You are on page 1of 6

Hovard Qardnerin

Müxtəlif üsullarla dərketmə nəzəriyyəsi və Təhsil


Hovard Qardnerin müxtəlif üsüllarla dərketmə haqda işi təhsildə düşünməyə və praktikaya böyük təsir
göstərmişdir- xüsusən də ABŞ-da. Burada biz müxtəlif üsüllarla dərketmə nəzəriyyəsini, hansı səbəbdən
təhsil işçiləri arasında buna hazır auditoriyanın olmasını və bunu dərk edib həyata keçirməsi haqda bəzi
şeyləri öyrənirik.
Mən uşaqlarımın dünyanı anlamalarını istəyirəm, lakin ona görə yox ki, dünya möhtəşəmdir və insan
ağlı həmişə bu barədə düşünür. Mən onların bunu ona görə başa düşməsini istəyirəm ki, onu daha yaxşı
yaşamalı yer etmək imkanları olsun. Bilik əxlaq kimi deyil, lakin biz bunu keçmiş səhvlərimizdən can
qurtardığımızda və inkişaf istiqamətində olduğumuzdan əmin olmaq üçün başa düşməliyik. Bunu
anlamağın ən mühüm tərəfi bizim kim olduğumuzu və nəyə qadir olduğumuzu anlamamızdır. Bir sözlə, biz
anlamamızı elə özümüz üçün sintez edə bilərik. Başa düşmə prosesində biz bir insan varlığı olaraq yaxşılığa
və ya pisliyə doğru təsir edən bu qəribəliklər dolu dünyanı anlayırıq.
Hovard Erl Qardnerin (1943-) səyi dünyanı aşılamaq üçün deyil, onun vəziyyətini dəyişmək üçün
olduğu qeyd olunur. Hovar Qardnerin səyi onun “Əqlin çərçivəsi. Müxtəlif üsüllarla dərketmə nəzəriyyəsi”
adlı klassik işinin onuncu yubilley nəşrindən olan şərhləri nümunə ola bilər:
Psixometrikanın çiçəkləndiyi dövrdə və davranış erasında ümumilikdə belə bir inanc var idi ki,
dərketmə irsən keçən bir mahiyyətdir və əvvəldə ağ kağız kimi olub insan varlığının hər hansı bir şey üçün
təlimləndirilə bildiyi deyilirdi. Bugün artan tədqiqatlar bunun əksini göstərir və burada bir- birindən sərbəst
olan yetərli dərrakənin mövcudluğuna, hər dərrakənin özünün zəiflikləri və məhdudiyyətlərinin olduğu və
əslində əqlin anadan gəlmə sərbəst olduğu təsdiq olunmuşdur. (Qardner 1993) Bu işə təkan verən
təsirlərdən biri də Qardnerin işi olmuşdur. O düşünmənin vahid mahiyyət olduğunu, bunun yeganə
faktordan əmələ gəldiyini və onun sadəcə İQ test vasitəsi ilə ölçülə bildiyini anlamışdır. O həmçinin
Piaqetin idraki inkişaf işini də yoxlamışdır. Sübutlar gətirərək göstərməyə çalışmdır ki, hər bir zaman uşaq
müxtəlif mərhələlərdə ola bilər, məsələn rəqəmləri, vizual/məkan anlayışları inkişaf etdirən mərhələdə.
Hovard Qardner biliyin hər hansı bir mərhələdə birgə strukturlu bütövlükdən asılı olması ideyasını
müvəffəqiyyətlə təsdiq etmişdir.
Bu məqalədə biz Hovard Qardnerin səyini və faydasını görmüş oluruq.

Hovard Qardnerin həyatı


Hovard Qardner Skranton, Pensilvaniyada 1943-cü ildə anadan olmuşdur. Onun valideynləri Erik adlı
üç yaşlı oğulları ilə 1938-ci ildə Almaniyadan köçmüşlər. Hovard Qardnerdən əvvəl anadan olmuş Erik
bədbaxt hadisə zamanı dünyasını dəyişmişdi. Bu iki hadisə Qardnerin uşaqlığında müzakirə olunmumışdı,
lakin onun düşünməsinin inkişafında mühüm rol oynamışdır (Qardner 1989). O təhlükəli fikizi məşğələlərə
və yaradıcılığa məhdudiyyətlər qoyulmuş və əksinə intellektual inkişafa həvəsləndirilmişdi. Hovard ailə
sirrini öyrəndikcə (və Yəhudilik mənşəyi) həm valideynlərindən, həmçinin də həmyaşıdlarından fərqli
olduğunu hiss etməyə başlayırdı.
