You are on page 1of 6

“Azərbaycan məktəbi” 2017/1

“AZƏRBAYCAN MƏKTƏBİ” JURNALININ


İLK NÖMRƏSİ
Elnarə Məmmədova,
pedaqogika üzrə fəlsəfə doktoru,
ADPU-nun elmlər doktoru hazırlığı üzrə dissertantı
Məqalədə “Azərbaycan məktəbi” jurnalının sələfləri olan “Yeni məktəb” və
“Müəllimə kömək” jurnallarının fəaliyyətindən, həmçinin 1943-cü ildən nəşrə başlayan
“Azərbaycan məktəbi” jurnalının keçdiyi tarixi yoldan bəhs edilir. Məqalədə əsas diqqət
“Azərbaycan məktəbi” jurnalının ilk nömrəsi üzərində cəmləndirilmişdir.
Açar sözlər: elmi-nəzəri, pedaqogika elmi, pedaqoji fikir, pedaqoji düşüncələr.
Ключевые слова: научно-теоретический, педагогическая наука, педагогиче-
ская мысль, педагогические размышления.
Key words: scientific-theoretic, pedagogical science, pedagogical thoughts, ideas
on pedagogy.
Azərbaycan Respublikası Təhsil milli təhsilinin salnaməsidir. Onun
Nazirliyinin elmi-nəzəri və pedaqoji jurnalı səhifələrində xalqımızın ən görkəmli peda-
olan “Azərbaycan məktəbi” Azərbaycan qoqları, elm, sənət adamları, maarifçilər,
pedaqoji fikrinin formalaşmasında aparıcı metodistlər, məktəb rəhbərləri çıxış etmiş,
qüvvələrdən biri kimi qəbul edilən ən uzun- təhsilimizin uğurları və inkişaf yolları haq-
ömürlü mətbuat orqanıdır. 93 illik fəaliyyəti qında dəyərli fikirləri pedaqoji ictimaiyyətə
dövründə o, ən mürəkkəb vəziyyətlərdə çatdırmışlar. Bütün bunlar isə təhsilimizin
təhsilimizə dayaq olmuş, təhsilimizi istiqa- inkişafına öz müsbət təsirini göstərməmiş
mətləndirən pedaqoji elmimizin keşiyində qalmamışdır. Görkəmli pedaqoqlar həmişə
durmuşdur. Tarixin ağır sınaqlarından keç- bu fikirdə olmuşlar ki, məktəb təcrübəsində,
miş jurnal müxtəlif situasiyalara, dövrün ümumiyyətlə, pedaqoji sahədə əldə edilmiş
basqılarına sinə gərmiş, müəllim-lərin və yeniliklərə əsasən pedaqoji mətbuatın
bütün pedaqoji işçilərin yaxın dostu, səhifələrində rast gəlmək olar. Belə
həmkarı kimi ardıcıl mövqedə dayanmış, məqalələr qiymətli məxəzlər kimi nəsillər
yeni pedaqoji fikirlərin, qabaqcıl təcrübənin, üçün miras saxlanılır. Azərbaycan təhsilinin
innovasiyalar və texnologiyaların təbliğat- inkişaf tarixi də bu qaynaqlardan qidalana-
çısı və yazıçısı olmuşdur. Öz ətrafına raq pedaqoji fikir tariximizlə eyni müstəvidə
təcrübəli pedaqoqlar toplayan bu jurnalın adı püxtələşmişdir. Azərbaycan pedaqoji fikri-
həmişə SSRİ miqyasında tanınan pedaqoji nin təşəkkül dövründəki fikirlər də ilk
jurnallar sırasında çəkilmişdir. Uzun illər növbədə nüfuzlu pedaqoji mətbuatda
boyu “Azərbaycan məktəbi” təhsil mədəniy- “Azərbaycan məktəbi”ndə yer almışdır.
