You are on page 1of 29

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI BİZNES UNİVERSİTETİ

Fakültə: İqtisadiyyat və idarəetmə


İxtisas: Mühasibat uçotu və audit
Kafedra: Mühasibat uçotu və audit
Kurs: IV
Qrup: 330
Fənn: İxtisas üzrə proqram təminatı

“ Azmühasib proqram paketində Əsas vəsaitlərin uçotu ”


mövzusunda

R E F E R AT
Müəllim: i.ü.f.d Cabbarov Ayatulla

Tələbə: Babazadə Fariz

BAKI-2012 1
Azmühasib proqram paketində Əsas vəsaitlərin uçotu
Plan:
Giriş......................................................................................................................3
1. Əsas vəsaitlər anlayışı, təsnifatı və uçotun vəzifələri.......................5
2. Əsas vəsaitlər üzrə Azmühasib proqramında
əməliyyatların
aparılması.....................................
...............................................
......15
Nəticə......................................................................................................................24
Ədəbiyyat siyahısı..................................................................................................26

2
Giriş
Təsərrüfat əməliyyatları zamanı müəssisə 1) əsas vəsaitlər, qeyri-maddi
aktivlər və materiallar alır; 2) onlardan istifadə edir; 3) istehsal prosesinə xərc
çəkir; 4) hazır məhsul istehsal edir; 5) onu satır; 6) satışdan pul vəsaiti və mənfəət
əldə edir. Bütün bunlar təsərrüfatı prosesləri zamanı baş verir.
Müəssisədə təsərrüfat əməliyyatlarının baş verməsi zamanı orada olan əsas
vəsaitlərin, qeyri-maddi aktivlərin və materialların rolu böyükdür. Belə ki, onlarsız
təsərrüfat əməliyyatlarının baş verməsini düşünmək olmaz. Ona görə də hər bir
müəssisənin mühasibatlığında əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və
materialların uçotunun aparılması vacib şərtlərdən biridir.
Son zamanlar kənd təsərrüfatı müəssisələrində uçot işlərinin
avtomatlaşmasına əsaslanan mühasibat uçotu forması daha çox tətbiq edilir. Kənd
təsərrüfatında uçotun bu forması perspektivdə əsas kimi qalır.
Əl ilə aparılan mühasibat uçotu formaları üçün ilk sənədlərdən balansa qədər
informasiyaların işlənilməsi xarakterikdir. Belə ki, ilk sənədlərin məlumatları
ardıcıllıqla registrlərdə əks etdirilir, yekun çıxarılır və sonra ardıcıllıqla məlumatlar
registrlə işlənir. Nəticədə bir registrdən alınan yekunların digərinə yazalarkən,
çoxlu sayda təkrar verilən məlumatlardan qaçmaq olmur. Hətda əl ilə aparılan
uçotun mütərəqqi forması olan –jurnal –order formasında –təkrara yol verilir.
Hər hansı əlamətə görə yekun almaq üçün, eynicinsli əməliyyatları müvafiq
registrdə qruplaşdırmaq lazım gəlir, daha bir ümumi yekunun alınması üçün
alınmış ayrı-ayrı yekunlar üzrə başqa qruplaşma aparılır və i.a.
Uçotun avtomatlaşmış forması digər prinsipdə qurulur. Müvafiq hesablayıcı
maşının tətbiqi məlumatları bir registrdən digərinə yazmadan müxtəlif səviyyəli
yekunların alınmasını təmin edir. Eynicinsli əlamətlər üzrə əməliyyatlar in-
formasiyaların maşınla işlənməsi prosesində qruplaşdırılır. Nəticədə bilavasitə ilk
məlumatların emalı əsasında yekun informasiyanın alınması imkan yaranır. Bu
uçotun avtomatlaşmış formasının əl ilə işlənən mühasibat uçotu formasından prin-
sipal fərqinin olmasını göstərir. Vahid aralıq mərhələ bu illk sənədlərdən ilkin
informasiyaları maşın daşıyıcılarına keçirməkdir. Bundan sonra bilavasitə informa-
siyaların maşınla emalı əsasında hesabat məlumatlarını almaq mümkündür. Həm
də nəzərə almaq lazımdır ki, həmçinin informasiyaların maşınla emalı prosesində
3
bütün lazım olan əlamətlər üzrə qruplaşma aparılır. Uçotun avtomatlaşmış
formasının ümumi quruluş sxemini aşağıdakı kimi vermək olar.
Uçotun avtomatlaşdırılmış forması informasiyaların maşınla emalı
nəticəsində dövriyyə və qalıq balansına kimi sintetik və analitik uçotun bütün
hesabları üzrə lazımi məlumatların alınmasına imkan verir, yəni informasiyaların
maşınla emalı sayəsində mövcud uçot sistemində nəzərdə tutulan mühasibat
uçotunun bütün registrləri alınır.

4
1.Əsas vəsaitlər anlayışı, təsnifatı və uçotun vəzifələri

Əsas vəsaitlər - hər bir müəssisənin maddi-texniki bazasının əsasını təşkil


etməklə qeyri-dövriyyə aktivi sayılır. Əsas vəsaitlərin səciyyəvi cəhəti ondadır ki,
onlar müəssisənin istehsal (xidmət) təsərrüfat fəaliyyətində uzun müddət iştirak
edir, köhnəldikcə öz dəyərini müəyyən olunmuş normalarla hissə-hissə məhsulun
dəyərinə keçirir, istehsal əməliyyatlarında özünün natural formasını saxlayır və
əlavə olaraq iqtisadi fayda verir.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 20 oktyabr 1995-ci il tarixli
əmri ilə təsdiq olunmuş və 1996-cı ilin yanvarın 1-dən qüvvədə olan
«Müəssisələrin mühasibat uçotunun Hesablar Planı və onun tətbiqinə dair
Təlimata» müvafiq olaraq 1996-cı ildən sonra alman əsas vəsaitlərin vahidinin və
dəstinin dəyərinin minimum həddi 100 manat həcmində müəyyən olunmuşdur
(milli pulun 2006-cı ildə denominasiya nisbəti ilə). İnflyasiyanın sürətindən asılı
olaraq əsas vəsaitlərin dəyərinin minimum həddinin limiti hər dəfə dəyişdirildikcə
onların balansda yerini dəyişmək olmaz.
Müəssisənin 01№-li "Əsas vəsaitlər" hesabında müxtəlif səbəblərdən əsas
vəsait kimi uçota alınan bəzi lüzumsuz (faktiki olaraq istehsal (xidmət) sferasında
əsas vəsait kimi iştirak etmək imkanı olmayan) vəsaitlər olarsa və onların əsas
vəsaitlər sırasından çıxarılması zərurəti yaranarsa, o zaman müvafiq qanun-
vericiliyə uyğun olaraq müəssisə rəhbəri bu barədə qərar qəbul edir. Bu qərar
müəssisənin uçot siyasəti barədəki əmrində öz əksini tapmalıdır.
İcarəyə verilmiş binalar, qurğular, avadanlıqlar və digər əsas vəsaitlər üzrə
başa çatdırılmış əsaslı məsrəflər icarəyə götürən tərəfindən faktiki xərclər
məbləğində özünün əsas vəsaitlərinə daxil edilir (icarə müqaviləsində başqa şərtlər
nəzərdə tutulmadıqda).
Müəssisənin öz mülkiyyətində olan torpaq sahələri uçotda onların alınmasına
çəkilən faktiki xərclər üzrə əks etdirilir.
Əsas vəsaitlər mühasibat uçotunda ilkin dəyəri ilə, yəni onun alınmasına,
quraşdırılmasına, hazırlanmasına çəkilən faktiki xərc məbləğində əks etdirilir. Öz
mülkiyyətində torpaq sahələrindən başqa əsas vəsaitlərin ilkin dəyəri onlar