Hovardın valideynləri onu Andover Massaçusetsdəki Filips Akademiyasına göndərmək istəyirdilər,
lakin o etiraz etdi. Əvəzində o yaxınlıqda olan Pensilvaniyadakı (Vyoming Seminariyası) Kinqstondakı
hazırlıq məktəbinə getdi.
Hovard Qardner orada fürsət imkanı əldə etmiş olur- və bəzi müəllimlərdən dəstək ala bilir və onların
marağını çəkir. Oradan da o Harvarda hüquqşünas karyerasını başlamaq üçün tarixi öyrənməyə gedir.
Bunula belə, o Erik Erikson kimi müəllimi rastladığı üçün şanslı hesab olunur. Hovard Qardnerin
yaddaşında Erikson yəqinki onu alimliyə həvəsləndirməkdə həmişəlik həkk olunmuşdu (1989). Lakin
burada digərləri də var idi:
Mən Harvarda Kollecinə gedəndə mənim beynim həqiqətən də təmiz idi və bəzi şəxslərin təlimi ilə
təhsil almaq imkanım oldu- məsələn, psixoanalist Erik Erikson, sosioloq Devid Reysmən və idraki psixoloq
Jerom Bruner- kim ki, insan varlığı üçün elm yaradırdılar. Bu da mənim insan təbiətini, xüsusi olaraq
insanın necə düşünməsini araşdıran kurs götürməyimə kömək etdi (Hovard Qardner haqda Marc Şerer
danışır 1999).

1
Hovard Qardner daha sonra qısa müddət ərzində Jerom Brunerlə tanınmış MACOS layihəsində (İnsan:
tədqiqatın istiqaməti) işləmək üçün gedir. Brunerin xüsusən də “Təhsil Prosesi” (1960) işi, Qardnerə
mühüm təsir və proqramda daha sonrakı marağını yaratmaq idi. Bu vaxt ərzində o Klod Levi- Strauss və
Jan Piaqetin işləri haqda daha ətraflı oxumağa başlayır. O Harvardın doktoranturasına 1966-cı ildə qəbul
olur və növbəti il Zero Layihəsində tədqiqat komandasının bir üzvünə çevrilir. Hovard Qardner
doktoranturanı 1971-ci ildə bitirir (onun dissertasiyası uşaqlarda hissiyyat üslubları üzrə idi). O Harvardda
qalır. Onun Zero layihəsindəki işindən başqa, (o buna David Parkinsla həm şərik olaraq rəhbərlik edir) o
həm də mühazirələr (1971- 1986) deyir və daha sonra təhsil üzrə professor olur (1986- ). Onun ilk mühüm
kitabı “Sirkələnmiş ağıl” 1975-ci ildə işiq üzü görür və daha 15 kitab ardınca nəşr olunur. Hovard Qardner
hazırda Harvardda bakalavrdan yuxarı pillələr üçün nəzərdə tutlmuş Təhsil Elmlərində İdrak və Təhsilin
Hobbs Professorudur və Boston Universitetində Tibb Elmlərində nevroloqiya üzrə köməkçi professorudur.
Zero layihəsi Hovard Qardnerə insan dərrakəsinə olan marağını daha da geniş öyrənməyə imkanı verdi.
O Piaqetlə və psixometrik testlərlə əlaqədar əsas mübahisələri müxtəlif istiqamətlərdə davam etdirmişdi.
Zero Layihəsi təhsil üçün əsas tədqiqat mərkəzinə çevrildi- çoxlu sayda tədqiqatçıların intellektual məskəni
oldu. Əsas an 1970-ci ildə (Bernard van Lir Fondu tərəfindən maliyyələşdirilmiş) insan potensialı və onun
həyata keçirilməsi ilə bağlı elmi biliyin qiymətlərdirmək üçün İnsan Potensialı adlı Layihəsinin
yaradılmasında oldu. Nəticə “Əqlin Çərçivəsi” oldu (1983), Hovard Qardnerin müxtəlif üsullarla dərketmə
haqda nəzəriyyəsinin ilk bütöv təfərrüatlı ideyası. Hovard Qardner dərketmə “problem həll etmək bacarığı
və ya bir və ya bir neçə mədəniyyətlərdə dəyərləndirilən məhsul istehsal edən ” kimi görürdü. (Qardner və
Hatç 1989). O dərketmənin səkkiz kriterisini və ya işarəsini istifadə edərək ədəbiyyata yenidən nəzər saldı:

– Beyin zədələnməsi tərəfindən potensial izolyasiya.


