You are on page 1of 12

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL

NAZİRLİYİ

Milli qiymətləndirmə 2009

Testin tarixi / / 2009


Gün Ay

IX sinif
ANA DİLİ
Test kitabçası

Məktəbin adı

Şagirdin kodu

Şagirdin adı
Soyad Ad
I hissə Qrammatika

1. Söz birləşmələrində hansı sözün hansına tabe olduğunu oxla göstərin:

Nəğməli ellər --------


Sonalı göllər -------
Qatar-qatar durnalar -------

2. Uzlaşma əlaqəsi olan birləşmə hansıdır?


A) aydın səma B) dağdan enən
C) Dünən gəlmişik. D) həyatın mənası

3. Yanaşma əlaqəsi hansındadır?


A) may günləri B) Qılınc Qurban
C) beşdən biri D) həyatın çətinlikləri

4. “Yaxınlaşıb baxmaq” birləşməsi aşağıdakılardan hansına aiddir və tərəfləri arasındakı


əlaqə növü hansıdır?
A) məsdər tərkibi, uzlaşma B) məsdər tərkibi, idarə
C) feli bağlama tərkibi, yanaşma D) məsdər tərkibi, yanaşma

5. Söz birləşmələrinin tərkib hissələri arasında hansı əlaqə olur?


A) qarşılaşdırma əlaqəsi B) tabelilik əlaqəsi
C) ardıcıllıq əlaqəsi D) zaman əlaqəsi

6. Yanaşma əlaqəsinin göstəricisi hansı şəkilçidir?


A) mənsubiyyət B) hal
C) şəxs D) şəkilçisi yoxdur

7. ”Ellərin ruhu” söz birləşməsində hansı əlaqə vardır?


A) uzlaşma B) idarə
C) yanaşma D) həm uzlaşma, həm idarə

8. “Cəsarətli insan” birləşməsində tərəflər arasında hansı sintaktik əlaqə var?


A)yanaşma B) idarə
C) uzlaşma D) tabesizlik

9. Yanaşma əlaqəsi hansı birləşmədədir?


A) dəyirmi masa B) Gün batır.
C) qonaq qarşılamaq D) təbiəti qorumaq

10. ”Güllərin ətri məni məst edirdi” cümləsində hansı sintaktik əlaqə yoxdur?
A) idarə B) uzlaşma
C) yanaşma D) həm yanaşma, həm idarə

11. İdarə əlaqəsi haqqında verilənlərdən biri yanlışdır:


A) Əsas sözün tələbi ilə asılı söz adlıq haldan çıxıb başqa hallarda işlənir.
B) Tamamlıqla xəbər arasında idarə əlaqəsi olur.
C) İdarə əlaqəsinin formal əlaməti-ismin hal şəkilçisidir.
D) Təyini söz birləşmələrində idarə əlaqəsi olmur.

12. Başqasının nitqi dəyişiklik edilmədən, olduğu şəkildə verilərsə, bu nə adlanır?


A) vasitəsiz nitq B) vasitəli nitq
C) müəllifin sözləri D) xüsusiləşmə

13. Vasitəsiz nitq haqqında verilənlərdən biri yanlışdır:


A) Başqasının nitqi eyni ilə işlədilir.
B) Bu cür cümlələrdə müəllifin sözləri həmişə əvvəl gəlir.
C) Müəllifin sözləri çox zaman nitq felləri ilə bitir.
D) Vasitəsiz nitq yazıda dırnaq arasına alınır.

14. Aşağıdakı cümlə hansı sxemə uyğundur?


“ Bir az da belə sürsəm, atı çatladaram”, -deyə düşündü və cilovu dartdı.
A) M:”V”,-m
B) M:”V?-m
C) “V”,-m
D) M:”V?”

15. Vasitəsiz nitqə aid nümunəni göstərin:


A) Dedim: ”Sən təbibsən, mən yaralıyam”.
B) “Özgə qapılar” çoxlarını incidib.
C) “Ağ qızıl” ustalarının səsi yenə gələcək.
D) “Can” deməklə can əskik olmaz.

