You are on page 1of 15

www.behruzmelikov.

com

PLAN
1. Antik fəlsəfənin meydana gəlməsi və mərhələləri
2. Klassik dövrün filosofları (Georgi, Protaqor, Sokrat,Pifaqor,Aristotel)
3. Sokratın fəlsəfi düşüncələri
4. Aristotel fəlsəfəsinin ən böyük xidmətləri.

Antik fəlsəfə eramizdan əvvəl VII-VI əsrlərdə Elladanın Kiçik Asiya


hissəsinda,daha dəqiq desək İyoniyada-Milet şəhərində meydana gəlmiş,
eramizin V-VI əsrinə qədər davam edib.Bu fəlsəfədə gələcək dünyagörüşün
bütün tipləri rüşeym halında mövcud olub.Antik dövrün fəlsəfi fikrinin meydana
gəlməsi və inkişafına şərq fəlsəfəsinin xüsusilə, Misir, Babilistan və İran
filosoflarının böyük təsiri olub.Şərq ölkələrindəki riyaziyyat,həndəsə,
astronomiya, kosmologiya, coğrafiya kimi təbiət elmləri də antik dövrün
elminin və fəlsəfəsinin inkişafında az rol oynamamışdır.
Antik dövrün fəlsəfəsi, xüsusilə, idealist təlimləri əsatirlər, din və insanların
antimistik təsəvvürləri ilə bağlı olub.Ona görə də təsadüfi deyildir ki, antik
cəmiyyətin filosofları birinici növbədə dünyanın yaranması,kosmologizm
problemləri ilə məşğul olmuş,mövcudatın ilkin başlanğıcı və onun vəhdəti
məsələlərina xüsusi diqqət yetirmişlər.Bu dövrün filosofları obyektiv
idealizm,sadəlövh materializm və kortəbii dialektika mövqelərindən çıxış
etmişlər.İlk yunan filosoflarının sələfləri əfsanəvi şair Orfey, Homer, Hesiod,
Ferikid və başqaları olmuşlar.
Antik fəlsəfənin inkişafı aşağıdakı dörd mərhələdən keçmişdir:
1. Sokrata qədərki mərhələ.Bu mərhələ yunan fəlsəfəsinin formalaşdığı
dövrdən onun inkişafında kəskin dönüş əmələ gələnə qədərki (e.ə VII-V)
dövrü əhatə edir.Birinci mərhələdə Milet məktəbi, Heraklit,Eley məktəbi,
Pifaqor,Empodokl, Anaksaqor və Yunan atomistləri fealiyyət
göstərmişlər.

1
www.behruzmelikov.com

2. Klassik mərhələ.Bu məhələ e.ə V əsrin yarısından başlanaraq e.ə IV əsrə


qədər davam edib. Bu dövr əsasən Sokrat, Aristotel, və Platonun adı ilə
bağlıdır.
3. Ellinizm mərhələsi. Makedoniyalı İskəndərin (e.ə 334-324) dövründə
Asiya və Qara dəniz sahillərindəki mədəniyyət şərti olaraq “Ellinizm”
mədəniyyəti adlanırdı.Bu mərhələ eramızdan əvvəl VI əsrin axırından II
əsrə qədər olan dövrü əhatə edir.Bu dövrdə klassik mərhələdən fərqli
olaraq xeyli fəlsəfi sistemlər və məktəblər meydana gəlmişdir.Bunlar
əlbəttə ki, Platon və Aristotel fəlsəfəsinin təsiri altında yaranmışdır.
4. Roma mərhələsi.Bu antik fəlsəfənin inkişafında sonuncu mərhələdir. Bu
dövr eramızdan əvvəl I əsrdən başlamış eramızın V-VI əsrlərinə qədər
davam edib.
Klassik Dövrün Fəlsəfəsi
Qədim yunan fəlsəfəsi eramızdan əvvəl V əsrin II yarısından,IV əsrin axırına
qədər olan dövrdə özünün yeni inkişaf zirvəsinə qalxdı.Ona görə də Yunanıstan
quldqrlıq demokratiyasının çiçəkləndiyi bu dövr “Klassik dövr” adlanır.Bu
dövrdə fəlsəfənin, təbiət elmlərinin inkişafı üçün geniş imkanlar
yarandı.professional müəllimlər meydana gəldi, elmin müxtəlif sahələri üzrə
kadrlar hazırlanmağa başladı.Bu zamana təsiət elmlərini yaxşı bilən müdriklər-
filosoflar yetişdi.Bu filosoflara “sofistlər”deyirdilər.Sofist yunanca sofos
sözündən olub, mənası müdrik deməkdir.Sofistlər bütöv fəlsəfi sistem
yaratmağa cəhd göstərir,mübahisələr zamanı əldə olunan biliklərə üstünlük
verir, ona görə də natiqlik məharətina xüsusi diqqət yetirirdilər.Tarixən
sofistlərin “yaşlı” və “cavan” nəsillərindən danışmaq olar.Onların “yaşlı”
nəslindən Georgi, Protoqor və s-nin adını çəkmək olar.
Georgi (e.ə 483-373) Empedoklun tələbəsi olmuş,Eley məktəbi
nümayəndələrinin, Demokritin təliminə xüsusi diqqət yetirmiş, relyativizm
(relyativizm- insan idrakının nisbiliyini, şərtliyini, subyektivliyini təsdiq edən
fəlsəfi konsepsiyadır) mövqelərindən çıxış edib.Georginin relyativizmi
skeptisizm (skeptisizm –obyektiv gerçəkliyin dərk edilməsi imkanlarına şübhə

