You are on page 1of 3

MÜƏLLİMLƏRİN YERDƏYİŞMƏSİ VƏ İŞƏ QƏBULU ÜÇÜN MÜSAHİBƏ PROQRAMI

1. Peşəkar kompetensiyalar

1.1. Pedaqoji-psixoloji biliklər (pedaqoji proses, pedaqoji prosesin təşkili və


1.2. “Ümumtəhsil məktəblərinin nümunəvi Nizamnaməsi”ndə təlim-tərbiyə prosesinin
təşkili, təhsilverənlərin hüquq və vəzifələri;
1.3. “Ümumi təhsilin dövlət standartları və proqramları (kurikulumlar)”nda ümumi
təhsilin məzmununa verilən tələblər, təhsilverənlərin keyfiyyət göstəriciləri və təhsil
proqramlarının (kurikulumların) tərkib hissələri.
1.4. Metodiki biliklər (dərsin planlaşdırılması, yeni fənn kurikulumları, təlim nəticələri,
müasir təlim strategiyaları, yeni qiymətləndirmə sistemi);
1.5. İxtisas üzrə bilik və bacarıqlar (hər hansı mövzu üzrə fikir mübadiləsi, ixtisas üzrə
ən yeni nailiyyətlər);
1.6. Peşə fəaliyyətində innovativ təcrübələrdən istifadə bacarıqları (pedaqoji
innovasiyalar və onlardan istifadə).

2. Təhsil sahəsi üzrə məlumatlılıq, ümumi dünyagörüşü

2.1. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda təhsil sahəsində


dövlət siyasətinin əsas prinsipləri, təhsilin əsas məqsədi, təhsilin məzmununa və
təşkilinə dair ümumi tələblər, ümumi təhsillə bağlı məsələlər;
2.2. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ümumi
təhsil, o cümlədən müəllim peşəsi ilə bağlı strateji hədəflər və nəzərdə tutulan
tədbirlər;
2.3. Müəllimlərin etik davranış qaydaları.
2.4. Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı ən vacib biliklər;
2.5. Ölkədə və dünyada baş verən və tarixi əhəmiyyət daşıyan hadisələr, tədbirlər,
təhsil və iqtisadi sahədə inkişaf tendensiyaları barədə məlumatlılıq.

3. Psixoloji hazırlıq
3.1. Analitik təhlil aparmaq, məntiqi nəticə çıxarmaq qabiliyyəti;
3.2. Nitq qabiliyyəti (aydın, dəqiq və ifadəli danışıq) və dinləmə bacarığı;
3.3. Emosional stabillik, situasiyanı adekvat qiymətləndirmə bacarığı;
3.4. Səmimilik, özünüqiymətləndirmə, özünütənqid keyfiyyətləri.

İstifadə olunması tövsiyə edilən mənbələrin siyahısı:


1. Azərbaycan Respublikasının Konstitusiyası;
2. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu;
3. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”;
4. Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata
keçirilməsi ilə bağlı Fəaliyyət Planı”;
5. “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas sorğu kitabçası”;
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli 5 nömrəli Qərarı
ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi";
7. "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi
təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və
stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 14 aprel tarixli 67 nömrəli Qərarı
8. “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarı
9. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyun 2010-cu il tarixli 115 nömrəli
Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən
digər səviyyəyə keçid Qaydaları”
10. “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi
haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 noyabr 2010-cu il tarixli 215
nömrəli Qərarı
11. “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası»nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 yanvar
2009- cu il 9 nömrəli Qərarı
12. “Müəllimlərin etik davranış qaydaları” barədə Azərbaycan RespublikasıTəhsil Nazirliyinin 6
noyabr 2014-cü il tarixli Kollegiya Qərarı
13. Elektron mənbələr: www.edu.gov.az; http://portal.edu.az/; http://www.muallim.edu.az/.

You might also like