mәhdiyyә inanmaq vә s.

Biz әgәr hissiyyata qapılmadan hәr iki mәzhәbin görüşlәrini tәdqiq etsәk, görәrik ki,

onların inamları arasında o qәdәr dә ayrılıq yoxdur. Lakin sünnilәrin şiәlәrә iftira

yağdıran kitablarını oxuyanda adama elә gәlir ki, şiәlәr islama müxalif olub, şәriәt

hökmlәrini tapdalayıb vә yeni bir din düzәldiblәr. Halbuki hәr bir vicdanlı tәdqiqatçı

müşahidә edәr ki, şiә e’tiqadları Qur’ani-Kәrim vә sünnәyә әsaslanır. Hәtta şiә

mәzhәbini tәnqid edәnlәrin öz kitabları belә şiә e’tiqadlarının tәmәlini tәşkil edәn

üsulların dәqiq vә düzgün olduğunu tәsdiq edir. Şiә e’tiqadlarında әqli, nәqli vә әxlaqi

1 “әs-Sәvaiqu әl-Muhriqә libni Hәcәr әl-Heysәmi”, sәh. 106; “Zәxairul Üqba”, sәh. 64; “әr-Riyaz әn-

Nәzirә lit-Tәbәri”, c. 2, sәh. 215; “İhqaqul Hәqq”, c. 7, sәh. 217.


MӘ’SUMLUQ ........................................................................................................................................................ 159

cәhәtlәrә zidd heç bir şey yoxdur. Hörmәtli oxuculara bu iddiamızın doğruluğunu

sübut etmәk üçün sünnilәrin tәnqid etdiyi mәsәlәlәri bir-bir araşdırıb izah edәcәyik.

MӘ’SUMLUQ

Şiәlәrin e’tiqadına әsasәn Әhli-beyt imamları, Peyğәmbәr kimi, dünyaya gәldiklәri

vaxtdan vәfat etdiklәri günәdәk, istәr açıq-aydın olsun, istәrsә gizli; istәr qәsdәn

işlәnmiş olsun, istәrsә sәhvәn, bütün günahlardan uzaq vә mә’sumdurlar. Şiәlәr habelә

peyğәmbәrlәr vә imamların xәta vә unutqanlıqdan uzaq olduqlarına inanırlar. Çünki

imamlar şәriәtin qoruyucusu vә hökmlәri hәyata keçirәnlәrdirlәr vә onların mövqeyi

Peyğәmbәr (s)-in mövqeyi kimidir. Buna görә dә peyğәmbәrlәrin mә’sum olduqlarına

inanmağımızı zәruri edәn dәlillәr eyni şәkildә imamların da mә’sum olduqlarına

inanmağımızı zәruri edir.1

Bu şiәlәrin mә’sumluq haqqındakı e’tiqadıdır. Onda Qur’an vә sünnәyә zidd olan

bir şey varmı? Bu әqli baxımdan qeyri-mümkündürmü? Yaxud, islama bir ziyan

yetirirmi? Ya da Peyğәmbәr vә imamın qәdr-qiymәtini azaldırmı?

Bu e’tiqadı Allahın kitabı vә Peyğәmbәr (s)-in sünnәsi tәsdiq edir vә sağlam ağılla

da uyğundur. Bu barәdәki bәhsimizi Qur’ani-Kәrimin ayәlәrini araşdırmaqla başlayaq.

Allah-tәala Әhzab surәsinin 33-cu ayәsindә belә buyurur:

Gk'
R : D -  'R  U

EQ   5 M i
 ?   D B 0 l
 5
8 E
I 9   
 !1H
...
“Siz ey (Peyğәmbәrin) Әhli-beyti! Allah sizdәn hәr cürә pisliyi yox etmәk vә sizi

tәrtәmiz, pak etmәk istәyir…”

Bu ayәdә mövcud olan “hәr cürә pisliyi yox etmәk” ibarәsi Әhli-beyt imam (ә)-

larının hәr cürә günah vә bütün pisliklәrdәn tәrtәmiz olduqlarına, yә’ni mә’sum

olduqlarına dәlalәt etmirsә, onda nәyә dәlalәt edir?

Allah-tәala Ә’raf surәsinin 201-ci ayәsindә belә buyurur:

;  e

Q D 5 W
!.  -9 8 : ;
!REHf  " 
FgZ
!h D ' H W
 % H: " 
8 9 ;9 

1 “Әqaidül-imamiyyә”, sәh. 67.


MӘ’SUMLUQ ........................................................................................................................................................ 160

“Allahdan qorxanlara Şeytandan bir vәsvәsә toxunduğu zaman Allahı

xatırlayarlar. Çünki görüb anlayan insanlardırlar”.

Demәk Allah-tәala tәqvalı (Allahdan qorxan) bir mö’mini belә, Şeytan doğru yoldan

azdırmaq istәdikdә Şeytanın hiylәlәrindәn qoruyur. O da Allahı xatırlayıb haqqa tabe

olur. Onda Allah-tәalanın seçib hәr cürә pislikdәn tәrtәmiz etdiyi şәxslәrin daha ali

keyfiyyәtlәrә malik olmaları heç dә tәәccüblәndirici deyildir.

Allah-tәala Fatir surәsinin 32-ci ayәsindә belә buyurur:

...!P
!Q
" 
!0E R 
 M " 
8 9 
 !,B
 !0S  M HDS
“Sonra kitabı bәndәlәrimizdәn seçdiklәrimizә miras qoyduq…”

Heç şübhәsiz, Allahın seçdiyi şәxslәr mә’sumdurlar. Әhli-beyt imamlarından olan

Hәzrәti İmam Riza (ә) Abbasi xәlifәlәrindәn olan Mә’munun tәşkil etdiyi yüksәk

sәviyyәli elmi yığıncaqda alimlәrә yuxarıda qeyd etdiyimiz ayәni dәlil olaraq göstәrib

vә ayәdә nәzәrdә tutulan şәxslәrin Әhli-beyt imamları olduğunu sübuta yetiribdir.

Yığıncaqda olan alimlәr dә bunu e’tiraf ediblәr.1

Bu ayәlәr imamların mә’sum olduğunu isbat edәn ayәlәrdәn bә’zilәridir. Bu

hәqiqәti sübuta yetirәn:

...!
 N/
; '  bAH1Z
 D ' 0
!0 L ? 
“Onları bizim әmrimizlә doğru yolu göstәrәn imamlar etdik...” (Sәcdә surәsi, 24-

cü ayә) ayәsi kimi başqa ayәlәr dә mövcuddur. Lakin sözün uzanmaması üçün bununla

kifayәtlәnirik.

İndi isә bu mövzu ilә әlaqadar Peyğәmbәr (s)-in sünnәsini araşdıraq. Hәzrәti

Peyğәmbәr (s) belә buyurubdur:


,E/  5 M
:  ,
 I
9  
 !,-
%()

: "  I
/
D :8 4  ; 
! D B E
. F>
!: T

 !s0  !'_!
“Ey insanlar, mәn sizin aranızda elә bir şey qoyub gedirәm ki, әgәr onlara sarılsanız heç vaxt

doğru yoldan azmazsınız. Allahın kitabı vә mәnim itrәtim olan Әhli-beytim”.2

1 “әl-Әqd әl-Fәrid ibni Әbdi Rәbbi”, c. 3, sәh. 42


2 “Sәhih әt-Tirmizi”, c. 5, sәh. 328; “әl-Müstәdrәk lil-Hakim”, c. 3, sәh. 148; “Müsnәdu Әhmәd ibni-

Hәnbәl”, c. 5, sәh. 189.


MӘ’SUMLUQ ........................................................................................................................................................ 161

Göründüyü kimi bu hәdis Әhli-beyt imam (ә)-larının mә’sum olduğuna dәlalәt edir.

Çünki әvvәla Allahın kitabı mә’sumdur, hәr hansı xәtadan qorunubdur vә heç bir batil

ona yol tapa bilmәz, o, Allahın kәlamıdır vә hәr kim ona şәkk etsә kafir olar. Әhli-beyt

(ә) dә bu hәdisdә Allahın kitabı ilә eyni sәviyyәdә qeyd olunublar.

İkincisi, hәdisdә deyilir ki, hәr kәs bu ikisinә (Qur’an vә Әhli-Beytә) sarılsa

azğınlığa düşmәz. Demәk bu hәdis Qur’anla Әhli-beytin sәhvdәn uzaq vә mә’sum

olduqlarını bildirir. Çünki insan ancaq mә’suma tabe olduğu zaman azğınlıqdan uzaq

ola bilәr.

Hәzrәti Peyğәmbәr (s) başqa bir hәdisdә isә belә buyurubdur:

m

{ !'0 g
 9j
 : "   [!^ !'Q-
 "  [
+ % A
0E
O 
K1 - D B E
. T
,E/ 
5 M  K !1H

“Mәnim Әhli-beytim sizin aranızda Nuhun gәmisi kimidir. Gәmiyә minәn qurtular, ondan

üz döndәrәn isә qәrq olar”.1

Göründüyü kimi bu hәdisdә dә Әhli-beyt imam (ә)-larının mә’sum olduqları açıq

şәkildә qeyd olunubdur. Buna görә dә onların gәmisinә minәnlәr qurtular, ondan ayrı

düşәnlәr isә azğınlıqda boğulub hәlak olar.

Hәzrәti-Peyğәmbәr (s) başqa bir hәdisdә dә belә buyurubdur:

29 % ,E . [
 j
  A H0? T 5
 [T/ T
   T
, 9 A H0^
   4   T
,,E
 y
 %1 T
:!E !EC
  ; M Hl M " 

A+ a
= 
 !/ D - %4
  "  G5 
 !/ D - %?
j
  "  D ' H’
. v

L / " 
I ,H W  !#sE

“Hәr kәs mәnim kimi yaşamaq, mәnim kimi olmaq vә Rәbbinin mәnә vә’d etdiyi Xüld

cәnnәtinә girmәk istәyir, Әlinin vә ondan sonrakı zürriyyәtinin (nәslinin) vilayәtini qәbul etsin.

Çünki onlarla olsanız heç vaxt doğru yoldan çıxıb azğınlığa düşmәzsiniz”.2

Bu hәdisdә qeyd olunubdur ki, Әhli-beyt imam (ә)-ları onlara tabe olanları heç vaxt

doğru yoldan azdırmazlar. Halbuki sәhv edә bilәn bir şәxsin xalqı hәr cürә azğınlıqdan

1 “әl-Müstәdrәk lil-Hakim”, c. 2, sәh. 343; “Kәnz әl-Ümmal lil-Hindi”, c. 5, sәh. 95; “әs-Sәvaiqu әl-

Muhriqә libni Hәcәr әl-Heysәmi”, sәh. 184.


2 “Kәnz әl-Ümmal lil-Hindi”, c. 6, sәh. 155; “Mәcmә әz-Zәvaid lil-Heysәmi”, c. 9, sәh. 108; “әl-İsabә libn

Hәcәr әl-Әsqәlani”; “әt-Tәbәrani fil-Cami әl-Kәbir”; “Tarix ibni Әsakir”, c. 2, sәh. 99; “әl-Müstәdrәk lil-

Hakim”, c. 3, sәh. 128; “Hilyә әl-övliya liәbi-Nәim”, c. 4, sәh. 349; “İhqaqül-haqq”, c. 5, sәh. 108.
MӘ’SUMLUQ ........................................................................................................................................................ 162

uzaq bir hidayәtә aparması qeyri-mümkündür. Yenә Hәzrәti Peyğәmbәr (s) belә

buyurubdur:

q
L / " 
; ,' 1  
,'  _T
 ! „
 /
 [q
P!'  FT
   8
01  !M
“Mәn çәkindirәnәm, Әli isә hidayәt edәndir. Mәndәn sonra ey Әli, hidayәtә çatmaq

istәyәnlәr sәninlә hidayәtә çatacaqlar”.1

Bu hәdis dә Hәzrәti Әli әleyhissalamın mә’sum olduğunu aşkar şәkildә göstәrir.

Hәzrәti Әli (ә) dә hәm özünün, hәm dә onun nәslindәn olan imamların mә’sum

olduqlarını söylәyibdir. O Hәzrәt (ә) Әhli-beytә işarә etdiyi bir xütbәdә belә

buyurubdur:

 / [ D B /
v !, " N. bA/%e0  !01  [ bAC
= y
 !… bA1 Z
!& ] a
  N š;%B.@ : sM ; %Q58: " N.

D 5 % p N. [ m

 e  A H0_  [ "
  ] aM [ sC
  A  xM D 5  D B EQ
 $  ,
D B 0E/ ; %'1 L : g
 E-

I 9  9
 r
 EQ
H0  D
:!4 " 
!584 
 !H0  !'_  [ 

!RL  D '
E 
P  D 5 _P  ;
d   2 x
!0 " 
  N/

* !1/
% %: a
 . [+2!Q/
i
 E  !H0
3 / "  3 Q  [+UE1 /
i
 E  !H0
y
 ! "  y
 %1 I H
D 9O  I

d I
E


 7K
!/ D B E
.  1  M D M [%5 !M I
E D B  A H^ * "  8   [ ;  B 0: !1Q
. sC
   K- M ;9 !
. ; %.
L :

… ;
!œ*
 A  D B E
. y
 p -   [ n 
 Šz    7K  D B E
. >  :M  Q- * 
“Haraya gedirsiniz? Haraya yönәlirsiniz? Bayraqlar dalğalanıb, nişanәlәr aşkardır,

әlamәtlәr tikilibdir. Bәs nәyә görә yolunuzu azırsınız. Halbuki Peyğәmbәrinizin Әhli-beyti sizin

aranızdadır. Onlar xalqın qabaqcılları, dinin rәhbәrlәri vә hәqiqәtin dәlillәridirlәr. Onlara

Qur’anın әn ali sәviyyәsindә yer verin (Qur’ana tabe olduğunuz kimi onlara da tabe olun) vә

susuz dәvәlәrin suya tәrәf qaçıb getdiyi kimi onlara tәrәf gedin. Ey insanlar, bu sözlәri, bu inamı

1 “Tәfsiri-Tәbәri”, c. 13, sәh. 108; “Tәfsiri-Razi”, c. 5, sәh. 271; “Tәfsir ibn Kәsir”, c. 2, sәh. 502; “Tәfsiri-

Şövkani”, c. 3, sәh. 70; “әd-Dürr әl-Mәnsur fit-tәfsir vәl Mә’sur lis-Süyuti”, c. 4, sәh. 45; “Nurul-әbsar”,

sәh. 71; “әl-Müstәdrәk lil-Hakim”, c. 3, sәh. 129; “Tәfsiri ibni-Cәuzi”, c. 4, sәh. 307; “Şәvahid әt-Tәnzil lil-

Hәsәkani әl-Hәnәfi”, c. 1, sәh. 293, “әl-Füsul әl-Mühimmә libni әs-Sabağ әl-Maliki”; “Yәnabi әl-Mәvәddә

lil-Qunduzi әl-Hәnәfi”, sәh. 130


MӘ’SUMLUQ ........................................................................................................................................................ 163

peyğәmbәrlәrin sonuncusundan alın, bilin ki, bizdәn olan ölsә belә, ölü deyildir vә bizdәn olan

çürüyüb getsә belә, çürümәyibdir. Bilmәdiyiniz bir şeyi danışmayın. Çünki haqqın çoxu sizin

inkar etdiyiniz şeylәrdәdir. Әleyhinә heç bir dәliliniz olmayan şәxsi üzrlü sayın, hәmin şәxs

mәnәm. Mәn sizin aranızdan böyük siqlә (Qur’ana) görә әmәl etmәdimmi? Mәn sizin aranızda

kiçik siqlә (Әhli-beyti) qoymadımmı? Mәn sizin aranızda iman bayrağını

dalğalandırmadımmı?…” 1

Әhli-beyt imam (ә)-larının mә’sum olduğuna dәlalәt edәn bu qәdәr Qur’an ayәsi,

Peyğәmbәr (s)-in hәdisi vә Hәzrәti Әli (ә)-nin sözlәrindәn sonra görәsәn ağıllı vә insaflı

bir insan Allah-tәalanın xalqı hidayәt etmәk üçün seçdiyi imamların mә’sum olduğunu

rәdd edә bilәrmi? Ağıl vә insaf belә bir şeyi nәinki rәdd edә bilmir, üstәlik mә’sum bir

ilahi rәhbәrin qiyamәtә qәdәr yer üzündә olmasını da zәruri hesab edir. Çünki

insanlara rәhbәrlik vә onları hidayәt etmәk vәzifәsini öhdәsinә alan şәxs xәta,

unutqanlıq vә günahlar altında әzilәn bir nәfәr olmamalıdır. O özü belә olduqda isә

insanların azmasına sәbәb ola bilәr.

Bәli, belә bir şәxs insani fәzilәtlәr baxımından başqaları ilә müqayisә edilmәyәcәk

dәrәcәdә bir üstünlüyә sahib olmalıdır. Bu sifәtlәrә malik olan şәxs xalqın gözündә

rütbәsini yüksәldib özünә hörmәt qazandıracaq, nәticәdә isә heç bir qorxu va hiylәyә

meydan vermәdәn xalqın itaәtini tә’min edәcәkdir. Vәziyyәt belә ikәn bu e’tiqada sahib

olanlara nә üçün bu qәdәr hәmlә olunur? Әgәr sünnilәrin mә’sumluq haqqındakı

tәnqidlәrini eşitsәn, ya oxusan, güman edәrsәn ki, şiәlәr istәdiklәri şәxsa mә’sumluq

möhrü vurublar vә mә’sumluğa inanmaq bir növ küfrdür. Halbuki şiә mәzhәbinә görә

mә’sum olan şәxs ilahi bir qayğı nәticәsindә şeytanın hiylәlәrindәn vә tamahın ağıla

qәlәbә çalmasından qorunub vә qorunur.

Qabaqca da işarә etdiyimiz kimi Ә’raf surәsinin 201-ci ayәsindә qeyd olunubdur ki,

Allah-tәala tәqvalı (Allahdan qorxan) bәndәlәrini belә, bundan mәhrum etmәyibdir:

; 
eQ D 5 W
!.  -9 8 : ;
!REHf  " 
FgZ
!h D ' H W
 % H: " 
89 

1 “Şәrh nәhc әl-Bәlağә li-Muhәmmәd Әbduh”, c. 1, sәh. 155. Bu xütbәnin şәrhindә belә deyilir: “Әhli-beyt

imamlarından ölәm meyyit hәqiqәtdә meyyit deyil. Çünki, zühur alәmindә onun ruhu nur saçan halda

qalır.
MӘ’SUM İMAMLARIN SAYI ......................................................................................................................... 164

“Allahdan qorxanlara Şeytandan bir vәsvәsә toxunduğu zaman Allahı

xatırlayarlar. Çünki görüb anlayan insanlardırlar”.

Әlbәttә, bu ayәdә nәzәrdә tutulan günahdan qurtulmaq ümumi mә’nadakı

mә’sumluq deyildir. Buna görә dә Allah-tәalanın müәyyәn hallarda bәndәlәrinә ehsan

etdiyi bu müvәqqәti günahdan qorunma, bәndәnin tәqvalı olduğu müddәtdә davam

edәr. Tәbiidir ki, bir bәndәnin tәqvası olmasa Allah-tәala da onu qorumaz. Amma

Allahın özünün seçdiyi imam heç vaxt tәqvadan ayrılmaz. Buna görә dә hәmişә Allahın

әmri vә Ruhul-qudusun vasitәsilә hәr cürә pislik vә günahdan qorunar. Qur’ani-

Kәrimdә mövcud olan Hәzrәti-Yusifin әhvalatı da bu ilahi qayğının bir nümunәsidir.

Allah-tәala Yusif surәsinin 24-cü ayәsindә belә buyurur:

" 
I H
tz !fC  tz %_  I 0 o

e
 0
„

83 - [
I/ ; !5  / 
3 M ; M * %  !'/
HD5  I
/
U
 H15   

r
 e

j
 1 !P
!Q

“Doğrudan da, qadın ona meyl salmışdı. Әgәr Rәbbinin dәlilini görmәsәydi,

Yusif dә ona meyl edәrdi. Biz pisliyi vә biabırçılığı ondan sovuşdurmaq üçün belә

etdik. O, hәqiqәtәn bizim sadiq bәndәlәrimizdәndir”.

Bә’zi tәfsirçilәrin yazdığı kimi Hәzrәti Yusif zina etmәyә meyl etmәmişdi, Allahın

peyğәmbәrlәri, belә pis әmәllәrdәn uzaqdırlar. Әksinә әgәr zәruri olsaydı da o qadını

vurub rәdd etmәyi qәrara almışdı, lakin Allah-tәala onu belә bir xәtaya düşmәkdәn dә

qorudu. Çünki әgәr onu vursaydı, onda ona lәkә vurmaq asan olardı vә o qadın

Hәzrәti-Yusifin әleyhinә daha tutarlı bir dәlil әldә edәrdi. Allah-tәala Hәzrәti Yusifi

bundan da qorudu.

MӘ’SUM İMAMLARIN SAYI

Şiә mәzhәbinә görә Hәzrәti Peyğәmbәr (s)-dәn sonra gәlәn mә’sum imamlar on iki

nәfәrdirlәr. Hәzrәti Peyğәmbәr (s)-in özü onların sayını vә adlarını qeyd etmişdir.1

Onların adları sıra ilә bunlardan ibarәtdir:

1 “Yәnabi әl-Mәvәddә lil-Qunduzi әl-Hәnәfi”, üçüncü hissә, sәh. 99.


İMAMLARIN ELMİ ............................................................................................................................................ 165

1. Hәzrәti Әli ibni Әbu-Talib (ә)

2. Hәzrәti Hәsәn ibni-Әli (ә)

3. Hәzrәti Hüseyn ibni-Әli (ә)

4. Hәzrәti Әli ibni-Hüseyn, Zeynülabidin (ә)

5. Hәzrәti Mәhәmmәd ibni-Әli, Baqir (ә)

6. Hәzrәti Cә’fәr ibni-Mәhәmmәd, Sadiq (ә)

7. Hәzrәti Musa ibni-Cә’fәr, Kazim (ә)

8. Hәzrәti Әli ibni-Musa, Riza (ә)

9. Hәzrәti Mәhәmmәd ibni-Әli, Cәvad (ә)

10. Hәzrәti Әli ibni-Mәhәmmәd, Hadi (ә)

11. Hәzrәti Hәsәn ibni-Әli, Әskәri (ә)

12. Hәzrәti Mәhdi ibni-Hәsәn, imam-Zaman (ә)

Şiәlәrin mә’sum olduqlarına inandıqları imamların adlarını ona görә qeyd etdik ki,

bu haqda heç kim sәhv etmәsin vә heç kim müsәlmanları aldada bilmәsin. Şiә

mәzhәbinә görә Hәzrәti-Peyğәmbәr (s), O Hәzrәt (s)-in dünyaya gәlmәmişdәn qabaq

adlarını qeyd etdiyi on iki imam vә Hәzrәti Fatimә (ә)-dәn başqa heç kәs mә’sum

deyildir.

Әvvәlcә dә qeyd etdik ki, sünni alimlәrdәn bә’zilәri Әhli-beyt imamlarının adlarını

әks etdirәn hәdislәr nәql ediblәr. Buxari ilә Müslim isә öz “Sәhih”lәrindә imamların on

iki nәfәr vә hamısının da Qureyşdәn olduqlarını qeyd ediblәr.1

Bu hәdislәr ancaq imamiyyә şiәsinin inandığı Әhli-beyt imamlarına işarә edir.

Sünnilәrә gәldikdә isә, onlar hәlә dә öz “Sәhih”lәrindә qeyd olunan on iki imamın

kimlәr olduğu barәdә qәti bir nәticәyә gәlmәyiblәr.

İMAMLARIN ELMİ

Sünnilәrin şiәlәri tәnqid etdiklәri bir mövzu da onların bu e’tiqadıdır ki, Allah-tәala

Әhli-beyt imam (ә)-larına heç kәsә vermәdiyi, xüsusi bir elm vermişdir vә imam

1 “Sәhih әl-Buxari”, c. 8, sәh. 127; “Sәhih Müslüm”, c. 6, sәh. 3.


İMAMLARIN ELMİ ............................................................................................................................................ 166

zәmanәsinin әn alim şәxsi olub, heç kimin sualı qarşısında aciz qalmaz. Görәsәn bu

iddianın bir dәlili vardırmı? Bu kitabdakı üslubumuza sadiq qalaraq әvvәlcә Qur’an

ayәlәrini araşdırmaqla bәhsә başlayırıq. Allah-tәala Fatir surәsinin 32-ci ayәsindә belә

buyurur:

...!P
!Q
" 
!0E R 
  " 89  
 !,
B  !0S  M HDS
“Sonra kitabı bәndәlәrimizdәn seçdiklәrimizә miras qoyduq…”

Allah-tәala bu ayәdә açıq-aşkar qeyd edibdir ki, bәndәlәri arasında bir qrupu seçib

vә onlara kitab elmini miras qoyubdur. Demәk Allahın seçdiyi hәmin bәndәlәri

tanımaq lazımdır.

Bir az әvvәl bildirmişdik ki, sәkkizinci imam Hәzrәti Riza әleyhissalam bu ayәnin

onlar haqqında nazil olduğunu Mә’munun tәşkil etdiyi vә qırx qazının iştirak etdiyi

yığıncaqda e’lan etmişdir. İmam Riza (ә) hәmin yığıncaqda onların hazırladığı bütün

suallara cavab verәrәk onları susdurmuşdu, onlar da o hәzrәtin “Ә’lәm” (әn bilikli

alim) olduğunu e’tiraf etmişdilәr.1 Hәlә on dörd yaşı olmayan sәkkizinci imam ilә

fәqihlәr arasında baş verәn bu mübahisәnin nәticәsindә o zamanın әn böyük alimlәri

belә, o Hәzrәt (ә)-in әn bilikli alim olduğunu e’tiraf etmişdilәr. Belә olan halda şiәlәrin

Әhli-beyt imam (ә)-larını әn bilikli alim hesab etmәlәri heç dә tәәccüblәndirici deyildir.

