You are on page 1of 2

ETSN-in Tarixi və yaradılması

ARMM-in 21.05.1992-ci il tarixli 130 nömrəli Qərarı ilə AR-ın Dövlət Təbiəti Mühafizə Komitəsi AR-
ın Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi adlandırılıb və ətraf mühitin mühafizəsi və
təbiətdən istifadə sahəsində üstün idarəetmə və nəzarət orqanı kimi müəyyən edilib. ARP-in 07.09.1992-ci il
tarixli 176 nömrəli Fərmanı ilə DETINK-in Əsasnaməsi təsdiq edilib.
ARP-in 05.08.1991-ci il tarixli 300 nömrəli Fərmanı ilə SSRİ Geologiya Nazirliyi
"Azərbaycangeologiya" Azərbaycan Geoloji Kəşfiyyat İşləri İstehsal Birliyi ARNK yanında fəaliyyət göstərən
AR Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinə çevrilib.
ARP-in 21.01.1992-ci il tarixli 553 nömrəli Fərmanı ilə Azərbaycan respublika hidrometeorologiya
idarəsi, Zaqafqaziya Regional Elmi-Tədqiqat hidrometeorologiya İnstitutunun Bakı şöbəsi və SSRİ Dövlət
hidrometeorologiya Komitəsinin hidrometeoroloji proseslərə fəal təsir göstərilməsi üzrə hərbiləşdirilmiş xidmət
bazasında ARNK yanında AR Dövlət hidrometeorologiya Komitəsi yaradılıb. ARNK-in 14.02.1992-ci il tarixli
91 nömrəli qərarı ilə Dövlət Hidrometeorologiya Komitəsi haqqında Əsasnamə təsdiq edilib.
ARP-in 23.05.2001-ci il tarixli 485 nömrəli Fərmanı ilə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə
Nəzarət Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Dövlət Hidrometeorologiya Komitəsi və
"Azərmeşə" İstehsalat Birliyi ləğv edilib. Ləğv olunan Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət
Komitəsinin və Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin bazasında ETSN yaradılıb.
ARP-in 18.09.2001-ci il tarixli 583 nömrəli Fərmanı ilə ETSN haqqında Əsasnamə təsdiq edilib.
Əsasnaməyə görə Nazirlik - AR ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) AR-a mənsub olan bölməsində
ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü
təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və
proqnozlaşdırılması, habelə torpaqların münbitliyinin bərpası və artırılması, bu məqsədlə onların monitorinqi
(bundan sonra – torpaqların monitorinqi), geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və
xəritəçəkmə sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Nazirliyin fəaliyyətinə ARP tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən nazir rəhbərlik
edir. ARP-in 23.05.2001-ci il tarixli 486 nömrəli Fərmanı və 08.11.2003-cü il tarixli 17 nömrəli Sərəncamı ilə
Hüseynqulu Seyid oğlu Bağırov AR-ın Ekologiya və Təbii Sərvətlər naziri təyin edilib. Nazir Nazirliyin
fəaliyyətini təşkil edir və ona rəhbərlik edir. Nazir müavinlərinin vəzifə səlahiyyətlərini müəyyən edir. Müəyyən
edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, yerli və digər
qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir.
Nazirliyin aparatının və yerli qurumlarının rəhbərlərini və işçilərini, tabeliyində olan müəssisə və təşkilatların
rəhbərlərini vəzifəyə təyin edir və vəzifədən azad edir. Nazirliyin aparatının və struktur bölmələrinin funksional
təyinatını və say tərkibini müəyyən edir, zərurət olduqda həmin strukturda dəyişikliklər aparır. Nazirliyin
aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi
şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir.
Nazirin ARP tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən üç müavini vardır. ARP-in
21.02.2004-cü il tarixli 100 nömrəli Sərəncamı ilə Firdovsi Şahmirzə oğlu Əliyev AR Ekologiya və Təbii
Sərvətlər nazirinin müavini təyin edilib. ARP-in 29.12.2005-ci il tarixli 1224 nömrəli Sərəncamı ilə Novruz
Məhəmməd oğlu Quliyev AR-ın ekologiya və təbii sərvətlər nazirinin müavini təyin edilib. ARP-in 24.01.2011-
ci il tarixli 1296 nömrəli Sərəncamı ilə Rauf Vahid oğlu Hacıyev AR-ın ekologiya və təbii sərvətlər
nazirinin müavini təyin edilib.

