You are on page 1of 2

GİRİŞ

Sovet İttifaqının Kommunist partiyasının XI qurultayının qərarı ilə nəzərdə


tutulmuş istilik elektrik stansiyalarının enerji güclərinin artması və istilik
təchizatının inkişafı suya ehtiyacın əhəmiyyətli dərəcədə artımına gətirib çıxarır.
Öz növbəsində, bu vəziyyət çarhovuzları çirkləndirən böyük miqdarda axar suların
yaranmasına səbəb olur. Buna görə də, hal-hazırda yüksək minerallaşdırılmış duz
axarlarının azaldılması və atılması məsələləri aktual texniki və ekoloji-iqtisadi
problemdir.
Axar sularının əhəmiyyətli bir hissəsi buxar generatorları,
buxarlandırıcılarda istifadə olunacaq suyun hazırlanması və istilik şəbəkələrinin
qidalandırılması üçün istifadə olunan Na-, H- və H - Na- kationlaşma ilə suyun
yumşaldılması qurğularının payına düşür. Reagent yumşaldılma və buxarlandırma
yolu ilə duz axımlarının utilizasiyası ilə mövcud suyun yumşaldılması üsulları
yüksək sərflərlə xarakterizə olunur. Son illərdə təklif olunmuş, kationit filtirlərin
regenerasiya mərhələsinin axımları ilə xam suyun birgə reagent yumşaldılmasını
əhatə edən suyun yumşaldılması üsulu əvvəlcədən təmizlənməyə ehtiyac olduqda
tətbiq olunur.
İşin məqsədi daha yüksək texniki-iqtisadi göstəricilərlə xarakterizə olunan
duz axımlarının utilizasiyası ilə suyun yumşaldılması texnologiyalarının
hazırlanmasıdır.
Məsələnin həllinə iki planda baxılır:
- suyun yumşaldılması və duz axımlarının utilizasiya prosesslərinin tam
uyğunlaşdırılması ilə H-kationlaşmayla suyun yumşaldılması texnologiyası
təkmilləşdirilir, eləcədə, əvvəlcədən təmizlənməsi nəzərdə tutulmayan sular üçün
suyun yumşaldılması və duz axımlarının utilizasiya prosesslərinin qismən
uyğunlaşdırılması ilə Na- və H-Na – kationlaşma ilə yeni su yumşaldılması
texnologiyaları hazırlanır;
- mövcud yumşaldılma qurğuları üçün Na-kationit filtirlərinin
regenerasiyası məqsədiylə yumşaldılmış duz axımlarının konsentratının istifadəsi

1
ilə duz axımlarının əvvəlcədən dərin ion mübadiləylə yumşaldılması və daha sonra
buxarlandırılmasına əsaslanan duz axımlarının utilizasiya texnologiyası hazırlanır.
Hal-hazırki işdə yumşaldılma və duz axımlarının utilizasiya prosesslərini
nəzərdə tutan Na-, H- və H - Na- kationlaşma ilə suyun yumşaldılması
texnologiyaları hazırlanmış və uyğunlaşdırılmaları təkmilləşdirilmişdir. Xam su və
duz axım qarışıqlarının texnoloji kationlaşma göstəricilərinin təyini üçün tənliklər
alınmışdır. H-kationit və bufer filtirlərinin yüklənmə həcmlərinin optimal
nisbətlərinin təyini üçün nomoqram təklif olunmuşdur.
Duz axımlarının dərin ion mübadilə yumşaldılmasının mümkünlüyü
əsaslandırılmışdır. Kationitin qoruyucu qatının hündürlüyü və işçi mübadilə
tutumunun təyini üçün metodika və düstur təklif olunmuşdur. Duz axım sularının
optimal kationlaşma şərtləri müəyyən olunmuşdur.
Texniki-iqtisadi hesabatla mövcud texnologiyalar ilə müqaisədə təklif
olunan su yumşaldılması və duz axımlarının utilizasiya texnologiyalarının
üstünlükləri əsaslandırılmışdır.
İon mübadilə yumşaldılması üzrə məsələlər həll olunduqda ciddi riyazi
təsviri olmayan hissələr, xüsusən də yüksək minerallaşdırılmış suların emal şərtləri
üçün sorbsiya texnologiyasının çətinliyi və məsələlərinin müxtəlifliyini nəzərə
alaraq işdə eksperimentlərin riyazi planlaşdırılması və həllin say metodlarıyla
empirik yanaşma istifadə olunur.

You might also like