You are on page 1of 12

AZƏRBAYCAN MƏKTƏBİ. 2018.

№4 NƏŞRLƏR

Nüfuzlu elmi jurnallara məqalə


hazırlamağın yolları
Misir Mərdanov 1, Aynur Həsənova 2

Müəlliflər: Annotasiya. Hər bir tədqiqatçının elmi nəticələrinin qlobal


1
Misir Mərdanov — miqyasda tanınması və akademik ictimaiyyət tərəfindən qəbul
Azərbaycan Milli Elmlər olunması dövrümüzün əsas tələblərindən birinə çevrilmişdir. Elmi
Akademiyasının müxbir tədqiqatların nəticələrinin dünya ictimaiyyətinin diqqətinə
üzvü, «Proceedings of the çatdırılmasının formalarından biri də onların müxtəlif ixtisaslaşmış
Institute of Mathematics nüfuzlu jurnallarda çap olunmasıdır. Məqalənin nüfuzlu jurnallarda
and Mechanics» beynəlxalq nəşri – tədqiqatçının elmi fəaliyyət sahəsinin genişlənməsi və elmi
elmi jurnalının baş səviyyəsinin artmasının, ölkənin elmi nüfuzunun yüksəlməsi və
redaktoru, AMEA mövqeyinin möhkəmlənməsinin təmin edilməsi deməkdir. Hazırda
Riyaziyyat və Mexanika dünyada minlərlə jurnal nəşr olunur və nüfuzlu alimlər onların
İnstitutunun direktoru. hamısını deyil, yalnız tanınmış elmi bazalarda nəşr olunanlarını
E-mail: misirmardanov@
izləyirlər. Belə bazalar sırasına ilk növbədə ildə on mindən çox
yahoo.com
jurnalı izləyən və qiymətləndirən Web of Science və otuz minə yaxın
jurnalı izləyən və qiymətləndirən Scopus kimi beynəlxalq elmmetrik
2
Aynur Həsənova —
verilənlər bazaları daxildir. Adıçəkilən elmmetrik bazalara daxil olan
AMEA-nın Riyaziyyat və
Mexanika İnstitutunun
jurnallarda elmi məqalə çap etdirmək məqalə müəllifləri ilə yanaşı,
böyük elmi işçisi, riyaziyyat onların çalışdıqları universitet və institutların, təmsil etdikləri
üzrə fəlsəfə doktoru. ölkələrin elmi nüfuzunu birbaşa müəyyən edən və son nəticədə,
E-mail: aynur.hasanova73@ ölkənin inkişaf səviyyəsini göstərən əsas amillərdəndir. Bir sıra
yahoo.com hallarda təqdim olunan məqalələrin yüksək indeksli nəşrlərdə qəbul
edilməməsi mütəxəssislərimizin öz dəyərli nəticələrini yüksək
standartlar səviyyəsində hazırlayıb təqdim edə bilməməsindən, bu
Açar sözlər: sahədə təcrübə çatışmazlıqlarından irəli gəlir. Bu problemləri
Nüfuzlu jurnal, elmi nəzərə alaraq, təqdim etdiyimiz məqalədə nüfuzlu elmi jurnallarda
məqalə, əlyazmanın elmi nəticələrin dərci və bununla bağlı olan problemlər, əlyazmanın
tərtibatı, məqalənin çapa hazırlanması, elmi məqalənin çap üçün təqdimolunma prosesi
təqdimatı, elmmetrik və tədqiqatçının elmi jurnal seçərkən diqqət yetirəcəyi əsas
verilənlər bazası, jurnal məqamlar öz əksini tapmışdır. Həmçinin, elmi nəşrlər üçün
seçimi, resenziya, «saxta» müəyyən tələblərin mövcudluğu, keyfiyyətli tədqiqat işinin müasir
jurnal, etik normalar, standartlara uyğun formada, lakonik və dolğun şəkildə yazılması və
müəllif hüquqları. tərtib olunması oxuculara təqdim olunur.

http://orcid.org/0000-0003-3901-0719
DOI: 10.32906/AJES/683.2018.04.31
Məqaləyə istinad: Mərdanov M., Həsənova A. (2018) Nüfuzlu elmi jurnallara məqalə hazırlamağın yolları.
«Azərbaycan məktəbi». № 4 (685), səh. 95–106.
Məqalə tarixçəsi
Göndərilib: 06.10.2018; Qəbul edilib: 17.11.2018

http://journal.edu.az 95
Azerbaijan Journal of Educational Studies. 2018. №4 PUBLICATIONS

How to write a scientific article for


prestigious academic journals
Misir Mardanov 1, Aynur Hasanova 2

Authors: Abstract. In the modern time, a significant part of the information


1
Misir Mardanov, space is occupied by scientific and technical information and in-
Prof.Dr., Corresponding member formation about articles published in prestigious scientific
of Azerbaijan National Academy journals. During the information age, global recognition of the
of Sciences (ANAS), Editor-in- scientific results of each researcher and their recognition by the
chief of «Proceedings of Institute academic community has become one of the key requirements
of Mathematics and Mechanics» of our time. It should be noted that the relevance of not publishing
International academic Journal, scientific works of researchers in our country in the leading pub-
Director of the Institute of lications of the world is associated with the presence of gaps in
Mathematics and Mechanics of this area. Obviously, thousands of journals are now published in
ANAS. Azerbaijan, Baku, the world, and influential scientists only follow those published
E-mail: misirmardanov@ in well-known scientific databases. Such databases, firstly, include
yahoo.com an international scientific database, such as the Web of Science,
which follows and assesses over ten thousand journals, and
2
Aynur Hasanova, Scopus, which follows and assesses thirty thousand journals.
Senior scientific researcher of Publication of scientific works in journals included in these
Azerbaijan National Academy of scientific databases is one of the key factors determining the
Sciences, the Institute of level of authors of articles, as well as the institutes and universities
Mathematics and Mechanics, in which they work, the scientific reputation of their country
PhD in mathematics. Azerbaijan, and, finally, the level of development of the country. In some
Baku. E-mail: cases, refusal to accept documents in highly indexed publications
aynur.hasanova73@yahoo.com is due to our lack of preparation and presentation of valuable
results in accordance with the highest standards, as well as due
to lack of experience in this area. In view of these problems, this
Keywords: article presents the problems of publishing scientific results in
Prestigious journal, scientific authoritative scientific journals, related problems, the development
article, article preparation, of a manuscript, the presentation of an article and the main
article submission points that a researcher should pay attention to when choosing a
(manuscripts), scientific scientific journal. In addition, there are certain requirements for
database, journal selection, scientific publications and the writing and preparing of high-
«fake» journal, author's ethics, quality research in modern standards and in the form of concise
copyright. and full-fledged those are available to the attention of readers.

http://orcid.org/0000-0003-3901-0719
DOI: 10.32906/AJES/683.2018.04.31
To cite this article: Mardanov M., Hasanova A. (2018) How to write a scientific article for prestigious academic
journals. Azerbaijan Journal of Educational Studies. Vol. 685, Issue IV, pp. 95–106.
Article history
Received: 06.10.2018; Accepted: 17.11.2018

