You are on page 1of 13

AZƏRBAYCAN MƏKTƏBİ. 2018.

№4 İMTAHAN və QİYMƏTLƏNDİRMƏ

Ümumi təhsil məktəblərində aparılan


qiymətləndirmələrin nəticələrindən
istifadə imkanları
Nəzakət Mehdiyeva

Müəllif: Annotasiya. Məqalədə summativ məktəbdaxili qiymətləndirmələrə


Nəzakət Mehdiyeva — verilən tələblər, onların spesifik xüsusiyyətləri, nəticələrinin təhlili
Azərbaycan Respublikası və həmin nəticələrdən qərarların qəbulu prosesində istifadə imkanları
Təhsil İnstitutunun haqqında danışılır. Həmçinin tədris prosesində qiymətləndirmələrin
fəlsəfə doktoru proqramı rolu, şagirdlərin öyrənmə nəticələrinə təsiri təsvir olunur,
üzrə dissertantı, qiymətləndirmənin təşkili yolları, tətbiq üsulları və vasitələri
Təhsil İşçilərinin Peşəkar araşdırılır. Qiymətləndirmələr vasitəsilə toplanılan məlumatlardan
İnkişafı İnstitutunun istifadə edərək kurikulumların, dərsliklərin, müəllim hazırlığının,
direktor müavini. təlim materiallarının keyfiyyəti haqqında fikir söyləmək və müvafiq
E-mail: qərarlar vermək mümkün olduğu üçün vasitələrin tərtibatından
n.mehdiyeva@tipii.edu.az nəticələrin təhlilinə qədər bütün proseslərin vahid prinsiplərə
uyğun qurulması məqalənin ana xəttini təşkil edir. Məqalədə
summativ qiymətləndirmənin nəticələrindən həm də formalaşdırıcı
və diaqnostik vasitə kimi istifadə etmək, eyni zamanda şagirdlərin
nəticələrini məktəb daxilində və məktəblər arasında müqayisə
Açar sözlər: etmək imkanları şərh olnur. Beynəlxalq təcrübədən yararlanaraq
Summativ meyara əsaslanan və normaya əsaslanan qiymətləndirmələrin
qiymətləndirmə, mahiyyəti haqqında danışılır. Qiymətləndirmə vasitələrinin xarakterik
qiymətləndirmə xüsusiyyətləri təsvir edilir, onlar xatırlamağa, mühakimə yürütməyə,
prinsipləri, dəyərləndirməyə, yaradıcı düşünməyə istiqamətləndirən suallar
qiymətləndirmə meyarı, olmaqla fərqləndirilir və bu tipli sualların şagirdlərin təlim
rubrik, analitik nəticələrinin qiymətləndirilməsindəki rolu aydınlaşdırılır. Məqalədə
qiymətləndirmə, normaya şagirdlərin qiymətləndirmə nəticələrindən məlumat mənbəyi kimi
əsaslanan istifadə etmək üçün statistik təhlillərin əhəmiyyətindən də bəhs
qiymətləndirmə, meyara olunur. Diqqət yetirilən məsələlərdən biri də obyektiv hesabatlılığın
əsaslanan təşkili məsələsidir. Vurğulanan məsələlər «obyektiv qiymətləndirmənin
qiymətləndirmə. təşkili obyektiv hesabatlılığın təminatıdır» fikrini dəstəkləyir.

https://orcid.org/0000-0003-1818-789X
DOI: 10.32906/AJES/683.2018.04.27

Məqaləyə istinad: Mehdiyeva N. (2018) Ümumi təhsil məktəblərində aparılan qiymətləndirmələrin nəticələrindən
istifadə imkanları. «Azərbaycan məktəbi». № 4 (685), səh. 41–53.
Məqalə tarixçəsi
Göndərilib: 18.09.2018; Qəbul edilib: 21.11.2018

http://journal.edu.az 41
Azerbaijan Journal of Educational Studies. 2018. №4 TESTING and EVALUATION

Opportunities to use the results of


assessments in the secondary
schools
Nazakat Mehdiyeva

Author: Abstract. The article discusses the requirements for final school-
Nazakat Mehdiyeva, based assessments, their specific features, analysis of results and the
Deputy Director, usage of this information in the decision-making process. It also
Educator’s Professional describes the role of assessments in the learning process, the impact of
Development İnstitute, results students learning outcomes, ways of organising assessment,
Ph.D doctorate for application methods and tools. The role of assessments in the learning
Education Institute of process, the impact of pupils on learning outcomes, ways of evaluating
Azerbaijan Republic. assessment, application methods and tools are also being studied. It is
E-mail: possible to give an idea about the quality of curricula, textbooks,
n.mehdiyeva@tipii.edu.az teacher training, learning materials and make appropriate decisions
using the information collected through assessments. The main line of
the article is the creation of all processes in accordance with single
principles, from the design of tools to the analysis of the results. The
article also provides an overview the final assessment results as a
formal and diagnostic tool, as well as comparing students' outcomeat
school and between schools. The essence of criteria-based and normative
assessments using international experience is also stated in the article.
Keywords: The characteristics of the assessment tools, which are distinguished by
Summative assessment, questions of remembrance, judging, evaluating, creative thinking, and
prinsiples of assessment, explaining the role of such questions in assessing the learning outcomes
assessment criteria, of students are discribed in the article. The article also emphasizes the
rubrics, analitic importance of statistical analyzes to make students use the results as a
assessment, norm- source of information. One of the issues highlighted in the article is the
referenced assessment, issue of objective accountability. The highlighted issues support the
criterion-referenced idea that the objective assessment is the provision of objective ac-
assessment. countability.

https://orcid.org/0000-0003-1818-789X
DOI: 10.32906/AJES/683.2018.04.27

To cite this article: Mehdiyeva N. (2018) Opportunities to use the results of assessments in the secondary schools.
Azerbaijan Journal of Educational Studies. Vol. 685, Issue IV, pp. 41–53
Article history
Received: 18.09.2018; Accepted: 21.11.2018

42 http://journal.edu.az
Nəzakət Mehdiyeva
Ümumi təhsil məktəblərində aparılan qiymətləndirmələrin nəticələrindən istifadə imkanları

Qiymətləndirmə təhsilalanların bilik və məqsədi ilə təşkilinin bir-birinə uyğunluğunu


