You are on page 1of 314

BƏHRAM HÜSEYNOV, ƏHMƏD SALMANOV,

BAKİR MƏHƏRRƏMOV

AZƏRBAYCANIN QURU
ƏRAZİSİNDƏ
NEFT-QAZ-GEOLOJİ
RAYONLAŞDIRMA

Bakı-2019
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Məsləhətçilər: Bağır Əli oğlu Bağırov


Azərbaycan Respublikasının əməkdar
elm xadimi, AMEA-nın müxbir üzvü,
geologiya-mineralogiya elmləri
doktoru, professor

Rəşid Lətif oğlu Zeynalov


geologiya-mineralogiya elmləri namizədi

Elmi redaktor: Vaqif Qədir oğlu Qədirov


Yer elmləri doktoru

B. Hüseynov, Ə. Salmanov, B. Məhərrəmov


Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaş-
dırma (monoqrafiya),Bakı,“Mars Print”nəşriyyatı 2019,309 s.

Monoqrafiyada paleotektonik, struktur-tektonik


tədqiqatlar əsasında Azərbaycanın quru ərazisinin müasir
regional tektonik quruluşu dəqiqləşdirilmiş və neft-qaz-geoloji
rayonlaşdırılma üçün təklif edilən böyükdən kiçiyə doğru
ierarxiya prinsipinə əsaslanan yeni neft-qaz-geoloji
rayonlaşdırılma aparılmışdır.
Monoqrafiya neft-qaz yataqlarının axtarışı, kəşfiyyatı və
işlənməsi sahələrində fəaliyyət göstərən elmi-tədqiqat
institutlarında, ali təhsil müəssisələrində çalışan mütəxəssislər,
tələbə və aspirantların istifadəsi üçün nəzərdə tutulub.

ISBN-978-9952-8272-8-6 ©B.Hüseynov, Ə.Salmanov,


B.Məhərrəmov, 2019

2
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Redaktordan

B.B. Hüseynov, Ə.M. Salmanov və B.İ. Məhərrəmov


tərəfindən hazırlanmış “Azərbaycanın quru ərazisində neft-
qaz-geoloji rayonlaşdırma” monoqrafiyası Azərbaycanın
neft-geoloji rayonlaşdırmanın iyerarxiya prinsipləri
əsasında tədqiqi, ərazinin müasir struktur-tektonik
xüsusiyyətlərinin, burada yayılmış və quyularla açılmış
Mezozoy, Paleogen-Miosen və Pliosen çöküntü
komplekslərinin litofasial özəlliklərinin araşdırılması, əsas
neftli-qazlı və perspektivli obyektlərin ayrılması, onlarda
karbohidrogenlərin toplanması və qorununb saxlanmasının
öyrənilməsi baxımından olduqca əhəmiyyətli və dəyərlidir.
Müxtəlif morfoloji və genetik xüsusiyyətli mürəkkəb
qırışıqlıq sistemini özündə əks etdirən Azərbaycanın quru
əraziləri özünəməxsus tektonikası, çöküntülərin böyük
qalınlığı və stratiqrafik diapazonu ilə səciyyələnir. Bu
baxımdan monoqrafiyada neftli-qazlı və mümkün neftli-
qazlı rayonlar müxtəlif istiqamətli qırılmalar sistemi üzrə
səciyyələnən kristallik bünövrənin üzərində inkişaf etmiş
Mezo-Kaynozoy çöküntü komplekslərinin litofasial
xüsusiyyətləri, onların toplandığı paleotektonik şəraitlər
nəzərə alınmaqla ayrılmış, NQR-lərin sərhədləri isə
dərinlik qırılmalarına uyğun müəyyənləşdirilmişdir.
Müəlliflər bütövlükdə Qafqaz regionunu neftli-qazlı
əyalətlərə, subəyalətlərə ayırmış, onların daxilində intişar
tapmış neftli-qazlı vilayətləri və rayonları qeyd etmişlər.
Ayrı-ayrı hövzələr üzrə orta-üst Yura, alt-üst Tabaşir,
3
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Paleogen-Miosen və Pliosen struktur mərtəbələrini dəqiq


ayırmağa imkan verən paleostruktur-fasial analizlər
aparmış, bu komplekslərin hansı neftli-qazlı rayonda və
hansı tip tələlərdə perspektivli olmasını göstərmişlər.
Monoqrafiyada ayrı-ayrı struktur mərtəbələr üzrə neft-
qazlılığın formalaşdığı zonaları əks etdirən xəritələr
verilmiş, həmin çöküntülər üzrə perspektivli rayon və
çöküntülərin seçilməsi üçün KH resurslarının vahid sahəyə
düşən həcmləri hesablanmış, əlverişli antiklinal və
litostratiqrafik tip tələlərdə axtarış-kəşfiyyat işlərinin
aparılması tövsiyə edilmişdir.
Monoqrafiya çoxlu sayda geoloji, seysmogeoloji
profillə, müxtəlif təyinatlı xəritə və cədvəllərlə
zənginləşdirilmişdir. Buradan müxtəlif NQR-lərdəki
çöküntü komplekslərinin qalınlığı, litoloji tərkibi, kollektor
xüsusiyyətləri, neft-qazlılığı haqqında önəmli məlumatlar
əldə etmək mümkündür. Monoqrafiya neft-qaz yataqlarının
axtarışı, kəşfiyyatı və işlənməsi sahəsində fəaliyyət
göstərən geniş auditoriyalı geoloq və geofiziklər, tələbə və
doktorantlar üçün əhəmiyyətli mənbə ola bilər.

4
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

GİRİŞ

Neft-qaz yataqları axtarışının səmərəli istiqamətlərinin


müəyyən edilməsində neft-geoloji rayonlaşdırmanın əhəmiy-
yəti çox böyükdür. Neft-qaz-geoloji rayonlaşdırma çöküntü-
toplanma hövzələrinin müxtəlif miqyaslı neftli-qazlı ərazilərə
bölünməsindən ibarətdir. Əsas məqsədi perspektivli neftli-
qazlı ərazilərin müəyyən edilməsi olan bu bölgü sistemində
KH-lərin generasiya, miqrasiya və akkumulyasiya kriteri-
yaları, eyni zamanda ərazinin müasir geotektonik quruluşu,
onun geostruktur elementlərinin əsas xüsusiyyətləri və ərazi-
də yayılan çöküntülərin litostratiqrafik xüsusiyyətləri də nəzə-
rə alınmalıdır.
Son illərdə alınmış geoloji-geofiziki işlər, eyni zamanda
müəlliflər tərəfindən müxtəlif neftli-qazlı rayonların geoloji
quruluşlarının paleotektonik təqiqatları və neft-qazlılıq
perspektivliklərinin qiymətləndirilməsi üzrə aparılmış elmi-
tədqiqat işlərinin nəticələri əsasında, Azərbaycanın quru
ərazisinin müasir regional tektonik quruluşu dəqiqləşdirilmiş
və prinsipcə yeni tektonik və neft-qaz-geoloji rayonlaşdı-
rılma aparılmışdır.
Tərtib olunmuş yeni neft-qaz-geoloji rayonlaşdırmada
müasir struktur-tektonik xüsusiyyətlərlə yanaşı, Mezozoy,
Paleogen-Miosen və Pliosen çöküntü komplekslərinin lito-
fasial xüsusiyyətləri, onların toplandıqları paleotektonik
şəraitlər nəzərə alınaraq neftli-qazlı və mümkün neftli-qazlı
rayonlar ayrılmışdır. Rayonların neft-qaz-geoloji rayon-
laşdırma iyerarxiyası üzrə daha böyük vahidləri olan neftli-
5
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

qazlı vilayətə, neftli-qazlı subəyalətə və hansı neftli-qazlı


əyalətə mənsub olduğu geoloji cəhətdən əsaslandırılmışdır.
Rayonlaşdırma həm hövzə, həm də struktur-tektonik
prinsiplərə əsaslanmışdır. Bu rayonlaşdırma xəritəsinin tər-
tibi zamanı neft-geoloji rayonlaşdırılmanın böyük bölgüləri
hövzə, orta və kiçik vahidləri isə struktur-tektonik prinsipə
əsaslanıb. Xəritənin tərtibi zamanı maksimum məlumatla
təmin olunmuşdur. Neftli-qazlı rayonların daxilində neftli-
qazlı və perspektivli neftli-qazlı zonalar ayrılmış, zonalarda
neftli-qazlı sahələrin yerləşmə xüsusiyyətləri göstərilmişdir.
Aparılmış elmi-tədqiqat işləri nəticəsində Mezozoy,
Paleogen-Miosen və Pliosen-Antropogen komplekslərində
əsas neftli-qazlı və perspektivli obyektlər ayrılmış, bu
obyektlərdə KH-in toplanması, qorunub saxlanılması üçün
əlverişli olan struktur və litostratiqrafik tip tələlərdə axtarış-
kəşfiyyat işlərinin aparılması təklif olunmuşdur.

6
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

I fəsil

Neft-qaz-geoloji rayonlaşdırmanın əsas prinsipləri

Neft-qaz resurslarının paylanması yer qabığının müəy-


yən tip geostruktur elementlərinin geoloji inkişaf tarixindən
və bu geostruktur elementləri təşkil edən çökmə süxur
qatının xüsusiyyətlərindən asılıdır. Neft-qaz yataqlarının
axtarışının səmərəli istiqamətlərinin müəyyən edilməsində
neft-geoloji rayonlaşdırmanın əhəmiyyəti qeyd edilmiş,
neft, qaz, asfalt və palçıq vulkanlarının yayıldıqları sahələr
ilk dəfə neftli-qazlı rayonlar olaraq ayrılmışdır.
Q.V. Abix tərəfindən 1847-ci ildə neft yataqlarının
antiklinal zonalar və qırılmalarla əlaqələri müəyyən edil-
mişdir. XX əsrin əvvəllərində isə, neft-qaz yığımlarının yer
qabığının böyük struktur elementləri və stratiqrafik vahid-
lərilə əlaqəsi müəyyən edilmiş və belə struktur elementləri
neftli-qazlı əyalətlər adlandırmışlar.
İ.O. Brod (1947) neftli-qazlı əyalətlərə geoloji inkişaf
tarixinin kiçik və böyük mərhələlərində karbohidrogenlərin
əmələgəlməsi, toplanması və saxlanılması üçün əlverişli
olan çöküntütoplanma hövzələrini aid etmişdir.
V.E. Xain (1951) neft-qaz yataqlarının müxtəlif ölçülü
və quruluşlu çökəkliklərlə əlaqədar olmasını nəzərə alaraq
7
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

neftli-qazlı əyalət məfhumunun neftli-qazlı hövzə məfhu-


mu ilə əvəz olunmasını təklif etmişdir.
A.A. Bakirov (1971,1973) neftli-qazlı əyalətlərə bir-biri
ilə qonşuluqda yerləşən, KH-lərin əmələgəlmə və toplanma-
sının ümumi xüsusiyyətlərinə malik olan bir neçə neftli-qazlı
vilayəti əhatə edən struktur vahidləri aid etmişdir.
Neft-geoloji rayonlaşdırma çöküntütoplanma hövzələ-
rinin müxtəlif miqyaslı neftli-qazlı obyektlərə bölünməsin-
dən ibrətdir. Əsas məqsədi perspektivli neftli-qazlı
ərazilərin müəyyən edilməsi olan neft-geoloji rayonlaşdır-
mada KH-lərin generasiya, miqrasiya və akkumulyasiya
kriteriyaları ilə yanaşı, ərazinin müasir geotektonik qurulu-
şu, onun geostruktur elementlərinin əsas xüsusiyyətləri və
ərazidə yayılan çöküntülərin litostratiqrafik xassələri də
nəzərə alınmalıdır.
Regional neftli-qazlı ərazilər oxşar geoloji quruluşla-
rına və geoloji inkişaf tarixlərinə görə platforma, qırışıqlıq
və keçid zonaları olmaqla kateqoriyalara və qruplara bölü-
nürlər. Hal-hazırda neft-geoloji rayonlaşdırılmanın əsas
bölmələri olaraq neftli-qazlı: qurşaq, meqaəyalət, əyalət
(hövzə), subəyalət, vilayət, rayon, zona, yataq ayrılır.
Qeyd etmək lazımdır ki, belə rayonlaşdırma həm
hövzə, həm də struktur-tektonik prinsiplərə əsaslanır. Bu
zaman neft-geoloji rayonlaşmanın böyük bölgüləri hövzə,
orta və kiçik vahidləri isə struktur-tektonik prinsipə əsasla-
nır. Struktur-tektonik prinsip üzrə rayonlaşdırma daha çox
qırışıqlıq zonaları üçün yararlıdır. Qırışıqlıq zonalarda
vahid çöküntütoplanma hövzəsi, sonrakı geotektonik qırı-
şıqlıq fazalarında, neftli-qazlı rayonlara və zonalara uyğun
8
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

gələn, müxtəlif struktur xüsusiyyətlərə malik olan tektonik


bloklara parçalanırlar.
Bu cəhətdən Alp qırışıqlıq zonasında yerləşən Azər-
baycan ərazisinin neft-qaz-geoloji rayonlaşdırılmasının,
N.Y. Uspenskaya və N.N. Tauson tərəfindən mütəhərrik
qırışıqlıq ərazilərinin neft-geoloji rayonlaşdırılması üçün
təklif etdikləri sxem üzrə aparılması daha məqsədəuyğun
sayılır. Bu sxemdə böyükdən kiçiyə doğru: “neftli-qazlı
əyalət”, “neftli-qazlı subəyalət”, “neftli-qazlı vilayət” və
“neftli-qazlı rayon” iyerarxiyası üzrə aparılması təklif
olunmuşdur [113].
“Neftli-qazlı əyalət” (NQƏ) yer qabığının uzun geoloji
vaxt ərzində gömülməyə məruz qalan, oxşar çöküntü və
neftli-qazlı komplekslərə malik olan, bir neçə çöküntü-
toplanma hövzələrini əhatə edən ərazi nəzərdə tutulur.
“Neftli-qazlı subəyalət” (NQSƏ) dedikdə ümumi
çöküntü və neftli-qazlı komplekslərə malik olan, lakin
struktur-tektonik və neft-qazlılıq xüsusiyyətlərinə görə
NQƏ-nin bir-birindən fərqlənən hissələri nəzərdə tutulur.
“Neftli-qazlı vilayət” (NQV) dedikdə NQSƏ-nin
vahid çöküntütoplanma hövzəsinin neftli-qazlı kompleks-
lərinin struktur-tektonik, litofasial xassələrinə və neft-
qazlılığın paylanmasında olan əsaslı fərqlərə malik olan iri
tektonik vahidləri nəzərdə tutulur.
NQV-nin ümumi struktur və litofasial xüsusiyyətlərə
malik, bir neçə neftli-qazlı zonanı və sahəni əhatə edən,
nisbətən böyük hissəsi “neftli-qazlı rayon” (NQR) adlanır.
NQR-in eyni struktur-tektonik xüsusiyyətlərə malik
olan neftli-qazlı hissəsi “neftli-qazlı zona” (NQZ) adlanır.
9
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

İ.M. Qubkin (1937) SSRİ-nin neft-geoloji rayonlaşdırma


xəritəsində Azərbaycanın neftli-qazlı əraziləri üçün daha
səciyyəvi olan struktur-tektonik prinsip üzrə Abşeron,
Şamaxı-Qobustan, Küryanı, Lənkəran, Acınohur, Xəzəryanı
və Kiçik Qafqazın Şm.Ş yamacı olmaqla, 7 neftli-qazlı rayon
ayrılmışdır. Uzun müddət öz elmi və praktiki əhəmiyyətini
itirməyən bu rayonlaşdırma 1958 (M.V.Abramoviç,
M.H.Ağabəyov, A.Q.Əliyev, E.N.Əlixanov, H.Ə.Əhmədov,
V.A.Qorin, B.K.Babazadə, K.A.İsmayılov, F.S.Əhmədbəyli,
Ş.F.Mehdiyev, S.H.Salayev), 1984 (Z.A.Bünyadzadə,
A.İ.Əliyev, F.M.Bağırzadə, Ə.N.Hüseynov, F.H.Dadaşov,
Ş.F.Mehdiyev, X.B.Yusifzadə), 1984 (Ə.N.Hüseynov,
F.Ə.Şirinov), 1985 (Ə.N.Hüseynov, F.Ə.Şirinov), 1987
(X.B.Yusifzadə), 2002 (Ə.N.Hüseynov, K.M.Kərimov,
F.M.Hacıyev, İ.S.Həsənov, H.A.Hüseynov, Ş.S.Köçərli,
M.M.Zeynalov), 2008-ci (Azərbaycanın geologiyası) illərdə
qurulmuş tektonik, neft-geoloji rayonlaşdırma xəritələrində
müəyyən dərəcədə dəqiqləşdirilmiş və bu xəritələr axtarış-
kəşfiyyat işlərinin səmərəli istiqamətlərinin müəyyən edilmə-
sində böyük əhəmiyyət kəsb etmişlər. Lakin, bir çox neftli-
qazlı regionlarda olduğu kimi, karbohidrogen yığımlarının iri
geostruktur elementlərlə qanunauyğun əlaqələri bir çox
tədqiqatçılar tərəfindən müəyyən olunsa da, Azərbaycan
ərazisinin neft-geoloji rayonlaşdırmasında da bu vaxta qədər
vahid fikir formalaşmayıb. Bir sıra tədqiqatçıların əsərlərində
bəzən “neftli-qazlı hövzə” (NQH) ilə “neftli-qazlı əyalət”
(NQƏ) eyniləşdirilir. Belə hallara “neftli-qazlı vilayət” və
(NQV) “neftli-qazlı rayon” (NQR) terminlərinin istifadə
olunması zamanı da təsadüf olunur.
10
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Son illərdə alınmış geoloji-geofiziki işlərinin nəticələri


və müəlliflərin neftli-qazlı ərazilərdə apardıqları çoxillik
paleotektonik, struktur-tektonik tədqiqatları əsasında,
Azərbaycanın quru ərazisinin müasir regional tektonik qu-
ruluşu dəqiqləşdirilmiş və bunun əsasında prinsipcə yeni
neft-geoloji rayonlaşdırılma aparılmışdır.
1958, 1984, 1985, 1987, 2002, 2008-ci illərdə qurulmuş
Azərbaycanın quru ərazisinin neft-qaz rayonlaşdırma
xəritələrindən yeni tərtib edilmiş xəritənin fərqi mütəhərrik
qırışıqlıq ərazilərinin neft-geoloji rayonlaşdırılması üçün
təklif edilən böyükdən kiçiyə doğru iyerarxiyası üzrə aparıl-
ması və onun struktur-tektonik rayonlaşdırma prinsipinə
əsaslanmasıdır, eyni zamanda neftli-qazlı rayonların
sərhədlərinin tektonik əsasda məlum dərinlik qırılmalarına
uyğun götürülməsidir. Xəritənin tərtib olunması zamanı əsas
məqsədlərdən biri onun maksimum məlumatla təmin
olunmasıdır. Struktur-tektonik prinsipə daha çox əsaslanan bu
neft-geoloji rayonlaşdırmada Azərbaycanın quru ərazisinin
müasir struktur-tektonik xüsusiyyətləri ilə yanaşı, bu ərazidə
Mezozoy, Paleogen-Miosen və Pliosen çöküntü
komplekslərinin litofasial xüsusiyyətləri, onların toplandıqları
paleotektonik şəraitlər nəzərə alınmaqla neftli-qazlı və
mümkün neftli-qazlı rayonlar ayrılmışdır. Bu rayonların yer
qabığının mütəhərrik zonalarının neft-geoloji rayonlaşdırma
iyerarxiyası üzrə daha böyük vahidləri olan neftli-qazlı əyalət-
lərə və daha sonra neftli-qazlı subəyalətlərə, vilayətlərə aid
olduğu geoloji cəhətdən əsaslandırılmışdır. Eyni zamanda yer
qabığının çöküntü qatında olan əsas dərinlik və regional
qırılmalar, ayrı-ayrı çöküntü kompleksləri üzrə aşkar olunmuş
11
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

qalxımlar və neft-qaz yataqları sxematik olaraq


göstərilmişdir.
Tektonik cəhətdən Alp qırışıqlıq qurşağının Qafqaz
seqmentinin və Böyük Qafqazqarşısı çökəkliyin bir hissə-
sini əhatə edən Azərbaycanın neftli-qazlı ərazilərini Qafqaz
regionu neftli-qazlı əyalətlərinin bir hissəsi kimi qəbul
etmək lazım gəlir. Qafqazın regional tektonik xəritəsindən
göründüyü kimi, İndola-Kuban və Terek-Xəzər çökəklik-
ləri Stavropol qalxımı ilə bir-birindən ayrılmış Böyük
Qafqazqarşısı çökəkliyin ayrı-ayrı hissələridir.
Neft-geoloji rayonlaşdırmada, N.Y. Uspenskaya və
N.N. Tauson (1972) tərəfindən mütəhərrik qırışıqlıq ərazi-
lərinin neft-geoloji rayonlaşdırılması üçün təklif etdikləri
sxemdə, böyükdən kiçiyə doğru iyerarxiya üzrə İndola-
Kuban və Terek-Xəzər neftli-qazlı subəyalətləri (NQSƏ)
Böyük Qafqazqarşısı neftli-qazlı əyalətin (NQƏ) tərkib
hissələridir (şəkil 1).
Eyni zamanda Böyük Qafqazla Kiçik Qafqaz arasında
Dzirul qalxımı ilə bir-birindən ayrılan Rion-Şərqi Qara dəniz
və Kür - Cənubi Xəzər çökəklikləri isə Cənubi Qafqaz dağ-
lararası çökəkliyin tərkib hissələridirlər. Bu halda Rion-
Şərqi Qara dəniz və Kür-Cənubi Xəzər neftli-qazlı subəyalə-
tləri (NQSƏ) də Cənubi Qafqaz dağlararası NQƏ-nin tərkib
hissələridir (şəkil 1). Xəritədən görünür ki, Xızı tektonik
zonası və Şamaxı-Abşeron çökəkliyi Terek-Xəzər neftli-
qazlı subəyalətinə (NQSƏ) daxil deyil. Eyni zamanda bu
regionu Kür-Cənubi Xəzər neftli-qazlı subəyalətinin də
tərkibinə aid etmək mümkün deyil. Belə olan halda Terek-
12
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Xəzər və Kür-Cənubi Xəzər neftli-qazlı subəyalətlərini bir-


birindən ayıran Böyük Qafqazın CŞ batımı və onun dənizdə
davamı olan Abşeron-Balxanyanı zonanı CŞ Qafqaz neftli-
qazlı subəyaləti (NQSƏ) kimi qəbul etmək olar (şəkil 1).

Şəkil 1. Qafqazın tektonik xəritəsi

13
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Təklif olunan iyerarxiya üzrə bölgü sistemini davam


etdirsək, yəni vahid bir çöküntütoplanma hövzəsinin neftli-
qazlı komplekslərinin struktur-tektonik, litofasial xüsusiy-
yətlərində və neft-qazlılığın paylanmasında olan əsaslı
fərqlərə görə bu NQSƏ-lər ayrı-ayrı iri tektonik vahidlərə -
NQV-ə ayrılır.
Terek-Xəzər neftli-qazlı subəyaləti (A) daxilində
Terek-Sulak və Şimali Abşeron (I) NQV-ləri, Kür-Cənubi
Xəzər subəyaləti (C) daxilində Böyük Qafqazarxası (III) və
Kiçik Qafqaz-Talışqarşısı (IV) NQV-ləri ayrılır. CŞ Qafqaz
NQSƏ (B) isə CŞ Qafqaz (II) və Abşeron-Balxanyanı
NQV-lərinə ayrılır. Bölgü sistemini davam etdirsək neftli-
qazlı vilayətlər, daha kiçik olan neftli-qazlı rayonlara
(NQR) bölünürlər (şəkil 2).
Məlum olduğu kimi adları çəkilən böyük tektonik va-
hidləri əhatə edən bu neft-geoloji rayonlaşdırma bütün çö-
küntü kompleksləri üzrə aparılmışdır. Qeyd etmək lazımdır
ki, göstərilən neftli-qazlı əyalətlərin ərazisində qırışıqlı
bünövrənin böyük dərinlikdə (8-20 km) yatması və axtarış-
kəşfiyyat quyularının qazılmasının texniki imkanlarının müa-
sir səviyyəsi, bütün çöküntü örtüyünün qalınlıqlarının paylan-
ması əsasında ayrılmış ayrı-ayrı neftli-qazlı hövzələrin (NQH)
geoloji quruluşu haqqında tam təsəvvür əldə etməyə imkan
vermir. Məlum olduğu kimi Azərbaycanın neftli-qazlı ərazilə-
rinin geoloji quruluşlarında struktur-tektonik quruluşları bir-
birindən əsaslı fərqlənən Mezozoy, Paleogen-Miosen və
Pliosen çöküntü kompleksləri iştirak edir.
Mütəhərrik geoloji quruluşa malik olan Azərbaycan
ərazisində müxtəlif struktur-tektonik xüsusiyyətli Mezozoy,
14
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Paleogen-Miosen və Pliosen çöküntü komplekslərinin


ümumi qalınlığının 5 km-dən 20 km-ə qədər dəyişməsi və bu
komplekslər arasında qeyri-uyğun yatımın mövcudluğu,
çöküntü kompleksinin ümümi qalınlıqlarının paylanması
əsasında aparılmış neft-geoloji rayonlaşdırma axtarış-kəşfiy-
yat işlərinin səmərəli istiqamətlərinin seçilməsində müəyyən
çətinliklərə səbəb olur. Belə çətinliklərə baxmayaraq,
paleotektonik və formasiya təhlillərinin nəticələrindən, eləcə
də Mezozoy kompleksinin struktur-tektonik xüsusiyyətlə-
rindən istifadə edərək, göstərilən kompleks üzrə Azərbaycan
ərazisinin neft-geoloji rayonlaşdırılması haqqında aşağıdakı
fikirləri söyləmək olar.
Terek-Xəzər NQSƏ-ə (A) daxil olan Şimali Abşeron
NQV-nin (I) şimal-qərb hissəsində şimal-qərbdən Samur
(1), cənub-qərbdən Siyəzən (3) dərinlik qırılmaları ilə,
şimal-şərqdən isə Xəzər sahili üzrə uzanan qırılma ilə
hüdudlanan Qusar-Dəvəçi NQR-i (1) ayrılır (şəkil 2).
Paleogen və Neogen çöküntüləri üzrə eyniadlı törəmə
muldaya uyğun gələn bu NQR, Mezozoy kompleksi üzrə
şimal-şərqdən Yalama-Xudat, Qusar-Xaçmaz-Ağzıbirçala
gömülmüş Orta Yura qalxım zonalarına, Zeyxur və Quba-
Dəvəçi çökəkliklərinə uyğun gəlir.
Cənub-Şərqi Qafqaz NQSƏ (B) daxilində, Böyük
Qafqazın cənub-şərq batımında ayrılmış NQV (II) şimal-
şərqdə Siyəzən (3), cənub-qərbdə Ləngəbiz-Ələt (12),
şimal-qərbdə Qərbi-Xəzər (4), cənub-şərqdə isə Mərkəzi
Xəzər dərinlik qırılmaları ilə hüdudlanır. Bu NQV
daxilində Xızı (2), Şamaxı-Qobustan (3) və Abşeron (4)
NQR-ləri ayrılırlar (şəkil 2).
15
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Şəkil 2. Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma


xəritəsi (Ə. Salmanov, Ə. Süleymanov, B. Məhərrəmov).

Xızı NQR (şəkil 2) Böyük Qafqazın cənub-şərq


batımının Siyəzən (3) və Germian (7) dərinlik qırılmaları ilə
məhdudlanan, struktur-tektonik cəhətdən Şahdağ-Xızı
sinklinoriumu və Tufan antiklinoriumunun ərazisini tutan,

16
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Mezozoy çöküntülərindən təşkil olunmuş eyni adlı tektonik


zonanı əhatə edir.
Şamaxı - Qobustan NQR-i (şəkil 2) Böyük Qafqazın
cənub-şərq batımının cənub-qərb hissəsində, şimal-şərqdən
Malkamud-Xaltan-Germian (7), cənub-qərbdən Acıçay-
Ləngəbiz-Ələt (12), şimal-qərbdən Qərbi Xəzər dərinlik
qırılmaları ilə sərhədlənən eyni adlı periklinal çökəkliyi
əhatə edir. Rayon cənub-şərqdən şərti olaraq Xəzər sahilləri
ilə hüdudlanır.
Abşeron NQR-i (şəkil 2) CŞ Qafqaz neftli-qazlı vilayə-
tinin CŞ hissəsində yerləşir və Şamaxı-Abşeron periklinal
çökəkliyinin şərq-cənub-şərq hissəsini əhatə edir. Abşeron
neftli-qazlı rayonunun quru ərazisi en istiqamətində uzanan
Abşeron yarımadasından ibarət olub, onun qərb sərhədi şərti
olaraq Giləzi burnundan Səngəçal burnuna qədər uzanan xətt
götürülür.
Şimal-qərbdə Dzirul massivi, cənub-qərbdə Kiçik
Qafqaz-Talışqarşısı dərinlik qırılması, şimal-şərqdə Arqun-
Orexov, Şimali Acınohur və Acıçay-Ələt qırılmaları
şəklində əks olunan Böyük Qafqazarxası dərinlik qırılması,
cənub-şərqdə isə şərti olaraq Xəzər dənizinin qərb sahili
boyu uzanan hipotetik dərinlik qırılması ilə hüdudlanan
Kür dağlararası çökəkliyi müstəqil geotektonik vahid
olaraq Alp qırışıqlığının Oliqosen-Antropogen orogen eta-
pında formalaşmışdır. 7-8 km qalınlıqlı molass çöküntü-
lərindən təşkil olunmuş bu tektonik vahid Cənubi Qafqaz
mikroplitəsinin müxtəlif hipsometrik səviyyədə yerləşmiş
paleoqalxım və çökəklikləri üzərində formalaşmışdır.
17
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Kür dağlararası molass çökəkliyi Mezozoy kompleksi


üzrə Cənubi Qafqaz mikroplitəsinin parçalanmış qalıqları
olan Kürdəmir-Saatlı-Lənkəran (və ya Talış-Vəndam qravi-
tasiya maksimumu), Mingəçevir, Eldar və Saqareci gömül-
müş Mezozoy qalxımları ilə iki hissəyə bölünür. Şimal-
şərqdə Kartali, Acınohur və Aşağı Kür çökəklikləri, cənub-
qərbdə isə Şəmkir və Biləsuvar struktur çıxıntıları ilə ayrılan
Qarayazı, Yevlax-Ağcabədi və Talışqarşısı (və ya
Cəlilabad) çökəklikləri yerləşirlər. Böyük Qafqazın cənub-
qərb ətəklərini, Acınohur və Aşağı Kür çökəkliklərini
özündə birləşdirən hissə Böyük Qafqazarxası, Qarayazı,
Yevlax-Ağcabədi çökəklikləri və bu çökəklikləri Kiçik
Qafqazdan ayıran Kiçik Qafqazqarşısı monoklinalı, Aşağı
Araz dərinlik qırılması və Biləsuvar struktur çıxıntısı ilə
Yevlax-Ağcabədi çökəkliyindən ayrılan Talışqarşısı (və ya
Cəlilabad) çökəkliyi isə Kiçik Qafqaz-Talışqarşısı neftli-
qazlı vilayəti (NQV) kimi ayrılmışlar.
Geoloji inkişaf tarixlərinə və struktur-tektonik xüsu-
siyyətlərinə görə bir-birinə yaxın olan bu NQV-lər
daxilində, neft-qaz perspektivli olan Mezozoy, Paleogen-
Miosen və Pliosen çöküntü kompleksləri üzrə, Aşağı Kür,
Muradxanlı, Gəncə, Kür-Qabırrı neftli-qazlı rayonları və
Acınohur, Kürdəmir-Saatlı-Lənkəran, Qazax-Dəllər-Dəli-
məmmədli, Cəlilabad (və ya Talışqarşısı) mümkün neftli-
qazlı rayonları ayrılır (şəkil 2).
Mürəkkəb quruluşa malik Aşağı Kür NQR (şəkil 2)
əsasən Pliosen-Antropogen çöküntülərindən təşkil olun-
muşdur. Şimal-şərqdə Ləngəbiz-Ələt (12), cənub-qərbdə
18
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Qərbi Xəzər (4) dərinlik qırılmaları, cənub-şərqdə isə


Xəzərin qərb sahili boyu uzanan hipotetik dərinlik (və ya
regional) qırılmaları ilə hüdudlanan bu rayon eyni adlı
çökəkliyi əhatə edir.
Mezozoy yaşlı gömülmüş qalxımlar zonasından şimal-
qərbdə, Gürcüstan ərazisində yerləşən, Paleogen-Miosen və
Pliosen komplekslərindən təşkil olunmuş Kartali-Qare-
Kaxetiya çökəkliyinə müvafiq gələn eyni adlı NQR-də
Paleogen-Miosen çöküntüləri əsas neftli-qazlı kompleksdir.
Acınohur çökəkliyi və bu çökəklik daxilində yerləşən
eyniadlı mümkün neftli-qazlı rayon (şəkil 2) Kartah-Qare-
Kaxetiya çökəkliyindən cənub-şərqdə yerləşir və ondan
Qanıx-Gəncəçay (21) dərinlik qırılması ilə ayrılır.
Böyük qalınlıqlı Paleogen-Miosen və Pliosen-Atropo-
gen yaşlı molass çöküntüləri ilə doldurulmuş Acınohur
çökəkliyi şimalda Şimali Acınohur (11) regional qırılması
ilə Qanıx-Əyriçay törəmə çökəkliyindən, cənubda Qabırrı-
Mingəçevir və Mingəçevir-Göyçay (15) üstəgəlmə tipli
regional qırılma ilə Kür-Qabırrı NQR-dən, cənub-şərqdə
isə Qərbi-Xəzər (4) dərinlik qırılması ilə Aşağı Kür NQR-
dən ayrılır (şəkil 2).
Kür dağlararası çökəkliyinin mərkəz hissəsində yerlə-
şən və şimal-şərqdə Qərbi Xəzər (4), cənub-qərbdə Carlı-
Cəlilabad (16, 17), şimal-şimal-qərbdə Mingəçevir-Göyçay
(15) qırılmaları ilə sərhədlənən Kürdəmir-Saatlı-Lənkəran
mümkün neftli-qazlı rayonu (MNQR) Mezozoyun
karbonatlı, qumlu-gilli çöküntülərindən və vulkanik süxur-
larından təşkil olunmuş eyniadlı gömülmüş qalxımlar
19
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

zonasını təşkil edir (şəkil 2). Bütövlükdə bu tektonik zona


Talış-Vəndam qravitasiya maksimumuna uyğun gəlir və
neftqaztoplanma zonası olduğu güman edilir. Tektonik
cəhətdən Yevlax-Ağcabədi və Cəlilabad çökəklikləri ilə
Aşağı Kür çökəkliyi arasında yerləşən bu rayon Aşağı Araz
dərinlik qırılması ilə iki hissəyə: Kürdəmir-Saatlı və Saatlı-
Lənkəran gömülmüş qalxım zonalarına bölünür.
Cənub-qərbdə Kiçik Qafqazqarşısı (18), şimal-qərbdə
Gəncəçay-Qanıx (21) və Gödəkboz-Tərtər (22), şimalda
Dəliməmmədli (19) və Kür (14), cənub-şərqdə Aşağı Araz
(23) dərinlik qırılmaları, şimal-şərqdə Şirvanlı-Beyləqan
(20) istiqamətində uzanan pozğunluq zonası ilə hüdudlanan
Kiçik Qafqazqarşısı monoklinalı və Yevlax-Ağcabədi çö-
kəkliyinin cənub-qərb bortunun eyni neftli-qazlı kompleks-
lərə malik olmasını nəzərə alınaraq onlar vahid Gəncə
NQR-i kimi ayrılır. Rayon şimal-şərqdə çökəkliyin ox xətti
ilə sərhədlənir (şəkil 2).
Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq bortunun
geoloji quruluşunda olan əsaslı fərqlər nəzərə alınaraq, əv-
vəlki neft-geoloji rayonlaşdırmalarda olduğu kimi Murad-
xanlı NQR kimi ayrılması məqsədəuyğundur (şəkil 2). Bu
NQR şimal-şərqdən Carlı-Cəlilabad dərinlik qırılması (16),
cənub-qərbdən - şərti olaraq çökəkliyin ox xətti, cənub-
şərqdə isə Araz dərinlik qırılması (23) ilə hüdudlanır.
Kür dərinlik qırılmasından şimal-şimal-şərqdə yerlə-
şən, Üst Tabaşir çöküntüləri üzrə cənub-qərbdə struktur
çıxıntı və kiçik amplitudlu braxiantiklinallarla mürəkkəb-
ləşən, şimal-şərq istiqamətli yatıma malik monoklinaldan
20
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

ibarət olan, şimal-şərqdə isə Paleogen-Miosen kompleksi


üzrə Çatma antiklinoriumundan təşkil olunmuş rayon Kür
və Qabırrı çaylararası NQR kimi ayrılır (şəkil 2). Bu rayon
cənub-şərqdə Gəncəçay-Qanıx submeridional istiqamətli
dərinlik qırılması (21) ilə həm Yevlax-Ağcabədi çökəkli-
yindən, həm də Acınohur MNQR-dən ayrılır.
Kiçik Qafqazdan Aşağı Araz və Arazboyu çökəklik-
lərlə ayrılan Talış dağ sisteminin qarşısında neft-qazlılıq
baxımından əhəmiyyət kəsb edən şimal-şərqdə Saatlı-
Lənkəran gömülmüş qalxımlar zonası və ya Cəlilabad
dərinlik qırılması (17), cənub-qərbdə Talışqarşısı qırılma
(24), şimal-qərbdə isə Biləsuvar struktur çıxıntısı və eyni
zamanda Aşağı Araz dərinlik qırılması (23) ilə hüdudlanan
Talışqarşısı (və ya Cəlilabad) çökəkliyi neftli-qazlı
Paleogen-Miosen çöküntü kompleksi üzrə eyni adlı
MNQR-dən ibarətdir (şəkil 2).
Mezozoy yaşlı Saqareci, Eldar, Mingəçevir və
Kürdəmir-Saatlı-Lənkəran gömülmüş qalxımlar zonası ilə
Kiçik Qafqaz arasında yerləşən Qarayazı, Yevlax-Ağcabə-
di çökəklikləri və bu çökəklikləri Kiçik Qafqazdan ayıran
Kiçik Qafqazqarşısı monoklinal, əvvəlki neft-geoloji ra-
yonlaşdırma sxemlərində Kür-Qabırrı çaylararası, Yevlax-
Ağcabədi və Gəncə NQR-ləri, Aşağı Araz dərinlik qırıl-
ması və Biləsuvar struktur çıxıntısı ilə Yevlax-Ağcabədi
çökəkliyindən ayrılan Talışqarşısı (və ya Cəlilabad)
çökəkliyi isə, eyni adlı NQR kimi ayrılmışlar. Adları
çəkilən NQR-lərin Kiçik Qafqaz və Talış dağ silsilələri
qarşısında yerləşmələri və onları formalaşdıran neftli-qazlı
21
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

komplekslərin oxşar cəhətlərini nəzərə alaraq onları vahid


Kiçik Qafqaz-Talışqarşısı neftli-qazlı vilayəti kimi (IV)
adlandırmaq olar.
Bu neftli-qazlı vilayətin cənub-qərbində yerləşən,
struktur-tektonik cəhətdən Kiçik Qafqazqarşısı monoklinalı
əhatə edən Gəncə NQR-i struktur-tektonik quruluşları bir-
birindən əhəmiyyətli dərəcədə fərqlənən iki hissədən ibarət
olduğu qeyd edilməlidir. Kiçik Qafqazqarşısı monoklinal
adlanan struktur-tektonik vahidin Şəmkir struktur çıxıntısın-
dan şimal-qərbdə, Kür (14) və Kiçik Qafqazqarşısı (18)
dərinlik qırılmaları arasında yerləşən hissəsi heç də mono-
klinal deyil. Bu sahə şimal-qərbdə Qazax körfəzvari çökək-
liyi və Qafqazəksi istiqamətli struktur çıxıntılarla mürək-
kəbləşmişdir. Əsasən Üst Tabaşirin vulkanogen və karbonatlı
çöküntülərindən təşkil olunmuş Qazax-Tovuz antiklinal
zonası ilə şərqdə onun davamında Dəliməmmədli qalxımı
yerləşən antiklinal zonadan ibarətdir. Subeninə istiqamətdə
uzanan, antiklinal quruluşa malik olan bu zona Qazax-Dəllər-
Dəliməmmədli mümkün neftli-qazlı rayonu (MNQR) kimi
ayrılır. Qazax-Dəllər-Dəliməmmədli MNQR-i şimalda Kür
(14), cənubda Kiçik Qafqazqarşısı (18) və Dəliməmmədli
(19), şərqdə isə Gödəkboz-Tərtər (22) dərinlik qırılmaları ilə
sərhədlənir (şəkil 2).
Naxçıvan mümkün neftli-qazlı rayonu (MNQR) tekto-
nik cəhətdən, Kiçik Qafqaz dağ silsilələri ilə Kür
dağlararası çökəklikdən ayrılan, ümumqafqaz istiqamətli,
böyük ölçülü Ordubad çökəkliyinin cənub-qərb hissəsini
təşkil edən törəmə muldaya uyğun gəlir.
22
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

23
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

II Fəsil

Neftli-qazlı və mümkün neftli-qazlı rayonlar

Azərbaycanın neftli-qazlı rayonları və perspektivliyi


ehtimal olunan əraziləri Böyük Qafqazqarşısı və Qafqaz dağ-
lararası neftli-qazlı əyalətlərinin tərkibinə daxildirlər. Tekto-
nik cəhətdən bu ərazilər Qafqaz-Kopetdağ mütəhərrik
qurşağına aiddir, 20 km və daha çox qalınlığa malik Mezozoy
çöküntülərinin geniş yayılması ilə xarakterizə olunur.
Aşağıda Azərbaycanın neftli-qazlı rayonları və neft-
qazlılıq perspektivliyi ehtimal olunan sahələrinin xüsusiy-
yətləri yeni neft-qaz-geoloji rayonlaşdırma sxemi əsasında
qısa şəkildə təqdim olunur.

Neftli-qazlı rayonlar

Qusar-Dəvəçi neftli-qazlı rayonu (NQR). Terek-


Xəzər neftli-qazlı subəyalətinin (NQSƏ) cənub-şərq his-
səsini əhatə edən Şimali Abşeron neftli-qazlı vilayətinin
(NQV) şimal-qərb hissəsində yerləşən Qusar-Dəvəçi NQR-i
geomorfoloji cəhətdən Böyük Qafqazın cənub-şərq batımı-
nın şimal-şərq yamacını, Qusar maili düzənliyini və Samur-
Dəvəçi ovalığını əhatə edir.
24
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Şəkil 3. Qusar-Dəvəçi neftli-qazlı rayonu. Strukturların yerləşmə


sxemi (Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov).

Rayonun üçbucağı xatırladan ərazisi şərqdən və şimal-


şərqdən Xəzər dənizi, cənubdan və cənub-qərbdən Siyəzən,
şimal-qərbdən isə Samur dərinlik qırılmaları ilə sərhədlənir
(şəkil 3). Rayon tektonik cəhətdən Paleogen və Neogen
kompleksi çöküntüləri üzrə eyni adlı törəmə çökəkliyə
uyğun gələn bu neftli-qazlı rayon daxilində Mezozoy
çöküntüləri üzrə Yalama-Xudat, Qusar-Xaçmaz-Ağzıbirçala
qalxım zonaları və onların arasında ikinci dərəcəli Zeyxur
çökəkliyi ayrılır [30, 34]. Orta Yura çöküntülərindən təşkil

25
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

olunmuş, Miosen çöküntüləri üzrə gömülmüş olan Qusar-


Xaçmaz-Ağzıbirçala qalxımlar zonasından cənub-qərbdə
geniş ölçülü Quba-Dəvəçi çökəkliyi yerləşir (şəkil 4, 5, 6).

Şəkil 4. Afurca-Qaynarca-Xaçmaz istiqamətində geoloji profil


(Ə.Süleymanov, B.Məhərrəmov).

Şəkil 5. Əmirxanlı-Qaynarca-Ağzıbirçala istiqamətində


geoloji profil (X.Yusifov, Ə.Süleymanov).

Cənubi Dağıstan çökəkliyinin cənub-şərq davamında


yerləşən Zeyxur çökəkliyi Yalama-Xudat və Qusar-Xaç-
maz-Ağzıbirçala qalxımlarını bir-birindən ayırır. Cənub-
şərqdə Xəzər dənizinə açılan Quba-Dəvəçi çökəkliyi isə
Qusar-Xaçmaz-Ağzıbirçala qalxımlar zonasını Təngi-Beş-
barmaq antiklinoriumundan ayırır.
26
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Yalama-Xudat qalxımlar qrupu çökəkliyin şimal-şərq


hissəsində yerləşir (şəkil 6, 7). Mezozoy çöküntüləri üzrə
Yalama sahəsində bir-birindən kiçik və dayaz yəhərlərlə ayrı-
lan, cənub-şərq istiqamətində uzanan subplatforma tipli, kiçik
ölçülü, yastı tağlı Yalama, Cənubi Yalama və Şərqi Yalama
qalxımları müəyyən edilib. Geoloji quruluşlarında Orta Yura,
Tabaşir (Üst Barremdən Maastrixtə qədər), Paleogen-Miosen
və Pliosen-Antropogen çöküntüləri iştirak edən bu
qalxımların geoloji quruluşları kəsiliş üzrə yuxarıya doğru
sadələşir. Sarmat çöküntüləri üzrə Yalama, Cənubi Yalama
antiklinalları, tağ hissəsi Yalama qalxımında qalmaqla,
uzununa asimmetrik olan vahid antiklinal strukturla əvəz olur.
Zeyxur çökəkliyinin daxilində yerləşən İmamqulukənd və
Şirvanovka qalxımları da yastı quruluşları ilə fərqlənirlər.
Cənub-şərq istiqamətində uzanan Qusar-Xaçmaz-
Ağzıbirçala gömülmüş qalxımlar zonasında Orta Yura çö-
küntüləri Paleogen-Miosen çöküntüləri ilə qeyri-uyğun ola-
raq örtülürlər. Qusar qalxımında Orta Yura çöküntüləri
üzərinə Sarmat, Xaçmaz qalxımında Paleosen, Ağzıbirçala
qalxımında isə Pontun gilli çöküntüləri yatırlar.
Orta Yura çöküntülərinə görə bir sıra qalxımlardan iba-
rət Qusar-Xaçmaz-Ağzıbirçala gömülmüş qalxımlar zonası
antiklinorium quruluşlu olduğu halda, Üst Miosen, Pliosen-
Antropogen çöküntüləri üzrə, Yalama-Xudat qalxımlarında
olduğu kimi, kiçik bucaq altında şimal-şərq istiqamətində
yatan monoklinaldan ibarətdir.

27
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

28
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

29
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Göstərilən tektonik vahidlərdə çökəkliyin Üst Miosen-


Antropogen çöküntülərinin yatım xüsusiyyətləri nəzərə
alınaraq, ümumən Qusar-Dəvəçi çökəkliyi, törəmə mulda və
ya törəmə çökəklik adlanır. Burada “törəmə çökəklik” termi-
ni yalnız Üst Miosen və Pliosen-Antropogen çöküntülərinə
aiddir. Altda yatan Paleogen və Mezozoy kompleksi üzrə
Qusar-Dəvəçi çökəkliyi geoloji quruluşlarına görə bir-birin-
dən kəskin fərqlənən qalxım zonalarından və çökəkliklərdən
ibarətdir. Quruluşunun mürəkkəbliyi ilə fərqlənən Qusar-
Xaçmaz-Ağzıbirçala gömülmüş qalxımlar zonasından cə-
nub-qərbdə, daha mürəkkəb quruluşa malik olan Quba-
Dəvəçi çökəkliyi yerləşir.
Quba-Dəvəçi çökəkliyi şimal-şərqdə Qusar-Xaçmaz-
Ağzıbirçala gömülmüş qalxımlar zonası, cənub-qərbdə isə
Təngi-Beşbarmaq antiklinoriumunun şimal-şərq qanadını
mürəkkəbləşdirən Siyəzən dərinlik qırılması ilə hüdudlanır.
Şimal-şərq sentriklinalı Sudur tektonik zonasında yerləşən
Quba-Dəvəçi çökəkliyi cənub-şərq istiqamətində genişlə-
nərək, Xəzər dənizində Şimali Abşeron ön çökəkliyinə açı-
lır. Mezozoy, Paleogen-Miosen və Pliosen-Antropogen çö-
küntüləri ilə doldurulmuş bu çökəkliyin cənub-qərb bortu
Tələbi-Qaynarca antiklinal zonası ilə mürəkkəbləşmişdir
(şəkil 4, 5, 6).
Qərbi Xəzər dərinlik qırılmasından şimal-qərbdə yer-
ləşən Tələbi qalxımı istisna olmaqla, bu zonanın Qərbi
Qaynarca, Qaynarca, Qızılburun-dəniz və Zarat-dəniz
braxiantiklinalları, əsasən Paleogen-Miosen və qismən də
Pliosen-Antropogen çöküntülərindən təşkil olunmuşlar.
30
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Tələbi qalxımının tağ hissəsində Orta Yuranın yuyul-


muş səthi üzərinə Maykop çöküntülərinin yatması, struktu-
run böyük amplitudlu qırılma ilə düşmüş olan CQ qana-
dında isə Sarmat çöküntüləri qalınlığının kəskin şəkildə
artması qazıma ilə müəyyən edilmişdir.
Tələbi-Qaynarca antiklinal zonasından cənub-qərbdə,
geomorfoloji cəhətdən kəskin əks olunmuş Rustov-Əmir-
xanlı çökəkliyi yerləşir. Böyük qalınlıqlı Paleogen-Miosen
və Pliosen-Antropogen çöküntüləri ilə dolmuş olan Rustov-
Əmirxanlı çökəkliyinin cənub-qərb bortunu təşkil edən
Siyəzən monoklinalında yer səthinə çıxan Paleogen-
Miosen və Üst Tabaşir çöküntüləri böyük bucaq altında
şimal-şərq istiqamətində yatır, mərkəzi hissəsində isə hətta
cənub-qərbə aşırılmışlar.
Qusar-Dəvəçi NQR-in əsas neftli-qazlı obyekti olan
Siyəzən monoklinalında Üst Tabaşirin Maastrixt mərtəbəsi-
nin karbonatlı, Paleogen-Miosenin isə Danimarka, Paleosen,
Eosen və Oliqosen-Miosen (Maykop) və qismən də orta və
üst Miosenin Çokrak horizontu və Sarmat mərtəbəsinin
qumlu-gilli çöküntüləri sənaye əhəmiyyətli neftli-qazlıdırlar.
Sarmat mərtəbəsi çöküntülərindən Tələbi-Qaynarca
antiklinal zonasının ŞQ-də yerləşən Tələbi sahəsində qazıl-
mış 12 №-li quyuda lay sınayıcısı vasitəsilə 4461 m dərinlik-
dən 40 m3/gün hasilatla ağır neft alınmışdır. Bu antiklinal
zonanın neft-qazlılıq perspektivliyi Sarmat çöküntüləri ilə
yanaşı, altda yatan Çokrak horizontunun və Maykop lay
dəstəsinin qumlu-gilli çöküntüləri ilə də əlaqədardır.
Qusar-Xaçmaz-Ağzıbirçala gömülmüş qalxımlar zo-
nasında axtarış qazması ilə açılmış olan orta və alt Yuranın
31
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

terrigen çöküntüləri və Triasın vulkanogen süxurları ilə,


eləcə də, Üst Miosen çöküntülərilə əlaqədar neft-qaz əla-
mətləri qeydə alınmasa da bu zonanı perspektivsiz saymaq
doğru olmaz. Fikrimizcə bu zonanın perspektivliyi onun
CQ və Şm.Ş qanadlarında Paleogen-Miosen və Tabaşir
çöküntülərinin Üst Miosen transqressiyası zamanı qeyri-
uyğun yatım müstəvisi altında yaranmış stratiqrafik tipli
tələlərlə əlaqədardır.
Rayonun Şm.Ş hissəsində yerləşən Yalama-Xudat qal-
xımlar zonasının Yalama sahəsində 1№ istinad quyusunda
Turon-Konyak çöküntülərinin qazılması zamanı güclü qaz
təzahürləri müşahidə olunmuş, 8 və 12 №-li quyularda isə
qazıma zamanı gilli məhlul üzərində neft pərdələri qeydə
alınmışdır.
Yalama sahəsində 9 №-li və Xudat sahəsində 10 №-li
quyuların qazılması zamanı Alt Tabaşirin Barrem, Apt və
Alb çöküntülərilə əlaqədar neft-qazlılıq əlamətləri müşahi-
də olunmuşdur. 9 №-li quyuda Barrem çöküntülərindən
sınaq zamanı 28-30 m3/gün hasilatla su ilə yanaşı kiçik
həcmdə qaz və kondensat alınmışdır.
Yalama-Xudat zonasında bir sıra axtarış-kəşfiyyat qu-
yularının qazılmasına baxmayaraq sənaye əhəmiyyətli neft-
qaz axınlarının alınmaması bu zonanın perspektivliyini
yüksək qiymətləndirməyə imkan vermir.