5
yenidən qiymətləndirildikdə, yenidən qurulduqda, onlarda yeni tikinti işləri
aparıldıqda, onlara yeni avadanlıqlar quraşdırdıqda və onların müvafiq obyektləri
qismən ləğv edildikdə dəyişdirilə bilər.
Əsas vəsaitlər istehsal əməliyyatının mühüm amillərindən biri olduğundan
onların dəyəri məhsul istehsalına çəkilən xərclərin tərkibində öz əksini tapır. Bu
əsas vəsaitlərin dəyərini müəyyən dövr ərzində istehsal olunmuş məhsulların,
görülmüş işlərin maya dəyərinə və ya tədavül xərclərinə silinməsi yolu ilə icra
olunur. Bununla əlaqədar olaraq əsas vəsaitlərə amortizasiya (köhnəlmə)
hesablanır.
Əsas vəsaitlərin satışı və s. xaric olması hallarında (əvəzsiz olaraq
verilənlərdən və alınanlardan başqa) bu əməliyyatlar üzrə mənfəət, yaxud zərər
müəssisənin təsərrüfat fəaliyyətinin nəticələrinə aid edilir.
Aşağıdakılar əsas vəsaitlərə aid edilməyərək müəssisələrdə dövriyyədəki
vəsaitlərin, idarələrdə isə azqiymətli əşyaların və digər sərvətlərin tərkibində uçota
alınırlar:
a) dəyərindən asılı olmayaraq xidmət müddəti bir ildən az olan əşyalar;
b) istehsal (xidmət) prosesində bir dəfə iştirak edən, öz dəyərini tamamilə
məhsulun (xidmətin) dəyərinə keçirən və bu prosesdə natural formasını
saxlamayan sərvətlər;
c) dəyərindən və xidmət müddətindən asılı olmayaraq əsas vəsait sayılan
kənd təsərrüfatı maşınlarından, alətlərindən, mexanikləşdirilmiş tikinti
alətlərindən, işçi və məhsuldar heyvanlardan başqa xidmət müddətindən asılı
olmayaraq vahidinin və dəstinin dəyəri 100 manatdan (bu hədd 01. 01. 1996-cı
ildən sonra alınanlar üçündür) aşağı olan əmək əşyaları;
d) dəyərindən və xidmət müddətindən asılı olmayaraq balıq ovu
alətləri(trallar, bütün növ torlar və s.);
e) benzin motorlu mişarlar, şaxdoğrayan maşınlar, çaylarda istifadə edilən
axıtma trosları, mövsümi yollar, ağac daşıma üçün müvəqqəti asılma yollar, iki il
müddətində istifadə etmək üçün meşələrdə olan müvəqqəti evlər, səyyar dartılıb
aparılan qızdırıcı evlər, qazan-xana məntəqələri və başqa müvəqqəti mövsümi
xarakterli vəsaitlər (əmək vasitələri);
f) dəyərindən asılı olmayaraq fərdi sifarişlərin, yaxud məmulatların seriyalı və
kütləvi istehsalı üçün düzəldilmiş xüsusi mexanizmlər və alətlər;
g) vahidinin və ya dəstinin dəyərindən və xidmət müddətindən asılı
olmayaraq xüsusi geyimlər, ayaqqabılar, həmçinin yataq ləvazimatları;
6
h) vahidinin və dəstinin dəyərindən və xidmət müddətindən asılı olmayaraq
müəssisələrdə işçilərə verilən xüsusi geyim formaları, səhiyyə, maarif, əhalinin
sosial müdafiəsi və başqa büdcə idarələrində verilən geyimlər və ayaqqabılar;
i) dəyəri kompleks tikinti-quraşdırma işlərinin maya dəyərinə üstəlik xərclər
kimi daxil edilən müvəqqəti (titulsuz) xüsusi düzəldilmiş mexanizmlər, qurğular
və s. (tituldan kənar) tikintilər;
j) anbarda əmtəə material qiymətlilərinin saxlanmasında və ya texnoloji
prosesdə iştirak edən vahidinin dəyəri 100 manatdan (bu hədd 01.01.96-cı ildən
sonra alınanlar üçündür) aşağı olan taralar;
k) dəyərindən asılı olmayaraq kirayə vermək üçün təyin edilmiş əşyalar;
l) cavan və kökəldilməkdə olan heyvanlar, quşları, dovşanlar, xəzli heyvanlar,
arı ailələri və təcrübə üçün saxlanılan heyvanlar;
m) tinglikdə köçürmə məqsədilə əkilmiş çoxillik əkmələr.
Əsas vəsaitlərin uçotunun təşkili və obyektləri haqqında dəqiq
informasiyanın formalaşması üçün onların əsaslandırılmış təsnifləşdirilməsi
böyük əhəmiyyətə malikdir. «Müəssisələrin mühasibat uçotunun Hesablar Planı
və onun tətbiqinə dair Təlimat»da 01№-li «Əsas vəsaitlər» hesabında uçota alınan
əmək vasitələri iqtisadiyyatda müvafiq təhlil aparmaq üçün aşağıdakı qaydada
təsnifləşdirilmişdir:
- Binalar;
- Qurğular (tikintilər);
- Ötürücü qurğular;
- Maşınlar və avadanlıqlar;
- Nəqliyyat vasitələri;
- İstehsalat alətləri və təsərrüfat avadanlıqları;
- İşçi və məhsuldar heyvanlar;
- Kitabxana fondu;
- Sair əsas vəsaitlər.
Binalara - bütün növ istehsalat və təsərrüfat təyinatlı binalar, o cümlədən
idarə heyətinin yerləşdiyi binalar, sosial-mədəni obyektlər, xəstəxana, poliklinika
binaları, internat evləri, qocalar və əlillər evləri, uşaq müəssisələri, kitabxana,
muzey binaları, elmi-tədqiqat institutları, laboratoriyalar, sexlər və başqa istehsalat
və təsərrüfatların yerləşdikləri bütün növ binalar aiddir.
Qurğulara (tikintilərə) - müəyyən texniki funksiyaları yerinə yetirən mühən-
dis-texniki obyektlər, stadionlar, hovuzlar, yollar, körpülər, heykəllər, binaların
7
hasarları, vodokaçkalar (suçıxaranlar), ictimai bağlar, bağçalar və bu kimi başqa
qurğular aiddir.
Ötürücü qurğulara – elektrikötürücülər və xətlər, transmissiyalar və boru
kəmərləri və bunlara aid olan bütün növ aralıq avadanlıqları və qurğuları, bir sözlə,
istehlakçıya çatdırılacaq enerji, maye və qaz halındakı məhsulların ötürülməsində
iştirak edən bütün növ avadanlıqlar, qurğular (bu kimi ötürücü qurğuların və
avadanlıqların yerləşdiyi binalardan başqa) aiddir.
Maşın və avadanlıqlara - güc maşınları və avadanlıqları, iş maşınları və
avadanlıqları, ölçü cihazları, tənzimləyici cihazlar və qurğular, laboratoriya
avadanlıqları, hesablama texnikası, tibbi avadanlıqlar və ayrı-ayrı qruplar üzrə
başqa maşın və avadanlıqlar aiddir. Bunlar təqribən aşağıdakı qaydada
qruplaşdırılır:
1. Güc maşınları və avadanlıqlarına: - elektrik enerjisi və istilik hasil edən
maşın-generatorlar və müxtəlif növ enerji (su enerjisi, külək enerjisi, istilik
enerjisi, elektrik enerjisi və s.) hasil edən maşın-mühərriklər və bu kimi başqa güc
maşınları və avadanlıqları aiddir.
2. İş maşınları və avadanlıqlarına: istehsalat prosesində mexaniki
mühərriklərin, insan və heyvan gücünün köməyi ilə əmək predmetlərinin
yerdəyişməsinə və istehsalat xarakterli işlərin (xidmətlərin) görülməsində, yaxud
məhsul hazırlığı prosesində əmək predmetlərinə mexaniki, termiki və kimyəvi təsir
göstərmək üçün nəzərdə tutulmuş maşınlar, aparatlar və avadanlıqlar aiddir.
3. Ölçü cihazlarına: - dozatorlar, ampermetrlər, barometrlər, vatt-metrlər,
suölçənlər, vakuummetrlər, vaporimetrlər, voltmetrlər, hündürlükölçənlər,
qalvanometrlər, geodeziya cihazları, hiqroskoplar, indikatorlar, kompaslar,
manometrlər, xronometrlər, xüsusi tərəzilər, kassa aparatları və başqa ölçü
cihazları aiddir.
4. Tənzimləyici cihazlar və qurğulara: - oksigenli tənəffüs cihazları, elektrik,
pnevmatik və hidravlik qurğuları tənzimləyən cihazlar. avtomatik idarəetmə
pultları, blokirovka və mərkəzləşdirmə aparatları, dispetçer nəzarəti üçün xətli
qurğular və bu kimi başqa tənzimləyici cihazlar və qurğular aiddir.
5. Laboratoriya avadanlıqlarına: - pirometrlər, nizamlayıcılar, kalori-metrlər,
nəmliyi müəyyən edən cihazlar, distillə qazanları, laboratoriya koprları,
mikroskoplar, termostatlar, stabilizatorlar, sorucu şkaflar, mikroskoplar və başqa
laboratoriya avadanlıqları aiddir.
6. Hesablama texnikasına: - elektron-hesablayıcılar, idarəçi və analoji
8
maşınlar, rəqəmli hesablayıcı maşınlar və qurğular və bu kimi başqa hesablama
texnikası aiddir.
7. Tibbi avadanlıqlara: - diş həkimləri üçün kreslolar, cərrahiyyə stolları,
xüsusi avadanlıq bərkidilmiş çarpayılar, xüsusi dezinfeksiya avadanlıqları,
qanköçürmə stansiyaları və bu kimi başqa tibbi avadanlıqlar aiddir.
8. Sair maşın və avadanlıqlara: - yuxarıdakı qruplarda adları çəkilməyən
maşınlar, aparatlar və avadanlıqlar, yəni idman meydançalarının, binalarının,
stadionların avadanlıqları və idman alətləri, təhsil müəssisələrində,
emalatxanalardakı, kabinetlərdəki, otaqlardakı avadanlıqlar, kinoaparatlar,
işıqlandırma aparatları, səhnə avadanlıqları, musiqi alətləri, televizorlar,
radioaparatlar, elmi-tədqiqat müəssisələri və başqa müəssisələr üçün xüsusi elmi-
tədqiqat avadanlıqları, avtomat-telefon stansiyalarının avadanlıqları,
avtomobillərdə, at arabalarında yerləşdirilən yanğınsöndürən maşınlar, avadan-
lıqlar, mexanikləşdirilmiş yanğın nərdivanları, paltaryuyan və paltartikən maşınlar,
soyuducular, tozsoranlar və bu kimi başqa maşın və avadanlıqlar aiddir.
Nəqliyyat vasitələrinə - aşağıdakılar aiddir:
1. Dəmiryol, su, avtomobil nəqliyyatı vasitələri (elektrovozlar, teplovozlar,
parovozlar, motovozlar, motodrezinlər, vaqonlar, platformalar, sisternlər,
teploxodlar, paroxodlar, dizel-elektroxodları, yedəklər, barjlar, barkalar, qayıqlar,
xidmətedici və köməkçi gəmilər, xilasedici gəmilər, üzən körpülər, yelkənli
gəmilər, yük və minik avtomobilləri, qoşqular, öz yükünü boşaldan avtomobillər,
avtosisternlər, avtobuslar, traktorlar və bu kimi başqa nəqliyyat vasitələri).
2. Hava nəqliyyatı vasitələri (təyyarələr, vertolyotlar və başqaları).
3. Araba nəqliyyatı (araba, xizək və başqaları).
4. İstehsalat nəqliyyatları (elektrokarlar, motorollerlər, velosipedlər və
başqaları).
5. Bütün növ idman nəqliyyatları (idman atlarından və başqa iş
heyvanlarından başqa).
İstehsalat alətlərinə və təsərrüfat inventarlarına - Ümumi təyinatlı əmək
vəsaitləri, materiallar emal etmək məqsədilə maşınlara quraşdırılmış əmək
predmetləri, tikinti-quraşdırma işlərində material emalı üçün bütün növ qurğular
və sairə. Onlar aşağıdakı kimi qruplaşdırılır:
1. Alətlər: - ümumi təyinatlı mexanikləşdirilmiş və mexanikləşdirilməmiş
əmək vasitələri, həmçinin materiallar emal etmək məqsədilə maşınlara
quraşdırılmış əmək predmetləri. Bunlara aiddir: - kəsmək, zərbə endirmək, əzmək
9
və bərkitmək kimi işləri görmək üçün nəzər-də tutulmuş əl əməyi alətləri, elektrik
enerjisinin, sıxılmış havanın və başqalarının vasitəçiliyi ilə işləyən
mexanikləşdirilmiş əl əməyi alətləri (elektrik dreli, kraskapult, elektrovibrator və
başqaları), həmçinin tikinti-quraşdırma işlərində material emalı üçün
uyğunlaşdırılmış bütün növ qurğular və başqaları (məngənələr, patronlar,
mühərriklərə quraşdırılmış xüsusi bölücü başlıqlar və avtomobillərdə olan kardan
valını çevirmək üçün xüsusi qurğular və başqaları).
2. İstehsalat inventarları və ləvazimatları: - iş vaxtı istehsalat əməliyyatlarının
asan yerinə yetirilməsinə kömək etmək üçün nəzərdə tutulan istehsalat predmetləri
(iş stolları, verstaklar, kafedralar, partalar və başqaları), əməyin mühafizəsi üçün
uyğunlaşdırılmış xüsusi avadanlıqlar, maye və dənəvər səpələnən şeylərin
saxlanması üçün qablar (baklar, novlar, yeşiklər, hovuzlar, çənlər və başqaları),
ticarət şkafları və stellajları, inventar taralar, texniki təyinatlı predmetlər və
başqaları istehsalat inventarları və ləvazimatlarına aiddir.
3. Təsərrüfat inventarları: - dəftərxana və təsərrüfat inventarları adı daşıyan
predmetlər (müxtəlif dəftərxana mebelləri, daşınan sədlər, asılqanlar, qarderoblar,
müxtəlif şkaflar, divanlar, stollar, kreslolar, yanmayan şkaflar və yeşiklər, yazı
makinaları, hektoqraflar və başqa əl ilə surətçoxaldan və nömrəvuran aparatlar,
daşınan çadırlar, çarpayılar, xalçalar, portyerlər və başqa təsərrüfat inventarları,
həmçinin yanğından mühafizə predmetləri (hidropultlar, stenderlər, əl nərdivanları
və başqaları) təsərrüfat inventarlarına aiddir.
İşçi və məhsuldar heyvanlara - işçi heyvanlar (atlar, öküzlər, dəvələr və başqa)
idman atları və sairə. İnəklər, camışlar, ana marallar, damazlıq donuzlar və sairə.
Onlar isə belə qruplaşdırılır:
1. İşçi heyvanlar: - atlar, öküzlər, dəvələr və başqa işçi heyvanlar (idman atları
və başqa nəqliyyat heyvanları da daxil olmaqla) işçi heyvanlara aiddir.
2. Məhsuldar və damazlıq heyvanlar: - inəklər, döl öküzləri, camışlar, döl
kəlləri, döl ayğırları, ilxıya qoşulmuş damazlıq madyanlar, damazlıq dəvələr, döl
nərləri, ana marallar, döl üçün erkək marallar, döl qabanları, damazlıq donuzlar,
damazlıq qoyunlar, damazlıq keçilər, döllük qoçlar, döllük təkələr və başqaları
məhsuldar və damazlıq heyvanlara aiddir.
Kitabxana fondu - vahidinin (nüsxəsinin) qiymətindən asılı olmayaraq bütün
növ elmi, bədii, tədris və xüsusi növ ədəbiyyatlar və başqa nəşrlər.
Sair əsas vəsaitlər - yaşından asılı olmayaraq mədəni çoxillik əkmələr, bütün
növ meyvə və giləmeyvə ağacları, dekorativ çoxillik əkmələr, muzey sərvətləri,
10
heyvanxana eksponatları, tədris kinofilmləri və sairə. Onlar aşağıdakı kimi
qruplaşdırılır:
1. Çoxillik əkmələr: - yaşından asılı olmayaraq mədəni çoxillik əkmələr, bütün
növ meyvə və giləmeyvə çoxillik əkmələri (ağaclar və kollar), küçələrdə,
meydanlarda, parklarda, bağlarda, müəssisələrin ərazi bağçalarında, yaşayış
binalarının həyətlərində və bu kimi başqa yerlərdə əkilən yaşıllaşdırma və
dekorativ çoxillik əkmələr, qumsallığın və sahillərin bərkidilməsi məqsədilə əkilən
çoxillik əkmələr, elmi-tədqiqat institutlarında, botanika bağlarında və bu kimi
başqa yerlər-də tədqiqat və başqa məqsədlər üçün əkilən çoxillik əkmələr.
2. Torpaqların yaxşılaşdırılması üzrə əsaslı məsrəflər: - kapital qoyuluşu
hesabına aparılan torpaq sahələrinin əkin üçün planlaşdırılması, ərazinin kötükdən
təmizlənməsi və əkinə hazırlanması, sahələrin daşlardan, kəsəklərdən, alaqlardan
və başqa lüzumsuz bitkilərdən təmizlənməsi, kiçik təpəciklərin düzəldilməsi,
nohurların təmizlənməsi və s. bu kimi torpaqların yaxşılaşdırılması işləri (tikinti
və quraşdırma işləri ilə əlaqəsi olmayan işlər) əsaslı məsrəflərə aiddir.
3. Muzey sərvətləri: - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin
müvafiq normativ sənədləri üzrə uçota alınan muzey sərvətləri (qiymətindən asılı
olmayaraq).
4. Heyvanxanalarda və digər analoji təşkilatlarda olan dünya heyvanlarının
eksponatları (qiymətindən asılı olmayaraq).
5. Dəyəri əsas vəsaitlərin dəyərinin təyin edilmiş minimum həddinin 1/20
hissəsindən çox olan səhnə vəsaitləri (dekorasiyalar, butaforlar, milli teatr
geyimləri, pariklər və başqa rekvizitlər).
6. Qiymətindən asılı olmayaraq nümunəvi layihələr üzrə sənədlər.
7. Tədris kinofilmləri, maqnit lentləri (diskləri), kasetlər və başqa texniki
proqram daşıyıcıları (qiymətindən asılı olmayaraq).
8. Vahidinin və dəstinin dəyəri 100 manatdan yuxarı olan başqa inventarlar
(uşaq oyuncaqları, xüsusi xizəklər və başqaları).
Əsas vəsaitlərin təsnifatı onların vəsait növləri ilə yanaşı forma (qrup)
etibarilə təsnifləşdirilməsi müəyyən olunmuşdur. Beləliklə, əsas vəsaitlər istifadə
olunma dərəcəsinə görə aşağıdakı formada təsnif olunur:
- İstifadə olan əsas vəsaitlər;
- Ehtiyatda olan əsas vəsaitlər.
Ehtiyatda olan əsas vəsaitlər bilavasitə müəssisədə istehsalın fasiləsiz
fəaliyyətini təmin etmək üçün nəzərdə tutulur.
11
Əsas vəsait obyektləri üzərində mülkiyyət hüququ olması etibarilə təsnifi üzrə
vəsaitlər:
- öz mülkiyyətində olan əsas vəsaitlərə
- digər müəssisələrdən icarəyə qəbul olunmuş əsas vəsaitlərə ayrılır.
Öz mülkiyyətində olan əsas vəsaitlərə müəssisənin öz vəsaiti ilə aldığı,
apardığı tikinti əsasında hazırlanan, müəssisənin səhmdarları tərəfindən səhm
hesabına verdikləri və nizam-namə kapitalına daxil olan və ya əvəzsiz verilən və
əlavə kapitala daxil olan əsas vəsaitlər daxildir.
İcarəyə qəbul olunmuş əsas vəsaitlər o vəsaitlərdir ki, onlar icarə qaydalarına
uyğun olaraq digər müəssisədən və ya şəxsdən müəyyən vaxta müvəqqəti istifadə
olunması və bununla əlaqədar olaraq müəyyən qarşılıqlı razılaşdırılmış məbləğdə
pul vəsaitinin ödənməsi əsasında qəbul olunur. Bır sıra hallarda icarəyə qəbul
olunmuş əsas vəsaitlər icarəçi tərəfindən vəsaiti icarəyə verəndən ala bilər.
İstehsal xarakterində - istifadə olunma xarakterinə görə (istehsal, kommer-
siya və s.) əsas vəsaitlər aşağıdakı bölgüyə ayrılır:
- istifadədə olan əsas vəsaitlər;
- istifadədə olmayan əsas vəsaitlər.
İstifadədə olan əsas vəsaitlər o vəsaitlər adlanır ki, onlar müəssisənin istehsal
fəaliyyətində bilavasitə iştirak edir. Məsələn, maşınqayırma zavodunda əsas
istifadədə olan istehsal maşın və avadanlıqları bilavasitə məhsul istehsalında
istifadə olunur və öz dəyələrini tədricən istehsal olunmuş məhsulun dəyərinə keçirir
və onlara hesablanmış köhnəlmə (amortizasiya) məbləği istehsal və ya tədavül
xərclərinə keçirilir.
İstehsalda olmayan əsas vəsaitlər müəssisə istehsal fəaliyyətində bilavasitə
iştirak etmir və öz dəyərlərini istehsal olunmuş məhsulun dəyərlərinə keçirmir.
Lakin nəzərə almaq lazımdır ki, həmin vəsaitlərin iştirakı olmadan maddi istehsalın
fəaliyyəti qeyri-mümkündür. Məsələn maşınqayırma müəssisəsində qeyri-istehsal
xarakterli əsas vəsaitlərə binalar, uşaq və məktəbəqədər bağça və avadanlıqlar,
özəlləşdirilmiş mənzil fondu, yeməkxanalar, idman-sağlamlıq kompleksləri və
sairə aid edilir ki, bunların da müəssisədə əhəmiyyəti böyükdür.
Əsas vəsaitlərin dəyərlərinin istehsal olunmuş hazır məhsulların dəyərlərinə
keçirmələrində iştirakına görə əsas vəsaitlər aşağıdakı qruplara ayrılır:
- fəal xarakterinə əsas vəsaitlər;
- qeyri fəal xarakterli əsas vəsaitlər;