Çünki Әhli-beyt imamlarının hamıdan bilikli olduqlarını sünnilәrin böyük alim vә

rәhbәrlәri dә e’tiraf ediblәr.

Әgәr qeyd etdiyimiz ayәni Qur’ani-Kәrimin özünә әsaslanıb tәfsir etmәk istәsәk,

onda bir çox ayәdә görәrik ki, Allah-tәala Әhli-beyt imam (ә)-larını hidayәt imamları vә

qaranlıqlara nur saçan bir işıq etmәk üçün onlara, üstün bir hikmәtә görә, öz

mәrtәbәsindәn bir elm (lәddünni elm) bәxş etmişdir. Allah-tәala Bәqәrә surәsinin 269-

cu ayәsindә belә buyurur:



!Q Šz  % M *9 6
 -9 8  ! #k
K- # E4 T :
M   . A 1 B C

 y
 @  "   tu !f "  A 1 B C


:@ 
“Allah istәdiyi şәxsә hikmәt bәxş edәr. Kimә hikmәt bәxş edilmişsә, ona çoxlu

xeyir verilmişdir. Bunu ancaq ağıllı adamlar dәrk edәrlәr”.

1 “әl-Әqd әl-Fәrid”, c.3, sәh. 42.


İMAMLARIN ELMİ ............................................................................................................................................ 167

Vaqiә surәsinin 75-79-cu ayәlәrindә isә belә buyurur:

*9 6
I _1 * ;+ %0B  
+ !,-
T
. Fc
- b;d    I H6
FDE
\ ; %1L : %  FD
  I H6
 [
]%^_0  `
&
%1 /
D 

& M a
 .

;  H'R 1 
“Ulduzların mәnzillәrinә and olsun ki, kaş bunun nә qәdәr böyük bir and

olduğunu bilәydiniz-(bu kitab) çox qiymәtli Qur’andır. O, qorunub-saxlanılan bir

kitabdadır. Ona yalnız pak olanlar toxunar”.

Allah-tәala bu ayәlәrdә, böyük bir andla, Qur’ani-Kәrimin bir çox gizli saxlanılmış

batini mә’naları olduğunu vә pak insanlardan başqa heç kimin bu mә’na vә hәqiqәtlәri

bilmәyәcәyini izah etmişdir vә onlar Allah-tәalanın onlardan riczi (çirkinliyi) apardığı

vә mütәhhәr (pak) etdiyi imamlardır (Әhli-beyt (ә)-dir). Bu ayә eyni zamanda Qur’ani-

Kәrimin yalnız Peyğәmbәr (s) vә Әhli-beyt imam (ә)-larının bildiyi bir sıra batini

mә’naları olduğunu vә başqa adamların ancaq onların vasitәsilә hәmin mә’nalardan

xәbәrdar ola bilәcәyini qeyd etmişdir. Elә buna görә Hәzrәti Peyğәmbәr (s) hәmin

hәqiqәtә toxunaraq belә buyurubdur:

D B 0
D  M D ' H’
. D 5 %17L : *  [%B
' ,. D ' 0  e
  : *  %B
' ,. D 5 %H ,: *

“Onları qabaqlamayın, yoxsa hәlak olarsınız, onlardan geri dә qalmayın, yenә hәlak

olarsınız. Onlara bir iş öyrәtmәyә dә cәhd etmәyin, onlar sizdәn daha çox bilirlәr”.1

Hәzrәti-Әli әleyhissalamın özü isә belә buyurubdur:

!!R  M [D' L =


   ‚
u  !0L . ;M !0E !#En/ !#/8-
!0P D
 L
 T
. ; %jO
H  D ' HM %1 x " 
8 9 " M

%O  { |
+   & " 
A H1Z
Šz  ;9 6
..  1 L  T^
 ,
  3'  TRL ,
  !0/
[ D ' ?  4 M !04 P M [D'    

D 5
E{ " 
$ * %  ¨ e
 : *  D 5 %O
3  ¨ e
 : * D+ 
!5 " 
"
R Q  85 T
.

1 “әs-Sәvaiqu әl-Muhriqә libni Hәcәr әl-Heysәmi”, sәh. 148; “әd-Dürr әl-Mәnsur fit-tәfsir vәl Mә’sur

lis-Süyuti”, c. 2, sәh. 60; “Kәnz әl-Ümmal lil-Hindi”, c. 1, sәh. 168; “Usd әl-Ğabә fi mәrifәt әs-

sәhabә”, c. 3, sәh. 137.


İMAMLARIN ELMİ ............................................................................................................................................ 168

“Elmdә bizdәn daha bilikli olduqlarını güman edәnlәr haradadırlar? Allah bizi ucaldıb,

onları isә alçaldıbdır. Bizә (elm vә fәzilәt) verib, onları isә mәhrum edibdir; bizi (öz feyzinә) daxil

edib, onları isә bayıra salıbdır. Bizim vasitәmizlә (layiq adamlara) hidayәt ehsan olunar vә kor

olanlar görәr. Qüreyşdәn olan imamlar Haşim nәslindәn yetişiblәr. İmamlıq onlardan başqa heç

kim üçün uyğun deyildir vә onlardan başqa heç kim saleh rәhbәr ola bilmәz”.1

Allah-tәala Nәhl surәsinin 43-cü ayәsilә Әnbiya surәsinin 7-ci ayәsindә belә

buyurur:

; %1L :* D ,0- ; 



- 78   5 M %†O !.
“Әgәr bilmirsinizsә, zikr әhlindәn soruşun”.

Bu ayә dә Әhli-beyt (ә) haqqında nazil olunubdur2 vә Peyğәmbәr (s)-dәn sonra

İslam ümmәtinin hәqiqәtlәri öyrәnmәk üçün Әhli-beyt (ә) imamlarına müraciәt

etmәlәrinin zәruriliyini ifadә edir. Sәhabәlәr dә başa düşmәdiklәri mәsәlәlәr barәdә

Hәzrәti Әli әleyhissalama müraciәt edәrdilәr. Xalq tarix boyu halal vә haramı bilmәk,

islam tә’limlәrini öyrәnmәk vә elm ilә әxlaq barәsindә mә’lumat әldә etmәk üçün Әhli-

beyt imam (ә)-larına müraciәt edәrmişlәr. Әbu-Hәnifәnin “Әgәr o iki il olmasaydı,

Nü’man hәlak olardı”- dediyi bunun bir nümunәsidir. Onun nәzәrdә tutduğu iki il

imam Cә’fәr-Sadiq (ә)-dәn dәrs aldığı iki ildir.

Malik ibni-Әnәsin dә “Fәzilәt, tәqva, elm, ibadәt vә zöhd baxımından Cә’fәr-

Sadiqdәn daha üstün bir adamı heç bir göz görmәyib, heç bir qulaq eşitmәyib vә heç bir

bәşәrin qәlbindәn belә keçmәyib”-demәsi dә bunun başqa bir nümunәsidir.3

Sünni imamlarının bu e’tirafları vә İslam tarixinin Әhli-beyt imamlarının öz

zәmanәlәrinin әn bilikli alim olduqlarını sübuta yetirmәsindәn sonra bu qәdәr e’tiraz

vә әks mövqedә durmağın sәbәbi nәdir? Bu dәlillәrә baxdıqdan sonra, Allah tәalanın

1 “Şәrhu Nәhc әl-Bәlağә li-Muhәmmәd Әbduh”, 143-cü xütbә; “Nәhc әl-Bәlağә”, c. 2, sәh. 143.
2 “Tәfsiri-Tәbәri”, c. 14, sәh. 134; “Tәfsir ibni Kәsir”, c. 2 sәh. 570; “Tәfsiri-Qurtubi”, c. 11, sәh. 272;

“Şәvahid әt-Tәnzil lil-Hәsәkani әl-Hәnәfi”, c. 1, sәh. 334; “İhqaqül-haqq”, c. 3, sәh. 482; “Yәnabi әl-

Mәvәddә lil-Qunduzi әl-Hәnәfi”.


3 “Mәnaqibü Ali-Әbi Talib” kitabının “İmam Cәfәr Sadiq” bölmәsi.
BӘDA’ MӘSӘLӘSİ ............................................................................................................................................ 169

dini elmi vә hikmәti, övliyalarından (dostlarından) seçdiklәrinә miras qoyub, onları

möminlәrә nümunә vә müsәlmanlara imam qoymasında nә qәribәlik var?!

Әgәr müsәlmanlar bir-birlәrinin dәlillәrini (faktlarını) araşdırıb tәdqiq etsәydilәr

onda hamısı Allahın vә Peyğәmbәr (s)-in әmrinә itaәt edib bir-birlәrinә yardımçı olan

yeganә bir ümmәtә çevrilәrdilәr vә ixtilaflarla ayrı-ayrı mәzhәblәr aradan qalxardı.

Әlbәttә, Allahın varlığı әsasında vacib işlәrin görülmәsi üçün bunların hamısının

olması lazım idi ki,

FDE
 F`E
1
  I J  ;9 
 A+ 0E/ "  HT "  !EC
   A+ 0E/ "  „
 5 "  „
 
' E
...
“…Hәlak olan aşkar bir dәlillә hәlak olsun, sağ qalan da aşkar bir dәlillә sağ

qalsın. Hәqiqәtәn, Allah eşidәn vә bilәndir”. (Әnfal surәsi, 42-ci ayә)

BӘDA’ MӘSӘLӘSİ

Şiә mәzhәbindә bәda’, qısa şәkildә desәk, qәzavü-qәdәrin ilahi iradә ilә dәyişilmәsi

demәkdir. Allah-tәala Qur’ani-Kәrimin Rә’d surәsinin 39-cu ayәsindә belә buyurur:



!,B
 _] v  0
 U
 Q
K  tu !f ! I 9  %C1 
“Allah istәdiyi şeyi mәhv edәr, istәdiyini dә dәyişmәz saxlayar. Kitabın әsli Onun

yanındadır”.

Amma nadanlıqları ucbatından bә’zi adamlar bu mәsәlәni yanlış tәfsir edәrәk belә

iddia edirlәr ki, Allah tәrәfindәn nisbәt verilәn bәda’ da, insanlarda olduğu kimi, guya

yaranan yeni vәziyyәtә görә Allahın öz fikrini dәyişmәsi vә әvvәlki әzminin әksinә bir

iş görmәsi demәkdir. Sünnilәrdәn bә’zilәri şiә mәzhәbinin bu mә’nada bәda’ya

inandığını iddia edir vә bunun Allah-tәalaya cahillik vә әskiklik gәtirmәk anlamında

olduğuna görә şiәlәrә e’tiraz edirlәr. Halbuki bәda’ e’tiqadının hәm bәndә, hәm dә

Allahda eyni mә’nada olduğunu irәli sürmәk doğru deyildir. Şiә mazhәbinin belә bir

şeyә inandığını iddia edәn şәxs şiә mәzhәbinә iftira atır. Şiә mәzhәbinin keçmişdәki vә

indiki sözlәri aşkar vә mә’lumdur.


BӘDA’ MӘSӘLӘSİ ............................................................................................................................................ 170

Şiәlәrin böyük alimlәrindәn biri olan Şeyx Mәhәmmәd Müzәffәr “Әqaidül-

imamiyyә” adlı әsәrindә belә yazır: “Bu mә’nada olan bәda’ etiqadını Allah-tәalaya

istinad etmәk doğru deyildir. Çünki bu cahillik vә әskiklikdir vә bunu Allaha istinad

etmәk qeyri-mümkündür. Şiә mәzhәbi dә belә bir şeyә inanmır”.

Hәzrәti imam Sadiq (ә) belә buyurubdur:

D
E
\L  I
J !
/ F .
!-! 0
% ' . A+   tz / t+ T 
. I  /  !L: I 9  ;9 M D  x " 
“Hәr kәs güman etsә ki, Allah-tәala hәr hansı bir şey haqqında peşman olub vәziyyәti

dәyişdirir, bizim nәzәrimizdә Allah-tәalaya kafir olub”.

Başqa bir yerdә isә belә buyurub:

I 0
M  /N. i

 M I 1 L  D  t+ T 
. I  / I 9  ;9 M D  x " 
“Allah-tәalanın hәr hansı bir şey haqqında dünәn bilmәdiyini bu gün bildiyini zәnn edәn

şәxsdәn uzağam”.

Buna görә şiәlәrin inandığı bәda’ Allah-tәalanın Rә’d surәsinin 39-cu ayәsindә,



!,B
 _]M v  0
 U
 Q
K tu !f ! ‚
u  %C1 
“Allah istәdiyi şeyi mәhv edәr, istәliyini dә dәyişmәz saxlayar. Kitabın әsli Onun

yanındadır”-deyә izah etdiyi çәrçivәdәn kәnara çıxmır bu isә hәm sünnilәrin, hәm dә

şiәlәrin inandığı bir mövzudur. Görünür ki, bu ayәdә izah olunan hökmә inandığı üçün

şiә mәzhәbinә e’tiraz edәn sünnilәr dә onlar kimi Allahın hökm, әcәl vә ruzilәri

dәyişdirdiyinә inanırlar, yә’ni bu mәsәlәdә şiәlәrlә hәmfikirdirlәr.

İbni-Mәrdәveyh vә ibni-Әsakirin nәql etdiklәri bir rәvayәtdә belә deyilir:

“Hәzrәti Әli (ә) Hәzrәti Peyğәmbәr (s)-dәn yuxarıda qeyd etdiyimiz ayә haqqında

soruşduğu zaman o Hәzrәt belә buyurmuşdur: “Hәm sәnin, hәm dә mәndәn sonra

ümmәtimin gözünü bu ayәnin tәfsirilә açacağam. Sәdәqә vermәk, ata-anaya yaxşılıq

etmәk vә yaxşı işlәr görmәk şәqavәti sәadәtә çevirәr, ömrü uzadar vә adamı pis

hadisәlәrdәn qoruyar”.”

İbni Münzir, ibni Әbi-Hatәm vә Beyhәqinin (“Әş-Şә’b” kitabında) nәql etdiklәri

başqa bir hәdisә görә isә Qeys ibni-Übbad Hәzrәti Peyğәmbәr (s)-in belә buyurduğunu

rәvayәt etmişdir:
BӘDA’ MӘSӘLӘSİ ............................................................................................................................................ 171

“Haram ayların onuncu gecәsindә Allahın bir әmri vardır. Rәcәb ayının onuncu

gecәsindә dә istәdiyini mәhv edib, istәdiyini dә sabit saxlayar”.

Әbd ibni-Hәmid, ibni-Cәrir vә ibni Münzirin nәql etdiyi bir rәvayәtә görә dә Ömәr

ibni-Xәttab beytullahı tәvaf edәrәk belә deyibdir:

“Ey Allahım, әgәr mәnim üçün bir şәqavәt vә ya bir günah yazıbsansa onu mәhv et.

Çünki Sәn istәdiyini mәhv edәr, istәdiyini dә sabit saxlayarsan. Kitabın әsli Sәnin

yanındadır vә onu mәnim üçün sәadәt vә bağışlanma qәrar ver”.1

Buxari isә öz “Sәhih” adlı әsәrindә Hәzrәti-Peyğәmbәr (s)-in me’raca getmәsi ilә

әlaqәdar nәql etdiyi bir hekayәdә bәda’ e’tiqadını tәsdiq etmişdir. Hәmin hekayә

belәdir:

“Sonra mәnә gündә әlli vaxt namaz qılmaq vacib oldu. Qayıdıb Musanın yanına

gәldikdә isә mәndәn “Nә etdin?”-deyә soruşdu. Dedim ki, “Mәnә gündә әlli vaxt

namaz qılmaq vacib oldu”. Musa dedi: “Mәn xalqı sәndәn daha yaxşı tanıyıram. Gör

Bәni-İsrail üçün nә qәdәr zәhmәt çәkdim. Sәnin ümmәtin buna dözә bilmәz. Qayıt

Rәbbindәn bu vaxtın azalmasını istә”. Mәn dә qayıdıb Allahdan asanlaşdırmasını

istәdim. Allah gündә qırx vaxt namaz qılmağı vacib etdi. Sonra Musa ilә eyni

mәzmunda söhbәt etdim. Mәn yenә qayıtdım. Rәbbim gündә otuz vaxt namaz qılmağı

vacib etdi. Buna bәnzәr bir vәziyyәtdәn sonra gündә iyirmi vaxt namaz qılmağı vacib

etdi. Sonra Musanın yanına gәldim. O, qabaqkı sözünü dedi. Bu dәfә Allah gündә beş

vaxt namaz qılmağı vacib etdi. Sonra Musanın yanına gәldim. O yenә dә “Nә etdin?”-

deyә soruşdu. “Allah-tәala gündә beş vaxt namaz qılmağı vacib etdi”-deyә cavab

verdim. O yenә dә “qayıt asanlaşdırmasını istә”-dedi. Mәn dedim ki, “yox, mәn әmrә

tәslimәm”. Bizә 3 dәfә Allah tәrәfindәn belә bir nida gәldi: “Mәn hökmümü verdim vә

bәndәlәrimin işini asan etdim. Bir xeyir qarşısında da ona on qat mükafat verәcәyәm”.2

Buxarinin nәql etdiyi başqa bir hәdisә görә isә Hәzrәti Peyğәmbәr (s) namazın

gündә beş vaxt qılınmasının vacib olunduğunu Musaya dedikdәn sonra hәdis belә

davam edir:

1 “әd-Dürr әl-Mәnsur fit-tәfsir vәl Mә’sur lis-Süyuti”, c. 4, sәh. 661.


2 “Sәhih әl-Buxari”, c. 4, sәh. 250; “Sәhih Müslüm”, c. 1, sәh. 101.
BӘDA’ MӘSӘLӘSİ ............................................................................................................................................ 172

“Hәzrәti Musa Hәzrәti Peyğәmbәr (s)-ә deyir ki, “Ümmәtin gündә beş vaxt namaz

qılmağa dözmәyәcәkdir. Qayıt Allahdan daha da asanlaşdırmasını istә”. Lakin Hәzrәti

Peyğәmbәr (s) “Artıq mәn Rәbbimdәn utanıram”-deyә cavab verdi”.1

Bәli әziz oxucu! Oxu vә әhli sünnәtin ravilәrinin (hәdis rәvayәt edәnlәr) inandıqları

bu әqidәlәrdәn tәәccüb et. Özlәrinin bu әqidәlәrә sahib olmaqlarına baxmayaraq, bәda

mәsәlәsindә Әhli-beytә tabe olan şiәlәrә tәnә edirlәr. Әhli-sünnәt ravilәri bu rәvayәtdә

bu inancdadırlar ki, Allah-tәala Mühәmmәd Peyğәmbәr (s)-ә әlli namaz vacib etmişdir.

Sonra Mühәmmәd (s) onu qırx etmәsini ondan istәdikdәn sonra Allah-tәala bәda etdi,

yә’ni birinci rәydәn dönüb, yeni bir rәy qәbul etdi. Sonra ikinci dәfә namazlarının

sayını otuz etmәsini istәdikdә, yenidәn bәda etdi (rәydәn döndü). Vә belәcә üçüncü,

dördüncü vә beşinci dәfә namazların sayının azalmasının azalmasını istәyir vә hәr dәfә

dә Allah-tәala bәda edir, öncәki rәydәn dönür. Sözün qısası bәda’ e’tiqadı islam dini ilә

bağlı mәfkum vә Qur’anın ruhuna uyğun olan doğru bir e’tiqaddır. Allah-tәala belә

buyurur:

D '


 N/
!  En  H, ]+ %  /
!  En  * I 9  ;9 

“Allah bir qövmün vәziyyәtini onlar özlәri özlәrini dәyişdirmәdikcә

dәyişdirmәz”.

Әslindә istәr şiәlәr, istәrsә sünnilәr Allah-tәalanın qәzavü-qәdәri dәyişdirmәsinә

inanmasaydılar, onda namaz vә duanın nә faydası var idi? Bizim hamımız Allah-

tәalanın peyğәmbәrlәrә görә hökmlәrini dәyişdirib şәriәtlәri nәsx (lәğv) etdiyinә vә

hәtta Hәzrәti Peyğәmbәr (s)-in şәriәtindә, belә nasix vә munsuxun mövcud olmasına da

inanmırıq. Buna görә bәda’ya inanmaq nә küfrdür, nә dә dindәn çıxmaqdır. Sünnilәrin

bu mәsәlәyә görә şiәlәrә e’tiraz etmәk haqqı olmadığı kimi, şiәlәrin dә bu barәdә

sünnilәrә e’tiraz etmәk haqları yoxdur. Mәn bir neçә dәfә qeyd etdiyim me’rac

hekayәsinә istinad edәrәk sünnilәrin dә bәda’ya inandığını söylәdiyim üçün onlardan

bә’zilәri bu hәdisin bәda’ e’tiqadını sübuta yetirmәdiyini irәli sürürdülәr. Buna görә dә

mәn “Sәhih әl-Buxari”dә nәql olunan vә içәrisindә “bәda” sözü mövcud olan aşağıdakı

1 “Sәhih әl-Buxari”, c. 4, sәh. 250; “Sәhih Müslüm”, c. 2, sәh. 101.


BӘDA’ MӘSӘLӘSİ ............................................................................................................................................ 173

hәdisi dәlil olaraq göstәrdikdә onlar artıq susmaq mәcburiyyәtindә qaldılar. Hәmin

hәdisә görә Әbu-Hüreyrә Hәzrәti Peyğәmbәr (s)-in belә buyurduğunu nәql etmişdir:

“Bәni-İsraildәn biri cüzamlı, biri kor, biri dә keçәl olan üç nәfәri imtahan etmәk

Allaha bәda’ oldu. Bunun üçün bir mәlәk göndәrdi. Mәlәk cüzamlının yanına gәlib

soruşdu: “Sәnin әn çox sevdiyin şey nәdir?” O, “gözәl bir rәng vә gözәl bir dәri. Çünki

xalq mәndәn iyrәnir”-dedi. Mәlәk onu mәsh etdi vә cüzamlının rәngi vә dәrisi düzәldi.

Sonra soruşdu “hansı malı daha çox sevirsәn?” O, “Dәvәni daha çox sevirәm”-dedi.

Ona on aylıq boğaz bir dәvә verdi. Sonra keçәlin yanına gәlib soruşdu: “Sәn daha çox

nәyi sevirsәn?” O, “gözәl bir saç. Çünki camaat mәndәn iyrәnir”-dedi. Mәlәk onu da

mәsh edәrәk ona gözәl bir saç verdi. Sonra “mallardan hansını daha çox sevirsәn?”-

dedi. O, belә cavab verdi, “İnәyi daha çox sevirәm”. Ona da boğaz bir İnәk verdi.

Sonra korun yanına gәlib soruşdu: “Sәn daha çox nәyi sevirsәn?” O, “Allahın

gözlәrimi mәnә qaytarmasını”-deyә cavab verdi. Mәlәk onu mәsh etdi vә Allah onun

gözlәrini qaytardı. Sonra “hansı malı daha çox sevirsәn?”-dedi. O, “Qoyun”-dedi. Ona

da balalayan bir qoyun verdi. Daha sonra bu adamların dәvә, inәk vә qoyunu çoxaldı

vә hәrәsinin bir sürüsü oldu. Bu vaxt mәlәk tәzәdәn onların yanına gәldi vә onlardan

sahib oduqları şeylәri ona vermәsini istәdi. Cüzamlı vә keçәl bunu rәdd etdilәr. Allah

da onları әvvәlki hallarına qaytardı. Kor isә sahibi olduğu maldan mәlәyә verdi. Allah

onun malını daha da çoxaltdı vә gözlәrini elәcә görәn etdi”.1

Burada bu ayәni qeyd etmәk mәqsәdәuyğundur. Allah-tәala Hucurat surәsinin 11-ci

ayәsindә belә buyurur:

; M 3 
  t+ !
" 
‰t!
*  [D' 0
# E4 %%B ; M 3 
  ]+ % & " 
F]% &  j
  * %0 d " 
8 9 !'_M !

D  "   ;
!œ
  L / m
 %  D O
 i
 †/


! Šz !
/ p/!0: *  D B 
  M p1
 : *  H"' 0
# E4 H"B 

; %1
!9\  D 5 „
 †
3 N. l
 ,
“Ey iman gәtirәnlәr! Bir qövm digәrini lağa qoymasın. Bәlkә, lağa qoyulanlar lağa

qoyanlardan daha yaxşıdırlar. Qadınlar da bir-birlәrinә istehza elәmәsinlәr. Bәlkә,

1 “Sәhih әl-Buxari”, c. 2, sәh. 259.


TӘQİYYӘ MӘSӘLӘSİ ....................................................................................................................................... 174

rişxәnd (istehza) olunanlar rişxәnd edәnlәrdәn daha yaxşıdırlar. Bir-birinizә tә’nә

etmәyin, eyb tutmayın vә bir-birinizi pis lәqәblәrlә çağırmayın. İman gәtirdikdәn

sonra fasiq adını qazanmaq necә da pisdir. Mәhz tövbә etmәyәnlәr zalımlardır”.

