You are on page 1of 8

Sərbəst iş

Fənn: Azərbaycan dili və


nitq mədəniyyəti.
Tələbə: I kurs 1137R qrup tələbəsi Abbasov Rəşid.
Mövzu: M.F.Axundov “Hekayəti-Müsyö Jordan həkimi nəbatat və
Dərviş Məstəli şah caduküni-məşhur”.
Müəllim: Zeynalova A.N.

2017
Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundov və ya Mirzə Fətəli Axundov
(Axundzadə) (12 iyul (30 iyun) 1812-ci il, Nuxa, Rusiya İmperiyası — 26 fevral (10
mart) 1878-ci il, Tiflis) — Azərbaycanlı yazıçı, maarifçi, şair, materialist filosofu və
ictimai xadim, Azərbaycan dramaturgiyası və Azərbaycan ədəbiyyatında ədəbi
tənqidinin banisidi, "müsəlman Molyeri" titulunun sahibidi.[1] Axundov həmçinin
romantik və müasir iran millətçiliyinin sələflərindən biri idi.

Həyatı
Mirzə Fətəli Axundov 1812-ci ildə Nuxa şəhərində anadan olmuşdur. Atası Mirzə
Məhəmmədtağı və anası Nanə xanım 1814-cü ildə  Təbriz yaxınlığındakı  Xamnə
qəsəbəsinə köçmüşlər. O, 13 yaşınadək ailəsi ilə birlikdə  Cənubi Azərbaycanın
müxtəlif bölgələrində yaşamışdır. 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır.
Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə
onu  Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi
Azərbaycan şair və filosofu  Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənmişdir.
Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. Bu göruş Mirzə Fətəlinin
həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına
ciddi təsir göstərir.

Dövrünün müasir elmləri ilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus


məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə o, Tiflisə getmiş,
Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri
mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə
çalışmışdır. 1873-cü ildə ona polkovnik hərbi rütbəsi verilmişdir. 

1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundov


sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur.
O, "Əkinçi" qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində "Vəkili
Milləti-Naməlum" imzası ilə məqalələr dərc etdirmişdir.

Mirzə Fətəli Axundovun qızı Nisə xanım Xanbaba xanın həyat yoldaşı olmuşdur.
Mirzə Fətəli Axundov 1878-ci ildə Tiflisdə vəfat etmiş və köhnə müsəlman
qəbirstanlığında (indiki Tbilisi botanika bağının ərazisində yerləşən Görkəmli
Azərbaycanlılar panteonu) dəfn olunmuşdur.

Bədii yaradıcılığı
Axundov bədii yaradıcılığına şeirlə başlamışdır ("Səbuhi" təxəllüsü ilə). O,
Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. Mirzə
Fətəli İslam dünyasının ictimai, sosial və siyasi sahələrində radikal islahatların
lüzumluluğu fikrini müdafiə edirdi.

Azərbaycanda teatr sənətinin inkişafında rolu[


M.F.Axundzadə 1850-1855-ci illərdə özünün məşhur altı komediyasını yaratmaqla
nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə Balkanlardan Hindistana qədərki
türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoymuşdur. Böyük ustad bu
komediyalar ilə Şərq aləmində dram yazmağın nümunəsini göstərmişdir. Bunu hər
kəs qəbul edir ki, türk-müsəlman dünyasında dramaturgiya Mirzə Fətəli
Axundzadə dramaturgiyasının ənənələri işığında inkişaf etmişdir.

Azərbaycan teatrı Axundzadənin ölməz komediyaları zəminində yaranmışdır.


1873-cü ildə Həsənbəy Zərdabi Nəcəf bəy Vəzirovla birlikdə Bakı məktəblərinin
birində məşhur «Hacı Qara» əsərinin tamaşasını göstərməklə Azərbaycanda, həm
də ümumən türk-müsəlman aləmində teatr hərəkatının əsasını qoymuşdur. Mirzə
Fətəli Axundovun komediyalarında Azərbaycan qadınlarının timsalında ilk dəfə
Şərq qadınlarının səhnə obrazları yaradılıb. XIX əsrdə teatr səhnəsində Azərbaycan
qadınının səhnədə kişilərlə birlikdə gülüb danışmasını göstərmək hünər tələb
edirdi. Zamanına görə bu böyük işi də Mirzə Fətəli Axundzadənin əsərlərini
səhnəyə çıxarmaqla Azərbaycan maarifçiləri həyata keçirməyi bacarmışlar.

