You are on page 1of 472

ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV,

BAKİR MƏHƏRRƏMOV

AZƏRBAYCANIN
NEFTLİ-QAZLI RAYONLARININ
PALEOGEOLOGİYASI

Bakı-2015
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Məsləhətçilər: Bağır Əli oğlu Bağırov


Azərbaycan Respublikasının əməkdar
elm xadimi, AMEA-nın müxbir üzvü,
geologiya-mineralogiya elmləri doktoru, professor

Rəşid Lətif oğlu Zeynalov


geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru

Elmi redaktor: Rahid Ramiz oğlu Rəhmanov


Azərbaycan Respublikasının əməkdar
neft və qaz sənayesi işçisi,
geologiya-mineralogiya elmləri doktoru

Texniki redaktor: Akif Əli Abbas oğlu Rzayev


geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru
Korrektor: Süheylə Məhərrəmova
Kompyuter dizayneri: Rövşən Hüseynov, Mirzəli Qurbanov

Salmanov Əhməd, Süleymanov Əli, Məhərrəmov Bakir


Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası.
(monoqrafiya) Bakı, "Mars Print" nəşriyyatı, 2015, 472 səh.

Monoqrafiyada Azərbaycanın neftli-qazlı rayonlarının


paleogeologiyası şərh olunur. Neftli-qazlı rayonların geoloji inkişaf
tarixi izlənilməklə onların paleotektonik, paleostruktur və
paleocoğrafi şəraitləri araşdırılıb. Ayr-ayrı rayonların çöküntü
komplekslərinin litofasial xüsusiyyətləri tədqiq edilərək, bu
çöküntülərlə əlaqədar tələlərin ehtimal olunan neft-qazlılıq
perspektivliyi proqnozlaşdırılıb.
Monoqrafiya neft-qaz yataqlarının axtarışı, kəşfiyyatı və
işlənməsi sahələrində fəaliyyət göstərən elmi-tədqiqat institutlarında,
ali təhsil müəssisələrində çalışan mütəxəssislər, tələbə və aspirantların
istifadəsi üçün nəzərdə tutulub.

2
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Salmanov Əhməd Mayis oğlu, 3


iyun 1961-ci ildə Bakı şəhərində ziyalı
ailəsində anadan olmuşdur. 1979-cu
ildə Azərbaycan Neft və Kimya
İnstitutuna (İndiki Azərbaycan Dövlət
Neft Akademiyası) daxil olmuş, 1984-
cü ildə həmin institutun “Geoloji-
kəşfiyyat” fakültəsini fərqlənmə
diplomu ilə bitirmişdir. Təyinatla
Azərbaycan EA-nın “Dərin Neft
Yataqlarının Problemləri İnstitutu”nda
əmək fəaliyyətinə başlamışdır.
1991-ci ildə “Yataqların
işlənməsinin son mərhələsində neft
hasilatının dinamikasının geoloji-
riyazi modelləşdirilməsi və layların
neftverməsinin artırılması üsulların tətbiqinin effektivliyinin
qiymətləndirilməsi” mövzusu üzrə namizədlik dissertasiyası müdafiə edərək
texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
1992-ci ildə “Azərbaycan Dövlət Neft Akademiyası”na müsabiqə
yolu ilə işə götürülmüş və 2007-ci ilin may ayınadək “Neft-qaz mədən
geologiyası” kafedrasında dosent vəzifəsində çalışmışdır. 1998-ci ildə AAK
tərəfindən dosent elmi adına layiq görülmüş, 2007-ci ilin may ayından 2009-
cu ilin iyul ayınadək “Azərbaycan Dövlət Neft Şirkəti”nin ETİ-də direktorun
elmi işlər üzrə müavini vəzifəsində çalışmışdır. 2009-cu ildə “Neft
yataqlarının səmərəli mənimsənilməsi yollarının geoloji-riyazi modellə
əsaslandırılması” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və yer
elmləri üzrə doktor dərəcəsinə layiq görülmüşdür.
Elmi tədqiqat istiqamətləri neft yataqlarının səmərəli mənimsənilməsi,
işlənmənin son mərhələsində neft hasilatının dinamikasının proqnozu, geoloji-
riyazi modelləşdirilmə, layların neftverməsinin artırılması üsulları ilə
əlaqədardır. 85 elmi məqalə, o cümlədən 6 metodik göstərişin müəllifidir.
2009-cu ilin iyul ayından ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə”
İnstitutunda geologiya və yataqların işlənməsi üzrə direktorun müavini
vəzifəsində çalışır.
2011-ci ilin sentyabr ayında “Tərəqqi medalına” layiq görülmüşdür.
2012-ci ildə “Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti”nin
Prezidenti, 2013-cü ilin mart ayından isə Azərbaycan Respublikası Prezidenti
yanında “Ali Attestasiya Komissiyası”nın eksperti seçilmişdir.

3
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Süleymanov Əli Mahmud oğlu 13


mart 1937-ci ildə Şabran rayonunun
Zeyvə kəndində anadan olmuşdur.
1955-ci ildə Azərbaycan Sənaye
İnstitutunun (İndiki Azərbaycan
Dövlət Neft Akademiyası) geoloji-
kəşfiyyat fakültəsinə daxil olmuşdur.
1960-cı ildə institutu bitirərək,
təyinatla Türkmənistanın “Cənub-
Şərqi Qaraqum ekspedisiyası”nda
texnik-geoloq vəzifəsində əmək
fəaliyyətinə başlamışdır. 1961-1964-
cü illərdə Azərbaycan Dövlət Elmi-
Tədqiqat Neftçıxarma İnstitutunda
texnik-geoloq, mühəndis-geoloq
vəzifələrində işləmiş, 1965-1968-ci
illərdə həmin İnstitutun nəzdində aspiranturanın əyani şöbəsində oxumuşdur.
1969-cu ildə “Xəzəryanı-Quba neftli-qazlı rayonunun Təbaşir dövründə
paleogeologiyası və Təbaşir çöküntülərinin neft-qazlılığı” mövzusunda
dissertasiya işi müdafiə edərək yer elmləri üzrə fəlsəfə doktoru alimlik
dərəcəsinə layiq görülmüşdür.
1978-1980-ci illərdə Hindistan Respublikasının ONGC şirkətinə
qeyri-antiklinal tipli neft-qaz yataqlarının axtarış-kəşfiyyatı üzrə Sovet
eksperti, 1986-1989-cu illərdə Suriya Ərəb Respublikasında Suriya-Sovet
birgə geoloji kontraktında baş geoloq, 1989-1994-cü illərdə AzNQSDETL
İnstitutunda böyük və aparıcı-geoloq vəzifələrində işləmişdir.
1994-cü ildən “Neftqazelmitədqiqatlayihə” institutunun “Axtarış-
kəşfiyyat işlərinin təhlili və quyuların qazılmasının əsaslandırılması”
laboratoriyasının müdiridir.
Elmi tədqiqat istiqamətləri əsasən neft qaz yataqlarının geologiyası,
axtarışı və kəşfiyyatı, neftli-qazlı hövzələrin palotektonik, paleocoğrafi
inkişafı və struktur-tektonik quruluşu ilə əlaqədardır. 80 elmi məqalə, o
cümlədən 3 monoqrafiyanın müəllifi və həmmüəllifidir. “Azneft” İB-də
“Ehtiyatlar üzrə daimi fəaliyyət göstərən komissiyanın üzvüdür.
2004-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Fəxri
Fərmanı ilə təltif edilmişdir.
2006-cı ildə “Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti”nin Prezidenti
seçilmiş və 2008-ci ildə cəmiyyətin işində səmərəli fəaliyyətinə görə fəxri
fərmanla təltif olunmuşdur.

4
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Məhərrəmov Bakir İsmayıl


oğlu 1960-cı ildə Gədəbəy rayonu,
Şınıx mahalının Göyəlli kəndində
ziyalı ailəsində anadan olmuşdur.
1977-ci ildə Çayrəsullu 10 illik orta
məktəbini fərqlənmə ilə bitirmişdir.
1978-ci ildə Azərbaycan Neft-Kimya
İnstitutuna (İndiki Azərbaycan
Dövlət Neft Akademiyası) daxil
olmuş və əmək fəaliyyətini
dayandırmadan axşam şöbəsində
təhsil almışdır.
1979-1981-ci illərdə hərbi
xidmətdə olmuşdur. 1987-ci ildə
həmin institutun “Geoloji-kəşfiyyat”
fakültəsini bitirmişdir.
1984-cü ildən “Azərbaycan Neft Sənayesi Dövlət Elmi-Tədqiqat və
Layihə İnstitutu”nda (AzNQSDETLİ) işləməyə başlamışdır. 1984-2006-cı
illər ərzində “Axtarış-kəşfiyyat işlərinin araşdırılması və layihələndirilməsi”
laboratoriyasında elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır.
1994-1995-ci illərdə könüllü olaraq cəbhəyə getmiş, Azərbaycan
Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
2004-cü ildə namizədlik dissertasiyasını “Neft və qaz yataqlarının
geologiyası, axtarışı və kəşfiyyatı” ixtisası üzrə müvəffəqiyyətlə müdafiə
edərək yer elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
2006-2011-cı illərdə “Quyuların qazılmasının geoloji əsaslandırılması”
laboratoriyasında müdir vəzifəsində işləmiş, 2011-2014-cü illərdə "Axtarış-
kəşfiyyat işlərinin təhlili və quyuların qazılma şəraitinin əsaslandırılması"
laboratoriyasında müdir müavini vəzifəsində çalışmış, 2014-cü ildə isə həmin
laboratoriyanın müdiri təyin edilmişdir.
Elmi tədqiqat istiqamətləri neft-qaz yataqlarının geologiyası, axtarışı
və kəşfiyyatı, neftli-qazlı hövzələrin palotektonik, paleocoğrafi inkişafı,
struktur-tektonik quruluşu və geoloji mürəkkəbləşmələr ilə əlaqədardır. 35
elmi məqalənin müəllifidir. “Azneft” İB-də “Ehtiyatlar üzrə daimi fəaliyyət
göstərən komissiyanın üzvüdür.
2008-2013-cü illərdə “Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti”nin
vitse-Prezidenti, 2010-2014-cü illərdə “Neftqazelmitədqiqatlayihə”
İnstitutunda yaradılmış bölməsinin rəhbəri olmuş, 2014-cü ildə isə
“Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti”nin Prezidenti seçilmişdir.

5
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

6
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

7
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

8
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

GİRİŞ

Son onilliklərdə aparılmış geoloji-geofiziki və elmi tədqiqat


işləri Azərbaycanın quru ərazisinin böyük həcmdə karbohidrogen
resurslarına malik olduğunu göstərir. Alt Pliosenin Məhsuldar Qat
çöküntüləri ilə əlaqədar olan neft və qaz ehtiyatlarının quru ərazisində
tükənməkdə olduğu nəzərə alınarsa, neft-qaz sənayesinin gələcək
inkişafının çox mürəkkəb quruluşa malik olan Paleogen-Miosen və
Mezozoy koplekslərinin qumlu-gilli və karbonatlı çöküntüləri ilə
əlaqədar olduğunu demək olar.
Struktur-tektonik xüsusiyyətlərinə görə bir-birindən fərqlənən
Mezozoy, Paleogen-Miosen və Pliosen-Antropogen çöküntü
kompleksləri çöküntülərinin struktur-tektonik xüsusiyyətlərinin və
litofasial tərkiblərinin lateral istiqamətdə ciddi dəyişkənliklərə
uğraması, bu çöküntülərdə neft-qaz yataqlarının axtarışı məqsədilə
aparılacaq axtarış-kəşfiyyat işləri istiqamətlərinin düzgün seçilməsini
müəyyən dərəcədə çətinləşdirir.
Müəlliflər tərəfindən bu çöküntü komplekslərin geoloji
quruluşu və neft-qazlılıq perspektivlikləri Böyük Qafqazın cənub-
şərq batımında və Kiçik Qafqazın şimal-şərq yamaclarında yerüstü
çıxışlardan, Kür dağlararası çökəklikdə isə, geofiziki-kəşfiyyat
üsulları və axtarış-kəşfiyyat qazımasından alınan məlumatlara görə
aparılmış elmi-təqiqat işlərinin əsasında öyrənilmişdir.
Azərbaycanın quru ərazisində aparılmış geoloji-geofiziki işlər,
eyni zamanda müəlliflər tərəfindən müxtəlif neftli-qazlı rayonların
geoloji quruluşları və neft-qazlılıq perspektivliklərinin
qiymətləndirilməsi üzrə aparılmış elmi-tədqiqat işlərinin nəticələrinə
əsasən Mezozoy, Paleogen-Miosen və Pliosen çöküntü
komplekslərinin toplandıqları hövzələrin paleotektonik, paleocoğrafi

9
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

və geokimyəvi səraitləri araşdırılaraq, bu komplekslərin kəsilişlərində


əsas neftqaztörədici lay dəstələri və KH-lərin toplanması üçün əlverişli
kollektorların yayıldıqları sahələr müəyyən edilmişdir. Çöküntü
komplekslərinin ayrı-ayrı stratiqrafik vahidləri və onların ümumi
qalınlıqlarının paylanması əsasında çöküntütoplanma prosesinə
əhəmiyyətli dərəcədə təsir edən paleoqalxımlar və konsedimentasiyalı
inkişafda olan dərinlik qırılmaları müəyyən edilmişlər.
Son illərdə alınmış geoloji-geofiziki məlumatlar və müəlliflərin
paleotektonik təqiqatları əsasında, Azərbaycanın quru ərazisinin müasir
regional tektonik quruluşu müəyyən dərəcədə dəqiqləşdirilmiş və
prinsipcə yeni tektonik və neft-geoloji rayonlaşdırılma aparılmışdır.
Tektonik rayonlaşdırmaya əsaslanan neft-geoloji rayonlaşdırmada
Azərbaycanın quru ərazisinin müasir struktur-tektonik xüsusiyyətləri
ilə yanaşı, bu ərazidə Mezozoy, Paleogen-Miosen və Pliosen çöküntü
komplekslərinin litofasial xüsusiyyətləri, onların toplandıqları
paleotektonik şəraitlər nəzər alınmaqla neftli-qazlı və mümkün neftli-
qazlı rayonlar ayrılmış, bu rayonların neft-geoloji rayonlaşdırma
ierarxiyası üzrə daha böyük vahidləri olan neftli-qazlı vilayətə və
daha sonra neftli-qazlı subəyalətə aid olduğu geoloji cəhətdən
əsaslandırılmışdır.
Neftli-qazlı rayonların daxilində neftli-qazlı və perspektivli
neftli-qazlı zonalar ayrılmış, bu zonalarda neftli-qazlı obyektlərin
strukturlarda yerləşmə xüsusiyyətləri göstərilmişdir.
Neftli-qazlı rayonlar üzrə aparılmış elmi-tədqiqat işləri
nəticəsində Mezozoy, Paleogen-Miosen, Pliosen çöküntü
kompleksləri kəsilişlərində əsas neftli-qazlı və perspektivli obyektlər
ayrılmış, bu obyektlərdə KH-in toplanması, qorunub saxlanılması
üçün əlverişli olan struktur və litostratiqrafik tip tələlərdə axtarış-
kəşfiyyat işlərinin aparılması tovsiyyə olunmuşdur.

10
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

I FƏSİL

AZƏRBAYCANIN NEFTLİ-QAZLI RAYONLARININ


ÖYRƏNİLMƏ TARİXİ
Neft qədim dövrlərdən Azərbaycanın şöhrət tapmış
sərvətlərindən biridir. “Dərbəndnamə” (IX əsr) əsərində göstərildiyi
kimi, Abşeron yarımadasında neft istehsalına hələ Sasanilər
dövründən başlanılmışdır. Əsərdə neftin istismar edilməsinə dair
ətraflı məlumatlar verilir.
Azərbaycanın görkəmli alimləri M.M.Əliyev və M.M.Qaşqay
əsərlərində qeyd edirlər ki, artıq VI-VII əsrlərdə əhalinin tələbatı
ödənilməklə yanaşı, neft digər dövlətlərə də ixrac edilirdi.
Bəzi tarixi mənbələrə görə hələ qədim dövrlərdən insanlar
Naftalan yatağından çıxarılan neftdən müalicə vasitəsi kimi istifadə
edirdilər. Neft böyük tikintilərdə sement əvəzi kimi və ağaclardakı
zərərli həşəratların məhv edilməsi üçün də istifadə olunurdu.
X əsrdə yaşamış ərəb coğrafiyaşünasları Əbu İshaq İstəxri və
Məsudi Abşeron yarımadasında təbii neft çıxışlarının olması haqqında
məlumatlar vermişlər. Məsudi Abşeronda çıxan neftdən yağlayıcı
maddə və müalicə vasitəsi kimi istifadə edilməsini, ağ, sarı, qara və
göy rəngdə neftin olmasını göstərir.
Məşhur İtalyan səyyahı Marko Polo “Səyahətnamə”sində (XIII
əsr) Abşeron yarımadasının şərqində yerləşən Pirallahı adasında çoxlu

11
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

sayda təbii neft çıxışlarının varlığını və xeyli miqdar neft istehsal


olunduğunu qeyd edir.
Azərbaycan coğrafiyaşünas alimi Əbdürrəşid Bakuvinin (XV əsr)
yazdığına görə, Bakıda hər gün çıxarılan 4000 pud neftin xeyli hissəsi
başqa ölkələrə aparılırdı.
1465-ci ildə Azərbaycanı səyahət edən Afanasi Nikitin
qeydlərində Bakıdakı neft çıxışları haqqında yazaraq göstərir ki,
burada nefti taxta və daşla hörülmüş quyulardan hərlədici çarx
vasitəsilə tuluqla çıxarırlar.
Abşeron yarımadasında Bibiheybət kəndi yaxınlığında
dövrəsinə sal daşlar düzülən neft quyusu aşkar edilmişdir. Daşlardan
birinin üzərində quyunun 1754-cü ildə usta Allahyar Mirməmməd
oğlu tərəfindən qazıldığı qeyd olunub.
XIX əsrin ikinci yarısına kimi neft Abşeron yarımadasında
ibtidai üsulla istehsal olunurdu. Bu dövrdə neftin çıxarılması üçün
dayaz əl quyuları qazılırdı və onların uçmamağı üçün divarları daş və
ya taxta ilə bərkidilirdi. Neft quyulardan dəri tuluqlarla çıxarılırdı.
1735-ci ildə Balaxanıda 52 quyudan neft çıxarılırdı və 1818-ci
ildə Abşeron yarımadasında ildə 4 min tona yaxın neft istehsal
olunurdu.
Neft istehsalının sürətlə artırılması XIX əsrdə Azərbaycan
Rusiyaya birləşdirildikdən sonra başladı. Əldə olunan məlumatlara
görə, 1816-cı ildə Bakıda neft mədənlərində 110 quyudan neft
çıxırdısa, artıq 1872-ci ildə onların sayı 415-ə qədər artırılmışdı.
1822-ci ildən 1871-ci ilə kimi Abşeron yarımadasında 800 min tondan
çox neft istehsal olunmuşdu.
XIX əsrin əvvəllərində Bakı sakini Qasım bəy dünyada ilk
dəfə, sahildən 20-30 m məsafədə, Xəzər dənizində 2 quyu vasitəsilə
neft istehsal etməyə başlamışdı.

12
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Neft istehsalının artırılması məqsədilə dünyada ilk dəfə,


1844-cü ildə Rusiya mədənçisi F.A.Semyonov quyuların texniki
üsulla qazılmasını təklif edir. 1848-ci ildə o, Bibiheybət dərəsində,
dəniz sahilində buxar qurğusu ilə ilk neft quyusunu qazır.
Azərbaycanın neft-qaz yataqlarının öyrənilməsi ilə bir çox
geoloqlar məşğul olmuşlar. İlk dəfə 1827-ci ildə mühəndis
N.Voskoboynikov Abşeron yarımadasının neft yataqlarının
geologiyasını öyrənməyə başlayır.
Qafqaz regionunda geniş geoloji-tədqiqat işləri G.V.Abix
tərəfindən 1844-cü ildə aparılır. 1865-1873-cü illər ərzində onun
tərəfindən Cənub-Şərqi Qafqazın Təbaşir və Yura çöküntülərinin
stratiqrafiyası öyrənilir. Eyni zamanda o, bu çöküntülərlə əlaqədar
olan neft-qaz çıxışları haqqında məlumat verir. Siyəzən rayonunun
Xıdırzində sahəsində neft çıxışının yerləşdiyi yeri qeyd edir.
G.V.Abix Azərbaycanda tədqiqat işlərini 1877-ci ilə qədər davam
etdirir.
Balaxanı neft yatağında birinci neft quyusu 1869-cu ildə
qazılmışdır. 1870-ci ildə Balaxanı-Sabunçu sahəsində qazılan
quyudan güclü neft fontanının alınması Azərbaycan neft sənayesinin
sürətli inkişafının başlanğıcı oldu. Ən güclü neft fontanı 1873-cü ildə
29 m dərinliyində qazılan quyuda baş vermişdir. Bundan sonra
Abşeron yarımadasında, ayrı-ayrı sahələrdə neft quyularının qazılması
işləri genişləndirilir. 1873-cü ildən Abşeron yarımadasında neftin
mexaniki üsulla istehsalına başlanılır.
1870-1900-cü illərdə Azərbaycanın ayrı-ayrı zonalarının
geologiyası və neft-qazlılığı N.Voskoboynikov, S.K.Kvitka (1893),
N.İ.Andrusov (1895), Y.M.Yuşkin (1897), A.N.Sorokin (1898),
N.İ.Lebedev (1899) tərəfindən öyrənilir. İ.Valentinov (1890) Kiçik
Qafqazın Təbaşir çöküntülərinin litostratiqrafiyasını tədqiq edir.

13
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

1872-ci ildən 1884-cü ilə kimi Abşeron yarımadasında neft


istehsalı nisbətən azalmışdı. Belə ki, 1872-ci ildə cəmi 26,1 min
ton,1882-ci ildə 818,0 min ton neft istehsal olunmuşdu. Neft istehsalı
1884-cü ildən sonra sürətlə artmağa başlayır. 1887-ci ildə neft
istehsalı 2327,4 min ton, 1892-ci ildə 4658,1 min ton, 1897-ci ildə
6948,9 min ton, nəhayət, 1901-ci ildə isə 10978,8 min tona çatdırılır.
XX əsrin əvvəllərində Böyük Qafqazın cənub-şərq batımında
nisbətən daha dəqiq geoloji-tədqiqat işləri aparılır. 1902-ci ildə
K.İ.Boqdanoviç Xəzəryanı-Quba əyalətinin və Şimali Qobustanın
Mezozoy çöküntülərinin yayılma sahələrinin sxematik xəritəsini qurur.
1903-cü ildə Binəqədi, 1904-cü ildə Pirallahı adası neft
yataqlarının istismarına başlanılır. 1904-cü ildə uzun zaman qaz
yatağı hesab olunan Suraxanı, 1910-cu ildə isə Şubanı sahələrində
neftli horizontlar aşkar edilir.
XX əsrin əvvəllərində Rusiya neft sənayesində baş verən
böhranla əlaqədar olaraq, Bakıda da neft istehsalı xeyli azalır. 1905-ci
ildə burada çıxarılan neftin miqdarı 6784,0 min ton, 1913-cü ildə isə
7626,9 min ton olur.
1918-1919-cu illərdə neft istehsalı getdikcə azalaraq 3425 min
tona, 1920-1921-ci illərdə isə 2457 min tona qədər aşağı düşür.
1901-1920-ci illərdə Geoloji Komitə tərəfindən Abşeron
yarımadası, Şamaxı-Qobustan, Xəzəyanı-Quba rayonlarında və Aşağı
Kür çökəkliyində geniş miqyaslı geoloji planalma işləri aparılır.
Azərbaycanın geologiya və neft-qazlılığını M.V.Abramoviç,
N.İ.Andrusov, K.İ.Boqdanoviç, P.Q.Volaroviç, D.V.Qolubyatnikov,
İ.M.Qubkin, K.P.Kalitski, K.V.Xariçkov, N.İ.Uşeykin, N.İ.Lebedev,
S.A.Kovaleviski, D.V.Samoylov, S.İ.Çarnotski və b. araşdırırlar.
K.İ.Boqdanoviç tərəfindən hazırlanan Mezozoy çöküntülərinin
sxematik xəritəsi 1914-1916-cı illərdə İ.M.Qubkin tərəfindən xeyli

14
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

dərəcədə dəqiqləşdirilir. O, Abşeron yarımadasının şimal-qərb


hissəsində dəqiq geoloji planalma işləri aparır. Bununla yanaşı Şimali
Qobustanda da dəqiq geoloji xəritəalma işlərini davam etdirərək, xeyli
sayda təbii neft çıxışları aşkar edir.
1912-ci ildə Xilmilli kəndindən 4-5 km şərqdə 25,5 m
dərinliyində şurf qazılır və üst Təbaşirin Santon çöküntülərindən neft
axını alınır.
1915-ci ildə F.F.Osvald Böyük və Kiçik Qafqazın tektonik
quruluşunun öyrənilməsilə məşğul olur.
1916-cı ildə V.V.Boqaçov Acınohur rayonunda geoloji-
tədqiqat işləri aparır. O, rayonun stratiqrafiyası və Əlicançayla
Göyçay arasındakı sahənin tektonikası haqqında qısa məlumat verir.
V.V.Boqaçov ilk dəfə Ərəş yaylasının sinklinal xarakterli olduğunu
müəyyən edir.
1918-1920-ci illərdə Azərbaycanda 6 sahədə (Balaxanı-
Sabunçu-Ramana, Bibiheybət, Binəqədi, Xırdalan, Suraxanı, Pirallahı
adası) neft istismar olunurdu. Bu sahələrin heç birində neftin ehtiyatı
və tutduğu sahənin konturları müəyyən deyildi.
1920-ci ilə kimi Azərbaycanın ərazisində geoloji-xəritəalma
işləri 1100 km2 sahəni - Respublika ərazisinin 1,3%-ni əhatə etmişdi.
Qeyd etmək lazımdır ki, neftli-qazlı rayonların geomorfologiyası,
tektonikası və çöküntülərin litostratiqrafiyası aşağı səviyyədə
öyrənilmişdi. Ayrı-ayrı stratiqrafik kompleks çöküntülərinin
toplanmasının fiziki-coğrafi, geotektonik və geokimyəvi şəraitləri
ümumiyyətlə tədqiq edilməmişdi. 1920-ci ildə “Azərneft” geoloji-
kəşfiyyat bürosu yaradıldıqdan sonra, Azərbaycanın geologiyası və
neft-qaz yataqlarının öyrənilməsi istiqamətinin yeni dövrü başlanır.
1920-1930-cu illərdə İ.M.Qubkin, V.V.Boqaçov, V.V.Veber,
D.V.Qolubyatnikov, M.F.Mirçink, V.P.Renqatrten, S.A.Kovaleviski,

15
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

N.S.Şatski və başqaları tərəfindən Azərbaycan ərazisində geoloji


planalma və axtarış-kəşfiyyat işləri aparılır. Regional və lokal
kəşfiyyat işlərinin nəticəsində Böyük və Kiçik Qafqazın geoloji
quruluşu xeyli dəqiqləşdirilir. Bundan başqa Mezo-Kaynozoy
çöküntülərinin neft-qazlılığı müəyyən dərəcədə aydınlaşdırılır.
1922-ci ildə Bibiheybət buxtası sahəsinin neft-qazlılığı aşkar
edilir. Onun ardınca Balaxanı sahəsinin şimal-qərb hissəsində və
Sabunçu-Ramana sahəsində kəşfiyyat quyularının qazılmasına
başlanılır. Bunun nəticəsində 1927-ci ildə Abşeron yarımadasında neft
istehsalı 7657,5 min tona çatdırılır.
1924-cü ildə Qala kəndi yaxınlığında ilk axtarış quyusu
qazılır. Bir neçə quyu qazıldıqdan sonra rayonun çox mürəkkəb
geoloji quruluşa malik olduğu aydınlaşır, 1932-ci ildə bu sahədə
zəngin neft yatağı kəşf olunub istismara verilir.
Bununla yanaşı, 1925-ci ildən Puta, 1927-ci ildən Qaraçuxur
və Korgöz sahələrində axtarış qazmasına başlanılır. Bu dövrdə
Abşeron yarımadasından kənarda da, Aşağı Kür çökəkliyinin Neftçala
(1926), Şamaxı-Qobustan rayonunun Çeyildağ (1927), Gəncə
rayonunun Naftalan sahələrində (1931) geniş kəşfiyyat qazıma
işlərinin aparılmasına başlanılır.
Qazıma işlərinin nəticəsində 1926-cı ildə Puta, 1928-ci ildə
Qaraçuxur neft yataqları, 1931-ci ildə Neftçala, 1932-ci ildə Korgöz
və Lökbatan neft yataqları kəşf olunub istismara verilir.
1930-1940-cı illər Azərbaycanda geoloji, axtarış-kəşfiyyat və
elmi-tədqiqat işlərinin xeyli dərəcədə genişlənməsi ilə səciyyələnir.
1930-cu ildən sonra Azərbaycan ərazisinin çox hissəsi geoloji-
xəritəalma işləri ilə əhatə olunur. Əsas neftli-qazlı zonalarda dəqiq
xəritəalma işləri aparılır.

16
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Bu işlərin və qazılan quyuların məlumatlarına, eyni zamanda


aerofotoçəkilişlərin və ayrı-ayrı sahələrdə, adalarda çöküntülərin
yerüstü çıxışlarının öyrənilməsi nəticəsində Abşeron yarımadasının
sahilyanı zonasının, Abşeron və Bakı arxipelaqlarının xeyli hissəsinin
geoloji xəritəsi tərtib olunur.
1931-ci ildə Q.Ə.Əlizadə və Y.A.Prozoroviç tərəfindən
Acınohur rayonunda Məhsuldar Qat çöküntülərinin flora və faunası,
onların yayılma sahəsi öyrənilir. Həmin ildə V.V.Veber Şamaxı və
Acınohur düzənlikləri arasındakı sahənin Kaynozoy çöküntülərinin
stratiqrafiyası, tektonikası və neftliliyini tədqiq edir. Bu ildə Şamaxı-
Qobustan və Ləngəbiz-Gürcüvan zonasının geoloji xəritəalma işlərinə
başlanılır.
1932-1933-cü illərdən başlayaraq, dərin qatlarda çöküntülərin
yatım şəraitlərinin öyrənilməsində geofiziki kəşfiyyat üsulları geniş
yer alır. Axtarış-kəşfiyyat və elmi-tədqiqat işləri əsasən Şərqi
Azərbaycanda neft-qazlılığın, Böyük və Kiçik Qafqazın ayrı-ayrı
sahələrində Mezozoy çöküntülərinin litostratiqrafiyası və neftliliyinin
öyrənilməsi istiqamətində aparılır.
Abşeronun ayrı-ayrı sahələrində aparılan axtarış-kəşfiyyat və
qazıma işləri nəticəsində 1935-ci ildə Zığ, 1936-cı ildə Qızıltəpə,
1937-ci ildə Şonqar və 1938-ci ildə Qaradağ sahələrində zəngin neft
yataqları aşkar edilərək istismara verilir.
1936-cı ildə Abşeron yarımadasının Qala sahəsində stratiqrafik
tipli neft yatağı aşkar edilir. 1939-cu ildə belə yataqlar Yasamal
dərəsi, Çaxnaqlar, Bibiheybət və s. sahələrdə də kəşf olunur.
İ.M.Qubkin (1934) və M.F.Mirçinkin (1935) elmi əsərlərində
Cənub-Şərqi Qafqazın Mezo-Kaynozoy çöküntülərinin stratiqrafiyası,
tektonikası və neftlilik məsələləri geniş işıqlandırılır. Bu illər ərzində
geoloji planalma işləri əsasən Xəzəryanı-Quba, Abşeron, Şamaxı-

17
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Qobustan və Acınohur rayonlarında İ.M.Qubkin, M.F.Mirçink,


V.V.Veber, S.A.Kovaleviski, Ə.Ə.Əlizadə, V.Y.Xain, İ.İ.Mullayev,
Y.Y.Dmitriyev, N.B.Vassoyeviç, A.L.Putkaradze, Ə.Ş.Şixəlibəyli və
b., Kiçik Qafqazda isə M.M.Əliyev, A.N.Solovkin, V.P.Renqarten,
İ.N.Sitkovski, M.İ.Varentsov, V.Y.Xain, Ə.Ə.Əlizadə, L.N.Leonov,
Ş.Ə.Əzizbəyov, V.V.Tixomirov və b. tərəfindən yerinə yetirilir.
1930-1940-cı illərdə V.V.Fediniski, V.F.Yerofeyev, A.N.Kornev
və b. tərəfindən Cənub-Şərqi Qafqazda, Mezozoy çöküntülərinin yer
səthinə çıxdığı sahələrdə, kiçik həcmli çöl geofiziki işlər aparılır.
Mezozoy çöküntüləri kəsilişində Alb mərtəbəsinin Külüllü
qumdaşıları əsas neftli obyekt hesab olunduğundan, onların
neftliliyini öyrənmək məqsədilə Cənub-Şərqi Qafqazda bir neçə
axtarış-kəşfiyyat quyuları qazılır. 1935-1936-cı illərdə Qərbi
Abşeronda da bu məqsədlə, Binəqədi sahəsində 208 və 223 saylı
axtarış quyusunun qazılmasına başlanılır. Lakin hər iki quyu texniki
səbəbdən ləğv olunur.
1940-cı ildə Xəzəryanı-Quba rayonunda aparılan kəşfiyyat
işləri nəticəsində Siyəzən-Nardaran sahəsində Maykop çöküntülərində
sənaye əhəmiyyətli neft yatağı aşkar edilir. Artıq 1940-cı ildə
Azərbaycanda neft istehsalı 22 milyon tona çatdırılmışdı.
Geoloqların gərgin əməyi nəticəsində 1941-ci ildə Buzovna-
Maştağa neft yatağı kəşf olunaraq istismara verilir. 1940-1942-ci
illərdə Şurabad sahəsində Mezozoy çöküntülərinə 4 quyu qazılır.
Quyuların qazılması nəticəsində Alb mərtəbəsinin Küllulü
horizontunda çox da böyük olmayan neft yatağı aşkar edilir.
Mezozoy çöküntülərinin yayıldığı sahələrdə lokal strukturların
aşkar edilməsi məqsədilə Xəzəryanı-Quba, Abşeron, Yevlax-
Ağcabədi və Şamaxı-Qobustan rayonlarında dəqiq geofiziki tədqiqat
işləri (İ.O.Simelzon, T.İ.Yaştaykin, D.L.Tereşko, V.N.Rudnev,
18
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

M.Y.Şerman, B.D.Trebukova, A.Q.Pospelov və b.) aparılır. Tədqiqat


işlərinin nəticəsində Xəzəryanı-Quba, Yevlax-Ağcabədi rayonları və
Aşağı Kür çökəkliyində bir neçə gömülmüş Mezozoy qalxımları aşkar
edilir.
Kiçik Qafqaz regionunda Təbaşir çöküntülərinin litoloji-
stratiqrafik xüsusiyyətlərinin öyrənilməsi və ayrı-ayrı zonaların
geoloji xəritəsinin tərtib olunması ilə Ş.Ə.Əzizbəyov (1947),
V.Y.Xain (1947), M.M.Əliyev (1954), A.Y.Xəlilov (1959),
R.Ə.Xələfova (1946), R.N.Abdullayev (1963) və b. məşğul olmuşlar.
1944-cü ildən başlayaraq dəniz sahillərində aparılan kəşfiyyat
işləri nəticəsində Çilov adası, Gürgan və Neft Daşları sahələrinin
neftliliyi aşkar olunur. 1949-1950-ci illərdə isə bu sahələrin sənaye
əhəmiyyətli neftliliyi sübuta yetirilir.
1950-ci ildən Mezozoy strukturlarının axtarış-kəşfiyyat
qazımasına hazırlanması məqsədilə Şamaxı-Qobustanda F.Ə.Şirinov,
T.A.Qorşenin, Cənub-qərbi Abşeronda İ.P.Jabrev, Xəzəryanı-Quba
rayonunda A.N.Şardanov, İ.H.Hüseynzadə, B.B.Məmmədov, Böyük
Qafqazın cənub yamacında B.M.İsayev, R.A.Əliyev, Kiçik Qafqaz
regionunda Ş.Ə.Əzizbəyov, Ə.Ş.Şixəlibəyli, R.N.Abdullayev və b.
tərəfindən dəqiq geoloji xəritəalma işləri aparılır.
1951-ci ildə Şamaxı-Qobustan rayonunun Umbakı sahəsində
Maykop çöküntülərində neft yatağı kəşf olunub istismara verilir.
1954-cü ildə Aşağı Kür çökəkliyinin Kürovdağ sahəsində Abşeron
çöküntülərində, 1955-ci ildə isə Məhsuldar Qatın üst horizontlarında
zəngin neft və qaz yataqları kəşf olunur. 1956-1958-ci illərdə
Lökbatan və Qaradağ sahələrində qaz-kondensat yataqları aşkar edilir.
1955-1965-ci illərdə Abşeron arxipelaqında aparılan axtarış-
kəşfiyyat işləri nəticəsində Gürgan-dəniz, Darvin küpəsi, Palçıq

19
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

pilpiləsi, Qum adası və b. sahələrdə böyük ehtiyata malik neft


yataqları kəşf edilərək istismara verilir. Bununla yanaşı, Qaradağ,
Quşxana və Lökbatan strukturlarının qanadlarında VII horizont
(“Fasilə” lay dəstəsi), Qırməkiüstü qumlu və Qırməkialtı lay
dəstələrinin neft-qazlılığı təsdiq olunur.
1958-ci ildə Xəzəryanı-Quba rayonunun Zəyli sahəsində
qazılan quyularda Paleogen-Miosen çöküntülərinin neft-qazlılığı
təsdiq olunur.
1959-1970-ci illərdə Ə.Ə.Əlizadə, H.Ə.Əhmədov,
M.M.Zeynalov, N.T.Haqverdiyev, M.Ə.Rzayev və b. tərəfindən
Xəzəryanı-Quba, Şamaxı-Qobustan rayonlarında, eyni zamanda
Böyük Qafqazın cənub, Kiçik Qafqazın şimal-şərq yamaclarında və
Naxçıvan Muxtar Respublikasında Mezozoy çöküntülərinin kəsilişləri
öyrənilir.
Mezozoy çöküntülərinin neft-qazlılıq perspektivliyinin
rayonlaşdırılması aparılaraq, Təbaşir və Yura çöküntüləri üzrə neft-
qazlılığı ehtimal olunan strukturları kəşfiyyat qazıması aparılması
üçün təklif edilir.
1960-1969-cu illərdə Xəzəryanı-Quba rayonunun Bəyimdağ-
Təkçay, Keşçay və Yalama sahələrində bir neçə quyu qazılır.
Quyuların qazılması və sınaq işləri zamanı neft-qaz təzahürləri qeyd
olunub.
1961-1971-ci illər ərzində Xudat sahəsində 6 axtarış-kəşfiyyat
quyusu qazılır. Məlum olur ki, qalxımın cənub-qərb qanadında
Sarmat, Konk, Karaqan, Çokrak, Eosen və Paleosen çöküntüləri
yuyulmaya məruz qaldığından kəsilişdə iştirak etmir. 2 saylı quyunun
nəticəsi göstərir ki, bu sahədə Məhsuldar Qat Çokrakın, Maykop
çöküntüləri isə Danimarka və ya Turon mərətəbəsinin yuyulmuş
səthlərini qeyri-uyğun örtürlər.

20
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

1965-1968-ci illərdə Şorbulaq sahəsindən və Güzdək


muldasından şimal-şərqdə aparılan seysmik kəşfiyyat işləri
nəticəsində Təbaşir, Paleogen-Miosen və Pliosen çöküntü
kompleksləri arasında struktur uyğunsuzluğun olduğu müəyyən edilir.
1967-1968-ci illərdə aparılan dəqiq qravimetrik xəritəalma işləri
nəticəsində Güzdək muldasını əhatə edən antiklinal strukturların lokal
qravitasiya minimumlarına uyğun olduğu müəyyən edilir.
1966-1977-ci illərdə Cənubi Qobustanda üst Təbaşir və
Paleogen çöküntülərinin kəsilişlərini və neft-qazlılığını öyrənmək
məqsədilə 14 dərin parametrik və axtarış quyusu qazılır. Lakin layihə
dərinliyinə (5000-5500 m) çatdırılan quyulardan heç biri Təbaşir
çöküntülərini aça bilməmiş, Eosen çöküntülərini isə müəyyən
qalınlıqda açmışdır.
1969-1976-cı illərdə Qobustanın bir sıra sahələrində geofiziki
tədqiqat işləri yerinə yetirilir. Sahə çox mürəkkəb quruluşa malik
olduğundan, aparılan tədqiqat işləri nəticəsində əsasən antiklinalların
qanadları, periklinal hissələri və sinklinallarının quruluşları Miosenin
səthinə qədər öyrənilir.
1970-ci ildə Zeyvə sahəsində qazılan quyu Paleosen, Eosen və
Maykop çöküntülərinin neft-qazlılığını aşkar edir. Daha sonra
Siyəzən monoklinalında Danimarka çöküntülərinin neftliliyi aşkar
olunur.
1970-1982-ci illərdə Tələbi sahəsində 7, Qaynarca sahəsində
isə 11 axtarış-kəşfiyyat quyusu qazılır. Tələbi sahəsində qazılan 12,
14 və 15 saylı quyular Sarmat çöküntülərini açaraq, 4345-4664 m
dərinliklərdə orta Yura argillitlərinə daxil olurlar. 12 saylı quyuda
4533-4570 m intervalından (Sarmat) sınaq zamanı 40 m 3/gün su ilə
birlikdə az miqdarda ağır neft alınır. Qaynarca sahəsində qazılan 13,
19, 21 və 22 saylı quyular müvafiq olaraq 5200, 5370, 5189 və 5104 m

21
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

dərinliklərdə Maykop çöküntülərini tam açmır. Burada Paleogen-


Miosen çöküntülərinin böyük qalınlığa və dik yatıma malik olduğu
məlum olur. Bəzi quyularda Sarmat çöküntülərindən zəif neft-qaz
təzahürləri, 13 və 21 saylı quyularda isə sınaq zamanı Oliqosen-
Miosen çöküntülərindən neft-qaz axını alınır.
1974-1975-ci illərdə ümumi dərinlik nöqtəsi üsulu (ÜDNÜ) ilə
Saray, Fatmayı, Kürdəxanı sahələrində tədqiqat işləri aparılır və
Kürdəxanı sahəsinin Oliqosen-Miosen çöküntüləri üzrə geoloji
quruluşu dəqiqləşdirilir.
1975-ci ildə elektrik kəşfiyyat üsulu ilə Göytəpə-Corat-
Ziyilpiri sahələrinin geoloji quruluşu müəyyən dərəcədə
dəqiqləşdirilir.
1973-1980 və 1982-1983-cü illərdə Qaradağ və Lökbatan
strukturlarının şimal qanadlarında Miosen çöküntülərinin neft-qazlılığını
öyrənmək məqsədilə qazılan quyulardan müsbət nəticələr alınır.
1974-1978-ci illərdə Cənub-şərqi Qobustanın Miosen
çöküntülərinin kəsilişini və neft-qazlılığını öyrənmək məqsədilə dərin
axtarış qazması aparılır. Duvannı sahəsində Pliosen qalxımının tağ
hissəsində qazılan, layihə dərinliyinə 4300 m olan 70 saylı quyu Pont
çöküntülərini keçərək 2500 m dərinlikdə Miosen çöküntülərini açır və
onun kəsilişini 500 m-ə qədər öyrənməyə imkan verir.
1972-ci ildən başlayaraq, Azərbaycan Elmi-Tədqiqat
Geofizika İnstitutu tərəfindən Orta Kür çökəkliyinin ayrı-ayrı
sahələrində, 1975-1976-cı illərdə isə onun şərq və qərb yamacında
çökəkliyin geoloji quruluşunu dəqiqləşdirmək, lokal strukturları aşkar
etmək və onların neft-qazlılığını proqnozlaşdırmaq məqsədilə,
V.Q.Qədirov, F.İ.Əliyev, S.Q.Məmmədov, A.Q.Novruzov, A.S.Həsənov
və b. tərəfindən yüksək dəqiqliyə malik qravimetrik tədqiqat işləri
aparılır və Mezozoy qalxımlarına aid edilən lokal anomaliyalar ayrılır.

22
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

1976-cı ildə ÜDN üsulu ilə aparılan seysmik-kəşfiyyat işləri


nəticəsində Yevlax-Ağcabədi çökəkliyində 30-a qədər qalxım aşkar
edilir. 1985-ci ildən isə həmin üsulla strukturların bir çoxu axtarış-
kəşfiyyat qazmasına hazırlanır.
1980-cı ildə aparılan qazıma işləri nəticəsində Zəyli-Zeyvə
sahəsinin sənaye əhəmiyyətli neft-qazlılığı müəyyən olunur.
1980-1987-ci illərdə Masazır sahəsində qazılan quyular
Diatom çöküntülərində kiçik həcmli neft yatağını aşkar edir.
1985-ci ildən başlayaraq ÜDN üsulu ilə aparılan işlər
nəticəsində Kür və Qabırrı çaylararası rayonun bir çox sahələri dərin
kəşfiyyat-qazımasına hazırlanır.
1984-1987-ci illərdə Acınohur rayonunda gömülmüş tektonik
vahidləri aşkar etmək, Mezozoy çöküntülərinin geoloji quruluşunu
öyrənmək, qravitasiya sahəsi və lokal anomaliyaların geoloji təbiətini
aydınlaşdırmaq məqsədilə dəqiq qravimetrik xəritəalma işləri yerinə
yetirilir.
1987-1989-cu illərdə Sulutəpə sahəsində 12 kəşfiyyat quyusu
qazılır və Miosen çöküntülərindən 0,5-1 t/gün hasilatla neft alınır.
Yevlax-Ağcabədi çökəkliyində Beyləqan, Sovetlər, Borsunlu,
Şərqi Ağcabədi, Qazanbulaq və s. sahələrdə dərin qazıma işləri
aparılır. Sovetlər sahəsində qazıma işləri zamanı üst Təbaşir
çöküntülərinin çatlı əhəngdaşılarında sınaq işləri zamanı gündəlik
hasilatı 10-15 t neft, 50-70 min m3 qaz və 350-450 m3 su alınır.
Yevlax-Ağcabədi çökəkliyində aparılan qazıma işləri
nəticəsində, şimal istiqamətində, Kür çökəkliyinə doğru, çatlı
karbonatlı çöküntülərin qalınlığının kəsilişdə vulkanik-çökmə
süxurların iştirak etməməsi hesabına artması qeyd olunur. Bu dövrdə
qazıma işləri Kiçik Qafqazdan bir qədər aralı Sovetlər, Muradxanlı,
Borsunlu və s. istiqamətində olan sahələrə yönəldilir.

23
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Axtarış və kəşfiyyat işləri nəticələrinə və quyu məlumatlarına


əsasən məlum olub ki, Yevlax-Ağcabədi çökəkliyində üst Təbaşir
çöküntülərində yüksək məhsuldarlığa malik kollektorlar mövcuddur.
Borsunlu sahəsində qazılan 1 saylı parametrik quyu üst Təbaşir
çöküntülərinin çatlı əhəngdaşılarını 850-890 m qalınlığında açır və
qazıma zamanı ayrı-ayrı intervallardan güclü neft-qaz təzahürləri
qeydə alınır. Carlı və Sor-Sor sahələrində də qazılan quyular üst
Təbaşir çöküntülərinin çatlı əhəngdaşılarını açır.
1988-1990-cı illərdə Aşağı Kür çökəkliyində aparılan
seysmik-kəşfiyyat işləri nəticəsində Paleogen-Miosen çöküntülərinin
geoloji quruluşu xeyli dəqiqləşdirilir.
1976-1978, 1980 və 1995-1996-cı illərdə aparılan ÜDN üsulu
ilə həyata keçirilən seysmik kəşfiyyat işləri nəticəsində Paleogen-
Miosen çöküntülərinin quruluşu 6-7 km dərinliyə qədər öyrənilir.
1988-1995-ci illərdə AzNQSDETLİ və “Azərneftgeofizika”
Trestində yataq tipli anomaliyaların öyrənilməsi istiqamətində işlər
aparır. Bu işlər Yevlax-Ağcabədi çökəkliyinin Zərdab, Muradxanlı,
Carlı, Tərtər, Ağcabədi sahələrini və Kür-Qabırrı çaylararası rayonun
Tərsdəllər sahəsini əhatə edir.
1990-cı ildən başlayaraq, Cənubi və Mərkəzi Qobustanda
xarici texnika və texnologiyanın tətbiqi ilə aparılan seysmik kəşfiyyat
işləri nəticəsində dərində yatan çöküntülərin quruluşu haqqında yeni
məlumatlar əldə olunur.
1991-ci ildə “Kəşfiyyatgeofizika” Tresti tərəfindən ÜDNÜ ilə
Acınohur mümkün neftli-qazlı rayonunun Qərbi Daşyüz-Qüdbərəkdağ,
Əlicançay-Türyançay çaylararası və Şamaxı-Qobustan NQR-nin
Ütəlki, Çeyilaxtarma sahələrində Paleogen-Miosen çöküntülərinin
geoloji quruluşunu dəqiqləşdirmək məqsədilə seysmik kəşfiyyat işləri
aparılır.

24
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

1991-1992-ci illərdə AzNSETLİ-də “Azərbaycan ərazisində


kompleks planın tətbiq edilməsi üçün axtarış-kəşfiyyat işlərinin
nəticələrinin təhlili və geoloji-kəşfiyyat işlərinin əsas istiqamətləri”
mövzusunda elmi-tədqiqat aparılır.
1992-1993-cü illərdə Yevlax-Ağcabədi NQR-nin Şirvanlı-
Tərtər-Təzəkənd, Borsunlu-Qazanbulaq, Naftalan,Şirvanlı-Əyricə,
Şamaxı-Qobustan NQR-nin Hacıvəli-Şıxzəyirli, Yavannıdağ-Şıxıqaya,
Cənubi Ütəlgi-Nardaranaxtarma, Aşağı Kür NQR-nin Pirsaat-
Qoturdağ-Ayrantökən, Qabırrı-Acınohur NQR-nin Saloğlu-Candarğöl,
Göllük-Bozarx-Durğun,Girzan-Gödəkbaş-Elçin sahələrində yataq tipli
anomaliyaların öyrənilməsi məqsədilə ÜDN üsulu ilə seysmik
kəşfiyyat işləri aparılır.
1993-cü ildə Cənub-qərbi Qobustanın bəzi sahələrində
seysmik kəşfiyyat işləri aparılır. Nəticədə kəşfiyyat sahəsində
Miosen-Pliosen çöküntülərinin tektonikasını əks etdirən dərinlik
kəsilişləri və sxematik struktur xəritələri qurulur.
1993-1994-cü illərdə “Kəşfiyyatgeofizika” Tresti tərəfindən
Məmmədabad - Kürd - Nəsimikənd - Ağaməmmədli – Hacıqasımlı və
Qaraca-Şıxlıarx sahələrində dəqiq qravimetrik kəşfiyyat işləri aparılır.
Alınan məlumatlar əsasında Mezozoy çöküntülərinin tektonik
quruluşunu əks etdirən sxem tərtib edilir. Həmin illərdə aparılan
maqnit kəşfiyyat işləri nəticəsində Mezozoy yaşlı vulkanik süxurlarla
əlaqədar olan Sərkər, Bozdağqarşısı, Erkeç və Bəhmənli maqnit
maksimumları da aşkar edilir.
1993-1994-cü illərdə AzNSETLİ tərəfindən “Kür və Qabırrı
çaylararası sahələrin neft-qazlılıq perspektivliyinin kompleks
qiymətləndirilməsi və axtarış-kəşfiyyat işlərinin səmərəliliyinin
artırılması üçün rasional üsulların və təkliflərin hazırlanması”
mövzusunda elmi-tədqiqat işi yerinə yetirilir.

25
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

1995-ci ildə “Kəşfiyyatgeofizika”Tresti tərəfindən Şamaxı-


Qobustan və Aşağı Kür NQR-lərini əhatə edən Daşmərdan-Tuva,
Tağılı-Şıxzəyirli və Kəlaməddin-Mərəzə profillərində elektrik
kəşfiyyatı, Solaxay-Daşmərdan sahəsində seysmik kəşfiyyat işləri
aparılır.
1995-1996-cı illərdə AzNSETLİ tərəfindən “Aşağı Kür
çökəkliyinin şimal-şərq hissəsində və qonşu Ələt tektonik zonasında
aparılan geoloji-kəşfiyyat işlərinin təhlili və perspektivli sahələrin
təyini”, 1996-1997-ci illərdə və “Aşağı Kür çökəkliyinin şimal-şərq
hissəsində və qonşu Ləngəbiz tektonik zonasında aparılan geoloji-
kəşfiyyat işlərinin təhlili və perspektivli sahələrin təyini” mövzusunda
elmi-tədqiqat işləri yerinə yetirilərək sahənin geoloji quruluşu xeyli
dəqiqləşdirilir, MQ-nin VII horizontu və QA lay dəstəsinin dabanına
görə struktur, qalınlıq və qumluluq xəritələri tərtib edilir.
1996-cı ildə “Kəşfiyyatgeofizika” Tresti tərəfindən Şamaxı-
Qobustan NQR-nin Udullu-Qaracüzlü-Güngörməz-Çayqurbançı profili
üzrə elektrik kəşfiyyatı işləri, Aşağı Kür NQR-nin Bəridaş-Kiçik
Hərami-Qalmaz sahələrində isə seysmik kəşfiyyat işləri aparılaraq
dərində yatan çöküntülər haqqında yeni məlumatlar əldə olunur.
1996-cı ildə aparılan geofiziki tədqiqatlar nəticəsində Yevlax-
Ağcabədi çökəkliyi, Gəncə-Muğan monoklinalında seysmik kəşfiyyat
üsulu ilə dərin qazımaya tövsiyə olunan 30 struktur hazırlanmış
meyarlar əsasında təhlil edilib ümumiləşdirilmiş, Ağaməmmədli,
Şimali Naftalan, Gödəkboz, Həmişəxanlı, Muğanlı sahələri ilk növbədə
dərin kəşfiyyat qazımasına təklif olunmuşdur.
1997-ci ildə kompleks geofiziki üsulların tətbiqi ilə Aşağı Kür
çökəkliyinin Rəhimli sahəsində yataq tipli anomaliya aşkar edilir və
ehtimal olunan neft-qaz yatağının dərinliyi (4,5 km) təyin olunur. Eyni
zamanda, alt Təbaşir çöküntülərinə aid edilən qalxım da aşkar edilir.

26
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

1995-1998-ci illərdə “Kəşfiyyatgeofizika” Tresti tərəfindən


aparılan qravimetrik tədqiqat işlərinin nəticələrinə əsasən Naxçıvan
MR ərazisində Arazyanı zonanın Naxçıvan törəmə muldasından və
onun iki hissəyə ayırdığı Şərur və Culfa antiklinoriumlarından ibarət
olduğu aydınlaşdırıldı. Bu illərdə seysmik kəşfiyyatın ÜDN üsulu ilə
aparılan tədqiqat işləri nəticəsində Eosenin daxilində və Maykopun
üst hissəsində izlənən seysmik horizontlarına görə sxematik struktur
xəritələr tərtib edilir.
1997-ci ildə Şamaxı-Qobustan NQR-nin Torağay-Solaxay-
Daşgil sahələrində seysmik kəşfiyyat və Yevlax-Ağcabədi NQR-nin
Ağaməmmədli-Hacıqasımlı sahəsində MTZ üsulu ilə elektrik kəşfiyyat
işləri aparılmışdır.
1998-ci ildə Lənkəran mümkün NQR-nin Tumarxanlı-Uzuntəpə
sahəsində elektrik kəşfiyyatı işləri, Yevlax-Ağcabədi NQR-nin Əmirarx
sahəsində və Naxçıvan NQR-nin Böyükdüz, Xanlıqlar sahələrində
seysmik kəşfiyyat işləri aparılır.
1998-1999-cu illərdə AzNSETLİ-də Abşeronda Paleogen-
Miosen çöküntülərinin neft-qazlılığının araşdırılması məqsədilə “Qərbi
Abşeronda Paleogen-Miosen çöküntü kompleksinin öyrənilməsi
məqsədilə geoloji-kəşfiyyat işləri nəticələrinin təhlili və yeni perspektivli
sahələrin müəyyənləşdirilməsi” mövzusunda elmi-tədqiqat aparılır.
1999-2000-ci illərdə “Kəşfiyyatgeofizika” Tresti tərəfindən
Yevlax-Ağcabədi NQR-nin Pirəzə sahəsində üçölçülü seysmik
kəşfiyyat işləri yerinə yetirilir.
1999-cu ildə geofiziki tədqiqat üsulları ilə Əmirxanlı sahəsində
seysmik profillər üzrə Paleogen çöküntülərinin yayılma sahəsi təyin
edilir, təxminən 4300-5500 m dərinlikdə onların sürət xarakteristikası
dəqiqləşdirilir, litofasial tərkibi, məsaməliliyi öyrənilir və neftlilik-
qazlılıq baxımından məhsuldarlığı proqnozlaşdırılır.

27
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

1999-cu ildə Lənkəran mümkün NQR-nin Uzuntəpə sahəsində


MTZ üsulu ilə elektrik kəşfiyyatı, Aşağı Kür NQR-nin Xıdırlı-
Bəndovan və Naxçıvan NQR-nin Çeşməbasar-Qahab-Keçəltəpə
sahələrində seysmik kəşfiyyat işləri aparılır.
2000-ci ildə “Kəşfiyyatgeofizika” Tresti tərəfindən Şamaxı-
Qobustan NQR-nin Daşmərdan-Güngörməz-Kolanı və Naxçıvan NQR-
nin Çeşməbasar, Şahtaxtı-Qıvraq sahələrində seysmik kəşfiyyat işləri
aparılır.
2000-ci ildən başlayaraq AzNSETLİ-nin laboratoriyalarında
Azərbaycanın quru ərazisindəki neftli-qazlı rayonlarının Mezokaynozoy
kompleksinin neft-qazlılıq perspektivliyini araşdırmaq və axtarış-
kəşfiyyat işlərinin istiqamətlərini müəyyən etmək məqsədilə tədqiqat
işləri aparılır. Bu illərdə “AzNSETLİ tərəfindən vaxtilə təklif olunan,
lakin icra olunmayan axtarış-kəşfiyyat işlərinin aktuallığı və son illərdə
alınan geoloji-geofiziki məlumatlardan istifadə etməklə 2001-2005-ci
ilə axtarış-kəşfiyyat işlərinin geniş həcmli proqramının hazırlanması”
(2000), “Respublikanın quru sahələrində Mezozoy çöküntülərində
aparılmış axtarış-kəşfiyyat işlərinin təhlili, nəticəsizliyin səbəbləri və
onun neft-qazlılıq perspektivliyinin müəyyənləşdirilməsi, yeni
təkliflərin hazırlanması” (2001), “Azərbaycanın Mezokaynozoy çöküntü
hövzələrinin paleotektonik, paleocoğrafi və termodinamik
xüsusiyyətlərinə görə neft və qazlılıq perspektivliyinin əsaslandırılması”
(2002-2003), “Azərbaycanda Paleogen-Miosen çöküntülərinə aparılmış
axtarış-kəşfiyyat işlərinin nəticələrinin təhlili və bu çöküntülərə
aparılacaq axtarış-kəşfiyyat işlərinin səmərəliyinin artırılması üzrə
təkliflərin hazırlanması” (2004), ''Azərbaycanın quru ərazisində
Mezozoy çöküntüləri ilə əlaqədar neftli-qazlı tələlərin inkişaf
zonalarının araşdırılması, neft-qazlılıq perspektivliyinin müəyyən
edilməsi və axtarış-kəşfiyyatın səmərəli istiqamətləri üzrə təkliflərin

28
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

hazırlanması'' (2005) elmi-tədqiqat işləri yerinə yetirilir. Bu işlərin


nəticəsində neftli-qazlı rayonların ayrı-ayrı çöküntü kompleksləri üzrə
struktur, qalınlıq, qumluluq xəritələri və profillər qurulur.
2001-2002-ci illərdə “Kəşfiyyatgeofizika” Tresti tərəfindən
Xəzəryanı-Quba NQR-nin Xaçmaz-Niyazoba, Bəyimdağ-Təkçay,
Tuğçay-Hacı Zeynalabdin və Lənkəran mümkün NQR-nin Uzuntəpə,
Qırmızıkənd, Tumarxanlı-Qızılağac sahələrində geofiziki kəşfiyyat
işləri aparılır. Bəyimdağ-Təkçay, Tuğçay-Hacı Zeynalabdin sahələrində
seysmik kəşfiyyatın müasir üsulları ilə aparılan tədqiqat işləri
nəticəsində alt Təbaşirin yuxarılarına uyğun gələn I və alt Təbaşirin
daxilində olan II seysmik horizontlar üzrə sxematik struktur xəritələr və
profil kəsilişləri tərtib edilmişdir.
2001-ci ildə kompleks geofiziki tədqiqat (seysmoqravimetrik)
üsulları ilə Nəvahi sahəsinin şimal-şərq və şərq hissələrində birbaşa
axtarış üsulları ilə yerinə yetirilən çöl planalma işləri əsasında
Məhsuldar Qat çöküntülərinin yuxarılarında I-I1 horizontları arasında
müxtəlif lay dəstələrinin pazlaşma zonalarına aid edilən və bir-birindən
ayrı iki sahədə, “yataq tipli anomaliya”lar (YTA) aşkar edir. Müəyyən
edilmişdir ki, Nəvahi sinklinalının mərkəzindən şimal-şərq tərəfdə
yerləşmiş birinci “YTA” təxminən 3200 m, ikinci isə 1800 m dərinliyə
uyğun gəlir.
2002-ci ildə geofiziki tədqiqatlar nəticəsində Yevlax-Ağcabədi,
çökəkliyinin cənub-qərb yamacında Eosen və Maykop çöküntüləri
daxilində qeyri-antiklinal tipli tələlər aşkar edilir. Tələlərin neft-qaz
perspektivliyini öyrənək üçün pazlaşma zonalarında yerləşən
çöküntülərin qalınlıq xəritəsi və paleogeoloji kəsilişlər tərtib edilmişdir.
Ağcabədi-Beyləqan və Ağgöl-Sovetlər sahələrində Eosen və Təbaşir
çöküntüləri üzrə kollektor xüsusiyyətlərinə malik laylar ayrılmışdır. Bu
laylar məsaməliliyin, çöküntülərin litofasial tərkibinin analizi, seysmik

29
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

dalğa mənzərəsinin dinamik və kinematik xüsusiyyətlərinin, eyni


zamanda, çöküntülərin çökmə şəraitinin təhlili nəticəsində seçilmişdir.
2004-2005-ci illərdə “Kəşfiyyatgeofizika” Tresti tərəfindən
Aşağı Kür çökəkliyinin Bəndovan sahəsində seysmik kəşfiyyat işləri
aparılır.
2004-cü ildə Nəvahi çökəkliyinin cənub-qərb və cənub-şərq
hissələrində MQ-nin yuxarılarına aid edilən “YTA”aşkar edilir.
2005-ci ildə Xəzəryanı-Quba NQR-nin Şurabad sahəsində
seysmik kəşfiyyat işləri aparılır.
2005-ci ildə geofiziki məlumatların təhlili əsasında “P” seysmik
horizontundan aşağı interval üçün dərinlik kəsilişləri qurulur və Təbaşir
çöküntülərinin aşağılarının 6,3 km dərinliyə qədər çox mürəkkəb
geoloji quruluşa malik olduğu müəyyən edilir. Zərdab sahəsində bu
intervalda üst və alt Təbaşirə aid edilən, müxtəlif quruluşlu iki struktur
mərtəbə qeydə alınır.
2006-cı ildə geofiziki tədqiqatlar nəticəsində Xəzəryanı-Quba
NQR-də Mezokaynozoy kompleksi çöküntülərində karbohidrogenlərin
əmələgəlmə mənbələri və miqrasiya yolları təyin edilmiş, əsas
kollektorlar və perspektivli sahələr ayrılmış, perspektivli antiklinal və
potensial qeyri-antiklinal tələlər ayrılıb qiymətləndirilmişdir.
2007-ci ildə geofiziki tədqiqatın müasir üsulları ilə Yevlax-
Ağcabədi NQR-nin Muradxanlı və ona qonşu sahələrdə Mezozoy
çöküntülərinin daxili geoloji quruluşu öyrənilir, Təbaşirdaxili
çöküntülərə uyğun gələn sxematik struktur xəritə qurulur. İlk dəfə
olaraq, Muradxanlı və Söyüdlər sahəsində Təbaşirdaxili çöküntülərə
uyğun gələn, tağ hissələrində müvafiq olaraq 4300 m və 4800 m-lik
izohipslə qapanan struktur qalxımlar aşkar edilir.
Aşağı Kür NQR-nin Bəndovan strukturunun cənub-qərb və tağ
hissələrində Pliosen çöküntülərinin geoloji quruluşu öyrənilr, müxtəlif

30
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

horizontlara uyğun gələn struktur xəritələr qurulur və yeni tektonik


elementlər aşkar edilir. Məlumatların kompleks təhlili nəticəsində sahə
üzrə çöküntülərin litofasial tərkibinin və kollektor xüsusiyyətlərinin
paylanma qanunauyğunluğu öyrənilir, ilk dəfə olaraq strukturun cənub-
qərb qanadında Ağcagilin alt laylarının pazlaşma zonalarına aid olunan
“YTA” aşkar edilir.
2007-2008-ci illərdə Xəzəryanı-Quba NQR-nin Bəyimdağ-
Təkçay sahəsində seysmik kəşfiyyatın müasir üsulları ilə tədqiqat işləri
aparılaraq, alt Təbaşirin Hoteriv mərtəbəsinə aid edilən II və Valanjin
mərtəbəsinə aid edilən III seysmik horizontlar üzrə sxematik struktur
xəritələr və profil kəsilişləri tərtib edilir.
2008-ci ildə qravimetrik, maqnitometrik və seysmik üsulların
komplektləşdirilməsilə Cəfərli strukturundan CŞ istiqamətdə yerləşən
sahələrin geoloji quruluşu dəqiqləşdirilmiş, çöküntülərin neft-qazlılığı
proqnozlaşdırılmışdır.
Mezozoy çöküntülərinin səthi üzrə qravimetrik məlumatlar
əsasında qurulan struktur xəritədə Oruclu strukturundan cənub-şərqdə
yeni lokal qalxımlar və eyni zamanda xarakterik lokal qravitasiya
minimumları öz əksini tapırlar. Pənahlı və Oruclu sahələrində neftlilik-
qazlılıqla əlaqələndirilən seysmik və qravimetrik “YTA” müəyyən
olunaraq, onların yeri və dərinliyi təyin edilir.
2008-ci ildə Qazanbulaq-Borsunlu-Ziyadxan və Çaylı
sahələrində ÜDN üsulu ilə seysmik profillərinin və quyuların geofiziki
məlumatlarının birgə interpretasiyası nəticəsində Təbaşir çöküntülərin
səthi üzrə struktur, orta Eosen-Paleosen çöküntülərinin qalınlıq
xəritələri və paleoseysmoloji kəsilişləri tərtib olunur. Qazanbulaq,
Ziyadxan və Çaylı strukturlarının geoloji quruluşları dəqiqləşdirilir,
yeni Şimali Çaylı və Şimali Ziyadxan qalxımları aşkar olunur. Eosen və
Paleosen çöküntülərinin pazlaşdığı zonalar müəyyən edilir və neft-qaz

31
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

tələlərinin yaranması üçün əlverişli geoloji şəraitin olduğu göstərilir.


Qravimetrik profillərdə ağırlıq qüvvəsi qradiyentlərini kəskin
dəyişməsinə əsaslanaraq, tətbiq olunan sahələr üzrə qırılmalar və
pazlaşmaları əks etdirən tektonik sxem tərtib edilir, Təbaşir
çöküntülərinin səthinə uyğun sxematik struktur xəritə qurulur.
Seysmik və qravimetrik “YTA”-ların kompleks araşdırılması
nəticəsində Qazanbulaq, Çaylı, Şimali Çaylı strukturlarında və
pazlaşma zonaları ilə əlaqədar qeyri-antiklinal tələlərin neftli-qazlılıq
perspektivliyi yüksək qiymətləndirilir, göstərilən sahələrdə dəqiq
seysmik kəşfiyyat işlərinin aparılması və onların dərin kəşfiyyat
qazımasına hazırlanması tövsiyə olunur.
2009-cu ildə aparılan seysmik kəşfiyyat işlərinin nəticəsində
Yavannıdağ, Gicəkiaxtarma, Gicəki və Sündü antiklinallarının uzaq
qanadlarında, sinklinallarda və 4-5 km dərinliyə qədər antiklinalların
tağ və tağyanı hissələrində tektonik qırılmalar, palçıq vulkanı
brekçiyaları profil xətləri boyunca izlənilir.

32
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

II FƏSİL

AZƏRBAYCANIN NEFTLİ-QAZLI RAYONLARI VƏ


ÇÖKÜNTÜ KOMPLEKSLƏRİ

2.1. Tektonik rayonlaşdırma

Azərbaycanın quru ərazisi tektonik cəhətdən dörd


meqastruktur elementə bölünür (şəkil 1):
1. Terek – Xəzər kənar çökəkliyi
2. Böyük Qafqaz meqaantiklinoriumu
3. Kür-Cənubi Xəzər çökəkliyi
4. Kiçik Qafqaz meqaantiklinoriumu
Meqastrukturlar daxilində isə iri və orta ölçülü struktur
elementlər ayrılır (şəkil 1):
İriölçülü tektonik strukturlar:
I - Şimali Abşeron çökəkliyi
II - Abşeron-Balxanyanı qalxım zonası
III - Qobustan-Abşeron çökəkliyi
IV - Aşağı Kür çökəkliyi
V - Kürdəmir-Saatlı qalxım zonası
VI - Yevlax-Ağcabədi çökəkliyi
VII - Qabırrı-Acınohur çökəkliyi
VIII - Arazyanı dağlararası çökəkliyi

33
34
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Şəkil 1. Azərbaycanın quru ərazisinin neftli-qazlı sahələrinin


tektonik rayonlaşdırma xəritəsi
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Ortaölçülü tektonik strukturlar:


1 - Qusar-Dəvəçi törəmə çökəkliyi
2 - Şamaxı-Qobustan çökəkliyi
3 - Abşeron çökəkliyi
4 - Aşağı Kür depressiyası
5 - Talışqarşısı çökəkliyi
6 - Yevlax-Ağcabədi çökəkliyi
7 - Kiçik Qafqazqarşısı kənar monoklinalı
8 - Şəmkir qalxım zonası
9 - Qabırrı-Acınohur çökəkliyinin cənub qanadı
10 - Böyük Qafqazarxası kənar monoklinalı
11 - Acınohur çökəkliyi
12 - Naxçıvan törəmə çökəkliyi
Bu tektonik elementlər bir-birindən regional dərinlik qırılmaları
və fleksuralarla ayrılır (bax: şəkil 1).

2.2. Neft-qaz rayonlaşdırma

Karbohidrogen yığımlarının iri geostruktur elementlərlə


qanunauyğun əlaqələri bir çox tədqiqatçılar tərəfindən müəyyən
olunmuşdur [20,44,45,53]. Lakin bu vaxta qədər Azərbaycan
ərazisinin neft-geoloji rayonlaşdırması haqqında vahid bir fikir
formalaşmayıb. Bəzən “neftli-qazlı hövzə” (NQH) ilə “neftli-qazlı
əyalət” (NQƏ) eyniləşdirilir. Bu hal “neftli-qazlı vilayət (NQV),
“neftli-qazlı rayon” (NQR) terminlərinin istifadə olunması zamanı da
qeyd olunur.
N.Y.Uspenskaya və N.N.Tauson tərəfindən mütəhərrik
qırışıqlıq ərazilərinin neft-geoloji rayonlaşdırılması üçün təklif edilən
böyükdən kiçiyə doğru: “neftli-qazlı əyalət”, “subəyalət”, “vilayət” və
“rayon” ierarxiyası üzrə aparılması təklif olunmuşdur [115].

35
36
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Şəkil 2. Azərbaycanın quru ərazisinin neft-qaz rayonlaşdırma xəritəsi.


Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Neftli-qazlı əyalət (NQƏ) dedikdə yer qabığının uzun geoloji


vaxt ərzində gömülməyə məruz qalan, oxşar çöküntü və neftli-qazlı
komplekslərə malik olan, bir neçə çöküntütoplanma hövzələrini əhatə
edən ərazi nəzərdə tutulur.
Neftli-qazılı subəyalət (NQSƏ) dedikdə ümumi çöküntü və
neftli-qazlı komplekslərə malik olan, lakin struktur-tektonik və neft-
qazlılıq xüsusiyyətlərinə görə NQƏ-nin bir-birindən fərqlənən
hissələri nəzərdə tutulur.
Neftli-qazlı vilayət (NQV) NQSƏ-in vahid bir çöküntütoplanma
hövzəsinin neftli-qazlı komplekslərinin struktur-tektonik, litofasial
xüsusiyyətlərinə və neft-qazlılığın paylanmasında olan əsaslı fərqlərə
malik olan iri tektonik vahidləri kimi ayrılırlar.
NQV-nin ümumi struktur və litofasial xüsusiyyətlərə malik,
bir neçə neftli-qazlı zonanı və sahəni əhatə edən, nisbətən böyük
hissəsi neftli-qazlı rayon (NQR) hesab edilir.
NQR-in eyni struktur-tektonik xüsusiyyətlərə malik olan
neftli-qazlı hissəsi neftli-qazlı zona (NQZ) adlanır.
Təklif olunan ierarxiya üzrə İndola-Kuban, Terek-Xəzər
çökəkliklərini Böyük Qafqazqarşısı NQƏ, Rion-Şərqi Qaradəniz və
Kür - Cənubi Xəzər çökəkliklərini əhatə edən əraziləri isə, Cənubi
Qafqaz dağlararası NQƏ adlandırmaq olar. Belə olan halda bu NQƏ-
lər daxilində müvafiq olaraq Terek-Xəzər və Kür-Cənubi Xəzər
NQSƏ-ləri ayrılırlar. Bu neftli-qazlı subəyalətlər isə, öz növbəsində
bir-birindən Böyük Qafqazın CŞ batımı və onun dənizdə davamını
əhatə edən CŞ Qafqaz NQSƏ ilə ayrılırlar.
Terek-Xəzər neftli-qazlı subəyaləti daxilində Terek-Sulak və
Şimali Abşeron NQV-ləri, Kür-Cənubi Xəzər subəyaləti daxilində isə
Böyük Qafqaz arxası və Kiçik Qafqaz-Talışqarşısı NQV-ləri, CŞ

37
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Qafqazın NQSƏ isə öz növbəsində CŞ Qafqaz və Abşeron-Balxanyanı


NQV-lərə ayrılırlar.
Məlum olduğu kimi adları çəkilən böyük tektonik vahidləri
əhatə edən bu neft-geoloji rayonlaşdırma bütün çöküntü kompleksləri
üzrə aparılmışdır. Qeyd etmək lazımdır ki, göstərilən neftli-qazı
əyalətlərin ərazisində qırışıqlı bünövrənin böyük dərinlikdə (8-20 km)
yatması və axtarış-kəşfiyyat quyularının qazılmasının texniki
imkanlarının müasir səviyyəsi, bütün çöküntü örtüyünün
qalınlıqlarının paylanması əsasında ayrılmış ayrı-ayrı neftli-qazlı
hövzələrin (NQH) geoloji quruluşu haqqında tam təsəvvür əldə
etməyə imkan vermir. Məlum olduğu kimi Azərbaycanın neftli-qazlı
ərazilərinin geoloji quruluşlarında struktur-tektonik quruluşları bir-
birindən əsaslı dərəcədə fərqlənən Mezozoy, Paleogen-Miosen və
Pliosen çöküntü kompleksləri iştirak edirlər.
Mütəhərrik geoloji quruluşa malik olan Azərbaycan ərazisində
müxtəlif struktur-tektonik xüsusiyyətli Mezozoy, Paleogen-Miosen və
Pliosen çöküntü komplekslərinin ümumi qalınlığının 5 km-dən 20 km-ə
qədər dəyişməsi və bu komplekslər arasında qeyri-uyğun yatımın
mövcudluğu, çöküntü kopleksinin ümümi qalınlıqlarının paylanması
əsasında aparılmış neft-geoloji rayonlaşdırmanın axtarış-kəşfiyyat
işlərinin səmərəli istiqamətlərinin seçilməsində müəyyən çətinliklərə
səbəb olur. Belə çətinliklərə baxmayaraq, paleotektonik və formasiya
təhlillərinin nəticələrindən, eləcə də Mezozoy kompleksinin struktur-
tektonik xüsusiyyətlərindən istifadə edərək, göstərilən kompleks üzrə
Azərbaycan ərazisinin neft-geoloji rayonlaşdırılması haqqında
aşağıdakı fikirləri söyləmək olar.
Terek-Xəzər NQSƏ-yə daxil olan Şimali Abşeron NQV-nin
şimal-qərb hissəsində şimal-qərbdən Samur, cənub-qərbdən Siyəzən
dərinlik qırılmaları ilə, şimal-şərqdən isə Xəzər sahili üzrə uzanan

38
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

qırılma ilə hüdudlanan Qusar-Dəvəçi NQR-i ayrılır. Paleogen və


Neogen çöküntüləri üzrə eyniadlı törəmə muldaya uyğun gələn bu
NQR, Mezozoy kompleksi üzrə şimal-şərqdən Yalama-Xudat, Qusar-
Xaçmaz-Ağzıbirçala gömülmüş orta Yura qalxım zonalarına, Zeyxur
və Quba-Dəvəçi çökəkliklərinə uyğun gəlir. Cənubi Dağıstan
çökəkliyinin cənub-şərq davamında yerləşən Zeyxur çökəkliyi
Yalama-Xudat və Qusar-Xaçmaz-Ağzıbirçala qalxımlarını bir-
birindən ayırır. Cənub-şərqdə Xəzər dənizinə açılan Quba-Dəvəçi
çökəkliyi isə Qusar-Xaçmaz-Ağzıbirçala qalxımlar zonasını Təngi-
Beşbarmaq antiklinoriumundan ayırır. Şimali-Abşeron çökəkliyinin
şimal-qərb hissəsini təşkil edən Quba-Dəvəçi çökəkliyinin cənub-qərb
bortu Tələbi-Qaynarca antiklinal zonası ilə mürəkkəbləşmişdir.
Böyük Qafqazın cənub-şərq batımında ayrılmış NQV şimal-
şərqdə Siyəzən, cənub-qərbdə Ləngəbiz-Ələt, şimal-qərbdə Qərbi-
Xəzər, cənub-şərqdə isə Mərkəzi Xəzər dərinlik qırılmaları ilə
hüdudlanır. Bu NQV daxilində Xızı, Şamaxı-Qobustan və Abşeron
NQR-lərı ayrılırlar.
Xızı NQR Böyük Qafqazın cənub-şərq batımının Siyəzən və
Germian dərinlik qırılmaları ilə məhdudlanan, Mezozoy
çöküntülərindən təşkil olunmuş eyni adlı tektonik zonanı əhatə edir.
Bu NQR-ə Təngi-Beşbarmaq, Bəyimdağ-Təkçay-Sitalçay-Yaşma,
Germian nefli-qazlı zonaları və mümkün neftli-qazlı strukturlar
daxildirlər. Struktur-formasiya quruluşlarında mövcud olan əsaslı
fərqlər Xızı və Qusar - Dəvəçi NQR-lərini Xəzəryanı - Quba NQV adı
altında birləşdirməyə imkan vermir.
Şamaxı - Qobustan NQR-i Böyük Qafqazın cənub-şərq batımının
cənub-qərb hissəsində, şimaldan Malkamud-Germian, cənub-qərbdən
Ləngəbiz-Ələt dərinlik qırılmaları ilə hüdudlanan eyni adlı periklinal
çökəkliyi əhatə edir. Bu NQR daxilində Mezozoy kompleksi üzrə

39
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Şimali Qobustan, Paleogen-Miosen komleksi üzrə Mərkəzi Qobustan,


Paleogen-Miosen və Pliosen neftli-qazlı çöküntü kompleksləri üzrə
Cənub-qərbi Qobustan və Pliosen neftli-qazlı çöküntü kompleksi üzrə
isə Cənub-şərqi Qobustan (Ceyrankeçməz depressiyası) neftli-qazlı
zonalar (NQZ) ayrılır.
Abşeron NQR-i Şamaxı-Abşeron periklinal çökəkliyinin şərq-
cənub-şərq hissəsini əhatə edir və Şamaxı-Qobustan NQR-dən
meridional istiqamətli Yaşma fleksurası üzrə ayrılır. Əsasən Pliosen,
qismən də Paleogen-Miosen neftli-qazlı komplekslərindən təşkil
olunmuş Abşeron NQR-i daxilində Şimali Abşeron, Mərkəzi Abşeron
və Cənub-Qərbi Abşeron NQZ-ləri ayrılır. Şimali Abşeron NQZ
Mezozoy, Paleogen - Miosen; Mərkəzi və Cənub-Qərbi Abşeron
NQZ-ləri isə Paleogen - Miosen və Pliosen komplekslərinə görə
ayrılırlar.
Şimal-qərbdə Dzirul massivi, cənub-qərbdə Kiçik Qafqaz-
Talışqarşısı dərinlik qırılması, şimal-şərqdə Arqun-Orexov, Şimali
Acınohur və Acıçay-Ələt qırılmaları şəklində əks olunan Böyük
Qafqazarxası dərinlik qırılması, cənub-şərqdə isə şərti olaraq Xəzər
dənizinin qərb sahili boyu uzanan hipotetik dərinlik qırılması ilə
hüdudlanan Kür dağlararası çökəkliyi müstəqil geotektonik vahid
olaraq Alp qırışıqlığının Oliqosen-Antropogen orogen etapında
formalaşmışdır. 7-8 km qalınlıqlı molass çöküntülərindən təşkil
olunmuş bu tektonik vahid Cənubi Qafqaz mikroplitəsinin müxtəlif
hipsometrik səviyyədə yerləşmiş paleoqalxım və çökəklikləri üzərində
formalaşmışdır.
Kür dağlararası molass çökəkliyi Mezozoy kompleksi üzrə
Cənubi Qafqaz mikroplitəsinin parçalanmış qalıqları olan Kürdəmir-
Saatlı-Lənkəran, Mingəçevir, Eldar və Saqareci gömülmüş Mezozoy
qalxımları ilə iki hissəyə bölünür. Şimal-şərqdə Kartali, Acınohur və

40
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Aşağı Kür çökəklikləri, cənub-qərbdə isə Şəmkir və Biləsuvar struktur


çıxıntıları ilə ayrılan Qarayazı, Yevlax-Ağcabədi və Talışqarşısı (və
ya Cəlilabad) çökəklikləri yerləşirlər.
Geoloji inkişaf tarixlərinə və struktur-tektonik xüsusiyyətlərinə
görə bir-birinə yaxın olan bu çökəkliklərin müxtəlif hissələrində
neftli-qazlı olan Mezozoy, Paleogen-Miosen və Pliosen kompleksləri
ayrı-ayrı neftli-qazlı rayonlara aiddirlər.
Mezozoy yaşlı gömülmüş qalxımlar zonasından şimal-şərqdə,
Gürcüstan ərazisində yerləşən, Paleogen-Miosen və Pliosen
komplekslərindən təşkil olunmuş Kartalı-Qare-Kaxetiya çökəkliyinə
müvafiq gələn eyni adlı NQR-də Paleogen-Miosen çöküntüləri əsas
neftli-qazlı kompleksdir. Bu kompleksin en dairəsi istiqamətdə
uzanan antiklinal strukturları eyni istiqamətli qırılmalarla
mürəkkəbləşmişlər.
Acınohur çökəkliyi və bu çökəklik daxilində yerləşən eyniadlı
mümkün neftli-qazlı rayon (MNQR) Kartalı-Qare-Kaxetiya çökəkliyindən
cənub-şərqdə yerləşir və ondan Qanıx-Gəncəçay dərinlik qırılması ilə
ayrılır. Böyük qalınlıqlı Paleogen-Miosen və Pliosen-Atropogen yaşlı
molass çöküntülərilə doldurulmuş Acınohur çökəkliyi şimalda Şimali
Acınohur regional qırılması ilə Qanıx-Əyriçay törəmə çökəkliyindən,
cənubda Mingəçevir-Göyçay üstəgəlmə tipli regional qırılma ilə Kür-
Qabırrı NQR-dən, cənub-şərqdə isə Qərbi-Xəzər dərinlik qırılması ilə
Aşağı Kür NQR-dən ayrılır. Bu MNQR-in daxilində Pliosen və
Paleogen-Miosen çöküntülərindən təşkil olunmuş, üstəgəlmə tipli
qırılmalarla mürəkkəbləşmiş Daşyüz, Qüdbərəkdağ, Qocaşən,
Bozdağ-Qaraca qırışıqlıq zonaları və mümkün neftli-qazlı zonalar
(MNQZ) yerləşirlər.
Aşağı Kür çökəkliyi və eyni adlı NQR əsasən Pliosen-
Antropogen çöküntülərindən təşkil olunmuşdur. Şimal-şərqdə

41
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Ləngəbiz-Ələt, cənub-qərbdə Qərbi Xəzər dərinlik qırılmaları, cənub-


şərqdə isə Xəzərin qərb sahili boyu uzanan hepotetik dərinlik (və ya
regional) qırılmaları ilə hüdudlanan Aşağı Kür çökəkliyi daha
mürəkkəb quruluşa malikdir.
Daxilində ikinci dərəcəli Yuxarı Şirvan, Aşağı Şirvan və
Muğan-Salyan çökəkliklərini ayrılan və Pliosen çöküntülərinin əsas
neftli-qazlı kompleks olduğu Aşağı Kür NQR-də Kəlaməddin-
Mişovdağ-Bəndovan, Kirovdağ-Neftçala, Kürsəngi-Cənubi Kürsəngi və
Pirsaat-Hamamdağ NQZ-ləri yerləşirlər.
Kür dağlararası çökəkliyin mərkəz hissəsində yerləşən
Mezozoyun karbonatlı, qumlu-gilli çöküntülərindən və vulkanik
süxurlarından təşkil olunmuş Kürdəmir-Saatlı-Lənkəran gömülmüş
qalxımlar zonasını da Mezozoy kompleksi üzrə MNQR kimi ayırmaq
olar. Bu rayon şimal-şərqdə Qərbi Xəzər, cənubi-qərbdə Carlı-
Cəlilabad, şimal-şimali-qərbdə Mingəçevir-Göyçay qırılmaları ilə
sərhədlənir. Bütövlükdə bu tektonik zona Talış-Vəndam qravitasiya
maksimumuna uyğun gəlir və neftqaztoplanma zonası olduğu güman
edilir. Lakin çöküntütoplanmada Miosen epoxasına, bəzi sahələrdə isə
hətta alt Pliosenə qədər davam edən uzunmüddətli fasilə Mezozoy
çöküntülərinin üst hissəsində karbohidrogen yataqlarının qorunub
saxlanmasına mənfi təsir etmişdir.
Kürdəmir-Saatlı-Lənkəran zonasından fərqli olaraq şimal-
qərbdə yerləşən Mingəçevir, Eldar və Saqareci gömülmüş Mezozoy
qalxımları Paleogen-Miosen və Pliosen-Antropogen zamanı intensiv
çökməyə məruz qalmışdır.
Bu çöküntülər özülləri Mezozoy yaşlı karbonatlı və
vulkanogen süxurlardan ibarət olan Acınohur və Kartalı törəmə
çökəkliklərində Paleogen-Miosen kompleksinin çöküntüləri
perspektivli neftli-qazlı obyektlərə malik olma ehtimalı mövcuddur.

42
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Mezozoy yaşlı Saqareci, Eldar, Mingəçevir və Kürdəmir-


Saatlı-Lənkəran gömülmüş qalxımlar zonası ilə Kiçik Qafqaz arasında
yerləşən, Qarayazı, Yevlax-Ağcabədi çökəklikləri və bu çökəklikləri
Kiçik Qafqazdan ayıran Kiçikqafqazqarşısı monoklinal, əvvəlki neft-
geoloji rayonlaşdırma sxemlərində Kür-Qabırrı çaylararası, Yevlax-
Ağcabədi və Gəncə NQR-ləri, Aşağı Araz dərinlik qırılması və Biləsuvar
struktur çıxıntısı ilə Yevlax-Ağcabədi çökəkliyindən ayrılan Talışqarşısı
(və ya Cəlilabad) çökəkliyi isə, eyni adlı NQR kimi ayrılmışlar.
Adları çəkilən NQR-lər Kiçik Qafqaz və Talış dağ silsilələri
qarşısında yerləşmələri və onları formalaşdıran neftli-qazlı
komplekslərin oxşar cəhətlərini nəzərə alaraq vahid Kiçik Qafqaz-
Talışqarşısı neftli-qazlı vilayəti adlandırmaq olar.
Bu neftli-qazlı vilayətin cənub-qərbində yerləşən, struktur-
tektonik cəhətdən Kiçik Qafqazqarşısı monoklinalı əhatə edən Gəncə
NQR-in struktur-tektonik quruluşları bur-birindən əhəmiyyətli
dərəcədə fərqlənən iki hissədən ibarət olduğu qeyd edilməlidir. Belə
ki, Kiçik Qafqazqarşısı monoklinal adlanan struktur-tektonik vahidin
Şəmkir struktur çıxıntısından şimal-qərbdə, Kür və Kiçik
Qafqazqarşısı dərinlik qırılmaları arasında yerləşən hissəsi heç də
monoklinal deyil. Bu sahə şimal-qərbdə Qazax körfəzvari çökəkliyi
və Qafqazəksi istiqamətli sturktur çıxıntılarla mürəkkəbləşmiş və
əsasən üst Təbaşirin vulkanogen və karbonatlı çöküntülərindən təşkil
olunmuş Qazax-Tovuz antiklinal zonası və şərqdə onun davamında
Dəliməmmədli qalxımı yerləşən antiklinal zonadan ibarətdir.
Subeninə istiqamətdə uzanan, geoloji quruluşuna görə
antiklinal quruluşa malik olan Qazax-Tovuz tektonik zonasını Cəncə
NQR-ə aid etmək doğru olmadığı kimi, bu zonanın Kür-Qabırrı
çaylararası çökəkliyinin monoklinal quruluşa malik cənub-qərb
bortundan Kür dərinlik qırılması ilə ayrılması, qeyd edilən tektonik

43
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

zonanı, bəzi neft-geoloji rayonlaşdırmalarda olduğu kimi, Kür-Qabırrı


çaylararası NQR-ə də aid etmək doğru deyildir. Bu rayonun geoloji
quruluşunda olan əsaslı fərqləri nəzərə alaraq onu Dəliməmmədli
qalxımı ilə birlikdə müstəqil Qazax-Dəllər-Dəliməmmədli mümkün
NQR-i kimi ayırmaq məqsədəuyğun sayılır.
Kür dərinlik qırılmasından şimal-şərqdə yerləşən, üst Təbaşir
çöküntüləri üzrə cənub-qərbdə struktur çıxıntı və kiçik amplitudlu
braxiantiklinallarla mürəkkəbləşən, şimal-şərq istiqamətli yatıma
malik monoklinaldan, şimal-şərqdə isə Paleogen-Miosen kompleksi
üzrə Çatma antiklinoriumundan təşkil olunmuş Kür və Qabırrı
çaylararası NQR, cənub-şərqdə Gəncəçay-Qanıx submeridional
istiqamətli dərinlik qırılması ilə yalnız Yevlax-Ağcabədi çökəkliyindən
deyil, həm də Acınohur MNQR-dən ayrılır.
Bu NQR-in Paleogen-Miosen və Mezozoy çöküntü
kompleksləri neftli-qazlı və mümkün neftli-qazlı komplekslərdir.
NQR daxilində Alaçıq-Eldaroyuğu, Yaylacıq-Armudlu, Udabno-
Molladağ, Çobandağ-Palantökən və s. mümkün neftqaztoplanma
zonaları, antiklinal qalxım və struktur çıxıntılar mövcuddurlar.
Şimal-qərdən eninə istiqamətli Gəncəçay-Qanıx, cənub-
şərqdən Aşağı Araz və cənub-qərbdən Kiçikqafqazqarşısı dərinlik
qırılmaları ilə hüdudlanan Kiçikqafqazqarşısı monoklinal, şimal-
şərqdə Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb bortundan Şirvanlı-
Beyləqan istiqamətində uzanan pozğunluq zonası ilə ayrılır. Bu
struktur-tektonik vahidlərin ümumən monoklinal quruluşa və eyni
neftli-qazlı komplekslərə malik olmasını nəzərə alaraq onları vahid
Gəncə NQR-ə aid etmək lazımdır.
Kiçikqafqazqarşısı monoklinalı və Yevlax-Ağcabədi çökəkliyinin
cənub-qərb bortunu əhatə edən Gəncə NQR struktur-tektonik
cəhətdən mürəkkəb quruluşa malikdir. Mezozoy çöküntü kompleksi

44
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

üzrə submeridional istiqamətdə uzanan Gödəkboz-Duzdağ qırılması


və onun üzərində formalaşan eyni adlı antiklinal zona,
Kiçikqafqazqarşısı monoklinalın şimal-qərb hissəsini onun mərkəzi
hissəsindən ayırmaqla yanaşı, Yevlax-Ağcabədi çökəkliyinin şimal-
şimal-qərb sentriklinalını şimala doğru istiqamətləndirir.
Gəncə NQR-in cənub-qərb hissəsində Qazanbulaq, Acıdərə,
Sarıyaldağ, Naftalan neft yataqları və bir sıra perspektivli qalxımlar,
nisbətən sadə quruluşa malik olan mərkəzi hissəsində isə Tərtər neft
yatağı, Güllücə, Şirvanlı, Bərdə və s. perspektivli qalxımlar yerləşir.
Kiçikqafqazqarşısı monoklinalın və Yevlax-Ağcabədi çökəkliyinin
cənub-qərb bortunun cənub-şərq hissələri bir-birindən müxtəlif
istiqamətli qırılmalarla ayrılan Kəbirli - Beyləqan və Sovetlər - Ağgöl
qalxım zonaları ilə mürəkkəbləşmişdir.
Şimalda və cənub-şərqdə Mezozoy yaşlı Kəbirli-Beyləqan və
Arazyanı qalxımlar zonalarından qırılmalarla ayrılan Xudafərin
körfəzvari çökəkliyi xüsusi mövqeyə malikdir. Arazyanı çökəkliklər
qrupuna aid edilən Xudafərin çökəkliyinin Paleogen-Miosen çöküntü
kompleksi üzrə Kiçik Qafqaza söykənərək qapandığını nəzərə alaraq
Gəncə NQR-ə aid edilməsi daha doğrudur.
Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq bortunun geoloji
quruluşunda olan əsaslı fərqləri nəzərə alınaraq, əvvəlki neft-geoloji
rayonlaşdırmalarda olduğu kimi Muradxanlı adlı NQR kimi ayrılması
məqsədəuyğundur. Bu NQR şimal-şərqdən – Mingəçevir-Kürdəmir-
Saatlı qalxımlar zonası, cənub-qərbdən - şərti olaraq, çökəkliyin ox
xətti, cənub-şərqdə isə Araz dərinlik qırılması ilə hüdudlanır.
Muradxanlı NQR-in şimal-qərb hissəsində Qarxun-Əmirarx,
cənub-şərq hissəsində isə Qaralı-Qışlaq, Şahsünni-Məmmədli
qalxımları və Zərdab-Muradxanlı-Cəfərli antiklinal zonası yerləşir.
Mezozoy və Paleogen çöküntüləri üzrə neftli-qazlı olan bu zonada

45
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Zərdab, Muradxanlı, Cəfərli neft yataqları mövcuddur. Böyük ölçülü


Muradxanlı neft yatağı uzununa, eninə və diaqonal istiqamətli
müxtəlif amplitudlu qırılmalarla mürəkkəbləşmişdir.
Struktur-tektonik cəhətdən Mezozoy və Paleogen-Miosen
çöküntüləri üzrə Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq bortunu
əhatə edən Muradxanlı NQR-i Pliosen-Antropogen kompleksi üzrə
Kür dağlararası çökəkliyinin şimal-şərq istiqamətli, olduqca yastı
yatımlı monoklinalın cənub-qərb bortunu təşkil edir.
Kiçik Qafqazdan Aşağı Araz və Arazboyu çökəkliklərlə
ayrılan Talış dağ sisteminin qarşısında neft-qazlılıq baxımından
əhəmiyyət kəsb edən şimal-şərqdə Saatlı-Lənkəran gömülmüş
qalxımlar zonası, cənub-qərbdə Talışqarşısı qırılma, şimal-qərbdə isə
Biləsuvar struktur çıxıntısı ilə hüdudlanan Talışqarşısı (və ya
Cəlilabad) çökəkliyi yerləşir. Bu çökəklik neftli-qazlı Paleogen-
Miosen çöküntü kompleksi üzrə eyni adlı MNQR-dən ibarətdir.
Talışqarşısı NQR daxilində Tumarxanlı-Gərməli neftqaztoplanma
zonası, Cəlair, Ağdaş və s. qalxımları yerləşir.
Naxçıvan mümkün neftli-qazlı rayonu (MNQR) tektonik
cəhətdən, Kiçik Qafqaz dağ silsilələri ilə Kür dağlararası çökəklikdən
ayrılan, ümumqafqaz istiqamətli, böyük ölçülü Ordubad çökəkliyinin
cənub-qərb hissəsini təşkil edən törəmə muldaya uyğun gəlir.
Miosenin terrigen və Mezozoyun karbonatlı çöküntülərindən ibarət
olan bu MNQR daxilində neftqazlılıq baxımından əhəmiyyət kəsb
edən Böyükdüz və Dəhnə -Vəlidağ mümkün neft-qaz toplanma
zonaları mövcuddur.
Yuxarıda qeyd edilənlərə əsasən Azərbaycanın ərazisində üç
NQSƏ-yə ayrılır: A - Terek-Xəzər; B - Cənub-Şərqi Qafqaz; C- Kür-
Cənubi Xəzər.

46
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Azərbaycanın quru ərazisi bu NQSƏ-lər daxilində 5 NQV-ə


və 14 NQR-ə bölünür (şəkil 2).
I. Şimali Abşeron neftli-qazlı vilayəti
1 - Qusar-Dəvəçi neftli-qazlı rayonu
II. Cənub-Şərqi Qafqaz neftli-qazlı vilayəti
2 - Xızı neftli-qazlı rayonu
3 - Şamaxı-Qobustan neftli-qazlı rayonu
4 - Abşeron neftli-qazlı rayonu
III. Böyük Qafqazarxası neftli-qazlı vilayət
5 - Acınohur mümkün neftli-qazlı rayonu
6 - Aşağı Kür neftli-qazlı rayonu
7 - Kürdəmir-Saatlı mümkün neftli-qazlı rayonu
8 - Saatlı-Lənkəran mümkün neftli-qazlı rayonu
IV. Kiçik Qafqaz-Talışqarşısı neftli-qazlı vilayət
9 - Kür və Qabırrı çaylararası neftli-qazlı rayonu
10 - Qazax-Dəllər-Dəliməmmədli mümkün neftli-qazlı rayonu
11 –Gəncə neftli-qazlı rayonu
12 - Muradxanlı neftli-qazlı rayonu
13 - Talışqarşısı (Cəlilabad) mümkün neftli-qazlı rayonu
V. Arazyanı neftli-qazlı vilayət
14 - Naxçıvan mümkün neftli-qazlı rayonu
Ayrılan rayonlardan altısı ehtimal olunan neftli-qazlı rayonlardır.

2.2.1. Qusar-Dəvəçi neftli-qazlı rayonu

Qusar-Dəvəçi neftli-qazlı rayonu (NQR) geomorfoloji


cəhətdən Böyük Qafqaz meqaantiklinoriumunun cənub-şərq batımının
şimal-şərq yamacını, Qusar maili düzənliyini və Samur-Dəvəçi
ovalığını əhatə edir.

47
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Rayonun üçbucağı xatırladan ərazisi şərq və şimal-şərqdən


Xəzər dənizi, cənub-qərbdən Siyəzən, şimal-qərbdən isə Samur
dərinlik qırılmaları ilə sərhədlənir. Rayon tektonik cəhətdən eyni adlı
Qusar-Dəvəçi törəmə çökəkliyindən ibarətdir (şəkil 3).
Bu çökəkliyi bir sıra tədqiqatçılar Qusar-Dəvəçi sinklinoriumu
da adlandırırlar. Mezozoy çöküntüləri üzrə çökəklik daxilində
Yalama-Xudat, Qusar-Xaçmaz-Ağzıbirçala qalxım zonaları və onların
arasında ikinci dərəcəli Zeyxur çökəkliyi ayrılır. Orta Yura
çöküntülərindən təşkil olunmuş, Miosen çöküntüləri üzrə gömülmüş
olan Qusar-Xaçmaz-Ağzıbirçala qalxımlar zonasından cənub-qərbdə
geniş ölçülü Quba-Dəvəçi çökəkliyi yerləşir.
Yalama-Xudat qalxımlar qrupu çökəkliyin şimal-şərq
hissəsində yerləşir. Mezozoy çöküntüləri üzrə Yalama sahəsində bir-
birindən kiçik və dayaz yəhərlərlə ayrılan, cənub-şərq istiqamətində
uzanan subplatforma tipli, kiçik ölçülü, yastı tağlı Yalama, Cənubi
Yalama və Şərqi Yalama qalxımları müəyyən edilmişdir. Geoloji
quruluşlarında orta Yura, Təbaşir, (üst Barremdən Maastrixtə qədər)
Paleogen-Miosen və Pliosen-Antropogen çöküntüləri iştirak edən bu
qalxımların geoloji quruluşları kəsiliş üzrə yuxarıya doğru sadələşir.
Sarmat çöküntüləri səviyyəsində Yalama, Cənubi Yalama
antiklinalları, tağ hissəsi Yalama qalxımında qalmaqla, uzununa
asimmetrik olan vahid antiklinal strukturla əvəz olur. Zeyxur
çökəkliyinin daxilində yerləşən İmamqulukənd və onun şimal-şərq
hissəsində yerləşən Şirvanovka qalxımları da yastı quruşları ilə
fərqlənir.
Cənub-şərq istiqamətində uzanan Qusar-Xaçmaz-Ağzıbirçala
gömülmüş qalxımlar zonasında orta Yura çöküntüləri Paleogen-
Miosen çöküntüləri ilə qeyri-uyğun olaraq örtülürlər. Qusar
qalxımında orta Yura çöküntüləri üzərinə Sarmat, Xaçmaz qalxımında

48
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Paleosen, ölçülərinin böyüklüyü və daha dərinə gömülməsi ilə fərqlənən


Ağzıbirçala qalxımında isə Pont mərtəbəsinin gilli çöküntüləri yatırlar.

Şəkil 3. Qusar-Dəvəçi neftli-qazlı rayonu.

Orta Yura çöküntülərinə görə bir sıra qalxımlardan ibarət


Qusar-Xaçmaz-Ağzıbirçala gömülmüş qalxımlar zonası antiklinorium
quruluşlu olduğu halda, Üst Miosen, Pliosen-Antropogen
çöküntüləri üzrə Yalama-Xudat qalxımlarında olduğu kimi, kiçik

49
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

bucaq altında şimal-şərq istiqamətində yatan monoklinaldan ibarətdir.


Göstərilən tektonik vahidlərdə çökəkliyin Üst Miosen-Antropogen
çöküntülərinin yatım xüsusiyyətləri nəzərə alınaraq ümumən Qusar-
Dəvəçi çökəkliyi, törəmə mulda və ya törəmə çökəklik adlanır.
Deyilənlərdən göründüyü kimi “törəmə çökəklik” termini
yalnız üst Miosen və Pliosen-Antropogen çöküntülərinə aiddir. Altda
yatan Paleogen və xüsusən Mezozoy kompleksi üzrə Qusar-Dəvəçi
çökəkliyi geoloji quruluşlarına görə bir-birindən kəskin fərqlənən
qalxım zonalarından və çökəkliklərdən ibarətdir. Quruluşunun
mürəkkəbliyi ilə fərqlənən Qusar-Xaçmaz-Ağzıbirçala gömülmüş
qalxımlar zonasından cənub-qərbdə, daha mürəkkəb quruluşa malik
olan Quba-Dəvəçi çökəkliyi yerləşir.
Quba-Dəvəçi çökəkliyi şimal-şərqdə Qusar-Xaçmaz-Ağzıbirçala
gömülmüş qalxımlar zonası, cənub-qərbdə isə Təngi-Beşbarmaq
antiklinoriumunun şimal-şərq qanadını mürəkkəbləşdirən Siyəzən
dərinlik qırılması ilə hüdudlanır. Şimal-şərq sentriklinalı Sudur
tektonik zonasında yerlən Quba-Dəvəçi çökəkliyi cənub-şərq
istiqamətində genişlənərək, Xəzər dənizində Şimali Abşeron ön
çökəkliyinə açılır. Mezozoy, Paleogen-Miosen və Pliosen-Antropogen
çöküntüləri ilə doldurulmuş bu çökəkliyin cənub-qərb bortu Tələbi-
Qaynarca antiklinal zonası ilə mürəkkəbləşmişdir.
Qərbi Xəzər dərinlik qırılmasından şimal-qərbdə yerləşən
Tələbi qalxımı istisna olmaqla, bu zonanın Qərbi Qaynarca, Qaynarca,
Qızılburun-dəniz və Zorat-dəniz braxiantiklinalları, əsasən Paleogen-
Miosen və qismən də Pliosen-Antropogen çöküntülərindən təşkil
olunmuşlar. Tələbi qalxımının tağ hissəsində Orta Yura
çöküntülərinin yuyulmuş səthi üzərinə Sarmat çöküntülərinin yatdığı,
strukturun böyük amplitudlu qırılma ilə düşmüş olan CQ qanadında

50
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

isə Paleogen-Miosen çöküntüləri qalınlığının kəskin şəkildə artması


kəşfiyyat qazıması ilə müəyyən edilmişdir.
Tələbi-Qaynarca antiklinal zonasından cənub-qərbdə,
geomorfoloji cəhətdən kəskin əks olunmuş Rustov-Əmirxanlı
çökəkliyi yerləşir. Böyük qalınlıqlı Paleogen-Miosen və Pliosen-
Antropogen çöküntüləri ilə dolmuş olan bu çökəkliyin cənub-qərb
bortunu təşkil edən Siyəzən monoklinalında yer səthinə çıxan
Paleogen-Miosen və üst Təbaşir çöküntüləri böyük bucaq altında
şimal- şərq istiqamətində yatır, mərkəzi hissəsində isə hətta cənub-
qərbə aşırılmışlar.
Üstəgəlmə tipli olan Siyəzən dərinlik qırılması eyni zamanda
həm şaquli, həm də üfüqi tektonik hərəkətlərin şimal-şərq
istiqamətində daha böyük təsiri nəticəsində formalaşıb. Burada Təbaşir
çöküntüləri Paleogen çöküntüləri üzərinə aşırılmış vəziyyətdədir.
Zağlı sahəsində Siyəzən dərinlik qırılması iki qola ayrılır. Onların
arasında üst Təbaşir və alt Paleogen çöküntüləri intişar tapır.

2.2.2. Xızı neftli-qazlı rayonu

Xızı neftli-qazlı rayonu Böyük Qafqaz meqaantiklinoriumunun


mərkəzi hissəsinin cənub-şərq qurtaracağını əhatə edir. Rayonun
ərazisi şərqdən Xəzər dənizi, cənub və cənub-qərbdən Xaltan-Germian,
şimal-şərqdən isə Siyəzən dərinlik qırılmaları ilə sərhədlənir (şəkil 4).
Rayonun stratiqrafik kəsilişində Yura, Təbaşir, Paleogen və
Neogen çöküntüləri iştirak edirlər [33].
Orta Yuranın Aalen, Bayos və alt Təbaşirin Berrias, Valanjin,
Hoteriv, Barrem çöküntüləri geniş sahədə yayılıb. Struktur-tektonik
cəhətdən ərazisi Şahdağ-Xızı sinklinoriumu və Tufan antiklinoriumunu
əhatə edir. Rayonun cənub-qərbində mürəkkəb quruluşlu Tufan
antiklinoriumu yerləşir. Antiklinoriumun şarniri cənub-şərq istiqamətdə

51
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

uzanaraq Vəlvələçayın vadisində üst Yura və alt Təbaşir çöküntüləri


altına keçir.

Şəkil 4. Xızı neftli-qazlı rayonu.

Tufan antiklinoriumundan şimalda Şahdağ sinklinoriumu


yerləşir. O cənub-şərq istiqamətində Xızı sinklinoriumu ilə birləşir
və çox vaxt Şahdağ-Xızı sinklinoriumu da adlanır. Bu iri tektonik
element Böyük Qafqaz meqaantiklinoriumunun şimal yamacını
təşkil edir. Şahdağ-Xızı sinklinoriumu əsasən üst Yura və Təbaşir
yaşlı əhəngdaşı və dolomitlərdən təşkil olunur. Sinklinorium bir sıra
ensiz və dik yamaclı, üstəgəlmə tipli qırılmalarla mürəkkəbləşən
antiklinal və adətən cənuba açılan, nisbətən az maili sinklinallardan
ibarətdir.

52
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Cənub-şərq istiqamətində sinklinallar braxisinklinala, antiklinallar


isə braxiantiklinala çevrilirlər. Sinklinoriumda yerləşən Şahdağ
qırışığının nüvəsi üst Senon çöküntülərindən təşkil olunub.
Cənub-şərq istiqamətində Şahdağ sinklinal zonası Xızı
sinklinal zonası ilə əvəz olunur. Onun nüvəsi üst Təbaşir, Paleogen və
Neogen çöküntülərindən təşkil olunub. Xızı sinklinal zonası bir sıra
sinklinal və antiklinal zolaqlardan ibarətdir.
Sinklinorium Malkamud-Xaltan-Germian dərinlik qırılması boyu
uzanan Dibrar–Yaşma sinklinoriumu ilə hüdudlanır. Sinklinoriumu
təşkil edən sinklinal və antiklinal zonalardan bəziləri sinklinoriumun
uzanma istiqamətinə kulisşəkilli yerləşirlər. Xızı sinklinal zonasının
şimal-şərq sərhədində Təngi-Beşbarmaq antiklinoriumuna aid
antiklinal qalxımlar ayrılır.
Uzunluğu 100 km, eni 7-10 km-ə çatan mürəkkəb quruluşlu,
ensiz qalxımdan ibarət olan Təngi-Beşbarmaq antiklinoriumu Xızı və
Qusar-Dəvəçi sinklinoriumlarını bir-birindən ayırır. Antiklinorium
qırılmalarla sərhədlənir.
Zağlı-Zeyvə sahəsində antiklinoriumun nüvəsini Dogger və
Titon əhəngdaşıları təşkil edir. Qalxımın şimal-şərq qanadı Valanjin-
orta Miosen yaşlı çöküntülərdən ibarətdir. Təbaşir və Kaynozoy
çöküntülərinin təmas zonasında Siyəzən üstəgəlməsi qeydə alınır.
Bununla yanaşı, çöküntülərin daxilində mürəkkəbləşmələr də müşahidə
edilir.
Üst Təbaşir çöküntüləri Təngi-Beşbarmaq antiklinoriumunun
şimal qanadı boyu alt Təbaşir çöküntüləri üzərinə transqressiv
yatırlar. Cənub-qərbə doğru yuyulmanın artdığı müşahidə edilir.
Gilgilçay vadisində Titon-Konyak konqlomeratları Apt üzərinə,
Vəlvələçay sahəsində isə Konyak, bəzən də Santon birbaşa Valanjin
çöküntüləri üzərinə yatırlar [33].

53
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Üst Təbaşir kompleksi çöküntüləri bütün sahə üzrə konqlomerat


layları ilə başlayır. Onların üzərində Santon çöküntüləri sahə boyunca
Zağlı kəndindən Təngialtı kəndinə kimi izlənir. Zağlı kəndindən
cənub-şərqdə kəsiliş Siyəzən üstəgəlməsi ilə hüdudlanır. Qaraçaydan
şərqə doğru antiklinorium iki antiklinaldan və onları bir-birindən
ayıran sinklinaldan ibarətdir. Sinklinal Aalen-Bayos çöküntülərindən
təşkil olunub. Təngi-Beşbarmaq antiklinoriumu ensiz, çox vaxt şimala
doğru aşırılan və böyük amplitudlu üstəgəlmələrlə mürəkkəbləşən
antiklinallarla səciyyələnir.

2.2.3. Şamaxı-Qobustan neftli-qazlı rayonu

Şamaxı-Qobustan neftli-qazlı rayonu Böyük Qafqazın cənub-


şərq batımının qərb hissəsində yerləşir. O Vəndam antiklinoriumundan
cənub-şərqdə, Girdimançaydan başlayaraq Xəzər dənizi istiqamətində
uzanaraq Çeyrankeçməz depressiyası ilə tamamlanır. Göründüyü
kimi, Şamaxı-Qobustan neftli-qazlı rayonu Böyük Qafqazın cənub-
şərq batımında yerləşən iri depressiyanı əhatə edir və geotektonik
cəhətdən törəmə çökəkliyə daha çox uyğun gəlir. Çökəklik cənub-
cənub-qərbdən Ələt-Acıçay, şimal-şimal-şərqdən Malkamud-Xaltan-
Germian, qərbdən isə Cənubi Xəzər dərinlik qırılması ilə hüdudlanır.
Cənub-şərq istiqamətində depressiya Cənubi Xəzər çökəkliyinə açılır
(şəkil 5). Çökəkliyin cənub-qərb və mərkəzi hissələrində Mezozoy
çöküntüləri böyük qalınlıqlı Paleogen və alt Miosenin çöküntüləri ilə
örtülür. Çökəkliyin cənub-şərq hissəsində və Ələt yaylası ətrafında
isə orta və üst Pliosen çöküntüləri geniş yayılıb. Bu zonada Təbaşir,
Paleogen-Miosen və alt Pliosen çöküntüləri daha dərində yatırlar [33].
Şamaxı-Qobustan neftli-qazlı rayonu qırışıqlığın intensivliyi və
əmələgəlmə vaxtına görə bir-birindən kəskin fərqlənən üç mərtəbəyə:
Mezozoy, Paleogen-Miosen və Pliosen struktur mərtəbələrinə,

54
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

geomorfoloji quruluşuna görə isə Şimali, Mərkəzi, Cənub-Qərbi və


Cənub-Şərqi tektonik zonalarına ayrılır.

Şəkil 5. Şamaxı-Qobustan neftli-qazlı rayonu.


