You are on page 1of 5

Azərbaycan Respublikası Təhsil Nazirliyi

FANTAZİYA YARADICI TƏXƏYYüLü


İNKİşAF ETDİRİR

Əjdər Ağayev,
pedaqoji elmlər doktoru, professor

Məqalədə fantastik hekayələrdən bəhs edilir. Nümunə üçün Zahid Xəlilin


hekayələrindəki fantastik obrazlar götürülür. Müəllifin fantastik hekayələrindən “Dünyanın
ən kiçik nağılları”, “Orxan, Vəfa və Bənək”, “Çınqı”dakı fantastik uşaq aləminə məxsus
düşüncələrin uşaqların yaradıcı təxəyyülünün inkişafına təsiri şərh olunur.

Açar sözlər: yaradıcı təxəyyül, uşaq ədəbiyyatı, fantaziya, hekayə, uşaq aləmi.
Ключевые слова: творческое воображение, детская литература, фантасти-
ка, рассказы, детский мир.
Key words: creative imagination, children’s literature, fantasy, science fiction, fairy
tale.
Fantaziya insan psixikası ilə bağlı Azərbaycan ədəbiyyatına da xasdır.
olan bir prosesdir, daha doğrusu, insanın Beləliklə,Yusif Vəzir Çəmənzəminlinin
qavrayış və hafizəsi ilə bağlı təsəvvürlərin yazdığı “Gələcək şəhər” əsərində baş
yenidən işlənməsi, yeni qaydada birləşdiril- verənlər o zaman fantastika olsa da, bəziləri
məsi əsasında yeni surətlərin yaradılmasın- hazırda həyata keçmişdir. 1933-cü ildə yazı-
dan ibarət olan psixi prosesdir. lan bu əsərdə təyyarələrin on beş və daha
Fantastik sayılan əsərlərin zaman artıq mərtəbəli binaların damına qonması,
keçdikdən sonra həyata keçməsi halları elmə həkimlərin videogörüntü ilə xəstələrə bax-
məlumdur. Jül Vernin yüz səkkiz fantastik ması, müasir liftlər, mobil video telefonlar
ideyasından yalnız onu səhv çıxmışdır. və təbiətin idarə edilməsi, şəhərdə havanın
Morqan Robertson Titanik qəzasından çox təmizlənməsi üçün yağışın yağdırılması indi
illər əvvəl “Titan” adlı əsər yazmışdır. Bu həqiqət kimi qəbul olunur. Deməli, fantazi-
əsərdə o, Titan adlı nəhəng gəminin qəzasın- yalar Azərbaycan xalq nağılları üçün də
dan danışırdı. Romandakı nəhəng Titanla səciyyəvidir. Yəqin ki, zaman keçəcək, onla-
Titanik arasında ağlasığmaz bənzərliklər, rın da həqiqətə çevrilməsi təsdiq ediləcəkdir.
uyğunluqlar vardır. Robertsonun Titan Şifahi xalq ədəbiyyatının ən geniş
qəzası romanı gerçək Titanik qəzasından yayılmış növlərindən biri nağıllardır. Nağıl
tam 14 il əvvəl yaranmışdır. Qəzadan sonra- qədimliyinə və çoxistiqamətliliyinə görə də
kı illərdə aparılan müqayisələr yazıçı diqqət çəkir.
xəyalının, yazıçı fantaziyasının zənginliyini Dastanlarda olduğu kimi, nağılların
bir daha təsdiq etmişdir. da məzmun və məqsədinə görə müxtəlif-
Ədəbiyyat aləminə məlum olan və liyini qeyd etmək olar. Məsələn, məhəbbət
hamı tərəfindən fantastik sayılan əsərlərin nağılları, qəhrəmanlıq nağılları, didaktik
zaman keçdikdən sonra həyata keçməsi, nağıllar, məişət nağılları, təbiət nağılları,
araşdırmaçıların diqqətini məhz fantastik sehrli nağıllar və s.
janrda yazan yazıçıların əsərlərinə Nağıllar canlı xalq dilinə uyarlığı,
yönəldilməsinə səbəb olmuşdu. Belə hallar təbiiliyi, gerçəkliyi fantastik olaraq əks

