You are on page 1of 6

“Karyerada ilk addım” layihəsi (Yarışması)

Layihənin adı

“Karyerada ilk addım" Layihəsi (Yarışması)

Layihənin həyata keçiriləcəyi coğrafi ərazi

Bakı şəhəri

Başlama tarixi (gün/ay/il):

25.04.2020
Bitmə tarixi (gün/ay/il):

03.05.2020

Layihənin formatı (Forum, Konfrans, Müsabiqə, Düşərgə, Sərgi, Təlim Kursu və

Yarışma

sair):

Layihənin qısa təsviri


Karyerada ilk addım Layihəsi Azərbaycanda ikinci dəfə keçirilir. İlk dəfə 2012-ci ildə
"Qafqaz" Universitetində (BMU) Sənaye Mühəndisliyi Klubu tərəfindən həyata
keçirilmiş və uğurlu layihə kimi yadda qalmışdır.
Yarışma üç mərhələdən ibarətdir.
İlk mərhələdə tələbələrə dörd fərqli şirkətin İnsan Resursları üzrə mütəxəssisləri
tərəfindən düzgün CV hazırlanması və müsahibə qaydalarını əhatə edən təlim
veriləcək.
İkinci mərhələdə tələbələrə psixoloqların iştirakı ilə NLP və bədən dili ilə bağlı təlim
keçiriləcək.
Üçüncü mərhələdə isə həmin tələbələrdən 10 tələbənin CV-si qeyd edilən 4
mütəxəssis tərəfindən seçiləcək və həmin 10 tələbə İnsan Resursları üzrə
mütəxəssisləri qarşısında müsahibədən keçəcək. Bütün zalın qarşısında on tələbə
müsahibədən keçərkən onların cv-ləri bütün zal iştirakçıları qarşısında müzakirə
olunacaq və hər biri müsahibədən keçəcəkdir.
Problemin təsviri

Layihənin məqsədi

Layihənin məqsədi Layihəmizin məqsədi tələbələrə və iş həyatına başlamaq istəyən


şəxslərə dəstək olmaqdır. Gəncləri düzgün CV hazırlamaq qaydaları, müsahibə
davranışları və etikası haqqında maarifləndirmək və bu mövzuları bilavasitə
peşəkarlardan əyani şəkildə göstərməyi planlaşdırmışıq.

Layihənin vəzifələri

Gəncləri gələcəkdəki karyeralarına hazırlamaq


Gənclərin iş dünyası, tələbləri ilə tanış etmək
Karyeralarında uğur qazanmış şəxslərlə gənclərin görüşünün təşkili
Həmçinin təlimləri uğurla başa vurmuş gənclərin işlə təmin olunması
Qeyd: I və II kurslar üçün təcrübə proqramının təşkili

Layihənin hədəf qrupu

Bakalavr və magistr pilləsində təhsil alan hər bir gənc iştirak edə bilər
Layihənin Programı
Birinci Gün
Tarix Ad soyad Mövzu
25 aprel Aparıcı Açılış nitqi, SMK haqqında
13:00 – 13:30 məlumat verilməsi, layihə
haqqında ətraflı məlumat
və sponsorlar haqqında
məlumatın verilməsi
13:30 – 15:00 4 fərqli İnsan Resursları CV qaydaları və
üzrə mütəxəssis müsahibədə necə
davranılmalı təlimi

Coffee Break
Saat Tədbir Yer
15:00-15:30 Coffee Break UNEC
(sponsor) +
Şirkətlərin stendləri
ilə tanışlıq

Saat Ad soyad Mövzu


15:30-16:00 4 fərqli İnsan Resursları müsahibədə necə
üzrə mütəxəssis davranılmalı necə
müsahibələrdə uğurlu
olmaq olar
16:00 – 16:15 Aparıcı sponsorlar haqqında
məlumatın verilməsi

İkinci gün
Tarix Ad soyad Mövzu
26 aprel Aparıcı Açılış nitqi, sponsorlar
13:00 – 13:15 haqqında məlumatın
verilməsi
13:15 – 15:00 Psixoloq və NLP NLP və bədən dili ilə bağlı
mütəxəssisi təlim
15:00 – 15:15 Aparıcı sponsorlar haqqında
məlumatın verilməsi
Final

Tarix Ad soyad Mövzu


2 may Aparıcı Açılış nitqi, sponsorlar
13:00 – 13:15 haqqında məlumatın
verilməsi
13:15 – 15:00 4 fərqli İnsan Resursları 10 tələbənin şirkət HR-ları
üzrə mütəxəssis qarşısında müsahibədən
keçirilməsi bütün zalın
qarşısında