2
www.behruzmelikov.com

edən fəlsəfi konsepsiyadır) ilə tamamlanır.Georgi fəlsəfi düşüncələrini izah


etmək üçün üç tezis irəliyə sürüb:
1. Heç bir şey mövcud deyildir.
2. Nəsə bir şey mövcuddursa, onu dərk etmək olmaz.
3. əgər o şeyi dərk etmək mümkün olsa belə, onu başqasının nəzərinə
çatdırmaq və ya izah etmək mümkün deyildir.Georgi natiqlik mədəniyyətinə
və onun nəzəriyyəsinə diqqət yetirir, nitqi insanın ən yaxşı silahı hesab
edirdi.
Protaqor (e.ə 481-411) Demokritin tələbəsi olmuş, onun əsərlərində sofistlərin
materialist ənənələri öz əksini tapmışdır. Protaqor deyirdi ki “materiya axıcıdır,
o daim axır, ona görə də hər gedənin yerinə nə isə daim gəlir, anlayışlar yenidən
yaranır və dəyişir.Bütün hadisələrin əsası materiyada gizlənir.”
Sofistlərin “cavan” nəslinin nümayəndələrindən Elkidam, Likafron və
Polemonun adlarını çəkmək olar.Onların fəlsəfi görüşləri əksər hallarda
materialist xarakter daşıyır,cəmiyyətin meydana gəlməsinə sadəlövh
materializm mövqelərindən yanaşırdılar.Klassik dövrün ən görkəmli
nümayəndələrindən biri Sokrat idi.
Sokrat (e.ə. 469-399) antik fəlsəfəsinin ikinci dövrünün banisi hesab olunur.
Sokrat özü heç bir əsər yazmasa da, onun görüşlərini tələbələri və ardıcıllarının,
xüsusilə Platonun və Aristotelin əsərlərində öyrənmək mümkündür.Bir
şəxsiyyət kimi də Sokrat maraqlı insan olmuşdur. Atası Sofroniks kimi, o da
gəncliyində heykəltaraşlıqla məşğul olmuşdur.Zahirən yöndəmsiz olan Sokrat
küçə və meydançalarda öz ağıllı və məntiqli çıxışları ilə onu dinləyənləri mat
qoyarmış. Dəfələrlə Afina vətənpərvəri kimi Spartaya qarşı döyüşlərdə iştirak
etmişdir. Çoxlu şagirdlər yetirmişdir. Onların içərisində məşhurları Aristipp,
Evklid, Ksenofon, Alkiviad və Platon idi. Qoca yaşlarında dinsizlik və
əxlaqsızlıqda təqsirləndirilib ölümə məhkum olunmuşdu.Zəhər içib intihar
etmişdir.Ölümündən sonra onu məhkəmə edənlərin hamısı cəzalandırılmışdır.
Sokrat fəlsəfəsinin əsasını insan problemi – subyekt təşkil edirdi, onun
mərkəzində isə insanın icmaya, cəmiyyətə, qanuna, Allaha və Allahlara