ETSN-in Strukturu
Nazirliyin strukturu ARP tərəfindən müəyyən edilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki
qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını ARNK təsdiq edir. Nazirlik AR-ın rayonlarında,
şəhərlərində (şəhər rayonlarında) və bölgələrində birbaşa ona tabe olan müvafiq rayon, şəhər və bölgə idarələrini
(şöbələrini, bölmələrini və digər idarəetmə qurumlarını) yaradır. NMR ETSN Nazirliyin sisteminə daxildir.
ARP-in 14.07.2010-cu il tarixli 1015 nömrəli Sərəncamı ilə ETSN-in Strukturu təsdiq edilib. ARNK-in
26.05.2014-cü il tarixli 167 nömrəli Qərarı ilə ETSN-in strukturuna daxil olmayan tabeliyindəki qurumların
Siyahısı təsdiq edilib. ARNK-in 02.10.2014-cü il tarixli 323 nömrəli Qərarı ilə ARETSN-in Naxçıvan Geoloji
Axtarış Ekspedisiyası NMR ETSN-in tabeliyinə verilib.
ARNK-in 12.05.2005-ci il tarixli 84 nömrəli Qərarı ilə ETSN-in təklifinə əsasən ETSN-in
İxtisaslaşdırma və İxtisasartırma İnstitutunun bazasında ETSN-in Tədris Mərkəzi yaradılıb. Tədris Mərkəzinin
Əsasnaməsini və strukturunu ETSN təsdiq edir.
ETSN-in Strukturuna daxil olan qurumlar:
1. ETSN-in aparatı (şöbələr və sektorlar).
2. Ətraf mühitin mühafizəsi departamenti.
3. Meşələrin inkişafı departamenti, onun regional və yerli bölmələri.
4. Ətraf mühit üzrə milli monitorinq departamenti.
5. Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi departamenti.
6. Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamenti, o
cümlədən milli parkların mühafizə və ekoturizm bölmələri, dövlət təbiət qoruqlarının və dövlət təbiət
yasaqlıqlarının mühafizə bölmələri.
7. Milli hidrometeorologiya departamenti.
8. Bakı şəhər ekologiya və təbii sərvətlər departamenti.
9. Dövlət ekspertiza idarəsi.
10. Xəzər kompleks ekoloji monitorinq idarəsi.
11. ETSN-in regional orqanları və yerli bölmələri.
ARP-in 05.02.2015-ci il tarixli 453 nömrəli Fərmanı ilə DTXK ləğv edilib; –
1. Ləğv edilmiş DTXK-in funksiyaları ƏMDK, ETSN və DSX arasında bölüşdürülüb.
2. DTXK-in torpaqların monitorinqi, onların münbitliyinin bərpası və artırılması, geodeziya, topoqrafiya,
xəritəçəkmə, qravimetriya, ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi, dövlət əhəmiyyətli coğrafi
məlumat sistemlərinin yaradılması, ümumcoğrafi, torpaq, geobotaniki, siyasi-inzibati, elmi məlumat və digər
sahələrarası mövzu xəritələrinin, atlaslarının, kartoqrafik tədris vasitələrinin layihələşdirilməsini, tətbiqini və
nəşrini təmin etmək, dəqiqliyinə və məzmununa görə ümumdövlət, müdafiə, elmi-tədqiqat və digər
məsələlərin həllini təmin edən dövlət topoqrafik xəritələrin, habelə qrafiki, rəqəmi, fotoqrafik və başqa
formalı planların yaradılması, yeniləşdirilməsi, nəşri və geodeziya, qravimetriya, topoqrafiya və kartoqrafiya
işlərinin həyata keçirilməsində, materialların istifadəsində dövlətin müdafiəsini və təhlükəsizliyini təmin
etmək, vahid dövlət koordinat, yüksəklik, qravimetrik ölçmə sistemlərinin, topoqrafik xəritə və planların
miqyas sıralarını təyin etmək və geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının
metroloji təminatını həyata keçirmək sahəsindəki funksiyaları ETSN-ə verilib.
3. DTXK-in AR-ın dövlət sərhədlərinin, o cümlədən sərhəd sularının və Xəzər dənizinin (gölünün) AR-a
mənsub olan bölməsinin delimitasiyası və demarkasiyası işlərini ETSN DSX ilə birlikdə həyata keçirir.
ARP-in 14.09.2015-ci il tarixli 594 nömrəli Fərmanı ilə –
1. ETSN yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi yaradılıb və Əsasnaməsi təsdiq edilib;
2. Ləğv edilmiş DTXK-in tabeliyində olmuş Dövlət Aerogeodeziya Müəssisəsi və Bakı Kartoqrafiya
Fabriki ETSN yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin tabeliyinə verilib;
3. ETSN yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 45 ştat vahidi
müəyyən edilib.