96 http://journal.edu.az
Misir Mərdanov, Aynur Həsənova
Nüfuzlu elmi jurnallara məqalə hazırlamağın yolları

Giriş müəyyən edən və son nəticədə ölkənin inkişaf


səviyyəsini göstərən əsas amillərdəndir.
Məlumdur ki, qloballaşmanın geniş vüsət Məlumdur ki, alınmış elmi nəticəni nüfuzlu
aldığı müasir dövrdə, dünyada müxtəlif növ jurnallarda çap etdirmək üçün xüsusi qaydalara
böhranların, insan artımı ilə bağlı yaranmış əməl etmək lazımdır. Azərbaycan oxucularına
ərzaq qıtlığının, getdikcə özünü daha çox təqdim etdiyimiz məqalə, beynəlxalq təcrübəyə
büruzə verən təbii fəlakətlərin və hər bir re- əsaslanaraq həmin qaydalarla onları tanış
gionda meydana çıxan digər problemlərin etməkdən ibarətdir. Düşünürük ki, bu qaydaları
müsbət həlli elmin inkişafı ilə bir başa bağlıdır. mənimsəmək və onlara əməl etmək beynəlxalq
Dövlətin iqtisadi, hərbi və siyasi qüdrəti onun aləmdə ölkəmizin elmi nüfuzunun yüksəl-
elmi potensialından və bu potensialın səmərəli məsinə, eyni zamanda Azərbaycanda nəşr olu-
istifadəsindən asılıdır. nan jurnalların nüfuzlu bazalara daxil olmasına
Əsrimizin informasiya əsri olduğunu, bütün səbəb olacaqdır.
dünyanı vahid informasiya məkanında Aydındır ki, hər bir elmi tədqiqatın yekunu
birləşdirən internet şəbəkəsinin, virtual nəşrdir. Araşdırmalar zamanı əldə edilən
kitabxanaların, jurnallar və digər vasitələrin yenilik və nəticələri beynəlxalq elmi cəmiyyətə
həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir çatdırmaq və məsləkdaşlarla bölüşmək
zamanda bu informasiya axınından faydalan- məqsədilə onları nəşr etmək vacibdir. Məqalə
maq dövrümüzün əsas tələblərindən birinə dərc edildikdən sonra onun ictimaiyyətə
çevrilmişdir. təsirinin ölçülməsi nəticəsində tədqiqatın
İnformasiya məkanının mühüm hissəsini mövzusu ətrafında şəbəkə aktivliyini izləmək
elmi-texniki informasiya, elmi jurnallarda çap və təhlil etmək üçün imkan yaranır: istinadların
olunmuş məqalələr haqqında məlumatlar sayı və keyfiyyəti, Hirş indeksi və s.
təşkil edir. Ölkəmizin maraqları hər bir Beləliklə, elmi tədqiqatların nəticələrini
tədqiqatçının elmin son nailiyyətləri ilə nəşr etməkdə əsas məqsəd dünya ilə fikir
vaxtında tanış olmasını, yeniliklərin istehsalata, mübadiləsi aparmaqdır. Bu isə elmi işə maraq
digər sahələrə dərhal və səmərəli tətbiqini göstərən xarici həmkarlarla tanış olmaq, qeyri-
tələb edir. Bununla yanaşı alimlərimizin əldə formal qarşılıqlı əlaqələrin qurulması və
etdikləri mühüm elmi nəticələri də operativ nəticədə beynəlxalq layihələr, qrantlar, birgə
surətdə beynəlxalq arenaya çıxarmaq lazımdır. nəşrlər və s. kimi proseslərin həyata
Elmi tədqiqatların nəticələrini dünya keçirilməsinə imkan yaradacaqdır. Məqalənin
ictimaiyyətinin diqqətinə çatdırmağın forma- nəşri tədqiqatçının elmi fəaliyyət sahəsinin
larından biri də onların müxtəlif ixtisaslaşmış genişlənməsi, elmi səviyyəsinin artması, elmi
jurnallarda çap olunmasıdır. Aydındır ki, cəmiyyətdə statusunun yüksəlməsini təmin
hazırda dünyada minlərlə jurnal nəşr olunur edəcək və bununla belə elmə öz töhfəsini
və nüfuzlu alimlər onların hamısını deyil, verərək, onun tərəqqisinə müsbət təsir
yalnız tanınmış elmi bazalarda nəşr göstərəcəkdir. Bundan əlavə, elmi məqalənin
olunanlarını izləyirlər. Belə bazalara, ilk Web of Science və ya Scopus kimi beynəlxalq
növbədə ildə on mindən çox jurnalı izləyən elmmetrik verilənlər bazasına daxil olan jur-
və qiymətləndirən Web of Science və otuz nallarda çap olunması müəllifin elmi
minə yaxın jurnalı izləyən və qiymətləndirən tədqiqatlarının «görünmə» (visibility) və
Scopus kimi beynəlxalq elmmetrik verilənlər «istifadə edilmə» (availability) dərəcəsinin
bazaları daxildir. Adı çəkilən elmmetrik yüksəlməsinə təsir göstərəcəkdir. Bütün bunlar
bazalara daxil olan jurnallarda elmi məqalə yuxarıda adı çəkilən əsas elmmetrik bazalarda
çap etdirmək məqalə müəllifləri ilə yanaşı ölkənin mövqeyinin möhkəmlənməsinə səbəb
onların çalışdıqları universitet və institutların, olacaqdır.
təmsil etdikləri ölkələrin elmi nüfuzunu birbaşa Qeyd olunan faktları nəzərə alaraq,

