You are on page 1of 8

“Azərbaycan məktəbi” 2017/1

70 İL PEDAQOJİ ELMİN KEşİYİNDƏ

Azərbaycanda pedaqoji elmin inkişa- ğı Mustafa kişi İrəvan yaxınlığında düşmən


fında böyük xidmətləri olan görkəmli alim- tankı əleyhinə xəndək və səngər qazmağa
pedaqoq, SSRİ PEA-nın müxbir üzvü, səfərbər olunur. Böyük qardaşları isə mil-
Rusiya Dövlət Təhsil Akademiyasının xarici yonlarla insanlara ölüm və fəlakət gətirən,
üzvü, Beynəlxalq Pedaqoji Elmlər Akademi- günahsız insanların ah-naləsinə çevrilən
yasının, Pedaqoji və Sosial Elmlər Akade- müharibənin ön cəbhəsinə göndərilir. 1941-
miyalarının həqiqi üzvü və Azərbaycan Milli
Yaradıcılıq Akademiyasının akademiki,
Azərbaycan Respublikasının Əməkdar ali
məktəb işçisi, SSRİ-nin və Azərbaycan
SSR-nin maarif əlaçısı, prezident
təqaüdçüsü, pedaqoji elmlər doktoru, profes-
sor Hüseyn Mustafa oğlu Əhmədov 70 ildir
ki, bütün qüvvə və bacarığını Azərbaycanda
məktəb və pedaqoji fikir tarixinin hərtərəfli
tədqiqi və təbliğinə, pedaqoji və elmi-peda-
qoji kadr hazırlığına həsr edir. O, ibtidai
məktəb müəllimliyindən akademikliyədək
mənalı və şərəfli həyat yolu keçmiş, qəlbinin
odunu və hərarətini, ömrünün qaynar və coş-
ğun illərini millətin gələcəyi olan gəncliyin
tərbiyəsinə həsr etmiş, fundamental elmi
əsərlər yazmış, proqram və dərsliklər hazır-
lamış, pedaqoji fikir və məktəb tariximizdə ci ilin soyuq oktyabr ayı onların qapısını acı
hələ durulmamış başlıca məsələləri zəngin xəbərlə döyür… Atasını vaxtsız itirir, niskil-
dəlillər, məntiqi mühakimə ilə aydınlaşdır- li-kədərli günlər yaşayır. Belə bir ağır gündə
mış, özünün elmi məktəbini yaratmış, sağlı- yalnız ana məhəbbətinə, ana təsəllisinə, ana
ğında ikən özünə mənəvi abidə ucaltmışdır. istisinə sığınan Hüseyn çox erkən əmək
Hüseyn Əhmədov 1926-cı il iyulun fəaliyyətinə başlamaq məcburiyyətində
17-də Qərbi Azərbaycan torpağı olan qədim qalır. Ailəni dolandırmaq üçün kolxozda
Göyçə mahalında – Krasnoselo rayonunun çalışır. Hələ orta məktəbin X sinfində oxu-
Toxluca kəndində anadan olmuşdur. O, malı olarkən, fəhmini və bacarığını nəzərə
1932-ci ildə arzuların sorağında, xəyalların alaraq 1943-cü ilin sentyabrında doğma
qanadında I sinfə qədəm qoymuşdur. Sevinc kəndlərindəki məktəbə sinif müəllimi və V-
və fərəhlə VIII sinfi bitirən Hüseyn çox keç- X siniflərdə erməni dili müəllimi təyin edilir.
mir ki, həyatın sərt və amansız sınağı ilə Bu işdə 1946-cı ilə qədər işlədikdən sonra
üzləşir. Böyük bir nəslin gəncliyini və pedaqoji məktəbə daxil olmaq məqsədilə
gələcəyini məhv edən 40-cı illərin müharibə Qazaxa gəlir. Arzusunu burada reallaşdıra
alovu, yaşıdları kimi onun da arzusunu qar- bilmir. Gəncə şəhərinə gələrək K.Setkin
sıdır. Böyük bir ailənin başçısı və ümid çıra- adına Pedaqoji Texnikumun son (III) kursu-

61
Azərbaycan Respublikası Təhsil Nazirliyi
na qəbul olunur. 1947-ci ildə texnikumu əla kafedrasında assistent, baş müəllim, dosent
qiymətlərlə bitirən Hüseyn həmin ildə və professor (1977) vəzifələrində çalışaraq
H.Zərdabi adına Gəncə Pedaqoji İnstitu- respublika ümumtəhsil məktəbləri üçün
tunun tarix fakültəsinə qəbul olunur. Təhsil yüksək ixtisaslı müəllim kadrlarının hazır-
illərində ictimai fəallığına və əla qiymətlərlə lanmasında yaxından iştirak etmiş, bir
oxuduğuna görə ona II kursdan Lenin kom- müddət 1974-1977-ci illərdə APİ-də orta
somolu təqaüdü verilir. 1951-ci ildə institutu məktəb müəllimlərinin ixtisasartırma
bitirən Hüseyn Əhmədov gənc kadr kimi fakültəsinin dekanı (1974-1977-ci illərdə)
orada saxlanılır. O, həm də toxuculuq və vəzifəsində çalışmışdır. Həmin fakültənin
pambıqçılıq texnikumlarında müəllimlik qabaqcıl iş təcrübəsi o vaxtlar Respublika
edir. Maarif Nazirliyi, SSRİ Maarif Nazirliyi
Elmə böyük həvəs göstərən Hüseyn tərəfindən bəyənilmiş, bu barədə mətbuatda
təhsilini davam etdirmək üçün 1952-ci ildə xeyli məqalələr dərc edilmişdir.