– Axmaq alimlərin mövcudluğu, möcüzəli və digər qeyri-adi insanlar.
– Müəyyən ola bilən mühüm əməliyyat və ya bir qrup əməliyytalar.
– Müəyyən oluna bilən bir qrup “sonuncu mərhələ” fəaliyyəti ilə yanaşı mühüm inkişaf tarixi.
– Təkamül tarixi və təkamül həqiqəti.
– Eksperimental psixoloji tapşırıqdan dəstək.
– Psixometrik araşdırmalardan dəstək.
– Simvol sistemində kodlaşdırmaya hissiyat. (Hovard Qardner 1983)

Düşünmə adı üçün namizədlər bu müxtəlif kriteriləri qane etməlidirlər və bunu müəyyən mədəni
quruluş daxilində şərt, əsas problemləri və ya mürəkkəblikləri həll etmə bacarığı kimi əks etdirməlidirlər.
Bu haqda mühakimələr irəli sürmək daha çox artistik mühakimədir nəinki elmi qiymətləndirmə.
Hovard Qardner əvvəl yeddi düşünmə siyahısı formalaşdırdı. Onun siyahısı müvəqqəti idi. İlk ikisi
məktəblərdə tipik olaraq qiymətləndirilmiş idi, növbəti üçü adətən incəsənətlə əlaqələndirilir və nəhayət
sonuncu ikisi Hovard Qardner tərəfindən “şəxi dərketmə” deyə adlandırılırdı (Qardner 1999).
Linqvistik/söz dərketməsi yazılı və şifahi dilə hissiyyatı, dil öyrənmə və müəyyən tapşırıqları həyata
keçirmək üçün dili istifadə etmək bacarığını əks etdirir. Bu dərketməyə birinin nəzəri və ya ədəbi şəkildə
fikirlərini ifadə etmək üçün dilin səmərəli istifadəsi bacarığı və dilin məlumatı yadda saxlamaq imkanları
daxildir.
Məntiqi/riyazi dərketmə problemləri məntiqi analiz etməkdən, riyazi əməliyyatları həyata
keçirməkdən və məsələləri elmi yolla araşdırmaqdan ibarətdir. Hovard Qardnerin sözlərinə görə bu
nümunələrə müəyyənləşdirmə, dedaktiv əsaslandırma və müsiqidə ritm, ton bəstələmək bacarığı daxildir.
Hovard Qardnerin musiqili dərketməsi linqvistik dərketmə ilə demək olar ki, eyni strukturturdadır.
Bədən/ kinestetik dərketməsi birinin problemi həll etmək üçün bədənindən və ya bədənin
hissələrindən istifadə etmə potensialını əks etdirməsidir. Bu bədən hərəkətlərini istiqamətləndirilməsi üçün
əqli bacarıqların istifadəsi deməkdir. Hovard Qardner bədən və əqli fəaliyyəti əlaqəli görür.
Vizual/məkan dərketməsi tanımaq qabiliyyətini və geniş boşluqların və daha məhdud ərazilərin
nümunələrini istifadə etməyi əks etdirir.
Fərdlərarası dərketmə digərlərinin niyyətini motivasiyalarını və istəklərini başa düşmə imkanı ilə
əlaqədardır. Bu insalara digərləri ilə effektik işləmək imkanı verir. Müəllimlərin, satıcıların, din və siyasət
xadimlərinin və konsulların yaxşı inkişaf etdirilmiş insanlararası dərketməsi olmalıdı.

2
Fərddaxili dərketmə özünü, öz hisslərini, qorxularını və motivasiyasını dərk etmə imkanını əks
etdirir. Hovard Qardnerin fikrincə bu özünün effektiv işləmə modelini yaradır və bununla həyatımızı
qaydasına qoymaq bacarığını əks etdirir.