55
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Şimal tektonik zonası Böyük Qafqazın cənub-şərq batımının


ox hissəsini və cənub yamacının xeyli hissəsini əhatə edir. Zonanın
oroqrafiyası onun tektonik quruluşunu əks etdirir. Demək olar ki,
relyefin qalxmış hissələri antiklinallara, çökək hissələri isə sinklinallara
uyğun gəlir. Antiklinal qırışıqlarda Mezozoy, sinklinallarda isə
Kaynozoy çöküntüləri iştirak edir.
Aparılan geoloji tədqiqat işlərinin nəticəsində Şamaxı-
Qobustan rayonunun Şimal tektonik zonasında Gədisu, Gomuşdağ
antiklinal qırışıqları və Altıağac-Korkeçidağ, Alataş-Yunusdağ,
Qızmeydanı-Ağdərə, Talış-Qarayazı, Hilmilli-Görədil antiklinal zonaları
ayrılır.
Mərkəzi tektonik zona nisbətən sakit tektonik quruluşu ilə
səciyyələnir. Zona orta və alçaq dağlıq relyefə malik olan, Böyük
Qafqaz sıra dağlarının şərq və cənub ətəklərini əhatə edir. Mərkəzi
tektonik zona qərbdən Pirsaat çayının orta axını, şərqdən Abşeron
neftli-qazlı rayonunun qərb hissəsi, şimaldan Şimali tektonik zonanın
cənub sərhədi, cənubdan isə Sündü-Mərəzə və Ceyrankeçməz
depressiyaları ilə sərhədlənir.
Zonada Paleogen-Miosen çöküntüləri geniş yayılıb. Antiklinal
qırışıqlar əsasən en istiqamətində uzanırlar, ensiz və uzun tağa
malikdirlər. Onların əksəriyyəti qırışığın oxu boyunca uzanan
qırılmalarla mürəkkəbləşib. Antiklinal zonanın hüdudunda bir sıra
braxiantiklinal qırışıqlar intişar tapıb.
Bir-birindən yastı və az maili yəhərlə ayrılan qırışıqlar
antiklinal zonalar təşkil edirlər. Sahənin şimal və orta hissələrində
yerləşən antiklinal qırışıqların uzanma istiqamətləri bir-birindən
fərqlənir. Qərb hissədəki qırışıqlar isə bir-biri ilə əsasən kulis şəkilində
uzlaşırlar. Onların səciyyəvi xüsusiyyətlərindən biri də tez-tez
şaxələnmələridir. Mərkəzi tektonik sahədə Cənubi Mayaş, Cəngiçay,

56
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Ahudağ-Babacan, Yekəxana-Quzeydağ-Şorbulaq və Şimali-Qırdağ


antiklinal zonaları ayrılır.
Cənub-qərbi tektonik zona braxiantiklinal qırışıqların geniş
yayılması ilə səciyyələnir. Qırışıqlar əsasən Oliqosen-Miosen
çöküntülərindən təşkil olunmuşlar. Antiklinalların tağ hissəsində
əsasən alt Miosen çöküntüləri, intensiv aşınma baş verən sahələrdə isə
alt Maykop və üst Qovundağ çöküntüləri yer səthinə çıxırlar.
Antiklinalları bir-birindən ayıran sinklinallar və struktur yəhərlər
əsasən orta və üst Miosen, bəzi hallarda transqressiv yatımlı Pliosen
çöküntülərindən ibarətdir. Nisbətən iri antiklinal zonalar bir-birindən
en istiqamətində uzanan geniş sinklinallarla ayrılırlar. Sinklinallar üst
Miosen və Pliosen çöküntülərindən təşkil olunublar.
Cənub-qərbi tektonik zonada Göyküraxtarma, Sündü-Ceyildağ,
Girdə-Qələndərtəpə və Ərzani-Qılıc antiklinal zonaları ayrılır. Bu
antiklinal zonalarının səciyyəvi xüsusiyyətləri onların əksər hallarda
üstəgəlmə xarakterli və uzununa istiqamətli regional qırılmalarla
mürəkkəbləşmələridir. Qırılmalar boyu, bir qayda olaraq, antiklinalların
daha yastı olan şimal qanadları, nisbətən dik yatımlı cənub qanadları
üzərinə gəlmişlər. Bir çox qırışıqlarla tağ hissələrində tektonik
qırılmalarla əlaqədar olan palçıq vulkanları və qrifonlar mövcuddur.
Cənub-şərqi tektonik zona (Ceyrankeçməz depressiyası da
adlanır) geoloji quruluşuna görə Şamaxı-Qobustan çökəkliyinin digər
hissələrindən kəskin fərqlənir. Zona daxilində antiklinal qırışıqlar
müxtəlif istiqamətlərdə uzanaraq, yarımdairə şəklində antiklinal
zonalar əmələ gətirirlər. Antiklinal zonalar və lokal qalxımlar bir-
birindən geniş sinklinallarla və yastı yəhərlərlə ayrılırlar. Qalxımların
tağ hissəsində Məhsuldar Qat (MQ) çöküntüləri, qanad və
periklinallarda isə, Ağcagil və Abşeron çöküntüləri yer səthinə
çıxırlar. Əsasən üst və orta Abşeronun gilləri, gilli qumları və

57
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

əhəngdaşılardan təşkil olunan sinklinallar kəskin asimmetrik quruluşa


malikdirlər.
Cənub-şərqi tektonik zona palçıq vulkanlarının geniş yayılması
ilə fərqlənir. Burada geoloji quruluşuna görə bir-birindən seçilən
Donquzluq-Ağzıqır, Kənizədağ-Miəkcik, Kiçik Kənizədağ-Duvannı,
Şıxıqaya-Anart və Ələt tirəsi antiklinal zonaları ayrılır.

2.2.4. Abşeron neftli-qazlı rayonu

Abşeron neftli-qazlı rayonunun quru ərazisi en istiqamətində


uzanan Abşeron yarımadasından ibarət olub, 2059 km 2 sahəni əhatə
edir. Rayonun qərb sərhədi şərti olaraq Giləzi burnundan Səngəçal
burnuna qədər uzanan xətt götürülür (şəkil 6).
Abşeron neftli-qazlı rayonu tektonik cəhətdən Böyük Qafqaz
meqaantiklinoriumun cənub-şərq batımının davamını təşkil edir.
Rayona Abşeron yarımadası, ondan şərqdə yerləşən Abşeron
arxipelaqı və ona aid edilən Bakı buxtası adaları daxildir. Qərbi
Abşeronun regional-tektonik xüsusiyyətləri bir çox cəhətdən Cənub-
Şərqi Qafqazın regional-tektonik xüsusiyyətlərini özündə əks etdirir.
Cənub-Şərqi Qafqazın pilləvarı tektonik quruluşu Abşeron
periklinal çökəkliyi ərazisində dəyişikliklərə uğrayır. Periklinal
çökəklik Şimali Abşeron və Cənubi Abşeron pillələrinə ayrılır [33].
Daha yüksək hipsometrik səviyyədə yerləşən Şimali Abşeron
pilləsi şimalda Qusar pilləsinin Xəzər dənizi suları altında qalan
hissəsindən Təngi-Beşbarmaq meqaantiklinalının cənub-şərqdə davamı
olan qırılma və qırışıqlar zonası ilə ayrılır. Cənubi Abşeron pilləsi isə
Abşeron yarımadasının çox hissəsini, yarımadanın cənub hissəsində
yerləşən dəniz akvatoriyasını və Qobustanın şərq hissəsini əhatə edir.
Şimali Abşeron pilləsində aparılan geofiziki kəşfiyyat və qazıma işləri

58
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Mezozoy çöküntülərinin yüksək hipsometrik səviyyədə yerləşdiyini və


strukturların əksəriyyətinin enə yaxın istiqamətləndiyini müəyyən edib.
Bu istiqamət Mezozoy çöküntüləri ilə yanaşı, onların üzərinə
qeyri-uyğun şəkildə yatan Paleogen-Miosen və eləcə də Pliosen
strukturları üçün də səciyyəvi xüsusiyyət sayılır.

Şəkil 6. Abşeron neftli-qazlı rayonu.

59
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Cənubi Abşeron pilləsində şimaldan cənuba və qərbdən şərqə


getdikcə Mezozoy çöküntülərinin yatma dərinliklərinin tədricən və ya
kəskin artması nəticəsində Paleogen-Miosen və Pliosen çöküntülərinin
enə yaxın istiqamətlənən strukturları meridionala yaxın strukturlarla
əvəz olunurlar. Antiklinal strukturların ox müstəviləri müxtəlif
dərəcədə, bəzən də çox kəskin dəyişilərək, yarımdairəvi şəkil alaraq,
muldaşəkilli sinklinal çökəklikləri əhatə edirlər. Bir çox hallarda
yarımdairəvi antiklinal zonalarda müxtəlif bucaq altında təmasa gələn
əlavə qırışıqlar müşahidə olunur.
Abşeron NQR-in strukturları uzununa və eninə qırılmalarla
yanaşı, həm də palçıq vulkanları ilə mürəkkəbləşiblər. Uzununa
qırılmalar adətən regional xarakterli olub, antiklinal zona üzərində
yerləşən əksər strukturların tağ hissələrindən keçirlər.
Antiklinal strukturların geomorfoloji xüsusiyyətlərinə və
Abşeron NQR-də tutduqları coğrafi mövqelərinə görə Qərbi Abşeron,
Mərkəzi Abşeron və Abşeron arxipelaqı tektonik zonalarına və ya
antiklinoriumlarına bölünürlər.
Qərbi Abşeron tektonik bölgəsi Cənub-Şərqi Qafqazın Mezozoy
strukturlarından meridional istiqamətli Yaşma fleksurası ilə ayrılır.
Yaşma fleksurası zonasında cənub-şərq istiqamətli Mezozoy
qalxımlarının pilləvarı çökməsi müşahidə olunur. Qərbi Abşeron
tektonik bölgəsinin şimal-şərq və cənub-şərq sərhədləri Abşeron
yarımadasının müvafiq sərhədləri ilə, şərq sərhədi isə Mərkəzi
Abşeronun Fatmayı-Zığ antiklinal zonası ilə məhdudlanır. Qərbi
Abşeron geotektonik baxımdan Böyük Qafqaz meqaantiklinoriumundan
Abşeron periklinal çökəkliyinə keçid zonasında yerləşir.
Qərbi Abşeron tektonik zonası və Mərkəzi Qobustan qırışıqlığı
zonaları cənub-şərq istiqamətində bir-birinə paralel uzanan ayrı-ayrı
antiklinal strukturlardan ibarətdir. Onların tağ və tağa yaxın

60
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

hissələrində Paleogen-Miosen, bəzən isə Mezozoy çöküntüləri yer


səthinə çıxdıqları halda, cənub-şərq batımları MQ çöküntüləri ilə
haşiyələnirlər. Bu cəhətdən Şimali və Mərkəzi Qobustan tektonik
zonalarının Korkeçidağ, Ağburun, Yunusdağ, İlxıdağ və başqa
antiklinalları göstərmək olar. Onlardan cənub-şərqdə yerləşənləri MQ,
Abşeron və Dördüncü dövr çöküntülərindən təşkil olunan geniş
Şurabad-Ceyranbatan sinklinal zonası cənub-şərqdə daha böyük
ölçülü Bakı muldasına açılır.
Şimal-qərb - cənub-şərq istiqamətində uzanan sinklinal zona
istər Qobustanın adları çəkilən antiklinal strukturlarının, istərsə də
Qərbi Abşeronun dairəvi strukturlarının sinklinal zonasından şərqdə
yerləşən strukturlar ilə tektonik əlaqəsini pozur. Qərbi Abşeron
tektonik zonasını isə Mərkəzi Abşeron tektonik zonasından Şurabad-
Çeyranbatan sinklinal zonası ayırır.
Qərbi Abşeronun regional tektonikası fonunda Paleogen-
Miosen kompleksi çöküntülərinin litofasiya və paleotektonik şəraitindən
asılı olan özünə məxsus struktur-tektonik xüsusiyyətləri mövcuddur.
Əsasən gilli-qumlu litofasiyada intişar etmiş Paleogen-Miosen
çöküntüləri, Mezozoy və Pliosen çöküntü kompleksləri arasında aralıq
qatı rolunu oynayır. Altda və üstdə yatan çöküntü qatlarından qeyri-
uyğun yatımla ayrılır. Bu qatın qalınlığı tədqiq edilən rayon ərazisində
şimal-qərbdən cənub-şərqə tərəf 0,5-1 km-dən 5-6 km-ə, bəzi hallarda
isə, hətta 7-8 km-ə qədər artır. Paleogen-Miosen çöküntülərinin
qalınlıqlarında olan belə kəskin fərqlər onların struktur-tektonik
xüsusiyyətlərində də öz əksini tapır.
Rayonun şimal-qərb hissəsində Paleogen-Miosen çöküntüləri
qalınlıqları nisbətən az olduğu üçün, onlar Mezozoy kompleksi
çöküntülərinin struktur-tektonik xüsusiyyətlərini əks etdirir. Burada
CŞ Qafqazın üst Təbaşir çöküntülərindən təşkil olunan ümumqafqaz

61
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

istiqamətli, kəskin şəkildə əks olunan, böyük uzunluqları ilə seçilən


(Yunusdağ, Qovundağ, İlxıdağ və s.) antiklinal qalxımlar, yer
səthində geniş intişar edən Paleogen-Miosen çöküntüləri altına
gömülmüşlər.
Abşeron yarımadasının şimal-qərb hissəsində yerləşən Corat,
Novxanı, Saray, Binəqədi və s. antiklinal qırışıqlar şimal-qərbdə
yerləşən Mezozoy strukturlarından xeyli dərəcədə fərqlənsələr də,
onlar ümumqafqaz istiqamətində uzanırlar. Bir qədər cənub-şərqdə
yerləşən strukturlarda isə göstərilən istiqamətə meyl etmək müşahidə
olunur.
Antiklinal strukturların nüvəsi Qovundağ, Maykop, Çokrak,
Diatom və Pont çöküntülərindən təşkil olunub. Pliosen çöküntüləri isə
qırışıqların qanad hissələrində və sinklinallarda saxlanılıb. Qırışıqların
nüvəsində Paleogen-Miosen yaşlı, əsasən gilli çöküntülər ikinci
dərəcəli qırışıqlığa və tektonik pozulmaya məruz qalmışlar. Əksər
qırışıqların tağ və ya tağa yaxın hissələri qırılıb-qalxma və ya
üstəgəlmə tipli uzununa qırılmalarla mürəkkəbləşiblər.
Qərbi Abşeronda böyük ölçülü antiklinal zonaların əmələ
gəlməsi, məhz regional qırılmalarla əlaqədardır. Qırılma müstəvisi
üzrə tektonik blokun digər blok üzərinə irəliləməsi nəticəsində
layların tektonik parçalanma və əzilmə zonaları əmələ gəlir. Bu
zonalar antiklinal strukturların tağ hissələrində daha geniş sahələri
əhatə edirlər. Paleogen-Miosen çöküntüləri antiklinal zonalarda bir
sıra lokal xarakterli qırılmalarla tektonik bloklara parçalanırlar.
Qərbi Abşeron tektonik bölgəsi daxilində Qərbi Abşeron
antiklinoriumu və eyniadlı sinklinoriumu kimi, nisbətən iri tektonik
vahidlər ayrılır.
Qərbi Abşeron sinklinoriumu cənub - cənub-şərq istiqamətində
uzanaraq, Sumqayıt, Ceyranbatan, Masazır sinklinallarını və böyük

62
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

ölçülü Bakı muldasını əhatə edir. Sinklinorium yer səthində


Məhsuldar Qat, Ağcagil və Abşeron çöküntülərindən təşkil olunub.
Ayrı-ayrı sinklinalların və Bakı muldasının mərkəzi hissələri isə
Dördüncü dövr çöküntülərilə doldurulmuşdur.
Qərbi Abşeron sinklinoriumunun cənub-qərb yamacında yer
səthinə çıxan Paleogen-Miosen çöküntüləri, Mezozoy çöküntülərindən
təşkil olunan antiklinoriumların cənub-şərq qurtaracaqları ilə iti bucaq
təşkil edərək, daha çox meridional istiqamətdə uzanırlar. Onlar
sinklinoriumun şimal-şərq yamacında Pliosen çöküntülərilə örtülürlər.
Qərbi Abşeron sinklinoriumunun asimmetrikliyi bütün eninə profillərdə
nəzərə çarpır. Uzununa kəsilişdə isə sinklinorium yəhər formalıdır.
Mərkəzi Abşeron tektonik bölgəsinin şimal-qərb hissəsində
yerləşən antiklinalların tağ hissələrində Oliqosen-Miosen çöküntüləri
yer səthinə çıxırlar. Lakin çıxışların sahəsi qərbdə yerləşən çıxışlarla
müqayisə edilməz dərəcədə azdır. Mərkəzi Abşeronun antiklinal zonaları
da Şərqi Abşeronun antiklinal zonalarından geniş sinklinalla ayrılırlar.
Geoloji ədəbiyyatda Şərqi Abşeron sinklinoriumu adı ilə məlum
olan depressiya Pliosen-Antropogen çöküntülərindən təşkil olunan Qala
antiklinalı ilə Binə-Hövsan və Dübəndi-Zirə sinklinallarına bölünür.
Abşeron neftli-qazlı rayonunun quru ərazisində Qovundağ-
Lökbatan, Keçəldağ-Binəqədi, Üçtəpə-Damlamaca-Qaraheybət, Corat-
Zığ, Ziyilpiri-Sulutəpə, Fatmayı-Zirə antiklinal zonaları, Güzdək və
Bakı muldaları ayrılır.

2.2.5. Aşağı Kür neftli-qazlı rayonu

Aşağı Kür neftli-qazlı rayonu Küryanı düzənliyin cənub-şərq


hissəsini əhatə edir və şimal - şimal-şərqdən Ləngəbiz-Ələt, qərb -
cənub-qərbdən Girdimançaydan keçən Qərbi Xəzər dərinlik
qırılmaları ilə, şərq-cənub-şərqdən isə şərti olaraq Xəzər dənizilə

63
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

hüdudlanır. Rayonun şərqində relyef palçıq vulkanları ilə kəskin


şəkildə mürəkkəbləşir (şəkil 7).
Aşağı Kür çökəkliyi əsasən Qədim Xəzər və Müasir dövr
çöküntüləri ilə örtülüb. Bununla yanaşı rayonun bəzi sahələrində orta
və üst Pliosen çöküntüləri yer səthinə çıxır. Rayon ərazisində bir çox
sahələrdə qazılan axtarış-kəşfiyyat quyularında MQ çöküntülərinin üst
şöbəsi tam açılıb. Yalnız bir neçə sahədə az sayda quyu MQ-nin alt
şöbəsinin Qırməkialtı lay dəstəsini açıb və Miosen çöküntülərinə daxil
olub [33].
Aşağı Kür çökəkliyi Cənub-Şərqi Şirvan və Muğan-Salyan
tektonik zonalarına ayrılır. Bu tektonik zonalar daxilində, şimal-qərb
cənub-şərq istiqamətində uzanan 4 antiklinal zona: Pirsaat-Hamamdağ,
Kəlaməddin-Mişovdağ-Bəndovan, Kürsəngi, Padar-Neftçala zonaları
mövcuddur. Bu antiklinal zonalar yer səthində əsasən Ağcagil,
Abşeron və Bakı mərtəbələrinin çöküntüləri ilə təmsil olunmuşlar.
Məhsuldar Qat çöküntüləri Kəlaməddin, Böyük Hərami, Kiçik
Hərami, Mişovdağ və Bəndovan qalxımlarının yalnız tağ hissələrində
yer səthinə çıxırlar. Qalxımların əksəriyyəti, cənub-qərb qanadları dik,
şimal-şərq qanadları isə az maili yatıma malik asimmetrik quruluşlu
antiklinal strukturlardır.
Strukturların tağ hissələri böyük yerdəyişmə amplituduna
malik qırılmalarla mürəkkəbləşib. Qırışıqların şarnirindən keçən
pozğunluqlar üzərində palçıq vulkanları yerləşir.
Pirsaat-Hamamdağ antiklinal zonası şimal-qərb – cənub-şərq
istiqamətində uzanır. Zonanın geoloji quruluşunda Qədim Xəzər,
Abşeron, Ağcagil və Məhsuldar Qat çöküntüləri iştirak edirlər.
Tektonik cəhətdən ən yüksəkdə yerləşən Hamamdağ antiklinalında
Məhsuldar Qat çöküntülərinin üst hissəsi 900 m qalınlığa qədər
yuyulmuşdur.

64
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Şəkil 7. Aşağı Kür neftli-qazlı rayonu.

Bu böyük ölçülü qalxımın CŞ hissəsi dənizdə yerləşir və


Hamamdağ-dəniz qalxımı adlanır. Bu zonanın dənizdə davamında

65
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

nisbətən kiçikölçülü lakin kəskin şəkildə əks olunmuş Qarasu, Ülfət,


Aran-dəniz, Daşlı, Səbayel braxiantiklinalları yerləşirlər. Antiklinal
strukturların tağyani hissələri bir-birinə paralel uzanan çoxsaylı, eninə
istiqamətli qırılmalarla mürəkkəbləşmişlər. Strukturların tağ və
periklinal hissələrində yerləşən palçıq vulkanları əsasən uzununa
istiqamətli qırılmalarla əlaqədardırlar.
Kəlaməddin-Mişovdağ-Qalmaz-Bəndovan antiklinal zonasının
Kəlaməddin-Kiçik Hərami hissəsi submeridional, Mişovdağ-Qalmaz
hissəsi subeninə, Xıdırlı-Bəndovan hissəsi isə cənub-şərq istiqamətində
uzanırlar.
Zona üzərində yerləşən braxiantiklinal qalxımlar yer səthində
əsasən, Ağcagil, Abşeron və Qədim Xəzər çöküntülərindən təşkil
olunub. Məhsuldar Qat çöküntüləri az sahələrdə yer səthinə çıxırlar.
Zonanın antiklinal strukturları uzununa və eninə pozğunluqlarla
mürəkkəbləşiblər.
Kürsəngi antiklinal zonası Cənubi-Şirvan çökəkliyinin Şimal-
qərb hissəsində Kəlaməddin-Mişovdağ-Bəndovan və Kürovdağ-Neftçala
antiklinal zonaları arasında yerləşir. Cəmi iki: Kürsəngi və Cənubi-
Kürsəngi qaxımlarından ibarət olan bu antiklinal zona böyük dərinliyə
gömülməsi ilə fərqlənir.
Məhsuldar Qat çöküntüləri üzrə bir-birindən ensiz yastı
yəhərlə ayrılan Kürsəngi və Cənubi-Kürsəngi strukturları, orta
Abşeron çöküntüləri üzrə Cənubi Kürsəngi qalxımının daha intensiv
gömülməsi nəticəsində tağ hissəsi Kürsəngi qalxımına uyğun olan
uzununa, asimmetrik vahid antiklinal qalxımdan ibarət olur. Antropogen
çöküntüləri üzrə isə, burada layların az maili monoklinal yatımı qeyd
olunur.
Kürovdağ-Neftçala antiklinal zonası Aşağı Kür çökəkliyinin
mərkəzi hissəsində yerləşir. Şimal-qərbdən - cənub-şərqə doğru təqribən

66
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

100 km-dən artıq məsafədə uzanan bu antiklinal zona üzərində


Kürovdağ, Babazənən-Durovdağ, Xıllı-Duzdağ, Neftçala antiklinalları,
zonanın dənizdə davamında isə Neftçala-dəniz-Kürdaşı antiklinalları
yerləşirlər. Əksəriyyəti braxiantiklinal tipli olan bu strukturlar bir-
biridən qısa və dayaz stuktur yəhərlərlə ayrılırlar. Kürovdağ - Neftçala
antiklinal zonasının əksər strukturlarının tağyanı hissələri onların ox
müstəvilərinə paralel yerləşən iki uzununa və bir neçə eninə qırılmalarla,
çox saylı tektonik bloklara parçalanmışlar. Stukturların geoloji
quruluşlarını mürəkkəbləşdirən palçıq vulkanları və onların qrifonları
uzununa qırılmaların eninə qırılmalarla kəsişdiyi zonalarda yerləşir.

2.2.6. Kürdəmir-Saatlı-Lənkəran mümkün neftli-qazlı


rayonu

Kürdəmir-Saatlı-Lənkəran mümkün neftli-qazlı rayonu eyni adlı


qalxımlar zonasını əhatə edir. Şimal-qərb-cənub-şərq istiqamətində
uzanan bu zona, Kür çökəkliyinin mərkəzi hissəsində yerləşir. Rayon
cənub-qərbdən Carlı-Cəlilabad, şimal-şərqdən Qərbi Xəzər, şimaldan
Mingəçevir-Göyçay dərinlik qırılmaları, cənub-şərqdən isə Xəzər
dənizinin sahili ilə sərhədlənir. Tektonik cəhətdən Yevlax-Ağcabədi
və Cəlilabad çökəklikləri ilə Aşağı Kür çökəkliyi arasında yerləşən bu
zona Araz dərinlik qırılması ilə iki hissəyə: Kürdəmir-Saatlı və Saatlı-
Lənkəran gömülmüş qalxım zonalarına bölünür (şəkil 8).
Kürdəmir-Saatlı-Lənkəran gömülmüş qalxımlar zonasının
yerləşdiyi ərazinin çox hissəsini az maili Mil, Muğan və Şirvan
düzənlikləri əhatə edir. Zona əsasən Dördüncü dövr çöküntülərilə
örtülmüşdür.
Kürdəmir-Saatlı qalxım zonasının cənub-qərb hissəsində,
keçən əsrin 80-ci illərində aparılmış seysmik kəşfiyyat işlərinin
nəticələrinə görə, Mezozoy çöküntüləri üzrə Qarasaqqal-Carlı-Saatlı

67
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

tektonik zonasını təşkil edən Qarasaqqal, Qarabat, Sor-sor, Carlı


gömülmüş struktur qalxımları və Paleogen-Miosen çöküntülərindən
təşkil olunmuş İncə, Müsüslü, Türkəçi, Qarabucaq gömülmüş
qalxımları aşkar edilmiş və qazmaya hazırlanmışdır.

Şəkil 8. Kürdəmir-Saatlı-Lənkəran mümkün neftli-qazlı rayonu.

68
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Üst Təbaşirdən başlayaraq üst Miosenə qədər, Sarmat mərtəbəsi


də daxil olmaqla, çöküntütoplanma prosesində fasilə baş verdiyindən
1970-80-cı illərdə neft-qazlılığı az perspektivli olan Saatlı-Qaracalı
zonasının bir sıra sahələrində axtarış-kəşfiyyat qazıma işləri
dayandırılmışdır.
Kompleks geoloji-geofiziki tədqiqatlar əsasında Saatlı-Lənkəran
zonasının cənub-qərb hissəsində Paleogen-Miosen çöküntüləri üzrə
gömülmüş Kürd, Orta Kürd, Qırmızıkənd, Biləsuvar və Uzuntəpə
antiklinal qırışıqlarının mövcudluğu müəyyən edilib. Biləsuvar-
Uzuntəpə antiklinoriumunun geoloji quruluşunda üst Miosendən
Ağcagilə qədər olan çöküntülər iştirak edirlər.
Zonanın şimal-şərq hissəsində isə, son illərdə seysmik
kəşfiyyat işləri nəticəsində Mezozoy çöküntüləri üzrə Həşimxanlı
strukturu və Xəlfəli, Orta Muğan, Şorsulu, Şərqi Şorsulu gömülmüş
qalxımları, Paleogen-Miosen çöküntüləri üzrə isə Məmmədabad,
Azadkənd, Nəsimikənd strukturları və Muğanlı, Ağçala, Xırmandalı,
Xanməmmədli struktur çıxıntıları aşkar olunub.
Saatlı-Lənkəran mümkün neftli-qazlı rayonunda neft-qazlılıq
baxımından maraq kəsb edən Uzuntəpə qırışığının tağında qazılan
quyulardan alınan məlumatlara görə Sarmat çöküntülərinin bilavasitə
üst Eosen çöküntüləri üzərinə qeyri-uyğun yatması müəyyən
olunmuşdur. Orta Miosen və Maykop çöküntüləri kəsilişdə iştirak
etmirlər. Sahədə aparılan seysmik-kəşfiyyat işlərinin nəticələri
göstərir ki, antiklinal qırışıqlar 1200 m və daha dərində yatırlar.

2.2.7. Muradxanlı və Gəncə neftli-qazlı rayonları


(Yevlax-Ağcabədi çökəkliyi)

Gəncə və Muradxanlı neftli-qazlı rayonları geomorfoloji


cəhətdən Kiçik Qafqazın şimal-şərq dağətəyi zonasını və Kür

69
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

çökəkliyinin cənub-qərb hissəsini, geotektonik cəhətdən isə Yevlax-


Ağcabədi çökəkliyinin cənub-qərb və şimal-şərq bortlarını əhatə
edirlər (şəkil 9).
Cənub-qərbdə Kiçikqafqazqarşısı dərinlik qırılması ilə Kiçik
Qafqaz dağ silsiləsindən, şimal-qərbdə Gəncəçay-Qanıx qırılması ilə
Dəllər-Tovuz tektonik zonasından, Dəliməmmədli və Mingəçevir-
Göyçay qırılmaları ilə Qabırrı-Acınohur çökəkliyindən, şimal-şərqdə
Carlı-Cəlilabad qırılması ilə Kürdəmir-Saatlı-Lənkəran gömülmüş
qalxımlar zonasından, Aşağı Araz qırılması ilə Talışqarşı çökəklikdən
ayrılan Yevlax-Ağcabədi çökəkliyinin uzunluğu 170-180 km, eni isə
70-75 km-ə çatır. Asimmetrik geoloji quruluşa malik olan bu
çökəkliyin cənub-qərb və şimal-şərq bortlarının geoloji quruluşlarında
və neft-qazlılıqlarında mövcud olan əsaslı fərqlər, çökəkliyin cənub-
qərb bortunu - Gəncə, şimal-şərq bortunu isə Muradxanlı adlanan
müstəqil neftli-qazlı rayon kimi ayrılırlar. Bu rayonlar bir-birindən
şərti olaraq çökəkliyin mərkəzi hissəsindən keçən xətlə ayrılırlar.

Muradxanlı neftli-qazlı rayonu


Muradxanlı neftli-qazlı rayonu Yevlax-Ağcabədi çökəkliyinin
şimal-şərq bortunu əhatə edir. Rayonun geoloji quruluşunda Mezozoy,
Paleogen-Miosen və Pliosen-Antropogen çöküntüləri iştirak edir.
Paleogen çöküntüləri, bortun batım hissələrində Mezozoy çöküntülərinə
transqressiv şəkildə söykənərək pazlaşırlar. Pazlaşma xəttinin
Mezozoy çöküntülərinin uzanma istiqamətilə iti bucaq altında
kəsməsi, Mezozoy və Paleogen çöküntülərinin struktur planlarının
müxtəlifliyini göstərir [90, 121].
Neogen-Antropogen kompleksinin struktur planı, altda yatan
Paleogen və Mezozoy komplekslərinin struktur planlarından kəskin
şəkildə fərqlənir. Belə ki, Paleogen və Mezozoy kompleksləri
nisbətən dik bucaq altında cənub-qərb istiqamətində yatdığı halda,

70
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Neogen-Antropogen kompleksi az maili monoklinal şəkildə şimal-


şərq istiqamətində yatır [90, 121].

Şəkil 9. Yevlax-Ağcabədi neftli-qazlı rayonu.

Muradxanlı qalxımı istisna olmaqla, Mezozoy kompleksi


strukturlarının əksəriyyəti uzunluqları 2-6 km, enləri 1-3 km,
hündürlükləri 80-150 m olan, kiçik ölçülü lokal qalxımlardır. Bu
71
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

neftli-qazlı rayon struktur-tektonik xüsusiyyətlərinə və lokal


qalxımların yerləşmə sıxlığına görə Şimal-qərb, Mərkəz və Cənub-
şərq zonalara bölünür.
Şimal-qərb zonası Yevlax-Ağcabədi çökəkliyinin şimal-qərb
sentriklinalının şimal-şərq hissəsini əhatə edir. Burada, seysmik
kəşfiyyat üsulu ilə Qarxun, Qərbi-Əmirarx, Əmirarx qalxımları və
Şıxlar, Quşçu, Pirəzə struktur çıxıntıları aşkar edilmişlər. Bir-birindən
geniş struktur yəhərlərlə ayrılan və cənub-şərq istiqamətində uzanan
Qarxun, Qərbi Əmirarx və Əmirarx qalxımları zəif inkişaf etmiş
antiklinal zona yaradırlar.
Qarxun qalxımı Mezozoy çöküntülərinin 10 o bucaq altında
cənub-qərb istiqamətli, regional miqyaslı monoklinal yatımı üzərində,
Mezozoyun səthini əks etdirən 5300 m-lik izohipslə qapanan,
uzunluğu 3,5 km, eni 1,5 km, hündürlüyü 50 m olan cənub-şərq
istiqamətli braxiantiklinal strukturdur.
Qərbi Əmirarx 3D seysmik məlumatları əsasında xeyli
mürəkkəb quruluşlu, cənub-şərq istiqamətdə uzanan, 4900 m-lik
izohips üzrə ölçüləri 1,2 x 0,7 km olan braxiantiklinal strukturdur.
Əmirarx qalxımı Eosen çöküntüləri səthini əks etdirən 4650 m-lik
izohipslə uzunluğu 3,0 km, eni 1,8 km, hündürlüyü 50 m-ə yaxın olan
braxiantiklinal strukturdur. Mezozoy çöküntüləri səthinə görə isə
burada cənub-qərb istiqamətində monoklinal enim fonunda körfəzvarı
sinklinal qeydə alınmışdır.
Mərkəzi tektonik zona şimal-qərb və cənub-şərq zonaları arasında
25-26 km məsafədə Mezozoy çöküntüləri səthinin 4000-4500 m-dən
6500 m dərinliyə qədər gömüldüyü, struktur çıxıntılarla mürəkkəbləşmiş
olan monoklinaldan ibarətdir.
Bu monoklinalın qalxım hissəsində 4200-4600 m və 4100-4500
m-lik izohipslərlə əks olunmuş Qazıyan və Ucar, batım hissəsində isə
5500-6000 m-lik izohipslərlə əks olunmuş Sineyli və Gödəkqobu
struktur çıxıntıları qeydə alınmışlar [121].

72
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Cənub-şərqi tektonik zona cənub-şərq istiqamətində uzanan


kiçikölçülü lokal qalxımların çoxluğu ilə fərqlənir. Bu zonanın şimal-
qərbində Mezozoy çöküntüləri səthinin, uyğun olaraq, 3750 və 3600 m
izohipslərlə əks olunan Qarabat və Çöllü qalxımları, onlardan cənubda
Qarğalı-Mil, daha cənubda isə Zərdab-Muradxanlı antiklinal zonaları
yerləşirlər.
Zərdab-Muradxanlı antiklinal zonasının mərkəzi hissəsində
böyük ölçülü Muradxanlı, şimal-qərbində kiçik ölçülü Zərdab,
Şıxbağı, Şərqi Şıxbağı, Söyüdlər, cənub-şərqində isə Cəfərli, Qaralı
qalxımları yerləşirlər.
Bir-birindən kiçik yəhərlərlə ayrılan Zərdab, Şıxbağı, Şərqi
Şıxbağı qalxımları şimalda yerləşən Qarğalı, Qışlaq qalxımlarından
şimal bortu enli, cənub bortu isə çox ensiz olan sinklinal ilə ayrıldığı
halda, cənub qanadları tədricən Yevlax-Ağcabədi çökəkliyinin şimal-
şərq bortunda regional miqyaslı monoklinala əvəz olunurlar.
Zərdab qalxımı üst Təbaşir çöküntüləri səthini əks etdirən 4350 m
izohipslə ölçüləri 3,0 x 1,5 km, hündürlüyü 50 m-dən artıq olan
braxiantiklinal srtukturdur. Onun, 4400 m-lik izohipslə ifadə olunan
şimal qanadı və şimal-qərb periklinalı tədricən monoklinal ilə əvəz
olunduğu halda cənub-şərq periklinalı kiçik struktur yəhərlə, 4350 m-lik
izohipslə ölçüləri 2,0 x 1,5 km olan Cənubi Zərdab adlanan qalxımdan
ayrılır.
Şıxbağı qalxımı üst Təbaşir çöküntüləri səthini əks etdirən 4300 m-
lik izohipslə ölçüləri 5,0 x 2,9 km, hündürlüyü 100 m-dən artıq olan
submeridional istiqamətli braxiantiklinal strukturdur.
Şərqi Şıxbağı qalxımı üst Təbaşir çöküntüləri səthini əks etdirən
4150 m-lik izohipslə ölçüləri 7 x 1,3 km, hündürlüyü 50 m-dən artıq
olan günbəzvarı strukturdur.
Söyüdlər qalxımı üst Təbaşir çöküntüləri səthini əks etdirən
3800 m-lik izohipslə ölçüləri 2,8 x 2,3 km, hündürlüyü 100 m-dən
artıq olan günbəzvarı strukturdur. Muradxanlı qalxımının şimal-şərq

73
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

qanadının şimal-qərb hissəsində yerləşən bu struktur vahid şimalda


yerləşən Qışlaq qalxımından hamar və geniş yəhərlə ayrılır.
Muradxanlı qalxımı üst Təbaşir çöküntüləri səthini əks etdirən
3500 m-lik izohipslə ölçüləri 6,3 x 8,7 km, hündürlüyü 500 m-dən çox
olan, cənub-şərq istiqamətli strukturdur. Onun 20-22o bucaq altında
yatan qısa şimal-şərq qanadı Şahsünnü və Məmmədli qalxımlarından
ensiz və asimmetrik yəhərlə ayrılır, 15-20o bucaq altında yatan geniş
cənub-qərb qanadı isə 10 km-ə qədər uzanaraq tədricən Yevlax-
Ağcabədi çökəkliyin cənub-şərq senrtiklinalına qovuşur. Muradxanlı
qalxımının şimal-şərq və cənub-qərb qanadlarının tağyanı hissələri
uzununa, batım hissələri isə eninə və diaqonal istiqamətli qırılmalarla
mürəkkəbləşmişdir. Şimal-şərq qanadı kəsən qırılmanın amplitudu
0-300 m, cənub-qərb qanadı kəsən qırılmanın amplitudu isə 50-200 m
arasında dəyişir. Strukturun şimal-qərb periklinalı terras şəklində 6 km-ə
qədər uzandığı halda, cənub-şərq periklinalı Cəfərli qalxımından
nisbətən geniş struktur yəhərlə ayrılır [13].
Bozqobu qalxımı Muradxanlı qalxımının cənub-qərb qanadının
uzaq batımında Mezozoy çöküntülərinin səthini əks etdirən qapalı
5300 m-lik izohislə ölçüləri 3,0 x 1,5 km olan, 5400 və 5500 m-lik
yarımqapalı (şimal-şərqdən açıq) izohipslər üzrə hemiantiklinal quruluşlu
gömülmüş strukturdur.
Cəfərli qalxımı üst Təbaşir çöküntülərinin səthini əks etdirən
4400 m-lik izohipslə ölçüləri 3,0 x 3,8 km, hündürlüyü 100 m-dən
artıq olan, günbəzvari antiklinal qalxımdır. Tağyanı və tağ hissəsi
kiçik amplitudlu iki uzununa və bir neçə eninə qırılmalarla
mürəkkəbləşən strukturun tağyanı hissəsində üst Təbaşir çöküntülərinin
yatım bucaqları 6-8o-dən artıq deyil.
Qaralı qalxımı Cəfərli qalxımından kiçik yəhərlə ayrılan, üst
Təbaşir çöküntüləri səthini əks etdirən 4200 m-lik izohipslə ölçüləri
2,3 x 1,8 km, hündürlüyü 100 m olan günbəzvari strukturdur. Bu
struktur şimal-şərqdə Mil qalxımından və cənub-şərqdə İmişli struktur
çıxıntısından körfəzvari çökəkliklərlə ayrılır.
74
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Ağaməmmədli qalxımı üst Təbaşir çöküntüləri səthini əks


etdirən 4200 m-lik izohipslə ölçüləri 1,4 x 3,0 km, hündürlüyü 80 m-ə
yaxın olan submeridional istiqamətdə uzanan braxiantiklinal strukturdur.
Onun zəif inkişaf etmiş cənub periklinalı monoklinalın bort
hissəsindən ayrılır, şimal periklinalı isə, uzunluğu 3 km-ə yaxın olan
hemiantiklinala keçir və Cəfərli antiklinalından geniş və yastı yəhərlə
ayrılır.

Gəncə neftli-qazlı rayonu


Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb qanadını əhatə edən
Gəncə neftli-qazlı rayonu Mezozoy çöküntüləri üzrə zəif əks olunan
struktur çıxıntı və hemisinklinallarla mürəkkəbləşən Kiçikqafqazqarşısı
monoklinaldan ibarətdir. Struktur çıxıntılar Murovdağ və Ağdam
antiklinoriumlarının, hemisinklinallar isə Ağcakənd və Ağdərə
sinklinoriumlarının cənub-şərq davamında yerləşir [15, 33].
Göstərilən struktur vahidlər çökəkliyin cənub-qərb bortunu və
eyni zamanda, Gəncə neftli-qazlı rayonunun geoloji quruluşunu xeyli
mürəkkəbləşdirir. Rayonun Gəncəçay və Naftalan-Gödəkboz qırılmaları
arasında qalan şimal-qərb hissəsində Mezozoy çöküntüləri üzrə
əksqafqaz istiqamətində uzanan Əliuşağı, Acıdərə struktur çıxıntıları
və müxtəlif istiqamətli Qazanbulaq, Borsunlu-Kürəkçay, Borsunlu və
kiçik ölçülü Çaylı, Simalı Çaylı, Ziyadxan və Şimalı-Ziyadxan
qalxımları müəyyən edilmişlər.
Submeridional istiqamətdə uzanan Naftalan-Gödəkboz-Düzdağ
qırılması və onun üzərində formalaşan eyni adlı qalxım zonası Gəncə
neftli-qazlı rayonun şimal-qərb hissəsini onun nisbətən sadə quruluşlu
mərkəzi hissəsindən ayırır. Asimmetrik quruluşa malik olan bu
qalxımlar zonasının tağ hissəsində Mezozoy çöküntülərinin səthi
3000–4000m, şimal-şərq qanadında isə 4000-5000 m dərinlikdə
yerləşir.

75
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Gəncə neftli-qazlı rayonunun Naftalan-Gödəkboz-Duzdağ qalxımlar


zonasından Ağcabədi qalxımına qədər olan mərkəzi hissəsi Güllücə,
Tərtər və Şirvanlı qalxımlarının şimal-şərq qanadlarının tağyanı
hissəsindən keçən uzununa istiqamətli qırılmalarla üç tektonik bloka
bölünmüşdür. Bu bloklar üzrə Mezozoy çöküntülərinin səthi Güllücə
qalxımında 500-1000 m, Tərtər qalxımında 3000-3500 m, Şirvanlı
qalxımında 4500-5000 m, Bərdə qalxımında isə 5000-6000 m dərinliyə
qədər gömülmüşdür.
Qafqaz istiqamətində uzanan bu qalxımlar şimal-şərq qanadları
nibətən dik, cənub-şərq qanadları isə bir qədər yastı olan asimmetrik
quruluşa malikdirlər.
Gəncə neftli-qazlı rayonunun Ağdam antiklinorimunun cənub-
şərq batımında yerləşən hissəsi daha mürəkkəb quruluşa malikdir.
Rayonun bu hissəsi mürəkkəb seysmik yazı zonaları şəklində qeyd
olunan üç uzununa qırılma ilə tektonik bloklara bölünmüşdür.
Ən cənubda, bilavasitə Ağdam antiklinoriumunun davamında
yerləşən hissədə yer səthinə çıxan Mezozoy çöküntüləri şimal-şərq
istiqamətində 1500 m dərinliyə qədər gömülür. Ağcabədi-Beyləqan
tektonik blokunda Mezozoy çöküntüləri 500-2500 m-ə, daha şimalda
yerləşən Sovetlər-Ağgöl blokunda isə 2500 m-dən 4000-4500 m-ə
qədər gömülürlər.
Ağcabədi-Beyləqan tektonik blokunun şimal-qərb hissəsində
yerləşən Ağcabədi qalxımının ölçüləri 16,5 x 3,5 m təşkil edir.
Blokun şərq hissəsində yerləşən, müxtəlif istiqamətlərdə uzanan və
bir-biri ilə kulis şəklində uzlaşan Kəbirli, Çəbri, Qəmərli, Boluslu,
Beyləqan qalxımlarının ölçüləri isə 3,5 x 1,5-3 km-dir.
Sovetlər-Ağgöl tektonik blokda yerləşən 3750 m-lik izohipslərlə
əks olunan kiçikölçülü Sovetlər, Ağgöl və Şərqi Ağcabədi qalxımları
bir-birindən kiçik yəhərlərlə ayrılırlar. Bu strukturlardan şimal-qərb

76
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

istiqamətində Mezozoy çöküntüləri 4000-6000 m dərinliyə qədər


gömülürlər.
Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb qanadında Paleogen
çöküntülərinin geoloji quruluşu, üst Təbaşir çöküntülərinin geoloji
quruluşundan yatım bucaqlarının bir qədər azalması ilə fərqlənir. Miosen
çöküntüləri isə, cənub-qərb bortun çox hissəsində Ağcagilqarşısı
yuyulmaya məruz qaldığından bu bortun yalnız uzaq batımında,
Bərdə-Ağcabədi-Beyləqan qırılma xəttindən şimal-şərqdə iştirak edir
və yatım bucaqlarının əhəmiyyətli dərəcədə (5-80) azalması ilə
fərqlənirlər.
Pliosen-Antropogen çöküntüləri üzrə Yevlax-Ağcabədi çökəkliyinin
cənub-qərb bortu struktur çıxıntılarla mürəkkəbləşməyən, az maili
monoklinaldan ibarətdir

2.2.8. Kür-Qabırrı çaylararası neftli-qazlı rayonu

Kür və Qabırrı çaylararası neftli-qazlı rayonu Qabırrı-Acınohur


çökəkliyinin cənub-qərb hissəsini əhatə edir. Sahə geomorfoloji
xüsusiyyətlərinə görə bir-birindən fərqlənən Qabırrı çayı ətrafı dağlıq-
Çatma və Kür çayı ətrafı ovalıq - Ceyrançöl zonalarına ayrılır (şəkil 10).
Çatma zonası şimaldan Qabırrı çayı, cənubdan isə Kiçik
Palantökən, Böyük Palantökən, Axtaxtatəpə, Çobandağ və Sacdağ
yüksəkliklərinin cənub yamacları boyu keçən Herikdərə üstəgəlməsi
ilə hüdudlanır. Zona bir-birinə paralel uzanan Eldaroyuğu və
Cobandağ-Palantökən sıra təpəliyindən ibarətdir. Burada ayrılan
Çatma antiklinoriumu əsasən Miosen çöküntülərindən təşkil olunub və
tektonik pozğunluqlarla kəskin mürəkkəbləşib [33].
Antiklinoriumun daxilində mollas çöküntülərindən ibarət olan
strukturlar üç qrupa ayrılır. Zonanın şimalında yerləşən qrupa
Taurtəpə, Alaçıq, Eldaroyuğu və Eldar, mərkəzi qrupa Yaylacıq,

77
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Dəmirtəpə, Göytəpə və Armudlu, cənub qrupa isə Udabno, Sacdağ,


Molladağ, Çobandağ-Axtaxtatəpə, Böyük Palantökən və Kiçik
Palantökən qalxımları daxildir.

Şəkil 10. Kür-Qabırrı çaylararası neftli-qazlı rayonu.

Strukturların hamısı asimmetrik quruluşludur. Onlar üstəgəlmə


pozğunluqları ilə parçalanaraq cənuba doğru aşırılıblar.
Ceyrançöl zonası rayonun cənub hissəsini əhatə edir və
şimaldan Çatma zonası, cənubdan isə Kür çayı ilə hüdudlanır.
Ceyrançöl sinklinoriumu quruluşuna görə Çatma antiklinoriumundan

78
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

kəskin fərqlənir. Bu fərq ilk növbədə Paleogen-Neogen çöküntülərinin


qalınlığının azalması və orta Miosen çöküntülərinin cənub istiqamətində
pazlaşması ilə müşahidə olunur. Pazlaşma zonasında Ağcagil layları
kəskin bucaq uyğunsuzluğu ilə Sarmat mərtəbəsinin, daha cənuba
doğru isə Maykop mərtəbəsi çöküntüləri üzərinə yatırlar. Zonanı
təşkil edən qırışıqların əksəriyyəti branxiantiklinal quruluşa malikdir.
Ceyrançöl sinklinoriumunun strukturları şimal, mərkəz və cənub
olmaqla üç antiklinal zonaya bölünür. Şimal antiklinal zonaya
Cahandar, Qərbi Qaradüz, Şərqi Qaradüz, Məmmədtəpə, Saloğlu,
Qaratəpə, Keyrük-Keylan, Qərbi Gürzündağ, Gürzündağ, Şimali
Ceyrançöl antiklinalları; mərkəzi zonaya Böyükkəsik, Odlutəpə,
Quşquna, Ortaqaş, Quyruqençi, Bayramlı və Yenikənd antiklinalları,
cənub zonasına isə Poylu, Qarayazı, Soyuqbulaq, Qıraqkəsəmən,
Qaflandərə, Xatınlı və Girzan antiklinalları daxildirlər. Antiklinalların
əksəriyyətinin uzunluğu 10-15 km, hündürlüyü isə 500-1000 m-dir.
Qravimetrik tədqiqatlar nəticəsində rayonda ağırlıq qüvvəsi
sahəsinin mürəkkəb olduğu və onun qiymətinin şimal-şərq
istiqamətində azaldığı müəyyən edilib.
Rayon daxilində Palantökən, Çobandağ, Qaflandərə qravitasiyası
maksimumları, Kəsəmən minimumu və Ceyrançöl-Çobandağ-Yaylacıq
minimumlar zonası aşkar edilib. Rayonun şimal-qərb hissəsində
anomaliyalar Mezozoy qalxımlarını, cənub-şərq hissədə isə müəyyən
dərəcədə Neogen qalxımlarını əks etdirirlər.
Qravimetrik anomaliyalar Palantökən, Keyrük-Keylan, Gürzündağ
və s. sahələrdə antiklinal qalxımların nüvələrini təşkil edən Maykop-
Samrat çöküntülərinin yaratdıqları qravitasiya effekti ilə əlaqədardır.
Layların strukturun tağına nisbətən yerdəyişməsi isə, Neogen
strukturlarında üstəgəlmə nəticəsində yaranan asimmetrik quruluşla
əlaqədardır. Çöküntü süxurlarında maqnit mineralları iştirak etdiyindən

79
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

maqnit anomaliyaları Kür və Qabırrı çaylararası sahədə qravitasiya


anomaliyalarla üst-üstə düşmürlər.
Dərinlik seysmik zondlama (DSZ) üsulu ilə çöküntülərdə
kristallik özülün 11 km dərinlikdə yatdığı müəyyən olunub. Maksimum
dərinlik çökəkliyin şimal-qərb, minimum dərinlik (7-8 km) isə cənub-
şərq hissəsində qeyd olunur. Geofiziki tədqiqatlar nəticəsində sahənin
uzununa və eninə qırılmalarla ayrı-ayrı tektonik bloklara bölündüyü
müəyyən edilib. Bunlardan ən əsasları Kür-Udabno-Göyçay uzununa
və Gəncəçay-Qanıx eninə dərinlik qırılmalarıdır.
Mezozoy çöküntülərinin sərhədindən əks olunan “R” seysmik
horizontuna görə Kür və Qabırrı çaylararası rayonu lokal qalxım və
struktur terraslarla mürəkkəbləşən monoklinal quruluşa malikdir.
Cənub, cənub-qərbdə üst Təbaşir çöküntülərinin səthi cənub-qərbdə
1000 m dərinlikdə yerləşdiyi halda, şimal-şərqdə 5600 m dərinliyə
qədər enir. Kiçik amplitudlu, qapalı strukturlar rayonun şimal-
şərqində və cənub-şərqində aşkar edilib. Ən kəskin şəkildə əks
olunan struktur çıxıntılar isə rayonun şimal-qərb hissəsində
yerləşirlər.
Udabno-Cahandar, Cənubi-Dəmirtəpə, Quşquna, Qıraqkəsəmən,
Girzan, Gödəkdüz, Əyridərə, Qərbi Gürzundağ və Kəsəmən
sahələrində qeyd olunan qalxımlar Paleogen-Təbaşir çöküntüləri üzrə
struktur çıxıntılardır. Onlar əsasən submeridional və Qafqazəksi
istiqamətində uzanırlar.
Qapalı strukturların əksəriyyəti subeninə və ümumqafqaz
istiqamətdə uzanırlar. Tək-tək hallarda submeridional istiqamətli
strukturlar da rast gəlir. Strukturların əksəriyyəti kiçik ölçülüdür.
Onların uzunluğu 3-8 km, eni 1-3 km, hündürlükləri isə 50-200 m
arasında dəyişir. Yalnız bir neçə strukturun uzunluğu 12-18 km-ə
çatır.

80
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Antiklinal strukturların tağ hissələrini və cənub-qərb qanadlarını


üstəgəlmə tipli uzununa qırılmalar mürəkkəbləşdirir. Qırılmalardan ən
böyüyü, uzunluğu 30 km-ə, amplitudu 1500 m-ə çatan, Molladağ
antiklinalının qərbindən başlayıb Sacdağ qalxımının şimalından
keçərək Salahlı, Məmmədtəpə qırışıqları istiqamətində uzanır.
Kompleks geoloji-geofiziki tədqiqat işləri nəticəsində rayonda
34 lokal struktur aşkar edilib. Onların əksəriyyətində geofiziki
üsullarla dəqiqləşdirmə işləri aparılıb və Paleogen-Təbaşir yaşlı
çöküntülərdən təşkil olunduğu müəyyən edilib. Strukturlar şimal-
qərbdən cənub-şərqə doğru aşağıdakı antiklinal zona və qurşaqlarda
qruplaşdırılır:
1. Alacıq-Eldaroyuğu
2. Yaylacıq-Armudlu
3. Udabno-Çobandağ-Kiçik Palantökən
4. Cahandar-Gürzündağ-Tərsdəllər
5. Quşquna-Ortaqaş-Yenikənd
6. Poylu-Qıraqkəsəmən-Girzan

2.2.9. Qazax-Dəllər-Dəlməmmədli mümkün neftli-qazlı


rayonu

Qazax-Dəllər-Dəliməmmədli mümkün neftli-qazlı rayonu


tektonik cəhətdən Kiçik Qafqazın şimal-şərq yamacından Kür
depressiyasına keçid zonasını təşkil edir. Qərb-şimal-qərbdə Gürcüstan
sərhədindən, şərqdə Gödəkboz-Duzdağ qırılmasına qədər 160 km
məsafədə uzana bu mümkün neftli-qazlı rayon, şimal-şərqdə Kür
dərinlik qırılması, cənub-şərqdə isə Kiçikqafqazqarşısı dərinlik
qırılması və Dəliməmmədli qırılması ilə sərhədlənir (şəkil 11).
Geomorfoloji cəhətdən rayon iki zonaya ayrılır. Birinci zona
Kiçik Qafqazın şimal-şərq yamacının alçaq təpəliklərini, ikinci zona

81
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

isə Kür çayının sağ sahilindəki düzənlik sahəni əhatə edir. Bu


geomorfoloji zonalar, subeninə istiqamətində uzanan qırılma ilə
ayrılan iki tektonik bloka uyğun gəlirlər.

Şəkil 11. Qazax-Dəllər-Dəliməmmədli mümkün neftli-qazlı rayonu.

Şimal-şərqdə yerləşən tektonik blokda Mezozoy çöküntüləri


dəniz səviyyəsindən 100-1200 m alçaqda yerləşdiyi halda, cənub-
cənub-qərbdə yerləşən tektonik blokda isə, əsasən dəniz
səviyyəsindən yüksəkdə (300 m-ə qədər) yerləşirlər. Tektonik
cəhətdən mürəkkəb quruluşa malik olan bu bloklar, Mezozoy
çöküntüləri üzrə antiklinal qalxımlar və əksqafqaz istiqamətli struktur
çıxıntılardan ibarət olan Qazax-Dəllər-Dəliməmmədli mümkün neftli-
qazlı rayonunu təşkil edirlər.

82
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Qazax-Dəllər-Dəliməmmədli mümkün neftli-qazlı rayonu


uzununa istiqamətində tektonik cəhətdən biri-digərindən fərqli,
Ağstafa-Qazax, Dəllər-Tovuz və Dəliməmmədli-Bozyeri olmaqla üç
hissəyə bölünür.
Rayonun şimal-qərbdə yerləşən Ağstafa-Qazax hissəsi
Paleogen-Miosen çöküntüləri üzrə eyni adlı körfəzvari çökəkliyə
uyğun gəlir. Bu hissənin şimal-şərq blokunda üst Təbaşir çöküntüləri
dəniz səviyyəsindən 400-1400 m alçaqda yerləşdikləri halda, cənub-
qərb blokunda dəniz səviyyəsindən 200-400 m-ə qədər yüksəkdə
yerləşirlər.
Bu blokda üst Təbaşir çöküntüləri üzrə Qazax körfəzindən
şərqdə - Şərqi Ağstafa və qərbdə - Ağstafa adlı, əksqafqaz istiqamətli
struktur çıxıntılar, daha qərbdə, Gürcüstan sərhədində isə Qafqaz
istiqamətli Əli Bayramlı qalxımı yerləşir.
Rayonun Tovuz və Qoşqar çayları arasında yerləşən, mərkəzi
hissəsi əksqafqaz istiqamətli, böyük ölçülü Şəmkir qalxımının şimal-
şimal-şərq batımını təşkil edir. Burada, subeninə istiqamətində uzanan
Düyərli, Dəllər və Qarasağal qalxımlarının tağ hissələrində və cənub-
qərb qanadlarında üst Pliosen-Antropogen çöküntüləri altında yatan
üst Təbaşirin karbonatlı çöküntüləri, cənub-qərb blokda dəniz
səviyyəsindən 100-200 m yüksəkdə, şimal-şərq blokda isə dəniz
səviyyəsindən 100-600 m-ə qədər dərində yerləşirlər.
Tovuz və Qoşqar çayları arasında yerləşən mərkəzi
hissəsindən cənubda, üst Təbaşir çöküntülərindən təşkil olunmuş
Tovuz-Zəyəm-Sarıqamış istiqamətdə uzanan sinklinal zolaq yerləşir.
Bu sinklinal zolaq isə, öz növbəsində, orta Yura və daha qədim
çöküntülər, eyni zamanda vulkanik süxurlarından ibarət olan,
böyükölçülü, əksqafqaz istiqamətli Şəmkir qalxımından
Kiçikqafqazqarşısı dərinlik qırılması ilə ayrılır.

83
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Rayonun cənub-şərqində yerləşən Dəliməmmədli-Bozyeri


hissəsi Qoşqarçay boyunca uzanan, şimal-şərq istiqamətli qırılma ilə
Dəllər-Tovuz hissəsindən ayrılır. Burada uzunluğu 17 km, en 3 km
olan, eninə və uzununa istiqamətlərdə kəskin asimmetrik quruluşlu
Dəliməmmədli qalxımı və onun şimal-şərq qanadının şərq hissəsində
isə, kiçikölçülü Soyuqxanlı, Fəxrəli, Çaylı və Bozyeri qalxımları
yerləşirlər.
Dəliməmmədli qalxımının uzununa istiqamətdə asimmetrikliyi
onun şimal-qərb hissəsinin Qoşqarçay qırılması ilə, eninə istiqamətdə
asimmetrikliyi isə CQ qanadın tağyanı hissəsinin Dəliməmmədli
qırılmaları ilə kəsilməsi nəticəsində yaranmışdır. Qoşqarçay
qırılmasından qərbdə şimal-qərb periklinalı olmayan Dəliməmmədli
qalxımının cənub-şərq periklinalı 17 km-ə qədər uzanmışdır. Bu
qalxımın eninə istiqamətdə asimmetrikliyi Şm.Ş qanadının geniş, yastı,
Dəliməmmədli qırılması ilə qırılıb düşən CQ qanadınin isə, olduqca
kiçik olmasında əks olunur.
Dəliməmmədli qalxımının Qoşqarçay qırılmasından şərqdə iki
uzununa qırılma arasında horst şəklində qalxmış qalantağ hissəsində,
Mezozoy çöküntüləri 0-500 m dərinliklərdə yerləşdikləri halda,
strukturun Şm.Ş qanadında 1000-2500 m dərinliyə qədər gömülmüşlər.
Kiçikölçülü Bozyeri və Fəxrəli qalxımlarında bu çöküntülərin yatma
dərinlikləri 2200-2400 m-ə, daha şərqdə Gödəkboz-Duzdağ qırılması
yaxınlığında isə 4500 m-ə qədər artır.

2.2.10. Acınohur mümkün neftli-qazlı rayonu

Acınohur mümkün neftli-qazlı rayonu geotektonik cəhətdən


Böyük Qafqazın cənub yamacının bir hissəsini və Kür çökəkliyinin
şimal-qərb yamacı daxil olmaqla, qərbdə Qanıx çayı vadisində
yerləşən eyni adlı, şərqdə Girdiman çayı vadisində Qərbi Xəzər

84
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

dərinlik qırılması, şimal-şərqdə Şimali Acınohur qırılması, cənub-


cənub-qərbdən isə Kür və Mingəçevir-Göyçay qırılmaları ilə
sərhədlənən geniş ərazini əhatə edir.
Acınohur rayonun relyefi, en istiqamətli alçaq hündürlüklü,
nisbətən ensiz təpəliklərlə mürəkkəbləşib. Antiklinallar əsasən rayonun
şimal və cənub sərhədi boyu uzanır, onların arasında isə geniş Ərəş
çökəkliyi yerləşir. Bu çökəklik Qanıx çayının meridional istiqamətində
olan aşağı axınından şimal-qərbdə Şərqi Gürcüstanın Mirzaani
çökəkliyi ilə birləşir.
Mirzaani çökəkliyi şimal-şərqdən Kaxeti-Daşyüz antiklinoriumu
ilə Qanıx-Əyriçay çökəkliyindən, cənub-şərqdə isə Çatma-Göyçay
antiklinoriumu ilə Ceyrançöl çökəkliyindən ayrılır (şəkil 12).
Acınohur rayonunun tektonikası beş antiklinal zona ilə
xarakterizə olunur. Bəzi tədqiqatçılar Hacı Hətəmli və Kürdmaşı
qalxımlarının varlığının tam müəyyən olunmadığını qəbul edir,
bəziləri Bozdağ qalxımlar qrupunu Acınohur ərazisinə deyil, Yevlax-
Ağcabədi çökəkliyinə, digərləri isə Qaraca strukturunu Acınohur
rayonuna daxil edirlər [33, 113, 114].
Antiklinalların bir çoxu müstəqil qırışıq, bəziləri isə qırışıqlıq
zonadan ayrılan undulyasiyalardır. Antiklinal zonalar şimaldan cənuba
doğru aşağıdakı ardıcıllıqla düzülür.
1. Daşyüz antiklinal zonası
2. Qüdbərəkdağ antiklinal zonası
3. Acınohur-Kürdmaşı antiklinal zonası
4. Qocaşen-Göyçay antiklinal zonası
5. Bozdağ-Qaraca-Qaraməryəm antiklinal zonası
Qərb-şimal-qərb və şərq-cənub-şərq istiqamətində uzanan Daşyüz
antiklinal zonası rayonun şimal hissəsində yerləşir. Zona daxilində
Qərbi Daşyüz, Şərqi Daşyüz, Aydınbulaq, Şimali Aydınbulaq,

85
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Çaykənd, Söyüdlü və Qeyvəndlı antiklinal qırışıqları mövcuddurlar.


Tektonik zona Qanıx çayından Girdiman çayına qədər uzanır. Onun
geoloji quruluşunda əsasən Ağcagil, Abşeron mərtəbələri çöküntüləri
və Dördüncü dövrün kontinental çöküntüləri iştirak edirlər. Ayrı-ayrı
strukturların tağ hissəsində Məhsuldar Qat və Pont mərtəbəsi
çöküntüləri də yer səthinə çıxır.

Şəkil 12. Acınohur mümkün neftli-qazlı rayonu.

86
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Zonanın əsas xarakterik xüsusiyyətlərindən biri bütün strukturların


kulisşəkilli yerləşməsi, antiklinalların asimmetrikliyi, tağ hissələrinin
mürəkkəb quruluşa və üstəgəlmə tipli pozğunluqların təsirindən cənub
qanadlarının dik yatıma malik olmasıdır. Bununla yanaşı, zonanın
qərb hissəsində Şərqi Daşyüz qalxımı sahəsində Ağcagil mərtəbəsinin
çınqıllı çöküntüləri ilə örtülən Titon əhəngdaşıları iştirak edir.
Qüdbərəkdağ antiklinal zonası Daşyüz antiklinal zonasından
cənubda, ona paralel yerləşir. Zona Mirzaani-Ərəş sinklinoriumunun
tektonik elementi sayılır. Zonanın qərb hissəsində yerləşən
Qüdbərəkdağ və Qamıqaya-Acıbulaq antiklinal qırışıqları onun əsas
elementləri sayılır. Qırışıqların üst hissələri orta və üst Pliosen və
Antropogen çöküntülərindən təşkil olunub.
Zona şərq-cənub-şərq istiqamətində uzanaraq Əlicançayın sağ
sahilində Ərəş sinklinalının böyük qalınlıqlı Dördüncü dövr
çöküntüləri altında gömülürlər. Şərq istiqamətdə isə tektonik xəttin
qarşısında Qaraküllük və Gənzə qırışıqları yerləşirlər. Onların
arasındakı tektonik əlaqə dəqiq müəyyən olunmayıb. Lakin hər iki
qırışıqlığın eyni tektonik zonanın elementləri olduğu ehtimal olunur.
Qüdbərəkdağ antiklinal zonasının qırışıqları kulisşəkilli yerləşir
və asimmetrik quruluşa malikdirlər. Cənub qanadları dikdirlər və
üstəgəlmə tipli pozğunluqla mürəkkəbləşiblər.
Acınohur-Kürdmaşı antiklinal zonası Qüdbərəkdağ antiklinal
zonasına paralel yerləşir. Əvvəllər onu Qocaşen-Göyçay antiklinal
xəttinin şimal qanadının təkrar qırışıqlığa məruz qalan elementi hesab
edirdilər. Lakin geniş miqyaslı geoloji-geofiziki tədqiqat işləri
aparıldıqdan sonra, burada bir neçə yeni qalxımlar aşkar edilir və
onun müstəqil qırışıqlıq zonası olduğu aydınlaşdırılır. Zona daxilində
qərbdən şərqə doğru Acınohur, Çayqaraqoyunlu, Olmaz, Savalan,
Surxayxan və Təklə antiklinal qalxımları yerləşirlər. Bəzi

87
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

tədqiqatçılar zonanın şərq davamında Hacı Hətəmli və Kürdmaşı


qalxımlarının da olduğunu qeyd edirlər [113].
Antiklinal qalxımların hamısının geoloji quruluşunda, üst
hissədə Abşeron mərtəbəsi və Antropogen çöküntüləri iştirak edir.
Bütün qırışıqların cənub qanadları dik, şimal qanadları az maili
yatıma malik olmaqla asimmetrik quruluşludurlar və üstəgəlmələrlə
mürəkkəbləşiblər.
Qocaşen-Göyçay antiklinal zonası Acınohur-Kürdmaşı zonası
ilə birlikdə Çatma-Göyçay antiklinoriumunun şərq davamını təşkil
edir. Zona qərb-şimal-qərbdən şərq-cənub-şərq istiqamətində uzanır.
Qırışıqlığın üst hissəsi Abşeron mərtəbəsi və Antropogen dövrünün
çöküntülərindən ibarətdir. Yalnız qərb hissədə qalxımlardan birinin
nüvəsini təşkil edən Ağcagil çöküntüləri yer səthinə çıxırlar. Qırışıqlıq
zonasında 11 antiklinal qalxım (Qərbi Qocaşen, Mərkəzi Qocaşen,
Şərqi Qocaşen, Nalbəndağ, Pirseyid, Qoşaqovaq, Yuxarı Ağcayazı,
Ağcayazı, Ərəbli, Göyçay, Şərqi Göyçay) qeydə alınıb [30, 109].
Qırışıqlıqların hamısının cənub-qərb qanadları dik, şimal-şərq
qanadları isə az maili yatımla asimmetrik quruluşa malikdirlər.
Strukturların cənub-qərb dik qanadları boyu Göyçay üstəgəlmə
qırılması keçir. Qırılmanın təsirindən qalxımların tağı və şimal-şərq
qanadları cənuba doğru, az da olsa yerini dəyişmiş şəkildədir. Quyu
məlumatlarına əsasən üstəgəlmə qırılmasının amplitudu 1200-1300 m,
üfüqi yerdəyişməsi isə 2 km-dir.
Bozdağ-Qaraca-Qaraməryəm antiklinal zonası Acınohur
rayonunun cənub kənarında, şimalda yerləşən antiklinal zonalara
paralel uzanır. Bu antiklinal zona üçün səciyyəvi cəhət, şimalda
yerləşən zonalardan fərqli olaraq, düzxətliliyinin tam saxlanılmamasıdır.
Qaraməryəm antiklinalı Dördüncü dövr çöküntülərinin üst hissəsinə
görə iki, bir-birinə paralel uzanan, ensiz Qaraməryəm və Cənubi

88
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Qaraməryəm antiklinallarından ibarətdir. Lakin dərinə getdikcə daha


qədim çöküntülərdə onlar birləşərək vahid antiklinal qırışığa çevrilir.
Bozdağ-Qaraca-Qaraməryəm antiklinal zonası Qocaşen-Göyçay
antiklinal zonasından Xanabad və Qarayazı sinklinalları ilə ayrılır.
Acınohur rayonunda yerləşən bütün antiklinal zonalar üçün əsas
xarakterik xüsusiyyət quruluşların düzxətli olması, böyük məsafədə
uzanması, ensiz antiklinal qırışıqların hamısının asimmetrik olması və
kulisşəkilli yerləşməsi, dik yatıma malik cənub-qərb qanadının
üstəgəlmə xarakterli qırılma ilə mürəkkəbləşməsidir. Üfüqi və şaquli
yerdəyişmələrin amplitudu qırılma xətti boyu şimaldan cənuba və
qırışığın mərkəzindən qanadlarına doğru azalır. Uzununa qırılmalar
antiklinal zonaların ox xəttinə paralel uzanırlar. Qərbdən şərqə doğru
qırışıqların geoloji quruluşunda iştirak edən çöküntülər daha cavan
çöküntülərlə əvəz olunurlar.

2.2.11. Talışqarşısı (Cəlilabad) mümkün neftli-qazlı


rayonu

Talışqarşısı (Cəlilabad)mümkün neftli-qazlı rayonu Azərbaycanın


cənub-şərqində yerləşir. Rayonun ərazisi şərqdən Saatlı-Lənkəran
mümkün neftli-qazlı rayonu, qərbdən İranla, cənub-qərbdən Talış
qırılması, şimal-qərbdən isə Aşağı Araz qırılması ilə sərhədlənir (şəkil 13).
Talışqarşısı (Cəlilabad) mümkün neftli-qazlı rayonu Talış
dağlarının şimal-şimal-şərq, Muğan düzünün cənub-qərb kənar
hissələrini əhatə edir və mürəkkəb tektonik quruluşa malikdir. Neftli-
qazlı rayon daxil olmaqla Talış ərazisi tektonik cəhətdən üç böyük
antiklinoriuma və onların arasında yerləşən iki sinklinoriuma ayrılır.
Astara antiklinoriumunu ondan şimalda Alaşar-Burovar silsiləsini
əhatə edən Burovar antiklinoriumundan Yardımlı sinklinoriumu
ayırır. Burovar antiklinotiumunu isə Lənkəran düzənliyində yerləşən

89
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Biləsuvar-Uzuntəpə antiklinoriumundan Cəlilabad sinklinoriumunu


ayırır [33].

Şəkil 13. Talışqarşısı (Cəlilabad) mümkün neftli-qazlı rayonu.

Astara antiklinoriumunun bir hissəsi Cənubi Azərbaycan


ərazisində yerləşir. Antiklinorium maili yatım elementləri ilə səciyyələnir
və nüvəsində Paleosen çöküntüləri yer səthinə çıxır. Antiklinorium

90
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

əsasən Eosenin vulkanik və Maykop seriyasının qumlu-gilli


çöküntülərindən təşkil olunub.
Burovar antiklinoriumunun Viləşçay və Bolqarçay hövzələrində
yerləşən antiklinal qırışıqların mərkəzi hissəsində üst Eosen çöküntüləri
yer səthinə çıxır. Cənub sahələrə nisbətən burada çöküntülərin
tərkibində effuziv süxurların miqdarı azdır. Onların tərkibi əsasən
argillit və mergellərdən ibarətdir. Burovar antiklinoriumunun əsas
qırışıqları Tilyəkənd və Ərkivan antiklinallarıdır.
Cəlilabad sinklinoriumunun geoloji quruluşunda üst Maykop
çöküntülərindən üst Sarmat çöküntülərinə qədər olan süxurlar yer
səthinə çıxır. Burada bir neçə dik və ensiz antiklinal qırışıqlar və
onları bir-birindən ayıran sinklinallar müşahidə olunur.
Talışqarşısı (Cəlilabad) mümkün neftli-qazlı rayonunda kompleks
geoloji-geofiziki tədqiqatlar əsasında Boyxana, Gərməli, Şərəfxanlı,
Tumarxanlı, Cəlair,Ağdaş, Rüstəmabad antiklinal qırışıqları və
Albalan antiklinal çıxıntısı aşkar edilib.

2.2.12 . Naxçıvan mümkün neftli-qazlı rayonu

Naxçıvan mümkün neftli-qazlı rayonu Naxçıvan Muxtar


Respublikasının cənub-qərb hissəsində yerləşir. Neftli-qazlı rayon
cənub və cənub-qərbdən Araz çayının vadisilə, şimal və şimal-şərqdən
Dərələyiz və Zəngəzur yaylaları ilə sərhədlənir. Rayon çox mürəkkəb
relyefə malikdir və Araz çayı istiqamətində az mailliyə malik olan
geniş dağarası çökəklikdən ibarətdir (şəkil 14).
Naxçıvanın ərazisində geoloji-geofiziki tədqiqat, bəzi sahələrdə
isə struktur-xəritəalma qazıma işləri aparılıb. Bunlarla yanaşı burada
dərin parametrik və axtarış quyuları da qazılıb. Naxçıvan mümkün
neftli-qazlı rayonunun geoloji quruluşunda Devondan Antropogenə
qədər çöküntülər iştirak edir [33].

91
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Şəkil 14. Naxçıvan mümkün neftli-qazlı rayonu.

Rayon mürəkkəb tektonik quruluşu ilə xarakterizə olunur.


Ş.Ə.Əzizbəyovun tədqiqatları əsasında burada Şərur-Culfa və
Zəngəzur antiklinoriumları, ümumqafqaz istiqamətli Ordubad
sinklinoriumu ayrılır. Antiklinorium və sinklinorium daxilində
Mezozoy (Trias, Yura, Təbaşir) və Kaynozoy (Paleogen-Miosen)
çöküntüləri üzrə lokal antiklinal qalxımlar aşkar olunub. Rayonda
düzxətli qırışıqlığa malik antiklinal və sinklinal zonalar da mövcuddur.

92
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Ordubad sinklinoriumunun cənub-qərb hissəsində Neogen


çöküntüləri ilə örtülən böyükölçülü mulda yerləşir. O cənub-şərq
istiqamətində çökəkliyin xeyli hissəsini əhatə edir. Muldanın mərkəzi
hissəsində Sarmat çöküntülərindən təşkil olunan bir neçə
braxiantiklinal qalxım aşkar olunub.

2.3. Əsas neftli-qazlı çöküntülər

Azərbaycanın geoloji quruluşunda çökmə süxurlar kompleksi,


vulkanik və metamorfik süxurlar iştirak edir. Bu süxurlardan ən
qədimi Kiçik Qafqazda yayılan kvars əsaslı mikalı-xloritli şistlər və
qneyslər, Böyük Qafqazda isə qneysli şistlər və qneyslərdir. Bu
metomorfik süxurların yaşı bəzi əlamətlərinə görə Kembri dövrünə
aid edilir [13].
Respublika ərazisində çökmə süxurlar çox geniş yayılıb və
yaşca ən qədimi Naxçıvan MR ərazisində yer səthinə çıxan Devon
çöküntüləridir.
Azərbaycanda çökmə süxurların neft-qazlılığı Mezozoy və
Kaynozoy yaşlı qumlu-alevritli və çatlı-karbonatlı çöküntülərilə,
sənaye əhəmiyyətli neft-qazlılıq isə çöküntü kompleksinin ayrı-ayrı
mərtəbələrilə əlaqədardır.
Mezozoy və Kaynozoyun kəsilişində iştirak edən çöküntülərin
xüsusiyyətləri və neft-qazlılığı haqqında aşağıda qısa məlumat verilir.

2.3.1. Mezozoy çöküntüləri üzrə

Azərbaycan ərazisində Mezozoy kompleksinin neft-qazlılığı


yalnız Yura və Təbaşir çöküntülərilə əlaqədardır. Mezozoy
çöküntüləri alt Yuranın üst hissəsinə aid olan Aalendən başlayaraq üst

93
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Təbaşirə kimi geniş intervalı əhatə edir. Mezozoy çöküntülərinin


yerüstü süxurları Böyük Qafqazın cənub-şərq batımında yerləşən bir
çox antiklinal qırışıqların tağ hissələrində qeydə alınır [13].
Cənub-Şərqi Qafqazın geoloji quruluşunda iştirak edən
Mezozoyun bütün mərtəbələrinin çöküntüləri az və ya çox dərəcədə
neft-qazlılığa malikdirlər və əsasən qum, qumdaşılı alevrit və çatlı
karbonat süxurlarla əlaqədardır.

Yura kompleksi çöküntüləri

Alt Yura çöküntüləri əsasən Kiçik Qafqazın Tərtər, Axınca


çayları vadisində, eyni zamanda Göygöl və Cəbrayıl rayonlarının
ərazisində öyrənilib. Onlar portirit, tuf, tuflu brekçiya, tuflu
konqlomerat, qumdaşı, gilli şist və əhəngdaşılardan təşkil olunub.
Böyük Qafqazda isə orta Leyas çöküntüləri bəzi yerlərdə, o cümlədən,
Balakən çayının yuxarı axınında intişar tapmışdır. Onlar tərkibcə qara
rəngli aspidli şistlərdən təşkil olunublar. Çöküntülərin daxilində
qumdaşı laycıqlarına da təsadüf edilir. Orta Leyasın görünən qalınlığı
1000-1200 m-dir [13].
Üst Leyas çöküntüləri Böyük Qafqaz ərazisində nisbətən geniş
yayılıb. Onlara Malkamud və Babadağ dağları arasında, Qudyalçay,
Qaraçay və Vəlvələçayın yuxarı axınında, Böyük Qafqazın cənub
yamacında, Kiş və Vəndam çaylarının axını boyu rast gəlir. Üst Leyas
çöküntüləri qumdaşı, alevrit, argillit və mikalı şistlərin
növbələşməsindən ibarətdir. Çöküntülərin qalınlığı 800-900 m-dir. Alt
Yuranın ümumu qalınlığı Böyük Qafqazda 1800-2100 m, Kiçik
Qafqazda isə 2000 m-ə çatır.
Orta Yuranın Aalen mərtəbəsi çöküntüləri Böyük Qafqaz və
Kiçik Qafqaz sıra dağlarının Azərbaycan ərazisində, həmçinin
Naxçıvan MR-də məlumdur. Böyük Qafqazın mərkəzi hissəsində

94
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

geniş yayılan çöküntülər əsasən tünd-boz və qara gilli şist, gil,


alevrolit, nazik təbəqəli, karbonatlı və iri dənəli qumdaşılardan təşkil
olunub. Kəsilişin alt hissəsində gilli süxurlar üstünlük təşkil edir.
Vəndam antiklinoriumunun Katex çayı vadisində Aalen
mərtəbəsinin üst hissəsinə aid olan çöküntülər tünd-boz, bərk
brekçiyaşəkilli əhəngdaşılardan ibarətdir [13].
Kiçik Qafqaz və Naxçıvan MR-da Aalen çöküntüləri məhdud
ərazidə yayılıb. T.Ə.Həsənovun məlumatlarına görə Kiçik Qafqazda
çöküntülər sarı-boz rəngli, ortadənəli qumdaşılarından ibarət olub,
daxilində nazik təbəqəli tünd-boz şistlər qeydə alınır.
Naxçıvan ərazisində isə Ş.Ə.Əzizbəyova görə Aalen
çöküntüləri sarı-boz rəngli, orta, xırda və iri dənəli mikalı kvars və
qarışıq dənəli əhəngdaşı laycıqları olan qravelitli qumdaşılardan
ibarətdir.
Aalen çöküntülərinin qalınlıqları Böyük Qafqazın şimal-şərq
batımı istiqamətində 1100-1500 m-ə, cənub yamacında 2000-2400 m-ə
çatır. Kiçik Qafqazda çöküntülərin qalınlığı 163 m, Naxçıvanda isə
35 m-dir.
Aalen mərtəbəsinin neftliliyi qumdaşılardan təşkil olunan
çöküntülərlə əlaqədardır. Bu çöküntülər Böyük Qafqazın Keşçay,
Ataçay, Afurca, Xaltan və b. sahələrində geniş yayılıb. Bəzi
quyularda açılan Aalen mərtəbəsinin qumdaşılarında neft-qaz
təzahürləri müşahidə edilib.
Bayos mərtəbəsi çöküntüləri Böyük və Kiçik Qafqaz
ərazisində geniş yayılıb. Böyük Qafqazda Təngi-Beşbarmaq, Tufan,
Vəndam antiklinoriumları və Zaqatala-Qovdağ sinklinoriumunda
məlumdur. Zaqatala-Qovdağ sinklinoriumunda Bayos mərtəbəsi
çöküntüləri Xınalıq qumdaşıları ilə xarakterizə olunur. Bəzi sahələrdə
tuflu çöküntülərə də təsadüf olunur.

95
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Vəndam antiklinoriumunda Bayos çöküntüləri tünd və


yaşılımtıl boz porfirit, tuflu qumdaşı, tuflu konqlomerat və tuflu
brekçiyadan ibarətdir.
Böyük Qafqazın digər sahələrində çöküntülər argillit, alevrolit,
gilli şist və boz rəngli, bərk, qalın laylı qumdaşılardan təşkil olunub.
Kiçik Qafqazda Bayos çöküntüləri geniş ərazidə yayılaraq, alt
Aalen çöküntülərini qeyri uyğun örtür. Çöküntülər tuflu brekçiya,
konqlomeratvə qumdaşı, tuffit, plagioklazlı porfit və effuziv
süxurlardan təşkil olunub.
Naxçıvan MR-da Bayos çöküntüləri qumlu əhəngdaşı, gilli
qumdaşı və gillərdən ibarətdir.
Bayos mərtəbəsi çöküntüləri Böyük Qafqazın cənub-şərq
batımının bir çox sahələrində qazılan dərin kəşfiyyat quyuları ilə də
açılıb. Çöküntülərin qalınlıqları Böyük Qafqazda 1400-1500 m, Kiçik
Qafqazda 400-2000 m, Naxçıvanda isə 75 m-dir.
Bayos mərtəbəsinin neft-qazlılığı Böyük Qafqazda intişar
tapan və “Xınalıq qumdaşıları” adlandırılan qumlu gilli layların
növbələşməsindən ibarət kollektorlarla əlaqədardır. Belə qumdaşılarına
Gilgilçay, Qızılqazma, Afurca və başqa sahələrdə rast gəlir.
Üst Yuranın Kimeric mərtəbəsi çöküntüləri Böyük Qafqaz
meqaantiklinoriumunun cənub-şərq batımında boz, yaşılımtıl-boz
alevrolit, qumdaşı, şistli argillit və qravelitlərdən ibarətdir. Böyük
Qafqazın cənub yamacında isə qumdaşı, əhəngli alevrolit, laylı şistliı
argillit və qravelitlərdən təşkil olunub[13].
Kiçik Qafqaz ərazisində Kimeric çöküntüləri çox geniş ərazidə
yayılıblar. Burada çöküntülər tuflu konqlomerat, tuflu brekçiya, tuflu
qumdaşı və tuflu alevrolit, tuffit və effuziv süxurlardan ibarətdir.
Kimeric mərtəbəsi çöküntülərinin qalınlıqları şimal-şərqi Azərbaycanda

96
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

200 m, Böyük Qafqazın cənub yamacında 250 m, Kiçik Qafqazda isə


40-150 m təşkil edir.
Titon mərtəbəsi çöküntüləri Böyük Qafqazın cənub-şərq
batımında qumdaşılı, gilli, brekçiyaşəkillioolitli üzvi əhəngdaşı və
dolomitlərdən ibarətdir.
Böyük Qafqazın cənub yamacında isə argillit, mergel, iri, orta
və xırdadənəli qumdaşılardan təşkil olunub. Kiçik Qafqazda Titon
mərtəbəsi çöküntüləri əsasən karbonatlı çöküntülərdən - bərk,
dolomitləşmiş çatlı əhəngdaşılardan ibarətdir. Onların daxilində nazik
laylı, bərk, mergelli gil və əhəngli qumdaşılarına təsadüf olunur.
Titon mərtəbəsi çöküntülərinin qalınlıqları Böyük Qafqazın
cənub-şərq batımında 60-800 m, cənub yamacında 50-500 m, Kiçik
Qafqazda isə 40-250 m arasında dəyişir.
Kimeric və Titon çöküntülərinin neftliliyi əsasən Zemçay
dəstəsi (Xaltan lay dəstəsinin alt hissəsi) və İlisu lay dəstəsi (Xaltan
lay dəstəsinin üst hissəsi) adlanan Kimeric–Titon qumdaşıları ilə
əlaqədardır. Dəstənin qumdaşıları 0,5-1,5 m qalınlığında laylardan
ibarət olub, gil və mergellərlə növbələşərək qalın lay dəstəsi əmələ
gətirir.
Kəsilişdə kollektorluq xassəsinə malik üzvi əhəngdaşılarına da
təsadüf edilir. Qumdaşı və əhəngdaşıları Qızılqazma, Xaltan,
Qonaqkənd, Ugah, İstisudərə, Xatadərə və başqa sahələrin kəsilişində
rast gəlir.

Təbaşir kompleksi çöküntüləri

Alt Təbaşir çöküntüləri Böyük və Kiçik Qafqaz dağlarında


geniş yayılıb. Eyni zamanda bu çöküntülər Qusar-Dəvəçi törəmə
çökəkliyi, Şamaxı-Qobustan rayonu, Orta Kür çökəkliyi və Abşeron
arxipelaqında struktur-axtarış və axtarış-kəşfiyyat quyuları ilə açılıb [32].

97
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Alt Təbaşir çöküntülərinin litofasial tərkibi və qalınlıqları çox


dəyişkəndir. Bu da çöküntütoplanma şəraitlərin müxtəlif olduğunu
göstərir.
Valanjin mərtəbəsi çöküntüləri Böyük və Kiçik Qafqaz
ərazisində terrigen-karbonatlı süxurlardan ibarətdir. Onların
litofasial tərkibi həm yayılma sahəsi, həm də kəsiliş üzrə dəyişir.
Valanjin mərtəbəsi çöküntüləri Böyük Qafqazın Şahdağ-Sudur və
Təngi-Beşbarmaq zonalarında boz, sarımtıl-boz, bərk, qalınlaylı,
üzvi-qırıntılı, dolomitləşmiş əhəngdaşı və qumdaşılardan təşkil
olunub. Burada Valanjin çöküntülərinin qalınlıqları 90-100 m arasında
dəyişir [15, 33].
Gilgilçaydan Ataçaya qədər uzanan sahədə Valanjin
çöküntüləri boz, açıq-boz pelitamorf əhəngdaşı, tünd və yaşılımtıl-boz
gil laycıqları olan mergel və nadir hallarda nazik laylı qumdaşılardan
ibarətdir. Keşçay istiqamətində çöküntülərin tərkibi dəyişir və əsasən
boz, pelitamorf, qumlu əhəngdaşı, gil, mergel, qravelit və əhəngdaşılı
xırda qırıntılı konqlomeratlar üstünlük təşkil edir. Keşçay
antiklinalının şimal-şərq qanadında Valanjin çöküntülərinin qalınlığı
1200 m-ə çatır.
Xızı zonasında və Dibrar çökəkliyində Valanjin çöküntüləri
əsasən bazalt konqlomeratı, boz və açıq-boz pelitamorf, qumlu
əhəngdaşı, yaşılımtıl mergel, boz, tünd-boz gil və daxilində
mikrokonqlomerat aralaycıqları olan qumdaşılardan ibarətdir.
Qazılan quyuların məlumatlarına görə, burada çöküntülərinin
qalınlıqları 250-1500 m arasında dəyişir. Bəyimdağ-Təkçay sahəsinin
cənub-şərq periklinalında qazılan 10 saylı quyuda çöküntülərin
qalınlığı 1410 m-dir.
Valanjin çöküntüləri Zaqatala-Qovdağ sinklinoriumu və
Vəndam antiklinoriumunda geniş yayılıb. Böyük Qafqazın cənub

98
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

yamacında karbonatlı alt yarımmərtəbə və fliş xarakterli üst


yarımmərtəbəyə (Babadağ lay dəstəsi) ayrılır.
Tufan antiklinoriumunun şimal-şərq hissəsində yaşılımtıl-boz
qumdaşı və konqlomeratlardan təşkil olunan Qızılqazma lay dəstəsi
ayrılır. Onun qalınlığı 5 m-dən 30 m-ə qədər dəyişir. Zaqatala-Qovdağ
sinklinoriumu və Vəndam antiklinoriumunda da bu lay dəstəsi iştirak
edir.
Zaqatala-Qovdağ zonasında Valanjin mərtəbəsi çöküntüləri
boz, bozumtul qumdaşı, əhəngli qumdaşı, üzvi-qırıntılı, pelitamorf
əhəngdaşı və boz şistli gil, gilli, şistli argillitl və aralaycıqlı
mergellərdən ibarətdir. Burada çöküntülərin qalınlıqları 1300-1500 m
təşkil edir.
Vəndam antiklinoriumunda isə çöküntüləri konqlomerat,
qravelit və kobud-ortadənəli qumdaşılardan ibarətdir. Zaqatala-
Qovdağ zonasından fərqli olaraq burada gilli şist və şistli gil
təbəqələrinin qalınlıqları xeyli azalır. Çöküntülərin qalınlıqları isə
220-620 m arasında dəyişir [15, 33].
Kiçik Qafqazda Valanjin çöküntüləri əsasən vulkanik
süxurlardan ibarət olub, tuflu qumdaşı, tuflu konqlomerat və içərisində
şist laycıqları olan porfiritlərdən təşkil olunub. Çöküntülərin qalınlıqları
180 m-dir.
Valanjin mərtəbəsinin neft-qazlılığı onun kəsilişində qeyd
olunan alevrit, azqalınlıqlı qumdaşıları və məsaməli-çatlı, karbonatlı-
gilli çöküntülərlə əlaqədardır. Valanjin mərtəbəsi çöküntülərindən
Bəyimdağ-Təkçay sahəsində 3 və 20 saylı quyulardan sənaye
əhəmiyyətli neft, qaz və kondensat alınıb, bir neçə quyuda isə neft-qaz
təzahürləri qeyd edilib.

99
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Hoteriv mərtəbəsi çöküntüləri Böyük Qafqaz ərazisində geniş


yayılaraq, əsasən antiklinal strukturların tağ hissəsində və sinklinal
çökəkliklərdə yer səthinə çıxır.
Şahdağ və Sudur zonalarında çöküntülər içərisində boz,
yaşılımtıl-boz gil və qumdaşı laycıqları olan boz, açıq-boz, bəzən
sarımtıl-boz əhəngdaşılardan təşkil olunub. Qalınlıqları 55-160 m
arasında dəyişir [15, 33].
Xızı zonasında və Dibrar çökəkliyində Hoteriv çöküntüləri
əsasən az qalınlıqlı qumlu əhəngdaşı, əhəngli qumdaşı və argillit
aralayları olan gillərdən ibarətdir. Qərb istiqamətində çöküntülərinin
qalınlıqları gilli şistlərin hesabına artır. Xızı tektonik zonasının
Bəyimdağ-Təkçay, Keşçay, Sitalçay və başqa sahələrində qazılan
quyu məlumatlarına əsasən qalınlıq 300 m-dən 970 m arasında
dəyişir. Təngi-Beşbarmaq antiklinoriumunun şimal və cənub
hissələrində Hoteriv mərtəbəsi çöküntüləri gilli fasiya ilə içərisində
brekçiyaşəkilli konqlomerat, əhəngli qumdaşı və mergel laycıqları
olan boz, tünd və göyümtul gillərin laylanmasından təşkil olunub.
Şimali Qobustanda Hoteriv çöküntüləri struktur-axtarış və
kəşfiyyat quyuları ilə öyrənilib. Bu sahədə də çöküntülər, Xızı və
Dibrar zonalarında olduğu kimi, əsasən az qalınlıqlı qumlu əhəngdaşı,
əhəngli qumdaşı və argillit ara laycıqları olan gillərdən ibarətdir.
Böyük Qafqazın cənub yamacında Zaqatala-Qovdağ zonasında
Hoteriv çöküntüləri əsasən gilli şist və şistli gillərdən ibarətdir. Qərb
istiqamətdə qumdaşıları laycıqlarının qalınlığı artır. Zaqatala-Qovdağ
zonasında qalınlıq 350-650 m-dir [13, 15].
Vəndam antiklinoriumunda Hoteriv çöküntülərinin kəsilişində
əhəngli tünd-boz, qumdaşı, şistli gil və gilli şistlər üstünlük təşkil
edir. Burada çöküntülərin qalınlığı 140-300 m arasında dəyişir.

100
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Kiçik Qafqazda Hoteriv mərtəbəsi çöküntüləri məhdud sahədə


yayılıb. Kəsilişləri öyrənilən sahələrdə çöküntülərin tərkibi qırıntılı,
naziklaylı ağ, qumlu əhəngdaşı, ağımtıl-boz, üzvi-qırıntılı, az miqdar
qumlu əhəngdaşıları, tünd-boz tuflu qumdaşı, boz, bərk əhəngdaşı
laycıqları olan tuflu brekçiya və vulkanik-çökmə süxurlardan
ibarətdir. Mərtəbənin qalınlığı 30 m-dən 140 m-ə kimi dəyişir.
Hoteriv mərtəbəsinin neft-qazlılığı kəsilişdə iştirak edən az
qalınlıqlı qumdaşıları ilə əlaqədardır. Xızı tektonik zonasının cənub-
şərq hissəsində yerləşən qalxımlarda Hoteriv mərtəbəsinin
qumdaşılarında neft-qaz təzahürlərinə rast gəlinib.
Barrem mərtəbəsi çöküntüləri Böyük və Kiçik Qafqaz
ərazisində geniş yayılıb. Böyük Qafqazın cənub-şərq batımında
öyrənilən kəsiliş geoloji əlamətlərinə görə iki hissəyə ayrılır. Xızı və
Dibrar zonalarında Barrem mərtəbəsinin alt hissəsi əsasən az
qalınlıqlı, yaşılımtıl-boz qumlu və əhəngli gil laycıqları olan boz,
ağımtıl-boz oolitli əhəngdaşılardan təşkil olunub [15, 33].
Şahdağ-Sudur zonasında üst yarımmərtəbəyə aid çöküntülər
litoloji tərkibi yaşılımtıl-boz gil və əhəngdaşı laycıqları olan boz,
yaşılımtıl-boz qumdaşılardan ibarətdir.
Eyni çöküntülər Yalama sahəsində qazılan quyularda açılıb.
Şahdağ-Sudur zonasında Barrem mərtəbəsinin qalınlığı 30-120 m-dir.
Qusar-Dəvəçi törəmə çökəkliyində Barrem çöküntüləri əsasən alevrit
və qumdaşı laycıqları olan gillərdən təşkil olunub. Xudat sahəsində
qazılan quyularda Barrem mərtəbəsinin qalınlığı 760 m-dir.
Beşbarmaq kordilyeri ətrafında bu çöküntülərin litoloji tərkibi
xeyli dəyişir. Burada çöküntülər kalsit laycıqlı boz, əhəngli gil,
əhəngdaşı, qumdaşı, qravelit və konqlomeratlardan ibarətdir. Cənub-
şərq istiqamətində kəsilişdə xırdadənəli qumdaşı, gil, əhəngdaşı və
ağımtıl-boz mergellər iştirak edir.

101
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Böyük Qafqazın cənub yamacında mikro və makrofauna azlığı


səbəbindən tədqiqatçılar Barrem mərtəbəsi çöküntülərini Hoteriv və
Apt çöküntülərindən litoloji əlamətlərinə görə ayırırlar. Burada
çöküntülər iki zona üzrə öyrənilib.
Zaqatala-Qovdağ sinklinoriumunda Barrem çöküntüləri boz,
yaşılımtıl-boz mergellər, boz, bərk əhəngdaşı, tünd-boz gilli şist, nadir
əhəngli qumdaşı və argillit laycıqlarına malik şistli gillərin fliş
növbələşməsindən ibarətdir. Çöküntülərin qalınlığı dəyişkən olub
175-386 m təşkil edir.
Bu zonadan cənuba Vəndam antiklinoriumunda da Barrem
çöküntüləri boz, tünd və yaşılımtıl-boz, təbəqəli şistli gil, qonuru,
bəzən açıq qonuru, çox bərk əhəngdaşı, yaşılımtıl-boz və boz
mergellərin fliş növbələşməsindən təşkil olunub. Qərb istiqamətdə
kəsilişdə argillitlər də iştirak edir. Vəndam antiklinoriumu daxilində
çöküntülərin qalınlıqları 164-492 m-dir [13, 15].
Kiçik Qafqaz ərazisində Barrem mərtəbəsi çöküntüləri
Somxito-Ağdam və Göyçə-Qarabağ zonalarında nisbətən geniş
yayılıblar. Sonuncu zonada Barrem mərtəbəsinin kəsilişi konqlomerat
layı ilə başlayır, yuxarı getdikcə boz, sarımtıl, açıq-boz, qumdaşılı və
brekçiyaşəkilli əhəngdaşıları ilə əvəz olunur. Qalınlıqları 50-290 m
arasında dəyişir.Kiçik Qafqazın şimal-şərq yamacında Barrem
çöküntüləri konqlomerat və gil laycıqlarına malik qumdaşılarından
ibarətdir. Burada qalınlıq 30 m-ə qədərdir.
Barrem mərtəbəsi çöküntülərinin neft-qazlılığı kəsilişində
qeyd olunan azqalınlıqlı alevrit və qumdaşı layları ilə əlaqədardır.
Xəzəryanı-Quba rayonu və Xızı tektonik zonasında bu çöküntülərdə
neft-qaz təzahürləri qeydə alınıb.
Apt mərtəbəsi çöküntüləri Böyük Qafqazın cənub-şərq batımı
və cənub yamacında geniş yayılıb.

102
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Təngi-Beşbarmaq antiklinoriumunun kəsilişində Apt


çöküntüləri göyümtül-boz, qırmızımtıl-boz, qırmızı gillərdən
ibarətdir. Nadir hallarda kəsilişdə konqlomerat və qravelit
aralaycıqlarına təsadüf edilir.
Qusar-Dəvəçi törəmə çökəkliyində Apt çöküntüləri quyularla
açılmışdır. Quyu məlumatlarına əsasən çökəkliyin şimal-şərq
hissəsində çöküntülərin tərkibi yaşılımtıl-boz gil və alevrolitlərdən
ibarətdir. Xəzəryanı-Quba rayonunun cənub-şərqində isə kəsiliş iki
hissəyə ayrılır. Alt hissə boz mergel, əhəngdaşılı qumdaşı, əhəngdaşı
laycıqları olan tünd və yaşılımtıl-boz, qonuru-qırmızı vərəqvarı
gillərdən, üst hissə isə əhəngli qumdaşı laycıqlarına malik boz,
qırmızımtıl-qonuru, qonuru-qırmızı gillərdən ibarətdir. Apt
çöküntülərinin qalınlıqları 60-250 m arasında dəyişir [15, 33].
Böyük Qafqazın cənub yamacında, Zaqatala-Qovdağ
sinklinoriumunda, Apt çöküntüləri əsasən boz, yaşılımtıl və tünd-boz,
qara gilli şist, əhəngdaşılı, şistli gillərdən təşkil olunub. Kəsiliş
qalınlıqları 10-30 sm arasında dəyişən boz, bərk əhəngdaşı və əhəngli
qumdaşılarına, nadir hallarda argillit və alevrolitlər olan ara
laycıqlarına malikdir. Zonada Apt çöküntülərinin qalınlıqları 50 m-dən
330 m-ə qədər dəyişir.
Kiçik Qafqazda Apt çöküntüləri əsasən Göyçə-Qarabağ
zonasında, Ağstafa və Ağcakənd çökəkliklərində geniş intişar tapıb.
Göyçə-Qarabağ zonasında Apt çöküntüləri açıq-qonuru, yaşılımtıl-
boz, çəhrayıya çalan, bəzi yerlərdə sarımtıl-boz əhəngli mergel və
bozumtul-qonuru şistli, qumlu gillərdən ibarətdir. Çöküntülərin
kəsilişində boz, kobuddənəli tuflu qumdaşıları və nazik laylı,
incədənəli əhəngli qum laycıqları da iştirak edir. Apt çöküntülərinin
üst hissəsi tufogen çöküntülərin üstünlüyü ilə səciyyələnir. Qalınlıqlar
510 m-ə qədər çatır [13].

103
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Ağcakənd və Ağstafa çökəkliklərində Apt çöküntüləri boz,


yaşılımtıl-boz, qırmızımtıl-tünd qonuru tuflu qumdaşı və qumdaşılı
gillərin qumdaşılarla növbələşməsindən ibarətdir. Kəsilişdə linzavarı
mikrokonqlomeratlar da iştirak edir.
Apt mərtəbəsinin neft-qazlılığı kəsilişində qumdaşı və alevrit
təbəqəciklərinin gil və mergellərlə növbələşməsindən əmələ gələn
qumlu-gilli dəstələrlə əlaqədardır. Çöküntülərə ən çox Böyük
Qafqazın cənub-şərq batımındakı qalxımlarda təsadüf edilir.
Alb mərtəbəsi çöküntüləri Böyük Qafqazın Xızı zonasının
mərkəzi hissəsində, Dibrar-Yaşma və Qovdağ-Sumqayıt
sinklinoriumlarında üç yarımmərtəbə ilə təmsil olunub. Alt
yarımmərtəbə qumdaşı laycıqlarına malik boz, qırmızı, sarımtıl-yaşıl,
qonuru-boz əhəngli gillərdən ibarətdir [15,33].
Sinklinoriumların bəzi yerlərində çöküntülərin qalınlıqları və
qumdaşı laycıqlarının miqdarı dəyişir. Orta yarımmərtəbə alt
yarımmərtəbədən litoloji tərkibin dəyişməsi və qumdaşı laycıqlarının
sayının artması ilə fərqlənir. Bu çöküntülərin tərkibi boz, tünd və
sarımtıl-boz gil, boz, orta və iri dənəli, əhəngli qumdaşılardan ibarətdir.
Üst yarımmərtəbə boz, sarımtıl-boz, yaşıl, sıx gil, yaşıl,
yaşımtıl-boz mergel, argillit, boz, qonuru-boz şistli qumdaşı və
qumlu əhəngdaşılarından təşkil olunub. Alb çöküntülərinin
qalınlıqları 10 m-dən 250 m-ə qədər dəyişir.
Təngi-Beşbarmaq antiklinoriumunun cənub-şərq hissəsində
Alb çöküntüləri yaşılımtıl, qonuru-boz gil və bəzən qırmızı əhəngli
qumdaşılardan ibarətdir. Çöküntülərin qalınlığı 60 m-ə çatır.
Şahdağ-Sudur zonasında Alb mərtəbəsi çöküntüləri üst Təbaşir
qarşısı transqressiya zamanı yuyulmaya məruz qaldığından iştirak
etmir. Bu çöküntülər Qusar-Dəvəçi törəmə çökəkliyində Yalama və
Xudat sahələrində qazılan quyularla açılıb. Çöküntülərin tərkibi

104
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

mergel, qumdaşı və alevrolit aralaycıqlarına malik boz, tünd-boz


möhkəm gillərin fliş növbələşməsindən ibarət olub, qalınlığı 65 m-ə çatır.
Böyük Qafqazın cənub yamacı, Vəndam antiklinoriumu və
Girdimançay hövzəsi ətrafında Alb mərtəbəsi kəsilişinin çox hissəsini
tufogen çöküntülər təşkil edir. Burada kəsilişin alt və orta hissəsi
qonuru-qırmızı tufogen gil, açıq-boz tuflu qumdaşı, tuffit, üst hissəsi
isə boz, tünd-boz xırdadənəli tuflu qumdaşı, qonuru-boz, qumlu gil və
mergellərlə təmsil olunub.
Girdimançay hövzəsindən qərb və şərqə getdikcə tufogen
süxurlar çökmə süxurlarla qarışır. Çöküntülərinin qalınlıqları qərbdən
şərqə doğru 100-110 m-dən 450-475 m-ə qədər artır.
Kiçik Qafqazın Azərbaycan hissəsində Alb mərtəbəsi
çöküntüləri alt Təbaşirin ondan altda yatan digər mərtəbələrinə
nisbətən daha geniş ərazidə yayılıb və üç yarımmərtəbə ilə təmsil
olunur [15].
Alt yarımmərtəbə çöküntüləri Göyçə-Qarabağ zonasının
cənub-şərq hissəsində yer səthinə çıxır. Tərkibi tünd-boz, bəzən
sarımtıl-boz naziklaylı mergel, qonuru-boz, şistli, iri və kobuddənəli
qumdaşı, sarımtıl-boz gilli, qumlu əhəngdaşı və göyümtül-boz əhəngli
gillərdən ibarətdir. Nadir hallarda kəsilişdə tuf-qumdaşılarına təsadüf
edilir. Yarımmərtəbənin qalınlığı 90 m-ə çatır.
Orta və üst yarımmərtəbə çöküntüləri Göyçə-Qarabağ
zonasında tünd-boz, qumlu, əhəngli argillit, kobud, ortadənəli
qumdaşı ara laylarına malik qara, tünd-boz,boz laylı mergel, sarımtıl-
boz, incə-kobuddənəli, yaşılımtıl-boz tuflu qumdaşı və nadir hallarda
əhəngdaşı və gillərdən təşkil olunub. Kəsilişdə argillit və mergellər
üstünlük təşkil edir. Alb çöküntülərinin qalınlığı 850 m-ə çatır.
Ağcakənd və Ağstafa çökəkliklərində Alb çöküntüləri müxtəlif
rəngli tuflu qumdaşı, tuflu konqlomerat və tuflu brekçiyaların tünd-

105
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

boz mergel, gil və qumdaşıları ilə növbələşməsindən ibarətdir.


Çökəkliklərdə Alb mərtəbəsinin qalınlığı 330 m-ə çatır.
Naxçıvan ərazisində Alb çöküntüləri porfirit, tuf brekçiyası,
tuf, bəzi yerlərdə isə gil, qumdaşı və tufogen süxurların qarışığından
ibarətdir. Qalınlıq 210 m-ə çatır.
Alb mərtəbəsinin neft-qazlılığı onun üst yarımmərtəbəsinə aid
olan “Küllü” qumdaşıları horizontu ilə əlaqədardır. Onun neftliliyi
Şurabad və başqa sahələrdə təsdiq olunub.
Üst Təbaşir çöküntüləri Böyük Qafqazın cənub-şərq batımında
və Kiçik Qafqazın şimal-şərq dağətəyi zonasında geniş yayılıb. Onların
Cənubi Qobustan, Abşeron, Aşağı Kür və Bakı arxipelaqında iştirakı
palçıq vulkanı brekçiyalarının tədqiqi nəticəsində təsdiqlənib[13, 33].
Senoman mərtəbəsi çöküntüləri Böyük Qafqazın şimal-şərq
batımında və Xəzəryanı-Quba neftli-qazlı rayonunda məhdud ərazidə
yayılıb. Rayonunun qərb hissəsində qeyd olunan kəsilişlərində
çöküntülər yaşılımtıl-boz, tünd-yaşıl, mergelli gil, boz qumlu
əhəngdaşı, xırda və orta dənəli qumdaşı, mergel və
mikrokonqlomeratların fliş növbələşməsi ilə təmsil olunublar. Buduq
muldasında kəsilişin qalınlığı 46 m-dir.
Xəzəryanı-Quba rayonu ilə Şamaxı-Qobustan rayonu arasında
keçid zonasında Senoman mərtəbəsinin qalınlığı qumdaşı laylarının
artması və kəsilişdə möhkəm əhəngdaşı laylarının iştirakı hesabına
artır. Xəzəryanı-Quba rayonunun cənub-şərq hissəsində qalınlıqlar
250-300 m arasında dəyişir. Siyəzən monoklinalında qazılan
quyularda açılan qalınlıq 150-200 m təşkil edir. Bu sahədə kəsiliş boz,
açıq-boz əhəngli gillər, boz mergellər və mergelli qumdaşılarından
ibarətdir.
Şamaxı-Qobustan rayonunun şimal hissəsində Senoman
mərtəbəsi çöküntüləri Qızmeydanı, Gədisu və b. sahələrdə qazılan

106
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

quyularla açılıb. Burada çöküntülər tünd-boz, qonuru, bəzən


yaşılımtıl-boz karbonatlı gillər, boz, çəplaylı, əhəngli qumdaşı və az
qalınlıqlı, zəif qumlu əhəngdaşıları ilə təmsil olunurlar.
Böyük Qafqazın cənub yamacında Senoman mərətbəsi
çöküntüləri fasiya tərkibilə fərqlənir və iki yarımmərtəbəyə ayrılır.
Çöküntülər Vəndam antiklinoriumu, Qax sinklinoriumu və Böyük
Qafqazın başqa sahələrində yer səthinə çıxırlar.
Vəndam antiklinoriumunda Senoman mərətbəsinin aşağı
horizontuna aid olan tuflu qumdaşı və konqlomerat qaymaları massiv
şəklində yer səthinə çıxırlar. Şərq istiqamətində kəsilişdə mergel, gil
və qumdaşıları da iştirak edirlər. Çöküntülərin qalınlıqları 50-350 m
arasında dəyişir.
Qax sinklinoriumunda çöküntülər tuffit, tuflu brekçiya, argillit,
tuflu qumdaşı və konqlomerat, açıq-boz, sarımtıl pelitamorf əhəngdaşı
və sarımtıl-qonuru gilli şistlərdən ibarətdir. Tufogen çöküntülər 300-
320 m və daha artıq qalınlığa malikdir.
Böyük Qafqazın cənub yamacı boyunca Senoman mərtbəsinin
üst horizontu (Qızılqazma lay dəstəsi) fliş çöküntülərilə təmsil
olunurlar. Bəzən kəsilişdə sarımtıl-boz qumlu gil, boz, açıq-boz
mergel laycıqları, boz qumdaşı, yaşımtıl-boz gil, nadir hallarda isə az
qalınlıqlı tuf-qumdaşılı, boz mergellər iştirak edirlər. Bu sahədə
şərqdən-qərbə doğru qumlu-gilli və karbonatlı çöküntülərin miqdarı
azalır, tufogen çöküntülərin miqdarı isə artır.
Senoman mərtəbəsi çöküntüləri Kiçik Qafqazın şimal-şərq
zonası və Ordubad sinklinoriumunda da mövcuddur. Kiçik Qafqazın
şimal-şərq dağönü zonasında tufogen-qumdaşılı, qumlu-mergelli
əhəngdaşı, mergelli qumdaşı və əhəngli gillərdən təşkil olunub.
Çöküntülərin qalınlığı 150-200 m-ə çatır. Senoman çöküntülərinin ən
böyük qalınlıq Qarabağ antiklinoriumu və Murovdağ yaylasında

107
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

qeydə alınıb. Burada çöküntülərin qalınlığı 400-630 m-ə çatır. Murovdağ


yaylasında karbonatlı fasiya ilə təmsil olunurlar. Kəsiliş əsasən
qalınlaylı, qumlu üzvi əhəngdaşı və əhəngli qumdaşılardan ibarətdir.
Ordubad sinklinoriumunda az sahədə intişar tapan Senoman
çöküntüləri qumdaşı və qravelit aralaylarına malik qırmızımtıl
konqlomeratlarla təmsil olunurlar. Çöküntülərin qalınlığı 100-600 m
arasında dəyişir.
Senoman mərtəbəsinin kəsilişində qeyd olunan qumdaşıları
neft-qazlılıq cəhətcə perspektivli sayılırlar. Onlar Sitalçay, Şurabad,
Yaşma, Qabandağ və başqa sahələrdə daha geniş intişar tapıblar.
Turon mərtəbəsi çöküntüləri Azərbaycan ərazisində məhdud
sahədə yayılıb. Bu çöküntülər Xızı zonası, Ataçay-Gilgilçay vadisi və
Zarat muldasında yerüstü çıxışlarda, Yalama, Xudat, Sitalçay sahələri
və Siyəzən monoklinalında qazılan quyularda öyrənilib[15,33].
Xəzəryanı-Quba rayonunda Turon mərətbəsi çöküntüləri
əsasən cənub və cənub-şərq hissələrdə yer səthinə çıxırlar. Litoloji
xüsusiyyətlərinə görə iki yarımmərtəbəyə ayrılırlar. Qusar-Dəvəçi
törəmə çökəkliyində və Şahdağ zonasında alt Turon (Zarat horizontu)
çöküntüləri çox az iştirak edir. Qusar-Dəvəçi törəmə çökəkliyində
Turon çöküntülərinin kəsilişi demək olar ki, əhəngdaşılardan
ibarətdir. Odur ki, burada üst yarımmərtəbənin sərhədini təyin etmək
çox çətindir. Üst Turon çöküntüləri çökəklikdə və Siyəzən
monoklinalının şimal-şərqində içərisində az qalınlıqlı qumdaşı və gil
laycıqları olan boz, pelitamorf, çatlı əhəngdaşılardan təşkil olunub.
Xızı zonasında çöküntülər tünd və şabalıdı-boz bitumlu gil və
qara şistlərin əhəngdaşıları ilə növbələşməsindən ibarətdir. Kəsilişdə
bəzən tuf və gilabı laycıqlarına təsadüf edilir.
Şamaxı-Qobustan rayonunda Turon çöküntüləri nisbətən geniş
yayılıb, alt və üst yarımmərtəbələrə ayrılır. Alt Turon (Zarat

108
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

horizontu) argillit, tuffit laycıqlarına malik əhəngdaşı, nadir hallarda


əhəngli alevrolit aralaycıqları olan tünd-boz gil, incədənəli qumdaşı
və mergellərlə təmsil olunurlar. Bəzi sahələrdə kəsilişdə bitumlu şistli
gillərə də rast gəlinir.
Cənub-qərb istiqamətində çöküntülərinin gilliliyi tədricən
artdığı halda, cənub-şərq istiqamətində kəsilişdə qumdaşılarının
miqdarı və karbonatlılıq artır.
Üst Turon çöküntüləri Şimali Qobustanda qalın laylı, çox
çatlılığa malik pelitamorf əhəngdaşı, mergel, incə laycıqlı əhəngli
qumdaşı və boz əhəngli-qumlu gillərdən ibarətdir. Cənub
istiqamətində karbonatlı çöküntülərin, cənub-şərq istiqamətində isə
kəsilişdə gilliliyin və qumdaşılarının artdığı müşahidə edilir.
Böyük Qafqazın cənub yamacında alt yarımmərtəbə
əhəngdaşı, qara hormblend, boz, açıq-boz pelitamorf əhəngdaşı,
əhəngli mergel, yaşılımtıl-boz rəngli, azqalınlıqlı gil, qara, şabalıdı-
boz gilli şist, mergel və qumdaşılardan, bəzi sahələrdə isə tuf-
qumdaşı, çəhrayı mergel, gil və əhəngdaşılardan təşkil olunub.
Üst yarımmərtəbənin kəsilişi Vəndam zonasında az qalınlıqlı
çəhrayı bentonit gilləri ara laycıqlarına malik çəhrayı əhəngdaşı, yağlı
gil laycıqlarına malik qırmızıya çalan əhəngdaşı, boz gilli mergel və
boz gil laycıqları olan boz, tünd-boz, çox miqdarda çatlılığa malik
əhəngdaşılarından ibarətdir. Bəzi yerlərdə kəsilişdə qırıntı və tuflu
qumdaşı laylarının qalınlığı və sayı artır.
Kiçik Qafqazda Turon mərtəbəsi çöküntüləri məhdud şəkildə
yayılıb. Kəsilişi tuflu konqlomerat, argillit, qumdaşı, mergel və
zoogen əhəngdaşılardan təşkil olunub.
Turon mərtbəsinin neft-qazlılığı üst yarımmərtəbənin
kəsilişində iştirak edən qumdaşı layları ilə əlaqədardır. Onlar Şimali
Qobustanda daha geniş yayılıb.

109
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Konyak mərtəbəsi çöküntüləri, həmin dövrdə çöküntütoplama


hövzəsinin ərazisi genişləndiyinə görə nisbətən geniş sahədə yayılıb.
Qusar-Dəvəçi törəmə çökəkliyində quyularla açılan Konyak
çöküntüləri mergel, əhəngdaşı və gillərin növbələşməsindən ibarətdir.
Cənub istiqamətində kəsilişdə qumdaşı laycıqları iştirak edir və gilli
layların qalınlıqları artır. Yalama-Xudat zonasında Konyak
çöküntülərinin qalınlığı 100 m-ə çatır.
Xəzəryanı-Quba rayonunun cənub zonasında kəsilişin alt
hissəsində 25-30 m-lik konqlomerat layı yatır. Kəsiliş əsasən boz,
zeytunu-yaşıl mergelli gil və nazik laycıqlardan ibarət olan ağ,
ağımtıl-yaşıl pelitamorf çatlı əhəngdaşılardan təşkil olunub. Şərq
istiqamətində kəsilişdə fliş çöküntüləri üstünlük təşkil edir.
Təngi-Beşbarmaq zonasında Konyak mərtəbəsinin kəsilişi
xeyli dəyişərək əhəngdaşı, mergel, qumdaşı, gil və konqlomeratların
fliş növbələşməsindən təşkil olunub. Bəzi sahələrdə kəsilişdə qravelit
laycıqları iştirak edir.
Beləliklə, Xəzəryanı-Quba rayonunda karbonatlı çöküntülər
şimaldan-cənuba və cənub-şərqə doğru fliş növbələşməsindən ibarət
çöküntülərlə, daha sonra konqlomerat laycıqlarının iştirak etdiyi
çöküntülərlə əvəz olunurlar. Çöküntülərin qalınlıqları 40-50 m-dən
90-100 m-ə qədər dəyişir.
Şamaxı-Qobustan rayonu ərazisində Konyak mərtəbəsinin
karbonatlı çöküntüləri geniş yayılıb. Kəsiliş qalınlaylı, çatlı pelitamorf
əhəngdaşı, mergel və çəplaylı, azqalınlıqlı, əhəngli qumdaşı laylarının
boz rəngli, qumlu gillərlə növbələşməsindən ibarətdir. Qalınlıq 40-
100 m arasında dəyişir.
Böyük Qafqazın cənub yamacında Konyak mərtəbəsi
çöküntüləri məhdud ərazidə məlumdur. Burada çöküntülərin kəsilişi
tünd-boz, boz, qumlu-əhəngli mergel, boz, çəhrayı-qırmızı, çatlı,

110
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

pelitamorf əhəngdaşı, yaşıl, boz, tuflu qumdaşı, boz gil, boz,


qırmızımtıl-boz əhəngdaşı, boz qumlu mergel və gillərdən təşkil
olunub.
Kiçik Qafqazda Konyak mərtəbəsi çöküntüləri nisbətən geniş
ərazidə yayılıb. Əksər ərazilərdə transqressiv şəkildə, bucaq
uyğunsuzluğu ilə orta Yuranın vulkanik çöküntülərini, üst Yuranın
vulkanik çökmə süxurlarını və alt Təbaşirin vulkanik çökmə süxur
qatlarını örtürlər[15].
Kiçik Qafqaz ərazisində Konyak mərtəbəsi çöküntülərinin
kəsilişi əsasən az qalınlıqlı, boz yağlı gil, ara laycıqlarına malik, boz,
açıq-boz, yüksək dərəcədə çatlı, əhəngdaşı, boz əhəngli gil, mergel və
argillitlərdən ibarətdir. Bəzən kəsilişdə qumdaşı, tuflu qumdaşı, tuflu
konqlomerat və porfiritlər də iştirak edirlər. Kiçik Qafqazın
Azərbaycan ərazisinin şimal-qərb hissəsində çöküntülərin qalınlığı
260 m-ə çatır.
Konyak mərtəbəsinin neft-qazlılığı kəsilişindəki qumdaşı və
alevritli qumdaşı layları ilə əlaqədardır. Bu laylar ən çox Dibrar
geosinklinal zonasında yayılıb.
Santon mərtəbəsi çöküntüləri Azərbaycanın ərazisində
nisbətən geniş sahədə məlumdur. Santon çöküntüləri Böyük Qafqazın
cənub-şərq batımında alt Kampan çöküntülərindən demək olar ki,
fərqlənmirlər. Ona görə də bu intervalı Yunusdağ lay dəstəsi
adlandırırlar. Böyük Qafqazın baş silsiləsində və Şahdağ zonasında
Santon çöküntüləri iştirak etmir, Qusar-Dəvəçi törəmə çökəkliyində
isə böyük ərazidə yayılıb.
Xudat və Yalama sahələrində Santon çöküntüləri axtarış-
kəşfiyyat quyuları ilə açılıb. Qalınlığı 200-220 m olan kəsiliş əsasən
əhəngdaşı, qumdaşı və azqalınlıqlı gil laycıqlarına malik mergellərin
növbələşməsindən ibarətdir.