http://journal.edu.az 97
NƏŞRLƏR

məqaləni yazmaqda əsas məqsəd elmi tələblərinə cavab verən aydın və tam (dolğun)
məqalələrin nüfuzlu jurnallarda nəşrə annotasiya tərtib edilməlidir. Xaricdə olan
hazırlanması yolları və qaydaları ilə gənc həmkarlar üçün məlum olan, müvafiq və zəruri
alimlərimizi məlumatlandırmaqdan ibarətdir. açar sözlərdən istifadə olunmalıdır. İstinadlar
Təqdim edilmiş məqalədə aşağıdakı tam və düzgün şəkildə yazılmalıdır, bu onları
məsələlər öz əksini tapmalıdır: verilənlər bazasında indeksləşdirərkən vacib-
• Məqalənin faydalı, maraqlı və oxunaqlı dir; keyfiyyətli istinadlar məqalənin
olması; səviyyəsinin göstəricilərindən biridir.
• Əlyazmanın tərtibatı (hazırlanması); Yadda saxlamaq lazımdır ki, xülasə (anno-
• Jurnal seçimi; tasiya) – məqalə haqqında olan ilkin
• Məqalənin təqdimatı. təəssüratdır. Annotasiya informativ (ümumi
sözlər olmamalıdır), orijinal, dolğun olmalı,
Məqalənin faydalı, maraqlı və yəni məqalənin qısa məzmununu və tədqiqatın
oxunaqlı olması əsas nəticələrini əks etdirməli, kompakt, lakin
qısa olmamaq şərti ilə (100-250 söz arasında)
Elmi əlaqələrin sürətlə inkişaf etdiyi müasir ingilis dilində keyfiyyətli yazılmalıdır.
dövrdə oxunmayan, istifadə edilməyən və isti- Qeyd edək ki, redaktorun məqaləni nəşr
nad olunmayan məqalənin heç bir dəyəri yox- etmək üçün qəbul edib etməməsi onun hansı
dur. Məqalədə alınmış nəticələrin yeni, nəzəri dildə yazılmasından çox asılıdır. Düzgün ingilis
və praktiki cəhətdən əhəmiyyətli olması aydın dili məqalənin keyfiyyətinin ən əhəmiyyətli
və məntiqi mülahizələrlə təqdim edilməlidir. göstəricisidir. Lakin məqalənin ingilis dilində
Belə olduğu halda redaktorlar və rəyçilər işin yazılması qaydalarına riayət etmək, onları
elmi mənasını asanlıqla anlaya və qiymət- lakonik, eyni zamanda dolğun və savadlı
ləndirə bilərlər. şəkildə çatdırmaq xüsusi bacarıq tələb edir.
Elmi tədqiqatın nəticələrini nüfuzlu jurnalda Nəticə olaraq, məqalə oxunaqlı olmalı (clarity)
dərc etdirmək üçün, jurnalın tələblərinə uyğun, və əgər həmmüəlliflər varsa, onların adları
onun qısa məzmununu özündə əks etdirən məqaləyə verdikləri töhfəyə uyğun sıralan-
dolğun xülasəsi (annotasiyası) və açar sözləri malıdır. Bütün bunlar məqaləni daha gözə-
olan ingilis dilində məqalə hazırlanmalı və çarpan edərək, onun daha da geniş yayılmasına
etik normalara riayət etməklə resenziyadan və sitat gətirilməsinə səbəb olacaqdır.
keçməlidir.
Oxuculara keyfiyyətli məqalə çatdırmaq Əlyazmanın tərtibatı
və onlarla açıq dialoq qurmaq üçün fikirləri
hər zaman sadə dildə izah etməyə çalışmaq Hər bir alim məqalə yazmaqdan öncə öz
lazımdır. Cümlədə 15-dən çox sözdən istifadə sahəsi üzrə elmin son nailiyyətləri və müasir
edilməməli və hər fikir bir cümlə ilə ifadə metodları ilə yaxından tanış olmalı, çalışdığı
edilməlidir. Cümlə nə qədər sadə və aydın sahə üzrə məlumatlı olmalı, son elmi
şəkildə qurulsa, oxucular onu daha tez anlaya tədqiqatları, açıqlanmayan məsələləri nəzərdən
bilərlər. Məqalənin adı, xülasəsi (annotasiyası), keçirməlidir. O, maraqlı mövzuları müəyyən-
açar sözlər və ədəbiyyat siyahısı məqalənin ləşdirməli, məsələlərin həlli yollarını araş-
ən mühüm hissəsidir. dırmalı, mənbə axtarışı etməli, beynəlxalq
Məqalənin adı onun məzmununu əsas açar konfrans və seminarlarda fəal iştirak etməlidir.
sözlərlə lakonik ifadə etməlidir. Nəzərə almaq Tədqiqat ideyasını inkişaf etdirdikdən sonra
lazımdır ki, adı 6-12 sözdən ibarət olan araşdırmalara başlamaq olar. Araşdırmaların
məqalələr daha çox oxunur və istinad olunur. sonucunda əldə edilən nəticələrin keyfiyyətinə
Əsas açar sözlərdən ibarət olan və işin diqqət yetirilməlidir. Nəticələr yeni və orijinal
məzmunu və həcmi baxımından jurnalın olmalı, nəzəri və praktiki əhəmiyyət kəsb

98 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №4


Misir Mərdanov, Aynur Həsənova
Nüfuzlu elmi jurnallara məqalə hazırlamağın yolları