Bakı şəhərinə göndərilir və V.İ.Lenin adına H.Əhmədov 1972-ci ildə Azərbay-
APİ-nin (ADPU) o zamanlar elmi-pedaqoji can Dövlət Universitetində (indiki BDU)
kadr hazırlığında respublikada yeganə “XIX əsrdə Azərbaycanda məktəb təhsilinin
mərkəz sayılan pedaqogika kafedrası inkişaf tarixi” mövzusunda doktorluq disser-
nəzdində aspiranturaya qəbul olunur. tasiyası müdafiə edir. Professor Hüseyn Əh-
Azərbaycanın məşhur alim-pedaqoqlarının, mədov uzun müddət respublika “Bilik”
o cümlədən professor Əhməd Seyidov, cəmiyyətinin üzvü, sonralar isə Pedaqogika
Mehdi Mehdizadə, Mərdan Muradxanovun bölməsinin sədr müavini və sədri kimi təkcə
çalışdığı həmin kafedrada namizədlik disser- Azərbaycanda deyil, həm də Gürcüstan və
tasiyası üzərində işləyir. Elmi rəhbəri Ermənistan Respublikalarında yaşayan
Ə.Seyidovla hər bir görüşü zamanı gənc azərbaycanlılar arasında pedaqoji biliklərin
aspirant nəinki elmi biliyə yiyələnir, həm də yayılması və təbliği sahəsində xeyli və
daxilən zənginləşir, ünsiyyət məktəbi keçir- məhsuldar işlər görmüşdür. Bu sahədəki
di. 1958-ci ildə “İbtidai məktəb şagirdlərinin xidmətlərinə görə H.Əhmədov 1985-ci ildə
kommunist əxlaqı tərbiyəsində nümunənin SSRİ “Bilik” cəmiyyəti idarə heyətinin
rolu və ondan istifadə etmək yolları” adlı qərarı ilə “Fəal işinə görə” döş nişanı ilə
namizədlik dissertasiyasını müvəffəqiyyətlə təltif edilmişdir. Hüseyn Əhmədov uzun
müdafiə edir. Hüseyn Əhmədovun qələ- müddət ADPU-da fəaliyyət göstərən ixtisas-
minin ilkin məhsulu olan həmin dissertasiya laşdırılmış dissertasiya Şurasının sədri və
işi o zamanlar akademik A.Makovelski, pro- müavini olmuşdur. Professor Hüseyn
fessor B.Komarovski, professor M.Murad- Əhmədov 35 ildən artıq bir müddətdə
xanov, dosent D.Mustafayeva tərəfindən ADPU-nun ümumi pedaqogika kafedrasına
yüksək qiymətləndirilir. rəhbərlik etmişdir. Bu müddət ərzində o,
Hüseyn Əhmədov 1955-1956-cı kafedra əməkdaşlarına qarşı olduqca
illərdə V.İ.Lenin adına APİ-nin komsomol səmimi, qayğıkeş, alim kimi tələbkar və
komitəsinin birinci katibi, 1957-ci ildə məsuliyyətli olmuş, kollektivdə səfərbər-
Azərbaycan ETPEİ-də kiçik elmi işçi edici ruh və işgüzar mühit yaratmağa nail
vəzifəsində işləyir. 1958-ci ildən H.Əh- olmuşdur.