bacarıqlara yiyələnməsi, onlardan istifadə bildirir. Bu zaman məqsəd müəyyənləşdirilir,
etmək imkanları haqqında məlumatların top- məlumatların toplanılması və təhlili üsulları
lanması prosesidir. Bu məlumatlar şagirdlərin seçilir, toplanılan məlumatların xüsusiyyətləri
təlim nailiyyətləri ilə yanaşı onların məktəbə araşdırılır, veriləcək qərarın mahiyyəti təsvir
və təlimə münasibəti, müəllimlərin hazırlıq edilir. Müvafiq qərarlar toplanılmış qiymət-
səviyyəsi haqqında nəticə çıxarmaq üçün də ləndirmə məlumatları əsasında qəbul edilir.
əhəmiyyətlidir. Ümumi təhsil məktəblərində Vaciblik qiymətləndirmək üçün təlim
bu cür dolğun informasiyanı fənnin tədris nəticələrinin ən vaciblərinin seçilməsidir.
olunan müəyyən hissəsinin sonunda keçirilən Şagirdlər, adətən, qiymətləndirilən məsələlərə
summativ qiymətləndirmələr vasitəsilə almaq təlim prosesində daha ciddi yanaşırlar. Peşəkar
mümkündür. Summativ qiymətləndirmələr müəllim isə qiymətləndirilməsi vacib olan
təhsilalanların təlim nailiyyətlərini adətən təlim nəticələrini müəyyənləşdirməyi bacarır.
rəqəmli qiymət şəklində ifadə edir və ona Qiymətləndirmənin vaciblik prinsipinə əməl
görə də formal qiymətləndirmə hesab olunur. etmək üçün «Qiymətləndirilməsi vacib olan
Bu proses testlərin keçirilməsi, şagird layi- təlim nəticələri hansılardır?», «Əldə olunmuş
hələrinin təqdimatı, yekun tapşırıqların yox- bilik və bacarıqarın həyati əhəmiyyəti varmı?»,
lanılması kimi üsullarla həyata keçirilir. Sonra «Növbəti mərhələdə şagirdin təhsili üçün bu
bu məlumatlar təhlil olunur, valideynlərə bilik və bacarıqlar nə qədər vacibdir?» kimi
ötürülür və ya qiymətləndirmənin məqsə- suallara cavab axtarmaq lazımdır.
dindən asılı olaraq müxtəlif rəsmi göstərişlər Validlik (müvafiqlik) qiymətləndirmə
şəklində istifadə olunur. Bu yolla maraqlı vasitələri və qiymətləndirmə meyarlarının
tərəflərə şagirdlərin fənn biliyi və bacarıqları şagirdlərin nailiyyətlərini qiymətləndirilən
haqqında məlumat verilir. Həmin məlumatların sinfin təlim nəticələri üzrə ölçməli olduğunu
təlimin səmərəliliyinin artırılmasında necə ehtiva edir. Şagirdlərin bilik və bacarıqlarını
istifadə olunması ilk növbədə müəllimin dəqiq nümayiş etdirən qiymətləndirmə
peşəkarlığından, sonra isə təhsili idarə edən alətlərini seçmək lazımdır. Bu prosesdə «Necə
orqanların, pedaqoji ictimaiyyətin yanaş- əmin ola bilərik ki, qiymətləndirmək istədiyimiz
malarından asılıdır. Belə ki, bu nəticələrdən təlim nəticələri tədris olunmuş təlim
tədris prosesinin planlaşdırılması, balların nəticələridir?», «Hansı tapşırıqlar şagirdlərin
hesablanması, qiymətin yazılması, təhsil onlardan gözlənilən nəticələrə nail olduğunu
sənədlərinin verilməsi, təhsilin bir pilləsindən göstərə bilər?» kimi suallara verilən cavablar
digərinə keçilməsi ilə yanaşı, müqayisələrin qiymətləndirmə vasitələrinin validliyini
aparılması, pedaqoji nəzəriyyələrin forma- müəyyənləşdirə bilər.
laşdırılması, təhsil siyasətinin qurulması, təlim Relevantlıq (etibarlılıq) qiymətləndirmə
resurslarının bölgüsü, kurikulumun və tədrisin meyarları və rubriklərinin etibarlılığını ifadə
keyfiyyətinin dəyərləndirilməsi prosesində edir. Belə ki, qiymətləndirilən eyni iş (şagirdin
istifadə etmək mümkündür. Qiymətləndirmə imtahan kitabçası) müxtəlif şəxslər tərəfindən
nəticələrinin belə geniş şəkildə istifadəsi hə- dəfələrlə yoxlanıldıqda eyni nəticənin alınması
min məlumatların obyektivliyini və şəffaflığını şərtdir. İmtahan nəticələrinin obyektivliyi
zəruri edir. dəqiq və dürüst seçilən meyarlardan asılıdır.
Qiymətləndirmələrin ədalətli, şəffaf, vahid Şagirdlərin nailiyyətlərini ölçmək üçün etibarlı
yanaşma əsasında aparılmasını təmin etmək alətlər hazırlanmalıdır. Sinif yoxlamalarında
üçün bütün dünyada qiymətləndirənlərin əməl və daha genişmiqyaslı qiymətləndirmələrdə
etməli olduğu tələblər vardır. Pedaqoji istifadə olunan vasitələr etibarlı olarsa, şagirdin
qiymətləndirmələrə verilən bu tələbləri bəzən həmin yoxlamadan hansı zaman kəsiyində –
qiymətləndirmənin prinsipləri də adlandırırlar. səhər və ya günorta, bu gün və ya növbəti
Aşağıda verilən məlumatlar həmin prinsiplərin gün keçməsi fərq etməməlidir.
mahiyyətini əks etdirir: Etibarlılığın digər bir ölçüsü vasitələr
Məqsədəuyğunluq qiymətləndirmənin arasında uyğunluqdur. Belə ki, bir tapşırığa