etməlidir. Əlyazmaya başlamadan öncə tədqiqat məqsəd və vəzifələrinə uyğun olmalı, göstərilən
ideyası müəyyən olunur, məqalənin planı qu- forma və qaydada göndərilməlidir.
rulur və istifadə olunacaq ədəbiyyatın siyahısı Bütün bunları nəzərə alaraq və elmi
dəqiqləşdirilir. Əlyazma işlənilib, yoxlanıldıqdan məqalənin beynəlxalq standartlara uyğun
sonra ədəbiyyat siyahısı tərtib olunur. yazılmasının əhəmiyyətli olduğunu qeyd
Elmi məqalə hazırlayarkən, nəşr prosesinin edərək, məqalənin quruluşuna qoyulmuş ümu-
etik prinsiplərini və normalarını nəzərə almaq mi tələbləri müəlliflərin diqqətinə çatdırırıq.
da vacibdir. Tədqiqatçılar təqdim olunmuş • Başlıq (Title) – ixtisarlar və düsturlardan
işin orijinal olması, plagiat olmaması, başqa istifadə etməmək şərtilə 6-12 söz və əsas açar
yerdə nəşr olunmaması tələblərinə riayət sözlərdən ibarət olmalıdır.
etməlidirlər. Müəlliflər nəticələrini açıq və • Müəlliflər haqqında bilgi (Information
dürüst şəkildə, saxtalaşdırmadan və ya about authors) – müəlliflərin soyadı, adı,
məlumatların lazım olmayan manipulyasiyası atasının adı (SAA) və bağlantıları qeyd edilməli
edilmədən təqdim etməlidirlər. və məqaləyə verdikləri töhfəyə uyğun
Əlyazmanı tərtib etdikdə, seçilmiş jurnalın sıralanmalıdır. Bağlantılarda təşkilat, şəhər,
müəlliflər üçün qoyulmuş təlimatlarına əməl ölkə göstərilməli, təşkilatın adı (ingilis dilində)
edilməlidir. Təlimatlarda qeyd edilən hər bir Nizamnamədəki adı ilə uyğun gəlməli və SAA
bənd son təfərrüatına qədər olduğu kimi transliterasiya edilərkən müəllifin bütün
yerinə yetirilməlidir. Məqalənin həcminə, məqalələrdə onların vahid yazılmasına riayət
ədəbiyyat siyahısına dair qoyulmuş tələblərə etməsi vacibdir.
riayət olunmalıdır. Ədəbiyyat siyahısına xarici • Annotasiya (Abstract) – 100-250 söz
mənbələr (ən azı 50-70%) daxil edilməlidir. təşkil etməlidir. Buraya tədqiqat mövzusunun
İstinad olunan ədəbiyyatın sayı kifayət qədər aktuallığı, məsələnin qoyuluşu, araşdırma
olmalıdır. Adətən, istinadların sayı 15-dən 30- məqsədləri, tədqiqat metodları, əsas nəticələr
a qədər olur. Məqalənin ədəbiyyat siyahısı və xülasə daxil olunmalıdır.
(References) redaktor və resenzent üçün • Açar sözlər (Keywords) – 8-10 söz və
müəllifin erudisiyasının (geniş məlumata sahib ifadədən ibarət və mövzunun xüsusiyyətini,
olmasının), həmin sahədə aparılan mövcud tədqiqatın məqsəd və nəticələrini əks
tədqiqatlar haqqında məlumatlı olmasının etdirməlidir.
göstəricisidir. Buna görə də istinad edilən • Əsas müddəalar (Highlights) – bu bölmədə
məqalələr mümkün qədər yeni olmalıdır. əsas tədqiqat nəticələrini qısaca əks etdirən
Müəllif öz məqalələrinə çox istinad etməməlidir. 3-5 bənddən ibarət nişanlanmış siyahı qeyd
Lakin məqalə əvvəlki məqalələrin (tədqi- olunmalıdır.
qatların) davamıdırsa, onda onlara istinadetmə • Giriş (Introduction) – tədqiqat mövzusu-
istisna olunmamalıdır. nun aktuallığı, tədqiqat mövzularına dair
Tədqiqatın mövzusuna tam uyğun gələn ədəbiyyatın nəzərdən keçirilməsi, məsələnin
jurnal seçilməlidir. Redaktor üçün məqalənin qoyuluşu, tədqiqatın məqsəd və vəzifələrinin
«jurnalın qarşıda qoyduğu məqsədlərinə ifadəsi əks etdirilməlidr.
uyğun» olması vacibdir. Elmi jurnalların əsas • Metodlar (Materials and Methods) – yalnız
tələblərindən biri də məqalənin jurnalın dərc məqalənin mətnindən istifadə edərək nəticələri
edildiyi dildə mükəmməl yazılması, əlyazmanın əks etdirən eksperimentlər/müşahidələrin
üslub və keyfiyyətinin uyğunluğu, eləcə də üsulları və sxemi ətraflı açıqlanmalıdır.
təqdim olunan materialların informativ olması, Eksperimentlər/müşahidələr aparmaq üçün
həcmi və qısalığı ilə seçilə bilməsidir. Beləliklə, materiallar, alətlər, avadanlıqlar və digər şərtlər
məqalənin resenziyadan keçirilməsinə nail təsvir olunmalıdır.
olmaq üçün, yəni baş redaktor tərəfindən • Nəticələr (Results) – faktlara əsaslanan
rədd edilməməsi üçün məqalə mütləq jurnalın tədqiqat nəticələri (mətn, cədvəl, qrafik,

http://journal.edu.az 99
NƏŞRLƏR

diaqramlar, tənliklər, şəkillər) ifadə edilməlidir. əks etdirməlidir.


• Müzakirə (Discussion) – alınan tədqi- Beləliklə, hər bir alim elmi tədqiqatlarının
qatların nəticələrinin izahını əks etdirməli, o nəticələrini dərc etdirmək üçün əlyazmanın
cümlədən əldə edilmiş nəticələrin tədqiqat hazırlanmasına məsuliyyətlə yanaşmalıdır.
fərziyyəsinə uyğunluğu, tədqiqatın özəti və Məqalədəki bütün açıqlamalar qısa və aydın
nəticələrinin ümumiləşdirilməsi, praktiki formada verilməlidir. Məqalənin informasiya
tətbiqə dair və gələcək araşdırmalar üçün axını düzgün şəkildə olmalıdır, yəni məlumatlar
təkliflər qeyd olunmalıdır. düzgün sıralama ilə təqdim edilməlidir.
• Xülasə (Conclusion) – istifadə olunan
ifadələri təkrarlamamaq şərti ilə məqalənin Jurnal seçimi
bölmələrini özündə qısaca əks etdirən məlumat
verilməlidir. Əldə edilən nəticələrin hansı jurnalda dərc
Qeyd etdiyimiz «Giriş», «Metodlar», edilməsi elmi tədqiqatın ilkin mərhələlərində
«Nəticələr», «Müzakirə» və «Xülasə» məqalənin planlaşdırılmalıdır. Elmi jurnalın seçimi
mətn hissəsini təşkil edir. əlyazmanı hazırlamadan əvvəl edilməli və
• Təşəkkür (Acknowledgments) – bu tədqiqat mövzusunun jurnalın tematikasına
bölmədə müəlliflər yardım üçün həmkarlarına uyğunluğuna, jurnalın parametrlərinin qiy-
və tədqiqatın maliyyə dəstəyinə görə şəxslərə mətləndirilməsinə əsaslanmalıdır.
və ya təşkilatlara öz təşəkkürünü bildir- Jurnalı seçərkən qiymətləndiriləcək olan
məlidirlər. amilləri nəzərə almaq lazımdır. İlkin olaraq,
• Ədəbiyyat siyahısı (References) – yalnız məqsəd və hədəfləri, tədqiqat nəticələrinin
məqalənin hazırlanmasında istifadə olunan, yeniliyini və onlara maraq göstərən müvafiq
nəşriyyat tərəfindən qəbul edilən və stan- oxucu auditoriyasını təyin etmək lazımdır.
dartlara uyğun olaraq tərtib olunmuş Bundan əlavə, jurnalın müəlliflər üçün
mənbələrdən ibarət olmalıdır. təlimatlarına da diqqət yetirilməlidir. Burada
Əlyazmanı hazırlayarkən qarşıda duran əlyazmanın hazırlanması, söz limiti, ədəbiyyat
açar sualları nəzərdən keçirək. siyahısının tərtib forması, məqalədə istinadların
Birinci sual: Tədqiqatın aparılmasında verilmə qaydası nəzərdə tutulur. Növbəti
məqsəd nədir? Sualın cavabı olaraq, ilkin amillər – jurnalın İmpakt-faktoru (IF) və Open
məlumatlar, tədqiqat sahəsindəki mövcud Access (OA), yəni jurnalın «Açıq giriş» rejimində
vəziyyət və əsas məqsəd nəzərdə tutulur. olması nəzərdən keçirilir. Bu rejimdə fəaliyyət
Məqalədə mövzunun hansı sahəni əhatə et- göstərən jurnallarda məqalə çap etdirmək
diyini, araşdırmanın geniş və ya xüsusi üçün müəllif yüksək məbləğdə ödəniş etməlidir.
olduğunu, tədqiqatın aktuallığını, əsas hədəflər Oxucular isə məqalədən pulsuz istifadə edə
və məqsədləri qeyd etmək lazımdır. bilərlər. Əgər alınan nəticələr əvvəlki
İkinci sual: Araşdırmalar necə aparıldı? tədqiqatlara əsaslanırsa, onda aşağı İmpakt-
Məqalədə tədqiqat metodları haqqında bilgi faktorlu jurnal seçilməlidir. Tətbiqi cəhətdən
verərək nümunələr, istifadə olunmuş materi- əhəmiyyətli olan, tamamilə yeni bir orijinal
allar, metodların ümumi və ya xüsusi olması nəticələr alınıbsa, yuxarı İmpakt-faktorlu jurnal
qeyd edilir. seçmək məqsədəuyğun olardı.
Üçüncü sual: Hansı nəticələr əldə edildi? Alınmış nəticələrin regional (yerli) və ya
Alınan nəticələr düzgün ifadə edilməli və beynəlxalq jurnallarda nəşr edilməsi onların
onların xülasəsi aydın şəkildə verilməlidir. harada tətbiq olunmasından asılıdır. Müəyyən
Sonuncu sual: Tədqiqatın əhəmiyyəti nədən bir sahə üzrə alınmış xüsusi nəticələri yerli
ibarətdir? Sualın cavabı araşdırmanın qısa jurnalda, dünya səviyyəsində əhəmiyyətli olan
məzmununu, nəticələrin müqayisəsini, yəni nəticələri isə beynəlxalq jurnalda nəşr etmək
oxşarlıqlar və fərqləri, nəticələrin tətbiqini məqsədəuyğundur.

