You are on page 1of 5

“Azərbaycan məktəbi” 2017/1

QABİLİYYƏTİN ƏSAS KOMPONENTLƏRİ VƏ


TƏDRİS PROSESİNDƏ ONLARIN
İNKİşAF ETDİRİLMƏSİ

Talıb Mahmudov,
pedaqogika üzrə fəlsəfə doktoru,
Tovuz rayonu

Açar sözlər: qabiliyyət, fərdi işlər, əsas komponentlər, tədris prosesi.


Ключевые слова: способность, индивидуальные работы, основные компонен-
ты, учебный процесс.
Key words: talent, individual works, key components, educational process.
İnsanın istənilən fəaliyyət sahəsin- və “kimyəvi başdan” ibarət olduğunu
dəki müvəffəqiyyəti, onun həmin sahəyə aid müəyyən etmişdir.
olan qabiliyyətindən asılıdır. Gündəlik tədris Sonra bu problemlə C.V.Lisiçkin və
praktikasında bütün müəllimlər bilir ki, L.A.Korobeynikova daha ətraflı məşğul
şagirdlərin bəzilərinin riyazi, bəzilərinin olmuşlar. Müəyyən edilmişdir ki, hər hansı
bədii, digərlərinin humanitar, yaxud təbiət mürəkkəb fəaliyyət sahəsinə, o cümlədən
elmlərinə meyilləri daha çoxdur. Bunun kimyaya aid olan qabiliyyət üç hissədən
səbəbi onlarda həmin sahəyə aid ibarətdir. Bunlar istedad, istedadın əsasında
qabiliyyətin başlanğıcının olmasıdır. inkişaf etdirilən xüsusi qabiliyyətlər və
Psixoloqlar tərəfindən bir sıra şəxsiyyətin xarakterik müsbət xüsusiy-
fəaliyyət sahələrinə aid olan qabiliyyətlər və yətləridir.
onların inkişaf etdirilməsi şərtləri öyrənil- İstedad beynin və sinir sisteminin
mişdir. Bu sahədə sovet psixoloqlarından anatomatik-fizioloji quruluşu olmaqla baş
S.L.Rubinşteyn, B.M.Teplov və K.K.Pla- beyin qabığının və onun ayrı-ayrı sahə-
tonovun işləri diqqəti daha çox cəlb edir. lərinin anadangəlmə fərdi xüsusiyyətidir.
Kimyəvi qabiliyyət probleminə ilk İstedad müvəqqəti sinir əlaqələrinin əmələ
dəfə rus alimi M.V.Lomonosovun əsər- gəlməsinin möhkəmliyində, surətində və
lərində toxunulmuşdur. “Kimyanı bir dəfə çevikliyində meydana çıxır. Bunların
oxumaqla kimyaçı olmaq olmaz. Bundan əsasında qabiliyyətə aid olan vərdiş və baca-
ötrü çoxlu sayda təcrübələr aparmaq və bun- rıqları formalaşdıran reflekslər yaranır.
ların vasitəsilə maddələrin daxilinə nüfuz Təlim və tərbiyə nəticəsində istedad inkişaf
etmək lazımdır”. edir və vaxt keçdikcə qabiliyyətin ele-
Müasirləri yazırlar ki, Lomonosovda mentlərinə çevrilir.
kimyəvi qabiliyyət güclü inkişaf etmişdir. O, Xüsusi qabiliyyətin elementləri
zəkası ilə fiziki və kimyəvi hadisələri asan- şəxsiyyətin həmin sahədə müvəffəqiyyət
lıqla izah edirmiş. gətirən xüsusiyyətləridir. Bunlar obrazlı
Kimyəvi qabiliyyətin öyrənilməsi ilə fikirləşmə, fəaliyyətin çevikliyi, gözəyarı
D.A.Epşteyn məşğul olmuşdur. O, kimyəvi ölçmə, rəngləri ayırdetmə və iybilmə
qabiliyyətin obrazlı olaraq “kimyəvi əllər” qabiliyyətləridir. Şəxsiyyətin xarakterik

