You are on page 1of 9

MÜQAVİLƏ

Bakı ş. ''__'' __________ 2011-ci il


I. MÜQƏDDİMƏ

Bir tərəfdən “BestComp Group” firması, direktoru İbrahimov Z.K. şəxsində (bundan sonra “Şirkət”) və
digər tərəfdən ___________________________________________ (bundan sonra “Alıcı”) aşağıdakı
şərtlər əsasında bu Müqaviləni (bundan sonra “Müqavilə”) bağladılar.

II. MÜQAVİLƏNİN PREDMETİ

2.1. Bu Müqaviləyə görə, “Şirkət” “Alıcı”ya “XALQ KOMPÜTERİ” layihəsi çərçivəsində Əlavə 1A və
1B-də göstərilən Netbook, Notebooklar və ya kompüterdən birini hissə-hissə ödəmə şərti ilə möhlətlə
satır. “Alıcı” Əlavə 2-də göstərilən malları da hissə-hissə ödəmə şərti ilə möhlətlə ala bilər.

2.2. Hissə-hissə ödəmə bərabər olmaqla 12 aya həyata keçirilir.

2.3. Bu Müqavilə üzrə aylıq ödəmələr “Ödəniş cədvəli”nə (Əlavə №3) əsasən “Alıcı” tərəfindən
AzərPoçtun filiallarına nağd və ya onun müxbir hesabına köçürmə yolu ilə borc müddətində tamamən
qaytarılır. Ödəmə on-line olaraq www.xalqkomp.az saytı vasitəsilə də aparıla bilər.

2.4. Hissə-hissə ödəmə, satılan malın təhvil müddətindən başlanır və müddətin sonuncu günü qurtarır.

2.5. Aylıq Ödəmələr “Ödəniş cədvəli”nə uyğun aparılır, ödəmənin hər gecikdirildiyi gün üçün 0.2%
cərimə hesablanır.

2.6. “Ödəniş cədvəli” ABŞ dolları ilə tərtib edilir. Ödəmə Milli Bankın kursuna əsasən manatla aparılır.

III. KREDİTİN TƏMİNATI

3.1. Alınan avadanlığın tam məbləği ödənənə qədər onun mülkiyyət hüququ “Şirkət”də qalır. Tam
məbləğ ödəndikdən sonra alınan avadanlığın mülkiyyət hüququ “Alıcı”ya keçir.

3.2. Borcu ödəməyən “Alıcı”lara qarşı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müvafiq
tədbirlər görülür.

3.3. Satılan malın borcu ödənilmədikdə mal “Şirkət”ə geri qaytarılır və ödənilən məbləğlər geri
qaytarılmır.
Malın geri qaytarılması məhkəmə vasitəsilə müəyyən edilirsə, bütün məhkəmə xərcləri “Alıcı”nın
üzərinə düşür.

IV. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

4.1. “Şirkət”in hüquqları:

4.1.1. Aşağıdakı hallarda Müqaviləni birtərəfli qaydada ləğv edir və borcun vaxtından əvvəl
qaytarılmasını tələb edir:
a) “Alıcı”nın əmlak vəziyyəti, bu Müqavilə üzrə pul öhdəliklərinin icra edilməsi tələbi üçün təhlükə
yaradan dərəcədə pisləşdikdə;
b) “Alıcı” tərəfindən təqdim edilən məlumat və sənədlərin həqiqətə uyğun olmadığı aşkar edildikdə;
d) “Alıcı” bu Müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə.

4.1.2. Bu Müqavilə ilə və (və ya) qanunvericiliklə müəyyən olunan hallarda və qaydada satılan
avadanlığa tutma yönəldir.
1
4.1.3. Bu Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyi və onların
pozulmasına yol verməməyi digər Tərəflərdən tələb edir.