Hovard Qardner “Əqli Çərçivə”- sində şəxsi dərketməni bir hissə kimi nəzərdən küçirmişdir. Onların
bir çox mədəniyyətlərdə yaxın assosiasiyalarına görə onlar tez-tez birgə əlaqəlidir. Bununla belə, o hələ də
razı deyil ki, iki dərketmə formaları haqda düşünmək mənasızdır. Qardner sübut edir ki, yeddi dərketmə
nadir hallarda bir-birindən əlaqəsiz baş verir. İnsanlar bacarıqlarını inkişaf etdirdikcə və problemlərini həll
etdikcə eyni zamanda bunlar istifadə olunurlar və bir-birlərini tamamlamaq üçündürlər. Həqiqətdə Hovard
Qardner mübahisə edir ki, müxtəlif üsulla düşünmə haqda iki mühüm iddia irəli sürümək olar.
Nəzəriyyə özü- özlüyündə bütövlükdə insan idrakı məruzəsidir. Dərketmələr insan təbiətinin, idraki
danışığın yeni açıqlamsını verdi (Qarnder 1999). İnsan varlığı bir qrup bəsit dərketməni nümayiş edən
orqanizmlərdir.
İnsanların qarışıq unikal düşünmələri vardır. Hovard Qardner insan resurlarının inkişafının üzləşdiyi
böyük problemin müxtəlif dərketmələri nümayiş edən varlıqlar kimi bizə verilmiş unikallıq fürsətindən
necə istifadə etməkdə olduğu ilə mübahisə irəli sürür.
Bu dərketmələr Hovard Qardnerə görə əxlaq qaydalarına ziddir- onlar konstruktiv və ya qeyri-
konstruktiv istifadə üçün tətbiq oluna bilərlər.
Müxtəlif üsullarla dərketmələrin müəllimlər üçün dəlili
Hovard Qardnerin müxtəlif üsullarla dərketmə nəzəriyyəsi akademik psixoloqiya daxilində qəbul
olunmamışdır. Bununla belə o əksər müəllimlər tərəfindən böyük rəğbətlə qarşılanmışdır. O müxtəlif təhsil
nəzəriyyəçiləri tərəfindən qəbul olunmuş və əsasən müəllimlər və məktəb problemlərini həll edən qayda
hazırlayanlar təfərindən tətbiq olunmuşdur. Şimali Amerikada çoxlu sayda məktəbləri dərketməyə görə
struktur kurrikulumuna, siniflərin quruluşunu hazırlamaqda və hətta bütün məktəblərin Hovard Qardenrin
hazırladıq anlayışı ilə işləməsinə nəzər salmışlar. Nəzəriyyəyə həmçinin məktəbəqədər, yuxarı, peşə və
böyüklər üçün təhsil təşəbbüsündə də istifadədə rast gəlinə bilər.
Bu dəlillər əvvəldə məlum deyildi.
İlk baxışdan bu diaqnozlar rəsmi təhsil üçün son demək kimi idi. Bir dərketməni öyrətmək çətindir,
əgər orada hətta yeddi dənə olsa necə? Orada hər şey öyrədilə bildikdə belə, öyrətməyi qane etmək çətindir.
Əgər insan idrakında və öyrənməsində mühüm və güclü məhdudiyyətlər olduğunda nə etmək lazımdır?
(Hovard Qardner 1993)
Hovard Qardner bu suallara ilk öncə psixoloqiyanın birbaşa diktə olunan təhsil olmadığını deyərək və o
birinin təhsilin aparıldığı yerdə vəziyyəti başa düşməyə az kömək etdiyini deyərək cavab verir.
Düşünmənin yeddi növü nəinki bir dənə, hətta yeddi yolla öyrətməni həyata keçirməyə imkan verir.
Ağılda mövcud olan güclü məhdudiyyətlər müəyyən anlayışını (və ya tam dərketmə sistemini) uşaqların
çox güman ki, bunu öyrənəcəyi və təhfir etməyəcəyi yolla təqdim etmək üçün hərəkətə gətirilə bilər.
Məhdudiyyətlər təklif oluna bilən və nəticə etibarilə aradan qaldırıla bilən ola bilərlər.