Xızı neftli-qazlı rayonu (NQR). Cənub-Şərqi Qafqaz


neftli-qazlı subəyalətinə (NQSƏ) daxil olan CŞ Qafqaz neftli-
qazlı vilayətinin (NQV) Şm.Ş hisəsində yerləşən Xızı NQR-i

32
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

ərazisi şimal-şərqdən Siyəzən, şimal-qərbdən Qərbi Xəzər,


cənub-qərbdən Malkamud-Xaltan-Germian dərinlik qırılma-
ları, cənub-şərqdən isə Xəzər dənizi ilə hüdudlanır (şəkil 8).

Şəkil 8. Xızı neftli-qazlı rayonu. Strukturların yerləşmə sxemi.


Tektonik cəhətdən Xızı tektonik zonasının və Təngi-
Beşbarmaq antiklinoriumunun Vəlvələçay hövzəsində Qər-
bi Xəzər dərinlik qırılmasından CŞ-də yerləşən hissələrini
(ŞQ-də qalan hissələri neft-qazlılıq baxımından əhəmiyyət
kəsb etmirlər) əhatə edir. Bu NQR-in stratiqrafik
kəsilişində əsasən Mezozoy, ayrı-ayrı məhdud sahələrdə
Paleogen-Miosen çöküntüləri iştirak edirlər [30] (şəkil 9,
10, 11, 12, 13).
Xızı tektonik zonasında yer səthində Alt Tabaşir çökün-
tüləri geniş yayılmış, Üst Tabaşir və Paleogen çöküntüləri isə
sonrakı yuyulmalardan yalnız sinklinallarda saxlanılmışlar.
Zonanın şimal-qərb və mərkəzi hissələrində Üst Tabaşir

33
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

çöküntülərindən təşkil olunmuş geniş sinklinallar, cənub-şərq


hissəsində isə yer səthində Alt Tabaşir çöküntülərindən təşkil
olunmuş antiklinallar üstünlük təşkil edirlər.

Şəkil 9. Gədisu-Sitalçay istiqamətində geoloji profil (Ə.Süleymanov).

Şəkil 10. Bəyimdağ-Təkçay. Geoloji profil (B.Məhərrəmov).

Rayonun cənub-qərbində mürəkkəb quruluşlu Tufan an-


tiklinoriumu, ondan şimalda isə Şahdağ sinklinoriumu yerlə-
şir. Sonuncu cənub-şərq istiqamətində Xızı sinklinoriumu ilə
birləşir və çox vaxt Şahdağ-Xızı sinklinoriumu da adlanır.

34
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

35
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Şəkil 12. Keşçay-Beşbarmaq istiqamətində geoloji profil


(Ə.Süleymanov, B.Məhərrəmov).

Şəkil 13. Germian-Bəyimdağ-Keşçay-Beşbarmaq


istiqamətində geoloji profil (Ə.Süleymanov).

Şahdağ-Xızı sinklinoriumu əsasən Üst Yura və Tabaşir


yaşlı çöküntülərdən təşkil olunub. Sinklinoriumda yerləşən
Şahdağ qırışığının nüvəsi Üst Senon çöküntülərindən, Xızı
sinklinal zonasının nüvəsi isə Üst Tabaşir, Paleogen və
36
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Neogen çöküntülərindən təşkil olunub. Sinklinorium


Malkamud-Xaltan-Germian dərinlik qırılması boyu uzanan
Dübrar-Yaşma sinklinoriumu ilə hüdudlanır. Xızı sinklinal
zonasının şimal-şərq sərhədində Təngi-Beşbarmaq antikli-
noriumuna aid antiklinal qalxımlar ayrılır.
Uzunluğu 100 km, eni 7-10 km-ə çatan mürəkkəb
quruluşlu, ensiz qalxımdan ibarət olan Təngi-Beşbarmaq
antiklinoriumu Xızı və Qusar-Dəvəçi sinklinoriumlarını
bir-birindən ayırır.
Siyəzən dərinlik qırılması üzərində formalaşan, ŞQ-də
Qaraçay vadisindən CŞ-də Xəzər sahillərinə qədər uzanan
Təngi-Beşbarmaq antiklioriumu, Xızı Tektonik zonasından
Qarabulaq regional qırılması ilə ayrılır. Çox mürəkkəb
quruluşa malik olan antiklinoriumun nüvəsi Orta Yuranın
gilli, mərkəzi sinklinalı isə Titon və Valanjin yaşlı karbo-
natlı çöküntülərindən təşkil olunmuşdur.
Asimmetrik quruluşa malik olan Təngi-Beşbarmaq
antiklinoriumunun çox dik yatımı ilə fərqlənən Şm.Ş
qanadının mərkəzi hissəsində Üst Tabaşir çöküntüləri şimal
qanadı boyu Alt Tabaşir çöküntüləri üzərinə transqressiv
yatırlar [30]. Qaraçaydan şərqə doğru antiklinorium iki
antiklinaldan və onları bir-birindən ayıran sinklinaldan
ibarətdir. Sinklinal Aalen-Bayos çöküntülərin-dən təşkil
olunub. Təngi-Beşbarmaq antiklinoriumu ensiz, çox vaxt
şimala doğru aşırılan və böyük amplitudlu üstəgəlmələrlə
mürəkkəbləşən antiklinallarla səciyyələnir.
Bu NQR-də Təngi-Beşbarmaq, Bəyimdağ-Təkçay-
Sitalçay-Yaşma, Germian neftli-qazlı zonaları və mümkün
37
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

neftli-qazlı strukturlar mövcuddur. Tərtib olunmuş geoloji


profıllərdən görünür ki, struktur qalxımlar Mezozoy
çöküntülərindən təşkil olunmuşdur [30]. Bəzi qalxımların
qanad və periklinallarında az qalınlıqlı Paleogen-Miosen
çöküntülərinə təsadüf edilir (şəkil 9, 10, 11, 13).
Rayonun CŞ hissəsində hipsometrik və geotektonik
baxımdan yüksəkdə yerləşən, yer səthində Valanjin-Hoteriv
çöküntülərindən təşkil olunmuş Bəyimdağ-Təkçay qalxımı və
onunla kulis şəklində uzlaşan Sitalçay və Yaşma qalxımları
zonanın mərkəzi antiklinal zonasını təşkil edirlər. Bu zonadan
Şm.Ş-də Keşçay qalxımından ensiz Zarat, CQ-də isə Germian
qalxımından ensiz və uzun Təkçay sinklinalları ilə ayrılır.
Zonanın CŞ qurtaracağında yerləşən, tağ hissəsi Barrem-Apt,
qanadları isə Üst Tabaşir çöküntülərindən təşkil olunmuş
Şurabad braxiantiklinalı, CQ-də yerləşən Sitalçay və cənubda
yerləşən Yaşma qalxımlarından Paleogen-Miosen və Alt Plio-
sen çöküntülərilə dolmuş, eyni adlı sinklinalla ayrılır (şəkil 9).
Xızı NQR-in neft-qazlılığı təbii çıxışlar və qazılmış
çoxsaylı geoloji-xəritəalma, struktur-axtarış və axtarış-
kəşfiyyat quyuları ilə öyrənilmişdir.
Təngi-Beşbarmaq antiklinoriumunda Üst Yura çökün-
tülərilə əlaqədar olan təbii neft-qaz çıxışları Təngə dərə-
sində (Vəlvələçay vadisində) və Çıraqqala massivinin alt
hissəsində qeydə alınmışdır. Antiklinoriumun mərkəzi his-
səsində yerləşən Ataçay-Gilgilçay sahəsində geoloji-xəritə-
alma quyularının qazılması prosesi Orta Yura çöküntülərilə
əlaqədar qaz təzahürləri ilə müşayiət olunmuş, 23 saylı
quyuda isə neftlilik əlamətləri qeydə alınmışdır.
38
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Xızı tektonik zonasının Keşçay sahəsində Valanjin


çöküntüləri ilə əlaqədar təbii qaz, Şurabad sahəsində isə
Alb mərtəbəsinin “Küllülü qumdaşıları” horizontu ilə
əlaqədar təbii neft və qaz çıxışları mövcuddurlar.
Orta Yura çöküntülərilə əlaqədar neft-qaz təzahürləri
zonanın ŞQ hissəsində yerləşən Afurca sahəsində qazılmış
əksər quyularda qeydə alınmış, 11, 15 və 5 saylı quyularda
isə bu təzahürlər güclü neft və qaz atılmaları şəklində
olmuşlar. Bəyimdağ-Təkçay, Keşçay, Sitalçay və Şurabad
sahələrində struktur-axtarış quyularının qazılması neft-qaz
təzahürləri ilə müşayiət olunmuşdur.
Xızı NQR-in Bəyimdağ-Təkçay, Keşçay və Şurabad
sahələrində qazılmış axtarış-kəşfiyyat quyuları ilə Alt
Tabaşir və Orta Yuranın üst hissəsi çöküntülərinin neft-
qazlılığı öyrənilmişdir. Keşçay sahəsində qazılmış quyu-
larda intensiv qaz təzahürləri olmuş, 1 saylı quyuda isə Orta
Yuranın qumlu çöküntülərindən 75 min m3/gün hasilatla
qaz və 70-80 m3 su alınmışdır.
Bəyimdağ-Təkçay sahəsində qazılmış quyularda Orta
Yura və Alt Tabaşir çöküntülərilə əlaqədar çoxsaylı və
əhəmiyyət kəsb edən neft-qaz təzahürləri qeydə alınmış, 3
saylı quyuda isə bir neçə intervaldan sənaye əhəmiyyətli
qaz-kondensat axınları alınmışdır. Bu quyuda 1772-1643 m
dərinlik intervalında sınaq zamanı 66 min m3/gün hasilatla
qaz və 21 m3/gün hasilatla neft alınmışdır.
Şurabad sahəsində Küllülü qumdaşıları ilə əlaqədar
olan kiçik ölçülü neft yataqları antiklinal strukturun Şm.Ş
qanadında, qaz yatağı isə CQ qanadında mövcuddur. Bu
39
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

yataqlarda gündəlik neft hasilatı 20-40 t/gün, qaz hasilatı


isə 160 min m3/ günə çatmışdır.
Xızı NQR-in perspektivliyi onun əsas neft-qaz toplan-
ma zonası olan Bəyimdağ-Təkçay-Sitalçay-Yaşma anti-
klinal zonasında və Keşçay, Şurabad sahələrində Orta
Yuranın qumlu horizontlarında və Alt Tabaşirin Berrias,
Valanjin mərtəbələrinin karbonatlı və Hoterivin karbonatlı-
terrigen çöküntülərində neft və qaz-kondensat yataqlarının
axtarışı ilə əlaqədardır.

Şamaxı-Qobustan neftli-qazlı rayonu (NQR).


Cənub-Şərqi Qafqaz neftli-qazlı subəyalətinin (NQSƏ) CŞ
Qafqaz neftli-qazlı vilayətinə (NQV) daxil olan Şamaxı-
Qobustan NQR-i, tektonik cəhətdən Böyük Qafqazın CŞ
batımının CQ hissəsində yerləşən Şamaxı-Qobustan çökək-
liyini tam əhatə edir. Rayon şimal-şərqdən Malkamud-
Germian (7), şimal-qərbdən Qərbi Xəzər (4), cənub-qərbdən
Ləngəbiz-Ələt (12) dərinlik qırılmaları ilə hüdudlanır, onun
şərq sərhədi isə şərti olaraq Giləzi burnundan Səngəçal
burnuna qədər uzanan xətt götürülür (şəkil 14).
Şamaxı-Qobustan çökəkliyi Girdimançaydan başlayan
və Çeyrankeçməz depressiyası ilə tamamlanan böyük bir
depressiyanı əhatə edir. Bu depressiya geotektonik cəhətdən
törəmə çökəkliyə daha çox uyğun gəlir. Cənub-şərq
istiqamətində depressiya Cənubi Xəzər çökəkliyinə açılır.
Çökəkliyin cənub-qərb və mərkəzi hissələrində Mezo-
zoy çöküntüləri böyük qalınlıqlı Paleogen və Alt Miosenin
çöküntüləri ilə örtülür. Çökəkliyin cənub-şərq hissəsində və
40
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Ələt yaylası ətrafında isə orta və üst Pliosen çöküntüləri


geniş yayılıb. Bu zonada Tabaşir, Paleogen-Miosen və Alt
Pliosen çöküntüləri daha dərində yatırlar [30].

Şəkil 14. Şamaxı-Qobustan neftli-qazlı rayonu. Strukturların


yerləşmə sxemi

41
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Şamaxı-Qobustan NQR-nin geoloji quruluşunda


Mezozoy, Paleogen-Miosen və Pliosen-Antropogen çö-
küntü kompleksləri iştirak edirlər. Bu çöküntü kompleks-
ləri qırışıqlığın intensivliyi və əmələgəlmə vaxtına görə
bir-birindən kəskin fərqlənən: Mezozoy, Paleogen-Miosen
və Pliosen-Antropogen struktur mərtəbələrə ayrılır.
Struktur mərtəbələri təşkil edən çöküntülərin yer sət-
hində yayılmalarına və onların struktur-tektonik quruluşla-
rına görə Şamaxı-Qobustan çökəkliyi və ona uyğun olaraq
eyni adlı NQR, Mezozoy kompleksi üzrə Şimali Qobustan,
Paleogen-Miosen kompleksi üzrə Mərkəzi Qobustan,
Paleogen-Miosen və Pliosen çöküntü kompleksləri üzrə
Cənub-Qərbi Qobustan və Pliosen çöküntü kompleksi üzrə
isə Cənub-Şərqi Qobustan (və ya Ceyrankeçməz depres-
siyası) tektonik zonalarına ayrılır.
Şimal tektonik zonası Böyük Qafqazın CŞ batımının
oxyanı və cənub yamacının xeyli hissəsini əhatə edir.
Zonanın oroqrafiyası onun tektonik quruluşunu əks etdirir.
Relyefin qalxmış hissələri antiklinallara, çökək hissələri isə
sinklinallara uyğun gəlir. Mezozoy çöküntülərindən təşkil
olunmuş xətti strukturlar bir-birinə paralel yerləşən:
Altıağac-Kürkeçidağ, Alataş-Yunusdağ, Qızmeydanı-Ağ-
dərə, Talış-Qarayazı, Hilmilli-Görədil və s. antiklinal zona-
ları təşkil edirlər (şəkil 15, 16).
Mərkəzi tektonik zona nisbətən sakit tektonik quruluşu
ilə səciyyələnir. Geomorfoloji cəhətdən Böyük Qafqaz sıra
dağlarının orta və alçaq dağlıq relyefə malik olan şərq və
cənub ətəklərini əhatə edir. Bu zona qərbdən Pirsaat çayı,
42
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

şərqdən Abşeron NQR-in qərb hissəsi, şimaldan Şimali


tektonik zonanın cənub sərhədi, cənubdan isə Sündü-
Mərəzə və Ceyrankeçməz depressiyaları ilə sərhədlənir.

Şəkil 15. Kürkeçidağ sahəsi. Geoloji profil.

Şəkil 16. Qarayaz sahəsi. Geoloji profil.

Paleogen-Miosen çöküntülərindən təşkil olunmuş, bu


tektonik zonada antiklinal qırışıqlar, əsasən en istiqamə-
tində uzanırlar, ensiz və uzun tağa malikdirlər. Antiklinal
43
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

qırışıqların əksəriyyəti oxyanı hissələrinin uzununa qırıl-


malarla mürəkkəbləşmələri və qırılmaların tez-tez şaxələn-
mələri ilə səciyyələnir. Mərkəzi tektonik zonada: Cənubi
Mayaş, Cəngiçay, Ahudağ-Babaçan, Yekəxana-Quzeydağ-
Şorbulaq və Şimali-Qırdağ antiklinal zonaları ayrılır.
Cənub-Qərbi tektonik zona, əsasən Oliqosen-Miosen
kompleksi çöküntülərindən təşkil olunmuş braxiantiklinal
qırışıqların geniş yayılması ilə səciyyələnir. Qırışıqların tağ
hissələrində əsasən Alt Miosen, intensiv aşınma baş verən
sahələrdə isə, Alt Maykop və Üst Qovundağ çöküntüləri yer
səthinə çıxırlar. Antiklinalları bir-birindən ayıran sinklinallar
və struktur yəhərlər, əsasən orta və üst Miosen, bəzi hallarda
transqressiv yatımlı Pliosen çöküntülərindən təşkil olunmuş-
lar. Nisbətən iri antiklinal zonalar bir-birindən en istiqamə-
tində uzanan Miosen və Pliosen çöküntülərindən təşkil olun-
muş geniş sinklinallarla ayrılırlar.
Cənub-Qərbi tektonik zonada Sündü-Çeyildağ, Girdə-
Qələndərtəpə və Ərzani-Qlıc antiklinal zonaları ayrılır. Bu
antiklinal zonalarının səciyyəvi xüsusiyyətləri onların əksər
hallarda və uzununa istiqamətli, üstəgəlmə tipli regional qı-
rılmalarla mürəkkəbləşmələridir. Qırılmalar boyu, bir qayda
olaraq, antiklinalların daha yastı olan şimal qanadları, nisbə-
tən dik yatımlı cənub qanadları üzərinə irəliləmişlər. Bir çox
qırışıqların tağ hissələrində tektonik qırılmalarla əlaqədar
olan palçıq vulkanları və qrifonlar mövcuddur (şəkil 17, 18).
Cənub-Şərqi tektonik zona (və ya Ceyrankeçməz
depressiyası) geoloji quruluşuna görə Şamaxı-Qobustan
çökəkliyinin digər hissələrindən kəskin fərqlənir.
44
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

45
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

46
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Zona daxilində antiklinal qırışıqlar müxtəlif


istiqamətlərdə uzanaraq, yarımdairə şəklində antiklinal
zonalar əmələ gətirirlər. Antiklinal zonalar və lokal
qalxımlar bir-birindən geniş sinklinallarla və yastı
yəhərlərlə ayrılırlar.
Əsasən üst və orta Abşeronun gilləri, gilli qumları və
əhəngdaşılardan təşkil olunan sinklinallar kəskin asimmet-
rik quruluşa malikdirlər. Qalxımların tağ hissəsində
Məhsuldar Qat (MQ) çöküntüləri, qanad və periklinallarda
isə Ağcagil və Abşeron çöküntüləri yer səthinə çıxırlar.
Antiklinalların əksəriyyəti üstəgəlmə tipli qırılmalarla və
palçıq vulkanları ilə mürəkkəbləşmişlər (şəkil 19, 20).
Şamaxı-Qobustan NQR-in Şimal tektonik zonasında
Mezozoy çöküntülərilə əlaqədar çoxsaylı neft-qaz təza-
hürləri mövcuddur. Burada geniş yayılmış palçıq vulkan-
ları brekçiyaları içindən toplanmış Kampan-Maastrixt
yaşlı pelitamorf əhəngdaşılarının çatları və məsamələri
qatılaşmış neftlə doymuşlar. Qarayazı strukturunda Kam-
pan çöküntülərini açmış şurflarda bir gün ərzində 12 kq-a
qədər neft toplanmışdır. Tuva dağından bir qədər şimalda
Danimarka mərtəbəsinin qumlu-gilli çöküntülərindən ağır
neftin süzülməsi müşahidə edilir.
Alt Tabaşir çöküntülərilə əlaqədar olan neft-qaz
təzahürləri Gədisu və Qızmeydanı sahələrində struktur-
axtarış quyularında, Alb və Apt-Barrem çöküntülərinin
qazılması zamanı qeyd olunub. Gədisu sahəsində 4 saylı
kəşfiyyat quyusunda Alb mərtəbəsi çöküntülərinin Küllülü
qumdaşılarından qısa müddətli qaz atılması, Qızmeydanı
47
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

sahəsində qazılmış 36 saylı quyuda isə bu çöküntülərin


qazılması zamanı baş vermiş neft-qaz fontanı 10 gün davam
etmişdir.
Üst Tabaşir çöküntülərilə əlaqədar neft-qazlılıq əla-
mətləri Şimal tektonik zonanın Qızmeydanı, Əngixaran,
Gədisu, Qarayazı, Çuxuryurd və b. sahələrində qazılmış ge-
oloji-xəritəalma və struktur-axtarış quyularında qeydə alın-
mışdır. Qızmeydanı sahəsində qazılmış 29 saylı quyuda
Senoman çöküntülərinin qazılması zamanı 30 dəqiqə
ərzində 3-4 t neft atılması baş vermişdir.
Paleogen-Miosen çöküntülərilə əlaqədar olan neft-qaz
təzahürləri Şamaxı-Qobustan NQR-in Mərkəzi, Cənub-
Qərbi və Cənub-Şərqi tektonik zonalarında geniş yayıl-
mışlar. Sənaye əhəmiyyətli neft-qaz axımları isə, Mərkəzi
zonanın Çeyildağ, Cənub-Qərbi zonanın Şərqi Hacıvəli,
Umbakı, Ərzani-Qlıc, Ütəlgi, Qərbi Duvannı, Duvannı
sahələrində qeydə alınmışdır (şəkil 20, 21).
Şərqi Hacıvəli sahəsində qazılmış kəşfiyyat quyula-
rında III qumlu horizontdan, ilk hasilatı 15 t/gün, Umbakı
sahəsində isə yüksək neft doyumluluğu ilə fərqlənən
Maykop lay dəstəsinin III qumlu horizontdan ilk hasilatı
100-150 t/gün olan neft axını alınmışdır.
Bu sahədə Maykop lay dəstəsinin üst hissəsində
yerləşən III, IV və V horizontlarında və Çokrak horizon-
tunda mövcud olan neft yataqları istismarda olmuşlar.
Cənub-Şərqi zonada və Ələt tektonik zonasında geniş
yayıma və kəsilişində kifayət qədər qalın qumlu horizontlara
malik olan Məhsuldar Qat çöküntüləri neftli-qazlıdırlar.
48
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

49
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

50
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Duvannı, Kənizədağ, Daşgil sahələrində Məhsuldar


Qatın V və VII horizontlarında müəyyən edilmiş neft və qaz-
kondensat yataqları işlənmədədirlər (şəkil 20, 21).

Şəkil 21. Duvannı sahəsi. Geoloji profil (B.Məhərrəmov).

Ələt tektonik zonasının Solaxay sahəsində Məhsuldar


Qat çöküntüləri kəsilişində, yerli bölgü üzrə I, II, III və IV
qumlu horizontlar ayrılır. Bir neçə quyuda bu horizont-
lardan 5-7 t/gün hasilatı ilə neft fontanı alınmışdır. Daşgil
sahəsində qazılmış 15 saylı quyuda sınaq zamanı Məhsul-
dar Qatın VII horizontundan ilk hasilatı 70-100 t/gün və V
horizontdan isə 28 saylı quyuda 25-30 t/gün hasilatla neft
fontanı alınmışdır. Bu sahədə 24 saylı quyuda alınmış qaz
fontanı 100 min m3/gün hasilatla uzun müddət davam
etmişdir.
Şamaxı-Qobustan NQR-in neft-qazlılıq pespektivliyi
Şimali və Mərkəzi tektonik zonalarda, qazma ilə olduqca
zəif öyrənilmiş Alt Tabaşirin terrigen və Üst Tabaşirin

51
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

karbonatlı-çatlı kollektorları, Mərkəzi və Cənub-Qərbi tek-


tonik zonalarda Maykop lay dəstəsi, Çokrak horizontu və
eləcə də, Diatom lay dəstəsinin qumlu horizontlarının
pazlaşma və tektonik ekranlaşma zonaları ilə əlaqədardır.
Bu cəhətdən strukturların üstəgəlmə müstəvisi altında qa-
lan CQ qanadlarında yaranan tektonik ekranlaşmış tələlər
yeni neft-qaz yataqlarının axtarışı üçün daha perspektivli
sayılırlar.
Məhsuldar Qatın neft-qazlılıq pespektivliyi ən çox
Cənub-Şərqi Qobustanın Ceyrankeçməz depressiyası ilə
əlaqədardır. Şıxıqaya sahəsində qazılmış 16 saylı quyuda
50 min m3/gün, 18 saylı quyuda 40 min m3/gün, Anart
sahəsində 6 saylı quyuda 110 min m3/ gün, Miəcik sahə-
sində 3 saylı quyuda 150 min m3/gün hasilatla qaz axının
alınması, Kənizədağ sahəsində isə VII horizontun sənaye
əhəmiyyətli neft yatağına malik olması bunu deməyə əsas
verir.

Abşeron neftli-qazlı rayonu (NQR). Cənub-Şərqi


Qafqaz neftli-qazlı subəyalətinə (NQSƏ) daxil olan CŞ
Qafqaz neftli-qazlı vilayətinin (NQV) CŞ hissəsində
Abşeron NQR-i Şamaxı-Abşeron periklinal çökəkliyinin
şərq-cənub-şərq hissəsini əhatə edir. Rayonun quru ərazisi
en istiqamətində uzanan Abşeron yarımadasından ibarət
olub, onun qərb sərhədi, şərti olaraq Giləzi burnundan
Səngəçal burnuna qədər uzanan xətt, şimal, cənub və şərq
sərhədləri isə şərti olaraq yarımadanın sərhədləri olaraq
qəbul olunur (şəkil 22).
52
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Şəkil 22. Abşeron neftli-qazlı rayonu. Strukturların


yerləşmə sxemi.

Abşeron neftli-qazlı rayonu tektonik cəhətdən Böyük


Qafqaz meqaantiklinoriumun cənub-şərq batımının dava-
mını təşkil edir. Cənub-Şərqi Qafqazın pilləvari tektonik
quruluşu Abşeron periklinal çökəkliyi ərazisində dəyi-
şikliklərə uğrayır. Periklinal çökəklik Şimali Abşeron və
Cənubi Abşeron pillələrinə ayrılır.
Daha yüksək hipsometrik səviyyədə yerləşən Şimali
Abşeron pilləsi şimalda Qusar pilləsinin Xəzər dənizi suları

53
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

altında qalan hissəsindən Təngi-Beşbarmaq meqaantikli-


nalının cənub-şərqdə davamı olan qırılma və qırışıqlar
zonası ilə ayrılır. Cənubi Abşeron pilləsi isə Abşeron
yarımadasının çox hissəsini, yarımadanın cənub hissəsində
yerləşən dəniz akvatoriyasını və Qobustanın şərq hissəsini
əhatə edir. Şimali Abşeron pilləsində Mezozoy çöküntüləri
yüksək hipsometrik səviyyədə yerləşir və strukturların
əksəriyyəti en dairəsinə yaxın istiqamətlənir. Bu istiqamət
Mezozoy çöküntüləri ilə yanaşı, onların üzərinə qeyri-
uyğun şəkildə yatan Paleogen-Miosen və eləcə də, Pliosen
strukturları üçün də səciyyəvi xüsusiyyət sayılır. Cənubi
Abşeron pilləsində şimaldan cənuba və qərbdən şərqə
getdikcə Mezozoy çöküntülərinin yatma dərinliklərinin
həm tədricən və həm də kəskin artması nəticəsində
Paleogen-Miosen və Pliosen çöküntülərinin en dairəsinə
yaxın istiqamətlənən strukturları meridionala yaxın struk-
turlarla əvəz olunurlar. Abşeron NQR-i antiklinal struktur-
ların geomorfoloji xüsusiyyətlərinə və yarımada ərazisində
tutduqları mövqelərinə görə Qərbi Abşeron, Mərkəzi
Abşeron və Şərqi Abşeron tektonik zonalarına ayrılırlar.
Qərbi Abşeron tektonik zonası, Mərkəzi Qobustan
qırışıqlığı zonalarının cənub-şərq istiqamətində davamında
yerləşən, tağ və tağa yaxın hissələrində Paleogen-Miosen,
bəzən də Mezozoy çöküntülərinin yer səthinə çıxan, cənub-
şərq batımları isə MQ çöküntüləri ilə haşiyələnən
strukturlardan ibarətdir [30].
Qərbi Abşeron tektonik bölgəsi Baş Qafqaz sıra dağ-
larının cənub-şərq davamında yerləşir. Bu tektonik zona
54
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Cənub-Şərqi Qafqazın Mezozoy strukturlarından Qafqazın


əksi istiqamətində yerləşən Yaşma fleksurası ilə ayrılır.
Qərbi Abşeron tektonik bölgəsinin şimal-şərq və cənub-
şərq sərhədləri Abşeron yarımadasının müvafiq sahələrilə,
şərq sərhədi isə Mərkəzi Abşeronun Fatmayı-Zığ antiklinal
zonası ilə məhdudlanır. Qərbi Abşeron geotektonik
baxımından Böyük Qafqaz meqantiklinoriumundan Ab-
şeron periklinal çökəkliyinə keçid zonasında yerləşir [66].
Qərbi Abşeron tektonik bölgəsində Qərbi Abşeron
antiklinoriumu və Qərbi Abşeron sinklinoriumu ayrılır.
Bunlar da öz növbələrində Qərbi Abşeron bölgəsini müvafiq
olaraq cənub-şərqi Qobustandan və Mərkəzi Abşeronun
Fatmayı-Zığ antiklinal zonasından ayırırlar. Qərbi Abşeron
sinklinoriumu cənub-cənub-şərq istiqamətində uzanaraq
Sumqayıt, Ceyranbatan, Masazır sinklinallarını və böyük
ölçülü Bakı muldasını əhatə edir. Bu sinklinorium yer
səthində Məhsuldar qat, Ağcagil və Abşeron çöküntülərindən
təşkil olunmuşdur. Ayrı-ayrı sinklinalların və Bakı mul-
dasının mərkəzi hissələri isə Dördüncü dövr çöküntüləri ilə
dolmuşdur. Dördüncü dövr çöküntüləri Abşeronun şimal-
qərb hissəsində (Sumqayıt sinklinalında) və Bakı muldasında
daha çox yayılmış və nisbətən daha çox qalınlığa malikdir.
Məhz Qərbi Abşeron sinklinoriumu ümumqafqaz istiqa-
mətində uzanan antiklinoriumların Abşeron yarımadasında
davamiyyətini əsaslı surətdə pozduğuna görə sinklinoriumdan
şərqdə yerləşən Corat, Saray və b. antiklinalların bu
antiklinoriumların cənub-şərq davamında olduğunu birmənalı
demək olmaz. Qərbi Abşeron sinklinoriumunun cənub-qərb
55
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

yamacında yer səthinə çıxan Paleogen-Miosen çöküntüləri,


Mezozoy çöküntülərindən təşkil olunmuş antiklinoriumların
cənub-şərq qurtaracaqları ilə iti bucaq təşkil edərək, daha çox
meridional istiqamətdə uzanırlar. Qərbi Abşeron sinklinori-
umunun asimmetrikliyi bütün eninə profillərdə nəzərə çarpır.
Qərbi Abşeron sinklinoriumundan qərbdə yerləşən Göytəpə,
Ceyranbatan, Güzdək antiklinalların kiçik ölçülü (2x3 km)
olmaları və uzanma istiqamətlərinin kəskin şəkildə (en dairəsi
və meridional istiqamətlərdə) dəyişmələri ilə fərqlənirlər.
Müxtəlif istiqamətlərdə uzanan antiklinallardan cə-
nub-cənub-qərbdə yerləşən Qovundağ, Şabandağ, Şubanı,
Lökbatan, Korgöz-Qızıltəpə, Şonqar, Sarınca-Gülbaxt,
Şorbulaq antiklinalları isə Güzdək muldasını əhatə edən
dairəvi Qərbi Abşeron antiklinoriumunu təşkil edirlər. Bu
antiklinoriumda olan antiklinal strukturları təşkil edən
çöküntülərin yaşı şimal-qərbdən, şərqə, cənub-şərqə və
cənub-qərbə getdikcə cavanlaşır (şəkil 23, 24, 25, 26).
Məsələn, Qovundağ, Damlamaca, Şabandağ, Binəqədi
sahələrində yer səthinə çıxan Eosen çöküntüləri, Şorbulaq,
Saray, Corat, Fatmayı sahələrində Oliqosen-Miosen,
Binəqədi, Şubanı sahələrində orta və üst Miosen çöküntü-
ləri, Lökbatan-Qızıltəpə, Gülbaxt-Şonqar sahələrində isə
orta və üst Pliosen çöküntüləri ilə əvəz olunurlar. Bu anti-
klinal zona üçün strukturların kulis şəklində yerləşmələri
uzununa istiqamətlənmiş pozğunluqların bir-birini əvəz
edərək, regional pozğunluqlar zonasını təşkil etmələri və
onların eninə pozğunluqlarla kəsişdiyi sahələrdə böyük
ölçülü palçıq vulkanlarının varlığı səciyyəvi haldır [37].
56
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

57
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

58
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

59
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

60
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Güzdək muldası (şəkil 24, şəkil 25) Ağcagil mərtəbəsi


çöküntülərinin çıxışları üzrə 10 x 12 km ölçülü geniş bir
ərazini tutur. Geomorfoloji cəhətdən plato olan Güzdək
muldasının dəniz səviyyəsindən yüksəkliyi 100 -200 m
arasında dəyişir. Bu platonun səciyyəvi cəhəti onun
geomorfoloji quruluşu ilə tektonik quruluşunun bir-birinin
əksi olmasıdır. Yəni, sinklinal quruluşlu geniş mulda
relyefdə əsasən yüksəkliklərdən ibarətdir.
Əsasən Pliosen, qismən də Paleogen-Miosen neftli-
qazlı komplekslərindən təşkil olunmuş Qərbi Abşeron tek-
tonik zonası antiklinal strukturların geomorfoloji xüsusiy-
yətlərinə və tutduqları coğrafi mövqelərinə görə Şimal,
Mərkəz və Cənub-Qərb NQZ-lərə ayrılır. Şimal NQZ-si
Mezozoy və Paleogen-Miosen, Mərkəzi və Cənub-Qərbi
NQZ-ləri isə Paleogen-Miosen və Pliosen kompleksinə
görə ayrılırlar.
Qərbi Abşeronun regional tektonikasının Paleogen-
Miosen kompleksi çöküntülərinin litofasiya və paleotek-
tonik inkişaf şəraitindən asılı olan özünəməxsus struktur-
tektonik xüsusiyyətləri mövcuddur.
Rayonun şimal-qərb hissəsində Paleogen-Miosen
çöküntüləri qalınlıqları nisbətən az olduğu üçün, onlar
Mezozoy kompleksi çöküntülərinin struktur-tektonik
xüsusiyyətlərini əks etdirirlər.
Mərkəzi tektonik zonanın şimal-qərb hissəsində yer-
ləşən antiklinalların tağ hissələrində Oliqosen-Miosen çö-
küntüləri yer səthinə çıxırlar. Lakin çıxışların sahəsi qərb-

61
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

də yerləşən çıxışlara nisbətən azdır. Mərkəzi tektonik zo-


nanın antiklinal zonaları da Şərqi Abşeronun antiklinal
zonalarından geniş sinklinalla ayrılırlar.
Cənub-qərbi tektonik zonanın şərq sərhədi Mərkəzi
Abşeronun Fatmayı-Zığ antiklinal zonası ilə məhdudlanır.
Qərbi Abşeron geotektonik baxımdan Böyük Qafqaz
meqaantiklinoriumundan Abşeron periklinal çökəkliyinə
keçid zonasında yerləşir. Qərbi Abşeronun regional tekto-
nikası fonunda Paleogen-Miosen kompleksi çöküntülə-
rinin litofasiya və paleotektonik şəraitindən asılı olan
struktur-tektonik xüsusiyyətləri mövcuddur.
Qərbi Abşeronda əsasən Pliosen çöküntülərindən təş-
kil olunmuş Qaraheybət-Lökbatan-Sarınca-Gülbaxt yarım-
dairəvi antiklinal qurşaq və bu qurşağa söykənən Qaradağ,
Şorbulaq antiklinalları yerləşirlər.
Mərkəzi Abşeron tektonik zonası Qərbi Abşeron tek-
tonik zonasından sinklinal çökəkliklə ayrılır. Zonanın ŞQ
hissəsində yerləşən Keçəldağ-Binəqədi, Saray, Corat-Nov-
xanı və Fatmayı-Qırməki qalxımlarının nüvələrində Oliqo-
sen-Miosen çöküntüləri yer səthinə çıxırlar (şəkil 23). Bu
qalxımların davamında yerləşən böyük ölçülü Balaxanı-
Sabunçu-Ramana, Suraxanı, Qaraçuxur-Zığ qalxımları isə,
yer səthinə çıxan Məhsuldar Qat çöküntülərindən təşkil
olunmuşlar (şəkil 27, 28, 29).
Mərkəzi Abşeron antiklinal zonasından şimal-şərqdə,
Pliosen-Antropogen çöküntülərilə doldurulmuş Şərqi Ab-
şeron depressiyası daxilində Buzovna-Maştağa, Qala-Tür-
kan və Zirə qalxımları yerləşirlər (şəkil 28, 29, 30).
62
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

63
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Cənub-şərq istiqamətində uzanan Qala-Türkan qalxı-


mı Şərqi Abşeron depressiyasını Binə-Hövsan və Dübəndi-
Zirə sinklinallarına bölür.
Paleogen-Miosen çöküntülərindən Qirməki, Gülbaxt,
Kürdəxanı sahələrində bəzi axtarış-kəşfiyyat quyularının
qazılması zamanı intensiv qaz təzahürləri, Binəqədi, Qara-
dağ, Korgöz-Qızıltəpə, Atəşgah-Şubanı və Bibiheybət sa-
hələrində isə ayrı-ayrı quyularında kiçik həcmdə neft-qaz
axınları alınmışdır.
Abşeron NQR-i Məhsuldar Qatın qumlu horizont və
lay dəstələrində uzun müddətli işlənmədə olan çoxsaylı,
zəngin neft-qaz yataqları ilə səciyyələnir. Bu yataqlar, qırıl-
malar və palçıq vulkanları ilə mürəkkəbləşmiş antiklinal
zonalardan ibarət olan neftqaztoplanma zonalarında
formalaşmışlar.
Cənub-Qərbi Abşeronda neft-qaz yataqları Güzdək
muldasını yarımdairəvi şəkildə əhatə edən Qaraheybət,
Atəşgah-Şubanı-Lökbatan-Puta-Quşxana antiklinal zonası
ilə əlaqədardır. Bu zonada Məhsuldar Qat kəsilişinin mak-
simal neft doyumu Bibihebət və Lökbatan yataqlarında
qeyd olunur.
Bibiheybət yatağında Məhsuldar Qatın əksər,
Lökbatanda isə QA, QÜQ, FD, Balaxanı və Sabunçu lay
dəstələri neftlidirlər. Başqa sahələrdə kəsilişin gilləşməsi
və ya üst hissəsinin yuyulması ilə əlaqədar olaraq neftli-
qazlı lay dəstələrinin və horizontların sayı azalır.
Mərkəzi Abşeron tektonik zonasında neft-qaz
yataqları yarımadanı şimal-qərb cənub-şərq istiqamətində
64
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

kəsən Fatmayı-Zığ neft-qaztoplanma zonasının Sulutəpə-


Binəqədi-Çaxnaqlar, Balaxanı-Sabunçu-Ramanı, Suraxanı,
Qaraçuxur-Zığ antiklinal qalxımları ilə əlaqədardır.

Şəkil 29. Bibiheybət-Balaxanı-Sabunçu-Ramana-Qala-Pirallahı


istiqamətində geoloji profil (M.Ə.Rzayev və b.).

Şəkil 30. Qala-Türkan-Zirə istiqamətində geoloji profil


(M.Ə.Rzayev və b.).

Sulutəpə-Binəqədi-Çaxnaqlar neftqaztoplanma zona-


sında neft-qaz yataqları əsasən strukturların Bakı mul-
dasına yönəlmiş qanadlarında Qırməki və Qırməkiüstü lay
dəstələrinin qumlu horizontlarının pazlaşma zonalarında
yerləşən stratiqrafik tipli yataqlardır.
Balaxanı-Sabunçu-Ramanı qalxımının şimal-qərb his-
səsində Məhsuldar Qat kəsilişinin üst hissəsinin Balaxanı

65
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

lay dəstəsinə qədər yuyulmasına baxmayaraq, MQ-nin


bütün lay dəstələri sənaye əhəmiyyətli neft yataqlarına
malikdirlər. Üst şöbənin neft yataqları strukturun tağ his-
səsində simmetrik yerləşdikləri halda, alt şöbənin neft ya-
taqları isə strukturun şimal qanadında tektonik ekranlaşmış
yataqlardır.
Suraxanı yatağında “Fasilə” lay dəstəsi və Balaxanı
lay dəstəsinin X horizontu istisna olmaqla Məhsuldar Qatın
əksər lay dəstələri neftidirlər, Üst şöbənin və Qırməkiüstü
qumlu və gilli lay dəstələri strukturun tağında simmetrik
yerləşirlər. Şimal-şərq qanadda isə, Qala və Qırməkiüstü
lay dəstələrilə əlaqədar olan yataqlar tektonik ekranlaşmış
yataqlardırlar (şəkil 27).
Qaraçuxur-Zığ yatağında neftlilik alt şöbənin Qala,
Qırməkialtı, Qırməki və üst şöbənin Balaxanı, Sabunçu lay
dəstələrilə məhdudlaşır.
Şərqi Abşeron depressiyasında neft-qaz yataqları Kür-
dəxanı-Zirə neftqaztoplanma zonasında, Buzovna-Maşta-
ğa, Qala-Türkan və Zirə sahələrində yerləşirlər.
Buzovna-Maştağa yatağında Balaxanı lay dəstəsinin
IV, V, VII və X horizontları kiçik həcmli, alt şöbənin QA,
QD, QÜQ və QÜG lay dəstələri isə sənaye əhəmiyyətli
neftli-qazlıdırlar.
Qala-Türkan yatağının neft-qazlılığı əsasən alt şöbənin
(Qala lay dəstəsi daxil olmaqla), qismən də üst şöbənin
Balaxanı, Sabunçu və Suraxanı lay dəstələri ilə bağlıdır. Alt
şöbənin və Balaxanı lay dəstəsinin qumlu horizont-larında
yerləşən neft yataqları qaz papağına malikdirlər. Ağcagil və
66
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Abşeron çöküntülərində kiçik həcmli qaz yığımları müəy-


yən edilmişlər.
Zirə yatağında Qala lay dəstəsinin qumlu horizontları
qaz-kondensat, Qırməkialtı, Qırməkiüstü qumlu və Balaxa-
nı lay dəstələri isə neft haşiyəsinə malik sənaye əhəmiyyətli
qaz yığımlarına malikdirlər.
Abşeron NQR-in ərazisində Məhsuldar Qat üzrə pers-
pektivli sayılan antiklinal strukturlar fondunun tükəndiyi və
mövcud neftli-qazlı yataqlarının əksəriyyətinin işlənilmənin
son mərhələsində olması, bu rayonun Məhsuldar Qat üzrə
neft-qazlılıq perspektivliyini kəsilişin alt hissəsində yerləşən
qumlu horizontların pazlaşma zonalarında yeni yataqların
axtarışı və neft hasilatının sabit saxlanılması üçün tətbiq
edilən yeni mütərəqqi üsulların tətbiqindən ibarətdir.
Cənub-qərbi Abşeronun Qaraheybət, Atəşgah və
Qaradağ sahələrində və Mərkəzi Abşeronun Binəqədi və
Sulutəpə sahələrində orta və üst Miosenin qumlu-alevritli
horizontlarından sənaye əhəmiyyətli neft və qaz axınlarının
alınması bu çöküntüləri Abşeronun Cənub-Qərbi və
Mərkəzi tektonik zonalarında yerləşən bir çox qalxımlarla
yanaşı, yarımadanın şərqində yerləşən Qala-Türkan,
Dübəndi və b. qalxımlarda da axtarış-kəşfiyyat obyekti
kimi qəbul etməyə imkan verir.

Aşağı Kür neftli-qazlı rayonu (NQR). Kür-Cənubi


Xəzər neftli-qazlı subəyalətinə (NQSƏ) daxil olan Böyük
Qafqazarxası neftli-qazlı vilayətinin (NQV) şimal-şərq
hissəsində yerləşən Aşağı Kür NQR-i Küryanı düzənliyin
67
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

cənub-şərq hissəsini əhatə edir və şimal-şimal-şərqdən


Ləngəbiz-Ələt, cənub-cənub-qərbdən Qərbi Xəzər dərinlik
qırılmaları ilə, şərq-cənub-şərqdən isə şərti olaraq Xəzər
dənizi sahili ilə hüdudlanır (şəkil 30).
Bu çökəklikdə geofiziki tədqiqatlara görə çöküntü qa-
tının qalınlığı 10-16 km, bəzi yerlərdə 20 km-ə çatır ki,
bunun da yarısı Paleogen-Neogen çöküntülərinin payına
düşür (şəkil 31, 32, 33). Böyük dərinliklərdə yatan
Mezozoy çöküntü kompleksinin geoloji quruluşu haqda
demək olar ki, əsaslı bir məlumat yoxdur. Yalnız palçıq
vulkanlarının bərk püskürmə materialları içərisində tapılan
Üst Tabaşir yaşlı və nadir karbonatlı süxur qırıntıları,
çökəklikdə Tabaşir çöküntülərinin karbonatlı fasiyada
olduğunu deməyə əsas verir. Aşağı Kür çökəkliyi Qədim
Xəzər və Müasir dövr çöküntüləri ilə örtülüb [30]. Bununla
yanaşı rayonun bəzi sahələrində Ağcagil və Abşeron
çöküntüləri yer səthinə çıxır (şəkil 31, 32). Çökmə qatın
qalınlığının 6 km-ni Pliosen-Dördüncü dövr çöküntüləri
təşkil edir. Rayonun şərqində relyef palçıq vulkanları ilə
kəskin şəkildə mürəkkəbləşib (şəkil 33).
Aşağı Kür çökəkliyi daxilində ikinci dərəcəli Yuxarı
Şirvan, Aşağı Şirvan və Muğan-Salyan çökəklikləri ayrılır.
Bu çökəkliklər daxilində şimal-qərb cənub-şərq istiqa-
mətində uzanan 4 antiklinal zona: Pirsaat-Hamamdağ,
Kəlaməddin-Mişovdağ-Bəndovan, Kürsəngi, Kürovdağ-
Neftçala zonaları mövcuddur. Bu antiklinal zonalar yer
səthində əsasən Ağcagil, Abşeron və Bakı mərtəbələrinin
çöküntüləri ilə təmsil olunmuşlar.
68
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Şəkil 30. Aşağı Kür neftli-qazlı rayonu

69
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

70
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

71
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

72
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Məhsuldar Qat çöküntüləri Kəlaməddin, Böyük Həra-


mi, Kiçik Hərami, Mişovdağ və Bəndovan qalxımlarının
yalnız tağ hissələrində yer səthinə çıxırlar. Qalxımların
əksəriyyəti, cənub-qərb qanadları dik, şimal-şərq qanadları
isə az maili yatıma malik asimmetrik quruluşlu antiklinal
strukturlardır.
Strukturların tağ hissələri böyük yerdəyişmə amplitu-
duna malik qırılmalarla mürəkkəbləşmişdir. Qırışıqların
şarnirindən keçən pozğunluqlar üzərində palçıq vulkanları
yerləşir.
Pirsaat-Hamamdağ antiklinal zonası şimal-qərb cə-
nub-şərq istiqamətində uzanır. Zonanın geoloji quruluşun-
da Qədim Xəzər, Abşeron, Ağcagil və Məhsuldar Qat
çöküntüləri iştirak edirlər. Tektonik cəhətdən ən yüksəkdə
yerləşən Hamamdağ antiklinalında Məhsuldar Qat çökün-
tülərinin üst hissəsi 900 m qalınlığa qədər yuyulmuşdur.
Kəlaməddin-Mişovdağ-Bəndovan antiklinal zonasının
Kəlaməddin-Kiçik Hərami hissəsi submeridional, Mişov-
dağ-Qalmaz hissəsi subeninə, Xıdırlı-Bəndovan hissəsi isə
cənub-şərq istiqamətində uzanır. Zona üzərində yerləşən
braxiantiklinal qalxımlar yer səthində əsasən Ağcagil,
Abşeron və Qədim Xəzər çöküntülərindən təşkil olunub.
Məhsuldar Qat çöküntüləri az sahələrdə yer səthinə çıxırlar.
Zonanın antiklinal strukturları uzununa və eninə pozğun-
luqlarla mürəkkəbləşiblər.
Kürsəngi antiklinal zonası Cənubi-Şirvan çökəkliyinin
şimal-qərb hissəsində Kəlaməddin-Mişovdağ-Bəndovan və
Kürovdağ-Neftçala antiklinal zonaları arasında yerləşir.
73
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Kürsəngi və Cənubi-Kürsəngi qaxımlarından ibarət olan bu


antiklinal zona böyük dərinliyə gömülməsi ilə fərqlənir.
Məhsuldar Qat çöküntüləri üzrə bir-birindən ensiz yastı yə-
hərlə ayrılan Kürsəngi və Cənubi-Kürsəngi strukturları, Orta
Abşeron çöküntüləri üzrə vahid bir Kürsəngi qalxımından
ibarətdir.
Kürovdağ-Neftçala antiklinal zonası Aşağı Kür çökək-
liyinin mərkəzi hissəsində yerləşir. Şimal-qərbdən cənub-
şərqə doğru 100 km-dən artıq məsafədə uzanan bu antiklinal
zona üzərində Kürovdağ, Qarabağlı, Babazanan-Durovdağ,
Xıllı-Duzdağ və Neftçala antiklinalları, zonanın dənizdə
davamında isə Neftçala-dəniz, Kürdaşı antiklinalları yerləşir-
lər. Bu antiklinal zonanın əksər strukturlarının tağyanı his-
sələri onların ox müstəvilərinə paralel yerləşən iki uzununa və
bir neçə eninə qırılmalarla, çox saylı tektonik bloklara par-
çalanmışlar. Strukturların geoloji quruluşlarını mürəkkəb-
ləşdirən palçıq vulkanları və onların qrifonları uzununa qırıl-
maların eninə qırılmalarla kəsişdiyi zonalarda yerləşirlər.
Yuxarıda adları çəkilən antiklinal zonalar Aşağı Kür
çökəkliyinin əsas neftqaztoplanma zonalarıdırlar. Bu zona-
larda əsas neftli-qazlı obyektlər olan Məhsuldar Qatın
qumlu horizontları ilə yanaşı bəzi sahələrdə Ağcagil və
Abşeron mərtəbələrinin qumlu horizontları da kiçik neft-
qaz yığımlarına malikdirlər. Pirsaat-Hamamdağ zonasında
MQ-nin “Fasilə” lay dəstəsinin analoqu olan VII
horizontundan, Suraxanı lay dəstəsinə aid olan II Pirsaat
və Pirsaataltı qumlu laylarında neft, orta Abşeronun qumlu
horizontlarında isə qaz yataqları işlənmədədir.
74
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Kəlaməddin-Mişovdağ-Bəndovan neftqaztoplanma
zonasının Kəlaməddin qalxımının cənub-qərb qanadında
Məhsuldar Qatın I-IV horizontlarında tektonik ekranlaş-
mış, Mişovdağ qalxımında Məhsuldar Qatın I-III qumlu
horizontlarında tektonik və litoloji ekranlaşmış yataqlar
işlənmədədir. Qalmaz qalxımında Məhsuldar Qatın I-III
horizontları qaz yataqlarına, IV horizont isə kiçik neft
yatağına malikdirlər.
Kürsəngi və Cənubi Kürsəngi yataqlarında Məhsuldar
Qatın I-VIII horizontlarında aşkar edilmiş neft və qaz-kon-
densat yataqları əsas istismar obyektləridirlər. Alt Abşeron
çöküntülərində qaz papağına malik neft yatağı aşkar olunub.
Aşağı Kür NQR-in əsas neftqaztoplanma zonası olan
Kürovdağ-Neftçala neftqaztoplanma zonasında əsas neft-
qaz yataqları Kürovdağ və Qarabağlı qalxımlarının cənub-
qərb qanadında müvafiq olaraq I-V və I-VI qumlu horizont-
larda yerləşirlər. Kürovdağda Məhsuldar Qatın alt hissə-
sində (IX horizont daxil olmaqla) yatan horizontlar, eyni
zamanda Ağcagil və Abşeron mərtəbələrinin qumlu hori-
zontları da lokal neft-qaz yataqlarına malikdirlər. Neftçala-
da strukturunun hər iki qanadında neftli-qazlı olan Məhsul-
dar Qatın I-VIII horizontları əsas istismar obyektləridirlər.
Orta Abşeronun I-III qumlu horizontları isə, strukturun
ayrı-ayrı tektonik bloklarında tektonik ekranlaşmış və
litoloji məhdud neft-qaz yataqlarına malikdirlər.
Aşağı Kür NQR-in neft-qazlılıq perspektivliyi KH eh-
tiyatlarının işlənmədə olan neft-qaz yataqlarında Məhsul-
dar Qatın alt horizontlarında və Ağcagil, Abşeron mərtəbə-
lərinin qumlu horizontlarının pazlaşma zonalarında yeni
75
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

neft-qaz yığımlarının tapılması ilə yanaşı Aşağı Kür çökək-


liyinin şimal-şərq və cənub-qərb bortlarında Məhsuldar
Qatın üst horizontlarında stratiqrafik və tektonik ekranlaş-
mış yataqların axtarışı ilə əlaqədardır.