12
Fəal xarakterli əsas vəsaitlər müəssisə fəaliyyətindəki gördüyü işi saat hesabı
ilə ölçülür və nəticə müəyyən olunur (məsələn avtomaşınların işi kilometr-saat
ölçüsü, kombaynın işi fəziki hektar və s.).
Qeyri fəal xarakterli əsas vəsaitlərə binalar, tikintilər, avadanlıqlar və başqa-
ları aid edilir ki, onların müəssisə istehsal fəaliyyətini müəyyən ölçü vahidi ilə
ölçmək mümkün deyildir.
Əsas vəsaitlərin uçotunun təşkilində mühüm məsələlərdən biri də onların
qiymətləndirilməsidir. Əsas vəsaitlərin dəyəri amortizasiya (köhnəlmə) hesablan-
masına təsir edir və buna görə də onun məsrəflərinin artmasına səbəb olur.
Mühasibat uçotunda əsas vəsaitlər müxtəlif qiymətlərlə qiymətləndirilə bilər.
Lakin hazırda əsas hallarda əsas vəsaitlər ilkin, bərpa və qalıq dəyəri ilə
qiymətləndirilir.
Əsas vəsaitlərin ilkin dəyərinin müəyyən olunması onların əldə olunması
mənbəyindən və formasından asılıdır. Əsas vəsaitlər kapital qoyuluşu qaydasında
müəssisənin özü tərəfindən yaradılır, yaxud digər müəssisələrdən, şəxslərdən satın
alına bilər. Bu zaman onların yaradılmasına, alınmasına sərf olunan məsrəflər,
daşınma, quraşdırma xərcləri də daxil olmaqla həmin əsas vəsaitin ilkin dəyərini
təşkil edir.
Əsas vəsaitin ilkin dəyərinin formalaşması müxtəlif qaydada müəyyən
olunur:
- başqa müəssisədən əsas vəsait alındıqda və ya müəssisənin özü tərəfindən
hazırlandıqda onun ilkin dəyərinə faktiki olaraq sərf olunmuş məsrəflər, daşınma,
yığılma və quraşdırılma xərcləri daxil edilir;
- əsas vəsait əvəzsiz olaraq dövlət tərəfindən və ya digər müəssisə tərəfindən
verildikdə onun ilkin dəyəri daxil olan gündə bazar qiyməti üzrə qiymətləndiril-
məklə mədaxil olunur;
- müəssisə yaradılarkən təsisçi tərəfindən nizamnamə kapitalının forma-
laşmasına verilən əsas vəsait tərəflərin razılığı ilə təhvil-qəbul sənədi əsasında
qiymətləndirilir.
Əsas vəsaitin ilkin dəyəri onun yenidən qurulması, modelinin dəyişməsi,
müəyyən hissəsinin ləğv olunması hallarında və dövlət qərarı ilə onun yenidən
qiymətləndirilməsi hallarında da ola bilər.
Əsas vəsaitin bərpa dəyəri onun yenidən qiymətləndirilməsidir. Kommersiya
təşkilatları ildə bir dəfə eyni tipli obyektlər üzrə əsas vəsaitlərin bərpa qiymətlərini