16. Nümunədə hansı durğu işarələri buraxılmışdır?


Cahandar ağa sakitcə cavab verdi. O barədə sonra fikirləşərik.
A) iki nöqtə, dırnaqlar
B) dırnaqlar, tire, vergül
C) iki nöqtə, tire, dırnaqlar
D) dırnaqlar, vergül

17. Getmə, Xavər hara gedirsən? deyə Kərimxan onu harayladı. ( Durğu işarələri
buraxılmışdır).
Vasitəsiz nitqli cümlənin sxemini müəyyənləşdirin.
A) M:”V”,-m
B) M:”V?”-m
C) “V?”-m
D) M:”V?”

18. Vasitəsiz nitqli cümlənin sxemini müəyyənləşdirin.


Müəllim:”Azərbaycanın müstəqilliyi yolunda bütün səy və bacarığımızı əsirgəməməliyik”,-deyə
nitqini yekunlaşdırdı.
A) “V!”,-m
B) M:”V”,-m
C) “V”,-m,-v”
D) M:”V”.

19. Vasitəsiz nitqli cümlənin sxemini göstərin (Durğu işarələri buraxılmışdır).


Muxtar tələsik Gəl dedi Göstər görüm harada olurlar ?
A) “V?”-m
B) M:”V?”-m
C) “V,-m,-V?
D) M:”V,-m-V?”

20. Hansılar vasitəli nitqli cümlələrdir?


1. “Görünür, mehriban ailədir”,- deyə Firudin düşündü.
2. Ənvər təşəkkür edərək bildirdi ki, onun üçün bu gündən əziz gün olmayıb.
3. “Ətiacıdır, araqızışdırandır, çox pis adamdır”,- deyə Xavər öz-özünə düşündü.
4. Babası deyərdi ki, o, nəvəsini oğlundan çox istəyir.
5. Şübhəsiz, səndən yaxşı musiqiçi olacaq.
A) 2,5 B) 4,5 C) 2,4 D) 1,3

21. Tərkibində vasitəsiz nitq olan aşağıdakı cümlə hansı sxemə uyğun gəlir?
Xosrov: “ Hardansan, cavan?”-deyə soruşdu.
A) M:”V?”-m
B) M:”V”
C) “V,-m,-v”
D) “V”,-m

22. Verilmiş sxemlərə uyğun cümlələr qurub yazın.


1. M:”V”_____________________________
2. M:”V”,-m__________________________
3. “V”,-m,-V”__________________________

23. Aşağıdakı tabesizlik bağlayıcılarından biri tabesiz mürəkkəb cümlənin tərkib hissələri
arasında işlənə bilməz.
A) amma B) və C) ilə D) hətta

24. Amma, ancaq, lakin bağlayıcıları tabesiz mürəkkəb cümlələrdə hansı məna əlaqəsi
yaradır?
A) zaman əlaqəsi B) səbəb nəticə
C) qarşılaşdırma əlaqəsi D) aydınlaşdırma əlaqəsi

25. ”Könlüm yaz istəyir, tale qış deyir” tabesiz mürəkkəb cümləsində hansı məna əlaqəsi
vardır?
A) zaman B) qarşılaşdırma
C) bölüşdürmə D) səbəb-nəticə

26. Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümləni göstərin.


A) Musiqi səslənir, gənclər rəqs edirlər.
B) Soyumuş torpaq da isinəcək, ona görə ki günəş çıxıb.
C) Arif danışır, dostları da onu dinləyirlər.
D) Güclü külək əsir, kal meyvələr də tökülürdü.

27. Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlənin tərkib hissələrini bağlayan bağlayıcılar
hansılardır?
A) ya, ya da, gah, gah da
B) həm, həm də, da, də
C) nə, nə də, ya, ya da
D) amma, ancaq, lakin

28. Budaq cümlə nəyə bağlı olur?


A) birinci cümləyə B) baş cümləyə
C) ikinci cümləyə D) baş üzvlərə

29. Mürəkkəb cümləni təyin edin:


A) Bağdakı ağaclar çiçək açmışdı.
B) Oxuduğum kitab maraqlıdır.
C) Gecikmədik, çünki yollar rahat idi.
D) Akif, kitabı diqqətlə oxu.