100 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №4


Misir Mərdanov, Aynur Həsənova
Nüfuzlu elmi jurnallara məqalə hazırlamağın yolları

Alınmış nəticələrin əhəmiyyətliliyini nəzərə haqqında məlumatların əsasında jurnalları


alaraq, onları ixtisaslaşdırılmış və ya çoxsahəli seçmək olar – İmpakt-faktor üzrə JCR-dən
jurnallarda nəşr etmək olar. Əgər nəticələr (Journal Citation Reports – Web of Science)
müəyyən bir sahə üçün əhəmiyyətlidirsə, onda və ya SJR-dən (Scimago Journals Ranking –
ixtisaslaşdırılmış jurnal, nəticələr başqa Scopus).
sahələrdə də tətbiq oluna bilərsə, çoxsahəli Beləliklə, elmi jurnalın seçim vasitələrinə
jurnal seçmək lazımdır. nəzər yetirək.
Jurnalı seçərkən oxucu auditoriyasını da İlkin vasitələrdən biri jurnalın onun
nəzərə almaq vacibdir. Abunəlik modelli tematikası üzrə axtarışıdır. Belə axtarışları
jurnalların oxucu auditoriyası akademik he- açar sözlərdən tərtib edilmiş tematik sorğulara
yətdən, yəni müəllim və elmi tədqiqatçılardan nəzərən, beynəlxalq verilənlər bazasında
ibarətdir. Akademik və ümumi oxucu indeksləşdirilmiş jurnalların siyahısı üzrə
auditoriyası olan jurnallar Open Access reji- (Web of Science və ya Scopus) aparmaq olar.
mində fəaliyyət göstərir. Hibrid jurnallar isə Xüsusi axtarış və analiz vasitələrindən istifadə
abunəlik və Open Access modellərini özündə etməklə (Scimagojr.com, Journal Finder, Journal
cəmləşdirir. Hibrid modelli jurnal seçərkən Metrics, Springer Journal Selector, Edanz Jour-
müəlliflər məqalənin necə dərc edilməsinə nal Selector və b.) məqalələrin məlumatları
və yayılmasına özləri qərar verirlər. Ənənəvi və ya qabaqcıl nəşriyyatların konkret başlıq
model seçdikdə ödəniş tələb olunmur, «açıq cədvəlləri üzrə də (http://sciencedirect.com,
giriş» rejimli model seçdikdə əlavə ödəniş h t t p : / / l i n k . s p r i n g e r. c o m ,
edilir. http://www.nature.com/search/advanced və
Məqaləni dərc etmək üçün tanış olduğunuz s.) axtarışlar etmək olar.
jurnalları nəzərdən keçirmək məqsədə uyğun Növbəti vasitə nəşriyyatın seçimidir. Else-
olardı. Elsevier, Springer, Wiley, Taylor&Francis, vier, Springer Nature, Wiley, Taylor&Francis,
OUP (Oxford University Press), CUP (Cambridge Oxford University Press (OUP), Sage, Emerald,
University Press), AIP (American Institute of Cambridge University Press (CUP) və b.
Physics), APS (American Physical Society), nəşriyyatların arasından seçim etmək olar.
Nature, Science kimi aparıcı nəşriyyatların Bir çox nəşriyyat və jurnallar öz veb saytında
ingilis dilində dərc olunmuş jurnallarını oxu- və SHERPA/Romeo saytında məqalələrə açıq
maq lazımdır. Bu nəşriyyatların jurnallarının giriş siyasəti (Open Access) haqqında
bir çox hissəsi yüksək sitatgətirmə göstəri- məlumatlar təqdim edirlər (http://www.sher-
cilərinə malikdir. pa.ac.uk/romeo/index.php). Jurnalın seçimində
Hər hansı bir jurnalı oxumaqla, onun bu məlumatların da istifadəsi faydalı ola bilər.
tematikası və qaydaları ilə yaxından tanış ol- Jurnalın parametrlərinin qiymətləndirilməsi
maq, məqalənin müəllifləri və işlədikləri üzrə aparılan axtarışlar – geniş tətbiq olunan
təşkilatlar haqqında məlumatlanmaq olar. bir vasitədir. Burada kvartil, İmpakt factor
Bundan əlavə, digər müəlliflər tərəfindən (IF) (impakt faktor), CiteScore SCIMago Journal
məqalələrin və ədəbiyyat siyahısının necə Rank (SJR – indikator (göstərici)) para-
hazırlanması ilə tanış olmaq və mövzuya yaxın metrlərinə nəzərən axtarışlar aparılır.
elmi işlər tapıb, sonra onlara istinad etmək Kvartil sitatgətirmə dərəcəsini, yəni elmi
olar. ictimaiyyətdə jurnalın tələbat səviyyəsini əks
Əgər tanış jurnal yoxdursa, onda mövzuya etdirən bir kateqoriyadır. Hər bir jurnal dörd
uyğun jurnalları nəzərdən keçirmək lazımdır. kateqoriyalardan birinə düşür: Q1-dən (ən
Scopus, Web of Science məlumat platfor- yüksəyindən) Q4-ə (ən aşağıya) qədər. Ən nü-
malarında istinadolunma göstəricilərinə görə fuzlu jurnallar ilk iki kvartilə – Q1 və Q2-yə
mövzu üzrə axtarış etmək mümkündür. Bu aiddir.
verilənlər bazasından sitatgətirmə dərəcəsi İmpakt factor (IF) hesabat ilində əvvəlki

