You are on page 1of 10

AZƏRBAYCAN MƏKTƏBİ. 2018.

№2 TƏHSİL TEXNOLOGİYALARI

Fəlsəfi kontekstdə oyun nəzəriyyəsi


və tədris prosesində oyun
texnologiyalarının tətbiqi
Firuddin Həsənov

Müəllif: Annotasiya. Məqalədə fəlsəfi və kulturoloji aspektlərdən oyun


Firuddin Həsənov — nəzəriyyəsi və Homo Ludens, yəni «Oynayan İnsan» anlayışından
Azərbaycan Dövlət Neft və bəhs edilir. İohan Heyzinqa, Roje Kayua, Jil Delöz, Vadim Demçoq,
Sənaye Universiteti. Jan Piaje kimi filosofların misallar vasitəsilə insan anlayışının nə
Azərbaycan, Bakı. üçün oyunla assosiasiya olunduğu fəlsəfi və psixoloji təhlillərlə
E-mail: firuddin.hasanov@ göstərilir. Oyunun yarış, təsadüf, obrazlar kontekstində müxtəlif
gmail.com variasiyaları haqqında mülahizələr irəli sürülür, eləcə də bu an-
layışların uşaq və yeniyetmələrin həyatında nə kimi rol oynadığı
müəyyənləşdirilir. Həmçinin, bəzi oyun texnologiyalarından
nümunələr verilərək uşaqların elmi qavrama üsullarının sadə-
ləşdirilməsi və təhsilə marağının artırılması barəsində sistemlər
nümayiş edilir. Son illər təhsil sahəsində dünyada geniş tətbiq
Açar sözlər: edilən Gamification in education (Təhsildə oyunlaşdırma) nəzəri
Homo Ludens, oyun, uşaq, və praktik bəhsinə bir giriş kimi yazılan bu məqalədə insan
təhsil, maska, obrazlar, anlayışı, onun ətraf mühit, əşyalar və təbiətlə münasibətləri şərh
tədris üsulu, fəlsəfə. olunur.

DOI: 10.32906/AJES/683.2018.02.12

Məqaləyə istinad: Həsənov F. (2018) Fəlsəfi kontekstdə oyun nəzəriyyəsi və tədris prosesində oyun texnologiyalarının
tətbiqi. «Azərbaycan məktəbi». № 2 (683), səh. 157–166

Məqalə tarixçəsi
Göndərilib: 20.07.2018; Qəbul edilib: 11.09.2018

http://journal.edu.az 157
Azerbaijan Journal of Educational Studies. 2018. №2

Game theory in philosophical


context and the implementation of
game technologies in teaching
process
Firuddin Hasanov

Author: Abstract. The article discusses the concept of Homo Ludens,


Firuddin Hasanov, that is, «Man the Player», and game theory in terms of philosophical
Azerbaijan State Oil and and cultural aspects. Based on the examples by some philosophers
Industry University. and thinkers such as Johan Huizinga, Roger Caillois, Gilles Deleuze,
Azerbaijan, Baku. Vadim Demchog, Jean Piaget and others, and by relying on the
E-mail: firuddin.hasanov@ philosophical and psychological analysis, the paper shows why
gmail.com the concept of human is associated with the game. Some sugges-
tions are made based on different variations in terms of the
contexts of competition, coincidence and images. Moreover, the
roles of these concepts in the lives of children and adolescents
are examined. Examples from some game technologies are also
demonstrated for simplifying the scientific understanding of
Keywords: children and increasing their interest in education. This article,
Homo Ludens, game, written as an introduction to the theoretical and practical debate
child, education, mass, on «Gamification in Education», which is widely studied in the
image, teaching method, field of education in recent years, discusses human understanding
philosophy. and its relationships with the environment, things, and nature.

DOI: 10.32906/AJES/683.2018.02.12

To cite this article: Hasanov F. (2018) Game theory in philosophical context and the implementation of game
technologies in teaching process. Azerbaijan Journal of Educational Studies. Vol. 683, Issue II, pp. 157–166

Article history
Received: 20.07.2018; Accepted: 11.09.2018

158 http://journal.edu.az
Firuddin Həsənov
Fəlsəfi kontekstdə oyun nəzəriyyəsi və tədris prosesində oyun texnologiyalarının tətbiqi