30. Biri zaman əlaqəli tabesiz mürəkkəb cümlədir:


A) İşıqlar söndü, hər yer qaranlıq oldu.
B) Bayırda yağan qar ağarır, xoş mənzərə yaranırdı.
C) Mən kəndə çatanda külək davam edir və küçələrdən sel axırdı.
D) Mən çox dedim, o, az eşitdi.

31. Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümləni göstərin.


A) Qablar düzüldü, çəngəl-bıçaq cingildədi, qədəhlər paylandı, xörək gəldi.
B) Qarmon çalınır, nəğmə oxunur, rəqs edilir.
C) Torpağı duz basmış, kəndlilər də köçüb getmişlər.
D) Qapını itələdim, ancaq açılmadı.

32. Nümunələrdən biri tabeli mürəkkəb cümlə deyil.


A) İşıqlar söndü, kino başladı.
B) Hamıya məlumdur ki, sabah seçkilər olacaq.
C) Məktəbə təzəcə çatmışdım ki, məni evə çağırdılar.
D) Gəldim ki, məndən nigaran qalmayasınız.

33. “El bilir uşaqlıqdan o, naxələf olmayıb” cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə
aiddir?
A) mübtəda budaq cümləsi B) xəbər budaq cümləsi
C) tamamlıq budaq cümləsi D) səbəb budaq cümləsi

34. Hansı tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlə “ki” bağlayıcısı ilə bağlanır, budaq
cümlə baş cümlədən əvvəl də gələ bilər?
A) kəmiyyət budaq cümləsi B) zaman budaq cümləsi
C) səbəb budaq cümləsi D) yer budaq cümləsi

35. Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlələrdə baş və budaq cümləni bağlayan
vasitələrdən biri yanlışdır.
A) da2, belə ədatı
B) nə qədər bağlayıcı sözü, sa2 şərt şəkilçisi
C) qarşılıqlı şəkildə hərçənd, düzdür, doğrudur, amma, ancaq,lakin, fəqət bağlayıcıları
D) əgər ,madam, indi ki şərt bağlayıcıları

36. ”Qəm olmasa, adam sevincin qədrini bilməz “cümləsinin növünü müəyyənləşdirin.
A) mübtəda budaq cümləsi B) xəbər budaq cümləsi
C) təyin budaq cümləsi D) şərt budaq cümləsi
37.Bu adda budaq cümlə yoxdur:
A) şərt B) qarşılaşdırma
C) ardıcıllıq D) məqsəd

38. “Elçin on birinci sinif şagirdidir” cümləsinin sintaktik təhlili hansı sxemə uyğun gəlir?
A) _______ --------- ===========
B) _______ -------- ============
C) _______ ============
D) _______ =========

39. “Görəsən, şair bu saat nə haqqında düşünür?” cümləsində neçə cümlə üzvü var?
A) 4 B) 5 C) 3 D) 6

40. Cümlənin sintaktik təhlili hansı sxemə uyğundur? “Mikayıl Müşfiq dünyadan nakam
köçən şairlərimizdəndir”
A) ____________ ===============
B) ________
__________ =======
C) _______

D) ______ --------- ============

41. Verilmiş sxem aşağıdakılardan hansına uyğundur?

------------ ========
A) Danışır Bakı.
B) Zənglər çalınır.
C) Atəşin dayandırılmasını müzakirə etdilər.
D) Çoxları bu işdən xəbərsizdir.

42. “Nəcəf bəy Vəzirovun şah əsəri “Müsübəti- Fəxrəddin” faciəsidir” cümləsində neçə cümlə
üzvü işlənmişdir?
A) 4 B) 5 C) 3 D) 2
II hissə OXU

Bir damcı su ilə öz dostluğunu bildirir.