Sәmimi-qәlbdәn arzu edirәm ki, müsәlmanlar mә’nasız tәәssübü buraxsınlar vә

düşmәnlәrilә mübahisә etdikdә hissiyyata qapılmayıb mәntiqә әsaslansınlar vә daha

yaxşı mübahisә etmәk metodunu Qur’andan öyrәnsinlәr. Necә ki, Peyğәmbәr (s)-ә

düşmәnlәrinә buyurması üçün belә vәhy olunmuşdu:

r
+ Q
 2+ a
=

.  M G5 3 L  D - !s
 M!H
 ...
“…Doğru yolda olan, yaxud açıq-aşkar azan ya bizik, ya da siz”. (Sәba surәsi, 24-

cü ayә)

Allahın Peyğәmbәr (s)-i müşriklәrә belә dәyәr verib, insafı öyrәtmәk üçün mübahisә

zamanı özünü onlarla eyni sәviyyәyә endirir vә onlar düz dedikdә dәlil gәtirmәlәrini

istәyir. İnsanlar bu üstün әxlaqi cәhәtdәn necә dә uzaq qalıblar.

TӘQİYYӘ MӘSӘLӘSİ

Sünnilәrin e’tirazına sәbәb olan mәsәlәlәrdәn biri dә tәqiyyә mәsәlәsidir. Onlar bu

haqda şiәlәri tәnqid edir vә tәqiyyәni bir növ nifaq hesab edirlәr. Çünki onlara görә

tәqiyyә edәn şәxs özünün hәqiqi mahiyyәtini gizlәdәrәk onun tam әksini göstәrir. Mәn

apardığım bir çox mübahisәdә bә’zi adamları bu barәdә qane etmәk istәmişәm ki,

tәqiyyә münafiqlik deyildir. Amma bu cәhdlәrimin heç bir faydası olmayıb. Hәtta bә’zi

adamlar bunu bir növ bid’әt hesab edirlәr. Amma adam insaflı tәdqiqat apardığı zaman

bu e’tiqadın islamda mövcud olduğunu, Qur’ani-Kәrim vә Peyğәmbәr (s)-in sünnәsinә

әsaslandığını görür vә anlayır ki, sadәlik dini olan islamın şәriәti ancaq bu e’tiqadla

möhkәm ola bilәr.

Tәәccüblәndirici haldır ki, sünnilәr özlәrinin inandıqları e’tiqadları danırlar.

Halbuki özlәrinin “Sәhih” vә “Müsnәd”lәri hәmin e’tiqadı tәsdiq edir. Sünnilәrin

tәqiyyә haqqındakı e’tiqadlarını birlikdә oxuyaq:


TӘQİYYӘ MӘSӘLӘSİ ....................................................................................................................................... 175

İbni-Cәrir vә ibni Әbi-Hatәm, Ovfanın vasitәsilә ibni-Abbasın ( $# !: D ' 0


%H,: ; M *9 6
)
Onlardan sizә bir qorxu olmayınca (Ali-İmran surәsi, 28-ci ayә) ayәsinin tәfsiri

barәdә nәql etdiyi bir hәdisdә belә dediyini qeyd ediblәr:

“Tәqiyyә dil ilә olar. Әgәr aranızdan bir nәfәr xalqın qorxusundan Allaha üsyan

etmәk hesab olunan bir söz demәk mәcburiyyәtindә qalsa, amma ürәyindә imanına

arxayın olsa, hәmin adama bir zәrәr toxunmaz (onun üçün bir günah yazılmaz) Çünki

bu dil ilә olunan bir tәqiyyәdir”.1

Hakimin “Müstәdrәk” adlı әsәrindә vә Beyhәqinin “Sünәn” adlı әsәrindә İbni-

Abbasdan nәql etdiklәri bir hәdisdә dә hәmin ayә barәsindә belә yazılıbdır: “Tәqiyyә

qәlbin imanlı olduğu halda dil ilә (әksini) söylәmәkdir”.

Әbu ibni-Hәmidin Hәsәndәn nәql etdiyi bir hәdisdә isә belә deyilibdir: “Qiyamәt

gününә qәdәr tәqiyyә caizdir”.2

Әbdürrәzzaq ibni-Sә’d, ibni-Cәrir vә ibni Әbi-Hatәmin nәql, Hakimin “Müstәdrәk”

adlı әsәrindә sәhih bildiyi vә Beyhәqinin “Dәlail”dә yazdığına görә, müşriklәr Әmmar

ibni Yasiri tuturlar vә ancaq Peyğәmbәr (s)-ә yaman dediyi vә onların tanrılarını

tә’riflәdiyindәn sonra onu sәrbәst buraxırlar. Әmmar azad olandan sonra Hәzrәti

Peyğәmbәr (s)-in yanına gәlir vә o Hәzrәt (s) ondan soruşur: “Nә xәbәr?” Әmmar

deyir: “Şәrr! Sizә yaman dedikdәn vә bütlәrini tә’riflәdikdәn sonra mәni sәrbәst

buraxdılar”. Hәzrәt (s) buyurdu: “Qәlbindә nә var?” Әmmar “İmanımdan әminәm”-

deyә cavab verdi. Hәzrәti Peyğәmbәr (s) isә belә buyurdu: “Әgәr onlar tәzәdәn sәni

tutsalar yenә hәmin işi gör”. Elә bu vaxt bu ayә nazil olundu:

…;
!œ 
!
/ ‡"†
1 R  I Q & v
- M "  *9 

“Qәlbi imanla sabit olduğu halda, mәcbur edilәn şәxs istisna olmaqla…” (Nәhl

surәsi, 106-cı ayә)

İbni Sә’din Mәhәmmәd ibni-Sirindәn belә bir hәdis nәql edibdir:

1 “әd-Dürr әl-Mәnsur fit-tәfsir vәl Mә’sur lis-Süyuti”.


2 “әd-Dürr әl-Mәnsur fit-tәfsir vәl Mә’sur lis-Süyuti”, c. 2, sәh. 176.
TӘQİYYӘ MӘSӘLӘSİ ....................................................................................................................................... 176

“Hәzrәti-Peyğәmbәr (s) Әmmar ilә görüşәndә o ağlayırdı. Hәzrәt (s) onun gözlәrini

silәrәk belә buyurdu: “Kafirlәr sәni aparıb suya soxdular, sәn dә o sözlәri demәk

mәcburiyyәtindә qaldın. Әgәr onlar qayıtsalar, sәn o sözlәri yenidәn söylә”.1

İbni-Cәrir, ibni-Münzir, ibni Әbi-Hatәm vә Beyhәqi öz “Sünәnin”dә Әlinin

vasitәsilә ibni-Abbasın Nәhl surәsinin 106-cı ayәsinin tәfsiri haqqında belә dediyini

nәql ediblәr:

“Allah-tәala iman gәtirәndәn sonra tәzәdәn kafir olana qәzәb etdiyini vә onun üçün

böyük bir әzabın olduğunu xәbәr vermişdir. Amma әgәr bir nәfәr düşmәnindәn

qurtulmaq üçün qәlbәn müxalif olduğu halda dili ilә bә’zi şeylәr demәk

mәcburiyyәtindә qalsa, onun üçün bir günah yazılmır. Çünki Allah-tәala bәndәlәrini

qәlbәn inandıqları şeylәr haqqında sorğu-suala çәkәr”.2

İbni Әbi-Şeybә, ibni-Cәrir, ibni-Münzir vә ibni-Әbi-Hatәmin nәql etdiklәri bir

rәvayәtә görә isә Mücahid belә deyibdir:

“Bu ayә Mәkkә әhalisindәn olan bir qrup haqqında nazil olubdur. Mәdinәdә olan

bә’zi sәhabәlәr onlara belә yazmışdılar: “Hicrәt edin, siz bizim yanımıza gәlmәk üçün

hicrәt etmәdiyiniz müddәtdә biz sizi özümüzdәn saya bilmәrik”. Onlar da Mәdinәyә

getmәk üçün Mәkkәdәn çıxdıqları vaxt Qüreyş kafirlәri yolda onları tutub işgәncәyә

mә’ruz qoymuşdular. Onlar da, istәmәdiklәri halda, zahirdә kafir olduqlarını söylәmәk

mәcburiyyәtindә qalmışdılar. “Qәlbi imanla sabit olduğu halda, mәcbur edilәn şәxs

istisna olmaqla…” ayәsi dә onların haqqında nazil olmuşdu”.3

Buxarinin “Sәhih” adlı kitabının “Xalqla keçinmәk” bölmәsindә nәql etdiyi bir

rәvayәtә görә Әbi-Dәrda belә deyibdir: “Biz bir çox qövmün üzünә gülürük, amma

qәlbimiz onlara lә’nәt edir”.4

Hәlәbinin “Sirә” adlı әsәrindә isә belә bir rәvayәt vardır:

“Hәzrәti-Peyğәmbәr (s) Xeybәr qalasını fәth etdikdә Hәccac ibni-Әllat “Ey

Peyğәmbәr, mәnim Mәkkәdә mülk vә ailәm vardır. Onlara baş çәkmәk istәyirәm. Sizin

1 “әt-Tәbәqat әl-Kubra libni Sә’d”.


2 Beyhәqi, “Sünәn”.
3 “әd-Dürr әl-Mәnsur fit-tәfsir vәl Mә’sur lis-Süyuti”, c. 2, sәh. 178.
4 “Sәhih әl-Buxari”, c. 7, sәh. 102.
TӘQİYYӘ MӘSӘLӘSİ ....................................................................................................................................... 177

әleyhinizә bә’zi sözlәr demәyimә icazә verirsinizmi?”-dedi. Hәzrәt (s) isә ona istәdiyi

sözlәri demәk icazәsini verdi”.1

İmam Qәzzalının “Ehyaül-ülum” adlı kitabında isә belә yazılıbdır:

“Müsәlman qanının axıdılmasının qabağını almaq vacibdir. Әgәr zalım bir adam bir

müsәlmanın qanını axıtmaq istәsә, (onu qurtarmaq üçün) yalan danışmaq vacibdir”.

Cәlalәddin Siyuti dә “Әşbahü vәn-nәzair” adlı kitabında belә bir rәvayәt nәql

edibdir:

“Aclıqdan murdar әti yemәk vә tikәni şәraba batırmaq, yaxud mәcbur qalıb küfrlü

sözlәr demәk caizdir. Әgәr yer üzündә haram mal çoxalsa vә halal mal olduqca azalsa,

onda ehtiyac qәdәrindә haram mallardan götürmәk caizdir”.

Әbu-Bәkr Razi isә “Әhkamül-Qur’an” adlı әsәrindә Nәhl surәsinin 106-cı ayәsini

tәfsir edәrkәn belә yazmışdır: “Yә’ni canınızı, yaxud bә’zi üzvlәrinizi itirmәkdәn

qorxduğunuz tәqdirdә, qәlbәn inanmadığınız halda, onların xoşuna gәlәni söylәmәklә

özünüzü qorumağınızın heç bir eybi yoxdur. Alimlәrin әksәriyyәti dә bunu qәbul

edir”.

Qutadә dә:

...I
9  ;
P " 
tz !E
  " 
.
!B  ; %0
@ 1  8 j

H,*
“Mö’minlәr Allahın yerinә kafirlәri özlәrinә dost etmәsinlәr…” ayәsinin

tәfsirindә belә yazmışdır: “Mö’min bir şәxsin öz dinindә bir kafiri vәli etmәsi caiz

deyildir. Lakin,

...$# !: D ' 0


%H,: ;  J*6
...
“…Onlardan (kafirlәrdәn) sizә bir qorxu olmayınca…” buyurduğu yerdә isә belә

çıxır ki, tәqiyyә zamanı özünü yalandan kafir göstәrmәk caizdir”.2

Buxari “Sәhih” adlı kitabında Qüteybә ibni-Sәiddәn, o da Süfyandan, o da ibni-

Mükәndәrdәn nәql etmişdir ki, Ürvә ibni-Zübeyr Aişәnin ona belә dediyini nәql

edibdir:

1 “Sireyi-Hәlәbiyyә”, c. 3, sәh. 61.


2 Razi, “Әhkamül Qur’an”, c. 2, sәh. 10.
TӘQİYYӘ MӘSӘLӘSİ ....................................................................................................................................... 178

“Bir gün bir nәfәr Hәzrәti Peyğәmbәr (s)-dәn (görüşmәk üçün) icazә istәdi. Hәzrәt

(s) dedi: “Ona icazә verin gәlsin. O, qәbilәsinin әn pis övladıdır.” Hәmin adam Hәzrәtin

yanına gәldikdә Hәzrәt (s) onunla yumşaq bir dillә danışdı. Sonra mәn o Hәzrәtә

dedim: “Ey Peyğәmbәr bir yandan o sözü dedin, digәr yandan isә onunla belә yumşaq

tәrzdә danışdın!” O Hәzrәt (s) mәnә belә cavab verdi: “Ey Aişә, Allahın yanında әn pis

adam o adamdır ki, başqaları onun pis danışdığı üçün ondan çәkinirlәr”.”1

Tәqiyyәnin caiz olduğunu isbat etmәk üçün bu qәdәr mә’lumat kifayәtdir.

Sünnilәrin dә Qiyamәtә qәdәr tәqiyyәnin caiz olduğuna inandıqlarını gördük.

Qәzalinin sözlәrilә desәk, bә’zi yerlәrdә yalan danışmaq әslindә vacibdir, yaxud Әbu-

Bәkr Razinin e’tiraf etdiyi kimi, alimlәrin hamısı belә, e’tiqad edirlәr ki, ağır

vәziyyәtlәrdә küfrlü söz danışmaq caizdir. Buxarinin sözlәrilә desәk, zahirdә üzünә

gülüb batindә lә’nәt etmәk dә әshabın sünnәsinә zidd deyildir. “Sireyi-Hәlәbiyyә”nin

müәllifinә görә mal vә can qorxusu olduğu zaman Hәzrәti-Peyğәmbәr (s)-ә bir sıra

şeylәr nisbәt vermәk, Siyutinin fikrincә isә xalqdan qorxulduğu vaxt Allahın әmrinә

qarşı çıxmağı zәruri edәn sözlәr söylәmәk caizdir.

Elә isә sünnilәrin özlәrinin e’tiqad edib, caiz vә vacib belә, olduğunu öz “Sihah” vә

“Müsnәd”lәrindә nәql etdiklәri bir imana görә şiәlәrә e’tiraz etmәk haqları yoxdur.

Şiәlәrin bu barәdәki imanına sünnilәr dә inanırlar. Ancaq şiәlәr, Әmәvi vә Abbasi

hökumәtlәri tәrәfindәn gördüklәri zülm vә tәzyiqlәrә görә, buna daha çox әmәl etmәk

mәcburiyyәtindә qalıblar. Hәmin hökumәtlәr zamanında bir nәfәrin zalım hökmdarlar

tәrәfindәn әn ağır şәkildә öldürülmәsi üçün onun Әhli-beyt (ә)-ә olan mәhәbbәtinin

aşkar olunması kifayәt idi. Buna görә dә onlar Әhli-beyt imam (ә)-larının әmrinә uyğun

olaraq, tәqiyyә ilә әmәl etmәk mәcburiyyәtindә idilәr. İmam Sadiq әleyhissalamdan

belә bir hәdis nәql olunubdur:

T
Z!/d " 
P T
0
P A HE
H, 
“Tәqiyyә mәnim vә ata-babalarımın dinidir”.

O Hәzrәt (ә) hәmçinin belә buyurubdur:

1 “Sәhih әl-Buxari”, c. 7, sәh. 81.


TӘQİYYӘ MӘSӘLӘSİ ....................................................................................................................................... 179

I  " 
P* I  A HE
: * " 
“Tәqiyyәsi olmayanın dini dә olmaz”.

Tәqiyyә Әhli-beyt imam (ә)-larının tәhlükәni özlәrindәn vә ya dostlarından

uzaqlaşdırmaq, canlarını qorumaq vә e’tiqadlarına görә Әmmar Yasirin mә’ruz qaldığı

işgәncәdәn daha ağır işgәncәyә mә’ruz qalan mö’minlәri qurtarmaq üçün istifadә

etdiklәri bir silahdır. Amma sünnilәr belә mәsәlәlәr ilә heç zaman qarşılaşmayıblar.

Çünki onlar ümumiyyәtlә başdakı hökmdarlarla keçiniblәr. Yә’ni heç kim sünni

mәzhәbinә inandığı üçün zalım hökmdarlar tәrәfindәn sorğu-suala çәkilmәyib, vә

tәhdid, işgәncә vә bu kimi şeylәrdәn uzaq qalıbdır. Buna görә dә onların tәqiyyәni rәdd

edib, ona әmәl edәnlәrә dә e’tiraz etmәlәri heç dә tәәccüblәndirici deyildir. Әmәvi vә

Abbasi hökmdarlarının da şiәlәri bu sәngәrlәrindәn çıxarmaq üçün onlara bu e’tiqada

görә istehza etmәsi dә tәbiidir.

Amma Allah-tәalanın özü Qur’anda bunu әmr edib vә tәqiyyәnin, tabe olunması

zәruri olan bir hökm olduğunu qeyd edibdir. “Sәhih әl-Buxari”-dәn nәql etdiyim kimi

Hәzrәti Peyğәmbәr (s)-in özü dә bununla әmәl edib vә Әmmara kafirlәr yenidәn

işgәncә verdiklәri tәqdirdә küfürlü sözlәr demәk, hәtta özünә yaman demәk icazәsini

vermişdi. İslam alimlәrinin dә Qur’an vә sünnә işığında buna icazә verdiklәrinә görә

bu e’tiqad üçün şiәlәri tәnqid etmәk mә’nasızdır.

Hәzrәti Әli әleyhissalama lә’nәt etmәkdәn boyun qaçıran hәr kәsi öldürәn Müaviyә,

Yezid, ibni-Ziyad, Hәccac, Әbdülmәlik ibni-Mәrvan vә bu kimi zalım hökmdarların

zamanında böyük sәhabәlәr tәqiyyә ediblәr. Әgәr sәhabәlәrin tәqiyyә etmәsindәn

nümunәlәr qeyd etmәk istәsәk, onda ayrı bir kitab yazmaq lazım olar. Zәnn edirәm ki,

sünnilәrin öz kitablarından bu mәsәlә barәsindә nәql etdiyim dәlillәr kifayәtdir.

Burada mәnimlә bir sünni alim arasında keçәn maraqlı bir әhvalatı danışmaq

istәyirәm. Hәmin alimlә tәyyarәdә tanış olmuşdum. İkimiz dә İngiltәrәdә tәşkil olunan

bir islami konfransa dә’vәt olunmuşduq. Tәyyarәdә keçәn iki saat әrzindә şiә vә

sünnilik haqqında danışdıq. O, islam birliyinin tәrәfdarı idi, buna görә dә mәnim

xoşuma gәlmişdi. Amma “şiәlәrin islam birliyini zәdәlәyәn bә’zi e’tiqadlarını artıq

buraxmalarının zәruri olduğu” haqqındakı sözlәri mәnә ağır gәldi. Ondan “Mәsәlәn
TӘQİYYӘ MӘSӘLӘSİ ....................................................................................................................................... 180

hansı e’tiqadlar?”-deyә soruşdum. Tez “Mәsәlәn müt’ә vә tәqiyyә”-deyә cavab verdi.

Onu müt’әnin şәriәtә uyğun müvәqqәti bir evlilik, tәqiyyәnin isә ilahi bir icazә olduğu

barәdә qane etmәyә çalışsam da, zәhmәtimin heç bir faydası olmadı. O belә deyirdi:

“Bu sözlәrinin hamısı haqdır, amma daha әhәmiyyәtli bir mәslәhәtә sahib olan İslam

birliyindәn ötrü artıq bunları buraxmaq lazımdır”. Mәn İslam birliyinin hәyata keçmәsi

üçün Allahın hökmlәrindәn bir qisminii tәrk olunmasının zәruri olduğunu müdafiә

edәn bu mәntiqdәn heyrәtlәnmişdim. Amma yenә dә zarafatla ona dedim: “Әgәr İslam

birliyi bununla hәyata keçә bilsә, buna riayәt edәn birinci adam mәn olaram”.

London aeroportunda endik. Mәn onun dalınca gedirdim. Aeroportdakı polis

İngiltәrәyә nәyә görә gәldiyini soruşdu. O da: “müalicә üçün gәlmişәm”-dedi. Mәn isә:

“dostlarımı görmәyә gәlmişәm”-dedim. Belәcә heç bir çәtinliklә qarşılaşmadan oradan

keçdik vә mәn yavaşca dostuma dedim: “tәqiyyәnin faydalı bir hökm olduğunu

gördünmü?” Dostum “Necә?” –dedi. Mәn belә cavab verdim: “İkimiz dә polisә yalan

dedik. Mәn dostlarımı görmәyә gәldiyimi söylәmәklә, sәn dә müalicә üçün gәldiyini

söylәmәklә yalan danışdıq. Halbuki biz konfransda iştirak etmәk üçün gәlmişik”.

Dostum onun yalan danışdığını bildiyimi başa düşәn kimi, gülәrәk dedi: “İslam

konfranslarında nәfslәrimizi müalicә etmirikmi?” Mәn dә gülә-gülә dedim: “Hәlә

dostlarımızla da görüşürük”.

Yenidәn әsl mәsәlәyә qayıdaq. Tәqiyyә sünnilәrin iddia etdiyi kimi bir növ

münafiqlik deyildir. Әksinә, tәqiyyә imanın özüdür. Çünki münafiqlik özünü zahirdә

imanlı göstәrmәk, batindә isә kafir olmaq demәkdir. Halbuki tәqiyyә imanı gizlәdәrәk

küfrü, yaxud inanmadığı başqa bir e’tiqadı dillә izhar etmәkdir. Bu ikisinin arasında

çox böyük bir fәrq vardır.

Allah-tәala münafiqlik haqqında belә buyurur:

; %Zp
' ,
  " C
  !1H
D B L  !H
% !& D '
0
E
h!E 3 
%4 W
 [!H0 d % !& %0 d " 
8 9 %  W

“İman gәtirәnlәrlә görüşdükdә “İman gәtirdik”-deyәrlәr. Şeytanları ilә yalnız

qaldıqda isә “Biz sizinlәyik, biz ancaq lağa qoyuruq”.” (Bәqәrә surәsi, 14-cü ayә)

Belәliklә, aşkar iman + batini küfr (kafirlik) = nifaq (münafiqlik)

Tәqiyyә haqqında isә belә buyurur:


TӘQİYYӘ MӘSӘLӘSİ ....................................................................................................................................... 181

… I !œ
 D ,B  ; %   .
2
d " 
F"
@  b?  2 !&
“Vә Fir’on ailәsindәn olan vә imanını gizlәdәn bir mö’min dedi…” (Ğafir surәsi,

28-ci ayә)

Belәliklә, aşkar küfr + batini iman = tәqiyyә

Demәk zahirdә küfrü (kafirliyi) göstәrib, imanı gizlәtmәk tәqiyyәdir. Fir’on

ailәsindәn olan mö’min adam imanını gizlәdir. Xalqın qarşısında Fir’onun dinindә

olduğunu söylәyir, imanını isә Allahdan başqa hamıdan gizlәdir. Buna görә dә Allah-

tәala onun Allah dәrgahında yüksәk mәqama sahib olduğunu göstәrmәk üçün

kitabında onu yad etmişdir.

Ey әziz oxucu, artıq bu kimi iftiralara inanmamağın üçün şiә mәzhәbinin tәqiyyә

haqqındakı e’tiqadlarını onların öz kitablarından nәql edirәm.

Şeyx Mәhәmmәd Müzәffәr “Әqaidül-imamiyyә” adlı kitabında bu mövzu barәdә

belә yazıbdır:

“Tәqiyyәnin hökmü zәrәr-ziyan qorxusuna görә dәyişә bilәr. Tәqiyyә hәr yerdә vә

hәr vәziyyәtdә vacib olmaz. Tәqiyyә bә’zәn caiz hökmünü alır. Bә’zәn dә tәqiyyә

etmәmәk vacib olur. Misal üçün әgәr haqqı aşkar etmәk dinә yardım, islama xidmәt

etmәk vә islam yolunda cihad sayılsa, belә hallarda, malı vә canı fәda etmәk belә,

yerinә düşür. Bә’zәn tәqiyyә etmәk haram olur. Mәsәlәn, әgәr tәqiyyә etmәk güclü bir

nәfsin öldürülmәsinә, batilin genişlәnmәsinә, dindә fәsad çıxmasına, müsәlmanlara

әhәmiyyәtli bir zәrәrin dәymәsinә ya da onların azğınlığa düşüb zülm vә tәcavüzün

çoxalmasına sәbәb olursa, onda tәqiyyә haramdır”.

Sözün qısası, hәqiqәti qәbul etmәk istәmәyәn bir sıra şiә düşmәnlәrinin söylәdiyi

kimi şiә mәzhәbinә görә tәqiyyәnin mә’nası nә gizli bir tәxribatçı tәşkilat yaratmaq, nә

dә din vә dini hökmlәri gizli sinflәrә çevirmәkdir. Bu necә ola bilәr? Mәgәr

görmürsünüz ki, şiә alimlәrinin dini hökm, fiqh, inam vz kәlam sahәlәrindә yazdıqları

kitablar dünyanın hәr yerindә yayılıbdır?

Göründüyü kimi tәqiyyәdә hәr hansı nifaq aldatmaq, yalan vә hiylә yoxdur. Әksinә,

dinin gәtirdiyi bir hökmdür.