Muradxanlı neftli-qazlı rayonu (NQR). Kür-Cənubi


Xəzər neftli-qazlı subəyalətinin (NQSƏ) Kiçik Qafqaz-
Talışqarşısı neftli-qazlı vilayətinə (NQV) daxil olan
Muradxanlı NQR-i Yevlax-Ağcabədi çökəkliyinin şimal-
şərq bortunu əhatə edir. Rayon şimalda Mingəçevir-
Göyçay üstəgəlmə qırılması ilə Acınohur çökəkliyindən,
şimal-şərqdə Carlı-Cəlilabad regional qırılması ilə
Kürdəmir-Saatlı-Lənkəran gömülmüş Mezozoy qalxımları
zonasından ayrılır. Cənub-şərqdə çökəklik Aşağı Araz,
cənub-qərbdə isə şərti olaraq Yevlax-Ağcabədi çökəkliyi-
nin ox xətti ilə hüdudlanır. Geoloji quruluşunda Mezozoy,
Paleogen-Miosen və Pliosen-Antropogen çöküntüləri
iştirak edir (şəkil 34).
Paleogen çöküntüləri, bortun batım hissələrində
Mezozoy çöküntülərinə transqressiv şəkildə söykənərək
pazlaşırlar. Geofiziki məlumatlar əsasında çökəkliyin mər-
kəzi hissəsində kristallik bünövrənin 12-14 km, bort hissə-
lərində isə 8-10 km dərinliklərdə yatdığı müəyyən edil-
mişdir. Mezozoy çöküntüləri səthinin çökəkliyin mərkəzin-
də yatma dərinliyi 7-8 km-ə çatır. Muradxanlı NQR-i
Pliosen-Antropogen kompleksi üzrə Kür dağlararası çökək-
liyinin şimal-şərq istiqamətli, olduqca yastı yatımlı
monoklinalın cənub-qərb bortunu təşkil edir.
76
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Şəkil 34. Muradxanlı neftli-qazlı rayonu. Strukturların


yerləşmə sxemi.

Neogen-Antropogen kompleksinin struktur planı, alt-


da yatan Paleogen və Mezozoy komplekslərinin struktur
planlarından kəskin şəkildə fərqlənir [89, 119]. Belə ki,
Paleogen və Mezozoy kompleksləri nisbətən dik bucaq
altında cənub-qərb istiqamətində yatdıqları halda, Neogen-
Antropogen kompleksi az maili monoklinal şəklində şimal-
şərq istiqamətində yatır (şəkil 35, 36, 37).
Muradxanlı NQR-in şimal-qərb hissəsində Qarxun-
Əmirarx, cənub-şərq hissəsində isə Qaralı-Qışlaq, Şahsün-

77
Azərbaycanın quru ərazisinin neft-qaz-geoloji rayonlaşdırması

ni-Məmmədli qalxımları və Zərdab-Muradxanlı-Cəfərli an-


tiklinal zonası yerləşir (şəkil 38). Muradxanlı qalxımı
istisna olmaqla, Mezozoy kompleksi strukturlarının əksə-
riyyəti uzunluqları 2-6 km, enləri 1-3 km, hündürlükləri 80-
150 m olan, kiçik ölçülü lokal qalxımlardır. Bu neftli-qazlı
rayon struktur-tektonik xüsusiyyətlərinə və lokal qal-
xımların yerləşmə sıxlığına görə şimal-qərb, mərkəz və
cənub-şərq zonalara bölünür.

Şəkil 35. Şirinqum-Muradxanlı-Carlı istiqamətində


geoloji profil (B.İ.Məhərrəmov).

Şəkil 36. Şirinqum-Cəfərli-Həsənli istiqamətində


seysmogeoloji profil.

Şimal-qərb zonada, Yevlax-Ağcabədi çökəkliyinin şi-


mal-qərb sentriklinalının şimal-şərq hissəsində Qarxun,
Qərbi-Əmirarx, Əmirarx qalxımları və Şıxlar, Quşçu, Pirəzə

78
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

struktur çıxıntıları aşkar edilmişdir. Bir-birindən geniş


struktur yəhərlərlə ayrılan və cənub-şərq istiqamətində
uzanan Qərbi Əmirarx, Əmirarx, və Qarxun qalxımları zəif
inkişaf etmiş antiklinal zona yaradırlar (şəkil 39, 40).

Şəkil 37. Bərdə-Əmirarx-Xosrov istiqamətində


seysmogeoloji profil.

Şəkil 38. Zərdab-Şıxbağı-Muradxanlı-Cəfərli-Qaralı


istiqamətində geoloji profil (Ə.M.Süleymanov, B.İ.Məhərrəmov).

Qarxun qalxımı Mezozoy kompleksi çöküntülərinin


10 bucaq altında cənub-qərb istiqamətli monoklinal yatımı
o

üzərində, Mezozoyun səthini əks etdirən 5300 m-lik


izohipslə qapanan, uzunluğu 3,5 km, eni 1,5 km, hün-
dürlüyü 50 m olan, cənub-şərq istiqamətli braxiantiklinal
strukturdur.
Qərbi Əmirarx qalxımı, cənub-şərq istiqamətdə uza-
nan, 4900 m-lik izohips üzrə ölçüləri 1,2 x 0,7 km olan,

79
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Əmirarx qalxımı isə Eosen çöküntüləri səthini əks etdirən


4650 m-lik izohipslə uzunluğu 3,0 km, eni 1,8 km, hün-
dürlüyü 50 m-ə yaxın olan braxiantiklinal strukturlardır.

Şəkil 39. Əmirarx-Zərdab-Şıxbağı istiqamətində


seysmogeoloji profil.

Şəkil 40. Bozyeri-Duzdağ-Əmirarx istiqamətində


seysmogeoloji profil.

Mərkəzi tektonik zona şimal-qərb və cənub-şərq zona-


ları arasında 25-26 km məsafədə uzanan, Mezozoy çökün-
tüləri səthinin 4000-4500 m-dən 6500 m dərinliyə qədər
gömüldüyü, struktur çıxıntılarla mürəkkəbləşmiş olan
monoklinaldan ibarətdir. Bu monoklinalın qalxım hissəsində
4200-4600 m və 4100-4500 m-lik izohipslərlə əks olunmuş
Qazıyan və Ucar, batım hissəsində isə 5500-6000 m-lik
izohipslərlə əks olunmuş Acıdərə və Gödəkqobu struktur
çıxıntıların varlıqları müəyyən edilmişdir.
Cənub-şərqi tektonik zona cənub-şərq istiqamətində
uzanan kiçikölçülü lokal qalxımların çoxluğu ilə fərqlənir.
80
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Bu zonanın şimal-qərbində Mezozoy çöküntüləri üzrə Qa-


rabat və Çöllü qalxımları, onlardan cənubda Qarğalı-Mil,
daha cənubda isə Zərdab-Muradxanlı antiklinal zonaları
yerləşirlər.
Zərdab-Muradxanlı antiklinal zonasının mərkəzi his-
səsində böyük ölçülü Muradxanlı, şimal-qərbində kiçik öl-
çülü Zərdab, Şıxbağı, Şərqi Şıxbağı, Söyüdlər, cənub-şər-
qində isə Cəfərli, Qaralı qalxımları yerləşirlər (şəkil 38).
Zərdab, Şıxbağı, Şərqi Şıxbağı qalxımları şimalda yer-
ləşən Qarğalı, Qışlaq qalxımlarından şimal bortu enli,
cənub bortu isə ensiz olan sinklinal ilə ayrıldığı halda,
cənub qanadları tədricən Yevlax-Ağcabədi çökəkliyinin
şimal-şərq bortunda regional miqyaslı monoklinalla əvəz
olunurlar.
Muradxanlı qalxımı Üst Tabaşir çöküntüləri səthini
əks etdirən 3500 m-lik izohipslə ölçüləri 6,3 x 8,7 km, hün-
dürlüyü 500 m-dən çox olan, cənub-şərq istiqamətli
strukturdur. Onun 20-22o bucaq altında yatan qısa şimal-
şərq qanadı Şahsünnü və Məmmədli qalxımlarından ensiz
və asimmetrik yəhərlə ayrılır, 15-20o bucaq altında yatan
geniş cənub-qərb qanadı isə 10 km-ə qədər uzanaraq təd-
ricən Yevlax-Ağcabədi çökəkliyin cənub-şərq sentriklina-
lına qovuşur. Muradxanlı qalxımının şimal-şərq və cənub-
qərb qanadlarının tağyanı hissələri uzununa, batım hissələri
isə eninə və diaqonal istiqamətli qırılmalarla mürəkkəb-
ləşmişdir. Qalxımın şimal-şərq qanadını kəsən qırılmanın
amplitudu 0-300 m, cənub-qərb qanadı kəsən qırılmanın
amplitudu isə 50-200 m arasında dəyişir. Strukturun şimal-
81
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

qərb periklinalı terras şəklində 6 km-ə qədər uzandığı


halda, cənub-şərq periklinalı Cəfərli qalxımından nisbətən
geniş struktur yəhərlə ayrılır [10].
Bozqobu qalxımı Muradxanlı qalxımının cənub-qərb
qanadının uzaq batımında Mezozoy kompleksi çöküntülə-
rinin səthini əks etdirən qapalı 5300 m-lik izohislə, ölçüləri
3,0 x 1,5 km olan hemiantiklinal quruluşlu gömülmüş
strukturdur.
Cəfərli antiklinal qalxımı Üst Tabaşirin səthini əks et-
dirən 4400 m-lik izohipslə ölçüləri 3,0 x 3,8 km, hündür-
lüyü 100 m olan, günbəzvari antiklinal qalxımdır. Tağyanı
və tağ hissəsi kiçik amplitudlu, iki uzununa və bir neçə eni-
nə qırılmalarla mürəkkəbləşən strukturun tağyanı hissə-
sində Üst Tabaşir çöküntülərinin yatım bucaqları 6-8o-dən
artıq deyil.
Qaralı qalxımı Cəfərli qalxımından kiçik yəhərlə ayrı-
lan, Üst Tabaşir çöküntüləri səthini əks etdirən 4200 m-lik
izohipslə ölçüləri 2,3 x 1,8 km, hündürlüyü 100 m olan
günbəzvari strukturdur. Bu struktur şimal-şərqdə Mil qalxı-
mından və cənub-şərqdə İmişli struktur çıxıntısından
körfəzvari çökəkliklərlə ayrılır.
Ağaməmmədli qalxımı Üst Tabaşir çöküntüləri səthini
əks etdirən 4200 m-lik izohipslə ölçüləri 1,4 x 3,0 km,
hündürlüyü 80 m-ə yaxın olan submeridional istiqamətdə
uzanan braxiantiklinal strukturdur. Onun zəif inkişaf etmiş
cənub periklinalı monoklinalın bort hissəsindən ayrılır, şimal
periklinalı isə uzunluğu 3 km-ə yaxın olan hemiantiklinala
keçir və Cəfərli antiklinalından geniş və yastı yəhərlə ayrılır.
82
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Muradxanlı NQR-in neft-qazlılığı Üst Tabaşirin vul-


kanogen süxurlarının və karbonatlı çöküntülərin aşınmış
səthlərində yaranan çatlı və ikinci məsaməliyə malik, Orta
Eosenin tufogen və qismən də Maykop lay dəstəsinin və
Çokrak horizontunun qumlu kollektorları ilə əlaqədardır.
Muradxanlı qalxımının tağ hissəsində Üst Tabaşirin Santon
mərtəbəsinə aid olan vulkanogen süxurların aşınma səthin-
də və qalxımın cənub-qərb qanadında Orta Eosenin tufogen
çöküntülərində aşkar edilmiş neft yatağı işlənmədədir.
Strukturun cənub-qərb qanadının tağyanı hissəsində qazıl-
mış 18 saylı quyuda Çokrak horizontundan, 27 saylı quyu-
da isə Maykop lay dəstəsindən sənaye əhəmiyyətli neft
axınları alınmışdır.
Kiçik ölçülü Cəfərli qalxımında Orta Eosenin tufogen
çöküntülərində aşkar edilmiş neft yatağı da işlənmədədir.
Muradxanlı qalxımından şimal-qərbdə yerləşən Zərdab və
Şıxbağı qalxımlarında həm karbonatlı, həm də vulkanogen-
çökmə süxurlarından sənaye əhəmiyyətli neft axınları
alınmışdır. Zərdab braxiantiklinalının tağ hissəsində qazıl-
mış 3 saylı axtarış quyusunda Tabaşir və Eosen çöküntülə-
rinin təmas intervalından lay sınayıcısı vasitəsilə 420 t/gün,
strukturun şimal-qərb periklinalında qazılmış 4 saylı quyu-
da karbonatlı çöküntülərdən 35-40 t/gün, 7 saylı quyuda isə
10 t/gün hasilatla neft alınmışdır.
Muradxanlı NQR-in şimal-qərb hissəsində yerləşən
Qərbi Əmirarx qalxımında qazılmış 2 saylı axtarış quyu-
sunda, Orta Eosen çöküntülərindən torpedləmə nəticəsində
18 t/gün hasilatla neft axını alınmışdır.
83
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Muradxanlı NQR-in perspektivliyi Üst Tabaşirin vul-


kanogen süxurlarının aşınma səthinə Orta Eosenin neftli
çöküntülərinin söykəndikləri və Maykop lay dəstəsinin neft
törədici ana süxurları ilə örtülən qalxımlarında, Muradxanlı
tipli neft yataqlarının və Zərdab qalxımından şimal-qərbdə
Əmirarx qalxımına qədər olan ərazidə, Orta Eosenin
tufogen çöküntülərinin pazlaşma zonasında litostratiqrafik
tipli yataqların axtarışı ilə bağlıdır.

Gəncə neftli-qazlı rayonu (NQR). Rayon Kür-Cənubi


Xəzər neftli-qazlı subəyalətinin (NQSƏ) Kiçik Qafqaz-
Talışqarşısı neftli-qazlı vilayətinə (NQV) daxildir. Gəncə
NQR-i Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb bortunu
və Mezozoy çöküntüləri üzrə zəif əks olunan struktur çıxın-
tı və hemisinklinallarla mürəkkəbləşmiş Kiçik Qafqazqar-
şısı monoklinalı əhatə edir (şəkil 41). Struktur çıxıntılar
Murovdağ və Ağdam antiklinoriumlarının, hemisinklinal-
lar isə Ağcakənd və Ağdərə sinklinoriumlarının cənub-şərq
davamında yerləşir [12, 30].
Göstərilən struktur vahidlər Yevlax-Ağcabədi çökək-
liyinin cənub-qərb bortunun geoloji quruluşunu da mürək-
kəbləşdirir. Mezozoy çöküntü kompleksi üzrə submeridi-
onal istiqamətdə uzanan Gödəkboz-Tərtər qırılması və
onun üzərində formalaşan eyni adlı antiklinal zona, Kiçik
Qafqazqarşısı monoklinalın şimal-qərb hissəsini onun
mərkəzi hissəsindən ayırmaqla yanaşı, Yevlax-Ağcabədi
çökəkliyinin şimal-şimal-qərb sentriklinalını şimala doğru
istiqamətləndirir.
84
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Şəkil 41. Gəncə neftli-qazlı rayonu. Strukturların


yerləşmə sxemi.

Rayonun Gəncəçay və Gödəkboz-Tərtər qırılmaları


arasında qalan şimal-qərb hissəsində Mezozoy çöküntüləri
üzrə əksqafqaz istiqamətində uzanan Sarıyaldağ, Əliuşağı,
Acıdərə struktur çıxıntıları və müxtəlif istiqamətli Qazan-
bulaq, Borsunlu-Kürəkçay, Borsunlu və kiçikölçülü Çaylı,
Şimali Çaylı, Ziyadxan Şimali-Ziyadxan və Şadılı qalxım-
ları müəyyən edilmişdir (şəkil 42, 43).
Submeridional istiqamətində uzanan Naftalan-Gödək-
boz-Duzdağ qırılması və onun üzərində formalaşan eyni
adlı qalxım zonası Gəncə neftli-qazlı rayonun şimal-qərb
hissəsini onun nisbətən sadə quruluşlu mərkəzi hissəsindən
85
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

ayırır. Asimmetrik quruluşa malik olan bu qalxımlar zona-


sının tağ hissəsində Mezozoy çöküntülərinin səthi 3000–
4000 m, şimal-şərq qanadında isə 4000-5000 m dərinlikdə
yerləşir.

Şəkil 42. Qazanbulaq-Borsunlu-Duzdağ istiqamətində


geoloji profil (Ə.M.Süleymanov, B.İ.Məhərrəmov).

Şəkil 43. Dəliməmmədli-Borsunlu-Duzdağ istiqamətində


geoloji profil (Ə.M.Süleymanov, B.İ.Məhərrəmov).

Gəncə NQR-nin Naftalan-Gödəkboz-Duzdağ qalxım-


lar zonasından Ağcabədi qalxımına qədər olan mərkəzi
hissəsi Güllücə, Tərtər və Şirvanlı qalxımlarının şimal-qərb
qanadlarının tağyanı hissəsindən keçən, uzununa
istiqamətli qırılmalarla tektonik bloklara bölünmüşdür.
Qafqaz istiqamətində uzanan bu qalxımlar şimal-şərq

86
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

qanadları nisbətən dik, cənub-qərb qanadları isə bir qədər


yastı olmaqla asimmetrik quruluşa malikdirlər.
Gəncə NQR-in Ağdam antiklinorimunun cənub-şərq
batımında yerləşən hissəsi daha mürəkkəb quruluşa
malikdir. Rayonun bu hissəsi mürəkkəb seysmik yazı zona-
ları şəklində qeyd olunan üç uzununa qırılma pozğunluğu
ilə tektonik bloklara bölünmüşdür. Ən cənubda, bilavasitə
Ağdam antiklinoriumunun davamında yerləşən hissədə yer
səthinə çıxan Mezozoy çöküntüləri şimal-şərq
istiqamətində 1500 m, Yevlax-Ağcabədi çökəkliyinin mər-
kəzinə doğru, Bərdə qalxımı istiqamətində 7000 m-ə qədər
dərinliyə qədər gömülür (şəkil 44).

Şəkil 44. Güllücə-Şirvanlı-Bərdə istiqamətində


geoloji profil (Ə.M.Süleymanov, R.L.Zeynalov, B.İ.Məhərrəmov).

Kiçik Qafqazqarşısı monoklinalın və Yevlax-Ağcabədi


çökəkliyinin cənub-qərb bortunun cənub-şərq hissələri bir-
birindən müxtəlif istiqamətli qırılmalarla ayrılan Kəbirli-
Ağcabədi-Beyləqan və Ağgöl-Sovetlər-Şirinqum qalxım zo-
naları ilə mürəkkəbləşmişdir (şəkil 45, 46).
Şimalda və cənub-şərqdə Mezozoy yaşlı Kəbirli-
Ağcabədi-Beyləqan və Arazyanı qalxımlar zonalarından
qırılmalarla ayrılan Xudafərin körfəzvari çökəkliyi xüsusi

87
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

mövqeyə malikdir. Arazyanı çökəkliklər qrupuna aid edilən


Xudafərin çökəkliyinin Paleogen-Miosen çöküntü kom-
pleksi üzrə Kiçik Qafqaza söykənərək qapandığını nəzərə
alaraq Gəncə NQR-ə aid edilməsi daha doğrudur.

Şəkil 45. Ağcabədi-Ağgöl-Sovetlər istiqamətində geoloji


profil (Ə.M.Süleymanov, R.L.Zeynalov, B.İ.Məhərrəmov).

Şəkil 46. Xudafərin-Bəhmənli-Beyləqan-Sovetlər-Şirinqum


istiqamətində geoloji profil (Ə.Süleymanov).

Kəbirli-Ağcabədi-Beyləqan tektonik blokunda Mezo-


zoy erası çöküntüləri 500-2500 m-ə, daha şimalda yerləşən
Ağgöl-Sovetlər-Şirinqum blokunda isə 2500 m-dən 4000-
4500 m-ə qədər dərinliklərdə yerləşirlər.
Ağcabədi-Beyləqan tektonik blokunun şimal-qərb his-
səsində ölçüləri 16,5 x 3,5 km olan Ağcabədi, cənub-şərq
hissəsində isə müxtəlif istiqamətlərdə uzanan və bir-biri ilə
kulis şəklində uzlaşan Kəbirli, Çəbri, Qəmərli, Boluslu,
Beyləqan qalxımları yerləşirlər.
88
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Sovetlər-Ağgöl tektonik blokunda yerləşən, 3750 m-


lik izohipslərlə əks olunan, kiçikölçülü Sovetlər, Ağgöl və
Şərqi Ağcabədi qalxımları bir-birindən kiçik yəhərlərlə
ayrılırlar. Bu strukturlardan şimal-qərbə doğru Mezozoy
çöküntüləri 4000-6000 m dərinliyə qədər gömülürlər.
Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb bortunda
Paleogen çöküntülərinin geoloji quruluşu, Üst Tabaşir çö-
küntülərinin geoloji quruluşundan yatım bucaqlarının bir
qədər azalması ilə fərqlənir. Miosen çöküntüləri, cənub-qərb
bortun çox hissəsində Ağcagilqarşısı yuyulmaya məruz
qaldığından bu bortun yalnız uzaq batımında, Bərdə-
Ağcabədi-Beyləqan qırılma xəttindən şimal-şərqdə iştirak
edir və yatım bucaqlarının əhəmiyyətli dərəcədə (5-8o) azal-
ması ilə fərqlənirlər. Pliosen-Antropogen çöküntüləri üzrə
Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb bortu struktur
çıxıntılarla mürəkkəbləşməyən, az maili monoklinaldır.
Gəncə NQR-in neft-qazlılığı Üst Tabaşirin karbonatlı-
çatlı və Paleogen-Miosenin qumlu kollektorları ilə əlaqə-
dardır. Çökəkliyin cənub-qərb bortunda sənaye əhəmiyyətli
neftlilik, əsasən Maykop lay dəstəsinin qumlu, Eosenin
qumlu-gilli-mergelli və Üst Tabaşirin karbonatlı-çatlı kol-
lektorları ilə əlaqədardır.
Gəncə NQR-də mövcud olan neft yataqları Yevlax-
Ağcabədi çökəkliyinin mərkəzi hissəsindən generasiya
olunmuş KH-in cənub-qərb istiqamətində lateral və qırıl-
malarla vertikal istiqamətdə miqrasiya edərək struktur, lito-
loji və tektonik ekranlaşmış tələlərdə toplanması nəticə-
sində əmələ gəlmişlər.
89
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Qazanbulaq, Acıdərə, Naftalan və Tərtər sahələrində


Maykopun I, II-Qazanbulaq və II, III-Tərtər qumlu hori-
zontlarında mövcud olan neft yataqları, hasilatın az olması
ilə əlaqədar olaraq konservasiyaya qoyulmuşlar.
Eosen çöküntülərindən (III-Qazanbulaq horizontu)
Qazanbulaq, Acıdərə və Sarıyaldağ sahələrində qazılmış
bir neçə quyuda neft alınmış, Sovetlər, Tərtər, Acıdərə,
Naftalan, Gödəkboz sahələrində isə neft-qaz təzahürləri və
ya zəif neft, qaz və su axımları qeyd olunmuşdur.
Üst Tabaşirin karbonatlı-çatlı kollektorları yüksək də-
rəcədə sulu olmaları ilə fərqlənirlər. Neft axınları və inten-
siv neft-qaz təzahürləri Tərtər 152, Naftalan 58, Güllücə 3,
Beyləqan 7, 9 saylı quyularda qeyd olunmuşdur. Sovetlər
sahəsində 2 saylı quyuda qazıma işləri zamanı 3919 m-dən
20 min m3/gün qaz fontanı və 18 m3/gün hasilatla neft
alınmışdır.

Kür-Qabırrı çaylararası neftli-qazlı rayonu (NQR).


Kür-Cənubi Xəzər neftli-qazlı subəyalətinin (NQSƏ) Kiçik
Qafqaz-Talışqarşısı neftli-qazlı vilayətinə (NQV) daxil
olan Kür-Qabırrı NQR-i Qabırrı-Acınohur çökəkliyinin
cənub-qərb hissəsini əhatə edir. Sahə geomorfoloji xüsusiy-
yətlərinə görə bir-birindən fərqlənən Qabırrı çayı ətrafı
dağlıq - Çatma və Kür çayı ətrafı ovalıq - Ceyrançöl zona-
larına ayrılır (şəkil 47).
Kür-Qabırrı NQR-i Kür dərinlik qırılmasından şimal-
şimal-şərqdə yerləşir. Rayon Üst Tabaşir çöküntüləri üzrə

90
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

cənub-qərbdə struktur çıxıntı və kiçik amplitudlu braxian-


tiklinallarla mürəkkəbləşmiş, şimal-şərq istiqamətli yatıma
malik monoklinaldan ibarətdir.

Şəkil 47. Kür və Qabırrı çaylararası neftli-qazlı rayonu.


Strukturların yerləşmə sxemi.

Kür-Qabırrı NQR-i cənub-şərqdə Gəncəçay-Qanıx


submeridional istiqamətli dərinlik qırılması (21) ilə həm
Yevlax-Ağcabədi çökəkliyindən, həm də Acınohur müm-
kün neftli-qazlı rayonundan (MNQR) ayrılır.
Çatma zonası şimaldan Qabırrı çayı, cənubdan isə
Kiçik Palantökən, Böyük Palantökən, Ağtaxtatəpə, Çoban-
dağ və Sacdağ yüksəkliklərinin cənub yamacları boyu
91
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

keçən Herikdərə üstəgəlmə qırılması ilə hüdudlanır. Zona


bir-birinə paralel uzanan, əsasən Miosen çöküntülərindən
təşkil olunmuş və tektonik pozğunluqlarla kəskin mürək-
kəbləşmiş Eldaroyuğu və Çobandağ-Palantökən sıra təpə-
liklərindən ibarətdir [30].
Çatma zonası daxilində molass çöküntülərindən ibarət
olan strukturlar üç qrupa ayrılır. Zonanın şimalında yerlə-
şən qrupa Yaylacıq, Alaçıq, Eldaroyuğu və Eldar, mərkəzi
qrupa Taxtatəpə, Acıdərə və Armudlu, cənub qrupa isə
Udabno, Sacdağ, Molladağ, Çobandağ-Ağtaxtatəpə, Böyük
Palantökən və Kiçik Palantökən qalxımları daxildir.
Ceyrançöl zonası rayonun cənub hissəsini əhatə edir
və şimaldan Çatma zonası, cənubdan isə Kür çayı ilə hü-
dudlanır. Ceyrançöl sinklinoriumu quruluşuna görə Çatma
antiklinoriumundan kəskin fərqlənir. Bu fərq ilk növbədə
Paleogen-Neogen çöküntülərinin qalınlığının azalması və
Orta Miosen çöküntülərinin cənub istiqamətində pazlaşma-
sı ilə müşahidə olunur (şəkil 48, 49, 50, 51).
Pazlaşma zonasında Ağcagil layları kəskin bucaq
uyğunsuzluğu ilə Sarmat mərtəbəsinin, daha cənuba isə
Maykop mərtəbəsi çöküntüləri üzərinə yatırlar. Zonanı
təşkil edən qırışıqların əksəriyyəti braxiantiklinal quruluşa
malikdir.
Ceyrançöl sinklinoriumunun strukturları şimal, mər-
kəz və cənub olmaqla üç antiklinal zonaya bölünür. Şimal
antiklinal zonaya Cahandar, Soyuqbulaq, Məmmədtəpə,
Qaratəpə, Keyrük-Keylan, Qərbi Gürzündağ, Gürzündağ,
Şimali Ceyrançöl antiklinalları; mərkəzi zonaya Quşquna I,
92
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Ortaqaş, Əlimərdanlı, Quyruqençi və Yenikənd antikli-


nalları, cənub zonasına isə Quşquna II, Qıraq Kəsəmən,
Qaflandərə, Xatınlı və Girzan antiklinalları daxildirlər.
Antiklinalların əksəriyyətinin uzunluğu 10-15 km, hündür-
lüyü isə 500-1000 m-dir.

Şəkil 48. Qıraq Kəsəmən-Məmmədtəpə-Sacdağ-Armudlu


istiqamətində geoloji profil.

Şəkil 49. Qıraq Kəsəmən-Məmmədtəpə-Dəmirtəpə-Udabno


istiqamətində geoloji profil.

Mezozoy çöküntülərinin sərhədindən əks olunan “P”


seysmik horizontuna görə Kür və Qabırrı çaylararası rayonu
lokal qalxım və struktur terraslarla mürəkkəbləşən monokli-
nal quruluşa malikdir. Udabno-Cahandar, Cənubi-Dəmirtə-
pə, Quşquna, Qıraq Kəsəmən, Girzan, Gödəkdüz, Əyridərə,

93
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Qərbi Gürzündağ və Kəsəmən sahələrində qeyd olunan qal-


xımlar Paleogen-Tabaşir çöküntüləri üzrə struktur çıxıntılar-
dır. Onlar əsasən submeridional və Qafqazəksi istiqamətdə,
qapalı strukturların əksəriyyəti isə en dairəsinə yaxın və
ümumqafqaz istiqamətdə uzanırlar. Strukturların uzunluğu
3-8 km, eni 1-3 km, hündürlükləri isə 50-200 m arasında
dəyişir.

Şəkil 50. Xatunlu-Molladağ istiqamətində geoloji profil.

Şəkil 51. Dəllər-Tovuz-Keyrük-Keylan-Gürzündağ-


B.Palantökən-Eldaroyuğu istiqamətində geoloji profil
(Ş.X.Axundov, B.İ.Məhərrəmov).

Antiklinal strukturların tağ hissələri və cənub-qərb qa-


nadları uzununa istiqamətli, üstəgəlmə tipli qırılmalarla
mürəkkəbləşmişlər. Ən böyük qırılma uzunluğu 30 km,

94
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

amplitudu 1500 m olmaqla, Molladağ antiklinalının qərbin-


dən başlayıb Sacdağ qalxımının şimalından keçərək
Məmmədtəpə qırışığı istiqamətində uzanır.
Paleogen-Tabaşir yaşlı çöküntülərdən təşkil olunmuş
qalxımlar: Alaçıq-Eldaroyuğu; Yaylacıq-Armudlu; Udabno-
Çobandağ-K. Palantökən; Cahandar-Gürzündağ-Tərsdəllər;
Quşquna-Ortaqaş-Yenikənd; Qıraq Kəsəmən-Girzan antikli-
nal qurşaqlarda yerləşirlər.
Kür-Qabırrı NQR-i ərazisində yerüstü neft-qaz təza-
hürləri, əsasən Çatma antiklinoriumun şimal hissəsində,
üstəgəlmə qırılması üzrə yer səthinə çıxan Miosen və
Maykop lay dəstəsinin neftli layları və bu qırılma ilə
əlaqədardır olan palçıq vulkanlarının qrifon və salzaları ilə
əlaqədardırlar.
Eldaroyuğu qalxımının şimal qanadında yer səthinə
çıxan Üst Sarmat yaşlı neftli layların qalınlığı 100 m-ə çatır.
Bu qalxımda struktur-xəritəalma quyularında üst və orta
Sarmat çöküntülərinin açılması zamanı intensiv neft-qaz
təzahürləri qeyd olunmuş, 1 saylı kəşfiyyat quyusunda isə
Orta Sarmatın qumlu laylarının açılması zamanı hasilatı
2000 m3/gün olan qısamüddətli qaz fontanı alınmışdır.
Soyuqbulaq qalxımının cənub-şərq periklinalında qa-
zılmış 16 saylı struktur-axtarış quyusunda Eosen çöküntü-
lərinin qazılması güclü qaz və üzərində neft pərdələri olan
su axını ilə müşayiət olmuşdur.
Kür-Qabırrı NQR-də sənaye əhəmiyyətli neft yatağı
yalnız Tərsdəllər sahəsində aşkar olunmuşdur. Bu sahədə
qazılmış 1 saylı axtarış quyusunda Orta Eosenin tufogen
95
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

qumdaşılarından 230 t/gün hasilatla neft alınmışdır. Son-


rakı axtarış-kəşfiyyat işləri nəticəsində yatağın, strukturun
şimal-şərq qanadının tağyanı hissəsində, litoloji məhdud
tipə aid olduğu müəyyən edilmişdir.
Orta Eosen və Üst Tabaşir çöküntülərinin neft-qazlı-
lığını öyrənmək məqsədilə Tərsdəllərlə yanaşı Cahandar,
Məmmədtəpə, Sacdağ, Gürzündağ, Molladağ, Kiçik
Palantökən və b. sahələrdə də axtarış-kəşfiyyat quyuları
qazılmış və bu quyuların əksəriyyətində Miosen, Maykop,
Eosen çöküntülərilə əlaqədar neft-qaz təzahürlərinə rast
gəlinsə də, neft axınları Orta Eosen çöküntülərindən yalnız
Cahandar, Gürzündağ və Keyrük-Keylan sahələrində qazıl-
mış quyularda alınmışdır.
Paleogen-Miosen və Üst Tabaşir çöküntülərinin litofa-
sial xüsusiyyətlərinin və neft-qazlılıq əlamətlərinin təhlili
bu çöküntülərin Kür-Qabırrı NQR-in əlverişli struktur-
tektonik və litofasial şəraitlərə malik olan qalxımlarında
perspektivli obyektlərə malik ola biləcəklərini göstərir. Bu
baxımdan tağ və tektonik ekranlaşmış tipli yataqlarla yana-
şı Orta Eosen çöküntülərinin pazlaşma zonalarında litoloji-
məhdud tip yataqların axtarışı da perspektivli sayılır.

Mümkün neftli-qazlı rayonlar

Acınohur mümkün neftli-qazlı rayonu (MNQR).


Kür-Cənubi Xəzər neftli-qazlı subəyalətinə (NQSƏ) daxil
olan Böyük Qafqazarxası neftli-qazlı vilayətinin (NQV)
şimal-qərb hissəsində yerləşən Acınohur MNQR-i qərbdə
96
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Qanıx çayı vadisində yerləşən eyni adlı qırılma ilə, şərqdə


Girdiman çayı vadisində Qərbi Xəzər dərinlik qırılması,
şimal-şərqdə Şimali Acınohur qırılması, cənub-cənub-
qərbdə isə Kür və Mingəçevir-Göyçay qırılmaları ilə
sərhədlənən Acınohur çökəkliyini əhatə edir (şəkil 52).

Şəkil 52. Acınohur mümkün neftli-qazlı rayonu. Strukturların


yerləşmə sxemi.

Pliosen-Antropogen çöküntülərindən təşkil olunmuş


bu çökəkliyin daxilində asimmetrik quruluşlu, cənub qa-
nadları qırılmalarla mürəkkəbləşmiş və bir çox hallarda
şimal qanadları ilə tektonik şəkildə örtülən və bir-birindən
geniş, yastı sinklinal çökəkliklərlə ayrılan antiklinal zona
məlumdur. Cənubda yerləşən Xocaşən-Göyçay antiklinal
zonası, Çatma antiklinoriumunun Alaçıq-Eldaroyuğu anti-
klinal qurşağının şərqdə davamını təşkil edir. Mingəçevir

97
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

gölündən cənubdakı Bozdağ, Dəyirmandağ, Qaraca anti-


klinalları isə Çatma antiklinoriumunun cənub hissəsində
yerləşən Udabno-Palantökən antiklinal qurşağının dava-
mında yerləşirlər [30, 111, 112].
Acınohur çökəkliyi yer səthində Ağcagil, Abşeron və
Antropogen çöküntülərindən təşkil olunmuşdur. Bəzi
qalxımların tağ hissələrində Məhsuldar Qat və Pont çökün-
tüləri də yer səthinə çıxırlar. Rayonun dərinlik quruluşunda
isə Paleogen-Miosen və Mezozoy çöküntü kompleksləri
iştirak edirlər (şəkil 53, 54). Çökəklikdən qərbdə Mirzaani
və şərqdə Aşağı Kür çökəkliyində olduğu kimi, Mezozoy
çöküntüləri böyük dərinliklərdə yatdıqları üçün, onların
struktur-tektonik xüsusiyyətləri haqqında yalnız geofiziki
tədqiqatların nəticələri əsasında mülahizə yürütmək olar
(şəkil 53, 54). Qravimetrik xəritəalma nəticələrinə görə
burada Alpa qədərki kristallik bünövrə 8-9 km dərinlikdə
yerləşir. Kristallik bünövrə üzərində yatan vulkanogen
süxurlardan və fliş çöküntülərindən ibarət Mezozoy kom-
pleksinin qalınlığı 2,5-3,0 km-ə, Paleogen-Miosen çökün-
tülərinin qalınlıqları isə 3,5 km-ə çatır. Böyük dərinlikdə
yatan Mezozoy çöküntüləri, qalınlıqları 2200 m-ə çatan
Neogen-Antropogen çöküntülərinin altında yatan çöküntü
kompleksləri ilə disharmonik quruluşa malikdir.
Acınohur MNQR-i daxilində geoloji-xəritəalma və
struktur-axtarış qazıması ilə aşkar olunmuş antiklinal struk-
turlar şimaldan cənuba doğru olmaqla: 1. Daşyüz-
Qeyvəndli; 2. Qüdbərəkdağ-Gənzə; 3. Acınohur-Kürd-
maşı; 4. Qocaşen-Göyçay; 5.Bozdağ-Qaraca-Qaraməryəm
zonalarında qruplaşırlar.
98
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

99
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

100
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Daşyüz-Qeyvəndli antiklinal zonası daxilində qərbdə


Qanıx çayından, şərqdə Girdiman çayına qədər uzanan mə-
safədə: Qərbi Daşyüz, Şərqi Daşyüz, Aydınbulaq, Şimali
Aydınbulaq, Çaykənd, Söyüdlü və Qeyvəndli antiklinal
qırışıqları yerləşirlər.
Qüdbərəkdağ-Gənzə antiklinal zonası Daşyüz antikli-
nal zonasından cənubda yerləşir. Bu zona Mirzaani-Ərəş
sinklinoriumunun tektonik elementi sayılır. Zonanın qərb
hissəsində Qüdbərəkdağ və Gəmiqaya-Acıbulaq antiklinal
qırışıqları yerləşirlər. Şimal-qərb cənub-şərq istiqamətində
uzanan bu zonanın qalxımları Əlicançayın sağ sahilində
Ərəş sinklinalının böyük qalınlıqlı Dördüncü dövr çökün-
tüləri altında gömülürlər. Şərq istiqamətdə isə, Qaraküllük
və Gənzə qırışıqları yerləşirlər.
Acınohur-Kürdmaşı antiklinal zonası daxilində qərb-
dən şərqə doğru Acınohur, Çayqaraqoyunlu, Olmaz, Sava-
lan, Surxayxan və Təklə antiklinal qalxımları yerləşirlər.
Üstəgəlmə qırılmaları ilə mürəkkəbləşmiş antiklinal qırı-
şıqların cənub qanadları dik, şimal qanadları az mailli yatı-
ma malik olmaqla asimmetrik quruluşludurlar.
Qocaşen-Göyçay antiklinal zonası Acınohur-Kürdma-
şı antiklinal zonasından cənubda yerləşir və daxilində 11
antiklinal qalxım: Qərbi Qocaşen, Mərkəzi Qocaşen, Şərqi
Qocaşen, Nalbənddağ, Pirseyid, Qoşaqovaq, Yuxarı
Ağcayazı, Ağcayazı, Ərəbli, Göyçay, Şərqi Göyçay qeydə
alınıb [109]. Qırışıqlıqların hamısının cənub-qərb qanadları
dik, şimal-şərq qanadları isə az mailli yatımlı asimmetrik
quruluşa malikdirlər. Strukturların dik qanadları boyu
Göyçay üstəgəlmə qırılması keçir. Quyu məlumatlarına
101
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

əsasən üstəgəlmə qırılmasının amplitudu 1200-1300 m,


üfüqi yerdəyişməsi isə 2 km-dir.
Bozdağ-Qaraca-Qaraməryəm zonası Acınohur çökək-
liyinin cənub kənarında, şimalda yerləşən antiklinal zona-
lara paralel uzanır. Bu antiklinal zona Qocaşen-Göyçay an-
tiklinal zonasından Xanabad və Qarayazı sinklinalları ilə
ayrılır. Qaraməryəm antiklinalı Dördüncü dövr çöküntü-
lərinin üst hissəsinə görə, bir-birinə paralel uzanan iki ensiz
Qaraməryəm və Cənubi Qaraməryəm antiklinallarından
ibarətdir. Daha qədim çöküntülər üzrə, onlar birləşərək
vahid antiklinal qırışığa çevrilirlər.
Acınohur MNQR-də yerləşən bütün antiklinal zonalar
üçün əsas xarakterik xüsusiyyət quruluşların düzxətli ol-
ması, böyük məsafədə uzanması, ensiz antiklinal qırışıqla-
rın asimmetrik olması və kulis şəkilli yerləşməsi, dik yatı-
ma malik cənub-qərb qanadının üstəgəlmə xarakterli qırıl-
ma ilə mürəkkəbləşməsidir. Qərbdən şərqə doğru qırışıq-
ların geoloji quruluşunda iştirak edən çöküntülər daha ca-
van çöküntülərlə əvəz olunurlar.
Rayonun neft-qazlılıq əlamətləri antiklinal zonaları
mürəkkəbləşdirən üstəgəlmə tipli qırılmalarla əlaqədar olan
təbii çıxışlarda su üzərində neft pərdələri və qaz
qabarcıqları şəklində, həmçinin, Şərqi Qocaşen qalxımında
2 saylı, Gəmiqaya-Acıbulaq qalxımında 1 saylı quyuların
qazılması zamanı müşahidə olunmuşdur. Qonşu Bozdağ
sahəsində Ağcagil mərtəbəsi çöküntülərinin yerüstü çıxışı
ilə əlaqədar olan Acıbulaq adlı bulaqdan çıxan su intensiv
qaz ayrılması ilə fərqlənir.

102
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Acınohur MNQR-in neft-qazlılıq perspektivliyi Üst


Tabaşirin karbonatlı-çatlı, Eosenin, Maykop lay dəstəsinin,
Çokrak horizontunun, Sarmat mərtəbəsinin, eləcə də,
Məhsuldar Qatın qranulyar kollektorları ilə əlaqədardır.
Rayonun cənub hissəsində yerləşən Qocaşen-Göyçay və
Bozdağ-Qaraca-Qaraməryəm antiklinal zonalarının qal-
xımları neft-qaz yataqlarının axtarışı baxımından daha
perspektivli sayılırlar.

Kürdəmir-Saatlı-Lənkəran mümkün neftli-qazlı


rayonu (MNQR). Rayon Kür-Cənubi Xəzər neftli-qazlı sub-
əyalətinə (NQSƏ) daxil olan Böyük Qafqazarxası neftli-
qazlı vilayətinin (NQV) cənub-qərb hissəsində yerləşir.
Kürdəmir-Saatlı-Lənkəran MNQR eyni adlı gömülmüş
qalxımlar zonasını əhatə edir. Rayon şərqdə və şimal-şərqdə
Qərbi Xəzər dərinlik qırılması, şimal-qərbdə Mingəçevir-
Göyçay üstəgəlmə qırılması ilə uyğun olaraq Aşağı Kür və
Acınohur çökəkliklərindən, cənub-qərbdə isə Carlı-Sorsor
antiklinal zolağının cənub-qərb qanadından keçən Carlı-
Cəlilabad regional qırılması ilə Yevlax-Ağcabədi və
Cəlilabad çökəkliklərindən ayrılır. Cənub-şərqdə bu zona
Xəzər akvatoriyasına qədər davam edir (şəkil 55).
Tektonik cəhətdən cənub-qərbdə Yevlax-Ağcabədi və
Cəlilabad çökəklikləri şimal-şərqdə isə Aşağı Kür çökək-
liyi arasında yerləşən, submeridional istiqamətdə uzanan
Talış-Vəndam qravitasiya maksimumuna uyğun gəlir.
Bu gömülmüş qalxımlar zonası Araz dərinlik qırılması
ilə Kürdəmir-Saatlı və Saatlı-Lənkəran gömülmüş qalxım
zonalarına bölünür. Hər iki hissənin geoloji quruluşunda
103
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Mezozoy yaşlı vulkanogen-çökmə mənşəli süxur və çökün-


tülər, Pliosen-Antropogen yaşlı qumlu-gilli çöküntülərlə və
bəzi hallarda isə Sarmat mərtəbəsinin terrigen-karbonatlı
çöküntüləri ilə qeyri-uyğun şəkildə örtülürlər (şəkil 56, 57,
58, 59, 60) [30].

Şəkil 55. Kürdəmir-Saatlı-Lənkəran mümkün neftli-qazlı


rayonu. Strukturların yerləşmə sxemi.

104
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Kürdəmir-Saatlı-Lənkəran gömülmüş qalxımlar zona-


sının yerləşdiyi ərazinin çox hissəsini az maili Mil, Muğan
və Şirvan düzənlikləri əhatə edir. Zona əsasən Dördüncü
dövr çöküntülərilə örtülmüşdür. Üst Tabaşirdən başlayaraq
Miosen epoxasının sonuna, bəzi sahələrdə isə hətta Alt
Pliosenə qədər çöküntütoplanmada uzunmüddətli fasilə baş
vermişdir (şəkil 56, 57, 58, 59, 60).

Şəkil 56. Zərdab-Qaracalı istiqamətində seysmogeoloji profil.

Şəkil 57. Muradxanlı-Carlı istiqamətində seysmogeoloji profil.

Tektonik zonanın daha intensiv qırışıqlığa məruz qa-


lan Kürdəmir-Saatlı hissəsində Müsüslü, Kürdəmir və Carlı
kimi böyük ölçülü qravitasiya maksimumları aşkar
edilmişdir. Seysmik-kəşfiyyat üsulları və axtarış-kəşfiyyat

105
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

qazması ilə tektonik zonanın cənub-qərb hissəsində, Mezo-


zoy çöküntüləri üzrə, Qaracalı, Carlı, Sorsor, Şimali Saatlı
kimi braxiantiklinal strukturların, Paleogen-Miosen çökün-
tüləri üzrə isə İncə, Müsüslü, Qarabucaq gömülmüş qal-
xımların varlığı təsdiq edilmişdir. Bu strukturlarda Mezo-
zoy çöküntülərinin səthi əsasən 3000-3200 m dərinlikdə
yatırlar. Şimal və şimal-qərb istiqamətlərində (Müsüslü
qalxımlar qrupu və Qarabucaq qalxımı) Mezozoy çöküntü-
ləri səthinin 3800-4000 m dərinliklərə, şimal-şərqdə Kür-
dəmir qalxımı rayonunda isə 4500-5500 m-ə qədər gömül-
düyü müəyyən edilmişdir.

Şəkil 58. Carlı-Padar istiqamətində seysmogeoloji profil.