yətinin yaradılması və inkişaf etdirilməsində Azərbaycan pedaqoqları üçün bu jurnal
ən çevik və etibarlı mətbuat orqanı kimi əvəzsiz mənbə olmuşdur. Pedaqoqların elmi
tanınmışdır. əsərlərinin nəşri jurnala nisbətən daha uzun
“Azərbaycan məktəbi” Azərbaycan sürən proses idi. Ona görə də “Azərbaycan

49
*4 “Azərbaycan məktəbi” №1
Azərbaycan Respublikası Təhsil Nazirliyi
məktəbi” önəmli pedaqoji fikirləri, eləcə də müəllimlərin təcrübəsini bütün müəllimlərə
Qərb və Şərq pedaqoqlarının fikirlərinin çatdırmaq məqsədilə Azərbaycan SSR
oxuculara, müəllimlərə çatdırılması üçün XMK-nın “Azərbaycan məktəbi” adlı meto-
çox əlverişli münasib nəşrlərdən biri idi. dik bülleteni nəşr edilsin”.
Həm də bu mərhələdə jurnal Əhməd “Azərbaycan məktəbi” jurnalının ilk
Seyidov, Mehdi Mehdizadə, Mərdan nömrəsi 1943-cü ilin noyabrında 10 çap
Muradxanov kimi korifeylərin fundamental vərəqi həcmində 3000 nüsxə ilə nəşr edil-
elmi əsərləri ilə zənginləşdirildi. Sonrakı mişdir. İki ayda bir dəfə çıxan jurnal
nəsil pedaqoqların, müasirlərimiz olan Əjdər Azərbaycan Xalq Maarif Komissarlığının
Ağayev, Nurəddin Kazımov, Hüseyn orqanı idi. Jurnalın birinci nömrəsinin
Əhmədov, Yusif Talıbov, Əliheydər mündəricatı (“Mündəricə”) aşağıdakı yazıla-
Haşımov, Fərrux Rüstəmov və başqalarının rı əhatə edirdi: “Azərbaycan məktəbi”,
gərgin əməyi sayəsində daha etibarlı məxəzə “Müəllimlər və müharibə”, “Gənclər Qızıl
çevrilirdi. Jurnal oxucuları onları Ordunun şanlı ənənələri əsasında tərbiyə
düşündürən məsələlərlə əlaqədar səmərəli edilməlidir”, “Şeirlər”, “Natamam orta və
fikirlərdən zaman-zaman bəhrələnmiş, belə orta məktəblərin təlim-tərbiyə və pedaqoji
məqalələrin gərgin axtarışların nəticəsi oldu- işində təhrif faktları haqqında”, “Məktəblilər
ğunu bir daha yəqin edirdilər. Azərbaycanın kənd təsərrüfat işlərində yaxından iştirak
istedadlı pedaqoq-psixoloq alimlərinin etməlidirlər”, “Azərbaycanın bütün müəl-
yetişməsində, onların irsinin qorunub saxla- limlərinə və maarif orqanları işçilərinə!”,
nılmasında, şübhəsiz ki, “Azərbaycan “Vətən müharibəsi şəraitində ədəbiyyat üzrə
məktəbi”nin rolu danılmazdır. Akademik sinifdən və məktəbdənxaric iş”, “Mənim
M.Mehdizadənin sözləri ilə desək: qeydlərim”, “Əmrlər və qərarlar”, “Tənqid
“Azərbaycan məktəbi” jurnalı respublikada və biblioqrafiya”.