http://journal.edu.az 101
NƏŞRLƏR

iki (beş) il ərzində jurnalda dərc olunmuş olunan və adı əsl jurnalın adına yaxın olan
məqalələrə edilən istinadların orta sayını jurnaldır. «Saxta» jurnal hər hansı qanuni
təsvir edir. İmpakt faktor yalnız Web of Sci- akademik jurnalın saxta veb saytını yaradan
ence-da indeksləşdirilmiş jurnallar üçün jurnaldır. Bu, nəşriyyat tərəfindən elmi
müəyyən edilir. CiteScore hesabat ilində əvvəlki jurnalların etikasının pozulmasında nisbətən
üç il ərzində jurnalda dərc olunmuş məqalələrə yeni bir istiqamət ifadə edir. Belə jurnallarda
edilən istinadların orta sayını təsvir edir. Yalnız nəşr olunma alimin nüfuzuna çox mənfi təsir
Scopus-da indeksləşdirilən jurnallar üçün göstərə bilər, həmçinin məqalənin indeks-
hesablanılır. SCIMago Journal Rank (SJR) ləşdirilməsi və istinad edilməsi üzrə göz-
PageRank alqoritminə əsaslanan və jurnala ləntilərə cavab verməyə bilər.
edilən istinadların sayını və onun nüfuzluğunu Elmi jurnal seçərkən keyfiyyətsiz nəşrlərin
nəzərə alan jurnalın elmi təsirinin ölçüsüdür. əvvəlcədən aşkarlanması üçün onları
Yalnız Scopus-da indeksləşdirilən jurnallar xarakterizə edən əlamətləri də qeyd etmək
üçün hesablanılır. Jurnal haqqında məlu- yerinə düşərdi. Belə jurnal öz müəllifindən
matların təhlilini aparmaqla da seçim etmək müstəqil olaraq rəylərin hazırlanmasını və ya
olar. Burada əlyazmanın qəbul edilmə sürəti, həmkarları tərəfindən resenziyanın alınmasını
nəşr müddəti nəzərdə tutulur. xahiş edir. Redaksiya agentlik xidmətləri təklif
Elmi məqalənin keyfiyyətli nəşrlərdə çap edir, məsələn, ödənişli resenziyaların
olunması elmi cəmiyyətdə müzakirə olunan hazırlanması kimi (bura tərcümə, redaktə və
mühüm və aktual məsələlərdən biridir. Qeyd ya əlyazmanın texniki cəhətdən hazırlanması
etdiyimiz kimi, elmi nəşrlər üçün müəyyən aid deyil). Jurnal ən qısa müddətdə (2-3 gün,
tələblər mövcuddur. Onlardan ən mühümü bir həftə və s.) dərc etmək təklifi ilə spam
bu nəşrlərin elmi əhəmiyyətliliyi və göndərir. Jurnal özü haqqında mötəbər olmayan
aktuallığıdır. Məqaləni hansı jurnallarda çap məlumatlar göstərir (məsələn, Scopus və Web
etdirməli olduğunu dəqiqləşdirmək üçün of Science kimi verilənlər bazalarına daxil
tədqiqatçı etibarlı mənbələrdən istifadə edilməsi haqqında), saxta sitatgətirmə
etməlidir. İnternet mühitində elmi infor- indeksləri, mövcud olmayan və ya əhəmiyyətsiz
masiyanın çox sürətlə artması tədqiqatçının göstəriciləri əks etdirir, ISSN-i göstərmir. Bun-
burada orijinal məlumat əldə etməsini nisbətən dan əlavə, məqalənin elmi səviyyəsinin redak-
çətinləşdirir. siya tərəfindən artırılmasını təklif edir, öz
Məqalə dərc etdirmək üçün jurnalın məhz əməkdaşlarının, mütəxəssislərinin (eks-
etibarlı beynəlxalq mənbədən seçilməsi o pertlərinin), redaksiya heyətinin üzvlərinin
qədər də asan deyil. Bəzən tədqiqatçılar asan adlarını və soyadlarını gizlədir. Jurnal sitat
üsulla qısa müddətdə məqalə dərc etdirmək gətirilmələrlə bağlı manipulyasiyalar, çox sayda
üçün alternativ yol axtarmağa başlayırlar ki, öz-özünə sitat gətirilmələri daxil etməklə elm-
bu da öz növbəsində onları keyfiyyətsiz, metrik göstəricilərin yüksəldilməsi üçün
bədniyyətli jurnalların tələsinə salır. Qeyd xidmətlər təklif edir, həmmüəlliflərin «satışı»
edək ki, elm sahəsində keyfiyyətsiz nəşriyyat ilə məşğul olur. Jurnalda mətnlərin çox sayda
fəaliyyətinin son illərdə geniş yayılması «Yırtıcı» olması (40 və daha çox məqalə), məqalənin
(ing. Predatory), «Oğurlanmış» (ing. Hijacted) çox aşağı həcmli – 3-4 səhifəlik olması, jurnalın
və «Saxta» (ing. fake) jurnalların sayının adının çox ümumiləşdirilmiş olması, bir jurnala
getdikcə artmasına gətirib çıxarır. müxtəlif istiqamətlər üzrə olan məqalələrin
«Yırtıcı» jurnal müəllifdən ödəniş tələb qəbul olunması da keyfiyyətsiz nəşrlərin
edən, əvəzində isə həqiqi jurnalın göstərdiyi əlamətləridir. Jurnalın adının yalnız of və ya
redaksiya və nəşriyyat xidmətlərini göstər- for ilə fərqlənərək eyni tematika üzrə olan
məyən jurnaldır. «Oğurlanmış» jurnal pul jurnalın adına yaxın olması, jurnal haqqında
qazanmaq məqsədi ilə çox vaxt onlayn nəşr olan məlumatlarda çox sayda tərifləyici

102 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №4


Misir Mərdanov, Aynur Həsənova
Nüfuzlu elmi jurnallara məqalə hazırlamağın yolları