13
tənzimləyirlər. Bu halda əsas vəsaitin ilkin dəyəri yeni dövrün bazar qiymətinə
uyğun olaraq yenidən qiymətləndirilir.
Əsas vəsaitin qalıq dəyərinin müəyyən olunmasında ilkin və ya bərpa
dəyərindən hesablanmış amortizasiya çıxılır və qalan dəyər, onun qalıq dəyərini
təşkil edir. Bu dəyər mühasibat balansında əks olunur.
Əsas vəsaitlərin mühasibat uçotunun vəzifələri. Hər bir müəssisədə əsas
vəsaitlərin qalığı, hərəkəti, saxlanması və maliyyə-təsərrüfat fəaliyyətindəki rolu
bilavasitə mühasibat uçotu göstəriciləri əsasında əldə olunur və buna uyğun olaraq
sərmayəçilər, kreditorlar, müəssisə rəhbərliyi müəyyən idarəetmə qərarlarının
qəbul olunmasında bu informasiyalardan istifadə edirlər. Bununla əlaqədar olaraq
mühasibat uçotunun əsas vəsaitlərin uçotu qarşısında aşağıdakı vəzifələr durur:
- mühasibat uçotu sintetik və analitik uçot registrlərində əsas vəsaitlərin
qalığı, hərəkəti ilə əlaqədar sənədləşmənin düzgün və vaxtında tərtib olunması;
- əsas vəsaitlərin saxlanması üzərində və ehtiyatda olan vəsaitlərin
saxlanmasına nəzarətin təşkili;
- əsas vəsaitlərin faydalı istifadə olunması və amortizasiya (köhnəlmə)
hesablanmasının uçotunun düzgün aparılması üzərində nəzarət;
- müəssisədən satılmış və sair kənarlaşmış əsas vəsaitlərin uçotunu düzgün
icra olunması və onların icarəyə verilməsi üzərində nəzarət;
- aparılan inventarlaşmaların düzgün aparılması və onların nəticələrinin
mühasibat uçotunda əks olunmasına nəzarət;
- əsas vəsaitlər üzrə vergilərin hesablanması və ödənməsinin icrası üzərində
nəzarət;
- rüblük və illik maliyyə mühasibat hesabatlarının tərtibi üçün həqiqi etibarlı
uçot göstəricilərinin və informasiyaların hazırlanması;