MÜT’Ә VӘ YAXUD MÜVӘQQӘTİ EVLİLİK ........................................................................................... 182

MÜT’Ә VӘ YAXUD MÜVӘQQӘTİ EVLİLİK

Müt’ә vә yaxud müvәqqәti evlilik qabaqcadan tә’yin olunmuş bir müddәti olan

evlilikdir. Bu cürә evlәnmәdә dә daimi evlilik kimi, icab vә qәbuldan ibarәt olan

müәyyәn bir kәbin kәsilmәlidir. Yә’ni arvad bir kәbin qarşılığında tә’yin olunmuş

müәyyәn müddәt üçün әrә getmәsi mә’nasında olan aşağıdakı әqdi oxuyandan sonra

kişinin onu qәbul etdiyi mә’nasında olan qәbul әqdini oxuması lazımdır.

Arvad belә deyәr:

]
%L 1  “
Q1 !
/ A
 %L 1  $
H1 
. T
  „
 ,L H,

]
%L 1  “
Q1 !
/ A
 %L 1  $
H1  T
. T
  „
 ,? Hx
“Mәttә’tükә nәfsi filmüddәtil-mә’lumәti bil-mәblәğil-mә’lum. Zәvvәctükә nәfsi

filmüddәtil-mә’lumәti bil-mәblәğil-mә’lum”.

Kişi dә belә deyәr:

]
%L 1  “
Q1 !
/ A
 %L 1  $
H1  T
. T
 0
` E
,1 H,  U
  Q
&

]
%L 1  “
Q1 !
/ A
 %L 1  $
H1 
. ~ 
p ,  U
  Q
&
“Qәbiltüt-tәmti’ә linәfsi filmüddәtil-mә’lumәti bil-mәblәğil-mә’lum. Qәbiltüt-

tәzvicә filmüddәtil-mә’lumәti bil-mәblәğil-mә’lum”.

Bu cür evlәnmәnin kәbin, müddәtin bәlli olması, arvadın әri olmaması, iddә

müddәtinin qurtarması vә s. şәraiti vardır ki, şiә mәzhәbinin fiqhi kitablarında da

yazılıbdır. İstәyәnlәr hәmin kitablara baxa bilәrlәr.

Müt’ә şәklindә әrә gedәn arvad kәbindә müәyyәn olunmuş müddәt qurtarandan

sonra iki aybaşı, әri öldüyü zaman isә dörd ay on gün iddә saxlamalıdır. Müvәqqәti

evlilikdә nәfәqә vә irs yoxdur, lakin hәmin evlәnmә nәticәsindә әgәr bir uşaq dünyaya

gәlsә, hәmin uşaq irs vә nәfәqә haqqı olmaqla bütün maddi vә mә’nәvi haqlarda da

daimi evlәnmә nәticәsindә dünyaya gәlәn uşaq kimidir. O da atasına tabedir. Müt’ә,

yaxud müvәqqәti evlәnmәnin ümumi şәrait vә çәrçivәsi yuxarıda qeyd etdiklәrimizdәn


MÜT’Ә VӘ YAXUD MÜVӘQQӘTİ EVLİLİK ........................................................................................... 183

ibarәtdir. Göründüyü kimn bә’zi adamların iddia etdiyinii әksinә müt’әnin zina ilә heç

bir yaxınlığı yoxdur.

Sünnilәr dә, şiә qardaşları kimi, müvәqqәti evlәnmәnin әslinin Nisa surәsinin 24-cü

ayәsindә tәşri’(şәriәt hökmlәrinә daxil) olunduğuna inanırlar. Allah-tәala hәmin ayәdә

belә buyurur:

[
A)
 
  
L / " 
I
/
D ,E=
  : !1E
. D B E
 !0? *  A# )
 
. H"5  %?M H"5 %: N . H"' 0
I
/
D ,L ,1 ,O !1....

!G1E
B !1G E
 ; !- I 9  ;9 

“…Qadınlardan biri ilә istәyәrәk, öz malınızdan kәbin verib, zina etmәdәn

evlәnsәniz, sizә halaldır. Faydalandığınız qadınların kәbinlәrini vermәyiniz

vacibdir. Vә müәyyәn kәbindәn sonra ikinizin dә razı olduğunuz bir şeyi qәbul

etmәyinizdә heç bir günah yoxdur. Şübhәsiz Allah bilәn vә hikmәt sahibidir”.

Hәm şiәlәr, hәm dә sünnilәr Hәzrәti Peyğәmbәr (s)-in bu cür evlәnmәyә icazә

verdiyi vә o Hәzrәtin zamanında müvәqqәti evlәnmәnin mövcud olduğu barәdә

hәmfikirdirlәr. Şiәlәrlә sunnilәr arasında mövcud olan ixtilaflar bu cür evlәnmәnin nәsx

olub, yoxsa olmadığı haqqındadır. Sünnilәrin e’tiqadına görә bu hökm nәsx vә

müvәqqәti evlәnmә haram olunubdur; bunu nәsx edәn isә Qur’an deyil, Peyğәmbәrin

sünnәsidir. Lakin şiәlәrin e’tiqadına görә hәmin hökm nәsx olunmayıb vә müt’ә

qiyamәtә kimi halaldır. Demәk ixtilaf yuxarıda qeyd etdiyimiz ayәnin nәsx olunması,

yoxsa olunmaması barәdәdir. Hәqiqәti tapmaq üçün heç bir hissiyyat vә tәәssübә

qapılmadan hәr iki mәzhәbin dә sözlәrini araşdırmaq lazımdır.

Hәmin ayәnin nәsx olunmayıb qiyamatә qәdәr müt’әnin halal olduğunu irәli sürәn

şiә mәzhәbinin dәlili bundan ibarәtdir:

“Hәzrәti Peyğәmbәr (s)-in müt’әni qadağan etmәsi bizә isbat olunmayıb. Әhli-beyt

imam (ә)-ları da hәmin hökmün qüvvәdә olduğunu buyurublar. Әgәr Hәzrәti

Peyğәmbәr (s) Allahın kitabında mövcud olan bu hökmü nәsx etsәydi bunu hamıdan

qabaq Hәzrәti Әli (ә) başda olmaqla Әhli-beyt imam (ә)-ları bilәrdilәr. Çünki onlar

Peyğәmbәr (s)-in irs qoyduğu iki dәyәrli әmanәtdәn biridirlәr. Әsas mәsәlә bundan

ibarәtdir ki, sünni alimlәrin dә şahidlik etdiyi kimi, Allahıi kitabında sabit olan müt’ә
MÜT’Ә VӘ YAXUD MÜVӘQQӘTİ EVLİLİK ........................................................................................... 184

hökmünü qadağan edәn ikinci xәlifә Ömәr olub. O, öz ictihadına әsaslanaraq bu işi

görübdür. Biz isә Ömәrin şәxsi ictihadına görә ilahi bir hökmü buraxmarıq”.

Şiәlәrin bu sözlәri doğru vә haqdır. Çünki müsәlmanın borcu Allah vә Peyğәmbәr

(s)-in hökmlәrinә tabe olmaqdır vә başqa adamlar nә vәzifәdә olursa olsun, fәrq etmәz,

Qur’an vә sünnәdәn qabağa keçә bilmәzlәr.

Sünnilәrә gәldikdә isә, onlar müvәqtәti evlәnmәnin Qur’anda halal oduğunu,

Peyğәmbәr (s)-in buna izn verdiyini vә sәhabәnin dә buna әmәl etdiklәrini bildiklәri

halda müt’әnin daha sonra nәsx edildiyini irәli sürüblәr, amma nәsx (lәğv) edәnin kim

olduğu barәdә ixtilafa düşüblәr. Bә’zilәri Hәzrәti-Peyğәmbәr (s)-in vәfatından qabaq,

onu nәsx etdiyini iddia edir, bә’zilәri dә Ömәrin onu qadağan etdiyini irәli sürür vә

Ömәrin sözünün dә höccәt olduğunu iddia edirlәr. Çünki Hәzrәti Peyğәmbәr (s)-dәn

nәql etdiklәri bir hәdisdә belә deyilibdir:

8
?
%‘0 !
/ !'E %_) q
L / " 

H  t
!j
  A
H0O  T
,H0
 /
D B E
“Mәnim vә mәndәn sonra hidayәtedici xәlifәlәrin sünnәsinә sarılın vә onu dişlәrinizlә bәrk

tutun”.

Ömәrin sözlәrinin dә hәyata keçirilmәsi zәruri olan bir sünnә olduğunu iddia

edәrәk Ömәrin qadağan etmәsinә әsaslanıb müt’әni haram bilәn sünnilәrin e’tiqadına

bir sözümüz yoxdur. Çünki bu yalnız bir tәәssüb vә mәcburiyyәtdәn başqa bir şey

deyildir. Axı müsәlman bir şәxs necә bә’zәn sәhv edib, bә’zәn dә doğru söylәyәn bir

müctehidin sözünә әsaslanaraq Allah vә Peyğәmbәrin sözünü buraxa bilәr? Bu mövqe

Kitab vә sünnәdә aşkar bir nәss olmadığı tәqdirdә qәbul oluna bilәr. Lakin aşkar bir

nәssin mövcud olduğu tәqdirdә heç kәsin seçmәk haqqı yoxdur. Allah-tәala Әhzab

surәsinin 36-cı ayәsindә belә buyurur:

‚
z £

L  "   D 5

 M " 
$  Ej

 D '  ; %B ; M # M I %O  ‚
u  )& W6
A+ 0
@  *  "+ 
@ 1
; !- !

!#0E
Q *# a
= 9 =
   . I %O 
“Allah ve Peyğәmbәri bir işi hökm etdiyi zaman heç bir mö’min kişiyә vә qadına

öz işlәrindә başqa yol seçmәk yaraşmaz. Allah vә Onun Peyğәmbәrinә asi olan şәxs,

şübhәsiz ki, haqq yolundan açıq-aydın şәkildә azmışdır”.


MÜT’Ә VӘ YAXUD MÜVӘQQӘTİ EVLİLİK ........................................................................................... 185

Bu haqda mәnimlә hәmfikir olmayan şәxs islam şәriәti haqqında mә’lumatını

tәkmillәşdirmәli vә Qur’an ilә sünnәni öyrәnmәlidir. Qur’ani-Kәrim yuxarıda qeyd

etdiyimiz ayәdә mәsәlәni әn yaxşı şәkildә izah etmişdir. Qur’an vә Peyğәmbәrin

sünnәsinә sarılmayanların azdığını göstәrәn bir çox ayә vardır.

Peyğәmbәrin sünnәsindәn olan dәlillәrә gәldikdә isә, qeyd etmәk lazımdır ki,

burada da dәlillәr çoxdur. Burada yalnız Hәzrәti Peyğәmbәr (s)-in bu sözü ilә

kifayәtlәnirik:

A
 !E
 ]
%   
F]  I     A
 !E
 ]
%   
b2a
  + H1C
  2 a
 
“Mәhәmmәdin halalı qiyamәt gününә qәdәr halaldır. Haramı da qiyamәt gününә qәdәr

haramdır”.

Buna görә dә heç kәsin Allah ya Peyğәmbәrin tәrәfindәn açıq-aşkar bir nәsslә halal,

yaxud haram olan bir şeyi halal, ya haram etmәyә haqqı yoxdur.

Xülәfayi-raşidinin işlәri vә ictihadlarının bizim üçün hәyata keçirilmәsi lazım olan

hökmlәr olduğuna inanan vә bizi dә inandırmaq istәyәn şәxslәrә Bәqәrә surәsinin 139-

cu ayәsini cavab olaraq söylәmәkdәn başqa çarәmiz yoxdur:

; %e
j
  I  " C
  D B !1 M D B  !0 !1 M !0  D B _/  !0_/ % 5  ‚

 T
. !0%_?!C:M
“De ki: Siz Allah barәsindә bizimlә mübahisә edirsinizmi? Halbuki, O hәm sizin,

hәm dә bizim Rәbbimizdir. Sizin әmәllәriniz sizә, bizim әmәllәrimiz isә bizә aiddir.

Ona sadiq olan bizik”.

Biz burada yalnız bu hökmün Peyğәmbәr (s) tәrәfindәn lәğv olunduğuna, yә’ni

sünnәnin Qur’anı nәsx etdiyinә inananlara xitab edirik. Müslim öz “Sәhih” adlı

kitabında Hәzrәti Peyğәmbәr (s)-in müt’әni nәsx etdiyini nәql etsә dә, bu qrupun

sözlәri ziddiyyәtlidir vә doğru-düzgün bir dәlilә әsaslanmır. Çünki әgәr bu hökmü

nәsx etmiş olsaydı, onda Әbu-Bәkrin zamanında vә Ömәrin xәlifә olduğu dövrün bir

qismindә müsәlmanlar arasında müt’әyә әmәl olunmazdı.1 Başqa sözlә desәk, әgәr

Peyğәmbәr (s) müvәqqәti evlәnmәni qadağan etmiş olsaydı, o Hәzrәtdәn sonra

müvәqqәti evlәnәn sәhabәlәr dә bu qadağanı bilmәli idilәr.

1 “Sәhih Müslüm”, c. 4, sәh. 158.


MÜT’Ә VӘ YAXUD MÜVӘQQӘTİ EVLİLİK ........................................................................................... 186

Әta belә deyir: “Cabir ibni-Abdullah Ömәrin yanından qayıtmışdı. Onu görmәyә

getdik. Dostlarım ona bir neçә sual verdilәr vә söz gәlib müt’әyә çatdı. Cabir dedi:

“Bәli, biz hәm Peyğәmbәr zamanında, hәm dә Әbu-Bәkr ilә Ömәr zamanında müt’әyә

әmәl edәrdik”.” Demәk әgәr Hәzrәti-Peyğәmbәr (s) müt’әni qadağan etmişdisә, onda

sәhabәlәri Әbu-Bәkr vә Ömәr zamanında müt’әyә әmәl edә bilmәzdilәr. Hәqiqәt

bundan ibarәtdir ki, Hәzrәti Peyğәmbәr (s) müt’әni qadağan vә haram etmәyibdir vә

“Sәhih әl-Buxari”nin dә qeyd etdiyi kimi Ömәrin zamanında qadağan olubdur.

Müsәddәdin Yәhyadan, o da İmran Әbu-Bәkrdәn, o da Әbu-Rәcadan, o da İmran

ibni-Hüseyndәn belә bir rәvayәt nәql etmişdir: “Müt’ә ayәsi Allahın kitabında vardır.

Biz dә Peyğәmbәrlә birlikdә ona әmәl etdik. Qur’an onu haram etmәdi, Hәzrәti

Peyğәmbәr (s) dә onu qadağan etmәdi. Sonra birisi çıxıb bu barәdә öz әqidәsinә görә

istәdiyini söylәdi. Hәmin şәxsin Ömәr olduğu irәli sürülür”.1

Әziz oxucu! Görürsәn ki, sәhabәnin dә aşkar şәkildә bәyan etdiyi kimi, Hәzrәti

Peyğәmbәr (s) müt’әni lәğv etmәyibdir. Bu sәhabә, Ömәrin müt’әni haram etmәsini dә

bәyan etmәkdәn çәkinmir.

Cabir ibni-Abdullah Әl-Әnsari isә belә deyir: “Ömәr Әmr ibni-Hüreys hadisәsindә

müt’әni qadağan edәnә kimi Hәzrәti Peyğәmbәr (s) vә Әbu-Bәkrin zamanında bir ovuc

xurma vә un qarşılığında müt’ә edirdik”.2

Sәhabәlәrdәn bә’zilәri dә Ömәrlә hәmfikir idilәr. Bu heç dә tәәccüblәndirici

deyildir. Çünki “cümәaxşamı faciәsi” hadisәsindә nәql etdiyim kimi sәhabәlәrdәn

bә’zilәri, Ömәr Hәzrәti Peyğәmbәr (s) haqqında “Sayıqlayır, bizim üçün Allahın kitabı

kifayәtdir”-dediyi zaman onunla hәmfikir idilәr. Belә olduğu halda nәyә görә hәmin

ictihadda onu himayә etmәsinlәr?

Hәmin sәhabәlәrdәn biri belә deyir: “Mәn Cabir ibni-Abdullahın yanındaydım. Bir

nәfәr gәlib ona ibni-Abbas ilә ibni-Zubeyrin arasında iki müt’ә (hәcc müt’әsi ilә

qadınların müt’әsi) haqqında ixtilaf yarandığını xәbәr verdi. Cabir belә dedi: “Ömәr

onları qadağan etdikdәn sonra biz dә artıq onlara әmәl etmәdik”.”3

1 “Sәhihi-Buxari”, c. 5, sәh. 158.


2 “Sәhih Müslüm”, c. 4, sәh. 131.
3 “Sәhih Müslüm”, c. 4, sәh. 131.
MÜT’Ә VӘ YAXUD MÜVӘQQӘTİ EVLİLİK ........................................................................................... 187

Buna görә mәnә elә gәlir ki, sәhabәlәrdәn bә’zilәri Ömәrin mövqeyini

möhkәmlәtmәk vә ona qarşı baş verә bilәn e’tirazların qabağını almaq üçün Hәzrәti

Peyğәmbәr (s)-in müt’әni qadağan etdiyini iddia ediblәr. Çünki Hәzrәti Peyğәmbәr (s)

Qur’anın halal etdiyi bir şeyi әsla haram etmәz. Necә ki, biz İslam hökmlәri arasında elә

bir hökm görmürük ki, Allah halal, Peyğәmbәr isә haram etmiş olsun. Hәtta әgәr fәrz

etsәk ki, Hәzrәti Peyğәmbәr (s) müt’әni haram etmişdir, onda o Hәzrәtin yaxın adamı

olan vә dini hökmlәri hamıdan yaxşı bilәn Hәzrәti Әli (ә) bunun әksini söylәmәzdi.

Hәzrәti Әli (ә) belә buyurur:

‡T
 *9 
!x !  1  3 '  * %  [ v P !Q
!'/
I 9  D 
 bA1   A L ,1  ;9 

“Müt’ә Allahın öz bәndәlәrinә bәxş etdiyi bir rәhmәtdir. Әgәr Ömәr onu qadağan etmәsәydi,

cinayәtkarlardan başqa heç kim zina etmәzdi”.1

Bundan әlavә Ömәrin özü dә Hәzrәti Peyğәmbәr (s)-in müt’әni qadağan etdiyini

iddia etmәyib vә açıq-aşkar belә e’lan etmişdir: “İki müt’ә Peyğәmbәrin zamanında

halal idi. Man bu iki müt’әni qadağan edirәm vә onlara әmәl edәnlәri

cәzalandıracağam. Bu iki müt’ә hәcc müt’әsi ilә qadınların müt’әsidir”.2

İmam Әhmәd ibni-Hәnbәlin yazdığı “Müsnәd” adlı kitabı sünnilәrin arasında müt’ә

haqqında ixtilaf olduğunu açıqca göstәrir, bә’zilәri Peyğәmbәrә tabe olub müt’әni halal

bilirlәr; bә’zilәri isә Ömәrә tabe olub müt’әni haram sanırlar.

Әhmәd ibni-Hәnbәlin nәql etdiyi bir hәdisә görә “ibni-Abbas deyir: “Allahın

Peyğәmbәri müt’ә etdi”. Ürvә ibni-Zübeyr isә deyir: “Әbu-Bәkr ilә Ömәr müt’әni

qadağan ediblәr”. Bunu eşidәn ibni-Abbas narahat olub belә dedi: “Bu kişi nә deyir”.

Bir nәfәr dedi: “Deyir ki, Әbu-Bәkr ilә Ömәr müt’әni qadağan ediblәr”. İbni-Abbas isә

dedi: “Yaxında bu qövmün hәlak olacağını görәcәyәm. Mәn “Peyğәmbәr dedi”-

deyirәm, onlar isә “Әbu-Bәkr ilә Ömәr dedilәr”-deyirlәr”.”3

Sünnilәr qadınların müt’әsindә Ömәrә tabe olsalar da, hәcc müt’әsindә onun

qadağan etmәsinә müxalif oldular. Halbuki, qabaqca da qeyd etdiyimiz kimi Ömәr hәr

1 Sә’lәbi, “Tәfsir әl-Kәbir”; Tәbәri, “Tәfsir әl-Kәbir” müt’ә ayәsinin tәfsiri bölmәsi.
2 Fәxri-Razi, “Tәfsir әl-Kәbir”.
3 “Müsnәdu Әhmәd ibni-Hәnbәl”, c. 1, sәh. 337
MÜT’Ә VӘ YAXUD MÜVӘQQӘTİ EVLİLİK ........................................................................................... 188

iki müt’әni qadağan etmişdir. Burada әhәmiyyәtli olan bundan ibarәtdir ki, Әhli-beyt

imam (ә)-larının Ömәrlә müxalif olaraq hәr iki müt’әnin qiyamәtә qәdәr halal

olduğunu bildirmәlәridir. Sünni alimlәrdәn bә’zilәri dә onlara tabe olub hәr iki

müt’әnin halal olduğunu qәbul ediblәr. Hәmin alimlәrdәn biri Әz-Zeytuni

Universitetinin direktoru tunisli alim Şeyx Tahir ibni-Aşurdur ki, yazdığı tәfsir

kitabında “Faydalandığınız qadınların kәbinlәrini vermәyiniz vacibdir” ayәsini tәfsir

edәrkәn müt’әnin halal olduğunu qeyd edibdir.1

Bәli, alimlәr vә fәqihlәr öz e’tiqadlarını bәyan etmәkdә azad olmalı, hissiyyat vә

tәәssübә qapılmamalı va Allah yolunda hәrәkәt etdiklәrindә onları qınayanlardan

qorxmamalıdırlar.

Bu qısa bәhsdәn sonra güman edirәm ki, sünnilәrin müt’әnin halal olunması barәdә

şiәlәrә e’tiraz etmәlәrinin dәlilsiz olduğu sübuta yetirilmişdir. Bütün müsәlmanlar

Hәzrәti-Әli әleyhissalamın bu sözlәrini yadda saxlamalıdırlar: “Müt’ә Allahın öz

bәndәlәrinә bәxş etdiyi bir rәhmәtdir”.

Doğrudan da hansı rәhmәt bundan daha әhәmiyyәtli ola bilәr? Çünki müt’ә insanı,

istәr kişi olsun, istәr arvad, yırtıcı heyvana çevirәn ehtiras alovunu söndürәr.

Nәhayәt, başda gәnclәr olmaqla bütün müsәlmanlar bilmәlidirlәr ki, Allah-tәala

zina edәnin cәzasını bә’zi hallarda şallaqlanmaq, bә’zi hallarda isә daşqalaq olunaraq

öldürülmәk tә’yin etmişdir. İnsanları vә onların nәfsani istәklәrini yaradan da Allahdır.

Buna görә dә rәhmәt yolunu açmadan onlara ağır cәzalar tә’yin etmәz. Buna görә dә

Rәhman vә Rәhim olan Allah öz bәndәlәrinә rәhm edәrәk müt’әni halal etmişdir ki,

cinayәtkarlardan başqa heç kәs zina etmәsin. Necә ki, oğrunun әlinin kәsilmәsini әmr

edibdir, lakin digәr tәrәfdәn dә yoxsul vә möhtac adamların ehtiyaclarının

beytülmaldan tә’min olunmasını da әmr edibdir ki, cinayәtkarlardan başqa heç kәs

oğurluq etmәsin.

1 Tahir ibni-Aşur, “Әt-tәhrirü vәt-tәnvir”, c. 3, sәh. 5.


QUR’ANIN TӘHRİF OLUNMASI MӘSӘLӘSİ ......................................................................................... 189

QUR’ANIN TӘHRİF OLUNMASI MӘSӘLӘSİ

Qur’anın tәhrif olunduğunu iddia stmәk heç bir müsәlmanın tәrәfindәn qәbul oluna

bilmәyәn çirkin bir iddiadır. Çünki Allah-tәalanın özü Qur’anı qoruduğunu qeyd

etmişdir:

; %\.
!C  I  !s
  - 78  !0 Hp " C
  !H

“Qur’anı biz nazil etdik, biz dә onu qoruyuruq”. (Hicr surәsi, 9-cu ayә)

Demәk, heç kim Qur’anın bir hәrfini belә azaldıb çoxalda bilmәz. Qur’an Hәzrәti

Peyğәmbәr (s)-in әbәdi mö’cüzәsidir ki, hikmәt sahibi Allah tәrәfindәn nazil olub vә

heç bir batil ona yol tapa bilmәz.

Hәqiqәt bundan ibarәtdir ki, Qur’anı tәhrif etmәk qeyri-mümkündür. Çünki qeyd

etdiyimiz dәlillәrdәn başqa, sәhabәlәrin çoxu Qur’anı әzbәr bilir, onu әzbәrlәmәkdә

bir-birlәrilә yarışırdılar vә onların dövründәn e’tibarәn bu günә qәdәr uşaqlara Qur’an

әzbәrlәtmәk әn’әnәyә çevrilibdir. Buna görә dә heç bir şәxs, qrup, yaxud dövlәt Qur’anı

tәhrif etmәyә qadir deyildir.

Әgәr cәnubdan şimala qәdәr vә qәrbdәn şәrqә qәdәr bütün dünyanı gәzsәk hәr

yerdә Qur’anın eyni olduğunu vә heç bir artıq, yaxud әksiyi olmadığını görәrik.

Müsәlmanlar ayrı-ayrı mәzhәblәrә bölünsәlәr dә Qur’ani-Kәrim onların hamısını bir

yerә cәmlәşdirәn möhkәm bir әsasdır. İslam ümmәti arasında Qur’an haqqında heç bir

ixtilaf yoxdur; ixtilaflar ancaq Qur’anın tәfsiri vә mә’nası barәdәdir.