4.2. “Şirkət”in vəzifələri:

4.2.1. Bu Müqavilədən irəli gələn pul öhdəliklərinin tam və ya qismən icra edilməsi barədə təsdiqedici
sənəd(lər) təqdim etməyi;

4.2.2. “Alıcı”nın tələbi ilə hesab üzrə çıxarışlar verməyi;

4.3. “Alıcı”nın hüquqları:

4.3.1. “Şirkət”in əvvəlcədən verilmiş razılığına əsasən borcun qaytarılması üzrə öhdəliyini, vaxtından
əvvəl icra gününədək borc qalığını tam və ya qismən vaxtından əvvəl icra edir. Bu zaman “Şirkət”
tərəfindən hədiyyə şəklində müvafiq güzəştlər edilir.

4.3.2. Bu Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyi və onların
pozulmasına yol verməməyi digər Tərəflərdən tələb edir.

4.4. “Alıcı”nın vəzifələri:

4.4.1. Satılan malı qəbul etmək və borcu “Ödəniş cədvəli”nə əsasən zamanında ödəmək;

4.4.2. Bu Müqavilə ilə müəyyən olunan qaydada borcu “Şirkət”ə qaytarmaq, borc və əgər cərimə varsa
cərimə üzrə hesablanmış faizləri “Şirkət”ə ödəmək;

4.4.3. Avadanlığın alınması üçün “Şirkət”ə təqdim olunmuş sənədlərdə və ya Alıcı barədə göstərilən
məlumatlarda hər hansı dəyişikliklər baş verərsə onlar barədə müvafiq təsdiqedici sənədlərlə birlikdə
dərhal yazılı qaydada bildiriş göndərməlidir;

4.4.4. Alınan avadanlığın “Şirkət”in qabaqcadan yazılı razılığı olmadan satmamaq, bağışlamamaq,
dəyişdirməmək və girov qoymamaq;

4.4.5. Alınan avadanlığın salamatlığını təmin etmək, üçüncü şəxslərin qəsdlərindən, tələblərindən
müdafiə etmək və alınan avadanlığın məhv olması, itirilməsi və ya zədələnməsi halında “Şirkət”ə yazılı
məlumat vermək.

4.4.6. Alınan avadanlığın məhv olması, itirilməsi və ya zədələnməsi “Alıcı”nı “Şirkət” qarşısındakı
öhdəliklərindən azad etmir.

V. GECİKDİRİLMİŞ BORC

5.1. “Ödəniş cədvəli”ndə müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə möhlət
müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş borc yaranır.

5.2. “Ödəniş cədvəli” ilə müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətinin pozulması ilə bağlı
gecikdirilmiş borc üzrə hər hansı ödəniş icra edilərkən həmin ödənişin icra edilmə tarixinədək borc qalığı
məbləğinə hesablanmış cərimə və borc üzrə faizlər “Alıcı” tərəfindən mütləq ödənilməlidir. Bu halda
“Alıcı” “Ödəniş cədvəli” ilə müəyyən edilən növbəti hissə-hissə ödəniş (icra) muddət(lər)inin
qurtarmamağına və hissə-hissə ödəniş (icra) məbləğinin göstəricilərinə istinad edə bilməz.

2
VI. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ

6.1. Bu Müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən Tərəf digər Tərəfə
vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan
qaydada məsuliyyət daşıyır və qarşı Tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir.

6.2. Bu Müqavilə üzrə 10 (on) gündən 90 (doxsan) günədək gecikdirilmiş borca görə, “Alıcı”, hər gecik-
dirilən gün üçün gecikdirilmiş borcun (əsas borc məbləğinin) 0.2 (sıfır tam onda iki) faizi məbləğində
cərimə ödəyir. Ödənişin gecikdirilməsi 60 günü keçdikdə “Şirkət” müvafiq qanunvericiliyə uyğun
tədbirlər görmək hüququna malikdir.