14
2. Əsas vəsaitlər üzrə Azmühasib proqramında
əməliyyatların aparılması
Müəssisədə əsas vəsaitlər üzrə baş vermiş təsərrüfat
əməliyyatlarının sənədləşdirilməsi və onların analitik
uçotunun aparılması üçün "Əsas vəsaitlər" elementindən
istifadə edilir. Proqramın əsas menyusunun "Əməliyyat"
bölməsində yerləşən "Əsas vəsaitlər" elementi
müəssisədə əsas vəsaitlərin daxil olması, istismarı,
məxarici, yerdəyişməsi, onlara amortizasiya
hesablanması və yenidən qiymətləndirilmsi üzrə
təsərrüfat əməliyyatlarının sənədləşdirilməsi və
müvafiq hesabatların tərtib edilməsinə xdmət edir.
"Əsas vəsaitlər" elementini seçərkən, ekranda aşağıda
göstərilən elementlərdən ibarət olan alt menyu açılır:
- Mədaxil;
- Istismara;
- Məxaric;
- Yerdəyişmə;
- Köhnəlmə norması;
- Yenidən qiymətləndirmə;
- Hesabat.
Göstərilən elementlərin hər biri öz məzmununa uyğun
əməliyyatların yerinə yetirilməsinə xidmət edir. Əsas
vəsaitlərin müəssisəyə mədaxili əməliyyatları "Mədaxil"
elementini seçməklə aparılır. Bu zaman ekranda aşağıda
göstərilən iki elementdən ibarət yeni alt menyu açılır:
- Anbar;
- Ilkin qalıq.
Əsas vəsaitlərin mədaxili üzrə əsas əməliyyatlar
"Anbar" elementi vasitəsi ilə aparılır. Bu elementi
aktivləşdirdikdə, ekranda eyniadlı dialoq açılır. Bu
dialoqda hesabat dövründə müəssisəyə mədaxil edilmiş
əsas vəsaitlər ayrı-ayrı mədaxil sənədləri üzrə əks

15
olunur. Burada mədaxil sənədinin nömrəsi və tarixi,
əsas vəsaitin alındığı debitor-kreditor müəssisənin (və
ya fiziki şəxsin) adı, alınmış əsas vəsaitin kimin
öhdəsinə qəbul edildiyi və məbləği əks olunan cədvəl
verilir.
"Anbar" dialoqunda əsas vəsaitlərin mədaxili üzrə
təsərrüfat əməliyyatları 3 mərhələdə əks olunur.
Dialoqun birinci mərhələsində hər bir mədaxil
əməliyyatı müvafiq sənəd növləri və tarixlər üzrə bir
sətirdə əks olunur. Həmin dialoqun cədvəl hissəsində
dəstəyin işarəsi əl forması alır. Bu hal onu göstərir
ki, dialoqda daxil edilmiş hər bir sətrin arxasında
həmin sətirdə göstərilən əsas vəsaitlərin tərkib
hissələrini əks etdirən ikinci mərhələ dialoqu
yerləşir. Həmin dialoqu açmaq üçün kursoru və dəstəyin
işarəsini birinci mərhələ dialoqunda müvafiq sətrin
üzərinə gətirib, dəstəyin sol düyməsini 2 dəfə dalbadal
basmaq lazımdır.
Bu zaman ekranda seçilmiş əsas vəsaitin tərkib
hissəsinin siyahısından ibarət ikinci dialoq açılır. Bu
dialoqun yuxarı hissəsində birinci dialoqda seçilmiş
sətrin bəzi parametrləri ("Sənəd №", "Tarix",
"Debitor/Kreditor" və "Kimə" sütunları üzrə), aşağı
hissəsində isə əsas vəsaitin tərkib hissələrinin adı,
miqdarı və məbləği əks olunan cədvəl yerləşir.

16
Şəkil 1. “Anbar” dialoqunun ekranda birinci görünüşü: dialoqun
birinci mərhələsində hesabat dövründə əsas vəsaitlərin hər bir
mədaxili əməliyyatı müvafiq sənəd nömrələri və tarixlər üzrə ayrı-
ayrı sətirlərdə əks olunur.