Kürdəmir-Saatlı-Lənkəran gömülmüş qalxımlar zona-


sının Saatlı-Lənkəran (Saatlı-Muğan) hissəsində bir çox lo-
kal qravitasiya maksimumları müəyyən edilmişdir.
Saatlı-Lənkəran zonasının cənub-qərb hissəsində aş-
kar olunmuş, Paleogen-Miosen çöküntüləri üzrə gömülmüş
Kürd, Orta Kürd, Qırmızıkənd, Biləsuvar və Uzuntəpə
antiklinal strukturları, zonanın şimal-şərq hissəsində Mezo-
zoy çöküntüləri üzrə Həşimxanlı, Xəlfəli, Orta Muğan,
106
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Şorsulu, Şərqi Şorsulu gömülmüş qalxımları, Paleogen-


Miosen çöküntüləri üzrə isə Məmmədabad, Azadkənd,
Nəsimikənd strukturları və Muğanlı, Ağçala, Xırmandalı,
Xanməmmədli struktur çıxıntıları bu qravitasiya minimum-
larına uyğun gəlirlər.

Şəkil 59. Uzuntəpə sahəsi. Seysmogeoloji profil.

Şəkil 60. Orta Muğan sahəsi. Seysmogeoloji profil.

Saatlı, Orta Muğan və Şorsulu sahələrində aparılmış


çox dərin və axtarış qazması işlərinin nəticələri göstərdi ki,
bu sahələrdə də qravitasiya maksimumları Mezozoy
kompleksinin vulkanogen və vulkanogen-çökmə mənşəli
süxurlarından ibarət lokal qalxımları əks etdirirlər. Burada
da tektonik zonanın şimal-qərb hissəsində olduğu kimi,
böyük qalınlıqlı Pliosen-Antropogen kompleksi Mezozoy
107
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

çöküntüləri üzərinə qeyri-uyğun yatırlar. Tektonik zonanın


Saatlı-Lənkəran hissəsində yatma dərinlikləri cənub-şərq
istiqamətində 2800 m-dən 7000 m-ə qədər artır.
Kürdəmir-Saatlı-Lənkəran MNQR–in neft-qazlılıq ba-
xımından maraq kəsb edən Uzuntəpə qırışığının tağında
Orta Miosen və Maykop çöküntüləri kəsilişdə iştirak etmir-
lər, Sarmat çöküntüləri isə Üst Eosen çöküntüləri üzərinə
qeyri-uyğun şəkildə yatırlar.
Kürdəmir-Saatlı-Lənkəran MNQR-də təbii neft-qaz
çıxışları mövcud deyil. Qaracalı, Sorsor, Carlı, Saatlı, Orta
Muğan, Məmmədabad, Azadkənd, Nəsimikənd sahələrində
qazılmış bir sıra axtarış quyularında Üst Tabaşir çöküntü-
ləri açılmış və lay sınağı zamanı flyüid təzahürləri
olmuşdur. Məhsuldar Qat çöküntülərilə əlaqədar neft-qaz
təzahürləri isə Saatlı, Carlı və Qaracalı sahələrində qeydə
alınmışlar. Saatlı 1 saylı, Sor-sor 2 saylı və Qaracalı 1 saylı
axtarış-kəşfiyyat quyularında Miosen çöküntülərinin
qazılması prosesi neft-qaz təzahürlərilə müşayiət
olunmuşdur. Xüsusən Carlı sahəsində qazılmış 1, 3, 5 saylı
quyularda bu əlamət daha kəskin olmuşdur.
Neftqaztoplanma zonasının CŞ hissəsində yerləşən
Uzuntəpə sahəsində qazılmış quyularda Maykop və Sarmat
çöküntülərilə əlaqədar neft-qaz təzahürləri qeydə alınsa da,
kəsilişdə diqqəti cəlb edən horizontlar qeydə alınmayıb.
Dərin axtarış-qazıma və seysmik kəşfiyyatı nəticələ-
rinə görə tədqiqatçılar belə qənaətə gəlmişlər ki, Kürdəmir-
Saatlı-Lənkəran gömülmüş qalxımlar zonasının cənub anti-
klinal qurşağında yerləşən qalxımları perspektivli olmalı-
dır. Neft-qazlılığın əsas kriterilərinin kompleks analizi
108
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

göstərir ki, Kürdəmir-Saatlı-Lənkəran gömülmüş qalxımlar


zonasının şimal-şərq və cənub-qərb kənarlarının Mezozoy
dövründə davamlı və uzun müddətli intensiv çökməyə
məruz qalması nəticəsində, tərkibi üzvi maddələrlə zəngin
karbonatların və gillərin formalaşması üçün əlverişli şərait
yaranmışdır. Güman olunur ki, hər iki çökəkliyin mərkəzi
hissəsi neft-qaz əmələgəlmə hövzəsi olmuş və buradan
miqrasiya olunan KH-lər gömülmüş qalxımlar zonasının
strukturlarına toplanmışlar.
Gömülmüş qalxımlar zonasında Üst Tabaşirin karbonatlı
və vulkanogen çöküntüləri qeyri-uyğun yatımla Miosen, bəzi
yerlərdə isə Alt Pliosen çöküntüləri ilə örtülmüşlər. Aparılmış
analizlərə görə (H-M. Əliyev, M.B. Xeyirov, R.Y. Babayev
və s.) karbonatlı çöküntülərin başqa sahələrdə olduğu kimi
Üst Santon-Maastrixt yaşlı, vulkanogen əmələgəlmələr isə
Turon-Alt Santon yaşlıdırlar. Karbonatlı çöküntülərin
kəsilişinin qalınlığı 560-600 m-ə çatır ki, bunlar da uzun
müddətli aşınmaya məruz qaldıqları üçün yüksək çatlı-
məsaməli kollektorlara malikdirlər. Carlı sahəsində qazılmış
3 saylı quyudan yüksək debitli minerallaşmış suyun alınması
bunu əyani sübut edir. Saatlı 1 saylı quyusunda 2890-2903 m
intervaldan Üst Kampan yaşlı açıq və çəhrayı-boz rəngli
əhəngdaşılarında az miqdarda yağlı bitumların olması, Üst
Tabaşir çöküntülərinin neftli-qazlı olmasına dəlalət edir.
Kürdəmir-Saatlı-Lənkəran gömülmüş qalxımlar zona-
sının Muğan monoklinalında Azadkənd və Orta Muğan
strukturlarının çöküntülərinin də KH potensialına malik
olması ehtimal olunur. Orta Muğan strukturunda 1971-ci

109
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

ildə qazılmış 1 və 2 saylı kəşfiyyat quyularında uyğun


olaraq 570 m və 60 m qalınlıqda, vulkanogen-çökmə
süxurlarının altında Üst Tabaşirin karbonatlı çöküntüləri
açılmışdır.
Şorsulu strukturunda 1 saylı quyu 4500 m-ə qazıl-
mışdır. Tabaşirin üzərinə az qalınlıqla yatan Miosenin
(Sarmatın) tufogen çöküntülərində qazıma zamanı intensiv
neft təzahürləri qeyd olunmuşdur.
Mövcud geoloji-geofiziki və axtarış-kəşfiyyat qazması
nəticələrinin analizi və ümumiləşdirilməsi güman etməyə
əsas verir ki, Kürdəmir-Saatlı-Lənkəran MNQR-ində Üst
Tabaşir, Orta Eosen və Oliqosen-Miosen kollektorlarında
neft-qaz perspektivliyi litoloji tip tələlərlə əlaqədar olması
ehtimalı daha yüksəkdir, axtarış-qazıma işlərinin əsas
obyektləri Üst Tabaşir tələləri olmalıdır.

Qazax-Dəllər-Dəliməmmədli mümkün neftli-qazlı


rayonu (MNQR). Kür-Cənubi Xəzər neftli-qazlı subəyalə-
tinə (NQSƏ) daxil olan Kiçik Qafqaz-Talışqarşısı neftli-
qazlı vilayətinin (NQV) şimal-qərb hissəsinin cənub-
qərbində yerləşən Qazax-Dəllər-Dəliməmmədli MNQR-i
tektonik cəhətdən Kiçik Qafqazın Şm.Ş yamacından Kür
depressiyasına keçid zonasını təşkil edir. Qərb-şimal-
qərbdə Gürcüstan sərhədindən, şərqdə Gödəkboz-Duzdağ
qırılmasına qədər uzanan bu MNQR, Şm.Ş-də Kür dərinlik
qırılması, CŞ-də isə Kiçik Qafqazqarşısı dərinlik və
Dəliməmmədli qırılmaları ilə sərhədlənir (şəkil 61).

110
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Kiçik Qafqazın şimal-şərq batımının şimal-qərbində


yerləşən, Ağstafaçay-Gəncəçay arasında olan sahəsi şimal-
da Kür, cənubda isə Kiçik Qafqazqarşısı dərinlik qırılma-
ları ilə hüdudlanır. Bu sahə öz geoloji quruluşuna görə,
Kür-Qabırrı çaylararası rayonundan kəskin şəkildə fərqlə-
nir. Burada Mezozoy çöküntü kompleksi az qalınlıqlı Pale-
ogen-Neogen-Antropogen çöküntüləri altında 200-800 m
dərinliklərdə yatırlar (şəkil 62, 63, 64, 65).

Şəkil 61. Qazax-Dəllər-Dəliməmmədli mümkün neftli-qazlı


rayonu. Strukturların yerləşmə sxemi.

Geomorfoloji cəhətdən rayon iki zonaya ayrılır. Birinci


zona Kiçik Qafqazın Şm.Ş yamacının alçaq təpəliklərini,
ikinci zona isə Kür çayının sağ sahilindəki düzənlik sahəni

111
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

əhatə edir. Bu geomorfoloji zonalar, subeninə istiqamətində


uzanan qırılma ilə ayrılan iki tektonik bloka uyğun gəlirlər.

Şəkil 62. Ağstafa-Qazax-Qıraq Kəsəmən istiqamətində


geoloji profil (B.Məhərrəmov).

Şəkil 63. Qaracəmilli-Xuluf-Yenikənd istiqamətində


seysmogeoloji profil.

Şəkil 64. Dəliməmmədli-Borsunlu-Gödəkboz istiqamətində


seysmogeoloji profil.

Şimal-şərqdə yerləşən tektonik blokda Mezozoy çö-


küntüləri dəniz səviyyəsindən 100-1200 m aşağıda yerləş-
diyi halda, CCQ-də yerləşən tektonik blokda, əsasən dəniz
səviyyəsindən yüksəkdə (300 m-ə qədər) yerləşirlər. Tek-
tonik cəhətdən mürəkkəb quruluşa malik olan bu bloklar,
112
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Mezozoy çöküntüləri üzrə antiklinal qalxımlar və Qafqaz-


əksi istiqamətli struktur çıxıntılardan ibarət olan Qazax-
Dəllər-Dəliməmmədli MNQR-i təşkil edirlər.

Şəkil 65. Dəliməmmədli-Bozyeri-Duzdağ istiqamətində


seysmogeoloji profil.

Bu struktur vahid qərbdə Qazax, şərqdə Gəncə körfəz-


vari çökəklikləri və Kiçik Qafqazın Şəmkir qalxımının
şimal batımının Kiçik Qafqazqarşısı dərinlik qırılması ilə
qırılıb düşmüş hissəsidir. Bu sahədə yerləşən Üst Tabaşir
yaşlı strukturların uzanma istiqamətləri göstərilən dərinlik
qırılmalarının istiqamətlərinə uyğun olaraq subeninə
istiqamətlənmişlər. Burada Mezozoy kompleksi bir neçə
eninə və uzununa qırılmalarla mürəkkəbləşmişdir.
Qazax-Dəllər-Dəliməmmədli MNQR uzununa istiqa-
mətdə tektonik cəhətdən biri-digərindən fərqli Ağstafa-
Qazax, Dəllər-Tovuz və Dəliməmmədli-Bozyeri olmaqla
üç hissəyə bölünür.
Rayonun ŞQ-də yerləşən Ağstafa-Qazax hissəsi
Paleogen-Miosen çöküntüləri üzrə eyni adlı körfəzvari
çökəkliyə uyğun gəlir. Bu hissənin Şm.Ş blokunda Üst
Tabaşir çöküntüləri dəniz səviyyəsindən 400-1400 m
113
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

aşağıda yerləşdikləri halda, CQ blokunda dəniz səviyyə-


sindən 200-400 m-ə qədər yüksəkdə yerləşirlər. Bu blokda
Üst Tabaşir çöküntüləri üzrə Qazax körfəzindən şərqdə
Şərqi Ağstafa və qərbdə Ağstafa, Qafqazəksi istiqamətli
struktur çıxıntılar, daha qərbdə, Gürcüstan sərhədində
Qafqaz istiqamətli Əli Bayramlı qalxımı yerləşir.
Rayonun Tovuzçay və Qoşqarçay arasında yerləşən,
mərkəzi hissəsi əksqafqaz istiqamətli, böyük ölçülü Şəmkir
qalxımının Şm.Şm.Ş batımını təşkil edir. Burada, subeninə
istiqamətində uzanan Düyərli, Dəllər və Qarasaqqal qal-
xımlarının tağ hissələrində və CQ qanadlarında Üst Plio-
sen-Antropogen çöküntüləri altında yatan Üst Tabaşirin
karbonatlı çöküntüləri, CQ blokda dəniz səviyyəsindən
100-200 m yüksəkdə, Şm.Ş blokda isə dəniz səviyyəsindən
100-600 m-ə qədər dərində yerləşirlər.
Mərkəzi hissədən cənubda, Üst Tabaşir çöküntülərin-
dən təşkil olunmuş Tovuz-Zəyəm-Sarıqamış istiqamətdə
uzanan sinklinal zolaq yerləşir. Bu sinklinal isə, öz növbə-
sində, Orta Yura və daha qədim çöküntülər və vulkanik
süxurlarından ibarət olan, böyük ölçülü, əksqafqaz istiqa-
mətli Şəmkir qalxımından Kiçik Qafqazqarşısı dərinlik
qırılması ilə ayrılır.
Rayonun CŞ-də yerləşən Dəliməmmədli-Bozyeri his-
səsi Qoşqarçay boyunca uzanan, Şm.Ş istiqamətli qırılma
ilə Dəllər-Tovuz hissəsindən ayrılır. Uzunluğu 17 km, eni
3 km olan bu hissənin əsas struktur elementi olan
Dəliməmmədli qalxımı eninə və uzununa istiqamətlərdə
kəskin asimmetrik quruluşa malikdir. Onun uzununa istiqa-
mətli asimmetrikliyi Qoşqarçay qırılmasından qərbdə ŞQ
114
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

periklinalının olmaması, CŞ periklinalının 17 km-ə qədər


uzanması, eninə asimmetrikliyi isə Şm.Ş qanadının geniş,
CQ qanadının isə olduqca qısa və dik olmasında əks olunur.
Dəliməmmədli qalxımının iki uzununa qırılma arasında
horst şəklində qalxmış olan tağ hissəsində, Mezozoy
çöküntüləri 0-500 m dərinliklərdə yerləşdikləri halda,
strukturun Şm.Ş qanadında 1000-2500 m dərinliyə qədər
gömülmüşdür.
Qeyd etmək lazımdır ki, Qoşqarçay qırılmasının Kür
submeridional dərinlik qırılmasından şimalda davamının
Tərsdəllər qalxımının şərq hissəsindən keçdiyi geofiziki təd-
qiqatlarla aşkar edilmiş və axtarış-kəşfiyyat qazıması ilə
təsdiq olunmuşdur. Burada qırılmanın Tabaşirin səthi üzrə
amplitudu 2000 m-ə çatır. Mezozoy çöküntü kompleksi
səthinin Qoşqarçay qırılmasından şərqdə Dəliməmmədli
qalxımının tağ hissəsində 400 m-dən onun şərq periklina-
lının uzaq batımında tədricən 4000 m-ə qədər enməsinə
baxmayaraq, struktur subeninə uzanma istiqamətini saxlayır.
Burada amplitudu 1000 m-dən artıq olan uzununa qırılma
Dəliməmmədli antiklinalının cənub qanadı boyunca uzanır.
Dəliməmmədli qalxımının Şm.Ş qanadının şərq
hissəsində yerləşən kiçik ölçülü Soyuqxanlı, Fəxrəli, Çaylı
və Bozyeri qalxımları yerləşirlər. Bozyeri və Fəxrəli
qalxımlarında Mezozoy çöküntülərin yatma dərinlikləri
2200-2400 m-ə, Gödəkboz-Duzdağ qırılması yaxınlığında
isə 4500 m-ə qədər artır.
Qazax-Dəllər-Dəliməmmədli MNQR-in Tovuz-Qazax,
Dəllər-Tovuz və Qıraq Kəsəmən sahələrində struktur-axta-

115
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

rış, Dəliməmmədli sahəsində isə struktur-axtarış və kəşfiy-


yat quyuları qazılmışdır. Qazax-Məmmədtəpə sahəsində
qazılmış quyularla açılmış Foraminifer laylarının alt hissə-
sinə aid edilən tufogen çöküntülərin keçiriciliyi (0.0102-
0.0347)x10-3 mkm2 arasında dəyişir. Qazılmış quyuların
məlumatları göstərir ki, Maykop laylarının alt hissəsində
0,5-12 sm qalınlıqlı alevrolit və qumdaşı laycıqları möv-
cuddur. Burada Alt Maykopun qalınlığı 88 m təşkil edir.
Cənub-şərq istiqamətində həm qumdaşı laycıqlarının, həm
də Alt Maykopun qalınlıqları artır. Dəliməmmədli sahəsin-
də Alt Maykopun qalınlığı 855 m-ə qədər çatır.
Qazax-Məmmədtəpə sahəsində Maykop dəstəsi çö-
küntülərinin alt hissəsinin qumdaşıları və alevrolitləri yük-
sək keçiricilik və məsaməliklə xarakterizə olunur. Burada
keçiricilik (0.0091-0.2448)x10-3 mkm2 arasında, məsamə-
lik isə 25-30 % arasında dəyişir. Dəliməmmədli sahəsində
bu rəqəm 17 md və 15-25 % təşkil edir.
Ağstafa ərazisində qazılmış 15 saylı quyuda 322 m də-
rinlikdə güclü qaz tullanışı baş vermiş, Qazax-Məmməd-
təpə sahəsində 1 saylı istinad quyusunda 842 m dərinlikdə
zəif qaz təzahürü qeydə alınmışdır. 36 saylı struktur-axtarış
quyusunda Ağcagil çöküntülərini keçərkən 316 m-də qaz
tullanışı, 17 saylı quyuda Maykop çöküntüləri açılan zaman
qaz ayrılması, 23, 25, 27 və 29 saylı quyularda qısamüddətli
qaz atılmaları müşahidə olunmuşdur.
Dəllər-Tovuz sahəsində kəşfiyyat işləri aparılan zaman
Tabaşir əhəngdaşılarının yuyulması zamanı neft iyi qeydə
alınmışdır. Qazılmış quyuların əksəriyyətində su təzahürü
qazla müşayiət olunmuşdur. Dəllər sahəsində qazılmış 16,
116
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

17, 18, 24, 28 saylı struktur-axtarış quyularında karbonatlı


və tufogen fasiyalı Tabaşir çöküntüləri açılmışdır. 28 saylı
quyuda 250-559 m intervalından götürülmüş süxur nümunə-
ləri bu çöküntülərin çatlı kollektorlara malik olduğunu göstə-
rmişdir. Çatların eni 0,1 mm-dən 2 mm-ə qədər dəyişir.
Keçiricilik 0,0428x10-3 mkm2 təşkil edir.
Dəliməmmədli sahəsində kollektor xüsusiyyətləri qa-
zılmış quyulardan götürülmüş 10 süxur nümunəsində
yoxlanmışdır. Çöküntülər tuf qumdaşıları, tuf alevrolitlər
və qumdaşılarından ibarətdir. Məsaməlilik 5,7-25,3 %
təşkil edir. Keçiricilik çox aşağıdır.
Tədqiqatlar göstərir ki, Qazax-Dəllər zonası uzununa
və eninə qırılmalarla səciyyələnir və karbonatlı çöküntülə-
rin çatlılığı kəskin artır. Quyunun qazılması zamanı su
axınının 600 l/dəq-ə qədər çatması həm Tabaşir, həm də
ondan üstdə yatan çöküntülərdə qənaətbəxş neft-qaz kol-
lektorlarının mövcud olduğunu göstərir. Bu qənaətə gəlmək
olar ki, Ağstafaçay-Xramçay arası sahədə karbonatlı-çatlı
çöküntülər və daha cavan çöküntülərin qranulyar
kollektorları neftli-qazlı ola bilər və neft-qaz axtarışı
baxımından maraq kəsb edir.
Dəliməmmədli sahəsində Üst Tabaşirin karbonatlı gil-
li çöküntüləri 1, 5, 6 və 20 saylı, vulkanik çökmə süxurları
3, 4 saylı quyularla açılmışdır. Qazma zamanı neft-qaz
təzahürləri 20, 12, 14, 23, 27, 6, 10, 18, 25 saylı quyularda
müşahidə olunmuş, bəzi quyularda 1-2.5 t neft alınmışdır.
Qalxımın Şm.Ş qanadında və CŞ periklinalında qazılmış
kəşfiyyat quyularında Maykop lay dəstəsinin I, II
117
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Qazanbulaq və Orta Eosenin III Qazanbulaq horizontların-


dan 5-7 t/gün hasilatla neft axını alınmışdır.
Dəliməmmədli sahəsində neft-qaz-su təzahürlərinin
araşdırılması göstərir ki, əsas neftli-qazlı laylar Üst Tabaşir
çöküntülərinə, Foraminifer qatına və yüksək dərəcədə neft-
qaz əlamətləri olan Maykop seriyasına aiddir. Strukturun
cənub-şərq periklinalında Tabaşir çöküntüləri, Foraminifer
qatı və Maykop seriyası perspektivli obyektlər kimi qiy-
mətləndirilə bilərlər.
Talışqarşısı (Cəlilabad) mümkün neftli-qazlı
rayonu (MNQR). Rayon Kür-Cənubi Xəzər neftli-qazlı
subəyalətinə (NQSƏ) daxil olan Kiçik Qafqaz-Talışqarşısı
neftli-qazlı vilayətinin (NQV) cənub-şərq qurtaracağında
yerləşir. Talışqarşısı (Cəlilabad) MNQR şimal-şərqdə gö-
mülmüş Saatlı-Lənkəran qalxımlar zonasından Cəlilabad
dərinlik qırılması, şimal-qərbdə Yevlax-Ağcabədi çökəkli-
yindən Aşağı Araz dərinlik qırılması, cənub-qərbdə isə
Talışqarşısı dərinlik qırılması və İran sərhədi ilə hüdudlanır
(şəkil 66).
Rayon Talış dağlarının şimal-şimal-şərq, Muğan düzü-
nün cənub-qərb hissələrini əhatə edir və mürəkkəb tektonik
quruluşa malikdir.
Bu mümkün neftli-qazlı rayon daxil olmaqla Talış
ərazisi tektonik cəhətdən üç böyük antiklinoriuma və
onların arasında yerləşən iki sinklinoriuma ayrılır. Astara
antiklinoriumunu ondan şimalda Alaşar-Burovar silsiləsini
əhatə edən Burovar antiklinoriumundan Yardımlı sinklino-
riumu ayırır. Burovar antiklinoriumunu isə Biləsuvar-
118
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Uzuntəpə antiklinoriumundan Cəlilabad sinklinoriumunu


ayırır (şəkil 67, 68) [30].

Şəkil 66. Talışqarşısı (Cəlilabad) mümkün neftli-qazlı


rayonu. Strukturların yerləşmə sxemi.

Cəlilabad sinklinoriumunun geoloji quruluşunda Üst


Maykop çöküntülərindən Üst Sarmat çöküntülərinə qədər
olan süxurlar yer səthinə çıxır. Burada bir neçə dik və ensiz
antiklinal qırışıqlar və onları bir-birindən ayıran sinklinal-
lar müşahidə olunur.
Talışqarşısı (Cəlilabad) MNQR-də kompleks geoloji-
geofıziki tədqiqatlar əsasında Boyxana, Gərməli, Şərəfxanlı,

119
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Tumarxanlı, Cəlair, Ağdaş, Rüstəmabad antiklinal qırışıqları


və Albalan antiklinal çıxıntısı aşkar edilib (şəkil 69, 70).

Şəkil 67. Ağdaş-Cənubi Muğan istiqamətində


geoloji profil (H.Ə.Əhmədov, S.H.Nadirov və b.).

Şəkil 68. Tumarxanlı-Uzuntəpə istiqamətində


geoloji profil (H.Ə.Əhmədov, S.H.Nadirov və b.).

Tektonik cəhətdən Talışqarşısı çökəkliyi əhatə edən bu


MNQR-in daxilində Paleogen-Miosen çöküntülərindən
təşkil olunmuş Tumarxanlı-Gərməli və Alataş-Lazran anti-
klinal zonaları, əsas neftqaztoplanma zonaları sayılırlar.

Şəkil 69. Gərməli sahəsi. Geoloji profil


(H.Ə.Əhmədov, S.H.Nadirov və b.).

120
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Şəkil 70. Ağdaş, Şərəfxanlı, Ağdaş-Lazran və Cəlair sahələri.


Geoloji profillər (H.Ə.Əhmədov, S.H.Nadirov və b.).

Naxçıvan mümkün neftli-qazlı rayonu. Naxçıvan


MNQR Naxçıvan Muxtar Respublikasının CQ hissəsində
yerləşir (şəkil 71). Cənub və cənub-qərbdən Araz çayı
vadisilə, şimal və şimal-şərqdən Dərələyəz və Zəngəzur
yaylaları ilə sərhədlənir. Çox mürəkkəb relyefə malik olan
bu rayon Araz çayı istiqamətində az mailli geniş dağlararası
çökəklikdən ibarətdir.
Tektonik cəhətdən mürəkkəb quruluşa malik olan və
Araz tektonik zonasına uyğun gələn Naxçıvan MR-in əra-
zisində tədqiqatlara əsasən Baykal metamorfik bünövrəsi-
nin üzərində yaranan, onun mərkəz hissəsində şimal-şimal-
qərb və cənub-cənub-şərq istiqamətlərindən keçən Şərur-
Culfa Hersin yaşlı antiklinoriumu, ondan şərqdə miogeo-
sinklinal substrat üzərində əmələ gələn, ümumqafqaz isti-
qamətli Ordubad sinklinoriumu, Zəngəzur horst qalxımı,
qərb istiqamətində isə Şərur-Culfa antiklinoriumu və Ordu-
bad sinklinoriumunu çəp istiqamətdə kəsən Naxçıvan qon-
darma çökəkliyi ayrılmışdır (Ş.Ə. Əzizbəyov və b.).

121
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Şəkil 71. Naxçıvan mümkün neftli-qazlı rayonu.


Strukturların yerləşmə sxemi.

Bu tektonik vahidlər daxilində Mezozoy (Trias, Yura,


Tabaşir) və Kaynozoy (Paleogen-Miosen) çöküntüləri üzrə
lokal antiklinal qalxımlar aşkar olunmuşdur. Rayonda düz-
xətli qırışıqlığa malik antiklinal və sinklinal zonalar da möv-
cuddur. Rayonun geoloji quruluşunda Devondan Antropo-
genə qədər çöküntülər iştirak edirlər (şəkil 72, 73, 74) [30].
Şərur-Culfa antiklinoriumu Naxçıvan MR ərazisində
Naxçıvan qondarma çökəkliyi ilə iki hissəyə - Şərur və
Culfa seqmentinə ayrılır. Bu hissələr arasında tektonik
əlaqə Naxçıvan qondarma çökəkliyinin mərkəzi hissəsində

122
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Trias yaşlı dolomitlərin axtarış quyuları ilə nisbətən kiçik


(1600-1900 m) dərinliklərdə açılması ilə sübut olunmuşdur.

Şəkil 72. Çeşməbazar qalxımı. Seysmogeoloji profil.

Şəkil 73. Yayıcı-Dizə-Şimali Gilançay istiqamətində


seysmogeoloji profil.

Şərur-Culfa antiklinoriumunda qırışıqlıq istiqamətləri


dərinlik qırılmalarının uzanma istiqamətləri ilə uyğunlaşırlar.
Belə dərinlik qırılmalarından biri antiklinoriumu Ordubad
sinklinoriumundan ayırır ki, bu da yer üzündə meridional və
şimal-şərq istiqamətində uzanan qırılıb-qalxma və üstəgəlmə
pozğunluqlarından ibarət zona şəklində əks olunmuşdur.
123
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

124
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Antiklinoriumun əsas hissəsi İran ərazisində yerləşən


Culfa seqmentinin Naxçıvan ərazisində yerləşən şimal-şərq
qanadı qırılıb-qalxma pozğunluqları ilə mürəkkəbləşmiş
Perm və Trias çöküntülərindən təşkil olunmuşdur. Ordubad
sinklinoriumu vulkanogen və çökmə mənşəli Yura, Üst
Tabaşir və Paleogen çöküntülərindən təşkil olunmuşdur.
Sinklinoriumun kənar hissələrində olan qırılmalar
şimal-qərb istiqamətində uzanan qırılıb-qalxma və
üstəgəlmələrdən, mərkəzi hissəsində isə şimal-şərq istiqa-
mətli qırılıb-düşmə pozğunluqlarından ibarətdir.
Ordubad sinklinoriumunun geoloji quruluşunda karbo-
nat-terrigen Aalen-Kellovey, Turon-Konyak, Üst Eosen
yaşlı, karbonat (Santon-Kampan), terrigen (Maastrixt-Dani-
marka-Paleosen) və vulkanogen (Leyas, Kimmeric, Eosen,
Oliqosen) süxurları, qranitoid batolitləri iştirak edir.
Ordubad sinklinoriumunun cənub-qərb hissəsində Neogen
çöküntüləri ilə örtülən böyük ölçülü mulda yerləşir. O
cənub-şərq istiqamətində çökəkliyin xeyli hissəsini əhatə
edir. Son zamanlar burada aparılmış geofiziki kəşfiyyat
nəticəsində muldanın mərkəzi hissəsində Trias çöküntüləri
üzrə Qıvraq, Şahtaxtı, Böyükdüz, Əliabad braxiantiklinal-
ları, cənub-şərq hissəsində isə Yura-Üst Tabaşir çöküntü-
ləri üzrə Çeşməbazar, Nehrəm, Culfa və s. qalxımlar aşkar
olunmuşlar (şəkil 72, 74).
Tədqiqatçılar Ordubad sinklinoriumunun cənub-şərq
hissəsinə Mehri-Ordubad batoliti hüdudunda Zəngəzur və
onun şimal-şərqində yerləşən Oxçu horst qalxımlarını,

125
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Qafan antiklinoriumu sərhədində tikiş zonası və Mehri


qrabenini aid edirlər [23].
Zəngəzur horst-qalxımı hər iki tərəfdən dərinlik qırıl-
maları ilə hüdudlanır. Bu qalxımın Naxçıvan MR ərazisin-
də yerləşən cənub-qərb qanadı Üst Tabaşir və Alt Eosen
çöküntülərindən təşkil olunmuşdur. Qalxımın bünövrəsi isə
Kembri-Kembriyəqədər yaşlı intensiv qırışıqlığa uğramış
qneyslər, mikalı şistlər, amfibolitlər və mərmərlərdən təşkil
olunmuşdur. Bu kompleks özü Eosenin sonu və Miosenin
əvvəllərində yaranmış Mehri-Ordubad qranitoid batoliti ilə
yarılmışdır.
Naxçıvan qondarma çökəkliyi Oliqosenin sonunda
formalaşmağa başlamış və Miosenin molass çöküntüləri ilə
doldurulmuşdur. Çökəkliyin geoloji kəsilişində çökmə
mənşəli orta və üst Paleozoy, Mezozoy və Paleogen
çöküntüləri iştirak edir. Orta və üst Paleozoy və Trias
çöküntülərinin qalınlığı cənub-qərb istiqamətində artaraq
6-7 km-ə çatır. Çökəkliyin əksər sahəsi qalın Oliqosen və
Neogen-Dördüncü dövr çöküntülərilə örtülüb. Naxçıvan
çökəkliyində Miosen çöküntülərinin qalınlığı 2600 m-dən
artıqdır.
Çökəkliyin geoloji quruluşunda iştirak edən Üst
Tabaşir-Paleogen çöküntü kompleksi hələ Oliqosenə qə-
dərki tektonik hərəkətlərlə qırışıqlığa məruz qaldığı üçün,
bu kompleksin qırışıqları ilə üstə yatan Miosen kompleksi
qırışıqları arasında disharmoniya mövcuddur.
Naxçıvan üstəgəlmə çökəkliyinin şərq hissəsi Şərur-
Culfa antiklinoriumunun üzərində yerləşir. Bu çökəklik
126
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

şimalda və şərqdə dərinlik qırılmaları ilə hüdudlandığı


halda, İran və Türkiyə ərazilərində geniş sahəni tutur.
Üst Oliqosen-Miosen çöküntüləri qalınlıqlarının dəyi-
şilmə qradiyentinin çox böyük olması, Naxçıvan çökəkliyi
və Ağqaya qalxımı qırışıqlığının uzlaşma xüsusiyyətləri,
üstəgəlmə çökəkliyin yaranmasının dərinlik qırılması və ak-
tiv tektonik hərəkətlərlə əlaqədar olduğuna güman yaradır.
Bünövrə üzrə Üst Paleozoy-Trias kompleksində əks
olunan Vəlidağ, Şərur, Culfa, Zəngəzur horst-qalxımları
ayrılır (D.X. Babayev, İ.S. Həsənov T.S. Əmiraslanov).
T.S. Əmiraslanova görə Naxçıvan MR-in düzənlik
hissəsində qeyd olunan lokal qravitasiya anomaliyaları Üst
Paleozoy-Trias və Mezozoy çöküntüləri üzrə yaranan qal-
xımları əks etdirirlər. Sədərək, Vəlidağ, Sarıdağ və Şərqi-
Vəlidağ lokal maksimumları - Devon; Şərur, Qıvraq, Təzə-
kənd, Xok, Böyükdüz, C.Böyükdüz, Keçəltəpə, Sovetabad
maksimumları - Trias; Şəkərabad qravitasiya maksimumu
isə Üst Tabaşir-Alt Eosen çöküntülərində olan qalxımlarla
izah olunur.
Naxçıvan MNQR-in neft-qazlılıq ehtimalı rayonun
cənub-şərq hissəsində Neogen çöküntülərilə örtülən böyük
ölçülü mulda ilə əlaqəlidir. Bu mulda Ordubad
çökəkliyinin cənub-şərq hissəsini əhatə edir. Onun mərkəzi
hissəsində Sarmat çöküntülərindən təşkil olunmuş bir neçə
braxiantiklinal qalxım aşkar olunmuşdur. Miosenin
terrigen və Mezozoyun karbonatlı çöküntülərindən ibarət
olan bu MNQR daxilində neft-qazlılıq baxımından əhə-
miyyət kəsb edən Böyükdüz və Dəhnə-Vəlidağ mümkün
127
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

neft-qaz toplanma zonaları mövcuddur. Mezozoy çöküntü-


ləri kəsilişində neft-qazlılıq baxımından Trias və Üst
Tabaşirin karbonatlı-terrigen kollektorları daha çox maraq
doğurur.

128
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

III Fəsil

Azərbaycanın regional neftli-qazlı çöküntüləri

Azərbaycanın əsas neftli-qazlı laylarına, çöküntü qatının


münasib kollektor xüsusiyyətlərinə malik olan və sənaye
əhəmiyyətli neft-qaz axınları alınan stratiqrafik intervalları aid
edilir. Azərbaycanda çökmə süxurların neft-qazlılığı
Mezozoy və Kaynozoy yaşlı qumlu-alevritli və çatlı-kar-
bonatlı çöküntülərlə, sənaye əhəmiyyətli neft-qazlılıq isə çö-
küntü kompleksinin ayrı-ayrı mərtəbələrilə əlaqədardır [30].
Azərbaycanda intişar tapmış çöküntülərin ümumi kəsi-
lişində neftli-qazlı laylar Orta Yuranın Aalen mərtəbəsindən
Dördüncü dövr çöküntülərinin alt hissəsi olan Abşeron
mərtəbəsinə qədər geniş bir diapazonda müəyyən edilmişdir.
Qeyd etmək lazımdır ki, indiki zamanda mövcud olan əsas
neftli-qazlı lay dəstəsi Alt Pliosenin Məhsuldar qat
çöküntüləridir. Ümumilikdə neft-qazlılıq perspektivliyinə və
geoloji resurslarının potensialına görə aşağıdakı ardıcıllıqla
düzmək olar:
1. Məhsuldar qat (Alt Pliosen);
2. Eosen;
3. Maykop (Oliqosen-Alt Miosen);
129
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

4. Üst Tabaşir;
5. Diatom lay dəstəsi (orta və üst Miosen);
6. Abşeron (Q1) və Ağcagil (Üst Pliosen);
7. Alt Tabaşir;
8. Paleosen;
9. Orta Yura.
Hal-hazırda Məhsuldar qat, Maykop lay dəstəsi,
Ağcagil və Abşeron mərtəbələri, Eosen, Üst Tabaşir,
Paleosen və Sarmat çöküntülərində olan yataqlar sənaye
əhəmiyyətli işlənmədədir.

Mezozoy çöküntüləri

Azərbaycan ərazisində Mezozoy kompleksinin neft-


qazlılığı Yura və Tabaşir çöküntülərilə əlaqədardır.
Mezozoy çöküntüləri Orta Yuranın alt hissəsinə aid olan
Aalen çöküntülərindən başlayaraq Üst Tabaşirə kimi geniş
intervalı əhatə edir. Cənub-Şərqi Qafqazın geoloji
quruluşunda iştirak edən Mezozoyun bütün mərtəbələrinin
çöküntüləri az və ya çox dərəcədə neft-qazlılığa malikdirlər
və əsasən qum, qumdaşılı alevritli və çatlı karbonat süxur-
larla əlaqədardır [10].

Yura çöküntüləri

Orta Yuranın Aalen çöküntüləri Böyük Qafqaz və


Kiçik Qafqaz dağlarının Azərbaycan ərazisində, həmçinin

130
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Naxçıvan MR-də məlumdur. Qumdaşılarından təşkil olun-


muş Aalen mərtəbəsinin neft-qazlılığı qalınlığı 50-60 m-ə
çatan qumlu-alevritli qumdaşılardan ibarət çöküntülərlə
əlaqədardır. Bu çöküntülərdə neft təzahürləri Xızı NQR-in
Keşçay, Ataçay, Xaltan və b. sahələrində qeydə alınıb.
Afurca sahəsində qazılmış struktur-xəritəalma quyularında
təsadüf edilmiş neft-qaz təzahürlərinin də Aalen qumdaşıları
ilə əlaqədar olduğu güman edilir. Keşçay sahəsində qazılmış
1 saylı kəşfiyyat quyusunda bu çöküntülərdən 75 000 m3/gün
hasilatı olan qaz fontanı alınmışdır.
Bayos mərtəbəsi çöküntüləri Böyük və Kiçik Qafqaz
ərazisində geniş yayılıb. Bayos mərtəbəsinin neft-qazlılığı
Böyük Qafqazda intişar tapan və “Xınalıq qumdaşıları”
adlandırılan qumlu-gilli layların növbələşməsindən ibarət
kollektorlarla əlaqədardır. Bu qumdaşılarına Bəyimdağ-
Təkçay, Gilgilçay, Qızılqazma, Afurca, Yalama və Xudat
sahələrində rast gəlinir. Bəyimdağ-Təkçay, Şurabad, Afur-
ca, Yalama və Xudat sahələrində bu çöküntülərdən neft-qaz
təzahürləri müşahidə olunmuşdur. Xudat sahəsində qazıl-
mış 10 və 11 saylı quyularda Bayos mərtəbəsi çöküntülə-
rində qaz təzahürləri qeydə alınmışdır. Bəyimdağ-Təkçay
sahəsində qazılmış 1, 3, 5, 10, 11, 15, 17 və 18 saylı
quyularda Orta Yuranın Bayos mərtəbəsi çöküntülərindən
qazıma və sınaq zamanı qaz təzahürləri qeydə alınmışdır.
Üst Yuranın Kimeric və Titon (Xaltan lay dəstəsi)
çöküntülərinin neftliliyi əsasən onun kəsilişində olan
Zemçay dəstəsi (Xaltan lay dəstəsinin alt hissəsi) və İlisu
lay dəstəsi (Xaltan lay dəstəsinin üst hissəsi) adlanan və
131
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

qalınlığı 0,5-1,5 m olan Kimeric–Titon qumdaşıları ilə


əlaqədardır. Xaltan lay dəstəsinin qumdaşıları gillər və
mergellərlə növbələşərək kifayət qədər qalınlığa malik
sabit dəstələr əmələ gətirir. Böyük Qafqazın cənub-şərq
batımında bu dəstənin qalınlığı 800 m-ə qədər çatır.
Kəsilişdə kollektorluq xassəsinə malik üzvi əhəngdaşı-
larına da təsadüf edilir. Bu qumdaşı və əhəngdaşılarına
Qızılqazma, Xaltan, Qonaqkənd, Ugah, İstisudərə, Xata-
dərə və başqa sahələrin kəsilişində rast gəlinir [10].

Tabaşir çöküntüləri

Alt Tabaşir çöküntüləri Böyük və Kiçik Qafqaz dağ-


larında geniş yayılıb. Qusar-Dəvəçi (Yalama və Xudat),
Xızı (Bəyimdağ-Təkçay, Keşçay, Sitalçay və Şurabad) və
Şamaxı-Qobustan rayonlarında (Gədisu, Kürkeçidağ və
Qızmeydanı) qazılmış axtarış-kəşfiyyat quyularının demək
olar ki, hamısında bu çöküntülər açılmış və neft-qaz təza-
hürləri qeydə alınmışdır. Sənaye əhəmiyyətli neft-qaz
axınları isə Bəyimdağ-Təkçay sahəsində Valanjin-Hoteriv
mərtəbəsinin, Şurabad sahəsində Alb mərtəbəsinin qum-
daşılarından alınmışdır [29].
Valanjin mərtəbəsi çöküntüləri Böyük və Kiçik Qaf-
qaz ərazisində terrigen-karbonatlı süxurlardan ibarətdir.
Onların litofasial tərkibi həm yayılma sahəsi, həm də kəsiliş
üzrə dəyişir. Valanjin mərtəbəsi çöküntüləri Böyük Qafqaz-
ın Şahdağ-Sudur və Təngi-Beşbarmaq zonalarında boz,
sarımtıl-boz, bərk, qalınlaylı, üzvi-qırıntılı, dolomitləşmiş
132
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

əhəngdaşı və qumdaşılarından təşkil olunub. Burada Valan-


jin çöküntülərinin qalınlıqları 90-100 m arasında dəyişir.
Gilgilçaydan Ataçaya qədər uzanan sahədə Valanjin
çöküntüləri boz, açıq-boz pelitamorf əhəngdaşı, tünd və
yaşılımtıl-boz gil laycıqları olan mergel və nadir hallarda
nazik laylı qumdaşılarından ibarətdir. Keşçay istiqamətində
çöküntülərin tərkibi dəyişir və əsasən boz, pelitamorf,
qumlu əhəngdaşı, gil, mergel, qravelit və əhəngdaşılı xırda
qırıntılı konqlomeratlar üstünlük təşkil edir. Keşçay anti-
klinalının şimal-şərq qanadında Valanjin çöküntülərinin
qalınlığı 1200 m-ə çatır.
Xızı zonasında və Dübrar çökəkliyində Valanjin
çöküntüləri əsasən bazal konqlomeratı, boz və açıq-boz
pelitamorf, qumlu əhəngdaşı, yaşılımtıl mergel, boz, tünd-
boz gil və daxilində mikrokonqlomerat aralaycıqları olan
qumdaşılardan ibarətdir.
Qazılan quyuların məlumatlarına görə, burada çökün-
tülərinin qalınlıqları 250-1500 m arasında dəyişir. Bəyim-
dağ-Təkçay sahəsinin cənub-şərq periklinalında qazılan 10
saylı quyuda çöküntülərin qalınlığı 1410 m-dir.
Tufan antiklinoriumunun şimal-şərqində yaşılımtıl-boz
qumdaşı və konqlomeratlardan təşkil olunan Qızılqazma lay
dəstəsi ayrılır. Onun qalınlığı 5 m-dən 30 m-ə qədər dəyişir.
Valanjin çöküntüləri Zaqatala-Qovdağ sinklinoriumu
və Vəndam antiklinoriumunda geniş yayılıb. B. Qafqazın
cənub yamacında karbonatlı alt yarımmərtəbə və fliş
xarakterli üst yarımmərtəbəyə (Babadağ lay dəstəsi) ayrılır.

133
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Zaqatala-Qovdağ zonasında Valanjin mərtəbəsi çö-


küntüləri boz, bozumtul qumdaşı, əhəngli qumdaşı, üzvi-
qırıntılı, pelitamorf əhəngdaşı və boz şistli gil, gilli, şistli
argillitli və aralaycıqlı mergellərdən ibarətdir. Burada
çöküntülərin qalınlıqları 1300-1500 m təşkil edir.
Vəndam antiklinoriumunda çöküntülər konqlomerat,
qravelit və kobud-ortadənəli qumdaşılardan ibarətdir.
Zaqatala-Qovdağ zonasından fərqli olaraq burada gilli şist
və şistli gil təbəqələrinin qalınlıqları xeyli azalır. Çöküntü-
lərin qalınlıqları isə 220-620 m arasında dəyişir [12, 30].
Kiçik Qafqazda Valanjin çöküntüləri əsasən vulkanik
süxurlardan ibarət olub, tuflu qumdaşı, tuflu konqlomerat
və içərisində şist laycıqları olan porfiritlərdən təşkil olunub.
Çöküntülərin qalınlıqları 180 m-dir.
Valanjin mərtəbəsinin neft-qazlılığı onun kəsilişində
qeyd olunan alevrit, az qalınlıqlı qumdaşıları və məsaməli-
çatlı, karbonatlı-gilli çöküntülərlə əlaqədardır. Valanjin
mərtəbəsi çöküntülərindən Bəyimdağ-Təkçay sahəsində 3
və 20 saylı quyulardan sənaye əhəmiyyətli neft, qaz və
kondensat alınıb, bir neçə quyuda isə neft-qaz təzahürləri
qeyd edilib.
Şurabad sahəsində qazılmış 34 saylı quyuda qazıma
zamanı Valanjin çöküntülərindən qaz təzahürləri qeydə
alınmışdır.
Bəyimdağ-Təkçay sahəsində qazılmış 1, 4, 5, 15, 16,
18 saylı quyuda Valanjin mərtəbəsi çöküntülərindən
müxtəlif intensivlikli qaz təzahürləri, sınaq zamanı 2 saylı
quyuda qaz təzahürləri, 9 saylı quyuda neft pərdəcikləri və
134
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

qaz ayrılmaları, 10 saylı quyuda qaz təzahürləri, 11 saylı


quyuda qaz axını müşahidə edilmişdir.
3 saylı kəşfiyyat quyusunda, 1929-1832 m intervaldan
debiti 11586 m3/gün olan qaz, 1812-1770 m intervaldan 7
mm ştuserdən su ilə birlikdə qaz və neft (qaz 63940 m3/gün,
neft və su 19 və 15 m3/gün), 1767-1643 m intervalından
60000 m3/gün hasilatla açıq qaz fontanı və 20 m3/gün neft
alınmışdır. 7 saylı quyuda 1857-1593 m intervalda (Hoteriv-
Valanjin) filtr endirilərkən kəmər arxasında 25000 m3/gün
debitlə qaz axını qeyd edilmiş, 12 saylı quyuda 3-25 m3/gün
zəif qaz çıxışları müşahidə olunmuşdur. 20 saylı quyuda isə
Valanjindən 85000 m3/gün debitlə qaz alınmışdır.
Hoteriv mərtəbəsi çöküntüləri Böyük Qafqaz
ərazisində geniş yayılaraq, əsasən antiklinal strukturların
tağ hissəsində və sinklinal çökəkliklərdə yer səthinə çıxır.
Şahdağ və Sudur zonalarında çöküntülər içərisində
boz, yaşılımtıl-boz gil və qumdaşı laycıqları olan boz, açıq-
boz, bəzən sarımtıl-boz əhəngdaşılardan təşkil olunub.
Qalınlıqları 55-160 m arasında dəyişir [12, 30].
Xızı zonasında və Dübrar çökəkliyində Hoteriv çökün-
tüləri əsasən az qalınlıqlı qumlu əhəngdaşı, əhəngli
qumdaşı və argillit aralayları olan gillərdən ibarətdir. Qərb
istiqamətində çöküntülərinin qalınlıqları gilli şistlərin
hesabına artır. Xızı tektonik zonasının Bəyimdağ-Təkçay,
Keşçay, Sitalçay və başqa sahələrində qazılan quyu
məlumatlarına əsasən bu çöküntülərin qalınlığı 300 m-dən
970 m arasında dəyişir. Təngi-Beşbarmaq antiklinoriumu-

135
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

nun şimal və cənub hissələrində Hoteriv mərtəbəsi çökün-


tüləri gilli fasiya ilə içərisində brekçiyaşəkilli konqlomerat,
əhəngli qumdaşı və mergel laycıqları olan boz, tünd və
göyümtül gillərin laylanmasından təşkil olunub.
Şimali Qobustanda Hoteriv çöküntüləri struktur-axta-
rış və kəşfiyyat quyuları ilə öyrənilib. Bu sahədə də çökün-
tülər, Xızı və Dübrar zonalarında olduğu kimi, əsasən az
qalınlıqlı qumlu əhəngdaşı, əhəngli qumdaşı və argillit
aralaycıqları olan gillərdən ibarətdir.
Böyük Qafqazın cənub yamacında Hoteriv çöküntüləri
əsasən gilli şist və şistli gillərdən ibarətdir. Qərb istiqa-
mətdə qumdaşıları laycıqlarının qalınlığı artır. Zaqatala-
Qovdağ zonasında qalınlıq 350-650 m-dir.
Vəndam antiklinoriumunda Hoteriv çöküntülərinin
kəsilişində əhəngli tünd-boz qumdaşı, şistli gil və gilli
şistlər üstünlük təşkil edir. Burada çöküntülərin qalınlığı
140-300 m arasında dəyişir.
Kiçik Qafqazda Hoteriv mərtəbəsi çöküntüləri məh-
dud sahədə yayılıb. Kəsilişləri öyrənilən sahələrdə çökün-
tülərin tərkibi qırıntılı, naziklaylı ağ, qumlu əhəngdaşı,
ağımtıl-boz, üzvi-qırıntılı, az miqdar qumlu əhəngdaşıları,
tünd-boz tuflu qumdaşı, boz, bərk əhəngdaşı laycıqları olan
tuflu brekçiya və vulkanik-çökmə süxurlardan ibarətdir.
Mərtəbənin qalınlığı 30 m-dən 140 m-ə kimi dəyişir.
Hoteriv mərtəbəsinin neft-qazlılığı kəsilişdə iştirak
edən az qalınlıqlı qumdaşıları ilə əlaqədardır. Xızı tektonik
zonasının cənub-şərq hissəsində yerləşən qalxımlarda

136
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Hoteriv mərtəbəsinin qumdaşılarında neft-qaz təzahürlə-


rinə rast gəlinib.
Şurabad sahəsində qazılmış 6, 33, 34 saylı quyularda
Hoteriv mərtəbəsi çöküntülərindən, 26 saylı quyuda Apt-
Hoteriv və 35 saylı quyuda isə Hoteriv-Barrem çöküntü-
lərindən qaz təzahürləri qeyd olunmuşdur.
Sitalçay sahəsində 1 saylı quyuda qaz təzahürləri
müşahidə edilmişdir.
Bəyimdağ-Təkçay sahəsində 1, 5, 7, 16, 18, 20 saylı
quyularda qaz təzahürü qeyd olunmuşdur.
Barrem mərtəbəsi çöküntüləri Böyük və Kiçik Qafqaz
ərazisində geniş yayılıb. Böyük Qafqazın Xızı və Dübrar zo-
nalarında Barrem mərtəbəsinin alt hissəsi əsasən az qalınlıqlı,
yaşılımtıl-boz qumlu və əhəngli gil laycıqları olan boz,
ağımtıl-boz oolitli əhəngdaşılardan təşkil olunub [12, 30].
Şahdağ-Sudur zonasında üst yarımmərtəbəyə aid çö-
küntülər litoloji tərkibi yaşılımtıl-boz gil və əhəngdaşı
laycıqları olan boz, yaşılımtıl-boz qumdaşılardan ibarətdir.
Eyni çöküntüləri Yalama sahəsində qazılan quyularda
açılıb. Şahdağ-Sudur zonasında Barrem mərtəbəsinin
qalınlığı 30-120 m-dir. Qusar-Dəvəçi törəmə çökəkliyində
Barrem çöküntüləri əsasən alevrit və qumdaşı laycıqları
olan gillərdən təşkil olunub. Xudat sahəsində qazılan
quyularda Barrem mərtəbəsinin qalınlığı 760 m-dir.
Beşbarmaq kordilyeri ətrafında bu çöküntülərin litoloji
tərkibi xeyli dəyişir. Burada çöküntülər kalsit laycıqlı boz,
əhəngli gil, əhəngdaşı, qumdaşı, qravelit və konqlo-
meratlardan ibarətdir. Cənub-şərq istiqamətində kəsilişdə
137
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

xırdadənəli qumdaşı, gil, əhəngdaşı və ağımtıl-boz mergel-


lər iştirak edir.
Böyük Qafqazın cənub yamacında, Zaqatala-Qovdağ
sinklinoriumunda Barrem çöküntüləri boz, yaşılımtıl-boz
mergellər, boz, bərk əhəngdaşı, tünd-boz gilli şist, nadir
əhəngli qumdaşı və argillit laycıqlarına malik şistli gillərin
fliş növbələşməsindən ibarətdir. Çöküntülərin qalınlığı
dəyişkən olub 175-386 m təşkil edir.
Vəndam antiklinoriumunda da Barrem çöküntüləri
boz, tünd və yaşılımtıl-boz, təbəqəli şistli gil, qonuru, bəzən
açıq qonuru, çox bərk əhəngdaşı, yaşılımtıl-boz və boz
mergellərin fliş növbələşməsindən təşkil olunub. Qərb
istiqamətdə kəsilişdə argillitlər də iştirak edir. Vəndam
antiklinoriumu daxilində qalınlıq 164-492 m-dir [10, 12].
Kiçik Qafqaz ərazisində Barrem mərtəbəsi çöküntüləri
Somxito-Ağdam və Göyçə-Qarabağ zonalarında nisbətən
geniş yayılıblar. Sonuncu zonada Barrem mərtəbəsinin
kəsilişi konqlomerat layı ilə başlayır, yuxarı getdikcə boz,
sarımtıl, açıq-boz, qumdaşılı və brekçiyaşəkilli əhəngdaşı-
ları ilə əvəz olunur. Qalınlıqları 50-290 m arasında dəyişir.
Kiçik Qafqazın şimal-şərq yamacında Barrem çöküntüləri
konqlomerat və gil laycıqlarına malik qumdaşılarından
ibarətdir. Burada qalınlıq 30 m-ə qədərdir.
Barrem mərtəbəsi çöküntülərinin neft-qazlılığı kəsili-
şində qeyd olunan az qalınlıqlı alevrit və qumdaşı layları ilə
əlaqədardır. Qusar-Dəvəçi rayonu və Xızı tektonik zona-
sında bu çöküntülərdə neft-qaz təzahürləri qeydə alınıb.