məktəb təhsilinin tərəqqi yollarını işıqlandır- Jurnal “Azərbaycan məktəbi” adlı
maqda çox böyük və mənalı fəaliyyət baş məqalə ilə açılır. Məqalə vətəni
göstərmiş və göstərməkdədir”. 30-cu tərənnüm edən sözlərlə başlanır: “Uzun
illərədək “Yeni məktəb”, qırxıncı illərin əsrlər boyu gün doğan ölkələrə açılan qapı-
əvvəllərinədək “Müəllimə kömək” adları ilə ların ağzında durmuş Azərbaycan torpağının
çıxan bu jurnal indiki adını 1943-cü ildən qədim və şərəfli bir tarixi vardır. Ulu
daşıyır. “Azərbaycan məktəbi” adını jurnala əcdadımızın gözəl və nəcib arzuları, bahar
o zaman Xalq Maarif Komissarı olan Mirzə suları tək coşğun duyğuları ana torpağa və
İbrahimov vermişdir. O bu adı verəndə öz milli istiqlaliyyətinə saf bir məhəbbətdən
təhsilimizin bütün pillələrini nəzərdə tut- doğan qürur və heysiyyəti bu tarixin hər bir
muşdu. səhifəsini əlvan boyalarla bəzəmişdir. Bu
“Azərbaycan məktəbi” Azərbaycan ölkə ta qədim zamanlardan bəri insanlığa
SSR Xalq Maarif Komissarının 23 fevral məxsus olan hər cür xoş əməllərin, istək və
1943-cü il tarixli, 17 nömrəli əmri ilə yara- xəyalların beşiyi, zülmün təzyiqinə və
dılmışdır. Əmrdə deyilirdi: “Müəllimlərin işgəncələrin möhnətinə dözərək xalqı par-
ixtisasını və ideya-siyasi səviyyələrini laq, işıqlı aləmə, səadətə çıxarmaq, mərifətin
yüksəltmək, pedaqoji prosesə metodik və elmin qapılarını onun üzünə açmaq üçün
rəhbərliyi düzgün təşkil etmək, ən yaxşı həyatını əsirgəməyən insanların müqəddəs

50
“Azərbaycan məktəbi” 2017/1
vətəni olmuşdur. Onların gözəl arzuları, xüsusi bir sənətdir, bu sənət təlim işi ilə
düşüncələri bu ölkənin hər bir daşında həkk zahirən heç də bilavasitə bağlı olmadan
olunmuş, qocaman Kəpəzin, qarlı Savalanın xüsusi keyfiyyət tələb edir. Bununla belə
buzlu sinəsinə etibarlı və bacarıqlı əllərlə keyfiyyətlərin olmaması təlimin müvəffə-
nərş edilmişdir. Çox işğalçılar bu ölkəni qiyyətlə keçməsinə çox təsir edir”. Görün-
çalıb-çapmağa, daşını daş üstündə qoyma- düyü kimi, təhsilin ən başlıca vəzifələrindən
mağa, azad xalq oğullarının alınlarına əbədi hesab olunan keyfiyyət tələbləri müha-
köləlik damğası vurmağa çalışdılar, xalqın ribənin ağır günlərində də gündəmdə qalırdı.
varlığını, milli mədəniyyətini əlindən alma- Çox maraqlıdır ki, müəllim sözünün
ğa cəhd etdilər. Lakin xalqımız heç bir işğal- daşıdığı məna yükü də vurğulanırdı. Orada
çıya baş əymədi. Ağsaqqallı qocaların deyilir: “Müəllim sözünün iki mənası vardır:
nuraniliyinə, anaların halal südünə, gəlin və dar mənada – bu və ya digər dərsin müəllimi
qızların pak namuslarına and içmiş deməkdir; sözün geniş mənasında isə -
Azərbaycan oğulları son damla qanlarına adamlara böyük təsir göstərən nüfuzlu, müd-
qədər fədakarlıqla vuruşaraq tarixə qılıncla rik adam deməkdir. Sonra əlavə olunurdu ki,
böyük rəşadət səhifələri yazdılar”. “hələ qədim zamanlarda müdrik adamları
Sonra baş məqalədə dövrün hakim müəllim adlandırırdılar. Misal üçün filosof
ideologiyasına uyğun olaraq dini ehkamlar, Platon Sokratı müəllim adlandırırdı”.