111
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Qusar-Dəvəçi törəmə çökəkliyindən cənuba çöküntülərin


tərkibi dəyişir. Kəsiliş əsasən qırmızımtıl-boz və qırmızı gil laycıqları
olan möhkəm əhəngdaşı, müxtəlifdənəli, çəplaylı qumdaşı və
qəhvəyi-boz, qırmızı-qonuru gillərlə əvəz olunur.
Xəzəryanı-Quba rayonunun cənub-şərq hissəsində isə Santon
çöküntüləri az qalınlıqlı boz, tünd-boz, mergel ara laylarına malik
qırmızımtıl-boz, qırmızı, bəzən də yaşılımtıl və qonuru-boz gil, çatlı,
qumlu əhəngdaşı və əhəngli qumdaşılarının növbələşməsindən
ibarətdir. Kəsilişdə bəzən qravelitlərə də təsadüf edilir. Dibrar
çökəkliyində kəsiliş əhəngli gil, mergel, əhəngdaşı, əhəngli qumdaşı
və alevrolitlərin ritmik növbələşməsilə xarakterizə olunur. Burada
çöküntülərin qalınlığı 350-400 m-ə çatır.
Şamaxı-Qobustan rayonu ərazisində Santon çöküntüləri
yaşılımtıl-boz, qırmızımtıl karbonatlı gil, əhəngdaşı, mergel, qumdaşı,
alevrolit, bəzi hallarda qravelit və konqlomeratlarla təmsil
olunmuşlar.
Bütün ərazi üzrə gilli süxurlar qumdaşılı və karbonatlı
süxurlara nisbətən üstünlük təşkil edir. Cənub-Şərqi Qafqazda Santon
mərtəbəsi çöküntülərinin qalınlıqları 200-250 m-dən 400-450 m-ə
qədər dəyişir.
Böyük Qafqazın cənub yamacında, Vəndam zonasında Santon
çöküntüləri əsasən qonuru-qırmızı, qonuru və yaşılımtıl-boz əhəngli
bərk gil və ağımtıl-boz əhəngdaşılardan ibarətdir. Qərb istiqamətində
çöküntülərin karbonatlığı nəzərə çarpacaq dərəcədə artır.
Kiçik Qafqazın Azərbaycan ərazisində Santon mərtəbəsi
çöküntüləri fərqli fasiyada yayılmışlar. Qərbdən şərqə doğru, Ağstafa
və Gəncə çayları arasındakı sahədə Santon çöküntüləri əsasən tərkibi
porfirit, tuf-konqlomerat və başqa tufogen məhsullardan təşkil olunan
vulkanik çökmə süxurlardan ibarətdir. Şərq istiqamətində kəsilişdə

112
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

karbonatlı-terrigen süxurların (əhəngdaşı, gil və qumdaşıları) miqdarı


artır, vulkanik süxurlar isə azalır[15].
Daha şərqə Kiçik Qafqazın mərkəzi hissəsində Santon
çöküntüləri əsasən vulkanik süxurlardan ibarətdir. Yalnız alt hissədə
az qalınlıqlı əhəngdaşı və mergel laylarına təsadüf edilir. Burada
qalınlıq 275 m-ə çatır.
Şərqə getdikcə vulkanik çöküntülər boz, yaşılımtıl-boz, yağlı
bentonit gil, orta və iridənəli zəif sementlənmiş qumdaşı layları olan
pelitamorf, çatlı, qalınlaylı əhəngdaşıları ara laylarına malikdirlər.
Kiçik Qafqazın regional batımı istiqamətində çöküntülərin kəsilişində
vulkanik çöküntülər çatlı əhəngdaşı, nazik laylı gil və qumdaşıları ilə
əvəz olunurlar.
Naxçıvan MR ərazisində Santon mərtəbəsi gil, əhəngdaşılı
mergel və qumdaşılarının növbələşməsindən təşkil olunmuş
çöküntülərlə təmsil olunurlar.
Santon mərtəbəsinin neft-qazlılığı onun alt hissəsinə aid olan
karbonatlı qumdaşı və çatlı əhəngdaşıları ilə əlaqədardır. Belə
süxurlar Yunusdağ, Tuqçay, Gədisu, Ağburun və Görədil
qalxımlarında daha çox intişar tapıb.
Kampan mərtəbəsi çöküntüləri Cənub-Şərqi Qafqazda geniş
ərazidə yayılıb. Burada Kampan çöküntüləri iki yarımmərtəbəyə ayrılır.
Alt yarımmərtəbənin litoloji tərkibi Santon çöküntülərindən çox az
fərqlənir və Yunusdağ lay dəstəsinin üst hissəsini təşkil edir. Üst
yarımmərtəbə isə litoloji cəhətdən Maastrixt mərtəbəsinə uyğun gəlir.
Şahdağ-Sudur zonasında Kampan mərtəbəsi çöküntüləri
transqressiv şəkildə alt Təbaşirin yuyulmuş səthi üzərində yatır.
Çöküntülərin tərkibi çəhrayıya çalan laylı mergel və az qalınlıqlı
əhəngli gil və boz çəplaylı qumdaşı layları ilə növbələşən
əhəngdaşılarından təşkil olunub. Kampan çöküntülərinin tam kəsilişi

113
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Qızılqaya dağında qeydə alınıb. Burada çöküntülərin ümumi qalınlığı


125 m təşkil edir[15,33].
Qusar-Dəvəçi törəmə çökəkliyində Kampan çöküntüləri Xudat
və Yalama sahələrində qazılan quyularla açılıb. Çöküntülərin tərkibi
əsasən karbonatlı fasiyadan ibarət olub, nadir hallarda tünd-boz gilli,
qumlu mergel və boz incə, xırdadənəli qumdaşı laycıqlarına malik
boz, açıq-boz, çatlı, xırda qırıntılı əhəngdaşılardan ibarətdir.
Xəzəryanı-Quba rayonunun mərkəzi və cənub hissələrinin bəzi
zonalarında Kampan mərtəbəsi çöküntüləri yuyulmaya məruz qalıb. Bu
sahələrdə Kampan mərtəbəsinin maksimal qalınlığı 370-375 m-ə çatır.
Rayonun cənub-şərq hissəsində Kampan çöküntüləri boz,
yaşımtıl-boz qumlu əhəngdaşı aralaycıqlarına malik boz yaşılımtıl-
boz, bəzən açıq-boz gillərin və boz çəplaylı əhəngli qumdaşılarının
fliş növbələşməsindən ibarətdir. Kəsilişin alt hissəsində qırmızı, açıq-
qırmızı karbonatlı gil laylarına təsadüf edilir. Cənub və cənub-qərb
istiqamətində, Şahdağ və Qızılqaya yüksəkliklərində Kampan
çöküntülərinin qalınlıqları 90-125 m, şimal və cənub-şərq
istiqamətində isə 250-300 m arasında dəyişir.
Kampan mərtəbəsi çöküntüləri Şamaxı-Qobustan rayonunda
da geniş yayılıblar. Burada çöküntülər demək olar ki, fliş fasiyadadır.
Alt Kampan çöküntüləri Santon çöküntülərindən qırmızı və qonuru
gillərin olması ilə fərqlənirlər. Kampan mərtəbəsi çöküntüləri Şamaxı-
Qobustan ərazisində iki fasiyada özünü büruzə verir.
Şamaxı-Qobustan rayonunun şimal-şimal-şərq hissədə nadir
əhəngdaşı aralaycıqlarına malik gilli-qumlu, cənub-cənub-şərq
hissədə isə karbonatlı-qumlu-gilli fasiya ilə səciyyələnir. Burada
əhəngdaşıları üstünlük təşkil edir. Şamaxı-Qobustan rayonunda
Kampan çöküntülərinin qalınlıqları çox geniş intervalda (150-350 m)
dəyişir.

114
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Böyük Qafqazın cənub yamacının şərq hissəsində Kampan


mərtəbəsi çöküntüləri içərisində az qalınlıqlı qumdaşı laycıqları olan
boz, tünd-boz əhəngli gil, boz çatlı əhəngdaşı və mergellərin
növbələşməsindən ibarətdir. Ərazidə Kampan mərtəbəsi
çöküntülərinin qalınlıqları 315 m-ə çatır. Cənub yamacının qərb
hissəsində isə karbonatlı çöküntülərin qalınlıqları xeyli dərəcədə artır.
Kampan çöküntüləri boz, sarımtıl-boz, zəif qumlu və zəif çatlı
əhəngdaşı, mergel və gillərin fliş növbələşməsindən ibarətdir.
Kampan mərtəbəsi çöküntüləri Kiçik Qafqazda və Naxçıvan
MR-də geniş yayılıb. Kiçik Qafqazın şimal-qərb hissəsində,
Daşsalahlı kəndi ətrafında Kampan mərtəbəsi çöküntüləri əsasən
əhəngli və qumlu gillərdən ibarətdir. Şərq istiqamətə getdikcə əhəngli
qumdaşı və əhəngdaşılarının qalınlıqları artır. Daha şərqdə Şəmkir
rayonu ərazisində əsasən karbonatlı çöküntülərdən ibarətdir.
Kiçik Qafqazın mərkəzi hissəsinin şimal-şərq yamacında
Kampan çöküntüləri yaşımtıl-boz gil aralaylı pelitamorf əhəngdaşı,
bentonit gil, iridənəli əhəngli qumdaşı, qumlu əhəngdaşılardan
ibarətdir. Şərq istiqamətində gil laylarının sayı və qalınlıqları artır.
Daha şərqə getdikcə isə yenidən gil laylarının sayı və qalınlıqları
azalır. Ağdərə rayonu ətrafında Kampan mərtəbəsinin qalınlığı 280-
300 m-ə çatır.
Naxçıvan ərazisində Kampan çöküntüləri məhdud ərazidə
məlumdur. Kəsiliş əsasən əhəngdaşı, qumlu gil, argillit və
qumdaşılardan ibarətdir. Çöküntülərin qalınlıqları Naxçıvan muldasının
yamaclarında 80-265 m, mərkəzində isə 300-400 m arasında dəyişir.
Kampan mərtəbəsi çöküntülərinin (Yunusdağ dəstəsinin üst
hissəsi) neft-qazlılığı onun kəsilişində iştirak edən karbonatlı
qumdaşıları ilə əlaqədardır. Belə kollektorlar Yunusdağ, Gədisu,
Görədil və s. sahələrdə intişar tapıblar.

115
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Maastrixt mərtəbəsi çöküntüləri Böyük Qafqazda geniş,


Kiçik Qafqazda isə məhdud ərazilərdə yayılıblar.
Xəzəryanı-Quba rayonunda çöküntülər əsasən Şahdağ və
Sudur zonalarında, Qızılqaya dağı ətrafında və Xızı tektonik
zonasında geniş yayılıblar. Qusar-Dəvəçi törəmə çökəkliyində isə
Maastrixt çöküntüləri Yalama və Xudat sahələrində qazılmış axtarış-
kəşfiyyat quyuları ilə açılıb.
Şahdağ zonası və Qızılqaya dağı ətrafında Maastrixt
çöküntüləri açıq, yaşılımtıl və boz qumdaşılı gil, boz, qəhvəyi
əhəngdaşı və boz, açıq qəhvəyi əhəngli, xırdadənəli qumdaşılardan
təşkil olunub. Çöküntülərin qalınlığı 125 m-ə çatır.
Maastrixt çöküntülərinin nisbətən tam kəsilişi Buduq
sinklinalında öyrənilib. Burada çöküntülərin tərkibi boz, açıq-boz
pelitamorf əhəngdaşı, mergel, boz mergelli gil, tünd-boz əhəngli
qumdaşı və dəyişkən, nisbətən çox qalınlığa malik konqlomerat
laylarından ibarətdir. Çöküntülərin qalınlığı 285-300 m-ə çatır.
Qusar-Dəvəçi törəmə çökəkliyində Maastrixt mərtəbəsi
çöküntüləri boz, tünd-boz, bərk və çatlı əhəngdaşı və mergellərlə
təmsil olunurlar. Kəsilişdə eyni zamanda az qalınlıqlı boz karbonatlı
gil və qumdaşı aralaycıqlarına da təsadüf edilir. Quyu məlumatlarına
əsasən burada alevrolitlərin də iştirakı qeydə alınmışdır. Çöküntülərin
qalınlığı 170-180 m-dir.
Təngi-Beşbarmaq antiklinoriumu və Xızı sinklinoriumunda
Maastrixt çöküntüləri əsasən qravelit ara laylarına malik karbonatlı
gil, qumdaşı və qumlu əhəngdaşılardan ibarətdir. Dibrar zonasında isə
çöküntülər tipik fliş xarakterlidir.
Şamaxı-Qobustan rayonu ərazisində Maastrixt çöküntüləri şimal
zonada yer səthinə çıxır. Burada Maastrixt çöküntülərinə Ağburun lay
dəstəsinin üst yarısı aid edilir. Çöküntülər açıq rəngli olmaları ilə

116
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

xarakterizə olunur. Cənub-qərb zonada Maastrixt çöküntüləri açıq-boz


qumlu əhəngdaşı, əhəngli qumdaşı, boz, yaşılımtıl-boz mergelli gil və
qumlu mergellərin növbələşməsindən ibarətdir. Pirsaat çayının mənbəyi
istiqamətində Maastrixt çöküntüləri açıq-boz gil, nazik təbəqəli boz,
çatlı qumlu əhəngdaşı və əhəngli qumdaşıları ilə təmsil olunurlar.
Burada çöküntülərin qalınlıqları 60-65 m-dən artıq deyil.
Dibrar zonasında isə çöküntülər boz, tünd-boz, bəzən açıq-boz
əhəngli gil, açıq-boz çatlı əhəngdaşı, mergel və boz əhəngli çəplaylı
qumdaşılarından təşkil olunub. Qalınlıq 55-60 m-dir. Cənub
istiqamətində kəsilişdə karbonatlı və qumlu süxurların miqdarının
artdığı nəzərə çarpır.
Beləliklə, Maastrixt çöküntüləri Böyük Qafqazın cənub-şərq
batımında iki fasiyada intişar tapıb. Belə ki, şimal rayonlarda gillər,
cənub rayonlarda isə əhəngdaşıları üstünlük təşkil edir. Maastrixt
çöküntülərinin qalınlıqları cənub-qərb sahələrdə 200-355 m, şimal-
şərq və cənub-şərq sahələrdə isə 100-250 m arasında dəyişir.
Böyük Qafqazın cənub yamacında Maastrixt çöküntüləri çox
məhdud ərazidə yayılıb. Öyrənilən kəsiliş üzrə çöküntülər boz, ağımtıl
və çəhrayı boz, pelitamorf, bəzən mergelli, çox çatlı əhəngdaşı, boz
əhəngli qumdaşı, az qalınlıqlı yaşılımtıl gil, mergel və gillərdən
ibarətdir[15].
Girdimançay vadisində Maastrixt çöküntüləri karbonatlı
fasiyada intişar tapıb. Burada qalın bazal konqlomeratları kəsilişin
əsasını təşkil edir və transqressiv şəkildə Senoman çöküntülərinin
yuyulmuş səthi üzərində yatırlar.
Kiçik Qafqazın şimal-qərb dağətəyi zonasında Maastrixt
çöküntüləri əsasən pelitamorf qumlu, çatlı əhəngdaşıları ilə təmsil
olunurlar. Bəzən kəsilişdə əhəngdaşıları arasında əhəngli kobud və
iridənəli qumdaşı laylarına təsadüf edilir. Şimal-qərb dağətəyi zonada

117
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Maastrixt çöküntülərinin qalınlıqları 25 m-dən 140 m-ə qədər dəyişir.


Şimal-şərq dağətəyi zonanın mərkəzi hissəsində, Gəncə və Qarqar
çayları arasındakı sahədə Maastrixt çöküntüləri qumdaşı və alevrolit
layları olan boz, sarımtıl-boz, bəzi yerlərdə qumlu əhəngdaşılardan
təşkil olunub. Bəzən kəsilişdə yaşılımtıl-boz, yağlı gil aralaycıqları rast
gəlir. Güllücə və Goranboy sahələrində qazılan quyuların məlumatlarına
görə, Maastrixt çöküntülərinin qalınlıqları 240-280 m-dir.
Kiçik Qafqazın cənub-şərq dağətəyi zonasında, Qarqar və
Araz çayları arasındakı sahədə, çöküntülər boz, sarımtıl-boz, qumlu,
artıq dərəcədə çatlı, bəzən əhəngdaşıları ilə təmsil olunur.
Naxçıvan Muxtar Respublikasında Maastrixt çöküntüləri
əsasən əhəngdaşı, qumdaşı, gil və argillitlərin növbələşməsindən
ibarətdir. Bəzən kəsilişdə konqlomerat laylarına da təsadüf edilir.
Maastrixt mərtəbəsi çöküntülərinin (Ağburun lay dəstəsi) neft-
qazlılığı əsasən kəsilişində çatlı-karbonatlı çöküntülərdən ibarət olan
qalın dəstə və məhdud yayılan qumdaşı təbəqəciklərilə əlaqədardır.
Belə dəstə və təbəqəciklər ən çox Şimali Qobustan və Şimal-Qərbi
Abşeronda yayılıb.

2.3.2. Kaynozoy çöküntüləri üzrə

Kaynozoy kompleksi çöküntüləri Azərbaycanın quru


ərazisində Mezozoy çöküntülərinə nisbətən daha geniş yayılıblar.
Çöküntülər zolaq şəklində Böyük və Kiçik Qafqaz, Talış silsilələrinin
dağətəyi zonalarında (əsasən dağarası çökəklik sahələrində) rast gəlir.
Onlar nisbətən zəif tektonik pozğunluğa uğrayan qalxımların
quruluşunda iştirak edirlər [13. 33].
Geoloji kəsilişi təşkil edən stratiqrafik vahidlərin litofasial
tərkibi və kollektor xassələri ayrı-ayrı zonalar üzrə bir-birindən kəskin
fərqlənirlər. Bundan asılı olaraq, ayrı-ayrı stratiqrafik vahidlərə aid
118
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

neft-qazlılıq əlamətləri həm zona və həm də sahələr üzrə məhəlli


səciyyə daşıyırlar. Aşağıdakı cədvəldə aşkar və ehtimal olunan neftli-
qazlı rayonlar üzrə karbohidrogen yığımlarının toplandığı stratiqrafik
vahidlər göstərilir.
Əsas neft-qaz kollektorlar qum, qumdaşı və allevritlər,
nisbətən zəif kollektorlar isə brekçiya tipli dolomit, oolitli, çatlı
əhəngdaşı və mergel, bəzən də gillər hesab olunur. Azərbaycan
ərazisində sənaye əhəmiyyətli neft-qaz kollektorları aşağıdakı
stratiqrafik vahidlərin kəsilişində iştirak edir (cədvəl 1).

Cədvəl 1
Neftli-qazlı rayon Stratiqrafik vahid
1 2
Aşkar olunan
Xəzəryanı-Quba Mezozoy, Paleogen, Miosen
Üst Miosen, alt Pliosen
Abşeron (Məhsuldar Qat), Pleystosenin alt
hissəsi (Abşeron mərtəbəsi)
Şamaxı-Qobustan Mezozoy, Paleogen,
Miosen,Məhsuldar Qat
Alt Pliosen (Məhsuldar Qat),
Aşağı Kür Pleystosenin alt hissəsi (Abşeron
mərtəbəsi)
Yevlax-Ağcabədi Mezozoy, Paleosen, Eosen,
Oliqosen, üst Miosen
Kür və Qabırrı çaylararası Mezozoy, Eosen, Maykop
Ehtimal olunan
Acınohur Üst Təbaşir , Eosen
Lənkəran Üst Paleogen, Miosen
Naxçıvan Devon, Perm, Trias, üst Təbaşir,
üst Eosen

119
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Paleogen kompleksi çöküntüləri

Alt Paleosen (Danimarka mərtəbəsi) çöküntüləri Böyük


Qafqazın şimal-şərq yamacında ayrı-ayrı sahələrdə kiçik ərazilərdə
təsadüf edilir. Çöküntülər quyularla Yalama, Xudat, Şurabad, Yaşma
və b. sahələrdə, Siyəzən monoklinalında açılıb. Quyu məlumatlarına
görə Qusar-Dəvəçi törəmə çökəkliyi və Yalama, Xudat sahələrində
əsasən çatlı mergel, az qalınlıqlı əhəngli gil aralaylarına malik
əhəngdaşılardan təşkil olunublar. Qalınlıqları 75-80 m-dir [15, 33].
Siyəzən monoklinalında və Şurabad sahəsi istiqamətində
Danimarka mərtəbəsi çöküntülərinin tərkibi boz, çatlı, bəzən də
pelitamorf əhəngdaşı, boz mergel, boz, tünd-boz karbonatlı gil və
çəplaylı əhəngli qumdaşılardan ibarətdir. Qərb istiqamətində
karbonatlı çöküntülərin miqdarı artır. Təngi-Beşbarmaq, Xızı və
Dibrar sahələrində kəsiliş gilliliyilə səciyyələnir. Cənub-şərq
istiqamətində gilli süxur laylarının qalınlığı və sayı tədricən artır.
Qalınlıq 150-300 m arasında dəyişir.
Şamaxı-Qobustan və Qərbi Abşeron ərazilərində də
Danimarka mərtəbəsi çöküntüləri məhdud yayılıblar. Burada
çöküntülər əsasən boz, yaşılımtıl-boz, bəzən yaşıl gil, boz, açıq-boz,
qumlu, çatlı əhəngdaşı, boz əhəngli qumdaşıları ilə təmsil edilirlər.
Qalınlıq qərb istiqamətində artaraq 190-200 m-ə çatır.
Cənub-şərqi Böyük Qafqazın bəzi sahələrində Danimarka
mərtəbəsinin tavanında konqlomerat layına təsadüf edilir. Böyük
Qafqazın cənub yamacında Danimarka çöküntüləri çox kiçik
sahələrdə rast gəlir. Çöküntülərin tərkibi boz, az qalınlıqlı əhəngdaşı
laylarından ibarətdir. Kəsilişin əsasında 0,5-1,5 m qalınlıqda
konqlomerat layı yatır.
Kiçik Qafqazın şimal-şərq yamacında da Danimarka
çöküntüləri məhdud ərazidə yayılıblar. Litoloji cəhətcə boz, açıq-boz,

120
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

çatlı, qumlu əhəngdaşı, boz mergel, əhəngli qumdaşı və gillərdən


təşkil olunublar. Qalınlığı 270 m-dir [13].
Danimarka mərtəbəsinin (İlxıdağ lay dəstəsi) neft-qazlılığı
onun kəsilişində iştirak edən alevrit və qumdaşı layları ilə
əlaqələndirilir. Bu laylar Görədil, Qiblədağ, İlxıdağ, Göytəpə,
Çuxuryurd, Tuva və s. sahələrdə yayılmışdır.
Üst Paleosen (Sumqayıt lay dəstəsi) çöküntüləri Siyəzən
monoklinalında alt və üst yarımmərtəbələrə ayrılır. Alt yarımmərtəbə
nadir əhəngdaşı, konqlomerat və əhəngli, xırdadənəli qumdaşı
təbəqəcikləri olan tünd boz əhəngli gillərdən ibarətdir. Üst
yarımmərtəbə boz, narındənəli əhəngli qumdaşı təbəqəcikli tünd boz,
qırmızı, zəif karbonatlı, sıx gillərdən təşkil olunub.
Monoklinal cənub-şərqdə gilli, şimal-qərbində isə qumlu-gilli
litofasiya ilə səciyyələnir. Ümumi qalınlıq yamac hissədə 40-50 m,
şimal-şərq batımda 200-250 m arasında dəyişir. Şurabad sahəsində
Sumqayıt lay dəstəsi gil və linzaşəkilli, mikrokonqlomerat təbəqəcikli
mergellərdən təşkil olunub. Çöküntülərin qalınlığı 160 m-dir.
Samuryanı zonada isə qalınlığı 55 m-ə çatan mergel və boz mergelli
gillərlə səciyyələnir.
Şamaxı-Qobustan NQR-də Sumqayıt lay dəstəsi çöküntüləri
Şimali Qobustanın şərq hissəsində dərin sinklinalları dolduraraq
mürəkkəb quruluşlu Təbaşir yaşlı qalxımların uzaq qanadlarını əhatə
edir. Kəsiliş alt və üst yarımmərtəbələrə ayrılır. Alt yarımmərtəbə
(qalınlığı 30-50 m) nazik, bərk qumdaşı və mergel təbəqəciklərinə
malik olan şistli gillərin növbələşməsilə səciyyələnir. Qalınlığı 35-170 m-ə
çatan üst yarımmərtəbə aralarında nazik qumdaşı təbəqələri iştirak
edən kərpici-qırmızı gillərdən ibarətdir. Mərkəzi və Cənubi
Qobustanda Sumqayıt çöküntüləri böyük dərinliklərdə yatdıqlarından
qazıma ilə öyrənilməyib. Abşeron yarımadasının qərb zonasında

121
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Sumqayıt lay dəstəsi əhəngli qumdaşı və mergellərdən ibarətdir.


Qalınlığı 240 m-dir.
Aşağı Kür çökəkliyində Paleosen-Eosen çöküntüləri ancaq
palçıq vulkanlarının püskürmə materiallarına əsasən öyrənilib. Əsasən
gil, bəzən isə qumdaşı, qum, alevrit və mergellərdən təşkil olunub.
Kəsilişin güman olunan qalınlığı 2500 m-ə çatır.
Qanıx-Əyriçay çökəkliyində Sumqayıt lay dəstəsi əsasən qum,
mergel və gillərdən ibarət fliş fasiyasında yayılmışdır. Qalınlıq 100-150 m
arasında dəyişir.
Kiçik Qafqazqarşısı zonada, Təbaşir dövründə olduğu kimi,
maksimum çökmə amplitudu ilə xarakterizə olunan Qarayazı və
Ağcabədi çökəkliklərində Sumqayıt lay dəstəsi çöküntülərinin
qalınlığı xeyli artır. Şəmkir çıxıntısında isə çöküntülərin qalınlığının
100 m-ə qədər azalması müşahidə olunur. Burada qumlu laycıqların
qalınlıq və saylarının artması da müşahidə olunur.
Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq yamacında
Sumqayıt lay dəstəsi çöküntüləri tünd, tünd-boz gil və gilli
alevritlərdən ibarətdir. Muradxanlı qalxımının cənub-qərb qanadında
çöküntülərin qalınlığı 100 m-ə çatır.
Lənkəran mümkün neftli-qazlı rayonunda Sumqayıt lay dəstəsi
kəsilişində litoloji xüsusiyyətlərinə görə əsasən çökmə və tufogen
süxurlardan təşkil olunan alevritli tuffit, alevritli və tuflu qumdaşı
horizontları ayrılır. Ümumi qalınlıq 1400 m-ə çatır.
Sumqayıt lay dəstəsi çöküntülərinin neft-qazlılığı Siyəzən
monoklinalında kəsilişində iştirak edən mergel, qum və gilli
süxurlarla əlaqədar kollektorlarla, Yevlax-Ağcabədi çökəkliyində lay
dəstəsinin alt hissəsində yerləşən qumlu-karbonatlı çöküntülərlə
əlaqədardır.

122
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Eosen çöküntüləri (Qovundağ lay dəstəsi) Böyük Qafqazın


cənub-şərq batımında geniş yayılıblar və üç yarımmərtəbəyə ayrılırlar.
Alt Eosen çöküntüləri Samuryanı zonada gil və mergellərin
növbələşməsindən ibarət olub, az qalınlığa (10-20 m) malikdir. Orta
Eosen terrigen (qumlu-gilli) litofasiya ilə seçilir. Qalınlığı cənub-
qərbdən şimal-şərq istiqamətində 10 m-dən 40 m-ə qədər artır. Üst
Eosen çöküntüləri isə karbonatlı (mergelli) litofasiya ilə səciyyələnir.
Qalınlığı 5-15 m-dir [15, 33].
Siyəzən monoklinalında Eosen çöküntüləri transqressiv
şəkildə Paleosenin üzərini örtür. Alt Eosenin kəsilişi qumdaşı və
alevrolit təbəqəcikləri olan gillərdən ibarətdir. Maksimum qalınlıq
200-300 m-ə çatır. Cənub-şərq istiqamətində qumlu laylar mergel,
daha cənub-şərqdə - Şurabadda isə gillərlə əvəz olunur. Qalınlıq
burada 100 m-dən artıq deyildir (şəkil 15).
Siyəzən monoklinalında orta Eosen gil, mergel və
qumdaşılarının növbələşməsindən ibarət olub, maksimal qalınlığı
400-500 m olacağı güman edilir. Cənub-şərq istiqamətində kəsiliş
gilli litofasiyaya keçir. Şurabad sahəsində orta Eosenin qalınlığı
20-25 m-dən artıq deyildir.
Üst Eosen çöküntüləri monoklinalın şimal-qərbində gilli
litofasiya ilə səciyyələnir, cənub-şərqdə isə kəsilişdə mergel və
alevrolitlər iştirak edirlər. Qalınlıq 300-400 m-ə çatır. Daha cənub-
şərqdə, Şurabad sahəsində, yenidən gilli litofasiya üstünlük təşkil edir.
Burada qalınlıq 100-200 m-dir.
Şamaxı-Qobustan rayonunda Eosen çöküntüləri geniş ərazidə
yayılıblar. Əsasən yerüstü çıxışlara (Ağdərə, Hilmilli, Qırdağ və b.),
və quyulara görə (Tuva, Şıxzəyirli, Cəngiçay, Zərbəçi) öyrənilib.
Alt Eosen (alt Qovundağın alt horizontu) az qalınlıqlı
qumdaşı təbəqəciklərinə malik ağımtıl-boz, yaşılımtıl-boz gillərdən

123
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

ibarətdir. Bəzən sıx mergel, vulkan külü və açıq-yaşıl bentonit


(gilabı) gilləri də rast gəlir. Şimali Qobustanda alt Eosen
çöküntülərinin qalınlığı 35-70 m olub, nadir hallarda 100 m-ə çatır,
Mərkəzi Qobustanda isə 150-200 m-ə qədər artır ( şəkil 15).
Orta Eosen çöküntüləri (alt Qovundağın üst horizontu) içərisində
yanar şist təbəqəcikləri olan bozumtul-qonur, tünd-qonur, bəzən qəhvəyi-
boz rəngli gillərdən ibarətdir. Şıxzəyirli, Cəngiçay və Tuva sahələrində
kəsilişdə qum və qumdaşı təbəqəciklərinə də təsadüf edilir. Cənub
istiqamətdə qumdaşı təbəqəciklərinin artması hesabına orta Eosenin
ümumi qalınlığı artır. Hilmilli sahəsində orta Eosen çöküntülərinin
qalınlığı 65-85 m, Cəngiçay çayı boyu 220-235 m olduğu halda, daha
cənubda, Ərzani sahəsində, qalınlıq 350 m-dən çoxdur.
Üst Eosen (orta və üst Qovundağ dəstəsi) nadir və az qalınlıqlı
(bəzən 0,5 m-ə qədər) karbonatlı qumdaşı təbəqəciklərinə malik
yaşılımtıl-boz, bəzən yaşılımtıl-qonur gillərin növbələşməsindən
ibarətdir. Qalınlığı Şimali Qobustanda 30-60 m arasında dəyişir.
Mərkəzi və Cənubi Qobustanda qalınlığın şimaldan cənuba
doğru 100-500 m-ə qədər, bəzən daha çox artacağı gözlənilir.
Eosen çöküntüləri Abşeron yarımadasının qərb və şimal-qərb
sahələrində (Ziyilpiri, Kürdəxanı və s.) qazıma ilə açılıblar. Kəsiliş üç
şöbə ilə təmsil olunur, ümumi qalınlıq 800 m-ə qədərdir.
Kiçik Qafqazqarşısı zonada və Qanıx-Əyriçay çökəkliyində
Eosen çöküntülərinin qalınlığı qalxım sahələrində 400 m-dir.
Maksimum qalınlıq isə 1000-2000 m-ə çatır (şək. 15). Şimalda yerləşən
çökəklikdə fliş formasiyasında yayılan çöküntülər qumlu-mergelli-gilli
süxurlardan ibarət olub, açıq dəniz şəraitini xarakterizə edən
foraminifer kompleksinə malikdir. Cənubdakı çökəklikdə isə kobud
terrigen çöküntülər - arkoz qumdaşı, konqlomerat və brekçiyalar
yayılmışdır[13].

124
Şərti işarələr:
1-izopaxitlər;
2-çöküntülərin
pazlaşma sərhədi;
3-gil;
4-qum;
5-mergel;
6-qumlu mergel;
7-alevrit;
8-qumdaşı;
9-argillit;
10-konqlomerat;

125
11-tufogen-çökmə
süxurlar (tuflu qum
daşıları, tuflu
konqlomeratlar,
tuflu alevritlər və
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

qravellitlər);
12-vulkanogen
süxurlar.

Şəkil 15. Eosen çöküntülərinin litofasiya və qalınlıqlar xəritəsi


Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Kiçik Qafqazqarşısı çökəkliyin cənubunda terrigen-


vulkanogen (qərb hissədə) və terrigen qumlu-gilli fasiya (şərq
hissədə) üstünlük təşkil edir. Bu fasiyalar arasındakı sərhəd əksqafqaz
istiqamətli Şəmkir qalxıma uyğun gəlir. Kiçik Qafqazqarşısı çökəklik
qərbdə Qarayazı, şərqdə isə Yevlax-Ağcabədi çökəkliklərinə
bölünür.
Çökəkliklərdə Eosen çöküntülərinin qalınlıqları quyu
məlumatlarına görə müvafiq olaraq 1000-1600 m (Poylu) və 1000-
1200 m-dən (Sovetlər) artıqdır (bax: şəkil 15).
Eosen çöküntüləri Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq
bortunda gil, qumdaşı, alevrit, mergel, dolomit, əhəngdaşı, tuflu
qumdaşı və qravelitlərdən ibarətdir.
Eosenin alt şöbəsi üçün gillər, orta şöbəsi üçün tufogen
çöküntülər, üst şöbəsi üçün isə gil, qumdaşı və mergellər daha çox
xarakterikdir. Muradxanlı, Cəfərli sahələrində bu çöküntülərin ümumi
qalınlıqları 800 m-ə çatır.
Lənkəran mümkün neftli-qazlı rayonunda Eosen çöküntüləri
geniş yayılıb və əksər hallarda Paleosen layları üzərini transqressiv
şəkildə örtürlər. Burada da çöküntü kompleksinin tam kəsilişi üç şöbə
ilə təmsil olunur. Alt şöbə rayonun cənub və mərkəzi hissələrində
geniş yayılaraq, bazalt, tuf və tuflu brekçiyalardan ibarətdir.
Orta Eosen çöküntülərinin kəsilişində tuf-qumdaşı, tufogen,
alevrit, gil və mergellər üstünlük təşkil edirlər. Bölgənin qərbinə
doğru tuflu qumdaşılarının qalınlığı artır.
Üst Eosenin alt hissəsi bazalt, andezit və tuflarla təmsil olduğu
halda, üst hissəsi tuflu qumdaşı, argillit və gillərlə səciyyələnir. Eosen
çöküntülərinin ümumi qalınlıqları 3500-3600 m-ə çatır.
Naxçıvan MR ərazisində Eosen çöküntüləri Böyükdüz və
Nehrəm sahələrində qazılan dərin qurularla açılıb. Nehrəm sahəsində

126
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

açılan qalınlıq 900 m-ə çatır. Kəsilişin alt hissəsi (qalınlığı 360 m)
əsasən vulkan, orta hissəsi (qalınlığı 215 m) çökmə mənşəli
süxurlardan (qumdaşı, gil, alevrit, mergel və tuflu qumdaşıları) və üst
hissəsi isə (qalınlığı 325 m-ə çatır) tuflu qumdaşı, konqlomerat,
brekçiya, porfirit, bəzən gil və qumdaşılardan ibarət tufogen-çökmə
fasiya ilə təmsil edilir.
Eosen çöküntülərinin neft-qazlılığı foraminiferli laylarının
kəsilişində iştirak edən mergelli-tuflu dəstə və qumdaşı-alevrit
təbəqəciklərinin təşkil etdiyi qalın qumlu-gilli horizontlarla
əlaqədardır. Belə kollektorlara əsasən Yevlax-Ağcabədi neftli-qazlı
rayonunun ayrı-ayrı sahələrində təsadüf edilir.
Xəzəryanı-Quba və Şamaxı-Qobustan rayonlarında Eosen
çöküntülərlə əlaqədar neft çıxışları mövcuddur.
Oliqosen-Alt Miosen -Maykop seriyası çöküntüləri Xəzəryanı-
Quba rayonunun Siyəzən monoklinalında Eosenin, bəzi yerlərdə isə
Paleosenin üzərində trasqressiv yatırlar. Burada çöküntülər alt və üst
hissələrə bölünürlər.
Qumlu-gilli litofasiya ilə səciyyələnən alt Maykopun aşağı
hissəsində qum layları ilə növbələşən gilli konqlomerat, qravelit və
brekçiya təbəqələri ayrılır. Kəsiliş əsasən tez-tez rast gəlinən qum
təbəqəcikləri (1-2 m) və gilli konqlomerat laylı tünd-qəhvəyi, tünd-boz
gillərdən ibarətdir. Monoklinal hüdudunda qalınlığı 40-110 m-dir, şimal-
şərq istiqamətdə isə 600 m-ə qədər artır[15, 33].
Gilli litofasiya ilə seçilən üst Maykopun alt hissəsi az
qalınlıqda, bəzi yerlərdə isə 1 m-ə çatan xırda, ortadənəli qum, açıq-
qəhvəyi gil və boz, qəhvəyi alevrolitlərin növbələşməsindən ibarətdir.
Üst hissəsi isə tünd-boz, karbonatsız gillərlə səciyyələnir. Kəsilişin
orta və aşağı hissələrində siderit konqressiyaları da iştirak edir. Üst
Maykopun qalınlığı 500-700 m-ə çatır.

127
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Şurabad sahəsində Maykop lay dəstəsi 1-2 sm qalınlığında


alevrolit təbəqəcikləri olan karbonatsız gillərdən ibarətdir. Maksimal
qalınlıq 200 m-dir. Samuryanı zonada isə sıx gillərdən təşkil olunub.
Qalınlıq 180 (Xudat sahəsində)-460 m (Yalama sahəsində) arasında
dəyişir (şəkil 16).
Abşeron yarımadasında Maykop çöküntüləri onun qərb və şimal-
qərb zonasında yer səthinə çıxırlar. Fatmayı, Novxanı, Qaraheybət,
Şabandağ, Şorbulaq və s. sahələrdə dərin axtarış və kəşfiyyat quyuları ilə
də açılıb. Kəsiliş əsasən gil, bəzən isə nazik qumlu-alevritli laylardan
ibarətdir. Çöküntülərin qalınlığı 900 m-ə çatır.
Şamaxı-Qobustan NQR-də Maykop seriyası iki yarımmərtəbədən
ibarətdir. Alt Maykop çöküntüləri Şimali Qobustanda məhdud ərazidə,
sinklinallarda isə az qalınlıqda müəyyən edilib. Kəsiliş əsasən gillərdən
ibarətdir.
Şimali Qobustandan fərqli olaraq, Cənubi Qobustanda alt
Maykop çöküntüləri geniş yayılaraq nisbətən böyük qalınlığa
malikdir. Burada çöküntülər dolomitli mergel təbəqələrinə malik
yaşılımtıl və ya qəhvəyi karbonatsız şistli gillərdən ibarətdir. Kəsiliş
cənub istiqamətdə (Şərqi Sündü, Çeyildağ) tədricən qumlarla
zənginləşir. Qumlu təbəqəciklərin sayının çoxalması ilə yanaşı,
qalınlıqlarının artması da müşahidə edilir.
Alt Maykop seriyası çöküntülərinin qalınlığı şimal zonada 60-
100 m olduğu halda, Cənub-Qərbi Qobustanda 500-600 m-ə qədər
artır (şəkil 16).
Üst Maykop çöküntüləri böyük fasial dəyişikliyə uğrayaraq,
şimalda gilli, cənubda isə qumlu-gilli litofasiyada yayılmışlar.
Kəsilişin alt hissəsi (Riki horizontu) qonuru, açıq-qonuru, qonuru-boz
əhəngsiz şistli gillərdən, orta hissəsi (Sideritli horizont) tünd-boz,
tünd-qonuru gillərin növbələşməsindən, üst hissəsi isə (Sideritüstü

128
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

horizont) bozumtul balıqqulaqları ilə zəngin, karbonatsız şistli


gillərdən ibarətdir. Hər üç horizontun kəsilişində müxtəlif qalınlığa
malik qum və qumdaşı layları iştirak edir. Regional planda cənub və
cənub-şərq istiqamətlərdə üst Maykop çöküntülərinin qumlu
laylarının sayı artır, qalınlıqlar 600 m-ə çatır.
Kiçik Qafqazqarşısı zonada Maykop əsrində Kür çökəkliyinin
çökmə tempinin sürətlənməsi nəticəsində hövzədə körfəz, çıxıntı və
adaların artması çöküntütoplanmada litofasiya və qalınlıqların
müxtəlifliynə səbəb olmuşdur [13].
Eosen çöküntülərindən fərqli olaraq, Maykop çöküntüləri hər
yerdə terrigen əsaslı gilli fasiyada yayılıblar. Yalnız Böyük və Kiçik
Qafqazın ətəklərində, eləcə də daxili qalxımlara yaxın sahələrdə
kəsilişdə kobuddənəli süxurlar - qumdaşı, qravelit və konqlomerat
laycıqları iştirak edir.
Kiçik Qafqazqarşısı çökəklikdə şimala doğru çöküntülərin
qalınlığı 2000 m-ə yaxın, şərqdə isə 1500 m-dir (şəkil 16). Ağcabədi
çökəkliyində çökmə amplitudu 3000 m-dən artıqdır.
Göründüyü kimi, Maykop çöküntülərinin maksimal qalınlığı
Kür çökəkliyinin cənubunda – Kiçik Qafqazqarşısı çökəkliyinin
yamacı boyu müşahidə olunur.
Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq yamacında Maykop
seriyası çöküntüləri tünd-boz gil, az qalınlıqlı qumdaşı, alevrit,
mergel, dolomit və siderit laylarından ibarətdir. Zərdab sahəsində
qalınlıqları 720 m-ə çatır (şəkil 16).
Aşağı Kür çökəkliyində Maykop çöküntüləri palçıq
vulkanlarının püskürmə materiallarında öyrənilib. Burada çöküntülərin
tərkibi gil, qumdaşı, alevrolit, mergel və nadir hallarda dolomitləşmiş
əhəngdaşılardan ibarətdir. Çöküntülərin qalınlıqları 2000-2300 m
intervalında dəyişir (şəkil 16).

129
Şərti işarələr:

1-izopaxitlər;
2-çöküntülərin
pazlaşma sərhədi;
3-litofasial zonaların
sərhədi;
4-qumlar;
5-gillər;
6-mergellər;
7-alevritlər;

130
8-qumdaşıları;
9- tufogen-çökmə
süxurlar ( tuflu
qumdaşı, alevrit,
konqlomerat və
qravellitlər).
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Şəkil 16. Maykop çöküntülərinin litofasiya və qalınlıqlar xəritəsi


Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Lənkəran mümkün neftli-qazlı rayonunda Maykop


çöküntüləri Talışqaşısı zonanın şimal-şərqində (Tumarxanlı-Gərməli
tektonik zonası) geniş yayılıblar. Kəsiliş karbonatlı gil, qumdaşı,
tuflu qumdaşı, mergel və qumlu layların növbələşməsindən ibarətdir.
Zonanın şimal-qərbində kəsilişin alt hissəsində qalınlığı 28 m olan
gilli və karbonatlı qumdaşı layı qazıma ilə açılıb. Çöküntülərin
ümumi qalınlığı 3000 m-ə çatır.
Naxçıvan MR ərazisində Maykop seriyası çöküntüləri tuflu və
çökmə litofasiyada yayılıb. Tuflu brekçiya, konqlomerat və
qumdaşılardan ibarət olan kəsiliş ərazinin bir sıra sahələrində
(Böyükdüz və Şəhriyarabad) çoxsaylı struktur quyularla da öyrənilib.
Qalınlıq 1400 m-ə çatır.
Maykop çöküntüləri Azərbaycanda Məhsuldar Qatdan sonra
neft-qazlılıq cəhətdən ən önəmlisi sayılır. Çöküntülərin neft-qazlılığı
onun alt (Xəzəryanı-Quba və Yevlax-Ağcabədi rayonlarında) və üst
şöbələrilə (Cənubi-Qobustan və Yevlax-Ağcabədi rayonlarında)
əlaqədardır. Üst Maykop çöküntülərinin qumlu-gilli litofasiyada
yayıldığı Cənub-Qərbi Qobustanda, kəsilişdə qum və qumdaşı
laylarından ibarət altı neftli-qazlı horizont ayrılır.
Xəzəryanı-Quba rayonunda Maykop çöküntülərinin neft-
qazlılığı əsasən alt şöbəyə aid edilən qum, qumdaşı, alevrit və
alevrolit təbəqələrilə əlaqədardır. Bəzən üst Maykopun alt hissəsində
də neftli qumdaşı təbəqəciklərinə təsadüf edilir.
Yevlax-Ağcabədi rayonunda neft və qaz yığımları alt
Maykopun kəsilişində iştirak edən qumdaşı və alevrit təbəqələrilə
əlaqədardır. Rayonun neftli sahələrində alt Maykop çöküntülərinin
kəsilişində yeddi sərbəst qumdaşı horizontu ayrılır.
Lənkəran rayonunda Maykopun bütün kəsilişi boyu qumdaşı
və alevrit təbəqəciklərində zəif neft nişanələri qeydə alınıb.

131
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Neogen kompleksi çöküntüləri

Neogen çöküntüləri Azərbaycan ərazisində əksər neftli-qazlı


rayonlarında geniş yayılıblar. Orta və üst Miosen çöküntüləri litofasial
xüsusiyyətlərinə görə, alt Miosen çöküntülərindən fərqləndiklərinə
görə onlara yarımkompleks kimi ayrılıqda baxılır.
Orta və üst Miosen çöküntüləri əsasən qumlu gil, qum, müxtəlif
dənəli qumdaşı, mergel və dolomitlərdən təşkil olunan molass
çöküntülərindən təşkil olunub. Kəsilişdə konqlomerat, qravelit,
alevrolit, əhəngdaşı və vulkan külü aralayları da iştirak edir. Qalınlıqlar
xəritəsindən görünür ki, Qərbi Abşeronun cənub-qərb hissəsində 1000-
1400 m, Qobustan çökəkliyində isə 2900-3100 m qalınlığa qədər orta
və üst Miosen çöküntüləri toplanmışlar [15, 33] (şəkil 17).
Yevlax-Ağcabədi çökəkliyində orta və üst Miosen çöküntülərinin
ümumi qalınlığı 1400 m-ə çatır (şəkil 17).
Kür-Qabırrı NQR ərazisində, Kür çayı vadisindən Qabırrı çayı
istiqamətində orta və üst Miosen çöküntülərinin qalınlıqları 0-dan
2400 m-ə qədər artır. Maksimum qalınlıq Gürzündağ zonasından
şimalda qazılan axtarış quyuları ilə müəyyən edilib (şəkil17).
Çokrak horizontu Siyəzən monoklinalında dəniz sahilindən
şimal-qərbdə Tahirçaya qədər, əsasən zəif karbonatlı və qumlu
gillərdən ibarətdir. Kəsilişdə nazik qum laycıqları və brekçiyaşəkilli
dolomitlərin konkresiyaları da iştirak edir.
Monoklinalın şimal-qərbində qumluluq artır. Vəlvələçay
hövzəsində ortadənəli, yaxşı çeşidlənmiş 1 m qalınlığında kvars
layları qeyd olunur. Belə kvars qumları Caqacuqçay hövzəsində də
iştirak edir. Zeyvə-Əliç sahəsində Çokrak horizontu boz, tünd-boz,
xırdadənəli qum və qumdaşı laycıqları olan sıx karbonatlı gillərdən
təşkil olunub. Kəsilişdə 15-20 sm qalınlıqda qravelitlər də rast gəlir.
Horizontun qalınlığı 300-350 m-ə çatır.

132
Şərti işarələr:

1-izopaxitlər;
2-çöküntülərin
pazlaşma sərhədi;
3-litofasial zonaların
sərhədi;
4-qumlar;
5-gillər;
6-qumlar;

133
7-dolomitlər;
8-alevritlər;
9-qumdaşıları;
10-mergellər;
11-əhəngdaşıları;
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

12-qumlu
əhəngdaşıları.

Şəkil 17. Orta və üst Miosen çöküntülərinin litofasiyavə


qalınlıqlar xəritəsi
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Şurabad sahəsində qalınlığı 200-300 m olan Çokrak horizontu


ara-sıra qumlu gillərdən ibarətdir. Kəsilişdə nazik qum laycıqları da
qeyd edilir. Tələbi-Qaynarca antiklinal zonasında çöküntülər nazik
qum laycıqları olan tünd-boz, zəif karbonatlı, çox vaxt qumlu
gillərdən ibarətdir. Maksimal qalınlığı 450-500 m-dir.
Yalama sahəsində Çokrak horizontunun üst hissəsi qumlu
gillərlə səciyyələnir. Kəsilişin alt hissəsində isə qonuru-boz, qumlu gil
laycıqları olan xırdadənəli qum qatı yatır. Qalınlıq 340 m-ə çatır.
Yalamadan cənub-şərqə Çokrak horizontu gilli litofasiya ilə (nazik
qum laycıqlı, az karbonatlı qumlu gillər) səciyyələnir. Belə litofasiya
Qudyalçay vadisinə kimi izlənir. Xudat və Xaçmaz sahələrində
Çokrak horizontunun qalınlığı 60-80 m-dir.
Abşeron yarımadasında Çokrak horizontu rayonun qərb və
şimal-qərb sahələrində yer səthinə çıxır, axtarış və kəşfiyyat quyuları
ilə də açılıb. Kəsiliş əsasən gil, mergel, əhəngdaşı və qumdaşılardan
ibarətdir.
Şamaxı-Qobustan NQR-də Çokrak horizontu Cənubi-
Qobustanda qumlu-gilli litofasiyada yayılıb. Gil, qumdaşı, mergel və
az miqdarda dolomitlərdən ibarət olan Çokrak horizontunun
kəsilişində qumlu süxurların ümumi qalınlığı 170 m-ə çatır ki, bu da
horizontun ümumi qalınlığının (400-500 m) 35-40%-i təşkil edir.
Kiçik Qafqazqarşısı zonada Tarxan-Çokrak çöküntüləri əsasən
gil, bəzən qum və qumdaşı laycıqlarından ibarətdir. Çöküntülər
məhdud sahəni əhatə edirlər. Çökəkliyin cənub yamacında mergel
laycıqlarına da rast gəlir. Yalnız Məmmədtəpə, Şirvanlı, Ağcabədi,
Beyləqan sahələrində Çokrak çöküntülərinin kəsilişində qum və
qumdaşı laycıqlarına təsadüf edilir. Kür çökəkliyinin uzaq qərb
hissəsində (Kartlı çökəkliyi) Tarxan-Çokrak çöküntülərinin qalınlığı
450-500 m-ə çatır.

134
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Lənkəran mümkün neftli-qazlı rayonunda Tarxan horizontunun


çöküntüləri bölgə ərazisində az yayılıblar. Qalınlığı 30 molan
çöküntülər karbonatlı gil və nazik gilli qumdaşıları ilə səciyyələnirlər.
Çokrak çöküntüləri qumdaşı, qumlu gil və əhəngli qumdaşılardan
ibarətdir. Qalınlıq 450 m-dir.
Çokrak horizontunun neft-qazlılığı kəsilişində iştirak edən
qumdaşı və qum layları ilə əlaqədardır. Cənubi Qobustanda (Umbakı,
Hacıvəli və s.) və Xəzəryanı-Quba rayonunda (Saadan, Nardaran və
s.) Çokrak mərtəbəsində sənaye əhəmiyyətli neftli qumdaşı və qum
layları qeyd olunur.
Cənubi Qobustanda neftli kollektorları kiçik və ortadənəli
kvars dənələrindən ibarət qumların az qalınlıqlı gil təbəqəciklərilə
növbələşməsindən ibarət qumlu-gilli horizontlar təşkil edir.
Xəzəryanı-Quba rayonunda Çokrak laylarının neftli
kollektorlarının kəsilişi bir-birilə tez-tez növbələşən qum, qumdaşı və
gillərdən ibarətdir.
Lənkəran mümkün neftli-qazlı rayonda Çokrak mərtəbəsinin
neftliliyi onun şimal hissəsində yerləşən Tumarxanlı-Gərməli
zonasında qeyd olunur. Burada Çokrakın kəsilişi gil, alevrit və
qumdaşılarının növbələşməsindən ibarətdir.
Konk-Karaqan çöküntülərinin Azərbaycan ərazisində litoloji
tərkibləri çox az fərqləndiklərinə görə onları bir-birindən ayırmaq
çətin olduğundan, bir yerdə baxılır.
Xəzəryanı-Quba rayonunda Çokrak, Maykop və Eosen
üzərində transqressiv yatan Karaqan horizontu çöküntüləri ensiz zolaq
şəklində Siyəzən monoklinalında yer səthinə çıxır. Qum və qumdaşı
təbəqəciklərilə növbələşən gillərdən ibarət olan Konk-Karaqan
çöküntülərinin qalınlığı 100-150 m arasında dəyişir. Çöküntülər
Yalama sahəsində tavanında mergel təbəqəciyi olan qumlu gil

135
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

qatından təşkil olunublar. Burada qalınlıq 250-300 m-ə çatır.


Maksimal qalınlıq (350 m) isə Qızılburun antiklinalı istiqamətində
qeydə alınıb [33].
Xəzəryanı-Quba neftli-qazlı rayonu ərazisində Konk
çöküntüləri nazik qum və alevrit təbəqəcikləri olan əhəngli gillərdən
təşkil olunub. Zeyvə-Əliç sahəsində qalınlıq 8-9 m, Təngialtıda 25 m
təşkil edir. Maksimal qalınlıq (100 m) Qaynarca sahəsində açılıb.
Abşeron yarımadasında Konk-Karaqan horizontunun
çöküntüləri rayonun qərb və şimal-qərb sahələrində yer səthinə çıxır;
axtarış-kəşfiyyat quyuları ilə də açılıblar. Kəsiliş əsasən nazik qum
təbəqəli gil, gilli şist və mergellərdən ibarətdir. Cənub-şərq
istiqamətində qalınlığın artması müşahidə olunur.
Şamaxı-Qobustan NQR-də Konk-Karaqan çöküntüləri
rayonunun cənub zonasında qazıma ilə öyrənilib. Litoloji tərkibi
xırdadənəli qum, alevrit, dolomit və mergel təbəqələrinə malik olan
müxtəlif rəngli gillərdən ibarətdir. Ümumi qalınlığı 420-600 m
arasında dəyişir.
Karaqan horizontunun kəsilişində az qalınlıqlı qumlu-alevritli
təbəqəciklərdən başqa qalın, lakin məhdud sahədə yayılan qumlu
laylar da iştirak edirlər. Belə layların qalınlığı 2,5-5,0 m (Şərqi
Hacıvəli) -7,0-12 m (Umbakı) arasında dəyişir.
Kür çökəkliyində Karaqan horizontunun qalınlığı 200-250 m-ə
qədər çatır. Sahə üzrə qalınlıqlar dəyişdikcə litologiya fərqlənir.
Karaqan çöküntüləri əsasən narındənəli gilli-mergelli və qumlu-gilli
süxurlardan təşkil olunub. Yuxarı Kür çökəkliyində (Cənubi Kaxeti
çökəkliyi) Konk horizontunun qalınlığı 200-250 m, şimal-şərqdə
(Acınohur) 50-100 m və şərq-cənub-şərqdə (Ağcabədi çökəkliyi) 100-
200 m-dir. Çökəkliklərin mərkəzi hissələrində mergelli-gilli süxurlar,
kənar hissələrdə isə qumlu-gilli süxurlar toplanıb.

136
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Lənkəran mümkün neftli-qazlı rayonda Konk horizontu qumlu


gil və karbonatlı qumdaşıları ilə təmsil olunur. Karaqan horizontu isə
litoloji cəhətcə qumlu gil və gilli qumdaşılarının növbələşməsindən
təşkil olunub. Karbonatlı qumdaşı və mergellərə də təsadüf edilir.
Qalınlıq 190 m-ə çatır [33].
Sarmat çöküntüləri Azərbaycan ərazisində geniş yayılaraq üç
yarımmərtəbə ilə təmsil olunurlar. Xəzəryanı-Quba neftli-qazlı
rayonunun şərq hissəsində alt Sarmat çöküntüləri qum laycıqları olan
gillərdən ibarətdir. Qərbə doğru əhəngdaşı və konqlomerat laycıqlı
gil, qum və qumdaşılarının növbələşməsindən ibarət olan sahilyanı-
dayaz dəniz litofasiyası qeyd olunur. Alt Sarmatın qalınlığı
Caqacuqçay hövzəsində 150 m, Şurabadda 40 m, Qaynarca sahəsində
isə 200-300 m-dir.
Orta Sarmat Gilgilçay hövzəsində ara-sıra nazik qum, qumdaşı
laycıqlı boz, qonuru-boz əhəngli bərk gillərdən təşkil olunub.
Kəsilişin üst hissəsində mergel və konqlomerat laylarına təsadüf
olunur və 25 m-lik konqlomerat dəstəsilə tamamlanır. Orta Sarmatın
qumlu-gilli çöküntüləri quyularla Ataçay-Gilgilçay arası sahədə
açılıb. Orta Sarmat Yalama, Xudat, Xaçmaz və Qusar sahələrində
quyu məlumatlarına görə qum və qumdaşı laycıqları olan gillərdən
təşkil olunub. Qərbə doğru kəsilişdə iştirak edən əhəngdaşılarının
qalınlığı artaraq 2-3 m-ə çatır.
Üst Sarmatın aşağı hissəsi (Rostov horizontu) bitumlu şistli
gillərdən, üst hissəsi isə (Xerson horizontu) əhəngdaşı, qum, qumdaşı
və konqlomeratlarla növbələşən gillərdən ibarətdir. Vəlvələçaydan
qərbə doğru üst Sarmatın tavanında yatan laylar kəsilişdə iştirak
etmədiyindən, Pont çöküntülərilə transqressiv örtülmüşlər.
Sarmat çöküntülərinin ümumi qalınlığı geniş hüdudda dəyişir:
Xaçmazda 100 m, Xudatda 200 m, Qusarda 290 m, Yalamada 247 m,

137
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Gilgilçayda 1000 m, Vəlvələçay və Caqacuqçay hövzələrində isə


1400 m-dən artıqdır.
Abşeron yarımadasında Sarmat mərtəbəsi çöküntüləri litoloji
tərkibinə görə iki hissəyə: alt və üst yarımmərtəbələrə ayrılır. Alt
yarımmərtəbə mergel təbəqələrinə malik boz, qonuru rəngli gillərdən,
üst yarımmərtəbə isə mergel, balıq qulaqlarına malik şist laycıqları
olan boz rəngli qumlu gillərdən ibarətdir.
Sarmat mərtəbəsi çöküntüləri Qərbi Abşeronun şimal-qərb,
şimal və mərkəzi hissələrində geniş yayılıb. Onun tam kəsilişləri Saray
və Fatmayı qırışıqlarının cənub-şərq periklinalında tədqiq edilib.
Qərbi Abşeronun şimal hissəsində alt və orta Sarmat
çöküntüləri içərisində qalınlıqları 40 m-ə çatan sarı rəngli qumlu
mergel və daha az qalınlıqlı dolomitləşmiş əhəngdaşı aratəbəqələri
olan sarımtıl-qonur, sarımtıl-boz və boz rəngli gillərdən təşkil olunub.
Bu sahələrdə Sarmat mərtəbəsinin ümumi qalınlığı 95 m-dən 108 m-ə
qədər dəyişir. Göytəpə, Saray, Fatmayı və Digah sahələrində Sarmat
mərtəbəsi çöküntülərində qumluluq azalır. Mərtəbənin qalınlığı
burada böyük hüdudda (15-200 m) dəyişir.
Qərbi Abşeronun mərkəzi və qərb hissələrində alt və orta
Sarmat çöküntüləri tünd-boz və şistli gillərdən ibarətdir. Kəsilişdə
mergel araqatları ilə yanaşı, qum və qumdaşı laycıqlarıda iştirak edir.
Çöküntülərinin qalınlığı Qərbi Abşeron ərazisində, Qaradağ sahəsini
nəzərə almasaq, 0-300 m arasında dəyişir. Ziyilpiri, Atəşgah və
Şabandağ qalxımlarının tağ hissələrində Sarmat çöküntüləri minimal
qalınlığa malikdir. Sarınca-Gülbəxt, Quşxana, Korgöz, Puta, Güzdək,
Qobu sahələrində quyularla açılan Sarmat mərtəbəsi çöküntüləri
qumlu-gilli litofasiya ilə təmsil olunurlar. Kəsilişdə neftli qum və
qumdaşılarına təsadüf olunur.

138
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Qaradağ yatağında Sarmat çöküntüləri çoxlu sayda quyularda


açılıb. Kəsilişdə gil, qumdaşı , mergel və əhəngdaşı iştirak edir. Gilli
təbəqələrdə tünd gilli şistlər də rast gəlir. Qum təbəqələri neft-qazlılıqla
xarakterizə olunur. Mərtəbənin ümumi qalınlığı 700 m-ə çatır.
Sarmat mərtəbəsinin çöküntüləri Cənubi Qobustan zonasında
daha geniş yayılıb. Əsasən gilli süxurlardan təşkil olunan kəsilişdə
qum, qumdaşı və karbonatlı süxurlar iştirak edirlər. Çöküntülərin
qalınlığı şimaldan cənuba doğru 700-800 m-ə qədər artır. Cənub-Şərqi
Qobustanda yer səthinə çıxan Sarmat çöküntüləri şərq-cənub-şərq
istiqamətində (Ceyrankeçməz depressiyası) qalın Pliosen çöküntü qatı
ilə örtülüb.
Yevlax-Ağcabədi çökəkliyində Sarmat çöküntüləri litoloji
tərkibinə görə üç yarımmərtəbəyə ayrılır. Alt və orta Sarmat çöküntüləri
Ağcabədi, Beyləqan, Bərdə, Gödəkboz və Duzdağ sahələrində
müəyyən edilib. Çöküntülər yaşılımtıl-boz rəngli, əhəngli gillərdən və
bitki qalıqlı müxtəlif rəngli qumdaşı aratəbəqələrindən ibarətdir. Bu
çöküntülərin ümumi qalınlığı 500-600 m-ə çatır.
Üst Sarmat çöküntüləri litoloji cəhətdən müxtəlifliyi ilə
fərqlənir. Aralaylarda konqlomerat, qumdaşı, balıqqulağı-əhəngdaşı
və gillər rast gəlir. Üst Sarmatın qalınlığı Yevlax-Ağcabədi
çökəkliyində 600 m-dir [30].
Kür-Qabırrı çaylararası rayonda Sarmat çöküntüləri nisbətən
geniş sahədə yayılıb. Rayonun şimal hissəsi demək olar ki, Sarmat
çöküntülərindən təşkil olunub. Burada Sarmat mərtəbəsinin hər üç
yarımmərtəbəsi iştirak edir. Alt Sarmat çöküntüləri Məmədtəpə,
Sacdağ, Molladağ və Ağtaxtəpə antiklinallarının tağ və şimal
qanadlarının bəzi sahələrində yer səthinə çıxır. Bu çöküntülər litoloji
tərkibcə boz, təbəqəli, əhəngli gillərdən, qumdaşı və mergel ara
təbəqələrindən ibarətdir. Alt Sarmat çöküntülərinin qalınlığı sahələr

139
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

üzrə dəyişir. Məmmədtəpə sahəsində qalınlıq 170 m, Molladağda 450


m, Çobandağda isə 250 m-dir.
Orta Sarmat çöküntüləri alt Sarmat çöküntülərinə nisbətən
daha geniş ərazidə yayılıb. Bu çöküntülər Qabırrı çayı ətrafı zonada
yerləşən antiklinalların şimal qanadlarında daha çox qeydə alınır. Orta
Sarmat çöküntüləri Çobandağ, Göytəpə, Molladağ sahələrində də
müşahidə edilir. Litoloji tərkibi boz, qonuru-boz, xırda və orta dənəli
qumdaşı laylarının boz, tünd boz, qumlu və təbəqəli gil layları ilə
növbələşməsindən ibarətdir. Horizontun ümumi qalınlığı Molladağda
780 m, Çobandağda 700 m, Axtaxtatəpədə 900 m-dən çoxdur [30].
Kür-Qabırrı çaylararası rayonda üst Sarmat çöküntüləri
Çobandağ, Molladağ, Axtaxtatəpə, Sacdağ, Palantökən, Məmədtəpə,
Eldaroyuğu və s. antiklinalların şimal qanadlarında, Gürzündağ və
Qaratəpə antiklinallarının tağ hissələrində intişar tapıb.
Üst Sarmat yarımmərtəbəsi çöküntüləri litoloji tərkibinə və
faunasına görə Rostov, Xerson və Eldar horizontlarına bölünür.
Çöküntülər boz, qonurəhəngli gil laylarından, boz, xırdadənəli
qumdaşı təbəqələrindən, boz, xırda və ortadənəli, bərk qalın qumdaşı
laylarının gil, əhəngdaşı və gilli şist təbəqələrilə növbələşməsindən,
əlvan rəngli gillərdən və zəif sementləşmiş qumdaşılarından təşkil
olunub. Üst Sarmat mərtəbəsinin qalınlığı 600-1080 m arasında
dəyişir.
Lənkəran bölgəsində Sarmat çöküntüləri həm yerüstü çıxışlara,
həm də quyu məlumatlarına əsasən öyrənilib. Alt Sarmat çöküntüləri
gilli və gilli-qumlu qatlardan təşkil olunublar. Şimal-şərq istiqamətində
(Uzuntəpə sahəsi) qumdaşıları qismən qumlarla, daha şimal-şərqə
doğru isə gilli-qumlu qatlarla əvəz olunur. Qalınlıq 100 m-dən 260 m-ə
qədər dəyişir.

140
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Orta Sarmat çöküntüləri alt Sarmata nisbətən daha geniş


ərazidə yayılıb. Sahilyanı fasiya ilə təmsil olunan çöküntülər litoloji
cəhətcə qumlu gil, gilli qum və gillərdən ibarətdir. Uzuntəpə
sahəsində çöküntülərin qalınlığı 900 m-ə çatır.
Üst Sarmat çöküntüləri ancaq qazıma ilə Uzuntəpə sahəsində
öyrənilib. Qumlu gil, qumdaşı və qum laylarından ibarət olan kəsilişin
qalınlığı 50-70 m arasında dəyişir.
Meotis çöküntüləri Azərbaycan ərazisində məhdud ərazidə
yayılıb. Xəzəryanı-Quba rayonunda Meotis çöküntüləri Təngi-
Beşbarmaq kordilyerinin şimal qanadında, Gilgilçay dərəsində qeydə
alınıb. Bu çöküntülərin dayaz sahilyanı zonada çökdüyünü və onların
Qaynarca antiklinal zonası daxil olmaqla, Quba-Dəvəçi çökəkliyinin
cənub-şərq hissəsində daha geniş bir ərazini əhatə etdiyini güman etmək
olar. Meotis çöküntülərinin kəsilişi Şurabad sahəsində öyrənilmişdir.
Çöküntülər əsasən gil, oolitli əhəngdaşı və brekçiyaşəkilli dolomit
təbəqəciklərindən ibarət olub, qalınlığı 25 m-ə çatır [68, 99, 100].
Abşeron yarımadasında Meotis çöküntüləri onun qərb
hissəsində intişar tapıb. Kəsiliş əsasən gilli şist və brekçiyaşəkilli
dolomitlərdən ibarətdir. Qərbi Abşeronunun şimal hissəsində
çöküntülər sarımtıl-boz gil və tez-tez təsadüf olunan mergel və vulkan
külü laycıqları ilə təmsil olunurlar. Qalınlıq 100-300 m arasında
dəyişir.
Cənub-Qərbi Qobustanda kəsiliş orta Meotis çöküntülərilə
başlayır. Burada orta Meotis qədim çöküntülər üzərinə kəskin bucaq
uyğunsuzluğu ilə yatır. Litoloji tərkibi əsasən gil və gilli şistlərin, az
qalınlıqlı mergel, vulkan külü layları, brekçiyaşəkilli dolomit,
konqlomerat və gilli brekçiya layları ilə növbələşməsindən ibarətdir.
Mərkəzi və Şimali Qobustanda Meotis mərtəbəsi çöküntüləri əsasən
konqlomerat, yaşıl mergel, dolomit, oolitli əhəngdaşı qırıntıları və

141
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

kiçikölçülü çınqıllardan təşkil olunublar. Kəsilişdə bitumlaşmış gilli


şistlər və pirit mineralı da iştirak edir. Meotis çöküntülərinin qalınlığı
Şimali Qobustanda 50-250 m, Mərkəzi Qobustanda isə 300-500 m
arasında dəyişir [99].
Orta Kür çökəkliyində Meotis çöküntülərinin qalınlığı azdır.
Çöküntülər qonuru-boz, kobuddənəli terrigen materiallardan təşkil
olunublar. Əsasən qumlu-gilli süxurlardan ibarət olan çöküntülər
daxilində konqlomerat layları və linzaları iştirak edirlər. Kəsilişdə
bəzən mergel, əhəngdaşı laycıqlarına da təsadüf olunur. Mirzaani
çökəkliyində qalınlıq 100-300 m arasında dəyişir.
Orta və üst Miosen çöküntülərinin neft-qazlılığı onun
kəsilişində olan qum, qumdaşı, alevrit və alevritli-qumdaşı layları ilə
əlaqədardır. Belə çöküntülər Abşeron yarımadasının qərbində
(Binəqədi, Şabandag, Qaraheybət, Gülbəxt), Qobustanın cənub
hissəsində (Ərzani-Qılıc), Kür və Qabırrı çaylararası sahədə, Lənkəran
mümkün neftli-qazlı rayonunun şimal hissəsində intişar tapıblar.
Karaqan və Sarmat çöküntülərinin kəsilişdə iştirak edən 5-7 m
qalınlıqlı qum, qumdaşı və alevrilitli-qumdaşı layları ilə əlaqədar olan
neftlilik əlamətləri müşahidə olunub. Qılıc sahəsində Sarmatın
kəsilişində alevrit laylarından neft, qumdaşı horizontundan isə qaz
fontanı alınıb.Xəzəryanı-Quba rayonunda üst Sarmat (Vəlvələçayda)
və alt Sarmat (Çandahar sahəsində) zəif neftliliyə malikdir.
Lənkəran rayonunda Tumarxanlı-Gərməli tektonik zonasında
da Sarmat çöküntülərinin zəif neftliliyə malik olması müşahidə edilib.
Pont mərtəbəsi çöküntüləri Xəzəryanı-Quba NQR-da geniş
intişar tapıb. Cənub-şərqi Qafqazın uzaq şimal yamacında, rayonun
şərq hissəsində Pont çöküntüləri əsasən gillərdən ibarətdir.
Vəlvələçaydan qərbdə isə kəsilişdə müxtəlif rəngli gillərin, qum
araqatları konqlomeratlarla qeyri-müntəzəm növbələşməsindən təşkil

142
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

olunub. Xudat-Xaçmaz zonasında çöküntülər əsasən qumlu gillərdən


ibarətdir. Pont çöküntüləri Miosen, Paleogen və Təbaşir çöküntüləri
üzərində transqressiv yatır[33].
Abşeron NQR-də Pont mərtəbəsi çöküntüləri Qaraheybət,
Bozdağ, Qobu, Damlamaca, Şorbulaq, Binəqədi, Corat və s. sahələrdə
geniş yayılıb. Qalınlığı 150-200 m-ə çatır. Çöküntülər özünəməxsus
fauna qalıqları ilə səciyyələnən gilli litofasıyadan ibarətdir və üç
horizonta bölünür. Alt horizont ilk dəfə İ.M.Qubkin tərəfindən Corat
kəndi yaxınlığında öyrənilib. Bu horizont tünd boz şistvarı gillərdən
ibarətdir.
Orta horizontun çöküntüləri Binəqədi sahəsində və Sumqayıt
çayı vadisində yayılıb və tünd boz rəngli, bərk, zolaqlı gillərdən təşkil
olunub.
Üst horizont geniş sahədə yayılaraq detrituslu əhəngdaşı
linzalarına malik tünd boz rəngli gillərdən ibarətdir.
Pont çöküntüləri Şamaxı-Qobustan NQR-nin Cənub-Qərbi və
Cənub-Şərqi zonalarnın demək olar ki, bütün sahələrində, Mərkəzi
zonanın qərb hissəsində yayılıb. Çöküntülər Sündü-Mərəzə,
Qızmeydan sahələrində və Pirsaat çayı vadisində yer səthinə çıxırlar.
Pont mərtəbəsi qonur, tünd boz, boz, karbonatlı gillər, detrituslu
əhəngdaşıları və vulkan küllərindən ibarət çöküntülərdən təşkil
olunub. Kəsilişdə bəzən mərmərə bənzər əhəngdaşıları və bərk
mergellər də iştirak edir. Mərtəbənin ümumi qalınlığı 300-350 m
arasında dəyişir [33].
Kür çökəkliyinin kənar hissələrində yer səthinə çıxan Pont
çöküntülərinin və Aşağı Kür çökəkliyində yerləşən palçıq vulkanları
brekçiyalarından götürülmüş süxur nümunələrinin tədqiqi göstərir ki,
çökəkliyin şərq hissəsində Pont çöküntüləri dayaz dəniz şəraitində
çökmüş kardium, astrokod və qastropod faunası ilə zəngin olub, əsasən

143
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

gillərdən, qismən də qumdaşıları və əhəngdaşlardan ibarətdir. Orta Kür


çökəkliyində Pont çöküntüləri kontinental şəraitdə toplanmış allyuvial-
delta çöküntülərindən ibarətdir. Acınohur rayonunda Şirak lay
dəstəsinin alt şöbəsinin üst hissəsində Pont çöküntüləri konqlomerat,
qumdaşı və gillərdən ibarətdir.
Məhsuldar Qat (alt Pliosen) çöküntüləri Azərbaycan
ərazisinin əsasən şərq hissəsində yayılaraq, Xəzəryanı-Quba, Abşeron,
Şamaxı-Qobustan neftli-qazlı rayonlarının, Acınohur və Aşağı Kür
çökəkliyinin çox hissəsini əhatə edir [33](şəkil 18).
Xəzəryanı-Quba rayonunun Qusar-Dəvəçi törəmə çökəkliyində
Məhsuldar Qat böyük qalınlıqlı kobuddənəli çöküntülərdən ibarətdir.
Litolji tərkibcə konqlomerat, çınqıl, çınqıllı qum, gil və qumlu-gilli
çöküntülərdən təşkil olunub.
Məhsuldar Qatın ən böyük qalınlığı Qusar-Dəvəçi çökəkliyinin
cənub-şərq kənarında, Siyəzəndən bir qədər şərqdə qeyd olunub.
Qalınlıq 2000 m-ə çatır (şəkil 18).
Şamaxı-Qobustan rayonu ərazisində də Məhsuldar Qat
kobuddənəli terrigen çöküntülərdən təşkil olunub. Kəsilişdə qumlu-
gilli horizontlar üstünlük təşkil edir. Cənub-Şərqi Qobustanda və
Ceyrankeçməz depressiyasında Məhsuldar Qat çöküntülərinin
qalınlıqları 0-3000 m arasında dəyişir (şəkil 18).
Məhsuldar Qat çöküntüləri başqa rayonlara nisbətən Abşeron
yarımadasında daha yaxşı öyrənilib. Abşeron yarımadasının şərq
hissəsində yerləşən bir neçə sahə istisna olmaqla demək olar ki, bütün
ərazini əhatə edir.
Məhsuldar Qatın kəsilişi iki şöbəyə ayrılır. Üst şöbəyə
Suraxanı, Sabunçu, Balaxanı və “Fasilə”, alt şöbəyə isə Qırmakuüstü
gilli (QÜG), Qırmakuüstü qumlu (QÜQ), Qırmaku (QD), Qırmakualtı
(QA) və Qala (QaD) lay dəstələri daxildir.

144
Şərti işarələr:

1-izopaxitlər;
2-çöküntülərin
pazlaşma sərhədi;
3- qırılmalar;

145
4-gillər;
5-qumlar;
6-alevritlər;
7-qumdaşıları;
8-konqlomeratlar
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Şəkil 18. Məhsuldar Qat çöküntülərinin litofasiya


və qalınlıqlar xəritəsi
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Məhsuldar Qat çöküntülərinin kəsilişi qum, alevrit, gil və gilli


araqatlarına malik, açıq-boz rəngli qum və qumdaşılarından təşkil
olunub. Ən çox qalınlıq (3500 m) Abşeron yarımadasının mərkəzində
- Bakı muldasında və şərq hissəsində qeyd edilir.
Aşağı Kür çökəkliyində Məhsuldar Qat çöküntüləri əsasən
narın, orta və iri dənəli boz rəngli gillərin, qonur və sarımtıl-boz
gillərlə növbələşməsindən, gilli-qumlu konqlomerat, kobuddənəli
qum, qumdaşı və qumlu alevritlərdən ibarətdir. Burada çöküntülərin
qalınlıqları 2500-4000 m arasında dəyişir.
Acınohur rayonunda Məhsuldar Qat çöküntüləri tam kəsilişdə
iştirak etmir. Burada çöküntülər daha qədim çöküntülərin yuyulma
məhsulları olan əhəngdaşı, mergel, qumdaşı, argillit, tuf-qumdaşı və
porfiritlərdən təşkil olunublar. Çöküntülərin ümumi qalınlığı 1300 m
ətrafında dəyişir. Azərbaycan ərazisində ən çox neftli-qazlı
kollektorlar Məhsuldar Qat kəsilişi ilə əlaqədardır. Abşeron
yarımadasında əlverişli kollektor xassələrinə malik olan laylar
Məhsuldar Qatın hər iki şöbəsində iştirak edirlər.
Nisbətən daha çox qum və qumdaşı təbəqələri üst şöbənin
Balaxanı, Sabunçu və alt şöbənin Qırməki dəstələrində qeyd olunur.
Qala dəstəsi əsasən qum, qumdaşı, alevrit və gil təbəqələrinin
növbələşməsindən ibarət olsa da, nisbətən məhdud sahədə yayılıb.
Şamaxı-Qobustan rayonunda Məhsuldar Qatın kəsilişində 14-15
qumlu-gilli horizont ayırmaq mümkündür.
Aşağı Kür çökəkliyində Şamaxı-Qobustanla müqayisədə
kəsilişdə qumluluğun artdığı və eyni zamanda kollektor xassəsinin
yaxşılaşdığı müşahidə olunur. Bu sahələrdə MQ-nin kəsilişində 20-yə
qədər qumlu-gilli, kollektor xassələrinə malik horizont ayrılır.
Ağcagil mərtəbəsi çöküntüləri Qusar-Dəvəçi törəmə
çökəkliyinin şimal hissəsində geniş ərazidə yayılıb. Bu sahədə

146
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

çöküntülərin litoloji tərkibi çınqıl, konqlomerat, gil və qumlardan


ibarətdir. Çökəkliyin şərq hissəsində çöküntülər az qalınlıqlı qumdaşı
aralaylarına malik gillərdən təşkil olunub [33].
Ağcagil mərtəbəsi Abşeron NQR-nin bütün sahələrində intişar
etmişdir. Ağcagil çöküntülərinin tipik kəsilişi Yasamal dərəsində
D.V.Qolubyatnikov tərəfindən təsvir olunmuşdur. Çöküntülər əsasən
gilli fasiyada yayılaraq tünd boz gil və vulkan külü təbəqəciklərinə
malik açıq bozumtul rəngli şistli gillərdən ibarətdir. Ümumi qalınlığı
100 m-dən artıq deyil.
Şamaxı-Qobustan rayonunun qərbində Ağcagil çöküntüləri
çınqıl, qum və gillərdən, şərqində isə əsasən balıqqulağı
əhəngdaşılarının çınqıllarla növbələşməsindən ibarətdir. Mərkəzi
Qobustanın Sündü-Mərəzə depressiyasının mərkəzi hissələrində və
rayonun Böyük Qafqazın cənub yamacına aid olan hissəsində yayılan
Ağcagil çöküntüləri əhəngdaşı, dolomit, gil, detrituslu və balıqqulağı
əhəngdaşı qırıntılarından təşkil olunub.
Kür çökəkliyinin şimal kənar hissələrində Ağcagil çöküntüləri
allüvial-prolüvial süxurlardan ibarətdir. Çökəkliyin qərb hissəsində
litoloji tərkibi konqlomerat, qumdaşı, qumlu gil və balıqqulağı
əhəngdaşı, şərq hissədə isə narındənəli qum, qumdaşı və gillərdən
ibarətdir.
Azərbaycan ərazisi üzrə Ağcagil çöküntülərinin qalınlığı çox
geniş intervalda (0-1000 m) dəyişir.
Ağcagil mərtəbəsinin neft-qazlılığı Mərkəzi Abşeronunun bəzi
antiklinallarının tağ hissəsində təsadüf edilən nazik qum
təbəqəciklərilə əlaqədardır.
Abşeron mərtəbəsi çöküntüləri Azərbaycan ərazisində ən
geniş yayılan çöküntü kompleksidir. Böyük Qafqazın cənub-şərq
batımında və cənub yamacında Abşeron mərtəbəsi kontinental

147
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

mənşəli gilli-çınqıllı, qumlu-gilli fasiyadan ibarətdir. Qusar-Dəvəçi


çökəkliyində çöküntülərin qalınlığı 1000 m-ə qədər çatır. Qazıma
nəticəsində alınan məlumatlara görə Abşeron mərtəbəsinin qalınlığı
Qusar-Xaçmaz zolağında 800 m, Xudatda 650 m, Yalama sahəsində
isə 540 m-dir [33].
Abşeron yarımadasında və Şamaxı-Qobustan rayonunda
Abşeron mərtəbəsinin kəsilişində balıqqulağı əhəngdaşı, qum, gil, pis
çeşidlənmiş qum və gil aralaycıqları olan əhəngdaşı, çınqıl,
konqlomerat, qum və gillərlə növbələşən qumlu detritus əhəngdaşıları
iştirak edir. Abşeron mərtəbəsinin maksimal qalınlığı 1600 m-ə çatır.
Aşağı Kür çökəkliyində Abşeron mərtəbəsinin qalınlığı 1200-
1500 m arasında dəyişir. Abşeron mərtəbəsi üç yarımmərtəbəyə
ayrılır.
Üst yarımmərtəbə çöküntüləri içərisində qum və alevrolitlər
olan tünd qonur, açıq qonur rəngli gillərin əhəngli, pis çeşidlənmiş
qumların və qumlu əhəngdaşlarının qeyri müntəzəm növbələşməsindən
ibarətdir. Çökəkliyin şimal-şərqinə doğru əhəngdaşı və əhəngli
qumdaşı laycıqlarının miqdarı artır.
Orta Abşeron yarımmərtəbəsi çöküntülərinin kəsilişi boz,
tünd-boz gillərin, qırmızımtıl-qonur qumlu əhəngdaşıların, narın və
iridənəli pis çeşidlənmiş qumdaşı və alevrit təbəqələrinin
növbələşməsindən təşkil olunub.
Alt yarımmərtəbə isə əsasən gillərdən ibarətdir. Kəsilişin alt
hissəsində qum, alevrit və vulkan külü laycıqlarına təsadüf olunur.
Orta Kür çökəkliyində Abşeron mərtəbəsi qumlu-gil, qum, gil,
əhəngdaşı, qumdaşı, çınqıl, konqlomerat və vulkan küllərindən ibarət
kontinental çöküntülərdən təşkil olunub. Çökəkliyin bəzi sahələrində
qalınlıq 1800-2000 m-ə çatır. Qanıx-Əyriçay depressiyasında, Ağcagil
mərtəbəsində olduğu kimi, Abşeron mərtəbəsi allüvial-prolüvial

148
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

çöküntülərdən ibarətdir. Kəsilişin alt hissəsində qumlu-gilli


çöküntülər də iştirak edir.
Abşeron mərtəbəsinin neft-qazlılığı əsasən onun kəsilişində
iştirak edən qum və alevrit layları ilə əlaqədardır. Bu mərtəbənin
sənaye əhəmiyyətli neftliliyi Mərkəzi Abşeronda və Aşağı Kür
çökəkliyində təsdiq olunub. Orta Abşeron çöküntülərində qum, alevrit
və qumdaşı təbəqələrindən təşkil olunan neft və qaz kollektorlarına
malik horizontlar Cənubi Qobustanın Ələt tektonik zonasında da qeyd
olunur. Aşağı Kür çökəkliyinin bir sıra strukturlarında (Durovdağ,
Pirsaat, Xıdırlı, Mişovdağ. Qalmaz və s. sahələrdə) orta Abşeronun
qumlu laylarından qaz alınıb.

149
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

III FƏSİL

MEZO-KAYNOZOY ÇÖKÜNTÜ HÖVZƏLƏRİNİN


PALEOTEKTONİK VƏ PALEOSTRUKTUR
XÜSUSİYYƏTLƏRİ
3.1. Azərbaycanın Mezozoy erasından əvvəlki inkişaf tarixi

Azərbaycanın çöküntü hövzələrinin Mezozoy erasına qədərki


geoloji inkişaf tarixi haqqında geoloji məlumatlar çox azdır. Ən
qədim süxurlar haqqında məlumatlar, Baykal qırışıqlıq kompleksinə
aid olan Şəmkir, Lok və Gürcüstan ərazisində yerləşən Dzirul
massivində yer səthinə çıxan metamorfik çöküntülərdən alınmışdır.
Bu rayonların əksəriyyətində yayılan üst Proterozoy-Kembri
çöküntülərinin eyni dərəcədə regional metamorfizmə və intensiv
qırışıqlığa məruz qalması, göstərilən geoloji dövrdə Kiçik Qafqaz
ərazisinin vahid geosinklinalın daxilində olduğunu göstərir. Dövrün
sonunda baş verən Baykal qırışıqlığı nəticəsində, burada toplanan
çöküntülər regional və dərinlik metamorfizminə məruz qalmışlar.
Naxçıvan Muxtar Respublikası ərazisində Kembriyə qədər və
alt Paleozey çöküntüləri Mehri-Ordubad batoliti daxilində yerləşən
Pazmara metamorfik süxurlarından ibarətdir.
Proterozoy-alt Kembri yaşlı metamorfik süxurlar qneys,
kristallik şist, kvarsit və mərmərdən ibarət olub, kəskin dislokasiyaya
məruz qalmışlar [53].

150
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Metamorfik kompleks Paleozoy yaşlı qabro və qranit


intruziyaları ilə yarılıb. Paleozoy yaşlı tuffitlərdən ibarət çöküntülər
isə yalnız Xram və Dzirul massivlərində rast gəlir. Başqa sahələrdə
isə metamorfik kompleksin üzərinə əsasında konqlomeratlar olan
Yura çöküntüləri qeyri-uyğun yatırlar. Tuffitlərin Karbon yaşlı
olduğunu nəzərə alsaq, üst Paleozoy vaxtı böyük bir ərazinin uzun
müddətdə yuyulma sahəsi olduğunu demək olar.
Baykal yaşlı süxurların tərkibi, onların dislokasiya olunma
dərəcələri isə Böyük və Kiçik Qafqaz dağları, onların arasında
yerləşən Kür çökəkliyi ərazisində geniş geosinklinalın yerləşdiyini
göstərir. Onun mərkəzi hissəsində baş verən qalxma və
qırışıqəmələgəlmə prosesində Proterozoyun sonunda Xəzər dənizindən
Qara dənizə qədər olan böyük ərazidə geoantiklinal rejim yaranır.
Geoantiklinal Kür və Rion çökəkliklərini, onları bir-birindən ayıran
Dzirul massivini, Böyük və Kiçik Qafqazın qonşuluqda yerləşən
ərazilərini əhatə etdiyi üçün Cənubi Qafqaz massivi adlanır [62].
Baş Qafqaz və Araz geosinklinalları arasında yerləşən massiv
Kaledon və Hersin qırışıqəmələgəlmə tsiklləri vaxtında quru ərazisi
olub, yuyulmaya məruz qalmışdır. Məhz buna görə də, massivin əhatə
etdiyi ərazidə Mezozoy çöküntüləri qeyri-uyğun yatımla birbaşa
Baykal kompleksi üzərinə yatırlar. Lakin qeyd etmək lazımdır ki,
Lok, Xram, Dzirul massivlərinin intruziyalarla yarılması və Paleozoy
yaşlı effuziyalarla örtülməsi göstərir ki, Cənubi Qafqaz massivi
Paleozoy vaxtı qırılmalara məruz qalaraq ayrı-ayrı tektonik bloklara
parçalanıb. Bloklarda gedən enmə və qalxma prosesləri isə ərazinin
müasir strukturunu yaradır. Kaledon və Hersin qırışıqəmələgəlmə
tsiklləri dövrlərində olan qırılmalar və intruziv yarılmalar Baykal
yaşlı süxurların konsolidasiyasını sürətləndirir və onların Mezozoy
çöküntü kompleksi üçün dayanıqlı özülə çevrilməsini təmin edir.

151
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Kiçik Qafqazda, Baykal və Hersin yaşlı platformalarda olduğu


kimi, Trias çöküntüləri istər tektonik, istərsə də formasiya cəhətdən
Mezozoy yaşlı çöküntülərdən daha çox üst Paleozoy çöküntüləri ilə
əlaqədardırlar. Bununla belə, Trias və Yura çöküntüləri arasında
regional fasilənin və kəskin bucaq uyğunsuzluğunun olması, Hersin
və Alp qırışıqlıqları sərhədinin Yura yaşlı çöküntülərin dabanı hesab
etməyə əsas verir.
Orta və son Paleozoy zamanında Kiçik Qafqaz ərazisi geoloji
inkişaf tarixinə görə bir-birindən kəskin fərqlənən iki zonaya ayrılır.
Birinci - Arazyanı zona Kiçik Qafqazın Araz vadisində
yerləşən, böyük ölçülü Anadolu-İran Paleozoy yaşlı çöküntü
hövzəsinin şimal hissəsini tutur.
İkinci zona isə Kiçik Qafqaz ərazisinin çox hissəsini və Kür
çökəkliyini əhatə edən Cənubi Qafqaz geoantiklinalı və ya massivindən
ibarətdir. Burada da orta və üst Paleozoy çöküntüləri demək olar ki,
iştirak etmir. Yura və üst Təbaşir çöküntüləri, birbaşa üst Proterozoy–
Kembri metamorfik kompleksi üzərinə yatan, geoantiklinal Arazyanı
çökəkliyini Böyük Qafqaz geosinklinalından ayırır.
Kiçik Qafqazın Araz zonasında Baykal yaşlı metamorfik özül
üzərinə Ordovik və Devon yaşlı, qalınlıqları 3,5 km-dən çox olan
terrigen-karbonatlı çöküntülərin toplanması, göstərilən sahədə
subplatforma tipli hövzənin varlığını göstərir. İlk Karbonda hövzənin
dayazlaşması, orta və son Karbonda isə Araz zonasında qalxma və
kiçik amplitudlu qırışıqların əmələ gəlməsi ilə xarakterizə olunur.
Hersin qırışıqlığının ikinci mərhələsi (Perm-Trias) dayaz dəniz
şəraitində çökən karbonatlı çöküntülərlə (1600m qalınlıqlı)
səciyyələnir. Terrigen-karbonat tərkibli süxurların çökməsi göstərir ki,
Araz zonasında Devon-Trias dövrləri intervalında kvaziplatforma-
parageosinklinal tipli paleotektonik şərait olmuşdur [53, 68].

152
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Mezozoy erasının əvvəllərində tədqiq edilən ərazidə ciddi


paleotektonik dəyişiklik müşahidə olunur. Trias dövründə Cənubi
Qafqaz massivi əvvəlki kimi yuyulma ərazisi olmaqda davam edir.
Ərazidə Mezozoyun əvvəllərində çox kəskin relyef əmələ gəlir. Trias
dövründə Dzirul, Saqareco, Eldar, Mingəçevir-Göyçay və Kürdəmir
tektonik qalxımları relyefdə yüksəkliklər şəklində qərarlaşırlar [53].

3.2. Mezozoy çöküntü hövzələri

3.2.1. Yura dövrü

Azərbaycanın ərazisində geniş yayılan Yura çöküntüləri


Böyük və Kiçik Qafqaz dağlıq zonalarında yer səthinə çıxdıqları
sahələrdə geoloji cəhətdən kifayət qədər yaxşı öyrənildiyi halda,
neftli-qazlı çöküntü hövzələrində böyük dərinliklərdə yatdıqlarına
görə axtarış-kəşfiyyat quyuları ilə çox zəif öyrənilmişdir.
Mezozoy erasının əvvəllərində, yəni Trias dövründə Cənubi
Qafqaz massivi Paleozoy erasında olduğu kimi yuyulma ərazisi olub.
Ə.V.Məmmədovun fikrincə bu dövrdə ərazidə yuyulma prosesi uzun
müddətli davam etməsi və tektonik proseslərin kifayət qədər aktiv
olması ilə əlaqədar çox kəskin relyef əmələ gəlmişdir.
Yura dövrünün başlanğıcında Cənubi Qafqaz massivi kənar
hissələrinin qopması və çökməsi nəticəsində əhəmiyyətli dərəcədə
ensizləşir. Şimalda Baş Qafqaz, cənubda isə Araz geosinklinal
hövzələrində başlanan transqressiyalar nəticəsində Cənubi Qafqaz
massivinin çox hissəsində dəniz şəraiti bərqərar olur. Kür çökəkliyinin
kənar hissələrində, Kiçik Qafqazın şimal-şərq və Böyük Qafqazın
cənub yamaclarında Leyasın (Alt Yura) qumdaşı, konqlomerat, aspid
və gilli şistlərdən ibarət dəniz mənşəli çöküntülərinin qalınlıqlarının

153
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

müvafiq olaraq 400-500 və 2000-2500 m-ə çatması, Cənubi Qafqaz


massivinin müasir Kür çökəkliyi ərazisi ölçüsündə kiçildiyini göstərir.
Böyük Qafqaz miogeosinklinal hövzəsinin Azərbaycan
hissəsində çökmə prosesi Toar əsrində başlayaraq geosinklinalın ox
xətti (müasir Cənub-Şərqi Qafqazın mərkəz hissəsi), çökmənin
intensivliyinə görə alt Yuranın maksimal qalınlıqlar zonası olmuşdur.
Toar əsrinin sonlarında Böyük Qafqazın geniş miogeosinklinal
ərazisində tektonik hərəkətlərin differensasiyası başlanır. İndiki Baş
Qafqaz silsiləsinə uyğun gələn ərazidə, dəniz dibinin qalxması
səbəbindən yaranan dayazlaşma nəticəsində, sahədə qum və gillərin
növbələşməsindən ibarət çöküntü qatı toplanır. Çöküntülərdə gillərin
üstünlük təşkil etməsi, Mərkəzi qalxımda yuyulma zonasının o qədər
də yüksək olmadığını göstərir.
Somxet-Ağdam geoantiklinalında ilk Yura dövründə çöküntü
toplanma prosesi sualtı və suüstü adaların, onları bir-birindən ayıran
çökəkliklərin mövcudluğu şəraitində getmişdir. Bu dövrdə əsasən böyük
qalınlığa malik konqlomeratlar toplanıb. (H.Ş.Şixəlibəyli; 1967).
Leyas əsrində Naxçıvan Muxtar Respublikası ərazisinin
cənubunda İran ərazisinə açılan ensiz və dayaz dəniz hövzəsi
mövcud olub. Hövzə cənub və cənub-qərbdə Şərur-Culfa, şərqdə isə
Zəngəzur qalxımları ilə əhatələnir. Burada az qalınlıqlı qumdaşı və
vulkanik süxurlarla təmsil olunan konqlomeratlar çökmüşlər.
Leyasın effuziv süxurları əsasən Ordubad çökəkliyini Şərur-Culfa
qalxımından ayıran dərinlik qırılması ilə əlaqədar olan vulkanizmin
məhsullarıdır. Aalen əsrində dəniz dibinin çökməsilə yanaşı
differensassiya prosesinin artması davam edir. Böyük Qafqazın
mərkəzi qalxım zonasında qalxma prosesi qırışıqlıqla müşayiət
olunur. Bu zaman Baş Qafqaz qırılması boyu tektonik hərəkətlər və
maqmatik proseslər intensivləşir [41, 53].

154
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Orta Yura epoxasında Böyük Qafqaz geosinklinal hövzəsi


xeyli dərəcədə dərinləşir. Aalen əsrində baş verən tektonik proseslər
nəticəsində əvvəllər vahid şəkildə olan Ümumqafqaz miogeosinklinal
hövzəsi artıq iki hissəyə – Şimali və Cənubi Qafqaz hövzələrinə
parçalanır (şəkil 19).

Şəkil 19. Orta Yura çöküntülərinin litofasiya


və qalınlıqlar xəritəsi.
1 - qum və gillər; 2 - vulkan süxurları, gillər; 3 - vulkan süxurları;
4 - vulkan süxurları, tuflar, gillər; 5 - vulkan süxurları, tuflar;
6 - gilli əhəngdaşları; 7 - quru sahəsi; 8 - litofasial zonaların sərhədi;
9 - izopaxitlər.

155
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Şimali Qafqaz hövzəsi tektonik cəhətdən miogeosinklinal tipli


çökəklik olduğu halda, Cənubi Qafqaz hövzəsində evgeosinklinal
şərait yaranır [39].
Şimali Qafqaz miogeosinklinal çökəkliyi Mərkəzi qalxım
zonasına paralel yerləşir. Samur çayının yuxarı axınında təkcə alt
Aalen çöküntülərinin qalınlıqlarının 5 km-dən artıq olması, Şimali
Qafqaz hövzəsinin mərkəzi hissəsinin həmin rayonda yerləşdiyini
göstərir.
Mərkəzi qalxımın yüksəlməsilə əlaqədar Şimali Qafqaz
çökəkliyi Bayos-Bat əsrlərində şimal istiqamətində miqrasiya edərək,
Cənubi Dağıstanın Çıraq çayının orta axını rayonunda qərar tutur. Bu
çökəklik Şimali Qafqaz miogeosinklinal çökəkliyinin cənub-şərq
hissəsini əhatə edir. Cənub-şərqdə Azərbaycan ərazisində onun
davamında Zeyxur çökəkliyi yerləşir.
Deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, Yalama-Xudat
qalxımlar zonası və Cənubi Dağıstanın sahilyanı rayonlarında Bayos
əsrində çöküntü toplanma prosesi platforma rejimində getmişdir. Bu
zaman dayaz dəniz şəraitində çökən qumlu-gilli çöküntülərin mənbəyi
Orta Xəzər qalxımı yuyulma zonası olub. Çökəkliyin cənub
yamacında toplanan terrigen çöküntülərin mənbəyini isə Mərkəzi
qalxımın yuyulma sahələri təşkil edirdi.
Orta Yuranın Aalen, Bayos və Bat mərtəbələrinin 2500 m
qalınlıqlı qumlu-gilli çöküntüləri, Şimali və Cənubi Qafqaz mikroplitələri
arasında yaranan geniş dəniz hövzəsində toplanır (şəkil 20). Aalen
əsrində hövzənin ən dərin hissəsi müasir Tufan antiklinoriumu
ərazisində, tünd-boz və qaraya çalan gilli şistlərin toplandığı sahədə
yerləşirdi.
Bayos əsrində hövzənin dayazlaşan dəniz şəraitində, Samur-
Şahdağ yuyulma zonasından gətirilən, qalınlığı müvafiq olaraq 300-

156
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

400 m və 200-250 m olan Cimi və Xınalıq lay dəstələrinin qumlu-gilli


terrigen çöküntüləri toplanır. Bat əsrinin əvvəllərində isə cənub
hissədə Keyvan lay dəstəsinin gilli çöküntüləri toplanır.

Şəkil 20. Orta Yura çöküntülərinin litofasiya


və qalınlıqlar xəritəsi.
1 - qum, qumdaşları, gillər; 2- vulkan süxurları, qumdaşları, gillər;
3 - vulkan süxurları, qum, qumdaşları, gillər; 4 - vulkan süxurları,
tuflar, gillər, qumdaşları, mergellər; 5 - vulkan süxurları, tuflar, gillər,
mergellər; 6 - litofasial zonaların sərhədi; 7-izopaxitlər.

Orta Yura epoxasının sonunda, ilk Kimeric qırışıqlıq


fazasında, tektonik hərəkətlərin aktivləşməsi nəticəsində mövcud

157
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

dərinlik qırılmaları aktivləşir və yeniləri əmələ gəlir. Bu zaman baş


verən qalxma prosesilə əlaqədar orta Yura çöküntülərinin üst hissələri
ayrı-ayrı sahələrdə müxtəlif dərəcədə yuyulmaya məruz qalır. Bu
dövrdə Cənubi Qafqaz hövzəsi şimaldan Qaynar-Zəngi, cənubdan isə
Acıçay dərinlik qırılmaları ilə hüdudlanan ensiz evgeosinklinal
çökəklik təşkil edirdi. Cənubi Qafqaz çökəkliyində Toar-Aalen
əsrlərində toplanan terrigen-tufogen çöküntülərinin qalınlığı 1,5-2
km-dən artıq deyildir. Onların mənbəi isə şimalda Mərkəzi Qafqaz
qalxımı, cənubda isə Cənubi Qafqaz massivinin yuyulma sahələri
olmuşdur [101, 127].
Orta Yuranın birinci yarısında, yəni Kiçik Qafqazın
evgeosinklinal çökəkliyə çevrildiyi vaxtın başlanğıcında hövzədə az
qalınlıqlı, dayaz dəniz fasiyalı çöküntülər toplanır. Bu çökəklik Kiçik
Qafqazın yüksək səviyyəli substratı və Qafqazardı massivi arasında
yerləşən dəniz olub, ensiz zolaq şəklində şimal-qərbdən cənub-şərqə
uzanırdı. Şəmkir, Lök və Xram qalxımlarında Bayos yaşlı vulkanogen
süxurlara rast gəlinməməsi və ya az qalınlıqda olması, dayaz Bayos
dənizində suyun səviyyəsinə qədər qalxan horst şəkilli qalxım və
sualtı qraben-sinklinalların olduğunu göstərir [39, 53].
Bat əsrində Somxet-Ağdam qalxımı və Kür geoantiklinalında
qalxma proseslərinin intensivləşməsi nəticəsində, qalxımlar arasında
Kiçik Qafqazqarşısı çökəklik yaranır. Bu çökəklik Bat əsrində o qədər
də formalaşa bilmir. Burada dayaz dəniz şəraitində çökən vulkanogen-
terrigen süxurlar toplanır.
Orta Yuranın sonu və son Yuranın əvvəllərində Azərbaycan
ərazisində qalxma prosesləri güclənir. Nəticədə dəniz reqressiyası baş
verir. Orta Yuranın sonlarında başlayan qalxma və yuyulma prosesləri
son Yura epoxasında da Yalama-Xudat, Qusar-Xaçmaz qalxımlar
zonasında və onları ayıran, Azərbaycanın ərazisində Cənubi Dağıstan

158
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

ön çökəkliyinin cənub-şərq sentriklinalını təşkil edən, Zeyxur


çökəkliyində davam edir. Bunu Qusar-Xaçmaz gömülmüş qalxımlar
zonasının şimal-qərb hissəsində Qusar qalxımında Sarmat
çöküntülərinin, zonanın cənub-şərqində yerləşən Ağzıbir qalxımında
isə Pont mərtəbəsinin gilli çöküntülərinin orta Yura çöküntüləri üzərinə
qeyri-uyğun yatması təsdiq edir (şəkil 21).
Gömülmüş qalxımlar zonasında aşkar edilən ağırlıq qüvvəsi
anomaliyaları orta Yura çöküntülərinin antiklinal strukturlarını əks
etdirirlər.

Şəkil 21. Afurca-Xaçmaz istiqamətində geoloji profil.

Tələbi antiklinalının tağ hissəsində də orta Yura


çöküntülərinin yuyulan səthi üzərinə Sarmat çöküntüləri yatır. Bu hal
Sarmat əsrinə qədər Tələbi-Qaynarca antiklinal zonasının şimal-qərb
hissəsinin Qusar-Xaçmaz gömülmüş qalxımlar zonasının şimal-qərb
hissəsilə birlikdə alt Aalen çöküntülərindən təşkil olunan Samur
antiklinoriumunun cənub-şərqdə davamı olan geniş yuyulma sahəsi
olduğunu göstərir.

159
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Cənub-şərqdə Sudur tektonik zonasında son Yura epoxasında


dayaz dəniz və laqun hövzə şəraitlərində 80-100 m qalınlıqlı qumlu-
gilli-sulfatlı çöküntülər toplanır. Nisbətən sabit çökmə şəraitinə malik
olan Şahdağ qraben-çökəkliyində qalınlığı 800 m-ə çatan karbonatlı-
rifogen çöküntülər toplanır (şəkil 22).
Bu dövrdə Şahdağ zonasından cənub-qərbdə yerləşən və ilk
Kimeric qırışıqlıq fazasında formalanmağa başlayan Tufan
antiklinoriumunun ərazisi geniş yuyulma zonasına çevrilir. Tələbi-
Qaynarca antiklinal zonası ilə Təngi-Beşbarmaq antiklinoriumu
arasında yerləşən qraben tipli çökəklikdə orta Yura çöküntüləri böyük
dərinlikdə üst Yuranın karbonatlı çöküntülərinin altına gömülür.
Çökəklik cənub-qərbdən Siyəzən dərinlik qırılması, şimal-şərqdən isə
Tələbi-Qaynarca antiklinal zonasını mürəkkəbləşdirən qırılma ilə
məhdudlanır [101].
Siyəzən dərinlik qırılması üzərində əmələ gələn Təngi-
Beşbarmaq antiklinoriumunun şimal-şərq qanadında və mərkəzi
sinklinalında nisbətən az qalınlıqlı karbonatlı-rifogen çöküntülər
toplandıqları halda, Xızı tektonik zonasının cənub-şərqində yerləşən
Keşçay, Bəyimdağ-Təkçay, Sitalçay, Yaşma və Şurabad
paleoqalxımları Tufan antiklinoriumu kimi intensiv yuyulma sahələri
idi.
Tufan antiklinoriumu və Xızı tektonik zonasından cənubda,
Dibrar çökəkliyində isə son Yura dövründə böyük qalınlıqlı terrigen-
karbonatlı fliş çöküntüləri toplanır. Bu çökəklikdə fliş çöküntülərinin
toplanması prosesi, ilk Təbaşir dövründə də davam edir.
Son Kimeric qırışıqlıq fazası ilə əlaqədar olan regional
yuyulma prosesindən sonra Xızı tektonik zonasında çöküntülərin
toplanması ilk Təbaşirin Berrias əsrində, orta Yura çöküntülərinin
yuyulan səthi üzərinə kəskin bucaq və azimut uyğunsuzluğu ilə yatan

160
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

karbonatlı-terrigen çöküntülərinin çökməsilə başlanır. Berrias əsrində


başlayan dəniz transqressiyası Valanjin, Hoteriv və Barrem əsrlərində
tədricən genişlənir [92].

Şəkil 22. Üst Yura çöküntülərinin litofasiya


və qalınlıqlar xəritəsi.
1 - quru sahəsi; 2- vulkan süxurları, qum, qumdaşı, əhəngdaşı;
3 - gilli qumdaşılar; 4 - vulkan süxurları, tuflar, gillər, qumdaşılar;
5 - gilli əhəngdaşıları; 6- litofasial zonaların sərhədi; 7-izopaxitlər.

161
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Xızı tektonik zonasında Neokom zamanı dəniz dibinin intensiv


çökməsi nəticəsində qalınlıqları 2200-2500 m-ə çatan karbonatlı və
qumlu-gilli çöküntülərin toplanması dərinlik və regional qırılmalar
üzərində əmələ gələn Təngi, Beşbarmaq, Ugah, Qızılqazma,
Bəyimdağ-Təkçay, Sitalçay, Yaşma və b. paleoqalxımların
konsedimentasiya tipli inkişafı ilə müşayiət olmuşdur [101].
Orta Yuranın sonunu və son Yuranın əvvəllərini əhatə edən
keçid dövrünün çöküntütoplanma prosesi yalnız Şimali və Cənubi
Qafqaz çökəkliklərinin mərkəzi hissələrində aramsız davam edir.
Çökəklikləri bir-birindən ayıran Böyük Qafqazın mərkəzi qalxımlar
zonasında isə qalxma və qırışıqəmələgəlmə prosesləri güclənir.
Orta və üst Yura çöküntülərinin təmas xüsusiyyətləri, eləcə də
üst Yura çöküntülərinin paylanma qanunauyğunluqları göstərir ki,
çöküntülərin toplanmasından əvvəl, mərkəzi qalxım zonası kəskin
qırışıqlığa və qırılmalara məruz qalmışdır (şəkil 23).
Samur çayının yuxarı axını rayonunun eninə kəsilişindən
görünür ki, mərkəzi qalxım üç antiklinorium tipli qalxımlara (Samur,
Kruş, Tufan) parçalanıb. Qalxımlardan hipsometrik cəhətdən ən
yüksəkdə yerləşən Kruş antiklinoriumu mərkəzi qalxım rolunu oynayır.
Kruş antiklinoriumunun gömülmüş davamında kulis şəklində
Təngi-Beşbarmaq antiklinoriumu, Samur antiklinoriumunun cənub-
şərq davamında isə Tələbi-Qaynarca və Qusar-Xaçmaz tektonik
zonaları yerləşir.
Tələbi və Qusar qalxımlarında Bayos mərtəbəsi süxurlarının
yuyulmuş səthi üzərinə Sarmat mərtəbəsi çöküntülərinin qeyri-uyğun
yatmaları, qalxımların Sarmat əsrinin əvvəllərinə qədər vahid qalxımlar
zonasından ibarət olduğunu göstərir. Ondan cənubda yerləşən Quba-
Dəvəçi çökəkliyində isə, Şahdağ-Qızılqaya qraben-çökəkliyində
olduğu kimi, üst Yura və Təbaşir çöküntüləri iştirak edirlər.

162
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Şəkil 23. Üst Yura çöküntülərinin litofasiya, qalınlıqlar


xəritəsi və geoloji profil.
A - Terek-Xəzər ön çökəkliyi; B - Qusar-Xaçmaz qalxımlar zonası; D-Şahdağ
zonası; C - Sudur zonası; E - Böyük Qafqazın mərkəzi qalxım zonası; F-Böyük
Qafqazın cənub yamacı; G-Acınohur çökəkliyi; H- Saatı-Göyçay zonası;
J-Yevlax-Ağcabədi çökəkliyi; İ - Kiçik Qafqazın şimal-şərq yamacı;
1 - konqlomeratlar; 2- qumdaşıları, 3 - alevritlər; 4 - gillər; 5 - mergellər;
6- əhəngdaşıları; 7- dolomitlər; 8 - vulkan süxurları; 9 - tufogen süxurlar;
10 -quru sahəsi; 11 - litofasial zonaların sərhədi; 12 - izopaxitlər; 13- qırılmalar.

