You are on page 1of 1

Avtoritar rejimlər barədə bir neçə söz

Ələskər Ələskərli

Təəssüf ki, müstəqillikdən sonra Azərbaycan normal demokratikləşmə mərhələsinə girə


bilmədi. Bu günə qədər Azərbaycan demokratik seçki vərdişinə yiyələnə bilməyib. İcra
hakimiyyətinin hüquq dövləti prinsipləri əsasında fəaliyyət göstərməsi, məhkəmələrin
müstəqilliyi problemləri davam etdikcə demokratikləşmədən danışmaq ən azından haqsızlıqdır.
Azərbaycan vətəndaş həmrəyliyinə və siyasi iradəyə əsaslanan demokratikləşmə prosesini
başlada bilər. Dünyada bunu edən az dövlət var. Amma bu, sabit inkişafın başlanğıcı üçün
etibarlı təminatdır. Avtoritar rejimlərin dəyişməsi qaçılmazdır. Bu rejimlər ya
demokratikləşməyə doğru transformasiya olur, ya da yıxılaraq yerinə başqa bir avtoritar rejim
gəlir. Bu proseslər arasındakı müddətlər müxtəlif ola bilər. Lakin bu proses qaçılmaz bir
prosesdir. Azərbaycandakı siyasi qüvvələr bu reallığı görməyə məcburdur.

Məsələnin başqa bir cəhətinə də diqqət yetirmək istərdim. Avtoritar rejimlərin


özünəməxsus siyasi mədəniyyəti vardır. Şəxsiyyətə və ya müəyyən bir siyasi gücə pərəstiş
etmək, media orqanlarını təzyiq yolu ilə, eyni zamanda həvəsləndirmə yolu ilə nəzarət altına
almaq avtoritar rejimlərin özəlliyidir. Avtoritar rejim xalq üçün bir yalan dünyası yaradır. Bu
yalan dünyası içində əldəqayırma strukturlar təşkilatlandırılır.

Bu rejimlərdə eyni zamanda real müxalifətin yaşama şansı az olur. Partiyalar öz


varlıqlarını davam etdirmək üçün iqtidarla müəyyən oyunlara və separat danışıqlara gedə bilir,
bunların bir qismi oyuncaq müxalifətə çevrilir, parlamentdə yer ayrılır, lazım gəldikdə maddi
cəhətdən müəyyən bir mərhələyə qədər güclənməsinə şərait yaranır. Hər bir cəmiyyətin
özünəməxsus etno-psixoloji özəllikləri, adət və ənənələri (məsələn, böyüklərə mütləq şəkildə
hörmət edilməsi, ağsaqqal sözünə qulaq vermək və s.) avtoritar siyasi müstəviyə keçirilərək
deqradasiyaya uğrayır, həqiqi mahiyyətini itirərək mənəvi cəhətdən içi boşaldılmış dəyərlərə
dönür. Korrupsiya, rüşvət, yerlibazlıq, yaltaqlıq və s. ictimai bəlalar getdicə dərin kök salır.
Yuxarıdan islahat yolu ilə bu bəlalardan qurtulmaq mümkünsüzdür, sadəcə, özünü aldatmadan
başqa bir şey deyildir.

Beləliklə, cəmiyyət, sadəcə, siyasi cəhətdən deyil, mənəvi cəhətdən də aşınmaya məruz
qalır. Avtoritar idarəetmə və siyasi mədəniyyət faktorları bir-birini mənfi mənada bəsləyən
qapalı kontur içində hərəkətə davam edir. Məncə, bu, avtoritar rejimlərin ən mənfi
xüsusiyyətidir. Ona görə də demokratikləşmə, sadəcə, siyasi problem deyil, eyni zamanda bir
mənəviyyat problemidir..

Hazırladı: C.Məmmədov, Ayna qəzeti. "Azərbaycana hərbi-siyasi ittifaq lazımdır"

Şənbə, 28.05.2011

http://www.ayna.az/2011-05-28/sulh/6009p2-AleskerAleskerli-Qarabag-NATO

You might also like