«Oyun yeganə fenomendir ki, bizə heç İbn Sinanın dörd idrak 3 anlayışına əsaslansaq,
vaxt heç kim tərəfindən öyrədilməyib». yalnız təsəvvür gücü və hisslərimizlə Sokratı
(Vadim Demçoq) təsvir edərik. Bunu hər kəs edə bilər və bu,
subyektiv olduğu üçün klassik məntiqə əsasən
fəlsəfənin dairəsinə aid edilə bilməz. Məsələni
Giriş bir az da qəlizləşdirib Sokrat haqda yox, insan
barəsində danışmaq istəsək, xəyalımızda
Fəlsəfə və kulturologiyada insanın kateqorik hansısa bir obrazı canlandırmaq müşkülə
müəyyənləşdirilməsi son olaraq Homo Ludens çevriləcək. Yəni biz elə bir ifadə, cümlə və ya
kimi baş tutdu. Homo Ludens ifadəsinin mənası izahetmə forması tapmalıyıq ki, ibtidai, neon-
«Oynayan İnsan» deməkdir. Bu ifadənin əsaslı dertal insanla müasir mədəni insanı özündə
hesab edilməsinin səbəbi isə digər adlandırıl- ehtiva etsin. Bu geniş insanlıq tarixində, dia-
malarla müqayisədə istisnasız olmasından pazonunda hansı xüsusiyyət dəyişməmişdir
irəli gəlir. Yəni Homo Sapiens1 və ya Homo ki, biz hər bir insan formasını, obrazını ümumi
Faber2 məfhumlarına insan anlayışını sığışdır- insan məfhumu ilə anlayırıq. Ən çətini və
maq mümkün olmasa da, oynamaq xüsusiyyəti fəlsəfəyə aid məsələ isə «insanlıq» məfhu-
bütün insanlara xasdır. Dəlilər, doğuluşdan mudur. Çünki burada bir neçə konkret
əqli məhdudiyyətli insanlar, həmçinin yaradıcı izahetməyə ehtiyac duyulur. Eyni problem
olmayıb, istismara meyilli fərdlərin mövcudluğu bizim üçün başqa anlayışların izahında da
ona dəlalət edir ki, Homo Sapiens və Homo dayanır. Zevs, tanrı və ya tanrılıq. Birincidən
Faber ifadələrini insana şamil etmək mümkün sonuncuya getdikcə ağlın işi çətinləşir və bu
olmur və ya məhdudiyyətlidir. Doğuluşdan kateqorik abstrakt müəyyənləşmə, eyni za-
təbiət tərəfindən bizlərə bəxş edilən oynamaq manda dəyərli və qalıcı olur. Benedikt Spinoza
qabiliyyətini başqa bir səbəblə izah etmək insanlıq məfhumunu «arzular toplusu», tanrılıq
müşkül məsələdir, ona görə də latıncadan oy- məqamını «qüdrət» sözləri ilə əvəzləyir.
namaq mənasına gələn ludus öyrədilmir, insana Arzuları olmayan insan, qüdrəti olmayan tanrı
dünyaya gələn andan bir ərməğandır. Hətta haqqında danışmaq mənasızdır. Biz isə holland
insandan savayı digər canlılar da körpəliyindən filosof və kulturoloq İohan Heyzinqanın termini
həyatı, ətrafı oynamaqla hiss edirlər. İnsan olub, daha sonra bir çox düşüncə adamlarının
isə ağılla mükəlləf olduğu üçün bu oynamaq əsas araşdırma mövzusuna çevrilən Oynayan
prosedurları onda daha çoxşaxəli formada İnsan və onun ətrafında anlama formaları
inkişaf edərək genişlənir. barədə izahlar verməyə çalışacağıq.
Pifaqorun da qeyd etdiyi kimi, filosof ən
arxa sırada oturaraq müşahidə edəndir.
Fəlsəfənin əsas məqsədlərindən biri nəzər
etməklə baş verənləri məntiq kateqoriyalarına .........................................................................................................
1
ayırmaq, sonra isə onlar arasında ortaq Latıncadan ağıllı və ya şüurlu insan mənasını
ifadə edir. Primatlardan təkamül edərək indiyə
cəhətləri tapmaqdır. Hər halda antik dövrlərdə qədər formalaşmış canlıların insan növünə verilən
təbiət filosoflarından başlayaraq, Sokrata- addır.
qədərki fəlsəfənin təməlində bu anlayışlar 2
Yaradıcı insan anlamında istifadə olunur. Hanna
dururdu. Arendt və Maks Şellerin yaratdığı, insanı ifadə
Məsələn, «Sokrat», «insan» və «insanlıq» edən termindir. Henri Berqson insan şüurunun ilk
arasında fərq nədən ibarətdir? Əgər Sokrat, növbədə yeni formalar yaratmasına diqqət çəkir.
Həmçinin, məşhur yazıçı Maks Frişin eyniadlı
yəni konkret bir şəxsiyyət haqqında fikir romanı vardır.
söyləməli olsaq, yaddaşımıza müraciət etməklə, 3
İbn Sinanın fəlsəfəsinə görə, insanın dörd idrak
boyu, siması, dərisinin rəngi, xarakteri ilə onu forması vardır: idraki-hissi, idraki-vəhmi, idraki-
bir başqasına anlada bilərik. Bunu etmək üçün xəyali, idraki-əqli.