Çöküntülərin Təngi-Beşbarmaq antiklinoriumunun şimal


qanadında və çökəkliyin şimal-qərb sentriklinalını təşkil edən Sudur

163
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

zonasında geniş yayılması deyilənləri təsdiq edir [39, 60]. Şimalda


Siyəzən dərinlik qırılması, cənubda isə Klit-Qarabulaq qırılması ilə
hüdudlanan Təngi-Beşbarmaq antiklinoriumu son Yura epoxasının
əvvəllərində orta Yuranın Bayos və qismən də Bat çöküntülərindən
təşkil olunmaqla, Quba-Dəvəçi çökəkliyini daha geniş və mürəkkəb
quruluşlu Xızı tektonik zonasından ayırır. Sonuncu tektonik zonada
son Yuranın başlanğıcında yuyulma nəticəsində antiklinal qalxımlarda
Bat və Bayos mərtəbələri çöküntülərinin üst hissəsi kəsilişlərdə iştirak
etmir. Bu cəhət zonanın cənub-şərq kənarında yerləşən Bəyimdağ-
Təkçay, Sitalçay və Şurabad qalxımlarında özünü büruzə verir.
Xızı zonasından cənubda yerləşən Tufan antiklinoriumu
Aalen-Bayos çöküntülərindən təşkil olunub. Vəlvələçayın
hövzəsindən cənub-şərqdə isə eninə qırılıb-düşmə nəticəsində Bat
çöküntüləri son Yuraqarşısı yuyulmadan qorunub saxlanıblar.
Tufan antiklinoriumundan Malkamud-Germian dərinlik
qırılması ilə ayrılan və Cənubi Qafqaz evgeosinklinal çöküntü
hövzəsinin cənub-şərq hissəsində yerləşən Dibrar çökəkliyində Bat
əsrində fliş səciyyəli çöküntülərin toplanması son Yura epoxasında da
davam edir. Evgeosinklinal çökəkliyin qərb hissəsində isə
vulkanogen-terrigen çöküntülər toplanır. Saatlı sahəsində qazılan 1
saylı çox dərin quyudan alınan məlumata əsasən Kür geoantiklinalının
da orta Yuranın vulkanogen süxurlarından ibarət olduğunu demək olar.
Kiçik Qafqazqarşısı çökəkliyin qərb yamacında isə Bat əsrində
toplanan tufogen çöküntülər, bəzi sahələrdə üst Yuranın tufogen və
karbonatlı süxurları ilə örtülür.
Orta Yura epoxasında Kiçik Qafqazda vulkanizm prosesi
aktivləşir. Bayos əsrində toplanan porfirit formasiyalı vulkanogen
süxurların ümumi qalınlıqları 3000 m-ə çatır. Bayos əsrində

164
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

vulkanizm Kiçik Qafqazın əksər rayonlarında əhəmiyyətli dərəcədə


zəifləyir.
Naxçıvan MR-in Arazyanı çökəkliyində Leyasın vulkanik
çöküntülərilə yanaşı Aalen, Bayos və Batın gil, qumdaşı, mergel və
əhəngdaşıları yatır. Bu çöküntülərin az qalınlıqda (300 m-ə qədər)
olması, çöküntü toplanma zamanı uzunmüddətli və tez-tez baş verən
fasilələrlə əlaqədardır [124].
Yuxarıda qeyd olunanlardan göründüyü kimi, üst Yura
çöküntülərinin toplandıqları hövzələrdə paleotektonik və paleogeoloji
şərait kifayət qədər mürəkkəb olmuşdur. Belə bir mürəkkəb
paleotektonik şəraitdə orta Yuranın sonu və son Yuranın əvvəllərində
baş verən geniş miqyaslı reqressiya prosesi tədricən transqressiyalarla
əvəz olunur. Kellovey əsrinin ikinci yarısında Cənubi Dağıstan
çökəkliyinin transqressiyası baş verir. Bu çökəkliyin mərkəzi
hissəsində yerləşən Çıraq çayı hövzəsində son Kellovey yaşlı
qumdaşlarının nisbətən yaxşı çeşidlənməsi, bu çöküntülərin ilkin
yayılma sahələrinin daha geniş olduğunu göstərir. Oksford və Luzitan
əsrlərində hövzənin daha da genişlənməsi ilə əlaqədar olaraq qumlu-
gilli çöküntülər əhəngdaşı və dolomitlərlə əvəz olunur. Kimeric və
Titon əsrlərində çöküntütoplanma hövzəsində çökmə proseslərinin
zəifləməsi ilə əlaqədar olaraq, üzvi-qırıntılı, oolit psevdooolit tipli
əhəngdaşı və dolomitlər toplanır. Bu tip çöküntülər Azərbaycanın
Şahdağ zonasında daha geniş yayılmış və daha böyük qalınlıqlara
malikdirlər. Qalınlıqları 800 m-ə çatan bu çöküntülər V.V.Boqaçevin
fikrincə, Kimeric-Oksford, A.V.Vixert və başqalarının fikrincə isə
Kellovey-Titon yaşlıdır. Lakin 1963-70-ci illərdə X.Ş.Əliyev,
M.R.Əbdülqasımzadə və R.Q.Babayev ammonit və mərcan qalıqları
əsasında Şahdağ massivi kəsilişində üst Yura ilə yanaşı Berrias,
Valanjin, Hoteriv mərtəbələri çöküntülərinin də iştirak etdiyini qeyd

165
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

edirlər. Onların rif mənşəli olduğu göstərilir və kəsilişin Berrias-


Hoteriv yaşlı hissənin üst Yura yaşlı hissəsindən əhəngdaşılarının
ağımtıl rəngdə olmaları ilə fərqləndirilir. Qrız kəndi yaxınlığında,
Buduq kəndindən bir qədər şərqdə, Söhüb qayasında, Təngi-
Beşbarmaq antiklinoriumunun mərkəzi çökəkliyi olan Çaraq
sinklinalında və Beşbarmaq qayasında öyrənilən Mərcan riflərindən
təşkil olunan əhəngdaşılarının üst Oksford-Kimeric yaşlı olduğu və
üst Bayosun gilli çöküntüləri üzərinə qeyri-uyğun yatdığı müəyyən
edilib [101].
Şimaldan Qazma-Qrız, cənubdan isə Cənubi Şahdağ və Buduq
qırılmaları ilə əhatə olunan Şalbuzdağ-Şahdağ-Qızılqaya massivində
Oksford-Kimeric vaxtı yaranan əlverişli şərait Titon, Berrias, Hoteriv
və bəzi sahələrdə Barremə qədər davam etmişdir. Şimaldan Siyəzən,
cənubdan isə Klit-Qarabulaq qırılmaları ilə hüdudlanan Təngi-
Beşbarmaq antiklinoriumu daxilində yerləşən ayrı-ayrı sahələrdə
riflərin yaranması üçün əlverişli şərait isə əsasən üst Oksford-Kimeric
əsrlərində mövcud olub. Üzvi əhəngdaşılarının Xızı tektonik zonası
ilə Dibrar çökəkliyinin sərhədində mövcudluğu, bu tektonik vahidləri
bir-birindən ayıran Böyük Qafqazın əsas qırılması olan Malkamud-
Germian dərinlik qırılması zonasında rif mənşəli massivlərin
yaranması üçün əlverişli şəraitin olduğunu göstərir. Xızı zonasının rif
massivlərilə əhatə olunan mərkəzi hissəsində isə, əhəngli-rifli fasiya
qumlu-gilli fasiya ilə əvəz olunur. Dayaz dəniz şəraitində gedən
çökmə prosesində tez-tez fasilələr baş verir və toplanan çöküntülərin
yuyulmasına səbəb olur. Belə fasilələr və yuyulmaların nəticəsi olaraq
Xızı zonasının cənub-şərqində yerləşən Bəyimdağ-Təkçay, Sitalçay
və Şurabad qalxımlarının kəsilişlərində üst Yura çöküntüləri iştirak
etmir. Çox güman ki, bu qalxımlar üst Yura dənizlərində adalar
şəklində olublar (şəkil 24).

166
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Şəkil 24. Bəyimdağ-Təkçay sahəsi. Geoloji profil.

Xızı tektonik zonasından cənub-şərqdə, Xəzər dənizində


geofiziki üsullarla aşkar edilən rifəbənzər massivlərin iştirakı, qırılma
zonası və ayrı-ayrı qalxımlar üzərində son Yurada riflərin yaranması
üçün əlverişli paleocoğrafi şəraitin olduğunu göstərir.
Xızı tektonik zonasından cənubda yerləşən Zaqatala-Qövdağ
çökəkliyində nisbətən dərin dəniz şəraitində qum, gil, konqlomerat və
qravelit aralayları ilə növbələşməsindən təşkil olunan fliş çöküntüləri
toplanır. Bu çöküntülərin əsas mənbəyi şimalda Tufan antiklinoriumunu

167
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

təşkil edən orta Yuranın qumlu-gilli, cənubda isə Cənubi Qafqaz


massivinin vulkanogen çöküntüləri olub.
Cənubi Qafqaz massivi, onunla Somxet-Ağdam qalxımı
arasında hələ orta Yuranın sonunda bünövrəsi qoyulan Kiçik
Qafqazqarşısı çökəklik üçün də ara-sıra yuyulma zonası olub. Bu
çökəklikdə toplanan üst Yura yaşlı vulkanogen-terrigen-karbonatlı
süxurların ümumi qalınlığı 1000 m-ə çatır [53].
Karbonatlı süxurların çökəkliyin şimal-şərq yamacında daha
çox yayılması, Cənubi Qafqaz massivinin (Kür geoantiklinalının)
yuyulma zonası kimi rolunun azalmasını və onun ara-sıra dəniz suları
ilə örtüldüyünü göstərir.
Kür geoantiklinalının mərkəzi hissəsində yerləşən Saatlı
sahəsində qalınlığı 400 m-ə çatan genetik cəhətdən riflər qrupuna aid
olan əhəngdaşılarının iştirakı, Kür geoantiklinalında riflərin
yaranması üçün əlverişli paleocoğrafi şəraitin olduğunu göstərir. Bu
cəhətdən geoantiklinalı şimal-şərq və cənub-qərbdən hüdudlandıran
dərinlik qırılmalarının böyük rol oynadığını söyləmək olar. Belə
əlverişli şəraitin qalxımlar zonasının cənub-şərq hissəsində də (Saatlı-
Lənkəran) mövcud olduğu güman edilir.
Yevlax-Ağcabədi çökəkliyindən və eləcə də Kiçik Qafqazdan
fərqli olaraq, Talışqarşısı çökəklik və Talışın Yura dövründə
paleotektonik quruluşu haqqında dəqiq fikir söyləmək çətindir. Bu
çöküntülərin İran ərazisinin Talışa yaxın yerləşən sahələrdə məlum
olması və əsasında bazal konqlomeratları iştirak edən üst Təbaşir yaşlı
əhəngdaşılarının bilavasitə Baykal yaşlı metamorfik kompleksin
üzərinə yatması, Talış zonasının İran ərazisinin şimal-qərb, Zəngəzur
mahalının cənub və Azərbaycan ərazisinin cənub-qərb hissələrini
tutan Baykal yaşlı Qafqazardı-Qaradağ (İran) massivinin bir hissəsi
olduğunu güman etməyə əsas verir.

168
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Orta Yura epoxasından son Yura epoxasına keçid zamanı


Kiçik Qafqazda Kelloveyə qədər qırışıqlıqla əlaqədar kəskin
geotektonik dəyişikliklər baş verir. Bu zaman bir-biri ilə kulis
vəziyyətində yerləşən geoantiklinallar əmələ gəlir.
Son Yura epoxasında Kiçik Qafqaz ərazisində çökmə prosesi
üstünlük təşkil edir və şimaldan başlanan transqressiya cənub
istiqamətində genişlənir. Bununla əlaqədar olaraq, Kellovey
mərtəbəsinin terrigen-tufogen çöküntülərinin orta Yuranın müxtəlif
yaşlı çöküntüləri üzərinə bucaq uyğunsuzluğu ilə transqressiv şəkildə
yatması müşahidə olunur. Oksford mərtəbəsi bir çox sahələrdə
porfirit, Kimeric mərtəbəsi isə karbonatlı çöküntülərdən təşkil olunub.
Karbonatlı çöküntülərdə mövcud olan çoxsaylı pelisipod,
qastropod və braxiapod faunası Malm dənizinin açıq tipli olduğunu və
onların Aralıq dənizi hövzəsi ilə geniş əlaqəsini göstərir. Bu dənizdə
yerləşən çoxsaylı vulkan adaları isə terrigen çöküntülərin əsas aşınma
mənbələrindən olmuşlar.
Naxçıvan Muxtar Respublikası ərazisi son Yura epoxasında
cənub-şərq istiqamətində genişlənərək, İran ərazisinə açılan dəniz
körfəzində qalınlıqları 300 m-dən artıq vulkanogen-terrigen karbonatlı
süxurlar toplanır. Çox vaxt Kellovey mərtəbəsinə aid edilən bu
çöküntülər mergel və qumdaşılarından ibarət lay dəstələrinin müxtəlif
qalınlıqlı əhəngdaşı və bəzən də şistli qumdaşılarının mergel və
əhəngdaşı laycıqları ilə növbələşməsindən təşkil olunub [124].
Orta Yura epoxasında Böyük Qafqazın şimal-şərq yamacı və
cənub-şərq batımında, miogeosinklinal şəraitdə çökən böyük qalınlıqlı
gilli-qumlu çöküntülər karbohidrogenlərin generasiyası və toplanaraq
yataq əmələ gətirməsi üçün əlverişli sayıla bilər. Orta Yuranın qumlu-
gilli çöküntülərinin üzvi maddə (C üzv = 0,85%) və bitumlarla
zənginliyi, onların neft-qaz törədici ana süxurlar olduğunu göstərir.

169
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Qusar-Dəvəçi neftli-qazlı rayonunda orta Yuranın nefttörədici


çöküntülərinə malik olan Yalama-Xudat qalxımlar zonası Şimali
Qafqaz mikroplitəsinin cənub-qərb batımında yerləşir. Burada dayaz
dəniz hövzəsində toplanan qumlu-gilli çöküntülərin neft və qazın
əmələ gəlməsi üçün əlverişli paleotektonik və paleocoğrafi şəraitdə
olması, Dağıstanın şimalında orta Yura çöküntülərində neft-qaz
yataqlarının mövcudluğu ilə təsdiq edilir.
Yalama-Xudat zonasında, hövzənin cənub-qərb yamacında
yerləşən Qusar-Xaçmaz qalxımlar zonası və Tələbi-Qaynarca
antiklinal zonasının şimal-qərb hissəsində orta Yura çöküntülərinin
neft-qazlılığına mənfi təsir edən əsas amillərdən biri, göstərilən
rayonlarda orta Yura çöküntülərinin uzun müddət yuyulma prosesinə
məruz qalmasıdır. Bu qalxım zonalarından cənubda yerləşən Quba-
Dəvəçi və Alıc-Zeyvə çökəkliklərində orta Yura çöküntülərinin
yuyulmaya az məruz qaldıqları sahələrdə, onların yamac və pazlaşma
zonalarında karbohidrogenlərin toplanması üçün əlverişli litoloji və
stratiqrafik tipli tələlərin mövcudluğu güman edilir.
Xınalıq kəndi yaxınlığında Aalen mərtəbəsinin Atəşqaya
qumlu horizontu ilə əlaqədar təbii qaz çıxışı, Afurca sahəsində qazılan
struktur-axtarış quyularında qazıma zamanı baş verən neft atılmaları,
Xızı neftli-qazlı rayonunun Keşçay sahəsində 1 saylı axtarış
quyusunda Aalen çöküntülərindən sənaye əhəmiyyətli (75min.m 3/gün
hasilatla) qaz axımının alınması, qonşuluqda yerləşən Bəyimdağ-
Təkçay sahəsində qazılan bir sıra axtarış-kəşfiyyat quyularında orta
Yura çöküntüləri ilə əlaqədar qazlılıq əlamətləri Xızı tektonik
zonasında bu çöküntülərin perspektivli obyektlərə malik olduğunu
göstərir.
Böyük Qafqazın cənub yamacı, Kür çökəkliyi və Kiçik
Qafqazda mövcud olan evgeosinklinal şərait isə, neft-qazlılıq üçün

170
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

heç də əlverişli olmayıb. Üst Yuranın karbonatli-rifogen çöküntüləri


həm Qusar-Dəvəçi, həm də Xızı neftli-qazlı rayonlarında məhdud
ərazidə yayılması və yer səthinə çıxdıqlarına görə neft-qazlılıq
baxımından əhəmiyyət kəsb etmir.
Son Yura epoxasında geotektonik rejimdə qalxma hərəkətləri
üstünlük təşkil edir. Dayaz dəniz şəraitində əmələ gələn üzvi və rif
mənşəli əhəngdaşıları Böyük Qafqazın cənub-şərq batımı,
Mingəçevir-Saatlı-Lənkəran qalxımlar zonası və Kiçik Qafqazqarşısı
çökəklikdə karbohidrogenlərin toplanması üçün əlverişli kollektor
sayılır. Böyük Qafqazın cənub yamacında yerləşən Dibrar
çökəkliyində toplanan karbonatlı-terrigen fliş çöküntüləri isə neft-
qazlılıq baxımından əhəmiyyət kəsb etmir.

3.2.2. Təbaşir dövrü

Yura dövrünün sonu və Təbaşir dövrünün əvvəllərində Böyük


və Kiçik Qafqazda baş verən qalxma prosesləri Azərbaycanın əksər
çöküntü hövzələrində paleotektonik və paleocoğrafi dəyişikliklərə
səbəb olur.

Xəzəryanı-Quba və Dibrar hövzəsi (Qusar-Dəvəçi və Xızı


neftli-qazlı rayonları)

Qusar-Dəvəçi və Xızı neftli-qazlı rayonlarında Valanjin mərtəbəsi


çöküntülərinin üst Yuranın Titon mərtəbəsi və daha qədim çöküntüləri
üzərinə bucaq uyğunsuzluğu ilə yatması, CŞ Qafqaz və ona qonşu
olan rayonlarda Titon əsrinin sonunda intensiv qalxma,
qırışıqəmələgəlmə və dənizin reqressiyasının baş verməsini göstərir.
Dibrar çökəkliyinin mərkəzi hissəsində Titon çöküntülərinin
yuyulmayan səthi üzərinə Valanjin mərtəbəsinin eyni litofasial

171
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

xarakterli çöküntülərinin tam uyğun şəkildə yatması isə bu sahədə


dəniz şəraitinin davam etdiyini deməyə əsas verir [32, 93].
Lakin Dibrar çökəkliyinin yamaclarında qalxma hərəkətləri
intensivləşir. Bunun nəticəsi olan Qaraçay və Cimiçaylarının yuxarı
axınlarında üst Titonun Qızılqazma lay dəstəsinin fliş xarakterli
çöküntüləri içərisində geniş yayılmış sualtı sürüşmə, uçqun əlamətləri
qeydə alınıb.
Yura və Təbaşir çöküntülərinin təmas xüsusiyyətlərinə görə
CŞ Qafqazda əsas paleotektonik vahid kimi orta Yuranın gilli-qumlu
çöküntülərindən təşkil olunan və qırışıqlığa daha çox məruz qalan
Tufan antiklinoriumu, Təngi-Beşbarmaq və Samur geoantiklinallarının
mövcud olduğunu söyləmək olar.
Son Yura epoxasının sonunda baş verən intensiv tektonik
proseslər yuxarıda adları çəkilən geoantiklinallarla məhdudlanmayaraq,
onların arasında yerləşən çökəklikləri də əhatə edir. Buna misal
olaraq, Təngi-Beşbarmaq və Tufan antiklinoriumunun davamı və
Xaltan-Germian qalxım zonası arasında yerləşən Xızı tektonik
zonasının mərkəzi və cənub-şərq hissəsini göstərmək olar. Onun
mərkəzi hissəsində yerləşən böyük ölçülü Qızılqazma antiklinalının
cənub qanadında Titon və Valanjin çöküntüləri arasında bucaq
uyğunsuzluğunun 150-yə çatması deyilən fikri təsdiq edir. Qırışığın
tağ hissəsində Valanjin yaşlı süxurların orta Yura çöküntüləri üzərinə
yatdığı yerdə bucaq uyğunsuzluğunun 20-250-yə çatması isə, rayonda
qalxma və qırışıq əmələgəlmə proseslərinin üst Yura epoxasında da
davam etdiyini göstərir. Bucaq uyğunsuzluğu ilə Valanjin
çöküntülərinin orta Yuranın yuyulan çöküntüləri üzərinə yatması, Xızı
tektonik zonasının cənub-şərq hissəsində, Bəyimdağ-Təkçay, Sitalçay,
Keşçay və Beşbarmaq sahələrində qazılan axtarış-kəşfiyyat quyularından
alınan məlumatlarla da təsdiq edilir (şəkil 25, bax: şəkil 24).

172
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Göstərilən sahələrdə üst Yura çöküntülərinin daha çox


yuyulması və Valanjin çöküntülərinin alt hissələrinin kəsilişdə iştirak
etməməsi, Bəyimdağ, Təkçay, Sitalçay, Keşçay antiklinallarının Xızı
tektonik zonasının cənub-şərq hissəsinin mərkəzi qalxımı olduğunu
göstərir [27, 106].

Şəkil 25. Keşçay-Beşbarmaq sahəsi. Geoloji profil.

Xızı zonasından şimal-qərbdə Cənubi Şahdağ və Qazma-Qrız


konsedimentasiya səciyyəli qırılmalarıla məhdudlanan ensiz Şahdağ
qraben - çökəkliyində Titon və Valanjin çöküntüləri arasında yalnız
fasial dəyişiklik, çökəklik ilə qonşu Sudur zonasında isə fasial
dəyişikliklər daha kəskin olmaqla yanaşı, göstərilən çöküntülər
arasında yuyulma və qeyri-uyğun yatım əlamətləri müşahidə olunur.

173
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Axtarış-kəşfiyyat qazıması və geofiziki tədqiqatlar nəticəsində


Xəzəryanı-Quba neftli-qazlı rayonunun Yalama-Xudat, Qusar-
Xaçmaz və Tələbi-Qaynarca zonalarında üst Yura və Valanjin
çöküntülərinin kəsilişdə iştirak etmədiyi məlum olub. Bu hal onların
formalaşmasında üst Yuraqarşısı qırışıqəmələgətirmə proseslərinin
böyük rolu olduğunu göstərir.
Dibrar çökəkliyini cənubdan hüdudlandıran Vəndam
geoantiklinalı zonasında, Girdimançayın hövzəsində Valanjin
mərtəbəsinin bazalt konqlomeratları arasında Bayosun vulkanogen
süxurlarının iştirakı, zonanın Valanjin əsrinin əvvəlində intensiv
qalxma və yuyulma zonası olduğunu göstərir [106].
Yura dövrünün sonu və Təbaşirin əvvəllərində mövcud olan
paleotektonik şərait demək olar ki, Azərbaycan ərazisinin
paleocoğrafiyasını müəyyənləşdirir. Bu zaman formalaşan qalxımlar
relyefdə yüksəkliklərin, depressiyalar isə çökəkliklərin yaranmasına
səbəb olur. Daha çox çökməyə məruz qalan çökəkliklərdə
çöküntütoplanma prosesləri aramsız davam etdiyi halda,
paleoqalxımlar fasilələrlə yuyulmaya məruz qalırlar.
Son Yurada mövcud olan mütəhərrik paleotektonik şərait
Təbaşir dövrünün əvvəlində getdikcə genişlənən dəniz transqressiyası
ilə əvəz olunur. Transqressiya Cənubi-şərqi Qafqazda özünün
maksimal həddinə Apt əsrinin birinci yarısında çatır.
İlk Təbaşirin Berrias-Hoteriv intervalında Cənubi-şərqi
Qafqazın mərkəzi qalxımı olan Tufan antiklinoriumu, orta Yura yaşlı
qumlu gillərdən təşkil olunan yarımada şəklində Vəlvələçay
hövzəsinə qədər uzanırdı. Şimalda yerləşən Şahdağ qraben
çökəkliyində son Yurada olan paleocoğrafi şəraitdə elə bir ciddi
dəyişiklik baş vermədiyindən, Oksford-Titon əsrlərində olduğu kimi,
üzvü-qırıntılı və zoogen mənşəli əhəngdaşılarının hövzədə toplanması

174
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

davam edir. Buna dənizin dayaz olması və hövzənin şimalında Qusar-


Xaçmaz qalxımlar zonasının mövcudluğu səbəb olmuşdur. Bu zaman
Şahdağ zonasından cənubda Təngi antiklinalı istiqamətində uzanan
Cek-Təngi və onlardan da cənuba, Gömür antiklinalı istiqamətində
uzanan Söhüb-Gömür kordilyerləri yerləşirdi. Göstərilən kordilyerlər
və onların arasında yerləşən sahələrdə karbonatlı, onlardan cənubda
isə karbonatlı-terrigen çöküntülər toplanır [93].
Əvvəllər dolomitləşən əhəngdaşılarından ibarət Söhüb
qayasının Valanjin dənizində Titon əsrində əmələ gələn ada olduğu
qəbul edilirdi. Sonralar eyni adlı kəndin yaxınlığında brekçiyaşəkilli
üzvi əhəngdaşılarında tapılan fauna əsasında (G.K.Qasımova,
Q.A.Əliyev) Söhüb qayası kəsilişində Titon çöküntülərilə yanaşı
Berrias-Valanjin yaşlı karbonatlı çöküntülərin də iştirak etdiyi
müəyyən edilib. Deməli, Söhüb qayası rayonunda da, Şahdağ
zonasında olduğu kimi, son Yurada olan rif tipli əhəngdaşılarının
toplanması üçün əlverişli şərait ilk Təbaşirin Berrias-Valanjin
intervalında da olub.
Təngi-Beşbarmaq kordilyerinin şimal qanadında isə dənizin
dərinləşməsi Hoteriv əsrində tünd rəngli zəif karbonatlı gillərin
çökməsinə səbəb olur. Bu gillərin içərisində geniş yayılan əhəngdaşı
qırıntı və qaymalarından təşkil olunan konqlomeratlar isə onlara
kobud fliş xarakteri verir.
Təngi-Beşbarmaq tektonik zonasında da əvvəllər ancaq üst
Yura yaşlı sayılan rif əhəngdaşılarının üst hissəsinin Berrias-Hoteriv
intervalına aid olduğu müəyyən edilib. Bu tip əhəngdaşıları Qrız-
Siyəzən və Buduq-Qarabulaq regional qırılmaları arasında mövcud
olan və Təngi-Beşbarmaq antiklinoriumunu mürəkkəbləşdirən ensiz,
lakin çox uzun sinklinal çökəklikdə toplanır. Sinklinal çökəklik çox

175
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

güman ki, qırılmaların qalxmış blokları üzərində yaranan adalarla


əhatə olunmuşdur.
Valanjin əsrində ada və sualtı qalxımlardan şimalda
karbonatlı-terrigen fliş çöküntüləri toplanıb. Bu çöküntülər də daha
intensiv yuyulmaya məruz qalan adaların yaxınlıqlarında, qalınlığı
500 m-ə çatan “Nardaran fasiyası” adlanan kobud fliş fasiyası ilə əvəz
olunur. Karbonatlı gil, pelitamorf əhəngdaşı, mergel, qumlu
əhəngdaşı, qumdaşı və əhəngli qravelitlərdən təşkil olunan bu lay
dəstəsinin əsas xüsusiyyəti, bütün kəsiliş boyu ölçüləri 3-4 m-ə çatan
üst Yuranın əhəngdaşılarından ibarət qaymalı konqlomeratların
olmasıdır.
Valanjin əsrinin əvvəlində Təngi-Beşbarmaq antiklinoriumundan
cənubda brekçiyaşəkilli əhəngdaşı, konqlomerat və brekçiyalardan
təşkil olunan Qızılqazma lay dəstəsi çöküntülərinin toplanması bu
dövrdə Xızı zonasında tektonik hərəkətlərin aktivliyini göstərir.
Müxtəlif fasial səciyyəli Babadağ lay dəstəsinin açıq-boz rəngli
karbonatlı-terrigen fliş çöküntülərinin toplandığı vaxtda isə bu
hərəkətlərin intensivliyi əhəmiyyətli dərəcədə zəifləyir.
Tufan antiklinoriumunun cənub-şərq batımını təşkil edən Xoca
tektonik zonasında və eləcə də, sualtı yuyulma zonaları olan
Qızılqazma, Bəyimdağ-Təkçay, Sitalçay, Keşçay antiklinallarının
yaxınlığında qravelitlərin nisbətən artması ilə müşayiət olunan fliş
xarakterli çöküntülər toplanır.
Malkamud-Germian dərinlik qırılmasından cənubda isə
qravelit, konqlomerat və gillərin rolu tədricən azalır. Dibrar
çökəkliyinin mərkəzi hissəsində artıq Valanjin mərtəbəsi əsasən
mergel və mergelli əhəngdaşılarından ibarət Babadağ fasiyasında
yayılır. Burada çöküntülərin qalınlığı artaraq 1000-1200 m-ə çatır
(şəkil 26).

176
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Şəkil 26. Valanjin mərtəbəsinin litofasial və qalınlıqlar xəritəsi.


1-yuyulma sahələri; 2-dayaz dəniz fasiyası (gil, mergel, konqlomerat
lay təbəqəli əhəngdaşı, qaya parçası); 3-dayaz dəniz karbonatlı fasiya
(əhəngdaşı, mergel); 4-nisbətən dərin dəniz karbonatlı-terrigen fasiya
(qumdaşı, gil, mergel, əhəngdaşı); 5-litofasial zonaların sərhədləri;
6-izopaxitlər.

Dibrar çökəkliyinin cənub yamacında terrigen çöküntülərin,


xüsusən, gillərin tədricən artması müşahidə edilir. Duruca antiklinalından
177
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

cənubda isə Valanjin mərtəbəsinin terrigen-karbonatlı çöküntüləri


arasında əhəngdaşılarından təşkil olunan konqlomeratlar iştirak edir.
Bunların da Vəndam geoantiklinalından gətirildiyi şübhə doğurmur [106].
Valanjin, Hoteriv və Barrem mərtəbələri çöküntüləri arasında
yuyulma və qeyri-uyğun yatım əlamətlərinin olmamağı, eyni
zamanda, Barrem mərtəbəsi çöküntülərinin Hoteriv mərtəbəsi
çöküntülərinin, sonuncuların isə Valanjin mərtəbəsi çöküntülərinin
nisbətən üst və orta Yuranın daha qədim çöküntüləri üzərində qeyri-
uyğun yatması, Neokom vaxtı dəniz transqressiyasının tədricən
genişləndiyini göstərir.
Neokom kəsilişində çöküntülərin gillilik dərəcəsinin aşağıdan
yuxarı artması isə dənizin genişlənməsi ilə bərabər dərinliyinin də
artdığını göstərir. Bu transqressiya Barrem əsrinin ikinci yarısında
Azərbaycanın şimal-şərq hissəsini də əhatə etmişdir. Bat əsrindən
başlayaraq yuyulma zonası olmuş bu sahəyə transqressiya edən Barrem
dənizində gil, qumdaşları və mergellərdən təşkil olunmuş çöküntülər
toplanır (şəkil 27).
Dəniz transqressiyasının genişlənməsi nəticəsində Sudur
zonasında son Yurada mövcud olan laqun şəraiti dayaz dəniz şəraiti
ilə əvəz olunduğu üçün karbonatlı çöküntülər toplanır. Sudur
zonasından cənub-şərqdə yerləşən Rustov-Əmirxanlı çökəkliyinin
cənub-şərq yamacında karbonatlı çöküntülər toplanır. Çökəkliyin
mərkəzi hissəsində və şimal-şərq yamacında isə karbonatlı
çöküntülərin qumlu-gilli çöküntülərlə əvəz olduğu güman olunur.
Qərbi-Xəzər dərinlik qırılmasından şərqdə Tələbi-Qaynarca
antiklinal zonasının intensiv şəkildə gömülməsi nəticəsində Rustov-
Əmirxanlı çökəkliyinin cənub-şərq hissəsi, ondan şimalda yerləşən
Quba-Dəvəçi çökəkliyindən konsedimentasiya səciyyəli inkişafda
olan Qərbi Qaynarca və Qaynarca qalxımları ilə ayrılır.

178
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Şəkil 27. Barrem mərtəbəsinin litofasial və qalınlıqlar xəritəsi.


1-yuyulma sahələri; 2-əhəngdaşı, gil, alevrolit və qumdaşıları; 3-gil, alevrolit
və qumdaşıları; 4-gil və mikrokonqlomerat araqatlı əhəngdaşları; 5-nadir
əhəngdaşı, mergel və qumdaşı araqatlarına malik gillər; 6-əhəngdaşı, mergel
araqatlarına və qaymalara malik gillər; 7-konqlomerat, əhəngdaşı, mergel və
ekzotik qayalara malik gillər; 8-nadir mergel, əhəngdaşı araqatlarına və
çınqıllara malik gillər; 9-qumdaşı araqatlarına və təbəqəciklərinə malik
gillər; 10-kosedimentasiyalı qırılmalar; 11-litofasial zonaların sərhədləri;
12-izopaxit xətləri; 13-struktur-axtarış və dərin axtarış-kəşfiyyat quyuları.

179
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Cənub-şərqdə Xəzər dənizinə açılan çökəkliklər şimal-qərbdə


Qusar-Tələbi və şimal-şərqdə Xaçmaz-Ağzıbirçala yuyulma
zonalarından gətirilmiş qalınlığı 2000 m-ə çatan alt Təbaşir
çöküntülərilə doldurulur (şəkil 28, 29).
Quba-Dəvəçi çökəkliyi şimal-qərbdə yerləşən Zeyxur
çökəkliyindən Qusar-Tələbi və Xaçmaz-Ağzıbirçala yuyulma zonaları
arasında yerləşən, alt Təbaşir çöküntülərinin qalınlıqları 200 m-ə
qədər olan nisbətən ensiz və dayaz sturuktur yəhərlə ayrılır.

Şəkil 28. Əmirxanlı-Qaynarca-Ağzıbirçala istiqamətində


geoloji profil.

Zeyxur çökəkliyi və Yalama-Xudat qalxımlar zonasında orta


Yura epoxasının sonunda başlayan yuyulma prosesi Barrem əsrinin
ikinci yarısına qədər davam edir. Son Barrem-Alb dövründə Zeyxur
çökəkliyində toplanan qumlu-gilli çöküntülərin qalınlıqları 200-600 m,
zəif konsedimentasıya səciyyəli inkişafda olan Yalama-Xudat
qalxımlar zonasında isə 200-400 m arasında dəyişir [27].

180
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Şəkil 29. Alt Təbaşir çöküntülərinin qalınlıqlar xəritəsi.


1-yuyulma sahəsi, 2- izopaxitlər, 3-qırılmalar, 4-parametrik,
axtarış və kəşfiyyat quyuları.

Hoteriv əsrində dəniz transqressiyasının genişlənməsi


nəticəsində çöküntülər Valanjin əsrində olduğundan daha terrigen
səciyyəli olur. Bu zaman Cek-Təngi kordilyeri ilə Söhüb qalxımı

181
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

arasındakı sahədə əhəngli konqlomerat aratəbəqələrinə malik olan boz


rəngli karbonatlı gillər, Söhüb qayasının ətrafında isə qaymalı
konqlomeratlar toplanır.
Hoteriv əsrində Tufan yuyulma zonası yarımada şəklində
şərqdə Cimi çayına qədər, onun sualtı davamı isə Qızılqazma çayına
qədər uzanırdı. Kəsilişdə kobud dənəli terrigen materialların azlığı,
sualtı qalxım zonasında yuyulma prosesinin zəif olduğunu göstərir.
Gilgilçay və Ataçay arasında Xızı tektonik zonasının mərkəzi
hissəsində dərin dəniz şəraitində nadir əhəngdaşı təbəqələrinə malik
olan boz və tünd-boz rəngli gillər çökür. Cənub-şərq istiqamətində
dənizin dayazlaşması nəticəsində Keşçay, Bəyimdağ-Təkçay, Sitalçay
və Şurabad sahələrində əhəngdaşı, brekçiyaşəkilli konqlomerat və
qumdaşı laylarına malik əhəngli gillər çökür. Kobud dənəli
çöküntülərin əsas mənbəyi olan Beşbarmaq kordilyeri ilə yanaşı
göstərilən sahələrdə mövcud olan qalxımlar da ara-sıra yuyulma
zonası olub [27].
Gilgilçay və Ataçay arasında Xızı tektonik zonasının mərkəzi
hissəsində dərin dəniz şəraitində nadir əhəngdaşı təbəqələrinə malik
boz və tünd-boz rəngli gillər çökür. Cənub-şərq istiqamətində dənizin
dayazlaşması nəticəsində, Keşçay, Bəyimdağ-Təkçay, Sitalçay və
Şurabad sahələrində əhəngdaşı, brekçiyaşəkilli konqlomerat və
qumdaşı laylarına malik əhəngli gillərə rast gəlinir.
Barrem əsrində dənizin genişlənməsi və dərinləşməsi davam
etdiyindən Şahdağ zonasında əhəngdaşıları ilə yanaşı mergellər də
çökür. Bu zaman Cek-Təngi kordilyeri və Söhüb adasında yuyulma
sahələri ensizləşir. Kordilyerdən cənubda əhəngdaşı, mergel laylarına
və orta Yura yaşlı əhəngdaşı qaymalarına malik gilli çöküntülər
toplanır. Təngi-Beşbarmaq kordilyerinin şimal və cənub qanadlarında
Barrem mərtəbəsi gilləri içərisində mövcud olan qravelit və

182
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

konqlomerat layları burada tektonik hərəkətlərin aktivliyinin


azalmadığını göstərir. Kordilyerdən cənubda Xızı zonasının mərkəzi
hissəsində isə dərin dəniz şəraitində nadir mergel təbəqələrinə malik
olan Xalçay lay dəstəsinin gilləri çökür (bax: şəkil 28).
Xızı zonasının cənub-şərq hissəsində yerləşən Keşçay,
Bəyimdağ-Təkçay, Sitalçay və Şurabad qalxımlarında Barrem
mərtəbəsinin yalnız alt hissəsində gil, qumdaşı, mergel və əhəngdaşı
təbəqələrindən ibarət, qalınlığı 100 m-ə çatan lay dəstəsinin olması
göstərilən qalxımların çöküntütoplanma prosesinə təsirinin Barrem
əsrinin əvvəllərində də davam etdiyini göstərir.
İlk Təbaşirin Apt və Alb əsrlərində paleotektonik rejimdə elə
də böyük dəyişikliklər baş vermir. Neokom zamanında olduğu kimi,
Cənubi Dağıstan çökəkliyinin cənub-şərq hissəsini tutan ərazidə
çöküntütoplanma prosesi davam edir.
Bir qədər cənub-qərbdə Tələbi-Qaynarca antiklinal zonası ilə
Təngi-Beşbarmaq geoantiklinalı arasında son Yurada və eləcə də
Neokomda mövcud olan Quba-Dəvəçi çökəkliyi inkişafını davam
etdirir. Cənub-şərq istiqamətində genişlənən çökəklik Şimali Abşeron
çökəkliyinin şimal-qərb hissəsini təşkil edir (bax: şəkil 29).
Orta Yura çöküntülərindən təşkil olunan Tufan antiklinoriumu
ilə şimalda yerləşən Cek-Təngi qalxımı, eləcə də daha cənub-şərqdə
Germian və Beşbarmaq qalxımları arasında yerləşən Xızı tektonik
zonasının Qızılqazma, Bəyimdağ, Təkçay, Sitalçay və Keşçay
antiklinalları daha intensiv qalxmaya məruz qalırlar.
Malkamud-Germian qırılması üzərindəki antiklinallar və
cənubda yerləşən Vəndam geoantiklinalı öz varlığını saxlayır.
Qalxımlar arasında olan Dibrar və onun cənub-şərqində Şamaxı-
Qobustan çökəklikləri çöküntütoplanma hövzələri kimi fəaliyyətini
davam etdirir [39].

183
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Neokomda genişlənən dəniz transqressiyası ilk Apt


epoxasında sabitləşir, son Apt epoxasında isə reqressiya ilə əvəz
olunur. Bu reqressiya və son Apt-Alb geoloji vaxt intervalında baş
verən digər reqressiyalar Cənub-Şərqi Qafqazda yeni tektonik
aktivləşmə fazası ilə əlaqədar olub. Üst Apt-Alb çöküntülərinin Xızı
tektonik zonasının, əksər antiklinal strukturlarının qanad və periklinal
hissələrində pazlaşması, bu zonada tektonik aktivliyin daha intensiv
olduğunu və antiklinal qalxımların tez-tez yuyulma zonalarına
çevrilməsini göstərir (şəkil 30).

Şəkil 30. Təkçay sahəsi. Geoloji profil.

Apt əsrinin birinci yarısında dəniz transqressiyası


genişlənməkdə davam edir. Şahdağ zonasında, əvvəllərdə olduğu
kimi, karbonatlı çöküntülər, Cek-Təngi kordilyerindən cənubda
əhəngdaşı və konqlomerat laylarına malik karbonatlı gillər, Xızı
zonasının mərkəzi və cənub-şərq hissələrində isə əsasən karbonatlı
gillər çökürlər. Apt əsrinin ikinci yarısında Xızı zonasında reqressiya

184
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

nəticəsində dəniz dayazlaşır və isti iqlim şəraitində əlvan rəngli gil və


mergellər çökür.
Təngi-Beşbarmaq adaları ətrafında Apt əsrinin birinci
yarısında konqlomeratların geniş yayılması, bu adalarda qalxma və
yuyulma proseslərinin davam etdiyini göstərir.
Alb əsrinin sonunda isə qalxma proseslərinin kəskin azalması
nəticəsində dəniz səviyyəsindən yuxarı yalnız kiçik ölçülü adalar
qalır. Lakin Təngi-Beşbarmaq kordilyeri sualtı qalxım sistemi kimi
Quba-Dəvəçi çökəkliyini Xızı çöküntütoplanma hövzəsindən yenə də
ayırır. Bu hal Alb əsrinin birinci yarısında da davam edərək, əsrin
sonlarına yaxın isə qalxma prosesləri intensivləşir və Təngi-
Beşbarmaq kordilyeri yuyulma zonası kimi Cənub-Şərqi Qafqazda
mühüm rol oynayır [41].
Xızı zonasında da Apt əsrinin sonlarına yaxın kobuddənəli
terrigen çöküntülərin toplanması səngiyir və əsasən qravelitlərdən
ibarət çöküntülər cənub-qərb istiqamətində qumdaşı, sonra isə alevrit
və gillərlə əvəz olunur. Geniş ərazidə içərisində çəhrayı rəngli mergel
laycıqları olan qırmızı gillər çökür. Vəndam qalxımı yaxınlığında,
Xızı zonasını və Dibrar çökəkliyinin çox hissəsini tutan qırmızı gillər
əlvan rəngli alevrit və gillərdən təşkil olunan fliş fasiyası ilə əvəz olunur.
Cənub-Şərqi Qafqazda Apt əsrinin ikinci yarısında mövcud olan
paleotektonik və paleocoğrafi şərait ilk və orta Alb vaxtında da davam
edir.
Apt əsrinin sonu və Alb əsrinin əvvəllərində baş verən reqressiya
Xızı zonasının çox hissəsini tutur. Lakin dəniz çox qısa geoloji vaxt
ərzində zonanın cənub-şərq hissəsinə transqressiya edir. Burada son Alb
zamanı dənizin reqressiyası baş verdiyindən dayaz dəniz şəraitində
Küllülü qumdaşıları horizontunun çox dəyişkən tərkibə malik və
qalınlıqları 0-100 m arasında dəyişən qumlu-gilli çöküntüləri toplanır.

185
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Qumdaşılarının qalınlığının və qranulometrik tərkibinin çox


dəyişkənliyi, dayaz dəniz dibinin tektonik cəhətdən çox mütəhərrik
olduğunu göstərir. Alb əsrinin sonunda isə tektonik hərəkətlərin
aktivləşməsi və dəniz transqressiyasının genişlənməsi nəticəsində
mergel, qumdaşı, gil və əhəngdaşılarının növbələşməsindən ibarət olan
Ausellin horizontunun fliş çöküntüləri toplanır (şəkil 31).
Son Apt-Alb vaxtı qalxma hərəkətlərinin üstünlüyü ilə
səciyyələnən qeyri sabit tektonik rejim son Təbaşir epoxasının birinci
yarısında da davam edir. Bunu Senoman və Turon mərtəbələrinin az
qalınlıqlı qumlu-gilli çöküntüləri arasında, antiklinal qalxımların
yuyulması nəticəsində əmələ gələn konqlomerat laylarının olması
təsdiq edir.
Senoman əsrinin paleotektonika və paleocoğrafiyası bir çox
cəhətdən Alb əsrindəkinə bənzəyir. Alb əsrinin sonunda mövcud olan
əksər qalxım zonaları yüksəlir, çökmə sahələrindən isə dəniz geri çəkilir.
Çökəkliyin şimal-şərq hissəsində alevrit laylarının olması Alb
əsrinə nisbətən Orta Xəzər yuyulma sahəsinin çöküntütoplanma
prosesində rolunun azaldığını, cənub-qərb hissəsində isə terrigen
çöküntülərin iştirak etməməyi, Qusar-Xaçmaz qalxımlar zonasının
düzənlik sahə olduğunu göstərir. Bu vaxt cənubda yerləşən Təngi-
Beşbarmaq kordilyerinin adaları tektonik aktivliyilə fərqlənir.
Senoman çöküntülərinin kordilyerin istər şimal və istərsə də cənub
qanadında üst Yuranın əhəng daşlarından, Bayos və alt Təbaşirin
gillərindən əmələ gəlmiş qravelitlərlə zənginləşməsi Təngi və
Beşbarmaq qalxımlarının intensiv yuyulma zonaları olduğunu göstərir.
Xızı zonasının şimal-qərb hissəsində tünd-yaşılımtıl boz rəngli
gillərin içərisində əhəngli-gilli qravelitlərin və qumdaşılarının geniş
yayılması, bu çöküntülərin də aktiv tektonik rejimli dayaz dəniz
şəraitində çökdüyünü göstərir.

186
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Şəkil 31. Alb mərtəbəsinin litofasial və qalınlıqlar xəritəsi.


1- yuyulma sahələri; 2-sahilyanı kobuddənəli fasiya (qravelit, qumdaşı,
qum, gil, mergel, əhəngdaşı); 3- sahilyanı dayaz dəniz qumlu-gilli fasiya
(qumdaşı, alevrolit, gil); 4- nisbətən dərin dəniz qumlu-gilli fasiya
(qumdaşı, mergel, gil); 5- sahilyanı dayaz dəniz gilli-mergelli fasiya
(gil, mergel, alevrolit); 6- sahilyanı dayaz dəniz gilli-mergelli fasiya
(gil, mergel); 7-litofasial zonaların sərhədləri; 8- izopaxitlər.

187
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Ataçaydan cənubda, Senomanın kəsilişində qravelit və qumdaşı


laycıqlarının yenidən iştirak etməsi, Bəyimdağ-Təkçay, Sitalçay,
Yaşma və Şurabad sahələrində brekçiyaşəkilli konqlomeratların
mövcudluğu bu sahələrdə yerləşən eyni adlı qalxımların dəniz
səviyyəsindən yüksəkdə olan yuyulma sahələri olduğunu göstərir.
Xaltan-Germian qırılmasından cənubda Senoman çöküntülərində
qravelit və konqlomeratlara rast gəlinməməyi Dibrar çökəkliyində
dənizin nisbətən dərin olduğunu göstərir. Əsasən gillərdən təşkil
olunan çöküntülərin daxilində qumdaşı laylarının qalınlıqlarının
Alataş və Altıağac antiklinallarının tağ hissələrində artması isə,
göstərilən rayonlarda qalxma prosesinin başlandığına və bu vaxta
qədər vahid çökəklik kimi ayrılan Dibrar çökəkliyinin bir neçə
sinklinal çökəkliyə parçalanmasına dəlalət edir. Belə bir paleocoğrafi
şəraitdə Dibrar çökəkliyinin əksər sahələrində fasial cəhətdən
terrigen-fliş çöküntülərindən ibarət Kemişdağ lay dəstəsi formalaşır.
Kəsilişdə tez-tez rast gələn bentonit gilləri isə daha cənubda yerləşən
vulkanların çöküntütoplanma prosesinə təsirini göstərir.
Alt Turon çöküntüləri Cənub-Şərqi Qafqaz ərazisində fasial
cəhətdən terrigen xarakterli Hoteriv-Senoman çöküntüləri ilə üstə
yatan, əsasən karbonat xarakterli üst Turon-Maastrixt çöküntüləri
arasında keçid təşkil edir.
Alt Turon çöküntüləri Senoman çöküntüləri üzərinə uyğun
şəkildə yatır. Bu çöküntülərin Şahdağ-Beşbarmaq zonası və Xızı
tektonik zonasının şimalında yerləşən Gömür sahəsində iştirak
etməməyi, qeyd olunan ərazidə kontinental şəraitin olduğunu göstərir.
Zonada alt Turon çöküntüləri Barrem-Apt yaşlı gillər üzərinə
transqressiv yatan əhəngdaşı, konqlomerat və qravelitlərin qumdaşı və
bitumlu gillərlə növbələşməsindən ibarətdir. Cənub-şərq istiqamətində
çöküntülər normal karbonatlı flişlə əvəz olunur. Tektonik aktivlik üst

188
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Turonqarşısı qırışıqlığının formalaşması ilə başa çatır və nəticədə


əsasən üst Yuranın karbonatlı süxur parçalarından təşkil olunan üst
Turon-Konyak yaşlı, konqlomeratlı Xızı horizontu əmələ gəlir.
Kələvudağ-Giləzi istiqamətindən cənubda alt Turon yenidən
konqlomeratlarla zənginləşir. Bu da Xızı zonası ilə Dibrar çökəkliyi
sərhədində adalardan ibarət yuyulma zonasının olmasını göstərir.
Cənub istiqamətində, Dibrar çökəkliyinin mərkəzi hissəsində, həmin
çöküntülər alevrit və gillərlə əvəz olunur.
Turon əsrinin ikinci yarısında dəniz transqressiyası genişlənir.
Lakin Beşbarmaq qalxımı yuyulma zonası kimi davam edir. Bunu
Gilgilçay vadisində üst Turonun konqlomeratları daxilində Yura yaşlı
çınqıl və qaymaların olması təsdiq edir. Dəniz transqressiyasının
genişlənməsilə yanaşı şimalda yerləşən quru ərazisinin də yüksəlməsi
davam edir. Bunun nəticəsində Gömür ərazisində, Germian
qırılmasına qədər geniş sahədə, konqlomeratlardan təşkil olunan Xızı
lay dəstəsi formalaşır. Cənubda üst Turon karbonatlı flişdən ibarət
Kemçi lay dəstəsi ilə əvəz olunur. Dibrar çökəkliyinin mərkəzi
hissəsində isə karbonatlar gillərlə əvəz olunur.
Konyak əsrində dəniz transqressiyası bir qədər də genişlənir.
Şimal-qərbdə Qudyalçay vadisində, Cek kəndi ərazisində Konyak
çöküntüləri Barrem çöküntüləri üzərinə transqressiv yatır. Şahdağ
massivindən cənubda Titon əhəngdaşılarından təşkil olunan qaymalı
konqlomeratlar toplanır. Cənubda yerləşən Plutdağ sinklinalında isə,
Konyak mərtəbəsi mergellərdən təşkil olunan subfliş fasiyası ilə
səciyyələnir.
Dibrar zonasında Konyak çöküntüləri üst Turon
çöküntülərindən karbonatlılıqlarının azlığı ilə fərqlənirlər. Mergel və
mergelli gillərdən təşkil olunan Konyak çöküntülərinin qırmızı rəngdə

189
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

olması isə, əvvəlki kimi, cənubdan hövzəyə daxil olan maqnezium


oksidinin iştirakı ilə əlaqədardır.
Santon əsrində CŞ Qafqazda hövzənin ümumi vəziyyəti o
qədər də dəyişmir. Şahdağ zonası quru ərazisi olaraq qalmaqda davam
edir. Şahdağ və Gömür arasında isə kiçik ölçülü adalardan ibarət
arxipelaq mövcud idi. Rayonda öz rəngarəngliyilə seçilən mergelli-
gilli çöküntülər toplanır. Vəlvələçayın orta axınından cənubda fliş
xarakterli çöküntülərin toplanması üçün əlverişli paleocoğrafi şərait
yaranır.
Dibrar zonasında toplanan fliş çöküntüləri Konyak
mərtəbəsindəkindən əsasən daha çox qırmızı rəngli olmaları və
qravelitlərin cənub istiqamətində böyük ərazidə yayılmaları ilə
fərqlənirlər.
Santon əsrinin əvvəllərində tektonik hərəkətlərin zəifləməsi və
dəniz transqressiyasının genişlənməsi ilə əlaqədar olaraq, üst
Təbaşirin kəsilişində qumlu-gilli çöküntülər tədricən karbonatlı-
terrigen fliş çöküntülərilə əvəz olunur. Dəniz transqressiyasının
maksimum həddə çatdığı son Kampan-Maastrixt vaxtı, tədqiqat
rayonu ərazisində, əsas etibarilə pelitamorf əhəngdaşıları toplanır.
Santon əsrinin sonu və Kampan əsrinin əvvəlində qısa
müddətli, lakin çox intensiv qalxma prosesi baş verir. Bunun da
nəticəsində Xızı tektonik zonasının ərazisində tərkibi və qalınlığı tez-
tez dəyişən konqlomeratlar toplanır [39].
Kampan əsrinin birinci yarısında dəniz transqressiyası
genişlənir. Dəniz Alb əsrindən sonra ilk dəfə Şahdağ zonasına daxil
olur. Şahdağ zonası ilə Gömür zonası arasında açıq-çəhrayı rəngli
mergellər çökür. Çülgəzidağ muldasından Giləzi burnuna qədər olan
geniş ərazidə isə az-çox flişi xatırladan çöküntülər toplanır. Kəsilişdə
konqlomerat laycıqları da iştirak edir. Dibrar zonasında isə daha

190
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

narındənəli yaxşı çeşidlənmiş kiçik ritmlərlə təkrar olunan terrigen


çöküntülər toplanır (şəkil 32).
Kampan əsrinin ikinci yarısında dəniz transqressiyası özünün
kulminasiyasına çatır. Dəniz Şahdağ və Sudur zonalarını tutur və
orada pelitamorf əhəngdaşıları toplanır. Bir qədər cənubda
əhəngdaşıları mergellərlə əvəz olunur və kəsilişdə qayalı sahilləri olan
Cek kordilyerindən gətirilən əhəngli qumdaşı və konqlomerat
aralaycıqları iştirak edir.
Cek kordilyerindən cənubda Buduq çökəkliyində Kampan
əsrinin ikinci yarısında əhəngli gillər çökür. Çökəklik cənubdan
Luzitan əhəngdaşılarından ibarət Söhüb massivi ilə əhatə olunur. Bu
massivdən cənubda isə üst Kampan tipik fliş çöküntülərindən
ibarətdir.
Vəlvələçaydan şərqdə fliş çöküntülərinin birinci elementi olan
klastik materialın əsas hissəsi Beşbarmaq kordilyerindən gətirilib.
Kordilyeri təşkil edən adanın qərb hissəsinin Kampan əsrinin ikinci
yarısında dəniz suları altına gömülməsilə əlaqədar olaraq, fliş
çöküntüləri yeknəsəq mergellərlə əvəz olunur. Şərqdə isə fliş
çöküntüləri toplanır.
Söhüb-Beşbarmaq kordilyerindən cənub və qərbdə Plutdağdan,
şərqdə isə Gilgilçaya qədər olan zolaqda çöküntülər tipik karbonatlı
flişdən ibarətdir. Cənubda yerləşən Dağ Quşçu və Ağsiyəzən
muldalarının şimal yamacında Barrem gilləri üzərinə transqressiv
şəkildə yatan üst Kampan çöküntüləri, Şahdağ-Sudur zonasında
olduğu kimi, pelitamorf əhəngdaşılarından ibarətdir.
Bir qədər şərqdə Sitalçay-Şurabad sahələrində üst Kampan
yenidən fliş tipli çöküntülərdən ibarət olmaqla, daha qədim çöküntülər
üzərinə qeyri-uyğun yatır. Sahilyanı düzənlikdə isə üst Kampan
Dibrar çökəkliyi üçün xarakterik olan Ağburun fasiyasında yayılıb.

191
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Dibrar zonasının özündə Kampan əsrinin ikinci yarısında


əhəngdaşı, mergel, gil, qravelit və hətta konqlomeratlardan təşkil
olunan fliş tipli çöküntülər toplanır. Terrigen materialların mənbəyi
isə Xızı kordilyeri olub.
Maastrixt əsrinin başlanğıcında CŞ Qafqaz ərazisində yerləşən
kordilyerlərin yenidən yüksəlməsi başlayır. Bu da terrigen
materialların çoxalmasına və onların daha kobuddənəli olmasına
səbəb olur. Sudur zonasında dənizin geri çəkilməsi nəticəsində
Kampan əsrində əhəngdaşıları çökən sahələrdə Maastrixt əsrində
konqlomeratlar toplanır. Beşbarmaq kordilyerinin intensiv qalxma və
yuyulması nəticəsində əmələ gələn kobuddənəli terrigen material
şimal istiqamətində yerləşən Quba-Dəvəçi çökəkliyinə daşınır.
Cənubda-Xızı zonasında isə pelitamorf mergellər çökür (şəkil 32).
Dibrar zonasında Maastrixt çöküntülərinin (Ağburun lay
dəstəsinin üst hissəsi) mergel və gillərdən ibarət olması Gömür
zonasından Dibrar zonasına keçidin tədrici olduğunu göstərir. Belə ki,
Xaltan-Germian kordilyeri dəniz suları altında qaldığı üçün,
çöküntütoplanma prosesinə çox da təsir edə bilmir. Lakin cənub
istiqamətində kəsilişdə qumlu əhəngdaşı laycıqlarının iştirakı və
çöküntülərdə ritmliyin mövcudluğu, onlara tipik fliş xarakteri verir.
Son Təbaşir epoxasının paleotektonik və paleocoğrafi şəraiti
haqqında geoloji məlumatlar CŞ Qafqaza nisbətən azdır.
Qusar-Xaçmaz gömülmüş qalxımlar zonasında və ondan
cənubda yerləşən Tələbi antiklinalının kəsilişində üst Təbaşir
çöküntüləri iştirak etmir. Göstərilən qalxımların qanad hissələrində
axtarış quyuları qazılmadığı üçün qalxımlardan cənub və şimalda
yerləşən Quba-Dəvəçi və Zeyxur çökəkliklərində çöküntütoplanma
prosesinin paleotektonik və paleocoğrafi şəraiti haqqında dəqiq fikir
söyləmək mümkün deyil. Lakin İmamqulukənd, Şirvanovka, Yalama

192
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

və Xudat sahələrində qazılan quyulardan alınan geoloji məlumatlar


göstərir ki, Azərbaycanın şimal-şərq hissəsi paleotektonik cəhətdən
mərkəzi Rubas çayının orta axınında yerləşən Cənubi Dağıstan
çökəkliyinin cənub-şərq hissəsini təşkil edir. Bu çökəklikdə üst
Təbaşir çöküntülərinin toplanma prosesi CŞ Qafqazda olduğundan
kəskin fərqlənir [106].
Cənubi Dağıstan çökəkliyinin qərb hissəsində Senoman
əsrində əhəngli mergellər çökür. Cənubda çöküntülər İmamqulukənd
rayonuna qədər yayılır. Dağıstanın sahilyanı zonasında isə bu dövrdə
qum və gillər çökür. Zonanın cənub-şərq davamında yerləşən Yalama-
Xudat sahəsində isə böyük ada mövcud olub.
Turon əsrində dəniz transqressiyası genişlənir, Cənubi
Dağıstan çökəkliyinin cənub-qərb yamacında Turon mərtəbəsinin
çəhrayı və ağ rəngli əhəngdaşı və mergelləri Alb mərtəbəsinin tünd
rəngli gilləri üzərinə transqressiv şəkildə yatır. Çökəkliyin şimal-şərq
yamacında isə əlvan rəngli əhəngdaşıları daxilində gil, mergel və
qumlu əhəngdaşı laycıqları qeyd olunur.
Litofasial cəhətdən Konyak çöküntülərinin Turon
çöküntülərinə çox yaxın olması, bu əsrlərdə Cənubi Dağıstan
çökəkliyində paleocoğrafi şəraitdə dəyişikliklərin baş vermədiyini və
cənub-qərbdə yerləşən yuyulma zonalarının rolunun çox az olduğunu
göstərir.
Santon əsrində Cənubi Dağıstan və Şimal-Şərqi Azərbaycanda
dəniz transqressiyası genişlənir. Cənubi Dağıstan çökəkliyinin cənub-
qərb yamacında dayaz dəniz şəraitində açıq rəngli əhəngdaşıları
çökür. Burada terrigen materialın olmamağı, Muqrin qalxımının quru
sahəsində aşınma proseslərinin zəif olduğunu göstərir. Çox güman ki,
cənub-şərqdə yerləşən Qusar-Xaçmaz qalxımlar zonasının da
çöküntütoplanma prosesinə təsiri zəif olub.

193
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Şəkil 32. Üst Kampan-Maastrixtin litofasial və qalınlıqlar xəritəsi.


1-yuyulma sahələri; 2-əhəngdaşı, mergellər və gillər; 3-əhəngdaşı, gil, alevrolit
və qumdaşıları; 4-nadir əhəngdaşı, mergel və qumdaşı araqatlarına malik gillər;
5-əhəngdaşı, mergel araqatlarına və qaymalara malik gillər; 6-nadir mergel,
əhəngdaşı araqatlarına və çınqıllara malik gillər; 7-izopaxit xətləri; 8-litofasial
zonaların sərhədləri; 9-struktur-axtarış və dərin axtarış-kəşfiyyat quyuları.

194
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Kampan əsrinin əvvəllərində Muqrin yuyulma zonasında


qalxma prosesləri güclənir və Cənubi Dağıstan çökəkliyinin cənub-
şərq hissəsində, dayaz dəniz şəraitində çəp laylanan qumlu massiv
əhəngdaşıları toplanır. Hövzənin şimal-şərq və cənub-şərq
hissələrində, Santon əsrində olduğu kimi, ağ rəngli pelitamorf
əhəngdaşıları çökməkdə davam edir.
Kampan əsrinin sonunda Cənubi Dağıstan hövzəsinin
cənubunda dənizin reqressiyası baş versə də, Maastrixt əsrində
yenidən transqressiya ilə əvəz olunur. Çıraq və Samur çayları arasında
çəp laylanan kobuddənəli əhəngdaşı, qumdaşı və qumlu
əhəngdaşılarının çökməsi hövzənin cənub-qərb hissəsində dənizin bir
qədər də dayazlaşdığını göstərir. Hövzənin mərkəzi və şimal-şərq
hissəsində isə ağ rəngli pelitamorf əhəngdaşılarının çökməsi davam
edir, lakin əvvəlkindən fərqli olaraq əhəngdaşıları arasında gil və
mergel laycıqları çökmür.
Üst Təbaşir çöküntüləri qalınlıqlarının paylanması
xəritəsindən görünür ki, son Təbaşirdə Tufan, Təngi-Beşbarmaq
antiklinoriumları və Qusar-Xaçmaz gömülmüş qalxımlar zonası
yuyulma zonaları olublar [93].
Xızı tektonik zonasının cənub-şərq hissəsində isə
konsedimentasiya inkişaflı Bəyimdağ-Təkçay, Sitalçay, Keşçay və
Şurabad paleoqalxımları yerləşirdi (şəkil 33).
Valanjin-ilk Apt geoloji vaxt intervalında Xəzəryanı-Quba
neftli-qazlı vilayətinin ərazisi, Tufan antiklinoriumu və Qusar-
Xaçmaz gömülmüş qalxımlar zonası istisna olmaqla, intensiv
çökməyə məruz qalır.
Yalama-Xudat zonasında yuyulma prosesi son Barremə qədər
davam edir. Bu zaman intervalında toplanan çöküntülər son
Turonqarşısı qırışıqlıq hərəkətlərinə məruz qalır.

195
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Son Turondan başlayaraq Təbaşir dövrünün sonuna qədər


Xəzəryanı-Quba rayonu ərazisində yerləşən strukturların əksəriyyəti
konsedimentasiya səciyyəli inkişafda olub. Təbaşir dövrünün sonu və
Paleogenin əvvəllərində tektonik hərəkətlərin aktivləşməsi baş verir.
Danimarka çöküntüləri Maastrixtdən alt Apta qədər çöküntülərin
üzərinə bucaq və azimut uyğunsuzluğu ilə yatır. Bu isə
Paleogenqabağı hərəkətlərin qırışıq əmələgətirmə xarakterli olduğunu
göstərir [92].
Üst Təbaşir çöküntüləri qalınlıqlarının paylanması, üst Turon
qırışıqlığından sonra Şahdağ-Xızı tektonik zonasında Santon-Danimarka
çöküntüləri ilə doldurulan Şahdağ, Qızılqaya, Buduq, Plutdağ,
Kelevudağ, Dağ Quşçu və s. sinklinal çökəkliklərin formalaşmasını
göstərir. Onlar da öz növbəsində üst Təbaşirin gilli süxurlarından
təşkil olunan ensiz antiklinallarla bir-birindən ayrılırlar (şəkil 33).
Üst Təbaşir epoxasında Tufan, Təngi-Beşbarmaq antiklinoriumları
və eləcə də Qusar-Xaçmaz gömülmüş qalxımlar zonası yuyulma
sahələri kimi qalmaqda davam edirlər. Xızı tektonik zonasının cənub-
şərq hissəsində Bəyimdağ-Təkçay, Sitalçay, Germian və Şurabad
antiklinal strukturları konsedimentasiya səciyyəli inkişafda olmuşlar.
Göstərilən strukturların tağ və qanadlarının tağa yaxın hissələrində
Paleogen çöküntüləri mövcud olmadığına görə onların Paleogenin
əvvəllərindəki struktur vəziyyətlərini müəyyənləşdirmək çətinlik
törədir. Strukturların şimal-şərq qanadları və cənub-şərq
periklinallarında Paleogen çöküntülərinin iştirakı, strukturların
Paleogenin əvvəlində şimal-qərb və cənub-şərq istiqamətlərində
uzandıqlarını və onların tağ hissələrinin alt Apt-Barrem yaşlı gillərdən
təşkil olunduğunu göstərir.
Paleogenqabağı qırışıqəmələgətirmə hərəkətləri daha çox üst
Təbaşir çöküntülərinin struktur quruluşuna təsir edir. Nəticədə üst

196
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Təbaşir çöküntüləri üzrə əksər strukturlar submeridional istiqamətdə


uzanırlar. Alt Təbaşir çöküntüləri üzrə isə strukturlar özlərinin şimal-
qərb-cənub-şərq istiqamətlərini saxlayırlar.

Şəkil 33. Üst Təbaşir çöküntülərinin qalınlıqlar xəritəsi.


1-izopaxitlər, 2-qırılmalar, 3-parametrik, axtarış və kəşfiyyat quyuları;
4- yuyulma sahələri.

197
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Alt Təbaşirin qumlu-gilli və karbonatlı-çatlı kollektorlarının


neft-qazlılıq perspektivliyi onların toplandıqları hövzələrin
paleotektonik və paleocoğrafi şəraitlərindən asılı olaraq dəyişir.
Terek-Xəzər hövzəsinin şimal-qərb və mərkəzi hissələrində
böyük qalınlığa malik olan və kifayət qədər dərində yatan alt Təbaşir
çöküntülərində zəngin neft-qaz yataqları mövcud olduğu halda,
çökəkliyin cənub-şərq hissəsinin cənub-qərb yamacında yerləşən
Cənubi Dağıstanın Şərq antiklinal zonasında yalnız Barrem və Apt
mərtəbələrinin az qalınlıqlı qumlu-gilli kollektorlarında kiçik ölçülü
neft-qaz yataqları aşkar edilib [88, 110].
Daha cənubda yerləşən Yalama-Xudat zonasında, qalınlığı
200-400 m arasında dəyişən üst Barrem, Apt və Albın gumlu-gilli
çöküntülərinin, münasib paleocoğrafi şəraitdə toplandıqlarına
baxmayaraq, paleotektonik şərait o qədər də əlverişli deyildi. Zonanın
qonşuluğunda da intensiv çökməyə məruz qalan və
karbohidrogenlərin əmələ gəlməsi üçün əlverişli dərin hövzələr
olmayıb. Ona görə də, bu çöküntülərin neft-qazlılıq perspektivliyi
yüksək qiymətləndirilmir.
Məlum olduğu kimi, Qusar-Tələbi və Xaçmaz-Ağzıbirçala
qalxımlarının qanad və periklinal hissələrində alt Təbaşir layları
pazlaşır və pazlaşma zonaları paleostruktur baxımından stratigrafik və
litoloji tipli tələlərin əmələ gəlmələri üçün əlverişli sahələr sayılır.
Qonşuluqda yerləşən Zeyxur, Dəvəçi və Alıç-Zeyvə çökəkliklərində
çöküntülərin pazlaşma zonalarında litostratiqrafik və tektonik
ekranlaşan tələlər mövcuddur. Onların perspektivliklərinə gəldikdə
isə, qeyd etmək lazımdır ki, Qusar-Tələbi qalxımının şimal-şərq
qanadının Zeyxur çökəkliyi, Xaçmaz-Ağzıbirçala qalxımının isə
Dəvəçi çökəkliyinin mərkəzinə doğru yönələn hissələrində yaranan
tələlər neft-qaz doyumluğu baxımından daha perspektivli obyektlər

198
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

sayılır [91, 92]. Qusar-Tələbi qalxımının cənub-qərb qanadında isə


alt Təbaşir çöküntülərinin perspektivliliyi Tələbi-Qaynarca antiklinal
zonasının cənub-qərb qanadından keçən böyük amplitudlu qırılıb-
düşmə pozğunluğunun əmələ gətirdiyi tektonik ekranlaşmış tələlərlə
əlaqədardır. Bu tələlər ensiz, lakin intensiv çökmə zonası olan Alıc-
Zeyvə qraben çökəkliyində generasiya olunan karbohidrogenlərlə
doldurula bilər. Çökəkliyin cənub-qərb yamacında yerləşən Siyəzən
dərinlik qırılması zonası və Təngi-Beşbarmaq antiklinoriumunda alt
Təbaşir çöküntüləri yer səthinə çıxdıqları üçün perspektivli
obyektlərə malik deyillər. Alt Təbaşir çöküntülərinin ümumi
qalınlığı 1000-3500 m arasında dəyişən Xızı tektonik zonasının
cənub-şərq hissəsinin mərkəzində yerləşən Bəyimdağ-Təkçay-
Sitalçay-Yaşma qalxımlar zonası rayonun ən mühüm paleostruktur
elemetləri olub, neft-qazlılıq baxımından daha münasib palecoğrafi
və paleotektonik şəraitdə yerləşir.
Paleocoğrafi və paleotektonik şərait Xızı tektonik zonasının
cənub-şərq hissəsində alt Təbaşir çöküntülərində kifayət qədər üzvi
maddələrin toplanması üçün münasib olub. Belə ki, burada Valanjin
mərtəbəsi çöküntülərində toplanan üzvi maddələrin miqdarının orta
hesabla 0,5-0,9%, Hoteriv və Barrem mərtəblərində müvafuiq olaraq
0,20-0,29 və 0,19-0,27% arasında dəyişməsi, çöküntülərdə
karbohidrogenlərin generasiyası üçün əlverişli geokimyəvi mühitin
olduğunu göstərir. Qalxım zonasının tağ və tağyanı sahələrində
qalınlıqları 2000 m-dən az olan alt Təbaşir çöküntüləri, şimal-qərb
periklinal istisna olmaqla, hər tərəfə 3500 m-ə qədər artır.
Bəyimdağ-Təkçay-Sitalçay tektonik zonasının şimal-şərq
qanadında toplanan üst Təbaşir və Paleogen-Miosen çöküntüləri
qalınlıqları 1000-1500 m arasında dəyişir. Bunları nəzərə alaraq,
perspektivli Valanjin-Hoteriv çöküntülərinin Miosenin sonunda 4000-

199
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

5000 m dərinliyə qədər gömüldüklərini və bu dərinliklərdə həmin


çöküntülərinin baş neft-qaz generasiya zonasında olduqlarını demək olar.
Göründüyü kimi, paleotektonik və paleostruktur şəraitlər
karbohidrogenlərin əmələgəlməsi və onların miqrasiya edərək
strukturların tağ hissələrinə yığılması üçün çox münasib olublar.
Çöküntülərin litofasial xüsusiyyətlərini və onların kollektorluq
xassələrini müəyyənləşdirən münasib paleocoğrafi şərait isə Valanjin,
Hoteriv əsrlərində və Barrem əsrinin əvvəllərində mövcud olub.
Toplanan böyük qalınlıqlı terrigen-karbonatlı, məsaməli-çatlı süxurların
üst Barrem-alt Alb yaşlı gillərlə örtülməsi konsedimentasiya səciyyəli
inkişafda olan paleostrukturlarda neft və qazın yığılıb saxlanılması
üçün əlverişli şərait yaradıb. Deyilənləri Təkçay antiklinalının cənub-
şərq periklinalında Valanjin mərtəbəsinin çatlı-məsaməli
kollektorlarından 3, 20, 21 və s. quyulardan və alt Barremin terrigen-
karbonatlı çöküntülərdən 7 saylı quyuda alınan sənaye əhəmiyyətli
neft və qaz-kondensat axımları sübut edir.
Sonrakı geoloji dövrlərdə baş verən qalxma və mövcud olan
qırılmaların aktivləşmə prosesləri yığılan karbohidrogenlərin tam və
ya qismən dağılmasına səbəb olub. Bəyimdağ antiklinalının tağ
hissəsində Valanjin, bəzi məlumatlara görə, hətta Berrias
çöküntülərinin 900 m yüksəkliyə qalxaraq yer səthinə çıxması
nəticəsində karbohidrogenlər tamamilə dağılıb, nisbətən gömülmüş
hissələrdə olanları isə infiltrasiya suları ilə yuyulmuşlar. Bunu Təkçay
strukturunun şimal-şərq qanadında qazılan quyulardan alınan böyük
hasilatlı suların geokimyəvi tərkibləri sübut edir.
Alt Təbaşirin üst Apt və Alb yaşlı çöküntülərinin neft-qazlılığı
qiymətləndirilərkən, onların gilli-qumlu süxurlarının dayaz dənizin
mütəhərrik paleotektonik və paleocoğrafi şəraitlərində toplandıqlarını
və bir çox hallarda linzavarı kollektorlara malik olduqlarını nəzərə

200
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

almaq lazımdır. Bu çöküntülər Beşbarmaq, Keşçay, Sitalçay, Yaşma


və Şurabad antiklinallarının yalnız qanad və periklinal hissələrində
iştirak edirlər [5, 110].
Şurabad qalxımının şimal-şərq qanadında Alb mərtəbəsinin
linzavari quruluşlu “Küllülü qumdaşıları”ndan bir sıra quyuda (4, 14
və s.) sənaye əhəmiyyətli neft, cənub-qərb qanadında isə 2, 8, 39 saylı
quyularda qaz (150 min.m3) alınıb. Hər iki halda neft-qaz yataqları çox
aktiv inkişafda olan və son dərəcə mürəkkəbləşən Şurabad strukturunda
yalnız qırılmalar sayəsində əmələ gələn tektonik ekranlaşan tələlərdə
qorunub saxlanılır. Strukturun qanadlarında “Küllülü qumdaşıları”
qalınlıqlarının və litoloji tərkiblərinin kəskin dəyişkənliyi neft və
qazlılıq konturlarının məhdudlaşmasına səbəb olub [38, 110].
Yuxarıda deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki,
Cənub-Şərqi Qafqazda alt Təbaşirin karbonatlı-terrigen çöküntülərində
üzvi maddələrin toplanması və onların karbohidrogenlərə çevrilməsi
üçün münasib paleocoğrafi və paleotektonik şəraitlər mövcud olub.
Bu cəhətdən Valanjin, Hoteriv mərtəbələrində və Barrem
mərtəbəsinin alt hissəsində karbonatlı-terrigen çöküntülərin çatlı-
məsaməli süxurları daha çox əhəmiyyət kəsb edir.
Üst Barrem və alt Aptın gilli çöküntüləri isə mövcud
karbohidrogen yataqlarının formalaşmasında izoləedici örtük rolunu
oynayıblar.
Üst Apt və Alb mərtəbəsinin qumlu-gilli horizontları, o
cümlədən “Küllülü qumdaşıları” isə yayılma sahələrinin məhdudluğu,
qalınlıqlarının azlığı və litofasial xüsusiyyətlərinin kəskin
dəyişkənliyi səbəbindən axtarış-kəşfiyyat işləri üçün mühüm
əhəmiyyət kəsb edən obyektlər sayıla bilməzlər.
Üst Təbaşir çöküntülərinin neft-qazlılıq perspektivliyini
paleotektonik cəhətdən qiymətləndirərkən qeyd etməliyik ki,

201
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Xəzəryanı-Quba neftli-qazlı rayonun Yalama-Xudat zonasında


antiklinal strukturların konsedimentasiya tipli inkişafı 100-200 m-dən
artıq olmayıb. Antiklinal strukturların cənub-qərb və şimal-şərqində
üst Təbaşirin qalınlığı 1000 m-ə çatan karbonatlı-terrigen çöküntüləri
ilə doldurulan paleoçökəkliklərlə əhatə olunmalarına baxmayaraq,
qazılan axtarış-kəşfiyyat quyularından sənaye əhəmiyyətli neft-qaz
axımları müşahidə olunmayıb.
Üst Təbaşir çöküntüləri Qərbi Qaynarca və Qaynarca
strukturlarında böyük dərinliklərdə yatdıqları üçün, qazılan axtarış
quyuları ilə açılmayıb. İstər paleotektonik, istərəsə də müasir struktur
vəziyyətlərinə görə bu strukturlar üst Təbaşir çöküntüləri üzrə
neftlilik baxımından müsbət sayılır.
Üst Təbaşir çöküntülərindən sənaye əhəmiyyətli neft axımları
alınan Siyəzən monoklinalının Zağlı-Zeyvə sahəsinin şimal-şərqində
yerləşən Alıç-Zeyvə çökəkliyinin Paleogen-Miosen vaxt intervalında
intensiv çökməsi üst Təbaşir çöküntülərində karbohidrogenlərin əmələ
gəlməsinə, onların monoklinal, eləcə də Qərbi Qaynarca və Qaynarca
antiklinalları istiqamətlərində miqrasiya etməsinə səbəb olub. Bu
cəhətdən Xəzər dənizi akvatoriyasına açılan Quba-Dəvəçi
çökəkliyinin də paleotektonik vəziyyəti əlverişli sayılır. Çökəkliyin
şimal yamacında (Xaçmaz-Ağzıbirçala qalxımının cənub-qərb
qanadında) üst Təbaşir çöküntülərinin pazlaşma zonalarında əmələ
gələn stratiqrafik tipli tələlər axtarış-kəşfiyyat işləri üçün perspektivli
obyektlər sayılırlar.

Kür dağarası çökəkliyi

Kür dağarası çökəkliyinə daxil olan Qanıx-Əyriçay və Aşağı


Kür çökəkliklərində Mezozoy çöküntüləri böyük dərinliklərdə
yatdıqları üçün, üst Yura və alt Təbaşir çöküntülərinin kontakt

202
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

xüsusiyyətləri haqda məlumat yoxdur. Kür çökəkliyinin mərkəzi


hissəsində əsas geotektonik element olan Kürdəmir-Saatlı qalxımı
Talış-Vəndam qravitasiya maksimumuna uyğun gəlir. Bu da Baykal
yaşlı özülün və onun üzərində yatan orta Yuranın vulkanogen
süxurlarının ətraf depressiyalara nisbətən xeyli yüksək səviyyədə
yerləşdiyini göstərir (şəkil 34).

Şəkil 34. Kür dağlararası çökəkliyi. Üst Yura və Təbaşir


dövrləri üzrə fasial-tektonik paleoprofillər.
A-Kiçik Qafqazın şimal-şərq yamacı; B-Yevlax-Ağcabədi çökəkliyi;
C-Saatlı-Göyçay zonası; D-Acınohur çökəkliyi; Böyük Qafqazın cənub
yamacı. 1-konqlomeratlar; 2-qumdaşıları; 3-alevritlər; 4-gillər;
5-mergellər; 6-əhəngdaşıları; 7-vulkanik süxurlar; 8-tufogen süxurlar.

203
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Qalxımlar zonasının Qaracalı, Sor-Sor, Carlı və Saatlı


sahələrində axtarış quyuları qazılsa da, üst Yura çöküntülərini yalnız
Saatlı sahəsində qazılan 1 saylı dərin quyuda açmaq mümkün olub.
Quyuda 3157-3529 m dərinliklərdə Kellovey, Oksfort və Kimeric
yaşlı, 2860-3157 m intervalda isə Barrem-Apt və Alb yaşlı, genetik
cəhətdən riflər qrupuna aid olan karbonatlı çöküntülər açılıb [28].
Göstərilən intervallardan süxur nümunələrinin bütün kəsiliş boyu tam
götürülmədiyindən burada Berrias, Valanjin və Hoteriv çöküntülərinin
iştirakı fauna ilə təsdiqlənmir.
Qaldırılan süxur nümunələrində yuyulma və aşınma əlamətlərinin
olmadığına görə Kürdəmir-Saatlı zonasının son Yura dövrünün
sonlarında yuyulma zonası olmasını deməyə imkan vermir. Buna
baxmayaraq, Kürdəmir-Saatlı zonasının Təbaşir dövrünün başlanğıcında,
Kür çökəkliyinin mərkəzində geniş ərazini tutan qalxım zonası
olduğunu söyləmək olar (bax: şəkil 28).
Bu deyilənlər Kürdəmir-Saatlı qalxımından şimal-qərbdə
yerləşən və ona nisbətən zəif əks olunan kiçik ölçülü Göyçay-
Mingəçevir və Qabırrı çayının aşağı və orta axınları ərazilərində
yerləşən Eldar və Saqaraco qalxımlarına da aid edilə bilər. Bu
qalxımlardan cənub-qərbdə yerləşən Qarayazı və Yevlax-Ağcabədi
depressiyalarında qazılan quyulardan heç birində üst Yura çöküntüləri
açılmadığı üçün, üst Yura və Təbaşir çöküntülərinin kontaktlarının
xarakteri və üst Yura çöküntülərinin Təbaşirqabağı qırışıqlığa məruz
qalmaları haqda fikir söyləmək çətindir [101].
Məlumdur ki, Kiçik Qafqazın şimal-şərq yamacında alt
Təbaşir çöküntülərinin (Alb mərtəbəsi müstəsna olmaqla) çox məhdud
yayılmaya malik olmaları fikri mövcud idi. Lakin son illərdə aparılan
tədqiqatlar nəticəsində, Alb mərtəbəsindən qədim çöküntülərin
Tovuzçay, Bazarçay və Qaraçay hövzələrindən başqa Sarıbaba,

204
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Ağdərə və Ağcakənd çökəkliklərində də mövcud olduğu müəyyən


edilib. Bundan başqa, Xocavənd çökəkliyində geniş yayılan və
əvvəllər üst Yuraya aid edilən vulkanogen çöküntülər, eləcə də
Ağdərə sinklinoriumunda (Xaçınçay hövzəsində) silikatlı-karbonatlı-
vulkanogen süxurlar faunistik və radioloji tədqiqatların nəticələrinə
əsasən alt Təbaşirin Barrem mərtəbəsinə aid edilib. Lakin Barrem
mərtəbəsi çöküntülərinin üst Yuranın hansı mərtəbəsi üzərinə yatdığı
və çöküntülərin arasında qeyri-uyğun yatımın varlığı müəyyən
edilməyib. Bu halı nəzərə alaraq, bəzi tədqiqatçılar üst Yura-alt
Təbaşir çöküntülərinə vahid kompleks şəklində baxaraq, bu
kompleksin orta Yuranın qraben-çökəkliklərini doldurduğunu
göstərirlər.
Çöküntülərin qalınlıqlarının paylanmasını öyrənməklə, Kiçik
Qafqazın şimal yamacının blok quruluşlu olduğunu və bu blokların
dərinlik qırılmaları ilə hüdudlanaraq Kür çökəkliyinə doğru davam
etdiyini demək olar.
Kür çökəkliyinin cənub yamacında belə bloklar Qazax,
Ağcakənd, Xocavənd paleoçökəkliklərin, Şəmkir, Murovdağ və
Ağdam paleoqalxımların əmələ gəlməsinə səbəb olub. Adı çəkilən
şimal-şərq istiqamətli paleotektonik vahidlər eyni istiqamətli dərinlik
qırılmaları ilə mürəkkəbləşiblər. Bu qırılmalardan biri Tərtər, digəri
isə Ağstafa çayları vadilərindən keçir.
Paleoqalxımlar Kür çökəkliyi istiqamətində gömülür, onların
arasında qalan paleoçökəkliklər isə göstərilən istiqamətdə açılaraq daha
böyük ölçülü Qarayazı və Yevlax-Ağcabədi çökəkliklərinə qovuşurlar.
Bu proseslərin baş verməsində isə, Kiçik Qafqazqarşısı qırılma üzrə
eyni adlı çökəkliyin Somxit-Ağdam qalxımlar zonasına nisbətən
qırılıb düşməsi səbəb olub. Bir sıra hallarda Kiçik Qafqazın şimal-
şərq istiqamətli qırılmaları da regional qırılma zonası ilə məhdudlaşır.

205
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Qeyd etmək lazımdır ki, təkcə Kiçik Qafqazqarşısı dərinlik


qırılması deyil, Ümumqafqaz istiqamətli – Kür, Şimali Acınohur,
Acıçay-Ələt dərinlik qırılmaları da Yura dövrünün sonu və Təbaşir
dövrünün əvvəllərində Azərbaycanın əsas paleotektonik vahidlərini
bir-birindən ayıran qırılmalar olmaqla, eninə istiqamətlənən
qırılmaların təsirlərini minimuma endirib.
Talış-Vəndam qravitasiya maksimumunun şərq yamacında
qravitasiya pilləsi şəklində təzahür edən bu qırılma zonası Aşağı Kür
çökəkliyini, geoloji quruluşuna görə ondan kəskin surətdə fərqlənən
Orta Kür çökəkliklər sistemindən, şimalda isə meridional istiqamətdə
davam edərək Girdiman çayı hövzəsində Şamaxı-Qobustan
çökəkliyini Qanıx-Əyriçay çökəkliyindən ayırır.
Yura dövrünün sonu və Təbaşir dövrünün əvvəllərində
mövcud olan paleotektonik şərait Azərbaycan ərazisinin gələcək
paleoquruluşunda əsas rol oynayır. Paleoqalxımlar relyefdə
yüksəkliklərin, paleoqraben-depressiyalar isə çökəkliklərin yaranmasına
səbəb olub. Daha çox çökməyə məruz qalan çökəkliklərdə
çöküntütoplanma prosesləri aramsız olaraq davam etdikləri halda,
paleoqalxımlar tez-tez yuyulma zonalarına çevrilirlər [101].
Yura dövrünün sonuncu reqressiyasının ardınca başlanan
Təbaşir dövrünün transqressiyası daha geniş ərazini tutur. Tədricən
genişlənən transqressiya Apt əsrinin birinci yarısında özünün
maksimal səviyyəsinə çatır.
Vəndam geoantiklinalından cənubda nəinki Neokom,
ümumiyyətlə, Təbaşir çöküntüləri haqqında faktiki material olmadığı
üçün, Böyük Qafqazın cənub yamacından Kür çökəkliyinin şimal
hissəsinə keçid zonasında mövcud olan paleocoğrafi şərait haqqında
qəti fikir söyləmək çətindir. Lakin paleotektonik mülahizələrə əsasən
Vəndam və Kür geoantiklinalları arasında yerləşən geniş və dərin

206
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

depressiyada terrigen-karbonatlı fliş çöküntülərinin toplanması üçün


əlverişli paleocoğrafi şəraitin olduğu güman edilir. Terrigen
çöküntülər adları çəkilən geoantiklinalların yuyulma məhsulu olduğu
üçün, çökəkliyin mərkəzinə doğru onların gil və karbonatlarla əvəz
ediləcəyi güman edilir.
Son Yura epoxasında formalaşan Kür geoantiklinalı ilk
Təbaşir epoxasında da Kür çökəkliyinin mərkəzi qalxımı olub.
Geoantiklinalın ən yüksək qalxımı Saatlı strukturunda qazılan 1 saylı
quyuda qalınlığı 700 m-ə çatan karbonatlı çöküntülərin alt hissəsində
Oksford-Kimeric yaşlı mərcan qalıqlarının tapılması və karbonatlı
çöküntülərin yuyulan səthi üzərinə Barrem-Alb yaşlı foraminifer və
nadir hallarda mərcan qalıqlarına malik əhəngdaşılarının yatması,
Saatlı qalxımının Titon-Hoteriv intervalında adaşəkilli yuyulma
zonası olduğunu göstərir.
Kür çökəkliyinin cənub yamacında yayılan üst Yura-alt
Təbaşir çöküntülərinin Kiçik Qafqazın mərkəzi hissəsində (Sarıbaba
çökəkliyi) intişar tapan və nisbətən dərin dəniz fasiyaları ilə
xarakterizə olunan çöküntülərlə müqayisəsi göstərir ki, Kür
çökəkliyinə açılan Ağdərə çökəkliyində dayaz dəniz-şelf, Xocavənd
çökəkliyində isə kontinental-laqun şərait mövcud olub.
Sonuncu şəraitin olması intensiv vulkan püskürmələri ilə
yanaşı, effuziv-piroklastik çöküntülərin toplanması zamanı duzların
çökməsi və Murovdağ yüksəkliyindən gətirilən bitki qalıqlarının
mövcudluğu ilə sübut olunur. Ağcakənd çökəkliyində laqun şəraitinin
olması isə gips və anhidrid duzlarının intensiv toplanması ilə izah
olunur [15, 88].
Xocavənd çökəkliyində toplanan terrigen-vulkanogen
çöküntülərin qalınlığı 1500 m-ə, Yevlax-Ağcabədi çökəkliyində isə
2000-2500 m-ə çatır. Vulkanogen süxurların kəsilişdə üstünlük təşkil

207
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

etməsi son Yura epoxasında olduğu kimi, ilk Təbaşir epoxasında da


Kiçik Qafqazqarşısı və Kür dərinlik qırılmaları üzərində yerləşən
vulkanların püskürmələrilə əlaqədardır.
Kür çökəkliyinin mərkəzi hissəsində yerləşən və hələ Yura
epoxasında formalaşan Kürdəmir-Saatlı, Göyçay-Mingəçevir, Eldar
və Saqareco qalxımları Qanıx-Əyriçay və Aşağı Kür çökəkliklərini,
cənubda yerləşən Yevlax-Ağcabədi və Qarayazı çöküntütoplanma
hövzələrindən ayırır.
Kiçik Qafqazın şimal yamacında yerləşən və Kür çökəkliyi
istiqamətində çökməyə məruz qalan geoantiklinal qalxımlar arasında
yerləşən və daha geniş əraziləri tutan Qazax, Ağcakənd və Ağdərə
çökəkliklərində Apt və Alb əsrlərində mühüm geotektonik və
paleocoğrafi dəyişikliklər baş verməsə də, çöküntütoplanma
hövzələrinin sərhədlərində müəyyən dəyişikliklər olur. Kür
geoantiklinalı zonasında dayaz dəniz şəraitində gilli-qumlu çöküntülər
toplanır. Burada Apt çöküntüləri Barrem üzərinə uyğun şəkildə yatdığı
halda, Kiçik Qafqazın şimal yamacında, Ağcakənd çökəkliyində
sahilyanı dayaz dəniz fasiyasında olan Apt çöküntüləri transqressiv
şəkildə Titon süxurları üzərinə yatır. Bu da Kiçik Qafqazqarşısı
çökəklikdə dənizin cənub istiqamətində transqressiyasının
genişləndiyini göstərir. Ağcakənd çökəkliyinə kobuddənəli terrigen və
gilli çöküntülər dağ çayları vasitəsilə çeşidlənmədən gətirilib [62].
Alb əsrində dəniz transqressiyasının genişlənməsi davam edir
və Apt əsrindən fərqli olaraq Kiçik Qafqazın şimal yamacında
çöküntütoplanma prosesi sualtı vulkanların püskürməsilə müşayiət
olunur. Bu zaman toplanan gilli-qumlu çöküntülər tuflu qumdaşı,
konqlomerat və qravelitlərlə növbələşirlər. Çöküntütoplanma prosesi
isə əvvəlki kimi əsasən Somxet-Ağdam qalxımının Kür çökəkliyi
hövzəsinə açılan körfəzşəkilli çökəkliklərində gedir. Allahverdi,

208
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Şəmkir, Murovdağ, Ağdam qalxımları isə dəniz səviyyəsindən


yüksəkdə olan yuyulma zonaları olub. Yüksəkliklərdən yuyulan
çöküntülər isə kiçik çaylarla Kiçik Qafqazqarşısı çöküntü hövzəsinə
gətirilib.
Senoman və Alb əsrlərində mövcud olan çökəkliklərin
paleotektonik və paleocoğrafi şəraitləri bir-birinə çox bənzəyir. Belə
ki, Alb əsrinin sonunda əksər qalxım zonaları bir qədər də
yüksəldiyindən, çökmə sahələrində dəniz geri çəkilir.
Böyük Qafqazın cənub yamacında tektonik hərəkətlərin
aktivliyinin kəskin artması nəticəsində Vəndam geoantiklinalının
qanad hissələrində və Zaqatala-Qovdağ çökəkliyi sərhədindəki qədim
dərinlik qırılmaları fəallaşır və yeniləri əmələ gəlir. Bunlar da öz
növbəsində vulkan püskürmələrinə səbəb olur.
Vəndam geoantiklinalının Yura yaşlı mərkəzi hissəsində
porfirit örtükləri konqlomeratlarla növbələşir. Bir qədər şimalda,
Duruca qalxımından cənubda yerləşən çökəklikdə isə tuflu qumdaşı,
tuf, tuffit, gilli-şist və qumlu əhəngdaşıları ilə növbələşməsindən
ibarət tufogen-çökmə mənşəli çöküntülər toplanır.
Analoji proses Lahıc çökəkliyində də mövcud olub. O Vəndam
və Duruca qalxımlarına nisbətən intensiv çökməyə məruz qalır.
Senoman əsrində vulkanların fəaliyyəti şərqdə, Girdiman çayı
hövzəsində güclənir.
Son Təbaşirin əvvəllərində başlayan və tez-tez reqressiyalarla
əvəz olunan dəniz transqressiyası epoxanın ortalarında maksimum
həddinə çataraq Kür çökəkliyinin bütün ərazisini tutur.
Senoman-Turon çöküntülərinin litofasial tərkibi göstərir ki, Kür
çökəkliyinin şimal hissəsində, Qanıx-Əyriçay depressiyası və Vəndam
zonasında dayaz dəniz şəraitində tufogen qarışıqları olan karbonatlı-
terrigen çöküntülər toplanır. Çöküntülərdə yayılan çaqıl, qayma,

209
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

əhəngdaşı və porfirit qaymaları aşınma zonasının şimalda olduğunu


göstərir. Kür çökəkliyinin mərkəzi hissəsində yerləşən Kürdəmir-Saatlı
qalxım zonasında Kampan-Maastrixt əhəngdaşılarının alt Təbaşir
çöküntüləri üzərinə qeyri-uyğun yatması göstərir ki, bu rayonda
adalardan ibarət kordilyer mövcud olub [101]. Kordilyerin Ləngəbiz-
Ələt qalxımlar zonasında da olması güman edilir.
Senonun əvvəlindən başlayaraq Kür çökəkliyi ərazisində
tektonik hərəkətlərin intensivliyinin kəskin artması nəticəsində qədim
qırılmaların aktivləşməsi ilə yanaşı yeniləri də yaranır.
Bu vaxtdan başlayaraq Kür çökəkliyinin əsas tektonik
elementləri formalaşmağa başlayırlar. Nəticədə çökəkliyin
paleocoğrafiyasında müəyyən dəyişikliklər baş verir (şəkil 35) və
vulkanların fəaliyyəti canlanır.
Üst Təbaşir çöküntüləri qalınlıqlarının paylanmasını izləməklə
Qafqaz istiqamətli bir sıra qalxım və çökəklikləri ayırmaq mümkün
olub (şəkil 36).
Daşyüz, Acıçay dərinlik qırılmaları və Vəndam qalxımı
arasında yerləşən Qanıx-Əyriçay çökəkliyində maksimal qalınlıqları
600-700 m-ə çatan Konyak-Santon yaşlı vulkanogen-çökmə süxurlar
toplanır. Cənubda yerləşən geoantiklinal zona isə yuyulma sahəsi
olduğundan, bu çöküntülər kəsilişdə iştirak etmirlər. Zonanın qərb
davamında - Kartli depressiyasında üst Təbaşir çöküntülərinin
qalınlığı cəmi 93 m-dir.
Ləngəbiz-Ələt dərinlik qırılması ilə CŞ Qafqazdan, Qərbi
Xəzər qırılması ilə isə Kürdəmir-Saatlı qalxımlar zonasından ayrılan
və geniş ərazini tutan Aşağı Kür çökəkliyində palçıq vulkanlarının
brekçiyalarından tapılan üst Təbaşir yaşlı pelitamorf əhəngdaşı, gil,
alevrit və qumdaşı qırıntıları göstərir ki, burada son Təbaşir
epoxasında karbonatlı-terrigen çöküntülər toplanıb [96, 98].

210
211
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Şəkil 35. Kür dağlararası çökəkliyi. Təbaşir çöküntülərinin səthinə görə struktur xəritə.
1-izopaxitlər; 2-qırılmalar; 3-seysmik mürəkkəb zonalar; 4-parametrik,
axtarış və kəşfiyyat quyuları; 5-struktur-xəritəalma quyuları.
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Qərbdə Qabırrı-Acınohur çökəkliyində Konyak-Santon vaxt


intervalında qalınlığı 1500 m-ə çatan vulkanogen süxurlar toplanır.
Onların da şimal istiqamətində tədricən çökmə süxurlarla əvəz
olunacağı güman edilir.
Çökəkliyin Kiçik Qafqaza söykənən yamacında alt Senonun
aşağı hissəsi liparit-porfiritlərlə təmsil olunur, üst hissəsində isə bu
turş maqma məhsulları tədricən tuflu brekçiya, konqlomerat və
qumdaşıları, eləcə də andezit-bazalt axımlarının növbələşməsi ilə əvəz
olunur.

Şəkil 36. Üst Təbaşir çöküntülərinin qalınlıqlar xəritəsi.


1-izopaxitlər, 2-parametrik, axtarış və kəşfiyyat
quyuları, 3-yuyulma sahələri.

Belə səciyyəli süxurlar Kür çayının sağ sahilində Şəmkir və


Xram qalxımları arasında yerləşən ərazidə də geniş yayılıb.

212
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Qabırrı-Acınohur çökəkliyində ilk Senonda baş verən intensiv


vulkanizm sözsüz ki, Kür, Ağstafa və Gəncə qırılmaları zonalarında
tektonik aktivliyin artması ilə əlaqədar olub. Ən böyük vulkanlar isə
dərinlik qırılmalarının kəsişdiyi sahələrdə yerləşir.
Orta Kür çökəklikliyini Aşağı Kür çökəkliyindən ayıran
Kürdəmir-Saatlı qalxımlar zonasının Sorsor, Carlı və Saatlı
sahələrində qazılan quyuların kəsilişində alt Senonun vulkanogen
süxurlarının iştirak etməməsi, göstərilən qalxımlar zonasının mərkəzi
hissəsinin yuyulma zonası olduğunu göstərir (bax: şəkil 34).
Qeyd etmək lazımdır ki, göstərilən sahələr ilk Senonda və bir
qədər sonra hipsometrik cəhətdən Kürdəmir–Saatlı qalxımlar
zonasının ən yüksək sahələri olduqlarına görə püskürmə materialları
son Senonqabağı transqressiya vaxtı da yuyula bilərdi. Bu zaman
hipsometrik cəhətdən nisbətən alçaq vəziyyətdə olan Qaracalı
sahəsində traxibazalt, andezit-bazalt tərkibli piroklastik axımların
növbələşməsindən ibarət vulkanogen süxurların yayılması, vulkan
fəaliyyətinin Kürdəmir-Saatlı qalxımlar zonasında daha geniş ərazini
tutduğunu və hipsometrik cəhətdən yüksək olan sahələrin sonradan
yuyulduğunu göstərən dəlil kimi qəbul oluna bilər.
Alt Senonun traxibazalt və andezit-bazalt tərkibli effuziv
süxurlarının Muradxanlı və Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq
yamacında yerləşən digər sahələrdə geniş yayılması, bu sahələrin
Kürdəmir-Saatlı zonasındakı sahələrə nisbətən istər tektonik, istərsə
də hipsometrik cəhətdən alçaqda olmasını göstərir.
Rayonun ən böyük vulkanı məhz Muradxanlı sahəsində
yerləşirdi. Muradxanlı vulkanının qalxımı mürəkkəbləşdirən uzanma
istiqamətli qırılmalarla əlaqədar olması, Kürdəmir-Saatlı qalxımlar
zonasından Yevlax-Ağcabədi çökəkliyinə keçid zonasında, göstərilən
tektonik vahidləri bir-birindən ayıran Kür dərinlik qırılması ilə yanaşı,

213
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

digər qırılmaların da mövcud olduğunu göstərir. Burada toplanan


effuziv süxurların qalınlığı 200 m-dən artıqdır. Çökəkliyin mərkəzinə
doğru onların tədricən çökmə mənşəli süxurlarla əvəz olunması
gözlənilir [53].
Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb yamacı da Cənubi
Kür dərinlik qırılması ilə Kiçik Qafqazın şimal-şərq qanadından
ayrılır. Sonuncu rayonda qalınlıqları çox da böyük olmayan üst
Təbaşir çöküntülərinin Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb
yamacında kəskin artaraq 1400-1600 m-ə çatması, Cənubi Kür
dərinlik qırılmasının və ona paralel istiqamətdə uzanan digər
regional qırılmaların çöküntütoplanma ilə eyni vaxtda inkişaf
etdiyini göstərir (bax:şəkil 36).
İlk və orta Yura epoxalarında əsası qoyulan çökəklik son
Təbaşir epoxasında vulkanogen-çökmə və karbonatlı-terrigen
çöküntülərlə doldurulan intensiv çökmə hövzəsi olub.
Üst Təbaşir çöküntüləri qalınlıqlarının paylanması və Təbaşir
çöküntüləri səthinə görə qurulan struktur xəritələrdən görsənir ki,
Yevlax-Ağcabədi çökəkliyi və ondan qərbdə yerləşən Qarayazı
çökəkliyinin cənub-qərb yamacında eninə zonalılıq kifayət qədər
kəskin əks olunur (bax: şəkil 31, 32). Belə ki, burada Kiçik Qafqazın
əksi istiqamətində yerləşən qalxımları bir-birindən ayıran Qazax,
Ağcakənd və Ağdərə çökəkliklərində qalınlıqları 1000-1500 m-ə
çatan çöküntülər toplanır. Bununla yanaşı Zəyəm, Dəllər,
Dəliməmmədli, Tərtər, Güllücə, Beyləqan qalxımlarının da
formalaşdığını və onların çöküntütoplanma prosesinə təsirini qeyd
etmək lazımdır.
Son Senonda Kür çökəkliyinin paleotektonik planı dəyişməsə
də, çöküntütoplanma prosesində ciddi dəyişikliklər baş verir.
Tektonik blokların bir-birinə nisbətən kontrast hərəkətləri kəskin

214
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

zəifləyir. Hələ Santon əsrinin sonlarında fəaliyyəti son dərəcə


zəifləyən vulkanizm prosesləri isə tamamilə dayanır.
Kampan əsrində dənizin geniş transqressiyası başlayır. Bunun
nəticəsində genişlənən və dərinləşən dənizin çox yerində qumlu gil
araqatları olan pelitamorf əhəngdaşları və mergellər çökürlər.
Kürdəmir-Saatlı qalxımlar zonasının bir sıra sahələrində Kampan
çöküntülərinin alt Senon və alt Təbaşirin vulkanogen-gilli çöküntüləri
üzərinə transqressiv şəkildə qeyri-uyğun yatdıqları müşahidə olunur.
Transqressiya zamanı Kiçik Qafqazın şimal ətəklərində olan
körfəzlər və Kür hövzəsini Göycə-Əkərə hövzəsi ilə birləşdirən
boğazlar genişlənir və nəticədə yuyulma sahələri xeyli azalır.
Məsələn, Ağstafa-Tovuz boğazının genişlənməsilə Şəmkir qalxımında
yuyulma sahəsi xeyli azalır.
Tərtər çayı hövzəsində Kampan çöküntülərinin açıq-ağ rəngli
pelitamorf və yazı təbaşirinə oxşar əhəngdaşılarından, eyni zamanda
az qalınlıqlı gillərdən ibarət olması, çöküntülərin toplandığı boğazda
dərin dəniz şəraitinin olmasını göstərir.
Kampan əsrində Xaçınçay-Ağdam və Beyləqan qalxımlarının
çox hissəsi su altında qalır. Birinci qalxımın qalığı olan kiçik ada
Ağdam və Xocavənd körfəzlərini bir-birindən ayırır. Qalxma
hərəkətləri nəticəsində yaranan reqressiya çox keçmədən Maastrixt
əsrində yeni transqressiya ilə əvəz olunur. Lakin bu transqressiya
nəticəsində dəniz Kampan əsrindəki sərhədlərinə çata bilmir.
Ağstafa-Tovuz körfəzi Maastrixt əsrində Kampan əsrindəkinə
nisbətən xeyli kiçilir, Şəmkir və Yuxarı Ağcakənd qalxımları isə
genişlənərək vahid qalxım şəklində birləşirlər. Tərtər boğazı da
əhəmiyyətli dərəcədə daralsa da cənubda Somxet-Ağdam və Kür
hövzələrini əlaqələndirməkdə davam edir. Ağdam qalxımı ensiz
yarımada şəklində cənub-şərq istiqamətində uzanaraq cənubda

215
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

yerləşən Xocavənd körfəzini hüdudlandırır. Göstərilən rayonlarda


Maastrixt əsrində az qalınlıqlı gil laycıqlarına malik nisbətən qumlu
pelitamorf əhəngdaşıları çökür. Onların qalınlıqları 100-400 m
arasında dəyişir.
Yevlax-Ağcabədi çökəkliyinin mərkəzi hissəsinə doğru
əhəngdaşılarının qalınlığı tədricən artır və litoloji cəhətdən onları
Kampan və üst Santon çöküntülərindən fərqləndirmək çətinləşir.
Ümumi qalınlığı 1000 m-ə çatan əhəngdaşıları arasında mergel və az
qalınlıqlı gil laycıqları da iştirak edir.
Son Təbaşir transqressiyası Kampan əsrində öz maksimum
dərəcəsinə çatır. Kiçik Qafqazda əvvəllər mövcud olan adaların
əksəriyyəti su altında qalır. Belə şəraitdə kimyəvi və biogen yollarla
əmələ gələn karbonatların çökməsi üçün əlverişli şərait yaranır.
Arazyanı çökəklikdə də, Kiçik Qafqazın əksər rayonlarında
olduğu kimi, Kampan-Maastrixt vaxtı pelitamorf və bəzən də qumlu
əhəngdaşıları çökür. Çökəkliyin kənar hissələrində isə Maastrixt əsrində
əhəngdaşıları kobuddənəli terrigen çöküntülərlə əvəz olunur [101].
Kür dağlararası çökəkliyində, karbohidrogenlərin generasiyası
hövzəsi kimi, əmələ gələn neft-qaz miqrasiya edərək, mövcud olan
antiklinal qalxımlarda və çöküntülərin pazlaşma zonalarında struktur
və litoloji-stratiqrafik yataqlar əmələ gətirirlər.

Yevlax-Ağcabədi çökəkliyi
Yevlax-Ağcabədi çökəkliyi Kiçik Qafqazqarşısı monoklinaldan
ibarət olub, cənub-qərb yamacı zəif əks olunan struktur çıxıntı və
hemisinklinallarla mürəkkəbləşib. Struktur çıxıntılar Murovdağ və
Ağdam antiklinoriumlarının, hemisinklinallar isə Ağcakənd və
Ağdərə sinklinoriumlarının cənub-şərq davamında yerləşirlər.
Çökəkliyin şimal-şərq yamacı isə geoloji quruluşuna görə cənub-
216
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

qərbdəkindən xeyli dərəcədə fərqlənir. Bu yamac nisbətən az mailli,


geniş ölçülü monoklinalı xatırladır [66].
Yevlax-Ağcabədi cökəkliyində Mezozoy kompleksi Yura-alt
Təbaşir yaşlı vulkonogen-terrigen və üst Təbaşirin vulkanogen-
karbonatlı süxurlarından təşkil olunub.
Alt Təbaşir və Yura çöküntüləri Kürdəmir-Saatlı gömülmüş
qalxımlar zonasının Saatlı qalxımında qazılan ÇD–1 saylı quyuda
açılıb və əsasən vulkanogen çöküntülərdən ibarətdir. Yevlax-
Ağcabədi çökəkliyinin cənub-qərb qanadının cənub-şərq hissəsində
yerləşən Beyləqan sahəsində qazılan quyularda da alt Təbaşir
çöküntüləri vulkanogen süxurlardan ibarətdir.
Vulkanogen süxurlar üst Təbaşirin kəsilişində də üstünlük
(Santona qədər) təşkil edir. Üst Santon–Maastrixt intervalı isə, əsasən
karbonatlı süxurlardan təşkil olunub.
Karbohidrogenlərin əmələ gəlməsi və toplanması üçün daha
əlverişli olan karbonatlı çöküntülərin qalınlığı hövzənin şimal-qərb
hissəsində (Borsunlu 1- saylı quyu) 750 m-ə, cənub-qərbində
(Ağcabədi rayonunda) 800 m-ə çatır. Üst Təbaşirin karbonatlı
çöküntülərinin minimal qalınlığı (50-200 m) Muradxanlı-Zərdab
antiklinal zonasında və onlardan şimal-qərbdə yerləşən Əmirarx
qalxımında qeydə alınıb.
Yevlax-Ağcabədi çökəkliyi, Qabırrı-Acınohur çökəkliyindən
vulkanogen çöküntülərlə təmsil olunan Şəmkir qalxımının şimal-şərq
batımı ilə, cənub-şərqdə isə Talışqarşısı çökəklikdən Biləsuvar
qalxımı ilə ayrılır.
Mezozoy erasının sonu Paleogenin əvvəllərində baş verən
yuyulma prosesində üst Təbaşirin karbonatlı çöküntüləri hövzənin
kənar hissələri və qalxım zonalarında qismən, Muradxanlı, Güllücə,
Dəliməmmədli strukturların tağ hissələrində isə tamamilə yuyulublar [53].

217
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Üst Təbaşir çöküntüləri səthinin Eosenin sonunda paleostruktur


vəziyyəti Mezozoy neftli-qazlı kompleksinin ilk və orta Paleogen
ərzində əhəmiyyətli dəyişikliklərə uğradığını göstərir (şəkil 37). Bu
dövrdə Yevlax-Ağcabədi çökəkliyinin şimal-qərb hissəsində
meridional istiqamətli Naftalan-Gödəkboz qalxımı əmələ gəlir.

Şəkil 37 . Mezozoy çöküntüləri səthinin Eosenin


sonunda paleostruktur vəziyyəti.
1-izopaxitlər; 2- parametrik, axtarış və kəşfiyyat quyuları;
3-qırılmalar; 4-çöküntülərin pazlaşma sərhədi.

Təbaşir çöküntülərinin 400-600 m dərinliklərdə yerləşən bu


qalxım zonası hələ son Təbaşirdə mövcud olan Borsunlu və şərqdə

218
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

yerləşən Bərdə depressiyalarını ayırır. Depressiyalarda üst Təbaşir


çöküntüləri müvafiq olaraq 1400 və 1800 m-ə qədər dərinliyə
gömülüb.
Daha böyük ölçülü Ağcabədi çökəkliyində də Təbaşir
çöküntülərinin eyni dərəcədə çökməyə məruz qaldığı güman edilir.
Cənub-şərqdə Araz çayı vadisində qapanan depressiya Cəfərli və
Xudafərin-Bəhmənli rayonlarında körfəzvarı depressiyalar əmələ
gətirir. Körfəzlərdə üst Təbaşir çöküntüləri 400-1000 m dərinlikdə
yatır.
Çökəkliyin şimal-şərq yamacında çox inkişaf edən Muradxanlı
qalxımının tağ hissəsi ilk və orta Paleogen vaxtı yuyulma sahəsi olub.
Burada üst Təbaşirin vulkanogen süxurları yer səthinə çıxaraq
aşınmaya məruz qalır. Qonşuluqda yerləşən Zərdab antiklinalında isə
üst Təbaşirin az qalınlıqlı karbonatlı, böyük qalınlıqlı tufogen və
vulkanogen çöküntüləri 200 m dərinliyə gömülürlər (şəkil 38).

Şəkil 38. Zərdab-Muradxanlı-Qaralı istiqamətində geoloji profil.

İstər Muradxanlı, istərsə də Zərdab antiklinalları en


istiqamətində kəskin asimmetrik quruluşa malikdirlər. Bu

219
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

strukturların Eosenin sonunda çox kiçik bucaq altında yatan ensiz


şimal-şərq qanadları çox dayaz çökəkliklərlə Kürdəmir-Saatlı
qalxımlar zonasının cənub-qərb qanadından ayrılır.
Bu quruluş Zərdab və Əmirarx strukturları arasında yerləşən 28-
30 km uzunluğu olan sahədə üst Təbaşirin Eosen çöküntülərinin
pazlaşma zonasından cənub-qərbdə monoklinal şəkildə 1000-1200 m-ə
qədər çökməsi ilə əvəz olunur. Əmirarx sahəsinin özündə isə 300 m-lik
qapalı izogipslə xarakterizə olunan paleostruktur, Zərdab sahəsində
olduğu kimi, pazlaşma sahəsindən dayaz və enli sinklinal çökəkliklə
ayrılır (bax: şəkil 37).
Yevlax-Ağcabədi çöküntütoplanma hövzəsinin cənub-qərb
yamacında Eosenin sonunda üst Təbaşir çöküntülərinin əsas
paleostruktur elementləri olan Beyləqan, Sovetlər, Ağcabədi, Güllücə,
Qazanbulaq, Dəliməmmədli və s. qalxımlar daha çox əks olunur.
Cənub-qərb yamacın mərkəzi və şimal-qərb hissəsində yerləşən
paleostrukturlarda üst Təbaşir çöküntüləri 200-300 m dərinlikdə,
cənub-şərqdə ayrılan Ağcabədi, Beyləqan, Sovetlər və s.
paleostrukturlarda isə 600-1200 m dərinlikdə yatır. Bu da göstərilən
rayonların Paleosen, Eosen ərzində daha intensiv çökməyə məruz
qaldığını göstərir [88] (şəkil 39).
Oliqosen-ilk Miosen (Maykop) vaxtı Yevlax-Ağcabədi
hövzəsində çökmə prosesi daha da sürətlənir. Maykop əsrinin sonunda
hövzənin mərkəzində yerləşən Yevlax və Ağcabədi depressiyalarında
üst Təbaşir çöküntüləri 3800-4000 m dərinliyə qədər gömülür və
depressiyalar çökəkliyin oxu istiqamətdə miqrasiya edərək, bir-birinə
yaxınlaşır (şəkil 40).
Çökmə prosesi Yevlax və Borsunlu depressiyasını ayıran
Naftalan-Gödəkboz meridional qalxım zonasını da əhatə edir. Burada

220
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

üst Təbaşir çöküntülərinin hipsometrik səviyyəsi 2000-2500 m-ə


qədər enir.

Şəkil 39. Ağcabədi-Ağgöl-Sovetlər istiqamətində geoloji profil.

Hövzənin şimal-şərq yamacında yuyulma zonası olan


Muradxanlı qalxımının tağ hissəsi də qalınlığı 250-400 m arasında
dəyişən üst Maykop çöküntüləri ilə örtülür (bax: şəkil 38). Daha
sürətlə çökən Zərdab antiklinalında üst Təbaşir çöküntülərinin
paleostrukturu 900-1200 m izohipslə hüdudlanır. Şimal-qərbdə
yerləşən Əmirarx antiklinalı da təxminən Zərdab antiklinalı
səviyyəsindədir (şəkil 41). Bu strukturlar, Eosenin sonunda olduqları
kimi, asimmetrik quruluşlu olub, Maykop çöküntülərinin pazlaşma
zonasından ensiz, lakin daha dərin sinklinal çökəkliklə ayrılır
(bax:şəkil 37, şəkil 40).
Yevlax-Ağcabədi hövzəsinin cənub-qərb yamacında yerləşən
strukturların əksəriyyəti daha aydın şəkildə əks olunub. Öz
asimmetrik quruluşunu qoruyub saxlayan üst Təbaşir çöküntülərinin
Maykop əsrinin sonunda olan paleostrukturları ən azı hər 200 m-dən
keçirilən bir qapalı izohipslə xarakterizə olunur. Hövzənin cənub-qərb
221
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

yamacının cənub-şərq hissəsində yerləşən Cənubi Beyləqan, Ağcabədi


və Sovetlər paleostrukturlarında qapalı izohipslər müvafiq olaraq 400,
1200 və 2400 m təşkil edir (şəkil 40).

Şəkil 40. Mezozoy çöküntüləri səthinin Maykopun


sonunda paleostruktur vəziyyəti.
1-izopaxitlər; 2-parametrik, axtarış və kəşfiyyat quyuları; 3-qırılmalar.

Cənub-qərb yamacın ən yüksək hissəsində yerləşən Güllücə


strukturu da 400 m-lik izohipslə xarakterizə olunur. Şimal-qərb
istiqamətində 1800 m-lik izohipslə qapanan Qazanbulaq paleostrukturu
cənub-qərbdə dərinliyi 100 m olan asimmetrik yəhərlə Kiçik
Qafqazqarşısı monoklinaldan ayrıldığı halda, qonşuluqda yerləşən
Acıdərə, Sarıyaldağ və Əliuşağı sahələri yalnız kiçik struktur çıxıntılar
şəklində regional monoklinalın quruluşunu bir qədər mürəkkəbləşdirir.

222
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Şəkil 41. Tərtər-Bərdə-Əmirarx istiqamətində geoloji profil.

Üst Təbaşir çöküntüləri səthinin Miosenin sonundakı


paleostruktur vəziyyətində Maykop əsrinin sonuna nisbətən ciddi
dəyişikliklər baş vermir. Əvvəlki kimi Yevlax və Ağcabədi
depressiyaları ən intensiv çökmə zonaları olur və üst Təbaşir
çöküntüləri 5000 m dərinliyə gömülürlər (şəkil 42).
Naftalan-Gödəkboz qalxımları əvvəlki uzanma istiqamətini və
yatma dərinliklərini (2000-2500 m) saxlayırlar. Qalxım zonasından
qərbdə yerləşən Borsunlu çökəkliyində isə enmə prosesi bir qədər artır
və üst Təbaşir çöküntüləri 3200-3400 m-ə qədər gömülürlər (şəkil 43).
Hövzənin en istiqamətində mövcud olan asimmetrik quruluşu
Miosen vaxtı bir qədər də artır. Şimal-şərq yamacda daha çox sahə, o
cümlədən Kürdəmir-Saatlı gömülmüş qalxımlar zonasına aid olan
strukturlar da çökmə prosesinə məruz qalırlar. Cənub-qərb yamacda
yerləşən strukturların əksəriyyəti isə Miosen dənizləri səviyyəsindən
yüksəkdə yerləşən yuyulma zonaları olublar. Yalnız Miosen
çöküntülərinin pazlaşma zonasından şimal-şərqdə yerləşən Sovetlər
strukturu Maykop əsrinin sonuna nisbətən daha 600 m dərinliyə
gömülür (bax: şəkil 39).
223
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Zərdab-Muradxanlı zonasında yerləşən strukturlarda üst Təbaşir


çöküntüləri səthinin enməsi artaraq Muradxanlı qalxımının tağ
hissəsində 800 m-ə, Zərdab qalxımının tağ hissəsində isə 2000 m-ə
çatır. Əmirarx sahəsində mövcud olan struktur terras isə 2200 m-ə
qədər dərinliyə enir (şəkil 42).

Şəkil 42. Mezozoy çöküntüləri səthinin Miosenin


sonunda paleostruktur vəziyyəti.
1-izopaxitlər; 2- parametrik, axtarış və kəşfiyyat quyuları;
3-qırılmalar; 4-çöküntülərin pazlaşma sərhədi.