Kənd xırmanına od düşmüşdü. Kəndlilər evlərində olan bütün vedrə, qazan və qab-qacağı su
ilə doldurub yanğının üzərinə tökür, onu söndürməyə çalışırdılar.
Bu vaxt bir sərçə xırmanın üzərində dövrə vurub dimdiyində saxladığı saman çöpünü
yanğının üstünə atdı. Bunu görən kəndlilər sərçədən soruşdular:
- Nə fikirdə olduğunu başa düşdük, amma sənin atdığın bu çöplə yanğın böyüyüb
genişlənməz?!
Sərçə dedi:
- Bəli, bilirəm. Amma mən çöpü atmaqla sizə öz düşmənçiliyimi bildirmək istəyirəm.
Bu vaxt bir sığırçın kəndlilərin başı üstündən o tərəf, bu tərəfə uçaraq ağzında gətirdiyi bir
damla suyu yanğının üstünə atdı.
Buna təəccüb edən kəndlilər sığırçından:
- Bir damcı su ilə belə güclü alovu söndürmək olarmı, – deyə soruşdular.
Sığırçın bunun cavabında dedi:
- Bilirəm ki olmaz, amma mən də bu bir damcı su ilə Sizə öz dostluğumu bildirmək
istəyirəm.

43. Mətnə əsasən fikirləri ardıcıllıqla düzün:


1. sığırçının bir damla su atması
2. sərçənin yanğına saman çöpü atması
3. xırmana düşən alovun kəndlilərin söndürməyə çalışması
4. sığırçının dostluğunun mənası
A) 4,3,1,2 B) 3,2,1,4
C) 2,4,3,1 D) 3,2,4,1

44. Mətnə əsasən hansı cavab xalqın kollektiv mübarizəsinin göstəricisi sayıla bilər?
A) sərçənin hərəkətlərinə etirazlarını
B) yanğını söndürməyə cəhd etmələri
C) sığırçının su gətirməsi
D) sığırçının öz dostluğunu bəyan etməsi

45. Doğru fikri seçin:


A) Sərçənin və Sığırçının əməllərində fərq yoxdur.
B) Sığırçın bir damcı su ilə müsbət münasibətini bildirir.
C) Kəndlilər Sərçəni məzəmmət edirlər.
D) Həm kəndlilər, həm də quşlar yanğını söndürmək istəmirlər.

46. Mətnə əsasən bu quşlardan hansının əməli insanlar tərəfindən yaxşı qarşılanır.
Cavab _____________________________

47. Sığırçının xeyirxah işini göstər.


1. Yanğını söndürməyə cəhd göstər.
2. Ziyanvericiləri məhv edir.
3. Onun üstünə atır.
4. Quşların hər ikisi bədxah iş görürlər.
Konfutsiçilik

Konfutsiçilik Çində yaranmış və ən geniş yayılmış dindir. Bu dinin banisi Qədim Çin
mütəfəkkiri Konfutsi (e.ə. 551-479) sayılır. Onun əsl adı Kun olmuşdur. Çinlilər öz ehtiramlarını
bildirmək üçün onu Kun-Fu-Tszi, yəni müəllim Kun adlandırmışlar.
Konfutsi ölkəni gəzib dolaşır və öz təlimini təbliğ edirdi. Konfutsiçiliyin əsasını əcdadlara
pərəstiş, xüsusi əxlaq fəlsəfəsi və tam itaətkarlıq təşkil edirdi. Konfutsi etiraf edirdi ki, yeni təlim
yaratmamışdır, sadəcə qədim müdriklərin və əcdadların ənənələrini yeni nəsillərə çatdırmaq üçün
gəlmişdir. Bununla bağlı olaraq Konfutsinin vaxtında qədim mahnılar, rəqslər, tarixi rəvayətlər
haqqında bir çox kitab redaktə edilərək zamanın ruhuna uyğun yeni şərhlərlə tədris vasitəsi kimi
istifadə olunurdu.
Konfutsiçiliyə görə, baş tanrı Göydür, dinin təbliğçisi, peyğəmbəri müdrik müəllim Kundur.
Ölkənin Göy ilə qarşılıqlı münasibətlərində imperator-“Göy oğlu” xususi yer tutur. O, ölkəni
Göyün adından idarə edir.