Proqramda yeni əsas vəsait mədaxil etmək üçün "Anbar"


dialoqunun birinci mərhələsində "Yeni" düyməsini basaraq, bu
zaman dialoqun yuxarı hisəsində açılan xanalarda mədaxil
sənədinin nömrəsi, tarixi, əsas vəsaitin alındığı müəssisənin adı,
əsas vəsaitin mədaxil olunduğu maddi-məsul şəxsin adı və soyadı,
əsas vəsaitin adı, miqdarı və mədxil məbləği qeyd olunur. Burada
mədaxil edilən əsas vəsaitin sənəd nömrəsi, tarixi və miqdarı
müvafiq xanalara adi qaydada, debitor-kreditor müəssisənin adı,
maddi-məsul şəxs və əsas vəsaitin adı isə müvafiq məlumat
bazalarıdan seçilməklə qeyd edilir. Müvafiq məlumat bazasını
açmaq üçün həmin xananın aktiv vəziyyətində F4 funksional
17
düyməsini basmaq lazımdır. Əslində F4 funksional düyməsi
müvafiq məlumat bazasına yeni məlumat daxil etmək zərurəti
yarandıqda, yəni proqramın məlumat bazasında olmayan
müəssisə, maddi-məsul şəxs və ya əsas vəsait adı daxil etmək lazım
gəldikdə istifadə olunur. Digər hallarda müvafiq xananın sağ
küncündəki üçbucaq işarəli düyməni basaraq, müvafiq pəncərə
açılır və oradan müəssisənin, maddi-məsul şəxsin və ya əsas
vəsaitin adı seçilir.
Hər hansı bir müəssisədən yeni alınmış əsas vəsait daxil
edilərkən, sənəd nömrəsi, tarix, müəssisənin adı, maddi-məsul
şəxs, mədaxil sənədinin birinci sətrindəki əsas vəsaitin adı və
miqdarı birinci dialoqda müvafiq xanalara daxil edildikdən sonra,
orada verilən "OK" düyməsi basılır. Bu zaman ekranda həmin əsas
vəsaitə inventar nömrəsi vermək və onun alış qiymətini göstərmək
üçün nəzərdə tutulmuş dialoq açılır. Bu dialoqda müvafiq inventar
nömrəsi və alış qiyməti yazıldıqdan sonra, onun aşağı hissəsində
yerləşən "OK" düyməsi basılır. Bu zaman mədaxil ediləcək birinci
əsas vəsaitin adı, miqdarı və məbləği əks olunan ikinci dialoq
açılır. Ikinci dialoqun yuxarı hissəsindəki xanalarda mədaxil
sənədinin ikinci sətrindəki əsas vəsaitin adı və miqdarı yazıldıqdan
sonra, yenidən "OK" düyməsi basılır, açılan dialoqda müvafiq
inventar nömrələri və alış qiymətləri yazılaraq, oradakı "OK"
düyəmsi basılır və bu qayda ilə mədaxil qaiməsində əks olunacaq
üçüncü, dördüncü, beşinci və s. əsas vəsaitlərin adı, miqdarı,
inventar nömrəsi və alış qiyməti daxil edilir və sonda ikinci
dialoqdakı "Çıxış" düyməsi basılır. Bu zaman ikinci "Anbar"
dialoqu aktiv vəziyyətdən passiv vəziyyətə keçir. Əgər nə vaxtsa
onu yenidən aktivləşdirmək lazım gələrsə, onda "Dəyişmək"
düyməsini basmaq lazımdır.
Ikinci "Anbar" dialoqunda "Çıxış" düyməsini basmaqla, birinci
"Anbar" dialoquna qayıdılır. Artıq birinci dialoqda açılmış sətirdə

18
mədaxil sənədinin nömrəsi, tarixi, müəssisənin adı, maddi-məsul
şəxsin adı və əsas vəsaitin məbləği əks olunur.
"Anbar" dialoqunda həm cədvəldə əks olunan siyahını, həm də
ayrı-ayrı sətirlər üzrə əsas vəsaitlərin mədaxil qaiməsini çap etmək
olar. Dialoqun aşağısında yerləşən "Çap" düymsini
aktivləşdirərkən, iki elementdən ("Siyahı" və "Qaimə") ibarət alt
menyu açılır. Dialoqda əks olunan cədvəli çap etmək üçün cədvəlin
bütün sətirlərini qeyd etmək və alt menyuda "Siyahı" elementini
secmək lazımdır. Dialoqda göstərilən hər hansı bir səitrdə əks
olunmuş əsas vəsaitlərin mədaxili əməliyyatına aid qaimə çap
etmək üçün kursoru həmin sətrin üzərinə gətiib, "Çap" alt
menyusunda "Qaimə" elementini seçmək lazıdır.
Əsas vəsaitlər üzrə ilk qalığın proqrama daxil edilməsi prosesi
mədaxil prosesinə oxşar qaydalar üzrə aparılır. Bu zaman
"Mədaxil" elementinə məxsus alt menyuda "Ilkin qalıq" elementi
seçilərək, ekranda eyniadlı dialoq açılır və digər əməliyyatlar
oxşar prinsiplərlə aparılır.
Qeyd etmək lazımdır ki, həm əsas vəsaitlərin mədaxili, həm də
ilk qalıqların daxil edilməsi üzrə təsərrüfat əməliyyatları onların
əks olunduğu sənədin nömrəsi, tarixi və məbləği göstərilməklə,
memorial orderə klaviatura vasitəsi ilə daxil edilir.
"Əsas vəsaitlər" elementinə məxsus olan alt menyudakı
"Istismara" elementi müəssisənin anbarına mədaxil edilmiş əsas
vəsaitlərin istismara verilməsi əməliyyatlarını sənədləşdirmək və
bu barədə müvafiq məlumat bazası yaratmaq üçün nəzərdə
tutulmuşdur. Bu elementi aktivləşdirdikdə, ekranda "Istismar"
adlı dialoq açılır. Bu dialoqda da əsas vəsaitlər birincidə onlarin
istismara verildiyi sənəd üzrə ümumi şəkildə, ikincidə həmin
sənədə daxil olan konkret əsas vəsaitlər, üçüncüdə isə ayrı-ayrı
əsas vəsaitlərin inventar nömrələri və hesabat qiyməti olmaqla, üç
mərhələdə əks olunur.

19
Anbarda olan əsas vəsaitlərin istismara buraxılması haqqında
sənəd hazırlamaq üçün "Istismar" dialoqunun (birinci mərhələ)
aşağısındakı "Yeni" düyməsini basmaq və bu zaman ekranda
açılan ikinci dialoqda, yuxarı hissədə verilmiş xanalarda zəruri
məlumatları daxil etmək lazımdır. Bu xanalarda əsas vəsaitlərin
istismara buraxılması haqqında sənədin nömrəsi, tarixi və miqdar
əks olunan xanalar klaviatura vasitəsilə, "Hərəkəti", "Kimə" və
"Ad" xanaları isə onların sağ tərəfindəki üçbucaq işarəli düyməni
basmaqla açılan məlumat bazasından istifadə etməklə qeyd edilir.
Qeyd etmək lazımdır ki, məlumat bazaları müvafiq xanaları
aktivləşdirərək, F4 funksional düyməsini basmaqla da açıla bilər.
"Sənəd №" və "Tarix" xanaları doldurulduqdan sonra, "Hərəkəti"
xanasında "Müəssisədaxili" və ya "Qısamüddətli icarə"
variantlarından biri seçilir və daha sonra müəssisənin maddi-
məsul şəxslərinin siyahısından ("Personal" məlumat bazasından)
əsas vəsaitin kimin öhdəsində istismara veriləcəyini göstərən ad-
soyad seçilir. Növbəti xanaya məxsus məlumat bazası açıldıqda,
orada anbarda mövcud olan əsas vəsaitlərin adları və miqdarından
ibarət siyahı görünür.
Bu siyahıdan istismara verilən əsas vəsait seçilir. Belə
tənzimləmə hərəkətləri aparıldıqdan sonra, "Miqdar" xanasının
sağ küncündəki üzərində 3 nöqtə olan düymə basılır və bu zaman
ekranda istismara verilmək üçün seçilmiş adda olan əsas
vəsaitlərin invetar nömrələri, qalıq qiymətləri və amortizasiya
hesablanıb-hesablanmaması haqqında işarə əks olunan üçüncü
dialoq açılır.
Burada istismara veriləcək əsas vəsait inventar nömrəsi üzrə
seçilir və "OK" düyməsi basılır. Bunun nəticəsində üçüncü dialoq
bağlanır və istismara verilmək üçün seçilmiş əsas vəsaitin miqdarı
"Miqdar" xanasında görünür. Daha sonra ikinci dialoqdakı "OK"
düyməsi basılır və əsas vəsaitin adı, miqdarı və hesabat dəyəri
ikinci dialoqun cədvəl hissəsində görünür. Bu qayda ilə ikinci və