3
www.behruzmelikov.com

münasibəti dururdu. Sokrat insan, onun təhsili və tərbiyəsi məsələsini


fəlsəfəyə gətirən ilk filosofdur. Sokratın fikrincə fəlsəfə insanin dərk edilməsinə
həsr olunmalıdır, bunun üçün birinci növbədə gərək “insan özü özünü dərk
etsin”. Sokratın fikrincə, öz – özünü dərk etmə, birinci növbədə insanin öz
daxili dünyasını dərk etməsi deməkdir. İnsan başa düşməlidir ki, dərk olunmuş
həyat, mənəvi sağlamlıq, ən qiymətli neymətdir.Sokrat insana aid problemləri
təbiətdə deyil, insanin özündən axtarır, onun, vicdanının “daxili səsinin”
əhəmiyyətindən danışırdı. Sokrat deyirdi ki, əsl həqiqətə nail olmanın zəmanət
vericisi “daymanion” olmalıdır (yunan dilində daymanion – ilahi qüvvə,Allah
deməkdir ). Sokratın “Daymanionu”Allahın insana bəxş etdiyi vicdanın səsi,
sağlam ilahi fikrin təzahürü idi.Əsasən etik xüsusiyyət daşıyan
dünyagörüşündə Sokrat insanda dörd keyfiyyəti yüksək
qiymətləndirirdi.Bunlar: müdriklik, cəsurluq, xeyirxaqlıq və ədalətlilikdir.
Sokratın insan haqqındakı fəlsəfi düşüncələrində əsas məsələlərdən biri də
xeyirxahlıq və onun nmahiyyəti haqqındakı fikirləridir.Böyük filosof biliklə
xeyirxaqlığı eyniləşdirirdi.Onun nöqtəyi – nəzərincə, xeyirxahlıq çox yüksək
əxlaqi keyfiyyətdir.Xeyirxah insan səbirli, qeyrətli və ədalətli
olmalıdır.Xeyirxah olmayan insan bu keyfiyyətlərə malik ola
bilməz.Xeyirxahlığın mahiyyətini dərk etmək, əxlaqi kamilliyə sahib olmağa,
xeyirxahlığa nail olmağa hazırlıqdır. Sokratın fikrincə, həqiqi mənəvi kamillik
xoşbəxtliyi, gözəlliyi, eyni zamanda, insan üçün xeyirli olanları bilmək
deməkdir. Bunları dərk etmək insana öz xoşbəxliyinə nail olmaqda kömək
edir. Sokrat belə hesab edirdi ki, xeyirxahlığa gerçəkliyi və öz – özünü dərk
etmək qabilliyyətinə malik olan nəcib və alicənab insan nail ola bilər.
İnduktiv metodu ilk dəfə elmə gətirən Sokrat ayrı –ayrı hadisələrdən ümumi
nəticə çıxararaq deduktiv üsulla (sillogizimlə) əvvəllər qəbul edilməyən
ayrıca mühakiməni əsaslandırmağa çalışırdı. İnduksiya və deduksiya məntiqi
asılılıq münasibətlərinə əsaslanır.Sokrat metodunu maevtika – mamalıq sənəti
adlandırmışdır.

4
www.behruzmelikov.com

Sokratın fikrincə dünyanın quruluşu ,şeylərin fiziki təbiəti dərkedilməzdir; biz


yalnız özümüzü dərk edə bilərik. İdrakın predmetinin belə başa düşülməsini o,
aşağıdakı formul ilə ifadə edib: “Öz özünü dərk et”.Biliyin ən yüksək vəzifəsə
nəzəri vəzifə deyil,praktik vəzifədir. Bu da yaşamaq sənətindən , məharətindən
ibarətdir.Sokrata görə bilik fikirdir, ümumi haqqında anlayışdır. Anlayışlar
təriflərin vasitəsilə aşkara çıxır, induksiyanın vasitəsilə ümumiləşdirilir.Sokrat
özü etik anlayışların (məs, şücaətin, ədalətin) müəyyənləşdirilməsinin ( tərif
verilməsinin) və ümumiləşdirilməsinin nümunələrini vermişdir. Anlayışın
müəyyənləşdirilməsindən əvvəl söhbət, müsahibə baş verir. Bu söhbətin
gedişində həmsöhbət bir sıra ardıcıl sualların vasitəsilə ziddiyyətlikdə
təqsirləndirilir. Ziddiyyətlərin aşkar olunması ilə yalançı bilik, xəyali bilik
kənarlaşdırılır və bu halda ağlın düşmüş olduğu narahatlıq, fikiri həqiqi, əsl
həqiqət axtarışlarına yönəldir.Tədqiqat üsullarını Sokrat “mamaçılıq sənətilə”
müqayisə etmişdir; ehkamçı fikirlərə tənqidi münasibəti nəzərdə tutan suallar
metodu “Sokrat kinayəsi” adını alıb.Sokratın etikası rasionalist etikadır: Ona
görə pis davranışlar ancaq biliksizlikdən törəyir və heç kəs öz arzusu ilə qəddar
olmur; ləyaqət bilik, yaxud müdriklikdir. Gələcək dövrlər üçün Sokrat müdriklik
idealının təcəssümünə çevrildi.
Sokrat yaşadığı dövrün və mövcud hakimiyyətin qanınsuzluqlarına və
ədalətsizliklərinə qarşı həmişə öz kəskin etirazını bildirirdi.Onu düşündürən
başlıca məsələ qanunlara ciddi əməl edilməsi və dövlətin bacarıqla idarə
olunması məsələsi idi.Sokrat belə hesab edirdi ki,dövlətə təcrübəli, səriştəli
adamlar rəhbərlik etməlidir. O, dövlətin idarə formaları haqqında da maraqlı
fikirlər söyləmişdir.Onun fikrincə bunlar aşağıdakılardan ibarətdir:
1. Monarxiya-bir nəfərin hakimiyyəti
2. Tiraniya-zor,güc yolu ilə yaradılmış və bir nəfər tərəfindən idarə
olunan dövlət hakimiyyəti
3. Aristokratiya-bir qrup aristokratın hakimiyyəti
4. Plutokratiya- varlıların hakimiyyəti
5. Demokratiya- əksəriyyətin hakimiyyəti