22
“Azərbaycan məktəbi” 2017/1
etdirməsi, süjet xəttinin əhvalatlarla inkişaf ginin, Elçinin, Zahid Xəlilin, Gülzar
etdirilməsi, qeyri-adiliklə təəccüb doğurma- İbrahimovanın yaradıcılığı səciyyəvidir.
sı, digər estetik məzmun və üslub xüsusiy- “Bu günün yazıçısı əsrin sürətli inki-
yətlərinə görə hamı tərəfindən maraqla oxu- şafından geri qalmamalı, həyatımızın
nur, dinlənilir. məzmununu, mahiyyətini açmalı, müasir
Nağılların bədii-estetik dəyəri ilə məktəblinin mükəmməl obrazını yaratmalı-
yanaşı, güclü tərbiyəvi təsiri vardır. Bəlkə, dır” (6). Bunlar hələ kifayət deyil. Bu günün
elə buna görə də uşaqlara anlaşıqlı olan, nağılları uşaq fantaziyasının güclənməsinə,
onları düşündürən, təəccübləndirən nağıllar onlarda yaradıcı düşüncənin inkişafına
daha geniş yayılmışdır. Aşıqlar müəllif ola- xidmət etməli, onları təbiətin əsrarəngiz
raq dastan yaradıcılığının yazılı ədəbiyyat sirlərinin sehrli aləmini romantik duyğularla
nümunələrini meydana gətirdikləri kimi, qavramağa yönəltməlidir.
yazıçılar da uşaqlar üçün nağıllar yazmaqla Bu baxımdan Zahid Xəlilin nağılları
şifahi xalq ədəbiyyatı ənənələrini davam və nağılvari hekayələri uşaq ədəbiyyatında
etdirmişlər. xüsusi yer tutur.
“Uşaq nağıllarında heyvan, quş Zahid Xəlilin nağıl dünyası:
obrazları mənəvi tərbiyə vasitəsinə çevrilir, Çağdaş Azərbaycan söz sənətinin görkəmli
uşaqlar onların başına gələn hadisələrdən, nümayəndəsi Zahid Xəlilin bədii və elmi
hərəkətlərindən, davranışlarından ibrət dərsi yaradıcılığının əsas istiqamətini uşaq
alırlar” (3). ədəbiyyatı təşkil edir. Onun “Torağaylar
Bu yanaşmanı güllərə, çiçəklərə, oxuyur”, “Cırtdanın balıq ovu”, “Ballıca”,
ağaclara, göllərə, dağlara və digər təbiət “Çıraq nənənin nağılları”, “Cırtdanla
reallıqlarına da aid etmək olar. “Nağılın Azmanın başına gələnlər”, “Cırtdanla
ideal qəhrəmanları ağılın, qorxmazlığın, Azmanın təzə macəraları”, “Orxan və dost-
doğruçuluğun daşıyıcısı kimi əks olunurlar”. ları”, “Göydən üç alma düşdü”, “Dünyanın
Eləcə də uşaq nağıllarında əks etdirilən quş, ən balaca nağılları”, “Orxan, Vəfa və
bitki, daş, göl və s. obrazlarda gözəllik, Bənək” kimi kitabları balaca oxucuların
hərəkət, ünsiyyət, rəqabət, mübahisə və s. maraqla oxuduqları şeirlər və hekayələrdən
keyfiyyətlərin simvolik nümunələri uşaq ibarətdir.
fantaziyasını inkişaf etdirir, yaradıcı düşün- Onun uşaqlar üçün yazdığı “Sərçə-
cə formalaşmasına kömək edir. lər”, “Siçanların kələyi”, “Qaraqulaq ağ
Tədqiqatçı alim Bilal Həsənlinin küçük”, “Ovçu Paşabalanın macəraları”,
belə bir qənaəti ilə tam şərikik ki, “uşaq “Sıfırın nağılı”, “Dəcəl çəpiş və qumral
nağılları xalq pedaqogikasının mühüm quzu” poemaları uşaq ədəbiyyatının ən yaxşı
vasitəsi kimi düşünülüb yaradılmışdır. Bu nümunələridir.
nağıllarda uşağı tərbiyə etmək, mənəvi Hər hansı mövzuya orijinal yanaşma,
dəyərlər aşılamaq niyyəti ön plana folklora xas deyim tərzi, uşaqların xəyal
çəkilir” (3). dünyasını genişləndirmə, onları təəccüblə
Dünya xalqları ədəbiyyatında olduğu heyrətləndirmə cəhdi Zahid Xəlil yaradıcılı-
kimi, Azərbaycan ədəbiyyatında da yazarla- ğına xas xüsusiyyətlərdir. Sənətkarın yaradı-
rın uşaqlar üçün yazdıqları maraqlı nağıl cılığında digər bir üslubi keyfiyyət romanti-
nümunələri vardır. Bu baxımdan Qasım bəy kaya üstünlük verməsində, fantaziya imkan-
Zakirin, Mikayıl Müşfiqin, Abdulla Şaiqin, larından məharətlə istifadədə özünü göstə-
Mikayıl Rzaquluzadənin, Səməd Behrən- rir. Ona görə də onun əsərlərinin, demək olar