6.3. Bu maddədə nəzərdə tutulmuş cərimələr və zərərin əvəzinin ödənilməsi “Alıcı”nı Müqavilə üzrə
əsas öhdəliklərin icrasından azad etmir.

VII. ƏLAVƏ ŞƏRTLƏR

7.1. Bu Müqavilə Tərəflərin imzaları və “Şirkət”in möhürü (ştampı) ilə təsdiq edildiyi andan hüquqi
qüvvəyə minir və “Alıcı” tərəfindən borc, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin “Şirkət”ə icra
olunduğu andan qüvvədən düşür.

7.2. “Alıcı” “Şirkət”ə onun ilk tələbi ilə, bu Müqavilə üzrə pul öhdəliyinin icra edilməsi üçün öz əmək
haqqından tutmalara etiraz etməməyi barədə öz işəgötürəninə ərizə (əmək haqqından tutmaların məbləği
və müddət(lər)i göstərilməklə) ilə müraciət edəcəyini vəd edir.

7.3. Bu Müqavilə ilə müəyyənləşdirilən bütün əlavələr onun ayrılmaz və tərkib hissəsi hesab olunur və
Tərəflərin imzaları və “Şirkət”in möhürü (ştampı) ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və
ardıcıllıqla nömrələnir.

7.4. Bu Müqavilə Azərbaycan dilində, 2 (iki) nüsxədə tərtib edilmişdir, nüsxələr eyni hüquqi qüvvəyə
malikdir və Tərəflərdən hər birinə bir nüsxə təqdim edilir. Bu nüsxələrdən biri “Şirkət”də, digəri isə
“Alıcı”da saxlanılır.

7.5. Bu Müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və


digər normativ hüquqi aktları ilə tənzimlənir.

VIII. TƏRƏFLƏRİN HÜQUQİ ÜNVANI VƏ REKVİZİTLƏRİ

“BESTCOMP GROUP” firması _______________________________________________


(Şəhər, rayon, kənd)

YapıKredi Bank Azərbaycan _______________________________________________


Kodu: 509987 (İş yeri)

VOEN: 9900009021 _______________________________________________


Müxbir hesab: 0137010012944 (Alıcının adı, soyadı və atasının adı)

S.W.İ.F.T BİK: KABAAZ22 _______________________________________________


(Şəxsiyyət vəsiqəsinin nömrəsi)

Ünvan: Bakı şəhəri, Aşıq-Alı küç. 2A


(Şəhər Bağları və Odlar yurdu Universitetinin yanı) Müştərinin imzası: Tarix:
Telefon: (+99412) 541-47-47

3
ƏLAVƏ 1A.

Model A: Compaq Mini CQ10-710ER Intel Atom N455 1.66 MHz, 10.1" Display,
1 GB DDR3 RAM, 250 GB HDD, VGA Intel Graphics Media Accelerator 3150 ,
WiFi 802.11 bgn, Webcam
Windows 7 Professional, MS Office 2007
329AZN (412 Ş.V.)

Model B: HP Notebook 625 Turion II P540 2.4GHz 2MB, 2GB DDR3, 320GB HDD, DVD+/-RW,
ATI RN HD4200, 802.11b/g/n WLAN, Bluetooth, 15.6 HD BV Webcam display,
Linux, 6C Battery, Bag
Windows 7 Professional, MS Office 2007
569AZN (712 Ş.V.)

Model C: Compaq 500B MT Intel Pentium Dual Core E5700 (3.0 GHz, 1 MB L2 cache, HT bus 2.0)
2 GB 800 MHz DDR3, INTEL X4500HD, 320 GB 7200 rpm SATA 3.0 Gb/s
HP S2031-20" diagonal widescreen Thin-Film Transistor LCD
Windows 7 Professional, MS Office 2007
599AZN (746 Ş.V.)