Zero Layihəsinə cəlb olunmuş tədqiqatçılardan biri Mayndi L. Kornhaber Şimali Amerikada
müəllimlərin və qaydalar hazırlayanların Hovard Qardnerin müxtəlif üsullarla düşünmə təqdimatına müsbət
cavab verdiklərinin məqsədini bir çox səbəblər müəyyənləşdirmişdir. Bunların arasında aşağıdakılar
nümunə ola bilər:
Nəzəriyyə müəllimin gündəlik təcrübəsini təsdiq edir: şagirdlər müxtəlif yollarla düşünür və öyrənir.
Bu eyni zamanda müəllimləri kurrikulum qiymətləndirməsi və pedoqoji praktika üzrə təşkil və həyata
keçirmə üçün mənalı çərçivə ilə təmin edir. Həqiqətdə bu əks olunma bir çox müəllimləri sinifdə müxtəlif
sayda öyrənənlərin ehtiyaclarına cavab vermək üçün yeni yanaşmaları inkişaf etdirməyə aparmışdır.
Hovard Qardnerə cavab Kolbsun emperik təhsil modelini uyğunlaşdırması eyniləşdirilmişdir.
Formalaşmada müəyyən tənqid olsa bilə, bu müəllimlərə öz praktikaları barədə düşünməyə, faydalı suallar
və qaydalar yaradır. Hovard Qardnerin müxtəlif üsullarla dərketməsinin qaydalara və siyasətə tətbiq
olunma yolu müxtəlifdir.
Daha sonra o nəzəriyyənin məktəb praktikası üçün hansı məna verməsinə daha yaxından baxdı
(məsələn Məktəbləşdirilməmiş Ağıl, Düşünmə çərçivədən çixmişdır, və Nizam-intizamlı ağıl). Bu işdə

3
Qardner dərketməsinin üç əsas aspekti ümidə bağlıdır və həmən müəlimlər üçün düşünmənin alternativ
yolu kurrikulum və təhsil siyasətinə əsaslanmaqdır. Yanaşma bunları əks etdirir:
Təhsili geniş şəkildə görmək. Yeddi dərketmənin hamsı vacibdir. Ona görə də müəllimlər hər
dərketmədə iştirak etməlidirlər, yalnız onların adət etdikləri ilk 2 dənədə deyil. Kornhaberin qeyd etdiyi
kimi, müəllimlər buna daha dərindən baxmalıdırlar. Anlama- əldə olunan biliyin götürülməsi və başqasında
istifadə edilməsidir. Şagirdlərin mövzu ətrafında işləməyə daha geniş imkanları olmalıdır.
Məntiqi və asanlıqla uyğunlaşdırla bilən proqramların hazırlanması. Hovard Qardnerin dərin
anlama, fəaliyyətə, kəşf etməyə və kreativliyə marağı Təhsil kontekstindən kənarda planlaşdırılmış detallı
kurrikulumun “çatdırma” səmtləşməsi daxilində asanlıqla qurulmamışdır. Müxtəlif üsullarla dərketmə
quruluşu kurrikulum həddən artıq sərt olduğunda və ya burada yanlız bir qiymətləndirmə foması olduğunda
yerinə yetirilməmiş ola bilər (Qardner 1999). Bununla bağlı olaraq Hovard Qardnerin təhsil tətbiqindəki işi
Jon Dyunun işindən daha yaxın durur.
Əxlaqa baxış. Biz dərketmənin və əxlaqın necə birgə işləməsini tapmalıyıq. Hovard Qardner müxtəlif
sayda insanların yaşamaq istədiyi dünyanın yaradılması ilə razı deyil (Qardner 1999). Hətta baxmayaraq ki,
anlamanı nizam- intizama uyğun inkişaf etdirməkdə mühüm faydalar vardır, bundan başqa daha nələrəsə
ehtiyac vardır.
Burada başqa dərketmələr də vardırmı?