138
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Şurabad sahəsində 3, 12, 35 saylı, Sitalçay sahəsində 2


saylı quyularda qaz təzahürləri müşahidə edilmişdir.
Bəyimdağ-Təkçay sahəsində 7 saylı quyuda qaz təza-
hürü qeyd edilmiş, 9 saylı quyuda isə sınaq zamanı neft
pərdəcikləri və qaz ayrılmaları müşahidə edilmişdir.
Apt və Alb mərtəbələri çöküntüləri Böyük Qafqazın
cənub-şərq batımı və cənub yamacında geniş yayılıb.
Apt çöküntüləri Təngi-Beşbarmaq antiklinoriumu-
nun kəsilişində göyümtül-boz, qırmızımtıl-boz, qırmızı gil-
lərdən ibarətdir. Nadir hallarda kəsilişdə konqlomerat və
qravelit aralaycıqlarına təsadüf edilir.
Qusar-Dəvəçi törəmə çökəkliyində Apt çöküntüləri
quyularla açılmışdır. Quyu məlumatlarına əsasən çökəkli-
yin şimal-şərq hissəsində çöküntülərin tərkibi yaşılımtıl-
boz gil və alevrolitlərdən ibarətdir. Rayonun cənub-şər-
qində isə kəsiliş iki hissəyə ayrılır. Alt hissə boz mergel,
əhəngdaşılı qumdaşı, əhəngdaşı laycıqları olan tünd və
yaşılımtıl-boz, qonuru-qırmızı vərəqvarı gillərdən, üst hissə
isə əhəngli qumdaşı laycıqlarına malik boz, qırmızımtıl-
qonuru, qonuru-qırmızı gillərdən ibarətdir. Apt çöküntü-
lərinin qalınlıqları 60-250 m arasında dəyişir [12, 30].
Böyük Qafqazın cənub yamacında, Zaqatala-Qovdağ
sinklinoriumunda, Apt çöküntüləri əsasən boz, yaşılımtıl və
tünd-boz, qara gilli şist, əhəngdaşılı, şistli gillərdən təşkil
olunub. Kəsiliş qalınlıqları 10-30 sm arasında dəyişən boz,
bərk əhəngdaşı və əhəngli qumdaşılarına, nadir hallarda
argillit və alevrolitlər olan aralaycıqlarına malikdir. Zonada

139
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Apt çöküntülərinin qalınlıqları 50 m-dən 330 m-ə qədər


dəyişir.
Kiçik Qafqazda Apt çöküntüləri əsasən Göyçə-Qara-
bağ zonasında, Ağstafa və Ağcakənd çökəkliklərində geniş
intişar tapıb. Göyçə-Qarabağ zonasında Apt çöküntüləri
açıq-qonuru, yaşılımtıl-boz, çəhrayıya çalan, bəzi yerlərdə
sarımtıl-boz əhəngli mergel və bozumtul-qonuru şistli,
qumlu gillərdən ibarətdir. Çöküntülərin kəsilişində boz,
kobuddənəli tuflu qumdaşıları və nazik laylı, incədənəli
əhəngli qum laycıqları da iştirak edir. Apt çöküntülərinin
üst hissəsi tufogen çöküntülərin üstünlüyü ilə səciyyələnir.
Qalınlıqlar 510 m-ə qədər çatır [10].
Ağcakənd və Ağstafa çökəkliklərində Apt çöküntüləri
boz, yaşılımtıl-boz, qırmızımtıl-tünd qonuru tuflu qumdaşı
və qumdaşılı gillərin qumdaşılarla növbələşməsindən iba-
rətdir. Kəsilişdə linzavarı mikrokonqlomeratlar iştirak edir.
Apt mərtəbəsinin neft-qazlılığı kəsilişində qumdaşı və
alevrit təbəqəciklərinin gil və mergellərlə növbələşmə-
sindən əmələ gələn qumlu-gilli dəstələrlə əlaqədardır. Bu
çöküntülərə ən çox Böyük Qafqazın cənub-şərq
batımındakı qalxımlarda təsadüf edilir. Yalama sahəsində
4, 11, 12, 17, 26, 33 saylı quyularda zəif qaz təzahürləri
qeydə alınmışdır. Bəyimdağ-Təkçay sahəsində isə 9 saylı
quyuda sınaq zamanı neft pərdəcikləri və qaz ayrılmaları
müşahidə edilmişdir.
Alb mərtəbəsi çöküntüləri Böyük Qafqazın Xızı
zonasının mərkəzi hissəsində, Dübrar-Yaşma və Qovdağ-
Sumqayıt sinklinoriumlarında üç yarımmərtəbə ilə təmsil
140
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

olunub. Alt yarımmərtəbə qumdaşı laycıqlarına malik boz,


qırmızı, sarımtıl-yaşıl, qonuru-boz əhəngli gillərdən ibarət-
dir [12, 30]. Sinklinoriumların bəzi yerlərində çöküntülərin
qalınlıqları və qumdaşı laycıqlarının miqdarı dəyişir. Orta
yarımmərtəbə alt yarımmərtəbədən litoloji tərkibin
dəyişməsi və qumdaşı laycıqlarının sayının artması ilə
fərqlənir. Bu çöküntülərin tərkibi boz, tünd və sarımtıl-boz
gil, boz, orta və iri dənəli əhəngli qumdaşılarından ibarətdir.
Üst yarımmərtəbə boz, sarımtıl-boz, yaşıl, sıx gil, yaşıl,
yaşımtıl-boz mergel, argillit, boz, qonuru-boz şistli qumdaşı
və qumlu əhəngdaşılarından təşkil olunub. Alb
çöküntülərinin qalınlıqları 10 m-dən 250 m-ə qədər dəyişir.
Təngi-Beşbarmaq antiklinoriumunun cənub-şərq his-
səsində Alb çöküntüləri yaşılımtıl, qonuru-boz gil və bəzən
qırmızı əhəngli qumdaşılardan ibarətdir. Çöküntülərin
qalınlığı 60 m-ə çatır.
Şahdağ-Sudur zonasında Alb mərtəbəsi çöküntüləri
Üst Tabaşir qarşısı transqressiya zamanı yuyulmaya məruz
qaldığından iştirak etmir. Bu çöküntülər Qusar-Dəvəçi
törəmə çökəkliyində Yalama və Xudat sahələrində qazılan
quyularla açılıb. Çöküntülərin tərkibi mergel, qumdaşı və
alevrolit aralaycıqlarına malik boz, tünd-boz gillərin fliş
növbələşməsindən ibarət olub, qalınlığı 65 m-ə çatır.
Böyük Qafqazın cənub yamacı, Vəndam antiklinori-
umu və Girdimançay hövzəsi ətrafında Alb mərtəbəsi
kəsilişinin çox hissəsini tufogen çöküntülər təşkil edir.
Burada kəsilişin alt və orta hissəsi qonuru-qırmızı tufogen
gil, açıq-boz tuflu qumdaşı, tuffit, üst hissəsi isə boz, tünd-
141
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

boz xırdadənəli tuflu qumdaşı, qonuru-boz, qumlu gil və


mergellərlə təmsil olunub.
Girdimançay hövzəsindən qərb və şərqə getdikcə
tufogen süxurlar çökmə süxurlarla qarışır. Çöküntülərin
qalınlıqları qərbdən şərqə 100-110 m-dən 450-475 m-ə
qədər artır.
Kiçik Qafqazda Alb mərtəbəsi çöküntüləri Alt
Tabaşirin ondan altda yatan digər mərtəbələrinə nisbətən
daha geniş ərazidə yayılıb və üç yarımmərtəbə ilə təmsil
olunur [12].
Alt yarımmərtəbə çöküntüləri Göyçə-Qarabağ zonası-
nın cənub-şərq hissəsində yer səthinə çıxır. Tərkibi tünd-
boz, bəzən sarımtıl-boz naziklaylı mergel, qonuru-boz,
şistli, iri və kobuddənəli qumdaşı, sarımtıl-boz gilli, qumlu
əhəngdaşı və göyümtül-boz əhəngli gillərdən ibarətdir.
Nadir hallarda kəsilişdə tuf-qumdaşılarına təsadüf edilir.
Yarımmərtəbənin qalınlığı 90 m-ə çatır.
Orta və üst yarımmərtəbə çöküntüləri Göyçə-Qarabağ
zonasında tünd-boz, qumlu, əhəngli argillit, kobud, ortadə-
nəli qumdaşı aralaylarına malik qara, tünd-boz, boz laylı
mergel, sarımtıl-boz, incə-kobuddənəli, yaşılımtıl-boz tuflu
qumdaşı və nadir hallarda əhəngdaşı və gillərdən təşkil
olunub. Kəsilişdə argillit və mergellər üstünlük təşkil edir.
Alb çöküntülərinin qalınlığı 850 m-ə çatır.
Ağcakənd və Ağstafa çökəkliklərində Alb çöküntüləri
müxtəlif rəngli tuflu qumdaşı, tuflu konqlomerat və tuflu
brekçiyaların tünd-boz mergel, gil və qumdaşıları ilə

142
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

növbələşməsindən ibarətdir. Çökəkliklərdə Alb mərtəbəsi-


nin qalınlığı 330 m-ə çatır.
Naxçıvan ərazisində Alb çöküntüləri porfirit, tuf brek-
çiyası, tuf, bəzi yerlərdə isə gil, qumdaşı və tufogen
süxurların qarışığından ibarətdir. Qalınlıq 210 m-ə çatır.
Apt mərtəbəsinin neft-qazlılığı kəsilişində qumdaşı və
alevrit təbəqəciklərinin gil və mergellərlə növbələşmə-
sindən əmələ gələn qumlu-gilli dəstələrlə əlaqədardır.
Çöküntülərə ən çox Böyük Qafqazın cənub-şərq batımın-
dakı qalxımlarda təsadüf edilir. Alb mərtəbəsinin neft-
qazlılığı onun üst yarımmərtəbəsinə aid olan “Küllülü”
qumdaşıları horizontu ilə əlaqədardır. Bu horizontun
neftliliyi Şurabad sahəsində təsdiq olunub.
Şurabad sahəsində 2 saylı quyuda Alb mərtəbəsinin
yuxarı hissəsinin sınağı zamanı 172000 m3/gün, 4 saylı
quyuda 743 m dərinlikdə 25000 m3/gün, 8 saylı quyuda 917-
916 m intervallında sınaq zamanı 40000 m3/gün, 19 saylı
quyuda 767-760 m intervaldan 200 m3/gün, 20 saylı quyuda
700 m3/gün debitlə qaz axını alınmışdır.
5, 9, 11, 24 saylı quyularda isə qaz təzahürləri qeyd
olunmuşdur. 39 saylı quyuda 860-865 m intervalından Üst
Albın Küllülü qumdaşılarından hasilatı 100000 m3/gün
olan qaz fontanı alınmışdır. Bu qumdaşılarından burada
qazılmış bir sıra struktur quyularda da sənaye əhəmiyyətli
yüngül neft (3-24 t/gün) və qaz (40000 m3/günə qədər)
alınmışdır.

143
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Gədisu sahəsində Alb çöküntülərindən 18, 19, 21, say-


lı struktur-axtarış quyularında və 1 saylı kəşfiyyat quyusun-
da qazıma zamanı qaz təzahürü müşahidə edilmişdir.
Üst Tabaşir çöküntüləri Böyük Qafqazın cənub-şərq
batımında və Kiçik Qafqazın şimal-şərq dağətəyi zonasında
geniş yayılıb. Onların Cənubi Qobustan, Abşeron, Aşağı
Kür və Bakı arxipelaqında iştirakı palçıq vulkanı
brekçiyalarının tədqiqi nəticəsində təsdiqlənib[10, 30].
Üst Tabaşir çöküntüləri regional neft-qaz təzahürlərilə
xarakterizə olunur. Bu çöküntülərdən qazıma zamanı Qusar-
Dəvəçi neftli-qazlı rayonunda Yalama sahəsində, Siyəzən
monoklinalında (Zağlı-Zeyvə, Əmirxanlı, Çandahar-Zarat),
Şamaxı-Qobustan rayonunda Tuva, Qarayaz, Əngəxaran,
Çuxuryurd və Qızmeydanı sahələrində, Muradxanlı neftli-
qazlı rayonunda Muradxanlı sahəsində, Gəncə neftli-qazlı
rayonunda Qazanbulaq, Güllücə və Beyləqan sahələrində
neft-qaz təzahürləri müşahidə olunmuşdur. Sənaye
əhəmiyyətli neft axınları Siyəzən monoklinalının Saadan
sahəsində və Gəncə neftli-qazlı rayonunun Sovetlər
sahəsində Üst Tabaşirin karbonatlı-terrigen kollektorların-
dan, Muradxanlı neftli-qazlı rayonunun Muradxanlı sahəsin-
də isə effuziv süxurlarından alınmışdır.
Üst Tabaşir çöküntülərində neft-qaz yataqlarının axta-
rışı üçün perspektivli sahələr əsasən Yevlax-Ağcabədi
çökəkliyi (Gəncə və Muradxanlı NQR-ləri), Kür və Qabırrı
çaylararası sahə, Şamaxı-Qobustan rayonu, Qusar-Dəvəçi
rayonunda Siyəzən monoklinalının şimal-qərb hissəsi və
Kürdəmir qalxımının qanad hissələri ilə əlaqədardır.
144
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Senoman mərtəbəsi çöküntüləri Böyük Qafqazın şi-


mal-şərq batımında və Qusar-Dəvəçi neftli-qazlı rayonunda
məhdud ərazidə yayılıb. Rayonunun qərb hissəsində çökün-
tülər yaşılımtıl-boz, tünd-yaşıl, mergelli gil, boz qumlu
əhəngdaşı, xırda və orta dənəli qumdaşı, mergel və
mikrokonqlomeratların fliş növbələşməsi ilə təmsil olunub-
lar. Buduq muldasında kəsilişin qalınlığı 46 m-dir.
Xızı rayonu ilə Şamaxı-Qobustan rayonu arasında
keçid zonasında Senoman mərtəbəsinin qalınlığı qumdaşı
laylarının artması və kəsilişdə əhəngdaşı laylarının iştirakı
hesabına artır. Qusar-Dəvəçi rayonunun cənub-şərq hissə-
sində qalınlıqlar 250-300 m arasında dəyişir. Siyəzən mo-
noklinalında qazılan quyularda açılan qalınlıq 150-200 m
təşkil edir. Bu sahədə kəsiliş boz, açıq-boz əhəngli gillər,
boz mergellər və mergelli qumdaşılarından ibarətdir.
Şamaxı-Qobustan rayonunun şimal hissəsində Seno-
man mərtəbəsi çöküntüləri Qızmeydanı, Gədisu və b. sahə-
lərdə qazılan quyularla açılıb. Burada çöküntülər tünd-boz,
qonuru, bəzən yaşılımtıl-boz karbonatlı gillər, boz, çəp-
laylı, əhəngli qumdaşı və az qalınlıqlı, zəif qumlu əhəng-
daşıları ilə təmsil olunurlar.
Böyük Qafqazın cənub yamacında Senoman çöküntü-
ləri fasiya tərkibilə fərqlənir və iki yarımmərtəbəyə ayrılır.
Çöküntülər Vəndam antiklinoriumu, Qax sinklinoriumu və
Böyük Qafqazın başqa sahələrində yer səthinə çıxırlar.
Vəndam antiklinoriumunda Senoman mərtəbəsinin aşa-
ğı horizontuna aid olan tuflu qumdaşı və konqlomerat
qaymaları massiv şəklində yer səthinə çıxırlar.
145
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Şərq istiqamətində kəsilişdə mergel, gil və qumdaşıları


da iştirak edirlər. Çöküntülərin qalınlıqları 50-350 m
arasında dəyişir.
Qax sinklinoriumunda çöküntülər tuffit, tuflu brekçi-
ya, argillit, tuflu qumdaşı və konqlomerat, açıq-boz, sarım-
tıl pelitamorf əhəngdaşı və sarımtıl-qonuru gilli şistlərdən
ibarətdir. Tufogen çöküntülər 300-320 m və daha artıq
qalınlığa malikdir.
Böyük Qafqazın cənub yamacı boyunca Senoman
mərtəbəsinin üst horizontu (Qızılqazma lay dəstəsi) fliş
çöküntülərilə təmsil olunurlar. Bəzən kəsilişdə sarımtıl-boz
qumlu gil, boz, açıq-boz mergel laycıqları, boz qumdaşı,
yaşımtıl-boz gil, nadir hallarda isə az qalınlıqlı tuf-
qumdaşılı, boz mergellər iştirak edirlər. Bu sahədə şərqdən-
qərbə doğru qumlu-gilli və karbonatlı çöküntülərin miqdarı
azalır, tufogen çöküntülərin miqdarı isə artır.
Senoman mərtəbəsi çöküntüləri Kiçik Qafqazın şimal-
şərq zonası və Ordubad sinklinoriumunda da mövcuddur.
Kiçik Qafqazın şimal-şərq dağönü zonasında tufogen-
qumdaşılı, qumlu-mergelli əhəngdaşı, mergelli qumdaşı və
əhəngli gillərdən təşkil olunub. Çöküntülərin qalınlığı 150-
200 m-ə çatır. Senoman çöküntülərinin ən böyük qalınlığı
Qarabağ antiklinoriumu və Murovdağ yaylasında qeydə
alınıb. Burada çöküntülərin qalınlığı 400-630 m-ə çatır.
Murovdağ yaylasında karbonatlı fasiya ilə təmsil olunurlar.
Kəsiliş əsasən qalınlaylı, qumlu üzvi əhəngdaşı və əhəngli
qumdaşılardan ibarətdir. Ordubad sinklinoriumunda az
sahədə intişar tapan Senoman çöküntüləri qumdaşı və qravelit
146
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

aralaylarına malik qırmızımtıl konqlomeratlarla təmsil


olunurlar. Çöküntülərin qalınlığı 100-600 m arasında dəyişir.
Senoman mərtəbəsinin kəsilişində qeyd olunan qum-
daşıları neft-qazlılıq cəhətcə perspektivli sayılırlar. Onlar
Sitalçay, Şurabad, Yaşma, Qabandağ və başqa sahələrdə
daha geniş intişar tapıblar.
Şurabad sahəsində 2 saylı quyuda 774 m dərinlikdə
Senoman çöküntülərindən qaz təzahürü baş vermişdir.
Bəyimdağ-Təkçay sahəsində qazılmış 7 saylı axtarış
quyusunda qaz təzahürü, Gədisu sahəsində 3, 4 və 5 saylı
struktur-axtarış quyularında qaz təzahürü müşahidə edil-
mişdir. Gədisu 2 saylı quyuda isə qazla (1000 m3/gün)
birlikdə su (12000 m3/gün) axını baş vermişdir.
Turon mərtəbəsi çöküntüləri Azərbaycan ərazisində
məhdud sahədə yayılıb. Bu çöküntülər Xızı zonası, Ataçay-
Gilgilçay vadisi və Zarat muldasında yerüstü çıxışlarda,
Yalama, Xudat, Sitalçay sahələri və Siyəzən monoklina-
lında qazılan quyularda öyrənilib[12, 30].
Qusar-Dəvəçi rayonunda Turon mərtəbəsi çöküntüləri
əsasən cənub və cənub-şərq hissələrdə yer səthinə çıxırlar.
Litoloji xüsusiyyətlərinə görə iki yarımmərtəbəyə ayrılır-
lar. Qusar-Dəvəçi çökəkliyində və Şahdağ zonasında Alt
Turon (Zarat horizontu) çöküntüləri çox az iştirak edir.
Qusar-Dəvəçi törəmə çökəkliyində Turon çöküntülərinin
kəsilişi əsasən əhəngdaşılardan ibarətdir. Üst Turon çökün-
tüləri çökəklikdə və Siyəzən monoklinalının şimal-şərqində
içərisində az qalınlıqlı qumdaşı və gil laycıqları olan boz,
pelitamorf, çatlı əhəngdaşılardan təşkil olunub.

147
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Xızı zonasında çöküntülər tünd və şabalıdı-boz bitumlu


gil və şistlərin əhəngdaşıları ilə növbələşməsindən ibarətdir.
Kəsilişdə bəzən tuf və gilabı laycıqlarına təsadüf edilir.
Şamaxı-Qobustan rayonunda Turon çöküntüləri nisbətən
geniş yayılıb, alt və üst yarımmərtəbələrə ayrılır. Alt Turon
(Zarat horizontu) argillit, tuffit laycıqlarına malik əhəngdaşı,
nadir hallarda əhəngli alevrolit aralaycıqları olan tünd-boz gil,
incədənəli qumdaşı və mergellərlə təmsil olunurlar. Bəzi
sahələrdə kəsilişdə bitumlu şistli gillərə də rast gəlinir.
Cənub-qərb istiqamətində çöküntülərinin gilliliyi təd-
ricən artdığı halda, cənub-şərq istiqamətində kəsilişdə qum-
daşılarının miqdarı və karbonatlılıq artır.
Üst Turon çöküntüləri Şimali Qobustanda qalın laylı,
çox çatlılığa malik pelitamorf əhəngdaşı, mergel, incə lay-
cıqlı əhəngli qumdaşı və boz əhəngli-qumlu gillərdən iba-
rətdir. Cənub istiqamətində karbonatlı çöküntülərin, cənub-
şərq istiqamətində isə kəsilişdə gilliliyin və qumdaşılarının
artdığı müşahidə edilir.
Böyük Qafqazın cənub yamacında alt yarımmərtəbə
əhəngdaşı, qara hornblend, boz, açıq-boz pelitamorf əhəng-
daşı, əhəngli mergel, yaşılımtıl-boz rəngli, az qalınlıqlı gil,
qara, şabalıdı-boz gilli şist, mergel və qumdaşılardan, bəzi
sahələrdə isə tuf-qumdaşı, çəhrayı mergel, gil və əhəng-
daşılardan təşkil olunub.
Üst yarımmərtəbənin kəsilişi Vəndam zonasında az
qalınlıqlı çəhrayı bentonit gilləri aralaycıqlarına malik
çəhrayı əhəngdaşı, yağlı gil laycıqlarına malik qırmızıya
çalan əhəngdaşı, boz gilli mergel və boz gil laycıqları olan

148
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

boz, tünd-boz, çox miqdarda çatlılığa malik əhəngdaşı-


larından ibarətdir. Bəzi yerlərdə kəsilişdə qırıntı və tuflu
qumdaşı laylarının qalınlığı və sayı artır.
Kiçik Qafqazda Turon mərtəbəsi çöküntüləri məhdud
şəkildə yayılıb. Kəsilişi tuflu konqlomerat, argillit, qum-
daşı, mergel və zoogen əhəngdaşılardan təşkil olunub.
Turon mərtəbəsinin neft-qazlılığı üst yarımmərtəbənin
kəsilişində iştirak edən qumdaşı layları ilə əlaqədardır.
Onlar Şimali Qobustanda daha geniş yayılıb.
Konyak mərtəbəsi çöküntüləri nisbətən geniş sahədə
yayılıb. Qusar-Dəvəçi törəmə çökəkliyində Konyak çökün-
tüləri mergel, əhəngdaşı və gillərdən ibarətdir. Cənub
istiqamətində kəsilişdə qumdaşı laycıqları iştirak edir və
gilli layların qalınlıqları artır. Yalama-Xudat zonasında
Konyak çöküntülərinin qalınlığı 100 m-ə çatır.
Qusar-Dəvəçi rayonunun cənub zonasında kəsilişin alt
hissəsində 25-30 m-lik konqlomerat layı yatır. Kəsiliş
əsasən boz, zeytunu-yaşıl mergelli gil və nazik laycıqlardan
ibarət olan ağ, ağımtıl-yaşıl pelitamorf çatlı əhəngdaşı-
lardan təşkil olunub. Şərq istiqamətində kəsilişdə fliş
çöküntüləri üstünlük təşkil edir.
Təngi-Beşbarmaq zonasında Konyak mərtəbəsinin kə-
silişi xeyli dəyişərək əhəngdaşı, mergel, qumdaşı, gil və
konqlomeratların fliş növbələşməsindən təşkil olunub. Bəzi
sahələrdə kəsilişdə qravelit laycıqları iştirak edir.
Beləliklə, Qusar-Dəvəçi rayonunda karbonatlı çökün-
tülər şimaldan-cənuba və cənub-şərqə doğru fliş növbələş-
məsindən ibarət çöküntülərlə, daha sonra konqlomerat
149
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

laycıqlarının iştirak etdiyi çöküntülərlə əvəz olunurlar.


Qalınlıqlar 40-50 m-dən 90-100 m-ə qədər dəyişir.
Şamaxı-Qobustan rayonunda Konyak mərtəbəsinin
karbonatlı çöküntüləri geniş yayılıb. Kəsiliş çatlı pelitamorf
əhəngdaşı, mergel və çəplaylı, az qalınlıqlı, əhəngli qumdaşı
laylarının boz rəngli, qumlu gillərlə növbələşməsindən
ibarətdir. Qalınlıq 40-100 m arasında dəyişir.
Böyük Qafqazın cənub yamacında Konyak mərtəbəsi
çöküntüləri məhdud ərazidə məlumdur. Burada çöküntü-
lərin kəsilişi tünd-boz, boz, qumlu-əhəngli mergel, boz,
çəhrayı-qırmızı, çatlı, pelitamorf əhəngdaşı, yaşıl, boz,
tuflu qumdaşı, boz gil, boz, qırmızımtıl-boz əhəngdaşı, boz
qumlu mergel və gillərdən təşkil olunub.
Kiçik Qafqazda Konyak mərtəbəsi çöküntüləri nisbə-
tən geniş ərazidə yayılıb. Əksər ərazilərdə transqressiv
şəkildə, bucaq uyğunsuzluğu ilə Orta Yuranın vulkanik
çöküntülərini, Üst Yuranın vulkanik çökmə süxurlarını və
Alt Tabaşirin vulkanik çökmə süxur qatlarını örtürlər [12].
Kiçik Qafqaz ərazisində Konyak çöküntülərinin kəsilişi
əsasən az qalınlıqlı, boz yağlı gil aralaycıqlarına malik, boz,
açıq-boz, yüksək dərəcədə çatlı, əhəngdaşı, boz əhəngli gil,
mergel və argillitlərdən ibarətdir. Bəzən kəsilişdə qumdaşı,
tuflu qumdaşı, tuflu konqlomerat və porfiritlər də iştirak
edirlər. Kiçik Qafqazın Azərbaycan ərazisinin şimal-qərb
hissəsində çöküntülərin qalınlığı 260 m-ə çatır.
Konyak mərtəbəsinin neft-qazlılığı kəsilişindəki qum-
daşı və alevritli qumdaşı layları ilə əlaqədardır. Bu laylar
ən çox Dübrar geosinklinal zonasında yayılıb.
150
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Gədisu sahəsində 11 saylı quyuda Turon-Konyak çö-


küntülərindən 1000 m3/gün, 13 saylı quyuda 800 m3/gün,
12 saylı quyuda isə 600 m3/gün qaz axını alınmışdır.
Santon mərtəbəsi çöküntüləri Azərbaycanın ərazisin-
də nisbətən geniş sahədə məlumdur. Santon çöküntüləri
Böyük Qafqazın cənub-şərq batımında Alt Kampan çökün-
tülərindən demək olar ki, fərqlənmirlər. Ona görə də bu
intervalı Yunusdağ lay dəstəsi adlandırırlar. Böyük
Qafqazın baş silsiləsində və Şahdağ zonasında Santon
çöküntüləri iştirak etmir, Qusar-Dəvəçi törəmə çökəkli-
yində isə böyük ərazidə yayılıb.
Xudat və Yalama sahələrində Santon çöküntüləri
axtarış-kəşfiyyat quyuları ilə açılıb. Qalınlığı 200-220 m
olan kəsiliş əsasən əhəngdaşı, qumdaşı və az qalınlıqlı gil
laycıqlarına malik mergellərin növbələşməsindən ibarətdir.
\Cənub istiqamətində çöküntülərin tərkibi dəyişir.
Kəsiliş əsasən qırmızımtıl-boz və qırmızı gil laycıqları olan
möhkəm əhəngdaşı, müxtəlif dənəli, çəplaylı qumdaşı və
qəhvəyi-boz, qırmızı-qonuru gillərlə əvəz olunur.
Qusar-Dəvəçi rayonunun cənub-şərq hissəsində isə
Santon çöküntüləri az qalınlıqlı boz, tünd-boz, mergel ara
laylarına malik qırmızımtıl-boz, qırmızı, bəzən də yaşılım-
tıl və qonuru-boz gil, çatlı, qumlu əhəngdaşı və əhəngli
qumdaşılarının növbələşməsindən ibarətdir. Kəsilişdə bə-
zən qravelitlərə də təsadüf edilir. Dübrar çökəkliyində kə-
siliş əhəngli gil, mergel, əhəngdaşı, əhəngli qumdaşı və
alevrolitlərin ritmik növbələşməsilə xarakterizə olunur.
Burada çöküntülərin qalınlığı 350-400 m-ə çatır.
151
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Şamaxı-Qobustan ərazisində Santon çöküntüləri yaşı-


lımtıl-boz, qırmızımtıl karbonatlı gil, əhəngdaşı, mergel,
qumdaşı, alevrolit, bəzi hallarda qravelit və konqlomerat-
larla təmsil olunmuşlar. Bütün ərazi üzrə gilli süxurlar qum-
daşılı və karbonatlı süxurlara nisbətən üstünlük təşkil edir.
Cənub-Şərqi Qafqazda Santon mərtəbəsi çöküntülərinin
qalınlıqları 200-250 m-dən 400-450 m-ə qədər dəyişir.
Böyük Qafqazın cənub yamacında, Vəndam zonasında
Santon çöküntüləri əsasən qonuru-qırmızı və yaşılımtıl-boz
əhəngli bərk gil və ağımtıl-boz əhəngdaşılardan ibarətdir.
Qərb istiqamətində çöküntülərin karbonatlığı nəzərə
çarpacaq dərəcədə artır.
Kiçik Qafqazın Azərbaycan ərazisində Santon mərtə-
bəsi çöküntüləri fərqli fasiyada yayılmışlar. Qərbdən şərqə
doğru, Ağstafa və Gəncə çayları arasındakı sahədə Santon
çöküntüləri əsasən tərkibi porfirit, tuf-konqlomerat və
başqa tufogen məhsullardan təşkil olunan vulkanik çökmə
süxurlardan ibarətdir. Şərq istiqamətində kəsilişdə karbo-
natlı-terrigen süxurların (əhəngdaşı, qumdaşıları və gil)
miqdarı artır, vulkanik süxurlar isə azalır [12].
Daha şərqə Kiçik Qafqazın mərkəzi hissəsində Santon
çöküntüləri əsasən vulkanik süxurlardan ibarətdir. Yalnız
alt hissədə az qalınlıqlı əhəngdaşı və mergel laylarına
təsadüf edilir. Burada qalınlıq 275 m-ə çatır.
Şərqə getdikcə vulkanik çöküntülər boz, yaşılımtıl-boz,
yağlı bentonit gil, orta və iri dənəli zəif sementlənmiş qumdaşı
layları olan pelitamorf, çatlı, qalınlaylı əhəngdaşı ara laylarına
malikdirlər. Kiçik Qafqazın regional batımı istiqamətində
152
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

çöküntülərin kəsilişində vulkanik çöküntülər çatlı əhəngdaşı,


nazik laylı gil və qumdaşıları ilə əvəz olunurlar.
Naxçıvan MR ərazisində Santon mərtəbəsi gil, əhəng-
daşılı mergel və qumdaşılarının növbələşməsindən təşkil
olunmuş çöküntülərlə təmsil olunurlar.
Santon mərtəbəsinin neft-qazlılığı onun alt hissəsinə
aid olan karbonatlı qumdaşı və çatlı əhəngdaşıları ilə əlaqə-
dardır. Belə süxurlar Yunusdağ, Gədisu, Ağburun və
Görədil qalxımlarında daha çox intişar tapıb.
Şurabad sahəsində 17 və 24 saylı quyularda Santon
mərtəbəsi çöküntülərindən qaz təzahürləri baş vermişdir.
Kampan mərtəbəsi çöküntüləri Cənub-Şərqi Qafqazda
geniş ərazidə yayılıb. Burada Kampan çöküntüləri iki ya-
rımmərtəbəyə ayrılır. Alt yarımmərtəbənin litoloji tərkibi
Santon çöküntülərindən çox az fərqlənir və Yunusdağ lay
dəstəsinin üst hissəsini təşkil edir. Üst yarımmərtəbə isə
litoloji cəhətdən Maastrixt mərtəbəsinə uyğun gəlir.
Şahdağ-Sudur zonasında Kampan mərtəbəsi çöküntü-
ləri transqressiv şəkildə Alt Tabaşirin yuyulmuş səthi üzə-
rində yatır. Çöküntülərin tərkibi çəhrayıya çalan laylı mer-
gel və az qalınlıqlı əhəngli gil və boz çəplaylı qumdaşı lay-
ları ilə növbələşən əhəngdaşılarından təşkil olunub.
Kampan çöküntülərinin tam kəsilişi Qızılqaya dağında
qeydə alınıb. Çöküntülərin ümumi qalınlığı 125 m təşkil
edir [12,30].
Qusar-Dəvəçi törəmə çökəkliyində Kampan çöküntü-
ləri Xudat və Yalama sahələrində qazılan quyularla açılıb.
Çöküntülərin tərkibi əsasən karbonatlı fasiyadan ibarət
153
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

olub, nadir hallarda tünd-boz gilli, qumlu mergel və boz


incə, xırdadənəli qumdaşı laycıqlarına malik boz, açıq-boz,
çatlı, xırda qırıntılı əhəngdaşılardan ibarətdir.
Qusar-Dəvəçi rayonunun mərkəzi və cənub hissələri-
nin bəzi zonalarında Kampan mərtəbəsi çöküntüləri yuyul-
maya məruz qalıb. Bu sahələrdə Kampan mərtəbəsinin
maksimal qalınlığı 370-375 m-ə çatır.
Rayonun cənub-şərq hissəsində Kampan çöküntüləri
boz, yaşımtıl-boz qumlu əhəngdaşı aralaycıqlı yaşılımtıl-
boz, bəzən açıq-boz gillərin və boz çəplaylı əhəngli
qumdaşılarının fliş növbələşməsindən ibarətdir. Kəsilişin
alt hissəsində karbonatlı gil laylarına təsadüf edilir. Cənub
və cənub-qərb istiqamətində, Şahdağ və Qızılqaya yük-
səkliklərində çöküntülərin qalınlığı 90-125 m, şimal və
cənub-şərq istiqamətində isə 250-300 m arasında dəyişir.
Kampan mərtəbəsi çöküntüləri Şamaxı-Qobustan ra-
yonunda da geniş yayılıblar. Burada çöküntülər demək olar
ki, fliş fasiyadadır. Alt Kampan çöküntüləri Santon
çöküntülərindən qırmızı və qonuru gillərin olması ilə fərq-
lənirlər. Kampan mərtəbəsi çöküntüləri Şamaxı-Qobustan
ərazisində iki fasiyada özünü büruzə verir.
Şamaxı-Qobustan rayonunun şimal-şimal-şərq hissədə
nadir əhəngdaşı aralaycıqlarına malik gilli-qumlu, cənub-
cənub-şərq hissədə isə karbonatlı-qumlu-gilli fasiya ilə
səciyyələnir. Burada əhəngdaşıları üstünlük təşkil edir.
Şamaxı-Qobustan rayonunda Kampan çöküntülərinin qa-
lınlıqları çox geniş intervalda (150-350 m) dəyişir.

154
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Böyük Qafqazın cənub yamacının şərq hissəsində


Kampan çöküntüləri içərisində az qalınlıqlı qumdaşı
laycıqları olan boz, tünd-boz əhəngli gil, boz çatlı əhəng-
daşı və mergellərin növbələşməsindən ibarətdir. Ərazidə
Kampan mərtəbəsi çöküntülərinin qalınlığı 315 m-ə çatır.
Cənub yamacının qərb hissəsində isə karbonatlı çöküntü-
lərin qalınlıqları xeyli dərəcədə artır. Kampan çöküntüləri
boz, sarımtıl-boz, zəif qumlu və zəif çatlı əhəngdaşı, mergel
və gillərin fliş növbələşməsindən ibarətdir.
Kampan mərtəbəsi çöküntüləri Kiçik Qafqazda və
Naxçıvan MR-də geniş yayılıb. Kiçik Qafqazın şimal-qərb
hissəsində, Daşsalahlı kəndi ətrafında Kampan mərtəbəsi
çöküntüləri əsasən əhəngli və qumlu gillərdən ibarətdir.
Şərq istiqamətə getdikcə əhəngli qumdaşı və əhəngdaşı-
larının qalınlıqları artır. Daha şərqdə Şəmkir rayonu ərazi-
sində əsasən karbonatlı çöküntülərdən ibarətdir.
K.Qafqazın mərkəzi hissəsinin şimal-şərq yamacında
Kampan çöküntüləri yaşımtıl-boz gil ara laylı pelitamorf
əhəngdaşı, bentonit gil, iri dənəli əhəngli qumdaşı, qumlu
əhəngdaşılardan ibarətdir. Şərq istiqamətində gil laylarının
sayı və qalınlıqları artır. Daha şərqə getdikcə isə yenidən gil
laylarının sayı və qalınlıqları azalır. Ağdərə rayonu ətrafında
Kampan mərtəbəsinin qalınlığı 280-300 m-ə çatır.
Naxçıvan ərazisində Kampan çöküntüləri məhdud
ərazidə məlumdur. Kəsiliş əsasən əhəngdaşı, qumlu gil,
argillit və qumdaşılardan ibarətdir. Çöküntülərin qalınlıq-
ları Naxçıvan muldasının yamaclarında 80-265 m, mərkə-
zində isə 300-400 m arasında dəyişir.
155
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Kampan mərtəbəsi çöküntülərinin (Yunusdağ dəstəsi-


nin üst hissəsi) neft-qazlılığı onun kəsilişində iştirak edən
karbonatlı qumdaşıları ilə əlaqədardır. Belə kollektorlar
Yunusdağ, Gədisu, Görədil və s. sahələrdə intişar tapıblar.
Şurabad sahəsində 17 saylı quyuda sınaq zamanı
Kampan çöküntülərindən qaz təzahürləri qeyd olunmuş, 2
saylı quyuda isə qaz fontanı alınmışdır.
Maastrixt mərtəbəsi çöküntüləri Böyük Qafqazda
geniş, Kiçik Qafqazda isə məhdud ərazilərdə yayılıblar. Bu
çöküntülər Şahdağ və Sudur zonalarında, Qızılqaya dağı
ətrafında və Xızı tektonik zonasında geniş yayılıblar.
Yalama və Xudat sahələrində isə qazılmış axtarış-kəşfiyyat
quyuları ilə açılıb. Şahdağ zonası və Qızılqaya dağı ətrafında
Maastrixt çöküntüləri açıq, yaşılımtıl və boz qumdaşılı gil,
boz, qəhvəyi əhəngdaşı və boz, açıq qəhvəyi əhəngli, xırda-
dənəli qumdaşılarından təşkil olunub. Qalınlığı 125 m-ə
çatır.
Maastrixt çöküntülərinin nisbətən tam kəsilişi Buduq
sinklinalında öyrənilib. Burada çöküntülərin tərkibi boz,
açıq-boz pelitamorf əhəngdaşı, mergel, boz mergelli gil,
tünd-boz əhəngli qumdaşı və dəyişkən, nisbətən çox qalın-
lığa malik konqlomerat laylarından ibarətdir. Çöküntülərin
qalınlığı 285-300 m-ə çatır.
Qusar-Dəvəçi törəmə çökəkliyində Maastrixt mərtəbəsi
boz, tünd-boz, bərk və çatlı əhəngdaşı və mergellərlə təmsil
olunurlar. Kəsilişdə eyni zamanda az qalınlıqlı boz karbonat-
lı gil və qumdaşı aralaycıqlarına da təsadüf edilir. Quyu
məlumatlarına əsasən burada alevrolitlərin də iştirakı qeydə
156
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

alınmışdır. Çöküntülərin qalınlığı 170-180 m-dir. Təngi-


Beşbarmaq antiklinoriumu və Xızı sinklinoriumunda Maas-
trixt çöküntüləri əsasən qravelit aralaylarına malik karbonatlı
gil, qumdaşı və qumlu əhəngdaşılardan ibarətdir. Dübrar
zonasında isə çöküntülər tipik fliş xarakterlidir.
Şamaxı-Qobustan rayonu ərazisində Maastrixt çökün-
tüləri şimal zonada yer səthinə çıxır. Burada Maastrixt
çöküntülərinə Ağburun lay dəstəsinin üst yarısı aid edilir.
Çöküntülər açıq rəngli olmaları ilə xarakterizə olunur.
Cənub-qərb zonada Maastrixt çöküntüləri açıq-boz qumlu
əhəngdaşı, əhəngli qumdaşı, boz, yaşılımtıl-boz mergelli
gil və qumlu mergellərin növbələşməsindən ibarətdir.
Pirsaat çayının mənbəyi istiqamətində Maastrixt çöküntü-
ləri açıq-boz gil, nazik təbəqəli boz, çatlı qumlu əhəngdaşı
və əhəngli qumdaşıları ilə təmsil olunurlar. Burada çökün-
tülərin qalınlıqları 60-65 m-dən artıq deyil.
Dübrar zonasında isə çöküntülər boz, tünd-boz, bəzən
açıq-boz əhəngli gil, açıq-boz çatlı əhəngdaşı, mergel və boz
əhəngli çəplaylı qumdaşılarından təşkil olunub. Qalınlıq 55-
60 m-dir. Cənub istiqamətində kəsilişdə karbonatlı və qumlu
süxurların miqdarının artdığı nəzərə çarpır.
Beləliklə, Maastrixt çöküntüləri Böyük Qafqazın
cənub-şərq batımında iki fasiyada intişar tapıb. Belə ki,
şimal rayonlarda gillər, cənub rayonlarda isə əhəngdaşıları
üstünlük təşkil edir. Maastrixt çöküntülərinin qalınlıqları
cənub-qərb sahələrdə 200-355 m, şimal-şərq və cənub-şərq
sahələrdə isə 100-250 m arasında dəyişir.

157
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Böyük Qafqazın cənub yamacında Maastrixt çökün-


tüləri məhdud ərazidə yayılıb. Öyrənilən kəsiliş üzrə çö-
küntülər boz, ağımtıl və çəhrayı boz, pelitamorf, bəzən
mergelli, çox çatlı əhəngdaşı, boz əhəngli qumdaşı, az
qalınlıqlı yaşılımtıl gil, mergel və gillərdən ibarətdir [12].
Girdimançay vadisində Maastrixt çöküntüləri karbo-
natlı fasiyada intişar tapıb. Burada qalın bazal konqlomerat-
ları kəsilişin əsasını təşkil edir və transqressiv şəkildə
Senoman çöküntülərinin yuyulmuş səthi üzərində yatırlar.
Kiçik Qafqazın şimal-qərb dağətəyi zonasında Maas-
trixt çöküntüləri əsasən pelitamorf qumlu, çatlı əhəngdaşı-
ları ilə təmsil olunurlar. Bəzən kəsilişdə əhəngdaşıları ara-
sında əhəngli kobud və iri dənəli qumdaşı laylarına təsadüf
edilir. Şimal-qərb dağətəyi zonada Maastrixt çöküntüləri-
nin qalınlıqları 25 m-dən 140 m-ə qədər dəyişir. Şimal-şərq
dağətəyi zonanın mərkəzi hissəsində, Gəncə və Qarqar
çayları arasındakı sahədə Maastrixt çöküntüləri qumdaşı və
alevrolit layları olan boz, sarımtıl-boz, bəzi yerlərdə qumlu
əhəngdaşılardan təşkil olunub. Bəzən kəsilişdə yaşılımtıl-
boz, yağlı gil aralaycıqları rast gəlir. Güllücə və Goranboy
sahələrində qazılan quyuların məlumatlarına görə, Maas-
trixt çöküntülərinin qalınlıqları 240-280 m-dir. Qarqar və
Araz çayları arasındakı sahədə, çöküntülər boz, sarımtıl-
boz, qumlu, artıq dərəcədə çatlı, bəzən əhəngdaşıları ilə
təmsil olunur.
Naxçıvanda Maastrixt çöküntüləri əsasən əhəngdaşı,
qumdaşı, gil və argillitlərin növbələşməsindən ibarətdir.
Bəzən kəsilişdə konqlomerat laylarına da təsadüf edilir.
158
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Maastrixt mərtəbəsi çöküntülərinin (Ağburun lay dəstə-


si) neft-qazlılığı əsasən kəsilişində çatlı-karbonatlı çöküntü-
lərdən ibarət olan qalın dəstə və məhdud yayılan qumdaşı
təbəqəciklərilə əlaqədardır. Belə dəstə və təbəqəciklər ən çox
Şimali Qobustan və Şimal-Qərbi Abşeronda yayılıb.
Şurabad sahəsində 11 saylı quyuda qazıma zamanı Maastrixt
mərtəbəsi çöküntülərindən qaz təzahürləri alınmışdır.

Kaynozoy çöküntüləri

Kaynozoy kompleksi çöküntüləri Azərbaycanın quru


ərazisində Mezozoy çöküntülərinə nisbətən daha geniş
ərazidə yayılıblar. Çöküntülər zolaq şəklində Böyük və
Kiçik Qafqaz, Talış silsilələrinin dağətəyi zonalarında
(əsasən dağarası çökəklik sahələrində) rast gəlir [10, 30].
Geoloji kəsilişi təşkil edən stratiqrafik vahidlərin lito-
fasial tərkibi və kollektor xassələri ayrı-ayrı zonalar üzrə
bir-birindən kəskin fərqləndiyindən, ayrı-ayrı stratiqrafik
vahidlərə aid neft-qazlılıq əlamətləri həm zona və həm də
sahələr üzrə məhəlli səciyyə daşıyırlar. Aşkar və ehtimal
olunan neftli-qazlı rayonlar üzrə karbohidrogen yığımları-
nın toplandığı stratiqrafik vahidlər cədvəl 1-də göstərilir.