mollaxana və mədrəsələrə münasibət bildiri- Burada müasir pedaqoji tədqiqatlarda öz
lir, belə hallara yol verilməsi qəti pislənilir. yerini tutan bir sıra fikirlər və mülahizələr də
Bununla yanaşı Seyid Əzimdən, Nizamidən, səslənirdi:
Sabirdən gətirilmiş nümunələr əsasında gənc “Öz-özlüyündə aydındır ki, birinci
nəslin elmə hərtərəfli yiyələnməsinin vacib- növbədə müəllim öyrətdiyi dərsi yaxşı
liyi əsaslandırılır, məktəblərdə aparılan işlər bilməlidir; müəllim öz predmetini bilməzsə
bu istiqamətə yönəldilirdi. Burada müqayisə və ya zəif bilərsə müvəffəqiyyət qazana bil-
üçün bəzi rəqəmlər də gətirilir və son məz. Bundan başqa müəllim həmin predmet
rəqəmlərə istinad edilirdi. Belə ki, 1942-ci sahəsində öz bildiyini daima təkmilləşdir-
ildə respublikada şagirdlərin ümumi sayının, məli, onun bütün incəliklərini başa düşməli,
yəni 694203 nəfərin 394000-nin həmin predmetə dair ədəbiyyatda olan
azərbaycanlı balaları olduğu da vurğulanır- müxtəlif nöqteyi-nəzərlərdən xəbərdar ol-
dı. Məqalə məktəblər və müəllimlərin qarşı- malı, dərs kitablarının keyfiyyətini bilməli,
sında böyük vəzifələr durduğunu xatırladır, deyildiyi kimi, öz işinin məlumatlı mütəxə-
onlara müvafiq tövsiyə və tapşırıqlar verilir- ssisi olmalıdır. Bu, təlimi müvəffəqiyyətlə
di. keçirmək üçün bünövrə, əsasdır”. Sonra
Jurnaldakı “Müəllimlər və mühari- yuxarıdakı fikirlər bir az genişləndirilirdi:
bə” adlı sanballı məqalədə hərbi vəziyyət “Lakin bilik sahibi olmaqla iş bitmir,
dövründə məktəbin qarşısında duran bu, ancaq materiala malik olmaq deməkdir.
vəzifələr bir daha yada salınmış dəyərli Söz yox ki, material keyfiyyətcə yaxşı ola
pedaqoji fikirlər söylənmişdir. Aşağıdakı bilər, lakin bununla birlikdə həmin material-
sözlər bu gün də öz əhəmiyyətini itirməyən dan səmərəli surətdə istifadə etməyi bacar-
pedaqoji tövsiyyələrdir: “Pedaqoji sənət – maq, biliyi başqalarına vermək də tələb olu-

51
Azərbaycan Respublikası Təhsil Nazirliyi
nur. Unutmamaq lazımdır ki, ibtidai və orta Böyük pedaqoqun bu cəhdə belə həssaslıqla
məktəbdə 8 yaşından 18 yaşına qədər uşaq- yanaşması müəllimlərə çox şey deyirdi.
lar oxuyurlar. Çox zaman belə olur ki, aşağı Məqalənin bir qədər aşağısında
siniflərdə yaxşı dərs verən müəllimlər yuxarı müəllimin vəzifələri daha da dəqiqləşdirilir
siniflərdə yaxşı dərs verə bilmirlər və ya və onun üzərinə müəyyən vəzifələr qoyulur.
əksinə olur. Mənə elə gəlir ki, aşağı Pedaqoji ədəbiyyatda tərbiyəçilər haqqında
siniflərdə dərs vermək daha çətin və həm də bu barədə gedən fikirlər şərh olunurdu:
“Tərbiyə etmək rəsmən müəllimin
daha məsuliyyətlidir.
vəzifəsinə daxil olmasa da, bu məsələ onun
Təcrübəli pedaqoqlar həmişə bu
işində görkəmli yer tutur. Başqa cür də ola
fikirdə olmuşlar ki, dərs vermək təkcə elm bilməz. Axı hər gün onlarca uşaq gözü
deyil, həm də məharətdir. Görünür ki, onlar diqqətlə müəllimə baxır və onun həm
haqlıdırlar, çünki müəllim uşaqlara təsir edə müsbət, həm də mənfi təsiri uşaqların
bilməli, onların yanında nüfuz qazanmalıdır. xarakterində özünü göstərir. Vicdanlı müəl-
Bunun üçün isə, aydındır ki, təkcə bilik lim bu tərbiyəçilik vəzifəsindən boyun qaçı-
azdır, müəllimin hisləri, həyəcanı, hətta ra bilməz və həmişə öz hərəkətlərində uşaq-
onun bütün instinktiv hərəkətləri uşaqlara lara nə kimi təsir bağışlayacağını nəzərdə
yaxşı təsir etməlidir. Misal üçün, uşaqları tutur. Buna görə də müəllimin bu tərbiyəçi-
sevmək, onların müvəffəqiyyətinə sevin- lik vəzifəsini yerinə yetirməyi düşüncəli
mək, şagirdlərin dərsi bilməməsindən müəl- surətdə öz öhdəsinə götürməsi yaxşı iş üçün
limin kədərlənməsi hallarını götürək. Çox məqsədəuyğun və effektli olar”.