http://journal.edu.az 159
TƏHSİL TEXNOLOGİYALARI

Uşaq və oyun Delöz özünün «Tənqid və Klinika» əsərində


parovoza dair maraqlı bir misal verir. O,
Hər bir uşaq dünyanı, yaşadığı evi və hətta günlərin birində balaca bir uşağı müşahidə
yaxınlarını oyuncaqlar vasitəsi ilə anlayır. Bu edir. Uşaq öz oyuncaq parovozu ilə oynayır
məsələni geniş şəkildə göstərmək üçün üç və tamamilə xəyal dünyasındadır. Bu zaman
nümunə verək: otağa uşağın atası daxil olur və onun üzündən
Birinci nümunə uşaqları və onların nitq öpərək «Sən də atanı öp» – deyə uşağa müraciət
inkişafını araşdıran Jan Piajenin üsuludur. edir. Başı parovozla oynamağa yamanca
Onun gəldiyi nəticələrə görə uşaq inkişafı qarışmış uşaq birdən ciddi sima ilə atasına
boyunca eqosentrikdir. Yəni «mən» mərkəzlidir tərəf dönərək «Parovoz heç kimi öpmür» –
və öz utopik dünyasında baş verənlərin deyir. Bu misalı verməklə həmçinin Freydi
mərkəzində yalnız özünü görür. Erkən müəyyən mənada tənqid etmiş Delöz uşaq
yaşlarında onun üçün istənilən əşya canlıdır hərəkətlərinin və uşaq beyninin «xəritə»sinin
və hər şey ona nəzər etməkdədir. Yəni taxta təkcə onun valideynləri ilə əlaqəli deyil,
stuldan, oyuncaq ayıdan tutmuş, ata-anasına oyuncaqları və obrazları ilə rabitəli olduğunu
kimi hər kəs onu müşahidə edir. Uşağın nitq vurğulamaq istəyir. Delözə görə, uşaq parovozla
inkişafı isə Piajeyə görə üç mərhələdən keçir. oynadığı zaman elə parovozun özüdür və
Birinci mərhələ exolaliya (təkrar) adlanır. Bu əşyanın bütün funksiyalarını özünə qatır. Bu
mərhələdə uşaq sözləri təkrarlamaqdan misalı istənilən digər əşyaya, xarakterə və
xoşlanır və oyun formasından həzz alır. Burada qəhrəmana aid etmək olar. Aristotelin də
uşaq kimlərəsə nəyisə sübut etmək istəmir, dediyi kimi «İnsan ya oxşayır, ya da oxşadır».
sadəcə özünün ixtiyarsız çıxardığı səsləri Uşaq isə erkən yaşlarında hələ düşüncə
öyrənir. İkinci mərhələdə (monoloq) uşaq mərhələsinə gəlmədiyindən öz yaddaş
sanki içindəki düşüncələri səsli ifadə edir. arsenalında, xəyali qarderobunda olan obrazları
Digər əşyalara, oyuncaqlara müraciət etmədən ilə dünyanı anlayır və öz imkanlarından daha
dediyini artıq həyata keçirmiş kimi zənn edir. yüksək personajı özünün yerinə qoyaraq
Yəni ifadə etməyin özü uşaq üçün hərəkətin dünyanı anlamağa çalışır. Yeri gəlmişkən,
icrasına bərabərdir. Bu monoloq daha çox keçmişdə sonuncu zəngdən sonra teatra girmək
introvert4 xarakter daşıyır. Üçüncü inkişaf qadağasını ona görə qoymuşdular ki, zehnini
mərhələsi isə maraqlıdır ki, dialoq deyil, «ikili tamaşaya fokuslayan insanın qəfil fikri
monoloq» (kollektiv monoloq) adlanır. Yəni yayınarsa, onun bu formada xəyaldan reallığa
uşağa, artıq ətraf mühit kifayət etmir, o, atasını keçid etməyi əqli zədəyə gətirib çıxara bilərdi.
və ya qohumlarını öz oyununa cəlb edir. Amma Hər halda keçmişdə elə düşünürdülər, lakin
Piajenin bu uşaq eqosentrizmi nəzəriyyəsinə indi bu keçidlərin sayları və növləri tükənmir.
görə, uşaq üçün ətrafdakılar yalnız provakativ, İnsan artıq çoxobrazlıdır.
təhrikedici funksiya daşıyır, uşaq əvvəlki Daha bir misal isə Rusiyada «Oyun məktəbi»
mərhələlərdə olduğu kimi, burada da kimisə qurmuş və teatrda novator hesab edilən
ritorik üsulla inandırmaq istəmir. Ətrafda olan estoniyalı Vadim Demçoqun nəzəriyyəsidir.
hər kəs ona nəzər yetirmək, onun vacibliyini O, «Qırmızı papaq» nağılı üzərindən öz
hiss etdirmək üçündür. Bu üçüncü mərhələ fəlsəfəsini izah edir. Belə fərz edək ki, uşaq
əsas keçid hesab edilir, çünki uşaq bundan bir əlində Qırmızı papaq gəlinciyi, bir əlində
sonra cəmiyyətə açılacaq və orada görəcək
ki, sən demə onun kimi «mənmərkəzlilər»
.........................................................................................................
çox imiş. İctimai travmatik situasiya məhz bu-
4
Məşhur psixoanalitik Karl Yunqun terminidir.
rada ortaya çıxacaq...
Sonralar psixologiyada geniş yayılmışdır. Mənası
Başqa bir fransız postmodernist müəllif, isə ekstravertin tam əksinə, insanın öz daxilinə
sonuncu aparıcı filosoflardan hesab edilən Jil yönəlməsini ifadə edir.

160 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2


Firuddin Həsənov
Fəlsəfi kontekstdə oyun nəzəriyyəsi və tədris prosesində oyun texnologiyalarının tətbiqi