http://journal.edu.az 43
İMTAHAN və QİYMƏTLƏNDİRMƏ

düzgün cavab verən şagird ona oxşar digər forması şagirdləri qorxutmamalıdır.
tapşırıqlara da düzgün cavab verəcəkdir. Öyrənməni və inkişafı dəstəkləyən rəyvermə
Etibarlılığın ölçülməsi üçün ən geniş yayılmış qiymətləndirmə prosesinin əhəmiyyətli
iki metod var: «təkrar testlər», «alternativ hissəsidir. Şagirdlərin təhvil verdikləri formativ
forma»ların istifadəsi. Təkrar testlər zamanı və summativ qiymətləndirmə tapşırıqlarına
eyni qiymətləndirmə vasitəsi iki dəfə, lakin dair rəy almaq hüququ təmin olunmalıdır.
fərqli günlərdə, həftələrdə və ya aylarda istifadə Rəyin xarakteri və nə vaxt veriləcəyi onlara
edilir. Təkrar testdə əldə edilən balların əvvəlcədən izah edilməlidir. Bu prinsipi tətbiq
mütənasibliyi etibarlılığın göstəricisidir. Al- etmək üçün «Qiymətləndirilənlərə verilən rəy
ternativlik isə eyni qiymətləndirmə vasitəsinin hansı formada tərtib olunacaq?» sualına cavab
iki formada (suallar bir-birindən azca fərqlənir) axtarmaq lazımdır.
yaradılmasıdır. «Necə edək ki, yoxlama Qiymətləndirməni təşkil edənlərin səriştəliliyi
prosesində ayrı-ayrı şəxslər eyni işi qiymət- çox vacibdir. Qiymətləndirmə prosesinə cəlb
ləndirərkən eyni qiyməti verə bilsinlər?», «Əla, olunan hər kəs öz rolunu və məsuliyyətini
yaxşı, kafi, qeyri-kafi qiymət meyarları yetərincə yerinə yetirmək üçün tələb olunan bacarıqlara
dəqiqdirmi?» kimi suallara verilən cavablar malik olmalıdır. Bu prinsipi tətbiq etmək üçün
vasitəsilə etibarlılıq prinsipinin gözlənildiyini «Qiymətləndirməni təşkil edənlərdən hansı
yoxlaya bilərik. bacarıqlar tələb olunur?» sualı cavablandı-
Qiymətləndirmə vasitələrinin seçilməsi, rılmalıdır.
təhlil olunması, qiymətləndirmənin aparılması Məktəb, region səviyyəsində və ya milli
və nəticələrin yoxlanılmasında şəffaflıq və səviyyədə aparılmasından asılı olmayaraq
davamlılığın gözlənilməsi qiymətləndirmə qiymətləndirmə sənədləri və proseslərinin
məlumatlarının açıqlığı və şəffaflığı prinsipində bu prinsiplər əsasında tənzimlənməsi diqqətdə
öz təzahürünü tapır. Qiymətləndirmə tap- saxlanılır. Cədvəl 1-də verilən məlumatlar da
şırıqları və prosedurları barədə məlumatlar eyni prinsiplərə əsaslanaraq müəyyənləşdirilib.
şagirdlərə və digər maraqlı tərəflərə vaxtında, Həmin məlumatlar Böyük Məktəb Əmək-
aydın və dəqiq şəkildə verilməlidir. Qiymət- daşlığının 17-18 mart 2016-cı il tarixlərində
ləndirmə meyarları və strategiyaları şagirdə Creative Commons Attribution-NonCommer-
qabaqcadan məlum olmalıdır. Şagird nələrin cial-ShareAlike 4.0 beynəlxalq lisenziyasını
və hansı formada qiymətləndiriləcəyini almış xüsusi sənədinə istinadən təqdim olunur.
əvvəlcədən bilməlidir. «Qiymətləndirmənin Avropa Şurasının «Demokratik Mədəniyyət
bu prinsipini tətbiq etmək üçün «nəyi» və Kompetensiyaları»nın çərçivə sənədində
«necə» qiymətləndirəcəyimi şagirdlərə nə «Qiymətləndirmə» başlıqlı hissədə kompe-
vaxt və necə bildirməliyəm?», «Qiymətləndirmə tensiyaların da məhz həmin prinsiplərə istinad
meyarlarını və strategiyalarını şagirdlərlə olunaraq qiymətləndirilməsinin mümkün-
birgə necə seçə bilərəm?» kimi suallara cavab lüyündən danışılır.
tapılmalıdır. Qiymətləndirmə məlumatlarının şəffaflığı
Qiymətləndirmənin ədalətliliyinin əsas prinsipinin gözlənilməsi, yəni qiymətlən-
göstəricisi tapşırıq və prosedurların məzmun dirmənin məqsəd və meyarlarını iştirakçıların
standartlarından kənarlaşmadan hər bir fərd əvvəlcədən bilməsi tək yoxlama prosesi ilə
və ya qrup üçün əlverişli olması, qiymət- bərabər, öyrənməni də səmərəli edir.
ləndirmə vaxtının tapşırıqların çətinlik Meyarların əvvəlcədən məlum olması
dərəcəsinə uyğunlaşdırılmasıdır. qiymətləndirmə prosesini şəffaf edirsə,
Qiymətləndirmənin praktikliyi, cəlbediciliyi şagirdlərlə birgə hazırlanması qiymətlən-
onun qrafiki, həcmi və məzmununun işti- dirməyə müsbət münasibəti formalaşdırır.
rakçılar üçün praktik və maraqlı olmasındadır. Meyarlara əsaslanaraq özünü qiymətləndirmək
Qiymətləndirmə prosesi və qiymətləndirmənin şagirdlərə həyatı boyu ehtiyacı olacağı

44 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №4


Nəzakət Mehdiyeva
Ümumi təhsil məktəblərində aparılan qiymətləndirmələrin nəticələrindən istifadə imkanları

Cədvəl 1. Qiymətləndirmə sənədləri və proseslərinin tənzimlənməsi

Meyarlar Zəif qiymətləndirmə Güclü qiymətləndirmə

Müvafiqlik: Verilmiş tapşırıqlar vasitəsilə şagirdlərin hansı Şagirdlərin tapşırıqlar vasitəsilə hansı bilik və
Qiymətləndirmə tapşırığı bilik və bacarıqları nümayiş etdirəcəyi məlum bacarıqları nümayiş etdirəcəyi məlumdur.
standartı əhatə edir. deyil. Tapşırıqlar şagirdlərə təqdimatın Qiymətləndirmə vasitələrində tələb olunan bilik
göstəricilərinə uyğun bilik və bacarıqları və bacarıqların məzmunu təqdimatın
nümayiş etdirməyə imkan vermir. göstərişlərinə uyğundur.
Əlçatanlıq: Tələblər aydın şəkildə müəyyən edilməmişdir. Gözləntilər qiymətləndirilənlərə aydındır.
Qiymətləndirmə tapşırıqları Xüsusi ehtiyacları olanların yerləşdirilməsi Xüsusi ehtiyacları olan şəxslər müvafiq şəkildə
bütün şagirdlər üçün imkanları nəzərə alınmayıb. yerləşdirilib.
əlçatandır. Tapşırıqlar sinifdə ola biləcək mədəniyyət Tapşırıqlar mədəniyyətlərin müxtəlifliyinə
müxtəlifliyini nəzərə almadan yazılmışdır. həssas yanaşma əsasında yazılmışdır.
Keçid imkanı: Tapşırıqlar sinifdə müzakirə olunmuş mənbə və Tapşırıqlar inteqrativ bacarıqları ölçür və sinifdə
Qiymətləndirmə tapşırıqları ya tanış mənbələrdən istifadə olunaraq öyrəndiklərinin müxtəlif mənbələr əsasında
şagirdin öyrəndiyi biliyi hazırlanmışdır. tətbiqinə imkan verir.
tətbiq edərək yeni bir şey Tapşırıqlar real həyat situasiyalarına əsaslanır.
yaratmasına imkan verir.

17-18 mart 2016-cı ildə Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 beyəlxalq lisenziyası ilə təsdiqlənmişdir.

özünüqiymətləndirmə bacarığını formalaş- Qiymətləndirmənin məqsədi həm də


dırmaqda kömək edir. Bu meyarlar standartlar ölçüləbilən olmalıdır. Fərdi xüsusiyyətlərdən
və təlim nəticələri əsasında müəyyən edilir. və şəraitdən asılı olaraq eyni məqsəd üçün
Qiymətləndirmə meyarları üçün göstəricilər, fərqli ölçü vasitələri tətbiq oluna bilər. Məsələn,
adətən, SMART texnologiyasına müvafiq tərtib ingilis dili biliyinin ölçü vasitəsi olaraq bəziləri
olunur. beynəlxalq sertifikatlaşdırma imtahanlarının
SMART məqsədlər, əsasən, 5 tələbə cavab nəticələrini, bəziləri xarici dildə ünsiyyət saxla-
verməlidir: xüsusi, ölçüləbilən, əlçatan, uyğun, maq imkanını qəbul edir. Amma hər iki halda
vaxt. çatmaq istədiyimiz hədəfin ölçüləbilən olması
SMART (ağıllı) sözünü təşkil edən hərflər şərtdir.
ingilis dilində beş sözün baş hərfləridir. Bunlar Qiymətləndirmənin məqsədi əlçatan
xüsusi (specific), ölçüləbilən (measurable), olmalıdır. Bəzən qarşıya qoyulan məqsədlər
əlçatan (attainable), uyğun (relevant), vaxt imkanlarımızdan böyük olur, bəzən isə
(time bound) sözləridir ki, hər birinin baş mücərrəd olduğu üçün tapşırıqları vaxt
hərfi SMART sözünü əmələ gətirir. çərçivəsinə uyğunlaşdıra bilmirik.
Qiymətləndirmənin məqsədi spesifik (xü- Qarşıya qoyduğumuz məqsəd mövcud
susi) olmalı, dəqiq ifadə edilməsi və tapşırıq- fəaliyyətimizə, resurslarımıza və bacarıq-
ların həmin məqsədlərə uyğunluğu gözlənil- larımıza uyğun olmalıdır.
məlidir. Məsələn, fikirlərini əsaslandırılmış Smart məqsədlərin yazılması texnolo-
şəkildə təqdim etmək bacarığını yoxlamaq giyasında ən vacib məsələlərdən biri də vaxtın
üçün esse yazmağı, riyazi biliklərini real məhdudluğunun nəzərə alınmasıdır. Konkret
həyatda tətbiq etmək bacarıqlarını ölçmək vaxt tələbi bizi daha məsuliyyətli olmağa vadar
üçün situasiya məsələlərini həll etməyi edir.
tapşırmaq olar. Qiymətləndirmə məqsədləri standartlar