48. Səhv fikri seçin:


A) Konfutsi qədim kitabları Yunan dilinə çevirir.
B) Onun fəlsəfəsinin əsasında əxlaq durur.
C) Sadəcə qədim ənənələri gənc nəsilə çatdırır.
D) Konfutsiyə görə baş tanrı müəllim Kundur.

49. Hansı söz Konfutsi təliminin əsasını təşkil edirdi?


A) Müəllim Kun
B) Yeni nəşrlər
C) “Göy oğlu”
D) İmperator

50. Mətnə əsasən ardıcıllığı müəyyənləşdirin.


1. İmperatorluğu “Göy oğlu” idarə edir.
2. Kitab nəşr etdirir.
3. Əcdadların fikrini yeni nəsillərə çatdırır.
4. E.ə.551-479-cu illərdə yaşamışdır.
A) 3,4,1,2 B) 1,3,4,2
C) 4,3,2,1 D) 2,4,1,3

51. Konfutsinin ölkəni gəzməkdə məqsədi nə idi?


Cavab: ______________________________

52. Konfutsiçilik dininin mahiyyətini göstərin.


A) əcdadlara pərəstiş, əxlaq, tam itaətkarlıq
B) keçmişə etiraz
C) göy ilə qarşılıqlı münasibət
D) vətənə sitayiş
Dünyanın bütün səhraları bir-birinə oxşardır, yəni qeyri-məhsuldar, çılpaq və başdan-başa
qumlu düzənliklərdir. Məşhur Böyük Səhra bütün Şimali Afrikadan ta Asiya qitəsinə qədər uzanıb
gedir. Elə buradaca qeyd etmək yerinə düşər ki, Avropa səhrası olmayan yeganə qitədir.
Səhraların sakinləri susuz qumsallıqlar arasında yaşayışa müxtəlif cür öyrəşirlər. Dəvə sanki
məhz bu cür şərait üçün yaranmış heyvandır.
Dəvələrin uzun kirpikləri, xırda burun dəlikləri, qulaqlarındakı sıx yun orqanizmə toz və
günün daxil olmasına mane olur.
Ümumiyyətlə, bu heyvandakı yun örtüyü izoliyasiya rolu oynayır, gündüzlər istinin, gecələr
isə soyuğun qarşısını alır. Enli pəncərələr qumsallıqda rahat yeriməyə yaxşı kömək edir. Əgər iri
məməlilər üçün əlverişsiz şəraitə dözümlülük şkalası tərtib edilsəydi, birinci yeri dəvə tutardı.
Qızmar qumun (700C) üzərində uzana bilən, belində ağır yük “od tutub yanan” səhralarda bir neçə
gün ac və susuz yol gedən bu heyvan, lazım gələndə, susuzluğunu duzlu su ilə də yatırır. Suya,
aclığa olan tələbatını hürgüclərində toplanan 100-150 kq-lıq piy ehtiyatı ödəyir. Piy biokimyəvi
parçalanmaya məruz qalarkən, alınan məhsullardan biri də sudur. Dəvə birdəfəyə 90, hətta 130 litr
su içə bilir.

53. Mətni məzmununa uyğun adlandırın.


Cavab____________________________________

54. Dəvənin dözümlülüyünün səbəbini aydınlaşdırın.


A) Sıx yunlu olması
B) Enli pəncələrinin olması
C) Uzun kirpiklərinin və xırda burun dəliklərinin olması
D) Hücrəsinə toplanan piy qatlarının olması

55. Mətnə əasaslanaraq dəvənin qızmar qumun üstündə neçə dərəcə istiliyə
dözdüyünü müəyyənləşdirin.
A) 700C B) 400C
0
C) 50 C D) 600C

56. Dəvənin xarici görünüşünü yazın.


Cavab _________________________________

57. Dəvənin bədənindəki yunun oynadığı rolu aydınlaşdırın.


A) Səhrada yaşamağa şərait yaradır.
B) Tozun bədənə daxil olmasının qarşısını alır.
C) İzoliyasiya rolu oynayır.
D) Aclığa dözümlü olmağa kömək edir.