danışmağın, öyüd-nəsihət verməyin təsiri Bir qədər aşağıda dövrün tələbi də
azdır. Lakin uşaqlar müəllimin ürəkdən dilə gətirilir, tərbiyə işi faşistlərə qarşı
sevindiyini və ya kədərləndiyini gördükdə müharibə ilə əlaqələndirilir: “Əlbəttə,
bu, uşaq zehnində iz buraxmamış olmur. Mi- tərbiyə müxtəlif olur, müxtəlif məqsədlər
sal üçün, uşağı maraqlandırmaq, uşaq beyni- güdür. Misal üçün, faşist tərbiyəsi insanın
ni mücərrəd arifmetik rəqəmlərin konkretli- hər şeyi öyrənməyə olan marağını öldür-
yini anlamağa vadar etmək məgər məharət məyə cəhd edir, insanı avtomat etməyə, ona
deyilmi?” kor-korana itaət etmə hissi aşılamağa çalışır,
Müəllif nüfuzuna yüksək qiymət insanlarda düşüncəli olaraq heyvani
verilmiş bu yazıda uşaqlarda ömürlük iz instinktlər inkişaf etdirir. Gördüyümüz kimi,
buraxan müəllimlər haqqında danışılır və faşistlər bu işdə əhəmiyyətli nəticələr əldə
onlar talantlı insanlar adlandırılırdı. “Belə etmişlər ki, bunu indi nemeslərin işğal etdiyi
müəllimlər eyni zamanda həm də bütün ölkələrdə müşahidə etmək olar”.
tərbiyəçidirlər”, - deyilirdi. Burada fikrin Sonra məqalədə müəllimlərin faşist-
əsaslandırılması üçün görkəmli rus pedaqo- lərə qarşı mübarizəyə hazır olmasından,
qu Dobrolyubovdan sitat gətirilir: “Bəli, doğma vətənin tarixini, ədəbiyyatımızı və
müəllim şagird üçün pərəstişkarlıqla heyrət dilçiliyimizi şagirdlərə dərindən mənimsə-
doğuran təkmil insanın yüksək nümunəsini dilməsindən, onların kənd təsərrüfatı
təşkil edir. Bir balaca qız kitabında
işlərinə cəlb edilməsinin zəruriliyindən bəhs
dövrəsinə karandaşla cızıq çəkilmiş bir yeri
edilir.
ehtiramla göstərərək mənə: “Bu yerə bizim
müəllim barmağını vurmuşdur”- dedi”. Məqalədə pedaqoji fikirlərlə yanaşı
dövrün ideyalarından doğan məsləhət və

52
“Azərbaycan məktəbi” 2017/1
tövsiyələr də qabarıq şəkildə öz yerini tutur- cəhətdən hazırlamalı, onlara mərdlik,
du. Məqalə əminliklə belə bir sonluqla bitir- cəsarət, vətənpərvərlik kimi bəşəri duyğular
di ki, “Müəllimlər nemes-faşist işğalçıları aşılamalı, onlarda alçaq və xain düşmənə
üzərində qələbəni təşkil etmək üçün xalqı- sönməz, ölçülməz bir kin və nifrət duyğusu
mızın siyasi, mənəvi və maddi qüdrətini aşılanmalıdır”. Burada indi də aktual olan
artırmağa özlərinin bütün yaradıcılıq fikirlər də vardı: “Ancaq... bədii ədəbiyyat
qüvvələrini sərf edəcək”. üzərində tək sinif və məktəb daxilində
Sonrakı məqalə “Gənclər Qızıl işləmək kifayət deyildir. Təcrübə göstərir ki,
Ordunun şanlı ənənələri əsasında tərbiyə bəzən sinifdə öz işini çox yaxşı quran
edilməlidir” adlanırdı. Burada RSFSR Xalq müəllimlərin də şagirdləri ədəbi bilikdən az
Maarif Komissarının müavini, general- inkişaf etmiş olur və ədəbi dil, bədii ifadə
mayor A.Borisovun tələbləri müəllimlərə vasitələri zəif olduğu kimi bədii zövqləri də
çatdırılırdı. O məqaləni belə yekunlaşdırırdı: olmur. Bunun əsl səbəbi müəllimin ədəbiy-
“Xalqımızın qarşısında sovet məktəbinin yat üzrə sinifdən və məktəbdən xaric iş
vəzifəsi Qızıl Ordumuz üçün vuruşmağı üzərində az işləməsi və ya heç işləməsidir.