http://journal.edu.az 45
İMTAHAN və QİYMƏTLƏNDİRMƏ

XÜSUSİ ÖLÇÜLƏBİLƏN ƏLÇATAN UYĞUN VAXT

əsasında müəyyənləşdiyi üçün onların SMART Qiymətləndirmə rubriklərinin maksimal


olması təlim məqsədlərinin də SMART olması balı ümumilikdə 100 % təşkil edir. Əgər hər
anlamına gəlir. Qiymətləndirmənin meyarları hansı bir bacarıq üzrə tapşırıq analitik rubrik
təlim məqsədləri (təlim nəticələri) əsasında şəklində bir neçə aspekt üzrə yoxlanılarsa,
müəyyənləşir və vasitələr həmin məqsədlərə şagirdin aspektlərdən aldığı ballar toplanır
(nəticələrə) uyğun hazırlanır. Bu göstəricilər və ümumi balı alınır. Sonra şagirdin balı həmin
təlim və qiymətləndirmənin bir-birini ardıcıl meyar üzrə maksimal bal (100%) ilə nisbətdə
şəkildə tamamladığını nümayiş etdirir. hesablanaraq əldə etdiyi nəticə əsasında
Qiymətləndirmə məqsədlərinin prinsiplərə qiyməti müəyyənləşdirilir. Məsələn, şagird
uyğunluğunu təmin etməyin bir yolu da şifahi təqdimat bacarıqlarının qiymət-
qiymətləndirmə meyarlarının rubriklərini ləndirilməsi zamanı birinci aspekt üzrə mak-
hazırlamaqdır. Rubriklər alternativ qiymət- simal 5 baldan 3 bal, ikinci aspekt üzrə mak-
ləndirmə vasitələrinin (layihə təqdimatı, əl simal 5 baldan 2 bal, üçüncü aspekt üzrə mak-
işləri, rəsmlər və s.) tətbiq olunduğu summativ simal 5 baldan 4 bal almışsa, nəticədə, bu
qiymətləndirmələrdə şagirdlərin işi ilə bağlı şagirdin maksimal 15 baldan 9 bal topladığını
ədalətli, obyektiv, etibarlı qərar verməyə şərait göstərir. Həmin şagirdin şifahi təqdimat
yaradır. Onlar meyar əsasında qiymətləndirmə bacarıqlarının qiymətləndirilməsi üzrə nəticəsi
şkalasıdır və nailiyyət səviyyələrinə bal 9/15 x 100% = 60% təşkil edir.
verilməsi üçün istifadə olunan mexanizmdir.
Rubrik hazırlayan müəllimlər təlim nəticələrinə Summativ qiymətləndirmə nəticələrinin
müvafiq olan meyarları müəyyənləşdirir və həm də formativ məqsədlə istifadə olunduğunu
onları nailiyyət səviyyələri üzrə təsvir edirlər. nəzərə alsaq, eyni bacarıqların il ərzində bir
Summativ qiymətləndirmələrdə rubriklərin neçə dəfə qiymətləndirilməsindən əldə edilən
tərtibatındakı ardıcıllığa görə, şagirdlərin əldə məlumatlar vasitəsilə şagirdlərin müvafiq
etməli olduğu bacarıqlar müəyyən edilir, bacarıqlarının inkişaf xəttini izləmək olar.
istifadə ediləcək rubrikin növü (holistik, ana- Cədvəl 2 şagirdlərin şifahi təqdimat bacarığı
litik) ilə bağlı qərar verilir və analitik rubriklər üzrə inkişaf dinamikasını izləmək üçün
istifadə olunduğu təqdirdə aspektlər nümunə olaraq verilmişdir.
müəyyənləşdirilir. Ardınca nailiyyət səviyyəsi Summativ qiymətləndirmələrin aparılması
göstəricilərinin sayı və necə ifadə olunacağı və nəticələrinin emalında yanaşmalar onların
müəyyənləşdirilir (məsələn, zəif, orta, yaxşı, məqsədinə uyğun olaraq müəyyən edilir.
əla). Bu addımlardan sonra nailiyyət səviyyələri Müasir dünyada summativ qiymətləndirmələrə
sözlü təsvir (səviyyə deskriptoru) olunur və «normaya əsaslanan» və «meyara əsaslanan»
müvafiq ballar müəyyənləşdirilir. adlandırılan iki yanaşma mövcuddur.

46 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №4


Nəzakət Mehdiyeva
Ümumi təhsil məktəblərində aparılan qiymətləndirmələrin nəticələrindən istifadə imkanları

Cədvəl 2. Şagirdlərin şifahi təqdimat bacarığı üzrə inkişaf dinamikasını izləmək üçün nümunə

Şifahi təqdimat Noyabr Fevral


bacarıqları Bal Qiymət Bal Qiymət
1-ci aspekt üzrə
2-ci aspekt üzrə
3-cü aspekt üzrə

Cədvəl 3. Qiymətləndirmənin göstəriciləri

Normalara istiqamətlənmiş qiymətləndirmənin göstəriciləri Say (nəfərlə)

Qiymətləndirilən qrup üzrə orta göstəricidən çox yüksək


Qiymətləndirilən qrup üzrə orta göstəricidən yüksək
Qiymətləndirilən qrup üzrə orta göstərici
Qiymətləndirilən qrup üzrə orta göstəricidən aşağı
Qiymətləndirilən qrup üzrə orta göstəricidən çox aşağı

Normalara əsaslanan yanaşma (ingiliscə sində, bu və ya digər tədris müəssisəsində


norm-referenced) şagirdin təlim nəticələrinin təlim proqramının effektivliyinin qiymət-
bütün qiymətləndirilənlərə və ya istinad ləndirilməsində istifadə olunur. Meyara
qruplarına (məsələn, sinif şagirdlərinə, yaxud əsaslanan qiymətləndirmə vasitələrini hazır-
ölkə üzrə IX sinif şagirdlərinə nəzərən) nisbətdə layanlar məzmunun daha dəqiq detallarını
qiymətləndirilməsini ehtiva edir və həmin nəzərə alırlar.
nəticələrdən qiymətləndirmədə iştirak Meyara əsaslanan qiymətləndirmənin
edənlərin təlim nailiyyətlərinin müqayisəsi balları heç bir qrupun nəticəsi ilə tu-
üçün istifadə olunur. Bu səbəbdən normaya tuşdurulmur və yoxlanılan məzmunun mənim-
əsaslanan qiymətləndirmə vasitələri də sənilmə nəticəsinə əsasən müəyyən edilir.
qiymətləndirilənlərin öz aralarında müqayisə Şagirdin balı düzgün cavabların faizini ifadə
oluna bilməsi üçün tərtib olunur. edir və faiz şkalasında təqdim olunur.
Meyara əsaslanan (ingiliscə criterion- Normaya əsaslanan qiymətləndirmənin bal
referenced) yanaşma isə qiymətləndirilənin şkalası müqayisə olunan qrupların statistik
konkret məzmun sahəsi üzrə zəruri tədris göstəricilərindən asılı olaraq dəyişir. Şagirdin
materialını nə dərəcədə mənimsədiyini ölç- fərdi balı başqa yoldaşlarının balları ilə
məyə xidmət edir və müqayisəli təhlil müqayisə olunduğuna görə onların hər birinin
olunmur. Meyara əsaslanan vasitələr müvafiq nəticəsi digər şagirdlərin nəticələrindən asılı
olaraq qiymətləndirilənlərin bilik və bacarıq- olur və nəticələr bəzən Cədvəl 3-də olduğu
larının müəyyən sahələr üzrə yoxlanması kimi qruplaşdırılaraq təqdim olunur.
üçün tərtib edilir. Meyara əsaslanan vasitələr Dünyanın bir çox ölkələrinin ümumi təhsil
dövlət standartlarına əsasən şagirdlərin təlim sistemində normalara əsaslanan qiymət-
nəticələrinin summativ qiymətləndirilmə- ləndirmələr aparılır və şagirdlər müxtəlif stan-