20
üçüncü dialoqların köməyi ilə həmin sənəd üzrə istismara veriləcək
digər əsas vəsaitlər də seçilərək, ikinci dialoqun cədvəl hissəsinə
salınır.
"Əsas vəsaitlər" elementinə məxsus alt menyuda "Hesabat"
elementini seçdikdə, müəssisədə əsas vəsaitlərin hərəkəti və
mövcudluğu haqqında hesabat tipli məlumatların
formalaşdırılmasına xidmət edən kiçik alt menyu açılır. Bu alt
menyuda aşağıdakı elementlər vardır:
- Anbar /Istismar;
- Satış/Silinmə/UM icarə;
- Məsul şəxslər.
"Anbar/Istismar" elementi, seçilmiş hesabat dövründə
müəssisənin anbarında və ya istismarda olan əsas vəsaitlərin
hərəkətini əks etdirən hesabatın tərtib edilməsi üçün nəzərdə
tutulmuş eyniadlı dialoqun açılmasına xidmət göstərir.
Bu dialoqun forması şəkil 40-da əks olunmuşdur. Şəkildə
müəssisə üzrə 2001-ci ilə aid "Maşınlar, avadanlıqlar və
hesablama texnikası" qrupu üzrə əsas vəsaitlərin hərəkəti
haqqında hesabat əks olunur.
Proqramın bu hissəsində formalaşdırılan hesabatlar bundan
əvvəl göstərilmiş dialoqlar vasitəsi ilə yaradılmış məlumat bazası,
tərtib edilmiş ilk sənədlər və işlənmiş cədvəllər əsasında, avtomat
reжimdə tərtib olunur.
Əsas vəsaitlərin hərəkətinə dair hesabat tərtib etmək
üçün "Anbar/Istismar" xanasında verilmiş 3 variantdan binini
("Anbar", "Istismar" və ya “Boş xana” variantını) seçmək və
dialoqun aşağı hissəsindəki "OK" düyməsini basmaq lazımdır.Bu
zaman ekranda hesablama prosesinin gedişini göstərən indikator
əks olunur və hesablama başa çatdıqdan sonra, indikator öz-özünə
bağlanaraq, dialoqda tərtib edilmiş hesabat görünür. Bu
hesabatda seçilmiş əsas vəsait qrupu üzrə və ya bütün əsas
vəsaitlər üzrə əsas vəsaitlərin mədaxili, məxarici, amortizasiyası,

21
eləcə də dövrün əvvəlinə və sonuna qalıq miqdar və məbləğ
ifadəsində, ümumi şəkildə, aylar üzrə olmaqla əks olunur.

Şəkil 2. “Əsas vəsaitlər” alt menyusunda “Hesabat” elementi


vasitəsi ilə açılan “Anbar/Istismar” dialoqunda tərtib edilmiş əsas
vəsaitlərin hərəkəti haqqında hesabatın ekranda görünüşü:
dialoqun sol pəncərəsində “Maşın, avadanlıqlar və hesablama
texnikası” qrupu seçilmiş və buna müvafiq olaraq, sağ pəncərədəki
cədvəl hissəsində həmin qrup üzrə 2001-ci ilə aid hesabat əks
olunmuşdur.

"Anbar/Istismar" xanasında seçilmiş varianta müvafiq olaraq,


dialoqda anbarda olan, istismarda olan və ya bütün əsas
vəsaitlərin (həm anbarda, həm də istismarda olan) hərəkətinə dair
hesabat almaq mümkündür.

22
Dialoqun sağ pəncərəsində "Cəmi" variantını və ya "+" işarəsini
açmaqla, görünən əsas vəsait qruplarından birini, eləcə də həmin
qrupları açmaqla, ayrı-ayrı adlar üzrə əsas vəsaitlər və s. seçərək,
istənilən təsnifatda əsas vəsaitlərin hərəkəti haqqında hesabat
tərtib etmək olar.
"Hesabat" elementinə məxsus alt menyuda "Satış/Silinmə UM
icarə" elementi seçildikdə, ekranda "Məxaric" dialoqu açılır. Bu
dialoqda hər hansı bir seçilmiş hesabat dövrünə aid əsas
vəsaitlərin satışı, silinməsi və uzunmüddətli icarəyə verilməsi
haqqında müvafiq hesabatlar hazırlanması üçün imkanlar
nəzərdə tutulmuşdur. Dialoqun başlıq hissəsində verilən xanada 4
variantdan ibarət tənzimləmə işləri aparıla bilər. Bunlardan
üçündə "Satış", "Silinmə" və ya "Uzunmüddətli icarə" sözləri
seçilərək, müvafiq sözün məzmununa uyğun hesabatın tərtib
edilməsi, həmin sözlərin heç biri seçilməyərək, xananın sağ
tərəfindəki "Təmizləmə" düyməsini dasdıqda isə ümumilikdə
məxaric hesabatının tərtib edilməsi tənzimlənir.

23
Şəkil 3. “Əsas vəsaitlər” alt menyusunda “Hesabat” elementi
vasitəsi ilə açılan “Satış/Silinmə/UM icarə” dialoqunda tərtib
edilmiş əsas vəsaitlərin ümumi məxarici (satış, silinmə və
uzunmüddətli icarə birlikdə) haqqında hesabatın ekranda
görünüşü: dialoqun sol pəncərəsində “Cəmi” əsas vəsaitlər seçilmiş
və buna müvafiq olaraq, sağ pəncərədəki cədvəl hissəsində 2002-ci
ilə aid cəmi əsas vəsaitlərin ümumi məxarici haqqında hesabat əks
olunmuşdur.

Dialoqun sol tərəfinəki pəncərədə əsas vəsaitlərin seçilmiş qrupu


və ya daha dərin səviyyədə götürülmüş əsas vəsait obyekti üzrə
hesabat tərtib edilməsi tənzimlənir. "Hesabat" elementinə məxsus
alt menyuda "Satış/Silinmə UM icarə" elementi ilə açılmış
"Məxaric" dialoqunun ekranda görünüşü şəkil 41-də əks
olunmuşdur.

24
Yuxarıda qeyd edildiyi kimi, dialoqun yuxarı hissəsində
verilmiş xanada "Satış", "Silinmə" və ya "Uzunmüddətli icarə"
variantlarından birini seçməklə, müvafi olaraq, hesabat dövrünə
aid əsas vəsaitlərin satışı, silinməsi və uzunmüddətli icarəyə
verilməsi haqqında hesabatlar hazırlamaq olar. Həmin
hesabatların birlikdə yekun göstəricilərinin cəmi ümumi məxaric
üzrə hesabatın yekun göstəricilərinə bərabər olacaqdır.

Şəkil 4. “Əsas vəsaitlər” alt menyusunda “Hesabat” elementi


vasitəsi ilə açılan “Məsul şəxslər” dialoqunun ekranda görünüşü:
dialoqun sol pəncərəsində istismarda olan əsas vəsaitlərə aid
maddi-məsul şəxslərdən Ocaqova Aida seçilmiş və buna müvafiq
olaraq, sağ pəncərədəki cədvəl hissəsində 01 oktyabr 2002-ci il

25
tarixə onun öhdəsində istismarda olan əsas vəsaitlərin siyahısı
onların adı, miqdarı və məbləği göstərilməklə əks olunmuşdur.