27
Azərbaycan Respublikası Təhsil Nazirliyi
müsbət xüsusiyyətlərinə əməksevərlik, işgü- Bəzi hallarda istedad olur, lakin o, inkişaf
zarlıq və s. aiddir. Kimyəvi qabiliyyətin etdirilmir. Belə şəxslərə deyirlər o, öz isteda-
inkişafını təmin edən əlamətlər hansılardır? dını məhv etdi.
Bunlar məntiqi düşünmə qabiliyyəti, abs- Elə fəaliyyət sahələri var ki, onlarda
traktlaşdırma və ümumiləşdirmə, terminolo- 95%-i əmək, 5%-i istedad təşkil edir. Lakin
ji yaddaş, assosativ və obrazlı fikirləşmədir. belə kiçik olmasına baxmayaraq 5% olmasa,
Bunlar eyni zamanda fizikə, bioloqa, yalnız əməklə və daimi məşqlə 100%-i əldə
həmçinin coğrafiya mütəxəssisinə də aid etmək olmaz. Kimyada da belədir. Mütəxəs-
olan komponentlərdir. sislərin rəyinə görə əmək və gərgin zəhmətlə
Kimyaçı üçün ən vacib olan mad- orta səviyyəli kimyaçı olmaq olar. Lakin
dələrlə işləməyə meylin, daxili tələbatın böyük kimyaçılar anadan olurlar. Bu digər
olmasıdır. Kimyəvi fikirləşmənin əsasını mürəkkəb fəaliyyət sahələri üçün də doğru-
maddələrdə baş verən dəyişiklikləri, onların dur.
çevrilmələrini mikrosəviyyədə obrazlı və Kimyəvi qabiliyyətin əsas kompo-
modellərlə təsəvvür etmək təşkil edir. Belə nentləri 25-dir. Bəzi hallarda bir insanda
fikirləşmə, üstəgəl səliqəlilik, incə hissedici həmin komponentlərin hamısı olmur.
və əməliyyatları yüksək dəqiqliklə yerinə Onların çatışmayanlarını digərlərini inkişaf
yetirməyi bacaran əllər analitik, yaxud etdirməklə kompensasiya etmək olur.
sintezlə məşğul olan kimyaçının portretidir. Məsələn, yaddaş kifayət qədər inkişaf
Böyük kimyaçıların həyat fəaliyyət- etməyibsə, onu sistematik şəkildə yerinə
lərini öyrənmək belə deməyə əsas verir ki, yetirilən qeydlərlə, yaxud diqqətsizliyi
istinasız olaraq onların hamısında maddə- məqsədyönlü müşahidələrlə aradan qaldır-
lərlə işləməyə anadangəlmə maraq olmuş- maq olur.
dur. D.İ.Mendeleyevin uşaqlığı şüşə zavo- Kimyəvi qabiliyyətin olmasına
dunda keçmişdir. J.Prust, A.Muasson və şübhə ilə yanaşanlar belə sual verirlər.
Y.Libixin valideynləri aptekdə dərmanlar Kimya elmi yaranmazdan əvvəl kimyəvi
hazırlamışlar və gələcəyin böyük kimyaçıla- qabiliyyət olmuşdurmu? Ağıllı insan –Homo
rı hələ uşaq ikən maddələrlə işləməyə başla- Sapiens formalaşdığı gündən kimyəvi
mışlar. XX əsrin ən böyük kimyaçılarından
qabiliyyət olmuşdur. Onlarda maddələrlə
olan K.Vudvord 12 yaşından üzvi sintezlə
işləməyə, manipulyasiyaya meyil olmuşdur.
məşğul olmuşdur.
Bunlar kimlər idi? Dulusçular, zərgərlər,
Psixoloqlardan bəziləri hər hansı
fəaliyyət sahəsinə marağın əsasını tərbiyədə dəmir əşyaları düzəldən ustalar, misgərlər və
görürlər. Bu prosesdə valideynlərin təsiri və s. idi.
məktəbdə həmin fənnin tədrisinin böyük Maddələri hərtərəfli öyrənmək, onla-
təsiri var. Lakin anadangəlmə komponent- rın tərkibi və quruluşu arasındakı əlaqələri
lərin rolunu inkar etmək olmaz. Deməli, təhlil etmək yalnız kimya elmi formalaşdıq-
kimyəvi qabiliyyət ona aid olan istedad, dan (XVIII əsr) sonra baş vermişdir. Ondan
şəxsiyyətin inkişaf etdirilən xüsusi qabiliy- əvvəl əlkimya dövründə (VI-XVII əsrlər)
yətləri, maddələr və onlarla işləməyə maraq- əlkimyaçılar (kimyəvi maddələrlə məşğul
dan ibarətdir. Bu komponentlərin hər üçü olanlar) maddələrlə işləyirdilər. Onlar həmin
vacibdir. dövrdə ilk dəfə olaraq bir sıra maddələr
Onların hər hansı biri ilə ayrılıqda bu almışlar. Lakin buna baxmayaraq elmi
sahədə müvəffəqiyyət əldə etmək olmaz. müvəffəqiyyətlər əldə edə bilməmişlər.
Bunun əsas səbəbi onların alınması mümkün

