You are on page 1of 12

AZƏRBAYCAN MƏKTƏBİ. 2018.

№3 TƏHSİL NƏZƏRİYYƏLƏRİ

Müasir təhsilin məzmununun


formalaşdırılmasının aktual problemləri
İntiqam Cəbrayılov

Müəllif: Annotasiya. Tədqiqatda paradiqma, o cümlədən təhsil paradiqmaları


Pedaqogika üzrə anlayışlarının mahiyyəti izah olunur. Eyni zamanda cəmiyyətin inkişaf
elmlər doktoru, tendensiyalarına uyğun olaraq təhsil paradiqmalarının dəyişməsi zəruriliyi
Pedaqogika və izah edilir, onun təhsilin məzmun probleminin həllinə təsiri əsaslandırılır.
Psixologiya Tədqiqat göstərdi ki, müasir dövrdə təhsilin məzmununun yeniləşməsi
Problemləri üzrə Elmi cəmiyyətin özünün inkişafı ilə bilavasitə bağlıdır. Bu gün səriştə əsaslı
Şuranın sədri, ARTİ- təhsilin məzmununun formalaşdırılması və inkişaf etdirilməsi vacibdir.
nin Təhsil nəzəriyyəsi Məhz belə bir şəraitdə müasir dövrün tələblərinə cavab verən şəxsiyyət-
şöbəsinin müdiri. vətəndaşın yetişdirilməsi imkanları genişlənir. Təcrübə də göstərir ki,
E-mail: məhz belə şəxsiyyətlərdə vətəndaş təfəkkürü, müstəqillik, demokratiklik,
intiqamcebrayilov@ yaradıcılıq, tədqiqatçılıq qabiliyyətləri daha çox inkişaf edir. Bunlar həm
mail.ru də təhsilin məzmununda əksini tapmış səriştə və dəyərlərlə bağlıdır.
Təhsilin məzmununun ana xəttində təhsilalanlarda humanist fikir və
ideyaların aşılanması, onlarda humanist düşüncə sisteminin formalaşdırılması
dayanmalıdır. Humanist düşüncə isə humanist dəyərlər əsasında, bu
dəyərlərə xüsusi əhəmiyyət verilməsi, onun şəxsiyyətin yetişdirilməsinə
təsiri nəticəsində formalaşır. Tədqiqatda problem baxımından dünya
təcrübəsinə də diqqət yetirilmiş, müxtəlif ölkələrdə təhsilalanlarda
formalaşdırılması nəzərdə tutulan səriştələrdən də bəhs olunmuş və
onların fərqli xüsusiyyətləri göstərilmişdir. Məqalədə XXI yüzilliyin
əvvəllərində Azərbaycanda yeni təhsil proqramlarının – kurikulumların
hazırlanması və tətbiqi məsələlərinə xüsusi diqqət yetirilir. Bu dövrdə
ölkə təhsilinin məzmununun nəzəri və praktik baxımdan yenilənməsində
yeni təhsil proqramlarının mühüm rol oynaması faktı ön plana çəkilir.
Ənənəvi yanaşmadan fərqli olaraq müasir yanaşmada təhsilin məzmununun
bir neçə istiqamətdə yenilənməsi elmi cəhətdən əsaslandırılır. Eyni zamanda
göstərilir ki, cəmiyyətin inkişaf dinamikası hər bir konseptual sənədin
Açar sözlər: məzmununun yeniləşməsini zəruriləşdirir. Bu baxımdan, müasir dövrdə
Təhsil, paradiqma, şəxsiyyətyönlülük, mədəniyyətyönlülük, humanistlik kimi başlıca
humanist, məzmun, paradiqmaların təhsilin məzmununda əks olunmasının yetkin şəxsiyyətin
metod, sistem. formalaşdırılmasına güclü təsir göstərdiyini qeyd edə bilərik.

DOI: 10.32906/AJES/683.2018.02.19
Məqaləyə istinad: Cəbrayılov İ. (2018) Müasir təhsilin məzmununun formalaşdırılmasının aktual problemləri.
«Azərbaycan məktəbi». № 3 (684), səh. 139–150

Məqalə tarixçəsi
Göndərilib: 07.08.2018; Qəbul edilib: 17.09.2018

http://journal.edu.az 139
Azerbaijan Journal of Educational Studies. 2018. №3

Actual problems of formation of the


content of the modern education
Intigam Jabrayilov

Author: Abstract. The study reveals the essence of the concepts of the paradigm,
Intigam Jabrayilov, including the paradigm of education. At the same time, the need to change
Prof.Dr., Scientific education paradigms in accordance with the development trends of society
Research Coordination is emphasized; their influence on the solution of the education problem is
Council of the Republic justified. The study showed that in the modern period, the update of the
of Azerbaijan, Chair of content of education is directly related to the development of the society
the Scientific Council itself. Today it is important to formulate and develop the content of the
on Pedagogy and skills-based education. Under these circumstances, opportunities to raise
Psychology Problems, an identity-citizen that meets the needs of modern times are expanding.
Chair of Department of Practice also shows that in such people civilian thinking, self-reliance,
Educational Theory of democracy, creativity and research capabilities are developing more. They
AREI. E-mail: also relate to the skills and values reflected in the educational content.
intiqamcebrayilov@ The basis of the content line of education should be the inculcation of hu-
mail.ru manistic thoughts, the ideas of students and the formation of a humanistic
system in them. Humanistic thinking occurs as a consequence of the effect
on personality cultivation attached special importance to these values,
based on human values. The research focuses on the problem of world
practice and the skills that need to be developed in different countries and
their distinctive features. The article focuses on the preparation and im-
plementation of curriculum for new educational programs in Azerbaijan
at the beginning of the XXI century. In this period, the fact that the new ed-
ucational programs play an important role in theoretical and practical
aspects of the content of country education is highlighted. In contrast to
the traditional approach, modernization of education content in several
ways is scientifically justified. It also shows that the dynamics of society's
development necessitates the renewal of the content of each conceptual
Keywords: document. From this point of view, the reflection of major paradigms such
Education, paradigm, as personality orientation, cultural orientation, humanism in the context
humanist, content, of modern education has a strong impact on the formation of a mature
method, system. personality.