Mezozoy kompleksinin neft-qazlılığını qiymətləndirirkən, ilk


növbədə qeyd etmək lazımdır ki, Cənubi Qafqaz massivinin qalığı
olan Kür geoantiklinalı Yura dövründə vulkanogen komplekslərdən

224
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

ibarət olduğu üçün neft-qazlılıq baxımından perspektivsiz rayon


sayılır.
Sedimentasiya hövzələrində karbohidrogenlərin əmələ gəlməsi
üçün daha əlverişli şərait üst Təbaşir çöküntülərinin toplandığı vaxt
olub. Bu çöküntülər regional neftli-qazlı olmaqla yanaşı, bəzi
sahələrdə sənaye əhəmiyyətli neft-qazlılığa malikdirlər.

Şəkil 43. Dəliməmmədli-Borsunlu-Gödəkboz istiqamətində


geoloji profil.

Mezozoy çöküntülərində karbohidrogenlərin toplanması və


onların qorunub saxlanılmasını təmin edən örtük layları mövcud olub.
Üst Təbaşir çöküntüləri üçün belə örtük Paleosen-alt Eosen və əsasən
Maykopun gilli çöküntüləridir. Regionda qırışıqların əksəriyyəti üst
Təbaşir və Paleogen dövrlərində konsedimentasiya xüsusiyyətli
inkişafda olmuşlar. Məhz bu strukturlar, süxurlarda əmələ gələn və
lateral miqrasiyaya məruz qalan karbohidrogenlərin yığılması üçün
əlverişli tələlər olmuşlar. Bununla yanaşı, singenetik neftli-qazlı
çöküntülərin pazlaşma zonalarında yaranan stratiqrafik tələlər də neft-
qazlılıq cəhətcə əhəmiyyət kəsb edir [102].
Yevlax-Acabədi hövzəsində əsas neftli-qazlı komplekslər
Mezozoy və Paleogen-Miosen yaşlıdır. Bu komplekslərin
225
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

paleostruktur inkişaf tarixini izləmək, neft-qazın kütləvi


generasiyasının başlanması vaxtının, miqrasiya istiqamətlərinin
müəyyən edilməsi, neft-qaz yataqlarının formalaşması və qorunub
saxlanılması baxımından böyük əhəmiyyət kəsb edir.
Yevlax-Ağcabədi çökəkliyinin üst Təbaşir çöküntülərinin
Santona qədərki hissəsi perspektivsiz sayılır. Kəsilişin üst hissəsi isə
karbohidrogenlərin əmələ gəlməsi üçün əlverişli paleotektonik və
paleocoğrafi şəraitlərdə toplanıb.
Burada çöküntülərin qalınlığı çökəkliyin mərkəzinə doğru
tədricən artaraq 700-800 m-ə çatan, mergel araqatları ilə növbələşən
pelitamorf əhəngdaşılarından ibarətdir. Bu baxımdan Maastrixt
mərtəbəsi çöküntüləri daha böyük əhəmiyyət kəsb edir. Üst Təbaşir
çöküntülərinin 5000 m-dən artıq dərinliyə gömülməsi, çöküntülərdə
karbohidrogenlərin generasiyası üçün lazım olan termobarik şəraitin
mövcud olduğunu göstərir [102].
Yevlax-Ağcabədi çökəkliyinin neft-qazlılıq cəhətcə daha
perspektivli sayılan şimal-şərq yamacında Mezozoyun səthi Eosenin
sonunda nisbətən az mailli monoklinalı xatırladır (bax: şəkil 37).
Burada üst Təbaşir çöküntüləri 4000-5000 m dərinliklərdə yatır.
Monoklinalın qalxım hissələrində Eosen, Maykop və Miosen
çöküntüləri şimal-şərq istiqamətdə pazlaşır.
Maksimal qalınlıq qeyd olunan Borsunlu və Ağcabədi
depressiyaları neft-qaz generasiya, minimal qalınlıqla seçilən
karbonatlı çöküntülərin yayıldığı Muradxanlı-Zərdab və Əmirarx
sahələri isə karbohidrogenlərin toplanma zonaları olublar.
Üst Təbaşirin yuyulmuş səthi üzərinə qeyri-uyğun yatan
Paleogenin gilli çöküntüləri ilə örtüldüyü sahələrdə üst Təbaşirin istər
karbonatlı, istərsə də vulkanogen çöküntülərində stratiqrafik tipli
tələlərin əmələ gəlməsi üçün əlverişli paleogeoloji, monoklinalın

226
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

cənub-şərq hissəsində isə paleostrukturlar (Muradxanlı, Zərdab,


Əmirarx) mövcud olub. Strukturlar 200, 300 m-lik qapalı izohipslərlə
haşiyələnirlər. Asimmetrik quruluşlu strukturların daha dik cənub-
qərb qanadları neft və qazın miqrasiyası istiqamətində yerləşdikləri
üçün, daha böyük perspektivli sayılır. Çökəkliyin bu yamacında
Zərdabdan Əmirarxa qədər olan 40 km-lik məsafədə seysmik
kəşfiyyat üsulları ilə qapalı strukturlar aşkar edilməyib.
Seysmik kəşfiyyat məlumatlarına görə monoklinal quruluşa
malik olan bu sahədə üst Təbaşir çöküntüləri 4000-5000 m dərinlikdə
yatır. Monoklinalın qalxım hissələrində Eosen, Maykop və Miosen
çöküntülərinin ardıcıl olaraq şimal-şərq istiqamətində pazlaşır. Üst
Təbaşirin yuyulmuş səthi üzərinə qeyri-uyğun yatan Paleogen yaşlı
gilli çöküntülərlə örtüldüyü sahələrdə Təbaşirin karbonatlı və
vulkanogen çöküntülərində stratiqrafik tipli tələlərin əmələ gəlməsi
üçün əlverişli paleogeoloji şərait mövcud olub.
Çökəkliyin şimal-şərq yamacının şimal-qərb hissəsində son
Təbaşir-ilk Paleogen epoxalarında Qarxun-Əmirarx tektonik zonası
şimal-şərqdən sinklinal çökəkliklə Şıxlar-Ucar qalxımlar zonasından
ayrılırdı. Belə olan təqdirdə, Şıxlar-Ucar qalxımlar zonasında üst
Təbaşir çöküntülərində stratiqrafik tipli tələlərinin varlığını güman
etmək olar.
Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb yamacında üst
Təbaşir çöküntüləri 200-300 m-dən 3000-4000 m-ə qədər dərinlikdə
qeyd olunur. Böyük dərinliklərdə generasiya olunan karbohidrogenlər
çökəkliyin yamacı ilə cənub-qərb istiqamətində miqrasiya edərkən
mövcud strukturlar neft-qazın toplanması üçün əlverişli tələlər
olmuşdur. Bununla yanaşı, regional qırılmalar karbohidrogenlərin
dağılmasına səbəb olsalar da, bəzi hallarda tektonik ekranlaşmış
tələlərin əmələ gəlməsinə şərait yaradıblar.

227
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Yevlax-Ağcabədi çökəkliyinin perspektivli sahələrindən biri


də, üst Təbaşir çöküntülərinin 3500-5000 m dərinliklərdə yatdığı
cənub-şərq sentriklinalıdır. Mezozoy çöküntüləri səthi üzrə
hesablanan temperaturların hövzənin mərkəzi hissəsində 150-1700C-ə
çatması, Mezozoy çöküntülərinin qazəmələgəlmə, şimal-şərq
yamacında 80-1200C olması baş neftəmələgəlmə, cənub-qərb
yamacında isə 60-700C-ə qədər azalması, infiltrasiya zonalarında
olduğunu göstərir.
Yevlax-Ağcabədi çökəkliyində Mezozoy çöküntü kompleksində
karbohidrogenlərin əmələ gəlməsi üçün ən əlverişli şərait üst
Təbaşirin Maastrixt əsrində olub. Onların toplanaraq yataq əmələ
gətirmələri üçün isə ən münasib paleostruktur şərait karbonatlı
çöküntülərin pazlaşma zonalarında və daha çox inkişaf edən antiklinal
strukturların tağ hissələrində yaranan struktur və litostratiqrafik
tələlərdə mövcud olmuşdur.

Qabırrı-Acınohur hövzəsi

Qabırrı-Acınohur hövzəsi Yevlax-Ağcabədi hövzəsindən


Qafqazəksi Paleozoy yaşlı Şəmkir qalxımının şimal-şərq batımı ilə
ayrılıb. Üst Təbaşir epoxasında hövzənin cənub-qərb sərhədi Samxet-
Ağdam antiklinoriumu, şimal-şərq sərhədi isə Gürcüstan ərazisində
yerləşən Eldar və Saqareco gömülmüş qalxımları olub. Şimal-qərbdə
Acar-Trialet qırışıqlıq sisteminə qədər davam edən, cənub-şərqdə isə
Acınohur çökəkliyini əhatə edən hövzə daxilində son Təbaşirin
əvvəllərində vulkanogen, daha sonra tufogen və epoxanın ikinci
yarısında isə son Santondan başlayaraq əhəngdaşı və mergellərdən
ibarət karbonatlı çöküntülər toplanıb.
Qabırrı-Acınohur çökəkliyində Konyak, Santon əsrlərində
qalınlığı 1500 m-ə çatan vulkanogen süxurlar toplanır. Bu süxurların
228
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

şimal istiqamətində tədricən çökmə süxurlarla əvəz olunması güman


edilir. Çökəkliyin Kiçik Qafqaza söykənən yamacında alt Senonun alt
hissəsi traxiliparit və liparitli porfiritlərdən təşkil olunub. Alt Senonun
üst hissəsində isə turş maqma məhsulları tədricən tuflu brekçiya, tuflu
konqlomerat, tuflu qumdaşı və andezit-bazalt növbələşməsi ilə əvəz
olunur. Bu tipli süxurlar Kür çayının sağ sahilində, Şəmkir və Xram
qalxımları arasındakı ərazidə də geniş yayılıb. Qabırrı-Acınohur
çökəkliyində ilk Senonda baş verən intensiv vulkanizm Kür, Ağstafa
və Gəncə qırılmaları zonalarında tektonik aktivliyin artması ilə
əlaqədar olub [85, 94].
Hövzənin cənub-qərb hissəsində Kür çayı ilə Kiçik Qafqaz
qırışıqlıq sistemi arasında yerləşən Tovuz-Qazax, Xatınlı, Dəllər-
Tovuz istiqamətində uzanan depressiya daxilində toplanan karbonatlı
çöküntülərin qalınlıqları 400 m-dən artıqdır.
Kür və Qabırrı çayları arasında isə karbonatlı çöküntülərin
qalınlıqları tədricən 100-50 m-ə qədər azalır. Belə paleotektonik
şəraitdə çökən üst Təbaşirin karbonatlı çöküntüləri sonrakı geoloji
dövrlərdə mürəkkəb paleotektonik və paleostruktur dəyişikliklərə
məruz qalaraq müasir struktur vəziyyəti alıblar.
Maastrixt əsrində Ağstafa-Tovuz körfəzi Kampan əsrindəkinə
nisbətən xeyli kiçilir. Şəmkir və Yuxarı Ağcakənd qalxımları isə
genişlənərək vahid qalxım şəklində birləşirlər. Hövzənin regional
monoklinal quruluşlu cənub-qərb yamacında üst Təbaşir çöküntüləri
şimal-şərq istiqamətində 500 m-dən 3500-4000 m dərinliyə qədər
gömülür. Hövzənin bu yamacı bir sıra qalxım, struktur çıxıntı
(Tərsdəllər, Palantökən, Məmmədli, Əlimərdanlı, Ağstafa, Cahandar,
Molladağ və s.) və terraslarla mürəkkəbləşir. Mezozoy çöküntüləri
səthinin Eosenin sonuna olan paleostruktur vəziyyətindən görünür ki,
üst Təbaşir çöküntüləri şimal-şərq istiqamətində gömülən monoklinal

229
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

quruluşa malikdir (şəkil 44). Lakin, monoklinal quruluş Məmmədtəpə


və Tərsdəllər sahələrində nisbətən böyük, başqa sahələrdə isə kiçik
struktur çıxıntılarla mürəkkəbləşərək 1000-1200 m dərinliyə qədər
gömülürlər.
Maykop əsrinin sonunda hövzənin cənub-qərb yamacının
şimal-qərb hissəsində çökmə prosesi intensivləşdiyi üçün monoklinal
daha dik yatım alır. Ona görə də, Məmmədtəpə struktur çıxıntısı daha
zəif əks olunur.
Cənub-şərqdə Tərsdəllər və Gürzündağ sahələrində yerləşən
strukturlar isə, konsedimentasiya səciyyəli inkişafda olduqları üçün
üst Təbaşir çöküntüləri 1000-2000 m-dən dərinə enir və burada
paleostrukturlar daha aydın əks olunurlar.

Şəkil 44. Mezozoy çöküntüləri səthinin Eosenin


sonunda paleostruktur vəziyyəti.
1-izopaxitlər; 2- parametrik, axtarış və kəşfiyyat quyuları;
3-qırılmalar; 4-çöküntülərin pazlaşma sərhədi.

230
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Mezozoy çöküntüləri səthinin Maykopun sonuna olan


paleostruktur vəziyyətindən görünür ki, Maykop əsrində baş verən
intensiv çökmə nəticəsində hövzənin cənub-qərb yamacında üst
Təbaşir çöküntüləri səthinin şimal-şərq istiqamətində hipsometrik
səviyyə fərqi 1000 m-dən artıqdır. Sacdağ və Gürzündağ sahələrində
üst Təbaşir çöküntüləri 2800-3000 m dərinlikdə yatır (şəkil 45).

Şəkil 45. Mezozoy çöküntüləri səthinin Maykopun


sonunda paleostruktur vəziyyəti.
1-izopaxitlər; 2- parametrik,axtarış və kəşfiyyat quyuları;
3-qırılmalar; 4-çöküntülərin pazlaşma sərhədi.

Belə paleohipsometrik dərinliklər Tərsdəllərdən cənub-şərqdə


də mövcud olub. Bu iki körfəzvarı depressiyalar arasında yerləşən
Tərsdəllər sahəsində Eosenin sonunda 400 m dərinlikdə yerləşən
231
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

qapalı paleostruktur 800 m-lik izohipslə hüdudlanan struktur terras ilə


əks olur və şimal-şərq istiqamətində 2000-2500 m dərinliyə qədər
gömülür.
Hövzənin cənub-qərb yamacının şimal-şərq istiqamətində
çökməsi və prosesin Miosen dövründə sürətlənməsi üst Təbaşir
çöküntüləri səthinin paleohipsometrik səviyyəsinin 1400-1600 m-dən
(çöküntülərinin pazlaşma zonasında) 5000-5500 m-ə qədər enməsinə
və əvvəllər mövcud olan qalxımların daha zəif əks olunmasına səbəb
olur. Ən yaxşı əks olunan Tərsdəllər qalxımında üst Təbaşir
çöküntülərinin səthi şimal-şərq istiqamətində 1000 m-dən 3000 m-ə
qədər dərinliyə enir. Şimal-qərbdə isə zəif əks olunan Qıraq
Kəsəmən struktur çıxıntısında üst Təbaşir çöküntüləri səthinin
hipsometrik səviyyəsinin 2000 m-dən 3800 m-ə qədər endiyi
müşahidə olunur (şəkil 46).
İlk və son Pliosen vaxtı Qabırrı-Acınohur hövzəsinin mərkəzi
hissəsində çökmə prosesi davam edir. Bu zaman toplanan
çöküntülərin qalınlıqları 1200 m-ə çatır. Bu da üst Təbaşir
çöküntülərinin daha böyük (6000-6500 m) dərinliyə enməsini göstərir.
Bu vaxt mövcud olan struktur çıxıntıların əks olunma dərəcəsi bir
qədər də zəifləyir.
Ağcagilqabağı və Ağcagil əsrində tektonik hərəkətlər
nəticəsində Kaxeti-Daşyüz və Çatma qalxım zonaları, Qanıx, Cənubi
Kaxeti və Ceyrançöl depressiya zonaları əmələ gəlir. Struktur plan
Abşeron əsrində demək olar ki, dəyişikliyə uğramır, tektonik
hərəkətlərin intensivliyi daha da artır. Depressiya zonalarında
Abşeron çöküntüləri qalınlıqlarının 1800-2000 m-ə çatması, qalxım
zonalarında isə 200 m-ə qədər azalması bunu təsdiqləyir [88].
Abşeron əsrinin sonunda başlayan tektonik hərəkətlər qalxma
və qırışıq əmələgətirmə xarakterli olmaqla yanaşı, bir sıra üstəgəlmə

232
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

pozğunluqlarının yaranmasına səbəb olur. Bu pozğunluqların böyük


əksəriyyəti və onların qalxmış qanadları üzərində formalaşan
antiklinal qalxımlar Maykop lay dəstəsinin plastik gillərində
söndükləri üçün, üst Təbaşir çöküntülərinin struktur quruluşuna təsir
etmir.

Şəkil 46. Mezozoy çöküntüləri səthinin Miosenin


sonunda paleostruktur vəziyyəti.
1- izopaxitlər; 2- parametrik, axtarış və kəşfiyyat quyuları;
3 - qırılmalar; 4 - çöküntülərin pazlaşma sərhədi.

Sedimentasiya hövzələrində Mezozoy çöküntü kompleksində


karbohidrogenlərin əmələ gəlməsi üçün daha əlverişli şərait üst
Təbaşir çöküntülərinin toplandığı vaxt olmuşdur.
Qabırrı-Acınohur hövzəsində neft-qazlılıq perspektivliyi üst
Təbaşir və Eosen çöküntüləri ilə əlaqədardır. Üst Təbaşir çöküntüləri
kəsilişinin alt hissəsi əsasən vulkanogen və tufogen süxurlardan ibarət
233
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

olduğu üçün neft-qazlılıq baxımından perspektivli sayılmır. Qabırrı-


Acınohur çökəkliklərində karbohidrogenlərin əmələ gəlməsi üçün ən
əlverişli şərait isə əsasən çatlı, pelitamorf əhəngdaşı və mergellərdən
təşkil olunan üst Təbaşirin Turon, üst Santon - Maastrixt əsrlərində
olub.
Karbohidrogenlərin əmələ gəlməsi, həm də onların toplanaraq
yataq əmələ gətirmələri üçün münasib paleostruktur şərait karbonatlı
çöküntülərin pazlaşma zonaları və daha çox inkişaf edən antiklinal
strukturların tağ hissələrində yaranan struktur və litostratiqrafik
tələlərdə mövcud olub. Bu çöküntülər regional neftli-qazlı olmaqla
bərabər bəzi sahələrdə sənaye əhəmiyyətli neft-qazlılığa da
malikdirlər [85. 104].
Yevlax-Ağcabədi çökəkliyində olduğu kimi, burada da
Mezozoy çöküntülərində karbohidrogenlərin toplanması və onların
qorunub saxlanılmasını təmin edə biləcək regional yayılan örtük
layları mövcud olub. Üst Təbaşir çöküntüləri üçün belə örtük
Paleosen-alt Eosen və əsasən Maykopun gilli süxurlarıdır. Burada
qırışıqların əksəriyyəti üst Təbaşir və Paleogen dövrlərində
konsedimentasiyalı inkişafda olmuşlar. Bunun nəticəsində, bu
dövrlərdə çökən süxurlarda əmələ gələn və lateral miqrasiyaya
məruz qalan karbohidrogenlərin yığılması üçün əlverişli tələlər var idi.
Singenetik neftli-qazlı çöküntülərin pazlaşma zonalarında yaranan
stratiqrafik tələlər də neft-qazlılıq baxımından əhəmiyyət kəsb edir.
Kür çayı vadisindən cənubda üst Təbaşirin karbonatlı
çöküntüləri yer səthinə çıxdıqları və infiltrasiya suları ilə yuyulduqları
üçün perspektivsiz sayılır.
Kür və Qabırrı çayları arasındakı ərazidə isə, bu çöküntülər
böyük qalınlıqlı Paleogen və qismən də Miosen çöküntülərilə
örtülərək infiltirasiya proseslərindən mühafizə olunub.

234
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Kür və Qabırrı çayları arasında üst Təbaşir çöküntüləri


səthində hesablanan temperaturların 70-150ºC arasında olması,
çöküntülərin əsasən baş neftəmələgəlmə zonasında olduğunu, kəsilişin
aşağı hissələrinin isə baş qazəmələgəlmə zonasına daxil olduğunu
göstərir.
Qabırrı-Acınohur çökəkliyində üst Təbaşirin karbonatlı
çöküntülərinin yatma dərinlikləri, temperatur rejimi və çöküntülərin
paleocoğrafi şəraitləri baxımından, münasib paleostruktur şərait Kür-
Qabırrı çaylararası ərazinin şimal-qərbində Sacdağ-Dəmirtəpə,
Udabno-Cahandar, cənub-şərqində isə monoklinal istiqamətində
uzanan qırılmaların struktur çıxıntıları kəsdiyi Eldar-Gürzündağ-
Tərsdəllər zonasında mövcud olub. Bu sahələrdə üst Təbaşirin
karbonatlı-çatlı kollektorları ilə əlaqədar tektonik və bəzi sahələrdə
isə litoloji ekranlaşan yataqların yaranması ehtimal olunur.
Qabırrı-Acınohur hövzəsinin cənub-qərb yamacında üst
Təbaşir və Eosen çöküntüləri üzrə o qədər də əlverişli paleostruktur
şərait olmayıb.

Talışqarşısı (Cəlilabad) hövzəsi

Talışqarşısı çöküntütoplanma hövzəsində Təbaşir çöküntüləri


böyük qalınlıqlı Kaynozoy çöküntü qatı ilə örtülüb. Lakin, Əlburs
sisteminin şimal-qərb batımında, Talışın cənubunda Dəşti-Muğanın
Ərdəbildən şimalda yerləşən hissələrində yer səthinə çıxan, Uzuntəpə
qalxımında qazılan quyuda açılan üst Təbaşir çöküntüləri litofasial
xüsusiyyətlərinə görə qalınlığı 1000 m-ə çatan açıq-boz, boz rəngli gil
və mergellərdən ibarətdir (şəkil 47).
Talış ərazisində bu çöküntülər alt hissədə vulkanogen
süxurlarla növbələşən karbonatlı çöküntülər də ola bilər. Son Təbaşir
epoxasında Talış çöküntütoplanma hövzəsi böyük ərazini tutaraq,
235
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

şimal-qərbdə Kiçik Qafqazqarşısı, qərbdə isə Təbriz çöküntü


hövzələri ilə əlaqəsi olub.

Şəkil 47. Üst Təbaşir çöküntülərinin litofasial


və qalınlıqlar xəritəsi.
1-izopaxitlər; 2-karbonatlı-terrigen çöküntülər; 3-meqa
tektonik strukturların sərhədi.

236
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Təbaşir dövrünün sonunda Talış çökəkliyi ensizləşərək


dayazlaşır. Danimarka-üst Paleosen yaşlı, qalınlığı 1400 m olan çökmə-
tufogen mənşəli çöküntülərin bazal konqlomeratlı, brekçiyaşəkilli
Kampan-Maastrixtin əhəngdaşıları üzərinə transqressiv yatması,
Təbaşirdən Paleogenə keçid zamanı Talış çökəkliyində qalxma
hərəkətlərinin üstün olduğunu və bunun da nəticəsində hövzədə
çöküntü toplanma prosesində fasilə yarandığını göstərir [33].
Lənkəran mümkün neftli-qazlı rayonunda Mezozoy
çöküntülərindən bu günə məlumat olmadığından onun geoloji inkişaf
tarixi və neft-qazlılığı haqqında fikir söyləmək mümkün deyil.
Təbaşir çöküntülərinin Kürdəmir-Saatlı qalxımlar zonasının cənub-
şərq davamında yerləşən Uzuntəpə antiklinalının quruluşunda iştirakı,
burada qazılmış 8 saylı quyuda mikrofauna əsasında təsdiq edilib.
Quyuda 3010-3015 m intervalında alt Təbaşirin xarakterik
mikrofaunaya malik boz və açıq-boz rəngli mergelləri açılıb.
Üst Təbaşir çöküntülərini örtən Paleosen-Eosen çöküntülərinin
isə tuflu qumdaşı, tuffit və andezit-bazaltlardan ibarət olması rayonda
üst Təbaşir çöküntülərində karbohidrogen yataqlarının əmələ
gəlməsinə mənfi təsir edən amil hesab edilməlidir.

İrəvan-Ordubad hövzəsi

Naxçıvan mümkün neftli-qazlı rayonu və ya İrəvan-Ordubad


çökəkliyində son Təbaşir epoxasında toplanan, qalınlığı 1800-2000 m-ə
çatan çöküntülərin litoloji tərkibi göstərir ki, çöküntü hövzəsinə terrigen
material şimalda və cənubda - İran ərazisində yerləşən ara-sıra
vulkanların fəaliyyət göstərdiyi yuyulma zonalarından gətirilib (şəkil 48).
İrəvan-Ordubad çökəkliyində ilk Turonda baş verən qısa
müddətli reqressiyadan sonra son Turon əsrinin sonu, Konyak əsrinin
əvvəllərində vulkanogen proseslər güclənir və bu prosesin məhsulu
237
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

olan süxurlar hövzə dibinə yayılaraq hətta bəzi sahələrdə adalar əmələ
gəlməsinə də səbəb olurlar.

Şəkil 48. Üst Təbaşir çöküntülərinin litofasial və qalınlıqlar xəritəsi.


1- izopaxitlər; 2- yuyulma sahələri; 3-qırılmalar;
4-karbonatlı-terrigen çöküntülər; 5- çöküntülərin pazlaşma sərhədi.

Son Konyak-Santon vaxtı dəniz transqressiyası genişlənməkdə


davam edir, İrəvan-Ordubad və Cənubi Qafqazın dəniz hövzələri
birləşirlər. Kiçik Qafqazın qalxan geoantiklinal zonaları arxipelaq
adaları şəklində yuyulma zonaları olurlar. Bu zaman Arazyanı
çökəklikdə əsasən mergelli əhəngdaşı və qumdaşı araqatları olan
mavi-boz rəngli əhəngdaşıları çökür.

238
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Son Təbaşir transqressiyası Kampan əsrində öz maksimal


həddinə çatır. Kiçik Qafqazda əvvəllər mövcud olan adaların
əksəriyyəti su altında qalır. Belə bir şəraitdə kimyəvi və biogen yollarla
əmələ gələn karbonatların çökməsi üçün əlverişli şərait yaranır.
Arazyanı çökəklikdə də, Kiçik Qafqazın əksər rayonlarında olduğu
kimi, Kampan-Maastrixt vaxtı pelitamorf və bəzən də qumlu
əhəngdaşıları çökür. Çökəkliyin kənar hissələrində isə Maastrixt əsrində
əhəngdaşıları kobuddənəli terrigen çöküntülərlə əvəz olunur [124].
Maastrixt əsrinin sonunda əmələ gələn Dərələyəz eninə qalxım
zonasının əmələ gəlməsi ilə əlaqədar olaraq, Ordubad və İrəvan
hövzələri arasında əlaqə kəsilir.
Naxçıvan Muxtar Respublikası ərazisində Mezozoy
çöküntüləri kəsilişində neft-qazlılıq cəhətcə ən perspektivli üst
Təbaşir çöküntüləri sayıla bilər. Ümumi qalınlığı 2000-2200 m-ə
çatan terrigen-karbonatlı üst Təbaşir çöküntülərinin toplanması
zamanı əlverişli paleotektonik və paleocoğrafi şərait mövcud olub. Bu
cəhətdən ən çox Turon və Maastrixt çöküntüləri maraq kəsb edir.

3.3. Kaynozoy çöküntü hövzələri

3.3.1. Paleogen dövrü

Xəzəryanı-Quba və Dibrar hövzəsi


(Qusar-Dəvəçi və Xızı neftli-qazlı rayonları)

Qusar-Dəvəçi və Xızı neftli-qazlı rayonlarında Kaynozoy


kompleksi çöküntüləri geniş ərazidə yayılıb. Bu çöküntülər yerüstü
çıxışlar və eləcə də qazılan quyulardan götürülən süxur nümunələri
vasitəsilə kifayət qədər öyrənilib. Kaynozoy eratemin Paleogen
sisteminə Paleosen, Eosen və Oliqosen stratiqrafik vahidləri daxildir.

239
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Cənub-Şərqi Qafqazda Təbaşir dövrünün sonu və Paleogenin


əvvəllərində tektonik hərəkətlərin aktivləşməsi nəticəsində qalxma
proseslərinin güclənməsi ilə əlaqədar olaraq dənizin reqressiyası baş
verir. Paleogen çöküntüləri Maastrixt-Apt çöküntüləri üzərinə bucaq
və azimut uyğunsuzluqları ilə yatır [84, 107].
Paleosen dövrünün Danimarka çöküntülərinin Maastrixt
mərtəbəsi çöküntülərinə nisbətən daha çox terrigen xarakterli olması
və kəsilişdə əhəngdaşılarının əsasən mergellərlə əvəz olunması
hövzənin dayazlaşdığını göstərir. Bu zaman Cənubi Dağıstanın
dənizkənarı hissəsində geniş ərazi quru sahəsinə çevrilir və cənubda
Muqrin-Qusar qalxımlar zonasında yerləşən yuyulma sahəsi bir qədər
də genişlənir. Yuyulma sahələri arasında yerləşən Cənubi Dağıstan
çökəkliyində, onun cənub-şərq hissəsi olan Yalama-Xudat zonasında
əhəngdaşı və mergellərdən ibarət çöküntülər toplanır.
Danimarka mərtəbəsi çöküntüləri kəsilişində kobuddənəli
terrigen çöküntülərin iştirak etməsi, yuyulma sahələrinin genişlənməsinin
şaquli tektonik hərəkətlərə görə deyil, dəniz səviyyəsinin aşağı
düşməsi nəticəsində baş verdiyini göstərir. Yalama-Xudat zonasında
çökən karbonatlı süxurların qalınlığı 100 m-dən az olduğu halda,
çökəkliyin mərkəzi hissəsində, Cənubi Dağıstanın Rubas çayının orta
axınında çöküntülərin qalınlığı 300 m-ə qədər artır.
Dəniz səviyyəsinin aşağı düşməsi rayonun paleocoğrafi
vəziyyətində bir sıra dəyişikliklərə səbəb olur. Qusar, Sudur, Şahdağ
və Tufan tektonik zonaları birləşərək geniş ərazini tutan yuyulma
sahəsinə çevrilirlər. Təngi kordilyeri Şabrançay ilə Gilgilçay arasında
yerləşən adalarla birlikdə ensiz yarımada təşkil edir. Cənub-şərqdəki
Beşbarmaq kordilyeri isə ada vəziyyətində qalmaqda davam edir.
Təngi və Beşbarmaq tektonik qalxımlarının şimal-şərq qanadlarında
Danimarka çöküntülərinin nadir hallarda az qalınlıqlı, əhəngli,

240
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

narındənəli qumdaşı laycıqları olan mergellərdən ibarət olması, bu


antiklinal zonada da qalxma hərəkətlərinin zəif olduğunu göstərir.
Çox güman ki, şimal istiqamətində çöküntülərin gillilik dərəcəsi bir
qədər də artır.
Təngi-Beşbarmaq və Germian kordilyerləri arasında isə qum
və qumdaşı araqatları olan gilli çöküntülərin toplanması, Xızı
zonasında tektonik hərəkətlərin daha aktiv olmasını və qalxım
zonalarının intensiv aşınmaya məruz qaldığını göstərir.
Xızı zonasının cənub-şərqində Danimarka çöküntüləri
kəsilişində qumdaşı və əhəngdaşı layları qalınlığının artması və
çöküntülərin Bəyimdağ-Təkcay, Sitalçay qalxımlarının tağ
hissələrində pazlaşması, göstərilən qalxımların da yuyulma zonaları
olduqlarını deməyə əsas verir (bax: şəkil 25, 30).
Germian qalxımından cənubda Danimarka çöküntülərinin daha
çox gilli fasiyada olması, Dibrar çökəkliyində dərin dəniz şəraitinin
olduğunu göstərir. Çökəkliyin cənub-şərq hissəsində İlxıdağ və
Yunusdağ antiklinallarının kəsilişlərində qumdaşı, alevrit və bəzən də
qravelit araqatlarının olması, göstərilən qalxımlarda tektonik
aktivliyin mövcud olduğunu təsdiqləyir.
Danimarka çöküntülərinin litofasiya və qalınlıqlarının
paylanması qanunauyğunluqları, Paleogen dövrünün əvvəllərində
Azərbaycanın çöküntü hövzələrinin Təbaşir və son Yura dövrünün
paleotektonik şəraitinin bir çox xüsusiyyətlərini saxlamalarını
göstərir.
Paleosen-Eosen vaxtı Cənubi Dağıstanda dəniz şərq
istiqamətində genişlənir və Şərqi Dağıstan antiklinal zonasına
müvafiq gələn böyük ölçülü adanın çox hissəsi dəniz suları ilə örtülür.
Burada yalnız Xoşmənzil və Dağ-Oqni antiklinal strukturların tağ
hissələri kiçik adalar şəklində qalır.

241
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Cənubi Dağıstan ərazisinin çox hissəsində Danimarka


mərtəbəsinin əhəngdaşılarının üst Paleosen-Eosen yaşlı mergellərlə
əvəz olunması dənizin dərinləşməsinə dəlalət edir. Bu çökəkliyin
cənub-şərq hissəsində, Yalama-Xudat zonasında kəsilişdə mergellərlə
yanaşı qumdaşı və gillərin də iştirak etməsi, hövzənin bu hissəsinə
terrigen materialın daha çox gətirildiyini və Xudat strukturunun tağ
hissəsinin isə, bu zaman yuyulma zonası olduğunu göstərir.
Cənub-şərqdə yerləşən Ağzıbirçala qalxımında orta Yuranın
qumdaşı və argillitlərdən ibarət çöküntüləri üzərinə Pont gillərinin
çökməsi, Ağzıbirçala qalxımının Yalama-Xudat zonasının cənubda
yerləşən Quba-Dəvəçi çökəkliyi üçün terrigen çöküntü mənbəyi
olmasını göstərir (bax: şəkil 28).
Ağzıbirçala qalxımının şimal-qərbində yerləşən Qusar
yuyulma zonası ilə əlaqəsi haqqında qəti fikir söyləmək çətindir.
Qusar yuyulma zonası əvvəlki kimi böyük yarımada şəklində Cənubi
Dağıstan çökəkliyini Quba-Dəvəçi körfəzvari çökəkliyindən ayırırdı.
Bu yarımada qərbdə Tufan-Şahdağ quru ərazisi ilə birləşirdi.
Nisbətən cənub-şərqdə yerləşən və Tufan-Şahdağ yuyulma
zonası ilə birləşən Təngi-Beşbarmaq zonası isə ensiz yarımada
şəklində uzanaraq Xızı çöküntütoplanma hövzəsini şimaldan
hüdudlandırırdı. Təngi-Beşbarmaq yarımadasının intensiv qalxmaya
məruz qalması nəticəsində yarımadanın şimal və cənub sahillərində
dayaz dəniz şəraitində konqlomerat araqatlarına malik qumdaşı və
gillər çökür [84, 107].
Xızı zonasında Paleosen çöküntüləri (Sumqayıt lay dəstəsi)
yalnız zonanın qərbində Buduq sinklinalında, şərqində isə Yaşma
muldasında toplanır. Buduq sinklinalında Paleosen çöküntüləri
Danimarka çöküntülərindən qırmızı rəngli olması və tərkibində dəmir
və manqanın karbonatlı birləşmələrinin iştirakı ilə fərqlənir. Burada

242
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

üst Paleosen çöküntüləri kəsilişində qumdaşı və konqlomeratların


iştirakı, son Paleosenqabağı yuyulma prosesinin olmasını və
konqlomeratların Şahdağ zonasından gətirildiyini göstərir.
Yaşma muldasında alt Paleosenin qırmızı-qonur rəngli
karbonatlı gilləri Santon-alt Kampanın Yunusdağ lay dəstəsi
çöküntüləri üzərinə transqressiv şəkildə yatır. Şimal-qərbdə Sitalçay
qalxımının cənub-şərq periklinalında isə Paleosen çöküntülərinin Apt-
Barrem çöküntüləri üzərinə qeyri-uyğun yatımı müşahidə olunur. Bu
hal və eləcə də Cənub-Şərqi Qafqazın bir çox sahələrində aparılan
struktur-axtarış qazıması nəticələri göstərir ki, Paleosen əsrində
burada struktur-tektoniki dəyişikliklər baş verib və çöküntütoplanma
prosesinə təsir edən paleocoğrafi dəyişikliklərə səbəb olub.
Dibrar çökəkliyində üst Paleosen çöküntülərinin şimalda
yerləşən Ənbizlər muldasında yerüstü çıxışlarında qum, qumdaşı və
alevrolit laycıqlarının cənub istiqamətində pazlaşaraq qırmızı rəngli
yeknəsək gillərlə əvəz olunması, çökəkliyin şimal-şərqində yuyulma
zonasının olduğunu göstərir. Yuyulma zonasının Alataş qalxımı
olması inandırıcı görünür. Xaltan-Xızı qalxımında da yuyulma
zonasının olması güman edilir [107].
Paleosen layları üzərinə transqressiv yatan Eosen çöküntüləri
daha geniş sahədə yayılıblar. Bu vaxt Cənub-Şərqi Qafqazın mərkəzi
hissəsinin qalxması və sahilyanı zonanın çökməsi intensivləşir.
Tektonik aktivləşmə nəticəsində Paleosen çöküntülərinin səthi
yuyulur və alt Eosen çöküntülərilə qeyri-uyğun şəkildə örtülür. Bu hal
Giləzi burnundan Kürkeçidağ qalxımına qədər uzanan sahədə təsadüf
edilir. Eosen çöküntülərinin az qalınlıqlı, tək-tək rast gəlinən
narındənəli qumdaşı araqatları olan gillərdən ibarət olması, Eosen
dənizinin qısa müddət ərzində dərinləşməsi submeridional istiqamətdə
Xəzər çökəkliyində baş verən enmə prosesilə əlaqədar olub (şəkil 49).

243
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Şəkil 49. Eosen çöküntülərinin litofasial və qalınlıqlar xəritəsi.


1- yuyulma sahələri; 2- sahilyanı-dayaz dəniz qumlu-gilli fasiya (gillər,
qumlar, qumdaşıları); 3- dayaz dəniz karbonatlı-terrigen fasiya (qumlar,
gillər, qumdaşıları, mergellər); 4- nisbətən dərin dəniz- gilli-mergelli
fasiya (gil, mergel); 6- litofasial zonaların sərhədləri; 7- izopaxit xətləri.

Eosenin sonu və Oliqosenin əvvəllərində Cənub-Şərqi Qafqaz


ərazisində qalxma prosesi güclənir. Beşbarmaq kordilyerində üst
Eosen çöküntüləri yuyulmaya məruz qalırlar. Alt Oliqosenin Xadum

244
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

horizontu üst Eosen çöküntüləri üzərinə transqressiv şəkildə yatır.


Cənubi Dağıstanın Acınohur gölü rayonunda və Xoşmənzil
qalxımında Xadumqabağı yuyulma Paleosen və Maastrixt
çöküntülərini əhatə edir.
Xadum horizontu çöküntüləri çökən zaman dəniz
transqressiyasının nisbətən genişlənməsi nəticəsində Beşbarmaq
kordilyerində quru ərazisi ensizləşir. Ensiz yarımada şəklində
Şahdağdan Beşbarmağa qədər uzanan kordilyerin şimal-şərq
yamacında Yura, Təbaşir və Paleogenin alt horizontlarının süxur
parçalarından təşkil olunan konqlomerat və kobuddənəli qumdaşıları
toplanır. Giləzi burnunda Xadum horizontunda kobuddənəli qumlu
çöküntülərin olmamağı, yuyulma zonasının Beşbarmaq kordilyerindən
cənub-şərqə təsir etmədiyini göstərir. Burada, Cənubi Dağıstanın
Acınohur gölü rayonunda olduğu kimi, əhəngli gillər çöküb. Orta
Oliqosendə paleocoğrafi şərait Xadum əsrindəkindən o qədər də
fərqlənmir. Fasial cəhətdən dəyişiklik kəsilişin daha çox gilli və
gillərin karbonatsız olmasında özünü büruzə verir.
Cənubi Dağıstan ərazisində az qalınlığa malik alt Maykop
çöküntülərində qumdaşı, gilli qumlardan ibarət aralayların olması,
Buduq, Qazmaqrız muldalarında və Şimali Qobustanda isə bu
çöküntülərin iştirak etməməsi, həmin dövrdə Cənub-Şərqi Qafqazın
böyük sahəsinin yuyulma zonası olduğunu göstərir.
İlk Maykopun sonunda baş verən reqressiya son Maykopun
əvvəllərində dənizin geniş transqressiyası ilə əvəz olunur. Xəzəryanı-
Quba rayonunda genişlənən dəniz şimal-qərbdə Tahirçalçay rayonuna
qədər çatır. Siyəzən monoklinalının Zeyvə-Alıç sahəsində alt və üst
Maykop çöküntülərinin təmas zonasında brekçiya qatının olması,
sahədə ilk Maykop dövründə formasiya daxilində qırışıqlıq
proseslərinin mövcud olduğunu deməyə əsas verir.

245
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Qusar-Xaçmaz gömülmüş qalxımlar zonası və Ağzıbirçala


qalxımında, Təbaşir və üst Paleogen çöküntüləri kimi, Maykop
çöküntüləri də iştirak etmir. Çox güman ki, Maykop əsrində göstərilən
rayonlarda dayaz dəniz şəraitində az qalınlıqlı gil və qumlar çökərək
Sarmatqabağı yuyulma nəticəsində yox olublar [80].
Göstərilən qalxımlardan şimalda yerləşən Yalama-Xudat
sahəsində, yuyulma zonalarından uzaqda tünd-boz rəngli və qaraya
çalan gillər çöküb. Cənubi Dağıstanın sahilyanı rayonlarında isə
gillərin daxilindəki alevrit, qum və qumdaşı aralaycıqların iştirakı
cənub-qərbdə yerləşən yuyulma sahəsinin şimal-şərq istiqamətində
genişləndiyini göstərir (şəkil 50).
Cənub-Şərqi Qafqazda gedən paleotektonik proseslər Siyəzən
və Qaynar-Zəngi dərinlik qırılmaları arasında yerləşən geniş ərazinin
intensiv qalxmasına səbəb olub. Ərazidə dayaz dəniz şəraitinin
mövcudluğu şirinsu şəraitində yaşayan fauna nümunələrinin olması ilə
təsdiqlənir.
Cənub-Şərqi Qafqazda qalxma prosesləri, qırışıqəmələgəlmə
proseslərilə müşayiət olunur. Bu da Ümumqafqaz istiqamətli qalxım
və çökəkliklərin əmələ gəlməsilə yanaşı, bəzi sahələrdə Qafqazəksi
istiqamətli qalxma və çökmə zonalarınin da əmələ gəlməsinə səbəb
olub. Bu vaxt maksimal enməyə Qusar-Dəvəçi çökəkliyi məruz qalır.
Göründüyü kimi, Paleogen vaxtı Xəzəryanı-Quba NQR
ərazisində əsas çöküntütoplanma hövzəsi şimal-şərqdə Qusar-Xaçmaz
və Ağzıbirçala qalxımları, qərbdə Təngi-Beşbarmaq antiklinoriumu
ilə hüdudlanan, cənub-şərqdə isə Xəzər dənizinə açılan Quba-Dəvəçi
çökəkliyi olub. Çökəkliyin mərkəzi hissəsində toplanan Paleogen
çöküntülərinin ümumi qalınlığı 1500-2000 m-ə çatır.
Çökəkliyin quruluşunu mürəkkəbləşdirən Tələbi-Qaynarca
antiklinal zonasında isə Paleogen çöküntülərinin qalınlığı şimal-

246
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

qərbdən - Tələbi antiklinalından cənub-şərqə - Qaynarca antiklinalına


doğru 0-dan 1500 m-ə qədər artır (bax: şəkil 30, şəkil 51).

Şəkil 50. Maykop çöküntülərinin litofasial və qalınlıqlar


xəritəsi.
1- yuyulma sahələri; 2- sahilyanı-kobuddənəli fasiya (gillər, qumlar,
alevrit və konqlomerat laycıqlarına malik qumdaşıları); 3- sahilyanı-
dayaz dəniz qumlu-gilli fasiya (qumlar, gillər, qumdaşıları),
4- nisbətən dərin dəniz- gilli-alevrolitli fasiya (alevrolit laycıqlarına
malik gillər); 5- litofasial zonaların sərhədləri; 6- izopaxitlər.

247
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Xəzəryanı-Quba neft-qazlı rayonunun əsas paleostruktur


elementləri olan Yalama-Xudat və Ağzıbirçala qalxımları Paleogen
dövründə Qusar qalxımından və Tələbi-Qaynarca antiklinal
zonasından geniş sinklinal çökəkliklə ayrılır. İki hissədən ibarət olan
çökəkliyin şimal-qərbindən cənub-şərqinə doğru Paleogen
çöküntülərinin qalınlığı 1000 m-dən 1500 m-ə qədər artır. Çökəklik
cənub-şərq istiqamətində genişlənərək Xəzər dənizi akvatoriyasında
da davam edir.

Şəkil 51. Təngialtı-Tələbi-Qusar istiqamətində geoloji profil.

Xəzəryanı-Quba NQR-da Paleogen çöküntülərinin ümumi


qalınlığı 0-2200 m arasında dəyişir. Paleogen çöküntülərinin yayılma
sahəsi qərbdə Siyəzən qırılması ilə məhdudlanır. Qırılmanın düşən
qanadında isə qalınlıqların birdən-birə 1000 m-ə qədər artması
müşahidə olunur. Alıc-Baş Əmirxanlı çökəkliyində isə çöküntülərin
qalınlıqları 200-2200 m arasında dəyişir (şəkil 52).
Çökəklik, cənub-qərbdə olduğu kimi, şimal-şərqdə də
regional qırılma ilə hüdudlanır. Tələbi antiklinalının cənub-qərb
248
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

qanadında, qırılmanın qalxan blokunda, Paleogen çöküntülərinin


qalınlığı 200-600 m arasında dəyişdiyi halda, düşən blokda qalınlıq
1000 m-ə çatır. Göstərilən rəqəmlər Təbaşir çöküntüləri səthinin
Paleogenin sonuna və ya Miosenin əvvəlinə olan paleostruktur
vəziyyətini əks etdirir (şəkil 52).

Şəkil 52. Mezozoy çöküntüləri səthinin Miosen dövrünün


əvvəlində paleostruktur vəziyyəti.
1-izopaxitlər, 2-qırılmalar, 3-parametrik, axtarış
və kəşfiyyat quyuları.
249
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Bu dövrdə Tələbi antiklinalı konsedimentasiylı inkişafda


olmaqla, şimal-qərbdə daha geniş sahəni əhatə edən Qusar
paleoqalxımı ilə əlaqədə olub. Cənub-şərqdə isə Tələbi antiklinalı
ona nisbətən daha çox gömülən Qərbi Qaynarca antiklinalından enli
yəhərlə ayrılır.
Qərbi Qaynarca və Qaynarca antiklinallarında qazılan
quyulardan heç birində Paleogen çöküntülərinin kəsilişi kifayət qədər
açılmadığı üçün, bu strukturların Paleogen dövrü ərzində
konsedimentasiylı inkişafını izləmək çətindir.
Qaynarca antiklinalında üst Maykop çöküntülərinin açılan
qalınlıqlarının 1000 m-dən artıq olması, strukturun çöküntütoplanma
dövründə Tələbi antiklinalına nisbətən daha sürətlə gömülməyə məruz
qaldığını göstərir [93, 101].
Yalama-Xudat zonasında Paleogen çöküntülərinin qalınlığı
100-370 m arasında dəyişir. Xudat strukturu 200 m-lik qapalı
paleoizohipslə xarakterizə olunduğu halda, Yalama sahəsində qapalı
strukturun olduğu müşahidə olunmur.
Böyük ölçülü Ağzıbirçala qalxımının tağ hissəsinin kəsilişində
Paleogen çöküntüləri iştirak etmir. Onun qərb batımında yerləşən
Xaçmaz sahəsində qazılan quyularda Paleogen çöküntülərinin
qalınlığının 500-750 m-ə çatması, bu strukturun kifayət qədər
formalaşan böyük ölçülü qalxım olduğunu göstərir. Qeyd etmək
lazımdır ki, Ağzıbirçala qalxımının böyük hissəsi Xəzər dənizi
akvatoriyasında yerləşir.
Mezozoy çöküntüləri səthinin Miosenin sonunda olan
paleostruktur quruluşunu əks etdirən xəritədən görünür ki, Mezozoy
çöküntülərinin səthi 0-4200 m dərinliyə gömülüb (şəkil 53).
Mezozoy çöküntüləri səthinin Miosenin əvvəlinə paleostruktur
quruluşunu əks etdirən xəritə ilə müqayisəsi isə Paleogen çöküntüləri

250
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

səthinin müxtəlif dərəcədə (0-2600 m arasında) gömülməyə məruz


qalmasına baxmayaraq, Xəzəryanı-Quba NQR-nin əsas tektonik
elementləri öz geoloji quruluşlarını saxlaya biliblər (bax: şəkil 52).
Paleogen dövründə olduğu kimi, Miosenin sonunda da
Yalama-Xudat-Ağzıbirçala qalxımları rayonun şimal-şərqində,
Tələbi-Qaynarca antiklinal zonası isə cənub-qərbində əsas
paleostruktur vahidlər idi. Onların arasında yerləşən Zeyxur-Dəvəçi
çökəkliyində Paleogen çöküntülərinin səthi 500-2800 m dərinliyə
gömülüb. Cənub-şərqdə, Xəzər akvatoriyasına açılan çökəklikdə
gömülmənin daha çox olduğu güman edilir.
Yalama-Xudat-Ağzıbirçala qalxımlar zonası ilə Tələbi-
Qaynarca antiklinal zonasının paleostruktur vəziyyətinin müqayisəsi
göstərir ki, qalxım zonalarında gömülmə bir-birinin əksi
istiqamətlərində olmuşdur [101, 107].
Paleostruktur xəritədən göründüyü kimi, Ağzıbirçala qalxımı
Miosen dövrünün sonunda da, Təbaşir və Paleogen dövrlərində
olduğu kimi, dəniz səviyyəsindən yüksəkdə olan yuyulma zonası idi.
Bu vaxt qalxımın tağ hissəsində orta Yuranın daha qədim layları
yuyulmaya məruz qalır (bax: şəkil 28, şəkil 53).
Qalxımın qərb hissəsində yerləşən Xaçmaz sahəsində qazılan
quyularda Miosen çöküntülərinin qalınlığının 100 m-dən bir qədər
artıq olması, burada qalxma prosesinin Paleogen dövrünə nisbətən
daha intensiv olduğunu və yuyulma sahəsinin genişləndiyini göstərir.
Xudat qalxımı Miosenin sonunda şimal-qərb-cənub-şərq
istiqamətdə uzanan, Paleogen çöküntüləri səthinə görə 200 m
paleoizohipslə qapanan və ölçüləri 14x7 km-ə çatan braxiantiklinal
quruluşlu struktur olub.
Xudat qalxımı cənub-şərqdə Ağzıbirçala qalxımından geniş və
asimmetrik struktur yəhərlə ayrıldığı halda, şimal-şimal-şərqdə

251
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Yalama qalxımından 300 m-dən 600 m-ə qədər gömülən monoklinal


ilə ayrılır. Onun davamında yerləşən Yalama qalxımı isə, 600 m-dən
1000 m dərinliyə qədər gömülən, tağ hissəsi 9, 14, 17 saylı quyuların
yerləşdiyi sahədə struktur çıxıntı şəklində olub.

Şəkil 53. Mezozoy çöküntülərinin səthinin Miosenin


sonunda paleostruktur vəziyyəti.
1-izopaxilər, 2-qırılmalar, 3-parametrik, axtarış
və kəşfiyyat quyuları.

252
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Tələbi-Qaynarca antiklinal zonası isə Ağzıbirçala-Xudat-


Yalama qalxımlar zonasının əksinə olaraq cənub-şərq istiqamətində 0-
dan 2500 m-ə qədər gömülür.
Qazma və geofiziki məlumatların azlığı Tələbi antiklinalının
Paleogen çöküntülərinin səthinə görə Miosenin sonunda qapalı
struktur olduğunu söyləməyə imkan vermir. Çox güman ki, Qusar və
Tələbi antiklinalları Miosenin sonunda Böyük Qafqazın şimal-şərq
batımında mövcud olan böyük yuyulma zonası ilə bilavasitə əlaqədar
olan struktur çıxıntılar şəklində mövcud olub. Qusar strukturu bu
zaman 200-400 m, Tələbi strukturu isə 400-800 m-ə qədər
gömülüblər. Tələbi strukturundan cənub-şərqdə yerləşən Qərbi
Qaynarca (Dağbilici) strukturunun tağ hissəsi Tələbi strukturunkuna
nisbətən 1200 m aşağıda, yəni 1800 m dərinlikdə yerləşir. Kiçik
ölçülü (10x5 km) antiklinal qalxım, cənub-şərqdə ondan təxminən
400 m dərində yerləşən Qaynarca braxiantiklinalından yaxşı əks
olunan struktur yəhərlə ayrılır.
Tələbi-Qaynarca antiklinal zonası strukturlarının cənub-şərq
qanadları regional qırılma ilə mürəkkəbləşir. Qırılıb düşmə
xarakterli bu pozğunluq cənub-qərbdə yerləşən Siyəzən dərinlik
qırılması ilə birlikdə Alıç-Baş Əmirxanlı çökəkliyini hüdudlandırır.
Eni 6-8 km-dən artıq olmayan çökəkliyin mərkəzi hissəsində
Paleogen çöküntülərinin səthi Miosenin sonunda 2000-2800 m-ə
qədər dərinliyə gömülür.
Siyəzən dərinlik qırılmasından cənub-şərqdə, yəni Xızı
tektonik zonası daxilində Paleogen və Miosen çöküntüləri sonralar
yuyulduğuna və ya çökmədiklərinə görə Siyəzən qırılmasının
Miosenin sonunda Paleogenin səthinə görə amplitudunu təyin etmək
mümkün deyildir. Lakin, bu dərinlik qırılmasının şimal-şərq
qanadında Paleogen çöküntüləri səthinin Miosenin sonundakı

253
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

vəziyyəti göstərir ki, qırılmanın amplitudu Zeyvə-Zəyli sahəsində azı


2000 m olub və Siyəzən monoklinalının aşırılma zonasına müvafiq
gəlir. Cənub-şərqdə Çandahar sahəsində Siyəzən qırılmasının
amplitudu 600-800 m-ə qədər azalır.
Siyəzən dərinlik qırılmasından cənub-qərbdə Xızı tektonik
zonasının cənub-şərq hissəsində Keşçay, Bəyimdağ-Təkçay və
Sitalçay sahələrində Paleogen çöküntüləri yuyulmaya məruz qalıblar.
Sahilyanı zonalarda Paleogen çöküntüləri səthi Miosenin sonunda
200 m-ə qədər gömülüb, Şurabad sinklinalında isə enmə 400 m-dən
artıq olub. Bu zaman Şurabad antiklinalı, eyni adlı sinklinal
çökəklikdən amplitudu 200-300 m arasında dəyişən qırılıb-düşmə
müstəvisi ilə ayrılıb. Qırılma Təngi-Beşbarmaq antiklinoriumunun
cənub-qərb qanadından keçən Qarabulaq qırılma müstəvisinin cənub-
şərq davamı kimi qəbul edilir. Uzunluğu 8 km, eni isə 2 km-dən artıq
olan Şurabad antiklinalının tağ hissəsində Miosenin sonunda Paleogen
çöküntüləri səthinin gömülmə dərinliyi 200 m-ə qədər olub.
Xəzəryanı-Quba neftli-qazlı rayonunun Paleogen çöküntülərində
karbohidrogenlərin əmələ gəlməsi üçün münasib paleotektonik və
paleocoğrafi şəraitlər əsasən Quba-Dəvəçi çökəkliyinin daxilində
mövcud olub. Burada gilli-qumlu fasiyada yayılan Paleogen
çöküntülərinin qalınlığının 1500-2000 m olması, səthlərinin 2000-
2500 m dərinliyə qədər, Pliosen-Antropogen geoloji vaxt intervalında
isə 4000-5000 m dərinliklərə gömülməsi çöküntülərin baş neft-qaz
əmələgəlmə zonasında olduğunu göstərir [84].
Tələbi-Qaynarca antiklinal zonasında mövcud olan strukturların
neft-qazlılığı, bir sıra axtarış-kəşfiyyat quyularının qazılmasına
baxmayaraq, hələ də müəyyən edilməyib. Tələbi antiklinalında Sarmat
çöküntülərindən laysınayıcı vasitəsilə alınan 20 t/gün neft hasilatını
quyu perforasiya olunan zaman almaq mümkün olmayıb.

254
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Strukturun tağ hissəsində Paleogen və alt Miosen çöküntüləri


iştirak etmir. Onun cənub-şərq periklinalında yerləşən stratiqrafik,
cənub-qərb qanadında böyük amplitudlu (1500-2000 m) uzununa
qırılma ilə hüdudlanan tektonik ekranlaşan tələlər axtarış-kəşfiyyat
quyuları ilə öyrənilməyib.
Yüksək perspektivli sayılan Qərbi Qaynarca antiklinalında isə
yalnız bir axtarış quyusu qazılıb. Quyu strukturun şimal qanadında
qazıldığı üçün burada böyük dərinlikdə yatan və perspektivli sayılan
alt Maykopun qumlu obyektlərini aça bilməyib. Bununla belə, Qərbi
Qaynarca antiklinalında böyük dərinlikdə yatan Maykop
çöküntülərinin qumlu obyektlərində karbohidrogenlərin toplanması
üçün əlverişli şərait olduğunu söyləmək olar.
Çökəkliyin şimal-şərq yamacında Paleogen çöküntülərinin
neft-qazlılığı bu vaxta qədər axtarış-kəşfiyyat qazması ilə
öyrənilməyib. Qusar sahəsində orta Yura çöküntüləri üzərinə Sarmat,
Ağzıbirçala sahəsində isə Pont mərtəbələri çöküntülərinin yatması,
Qusar-Xaçmaz-Ağzıbirçala gömülmüş qalxımlar zonasının cənub-
qərb qanadında Paleogen çöküntülərinin pazlaşdığını göstərir. Zonada
orta Yuranın qumlu-gilli çöküntülərinin yuyulma məhsulları hesabına
kifayət qədər kollektor xassələrinə malik litoloji-stratiqrafik tələlərdə
karbohidrogenlərin toplanması üçün əlverişli şərait olub.
Üst Təbaşirin karbonatlı çöküntülərindən Paleogenin əsasən
gilli laylarına keçid təşkil edən Danimarka mərtəbəsi mergel və
gillərlə təmsil olub. Bir sıra sahələrdə Paleosen dövrünün Sumqayıt
mərtəbəsi çöküntülərinin litoloji tərkibinə çox yaxın olduğı üçün,
onları bir-birindən ayırmaq çətinlik törədir. Çöküntülər Siyəzən
monoklinalında mergelli-qumlu-gilli süxurlardan ibarət olmaqla əsas
neftli-qazlı obyektlərdən sayılır. Bəzi sahələrdə isə Paleosen
çöküntüləri əsasən gillərdən ibarətdir.

255
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Eosenin gilli-qumlu-mergelli çöküntülərinin neft-qazlılığı


Siyəzən monoklinalında artıq müəyyən edilib. Oliqosen kompleksi
Maykop lay dəstəsinin çox hissəsini tutmaqla, əsasən gilli-qumlu
çöküntülərdən təşkil olunub. Alt Maykopun qumlu-gilli horizontları
isə Siyəzən monoklinalında neftli-qazlı obyektlər sayılır.
Yalama-Xudat zonasında yerləşən antiklinal strukturlarda az
qalınlığa malik Paleogen yaşlı qumlu-gilli çöküntülər 2000-2400 m
dərinlikdə yatır. Bu antiklinal strukturlarda və onların
qonşuluqlarında yerləşən sinklinal çökəkliklərdə Paleogen-Miosen
çöküntülərinin toplandığı zaman paleocoğrafi şərait o qədər də
münasib olmayıb. Onlarda karbohidrogenlərin əmələgəlmə və
generasiyası üçün əlverişli paleotektonik və termodinamik şəraitlər
olmadığı üçün neft-qaz axtarışı baxımından perspektivsiz sayılır.

Qobustan-Abşeron hövzəsi

Şamaxı-Qobustan neftli-qazlı rayonu

Şamaxı-Qobustan NQR-da Paleogen kompleksi çöküntülərinin


toplanması, Abşeron ərazisində olduğu kimi, geotektonik və
paleocoğrafi cəhətdən Böyük Qafqaz geosinklinalının cənub-şərq
hissəsi ilə sıx əlaqədardır. Bu dövrdə çöküntütoplama prosesi Cənub-
Şərqi Qafqazın son Təbaşirin sonunda quru ərazisi olan qalxım
zonaları ətrafında getmişdir.
Danimarka əsrində Cənub-Şərqi Qafqazda qalxma
proseslərinin güclənməsilə əlaqədar olaraq dənizin reqressiyası baş
verir. Danimarka mərtəbəsi çöküntüləri kəsilişində kobuddənəli
terrigen çöküntülərinin iştirak etməməsi, yuyulma sahələrinin
genişlənməsinin şaquli tektonik hərəkətlərin intensivləşməsilə deyil,
dəniz səviyyəsinin aşağı düşməsi nəticəsində baş verdiyini göstərir.
256
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Şimali Qobustanın cənub-şərq hissəsndə Paleogen sisteminin


Danimarka mərtəbəsi kəsilişində pis çeşidlənmiş qumdaşıları və gilli
alevritlər üstünlük təşkil edirlər. Qumdaşı laylarının qalınlığı 10 m-ə
çatır. Çöküntülərin qalınlıqları cənub və cənub-qərb istiqamətində artır.
Son Paleosendə Böyük Qafqazın şərq batımında struktur-
tektonik planda ciddi dəyişikliklər baş verir və çöküntütoplanma
prosesinə təsir göstərən paleocoğrafi dəyişikliklərə səbəb olur. Üst
Paleosen (Sumqayıt lay dəstəsi) çöküntüləri bir çox sahələrdə
Təbaşir və Danimarka (alt Paleosen) çöküntüləri üzərinə qeyri-
uyğun yatırlar (şəkil 54, 55).

Şəkil 54. Geoloji profil.

Eosen çöküntüləri Paleosen çöküntüləri üzərinə transqressiv


şəkildə yataraq, onlardan daha geniş sahədə yayılıblar. Alt Eosen
çöküntüləri vulkan tufları və tuffitlərin mergellərlə növbələşməsindən
və konqlomerat laylarından ibarətdir.
Cənubi Qobustanın şimal sahələrində orta Eosenin kəsilişində
qalınlığı 30 m-ə çatan qumlu-gilli çöküntülər mövcuddur (şəkil 56).

257
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Üst Eosen çöküntüləri əsasən bitumlaşmış gillərlə xarakterizə


olunurlar. Şamaxı çökəkliyində bitumlaşmış gillər bitumsuz gillərlə,
bir qədər cənubda - Mərkəzi Qobustanda isə bitumlu gillər tünd rəngli
karbonatsız gillərlə əvəz olunurlar. Gillərin qalınlıqlarının Mərkəzi və
Cənubi Qobustanda tez-tez dəyişməsinə səbəb, Paleosendə əmələ
gələn antiklinal strukturların konsedimentasiyalı inkişafı olmuşdur.
Girdimançayın sol sahilində üst Eosen çöküntüləri Senoman yaşlı
vulkanogen çöküntüləri transqressiv olaraq örtür. Bu da rayonda
Maastrixtdən orta Eosenə qədərki dövrdə mövcud olan yuyulma
sahəsinin son Eosen dənizi suları altında qaldığını göstərir [62].

Şəkil 55. Geoloji profil.

Son Eosenin ikinci yarısında geotektonik rejimdə baş verən


dəyişikliklər sahənin şimal hissəsində gillərdə karbonatlılığın
artmasına və bitumluluğun isə azalmasına səbəb olur.
Şamaxı-Qobustan çöküntütoplanma hövzəsinin şimal hissəsində
Pirsaat və Cəngi çayları arasında kəsilişdə iştirak edən pis çeşidlənən

258
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

gilli-qumlar şimaldan - Alataş qalxımından gətirilmişdir. Çökəkliyin


cənub hissəsində üst Eosen çöküntülərinin qum, qumdaşı və gillərin
növbələşməsindən ibarət olması, qumlu çöküntülərin cənub
istiqamətində artması, yuyulma zonasının Ləngəbiz-Ələt qalxımlar
zonası olduğunu göstərir.

Şəkil 56. Eosen çöküntülərinin litofasial və qalınlıqlar xəritəsi.


1-gillər, bitumlu gillər; 2- mergellər, konqlomeratlar, gillər və vulkan
tufları; 3-izopaxitlər; 4-parametrik, axtarış və kəşfiyyat quyuları;
5-litofasial zonaların sərhədləri; 6-çöküntülərin pazlaşma sərhədi.

Eosenin sonu və Oliqosenin əvvəllərində Şamaxı-Qobustan


çöküntü hövzəsində Xadum horizontunun paleocoğrafi şəraiti son

259
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Qovundağdakı şəraitə çox yaxın olduğu üçün, qumdaşı aralaylarına


malik olan gilli çöküntülərin toplanması prosesi əvvəlki kimi davam
edir.
Şamaxı-Qobustan hövzəsində alt Maykop çöküntüləri
kəsilişində qumlu çöküntülərin və qumdaşı laylarının qalınlıqlarının
cənub istiqamətində artması isə, çöküntülərin Ləngəbiz-Ələt qalxımlar
zonasında Eosendə əmələ gələn və fəaliyyətini davam etdirən Şirvan
yuyulma zonasından gətirildiyini göstərir.
Maykop epoxasının birinci yarısında paleocoğrafi şərait
Xadum əsrində olan paleocoğrafi şəraitdən o qədər də
fərqlənmədiyindən, fasial cəhətdən dəyişiklik kəsilişin daha çox gilli
və gillərin karbonatsız olmasından ibarətdir.
Alt Maykop çöküntülərinin Buduq və Qazmaqrız muldalarında
və Şimali Qobustanda mövcud olmamağı, Cənub-Şərqi Qafqazın
böyük sahəsinin yuyulma zonası olduğunu göstərir.
İlk Maykopun sonunda baş verən reqressiya son Maykopun
əvvəllərində dənizin geniş transqressiyası ilə əvəz olunur. Mərkəzi
Qobustanda üst Maykop çöküntüləri Eosenin müxtəlif horizontları
üzərinə transqressiv şəkildə yatırlar.
Cənubi Qobustanda üst Maykopun kəsilişində iri və
kobuddənəli qumdaşı və qravelitlərin olması, Maykop dövründə
formasiyadaxili qırışıqlıq proseslərinin olduğunu güman etməyə əsas
verir. Maykop çöküntülərində təsadüf olunan palçıq vulkanı
brekçiyası da deyilən fikri təsdiq edir. Son Maykopda Şamaxı-
Qobustan çökəkliyinin şimal hissəsində gillər, cənub hissəsində isə
qumdaşı və gillər çökür. Qumlu-gilli çöküntülərdə qumların və
qumdaşılarının cənub istiqamətində artması, Şirvan qalxımında
yuyulma proseslərinin əvvəlkinə nisbətən daha intensiv olduğunu
göstərir (şəkil 57).

260
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Şəkil 57. Maykop çöküntülərinin litofasial və qalınlıqlar xəritəsi.


1-gillərin narın alevrolit təbəqələrilə növbələşməsi (gilli litofasiya)
2-qum və alevrolit təbəqəli gillər (qumlu-gilli litofasiya) 3-izopaxitlər;
4-parametrik, axtarış və kəşfiyyat quyuları; 5-litofasial zonaların
sərhədləri; 6-çöküntülərin pazlaşma sərhədi.

Maykopun sonunda Şirvan qalxımı davam edən transqressiya


nəticəsində dəniz suları ilə örtüldüyü üçün, gilli fasiya cənub
istiqamətində tədricən genişlənir. Çökəkliyinin mərkəzi hissəsində
Maykop çöküntülərinin ümumi qalınlığı 1200 m-ə çatır (bax: şəkil 57).
Oliqosen-ilk Miosen vaxtı Ələt-Ləngəbiz qalxımlar zonasının
cənub yamaclarının dəniz suları ilə örtülmədiyi güman edilir. Buna,
261
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

göstərilən rayonların yaxınlığında Maykop seriyası çöküntülərinin


qalınlıqlarının azalması və litoloji tərkibinin daha kobuddənəli
çöküntülərdən ibarət olması sübutdur [80].
Mərkəzi Qobustanda Paleogen kompleksi çöküntülərinin
kəsilişində 0,5-1,0 m qalınlıqlı qumlu-alevritli təbəqəciklər iştirak
edir. Qazıma zamanı onlarla əlaqədar neft-qaz təzahürləri qeydə
alınıb. Lakin qumlu-alevritli təbəqəciklər sahə və dərinlik üzrə qeyri-
bərabər yayıldığına görə yataq aşkar edilməyib. Bununla belə,
zonanın şimal hissəsində, qumlu təbəqəciklərin qalınlığının artdığı və
litofiziki xassələrinin yaxşılaşdığı sahələrdə çöküntülər neft-qazlılıq
cəhətdən maraq doğururlar. Paleogen çöküntü kompleksinin
kəsilişində əlverişli neft-qaz kollektorlarının iştirakı baxımından
Cənubi Qobustan ərazisi xüsusi əhəmiyyət kəsb edir.
Paleogen çöküntü kompleksinin kəsilişində əlverişli neft-qaz
kollektorlarının iştirakı baxımından Cənubi Qobustan ərazisi xüsusi
əhəmiyyət kəsb edir. Cənubi Qobustanın şimal sahələrində orta
Eosenin kəsilişində qalınlığı 25-30 m olan qumlu-gilli qat neft-
qazlılıq cəhətdən perspektivli sayılır. Üst Eosen çöküntüləri əsasən
gilli fassiyada olsa da, Mərkəzi Qobustanın cənub hissələrində
kəsilişdə iştirak edən 20-25 m-lik gilli-qumlu laylar perspektivli ola
bilər.
Şamaxı-Qobustan rayonu ərazisində yüksək perspektivli
kollektorlar Cənub-Qərbi Qobustanda Maykop və Çokrak çöküntülərinin
kəsilişində müəyyən edilib. Singenetik neftliliyi-qazlılığı ilə fərqlənən
Maykop seriyası rayonda gilli və gilli-qumlu fasiyalarda yayılıb. Gilli
fasiya rayonun şimal, gilli-qumlu fasiya isə cənub hissələrini əhatə
edir. Maykop seriyasının alt hissəsi əsasən gilli fasiyada olduğu üçün
perspektivli sayılmır. Cənub-Qərbi Qobustanda üst Maykop
çöküntülərinin qumlu horizontlarının qalınlığı şimaldan cənuba doğru

262
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

2,0-2,5 m-dən artaraq Umbakı, Çeyildağ, Hacıvəli və Şərqi Hacıvəli


sahələrində 8-10 m-ə çatır.
Umbakı, Hacıvəli və Şərqi Hacıvəli sahələrində çöküntülər
sənaye əhəmiyyətli neft yataqlarına malikdirlər. Şamaxı-Qobustanın
Paleogen çöküntüləri üzrə ən perspektivli sahəsi sayılan
Ceyrankeçməz depressiyasında çöküntülər tam qalınlığı ilə açılmayıb.
Aparılan geoloji-geokimyəvi tədqiqat nəticəsində müəyyən
edilmişdir ki, Şamaxı-Qobustan ərazisində Paleogen çöküntülərində
neftin və qazın əmələgəlməsi, toplanması və onların tələlərdə
yığılaraq saxlanması üçün daha münasib paleotektonik və geokimyəvi
şərait cənub-şərq istiqamətdə - Ceyrankeçməz depressiyasında
olmuşdur. Bununla yanaşı, Maykop çöküntülərinin kəsilişində iştirak
edən məhsuldar horizontların kollektorluq xassələri də həmin
istiqamətdə yaxşılaşır.

Abşeron neftli-qazlı rayonu

Abşeron NQR-nin Paleogen çöküntülərinin toplanması


geotektonik və paleocoğrafi cəhətdən Böyük Qafqaz geosinklinalın
cənub-şərq hissəsi ilə sıx əlaqədar olub. Bu vaxt intervalında
çöküntütoplanma prosesi Cənub-şərqi Qafqazın hələ son Təbaşirin
sonunda quru ərazisi olan qalxım zonaları ətrafında gedir.
Paleogen kompleksi çöküntüləri Abşeron yarımadasının
qərbində yerləşən bir çox qalxımlarda (Ağburun, Bozdağ, Yunusdağ,
Binəqədi-Ziyilpiri, Damlamaca, Şabandağ, Qaraheybət), yarımadanın
şimalında isə Novxanı, Fatmayı və Corat sahələrində yer səthinə
çıxır (şəkil 58, 59).
Paleosen dövrünün Danimarka əsrində Cənub-Şərqi Qafqazda
qalxma proseslərinin güclənməsi ilə əlaqədar olaraq dənizin
reqressiyası baş verir. Danimarka mərtəbəsi çöküntülərinin
263
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

denudasiya proseslərinə məruz qalması reqressiyanın uzunmüddətli


olmasını göstərir. Bu mərtəbə çöküntüləri Maastrixt mərtəbəsi
çöküntülərinə nisbətən daha çox terrigen xarakterlidir. Kəsilişdə
əhəngdaşılarının əsasən mergellərlə əvəz olunması reqressiya
prosesinin baş verdiyini və hövzənin dayazlığını göstərir.

Şəkil 58. Şabandağ-Binəqədi-Fatmayı istiqamətində geoloji profil.

Paleosen dövrünün Danimarka çöküntüləri üst Təbaşirin


karbonatlı çöküntülərindən Paleogenin əsasən gilli çöküntülərinə
keçid təşkil edir. Abşeronun şimal və qərb rayonlarında Danimarka
çöküntülərinin kəsilişində qumdaşı, alevrit və bəzən qravelit
araqatlarının iştirak etməsi, bu dövrdə tektonik aktivliyin mövcud
olduğunu göstərir.
Abşeron yarımadasının qərb hissəsində Paleosen dövrünün
Sumqayıt mərtəbəsi çöküntülərinin əsasən qırmızımtıl-qonur rəngli
gil və içərisində kiçik ritmlərlə təkrar olunan fliş səciyyəli karbonatlı
süxurlardan ibarət olması, onların dayaz dəniz şəraitində
toplandığını göstərir. Çöküntülərdə kvarsın ümumi miqdarı kəsiliş
üzrə aşağıdan yuxarıya, sahə üzrə şərq istiqamətində, ümumi
qalınlığın isə cənub-şərq istiqamətində artması müşahidə olunur.

264
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Çox güman ki, Yunusdağ silsiləsinin cənub-şərq batımında


mərtəbənin qalınlığı 200 m-dən artıqdır.

Şəkil 59. Qaraheybət-Güzdək muldası istiqamətində geoloji profil.

Eosen çöküntüləri Paleosen çöküntüləri üzərinə transqressiv


yatır və daha geniş sahədə yayılıb. Eosen çöküntülərinin toplanması
dəniz transqressiyasının genişlənməsi şəraitində getmişdir. Qovundağ
qalxımında ümumu qalınlığı 300-350 m olan Eosen çöküntüləri
mikrofauna xüsusiyyəti və litoloji tərkiblərinə görə üç şöbəyə ayrılır.
Alt Eosen çöküntüləri əsasən tuf və tuffitlərin mergellərlə
növbələşməsindən ibarətdir. Kəsilişdə açıq rəngli tuf, tuflu qumdaşı
və ağ rəngli vulkan küllərinin olması bu dövrdə qonşu ərazilərdə
vulkanların fəaliyyətinin aktivləşdiyini göstərir.
Orta Eosen çöküntüləri alt şöbədən qonuru rəngdə olması ilə
fərqlənir. Çöküntülər əsasən boz, qəhvəyi, yaşılımtıl-boz gillərin
təbəqələşməsindən təşkil olunub. Kəsilişdə qalınlığı 40-60 sm-ə çatan
265
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

gilli dolomit laylarının olması, çöküntülərin tez-tez dayazlaşan qapalı


hövzəli dəniz şəraitində çökdüklərini göstərir.
Son Eosenin əvvəlində hövzənin tədricən genişlənməsini, üst
Eosenin alt hissəsindəki gillərdə təsadüf olunan balıq və bitki
qalıqları sübut edir.
Eosen çöküntülərinin tam kəsilişi Kürdəxanı sahəsində
qazılan 3Mz saylı quyuda açılıb. Tam olmayan kəsilişi isə Binəqədi
antiklinalının diapir quruluşlu hissəsində qazılan 1Mz parametrik və
Güzdək sahəsindəki 52 saylı quyularda açılıb. Göstərilən sahələrdə
Eosen çöküntülərinin qalınlığı müvafiq olaraq 500, 1500 və 267 m-
dir (şəkil 60).
Eosen epoxasının sonunda baş verən geniş transqressiya
hövzənin dərinləşməsinə səbəb olur. Qərbi Abşeronda Eosen
çöküntüləri kəsilişində bitumlu və bitumsuz gillərin növbələşməsi
müşahidə olunur. Kəsilişdə gilli dolomit laycıqlarına da rast gəlinir.
Çöküntülərin əsasən gilli fasiyada olması, yuyulma zonalarının uzaq
məsafədə yerləşməsi ilə izah olunur. Son Eosenin ikinci yarısında
geotektonik rejimdə baş verən dəyişikliklər, sahənin şimal hissəsində
gillərdə karbonatlılığın artmasına, bitumluluğun isə azalmasına səbəb
olur.
Eosenin sonu və Oliqosenin əvvəllərində Cənub-şərqi
Qafqazda tektonik hərəkətlərin aktivliyi artır. Bunu qalxım
zonalarında Maykop lay dəstəsinin Xadum horizontu çöküntülərinin
Qovundağ lay dəstəsinin yuyulan səthi üzərinə qeyri-uyğun yatması
göstərir. Bu dövrdə Cənub-Şərqi Qafqazın şimal-qərb hissəsi geniş
ərazini tutan kəskin relyefli yuyulma zonasına çevrilir. Cənub-şərqdə
Abşeron yarımadasında isə Maykop dövrünün birinci yarısında bəzi
yerlərdə silisiumlu mergel araqatlarına malik tünd-boz və qəhvəyi-boz
karbonatlı gilli çöküntülər toplanır.

266
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Şəkil 60. Eosen çöküntülərinin litofasial


və qalınlıqlar xəritəsi.
1-gillər, bitumlu gillər; 2- mergellər, konqlomeratlar, gillər və vulkan
tufları; 3-izopaxit xətləri; 4-parametrik, axtarış və kəşfiyyat quyuları;
5-litofasial zonaların sərhədləri; 6-çöküntülərin pazlaşma sərhədi.

İlk Maykopun sonunda baş verən reqressiya son Maykopun


əvvəllərində dənizin geniş transqressiyası ilə əvəz olunur. Bu dövrdə
paleocoğrafi şəraitin dəyişməsi nəticəsində üst Maykop
çöküntülərinin litoloji tərkibində müəyyən dəyişikliklər baş verir.
Qərbi Abşeronun şimal, şimal-qərb və mərkəzi hissələrində (Fatmayı,
Novxanı, Üçtəpə, Ziyilpiri, Masazır, Binəqədi və s.) əsasən
karbonatsız, yarozit konqresiyalarına malik, qəhvəyi rəngli gillərdən
ibarət çöküntülər, cənub-qərbdə isə qalınlığı nəzərə çarpacaq dərəcədə
artan qumlu, alevritli çöküntülər toplanır.
267
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Cənub-Qərbi Abşeronun Qaraheybət, Şorbulaq və s. sahələrində


ayrı-ayrı qum laylarının qalınlığı 0,5 m-dən artıqdır. Qumlu layların
cənub-qərb istiqamətində qalınlığının artması, müasir Aşağı Kür
çökəkliyinin şimal-qərbində yerləşdiyi güman edilən Şirvan
qalxımında yuyulma prosesinin əvvəlkinə nisbətən daha intensiv
olduğunu göstərir. Ümumiyyətlə, alt Maykop çöküntüləri nisbətən
yüksək karbonatlılığı, alevrit və qum laylarının, kvarsın, qlaukonit və
mikaların artması ilə xarakterizə olunur. Üst Maykop isə daha gilli
kəsilişə malik olub, kvars mineralının az, ağır fraksiyada sabit
mineralların - siderit və limonitin isə çox olması ilə səciyyələnir [68].
Maykop əsrinin sonunda yuyulma zonası davamlı
transqressiya nəticəsində dəniz suları ilə örtüldüyündən, gilli fasiya
cənub istiqamətində tədricən genişlənir. Maykop çöküntülərinin
qalınlığının paylanması xəritəsindən görünür ki, Abşeron yarımadası
ərazisində Maykop lay dəstəsi çöküntülərinin qalınlıqları çox geniş
intervalda dəyişir. Qırməki dərəsində 1275 m, yarımadanın cənub-
qərb hissəsində 1000-1500 m olduğu halda, hövzənin ən dərin sahəsi
olan Qərbi Abşeronun cənub hissəsində bu rəqəm 1800-2000 m-ə
çatır (şəkil 61).
Maykop çöküntüləri kəsilişində qumluluğun nisbətən artması
nəzərə alınmazsa, Sumqayıt, Qovundağ və Maykopun kəsilişlərində
elə bir ciddi dəyişikliklərin və onların formalaşması zamanı
çöküntütoplanma prosesində fasilənin olmadığını, eyni zamanda
paleotektonik şəraitin kifayət qədər sabit olduğunu söyləmək olar.
Üst Maykop çöküntülərində işıqsaçan dərin dəniz balıqları
qalıqlarının olması, Abşeron yarımadasında bu çöküntülərin dərin
dəniz şəraitində toplandığını göstərir. Maykop lay dəstəsi çöküntüləri
qalınlıqlarının Binəqədi, Xırdalan, Şabandağ və Atəşgah
qalxımlarında (şəkil 62, 63) azalması, Paleogen dövrünün sonunda

268
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

antiklinal zonanın konsedimentasiya səciyyəli inkişafda olduğunu


deməyə əsas verir.

Şəkil 61. Maykop çöküntülərinin litofasial və qalınlıqlar xəritəsi.


1-gillərin narın alevrolit təbəqələrilə növbələşməsi (gilli litofasiya)
2-qum və alevrolit təbəqəli gillər (qumlu-gilli litofasiya)
3- izopaxitlər; 4-parametrik, axtarış və kəşfiyyat quyuları; 5-litofasial
zonaların sərhədləri; 6- çöküntülərin pazlaşma sərhədi.

Qərbi Abşeron ərazisində Maykop lay dəstəsinin (Oliqosen-Alt


Miosen) tünd-qəhvəyi rəngli gilləri Fatmayı, Novxanı, Binəqədi,
Atəşgah, Şabandağ və s. antiklinalların tağ hissələrində yer səthinə
çıxırlar (şəkil 62, 63). Maykop lay dəstəsinin tam kəsilişi yalnız
Üçtəpə sahəsində müşahidə olunur [83, 100].
269
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Şəkil 62. Gülbəxt-Şonqar-Şabandağ istiqamətində geoloji profil.

Maykop lay dəstəsinin Üçtəpədən şərqdə yerləşən Qaraheybət


(bax: şəkil 55), Damlamaca, Bozdağ, Şabandağ, Şubanı (bax: şəkil 54)
sahələrində və eləcə də, şimal-qərbdə yerləşən Sumqayıtçay, Corat,
Saray sahələrində yer səthinə çıxan hissələri əsasən gillərdən təşkil
olunub. Lay dəstəsinin çöküntüləri Qərbi Abşeronun istismar və
kəşfiyyat sahələrində (Corat, Fatmayı, Şabandağ, Şubanı, Güzdək) bir
sıra axtarış-kəşfiyyat quyularında açılıb.

Şəkil 63. Binəqədi-Fatmayı-Kürdəxanı istiqamətində


seysmogeoloji profil.

270
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Paleogen-alt Miosen kompleksi çöküntülərinin Qərbi Abşeron


ərazisində perspektivliyi kəsilişdə kollektorların mövcudluğu ilə
əlaqədardır. Paleosen-Eosen çöküntüləri və eləcə də Maykop seriyasının
alt hissəsi əsasən gilli fasiyada olduqları üçün perspektivli sayılmırlar.
Singenetik neft-qazlılığı ilə fərqlənən Maykop seriyası
çöküntülərinin neft-qazlılıq perspektivliyi, onların kollektor
xüsusiyyətlərindən və çöküntülərin toplandıqları paleocoğrafi
şəraitdən asılıdır. Üzvi maddələrlə zəngin olan və nefttörədici ana
süxurlar sayılan Oliqosen-alt Miosen çöküntülərin qalınlıqları
Abşeronda 1400-1500 m-ə çatır. Bu da çox böyük həcmdə
karbohidrogenlərin generasiyasına imkan verir.
Yuxarıda deyilənlərdən görünür ki, Qərbi Abşeronda neft-
qazlılıq Paleogenin Maykop seriyasında olan litoloji-stratiqrafik tip
tələlərlə əlaqədardır. Belə tələlərin varlığının mümkün olduğu
Lökbatan, Qaraheybət, Quşxana, Puta və b. sahələr perspektivli
sayılırlar.

Kür dağarası çökəkliyi


Kür dağarası çökəkliyinin şimal hissəsində Paleogen dövründə
dayaz sahil fasiyasında əhəngli-gilli çöküntülər toplanır. Çökəkliyin
mərkəzi hissəsində, Kürdəmir-Saatlı zonasında isə yaşımtıl-boz rəngli
alevrit və tünd boz rəngli karbonatlı gillər əhəngdaşıları ilə
növbələşirlər. Bu çöküntülər sahildən uzaqda dayaz və nisbətən isti
dəniz şəraitində toplanmışlar.
Muradxanlı sahəsində Danimarka mərtəbəsinin alt hissəsində
adətən karbonatlı, üst hissəsində isə karbonatlı çöküntülərin tuflu
qumdaşı və gillərlə qarışıq olması, burada hövzənin Danimarka
əsrinin ikinci yarısında nisbətən dərinləşdiyini və cənubdan gətirilən
tuflu materiallarla zənginləşdiyini göstərir. Yevlax-Ağcabədi
271
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

çökəkliyinin mərkəzinə doğru dənizin dərinləşməsi baş verir və


nəticədə karbonatlı-terrigen süxurlar əhəngli-gil və mergellərlə əvəz
olunur.
Danimarka əsrində dəniz hövzəsi Kiçik Qafqazı demək olar
ki, tamamilə tərk edir. Çöküntütoplanma prosesi yalnız Kiçik
Qafqazın şimal-şərq yamaclarında olan kiçik körfəzlərdə davam edir.
Çöküntülərin boz rəngli, əhəngli qumdaşı və gil aratəbəqələri olan boz
və açıq-boz rəngli qumlu əhəngdaşı və boz rəngli mergellərdən ibarət
olması, dayaz və isti dəniz şəraitində çökən karbonatlı fasiyanın əsrin
axırlarında dayaz dəniz şəraitində çökən karbonatlı-terrigen fasiya ilə
əvəz olunduğunu göstərir. Paleosen epoxasında Kiçik Qafqazda
qalxma, Kiçik Qafqazqarşısı çökəklikdə isə enmə prosesləri güclənir.
Təbaşir dövründə olduğu kimi, Paleosendə də çökəklik Şəmkir
qalxımı ilə iki hissəyə - Qarayazı və Yevlax-Ağcabədi çökəkliklərinə
bölünür.
Qarayazı çökəkliyinin Kür və Qabırrı çaylararası sahəsində
qalınlıqları 120 m-ə çatan açıq-boz rəngli, zəif dərəcədə qumlu gillər
çökür.
Daha cənubda Tovuz-Qazax rayonunda gillər az qalınlıqlı,
narındənəli qumdaşı layları ilə növbələşirlər. Qərb istiqamətində gillər
karbonatlı süxurlarla əvəz olunur. Bu da həmin istiqamətdə dənizin
dayazlaşdığını göstərir (şəkil 64).
Yevlax-Ağcabədi çökəkliyinin qərb yamacında Paleosen
çöküntülərinin toplanmasının paleocoğrafi şəraiti Kür-Qabırrı
çaylararası sahəsinin paleocoğrafi şəraitindən az fərqlənir. Burada
toplanan Paleosen çöküntüləri kəsilişində gillər üstünlük təşkil edirlər.
Gillər az qalınlıqlı mergel və əhəngli qumdaşı laylarına malikdirlər.
Çöküntülərin belə xarakteri isə ətrafdakı yuyulma sahələrinin alçaq və
düzənlik olmasını göstərir. Bu zaman rayonun paleocoğrafiyasında və

272
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

paleotektonik quruluşunda əsaslı dəyişikliklər baş vermir. Yuyulma


zonaları, qalxım və çökəkliklər əvvəlki sahələrini əhatə edir.

Şəkil 64. Paleosen çöküntülərinin litofasial və qalınlıqlar xəritəsi.


1-gilli fasiya; 2-gilli-mergelli fasiya; 3-mergelli-gilli fasiya;
4-gilli-qumlu fasiya; 5-izopaxitlər; 6-litofasial zonaların
sərhədləri; 7-parametrik, axtarış və kəşfiyyat quyuları.

Eosen dövründə Paleosendən fərqli olaraq, yuyulma


sahələrində qalxma, çöküntü hövzələrində isə enmə prosesləri
intensivləşdiyindən daha çox çöküntü toplanır (şəkil 65). Böyük
qalınlıqlı Eosen çöküntüləri litoloji cəhətdən bir-birindən fərqlənən üç
hissəyə bölünür.
Alt Eosen çöküntüləri əsas etibarilə gillərdən təşkil olunub.
Çöküntülərin qalınlıqlarının paylanmasında müşahidə olunan kifayət
qədər kəskin fərqlər, ilk Eosen vaxtı çöküntütoplanma hövzəsinin
müxtəlif sahələrində çökmə prosesi intensivliyinin müxtəlif olduğunu
göstərir (şəkil 66).
273
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Şəkil 65. Eosen çöküntülərinin litofasiya və qalınlıqlar xəritəsi.


1-izopaxitlər; 2-çöküntülərin pazlaşma sərhədi; 3-gillər; 4-qumlar;
5-mergellər; 6-dolomitlər; 7-alevritlər; 8-qumdaşıları; 9-argillitlər;
10-konqlomeratlar; 11-tufogen-çökmə süxurlar ( tuf-qumdaşı,
konqlomerat, alevrit və qravellitlər).

Bu zaman Kür və Qabırrı çaylararası rayonun cənub


hissəsində, Kür çökəkliyinin şimal yamacında ensiz zolaq şəklində
uzanan sahədə qalınlığı 500 m-ə çatan kobuddənəli karbonatlı-terrigen
çöküntülər toplanır. Qumlu-konqlomeratlı çöküntü qatında Yura yaşlı
qaymalar tez-tez rast gəlir.
Kür çökəkliyində çöküntütoplanma prosesinə Vəndam və daha
sonra Şirvan geoantiklinalları ilə yanaşı Kürdəmir-Saatlı qalxımlar
zonasından gətirilən terrigen materialların təsirinin böyük olması
şübhəsizdir. Cənubda Tovuz-Qazax rayonunun bəzi sahələrində
qalınlıqlar xeyli dərəcədə artır.
274
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Şəkil 66. Alt Eosen çöküntülərinin qalınlıqlar xəritəsi.


1-izopaxitlər; 2-parametrik, axtarış və kəşfiyyat quyuları.

Şimal və şimal-qərb istiqamətində qalınlıqlar daha da artaraq


600-800 m-ə çatır. Cənub-şərqdə alt Eosen çöküntülərinin qalınlıqları
tədricən azalır və Tərsdəllər qalxımı rayonunda onların pazlaşması
müşahidə olunur. Bu da Şəmkir qalxımı zonasında olan qalxma
tendensiyasının davam etməsi ilə əlaqədardır.
Tərsdəllərdən bir qədər şərqdə Yevlax-Ağcabədi çökəkliyinin
şimal-qərb periklinalı rayonunda - Dəlməmmədli sahəsində də ilk
Eosen vaxtı qalınlıqları 100-200 m-ə çatan gillər toplanr. Cənub-şərq
istiqamətində gillər tədricən gilli-karbonatlı çöküntülərlə əvəz
olunurlar.
Az qalınlıqlı gil, mergel və narındənəli qumdaşılarının
növbələşməsindən təşkil olunan kəsilişdə qumdaşılarının sayı və
qalınlıqlarının kəsiliş üzrə aşağıdan yuxarıya artması Yevlax-
Ağcabədi çökəkliyində dənizin tədricən dayazlaşmasını göstərir.
275
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Orta Eosendə yuyulma zonalarında qalxma hərəkətlərinin


intensivliyi kəskin şəkildə artır. Orta Kür çökəkliyinin cənub
yamaçında, sualtı vulkan püskürmələri və zəlzələlərin aktivliyi artır.
Bu proseslər hövzə daxilindəki kordilyerlərdə yuyulma və dağılma
proseslərinin güclənməsinə, yüksək və qayalı sahillərdə toplanan
çöküntülərin sualtı sürüşmələrinə səbəb olur. Nəticədə Tiflis və Kür-
Qabırrı çaylararası rayonların qonşu sahələrində qaymalı
konqlomerat və brekçiyalardan ibarət vulkanogen-çökmə süxurları
və qalınlığı 600-700 m olan orta Eosenin ''dolaşıq laylanmış
horizontu'' toplanır [11] (şəkil 71).
Kür-Qabırrı çaylararası rayonunun cənub zolağında orta
Eosendə qalınlıqları 100-200 m olan tufogen-terrigen çöküntülər
toplanır. Rayonun cənub və qərb hissələrində kobuddənəli qırıntı
süxurlar, şimal və şərq hissələrində isə az-çox çeşidlənmiş tuflu
qumdaşıları və qravelitlər toplanır. Qazax körfəzinin şərqində
yerləşən Xatınlı sahəsindən cənub-şərqdə orta Eosenin tufoqen-
terrigen çöküntüləri, terrigen-karbonat çöküntülərilə əvəz olunur. Bu
da göstərilən istiqamətdə vulkanların fəaliyyətinin söndüyünü göstərir.
Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb yamacının bəzi
sahələrində orta Eosendə qalınlıqları 300 m-ə çatan terrigen-
karbonatlı çöküntülər toplanır. Terrigen çöküntülər Qazanbulaq və
ona qonşu sahələrdə üstünlük təşkil edir və burada yaşımtıl-boz rəngli
gillərin qum və qumdaşıları ilə növbələşməsindən ibarət III-
Qazanbulaq horizontu yüksək elektrik müqavimətilə fərqlənir.
Çökəkliyin mərkəzinə doğru gil və mergel laylarının qalınlıqları isə
tədricən artır, qum və qumdaşılarının sayı və qalınlıqları isə tədricən
azalır. Qeyd etmək lazımdır ki, bu ümumi qanunauyğunluq qədim çay
vadilərində və delta sahələrində pozulur və qumlu çöküntülər
çökəkliyin mərkəzi hissələrinə qədər yayılırlar.

276
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Şəkil 71. Orta Eosenin mergelli-tuflu çöküntülərinin


qalınlıqlar xəritəsi.
1-izopaxitlər; 2-parametrik, axtarış və kəşfiyyat quyuları.

Çökəkliyin şimal-şərq qanadında orta Eosendə tuflubrekçiya,


qravelit və qumdaşılarının gil və mergellərlə növbələşməsindən ibarət
mergelli-tuflu çöküntü qatı toplanır. Tuflu çöküntülər isə Muradxanlı
sahəsində fəaliyyət göstərən vulkanın aşınma məhsullarından ibarət olur.
Son Eosendə Kiçik Qafqazqarşısı çökəkliyini cənubdan
hüdudlandıran Somxet-Ağdam yuyulma sahəsində qalxma hərəkətləri
bir qədər də intensivləşir. Bununla paralel dənizin transqressiyası da
genişlənməkdə davam edir. Çox yerdə üst Eosen çöküntüləri orta
Eosenin üzərinə uyğun şəkildə yatırlar. Yalnız Kür-Qabırrı çaylararası
rayonun cənub kənarında Qıraqkəsəmən qalxımının mərkəzi
hissəsində üst Eosen çöküntülərinin dabanında qalınlığı 10-15 m-ə
çatan linza şəkilli konqlomerat layının olması, bu çökəkliyin
yamacında yerləşən qalxımların tağ hissələrinin adalardan ibarət
yuyulma zonaları kimi mövcud olduğunu göstərir.

277
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Kür və Qabırrı çaylararası rayonun cənub hissəsində


qalınlıqları 1,0-1,5 m-ə çatan qumdaşı layları, gilli brekçiya və
narındənəli qum laycıqlarına malik karbonatlı gillər çökür. Üst Eosen
çöküntülərinin ən yüksək qumluluğu Qazax çökəkliyinin mərkəzi
hissəsində qeydə alınıb. Qalınlıqları 1-2 m-ə çatan qumdaşı və gillərin
növbələşməsindən təşkil olunan 200 m qalınlıqlı lay dəstəsinin
məhəlli yayılması çöküntülərin paleo-Ağstafa çayının deltasında
əmələ gəldiyini göstərir.
Kür və Qabırrı çaylararası rayonunun şimal hissəsində üst
Eosenin alt hissəsində kobuddənəli qumdaşılarının qalınlıqları artır.
Bu isə qumlu çöküntülərin Kiçik Qafqazdan deyil, şimalda yerləşən
yuyulma zonalarından gətirildiyini, çöküntülərin üst hissədə az
qalınlıqlı alevrit laycıqları olan gillərin olması isə, dəniz səviyyəsinin
qalxması nəticəsində yuyulma sahələrinin su altında qaldığını göstərir.
Yevlax-Ağcabədi çökəkliyində də, Kür-Qabırrı çaylararası
rayonunda olduğu kimi, son Eosenin birinci yarısında nisbətən dayaz
dəniz şəraitində qum, alevrit və mergellərin növbələşməsindən təşkil
olunan çöküntülər, ikinci yarısında isə nadir qumdaşı və alevrit
laycıqlarına malik gilli çöküntülər toplanır. Çökəkliyin cənub
yamacının mərkəzi hissəsində (Qazanbulaq, Borsunlu və s.) üst
Eosenin alt hissəsində qumlu-alevritli süxurların, Ağcabədi və
Sovetlər sahələrində isə gil və karbonatlı çöküntülərin həcmi artır.
Çökəkliyin şimal-şərq yamacında (Muradxanlı, Zərdab və s.) gilli-
qumlu-mergelli çöküntülərlə yanaşı qumlu əhəngdaşı və dolomitlərin
çökməsi hövzənin dayaz, iqlimin quru və Kürdəmir-Saatlı qalxımlar
zonasında isə aşınma proseslərinin zəif olduğunu göstərir.
Kür çökəkliyinin çox hissəsi Oliqosen-ilk Miosendə
transqressiya edən dəniz suları ilə örtülür. Lakin, Kürdəmir-Saatlı
qalxımlar zonası quru ərazisi olaraq qalır. Bu vaxt Mil-Muğan,

278
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Göyçay-Mingəçevir, Eldar və Saqareci qravitasiya anomaliyaları


rayonlarında qalxımların və eləcə də, Ələt-Ləngəbiz qalxımları
zonasının cənub yamaclarının dəniz səviyyəsindən yuxarıda yerləşdiyi
güman edilir. Göstərilən rayonların yaxınlığında Maykop seriyası
çöküntülərinin qalınlıqlarının azalması və litoloji tərkibinin daha
kobuddənəli çöküntülərdən ibarət olması buna sübutdur (şəkil 72).

Şəkil 72. Maykop çöküntülərinin litofasiya və qalınlıqlar xəritəsi.


1-izopaxitlər; 2-çöküntülərin pazlaşma sərhədi; 3-litofasial
zonaların sərhədi; 4-qırılmalar; 5-gillər; 6-qumlar; 7-mergellər;
8-alevritlər; 9-qumdaşıları.

Şimal və cənubdan yüksəlməkdə olan dağ sistemlərilə əhatə


olunan geniş Kür çökəkliyini tutan Maykop dənizinin sahilləri
girintili-çıxıntılı və bəzən də qayalı olmuşdur. Dənizdə bir çox böyük

279
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

və kiçik ölçülü adalar, xüsusən də, cənub sahillərində yerləşən


yarımadalar, onların arasında yaranan dəniz körfəzləri mürəkkəb
paleocoğrafi şəraitin yaranmasına səbəb olur. Belə bir şəraitdə çökən
Maykop lay dəstəsi çöküntüləri tez-tez litofasial dəyişikliklərə
uğrayırlar. Lakin onlar, Eosen çöküntülərindən fərqli olaraq, terrigen
mənşəli olub, çox vaxt gillərdən təşkil olunurlar. Yalnız Böyük və
Kiçik Qafqaz sahillərində və adaların yaxınlıqlarında qum, qumdaşı,
qravelit və konqlomeratlar geniş yayılirlar. Kobuddənəli qırıntı
çöküntülər, Cənub-Şərqi Qafqazda olduğu kimi, Maykop seriyasının
alt hissəsində daha çox yuyulublar.
Kobuddənəli qumlu çöküntülərin və qravelitlərin çökəkliyin
cənub yamacında, Qaraçay körfəzində toplanması Oliqosendə paleo-
Qaraçayın fəaliyyəti ilə əlaqədardır. Qumlu çöküntülərin Ağstafa,
Tərtər və başqa çayların vadilərində artması da eyniadlı paleoçayların
mövcud olması ilə izah oluna bilər. Lakin qumlu süxurların Kür
çökəkliyi daxilində qeyri-bərabər paylanması paleoçayların fəaliyyəti
ilə məhdudlanmayıblar. Burada fəaliyyət göstərən güclü dəniz axınları
da çayların gətirdikləri terrigen çöküntüləri yenidən çeşidləyərək
paylaşdırmışdır. Bu prosesdə isə dəniz dibinin relyefi və xüsusən
dəniz dibində olan antiklinal qalxım zonalarının uzanma istiqamətləri
və onların konsedimentasiya səciyyəli qalxma intensivlikləri mühüm
rol oynayıblar.
Oliqosenin əvvəllərində sürətlə genişlənən dəniz transqressiyası
Kiçik Qafqazdan başlanan çayların vadilərini əhatə etmiş və bu qədim
çay dərələrində toplanan Təbaşir çöküntüləri qırıntılarından əmələ
gələn konqlomeratlar Maykop gilləri ilə örtülmüşlər. Kür çökəkliyinin
şimal-qərbində yerləşən Çatma antiklinoriumunda Maykop
çöküntüləri kəsilişində qumlu çöküntülərin çoxluğu, buraya
kobuddənəli terrigen materialın Eldar və Saqareci qravitasiya

280
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

maksimumlarına uyğun olan qalxımlardan gətirildiyini, onların


yuyulmaya məruz qalmış Mezozoy və daha qədim yaşlı kristallik
süxurların qırıntıları olduğunu göstərir. Bunu Dağlıq Kaxetinin cənub
yamacında Oliqosen çöküntüləri kəsilişində mövcud olan qranit
çınqılları və kvars qumdaşı layları təsdiq edir. Çınqıl və kvars
qumdaşılarının Çatma antiklinoriumunun şimal yamacında olmamağı
göstərir ki, onlar cənubda yerləşən adalardan gətirilmişdir.
Maykopun sonunda dəniz transqressiyasının daha geniş
əraziləri əhatə etməsi, eləcə də Böyük və Kiçik Qafqazda tektonik
hərəkətlərin aktivliyinin azalması ilə əlaqədar olaraq, Kür
çökəkliyinin hər yerində qumlu çöküntülərin miqdarı azalır və gillər
üstünlük təşkil edirlər.
Üst Maykop kəsilişində çoxlu gil-siderit konqresiyalarının
mövcudluğu Maykop dənizinin dibində reduksiyaedici durğun su
şəraitinin olduğunu göstərir. Deyilənləri, sahilyanı qumlu
çöküntülərdə normal duzluluqlu sularda yaşayan molyuskaların, dərin
dəniz şəraitində çökən gillərdə isə balıq qalıqları, foraminifer və
ostrokodların ayrı-ayrı qrupları nümunələrinin mövcud olması da
təsdiq edir.
Maykop seriyası çöküntüləri qalınlıqlarının paylanması Kür
çökəkliyinin paleotektonik rejimində Paleosen-Eosen dövründəkinə
nisbətən müəyyən dəyişikliklərin baş verdiyini göstərir. Bu
dəyişikliklər tektonik hərəkətlərin daha diferensial xarakter alması ilə
əlaqədar olub.
Oliqosen-ilk Miosen epoxasında Qabırrı-Acınohur çökəkliyində
toplanan gilli-alevritli-qumlu çöküntülərin qalınlıqları 1000-1500 m-ə
çatır. Çökəklik şimalda yerləşən Qanıx-Əyriçay çökəkliyindən
(burada çökmə 100-200 m-dən artıq olmayıb) Kaxeti-Daşyüz
antiklinoriumu yerində olan kordilyerlə, cənubda isə Kiçik

281
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Qafqazqarşısı çökəklikdən Saqareci, Eldar, Mingəçevir-Göyçay və


Kürdəmir qravitasiya maksimumları rayonlarında yerləşən adalar
arxipelaqı ilə ayrılıblar.
Kiçik Qafqazqarşısı çökəklik Paleosen-Eosen epoxasında
olduğu kimi, Şəmkir qalxımının şimal batımı ilə iki hissəyə bölünür.
Qərbdə yerləşən çökəklik Paleosen-Eosen dövründəkinə nisbətən
şimal istiqamətində miqrasiya etmişdir. Bu çökəkliyin mərkəzi
hissəsində yerləşən Çatma antiklinoriumunda Maykop çöküntülərinin
qalınlıqları 2000 m-ə çatır.
Kiçik Qafqazqarşısı çökəkliyin şərq hissəsini əhatə edən
Yevlax çökəkliyində isə, əksinə, intensiv çökmə prosesləri (3000 m-ə
qədər) çökəkliyin qərb yamacında getmişdir. Burada Maykop
çöküntülərinin daha kobuddənəli qumlu süxurlardan təşkil olması,
Kiçik Qafqaz dağlarında qalxma və aşınma proseslərinin intensiv
olduğunu göstərir. Maykop əsrində Kür çökəkliyində mürəkkəb
çöküntütoplanma prosesi dənizin geniş miqyaslı reqressiyası və
toplanan çöküntülərin yuyulması ilə başa çatır.

Yevlax-Ağcabədi hövzəsi

Yevlax-Ağcabədi hövzəsi Paleogen-Miosen dövründə müstəqil


çöküntütoplanma hövzəsi olmuş, Pliosen-Antropogen dövründə isə
Kür dağarası çökəkliyin az mailli cənub-qərb qanadına çevrilmişdir.
Yevlax-Ağcabədi çökəkliyinin daxil olduğu Böyük və Kiçik
Qafqaz dağları arasında yerləşən Cənubi Qafqaz regionunun Mezozoy
erasında şimal-qərbdə Karpatlardan, cənub-şərqdə Cənubi Xəzər
çökəkliyinə qədər uzanan qövsvarı adalarından ibarət qalxımlar zonası
arxasında yerləşən okean mənşəli hövzələrdən biri olduğu güman
edilir.

282
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Məlum olduğu kimi, üst Təbaşirin sonunda baş verən intensiv


qalxma nəticəsində ayrı-ayrı adalardan ibarət olan Somxet-Ağdam
zonasında vahid quru sahəsi yaranır və adalar arasında olan Qazax,
Ağcakənd və Ağdərə dəniz boğazları körfəzlərə çevrilirlər. Körfəzlərdə
üst Təbaşir çöküntülərinin qalınlıqları müvafiq olaraq 1000-1500 m,
1600-1800 m və 800-1000 m arasında dəyişir (bax şəkil 39).
Ərəbistan və Avrasiya tektonik plitələrinin konvergent tektonik
hərəkətlərinin Kaynozoyda aktivləşməsi nəticəsində plitələr arasında
yerləşən hövzələrin əvvəlki struktur-tektonik quruluşları, sıxılma və
genişlənmə qüvvələrilə əmələ gələn yeni strukturlarla mürəkkəbləşirlər.
Paleogen dövründə Kiçik Qafqazın şimal istiqamətində hərəkəti cənub
yamacı ensiz və dik, şimal yamacı isə enli və az mailli Kiçik
Qafqazqarşısı çökəkliyin yaranmasına səbəb olur [48].
Paleogen dövrünün əvvəllərində, Danimarka (alt Paleosen)
əsrində, Somxet-Ağdam zonasında qalxma hərəkətlərinin bir qədər də
intensivləşməsi nəticəsində yuxarıda göstərilən körfəzlərin
dayazlaşması və dənizin geri çəkilməsi davam edir. Bu şəraitdə Kiçik
Qafqazqarşısı çökəklikdə qalınlıqları 100-200 m-ə çatan karbonatlı-
terrigen çöküntülər toplanırlar [62].
Çökəkliyin cənub-qərb yamacında əsasən karbonatlardan
ibarət və qalınlıqları 50 m-ə çatan üst Paleosen çöküntülərini
təxminən eyni litoloji tərkibə malik olan Danimarka mərtəbəsi
çöküntülərindən ayırmaq bir qədər çətinlik törədir. Çökəkliyin
mərkəzi hissəsində isə az qalınlıqlı əhəngdaşıları və mergel
aratəbəqələrilə növbələşən gillərdən ibarət çöküntülərin qalınlıqlarının
300-400 m-ə çatdığı güman edilir.
Eosen epoxasında, Paleosenin sonunda başlanan dəniz
transqressiyası genişlənərək orta və üst Eosendə maksimum həddinə
çatır. Əsas qalxma və çökmə zonalarının vəziyyətləri dəyişməz qalsa

283
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

da, Paleosen vaxtı ilə müqayisədə Eosen dövründə çökmə prosesinin


kəskin artması müşahidə olunur (şəkil 73).
Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb yamacında alt Eosen
çöküntüləri gilli litofasiyada yayılıb və qalınlıqları 100-200 m-dir.
Cənub-şərq istiqamətində tədricən terrigen-karbonatlı çöküntülərlə
əvəz olunurlar.

Şəkil 73. Eosen çöküntülərinin qalınlıqlar xəritəsi.


1-izopaxitlər; 2- parametrik, axtarış və kəşfiyyat quyuları;
3-qırılmalar; a-çöküntülərin pazlaşma sərhədi.

Çökəkliyin cənub-şərq və mərkəzi hissələrində bəzən tuf,


tuflu qumdaşı, tuflu çınqıl araqatları da rast gəlir. Alt Eosen
çöküntüləri Sovetlər, Ağcabədi, Zərdab, Muradxanlı, Cəfərli
sahələrində quyularla açılmışdır. Çöküntülərin qalınlıqları 100-400 m
arasında dəyişir [91] (bax: şəkil 38, 39).
284
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Orta Eosenin başlanğıcında Yevlax-Ağcabədi çökəkliyinin


kənarlarında yuyulma sahələrinin kəskin qalxması və sualtı vulkan
püskürmələrinin aktivləşməsi baş verir. Maksimal həddinə orta və
son Eosendə çatan geniş transqressiya vaxtı əsas qalxım və
çökəkliklərin vəziyyəti əvvəlki kimi qalır, lakin yeni qalxım və
çökəkliklərin əmələ gəlmələri sayəsində ərazinin geoloji quruluşu
xeyli mürəkkəbləşir. Qaracalı-Saatlı zonası isə yenə də ən yüksək
yuyulma zonası olaraq qalır.
Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb yamacı geotektonik
inkişafına görə çökəkliyin mərkəzi və şimal-şərq hissələrindən kəskin
fərqlənir. Müasir struktur planda aşkar edilən çoxsaylı lokal qalxımlar
əksər hallarda konsedimentasiyalı inkişafda olmuşlar. Burada orta
Eosen çöküntüləri tufogen və mergelli-gilli fasiyada yayılıblar.
Orta Eosen çöküntüləri göstərilən fasiyada rayonun şimal-
qərbindən cənub-şərqdə İncəçay və Tərtər çaylararası sahəyə qədər
davam edir. Bu çaylar arasında yerləşən Şimali Naftalan sahəsində
orta Eosen çöküntülərinin əsasını mergelli-tuflu çöküntülər təşkil
edir. Onların qalınlıqları Şimali Naftalan-2 saylı axtarış quyusunda
550-560 m-ə çatır. Zəif keçiriciliyə malik olan çöküntülərin
kollektorluq xüsusiyyətləri əsasən onların çatlı olmaları ilə
əlaqədardır.
Çökəkliyin şimal-şərq yamacının Əmirarx-Zərdab-Muradxanlı-
Mil zonasında orta Eosenin tuf, tuflu qumdaşı, tuflu alevrit, mergel və
argillitlərdən ibarət olan çöküntülərinin qalınlıqları 400 m-ə çatır.
Üst Eosen vaxtında orta Eosenə nisbətən qalxım zonasında
yuyulma proseslərinin zəifləməsi nəticəsində Yevlax-Ağcabədi
çökəkliyində üst Eosen çöküntüləri əsasən gilli fasiyada intişar
etdikləri üçün əsasən orta Eosenin məsaməli-çatlı kollektorları üçün
təcridedici örtük rolunu oynayırlar.

285
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Yalnız çökəkliyin şimal-qərbində üst Eosenin alt hissəsində,


qalınlığı 30-40 m-ə çatan qumlu horizont (III-Qazanbulaq horizontu)
karbohidrogenlərin toplanması üçün əlverişli kollektorlara malikdir.
Maykop lay dəstəsi çöküntülərinin toplanması zamanı mühüm
paleotektonik və paleocoğrafi dəyişikliklər baş verir.
Eosenin sonunda Kiçik Qafqazda intensiv qalxma və
qırışıqəmələgəlmə prosesləri nəticəsində Kiçik Qafqazqarşısı
çökəkliyin cənub-qərb yamacı dəniz səviyyəsindən yüksəkdə olan
əraziyə çevrilir.
Maykop vaxtı isə Kiçik Qafqazın qalxması ilə yanaşı, Kiçik
Qafqazqarşısı çökəkliyin intensiv çökməsi baş verir və çökəkliyin
cənub-qərb yamacında Eosenin sonlarında yuyulma zonaları olan
sahələr genişlənən dəniz transqressiyasına məruz qalaraq
çöküntütoplanma sahələrinə çevrilirlər (şəkil 74). Bunun nəticəsi
olaraq, Kiçik Qafqazqarşısı çökəkliyin cənub-qərb yamacında
Maykop lay dəstəsinin bazis horizontu olan Xadum horizontunun
çöküntüləri bir sıra hallarda bazal konqlomeratları ilə Eosen-üst
Təbaşir çöküntüləri üzərinə bucaq və azimut uyğunsuzluqları ilə
qeyri-uyğun yatırlar.
Əsasən qumlu-gilli çöküntülərdən ibarət olan Xadum
horizontunda Gəncəçay, Kürəkçay, Tərtər və Qarqarçayın vadilərində
içərisində konqlomerat səciyyəli kobuddənəli terrigen çöküntülərdən
ibarət layların və linzaların iştirakı, çöküntülərin eyni adlı qədim
çayların hövzələrində formalaşdığını göstərir. Maksimal qalınlıqları
25,6 m-ə çatan (Xarxaput kəsilişində) konqlomeratlar çökmə, bəzən
də maqmatik və metomorfik süxur qırıntılarından ibarətdirlər.
Kiçik Qafqazqarşısı çökəkliyin cənub-qərb yamacında
Maykop lay dəstəsi çöküntülərinin litoloji tərkibinin layların
uzanması istiqamətində tez-tez dəyişməsi və mövcud olan qumlu

286
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

horizontların yayılma sahələrinin müxtəlifliyi, çöküntülərin


paylanmasında yuxarıda adları çəkilən paleoçayların böyük rol
oynadıqlarını göstərir.

Şəkil 74. Eosen çöküntüləri səthinin Maykopun sonunda


paleostruktur vəziyyəti.
1-izopaxitlər; 2-parametrik, axtarış və kəşfiyyat quyuları;
3-qırılmalar; 4-çöküntülərin pazlaşma sərhədi.