Şiәlәrin Qur’anı tәhrif etdiklәrini iddia etmәk әsassız bir töhmәtdәn başqa bir şey

deyildir. Şiә e’tiqadları arasında belә bir şey yoxdur. Şiәlәrin Qur’anla әlaqәdar

e’tiqadlarını oxuduğumuz zaman şiә alimlәrinin Qur’ani-Kәrimin hәr cürә tәhrifdәn

uzaq olduğuna inandıqlarını görürük. “Әqaidül-imamiyyә” kitabının müәllifi Şeyx

Müzәffәr bu haqda belә deyir:

“Biz inanırıq ki, Qur’ani-Kәrim Allah-tәala tәrәfindәn Peyğәmbәr (s)-in dilinә nazil

olunan vәhydәn ibarәtdir vә onda hәr şey bәyan olubdur. O, bәlağәt, fәsahәt vә ehtiva

etdiyi üstün mә’rifәt vә hәqiqәtlәr baxımından bütün insanları (onun kimi bir söz ifadә

etmәkdә) aciz qoyan Peyğәmbәrin әbәdi mö’cüzәsidir. Onda heç bir dәyişdirmә vә
QUR’ANIN TӘHRİF OLUNMASI MӘSӘLӘSİ ......................................................................................... 190

tәhrif ola bilmәz. Bu gün әlimizdә olan vә oxuduğumuz Qur’an Hәzrәti Peyğәmbәr (s)-

ә nazil olan Qur’anın özüdür. Bunun әksini iddia edәn şәxs ya ağlını әldәn veribdir, ya

da hiylә vә oyun dalıncadır. Çünki bu iddia hәqiqәt vә hidayәtdәn uzaqdır. Qur’an nә

önündәn, nә dә sonundan batilin ona yol tapa bilmәdiyi Allahın kitabıdır”.

Bundan әlavә şiәlәrin yaşadığı mәntәqәlәr vә onların fiqhi hökmlәri mә’lumdur vә

әgәr bu Qur’andan başqa bir Qur’anları olsaydı xalq ondan xәbәrdar olardı.

Heç yadımdan çıxmaz ki, birinci dәfә şiәlәrin mәntәqәsinә getdiyim zaman bu kimi

şayiәlәrin tә’siri altında olduğum üçün hәr yerdә qalın bir kitab görәndә tez götürüb

baxırdım ki, bәlkә bu xәyali Qur’anı tapım. Amma çox keçmәdi ki, bu xәyal әriyib getdi

vә başa düşdüm ki, bu, xalq arasında şiәlәrә qarşı nifrәt hissi oyatmaq üçün onlara

vurulmuş töhmәtdәn başqa bir şey deyildir. Amma yenә dә şiәlәri ittiham etmәk vәsaiti

olaraq 1320-ci hicri ilindә vәfat edәn Mәhәmmәdtağı Nurinin yazdığı vә Qur’anın tәhrif

olunduğunu iddia edәn “Fәslül-Xitab fi İsbati Tәhrifi-Kitabi-Rәbbil-Әrbab” adlı kitabı

irәli sürülür. Çünki hәmin adam şiәdir. Bә’zilәri dә bu kitabın mәs’uliyyәtini şiәnin

boynuna qoymaq istәyirlәr. Amma bu iş insafdan uzaqdır. Çünki hәr bir kitab yalnız

onun müәllifinin görüşünü әks etdirir. Belә kitablar bütün islam mәzhәblәrindә vardır.

Görәsәn demәk olar ki, Qur’anın tәhrif olunduğu haqqında “Sәhih әl-Buxari” vә “Sәhih

Müslüm”dә nәql olunan rәvayәtlәr sünnilәrin e’tiqadıdır?1

Biz yenә dә yamanlığa yaxşılıqla cavab veririk vә bu kimi töhmәtlәrdәn vaz keçirik.

Bu barәdә Әl-Әzhәr Universitetinin Şәriәt Fakültәsinin dekanı çox gözәl deyibdir:

“Şiәlәrin guya Qur’anın azaldılmasına dair e’tiqadına gәldikdә isә, әsla belә

deyildir. Bu iddia bizim kitablarımızda nәql olunduğu kimi onların kitablarında da

nәql olunubdur. Hәr iki tәrәfin dә tәdqiqatçı alimlәri bu rәvayәtlәri zәif hesab edir vә

batil olduqlarını e’lan ediblәr. Buna görә nә sünnilәrin, nә şiәlәrin, nә zeydiyyәlәrin

arasında Qur’anın tәhrif olunmasına dair heç bir e’tiqad yoxdur. Bizim söylәmәk

istәmәdiyimiz bu hәdislәrdәn bә’zi nümunәlәr görmәk istәyәnlәr Siyutinin yazdığı

“Әl-İtqan fi ülumil-Qur’an” adlı kitaba baxa bilәrlәr.”

1 “Fәslül Xitab” kitabı şiәnin әqidәsindәn sayılmaz. Qur’anın azaldılması vә çoxaldılması barәdә “Sәhih

әl- Buxari”, “Sәhih Müslüm”, “Müsnәdu Әhmәd ibni-Hәnbәl” vә s. bu kimi Әhli-sünnәtin sәhih

kitablarında rәvayәt vardır.


QUR’ANIN TӘHRİF OLUNMASI MӘSӘLӘSİ ......................................................................................... 191

Bir nәfәr misirli 1498-ci ildә bu kimi uydurma vә rәdd edilәn yalan hәdislәri

sünnilәrin mәnbәlәrindәn toplayaraq “Әl-furqan” adlı bir kitab yazmışdı ki, Әl-Әzhәr

Universiteti hәmin kitabda olan batil cәhәtlәri elmi dәlillәrlә izah edәrәk bu kitabın

yayılmasının dövlәt tәrәfindәn qadağan olunmasını tә’min etdi. Kitabın müәllifi dövlәt

orqanlarına şikayәt etsә dә heç bir nәticә almadı. Görәsәn, burada demәk olar ki, bir

nәfәrin yazdığıı bir kitaba görә sünnilәr Qur’anın müqәddәsliyini danırlar? Bu mәsәlә

şiәlәr üçün dә eynidir. Yә’ni onlarda da bizdә olduğu kimi, Qur’anın tәhrif edildiyinә

dair bir sıra rәvayәtlәr nәql olunubdur. Altıncı әsrdә (hicri tarixi ilә) yaşayıb yaratmış

böyük şiә alimi Әllamә Әbulfәzl ibni-Hәsәn Әt-Tәbәrsi yazdığı “Mәcmәül-bәyan fi

ülumil-Qur’an” adlı әsәrindә bu mövzu haqqında belә deyir:

“Qur’anın artırıldığı iddiasına gәldikdә, qeyd etmәk lazımdır ki, bu iddia bütün

islam ümmәti tәrәfindәn batil bir iddia hesab edilir. Qur’anın azaldıldığına gәldikdә

isә, bunu bizim әshabdan bә’zisi vә sünnilәrin bir qrupu nәql etsәlәr dә, bizim hәqiqi

mәzhәbimiz Qur’anda heç bir azaltma baş vermәdiyinә inanır. Bu görüşü 4-cü әsr (hicri

tarixi ilә) şiә alimlәrindәn olan Seyyid Murtәza tәsdiq edib vә “Tәrablisiyyat

mәsәlәlәri” adlı kitabında bu mәsәlәni kifayәt qәdәr izah edibdir”.

Burada Qur’anı azaltmaq, ya çoxaltmaq ittihamının sünnilәrә daha çox yaraşdığını

göstәrmәk üçün sünni mәnbәlәrindә mövcud olan rәvayәtlәrdәn bir neçәsinә işarә

edirәm. Әslindә bu mәsәlә mәni bütün e’tiqadları tәzәdәn gözdәn keçirmәyә sövq

etdirәn sәbәblәrdәn biri idi.

Sünni alimlәrindәn Tәbәrani vә Beyhәqinin nәql etdiklәri bir ravayәtdә belә qeyd

olunubdur:

Qur’anıi iki surәsi daha var idi ki, onlardan biri belә idi:

Bismillahir-Rәhmanir-Rәhim. “Hәqiqәtәn biz sәndәn yardım dilәyirik, Sәnә İstiğfar

edirik. Bütün xeyirlәrdә Sәni hәmd edirik. Sәni inkar etmirik. Sәnә asi olan kimsәdәn

qopub ayrılırıq”.

İkinci surә isә belәdir:

Bismillahir-Rәhmanir-Rәhim. “Ey Allahımız, yalnız sәnә ibadәt edirik. Sәnә namaz

qılırıq. Sәnә sәcdә edirik. Sәnә çatmaq üçün cәhd göstәririk. Sәnә itaәt edir, Sәnin
QUR’ANIN TӘHRİF OLUNMASI MӘSӘLӘSİ ......................................................................................... 192

rәhmәtinә Ümid bağlayır, Sәnin hәqiqi әzabından qorxuruq. Hәqiqәtәn dә Sәnin әzabın

kafirlәri bürüyәcәkdir”.

Rağib “mühazәrat” adlı kitabında bu iki surәni “iki qunut surәsi” adlandırıb deyir

ki, “Ömәr İbni-Xәttab bu iki surәni qünutda oxuyardı. Bu surәlәr ibni-Abbas vә Zeyd

ibni-Sabitin müshәflәrindә mövcud idi”.

Göründüyü kimi “qunut surәlәri” adlandırılan bu iki “surә” Qur’ani-Kәrimdә

mövcud deyildir. Bu isә ibni-Abbas ilә Zeyd ibni-Sabitin müshәflәrinin azaldıldığı

demәkdir vә göstәrir ki, әlimizdә olan müshәfdәn (Qur’andan) başqa müshәflәr dә var

imiş.1 Bu iki surәni bә’zi sünnilәr namazlarının qunutunda oxuyurlar. Mәnim özüm dә

bunları әzbәrlәmişdim vә bә’zi namazlarda qunutda oxuyurdum.

Әhmәd ibni-Hәnbәl Übeyy ibni-Kә’bdәn belә bir hәdis nәql etmişdir.

“Übeyy ibni-Kә’b belә bir sual verdi: “Siz Әhzab surәsini neçә ayә ilә

oxuyursunuz?” Ona belә cavab verildi: “Tәxminәn yetmiş neçә ayә” Übeyy ibni-Kә’b

belә dedi: “Mәn onu (Әhzab surәsini) Peyğәmbәrlә birlikdә Bәqәrә surәsi qәdәr vә ya

daha çox oxuyardım. Onda Rәcm ayәsi dә var idi”.2

Әhmәd ibni-Hәnbәlin nәql etdiyi bu rәvayәtә görә Әhzab surәsinin dörddәn üçü

azalıbdır. Çünki Bәqәrә surәsi 286 ayәdәn ibarәtdir, halbuki Әhzab surәsi 73 ayәdәn

ibarәtdir; başqa sözlә desәk, әgәr Qur’anı hizblәrә bölsәk Bәqәrә surәsinin beşdәn çox

hizbә bölündüyünü görәrik, halbuki Әhzab surәsi yalnız bir hizb sayılır. Digәr

tәrәfdәn isә Übeyy ibni-Kә’bin Hәzrәti Peyğәmbәr (s) zamanında Qur’anı әzbәrlәyәn

әn mәşhur hafizlәrdәn biri olduğunu vә Ömәrin onu tәravih namazında camaata

pişnamaz seçdiyini nәzәrә alsaq onda onun bu sözü şübhә vә tәrәddüd yaradar.3

Әhmәd ibni-Hәnbәl öz “Musnәd”indә Übeyy ibni-Kә’bdәn belә bir rәvayәt dә nәql

olunub:

“Hәzrәti Peyğәmbәr (s) belә buyurdu: “Allah-tәala mәnә әmr etmişdir ki, Qur’anı

sәnә oxuyum”. Sonra da ( …



!,B
 
5  " 
  - " 
8 9 "
B  D  ) (Әhli-kitabdan kafir

1 Cәlalәddin Süyuti, “әl-İtqan” vә “әd-Dürr әl-Mәnsur fit-tәfsir vәl Mә’sur lis-Süyuti” kitabları.
2 “Müsnәd”, c. 5, sәh. 132.
3 “Sәhih әl-Buxari”, c. 2, sәh. 252.
QUR’ANIN TӘHRİF OLUNMASI MӘSӘLӘSİ ......................................................................................... 193

olanlar…)1 surәsini oxudu vә bu surәnin içinә bunları da әlavә etdi: “Әgәr insan oğlu

bir dәrә dolusu mal istәsә vә ona verilsә ikincisini dә istәyәr vә әgәr ona ikincisi dә

verilsә, üçüncüsünü dә istәyәr. İnsan oğlunun qarnını torpaqdan başqa heç bir şey

doyurmaz. Allah tövbә edәnlәrin tövbәsini qәbul edәr. Allahın nәzәrindә sağlam vә

doğru din hәnif (islam) dinidir, müşriklik, yәhudilik vә xristianlıq deyil. Hәr kәs

xeyirli bir iş görsә, o, mükafatsız qalmaz”.2

Hafiz ibni-Әsakir isә öz “Tarix”indә Ubeyy ibni-Kә’b ilә әlaqәdar bölmәdә belә

yazıbdır:

“Әbu-Dәrda Şam әhalisindәn bir qrupla birlikdә Mәdinәyә gәlib Ömәrin

hüzurunda bu ayәni oxudu: “Kafirlәrin qәlbindә cahiliyyәtin tәәssübü yerlәşdirilibdir.

Әgәr siz dә onlar kimi tәәssübә qapılsanız Mәscidül-hәram fәsada düçar olar”. Ömәr

onlardan “sizә bu ayәni kim belә oxudu?”-deyә soruşdu. Onlar “Ubeyy ibni-Kә’b”-

deyә cavab verdilәr. Ömәr onu çağırdı vә onlara “o ayәni oxuyun”-dedi. Onlar yenә

dә hәmin ayәni oxudular. Bu vaxt Übeyy ibni-Kә’b dedi: “Bәli, mәn onlara belә

oxumuşdum”. Ömәr bu dәfә Zeyd ibni-Sabitә “sәn oxu”-dedi. Zeyd isә camaatın

oxuduğu kimi oxudu. (Yә’ni göstәrdi ki, Şam әhalisinin oxuduğu “ayә” Qur’anda

yoxdur) Bu vaxt Ömәr belә dedi: “Ey Allahım, mәn bu şәkildәn (Zeydin oxuduğu

şәkildәn) başqasını tanımıram”. Übeyy ibni-Kә’b isә belә cavab verdi: “Ey Ömәr, and

olsun Allaha ki, sәn mәnim Peyğәmbәrin hüzurunda olduğumu bilirsәn vә bilirsәn ki,

onlar olmazdılar. Mәn Peyğәmbәri görürdüm, onlar görmәzdilәr. And olsun Allaha ki,

әgәr sәn istәsәn mәn evimdә qalaram vә bundan sonra ölәnә qәdәr heç kimә belә

oxumaram”. Ömәr isә belә dedi: “Allahım, bizi bağışla. Sәnin özün bilirsәn ki, Allah

sәnә elm bәxş etmişdir. Elә isә bildiyini xalqa da öyrәt”.”

Başqa bir rәvayәtdә isә belә qeyd olunub:

“Bir gün Ömәr gördü ki, bir cavan oğlan Qur’anın bir ayәsini, belә oxuyur:

“Peyğәmbәr (s) mö’minlәrә onların öz nәfslәrindәn daha üstündür. Xanımları isә

onların analarıdır, o da onların atasıdır”. Ömәr ona e’tiraz edәrәk soruşdu: “Bunu

haradan gәtiribsәn?” Hәmin cavan dedi: “Übeyy ibni-Kә’bin müshәfindә belә

1 Bәyyinә surәsi, 1-ci ayә.


2 “Müsnәd”, c. 5, sәh. 131.
QUR’ANIN TӘHRİF OLUNMASI MӘSӘLӘSİ ......................................................................................... 194

yazılıbdır”. Ömәr gedib mәsәlәni Übeyy ibni-Kә’bdәn soruşdu. Übeyy ibni-Kә’b ona

belә cavab verdi: “Sәn bazarda al-ver ilә mәşğul olanda mәn Qur’anla mәşğul idim”.1

Bunun bәnzәri ibni-Әsirin “Camiül-üsul” adlı kitabında, Әbu-Davudun “Sünәn”

adlı kitabında vә Hakimin “Müstәdrәk”indә qeyd olunubdur.

Әziz oxucu, görürsәn ki, bu kimi rәvayәtlәr sünnilәrin kitablarını doldurduğu

halda, onlar buna göz yumub şiәlәrә e’tiraz edirlәr. Halbuki, şiәlәrin kitabında olan bu

kimi rәvayәtlәr sünnilәrin kitablarında olanların ondan-biri qәdәr dә deyildir. Bә’zi

inadçı adamlar bu rәvayәtlәri rәdd edib Әhmәd ibni-Hәnbәlin “Müsnәd”i ilә Әbu-

Davudun “Sünәn”-inin sünnilәrә görә “Sәhih әl-Buxari” vә “Sәhih Müslüm” kimi

dәyәrli olmadığını iddia edә bilәrlәr. Lakin bu kimi rәvayәtlәr hәmin kitablarda da

vardır. Buxari öz “Sәhih”indә – Әmmar va Hüseyfәnin mәnaqibi bölmәsindә –

Әlqәmәdәn belә nәql edir:

“Şam şәhәrinә getmişdim. İki rәk’әt namaz qıldıqdan sonra “Allahım, mәnә saleh

bir dost bәxş et”-deyә dua etdim. Sonra bir neçә nәfәrin yanına gedib oturdum. Bu

arada bir qoca kişi gәlib mәnim yanımda oturdu. Soruşdum: “Bu kimdir?” Mәnә belә

cavab verdilәr: “Әbu-Dәrdadır”. Mәn ona “Allahdan saleh bir dost göndәrmәsini

istәmişdim. Allah sәni göndәrdi”-dedim. O, mәnim haralı olduğumu soruşdu. Mәn

Kufәli olduğumu söylәdim. O dedi: “Peyğәmbәrin ibriq, yastıq vә başmaqlarının

sahibi olan sizin aranızda deyilmi? Allahın Peyğәmbәrin dililә şeytandan qoruduğu

kimsә aranızda deyilmi? Peyğәmbәrin sirlәrini ondan başqa heç kәs bilmәyәn sirdaşı

aranızda deyilmi?” Daha sonra soruşdu: “Sәn ( 3 f


 n  W

E9   )2 ayәsini necә

oxuyursan?” Mәn belә oxudum:

3 K *   - 89  3 9^


 : W

!'H0  3 f
 n  W
 
E9 
O dedi “And olsun Allaha ki, Peyğәmbәr (s) dә öz ağzı ilә mәnә belә oxumuşdu”.3

1 “Tarix Dәmәşq libn Әsakir”, c. 2, sәh. 228.


2 Leyl surәsi, 1-ci ayә.
3 “Sәhih әl-Buxari”, c. 4, sәh. 215-218.
QUR’ANIN TӘHRİF OLUNMASI MӘSӘLӘSİ ......................................................................................... 195

Başqa bir rәvayәtdә isә belә әlavә etmişdir: “Mәnimlә o qәdәr danışdılar ki, az qala

Peyğәmbәrdәn eşitdiyimi unudacaqdım”.

Bu rәvayәtlәrdәn elә çıxır ki, biz müsәlmanların әlindә olan Qur’ana hәmin surәyә

(
 4 ! )” ibarәsi әlavә olunubdur.
Buxari “Sәhih”inin başqa bir yerindә isә ibni-Abbasdan Ömәr ibni-Xәttabın belә

dediyini nәql edibdir: “Allah haqq olaraq Mәhәmmәd (s)-i peyğәmbәrliyә seçdi vә ona

Qur’anı nazil etdi. Nazil etdiyi ayәlәr arasında Rәcm (daşqalaq) ayәsi dә mövcuddur.

Biz onu oxuduq, anladıq vә dәrk etdik. Peyğәmbәr (s) bu ayәyә әsaslanaraq rәcm etdi.

Biz dә ondan sonra rәcm etdik. Mәn qorxuram ki, uzun bir zaman keçәndәn sonra

camaat “biz rәcm ayәsini Allahın kitabında görmürük”-deyәrәk, Allahın nazil etdiyi

bu fәrizәni tәrk etsinlәr. Halbuki Allahın kitabında bu hökm vardır ki, şahidin şahidlik

etmәsi ilә, yaxud öz e’tirafı ilә zina etmәsi isbat olunan әrdә olan qadın, yaxud arvadı

olan kişi rәcm olunmalıdır. Biz Allahın kitabında bu ayәni dә oxuyurduq:

“Atalarınızdan üz döndәrmәyin, çünki sizin üçün küfr sayılar”.”1

Müslim dә “Sәhih”in “İnsan oğlunun әgәr iki dәrәsi olsa da yenә üçüncü dәrәni

istәr” bölmәsindә belә bir rәvayәt nәql edibdir:

“Әbu-Musa Әş’әri Bәsrә qarilәrini (Qur’an oxuyanlarını) dә’vәt etdi. Onun yanında

üç yüz Qur’an qarisi toplandı. Әbu-Musa onlara xitabәn belә dedi: “Siz Bәsrә

әhalisinin әn görkәmli şәxsiyyәtlәri vә qarilәrisiniz. Qur’an oxuyun, amma dünya

hәyatı sizә çox gәlmәsin ki, sizdәn qabaqkıların qәlbi qaraldığı kimi sizin dә qәlbiniz

qaralar. Biz әvvәllәr uzunluq va şiddәt baxımından Bәra’әt surәsinә bәnzәyәn bir surә

oxuyardıq. Amma mәn hәmin surәdәn bir azını xatırlayıram ki, belәdir: “Әgәr insan

oğlunun iki dәrә dolusu malı olsa da, üçüncü dәrәni istәr. İnsan oğlunun qarnını

torpaqdan başqa bir şey doyurmaz” Hәmçinin müsәbbihat surәlәrinә bәnzәyәn bir

surә oxuyardıq ki, onu da unutmuşam vә yalnız bir ayәsini xatırlayıram ki, belәdir:

“Ey iman gәtirәnlәr, nәyә görә görmәdiyiniz işlәri söylәyirsiniz? O ki, әleyhinizә

şahidlik olunur, qiyamәt günü ona görә sorğu-suala çәkilәcәksiniz”.”.”2

1 “Sәhih әl-Buxari”, c. 8, sәh. 26.


2 “Sәhih Müslüm”, c. 3, sәh. 100.
İKİ NAMAZI BİRDӘN QILMAQ .................................................................................................................. 196

Әbu-Musa Әş’әrinin biri 129 ayәdәn ibarәt olan Bәra’әt surәsinә, o birisi isә

tәxminәn 20 ayәdәn ibarәt olan müsәbbihat surәlәrinә bәnzәtdiyi bu iki surә әlimizdә

olan Qur’anda mövcud deyildir.

Bәli, bunları heyrәt vә tәәccüb içәrisindә oxumaqdan başqa adamın әlindәn nә

gәlir? Sünnilәrin müxtәlif kitabları Qur’anın “azaldılıb çoxaldığını” göstәrәn bu kimi

rәvayәtlәr ilә dolu olduğu halda bu iddianın doğru olduğunu tamamilә rәdd edәn

şiәlәrә nә üçün bu qәdәr töhmәt vururlar? Şiәlәrin arasında Qur’anın tәhrif olduğunu

iddia edәn “Fәslül-xitab” adlı kitabın müәllifi 1320 hicri ilindә vәfat edibdir vә bu

kitabı tәxminәn yüz il bundan qabaq yazıbdır. Halbuki Әl-Әzhәr universitetindә Şәriәt

fakultәsinin dekanı olan şeyx Mәhәmmәd Әl-Mәdinәnin dediyi kimi sünni

alimlәrindәn olan “Әl-Furqan” kitabının müәllifi ondan 400 il әvvәl bu iddianı irәli

sürübdür. Mühüm olan budur ki, hәm sünni, hәm dә şiә alimlәr bu kimi rәvayәtlәrin

batil vә nadir olduğunu e’lan edәrәk әlimizdә olan bu Qur’anın Hәzrәti Peyğәmbәr

(s)-ә nazil olan Qur’an olduğunu vә onda heç bir tәhrif olmadığını sübuta yetirsinlәr.

Biz sünnilәrin kitablarında Qur’anın azaldılmasına dair mövcud olan rәvayәtlәrә

çox narahatçılıq vә tәәssüflә işarә etmәk mәcburiyyәtindә qaldıq. Әgәr arxalarında

dәsisә vә hiylә planları olan, xüsusilә dә İran İslam İnqilabının qәlәbә çalmasından

sonra çoxalan şiәlәrә qarşı töhmәtlәr olmasaydı, biz bu gün sünnilәrin mәnbәlәrindә

mövcud olan bu kimi hәdislәri kәnara qoyar vә üstünü vurmazdıq. Mәn, mәnsub

olduğu mәzhәbdәn asılı olmayaraq, bütün müsәlman qardaşlarıma xitab edәrәk

deyirәm ki, qardaşlarınız (nahaq deyәrkәn) haqqında Allahdan qorxun. “Hamınız

Allahın ipinә sarılın vә ayrılmayın. Xatırlayın Allahın sizә olan ne’mәtini ki, bir-

birinizә düşmәn olduğunuz halda, O, sizin qәlblәrinizi bir-birinә yaxınlaşdırdı vә siz

Onun ne’mәti sayәsindә bir-biriniz ilә qardaş oldunuz”.