ETSN-in Kollegiyası
Nazirlikdə nazirdən (kollegiya sədri), onun müavinlərindən, nazirliyin aparatının və yerli qurumlarının
rəhbər işçilərindən, tabeliyində olan müəssisələrin və təşkilatların rəhbərlərindən, habelə mütəxəssislərdən ibarət
kollegiya yaradılır. ARNK-in 12.08.2002-ci il tarixli 129 nömrəli Qərarı ilə ETSN-in Kollegiya üzvlərinin sayı
(11 nəfər) və tərkibi təsdiq edilib.
Kollegiyasının sədri: Bağırov Hüseynqulu Seyid oğlu – ekologiya və təbii sərvətlər naziri
Kollegiyanın üzvləri:
Əliyev Firdovsi Şahmirzə oğlu – AR ekologiya və təbii sərvətlər nazirinin müavini
Quliyev Novruz Məhəmməd oğlu – AR ekologiya və təbii sərvətlər nazirinin müavini
Hacıyev Rauf Vahid oğlu – AR ekologiya və təbii sərvətlər nazirinin müavini
Yaqubov Hafiz Siyavuş oğlu – Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri
Cəlilov Rövşən Adil oğlu – ETSN-in Aparatının rəhbəri
Səttar-zadə Rasim İsrafil oğlu – ETSN Aparatının ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri
Hüseynov Xalıqverdi Cəmil oğlu – ETSN-in Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru
Ramazanov Xəlil Ramazan oğlu – ETSN-in Meşələrin İnkişafı Departamentinin direktoru
Aslanov Azər Hidayət oğlu – ETSN-in Dövlət Ekspertiza İdarəsinin rəisi
Əşrəfov Ramik Yunis oğlu – “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-in sədri.
ARP-in 29.07.2004-cü il tarixli 329 nömrəli Sərəncamı ilə ETSN "Davamlı üzvi çirkləndiricilər
haqqında" Stokholm Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq məlumatların mübadiləsi məqsədilə AR
tərəfindən milli koordinasiya mərkəzi təyin edilib.
ARP-in 01.04.2005-ci il tarixli 727 nömrəli Sərəncamı ilə ETSN-in İqlim Dəyişmələri və Ozon Mərkəzi
11 dekabr 1997-ci il tarixli “Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişmələri haqqında Çərçivə Konvensiyasına
dair Kioto Protokolu” üzrə AR tərəfindən milli səlahiyyətli orqan təyin edilib.
ARP-in 16.05.2007-ci il tarixli 2176 nömrəli Sərəncamı ilə hər il may ayının 23-ü ETSN işçilərinin peşə
bayramı günü kimi qeyd olunur.

You might also like