Model D: HP Notebook 620 T4400 15.6 2, 2 GHz/3072/320 Intel Dual Core Processor 15.6 WXGA
BV display 3 GB DDR3 RAM, 320GB HDD, Bluetooth, DVD/RW, 56KModem, Webcam
802.11b/g; 6C Battery, Bag
Windows 7 Professional, MS Office 2007
699 AZN (874 Ş.V.)

Model E: HP ProBook 4525s AMD Turion II Dual-Core Mobile Processor P540


(2.4 GHz, 2MB L2 cache) 3 GB 1333 MHz DDR3 SDRAM
320GB HDD SATA II (7200 rpm), 15.6 WXGA BV display, Bag
Windows 7 Professional, MS Office 2007
699 AZN (874 Ş.V.)

Model F: HP Notebook 620 T6670 15.6 2, 2 GHz/4048/320 Intel Core2 Duo Processor 15.6 WXGA
BV display 4 GB DDR3 RAM, 320GB HDD, Bluetooth, DVD/RW,56KModem, Webcam
802.11b/g; 6C Battery, Bag
Windows 7 Professional, MS Office 2007
739 AZN (924 Ş.V.)

Model I: HP ProBook 4720s Intel Core i3-370M, 4 GB DDR3 RAM, 500GB HDD, DVD+/-RW,
802.11 b/g/n , WLAN, Bluetooth , 17.3 LCD, Webcam, 8C Battery
Windows 7 Professional, MS Office 2007
839 AZN (1049 Ş.V.)

4
ƏLAVƏ 1B.

G seriyalı Pavilionlar

VIP Model A: HP Pavilion G6-1076er Intel Core i3-380M, 3 GB DDR3 RAM,


500 GB HDD, DVD+/-RW,VGA ATI HD6650 512 MB, 15.6" HD LED,
WiFi 802.11b/g/n, 6C Battery, Webcam, Bluetooth, Case
Win7 Profesional, Ms Office 2007, Symantec Antivirus
759 AZN (949 Ş.V.)

VIP Model B: HP Pavilion G7-1001er AMD Phenom II Quard P960, 4 GB DDR3 RAM, 500 GB HDD,
DVD+/-RW, VGA ATI HD6470 1GB, 17.3" HD LED, WiFi 802.11b/g/n , Webcam,
6C Battery, Bluetooth, Case
Win7 Home Basic 64, Ms Office 2007, Symantec Antivirus
899 AZN (1125 Ş.V.)

VIP Model C: HP Pavilion G6-1054er Intel Core i5-480M, 4 GB DDR3 RAM, 320 GB HDD, DVD+/-RW,
VGA ATI HD6470 1GB, 15.6" HD LED , Webcam, WiFi 802.11b/g/n, 6C Battery, Bluetooth,
Case
Win 7 Premium, MS Office 2010, Symantec Antivirus
929 AZN (1162 Ş.V.)

D seriyalı Pavilionlar

VIP Model A: HP Pavilion dm1-2100er AMD FF K325, 2GB 1D1S 800 MHz DDR3, 250GB-7200 HDD,
11.6" HD BV LED, 802.11b/g/n WLAN, 6C Battery, Webcam, Bluetooth, Case
Win7 Home Premium 64, Ms Office 2010, Symantec Antivirus
665 AZN (832 Ş.V.)

VIP Model B: HP Pavilion dv6-3070er Turion II P520 2.3GHz, 3GB DDR3, 320GB HDD, DVD+/-RW,
1GB ATI RN HD5650, 802.11b/g/n WLAN, BT, 15.6" HD w/CAM display, 6C Battery, Case
Win7 Home Basic 64, Ms Office 2007, Symantec Antivirus
829 AZN (1037 Ş.V.)

VIP Model C: HP Pavilion dm3-2020er Athlon II Neo K325 1.3GHz, 3GB DDR3, 320GB HDD,
DVD+/-RW, 512MB ATI RN HD5430, 802.11b/g/n WLAN, BT, 13.3" HD w/CAM display,
6C Battery, Case
Win7 Home Prem 64, Ms Office 2007, Symantec Antivirus
859 AZN (1074 Ş.V.)