5
www.behruzmelikov.com

Sokrat özü Aristokratiya dövlət hakimiyyəti formasının tərəfdarı idi.Qeyd


etmək lazımdır ki, Sokratın fəaliyyəti nəticəsində Qədim Yunanıstanda etik
məktəblər yaranıb inkişaf etməyə başladı. Bunlar gedonik və kinik, yaxud
sinik etik məktəbləri idi. Gedonik məktəbinin əsası Sokratın şagirdi Aristipp
tərəfindən qoyulmuş və təxminən yüz il mövcud olub. Aristipp haqqında
tarixçi filosof Layertli Diogen yazırdı: “ O, şən, qayğısız, sülhə birinci can
atan, həzzi həyatın yeganə mənsı hesab edən adam idi” Kinik məktəbinin
əsası Afinada Antisfen tərəfindən qoyulmuş, Sokratın ölümündən sonra yüz
əlli il mövcud olub.
Platon (e.ə 427-347) Sokratın ən güclü tələbələrindən olmuş, onun fəlsəfi
yaradıcılığının formalaşmasına pifaqorçular, Heraklit güclü təsir göstərib.
Platonu Avropa fəlsəfəsinin banisi hesab edirlər. Zadəgan ailəsində anadan
olan platon həyatının çox hissəsini Afinada keçirmiş, burada Akademiya
adlanan məktəbi yaratmışdır. Son nəticədə bu məktəb antik idealizmin
mərkəzinə çevrildi. Platon bizə məlum olan “Sokratın apologiyası”
(təriflənməsi ), “Qanunlar” adlanan əsərini və eləcə də dialoq formasında
otuz dörd əsər yazıb. O, Pir, Teetet, Fedon, Parmenid, Fedr, Meneksen, və s.
kimi dialoqların müəllifidir.
Platon öz fəlsəfəsini üç hissəyə: dialektika, fizika və etikaya bölmüşdü.Dialek-
tika varlıq haqqında, fizika təbiət haqqında, etika isə mənəviyyat haqqında
təlim sayılırdı. Qeyd etmək lazımdır ki, qədim yunanların təsəvvürlərinə görə
fizika təkcə təbiət haqqında deyil, eyni zamanda insanın təbiəti haqqında daha
dəqiq desək, psixologiya haqqında bilikləri də əhatə edirdi. Platonun
əsərlərində zəngin dialektik fikirlərə rast gəlirik. Onun dialektikası predmetləri
ikiyə bölmək və anlayışları bib-birinə qarşı qoymaq metoduna əsaslanırdı. Bu
metodun mahiyyəti belədir: hər hansı bir fəlsəfi problemi həll edərkən bib-
birinə zidd olan fikirləri qarşı-qarşıya qoymaq lazımdır.məs, hərəkət var və
hərəkət yoxdur-yəni onun fikrincə həqiqəti o zaman dərk etmək olar ki,
nəyinsə eyni zamanda həm mövcudluğunu, həm də mövcud olmadığını qəbul
edəsən. Platonun əsərlərində “dialektika” sözü iki mənada işlədilirdi. Birinci,

6
www.behruzmelikov.com

təlimim hissələrindən biri kimi və ikincisi, anlayışların təhlininin üsulu kimi


başa düşülürdü. Dialektika –danışmaq, hərfi mənada isə danışığa aid olan
deməkdir. Öz fəlsəfəsini Platon niyə belə adlandırırdı? Görünür , Platona görə,
təfəkkür ruhun, qəlbin özü-özülə söhbətidir. Bundan başqa, burada yəqin ki,
Sokratın da böyük təsiri olmuşdur. Çünki Sokrat tələbələrini söhbətlərlə,
danışıqlq, dialoqla öyrədirdi. Ona görə də Platon bütün əsərlərini dialoq
formasında yazmışdır.
Ümumiyyətlə, Platonun “dialektika” təlimi eyni zamanda ideyalar nəzəriyyəsi
adlanır. Platona görə, hər bir anlayışa varlıq uyğun gəlir. Nəinki,ayrı-ayrı insan
fərdləri həmçinin xüsusi varlıqlar, xüsusi mahiyyətlər-insanın ümumi
anlayışına uyğun olan mahiyyətlər də mövcuddur. Həmin mahiyyətləri Platon
ideyalar (yaxud növlər) adlandırmışdır. Deməli, Platon fəlsəfəsinin mərkəzində
qnoseologiya-idrak nəzəriyyəsi durur.Platona görə, ideyalar həqiqi varlıqdır,
ideyaların heç biri yaranmır və məhv olmur, ideya öz-özü ilə eynidir. Ideya –
hissi qavranılan predmetlərim mahiyyəti və səbəbidir. Ideya yoxdursa,
haqqında olan şey də yoxdur. Daha dəqiq desək,gözəllik yoxdursa,gözəl şeylər
də yoxdur;insan ideyası yoxdursa, konkret adamlar da yoxdur. Ideya müəyyən
predmetlər sinfinin formasıdır. Predmetlər ideyaların olmasına şahidlik edirlər.
Özü də ayrı-ayrı predmetlər yaranır və məhv olurlar-insanlar doğulur və
ölürlər; amma sinif, nəsil qalır. Platon bu şeylərin saxlanılmasına bütün
şeylərin saxlanılması səbəbləri kimi baxırdı. Hər bir ideya hər bir şey üçün bir
növ ilk obrazdır(paradiqmadır) hər bir şey isə bu ideyaların bənzəridir.məs,
“ədalət özü”, yaxud ədalət ideyası bütün ədalətli əməllərin ilk obrazıdır, hər bir
ayrıca götürülmüş ədalətli hərəkət “ədalətin özünün” bənzəri kimi çıxış edir.
Platonun dialektikası bir-birindən ayrılmış iki dünyanın etiraf edilməsidir. Bu
varlıq dünyası ilə əbədi və dəyişməz ideyalar dünyasıdır.
Platonun fizika təlimi özünə insan haqqında təlimi də daxil edir. Çünki insan
və onun mənəvi dünyası təbiətin hissəsi kimi başa düşülürdü. Fizika
yunancada tərcümədə “təbiətə aid olan” deməkdir. Ona görə də təbiət haqqında
bütün fəlsəfi təlimlər fizika adlanırdı. Platon “Timey” dialoqunu fizikaya həsr