Az qalınlıqlı qum və alevrit layları çökəkliyin cənub-qərb


yamacının şimal-qərb və mərkəzi hissələrində yerləşən Qazanbulaq,
Dəliməmmədli, Tərtər, Qızıl Hacılı sahələrinin kəsilişlərində daha çox

287
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

yayılan və I-II Qazanbulaq, I-VI Naftalan neftli-qazlı horizontlarını,


Naftalan strukturunun qərb qanadında isə A,B,C,D,E liter
horizontlarını təşkil edirlər. Cənub-şərq istiqamətində Maykop
çöküntülərinin gilləşməsi və qalınlıqlarının azalması müşahidə olunur.
Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq yamacında Maykop
çöküntüləri əsasən gillərdən ibarət olub, Eosen çöküntüləri üzərinə
uyğun yatırlar. Eosen çöküntülərinə nisbətən daha geniş yayılmaya
malik olduğundan Maykop çöküntüləri Muradxanlı qalxımının tağ
hissəsində və çökəkliyin şimal-şərq yamacının paleostruktur
baxımdan daha yüksək sahələrində Təbaşir çöküntüləri üzərinə
yatırlar. Maykop seriyasının yalnız alt və qismən üst hissələrində az
qalınlıqlı alevrit laycıqları mövcuddurlar. Bunların da zəif yuyulma
sahəsi olan Qaracalı-Saatlı qalxımlar zonasından gətirildiyi şübhə
doğurmur [105].
Yevlax-Ağcabədi hövzəsində Eosen çöküntülərinin bərpa
edilən paleostruktur quruluşundan görünür ki, Maykop əsrinin
sonunda Eosen çöküntülərinin səthi hövzənin mərkəzində Yevlax və
Ağcabədi depressiyalarında müvafiq olaraq 2400 və 1800 m
dərinliklərdə yerləşirlər (bax: şəkil 70). Göründüyü kimi, Yevlax
depressiyasında Eosen çöküntülərinin səthi Ağcabədi depressiyasında
olduğundan 600 m dərində yatır. Bir qədər şimal-qərbdə, Borsunlu
paleodepressiyası isə Ağcabədi depressiyası ilə təxminən eyni (1800 m)
dərinlikdə yerləşir. Ümumiyyətlə, simmetrik quruluşlu hövzənin
şimal-şərq və cənub-qərb yamacları asimmetrik quruluşlu antiklinal
qalxımlarla mürəkkəbləşıblər. Hövzənin cənub-qərb bortunda Eosen
çöküntülərinin səthi Maykop əsrinin sonunda 200-800 m dərinliklərdə
yerləşmişdir.
Regional monoklinal quruluşa malik cənub-qərb bortu
mürəkkəbləşdirən Cənubi Beyləqan, Ağcabədi paleoqalxımları

288
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

müvafiq olaraq 200 və 500 m izohipslərlə qapalı strukturlar kimi əks


olunur. Sovetlər, Güllücə və çox güman ki, Tərtər sahələrində
struktur terraslar mövcud olmuşlar.
Hövzənin qərb hissəsində isə 800 m dərinlikdə yerləşən
asimmetrik, qapalı Qazanbulaq qalxımı və Acıdərə, Sarıyaldağ
sahələrində 800-1200 m dərinliklərdə zəif şəkildə əks olunan
struktur çıxıntılar mövcud olmuşdur. Hövzənin qərb sərhədində
yerləşən Dəliməmmədli sahəsində isə çox böyük ölçülü struktur
çıxıntı kəskin əks olunur. Burada Eosen çöküntüləri 400 m-dən 1200
m-ə qədər dərinliyə gömülürlər (bax: şəkil 43).
Hövzənin şimal-şərq qanadında yerləşən Muradxanlı, Zərdab
qalxımlarının tağ hissələri müvafiq olaraq 200 və 800 m
paleoizohipslərlə səciyyələnirlər. Zərdab antiklinalı ilə təxminən
eyni hipsometrik səviyyədə yerləşən Əmirarx sahəsində isə çox zəif
struktur çıxıntı əks olunur [109].
Eosenin səthinin Miosenin sonuna paleostruktur vəziyyətindən
görünür ki, Borsunlu və Yevlax depressiyalarında çökmə tempi
Miosen epoxasında fərqlənir. Bu hal hövzənin şimal-qərb hissəsində
çökmə prosesinin zəifləməsi ilə əlaqədardır (şəkil 67). Bu da öz
növbəsində, Naftalan-Gödəkboz antiklinal qalxımının struktur
quruluşunda müəyyən dərəcədə asimmetrikliyə səbəb olub.
Hövzənin şimal-şərq bortunda Muradxanlı antiklinalı iki -
800 və 1000 m-lik, Zərdab antiklinalı isə bir - 1600 m-lik qapalı
izohipslə əks olunur. Əmirarx sahəsində 1900 m-lik izohipslə
qapanan struktur çıxıntı Maykop əsrinin sonunda olduğundan daha
yaxşı əks olunur. Hövzənin cənub-qərb bortunda isə Cənubi
Beyləqan, Sovetlər strukturları 200 və 1600 m-lik qapalı
izohipslərlə, Ağcabədi və Güllücə struktur çıxıntıları isə, müvafiq
olaraq, 600 m və 200 m-lik izohipslərlə əks olunur.

289
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Hövzənin şimal-qərb kənarında yerləşən Qazanbulaq,


Dəliməmmədli sahələrinin paleostruktur quruluşunda Miosen
epoxasında bir o qədər də dəyişikliklər baş verməyib. Maykop
əsrinin sonunda olduğu kimi, Qazanbulaq qalxımı bir izohipslə (800
m) qapanan antiklinal struktur, Dəliməmmədli sahəsi isə 800 m-dən
1200 m-ə qədər gömülən böyük ölçülü və kəskin əks olunan
qalxımın şərq batımı olub. Tərtər sahəsində isə çox güman ki,
əvvəllər olduğu kimi, struktur terrasşəkilli mürəkkəbləşməyə məruz
qalıb (şəkil 75).

Şəkil 75. Eosen çöküntüləri səthinin Miosenin sonunda


paleostruktur vəziyyəti.
1-izopaxitlər; 2- parametrik, axtarış və kəşfiyyat quyuları; 3-qırılmalar.

290
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Eosen epoxasında əsas çökəklik və qalxımların vəziyyətində,


eləcə də aşınma materiallarının gətirilmə xüsusiyyətlərində əsaslı
dəyişiklik olmasa da, geniş yayılan transqressiyanın (orta və son
Eosendə) təsiri nəticəsində, çökmə amplitudlarının artması, sahənin əlavə
qalxım və çökəkliklərə bölünməsi baş vermişdir. Hövzədə əsasən
terrigen qumlu-gilli çöküntülər intişar tapmışlar. Ağcabədi çökəkliyində
Eosen çöküntülərin qalınlığı quyu məlumatlarına görə (Sovetlər) 1000-
1200 m-dən artıqdır.
Oliqosen-alt Miosen (Maykop) epoxasında Böyük və Kiçik
Qafqazda qalxma prosesləri daha intensiv olmuş və Kür çökəkliyinin
çökmə tempi sürətlənmişdir. Hövzədə körfəzlərin, çıxıntı və adaların
artması çöküntütoplanmada litofasiya və qalınlıqların böyük
müxtəlifliyinə səbəb olmuşdur.
Maykop çöküntüləri hər yerdə terrigen əsaslı gilli fasiyada
yayılmışlar. Yalnız Böyük və Kiçik Qafqazın ətəkləri, eləcə də daxili
qalxımlara yaxın yerlərdə kəsilişdə kobuddənəli süxurlara - qumdaşı,
qravelit və konqlomerat laycıqları rast gəlir.
Ağcabədi çökəkliyində çökmə amplitudu 3000 m-dən artıq
olmuşdur. Göründüyü kimi, Maykop çöküntülərinin maksimal
qalınlığı Kür çökəkliyinin cənubunda – Kiçik Qafqazqarşısı
çökəkliyin yamacı boyu müşahidə olunur. Bu zonada Maykopun
kəsilişində kobuddənəli süxurların artması həmin əsrdə Kiçik
Qafqazın sürətlə qalxdığını göstərir [62].
Maykop çöküntülərində külli miqdarda gilli-sideritli
konqressiyaların olması isə, Maykop dənizinin dərin zonalarında
durğun bərpaedici şəraitin olmasına sübutdur.
Qalınlıqları 3,0-4,0 km-ə çatan Paleogen-alt Miosen çöküntüləri
üzvi maddələrin toplanması və karbohidrogenlərə çevrilməsi üçün
münasib olan paleotektonik, paleocoğrafi, geokimyəvi şəraitdə çökmüşlər.

291
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Paleogen çöküntüləri Yevlax-Ağcabədi çökəkliyində əsas neftli-


qazlı kompleksdir. Onun neft-qazlılıq perspektivliyini qiymətləndirərkən
qeyd etməliyik ki, Paleogen dövründə çökmə prosesinin mütəmadi
olması paleotektonik cəhətdən karbohidrogenlərin generasiyası üçün
əlverişli sayılır.
Paleogen kompleksinin Paleosen çöküntüləri əsasən mergel və
gillərdən ibarətdir. Yevlax-Ağcabədi rayonunda neft-qazlılıq üst
Paleosenin alt hissəsində yerləşən qumlu-karbonatlı çöküntülərlə
əlaqədardır.
Miosenin sonuna qədər Yevlax-Ağcabədi çökəkliyində çökmə
prosesi intensiv şəkildə davam edir. Bu zaman Eosen çöküntüləri səthi
2800 m-ə qədər gömülmüş və çökəkliyin bortlarında Eosen
çöküntülərinin yatım bucaqları artır. Bu da karbohidrogenlərin
miqrasiya prosesinə böyük təsir göstərmişdir (şəkil 76).
Miqrasiya yolunda ən əsas struktur tələlər şimal-şərq yamacda
Muradxanlı, Zərdab və Əmirarx strukturları olmuşlar. Ən yüksək
paleoizohipsometrik səviyədə (800-1000 m) olan Muradxanlı
strukturu Eosen dənizində Təbaşirin vulkanogen çöküntülərindən
ibarət ada şəklində mövcud olduğundan, Eosen çöküntüləri vulkan
mənşəli böyük qalxımın ətəklərində pazlaşaraq struktur-stratiqrafik
tələlər yaratmışdır. Orta Eosenin bir sıra tufogen və qumlu-gilli
horizontlarının strukturun tağı istiqamətində pazlaşması nəzərə
alınarsa, buradakı neft-qaz yataqlarını struktur-stratiqrafik tiplə
yanaşı, litoloji tipə də aid etmək olar [105, 109].
Miosenin sonunda Muradxanlı qalxımına nisbətən böyük
dərinliklərdə olan Zərdab və Əmirarx strukturları Eosenin səthi üzrə
1600 və 1900 m paleoizohipslərlə qapanırlar. Amplitudları 100 m-dən
artıq olmayan bu kiçik ölçülü strukturlar karbohidrogenlərin
toplanması üçün çox da əlverişli sayıla bilməzlər. Lakin strukturların

292
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

daha dik yatımlı cənub-qərb qanadlarında əsas neftli obyekt olan orta
Eosenin tufogen və qumlu laylarının pazlaşması, onların perspektivli
struktur-stratiqrafik və litoloji obyektlər kimi nəzərdə tutmağa imkan
verir. Çökəkliyin şimal-şərq yamacı və cənub-şərq sentriklinalında
orta Eosen çöküntülərinin pazlaşma zonası neft-qaz yataqlarının
axtarışı üçün daha münasib obyekt ola bilər.

Şəkil 76. Tərtər-Bərdə-Əmirarx istiqamətində


paleogeoloji profil.

293
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Hövzənin cənub-qərb qanadında karbohidrogenlərin toplanması


üçün əlverişli paleostruktur şərait Sovetlər, Ağcabədi, Tərtər,
Naftalan-Gödəkboz, Qazanbulaq və Dəliməmmədli qrupu
strukturlarında olmuşdur. Hövzənin şimal-qərbində isə neft-qazın
yığılması üçün əlverişli olan Bozyeri, Soyuqxanlı kimi kiçikölçülü
antiklinal strukturlar, həmçinin Əliuşağı və Acıdərə struktur çıxıntı və
terrasları mövcud olmuşlar. Sonuncularda neft-qaz yataqlarının əmələ
gəlməsi və qorunub saxlanması üçün paleostruktur şərait o qədər də
münasib olmayıb (şəkil 77).

Şəkil 77. Əliuşağı-Dəliməmmədli-Bozyeri istiqamətində


geoloji profil.

Maykop əsrində çöküntütoplanma prosesinin aramsız davam


etməsi və Yevlax depressiyasının (2200m) Ağcabədi depressiyasından
(1800 m) daha sürətlə çökməsi, paleoçayların bu sahəyə daha çox
terrigen material gətirməsinə səbəb olmuşdur.
Maykop çöküntülərinin Yevlax-Ağcabədi hövzəsində də
singenetik neftli-qazlı kompleks olduğu məlumdur. Bu kompleksin
neft-qazlılıq perspektivliyi isə, Eosen çöküntülərindən fərqli olaraq,
hövzənin cənub-qərb bortu ilə daha çox bağlıdır. Bu da burada
paleocoğrafi şəraitin daha əlverişli olması və Qazanbulaq, Tərtər,
294
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Qaraçinar qumlu horizontların mövcud olması ilə əlaqədardır.


Qazanbulaq horizontlarının Tərtər, Naftalan, Qazanbulaq, Acıdərə,
Dəliməmmədli sahələrində sənaye əhəmiyyətli neftliliyi paleostruktur
şəraitlə yanaşı, paleocoğrafi şəraitin əlverişli olması ilə izah olunur.
Hövzənin şimal-şərq yamacı isə belə qumlu horizontların olmadığı
üçün, Maykop çöküntüləri üzrə perspektivli sayıla bilməz. Zərdab və
Muradxanlı yataqlarında az qalınlıqlı alevrit laylarından alınan neftin
hasilatının cüzi olması deyiləni bir daha təsdiq edir.
Paleosen çöküntülərinin perspektivliyini qiymətləndirdikdə bu
çöküntülərin üzvi maddələrin toplanması üçün qismən əlverişli olan
neytral və zəif reduksiyaedici şəraitdə çökdüklərini və onların
çökəkliyin mərkəzi hissəsində, Miosenin sonunda karbohidrogenlərin
generasiyası üçün lazım olan termodinamik şəraitin mövcud olduğu
3500-5000 m dərinliyə gömülmələrini qeyd etmək lazımdır. Lakin bu
çöküntülər əsasən gilli fasiyada yayıldıqları üçün altda yatan Mezozoy
kollektorları üçün izoləedici örtük rolunu oynayırlar. Çökəkliyin
cənub-qərb yamacında karbonatlılıqları ilə fərqlənən çöküntülərdən
Naftalan sahəsində bir quyuda 0,2-0,3 t/gün hasilatla neftin
alınmasına görə onları neftli obyekt kimi hesab etmək olar. Alt
Eosenin gilli çöküntüləri isə bu obyektlər üçün örtük ola bilərlər.
Yevlax-Ağcabədi çökəkliyində qalınlığı 400-500 m-ə çatan
orta Eosenin mergelli-tuflu çöküntüləri rayonunun əsas neftli-qazlı
obyektidir. Bu çöküntülərdə karbohidrogenlərin generasiyası üçün
lazım olan termodinamik şərait çökəkliyin mərkəzi hissələrində, hələ
Miosen dövründə mövcud olub və Pliosendə də davam etmişdir.
Generasiya olunan karbohidrogenlər çökəkliyin şimal-şərq bortunda
Muradxanlı vulkanik qalxımının cənub-qərb qanadında litostratiqrafik
və tektonik ekranlaşan, Cəfərli qalxımında isə antiklinal tipli yataqlar
əmələ gətirmişdir.

295
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Zərdab və Əmirarx sahələrində orta Eosen çöküntülərindən


alınan sənaye miqyaslı neft axınları çöküntülərin regional neft-
qazlılıqlarını göstərir.
Orta Eosen çöküntülərinin neft-qazlılıq perspektivliyi isə
onların kollektorluq xüsusiyyətlərindən və kollektor layların paleo və
müasir struktur-tektonik şəraitlərindən asılıdır. Bu baxımdan
çökəkliyin şimal-şərq bortunda və qismən də sentriklinallarında
mövcud olan paleostrukturlar və pazlaşma zonalarında olan körfəzvarı
stratiqrafik tələlər daha perspektivli obyektlər sayılırlar.
Çökəkliyin cənub-qərb yamacı böyük qalınlığa (500-600 m) və
zəif keçiriciliyə malik mergelli-tuflu çöküntülərdən ibarətdir. Bu
çöküntülərdən Ağgöl sahəsində qırılma zonası yaxınlığında qazılmış 1
saylı quyuda 200 m3/gün hasilatla su axının alınması, onların çatlı
kollektorlara malik olmasını və belə zonalarda yerləşən strukturlarda
karbohidrogen yataqlarının yaranması üçün münasib şəraitin
olduğunu göstərir.
Daha çox gilli fasiyada yayılan üst Eosen çöküntüləri orta
Eosenin kollektorları üçün örtük hesab edilir. Lakin çökəkliyin şimal-
qərbində kəsilişin alt hissəsində yerləşən və 30-40 m qalınlığa malik
III-Qazanbulaq horizontunun Qazanbulaq və Dəliməmmədli
sahələrində neftliliyi, horizontun neftli obyekt kimi qonşu sahələrdə
də izlənməsinin vacib olduğunu göstərir.
Üzvi maddələrin zənginliyi ilə fərqlənən Maykop lay dəstəsi
çöküntüləri regionda əsas nefttörədici süxurlardır. Qalınlıqları 2000 m-ə
çatan bu çöküntülər, çökəkliyin mərkəzi hissəsində 4,5-5,0 km
dərinliyə qədər gömülmüşlər. Onların alt hissələri əsas generasiya
zonasında yerləşirlər. Buradan çökəkliyin bortlarına hərəkət edən
karbohidrogenlər qumlu kollektorların məhəlli yayıldıqlarına və zəif
keçiriciliyə malik olduqlarına görə iri neft yataqları əmələ gətirməyiblər.

296
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Çökəkliyin cənub-qərb bortunda məhəlli yayılmaya malik


neftli-qazlı horizontların perspektivliyi, onların kollektorluq
xüsusiyyətləri daha yüksək olan qədim çayların vadilərində və delta
zonalarında mövcud olan litostratiqrafik və tektonik ekranlaşmış tipli
tələlərin axtarışı ilə bağlıdır.
Çökəkliyin mərkəzi hissəsində generasiya olunan
karbohidrogenlər, layların yatımı üzrə yuxarı istiqamətdə hərəkət
edərək, çökəkliyin yamaclarında və sentriklinallarında miqrasiya
vaxtına qədər formalaşan struktur və lito-stratiqrafik tələlərdə
toplanaraq neft-qaz yataqları yaratmışlar.
Yevlax-Ağcabədi çökəkliyində Paleogen çöküntülərinin neft-
qazlılıq perspektivliyi çökəkliyin şimal-şərq bortunda orta Eosenin
mergelli-tuflu çöküntülərinin pazlaşma zonalarında olan lito-
stratiqrafik və qismən də Maykop seriyasının alt hissəsində mövcud
olan az qalınlıqlı (10-30 m) alevritli-gilli horizontun yayıldığı
sahələrdəki struktur və qeyri-antiklinal tələlərlə əlaqədardır.
Maykop çöküntülərinin Zərdab-Şıxbağı sahəsində təsdiq
olunan sənaye miqyaslı neftliliyi, qalınlığı 10-15 m olan alevritli-gilli
''reper'' horizontunun yayıldığı sahələrlə əlaqədardır. Horizontun
qalınlığının Muradxanlı istiqamətində 30-35 m-ə qədər artması onun
perspektivliyinin də həmin istiqamətdə artdığını göstərir.
Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb bortunda Maykop
lay dəstəsi və Eosenin foraminifer laylarının sənaye əhəmiyyətli
neftliliyi Qazanbulaq, Dəliməmmədli, Naftalan, Tərtər, Acıdərə
sahələrində aşkar edilib. Çökəkliyin şimal-şərq yamacında isə keçən
əsrin 70-ci illərində aşkar edilən Muradxanlı və Cəfərli neft yataqları
hal-hazırda işlənmədədirlər.
Süxur nümunələrinin tədqiqi göstərir ki, Kiçik Qafqazqarşısı
çökəklikdə çöküntütoplanma prosesi Paleosen dövründə neytral və ya

297
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

zəif reduksiyaedici, Eosen dövründə zəif reduksiyaedici, Maykop


dövründə isə karbohidrogenlərin əmələ gəlməsi üçün əlverişli olan
reduksiyaedici geokimyəvi şəraitlərdə getmişdir. Bunu çöküntülərdə
olan üzvi maddələrin (C üzv) miqdarı uyğun olaraq 0,1-0,5%, 0,5%-ə
qədər və 0,5-1% arasında dəyişməsi və neytral geokimyəvi şərait üçün
səciyyəvi olan siderit, qlaukonit və dəmir oksidi minerallarının, zəif
reduksiyaedici şərait üçün siderit, pirit və b. autigen mineralların,
reduksiyaedici şərait üçün isə çöküntülərdə yarozitli gillərin, siderit
konqresiyalarının, piritin mövcudluğu çöküntülərin karbohidrogenlərin
əmələ gəlməsi üçün əlverişli geokimyəvi şəraitdə toplandığını
göstərir. Yevlax-Ağcabədi çökəkliyində Eosen çöküntülərində neftin
generasiyası üçün kifayət edən temperaturun 3500 m dərinlikdən
başlandığı əsaslandırılmışdır.
Maykop çöküntülərində ümumi istilik impulsunun Eosen
çöküntülərinə nisbətən az olması, bu çöküntülər kompleksinin
neftəmələgətirmə potensialının az olması ilə səciyyələnir. Maykop lay
dəstəsi çöküntülərinin əsas neftəmələgəlmə zonası çökəkliyin mərkəzi
hissəsini və onun cənub-qərb yamacında yerləşən Naftalan, Tərtər,
Güllücə, Sovetlər, Ağcabədi, Lənbəran, Ağgöl sahələrini, şimal-şərq
yamacında isə Zərdab, Şahsünnü, Muradxanlı, Cəfərli, Şıxbağı, Qaralı
sahələrini əhatə edir.
Vitrinitin əks etdirmə qabiliyyətinə görə T max Maykop seriyası
çöküntülərində 415oC-432oC, Eosen çöküntülərində isə 426 oC-438oC
arasında dəyişməsi çöküntülərin əsas neftəmələgəlmə zonasında
olduğunu göstərir.
Eosen çöküntüləri üzrə ümumi istilik implusunun 100-dən çox
olduğu Naftalan, Tərtər, Şirvanlı, Güllücə, Zərdab sahələrində və
çökəkliyin daha çox gömülmüş mərkəzi hissələrində karbohidrogenlərin
generasiyası daha erkən başlanmış və daha intensiv şəkildə getmişdir.

298
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Qabırrı-Acınohur hövzəsi

Kür-Qabırrı çaylararası sahədə Paleosenin Danimarka əsrində


qalxma hərəkətləri intensivləşir və dənizin geri çəkilməsi nəticəsində
dayaz körfəzlərdə 100-200 m qalınlıqlı karbonatlı-terrigen çöküntülər
toplanır. Danimarka əsrində baş verən paleotektonik və paleocoğrafi
dəyişikliklər son Paleosendə də davam edir. Bu zaman Qazax və
Ağcakənd körfəzlərinin sahəsi xeyli kiçilir. Yuyulma mənbəyi olan
Şəmkir qalxımının yüksəlməsi sayəsində körfəzlərin arasında olan
quru sahəsi genişlənir. Dənizdə isə çökmə prosesi zəiflədiyi üçün
Kiçik Qafqazqarşısı çökəklik iki hissəyə ayrılır [103].
Şimal-qərbdə yerləşən, mərkəzi hissəsi demək olar ki, Kür-
Qabırrı çaylararası rayonunu əhatə edən, Qarayazı adlanan çökəklik
şimal-şərqdə Eldar və Saqareci qalxım və yuyulma zonaları ilə Böyük
Qafqazqarşısı çökəklikdən ayrılır. Çökəkliyin mərkəzi hissəsində gil
və mergellər, kənar hissələrində isə bu çöküntülərlə yanaşı qum və
qumdaşıları da çökürlər.
Paleosenin kəsilişində qumların azlığı Somxet-Ağdam
yuyulma zonasında tektonik hərəkətlərin və erroziya proseslərin zəif
olduğunu göstərir. Alt Paleosenin Danimarka çöküntüləri, üst
Təbaşirin karbonatlı süxurlarından üst Paleosenin əsasən gillərdən
ibarət olan çöküntülərinə keçid təşkil edərək mergel və gillərdən təşkil
olunublar. Bu çöküntülər bir sıra rayonlarda əsasən gilli
çöküntülərdən ibarətdir.
Eosen epoxasında Paleosenin sonunda başlayan, dəniz
transqressiyası genişlənir. Onun maksimum həddi orta və son Eosenə
vaxtına uyğun gəlir. Bu zaman əsas qalxma və çökmə zonalarının
vəziyyəti dəyişmir, lakin Paleosen vaxtı ilə müqayisədə, çökmə
prosesinin sürətlənməsi müşahidə olunur [9, 94].

299
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Kür-Qabırrı çaylararası rayonda müxtəlif litoloji tərkibdə və


hər üç şöbə ilə təmsil olunan böyük qalınlığa malik (1200-1400 m-ə
qədər) Eosen çöküntüləri toplanır (şəkil 78 ).
Eosenin əvvəlində çaylararası ərazinin ayrı-ayrı sahələrində
qeyri-bərabər çökmə prosesi gedir. Cənub hissədə Qıraqkəsəməndən
Xatınlıya qədər uzanan dar çökəklik mövcud olmuşdur.
Qıraqkəsəməndən cənuba Tovuz-Qazax rayonunda çöküntülərinin
maksimal qalınlıqları 500-800 m-ə çatan ayrı-ayrı lokal çökəkliklər
ayrılır.

Şəkil 78. Eosen çöküntülərinin qalınlıqlar xəritəsi.


1-izopaxitlər; 2- parametrik, axtarış və kəşfiyyat
quyuları; 3-qırılmalar; 4-çöküntülərin pazlaşma sərhədi.

Şimal-şərq istiqamətində çöküntülərin qalınlıqları tədricən 400-


600 m-ə (Sacdağ, Dəmirtəpə-Udabno), cənub-şərq istiqamətində isə
100 m-ə qədər azalır (Tərsdəllər). Toplanan çöküntülərin tərkib və
qalınlıqları göstərir ki, ilk Eosendə hövzənin dərinliyi çox olmayıb.
300
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Alt Eosen çöküntüləri Kür-Qabırrı çaylararası sahəsinin cənub


zolağında Paleosen çöküntüləri üzərinə uyğun yatır və əsasən gilli
fasiya ilə təmsil oıunurlar.
Eosen çöküntü kompleksində əsas neftli-qazlı obyekt olan orta
Eosen çöküntülərinin qalınlıqları 0-dan 400 m-ə qədər dəyişir (şəkil 79).
Rayonun cənub zolağında qalınlığı 100-200 m arasında dəyişən orta
Eosen çöküntüləri tufogen-terrigen fasiyada yayılıblar.
Xatınlı sahəsindən başlayaraq cənub-şərq istiqamətində orta
Eosenin tufogen-terrigen fasiyası tədricən terrigen-karbonatlı fasiya
ilə əvəz olunur. Bu isə əsasən Kiçik Qafqazda mövcud olan
vulkanların fəaliyyətinin zəifləməsilə əlaqədardır.
Qalınlıqların paylanması göstərir ki, rayonun şimal-qərb
hissəsində (Sacdağ, Dəmirtəpə-Udabno) orta Eosen çöküntülərinin
qalınlığı 200-300 m olduğu halda, cənub-şərqə - Tərsdəllərə doğru
qalınlıq 40-100 m-ə qədər azalır. Böyük Palantökən istiqamətində isə
orta Eosen çöküntülərinin qalınlığı 250-300 m-ə qədər artır (şəkil 79).
Son Eosendə orta Eosenə nisbətən intensiv qalxma prosesi
müşahidə olunur. Bu da qalınlıqların azalmasında (150-300 m) özünü
göstərir.
Çaylararası ərazinin şimal-qərb zolağında 200 m-lik izopaxitlə
məhdudlaşan iki maksimal çöküntütoplanma zonası ayrılır. Bu
zonalar Xatınlı sahəsini və Dəmirtəpə-Udabnodan Qıraqkəsəmənə
qədər olan sahəni əhatə edir.
Cənub-şərq zolaqda da iki: Ağtəpə-Böyük Palantökən və
Tərsdəllər maksimal qalınlıqlar zonaları mövcud olmuşlar (şəkil 80).
Son Eosendə Kür-Qabırrı çaylararası rayonunun cənub
hissəsində terrigen çöküntülər toplanırlar. Burada kəsiliş əsasən bərk
karbonatlı qumdaşı laylarına malik gillərdən ibarətdir. Üst Eosen
çöküntüləri Maykop seriyasının gillərilə örtülür.

301
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Şəkil 79. Orta Eosen çöküntülərinin litofasiya və qalınlıqlar xəritəsi.


1-gil; 2-qumdaşı; 3-mergel; 4-tuf-qumdaşı; 5-tuf-konqlomerat və
qravellitlər; 6-tuflar; 7-izopaxitlər; 8-parametrik,axtarış və
kəşfiyyat quyuları; 9- qırılmalar; 10- çöküntülərin pazlaşma sərhədi;

Üst Eosen çöküntüləri də əsasən gilli fasiyada olduqları üçün,


onlar orta Eosenin məsaməli, çatlı kollektorları üçün izoləedici örtük
rolunu oynayırlar. Eosen dövründə əsas çökəklik və qalxımların
vəziyyətində, eləcə də aşınma materiallarının gətirilmə xüsusiyyətində
əsaslı dəyişiklik olmasa da, geniş yayılan transqressiyanın təsiri
nəticəsində, çökmə amplitudunun artması və sahənin əlavə qalxım və
çökəkliklərə parçalanması baş verir [7, 8].
Eosen çöküntüləri səthinin Miosen dövrünün sonuna olan
paleostruktur vəziyyətini əks etdirən xəritədən görünür ki, bu dövrdə
Eosen kompleksi çöküntüləri 3000-4000 m-ə dərinliyə qədər
gömülmüşlər (şəkil 81).

302
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Şəkil 80. Üst Eosen çöküntülərinin litofasiya və qalınlıqlar xəritəsi.


1-izopaxitlər; 2- parametrik, axtarış və kəşfiyyat quyuları;
3- çöküntülərin pazlaşma sərhədi; 4-gillər; 5-argillit;
6-mergel; 7-qumdaşları.

Miosen dövrünün sonunda Eosen çöküntüləri üzrə və 1000-


1800 m dərinlikdə yerləşən Tərsdəllər qalxımı şimal-şimal-qərb
istiqamətində gömülən, yaxşı əks olunan struktur burundan ibarət
olub, şərq və cənubdan konsedimentasiya xarakterli qırılmalarla
hüdudlanırdı. Miosenin sonunda Kür-Qabırrı çaylararası rayonunun
şərqindəki qırılmanın amplitudu 800-1000, cənubdakı qırılmanın
amplitudı isə 400-500 m-ə çatır. Gürzündağ və Palantökən
sahələrində müvafiq olaraq 2800 və 3800 m paleoizohipslərlə
qapanan kiçikölçülü braxiantiklinal tipli qalxımlar mövcud olmuşdur.
Rayonun cənub-qərbində Kuxet, Qıraqkəsəmən, Məmmədtəpə və
Sacdağ sahələrində Eosen çöküntüləri 200-2800 m dərinliklərdə

303
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

yerləşməklə, bir-biri ilə bilavasitə əlaqəsi olan struktur çıxıntılardan


ibarət olmuşlar. Bunlardan da ən kəskin əks olunanı cənubda yerləşən
Kuxet və Qıraqkəsəmən çıxıntılarıdır.

Şəkil 81. Eosen çöküntüləri səthinin Miosn dövrünün sonunda


paleostruktur vəziyyəti.
1-izopaxitlər; 2- parametrik, axtarış və kəşfiyyat quyuları; 3-qırılmalar.

Kür çayı vadisindən cənubda yerləşən Qıraqkəsəmən çıxıntısı


bir qədər ondan şərqdə yerləşən Ağstafa çıxıntısından çox da dərin
olmyan körfəzvarı Poylu çökəkliyilə ayrılır. Belə struktur çıxıntıların
Kür çayı vadisindən cənubda mövcudluğu şübhə doğurmur. Lakin,
əldə olan geoloji məlumatların azlığı, çıxıntıların Miosenin sonunda
paleostruktur vəziyyətlərini müəyyən etməyə imkan vermir.
Kuxet-Qıraqkəsəmən-Məmmədtəpə-Sacdağ çıxıntılar zonası,
ondan qərbdə yerləşən Şıxlı-Cahandar-Dəmirtəpə struktur çıxıntılar
zonasından amplitudu 200-400 m olan qırılma ilə ayrılır. Şimal-

304
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

şimal-şərq istiqamətində uzanan bu qırılma üzrə Şıxlı-Cahandar-


Dəmirtəpə zonası qırılıb düşməyə məruz qaldığı üçün, Eosen
çöküntüləri Miosenin sonunda Kuxet-Məmmədtəpə-Sacdağ zonasından
daha dərində, yəni 600-3000 m dərinliklərdə yerləşirlər. Bu zonanın
ən böyük və ən kəskin əks olunan Şıxlı çıxıntısı başqalarından fərqli
olaraq, şimal və ya şimal-şərq istiqamətində uzanır. Geofiziki
məlumatlara görə, çıxıntının hündürlüyünün 500 m-ə çatdığını demək
olar. Asimmetrik quruluşlu olan çıxıntının şimal qanadında Eosen
çöküntülərinin monoklinal yatımı, tədricən Cahandar-Dəmirtəpə
struktur çıxıntısı ilə əvəz olunur. Sonuncu struktur çıxıntı isə 1800-
2600 m paleoizohipslərlə daha yaxşı əks olunur [103].
Maykop seriyasının çöküntülərinin toplanması zamanı tədqiq
edilən ərazi paleotektonik və paleocoğrafi dəyişikliklərə uğrayır.
Eosenin sonunda Kiçik Qafqazda intensiv qalxma və
qırışıqəmələgəlmə prosesləri baş verir. Bu proseslərin nəticəsində
Kiçik Qafqazqarşısı çökəkliyin cənub-qərb yamacı dəniz
səviyyəsindən yüksəyə qalxır.
Maykop əsrində isə Kiçik Qafqazın qalxması bu çökəkliyin
intensiv çökməsi ilə müşayət olunur və onun cənub-qərb qanadında
Eosenin sonlarında yuyulma zonaları olan sahələr çöküntütoplanma
sahələrinə çevrilirlər (şəkil 82).
Maykop əsrində Kür və Qabırrı çaylararası rayonunda çökmə
prosesi kəskin şəkildə artır. Bu zaman toplanan çöküntülərin qalınlığının
2000 m-ə çatması, orta Eosen çöküntülərinin rayonun şimal hissəsində
göstərilən rəqəmdən bir qədər də artıq (üst Eosenin qalınlığını nəzərə
almaqla) dərinliyə gömüldüyünü göstərir (bax: şəkil 80). Maykop
çöküntülərində külli miqdarda gilli-sideritli konkressiyaların iştirakı
isə, Maykop dənizinin dərin zonalarında durğun bərpaedici şəraitin
olmasına sübutdur.

305
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Şəkil 82. Maykop çöküntülərinin litofasial və qalınlıqlar xəritəsi.


1-izopaxitlər; 2- parametrik, axtarış və kəşfiyyat quyuları;
3-qırılmalar; 4- çöküntülərin pazlaşma sərhədi; 5-gillər;
6-argillitlər; 7-qumdaşıları.

Kür-Qabırrı çaylararası rayonunda Maykop çöküntüləri əsasən


gilli litofasiyada yayılmaqla, bəzi hallarda (Qıraqkəsəmən, Tovuz,
Qazax, Xuluflu) kəsilişdə qumdaşı, mergel və vulkan külü laycıqları
da rast gəlir. Bu laycıqların sayı və qalınlıqları Xuluflu,
Qıraqkəsəmən, Tərsdəllər və Böyük Palantökən sahələrində artır.
Qumlu lay dəstələrinin qalınlığı adətən 1-3 m, bəzi hallarda isə 5-6 m-
ə çatır. Qeyd etmək lazımdır ki, Maykop çöküntülərinin bütün kəsilişi
boyu aşağıdan yuxarıya doğru qumlu materialların tədricən gillərlə
əvəz olunması müşahidə olunur.
Tərsdəllər qalxımında Eosen çöküntüləri səthinin Maykop
əsrinin sonunda paleohipsometrik səviyyəsi 800-1200 m arasında
dəyişirdi. Qalxımın şimal-şərq istiqamətdə enmə bucağı orta Eosendə
olduğundan çox artmış və struktur burun şəklini almışdır. Bu

306
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

çıxıntının şimal istiqamətdə yatım bucağı azalaraq demək olar ki,


Qabırrı çayı hövzəsinə qədər davam etmişdir [69, 87].
Göstərilən rayonda Eosen çöküntülərinin 1500 m-ə qədər
dərinlikdə olduğu güman edilir. Bu çıxıntıdan bir qədər qərbdə
yerləşən Gürzündağ sahəsində isə, Eosen çöküntüləri 1500-1700 m
dərinliklərdə yatırdı.
Rayonun şimal-qərbində, Qıraqkəsəmən qalxımında Eosen
çöküntüləri səthinin paleohipsometrik səviyyəsi 0-800 m, Sacdağ
sahəsində isə 1500-2000 m arasında olmuşdur.
Sacdağ sahəsinə nisbətən xeyli cənubda yerləşən Molladağ
sahəsində səviyyənin 1700 m-ə çatması, Tərsdəllər və
Qıraqkəsəmən-Sacdağ qalxım zonaları arasında yerləşən geniş
ərazidə paleohipsometrik səviyyənin daha dərində olduğunu deməyə
əsas verir (bax: şəkil 82).
Bu vaxt intervalında çöküntütoplanmanın sürəti Axtaxtatəpə-
Böyük Palantöən sahələrində 1 mln.ildə 146 m olmuşdur. Bunun da
nəticəsində Maykop lay dəstəsi çöküntülərinin maksimal qalınlıqları
2000 m-ə çatmışdır (şəkil 83).
Rayon ərazisində qum və alevrit materiallarının
paylanmasında Kiçik Qafqazdan Orta Kür çökəkliyinə axan
paleoçaylarla yanaşı, dəniz sahili axınlarının da mühüm rolu
olmuşdur.
Tərsdəllər struktur çıxıntısının şimal-şərq qanadında Maykop
lay dəstəsində mövcud olan qumlu horizontların və ayrı-ayrı qum
laylarının strukturun tağına doğru tamamilə gilləşməsi, qumların dəniz
axımları ilə şimal-qərb istiqamətindən gətirildiyini göstərir. Hövzəyə
qumların nəqli isə başlanğıcını Şəmkir, Allahverdi qalxımlarından,
Bolnisi və Acar-Trialet tektonik zonalarından götürən Şəmkirçay,
Zəyəm, Ağstafa və Xram kimi paleoçaylarla olmuşdur [11, 89].

307
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Şəkil 83. Dəllər-Tovuz-Böyük Palantökən istiqamətində


paleogeoloji profil.

Maykop seriyası çöküntüləri səthinin Miosenin sonunda


paleostruktur vəziyyətindən görünür ki, Kür-Qabırrı çaylararası
308
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

rayonu şimal-şimal-şərq istiqamətində mailliyi olan geniş


monoklinaldan ibarət olub. Monoklinal şimal-qərbdə və cənub-şərqdə
struktur çıxıntılarla mürəkkəbləşib.
Şimal-qərbdə yerləşən Sacdağ və Məmmədtəpə çıxıntıları
müvafiq olaraq 1200-1600 m və 800-1000 m paleoizohipslərlə,
cənub-şərqdə daha mürəkkəb quruluşa malik olan Tərsdəllər struktur
çıxıntısı isə, 200-1000 m paleoizohipslərlə xarakterizə olunurlar
(şəkil 84). Gürzündağ sahəsində 1400 m paleoizohipslə qapanan
antiklinal strukturun olduğu axtarış-kəşfiyyat quyuları ilə təstiq edilir.

Şəkil 84. Maykop çöküntülərinin səthinin Miosenin


sonunda paleostruktur vəziyyəti.
1-izopaxitlər; 2- parametrik, axtarış və kəşfiyyat quyuları;
3-qırılmalar; 4- çöküntülərin pazlaşma sərhədi.

Bu strukturla eyni antiklinal zonada yerləşən Qərbi Gürzündağ,


Axtaxtatəpə, Kiçik Palantökən strukturlarında quyu materiallarının

309
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

azlığından, strukturların Maykop çöküntülərinin səthi üzrə qapalı


paleostrukturlar olduğunu demək çətindir.
Məlum olduğu kimi, dağlararası Kür çökəkliyi
karbohidrogenlərin generasiyası hövzəsi olmuş və burada əmələ gələn
neft və qaz miqrasiya edərək, ondan əvvəl mövcud olan antiklinal
strukturlarda, neftli-qazlı kollektorların pazlaşma zonalarında litoloji-
stratiqrafik yataqlar əmələ gətirmişlər.
Kür-Qabırrı çaylararası rayonda neft-qazlılıq Paleogen-alt
Miosen kompleksi kəsilişində əsas etibarilə Eosen və Maykop
çöküntülərilə əlaqədardır. Göstərilən çöküntülərin karbohidrogenlərin
əmələ gəlməsi üçün əlverişli sayılan reduksiyaedici, zəif reduksiyaedici
və neytral geokimyəvi şəraitdə toplandıqları müəyyən edilmişdir.
Kür-Qabırrı çaylararası rayonunun şimal-qərb hissəsində daha
çox gilliliyi ilə fərqlənən alt Eosen çöküntüləri karbohidrogenlərin
əmələ gəlməsi üçün daha əlverişli sayılır. Orta Eosen çöküntülərinin
rayonda vulkanogen-çökmə və tufogen fasiyada olması, onların
nefttörədici olmalarından daha çox karbohidrogenlərin toplanması
üçün kollektorlar olduğunu göstərir [7, 95].
Qazax körfəzində üst Eosen kəsilişinin alt hissəsində
qumluluğun 30%-ə çatması, bu çöküntülərin də neftli-qazlı obyektlər
kimi perspektivliyə malik olduğunu deməyə əsas verir [8].
Kür-Qabırrı çaylararası ərazidə orta Eosen çöküntülərinin
sənaye əhəmiyyətli neftliliyi hələlik, Tərsdəllər sahəsində müəyyən
edilb.
Tərsdəllər struktur çıxıntısının şimal-şərq qanadının tağa
yaxın hissəsində qazılan 1 saylı axtarış quyusunda 2865-2882 m
dərinliklərdə yatan orta Eosenin mergelli-tufogen çöküntülərindən
250-300 m3/gün hasilatla neft alınıb. Sonralar qazılan 4 saylı quyuda
bu obyektdən 160 m 3/gün, 8 saylı quyuda 35-40 m3/gün və 9 saylı

310
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

quyuda isə 20 m3/gün hasilatla neftin alınması struktur çıxıntının


şimal-şərq qanadının tağa yaxın hissəsində litoloji və tektonik
ekranlaşan kiçik ölçülü neft yatağının olmasını göstərir.
Digər quyularda sənaye əhəmiyyətli neft axınının olmaması,
onların qazıldıqları sahələrin struktur-tektonik vəziyyətləri ilə yanaşı,
orta Eosen çöküntülərinin litofasial xüsusiyyətləri, ən əsası isə onların
kollektor xüsusiyyətlərinin neftin və qazın toplanması üçün kifayət
dərəcədə yüksək olmamaqları ilə əlaqədardır. Süxurların kollektorluq
xüsusiyyətlərinin pisləşməsi isə, layların qalınlıqlarının azalması
istiqamətində baş verir. Belə ki, orta Eosen çöküntülərinin
qalınlıqlarının 50 m-dən az olduqları sahələrdə, onların gilləşməsi
müşahidə olunur [95].
Bu regional qanunauyğunluq yalnız Kiçik Qafqazdan Qabırrı-
Acınohur çökəkliyinə axan paleoçayların vadilərində pozulur. Belə
paleoçayların dərələrindən biri Keyrukkeylan sahəsində qazılmış 1
saylı axtarış quyusu rayonunda seysmik kəşfiyyat materialları
əsasında müəyyən edilib. Bu çay dərəsini seysmik profillərlə 1,5 km
məsafədə izləmək mümkün olmuşdur.
Keyrukkeylan sahəsində qazılan 1 saylı quyuda orta Eosenin
tufogen çöküntülərindən üzərində neft pərdələri olan 150 m 3/gün
hasilatla lay suyunun alınması, belə paleoçay vadilərində orta Eosen
çöküntülərinin kollektor xüsusiyyətlərinin yüksək olduğunu
göstərməklə yanaşı, həmin vadilərin Kiçik Qafqazqarşısı çökəkliyin
cənub-qərb yamacında neftlilik baxımından perspektivli obyektlər
olduğunu deməyə əsas verir [46].
Kür-Qabırrı çaylararası rayonun şimal-şərq hissəsində orta
Eosen çöküntülərinin qalınlıqlarının artması ilə yanaşı, kollektorluq
xüsusiyyətləri də yaxşılaşır və müvafiq olaraq neftlilik perspektivliyi
də artır. Gürzündağ sahəsində qazılan 3 saylı axtarış quyusunda 4259-

311
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

4330 m intervalında Eosen çöküntülərindən 25-100 t/gün hasilatla


neft axınının alınması bunu təsdiq edir.
Çaylararası rayonun şimal-qərb hissəsində yerləşən
Məmmədtəpə, Sacdağ və Dəmirtəpə-Udabno sahələrində də orta Eosen
çöküntülərindən alınan gündəlik maye axınlarının 0,5 -150 m3 arasında
dəyişməsi, bu çöküntülərin filtrasiya xüsusiyyətlərinin həm sahə, həm
də kəsiliş üzrə dəyişdiyini göstərir [125].
Maykop dənizində çöküntütoplanma prosesi başqa sahələrində
olduğu kimi, karbohidrogenlərin əmələ gəlməsi əlverişli reduksiyaedici
geokimyəvi şəraitdə getmişdir. Maykop çöküntülərində yarozitli
gillərin, siderit konkresiyalarının, piritin olması və üzvi maddələrin
(Cüzv) 0,5-1% arasında dəyişməsi bunu göstərir. Belə geokimyəvi
şəraitdə əmələ gələn Maykop seriyası çöküntüləri singenetik neftli-
qazı çöküntülərdir. Çöküntülərin neft-qazlılıq perspektivliyi onların
kollektor xassələrindən və layların yerləşdikləri sahələrin paleo və
müasir struktur-tektonik xüsusiyyətlərindən asılıdır. Kür-Qabırrı
çaylararası rayonunda Paleogen-alt Miosen çöküntülərində neft və qazın
generasiya prosesləri bir sıra kəşfiyyat sahələrində öyrənilmişdir.
Acınohur mümkün neftli-qazlı rayonun Paleogen-Miosen
çöküntüləri üzrə perspektivliyini əsaslandırmaq üçün, rayon
ərazisində aparılan geoloji-geofiziki işlər nəticəsində alınan
məlumatlar kifayət deyildir. Məlum olduğu kimi, Acınohur çökəkliyi
böyük qalınlığa malik olan Dördüncü dövr və Pliosen çöküntülərilə
doldurulmuşdur. Daha qədim çöküntülər isə yalnız, çökəkliyin
cənub-şərqində Girdiman çayının sağ sahilində yer səthinə çıxırlar.
Paleogen-Miosen çöküntüləri parametrik quyularla da
öyrənilməmişdir. Belə olan halda, Acınohur çökəkliyində Paleogen-
Miosen çöküntülərinin neft-qazlılıq perspektivliyini, rayonun geoloji
quruluşunu qonşuluqda yerləşən Kür-Qabırrı və Qabırrı-Qanıx

312
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

çaylararası rayonların geoloji quruluşları ilə müqayisə yolu ilə


qiymətləndirmək olar [33].
Acınohur neftli-qazlı rayonu geotektonik cəhətdən Böyük
Qafqazın cənub yamacından Kür çökəkliyinin şimal bortuna keçid
zonasında yerləşir. Qanıx çayının meridional istiqamətində olan aşağı
axınından şimal-qərbdə Acınohur çökəkliyi Şərqi Gürcüstanın
Mirzaani çökəkliyi ilə əlaqələnir. Mirzaani çökəkliyi şimal-şərqdən
Kaxeti-Daşyüz antiklinoriumu ilə Qanıx-Əyriçay çökəkliyindən,
cənub-şərqdə isə Çatma-Göyçay antiklinoriumu ilə Ceyrançöl
çökəkliyindən ayrılır.
Mirzaani çökəkliyində Mirzaani, Patara-Şirak, Qaribani neft
yataqları istismar olunurlar. Əsas neftli horizontlar Pliosen yaşlı Şirak
lay dəstəsinə və üst Sarmat yarımmərtəbəsinə aiddirlər. Çökəkliyin
neft-qazlılığı isə orta-alt Sarmat, orta Miosen, Maykop seriyası və
Eosen çöküntüləri ilə əlaqədardır. Çökəkliyin cənub-qərb yamacında
Çatma antiklinoriumunun şimal-şərq qanadında Maykop seriyası və
orta-üst Miosen yaşlı çöküntülərilə əlaqədar olan çoxsaylı neft-qaz
çıxışları mövcuddur. Gürcüstan ərazisində yerləşən Çatma-Bayda
rayonunda 16 saylı quyuda Sarmat mərtəbəsinin üst horizontlarından
alınan 200 t/gün hasilatlı neft axını Paleogen-Miosen çöküntülərinin
neft-qazlılıq perspektivliyini göstərir.
Acınohur rayonunda böyük dərinliklərdə yatan Paleogen-
Miosen çöküntülərilə əlaqədar neft-qazlılıq əlamətləri qeydə
alınmayıb. Lakin, çöküntülərin neft-qazın generasiyası üçün əlverişli
paleotektonik və paleocoğrafi şəraitdə əmələ gəlmələri, onların böyük
qalınlıqda Pliosen-Antropogen çöküntü qatı ilə örtülmələri, onlarda
formalaşması mümkün olan yataqların qorunub saxlanmasının
mümkünlüyü, bu çöküntülərin perspektivli olduğunu deməyə imkan
verir.

313
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Çökəkliyin şimal-qərb hissəsində və cənub-qərb yamacında


Paleogen-Miosen çöküntülərinin qumlu-gilli litofasiyada yayıldığı
sahələr bu cəhətdən diqqəti daha çox cəlb edir. Buna misal,
Mingəçevir su anbarının şimalında yerləşən Qərbi, Mərkəzi və Şərqi
Qocəşən antiklinallarını göstərmək olar.

Talışqarşısı (Cəlilabad) hövzəsi

Talışqarşısı (Cəlilabad) mümkün neftli-qazlı rayonun cənub-


qərbdən Talış qırılması, şimal-qərbdən Aşağı Araz qırılması, şərqdən
Xəzər dənizi, şimal-şərqdən isə Salyan və Muğan düzənliyilə
sərhədlənir. Rayon hüdudunda yerləşən Talış çökəkliyində
Paleosen dövründə qalınlığı 1400 m-ə qədər çatan tuf-alevrit,
qumdaşı, konqlomerat və qravelitlərdən ibarət çöküntü qatı toplanıb.
Çöküntülər hövzənin qərb hissəsində sualtı vulkanların püskürmə
məhsullarının aşınan və cənub-şərq istiqamətində nəql edilən
hissələridir.
Paleosen yaşlı çöküntülərin Uzuntəpə sahəsində də tufogen
çöküntülərdən ibarət olması, aşınma məhsullarının eyni zamanda bu
istiqamətdə də yayıldığını göstərir [33].
Paleosenin sonunda qalxma prosesi nəticəsində quru ərazisi
genişlənir və qırışıqlıq əmələ gəlir. İlk Eosendə Təbaşir yaşlı substrat
parçalanır və cənub-şərq istiqamətində uzanan Talış çökəkliyi yaranır.
Çökəklik ilk vaxtlar Talış dağları və Cənubi Azərbaycanın qonşu
rayonlarını əhatə edir.
Çökəkliyin cənub yamacı Əlburs dağlarının şimal-qərb
batımında Eosen yaşlı vulkanik kompleksin Yura və üst Təbaşir
çöküntü kompleksi üzərinə yatdığı sahələri əhatə edirdi. Şimal sərhədi
isə Araz çayının sol sahilində Kiçik Qafqazın antiklinal qalxımlarının
periklinal gömülmə zonalarından keçirdi (şəkil 85).
314
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Şəkil 85. Eosen çöküntülərinin litofasiya və qalınlıqlar xəritəsi.


1-izopaxitlər; 2-çöküntülərin pazlaşma sərhədi; 3-gillər;
4-qumlar; 5-alevritlər; 6-tufogen-çökmə süxurlar (tuflu
qumdaşı, konqlomerat, alevrit və qravellitlər);
7-vulkanogen süxurlar.

İlk Eosendə ən intensiv çökmə prosesi Eosenə qədər mövcud


olan Astara qalxımının şimal və şərq hissələrində olub. Bu yerlərdə

315
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

baş verən çat tipli sualtı vulkanizm nəticəsində qalınlığı 1300 m-ə
çatan piroklastik material və lavalar toplanmışdır (şəkil 86). Terrigen
materialların kəsilişdə iştirak etməməyi ətraf yuyulma sahələrinin
dəniz səviyyəsindən yüksəkdə yerləşməməsi və relyefin düzənlik
olması ilə izah olunur. Çöküntülərin fasial tərkibi və qalınlıqlarının
hövzə boyu tez-tez dəyişməsi isə dəniz sahillərinin girintili-çıxıntılı
və hövzə dibinin vulkanların yaratdığı relyefə malik olması ilə izah
oluna bilər [53].
Son Eosendə Azərbaycanın digər çökəkliklərindən fərqli
olaraq, Talış çökəkliyində intensiv çökmə prosesi vulkanik proseslərin
aktivləşdiyi vaxtlar pozulmuşdur. Bu zaman toplanan 2500 m
qalınlıqlı vulkanogen-çökmə mənşəli flişoid xarakterli çöküntülər
litoloji və petroqrafik xüsusiyyətlərinə görə alt hissədə tufogen-
çöküntü (flişoid), orta hissədə vulkanogen və üst hissədə alevritli-
qumlu olmaqla üç hissəyə bölünür.
Qumlu çöküntülərin şimal-qərb istiqamətində, gilli-alevritli
çöküntülərin isə cənub-şərq istiqamətində artması yuyulma
mənbəyinin şimal-qərbdə olduğunu göstərir. Eosenin sonında
hövzənin ən dərin yeri Talışın şimal hissəsində, müasir Buravar
antiklinal zonasında yerləşirdi.
Burada yığılan alevritli-qumlu çöküntülərin qalınlıqları 200 m-ə
çatır. Talış çökəkliyində qalınlığı 3800 m-ə çatan çökmə-vulkanogen
kompleksdən şimal və şimal-qərb istiqamətlərində vulkan mənşəli
süxurların miqdarı azalır, normal çöküntü süxurların miqdarı isə
tədricən artır.
Çökəkliyin şimal bortunda yerləşən Uzuntəpə sahəsində
Eosen çöküntüləri qalınlıqları 900 m-ə çatan vulkan külü laycıqları,
gilabi və tufogen süxurları olan balıq və bitki qalıqlarına malik
mergel, gil və qumdaşılarının növbələşməsindən ibarətdir.

316
317
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Şəkil 86. Geoloji profil (T.Ə. İsmayılzadənin


redaktorluğu ilə tərtib olunub
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Eosenin sonu Oliqosenin başlanğıcı Talış zonasında qalxma və


qırışıqəmələgəlmə prosesləri intensivləşir. Bu zaman Talış
çökəkliyində Burovar qalxımı və Lerik sinklinal çökəkliyi yaranır.

Şəkil 87. Maykop çöküntülərinin litofasiya və


qalınlıqlar xəritəsi.
1-izopaxitlər; 2-çöküntülərin pazlaşma sərhədi; 3-gillər;
4-qumlar; 5-mergellər; 6-tufogen-çökmə süxurlar(tuf-qumdaşı,
konqlomerat, alevrit, qravellitlər); 7-yuyulma sahəsi.
318
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Oliqosen-alt Miosen yaşlı molass çöküntüləri Burovar qalxımı


və Lerik sinklinoriumunun son Eosen yaşlı flişoid xarakterli vulkanik-
çökmə süxurları üzərinə bucaq uyğunsuzluğu ilə qeyri-uyğun yataraq,
yeni törəmə Yardımlı çökəkliyini yaradır (bax: şəkil 86).
Masallı çökəkliyində yaranan su hövzəsi İran ərazisində olan
Dəşti-Muğan sahəsi vasitəsilə Aşağı Araz çökəkliyində olan su
hövzəsilə əlaqələnir. Bu zaman yaranan vahid Masallı-Aşağı Araz su
hövzəsində Maykop əsrinin birinci yarısında qumlu-gilli çöküntülər,
ikinci yarısında isə əsasən gillər çökür. Qalınlığı 2000 m-ə çatan
Maykop lay dəstəsi çöküntülərində gips, yarozit və kömür
laycıqlarının olması çöküntütoplanma prosesinin laqun şəraitində
getdiyini göstərir (şəkil 87).
Talış çökəkliyinin şimal-qərbində yerləşən Saatlı-Lənkəran
qalxımlar zonasında Maykop çöküntülərinin qalınlığının 1000 m-ə
qədər azalması, bu qalxımlar zonasının konsedimentasiya səciyyəli
inkişafda olduğunu, çöküntülərin isə daha narın dənəli terrigen
materiallardan təşkil olması zonanın yuyulma sahəsindən daha uzaqda
yerləşdiyini göstərir.
Ümumi qalınlıqları 5000 m-ə çatan Paleosen-Eosen yaşlı
çökmə-vulkanogen qatın neft-qazlılıq potensialı yüksək qiymətləndirilmir.
Bunu Talış dağlarında çox geniş ərazidə yer səthinə çıxan Paleosen-
Eosen çöküntülərinin neft-qazlılıq əlamətlərinə malik olmamağı da
sübut edir.

İrəvan-Ordubad hövzəsi

Naxçıvan NQR-i hüdudunda Təbaşir dövrünün sonu və


Paleogenin əvvəli Araz zonasının geoloji inkişaf tarixində əsaslı
dəyişikliklər baş verir. Bu vaxt Naxçıvan ərazisində Paleosen və alt
Eosen çöküntüləri yuyulmaya məruz qalırlar. Eosenin əvvəlindən
319
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

başlayaraq çökmə prosesi Zəngəzurdan şərqə miqrasiya edir və


burada əmələ gələn çökəklik effuziv və intruziv vulkanizmin intensiv
fəaliyyət arenasına çevrilir [13] (şəkil 88).

Şəkil 88. Eosen çöküntülərinin litofasiya və qalınlıqlar xəritəsi.


1-izopaxitlər; 2- yuyulma sahələri; 4-vulkanik-çökmə süxurlar.

Orta Eosenin əvvəllərində dənizin transqressiyası başlayır,


vulkanizm xeyli dərəcədə zəifləyir. Pulsasiya xarakterli vulkanizm
normal dəniz şəraitində çökən karbonatlı-terrigen çöküntülərə
nisbətən ikinci dərəcəli elementə çevrilir. Orta Eosen dövründə
vulkanizm bir qədər güclənir və Naxçıvan ərazisində alt Lyutet yaşlı
qalınlığı 1100 m-ə çatan vulkanogen-çöküntü qatı toplanır. Lyutet
320
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

əsrinin ikinci yarısında isə 800 m qalınlıqlı tuf-konqlomerat qatı


formalaşır [53].
Son Eosenin başlanğıcında Ordubad çökəkliyində vulkanik
fəaliyyət yenidən nəzərə çarpacaq dərəcədə zəifləyir və lokal
qalxımlar əmələ gəlir. Bu vaxt təkrar çökən tufogen süxur və terrigen
çöküntülərdən təşkil olunan 600-700 m qalınlıqlı qat, əsasında bazal
konqlomerat olmaqla, orta Eosenin konqlomeratlarını transqressiv
şəkildə örtür.

Şəkil 89. Maykop çöküntülərinin litofasiya və qalınlıqlar xəritəsi.


1- izopaxitlər; 2- yuyulma sahələri; 3-qırılmalar;
4-karbonatlı-terrigen-qırıntı çöküntülər.

321
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Eosenin sonunda Naxçıvan ərazisinin qalxması davam edir və


dənizin tam reqressiyasına şərait yaranır. Bu isə Araz zonasında
orogen mərhələnin başlanğıcı olur.
Araz zonasında Oliqosen orta tərkibli effuziv vulkanizm və
Mehri-Ordubad batolitinin Zəngəzur qalxımının tağyanı zonasında
qranitoid intruziyaları ilə səciyyələnir. Ordubad çökəkliyinin şərq
hissəsinin çökməsi və dərinlik qırılmalarının aralanması ilə müşayiət
olunan ilk və orta Eosen vulkanizmi, ilk və orta Oliqosendə,
Paleogen vulkanizminin son mərhələsində inversiya və çökmə
zonasının qərb-cənub-qərb istiqamətində miqrasiyası ilə nəticələnir.
Bu çökəkliyin Naxçıvan hissəsində Oliqosen və ilk Miosen dövründə
andezit tərkibli, qalınlığı 900-1000 m-ə çatan qırmızı rəngli
vulkanogen-qırıntı qatı toplanır. İran və Türkiyənin qonşuluqda
yerləşən ərazilərində də Oliqosen hövzəsi kontinental-laqun
xarakterli olub (şəkil 89).
Oliqosenin sonu və Miosenin başlanğıcında Naxçıvan
ərazisində çökmə zonası qərb-cənub-qərb istiqamətində miqrasiya
edərək, Şərur-Culfa antiklinoriumunu iki qalxıma - Şərur və Culfa
antiklinallarına ayırır. Vulkanizm bu vaxt çox zəifləyir. Naxçıvan
çökəkliyinin yalnız kənar hissələrində fasilələrlə və zəif şəkildə
təzahür edən vulkanizm Oliqosen-alt Miosendə karbonatlı-terrigen
çöküntülərin toplanması ilə müşayət olunur.

3.3.2. Neogen dövrü

Neogen çöküntüləri əksər neftli-qazlı hövzələrdə geniş


yayılmışlar. Bu hövzələrdə Neogen çöküntülərinin alt hissəsinə aid
olan Miosen çöküntüləri Paleogen çöküntüləri ilə birlikdə vahid
Paleogen-Miosen neftli-qazlı kompleksi kimi qəbul olunur. Lakin,
orta və üst Miosen çöküntüləri litofasial və struktur-tektonik
322
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

xüsusiyyətlərinə görə Paleogen-alt Miosen çöküntülərindən


fərqlənirlər. Bu da onların yarımkompleks şəklində ayrılıqda
öyrənilməsini tələb edir.

Xəzəryanı-Quba və Dibrar hövzəsi


(Qusar-Dəvəçi və Xızı neftli-qazlı rayonları)

Qusar-Dəvəçi və Xızı neftli-qazlı rayonları ərazisi hüdudunda


orta və son Miosen geoloji zaman intervalında Böyük Qafqazın
Azərbaycan hissəsi intensiv qırışıqlıq və orogenezə məruz qalır.
Maykop əsrində mövcud olan çöküntü hövzələrində akkumlyasiya
prosesləri davam edir. Lakin hövzələrdə əsasən qumlu gil,
müxtəlifdənəli qumdaşı, mergel və dolomitlərdən təşkil olunan molass
çöküntüləri toplanır.
Cənub-Şərqi Qafqazda paleotektonik proseslər əsasən
Siyəzən və Qaynar-Zəngi dərinlik qırılmaları arasında yerləşən geniş
ərazidə baş verir və onlar intensiv qalxmaya məruz qalırlar. Ərazidə
dayaz dəniz şəraitinin mövcudluğu şirin su şəraitində yaşayan fauna
nümunələrinin mövcud olması ilə təsdiqlənir. Cənub-şərqi Qavqazda
qalxma prosesləri, qırışıqəmələgəlmə proseslərilə müşayət olunur.
Ümumqafqaz istiqamətli qalxım və çökəkliklərin, bəzi sahələrdə isə
Qafqazəksi istiqamətli qalxma və çökmə zonalarının əmələ
gəlməsinə səbəb olur. Bu vaxt maksimal enməyə Qusar-Dəvəçi
çökəkliyi məruz qalır (bax: şəkil 21).
Orta və üst Miosen yarımkompleksin çöküntüləri bir sıra
rayonlarda Oliqosen-alt Miosen çöküntüləri üzərinə qeyri-uyğun
şəkildə yatır və üstdə yatan Pliosen çöküntü kompleksilə də qeyri-
uyğun şəkildə örtülürlər.
Qusar-Dəvəçi çökəkliyi və Cənub-Şərqi Qafqazın bir sıra
başqa rayonlarında ilk Miosenin sonu - orta Miosenin əvvəlində
323
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

toplanan çöküntülərin yuyulması prosesi baş verir. Belə güman edilir


ki, Tarxan horizontu çöküntülərinin məhdud ərazidə yayılması,
Çokrakqarşısı yuyulma ilə əlaqədardır. Xarakterik fauna qalıqlarına
malik Tarxan çöküntüləri Dağıstan ərazisinin cənubunda və Xızı
tektonik zonasının Şurabad sinklinalında iştirak edirlər. Dağıstanın
cənubunda Tarxan mergelli-gilli, Şurabadda isə tam gilli fasiyada
yayıliblar.
Tarxan əsrinin sonu və Çokrak əsrinin əvvəlində dənizin
qısamüddətli reqressiyası baş verir və bunun da nəticəsində Cənub-
şərqi Qafqazın bir çox rayonlarında Tarxan çöküntüləri tamamilə, üst
Maykop çöküntüləri isə qismən yuyulur. Bir qədər sonra başlayan
dəniz transqresiyası sürətlə genişlənərək Maykop dənizinin əhatə
etdiyi sahələri tutur.
Maykop və Çokrak çöküntülərinin yayılma sahələri və
qalınlıqlarının paylanması göstərir ki, Çokrak vaxtında Cənub-şərqi
Qafqazda paleotektonik plan o qədər də böyük dəyişikliklərə məruz
qalmayıb.
Maykop əsrində olduğu kimi, Çokrak əsrində də Xızı tektonik
zonası dayaz dəniz və yuyulma sahəsi olub. Qusar-Dəvəçi çökəkliyi
qərbdə yerləşən Tələbi, Qusar, İmamqulukənd yuyulma sahələrini
əhatə etməklə geniş ərazini tutur. Ağzıbirçala qalxımı isə əvvəlki kimi
yuyulma sahəsi olmuşdur. Maksimal qalınlıqlar zonası Dəvəçi
çökəkliyinin mərkəzi hissəsində yerləşmişdir.
Dəvəçi çökəkliyi və bir qədər şimalda yerləşən Şimali Xaçmaz
və Yalama-Xudat çökəklikləri Orta Xəzər çökəkliyinə açılan
körfəzvarı çökəkliklər olmuşlar [88].
Qeyd etmək lazımdır ki, burada toplanan Maykop
çöküntülərinin maksimal qalınlıqları 1200 m olduğu halda, Çokrak
çöküntülərinin qalınlığı 600-800 m-ə qədər azalır (şəkil 90). Bu hal

324
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

ilk baxışda çökmə prosesinin zəiflədiyini göstərir. Lakin Maykop


çöküntülərinin təxminən 17 mln. ilə, orta və üst Miosen
çöküntülərinin hamısının isə cəmi 11 mln. ilə toplandıqlarını nəzərə
alsaq, Çokrak əsrində çöküntütoplanma prosesinin daha sürətlə
getdiyini demək olar. Göstərilən rayonlarda Çokrak çöküntüləri
əsasən qumlu-gilli fasiyada yayılıblar.
Qusar-Dəvəçi çökəkliyinin şimal-şərq hissəsində qum və
gillərlə yanaşı mergel araqatları da rast gəlir. Sudur zonasından və
Təngi-Beşbarmaq kordilyerindən şimalda Çokrak zamanı əsasən tünd-
boz, bəzən də qara rəngli gillər çökmüşlər. Onların içərisində az
qalınlıqlı alevrit və brekçiyaşəkilli dolomit laylarının iştirakı, eləcə də
Türyançay-Gilgilçay sahəsində qravelit laylarının olması, adı çəkilən
kordilyerin ara-sıra yuyulma zonası olduğunu göstərir.
Karaqan əsrinin başlanğıcı Cənub-Şərqi Qafqaz ərazisində baş
verən qısa müddətli, lakin geniş reqressiya ilə səciyyələnir. Reqressiya
əlamətlərinin daha kəskin əks olunduğu Qusar-Dəvəçi çökəkliyinin
şimal-qərb hissəsində Karaqan çöküntüləri (əsasında üst Təbaşir,
Paleogen və alt Miosen çöküntüləri qırıntılarından təşkil olunan
konqlomeratlar iştirak edir) Çokrak, Maykop və Qovundağ lay dəstəsi
(Eosen) çöküntüləri üzərinə transqressiv şəkildə yatırlar.
Məlum olduğu kimi, Dağıstanın cənubunda Karaqan horizontu
gil, qum və qumdaşılarının növbələşməsindən ibarət qumlu-gilli
litofasiyada yayılıb. Qumdaşıları arasında Çokrak horizontuna aid
olan kvars dənələri də iştirak edir. Onların miqdarı cənub-şərq
istiqamətində azalır. Qusar-Dəvəçi rayonunun şimal-şərq hissəsində
Karaqan horizontu mergel, gil və qumdaşılarından ibarət olan
çöküntülərlə təmsil olunur.
Tələbi-Qusar-İmamqulukənd və Ağzıbirçala yuyulma sahələrinə
yaxın ərazidə və Təngi-Beşbarmaq kordilyerinin şimal-şərq hissəsində

325
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

dayaz dəniz şəraitində qumlu-gilli çöküntülər toplanır. Maksimal


qalınlıqları 600-800 m-ə çatan Dəvəçi çökəkliyinin mərkəzi
hissəsində dənizin xeyli dərinləşdiyi və gilli alevrit çöküntülərinin
toplandığı güman edilir.
Konk horizontu çöküntüləri Cənub-şərqi Qafqazın əksər
rayonlarında Karaqan horizontu çöküntüləri üzərinə uyğun şəkildə
yatırlar.
Yalnız Siyəzən monoklinalının şimal-qərb hissəsində,
Çaqacuqçayın vadisində Konk çöküntülərinin altda yatan çöküntülər
üzərinə transqressiv şəkildə yatdığı qeydə alınmışdır.
Konk hövzəsinin paleotektonik və paleocoğrafi şəraiti Karaqan
hövzəsindəkindən çox az fərqlənir. Əsas fərq Konk çöküntülərinin
Qusar-Dəvəçi çökəkliyinin şimal hissəsində mövcud olmamağıdır. Bu
da az qalınlıqlı çöküntülərin Sarmatqabağı yuyulmaya məruz
qalmaları ilə izah oluna bilər.
Cənubi Dağıstanın sahilyanı zonasında qalınlıqları 100 m-ə
çatan qumdaşı və mergel araqatlarına malik olan gillərin
mövcudluğu, çöküntülərin daha az qalınlıqlarla Yalama və Xudat
sahələrində də çökməsini güman etməyə əsas verir. Konk
çöküntülərinin cənub-şərqdə yerləşən Quba-Dəvəçi çökəkliyində
nadir qum və qumdaşı laylarına malik olan gillərlə təmsil olunması,
Təngi-Beşbarmaq kordilyerinin bəzən dəniz səviyyəsindən yüksəyə
qalxdığını göstərir [84].
Sarmat əsrinin əvvəllərində dənizin transqressiyası baş verir.
Nəticədə alt Sarmat çöküntüləri Konk və daha qədim çöküntüləri
transqressiv şəkildə örtürlər. Alt Sarmat çöküntülərinin əsasında
konqlomerat layları olmaqla, Konk və Karaqan çöküntüləri üzərinə
transqressiv şəkildə yatması Təngi-Beşbaraq kordilyerinin şimal-
qərbində qeydə alınmışdır.

326
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Şəkil 90. Çokrak çöküntülərinin litofasial və qalınlıqlar xəritəsi.


1- yuyulma sahələri; 2-sahilyanı kobuddənəli fasiya (gil, qum,
qravelit və konqlomerat laycıqlarına malik qumdaşıları); 3- sahilyanı
dayaz dəniz qumlu-gilli fasiya (gil, qum, qumdaşı və alevrolitlər);
4- dayaz dəniz terrigen-karbonatlı fasiya (gil, qum, qumdaşı,
Alevrolit və mergellər); 5- nisbətən dərin dəniz gilli-alevrolitli fasiya
(alevrolit laycıqlarına malik gillər); 6- litofasial zonaların sərhədləri;
7- izopaxitlər; 8- parametrik, axtarış və kəşfiyyat quyuları.

327
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Orta Sarmatın əvvəllərində Miosen dənizi daha da genişlənir.


Bu zaman dəniz, Ağzıbirçala və Xaçmaz qalxım zonaları istisna
olmaqla, Qusar yarımadası, Sudur zonası və Şahdağ-Xızı tektonik
zonasının çökəkliklərini də əhatə edir.
Alt və orta Sarmat vaxtı Dağıstanın sahilyanı zonasında
qumlar və qumdaşılarının tez-tez əhəngdaşı aralayları ilə
növbələşməsindən ibarət çöküntülər, Azərbaycanın sahilyanı
zonasında isə, qumdaşı aralayları olan gillər çökürlər.
Sudur zonasında və ona qonşu olan ərazilərdə dayaz dəniz
şəraitində gil və qumlarla yanaşı, kobuddənəli konqlomeratlar
çökürlər. Bu da yuyulma zonasının yaxında olduğunu və tektonik
aktivliyini göstərir. Bir qədər şimal-şərqdə kobuddənəli fasiya gilli
fasiya ilə əvəz olunur.
Son Sarmatda baş verən reqressiya nəticəsində dəniz Şahdağ,
Sudur, Qusar və Yalama-Xudat zonalarını tərk edir. Xaçmaz və
Ağzıbirçala yuyulma zonaları isə xeyli genişlənir. Üst Sarmat
çöküntülərinin kəsilişində qırıntılı süxurların, əhəngdaşılarının,
balıqqulaqlarının rolu artır və kəsilişdə bitumlaşmış şistlər rast gəlir.
Sudur zonasında əsas etibarilə konqlomeratlar toplanır. Şərqdə
Düz Tahirdən Təngialtıya qədər olan sahədə üst Sarmat əsasən gilli
çöküntülərdən ibarətdir. Kəsilişin alt hissəsində bitumlaşmış şist
layları, üst hissədə isə əhəngdaşı, qumdaşı və üst Yura yaşlı süxur
qırıntılarından ibarət konqlomerat layları mövcuddur. Bu litofasiya
müəyyən dəyişikliklərlə Çandahar burnuna qədər davam edir.
Sarmat mərtəbəsi çöküntülərinin litofasial tərkibinin, altda
yatan çöküntülərin litofasial tərkibi ilə müqayisəsi göstərir ki, Sarmat
əsrində Tufan yuyulma sahəsində qalxma hərəkətləri intensivləşir və
qapalı dəniz genişlənməsinə baxmayaraq, dayazlaşır. Bu proses
Sarmat əsrinin sonlarında daha da güclənir.

328
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Dənizin dayazlaşması fonunda Quba-Dəvəçi çökəkliyində


bitumlaşmış şistlərinin çökməsi dəniz dibinin enməsilə əlaqədar
olmuşdur. Bunun nəticəsində dərinləşən çökəkliyin dibində üzvi
maddələrin toplanması üçün əlverişli şərait yaranır. Sarmat əsrinin
sonunda qısamüddətli, lakin çox kəskin qalxma hərəkətləri
nəticəsində Xəzəryanı-Quba vilayətinin çox hissəsindən dəniz geri
çəkilir və toplanan çöküntülər yuyulmaya məruz qalırlar.
Meotisqabağı reqressiya Cənub-şərqi Qafqaz ərazisinin çox
hissəsini əhatə edir və onun Meotis əsrində də davam etdiyini
Cənubi Dağıstan və Xəzəryanı-Quba vilayətinin əksər rayonlarında
Meotis çöküntülərinin mövcud olmaması göstərir. Bəzi
tədqiqatçıların fikrincə bir çox sahələrdə bu çöküntülər Pontqabağı
yuyulmaya məruz qalıblar. Bununla yanaşı Meotis çöküntülərinin
Təngi-Beşbarmaq kordilyerinin şimal qanadında Gilgilçay dərəsində
iştirakını qeyd etmək lazımdır. Meotis çöküntüləri burada
qalınlıqları 25 m-ə çatan brekçiyaşəkilli dolomitlərdən ibarətdir.
Sarmat çöküntüləri üzərinə qeyri-uyğun yatan çöküntülərin alt
hissəsində Maykop seriyasına mənsub olan yarozitli gil lövhələri
mövcuddur.
Çöküntülərin sahilyanı dayaz zonada çökdüyünü və onların
Qaynarca antiklinal zonası daxil olmaqla, Quba-Dəvəçi çökəkliyinin
cənub-şərq hissəsində daha geniş ərazini əhatə etdiyini güman etmək
olar.
Meotis əsrinin sonu və Pont əsrinin əvvəllərində dənizin yeni
reqressiyası baş verir və Sarmat əsrinin sonunda baş verən
reqressiyadan da geniş olur. İlk Pontda Cənubi Dağıstan ilə yanaşı
Xəzəryanı-Quba rayonunun şimal-şərq hissəsi quru sahəsi kimi
qalmaqda davam edir. Yalnız orta Pontda Quba-Dəvəçi çökəkliyində
dəniz şəraiti bərpa olunur. Ensiz körfəz şəklində şimal-qərb

329
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

istiqamətində uzanan çökəkliyin qərb hissəsində əhəngdaşı və


konqlomerat laycıqlarına malik gillər çökürlər. Çaqacuq çayı
vadisindən şərqdə isə Pont çöküntüləri daha çox gillərdən ibarət olub,
az qalınlıqlı mergel və qumdaşı laycıqlarına malikdirlər. Nisbətən
dərin dəniz şəraitində çökən gilli çöküntülərin qalınlıqları 700 m-ə
çatır.
Orta Pont vaxtı transqressiya maksimal həddə çatır, dəniz
Xəzəryanı-Quba rayonunun ərazisinin çox hissəsini, o cümlədən,
Şahdağ və Qızılqaya massivlərinin şimal ətəklərini əhatə edir.
Tufan-Dibrar zonasında toplanan çöküntülərin müxtəlif
fasiyalı olmaları, quru sahəsinin kəskin relyefə malik olduğunu
göstərir. Ən yüksək qalxımlar Şahdağ və ondan cənubda yerləşən
Baş Qafqaz silsiləsində olmuşdur. Məhz bu səbəbdən Qusarçay və
Qudyalçay arasında qalan və Şahdağ zonası yaxınlığında yerləşən
sahədə gillər arasında böyük qalınlıqlı konqlomerat layları
mövcuddur [107].
Cənub-şərqdə, Təngi-Beşbarmaq qalxımında tektonik
hərəkətlərin zəifləməsi və relyefin hipsometrik səviyyəsinin aşağı
düşməsi ilə əlaqədar olaraq, əsasən gilli çöküntülər toplanır. Tufan-
Dibrar yarımadasının cənubunda karbonatlı fasiyanın əhəngdaşılı-gilli
fasiya və onun da gilli fasiya ilə əvəz olunması, dayaz sahil şəraitinin
nisbətən dərin dəniz şəraitilə əvəz olunduğunu göstərir.
Pont əsrinin sonunda dəniz sahilinin konfiqurasiyasında ciddi
dəyişikliklər baş verməsə də, üst Pont çöküntülərinin orta Pont
çöküntülərinə nisbətən daha narın dənəli çöküntülərlə əvəz olunduğu
müşahidə olunur. Bu da Tufan-Dibrar yuyulma zonasında qalxma
hərəkətlərinin zəifləməsi ilə izah olunur.
Terrigen materialın azalması ilə əlaqədar olaraq Xəzəryanı-
Quba vilayətinin şimal-qərb hissəsində, Şahdağ massivinin şimal

330
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

ətəklərində əhəngdaşıları və sahil zonasında formalaşan balıqqulağı


əhəngdaşıları çökürlər.
Miosen epoxasında Xəzəryanı-Quba rayonu ərazisində əsas
çöküntütoplanma hövzəsi şimal-şərqdə Qusar-Xaçmaz, Ağzıbirçala
qalxımları, qərbdə Təngi-Beşbarmaq antiklinoriumu ilə hüdudlanan,
cənub-şərqdə isə Xəzər dənizinə açılan Quba-Dəvəçi çökəkliyi
olmuşdur.
Çökəkliyin mərkəzi hissəsində toplanan Miosen çöküntülərinin
qalınlığı 2000-2500 m-ə çatır. Xəzər dənizi istiqamətində qalınlıq
2600-2700 m-ə qədər artır (şəkil 91).
Çökəkliyin quruluşunu mürəkkəbləşdirən Tələbi-Qaynarca
antiklinal zonasında isə Miosen dövründə zonanın şimal-qərb
hissəsinin intensiv çökməsi və cənub-şərqdə yerləşən antiklinal
strukturların konsedimentasiyalı inkişafı qalınlıqların paylanmasındakı
fərqi azaldır. Geotektonik rejimdə baş verən dəyişikliklər Pliosen-
Antropogen vaxtı daha da güclənir [84].
Samur və Siyəzən dərinlik qırılmaları ilə əhatə olunan sahənin
cənub-qərb və şimal-qərb hissəsində çökmə prosesinin zəifləməsi,
cənub-şərqində isə intensivləşməsi nəticəsində göstərilən kompleks
çöküntülər üzrə Qusar-Dəvəçi törəmə çökəkliyi formalaşır. Eosen
çöküntüləri səthinin Miosenin sonundakı paleostruktur quruluşundan
görünür ki, səthin müxtəlif dərəcədə (0-2700 m arasında) gömülməyə
məruz qalmasına baxmayaraq, Xəzəryanı-Quba NQR-nin əsas tektonik
elementləri öz geoloji quruluşlarını saxlaya biliblər (şəkil 91).
Paleogen dövründə olduğu kimi, Miosenin sonunda da Yalama-
Xudat-Ağzıbirçala qalxımları rayonun şimal-şərqində, Tələbi-Qaynarca
antiklinal zonası isə cənub-qərbində əsas paleostruktur vahidlər olaraq
qalmışlar. Onların arasında yerləşən Zeyxur-Dəvəçi çökəkliyində
Eosenen çöküntülərinin səthi 500-2800 m dərinliyə gömülmüşdür.

331
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Cənub-şərqdə Xəzər akvatoriyasına doğru gömülmənin daha çox


olduğu güman edilir.
Yalama-Xudat-Ağzıbirçala zonası ilə Tələbi-Qaynarca
zonasının paleostruktur vəziyyətlərinin müqayisəsi göstərir ki, qalxım
zonalarında gömülmə istiqamətləri bir-birinin əksinə olmuşdur.
Paleostruktur xəritədən (şəkil 91) görünür ki, Ağzıbirçala qalxımı
Miosen dövrünün sonunda da, Təbaşir və Paleogen dövrlərində
olduğu kimi, yuyulma zonası olub və bu vaxt qalxımın tağ hissəsində
orta Yuranın daha qədim çöküntüləri yuyulmaya məruz qalmışlar.
Qalxımın qərb hissəsində yerləşən Xaçmaz sahəsində qazılan
quyularda Miosen çöküntülərinin qalınlıqlarının 100 m-ə qədər
olması, burada qalxma prosesinin Paleogen dövrünə nisbətən daha
intensiv olduğunu və yuyulma sahəsinin genişləndiyini göstərir.
Xudat qalxımı Miosenin sonunda şimal-qərb-cənub-şərq
istiqamətində uzanan, Eosen çöküntülərinin səthinə görə 200 m-lik
paleoizohipslə qapanan və ölçüləri 14 x 7 km-ə çatan braxiantiklinal
struktur olmuşdur. Xudat qalxımı cənub-şərqdə Ağzıbirçala
qalxımından geniş və asimmetrik quruluşlu struktur yəhərlə ayrıldığı
halda, şimal-şimal-şərqdə Yalama qalxımından 300-600 m dərinliyə
gömülən monoklinal ilə ayrılır. Monoklinalın davamında yerləşən
Yalama qalxımı isə, 600 m-dən 1000 m dərinliyə qədər gömülən və
tağ hissəsi 9, 14, 17 saylı quyular rayonunda olan struktur çıxıntıdan
ibarət olmuşdur.
Tələbi-Qaynarca antiklinal zonası, yuxarıda qeyd olunduğu
kimi, Ağzıbirçala-Xudat-Yalama qalxımlar zonasının əksinə olaraq
cənub-şərq istiqamətində 0-2500 m dərinliyə qədər gömülür. Qazıma
və geofiziki məlumatların məhdud olması Tələbi antiklinalının Eosen
çöküntülərinin səthinə görə Miosenin sonunda qapalı struktur
olduğunu söyləməyə imkan vermir.

332
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Şəkil 91. Eosenen çöküntüləri səthinin Miosenin sonunda


paleostruktur vəziyyəti.
1-yuyulma sahələri; 2-izopaxitlər; 3-qırılmalar;
4-parametrik, axtarış və kəşfiyyat quyuları.

Çox güman ki, Qusar və Tələbi antiklinaları Miosenin sonunda


Böyük Qafqazın şimal-şərq batımında mövcud olan yuyulma zonası
ilə bilavasitə əlaqədə olan struktur çıxıntılar şəklində mövcud olub.
333
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Qusar strukturu bu zaman 200-400 m, Tələbi strukturu isə 400-800 m-ə


qədər gömülmüşlər.
Tələbi strukturundan cənub-şərqdə yerləşən Qərbi Qaynarca
(və ya Dağbilici) strukturunun tağ hissəsi Tələbi strukturunun tağ
hissəsindən, Miosenin sonunda 1200 m dərində, yəni 1800 m
dərinlikdə yerləşir. Bu antiklinal qalxım, cənub-şərqdə ondan
təxminən 400 m dərində yerləşən Qaynaca branxiantiklinaından yaxşı
əks olunan struktur yəhərlə ayrılır.
Tələbi-Qaynarca antiklinal zonasının cənub-qərb qanadını
mürəkkəbləşdirən regional qırılma orta və üst Miosen zamanı
konsedimentasiya səciyyəli inkişafda olmuşdur. Orta və üst Miosen
çöküntüləri qalınlığının, Tələbi strukturunun tağ hissəsində 500 m
olması, regional qırılmadan cənub-qərbdə isə 1300 m-ə qədər artması
deyilənləri təsdiq edir. Qalınlıqların belə dəyişilməsinin ən azı 200-
300 m-ə qədəri məhz qırılmanın konsedimentasiyalı inkişafı ilə
əlaqədar olmuşdur. Qırılıb-düşmə xarakterli pozğunluq cənub-şərqdə
yerləşən Siyəzən dərinlik qırılması ilə birlikdə Alıc-Baş Əmirxanlı
çökəkliyini hüdudlandırır. Eni 6-8 km-dən artıq olmayan çökəkliyin
mərkəzi hissəsində Paleogen çöküntülərinin səthi Miosen dövrünün
sonunda 2000-2700 m-ə qədər dərinliyə gömülür (bax: şəkil 91).
Təngi-Beşbarmaq antiklinoriumundan cənub-şərqdə, yəni
Xızı tektonik zonası daxilində Miosen çöküntülərinin sonradan
yuyulması və ya ümumiyyətlə çökmədiklərinə görə Siyəzən
qırılmasının Pliosenin başlanğıcında Miosenin səthinə görə
amplitudunu təyin etmək mümkün deyil. Lakin, dərinlik qırılmasının
şimal-şərq qanadında Paleogen çöküntüləri səthinin Pliosenin
əvvəlindəki vəziyyəti göstərir ki, qırılmanın amplitudu Zağlı-Zeyvə
sahəsində maksimal dərəcədə (2000 m) olmuşdur. Bu sahə Siyəzən
monoklinalının aşırılmış zonasına müvafiq gəlir.

334
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Cənub-şərqdə Çandahar sahəsində Siyəzən qırılmasının


amplitudu 600-800 m-ə qədər azalır. Siyəzən dərinlik qırılmasından
cənub-qərbdə Xızı tektonik zonasının cənub-şərq hissəsində Keşçay,
Bəyimdağ-Təkçay və Sitalçay sahələrində Miosen çöküntüləri
yuyulmaya məruz qalmışlar. Göstərilən sahənin sahilyanı
zonalarında Paleogen kompleksi çöküntüləri səthinin Miosen
dövrünün sonunda 200 m-ə qədər gömüldüyünü, Şurabad
sinklinalında isə bu rəqəmin 400 m-dən artıq olduğunu demək olar.
Bu zaman Şurabad antiklinalı, eyni adlı sinklinal çökəklikdən
amplitudu 200-300 m arasında dəyişən qırılıb-düşmə müstəvisi ilə
ayrılırdı.
Qırılma Təngi-Beşbarmaq antiklinoriumunun cənub-qərb
qanadından keçən Qarabulaq qırılma müstəvisinin cənub-şərq
istiqamətdə davamı sayılır. Uzunluğu 8 km, eni isə 2 km-dən bir
qədər artıq olan Şurabad antiklinalının tağ hissəsində Paleogen
çöküntüləri səthi Miosenin sonunda 200 m-ə qədər gömülür.
Xəzəryanı-Quba neftli-qazlı rayonu ərazisində orta və üst
Miosen çöküntütoplanma hövzəsi əsasən Yalama-Xudat, Xaçmaz-
Ağzıbirçala qalxımları ilə Təngi-Beşbarmaq antiklinoriumu arasında
yerləşən ərazini əhatə edir.
Asimmetrik quruluşa malik olan hövzənin mərkəzi hissəsində
(İmamqulukənd-Dəvəçi istiqamətində), şimal-qərbdən cənub-şərqə
doğru çöküntülərin qalınlıqları 500-600 m-dən 2400-2600 m-ə qədər
artır.
Hövzənin şimal-şərq yamacında yerləşən Yalama-Xudat,
Xaçmaz-Ağzıbirçala qalxımlar zonasında isə, çöküntülərin qalınlıqları
800-1000 m-dən 100 m-ə qədər azalır. Bu hal hövzə ərazisində baş
verən ciddi paleotektonik dəyişikliklərlə əlaqədardır. Hələ Paleogen-
ilk Miosen epoxasında əlaqələri genişlənməyə başlayan Zeyxur və

335
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Dəvəçi çökəklikləri birləşərək, vahid Zeyxur-Dəvəçi çökəkliyini


əmələ gətirir. Çökəklik daxilində yerləşən Tələbi-Qaynarca antiklinal
zonası orta və son Miosendə intensiv inkişaf edir.
Orta və üst Miosen çöküntülərinin qalınlıqlarının Tələbi
qalxımından Qaynarca-Qızılburun strukturlarına doğru 500-600 m-
dən 1800-2000 m-ə qədər artdığı şəraitdə strukturların
konsedimentasiyalı inkişafı 400-600 m-dən çox olmayıb (şəkil 92).
Tələbi strukturunda qalınlıqların azlığı, onun yalnız Sarmat
əsrində çöküntütoplanma prosesinə cəlb olunması ilə əlaqədardır.
Burada qalınlıqları 500-600 m-ə çatan Sarmat çöküntüləri, Qusar
strukturunda olduğu kimi, orta Yura çöküntüləri üzərinə qeyri-uyğun
şəkildə yatırlar.
Təngi-Beşbarmaq antiklinoriumu ilə Tələbi-Qaynarca antiklinal
zonası arasında yerləşən nisbətən ensiz çökəklikdə, orta və üst Miosen
çöküntüləri maksimal qalınlıqlara malikdirlər. Bu çökəkliyin mərkəzində
yerləşən Zeyvə kəndi rayonunda qalınlıqlar 2800-3000 m-ə çatır ki,
bunun da yarıdan çoxunu Samrat çöküntüləri təşkil edir. Cənub-
şərqdə, Gilgilçayın axını istiqamətində çökəkliyin qismən qapanması
və qalınlıqların 2000 m-ə qədər azalması müşahidə olunur [92].
Çökəklik Siyəzən dərinlik qırılması ilə cənub-qərbdə yerləşən
Təngi-Beşbarmaq antiklinoriumundan ayrılır. Burada qalınlıqların
1200-1400 m-dən 0-a qədər azaldığı müşahidə olunur.
Miosenin sonu Pliosenin əvvəlində baş verən tektonik
hərəkətlər çöküntütoplanma prosesində fasilələrə və toplanan
çöküntülərin qismən yuyulmasına səbəb olur. Meotis və Pont
çöküntüləri hövzənin şimal-şərq yamacında yerləşən Yalama-Xudat
zonasında, İmamqulukənd və Qusar qalxımlarının geoloji
kəsilişlərində iştirak etmir. Cənub-qərbdə isə Pont çöküntülərinin
qalınlıqları 200-500 m arasında dəyişir.

336
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Şəkil 92. Orta və üst Miosen çöküntülərinin litofasial


və qalınlıqlar xəritəsi.
1-gilli-qumlu fasiya (gillər, qumlar); 2-qumlu-gilli-mergelli
fasiya (gillər,qumlar, mergellər); 3-litofasial zonaların
sərhədləri; 4-izopaxitlər; 5-parametrik, axtarış və kəşfiyyat
quyuları; 6-çöküntülərin pazlaşma sərhədi.

Məhsuldar Qat çöküntülərinin toplanması vaxtı çökmə


prosesinə Yalama-Xudat-Ağzıbirçala qalxımlar zonası da cəlb olunur.
337
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Zonada qalınlıqların şimal-qərbdən cənub-şərqə doğru 200 m-dən


1200 m-ə qədər artması, orta və üst Miosen çöküntüləri səthinin
göstərilən dərinliklərə enməsini, bu da öz növbəsinadə Miosen
dövrünə nisbətən əks istiqamətli paleostruktur dəyişikliklərin baş
verdiyini göstərir (şəkil 93).
Son Pliosen-Antropogen zamanı Yalama-Xudat, Xaçmaz-
Ağzıbirçala qalxımlar zonasında çökmə prosesi əvvəlki istiqamətdə
davam edir və Miosen çöküntülərinin səthi 1000-1200 m-dən 2600-
2700 m-ə qədər dərinliyə gömülür.
Paleogen–Miosen və Təbaşir dövrlərində çöküntütoplanma
prosesi getməyən Ağzıbirçala qalxımında isə, orta Yura
çöküntülərinin səthi 3200-3400 m-ə qədər gömülür. Ağzıbirçala
qalxımından cənubda, Dəvəçi çökəkliyində çökmə prosesinin
intensivliyi orta Pliosenə nisbətən azalır. Burada Miosen çöküntüləri
səthinin Ağzıbirçala qalxımına nisbətən 1000 m-ə qədər dərində
yatdığı güman olunur.
Dəvəçi və eləcə də Zeyxur çökəkliklərində orta və üst Miosen
çöküntülərinin gömülmə prosesinin zəifləməsi üst Pliosen-
Antropogen vaxtında da davam edir. Nəticədə Tələbi-Qaynarca
antiklinal zonasından şimal-şərqdə Pliosen-Antropogen çöküntüləri
monoklinal yatıma malik olurlar.
Məhsuldar Qat (MQ) əsrinin əvvəllərindən hövzənin
genişlənməsi tədricən artır. MQ-ın alt şöbəsindən üst şöbəsinə keçid
vaxtı ətraf sahələr qalxmaya məruz qalır və yuyulma zonalarına
çevrilirlər. Nəticədə MQ hövzəsinin sahəsi çox kiçilir.
Qusar-Dəvəçi törəmə çökəkliyində MQ əsrində Xəzər
hövzəsinin geniş körfəzi yaranır. Burada böyük qalınlıqlı
kobuddənəli çöküntülər toplanır. Bu da su hövzəsinin dayaz və
çöküntütoplanma sürətinin kifayət qədər olduğunu göstərir. Körfəzin

338
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

qərb qurtaracağı tamamilə konqlomeratlarla doldurulmuşdur.


Konqlomeratlar daxilində olan diabaz çınqılları, terrigen materialın
qərbdən paleo-Samur çayı vasitəsilə gətirildiyini göstərir. Şərqdə
konqlomerat fasiyası ensiz zolaq şəklində yayılan çınqıl-qum və
gillərdən ibarət çöküntülərlə əvəz olunur. Qusar-Dəvəçi çökəkliyinin
çox hissəsini tutan qumlu-gilli çöküntülər isə onun şərq və cənub-
şərqində daha geniş yayılıblar.
Çöküntülərin litofasial tərkibindən görünür ki, körfəzi əhatə
edən quru sahələr MQ əsrində intensiv qalxmaya məruz qalıb və
körfəzin sahil zonalarını çox böyük həcmdə kobuddənəli terrigen
materialla təmin edib. Çöküntülər daxilində Titon-Neokom yaşlı
əhəngdaşıları çınqıllarının çoxluğu bu zaman intervalında Şahdağ
massivində qalxma hərəkətlərinin və aşınma proseslərinin daha
intensiv olduğunu göstərir.
MQ-nin ən böyük qalınlığı (2000 m) çökəkliyin cənub-şərq
kənarında Siyəzəndən bir qədər şərqdə qeyd olunur. Bu dövrdə
Paleogen-Miosen zamanı intensiv çökməsi ilə fərqlənən Quba-Dəvəçi
çökəkliyi qismən dolaraq, hövzənin ümumi fonunda əvvəlki qədər
əhəmiyyət kəsb etmir (şəkil 93).
MQ əsrinin paleocoğrafiyası Pont əsrinin paleocoğrafiyasına
nisbətən dəyişdiyi üçün, onların geotektonik şəraitləri də bir-birindən
kəskin şəkildə fərqlənirlər. Bu fərq tektonik hərəkətlərin
intensivliyində özünü göstərir. Bu zaman Böyük və Kiçik Qafqaz dağ
sistemlərinin sürətlə qalxması, Xəzər dənizi və Kür çökəkliyinin
enməsi ilə müşayət olunur.
MQ çöküntülərinin paylanması çökmə prosesinin Cənubi
Xəzər hövzəsində daha intensiv olduğunu göstərir. Qusar-Dəvəçi
törəmə çökəkliyində MQ çöküntüləri Pont çöküntülərinə nisbətən
daha geniş ərazini tutur və qalınlıqları 2000 m-ə çatır. Daha cənubda

339
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Xızı tektonik zonasının cənub-şərq hissəsində isə az qalınlıqlı MQ


çöküntüləri sonradan tamamilə yuyulmuşlar (şəkil 93).

Şəkil 93. Məhsuldar Qat çöküntülərinin litofasial və


qalınlıqlar xəritəsi.
1-izopaxitlər; 2-çöküntülərin pazlaşma sərhədi; 3-qırılmalar;
4-gillər; 5-qumlar; 6-alevritlər; 7-qumdaşıları; 8-konqlomeratlar;
9-litofasial zonaların sərhədləri.

Ağcagil transqressiyası nəticəsində az müddət ərzində MQ-nın


şirinləşən su hövzəsi duzlu dəniz hövzəsi ilə əvəz olunur. Cənub-şərqi
Qafqazda qalxma hərəkətlərinin davam etməsilə əlaqədar olaraq,
340
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Ağcagil dənizi Məhsuldar Qat hövzəsinin sərhədlərindən artıq


genişlənə bilmədiyi halda, Qusar-Dəvəçi çökəkliyinin şimal
hissəsində, xüsusən, Cənubi Dağıstanın sahilyanı zonasında çox geniş
ərazini əhatə edə bilmişdir.
Göstərilən rayonlarda Ağcagil dənizinin sahilyanı zonasında
çınqıl, konqlomerat, gil və qumlardan ibarət çöküntülər toplanır. Bir
qədər şərqdə sahildən nisbətən uzaq sahələrdə Ağcagil çöküntüləri
qumlu-gilli və karbonatlı-qumlu-gilli fasiyada yayılıblar. Sonuncu
fasiya Cənubi Dağıstanın sahilyanı zonası üçün xarakterikdir. Burada
karbonatlı çöküntülərin daha çox toplanması isə, bu zonanı örtən
Ağcagil dənizinin hələ dayaz olduğunu göstərir.
Qusar-Dəvəçi çökəkliyinin şərq hissəsində dəniz dibinin
intensiv çökməsi nəticəsində az qalınlıqlı qumdaşı aralaylarına malik
gillər çökmüşlər. Burada terrigen materiallarla kompensasiya
olunmayan dənizin dərinliyinin 300-400 m-ə çatdığı güman edilir.
Son Pliosen-Antropogen zamanı Tələbi-Qaynarca qalxımlar
zonasında orta və üst Miosen çöküntülərinin struktur quruluşunda
dəyişikliklər baş vermir.
Böyük Qafqazın cənub-şərq batımında orta və üst Miosen
çöküntüləri yalnız sinklinal çökəkliklərdə qalmış və əksər rayonlarda
Pliosen-Antropogen zamanı tamamilə yuyulmuşdur. Şurabad
sinklinalında, Yaşma, Hacı Zeynalabdin sahələrində mövcud olan
Miosen çöküntülərinin qalınlıqları 300 m-ə çatır ki, bunun da
təxminən yarısı Çokrak çöküntülərinin payına düşür.
Paleogeomorfoloji və paleotektonik tədqiqatlar Ağcagil əsrinin
sonunda Böyük Qafqaz dağlarının 1500-2000 m yüksəklikdə
olduğunu göstərir. Bu əsrin sonunda başlayan reqressiya Abşeron
əsrində bir qədər də güclənir. Ağcagil və Abşeron çöküntüləri
arasında yuyulma əlamətləri Quba rayonu ərazisində daha aydın

341
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

görünür. Bu zaman Böyük Qafqaz yuyulma zonasının konturları


genişlənir. Ağcagil gillərinin kəsiliş üzrə alt Abşeronun daha çox
qumlu və çınqıllı çöküntüləri ilə əvəz edilməsi, quru ərazisinin
intensiv yüksəlməsini və relyefin kəskin şəkil aldığını göstərir.
Böyük Qafqaz zonasının terrigen mənşəli çöküntülərinin
yuyulma məhsulları hesabına Qusar-Dəvəçi çökəkliyinin şimal-qərb
hissəsində kontinental mənşəli gilli-çınqıllı çöküntülər toplanır. Eyni
litoloji tərkibli kontinental çöküntülər Böyük Qafqaz yuyulma
sahəsinin cənub yamaclarında da toplanırlar. Bu kontinental fasiyalı
alt Abşeron çöküntüləri sahildən uzaqlaşdıqda gilli-qumlu dayaz dəniz
çöküntüləri ilə, daha uzaqda isə gilli-qumlu fasiya nisbətən dərin və
dərin dəniz gilli fasiya ilə əvəz olunur. Bu nisbətən dərin dəniz
fasiyası Qusar-Dəvəçi çökəkliyinin şərq və cənub-şərq hissəsini əhatə
edir. Abşeron çöküntüləri qalınlıqlarının paylanması göstərir ki,
Ağcagil əsrində mövcud olan geotektonik plan müəyyən
dəyişikliklərlə Abşeron əsrində də mövcud olmuşdur. Qusar-Dəvəçi
çökəkliyində bu dəyişikliklər, Abşeron çöküntüləri qalınlıqlarının
(1000 m-ə qədər) Ağcagil çöküntüləri qalınlıqlarına (300 m-ə qədər)
nisbətən 2-3 dəfə artması ilə yanaşı, maksimal qalınlıqlar zonasının
cənub-şərq istiqamətində miqrasiya etməsindən ibarətdir.
Xızı tektonik zonası Abşeron əsrində yuyulma zonası
olmuşdur. Geomorfoloji tədqiqatlar göstərir ki, Böyük Qafqaz dağları
Abşeron əsrində 2500-3000 m-ə qədər yüksəlmişdir. İlk Abşeronun
sonu və orta Abşeronun əvvəllərində Cənub-Şərqi Qafqazda yuyulma
zonaları bir qədər də genişlənmişdir.
Qusar-Dəvəçi çökəkliyinin qərb hissəsində Ağcagil və alt
Abşeron çöküntüləri yuyulmaya məruz qalırlar. Onların yuyulmuş
səthi üzərinə əsasən kontinental mənşəli çınqıllardan təşkil olunan
orta Abşeron yaşlı Qusar lay dəstəsi qeyri-uyğun şəkildə yatır. Bu

342
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

fasiya şərqdə qumlu-gilli-çınqıllı və daha sonra qum araqatlarına


malik gilli çöküntülərlə əvəz olunur.
Orta Abşeronun sonundan başlayaraq dənizin reqressiyası
nəticəsində Cənub-şərqi Qafqazın quru ərazisi bütün istiqamətlərdə
genişlənir. Şimalda Qusar-Dəvəçi çökəkliyinin qərb hissəsində böyük
qalınlıqlı çınqıllar, Quba şəhərindən şərqdə isə gil, qum, çınqıl və
konqlomeratlar çökür.
Abşeron əsrinin sonu və Antropogen dövrünün əvvəli
Azərbaycan ərazisində qalxma hərəkətləri üstünlük təşkil edir və
dənizin ümumi reqressiyası baş verir. Xəzəryanı-Quba rayonunda
Antropogenin Bakı, Gürgən, Xəzər, Xvalın əsrlərində baş verən
qısamüddətli transqressiyaları yalnız sahilyanı zonanı əhatə edir.
Ümumi qalınlıqları 500 m-ə çatan gil, detrituslu əhəngdaşı,
qumdaşı və çınqıllardan təşkil olunan Antropogen mərtəbələrinin
çöküntüləri rayonun cənubunda dəniz terrasları, şimalında isə bir-
birini transqressiv şəkildə örtən dəniz çöküntüləri şəklində
yayılmışlar. Xəzəryanı-Quba rayonu ərazisinin qərb və şimal-qərb
hissəsi Antropogendə fasilələrlə qalxmaqda davam etmiş və bu da
rayonda çay şəbəkəsi və terrasların əmələ gəlməsinə səbəb olmuşdur.
Yuxarıda deyilənlərdən məlum olur ki, Xəzəryanı-Quba neftli-
qazlı rayonunun Miosen çöküntülərində karbohidrogenlərin əmələ
gəlməsi üçün münasib paleotektonik və paleocoğrafi şəraitlər əsasən
Quba-Dəvəçi çökəkliyinin daxilində mövcud olmuşdur.
Miosen kompleksi çöküntülərində karbohidrogenlərin əmələ
gəlməsi üçün lazım olan termodinamik şərait, onların kifayət qədər
dərinliyə (3000-4000 m) gömülən alt hissələrində (Çokrak-Konk
stratiqrafik intervalında) yaranır. Göstərilən çöküntülərdən generasiya
olunan karbohidrogenlərin çökəkliyin mərkəzi hissələrindən lateral
miqrasiya edərək yataq əmələ gətirmələri üçün, onun yamaclarında

343
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

istər paleostruktur, istərsə də müasir struktur-tektonik baxımdan


əlverişli sahələr mövcud olmuşdur. Bu sahələrdən istər paleostruktur,
istərsə də müasir struktur-tektonik baxımdan daha əlverişli olanı
Siyəzən monoklinalında mövcud olan tektonik və litostratiqrafik
tələlərdir.
Çökəkliyin şimal-şərq bortunda isə Miosen çöküntülərinin
neft-qazlılığı bu vaxta qədər axtarış-kəşfiyyat qazması ilə
öyrənilməyib. Qusar-Xaçmaz qalxımlar zonasında orta Yura
çöküntüləri üzərinə Sarmat mərtəbəsinin, Ağzıbirçala sahəsində isə
Pont mərtəbəsi çöküntülərinin yatması, Qusar-Xaçmaz-Ağzıbirçala
gömülmüş qalxımlar zonasının cənub-qərb qanadında Miosen
çöküntülərinin pazlaşdığını və pazlaşma zonalarında orta Yuranın
qumlu-gilli çöküntülərinin yuyulma məhsullarından yaranan, kifayət
qədər kollektorluq qabiliyyətinə malik olan bu çöküntülərin litoloji-
stratiqrafik tələlərinin karbohidrogenlərin toplanması üçün əlverişli
olmaları şübhə doğurmur.
Tələbi-Qaynarca antiklinal zonasında Miosen çöküntülərinin
neft-qazlılığı isə, bir sıra axtarış-kəşfiyyat quyularının qazılmasına
baxmayaraq, hələ də tam müəyyən edilməyib. Belə ki, Tələbi
antiklinalında Sarmat çöküntülərindən laysınayıcı vasitəsilə alınan
20 t/gün neft hasilatını quyu perforasiya olunan zaman almaq
mümkün olmayıb.
Bu qalxımın cənub-şərq periklinallarında yerləşən stratiqrafik,
Tələbi və zonanın digər qalxımlarının cənub-qərb qanadında 1500-2000
m amplitudlu uzununa qırılma ilə hüdudlanan tektonik ekranlaşan
tələlər axtarış-kəşfiyyat quyuları ilə öyrənilməyiblər. Bu tələlər
karbohidrogenlərin toplanması üçün əlverişli sayılırlar.
Yalama-Xudat zonasında yerləşən antiklinal strukturlarda az
qalınlığa malik olan Paleogen-Miosen yaşlı qumlu-gilli çöküntülər

344
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

hal-hazırda 2000-2400 m dərinliklərdə yatırlar. Bu antiklinal strukturlarda


və onların qonşuluqlarında yerləşən sinklinal çökəkliklərdə az
qalınlıqlı Miosen çöküntülərinin toplandıqları paleocoğrafi və
karbohidrogenlərin generasiyası üçün lazımı termodinamik və
paleostruktur şəraitin olmadığına görə neft-qaz axtarışı baxımından
perspektivsiz sayılır.
Pliosen kompleksi çöküntüləri Xəzəryanı-Quba NQR-nin
Qusar-Dəvəçi çökəkliyində neft-qazın əmələgəlməsi üçün əlverişsiz
sayılan kobuddənəli alluvial-delluvial çöküntülərdən ibarət
olduğundan və lazımi dərinliyə gömülmədiklərindən perspektivsiz
sayılırlar.

Qobustan-Abşeron hövzəsi

Şamaxı-Qobustan neftli-qazlı rayonu

Şamaxı-Qobustan neftli-qazlı rayonu hüdudunda orta və son


Miosen yaşlı hövzələrin paleotektonik və paleocoğrafi şəraitləri bir
çox cəhətdən Oliqosen-ilk Miosen dövründəki şəraitlərin davamı
kimi mövcud olmuşdur. Bu geoloji vaxt intervalı Böyük Qafqazın
Azərbaycan hissəsi üçün qırışıqlıq və orogen hərəkətlərin hakim
olması ilə səciyyələnir.
Maykop əsrində mövcud olan çöküntü hövzələrində
akkumlyasiya prosesləri davam edir. Lakin hövzələrdə əsasən gilli
süxurlardan ibarət çöküntülər əvəzinə qumlu gil və müxtəlif dənəli
qumdaşıları, mergel və dolomitlərdən təşkil olunan molass
çöküntüləri toplanır.
Maykop çöküntüləri səthinin Miosenin sonuna olan
paleostruktur vəziyyətindən görünür ki, bu vaxt maksimal enməyə
(2900-3100 m) Qobustan çökəkliyi məruz qalır (şəkil 94).
345
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Şamaxı-Qobustan NQR ərazisində də Tarxan horizontu az


qalınlığa malik olub, əsasən sinklinal çökəkliklərdə toplanırlar.
Qalxım zonaların əksəriyyətində Maykop çöküntülərinin müxtəlif
dərəcədə yuyulan səthi üzərinə Çokrak çöküntüləri qeyri-uyğun
şəkildə yatırlar.

Şəkil 94. Maykop çöküntüləri səthinin Miosenin


sonunda paleostruktur vəziyyəti.
1-izopaxitlər; 2- parametrik, axtarış və kəşfiyyat quyuları.
3- çöküntülərin pazlaşma sərhədi.

İlk Miosenin sonu və orta Miosenin əvvəlində toplanan


çöküntülərin yuyulması prosesi və Tarxan horizontu çöküntülərinin

346
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

məhdud ərazidə yayılması, Çokrakqabağı yuyulma ilə əlaqədardır.


Şimali Qobustanda Tarxan horizontu çöküntülərinin az qalınlıqlı
mergel və gillərdən ibarət olması bu zaman intervalında yuyulma
zonalarının uzaqda yerləşməsi və ya relyefin dəniz səviyyəsindən çox
da yüksək olmamağı ilə izah olunur.
Qobustanın Çeyildağ sahəsində Tarxan horizontunun üst
hissəsində gilli çöküntülərin daxilində alevritlərin mövcud olması
Şirvan yuyulma zonasının hələ də mövcud olduğunu göstərir. Şamaxı-
Qobustan rayonunun cənubunda narın və xırdadənəli qum və qumdaşı
layları 25% təşkil edir. Bu isə qumlu çöküntülərin Maykop dövründə
olduğu kimi, cənub-qərbdə yerləşən Şirvan yuyulma zonasından
gətirildiyini göstərir.
Şamaxı-Qobustan rayonunda da Abşeron ərazisində olduğu
kimi, Çokrak əsrinin əvvəllərində baş verən qalxma prosesi və dənizin
reqressiyası son Maykop və Tarxan əsrində konsedimentasiya
səciyyəli inkişafda olan antiklinal strukturların tağ hissələrində
Tarxan çöküntülərinin tamamilə, üst Maykop çöküntülərinin isə
qismən yuyulmasına səbəb olur.
Qısamüddətli reqressiya Çokrak dövründə daha geniş
transqressiya ilə əvəz olunur [67, 68]. Bu zaman Şamaxı-Qobustan
rayonunun cənub-şərq hissəsi, Maykop əsrində olduğu kimi, intensiv
çökməyə məruz qalır. Əmələ gələn çökəklik qumlu-gilli çöküntülərlə
dolur. Çöküntülərin maksimal qalınlıqları Umbakı, Torağay-
Kənizədağ zonasında qeyd olunur və Bakı arxipelaqına doğru daha da
artır (şəkil 95).
Çokrak çöküntülərinin litofasial xüsusiyyətlərinin araşdırılması
göstərir ki, tərkibində böyük miqdarda kvars qumları olan terrigen
materialın mənbəyi, əvvəllər olduğu kimi, Şirvan yuyulma zonası
olmuşdur. Kəsilişin alt hissəsində qum və alevrit araqatlarının mergel

347
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

və gillərə nisbətən az olması, yuyulma zonasının fəaliyyətinin Çokrak


əsrinin birinci yarısında zəif olduğunu göstərir.

Şəkil 95. Çokrak çöküntülərinin litofasial və qalınlıqlar xəritəsi.


1-izopaxitlər; 2-parametrik, axtarış və kəşfiyyat quyuları; 3-gilli-
qumlu fasiya (gillər, qumlar, qumdaşıları); 4-gilli-mergelli-qumlu
fasiya (nazik təbəqəli qum laycıqlarına malik mergellər, gillər,
qumdaşıları); 5-kobuddənəli sahil fassiyası; 6- litofasial zonaların
sərhədləri.

Əsrin ikinci yarısında Şirvan yuyulma zonasında aktivləşən


tektonik hərəkətlər, qalınlığı 100 m-ə çatan qumlu horizontun
toplanmasına səbəb olur. 75-80% zəif çeşidlənmiş kvars dənələrindən
ibarət olan qumlu çöküntülər ən çox Umbakı, Hacıvəli, Ceyildağ,
348
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Ərzani və s. sahələrdə yayılıblar. Qumlu çöküntülərin kəsilişin üst


hissəsində kəskin azalması dəniz səviyyəsinin yüksəlməsi və yuyulma
zonasının su altında qalması ilə izah olunur [4].
Şimali Qobustanda gilli fasiyada yayılan Çokrak horizontu
çöküntüləri antiklinal qalxımlar arasında yerləşən sinklinal
çökəkliklərdə, sonralar baş verən eroziya proseslərindən qorunub
saxlanılıblar.
Mərkəzi Qobustanın şimal hissəsindən şərqə, Hamamdağ
sahəsindən qərbdə Qaradüzlü sahəsinə qədər olan ərazidə Çokrak
horizontu çöküntüləri böyükölçülü mulda və antiklinal strukturların
uzaq qanad hissələrində mövcuddurlar. Çokrak çöküntülərinin
qalınlıqları sahənin qərbində 200-300 m, şərqində isə 150-250 m
arasında dəyişir.
Mərkəzi Qobustanın cənub hissəsində Qırdağ, Gicəki-Şixzəirli
və Qırqışlaq sahələrində Çokrak horizontunun qalınlıqları 100-150 m-ə
qədər azalır, Birqurd-Bayquşlu sahəsində isə 200-250 m-ə qədər artır.
Cənub-Qərbi Qobustan ərazisində qumlu-gilli fasiyada daha geniş
yayılan Çokrak çöküntülərinin qalınlıqları şimal hissədə 300-400 m
arasında dəyişdiyi halda, cənubda 450-600 m-ə çatır. Duvannı-
Səngəçal istiqamətində qalınlıqların daha da artması güman edilir
(bax: şəkil 95).
Şamaxı-Qobustan rayonu ərazisində Çokrak horizontunun
qalınlıqlarının dəyişməsi və ayrı-ayrı tektonik zonalarda müxtəlifliyi,
çöküntütoplanma prosesində paleostrukturların konsedimentasiyalı
inkişafda olduğunu deməyə imkan verir [67].
Çokrak çöküntüləri səthinin Pont əsrinin əvvəlinə olan
paleostruktur vəziyyətində Diatom çöküntüləri qalınlıqlarının
paylanmasında müşahidə olunan dəyişikliklər paleostruktur planın
daha da mürəkkəbləşdiyini göstərir. Qalınlıqlar cənub-cənub-şərq

349
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

istiqamətində artır. Burada toplanan Karaqan, Konk horizontları və


Sarmat mərtəbəsinin ümumi qalınlıqları 1000-1200 m-ə çatır. Bu isə
əsas neftli-qazlı çöküntülərdən sayılan Çokrak horizontunun Sarmat
əsrinin sonunda Cənub-Qərbi Qobustanda 1000-1200 m dərinliyə
qədər gömüldüyüni göstərir (şəkil 96).

Şəkil 96. Çokrak çöküntüləri səthinin Diatomun sonunda


paleostruktur vəziyyəti.
1-izopaxitlər; 2-qırılmalar; 3-parametrik, axtarış və kəşfiyyat quyuları.