28
“Azərbaycan məktəbi” 2017/1
olmayan maddənin-fəlsəfə daşının axtarışı tərkibi, quruluşu və xassələri arasındakı
ilə məşğul olmaları idi. Onlarda düzgün elmi əlaqələr müəyyən edilir. Bundan ötrü abs-
təsəvvürlər və maddələri tədqiq etmək üçün traktlaşdırma, assosiativ fikirləşmə və digər
cihazlar və s. olmamışdır. Nəzəri mülahizə- məntiqi mühakimələr aparılır. Kimyaçının
lərin nəticələrini eksperimentdə tapmaq tədqiqat obyekti maddələrdir. Eyni zamanda
istəyi qeyri-elmi fəaliyyətə səbəb olmuşdur. o, maddələrlə işləməklə əməyinin
Əksinə, elmi tədqiqatın istiqaməti eksperi- məhsulunu, yeni maddələri alır. Maddələrin
mentlərin nəticələrinin izahına doğru qarşılıqlı təsiri kimyəvi reaksiya ilə
yönəldilməlidir. Bunlar göstərir ki, kimya ilə nəticələnir. Məhz bu əlamət kimya istehsalı-
məşğul olanlarda kimyəvi qabiliyyət olmuş- nı digər istehsal sahələrindən fərqləndirir.
dur. Şagirdlərdə kimyəvi qabiliyyətin olub-olma-
Kimyaçını digər ixtisas sahələrində masını təyin etmək üçün birinci növbədə
çalışan mütəxəssislərdən fərqləndirən əsas onların maddələrə olan marağını müəyyən
əlamətlər aşağıdakılardır: etmək lazımdır. Onlarda baş verən dəyişik-
1. Onun maddələrlə işləməyə marağının liklərə olan maraqlarını müəyyən etmək
olması; lazımdır. Demək olar ki, kiçik yaşlarında
2. Maddələrdə baş verən dəyişiklikləri bütün uşaqlarda maddələrə maraq olur.
dərk etməyə dərin marağın olması; Lakin bu maraq onların əksəriyyətində ötəri
3. Maddələrlə işləməkdə əməksevərlik və olur.
dözümlüyün olması; Ona görə də kimyanı öyrənənə qədər
şagirdlərdə kimyəvi qabiliyyətin element-
4. Kimyəvi qabiliyyət əsas komponentlərin
lərini proqnozlaşdırmaq lazımdır. Bundan
olmasıdır.
ötrü onların riyaziyyat və təbiət elmlərinə
Bunlardan sonra maddələrin dərk
maraqlarını və bu sahədəki nailiyyətlərini
edilməsi mərhələsi başlayır. Maddələri dərk
öyrənmək lazımdır. Təbiət, botanika və fizi-
etməyin əsas etapları aşağdakılardır. “Canlı
ka dərslərində şagirdlərin müstəqil işləri
müşahidə” zamanı maddələr xarici görü-
nəzərdə tutulmuşdur. Həmin məşğələlərdə
nüşləri ilə qəbul edilir. Xarici əlamətləri:
şagirdlərin “maddəni hiss etmələri” və mani-
aqreqat halı, kütləsi, forması, rəngi, dispers-
pulyasiya etmək qabiliyyətlərini aşkara
lik dərəcəsi, iyi və s. hiss edilir. Bundan ötrü
çıxarmaq olar. Sonra kimyanın öyrənilmə-
hissiyyat analizatorları yaxşı inkişaf
sinə başladıqda müşahidələr sistemli xarak-
etməlidir. Köhnə dərsliklərdə (XIX əsr)
ter alır. Şagirdlərdə kimyəvi qabiliyyəti
maddələrin xassələrini təsvir edərkən onla-
proqnozlaşdırarkən obyektiv informasiya
rın dadı mütləq göstərilirdi. Ona görə də
almaq üçün aşağıdakılara əməl edilməlidir:
kimyaçılar onun dadına baxmalı olmuşlar.
1. Şagirdlər üzərində dərsdə və
Lakin buna müasir tədrisdə icazə verilmir.
Orta və ali məktəb kimya laboratoriyaların- dərsdənkənar məşğələlərdə sistematik
da işləylərkən təhlükəsizlik texnikası qayda- müşahidə aparılmalı;
larında buna xüsusi diqqət yetirilir. Mad- 2. Test yoxlaması aparılmalı;
dələrin dadına baxmaq qəti surətdə qadağan 3. Şagirdin fəaliyyətini analiz etmək.
edilir. Belə hesab edirlər ki, məşhur kimyaçı Kimyəvi qabiliyyəti müəyyən etmək
K.Şeyele aldığı susuz sianid turşusunun üçün müxtəlif variantlar təklif edilir. Lakin
dadına baxarkən zəhərlənib. biz belə hesab edirik ki, onları kütləvi
İkinci mərhələ maddənin mahiyyə- məktəblərdə tətbiq etməkdə kimya
tinin dərk edilməsidir. Bu zaman onun müəllimləri çətinlik çəkəcəklər. Həmin