DOI: 10.32906/AJES/683.2018.02.19

To cite this article: Jabrayilov I. (2018) Actual problems of formation of the content of the modern education.
Azerbaijan Journal of Educational Studies. Vol. 684, Issue III, pp. 139–150

Article history
Received: 07.08.2018; Accepted: 17.09.2018

140 http://journal.edu.az
İntiqam Cəbrayılov
Müasir təhsilin məzmununun formalaşdırılmasının aktual problemləri

Giriş ümumi bir fikri ifadə edən anlayışdır. Paradiq-


ma elmin və elmi yaradıcılığın inkişafında
Müasir dövrdə cəmiyyət həyatında köklü varisliyi təmin edir. Mütləq, elmi, dövlət, şəxsi
dəyişikliklərin baş verməsi, ölkəmizdə hüquqi (fərdi, subyektiv) və ümumi qəbul edilmiş
dövlətin, vətəndaş cəmiyyətinin inkişafı, paradiqmalar da vardır.Ümumi paradiqmaya
Azərbaycanın dünya ölkələri ilə əlaqələrinin qərar qəbulunun nümunəvi metodu, insanların
daha da genişlənməsi və möhkəmlənməsi əksəriyyəti tərəfindən qəbul olunmuş dünya
təhsil sahəsində məqsədyönlü islahatların modeli, yaxud onun ayrı-ayrı hissələrinin,
bundan sonra da davamlı olmasını tələb edir. bilik, həyat və fəaliyyət sahələrinin modelləri
Bu gün ənənəvi sistemdən fərqli olaraq yeni aiddir. Şəxsi paradiqma qərar qəbulunun
təhsil sisteminin qurulması təhsil paradiq- mahiyyəti metodu, konkret insanın mental
malarının dəyişməsi, təhsilin məzmununun metodu, onun baxışlarıdır.1
yeniləşməsi ilə müşayiət olunur. Bəzi fəlsəfi ədəbiyyatda paradiqma sözünün
Araşdırmalar göstərir ki, təhsilin məzmunu mənası real və mənəvi dünya münasibətlərini
problemi cəmiyyətin inkişafının bütün xarakterizə edən bir anlayış kimi qəbul edilir
mərhələlərində maraq doğurmuş və tədqiqat [Философский энсиклопедический словаръ.
obyektinə çevrilmişdir. Belə ki, zaman keçdikcə 2003]. Pedaqoq alimlərin təhsil paradiqmasına
yeni məzmunun formalaşdırılması ehtiyacı yanaşmaları aşağıdakı kimidir:
cəmiyyətin tələblərindən irəli gəlməklə bir Paradiqma təhsil sahəsində problemlərin
sıra ciddi problemlərin həllini şərtləndirir. Bu qoyuluşu və onların həlli modelidir [Шмырова
baxımdan təhsilin məzmun məsələlərinin Н.А., Губанова М.И., Крецан З.В., Кемерево,
müəyyənləşdirilməsi bilavasitə paradiqmaların 2002].
öyrənilməsi və tədqiqi ilə bağlıdır. Tədqiqatçı, pedaqoq-alim V.P.Bitinasın
yanaşmasına görə təhsil paradiqması təhsilin
Problemin aktuallığı məzmunu, təşkili formaları və təlim-tərbiyə
üsullarının seçilməsidir.2
Problemin mahiyyətinə aydınlıq gətirmək Elmi araşdırmalara əsasən qeyd etmək
üçün, ilk növbədə, paradiqma anlayışı ilə bağlı olar ki, paradiqma gerçəkliyin mövcud
bəzi mülahizələrimizi bildirmək istəyirik. Elmi əlamətlərini, anlayışlar sistemini əks etdirən
ədəbiyyatda bu anlayışa yanaşmada fərqli ciddi bir nəzəriyyəni əks etdirir. Təhsil
cəhətlər özünü göstərsə də, ümumi mahiyyət, paradiqması isə təhsilin məzmunu, təşkili
əsasən, eynidir. Bir neçə nümunəyə diqqət formaları və təlim-tərbiyə metodlarının
yetirək: Paradiqma yunan dilindən paradeigma müəyyənləşdirilməsi, tətbiqi üçün zəruri olan
sözündəndir, mənası, nümunə, model deməkdir. və pedaqoji ictimaiyyət tərəfindən qəbul
Məsələn, ictimai münasibətlərin nümunəsi, olunmuş, müəyyən bir dövr üçün elmi
tipi, modeli. Fəlsəfə və sosiologiyada paradiqma tədqiqatların əsasında dayanan mühüm
problemin qoyuluşu və onların həlli modeli anlayışlar, müddəa və ideyalar sistemi kimi
baxımından elmin inkişafının zamana görə izah edilə bilər. Bu baxımdan, təhsil paradiq-
dəyişən və müəyyən mərhələ üçün xarakterik malarını iki hissəyə ayırmaq olar:
olan konseptual sxemi kimi izah edilir. Prak- 1) gələcəyə istiqamətlənmiş (mütərəqqi)
tikada paradiqma sübut, dəlil, müqayisə üçün paradiqmalar; 2) keçmişlə bağlı (klassik)
tarixdən götürülmüş nümunə kimi başa paradiqmalar.
düşülür [Бим-Бад Б. 2002].
Paradiqma elmi ictimaiyyətin əksəriyyəti
tərəfindən qəbul edilmiş fundamental elmi ...................................................................................................
quruculuq, elmi istiqamət, elmi təşkil yolu, 1
www.didacts.ru
elmi təsəvvür və terminlər haqqında vahid, 2
www.social_pedagogy.academic.ru/463/%D0%9F%