Paleogen kompleksi çöküntüləri

Alt Paleosen (Danimarka mərtəbəsi) çöküntüləri


Böyük Qafqazın şimal-şərq yamacında ayrı-ayrı sahələrdə
kiçik ərazilərdə təsadüf edilir. Çöküntülər quyularla

159
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Yalama, Xudat, Şurabad, Yaşma və b. sahələrdə, Siyəzən


monoklinalında açılıb. Qazıma məlumatlarından məlum
olub ki, Qusar-Dəvəçi törəmə çökəkliyi və Yalama, Xudat
sahələrində əsasən çatlı mergel, az qalınlıqlı əhəngli gil
aralaylarına malik əhəngdaşılardan təşkil olunublar.
Qalınlıq 75-80 m təşkil edir [12, 30].
Cədvəl 1
Karbohidrogen yığımlarının toplandığı stratiqrafik
vahidlər

Neftli-qazlı rayon Stratiqrafik vahid


Aşkar olunan
Qusar-Dəvəçi Paleogen, Miosen
Üst Miosen, Alt Pliosen
(Məhsuldar Qat),
Abşeron
Pleystosenin alt hissəsi
(Abşeron mərtəbəsi)
Paleogen, Miosen, Məhsuldar
Şamaxı-Qobustan
Qat
Alt Pliosen (Məhsuldar Qat),
Aşağı Kür Pleystosenin alt hissəsi
(Abşeron mərtəbəsi)
Paleosen, Eosen, Oliqosen,
Yevlax-Ağcabədi
Üst Miosen
Kür və Qabırrı çaylararası Eosen, Maykop
Ehtimal olunan
Acınohur Eosen
Lənkəran Üst Paleogen, Miosen
Naxçıvan Üst Eosen

160
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Danimarka mərtəbəsi çöküntüləri Siyəzən monoklina-


lında və Şurabad istiqamətində tərkibi boz, çatlı, bəzən də
pelitamorf əhəngdaşı, boz mergel, boz, tünd-boz karbonatlı
gil və çəplaylı əhəngli qumdaşılarından ibarətdir. Qərb
istiqamətində karbonatlı çöküntülərin miqdarı artır.
Təngi-Beşbarmaq, Xızı və Dübrar sahələrində kəsiliş
gilli fasiya ilə səciyyələnir. Cənub-şərq istiqamətində gilli
süxur laylarının qalınlığı və sayı tədricən artır. Qalınlıq
150-300 m arasında dəyişir.
Şamaxı-Qobustan və Qərbi Abşeron ərazilərində də
Danimarka mərtəbəsi çöküntüləri məhdud yayılıblar.
Burada çöküntülər əsasən boz, yaşılımtıl-boz, bəzən yaşıl
gil, boz, açıq-boz, qumlu, çatlı əhəngdaşı, boz əhəngli
qumdaşıları ilə təmsil edilirlər. Qalınlıq qərb istiqamətində
artaraq 190-200 m-ə çatır.
Böyük Qafqazın cənub-şərqində bəzi sahələrdə Dani-
marka mərtəbəsinin tavanında konqlomerat layına təsadüf
edilir. Böyük Qafqazın cənub yamacında Danimarka
çöküntüləri çox kiçik sahələrdə rast gəlir. Çöküntülər boz,
az qalınlıqlı əhəngdaşı laylarından ibarətdir. Kəsilişin əsa-
sında 0,5-1,5 m qalınlıqda konqlomerat layı yatır.
Kiçik Qafqazın şimal-şərq yamacında da Danimarka
çöküntüləri məhdud ərazidə yayılıblar. Boz, açıq-boz, çatlı,
qumlu əhəngdaşı, boz mergel, əhəngli qumdaşı və gillərdən
təşkil olunublar. Qalınlığı 270 m-dir [10].
Danimarka mərtəbəsinin (İlxıdağ dəstəsi) neft-qazlı-
lığı onun kəsilişində iştirak edən alevrit və qumdaşı layları

161
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

ilə əlaqələndirilir. Bu laylar Görədil, Qiblədağ, İlxıdağ,


Göytəpə, Çuxuryurd, Tuva və s. sahələrdə yayılmışdır.
Üst Paleosen (Sumqayıt lay dəstəsi) çöküntüləri
Azərbaycanın depressiya zonalarında geniş yayılmışdır.
Əsasən az qalınlıqlı qumlu-alevritli, karbonatlı və tufogen
laycıqlarına malik gillərlə təmsil olunurlar. Bu çöküntülər
Siyəzən monoklinalında alt və üst yarımmərtəbələrə ayrı-
lır. Alt yarımmərtəbə nadir əhəngdaşı, konqlomerat və
əhəngli, xırdadənəli qumdaşı təbəqəcikləri olan tünd boz
əhəngli gillərdən ibarətdir. Üst yarımmərtəbə boz, narın-
dənəli əhəngli qumdaşı təbəqəcikli tünd boz, qırmızı, zəif
karbonatlı, sıx gillərdən təşkil olunub. Monoklinal cənub-
şərqdə gilli, şimal-qərbində isə qumlu-gilli litofasiya ilə
səciyyələnir. Ümumi qalınlıq yamac hissədə 40-50 m,
şimal-şərq batımda 200-250 m arasında dəyişir. Şurabad
sahəsində Sumqayıt lay dəstəsi gil və linzaşəkilli,
mikrokonqlomerat təbəqəcikli mergellərdən təşkil olunub.
Çöküntülərin qalınlığı 160 m-dir. Samuryanı zonada isə
qalınlığı 55 m-ə çatan mergel və boz mergelli gillərlə
səciyyələnir.
Şamaxı-Qobustan NQR-də Sumqayıt lay dəstəsi çö-
küntüləri Şimali Qobustanın şərq hissəsində dərin sinkli-
nalları dolduraraq Tabaşir yaşlı qalxımların uzaq qanadla-
rını əhatə edir. Kəsiliş alt və üst yarımmərtəbələrə ayrılır.
Alt yarımmərtəbə (qalınlığı 30-50 m) nazik, bərk qumdaşı
və mergel təbəqəciklərinə malik olan şistli gillərin növbə-
ləşməsilə səciyyələnir. Qalınlığı 35-170 m-ə çatan üst
yarımmərtəbə aralarında nazik qumdaşı təbəqələri iştirak
edən kərpici-qırmızı gillərdən ibarətdir. Mərkəzi və Cənubi
162
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Qobustanda Sumqayıt çöküntüləri böyük dərinliklərdə


yatdıqlarından qazıma ilə öyrənilməyib. Abşeron yarıma-
dasının qərb zonasında Sumqayıt lay dəstəsi əhəngli qum-
daşı və mergellərdən ibarətdir. Qalınlığı 240 m-dir.
Aşağı Kür çökəkliyində Paleosen-Eosen çöküntüləri
ancaq palçıq vulkanlarının püskürmə materiallarına əsasən
öyrənilib. Əsasən gil, bəzən isə qumdaşı, qum, alevrit və
mergellərdən təşkil olunub. Kəsilişin güman olunan qalın-
lığı 2500 m-ə çatır.
Qanıx-Əyriçay çökəkliyində Sumqayıt lay dəstəsi əsa-
sən qum, mergel və gillərdən ibarət fliş fasiyasında
yayılmışdır. Qalınlıq 100-150 m arasında dəyişir. Kiçik
Qafqazqarşısı zonada, Tabaşir dövründə olduğu kimi, mak-
simum çökmə amplitudu ilə xarakterizə olunan Qarayazı və
Ağcabədi çökəkliklərində Sumqayıt lay dəstəsi çöküntülə-
rinin qalınlığı xeyli artır. Şəmkir çıxıntısında isə çöküntü-
lərin qalınlığının 100 m-ə qədər azalması müşahidə olunur.
Burada qumlu laycıqların qalınlıq və saylarının artması da
müşahidə olunur.
Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq yamacında
Sumqayıt lay dəstəsi çöküntüləri tünd, tünd-boz gil və gilli
alevritlərdən ibarətdir. Muradxanlı qalxımının cənub-qərb
qanadında çöküntülərin qalınlığı 100 m-ə çatır.
Cəlilabad (və ya Talışqarşısı) mümkün neftli-qazlı
rayonunda Sumqayıt lay dəstəsi kəsilişində litoloji xüsusiy-
yətlərinə görə əsasən çökmə və tufogen süxurlardan təşkil
olunan alevritli tuffit, alevritli və tuflu qumdaşı horizontları
ayrılır. Ümumi qalınlıq 1400 m-ə çatır.

163
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Sumqayıt lay dəstəsi çöküntülərinin neft-qazlılığı


Siyəzən monoklinalının kəsilişində iştirak edən mergel,
qum və gilli süxurlarla əlaqədar kollektorlarla, Yevlax-
Ağcabədi çökəkliyində lay dəstəsinin alt hissəsində yerlə-
şən qumlu-karbonatlı çöküntülərlə əlaqədardır.
Siyəzən monoklinalında Sumqayıt çöküntülərindən
təbii neft və qaz çıxışları qeyd olunmur. Lakin qazıma pro-
sesində müşayiət olunan neft-qaz təzahürlərinə Candahar-
Zarat, Siyəzən-Nardaran, Saadan, Əmirxanlı və Zağlı-
Zeyvə sahələrində hamısında rast gəlinir. Alınmış məlu-
matların analizi göstərir ki, Sumqayıt lay dəstəsi çökün-
tüləri ilə əlaqədar olan neft doyumluluq və neft-qaz təza-
hürləri cənub-şərq istiqamətində azalır. Belə ki, 454 saylı
Candahar-Zarat və 371 saylı Siyəzən-Nardaran quyuları
qazılan zaman, uyğun olaraq 1901 m və 921 m dərinlikdən
zəif neft-qaz təzahürləri qeyd olunmuşdur.
Saadan sahəsinin bir sıra quyularında Sumqayıt lay
dəstəsi çöküntülərinin analizi zamanı debitin yüksəlməsi
müəyyən olunmuşdur. Sumqayıt lay dəstəsi çöküntülərindən
neft-qaz təzahürü və neft axını 526, 537, 561, 574 və s. saylı
Əmirxanlı quyularında da qeyd olunmuşdur. 526 saylı
quyuda debitin yüksəlməsi 1,5 t/gün, 562 saylı quyuda isə
1,6 t/gün qeyd olunmuşdur. Zağlı-Zeyvə sahəsinin 1105,
1172, 1228, 1235 və s. quyularında Sumqayıt lay dəstəsi
çöküntülərindən debiti 2,4-60 t/gün və sıxlığı 845-870 kq/m3
olan neft axını alınmışdır.

164
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Eosen çöküntüləri (Qovundağ lay dəstəsi) Böyük


Qafqazın cənub-şərq batımında, Kiçik Qafqazqarşısı zona-
da və Qanıx-Əyriçay çökəkliyində geniş yayılıblar. Böyük
Qafqazın cənub-şərq batımında bu çöküntülər üç yarım-
mərtəbəyə ayrılırlar.
Alt Eosen çöküntüləri Samuryanı zonada gil və mer-
gellərin növbələşməsindən ibarət olub, az qalınlığa (10-20 m)
malikdir. Orta Eosen terrigen (qumlu-gilli) litofasiya ilə
seçilir. Qalınlığı cənub-qərbdən şimal-şərq istiqamətində 10
m-dən 40 m-ə qədər artır. Üst Eosen çöküntüləri isə karbonatlı
(mergelli) litofasiya ilə səciyyələnir [12, 30].
Siyəzən monoklinalında Eosen çöküntüləri transqres-
siv şəkildə Paleosenin üzərini örtür. Alt Eosenin kəsilişi
qumdaşı və alevrolit təbəqəcikləri olan gillərdən ibarətdir.
Maksimum qalınlıq 200-300 m-ə çatır. Cənub-şərq istiqa-
mətində qumlu laylar mergel, daha cənub-şərqdə - Şurabad-
da isə gillərlə əvəz olunur. Qalınlıq burada 100 m-dən artıq
deyildir (şəkil 75).
Siyəzən monoklinalında Orta Eosen gil, mergel və
qumdaşılarının növbələşməsindən ibarət olub, maksimal
qalınlığı 400-500 m olacağı güman edilir. Cənub-şərq
istiqamətində kəsiliş gilli litofasiyaya keçir. Şurabad sahə-
sində Orta Eosenin qalınlığı 20-25 m-dən artıq deyildir.
Üst Eosen çöküntüləri monoklinalın şimal-qərbində
gilli litofasiya ilə səciyyələnir, cənub-şərqdə isə kəsilişdə
mergel və alevrolitlər iştirak edirlər. Qalınlıq 300-400 m-ə
çatır. Daha cənub-şərqdə, Şurabad sahəsində yenidən gilli
litofasiya üstünlük təşkil edir. Qalınlıq 100-200 m-dir.
165
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Şamaxı-Qobustan rayonunda Eosen çöküntüləri geniş


ərazidə yayılıblar. Əsasən yerüstü çıxışlara (Ağdərə, Hil-
milli, Qırdağ və b.) və quyulara görə (Tuva, Şıxzəyirli,
Cəngiçay, Zərbəçi) öyrənilib.
Alt Eosen (Alt Qovundağın alt horizontu) az qalınlıqlı
qumdaşı təbəqəciklərinə malik ağımtıl-boz, yaşılımtıl-boz
gillərdən ibarətdir. Bəzən sıx mergel, vulkan külü və açıq-
yaşıl bentonit (gilabı) gilləri də rast gəlir. Şimali Qobustanda
Alt Eosen çöküntülərinin qalınlığı 35-70 m olub, nadir
hallarda 100 m-ə çatır, Mərkəzi Qobustanda isə 150-200 m-
ə qədər artır ( şəkil 75).
Orta Eosen çöküntüləri (Alt Qovundağın üst horizon-
tu) içərisində yanar şist təbəqəcikləri olan bozumtul-qonur,
tünd-qonur, bəzən qəhvəyi-boz rəngli gillərdən ibarətdir.
Şıxzəyirli, Cəngiçay və Tuva sahələrində kəsilişdə qum və
qumdaşı təbəqəciklərinə də təsadüf edilir. Cənub
istiqamətində qumdaşı təbəqəciklərinin artması hesabına
Orta Eosenin ümumi qalınlığı artır. Hilmilli sahəsində Orta
Eosen çöküntülərinin qalınlığı 65-85 m, Cəngiçay çayı
boyu 220-235 m olduğu halda, daha cənubda, Ərzani
sahəsində qalınlıq 350 m-dən çoxdur.
Üst Eosen (orta və üst Qovundağ dəstəsi) nadir və az
qalınlıqlı (bəzən 0,5 m-ə qədər) karbonatlı qumdaşı təbəqə-
ciklərinə malik yaşılımtıl-boz, bəzən yaşılımtıl-qonur
gillərin növbələşməsindən ibarətdir. Qalınlığı Şimali
Qobustanda 30-60 m arasında dəyişir. Mərkəzi və Cənubi
Qobustanda qalınlığın şimaldan cənuba doğru 100-500 m-
ə qədər, bəzən daha çox artacağı gözlənilir.

166
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Eosen çöküntüləri Abşeron yarımadasının qərb və


şimal-qərb sahələrində (Ziyilpiri, Kürdəxanı və s.) qazıma
ilə açılıblar. Kəsiliş üç şöbə ilə təmsil olunur, ümumi
qalınlıq 800 m-ə qədərdir.
Kiçik Qafqazqarşısı zonada və Qanıx-Əyriçay çökək-
liyində Eosenin qalınlığı qalxım sahələrində 400 m-dir.
Maksimum qalınlıq isə 1000-2000 m-ə çatır (şəkil 75).
Şimalda yerləşən çökəklikdə fliş formasiyasında yayılan
çöküntülər qumlu-mergelli-gilli süxurlardan ibarət olub,
açıq dəniz şəraitini xarakterizə edən foraminifer komplek-
sinə malikdir. Cənubdakı çökəklikdə isə kobud terrigen
çöküntülər - arkoz qumdaşı, konqlomerat və brekçiyalar
yayılmışdır [10].
Kiçik Qafqazqarşısı çökəkliyin cənubunda terrigen-
vulkanogen (qərb hissədə) və terrigen qumlu-gilli fasiya
(şərq hissədə) üstünlük təşkil edir.
Çökəkliklərdə Eosen çöküntülərinin qalınlıqları quyu
məlumatlarına görə müvafiq olaraq 1000-1600 m (Poylu)
və 1000-1200 m-dən (Sovetlər) artıqdır (bax: şəkil 75).
Eosen çöküntüləri Yevlax-Ağcabədi çökəkliyinin şi-
mal-şərq bortunda gil, qumdaşı, alevrit, mergel, dolomit,
əhəngdaşı, tuflu qumdaşı və qravelitlərdən ibarətdir.
Eosenin alt şöbəsi üçün gillər, orta şöbəsi üçün tufogen
çöküntülər, üst şöbəsi üçün isə gil, qumdaşı və mergellər
daha çox xarakterikdir. Muradxanlı, Cəfərli sahələrində bu
çöküntülərin ümumi qalınlıqları 800 m-ə çatır.
Cəlilabad (və ya Talışqarşısı) mümkün neftli-qazlı
rayonunda Eosen çöküntüləri geniş yayılıb və əksər hallarda

167
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Paleosen layları üzərini transqressiv şəkildə örtürlər. Burada


da çöküntü kompleksinin tam kəsilişi üç şöbə ilə təmsil
olunur. Alt şöbə rayonun cənub və mərkəzi hissələrində
geniş yayılaraq, bazalt, tuf və tuflu brekçiyalardan ibarətdir.

Şəkil 75. Eosen çöküntülərinin yayılma sahələri (B.İ.Məhərrəmov).

Orta Eosen çöküntülərinin kəsilişində tuf-qumdaşı,


tufogen, alevrit, gil və mergellər üstünlük təşkil edirlər.
Bölgənin qərbinə doğru tuflu qumdaşılarının qalınlığı artır.
Üst Eosenin alt hissəsi bazalt, andezit və tuflarla təmsil
olduğu halda, üst hissəsi tuflu qumdaşı, argillit və gillərlə
səciyyələnir. Eosen çöküntülərinin ümumi qalınlıqları
3500-3600 m-ə çatır.

168
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Naxçıvan MR ərazisində Eosen çöküntüləri Böyükdüz


və Nehrəm sahələrində qazılan dərin quyularla açılıb.
Nehrəm sahəsində açılan qalınlıq 900 m-ə çatır. Kəsilişin
alt hissəsi (qalınlığı 360 m) əsasən vulkan, orta hissəsi
(qalınlığı 215 m) çökmə mənşəli süxurlardan (qumdaşı, gil,
alevrit, mergel və tuflu qumdaşıları) və üst hissəsi isə
(qalınlığı 325 m-ə çatır) tuflu qumdaşı, konqlomerat,
brekçiya, porfirit, bəzən gil və qumdaşılardan ibarət tufo-
gen-çökmə fasiya ilə təmsil edilir.
Eosen çöküntülərinin neft-qazlılığı foraminiferli layla-
rın kəsilişində iştirak edən mergelli-tuflu dəstə və qumdaşı-
alevrit təbəqəciklərinin təşkil etdiyi qalın qumlu-gilli
horizontlarla əlaqədardır. Belə kollektorlara əsasən
Yevlax-Ağcabədi neftli-qazlı rayonunun ayrı-ayrı sahələ-
rində təsadüf edilir. Qusar-Dəvəçi, Şamaxı-Qobustan və
Kür və Qabırrı çaylararası rayonlarında Eosen çöküntü-
lərilə əlaqədar neft yığımları mövcuddur.
Qusar-Dəvəçi rayonunda Qovundağ lay dəstəsinə
(Eosen) aid olunan çöküntülərdən təbii neft-qaz çıxışı qeyd
olunmayıb. Siyəzən monoklinalının Candahar-Zarat
sahəsinin 456 saylı quyusunda Qovundağ dəstəsi çöküntü-
lərinin neft-qazlılığı qeyd olunmuş və sənaye əhəmiyyətli
neft 1 və 739 saylı quyularından alınmışdır. Siyəzən-
Nardaran sahəsində Qovundağ lay dəstəsindən sənaye
əhəmiyyətli neft 33, 64, 82, 451, 732 və s. saylı quyularda
alınmışdır. Ərazinin cənub-şərqində qazılmış 82 saylı quyu
40 t/gün debitlə istismara verilmişdir.

169
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Saadan sahəsində Qovundağ lay dəstəsi çöküntülərinin


sənaye əhəmiyyətli neft-qazlılığının daha dəqiq olması Alt
Maykopdan istismar olunan quyu məlumatları ilə birgə
ümumiləşməsi zamanı müəyyən olunmuşdur. Məsələn, 151
saylı quyuda ümumiləşmədən sonra debit 5 t/gün, 281 saylı
quyuda 10,2 t/gün, 320 saylı quyuda 8 t/gün, 351 saylı
quyuda 9,4 t/gün yüksəlmişdir. Eləcə də ümumiləşmədən
sonra 3 t/gün-dən 8 t/gün-ə debitin yüksəlməsi 38, 104, 138,
194, 224, 291, 322, 350, 390 və s. saylı quyularda da qeyd
olunmuşdur.
Əmirxanlı sahəsində ümumiləşmədən sonra Qovundağ
lay dəstəsi çöküntülərindən sənaye əhəmiyyətli neft axını 526,
539, 555, 560, 561, 574 və s. saylı quyularda da qeyd
olunmuşdur. Eləcə də, ümumiləşmə nəticəsində gündəlik
debitin yüksəlməsi 553 saylı quyuda 3 t/gün, 560 saylı quyuda
4 t/gün, 561 saylı quyuda 10 t/gün qeyd olunmuşdur.
Zağlı-Zeyvə sahəsində debiti 0,3 t/gün-dən 50 t/gün-ə
yüksələn sənaye əhəmiyyətli neft axını 852, 1021, 1190,
1303, 1353, 1490 və s. saylı quyularda qeyd olunmuşdur.
Xanagah 1260 saylı quyuda Paleosen və Eosen çökün-
tülərindən sınaq işləri aparılan zaman neft-qaz nişanələri
müşahidə olunmamışdır.
Oliqosen-Alt Miosen çöküntüləri (Maykop) Azər-
baycanın depressiya zonalarında ən geniş yayılmış çökün-
tülərindən biridir. Eosen çöküntülərindən fərqli olaraq
Maykop çöküntüləri hər yerdə terrigen əsaslı gilli fasiyada
yayılıblar. Lakin kəsilişin ayrı-ayrı intervallarında qum,
qumdaşı, gilli konqlomerat, alevrolit, qravelit, dolomitli
170
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

mergel, şistli gil və brekçiya təbəqələri ayrılır. Kəsilişin


orta və aşağı hissələrində siderit konqressiyaları da iştirak
edir. Siyəzən monoklinalında Eosenin, bəzi yerlərdə isə
Paleosenin üzərində transqressiv yatırlar. Burada çöküntü-
lər alt və üst hissələrə bölünürlər.
Qumlu-gilli litofasiya ilə səciyyələnən Alt Maykopun
aşağı hissəsində qum layları ilə növbələşən gilli konqlome-
rat, qravelit və brekçiya təbəqələri ayrılır. Kəsiliş əsasən
tez-tez rast gəlinən qum təbəqəcikləri (1-2 m) və gilli kon-
qlomerat laylı tünd-qəhvəyi, tünd-boz gillərdən ibarətdir.
Monoklinal hüdudunda qalınlığı 40-110 m-dir, şimal-şərq
istiqamətdə isə 600 m-ə qədər artır [12, 30].
Gilli litofasiya ilə seçilən Üst Maykopun alt hissəsi az
qalınlıqda, bəzi yerlərdə isə 1 m-ə çatan xırda, ortadənəli
qum, açıq-qəhvəyi gil və boz, qəhvəyi alevrolitlərin
növbələşməsindən ibarətdir. Üst hissəsi isə tünd-boz,
karbonatsız gillərlə səciyyələnir. Kəsilişin orta və aşağı
hissələrində siderit konqressiyaları da iştirak edir. Üst
Maykopun qalınlığı 500-700 m-ə çatır.
Şurabad sahəsində Maykop lay dəstəsi 1-2 sm qalınlı-
ğında alevrolit təbəqəcikləri olan karbonatsız gillərdən
ibarətdir. Maksimal qalınlıq 200 m-dir. Samuryanı zonada
isə sıx gillərdən təşkil olunub. Qalınlıq 180 (Xudat)-460 m
(Yalama) arasında dəyişir (şəkil 76).
Abşeron yarımadasında Maykop çöküntüləri onun
qərb və şimal-qərb zonasında yer səthinə çıxırlar. Fatmayı,
Novxanı, Qaraheybət, Şabandağ, Şorbulaq və s. sahələrdə

171
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

dərin axtarış və kəşfiyyat quyuları ilə də açılıb. Kəsiliş əsa-


sən gil, bəzən isə nazik qumlu-alevritli laylardan ibarətdir.
Çöküntülərin qalınlığı 900 m-ə çatır.
Şamaxı-Qobustan NQR-də Maykop seriyası iki yarım-
mərtəbədən ibarətdir. Alt Maykop çöküntüləri Şimali
Qobustanda məhdud ərazidə, sinklinallarda isə az qalınlıq-
da müəyyən edilib. Kəsiliş əsasən gillərdən ibarətdir.
Cənubi Qobustanda Alt Maykop çöküntüləri geniş
yayılaraq nisbətən böyük qalınlığa malikdir. Burada çökün-
tülər dolomitli mergel təbəqələrinə malik yaşılımtıl,
qəhvəyi karbonatsız şistli gillərdən ibarətdir. Kəsiliş cənub
istiqamətdə (Şərqi Sündü, Çeyildağ) tədricən qumlarla
zənginləşir. Qumlu təbəqəciklərin sayının çoxalması ilə
yanaşı, qalınlıqların artması da müşahidə edilir.
Alt Maykop seriyası çöküntülərinin qalınlığı şimal
zonada 60-100 m olduğu halda, Cənub-Qərbi Qobustanda
500-600 m-ə qədər artır (şəkil 76).
Üst Maykop çöküntüləri böyük fasial dəyişikliyə uğra-
yaraq, şimalda gilli, cənubda isə qumlu-gilli litofasiyada
yayılmışlar. Kəsilişin alt hissəsi (Riki horizontu) qonuru,
açıq-qonuru, qonuru-boz əhəngsiz şistli gillərdən, orta
hissəsi (Sideritli horizont) tünd-boz, tünd-qonuru gillərin
növbələşməsindən, üst hissəsi isə (Sideritüstü horizont)
bozumtul balıqqulaqları ilə zəngin, şistli gillərdən ibarətdir.
Hər üç horizontun kəsilişində müxtəlif qalınlığa malik qum
və qumdaşı layları iştirak edir. Regional planda cənub və
cənub-şərq istiqamətlərdə Üst Maykop çöküntülərinin
qumlu laylarının sayı artır, qalınlıqlar 600 m-ə çatır.

172
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Şəkil 76. Maykop çöküntülərinin yayılma sahələri


(B.İ.Məhərrəmov).

Kiçik Qafqazqarşısı zonada Maykop əsrində çökmə


tempinin sürətlənməsi nəticəsində hövzədə körfəz, çıxıntı
və adaların artması çöküntü toplanmada litofasiya və
qalınlıqların müxtəlifliyinə səbəb olmuşdur [10].
Eosen çöküntülərindən fərqli olaraq, Maykop çöküntü-
ləri hər yerdə terrigen əsaslı gilli fasiyada yayılıblar. Yalnız
Böyük və Kiçik Qafqazın ətəklərində, eləcə də daxili
qalxımlara yaxın sahələrdə kəsilişdə kobuddənəli süxurlar -
qumdaşı, qravelit və konqlomerat laycıqları iştirak edir.
Kiçik Qafqazqarşısı çökəklikdə şimala doğru çöküntülərin
qalınlığı 2000 m-ə yaxın, şərqdə isə 1500 m-dir. (şəkil 76).

173
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Göründüyü kimi, Maykop çöküntülərinin maksimal


qalınlığı Kür çökəkliyinin cənubunda - Kiçik Qafqazqarşısı
çökəkliyinin yamacı boyu müşahidə olunur.
Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq yamacında
Maykop çöküntüləri tünd-boz gil, az qalınlıqlı qumdaşı,
alevrit, mergel, dolomit və siderit laylarından ibarətdir.
Zərdab sahəsində qalınlıqları 720 m-ə çatır (şəkil 76).
Aşağı Kür çökəkliyində Maykop çöküntüləri palçıq
vulkanlarının püskürmə materiallarında öyrənilib. Burada
çöküntülərin tərkibi gil, qumdaşı, alevrolit, mergel və nadir
hallarda dolomitləşmiş əhəngdaşılardan ibarətdir. Çöküntü-
lərin qalınlıqları 2000-2300 m intervalında dəyişir.
Cəlilabad (və ya Talışqarşısı) mümkün neftli-qazlı ra-
yonunda Maykop çöküntüləri Talışqarşısı zonanın şimal-
şərqində (Tumarxanlı-Gərməli zonası) geniş yayılıblar. Kə-
siliş karbonatlı gil, qumdaşı, tuflu qumdaşı, mergel və
qumlu layların növbələşməsindən ibarətdir. Zonanın şimal-
qərbində kəsilişin alt hissəsində qalınlığı 28 m olan gilli və
karbonatlı qumdaşı layı qazıma ilə açılıb. Çöküntülərin
ümumi qalınlığı 3000 m-ə çatır.
Naxçıvan MR ərazisində Maykop seriyası çöküntüləri
tuflu və çökmə litofasiyada yayılıb. Tuflu brekçiya, konqlo-
merat və qumdaşılardan ibarət olan kəsiliş ərazinin bir sıra
sahələrində (Böyükdüz və Şəhriyarabad) çoxsaylı struktur
quyularla da öyrənilib. Qalınlıq 1400 m-ə çatır.
Maykop çöküntüləri Azərbaycanda Məhsuldar Qatdan
sonra neft-qazlılıq cəhətdən ən önəmlisi sayılır. Çöküntü-
lərin neft-qazlılığı onun alt (Qusar-Dəvəçi və Yevlax-
174
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Ağcabədi rayonlarında) və üst şöbələrilə (Cənubi-Qobustan


və Yevlax-Ağcabədi rayonlarında) əlaqədardır. Üst
Maykop çöküntülərinin qumlu-gilli litofasiyada yayıldığı
Cənub-Qərbi Qobustanda kəsilişdə qum və qumdaşı
laylarından ibarət altı neftli-qazlı horizont ayrılır.
Qusar-Dəvəçi neftli-qazlı rayonunda Maykop çökün-
tülərinin neft-qazlılığı əsasən alt şöbəyə aid edilən qum,
qumdaşı, alevrit və alevrolit təbəqələrilə əlaqədardır. Bəzən
Üst Maykopun alt hissəsində də neftli qumdaşı təbəqə-
ciklərinə təsadüf edilir.
Maykop dəstəsi çöküntüləri ilə əlaqədar olan neft-qaz
təzahürlərinə Yalama sahəsində yerləşən bir sıra quyularda
rast gəlinmişdir. Belə ki, 1 saylı dayaq quyusunun 2087-
2209 m dərinlik intervalından götürülmüş, Maykop
mərtəbəsinə aid olan, süxur nümunələrində qaz və yüngül
neft iyi müşahidə olunmuşdur. 14 saylı quyuda, 2076 m
dərinliyində, Maykop çöküntülərini keçərkən məhlulda
qabarcıqlar formasında qaz təzahürləri olmuşdur.
Maykop lay dəstəsi çöküntülərinin sənaye əhəmiyyətli
neft-qazlılığı 1938-1039-cu illərdə Candahar-Zarat sahəsində
debiti 20 t/gün olan 1 saylı quyuda Alt Maykop çöküntülərinin
sınağı zamanı aşkar olunmuşdur. Maykop lay dəstəsi
çöküntülərinə aid olunan təbii neft-qaz axını Üçüncü dövr
monoklinalının ayrı-ayrı sahələrində cəmləşirlər, amma bu
neft-qaz təzahürlərinin əksəriyyəti genetik olaraq Maykop lay
dəstəsi ilə bağlı olan Tabaşir-Üçüncü dövr çöküntüləri
təmasına aid edilir. Monoklinalın cənub-şərq hissəsinin
Candahar-Zarat sahəsində neftin təbii çıxışları dənizin
175
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

sahilində müşayiət olunur. Maykop lay dəstəsi çöküntüləri ilə


əlaqədar olan təbii neft-qaz çıxışları Şabrançayın
başlanğıcında da müşahidə olunur. Beləliklə, Maykop lay
dəstəsi çöküntüləri ilə əlaqədar olan təbii neft-qaz çıxışları
bütün Üçüncü Dövr monoklinalı ərazisində müşahidə olunur
və ən yüksək neft-qazlılıq Alt Maykop çöküntülərinə aid
edilərək, linzaya bənzər yatımla xarakterizə olunan, qumdaşılı
tərkibli və şərti sənaye əhəmiyyətli beş laycığa ayrılırlar. Eyni
sahədə qazılmış quyularda bu çöküntülərin ilkin debitinin
müxtəlif olması xarakterikdir. Məsələn, Siyəzən-Nardaran və
Candahar-Zarat sahələrində qazılmış 32, 80, 82, 456 və s.
saylı quyularda ilkin debit 30-120 t/gün olduğu halda, eyni
bir yerdə qazılan 453, 454, 738, 784 və s. saylı quyularda ilkin
debit 3,5-15 t/gün olmuşdur. Eləcə də, Əmirxanlı və Saadan
sahələrində 536, 652, 320, 246, 385 və s. saylı quyularda ilkin
debit 50-90 t/gün, 510, 658, 576, 341 və s. saylı quyularda
ilkin debit 0,5-1,5 t/gün olmuşdur.
Oliqosen-Miosen çöküntüləri qazıma ilə Zağlı-Zeyvə
sahəsində şimal hissədə açılmışdır. 827 saylı quyuda Alt
Maykop və Qovundağ çöküntülərinin birgə sınağı zamanı
ilkin debiti 48 t/gün olan neft fontan vurmuşdur.
Üst Maykop, Alt Maykop-Çokrak horizontlarının çö-
küntüləri ilə müqayisədə aşağı neft-qazlılıqla xarakterizə
olunurlar. Candahar-Zarat sahəsində 39 saylı quyu Üst
Maykop çöküntülərinin (Çokrak horizontunun müəyyən
hissəsi daxil olmaqla) sınağı zamanı debiti 1,5 t/gün olmaqla
istismara verilmişdir. Siyəzən-Nardaran sahəsində 67 saylı
quyu (Üst Maykop-Çokrak) sınaq zamanı 2,0 t/gün debitlə
176
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

istismara verilmişdir. Üçüncü dövr monoklinalının Alt


Maykop nefti yüngüldür, sıxlığı 868 kq/m3, tərkibi 18%
qatran, 10% silikatlı helium, 12% parafin, 0,28% naften
turşusu, 0,22% asfaltendən ibarətdir.
Təngialtı 1959 saylı quyu Miosen, Paleogen və Üst
Tabaşir çöküntülərini açmışdır. Paleogen-Miosen kom-
pleksinin ümumi qalınlığı burada 2600 m-ə çatır. Sınaq
zamanı Paleosenin 2680-2045 m intervalında su üzərində
neft pərdəsi, Eosenin 1990-1835 m, 1758-1710 m, 1638-
1603 m intervallarında su ilə qaz ayrılmaları müşahidə
olunmuşdur. Üst Maykop və Çokrakın birlikdə sınağı za-
manı (1099-1440 m intervalı) 3000 m3/gün qaz alınmışdır.
Yevlax-Ağcabədi rayonunda neft və qaz yığımları Alt
Maykopun kəsilişində iştirak edən qumdaşı və alevrit
təbəqələrilə əlaqədardır. Rayonun neftli sahələrində Alt
Maykop çöküntülərinin kəsilişində yeddi sərbəst qumdaşı
horizontu ayrılır.
Cəlilabad (və ya Talışqarşısı) mümkün neftli-qazlı
rayonunda Maykopun bütün kəsilişi boyu qumdaşı və
alevrit təbəqəciklərində zəif neft nişanələri qeydə alınıb.

Neogen kompleksi çöküntüləri

Neogenin orta və üst Miosen çöküntüləri Azərbaycan


ərazisində əksər neftli-qazlı rayonlarında geniş yayılıblar
(şəkil 77). Bu çöküntüləri litofasial xüsusiyyətlərinə görə,
Alt Miosen çöküntülərindən fərqləndiklərinə görə onlara
yarımkompleks kimi ayrılıqda baxılır.
177
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Orta və üst Miosen çöküntüləri əsasən qumlu gil, qum,


müxtəlif dənəli qumdaşı, mergel və dolomitlərdən təşkil
olunan molass çöküntülərindən ibarətdir. Kəsilişdə konqlo-
merat, qravelit, alevrolit, əhəngdaşı və vulkan külü aralay-
ları da iştirak edir [12, 30].

Şəkil 77. Orta və üst Miosen çöküntülərinin yayılma sahələri


(B.İ.Məhərrəmov).

Yevlax-Ağcabədi çökəkliyində orta və üst Miosen


çöküntülərinin ümumi qalınlığı 1400 m-ə çatır. Kür-Qabırrı
NQR ərazisində, Kür çayı vadisindən Qabırrı çayı istiqamə-
tində orta və üst Miosen çöküntülərinin qalınlıqları 0-dan
2400 m-ə qədər artır. Maksimum qalınlıq Gürzündağ zona-
sından şimalda qazılan axtarış quyuları ilə müəyyən edilib.
178
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Çokrak horizontu Siyəzən monoklinalında dəniz


sahilindən şimal-qərbdə Tahirçaya qədər, əsasən zəif kar-
bonatlı və qumlu gillərdən ibarətdir. Kəsilişdə nazik qum
və qumdaşı laycıqları və brekçiyaşəkilli dolomit konqres-
siyaları da iştirak edir. Kəsilişdə gil, mergel, əhəngdaşı və
15-20 sm qalınlıqda qravelitlər də rast gəlir. Vəlvələçay
hövzəsində ortadənəli, yaxşı çeşidlənmiş 1 m qalınlığında
kvars layları qeyd olunur.
Siyəzən monoklinalının şimal-qərbində qumluluq artır.
Vəlvələçay hövzəsində ortadənəli, yaxşı çeşidlənmiş 1 m
qalınlığında kvars layları qeyd olunur. Belə kvars qumları
Caqacuqçay hövzəsində də iştirak edir. Zeyvə-Əliç
sahəsində Çokrak horizontu boz, tünd-boz, xırdadənəli qum
və qumdaşı laycıqları olan sıx karbonatlı gillərdən təşkil
olunub. Kəsilişdə 15-20 sm qalınlıqda qravelitlər də rast
gəlir. Horizontun qalınlığı 300-350 m-ə çatır.
Şurabad sahəsində qalınlığı 200-300 m olan Çokrak
horizontu ara-sıra qumlu gillərdən ibarətdir. Kəsilişdə na-
zik qum laycıqları da qeyd edilir. Tələbi-Qaynarca antikli-
nal zonasında çöküntülər nazik qum laycıqları olan tünd-
boz, zəif karbonatlı, çox vaxt qumlu gillərdən ibarətdir.
Maksimal qalınlığı 450-500 m-dir.
Yalama sahəsində Çokrak horizontunun üst hissəsi
qumlu gillərlə səciyyələnir. Kəsilişin alt hissəsində isə
qonuru-boz, qumlu gil laycıqları olan xırdadənəli qum qatı
yatır. Qalınlıq 340 m-ə çatır. Yalamadan cənub-şərqə
Çokrak horizontu gilli litofasiya ilə (nazik qum laycıqlı, az
karbonatlı qumlu gillər) səciyyələnir. Belə litofasiya

179
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Qudyalçay vadisinə kimi izlənir. Xudat və Xaçmaz sahə-


lərində Çokrak horizontunun qalınlığı 60-80 m-dir.
Abşeron yarımadasında Çokrak horizontu rayonun
qərb və şimal-qərb sahələrində yer səthinə çıxır, axtarış və
kəşfiyyat quyuları ilə də açılıb. Kəsiliş əsasən gil, mergel,
əhəngdaşı və qumdaşılardan ibarətdir.
Şamaxı-Qobustan NQR-də Çokrak horizontu Cənubi-
Qobustanda qumlu-gilli litofasiyada yayılıb. Gil, qumdaşı,
mergel və az miqdarda dolomitlərdən ibarət olan Çokrak
horizontunun kəsilişində qumlu süxurların ümumi qalınlığı
170 m-ə çatır ki, bu da horizontun ümumi qalınlığının (400-
500 m) 35-40 %-i təşkil edir.
Kiçik Qafqazqarşısı zonada Tarxan-Çokrak çöküntüləri
əsasən gil, bəzən qum və qumdaşı laycıqlarından ibarətdir.
Çöküntülər məhdud sahəni əhatə edirlər. Çökəkliyin cənub
yamacında mergel laycıqlarına da rast gəlir. Məmmədtəpə,
Şirvanlı, Ağcabədi, Beyləqan sahələrində Çokrakın kəsili-
şində qum və qumdaşı laycıqlarına təsadüf edilir. Kür
çökəkliyinin uzaq qərb hissəsində (Kartlı çökəkliyi) Tarxan-
Çokrak çöküntülərinin qalınlığı 450-500 m-ə çatır.
Cəlilabad (və ya Talışqarşısı) mümkün neftli-qazlı
rayonunda Tarxan horizontunun çöküntüləri bölgə ərazisin-
də az yayılıblar. Qalınlığı 30 m olan çöküntülər karbonatlı
gil və nazik gilli qumdaşıları ilə səciyyələnirlər. Çokrak
çöküntüləri qumdaşı, qumlu gil və əhəngli qumdaşılardan
ibarətdir. Qalınlıq 450 m-dir.
Çokrak horizontunun neft-qazlılığı kəsilişində iştirak
edən qumdaşı və qum layları ilə əlaqədardır. Cənubi
Qobustanda (Umbakı, Hacıvəli və s.) və Qusar-Dəvəçi
180
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

neftli-qazlı rayonunda (Saadan, Nardaran və s.) Çokrak


mərtəbəsində sənaye əhəmiyyətli neftli qumdaşı və qum
layları qeyd olunur.
Cənubi Qobustanda neftli kollektorları kiçik və orta-
dənəli kvars dənələrindən ibarət qumların az qalınlıqlı gil
təbəqələrilə növbələşməsindən ibarət qumlu-gilli horizont-
lar təşkil edir.
Qusar-Dəvəçi neftli-qazlı rayonunda Çokrak laylarının
neftli kollektorlarının kəsilişi bir-biri ilə tez-tez növbələşən
qum, qumdaşı və gillərdən ibarətdir.
Çokrak horizontunun təbii neft-qaz çıxışları Candahar
sahəsində rast gəlinmişdir. Neft-qaz təzahürü isə Üçüncü
Dövr monoklinalının bütün sahələrində struktur-xəritəalma
və axtarış-kəşfiyyat qazıma işləri nəticəsində aşkar
olunmuşdur. Saadan sahəsində 481 saylı quyudan şimal-
şərqə 100 m məsafədə, üç yerdə qaz ayrılması ilə müşayiət
olunan neft çıxışı qeyd olunur. Digər neft-qaz çıxışı
Nohurdağın ətəklərində müşahidə olunur. Çokrakın sənaye
əhəmiyyətli neft-qazlılığı 1951-ci ildə Saadan sahəsində
196 saylı quyudan 8,5 t/gün debitlə neft alınması ilə
müəyyən olunmuşdur. Bu quyuya nisbətən şimal-şərqə 200
m məsafədə yerləşən 154 saylı quyu 1954-cü ildə 8,6 t/gün
debitlə istismara verilmişdir. Bu sahədə olan 415, 416, 496,
504 və s. saylı quyular 30-40 t/gün debitlə istismara
veriliblər. Çokrak horizontunun neft-qazlılığını izləmək
məqsədi ilə Siyəzən-Nardaran sahəsində bir sıra quyular
(67, 490, 752, 753 və 813 saylı quyular) qazılmış, lakin
nəzərə çarpmayan debitlə neft alınmışdır. Sonralar Çokrak
horizontu Əmirxanlı sahəsinin 746 və 1177 saylı
181
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

quyularında yoxlanılmış və 10-15 t/gün debitlə neft


alınmışdır.
Çokrak neftinin rəngi xurmayı və tünd xurmayıdır,
sıxlığı 900 kq/m3, tərkibində parafin 15 %, qatran 36 %,
asfalten 2,21 %-dir.
Xudat sahəsində 11 saylı quyuda Paleogen-Miosen
kompleksinin ümumi qalınlığı isə 115-412 m arasında dəyi-
şir. Bu quyuda sınaq zamanı neft və qaz axını alınmışdır.
Cəlilabad (və ya Talışqarşısı) mümkün neftli-qazlı
rayonunda Çokrak mərtəbəsinin neftliliyi onun şimal hissə-
sində yerləşən Tumarxanlı-Gərməli zonasında qeyd olunur.
Burada Çokrakın kəsilişi gil, alevrit və qumdaşılarının
növbələşməsindən ibarətdir.
Konk-Karaqan çöküntülərinin Azərbaycan ərazi-
sində litoloji tərkibləri çox az fərqləndiklərinə görə onları
bir-birindən ayırmaq çətin olduğundan, bir yerdə baxılır.
Konk-Karaqan çöküntüləri qum və qumdaşı təbəqəciklərilə
növbələşən gillərdən ibarətdir. Kəsilişdə bəzən karbonatlı
qumdaşıları, mergel, dolomit, gilli şist və alevrit təbəqəciyi
olan qumlu gil qatına təsadüf olunur.
Qusar-Dəvəçi rayonunda Çokrak, Maykop və Eosen
üzərində transqressiv yatan Karaqan horizontu çöküntüləri
ensiz zolaq şəklində Siyəzən monoklinalında yer səthinə çıxır.
Qum və qumdaşı təbəqəciklərilə növbələşən gillərdən ibarət
olan Konk-Karaqan çöküntülərinin qalınlığı 100-150 m
arasında dəyişir. Çöküntülər Yalama sahəsində tavanında
mergel təbəqəciyi olan qumlu gil qatından təşkil olunublar.

182
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Burada qalınlıq 250-300 m-ə çatır. Maksimal qalınlıq (350 m)


isə Qızılburun antiklinalı istiqamətində qeydə alınıb [30].
Qusar-Dəvəçi neftli-qazlı rayonu ərazisində Konk
çöküntüləri nazik qum və alevrit təbəqəcikləri olan əhəngli
gillərdən təşkil olunub. Zeyvə-Əliç sahəsində qalınlıq 8-9 m,
Təngialtıda 25 m təşkil edir. Maksimal qalınlıq (100 m)
Qaynarca sahəsində açılıb.
Abşeron yarımadasında Konk-Karaqan horizontunun
çöküntüləri rayonun qərb və şimal-qərb sahələrində yer
səthinə çıxır, axtarış-kəşfiyyat quyuları ilə də açılıblar.
Kəsiliş əsasən nazik qum təbəqəli gil, gilli şist və
mergellərdən ibarətdir. Cənub-şərq istiqamətində qalınlığın
artması müşahidə olunur.
Şamaxı-Qobustan NQR-də Konk-Karaqan çöküntüləri
rayonun cənub zonasında qazıma ilə öyrənilib. Litoloji tər-
kibi xırdadənəli qum, alevrit, dolomit və mergel təbəqələ-
rinə malik olan müxtəlif rəngli gillərdən ibarətdir. Ümumi
qalınlığı 420-600 m arasında dəyişir.
Karaqan horizontunun kəsilişində az qalınlıqlı qumlu-
alevritli təbəqəciklərdən başqa qalın, lakin məhdud sahədə
yayılan qumlu laylar da iştirak edirlər. Belə layların qalın-
lığı 2,5-5,0 m (Şərqi Hacıvəli) 7,0-12 m (Umbakı) arasında
dəyişir.
Kür çökəkliyində Karaqan horizontunun qalınlığı 200-
250 m-ə qədər çatır. Sahə üzrə qalınlıqlar dəyişdikcə litolo-
giya fərqlənir. Karaqan çöküntüləri əsasən narındənəli gilli-
mergelli və qumlu-gilli süxurlardan təşkil olunub. Yuxarı

183
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Kür çökəkliyində (Cənubi Kaxeti çökəkliyi) Konk horizon-


tunun qalınlığı 200-250 m, şimal-şərqdə (Acınohur) 50-100
m və şərq-cənub-şərqdə (Ağcabədi) 100-200 m-dir. Çökək-
liklərin mərkəzi hissələrində mergelli-gilli süxurlar, kənar
hissələrdə isə qumlu-gilli süxurlar toplanıb.
Cəlilabad (və ya Talışqarşısı) mümkün neftli-qazlı
rayonunda Konk horizontu qumlu gil və karbonatlı qum-
daşıları ilə təmsil olunur. Karaqan horizontu isə litoloji
cəhətcə qumlu gil və gilli qumdaşılarının növbələşməsin-
dən təşkil olunub. Karbonatlı qumdaşı və mergellərə də
təsadüf edilir. Qalınlıq 190 m-ə çatır [30].
Qusar-Dəvəçi rayonunda Karaqan-Konk çöküntülə-
rinə aid olunan təbii neft və qaz çıxışları Üçüncü Dövr
monoklinalında nəzərə çarpır. Bu çöküntülərlə əlaqədar
neft-qaz təzahürlərinə Siyəzən-Nardaran sahəsinin 67, 752,
753 saylı quyularında rast gəlinmişdir. Bu quyularda ilkin
debit 2-3 t/gün olmuşdur.
Karaqan-Konk çöküntülərinə aid olan neftin rəngi
yaşıl və tünd yaşıldır, sıxlığı 911 kq/m3, tərkibində qatran
40%, asfalten 2,91 %-dir.
Sarmat çöküntüləri Azərbaycan ərazisində geniş
yayılmışdır. Qusar-Dəvəçi neftli-qazlı rayonunda Sarmat
çöküntüləri üç yarımmərtəbə ilə təmsil olunurlar. Rayonun
şərq hissəsində Alt Sarmat çöküntüləri qum, qumdaşı,
əhəngdaşı və konqlomerat laycıqları olan gillərdən ibarət-
dir. Alt Sarmatın qalınlığı Caqacuqçay hövzəsində 150 m,
Şurabadda 40 m, Qaynarca sahəsində isə 200-300 m-dir.

