You are on page 1of 1

Salam hər kəsə.

İlk öncə ümumi festival haqqında fikirlərimi bildirmək istəyərdim ki, saytda
hər bir bölmələrə baxmadım ancaq sərgilərdən və filmlərdən bir neçəsinə diqqət yetirdim.
Filmlərdən Sağlam motivasiyanı qoru qısa metrajlı filminə baxdım. Əsas bu film mənim
fikrimi cəlb etdi çünki bugünki əsas problemlərdən biri sağlam yaşayış tərzinə əməl
etməməkdir. Hətta deyə bilərəm ki, bugün ki pandemiyanın da yayılmasında sağlam həyat
tərzinə bir çoxlarının əməl etməməsidir.Bu film 3 videodan ibarətdir və hər bir video
barəsində ayrı ayrılıqda deyə bilərəm ki, ilk və son video sağlam qidalanmamağın necə bir
problemlərlə üzləşəcəyini göstərir. 2 ci videoda isə mənim üçün xoş təəssürat bağışlayan o
idi ki, hər nə olur olsun görünüşə fikir vermədən ən sonda bir-birlərinə necə sevgi və qayğı
göstərdilər. Ancaq həmin qısa metrajlı filmin 3 cü videosunda başa düşdüyüm qədəri ilə hər
nə olursa olsun sağlam həyat şəraitinin olmamaması bir yerdə öz təsirini göstərdiyini ifadə
edir və sən nəyinki özünə hətta sevdiklərinə, ətrafındakilərə də zərər verə bilirsən. Və ən
sonda virtual ilk festival haqqında onu deyə bilərəm ki, həqiqətən, bu cür festivallara həvəsi
olan insanlar hal hazırki vəziyyətdə də online şəkildə baxaraq günlərini dəyərləndirə bilərlər.
İlk dəfə idi əslində mən belə bir festivalda iştirak etdim və həqiqətən çox maraqlı oldu
mənim üçün. Və hətta boş vaxtlarım ərzində festivalın digər hissələrinə baxmağı
düşünürəm. Təşəkkürlər

You might also like