epitetlərin olması da (məsələn, Leading pub- nəticələr və onların oxucular üçün nədən
lisher, the most popular journal in the area) maraqlı olması aydın şəkildə izah olunmalıdır.
bədniyyətli nəşrləri xarakterizə edən amillərdir. Məqalə redaksiyaya daxil olduqdan sonra
Belə nəşrlərdən qorunmaq məqsədilə onun daxili qiymətləndirilməsi aparılır. İlkin
jurnalın Web of Science məlumat bazasında əlamətlərə görə redaktor tərəfindən seçim
indeksləşdirilməsini yoxlamaq vacibdir edilir. Məqalənin istiqaməti və formatı
(http://ip-science.thomsonreuters.com/cgi- müəyyənləşdirilir. Burada məqalənin jurnalın
bin/jrnlst/jlsearch.cgi?PC=MASTER). profilinə uyğun olub-olmadığı qiymətləndirilir.
Əgər məqalə qeyd etdiyimiz jurnallarda Məqalənin tam, icmal, konfrans materialı
artıq nəşrə qəbul olunubsa, belə halda məqaləni formatında olduğu dəqiqləşdirilir. Məqaləni
necə geri götürmək olar? əlaqədar bir jurnala göndərmək və ya onun
Birincisi, redaktorla yazışmalarda jurnal formatını dəyişdirmək kimi suallar nəzərdən
haqqında məlumatları ona bildirmək lazım keçirilir. Bundan əlavə, redaktor tərəfindən
deyil. İkincisi, redaktora məktub yazaraq, məqalənin dərin təhlili də aparılır. Yeniliyin
məqaləni geri götürməyə çalışmaq lazımdır. kifayət qədər olması, tədqiqatın əvvəlki
Məktubda, məsələn, verilənlərdə, hesabla- araşdırmalardan fərqi, bu istiqamətdə tədqiqat
malarda və ya məqalədə başqa səhvlər aparan alimlər və digər oxucular üçün
olduğunu qeyd etmək olar. Yeni ziddiyyətli məqalənin maraqlı olması nəzərdən keçirilir.
nəticələrin alındığını və bununla bağlı məqaləni Redaktorun məqalədə diqqət yetirdiyi
dərc etdirməyə uyğun olmadığını bildirmək məqamlara əlyazmanın bölmələrinin xülasəsi,
olar. annotasiya, açar sözlər, ədəbiyyat siyahısı,
qoşma məktub, vizual informasiya daxildir.
Məqalənin təqdimatı Məlumat olaraq, nəşr növlərini qeyd edib,
onlara aid tələblərə nəzər yetirək.
Düzgün jurnal seçimi edib və əlyazmanı Orijinal elmi məqalə («Full Article»)
jurnalın məqaləyə qoyulmuş tələblərinə uyğun tamamlanmış elmi tədqiqatın nəticələrinin
tərtib etdikdən sonra onun lazımi qaydada geniş formatda təqdim edilməsi deməkdir. Bu
təqdim edilməsi vacibdir. növə aid məqalə 8-10 səhifəlik mətndən, 5-8
Məqalənin təqdimatının ilkin mərhələsi – şəkil və 25-40 sayda olan ədəbiyyat siya-
«Qoşma məktub»-un («Cover Letter») redak- hısından ibarətdir.
siyaya göndərilməsindən ibarətdir. Qeyd edək Qısa məlumat («Short Communications Ar-
ki, «Cover Letter» redaktorların müəllif ticle») tamamlanmış elmi tədqiqatın ayrı-ayrı
haqqında olan ilkin təəssüratıdır. Bunu nəzərə nəticələrinin qısa formatda təqdim edilməsidir.
alaraq, işin əhəmiyyətliliyi və orijinallığı, Məqalə 2500-dən az söz təşkil edən mətndən,
məqalənin oxucularda maraq oyatması, aydın ən çoxu 2 şəkil və ya cədvəldən, ən azı 8 sayda
və qısa bir yazı üslubunun olması vacibdir. olan ədəbiyyat siyahısından ibarətdir.
Qeyd etmək lazımdır ki, dünyada nəşr olunan Xülasə (icmal) şəklində yazılmış məqalə
məqalələrin sayı artmaqdadır və nüfuzlu jur- («Review paper/perspectives») – tədqiqat
nallarda yer almaq üçün rəqabət böyükdür. mövzusunun tənqidi formada ümumiləş-
Buna görə də, elmi ictimaiyyətə yalnız yüksək dirilməsidir. Belə məqalə 10 və ya daha çox
keyfiyyətli elmi tədqiqatların nəticələri təqdim səhifədən, 5 və ya daha çox şəkildən, təxminən
edilməlidir. 80 sayda olan ədəbiyyat siyahısından ibarətdir.
Beləliklə, «Qoşma məktub» effektli şəkildə Bu formada olan məqalə elmi karyeranın
yazılmalı, məqalənin adı, növü və əsas gücləndirilməsi üçün yaxşı bir vasitədir.
xüsusiyyətləri («Highlights») düzgün qeyd Növbəti mərhələdə redaksiya qərarı alınır
edilməlidir. Burada tədqiqatın müqəddiməsi – imtina (rədd edilmə) və ya məqalənin
(ön söz), araşdırmaların yolları, alınmış ekspertlərə göndərilməsi müzakirə olunur.

http://journal.edu.az 103
NƏŞRLƏR

Qeyd edək ki, yüksəksəviyyəli (nüfuzlu) jur- edilməsi və tamamlanması üçün müəllifə
nallarda imtina 80%-dən 90%-ə qədərdir. göndərilir. Resenzent (əlaqələndirici redaktor)
Birbaşa qəbul edilən məqalələrin faizi isə çox qeydlər göndərib, düzəlişlər tələb edirsə, bu
aşağıdır. Məqalə qəbul olunduqdan sonra re- təxirə salınmamalı, operativ şəkildə həll
senzent təyin olunur və rəyin yazılması üçün edilməlidir (bunun üçün ayrılan müddətin
material ona göndərilir. Resenzentin seçimində sonuna saxlanılmamalıdır). Rəyçiyə müraciət
redaksiya heyətinin, ekspert-resenzentlərin etməkdən çəkinməmək lazımdır, hər bir bənd
və məqalənin müəllifinin tövsiyələrindən, üçün nə edildiyini izah edən bir qoşma məktub
ekspert-resenzentlərin məlumat bazasından, əlavə olunmalıdır. Rəyçinin dediyi hər bir
redaktorun şəxsi elmi əlaqələrindən istifadə qeyd yerinə yetirilməlidir (əgər bunlar
olunur. Resenziya verilməsinin forması jurnalın tədqiqatın nəticələri ilə bağlı mühüm suallar
səviyyəsinin göstəricisidir. Nüfuzlu jurnallarda deyilsə). Bu, məqalənin nəşr mərhələsinə
ən çox yayılmış resenziya verilmənin növlərini çatdırılması üçün bir şansdır. Dəyişikliklər
qeyd edək. varsa, onları görünən və seçilən etmək lazımdır.
İkitərəfli anonim resenziyanın verilməsi Səhifə və sətir nömrələri qeyd edilməli, fərqli
(«double-blind peer-review»)resenzent və bir şrift rəngi istifadə olunmalı, yazılar
müəlliflərin soyadlarının hər iki tərəfə də fərqləndirilməlidir.
məlum olmaması deməkdir. Tələb olunan düzəlişlər edildikdən sonra,
Birtərəfli anonim resenziyanın verilməsində məqalə son qiymətləndirilmə üçün resenzentə
(«single-blind peer-review» və ya «blind») – göndərilir. Əgər məqalə rədd edilibsə, səbəbi
resenzentə müəlliflərin soyadlarının məlum öyrənilməli və imtina barədə yazılanlar
olması, müəlliflərə isə resenzentin soyadının diqqətlə oxunmalıdır. Redaktorların çoxu rədd
məlum olmaması nəzərdə tutulur. Açıq edilmiş məqalə haqqında ətraflı izahat verirlər.
resenziyanın verilməsi isə resenzent və Məqalənin materialını yaxşılaşdıraraq, onu
müəlliflərin soyadlarının hər iki tərəfə məlum başqa bir jurnala göndərməyə cəhd edilməlidir.
olması deməkdir. Beləliklə, məqalənin nüfuzlu jurnalda
Məqalənin resenziyaya göndərilməsi artıq çapahazırlanma və təqdimetmə proseduru
bir uğur sayılır. Çünki məqalə dərc edilməyə aşağıdakılardan ibarətdir:
layiq olduğu halda redaktor tərəfindən • Nəşrin seçilməsi (elmi jurnalın);
qiymətləndirilir. Qeyd edək ki, məqalənin elmi • Jurnalın tələblərinin təhlili;
əhəmiyyətinin və orijinallığının, jurnalın tem- • Jurnalın tələblərinə uyğun olaraq mate-
atik istiqamətlərinə, elmi-nəşriyyat prosesinin rialın ilkin qiymətləndirilməsi;
etik prinsipləri və normalarına uyğunluğunun • Məqalənin işlənməsi və düzgün şəklə
müəyyən edilməsində rəyçilərin rolu böyükdür. salınması;
Resenzentin diqqət yetirdiyi suallar • Məqalənin resenziyadan keçirilməsi
tədqiqatın nəticələrinin nə dərəcədə verilən (jurnalın tələblərinə uyğun olaraq);
məlumatlara əsaslanmasından, əhəmiyyətli • Məqalənin tərcüməsi (ehtiyac varsa);
və maraqlı olmasından, aydın və sadə formada • Nəşriyyatla danışıqların aparılması;
izah edilməsindən ibarətdir. Həmçinin resen- • Məqalənin işlənib tamamlanması;
zent tədqiqatın nə dərəcədə yeni və orijinal, • Məqalənin nəşr edilməsi, rədd edildikdə
müəllifin aldığı elmi nəticələrin nə dərəcədə başqa bir jurnala təqdim edilməsi.
aydın və əhəmiyyətli olmasına, etik prinsiplərin Bir məqamı da qeyd etmək lazımdır. Burada
pozulmamasına, səhv və çatışmazlıqların məqalə müəllifinin hansı hüquqlara malik
varlığına, düzəliş və ya əlavələr olunmasına olması nəzərdə tutulur. Bu hüquqlara məqaləyə
nəzər yetirir. Beləliklə, məqalənin resenziyadan müstəsna hüququ, müəlliflik hüququ, müəllifin
keçməsi onun inkişafına imkan yaradır. ad hüququ, məqalənin toxunulmazlıq hüququ,
Sonrakı mərhələdə məqalə düzəlişlər məqaləni dərc etmək hüququ aiddir.

