You are on page 1of 3

Forex bazarının analizi

Forex bazarına təsiri 4 fundamel amil ilə göstərmək olar.


1. İqtisadi (ən çox təsir göstərən)
2. Siyasi
3. Ehtimal və mülahizələr
4. Fors major hallar

Fundamental analiz
1. GDP-Gross Domestic Product (ÜDM-Ümumi daxili məhsul) valyutanın arxasında
duran dövlətin iqtisadi artımının göstəricisi olub, artıb azalması ilə valyutanın bazar
dəyərinin qalxıb enməsinə təsir göstərir. Məsələn, Amerikanın faktiki GDP göstəricisi
ötən aya nəzərən artarsa bu öz növbəsində bütün valyuta cütlüklərində dolların
mövqeyinin möhkəmlənməsinə gətirir çıxaran faktor kimi özünü göstərir.
2. CPİ-Consumer Price İndex (İstehlakçının Qiymət İndeksi). Bu göstərici alıcılıq
qabiliyyətini nümayiş etdirən indeks olub, yüksək göstəriciləri infilyasiya xarakterlidi.
Alıcılar çox olduqca dövriyyədə pul kütləsi artır və infilyasiya gedir.
3. PPİ-Produce Price İndex (İstehsalçıların Qiymət İndeksi). Bu göstərici istehsalçının
qiymət dəyişməsini göstərir. Yəni istehsalçı hər hansı bir malın qiymətini qaldırırsa,
bu hal dövriyyədə olan pul kütləsinə birbaşa təsir göstərir və bu parametr də
infilyasiya xarakterlidi.
4. CCİ-Consumer Confidence İndex (İstehsalçının İnam İndesksi). İstənilən bir dövlətdə
faktiki göstərici əvvəlki göstəriciyə nisbətən yüksək çıxarsa həmin dövlət üçün xeyirli
olub, valyuta cütlüklərində həmin dövlətin milli valyutası öz mövqelərini
möhkəmləndirirlər.
5. Non-farm payrolls - Yeni iş yerlərinin açılmasının (kənd təsərrüfatı nəzərə alınmadan)
sayı əvvəlki dövrlərə nəzərən artarsa deməkki, yeni iş yerləri yaradılıb istehsal artıb,
bu da öz növbəsində dövlətin faktiki vəziyyətinin yaxşılaşmasını göstərir və öz
növbəsində də valyuta cütlüklərində milli valyutanın mövqeyinin möhkəmlənməsinə
gətirib çıxarır. (Hər ayın ilk birinci həftəsi)
6. Unemployment Rate – İşsizlik səviyyəsi öncəki dövrə nəzərən yüksək olduqda iş
yerlərinin azalması, iqtisadiyyatın zəifləməsi anlaşılır ki, bu da öz növbəsində milli
valyutanın zəifləməsinə gətirib çıxarır
7. Jobless claims-İşsizliyə ayrılan müavinət. Səviyyəsinin yüksək olması büdcədən
ayrılan vəsaitlərin artmasını və bununlada valyutanın dəyər itirməsinə gətirir çıxarır.
8. İndustrial Products-Sənaye məhsulları. İstehsalat səviyyəsidir hansı ki, öz növbəsində
ÜDM-un artmasını tərənnüm və artımı valyutanın güclənməsinə müsbət təsir edir.
9. Money Supply-Pul təchizatı. Bura makro və mikro kreditlərin indeksləri daxildir.
Kredit indeksləri nə qədər çox olarsa bu infilyasiya xarkterlidi və bazarda infilyasiyaya
valyutanın dəyər itirməsinə gətirib çıxara bilər.
10. Discount = İntrest Rates Mərkəzi bankın Kommersiya banklarına ayırdığı kreditlərin
faiz səviyyəsidi. Bu səviyyənin yüksək olması valyutanın möhkəmlənməsi üçün daha
əhəmiyyətlidir.
11. Trade Balance-Ticarət balansı. Export-İmport=T/B
12. Export-İxrac.+
13. İmport-İdxal.-
14. BoE-Bank of England
15. ECB-European Central bank
16. FOMC-Federal Open Market Commitet
17. BoJ-Bank of Japan
18. SNB-Swiss National Bank
19. BOC-Bank of Canada
Birja növləri
1 Əmtəə birjası. Yatırılan pul əmtəə mal formasındadı
2 Fond birjası. Yatırılan pul səhmlər formasındadı qiymətli kağızlar kimi
3 Forex birjası. Yatırım pul formasında olur və bir valyutanın digər valyutaya nisbətində
yatırılır.

You might also like