7
www.behruzmelikov.com

edib. Platonun qnoseologiyasına görə, təbiət ancaq varlıqdır. Ona görə də bilik
predmeti ola bilməz. Onun başa düşülməsi üçün elmi forma, dialektika yox,
mif lazımdır. Platonda dialektika elmi təfəkkürün üsullarıdır. Onun üçün bilik
riyaziyyatdır, həmçinin metafizikadır. Metafizika – ideyalar, ruhlar haqqında
təlimdir. Təbiət haqqında təlim rəylərə, mülahizələrə aiddir. Indiyə
qədər,Platonun bu nöqtey-nəzəri daha çox tənqid edilir. Həqiqi biliyə ruh
haqqında təlim aiddir. Ruh özünün təcəssüm olduğunu cismani təbiətindən
əvvəl mövcud olur. O çox vaxt ideyalarla eyni cinslidir, bədənsiz
mahiyyətdir,bölünməzdir, görünməzdir,hissedilməzdir, ölməzdir. Ruh
haqqında təlimi ilə Platon ruhun ölməzliyi haqqında Sokratın fikirlərini inkişaf
etdirir. Bilik haqqında Platon təlimi “Platonun xatirələr nəzəriyyəsi” və ya
anadan gəlmə ümimi anlayışlar kimi təqdim olunur. Bu təlim Platonun
“Fedon” əsərində öz əksini tapmışdır və elmi formada ölümsüzlüyün sübutu
verilmişdir:1) ruh bədəndə təcəssüm olunana qədər yaşadığından onun
mövcudluğu bədəndən asılı deyildir;2) kosmoloji qanun öyrədir ki, heç nə
məhv olmur, yalnız özünün əksinə çevrilir; 3) saf mahiyyətlər məhv olmur;ruh
sadə mahiyyətdir. Ona görə də o, tərkib hissələrinə parçalana bilməz.
Məhvolma isə tərkib hissələrinə parçalanma vasitəsilə olur; 4) ruh həyat
ideyasının təcəssümüdür, ona görə də ölümün ruha gücü çatmaz. Platon ruhun
bədəndən bədənə keçməsinə (metampsixoz) inanmışdır. Heyvanların
mövcudluğu faktını bununla əlaqələndirmiş və “heyvanlar ruhun günahlarını
yumaq üçün yaradılmışdır” fikrini irəli sürmüşdür.
Platonun etika təlimi də maraqlı fikirlərlə zəngindir. Filosofun etikası bizim
fəaliyyətimizin ali məqsədi kimi xeyir anlayışının başa düşülməsinə
əsaslanmışdır. O, şəxsi xoşbəxtlik əldə edilməsilə ölçülmür, mükəmməl
cəmiyyətin olması ilə əlaqəndirilir. Platon etikası fərdi deyil, sosialdır. O üzvi
şəkildə dövlətin siyasi nəzəriyyəsi ilə əlaqədardır. Platon insanları öz tərkibinə
görə hansı ruhun: əqli, affektiv (emosional ) və ya ehtiraslı (hissi) onlarda
üstünlük təşkil etməsindən asılı olaraq üç tipə bölür. Əgər əqli cəhət üstünlük
təşkil edirsə onda adamlara həqiqi biliyin, ideyalar biliyinin təzahür etdiyi