mədovun elmi-pedaqoji fəaliyyətinin bütöv Onun elmi-pedaqoji fəaliyyəti dövlət
bir mərhələsi ADPU-nun pedaqogika kafed- və hökumət tərəfindən yüksək qiymətləndi-
rası ilə bağlı olmuşdur. O, pedaqogika rilmişdir. O, 1973-cü ildə Azərbaycan SSR-

62
“Azərbaycan məktəbi” 2017/1
nin “Qabaqcıl maarif xadimi”, 1977-ci ildə Türk Dünyası Araşdırmaları Uluslararası
“SSRİ Maarif əlaçısı” döş nişanı ilə, Elmlər Akademiyası tərəfindən “Türk
müxtəlif vaxtlarda Azərbaycan SSR Ali Dünyasına Hizmet” qızıl medalı ilə təltif
Soveti Rəyasət Heyətinin, SSRİ Maarif olunmuşdur. 2006-cı ildə Amerikanın Bey-
Nazirliyinin, ÜİHİMŞ-in, SSRİ PEA-nın nəlxalq Ekspertiza və Bioqrafik Tədqiqatlar
Fəxri fərmanları ilə təltif edilmişdir. İnstitutu Hüseyn Əhmədova pedaqogika
Professor H.Əhmədova elmin inkişa- elmindəki yüksək xidmətlərinə görə xüsusi
fında, yüksək ixtisaslı elmi-pedaqoji kadr sertifikat təqdim etmiş, onu pedaqogika
hazırlığındakı xidmətlərinə görə 1981-ci ildə elminin bilicisi hesab etmişdir. 2007-ci il
“Azərbaycan SSR Əməkdar ali məktəb işçi- akademik H.Əhmədov üçün daha uğurlu
si” fəxri adı verilmişdir. O, həmçinin SSRİ olmuşdur. O, Azərbaycan Respublikası
Ali Soveti Rəyasət Heyətinin fərmanları ilə Prezidenti İlham Əliyevin sərəncamı ilə
“Böyük Vətən müharibəsində rəşadətli Azərbaycanda təhsilin inkişafındakı böyük
əməyə görə” medalları ilə təltif edilmişdir. xidmətlərinə görə Prezidentin fərdi təqa-
Azərbaycan komsomolunun, “Bilik” cə- üdünə layiq görülmüş, Rusiya Federasiyası-
miyyəti və respublika müəllimlərinin bir sıra nın Təhsil və Elm Nazirliyinin “K.Uşinski”
qurultaylarının nümayəndəsi olmuşdur. medalı, həmçinin Rusiyanın “Dolq i çestğ”
Professor Hüseyn Əhmədov təkcə ordeni ilə təltif olunmuş, Rusiya Təhsil
Azərbaycanda deyil, keçmiş SSRİ-də də Akademiyasının qızıl medalına və fəxri
yaxşı tanınan nüfuzlu alimlərdəndir. Məhz fərmanına layiq görülmüşdür. Hüseyn Əh-
bunun nəticəsidir ki, o, 1990-cı il dekabrın mədov elmi-pedaqoji fəaliyyətində nailiy-
20-də SSRİ Pedaqoji Elmlər Akademiya- yətlər, uğurlar qazanmış, müxtəlif akademi-
sının müxbir üzvü seçilmişdir. Xatırlatmaq yaların üzvü seçilməyi ilə şöhrətin uca,
yerinə düşər ki, varlığı ərzində həmin akade- həmçinin də şərəfli bir mərtəbəsinə
miyaya (1943-cü ildə yaradılıb) cəmi 4 nəfər yüksəlmişdir. Akademik Hüseyn Əhmədov
azərbaycanlı üzv seçilmişdir. Mərhum aka- məhsuldar, yaradıcı, geniş erudisiyaya malik
demik M.Mehdizadə onun həqiqi üzvü, zəhmətkeş pedaqoqdur. Onun elmi-pedaqoji
A.Abbaszadə, S.İmanov və H.Əhmədov isə fəaliyyəti zəngin və çoxşaxəlidir. İndiyə
müxbir üzvləri olmuşlar. kimi 200-dən artıq elmi əsəri, 300-dən çox
Hüseyn Əhmədov 1993-cü il mayın qəzet məqaləsi, ümumilikdə isə 25 cildlik
19-da Azərbaycan Milli Yaradıcılıq seçilmiş pedaqoji əsərləri nəşr edilmişdir ki,
Akademiyasının həqiqi üzvü (akademiki), onlardan da 3 cildi rus dilində yazılmışdır.
1993-cü il iyunun 18-də Moskvadakı Akademik Hüseyn Əhmədovun elmi
Beynəlxalq Pedaqoji Elmlər Akademiya- tədqiqatlarının mövzu və istiqamət-lərini
sının, 1995-ci il 12 iyunda Pedaqoji və aşağıdakı kimi qruplaşdırmaq olar: 1) peda-
Sosial Elmlər Akademiyasının həqiqi üzvü qogikanın nəzəri problemlərinin araşdırıl-
(akademiki) seçilmişdir. 1998-ci ildə elmi- ması; 2) Azərbaycanda pedaqoji fikir tarixi-
pedaqoji sahədəki yaradıcılıq uğurlarına, nin tədqiqi; 3) Azərbaycanda məktəb tarixi-
elmi-pedaqoji kadr hazırlığındakı xidmətlə- nin tədqiqi; 4) xarici ölkələrin məktəb və
rinə görə Beynəlxalq Pedaqoji Akademiya- pedaqoji fikir tarixinin tədqiqi və təbliği.
