You are on page 1of 1

Arzu tramvayi mezmun

Əsər Stanley Kowalski və dostu Mitchin səhnəyə girişi və Stanleyin həyat yoldaşı Stellanı çağıraraq ona
əlindəki torbanı atmasıyla başlar. Səhnədə biri ağ biri də qara,iki qonşu qadın oturmuş söhbət
etməkdədir.1900-cü illər sonrası Cənubi Amerika,May ayının əvvəlləri.

Blanche əlində çantasıyla küçədə görünür. Bacısı Stellanın evində qalıcı olaraq yerləşmək
niyyətindədir.Bacısını sevinclə qarşılayan Stella,Blanchedan evləri Belle Reve’in əldən getməsini öyrənir.
Stanley və Blanche ilk dəfə qarşılaşırlar. Stelladan Belle Reve’in əldən getməsini öyrənən Stanley Blanche
ilə mübahisə etməyə başlayar.

Stella və Stanley evində Stanleyin dostlarıyla poker partisi baş verir.

Stella poker gecesinə görə Blanche i gəzməyə aparır.Bacıların gecə yarısı evə qayıtması və davam edən
poker oyununda, Blanche Stanleyin dostlarıyla qarşılaşır.Stanley radionu çölə ataraq, həyat yoldaşını
döyür. Stanley Blanchela qonşuya sığınan Stellanı yeri göyü inlədərək evə dönməyə çağırır. Ərinə geri
dönüb barışan bacısına inanmayan Blanche şokdadır.Blancheın Stellaya onun haqqında danışdıqlarını
eşidən Stanley Blanchın sonunu gətirəcək nifrəti başlayır.

Blancheın sirli,qaranlıq keçmişini araşdıran Stanley ona Shawı tanıyıb tanımadığını soruşur. Mitch Blache
evlənmə təklifi edir. Blancheın ad gününün axşamı. Stanley o hamamdaykən Stellaya onun qaranlıq
keçmişiylə bağlı öyrəndiklərini söyləyir.Stanley xoşbəxt ad günü yeməyində yenidən əsəbləşir. Blanchdan
dolayı ər və arvadın davası,Stellanın doğum sancısı başlayır və Stella tərəfindən xəstəxanaya aparılır.
Mitch evə gələrək Blancha ona dürüst davranmadığı üçün ondan ayrılır. Mitchin tərk edişindən sonra
böyük bir sarsıntı keçirən Blancheın ruh sağlığı tamamilə pozulur.

Gecə yarısı xəstəxanadan evə qayıdan Stanley Blancha saldıraraq bütün nifrətini qusur. Onu saxtakarlıqla
ittiham edir. Stanleyin təcavüzünə məruz qalan Blancheın yenə Stanley tərəfindən ağıl xəstəxanasına
aparılmağı ilə əsər sona çatır.

You might also like