8
www.behruzmelikov.com

müdriklik xas olur, bu isə hər şeyin xeyirxahlıq üçün olduğunu aydınlaşdırır. Bu
tipə mənsub olan adamlar düzlüyə, ədalətliliyə və hissi həzzlərə mötədil
münasibət bəsləyən olurlar. Ruhun affektiv hissəsinin üstünlük təşkil etdiyi
adamlar isə igidlik, mərdlik, ehtirasları borca tabe etdirmək qabiliyyətləri ilə
fərqlənirlər və bu keyfiyyətlər döyüşçülər yaxud dövləti mühafizə edənlərə
xasdır. Ehtiraslı ruhun üstünlük təşkil etdiyi adamlar fiziki əməklə məşğul
olmalıdır. Çünki onlar cismani- fiziki aləmə həddindən artıq bağlıdırlar. Bunlar:
kəndlilər, sənətkarlardır ki, dövlətin maddi həyatını təmin edirlər.
Platonun əsərlərində gerçəkliyin dərk edilməsi məsələlərinə xüsusi diqqət
yetirilir. O, “Fedr” və “Menon” dialoqlarında bu məsələni ardıcıl idealizm
mövqelərindən həll edir, hissi idrakı rasional idrakdan ayırır, hissinin əzəli,
rasionalın isə ikinci olduğunu sübut etməyə çalışırdı. Platonun fikrincə, hissi
idrakın predmeti onun qeyri-varlıq adlandırdığı maddi aləmdir. Əsl varlıq olan
ruh haqqında məlumatı isə rasional idrak vasitəsilə əldə etmək mümkündür.
Platon fəlsəfəsində onun kosmoloji düşüncələri özünəməxsus yer tutur. O
deyirdi ki, kosmos yalnız birdir. O əbədi deyil,ona görə ki yaradılmışdır.
Kosmos sonludur şarabənzər formadadır, onun mərkəzi planetlər və hərəkətsiz
ulduzlarla əhatə olunmuş yerdir. Göy cisimlərini Platon canlı varlıqlar, Allahlar
adlandırırdı.o yazırdı: “Kosmos ruhu və əqli olan canlı varlıqdır, o, Allah
tərəfindən yaradılmışdır”. Platonun təlimi idealist fəlsəfənin sonrakı
təkamülündə mühüm rol oynamışdır.
Aristotel (e.ə 384- 322) Makedoniyanın Stakir şəhərində həkim ailəsində
anadan olmuşdur. O, 17 yaşında ikən doğma şəhərini tərk edib Afinaya gedir
və orada Platonun akademiyasına daxil olaraq ömrünün 20 ilini orada
keçirmişdir.Platonun ideyalar haqqında təlimi Aristoteıə böyük təsir
göstərmişdir. Lakin Akademiyaya daxil olduqdan on il sonra, Aristotel
müstəqil fikirlər söyləməyə, öz müəlliminin təliminə qarşı çıxmağa başladı.
Son nəticədə o, Akademiyanı tərk etdi və II Filippin dəvəti ilə
Makedoniyya köçdü və çar sarayında onun oğlu Aleksandırın tərbiyəsi ilə
məşğul olmağa başladı. Aleksandr hakimiyyətə gəldikdən sonra, Aristotellə

9
www.behruzmelikov.com

onun arasında münaqişələr, ziddiyətlər başlananda. Aristotel Aleksandırın


qəsibkarlıq siyasətini tənqid etdi, onunla yola getmədi, ona görədə çar
sarayını tərk edib Afinaya qayıtdı. 337- ci ildə burada özünün “Liqey” adlanan
xüsusi fəlsəfi məktəbini yaratdı. Aristotel 150- yə qədər elmi əsərin, və
fəlsəfi traktatın müəllifidir. Ellinizim dövründə bu əsərlər Aristotelin
davamçısı Rodoslu Andronik tərəfindən toplanmış və nəşr etdirilmişdir.
Aristotelin ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, o, varlıq
haqqında xüsusi bir təlim yaratmış, onu “birinci fəlsəfə”- metafizika”
adlandırmışdır. Onun əsərlərini bir neçə tematik qrupa bölmək olar: Birinci
qrupa daxil olan, Aristotelin antoloji xarakterli əsərləridir. ( Antalogiya
yunanca ontos - varlıq və loqos təlim sözlərinin birləşməsindən əmələ
gəlmişdir ). Andronik bu qəbildən olan əsərləri bir traktada birləşdirərək onu
“Metafizika” adlandırmışdır ( fizikadan – təbiət elimlərindən sonra ). Bunlardan
başqa , Aristotel təbiətin və təbiət elimlərinin fəlsəfi məsələlərinə həsr
olunmuş “Fizika”, “Səma haqqında”, “Meydana qəlmə və məhv olma
haqqında”, “Meteorologiya”, “heyvanların meydana gəlməsi” haqqında və
eləcə də ictimaiyyətşunaslıq problemlərinə dair “Siyasət”, “Ritorika”,
“Poetika” adlı əsərlər yazmışdır. Daha sonra o, məntiqə, metologiyaya aid
“Kateqoriyalar”, “Anlayış haqqında”, “Birinci analitiklər”, “İkinci
analitiklər”, “Ümumi dəlillər” adlı traktatlar işləyib hazırlamış və onları
“Orqanon” adlanan ümumi bir başlıq altında birləşdirmişdir. Aristotelin
əsərlərində bir sıra dialektik fikirlərə rast gəlirik. O , “Metafizika” və
“Fizika” əsərlərində hərəkət haqqında xüsusi bir təlim yaratmişdı. O,
“Fizika” əsərində yazırdı ki, “hərəkət şeylərdən aslı olmayaraq mövcud
deyilir”. O “Metafizika” da sübut etməyə çalışırdı ki, hərəkətin
mənbəyi birinci hərəkətverici qüvvədir. Bu qüvvə isə Allahdır. Aristotel
“Kateqoriyalar” əsərində hərəkətin meydana gəlmə, məhv olma, artma,
azalma, dəyişmə və yerdəyişmə kimi növlərini göstərmişdir. Aristotelin
əsərlərində səbəbiyyət haqqında təlim də xüsusi əhəmiyyət kəsb edir. O,
4 əsas səbəbi bir – birindən fərqləndirir: maddi səbəb, formal səbəb , fəal