İKİ NAMAZI BİRDӘN QILMAQ

Şiәlәrә e’tiraz etmәk bәhanәlәrindәn biri dә şiәlәrin günorta namazı ilә ikindi

namazını, hәmçinin axşam namazı ilә xüftәn namazını birdәn qılmalarıdır. Sünnilәr bu
İKİ NAMAZI BİRDӘN QILMAQ .................................................................................................................. 197

haqda şiәlәri tәnqid edir vә özlәrinin namazı qoruyub mühafizә etdiklәrini irәli

sürürlәr. Çünki Allah-tәala Qur’ani-Kәrimdә belә buyurur:

!#:%&%  !G/!,-
r
 0

@ 1   U
 !-$%3 He  ;9 
...
“…Hәqiqәtәn dә namaz mö’minlәrә müәyyәn vaxtlarda yazılan bir fәrizәdir”.

(Nisa surәsi, 103-cü ayә)

Bir qrupun lehinә ya әleyhinә hәr hansı bir hökmü vermәzdәn әvvәl, mәsәlәni

hәrtәrәfli şәkildә araşdıraraq iki tәrәfin dә bu mәsәlә haqqındakı sözlәrinә qulaq

asmaq lazımdır.

Sünnilәrin e’tiqadına görә Әrәfәdә günorta namazı ilә ikindi namazını birdәn

qılmaq olar vә bunu “cәm’i-tәqdim” adlandırırlar; onlar hәmçinin axşam namazı ilә

xüftәn namazını Müzdәlәfәdә birdәn qılmağın da doğru olduğuna inanır vә bunu

“cәm’i-tә’xir” adlandırırlar. Әlbәttә bu e’tiqad bütün müsәlmanların arasında-istәr

sünni, istәrsә şiә-mövcuddur. Şiәlәrlә sünnilәrin arasındakı fikir ayrılığı sәfәrdә

olmağın heç bir tә’siri olmadan ilin bütün günlәrindә günorta namazı ilә ikindi

namazını vә axşam namazı ilә xüftәn namazını birdәn qılmağın caiz olub-olmadığı

barәdәdir. Amma Hәnәfilәr hәtta sәfәrdә dә bu namazları birdәn qılmağın caiz olduğu

barәdә mövcud olan nәsslәrә baxmayaraq, bütün müsәlmanlarla, istәr sünni, istәrsә

şiәlәrlә müxalifәt edirlәr. Maliki, Şafei vә Hәnbәlilәr isә hәmin namazların müsafirәtdә

birdәn qılınmasını caiz bilirlәr; lakin qorxu, xәstәlik, yağış vә torpaq fırtınası kimi

hallarda bu namazların birdәn qılınmasının caiz olması barәdә onların arasında ixtilaf

vardır.

İmamiyyә şiәlәri isә bu barәdә Әhli-beyt imam (ә)-larının söylәdiklәri rәvayәtlәrә

әsaslanaraq, müsafirәt, xәstәlik, yağış vә qorxu kimi bәhanәlәri qәbul etmәdәn hәmin

namazları birdәn qılmağın caiz olduğuna inanırlar.

Mәn birinci dәfә şәhid Mәhәmmәd-Baqir Sәdrin arxasında günorta namazı ilә

ikindi namazını birdәn qıldım. O günü heç unutmuram. Axı mәn hәtta Nәcәfdә

olduğum vaxt da günorta namazı ilә ikindi namazını ayrı-ayrı qılırdım. Amma hәmin

mübarәk gündә şәhid Sәdr ilә birlikdә onun evindәn çıxıb pişnamazlıq etdiyi mәscidә

gәldik. Mәsciddә olanlar mәnә hörmәt edib Mәhәmmәd-Baqir Sәdrin arxasında mәnә
İKİ NAMAZI BİRDӘN QILMAQ .................................................................................................................. 198

yer verdilәr. Günorta namazı qurtarandan sonra camaat ikindi namazını qılmağa

başlamaq istәdiyi vaxt sıradan çıxmaq istәdim. Amma iki dәlilә görә qalxıb getmәdim.

Әvvәla, rәhmәtlik Sәdrin әzәmәti mәni әfsunlamışdı; namazı elә gözәl vә vüqarlı

qılırdı ki, qurtarmasını istәmirdim. İkincisi, hiss edirdim ki, ona әn yaxın yerlәrdәn

birindә olduğum üçün, sanki bir qüvvә mәni ona sarı çәkirdi. İkindi namazı

qurtarandan sonra camaat onun әtrafına yığışıb müxtәlif suallar vermәyә başladılar.

Mәn da әvvәlki yerimdә, onun arxasında idim. Sonra mәni nahar yemәyi üçün evinә

apardı. Mәn bu fürsәtdәn istifadә edib iki namazı birdәn qılmaq barәdә ona belә bir

sual verdim: “İki namazı birdәn qılmağın caiz olduğu barәdә dәliliniz nәdir?” Seyid

Mәhәmmәd-Baqir Sәdr belә cavab verdi: “İmamlardan bir çox hәdis bizә gәlib

çatmışdır ki, hәmin hәdislәrә görә Peyğәmbәr (s) müsafirәt, yaxud qorxu kimi zәruri

bir hal mövcud olmadığı halda günorta ilә ikindi, hәmçinin axşam ilә xüftәn

namazlarını birgә qılmışdır. O Hәzrәtin yeganә hәdәfi ümmәtinin rahatlığını tә’min

etmәk idi. Allaha şükür ki, bu mәsәlә imamların vasitәsilә, bizim üçün sabitdir. Sizin

üçün dә dәyişmәzdir.

“Mәn bu cavabdan çox heyrәtlәndim. Bu bizim üçün necә sabit ola bilәr? Axı mәn

indiyә qәdәr belә bir şey eşitmәmişәm vә sünnilәrdәn bir nәfәrin belә buna әmәl

etmәsini görmәmişәm. Әksinә, onlar ikindi vә xüftәn namazlarının azandan bir dәqiqә

әvvәl qılındığı tәqdirdә batil olduğunu irәli sürürlәr. Hәlә qalsın ikindi namazının

ikindi azanından saatlarla qabaq, yә’ni günorta namazı ilә birgә qılınması. Yaxud

xüftәn namazının axşam namazı ilә birgә qılınması”.

Şәhid Sәdr mәnim heyrәtlәndiyimi görüb, orada olanlardan bir nәfәrin qulağına nә

isә dedi. O, tez gedib iki dәnә kitab gәtirdi. Mәn gördüm ki, gәtirdiyi kitablar “Sәhih

әl-Buxari” vә “Sәhih Müslüm”dür. Mәhәmmәd-Baqir Sәdr hәmin adamdan xahiş etdi

ki, iki namazın birdәn qılınması ilә әlaqәdar olan hәdislәri mәnә göstәrsin. Mәn özüm

“Sәhih әl-Buxari”dә Hәzrәti Peyğәmbәr (s)-in günorta ilә ikindi vә axşam ilә xüftәn

namazlarını birdәn qıldığına dair hәdislәri oxudum. Hәtta “Sәhih Müslüm”dә Hәzrәti

Peyğәmbәr (s)-in hәr hansı bir qorxu vә yağış olmadan, hәzәr halında (müsafirәtdә

olmamaq halında) bu namazları birdәn qıldığı haqqında olan hәdislәri vә hәtta hәmin

kitabda bu barәdә bir fәslin mövcud olduğunu gördüm. Ürәyimdә “onların әlindә
İKİ NAMAZI BİRDӘN QILMAQ .................................................................................................................. 199

olan “Sәhih әl-Buxari” vә “Sәhih Müslüm” kitabları tәhrif olunmuş ola bilәr”-deyә

şübhә yaransa da heyrәtimi gizlәdә bilmәdim. Amma qәrara gәldim ki, hәmin

kitablara Tunisdә dә bir dәfә baxım. Şәhid Mәhәmmәd-Baqir Sәdr bu dәlillәri

görәndәn sonra nә fikirdә olduğumu soruşdu.

Mәn belә cavab verdim: “Siz haqlısınız, amma başqa bir sual soruşmaq istәyirәm”.

O “buyur”-dedi.

Mәn belә bir sual verdim: “Bizdә әgәr bir nәfәr gecә çağı sәfәrdәn qayıtsa, günorta,

ikindi, axşam vә xüftәn namazlarının qәzasını birdәi qılar. Görәsәn bu caizdir?” O “bu

caiz deyildir”-deyә cavab verdi.

Mәn dedim ki, “Bayaq dediniz ki, Hәzrәti Peyğәmbәr namazlarını hәm ayrı-ayrı,

hәm dә birdәn qılırmış”.

O, belә cavab verdi, “Günorta namazı ilә ikindi namazının müştәrәk bir vaxtı

vardır ki, günortadan başlayaraq günbatana qәdәr davam edәr. Axşam namazı ilә

xüftәn namazının da müştәrәk vaxtları vardır ki, gün batandan (bir az sonra)

başlayaraq gecә yarısına qәdәrdir. Sәhәr namazının isә özünәmәxsus bir vaxtı vardır

ki, dan zamanından günçıxana qәdәrdir. Bu vaxtlara riayәt etmәyәnlәr “Namaz

mö’minlәrә müәyyәn vaxtlarda yazılan bir fәrizәdir” ayәsinin әksinә getmiş olar.

Demәk nә sәhәr namazını dan zamanından qabaq vә ya gün çıxandan sonra qıla

bilәrik, nә dә günorta ilә ikindi namazını günortadan qabaq, ya gün batandan sonra

qıla bilәrik, axşam namazı ilә xüftәn namazını da gün batandan qabaq yaxud gecә

yarısından sonra qıla bilmәrik”.

Seyyid Mәhәmmәd Baqir Sәdrә tәşәkkür etdim. Amma qane olsam da, Tunisә

qayıdıb mәsәlәni tam şәkildә öyrәnәnә qәdәr hәmin namazları birdәn qılmadım. Şәhid

Mәhәmmud-Baqir Sәdr ilә mәnim aramda iki namazı birdәn qılmaqla әlaqәdar baş

verәn әhvalat bundan ibarәt idi. Bunu nәql etmәkdәn mәqsәdim sünni qardaşlarıma

hәqiqәtәn peyğәmbәrlәrin elmi vә әxlaqi varislәri olan tәvazökar alimlәrin

әxlaqiyyatının necә olduğunu izah etmәklә yanaşı, öz sәhih qaynaqlarımızda mövcud

olmasına vә hәmin qaynaqların doğruluğuna imanmağımıza baxmayaraq, onlardan

xәbәrsiz qaldığımız üçün başqalarına e’tiraz etdiyimizi göstәrmәk idi.


İKİ NAMAZI BİRDӘN QILMAQ .................................................................................................................. 200

Әhmәd ibni-Hәnbәl “Müsnәd” adlı әsәrindә İbni-Abbasdan belә bir hәdis nәql

edibdir: “Hәzrәti Peyğәmbәr (s) Mәdinәdә sakin olub sәfәr etmәdiyi halda sәkkiz

rәk’әt ilә yeddi rәk’әti birdәn qıldı”.1

İmam Malik isә “Әl-Müvәttә” adlı kitabında ibni-Abbasdan belә bir rәvayәt nәql

edibdir:

“Hәzrәti Peyğәmbәr (s) bir qorxu vә müsafirәtdә olmadığı halda günorta namazı

ilә ikindi namazını vә axşam namazı ilә xüftәn namazını birdәn qıldı”.2

Müslim isә “Sәhih” adlı әsәrinin “Müsafir olmadan iki namazı birdәn qılmaq” adlı

fәslimdә ibni-Abbasdan belә bir rәvayәt nәql edibdir:

“Hәzrәti Peyğәmbәr (s) bir qorxu vә müsafirәt olmadan günorta ilә ikindi namazını

vә axşam ilә xüftәn namazını birdәn qıldı”.3

İbni-Abbasdan nәql etdiyi başqa bir rәvayәtdә isә belә yazıbdır:

“Hәzrәti-Peyğәmbәr (s) Mәdinәdә bir qorxu vә yağış olmadığı halda günorta ilә

ikindi vә axşam ilә xüftәn namazını birdәn qıldı”. Ravi deyir: “İbni-Abbasdan onun

nәyә görә belә etdiyini soruşarkәn belә cavab verdi: “Ümmәtinin bir çәtinliyә

düşmәmәsi üçün belә etmişdi”.”4

Peyğәmbәr (s)-in bu sünnәsinin әshabın arasında yayıldığını vә ona әmәl

etdiklәrini göstәrәn dәlillәrdәm birisi dә hәmin fәsildә nәql olunan bu rәvayәtdir:

Ravi belә deyir: “Bir gün ikindi çağından sonra ibni-Abbas bizә nitq elәmәyә

başladı. Amma günәşin batması vә ulduzların çıxmasına baxmayaraq nitqinә davam

edirdi. Camaat “namaz, namaz” demәyә başladı. Bu arada Bәni-Tәmim qәbilәsinә

mәnsub olan bir nәfәr dә dalbadal “namaz, namaz” deyirdi. İbni-Abbas ona xitab

edәrәk dedi: “Ay yazıq, mәnә sünnәni öyrәdәcәksәnmi?” Sonra isa belә davam etdi:

“Mәn Hәzrәti-Peyğәmbәr (s)-in günorta ilә ikindi vә axşam ilә xüftәn namazlarını

birdәn qılmasını görmüşәm”. Başqa bir rәvayәtdә isә ibni-Abbasın hәmin adama belә

1 “Müsnәdu Әhmәd ibni Hәnbәl”, c. 1, sәh. 221.


2 “Müvәttә әl-İmam Malik”, c. 1, sәh. 161.
3 “Sәhih Müslüm”, c. 2, sәh. 151.
4 “Sәhih Müslüm”, c. 2, sәh. 152.
İKİ NAMAZI BİRDӘN QILMAQ .................................................................................................................. 201

dediyini nәql etmişdir: “Ay zavallı, bizә namazı öyrәdәcәksәnmi? Halbuki biz

Peyğәmbәr zamanında iki namazı birdәn qılırdıq”.1

Buxarinin “Axşam namazının vaxtı” fәslindә nәql etdiyi bir hәdisә görә ibni-Abbas

belә deyibdir: “Hәzrәti-Peyğәmbәr (s) yeddi rәk’әti (axşam ilә xüftәni) vә sәkkiz

rәk’әti (günorta ilә ikindini) birdәn qıldı”.2

“Sәhih әl-Buxari”nin “İkindi namazının vaxtı” bölmәsindә isә Әbu-Ümamәdәn

belә bir hәdis nәql olunub:

“Biz günorta namazının Ömәr ibni-Әbdülәziz ilә qıldıqdan sonra Әnәs ibni-

Malikin yanına gәlәrkәn onu ikindi namazını qılarkәn gördük. Mәn “Әmi, nә namazı

qılırsan?”-deyә soruşdum. O belә cavab verdi: “Bu ikindi namazı idi. Hәzrәti

Peyğәmbәr (s)-lә namaz qıldığımız zaman da belә qılardıq”.”3

Hәdislәrin bu qәdәr açıq-aşkar olmasına baxmayaraq, bu mәsәlә haqqında şiәlәrә

e’tiraz edәnlәrin hәlә dә var olduğunu görәcәksәn. Mәn öz mәmlәkәtimdәn bir

nümunә gәtirәcәyәm. Tunisin Qafsә şәhәrinin pişnamazı bizi pislәmәk mәqsәdilә

camaata xitabәn belә demişdi: “Bunların gәtirdiklәri yeni dini görürsünüzmü? Onlar

günorta namazı qılandan sonra dәrhal ikindi namazını qılmağa başlayırlar. Bu yeni bir

dindir. Hәzrәti Mәhәmmәd (s)-in dini deyildir. Bunlar bu hәrәkәtlәrilә “Namaz

mö’minlәrә müәyyәn vaxtlarda yazılan bir fәrizәdir” ayәsinә qarşı çıxırlar”.

Mәdәniyyәtli vә bilikli cavanlardan birisi gәlib әhvalatı mәnә danışdı. Mәn ona

“Sәhih әl-Buxari” ilә “Sәhih Müslüm”-ü verdim. İstәdim ki, hәmin namazları birdәn

qılmağın sәhih olduğunu vә Hәzrәti Peyğәmbәr (s)-in sünnәsinә uyğunluğunu

pişnamaza bildirsin. Çünki özüm onunla mübahisә etmәk istәmirdim. Bir gün

namazdan sonra pişnamaz dәrs vermәk üçün oturduqda, mәnim hәmin cavan dostum

iki namazı birdәn qılmaq mәsәlәsini ondan soruşur. Pişnamaz “Bu şiәlәrin

bid’әtlәrindәndir”-deyә cavab verir. Dostum ona deyir: “Amma bu “Sәhih әl-Buxari”

vә “Sәhih Müslüm”dә dә vardır”. Pişnamaz “bu doğru deyildir”-deyәn kimi dostum

hәmin kitabları çıxardıb hәmin mәsәlә ilә әlaqәdar olan fәsillәri ona göstәrir vә

1 “Sәhih Müslüm”, “Müsafir olmadan iki namazı birdәn qılmaq” fәsili.


2 “Sәhih әl-Buxari”, c. 1, sәh. 140.
3 “Sәhih әl-Buxari”, c. 1, sәh. 138.
TORPAQ PARÇASINA SӘCDӘ ..................................................................................................................... 202

oxumasını istәyir. Dostum deyir ki, “Pişnamaz hәmin fәsillәri oxuyandan vә dәrsinә

qulaq asanların qarşısında hәqiqәti görәndәn sonra kitabları qatlayıb mәnә verdi.

Sonra isә belә dedi: “Bu Hәzrәti-Peyğәmbәrә mәxsusdur. Sәn dә Peyğәmbәr (s)-in

dәrәcәsinә çatdığın zaman birdәn qıla bilәrsәn”.”

Mәn dostuma dedim ki, yenә dә pişnamazın yanına gedib ibni-Abbas, Әnas ibni

Malik vә bir çox sәhabәnin dә belә qıldıqlarını, yә’ni bunun yalnız peyğәmbәr (s)-ә

mәxsus olmadığını ona desin. Bundan әlavә mәgәr Hәzrәti Peyğәmbәr (s) bizim üçün

gözәl bir örnәk deyildirmi? Amma dostum bu işdәn boyun qaçıraraq dedi:

“Peyğәmbәrin özü dә gәlsә, yenә dә inanmaz.”1

Allaha şükür ki, iki namazı birdәn qılmağın caiz olduğunu öyrәnәndәn sonra

namazı tәrk edәn bir çox cavan tәzәdәn namaz qılmağa başladılar. Çünki onlar

әvvәllәr namazları vaxtında qıla bilmir vә hamısını gecә çağı birdәn qılırdılar. Bu da

onların qanını qaraldırdı. Belәliklә, iki namazı birdәn qılmağın hikmәtini anladılar.

Çünki bu hökmün sayәsindә işçilәr, tәlәbәlәr vә bir sözlә hamı namazları vaxtında qıla

bilirlәr.

TORPAQ PARÇASINA SӘCDӘ

Şiә alimlәri Әhli-beyt imam (ә)-larının Hәzrәti Peyğәmbәr (s)-dәn nәql etdiklәri

aşağıdakı hәdislәrә әsaslanaraq, torpağa sәcdә etmәyin daha fәzilәtli olduğuna

inanırlar. Hәmin hәdislәr bunlardan ibarәtdir:

Y

 *   P
%^_   )
 . 
“Әn fәzilәtli sәcdә torpağa olunan sәcdәdir”.


+ %Q  *  2+ %-N   E{ Y
  *  U

,Q !M Y

 *   J*
P %^_  x %^ *

1 Belә bir nağıl vardır ki, iki nәfәr ova çıxırlar. Uzaqdan bir qaraltı görürlәr. Biri deyir: “qarğadır”. O

birisi isә bunu qәbul etmәyib deyir: “Yox, keçidir”. Onların ikisi dә israrla öz sözünün üstündә durur.

Birdәn ona yaxınlaşdıqları vaxt qarğa qorxub uçur. Qaraltının qarğa olduğunu bilәn adam dostuna

deyir: “Sәnә demәdim qarğadır?” Dostu yenә dә öz nәzәrinin üstündә israr edib deyir: “Sübhanәllah,

keçi dә uçarmış!”
TORPAQ PARÇASINA SӘCDӘ ..................................................................................................................... 203

“Sәcdә ancaq yerә vә yerin bitirdiyi yeyilәcәk vә geyinilәcәk olmayan şeylәrә caizdir.

(icazәlidir)”.

“Vәsailüş-şiә” kitabının müәllifi şeyx Hürr Amilinin Hüşam ibni Hәkәmdәn nәql

etdiyi bir hәdisә görә Hәzrәti İmam Cәfәr Sadiq (ә) belә demişdir:

9 ?  Hp I
9

 %)j
  `
=
 % H,  T
. “ / I H*
z  )
 .  Y

 *   P %^_ 
“Torpağa sәcdә etmәk daha fәzilәtlidir. Çünki bu Allahın qarşısında daha çox tәvazö vә

xüzunun (boyun әymәyin) nişanәsidir”.

Başqa bir rәvayәtdә isә belә deyir: “İshaq ibni-Fәzl imam Cәfәr-Sadiq

әleyhissalamdan qamışdan toxunmuş hәsirә sәcdә etmәk haqqında sorşudğu zaman o

Hәzrәt (s) belә buyurdu:

_lC

 ; !- D 9O  I

d I
E ‚
u  9
 ‚

 2 %O ;9 ’
. [ HT 6
_l M Y

 Šz    ^
  ; M [ 
 N / *

D 9O  I

d I
E ‚
u  9
 ‚

 2 %O I _QC

 ; !- ! „
  _l
M !N. [
Y Šz  " 
I ,' Q? " 7B1  ; M[„
W
“Bunuç heç bir eybi yoxdur. Amma torpağa sәcdә etmәk mәnim üçün daha sevimlidir.

Çünki Hәzrәti Peyğәmbәr (s) dә alnının yerә toxunmasını sevәrdi vә mәn Peyğәmbәr (s)-in

sevdiyi şeyi sәnin üçün dә sevirәm”.”

Sünni alimlәri isә hәsirә sәcdә etmәyi üstün tutsalar da xalı vә xalçanın üstünә

sәcdә etmәyi dә caiz bilirlәr. “Sәhih әl-Buxari” vә “Sәhih Müslüm”dә nәql olunan bir

sıra rәvayәtlәrdә dә Hәzrәti Peyğәmbәr (s)-in xurma ağacı yarpaqlarından toxunmuş

kiçik bir hәsiri (xümrәsi) olduğu vә onun üstünә sәcdә etdiyi qeyd olunubdur.

“Sәhih Müslüm” kitabının “Heyz” fәslindә Aişәdәn belә bir hәdis nәql olunubdur:

“Hәzrәti Peyğәmbәr (s) mәnә dedi: “Sәcdә etdiyim hәsiri (xümrәni) mәsciddәn

mәnә gәtir”. Mәn dedim: “Aybaşı halındayam”. Peyğәmbәr (s) buyurdu: “Aybaşı ki,

әlinin içindә deyil”.”

Müslüm daha sonra belә yazmışdır: “Xümrә sәcdә etmәyә istifadә olunan kiçik bir

sәccadәdir”.

Hәzrәti Peyğәmbәr (s)-in yerin (torpağın) üstünә sәcdә etmәyi sevdiyini göstәrmәk

üçün Buxarinin Әbu-Said Xüdridәn nәql etdiyi bir hәdisi nәql edirik:
TORPAQ PARÇASINA SӘCDӘ ..................................................................................................................... 204

“Hәzrәti Peyğәmbәr (s) ramazan ayının ortasındakı on günü e’tikaf edәrdi

(mәsciddә qalıb ibadәtlә mәşğul olardı). Bir il e’tikafının onuncu günü, yә’ni ramazan

ayının iyirmi birinci gecәsindә belә buyurdu: “Mәnimlә e’tikaf edәn şәxslәr ramazan

ayının qalan on gününü dә e’tikaf etsinlәr. Mәn bu gecәni yuxuda görmüşdüm, amma

sonra unutmuşdum. Hәmin gecәnin sabahısı yuxuda gördüm ki, su vә torpağa sәcdә

edirәm. Onu sonuncu on gündә axtarın vә tәk günlәrdә tapın”.1

Ravi deyir: “O gecә yağış yağdı. Mәscidin tavanından su damlamağa başladı. Vә

iyirmi birinci günün sәhәrindә öz gözlәrimlә gördüm ki, Hәzrәti Peyğәmbәr (s)-in

alnında su vә torpaq izi vardır”.

Hәzrәti Peyğәmbәr (s)-in zamanında sәhabәlәr yerә (torpağa) sәcdә etmәyi fәzilәtli

bilirdilәr. Bunu isbat edәn dәlillәrdәn biri Nәsainin nәql etdiyi bu hәdisdir:

“Cabir ibni-Abdullah belә deyir: “Hәzrәti Peyğәmbәr (s)-lә günorta namazı

qıldığım zamanlar әlin içi qәdәr bir daşı götürüb soyudurdum ki, sәcdә zamanı alnımı

hәmin daşın üstünә qoyum”.”2

Bunlardan әlavә Hәzrәti Peyğәmbәr (s) belә buyurubdur:

G%'h  G^

  Y
  *  T
U
 L
?
“Yer mәnim üçün sәcdәgah vә pakedici qәrar verilibdir”.3

O Hәzrәt (s) hәmçinin belә buyurubdur:

G%'h !0  !',/  : U


 L
?  G^

  !'(- Y
  *  !0  U
 L
?
“Yerin hamısı bizim üçün sәcdәgah vә torpağı da pak edici qәrar verilmişdir”.4

Elә isә nәyә görә şiәlәrә qarşı tәәssüb göstәrib, xalı әvәzindә torpaq üstünә sәcdә

etdiklәri üçün onlara e’tiraz edirlәr vә Әrәbistanda şiәlәrin cibindә möhür tapdıqları

vaxt onları döyürlәr? Görәsәn müqәddәs İslam dini Hәzrәti Mәhәmmәd (s)-in Allahın

Peyğәmbәri olduğuna şahidlik edib, namaz qılan, zәkat verәn, oruc tutan vә hәcc üçün

Allahın evini tәvaf edәn müvәhhid bir müsәlmana hörmәt bәslәmәyi әmr etmirmi? Vә

1 “Sәhih әl-Buxari”, c. 2, sәh. 256.