isə canavar oyuncağı ilə oynayır. Onlara Böyüklərin oyunları


yaddaşında olan nağıldan və ya başqa im-
provizasiyalarla süjetlər verir. Bu zaman həm Bununla da, uşaqların oynadığı oyunlar bu
Qırmızı papaq (qurban, zərərçəkən), həm də formada, mərhələli şəkildə inkişaf edir. Uşaq
canavar (qatil, mənfi obraz) uşağın özüdür. ətrafda gördüyü obrazları, hissləri, düşüncələri
Yəni biz burada üç formanın şahidi oluruq. özünə hopdurur və gələcəkdə məktəbdə təhsil
Uşaq həm öz kiçik səhnəsində qurduğu almaq, ictimai münasibətlər qurmaq üçün
tamaşanın rollarıdır, həm onları ifa edən akt- hazırlıq mərhələsində olur. Lakin azərbaycanlı
yordur, həm də oyunu davamlı etmək üçün teatrşünas Aydın Talıbzadənin də qeyd etdiyi
daxilində bir həzz və təşviqedici tamaşaçı kimi, insan yeniyetməlik və sonrakı dövrlərində
vardır. Aktyor-rol-tamaşaçı müqəddəs üçlüyü belə, «situativ maskalar»dan istifadə etmək-
uşağın oynamasını təmin edir və zənginləşdirir. dədir. Müəllifin Azərbaycan dilində yazdığı
Demçoq nümunədə göstərdiyi məfhumların «Min maska və bir mən... yaxud islam
nəinki bu misalda, istənilən sosioloji, siyasi, mədəniyyətinin semiolojisi», rus dilində çap
ictimai və mədəni hadisələrdə keçərli olduğunu edilən «Театр и театральность в Исламе»
iddia edir və uşağın, eləcə də böyüklərin oy- kitabında insanın bu fenomeninə diqqət çəkir.
nayan aktyor, obrazlarla janqlyorluq edən «Bir dəlinin, bir də vəlinin maskası yoxdur»,
varlıq olduğuna eyham vurur. İnsan evində, – deyir Talıbzadə. Çünki ictimai yerlərdə
işində, bağçada, məktəbdə, iş yerlərində (müəllif buranı da teatr tamaşası, müstəvisi
tamamilə müxtəlif obrazlarda yaşayır. Bu, hesab edir) insanın mifoloji, ənənəvi, mədəni
ətrafdakıların kinayə ilə təkid etdiyi kimi, süni maskaları yoxdursa, sağlam münasibətdən
deyil, tamamilə təbii haldır. Çünki bizim söhbət gedə bilməz. İnsan yalnız bu formada
səmimiyyət adlandırdığımız hal oyun adekvatlığını saxlayır. Hətta kitab oxuyarkən
nəzəriyyəçilərinə görə insanın vərdiş etdiyi belə, daxilində götür-qoy, analiz etdiyi zaman
obrazıdır, ümumilikdə isə insan təkamül edən bunları simvollar, obrazlarla icra edir. Türkiyədə
və dəyişkəndir. Gündəlik davranışları ilə insanı çap olunmuş Metin Andın «Oyun və Bügü»
bir formada yadda saxlayan ətrafı onu səmimi əsəri isə türklərin gündəlik və ritual formada
və ya qeyri-səmimi qəliblərində görür. Əslində istifadə etdiyi oyunlardan bəhs edən monoq-
isə insan hər hansı situasiyada davranışı rafiyadır. Əsərdə teatrların, əslində, bir həyat
zamanı beynində olan müxtəlif obrazlardan tərzindən, keçmişin rituallarından ələnib bu
birini seçir. Seçimlərinin əksər hallarda günümüzə çatdığını görmək mümkündür.
vərdişləri ilə müəyyən edildiyi üçün bu obraz Hans Qadamer Aristotelə əsaslanaraq,
səmimilik adlanır. Kimsə sizə qəfil kobudluq oyunları ciddi həyat aktlarından ayırırdı. Hal-
edərsə, düşünmək zamanınızın qalmağından buki, ən son oyun tədqiqatçıları uşaqların da
asılı olaraq, siz ona nə şəkildə cavab verməyinizi oynayarkən çox ciddi psixoloji vəziyyətdə
beyninizdəki obrazlara görə seçirsiniz. Eyni olduğunu söyləyirlər və onlara olunan
kobudluqla cavab vermək, bağışlamaq, susmaq, istehzanın sadəcə böyüklərin gözündə zarafat
üz çevirib getmək və s. kimi qəbul edildiyini vurğulayırlar. Ona görə
Uşaqlarda bu funksiyalar xüsusilə sürətli də sosioloqlar hər yaş dövründə insanın
və işləkdir. Erkən yaşlarda elastik uşaq yaddaşı oynadığını, sadəcə bu oyunların metodlarının,
reallıqla özü arasında xəyal pərdəsini çəkir. tərkibinin və atributlarının dəyişdiyini yazırlar.
Bir situasiyada davranmaq çətinsə, qəhrəmanın Heyzinqanın oyun anlayışını tənqid edən Roje
obrazını əyninə geyinir və vəziyyətdən çıxmağa Kayua isə «İnsanlar və oyunlar» əsərində oyu-
cəhd edir. Əcaba, uşaqlara bu obrazlardan nun, əslində, təkcə uşaq müstəvisində keçərli
istifadə etmək bacarığı öyrədilirmi? Bu, bir olmadığını düşünür. O qeyd edir ki, Heyzinqa
çox ölkələrdə problem təşkil edir və tədqiqat- oyunu zarafat, lağlağı kölgəsindən çıxarmaqda
çıların əsas araşdırma mövzularındandır. haqlı idi, lakin onu tam olaraq genişlədə

http://journal.edu.az 161
TƏHSİL TEXNOLOGİYALARI

bilmədi. Belə ki, Kayuaya görə oyunlar 4 kate- Alea. Sümüklərlə oynanılan oyunun adı
qoriyaya bölünür və bu kateqoriyalardan belədir. Burada Roje Kayua «agon»un tam
savayı alternativi yoxdur: əksinə, insanın iradəsindən asılı olmayan
• Agon (yarış-qayda); bütün növ oyunları kateqoriyalaşdırır. Oyunun
• Alea (təsadüfi); bu növündə insanın rəqibi daha çox insan
• Mimicry (simulyasiya-maska); deyil, tale, həyat kombinasiyalarıdır və onlara
• İlinx (başgicəllənmə). qalib gəlmək lazımdır. Tale insanın üzünə
İlinx oyunu təhsil metodologiyasında bizlərə güldüsə, özünü bəxtəvər bil. Yeri gəlmişkən,
o qədər maraqlı olmadığı üçün digər üç kate- Azərbaycan dilində istifadə olunan xoşməramlı
qoriya barəsində izahlar veririk. ifadələr «alea»ya aiddir. Məsələn, «bəxt»əvər,
Agon. Yarış və ən əsası, insan iradəsi, səyi xoş«bəxt», «bəxt»iyar... Çünki gələcəklə bağlı
nəticəsində yaranan bir çox oyunlar vardır biliklər insana naməlum qalır və buradakı
ki, bu oyunlarda bütün iştirakçıların qələbə hər şans qeyri-iradi olaraq qiymətləndirilir.
qazanmaq üçün, adətən, bərabər şərtləri olur. Lotoreya və bəxtlə əlaqəli bu tip oyunlar alea
Bir neçə konkret xüsusiyyətlər oyunçunu fa- üçün ağla gələcək ilk nümunələrdir. İnsanın
vorit edir; sürət, cəldlik, yaddaş, improvizasiya, ağlı, cəldliyi, gücü burada lazımsızdır, əsas
hiyləgərlik, dözümlülük. Əsas şərtlərdən biri olan sənin seçimlərin deyil. Alea üçün klassik
budur ki, başlanğıcda tərəflərin bərabər sayda sadaladığımız nümunələrdən bir az daha
resursları olur — şahmatda, futbolda, dama düşüncə üfüqlərini açacaq nümunələr verməyə
oyununda və s. çalışaq.
İntizam, intensiv məşq və s. «agon»çular Keçmişdə türklərin ordu üçün seçəcəyi
üçün yerində işlənmiş ifadələrdir. Keçmişdəki çadır bir əsgərin oxu yuxarıya doğru fırladaraq
duelləri, pəhləvan döyüşlərini «agon»a aid atmasından sonra oxun haraya sancılması ilə
etmək mümkündür. müəyyən olunurdu. Bir mənada havaya atılmış
İnsanlardan fərqli olaraq heyvanlar haqda ox göydən yerə naməlum istiqamətdə düşürdü
onu demək olar ki, onlara «agon» tamamilə və inanca görə taleyin göstərdiyi yerdə çadır
yaddır. Çünki qaydalar, sərhədlər qədər heyvana qurulmalı idi. İnsanın subyektivliyi bəzi
qərib digər xüsusiyyəti ağla gətirmək mümkün məsələlərdə öz yerini mifik təfəkkürə verirdi.
deyil və üstəlik şüur bu canlılarda yoxdur. Məsələn, qədim yunanlarda demokratiya
Burada at yarışlarını və ya sirkdə əhliləşdirilmiş ərəfəsində dövlət vəzifələrinin, demək olar,
heyvanları misal çəkmək düzgün olmazdı, hamısı püşklə müəyyən olunurdu. Ümumiy-
nəzərə alsaq ki, bu proses insan ağlının yətlə, püşk və zər alea üçün mühüm
məhsuludur. Lakin Kayuanın da diqqətini atributlardır. Bundan başqa, Məhəmməd
çəkən məsələ pişiklərin, ayıların bir-birilə peyğəmbərin öz evini harada salacağı bir
oyunu zamanı dırnaqları ilə partnyorunu dəvənin hansı məkanda oturması ilə
zədələməmək instinktidir. Yəni tam şüurlu seçilmişdir. Heyvan müqəddəs hesab olunduğu
baş verməsə də, heyvanların oyunları və üçün onun funksional məkan təyinetmə
«hücum»ları zamanı müəyyən qaydalara riayət qabiliyyəti insanlar arasında problemin
etməsi müşahidə olunur. İnsanlar bu mənada çıxmaması üçün ideal gediş kimi görünürdü.
təbiətdəki prosesləri zəkaları üçün yetərsiz Mimicry (mimetizm) anlayışı həşəratlara
görürlər və bir çox hallarda imtina hissi ilə məxsusdur: rənglənmək, surət, qabıq
qurduqları mədəniyyət adlı məfhumu oyunlarla dəyişdirmək, müxtəlif situativ forma almaq.
zənginləşdirirlər. Yəni mədəni olan oyun təbiət İnsanın başqasının maskalarını, xasiyyətini
oyunundan qaydalarının incəliyi ilə seçilir. Bu qəbul edərək varlıq qazanması həşəratların
mənada təhsil müəssisələrində və xüsusən xüsusiyyətləri ilə eynilik təşkil edir. İllüziya
hüquqda, iş yerlərində oyunun agon (in-lusio, yəni oyuna giriş) kimi qəbul edilən
kateqoriyası ən çox istifadə olunandır. mimicry oyunun maskarad, fiktivlik formasıdır.