http://journal.edu.az 141
TƏHSİL NƏZƏRİYYƏLƏRİ

Sxem 1. Yeni və klassik paradiqmalar üçün ümumi meyarlar

Yeni və klassik paradiqmalar üçün ümumi meyarlar

təhsilin əsas təhsilverən və təhsilalanların təhsilalanların


insan bilik təhsil şagirdlər
məqsədi münasibətləri fəaliyyət növü

«Klassik» termini təhsil sahəsində ənənə- cəhətlərini aydın görmək olur. Məsələn, hər
viliyi, uzun müddət davam edən paradiqmanı iki paradiqma – həm klassik, həm də yeni
ifadə edir. «Mütərəqqi» anlayışı isə fərqli paradiqma üçün əsas meyarlardan biri bilikdir
məzmun və yanaşmaları nəzərdə tutur. Təhsilin (3-cü maddə). Lakin bu meyara uyğun klassik
yeni və klassik paradiqmaları arasındakı fərqli paradiqma yaddaş məktəbi, yeni paradiqma
cəhətləri müvafiq meyarları əsas götürməklə isə təfəkkür məktəbidir. Yaxud öyrənənlər
izah etmək olar. klasik paradiqmaya görə əgər pedaqoji təsir
Yeni və klassik paradiqmalar üçün ümumi obyekti hesab edilirdisə, yeni təhsil paradiq-
meyarları aşağıdakı şəkildə ifadə etmək masına görə idrak fəallığının subyekti sayılırlar.
məqsədəuyğundur: Paradiqmaları fərqləndirən cəhətlərdən biri
1) təhsilin əsas məqsədi; 2) insan; 3) bilik; meyar kimi müəyyənləşdirilmiş təhsilin əsas
4) təhsil; 5) şagirdlər; 6) təhsilverən və təh- məqsədinə yanaşma və baxışların fərqliliyində
silalanların münasibətləri; 7) təhsilalanların özünü göstərir. Belə ki, klassik paradiqmaya
fəaliyyət növü (Sxem 1). görə böyüməkdə olan nəslin həyata və əməyə
Bu meyarlara uyğun klassik təhsil para- hazırlanması klassik təhsil paradiqmasının
diqmaları bunlardır: komponentidir. Həmin meyara (təhsilin əsas
1) böyüməkdə olan nəslin həyata və əməyə məqsədi) uyğun yeni təhsil paradiqmasında
hazırlanması; 2) sadə sistem; 3) daha çox keç- isə şəxsiyyətin özünütəyini və özünüreal-
mişə yönəlik – yaddaş məktəbi; 4) şagirdlərə laşdırması üçün şəraitin yaradılması ideyası
məlum bilik nümunələrinin, bacarıq və vər- əsas götürülür.
dişlərin ötürülməsi; 5) öyrədilənlər – pedaqoji Araşdırmalar göstərir ki, təhsilin inkişaf
təsir obyekti; 6) müəllim və şagirdlərin monolo- tarixində müxtəlif paradiqmalar olmuşdur.
ji, subyekt-obyekt münasibətləri; 7) öyrənən- Daha çox aşağıdakı paradiqmaların adı çəkilir:
lərin reproduktiv fəaliyyəti (yalnız suallara 1) ənənəvi-mühafizəkar (konservativ) (bilik
cavab vermək). paradiqması); 2) rasionalist (biheviorist,
Təhsilin yeni paradiqmaları isə aşağıdakı davranış); 3) fenomenoloji (humanist);
şəkildə göstərilə bilər: 4) texnokratik; 5) qeyri-institusional; 6) huma-
1) şəxsiyyətin özünütəyini və özünüreal- nitar; 7) «kəşflər yolu ilə təlim»; 8) ezoterik3
laşdırması üçün şəraitin yaradılması; 2) mürək- [Арасланова А. А., 2010; Кукушин В.С.].
kəb sistem; 3)daha çox gələcəyə yönəlik – (Sxem 2).
təfəkkür məktəbi; 4) maddi, sosial və mənəvi Bu paradiqmalar təhsilin məqsədinə, eyni
mədəniyyət dünyasının üzvü kimi insanın zamanda, böyüyən nəsillərin həyata hazır-
özünün dünya obrazını yaratması; 5) öyrə- lanması, onlarda ümumi və peşə mədəniy-
nənlər-idrak fəallığının subyekti; 6) təhsilalan yətinin formalaşdırılması və digər məsələlərə
və təhsilverənlərin dialoji, subyekt-subyekt yanaşmaya görə bir-birindən fərqlənir.
münasibətləri; 7) təhsilalanların fəal, yaradıcı
fəaliyyəti.
Qeyd etdiyimiz meyarlar əsasında klassik ...................................................................................................
və müasir təhsil paradiqmalarının fərqli 3
www.eusi.ru/lib/kukushin_obsie/2.php

142 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №3


İntiqam Cəbrayılov
Müasir təhsilin məzmununun formalaşdırılmasının aktual problemləri

Sxem 2. Fərqli yanaşma baxımından təhsilin tarixi paradiqmaları

Fərqli yanaşma baxımından təhsilin tarixi paradiqmaları

ənənəvi-
rasionalist
mühafizəkar fenomenoloji qeyri- «kəşflər yolu
(biheviorist, texnokratik humanitar ezoterik
(konservativ) (humanist) institusional ilə təlim»
davranış)
(bilik paradiqması)

İlk növbədə, bilik paradiqması anlayışına müəllimləri təhsil prosesinin bərabərhüquqlu


münasibət bildirmək istəyirik. Bilik paradiq- subyektləri kimi nəzərdə tutur. Bu zaman
masının başlıca məqsədi bəşər sivilizasiyasının təlimin başlıca məqsədində şagirdlərin fərdi
mədəni irsinin mövcud elementlərini nəsildən- psixoloji xüsusiyyətlərinin nəzərə alınması,
nəslə ötürməkdir. Bu, tarixən sınaqdan çıxmış, təhsilalanın inkişafı, o cümlədən özünüinkişafı
özünü təsdiqləmiş bilik, bacarıq və vərdişlər, üçün şəraitin yaradılması, öz təbii potensialını
eyni zamanda mənəvi ideallar və həyati dəyər- reallaşdırmaq imkanları üçün onlara seçim
lərdir. Bilik paradiqması daha çox akademik azadlığının verilməsi kimi məsələlər ön plana
istiqamət daşıyır, məktəbin həyatla əlaqəsini çəkilir. Humanist paradiqmada şagirdlərin,
lazımi səviyyədə nəzərə almır. eyni zamanda müəllimlərin də azad, sərbəst
Rasionalist (biheviorist, davranış) paradiq- fəaliyyəti, yaradıcılıq axtarışları mühüm əhə-
ma bilik, bacarıq və vərdişlərin mənimsə- miyyət kəsb edir. Bu paradiqma şəxsiyyətin
nilməsi və mövcud cəmiyyətdə, konkret yaradıcı, mənəvi inkişafını, şəxsiyyətlərarası
şəraitdə gənc nəslə praktik tətbiqini nəzərdə ünsiyyəti, dialoqu, insanın özünütəhsilini,
tutur. Bu yanaşmaya görə təhsil paradiqmaları özünütəkmilləşdirməsini vacib sayır.
əsasən davranış terminləri üzərində hazırlanır. Texnokratik paradiqma. Bu paradiqma
Bu paradiqmaya görə məktəb fabrik, şagirdlər böyüyən nəsillərə təcrübəni təkmilləşdirmək
isə xammal kimi görünür. Xammal isə istehsal üçün dəqiq elmlərə aid bilikləri mənimsətməyi
üçün vacib şərtlərdən biridir. Rasionalist (bi- nəzərdə tutur. Texnokratik paradiqmaya görə
heviorist, davranış) paradiqmaya görə bilik güc deməkdir, insanın dəyəri də onun
məktəbin məqsədi şagirdlərdə sosial nor- idrak imkanları ilə müəyyən olunmalıdır. Bu
malara, tələblərə və Qərb mədəniyyətinin yanaşmaya görə insan özü üçün deyil, nadir
gözləntilərinə uyğun gələn davranış modelinin bir fərd, mütəxəssis, bilik və bacarıqların
formalaşdırılmasıdır. Öyrətmə, treninq, test daşıyıcısı kimi dəyərdir. Bu paradiqmaya görə
nəzarəti və tənzimləmə (düzəlişlər) rasionalist xüsusilə mühəndislik təhsilində təhsilalanın
təlimin əsas metodlarındandır. şəxsiyyətinin formalaşmasına deyil, mütəxəssis
Təlimin ənənəvi və rasionalist modellərində kimi peşəkar hazırlığına, peşə keyfiyyətlərinin
çatışmazlıq onların humanist istiqamətinin formalaşdırılmasına əhəmiyyət verilir.
zəif olmasıdır. Bu modellərdə təhsilalanlara Qeyri-institusional paradiqma. Bu paradiq-
yalnız pedaqoji təsir obyekti kimi baxılır. ma qeyri-ənənəvi sosial institutlar vasitəsilə
Onlara həyat subyekti, azad şəxsiyyət, təhsilin (o cümlədən ümumtəhsil və ali
özünüinkişafa, özünütəkmilləşdirməyə qadir məktəblərdə) təşkilini nəzərdə tutur. Belə ki,
insan kimi yanaşılmır. Təhsilin rasionalist bu paradiqmaya görə insan internet
modeli yaradıcılıq, müstəqillik, məsuliyyətlilik şəbəkələrinin köməyi ilə «açıq məktəb»lərdə
və fərdiliyə şərait yaratmır. təhsil ala, distant təlim keçməklə müəyyən
Humanist (fenomenoloji) təhsil paradiq- biliklərə, ixtisaslara yiyələnə bilər. Bu yolun,
ması. Bu paradiqma həm şagirdləri, həm də bu paradiqmanın mənfi tərəflərindən biri

