You are on page 1of 3

Tətbiqi Tibb Statistikası Təlimi

(SPSS və R ilə)

Təlimçi: Etibar Hüseynli


E-mail: e.huseynli@qss.az

Dərs Saatları: Şənbə günləri: 16:00 – 18:35 (6 həftə)

Proqramın təsviri

Sosial elmlər üçün Statistika və R Paketləri (Statistical Package for Social Seciences) Bizneslər, Dövlət
müəsisələri, Elmi Tədqiqat İnstitutları, Akademik təşkilatlar, həmçinin Həkimlər üçün nəzərdə tutulan və
beynəlxalq səviyyədə tanınan statistika və data analitikası proqram təminatlarıdır. SPSS və R böyük həcmli
data ilə işləyən və ya sadəcə cəld və dəqiq bir şəkildə statistik araşdırma aparmaq istəyən hər kəsin seçimidir.
Bu təlim proqramı tezliklərin hesablanması, qrafik və siyahıların tərtib olunması kimi çox sadə
hesablamalardan daha çətin sayılan logistik reqressiya, çoxdəyişənli statistika analizi, modelləşdirmə və
klaster analizi kimi bir çox bilikləri özündə birləşdirir. Siz bu təlim vasitəsilə fundamental statistika bilikləri
ilə yanaşı SPSS və R ilə əlaqədar bütün əsas bilikləri əldə edəcək və beləliklə tədqiqatınız üçün lazım olan
analizləri çox daha tez və daha dəqiq şəkildə əldə edəcəksiniz. Bu isə sizə elmi əsaslı nəticələr əldə etməyə
kömək edəcək həmçinin qərarvermə sürətinizi artıraraq işinizin keyfiyyətini yüksəldəcəkdir. Son olaraq
Tədqiqat Layihəsi (TL) vasitəsi ilə siz kursda qazanılan bilikləri real tədqiqata tətbiq etməklə müvafiq elmi
əsaslı nəticələr əldə edəcəksiniz. (Bu Tədqiqat Lahiyəsi sizin üzərində işlədiyiniz hansısa analiz və
akademik tədqiqatınız ola bilər).

Təlimin formatı
Proqramda iştirak etmək üçün heç bir riyazi, statistik və SPSS biliyi tələb edilmir. Təlimin məqsədi, tədqiqat
işi aparanlar, həmçinin Statistika və ya Riyaziyyatı peşəkar səviyyədə bilməyənlər üçün praktiki biliklər
öyrətməklə onların tədqiqat prosesini asanlaşdırmaqdan ibarətdir– bütün statistik proseslər elmi terminləri
mümkün olduğu qədər azaltmaqla sadə və anlaşıqlı şəkildə tədris olunacaqdır, riyazi formulalar çox zəruri
olduğu təqdirdə izah edilə bilər.

Təlimin hər dərsində bütün analizlər üçün


- Qısa lakin hərtərəfli izah veriləcək
- Proseduru SPSS və R vasitəsi ilə necə yerinə yetirəcəyiniz izah olunacaq (praktiki olaraq)
- SPSS və R ilə alınan nəticəyə necə şərh etmək lazım olduğu öyrədiləcək, belə ki siz bununla
hipotezinizi test edə, sadə vəya mürəkkəb model qura və tədqiqatda qarşıya qoyduğunuz suala cavab
tapa bilərsiniz

1
Kursun Məqsədləri

Bu kurs elmi tədqiqatçılar üçün quantitative (riyazi-statistik) analizləri rahat icra edə bilmək üçün praktiki
bələdçi rolunu oynayır. Bu həm də təlim iştirakçılarının tədqiqatlarının elmi məqalələrinin etibarlılığının
yoxlanmasına və qlobal elmi institutlarda rəğbət qazanmasına kömək edir. Praktiki tapşırıqlar vasitəsi ilə
biz R və SPSS-in hansı formada daha etibarlı və dəqiq tədqiqat aparmağa vasitəçi olduğuna şahid olacağıq.