162 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2


Firuddin Həsənov
Fəlsəfi kontekstdə oyun nəzəriyyəsi və tədris prosesində oyun texnologiyalarının tətbiqi

Şəxs potensialından yüksək bir yerdə olmaq işləyir. Onlar sözün birbaşa mənasında ikinci
üçün daha üstün personajın xüsusiyyətlərini müəllifdirlər.
özündə canlandırır, lakin bu əksinə də baş Uşağın erkən yaşlarını iqnostik5 müddət
verə bilər – bir rəzilin obrazını oynamaq kimi hesab etmək olar. Onun üçün varlıq və yoxluq
(teatrda, kinoda, karnavallarda və s.) Mimicry anlayışları mövcud deyil. Ona görə də virtual
oyunun ən geniş yayılmış formasıdır və reallıqlarda olduğu kimi o, baş verməmiş
nümunələri həddən artıq şaxəlidir. Oyunun hadisə barədə həqiqətdə olduğu formada
subyekti özünü və ya daha çox ətrafdakıları danışır. O, olduğu kimi deyil, görünmək istədiyi
əmin edir ki, o başqasıdır. O, müvəqqəti olaraq kimi davranır. Lakin zaman keçdikcə, ağıl
öz şəxsiyyətini unudur, ondan imtina edir və məsələyə müdaxilə edir və agonla mimicry
seçdiyi obrazı təmsil edir. Uşaq vaxtından tandemi işə düşür...
insan özündən böyüklərə oxşamaq və sonra Buna dair daha bir sosiopsixoloji uşaq
bu bacarığına, nümayişinə görə oxşanmaq nümunəsi vermək mümkündür. Bir uşaq oyun-
istəyir. Bundan başqa, uşaq üçün evdəki bütün caq pələngi ilə oynayır. Yanında əyləşmiş atası
oyuncaqlar bir rekvizitdir, arsenaldır. O, ata- isə səsini qalınlaşdıraraq pələngin əvəzinə
anasından öyrəndiyi jestlər vasitəsilə xəyal onunla danışır. Bu kukla teatrındakı kimi gizli
gücünü oyuncaqlara tətbiq edir. deyil, aşkar baş verir. Uşaq və atasının səsi ilə
Mimicry oyunu agon və alea ilə sıx əlaqə- pələng bir tamaşa qurur, onlar birlikdə əylənib
dədir. Məsələn, bütün yarış oyunları müəyyən gülürlər... Bu zaman atası uşağın bu teatra
qaydalarla baş verir, amma oradakı kostyumlar inanıb-inanmadığını yoxlamaq üçün bir üsul
və obrazlar tamamilə mimetikdir. Aktyorlar düşünür. Yoxlamaq istəyir ki, uşaq, doğrudan
öz hərəkətləri ilə «mimicry»ni tamaşaçının da, danışanın pələng olduğuna inanır, yoxsa
ətrafında qurur və ona inanmağı, ikinci reallığa yox. Atası oyuncaq pələngi uşağa tərəf uzadaraq
keçməyi təklif edir. Tamaşaçının da funksiyası ona müraciət edir: indi pələng sən ol! Bu
bu reallığa keçməyə köklənməkdir. zaman uşağın gözlərində hiyləgər gülüş və
«İkinci müəllif» adlanan anlayış da oyun ardınca pərtlik hiss olunur. Sanki qurduğu
nəzəriyyəçilərinin üzərində dayandığı dünya dağıldı, məna yox oldu. Bu situasiyanı
məsələlərdəndir. Bu anlayışı «mimicry»yə aid izah etməyə çalışsaq, belə qənaətə gəlmək
etmək mümkündür. Sosial şəbəkələrdə bir olar ki, uşaq mimicry maskası ilə özünə agon
məşhur insanın video linkini paylaşması daha sayağı qaydalar qoyur və ona inanmaqdadır.
çox paylaşılanın reputasiyasını önə çıxarır. Öz rolunu sonadək davam etdirir. Lakin atasının
Halbuki, onun video ilə əlaqəsi yoxdur, bütün oyununa bu formada müdaxiləsi bütün
nailiyyət videodakı məşhura aiddir. Lakin məsələni pozur və uşaq ikinci reallığa keçid
görünən personaj paylaşan olduğu üçün bütün edir. Deməli, o nəyin necə baş verdiyini şüur-
cəlbedicilik, xarizma ona aid olur. Bu paylaşan altında bilir, sadəcə, böyüyənədək bütün
şəxs ikinci müəllif sayılır. Keçmiş İslam reallıqlarda eyni formada yaşamını, funksio-
filosoflarının öz mətnlərinin girişində «Hər nallığını davam etdirir.
şeyin doğrusunu bilən Allahdır, bütün biliklər Oyunun işdən fərqi odur ki, ona istənilən
ona məxsusdur» kimi ifadələri işlətməyinin zaman daxil olub, istənilən zaman tərk etmək
səbəbi müəyyən mənada özlərinin ikinci olar. Oyun özünün sələfi olan işə nisbətdə heç
müəllif olduğunu vurğulamaqdır. Çünki mütləq
bilik Yaradıcıya, yaxud da yunanlarda olduğu
kimi Logosa məxsusdur. .........................................................................................................
5
Uşaqların müasir tədris metodologiyaları İqnostisizm — varlığı və yoxluğu müzakirə edilən
«Tanrı» anlayışının tərifində bir tutarlılıq
tamamilə keçmiş qaydalara əsaslanaraq
olmadığını, tutarlı bir tərifi olmayan bir anlayışın
düzxətlidir. Halbuki müasir uşaqlar torşəkilli isə varlıq-yoxluq baxımından müzakirəsinin
düşünür və zəkası virtual dünya formasında mənasız olduğunu qarşıya qoyan nəzəri mövqedir.

