You are on page 1of 4

Hazırlıq Üzrə Təlimat

Rəqəmsal Analiz
Bu hazırlıq üzrə təlimat sizə rəqəmsal qabiliyyət qiymətləndirilməsinə hazırlaşmağa yardım edəcək. O, sizə
mümkün qədər yaxşı göstərici əldə etmək imkanını verərək, qiymətləndirməyə ən yaxşı yanaşma tapmaq üzrə
təlimat verir.

Qabiliyyət qiymətləndirmələri nə üçün istifadə olunur?


İşə götürən qurumlar tez-tez qabiliyyət qiymətləndirmələrindən özlərinin qiymətləndirmə prosedurlarının bir
hissəsi kimi işçilərin seçimi və inkişafı məqsədi üçün istifadə edirlər. Tədqiqat göstərir ki, onlar iş
göstəricilərini proqnozlaşdıran güclü amillərdir.

Qiymətləndirmələr sizə aşağıdakılar üçün lazımdır:


• güclü cəhətlərinizi nümayiş etdirmək
• iş üçün əhəmiyyətli meyarlara uyğun ədalətli qaydada qiymətləndirilmək
• güclü cəhətləriniz və inkişafa ehtiyacı olan cəhətləriniz barədə daha çox öyrənmək
• gələcək karyera qərarlarınızı qabiliyyətlərinizə əsaslanaraq qəbul etmək

Qiymətləndirmələr işə götürənlərə bunun üçün lazımdır:


• işin tələblərinə ən uyğun insanları seçmək
• fərdi şəxslərin yararlana biləcəyi əlavə inkişaf sahələrini müəyyən etmək
• insanların bacarıqları barədə obyektiv məlumat əldə etmək

Təlimatlar
Aşağıdakı səhifələrdə sizə qiymətləndirmə zamanı veriləcək suallara oxşar olan bəzi praktiki suallar
göstərilmişdir. Bu sualların cavablandırılması sizə istifadə olunan sual növlərini anlamağa və qabiliyyət
testlərindən keçmək səriştəsini qazanmağa kömək edəcək.

Sizə bir neçə sualla müşayiət olunan bir sıra cədvəl və diaqram təqdim olunacaq. Sizə verilmiş variantlardan
hər bir suala ən uyğun cavabı seçmək lazımdır.

Cavablarınızı yazmaq və qeydlər etmək üçün qələm və kağız hazırlayın.

Kalkulyatordan istifadə edə bilərsiniz.

Faktiki test ciddi vaxt çərçivəsindədir, və buna görə də siz tapşırığı vaxtında tamamlamaq səriştəsini əldə etmək
üçün 8 sualın hamısını 6 dəqiqə ərzində cavablandırmağa çalışmalısınız.

Taymeri 6 dəqiqəyə qurun (və ya başlanğıc vaxtını qeyd edin) və başlayın.


Praktiki Suallar 1 - 4 2

Satış üzrə illik hesabat


Satış həcmi Hər satışda alınmış Müştərilər tərəfindən
Kanal (milyonlarla vahidlər) vahidlərin orta edilən təkrar alışların
sayı faiz nisbəti

Pərakəndə satış
4 380 365 60%
nöqtələri

Onlayn 2 232 155 23%

Poçtla sifariş 1 512 2 100 72%

Telefon 972 270 35%

1 Onlayn, poçtla və telefonla sifarişlər üzrə birləşdirilmiş ümumi satış həcmi


(milyonla) nə qədər idi?
A B C D
2 525 4 716 7 241 9 096

2 Əgər gələn il üçün onlayn satış həcmi 14% artsa, təxmini həcm (milyonlarla
vahidlər) nə qədər olacaq?
A B C D
312 2 232 2 246 2 544

3 İl ərzində yeni (ilk dəfə alan) müştərilərin ən yüksək nisbəti onlayn satış kanalına aid idi.
A B C
Doğru Yanlış Cavab vermək mümkün deyil

4 İl ərzində poçtla nə qədər sifariş olub?


A B C D
7 200 72 000 720 000 7 200 000

Cavab bölməsi - səhifə 2


A B C D A B C D A B C A B C D
1 2 3 4
Praktiki Suallar 5 - 8 3

Polad istehsalı və istehlakı


18
17
Tonnaj (milyon)

16 Ölkədaxili tələbat
15
14
13 Ölkədaxili istehsalat
12
11
10
9
8
İl 1 İl 2 İl 3 İl 4 İl 5

Polad idxalı
6

5
Tonnaj (milyon)

0
İl 1 İl 2 İl 3 İl 4 İl 5

5 Avtomobil sənayesində 4-cü ildə təxminən necə ton polad (milyonla) istifadə
olunmuşdur ki, bu həmin il üçün ölkədaxili tələbatın 15%-ni təşkil edirdi?
A B C D
0.60 0.75 1.65 2.25