58. Dəvə yaşamayan qitəni müəyyənləşdirin.


A) Şimali Amerika B) Asiya
C) Avropa D) Asiya və Şimali Amerika
Radiasiya

Mendeleyev cədvəlində təsvir edilmiş və özündən radioaktiv şüalar buraxan bir sıra
elementlər radiaktiv elementlər kimi tanınır. Kobalt, stronsium, uran, plutonium, radium və bir sıra
başqaları buna aiddir. Günəş özü də Yer kürəsinə külli miqdarda radiaktiv şüalar göndərir.
Günəşin ultrabənövşəyi şüaları da radiaktiv şüalara aiddir. Biz artıq bilirik ki, atmosferin
ozon ekranı adlanan ozon qatı Yer üzünün üst qatını və orada yaşayan canlıları məhvedici
ultrabənövşəyi şüalardan qoruyur. O, qısa yayımlı şüaları və kosmik radiasiyanı əks etdirir və yalnız
uzun dalğalı şüaları planetimizə buraxır. Son zamalar havanın insanlar tərəfindən amansızcasına
çirklənməsi üzündən ozon ekranında bir sıra dəliklər əmələ gəlmişdir.
Ozon qatının pozulması ətraf mühitə və canlı orqanizmlərə çox böyük mənfi təsir göstərir.
Bu, irsi dəyişikliyə, yəni mutasiyalara, müxtəlif heyvan və bitki növlərinin sayının azalmasına,
məhvinə və hətta tamamilə itməsinə səbəb ola bilər. Əgər ozon qazı tamamilə dağılarsa, yer
üzündəki bütün canlılar məhv olar. Belə dəliklərdən biri Avstraliya qitəsinin üzərindədir. Bu
səbəbdən bu qitənin sakinləri günəş şüalarının bilavasitə təsirindən özlərini qorumaq üçün müxtəlif
müdafiə tədbirlərinə əl atırlar. Məsələn, yay zamanı bir çox uşaqlar uzunqol paltarlar geyinirlər.
Onlar hətta baş və boyun hissələrini də günəş şüalarından qorumaq üçün xüsusi çətir papaqlardan
istifadə edirlər.
Ozon qatının dağılmasının səbəblərindən biri insan tərəfindən istifadə olunan bir sıra
qazlardır, o cümlədən soyuducuların istehsalında istifadə olunan kimyəvi qazdır. Hazırda bir çox
ölkələr bu qazların ozon qatı üçün zərərsiz olan qazlarla əvəz edilməsi üzrə bağlanmış beynəlxalq
razılaşmaya dair konvensiyaya qoşulmuşlar. Azərbaycan Respublikası da bu konvensiyanın
iştirakçısıdır. Hazırda Bakı soyuducular və Sumqayıt kompressor zavodlarında beynəlxalq
təşkilatların köməyi ilə müvafiq yenidənqurma işləri aparılır. Bu işlərin nəticəsində həmin
müəssisələrdə ozon qatı üçün zərərli olan soyuducu qazlar zərərsiz qazlarla əvəz ediləcəkdir.

59. Mətnə əsasən, ozon qatı olmasa hansı hadisə baş verməz?
A) Canlı orqanizm məhv olar
B) Ətraf mühit mənfi təsirə məruz qalar
C) İrsi dəyişiklik, yəni mutasiyalar olar
D) Yer üzündə bütün canlılar yaşayar

60. Ozon qatının deşilməsindən Avstraliya qitəsinin uşaqları özlərini necə qoruyurlar?
A) Uzunqol paltar geyinir və çətir papaqdan istifadə edirlər.
B) Baş və boyun hissələrini xüsusi geyimlə qoruyurlar.
C) Günəş bərk isti olanda evdən çölə çıxmırlar.
D) Dənizdə, çayda, su olan yerlərdə özlərini sərinlədirlər.