Ədəbiyyat

1. Medical Statistics A guide to SPSS, Data Analysis and Critical Appraisal- 2nd edition. Belinda
Barton, Jennifer Peat

2. Discovering Statistics using SPSS, Andy Field


3. A Handbook of Statistical Analysis using SPSS, Chapman and Hall/CRC

Təlim tapşırıqları və qiymətləndirmə meyarları

Tapşırıq Qiymətin %-i Son müddət


Taqşırıq 1 15 Təyin olunan vaxt
Tapşırıq 2 15 Təyin olunan vaxt
Tədqiqat Lahiyəsi(TL) ilkin 10 3cü Sessiyadan 2 gün əvvəl
hesabat
TL yazılı hesabat 44 5ci sessiyadan 2 gün əvvəl
İştirak 16 Hər dərs

Tapşırıqların ətraflı izahı

Tapşırıq 1&2/Məqalə/Diskussiya

Siz təlim müddətində tədris olunan texniki bilikləri dərhal real data üzərində tətbiq etməklə 6 tapşırıq və
Tədqiqat Layihəsini icra edəcəksiniz. Tam bal almaq üçün siz tələb olunan tapşırıqı vaxtında icra
etməlisiniz. Hər iştirakçı təyin edilən datanı analiz edərək öz məsləhətlərini məqaləyə daxil etməlidir.

Tədqiqat Layihəsi (TL)


Hər təlim iştirakçısı Tədqiqat Lahiyəsi üçün bir vəya bir neçə tədqiqat problem seçməlidir. Təlim
müddətində siz seçilmiş tədqiqat probleminə cavab tapmaq üçün statistik analizlər aparıb nəticə əsasında
məsləhətlərinizi hazırlayacaqsınız. Bu layihə Səhiyyə ilə bağlı hansısa elmi tədqiqat vəya labarotoriya
təcrübəsi ola bilər. Siz bir xəstəliyi vəya müalicə növünü seçə bilərsiniz. TL-nin komponentlərinə 1-2
səhifəlik proqres hesabat(kurs qiymətinin 10%-i) və 8-12 səhifəlik yazılı hesabat&məqalə(kurs qiymətinin
30%-i) daxildir. İştirakçılar TL ideyası üzərində 2-ci dərsdən etibarən işləməyə başlayacaq və bu təlim
müddətində davam edəcəkdir. Təm qiymət almaq üçün iştirakçılar, yazılı hesabatı son müddətdən əvvəl
təqdim etməlidirlər.

2
Təlim xülasəsi & Dərslərin cədvəli

Keyzlər/ Tapşırıqlar/
Sessiya Mövzu
Mətnlər

- Keyz müzakirə
- Statistikaya giriş
- Tapşırıq 1
- Təsviri Statistika, SPSS və Exceldə tətbiqi (Frequencies,
Sessiya 1 Keyz – St. Mary Maternity
Descriptive, Explore, Crosstab procedures)
Hospital: Introduction to
- Qualtrics ilə tədqiqat üsulları
SPSS and Statistical Analysis

- Normal paylanmanın yoxlanması - Tapşırıq 2


- Outlierlərin tapılması (Qrafik və testlə) Keyz – Healthcare Analytıcs
Sessiya 2
- Outlierlərin aradan qaldırılması Adoptıon-Decision Model: A
- Data transformasiyası Case Study

- Uyğunluq təsbiti üçün Chi Square


(Chi Square for Goodness-of-Fit)
Sessiya 3 - Əlaqə testləri (Association Tests) - Tapşırıq 3
- Pearson, Spearman korrelyasiyası və Qismən korrelyasiya (Chi
square for Association)

- Loginal analiz, ierarxik loginal analiz


- Ədədi orta fərqi üçün test (Test for mean difference) - Tapşırıq 4
Sessiya 4 - Müstəqil T nümunəsi testi (independent T sample test) Keyz – IBM: Big DATA
- Qoşalaşdırılmış T nümunəsi testi Analytics for Healthcare
(paired T sample test)

- Ümumi xətti modellər


- Adi xətti reqressiya
- Çoxölçülü reqressiya analizi, logistic reqressiya analizi
Sessiya 5 - Variasiya analizi (Analysis of Variance – ANOVA) - Tapşırıq 5 & 6
- Tək, iki və üç istiqamətli ANOVA
- Çoxdəyişənli variasiya analizi (MANOVA)
- Kovarians analizi (Analysis of Covariance – ANCOVA)

- Mann-Whitney testi
- Wilcokson testi
Sessiya 6 - Faktor analizi - Diskussiya
- Klaster analizi
- Təkrar

Xüsusi qeyd

 Mövzuların cədvəli ehtiyac yarandıqda tənzimlənə bilər.


 Təlimçi sizə təlim zamanı xüsusi keyz və tapşırıqlar ünvanlaya bilər.

You might also like