bacaran, bədəncə bərkimiş, mənəvi cəhət- Ədəbiyyat üzrə sinif və məktəbdən
dən möhkəm olan ehtiyat qüvvələri yetiş- xaric iş sinifdə görülən işin ayrılmaz bir
dirməkdir”. Bu fikirlər də o zaman hər yerdə hissəsi olub, onun tamamlanmasını, dərin-
rast gəlinən “hər şey müharibə üçün, hər şey ləndirilməsini təmin etməlidir. Göründüyü
qələbə üçün” özləri ilə səslənirdi. Bu fikirlər kimi, o zaman qoyulan pedaqoji yanaşma
ona görə yada salınır ki, tədqiqatçılar yenə də öz müstəvisindədir”.
müəyyən məsələləri dəyərləndirdikdə döv- Sonra məqalədə aşağıdakı başlıqlar
rün tələbini, həmin ideologiyanı nəzərə altında: “Dərnəklərlə iş”, “Məktəb jurnalı və
alsınlar. O dövr yaşanmışdır, onu olduğu divar qəzeti”, “Tamaşalar, müsamirələr,
kimi görmək və qeyd etmək lazımdır. ədəbi-bədii gecələr”, “Ədəbi-bədii sərgilər”,
Birinci nömrədə bəzi qərarlar da dərc “Ədəbi ekskursiyalar”, “Kino və teatr”,
“Sinifdən və məktəbdən kənar işin başqa
edilmişdir: “Müəllimlərin və məktəblilərin
növləri”, “Biblioqrafiya” kimi bölmələr də
mədəni yaşayış şəraitini yaxşılaşdırmaq
ədəbiyyat müəlliminə gündəlik istifadə olu-
tədbirləri haqqında” qərar geniş müzakirənin
nacaq metodiki tövsiyyələr verirdi. Qeyd
nəticəsi kimi verilmişdir. “Natamam orta və etmək lazımdır ki, burada bu gün də
orta məktəblərin təlim-tərbiyə və pedaqoji ədəbiyyat müəllimlərinə gərək olan fikirlər
işində təhrif faktları haqqında” qərarda res- vardır. Bəzi ədəbiyyat metodistlərinə belə
publikamızın bir sıra məktəblərində buraxıl- məxəzlərdən istifadə etməsi faydalı olardı.
mış nöqsanlar sadalanır və müvafiq Sonra ədəbiyyat müəlliminin vəzifələri
göstərişlər verilirdi. “Vətən müharibəsi konkretləşdirilirdi.
şəraitində ədəbiyyat üzrə sinifdən və Jurnalda “Qabaqcıl müəllimlərin iş
məktəbdənxaric iş” adlı məqalədə deyilirdi təcrübələri” adlı rubrika da vardır. “Mənim
ki, Böyük Vətən müharibəsi dövründə bütün qeydlərim” adlı məqalənin müəllifi, Bakı
şəhəri 1 nömrəli tam orta məktəbin tarix
müəllimlərin, xüsusən dil-ədəbiyyat müəl- müəllimi Ə.Mehdiyevdir. Müəllim dərslə-
limlərinin üzərinə olduqca şərəfli bir vəzifə rində istifadə etdiyi üsullardan, dərsin necə
düşür: “Ədəbiyyat dərsi şagirdləri mənəvi qurulmasından geniş bəhs edir, sonra sözü

53
Azərbaycan Respublikası Təhsil Nazirliyi
öz üzərinə gətirirdi: “Müəllimin tələbkar İstifadə edilmiş ədəbiyyat
olması şagirdləri müntəzəm surətdə 1. “Azərbaycan məktəbi” jurnalı. 1943,
mənimsənilən dərsin keyfiyyətini yüksəldir. №1.