http://journal.edu.az 163
TƏHSİL TEXNOLOGİYALARI

nə istehsal etmir. İstehsal etdiyi tək şey təcrübə təhsil ölkələri uşaqları gələcəyin mədəni
və oyundan alınan həzdir. Buna görə oyunu inkişafını təmin edəcək insanlar kimi görürlər
insanın yeganə azad fenomeni kimi qiymət- və onların bərabər şərtlər altında müxtəlif
ləndirirlər. Nəhayət, yalnız oyun müstəvisində potensialda çıxmağı üçün çalışırlar.
uşaq nəyisə dərk edə bilər və yaradıcı olmaq Bununla yanaşı, pis və yaxşı şagird anlayışı
yolunda irəliləyər. artıq keçərli olmamalıdır. Hər insanın ümumi
dövlət mexanizmində bir faydalı detal olmaq
Məktəb və yeniyetməlik dövründə kimi funksiyası müəyyən edilməlidir. Rəqabət
öyrənmə üsulları xoş qarşılansa da, uşaqların bir-biri ilə
müəllimlər tərəfindən açıq-aşkar müqayisə
PISA-nın apardığı araşdırmalara əsasən aparılması yolverilməzdir. Çünki bu üsul
Fin təhsili ən yüksək nəticələr qazanmışdır. uşaqların yaradıcı fəaliyyətininin qarşısını
Onların uşaqları həmçinin ən çox və faydalı alır, kollektiv ruhunu zədələyir və birgə
kitablar oxuyanlar sırasında qabaqcıl yerləri inkişafına əngəl olur. Qısqanclıq sağlam
tutur. Özü də bu biliklər həm texniki, həm hu- rəqabəti önləyir.
manitar fənlərdə demək olar ki, paralel formada Bəzi əqli məhdudiyyətli uşaqların da digər
yaxşıdır. Lakin finlərin təhsilində təəccüblü uşaqlarla birgə tədrisi bir çox ölkələrdə müsbət
olan onların öndə getməyi deyil, buna hansı qarşılanır. Uşaqları bir-birindən ayırmaq
formada çatmasıdır. Məsələ burasındadır ki, müxtəlifliklərin ortaya çıxmasına mane olur
onların metodologiyasına əsaslanaraq, təhsilin və bu, onların birlik ruhunu, şüurunu zədələyir.
işləmə mexanizmi sözügedən pillələrə digər Ümumi harmoniyanın yaranması üçün
ölkələrlə müqayisədə az oxuyaraq və çox da insanların müxtəlif qabiliyyətlərdə olması
yüksək olmayan maddi resurslarla çatmışlar. mənfi hal deyil, əksinə üstünlükdür. Ona görə
Buna necə nail olmaları barədə sirr saxlamırlar ki, bu münasibətlər sistemindən xeyli maraqlı
və öz təcrübələrini digər ölkələrin tədqiqatçıları işbirlikləri ortaya çıxa bilər və təhsilin də əsas
ilə böyük həvəslə bölüşürlər. məqsədlərindən biri, şübhəsiz ki, budur.
İcbari təhsil finlərdə ikimərhələli şəkildədir: Üstəlik, uşaqlara öz hüquqlarını erkən
• ibtidai (alakoulu), 1-ci sinifdən 6-cı yaşda aşılamaq onlara müəyyən mənada
sinfədək; məsuliyyəti başa salmaq mənasına gəldiyi
• yüksək (ylakoulu), 7-ci sinifdən 9-cu üçün bu hal müsbət hesab edilir. Müəllimlərin
sinfədək. onların dilində danışması və avtoritar tapşırıq
Bundan sonra uşaqlar peşəkar kollecə verən obrazından çıxıb yönəldən funksiyanı
keçirlər, yaxud da təhsillərini liseydə (lukio) yerinə yetirməsi də uşaq zehni üçün faydalıdır.
davam etdirirlər. Yalnız lukio tədrisinə keçmiş, Bu haqda öncə sadaladığımız psixoloji
qeyri-icbari mərhələdə tənbəlliklə seçilən təcrübələrdə də rast gəlmək mümkündür.
uşaqlara maksimum yüklənmə ilə dərslər
keçirilir. 2. Fərdilik. Hər şagird üçün nisbətən fərdi
Oyun təhsil sisteminə bağlı müəssisələrin tədris planı hazırlanır, çünki hər uşağın anlama
prinsipləri kimi aşağıdakıları qeyd etmək olar: forması fərqlidir. Bu proses qruplarla müəyyən
olunur. Hər uşaq üçün öz səviyyəsinə uyğun
1. Bərabərlik. Varlı və kasıb şagirdlərin qiymətləndirmə aparılır və bu metod faydasız
arasında fərq qoyulmur, hər biri üçün eyni müqayisə sayəsində kəskin ruhdan salma ilə
avadanlıqlar fəaliyyət göstərir. Pedaqoqların nəticələnmənin qarşısını alır. Öz tapşırığını
tədris metodları xüsusən məşhur Ştayner, müvəffəqiyyətlə yerinə yetirmiş uşaq yaxşı
Montessori, Mortan məktəblərini əsas götürür, qiymətlə mükafatlanır və pillə-pillə irəliləyir.
həmçinin müxtəlif dillərin öyrənilməsinə Bu mənada zəif oxuyan uşaqların maraq
diqqət yetirilir. Oyun nəzəriyyəsini əsas almış tonusunu hər zaman saxlamış oluruq.