Hovard Qardnerin “Əqli Çərçivə”-sində dərketmələrin orijinal siyahısı yarandığı vaxtdan buraya digər
mümkün əlavələrin də daxil edilməsi haqda müzakirələr olunmuşdur. (və ya siyahıdakılardan hansınınsa
xaric olunması). Hovard Qardner və onun kolleqaları tərəfindən daha sonrakı tədqiqat üç müəyyən
mümkünlüyə nəzər salır: naturalist dərketmə, mənəvi dərketmə və eksiztensional dərketmə. O belə
yekunlaşdırır ki, bunlardan ilk olanı orijinal yeddi dərketmə siyahısına əlavə sayılır. (Qardner 1999)
Naturalistik dərketmə insana varlıqlarını ətraf mühiti tanımağa, səciyyələndirməyə və müvafiq
xüsusiyyətlərini təsvir etməyə imkan verir. O əsas bacarıqla bir çox mədəniyyətlərin dəyər veridyi rolu
səciyyələndirmənin açıqlamasını özündə cəmləşdirir.
Naturalist dərketmənin kənarlaşdırılması vəziyyəti birbaşa yaranır. Mənəvi dərketməyə aid vəziyyət
daha da mürəkkəbdir. Hovard Qardnerə görə burada problemlər vardır, məsələn mənəvi dərketmə konteksti
ətrafında üstün olan lakin həqiqi dəyərlə bağlı sübut iddiası olunmamışdır.
Eksiztensional dərketmə əsas məsələlərlə bağlı olub Hovard Qardnerin nəzərdə tutduğu növbəti
mümkünlükdür. Bununla belə təcürübədən çıxan sübut dağınıqdır- və baxmayaraq ki, doqquzuncu
dərketmə diqqəti cəlb edə bilər, Hovard Qardner onu öz siyahısına aid etməyi lazım bilmir. “Mən fenomeni
yetərli qədər çətin hesab edirəm və digər dərketmələrdən olan məsafə kamallılıq üçün yeterincə böyükdür-
ən azından indi ”
Hovard Qardnerin siyahısındakı sonuncu və məlum namizədi əxlaq dərketməsidir. Bu kəşfdə o bunun
əxlaqi domainin təsvir etməyin mümükünlüyünü soruşmaqla başlayır. O bunun hamı tərəfindən qəbul
olunmuş izahatla verilməsinin çətin olduğunu deyir, lakin kəşfləri daha qabağa aparan anlama gəlməyin
mümkünlüyü ilə razı deyil. Əxlaq domaininə mərkəz olaraq Hovard Qardner tövsiyyə edir ki, əxlaq
domaininə mərkəz “həyatın müqəddəsliyinin idarə edən davranışlar, münasibətlər və qaydalarla bağlı
narahatçılıqdır” - xüsusən də insan həyatının müqəddəsliyi və çox halarda digər varlıqların həyatının
müqəddəsliyi və onların yaşadıqları dünya. Əgər biz əxlaq mühitinin mövcudluğunu qəbul etsək o zaman
əxlaqi düşüncədən danışmaq mümkündürmü? Əgər bu hər hansı əxlaq normalarının qəbul edilməsi ilə
əlaqəlidirsə o zaman Hovard Qardner əxlaqi düşünmə ifadəsini qəbul olunan hesab etmir. Bundan əlavə o
sübüt edir ki, tədqiqatçılar və müəlliflər hələ əxlaq domainin mənasını insan düşüncəsinin nümunəsi kimi
təsvir etməmişlər.
Mən təhlil etdiyimə görə əxlaqi mühitdə və ya domaində mərkəzi komponent fərdi orqanın duyğusu,
birinin digər insanlara kiçik rolunun olması və onun bunu digərlərinə münasibətdə əks etdirməsidir. Əsas
vəzifələri yerinə yetirmək təbii ki bir sıra insan dərketməsini tələb edir- fərdi, linqvistik, məntiqi və güman
ki, ekzistensional daxil olmaqla- lakin bunun mümkün olması üçün onu inkişaf etdirən insanlar haqda bir
fikirdir. O zaman “əxlaq” şəxsiyyət, individuallıq, iradə və xasiyyət və ən yaxşı hallarda insan təbiətinin
yüksək reallizasiyası haqdadır. Beləliklə, Hovard Qardner səkkiz dərketməni – naturalist dərketməni öz

4
siyahısına əlavə etmişdir. O həmçinin digər mümkünlüyə də- xüsusən də ekzistesional dərketməyə qapı
açdı.