nın Y.Komenski adına Böyük Qızıl Medalı Akademik Hüseyn Əhmədovun elmi fəaliy-
ilə təltif olunmuşdur. 1999-cu ildə isə Rusiya yətində pedaqogikanın nəzəri problemlə-
Dövlət Təhsil Akademiyasının xarici üzvü rinin araşdırılması mühüm yer tutur. O, elmi
seçilmişdir. Hüseyn Əhmədov 2005-ci ildə yaradıcılığa tərbiyəşünaslığın mühüm

63
Azərbaycan Respublikası Təhsil Nazirliyi
problemlərinin tədqiqi ilə başlamışdır. O, ilk ğının mərkəzində dayanır. O, tələbə ikən
yaradıcılıq uğuru olan “İbtidai məktəb tarix elminin metodologiyasını mənimsəmiş,
şagirdlərinin kommunist əxlaqı tərbiyəsində produktiv tarixçi təfəkkürü inkişaf edərək
nümunənin rolu və ondan istifadə etmək yol- fakt və hadisələri zaman və məkan daxilində
ları” (1958) adlı namizədlik dissertasiyasın- qiymətləndirməyi, pedaqoji problemləri
da cəmiyyətdə tərbiyənin rolunu, mövqeyi- mədəni-ictimai, siyasi-iqtisadi hadisələrin
ni, təsir qüvvəsini şərh etmiş, dövlət və fonunda dəyərləndirməyi öyrənmiş, yaradı-
qabaqcıl əmək adamlarının, müəllimlərin, cılığı boyu həmin prinsipə sadiq qalmış,
valideynlərin, bədii obrazların nümunəsi ilə tədqiqatlarında tarixi mənbələrə əsaslanmaq
ibtidai sinif şagirdlərinin əxlaq tərbiyəsinin nümunəsi göstərilmişdir. Pedaqogika tarixi
elmi-pedaqoji və nəzəri əsaslarını araşdır- sahəsində Hüseyn Əhmədovun tədqiqat
mış, qabaqcıl təcrübəni ümumiləşdirmiş, dairəsi xeyli geniş olmuşdur. O, Azərbaycan
praktiklərə dəyərli tövsiyələr vermişdir. pedaqoji fikir klassiklərinin, maarifçilərinin,
“Təlimdə əyaniliyin rolu nə qədərdirsə, məktəbdarlarının, ilk növbədə N.Tusi,
tərbiyədə də nümunənin rolu bir o qədərdir” A.A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundov,
– tezisi onun dissertasiyasının, “İbtidai H.Zərdabi, S.Ə.Şirvani, S.M.Qənizadə,
məktəb şagirdlərinin kommunist əxlaqı A.O.Çernyayevski, M.Ə.Elxanov, F.B.Kö-
tərbiyəsində nümunənin rolu və ondan çərli, M.H.Ruşdiyyə, S.B.Vəlibəyov,
istifadə etmək yolları” (1958), “Uşaqların C.Məmmədquluzadə, M.T.Sidqi, N.Nəri-
tərbiyəsində valideynin şəxsi nümunəsi” manov, Ü.Hacıbəyov, R.Əfəndiyev, R.Əfən-
(1962) kitablarının və silsilə məqalələrinin dizadə, Ə.Y.Seyidov və digərlərinin pedaqo-
leytmotivini təşkil edir. ji ideyalarını tədqiqata cəlb etmiş, onların
Onun redaktoru və müəlliflərindən xalq maarifi, məktəb təhsili, təlim-tərbiyə ilə
biri olduğu “Pedaqogikaya giriş” (1973) bağlı fikirlərini aşkarlamış, pedaqoji fikrin
tədris vəsaitində pedaqoji elmin bir sıra qaynaqlarını üzə çıxarmış, gənc nəslin
nəzəri və metodoloji məsələləri qismən öz tərbiyəsində həmin irsin əhəmiyyətini
elmi həllini tapmışdır. “Pedaqogikada qanun əsaslandırmış, bu günümüz üçün əhə-
və qanunauyğunluq” (1974), “Sözdən işə miyyətli olan elmi müddəalar irəli sürmüş-
keçək” (1978) əsərlərində Hüseyn Əhmədov dür.
pedaqogikanın digər metodoloji məsələ- Pedaqogika nəzəriyyəsi üzrə
lərinin həllinə girişmiş, elmi diskussiyalarda namizədlik dissertasiyası müdafiə etsə də,
fəal iştirak etmiş, problemin bir çox 60-cı illərdən başlayaraq Azərbaycanda
cəhətinin aydınlaşdırılmasında, pedaqoji məktəb təhsilinin tarixini öyrənməyə başla-
qanun və qanunauyğunluğun müəyyənləşdi- yır. 1968-1970-ci illərdə elmi-yaradıcılıq
rilməsində pedaqoji anlayış və kateqoriyala- ezamiyyətinə gedən H.Əhmədov Moskva,
rın mahiyyətinin düzgün, elmi şəkildə Leninqrad, Tbilisi, Bakı, Həştərxan, İrəvan
əsaslandırılmasında, vahid terminoloji siste- dövlət arxivlərində çalışır, üstünü toz basmış
min yaradılmasında hansı elmi prinsiplərə xeyli sənədləri aşkara çıxarır, külli miqdarda
əsaslanmağı şərh etmiş, maraqlı elmi-nəzəri material toplayır, sistemə salır və “XIX
fikirlər söyləmişdir. əsrdə Azərbaycanda məktəb təhsilinin inki-
Akademik Hüseyn Əhmədovun şaf tarixi” adlı doktorluq dissertasiyasını
Azərbaycan məktəb və pedaqoji fikir tarixi tamamlayır. Akademik M.Mehdizadənin
sahəsində apardığı ardıcıl və sistemli rəsmi elmi məsləhətçisi olduğu həmin dis-
tədqiqatları onun çoxşaxəli elmi yaradıcılı- sertasiya işini H.Əhmədov 1972-ci ildə

64
“Azərbaycan məktəbi” 2017/1
müvəffəqiyyətlə müdafiə edərək pedaqoji vun təşəbbüsü ilə hələ 1977-ci ildə
elmlər doktoru alimlik dərəcəsi alır. Hüseyn “Azərbaycanda məktəb və pedaqoji fikir
Əhmədovun doktorluq dissertasiyası peda- tarixi” adlı xüsusi kursun proqramı hazırla-
qoji ictimaiyyət və mütəxəssislər tərəfindən naraq Azərbaycan və rus dilində çap edil-
yüksək qiymətləndirilir. SSRİ PEA-nın mişdir. Akademik Hüseyn Əhmədov həmin
həqiqi üzvlərindən M.Mehdizadə, N.Qon- proqram əsasında rus və Azərbaycan
çarov (Moskva), A.Qurbanov (Aşxabad), dillərində “Azərbaycan məktəb və pedaqoji
professorlardan Ə.Seyidov, A.Abdullayev, fikir tarixi” dərsliyinin nəşrinə nail olmuş-
N.Kazımov, F.Köçərli, M.Qazıyev, A.Za- dur.