2 “Sünәn әn-Nisai”, c. 2, sәh. 204.
3 “Sәhih әl-Buxari”, c. 1, sәh. 86.
4 “Sәhih Müslüm”, c. 2, sәh. 64.
RӘC’ӘT .................................................................................................................................................................. 205

müsәlmanların bir-birlәrinә әziyyәt vermәlәrini qadağan etmirmi? Görәsәn, bu ağır

zәhmәtlәrә dözәrәk vә bu qәdәr pul xәrclәyәrәk hәccә gәlәn bir şiәnin daşa sitayiş

etmәsini iddia etmәk ağlabatan bir iddiadırmı? Görәsәn, sünnilәri birinci kitabım olan

“Necә hidayәt oldum” adlı әsәrimdә şәhid Mәhәmmәd-Baqir Sәdrdәn nәql etdiyim bu

söz qane etmirmi? Mәn o rәhmәtlikdәn torpaq parçasına sәcdә etmәk mәsәlәsini

soruşduqda belә cavab vermişdi: “Biz Allah üçün torpağa sәcdә edirik. Torpağa sәcdә

etmәklә torpaq üçün sәcdә etmәk ayrı-ayrı şeylәrdir”. Görәsәn, sәcdәsinin pak vә

Allahın yanında mәqbul olması üçün Hәzrәti Peyğәmbәr (s) vә imam (ә)-ların әmrinә

itaәt edәrәk yumşaq xalçaların әvәzinә torpağa sәcdә edәn şiәlәri, batil bir şübhәyә

әsaslanaraq, kafir olmaqda ittiham etmәk doğrudurmu? Vә görәsәn bizim belә bir

haqqımız vardırmı?

Bizim zamanımızda mәscidlәr bahalı xalılarla vә yaxud başqa yumşaq döşәmәlәrlә

döşәnibdir vә bәlkә hәmin döşәmәlәrdә elә maddәlәr vardır ki, onlara sәcdә etmәk

caiz deyildir. Dini mәsәlәlәrә xüsusilә dә dinin dirәyi olan namaza o qәdәr әhәmiyyәt

verәn şiәlәri lağa qoymaq doğrudurmu?

Ey Allah bәndәlәri, Allahdan qorxun vә düz söz danışın.

I % : W
[ FDE
\ F8 I
E
. D ,)
 .M! D B H1  $
 4
…!E_ 
. I ,1    D B E I
9   )
 . * % 

FDE
\ I
9   0
% 5  !0GE5 I %Q

C :  FD 
I
/
D B  i
 E  ! D B 5
%. N/
; % %: D B ,
0

N/

“Әgәr Allahın dünyada vә axirәtdә sizә ne’mәti vә mәrhәmәti olmasaydı, o yalan

sözünüzә görә sizә şiddәtli bir әzab olunardı. O zaman ki, siz yalanı dilinizә gәtirir,

bilmәdiyiniz sözü ağzınıza alır vә onu yüngül, asan bir şey sanırsınız. Halbuki, bu

Allah yanında çox böyük bir günahdır”. (Nur surәsi, 14-15-ci ayәlәr)

RӘC’ӘT

Rәc’әt ölümdәn sonra yenidәn dünyaya qayıtmaq demәkdir. Bu yalnız şiәlәrә

mәxsus olan bir e’tiqaddır. Mәn sünnilәrin kitablarını çox axtardım, amma rәc’әtlә bağlı

bir şey tapa bilmәdim.


RӘC’ӘT .................................................................................................................................................................. 206

Şiәlәr bu barәdә Әhli-beyt imam (ә)-larından nәql olunan vә axirәtdәn qabaq

dünyada da mö’minlәrin Allahın düşmәni olan zülmkarlardan intiqamının alınması

üçün Allah-tәalanın bә’zi mö’minlәrlә bә’zi zalımları yenidәn dirildәcәyini bildirәn

hәdislәrә әsaslanırlar. Şiәlәrin fikrincә sәhih vә ardıcıl olan bu hәdislәri Әhli-beyt imam

(ә)-larının öz ulu babaları Hәzrәti Peyğәmbәr (s)-dәn nәql etmәlәrinә baxmayaraq

bundan xәbәrsiz olan bә’zi sünnilәrin buna inanmamaları çox tәbii haldır.

Biz bu bәhsimizdә tәәssübdәn uzaq vә insaflı olmağı qәrara aldığımıza görә onları

mövcud olmayan şeylәrә inanmağa mәcbur etmirik. Şiә mәzhәbi heç kәsi bu rәvayәtlәri

qәbul etmәyә mәcbur etmir vә bunları tәkzib edәnlәri dә kafir saymır. Elә isә şiәlәrә bu

qәdәr hәmlә vә e’tirazın heç bir mә’nası yoxdur.

Hәr halda bә’zi ayәlәr da bu mә’naya uyğun olaraq tәfsir olunubdur. Misal üçün

Nәml surәsinin 83-cü ayәsi.

; %x % D ' . !0:


!Ž
/ 
 78B  " H1
!G?% . A+ H 7- " 
 f
C  ] % 
“O gün hәr ümmәtdәn ayәlәrimizi tәkzib edәn bir dәstәni yığarıq. Sonra onlar bir

yerә cәm edilib mәşhәrә sürüklәnәrlәr”.

“Tәfsiri-Qummi”dә Hәmmadın imam Sadiq әleyhissalamdan nәql etdiyi belә bir

hәdis vardır:

İmam Sadiq (ә) mәndәn camaatın “O gün hәr ümmәtdәn ayәlәrimizi tәkzib

edәnlәri…” ayәsi haqqında nә dediyini soruşdu. Mәn dedim ki, bu ayәni qiyamәtlә

әlaqәdar bir ayә hesab edirlәr. İmam (ә) dedi: “Yox, elә deyildir. Bu ayә rәc’әt

haqqındadır. Allah-tәala qiyamәt günü hәr ümmәtdәn bir qrupunu mәhşәrә

sürüklәyib, qalanlarını öz halına buraxacaqmı? Allah-tәala qiyamәt haqqında belә

buyurur:

#M D ' 0


 P
!n D . D 5 !  f
   ...
“…Onların hamısını bir yerә toplayacağıq”. (Kәhf surәsi, 47-ci ayә) ”.

Şeyx Mәhәmmәd Müzәffәr “Әqaidül-imamiyyә” adlı kitabında belә yazıbdır:

“İmamiyyә şiәsi Әhli-beyt imamlarından gәlәn hәdislәrә әsaslanaraq belә inanır ki,

Hәzrәti imam Mәhdi (ә) zühur etdiyi zaman Allah-tәala bir qrupu әvvәlki surәtlәrilә

yenidәn dünyaya qaytaracaqdır. Onlardan bir qismini әziz, bir qismini dә zәlil
RӘC’ӘT .................................................................................................................................................................. 207

edәcәkdir. O zaman haqlılar haqsızlardan vә mәzlumlar zalımlardan haqlarını

alacaqlar. Әlbәttә, imanda yüksәk dәrәcәyә çatanlarla fәsadda son dәrәcәyә çatanlar

rәc’әt edәcәklәr vә sonra da yenidәn ölәcәklәr, daha sonra isә haqları olan savab ya

әzabla qiyamәt günündә mәhşәrә gedәcәklәr.

+ E
QO " 
 
+  4 3 6
 ' . !0/
%8 /
!0.  , !. "
E,0S6
!0,EE M "
E,0S6
!0H, M !0H/ % !&
“Onlar deyәcәklәr: “Ey Rәbbimiz! Sәn bizi iki dәfә öldürüb iki dәfә diriltdin. Biz

öz günahlarımızı e’tiraf etdik. İndi buradan çıxmağa (qurtuluş üçün) bir yol

vardırmı?” ”( Mö’min surәsi, 11-ci ayә)

Allah-tәala bu ayәdә bir dәfә rәc’әt edib islah olmayan, buna görә dә Allahın

әzabına düçar olanların bir dәfә dә rәc’әt etmәk istәdiklәrini açıqlayır”.1

Әlbәttә, sünni mәzhәbinә bağlı olan müsәlmanlar da Әhli-beyt imam (ә)-ları

tәrәfindәn izah olunan hәqiqәt vә mәrifәtlәrdәn mәhrum qaldıqları üçün rәc’әtә

inanmasalar da bu tәbii haldır. Amma onlar rәc’әtә möhkәm dәlillәrә әsaslanaraq

inanan şiәlәrә hәmlә etmәk haqqına sahib deyillәr. Çünki bilmәyәnin bilәnlә vә cahilin

alimlә bir höccәti olmaz. Bir mәzhәb bir şeyә inanmasa, bu hәmin şeyin batil olduğuna

dәlalәt etmәz. Rәc’әtә gәldikdә isә bu barәdә hәm Qur’anda, hәm dә sünnәdә müxtәlif

dәlillәr mövcuddur vә bu Allah üçün qeyri-mümkün bir şey deyildir. Allah-tәala

Bәqәrә surәsinin 259-cu ayәsindә belә buyurur:

]+ ! A Z!
 ‚
u  I :!N. !':
%   L / ‚
u  T
EC
  3 HM :2 !& [!'
  3  bA
!4 T 5
 A+   & 3  H  q
8 9!- M

...I KL / HDS


“Damları çökmüş, divarları uçulmuş bir kәndin yanından keçәn şәxs “Allah bu

kәndi ölümündәn sonra necә dirildәcәk?”-demişdi. Allah da onu yüz il ölü halında

saxladı, sonra yenidәn diriltdi…”

Bәqәrә surәsinin 243-cü ayәsindә isә belә buyurur:

...D 5 !E M HDS %:% ‚


u  D '  2 !. y

% 1   8  Fo% M D 5  D 5

!P
" 
%?  4 " 
8 9  6+  : D M

1 “Әqaidül-imamiyyә”, sәh. 80
RӘC’ӘT .................................................................................................................................................................. 208

“Minlәrlә adamın ölüm qorxusu ilә öz yurdlarını tәrk edib getdiklәrini

görmәdinmi? Allah da onlara “Ölün!”-dedi vә sonra da (yenidәn) diriltdi…”

D - !0KL / HDS [; \ 0: D ,M A  


!He  D B :8 4 N. $#  ' ? ‚
z    3 H, „
  " 
@  "  3 O % ! D , & W 6


;   B f
 : D B 9L  D B :
%  
L / " 

“Vә yadınıza salın ki, siz: “Ya Musa, Allahı aşkar surәtdә görmәyincә, heç vaxt

sәnә inanmayacağıq”-dediyiniz zaman, gözünüz görә-görә sizi ildırım vurmuşdu.

Bәlkә şükr edәsiniz deyә biz sizi sonra yenidәn diriltdik”. (Bәqәrә surәsi, 55-56-cı

ayәlәr)

Hәmçinin üç yüz ildәn artıq bir vaxtda mağaralarda ölülәr kimi qalan Kәhf Әshabı

(Әshabi-kәhf) haqqında Kәhf surәsinin 12-ci ayәsindә belә buyurur:

#M %KQ
 !1
3 e
  M "
E/p C

 HqM D L 0
D 5 !0KL / HDS
“Sonra iki tayfadan hamısının onların (mağarada) qaldıqları müddәti daha

düzgün hesabladıqlarını bilmәk üçün onları oyatdıq”.

Qur’ani-Kәrimin keçmiş ümmәtlәrdә dә rәc’әtin baş verdiyini qeyd etmәsindәn

mә’lum olur ki, bunun islam ümmәtindә dә baş vermasi qeyri-mümkün deyildir.

Bunun baş verәcәyini Әhli-beyt imam (ә)-ları da qeyd ediblәr. Onlar isә hәm alim, hәm

dә düz danışandırlar.

Bә’zi adamların rәc’әtin mülhidlәrin (ateistlәrin) inandıqları tәnasüx әqidәsi (ölmüş

bir insanın ruhunun başqa bir diri insan vә ya heyvanın bәdәninә keçmәsi) kimi bir

әqidә olduğunu iddia etmәlәrinә gәldikdә isә, bunun aşkar bir yalan olduğu

mә’lumdur. Onlar bu iddianı irәli sürәrәk şiәlәri pislәmәk istәyirlәr. Tәnasüxә

inananlar adamın ruh, bәdәn vә bütün hәqiqәtlәrilә yenidәn dünyaya qayıdacağını irәli

sürmürlәr. Onlar ölәn bir adamın ruhunun tәzәcә doğulmuş başqa bir insan, ya da bir

heyvanın bәdәninә köçmәsinә inanırlar. Bu da qәbirdә olanların ruhu vә bәdәnlәrilә

birlikdә Allahın yenidәn dirildәcәyinә inanan müsәlmanların e’tiqadından fәrqlidir.

Demәk rәc’әtin tәnasüxlә heç bir әlaqәsi yoxdur. Bu söz heç bir şey bilmәyәn cahil vә

tәqvasız adamların sözüdür.


ӘHLİ-BEYTİ HӘDDӘN ARTIQ SEVMӘK ................................................................................................. 209

ӘHLİ–BEYTİ HӘDDӘN ARTIQ S E V M Ә K

Hәddәn artıq sevmәkdә mәqsәdimiz haqq çәrçivәsindәn çıxaraq sevgiliyә sitayiş

etmәk vә hәvәsә tabe olmaq deyildir. Çünki bu şübhәsiz küfr vә şirkdir vә Hәzrәti

Mәhәmmәd (s)-in peyğәmbәrliyinә inanan bir müsәlman buna e’tiqad etmәz. Hәzrәti

Peyğәmbәr (s) bunu qadağan edibdir. O Hәzrәt (s) Hәzrәti Әli (ә)-yә xitabәn belә

buyurubdur:

2+ !& F›n
Q  2+ !{ ‡lC

 ;
!0S „
 E
. „
 5
“Sәndә iki qrup hәlak olacaqdır, sәni hәddәn artıq sevәn vә sәninlә düşmәn olub sәndәn üz

döndәrәn”.

Başqa bir yerdә isә belә buyurubdur:

v % p  3 H, 
3  !eH0  I HQ M I H %,' / 3 H, P %'E  I ,)
 n / D    "
/ E
 " 
a
# K „
 E
. ;9 
_ 
 !

!'
/ i
 E  T
, 9 A
p
01 !
/
“Ey Әli, sәninlә İsa arasında bir bәnzәrlik vardır. Yәhudilәr ona düşmәn oldular vә hәtta,

anasına iftira dedilәr. Xristianlar isә onu mәqamından daha çox sevdilәr”.1

Şiәlәr Hәzrәti Әli (ә) vә onun nәslindәn olan imamları sevmәkdә hәddi aşmayıblar.

Şiә mәzhәbindә Әhli-beyt imam (ә)-larına Hәzrәti Peyğәmbәr (s) tәrәfindәn tә’yin

olunmuş mәqam vә dәrәcәyә uyğun münasibәt bәslәnilir. Şiәlәrә görә imamlar Hәzrәti

Peyğәmbәr (s)-in vәsi vә xәlifәlәridirlәr. Cә’fәri mәzhәbinә bağlı olan şiәlәr imamların

nәinki ilah olmalarına, hәtta peyğәmbәr olmalarına da inanmırlar. Şiәlәrin Hәzrәti Әli

(ә)-ni tanrı saydıqlarını iddia edәn fitnәkarların sözlәri yalandır. Әgәr belә bir şәxs

tapılsa, onu nәinki şiә, hәtta dindar da hesab etmәk olmaz, onları xәvaricdәn dә

saymaq olmaz. Allahın vә Peyğәmbәrin dә’vәtini yerinә yetirmәk istәyәn şiәlәrin nә

günahı vardır? Allah-tәala Şura surәsinin 23-cü ayәsindә belә buyurur:

1 “әl-Müstәdrәk lil-Hakim”, c. 3, sәh. 123; “Tarix Dәmәşq libn Әsakir”, c. 2, sәh. 234; Buxari, “Tarixi-

Kәbir”, c. 2, sәh. 281; “Tarix әl-Xülәfa lis-Süyuti”, sәh. 173; “Xәsais әn-Nisai”, sәh. 27; “Zәxairül-üqba”,

sәh. 92; “әs-Sәvaiqu әl-Muhriqә libni Hәcәr әl-Heysәmi”, sәh. 74.


ӘHLİ-BEYTİ HӘDDӘN ARTIQ SEVMӘK ................................................................................................. 210

...«  
. $ HP% 1  J*
G ?  I
E D B †OM*  &...
“…De ki, mәn sizdәn bunun (risalәtin) müqabilindә qohumluq mәhәbbәtindәn

başqa bir şey istәmirәm…”

Mә’lum olduğu kimi bu ayәdә mövcud olan “‫( ” َ َدت‬mәvәddәt) sözü mәhәbbәtdәn

daha güclü bir sevgiyә deyilir. Allah da Peyğәmbәr (s)-in risalәti qarşılığında onun

yaxınlarını belә bir mәhәbbәtlә sevmәyi әmr etmişdir.

Hәzrәti Peyğәmbәr (s) belә buyurmuşdur:

„
 QE
Q  T
0)
 n /M   . „
 )
 n /M "   T
0HQ M   . „
 HQ M "  $
 4
… T
. FEO  !E_  T
. FEO U
 M _T
 !

„
 )
 n /M " 1
 %  ‚


 E
n/ „
 )
 E
n/ ‚

l
 E
Q
“Ey Әli, sәn dünya vә axirәtdә ağasan. Hәr kim sәni sevsә, mәni sevibdir vә hәr kim sәninlә

düşmәn olsa, mәnimlә düşmәn olubdur. Sәnin dostun Allahın dostu vә sәnin düşmәnin Allahın

düşmәnidir. Sәninlә düşmәn olanın vay halına”.1

Hәmçinin belә buyurmuşdur:

Fm!
I )
 n / b;!œ
 ™T _l
“Әlinin mәhәbbәti iman, düşmәnçiliyi isә nifaqdır”.2

O Hәzrәt (s) hәmçinin buyurmuşdur:

* M [I  #%n  y
 ! + H1C
  2
d l 3  y
 ! "   * M [#E
' y
 ! + H1C
  2
d l 3  y
 ! " 

 1 B ,
  !#0
@  y
 ! + H1C
  2
d l 3  y
 ! "   * M [#!Q
Z!: y
 ! + H1C
  2
d l 3  y
 ! "  

..A
H0^
 !
/ y

% 1  „
  v  Hf/ + H1C
  2
d l 3  y
 ! "   * M ;
!œ

“Bilin ki, hәr kәs Ali-Mәhәmmәdin (Әhli-beytin) mәhәbbәtilә ölsә, şәhid olaraq ölübdür.

Bilin ki, hәr kәs Ali-Mәhәmmәdin mәhәbbәtilә ölsә bağışlanmış olaraq ölübdür. Bilin ki, hәr kәs

Ali-Mәhәmmәdin mәhәbbәtilә ölsә, tövbә etmiş olaraq ölübdür. Bilin ki, hәr kәs Ali-

1 “әl-Müstәdrәk lil-Hakim”, c. 3, sәh. 128; “Nurul-әbsar”, sәh. 73; “Yәnabi әl-Mәvәddә lil-Qunduzi әl-

Hәnәfi”, sәh. 205; “әr-Riyaz әn-Nәzirә lit-Tәbәri”, c. 2, sәh. 165.


2 “Sәhih Müslüm”, c. 1, sәh. 48; “әs-Sәvaiqu әl-Muhriqә libni Hәcәr әl-Heysәmi”, sәh. 73; “Kәnz әl-

Ümmal lil-Hindi”, c. 15, sәh. 105.


ӘHLİ-BEYTİ HӘDDӘN ARTIQ SEVMӘK ................................................................................................. 211

Mәhәmmәdin mәhәbbәtilә ölsә, imanı kamil olan mö’min olaraq ölübdür. Bilin ki, hәr kәs Ali-

Mәhәmmәdin mәhәbbәtilә ölsә ölüm mәlәyi ona cәnnәt müjdәsi verәr”.1

Hәzrәt Peyğәmbәr (s)-in Hәzrәti Әli (ә) haqqında:

I %O  I 9  I _QC

  I %O  I 9  _lC

 + ?  3 
T
, H"ER
 * G{
“Sabah bayrağı elә bir kişinin әlinә verәcәyәm ki, O, Allahı vә Peyğәmbәri sevәr, Allah vә

Peyğәmbәri dә onu sevәr”2 -deyә buyurduğu bir şәxsә mәhәbbәt bәslәmәyin bir eybi

varmı? Demәk, Әlini sevәn Allahı vә Peyğәmbәri sevәr vә hәqiqi mö’mindir. Әli ilә

düşmәn olan isә Allah vә Peyğәmbәrilә düşmәn vә münafiqdir.

İmam Şafei Әhli-beyt mәhәbbәti haqqında belә deyir:

I p M ;
d   T
. I
9  " 
FY  . D B _Q I
9  2
%O U

E/  5M!

I  $ a* D B E 7e



 D  "  D B HM 
)
   D
E
\ " 
D - !-
“Ey Peyğәmbәrin Әhli-beyti, sizi sevmәk Allah tәrәfindәn Qur’anda vacib olubdur. Sizә bu

qәdәr böyüklük vә fәzilәt kifayәtdir ki, sizә salavat göndәrmәyәnin namazı batildir”.

Fәrәzdәq isә öz “Mimiyyә” adlı qәsidәsindә onların haqqında belә yazıbdır:

“Elә bir qrup ki, onları sevmәk iman, onlarla düşmәnçilik isә küfrdür.

Onlara yaxınlaşmaq da qurtuluşa sәbәb olar.

Әgәr tәqva әhlini saysalar, rәhbәrlәri onlardır.

Әgәr “Yer üzünün әn xeyirli adamları kimlәrdir?”-deyә soruşulsa, “Onlardır”-deyilәr”.

Demәk, şiәlәr Allah vә Peyğәmbәri (s)-ni sevdiklәri üçün Peyğәmbәrin Әhli-beytini

(Fatimә, Әli, Hәsәn vә Hüseyni) sevmәk dә onlara vacib edilibdir. Bu haqda mövcud

olan hәdislәr o qәdәr çoxdur ki, saymaqla qurtarmaz. Sünni alimlәr dә hәmin hәdislәri

öz sәhih kitablarında nәql ediblәr ki, burada hәmin hәdislәrdәn bir neçәsini nәql etdik.

İndi ki, Әhli-beyti sevmәyin Allah vә Peyğәmbәrini sevmәk olduğu mә’lum oldu,

gәrәk bu sevginin hәdd-hüdudunu öyrәnәk vә görәk ki, şiәlәr bu hәddi aşıblar, ya yox.

Hәzrәti Peyğәmbәr (s) belә buyurubdur:

1 Sә’lәbi, “Tәfsiri-Kәbir”, Mәvәddәt ayәsinin tәfsiri; Zәmәxşәri, “Әl-Kәşşaf” (tәfsiri); Fәxri-Razi, “Tәfsiri-

Kәbir”, c. 7, sәh. 405; “İhqaqül-haqq”, c. 9, sәh. 489.


2 “Sәhih әl-Buxari”, c. 4, sәh. 20 vә c. 5, sәh. 76; “Sәhih Müslüm”, c. 7, sәh. 120.
ӘHLİ-BEYTİ HӘDDӘN ARTIQ SEVMӘK ................................................................................................. 212

r
 L
1 ? M 

!s0  v


 v

 " 
I
E 
Hl M ; %-M 3 H, D -   M " 
@  *
“Mәn sizdәn bir nәfәrә onun öz uşaqlarından, atasından vә bütün insanlardan daha sevimli

olmasam, hәmin adam mö’min sayılmaz”.1

Buna görә müsәlman olan şәxs Hәzrәti Әli (ә) vә onun nәslindәn olan pak imamları

öz ailәsi va uşaqları vә bütün xalqdan daha çox sevmәlidir. İman ancaq bu şәkildә

mükәmmәl olar.

Demәk şiәlәr burada hәddi aşmırlar. Әksinә, onlar hәr haqq sahibinә öz haqqını

verirlәr. Hәzrәti Peyğәmbәr (s) vә Hәzrәti Әli (ә)-nin mәqamını başın bәdәnә olan

mәqamı vә iki gözün başa olan mәqamı kimi qiymәtlәndiribdir. Görәsәn, başından vә

iki gözündәn keçәn bir nәfәr tapıla bilәrmi?

Amma digәr tәrәfdәn görürük ki, sünnilәr sәhabәlәrin mәhәbbәtindә hәddi aşaraq

onları layiq olduqları mövqedәn daha yüksәk mövqeyә çıxarlırlar. Görünür, bu da

bütün sәhabәlәrin әdalәtinә inanmayan şiәlәrә qarşı bir növ әks-әmәldir. Mәsәlәn,

Әmәvilәr sәhabәlәrin dәrәcәlәrini yüksәldәrәk Әhli-beytin dәrәcәsini alçaltmağa

çalışırdılar. Onlar hәtta salavat çevirdiklәri zaman Hәzrәti Mәhәmmәd (s) vә Әhli-

beytdәn sonra bütün sәhabәlәri dә qeyd edirdilәr. Çünki Әhli-beytә salavat göndәrmәk

elә yüksәk bir fәzilәt idi ki, sәhabәlәri dә onlara tay etmәk istәyirdilәr. Onlar bilmirdilәr

ki, “Sәhih әl-Buxari”, “Sәhih Müslüm” vә sairә mәnbәlәrdә mövcud olan qәti bir hәdisә

görә Allah-tәala sәhabәlәr başda olmaqla bütün müsәlmanlara vacib etmişdir ki,

Mәhәmmәd, Әli, Fatimә, Hәsәn vә Hüseynә salavat göndәrsinlәr. E’tibarlı hәdislәrә

görә әgәr bir nәfәr yalnız Hәzrәti Mәhәmmәdә salavat göndәrib Әhli-beytә salavat

göndәrmәsә, namazı batildir.