VIP Model D: HP Pavilion dv6-6030er AMD Phenom II Dual N660, 4GB DDR3, 320 GB HDD , 15.6"
WXGA, VGA ATI HD6650 1GB , DVD+RW, Webcam, WiFi 802.11 bgn, 6C Battery,
Bluetooth, Case
Win7 Home Prem 64, Ms Office 2007, Symantec Antivirus
869 AZN (1087 Ş.V.)

5
VIP Model F: HP Pavilion dv6-3301er Intel Core i3-380M, 4GB DDR3 RAM, 320 GB HDD , 15.6"
WXGA, VGA ATI HD6650 1GB , DVD+RW, Webcam, WiFi 802.11 bgn, 6C Battery,
Bluetooth , Fingerprint, Case
Win 7 Premium, MS Office 2010, Symantec Antivirus
899 AZN (1125 Ş.V.)

VIP Model G: HP Pavilion dv6-6031er AMD Phenom II Quard P960, 4GB DDR3 RAM,500 GB HDD,
DVD+/-RW, VGA ATI RN HD6650 1GB, 15.6" HD, WiFi 802.11b/g/n, WebCam,
6C Battery, Bluetooth, Case
Win 7 Premium, MS Office 2010, Symantec Antivirus
949 AZN (1187 Ş.V.)

VIP Model L: HP Pavilion dv6-3030er Core i5-450M 2.4GHz, 4GB DDR3, 320GB HDD, DVD+/-RW,
1GB ATI RN HD5650, 802.11b/g/n WLAN, BT, 15.6" HD Webcam display, 6C Battery, Case
Win7 Home Premium 64, Ms Office 2007, Symantec Antivirus
999 AZN (1249 Ş.V.)

VIP Model M: HP Pavilion dv3-4030er Intel Core i3-350M 2.26GHz, 4GB DDR3500GB HDD,
DVD+/-RW, 512MB ATI RN HD5450802.11b/g/n WLAN, BT, 13.3 HD w/CAM,
6C Battery,Case
Win7 Home Prem 64, MS Office 2007, Antivirus Symantec
999 AZN (1249 Ş.V.)

VIP Model N: HP Pavilion dv6-3302er Intel Core i5-480M, 4GB DDR3 RAM, 500 GB HDD ,
15.6" WXGA, VGA ATI HD6650 1GB , DVD+RW, Webcam, WiFi 802.11 bgn,
6C Battery, Bluetooth , Fingerprint, Case
Win7 Home Prem 64, MS Office 2007, Antivirus Symantec
1049 AZN (1312 Ş.V.)

VIP Model O: HP Pavilion dv7-4101er AMD Phenom II N930, 4GB 1DM DDR3 1333 MHz, 640GB HDD
17.3" HD+ BV LED , VGA ATI HD5650/1GB , DVD+/-RW , Webcam , 6 cell battery , WiFi
802.11 bgn, Bluetooth, Case
Win 7 Premium, MS Office 2010, Symantec Antivirus
1099 AZN (1374 Ş.V.)

6
VIP Model P: HP Pavilion dm4-1100er Intel Core i5 450M, 4GB 2DIM DDR3 1066 MHz,
500GB-7200 HDD , 14.0" HD BV LED WWAN , VGA ATI HD 5470 (512MB) ,
DVD+/-RW , Webcam , 6C Battery , WiFi 802.11 bgn, Bluetooth , Case
Win 7 Premium, MS Office 2010, Antivirus Symantec
1184 AZN (1480 Ş.V.)