Odur ki, mən bu işə artıq diqqət yetirirəm. 2. “Yeni məktəb” jurnalı. 1924, № 1-3.
Dərslərimdə geridə qalan şagirdlərdən daha 3. “Müəllimə kömək” məcmuəsi. 1930,
tez-tez soruşuram”. Müəllimin fikirləri o №1.
zamanın tələblərinə tam uyğun gəlir.
4. Ağayev Ə. “Azərbaycan məktəbi” 50
Jurnalın sonunda Xalq Maarif
Komissarının 23 fevral 1943-cü il tarixli, ildə. Azərbaycan məktəbi, 1976, №10.
17- 2 mart 1943-cü il tarixli, 19 və 14 aprel 5. Rüstəmov F. Azərbaycan pedaqogikaşü-
1943-cü il tarixli 873 nömrəli əmrləri də naslığı. Bakı: Elm və təhsil, 2016.
dərc edilmişdir. 6. Mərdandov M. Azərbaycan təhsil tarixi.
“Tənqid və biblioqrafiya” rubrika- II cild. Bakı, 2011.
sında Ə.Əbdürrəhimovun “Orta məktəbdə 7. Əliyeva Z. Xalq maarifimizin salnaməsi.
kimya dərslərini ölkə müdafiəsi ilə necə Azərbaycan məktəbi, 1981, №4.
əlaqələndirməli”, T.Cabbarlı “Məktəbdə
matematika tədrisi və şagirdlərin hərbi işə Э.Мамедова
hazırlığı”, professor B.Pobedinski “Hərbi
Первый номер журнала
topoqrafiyanın əsas məsələlərinin öyrənil-
“Азербайджан мектеби”
məsində orta məktəb rəsmxətt və matemati-
Резюме
ka kursunun tətbiqi” kitabları haqqında qısa
В статье повествуется о деятель-
anonslar verilmişdir.
Beləliklə, ilk nömrə nəzərdən ности предшественниках журнала
keçirildikdən sonra bu qənaətə gəlmək olur “Азербайджан мектеби” - “Ени мектеб” и
ki, “Azərbaycan məktəbi” öz qarşısında elə “Муаллиме кёмек”. А также говорится о
ilk nömrədən təhsilimizə kömək etmək журнале “Азербайджан мектеби”, начав-
məqsədini qoymuş və onun baş redaktorları шего свое издание с 1943 года и о прой-
R.Hüseynov, Ə.Ağayev, Z.Əliyevanın yara- денном им историческом пути. В статье
dıcı səyi ilə ən uzunömürlü mətbuat orqanı основное внимание сконцентрируется на
olmuşdur. O Azərbaycan pedaqogika elmi, первом номере журнала “Азербайджан
pedaqoji fikrini də yaşatmış və onu inkişaf мектеби”.
etdirmişdir. “Azərbaycan məktəbi” təbii ki,
indiki “Azərbaycan məktəbi” ilə eyni deyil- E.Mammedova
di. Bunu o vaxtkı və indiki məzmunlar da The first number of
təsdiq edir. Çünki tələblər, vəzifələr dəyişib. “The Azerbaijani School” journal
Lakin təməl o vaxt qoyulubdu. “Azərbaycan Summary
məktəbi” bugünkü səviyyəsində öz In the article it is spoken about the
sələflərinin layiqli, ardıcıl davamçısı kimi journals“The New School” and “The
çıxış edir, elmi-nəzəri və pedaqoji jurnal Teacher Aid”, the predecessors of “The
kimi öz statusunu yenə də saxlaya bilir, Azerbaijani School” journal. The history of
mətbuatımız tarixinə yazdığı şərəfli, “The Azerbaijani School” since 1943 is dis-
mütərəqqi ənənələri şərəflə davam etdirir. cussed. Special attention in the article is paid
to the first number of “The Azerbaijani
Rəyçi: prof. İ.İsayev School” journal.

54

You might also like