23
Azərbaycan Respublikası Təhsil Nazirliyi
ki, hamısı güclü təxəyyülün məhsuludur, var idi. Bu nağıl fikirləşirdi ki, görəsən onu
nağılvaridir. Bu da yazarın tükənməyən fan- nə üçün danışmayıblar?”.
taziya sahibi olmasından irəli gəlir. Yazıçı öz Yazıçı bunun səbəbini fantastik yolla
nağılları ilə balaca oxucularını da fantaziya açır və nəhayət, bəlli olur ki, bu nağılda
aləminə daxil edir. quruda yaşayıb, danışa bilən balıqları hara-
Bəllidir ki, uşaqlıqda yaradıcı dansa gəlmiş itlər, pişiklər yediyinə görə,
təxəyyülə, fantaziyaya yiyələnmə gələcəkdə balıqların qorxudan lal olmasından və suya
kəşflərə, ixtiralara sahib olma imkanını for- gizlənmək üçün atılmalarından danışılır.
malaşdırır. Zahid Xəlilin nağılları canlı, can- Guya belə xoşagəlməz hadisədən bəhs etdiyi
sız təbiətdə nə mövcuddursa, hamısını üçün bu nağıl danışılmır.
düşündürə, dilləndirə, danışdıra bilir, Zahid Xəlil fantastik nağılları ilə
təbiətinə xas fantastik münasibətlərə qoşur. oxucularına təbiəti, ictimai ziddiyyətləri,
Onun nağıllarında fantastik əhvalatlar, fan- alleqorik yolla insanları, münasibətləri tanı-
tastik şərhlər, fantastik obrazlar o qədər dır. “Pul şəhərinin əhvalatları” nağılını bu
canlı, həyati, maraqlı təqdim olunur ki, yazı- qəbildən hesab etmək olar. “Biri var idi, biri
çı sanki oxucularını onların həqiqət olduğu- yox idi, bir pul şəhəri var idi. Həmin bu pul
na inandırmağa çalışır. Sehrlənmiş uşaq şəhərində Şahı şahlıq edirdi…”. Maraqlı
xəyalı bütün bunları aydın təsəvvür edə bilir, fantastik şərhlə nağıl davam edir. Şahı özünə
öz aləmində quşa dönüb uçur, daşla danışır, Abbası təxəllüsünü götürür və başlayır
dağla söhbətə girişir, güllərlə, çiçəklərlə “ədalətli” hökmlər verməyə. Bütün şahıları,
bəhsləşir, pişiklə, itlə dostlaşır, uçan velosi- üçqəpiklikləri, ikiqəpiklikləri və birqəpik-
ped düzəldir. Bu nağıllarda hər şey adidir, əl- likləri saraya işə dəvət edir. Saraydakı bu
çatandır, anlaşılandır, bütün var olanlar bir- qohum-əqrəbalar şahdan birqəpiklikdən,
birinə gərəklidir, bir-biri ilə ünsiyyətdədir. ikiqəpiklikdən, üçqəpiklikdən birini ləqəb
Zahid Xəlilin əsərləri bütün dünya götürməyib, onlardan uzaq Abbasını götür-
uşaqlarına yönəlişli ədəbiyyat inciləridir. düyü üçün narazılıq edirlər. Şahı bildirir ki,
Onun nağıl qəhrəmanları, hadisələr Azər- onu qohumbazlıqda təqsirləndirməsinlər
baycan təbiətindən, həyatından, ənənəsindən deyə Abbasını ləqəb götürüb.
alınsa da, məzmunca bəşəri mahiyyət daşı- Nağıl davam edir: “Qohumlar
yır, bütün dünya uşaqlarına xasdır. özlərinin işgüzarlığını bir-birinə sübut etmək
Görünür, bu cəhət Zahid Xəlilin üçün əl-ayağa düşdülər. Əvvəl bazarı
dünya uşaq ədəbiyyatı korifeylərinin yaradı- nəzərdən keçirməyə başladılar… əvvəl qapı-
cılığı ilə mükəmməl tanışlığından və nın ağzında cındır geyimli bir adamla qarşı-
sənətkarlıq qüdrətindən irəli gəlir. Yazıçının laşdılar:
“Çıraq nənənin nağılları”, “Cırtdanla - Ey, adın nədir?
Azmanın təzə macəraları”, “Dünyanın ən - Qızıl.
balaca nağılları” və digər kitablarını oxu- - Qızıl? Birqəpiklik mümkün qədər özünü
duqca yazıçı fantaziyasının genişliyinə dartdı ki, onun daha qiymətli olduğunu başa
heyrət edirsən. düşsünlər.
- Yaxşı, ey qızıl, de görək nə işlə məşğul
Zahid Xəlil nəinki təbiət reallıqları-
olursan?
nı, hətta fantaziyanı da danışdırır. Onun
- Mən torpaq adamıyam. Əkirəm, biçirəm,
“Heç zaman danışılmayan nağıl”ında belə gətirib bazarda satıram.
bir əhvalat təqdim olunur: “Biri var idi, biri - De görək buğdanın pudunu neçəyə
yox idi, heç zaman danışılmayan bir nağıl verirsən?