http://journal.edu.az 47
İMTAHAN və QİYMƏTLƏNDİRMƏ

dart imtahanlar verirlər. Onların nəticələri tərtib edən şəxsə aydın olmalıdır ki, bu tapşırığı
həmyaşıdlarının nəticələri ilə müqayisəli iştirakçıya verməkdə məqsədi nədir və nəyi
şəkildə təhlil edilir. Şagirdin topladığı bal ölçmək istəyir. Tapşırığın tərtibatında qiymət-
onunla bir vaxtda eyni imtahanı verən ləndirmənin normaya, yoxsa meyara istiqa-
həmyaşıdları ilə müqayisədə hansı nəticəni mətlənməsi, diaqnostik, formativ, summativ
göstərdiyindən xəbər verir. Orta bal 100 olduğu məqsədli olması nəzərə alınmalıdır.
təqdirdə, qiymətləndirilənlərin müəyyən Tapşırıqların çətinlik dərəcəsinə görə
hissəsi 85 və 115 arası nəticə göstərir. 85 bal- ayrılması və müvafiq ballarla dərəcələn-
dan aşağı göstərici şagirdlərin imtahan verdiyi dirilməsi qiymətləndirilənlərin təlim nailiy-
bacarıqlar üzrə müəyyən çətinliyinin olduğunu yətlərinin düzgün qruplaşdırılmasına kömək
göstərir. 115-dən yuxarı nəticə isə onların edir. Qiymətləndirilənlərin bəziləri birinci
yaşına görə yaxşı inkişaf etdiyindən, zəruri tapşırığı belə həll edə bilmir, bəziləri isə so-
bacarıqlara daha yüksək səviyyəyə malik nuncu tapşırığa qədər hamısını cavablandırır.
olduğundan xəbər verir. Orta səviyyəli şagirdlər isə tapşırıqların
Hər bir şəxsin nəticəsi özünə aid olduğuna təxminən yarısına cavab verə bilirlər. Tapşırığın
və müqayisə aparılmadığına görə meyara çətinliyi onun yerinə yetirilməsi üçün tələb
əsaslanan qiymətləndirmələrdə daha çox olunan əqli əməliyyatların sayı və xarakteri,
konkret məzmuna uyğun tapşırıqlar seçilir, həmçinin nəticələrin emalından sonra düzgün
şagirdin göstəricisi yazdığı düzgün cavabların olmayan cavabların hesablanması ilə müəyyən
sayı ilə müəyyənləşdirilir və ballar onun fərdi olunur. Düzgün cavabların sayı nə qədər çox-
nəticəsinə uyğun şərh olunur. Hansı yanaşmaya dursa, qiymətləndirilən şəxsin balı və ya
əsaslanmasından asılı olmayaraq qiymətlən- biliyinin səviyyəsi bir o qədər yüksək hesab
dirmələrin uğurla həyata keçirilməsinin ən edilir. Bəzən müxtəlif tapşırıqlara verilən
vacib şərti meyara müvafiq qiymətləndirmə düzgün cavablar əsasında ayrı-ayrı qiymət-
vasitələrindən düzgün şəkildə istifadə ləndirilənlərin eyni bir bilik səviyyəsinə malik
olunmasıdır. Summativ qiymətləndirmə olması fikri yaranır. Bu göstəriciyə aydınlıq
vasitələri şagirdlərin təlim nəticələrini ölçmək gətirmək üçün qiymətləndirmə nəticələrinin
və təhlil etmək üçün istifadə olunan alətlərdir. təhlili zamanı təkcə biliyin səviyyəsi deyil,
Həmin alətlər zaman-zaman dəyişir və strukturu da araşdırılır. Biliyin strukturu isə
tələblərə uyğun olaraq bir formadan digərinə çətinlikləri getdikcə artan tapşırıqlara verilən
keçilir. Son 20 ildə qiymətləndirmə vasitəsi səhv cavabların əsasında müəyyən olunur.
olaraq test tapşırıqlarından geniş istifadə olu- Belə ki, qiymətləndirilən şəxsdən tapşırıqları
nur. Bu dövr ərzində test sözü cəmiyyətdə asandan çətinə doğru cavablandırmaq, keçə
həm qiymətləndirmə formasını, həm də bilməyəcəyi çətinlik dərəcəsində dayanmaq
vasitəsini ifadə etmək üçün işlədilir. Forma və ya səhv etmək gözlənilir. Bəzən çətin
olaraq test, iştirak edənlərin hamısının eyni sualların düzgün cavablandırıldığı, asan
vaxtda və şəraitdə, eyni xüsusiyyətli tapşı- sualların isə səhv olduğu və ya heç
rıqların cavablandırması, cavabların eyni cavablandırılmadığı hallar da müşahidə olunur
yanaşma ilə qiymətləndirilməsi olaraq başa və bu, təhlil zamanı əlavə suallar yaradır
düşülür. Həmçinin qiymətləndirilənlərin (Hacıyeva T., Talıbov T. Kurikulum, 2011, №2).
hazırlıq səviyyəsini müəyyən etməyə imkan Təlim prosesində istifadə olunan tapşırıqlar
verən, çətinlik dərəcələri müxtəlif olan və kimi qiymətləndirmə sualları da idrak
cavabları variantlar şəklində verilmiş tapşı- prosesləri baxımından tərtib olunur. Pedaqoji
rıqlar da test adlandırılır. ədəbiyyatda qiymətləndirmə sualları belə
Qeyd olunduğu kimi, qiymətləndirmələrin fərqləndirilir: xatırlamağa sövq edən;
təşkilində ən mühüm şərt vasitələrin müvafiq, mühakimə yürütməyə istiqamətləndirən;
etibarlı şəkildə tərtib olunmasıdır. Vasitələri dəyərləndirməyə istiqamətləndirən; yaradıcı

48 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №4


Nəzakət Mehdiyeva
Ümumi təhsil məktəblərində aparılan qiymətləndirmələrin nəticələrindən istifadə imkanları

düşünməyə yönləndirən. Xatırlama sualı həmin tapşırıqları yoxlamaq və təhlil etmək