http://journal.edu.az 143
TƏHSİL NƏZƏRİYYƏLƏRİ

budur ki, təhsilalanla öyrədən-müəllim ara- üstünlük verilir. Formalaşdırıcı paradiqmanın


sında əlaqə – birbaşa kontakt yaranmır. Bu təhsilin məzmunu və texnologiyalara yanaşma
isə öyrənənin şəxsiyyətinin inkişafını ləngidir. baxımından özünün də iki növü vardır: 1) bi-
Təcrübə göstərir ki, öyrənən-öyrədən müna- likyönlü; 2) fəaliyyətyönlü paradiqma.
sibətlərini heç bir texnologiya əvəz edə bilməz. Təhsilə və onun təşkilinə yanaşma baxı-
Ona görə də həmişə yüksək ixtisaslı elmi- mından müasir paradiqmanın əsas mahiyyəti
pedaqoji kadr hazırlığına, onların təhsil siste- odur ki, bu gün təhsil insan üçün təkcə
mində aparıcı rol oynamasına ehtiyac vardır. müəyyən bilik, bacarıq və vərdişlərin həcmi
Humanitar paradiqma. Bu paradiqmanın deyil, həm də fasiləsiz olaraq onun qazanıl-
əsasında-mərkəzində öyrənənlər deyil, hazır masına, əldə olunmasına, toplanmasına psixolo-
bilikləri mənimsəmiş, həqiqəti dərk edən ji hazırlıqdır. Yəni insanın öz bilik və baca-
insan dayanır. Lakin məlumdur ki, birmənalı- rıqlarını daim yeniləşdirməsi, yeni tələblər
mütləq həqiqət yoxdur.Əsas məsələ həqiqətin əsasında təkmilləşdirməsi, yeni məzmunla
özü yox, ona münasibətin vacibliyidir. Bununla zənginləşdirməsi, daim özünütəhsil, özünü-
da subyekt-subyekt əlaqələri və pedaqoji pro- tərbiyə, özünüinkişafla məşğul olmasıdır.
ses iştirakçılarının münasibətləri əməkdaşlıq, Təcrübə və araşdırmalar göstərir ki,təhsil
dialoq, öz mövqeyinin müstəqil müəyyən- paradiqmaları müasir pedaqogikanın başlıca
ləşdirilməsi məsuliyyəti və mənəvi dəyərlərin obyekti rolunda çıxış edir. Bu paradiqmalar
dərki prinsipləri əsasında qurulur. cəmiyyətin mədəni dəyərləri əsasında təlim
«Kəşflər yolu ilə təlim» paradiqması. Bu və tərbiyə proseslərini birləşdirir.
paradiqmaya görə öyrənənlər dünyanı dərk Paradiqmaların müxtəlifliyi təhsilin əsas
etməli, öz kəşfləri vasitəsilə biliklərini tətbiq məqsədinə fərqli yanaşmalarla sıx bağlıdır.
etməlidirlər. Bundan ötrü şagirdlərin idrak Bu yanaşmaları aşağıdakı istiqamətlər üzrə
qüvvəsi, inkişafa xidmət edən məhsuldar göstərmək olar:
təfəkkürü olmalıdır. Yaradıcı təlim hazır 1. Dəyəryönlü (aksioloji) yanaşma. Bu
biliklərin mənimsənilməsindən onunla yanaşmaya görə təhsil və onun nəticəsində
fərqlənir ki, o, müəyyən problemin qiymət- yaranan mədəniyyət, yəni yeni mədəniyyətin
ləndirilməsi əsasında uyğun ümumiləşdir- yaranması və zənginləşdirilməsi insan həya-
mələri formalaşdırır və öyrənilən material tının mənası kimi qəbul edilir.
çərçivəsində çıxarılan qanunauyğunluqları 2. Fəaliyyət yanaşması. Bu yanaşma maddi
müəyyən edir. və mənəvi dəyərlərin yaradılması ilə bağlı
Ezoterik paradiqma. Bu paradiqma insanın fəaliyyət üsullarının tətbiqini özündə ehtiva
xarici aləmlə (dünya ilə) ən yüksək səviyyədə edir.
əlaqələrini əks etdirir. Bu paradiqmanın 3. Şəxsiyyətyönlü yanaşma. Mədəniyyət
mahiyyəti həqiqətə əbədi və dəyişməz şəxsiyyətin müəyyən olunan tiplərində özünü
münasibətlə izah edilir. Ezoterik paradiqmaya göstərir. Mədəniyyətə müxtəlif yanaşmalar,
görə pedaqoji fəaliyyətin əsas mənası kosmosla eyni zamanda təhsildə də müxtəlif paradiq-
ünsiyyət, kosmik əlaqələrin təmin olunması maların yaranmasına gətirib çıxarmışdır.
baxımından insanın təbii qüvvələrinin azadlığı Təcrübə və araşdırmalar göstərir ki, hər
ilə bağlıdır.İnsanın Yer planeti ilə, kosmosla, bir paradiqma təhsil qarşısında özünəməxsus
cəmiyyətlə, özünün özü ilə harmonik müna- suallar qoyur. Bu suallar əsasən aşağıdakı
sibətlərini yaratmaq üçün bütövlükdə qarşılıqlı məsələlərlə bağlı olur:
əlaqələr sistemini, insanın qarşılıqlı əlaqələrinin 1) tədris müəssisəsinin sosial institut kimi
mahiyyətini öyrənmək tələb olunur. funksiyası; 2) səmərəli təhsil sistemi; 3) tədris
Təcrübə göstərir ki, müasir dövrdə daha müəssisəsinin prioritetləri haqqında məsələ;
çox iki paradiqmaya: formalaşdırıcı (ənənəvi) 4) təhsilin məqsədinin ictimai əhəmiyyətliliyi;
və şəxsiyyətyönlü (humanist) paradiqmalara 5) təhsilin məzmun məsələsi (hansı bilik,

144 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №3


İntiqam Cəbrayılov
Müasir təhsilin məzmununun formalaşdırılmasının aktual problemləri

bacarıq və vərdişlər dəyərlərdir? Bu, kimin 3) təhsilin obyekt və məqsədinin mədəni