184
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Gilgilçay hövzəsində Orta Sarmat ara-sıra nazik qum,


qumdaşı laycıqlı əhəngli bərk gillərdən təşkil olunub.
Kəsilişin üst hissəsində mergel və konqlomerat laylarına
təsadüf olunur. Orta Sarmatın qumlu-gilli çöküntüləri
quyularla Ataçay-Gilgilçay arası sahədə açılıb. Orta Sarmat
Yalama, Xudat, Xaçmaz və Qusar sahələrində quyu
məlumatlarına görə qum və qumdaşı laycıqları olan
gillərdən təşkil olunub. Qərbə doğru kəsilişdə iştirak edən
əhəngdaşılarının qalınlığı artaraq 2-3 m-ə çatır.
Üst Sarmatın aşağı hissəsi (Rostov horizontu) bitumlu
şistli gillərdən, üst hissəsi isə (Xerson horizontu) əhəng-
daşı, qum, qumdaşı və konqlomeratlarla növbələşən gillər-
dən ibarətdir. Vəlvələçaydan qərbə doğru Üst Sarmatın
tavanında yatan laylar kəsilişdə iştirak etmədiyindən, Pont
çöküntülərilə transqressiv örtülmüşlər.
Sarmat çöküntülərinin ümumi qalınlığı geniş hüdudda
dəyişir: Xaçmazda 100 m, Xudatda 200 m, Qusarda 290 m,
Yalamada 247 m, Gilgilçayda 1000 m, Vəlvələçay və
Caqacuqçay hövzələrində isə 1400 m-dən artıqdır.
Abşeron yarımadasında Sarmat mərtəbəsi çöküntüləri
litoloji tərkibinə görə iki hissəyə: alt və üst yarımmərtəbə-
lərə ayrılır. Alt yarımmərtəbə qumlu mergel, dolomitləşmiş
əhəngdaşı təbəqələrinə malik gillərdən, şistli gillərdən, üst
yarımmərtəbə isə mergel, balıqqulaqlarına malik şist
laycıqları olan boz rəngli qumlu gillərdən ibarətdir.
Kəsilişdə neftli qum və qumdaşılarına təsadüf olunur.
Sarmat mərtəbəsi çöküntüləri Qərbi Abşeronun şimal-
qərb, şimal və mərkəzi hissələrində geniş yayılıb. Onun tam
185
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

kəsilişləri Saray və Fatmayı qırışıqlarının cənub-şərq peri-


klinalında tədqiq edilib.
Qərbi Abşeronun şimal hissəsində alt və orta Sarmat
çöküntüləri içərisində qalınlıqları 40 m-ə çatan sarı rəngli
qumlu mergel və daha az qalınlıqlı dolomitləşmiş əhəng-
daşı ara təbəqələri olan sarımtıl-qonur, sarımtıl-boz və boz
rəngli gillərdən təşkil olunub. Bu sahələrdə Sarmat mərtə-
bəsinin ümumi qalınlığı 95 m-dən 108 m-ə qədər dəyişir.
Göytəpə, Saray, Fatmayı və Digah sahələrində Sarmat
mərtəbəsi çöküntülərində qumluluq azalır. Mərtəbənin
qalınlığı burada böyük hüdudda (15-200 m) dəyişir.
Qərbi Abşeronun mərkəzi və qərb hissələrində alt və
orta Sarmat çöküntüləri tünd-boz və şistli gillərdən ibarətdir.
Kəsilişdə mergel araqatları ilə yanaşı, qum və qumdaşı lay-
cıqları da iştirak edir. Çöküntülərin qalınlığı Qərbi Abşeron
ərazisində, Qaradağ sahəsini nəzərə almasaq, 0-300 m ara-
sında dəyişir. Ziyilpiri, Atəşgah və Şabandağ qalxımlarının
tağ hissələrində Sarmat çöküntüləri minimal qalınlığa
malikdir. Sarınca-Gülbaxt, Quşxana, Korgöz, Puta, Güzdək,
Qobu sahələrində quyularla açılan Sarmat mərtəbəsi çökün-
tüləri qumlu-gilli litofasiya ilə təmsil olunurlar.
Qaradağ yatağında Sarmat çöküntüləri çoxlu sayda qu-
yularda açılıb. Kəsilişdə gil, qumdaşı, mergel və əhəngdaşı
iştirak edir. Gilli təbəqələrdə tünd gilli şistlər də rast gəlir.
Qum təbəqələri neft-qazlılıqla xarakterizə olunur. Sarmat
mərtəbəsinin ümumi qalınlığı 700 m-ə çatır.
Sarmat mərtəbəsinin çöküntüləri Cənubi Qobustan
zonasında daha geniş yayılıb. Əsasən gilli süxurlardan
186
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

təşkil olunan kəsilişdə qum, qumdaşı və karbonatlı süxurlar


iştirak edirlər. Çöküntülərin qalınlığı şimaldan cənuba
doğru 700-800 m-ə qədər artır. Cənub-Şərqi Qobustanda
yer səthinə çıxan Sarmat çöküntüləri şərq-cənub-şərq isti-
qamətində (Ceyrankeçməz depressiyası) qalın Pliosen
çöküntü qatı ilə örtülüb.
Yevlax-Ağcabədi çökəkliyində və Kür-Qabırrı çaylar-
arası rayonda Sarmat çöküntüləri litoloji tərkibinə görə üç
yarımmərtəbəyə ayrılır.
Alt və orta Sarmat çöküntüləri Ağcabədi, Beyləqan,
Bərdə, Gödəkboz və Duzdağ sahələrində müəyyən edilib.
Alt Sarmat çöküntüləri litoloji tərkibcə yaşılımtıl-boz
rəngli əhəngli gillərdən, bitki qalıqlı qumdaşı və mergel ara
təbəqələrindən ibarətdir. Orta Sarmat çöküntüləri xırda və
orta dənəli qumdaşı laylarının qumlu və təbəqəli gil layları
ilə növbələşməsindən və bitki qalıqlı müxtəlif rəngli
qumdaşı ara təbəqələrindən ibarətdir. Çöküntülərin ümumi
qalınlığı 500-600 m-ə çatır.
Üst Sarmat çöküntüləri isə konqlomerat, qumdaşı,
balıqqulağı-əhəngdaşı, əhəngli gillərdən və gilli şist
təbəqələrindən təşkil olunmuşdur. Üst Sarmatın qalınlığı
Yevlax-Ağcabədi çökəkliyində 600 m-dir [27].
Kür-Qabırrı çaylararası rayonda Sarmat çöküntüləri
nisbətən geniş sahədə yayılıb. Rayonun şimal hissəsi demək
olar ki, Sarmat çöküntülərindən təşkil olunub. Burada
Sarmat mərtəbəsinin hər üç yarımmərtəbəsi iştirak edir. Alt
Sarmat çöküntüləri Məmədtəpə, Sacdağ, Molladağ və
Ağtaxtatəpə antiklinallarının tağ və şimal qanadlarının bəzi
187
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

sahələrində yer səthinə çıxır. Bu çöküntülər litoloji tərkibcə


boz, təbəqəli, əhəngli gillərdən, qumdaşı və mergel ara
təbəqələrindən ibarətdir. Alt Sarmat çöküntülərinin qalınlığı
sahələr üzrə dəyişir. Məmmədtəpə sahəsində qalınlıq 170 m,
Molladağda 450 m, Çobandağda isə 250 m-dir.
Orta Sarmat çöküntüləri Alt Sarmat çöküntülərinə nis-
bətən daha geniş ərazidə yayılıb. Bu çöküntülər Qabırrı
çayı ətrafı zonada yerləşən antiklinalların şimal qanadla-
rında daha çox qeydə alınır. Orta Sarmat çöküntüləri
Çobandağ, Göytəpə, Molladağ sahələrində də müşahidə
edilir. Litoloji tərkibi boz, qonuru-boz, xırda və orta dənəli
qumdaşı laylarının boz, tünd boz, qumlu və təbəqəli gil
layları ilə növbələşməsindən ibarətdir. Horizontun ümumi
qalınlığı Molladağda 780 m, Çobandağda 700 m, Axtaxta-
təpədə 900 m-dən çoxdur [27].
Kür-Qabırrı çaylararası rayonda Üst Sarmat çöküntü-
ləri Çobandağ, Molladağ, Axtaxtatəpə, Sacdağ, Palantö-
kən, Məmədtəpə, Eldaroyuğu və s. antiklinalların şimal
qanadlarında, Gürzündağ və Qaratəpə antiklinallarının tağ
hissələrində intişar tapıb.
Üst Sarmat yarımmərtəbəsi çöküntüləri litoloji tərkibinə
və faunasına görə Rostov, Xerson və Eldar horizontlarına
bölünür. Çöküntülər boz, qonur əhəngli gil laylarından, boz,
xırdadənəli qumdaşı təbəqələrindən, boz, xırda və ortadənəli,
bərk qalın qumdaşı laylarının gil, əhəngdaşı və gilli şist
təbəqələrilə növbələşməsindən, əlvan rəngli gillərdən və zəif
sementləşmiş qumdaşılarından təşkil olunub. Üst Sarmat
mərtəbəsinin qalınlığı 600-1080 m arasında dəyişir.
188
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Cəlilabad (və ya Talışqarşısı) mümkün neftli-qazlı


rayonunda Sarmat çöküntüləri həm yerüstü çıxışlara, həm
də quyu məlumatlarına əsasən öyrənilib. Alt Sarmat
çöküntüləri gilli və gilli-qumlu qatlardan təşkil olunublar.
Şimal-şərq istiqamətində (Uzuntəpə sahəsi) qumdaşıları
qismən qumlarla, daha şimal-şərqə doğru isə gilli-qumlu
qatlarla əvəz olunur. Qalınlıq 100 m-dən 260 m-ə qədər
dəyişir.
Orta Sarmat çöküntüləri Alt Sarmata nisbətən daha
geniş ərazidə yayılıb. Sahilyanı fasiya ilə təmsil olunan çö-
küntülər litoloji cəhətcə qumlu gil, gilli qum və gillərdən
ibarətdir. Uzuntəpə sahəsində orta Sarmat çöküntülərinin
qalınlığı 900 m-ə çatır. Üst Sarmat çöküntüləri qazma ilə
Uzuntəpə sahəsində öyrənilib. Qumlu gil, qumdaşı və qum
laylarından ibarət olan kəsilişin qalınlığı 50-70 m arasında
dəyişir. Sarmat mərtəbəsi çöküntülərinin neft-qazlılığı
kəsilişdə iştirak edən qum və qumdaşıları ilə əlaqədardır.
Qusar-Dəvəçi neftli-qazlı rayonunun Sarmat çöküntülə-
rinə aid olan təbii neft və qaz çıxışlarına Ataçayın sol
sahilində, 753 saylı quyudan cənub-şərqə 200 m məsafədə
allüvial çöküntülərdə rast gəlinmişdir. Siyəzən-Nardaran
sahəsinin 67, 490, 752 saylı quyularında neft-qaz təzahürləri
qeyd olunmuşdur. Bu quyulardan 490 saylı quyunun sınağı
zamanı 2,5 t/gün debitlə neft alınmışdır. Saadan sahəsinin 90
saylı quyusunda Sarmat çöküntülərini keçərkən quyu məhlu-
lunda neft və qazla dolu kütlə tıxac əmələ gətirmiş, 141, 142,
143, 145 və s. saylı quyularında isə 1,5 t/gün debitlə neft
alınmışdır.
189
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Üçüncü Dövr monoklinalında yüksək metan-etan


fraksiya tərkibli qaz çıxarılır. Çokrak horizontunun metan-
etan fraksiya tərkibi 91,17-91,88 %, ağır karbohidrogenlər
3,51-4,46 %, turş-karbon qazları 2,60-3,66 %-dir. Maykop
lay dəstəsinin metan-etan fraksiya tərkibi 78,20-28,28 %,
ağır homoloqlar 6,37-14,29 %, turş-karbon qazları 3,51-
11,71 %-dir. Siyəzən-Nardaran sahəsi üçün qazın metan-
etan fraksiya tərkibi 70,83%, ağır karbohidrogenlər 13,4 %,
turş-karbon qazları 15,79 %-dir. Qaz faktoru sahələr üzrə
340 m3-dən 500-550 m3-ə dəyişir.
Qusar sahəsində 1 və 2 saylı quyularda Sarmat dəstəsi
çöküntülərini keçərkən zəif qaz, 1 saylı quyuda 2148 m
dərinliyində nisbətən güclü qaz təzahürləri müşahidə olun-
muşdur. Eləcə də, zəif neft-qaz təzahürlərinə Qaynarca
sahəsində 2, 5, 9, 10 və 13 saylı kəşfiyyat quyularında rast
gəlinmişdir. Tələbi sahəsində 12 saylı quyuda 4533-4570 m
intervalından 40 m3/gün debitli su ilə qarışıq ağır neft
təzahürünə rast gəlinmişdir, lakin həmin çöküntülərin sınağı
zamanı neft axını alınmamışdır. Qeyd olunduğu kimi neft
ağır və 40ºC-də sıxlığı 934 kq/m3 olmuşdur. Tərkibi 50%
qətran aksizi, 12,7% asfalten, 3,08% parafin olmuşdur.
Meotis çöküntüləri Azərbaycan ərazisində məhdud
ərazidə yayılıb. Meotis çöküntülərinin kəsilişi əsasən gil,
gilli şist, konqlomerat, oolitli əhəngdaşı, brekçiyaşəkilli
dolomit və gilli brekçiya təbəqəciklərindən ibarətdir.
Kəsilişdə mergel, vulkan külü laycıqları və kiçikölçülü
çınqıllara təsadüf olunur.

190
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Qusar-Dəvəçi neftli-qazlı rayonunda Meotis çöküntü-


ləri Təngi-Beşbarmaq kordilyerinin şimal qanadında,
Gilgilçay dərəsində qeydə alınıb. Bu çöküntülərin dayaz
sahilyanı zonada çökdüyünü və onların Qaynarca antiklinal
zonası daxil olmaqla, Quba-Dəvəçi çökəkliyinin cənub-şərq
hissəsində daha geniş bir ərazini əhatə etdiyi güman olunur.
Şurabad sahəsində Meotis çöküntüləri əsasən gil, oolitli
əhəngdaşı və brekçiyaşəkilli dolomit təbəqəciklərindən
ibarət olub, qalınlığı 25 m-ə çatır [62, 76, 82, 101].
Abşeron yarımadasında Meotis çöküntüləri onun qərb
hissəsində intişar tapıb. Kəsiliş əsasən gilli şist və brekçiya-
şəkilli dolomitlərdən ibarətdir. Qərbi Abşeronun şimal
hissəsində çöküntülər sarımtıl-boz gil və tez-tez təsadüf
olunan mergel və vulkan külü laycıqları ilə təmsil
olunurlar. Qalınlıq 100-300 m arasında dəyişir.
Cənub-Qərbi Qobustanda kəsiliş Orta Meotis çöküntü-
lərilə başlayır. Burada Orta Meotis qədim çöküntülər üzə-
rinə kəskin bucaq uyğunsuzluğu ilə yatır. Litoloji tərkibi
əsasən gil və gilli şistlərin, az qalınlıqlı mergel, vulkan külü
layları, brekçiyaşəkilli dolomit, konqlomerat və gilli
brekçiya layları ilə növbələşməsindən ibarətdir.
Mərkəzi və Şimali Qobustanda Meotis çöküntüləri
əsasən konqlomerat, yaşıl mergel, dolomit, oolitli əhəng-
daşı qırıntıları və kiçikölçülü çınqıllardan təşkil olunublar.
Kəsilişdə bitumlaşmış gilli şistlər və pirit mineralı da iştirak
edir. Meotisin qalınlığı Şimali Qobustanda 50-250 m,
Mərkəzi Qobustanda 300-500 m arasında dəyişir [76, 82].

191
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Orta Kür çökəkliyində Meotis çöküntülərinin qalınlığı


azdır. Çöküntülər qonuru-boz, kobuddənəli terrigen
materiallardan təşkil olunublar. Əsasən qumlu-gilli
süxurlardan ibarət olan çöküntülər daxilində konqlomerat
layları və linzaları iştirak edirlər. Kəsilişdə bəzən mergel,
əhəngdaşı laycıqlarına da təsadüf olunur. Mirzaani çökək-
liyində qalınlıq 100-300 m arasında dəyişir.
Diatom çöküntülərinin neft-qazlılığı onun kəsilişində
olan qum, qumdaşı, alevrit və alevritli-qumdaşı layları ilə
əlaqədardır. Belə çöküntülər Qusar-Dəvəçi rayonunda,
Abşeron yarımadasının qərbində, Şamaxı-Qobustan rayo-
nunda, Yevlax-Ağcabədi çökəkliyində, Kür və Qabırrı
çaylararası sahədə, Cəlilabad (və ya Talışqarşısı) mümkün
neftli-qazlı rayonunda şimal hissəsində intişar tapıblar.
Qərbi Abşeronda Ziyilpiri palçıq vulkanının şimal-
şərq ətəklərində Meotis, Sarmat mərtəbələrinin və Karaqan
horizontunun qumlu gil, alevrit və qumdaşıları ilə əlaqədar
olan neft-qaz çıxışları qeydə alınmışdır. Masazır, Sulutəpə,
Damlamaca, Qaraheybət sahələrində Diatom çöküntülərin-
dən əllə qazılmış quyulardan uzun müddət neft hasil edilib.
Qərbi Abşeronda qazılan quyularda Diatom çökün-
tüləri ilə əlaqədar bir çox neft-qaz əlamətləri müşahidə
olunub, bəzi sahələrdə isə sənaye əhəmiyyətli neft-qaz
axınları alınıb. Bu çöküntülərin neftli-qazlı əlamətlərinə
Masazır, Fatmayı, Ziyilpiri, Sulutəpə, Şabandağ, Şübanı,
Güzdək, Qara-Heybət, Gülbaxt, Korgöz-Qızıltəpə, Binəqə-
di, Puta, Qaradağ və b. sahələrdə rast gəlinir.

192
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Şamaxı-Qobustan rayonunda Karaqan, Konk və Sarmat


çöküntüləri kəsilişində iştirak edən 5-7 m qalınlıqlı qum,
qumdaşı və alevrilitli-qumdaşı layları ilə əlaqədar neftlilik
əlamətləri Umbakı, Ərzani-Qlıc sahələrində müşahidə
olunub. Qlıc sahəsində Sarmatın kəsilişində alevrit
laylarından neft, qumdaşı horizontundan qaz fontanı alınıb.
Qusar-Dəvəçi rayonunda Diatom çöküntülərinin qumlu
kollektorlarında müxtəlif səviyyəli və intensivlikli neft-qaz
təzahürləri qeyd olunur. Qusar sahəsində qazıma zamanı
Sarmat dəstəsi çöküntülərini keçərkən güclü qaz təzahürləri
müşahidə olunmuşdur. Bu çöküntülərlə əlaqədar olan zəif
neft-qaz təzahürlərinə Siyəzən monoklinalında (Candahar-
Zarat, Siyəzən-Nardaran, Saadan, Əmirxanlı və Zağlı-Zeyvə
sahələri), Qaynarca, Tələbi, Yalama, Xudat və Xaçmaz
sahələrində qazılmış kəşfiyyat quyularında rast gəlinmişdir.
Sarmat çöküntülərinə aid olan təbii neft və qaz çıxışları
Ataçayın sol sahilində qeydə alınmışdır.
Yevlax-Ağcabədi çökəkliyində qazıma işləri zamanı
Diatomun qumlu-alevritli çöküntülərindən Duzdağ (Orta
Sarmat, Konk-Karaqan), Bərdə (Sarmat) və Zərdab
(Sarmat) sahələrində neft-qaz təzahürləri baş vermişdir.
Kür və Qabırrı çaylararası rayonun Alaçıq-Eldaroyuğu
antiklinal zonasında əsasən Sarmat çöküntülərilə əlaqədar
30-dan artıq təbii neft və qaz çıxışları məlumdur.
Eldaroyuğu sahəsində təbii çıxışlar burada geniş yayılmış
Üst Sarmat çöküntülərində qeyd olunub. Herikdərə
üstəgəlmə zonasında qazılmış quyuda Alt Sarmat yaşlı
çatlı, çox əzilmiş gil və mergel təbəqələrində neft-qaz
nişanəsinə təsadüf edilmişdir.
193
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Cəlilabad (və ya Talışqarşısı) mümkün neftli-qazlı


rayonunun Tumarxanlı-Gərməli tektonik zonasında da
(Şərəfxanlı, Lazran, Ağdaş və s. sahələr) Sarmat çöküntü-
lərinin zəif neftliliyə malik olması müşahidə edilib.
Məhsuldar Qat (Alt Pliosen) çöküntüləri Azərbaycan
ərazisinin əsasən şərq hissəsində yayılaraq, Qusar-Dəvəçi,
Abşeron, Şamaxı-Qobustan NQR-nin, Acınohur və Aşağı
Kür çökəkliklərinin çox hissəsini əhatə edir (şəkil 78).

Şəkil 78. Alt Pliosen (Məhsuldar qat) çöküntülərinin


yayılma sahələri (B.İ.Məhərrəmov).

Qusar-Dəvəçi rayonunda Məhsuldar Qat böyük qalın-


lıqlı kobuddənəli çöküntülərdən ibarətdir. Litoloji tərkibcə
konqlomerat, çınqıl, çınqıllı qum, gil və qumlu-gilli
çöküntülərdən təşkil olunub.
194
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Məhsuldar Qatın ən böyük qalınlığı Qusar-Dəvəçi


çökəkliyinin cənub-şərq kənarında, Siyəzəndən bir qədər
şərqdə qeyd olunub. Qalınlıq 2000 m-ə çatır.
Şamaxı-Qobustan rayonu ərazisində də Məhsuldar Qat
kobuddənəli terrigen çöküntülərdən təşkil olunub. Kəsilişdə
qumlu-gilli horizontlar üstünlük təşkil edir. Ceyrankeçməz
depressiyasında MQ çöküntülərinin qalınlıqları 0-3000 m
arasında dəyişir.
Abşeron yarımadasında Məhsuldar Qat çöküntüləri
daha yaxşı öyrənilib. Məhsuldar Qat çöküntülərinin kəsilişi
qum, alevrit, gil və gilli araqatlarına malik, açıq-boz rəngli
qum və qumdaşılarından təşkil olunub.
Məhsuldar Qatın kəsilişi iki şöbəyə ayrılır. Üst şöbəyə
Suraxanı, Sabunçu, Balaxanı və “Fasilə”, alt şöbəyə isə Qır-
məkiüstü gilli (QÜG), Qırməkiüstü qumlu (QÜQ), Qırməki
(QD), Qırməkialtı (QA) və Qala (QaD) lay dəstələri daxildir.
Məhsuldar Qat çöküntülərinin kəsilişi qum, alevrit, gil
və gilli araqatlarına malik, açıq-boz rəngli qum və
qumdaşılarından təşkil olunub. Qalınlığı Bakı muldası
istiqamətində 3500 m-ə qədər artır.
Aşağı Kür çökəkliyində Məhsuldar Qat çöküntüləri
əsasən narın, orta və iri dənəli gillər, gilli-qumlu konqlome-
rat, kobuddənəli qum, qumdaşı və qumlu alevritlərdən
ibarətdir. Burada çöküntülərin qalınlıqları 2500-4000 m
arasında dəyişir.
Acınohur rayonunda Məhsuldar Qat çöküntüləri tam
kəsilişdə iştirak etmir. Burada çöküntülər daha qədim
çöküntülərin yuyulma məhsulları olan əhəngdaşı, mergel,

195
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

qumdaşı, argillit, tuf-qumdaşı və porfiritlərdən təşkil


olunublar. Çöküntülərin qalınlığı 1300 m ətrafında dəyişir.
Azərbaycan ərazisində ən çox neftli-qazlı kollektorlar
Məhsuldar Qat kəsilişi ilə əlaqədardır. Abşeronda əlverişli
kollektor xassələrinə malik olan laylar Məhsuldar Qatın hər
iki şöbəsində iştirak edirlər. Nisbətən daha çox qum və
qumdaşı təbəqələri üst şöbənin Balaxanı, Sabunçu və alt
şöbənin Qırməki dəstələrində qeyd olunur. Qala dəstəsi
əsasən qum, qumdaşı, alevrit və gil təbəqələrinin növbələş-
məsindən ibarət olsa da, nisbətən məhdud sahədə yayılıb.
Şamaxı-Qobustan rayonunda Məhsuldar Qatın kəsilişində
14-15 qumlu-gilli horizont ayırmaq mümkündür.
Aşağı Kür çökəkliyində Şamaxı-Qobustanla müqayi-
sədə kəsilişdə qumluluğun artdığı və eyni zamanda kol-
lektor xassəsinin yaxşılaşdığı müşahidə olunur. Bu sahələr-
də MQ-nin kəsilişində 20-yə qədər qumlu-gilli, kollektor
xassələrinə malik horizont ayrılır.
Ağcagil mərtəbəsi çöküntüləri Qusar-Dəvəçi törəmə
çökəkliyinin şimal hissəsində geniş ərazidə yayılıb. Bu sahədə
çöküntülərin litoloji tərkibi çınqıl, konqlomerat, gil və
qumlardan ibarətdir. Çökəkliyin şərq hissəsində çöküntülər az
qalınlıqlı qumdaşı aralaylarına malik gillərdən təşkil olunub.
Ağcagil mərtəbəsi Abşeron NQR-in bütün sahələrində
intişar etmişdir. Çöküntülər əsasən gilli fasiyada yayılaraq
gil və vulkan külü təbəqəcikli şistli gillərdən ibarətdir.
Şamaxı-Qobustan rayonunda Ağcagil çöküntüləri
çınqıl, qum, gil, əhəngdaşı, dolomit, detrituslu və balıq-

196
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

qulağı əhəngdaşılarının çınqıllarla növbələşməsindən iba-


rətdir. Mərkəzi Qobustanın Sündü-Mərəzə depressiyasının
mərkəzi hissələrində və rayonun Böyük Qafqazın cənub
yamacına aid olan hissəsində yayılan Ağcagil çöküntüləri
əhəngdaşı, dolomit, gil, detrituslu və balıqqulağı əhəngdaşı
qırıntılarından təşkil olunub.
Kür çökəkliyində şimal kənar hissələrində Ağcagil çö-
küntüləri allüvial-prolüvial süxurlardan ibarətdir. Çökəkli-
yin qərb hissəsində litoloji tərkibi konqlomerat, qumdaşı,
qumlu gil və balıqqulağı əhəngdaşı, şərq hissədə isə
narındənəli qum, qumdaşı və gillərdən ibarətdir.
Azərbaycan ərazisi üzrə Ağcagil çöküntülərinin qalın-
lığı çox geniş intervalda (0-1000 m) dəyişir.
Ağcagil mərtəbəsinin neft-qazlılığı Mərkəzi Abşeronun
və Aşağı Kür çökəkliyinin bəzi antiklinallarının tağ hissə-
sində təsadüf edilən nazik qum təbəqəciklərilə əlaqədardır.
Abşeron mərtəbəsi çöküntüləri Azərbaycan ərazi-
sində ən geniş yayılan çöküntü kompleksidir. Böyük Qaf-
qazın cənub-şərq batımında və cənub yamacında Abşeron
mərtəbəsi kontinental mənşəli gilli-çınqıllı, qumlu-gilli
fasiyadan ibarətdir.
Qusar-Dəvəçi çökəkliyində Abşeron mərtəbəsi çökün-
tülərin qalınlığı 1000 m-ə qədər çatır. Qazıma nəticəsində
alınan məlumatlara görə Abşeron mərtəbəsinin qalınlığı
Qusar-Xaçmazda 800 m, Xudatda 650 m, Yalama sahəsin-
də isə 540 m-dir [30].
Şamaxı-Abşeron çökəkliyində Abşeron mərtəbəsinin
kəsilişində balıqqulağı əhəngdaşı, qum, gil, pis çeşidlənmiş
197
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

qum və gil aralaycıqları olan əhəngdaşı, çınqıl, konqlome-


rat, qum və gillərlə növbələşən qumlu detritus əhəngdaşı-
ları iştirak edir. Abşeron mərtəbəsinin maksimal qalınlığı
1600 m-ə çatır.
Aşağı Kür çökəkliyində Abşeron mərtəbəsi çöküntüləri
içərisində qum və alevrolitlər olan gillərin əhəngli, pis
çeşidlənmiş qumların və qumlu əhəngdaşılarının qeyri- mün-
təzəm növbələşməsindən ibarətdir. Kəsilişin vulkan külü
laycıqlarına təsadüf olunur. Qalınlığı 1200-1500 m arasında
dəyişir. Abşeron mərtəbəsi üç yarımmərtəbəyə ayrılır.
Üst yarımmərtəbə çöküntüləri içərisində qum və alev-
rolitlər olan tünd qonur, açıq qonur rəngli gillərin əhəngli,
pis çeşidlənmiş qumların və qumlu əhəngdaşılarının qeyri-
müntəzəm növbələşməsindən təşkil olunub. Çökəkliyin
şimal-şərqinə doğru əhəngdaşı və əhəngli qumdaşı laycıq-
larının miqdarı artır. Orta Abşeron yarımmərtəbəsi
çöküntülərinin kəsilişi boz, tünd-boz gillərin, qırmızımtıl-
qonur qumlu əhəngdaşıların, narın və iri dənəli pis
çeşidlənmiş qumdaşı və alevrit təbəqələrinin növbələşmə-
sindən təşkil olunub. Alt yarımmərtəbə isə əsasən gillərdən
ibarətdir. Kəsilişin alt hissəsində qum, alevrit və vulkan
külü laycıqlarına təsadüf olunur.
Orta Kür çökəkliyində Abşeron mərtəbəsi qumlu-gil,
qum, gil, əhəngdaşı, qumdaşı, çınqıl, konqlomerat və
vulkan küllərindən ibarət kontinental çöküntülərdən təşkil
olunub. Çökəkliyin bəzi sahələrində mərtəbənin qalınlığı
1800-2000 m-ə çatır. Qanıx-Əyriçay depressiyasında,
Ağcagil mərtəbəsində olduğu kimi, Abşeron mərtəbəsi
198
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

allüvial-prolüvial çöküntülərdən ibarətdir. Kəsilişin alt


hissəsində qumlu-gilli çöküntülər də iştirak edir.
Abşeron mərtəbəsinin neft-qazlılığı əsasən onun kəsi-
lişində iştirak edən qum və alevrit layları ilə əlaqədardır. Bu
mərtəbənin sənaye əhəmiyyətli neftliliyi Mərkəzi
Abşeronda və Aşağı Kür çökəkliyində təsdiq olunub. Orta
Abşeron çöküntülərində qum, alevrit və qumdaşı təbəqələ-
rindən təşkil olunan neft və qaz kollektorlarına malik hori-
zontlar Cənubi Qobustanın Ələt tektonik zonasında da qeyd
olunur. Aşağı Kür çökəkliyinin bir sıra strukturlarında
(Durovdağ, Pirsaat, Mişovdağ, Qalmaz və s. sahələrdə)
Orta Abşeronun qumlu laylarından qaz alınıb.

199
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

IV fəsil

Axtarış-kəşfiyyat işlərinin səmərəli istiqamətləri

Azərbaycanın quru ərazisinin depressiya zonalarında


Mezozoy çöküntülərinin neft-qazlılıq perspektivliyi respub-
likamızın neftçi geoloqları tərəfindən yüksək qiymətlən-
dirilir (şəkil 79). Lakin təəssüflə qeyd etmək lazımdır ki, bu
neftli-qazlı kompleks 60 ildən artıq öyrənilməsinə
baxmayaraq, bu günə qədər öz potensial imkanlarını açma-
mışdır. Sovet dövründə bu istiqamətdə böyük həcmdə
axtarış-kəşfiyyat işlərinin aparılmasına baxmayaraq yüksək
nəticələr alınmamışdır. Qeyd etmək lazımdır ki, regionda
axtarış-kəşfiyyat qazıması ilə yanaşı Mezozoy neft proble-
minin müxtəlif məsələlərinə aid geniş həcmdə elmi-tədqiqat
işləri yerinə yetirilmişdir. Onların nəticələri Ə.Ə. Əlizadə
[11, 12, 14], Ş.F.Mehdiyev [58], H.Ə.Əhmədov [4],
S.H.Salayev [72-75], M.M.Zeynalov [123], Ə.M. Əhmədov
[4, 5], Ə.N.Hüseynov [35, 50-52], Ə.M.Süleymanov [90-94,
103-106, 110, ] və bir çox başqa alimlərin əsərlərində öz
əksini tapmış və geoloji-kəşfiyyat işlərinin gələcək
istiqamətlərinin əsasını təşkil etmişdir.

200
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Şəkil 79. Mezozoyda formalaşmış neftli-qazlı bölgələr və güman


olunan perspektivli zonalar (B.Məhərrəmov, B. Aslanov).

Tədqiqatlar göstərir ki, təkcə Üst Tabaşir çöküntüləri


ehtiyatlarının, demək olar ki, 98%-i bu vaxta qədər
mənimsənilməmiş qalır. Bunun əsas səbəbi ilk növbədə bu
çöküntülərə aparılmış qazıma həcminin lazımi səviyyədə
olmamasıdır. Aparılmış axtarış-kəşfiyyat işləri nəticəsində
yalnız Muradxanlı neftli-qazlı rayonunun (NQR) Muradxanlı
sahəsində Üst Tabaşirin vulkanogen süxurlarında neft yatağı
aşkar edilmişdir. Eyni zamanda, Qusar-Dəvəçi NQR-də
Siyəzən monoklinalının Zəyli-Zeyvə, Əmirxanlı və b. sahə-
lərində Üst Tabaşirdən Paleogen-Miosen çöküntüləri ilə birgə
az miqdarda neft alınmışdır.
201
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Mezozoyun ayrı-ayrı komplekslərinin karbohidrogen


resurslarının miqdarca müqayisəsi göstərir ki, həm üst və
həm də Alt Tabaşir çöküntüləri qənaətbəxş resurslara malik-
dir. Respublika ərazisində Tabaşir çöküntülərdə 425 mln.t
çıxarıla bilən şərti yanacaq varlığı ehtimal olunur. Mezozo-
yun ikinci perspektivli obyekti sayılan Yura çöküntülərində
şərti yanacaq 184 mln.t hesablanır ki, onun da 128 mln.t-u
Orta Yura çöküntülərinə aid edilir.
Qusar-Dəvəçi NQR-də geniş yayılmış Mezozoy çö-
küntüləri kəsilişində Yura və Tabaşir sistemlərinin müxtəlif
stratiqrafik vahidlərinə aid Yura və Alt Tabaşirin (Valanjin,
Hoteriv, Barrem, Apt, Alb) qumlu-alevritli və Üst
Tabaşirin (Senoman, Turon) çatlı karbonatlı kollektor-
larının mövcudluğu ilə fərqlənən lokal strukturlar (Siyəzən
monoklinalı, Yalama, Xudat, Qusar, Xaçmaz, Ağzıbirçala,
Tələbi, Qaynarca) kəşfiyyat qazımasına ilk növbədə cəlb
olunmuş və böyük həcmdə parametrik və axtarış-kəşfiyyat
quyuları qazılmış, onların əksərində neft-qaz təzahürləri və
axınları müşahidə olunmuşdur. Lakin Siyəzən monoklinalı
istisna olmaqla onların heç birində bu çöküntülərlə bağlı
yataq aşkar olunmamışdır.
Mövcud geokimyəvi, litoloji-mineraloji və hidrokim-
yəvi analizlərin nəticələrinin araşdırılması, eləcə də, Şimali
Qafqazda Trias-Miosen intervalında sənaye əhəmiyyətli neft
və qaz yataqlarının varlığı göstərir ki, Mezozoy
çöküntülərinin ayrı-ayrı horizont və lay dəstələri bu bölgədə
perspektivli ola bilər. Həmçinin güman olunur ki, üzvi
maddələrin karbohidrogenlərə çevrilməsi üçün ən əlverişli
202
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

şərait Quba-Dəvəçi, Zeyxur çökəklərində və onlara bitişik


Xəzər dənizi akvatoriyasında - Şimali Abşeronda olmuşdur.
Qusar-Dəvəçi rayonunda Mezozoy çöküntüləri üzrə
karbohidrogenlərin ilk resurslarının qiymətləndirmə nəticə-
ləri göstərir ki, bu çöküntülərlə əlaqədar 275 mln.t balans,
155 mln.t çıxarıla bilən resurslar toplanmışdır. Bu
resurslardan 135 mln.t balans, 45 mln.t isə çıxarıla bilən
neft resurslarına aid edilir.
Bu bölgədə Triasın kəsilişi qismən Ağzıbirçala sahə-
sində qazılmış 1 saylı quyuda 172 m qalınlıqda öyrənilmiş-
dir. Alt Yuranın çöküntüləri ilə transqressiv örtülən Triasın
açılmış qalınlığı vulkanogen-metamorfık süxurlardan iba-
rətdir. Aparılmış kompleks araşdırılmaların nəticələrinə
görə ehtimal etmək olar ki, bölgənin Yalama, Xudat,
Xaçmaz, Ağzıbirçala sahələrində alt və orta Trias çöküntü-
ləri neftli-qazlı ola bilərlər. Dağıstanın və Şimali Qafqazın
bir sıra sahələrində terrigen-karbonat fasiyası ilə təmsil
olunan bu çöküntülərdən sənaye əhəmiyyətli neft-qaz axın-
ları alınmışdır. Güman etmək olar ki, Terek-Xəzər neftli-
qazlı əyalətinin cənub-şərq hissəsi olan Qusar-Dəvəçi böl-
gəsinin yuxarıda göstərilən qalxımların yerləşdiyi zonada
Triasın alt və orta şöbələri çöküntüləri neftli-qazlı ola bilər.
Aparılmış hesablamaya görə bu çöküntülərdə 10 mln.t
balans, 5 mln.t çıxarıla bilən şərti yanacaq resursları
toplanmışdır.
Qusar-Dəvəçi NQR-də şimal-qərb-cənub-şərq istiqa-
mətində - Xəzər dənizinə doğru Yura və Tabaşir çöküntü-
lərinin qalınlıqları artmaqla yanaşı onların litofasial xüsu-
siyyətləri də yaxşılaşır. Yalama və Xudat sahələrində
203
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

qazılmış dərin quyularda Orta Yura və Alt Tabaşir


çöküntülərindən yüksək hasilatla suyun alınması onların
kəsilişlərində yaxşı keçiriciliyə malik qranulyar, məsaməli
və çatlı kollektorların iştirak etməsini göstərir.
Qusar-Dəvəçi NQR-də Mezozoyun kəsilişində Triasın
(əsasən də orta və alt), Alt Yuranın tufogen-terrigen, Orta
Yuranın (Aalen, Bayos, Bat) qumlu-alevritli, Üst Yuranın
karbonatlı, Alt Tabaşirin (Neakom, Apt) terrigen-karbonatlı
və Üst Tabaşirin karbonatlı süxurları neftli-qazlı kompleks-
lər kimi ehtimal olunur.
Qusar-Dəvəçi NQR-də Alt Yura ilə əlaqədar antiklinal
və stratiqrafik tip neft-qaz yığımları bilavasitə Yalama,
Xudat, Xaçmaz, Qusar, Çarxı, Tələbi qalxımlarıdır.
Ağzıbirçala qalxımında Alt Yura 320 m qalınlıqda vulkano-
gen kəsilişdə açılmışdır. Bu qırışıqların hövzənin dərin
hissələrinə tərəf yönəlmiş qanad və periklinallarında qalın-
lığı 1600-1700 m-ə çatan Orta Yura çöküntülərinin qumlu-
luğunun artdığı və metamorfizmin zəiflədiyi güman olundu-
ğundan, bu çöküntülər burada daha perspektivli sayılır.
Üst Yuranın karbonatlı süxurlarının neft-qazlılıq pers-
pektivliyi cəhətdən Xaçmaz və Tələbi qalxımlarının cənub-
qərb qanadları, Ağzıbirçala qalxımının isə şimal-şərq və
cənub-qərb qanadlarının uzaq batımlarında pazlaşma zona-
ları axtarış üçün maraq doğurur. Lakin bu sahələrdə Üst
Yuranın səthi böyük (6-8 km) dərinlikdə yatır.
Tabaşir çöküntüləri Tələbi, Qusar, Xaçmaz və Ağzıbir-
çala sahələrində kəsilişlərdə iştirak etmir. Yalama-Xudat
zonasında Tabaşir çöküntüləri az qalınlığa malik olduğun-

204
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

dan və litofasial xüsusiyyətləri qeyri-bərabər səciyyə daşıdı-


ğından az perspektivli hesab olunurlar. Bu çöküntü kom-
pleksi üzrə ən perspektivli sahələr Qusar-Xaçmaz struktur
çıxıntısı, Təngi-Beşbarmaq antiklinoriumu və Xızı zonasının
şərq hissəsində yerləşir.
Seysmik kəşfiyyat işləri məlumatları Qusar-Xaçmaz
qalxımının şimal-şərq batımında Miosenin Orta Yura,
Tabaşir və Paleogen çöküntülərinin üzərini qeyri-uyğun
örtməsini göstərir. Deməli burada stratiqrafik tip tələlərin
əmələ glməsi üçün şərait mövcud olmuşdur.
Qusar, Xaçmaz, Cənubi Xaçmaz, Çarxı və Ağzıbirçala
qalxımlarının Quba-Dəvəçi çökəyinə yönəlmiş cənub-qərb
qanadları alt (Valanjin və Hoteriv mərtəbələri) və üst
Tabaşirin terrigen-karbonatlı çöküntülərinin pazlaşma zona-
larında stratiqrafik və litoloji ekranlaşmış neft-qaz yataqları
üçün əlverişli sahələrdir.
Üst Tabaşirin Maastrixt yaşlı çöküntüləri Siyəzən
monoklinalının şimal-qərbində (Zeyvə-Təngi) və Təngi-
Beşbarmaq zonasında perspektivli hesab olunurlar və
axtarış obyekti kimi daha çox maraq doğururlar.
Xızı tektonik zonasında lokal qalxımlar əsas etibarı ilə
Orta Yura və Alt Tabaşir çöküntülərindən təşkil
olunmuşdur. Bu zonanın neft-qazlılıq perspektivliyi böyük
qalınlığa və əlverişli litofasiyaya malik bu çöküntülərlə
əlaqədardır. Xızı tektonik zonasında Orta Yura və Alt
Tabaşir çöküntüləri böyük qalınlığa malik olub əlverişli
litofasiya ilə səciyyələnirlər. Üst Yura çöküntüləri Tabaşir
dövründən qabaq yuyulduğundan, onlar zonanın çox hissə-
sində kəsilişdə iştirak etmirlər. Üst Tabaşir çöküntüləri isə
205
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

ancaq qalxımları bir-birindən ayıran sinklinallarda məlum-


dur. Burada Orta Yura əsasən qumdaşı və alevritlərdən
təşkil olunmuşdur. Orta Yura çöküntüləri Keşçay sahəsində
yer üzərinə çıxır və Şurabad və Bəyimdağ-Təkçay
sahələrində dərin kəşfiyyat quyuları ilə açılmışdır. Keşçay
sahəsində Bayos mərtəbəsinə aid edilən Orta Yura
çöküntülərinin 10 m-lik qalınlıqda yer üzərinə çıxışı
qumdaşı və gillərin növbələşməsində ibarətdir. Quyularda
açılmış Orta Yura çöküntüləri (Bayos-Bat mərtəbələri) şist-
li, boz, tünd boz, qara gillərdən, boz qumdaşı və alev-
ritlərdən təşkil olunmuşdur. Kəsilişdə 5-ə qədər qumlu-
alevritli dəstə qeyd olunur. Keşçay sahəsində həmin dəstə-
lərdən zəif qaz təzahürləri və 75000 m3/gün qaz fontanı
alınmışdır.
Qeyd etmək lazımdır ki, Xızı rayonunda Orta Yura
çöküntülərində qazıma prosesində əsasən qaz axınının
alınmasını (Keşçay) nəzərə aldıqda, perspektivli sahələrdə
Orta Yura çöküntülərində neft-qaz yataqları gözlənildiyini
söyləmək olar [75].
F.H.Dadaşov B.Qafqazm şimal-şərq və cənub-şərq
batımları üzrə geoloji materiallarını müqayisə edərək belə
hesab edir ki, "Xəzəryanı-Quba bölgəsində qaz yataqlarının
yerləşmə zonası epihersin platformasının yamaclarına meyl
edəcəkdir. Bu baxımdan bölgənin Xəzər dənizinin sahil
zonasında yerləşən antiklinal qalxımları (Yalama, Xudat,
Xaçmaz və Ağzıbırçala) xeyli maraq doğurur.
Geokimyəvi tədqiqatlar göstərir ki, Orta Yura çökün-
tüləri karbohidrogen yığımlarının yaranması üçün qənaət-
bəxş üzvi maddələrə malik olmuşdur. Yura çöküntülərində
206
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

toplana biləcək karbohidrogen yığımlarının saxlanılması


üçün Tabaşir, Paleogen və Neogen komplekslərində lazımı
qalınlıqda regional və lokal örtüklər də mövcuddur. Faktiki
materiallar göstərir ki, neftli-qazlı horizontlar Orta Yuranın
gil qatları ilə bir-birindən ayrılan qum və alevrolit süxurları
ilə əlaqədardır. Bu kollektorların məsaməliyi 15-25%-dir.
Keşçay, Bəyimdağ-Təkçay, Şurabad sahələrində qeyd olun-
muş neft-qaz təzahürləri həmçinin əsas verir ki, bu zonanı
Orta Yura çöküntülərinə görə perspektivli qəbul edək.
Alt Tabaşirin neftli-qazlı obyektləri Valanjin və
Barremin çatlı əhəngdaşı və mergelləri, Albın qumdaşıları
ilə əlaqədardır.
Xızı zonasının şimal-qərbində yerləşən Afurca qalxı-
mının qanadlarında Alt Tabaşir və Yura çöküntülərinin ter-
rigen və çatlı karbonatlı kollektorları neft-qaz yığımına ma-
lik axtarış obyekti kimi qiymətləndirilir. Qeyd etmək
lazımdır ki, burada struktur-axtarış quyularında 5-10 t\gün
neft alınmışdır.
Sitalçay sahəsində tağyanı hissədə qazılmış 1 və 3 saylı
quyularda Valanjin, Hoteriv və Barremin yüksək
müqavimətli kollektorlarında qazma zamanı qaz təzahürlə-
rini qeydə alınmışdır.
Yaşma sahəsində qazılmış çoxsaylı struktur-axtarış
quyularında intensiv neft- qaz təzahürləri qeydə alınmışdır.
Şurabad sahəsində Alt Tabaşir, xüsusilə Albın Küllülü
qumdaşılarından tektonik ekranlaşmış və litoloji-
stratiqrafik tip tələlərlə əlaqədar sənaye əhəmiyyətli neft-
qaz axımları alınmışdır.
207
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Kəsilişdə Üst Yura çöküntüləri iştirak etmədiyinə görə


Alt Tabaşirin Berrias-Valanjin mərtəbəsinin gilli layları
Orta Yuranın üzərində transqressiv yatır və neftli- qazlı
horizontlar üçün davamlı örtük rolunu oynayırlar.
Berrias-Valanjin yaşlı süxurlar Keşçay və Bəyimdağ
sahələrində yer üzərinə çıxır, Şurabad, Sitalçay və Gədisu
sahələrində isə quyularla açılmışdır.
Keşçay qalxımının şimal-şərq qanadında açılan Berrias-
Valanjin mərtəbəsi konqlomerat, əhəngdaşı, mergel və
gillərin növbələşməsindən ibarətdir. Berrias-Valanjinin qa-
lınlığı burada 700 m-ə çatır. Bəyimdağ-Təkçayda Berrias-
Valanjin mərtəbəsinin kəsilişi (qalınlığı 900-1000 m-dir)
qumdaşı, əhəngdaşı və gillərin növbələşməsindən ibarətdir.
Nadir hallarda mikrokonqlomerat laycıqlarına rast gəlinir.
Qeyd etmək lazımdır ki, kəsilişin alt və orta hissələrində
yerləşən məsaməli və çatlı karbonatlı-gilli çöküntülərində
neftli-qazlı obyektlər müəyyən edilmişdir. Burada Valanjin
çöküntülərindən sınaq zamanı qaz axını və kondensat (17
m3/gün) alınmışdır.
Sitalçay və Şurabadda Berrias-Valanjin mərtəbəsi
brekçiyaşəkilli əhəngdaşı və mergellərin, qumdaşı və gil-
lərlə növbələşməsindən təşkil olunmuşdur. Kəsilişdə gillər
üstünlük təşkil edir. Mərtəbənin qalınlığı 700-750 m-dir.
Deməli, Berrias-Valanjin mərtəbəsi cənub-şərq istiqamətdə
litoloji cəhətcə kobud flişdən subflişə keçir. Ümumiyyətlə,
Xızı zonasında Valanjin çöküntüləri az kollektor xassələri,
bərk karbonat süxurlarının çatlılığı ilə fərqlənirlər.
Kəsilişin daban hissəsində gilli-qumlu laylar yatırlar.
208
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Keşçay qalxımının şimal-şərq qanadında Hoterivin


kəsilişi gil, əhəngdaşı, brekçiyaşəkilli konqlomerat və iri
dənəli qumdaşılarından ibarətdir. Qalxımın cənub-qərb
qanadında qumdaşılarına çox az rast gəlinir, əhəngdaşı və
konqlomeratların qalınlığı və sayı kəskin azalır. Mərtəbə-
nin qalınlığı 750 m-ə çatır.
Bəyimdağ-Təkçay, Sitalçay və Şurabadda Hoteriv
mərtəbəsi də eyni litofasiya ilə səciyyələnir. Gədisuda
kəsilişdə gil və mergel təbəqələrinin sayı artır. Mərtəbənin
qalınlığı Bəyimdağ-Təkçayda 500-800 m, Sitalçayda 800-
850 m, Gədisuda isə 900-1000 m təşkil edir. Qazıma
prosesində Valanjin-Hoteriv kəsilişlərində qeyd olunan
neft-qaz təzahürləri buradakı terrigen və karbonatlı
kollektorların perspektivliyinə dəlalət edir.
Qalınlığı 100-1200 m olan Barrem-Alt Apt (Xalçay
lay dəstəsi) əsasən karbonatlı gillərdən təşkil olunmuşdur.
Bəyimdağ-Təkçay sahəsində Barrem mərtəbəsinin
aşağı hissəsi gil, əhəngdaşı və mergellərin mövbələşməsin-
dən ibarətdir. Bu çöküntü kompleksindən neft axını
alınmışdır.
Üst Apt mərtəbəsinin (Xanagah lay dəstəsi) gilli-
mergelli çöküntüləri əksər hallarda Alt Aptın yuyulmuş
səthi üzərində transqressiv yatır. Kəsilişdə əhəngli
qumdaşıları da iştirak edir. Üst Aptın qalınlığı Keşçayda
105 m, Təkçayda 10-25 m, Şurabadda 20-50 m-dir.
Maksimal qalınlıq (270 m) Sitalçayda qeyd olunmuşdur.
Alb mərtəbəsi çöküntüləri Aptın üzərində transqressiv
yatır. Şurabad sahəsində alt və orta Alb (Altıağac lay dəstəsi)
209
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

mergel laycıqlı gillərdən ibarətdir. Qalınlığı antiklinalın


şimal-şərq qanadında 100 m, cənub-qərb qanadında isə 30
m-ə qədərdir. Həmin sahədə Üst Albın (Küllülü lay dəstəsi)
aşağı hissəsi qumlardan, üst hissəsi qum və qumdaşılarından
təşkil olunmuşdur. Şurabad qalxımının şimal-şərq qanadında
Küllülü lay dəstəsinin qalınlığının 60 m olduğu halda,
cənub-qərb qanadında tədricən pazlaşır. Cənub-qərb
istiqamətdə qumdaşıları gillə əvəz olunur və Bəyimdağ-
Təkçayda artıq gilli dəstələrin qalınlığı 10-15 m-ə çatır.
Təkçay sahəsində yuyulmadan alt və orta Albın bir hissəsi
saxlanılmışdır. Albın ümumi qalınlığı burada 110 m təşkil
edir.
Sitalçay sahəsində qalxımın şimal-şərq qanadında
Albın Altıağac lay dəstəsi dabanında brekçiyaşəkilli kon-
qlomerat olan gillərdən ibarətdir. Qalınlıq 0-50 m arasında
dəyişir.
Beləliklə, Alt Tabaşirin əsas neftli-qazlı obyektləri qu-
yu məlumatlarına əsasən Berrias-Valanjin-Barrem stratiq-
rafik intervallarında yerləşən terrigen-karbonatlı (çatlı
əhəngdaşı və mergellər) və Albın terrigen süxurları ilə
əlaqədardır. Əlverişli geoloji şəraitdə mümkün neftli-qazlı
horizontlar Kaynozoyun qalın gilli kompleksləri altında
yatdığından əmələ gələn neft və qaz yığımları ayrı-ayrı
sahələrdə axtarış obyektləri ola bilərlər.
Qeyd etmək lazımdır ki, Sitalçay-Ağburun-dəniz
qurşağında Tabaşir dövründə Böyük Qafqazın Mərkəzi
qalxımının cənub-şərq davamını təşkil edən və cənubdan
Germiyan qırılması ilə hüdudlanan sualtı yüksəklik
210
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

mövcud olmuşdur. Germian qırılmasından cənubda uzun


müddət ərzində enmə baş vermiş və üzvi maddələrin
toplanması, onların karbohidrogenlərə çevrilməsi və litolo-
ji, stratiqrafik və tektonik ekranlaşmış yataqların yaranması
üçün əlverişli şərait olmuşdur. Bu halda qırılmadan şimalda
yerləşən sahələrdən fərqli olaraq burada Üst Tabaşir və Alt
Tabaşirin üst hissəsi neft və qaz axtarışı üçün obyekt ola
bilər.
Xızı zonasının şimal-qərb və cənub-şərq qurtaracaq-
larında yerləşən Afurca və Şurabad sahələrində neft və qaz
axımlarının alınması göstərir ki, bu zonada neft-qazlılıq
regional xarakter daşıyır.
Qeyd etmək lazımdır ki, burada aşkar olunan hər bir
lokal struktur yaranması, geoloji keçmişi, pozulmaya
məruz qalmasına və müasir tektonik vəziyyətinə görə bir-
birlərindən fərqlənirlər. Ona görə də bu zonada intişar
tapmış lokal strukturların neft-qazlılıq perspektivliyinə
fərdi yanaşmaq lazımdır.
Qusar-Dəvəçi və Xızı NQR-lərində Alt Tabaşir çökün-
tülərində Dı kateqoriyalı resursların miqdarı hesablan-
mışdır. Üst Tabaşirin bu kateqoriyaya aid neft resurslarının
miqdarı Alt Tabaşirə nisbətən yüksəkdir.
Şərti yanacağın sıxlıq xüsusiyyətlərinə görə Yura
çöküntüləri üzrə Qusar-Dəvəçi və Abşeron rayonları,
Tabaşir çöküntüləri üzrə isə Şamaxı-Qobustan rayonu daha
perspektivli sayılırlar. Qusar-Dəvəçi rayonunda Yura
kompleksi başqa rayonlara nisbətən daha mükəmməl
öyrənilmişdir. Bu rayonu başqa rayonlardan fərqləndirən
211
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

cəhət Yura çöküntülərində perspektivli olan sahələrdə


resursların daha yüksək sıxlığa (10-18 min m3/km2) malik
olmasıdır (cədvəl 2, 3, şəkil 80, 81).
Abşeron NQR-in Mezozoy üzrə struktur elementləri
Kaynozoy dövründə hövzə dibinin kəskin enməsi ilə əla-
qədar olaraq Paleogen-Miosen və Mezozoy çöküntülərinin
təşkil olunmuş strukturlarla müqayisədə bir-birlərinə görə
vəziyyətləri kəskin fərqlənir. Bu amil və geofiziki işlərin
lazımı dəqiqliklə aparılmaması hələlik Mezozoy kom-
pleksində neftli-qazlı horizontları aşkar etməyə imkan
verməmişdir.