M.F.Axundovun yaradıcılığı Avropa ədəbiyyatşünaslarının və teatrşünaslarının


diqqətini çox tez cəlb etdi. 1852-ci ilin avqustunda Alman jurnalı Magazin für die
Literatur des Auslandes (Xarici ədəbiyyat jurnalı) yazırdı: "Fikirləşmək olardı ki,
Transqafqazın müsəlman əhalisi İslam ruhuna uyğun olaraq belə yeniliklərə
(teatra) hələ uzun zaman yad qalacaqlar, lakin onların arasından qəflətən
dramatik dahi meydana çıxdı, Tatar Molyeri, hansının ki, adı onun ölkəsinin
sərhədlərindən kənarda da diqqətə layiqdir. O Mirzə Fətəli Axundovdur". 

M.F.Axundzadə 1837-ci ildə - 25 yaşında ikən «Puşkinin ölümünə Şərq poeması»nı


yazmış və dərhal da rus dilində «Moskovskiy nablyudatel» jurnalında çap
etdirmişdir. O, Aleksandr Puşkinin faciəli ölümündə çarın əli olduğu üçün susmağa
məcbur olmuş rus şairlərini xəcalətdən qurtarmış, Rusiya ədiblərinin vətəndaşlıq
vəzifəsini yerinə yetirmişdir.

2012-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Mirzə Fətəli


Axundovun haqqında bioqrafik bədii film çəkilmişdir. "Sübhün səfiri" adlanan
filmin mütəfəkkirin 200 illik yubileyi münasibətilə ekranlara çıxmışdır. 

Əsərləri
Poema:

 Şərq poeması (1837)

Pyeslər:

 Hekayəti Molla İbrahim-Xəlil Kimyagər(1850)


 Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni
Məşhur (1850)
 Sərgüzəşti-vəziri-xani-Lənkəran (1850)
 Hekayəti Xırsi-Quldurbasan (1851)
 Sərgüzəşti Mərdi-Xəsis (Hacı Qara) (1852)
 Mürafiə vəkillərinin hekayəti (1855)

Satirik povest:

 Aldanmış Kəvakib (Hekayəti-Yusif şah)  (1857)

Məqalələr:

 Fəhristi-kitab (1859)
 Nəzm və nəsr haqqında (1862)
 Tənqid risaləsi (1862)
 Kəmalüddövlə məktubları (1865)

Hekayəti-Müsyö Jordan həkimi nəbatat və Dərviş


Məstəli şah caduküni-məşhur

Komediya ideya-məzmun xüsusiyyətlərinə görə "Hekayəti-Molla Ibrahim Xəlil


kimyagər" əsəri ilə yaxından səsləşir. "Zülmət səltənətində” hökm sürən geriliyin,
mənəvi ətalətin tənqidi bu komediyada da başlıca yer tutur. Əsərdə müəllif
yalançı kimyagərlərin min bir fırıldaqla xalqı aldatdıqlarını çox təbii və inandırıcı
səhnələrlə təsvir etmişdir. Hətəmxan ağa, Şahbaz bəy, Şərəfnisə xanım, Xanpəri,
dərviş Məstəli şah və digər obrazların simasında dramaturq əsərin əsas ideyasını
açmaq üçün o dövrün sosial mənzərəsini yaratmağa müvəffəq olmuşdur.
Komediyanın əsas müsbət qəhrəmanı Şahbaz bəydir. Şahbaz bəy XIX əsr
Azərbaycan ədəbiyyatında yenilikçi meyilləri özündə cəmləşdirən bir surətdir. O,
yarımçıq da olsa, rusca təhsil almışdır. Elmin, təhsilin əhəmiyyətini başa
düşdüyünə görə daim işıqlı arzularla yaşayır, təhsilini və dünyagörüşünü artırmaq
üçün Fransaya getmək istəyir.

Şahbaz bəyin yaşadığı dövrdə mütərəqqi fikirli gənc mülkədarlarda Avropaya


getmək, xarici dilləri öyrənmək meyli çox güclü idi. Şahbaz bəy də digər gənc
müasirləri kimi bu gerilik girdabından çıxmağa çalışır, yeni və mədəni həyata can
atır. Bu baxımdan onun nişanlısı Şərəfnisə xanıma dedıyi sözlər çox səciyyəvidir:
"Mənim tay-tuşlarım tamam mərifət sahibi olub, qulluq edib, hörmət, izzət tapıb,
xoşbəxt olublar. Mən qalmışam elə bu qamışlıqda adsız, sansız”
Şahbaz bəyi bu həyatda hər şey sıxır, o, bu cansıxıcı patriarxal həyatdan
uzaqlaşmaq üçün yollar axtarır. Çıxış yolunu Qarabağa gələn fransalı alim müsyö
«Jordana qoşulub Avropaya getməkdə görür. O, fransız dilini, qabaqcıl Avropa
mədəniyyətini öyrənmək və bundan sonra Tiflisdə dövlət qulluğuna girmək üçün
əlinə düşən fursətin əhəmiyyətini yaxşı başa düşür. Lakin o, gənc, təcrübəsiz və
geriliyə qarşı mübarizədə zəif olduğuna görə öz məqsədinə nail ola bilmir.