manov və başqalarının dissertasiyaya ver- Hüseyn Əhmədov Azərbaycan mək-
dikləri yüksək qiymət dediklərimizi təsdiq təb və pedaqoji fikir tarixinin həm mahir
edir. tədqiqatçısı, həm də layiqli təbliğatçısıdır.
Professor Hüseyn Əhmədovun O, Moskvada nəşr edilən 40 çap vərəqindən
həmin sahədəki tədqiqatlarının praktik artıq olan “Azərbaycan pedaqoji fikir anto-
əhəmiyyətinə aid iki cəhəti qeyd etmək logiyası” adlı iri həcmli monumental əsərin,
yerinə düşərdi. Onlardan birincisi budur ki, SSRİ PEA tərəfindən çap olunan “SSRİ
rəsmi dövlət qərarları ilə bir sıra şəhər və xalqlarının məktəb və pedaqoji fikir tarixinə
kənd məktəblərinin yubileyi geniş qeyd edil- dair oçerklər” adlı çox cildliyin I və IV
miş, pedaqoji ictimaiyyətin böyük rəğbətini cildlərinin (Moskva, 1989, 1991), “Böyük
qazanmışdır. Tarixi keçmişi olan həmin rus ensiklopediyası” Dövlət Elm nəşriyyatı
məktəblərimizin fəaliyyətinin xalqa çatdırıl- tərəfindən çap olunmuş 2 cildlik “Rus peda-
masında professor H.Əhmədov xeyli əmək qoji ensiklopediyası”nın, həmçinin 10 cild-
sərf etmiş, “100 yaşlı Yuxarı Salahlı kənd lik Azərbaycan Sovet Ensiklopediyasının
məktəbi” (1978), “100 yaşlı Qarğabazar IV-X cildlərinin əsas müəlliflərindən biridir.
məktəbi” (1983), “150 yaşlı Şəki məktəbi” “Sovetskaya pedaqoqika”, “Narodnoe obra-
(1983) kitablarını, “Qocaman maarif ocaqla- zovanie” və s. mətbuat orqanlarında çap
rımız” (1984), “Şəkidə ilk dünyəvi təhsil olunmaqla Azərbaycan pedaqoji elminin
məktəbi” (1982), “Salyanda ilk məktəb” nailiyyətlərini nəinki keçmiş İttifaqda, həm
(1969), “Qutqaşen məktəbinin 90 yaşı var” də xaricdə layiqincə təbliğ etmişdir. O,
(1972), “Dağkəsəmən məktəbin yaşı yüz- Moskva, Leninqrad, Kiyev, Daşkənd,
dür” (1976), “İlk savad məktəblərindən biri” Poltava, Penza, Səmərqənd, Ulyanovsk və
(1982), “Lənkəranda ilk dünyəvi təhsil digər şəhərlərdə keçirilən elmi konfrans və
məktəbi” (1982), “Yüz yaşlı Vəndam sessiyalarda fəal iştirak etmiş, nüfuzlu,
məktəbi” (1984), “Qubadlıda 100 yaşlı kəsərli, orijinal fikirləri ilə həmkarlarının
məktəb” (1984), “170 yaşlı Naxçıvan şəhər rəğbətini qazanmışdır.
məktəbi” (2008), “Əbcəddən cədidədək” və Azərbaycan alim-pedaqoqları, o
s. əsər və məqalələrini yazmışdır. Əsərlərdə cümlədən xarici ölkə pedaqoqlarının nəzəri
həmin məktəblərin tarixi inkişaf yolu araşdı- irsi ilə bağlı onlarla tədqiqat xarakterli
rılır, məktəb təhsili sahəsində uğurlar, məqalələr yazmış, onların pedaqoji baxışla-
nailiyyətlər ümumiləşdirilir, məktəbin rını, ideya və nəzəriyyələrini təhlil etmiş, bu
məzunlarının fəaliyyətlərindən bəhs olunur. fikirlərdə indi də öz qüvvəsini itirməyən
Həmin tədqiqatların ikinci praktik mütərəqqi cəhətləri üzə çıxarmışdır.