164 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2


Firuddin Həsənov
Fəlsəfi kontekstdə oyun nəzəriyyəsi və tədris prosesində oyun texnologiyalarının tətbiqi

3. Praktiklik. Müəllimlərə əvvəldən bir detalıdır. Nəticədə biz görürük ki, vacib
aşılanmalıdır ki, təhsil uşaqları həyata olmayan insan yoxdur və əgər hər kəs ürəkdən
hazırlayır, imtahanlara yox. Uşaqlar bu anlayışla bağlandığı sahəyə yönələrsə, hər sahədə uğurlu
kiminsə qarşısında cavab vermək təzyiqini nəticələr əldə etmək mümkündür. Oyun
hiss etməyəcəklər. Onlar, ilk növbədə nəzəriyyəsinin praktik müstəvidə təcrübələri
öyrəndikləri biliyi özlərinə dürüst şəkildə zamanı müşahidə edilmişdir ki, uşağın maraqlı
danışmalıdırlar. Yalnız belə olan halda yenidən olduğu sahə gələcəkdə o istiqamətdə ortaya
öyrənmək istəyəcək və yeni biliklərini dostları çıxacaq potensialı və istedadı ilə düz
ilə paylaşacaqlar. Qabaqcıl oyun məktəblərində mütənasiblik təşkil edir.
imtahanlar demək olar ki, bizim bildiyimiz
mənada yoxdur və ya çox sadələşdirilib. 6. Müstəqillik. Uşaqlar həyata atılmağa
Müəllimin müvafiq aylarda yoxlama testləri tələsməməlidirlər və etdikləri səhvlərə görə
isə ümumi biliyin sistemli formada qavra- ilkin mərhələdə yumşaq formada özləri
nılması məqsədilə həyata keçirilir. Yalnız bir öhdəliklər götürməyi öyrənməlidir. Ona görə
icbari və vacib imtahan vardır ki, ümumi də bəzi Avropa ölkələrinin tədrisində hər
təhsilin sonunda keçirilir və onun nəticələri hansı şagird dərsləri buraxmışsa, növbəti
də «katastrofik» məna daşımır. sinifə keçsə də, əlavə dərslərdə oturmalı olur.
Məktəbdə o şeylər tədris edilməlidir ki, Hətta bəzən həmin şagirdi özündən bir neçə
həqiqətən həyatda uşaqlara, bizlərə vacib sinif aşağı şagirdlərlə olan dərsə salırlar.
əhəmiyyət kəsb edəcək. Uşaqların təsəvvür
etmədiyi şeyləri onlara öyrətmək əlavə yükdür Beləliklə, Roje Kayuanın agon, alea və mim-
və tamamilə təhsil anlayışı üçün ziddir. icry oyun növlərinin uşaqlar üçün səciyyəvi
olduğunu görürük. Onlar müəyyən qaydalarla,
4. Qarşılıqlı inam. Müəllimlərlə şagirdlər təsadüflər və obrazlarla münasibətlər qururlar.
arasında inam mütləqdir. Əgər uşaqlar dərs Xüsusən də modern uşaqlar yeni texnolo-
zamanı darıxarlarsa, müəllimlə məsləhət- giyalarda tədrisi və öyrənmək formalarını
ləşərək mövzuya dair başqa oxuma üsullarını tamamilə öncəki nəsildən fərqli qavrayırlar.
seçə bilərlər. Biz gələcək nəslin istismarçı Əgər sovet təhsilini görmüş valideynlər düzxətli
deyil, yaradıcı ruhda böyüməsini istəyiriksə, formada təhsil almışlarsa, müasir dövrün
onların alternativ vasitələri, üsulları yoxlamaq uşaqlarının beyin neyronları reallığı torvari
imkanlarını əlindən almamalı, əksinə buna və şəbəkə formasında qəbul edir. Buna əsasən
şərait yaratmalıyıq. Həmçinin bunu da sosial şəbəkələri və kompüter texnologiyaları
bilməliyik ki, böyüklər təcrübə və biliklərinə ilə rəftarı misal gətirmək olar. Bu məsələlərə
görə öndə olsalar da, uşaqlar zamanın ruhunu əsaslanaraq, nisbətən gənc, innovativ
və sürəti özlərinə tez hopdururlar. Elastik yeniliklərdən xəbərdar olan müəllimlərin
düşüncələri və yaddaşları buna imkan yaradır. uşaqlarla münasibəti daha faydalıdır. Necə ki,
Ona görə də müxtəlif nəsillərin yaddaş və bir öncəki nəsil mürəkkəblə yazmağı köhnə
sürət əməkdaşlığı cəmiyyət üçün çox faydalıdır. üsul hesab edirdisə, artıq aybaay irəliləyən
texnoloji şərtlər uşaqların yeni müstəvidə elm
5. Könüllülük. Əgər hər hansı uşağın nəzəri, öyrənməyini tələb edir.
texniki və ya humanitar bilikləri öyrənmək Boş zaman hər vaxt ziyanlı deyil. Uşaqların
həvəsi yoxdursa, müəyyən çalışmalardan sonra oynamağa vaxtları olmalıdır. Öncə də qeyd
ondan tələbləri minimuma azaldırlar. Bir etdiyimiz kimi uşaqlar dünyanı oyunlar
uşağın marağı texniki və ya kompüter elmlərinə vasitəsilə anlayırlar və bu, onların reallıqla
yönəlibsə, bunun qarşısını almaq doğru deyil. ilkin əlaqəsidir. Onlar müstəqil şəkildə oyuna
Ümumi dövlətin işləmə prosesi bir mexanizm- daxil olur və darıxan anda, yəni artıq öyrənmək
dirsə, hər gələcək nəslin nümayəndəsi onun qabiliyyətlərinin aşağı düşdüyü məqamda

