You are on page 1of 2

NƏTİCƏLƏR

1. Duz axımlarının utilizasiyası və yumşaldılma prosesslərinin


uyğunlaşdırılması ilə H-kationlaşmayla suyun yumşaldılması texnologiyası
yaradılmış və tətbiq olunmuşdur.
2. Əvvəlcədən təmizlənməsi tələb olunmayan sular üçün duz axımlarının
yumşaldılma və utilizasiyanın uyğunlaşdırılmış prosessləri ilə Na- və H-Na-
kationlaşmayla suyun yumşaldılması üzrə yeni texnologiyalar hazırlanmışdır.
3. Regenerasiya axımları, yəni kationit filtirlərinin yumşaldılmış
axımlarının istifadə,eləcədə işlənmiş regenerasiya məhlulunun xam duz
axımlarıyla qarışdırmaqla ion mübadilə yumşaldılması və buxarlandırmaya
əsaslanmış duz axımlarının yeni utilizasiya texnologiyası hazırlanmış və tətbiq
olunmuşdur.
4. Kationit filtirlərinin regenerasiyasına sərf olunmuş reagentlərin xüsusi
sərfinin və yumşaldılmış suyun duz tərkibinin azaldılması üçün, suyun
kationlaşmasının Na- və H-Na- sxemlərində işlənmiş regenrasiya məhsulunun
təkrar istifadəsi texnologiyası, eləcədə H-kationlaşma sxemində xüsusi sərfiyyat
üçün yumşaldılmış suyun turş hissəsinin istifadəsi texnologiyası təklif və tədqiq
olunmuşdur. Müəyyən olunmuşdur ki, təzə duzun xüsusi sərfi 70-90%, turşunun
isə xüsusi sərfi 5-40% qədər azalır. Na-kationlaşma zamanı yumşaldılmış suyun
duz tərkibi 35-50% azalır.
5. Eksperimentlərin riyazi planlaşdırılması üsulu ilə duz axımı və xam su
qarışığının Na- və H-Na- kationlaşmasının texnoloji göstəriciləri üçün tənliklər
alınmışdır.
6. Bufer və H-kationit filtirlərinin yüklənmə həcmlərinin nisbətlərinin H-
kationlaşma ilə xam su və duz axımlarının birgə yumşaldılması sxemində
optimal təyin etmək üçün nomoqram praktiki istifadəsi məqsədi ilə hazırlanmış
və təklif olunmuşdur.
7. Na- kationlaşma ilə duz axımlarının yumşaldılması mümkünlüyü sübut
olunmuşdur. Filtirləmənin çıxış əyrisi üzrə kationitin qoruyucu qatının

1
hündürlüyünün təyini üçün yeni metodika hazırlanmışdır. Kationitin qoruyucu
qatının hündürlüyünün və işçi mübadilə tutumunun təyini üçün düsturlar
alınmışdır.
8. Duz axımlarının Na-kationlaşma prosesinin təşkili üzrə ən optimal
şərtlər təyin olunmuşdur. Bu məqsəd üçün standart kationit filtirlərinin istifadəsi
mümkünlüyü göstərilmişdir.
9. Duz axımlarının birgə aparılan utilizasiya və yumşaldılma
prosesslərinin sxemi üzrə metodika hazırlanmışdır, bu sxemlərin optimal tətbiq
sahələri göstərilmişdir.
10. Texniki-iqtisadi hesablamayla təyin edilmişdir ki, H-kationlaşma ilə
suyun və duz axımlarının birgə yumşaldılması üzrə təklif olunan texnologiya
yumşaldılmış suyun xüsusi gətirilmiş sərfini 5qəp/m 3 qədər azaldır.
Yumşaldılma üsul ilə duz axımlarının utilizasiyası, xam axımlarla işlənmiş
regenerasiya məhlullarının qarışdırılması ilə buxarlandırılması adi texnologiya
ilə müqaisədə xüsusi gətirilmiş sərflərin 85qəp/m 3 qədər azalmasına gətirib
çıxarır.
11. Hazırlanmış duz axımlarının utilizasiyası texnologiyası Bakıda
yerləşən “Qırmızı Ulduz” Az-ŞaVENERQO istilik elektrik stansiyası TES-1-də,
eləcədə reagentlərin sərfiyyatının azaldılmasından ildə gözlənilən iqtisadi effekt
31 min rubl olmaqla Minskdə yerləşən BelENERQO istilik elektrik stansiyası
TES-3-də suyun yumşaldılması və duzsuzlaşdırılması üçün istifadə olunan
qurğuların layihələndirilməsində tətbiq olunmuşdur. H-kationlaşmayla duz
axımlarının utilizasiyasının Kür çayının suyunun yumşaldılması ilə birgə
aparılması texnologiyası ildə 37,5 min rubl iqtisadi effektlə Əli Bayramlıda
yerləşən elektrik stansiyasında tətbiq olunmuşdur.

You might also like