Qobustan ərazisində Karaqanqabağı yuyulma nəticəsində


dəyişkən tərkib və qalınlığa malik brekçiyaşəkilli dolomit və qravelit
linzaları əmələ gəlir. Bu linzaların iştirakı hələ bərkiməmiş pelitamorf
çöküntülərin konsedimentasiya səciyyəli inkişafda olan antiklinal
350
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

qalxımların tağ hissələrində sualtı şəraitdə sürüşərək, sinklinal


çökəkliklərdə toplanması ilə izah olunur.
Karaqan dənizinin transqressiyası bir sıra sahələrdə Çokrak
dənizinin sərhədlərini örtür. Transqressiya nəticəsində toplanan
çöküntülərin fasiya və qalınlıqlarının təhlili göstərir ki, Karaqan əsri
bir çox cəhətdən Çokrak əsrinin paleotektonik və paleocoğrafi
xüsusiyyətlərini özündə saxlamışdır [96].
Karaqan zamanı Şamaxı-Qobustan rayonu ərazisində də,
Abşeronda olduğu kimi, şimalda gilli, cənubda isə qumlu-gilli
çöküntülər toplanır. Şimali Qobustanda, Abşeronun şimal hissəsində
olduğu kimi, gillərin içərisində az qalınlıqlı dolomit və dolomitləşmiş
mergel layları mövcuddur.
Mərkəzi Qobustanda Karaqan çöküntüləri kəsilişinin alt
hissəsində gillər dolomitlərlə növbələşirlər. Üst hissənin kəsilişində
isə əhəngli qumdaşı layları da iştirak edir. Cənub-Qərbi Qobustanda
Karaqan horizontunun kəsilişində narın və xırdadənəli qum və zəif
sementləşən qumdaşı laylarına təsadüf edilir. Bunların sayı və
qalınlığı cənub-şərq istiqamətində artaraq, Umbakı, Ərzani-Qılıc
antiklinal zonasında maksimuma çatır. Məhz bu rayon Şamaxı-
Qobustan rayonu ərazisində Karaqan çöküntülərinin maksimal
qalınlıq zonasını təşkil edir.
Konk horizontu çöküntüləri əksər rayonlarda Karaqan
horizontu çöküntüləri üzərinə uyğun yatırlar. Ümumiyyətlə, Konk
hövzəsinin paleocoğrafi və paleotektonik şəraiti Karaqan hövzəsinin
paleocoğrafi və paleotektonik şəraitindən çox az fərqlənir. Konk
hövzəsinin fərqləndirici cəhətlərindən biri, Şamaxı-Qobustan
rayonunda gilli şistlərinin geniş yayılmasıdır.
Daha bir fərqləndərici cəhət, Cənubi Qobustanda qumlu
çöküntülərin, Karaqanda olduğundan daha geniş ərazidə yayılmasıdır

351
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

ki, bu da Şirvan yuyulma zonasının fəaliyyətinin bir qədər artdığını


göstərir.
Sarmat əsrinin əvvəllərində geniş transqressiya baş verir.
Bunun nəticəsində alt Sarmat çöküntüləri Konk və daha qədim
çöküntüləri transqressiv şəkildə örtürlər.
Şamaxı-Qobustan rayonu ərazisində, şimal-qərb kənarı
müstəsna olmaqla, alt Sarmat çöküntüləri Konk çöküntüləri üzərinə
çox vaxt tam uyğun yatır. Yalnız şimal-qərb kənar hissədə alt Sarmat
çöküntüləri Konk çöküntülərinin yuyulmuş səthi üzərinə qeyri-uyğun
yatırlar [96].
Qobustan ərazisində alt Sarmat çöküntüləri əsasən gilli
fasiyada yayılıb. Az qalınlıqlı, narındənəli qum və qumdaşı laylarına
Şamaxı-Qobustan rayonunun cənub-şərq hissəsində, mergel və
dolomit aralaycıqlarına malik gillər isə Mərkəzi Qobustanın cənub
hissəsində rast gəlir.
Şimal, şimal-qərb istiqamətində ilk Sarmat dənizinin sahilyanı
zonasında çökən qumlu-gilli çöküntülərin, orta Sarmat yaşlı gillərlə
örtülməsi göstərilən istiqamətdə dənizin genişlənməsinin nəticəsi kimi
izah edilir. Kəsilişdə qumlu çöküntülərin şimaldan cənuba artması və
onların çeşidlənmə dərəcəsinin zəifləməsi terrigen materialın,
əvvəllərdə olduğu kimi, cənubda yerləşən Şirvan yuyulma sahəsindən
gətirildiyini göstərir [4].
Şamaxı-Qobustan rayonunda son Sarmatın birinci yarısında
çöküntütoplanma rejimində dəyişikliklər baş vermir. Üst Sarmatın alt
hissəsində yatan Rostov horizontu çöküntülərinin toplandığı vaxt
dənizin konturu, orta Sarmat dənizinin arealını əhatə edir. Rostov
horizontu çöküntülərinin toplanmasından sonra Baş Qafqaz
qalxımından cənubda dənizin geniş ərazidə reqressiyası baş verir. Bu
reqressiya nəticəsində Qobustanın şimal-qərb hissəsində müxtəlif

352
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

yaşlı yarımyuvarlaq və ya pis yuvarlaqlanan çınqıllardan ibarət,


dəyişkən qalınlıqlı konqlomerat layı yaranır.
Mərkəzi və Cənubi Qobustan ərazisində çöküntütoplanma
prosesi nisbətən sakit şəraitdə gedir. Bunu üst Sarmat çöküntülərinin
monoton kəsilişləri sübut edir. Qobustanın şimal-qərb hissəsində isə
Xerson vaxtı gil və mergellərdən başqa kobuddənəli qum, qumdaşı,
qravelit və konqlomeratların toplanması yuyulma zonasının cənub
istiqamətində genişləndiyini və bu zonanın çöküntütoplanma
prosesinə təsirinin artdığını göstərir [4].
Şamaxı-Qobustan rayonunun, daha cənub-şərqdə yerləşən,
Qılıc və Duvannı sahələrində Xerson horizontu kəsilişində, Mərkəzi
Qobustanda mövcud olmayan, qum və alevrit laylarının yenidən
kəsilişdə iştirakı Şirvan yuyulma zonasının hələ də varlığını göstərir.
Meotis əsrində başlayan dəniz transqressiyası az müddət
ərzində Qərbi Abşeronda yaranan adaları örtdüyü halda, Mərkəzi və
Cənub-Qərbi Qobustanda mövcud olan adalar Meotis əsrinin
ortalarına qədər yuyulma zonaları kimi qalmışlar. Buna göstərilən
ərazilərdəki antiklinal qalxımlarda orta Meotis çöküntülərinin daha
qədim çöküntülər (Maykopa qədər) üzərinə kəskin bucaq
uyğunsuzluğu ilə yatması sübut ola bilər. Bu sahələrdə Meotis
çöküntüləri daxilində brekçiyaşəkilli dolomit, konqlomerat və gilli
brekçiya layları mövcuddur.
Şamaxı-Qobustan rayonu ərazisində yerləşən adaların Meotis
əsrinin ortalarına qədər dəniz səviyyəsindən yüksəkdə qalmaları, alt
Meotis çöküntülərinin pərakəndə halda yayılmasına və onların
qalınlıqlarının dəyişikliklərə məruz qalmasına səbəb olur. Burada
Meotis çöküntüləri böyük qalınlıqlı gil və gilli şistlərin, az qalınlıqlı
mergel, brekçiyaşəkilli dolomit və bəzən də vulkan külü layları ilə
növbələşməsindən təşkil olunur.

353
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Meotis çöküntülərinin litofasial tərkibi göstərir ki, onların


çökmə şəraiti Konk çöküntülərinin çökmə şəraitinə yaxındır. Bu
zaman dənizin ən dərin yeri Umbakı, Çeyildağ qalxımları arasında
yerləşən sinklinal sahəsində olmuşdur. Şimal istiqamətində Meotis
mərtəbəsinin kəsilişində kobuddənəli çöküntülərin artması, yuyulma
sahəsinin Şimali Qobustan ərazisi yaxınlığında olduğunu göstərir.
Cənubi Qobustanda isə qumlu çöküntülərin olmamağı, Şirvan
qalxımının yuyulma sahəsi kimi artıq fəaliyyət göstərməməyilə
əlaqədardır.
Mərkəzi Qobustanda Meotis mərtəbəsi kəsilişində bitumlaşmış
gilli şistlərin və pirit mineralının varlığı çöküntü hövzəsində
bərpaedici fiziki-kimyəvi şəraitin olduğunu göstərir. Şimali və Cənubi
Qobustanın kobuddənəli çöküntülərinin yayıldığı sahələrdə isə
reduksiyaedici şəraitdə qum, qumdaşı və balıqqulağı əhəngdaşıları
çökmüşlər. Meotis çöküntülərinin qalınlıqları şimal hissədə 50-250 m,
mərkəzi hissədə isə 300-500 m arasında dəyişir. Qalınlıqların yaxın
məsafələrdə dəyişməsi əksər antiklinal zonaların konsedimentasiylı
inkişafda olmaları ilə izah olunur.
Meotis çöküntülərinin daha qədim çöküntülər ilə təmas
xüsusiyyətləri göstərir ki, Qobustan ərazisində əsas struktur vahidlər
Meotis əsrindən əvvəl formalaşıblar. Meotis əsrinin sonu və Pont
əsrinin əvvəllərində geotektonik hərəkətlərin aktivləşməsi və dənizin
yeni reqressiyası nəticəsində, struktur planda daha böyük dəyişikliklər
baş verir.
Bu reqressiya Sarmat əsrinin sonundakı reqressiyadan da geniş
olmuşdur. Konsedimentasiyalı inkişafda olan bir sıra qalxımlar hətta
Pont əsri ərzində də yuyulma zonaları olmuşlar. Çöküntütoplanma
hövzəsi isə şimal-şimal-şərqdən cənub-cənub-qərb istiqamətində
miqrasiya edir [72].

354
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Şamaxı-Qobustan ərazisində əhəngdaşı və gillərdən ibarət olan


və dayaz dəniz şəraitində formalaşan alt Pont çöküntüləri “Şamaxı
fassiyası” adı ilə Pontun gilli fassiyada yayıldığı sahələrdən ayrılır.
Əsasən gillərdən ibarət olan orta Pont çöküntüləri Abşeron
yarımadasını, Qobustanın cənub və şərqini əhatə edirlər. Mərəzə-
Ləngəbiz istiqamətində orta Pont kəsilişində qum, qumdaşı və tək-tək
hallarda balıqqulağı əhəngdaşı laylarının iştirakı dənizin qeyd olunan
istiqamətdə dayazlaşdığını və terrigen materialın Tufan-Dibrar
yuyulma sahəsindən gətirildiyini göstərir.
Orta Pontun sonunda dəniz sahilinin konfiqurasiyasında ciddi
dəyişikliklər baş vermədiyinə baxmayaraq, üst Pont çöküntülərinin
orta Pont çöküntülərinə nisbətən daha narındənəli çöküntülərlə əvəz
olunur.
Şamaxı-Qobustan-Abşeron hövzəsinin şimal hissəsində üst
Pont çöküntülərinin karbonatlı fasiyası Göyçaydan Sumqayıtçaya
qədər ərazidə üstünlük təşkil edir. Bu fasiya cənub və cənub-şərq
istiqamətlərində, orta Pontda olduğu kimi, gilli fasiya ilə əvəz olunur.
Orta Pont gillərindən fərqli olaraq üst Pont gillərinin Şamaxı-
Qobustan rayonu ərazisinin mərkəzi hissəsində gips ştoklarına malik
olması, dənizin dayaz və buxarlanmanın intensiv olduğunu göstərir.
Şamaxı-Qobustan-Abşeron hövzəsinin cənub-qərbində, Ələt tektonik
zonasında, orta Pont zamanı gillərlə yanaşı əhəngdaşıları da çökürlər.
Şamaxı-Qobustan rayonunun bir sıra antiklinal strukturlarının tağ
hissələrində Pont çöküntüləri iştirak etməməsi, onların Məhsuldar
Qatqabağı fasilə vaxtı yuyulmalarının nəticəsidir.
Pont əsrinin sonunda baş verən geniş miqyaslı reqressiya
nəticəsində hövzə minimum dərəcəyə qədər kiçilir. Məhsuldar Qat
(MQ) əsrinin başlanğıcında çöküntütoplanma hövzəsinin kiçilməsi
davam edir.

355
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Məhsuldar Qat əsrində başlanan yeni transqressiya isə


hövzənin tədricən genişlənməsinə səbəb olur. Bu genişlənmə Qırməki
lay dəstəsinin çökdüyü zaman daha intensiv olmuş və alt şöbənin
axırlarında hövzə sərhədləri bir qədər stabilləşməklə Abşeron
arxipelaqının şimal-qərb və Abşeron yarımadasının mərkəzi
hissələrini, Bakı arxipelaqını, Kür çökəkliyinin cənub-şərq hissəsini
əhatə edirdi. Bu vaxt hövzədə çöküntütoplanma prosesinə ətrafdakı
quru ərazilərlə yanaşı, hövzə daxilində yerləşən antiklinal qalxımlar
və ara sıra baş verən vulkan püskürmələri də təsir göstərir (şəkil 97).
Məhsuldar Qat çöküntüləri qalınlıqlarının paylanması göstərir
ki, çöküntütoplanma prosesi əsas etibarilə Ceyrankeçməz depressiyası
ərazisində olub.
Depressiyanın mərkəzi və sahilyanı zonalarında Məhsuldar
Qat çöküntülərinin qalınlıqları 2500-3500 m-ə çatır. Göstərilən
sahələrdə Çokrak çöküntülərinin hələ Pliosenin başlanğıcında 1000-
1500 m-ə qədər gömüldüyünü nəzərə alsaq, Məhsuldar Qat əsrinin
sonunda onların 4000-4500 m-ə qədər dərinlikdə yerləşdiyini
söyləmək olar (şəkil 97).
Şamaxı-Qobustan rayonunun hər yerində Məhsuldar Qat
çöküntülərinin Pont mərtəbəsi çöküntülərinin yuyulan səthi üzərinə
bucaq uyğunsuzluğu ilə qeyri-uyğun yatması, ərazinin Pont əsrinin
sonu və Məhsuldar Qat əsrinin əvvəllərində qalxmaya və eroziyaya
məruz qaldığını göstərir.
Məhsuldar Qat hövzəsi yalnız Qırməki lay dəstəsinin çökdüyü
vaxtın ikinci yarısında Ceyrankeçməz depressiyasının cənub-şərq
hissəsini əhatə edir. Məhsuldar Qatın Qırməkiüstü qumlu (QÜQ) və
Qırməkiüstü gilli (QÜG) lay dəstələri və eləcə də, “Fasilə” lay
dəstəsinə uyğun gələn VII horizontun çökdüyü vaxt hövzənin şimal,
şimal-qərb istiqamətində transqressiyası davam edir.

356
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Şəkil 97. MQ çöküntülərinin litofasial və qalınlıqlar xəritəsi.


1-izopaxitlər; 2- parametrik,axtarış və kəşfiyyat quyuları; 3-qırılmalar;
4-sahilyanı kobuddənəli fasiya (qumdaşı, gil və konqlomeratlar);
5-dayaz dəniz qumlu-gilli fasiya (qum, gil, qumdaşı); 6- çöküntülərin
pazlaşma sərhədi; 7- litofasial zonaların sərhədləri.

Məhsuldar Qat əsrinin ikinci yarısının başlanğıcında onun


şimal-qərb sərhədi müasir Ceyildağ, Şıxıqaya sahələrinə çatır. Əsrin
ikinci yarısında transqressiyanın sürətlənməsi hövzənin sahilyanı
zonasında (Daşmərdan, Şıxıqaya, Kaftaran, Donquzduq, Qırdağ,
Nardaran-Süleyman) Məhsuldar Qatın üst hissələri Oliqosen-Miosen

357
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

çöküntülərinin müxtəlif hörizontları üzərinə bucaq uyğunsuzluğu ilə


yatırlar (şəkil 98, 99, 100).
Toplanan MQ çöküntülərinin kobuddənəli (“Donquzduq
fasiyası”) olması terrigen material mənbəyinin yaxınlıqda - Mərkəzi
və Şimali Qobustan ərazilərində olduğunu göstərir.

Şəkil 98. Geoloji profil

Ələt tektonik zonası Məhsuldar Qat əsrinin birinci yarısında


Aşağı Kür çökəkliyini Şamaxı-Qobustan çökəkliyindən ayıran qalxım
zonası, quru ərazisi olmuş və Məhsuldar Qat əsrinin ikinci yarısında

358
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

cənub-şərq istiqamətindən transqressiya edən hövzənin suları altında


qalmışdır. Bu istiqamətdə ümumi qalınlıqları 1200 m-dən 3000 m-ə
qədər artan MQ-nın üst şöbəsinin çöküntüləri narın, orta və iridənəli
boz rəngli gillərin qonur və sarımtıl-boz gillərlə növbələşməsindən
ibarətdir.

Şəkil 99. Geoloji profil

Məhsuldar Qatın üst şöbəsi stratiqrafik kəsiliş üzrə yuxarıdan


aşağıya Qoturdağ, Daşgil, Hamamdağ lay dəstələrindən, kəsilişin alt
hissəsində isə, gilli-qumlu hissədən və V-VII qumlu horizontlardan
təşkil olunublar. Cənub-Şərqi Qobustan və Ceyrankeçməz
depressiyasında Məhsuldar Qat çöküntülərinin qalınlıqları 0-3000 m
arasında dəyişir (şəkil 101).

359
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Şəkil 100. Geoloji profil

Abşeron yarımadasından fərqli olaraq, Şamaxı-Qobustan


rayonu ərazisində Məhsuldar Qatdan Ağcagil çöküntülərinə keçid
kəskin şəkildə əks olunur. Fasilə və yuyulma əlamətləri Ceyrankeçməz
depressiyasının kənar hissələrində daha çox nəzərə çarpır. Bu
rayonlarda Ağcagil çöküntüləri kəskin bucaq və azimut uyğunsuzluğu
ilə Pont, Miosen və Paleogen çöküntüləri üzərinə yatırlar. Qeyri-
uyğun yatım zonasında geniş ərazini tutan və böyük qalınlığa malik
bazal konqlomeratlarının olması, dəniz transqressiyasının çox sürətlə
getdiyini göstərir.
360
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Mərkəzi Qobustanın şimal-qərb, Sündü-Mərəzə depressiyasının


mərkəzi və eləcə də, Böyük Qafqazın cənub yamacının Şamaxı-
Qobustan rayonu hissəsində pərakəndə halda yayılan konqlomeratlar
Təbaşir yaşlı əhəngdaşı, Paleogen-Miosenin dolomit, gil, Meotis və
Pontun detrituslu və balıqqulağı əhəngdaşı və qırıntılarından təşkil
olunub.

Şəkil 101. Geoloji profil

Ceyrankeçməz depressiyasının cənub-şərqində bəzi sahələrdə


(Şıxıqaya, Anart, Ütəlgi, Solaxay və s.) Ağcagil və Məhsuldar Qat
çöküntüləri arasında da bucaq uyğunsuzluğu (4-5º) mövcuddur.
Ağcagil çöküntülərinin litofasial tərkibinə əsasən Şamaxı-
Qobustan rayonunun şimal-qərb hissəsində dayaz sahil şəraitinin
olduğunu demək olar. Ceyrankeçməz depressiyası və Ələt tektonik
zonasında çöküntülərin daha çox gilli olması, onların az-çox sakit və
nisbətən dərin dəniz şəraitində çökdüklərini göstərir.
Ağcagil çöküntüləri qalınlıqlarının tez-tez dəyişməsi,
Məhsuldar Qat və Ağcagil çöküntüləri arasında bəzi sahələrdə mövcud

361
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

olan bucaq uyğunsuzluqları və Ağcagil çöküntülərinin bəzi


strukturların tağından sürüşərək sinklinal çökəkliklərdə toplanması,
onların kəsilişində çoxsaylı palçıq vulkanı brekçiyalarının mövcudluğu,
Məhsuldar Qat əsrində olduğu kimi, Ağcagil əsrində də tektonik
hərəkətlərin bu rayonda kifayət qədər aktiv olduğunu göstərir. Ağcagil
çöküntüləri qalınlıqlarının çox böyük intervalda (0-1000 m-ə qədər)
dəyişməsi, deyilən fikri təsdiq edir.
Ağcagil əsrinin sonunda başlayan reqressiya Abşeron əsrində
bir qədər də güclənir. Böyük Qafqazın cənub-şərq hissəsində qalxma
hərəkətlərinin artması nəticəsində Şamaxı-Qobustanın Mərəzə
çökəkliyini dəniz tamamilə tərk edir, Ceyrankeçməz depressiyasında
isə kiçik körfəz şəklində qalır.
İlk və orta Abşeron əsrlərində, hələ Məhsuldar Qat vaxtı
Yavandağ-Umbakı istiqamətində mövcud olan və geniş ərazini tutan
yuyulma zonası yenidən fəaliyyət göstərərək, son Abşeronda demək
olar ki, Daşgil sahəsinə qədər genişlənir.
Şamaxı-Qobustan rayonunda Abşeron əsrində çökmə prosesləri
əsasən Ceyrankeçməz depressiyası və Ələt tektonik zonasında gedir
və qalınlığı 1000-1600 m-ə çatan çöküntü qatının toplanmasına səbəb
olur.
Bu rayonlarda Ağcagil çöküntüləri qalınlığının 120-250 m
arasında dəyişdiyini nəzərə alsaq, Abşeron əsrində çöküntütoplanma
prosesinin böyük sürətlə getdiyi nəticəsinə gəlmək olar.
Şamaxı-Qobustan rayonunda orta Abşeron vaxtı əhəngdaşı,
qum və gillərdən ibarət dayaz dəniz çöküntüləri toplanır. Orta
Abşeronun sonundan başlayaraq dənizin reqressiyası artır. Cənub-
Şərqi Qafqazın quru ərazisi bütün istiqamətlərdə genişlənir.
Qobustan ərazisində dəniz şəraiti Ceyrankeçməz çökəkliyinin
cənub-şərq hissəsində mövcud olmuş və burada dayaz sahil

362
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

çöküntüləri, pis çeşidlənmiş qum və gil aralaycıqları olan


əhəngdaşıları çökmüşlər.
Son Abşeron vaxtı dənizin sürətlə dayazlaşması nəticəsində
dayaz dəniz şəraitində qalınlıqları 600-850 m-ə çatan detrituslu və
balıqqulağı əhəngdaşıları toplanır.
Antropogendə Şamaxı-Qobustan ərazisi tektonik hərəkətlərin
və palçıq vulkanlarının fəaliyyətinin kəskin dərəcədə artması ilə
xarakterizə olunur. Bu hərəkətlər isə öz növbəsində, Miosen və eləcə
də, Pliosen kompleksləri çöküntülərinin nisbətən sadə paleostruktur
quruluşlarını son dərəcədə mürəkkəbləşdirərək, müasir struktur-
tektonik vəziyyəti yaradır.
Antropogenqabağı reqressiya böyük ərazini əhatə edir və
şimal-qərb istiqamətində yerləşən antiklinal qalxımlarda yuyulma
prosesləri intensiv gedir. Çöküntütoplanma prosesi rayonun yalnız
cənub-şərq qurtaracağında Bakı arxipelaqına qonşu sahələrdə davam
edir. Bu rayonlarda Türkan horizontunun gilli çöküntüləri üst Abşeron
çöküntüləri üzərinə uyğun şəkildə yatırlar.
Bakı əsrində başlayan dəniz transqressiyası nəticəsində gil və
balıqqulağı əhəngdaşıları aratəbəqələrinə malik konqlomeratlar
Abşeron mərtəbəsindən Qovundağ lay dəstəsinə qədər çöküntülər
üzərinə qeyri-uyğun yatırlar.
Gürgən əsrində dəniz transqressiyası genişlənərək Ceyrankeçməz
depressiyasının şimal yamacına çatır. Əsrin sonunda isə başlanan
reqressiya çox keçmədən Qədim Xəzər transqressiyası ilə əvəz olunur.
Bu transqressiya da öz növbəsində Gürgən əsrinin sonundakından daha
geniş ərazini əhatə edən reqressiya ilə əvəz olunur.
Antropogendə baş verən transqressiya və reqressiya
proseslərinə baxmayaraq, çöküntülərin litofasial tərkibi dəyişməz
qalır. Yəni, Antropogen çöküntüləri, Abşeron yarımadasında olduğu

363
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

kimi, balıqqulağı əhəngdaşı, çınqıl, qravelit, qumdaşı və gillərin


növbələşməsindən ibarət olur. Çöküntülərin litofasial tərkibi Yeni
Xəzər əsrinin əvvəllərində başlanan reqressiya və sonunda
Ceyrankeçməz depressiyasının cənub-şərq hissəsini və Ələt tektonik
zonasını əhatə edən transqressiya nəticəsində dəyişməz qalır. Yeni
Xəzər əsrinin sonlarında başlayan reqressiya nəticəsində, rayonda
Xəzər dənizi müasir sərhədlərinə yaxınlaşır.
Şamaxı-Qobustan neftli-qazlı rayonu çox geniş ərazini tutan
Cənubi Xəzər hövzəsinin şimal-qərb hissəsini əhatə edir. Rayon üçün
əsas neft-qaz əmələgəlmə zonaları çökəkliyin daha çox gömülən
mərkəzi hissələri olmuşlar. Xızı tektonik zonasından Malkamud-
Germian dərinlik qırılması ilə ayrılan Şamaxı-Qobustan və Abşeron
ərazisində orta və üst Miosen kompleksi çöküntülərinin perspektivliyi
əsasən kəsilişdə kollektorların mövcudluğu ilə əlaqədardır.
Şamaxı-Qobustanın orta və üst Miosen çöküntülərində neft-
qazın əmələ gəlməsi və saxlanılması üçün lazım olan əlverişli
paleocoğrafi və paleotektonik şəraitlər cənub-şərq istiqamətdə - Orta
Xəzər çökəkliyinə doğru yaxşılaşır. Həmin istiqamətdə çöküntülərin
kəsilişində iştirak edən məhsuldar horizontların kollektorluq xassələri
də müsbət istiqamətə dəyişir [65].
Şübhəsiz ki, orta və üst Miosen çöküntülərində üzvi
maddələrin çox olması bu çöküntülərin yüksək neft-qaz
generasiyaetmə xüsusiyyətlərinə və əlverişli şəraitdə neft-qaz
yataqlarını əmələgətirmə imkanlarına malik olmasını göstərir.
Orta və üst Miosen çöküntülərinin tərkibində gillər üstünlük
təşkil edir, qumlu-alevritli təbəqələr isə kəsilişdə çox az rast gəlir və
onlar regional izlənilmirlər. Bütövlükdə, Paleogen-Miosen kompleksi
plastik qalın gilli süxurlar kimi səciyyələnirlər. Bu çöküntülərin
xarakterik cəhətlərindən biri də onlarda karbohidrogenlərin tutumlu

364
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

tələlərdə toplanması və böyük yataqlar əmələ gətirmək üçün,


formasiyadaxili yaxşı miqrasiya kanallarının olmamasıdır. Bu
səbəbdən də, Paleogen-Miosen çöküntülərində generasiya olunan
karbohidrogenlər məhdud yığımlar əmələ gətirirlər. Lakin, orta və üst
Miosen çöküntüləri kəsilişindəki qumlu-alevritli horizontlar məhdud
sahədə yayılmalarına və kəsilişin az hissəsini təşkil etmələrinə
baxmayaraq, neft və qazın toplanması və yataqların əmələgəlməsi
üçün əlverişli kollektor hesab olunurlar [99].
Üst Maykop və Çokrak çöküntüləri kəsilişində mövcud olan
qumlu horizontlar Umbakı və Hacıvəli sahələrində sənaye əhəmiyyətli
neft yataqlarına malikdirlər. Singenetik neft-qazlılığı ilə fərqlənən
Maykop və Çokrak horizontu çöküntülərinin, eləcə də orta və üst
Miosenin başqa stratiqrafik vahidlərinin neft-qazlılıq perspektivliyi,
onların kollektor xüsusiyyətlərindən, yəni çöküntülərin toplandıqları
paleocoğrafi şəraitdən asılıdır (şəkil 102, 103).
Neft-qazlılıq baxımından Çokrak çöküntülərinin perspektivliyi
Cənub-Şərqi Qobustanın Çeyildağ, Umbakı və Hacıvəli strukturları
ilə əlaqədardır. Sarmat çöküntüləri üzrə isə Ərzani-Qılıc strukturu
perspektivli sayıla bilər.
Lokal neft və qaz yığımları eyni zamanda süxurların tektonik
pozğunluq zonalarında və eləcə də, gilli süxurların şistləşməsi ilə
əlaqədar çatların yarandığı zonalarda da əmələ gəlirlər. Belə
zonalarda olan süxurlar yüksək təzyiq altında karbohidrogenlərlə
dolduqdan sonra Pliosen çöküntülərilə örtüldükdə, onlarda lokal
karbohidrogen yığımları əmələ gəlir.
Şamaxı-Qobustanın Paleogen-Miosen çöküntüləri üzrə ən
perspektivli sahəsi sayılan Ceyrankeçməz depressiyasında bu
çöküntülər tam qalınlığı ilə açılmamışlar. Tədqiqatlar göstərir ki,
Ceyrankeçməz depressiyasının Paleogen-Miosen çöküntülərində neft

365
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

və qazın əmələ gəlməsi, toplanması və saxlanılması üçün əlverişli


paleotektonik və geokimyəvi şəraitlər olmuşdur. Burada neft-qazlılıq
əsasən depressiyanın bortlarında yerləşən qalxımlarda (Çeyildağ,
Şərqi Hacıvəli, Ütəlgi, Duvannı, Kənizədağ, Şıxıqaya və s.) Çokrak,
Sarmat çöküntülərində mövcud olan stratiqrafik və litaloji tip
tələlərlə əlaqədardır.

Şəkil 102. Geoloji profil

Üzvi maddələrlə zəngin olan və nefttörədici ana süxurlar


sayılan Oliqosen-Miosen çöküntülərin qalınlıqları Qobustanda 1400-
1500 m-ə çatır ki, bu da çox böyük həcmdə karbohidrogenlərin
generasiyasına imkan verir (şəkil 103).
Rayonda orta və üst Miosen çöküntülərində tektonik
ekranlaşan tələlərin öyrənilməsi də böyük əhəmiyyət kəsb edir. Bu

366
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

baxımdan da müxtəlif stratiqrafik səviyyələrə uyğun gələn böyük


amplitudlu üstəgəlmə və şaryajlar daha çox diqqəti cəlb edir.

Şəkil 103. Geoloji profil

Pliosen kompleksi çöküntüləri Paleogen-Miosen çöküntülərindən


fərqli olaraq üzvi maddələrin azlığı və kollektorların zənginliyilə
seçilirlər. Qafqaz dağlarının intensiv qalxması və Cənubi Xəzər
hövzəsinin intensiv çökməsi nəticəsində nefttörədici Paleogen-Miosen
çöküntüləri ümumi qalınlıqları 4-4,5 km-ə çatan Pliosen çöküntüləri
altına gömülürlər. Bu da neft və qazın generasiyası üçün əlverişli
termodinamik şəraitin yaranmasına səbəb olur. Generasiya olunan
yüksək təzyiqli karbohidrogenlər generasiya mərkəzindən kənarlara
miqrasiya edirlər.

367
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Abşeron yarımadası və Şamaxı-Qobustanın cənub-şərqində


Məhsuldar Qat çöküntülərinin yüksək kollektorluq xüsusiyyətlərilə
əlaqədar olaraq, lateral miqrasiya ilə yanaşı vertikal miqrasiya
prosesləri mövcud olan antiklinal tələlərdə karbohidrogenlərin
toplanması ilə nəticələnir. Generasiya prosesi Maykop çöküntülərində
4 mln.il, Miosen çöküntülərində isə 3 mln.il bundan əvvəl başlanmışdır.
Bu da Şamaxı-Qobustan rayonunda neft-qaz yataqlarının əmələ
gəlməsinin iki mərhələdə - Ağcagil əsrinə qədər və ondan sonra
getdiyini göstərir.
Pliosen çöküntülərinin neft-qazlılıq perspektivliyi Cənub-şərqi
Qobustanın daha çox gömülən sahələrində Məhsuldar Qatın alt
horizontları və lay dəstələrinin pazlaşma zonalarında litoloji və
stratiqrafik ekranlaşmış tələlərilə əlaqədardır.

Abşeron neftli-qazlı rayonu

Abşeron NQR-də orta və son Miosen hövzələrinin


paleotektonik və paleocoğrafi şəraitləri bir çox cəhətdən Oliqosen-ilk
Miosen dövründəki şəraitlərin davamı kimi olub.
Maykop əsrində mövcud olan çöküntü hövzələrində
akkumulyasiya prosesləri Miosendə də davam edir. Miosen
hövzələrində əsasən gilli süxurlardan ibarət çöküntülər əvəzinə qumlu
gillərdən və müxtəlif dənəli qumdaşı, mergel və dolomitlərdən təşkil
olunan molass çöküntüləri toplanır.
Maykop çöküntüləri səthinin Miosenin sonunda paleostruktur
vəziyyəti göstərir ki, bu dövrdə maksimal enməyə Qərbi Abşeronun
cənub-qərb hissəsi məruz qalıb. Burada Maykop çöküntülərinin səthi
1400-1800 m dərinliyə qədər gömülmüşdür (şəkil 104).
Orta və üst Miosen (Çokrak, Karaqan, Konk horizontları və
Sarmat, Meotis mərtəbələri) kompleksinin çöküntüləri alt Miosen
368
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

çöküntüləri üzərinə qeyri-uyğun şəkildə yatır, Pliosen çöküntülərilə


isə qeyri-uyğun şəkildə örtülür.
Əsası Oliqosendə qoyulmuş konsedimentasiya səciyyəli
inkişaf və qırışıqəmələgəlmə prosesi Cənub-şərqi Qafqazda və eləcə
də, Qərbi Abşeron ərazisində orta və ilk Miosen zamanı daha da
intensivləşir.

Şəkil 104. Maykop çöküntüləri səthinin Miosenin sonunda


paleostruktur vəziyyəti.
1-izopaxitlər; 2- parametrik, axtarış və kəşfiyyat quyuları;
3-çöküntülərin pazlaşma sərhədi.

Maykopun sonunda baş verən aktivlik Tarxan zamanı dənizin


geniş reqressiyası ilə əvəz olunur. Tarxan horizontunun az qalınlıqlı

369
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

mergel və gillərdən ibarət olması yuyulma zonalarının uzaqda


yerləşməsi və ya relyefin dəniz səviyyəsindən çox da yüksək
olmaması ilə izah olunur.
Bu çöküntülərin Abşeron yarımadasının yalnız Sulutəpə və
Şorbulaq sahələrində qeydə alınması isə onların az qalınlıqlı dayaz
dəniz çöküntüləri olmasını və Çokrakqabağı yuyulma prosesi
nəticəsində yox olduğunu deməyə əsas verir. Lakin çöküntülərin
sinklinal çökəkliklərdə və bir sıra antiklinalların uzaq qanadlarında
geniş yayıldığını güman etmək olar. Az müddəti əhatə edən
Çokrakqabağı reqressiya tezliklə Çokrakın əvvəllərində dənizin geniş
transqressiyası ilə əvəz olunur.
Abşeron yarımadası ərazisində Çokrak horizontu
çöküntülərinin Maykop seriyası çöküntüləri kimi gilli və gilli-qumlu
litofasiyada yayılması və eyni sahələri əhatə etməsi, bu əsrdə
paleotektonik və paleocoğrafi şəraitlərdə kəskin dəyişikliklərin
olmadığını göstərir. Belə ki, yarımadanın şimal-qərb, şimal və şərq
hissələrini əhatə edən çöküntülər içərisində mergel və dolomit
laycıqları olan tünd-boz rəngli gillərlə, cənub-qərb və mərkəzi
hissələrində isə qum və mergel araqatlarına malik qumlu-gilli fasiya
ilə təmsil olunublar.
Çöküntülərin litofasial xüsusiyyətləri və rast gələn Spirialis
qalıqları bu ərazilərdə Miosen dənizinin dərin olduğunu göstərir.
Maykop çöküntüləri səthinin Çokrak əsrinin sonundakı vəziyyəti,
qalınlıqların 50-250 m arasında dəyişməsi və antiklinalların tağında
qalınlıqların qanadlara nisbətən az olması, dəniz dibinin
konsedimetasiya səciyyəli qalxımlarla mürəkkəbləşdiyini söyləməyə
əsas verir (şəkil 105).
Çokrak çöküntüləri konsedimetasiyalı inkişafda olan
antiklinal strukturların tağ hissələrində Maykop çöküntülərinin

370
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

yuyulan səthi üzərinə kiçik qeyri-uyğunluqla yatdıqları halda,


sinklinal çökəkliklərdə Tarxan horizontunun çöküntüləri üzərinə
tamamilə uyğun şəkildə yatırlar[100].

Şəkil 105. Maykop çöküntüləri səthinin Çokrak əsrinin


sonunda paleostruktur vəziyyəti.
1-izopaxitlər; 2-parametrik, axtarış və kəşfiyyat quyuları;
3-çöküntülərin pazlaşma sərhədi.

Çokrak çöküntüləri qalınlıqlarının paylanmasından görünür


ki, qalınlıq rayonun qərbindən mərkəzinə və şimala doğru 50-250 m
arasında dəyişir, cənub - Qaradağ və cənub-şərq - Bakı muldası
istiqamətlərində isə 350-400 m-ə qədər artır (şəkil 106).

371
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Şəkil 106. Çokrak çöküntülərinin litofasial və qalınlıqlar xəritəsi.


1-izopaxitlər; 2- çöküntülərin yer səthinə çıxdığı sahələr; 3-parametrik,
axtarış və kəşfiyyat quyuları; 4-gilli-mergelli fasiya (gillər, mergellər,
qumdaşıları); 5- mergelli-gilli fasiya (nazik təbəqəli qum laycıqlarına
malik mergellər, gillər, qumdaşıları, dolomitlər) 6- gilli-qumlu fasiya
(gillər, qumlar, qumdaşıları, mergellər); 7- gilli-mergelli-dolomitli
fasiya (gillər, mergellər, dolomitlər); 8- litofasial zonaların sərhədləri.

Yarımadanın cənub-qərb hissəsində yayılan qumlu-gilli fasiya


Qobustanın cənubunda mövcud olan qumlu-gilli fasiyanın şimal-şərq
istiqamətində davamını təşkil edir. Burada qalınlıqları 0,7 m-ə çatan
narın və xırda dənəli qum və qumdaşı layları kəsilişin 5 %-ni təşkil
etdiyi halda, Cənubi Qobustan istiqamətində artaraq 25%-ə çatır. Bu
372
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

isə qumlu çöküntülərin Maykop dövründə olduğu kimi, cənub-qərbdə


yerləşən Şirvan yuyulma zonasından gətirildiyini göstərir.
Çokrak çöküntülərinin qumlu-gilli litofasiyada yayıldığı
sahələrdə qalınlıqların 0-400 m arasında dəyişməsi Abşeronun cənub-
qərb hissəsində geotektonik hərəkətlərin aktivləşdiyini, eyni zamanda
Şabandağ, Şorbulaq və s. qalxımlarda konsedimentasiya səciyyəli
inkişafın daha intensiv olduğunu göstərir.
Karaqan, Konk horizontları və Sarmat, Meotis mərtəbələri
çöküntülərini birləşdirən Diatom çöküntü kompleksi qalınlıqlarının
paylanması xəritəsindən görünür ki, Qərbi Abşeronun struktur
planında Miosenin sonunda elə bir ciddi dəyişikliklər baş verməyib.
Qalınlıqların 100-800 m arasında dəyişməsi strukturların mövcud
paleostruktur plan daxilində konsedimentasiyalı inkişaflarının davam
etdiyini göstərir (şəkil 107).
Damlamaca, Şorbulaq, Güzdək gömülmüş qalxımı, eləcə də
Lökbatan, Puta, Quşxana antiklinallarının inkişaf sürətlərində olan
fərqlər, onların arasında yerləşən Güzdək muldasının quruluşunda
qərbdən şərq istiqamətində olduğu kimi, şimaldan cənuba doğru da
asimmetrikliyə səbəb olmuşdur.
Daha intensiv konsedimentasiyalı inkişafda olan Güzdək
gömülmüş qalxımı, muldanın qərb hissəsində ən yüksək struktur
elementi olmuşdur. Burada Diatom çöküntülərinin qalınlıqları 200-
400 m arasında dəyişdiyi halda, bu qalınlıq cənubda yerləşən
Lökbatan strukturunda 400-500 m arasında dəyişir.
Muldanın qərbində Şorbulaq və Güzdək strukturları arasında
yerləşən geniş sinklinal çökəklikdə Diatom çöküntülərinin
qalınlıqlarının 1000-1200 m arasında olduğu güman edilir [71,99].
Muldanın mərkəzi hissəsində Diatom çöküntülərinin daha böyük
qalınlığa malik olması şübhəsizdir (şəkil 108). Bu, Bakı muldasını

373
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

əhatə edən Şubanı, Şabandağ, Sulutəpə, Binəqədi, Balaxanı


qalxımlarının muldaya yönələn qanadlarında Diatom çöküntüləri
qalınlıqlarının artma qradientlərinin böyük olması ilə izah olunur.

Şəkil 107. Diatom çöküntülərinin qalınlıqlar xəritəsi.


1-izopaxitlər; 2- parametrik, axtarış və kəşfiyyat quyuları;
3-çöküntülərin pazlaşma sərhədi.

Orta və üst Miosen çöküntülərinin Pliosen çöküntülərilə


kontaktlarının xarakteri rayonun paleostruktur quruluşundan asılıdır.
Bu asılılıq daha kəskin şəkildə Şabandağ-Ziyilpiri sahələrində qeyd

374
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

olunur. Belə ki, adları çəkilən sahələrdə Diatom və Pont çöküntüləri


arasında bucaq uyğunsuzluğu 25º-dən artıqdır. Belə uyğunsuzluqlar
Saray antiklinalının tağ hissəsində və Şirinnohur sahəsində də qeyd
olunur.

Şəkil 108. Lökbatan- Güzdək muldası-Qaraheybət istiqamətində


geoloji profil.

Bəzi rayonlarda Pont çöküntüləri və Məhsuldar Qatın (MQ)


müxtəlif horizontları Diatom çöküntülərinin mərtəbə və
horizontlarının yuyulmuş səthləri üzərinə yatırlar.
Gömülmüş Sulutəpə antiklinalının tağ hissəsində az qalınlığa
malik olan Pont çöküntüləri biləvasitə Karaqan horizontu
çöküntülərinin yuyulmuş səthi üzərinə, tağa yaxın hissələrdə Konk
horizontu və Sarmat mərtəbəsi çöküntüləri üzərinə, cənub-şərq
qanadda və qalxımın periklinal hissələrində isə Meotis mərtəbəsinin
gilli çöküntüləri üzərinə qeyri-uyğun yatırlar. Belə qeyri-uyğun yatım
Sulutəpə gömülmüş antiklinalında olduğu kimi, Binəqədi, Çaxnaqlar,
Şabandağ, Atəşgah antiklinallarında da mövcuddur. Bu hal
375
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

antiklinalların Bakı muldasına yönələn uzaq qanad hissələrində tam


uyğun yatımla əvəz olunur.
Karaqan dənizinin transqressiyası bir sıra sahələrdə Çokrak
dənizinin sərhədlərini örtür. Transqressiya nəticəsində toplanan
çöküntülərin fasiya və qalınlıqlarının təhlili göstərir ki, Karaqan əsri
bir çox cəhətdən Çokrak əsrinin paleotektonik və paleocoğrafi
xüsusiyyətlərini özündə saxlamışdır.
Abşeron yarımadasının şimal-qərb, şimal və şərq hissələrində
Karaqan horizontu qumlu-gilli litofasiyada yayılmışdır. Gilli
çöküntülərin içərisində az qalınlıqlı dolomit və dolomitləşən mergel
laylarının olması, bu rayonların terrigen materialların gətirildiyi
yuyulma zonalarından uzaqda yerləşdiyini göstərir.
Abşeron yarımadasının şimal hissəsində Corat və Novxanı
sahələrini əhatə edən Karaqan horizontunun mergel aralaycıqlarına
malik gilli çöküntüləri cənubda yerləşən Saray və şərqdə Fatmayı
sahələrində qum və qumdaşı layları olan kəsilişlə əvəz olunur.
Mərkəzi və Cənub-qərbi Abşeronda isə Karaqan horizontu qumlu-gilli
litofasiyada yayılmışdır.
Qərbi Abşeronun mərkəzi hissəsində yerləşən Ziyilpiri
sahəsində qum və qumdaşıları kəsilişin 50%-ni təşkil etdiyi halda,
cənub-qərb istiqamətində qumluluq Ceyranbatan sahəsində 20-25%,
Damlamacada isə hətta 7%-ə qədər azalır [47, 83]. Çox güman ki, bu
hal Keçəldağ-Xırdalan-Binəqədi antiklinal zonasında dənizin dayaz
olması və gətirilən qumlu-gilli çöküntülərdən gillərin yuyularaq daha
dərin sahələrdə çökməsi ilə əlaqədardır. Şabandağ-Şubanı antiklinalları
ilə bir-birindən ayrılan Bakı, Güzdək muldalarının ərazisində nisbətən
dərin dəniz şəraitində çökmüş qum aratəbəqələrinin sayı artır.
Karaqan hozontundan Konk horizontuna keçid Abşeron
yarımadası ərazisində tədricidir. Bu isə paleotektonik və paleocoğrafi

376
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

şəraitlərdə dəyişikliklərin zəif olduğunu göstərir. Konk horizontu


çöküntüləri əksər rayonlarda Karaqan horizontu çöküntüləri üzərinə
uyğun yatırlar.
Çöküntülərin yayılma sahəsi və litofasial xüsusiyyətlərinin,
azacıq fərqlə Karaqan hozontunun xüsusiyyətlərini təkrar etməsi
deyilən fikri bir daha təsdiq edir.
Konk hövzəsinin fərqli cəhətlərindən biri Abşeron
yarımadasının şimal hissələrinin gilli fasiyalarında Diatom şistlərinin
geniş yayılmasıdır. Konk və Karaqan horizontlarının litofasial
xüsusiyyətlərinin oxşarlığına görə, onları bir-birindən ayırmaq çətin
olduğundan, vahid litofasiya və qalınlıqlar xəritəsi tərtib edilib.
Konk və Karaqan çöküntülərinin qalınlıqları, Çokrak
horizontunda olduğu kimi, antiklinal qalxımların tağyanı sahələrində
50-100 m, sinklinallarda isə 150-200 m-dir. Bakı və Güzdək
muldalarının mərkəzi hissələrində qalınlıqların daha çox olduğu
güman edilir (şəkil 109).
Sarmat əsrinin əvvəllərində Cənub-şərqi Qafqazda geniş
transqressiya baş verir. Bunun nəticəsində alt Sarmat çöküntüləri
Konk və daha qədim çöküntüləri transqressiv şəkildə örtürlər.
Abşeron yarımadası ərazisində isə alt Sarmat çöküntülərinin Konk
çöküntüləri üzərinə çox vaxt tam uyğun yatması göstərilən geoloji
vaxtların sərhəddində Sarmat dənizinin Abşeron ərazisini tərk
etmədiyini göstərir [96].
Abşeron yarımadasının şimal hissəsində ilk və orta Sarmat
əsrində içərisində qalınlıqları 40 m-ə çatan qumlu mergel və daha az
qalınlıqlı dolomitləşmiş əhəngdaşı aratəbəqələri olan sarımtıl-qonur,
sarımtıl-boz və boz rəngli gillər çökür. Fatmayı, Saray və başqa
sahələrdə təsadüf olunan az qalınlıqlı mergel və əhəngdaşı layları
terrigen materialın gətirilməsində qısa müddətli fasilələrin olduğunu

377
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

göstərir. Cənub-qərb istiqamətində əhəngdaşı laycıqları qumdaşıları


ilə əvəz olunur. Bu da qumlu materialın, əvvəlki əsrlərdə olduğu kimi,
cənub-qərbdən - Şirvan yuyulma zonasından gətirildiyini göstərir.

Şəkil 109. Konk-Karaqan çöküntülərinin litofasial və qalınlıqlar


xəritəsi.
1-izopaxitlər; 2- çöküntülərin yer səthinə çıxdığı sahələr;
3-parametrik, axtarış və kəşfiyyat quyuları; 4- gillər; 5-qumlar;
6-qumdaşları; 7- dolomitlər; 8-mergellər; 9- litofasial zonaların
sərhədləri.

Sarmat çöküntüləri qalınlıqlarının Qərbi Abşeronda 0-300 m


arasında dəyişməsi (Qaradağ sahəsi istisna olmaqla) və az
378
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

qalınlıqların antiklinal strukturların tağyanı və tağ hissələrində, böyük


qalınlıqların isə sinklinal çökəkliklərin mərkəzi hissələrində olması
çöküntütoplanmanın, əvvəllər olduğu kimi, konsedimentasiyalı
qalxımla tənzimləndiyini deməyə əsas verir (şəkil 110).

Şəkil 110. Sarmat çöküntülərinin litofasial və qalınlıqlar xəritəsi.


1-izopaxitlər; 2- çöküntülərin yerüstü çıxışları; 3-parametrik,
axtarış və kəşfiyyat quyuları; 4- gillər; 5-qumlar; 6-qumdaşıları;
7- əhəngdaşıları; 8-mergellər;9- litofasial zonaların sərhədləri.

Ziyilpiri, Atəşgah və Şabandağ qalxımlarının tağ hissələrində


çöküntülərin qalınlıqlarının minimal olması bu sahələrdə
kosedimentasiya səciyyəli qalxımın daha sürətli olduğunu və Sarmat

379
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

əsrinin sonunda əvvəllər toplanan çöküntülərin qismən yuyulduğunu


göstərir.
Yarımadanın mərkəzi və qərb hissəsində alt və orta Sarmat
çöküntülərinin tünd-boz rəngli gil və şistli gillərdən ibarət olması,
dənizin Abşeronun şimal hissəsində nisbətən daha dərin olduğunu,
mergel araqatları ilə yanaşı qum və qumdaşı laycıqlarının kəsilişdə
iştirakı isə, bu sahələrin yuyulma zonalarına daha yaxın yerləşdiyini
göstərir. Üst Sarmat çöküntülərinin isə kəsilişdə iştirak etməməsi,
Abşeron yarımadası ərazisində paleocoğrafi şəraitin öyrənilməsini
çətinləşdirir.
Meotisqabağı reqressiya nəticəsində dəniz dayazlaşır və
yarımadanın bir sıra antiklinal qalxım zonalarında yuyulma prosesi
baş verir. Meotis transqressiyasının başlanmasına qədər su sahələri
qapalı hövzə, körfəz və boğazlar şəklində böyükölçülü sinklinal
çökəkliklərdə qalır. Sinklinal çökəkliklərdə qonşuluqda yerləşən
antiklinal qalxımlardan yuyulmuş terrigen çöküntülər toplanırlar.
Meotis əsrində başlayan transqressiya az müddət ərzində Qərbi
Abşeronda yaranan adaları örtür. Bu sahələrdə adətən Meotis
çöküntüləri daxilində brekçiyaşəkilli dolomit, konqlomerat və gilli
brekçiya layları mövcuddur. Belə dolomitlər Qərbi Abşeronun cənub-
qərb hissəsində (Şorbulaq, Şabandağ və s.) geniş yayılan gilli şistlərin
tərkibində də iştirak edirlər [72, 99].
Qərbi Abşeronun şimal hissəsində Meotis çöküntüləri nisbətən
dayaz dəniz şəraitində çökən sarımtıl-boz rəngli gillərdən və onların
daxilində tez-tez rast gələn mergel və vulkan külü laycıqlarından
ibarətdir. Kəsilişdə qum və qumdaşılarının iştirak etməməsi Qərbi
Abşeronun yuyulma sahələrindən uzaqda yerləşdiyini, çöküntülərin
qalınlıqlarının 100-300 m arasında dəyişməsi isə Qərbi Abşeronda
mövcud olan antiklinal qalxımların konsedimentasiya səciyyəli
inkişafda olduğunu göstərir (şəkil 111).
380
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Meotis çöküntülərinin daha qədim çöküntülər ilə təmas


xüsusiyyətləri göstərir ki, Abşeron yarımadası ərazisində Miosen və
müasir dövrlərin struktur-tektonik planları bir-birindən çox fərqlənir.

Şəkil 111. Meotis çöküntülərinin litofasial və qalınlıqlar xəritəsi.


1-izopaxitlər; 2- çöküntülərin yerüstü çıxışları; 3-parametrik,
axtarış və kəşfiyyat quyuları; 4-gillər; 5-mergellər; 6-dolomitlər;
7-vulkan külü; 8-litofasial zonaların sərhədi.

Meotis və Pont əsrləri Cənub-Şərqi Qafqazın geoloji inkişaf


tarixində keçid dövrü olmuşdur. Bu vaxt Cənub-Şərqi Qafqazın
mərkəzi qalxım zonası kəskin şəkildə yüksəlir, Şamaxı-Abşeron
çökəkliyi isə intensiv çökmə prosesinə məruz qalır.

381
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Meotis əsrinin sonu Pont əsrinin əvvəllərində geotektonik


hərəkətlərin aktivləşməsi nəticəsində paleostruktur planda daha böyük
dəyişikliklər baş verir. Bu əsrdə reqressiya Sarmat əsrinin sonundakı
reqressiyadan daha geniş ərazini əhatə etməsilə fərqlənir. Abşeron
ərazisində ilk Pontda əsasən gillər çökürlər. Əhəngdaşı və gillərdən
ibarət olan, dayaz dəniz şəraitində formalaşan alt Pont çöküntüləri
“Şamaxı fasiyası” adlanır. Orta Pont çöküntüləri Abşeron
yarımadasını, Qobustanın cənub və şərqini əhatə edir.
Pont əsrinin sonunda dəniz sahilinin konfiqurasiyasında ciddi
dəyişikliklər baş vermədiyinə baxmayaraq, üst Pont çöküntülərinin
orta Pont çöküntülərinə nisbətən daha narındənəli çöküntülərlə əvəz
olunduğu müşahidə olunur. Bu da Tufan-Dibrar yuyulma zonasında
qalxma hərəkətlərinin zəifləməsilə izah olunur.
Şamaxı-Abşeron hövzəsinin şimal hissəsində karbonatlı fasiya
Göyçaydan Sumqayıtçaya qədər ərazidə üstünlük təşkil edir. Üst Pont
çöküntüləri cənub və cənub-şərq istiqamətlərində, orta Pontda olduğu
kimi, gilli fasiya ilə əvəz olunur. Orta Pont gillərindən fərqli olaraq,
üst Pont gillərinin gips ştoklarına malik olması, dənizin dayaz və
buxarlanmanın intensiv olduğunu göstərir. Abşeron hövzəsinin cənub-
qərbində, Ələt tektonik zonasında orta Pont zamanı gillərlə yanaşı
əhəngdaşları da çökürlər.
Abşeronun bir sıra antiklinal strukturlarının tağ hissələrində
Pont çöküntüləri iştirak etmir. Bu sahələrdə Pont çöküntülərinin MQ
qabağı fasilə vaxtı yuyulduğunu nəzərə almaq lazımdır. Yuyulmadan
sonra qalan Pont çöküntülərinin qalınlığı Abşeron yarımadasının çox
hissəsində 100-300 m arasında dəyişir (şəkil 112).
Konsedimentasiya səciyyəli inkişafda olan bir sıra qalxımlar
Pont əsri ərzində yuyulma zonalarına çevrilirlər. Güzdək muldası
daxilində Miosen və Pliosen çöküntüləri arasında qeyri-uyğun yatım

382
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

və stratiqrafik fasilə minimum dərəcəyə çatır. Güzdək gömülmüş


qalxımında və Qaraheybət strukturunda Pliosen çöküntüləri Pont
çöküntülərinin bir qədər yuyulan səthi üzərinə yatırlar. Belə
uyğunsuzluqlar Saray antiklinalının tağ hissəsində və Şirinnohur
sahəsində də qeyd olunur.

Şəkil 112. Pont çöküntülərinin qalınlıqlar xəritəsi.


1-izopaxitlər; 2- parametrik, axtarış və kəşfiyyat quyuları;
3- çöküntülərin pazlaşma sərhəddi.

Bəzi sahələrdə Pont çöküntüləri və MQ-nin müxtəlif


horizontları Diatom çöküntülərinin yuyulmuş səthləri üzərinə yatırlar.
383
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Sulutəpə antiklinalının tağ hissəsində az qalınlığa malik Pont


çöküntüləri bilavasitə Karaqan horizontu çöküntülərinin yuyulmuş
səthi üzərinə, tağa yaxın hissələrdə Konk horizontu və Sarmat
mərtəbəsi çöküntüləri, cənub-şərq qanada və periklinala yaxın
hissələrində isə Meotis mərtəbəsinin gilli çöküntüləri üzərinə qeyri-
uyğun yatırlar. Belə qeyri-uyğun yatım, Sulutəpə gömülmüş
antiklinalında olduğu kimi, Binəqədi, Çaxnaqlar, Şabandağ və
Atəşgah antiklinallarında da qeyd olunur. Bu vəziyyət antiklinalların
Bakı muldasına yönələn uzaq qanad hissələrində tam uyğun yatımla
əvəz olunur.
Pont çöküntülərinin Diatom çöküntüləri üzərinə qeyri-uyğun
yatdığı rayonlarda Miosen çöküntülərinin yerüstü çıxışlarının eni
azalır. Bu da Pont çöküntülərinin Diatom çöküntüləri üzərinə
transqressiv şəkildə yatmaları ilə izah olunur. Belə hal Ceyranbatan
antiklinalının şimal-şərq və cənub-qərb qanadlarında, Şabandağ,
Şubanı antiklinallarının tağa yaxın hissələrində müşahidə olunur. Bu
rayonlarda Pont çöküntüləri çıxışlarının eninin kiçilməsi isə,
antiklinal qalxımların konsedimentasiyalı inkişafı ilə əlaqədar
qalınlıqların azalması və ayrı-ayrı hallarda Pont mərtəbəsi
çöküntülərinin alt hissələrinin kəsilişdə iştirak etməməsi ilə izah
olunur.
Güzdək muldası daxilində Miosen və Pliosen çöküntüləri
arasında qeyri-uyğun yatım və stratiqrafik fasilə minimum dərəcəyə
enir. Belə ki, Güzdək gömülmüş qalxımında və Qaraheybət
strukturunda Pont çöküntüləri Meotis çöküntülərinin bir qədər
yuyulmuş səthi üzərinə yatırlar.
Miosen və Pliosen çöküntülərinin təmasında stratiqrafik
fasilələrin və bucaq uyğunsuzluqlarının müxtəlifliyi Qərbi Abşeronun
Miosen strukturlarının Pliosen-Antropogen dövründə inkişafına çox

384
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

təsir etmişdir. Bu faktorların yüksək olduğu sahələrdə yerləşən


antiklinal strukturlar Pliosendə, xüsusən, Antropogendə daha sürətlə
inkişaf edərək, nüvəsi partlamış və tağında Paleogen-Miosen
çöküntülərinin yer səthinə çıxdığı strukturlara çevrilmişlər. Buna
misal olaraq, Abşeron yarımadasının şimalında yerləşən Saray,
Novxanı, Keçəldağ, Xırdalan, Binəqədi qalxımlarını, eləcə də cənub-
qərbində yerləşən Bozqobu, Şabandağ, Şubanı, Damlamaca və
Şorbulaq antiklinallarını göstərmək olar.
Bucaq uyğunsuzluğunun və stratiqrafik fasilələrin minimuma
endiyi rayonlarda isə, daha çox Pliosen-Antropogen çöküntüləri üzrə
gömülmüş strukturlar formalaşmışlar. Belə strukturlara Qaraheybət
və Güzdək gömülmüş antiklinalları misal ola bilər.
Güzdək muldasının Pliosen epoxasında intensiv çökməsi
nəticəsində Qaraheybət strukturu Miosen çöküntülərinin səthi üzrə
dərinliyi 600-1200 m arasında dəyişən struktur terrasa, Güzdək
qalxımı isə Şabandağ-Şubanı qalxımının cənub-qərb qanadının uzaq
batımında dərinliyi 1500-1800 m arasında dəyişən struktur çıxıntıya
çevrilirlər.
Pliosen və Antropogendə daha intensiv çökməyə məruz qalan
Bakı muldasında isə orta və üst Miosen çöküntüləri çox güman ki,
3500-4000 m dərinliyə qədər gömülürlər [68, 100].
Pont əsrinin sonu və MQ əsrinin başlanğıcında
çöküntütoplanma hövzəsinin kiçilməsi davam edir. Məhsuldar Qat
çöküntülərinin paylanması çökmə prosesinin Cənubi Xəzər
hövzəsində daha intensiv olduğunu göstərir. Çökəkliyin şimal-qərb
hissəsində MQ çöküntülərinin ümumi qalınlığı 4000 m-dən artıqdır.
Böyük Qafqaz geoantiklinalının cənub qanadının Abşeron
yarımadasının şimal hissəsində yerləşən cənub-şərq batımında MQ
çöküntülərinin qalınlığı 1000-1500 m-ə qədər azalır (şəkil 113).

385
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Şəkil 113. Məhsuldar Qat çöküntülərinin litofasial və


qalınlıqlar xəritəsi.
1-izopaxitlər; 2- parametrik,axtarış və kəşfiyyat quyuları; 3-sahilyanı
kobuddənəli fasiya (qumdaşıları, gil, qum, konqlomeratlar); 4-dayaz
dəniz qumlu-gilli fasiya (qum, gil, qumdaşı); 5- nisbətən dərin dəniz
qumlu-gilli fasiya (qum, gil, alevrolit); 6- çöküntülərin pazlaşma sərhədi;
7- litofasial zonaların sərhədləri.

Cənubi Xəzər çökəkliyində hövzənin sərhədləri, Abşeron


yarımadası və Aşağı Kür çökəkliyinin müasir sərhədlərindən bir qədər
geniş olub. MQ əsrinin əvvəllərindən hövzənin genişlənməsi tədricən
artır. Bu genişlənmə Qırməki lay dəstəsinin çökdüyü zaman daha
intensiv olub. Alt şöbənin sonlarında hövzə sərhədləri bir qədər

386
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

sabitləşməklə Abşeron arxipelaqının şimal-qərb hissəsini, Abşeron


yarımadasının mərkəzi hissəsini, Bakı arxipelaqını və Kür
çökəkliyinin cənub-şərq hissəsini əhatə edir.
MQ çöküntülərinin bilavasitə Miosen çöküntülərinin daha çox
yuyulmuş səthi üzərinə qeyri-uyğun yatımı Şabandağ, Keçəldağ və
Xırdalan qalxımlarının qanadlarında qeyd olunur. Göstərilən
sahələrdə Qırməki lay dəstəsinin üst horizontları Meotis və Sarmat
mərtəbəsi çöküntülərinin əhəmiyyətli dərəcədə yuyulmuş səthləri
üzərinə yatırlar. Bu hal, göstərilən antiklinalların MQ əsrinin birinci
yarısında intensiv qalxma zonalarına aid olan paleostrukturlar
olduğunu göstərir [47, 83].
Məhsuldar Qatın alt şöbəsindən üst şöbəsinə keçid vaxtı
Abşeron yarımadası və ona qonşu olan sahələr qalxmaya məruz qalır
və yuyulma zonalarına çevrilirlər. MQ hövzəsinin sahəsi çox kiçilir.
Bu zaman Abşeron yarımadası ərazisində yuyulmaya məruz qalan
Qırməkiüstü gilli lay dəstəsinin (QÜG) qalınlıqları eroziya ilə
əlaqədar 15-20 m-dən 100-110 m arasında dəyişir. Ən böyük
qalınlıqlar yarımadanın şərq və qərb hissələrində, kiçik qalınlıqlar
isə mərkəzi hissəsində qeydə alınıb. Kiçik qalınlıqlar zonasının
yarımadanın mərkəzi hissəsində meridional istiqamətdə yerləşməsi,
burada gillərin qum və qravelitlərlə örtülməsi, bu zonanın dərinliyi
70-80 m, eni isə 20 km dən artıq paleo-Volqanın vadisi olduğunu
göstərir. Paleo-Volqa vadisində QÜG lay dəstəsinin gilləri iri və
ortadənəli qravelitli qumlar, yuvarlanan gilli süxur parçaları,
qumdaşıları, bəzən konqlomeratlar və hətta brekçiya ilə örtülür.
Daha kobuddənəli və iriölçülü konqlomeratlar Qırməki dərəsinin
cənub hissəsində yerləşərək, planda göstərilən vadinin ən dərin
hissəsinə uyğun gəlir [72].

387
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Vadinin forması onun cənub istiqamətində genişlənməsi,


çöküntülərdə çəplaylanmanın cənub və cənub-şərq istiqamətlərində
olması göstərir ki, vadidə qədim su axınlarının istiqaməti şimaldan
cənuba olmuşdur. QÜG lay dəstəsi gillərinin yuyulması hesabına
vadinin əmələ gəlməsinin əsas səbəbi isə, bu zaman Abşeron
ərazisinin qalxması ilə yanaşı Cənubi Xəzər hövzəsində səviyyənin
aşağı düşməsi olmuşdur. Belə bir vəziyyətdə su axınları ilə terrigen
materialın çox hissəsi müasir Abşeron yarımadası ərazisindən
cənubda çökmüşdür. Sonralar dəniz səviyyəsinin tədricən yüksəlməsi
nəticəsində terrigen material Abşeron yarımadasının başqa
sahələrində də toplanır və ''Fasilə'' lay dəstəsi formalaşır. Dəstənin
qalınlığı 80-100 m-ə çatan qum linzaları qədim çay vadisini tam
doldurur.
Abşeron yarımadası ərazisində ''Fasilə'' lay dəstəsi
çöküntülərinin litoloji tərkibi və qalınlıqlarının dəyişmə xüsusiyyətləri
V.P.Baturin və b. fikrincə onların avandelta şəraitində, yəni paleo-
Volqanın yerüstü deltasında əmələ gəldiyini göstərir. Çayın sualtı
deltası isə xeyli geniş olmaqla, Cənubi Xəzər hövzəsində Abşeron
arxipelaqını və Bakı arxipelaqının şimal hissəsini tutmuşdur.
V.P.Baturin ''Fasilə'' və Balaxanı lay dəstələrində kvars
minerallarının 90%-ə çatdığını və mineraloji tərkiblərinin müasir
Volqa deltasında çökən qumların mineraloji tərkibləri ilə eyni
olduğunu nəzərə alaraq, Abşeron yarımadasına kvars qumlarının
şimaldan - Rus platformasından və qismən də Fin-Skandinaviyadan
gətirildiyini göstərir.
V.P.Baturinin fikrincə, Paleo-Volqa Cənubi Xəzər hövzəsinə
çatana qədər Baş Qafqaz dağlarının aşınma məhsulları olan gilli-
qumlu çöküntüləri gətirən paleo-Samur və başqa çayları da özünə
qəbul etmişdir. Bu çayların gətirdiyi qumlu-gilli və kobuddənəli

388
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

materialların çox hissəsi Xəzəryanı-Quba və Qobustan rayonlarında


allüvial çöküntülər şəklində toplanır, bir qismi isə paleo-Volqa
vasitəsilə Abşeron yarımadasına çatdırılaraq, çöküntülərin
gilləşməsinə səbəb olmuşdur.
Baş Qafqaz silsiləsinin gilli şistlərini, Şahdağ və Dağıstanın
əhəngdaşılarının aşınma məhsulları ilə zəngin olan paleo-Samur
paleo-Volqaya qovuşaraq Abşeron yarımadası ərazisində yerləşən
delta çöküntülərinə alyümosilikat və karbonatlar əlavə etmişdir.
Ə.Ə.Əlizadə Abşeronun MQ çöküntülərində mühüm yer tutan
kvars qumlarının Rus platformasından deyil, Giləzi-Krasnovodsk
istiqamətində yerləşən qalxımlar zonasından gətirildiyini iddia edir.
Krasnovodsk yarımadasında orta Yura yaşlı effuziv və Oliqosen yaşlı
intruziv süxurların mövcud olduğunu nəzərə alaraq, tədqiqatçı Giləzi-
Krasnovodsk qalxımlar zonasının Abşeron yarımadasından şimalda
yerləşən hissəsində vulkanogen çöküntülərin daha geniş ərazidə yer
səthində yayıldığını və onların aşınma məhsullarının Abşeron
yarımadasında kvarsla zəngin olan MQ çöküntülərini əmələ
gətirdiyini göstərir.
Müəllifin fikrincə Pont əsrində soyuq iqlim şəraitində Qafqaz
dağlarında əmələ gələn buzlaqların, MQ əsrində mülayim və isti iqlim
şəraitində sürətlə əriməsi nəticəsində Qafqaz dağlarından axan gur
çaylar Xəzər hövzəsinə çox böyük miqdarda terrigen materialın
gətirilməsinə səbəb olmuşdur.
Tədricən genişlənən MQ hövzəsi əsrin sonlarında maksimal
həddinə çatdıqdan sonra azacıq geri çəkilir. Bu zaman Abşeron
yarımadasının daha intensiv inkişaf edən antiklinal qalxımlarının tağ
hissələrində MQ çöküntülərinin səthi qismən yuyulmaya məruz qalır.
Qısa müddətli reqressiya prosesi Ağcagil əsrinin əvvəllərində
yeni transqressiya ilə əvəz olunur. Transqressiya MQ əsrində olduğu

389
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

kimi, hövzəyə gələn çay sularının çoxalması hesabına deyil, Xəzər


hövzəsinin yenidən dünya okeanı ilə qovuşması nəticəsində baş verir.
Qovuşmanın orta Miosen vaxtında olduğu kimi, qərbdə Qara dəniz və
Aralıq dənizi istiqamətində baş verdiyi güman edilir.
Ağcagil transqressiyası nəticəsində az müddət ərzində MQ-nin
şirinləşən su hövzəsi duzlu dəniz hövzəsi ilə əvəz olunur. Cənub-şərqi
Qafqazda qalxma hərəkətlərinin davam etməsi ilə əlaqədar olaraq,
Ağcagil dənizi MQ hövzəsinin sərhədlərindən artıq genişlənə bilmir.
Abşeron yarımadasında nisbətən dərin dəniz şəraitində toplanan az
qalınlıqlı vulkan külü laycıqlarına malik boz və tünd boz rəngli
karbonatlı gillərdən ibarət olan Ağcagil çöküntülərinin qalınlıqları
20-70 m arasında dəyişir.
Abşeron əsrində Abşeron yarımadasında toplanan çöküntülərin
qalınlıqları 400-800 m arasında dəyişir. Minimal qalınlıqlar
konsedimentasiya səciyyəli inkişafda olan antiklinal zonalara,
maksimal qalınlıqlar isə, antiklinal zonaları bir-birindən ayıran
sinklinal və muldalara uyğun gəlir. Bununla yanaşı, qalınlıqların
cənub və cənub-şərq istiqamətlərində artması müşahidə olunur.
Abşeron və Ağcagil çöküntülərinin paylanmasında Abşeron
yarımadası ərazisində dəyişikliyin olmaması, burada tektonik
hərəkətlərin intensivliyini və əsas etibarilə, antiklinal zonaların
konsedimentasiyalı inkişaf etdiyini göstərir.
Abşeron yarımadasında orta Abşeronda əhəngdaşı, qum və
gillərdən ibarət dayaz dəniz çöküntüləri toplanır. Orta Abşeronun
sonundan başlayaraq dənizin reqressiyası artır. Cənub-şərqi Qafqazın
quru ərazisi bütün istiqamətlərdə genişlənir. Son Abşeron zamanı
yenidən transqressiya edən dəniz şəraitində Abşeron yarımadasında
qum və gillərlə növbələşən qumlu və detrituslu əhəngdaşıları
çökürlər.

390
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Abşeron yarımadasında Antropogenin əsasında yerləşən


Türkan horizontunun çöküntüləri şirin su hövzəsində çökən gillərdən
təşkil olunub. Qalınlıqları 30-40 m-ə çatan çöküntülər Şərqi
Abşeronda əsasən sinklinal çökəklərdə toplanıblar. Antiklinal qalxım
zonalarında isə, Bakı mərtəbəsi çöküntüləri Abşeron mərtəbəsi
çöküntüləri üzərinə 5º-yə qədər bucaq uyğunsuzluğu ilə yatırlar. Bakı,
Xəzər, Xvalın və Yeni Xəzər mərtəbələri çöküntüləri yarımadanın
əksər rayonlarında balıqqulağı əhəngdaşılarının az sementləşən, pis
çeşidlənən qumdaşıları və boz rəngli gillərlə növbələşməsindən təşkil
olunublar. Ümumi qalınlıqları sinklinal çökəkliklərdə 900 m-ə çatan
bu çöküntülər şirin su hövzəsində yaşayan fauna ilə xarakterizə
olunurlar.
Cənubi Xəzər hövzəsinin şimal-qərb hissəsini əhatə edən
Abşeron neftli-qazlı rayonunda əsas neftqazəmələgəlmə zonaları daha
çox gömülmüş çökəkliyin mərkəz hissələri olublar.
Xızı tektonik zonasından Malkamud-Germian dərinlik
qırılması ilə ayrılan Abşeron neftli-qazlı rayonunda Miosen kompleksi
çöküntülərinin perspektivliyi əsasən singenetik neft-qazlılığı ilə
fərqlənən Maykop seriyası, Çokrak horizontu və eləcə də,
paleocoğrafi şəraitdən asılı olaraq Miosenin başqa stratiqrafik
vahidlərilə əlaqədardır.
Orta və üst Miosen çöküntüləri Abşeronda regional yayılan
əsas lay dəstəsindən biri hesab olunur. Bu çöküntülər sənaye
əhəmiyyətli neft-qaz yataqlarının əmələ gəlməsi üçün əlverişli
paleotektonik, paleostruktur və geokimyəvi şəraitlərə malikdirlər.
Miosen çöküntülərinin sənaye əhəmiyyətli neft-qazlılığı Qərbi
Abşeronun Binəqədi, Sulutəpə, Şabandağ, Şubanı, Puta-Quşxana,
Korgöz-Qızıltəpə və Qaradağ yataqlarında təsdiq edilib. Oliqosen-
Miosen dövründə Abşeron yarımadasının qərb hissəsində mövcud

391
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

olan bərpaedici geokimyəvi şərait karbohidrogenlərin əmələ gəlməsi


üçün əlverişli sayılır.
Qərbi Abşeronun geotektonik inkişafının təhlili göstərir ki,
karbohidrogenlərin əmələ gəlməsi üçün ən əlverişli şərait istər
Oliqosen-Miosen, istərsə də Pliosen-Antropogendə intensiv çökmə
zonaları olan Bakı və Güzdək muldalarının mərkəz hissələrində
olmuşdur.
Qeyd etmək lazımdır ki, muldaların şimal hissəsində Oliqosen-
Miosen çöküntüləri 3,5-6 km dərinlik intervalında yatırlar. Abşeron
yarımadasının burada ölçülmüş temperaturlara və geotermik rejimə
əsasən hesablanan temperaturların 90-140º C arasında dəyişməsi
göstərir ki, Oliqosen-Miosen çöküntüləri Bakı və Güzdək
muldalarında baş neftəmələgəlmə fazasında yerləşirlər. Qərbi
Abşeronun şimal hissəsində bu çöküntülər 1,5-3,5 km dərinliklərdə
yatırlar və temperatur 50-90º C arasında dəyişir (R.İ.Rüstəmova görə).
Göstərilən temperatur şəraitində Oliqosen-Miosen çöküntülərində
toplanan üzvi maddələr yalnız qaz generasiya edə bilərlər. Fatmayı və
Corat sahələrində qazılan axtarış-kəşfiyyat quyularında Sarmat,
Çokrak, Maykop çöküntülərindən qeydə alınan intensiv qaz
təzahürləri buna əyani sübutdur.
Qazəmələgəlmə zonasında yerləşən Maykop, Çokrak və
Diatom çöküntüləri kəsilişində yüksək kollektorluq xüsusiyyətlərinə
malik olan qumlu horizontların olmadığına görə, Abşeron
yarımadasının şimal-qərb hissəsi az perespektivli qazlı zona kimi
qiymətləndirilir.
Oliqosen-Miosen çöküntüləri Abşeron yarımadasının qərbində
yerləşən Ağburun, İlxıdağ, Yunusdağ, Pirəkəşkül, Bozdağ,
Damlamaca, Şabandağ və s. sahələrdə, yarımadanın şimalında isə
Corat, Fatmayı, Saray sahələrində yer səthinə çıxırlar. Ona görə bu

392
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

sahələr tağ tipli neft-qaz yataqlarının yaranması üçün əlverişli sayıla


bilməzlər. Lakin göstərilən sahələrdəki antiklinal qırışıqların
konsedimentasiya səciyyəli inkişafda olduqları və tektonik qırılmalara
məruz qaldıqları nəzərə alınarsa, litostratiqrafik və tektonik
ekranlaşmış tipli yataqların yaranması istisna olunmur. Bu cəhətdən
intensiv və uzun müddətli çökməyə məruz qalan depressiya
zonalarının qonşuluğunda yerləşən antiklinal qalxımlar daha
perspektivli sayılırlar.
Abşeron yarımadasının şimal və şimal-qərb hissələrində
yerləşən strukturların əksəriyyəti, qaz yataqlarının axtarışı üçün az
perspektivli sahələr hesab edilir. Perspektivli sahələr isə Abşeron
yarımadasının mərkəzində və cənub-qərb hissəsində yerləşirlər. Bu
sahələrdə Oliqosen-Miosen çöküntülərinin perspektivliyi, cənub-qərb
istiqamətində, Qərbi Abşeronun Qobustan ərazisinə qonşu olan
sahələrində qumluluğun artması və karbohidrogenlərin əsas
generasiya zonaları sayılan Bakı, Güzdək və Çuvaldağ muldalarını
hüdudlandıran Binəqədi, Sulutəpə, Qaraheybət, Şubanı, Qaradağ
sahələrində alınan sənaye əhəmiyyətli neft və qaz axınları ilə
əsaslandırılır.
Üzvi maddələrlə zəngin olan neft törədici ana süxurlar sayılan
Oliqosen-Miosen çöküntülərinin (Maykop seriyası) qalınlıqları Qərbi
Abşeronda 1400-1500 m-ə çatır ki, bu da çox böyük həcmdə
karbohidrogenlərin generasiyasına imkan verir.
Abşeron yarımadasında, xüsusən onun qərb hissəsində, orta və
üst Miosen yaşlı rezervuarlar məhdud sahədə yayıldıqlarından,
flüidlərin toplanmasını burada geniş yayılan qeyri-antiklinal tipli lokal
tələlərlə əlaqələndirmək olar. Belə yataqlar, litoloji faktorlarla
əlaqədar olub, gilli qatın qumlu-alevritli materiallarla zəngin
hissələrində əmələ gəldikləri üçün strukturların tağa yaxın

393
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

hissələrində, antiklinalların qanadları və onları ayıran sinklinallarda


yerləşirlər. Lokal neft və qaz yığımları eyni zamanda süxurların
tektonik pozğunluq zonalarında və eləcə də, gilli süxurların
şistləşməsi ilə əlaqədar çatların yarandığı zonalarda da əmələ gəlirlər.
Pliosen kompleksi çöküntüləri Paleogen-Miosen çöküntülərinin
əksinə üzvi maddələrin azlığı və kollektorların zənginliyi ilə
fərqlənirlər. Qafqaz dağlarının intensiv qalxması və Cənubi Xəzər
hövzəsinin intensiv çökməsi nəticəsində nefttörədici Paleogen-Miosen
çöküntüləri ümumi qalınlıqları 4-4,5 km-ə çatan Pliosen çöküntüləri
altında gömülürlər. Bu da neftin və qazın generasiyası üçün əlverişli
termodinamik şəraitin yaranmasına səbəb olur. Generasiya olunan
yüksək təzyiqli karbohidrogenlər generasiya mərkəzindən kənarlara
miqrasiya edirlər.
Abşeron yarımadası və Qobustanın cənub-şərqində MQ
çöküntülərinin yüksək kollektorluq xüsusiyyətləri ilə əlaqədar olaraq
lateral və vertikal miqrasiya prosesləri gedir ki, bu da o zaman artıq
mövcud olan antiklinal tələlərdə karbohidrogenlərin toplanması ilə
nəticələnir.
Generasiya prosesi Maykop çöküntülərində 4 mln.il, Miosen
çöküntülərində isə 3 mln.il bundan əvvəl başlanmışdır ki, bu da
Abşeron neft yataqlarının əmələ gəlməsinin iki mərhələdə - Ağcagil
əsrinə qədər və Ağcagil əsrindən sonrakı mərhələlərdə getdiyini
göstərir.
Pliosen çöküntülərinin neft-qazlılıq perspektivliyi Cənub-şərqi
Qobustan və Abşeronun daha çox gömülmüş rayonlarında MQ-nin alt
horizontları və lay dəstələrinin pazlaşma zonalarında litoloji və
stratiqrafik ekranlaşmış tələləri ilə əlaqədardır.

394
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Kür dağarası çökəkliyi


Kür dağarası çökəkliyi ərazisində ilk Miosen epoxasının
sonunda başlayan reqressiya prosesi, çökəkliyin kənar hissələrində alt
Miosen və daha qədim çöküntülərin yuyulmasına səbəb olur. Qısa
müddətli reqressiya Tarxanın sonlarında və Çokrak zamanı dənizin
yeni transqressiyası ilə əvəz olunur. Lakin, transqressiya nəticəsində
dəniz hövzəsi özünün əvvəlki sərhədlərinə çata bilmir.
Çökəkliyin şimal hissəsində yerləşən Qanıx-Əyriçay
depressiyasının ərazisini və Kiçik Qafqazın şimal-şərq yamaclarını
dəniz birdəfəlik tərk edir.
Tarxan-Çokrak dənizi qərbdə Dzirul massivi, şimalda Cənubi-
Kaxeti-Acınohur, cənubda isə Ağstafa, Tovuz, Dəllər, Dəliməmmədli,
Qazanbulaq, Tərtər və Beyləqan rayonları ilə hüdudlanır. Geniş
ərazini tutan çöküntü hövzəsinin daxilində Kürdəmir-Saatlı qalxımı
rayonunda adalar, ilk Miosendə olduğu kimi, qalxmaqda davam
edirlər. Bunu Kürdəmir-Saatlı qalxımı kəsilişlərində Tarxan-Çokrak
çöküntülərinin iştirak etməməsi əsasında demək olur. Qazıma ilə
öyrənilməyən Yuxarı Şirvan qalxımı rayonunda isə yuyulma sahəsinin
olmasını Cənubi Qobustanda Tarxan və Çokrak çöküntüləri
kəsilişində kobuddənəli qum və qumdaşılarının cənubdan, Yuxarı
Şirvan istiqamətindən gətirilməsi ilə əsaslandırılır.
Tarxan və Çokrak çöküntülərinin Kiçik Qafqazın şimal-şərq
yamaclarında əsasən gilli-mergelli fasiyada yayılması, çöküntülərin
dəniz şelfinin dərin hissələrində toplandığını göstərir. Sahilyanı
dayaz-dəniz çöküntüləri isə çox güman ki, sonralar baş verən
reqressiya proseslərində yuyulmuşlar. Nadir qum, alevrit laycıqlarına
Dəliməmmədli, Şirvanlı, Ağcabədi və Beyləqan sahələrində təsadüf
olunur. Bunların da Kiçik Qafqaz yüksəkliklərindən orta Miosen
dənizinə axan çayların prodelta hissələrində çökdüyünü güman etmək
395
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

olar. Tarxan və Çokrak horizontları Çatma antiklinoriumu rayonunda


da, Kiçik Qafqazın şimal-şərq yamaclarında olduğu kimi, gil və
mergellərdən ibarət dərin dəniz fasiyasında yayılmışlar. Qərb və
şimal-qərb istiqamətlərində kobuddənəli terrigen çöküntülərin
kəsilişdə üstünlük təşkil etməsi, dəniz hövzəsinin dayazlaşması və
yuyulma zonaları olan Dzirul massivi, Böyük Qafqaz və Trialet
qırışıqlıq zonalarının qonşuluğunda olan sahələrdə tektonik
hərəkətlərin getdikcə aktivləşməsini göstərir.
Ə.V.Məmmədovun fikrincə, Tarxan-Çokrak vaxtı Maykop
əsrinə nisbətən geotektonik planda dəyişikliklər əsasən Kür
çökəkliyinin qərb hissəsində olmuşdur. Maykop əsrinə qədər burada
mövcud olan və bir-birindən nisbi qalxım zonası ilə ayrılan iki ensiz
çökəkliyin yerində Tarxan-Çokrak vaxtı geniş Cənubi Kaxeti
çökəkliyi yaranır.
Ox hissəsi təqribən Qabırrı çayı vadisində yerləşən çökəklik,
qərbdə Gürcüstan ərazisində yerləşən Kartli, şərqdə isə Acınohur
çökəkliklərindən yəhərvari qalxımlarla ayrılır.
Kartli çökəkliyində toplanan Tarxan-Çokrak çöküntülərinin
qalınlıqları 450-500 m olduğu halda, Cənubi Kaxeti çökəkliyində
toplanan eyni yaşlı gilli-qumlu çöküntülərin qalınlıqları 200 m-dən
artıq deyildir. Çökəkliyin cənub-qərb bortunda yerləşən Kür-Qabırrı
çaylararası rayonunda çöküntülərin qalınlıqları 15-170 m arasında
dəyişir. Qalınlıqları qərbdən-şərqə 5-10 m-dən 20-25 m-ə qədər
dəyişən Tarxan çöküntülərinin tamamilə gillərdən ibarət olması və
Maykop seriyası gilləri üzərinə uyğun yatması, göstərilən rayonun
paleotektonik quruluşunda ilk və orta Miosen epoxaları arasında
dəyişikliklərin olmadığını göstərir.
Çokrak əsrində də Kür-Qabırrı çaylararası rayonun əksər
sahələrində gillər çökmüşdür. Məmmədtəpə sahəsində gillər arasında

396
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

təsadüf olunan narındənəli qumdaşı layları Kiçik Qafqazın şimal


yamaclarından gətirilən yuyulma məhsullarının sualtı qalxım
zonasında yaxşı çeşidlənməsi sayəsində əmələ gəlmişdir [11].
Qumlu çöküntülərin şimal-qərb istiqamətində tədricən artması,
ayrı-ayrı hallarda qum və qumdaşı layları qalınlıqlarının 30m-ə
(Norio-Martkobi rayonunda) çatması, çöküntülərin toplanmasında
Trialet yuyulma zonasının rolunun artdığını göstərir.
Yevlax-Ağcabədi çökəkliyi ərazisində Tarxan-Çokrak
çöküntüləri, İori-Acınohur çökəkliyində olduğu kimi, əsasən gilli
fasiyada intişar etmişlər. Hövzənin cənub-qərb bortunun mərkəzi və
cənub-şərq hissələrində qumlu çöküntülərin miqdarı bir qədər artır.
Daha çox qumlu çöküntülər Duzdağ-Bərdə-Sovetlər sahəsində
yayılmışlar.
Hövzənin şimal-şərq bortunda Çokrak çöküntüləri Maykop
seriyası gilləri üzərinə transqressiv şəkildə yatırlar. Muradxanlı,
Zərdab və başqa sahələrdə Çokrak çöküntüləri az qalınlıqlı qum,
alevrit və mergel araqatlarına malik tünd-boz rəngli gillərdən
ibarətdir.
Kəsilişdə qumlu çöküntülərin azlığı Kürdəmir-Saatlı yuyulma
zonasında tektonik hərəkətlərin zəifliyini və dəniz səviyyəsinə yaxın
düzənlikdən ibarət olduğunu göstərir.
Karaqan əsri Kür çökəkliyində dəniz transqressiyasının
genişlənməsi ilə səciyyələnir. Genişlənmə dəniz səviyyəsinin
yüksəlməsi ilə əlaqədar olduğundan, hövzəni əhatə edən yuyulma
sahələrinin kiçilməsinə səbəb olur.
Hər yerdə Çokrak çöküntüləri üzərinə uyğun yatan Karaqan
çöküntüləri çökəkliyin cənub bortunun qərb hissəsində Maastrixt, şərq
hissəsində isə Maykop çöküntüləri üzərinə transqressiv şəkildə
yatırlar. Hövzənin şimal bortunda dənizin sərhədlərinin cənubdakına

397
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

nisbətən az dəyişməsi, Böyük Qafqaz sahillərinin daha dik olması ilə


yanaşı, qalxma proseslərinin Kiçik Qafqaz sahillərindən fərqli olaraq
daha intensivli olması ilə izah olunur.
Kür çökəkliyinin qalan sahələrinin paleotektonik və
paleocoğrafi şəraitlərində bir o qədər də dəyişikliklər baş vermir.
Çokrak əsrində olduğu kimi, Kürdəmir-Saatlı zonası dəniz
səviyyəsindən azacıq yüksəkdə olan hamar düzənlikdən ibarət ada
olaraq qalır. Çökəkliyin qərbində isə Çatma antiklinal zonasına
mənsub olan sualtı qalxımlar konsedimentasiya səciyyəli inkişaf
etməkdə davam edirlər. Qalınlıqları 200-250 m-ə çatan Karaqan
çöküntülərinin paylanmasında olan qanunauyğunluq, gilli-mergelli
çöküntülərin çox, qumlu-gilli çöküntülərin isə az qalınlıqlar
zonalarında toplanmasını müəyyən edib.
Qumlu-gilli çöküntülər hövzənin kənarlarında və daxilində
olan antiklinal qalxım zonalarına uyğun gələn dayazlıqlarda, üzvi
əhəngdaşıları isə yalnız hövzənin cənub-qərb küncündə toplanırlar.
Toplanan çöküntülərin litofasial xüsusiyyətləri və eləcə də fauna
qalıqları Karaqan əsrində dənizin alçaq düzənliklərlə əhatə olunan
dayaz və şirinləşən su hövzəsi olduğunu sübut edir.
Karaqanın sonunda, hövzənin okeanla əlaqəsinin bərpası ilə
əlaqədar olaraq, Kür çökəkliyi hövzəsində dəniz suyu şorlaşır. Bu
zaman dəniz səviyyəsinin müəyyən qədər qalxması baş verir ki, bu da
dənizin transqressiyasına səbəb olur.
Kür çökəkliyi ərazisinin hər yerində Konk çöküntülərinin
Karaqan çöküntüləri üzərinə uyğun yatması, bu stratiqrafik vahidlərin
sərhədində paleotektonik rejimdə dəyişikliklərin çox olmadığını
göstərir. Karaqan zamanı nisbətən daha dərin dəniz şəraitində çökən
Konk çöküntüləri kəsilişin daha çox gilliliyi ilə fərqlənirlər.
Bütövlükdə isə, hövzənin paleocoğrafiyası və paleotektonikasında elə

398
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

bir ciddi dəyişikliklər olmayıb. Çöküntütoplanma prosesi əvvəlki


kimi, Cənubi Kaxeti, Acınohur, Aşağı Kür və Yevlax-Ağcabədi
çökəkliklərində gedir.
Cənubi Kaxeti çökəkliyində çöküntütoplanma prosesi onun
mərkəzi hissəsində Çatma antiklinal zonasında və cənub bortunda
yerləşən Kür və Qabırrı çaylararası rayonundakı qalxımların
konsedimentasiya səciyyəli inkişafda olmaları ilə bir qədər
mürəkkəbləşir. Qalınlıqları 200-250 m-ə çatan çöküntülər çökəkliyin
mərkəzi hissəsində gil və mergellərdən, kənar hissələrində isə gil və
qumlardan təşkil olunublar.
Çökəkliyin cənub bortunda Şəmkir şəhərindən bir qədər
cənubda Mezozoy yaşlı qranodioritlər üzərinə transqressiv yatan
Konk çöküntülərinin daxilində qranodiorit qırıntı və qaymaları olan
qumdaşı və balıqqulağı əhəngdaşılarından ibarət olması, hövzənin
sahil zonalarında vaxtilə dayaz dəniz çöküntülərinin mövcud
olduğunu və onların Sarmatqabağı yuyulmaya məruz qaldığını
göstərir.
Belə bir hal Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb
bortunda da baş verdiyi üçün, burada Konk çöküntülərinin sahil
fasiyası rast gəlinmir. Burada da hövzənin kənar hissələrində qumlu-
gilli, mərkəzi hissələrində isə nisbətən dərin (200 m-ə qədər) dəniz
şəraitində, qalınlıqları 100-200 m arasında dəyişən gilli-mergelli
çöküntülər toplanır.
Çöküntülərin litofasial xüsusiyyətləri Kür çökəkliyi
hövzəsində çöküntütoplanma prosesinin sakit tektonik rejimdə baş
verdiyini və hövzəni əhatə edən Kiçik və Böyük Qafqazın yuyulma
proseslərinin zəif getdiyi alçaq dağlıq zonalarından ibarət olduğunu,
Kür çökəkliyinin daxilində yerləşən Kürdəmir-Saatlı yuyulma
zonasının isə çöküntütoplanma prosesinə təsirinin az olduğunu göstərir.

399
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Son Miosendə (Sarmat və Meotis əsrləri) Kür çökəkliyi


hövzəsinin paleotektonik və paleocoğrafi şəraitlərində ciddi
dəyişikliklər baş verir. Bu hər şeydən əvvəl, Kür çökəkliyini əhatə
edən yuyulma zonalarında qalxma hərəkətlərinin artmasında və onlara
müvafiq olaraq çöküntütoplanma hövzələrinin dibinin enməsində
özünü göstərir.
Kiçik və Böyük Qafqaz dağlarında qalxma proseslərinin
güclənməsi Kaynozoy erası ərzində Kür çökəkliyi hövzəsini qərbdə
Rion çökəkliyi hövzəsi ilə əlaqələndirən Dzirul massivindən cənubda
yerləşən İmereti-Kaxeti və ondan şimalda yerləşən Raçi-Osetiya
boğazlarının qapanmasına səbəb olur. Bu zamandan başlayaraq, Kür
çökəkliyi açıq dənizlərlə yalnız Xəzər və Şimali Qafqaz su hövzələri
ilə əlaqəsi olan körfəzə çevrilir.
Paleocoğrafi tədqiqatlar göstərir ki, bu prosesdə Böyük və
Kiçik Qafqaz dağ sistemlərinin yüksəlməsi ilə yanaşı, Dzirul
massivinin özündə də Sarmat əsrinin ortalarında qalxma proseslərinin
intensivləşməsi müəyyən dərəcədə rol oynamışdır [53].
Orta və üst Miosen çöküntülərinin kontakt xüsusiyyətləri
göstərir ki, son Miosenin əvvəllərində, yəni ilk Sarmat vaxtı Kür
çökəkliyində dəniz hövzəsinin sərhədləri təqribən Konk əsrinin
sonlarında olduğu kimi qalmışdır. İlk Sarmat vaxtında da gilli-qumlu
çöküntülər hövzənin kənarlarında, gilli-mergelli çöküntülər isə
mərkəzi hissələrində toplanmışlar. Kobuddənəli qumdaşı, əhəngdaşı,
balıqqulağı əhəngdaşı və konqlomerat aratəbəqələrindən ibarət dayaz
sahil fasiyası çöküntüləri əsas etibarilə Çatma tektonik zonasının
qərbində Kaxeti qalxımının cənub yamacında və Qarayazıda
yayılıblar.
Çatma tektonik zonasının şərq və Yevlax-Ağcabədi
çökəkliyinin mərkəzi hissəsində gil və mergellər çökmüşlər. Kür

400
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

çökəkliyinin qalan hissələrində isə gilli-qumlu çöküntülər


toplanmışdır (şəkil 114).
Alt Sarmat çöküntülərinin qalınlıqlarının paylanması Konk
çöküntülərinin qalınlıqlarının paylanmasının paleotektonik planına
uyğun gəlir. Bununla yanaşı, Kür çökəkliyinin qərb hissəsində hövzə
ensizləşir, Trialet qalxımı qalxma prosesi ilə əlaqədar olaraq şimal
istiqamətində öz yerini dəyişir və Çatma zonasında struktur çıxıntı
əmələ gəlir. Çıxıntıdan cənub-qərbdə yaranan Udabno çökəkliyində
qalınlığı 300 m-ə çatan alt Sarmat çöküntüləri toplanır.

Şəkil 114. Orta və üst Miosen çöküntülərinin litofasial


və qalınlıqlar xəritəsi.
1-izopaxitlər; 2-çöküntülərin pazlaşma sərhədi; 3-litofasial
zonaların sərhədləri; 4-qırılmalar; 5-gillər; 6-qumlar; 7-mergellər;
8-alevritlər; 9-qumdaşıları; 10-qumlu əhəngdaşıları.

401
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

İlk Sarmatın sonlarında baş verən reqressiya prosesi tezliklə


daha geniş transqressiya ilə əvəz olunur. Lakin, transqressiya Böyük
və Kiçik Qafqaz dağlarının, eləcə də Trialet zonası və Dzirul
massivinin daha sürətlə yüksəlməsi nəticəsində hövzənin
dayazlaşması və geri çəkilməsi ilə əvəz olunur. Qərbdə Rion hövzəsi
ilə əlaqənin kəsilməsi Kür hövzəsində dəniz suyunun şirinləşməsinə
və orta Sarmatın ikinci yarısında ətraf sahələrdə qalxma prosesinin
güclənməsi ilə əlaqədar olaraq, dağ çaylarının gətirdiyi kobud və pis
çeşidlənmiş çöküntülərlə doldurularaq dayazlaşmasına səbəb olur.
Kaxeti qalxımının cənub qanadında və onun cənub-şərq
davamında orta Sarmat çöküntüləri, alt hissədə qumlu-gilli, üst
hissədə isə karbonatlı terrigen çöküntülərdən təşkil olunan dayaz
dəniz fasiyasında toplanırlar. Qumdaşı laycıqlarına malik olan gillərin
toplandığı hövzənin mərkəzi hissəsində pirit mineralının geniş
yayılması, hövzənin dibində bərpaedici şəraitin mövcud olduğunu
göstərir. Hövzə daxilində qalxım və çökəklik zonaların yerləşməsi ilk
Sarmat vaxtı olduğu kimi qalır. Maksimal qalınlıqlı çöküntülər
Cənubi Kaxeti və Yevlax-Ağcabədi çökəkliklərində (müvafiq olaraq
1400 və 1000 m-ə qədər) toplanırlar.
Yevlax-Ağcabədi çökəkliyindən şimal-şərqdə yerləşən və orta
Miosen vaxtı yuyulma zonası olan Kürdəmir-Saatlı qalxımı Sarmat
əsrində dəniz suları ilə örtülür. Kəskin bucaq və azimut
uyğunsuzluqları ilə bilavasitə Təbaşir çöküntüləri üzərinə yatan
Sarmat çöküntüləri burada litofasial cəhətdən bir-birindən fərqlənən
üç horizonta ayrılır.
Mergel laycıqlarına malik boz rəngli, sıx gillərdən təşkil olunan
alt horizontun qalınlığı Carlı sahəsinin cənub hissəsində 50 m-ə, Sor-
Sor sahəsində 212 m-ə çatır. Kəsilişin orta horizontu üzvi mənşəli
massiv əhəngdaşıları, bəzi yerlərdə detrituslu və qumlu

402
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

əhəngdaşılarından ibarətdir ki, bunlar da sahildən uzaqda yerləşən


dayazlıqlarda əmələ gəliblər.
Boz rəngli, laylı, qumlu və mergelli gillərdən təşkil olunan üst
horizont isə Kürdəmir-Saatlı zonası ərazisini (Saatlı sahəsi istisna
olmaqla) tam örtür. Bu horizontda çöküntülərin daha gilli olması
Sarmat əsrinin sonlarında dənizin dərinləşdiyini göstərir. Bu hal
ümumən, Kür çökəkliyində dəniz reqressiyasının Sarmat əsrinin
sonlarında güclənməsi faktı ilə təzad təşkil edir. Bu da dəniz
hövzəsinin kiçilməsi fonunda Kürdəmir-Saatlı qalxım zonasının
çökməsilə izah olunur.
Orta Sarmatdan son Sarmata keçid yuyulma zonalarında
qalxma prosesinin güclənməsi və dəniz hövzəsinin tədricən kiçilməsi
ilə səciyyələnir. Çöküntülərdə mövcud olan fauna qalıqları dəniz
suyunun tədricən şirinləşdiyini göstərir. Getdikcə şirinləşən su
hövzəsində toplanan çöküntülər orta Sarmatdakından daha çox
kobuddənəli və müxtəlif litoloji tərkibə malik olmaları ilə fərqlənirlər.
Burada gil, qumdaşı və balıqqulağı əhəngdaşıları ilə yanaşı kəsilişdə
çınqıl və konqlomerat layları da iştirak edir.
Son Sarmat dənizinin daha kiçik ərazini tutması ilə əlaqədar
olaraq, hövzənin kənar hissələrində artıq yer səthinə çıxan orta və alt
Sarmat çöküntüləri də yuyulma prosesinə məruz qalırlar. Üst Sarmat
çöküntüləri kəsilişində bir-birindən fasial cəhətdən fərqlənən Rostov,
Xerson və Eldar horizontları ayrılır.
Son Sarmatın əvvəllərində, yəni Rostov horizontu
çöküntülərinin toplandıqları vaxt dəniz Kür çökəkliyinin qərb
hissəsində yerləşən Kartli depressiyası ərazisini tamamilə tərk edir.
Molladağ və Udabno qalxımlarından cənub-qərbdə yerləşən sahələrdə
və eləcə də müasir Dağlıq Kaxetinin cənub ətəklərinin ərazisində
göllü-allüvial düzənlik yaranır ki, burada da çınqıl, kobuddənəli

403
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

qumdaşı və bitki qalıqları ilə zəngin olan əlvan rəngli gillər


toplanırlar. Ağtaxtatəpə sahəsindən şərqdə dəniz körfəzi genişlənərək,
Kür çökəkliyi ərazisinin çox hissəsini tutur. Hövzədə toplanan
çöküntülərin tez-tez qum və qumdaşı laycıqlarına malik gillərdən,
fauna qalıqlarının isə molyuskalardan ibarət olması, çöküntülərin
dayaz dəniz şəraitində çökdüyünü göstərir.
Xerson horizontu çöküntülərinin toplandığı vaxt Böyük və
Kiçik Qafqaz dağlarının, eyni zamanda Dzirul massivinin daha
yüksək sürətlə qalxması nəticəsində, Kür çökəkliyinin qərb hissəsində
kontinental rejim daha geniş ərazini tutur.
Normal dəniz şəraiti isə bu vaxt Mirzaani depressiyası, Kür və
Qabırrı çaylararası rayonunda və Kür çökəkliyinin şərqdə yerləşən
ərazilərində mövcud olub. Göstərilən ərazilərdə qumlu, karbonatlı
gillərin, kobuddənəli qumdaşı, çınqıl və konqlomeratlarla
növbələşməsi, eyni zamanda kəskin fasial dəyişikliklər Xerson
dənizinin daha dayaz olduğunu, heyvan və bitki qalıqlarının tərkibi isə
hövzəni əhatə edən quru ərazisində rütubəti yüksək olan iqlim
şəraitinin olduğunu göstərir.
Sarmat əsrinin sonunda, yəni Eldar lay dəstəsi çöküntülərinin
toplandıqları vaxt dənizin dayazlaşması və şərq istiqamətində geri
çəkilməsi prosesi getdikcə güclənir. Kür çökəkliyinin qərb hissəsi və
onun kənar hissələri dağlararası və dağətəyi maili düzənliklərə
çevrilirlər. Nisbətən dərin dəniz körfəzi Kaxetinin cənub-şərqində və
Kür-Qabırrı çaylararası rayonundan şərqdə mövcud olub. Körfəzlərin
şirin su hövzəsində əlvan rəngli qumlu-gilli çöküntülər toplanır. Üst
Sarmat çöküntülərinin qalınlıqları 800-1000 m-ə çatır. Orta Sarmatda
olduğu kimi, nisbətən az qalınlıqlar (0-400 m) zonası olan Çatma
struktur çıxıntısı düzənlik Kaxetinin şərq hissəsi və Udabno sinklinalı
rayonunda maksimal qalınlıq zonalarını bir-birindən ayırır [11].

404
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Cənubi Kaxeti çökəkliyinin şərq davamında yerləşən Acınohur


çökəkliyində toplanan üst Sarmat çöküntülərinin qalınlıqları 400 m-ə,
Yevlax-Ağcabədi depressiyasında isə 600 m-ə çatır.
Meotis əsri Kür çökəkliyində dənizin daha sürətlə geri
çəkilməsilə səciyyələnir. Bu vaxt dəniz hövzəsi Kür və Qabırrı
çaylararası rayonunu və Kiçik Qafqazın şimal-şərqindəki maili
düzənlikləri tamamilə tərk edir. Şimalda Böyük Qafqazın cənub
yamaclarının qalxması nəticəsində dəniz ərazisi kiçilir. Dəniz körfəzi
ensiz zolaq şəklində şimal-qərbdən cənub-şərqə doğru uzanır. Meotis
çöküntüləri şimal-qərbdə Kaxeti və Çatma tektonik zonaları arasında
yerləşən Mirzaani çökəkliyində toplanırlar. Qalınlığı 100-300 m
arasında dəyişən çöküntülər hər yerdə üst Sarmat çöküntüləri üzərinə
uyğun yatırlar və onlardan yalnız qonuru-boz rəngli və nisbətən
kobuddənəli terrigen materialdan təşkil olunmaları ilə fərqlənirlər.
Əsasən qumlu-gilli süxurlardan ibarət olan çöküntülər içərisində
konqlomerat aralayları-linzaları yayılmışlar. Bunlar da Böyük
Qafqazın cənub yamacında yuyulmaya məruz qalan Təbaşir yaşlı fliş
çöküntülərindən və Kaxeti-Daşyüz zonasında geniş yayılan Yura yaşlı
əhəngdaşı və porfirit tərkibli qayalardan qoparılıb gətirilən
çınqıllardan təşkil olunublar.
Bir qədər cənubda, Qabırrı çayının aşağı axınında konqlomerat
layları demək olar ki, iştirak etmir. Kəsilişdə qumdaşıları azalır və
kobuddənəlilər narındənəlilərlə əvəz olunurlar. Yalnız Udabno
rayonunda konqlomeratlar yenidən kəsilişdə iştirak edir və
çöküntülərin qumluluğu 70%-ə çatır. Burada Meotis çöküntüləri
ümumi qalınlığı 500 m-ə çatan Şirak lay dəstəsinin alt hissəsini təşkil
edir.
Qumlu-gilli çöküntülər içərisində mergel, əhəngdaşı
laycıqlarının mövcudluğu və tapılan fauna qalıqları çöküntülərin şirin

405
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

su hövzəsində toplandıqlarını göstərir. Şirin su hövzəsi çöküntüləri


demək olar ki, dəyişikliyə uğramadan Acınohur çökəkliyinə qədər
yayılır və şərqdə daha cavan çöküntülərlə örtülürlər.
Meotis əsrinin sonu və Pont əsrinin əvvəllərində dənizin yeni
reqressiyası baş verir. Kür çökəkliyinin şimal-qərbində Pont çöküntüləri
kontinental şəraitdə toplanan allüvial-delta çöküntülərindən ibarətdir.
Kür çökəkliyinin kənar hissələrində yer səthinə çıxan Pont
çöküntülərinin götürülən süxur nümunələrinin tədqiqi göstərir ki,
çökəkliyin şərq hissəsində Pont çöküntüləri dayaz dəniz şəraitində
çökən kardium, astrokod və qastropod faunası ilə zəngin olub, əsasən
gil, qismən də qumdaşı və əhəngdaşılarından ibarətdirlər.
Kür çökəkliyinin qərb hissəsində, Cənubi Kaxeti və onun
qonşuluğunda olan Acınohur rayonunda Şirak lay dəstəsinin alt
şöbəsinin üst hissəsini təşkil edən Pont çöküntüləri konqlomerat,
qumdaşı və gillərdən ibarətdir. Burada şimaldan cənuba getdikcə
konqlomeratlar qumdaşıları ilə əvəzlənir. Kontinental şəraitdə
toplanan çöküntülər şirin suda və quruda yaşayan fauna ilə xarakterizə
olunurlar.
Pont dövründə çöküntütoplanma prosesi Acınohur rayonunun
şərq hissəsində, Ləngəbiz-Gürcüvan zonasında və ona qonşu
ərazilərdə gedir. Bu ərazilərdə Pont çöküntülərinin litoloji tərkibinin
daxilində dəniz faunası olan gil, balıqqulağı əhəngdaşı və
qumdaşılarından ibarət olması, göstərilən sahələrdə dənizin çox da
dərin olmadığını göstərir.
Cənubi Xəzər çökəkliyində əmələ gələn göl hövzəsinin Qara
dəniz hövzəsindən, orta Pont vaxtı başlanan ayrılma son Pont vaxtı
onların tam təcrid olunması ilə başa çatır.
Pont əsrinin sonu və Məhsuldar Qat əsrinin başlanğıcında
Acınohur rayonuna və Ləngəbiz-Gürcüvan zonasına qonşu olan şimal

406
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

sahələrdə qalxma prosesləri sürətlənir. Eyni zamanda Kür çökəkliyi


intensiv enməyə məruz qalır. Bunun nəticəsində Pont dənizi cənub-
qərb istiqamətində geri çəkilir. MQ əsrinin əvvəllərində Acınohur
rayonunun şimal hissəsi və Ləngəbiz-Gürcüvan zonası tamamilə quru
sahələrə çevrilirlər. Acınohur rayonunun mərkəzi və cənub hissəsi isə
qalxma prosesinə az məruz qalır.
MQ əsrinin əvvəllərində çöküntütoplanma prosesi yalnız
mərkəzi hissələrdə getmişdir. Bunu MQ kəsilişinin qalınlığının
depressiyanın bortlarından mərkəzinə doğru daha qədim çöküntülər
hesabına kəskin artması göstərir. Kiçilməsi davam edən
çöküntütoplanma hövzəsi Məhsuldar Qat əsrinin əvvəllərindən
tədricən genişlənməyə başlayır və genişlənmə Kür çökəkliyinin
cənub-şərq hissəsini əhatə edir.
Kür çökəkliyində toplanan Məhsuldar Qat çöküntülərinin
mineraloji tərkibinin müasir Kür çayı çöküntülərinin mineraloji
tərkibinə yaxınlığı, çöküntülərin Böyük Qafqazın cənub və Kiçik
Qafqazın şimal-şərq yamaclarından axan kiçik çaylarla gətirildiyini
göstərir.
Acınohur rayonunun dağətəyi zonasında, Göyçay və
Girdimançay arasındakı sahədə Məhsuldar Qatın alt şöbəsi ilə yanaşı,
üst şöbənin alt hissəsi də kəsilişdə iştirak etmir. Burada Abşeron
yarımadasının Sabunçu və Suraxanı lay dəstələrinə uyğun gələn,
qalınlıqları 250-480 m arasında dəyişən Məhsuldar Qat çöküntüləri
Pont mərtəbəsi çöküntülərinin yuyulan səthi üzərinə qeyri-uyğun
şəkildə yatırlar.
Çöküntülərin arasında Pont çöküntülərinin yuyulma məhsulları
olan əhəngdaşı, mergel, Paleogen yaşlı qumdaşıları və Mezozoy yaşlı
argillit, tuf-qumdaşı, əhəngdaşı və porfiritlərdən təşkil olunan
konqlomeratlar yatırlar (şəkil 115).

407
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Kür çökəkliyinin cənub-qərb bortunda, Kiçik Qafqaz


dağlarının qalxması ilə əlaqədar olaraq, Kiçik Qafqazqarşısı düzən
sahələr nisbətən dəniz səviyyəsindən yüksəkdə qalaraq yuyulma
zonalarına çevrilirlər. Yalnız Məhsuldar Qat əsrinin sonlarına yaxın
su hövzəsi Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq hissəsinə çatır.
Məhsuldar Qat əsrinin paleocoğrafiyası Pont əsrinə nisbətən
çox dəyişdiyi üçün, onların geotektonik şəraitləri də bir-birindən
kəskin şəkildə fərqlənirlər (şəkil 115).
Ağcagil transqressiyası nəticəsində az müddət ərzində
Məhsuldar Qatın şirinləşən su hövzəsi duzlu dəniz hövzəsi ilə əvəz
olunur. Kür çökəkliyində Ağcagil dənizinin transqressiyası daha geniş
olub. Kiçik Qafqazın şimal-şərq və şərq ətəklərində, Kür və Qabırrı
çaylararası rayonunda, Kaxeti dağ silsiləsinin yamaclarında və Qanıx-
Əyriçay depressiyasının qərb hissəsində Ağcagil dənizi Məhsuldar
Qat hövzəsi sərhədlərindən kənara çıxır.
Kür çökəkliyinin kənar şimal hissəsində və Cənubi Kaxetinin
şimal hissəsində Ağcagil mərtəbəsi Böyük Qafqazın cənub
yamacından gətirilən alluvial–proluvial çöküntülərdən təşkil olunur.
Bu çöküntülər Kiçik Qafqazın şərq yamacının kənar qərb hissəsində
də geniş yayılır.
Kür çökəkliyinin qalan ərazisində isə Ağcagil çöküntüləri
dəniz şəraitində çökür. Dərinliyi 50-60 m-dən artıq olmayan Kür
çökəkliyi körfəzinin qərb hissəsində konqlomerat, qumdaşı, qumlu gil
və balıqqulağı əhəngdaşıları çökdüyü halda, nisbətən dərin şərq
hissəsində daha yaxşı çeşidlənmiş narındənəli qum, qumdaşı və gillər
toplanır.
Ağcagil çöküntüləri qalınlıqlarının çox böyük intervalda
dəyişməsi (0-1000 m-ə qədər) bu əsrdə geotektonik hərəkətlərdə
intensivliyin azalmadığını göstərir. Çöküntülərin Orta və Aşağı Kür

408
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

çökəkliyindəki qalınlıqlarının müqayisəsi onların toplandığı


geotektonik rejimlərdə çox böyük fərq olduğunu göstərir.

Şəkil 115. Məhsuldar Qat çöküntülərinin litofasial və


qalınlıqlar xəritəsi.
1-izopaxitlər; 2-çöküntülərin pazlaşma sərhədi; 3-litofasial
zonaların sərhədi; 4-gillər; 5-qumlar; 6-alevritlər; 7- qumdaşıları;
8-konqlomeratlar.