üçün dəyərlidir?) insan olması;
4) təhsilin mədəniyyətyönlü məzmununun
Təhsilin məzmununun kulturoloji formalaşdırılması zəruriliyi və təhsil müəs-
paradiqmaya əsaslanması sisələrində mədəni həyat norma və nümu-
nələrinin yaradılması, təhsilin mədəniyyətə
Bəzən elmi ədəbiyyatda təhsil paradiqmaları inteqrasiyası;
sırasında kulturoloji paradiqma ayrıca göstərilir 5) təhsilin milli və dünyəvi mədəniyyət
[Симоненко В.Д., Ретивых М.В.. – Брянск, kontekstində həyata keçirilməsi onun
2003; Бим-Бад, Б. М., Москва, 2007]. məzmununun humanistləşdirilməsini nəzərdə
Bu baxımdan təhsil sosio-mədəni fenomen tutur: humanist təhsil, təlim-tərbiyə texno-
kimi qəbul olunur. Bu isə eyni zamanda təhsilin logiyalarının tətbiqi, təlim-tərbiyə müəssi-
mədəniyyətəuyğunluğu prinsipinin vacib prin- sələrində yaradıcı özünüreallaşdırma qabi-
sip kimi mühüm əhəmiyyət daşıdığını liyyətinə malik şəxsiyyətlərin formalaşdırıl-
söyləməyə əsas verir. Təsadüfi deyil ki, müasir ması;
dövrdə mədəniyyət dedikdə təhsil, elm, 6) yaradıcılıq mədəniyyətin inkişafının
incəsənət, dövlətçilik və mənəviyyat sahəsində əsasıdır, sağlam əməkdaşlıq münasibətlərinin
inkişaf məsələləri də başa düşülür. Bu gün formalaşdırılmasına xidmət edən kreativlik
təhsil və mədəniyyətin qarşılıqlı əlaqələri prinsipinin nəzərə alınmasının zəruriliyi;
problemi xüsusi tədqiqatların predmeti ol- 7) təhsil həm də mədəniyyətlə, insanların
maqla təhsilin kulturoloji paradiqmasının fikir, ideya, düşüncələri ilə daha da zəngin-
inkişafına xidmət edir.4 ləşməlidir.
M.M.Baxtin və V.S.Bibler təhsil və Kulturoloji yanaşma şəxsiyyətyönlü təhsilin
mədəniyyətin dialoq konsepsiyasını işləyib əsas layihələndirmə metodu kimi qəbul olunur.
hazırlamışlar. Bu konsepsiyaya görə müxtəlif Kulturoloji yanaşmaya görə kiçik yaşlarından
mədəniyyətli insanların dialoqu mədəniy- başlayaraq insana subyekt kimi baxılır, eyni
yətlərin və təhsilin didaktik vəhdətdə mövcud- zamanda onun mədəni özünüinkişafa qabil
luğunun əsas formasıdır. Bu isə təhsilin olduğu mühüm bir komponent kimi qəbul
mədəniyyətyönlü əsas dəyərlərinin müəyyən edilir, müəllim isə təhsilalanla mədəniyyət
olunması imkanlarını yaradır. Belə bir nəticəyə arasında vasitəçi hesab olunur. Kulturoloji
gəlmək olur ki, insan mədəniyyətin, xüsusi yanaşmanın digər bir komponenti budur ki,
həyat və fərdi inkişaf subyektidir. Təhsil isə təhsil mədəni prosesdir. Onun hərəkətverici
ətraf mühitin mədəni inkişafının təminat- qüvvəsi təhsil işçilərinin dialoq və əməkdaşlığı,
çısıdır. Yaradıcılıq və dialoq mədəni təhsil şəxsi fikirləridir. Məktəbə münasibətin
mühitində insanın mövcudluğu və özünü- bütövlükdə mədəni təhsil mühitinə münasibət
inkişafının üsullarıdır. Bu fikirlər əslində xarakteri daşıması da kulturoloji yanaşma
şəxsiyyətyönlü təhsilin kulturoloji konsepsiya komponenti kimi mühüm əhəmiyyət kəsb
üzərində təşkili problemini də diqqətə çatdırır. edir. Məhz belə münasibət, belə yanaşma
Kulturoloji konsepsiyanın mahiyyəti əsasında mədəni həyat nümunələri yaradılır,
aşağıdakı əsas müddəalarla əsaslandırıla bilər: mədəni insan tərbiyəsi həyata keçirilir.
1)müasir dövrdə mədəniyyətyönlülüyün,
o cümlədən pedaqoji mədəniyyətin təhsil
islahatının əsas prinsipi kimi qəbul olunması;
...............................................................................................
2) təhsil insanın mənəvi siması kimi; bu 4
www.culturedialogue.org/drupal/ru/node/361;
mənəvi simanın mədəni əxlaqi və mənəvi
www.culturedialogue.org/drupal/ru;
dəyərlərin mənimsənilməsi prosesində www.teoriapractica.ru/rus/files/arhiv_zhurnala/
yaranması; 2013/1/pedagogika/chumakolenko.pdf

http://journal.edu.az 145
TƏHSİL NƏZƏRİYYƏLƏRİ

Kulturoloji yanaşmaya görə təhsilin mərkə- laşması Azərbaycan Respublikasının müs-