"Hesabat" alt menyusunda "Məsul şəxslər" elementi seçilmiş


hər hansı bir əsas vəsait obyektinin kimin öhdəsində olmasını
müəyyən etmək üçün nəzərdə tutulmuş eyniadlı dialoqun
açılmasına xidmət edir. Bu dialoqun ekranda görünüşü şəkil 42-də
verilmişdir.
"Məsul şəxslər" dialoqunda seçilmiş əsas vəsait obyektinin
kimin öhdəsində olmasını və ya hər hansı bir məsul şəxsin
öhdəsində olan vəsaitlərin siyahısını tərtib etmək üçün dialoqda
tarix təzimləndikdən sonra, digər xanalar boş saxlanaraq, "OK"
düyməsini basmaq lazımdır. Bu zaman dialoqun sol pəncərəsində
"+Cəmi" ifadəsi, sağ pəncərəsində isə bütün əsas vəsaitlərin
siyahısı onların adı, miqdarı, məbləği və öhdəsində olduğu məsul
şəxsin adı və soyadı göstərilməklə əks olunur. Dəstəyin işarəsini
"+" işarəsinin üzərinə gətirib, düyməni basdıqda, sol pəncərədə
"Cəmi" sözünün qabağındakı "+" işarəsi "-" işarəsinə çevrilir və
eyni zamanda hər birinin əvvəlinədə "+" işarəsi olan "Anbar",
"Istismar" və "Qısamüddətli icarə" sözləri meydana gəlir. Kursoru
bu sözlərdən hansının üzərində saxlasaq, dialoqun sağ
pəncərəsində həmin sözün məzmununa uyğun əsas vəsaitlərin
(anbarda olan, istismarda olan və ya qısamüddətli icarəyə
verilmiş) siyahısı müvafiq göstəricilərlə əks olunacaqdır. Dəstəyin
işarəsini "+" işarəsinin üzərində saxlayıb, düyməni basdıqda, sol
pəncərədə əsas vəsaitlərin həmin qrupu (məsələn, "Istismar"
qrupu) məsul şəxslər üzrə bölünəcək və onların ad-soyadları sol
pəncərədə əks olunacaqdır. Bu zaman kursoru hər hansı bir ad-
soyadın üzərinə gətirdikdə, dialoqun sağ pəncərəsində həmin məsul
şəxsin öhdəsində olan əsas vəsaitlərin siyahısı əks olunacaqdır.
"Məsul şəxslər" dialoqunda hər hansı bir əsas vəsaitin kimin
öhdəsində olduğunu müəyyənləşdirmək üçün dialoqun yuxarı

26
hissəsində verilmiş yuvalarda əsas vəsaitin qrupu, adı və inventar
növləri daxil edildikdən sonra, "OK" düyməsi basılır. Bu zaman
dialoqun cədvəl hissəsində seçilmiş əsas vəsaitin adı, miqdarı,
məbləği və məsul şəxsin adı-soyadı göstərilir.

Nəticə
Uçotun avtomatlaşmış forması və müxtəlif sinif maşınlarını tətbiq etməklə təşkil
olunur. Son zamanlarda uçotun avtomatlaşmış formasının daha perspektivli inkişaf
istiqaməti-kompüterlə təchiz olunmuş mühasibin –avtomatlaşdırılmış iş yerinin
yaradılması əsasında bilavasitə mühasibatlıqda iş yerlərində kompüterlərin, fərdi
EHM-in uçot prosesində tətbiq olunmağa başlamışdır.
Həmin uçotun avtomatlaşmış formasının inkişaf istiqamətinin prinsipal fərqi
ondan ibarətdir ki, informasiya hesablama qurğusunda deyil bilavasitə istifadə
edəndə yəni təsərrüfatda emal olunur və deməli təsərrüfatdan kənarda
informasiyanın emalı ilə əlaqədar bütün narahatlıqlar yox olur.
Kompüterin dəyərinin nisbətən yüksək olmaması, texniki cəhətdən möhkəm
olması, istismarının sadə olması ilə əlaqədar onların kütləvi şəkildə buraxılışı və
yaxın zamanlarda daha çox kənd təsərrüfatı müəssisələrində mühasibatlıqda iş
yerlərində tətbiq olunacaq.
Mikroprosessor texnikasının bazasında uçot avtomatlaşdıqda informasiyanın
emalı qaydası prinsipcə dəyişir. Əgər o əvvəlcə mühasib –operator –EHM –
operator –mühasib sxemi üzrə qurulurdusa (mühasib işləmək üçün informasiyanı
hazırlayır, sənədləri paçka şəklində komplektləşdirir, operator informasiyanı ma-
şina verir, EHM məlumatları emal edir, operator nəticə informasiyanı alır, mühasib
uçotun avtomatlaşmış formasının registri şəklində alınan məlumatlardan istifadə

27
edir), həqiqətdə indiki sxem son dərəcə sadələşmişdir: Mühasib-EHM-mühasib
(mühasib özü məlumatları EHM-ə daxil edir, maşın informasiyanı emal edir,
mühasib EHM-dən çıxan lazımi məlumatları alır və onları uçotda istifadə edir).
Mühasibatda kompüter bazasında uçotun avtomatlaşmasında, avtomatlaşmış iş
yerində EHM-in mikroprosessor avadanlığı yaxud EHM-ə qoşulmuş görünmə
terminal yaradılır. Məlumatların EHM-ə daxil edilməsi ya bölmələrdə tərtib
edilmiş və mühasibata daxil olmuş ilk sənədlərlə , ya da xüsusi hazırlanmış daxil
etmə maketi ilə informasiyanın kompüterə bir başa daxil edilməsi yolu ilə aparılır.
Kənd təsərrüfatında, harada ki, istehsalat bölmələrində çoxlu miqdarda əməliyyat-
lar var, orada birinci yol daha yaxşı hesab edilir.
İlk sənədlərdən məlumatların kompüterə daxil edilməsi müxtəlif cür ola bilər.
Birinci üsul. –maşının sənəd maketindən istifadə etməklə. Bu halda ekranda
sənədlərin forması şəklində rekvizitlərlə cədvəl görünür ki, onu doldurmaq
lazımdır. Bu cədvəldə sənədlərdən hər bir rekvizit üzrə lazımi informasiya daxil
edilir. Bununla ümumi xarakterli rekvizitlər (müəssisənin kodu, tarix və s.) yalnız
bir dəfə yığılır.
İkinci üsul. –sənəd maketindən istifadə etmədən. Bu halda ekranda sənəd
maketinin yerinə müəyyən ardıcıllıqla rekvizitlər əks etdirilir. Bu sənəddən
informasiya köçürülərkən doldurmaq üçün lazım gəlir. Bu halda ekranda lülə şək-
lində bir-birinin arxasında sənədlərin rekvizitləri yerləşdirilir. Doldurularkən onlar
qarışdırılır və tədricən doldurulmamış yeni rekvizitlər işıqlanır. Birinci üsulda
olduğu kimi daimi rekvizitlər birinci yazılışda yalnız bir dəfə doldurulur.
Üçüncü üsul. –uyğunlaşdırmaq. Bu halda birinci üsulda olduğu kimi ekranda
sənədin maketi yenidən əmələ gəlir. Aşağısında rekvizitlərlə yazılış verilir. Bu
onların mənasını vermək üçün lazımdır. Müəyyən olunmuş komanda üzrə
doldurulmuş məlumatla sənədlər maketinə köçürülür və onda öz yerində müvafiq
rekvizitlərin qarşısı işıqlanır.

28
Ədəbiyyat siyahısı
1. Ə.A.Sadıqov “Mühasibat(maliyyə) uçotu” I və II hissə Bakı 2003
2. Q.Abbasov və.b “Mühasibat(maliyyə) uçotu” Bakı 2003
3. Ə.Sadıqov və.b “Mühasibat uçotu” Bakı 2008
4. V. İsayev “Mühasibat uçotunun nəzəriyyəsi”
5. www.azmuhasib.com

29

You might also like