10
www.behruzmelikov.com

səbəb, sonlu səbəb. Aristotelin idrak nəzəryyəsində hissi idrakı , idrakın


əsas və tarixən birinci səviyəsi hesab edirdi. O, deyirdi ki, insan konkret
varlığı – birinci mahiyyəti, ayrı – ayrı şeyləri hiss üzvləri vasitəsi ilə
konkret gerçəkliyin ümumi qanunauyuğunluqlarını isə əql vasitəsi ilə dərk
edir. Filosof idrakı inkişafda olan bir proses kimi xarakterizə edir, onun
ən aşağı pillədən ən yüksək pilləyə doğru yüksəlməsini göstərirdi.
Aristotel fəlsəfəsində idrakın bu inkişaf mərhələləri aşağıdakılardan
ibarətdir: duyğu, təsəvvür, təcrübə, incəsənət. Elm – bu inkişafın ən yüksək
zirvəsidir. Aristotel “ Kateqoriyalar haqqında” əsərin də kateqorialar
haqqında təlimini irəli sürüb. Bu təlim Platonun ideyalar nəzəryəsinə və
müxtəlif keyfiyyətli fikirlərinə əsaslanır. Aristotel, hər şeydən əvvəl, iki
kateqoriyanı – mahiyyət və keyfiyyət kateqoriyalarını fərqləndirir. Mahiyyət
başqasında deyil, özündə yaşayır. Aristotelə görə, xeyirxahlıq ideyası və
xeyirxahlığın özü mahiyyət və keyfiyyətə aiddir. Keyfiyyət ( və kəmiyyət )
həmişə hansısa mahiyyətə uyğun gəlir. Keyfiyyət öz – özlüyündə mövcud
deyildir. Mahiyyət – mübtədadır, keyfiyyət isə xəbərdir. Xeyir, məsələn
keyfiyyət kateqoriyasıdır. Belə ki, öz – özlüyündə mövcud deyildir, nəyinsə
xassəsidir ( xeyirxah adamlar, xeyirxah əməllər və s ). “Qırmızılıq” da
keyfiyyət kateqoriyasıdır, özlüyündə mövcud ola bilməz, xassə kimi
mövcud ola bilər – ( Qırmızı şeylər ). Aristotelin “Mahiyyət” və “keyfiyyət”
( yaxud “ mənsubiyyət” ) latın dilində tərcümədə “substansiyya” və
“aksidensiya” kimi daşa düşülür ( hazırda fəlsəfi dildə həmin anlayışlar
işlədilir ). Aristotelin , materiya və forma haqqında təlimi hər bir şeyin iki
başlanğıcı təlimini ifadə edirdi. Filosofların içərisində Aristotel ilk dəfə
olaraq materiya anlayışını dövriyyəyə gətirmişdir. Aristoteldə forma
predmetin zahiri görünüşü deyil, materyanı müəyyən şey olmağa məcbur
edən əməli başlanğıcdır. Materiya və forma probleminə Aristotel
“Metafizika” əsərini həsr etmişdir. Fəlsəfəni ( yaxud “birinci fəlsəfəni”)
Aristotel Metafizika adlandırmışdır. “Birinci fəlsəfə” nə deməkdir?
Aristotelə görə, digər fəlsəfələr də mövcud olmuşdurmu? Doğurdan da