Şahbaz bəy öz məqsədini əmisi Hətəmxan ağaya bildirəndə o tərəddüd etsə də,
qonağı müsyö Jordanın xahişini yerə sala bilmir. Arvadı Şəhrəbanu xanımın bütün
etirazlarına baxmayaraq "arvad, dəxi nə eyləyək, qoy getsin" - deyə razılığını
bildirir. Komediyanın dramatik konfliktinin ən başlıcası isə Şahbaz bəylə dərviş
Məstəli şah arasında inkişaf etdirilir.

Həm ailədaxili, həm də dərviş Məstəli şahla Şahbaz bəy arasında baş verən
hadisələr gənc mülkədarın Parisə getməsinə ciddi əngəllər törədir. Hadisələrin
sonrakı inkişafı bu ziddiyyətlərin daha da kəskinləşdiyini göstərir. Əmisi arvadı
Şəhrəbanu xanımla qızı, yəni Şahbaz bəyin nişanlısı Şərəfnisə xanım birləşərək
irandan gəlmiş dərviş Məstəli şahı bu problemi həll etmək üçün Təklə Muğan
obasına dəvət edirlər. Hiyləgər və kələkbaz Məstəli şah sadəlövh qadınları
aldatmaq üçün min cür dona girir, öz cadusunu tərifləyir, hər şeyə qadir olduğunu
sübut etməyə çalışır və qadınları inandırmağı bacarır.
Sadəlövh qadınlar Məstəli şahın dediklərinə qəlbən inanır, onun yalançı güc və
qüdrəti qarşısında heyrətə düşürlər. Məstəli şah Parisi dağıdacağına, cinləri və
şeytanları ram edəcəyinə söz verir. Bunun üçün isə o, qadınlardan "yüz bacaqlı"
qızıl pul verməyi tələb edir.
Komediyanın sonu maraqlı bir səhnə ilə bitir. Məstəli şah düzəltdiyi oyuncaq
şəhərin - Parisin modelini çomaqla dağıdır, "gözünüz aydın olsun, xanım, Paris
dağıldı" - deyə Şəhrəbanu xanımı muştuluqlayır.

Bu səhnədə M.F.Axundov maraqlı bir məsələyə toxunmuşdur. 1848-ci ildə


Fransada baş verən inqilabla dərviş Məstəli şahın qurduğu oyun eyni vaxta təsadüf
edir. Beləliklə, avam qadınlar Məstəli şahın Parisi alt-üst etdiyinə inanırlar. Mənəvi
gerilik və avamlar aləmi qalib gəlir, Şahbaz bəy Parisə gedə bilmir.
Bu komediyada yeniliklə köhnəliyin mübarizəsi çox inandırıcı dramatik səhnələrdə
təsvir edilmiş və müəllif əsərin ideyasını böyük uğurla tamaşaçılara çatdıra
bilmişdir.
        "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah" komediyası həm məzmununa,
həm də sənətkarlıq xüsusiyyətlərinə görə yeni və müasirdir. Əsər öz əhəmiyyətini
indi də saxlayır.

Dərviş Parisi partladir (film,1976)

Film dramaturq Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli Şah"


klassik komediyasının motivləri əsasında çəkilmişdir. Filmdəki hadisələr XIX əsrin
ortalarında Qarabağda cərəyan edir. Tanınmış fransız botanika alimi  müsyo
Jordan (Sergey Yurski) mülkədar Hətəmxan ağanın (Adil İsgəndərov) qonağı olur.
O, ev sahibinin qardaşı oğlu Şahbaz bəyi(Ənvər Həsənov) özü ilə Parisə aparmaq,
orada onu oxutdurmaq istəyir. Lakin feodal-patriarxal ənənələrə kor-koranə riayət
edən qohumlar bu səfərin qarşısını almaq üçün hər cür hiyləyə əl atırlar.

Əsərdə olduğu kimi, filmdə də XIX əsr feodal Azərbaycanında hökm sürən ətalət
və gerilik ifşa edilir, eyni zamanda sakit patriarxal mühitində mütərəqqi meyllərin
yaranmasından danışılır, gənclər biliklərə yiyələnməyə dəvət olunur. İctimai
elmlər, o cümlədən təbiətşünaslıq elmi təbliğ edilir.

You might also like