Orta Kür çökəkliyinin mərkəzi hissəsində toplanan


çöküntülərin qalınlıqları 1000 m-dən artıq olduğu halda, Aşağı Kür
çökəkliyində qalınlıqlar 50-300 m arasında dəyişir. Orta Kür
çökəkliyi strukturlarında isə inkişaf çox zəif olub və ya heç olmayıb.
Ağcagil əsrinin sonunda başlayan reqressiya Abşeron əsrində
bir qədər də güclənir. Kür çökəkliyi ərazisində mövcud olan dəniz

409
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

körfəzi Böyük və Kiçik Qafqaz dağlarının yüksəlməsi ilə əlaqədar


olaraq, cənub-şərq istiqamətində geri çəkilərək sahəsini azaldır. İlk
Abşeron vaxtı genişlənən reqressiya, eləcə də Xəzər dənizi və Kür
çökəkliyini əhatə edən sahələrin qalxması nəticəsində, Abşeron dənizi
Dünya Okeanı ilə əlaqəsini itirir.
Çay sularının həcminin artması və dəniz dibinin daha sürətlə
çökməsi nəticəsində hövzə sularının şirinləşməsi Ağcagil faunasının
məhvinə səbəb olur. Alt Abşeron çöküntüləri qalınlıqlarının
paylanması və onların litofasial xüsusiyyətləri göstərir ki, belə
geotektonik şərait ilk Abşeron vaxtı mövcud olmuşdur.
Orta Kür çökəkliyinin geotektonik planında Abşeron əsrində
ciddi dəyişikliklər baş vermir. Əvvəllərdə olduğu kimi, burada Qanıx,
Cənubi Kaxeti, Ceyrançöl çökəklikləri və Kaxeti-Daşyüz, Çatma
qalxım zonaları mövcud olub. Qalxım zonalarında Abşeron
çöküntülərinin qalınlıqları 200 m-ə qədər azaldıqları halda,
çökəkliklərdə onların qalınlıqları 1800-2000 m-ə qədər artır. Kür
çökəkliyində intensiv çökmə prosesi onu əhatə edən Böyük və Kiçik
Qafqaz dağlarının intensiv yüksəlməsi ilə müşayiət olunur.
Geomorfoloji tədqiqatlar göstərir ki, Böyük Qafqaz dağları Abşeron
əsrində 2500-3000 m-ə qədər yüksəlib. Kiçik Qafqazın Azərbaycan
ərazisində yerləşən ayrı-ayrı zirvələrinin 2500 m-dən yüksək olmaları
mümkün sayılır.
Dağ silsilələrinin yüksəlməsi ilə yanaşı iqlimin soyuqlaşması
nəticəsində Cənubi Qafqazda subtropik və tropik flora və fauna
tamamilə məhv olur. Qanıx-Əyriçay depressiyası, Ağcagil əsrində
olduğu kimi, kontinental mənşəli alluvial-proluvial çöküntülərlə
dolmaqda davam edir. Dəniz şəraiti isə Qabırrı çayının aşağı axını və
Ceyrançöl çökəkliyində qalır. Acınohur çökəkliyində ilk Abşeronda
dəniz mənşəli qumlu-gilli çöküntülər toplanır. Şərqə və cənub-şərqə

410
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

getdikcə isə dənizin dərinləşməsi ilə əlaqədar olaraq, əsasən gillər


çökürlər.
Orta Kür çökəkliyinin şimal hissəsində, Böyük Qafqaz
yuyulma zonası yaxınlığında, orta Abşeron yaşlı çınqıl və gilcələrdən
ibarət kontinental çöküntülər şirinləşən su hövzəsində çökən gil, qum
və qumdaşıları ilə növbələşirlər. Belə hal çökəkliyin cənub bortunda,
Kiçik Qafqazın şimal-şərq batımında da müşahidə edilir. Çökəkliyin
istər cənub, istərsə də şimal yamaclarında qərb istiqamətində
kontinental çöküntülərin miqdarı artır.
Son Abşeron vaxtı Orta Kür çökəkliyində dənizin geri
çəkilməsi davam edir. Acınohur çökəkliyinin şimal hissəsində dəniz
çöküntüləri kontinental çöküntülərlə əvəz olunur. Belə şərait
çökəkliyin cənub bortunda və şimal-qərb hissəsində də mövcud
olmuş, mərkəzi hissəsində isə gilli-qumlu dəniz çöküntüləri
toplanmışdır.
Abşeron əsrinin sonu və Türkan əsrinin əvvəllərində
Azərbaycan ərazisində qalxma hərəkətləri üstünlük təşkil edir və
dənizin ümumi reqressiyası baş verir. Dəniz hövzəsi yalnız Kür
çökəkliyinin şərq rayonlarında qalır. Bu rayonlarda Abşeron yaşlı
dəniz çöküntüləri üzərinə şirinsulu-göl mənşəli Türkan horizontunun
çöküntüləri və dəniz mənşəli Bakı mərtəbəsi çöküntüləri yatırlar və
biri digərini uyğun şəkildə örtürlər. Bir çox rayonlarda isə çöküntülər
arasında fasilə və bucaq uyğunsuzluğu qeydə alınır. Acınohur
çökəkliyinin dağətəyi sahələrində Bakı mərtəbəsi çöküntüləri 5-10º
bucaq uyğunsuzluğu ilə bilavasitə Abşeron çöküntüləri üzərinə
yatırlar. Çökəkliyin şimal hissələrində isə, hələ üst Abşeronda yaranan
kontinental şərait Bakı əsrində də davam edir.
Abşeron əsrinin sonunda və Bakı əsrinin əvvəllərində baş
verən tektonik hərəkətlər Acınohur rayonunun şimal-qərb hissəsində,

411
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Cənubi Kaxetidə, Kür və Qabırrı çaylararası rayonunda strukturların


və regional qırılmaların formalaşmasında mühüm rol oynayırlar. Bu
hərəkətlər Kür çökəkliyini əhatə edən Kiçik və Böyük Qafqaz
dağlarının yüksəlmələrinə səbəb olur.
Kaxeti qalxımının yüksəlməsi nəticəsində Qanıx-Əyriçay
depressiyasının Qanıx hissəsi Kür çökəkliyinin cənubda yerləşən əsas
hissəsindən tamamilə ayrılır. Bu rayonun və eləcə də, Kür çökəkliyinin
qərb hissəsində yerləşən rayonların çay şəbəkələrində əhəmiyyətli
dəyişikliklər baş verir. Dənizin geri çəkilməsi nəticəsində çayların
quruda əmələ gələn deltaları çökəkliyin mərkəzinə doğru irəliləyirlər.
Bakı əsrində başlayan dəniz transqressiyası Abşeron dənizinin
sərhədlərinə çatmır. Kür çökəkliyinin şərq hissəsini tutan dəniz ayrı-
ayrı sinklinal çökəkliklərdə yaranan körfəzlərlə, Qanıx, Qabırrı və
Gəncə çaylarının mənsəblərinə qədər genişlənir. Körfəzlər arasında
yerləşən Bozdağ sıra təpəliyi ensiz yarımada şəklini alır. Hövzənin
şimal sərhədi yüksəkliyi 100-200 m olan Xocaşən-Göyçay sıra
təpəliyinin ətəklərindən, cənub sərhədi isə Gəncə-Qarabağ maili
düzənliyi və Talış dağlarının şimal-şərq ətəklərinin 140-240 m
yüksəkliklərindən keçir.
Bakı mərtəbəsi çöküntülərinin əsasən narındənəli qumlu-gilli
çöküntülərdən təşkil olunması, ətraf yüksəkliklərdə qalxma
hərəkətlərinin zəif olduğunu göstərir. Qumlu-gilli çöküntülər
daxilində ara-sıra rast gələn çınqıl və balıqqulağı əhəngdaşıları
hövzənin dayaz olduğunu, vulkan külü laycıqları isə Kiçik Qafqazda
vulkanların yenidən fəallaşdığını göstərir. Bakı əsrinin sonunda baş
verən qısa müddətli reqressiya Kür çökəkliyinin alluvial düzənliyə
çevrilməsinə səbəb olur.
Yeni Xəzər əsrində dənizin yeni transqressiyası baş verir. Bu
zaman dəniz qərbdə demək olar ki, Bakı əsrindəki sərhədlərinə çatır.

412
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Kür, Qanıx və Qabırrı çayları ayrı-ayrılıqda Kür hövzəsinə tökülürlər.


Şimalda və cənub-şərqdə Böyük və Kiçik Qafqaz dağlarının
yüksəlməsilə əlaqədar olaraq, hövzənin sərhədləri bir qədər kiçilir.
Dağ sistemlərinin yüksəlməsi isə, Yeni Xəzər hövzəsində toplanan
çöküntülərin Bakı hövzəsindəkinə nisbətən daha kobuddənəli
olmasına səbəb olur. Bu zaman dərinliyi 20-30 m-dən artıq olmayan
hövzənin ayrı-ayrı antiklinal strukturlarının tağ hissələri adalar
şəklində yuyulma zonalarına çevrilirlər.
İlk və son Xəzər əsrlərində baş verən tektonik hərəkətlər Kür
çökəkliyində yerləşən antiklinal zonaların və onları mürəkkəbləşdirən
qırılmaların formalaşmasında mühüm rol oynayırlar. Son Xəzər və
Xvalın əsrlərində baş verən transqressiya miqyaslarına görə Bakı
əsrindəkinə nisbətən bir qədər kiçik sahəni əhatə edir və Kür
çökəkliyinin kənar hissələrində kontinental çöküntülərin toplanma
sahələrinin xeyli genişlənməsinə səbəb olur. Yeni Xəzər
transqressiyası isə Kür və Araz çayları qovşağından qərbə keçə bilmir.
Bu çaylar çox da böyük olmayan Kür körfəzinə ayrı-ayrılıqda
tökülürdülər. Bu zaman Aşağı Kür çökəkliyinin antiklinal zonaları
arxipelaq adaları şəklində mövcud olublar.
Orta Kür çökəkliyində Antropogen çöküntüləri qalınlıqlarının
paylanması göstərir ki, bu vaxt geotektonik proseslər Pliosen
epoxasının əsas geotektonik elementlərini özündə əks etdirməklə
yanaşı, bir sıra yeniliklərin yaranmasına da səbəb olur. Belə
dəyişikliklərdən biri Kür çökəkliyinin şimal hissəsindən Qanıx
çökəkliyinin ayrılması olmuşdur. Çökəklikdə əsasən kontinental
mənşəli çöküntülərin qalınlıqlarının 600-1200 m-ə çatması, rayonun
intensiv çökməyə məruz qaldığını göstərir.
Kür və Qabırrı çaylararası rayonunda qum və çınqıllardan
ibarət olan Antropogen çöküntüləri antiklinal qalxım zonalarında

413
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

tamamilə yuyulmuş, sinklinal çökəkliklərdə qalan çöküntülərin


qalınlıqları isə 50-60 m-dən artıq deyildir. Antropogen çöküntülərinin
hal-hazırda dəniz səviyyəsindən 300-400 m-ə qədər yüksəkdə
yerləşməsi, rayonun Qanıx-Əyriçay çökəkliyinin qərb hissəsi ilə
birlikdə neotektonik mərhələdə intensiv qalxmaya məruz qaldığını
göstərir.
Orta Kür çökəkliyinin cənub-qərb bortunda qalınlıqları 200 m
olan Antropogen çöküntüləri şimal-şərq istiqamətli monoklinal
yatımla 400 m yüksəklikdən dəniz səviyyəsinə qədər aşağı enirlər.
Antropogen çöküntülərinin monoklinal yatımlı və qalınlıqlarının
mütəmadi olaraq yatım istiqamətində 1000 m-ə qədər artması, bu
dövrdə çökəkliyin qərb hissəsindən fərqli olaraq, şərq hissəsində
çökmə proseslərinin intensiv olduğunu və əksər strukturların
konsedimentasiya səciyyəli qalxımdan məhrum olaraq dərin
gömülmüş strukturlara çevrildiyini göstərir.

Yevlax-Ağcabədi hövzəsi

Yevlax-Ağcabədi hövzəsində Maykop əsrinin sonunda baş


vermiş reqressiyanın tutduğu çox geniş ərazini Miosen epoxasının
transqressiyası tam əhatə edə bilmir. Bu zaman çökəkliyin bir çox
hissələri yuyulma sahələri kimi qalmaqda davam edirlər. Şimal-
şərqdə Kürdəmir-Saatlı qalxımlar zonası ara-sıra Miosen dənizinin
suları ilə örtülsə də, əsasən adalar sistemindən ibarət yuyulma zonası
olmuşdur [89].
Cənub-qərbdə Kiçik Qafqazqarşısı yuyulma əraziləri Tərtər,
Dəliməmmədli, Qazanbulaq və Beyləqan sahələrini, cənub-şərqdə isə
Arazyanı sahələri əhatə edir. Yuyulma sahələri arasında yerləşən
Yevlax-Ağcabədi çökəkliyində orta və son Miosen vaxtı toplanan
çöküntülərin ümumi qalınlığı 1400 m-ə çatır. Qalınlıqların paylanması
414
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

göstərir ki, çöküntütoplanma hövzəsində Yevlax və Ağcabədi


depressiyaları, hövzənin cənub-qərbində Xudafərin, şimal-şərqində isə
Cəfərli-Qaralı körfəzvarı çökəklikləri mövcud olub (şəkil 116).
Maykop seriyası çöküntüləri səthinin Miosenin sonunda olan
paleostruktur vəziyyətindən görünür ki, Yevlax-Ağcabədi hövzəsinin
az mailli, monoklinala yaxın quruluşlu bortları çox zəif əks olunan
paleostruktur çıxıntı və antiklinal strukturlarla mürəkkəbləşiblər.
Hövzənin cənub-qərb yamacında paleostruktur çıxıntılar şəklində
Bərdə, Ağcabədi və Beyləqan sahələrini, paleostruktur qalxım kimi
isə Sovetlər sahəsi mövcud olmuşlar.
Beyləqan və Ağcabədi paleostruktur çıxıntıları 0-200 m
paleoizohipslərlə hüdudlandığı halda, hövzənin mərkəzinə daha yaxın
yerləşən Bərdə paleostruktur çıxıntısı 800-1000 m-lik izohipslərlə
hüdudlanır (şəkil 116).
Hövzənin şimal-şərq yamacında Əmirarx, Zərdab və Muradxanlı
sahələri isə paleoqalxımlar kimi mövcud olmuşlar. Bunlardan ən
böyük ölçüyə malik Muradxanlı paleostrukturu daha yüksək hipsometrik
səviyyədə 600 m-lik paleoizohipslə qapanır və amplitudları Pliosenin
əvvəlində 100 m-dən az olan iki uzununa qırılma ilə mürəkkəbləşir.
Kiçik ölçülü Zərdab paleostrukturu 900 m-lik izohipslə, nisbətən
böyük ölçüyə malik olan Əmirarx paleostrukturu isə 1000 m-lik
izohipslə qapanır (şəkil 116).
Orta və üst Miosen çöküntülərinin əmələgəlmə şəraiti göstərir
ki, hövzədə o qədər də ciddi paleotektonik dəyişikliklər baş verməyib,
yalnız Karaqan əsrində hövzə xeyli genişlənib. Sarmat əsrinin sonunda
isə yuyulma sahələrinin kəskin qalxması müşahidə olunur. Bu əsrdə
dəniz suyunun duzluluğu azalır və şirin su ilə əvəz olunur [90].
Orta və üst Miosen çöküntüləri çökəkliyin mərkəzi
hissələrində mergelli-gilli, kənar hissələrində isə qumlu-gilli

415
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

süxurlardan - əsasən gillərdən, nadir hallarda rast gələn qum, qumdaşı


və qumlu gillərdən ibarətdir. Yalnız üst Sarmat çöküntüləri litoloji
cəhətdən müxtəlifliyi ilə fərqlənirlər. Çöküntülər arasında
konqlomerat, çınqıl, qumdaşı, balıqqulağı əhəngdaşı və gillərə təsadüf
olunur. Orta və üst Miosen çöküntülərinin qalınlıqları 0-1600 m
arasında dəyişir.

Şəkil 116. Maykop lay dəstəsi çöküntülərinin Miosenin


sonunda paleostruktur vəziyyəti.
1-izopaxitlər; 2-parametrik, axtarış və kəşfiyyat quyuları;
3-çöküntülərin pazlaşma sərhədi.

Pliosen və Antropogen vaxtı Kiçik Qafqaz dağlarının sürətlə


qalxması və Kürdəmir-Saatlı qalxımlar zonasının isə çökməsi

416
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

nəticəsində Yevlax-Ağcabədi çökəkliyi Kürdəmir-Saatlı qalxımlar


zonası ilə birlikdə az mailli çox geniş monoklinal struktura çevrilir.
Bu zaman Əmirarx, Zərdab paleostrukturları müvafiq olaraq 3200 m
və 3600 m dərinliklərə gömülərək struktur çıxıntılara çevrilirlər.
Şimal-şərq istiqamətə malik regional monoklinal fonunda
Muradxanlı strukturu 2800-2900 m, Sovetlər qalxımı isə 1400 m
izohipslərlə qapanan strukturlar olaraq qalırlar. Ağcagil əsrinin
başlanğıcında paleostruktur vəziyyət göstərir ki, Sovetlər və Muradxanlı
antiklinalları müvafiq olaraq 800-900 m və 1800-2200 m dərinliklərdə
yerləşən struktur terras və çıxıntılara çevriliblər (şəkil 117, 118).
Yevlax-Ağcabədi çökəkliyində Miosen kompleksinin çökmə
prosesinin mütəmadi olaraq intensiv şəkildə davam etməsi
paleotektonik cəhətdən karbohidrogenlərin generasiyası üçün əlverişli
sayılır. Çökəkliyin mərkəzi hissəsində generasiya olunan
karbohidrogenlər, layların yatımı üzrə yuxarı istiqamətdə hərəkət
edərək, çökəkliyin bortları və sentriklinallarında miqrasiya vaxtına
qədər formalaşan struktur və lito-stratiqrafik tələlərdə toplanaraq neft-
qaz yataqları yaradırlar.
Yevlax-Ağcabədi hövzəsində Miosen çöküntülərinin neft-
qazlılıq perspektivliyi qiymətləndirilərkən, hövzənin cənub-qərb
bortunun qalxmaya məruz qaldığını və bu prosesin bortun şimal-qərb
hissəsində daha intensiv olduğunu nəzərə almaq lazımdır. Sahələrdə
toplanan az qalınlıqlı Miosen çöküntüləri Borsunlu-Şirvanlı-
Ağcabədi-Beyləqan istiqamətindən cənub-qərbdə doğru Ağcagil
əsrinin əvvəlində tamamilə yuyulurlar. Paleostruktur cəhətdən
karbohidrogenlərin tələlərdə toplanması üçün az-çox əlverişli şəraitdə
olan Sovetlər antiklinalının isə amplitudı 100 m-ə çatmışdır. Belə
vəziyyət şimal-şərq bortda yerləşən Muradxanlı, Zərdab və Əmirarx
strukturları üçün də səciyyəvidir [66].

417
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Şəkil 117. Beyləqan-Muradxanlı-Carlı istiqamətində


paleogeoloji profil.

Şəkil 118. Beyləqan-Sovetlər-Şirinqum-Cəfərli-Həsənli


istiqamətində paleogeoloji profil.

418
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Pliosen və Antropogen vaxtı Kiçik Qafqazda qalxma


hərəkətlərinin daha da intensivləşməsi ilə əlaqədar olaraq, hövzənin
asimmetrikliyi artır və kiçik amplitudlu strukturlar Miosen
çöküntülərinin səthi üzrə struktur çıxıntı və terraslara çevrilirlər.
Bunlar da karbohidrogenlərin mümkün miqrasiyası yolunda tələ
rolunu oynaya bilməyiblər.
Bu cəhətdən Güllücə, Bərdə, Şirvanlı, Beyləqan və s.
sahələrdə mövcud olan qırılmalarla əlaqədar yaranan tektonik
ekranlaşan tələlər daha çox diqqəti cəlb edirlər (şəkil 119).

Şəkil 119. Güllücə-Şirvanlı-Bərdə istiqamətində


paleogeoloji profil.

Yevlax-Ağcabədi çökəkliyində orta və üst Miosenin Çokrak və


Sarmat əsrlərində üzvi maddələrin toplanması, onların
karbohidrogenlərə çevrilməsi, miqrasiya edərək kollektorlarda yataq
əmələ gəlməsi üçün əlverişli paleotektonik, geokimyəvi və
paleostruktur şəraitlər mövcud olmuşdur. Sonrakı inkişaf
mərhələsində yaranan termodinamik şərait nəticəsində generasiya
mərkəzlərindən miqrasiya edən karbohidrogenlər çökəkliyin
bortlarında yerləşən tələlərdə toplanaraq neft-qaz yataqları əmələ
gətirmişlər.
419
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Qabırrı–Acınohur hövzəsi
Qabırrı–Acınohur hövzəsində Tarxan-Çokrak əsrlərində baş
verən transqressiya çox məhdud sahəni əhatə edir. Çöküntülərinin
əmələgəlmə xarakteri onu göstərir ki, hövzədə dayaz dəniz şəraiti
olmuş (200-300 m) və onu nisbətən alçaq quru sahələri əhatə
etmişdir [69].
Tarxan və Çokrak horizontlarının çöküntüləri məhdud sahəni
əhatə etməklə, altda yatan Maykop çöküntülərindən karbonatlı
olmaqları ilə fərqlənirlər. Çöküntülərin paylanma qanunauyğunluqları
çökəkliyin qərb hissəsində Maykop çöküntüləri ilə Tarxan-Çokrak
çöküntülərinin struktur planları arasında kəskin fərqin olduğunu
göstərir. Burada olan iki dar çökəklik və onları ayıran qalxımın
yerində iri Cənubi Kaxeti çökəkliyi yerləşirdi.
Karaqan əsri Kür hövzəsinin xeyli genişlənməsilə xarakterizə
olunur. Lakin, paleocoğrafi şərait və struktur quruluşu Tarxan-Çokrak
vaxtında olduğundan o qədər də fərqlənmir. Karaqan horizontunun
qalınlığı 200-250 m-dən artıq deyil. Sahə üzrə çöküntülərin
litologiyası qalınlıqların paylanma planı ilə uzlaşır. Çöküntülərin
xarakteri və fauna qalıqları Karaqan çöküntülərinin dayaz və
duzluluğu az olan dəniz şəraitində çökdüklərini göstərir. Konk əsri
Karaqan əsrindən fərqlənmədiyindən çöküntütoplanma şəraitləri və
intensivliyi böyük dəyişikliyə uğramır.
Orta Miosendə Qabırrı-Acınohur hövzəsinin cənub-qərb
yamacında çökmə prosesinin intensivliyi bir qədər azalır. Çöküntülərin
qalınlıqları cənub-qərbdən şimal-şərqə doğru 0-dan-500 m-ə qədər
artır. Bu zaman hövzənin əsasən monoklinal quruluşa malik cənub-qərb
yamacında Tərsdəllər-Gürzündağ, Qıraqkəsəmən və Sacdağ kimi
struktur çıxıntılar rayonun monoklinal quruluşunu bir qədər
mürəkkəbləşdirirlər[105].
420
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Üst Miosenin Sarmat əsrində çöküntütoplanma prosesi bir qədər


intensivləşir və çöküntülərin qalınlıqları şimal-qərbdə 700-800 m-ə,
cənub-şərqdə isə 1400-1500 m-ə çatır (şəkil 120). Bu rəqəmlərdən
göründüyü kimi, orta Miosendən fərqli olaraq, son Miosendə hövzənin
cənub-qərb yamacında çökmə prosesində asimmetriklik müşahidə
olunur. Bunun isə əsas səbəbi, Sarmat əsrində Gürzündağ-Palantökən
sahələrinin daha intensiv çökməsi olmuşdur. Müqayisə üçün demək
olar ki, Tərsdəllər sahəsində toplanan Sarmat çöküntülərinin qalınlığı
100-500 m arasında dəyişdiyi halda, bir qədər şimal-qərbdə yerləşən
Gürzündağ-Palantökən sahələrində bu rəqəm 800-1500 m-ə çatır.

Şəkil 120. Tovuz-Qazax- Poylu-Armudlu istiqamətində


geoloji profil.

421
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Üst Miosenin Meotis əsrində hövzənin cənub-qərb yamacı


Kiçik Qafqazda intensivləşən qalxma prosesinə cəlb olunur. Bu
zaman toplanan çöküntülərin yuyulması və yuyulma səthinin
nivelirlənməsi prosesi gedir və onun üzərini Şirak lay dəstəsinin
kontinental çöküntüləri örtür.
Əvvəllər olduğu kimi, rayonun əsas paleostruktur elementləri
Tərsdəllər, Gürzündağ, Qıraqkəsəmən və Sacdağ qalxımları olmaqda
qalırlar. Qabırrı-Acınohur hövzəsinin Kür-Qabırrı neftli-qazlı rayonu
ərazisində, Kür çayı vadisindən Qabırrı çayı istiqamətində orta və üst
Miosen çöküntülərinin qalınlıqları 0-dan 2400 m-ə qədər artır.
Maksimum qalınlıqlar zonasının Gürzündağ sahəsindən şimalda
yerləşdiyi axtarış quyuları ilə müəyyən edilib (şəkil 121).

Şəkil 121. Orta və üst Miosen çöküntülərinin


qalınlıqlar xəritəsi.
1-izopaxitlər; 2- parametrik, axtarış və kəşfiyyat quyuları;
3-qırılmalar; 4- çöküntülərin pazlaşma sərhədi.

422
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Məlum olduğu kimi, Miosen epoxasının sonunda başlayan


reqressiya Ağcagil əsrinin başlanğıcına qədər davam edir və fasiləsiz
çökmə prosesi Qabırrı və Qanıx çayları arasında yerləşən ensiz
körfəzdə gedir. Burada toplanan Şirak lay dəstəsi kontinental
çöküntülərinin qalınlıqları 1000-1500 m-ə çatır. Bu rəqəmlər
özlüyündə Ağcagil əsrinin əvvəlində Miosen çöküntüləri səthinin
yatma dərinliyini əks etdirir.
Kür və Qabırrı çaylararası neftli-qazlı rayonunun Ağcagil və
Abşeron əsrlərində toplanan kontinental çöküntülərinin qalınlıqları,
hövzənin paleostruktur quruluşundan asılı olaraq, 300-500 m arasında
dəyişir. Bu isə Miosen çöküntülərinin daha dərinə - 1600-2500 m
dərinliklərə qədər gömüldüyünü göstərir.
Antropogen dövründə tektonik hərəkətlərin aktivliyinin kəskin
şəkildə artması, Çatma antiklinoriumunun qalxmasına və onu təşkil
edən strukturlarda şimal qanadların cənub qanadlar üzərinə
irəliləməsinə səbəb olur. Regional qırılma tektonik cəhətdən Çatma
antiklinoriumunu Ceyrançöl depressiyasından ayırır və onun
amplitudu şimal-qərbdə 2000 m-ə çatır.
Strukturların kəskin şəkildə qalxmaya məruz qalan şimal
qanadlarında Miosen çöküntüləri qismən, bəzi sahələrdə isə tamamilə
yuyulmaya məruz qaldıqları üçün, çöküntülərin Pliosenin əvvəlində
və sonunda olan paleostruktur vəziyyətini müəyyənləşdirmək
mümkün olmur.

Aşağı Kür hövzəsi

Aşağı Kür neftli-qazlı rayonu Ləngəbiz-Ələt dərinlik qırılması


ilə Cənub-şərqi Qafqazdan və Qərbi Xəzər qırılması ilə Kürdəmir-
Saatlı qalxımlar zonasından ayrılan geniş ərazini tutan eyni adlı
çökəkliyi əhatə edir.
423
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Çökəklikdə Paleogen-Miosen çöküntüləri böyük dərinliklərdə


yatdıqlarından bəzi sahələrdə dərin quyularla açılsa da axtarış-
kəşfiyyat qazıması ilə zəif öyrənilib. Rayonda Paleosen-Eosen
çöküntüləri yalnız palçıq vulkanlarının brekçiyalarına əsasən
müəyyən edilib. Bu çöküntülər əsasən qumdaşı, qum, alevrit və
mergel aralaylarına malik gillərdən təşkil olunublar. Paleosen
çöküntüləri kəsilişinin Aşağı Kür çökəkliyi ərazisində maksimal
qalınlıqları 1000-1100 m, Eosen çöküntülərinin isə 1400-1500 m-ə
çatır (şəkil 122).
Maykop əsrinin əvvəllərində paleotektonik rejimdə ciddi
dəyişiklik olmayıb. Maykop dənizi demək olar ki, çox az fərqlə Eosen
dənizinin tutduğu sahələri əhatə edir.
Bu əsrdə Aşağı Kür hövzəsində əsasən dərin dəniz şəraitində
gilli çöküntülər toplanır. Çökəkliyin qərb və cənub-qərb bortunda
kəsilişdə qum və argillitlər, şimal-şimal-şərq bortunda isə qumlar
iştirak edirlər [97].
Maykop dövründə də Kürdəmir-Saatlı qalxım zonası yuyulma
sahələri olaraq qalır. Maykop çöküntülərinin qalınlıqları 0-1800 m
ətrafında dəyişir (şəkil 123). Hövzənin dərin sahəsi, Eosen epoxasında
olduğu kimi, Nefçaladan şimal-şimal-qərb istiqamətində yerləşməklə,
Cənubi Xəzər çökəkliyinə açılır. Maykop əsrinin sonunda dənizin
reqressiyası başlayır. Nəticədə Maykop dənizi əvvəlki sərhədlərindən
xeyli geri çəkilir və hövzənin kənar hissələri yuyulma sahələrinə
çevrilirlər.
Orta və üst Miosen çöküntüləri əsasən gillərlə təmsil olunurlar.
Bəzi yerlərdə çöküntülər karbonatlı süxurlarla zənginləşir.
Aşağı Kür çökəkliyində geniş yayılan palçıq vulkanlarının
püskürmə məhsullarında Miosen yaşlı qumdaşı, alevrolit, mergel və
bəzən dolomitləşmiş əhəngdaşıları da iştirak edirlər.

424
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Şəkil 122. Eosen çöküntülərinin litofasial və


qalınlıqlar xəritəsi.
1-izopaxitlər; 2-çöküntülərin pazlaşma sərhədi; 3-gillər;
4-qumlar; 5-mergellər; 6-gilli mergellər; 7-alevritlər;
8-qumdaşıları; 9-argillitlər; 10-vulkan külü.
425
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Aşağı Kür çökəkliyi ərazisində ilk Miosen dövrünün


sonlarından başlayan reqressiya prosesi çökəkliyin kənar hissələrində
alt Miosen və daha qədim çöküntülərin yuyulmasına səbəb olur [91].
Qısa müddətli reqressiya orta Miosenin Tarxan-Çokrak
vaxtında dənizin yeni transqressiyası ilə əvəz olunur. Son Miosendə
(Sarmat, Meotis və Pont əsrləri) Kür çökəkliyi hövzəsinin
paleotektonik və paleocoğrafi şəraitlərində ciddi dəyişikliklər baş
verir. Bu hər şeydən əvvəl, Kür çökəkliyini əhatə edən yuyulma
zonalarında qalxma hərəkətlərinin artmasında və onlara müvafiq olaraq
çöküntütoplanma hövzələrinin dibinin çökməsində özünü göstərir.
Meotisqabağı reqressiya Kür çökəkliyində dənizin daha sürətlə
geri çəkilməsilə səciyyələnir. Aşağı Kür çökəkliyində Meotis
çöküntülərinin litoloji tərkibinin gil, qumdaşı, balıqqulağı, oolit və
detrituslu əhəngdaşılarından ibarət olması çöküntülərin dayaz-dəniz
şəraitində çökdüyünü göstərir.
Ələt tektonik zonasında palçıq vulkanı brekçiyasında rast gələn
oolit-əhəngdaşıları isə, bu zonada dənizin daha dayaz olduğunu
göstərir. Qeyd etmək lazımdır ki, Meotis çöküntülərində müşahidə
olunan kəskin fasial dəyişikliklər, çöküntütoplanma hövzəsinin
paleotektonik rejimlə deyil, paleocoğrafi şəraitin dəyişməsilə
əlaqədardır. Hövzənin qərb hissəsində ensiz zolaq şəklində qalan
çökəklikdə intensiv şəkildə qırıntı süxurlar toplanır. Ətraf dağlardan
axıb gələn çay suları ilə şirinləşməsi nəticəsində burada dəniz mənşəli
fauna məhv olur. Hövzənin şərq hissəsini tutan Aşağı Kür çökəkliyində
isə normal duzluluğu olan dəniz şəraiti qalmaqda davam edir.
Aşağı Kür çökəkliyinin cənub bortunda, Qərbi Qarasu
sahəsində qazılan axtarış quyusunda və çökəkliyin cənub bortuna
yaxın yerdə qazılan Carlı-10 saylı axtarış quyusunda açılan,
qalınlıqları müvafiq olaraq 170 m və 97 m və daxilində əhəngli qum

426
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

laycıqları olan göyümtul-boz rəngli əhəngdaşıları, bu çöküntülərin də


sahildən uzaqda yerləşən dayazlıqlarda əmələ gəldiyini göstərir [104].

Şəkil 123. Maykop çöküntülərinin litofasial və qalınlıqlar xəritəsi.


1-izopaxitlər; 2-çöküntülərin pazlaşma sərhədi; 3-litofasial
zonaların sərhədi; 4-gillər; 5-qumlar; 6-mergellər, gilli
mergellər; 7-alevritlər; 8-qumdaşıları.

427
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Meotis əsrinin sonu və Pont əsrinin əvvəllərində dənizin yeni


reqressiyası baş verir. Reqressiya Sarmat əsrinin sonunda baş verən
reqressiyadan da geniş olur. Bu vaxt dəniz rejimi Orta və Cənubi
Xəzər çökəkliklərindən başqa, Quba körfəzində, Ceyrankeçməz
depressiyasının mərkəzi hissəsində, Aşağı Kür körfəzində və eləcə də
Abşeron və Cənubi Qobustanın antiklinal qırışıqlardan ibarət olan
adaları arasında qalmışdır.
Kür çökəkliyinin kənar hissələrində yer səthinə çıxan Pont
çöküntülərinin və Aşağı Kür çökəkliyində yerləşən palçıq vulkanları
brekçiyalarındakı süxur nümunələrinin tədqiqi göstərir ki, çökəkliyin
şərq hissəsində Pont çöküntüləri dayaz dəniz şəraitində çökən
kardium, astrokod və qastropod faunası ilə zəngin olub, əsasən gil,
qismən qumdaşı və əhəngdaşılarından ibarətdir.Orta və üst Miosen
çöküntüləri qalınlıqlarının paylanmasından görünür ki, maksimum
qalınlıq hövzənin Cənubi Xəzər çökəkliyinə açılan hissəsindədir.
Burada qalınlıq 2000-2100 m-ə çatır (şəkil 124).
Qazılan quyuların məlumatlarına görə Miosen çöküntülərinin
yatma dərinlikləri də fərqlidir. Xıllı sahəsində 65 saylı quyuda 5200 m
dərinlikdə Diatom, Durovdağ sahəsində 11 saylı quyuda 4335 m-də
Pont, 4530 m-də Diatom, 12 saylı quyuda 4355 m dərinlikdə Çokrak,
Qarabağlı sahəsində 80 saylı quyuda 3880 m-də, Kiçik Hərami
sahəsində 3128 m, Kəlaməddin sahəsində 2565 m və 2770 m-lərdə
Pont çöküntüləri açılıb. Pont əsrinin sonu və MQ əsrinin
başlanğıcında çöküntütoplanma hövzəsinin kiçilməsi davam edir.
Cənubi Xəzər çökəkliyində hövzənin sərhədləri, Abşeron yarımadası
və Aşağı Kür çökəkliyinin müasir sərhədlərindən bir qədər geniş olub.
MQ əsrinin əvvəllərindən başlayaraq hövzə genişlənir və bu
genişlənmə Qırməki lay dəstəsinin çökdüyü zaman daha da
intensivləşir. Alt şöbə çöküntülərinin toplanma vaxtının axırlarında

428
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

hövzə sərhədləri bir qədər stabilləşərək, Abşeron arxipelaqının şimal-


qərb, Abşeron yarımadasının mərkəzi hissələrini, Bakı arxipelaqı və
Kür çökəkliyinin cənub-şərq hissəsini əhatə edir.

Şəkil 124. Orta və üst Miosen çöküntülərinin litofasial


və qalınlıqlar xəritəsi.
1- izopaxitlər; 2-çöküntülərin pazlaşma sərhəddi; 3-litofasial
zonaların sərhəddi; 4-gillər; 5-qumlar; 6-mergel və gilli mergellər;
7-alevritlər; 8-qumdaşıları.

429
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Aşağı Kür çökəkliyində ''Fasilə'' lay dəstəsinin analoqu olan


XX horizontun Kürovdağ, Qarabağlı sahələrində konqlomeratlardan
və kobuddənəli qum və qumdaşılarından ibarət olması, onların paleo-
Kürün yerüstü deltasında formalaşdığını göstərir.
MQ əsrinin birinci yarısında Aşağı Kür çökəkliyini Şamaxı-
Qobustan çökəkliyindən ayıran Ələt tektonik zonası MQ-nin ikinci
yarısında cənub-şərq istiqamətindən transqressiya edən hövzənin
suları altında qalır. Göstərilən istiqamətdə qalınlıqları 1200 m-dən
3000 m-ə qədər artan MQ-nin üst şöbəsinin çöküntüləri narın, orta və
iridənəli boz gillərin qonur və sarımtıl-boz gillərlə növbələşməsindən
təşkil olunurlar. Burada MQ-nin üst şöbəsi stratiqrafik kəsiliş üzrə
yuxarıdan aşağı Qoturdağ, Daşgil, Hamamdağ lay dəstələrindən,
kəsilişin alt hissəsində isə, gilli-qumlu hissədən və V-VII qumlu
horizontlardan təşkil olunurlar. MQ-nin bu lay dəstələri Aşağı Kür
çökəkliyinin Mişovdağ-Bəndovan antiklinal zonası daxil olmaqla,
şimal-şərq hissəsini əhatə edirlər[96].
Aşağı Kür çökəkliyinin mərkəzi hissəsində MQ çöküntüləri
fərqli litofasial tərkibə malikdirlər. Daha çox ritmik növbələşmə ilə
fərqlənən çöküntülər Kürovdağ, Neftçala, Babazanan-II və Babazanan-I
lay dəstələrinə ayrılırlar.
Kürovdağ və Qarabağlı sahələrində konqlomerat və
kobuddənəli qumdaşıları ilə başlayan kəsiliş Kürovdağ lay dəstəsinin
əsasını təşkil edir. Bu lay dəstəsinin üst hissəsi isə qum və gilli
qumlardan təşkil olunub.
Neftçala lay dəstəsi qum və qumdaşılarla başlanır. Kəsiliş
üzrə yuxarıda onlar gillərlə növbələşir və daha sonra isə gilli
çöküntülərlə əvəz olunurlar. MQ kəsilişinin üst hissəsini təşkil edən
Babazanan lay dəstəsi isə qumlu-alevritli çöküntülərin kəsilişdə
üstünlük təşkil etməsi ilə fərqlənir.

430
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Kürovdağ-Neftçala və Ələt-Pirsaat istiqamətində çöküntülərin


litofasial kəsilişlərinin müqayisəsi göstərir ki, Babazanan lay dəstəsi
Qoturdağ və Daşgil lay dəstələrinə və Abşeron yarımadasının
Suraxanı lay dəstəsinə uyğun gəlir. Babazanan lay dəstəsi
çöküntülərinin Qoturdağ və Daşgil lay dəstəsi çöküntülərinə nisbətən
daha çox qumluluğu və qumlu horizontların bir-birindən daha gilli
çöküntülərlə ayrılması, çöküntülərin paleo-Kürün deltasının sualtı
hissəsində formalaşdığını göstərir. Kürovdağ-Neftçala litofasiyasına
aid olan lay dəstələri və horizontlarında qumluluğun artıb-azalması,
Kür çayının qədim deltalarının yerdəyişmələri və hövzənin
genişlənməsi ilə əlaqədar olaraq, delta zonalarının şimal-qərb
istiqamətində geri çəkilmələrinin nəticəsidir.
Tədricən genişlənən Məhsuldar Qat hövzəsi əsrin sonlarında
maksimal həddinə çatdıqdan sonra bir qədər geri çəkilir. Bu zaman
Aşağı Kür çökəkliyinin daha intensiv inkişaf edən antiklinal
qalxımlarının tağ hissələrində MQ çöküntülərinin səthi azacıq
yuyulmaya məruz qalır.
Qısa müddətli reqressiya prosesi Ağcagil əsrinin əvvəllərində
yeni transqressiya ilə əvəz olunur. Transqressiya isə MQ əsrində
olduğu kimi, hövzəyə gələn çay sularının çoxalması hesabına deyil,
Xəzər hövzəsinin yenidən dünya okeanı ilə qovuşması nəticəsində baş
verir.
Ağcagil transqressiyası nəticəsində az müddət ərzində MQ-nin
şirinləşən su hövzəsi duzlu dəniz hövzəsi ilə əvəz olunur. Kür
çökəkliyində Ağcagil dənizinin transqressiyası daha geniş olmuş və
Aşağı Kür çökəkliyinin ərazisində yaxşı çeşidlənən narındənəli qum,
qumdaşı və gillər çökmüşlər.
Ağcagil çöküntülərində öyrənilən fauna qalıqlarına əsasən
dəniz suyunun duzluluğunun dəyişkən olduğunu söyləmək olar.

431
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Ağcagil əsrinin əvvəllərində nisbətən şirinləşən su hövzəsi, orta


Ağcagil vaxtı normal duzluluğa malik olur və molyuskaların,
kardium, maktra və dreysensiyaların yaşaması üçün əlverişli şərait
yaranır.
Son Ağcagil vaxtı isə Xəzər dənizi hövzəsinin dünya okeanı
ilə mövcud olan əlaqəsinin yenidən itirilməsi nəticəsində dəniz
suyunun Böyük və Kiçik Qafqaz dağlarından çaylarla gətirilən sular
hesabına şirinləşməsi baş verir.
Ağcagil çöküntüləri qalınlıqlarının böyük intervalda (0-1000 m-ə
qədər) dəyişməsi bu əsrdə geotektonik hərəkətlərdə intensivliyin
azalmadığını göstərir. Çöküntülərin Orta və Aşağı Kür çökəkliyindəki
qalınlıqlarının müqayisəsi onların toplandığı geotektonik rejimlərdə
çox böyük fərq olduğunu göstərir. Belə ki, Orta Kür çökəkliyinin
mərkəzi hissəsində toplanan çöküntülərin qalınlıqları 1000 m-dən
artıq olduğu halda, Aşağı Kür çökəkliyində qalınlıqlar 50-300 m
arasında dəyişir.
Rayonda kiçik qalınlıqların antiklinal strukturların tağ
hissələrində, nisbətən böyük qalınlıqların isə sinklinal çökəkliklərdə
qeydə alınması, Ağcagil əsrində Aşağı Kür çökəkliyinin və onun
davamında yerləşən Bakı arxipelaqının antiklinal zonalarının, ayrı-
ayrı strukturlarının çöküntütoplanması ilə kompensasiya olunmayan
nisbətən dərin dəniz şəraitində konsedimentasiya səciyyəli inkişafda
olduqlarını göstərir.
Ağcagil əsrinin sonunda başlayan reqressiya Abşeron əsrində
bir qədər də güclənir. Ağcagil çöküntülərinin alt Abşeronun daha çox
qumlu və çınqıllı çöküntüləri ilə əvəz edilməsi, quru ərazisinin
intensiv yüksəlməsini və relyefin kəskin şəkil aldığını göstərir. Orta
Abşeron vaxtı Aşağı Kür çökəkliyində qum aralaycıqları olan
nisbətən dərin dəniz çöküntüləri toplanır.

432
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Aşağı Kür çökəkliyi ərazisində nisbətən dərin dəniz şəraitində


son Abşeronda əsas etibarilə gillər, şimal-qərb hissəsində isə dayaz
dəniz şəraitində konqlomerat aralaylarına malik əhəngdaşıları
çökürlər.
Aşağı Kür çökəkliyində Abşeron çöküntüləri qalınlıqlarının
1200-1500 m arasında dəyişməsi, tektonik hərəkətlərin intensiv
olduğunu bir daha təsdiq edir. Qalınlıqlar həm antiklinal zonalardan
sinklinal çökəkliklərə tərəf, həm də şimal-qərbdən cənub-şərq
istiqamətində artır. Abşeron çöküntüləri qalınlıqları Kürovdağ-
Neftçala antiklinal zonasında 1200-1500 m arasında dəyişirlər.
Abşeron əsrinin sonunda və Bakı əsrinin əvvəllərində baş
verən tektonik hərəkətlər nəticəsində Aşağı Kür çökəkliyində Bakı
əsrində dənizin transqressiyası şimal-qərb istiqamətində genişlənir.
Çökəkliyin sinklinal zonalarında Abşeron çöküntülərindən Bakı
mərtəbəsi çöküntülərinə keçiddə Türkan horizontunun çöküntüləri
yatır.
Aşağı Kür çökəkliyi hövzəsində Miosen çöküntüləri böyük
dərinliklərdə yaratdıqları və çox məhdud sayda axtarış quyuları ilə
öyrənildikləri üçün, onların paleostruktur şəraitini hələlik öyrənmək
mümkün deyildir. Burada əsas neftli-qazlı çöküntülər olan alt
Pliosenin Məhsuldar Qat çöküntüləri, üst Pliosenin Ağcagil mərtəbəsi
və alt Antropogenin Abşeron mərtəbəsi çöküntülərinin struktur
quruluşu çoxsaylı axtarış-kəşfiyyat, istismar quyuları və eləcə də
geofiziki üsullarla mükəmməl öyrənilib.
Quyuların əksəriyyətində MQ çöküntülərinin dabanı
açılmadığına baxmayaraq, seysmik profillərdən istifadə etməklə,
interpretasiya yolu ilə onların ümumi qalınlıq xəritəsi qurulmuşdur.
Xəritədən görünür ki, MQ çöküntülərinin şimal-qərbdən cənub-şərqə
qalınlıqları 500-1000 m-dən 3500-4500 m-ə qədər artır (şəkil 125).

433
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Burada mövcud olan Kəlaməddin-Mişovdağ-Bəndovan,


Kürovdağ-Neftçala antiklinal zonaları konsedimentasiyalı inkişafda
olan paleostruktur qalxımlar olublar. Qalxımları mürəkkəbləşdirən
regional qırılmaların amplitudlarının kəsiliş üzrə yuxarıdan aşağıya
doğru artmaları, onların da konsedimentasiya səciyyəli inkişafda
olduğunu göstərir.
Yuxarı Şirvan çökəkliyinin mərkəzində yerləşən Padar
strukturu isə, müasir dövrdə olduğu kimi, MQ dövründə də
qırılmalarla mürəkkəbləşməyib. Aşağı Kür çökəkliyinin cənub-qərb
bortunda yerləşən Muğan monoklinalında və onun şimal-qərb
davamında MQ çöküntülərinin qalınlığı 1000-3000 m arasında
dəyişir. Monoklinalı Aşağı-Kür çökəkliyinin Salyan sinklinalından
ayıran Qərbi Xəzər dərinlik qırılması isə, MQ əsrində demək olar ki,
tam fəaliyyətsiz olub (şəkil 125).
Pont mərtəbəsi çöküntülərinin böyük qalınlıqda olmadığını və
onların çox da böyük intervalda dəyişmədiyini nəzərə alaraq, MQ
çöküntülərinin qalınlıqlar xəritəsinin, tam olmasa da, Miosen çöküntü
kompleksinin MQ əsrinin sonunda olan paleostruktur vəziyyətini əks
etdirdiyini demək olar (şəkil 125).
Aşağı Kür çökəkliyində az qalınlıqları (50-150 m) ilə
fərqlənən Ağcagil çöküntüləri, MQ-nin paleostruktur quruluşunun
əsaslı dəyişməsinə səbəb olmayıb. Daha böyük qalınlıqlı alt Abşeron
çöküntülərinin toplanmasının sonunda MQ-nin tavanı 500 m-dən
1500 m-ə qədər dərinliyə gömülmüşdür. Buna baxmayaraq, orta
Abşeronun əvvəlinə Aşağı Kür çökəkliyinin struktur planında elə də
ciddi dəyişikliklər baş verməyib.
Məhsuldar Qat əsrinin sonunda olduğu kimi, burada
Kəlaməddin-Mişovdağ-Bəndovan və Kürovdağ-Neftçala antiklinal
zonaları əsas tektonik vahidlər olaraq qalırlar.

434
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Şəkil 125. Məhsuldar Qat çöküntülərinin litofasial


və qalınlıqlar xəritəsi.
1-izopaxitlər; 2-çöküntülərin pazlaşma sərhəddi; 3-qırılmalar;
4-litofasial zonaların sərhəddi; 5-gillər; 6-qumlar; 7-alevritlər;
8-qumdaşıları; 9-konqlomeratlar.

Antiklinal zonaların strukturları və onların quruluşlarını


mürəkkəbləşdirən regional qırılmalar konsedimentasiya səciyyəli

435
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

inkişaf etməkdə davam edirlər. Antiklinal zonalar arasında yerləşən


Aşağı Şirvan çökəkliyinin şimal-qərb hissəsindəki Kürsəngi
antiklinalında konsedimentasiyalı qalxma, MQ əsrinə nisbətən zəifləyir.
Strukturu mürəkkəbləşdirən mərkəzi qırılmanın ilk Abşeronun
sonunda MQ-nin tavanına görə amplitudu 100 m-dən artıq olmayıb.
Kürsəngi, Qarabağlı strukturları arasında yerləşən geniş sinklinal
sahədə bu zaman çökmə 750-800 m olduğu halda, Kürsəngi və
Qalmaz strukturları arasındakı daha geniş sinklinal çökəklikdə bu
rəqəm 1000-1100 m-ə çatır.
Bu hal, Qalmaz antiklinalının və onu mürəkkəbləşdirən
regional qırılmanın daha böyük sürətlə qalxması ilə izah olunur. Belə
ki, Qalmaz antiklinalının tağa yaxın hissələrində Ağcagil-alt Abşeron
çöküntüləri qalınlıqları 500-600 m-ə qədər azaldığı halda, Qarabağlı
antiklinalının mərkəzi blokunda bu rəqəm 750-800 m-ə çatır.
Qarabağlı qalxımının cənub-qərb qanadında qalınlığın 650 m-ə
qədər azalması və Salyan çökəkliyinin oxyanı sahələrində yenidən
1000-1100 m-ə qədər artması, eyni zamanda mərkəzi blokunda
qalınlıqların artması, bloku hüdudlandıran qırılmaların daha yüksək
konsedimentasiyalı inkişafı ilə izah oluna bilər.
Qarabağlı strukturunda qırılmaların yüksək sürətlə inkişafı isə
öz növbəsində, onun MQ-nin sonu və Ağcagil əsrinin əvvəllərində,
Aşağı Kür çökəkliyində ən sürətli qalxıma malik olması və bunun da
nəticəsi olaraq MQ-nin I-V horizontlarının yuyulmasına səbəb
olmuşdur (şəkil 126).
Aşağı Kür çökəkliyinin şimal-qərb hissəsində yerləşən Padar
strukturunda orta Abşeronun başlanğıcında MQ-nin tavanı 900-1000
m paleohipsometrik dərinlikdə yerləşir. Bir qədər şimal qərbdə Yuxarı
Şirvan depressiyasının mərkəzi hissəsində dərinliklər 1400-1500 m-ə
qədər artır.

436
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Şəkil 126. Orta Muğan-Kürsəngi-Pirsəhhət-Duvannı


istiqamətində paleogeoloji profil.

Son Abşeron vaxtı tektonik hərəkətlərin aktivliyinin artması,


MQ çöküntüləri səthinin son Abşeronun başlanğıcında olan
vəziyyətinə güclü təsir edir. Aşağı Kür çökəkliyinin şimal-qərbində,
Yuxarı Şirvan depressiyasında MQ çöküntüləri 2000 m-dən artıq
dərinliyə gömülürlər. Depressiyanın şimal bortunda yerləşən Ləngəbiz
monoklinalında MQ çöküntüləri səthinin yatma dərinlikləri 1000-
2000 m arasında dəyişir. Padar struktur qalxımlarının yatma
dərinlikləri isə 1500-1600 m-ə qədər artır, yatım bucaqları isə bir

437
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

qədər çoxalır. Kəlaməddin-Mişovdağ-Bəndovan və Kürovdağ-


Neftçala antiklinal zonaları daha böyük dərinliklərə gömülməklə
konsedimentasiya səciyyəli inkişaf etməkdə davam edir.
Kiçik Hərami antiklinalında Məhsuldar Qat çöküntülərinin
səthi 800-1200 m, Mişovdağ və Kürovdağ antiklinallarında isə 1000-
1400 m-ə qədər dəyişən paleoizohipslərlə xarakterizə olunurlar.
Yuxarıda deyilənlərdən göründüyü kimi, strukturların MQ-nin
səthinə görə hündürlükləri təxminən eyni olub, 400 m-ə çatır.
Qarabağlı və Qalmaz antiklinallarında MQ səthinin yatma
dərinlikləri müvafiq olaraq 1600 m və 1400 m-ə qədər artır. Aşağı
Şirvan depressiyasında bu rəqəmlər 2000 m-ə çatdığı halda,
depressiyanın mərkəzində yerləşən Kürsəngi antiklinalında 1400-
1500 m-ə qədər azalır.
Göründüyü kimi, Kürsəngi antiklinalının amplitudu 100 m-
dən artıq olmayıb. Orta, üst Abşeron və Antropogen çöküntüləri
qalınlıqlarının struktur daxilində çox az dəyişməsi, onun tam
gömülmüş struktura çevrilməsini göstərir. Bu hal, Qarabağlı
strukturunda da müşahidə olunur.
Kəlaməddin-Mişovdağ-Bəndovan strukturları isə əksinə, son
Abşeron, xüsusən Antropogen vaxtı daha böyük sürətlə inkişaf
edərək, əvvəllər toplanan Abşeron, Ağcagil və MQ çöküntülərinin üst
hissəsinin yuyulmasına səbəb olur. Sonuncu hal ən çox Kiçik Hərami
və Bəndovan strukturlarında və Kürovdağ-Neftçala antiklinal
zonasının mərkəzində yerləşən Babazanan antiklinallarının tağ
hissələrində qeyd olunur. Bu zaman göstərilən antikinal zonaları
mürəkkəbləşdirən regional qırılmaların amplitudları kəskin şəkildə
artaraq, 1800-1900 m-ə (Babazanan antiklinalında) çatır, bir sıra
eninə və diaqonal istiqamətli yeni qırılmalar əmələ gəlir. Son
Abşeron-Antropogen vaxtı tektonik hərəkətlərin intensivliyinin

438
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

artması əksər struktur qaxımlarda palçıq vulkanlarının püskürmələrinə


səbəb olur.
Cənubi Xəzər hövzəsinin qərb hissəsi olan Aşağı Kür
çökəkliyində Mezozoy kompleksi və Paleogen-Miosen çöküntüləri
böyük dərinlikdə yatdıqları üçün, neft-qaz axtarışı nöqteyi-nəzərdən
əhəmiyyət kəsb etmirlər. Şamaxı-Qobustan və Abşeron ərazisində
olduğu kimi, burada da Paleogen-Miosen çöküntüləri nefttörədici,
MQ çöküntüləri isə əsas kollektorlar sayılırlar. Paleogen-Miosen
çöküntüləri bəzi sahələrdə qazılan axtarış quyularında açılıb və
Qobustanla müqayisədə daha gilli fasiyada olduqları məlum olub.
Bu çöküntülər MQ əsrinin sonunda artıq 4000 m-ə qədər,
Ağcagil-Abşeron əsrlərində 1000-1500 m, Antropogendə isə daha
1000-1300 m-ə qədər dərinliklərə çökmüşlər. Bu da Paleogen-Miosen
çöküntülərinin ümumi gömülmə dərinliyinin 6000-6800 m olduğunu
və karbohidrogenlərin əmələ gəlməsi üçün lazımi termodinamik
şəraiti yarandığını göstərir.
Məhsuldar Qat çöküntüləri qalınlıqlarının paylanması göstərir
ki, Aşağı Kür çökəkliyinin əksər strukturları konsedimentasiya
səciyyəli inkişafda olmuşlar. Ağcagilqabağı qırışıqlıq nəticəsində
Kəlaməddin-Mişovdağ-Bəndovan və Kürovdağ-Neftçala antiklinal
zonalarının əksər paleostrukturlarının amplitudları 500 m-ə çatır.
Göstərilən antiklinal zonaların quruluşlarını mürəkkəbləşdirən
regional qırılmaların amplitudları isə, hətta 1000 m-ə (Kəlaməddin
sahəsində) çatmışdır. Bu deyilənlər Aşağı Kür çökəkliyində
paleotektonik və paleostruktur şəraitin əlverişli olduğunu göstərir.
Belə paleocoğrafi şərait isə Məhsuldar Qat çöküntülərinin Kür, Araz,
Pirsaat çaylarının və bir sıra kiçik çayların, Böyük və Kiçik Qafqaz
dağlarından Kür çökəkliyi hövzəsinə gətirdiyi qumlu-gilli
çöküntülərin Aşağı Kür çökəkliyində toplanması ilə yaranmışdır.

439
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Burada MQ kəsilişində 20-dən artıq qumlu-alevritli horizont ayrılır.


Horizontlar arasında yaxşı əks olunan gil qatlarının olmaması, onların
dayaz su hövzəsində, çayların fəaliyyətinin kifayət qədər yüksək
olduqları şəraitlərdə çökdüklərini göstərir. Əlverişli paleocoğrafi
şərait MQ kəsilişində çoxsaylı kollektor laylarının əmələ gəlməsinə
səbəb olmuşdur.
Kollektorların daha geniş və böyük qalınlıqlı qumlu
horizontların yayıldığı sahələr Aşağı Kür çökəkliyinin mərkəzi
hissələrində qeyd olunur. Bu da paleo-Kür çayının fəaliyyəti ilə
əlaqədar olmuşdur.
Çökəkliyin şimal-şərq bortunda nisbətən gilləşən MQ
çöküntüləri Ələt dərinlik qırılması ilə tektonik ekranlaşır. Cənub-qərb
bortda yerləşən Qərbi Xəzər dərinlik qırılmasının isə Məhsuldar Qat
çöküntüləri üzrə ekranlaşdırma rolu böyük olmadığı üçün, genişlənən
su hövzəsi şəraitində çökən horizontlar Paleogen-Miosen və hətta
Mezozoy çöküntülərinin yuyulan səthi üzərinə transqressiv şəkildə
yataraq, karbohidrogenlərin toplanması üçün əlverişli olan
Həşimxanlı, Şərqi Şorsulu, Xanməmmədli və başqa stratiqrafik
tələlər əmələ gətirirlər.
Stratiqrafik tələlərin Qərbi Xəzər dərinlik qırılmasından
cənub-qərbdə yerləşməsi, onların neftlə doymasına mənfi təsir edə
bilər. Bununla yanaşı, karbohidrogenlərin Aşağı Kür çökəkliyinin
mərkəzindən kənar hissələrinə miqrasiyası nəzərə alınarsa, cənub-qərb
istiqamətindəki karbohidrogen axımının əsasən Kürovdağ-Neftçala
antiklinal zonasında olan struktur tələlər tərəfindən tutulduğunu,
cənub-qərb bortunda olan qeyri-antiklinal strukturların isə, yalnız
Muğan-Salyan sinklinal çökəkliyindən miqrasiya edən
karbohidrogenlərlə kifayətləndiyini demək olar.

440
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Talışqarşısı (Cəlilabad) hövzəsi


Talışqarşısı (Cəlilabad) mümkün neftli-qazlı rayonunun
ərazisini əhatə edən çöküntütoplanma hövzəsində Maykop əsrinin
sonunda baş verən reqressiya Tarxanda daha da güclənir. Bu vaxt
çöküntütoplanma prosesi ensiz zolaq şəklində mövcud olan
Talışqarşısı çökəklikdə gedir. Burada toplanan orta və üst Miosen
çöküntülərinin qalınlıqları 1300-1500 m-ə qədər çatır (şəkil 127).
Bu dövrdə Talış qalxımının mərkəzi və cənub hissələri, eləcə də
şimalda yerləşən Cənubi Muğan qalxım zonası yuyulma sahələri
olublar. Hövzənin cənub-qərb bortunda Tarxan horizontunun qastropod
qalıqlarına malik konqlomerat və qumdaşılarından təşkil olunan dayaz-
sahil fasiyasında olan çöküntüləri toplanır. Bir qədər şimalda bu
çöküntülər Talış qırışıqlıq zonasından gətirilən narındənəli çöküntülərlə
əvəz olunurlar.
Hövzənin cənub bortuna yaxın yerləşən Alataş-Burovar
qalxımlar zonasının əmələ gəlməsinin ilkin əlamətləri də, məhz bu
vaxt müşahidə olunur. Qalxımlar zonası cənubdan gətirilən
kobuddənəli çöküntülərin şimal istiqamətində daha çox yayılmasına
imkan vermədiyi üçün, hövzənin mərkəzində az qalınlıqlı mergel və
qumdaşı laycıqlarına malik karbonatlı gillər toplanırlar.
Kürdəmir-Saatlı qalxımlar zonasında olduğu kimi, Cənubi
Muğan qalxımı da alçaq relyefli olduğu üçün, Talış qalxımına
nisbətən hövzəyə xeyli az terrigen material vermiş və materiallar daha
narındənəli olmuşlar. Toplanan çöküntülərin qalınlıqları isə, Kür
çökəkliyində olduğu kimi, çox da böyük olmayıb [33].
Çokrak əsrinin əvvəllərində başlayan dəniz transqressiyası
Talışqarşısı hövzənin də xeyli genişlənməsinə səbəb olur. Lakin bu
genişlənmə zamanı dəniz Maykop epoxasında tutduğu sərhədlərə çata
bilmir. Mərkəzi və Cənubi Talış qalxımları yuyulma zonaları olaraq
441
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

qalırlar. Talış dağlarının göstərilən sahələri sonrakı geoloji dövrlərdə


bir daha dəniz suları altında qalmırlar.

Şəkil 127. Orta və üst Miosen çöküntülərinin litofasial


və qalınlıqlar xəritəsi
1-izopaxitlər; 2-parametrik, axtarış və kəşfiyyat quyuları;
3-çöküntülərin pazlaşma sərhədi; 4-gillər; 5-qumlar; 6-mergellər,
konqlomerat, qumdaşı və əhəngdaşılarından ibarət nazik təbəqəli
aralaycıqları.

Uzuntəpə sahəsində qazılan quyuların kəsilişində Çokrak


çöküntülərinin iştirak etməməsi göstərir ki, dəniz transqressiyası
442
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

şimal-qərbdə geniş ərazini tutan Cənubi Muğan qalxımını da əhatə


edə bilməyib.
Eni 2-5 km arasında dəyişən çöküntü hövzəsi, şimal-qərbdə
Yevlax-Ağcabədi və cənub-şərqdə Cənubi Xəzər su hövzələri
arasında boğaz rolunu oynayır. Burada qalınlıqları 650 m-ə çatan
Çokrak çöküntülərinin əsasən pis çeşidlənən qumdaşılarından ibarət
olması, yuyulma sahələrinin yaxında olmasını, terrigen materialın
əsas mənbəyinin isə Talış yüksəklikləri olduğunu göstərir. Bununla
yanaşı, çöküntülərin tərkibində kvars minerallarının şimal-qərb
istiqamətində artması, çöküntütoplanma prosesində Kiçik Qafqazdan
gətirilən terrigen materialın da müəyyən rol oynadığını göstərir.
Fauna qalıqları Çokrak dənizi sularının normal duzluluğa
yaxın olduğunu göstərir. Çöküntülərin pirit mineralları ilə zənginliyi
və dəniz dibində yaşayan heyvan qalıqlarının olmaması, Çokrak
dənizinin dibinin də, Maykop dənizinin dibi kimi, hidrogen-sulfidlə
zəhərləndiyini göstərir. Bu isə Talışqarşısı hövzədə Çokrak
çöküntülərinin bərpaedici şəraitində formalaşmasına səbəb olur.
Karaqan əsrinin başlanması ilə Talışqarşısı hövzədə
çöküntütoplanma prosesinin paleotektonik və paleocoğrafi şəraitində
nəzərə çarpacaq dərəcədə dəyişikliklər olmasa da, hər halda Çokrak
əsrinə nisbətən hövzə bir qədər kiçilir. Karaqan çöküntülərində rast
gələn çoxlu bitki qalıqları isə, Ş.F.Mehdiyev və A.S.Bayramova görə,
burada tropik iqlimin olduğunu göstərir. Talışqarşısı hövzədə dayaz
tropik dəniz şəraitində qum və gillər toplanır [64].
Qumlu çöküntülərin şimal-qərb istiqamətində artması, terrigen
materialın Talış və Cənubi Muğan qalxımları ilə yanaşı, Kiçik
Qafqazın cənub-şərq hissəsindən də gətirildiyini, Karaqan
çöküntülərinin qalınlıqlarının 440 m-ə qədər olması isə, hövzədə
çökmə proseslərinin də Çokrak əsrinə nisbətən zəiflədiyini göstərir.

443
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Konk əsrində hövzənin bir qədər də kiçilməsi nəzərə alınmasa,


paleotektonik şəraitdə dəyişikliklərin olmadığını, burada əvvəlki kimi
qumlu-gilli çöküntülərin dayaz dəniz şəraitində çökdüyünü demək
olar. Çöküntütoplanma hövzəsinin kiçilməsi ilə yanaşı dəniz dibinin
çökməsinin də azaldığı (150 m-ə qədər) və çökmənin cənub-şərq
istiqamətində artdığını qeyd etmək olar.
İlk Sarmat vaxtı Talış zonasının bir qədər də yüksəlməsi ilə
əlaqədar olaraq, çöküntütoplanma hövzəsi nisbətən kiçilir və
dayazlaşır. Dayaz və ensiz dəniz şəraitində kobuddənəli pis
çeşidlənən qumdaşı və gillər toplanırlar.
Qumların üstünlük təşkil etdiyi alt Sarmat çöküntülərinin
qalınlıqları şimal-qərbdən cənub-şərq istiqamətində 100 m-dən 300 m-ə
qədər artır. Hövzə göstərilən istiqamətdə genişlənir və Cənubi Xəzər
çökəkliyinə açılır. Genişlənmə qumdaşılarının daha narındənəli olmasına
və gillərin kəsilişdə üstünlük təşkil etməsinə səbəb olur. İlk Sarmat
dənizinin suları normal dəniz sularına nisbətən xeyli şirinləşir.
Orta Sarmat zamanı dəniz genişlənir və dərinləşir. Talış
dağlarının şimal-şərq yamacları və Cənubi Muğan qalxım zonasının
geniş quru ərazisi, Kürdəmir-Saatlı zonasında olduğu kimi, orta
Sarmat dənizi suları altında qalırlar. Bu sahələrdə gillərlə yanaşı
kəsilişdə qumdaşı, konqlomerat və balıqqulağı əhəngdaşılarının iştirakı,
onların dayaz dəniz və sahilyanı zonalarda toplandıqlarını göstərir.
Talışqarşısı çökəklikdə isə, dənizin ilk Sarmat dənizindən xeyli dərin
olması ilə əlaqədar olaraq, daha çox gillər çökürlər. Bu zaman sularının
duzluluğu artır və dəniz faunasının sürətlə çoxalması baş verir.
Son Sarmat vaxtı orta Sarmatda mövcud olan dəniz şəraiti
qalmaqda davam edir. Nisbətən genişlənən dəniz şəraitində daha çox
gillər toplanır. Sarmat əsrinin sonlarına yaxın, Talış zonasında qalxma
hərəkətlərinin güclənməsilə əlaqədar olaraq, hövzənin kəskin surətdə

444
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

kiçilməsi və dayazlaşması, əsrin sonunda isə onun tamamilə quru


ərazisinə çevrilməsi baş verir.

Şəkil 128. Məhsuldar Qat çöküntülərinin litofasial


və qalınlıqlar xəritəsi
1-izopaxitlər; 2-çöküntülərin pazlaşma sərhədi; 3-litofasial
zonaların sərhədi; 4-gillər; 5-qumlar; 6-qumdaşıları;
7-konqlomeratlar; 8-yuyulma sahələri.

Sarmat mərtəbəsi çöküntüləri qalınlıqlarının paylanması göstərir


ki, orta və xüsusən, son Sarmatda Talış yüksəkliklərində qalxma

445
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

hərəkətlərinin intensivləşməsi nəticəsində, Talışqarşısı çökəkliyin


maksimal qalınlıqlar zonası ilk Sarmat vaxtına nisbətən 1,5 km şimal-
şərq istiqamətində miqrasiya edərək, Cənubi Muğan qalxımlar
zonasının cənub-qərb hissəsində yerləşən Uzuntəpə sahəsinə yaxınlaşır.
Sarmat əsrinin sonunda baş verən qalxma prosesi Ağcagil
əsrinin başlanğıcına qədər davam edir. Bu zaman Talış dağlarının
ətəklərində və müasir Xəzəryanı düzənliyin qonşuluğunda yerləşən
hissələrində kontinental rejim hökm sürür.
Orta və son Miosen epoxasında Kiçik Qafqazın şərq hissəsində
enmə prosesləri üstünlük təşkil edir. Bunu ətraf çökəkliklərdə toplanan
çöküntülərin kəsilişində kobuddənəli terrigen çöküntülərin olmaması
sübut edir. Bu zaman Aşağı Araz çökəkliyində, Kür çökəkliyinin
mərkəzi hissəsində olduğu kimi, çöküntütoplanma prosesi aramsız
gedir. Burada Məhsuldar Qat vaxtı 1000-1500 m qalınlıqlı dayaz
dəniz və şirinsulu-kontinental çöküntülər toplanır (şəkil 128).
Çöküntülərin litofasial xüsusiyyətləri Aşağı Araz çökəkliyinin
Talışqarşısı çökəkliklə sıx əlaqədə olduğunu göstərir. Kiçik Qafqazın
dağlıq hissələri enmə və aşınma proseslərinə məruz qaldığı üçün, son
Miosendə onun çökəklik hissələri dəniz suları altında qalırlar. Bununla
yanaşı, Kiçik Qafqazdan başlanan bir sıra çayların mövcud olduğunu da
qeyd etmək lazımdır. Bu çaylar sırasında Əkərə, Bazar, Köndələn çayları
Aşağı Araz çökəkliyini şimaldan terrigen materiallarla təchiz ediblər.
Lənkəran neftli-qazlı rayonunun şimal və şimal-qərb
istiqamətlərində vulkan mənşəli süxurların azalması, normal çöküntü
süxurlarının isə artması, eyni zamanda göstərilən istiqamətdə təbii
neft-qaz çıxışlarının çoxalması, qazılan struktur-axtarış və dərin
kəşfiyyat quyularında neft-qaz təzahürləri Talışqarşısı çökəkliyin neft-
qazlılıq perspektivliyinin Oliqosen-Miosen çöküntüləri ilə əlaqədar
olduğunu göstərir.

446
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

İrəvan-Ordubad hövzəsi

Naxçıvan mümkün neftli-qazlı rayonunda Oliqosenin sonu və


Miosen epoxasının əvvəllərindən başlayaraq çökmə zonası qərb-
cənub-qərb istiqamətində miqrasiya edərək, Şərur-Culfa antiklinoriumunu
iki qalxıma - Şərur və Culfa antiklinoriumlarına ayırır. Fəaliyyətdə
olan vulkanizm prosesi kəskin zəifləyir. Naxçıvan çökəkliyinin yalnız
kənar hissələrində eksklüziv formada təzahür edən vulkanizm
Oliqosen-ilk Miosendə karbonatlı-terrigen çöküntülərin toplanması ilə
müşayiət olunur [13].
Orta və son Miosen vaxtı Orta Araz depressiyasında dənizin
reqressiyası nəticəsində laqun şəraiti yaranır və quru, isti iqlim
şəraitində qalınlığı 1000 m-ə çatan gips və daş duz çökür. Son Sarmat
vaxtı dənizin transqressiyası nəticəsində dəniz suları ilə dolan laqun
hövzəsinin sahəsi genişlənir. Nəticədə gil, qum, oolitli əhəngdaşı və
balıqqulağı əhəngdaşılarından ibarət üst Sarmat çöküntüləri Paleozoya
qədər olan qədim çöküntülər üzərinə transqressiv şəkildə yatırlar. Orta
və son Miosen dövründə ümumi qalınlığı 1200 m-ə çatan çöküntülər
toplanır (şəkil 129).
İlk Pliosendə tektonik hərəkətlərin intensivləşməsi Arazyanı
zonada dərinlik qırılmalarının aktivləşməsinə səbəb olur. Naxçıvan
çökəkliyini Şərur-Culfa antiklinorimu və Ordubad sinklinoriumundan
ayıran dərinlik qırılması aktivləşmə nəticəsində, qərbdə Şimali
Anadolu dərinlik qırılması ilə birləşir, şərqdə isə Mehri-Ordubad
batolitindən keçərək İran ərazisinə doğru uzanır. Qırılma ilə əlaqədar
ilk Pliosen vulkanitləri əsasən Naxçıvan çökəkliyinin şimal kənarında
yerləşirlər. Qalınlıqları 1000 m-ə çatan andezit effuziya və
piroklastolitləri isə çökəklik ərazisinin bir hissəsini örtürlər. Çökəklik
ərazisinin çox hissəsində üst Pliosen-Antropogen vulkanizmi mövcud
olmayıb.
447
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Şəkil 129. Orta və üst Miosen çöküntülərinin litofasial


və qalınlıqlar xəritəsi
1-izopaxitlər; 2- yuyulma sahələri; 4-içərisində gips araqatları
olan gilli, qumlu ,oolitli əhəngdaşılı çöküntülər.

Ordubad sinklinoriumunun neft-qazlılq ehtimalı onun cənub-


qərb hissəsində Neogen çöküntüləri ilə örtülən böyükölçülü mulda ilə
əlaqələndirilir. Mulda cənub-şərq istiqamətində çökəkliyin xeyli
hissəsini əhatə edir. Onun mərkəz hissəsində Sarmat çöküntülərindən
təşkil olunan bir neçə braxiantiklinal qalxım aşkar olunub. Antiklinal
qalxımlardan neft-qazlılıq cəhətdən maraq doğuranı Böyükdüz və
Dəhnə antiklinal qalxımlarıdır.

448
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

NƏTİCƏ

Baykal yaşlı süxurların tərkibi və onların dislokasiya


xüsusiyyətləri göstərir ki, Böyük və Kiçik Qafqaz dağları və onların
arasında yerləşən Kür çökəkliyi ərazisində geniş geosinklinal mövcud
olub. Hersin qırışıqlığı zamanı isə Azərbaycan ərazisinin çox hissəsi
yuyulma sahəsi olmuşdur.
Mezozoy erasının əvvəllərində Dzirul, Saqareci, Kürdəmir
qalxımları yuyulmaqda olan yüksəkliklər olublar. Yura dövründə
Böyük və Kiçik Qafqaz geosinklinalları yaranırlar. Orta Yuranın sonu
son Yuranın əvvəllərində baş verən qırışıqlıq nəticəsində
geosinklinallarda qismən inversiya baş verir və geosinklinalların
daxilində geoantiklinallar yaranır. Bu zaman indiki Kür çökəkliyi
ərazisində Qabırrı-Acınohur, Yevlax-Ağcabədi və çox güman ki,
Aşağı Kür çöküntütoplanma hövzələri yaranırlar.
Təbaşir dövrünün əvvəllərində başlayan dəniz transqressiyası
tədricən genişlənir və Apt əsrinin sonundan Turon əsrinin əvvəllərinə
kimi Azərbaycan ərazisində qeyri-sabit geotektonik rejim hökm sürür.
Bu zaman Böyük Qafqazın cənub yamaclarında, Kür çökəkliyinin və
Kiçik Qafqazın əksər sahələrində vulkan püskürmələri baş verir və
hövzələrdə vulkanogen və tufogen süxurlar toplanır. Bu proses
göstərilən rayonlarda ilk Santonun sonlarına qədər davam edir.
Azərbaycanın şimal-şərq hissəsində isə, bu zaman terrigen və
karbonatlı çöküntülərin toplanması davam edir. Son Təbaşirin
axırlarında genişlənən dəniz transqressiyası əksər hövzələrdə
karbonatlı çöküntülərin toplanmasına səbəb olur. Paleosen-Eosen
epoxasında tektonik hərəkətlərin aktivləşməsi nəticəsində yuyulma
prosesləri güclənir və hövzələrdə terrigen çöküntülər toplanır. Kiçik
Qafqazda Eosen epoxasında vulkanlar yenidən fəaliyyətə başlayır. Bu

449
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

dövrdə Qabırrı-Acınohur və Yevlax-Ağcabədi hövzələrində tufogen


çöküntülər daha çox toplanır. Oliqosen-Miosen epoxasında Böyük və
Kiçik Qafqaz geoantiklinalları dağlıq zonalara çevrilirlər. Böyük
Qafqazın cənub-şərq batımında Quba-Dəvəçi və Şamaxı-Qobustan
periklinal çökəklik hövzələri və eləcədə Kiçik Qafqazqarşısı çöküntü
hövzəsi əsasən gil və qumlardan ibarət mollas çöküntüləri ilə dolurlar.
Meotis və Pont əsrləri Cənub-Şərqi Qafqazın geoloji inkişaf
tarixində bir növ keçid dövrü olur. Bu vaxt CŞ Qafqazın mərkəzi
qalxım zonası kəskin şəkildə yüksəlir, Şamaxı-Abşeron çökəkliyi isə
intensiv çökərək, Kür çökəkliyindən ayrılır. Cənubi Xəzər
çökəkliyinin Qaradəniz və onunla birlikdə Dünya okeanından
ayrılması Pont əsrinin sonunda başa çatır. Bu zaman Cənubi Xəzər
çökəkliyinin sahəsi sürətlə kiçilir. Məhsuldar Qat əsrinin
əvvəllərindən başlayaraq hövzə genişlənərək, alt şöbənin sonlarına
yaxın Abşeron yarımadasının şimal-qərb, Bakı arxıpelaqını və Kür
çökəkliyinin cənub-şərq hissələrini əhatə edir. Genşlənmə Cənubi
Xəzər çökəkliyinə paleo-Volqa, paleo-Kür və paleo-Uzboy çaylarının
gətirdikləri suların artması hesabına baş verir.
Məhsuldar Qatın alt şöbəsinin formalaşmasının sonunda
Abşeron yarımadasında və ona qonşu sahələrdə qalxma prosesi baş
verir və QÜG (Qırməkiüstü gilli) lay dəstəsinin gilləri yuyulmaya
məruz qalır. Eroziya ilə əlaqədar olaraq QÜG dəstənin qalınlıqları
15-20 m-dən 100-110 m-ə qədər dəyişir. Az qalınlıqlar zonasında
dərinliyi 70-80 m, eni isə 20 km-dən artıq olan paleo-Volqanın vadisi
yerləşirdi. Belə bir şəraitdə paleo-Volqanın gətirdiyi kvars qumlarının
çox hissəsi Abşeron yarımadasından cənuba nəql edilir. Sonralar
dəniz səviyyəsinin tədricən yüksəlməsi nəticəsində gətirilən terrigen
materiallar Abşeron ərazisini də əhatə edərək ''fasilə'' lay dəstəsini
yaradır. Məhsuldar Qat əsrinin ikinci yarısında hövzə genişlənməkdə

450
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

davam edir. Aşağı Kür çökəkliyində paleo-Kür çayının gətirdiyi


terrigen materiallar hesabına 20-yə qədər qumlu horizont yaranır.
Məhsuldar Qat əsrində Böyük və Kiçik Qafqaz dağlarının intensiv
qalxması, Cənubi Xəzər və Kür çökəkliklərinin çökməsi nəticəsində
toplanan çöküntülərin ümumi qalınlıqları 4000 m-ə çatır. Ağcagil
əsrində Xəzər hövzəsinin Dünya okeanı ilə yenidən əlaqələnməsi
nəticəsində, hövzədə suyun səviyyəsi kəskin şəkildə yüksəlir və dərin
dəniz şəraitində az qalınlıqlı (100 m) gilli çöküntülər toplanır.
Abşeron əsrində isə nisbətən dayaz dəniz şəraitində toplanan
çöküntülərin qalınlıqları 1200-1500 m-ə çatır. Antropogendə dayaz
dəniz şəraiti bir sıra sahələrdə kontinental şəraitlə əvəz olunur.
Depressiyalarda toplanan çöküntülərin qalınlıqları 1000 m-ə çatır.
Azərbaycan ərazisində əsas neftli-qazlı komplekslərin tədqiqi
ayrı-ayrı hövzələr üzrə aparılmışdır. Xəzəryanı-Quba vilayətində
aparılan paleostruktur-fasial analiz orta və üst Yura, alt və üst Təbaşir,
Paleogen-Miosen və Pliosen struktur mərtəbələrini ayırmağa imkan
yaratmışdır. Bu mərtəbələr arasında bucaq və bir sıra hallarda azimut
uyğunsuzluğu mövcuddur.
Strukturların əksəriyyətinin konsedimentasiya səciyyəli
inkişafları kəsiliş üzrə yuxarıya tədricən azalır və onlar çöküntü
hövzələrinin mərkəzi hissələrində (Qusar-Dəvəçi, orta Kür çökəkliyi)
gömülmüş strukturlara çevrilirlər.
Paleotektonik, paleostruktur və paleocoğrafi baxımdan
Azərbaycanın çöküntü hövzələrində orta Yura, Təbaşir və Paleogen-
Miosen çöküntüləri singenetik neftli-qazlı çöküntülər sayılırlar.
Cənubi Xəzər, Şamaxı-Qobustan və Kür çökəkliklərində
karbohidrogen yataqları Paleogen-Miosen çöküntülərindən vertikal
miqrasiya yolu ilə toplanmışlar.

451
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

OrtaYura çöküntüləri Xəzəryanı-Quba vilayətində intişar edən


antiklinal strukturlarda, Təbaşir çöküntüləri isə daha çox tektonik
ekranlaşmış və litostratiqrafik tələlərdə perspektivlidirlər. Paleogen-
Miosen çöküntülərində struktur və litostratiqrafik yataqların axtarışı
QərbiAbşeronda,Mərkəzi və CŞ Qobustanda eləcədə, Yevlax-
Ağcabədi və Qabırrı-Acınohur çökəkliklərində müəyyən dərəcədə
perspektivlidirlər.

452
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

ƏDƏBİYYAT

1. Abdullayev R.Ə. Qərbi Azərbaycanın Küryanı rayonunun Mezozoy və


Kaynazoy çöküntülərinin tektonikasına dair. ANT, 1970, № 5.
2. Абдуллаев Р.Н. Мезозойский вулканизм северо-восточной части
Малого Кавказа. Баку, Изд-во АН Азерб., 1963.
3. Абих Г.В. К геологии юго-восточного Кавказа. Результаты моего
путешествия в 1865 г. (Шахдаг). ЗКОИРГОкн.VIII, 1873.
4. Ахмедов Г.А. Геология и нефтегазоносность Гобустана.
Баку,Азнефтеиздат, 1957, 299 с.
5. Ахмедов Г.А., Салаев С.Г., Исмайлов К.А. Перспективы поисков
нефти и газа в мезозойских отложениях Юго-Восточного Кавказа.
Баку,Азернешр,1961, 281 с.
6. Ахундов Ш.Х. Палеоструктурный анализ развития локальных
структур междуречья Куры и Габырры. Материалы VII научно-
технической конференции молодых ученых и специалистов по
проблемам освоения нефтегазовых месторождений. Баку,
АзНИПИнефть, 1992.
7. Ахундов Ш.Х. перспективы нефтегазоносности верхнемеловых и
среднеэоценовых отложений НГР междуречья Куры и Габырры.
Neft və qaz sənayesi problemlərinə həsr olunmuş gənc alim və
aspirantların elmi-təcrübi konfransı. Bakı, AzNSETLİ, 1995.
8. Ахундов Ш.Х. Выделение зон нефтегазоoбразования в пределах
междуречья Куры и Габырры. Азербайджанское нефтяное
хозяйство, 1998, №12.
9. Ахундов Ш.Х., Ганиев А.А. О связи нефтегазоносности бассейна
седиментации с темпами тектонических движений и скоростями
осадконакопления. Азербайджанское нефтяное хозяйство, 2006,
№10.
10. АхвердиевН.Т. К вопросу о нефтегазоносности верхнемеловых
отложений междуречья Пирсагатчай-Тударчай (Сев.Кобыстан).
АзИНТИ, «Вопросыгеологии», 1963,вып. 2.

453
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

11. Агабеков М.Г., Мамедов А.В. Геология и нефтегазоносность


Западного Азербайджана. Баку, Азернефтнешр, 1960.
12. Али-Заде А.А., АхмедовГ.А., ЗейналовМ.М. Перспективы
нефтегазоносности мезозойских отложений в свете новых данных.
Изв. АН Азерб. ССР. Сер. геолого-географ. наук, 1962,№ 3.
13. Али-Заде А.А, АхмедовГ.А., Ахмедов А.М. идр. Геология
нефтяных и газовых месторождений Азербайджана. Москва,
Недра, 1966, 392 с.
14. Али-Заде А.М., Ахмедов Г.А., Зейналов М.М. О перспективах
нефтегазоносности мезозойских отложений Азербайджана. Изв.
АН Азерб.ССР. Сер. наукоЗемле, 1967, № 3.
15. Али-Заде А.А., Ахмедов Г.А, Зейналов М.М, Н.Т.Ахвердиев,
М.А.Рзаев. Мезозойские отложения Азербайджана и
перспективыих нефтегазоносности. Москва, Недра, 1972.
16. Али-Заде А.А., Рзаев М.А. и др. Геологическое строение и
нефтегазоносность месторождения Мурадханлы. Труды
АзНИПИнефть, 1974. Вопросы геологии нефтяных и газовых
месторождений Азерб-на, выпуск 31.
17. Али-Заде А.А., Ахмедов Г.А., Алиев Г.-М.А. Оценка
нефтепроизводящих свойств мезокайнозойских отложений
Азербайджана. Баку, Элм, 1975.
18. Али-Заде А.А., РзаевМ.А., АлиевГ.М., БойкоН. Геолого-
геохимические критерии перспектив нефтегазоносности меловых
отложений Кюрдамирской и Кировабадской НГО
Азербайджана.АНХ, 1975, № 8.
19. Али-Заде А.А., СалаевС.Г., Алиев А.И Научная оценка перспектив
нефтегазоносности Азерб-на и Южного Каспия и направление
поисково-разведочных работ. Баку, Элм, 1985.
20. Алиев А.И., Багир-Заде Ф.М., Буниат-Заде З.А. и др.
Месторождения нефти и газа перспективные структуры Азерб.
ССР. Баку, Элм, 1985.

454
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

21. Алиев А.Н., РзаевМ.А., ЭфендиеваС.Т. Анализ результатов и


перспективные направления поисково-разведочных работ на
мезозойские отложения в Азербайджане. Тр. АзНИПИнефть.
Геологические основы поисков, разведки и разработки нефтяных и
газовых месторождений Азербайджана. Баку, 1996.
22. Алиев А.К., Юсифов Х.М. и др. О тектонических особенностях и
дальнейших перспективах нефтегазоносности междуречья Куры и
Иори.Тр. АзНИПИнефть. Геология и разработка нефтяных и
газовых месторождений Азербайджана. Баку, 1988.
23. АлиевГ-М. А. К вопросу о геохимических условиях накопления
мезокайкозойских отложений Азербайджана и их роли в процессах
битумо-инефтегазообразования. Вопросы геологии нефтяных и
газовых месторождений Азербайджана, 1973.
24. Алиюлла Х., Бабаев Р.Г. Обустановлении мезозойской рифогенной
постройки в Среднекуринской депрессии. АНХ, 1984, № 7.
25. АмираслановТ.С., ТагиевТ.Ш., АлиевМ.А. Структура
верхнемезозойских отложений СВ-гоборта Евлах-
Агджабединского прогиба по данным гравиразведки в комплексе с
сейсморазведкой. АНХ, 1991, № 2.
26. Азизбеков Ш.А. Геология и петрография северо-восточной части
Малого Кавказа. Баку, Изд-во АН Азерб.ССР, 1947.
27. Бабаев М.С., Сулейманов Г.А. Условия накопления отложений
неокома Хизинской тектонической зоны Прикаспийско-
Губинского нефтегазоносного района в связи с оценкой
перспектив нефтегазоносности. Azərbaycan Respublikası, ''Təhsil''
cəmiyyəti, ''Bilgi dərgisi'', 2004, № 3.
28. Бабаев Р.Г., Мустафаев С.С. Некоторые вопросы стратиграфии
верхней юры и нижнего мела и условийа образования рифовых
известняков на северном склоне юго-восточного окончания Большого
Кавказа. Изв. АН Азерб. ССР, сериянаукоЗемле, 1974, № 4.
29. Бабаев Н.И., Асланов Б.С. Новые данные о Мил-Муганской
моноклинали и преспективах ее нефтегазоносности. АНХ, 2003, № 3.
455
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

30. Бакиров А.А. Перспективы открытия крупных газовых скоплений


в мезозойских отложениях Азебайджана. АНХ, 1969, № 5.
31. Байрамов А.А. Тектоническое строение восточной части Малого
Кавказа (междуречеТертери Аракс) Уч.зап. Азгосуниверситета,
1962, № 5-6.
32. Богданович К.И. Система Дибрара на Юго-Восточном Кавказе. Тр.
Геол..ком., нов. Серия, вып. 25, 1906.
33. Əhmədov H.Ə., Salayev S.H., Bağırzadə F.M. Azərbaycan neft və qaz
yataqlarının geologiyası. Bakı, 1958, 595s.
34. Əliyev H-M.Ə., Əliyev Ad. Ə., Vəliyeva S.R. Yevlax-Ağcabədi
çökəkliyində Təbaşir və Paleogen çöküntülərinin neft-qaz əmələgəlmə
şəraiti. “Azərbaycan geoloqu” elmi bülleteni. Bakı, 2000, № 4.
35. Hacıyev F.M. Azərbaycanın Orta Kür çökəkliyinin geoloji quruluşu və
neft-qazlılığı. Bakı, 2003, 377 s.
36. Hacıyev F.M., Aslanov B.S., Ağa-zadə B.Q. Saatlı-Göyçay qalxım
zonasının şimal-qərb hissəsinin tektonik quruluşu və neft-qazlılıq
perspektivliyi., ANT, 1997, № 11-12.
37. Haqverdiyev N.T. Azərbaycanın Mezozoy çöküntülərinin neft-qazlılıq
perspektivliyi haqqında. Azərbaycan neft-qaz yataqlarının geologiyası,
axtarış və kəşfiyyatı. Elmi əsərlər toplusu. Bakı, 1999.
38. Hüseynov Ə.N., Səlimov F.M. Şurabad sahəsində Mezozoy
çöküntülərinin neft-qazlılığı. ANT, 2002, № 10.
39. Хаин В.Е. Геотектоническое развитие юго-восточного Кавказа.
Баку, Азнефтеиздат, 1950, 224 с.
40. Хаин В.Е. Тектоника нефтегазоносных областей Юго-Восточное
погружение Большого Кавказа. Москва, Гостоптехиздат, 1958.
41. Хаин В.Е., Шарданов А.Н. Геологическая история и строение
Куринской впадины. Баку, Изд-во АН Азерб., 1952.
42. Халилов А.Г. Нижнемеловые отложения Азербайджанской части
Малого Кавказа. Баку, Изд-во АН Азерб.ССР, 1959.
43. Халилов А.Г. Стратиграфия Азербайджана. Баку, Изд-во «Элм»,
1978, 162 с.
456
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

44. Карта месторождений нефти и газа и перспективных структур


Азербайджанской ССР. М., ГУГК, 1985.
45. Карта нефтегеологического районирования Азербайджанской
ССР. М., ГУГК, 1984.
46. Кастрюлин Н.С., Мамедов С.Б., Эфендиев А.А., Салимов Ф.А.
Перспективы нефтегазоносности палеоген-миоценовых отложений
Западного Абшерона и очередные задачи поисково-разведочного
бурения. АНХ, 1991, № 8.
47. Кочарли Ш.С., Гаджиев Ф.М., Кулиев Г.А. и др. Новый тип ловушки
нефти в северо-западном Азербайджане. Сер. ''Нефтегазовая
геология и геофизика'' 1991, вып.8.
48. Klosterman M.J., Abrams M.A.(Exxon USA), Aleskerov E.A.,
Abdullaev E.N., Huseinov A.N., Narimanov A.A. (SOCAR,
Azerbaijan)-Hydrocarbon systems of the Evlach-Agdjabedi
Depression. ''Azərbaycan Geoloqu'', 1997, №1.
49. Керимов И.А., Мамедов С.Б., Эфендиев Д.И., Рахманов Р.А.
Структурно-тектонические условия формирования зон
нефтегазонакопления в глубокозалегающих мезозойских
отложениях Евлах-Агджабединского прогиба. АНХ, 1989, № 4.
50. Конторович А.Э. Геохимические методы количественного
прогноза нефтегазоносности. Москва, Недра, 1976. 249 с.
51. Гаджиев Р.М. Глубинное строение Азербайджана. Баку, Азенешр,
1965.
52. Гаджиев Ф.М. Новые неантиклинальные ловушки
Мурадханлинской площади и перспективы их нефтегазоносности.
АНХ, 1985,№ 1.
53. Геология СССР. Т. 47. Азербайджанская ССР. М., Недра, 1972.
54. Губкин И.М. Избранные труды по геологии Азербайджана. Баку,
Изд-во АН Азерб., 1949.
55. Гурбанов А.М. О перспективах нефтегазоносности меловых
отложений ЮВ части мегаантиклинория Б.Кафказа. АНХ, 1982,№ 9.

457
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

56. Гусейнов А.Н. Некоторые итоги бурения на мезозойские


отложения в Азербайджанской ССР. АНХ, 1972, № 11.
57. Гусейнов А.Н., Ширинов Ф.А. Нефтегеологическое районирование
территории Азербайджана. АНХ, 1977, № 8.
58. Гусейнов А.Н. Поиски нефти в мезозойских отложениях
Азербайджана. АНХ,1978, № 2.
59. Гюльдуст М.А. Перспективы нефтегазоносности трещинных и
каверн–трещинно-поровых коллекторов в районах Мурадханлы и
Зардоб. АНХ, 1984, № 11.
60. Леонтьев Л.Н., Хаин В.Е. Основные этапы геотектонического
развития Кавказа. Бюлл. МОИП, отд. геол., 1950, т.25, вып.3, 4.
61. Лопатин Н.В. Образование горючих ископаемых. Москва, Недра,
1983, с.192.
62. Мамедов А.В. История геологического развития и палеогеография
среднекуринской впадины в связи с нефтегазоносностью. Баку,
Элм, 1977.
63. Мехтиев Ш.Ф. Проблемы генезиса нефти и формирования
нефтегазовых залежей. Баку, 1969.
64. Мехтиев Ш.Ф., Байрамов А.С. Геология и нефтегазоносность
Ленкоранской области. Баку, Изд-во АН Азерб., 1953.
65. Məhərrəmov B.İ. Aşağı Kür çökəkliyinin şimal-şərq və Şamaxı-
Qobustan rayonunun cənub-qərb hissələrində karbohidrogenlərin
əmələgəlmə və toplanma zonaları. ''Azərbaycanda neft geofizikası son
30 ildə'', H.Ə.Əliyevin 80 illik yubileyinə həsr olunmuş elmi-praktiki
konfransın materialları. Bakı, 2003.
66. Məhərrəmov B.İ. Yevlax-Ağcabədi çökəkliyinin Paleogen-Miosen
çöküntülərinin neft-qazlılıq perspektivliyinin paleostruktur əsasları
AzNQSDETLİ. Elmi əsərlər, 2006, № 6.
67. Məhərrəmov B.İ. Qərbi Abşeron və Şamaxı-Qobustan NQR-in orta və
üst Miosen qalxımlarının paleotektonik inkişafı və onların neft-qazlılıq
perspektivliyi. ANT,2006, № 11.

458
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

68. Məhərrəmov B.İ. Qərbi Abşeron və Şamaxı-Qobustan NQR-in


Paleogen-Miosen çöküntülərinin neft-qazlılığının geoloji əsasları.
AzNQSDETLİ. Elmi əsərlər, 2008, № 10.
69. Məhərrəmov B.İ., Ağazadə B.Q. Kür və Qabırrı çaylararası rayonu
Kaynozoy kompleksi çöküntülərinin paleostruktur analizi və neft
qazlılığı. AzNQSDETLİ. Elmi əsərlər, 2009, №12.
70. Надиров С.Г., Даидбекова Э.А. К поискам и разведке залежей
нефти и газа в мезозойских отложениях Азер-на. Сб. трудов.
Геология, поиски, разведка и разработка газовых месторождений
Азер-на. Баку, 1983.
71. Польстер Л.А., Висковский Ю.А., и др. Историко-генетический
метод оценки перспектив нефтегазоносности. Москва, Недра,
1984.
72. Потапов И.И. Апшеронская нефтеносная область (геологическая
характеристика). Баку, Изд-во АН Азерб.ССР, 1954.
73. Ренгартен В.П. Региональная стратиграфия СССР. Стратиграфия
меловых отложений Малого Кавказа. Москва, изд-во АН
СССР,1959.
74. Rəhimov A.S., Sadıxov Ə.C. Yevlax-Ağcabədi çökəkliyinin cənub-
qərb hissəsinin geoloji-geofiziki öyrənilmə vəziyyətinin tənqidi təhlili.
Azərbaycan neft-qaz yataqlarının geologiyası, axtarış və kəşfiyyatı.
Elmi əsərlər toplusu. Bakı, 1999.
75. Рустамов Р.И., Рзаев М.А. Геологические и геотермические
особенности перспективных нефтегазоносных горизонтов Евлах-
Агджабединского прогиба. АНХ, 1983, № 2.
76. Рзаев М.А., Сулейманов А.М., Каграманов К.С., Зейналов Р.Л.,
Ганиев А.А. Характерные структурно-тектонические особенности
пл. Мурадханлы. Сб. трудов. Геология, поиски, разведка и
разработка нефтяных и газовых месторождений Азербайджана.
Баку, 1983.
77. Рзаев А.А., Керская Г.В. Мезозойские коллекторы нефти и газа
Иори – Аджиноурского прогиба. Сб. трудов. Геология, поиски,
459
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

разведка и разработка нефтяных и газовых месторождений Азерб-


на. Баку, 1983.
78. Рзаев М.А., Сулейманов А.М., Каграманов К.С., Зейналов Р.Л.
Особенности геологического строения и нефтегазоносности
Зардоб-Мурадханлинской тектонической зоны. “Геология,
разведка нефтяных и газовых месторождений Азербайджана и
исследования Саатлинской СГ-1”. Сб. науч. тр. АзНИПИнефти,
Баку, 1984.
79. Salayev N.S. Yeni geoloji-geofiziki məlumatlar əsasında Yevlax-
Ağcabədi çökəkliyinin Paleogen-Miosen və Üst Təbaşir çöküntülərinin
neft-qazlılıq perspektivliyinin qiymətləndirilməsi. AzNSETLİ-nin 70
illik yubileyinə həsr olunmuş elmi-praktik konfransındakı məruzələrin
tezisləri. Bakı, 1998.
80. Салаев С.Г. Олигоцен-миоценовые отложения юго-восточного
Кавказа и их нефтегазоносность. Баку, Изд-во АН Азерб.ССР,
1961.
81. Салаев С.Г., Гусейнов Г.А., Соломонов Б.М. Геология и
нефтегазоносность Прикаспийской третичной моноклинали. Баку,
Азернешр, 1964.
82. Салаев С.Г., Керимов И.А. и др. Оценка перспектив нефтегазоносности
мезозойских отложений Среднекуринской впадины и Апшероно-
Гобустанской области. Баку, Элм, 1983. 184 с.
83. Salmanov Ə.M., Məhərrəmov B.İ., Hüseynov R.M. Qərbi Abşeronun
Oliqosen-Miosen palegeoloji tədqiqinə əsasən neft-qazlılıq
perspektivliyinin qiymətləndirilməsi. ANT , 2011, № 3.
84. Salmanov Ə.M., Məhərrəmov B.İ. Xəzəryanı-Quba neftli-qazlı rayonun
Kaynozoy kompleks çöküntülərinin paleostruktur analizi və neft-
qazlılığı. ANT, 2011, № 9.
85. Salmanov Ə.M., Məhərrəmov B.İ. Qabırrı-Acınohur hövzəsində
Mezozoy kompleksi çöküntülərinin neft-qazlılıq perspektivliyinin geoloji
əsaslandırılması. “Azərbaycan geoloqu” elmi bülleteni. № 16. 2012.

460
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

86. Соломонов Б.М., Каграманов К.С., Сулейманов А.М., Зейналов Р.Л.,


Рагимов А.С. Геологическое строение и перспективы
нефтегазоносности эоцен-верхнемеловых отложений новых
площадей Евлах-Агджабединского прогиба. Тр. АзНИПИнефть.
Геологические основы поисков, разведки и разработки нефтяных и
газовых месторождений Азербайджана. Баку, 1986.
87. Süleymanov Ə.M. Kür və Qabırrı çaylararası NQR-də qeyri-antiklinal
tipli tələlərin proqnozlaşdırılmasının regional geoloji əsasları və onlarda
neft-qaz yataqlarının əmələ gəlməsinin əsas xüsusiyyətləri.
AzNQSDETLİ-nin elmi əsərlər toplusu. Bakı, 1997.
88. Сулейманов А.М. Палеогеологические условия перспектив
поисков стратиграфических залежей нефти в мезозойских
отложениях Азербайджана. ''Нефтегазоносность мезозойских
отложений Кавказа''. Махачкала, 1986.
89. Сулейманов А.М. Литолого-стратиграфические предпосылки
поисков неантиклинальных залежей нефти в мезозойских
отложениях Куринского межгорного прогиба. Геолог
Азербайджана. Науч. бюллетень, 2000, № 4.
90. Сулейманов А.М. Условия формирования и перспективы поисков
неантиклинальных залежей нефти в эоценовых отложениях СВ
борта Евлах-Агджабединской впадины. АНХ, 1985, № 10.
91. Сулейманов А.М. Палеогеолого-географичесие условия
формирования неантиклинальных ловушек в Азербайджане.
“Azərbaycan geoloqu” Elmi bülleteni, 2003,№ 8.
92. Сулейманов А.М. Перспктивы поисков литолого-
стратиграфических залежей углеводородов в Кусаро-Дивичинском
районе Азербайджана. Геология, минерально-сырьевые и
топливно-сырьевые и топливно-энергетические ресурсы Дагестана
(сб. статей), Махачкала, 1997, вып. 46.
93. Сулейманов А.М. Характерные особенности структурно-
тектонического развития Гусаро-Дивичинского НГР в связи с
поисками неантиклинальных залежей углеводородов. АНХ. 1994,
№ 9-10.
461
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

94. Сулейманов А.М., Ахундов Ш.Х. Структурно-тектоническое и


палеогеографическое развитие мел-палеогенового комплекса
отложений междуречья Куры и Габырры в связи с поисками
неантиклинальных залежей углеводородов. АНХ, 2003, №11.
95. Süleymanov Ə.M., Hacıyev F.M., Rüstəmov R.İ. və b. Kür və Qabırrı
çaylararası NQR-də qeyri-antiklinal tipli yataqların aşkar edilməsi üçün
aparılması lazım olan geoloji və geofiziki işlər. Az NQSDETLİ-nin
elmi əsərlər toplusu. Bakı, 1997.
96. Сулейманов А.М., Магеррамов Б.И. Геотектонические положения
и основные тектонические особенности Ленгебиз-Алятской зоны
поднятий в связи о оценкой перспектив нефтегазоносности. АНХ,
2000, № 4.
97. Сулейманов А.М., Зейналов Р.Л., Магеррамов Б.И. Перспективы
поисков новых нефте-газовых залежей в северо-восточной
прибортовой части Нижнекуринской впадины. АНХ, 1997,№ 4.
98. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ. Ləngəbiz-
Gürcüvan monoklinalı və Kəlaməddin-Hərami antiklinal zonasının
neft-qazlılıq perspektivliyi. Azərbaycan neft-qaz yataqlarının
geologiyası axtarış və kəşfiyyatı. AzNQSDETLİ-nin elmi əsərlər
toplusu, Bakı, 1999.
99. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ., Qəniyev Ə.A.
Qərbi Abşeronda Paleogen-Miosen çöküntülərinin neft-qazlılıq
perspektivliyi və axtarış-kəşfiyyat işlərinin əsas istiqamətləri.
AzNQSDETLİ-nin elmi əsərlər toplusu. Bakı, 2004, № 2.
100. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ. Qərbi Abşeronda
Paleogen-Miosen çöküntü kompleksinin regional və lokal tektonik
xüsusiyyətləri. AzNQSDETLİ-nin elmi əsərlər toplusu. Bakı, 2004, № 3.
101. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ. Azərbaycanın
Yura yaşlı çöküntü hövzələrinin paleotektonik, paleocoğrafi şəraiti və
Yura çöküntülərinin neft-qazlılıq perspektivlikləri. AzNQSDETLİ-nin
Elmi əsərlər toplusu, Bakı, 2005, № 4.

462
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

102. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ. Kür dağlararası


çökəkliyin Mezozoy kompleksi çöküntülərinin paleostruktur analizi və
neft-qazlılığı. AzNQSDETLİ-nin elmi əsərlər toplusu. Bakı, 2005, № 5.
103. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ. Kür-Qabırrı
çaylararası rayonunun Paleogen-Alt Miosen çöküntülərinin neft-qazlılıq
perspektivliyinin aleotekptonik və paleocoğrafi əsasları. ANT, 2006, № 4.
104. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ. Kür dağlararası
çökəkliyin Təbaşir çökün-tülərinin neft-qazlılıq perspektivliyinin
paleocoğrafi və paleotektonik əsasları. AzNQSDETLİ-nin elmi əsərlər
toplusu, Bakı, 2006, №6.
105. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ. Yevlax-Ağcabədi
çökəkliyinin Paleogen-Miosen çöküntülərinin neft-qazlılıq
perspektivliyinin paleostruktur əsasları. AzNQSDETLİ-nin elmi əsərlər
toplusu, Bakı, 2006, № 6.
106. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ. Xəzəryanı-Quba
vilayətinin cənub-şərqində Alt Təbaşir çöküntü hövzələrinin paleocoğ-
rafi, paleotektonik şəraiti və neft-qazlılığı. ANT, 2006, № 7.
107. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ. Süleymanov Q.Ə.
Xəzəryanı-Quba NQR-da Paleogen-Miosen çöküntülərinin neft-
qazlılığının paleotektonik və paleocoğrafi əsasları. AzNQSDETLİ-nin
elmi əsərlər toplusu, Bakı, 2006, №7.
108. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ. Qərbi Abşeron və
Şamaxı-Qobustan NQR-nin orta və üst Miosen qalxımlarının
paleotektonik inkişafı və onların neft-qazlılıq perspektivliyi. ANT,
2006, № 11.
109. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ. Yevlax-Ağcabədi
çökəkliyinin Paleogen-Alt Miosen çöküntülərinin neft-qazlılıq
perspektivliyinin geoloji əsaslandırılması. Azərbaycan geoloqu. Elmi
bülleteni, 2006, № 11.
110. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ. Xəzəryanı-Quba
NQR-in Mezozoy çöküntülərinin neft-qazlılıq perspektivliyinin
paleotektonik və paleocoğrafi əsasları. ANT, 2010, № 3.
463
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

111. Сулейманов А.М., Зейналов Р.Л., Магеррамов Б.И. Перспективы


поисков новых нефте-газовых залежей в северо-восточной
прибортовой части Нижнекуринской впадины. АНХ, 1997,№ 4.
112. Шихалибейли Э.Ш. Геологическое строение и развитие
азербайджанской части южного склона Бальшого Кавказа. Баку,
Изд-во АН Азерб., 1964.
113. Ширинов Ф.А., Баженов Ю.П. Геологическое строение предгорий
южного склона Большого Кавказа. Азернешр, 1962.
114. Ширинов Ф.А. Перспективы нефтегазоносности Аджиноурской
области и план дальнейших геологических работ. АзНИПИнефть.
Тем. сб. научных трудов. Вопросы геологии и разведки нефтяных
и газовых залежей мезокайнозойских отложений Азербайджанана.
Баку, 1975.
115. Успенская Н.Ю., Таусон Н.Н. Нефтегазоносные провинции и
области зарубежных стран. М., Недра, 1972.
116. Вассоевич Н.Б. Новые данные по стратиграфии мезозоя Юго-
Восточного Кавказа. Сов. геол., 1940, № 10.
117. Вебер В.В. Зона южного склона в нагорном Азербайджане. Тр.
НГРИ, нов. С ерия, вып. 1, 1939.
118. Юсифов М.Г., Ахундов Ш.Х. Прогнозирование тектонически-
экранированных залежей углеводородов в Среднекуринской
депрессии. АНХ, 2013, №4.
119. Юсифов Х.М., Рзаев М.А., Сулейманов А.М. К вопросу
нефтегеологического районирования территории Азербайджана
по мезозойскому нефтегазоносному комплексу. АНХ, 1993,№ 9.
120. Юсифов Х.М., Алиев А.К. и др. К вопросу осадконакопления и
характера нефтегазоносности мезокайнозойских бассейнов
Среднекуринской впадины. АНХ, 1996, № 8.
121. Юсифов Х.М., Рзаев М.А., Рустамов Р.И., Сулейманов А.М.,
Зейналов Р.Л. К вопросу нефтегеологического районирования
территории Азербайджана по мезозойскому нефтегазоносному
комплексу. АНХ, 1993, № 4.
464
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

122. Yusifov X.M., Rzayev A.Ə. Dərin Mezokaynozoy çöküntülərinin


öyrənilmə vəziyyətinə dair. ANT, 1996, № 8.
123. Yusifov X.M., Rzayev A.Ə. Ağcabədi və Şərqi Ağcabədi
strukturlarının tektonik xüsusiyyətləri və neft-qazlılığı haqqında.
Azərbaycan neft-qaz yataqlarının geologiyası, axtarış və kəşfiyyatı.
Elmi əsərlər toplusu. Bakı, 1999.
124. Yusifov X.M., Məmmədov S.B., Rəhmanov R.R. Naxsıvan MR
ərazisinin Mezokaynozoy çöküntülərinin neft-qazlılıq perspektivliyi.
ANT, 2002,№ 9.
125. Yusifov X.M., Məmmədov S.B., Əfəndiyev A.A., və b. Qərbi
Azərbaycanın Eosen çöküntülərində qeyri-antiklinal tipli tələlərin
yayılma zonaları və onların neft-qazlılıq perspektivliyi. AzNQSDETLİ-
nin elmi əsərlər toplusu, Bakı, 2004, № 2.
126. Зейналов М.М. Верхнемеловые отложения Азербайджана и
перспективы их нефтегазоносности. Баку, Азгосиздат, 1969.
127. Zeynalov R.L., Məhərrəmov B.İ., Süleymanov Q.Ə. Xəzəryanı-Quba
vilayətinin cənub-şərqində Alt Təbaşir çöküntü hövzələrinin
paleocoğrafi, paleotektonik şəraiti və neft-qazlılılığı. ANT, 2006, №7.
128. Цимельзон И.О., Амирасланов Т.С. Тектоника палеоген-
мезозойского комплекса отложений междуречья Куры и
Иори. АНХ, 1977, № 1.

465
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

MÜNDƏRİCAT

Giriş.......................................................................................................... 9
I fəsil. Azərbaycanın neftli-qazlı rayonlarının öyrənilmə tarixi.........11
II fəsil. Azərbaycanın neftli-qazlı rayonları və çöküntü
kompleksləri............................................................................... 33
2.1. Tektonik rayonlaşdırma.............................................. ............ 33
2.2. Neft-qaz rayonlaşdırma............................................................. 35
2.2.1. Qusar-Dəvəçi neftli-qazlı rayonu.................................... 47
2.2.2. Xızı neftli-qazlı rayonu...................................................... 51
2.2.3. Şamaxı-Qobustan neftli-qazlı rayonu................................ 54
2.2.4. Abşeron neftli-qazlı rayonu............................................... 58
2.2.5. Aşağı Kür neftli-qazlı rayonu............................................ 63
2.2.6. Kürdəmir-Saatlı-Lənkəran mümkün neftli-qazlı rayonu... 67
2.2.7. Muradxanlı və Gəncə neftli-qazlı rayonları (Yevlax-
Ağcabədi çökəkliyi).......................................................... 69
Muradxanlı neftli-qazlı rayonu......................................... 70
Gəncə neftli-qazlı rayonu.................................................. 75
2.2.8. Kür və Qabırrı çaylararası neftli-qazlı rayonu................... 77
2.2.9. Qazax-Dəllər-Dəliməmmədli mümkün neftli-qazlı
rayonu............................................................................... 81
2.2.10. Acınohur mümkün neftli-qazlı rayonu............................. 84
2.2.11. Talışqarşısı (Cəlilabad) mümkün neftli-qazlı
rayonu.............................................................................. 89
2.2.12. Naxçıvan mümkün neftli-qazlı rayonu............................. 91
2.3. Əsas neftli-qazlı çöküntülər........................................................ 93
2.3.1. Mezozoy çöküntüləri üzrə.................................................. 93
Yura kompleksi çöküntüləri............................................... 94
Təbaşir kompleksi çöküntüləri........................................... 97
2.3.2. Kaynozoy çöküntüləri üzrə............................................... 118
Paleogen kompleksi çöküntüləri..................................... 120
Neogen kompleksi çöküntüləri....................................... 132
III fəsil. Mezo-Kaynozoy çöküntü hövzələrinin paleotektonik
və paleostruktur xüsusiyyətləri............................................ 150
3.1. Azərbaycanın Mezozoy erasından əvvəlki inkişaf tarixi....... 150
3.2. Mezozoy çöküntü hövzələri........................................................ 153
3.2.1. Yura dövrü......................................................................... 153

466
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

3.2.2. Təbaşir dövrü..................................................................... 171


Xəzəryanı-Quba və Dibrar hövzəsi (Qusar-Dəvəçi
və Xızı neftli-qazlı rayonları)............................................ 171
Kür dağarası çökəkliyi....................................................... 202
Yevlax-Ağcabədi hövzəsi............................................. 216
Qabırrı-Acınohur hövzəsi............................................. 228
Talışqarşısı (Cəlilabad) hövzəsi........................................ 235
İrəvan-Ordubad hövzəsi.................................................... 237
3.3. Kaynozoy çöküntü hövzələri....................................................... 239
3.3.1. Paleogen dövründə.............................................................. 239
Xəzəryanı-Quba və Dibrar hövzəsi (Qusar-Dəvəçi
və Xızı neftli-qazlı rayonları)............................................ 239
Qobustan-Abşeron hövzəsi............................................... 256
Şamaxı-Qobustan neftli-qazlı rayonu............................ 256
Abşeron neftli-qazlı rayonu............................................ 263
Kür dağarası çökəkliyi......................................................... 271
Yevlax-Ağcabədi hövzəsi............................................... 282
Qabırrı-Acınohur hövzəsi...............................................299
Talışqarşısı (Cəlilabad) hövzəsi......................................... 314
İrəvan-Ordubad hövzəsi.................................................... 319
3.3.2. Neogen dövründə............................................................... 322
Xəzəryanı-Quba və Dibrar hövzəsi (Qusar-Dəvəçi
və Xızı neftli-qazlı rayonları)............................................ 323
Qobustan-Abşeron hövzəsi............................................... 345
Şamaxı-Qobustan neftli-qazlı rayonu............................ 345
Abşeron neftli-qazlı rayonu........................................... 368
Kür dağarası çökəkliyi....................................................... 395
Yevlax-Ağcabədi hövzəsi............................................. 414
Qabırrı-Acınohur hövzəsi............................................. 420
Aşağı Kür hövzəsi......................................................... 423
Talışqarşısı (Cəlilabad) hövzəsi......................................... 441
İrəvan-Ordubad hövzəsi.................................................... 447
Nəticə..................................................................................................... 449
Ədəbiyyat............................................................................................... 453

467
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

İXTİSAR OLUNMUŞ SÖZLƏR

NQH - Neftli-qazlı hövzə


NQƏ - Neftli-qazlı əyalət
NQSƏ - Neftli-qazlı subəyalət
NQV - Neftli-qazlı vilayət
NQR - Neftli-qazlı rayon
NQZ - Neftli-qazlı zona
ÜDNÜ - Ümumi dərinlik nöqtəsi üsulu
DSZ - Dərinlik seysmik zondlama
MQ - Məhsuldar Qat
QÜQ - Qırməkiüstü qumlu
QÜG - Qırməkiüstü gilli
QD - Qırməki lay dəstəsi
QA - Qırməkialtı dəstə
QaD - Qala lay dəstəsi
ÇD-1 - Çox dərin 1 saylı quyu
Cüzv - Üzvi maddələrin miqdarı
Ro - Vitrinitin əksetdirmə qabiliyyəti
ƏNZ - Əsas neftəmələgəlmə zonası
YTA - Yataq tipli anomaliya
MTZ - Maqnit-tellurik zondlama

468
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Əhməd Mayis oğlu Salmanov


geologiya-mineralogiya elmləri doktoru, professor
Əli Mahmud oğlu Süleymanov
geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru
Bakir İsmayıl oğlu Məhərrəmov
geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru

AZƏRBAYCANIN NEFTLİ-QAZLI RAYONLARININ


PALEOGEOLOGİYASI.

Çapa imzalanıb:
Həcmi:
Format:
........... nəşriyyatı

469
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

Консультанты: Багир Али оглы Багиров


Заслуженный деятель Азербайджанской
республики, член-корреспондент НАНА,
доктор геолого-минерологических наук, профессор
Рашид Лятиф огды Зейналов
доктор философии геолого-минерологических наук
Редактор: Раид Рамиз оглы Рахманов
Заслуженный работник нефтяной и газовой
промышленности Азербайджанской республики,
доктор геолого-минерологических наук
Техническй редактор: Акиф Али Аббас оглы Рзаев
доктор философии геолого-минерологических наук

Ахмед Маис оглы Салманов


доктор геолого-минерологических наук
Али Махмуд оглы Сулейманов
доктор философии геолого-минерологических наук
Бакир Исмайыл оглы Магеррамов
доктор философии геолого-минерологических наук

ПАЛЕОГЕОЛОГИЯ НЕФТЕГАЗОНОСНЫХ РАЙОНОВ


АЗЕРБАЙДЖАНА

В монографии представлены сведения о палеогеологии


нефтегазоносных районов Азербайджана. На основе изучения этапов
геологического развития нефтегазоносных районов исследованны их
палеотектонические, палеоструктурные и палеогеографические
условия. Уточнены литофациальные особенности осадочных
комплексов отдельных районов, дан прогноз перспектив возможной
нефтегазоносности ловушек приуроченных к этим отложениям.
Монография рекомендована для использования специалистами,
работающими в научно-исследовательских институтах, высших
учебных заведениях, студентам и аспирантам занимающимися
поиском, разведкой и разработкой месторождений нефти и газа.

470
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

Adviser: Bagir A.Bagirov


Honored worker of Azerbaijan Republic,
Corresponding member of ANAS,
Doktor of Geological-Mineralogical science, Proffessor
Rashid L. Zeynalov
PhD in Geological and Mineralogical science

Scientific editor: Raid R.Rahmanov


Honored worker oil and gas industry of Azerbaijan
Republic, Doktor of Geological-Mineralogical science

Technical editor: Akif A.Rzayev


PhD in Geological and Mineralogical science

Ahmad M. Salmanov
Doktor of Geological-Mineralogical science
Ali M. Suleymanov
PhD in Geological and Mineralogical science
Bakir I. Maharramov
PhD in Geological and Mineralogical science

PALEOGEOLOGY OF OIL AND GAS BEARING REGIONS IN


AZERBAIJAN

The information about paleogeology of oil and gas bearing zones of


Azerbaijan is given in this monography. Paleotectonic, paleostructural and
paleogeographic conditions were investigated on the basis of studied
geological development stages of oil and gas bearing regions. Litofacial
features of sedimentary complexes in different regions are specified, The
forecast of possible oil-gas bearing traps regarding this sediments.
The monography recommended for students, and postgraduate
specializing in Earth Science.

471

You might also like