24
“Azərbaycan məktəbi” 2017/1
- Kilosu bir şahıdı. Çox götürsən, tonunu nağıllar söz oyunundan, əyləncəli təsvir-
bir qızıla verə bilərəm. lərdən uzaqdır. Bu nağıllar təbiət-insan,
- … Nə danışdığını bilirsən? Bəs sən başa insan-insan münasibətlərinin mahiyyətini
düşmürsən ki, əksinə danışmalısan. Mə- ortaya qoyaraq, balaca oxucularını düşündü-
sələn, belə: Kilosu bir qızıl, tonu bir şahı… rür, onları həyata hazırlamağa xidmət edir.
”. Nə isə şahı, üçqəpik, ikiqəpik, birqəpik Bu baxımdan “Günəşi qoparmaq istəyən
bazarda qiymət qoyurlar. “Balın kilosu bir ayılar” nağılı çox səciyyəvidir.
şahı, yağ üç qəpik. Ayranın kilosu bir qızıl, Yazıçı bu nağılda Ayı xislətli xarak-
suyun stəkanı beş qızıl…”. Beləcə qızılı ter daşıyıcılarının aqibətini göstərir. Belə-
gözdən salıb, bir, iki qəpikliklər qohumları lərinin öz kobudluqlarını anlamadıqları bir
Şahı şah olduğu üçün şahını qiymətə yana, başlarına gələn qəzavü-qədərin də
mindirirlər… nədən yarandığını bilməmələri göstərilir.
Şəhərə yayılır ki, danışığa qulaq asır- Zahid Xəlilin fantastik obrazları sıra-
lar. Nəticədə, pullar danışmağı tamam unu- sında təkcə it, pişik, ayı, dələ, ağac, meyvə,
durlar. Onlar ən yaxşı halda cingildəyir- dağ, göl və s. deyil, mücərrəd anlayışlar da
lər… (3). var. Məsələn, yalançı söz, pul kisəsi, üçbu-
Nağılı oxuyub qurtarırsan, əvvəlcə caq adam, ağıllı fikir, axmaq fikir və s. Həm
sənə elə gəlir ki, sadəcə bir nağıl əhvalatıdır. də bu obrazlar canlandırılır, nitq sahibinə
Düşünəndə aydın olur ki, bu nağılda sadəcə çevrilirlər.
ciddi ictimai motiv var. Düşünürsən ki, hər Həm real, həm də fantastik
şeyin qiyməti öz dəyərinə görə verilməlidir. əhvalatlarla, münasibətlərlə yazılmış əsərlə-
Alleqorik-fantastik “İki sağsağan” rində də yazıçının fantaziyası əsas təşkil