http://journal.edu.az 165
TƏHSİL TEXNOLOGİYALARI

oyun aktını tərk edirlər. Bu o deməkdir ki, məqsədinin həyata keçməməsindən xəbər
uşaqlar üçün məhz bu oyunlarda nələrisə verir. Uşaqlardan və yeniyetmələrdən yalnız
öyrənmək daha cəlbedicidir və sürətli baş sevdikləri işin bəhrəsini almaq mümkündür.
tutur. Əmək və məsuliyyətlər oyunun ətrafında Bunun üçünsə zamana, oyun və sevgi ilə
möhkəmlənir. Evdə, həyətdə, bağçada oynaraq əhatələnmiş təhsilə ehtiyac var. «İnsan ən gec
dünyanı qavramış uşaq ani olaraq «ciddi» yetişən meyvədir».
müəssisələrə düşür və bu prosesin ağır
keçməməsi üçün əməkdaşlıq ruhu çox vacibdir.
Fin təhsilinin yenidənqurma memarlarından
«Uşaqlarda elmə necə maraq yaratdınız?» İstifadə edilmiş ədəbiyyat
sualını soruşarkən, «Özlərindən nə istədiyini
soruşduq. Onlar məktəb həyətində oyun 1. Aristotel. Poetika, Şərq-Qərb nəşriyyatı, Bakı
meydançalarının və ağacların çoxalmasını 2006.
arzuladılar» cavabını vermişdilər. İbtidai sinif 2. Aydın Talıbzadə. Min maska və bir mən...
müəllimlərindən biri isə müsahibəsində bu yaxud islam mədəniyyətinin semiolojisi, Bakı
sualı belə cavablamışdır: «Ev tapşırığının çox 2015.
olmasından şikayət etdilər. Biz bilirik ki, 3. Dücane Cündioğlu. Bersay İletişim Enstitüsü
uşaqların boş zamana ehtiyacları var. Onlar «Felsefe Dersleri», İstanbul 2013.
yaşamağı öyrənmək və məsuliyyətli olmaq 4. Eric Berne. Игры, в которые играют люди,
üçün müxtəlif fərqli hərəkətləri yoxlamalıdırlar. Издательство «Эксмо», Mocква 2017.
Ağaca dırmaşanda və orada yeni böcəklər 5. Eugen Fink. Bir Dünya Sembolü Olarak Oyun,
gördükdə gəlib bizlərlə bölüşəcəklər. Beləcə Dost Kitabevi, İstanbul 2015.
ətrafa, təbiətə maraqları yaranacaq... Çox 6. Georg Simmel. Созерцание жизни,
çalışmaq hələ çox bilmək mənasına gəlmir. Издательство «Юристъ», Mocква 1996.
Onların zəkalarının istəkli və aktiv olduğu an- 7. Gilles Deleuze. Критика и клиника,
larda elmə yönəlməyi daha çox fayda verir. Издательство «Machina», Mocква 2002.
Digər vaxtlarda isə onlar sadəcə xoşbəxt olacaq, 8. Hans-Georg Gadamer. Истина и метод,
başqaları ilə ünsiyyətə girərək empatiya hissləri Издательство «Книга по требованию»,
artacaq və əsası özləri barəsində düşünməyə Mocква 2012.
zamanları qalacaq. Təhsil uşaqlara özləri və 9. Jean Piaget. Çocukta Dil ve Düşünme, Palme
başqaları barədə düşünmək azadlığını Yayıncılık, İstanbul 2006.
öyrətməlidir...» 10. Johan Huizinga. Homo Ludens, Ayrıntı
Sokratın da dediyi kimi insanların boş Yayınları, İstanbul 2013.
zamanı olmazsa, layiqli şəkildə xeyirli vətəndaş 11. Metin And. Oyun və Bügü, Yapı Kredi
ola bilməzlər. Onun tələbəsi Platonun fikrincə Yayınları, İstanbul 2016.
isə elm heyrətlə başlayar. Bir çox ölkələrdəki 12. Roger Caillois. Man, Play and Games,
təhsil müəssisələrində təəssüf ki, icraçı formada University of Illinois Press 2001.
tapşırıq yerinə yetirməkdən uşaqların və 13. Roland Barthes. Camera Lucida, Altıkırkbeş
yeniyetmələrin heyrət etməyə zamanı belə Basın Yayınları, İstanbul 2011.
qalmır. Başlarını qaldıraraq ətrafa baxmağa 14. Вадим Демчог. Самоосвобождающаяся
macal tapmadan elmlə məşğul olduqlarının игра, или Алхимия Артистического
zənninə düşərlər. Vadim Demçoq, Maykl Mur Мастерства, Изд. «АСТ», Mocква 2004.
və bu mövzuda araşdırma aparan başqa
müəlliflər qeyd edirlər ki, 11 il ərzində uşaqlara
o qədər tapşırıq verilir ki, gənc yaşına çatmış
insan birdən-birə artıq göstərişsiz heç bir işə
əl qoya bilmədiyini anlayır. Bu isə təhsilin ana

166 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2

You might also like