61. Azərbaycanda ozon qatına ziyan vuran hansı fəaliyyətlər həyata keçirilir?
A) ağır yüklü maşın istehsal olunur.
B) soyuducu və kompressor hazırlanır.
C) sement istehsal olunur.
D) kosmosa raket buraxılır.

62. Günəşin Yer kürəsinə göndərdiyi radiaktiv şüadan ölməməyimizin səbəbini yazın.
Cavab _______________________________

63. İrsi dəyişiklik nəticəsində baş verə biləcək hadisəni necə başa düşürsünüz?
Cavab _________________________________
İki alma

Axşam vaxtı gəzməyə çıxanda, hərdənbir balaca oğlumu da yanımca aparıram. Bu dəfə də
apardım.
Və həmən balaca oğlum ilə gəzməyə gedəndə, hərdən bir ittifaq düşür ki, ona yeməli şey də
alıram ki, məndən razı qalsın. Bu dəfə də balaca oğlum dükanlarda düzülmüş nazü-neməti görəndə
məndən yeməli bir şey istədi. Mən o əqidədə deyiləm ki, hər dəfə uşaq ilə bazara gedəndə ona bir
şey almaq lazımdır və lakin bunu da demirəm ki, heç bir vaxt almaq lazım deyil. Ancaq bu dəfə heç
bir zad almaq istəmirdim: o səbəbə ki, cibimdə çox pulum yox idi və bir də istəmirdim ki, uşağım
hər dəfə bazara çıxanda dadamal öyrənsin.
Bir qədər dolandıq, sonra yolumuz dərya kənarına düşdü. Amma oğlumu da bidamaq
görürdüm. Çün tərbiyə öz qaydasınca, uşağın öz təbiəti-bu da öz qaydasınca. Və onunçün də çox da
inad etməmək babətindən, dərya kənarında tabağa düzülmüş meyvələrdən iki şahıya iki dənə yaxşı
qırmızı alma aldım və ikisinidə verdim oğluma. Hərçənd oğlum almaları məndən aldı, amma
gördüm ki, könülsüz aldı. Mən ondan bidamaqlığının səbəbini soruşmadım. Çünki səbəbi aşkar idi.
Bazarda bir az bundan qabaq o, məndən iki şey istədi, heç birini almadım. Bir Carcoqovunu istədi-
almadım, sonra da nemsə qənnadı dükanının qabağından keçəndə şüşənin dalına düzülmüş
rəngarəng konfet və şirniyyatdan istədi-almadım.
Oğlum o dərəcə məndən narazı imiş ki, mən almaları ona verəndən sonra da yenə bir söz
danışmaq istəmədi və mən ona verdiyim suallara da çox meyilsiz cavab verirdi.
Dəxi onu belə qaşqabaqlı görəndə mən özüm də bidamaq oldum və Azərneft idarəsinin
qabağında duran tranvay vaqonlarının birinə oğlumu qalxızdım və özüm də mindim ki, gələk
evimizə.
Vaqonda hələ bizim ikimizdən başqa bir kəs yox idi. Oğlum boyda bir yetim rus uşağı cır-
cındır içində, üzgözü qapqara çirkli və iyrənc, sonra gəldi durdu qabağımızda və məndən bir qəpik
pul istədi.
Cibimdə ancaq bir abbası gümüş pul var idi. Mən uşağa bir söz demədim ki, keçib getsin.
Bir neçə arvad və kişi vaqona girdilər və sağımızda-solumuzda yer tutdular. Burada mənim fikrim
getdi yetimə pul verməməyimə və dilənçiyə pul vermək lazımmı, ya lazım deyilmi məsələsi məni
başladı məşğul etməyə. Hər kəs nə deyir desin, ancaq dilənçi uşağa heç bir şey verməmək mənim