nağılı da ictimai mahiyyətli bir nəticə ilə edir. Ədibin “Orxan, Vəfa və Bənək” (5)
bitir. Bir-birinə çox oxşayan iki sağsağan cib adlı kitabı bu cəhətdən diqqət çəkir.
dəftərlərinə yazdıqlarını bir-birlərinə danı- Orxanın uçan velosiped düzəltməsi
şırlar. Əvvəlcə, pişiyin şirin babası olmasın- və uçuş etməsi nəticəsində başına gələn
dan, göyərçinlərin davakarlığından, insanla- əhvalatların iştirakçısı, narahatlıq keçirən
rın dünyadan xəbərsiz olmalarından danışır- təkcə Vəfa deyil, həm də sadiq it dostu
lar. Görürlər ki, özünüdartan topaquyruq Bənəkdir.
dələ yuvasına qoz daşıyır. Onu pusurlar. Zahid Xəlil nağılları ilə uşaq
Dələnin 45 sayını hörmətli ayının ölümünə təəccübünü, heyrətini yaratmağın ustasıdır.
və 45 gün qaldığını bildirməsi kimi qəbul Ədibin “Çınqı” (6) əsəri də bu baxımdan çox
edirlər. Sağsağanlar tez cib dəftərçəsini çıxa- səciyyəvidir. Vahid süjetə, müxtəlif obrazla-
rıb “bu mühüm məsələni” qeyd edirlər. ra malik bu nağıl – povestdə, hətta nağılçı
Nağılın sonunda oxuyuruq: “Onların özü də iştirak edir. Nağılçı bildirir ki, Çınqı
anaları isə lap uzunquyruq bir sağsağan idi. yeni qəhrəmandır. Onu daha yaxşı tanımaq
O, öz balalarına baxıb, fəxrlə deyirdi: üçün nağılçının yazı makinasında qərarlaş-
- Dünyada mənim balalarım kimi mehriban mış, oradan çıxıb fantastik hadisələr burul-
quş tapılmaz” (1). ğanına düşmüş qəhrəmanları da gərək tanı-
Yazıçının güclü fantaziyası fantasti- yasan. Kimdir onlar? Ballıca, Şeşəbığ,
kadan həqiqətə - cəmiyyətdəki ictimai Fındıqburun, Dəmirdaban, Xallı, Orxan,
münasibətlər reallığına qovuşur. Amma bu, Ütü, Fırça, Usta Həsən, Qəlbinur, Fərman,
fantastika deyil, reallıqdır. Aygəz Çiçək, Azman və digərləri.
Zahid Xəlilin uşaqlar üçün yazdığı “Çınqı” nağılındakı hadisələr fantas-