Hovard Qardnerin müxtəlif üsullarla dərketmələri- bəzi suallar və problemlər
Hovard Qardnerin müxtəlif üsullarla dərketmələri haqda təsəvvür ətrafında problemlər və müxtəlif
tənqidlər vardır. Həqiqətdə Hovard Qardner əsas sualları və cavablardan bəzilərini sadalamışdır. Burada
mən debatlarda qaldırımış əsas üç suala diqqət yönəltmək istəyirəm. (Burada bir çox digər suallar da var-
lakin bunlar daha çox sorulanlardır):
Hovard Qardnerin kriteriləri tələblərə cavab verirmi? Jon Vayt (1997) mübahisə irəli sürmüşdür
ki, Hovard Qardnerin tutduğu kriteri ətrafında mühüm suallar vardır. Burada fərdi kriteri ətrafında suallar
vardır, məsələn bütün dərketmələr simvol sistemlərini əks etdirirmi? Kriterini necə tətbiq olunmalıdır? Və
hansı səbəbdən müəyyən kriterilər uyğun sayılır? Sonuncu və əsas suallarla əlaqədar olaraq Vayt qeyd edir
ki, o Qardnerin yazılarında bunların hamısına cavab tapa bilmir. Həqiqətdə Hovard Qardner razılaşır ki, hər
kəsin şəxsi mülahizəsi ola bilər.
Hovard Qardnerin dərkemə haqda təsəvvürü bütövlük təşkil edirmi? Dərketmənin dərketmə testi
ilə ölçülə bildiyini düşünməyə adət etmiş alim və tədqiqatçılara Hovard Qardnerin işi həmişə problemli
gələcək. Onlar müxtəlif bacarıqalar arasında əlaqə nümayiş etdirən tədqiqat ənənəsinə isnad edəcəklər və
ümumi dərketmə faktorunun mümkünlüyü ilə razı olmayacaqlar. Hovard Qardner dəlilin əksəriyyətini
sübut edir və göstərir ki, dərketmələrin nə dərəcədə əlaqəli olduğunu bilmək hələ mümkün deyil. Dərketmə
haqda daha son fikirlər, məsələn Robert Sternberqin (1985- 1996) tirarxik modelinin tərəqqisi Qardnerin bu
tip standart dərketmə nəzəriyyəsini sevməməsini paylaşır. Bununla belə Hovard Qardnerdən fərqli olaraq
Robert Sternberq insanın işləyib hazırlayan müəyyən materialına güclü baxmır. Əvəzində o dərketmənin
kompenentli, təcrübəyə əsaslanan və kontekstual fasetləri adlandırdıqlarına nəzər yetirir. Növbəti gələn
tənqidlər Hovard Qardnerin müəyyən etdiyi spesifik dərketmə lər ətrafindadır. Məsələn, mübahisə oluna
bilər ki, musiqili dərketmə və bədən-kinestetik dərketməsi istedada daha uyğundur. (onların həyat
tələblərinə adətən uyğunlaşmağa ehtiyacları olmur)
Hovard Qardnerin təsəvvürünü dəstəkləmək üçün kifayət qədər sübutlar varmi? Hovard
Qardnerin işlərinə olunan ənənəvi tənqid onun nəinki hərtərəfli və bütöv təcrübəyə əsaslanan tədqiqata
əsaslanmasındadır, sadəcə onun nəzəriyyəsinin daha çox öz intuisiyası və əsaslandırmasından
götürülməsindədir. Hazırda müxtəlf dərketmələri müəyyənləşdirən və ölçən testlər qrupu mövcud deyil.
Bir zaman mən testlər qrupunu hazırlamağın və daha sonra müxtəlif testlərdən qiymətlər arasındakı
əlaqəni sadəcə müəyyənləşdirməyin mümkünlüyünü düşünürdüm. İndi isə inaniram ki, buna yalnız o
zaman nail olmaq olar ki, əgər kimsə hər dərketməyə müxtəlif ölçülər hazırlaya bilsə və sonra əmin olsa ki,
insanlar materiallarla və hər dərketməni ölçə bilən metodla işləməyə razıdırlar. (Qardner 1999)
Hovard Qardner özü öz yanaşmasını yarlıklaşdırmaya və stiqmatizasiyaya aparan bu cür testdən
keçirmə ilə daha ümumi narahatlığına görə izləməmişdir. 1990- cı illərin əvvəllərində o fərdi olaraq insanın
ağlında nələrin baş verdiyinə fikrini toplamaqdansa, müəyyən olunmuş dərketmə qabiliyyətinin anlayışına
və bu sahəyə yanaşmasının daha yaxşı yolu kimi nəzər salamağa başladı (Hatç və Qardner 1993).