6 4-cü ildə ölkədaxili istehsalatın idxal ilə müqayisədə nisbəti nə qədər idi?
A B C D
2:1 3:1 1:1 1:3

7 2-ci ildə idxal edilmiş polad ölkədaxili tələbatın təxminən neçə faizini ödəmişdir?
A B C D
11% 15% 19% 23%

8 1-ci ildən 5-ci ilə qədər ümumi idxal neçə faiz artmışdır?
A B C D
100% 150% 200% 300%

Cavab bölməsi - səhifə 3


A B C D A B C D A B C D A B C D
5 6 7 8
Sizin Qiymətləndirməniz 4
Cavablarınızı yoxlamazdan əvvəl vaxt məhdudiyyətinə görə çatdıra bilmədiyiniz suallara cavab verməyə çalışın.

Cavablarınızın yoxlanması
Cavablarınızı bu səhifənin alt hissəsində verilmiş doğru cavablarla müqayisə edərək yoxlayın. Səhv cavab
verdiyiniz suallara baxın və doğru cavabı necə tapmalı olduğunu anlamağa çalışın. Yadda saxlayın ki, əksər
qabiliyyət qiymətləndirmələri elə tərtib edilib ki, sualların çətinliyi tədricən artsın və namizədlər adətən
verilmiş vaxt çərçivəsində sualların hamısını cavablandıra bilmirlər. Əgər suallara cavab vermək üçün siz 6
dəqiqədən çox vaxt sərf etmişsinizsə iş surətinizi artırmağa çalışın. Əgər siz verilmiş vaxt çərçivəsində bütün
suallara cavab verə bilmişsinizsə lakin çoxlu səhvlər etmişsinizsə əsas diqqəti cavablarınızın
dəqiqliyinə yetirməyə çalışın.

Rəqəmsal bacarıqların yaxşılaşdırılması


Aşağıda rəqəmsal bacarıqların yaxşılaşdırılması üçün bəzi məsləhətlər verilmişdir:
• Rəqəmsal məlumat və ya materiallarla işləyin.
• Əsas riyazi prinsip və tənlikləri təkrar edin.
• Hesablamaları kalkulyatorla və kalkulyatorsuz aparın.
• Cədvəllərə, qrafiklərə və diaqramlara baxın və onların mənasını şərh edin.
• Formaları axtararaq və gələcək tendensiyaları proqnozlaşdıraraq məlumatı təqribən müəyyən edin.
• Rəqəmsal informasiya hissələrini diqqətlə yoxlayın.
• Qəzet və jurnallarda maliyya hesabatlarını oxuyun.

Sessiyadan əvvəl
• Bu hazırlıq üzrə təlimatda verilmiş təkliflərə riayət edin.
• Qiymətləndirmə günündən əvvəl gecəni yatıb yuxunuzu alın.
• Sizə lazım ola biləcək eynək, kontakt linzaları və ya qulaq aparatlarını taxdığınızdan əmin olun.
• Əgər sizin hər hansı xüsusi ehtiyacınız varsa, məsələn, mətnin daha iri çap versiyaları, xüsusi
işıqlandırma və ya oturacaq, müvafiq hazırlıqların görülməsi üçün bu ehtiyaclar haqda dərhal məlumat
verməyiniz vacibdir.
Qiymətləndirmə zamanı
• Sakit qalmağa çalışın. Yuxarıda göstərilmiş praktiki məsləhətlərdən istifadə etsəniz, özünüzü daha rahat
hiss edəcəksiniz.
• Təlimatları diqqətlə yerinə yetirin və qiymətləndirmə başlamazdan əvvəl əmin olmadığınız təqdirdə suallar
verin.
• Hər sualı diqqətlə oxuyun.
• Mümkün qədər tez işləyin. Heç bir suala həddindən artıq vaxt sərf etməyin.
• Əgər sual sizin üçün həddindən artıq çətindirsə yaxud siz onu necə cavablandıracağınızdan əmin
deyilsinizsə sizin fikrinizcə ən yaxşı olan variantı seçib növbəti suala keçin.
• Qiymətləndirmədən sonra həmişə nəticələr barədə rəy almağa çalışın. Nəticənizi biləndən sonra
bacarıqlarınızı yaxşılaşdırmaq daha asandır.
Qiymətləndirmədə uğurlar. Karyeranızda sizə müvəffəqiyyətlər arzulayırıq.

Cavab bölməsi - səhifə 2 Doğru cavablar

Cavab bölməsi - səhifə 3 Doğru cavablar


A B C D A B C D A B C D A B C D
5 6 7 8

ANA-AP-PG-NAS1-AZER@19th February 2010


Bu sənədin hər hansı hissəsinin hər hansı vasitə və ya üsulla, info@savilleconsulting.com
istər əl ilə, istərsə də elektron üsulla kocurulməsi muəllif www.savilleconsulting.com
hüququnun pozulması deməkdir.

You might also like