əhəmiyyəti onunla izah olunur ki, bu Akademik Hüseyn Əhmədovun elmi
tədqiqatlar əsasında professor H.Əhmədo- fəaliyyətinin mühüm bir hissəsini ali məktəb

65
*5 “Azərbaycan məktəbi” №1
Azərbaycan Respublikası Təhsil Nazirliyi
pedaqogikası və metodikası təşkil edir. pedaqoji fikirləri” adlı sanballı monoqrafi-
Onun “Pedaqogikaya giriş” (1973), “Peda- yası nərimanovşünaslığa dəyərli töhfədir.
qogika tarixindən mühazirə mətnləri” (1987) Akademik Hüseyn Əhmədov Nəri-
dərs vəsaitləri, üç cilddə nəzərdə tutulan man Nərimanovun pedaqoji irsinin tədqiqi
“Azərbaycan pedaqoji antologiyası” (2-ci ilə kifayətlənməmiş, o eyni zamanda
cild) (2011), “Azərbaycan məktəb və peda- N.Nərimanovun pedaqoji fəaliyyətə başladı-
qoji fikir tarixi” dərsliyi (2014) də tələbələr ğı Borçalı qəzasının Qızıl Hacılı kənd
və müəllimlərin stolüstü kitablarındandır. məktəbinə onun adının verilməsinə, anadan
Professor H.Əhmədov respublika olduğu evin yerləşdiyi “Tatariski pereuloq”
miqyaslı elmi-pedaqoji konfransların mahir küçəsinin adının dəyişdirilərək onun adı ilə
təşkilatçısı kimi tanınmışdır. Onun rəhbərlik adlandırılmasına nail olmuşdur. Bu
etdiyi ümumi pedaqogika kafedrasının məqsədlə o, Tiflis şəhər rəhbərliyinin
hazırladığı və keçirdiyi “Qori Müəllimlər dəfələrlə qəbulunda olmuş, gərgin zəhməti,
seminariyasının Azərbaycan şöbəsinin 100 əziyyəti və inadkarlığı nəticəsində öz
illiyi” (1979), “Pedaqogika tarixi kursunun istəyinə nail olmuşdur. Hazırda həmin küçə
tədrisinin təkmilləşdirilməsi və respublikada M.Ş.Vazehin adını daşıyır. Akademik
tarixi-pedaqoji tədqiqatların təşkili” (1984), Hüseyn Əhmədov Nərimanovun anadan
“Nəriman Nərimanovun anadan olmasının olduğu evdən onun Moskvada dəfni zamanı
120 illiyi” (1990), “Y.A.Komenski-400” çəkilmiş fotonu əldə etmiş, digər arxiv
(1992), “Ə.Y.Seyidov-100” (1992), “Peda- sənədləri ilə birlikdə Azərbaycan Tarixi
qoji peşəyönümünün aktual problemləri” Muzeyinə verilmişdir.
(1993), “Qloballaşma və Azərbaycanda Azərbaycan müstəqillik qazandıqdan
təhsilin aktual problemləri” (2003), sonra Hüseyn Əhmədovun yaradıcılığında
“K.D.Uşinski-180” (2004), “A.S.Makaren- yeni bir elmi istiqamət formalaşmağa başla-
ko-125” (2013) elmi-praktik konfransları mışdır. Türkdilli ölkələr arasında elm və
pedaqoji ictimaiyyət tərəfindən yüksək təhsil sahəsində əməkdaşlığa töhfə vermək
qiymətləndirilmişdir. “Tələbələrlə fərdi işin məqsədilə bu istiqamətli araşdırmalara baş-
təşkilinə dair metodik göstərişlər” (I-II lamış, “Avrasiya xalqlarının məktəb və
hissə) (1985), “Pedaqoji təcrübə” (1982) və pedaqoji fikir tarixinə dair oçerklər” (2012)
b. əsərlərində ali məktəb pedaqogikasının sanballı elmi-tədqiqat əsərinin nəşrinə nail
bəzi problemləri şərh olunur. Akademik olmuşdur. Uzunmüddətli dərin elmi axtarış-
Hüseyn Əhmədovun elmi-pedaqoji fəaliyyə- ların nəticəsi olan bu kitabda Avrasiya
tində Nəriman Nərimanovun pedaqoji irsi- məkanında yaşayan müsəlman xalqlarının
nin tədqiqi və təbliği ayrıca bir mərhələ məktəb və pedaqoji fikir tarixinə aid maraqlı
təşkil edir. 1957-ci ildən bugünədək ardıcıl və bir-birini tamamlayan oçerklər toplan-
olaraq bu mövzu üzrə tədqiqatını davam mışdır. XIX əsrin ikinci yarısında və XX
etdirən müəllif təhsil və pedaqoji fikir əsrin əvvəllərində Tiflisdə, Təbrizdə və
tarixinə N.Nərimanovun görkəmli tədqiqat- Bakıda nəşr olunmuş Azərbaycan dili və
çısı kimi daxil olmuşdur. Onun böyük maa- hesab dərsliklərini ilk növbədə N.Dement-
rifçi, siyasət və dövlət adamı Nəriman yevin “Təmsillər və hekayələr” (Tiflis,
Nərimanovla bağlı Azərbaycan, rus, erməni 1839), İ.Qriqoryevlə M.Ş.Vazehin “Kitabi-
və gürcü dillərində Bakıda, İrəvanda, türki” (Təbriz, 1855), A.O.Çernyayevskinin
Tbilisidə, Moskvada, Həştərxanda, Saratov- “Və-tən dili” (I hissə, Tiflis, 1882), Rəşid
da çap olunan məqalələri, “N.Nərimanovun bəy Əfəndiyevin “Uşaq bağçası” (Tiflis,

66
“Azərbaycan məktəbi” 2017/1
1912), “Bəsirət-ül-ətfal” (Bakı, 1901), edir ki, bu kitab çapa hazırlanarkən Tiflisdə
A.Çernya-yevski və S.Vəlibəyovun “Vətən yaşayan azərbaycanlıların köməyindən fay-
dili” (II hissə, Tiflis, 1888), S.Vəlibəyovun dalanmışdır.