29
Azərbaycan Respublikası Təhsil Nazirliyi
metodika professional kimyaçını müəyyən 19. Ali məktəblər üçün nəzərdə tutulan
etmək üçün nəzərdə tutulmuşdur. Ona görə kitablarla maraqlanmaq
də onların əsasında orta məktəb kimya 20. Kimyaçı alimlərin həyatı ilə maraq-
müəllimlərinin hamısının isitifadə edə lanmaq
biləcəkləri testlər hazırlanmışdır. Bunları 21. Laboratoriya cihazları ilə işləmək
test adlandırmaq o qədər də doğru olmazdı. 22. Evdəki laboratoriyanda təcrübələr
Bunlar gənc kimyaçılara təqdim olunan aparmaq
23. Kimyəvi reaksiyalarda molekullar və
fəaliyyət növlərinin siyahısıdır. Şagird onu
atomların qarşılıqlı təsirini təsəvvürünüzdə
oxuduqda müsbət hesab etdiyi sualın qarşı- canlandırmaq
sında “+” işarəsi, məqbul hesab etmədiyinin 24. Başladığınız işi dəqiq və vaxtında sona
qarşısında “-” işarəsi yazır. Sorğu toplusunu çatdırmaq
şagirdlərə təqdim etməzdən əvvəl bildiril- 25. Təcrübələri nümayiş etdirməkdə
məlidir ki, cavablarda tam səmimi olun. müəllimə kömək etmək
Sizin hər hansı fəaliyyət növünə marağınızın 26. Eksperimental məsələ həlli
olmamasının tədris fəaliyyətinizə təsiri yox- 27. Təcrübənin nəticəsini qrafik surətdə
dur. Bunlar yalnız sizin kimyəvi qabiliy- ifadə etmək
yətlərinizin səmərəli surətdə inkişaf 28. Aşağı siniflərdə oxuyan yoldaşlarınla
etdirilməsini təmin etmək məqsədi daşıyır. məsələ həll etmək
I. Sizin xoşunuza gəlirmi? 29. Kimya dərnəyində təcrübələr aparmaq
1. Kimyəvi kəşflərə aid kitabları oxumaq 30. Kimyəvi təcrübələrin nəticəsini izah
2. Bitkilərin həyatını öyrənmək etmək üçün fizikadan və riyaziyyatdan aldı-
3. Yaşıdlarınızın həyatına aid kitabları ğınız biliklərdən istifadə etmək
oxumaq 31. Müsahibinizin hərəkətlərini müşahidə
4. Evdə rahat iş və istirahət şəraiti yarat- etmək
maq 32. Düzgün nəticə alınmadıqda təcrübələri
5. Kimyadan ev tapşırıqlarını yerinə yenidən təkrar etmək
yetirmək 33. Kimya kabinetində səliqə-səhman
6. Doğma diyarı öyrənmək üçün gəzintiyə yaratmaq
çıxmaq 34. Təcrübələrdə nəticənin alınmamasının
7. İnsanların xəstəliklərlə necə mübarizə səbəbini izah etmək
apardıqlarına aid məlumatları oxumaq 35. Kimyadan hesablama məsələlərini həll
8. İncəsənətə aid əsərləri oxumaq etmək
9. Bağda, bostanda işləmək 36. Laborant vəzifəsini yerinə yetirmək
10. Riyaziyyat dərnəyində iştirak etmək 37. Zehni əməklə məşğul olmaq
11. Xarici dilləri öyrənmək 38. Fiziki əməklə məşğul olmaq
12. İdmanla məşğul olmaq 39. Sizə müraciət etdikdə kimyəvi hadi-
13. Riyaziyyat, yaxud fizika olimpiadala- sənin mahiyyətini izah etmək
rında iştirak etmək 40. Gələcək işlərinizi qabaqcadan planlaş-
14. Kimya məsələlərini həll etmək dırmaq.
15. Coğrafi kəşflərlə maraqlanmaq Göründüyü kimi, sorğu kifayət qədər
16. Yeni insanlarla tanış olmaq, onlarla maraqlıdır və müasir insanı səciyyələndirən
ünsiyyət yaratmaq əlamətləri, əsasən, əhatə edir.
17. Bədii özfəaliyyətdə iştirak etmək Kimyəvi qabiliyyətin elementləri
18. Maddələrin xassələrini dəqiq təyin olan şagirdlərdə məsələ həllində və digər
etmək müstəqil işlərdə faktların sürətlə analizi,