11
www.behruzmelikov.com

Aristotelin tərifinə görə, birinci fəlsəfə əvvələn, daha dəqiq desək, ən


ümumi səbəblər və yaxud başlanğıclar ( xüsusi səbəbləri və başlanğıcları
öyrənən xüsusi elmlərdən fərqli olaraq ) haqqında təlimdir; ikincisi, bu
fəaliyyəti yox, varlığı öyrənən nəzəri elimdir. Aristotelə görə, birinci
fəlsəfə ümumiyyətlə varlığı öyrənir. “İkinci fəlsəfələr” ( məsələn, fizika və
riyaziyyat ) isə varlığın ayrı – ayrı tərəflərini öyrənir. Aristotel belə hesab
edirdi ki, varlığın öyrənilməsi yalnız məntiqin sayəsində mümkündür. O,
məntiqi “üzvi” elm adlandırılırdı, çünki o, varlığın öyrənilməsi alətidir (
“orqanon”). Sonralar Aristotelin şagirdləri onun təliminin bu hissəsini
“orqanon” adlandırmışlar.Aristotelə görə, məntiq idrak üçün metodoloji
əhəmiyyətə malikdir. O ümumini xüsusidən, həqiqəti yalandan seçməyə
kömək edir. Ümuminin çıxarılması və bununla da xüsusi amilləri izah
etmək metodunu Aristotel induksiya ( xüsusi ilə ümumi nəticəyə gəlmək )
adlandırmışdır. Ümumi nəticələrdən xüsusinin alınmasını isə deduksiya
hesab etmişdir.
Kosmologiyada Aristotel pifaqorçuların təlimini rədd etmiş və geosentrik
sistemi işləyib hazırlamışdır, onun bu sistemi heliosentrik sistemin yaradıcısı
Kopernikə qədər zehinlər üzərində öz hakimiyyətini saxlamışdır. Aristotel
Evdoks Knidlinin planet nəzəriyyəsinə əsaslanmış,lakin planet sferasını real
fiziki varlıq kimi izah edib: kainat müxtəlif sürətlə hərəkət edən və tərpənməz
ulduzların kənar sferası ilə hərəkətə gətirilən bir sıra konsentrik sferadan
ibarətdir. Ay orbiti ilə Yer mərkəzi arasındakı oblast nizamsız və qeyri-
müntəzəm hərəkətlər oblastıdır. Bu oblastdakı cisimlər isə torpaq, su, hava və
oddan ibarətdir. Torpaq ağır element kimi mərkəzi yer tutur, onun üstündə isə
su, hava və od təbəqələri yerləşir. Ay orbiti ilə tərpənməz ulduzların kənar
sferası arasındakı oblast müntəzəm hərəkətlər oblastıdır, həmin ulduzlar isə
beşinci elementdən-efifdən ibarətdir. Bundan başqa o, belə hesab edirdi ki, göy
cisimləri dəyişməzdir,lakin daimi dairəvi hərəkətdədir. Yer dəyişir,lakin o
hərəkət etmir.

12
www.behruzmelikov.com

Materializm və idealizm arasında tərəddüd edən Aristotel fəlsəfəsində Platonun


“ideyalar” təliminin tənqidi mühüm yür tutur. Platon ideyalarının Aristotel
tərəfindən tənqidi i d e a l i z m i n ü m u m i y y ə t l ə b i r i d e a l i z m k
imi t ə n q i d i r. Aristotel göstərirdi ki, əbədi və dəyişilməz hesab edilən
“ideyalar” real aləmdən, onun cisimlərindən əvvəl və öz-özünə mövcud ola
bilməz. Öz-özünə və obyektiv şəkildə mövcud olan təbiətdir,ideyalar isə onun
əsasında yaranır. Ideyaların mənbəyi təbiətdir. Ümumi yalnız təkcələrdən və
ayrıcalardan ibarətdir. Ümumi elmin predmetidir və hissələrlə qavranılan
təkcələr vasitəsi ilə dərk edilir,ümumini induksiyasız dərk etmək mümkün deyil,
hissi qavrayışsız isə induksiya ola bilməz.
Aristotelin cəmiyyət və dövlət haqqındakı fikirləri “Siyasət” adlı traktatında şərh
olunub. Xüsusi mülkiyyəti, ictimai bərabərsizliyi müdafiə edən Aristotel
yaşadığı cəmiyyətin hahim və məhkum siniflərə bölünməsini təbii hal sayır,
dövlətin əmələ gəlməsinin əsas səbəbini insanların ünsiyyətində görürdü. O
dövətin altı formasını göstərmişdir ki, bunlardan üçü- monarxiya, aristokratiya
politiya normal, digər üçü isə- istibdad, oliqarxiya və demokratiya qeyri-
normaldır. Aristotel ən yaxşı dövlət forması kimi “politiya”-nı (orta sinfin
hakimiyyəti) qəbul edirdi. Bir dövlət formasının digəri ilə əvəz olunmasının
səbəbini cəmiyyətdəki mövcud ziddiyyətlər də, yəni varlı və yoxsullar
arasındakı ziddiyyətlərdə görüb. Aristotel eləcə də əmtəə-pul münasibətlərini
tənqid etmiş və natural təssərüfatla əmtəə istehsalı arasındakı fərqlərin
anlaşılmasına lap yaxınlaşmışdır. Əmtəənin istehlak dəyərləri ilə dəyəri
arasındakı fərqləri ilk dəfə Aristotel görmüşdür. Aristotel dövlətin vəzifəsini
aşağıdakılardan ibarət hesab edirdi:
1. Vətəndaşların həddindən artıq dərəcədə varlanmasının qarşısını almaq.
2. Şəxsiyyətin siyasi hakimiyyətinin həddindən artıq güclənməsinə imkan
verməmək.
3. Qulları itaətdə saxlamaq.
Aristotel yaradıcılığı antik fəlsəfənin, həm də bütün qədim təfəkkürün yüksək
zirvəsi oldu. Fəlsəfi fikrin sonrakı inkişafına güclü təsir göstərən Aristotel təlimi

13
www.behruzmelikov.com

iki istiqamətdə davam etdirilərək,bir tərəfdən mistik idealizmin, digər tərəfdən


isə materialist fəlsəfi fikirlərin inkişafı üçün mənəvi qida mənbəyi olub.

14
www.behruzmelikov.com

15

You might also like