Coffee Break
Saat Tədbir Yer
15:00-15:20 Coffee Break BMU
(sponsor) +
Şirkətlərin stendləri
ilə tanışlıq

Tarix Ad soyad Mövzu


15:20 – 15:45 4 fərqli mütəxəssis (HR) Qaliblərin elan olunması
və mükafatlandırılması
15:45 – 16:00 4 fərqli mütəxəssis (HR) qapanış nitqi, sponsorlar
haqqında məlumatın
verilməsi

Layihənin məkanı

Birinci gün: Azərbaycan Dövlət İqtisad Universiteti


İkinci gün: Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Final: Bakı Mühəndislik Universiteti

Layihə çərçivəsində gənclərin əldə edəcəyi konkret bilik, bacarıq və vərdişlər:

Layihə çərçivəsində gənclər sosial aktivlik əldə edəcək, biznes mühitində etik
davranışı, cv yazılmasını, iş müsahibəsinə hazırlığı, zamanın, stressin
idərəolunmasını öyrənərək, həyatlarına tətbiq edə biləcəklər.
1. Layihəyə cəlb olunan bakalavr və magistr pilləsində təhsil alan gənclər bilik və
bacarıqlarını artıracaqlar.
2. Potensial kadrlar uğurlu karyeraya gedən yolu öyrənəcəkdir.
3. Gənclərimizin sosial aktivliyi artacaqdır.
4. Yeni dostlar əldə edəcəklər.
5. Yarışmada qalib gələn 3 tələbə işlə təmin olunacaqdır.
Layihənin nəticələri

Layihənin davamlılığının təmin edilməsi istiqamətində nəzərdə tutulan


fəaliyyətlər
Layihənin gənclər üçün olduqca əhəmiyyətli olduğunu nəzərə alaraq layihənin icra
müddəti bitdikdən sonra da təşkilatımızın ofisində tələbələrlə mütəmadi əlaqə
saxlanılaraq onlara xidmət (Təlim, seminarlar) göstəriləcəkdir.

Əlaqə məlumatları
+994 70 853 43 60
Mail: info@smkacademy.com
Instagram: smk_academy
Facebook: @Senaye Muhendisliyi Klubu

Təşkilat haqqında məlumat:

Sənaye Mühəndisliyi Klubu


“Sənaye Mühəndisliyi” klubu 2006-2007 tədris ilindən fəaliyyət göstərir. Hal hazırda
klubumuzun yeddi fərqli universitetdən (Bakı Mühəndislik Universiteti, Azərbaycan
Dövlət Neft və Sənaye Universiteti, Azerbaycan Texniki Universiteti, Azerbaycan
Dovlet Iqtisad Universiteti, Xezer universiteti, Bakı Ali Neft Məktəbi və hətta
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası)
3000-ə yaxın üzvümüz var.
“Sənaye Mühəndisliyi” klubunun əsas fəaliyyət istiqamətləri:
1. Sənaye mühəndisliyi və bu ixtisasın özündə ümumiləşdirdiyi İqtisadiyyat və
Mühəndislik fakültələrində təhsil alan tələbələrinin sosial, mədəni, peşə və akademik
fəaliyyətlərinə köməkçi olmaq,

1. Tələbələrimizi iş dünyası ilə daha yaxından tanış etmək və təcrübə mübadiləsi


məqsədi ilə peşəkar mühəndislərlə, iş dünyası təmsilçiləri ilə və şirkət nümayəndələri
ilə tələbələrin görüşlərini təşkil etmək,

2. Klub üzvlərinin davamlı inkişafı istiqamətində maraq və ehtiyac duyulan, fərdi və


professional inkişafa xidmət edəcək müxtəlif mövzularda silsilə seminar və təlimlər
təşkil etmək,

3. İqtisadiyyat və Mühəndislik biliklərini artırmağa və praktik olaraq tətbiq etməyə imkan


verəcək oyun və yarışların təşkili,
4. Universitetimizin ümumiləşdirdiyi İqtisadiyyat və Mühəndislik fakültələrində təhsil alan
tələbələrin digər universitetlərin eyni adlı bölümlərində təhsil alan tələbələri ilə birlikdə
iştirak edə biləcəyi müəyyən sosial və elmi layihələri və tədbirləri təşkili etmək,

5. Tələbələrin akademik biliklərinin sənayedəki tətbiqi ilə yerində tanış olması üçün
biznes və sənaye müəssisələrinə gəzintilər təşkil etmək,

6. Problem həlli, zamanın idarə olunması, təqdimat, liderlik və komanda işi bacarıqlarını
inkişaf etdirmək.

You might also like