zində azad, fərdi keyfiyyətləri ilə fərqlənən, təqillik əldə etməsilə, XX yüzilliyin sonu, XXI
digər insan və mədəniyyətlərlə ünsiyyət və yüzilliyin əvvəllərində təhsil sahəsində dövlət
əməkdaşlıqda özünü reallaşdıra bilən, siyasətinin milli və bəşəri dəyərlər əsasında
şəxsiyyətini təsdiq edən insan dayanır. Tarixi müəyyənləşdirilməsi ilə bilavasitə bağlıdır.
təcrübə də sübut edir ki, təhsil mədəniyyətin Xüsusilə 1999-cu ildə ulu öndər Heydər
tərkib hissəsi olmaqla, həm də onu qoruyub Əliyevin təsdiq etdiyi «Azərbaycan Respub-
saxlayır, inkişaf etdirir, insan vasitəsilə daim likasının təhsil sahəsində İslahat Proqramı»nın
mədəniyyətin zənginləşməsinə ciddi təsir tətbiqi yeni məzmunun formalaşdırılması və
göstərir. Ona görə də təhsil, eyni zamanda bir davamlı olaraq təkmilləşdirilməsi üçün geniş
sıra mədəni funksiyaları da yerinə yetirir. Bu imkanlar açdı [«Azərbaycan Respublikasının
funksiyalar aşağıdakılardır: təhsil sahəsində İslahat Proqramı». Bakı, 1999].
1. Humanitar funksiyalar. Buraya insanın XXI yüzilliyin əvvəllərində yeni təhsil
ekoloji, cismən, fiziki və ruhi sağlamlığı, şəxsi proqramlarının-kurikulumun hazırlanması və
azadlığı, fərdiliyi, mənəviliyinin qorunması tətbiqi ölkə təhsilinin məzmununun nəzəri
və bərpası daxildir. və praktik baxımdan yenilənməsində mühüm
2. Mədəniyyətyaradıcı funksiyalar. Buraya rol oynadı. Ənənəvi yanaşmadan fərqli olaraq
təhsil vasitəsilə mədəniyyətin qorunması, müasir yanaşmada təhsilin məzmunu bir neçə
ötürülməsi, yenidən bərpası və inkişafı daxil- istiqamətdə yeniləndi. Hər şeydən əvvəl,
dir. təhsilin məzmununun şəxsiyyətyönlü olması
3. Sosioloji funksiyalar. Buraya sosial təcrü- mühüm şərtlərdən biri kimi qəbul olundu.
bənin mənimsənilməsi və bərpası daxildir.5 Digər tərəfdən məqsədin nəticə şəklində ifadə
Mövcud təcrübə və tədqiqat göstərir ki, olunması, tədris ili ərzində fənlər, siniflər üzrə
təhsilin məqsədi, vəzifələri və məzmununu gözlənilən nəticənin dəqiq ifadə edilməsi
əslində mədəniyyət müəyyənləşdirir. Yəni məzmun standartlarının formalaşdırılmasının
cəmiyyət bu gün insanı necə görmək istəyir? mühüm tələbi kimi nəzərə alındı. Yeni
İnsan hansı dəyərlərin daşıyıcısı olmalıdır? yanaşmaya görə təhsilin məzmunu standart-
Mədəni insan dedikdə nə başa düşülür? larda əksini tapdı.
Mədəniyyətin inkişafı cəmiyyətə hansı töhfələri XXI yüzilliyin əvvəllərində hazırlanan yeni
verir? Bu və ya digər sualların cavablan- təhsil proqramları (kurikulum) Azərbaycan
dırılması bilavasitə təhsillə bağlıdır. Təhsilsiz təhsilinin inkişafında həqiqətən mühüm rol
mədəniyyət formalaşa bilməz. Bu baxımdan oynadı. Lakin zaman keçdikcə, cəmiyyət inkişaf
təhsil prosesinə kulturoloji yanaşma təhsilin etdikcə hər bir konseptual sənədin dəyişməsi,
məzmununu zənginləşdirməklə bəarabər, eyni məzmunun yeniləşməsi, təkmilləşməsi, yeni
zamanda mədəniyyəti yaradan, inkişaf etdirən texnologiyaların tətbiqi vacibdir. Dünya
insanın, şəxsiyyət-vətəndaşın formalaşmasına ölkələrinin təcrübəsi də göstərir ki, müasir
geniş imkanlar yaradır. Bu şəxsiyyətlər isə dövrdə rəqabətqabiliyyətli şəxsiyyətlərin
şübhəsiz ki, xalqı, milləti, dövləti düşünən, formalaşdırılması, cəmiyyət üçün peşəkar,
onu inkişaf etdirən insanlardır. səriştəli kadrlar hazırlamaq üçün təhsilin
məzmununda ən vacib kompetensiyalar,
Təhsilin yeni məzmununun səriştələr nəzərə alınmalı və təhsil fəaliyyəti
formalaşdırılmasında islahatların məhz bu əsaslar üzərində həyata keçirilməlidir.
imkanları Bu baxımdan səriştə əsaslı təhsilin məzmunu
problemi həm dövlət sənədlərində, o cümlədən,
Qeyd etmək lazımdır ki, müasir dövrdə
ölkəmizdə təhsilin məzmununun köklü surətdə ...............................................................................................
dəyişməsi, yeni, milli məzmununun forma- 5
www.culturedialogue.org/drupal/ru/node/361

146 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №3


İntiqam Cəbrayılov
Müasir təhsilin məzmununun formalaşdırılmasının aktual problemləri

«Azərbaycan Respublikasında təhsilin inkişafı Kurikulum Çərçivəsinin hazırlanması üçün


üzrə Dövlət Strategiyası»nda) «Azərbaycan təlimat. Bakı, 2018].
Respublikasının Milli İqtisadiyyat Perspektivi Müxtəlif ölkələrdə təhsilalanlarda forma-
üzrə Strateji Yol Xəritəsi»ndə əksini tapmış, laşdırılması nəzərdə tutulan səriştələrin də
həm də tədqiqatçılar üçün araşdırma problemi fərqliliyinə diqqət yetirək. Məsələn, Cənubi
olmuşdur.6 Koreyada Milli Kurikulum Çərçivəsi üzrə
Tədqiqatlar göstərir ki, səriştə anlayışı formalaşdırılan səriştələr bunlardır:
nəticə etibarilə həyati bacarıqları ifadə edir.7 1) şəxsiyyətin hərtərəfliliyi; 2) yaradıcı ol-
Yəni səmərəli öyrənmə üçün vacib olan həyati maq,bilik və bacarıqlarını tətbiq edə bilmək;
bacarıqlar və bu bacarıqları tətbiq etmək 3) Koreya mədəniyyəti və mirasına hörmət
qabiliyyəti səriştələrdir. Ayrı-ayrı ölkələrdə etmək; 4) karyera qura bilmək; 5) fəal vətəndaş
təhsilalanların səriştəliliyi probleminə olmaq.
yanaşmada ümumi xüsusiyyətlər olsa da, fərqli Sinqapurda isə 4 mühüm səriştənin adı
cəhətlər də mövcuddur. Bu, səriştələrin həm çəkilir: 1) özünə güvənmək; 2) müstəqil öyrənə
ardıcıl sıralanması, həm onun məzmunu, həm bilmək; 3) aktiv töhfə verə bilmək; 4) qayğıkeş
də sayı ilə bağlıdır. vətəndaş olmaq [Xarici ölkələrin Milli Kuriku-
Qeyd etmək lazımdır ki, «Təhsil haqqında lum Çərçivələrinin araşdırılması və Azərbaycan
Azərbaycan Respublikasının Qanunu»nda Respublikası Milli Kurikulum Çərçivəsinin
səriştələr ümumi şəkildə, təhsilin məqsədinin hazırlanması üçün təlimat. Bakı, 2018].
şərhində verilmişdir. Bu baxımdan müddəa- Nümunədən göründüyü kimi, səriştələr
lardan birinə diqqət yetirək: sayca çox deyil. Lakin bu səriştələrin hər biri
«Azərbaycan dövləti qarşısında öz məsu- geniş məna ifadə edir və onların hər birini
liyyətini dərk edən, xalqının milli ənənələrinə müxtəlif hissələrə bölərək sayını artırmaq
və demokratiya prinsiplərinə, insan hüquqları mümkündür. Bu baxımdan Azərbaycan
və azadlıqlarına hörmət edən, vətənpərvərlik Respublikası Milli Kurikulum Çərçivəsində
və azərbaycançılıq ideyalarına sadiq qalan, əks olunması təklif olunan səriştələr maraq
müstəqil və yaradıcı düşünən vətəndaş və doğurur:
şəxsiyyət» [Təhsil haqqında Azərbaycan 1) Vətənə, dövlətə, xalqa, millətə məhəbbət
Respublikasının Qanunu, Bakı, 2009]. və sədaqət; 2) milli iftixar hissi; 3) ana dilinə,
Bu müddəadan göründüyü kimi formalaş- xalqının mədəni irsinə, tarix və mədəniyyətinə,
dırılması nəzərdə tutulan səriştələr təhsilin mili mənəvi dəyərlərinə, bəşəri dəyərlərə
məqsədində sadalanmışdır. hörmət; 4) əks qüvvələrə qarşı barışmazlıq;
Beynəlxalq təcrübədə isə məqsəd və səriş- 5) nitq fəaliyyəti; 6) əməkdaşlıq və birgə
tələr ayrı-ayrılıqda verilir. Əvvəlcə bəzi ölkə- fəaliyyət; 7) xarici dil bacarıqları; 8) azad-
lərdə ümumi təhsilin məqsədinin necə ifadə fikirlilik və fərqli düşüncə tərzi; 9) təşəb-
olunmasına diqqəti yönəldək. Məsələn, Yeni büskarlıq; 10) müstəqil öyrənmə; 11) hü-
Zelandiyada təhsil sisteminin məqsədi gənc quqlara hörmət; 12) analiz-sintez; 13) məntiqi
nəslin özünə əmin, aktiv iştirakçı, həyat boyu ...............................................................................................
öyrənənlər olmasına çalışmaqdır. Avstraliyada 6
Azərbaycan Respublikasında təhsilin inkişafı
isə təhsilin məqsədi «təhsil sistemində ədalət, üzrə Dövlət Strategiyası.
bərabərlik və mükəmməlliyi təmin etmək, https://www.president.az/articles/9779,
gənc nəslin (avstraliyalıların) uğurlu öyrə- Azərbaycan Respublikasının Milli İqtisadiyyat
nənlər, özünə inamlı və yaradıcı fərdlər, aktiv Perspektivi üzrə Strateji Yol Xəritəsi.
https://azertag.az/store/files/untitled%20folder/
və məlumatlı vətəndaşlar olmasını təmin _STRATEJI%20YOL%20XERITESI_.pdf
etmək» kimi qəbul olunmuşdur [Xarici 7
Azərbaycan Respublikasında təhsilin inkişafı
ölkələrin Milli Kurikulum Çərçivələrinin üzrə Dövlət Strategiyası.
araşdırılması və Azərbaycan Respublikası Milli https://www.president.az/articles/9779