“Qüdrəti-Xuda” (Tiflis, 1888), Üzeyir Akademik Hüseyn Əhmədovun
Hacıbəyovun “Hesab məsələləri” (Bakı, İrəvan arxivindən əldə etdiyi üçüncü vacib
1907) adlı dərsliklərini ərəb əlifbasından sənəd böyük maarifçi və ədəbiyyatşünas
mövcud latın qrafikasına çevirmiş, onlara Firidun bəy Köçərlinin İrəvan gimnaziyasın-
lüğət, izahat və şərhlər əlavə etməklə transli- da Azərbaycan dili müəllimi vəzifəsində
terasiya və faksimiliya yolu ilə yenidən nəşr işləyərkən 1885-ci ildə tərtib etdiyi
etdirməklə akademik Hüseyn Əhmədov “Azərbaycan dili proqramı”dır. Bu proqra-
onlara yeni həyat, yeni nəfəs bəxş etmiş, mın tam mətnini əldə edən Hüseyn
mətbuatda “Ana dili dərsliklərimiz milli Əhmədov onu “Maarif fədailəri: Firidun bəy
sərvətimizdir” başlıqlı silsilə məqalələrlə Köçərli-150, Rəşid bəy Əfəndiyev-150”
çıxış etmişdir. Hüseyn müəllim bu (Bakı: ADPU, 2013) adlı monoqrafiyasına
dərslikləri əldə etmək üçün Bakı, Tiflis, daxil edərək çap etməklə faydalı bir iş gör-
Leninqrad, Moskva arxivlərində və kitabxa- müşdür. Professor Hüseyn Əhmədovun
nalarında illərlə araşdırmalar aparmışdır. Azərbaycanda pedaqoji və xüsusilə elmi-
Yeri gəlmişkən bunlarla bağlı bir cəhəti də pedaqoji kadrların hazırlanmasında böyük
qeyd etmək yerinə düşər. O, İrəvan Dövlət əməyi olmuşdur. İndiyə kimi onun ürəyinin
Arxivində işləyərkən İrəvan gimnaziyasının odundan, gözlərinin nurundan, qələminin
Azərbaycan dili müəllimi M.Elxanovun gücündən mənim kimi 60-a yaxın
çapa hazırladığı “Vətən dili” adlı dərsliyini tədqiqatçının ömrünə pay düşüb.
üzə çıxarmış, bu kitaba Peterburq Bu gün respublikamızın pedaqoji
Universitetinin Şərq dilləri fakültəsinin təmayüllü institut və universitetlərinin,
dosenti V.Smirnovun bu dərsliyə yazdığı demək olar ki, hamısında professorun
yeddi səhifəli resenziyanı əldə etmiş və onun yetirmələri fəaliyyət göstərir, pedaqoji
“Avroasiya xalqlarının məktəb və pedaqoji elmin, milli məktəb və pedaqoji fikrimizin
fikir tarixinə dair oçerklər” adlı kitabına ən maraqlı məsələləri ilə bağlı tədqiqatlar
daxil etmişdir (Bakı: Maarif, 2012). aparırlar. Hüseyn Əhmədovun rəsmi oppo-
Akademik Hüseyn Əhmədovun uzun sürən nentliyi ilə xeyli namizədlik və doktorluq
axtarışları nəticəsində əldə etdiyi digər bir dissertasiyası müdafiə olunub. Onun Orta
dərslik 1939-cu ildə Tiflisdə nəşr edilmiş Asiya və Gürcüstan Respublikaları üçün
“Təmsillər və hekayətlər”dir ki, bu kitabı elmi-pedaqoji kadr hazırlığındakı xidmətləri
müəllif İrəvan Mərkəzi Dövlət Kitabxana- də təqdirəlayiqdir. O, yüksək ixtisaslı elmi
sının nadir fondundan tapmışdır (inventar N kadrların yetişməsinə son dərəcə tələbkarlıq
4395). Araşdırmalar nəticəsində məlum və qayğıkeşliklə yanaşır. Dəfələrlə SSRİ və
olmuşdur ki, mənfur qonşularımız - ermə- Azərbaycan Respublikası AAK-nin qərarı
nilər bu kitabı erməni kitabı hesab etmiş və ilə ADPU-da doktorluq dissertasiyalarının
onu 1967-ci ildə nəşr olunmuş “Erməni kita- müdafiəsi üçün birdəfəlik ixtisaslaşdırılmış
bı”na (1801-1850) daxil etmişlər (səh. 248, müdafiə şuralarının sədri təsdiq edilmişdir.