öyrəndiyini yada salmağa imkan verir. Belə səmərəli olmur.
suallar üçün, ilk növbədə, yadda saxlanması Tapşırığa verilən balların açıqlaması
vacib olan məlumatlar müəyyən edilməlidir. aşağıdakı nümunədə təqdim olunur:
Mühakimə yürütməyə istiqamətləndirən su- Tapşırıq
allar səbəb-nəticə əlaqələrini müəyyən- AKUT təbii fəlakətlər zamanı çətin vəziyyətə
ləşdirmək bacarığını tələb edir. Dəyərlən- düşmüş, yardıma ehtiyacı olan hər kəsə kömək
dirməyə istiqamətləndirilən suallar müxtəlif edən, bunu edərkən təhsilli, intizamlı komanda
məlumatlar arasında əlaqə yaratma, təhlil və və yüksək standartlı avadanlıqlardan istifadə
sintezetmə, qərar vermək bacarıqlarını aşkar edən, kütləni məlumatlandıran, siyasətə
edir. Yaradıcı düşünmə bacarığını yoxlayan qarışmayan, tam könüllülük əsasında təşkil
sualları cavablandırmaq üçün yeni təklif və olunmuş bir təşkilatdır. Qızıl Aypara isə
fikirlər irəli sürmək, həll yollarını tapmaq, «ictimaiyyətin maraqlarına uyğun çalışan» bir
məsələyə başqa bir rakursdan yanaşmaq təşkilat olub, icazə almadan ianə toplamaq
bacarıqlarına malik olmaq lazımdır. hüququna malikdir. Qızıl Aypara təbii
Qiymətləndirmə vasitələrinə verilən balların fəlakətlərdə idarə olunmanı, qantoplama,
müəyyənləşdirilməsinə müxtəlif yanaşmalar müayinə və müalicə, yaxınları olmayanlara
vardır. Birinci yanaşmada tapşırıq doğru yerinə sahiblənmək, çadırlar paylamaq kimi bir çox
yetirilibsə, 1 (bir) balla, doğru yerinə xidmətləri həyata keçirir.
yetirilməyibsə, 0 (sıfır) balla qiymətləndirilir. Sual: Aşağıdakılardan hansı ikisi AKUT və
Digər bir yanaşmanın əsas xüsusiyyəti Qızıl Ayparanın ortaq xüsusiyyətləridir?
tapşırıqda tələb olunan fəaliyyətlərin sayına Ortaq xüsusiyyətlərin qarşısında X işarəsi
bərabər balların verilməsidir. Hər hansı qoyun. İkidən artıq işarə olduqda bal
tapşırığa 1 baldan artıq qiymət verdikdə nəyə verilməyəcək.
görə tapşırığa bu qədər bal verildiyini A) Çalışanlar əməkhaqqı alır.
əsaslandırmaq lazımdır. B) Təbii fəalakətlər zamanı xilasetmə işlərini
Cavabların ballarla dərəcələndirilməsi sualın həyata keçirir.
hansı çəkiyə malik olduğunu qabartmaq C) Fərqli sənət sahələrindən olan insanlar
deməkdir. İdeal variant odur ki, tapşırığa çalışa bilir.
verilən maksimum bal cavabda tələb olunan • 2 bal — B və C variantları işarələnibsə;
vacib elementlərin və yaxud ayrı-ayrı • 1 bal — B və C variantlarından biri
fəaliyyətlərin sayına bərabər olsun. Məsələn, işarələnibsə;
sualda verilən illərə uyğun üç tarixi şəxsiyyətin • 0 bal — A variantı qeyd olunubsa və ya
adını yazmaq tələb olunursa, onda cavaba heç bir variant qeyd olunmayıbsa.
maksimal 3 bal vermək olar. Amma sualın
«çəkisini» də unutmaq olmaz. Həmin sual Digər bir nümunə yazının qiymət-
qiymətləndirilənin hafizəsini yoxladığı üçün ləndirilməsi zamanı orfoqrafiya qaydalarına
bu cavaba görə şagirdin yüksək bal alması əməl edilməsi ilə bağlı qoyulan şərtləri
səmərəli qiymətləndirmə halı hesab oluna (tapşırığın xüsusiyyətindən asılı olaraq şərtlər
bilməz. Odur ki, qiymətləndirmə vasitələri dəyişir) əks etdirir. Bunu 4-cü cədvəldə aydın
hazırlanarkən yüksək ballar bir neçə faktın görmək olar.
tapılmasını tələb edən hafizə yoxlayan suallara Hazırda ümumtəhsil məktəblərində sum-
deyil, daha mürəkkəb idrak proseslərini mativ qiymətləndirmə vasitələri qiymət-
yoxlayan suallara aid edilməlidir. ləndirmə standartlarının səviyyələri əsasında
Bu tipli çətinliklərdən irəli gələrək açıq hazırlanır və məzmun standartlarının
tipli qiymətləndirmə tapşırıqlarına verilmiş mənimsəmə səviyyəsini ölçdüyü üçün şagird
balların müvafiq izahını müəyyənləşdirmədən nailiyyətləri haqqında məlumat verən əsas

http://journal.edu.az 49
İMTAHAN və QİYMƏTLƏNDİRMƏ

Cədvəl 4. Qrammatik, orfoqrafik, üslub qaydaları və durğu işarələrinin qoyulması

Qrammatik, orfoqrafik, üslub qaydaları və durğu işarələri

10 sətir həcm üçün 11-15 sətir həcm üçün 15 sətirdən yuxarı həcm üçün

Bir səhv və ya Üç və daha Səhvsiz və ya Dörd və daha


İki səhv Üç səhv
səhvsiz çox səhv iki səhv çox səhv
0 bal 2 bal 1 bal 0 bal 2 bal 1 bal 0 bal

mənbə hesab olunur. Həmin vasitələrin ümumi Nümunə: Təkmənalı və çoxmənalı sözlərin
cəhəti eyni standartlardan irəli gələn bacarıq- hər birinə aid iki nümunə yazın və cümlədə
ları ölçməsidir. işlədin.
Standart əsasında qiymətləndirmə vasitə- ____________________________________________________
lərinin səviyyələr üzrə tərtibatına dair V sinif _______________________________________________________
«Azərbaycan dili» fənnindən bir nümunə təqdim
edirik: 4.1.2.Q.4. Çoxmənalı sözlərlə omonimləri
Məzmun standartı: 4.1.2. Sözün səs tərkibini, fərqləndirir (Çətin səviyyədir və
semantik xüsusiyyətlərini, tərkibini, yaranma qiymətləndirmə üçün hazırlanan vasitələrin
üsullarını izah edir. (tapşırıqların) 20%-ni təşkil etməlidir).
4.1.2.Q.1. Sözlərin leksik mənasını Nümunə: Sizə təqdim olunan sözlər arasından
müəyyənləşdirir (Asan səviyyədir və çoxmənalı sözləri birinci cərgədə, omonimləri
qiymətləndirmə üçün hazırlanan vasitələrin ikinci cərgədə, həm çoxmənalı, həm də omonim
(tapşırıqların) 20%-ni təşkil etməlidir). kimi işlənə bilən sözləri isə üçüncü cərgədə
Nümunə: Aşağıdakı sözlərdən leksik mənası qruplaşdıraraq yazın: dolu, baş, bal, qol, göz,
olanları seçərək qarşısında mənalarını yazın: kök, ayaq, burun, qulaq, top, ay, yaz, maşın,
Məgər, məktəb, televizor, lakin, lətifə, nərdivan, sarı, ağız, az, dil
və, ilə ____________________________________________________
____________________________________________________ _______________________________________________________
_______________________________________________________
Qiymətləndirmə prosesinin səmərəliliyi
4.1.2.Q.2. Sözlərin sinonim və antonimlərini onun təhlili nəticəsində əldə olunan məlu-
düzgün tapır (Orta səviyyədir və matlardan qərarvermə prosesində istifadə
qiymətləndirmə üçün hazırlanan vasitələrin edilməsi ilə müəyyənləşir. Çünki qiymət-
(tapşırıqların) 30%-ni təşkil etməlidir). ləndirməyə verilən tələblərdən biri təlim
Nümunə: Verilən sözlər arasından sinonimi fəaliyyətində qiymətləndirmə nəticələrinin
olanları seçin və yazın: gecə, kədər, kitab, inkişafetdirici rolunun təmin edilməsidir. Sinif
gözlük, dəftər, qələm, baş, göz, qaş, ürək, tez, qiymətləndirmələrinin nəticələri əsasında
yaxşı, dünya, gündüz sinifdaxili fəaliyyətlər bir daha nəzərdən keçi-
____________________________________________________ rilir, təlim prosesində istifadə olunan tapşı-
_______________________________________________________ rıqların təlim nəticələrinə uyğunluğu təhlil
edilir və həmin tapşırıqların şagird bacarıq-
4.1.2.Q.3. Təkmənalı və çoxmənalı sözləri larının formalaşmasına təsiri araşdırılır. Milli
fərqləndirir (Orta-çətin səviyyədir və səviyyədə qiymətləndirmələrin nəticələrindən
qiymətləndirmə üçün hazırlanan vasitələrin isə kurikulumun təkmilləşdirilməsi, idarə
(tapşırıqların) 30%-ni təşkil etməlidir). edilməsi, müəllim hazılığı sahəsində olan