25
Azərbaycan Respublikası Təhsil Nazirliyi
tik, iştirakçıların xeylisi isə realdır. Nağılçı xəyalında deyil, yaddaşında obrazlaşan var-
baş verənləri elə məntiqli, əlaqəli şərh edir lığa çevrilir.
ki, real insanların və proseslərin həqiqiliyi Zahid Xəlilin nağılları dünya uşaq
ilə culğaşır və az qala oxucunu inandırır. ədəbiyyatının dəyərli nümunələri sırasında
Nağıldakı uydurulan epizodlardan duran əsərlərdir.
biri Çınqının Bakıya uçmasını əks etdirir.
Çınqı, onun hara uçmaq istədiyini soruşan Rəyçi: prof. N.Cəfərov
qıza cavab verir ki, Bakıya, oradan da
Yevlaxa gedəcək. Amma onu təyyarəyə İstifadə edilmiş ədəbiyyat
buraxmırlar. Tanış olduğu qız onu cibində 1. Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə.
aparacağına söz verir. Amma Çınqı razı II-III cildlər. Bakı, 2009.
olmur. Deyir ki, hara düşsəm, oranı yandırı- 2. Ağayev Ə. Təməldən əmələ. Bakı,
ram. Nəhayət, Çınqını boş su butulkasına 2009.
salıb, təyyarəyə mindirirlər. Burada da 3. Həsənli B. Azərbaycan uşaq ədəbiyyatı.
Çınqının başına gözlənilməz əhvalatlar gəlir. Bakı, 2015.
Nəhayət, Çınqı Bakıya çatır. Moskvadan 4. Xəlil Z. Dünyanın ən balaca nağılları.
Bakıya cəmi bircə günə gələn Çınqı Bakıdan Bakı, 2002.
Yevlaxa düz iki həftəyə gedir. Bundan sonra 5. Xəlil Z. Orxan, Vəfa və Bənək. Bakı,
Çınqının başına gələnlər Kür qırağında baş 2015.
verir. İnsanlarla, dovşanla, nağıl qəhrəman- 6. Xəlil Z. Çınqı. Bakı, 2016.
ları ilə rastlaşır və yenə qəribə əhvalatlar
olur… А.Агаев
Nağılçı fantastik Çınqı obrazında Фантазия развивает творческое
qığılcıma məxsus fiziki keyfiyyətləri, real воображение
təbiət ünsürlərini, insanların işlətdikləri Резюме
vasitələri prosesə qoşmaqla, az qala Çınqını В статье повествуется о фантасти-
da reallaşdırır. Və balaca oxucu düşünür: ческих рассказах к примеру берутся обра-
görəsən belə bir iş ola bilərmi? Və bu зы фантастических рассказов Захида
düşünmə onu reallıqların fantastik anlamına Халила. А также говорится о влиянии на
yönəldir. Beləliklə, nağıldakı fantastik obraz развитие творческого воображения мыс-
və hadisələr uşaq xəyalında romantik aləm лей, относящихся фантастическому дет-
yaradır. скому миру в рассказах автора.
Beləliklə, belə bir qənaətə gəlmək
olur ki, Zahid Xəlilin yazdığı nağıllar yazıçı A.Agayev
fantaziyasının məhsulu olaraq, uşaq dünya- Fantasy develops creative imagination
sında romantik duyğular oyadır. Onları həm Summary
təbiət reallıqları, həm də insani The works of Zahid Khalil in line
münasibətlərlə tanış edir. Canlı və cansız with the fairy tale is argued in the article.
aləmi – insanları, heyvanları, otları, daşları The characteristics of the author’s fantasy
canlandıraraq, fantastik təsvirlər verir və are analyzed. The effect of the heroes of the
oxucu təxəyyülünü gücləndirir. author’s books - “The smallest fairy tales in
Yazıçının əsərlərindəki fantastik the world”, “Orkhan, Vafa and Banak”,
nağıl qəhrəmanları o qədər təbii təsvirlərlə “Chinqi” and etc., on the children’s imagina-
təqdim olunur ki, onlar sanki uşağın təkcə tion is identified in the article.

26

You might also like