104 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №4


Misir Mərdanov, Aynur Həsənova
Nüfuzlu elmi jurnallara məqalə hazırlamağın yolları

Müəllif tərəfindən müstəsna hüquqlar dünyanın aparıcı nəşrlərində çap olunmasının


müqavilə əsasında verilə bilər. Müqavilə müəllif günümüzün aktual problemlərindən birinə
və jurnalın redaksiyasının hüquq və vəzifələri çevrilməsi bu sahədəki boşluqların mövcud
deməkdir. Müqaviləsiz oxucular məqaləyə olması ilə bağlıdır. Bir sıra hallarda təqdim
daxil ola bilmirlər. Müqaviləyə diqqətlə olunan məqalələrin yüksək indeksli nəşrlərdə
yanaşmaq lazımdır, çünki müəlliflərə gələcəkdə qəbul edilməməsi mütəxəssislərimizin öz
məqalənin istifadə hüquqlarına məhdudiyyət dəyərli nəticələrinin yüksək standartlar səviy-
qoyula bilər. Müəlliflərin məqaləyə olan yəsində hazırlayıb təqdim edə bilməməsindən,
müstəsna hüquqları məqalənin baş səhifəsində bu sahədə təcrübə çatışmazlıqlarından irəli
Copyright © (Müəlliflik hüququ) işarəsi ilə gəlir. Bu çatışmazlıqları aradan qaldıraraq,
qeyd olunur. dünya standartlarına uyğun orijinal elmi
əsərlərin yazılması, məqalələrin dünyanın
Nəticə aparıcı, yüksək indeksli jurnallarında çap
olunması həm müəllifin özü üçün bir göstərici
Beləliklə, respublikamızda tədqiqatla məş- olacaq, həm də ümumən ölkəmizin imicinə
ğul olan mütəxəssislərin elmi məqalələrinin öz müsbət təsirini göstərəcəkdir.

İstifadə edilmiş ədəbiyyat 2014. https://docplayer.ru/44720295-Kak-


opublikovat-statyu-v-zarubezhnom-reytingo
1. Əliyev F.Ə., Ağayev Ş.S. Azərbaycanda elmin vom-zhurnale.html
problemləri və inkişaf perspektivləri. “Elm” 7. Макеева, Е. Ю. Максимчик О.А. Оценка
nəşriyyatı, Bakı, 2011, 151 s. влиятельности научных журналов в
2. Həsənova R.Ş., Əsgərov F.Ş. “Yırtıcı” jurnalları международных системах научных
xarakterizə edən xüsusiyyətlərin публикаций. Известия Самарского
identifikasiyası. İnformasiya cəmiyyəti научного центра Российской академии
problemləri, 2018, № 2, s. 97–106. наук, т. 16, № 2(3), 2014.
3. Giray Ş. Springer Nature. Yazar Çalıştayı. 8. Beall J. Essential information about
2018. http://mek.az/documents/Baku%20 predatory publishers and journals.
Springer%20Nature%20Workshop%204% International Higher Education, 2016,
20Aralik%202018.pdf http://ejournals.bc.edu/ojs/index.php/ihe/
4. Александрова И.A. Ресурсы Springer article
Nature. Как подобрать журнал по
профилю исследований. 2018. Internet resursları
http://docplayer.ru/79791153-Resursy- 9. Web of Science – Clarivate.
springer-nature-kak-podobrat-zhurnal-po-pr https://clarivate.com/products/web-of-
ofilyu-issledovaniy-irina-aleksandrova.html science
5. Кириллова О.В., Парфенова С.Л. и др. 10. Scopus Journal. https://www.scopus.com/
Краткие рекомендации по подготовке и sources.uri?DGCID=Scopus_blog...
оформлению научных статей в журналах, 11. SAGE Journals: Your gateway to world-class
индексируемых в международных research journals.
наукометрических базах данных. Москва, https://journals.sagepub.com
2017, 11 c. 12. Elsevier | An Information Analytics Business
6. Кириллова О.В. Как опубликовать статью | Empowering Knowledge
в зарубежном рейтинговом журнале. https://www.elsevier.com/

http://journal.edu.az 105
NƏŞRLƏR

12. Journals – Taylor & Francis Group.


https://taylorandfrancis.com/journals
13. Journals – Springer Nature.
https://www.springernature.com/gp/produ
cts/journals
14. Wiley Online Library | Scientific research
articles, journals, books, and ...
https://onlinelibrary.wiley.com

106 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №4

You might also like