50 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №4


Cədvəl 5. Şagirdlərin qiymətləndirmə nəticələrinin təhlili

dŽƉůĂŶŵŦƔ Maksimum
ζ Soyad Ad 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 Faiz YŝLJŵ࠯ƚ
bal bal
1 Abbasov Nazim 0 1 b 1 0 1 0 1 1 1 1 1 1 b 0 1 10 16 62.5 4
2 Axundov Taleh 1 b 0 1 0 1 1 0 0 1 0 1 1 b 1 b 8 16 50.0 3

http://journal.edu.az
3 ůŦƐŽLJ Sabit 0 1 b 1 b b 1 0 0 1 0 1 1 b 0 0 6 16 37.5 3
4 Babayeva ^ĂŚŝů࠯ 0 1 b 1 0 1 1 0 b 1 1 1 1 b 1 0 9 16 56.3 3
5 ࠯Ĩ࠯ƌůŝ Kamal 1 1 b 1 0 0 1 1 1 1 0 1 1 0 b 0 9 16 56.3 3
6 ࠯Ĩ࠯ƌůŝ Tural 1 b b 1 b 0 b 1 1 1 0 1 1 b 1 0 8 16 50.0 3
7 ‫ל‬Śŵ࠯ĚŽǀ Elman 1 b b 1 0 1 1 1 1 1 1 1 1 b 1 1 12 16 75.0 4
8 ‫ל‬Śŵ࠯ĚŽǀĂ dƵƌĂŶ࠯ 1 b b 1 0 1 1 1 1 1 1 1 1 0 1 1 12 16 75.0 4
9 ‫ל‬ůŝLJĞǀ ‫ל‬ů࠯ĚĚŝŶ 1 b b 1 b b 0 b b 1 0 1 1 b b b 5 16 31.3 3
10 ‫ל‬ůŝLJĞǀ D࠯njĂŚŝƌ 1 0 0 1 0 1 0 1 0 0 0 1 1 b 0 1 7 16 43.8 3
11 ‫ל‬ůŝLJĞǀ Ramiz 0 b b 1 0 1 1 1 1 b 0 1 1 0 b 1 8 16 50.0 3
12 ‫ל‬ůŝLJĞǀĂ Aydan 0 b 0 1 0 1 0 1 1 1 0 1 1 b b 0 7 16 43.8 3
13 ‫ל‬ůŝLJĞǀĂ &Ăƚŝŵ࠯ 1 0 b 1 0 0 1 b b 1 b 1 1 b 0 1 7 16 43.8 3
14 ‫ל‬ůLJĂƌnjĂĚ࠯ D࠯ůŝŬ 1 b 1 1 1 1 b 1 1 1 1 1 1 b 1 1 13 16 81.3 5
15 ‫ל‬ŵŝƌĐĂŶŽǀ Tahir 0 0 0 1 0 0 0 0 1 1 1 1 1 b 0 1 7 16 43.8 3
16 ‫ל‬ƐŐ࠯ƌůŝ Emin 0 b b 1 0 b b 0 0 0 0 1 1 b b 1 4 16 25.0 2
17 ‫ל‬njŝnjŽǀĂ Selcan 1 b b 1 0 0 1 1 1 1 0 1 1 b 1 0 9 16 56.3 3
18 Haqverdi Mahir 1 0 b 1 1 0 1 b 1 1 1 1 1 b 1 0 10 16 62.5 4
19 y࠯ůŝůŽǀĂ y࠯ĚŝĐ࠯ 1 b b 1 0 0 0 0 1 1 1 1 1 0 1 1 9 16 56.3 3
20 7ƐĂLJĞǀĂ ࠯ƌŐƺů 0.5 b b 1 1 0 0 0 1 1 0 1 1 1 1 1 9.5 16 59.4 3
21 YĂĨĂƌůŦ ůŐƺŶ 1 0 0 1 1 0 0 1 1 1 0 1 1 b 1 0 9 16 56.3 3
22 Qarayeva ^࠯ďŝŶ࠯ 1 0 b 1 b b 0 b 1 1 0 1 1 b b b 6 16 37.5 3
23 YĂƐŦŵůŦ 'ƺůŶĂƌ 1 b b 1 0 b b b b 0 0 1 1 b 1 b 5 16 31.3 3
24 Quliyev Yasin 1 b b 1 0 1 0 0 1 1 1 1 1 b 0 1 9 16 56.3 3
25 Quliyev Qaya 1 1 b 1 0 b 0 0 0 1 0 1 1 b b b 6 16 37.5 3
26 >࠯ƚŝĨŽǀĂ s࠯ĨĂ 1 b 0 1 0 1 b 1 1 1 1 1 1 b b 0 9 16 56.3 3
27 Mahmudlu WĂƔĂ 1 b b 1 0 1 b b b 1 1 1 1 b 1 1 9 16 56.3 3
28 D࠯ŵŵ࠯ĚŽǀĂ Aydan 1 1 b 1 1 b 0 1 1 1 1 1 1 0 1 b 11 16 68.8 4
29 D࠯ŵŵ࠯ĚŽǀĂ &ŝƌƵnj࠯ 1 0 b 1 0 0 b 1 0.5 0.5 1 1 1 b b b 7 16 43.8 3
30 D࠯ŵŵ࠯ĚŽǀĂ :Ăů࠯ 1 0 b 1 1 0 0 0 1 1 1 1 1 b b b 8 16 50.0 3
31 Mohabbat Vajib 0 1 0 1 0 1 1 1 1 1 1 1 1 1 1 1 13 16 81.3 5
32 E࠯Ɛŝƌůŝ Ceyhun 1 b b 1 1 1 0 b 1 1 1 1 1 b b 1 10 16 62.5 4
33 Z࠯Śŝŵůŝ Atilla 1 0 0 1 0 b 1 b 0.5 0.5 0 1 1 b 1 1 8 16 50.0 3
34 dĞLJŵƵƌnjĂĚ࠯ ࠯ŵĂů࠯ 1 1 0 1 1 b 1 1 1 1 1 1 1 1 1 1 14 16 87.5 5
35 zƵŶƵƐnjĂĚ࠯ Misirxan 1 b b 1 0 1 b 1 1 1 0 1 1 b 1 1 10 16 62.5 4
36 ƺůĨƺƋĂƌůŦ Faiq 0 1 b 1 0 b 0 b b b 0 1 1 b 1 b 5 16 31.3 3