30
“Azərbaycan məktəbi” 2017/1
qeyri-standart cavablar və prosesin həllinə İstifadə edilmiş ədəbiyyat
aparan “açarın” tapılması istəyi daha çox 1. Плотонов К. Проблемы способно-
müşahidə edilir. стей. М.: Наука, 1972.
Eksperimental məsələlərin həllində 2. Масечко Е., Мациевский А.
təcrübələrin gedişini, onların səmərəli yolla- Обобщение и систематизация знаний о
rını qabaqcadan müəyyən etməyə və buraxı- законах сохранения масса и энергии на
lan səhvlərin analizinə meyil kimyəvi основе межпредметных связей кружка //
qabiliyyətin hər üç komponenti olanlarda Химия в школе, 1992, №1-2.
üstündür. 3. Эпштейн Д. Формирование химиче-
Nəticə ских способностей у учащихся //
Tədris prosesində şagirdlərin Вопросы психологии, 1963, №6.
kimyəvi qabiliyyətlərinin inkişaf etdirilmə- 4. Лисичкин Г., Коробейникова Л.
sinin əsas prinsipləri aşağıdakılardır: Проблемы химических способностей.
1. Şagirdlərin tədris fəaliyyətləri üzərində Химические способности и возможность
sistemli müşahidələr aparılmalıdır. их ранней диагностики / Методические
2. Kimyəvi qabiliyyətin əsas komponent- проблемы химических олимпиад. М.
lərinin inkişaf etdirilməsi üçün nəzəri və 1979.
praktik biliklərin qarşılıqlı əlaqəsi təmin 5. Зуева М. Обучение учащихся прими-
edilməlidir. нению знаний по химии. М.: Просвеще-
3. Şagirdlərdə kimyəvi eksperiment apar- ние, 1987.
maq vərdişlərinin formalaşması daim diqqət
mərkəzində saxlanmalı və bu proses
sinifdənkənar məşğələlərdə inkişaf etdiril- Т.Махмудов
məlidir. Основные компоненты способности и
4. Şagirdlər yerinə yetirdikləri təcrübələrin их развитие в учебном процессе
nəzəri hissəsini aydın dərk etməli və Резюме
təhlükəsizlik texnikası qaydalarına ciddi В статье анализируется основные
surətdə əməl edilməlidir. компоненты способностей, показываются
5. Kimyəvi qabiliyyətin inkişaf пути их развития в учебном процессе.
etdirilməsinin əsas şərti şagirdin kimyəvi
prosesin mahiyyətini atomlar və molekullar
səviyyəsində dərk etməsi və “maddələri hiss
etməsidir”. T.Mahmudov
6. Kimyəvi qabiliyyəti inkişaf etdirmək Key components of intelligences and
üçün müstəqil işlərin bütün formalarından their improvement in the educational
yaradıcılıqla istifadə edilməli, şagirdləri process
kiçik qruplarda problemli-eksperimental Summary
məsələlərin həllinə cəlb etməklə maddəni və In the article, key components of
prosesi dərk etmək bacarığını formalaşdır- intelligences and methods of their improve-
maq diqqət mərkəzində saxlanmalıdır. ment in the educational process are analy-
zed.
Rəyçi: prof. Ə.Hüseynov

31

You might also like