http://journal.edu.az 147
TƏHSİL NƏZƏRİYYƏLƏRİ

və tənqidi yanaşma tərzi; 14) tədqiqatçılıq; Kurikulum Çərçivələrinin araşdırılması və


15) riyazi biliklərin həyati problemlərin həllinə Azərbaycan Respublikası Milli Kurikulum
təminat yaratması; 16) iqtisadi təfəkkürün Çərçivəsinin hazırlanması üçün təlimat. Bakı,
formalaşdırılması; 17) informasiya mədə- 2018].
niyyətinin formalaşdırılması; 18) müxtəlif Göründüyü kimi, qeyd olunan dəyərlərin
mədəniyyətlərə həssas və dözümlü münasibət; təklif olunan səriştələrlə bilavasitə, birbaşa
19) estetik dünyagörüşünün, hissi-emosional bağlılığı vardır. Bu dəyərlər əslində qazanılacaq
bacarıqların formalaşdırılması; 20) harmonik səriştələrin mahiyyətində özünü göstərir.
inkişaf və sağlamlığın mühafizəsi [Xarici Beləliklə, səriştə əsaslı təhsilin məzmunu həm
ölkələrin Milli Kurikulum Çərçivələrinin də dəyəryönlü səciyyə daşıyır. Sadaladığımız
araşdırılması və Azərbaycan Respublikası Milli dəyərlər sırasında humanistlik, yaxud humanist
Kurikulum Çərçivəsinin hazırlanması üçün dəyərlər qeyd oluna bilər. Çünki təhsilin
təlimat. Bakı, 2018]. məzmununun ana xəttində təhsilalanlara hu-
Əlbəttə, burada da ümumiləşdirmə apar- manist fikir və ideyaların aşılanması, onlarda
maq, qeyd olunan səriştələri müxtəlif para- humanist düşüncə sisteminin formalaşdırılması
metrlər üzrə qruplaşdırmaq mümkündür. dayanmalıdır. Humanist düşüncə isə humanist
Lakin bu səriştələrin hər biri bu gün təhsil dəyərlər əsasında, bu dəyərlərə xüsusi əhə-
alan Azərbaycan şagirdləri, yeniyetmə gənclər miyyət verilməsi, onun şəxsiyyətin yetiş-
üçün olduqca vacibdir. dirilməsinə təsiri nəticəsində formalaşır.
Səriştə əsaslı təhsilin məzmunu dəyəryönlü Səriştə əsaslı təhsilin məzmununda əksini
olmalıdır. Yuxarıda qeyd olunan səriştələrdə tapan dəyərlər sistemində tədqiqatçılıq kom-
bu və ya digər dəyərlər əksini tapmışdır. ponenti mühüm yer tutur. Tədqiqatçılıq
«Azərbaycan Respublikası Milli Kurikulum özlüyündə bir səriştə hesab olunmaqla, həm
Çərçivəsinin hazırlanması üçün təlimat»da də kreativlik bacarıqlarının reallaşmasından
dəyərlər aşağıdakı şəkildə göstərilmişdir: irəli gələn bir dəyərdir. Yəni tədqiqat yara-
1) vətəndaş təfəkkürü – vətənə, dövlətə, dıcılıqdan doğur, yaradıcılıq isə tədqiqatçılığı
xalqa, millətə məhəbbət və sədaqət, milli formalaşdırır. Müasir təhsilin inkişafı yaradıcı
iftixar hissi, ana dilinə, xalqının mədəni irsinə, düşünən, yeni təfəkkür mədəniyyətinə
tarix və mədəniyyətinə, milli mənəvi yiyələnən şəxsiyyətin formalaşdırılması ilə
dəyərlərinə, bəşəri dəyərlərə hörmət, əks bağlı olduğu qədər, şəxsiyyətin formalaş-
qüvvələrə qarşı barışmazlıq; dırılması da təlim-tərbiyə prosesində
2) müstəqillik və demokratiklik-azad- təhsilalanlarda tədqiqatçılığın formalaşdırıl-
fikirlilik və fərqli düşüncə tərzi, təşəbbüskarlıq, ması ilə əlaqəlidir.
müstəqil öyrənmə, hüquqlara hörmət; Tədqiqatçılıq fəaliyyəti təhsilalanlarda
3) kreativlik-analiz-sintez, məntiqi və tənqidi özünəinam, müstəqil düşüncə tərzi, hadisə
yanaşma tərzi, tədqiqatçılıq; və proseslərin səbəb-nəticə əlaqələrini
4) riyazi və iqtisadi savadlılıq. İKT savadlılığı- müəyyənləşdirə bilmək, bu və ya digər
riyazi biliklərin həyati problemlərin həllinə məsələlərə tənqidi yanaşma, mürəkkəb
təminat yaratması, iqtisadi təfəkkürün şəraitdən baş çıxarmaq, özünün şəxsi mövqeyi-
formalaşdırılması, informasiya mədəniyyətinin ni əsaslandıra bilmək və s. kimi zəruri
təşəkkülü; səriştələri formalaşdırır. Tədris olunan fənnin
5) tolerantlıq-müxtəlif mədəniyyətlərə adından, məzmunundan asılı olmayaraq hər
həssas və dözümlü münasibət; bir mövzunun öyrənilməsində, yaxud
6) estetik və fiziki mədəniyyət- estetik dərsdənkənar (auditoriyadankənar) tədbir-
dünyagörüşünün, hissi-emosional bacarıqların lərdə təhsilalanları tədqiqatçılığa yönəltmək
formalaşdırılması, harmonik inkişaf və vacibdir. Yeni təhsil proqramları, fənn
sağlamlığın mühafizəsi [Xarici ölkələrin Milli kurikulumları standartların məqsədəuyğun