VIP Model S: HP TouchSmart tm2 Intel Core i3 380UM, 3GB 2DM DDR3 1066 MHz, 320GB-7200 HDD
12.1" WXGA BV LED TS, VGA ATI HD 5450 (512MB) , DVD- RW, Webcam,
6C Battery , WiFi 802.11 bgn RA, Tablet, Touch Screen, Case
Win 7 Premium, MS Office 2010, Antivirus Symantec
1199 AZN (1500 Ş.V.)

VIP Model R: HP Pavilion dv6-6077er Core i7-2630QM 2.0GHz, 6GB DDR3 RAM, 750GB HDD,
DVD+/-RW, 1GB ATI RN HD6770M, 802.11b/g/n WLAN, 15.6" HD Webcam,
6C Battery, Bluetooth, Case
Win 7 Premium, MS Office 2010, Antivirus Symantec
1221 AZN (1570 Ş.V.)

VIP Model T: HP Pavilion dv7-6053er Core i7-2630QM 2.0GHz, 8GB DDR3 RAM, 1TB HDD,
DVD+/-RW, 1GB ATI RN HD6770M, 802.11b/g/n WLAN, 17.3" HD Webcam,
6C Battery, Bluetooth, Case
Win 7 Premium, MS Office 2010, Antivirus Symantec
1357 AZN (1570 Ş.V.)

7
ƏLAVƏ 2.

əlavə A: Antivirus Symantec Endpoint Protection


4,2 AZN (5,2 Ş.V.)
VIP modellərlə antivirus proqramı pulsuz verilir.

əlavə B: Azercell Datakart – 84 manat (ayda cəmi 7 manat ödəməklə)


(1 il müddətində aylıq 500mb traffik, əlavə hər 1mb qiyməti – 1qəpik)

əlavə C: Azerfon 3G+ İnternet Modem – Ayliq 500MB (Ayda 3,33 AZN ödəməklə);
İllik 10GB (Ayda 8,83 AZN ödəməklə) (əlavə hər 1mb qiyməti – 3qəpik)

* əlavə D: ADSL Modem 1 -port


33,6 AZN (41,9 Ş.V.)

* əlavə F: ADSL Modem 4-port


42 AZN (52,3 Ş.V.)

* əlavə E: Wi-Fi ADSL Modem 4-port


54 AZN (67,5 Ş.V.)

* əlavə J: HP Mouse
9.90 AZN (12.5 Ş.V.)

* əlavə I: Pavilion Mouse


11.90 AZN (15 Ş.V.)

* Qeyd : “Xalq kompüteri” layihəsi iştirakçıları 1 il müddətində Aztelecomnet, Bakinternet, Azdatacom


şəbəkəsi vasitəsi ilə aşağıda göstərilən güzəştli şərtlərlə ADSL və Dial-up vasitəsilə internetə qoşula bilərlər.
ADSL vasitəsilə:
256 kb/s - aylıq 10 manat
512 kb/s - aylıq 15 manat
1024 kb/s - aylıq 20 manat
Dial-Up vasitəsilə:
1 aylıq limitsiz istifadə - 10 manat
3 aylıq limitsiz istifadə - 30 manat
6 aylıq limitsiz istifadə - 60 manat
1 illik limitsiz istifadə - 100 manat

ADSL ( yaşadığınız ərazidə texniki imkan olarsa) və ya Dial-up vasitəsilə ilə internetə qoşulma üçün aidiyyəti Telefon
Qovşaqları ilə müqavilə imzalanması tələb olunur.

8
ƏLAVƏ 3.

Ödәniş cәdvәli.

Alıcı Tarix: Mәblәğ, Ş.V. Qeyd

Adı:
__/__/2011

__/__/2011
Soyadı:
__/__/2011

__/__/2011
Ünvan:
__/__/2011

__/__/2011

__/__/2011
Telefonlar:
__/__/2011
EV:
__/__/2011
IŞ:
__/__/2011
Mobil 1 :
__/__/2011
Mobil 2 :
__/__/2011

Bestcomp Group: Alıcı:

İmza_____________ Müştәrinin imzası_____________

You might also like