Yekun
Hovard Qardnerin müxtəl üsüllarla dərketmə anlayışı haqda olan mühüm suallar və məsələlərin
mövcudluğunun olmasına baxmayaraq o hələ də təhsildə istifadə olunur. O küllü sayda müəllimlərə öz
işlərinə yenidən baxmağa və onları hazırlıq, kurrikulum və testdən keçirmə məsələlərinə çərçivədən kənar
şəkildə baxılmasında həvəsləndirməyə kömək etmişdir. Məsələn, Mindi Kornhaber və onun Müxtəlif
Üsullarla Dərketməni İstifadə edən Məktəb Layihəsindəki kolleqaları bir çox məktəblərdə fəaliyyəti
yoxlamışlar və belə nəticəyə gəlimişlər ki, SAT qiymətləndirilməsi, valideyn iştirakı və nizam- intizamın
nailiyyətlərdə böyük əhəmiyyəti olmuşdur. Hovard Qardnerin müxtəl üsüllarla dərketmə nəzəriyyəsi
müəllimlərin bunu öz praktikalarında əks etdirməyə və onlara baza verməklə imkanlarını genişləndirməyə,
insanlara həyatlarını daha yaxşı yaşamaqda yardım etməkdə kömək etdi.
Müxtəlif Üsullarla Dərketməni İstifadə edən Məktəb Layihəsi (2000) Kompas Nöqtələrinin
“Müəllimlərin nəzəriyyəni istifadə edərək getdikləri yollar seçilmişdir və bu şagirdlərin xeyrinədir” adlı
metaforasını istifadə edir. Onlar məktəbləri müxtəlif üsullarla dərketmə nəzəriyyəsinə əsaslanmış praktikanı
tətbiq etməklə bəzi uğurlarlu xüsusiyyətləri müəyyənləşdirmişlər:

5
Mədəniyyət: Müxtəlif şagirdlərə dəstək və calışqanlılıq. Müxtəlif şagirdlərin öyrənə biləcəyi və
uğur əldə edəcəyi, təhsilin mövcud olduğu və müəllimlər tərəfindən çalışqanlılığın nümayiş etdirildiyi
dəyər sistemində fəaliyyət göstərmək.
Hazırlılıq: dərketmə- müxtəlif üsullarla dərketməni tətbiq etmək üçün baza. Müxtəlif üsullarla
dərketmənin işçilərin tərəfindən başa düşülməsi və şagirdlərin müxtəlif yollarla öyrədilə bilməsinə şərait
yaratmaq.
Vasitə: müxtəlif üsullarla dərketmə yüksək iş nümayiş etmək üçün vasitədir. müxtəlif üsullarla
dərketməni yüksək keyfiyyətli şagird nəticəsi əldə etmək üçün vasitə kimi istifadə etmək.
Əməkdaşlıq: rəsmi və qeyri-rəsmi mübadilə. Əməkdaşlar tərəfindən rəsmi və qeyri-rəsmi şəkildə
ideyaların və konstruktiv tövsiyyələrın paylaşılması.
Seçim: mənalı kurrikulum və qiymətləndirmə seçimi. Hər ikisi şagird və daha geniş mədəniyyətlər
tərəfindən dəyərləndirilmiş fəaliyyətlərdə kurrikulumun və qiymətləndirmənin tətbiq olunması.
Incəsənət: Uşaqların bacarıqlarını və anlayışlarını fənn daxili və kənarda inkişaf etdirmək üçün
incəsənətdən istifadə etmək.
Qeyri-rəsmi müəllimlər bu siyahıdan öz layihələri və təşkilatları üçün faydalana bilərlər. Müxtəlif
üsullarla dərketmələr özü özlüyündə həmçinin əks etdirilmək üçün yaxşı mərkəz təqdim edir. Yəqin ki,
qeyri-rəsmi müəllimlər ənənəvi olaraq insanlararası və insandaxili domainlərilə, Hovard Qardnerin elm
kimi müəyyən etdiyi dərketmələrlə narahat idilər. Naturalist linqvistik və məntiqi- riyazi dərketmələrə
baxmaq onların praktikasını genişləndirməyə kömək edə bilər.

You might also like