N 1008). Halbuki bu dərslik ərəb əlifbası ilə Həmin zamanlar şuranın iclasları mütəşəkkil
çap edilmişdir və Azərbaycan xalqına keçmiş, təqdim edilmiş dissertasiyalar
məxsus təmsillər və hekayələrdən ibarətdir. müvəffəqiyyətlə müdafiə edilmiş və hamısı-
Kitabın “Giriş”ində müəllif açıq-aşkar etiraf nı AAK yekdilliklə təsdiq etmişdir. Hüseyn

67
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Əhmədov hazırda bir neçə aspiranta, disser- diapozonu genişdir. O, həm pedaqogika,
tanta, doktoranta rəhbərlik edir. 60-dan çox həm də pedaqogika tarixinin aktual
kitabın redaktoru kimi həmkarlarının problemlərinə müdaxilə etmiş, öz sözünü
əsərlərinin nəşrinə böyük qayğı və tələbkar- demiş, orijinal fikirləri ilə həmkarları arasın-
lıq göstərir. Hüseyn Əhmədovun elmi-peda- da yüksək nüfuz qazanmışdır. O, bütün
qoji yaradıcılığı həmişə pedaqoji tənqidin mənalı həyatını elmin inkişafına, məktəb və
diqqət mərkəzində olmuş, hər bir əsəri vax- pedaqoji fikir tarixinin tədqiqinə, tədrisinə,
tında elmi qiymətini almışdır. Özü və təbliğinə sərf etmişdir. Azərbaycan və xarici
əsərləri haqqında yazılmış saysız-hesabsız ölkə alimləri Hüseyn müəllimin elmi-peda-
yazılar buna əyani sübutdur. Akademik qoji fəaliyyətinə yüksək dəyər vermiş, onu
Hüseyn Əhmədov haqqında müasirlərinin müəllimlər müəllimi, qayğıkeş insan,
yazdıqları 13 kitabda toplanmışdır. Respub- Azərbaycan pedaqogika elminin korifeyi,
likada (eləcə də keçmiş İttifaq miqyasında) təkcə Azərbaycanda deyil, həm də MDB
alim-pedaqoqlardan ilk dəfə məhz onun haq- məkanında pedaqogika elminin patriarxla-
qında izahlı biblioqrafiya hazırlanmış, çap rından biri kimi qiymətləndirmişlər.
olunaraq pedaqogikanın nəzəriyyəsi və tari- Müharibə və əmək veteranı olan aka-
xi sahəsində tədqiqat aparanlar, ilk növbədə demik Hüseyn Əhmədov ömrünün müdrik-
tələbələr, müəllimlər və aspirantlar üçün lik və məhsuldar çağlarını yaşayır. Öz
qiymətli mənbəyə çevrilmişdir. sələflərinin – professor Əhməd Seyidovun,
Akademik Hüseyn Əhmədovun akademik Mehdi Mehdizadənin, professor
təhsil və pedaqoji fikir tarixi ilə bağlı Mərdan Muradxanovun başladıqları işi bu
əsərləri Azərbaycan pedaqoji elminin qızıl gün də şərəflə davam etdirir. Azərbaycan
fonduna daxil edilmişdir. Onun müstəqillik məktəb və pedaqoji fikir tarixinin tədqiqi,
illərində respublikanın dövlət qəzetlərində təbliği və tədrisi sahəsindəki çoxşaxəli
çap etdirdiyi silsilə məqalələri dövlətçiliyi- fəaliyyətinə və yaradıcılıq uğurlarına görə
mizin daha da möhkəmlənməsinə, müstəqil çoxdan pedaqogika elmimizin patriarxına
Azərbaycan dövlətinin memarı olan ulu çevrilən akademik Hüseyn Əhmədovun bu il
öndər Heydər Əliyevin və prezident İlham elmi-pedaqoji fəaliyyətinin 70, anadan
Əliyevin uşaq və gənclərin təhsil-tərbiyə- olmasının 90 illiyi tamam olur. Elimizin və
sinə, şəxsiyyət kimi formalaşmasına, elmimizin ağsaqqalını təbrik edir, ona
cəmiyyətə layiqli vətəndaş kimi yetişməsinə möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq
göstərdikləri qayğıya həsr olunmuşdur. uğurları arzulayıram.
Son illərdə onun tədqiqatlarında yeni
bir elmi istiqamət formalaşmış, Azərbayca-
nın yaxın və orta Şərq xalqları, Almaniya, Fərrux Rüstəmov,
Rusiya və Özbəkistanla elmi-pedaqoji ADPU-nun ibtidai təhsil
əlaqələri ilə bağlı maraqlı elmi araşdırmalar fakültəsinin dekanı,
aparmışdır. Azərbaycanın digər xalqlarla pedaqogika üzrə elmlər doktoru,
elmi-pedaqoji, ədəbi və mədəni əlaqələrinin professor, əməkdar elm xadimi
sistemli araşdırılmasına həsr olunmuş
məqalələr tarixiliyi və müasirliyi ilə diqqəti
cəlb edir.
Akademik H.Əhmədovun yaradıcılıq

68

You might also like