Buna görә Allah vә Peyğәmbәrinin şahidlik etdiyi kimi sәhabәlәrin arasında fasiq,

münafiq vә mürtәdlәrin olmasına baxmayaraq, bütün sәhabәlәrin әdalәtinә inanan

sünnilәr hәddi aşıblar.

Hәddi aşdıqları bu sözlәrindәn dә mә’lum olur ki, deyirlәr: “Peyğәmbәr sәhv edir

vә bir sәhabә onun sәhvini düzәldir”, yaxud “şeytan Peyğәmbәrin hüzurunda oynayır,

amma Ömәrdәn qaçır”.

1 “Sәhih әl-Buxari”, c. 1, sәh. 9; “Sәhih Müslüm”, c. 1, sәh. 49; “Sәhih әt-Tirmizi”.


MӘHDİ MÜNTӘZӘR (GÖZLӘNİLӘN MӘHDİ) ..................................................................................... 213

Onların hәddi aşdıqları buradan da mә’lum olur ki, Peyğәmbәrin sünnәsini buraxıb,

qabaqca qeyd etdiyimiz kimi, sәhabәlәrin, xüsusәn dә xülafayi-raşidinin sünnәsinә tabe

olurlar. Sünnilәr hәddi o qәdәr aşıblar ki, sәhabәlәri tәnqid etmәyә belә, icazә

vermirlәr.

MӘHDİ MÜNTӘZӘR (GÖZLӘNİLӘN MӘHDİ)

Sünnilәrin şiәlәrә qarşı tәnqid şәklindә irәli sürdüklәri mәsәlәlәrdәn biri dә

gözlәnilәn Mәhdi (ә) mәsәlәsidir. Çünki onların fikrincә bir nәfәrin 12 әsr boyu xalqın

gözündәn uzaq yaşaya bilmәsi qeyri-mümkündür. Hәtta müasir yazıçılardan biri belә

yazıbdır: “Şiәlәr gözlәnilәn imam düşüncәsini uydurublar. Çünki müxtәlif dövrlәrdә

ayrı-ayrı hökmdarlar tәrәfindәn zülm vә tәzyiqә mә’ruz qaldıqlarından özlәrinә

toxtaqlıq vermәk üçün yer üzünü әdalәtlә dolduracaq bir imamın gәlәcәyinә inanıblar”.

Son illәrdә, xüsusilә dә İran İslam İnqilabının qәlәbә çalmasından sonra gözlәnilәn

Mәhdi (ә) haqqında mübahisә çoxalıbdır vә hәr yerdә müsәlmanlar, xüsusәn dә

mәdәni gәnclәr gözlәnilәn Mәhdi e’tiqadının hәqiqәtәn nә olduğunu vә islami bir

e’tiqad olub olmadığını soruşmağa başlayıblar.

Mәhdi mövzusu haqqında keçmiş vә müasir şiә alimlәri tәrәfindәn çoxlu kitablar

yazılmasına1 vә bә’zi münasibәtlәrdә tәşkil olunan müxtәlif konfranslarda alimlәr

tәrәfindәn verilәn izahlara baxmayaraq bu mәsәlә hәlә dә sünnilәrin әksәriyyәtinin

düz-әmәlli baş tapmadıqları bir mövzu kimi qalıbdır. Bunun sәbәbi isә onların bu

barәdәki hәdislәri oxumağa adәt etmәdiklәridir.

İslam e’tiqadları arasında Hәzrәti Mәhdi (ә) e’tiqadının hәqiqәt vә yeri nәdәn

ibarәtdir. Bu mövzunu iki bölmәdә araşdıracağıq:

1. Kitab vә sünnәdә Hәzrәti Mәhdi (ә)-nin yeri;

2. Hәzrәti Mәhdi (ә)-nin hәyatı, qaibliyi vә zühuru.

1. Hәm şiәlәr, hәm sünnilәr qә’bul edirlәr ki, Hәzrәti Peyğәmbәr (s) onun gәlәcәyini

müjdә verib vә әshabına belә buyurubdur:

1 Misal üçün, şәhid Mәhәmmәd Baqir Sәdrin yazdığı “Mәhdi haqqında tәdqiqat” adlı kitab.
MӘHDİ MÜNTӘZӘR (GÖZLӘNİLӘN MӘHDİ) ..................................................................................... 214

“Allah-tәala onu axır zamanda zahir edәcәkdir”.

İmam Mәhdi (ә) haqqında olan hәdislәri şiәlәr vә sünnilәr öz “sәhih” vә

“müsnәd”lәrindә nәql ediblәr. Mәn dә, söz verdiyim üçün, bu barәdә sünnilәrin sәhih

vә sabit hesab etdiklәri hәdislәrә istinad edәcәyәm.

Әbu-Davudun “Sünәn”indә bu barәdә Hәzrәti Peyğәmbәr (s)-dәn belә bir hәdis

nәql olunubdur:

I 1 O  tu T
h% T
,E/ 5M " 
a
# ?  —
 L Q 3 H, ] % E  „

W3 I 9  2 H%R  F
 F]%  J*
!E_  " 
 Q D  % 

G% ?  !G1 } U
 †
 !1- *#    !#R
 &
Y
  *  N1  T
/M I
E
/M D O  [
“Әgәr dünyanın axırına bir gün belә qalsa, Allah-tәala o günü uzadacaq vә mәnim Әhli-

beytimdәn adı mәnim adım, atasının adı da mәnim atamın adı olan bir nәfәri göndәrәcәkdir. O,

yer üzünü zülm vә tәcavüzlә dolduqdan sonra yenidәn әdalәt vә bәrabәrliklә dolduracaqdır”.1

Başqa bir rәvayәtә görә o Hәzrәt (s) belә buyurubdur:

[G
R : [G
 t© a/ q
L / ; %   EO T
,E/  5 M ;9 
 [!E_   $  4
… !0  I 9   !,4
U
+ E/  5 M !s

[; e

,0E. ; %:
!E. I % R L  a.  Ej
  ; % N
 E. FP%O Fy! D ' L  m


f
 1  
Q&
" 
F]% & T
:N  3 H,

G% ? U
 †
 !1- !#R
 &
!5@1 E.
,E/ 
5 M " 
+ ?  3 
!'%L.  3 H, [I%Q  a. .% NO ! ; % R L E.
“Biz elә bir Әhli-beytik ki, Allah tәala dünya әvәzindә axirәti bizim üçün seçmişdir. Mәndәn

sonra mәnim Әhli-beytim şiddәtli bәla vә zülmlә qarşılaşacaqlar. Sonra şәrqdәn qara bayraqları

olan bir qövm gәlәcәkdir. Onlar xeyri tәlәb edәcәklәr, amma onlara verilmәyәcәk. Onlar

müharibә edib qәlәbә çalacaqlar. O zaman onların istәdiklәri şeyi verәcәklәr, amma onlar qәbul

etmәyәcәklәr. Onlar onu (qara bayrağı) mәnim Әhli-beytimdәn olan bir nәfәrә verәcәklәr. O da

yer üzünü zülmlә dolduğu kimi әdalәtlә dolduracaqdır”.2

İbni Macәnin nәql etdiyi başqa bir hәdisә görә Hәzrәti Peyğәmbәr (s) belә

buyurubdur:

1 “Sünәn әbi-Davud”, c. 2, sәh. 422.


2 “Sünәn ibn Macә”, c. 2, 4082 nömrәli hәdis.
MӘHDİ MÜNTӘZӘR (GÖZLӘNİLӘN MӘHDİ) ..................................................................................... 215

A 1 h
!. 
 " 
_q
' 1  [ U

EQ  
5 M !H0
_q
' 1 
“Mәhdi biz Әhli-beytdәndir, Mәhdi Fatimә övladlarındandır”.

Yenә ibni-Macәnin nәql etdiyinә görә Hәzrәti Peyğәmbәr (s) belә buyurubdur:

!'- M
:@ : (ª& !'K
D L
0: D  A# 1 L 
,HM !'E
. D L
0: F`
 ,
. *9 6
 .F`Q
 .  e
 & ; 6
._
' 1 
,HM
. ; %B

8 4 :2 %E.
0R
 M _
'  ! :2 %E.  ? H  ] %E. .
+   - 8
†
 %  2 !1  .!#†E I 0
 4
H:* 
“Ümmәtimdә Mәhdi olacaqdır. Әgәr hökumәti qısa müddәtli olsa yeddi il vә әgәr uzun

müddәtli olsa doqquz il olacaqdır. O zaman ümmәtimә verilmәmiş bir ne’mәt verilәcәkdir. Yer

üzü bütün sәrvәtlәrini vә ne’mәtlәrini aşkar edәcәk vә heç bir şeyi gizlәtmәyәcәkdir. O zaman

mal ayaqaltına tökülәcәkdir. Biri gәlib “Ey Mәhdi, mәnә ver”-dediyi zaman “al”-deyәcәkdir”.1

“Sәhihi-Tirmizi”-dә bu haqda Hәzrәti Peyğәmbәr (s)-dәn belә bir hәdis nәql

olunubdur:

] % E  „

W3 ‚
u  2 _%R  F
 F]%  *9 6
!E_  " 
 Q D  %  .
1O  I 1 O  ¬ h
%
,E/ 
5 M " 
b? 


.
 3 H,
“Adı mәnim adım olan Әhli-beytimdәn bir nәfәr hökmdarlığa çatacaqdır. Әgәr dünyanın

ömründәn bir gün belә, qalmış olsa, Allah hәmin günü onun hökmdar olması üçün

uzadacaqdır”.2

Tirmizinin nәql etdiyi başqa bir hәdisә görә isә Hәzrәti Peyğәmbәr (s) belә

buyurubdur:


1O  I 1 O  [ tu
h% T
,E/ 
5 M " 
b?  
  L  „
 
1  3 H, !E_  l
 5 8 :*
“Әrәblәrә mәnim Әhli-beytimdәn olan vә adı mәnim adım olan bir nәfәr hökmdarlıq edәnә

qәdәr dünyanın ömrü sona çatmayacaqdır”.

Buxari dә öz “Sәhih”-indә Әbu Hüreyrәdәn Hәzrәti Peyğәmbәr (s)-in belә

buyurduğunu nәql edibdir:

1 “Sünәn ibn Macә”, c. 2, 4086 nömrәli hәdis.


2 Tirmizi, “Camiüs-sәhih”, c. 9, sәh. 74-75.
MӘHDİ MÜNTӘZӘR (GÖZLӘNİLӘN MӘHDİ) ..................................................................................... 216

D B 0
D B  !
 D B E
. D    " / 2 p  W
D ,M g
 E-
“Mәryәmin oğlu sizә nazil olduğunda vә imamınız da sizdәn olduğunda necә bir vәziyyәtdә

olarsınız”. 1

“Qayәtül-mә’mul” adlı kitabın müәllifi belә deyir: “Sәlәf vә xәlәf alimlәri arasında

axır zamanda Әhli-beytdәn Mәhdi adlı bir nәfәr zühur edәcәyi mәşhurdur. Mәhdi

haqqında olan hәdislәri görkәmli sәhabәlәr nәql ediblәr. O cümlәdәn Әbu-Davud,

Tirmizi, ibni-Macә, Tәbәrani, Әbu-Yә’la, Bәzzaz, Әhmәd ibni-Malik vә Hakim kimi

böyük hәdisçilәr bu haqda mövcud olan hәdislәri öz kitablarında nәql ediblәr. Demәk

Mәhdi ilә әlaqәdar olan hәdislәrin hamısını zәif sayan şәxs sәhv edir”.

Hafiz “Fәthül-bari” adlı kitabında belә deyir: “Mәhdinin bu ümmәtdәn olduğu vә

İsa ibni-Mәryәmin enib onun arxasında namaz qılacağı haqqında hәdislәr

mövcuddur”.2 (Mütәvatirdir)

İbni-Hәcәr Heysәmi dә “Sәvaiqül-mühriqә” adlı kitabında bunları qeyd edir:

“Mәhdinin zühur edәcәyi haqqında hәdislәr çoxdur vә ardıcıldır”.3 (Mütәvatirdir)

İbni-Xәldun da “Müqәddimә”-sindә belә yazmışdır: “Bilmәlisәn ki, әsrlәr boyu

bütün islam әhli arasında axır zamanda Әhli-beytdәn bir nәfәrin zühur edib dini tәsdiq

edәrәk әdalәti yayacağı vә onun Mәhdi deyә adlandırılacağı mәşhur bir mövzudur”.4

Müasir alimlәrdәn dә İxvanül-müsliminin müftisi Seyyid Sabiq “Әqaidül-

islamiyyә” adlı kitabında Mәhdi (ә) ilә әlaqәdar hәdislәr nәql edәrәk, Mәhdi

düşüncәsini tәsdiq olunması zәruri olan islami düşüncәlәrdәn biri kimi qeyd etmişdir.

Şiә kitablarında isә Mәhdi (ә) ilә әlaqәdar hәdislәrә geniş yer verilmişdir. Hәtta

deyilir ki, Hәzrәti Peyğәmbәr (s)-dәn heç bir mәsәlә barәdә bu mövzu ilә әlaqәdar

söylәdiyi hәdislәr qәdәr hәdis nәql olunmayıbdır. “Müntәxәbül-әsәr”in müәllifi

Lütfüllah Safi hәmin kitabında Mәhdi (ә) ilә әlaqәdar hәdislәri altmışdan çox sünni

1 “Sәhih әl-Buxari”, c. 4, sәh. 143, “İsa ibni Mәryәmin nazil olması” fәsli.
2 “Fәthül-Bari”, c. 5, sәh. 362.
3 “әs-Sәvaiqu әl-Muhriqә libni Hәcәr әl-Heysәmi”, c. 2, sәh. 211.
4 İbni Haldun, “Müqәddimә”, sәh. 367.
MӘHDİ MÜNTӘZӘR (GÖZLӘNİLӘN MӘHDİ) ..................................................................................... 217

mәnbәyindәn, o cümlәdәn Sihahi-Sittәdәn vә doxsandan çox şiә mәnbәyindәn, o

cümlәdәn Kütubi-Әrbәәdәn nәql etmişdir.

2. İkinci bölmә, yә’ni Hәzrәti Mәhdi (ә)-nin doğumu, hәyatı, qeybliyi vә hәyatda

olması mәsәlәsinә gәldikdә isә qeyd etmәk lazımdır ki, sünni alimlәrdәn bir qrup

Hәzrәti Mәhdi (ә)-nin Әhli-beyt imam (ә)-larından on ikincisi, Hәzrәti İmam Hәsәn

Әskәri (ә)-nin oğlu vә dünyaya gәlib hәlә dә hәyatda olduğuna, axır zamanda zühur

edәrәk yer üzünü әdalәt vә bәrabәrliklә dolduracağına vә Allahın o Hәzrәtin әlilә

dinini qalib edәcәyinә inanırlar vә bu haqda şiәlәrlә hәmfikirdirlәr. Hәmin alimlәrdәn

bә’zilәri bunlardırlar:

1. “Fütuhati-Mәkiyyә” adlı kitabın müәllifi Mühyiddin Әrәbi.

2. “Tәzkirәtül-xәvas” adlı kitabın müәllifi Sibtülcövzi.

3. “Әqaidül-әkabir” adlı kitabın müәllifi Әbdülvahab Şә’rani.

4. “Tәvarixü mәvalidil-ә’immә vә vәfayatihim” adlı kitabın müәllifi ibni-Xәşşab.

5. “Fәslül-xitab” adlı kitabın müәllifi Mәhәmmәd Buxari Hәnәfi.

6. “Әl-hәdisül-mәtәsәlsil” adlı kitabın müәllifi Әhmәd ibni-İbrahim Bәlaziri.

7. “Füsulul-mühümmә” adlı kitabın müәllifi ibni-Sabbağ Maliki.

8. “Mә’rifәtül-әsrar” adlı kitabın müәllifi Arif Әbdürrәhman.

9. “Mәtalibüs sual fi mәnaqibi Alir-rәsül” kitabının müәllifi Kәmalәddin ibni Tәlhә.

10. “Yәnabiül-mәvәddә” adlı kitabın müәllifi Qunduzi Hәnәfi.

Әgәr adam tәdqiqat aparsa görәr ki, Hәzrәti Mәhdi (ә)-nin doğulduğuna vә Allahın

onu zahir edәcәyi zamana qәdәr hәyatda olduğuna inanan sünni alimlәrinin sayı qeyd

etdiklәrimizdәn daha çoxdur. Әlbәttә, sünni alimlәri arasında Hәzrәti Mәhdi (ә)-nin

dünyaya gәldiyini vә bu qәdәr uzun zaman yaşadığını inkar edәnlәr dә vardır. Amma

mә’lumdur ki, onlar o Hәzrәtin dünyaya gәlib yaşadığına inananların әleyhinә bir dәlil

vә höccәt sayılmır.

Qur’ani-Kәrimdә şiә e’tiqadlarını rәdd edәn bir ayә belә, yoxdur. Hәtta Qur’anın

bә’zi ayәlәri bu e’tiqadın sәhih vә doğru olmasına dәlalәt edir. Allah-tәala çoxlu

misallarla Allahın hәr şeyә qadir olduğunu göstәrmiş vә belәliklә, insanları mәsәlәlәrә

dayaz düşüncә ilә baxmaqdan çәkindirmişdir. Buna görә dә qәlbi iman nuru ilә dolu

olan bir müsәlman Allah-tәalanın Üzeyir peyğәmbәri öldürüb yüz il sonra yenidәn
MӘHDİ MÜNTӘZӘR (GÖZLӘNİLӘN MӘHDİ) ..................................................................................... 218

diriltmәsini, onun ulağını sümüklәri belә, çürümüş olmasına baxmayaraq, yenidәn

diriltmәsini vә bu müddәt içәrisindә xörәyinin hәlә dә çürümәmiş olaraq qalmasını

Qur’ani-Kәrimdә oxuyandan sonra Allahın hәr şeyә qadir olduğuna inanmazmı?!

Qur’ana inanan bir müsәlman Hәzrәti İbrahim әleyhissalamın bir neçә quşu

öldürüb doğrayaraq әtlәrini bir-birinә qarışdırlıqdan sonra parçalarını bir neçә dağın

başına qoyduğunu vә daha sonra onları çağırdığı vaxt quşların dirilib uçaraq o

Hәzrәtin yanına gәldiyini Qur’ani-Kәrimdә oxuyanda bu hadisәni tәәccüblәndirici vә

qәribә hesab etmәz. O, hәmçinin Hәzrәti-İbrahim әleyhissalamın tonqala atıldığı zaman

yanmamasından tәәccüblәnmәz, çünki Allah-tәala oda demişdir: “Soyuq vә salamat ol”

Müsәlman olan şәxs, Hәzrәti İsa әleyhissalamın atasız bir şәkildә anasından

doğulmasına, bu günә qәdәr yaşadığına vә yenidәn qayıdacağına şübhә etmәz.

Müsәlman olan şәxs Hәzrәti İsa әleyhissalamın ölülәri diriltmәsinә, anadangәlmә

korları sağaltdığına inanar. Müsәlman olan şәxs dәnizin Hәzrәti Musa (ә) vә Bәni

İsrailin keçmәsi üçün yarıldığına, Hәzrәti Musanın әsasının ilana çevrilmәsi vә Nil

suyunun qana çevrilmәsinә heç şübhә etmәz. Müsәlman olan şәxs Hәzrәti Süleymanın

quşlar, cinlәr vә qarışqalarla danışdığına vә Bilqeysin taxtını yelә daşıdaraq bir göz

qırpımında gәtirtdiyinә inanır. Allah-tәalanın Әshabi-Kәhfi 309 il yuxulatdıqdan sonra

yenidәn oyatdığını heç bir müsәlman inkar etmәz, hәmçinin, Hәzrәti Musa ilә minlәrlә

il bundan әvvәl görüşәn Xizr nәbinin hәlә dә diri olduğunu heç bir müsәlman yalan

saymaz. Hәmçinin hәr bir müsәlman inanır ki, mәl’un Şeytan, Hәzrәti Adәm

әleyhissalamdan qabaq yaradılmasına baxmayaraq, hәlә dә diridir vә heç onu görmәsә

dә çirkin әmәllәrinin nәticәsini müşahidә edir.

Bütün bu qeyd etdiklәrimizә inanan bir şәxs Allah-tәalanın, istәdiyi bir hikmәtә

görә müәyyәn bir müddәt üçün Hәzrәti imam Mәhdi (ә)-nin qeybdә yaşamasına heyrәt

vә tәәccüb edәrmi? Halbuki, buna dair açıq-aydın dәlillәr mövcuddur.

Әslindә burada qeyd etdiklәrimiz Qur’anda mövcud olanların kiçik bir hissәsidir.

Bu mövzuların әsas xüsusiyyәti insanlardakı tәbii gücü aşması vә xarici mövzular

olmasıdır. Belә ki, әgәr adamların hamısı da yığışsa hәmin işlәrdәn birini belә görmәyә

güclәri çatmaz. Onlar ancaq yerdә bu işdә hәr şeyә qadir olan Allah-tәalanın qüdrәtilә

hәyata keçiblәr. Bir nәfәrin müsәlman ola bilmәsi üçün Qur’anın gәtirdiyi hәr şeyә
MӘHDİ MÜNTӘZӘR (GÖZLӘNİLӘN MӘHDİ) ..................................................................................... 219

istisnasız inanması lazımdır. Buna görә dә müsәlmanlar Qur’anda mövcud olan bu

mәsәlәlәrә inanırlar. Burada bunu da qeyd etmәk lazımdır ki, şiәlәrin Mәhdi (ә) ilә

әlaqәdar mövzuları daha yaxşı bilmәlәri tәbii bir haldır. Çünki o Hәzrәt (ә) onların

imamıdır. Onlar o Hәzrәti vә onun ata-babası olan digәr imamları özlәrinә rәhbәr

olaraq qәbul etmiş vә hәmişә onların hüzurunda vә әmrlәri uğrunda yaşayıblar,

yaşayırlar vә yaşayacaqlar. Şiәlәr Әhli-beyt imam (ә)-larına dәrin hörmәt bәslәyirlәr.

Onlar hәtta Әhli-beyt imam (ә)-larının mәzarlarını әn gözәl şәkildә düzәldib vә hәmişә

ziyarәt vә tәbәrrük üçün oralara gedirlәr vә bunu özlәri üçün borc hesab edirlәr. Әgәr

on ikinci imam olan Hәzrәti Mәhdi (ә) vәfat etmiş olsaydı, onda o Hәzrәtin dә mә’lum

bir qәbri olardı. Buna görә dә şiәlәrin o Hәzrәtin yenidәn dirilib qiyam edәcәyinә

inanması da düzdür. Çünki onlar rәc’әtә dә inanırlar. Halbuki şiәlәr Hәzrәti Mәhdi (ә)-

nin diri olduğunu israrla tә’kid edirlәr vә belә e’tiqad edirlәr ki, o Hәzrәt (s) Allahın

istәdiyi bir hikmәtә görә qeybdә yaşayır. Onlar namazlarında Allaha yalvararaq o

Hәzrәtin zühurunun yaxınlaşdırmasını istәyirlәr. Çünki o Hәzrәtin zühur etmәsilә

müsәlmanlar izzәt, sәadәt va zәfәrә çatacaqlar vә Allah-tәala kafirlәr istәmәsәlәr dә,

onun vasitәsilә nurunu mükәmmәl edәcәkdir. Sünnilәrlә şiәlәr arasında Hәzrәti Mәhdi

(ә) haqqında mövcud olan ixtilaflar o qәdәr dә köklü deyildir. Çünki hәr iki qrup o

hәzrәtin axır zamanda zühur edәcәyinә, Hәzrәti İsanın nazil olub o Hәzrәtin arxasında

namaz qılacağına, zülmlә dolu olan yer üzünü yenidәn әdalәt vә bәrabәrliklә

dolduracağına, onun zamanında islamın bütün dünyaya hakim olacağına inanırlar.

İxtilafları olduğu yeganә mәsәlә bundan ibarәtdir ki, şiәlәr o Hәzrәtin dünyaya

gәldiyinә inanırlar, amma sünnilәr daha sonra dünyaya gәlәcәyini iddia edirlәr. Amma

hәr iki qrup da o Hәzrәtin axır zamanda qiyam edәcәyinә inanır. Buna görә dә lazımdır

ki, hәm şiәlәr hәm dә sünnilәr haqq kәlmәsinin üstündә toplanaraq namazlarında,

dualarında sәmimi-qәlbdәn Allaha yalvarıb o Hәzrәtin zühurunu yaxınlaşdırmasını

istәsinlәr. Çünki islam ümmәti Hәzrәti Mәhdi (ә)-nin zühuru ilә qurtulacaq vә qәlәbә

çalacaqdır. Son sözümüz budur ki, bütün hәmdlәr alәmlәrin Rәbbi olan Allaha

mәxsusdur. Allahın rәhmәti peyğәmbәrlәrin әn böyüyü vә sonuncusu olan ağamız

Hәzrәti Mәhәmmәdә vә onun pak Әhli-beytinә olsun!

Mәhәmmәd Ticani Sәmavi.

You might also like