51
Ümumi təhsil məktəblərində aparılan qiymətləndirmələrin nəticələrindən istifadə imkanları
Nəzakət Mehdiyeva

ŽŒƌƵƐĂLJŦ 27 9 1 36 8 15 13 17 25 31 17 36 36 3 19 18
ŽŒƌƵĨĂŝnjŝ 75 25 3 100 22 42 36 47 69 86 47 100 100 8 53 50
İMTAHAN və QİYMƏTLƏNDİRMƏ

Cədvəl 6. Eyni qiymətləndirmə vasitələri ilə bilik və bacarıqları yoxlanılan şagirdlərin siniflər üzrə
ümumi göstəriciləri

Sinif Mənimsəmə Keyfiyyət


100.0
7A 80.6 27.8 80.0
60.0
7B 65.2 19.3
40.0
7C 54.6 12.4 20.0
0.0
7D 49.7 16.8
7A 7B 7C 7D

ŵ࠯ŶŝŵƐ࠯ŵ࠯ ŬĞLJĨŝLJLJ࠯ƚ

boşluqların müəyyənləşdirilməsi və planlaşdırmaq üçün mühüm məlumatlar verir.


dərsliklərin təkmilləşdirilməsi ilə bağlı Cədvəl 5-də sinifdəki şagirdlərin qiymət-
qərarların verilməsində istifadə olunur. ləndirmə nəticələrinin təhlili hər bir sual üzrə
Müəllim qiymətləndirmənin nəticələri aparılmışdır.
əsasında şagirdlərin təlim nəticələrinin stan- Statistik məlumatlar bilik və bacarıqları
dartlara uyğunluğu və onların irəliləyişləri eyni qiymətləndirmə vasitələri ilə ölçülmüş
barədə məktəb rəhbərliyinə hesabat verir. bir neçə sinfin nəticələrini müqayisəli təhlil
Eyni ardıcıllıqla şagirdlərin təlim nəticələrinə etmək üçün də əhəmiyyətlidir (Cədvəl 6).
cavabdeh olan şəxslər özündən yuxarı orqan Yuxarıda sadalanan tələblər çərçivəsində
qarşısında hesabat verirlər. Deməli, obyektiv aparılan summativ qiymətləndirmələrin
hesabatlılığın təməlində obyektiv qiymət- nəticələri təhsilin keyfiyyətinin artırılması
ləndirmələr durur. Qiymətləndirmənin nəti- məqsədilə həyata keçirilən tədbirlər üçün
cələrinin təhlili məktəbdə baş verən bütün məlumat mənbəyi rolunu oynamaqla yanaşı,
proseslər barədə fikir bildirməyə imkan verir. həm də edilən dəyişikliklərin effektivliyinin
Məsələn, hər hansı bir məktəbin məzunlarının müəyyənləşdirilməsi üçün böyük əhəmiyyətə
qiymətləndirmə nəticəsi qeyri-qənaətbəxşdirsə, malikdir. Deməli, ilk addım mövcud yanaş-
bu yalnız təhsilalanların uğursuzluğu deyil. malara yenidən baxmaq və tələblərin çərçi-
Şagirdin təlim nəticələrinə təsir edən bütün vəsini düzgün müəyyənləşdirməkdir.
amillərin, o cümlədən onlara dərs deyən
müəllimlərin və məktəb rəhbərlərinin fəaliy-
yətinin də bu uğursuzluqda payı vardır. Bütün
hallarda şagirdin təlim nəticələri haqqında
məlumatların toplanılmasında məqsəd tədris
prosesində lazımi dəyişikliklərin aparılmasıdır.
Qiymətləndirmələrdə şagirdlərin göstərdiyi
nəticələrdən məlumat mənbəyi kimi istifadə
etmək üçün statistik təhlillər böyük əhəmiyyətə
malikdir. Həm hər bir sualın cavablandırılma
səviyyəsi, həm də ümumi sinfin təlim
göstəriciləri müəllimə gələcək fəaliyyətini

52 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №4


Nəzakət Mehdiyeva
Ümumi təhsil məktəblərində aparılan qiymətləndirmələrin nəticələrindən istifadə imkanları

İstifadə edilmiş ədəbiyyat

1. Azərbaycan Respublikasinin Nazirlər 8. Summative Assessment Design Guide /


Kabinetinin, 2009-cu il 13 yanvar tarixli, 9 file:///C:/Users/Admin/Desktop/Summativ
nömrəli qərarı ilə təsdiq edilmiş e-Assessment-Design-Guide-1.pdf
«Azərbaycan Respublikasının ümumi təhsil 9. What’s the difference? Criterion-referenced
sistemində qiymətləndirmə konsepsiyası». tests vs. Norm-referenced tests
2. Azərbaycan Respublikasının Təhsil https://www.renaissance.com/2018/07/11
Nazirliyinin 28 dekabr 2018-ci il tarixli 8/1 /blog-criterion-referenced-tests-norm-
nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş referenced-tests
«Ümumi təhsil pilləsində təhsilalanların 10. Formative and Summative Assessments /
attestasiyasının (yekun qiymətləndirmə https://poorvucenter.yale.edu/Formative-
(attestasiya) istisna olmaqla) aparılması Summative-Assessments
Qaydası». http://e qanun.az/framework/ 11. Planning & Teaching Strategieshttps: Module
41102?fbclid=IwAR3KTkfzYQ5HqDZbmr 3: How Do We Assess What Students Know?
DKyHdrKOWzcL2XFaFglmuh_hksy1Dex- / https://courses.lumenlearning.com/
jtphCIuYc educationx92x1/chapter/summative-
3. Əhmədov H. (2016) Təhsildə assessment
qiymətləndirmə sisteminə dair. / «Şagird 12. Структура научного знания. /
nailiyyətlərinin qiymətləndirilməsi: məzmun https://www.ifilosofia.ru/izuchaem-i-
və vasitələrin yaradılması problemləri» sdaem-filosofiyu-nauki/269-struktura-nauch
mövzusunda beynəlxalq elmi konfransın nogo-znanija.html
materialları. Bakı. 13. Олейник H. «Тест как инструмент
4. Hacıyeva T., Talıbov T. (2011) Testin измерения уровня знаний и трудности
hazırlanması. // Kurikulum, №2. заданий в современной технологии
5. Principles of Assessment / обучения. / http://opentest.com.ua/test-
https://www.sheffield.ac.uk/polopoly_fs/1.2 kak-instrument-izmereniya-urovnya-znanij
09653!/file /Principles_of_Assessment.pdf 14. Педагогические тесты и их содержание,
6. Reference framework of competences for структура, формы и виды. Функции
democratic culture. // Volume 3, тестов. / https://superinf.ru/view_helpstud.
Assessment/ www.coe.int/education php?id=3435
7. Designing Effective Assessment /
https://app.griffith.edu.au/assessment-
matters/docs/design-assessment/principles

http://journal.edu.az 53

You might also like