xoşuma gəlmədi. Buradan ona işarə etmirəm ki, mən heç bir dilənçiyə yox vermərəm: çünki ola
bilər ki, bir para filosofların dilənçiyə pul vermək, onu bədbəxt etmək sifəti bəlkə mənə də sirayət
edibdir. Ancaq sözün həqiqəti budur ki, bugünki dilənçi uşağa bir qəpik verməməyim məni burada
xarab etdi: o səbəbə xarab etdi ki, həmən dilənçi uşaq yaşda mənim atalı və analı oğlum, əyni-başı
təzə, qarnı tox, bu saat burada mənim sağ tərəfimdə məndən incimiş oturmuşdu ki, niyə mən ona
konfet almadım, ancaq iki alma aldım.
Vaqonumuz hərəkət edib gedəndə akoşkanın şüşəsinin dalından gördüm ki, haman dilənçi
uşaq yerdə durub bir qırmızı almanı ağzına basıb gəmirtləyir. Qabaqca bir şey duymadım: amma
haman dəqiqə yanımdakı oğlumun almaları yadıma düşdü və çöndüm uşağa tərəf. Oğlum gülə-gülə
mənə yavaşca bunu dedi:
- Dədə, almanın birini verdim dilənçi uşağa.
Bir dənə qırmızı alma öz-özlüyündə bir şey deyil: onun qiyməti iki qəpikdir və yeyib
qurtarandan sonra heç bir şeydir. Amma mənəvi işlərdə bir almanın dəyəri ola bilər çox böyük
olsun. O qədər yüngüllük və könül xoşluğu ki, burada iki qəpiklik almadan mənə gəlib çatdı,
nəhayət dərəcədə idi.
Filosofiya aləminə gəldikdə, qeyrilər dilənçiyə küçədə ianə verməyi nə cür başa düşürlər
düşsünlər və insaniyyət mütəxəssisləri bu məsələni nə tövr həll edirlər etsinlər, ancaq mənim bir
balaca oğlum iki almasının birisini bir yetim uşağa verdi.
Və ola bilər ki, oğlum da yekələndən sonra, bir para alimlərin “küçədə dilənçiyə ianə
verməyiniz” nəsihətini eşidəndən sonra, onları küçədə görəndə mənim kimi üz çöndərəcəkdir.
Ancaq hələ ki, oğlum bu işləri başa düşmür və onun üçün də iki almanın birini yetim uşağa verir.
64. Mətnə əsasən, yetimə, kimsəsizə, dilənçiyə yardım etmək lazımdırmı?
A) Onları ələbaxım etməklə pis iş görmüş oluruq.
B) Zəiflərə arxa durmaq və kömək etmək müqəddəs işdir.
C) Küçə uşaqlarına yardım etməzlər.
D) Uşaqlara qayğı hamının borcudur.

65. Atanın uşağa qarşı münasibətini müəyyənləşdirən doğru cavab hansıdır?


A) Uşağının bütün istəklərini yerinə yetirir.
B) Ata uşağının istəklərini yerinə yetirmir.
C) Uşaq hər şey istəyə bilməz.
D) “Uşaq müstəqil şəkildə heç bir şey istəyə bilməz.”

66. Oğul atadan nə almasını xahiş edir?


A) alma və armud
B) carcoqovun, konfet və şirniyyat
C) kitab və dəftər
D) kompyuter və telefon

67. Uşağın istəyinin yerinə yetirilməməsinin səbəbi nə idi?


A) atanın çox pulunun olmaması
B) atanın pulunun olmaması
C) atanın uşağa pul xərcləməməsi
D) uşağa qarşı diqqətli olmaması

68. Mətnə əsasən, arxaik sözləri yaz.


Cavab ________________________

69. Vaqonda atanın qarşısında dayanan rus qızı ondan nə istədi?


A) alma
B) qələm
C) bir qəpik
D) bir abbası

You might also like