148 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №3


İntiqam Cəbrayılov
Müasir təhsilin məzmununun formalaşdırılmasının aktual problemləri

mənimsənilməsi baxımından təhsilalanların paradiqmalarının mahiyyətindən doğan ideya


tədqiqatçılıq fəaliyyətinin təşkili üçün geniş və müddəaların tətbiqi mühüm əhəmiyyət
imkanlar açır. kəsb edir. Beləliklə, səriştə əsaslı təhsilin
Təcrübə göstərir ki, tədqiqat nəticəsində məzmunu həm də dəyəryönlü səciyyə daşıyır.
qazanılan bilik daha möhkəm və əsas- Bu dəyərlər sırasında humanistlik, yaxud hu-
landırılmış olur. Bu biliklər sadəcə nəzəri bilik manist dəyərlər mühüm əhəmiyyət kəsb edir.
kimi qalmır. Şagird, yaxud tələbə əldə etdiyi Çünki təhsilin başlıca məzmun xəttində
bilikləri tətbiq etməyi, digər hadisə və öyrənənlərə humanist baxışlar sisteminin
proseslərlə bağlı problemin araşdırılmasında aşılanması, onlarda humanist vətəndaş
ondan istifadə etməyi, ona əsaslanmağı bacarır. mövqeyinin inkişaf etdirilməsi zəruridir. Hu-
Beləliklə, məntiqi və tənqidi təfəkkürü ilə manist baxışlar sistemi isə təbii ki, ilk növbədə,
yanaşı yaradıcı təfəkkürü də inkişaf edir. humanist dəyərlər əsasında formalaşır. Bu
baxımdan qloballaşan dünyada şəxsiy-
Nəticə yətyönlülük, mədəniyyətyönlülük, humanistlik
kimi başlıca paradiqmaların təhsilin məzmu-
Təcrübə və araşdırmalardan göründüyü nunda əks olunmasının yetkin şəxsiyyətin
kimi, müasir dövrdə səriştə əsaslı təhsilin formalaşdırılmasına, cəmiyyətin inkişafına
məzmununun formalaşdırılmasında təhsil təsir gücü çox böyükdür.

İstifadə edilmiş ədəbiyyat 7. Арасланова А. А. (2010) Кризис


классического образования в эпоху
1. Azərbaycan Respublikasının Milli смены педагогических парадигм //
İqtisadiyyat Perspektivi üzrə Strateji Yol Вестник Челябинского государственного
Xəritəsi – https://azertag.az/store/files/ педагогического университет. №3. c.14 –
untitled%20folder/_STRATEJI%20YOL%20 23.
XERITESI_.pdf. 8. Библер В.С.; Бахтин М. М. (1991) Или
2. Azərbaycan məktəbi jurnalı (Azerbaijan поэтика культуры. (На путях к
Journal of Educational Studies). (2018), Sayı гуманитарному разуму) Москва, 170 с.
683, №2, Bakı, CBC PP. Диалог культур XXI ВЕК –
3. Azərbaycan Respublikasında təhsilin inkişafı http://www.culturedialogue.org/drupal/ru/
üzrə Dövlət Strategiyası. node/361.
https://www.president.az/articles/9779. 9. Библер В.С.Культура и образование
4. Xarici ölkələrin Milli Kurikulum (размышление в семи тезисах). Диалог
Çərçivələrinin araşdırılması və Azərbaycan культур XXI ВЕК –
Respublikası Milli Kurikulum Çərçivəsinin http://www.culturedialogue.org /drupal/ru.
hazırlanması üçün təlimat (2018). Bakı, 10. Бим-Бад Б.М. (2002) Педагогический
ARTİ, 25 s. энсиклопедический словаръ. – Мoсква,
5. Təhsil haqqında Azərbaycan Respublikasının с.185.
Qanunu. (2009) Təhsil xəbərləri, №6, s.18-19 11. Бим-Бад Б.М. (2007) К вопросу о
– http:// www.edu.gov.az/az/page/72/302. культуросообразности образования //
6. Воронин А.С. (2006) Словаръ термином по Культурная парадигма, Москва. Народное
общей и социалъной педагогике. образование, с. 11–14.
Екатеринбург. ГОУ ВПО УГТУ- УПИ – 12. Кукушин В.С. Общие основы педагогики.
https:// www.social_pedagogy.academic.ru/ Парадигмы образования
463/%D0%9F%. https://eusi.ru/lib/kukushin_obsie/2.php.

http://journal.edu.az 149
TƏHSİL NƏZƏRİYYƏLƏRİ

13. Общая и профессиональная педагогика: 15. Философский энсиклопедический


Учебное пособие для студентов, словаръ (2003) Москва, ИНФРА-М, 576 с. –
обучающихся по специальности http://www.rubricon.com/fes_1.asp.
«Профессиональное обучение»: В 2-х 16. Чумаколенко Н.А. Теория «диалога
книгах / Под ред. В.Д. Симоненко, М.В. культур» М.М. Бахтина – В.С. Библера и
Ретивых. – Брянск, Изд-во Брянского развитие медиаобразования в
государственного университета, художественно-эстетическом
Кн.1,174 с. образовании и воспитании школьников –
14. Павелко Н.Н. (2004) Культурологическая http://www.teoriapractica.ru/rus/files/
парадигма теории профессионально- arhiv_zhurnala/2013/1/pedagogika/
педагогической культуры преподавателя chumakolenko.pdf.
высшей школы. Aвтореферат 17. Шмырова Н.А., Губанова М.И., Крецан З.В.
диссертации по культурологии, (2002) Педагогические системы: научные
специальность ВАК РФ, основы, управление, перспективы
№24.00.01.Краснодар. развития. Кемерево, с.59.
– http:// www .cheloveknauka.com/
kulturologicheskaya-paradigma-teorii-
professionalno-pedagogicheskoy-kultury-pre
podavatelya-vysshey-shkoly#ixzz5Ef2uidOa.

150 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №3

You might also like