Cədvəl 2
Azərbaycan quru sahəsi üzrə Yura çöküntülərinin kəşf
olunmamış karbohidrogen resurslarının xüsusi sıxlıqları
Kəşf olunmamış Kəşf olunmamış
resurslar resursların sıxlığı
Neft-qazlı Sahə, Sərbəst
rayonlar km2 ∑ KH, Neft, Qaz, ∑ KH, Neft, qaz,
mln. mln. mlrd. min min
mln.
ş.y.ə ş.y.ə ş.y.ə ş.y.ə ş.y.ə
ş.y.ə
Qusar-Dəvəçi 4600 137 81 47 30 18 10

Şamaxı-Qobustan 4500 69 39 30 15 9 6

Abşeron 2000 75 43 32 38 21 16

Muradxanlı 4650 25 2 23 5 0,4 4

Gəncə 6550 18 2 16 3 0,3 2,4

212
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Şəkil 80. Yura üzrə karbohidrogenlərin kəşf olunmuş


(C3+D) resurslarının sıxlıqlar xəritəsi (Ə.M.Süleymanov,
B.İ.Məhərrəmov).

Abşeron yarımadasının geoloji inkişaf tarixi burada


gilli-karbonat tərkibli çöküntü qatının toplanmasına şərait
yaratmışdır.
İlk axtarış quyuları Böyük Qafqaz qırışıqlığının
cənub-şərq davamında Mezozoy çöküntülərinin nisbətən az
dərilikdə yatdığını nəzərə alaraq şərti seçilən Binəqədi-
Pirallahı xəttindən şimalda yerləşən Fatmayı, Binəqədi,
Qırməki, Kürdəxanı və s. sahələrdə qazılmışdır. Məlum
olmuşdur ki, Üst Tabaşirin üzərində nisbətən az qalınlıqda

213
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Kaynozoy çöküntüləri yatır. Ona görə də əsas neftli-qazlı


obyektlər Alt Tabaşir və Yura çöküntüləri sayılmalıdır.

Cədvəl 3
Azərbaycan quru sahəsi üzrə Tabaşir çöküntülərinin kəşf
olunmamış karbohidrogen resurslarının xüsusi sıxlıqları
Kəşf olunmamış Kəşf olunmamış
resurslar resursların sıxlığı
Neft-qazlı Sahə, Sərbəst
rayonlar km2 ∑ KH, Neft, Qaz, ∑ KH, Neft, qaz,
mln. mln. mlrd. min min
mln.
ş.y.ə ş.y.ə ş.y.ə ş.y.ə ş.y.ə
ş.y.ə
Qusar-
4600 139 51 72 30 11 19
Dəvəçi
Şamaxı-
4500 250 114 125 55 25 30
Qobustan
Abşeron 2000 66 27 33 33 13 20
Muradxanlı 4650 181 134 41 28 20 8
Gəncə 6550 110 105 - 17 16 -
Aşağı-Kür 8000 39 35 - 5 4 -
Kür-Qabırrı
4600 52 49 - 17 16 -
çaylar arası
Acınohur 3000 20 19 - 4 4 -

Quyu məlumatları ilə Abşeron yarımadasının şimalın-


da Üst Tabaşirin üst hissəsinin mergel və gillərdən ibarət
fliş fasiyasından təşkil olunması müəyyənləşmişdir. Yarım-
adadan şimalda Xəzər dənizi akvatoriyasında Üst Tabaşir
alevrolit və qumdaşı laycıqlı gillərlə səciyyələnir.
Göytəpə və Kürdəxanı sahələrində açılmış Üst
Tabaşirin fliş fasiyası neft və qaz yataqlarının əmələ gəlməsi
214
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

üçün əlverişli sayıla bilməz. Bu cəhətdən ancaq Alt Tabaşir


və Yura süxurları maraq doğura bilər.

Şəkil 81. Tabaşir üzrə karbohidrogenlərin kəşf olunmuş


(C3+D) resurslarının sıxlıqlar xəritəsi (Ə.M.Süleymanov,
B.İ.Məhərrəmov).

Palçıq vulkanlarının sülb püskürmə məhsullarının


məlumatına görə Abşeron yarımadasında cənub istiqamətdə
Üst Tabaşir çöküntüləri neft-qazlılıq üçün daha münasib
olan karbonat fasiyaya keçir. Lakin burada Mezozoyun səthi
çox dərində (6-8 km və daha artıq) yatır.
Abşeron yarımadasında güman edilən neftli-qazlı
obyektlər Alt Tabaşirin qalınlığı 80 m-ə çatan Alb (Küllülü)
qumdaşıları, Valanjin-Hoteriv intervalı kəsilişində qalınlığı
215
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

40 m olan gilli, alevritli və qumlu dəstə, Üst Tabaşirin


(Senoman, Turon, Konyak) 40-50 m qalınlığında qumlu-
alevritli kollektorlarla əlaqələndirilməlidir. Mezozoy üzrə ən
perspektivli sahə Şorbulaq sayılmalıdır.
Şamaxı-Qobustan NQR-də onun şimal tektonik zona-
sında böyük həcmdə struktur-xəritəalma və struktur-axtarış
quyularında intensiv neft-qaz təzahürləri müşahidə edilmə-
sinə baxmayaraq indiyə qədər burada yataq aşkar edilmə-
mişdir. Buna baxmayaraq bu zona Yura (qumlu-alevritli
Aalen və Bayos mərtəbələri, zoogen əhəndaşılı, qumdaşılı və
alevritli Üst Yura), Alt Tabaşir çöküntüləri axtarış- kəşfiyyat
işləri üçün perspektivli obyekt sayılır. Şimali Qobustanın
cənub hissəsində Yura çöküntüləri 5-6 km dərinlikdə yatır.
Üst Tabaşirin altında yatan Alt Tabaşir çöküntüləri qapalı
qırışıqlar əmələ gətirir və neft-qaz yığımları üçün əməli
əhəmiyyət daşıyarlar. Kəsilişdə Alb mərtəbəsinin Küllülü
qumdaşıları, Barremin bir-birindən qalın (150-200 m) gil
qatları ilə ayrılan və qalınlığı 40-50 m arasında dəyişən
qumdaşı və alevrit layları daha çox maraq doğurur.
Qeyd edək ki, Mərkəzi Qobustanın Şeytanud, Şərbət-
dağ, Şıxzəyirli və d. sahələrində Mezozoyun səthi geofiziki
məlumatlara görə nisbətən az dərinlikdə yatır. Burada Ta-
başir çöküntüləri terrigen və karbonatlı fasiya ilə səciy-
yələnirlər.
Beləliklə, Şimali Qobustanın cənub hissəsində, Mər-
kəzi Qobustanın Mezozoy səthinin yer üzərinə yaxınlaşan
sahələrdə Üst Tabaşir çöküntüləri axtarış-kəşfiyyat qaz-
ması üçün ilk növbəli obyekt sayılmalıdır.

216
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Cənubi Qobustanda Üst Tabaşirin kəsilişində Seno-


man (çatlı-məsaməli qumdaşıları, alevrit və əhəngdaşıları),
Turon-Konyak (çatlı əhəngdaşıları) və Üst Kampan-Maas-
trixt (qumlu-alevritli və çatlı əhəngdaşıları) neftli-qazlı dəs-
tələrə aid edilir. Lakin burada Mezozoy çöküntüləri 6-7 km
və daha çox dərinlikdə yatır.
Tabaşir və qismən Yura çöküntüləri Qızmeydan,
Cənubi Hilmilli, Şahandağ və Qabandağ sahələrində daha
çox maraq kəsb edir. Belə ki, Qızmeydan qalxımı ərazisin-
də çoxsaylı struktur-axtarış quyularında intensiv neft-qaz
təzahürləri müşahidə edilmiş, bəzi quyularda isə Tabaşir
çöküntülərindən 1,5-3,5 m3/gün hasilatla neft axımları
alınmışdır. Burada Albın qumlu layları daha böyük maraq
doğurur.
Kürkeçidağ, Şərqi Qabandağ, Zeynalabdin sahələrində
iştirak edən Yura və Alt Tabaşirin (Valanjin, Hoteriv, Alb)
qumlu-alevritli, çatlı-karbonatlı kollektorları axtarış-
kəşfiyyat qazıması üçün əlverişli obyektlər ola bilər. Bəzi
sahələrdə 100 m qalınlıqda Albın Küllülü qumdaşılarından
intensiv neft-qaz təzahürləri qeyd olunmuşdur.
Mərkəzi və Cənubi Qobustan sərhədində Yavandağ-
Səngəçal qravitasiya maksimumunda yerləşən strukturlarda
(Şeytanud, Şıxzəyirli və s.) Üst Tabaşir kəsilişinin çatlı
əhəngdaşıları neft-qazlılıq cəhətdən daha çox maraq
doğurur.
Ümumiyyətlə, Şamaxı-Qobustan rayonunda Tabaşirin
kəsilişində böyük qalınlıqda qumlu-alevritli kollektorların,
antiklinal tipli tələlərin iştirakı, intensiv neft-qaz təzahürləri

217
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

burada yerləşən qalxımların perspektivli olmasının


göstəriciləridir.
Respublika üzrə D2 kateqoriyasının ən çoxu Şamaxı-
Qobustan rayonunun payına düşür. Bu rəqəm bütün Tabaşir
resurslarının 40%-dən çoxunu təşkil edir.
Yevlax-Ağcabədi çökəkliyində qalınlığı 14 km-ə çatan
çöküntü kompleksi toplanmışdır. Üzvi maddələrin karbohid-
rogenlərə çevrilməsi üçün ən əlverişli şərait Üst Tabaşir və
Paleogen-Miosen dövrlərində olmuşdur. Bu vaxt neft və qazın
toplanması üçün konsedimetasion inkişaf ilə səciyyələnən və
lateral miqrasiya zamanı karbohidrogenlərin akkumulyasiyası
üçün əlverişli qalxımlar formalaşmış, layların pazlaşma
zonalarında isə stratiqrafık tip tələlər əmələ gəlmişdir.
Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb yamacında
yerləşən qalxımlar və struktur çıxıntılar regional və lokal
qırılmalarla mürəkkəbləşmişdir. Onlar karbohidrogenlərin
dağılmasına, bəzi yerlərdə isə tektonik ekranlaşmış tələlə-
rin əmələ gəlməsinə səbəb olmuşdur.
Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq yamacı neft-
qazlılıq cəhətcə daha perspektivli sayılır. Burada yerləşən
Muradxanlı qalxımında Üst Tabaşir (Santon) yaşlı vulkano-
gen çöküntülərin aşınmaya məruz qalmış üst hissəsində
yaranan çatlı-məsaməli kollektorlarda neft-qaz yatağının
varlığı karbohidrogenlərin çökəkliyin yamac və sentriklinal
hissələrdə də varlığını ehtimal etməyə əsas verir. Muradxanlı
zonasında Üst Tabaşirin D kateqoriyalı balans və çıxarıla
bilən və (C3+D1+D2) üzrə çıxarıla bilən neft resursları
hesablanmışdır.
218
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Zərdab sahəsində neft axınları Üst Tabaşirin karbonatlı


və vulkanogen-çökmə süxurlarından alınmışdır. Zərdabdan
Əmirarxa qədər uzanan yamacda qapalı struktur və çıxıntılar
müəyyən edilməmişdir. Üst Tabaşirin yuyulmuş səthi
üzərində qeyri-uyğun yatan Paleogenin gilləri ilə örtülmüş-
dür. Burada Tabaşir yaşlı karbonat və vulkanogen çöküntü-
lərdə stratiqrafık tip tələlərin əmələ gəlməsi güman olunur.
Yevlax-Ağcabədi çökəkliyinin cənub-şərq sentriklina-
lında 3500-5000 m dərinlikdə yatan Üst Tabaşir çöküntü-
ləri Şirinqum, Qərbi Şirinqum və İmişli struktur çıxıntı-
larında perspektivli sayılır.
Yevlax-Ağcabədi çökəkliyinin Gəncə NQR-də nisbə-
tən az dərinlikdə yatan Üst Tabaşirin karbonatlı-çatlı süxur-
ları ilə əlaqədar olan Sovetlər sahəsində su ilə birlikdə 18
m3/gün hasilatla neftin alınması bu intervalla əlaqədar
yüksək kollektorluq xassələrinə malik olan neftli obyekt-
lərin iştirak etdiyini göstərir. Qeyd olunan yamacda Üst
Tabaşirin üst hissəsində karbonatlı, orta hissədə tufogen, alt
hissədə isə vulkanogen süxurlar üstünlük təşkil edir.
Ümumiyyətlə, Tabaşir üzrə Gəncə NQR-də proqnoz
çıxarıla bilən resurslar hesablansa da, kəsilişin qalınlığı
1000 m və axtarış-kəşfiyyat işləri üçün əlverişli yatma
dərinliyi (4200 m-ə qədər) olan karbonatlı hissəsinin
(Borsunlu, Təzəkənd, Ziyadxan, Çaylı və b. strukturlar)
perspektivliyi hələ də qiymətləndirilməmişdir.
Qazanbulaq sahəsində neftin alınması burada axtarış-
kəşfiyyat işlərinin davam etdirilməsinin səmərəli nəticələr
verəcəyi inamını artırır. Bu qalxımla qonşu sahələrdə
219
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

yerləşən Çaylı, Ziyadxan qalxımlarında Üst Tabaşir çökün-


tüləri 600-700 m dərinlikdə yatır.
Kürdəmir-Saatlı gömülmüş qalxımlar zonasında Qara-
callı, Sorsor, Carlı, Şorsulu və s. sahələrdə qazılmış axtarış
quyularında müsbət nəticə alınmamışdır. Yalnız Carlı
sahəsində qazılmış 1, 3, 5 saylı quyularda Üst Tabaşir
çöküntülərindən su-qaz təzahürləri alınmışdır.
Bu tektonik zonanın əsas xüsusiyyətlərindən biri Pale-
ogen çöküntülərinin kəsilişdə iştirak etməməsidir. Burada
Üst Tabaşirin karbonatlı-vulkanogen süxurları Miosen və
ya Pliosen çöküntüləri ilə örtülmüşdür. Deməli, bu zonada
Tabaşir çöküntüləri uzun müddət denudasiyaya məruz
qalmışlar. Ona görə də burada Üst Tabaşir çöküntüləri
neftli-qazlı obyekt kimi hesab olunmur.
Alt Tabaşir və Yura çöküntülərinin neft-qazlılıq pers-
pektivliyini qiymətləndirmək üçün hal-hazırda kifayət qədər
geoloji məlumatların olmadığını qeyd etməklə yanaşı
göstərmək lazımdır ki, onların kəsilişlərində vulkanogen-
çökmə süxurların üstünlük təşkil etməsi bu kompleksin az
perspektivli olması haqqında fikir söyləməyə imkan verir.
Kür-Qabırrı çaylararası NQR-də hövzənin dərin zona-
sında çöküntü qatının qalınlığı 13 km təşkil edir və həm
uzununa, həm də eninə qırılmalarla ayrı-ayrı bloklara
ayrılmışdır. Burada Mezozoy və Eosendən ibarət olan alt
struktur mərtəbə, orta-üst Miosen, Pliosen və Dördüncü dövr
çöküntülərindən təşkil olunmuş üst struktur mərtəbə qeyd
olunur. Mezozoyun səthinə görə Mezozoy çöküntüləri lokal
qalxımlar və struktur terraslarla mürəkkəbləşmiş monoklinal
220
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

quruluşa malikdir. Mezozoyun səthi cənub-qərbdə 1000 m,


şimal-şərqdə isə 5600 m dərinlikdə yatır. Dərinliyin belə
dəyişməsi əmələ gələn karbohidrogenlərin şimal-şərqdən
cənub-qərb istiqamətdə miqrasiya etməsinin göstəricisi kimi
sayılmalıdır.
Nisbətən kəskin qırışıqlığa məruz qalan sahələr şimal-
qərbdə (Cahandar, Məmmədtəpə) və cənub-şərqdə (Gür-
zündağ, Kiçik Palantökən) yerləşirlər. Üst Tabaşir çöküntü-
ləri maksimal qalınlıqda (980 m) Məmmədtəpə və Tərs-
dəllərdə açılmışdır. Kəsilişin üst hissəsi karbonatlı (300 m),
orta hissəsi tufogen (490 m), alt hissəsi isə karbonatlı tufo-
genlərdən (açılmış qalınlığı 296 m-ə çatır) ibarətdir. Süxur-
lar az məsaməliyə və çox zəif keçiriciliyə malikdirlər. Ona
görə də daha çox qırılma zonalarına üstünlük verilməlidir.
Geokimyəvi tədqiqatlar Üst Tabaşir çöküntülərinin
çox da yüksək neft-qazlılıq potensialına malik olmamasını
göstərir. Bu çöküntülər üzrə ilk balans neft ehtiyatları 45
mln.t miqdarında qiymətləndirilir ki, bunun da 13 mln.
tonunu çıxarıla bilən resurslar təşkil edir. Bunu nəzərə
alaraq, böyük dərilikdə yatan Alt Tabaşir və Yura çöküntü-
ləri generasiya mənbəyi kimi qəbul edilə bilər. Belə olan
halda vertikal miqrasiya nəticəsində Üst Tabaşirin karbo-
natlı-çatlı kollektorlarında sənaye əhəmiyyətli yataqların
əmələ gəlməsi məntiqi görünür.
Burada neft-qaz yataqlarının əmələ gəlməsi üçün əlve-
rişli şərait şimal-qərbdə yerləşən Sacdağ-Dəmirtəpə, Udab-
no-Cahandar, cənub-qərbdə isə Eldar-Gürzündağ-Tərsdəl-
lər qalxımlar zonasında mövcud olmuşdur.
221
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Axtarış-kəşfiyyat işləri əsasən Kür və Udabno-Göyçay


qırılma zonalarına yönəlməlidir. Burada qalxımların qırılıb-
düşən qanadlarında tektonik ekranlaşmış tələlərin yaranması
üçün şərait olduğunu nəzərə alaraq, Üst Tabaşirin Eosen və
Maykopun singenetik neftli-qazlı obyektləri ilə təmasda olan
sahələr daha perspektivli sayılmalıdır.
Talışqarşısı (Cəlilabad) mümkün NQR-də Talış dağ-
larının şimal-şərq kənarında yerləşən Tumarxanlı-Gərməli
neftqaztoplanma zonasında Miosen çöküntülərindən təşkil
olunmuş çox mürəkkəb tektonik quruluşa malik olan Tumar-
xanlı, Gərməli və Burovar silsiləsinin dağətəyi zonada yer-
ləşən Boyxana antiklinalları yerləşirlər. Bu antiklinal struk-
turların tağ hissələri uzununa və eninə qırılmalarla mürək-
kəbləşmişlər. Eninə qırılmalarla bu neftqaztoplanma zonası
Şirinsu, Şərəfxanlı, Gərməli, Novruzlu, Tumarxanlı, Cəlair
və Ağdaş sahələrinə ayrılmışlar.
Bu sahələrdə çoxsaylı təbii neft-qaz çıxışları mövcud-
dur. Qazılmış bəzi struktur-xəritəalma və struktur-axtarış
quyularında Maykop lay dəstəsi və Çokrak horizontunun
qumlu-gilli çöküntülərilə əlaqədar olan sənaye əhəmiyyətli
neft-qaz axınları alınmışdır. Paleogen-Miosen çöküntü-
lərilə əlaqədar olan çoxsaylı neft-qaz əlamətləri və axınları,
eyni zamanda bu çöküntülərin nisbətən az dərinliklərdə
yerləşmələri onları orta dərəcədə perspektivli obyektlər
kimi qiymətləndirməyə imkan verir.
Naxçıvan mümkün neftli-qazlı rayonunda neft-qazlılıq
cəhətdən Mezozoy kəsilişində Trias və Üst Tabaşir
çöküntüləri maraq doğurur. Bu çöküntülər üzrə şərti yanaca-
ğın proqnoz resursları hesablanmışdır. Bunlardan da 70%-ə
222
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

qədəri neft resurslarıdır. 2-5 km dərinlikdə yatan Trias çö-


küntüləri Arazboyu - qərbdə Şərur, cənub-şərqdə isə Nehrəm
arasında yerləşən Şaxtaxtı, Qıvraq, Xok, Böyükdüz, Püsyan
və b. qalxımlar daha perspektivli sayılır. Bu çöküntülər üzrə
karbohidrogenlərin ilk balans resursları 11 mln.t təşkil edir.
Şimal-şərq istiqamətində Trias çöküntülərinin qalınlığının
azalaraq pazlaşması, Yura və Miosen çöküntüləri ilə
transqressiv uyğunsuzluqla örtülməsi litoloji və stratiqrafık
tipli neft-qaz yataqlarının əmələ gəlmə ehtimalını artırır.
Böyükdüz sahəsində qazılmış quyularda Triasın öyrənilmiş
qalınlığı 900 m-dən artıqdır.
Naxçıvanda ümumi qalınlığı 800-2000 m-ə çatan Üst
Tabaşirin Turon, Kampan və Maastrixt mərtəbələrinin
çöküntüləri litofasiya və struktur-tektonik xüsusuyyətlərinə
görə neft-qazlılıq cəhətcə daha çox maraq doğurur. Bu
çöküntülərə görə hesablanmış ilk balans resursları 5 mln.t
miqdarında qiymətləndirilir.
Neft-qaz əmələgəlmə zonasının maksimal dərinliyi
Qazançı, Xanagah və Dəstə sahələrindən keçir. Culfa,
Yayıcı, Dizə, Darıdağ və s. qalxımlarının bura yönəlmiş
cənub-qərb qanadlarının perspektivliyi daha yüksək qiy-
mətləndirilir. Çünki Üst Tabaşir çöküntülərinin hövzənin
kənarına doğru pazlaşan layları neft-qazın akkumulyasiyası
üçün tələ rolu oynaya bilərlər.
Hövzənin cənub-qərb hissəsinin yamacı da (Qahab-
Culfa xəttindən qərbə) perspektivli sayılır. Burada da Üst
Tabaşir çöküntüləri hövzənin kənarlarına doğru pazlaşır.
Bu yamacda yerləşən Çeşməbazar, Naxçıvan-2, Nehrəm,
223
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Culfa-1 və s. struktur çıxıntılarında stratiqrafik və litoloji


tip tələlər neft-qaz yığımları üçün maraq doğurur.
Qeyd etmək lazımdır ki, Azərbaycan ərazisinin Mezo-
zoy üzrə hesablanmış C2 kateqoriyasına aid ehtiyatlarının
miqdarı burada sənaye əhəmiyyətli ehtiyatların artımı üçün
əsas ola bilmir. Eyni sözləri C3 kateqoriyasına da aid etmək
olar. Lakin onların təsdiqlənmə əmsalının yüksək
olmamasını (Ktəs 0,25) nəzərə alsaq və çıxarıla bilən neft
resursunun çox hissəsini 27 struktura aid etsək, onda bir
struktura düşən neft resursunun miqdarı xeyli yüksək olur.
Aparılan araşdırmaların nəticələri göstərir ki, sənaye
əhəmiyyətli neft ehtiyatlarının artımı üçün əsas mənbə D1
və D2 kateqoriyasına aid resurslardır. Yuxarıda göstərildiyi
kimi proqnoz resursların daha düzgün kateqoriyası (D1)
ancaq Tabaşir çöküntülərinə aid edilir. Respublika üzrə D2
kateqoriyasına aid neft resurslarının miqdarı D1 kateqoriya-
sına nisbətən daha çoxdur.
Perspektivli rayon və çöküntülərin seçilməsi üçün
karbohidrogen resurslarının sahə üzrə yerləşmə sıxlığını,
daha doğrusu vahid sahəyə düşən resursların xüsusi
sıxlığını (min ş.y.ə/km2) bilmək lazımdır (cədvəl 2, 3).
Aparılan tədqiqat işləri nəticəsində məlum olmuşdur ki,
Mezozoy çöküntüləri kompleksinin kəsilişləri üzrə karbo-
hidrogenlərin yüksək sıxlığı Şamaxı-Qobustan, Abşeron və
Qusar - Dəvəçi (30-35 min ş.y.ə/km2), daha az sıxlığı isə
(4-5 min ş.y.ə/km2) Aşağı Kür və Acınohur rayonlarında
qeyd olunur (cədvəl 4, şəkil 82).

224
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Onu da qeyd etmək lazımdır ki, ölkə üzrə Yura və


Tabaşir çöküntülərinin karbohidrogen resurslarının miqda-
rında qaz çoxluq təşkil edir. Belə ki, bu göstəricilər, uyğun
olaraq 70% və 60% təşkil edir. Qaz resurslarının ən çox
miqdarı 5000-7000 m intervalına düşür.

Cədvəl 4
Azərbaycanın quru sahələri üzrə Mezozoy (Trias, Yura,
Tabaşir) çöküntülərinin kəşf olunmamış karbohidrogen
resurslarının xüsusi sıxlıqları
Kəşf olunmamış Kəşf olunmamış
resurslar resursların sıxlığı
Neftli-qazlı Sahə,
rayonlar km2 ∑ KH, Neft, Qaz, ∑ KH, Neft, Sərbəst
mln. mln. mlrd. min min qaz, mln.
ş.y.ə ş.y.ə ş.y.ə ş.y.ə ş.y.ə ş.y.ə
Qusar-
4600 275 137 122 60 30 27
Dəvəçi
Şamaxı-
4500 319 153 155 71 34 34
Qobustan
Abşeron 2000 141 70 68 71 35 70

Muradxanlı 4650 206 137 70 44 29 15

Gəncə 6550 120 107 16 18 16 2

Aşağı-Kür 8000 39 35 - 5 4 -

Acınohur 4600 20 19 - 4 4 4
Kür-Qabırrı
3000 52 49 17 17 16 6
çaylar arası

Azərbaycanın quru ərazisi üzrə qiymətləndirilmiş ilk


balans neft resurslarının 90%-dən çox hissəsi də göstərilən

225
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

dərinlik intervalında toplanmışdır. Yuxarıda deyilənlər bir


daha təsdiqləyir ki, quru sahələrində Mezozoyun dərin
qatları böyük karbohidrogen resurslarına malikdirlər.

Şəkil 82. Mezozoy üzrə karbohidrogenlərin kəşf olunmuş


(C3+D) resurslarının sıxlıqlar xəritəsi (Ə.M.Süleymanov,
B.İ.Məhərrəmov).

Azərbaycan ərazisində geniş yayılmış Paleogen-Mio-


sen çöküntülərinin sənaye-əhəmiyyətli neft-qazlılığı Qusar-
Dəvəçi NQR-in Siyəzən monoklinalında, Qərbi Abşeronda,
Şamaxı-Qobustanın cənub-şərq hissəsində, Yevlax-Ağca-
bədi çökəkliyində, Kür və Qabırrı çaylararası NQR-də təsdiq
olunmuşdur (şəkil 83).

226
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Qusar-Dəvəçi NQR-də neftli-qazlı yataqların və onla-


rın toplandığı əlverişli tələlərin əmələ gəlməsi bilavasitə
regionun geoloji inkişaf tarixi və bundan asılı olaraq
yaranan əlverişli qırışıqların varlığı və çöküntülərin litofa-
sial dəyişkənliyi ilə əlaqədardır.

Şəkil 83. Paleogen-Miosen çöküntülərinin


perspektivlik xəritəsi (Ə.M.Süleymanov, B.İ.Məhərrəmov).

Paleosen-Eosen dövründə Yalama-Xudat sahəsində və


Zeyxur çökəkliyində çöküntü toplandığı halda, Qusar-Xaç-
maz zonasında quru sahəsi yerləşmişdir. Burada Orta Yuranın
üzərini Miosen çöküntüləri qeyri-uyğun örtürlər, kəsilişdə

227
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Tabaşir və Paleogen çöküntüləri iştirak etmirlər. Quba-Dəvəçi


zonasında Qusar-Dəvəçi NQR-in başqa tektonik zonalarından
fərqli olaraq, Mezozoy və Paleogen-Neogen çöküntülərinin
kəsilişdə tam iştirakı güman olunur. Paleogen-Miosen çökün-
tülərinin yerüstü çıxışları, qazılmış quyulardan qaldırılmış
süxur nümunələri bu kompleksin daxilində karbohidrogen-
lərin əmələ gəlməsi və toplanması üçün əlverişli stratiqrafık
vahidləri ayırmağa imkan vermişdir.
Qusar-Dəvəçi NQR-də Paleogen-Miosen dövründə
toplanmış 4000-5000 m qalınlığında çöküntü qatının lito-
fasial xüsusiyyətləri, çökmə şəraiti, üzvi qalıqların miqdarı
və onların karbohidrogenlərə çevrilmə dərəcəsinə görə bu
çöküntülərin kəsilişində aşağıdakı neftli-qazlı litoloji-
stratiqrafik kompleksləri ayırmaq olar:
1. Paleoseninin karbonatlı süxurları;
2. Eosenin (xüsusən Orta Eosenin) qumlu-alevritli
layları;
3. Oliqosen-Alt Miosenin qumlu-alevritli çöküntüləri;
4. Orta Miosenin (Çokrak və Karaqan horizontları)
qumlu təbəqələri;
5. Üst Miosenin (Sarmat lay dəstəsi) qumdaşı və qumlu
təbəqələri.
Bu stratiqrafik vahidlərin çöküntüləri Paleogen-Miosen
dövründə Qusar-Xaçmaz qalxımı ilə ayrılan körfəz şəkilli
hövzələrdə toplanmışdır.
Tektonik sxemlərdə eyni adla ayrılan çökəkliyə uyğun
gələn Quba-Dəvəçi zonasında stratiqrafık və litoloji tipli neft

228
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

və qaz yataqların əmələ gəlməsi üçün əlverişli struktur-


tektonik şərait aşağıdakı sahələrdə yaranmışdır:
1. Çökəkliyin cənub-qərb hissəsində - Təngi-Beşbar-
maq antiklinoriumunun Siyəzən monoklinalı ilə təmas xətti
boyu Üst Tabaşirlə Paleogenin qeyri-uyğun kontaktı
zolağında,
2. Çökəkliyin şimal-şərq hissəsində - Quba-Dəvəçi çö-
kəkliyinin şimal-şərq yamacının Qusar-Xaçmaz Mezozoy
qalxımına keçid zonasında.
Birinci zonada Paleogen-Miosen çöküntülərində lito-
loji-stratiqrafik tələlərin əmələ gəlməsi üçün əlverişli
struktur-tektonik şəraitin varlığı burada həmin çöküntülərlə
əlaqədar tələlərdə neft-qaz yataqlarının aşkar olunması ilə
təsdiqlənmişdir. Quba-Dəvəçi zonasında əsasən Paleogen
və Orta Eosen çöküntüləri ilə əlaqədar neft-qazlılıq
Paleogenin Üst Tabaşirin karbonatlı süxurları ilə qeyri-
uyğun kontaktı boyu müəyyən edilmişdir [73, 74].
Siyəzən monoklinalının Çandahar-Zarat sahəsində neft
yataqları Eosen və Maykop lay dəstələri və qismən də
Çokrak horizontunda aşkar olunmuşdur. Siyəzən-Nardaran
sahəsində neft-qazlılıq əsasən Maykop lay dəstəsi, qismən
Eosen çöküntüləri və Çokrak horizontu ilə əlaqədardır [19].
Monoklinalın əsas neftli sahəsi olan Saadan sahəsində
neft-qazlılıq geniş stratiqrafik intervalda (Maastrixtdən
Sarmata qədər) müəyyən edilmişdir. Əmirxanlı sahəsində
isə əsas neftli-qazlı laylar Maykopla əlaqədardır. Bununla
belə burada Paleosen, Eosen və Çokrak horizontlarında da
neft yataqları müəyyən edilmişdir. Zağlı-Zeyvə sahəsində
kəşfiyyat quyularında Paleogen çöküntüləri ilə (Paleosen,
229
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Eosen və Alt Maykop) əlaqədar böyük debitli neft axınları


alınmışdır. Siyəzən monoklinalının şimal-qərb davamında
da stratiqrafik yataqların varlığı aşkar olunmuşdur. Burada
Paleogen-Miosen çöküntülərinin kollektor xüsusiyyətləri-
nin və neftqazdoyma əmsalının artması müəyyən olmuşdur.
Hal-hazırda Paleosenin karbonatlı və Orta Eosenin
terrigen-karbonatlı neftli-qazlı süxurları Təngialtı sahəsinə
qədər izlənilmişdir. Onların daha şimal-qərb sahəsinə qədər
davam etməsi güman olunur.
Tələbi-Qaynarca antiklinal zonasının yerləşdiyi Quba-
Dəvəçi çökəkliyinin mərkəzində isə qeyri-antiklinal tələlərin
varlığı Tələbi və Qaynarca antiklinallarının qanadlarında
güman olunur. Tələbi qalxımının tağ hissəsində Sarmat
çöküntüləri böyük bucaq uyğunsuzluğu ilə Orta Yura çökün-
tülərini örtür. Qaynarca qalxımında isə geoloji quruluşda
iştirak edən Maykop, Çokrak və Sarmatın kəsilişində ayrı-
ayrı təbəqələrin pazlaşması qeyd olunur. Bundan başqa
qazma zamanı Qaynarca sahəsində 6 və 7 saylı axtarış
quyularında müvafiq olaraq 3610-3685 m və 2850 m
dərinliklərdə gil məhlulunda qaz, 1, 2 və 3 saylı quyularda
Sarmat çöküntüləri açılanda isə intensiv neft-qaz təzahürləri
müşahidə olunmuşdur. Tələbi-Qaynarca zonasında Paleo-
gen-Miosen kompleksi çöküntülərində neft-qaz yığımları
maraq doğurur. Siyəzən monoklinalında Paleogen-Miosenin
neftli-qazlı horizontları 500-2000 m dərinliklərdə yatdığı
halda, Tələbi-Qaynarca antiklinal zonasında onlar 2000-
2500 m dərinlikdə izlənilir. Bundan əlavə, antiklinal zonada
tektonik qırılmaların sayı dərinlik artdıqca azalır və onların
əksəri Paleogen-Miosen çöküntülərinə çatmamış sönür.
230
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Burada Miosen çöküntüləri Pontun qalın (300-500 m) gil


qatı ilə örtülmüşdür. Qazılmış quyular Maykopun litofasial
xüsusiyyətlərinin şimal-şərq istiqamətdə yaxşılaşmasını
göstərir. Çokrak horizontu isə litoloji cəhətdən zəif
karbonatlı, adətən qumlu gillərdən və nazik qum laycıqla-
rından ibarətdir, qalınlığı 450-500 m-ə çatır.
Tələbi qalxımının cənub-qərb qanadında Sarmatın qalın
qumlu laylarından 12 saylı quyuda sınaq işləri aparılan
zaman 4447-4565 m intervalından neft axını alınmışdır. Bu
fakt Tələbi-Qaynarca antiklinal zonasında qalxımların qanad
hissələrində Sarmatın qumlu-alevritli süxurlarında neft-qaz
yığımlarının göstəricisidir.
Samur ətrafı zonada hal-hazırda Paleogen-Miosen
kompleksi ilə əlaqədar neft-qaz yataqları aşkar olunmayıb.
Bununla belə qonşu Cənubi Dağıstanda yerləşən Şərq və
Qərb antiklinal zonalarında çatlı və kavernalı mergel və
qumlu əhəngdaşılardan təşkil olunmuş Eosen-Oliqosen
yaşlı çöküntülərlə əlaqədar qaz yataqları (Xoşmənzil, Duz-
laq, Berikey, Selli və b.) istismar olunur.
Yalama-Xudat çıxıntısında yerləşən Xudat və Şirvan
sahələri Paleogen-Miosen çöküntüləri ilə əlaqədar neft-qaz
yataqlarının aşkar olunması baxımından daha böyük maraq
kəsb edir. Xudat qalxımının tağ hissəsində Məhsuldar qatdan
aşağıda Sarmat, Çokrak, Maykop, onlardan aşağıda isə Üst
Tabaşir çöküntüləri yatır. Qazılmış axtarış quyuları burada
tağdan qanada doğru Oliqosen-Miosen kəsilişinin qalınlıq-
larının artmasını göstərir.

231
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Samur ətrafı zonada stratiqrafik və litoloji tipli


yataqlar Zeyxur çökəkliyinin Yalama-Xudat və Qusar-
Xaçmaz gömülmüş qalxımlarına keçid zonalarında aşkar
oluna bilər. Geoloji-geofiziki məlumatlara əsasən Zeyxur
çökəkliyinin Yalama-Xudat qalxımı ilə təmas zolağında
Alt Sarmatın gilli süxurları monoklinal yatan Torton yaşlı
layların üzərini transqressiv və qeyri uyğun örtür, nəticədə
Torton mərtəbəsi çöküntülərində stratiqrafik tələlərin
əmələ gəlməsi üçün şərait yaranmışdır.
Paleosen-Eosen çöküntüləri neft-qazlılıq cəhətcə daha
çox Qusar-Xaçmaz çıxıntısının cənub-qərb yamacında bö-
yük maraq kəsb edir. Çünki, burada Quba-Dəvəçi çökək-
liyinin ən dərin hissəsindən karbohidrogenlərin miqrasiyası
hesabına terrigen və karbonatlı kollektorlarda stratiqrafik
tipli yataqlar əmələ gələ bilər. Siyəzən monoklinalında Alt
Maykopun kəsilişindəki qumlu-alevritli kollektorlarda
sənaye əhəmiyyətli neft-qaz yataqlarının olmasını nəzərə
alsaq, həmin kollektorların eyni hövzənin şimal-şərq
yamacında da iştirak etməsini güman etmək olar. Burada
Siyəzən monoklinalında olduğu kimi, çökəkliyin dərin his-
sələrindən flyüidlərin formasiya daxili miqrasiyası nəticəsin-
də lay tipli stratiqrafik və litoloji ekranlaşmış yataqlar əmələ
gələ bilər.
Çokrak və Karaqan dövrlərində karbohidrogenlərin
əmələ gəlməsi üçün ən əlverişli paleocoğrafi şərait Yalama-
Xudat zonasının şimal-şərq və cənub-qərb hissələrində
(Yalama və Şirvan sahələri) olmuşdur. Başqa sahələrdə bu

232
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

vaxt ya kontinental şərait mövcud olmuş və yaxud da


Çokrak-Karaqan çöküntüləri yuyulmuşdur [73, 74].
Yalama və Şirvan sahələrində Çokrakın aşağı və orta
hissələrində 200-225 m qalınlıqda zəif qumlu və karbonatlı
gil qatı, ondan üstdə isə karbonatlı qum və qumdaşının
növbələşməsindən ibarət olan dəstə yerləşir. Ayrı-ayrı qum
dəstələrinin qalınlığı 2-4 m-ə çatır. Dəstənin qalınlığı 45-79
m, qumlu layların ümumi qalınlığı isə 17-21 m təşkil edir.
Çokrak horizontunun üst hissəsi (qalınlığı 50-66 m-dir) zəif
karbonatlı gillədən ibarətdir. Onun tavanında 20-26 m,
aşağı hissəsində isə 10-15 m qalınlığında ikinci qumlu dəstə
ayrılır. Qumlu layların ümumi qalınlığı 15 m-ə qədər artır.
Çokrakın ümumi qalınlığı burada 293-377 m təşkil edir.
Karaqan dövründə də çöküntütoplanma şəraiti əlverişli
olmuşdur. Kəsilişin aşağı hissəsində 60-70 m qalınlıqda
qumlu gillərdən, xırda və orta dənəli, bəzən gilli qumlarla
növbələşməsindən ibarət dəstə yatır. Qumlu təbəqələrin
qalınlığı 4-6 m, qumlu layların ümumi qalınlığı isə 8-26 m
təşkil edir. Kəsilişin orta hissəsində 50-60 m qalınlığında
mergelli gillər qeyd olunur. Onun üstündə isə xırdadənəli
qumların gillərlə növbələşməsindən ibarət olan qumlu dəstə
yatır. Qumlu layların ümumi qalınlığı 13-23 m arasında
dəyişir. Kəsiliş 14-25 m qalınlıqda gil dəstəsi ilə tamamlanır.
Karaqanın ümumi qalınlığı 211-284 m təşkil edir.
Çokrak və Karaqan çöküntülərinin litoloji tərkibi və
geokimyəvi xüsusiyyətləri onlarda neft-qazın əmələgəlməsi
üçün əlverişli şəraitin olmasını göstərir. Lakin Yalama sahə-
sində neft və qazın toplanması üçün qapalı tələ olmayıb.
233
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Burada Çokrakın tavanına görə qurulmuş struktur xəritədə


az meylli hemiantiklinal ayrılır. Şirvan və İmamqulukənd
sahələrində isə şimal-şərq istiqamətində 1,5-2° bucaq altında
monoklinal layların yatması qeydə alınmışdır. Çokrak
çöküntülərinin yatma şəraiti və kəsilişdə iştirak edən qumlu
layların litoloji dəyişkənliyi bu çöküntülərdə yalnız lay tipli
litoloji tələlərin intişar etməsinin mümkünlüyünü göstərir.
Belə tələlərin mövcudluğu Yalama-Xudat çıxıntısının
cənub-qərb yamacında-Şirvan sahəsində güman olunur.
Yalama-Xudat çıxıntısının cənub-qərb yamacında
Karaqan horizontunun qumlu dəstələri layların qalxımı boyu
Alt Sarmatın gilli süxurları ilə qeyri-uyğun örtülür. Ona görə
də burada litoloji-stratiqrafık tipli tələlərdə neft-qaz
yataqlarının əmələ gəlməsi üçün şəraitin olmasını güman
etmək olar.
Sarmat çöküntülərinin yalnız alt hissəsi (Alt Sarmat)
geokimyəvi xüsusiyyətlərinə görə neft törədici lay dəstəsi
sayıla bilər. Yalama-Xudat və Qusar-Xaçmaz çıxıntılarında
Sarmat üzrə struktur tələlərin olması, Meotis-Pont dövrlə-
rində onların yuyulması və MQ-nin pis çeşidlənmiş süxurları
ilə örtülməsi burada Sarmat əsrində əmələ gələ bilən neft və
qaz yataqlarının saxlanması üçün əlverişli şəraitin olmama-
sını göstərir. Ona görə də Sarmat laylarının perspektivliyi
Qusar-Xaçmaz qalxımının yalnız cənub-qərb qanadında,
onların Meotis və Pontun gilləri ilə örtüldüyü zonada,
stratiqrafik və litoloji tipli tələlərlə əlaqələndirilə bilər [77,
79, 103, 108, 110].
Şamaxı-Qobustan NQR-də Paleogen-Miosen çöküntü-
lərinin neft-qazlılıq perspektivliyi kifayət qədər yüksək
234
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

qiymətləndirilir [61, 62, 96]. Şimali Qobustanın cənub-şərq


hissələrində Paleosenin Danimarka mərtəbəsi kəsilişində pis
çeşidlənmiş qumdaşıları və gilli alevritlər fərqlənirlər.
Qumdaşı laylarının qalınlığı 10 m-ə çatır. Bu süxurlardan
qazma prosesində neft-qaz təzahürləri qeyd olunmuşdur.
Paleogen-Miosen çöküntülərinin qalınlığı cənub və
cənub-qərb istiqamətdə artır. Belə perspektivli zonalar
sırasına Nabur-Cəngiçay antiklinal zonasını daxil etmək
olar. Sakit geoloji quruluşa malik bu zonada terrigen-
karbonatlı kollektorların neftli-qazlı olması üçün əlverişli
geoloji şərait olmuşdur.
Aparılmış axtarış-kəşfiyyat işlərinin təhlili göstərir ki,
rayonun mərkəzi hissəsində (Mərkəzi Qobustanda) Eosen,
Oliqosen və Miosen çöküntülərinin kəsilişində az qalınlıqlı
(0,5-1,0 m) qumlu-alevritli təbəqəciklər iştirak edir və
qazma prosesində onlarla əlaqədar neft-qaz təzahürləri qeyd
edilmişdir. Lakin qumlu-alevritli təbəqəciklər sahə boyu və
dərinlik üzrə qeyri-bərabər yayıldığına görə yataq aşkar
edilməmişdir. Bununla belə, qumlu təbəqəciklərin qalınlığı-
nın artdığı və litofiziki xassələrinin yaxşılaşdığı sahələrdə
(zonanın cənub hissəsində) onlar müəyyən maraq doğurur.
Paleogen-Miosen çöküntü kompleksinin kəsilişində əl-
verişli neft-qaz kollektorlarının iştirakı baxımından Cənubi
Qobustan ərazisi xüsusi əhəmiyyət daşıyır. Cənubi Qobus-
tanın şimal sahələrində Orta Eosenin kəsilişində qalınlığı 25-
30 m olan qumlu-gilli qatlar neft-qazlılıq cəhətdən diqqəti
cəlb edirlər. Üst Eosen əsasən gilli fasiya ilə təmsil olunur.
Mərkəzi Qobustanın cənub hissələrində (Boyanata,

235
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Bayquşdağ və b. sahələr) 20-25 m-lik gilli-qumlu laylar


perspektivli ola bilər.
Yüksək tutumlu neft-qaz kollektorları Cənub-Qərbi
Qobustanda, Maykop və Çokrak çöküntülərinin kəsilişlərin-
də müəyyən edilmişdir. Bu zonada Üst Maykopun kəsi-
lişində müxtəlif dənəli və qalınlıqlı qum və qumdaşı layları
iştirak edir. Qumlu layların qalınlığı şimaldan-cənuba doğru
2,0-2,5 m-ə, bəzən 8-10 m-ə (Çeyildağ, Umbakı, Hacıvəli)
çatır. Qumlu laylar kəsilişin müxtəlif intervallarında
cəmləşərək, qalınlığı 20-50 m arasında dəyişən, qumlu-
alevritli dəstələr (horizontlar) əmələ gətirirlər. Zonanın
mərkəzi hissəsində Üst Maykopun kəsilişində 6 belə dəstə
(mədən bölgüsü ilə Ia, II, III, IV, V, VI horizontlar) ayrılır
və onlar biri-birindən qalın (15-20 m-dən 45-50 m-ə qədər)
gil araqatları ilə ayrılırlar.
Umbakı sahəsində qeyd olunan horizontların hamısı, bu
və ya digər dərəcədə, neftli-qazlıdırlar. Qazma ilə yaxşı
öyrənilməsi və məhsuldarlığına görə III horizont seçilir.
Qalınlığı 50-60 m-ə çatan bu horizont lay dəstəsinin tavanın-
dan 180-200 m aşağıda, təxminən 1400-1800 m dərinlikdə
yatır. Horizontun kəsilişində iştirak edən qumlu layların
ümumi məsaməliyi 15-36%, orta məsaməliyi 20%, effektiv
məsaməliyi orta hesabla 6%, keçiriciliyi isə orta hesabla
245x10-3 mkm2-dir. Maykopun III horizontunun Şərqi
Hacıvəli sahəsində də sənaye neftliliyi müəyyən edilmişdir.
CQ Qobustanda qalınlığı 400-500 m olan Çokrak
horizontunun yuxarı hissəsində onun tavanından 110-160 m
aşağıda, qalınlığı 50-55 m-ə çatan qumlu-alevritli dəstə (I

236
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

horizont) yatır. Horizontun kəsilişində iştirak edən qumlu


layların ümumi məsaməliyi 19%, effektiv məsaməliyi 6,6%,
keçiriciliyi 235x10-3 mkm2-dir.
CQ Qobustanda qumlu-gilli litofasiyada yayılan Sarmat
çöküntüləri arasında tez-tez qum və qumdaşı təbəqəciklərinə
rast gəlinir. Onların qalınlığı sahə üzrə şimaldan-cənuba-
cənub-şərqə, dərinlik üzrə isə aşağıdan yuxarıya doğru artır.
Qumlu təbəqəciklərin qalınlığı kəsilişin aşağısında 0,2-0,5 m,
orta hissəsində 0,5-1,0 m, yuxarısında 1,5-2,0 m-ə qədər artır.
Ümumi məsaməliyi 15-20%, keçiriciliyi (51-71)x10-3 mkm2
arasında dəyişir.
Altda yatan stratiqrafik vahidlər kimi, Sarmat çöküntü-
lərinin də litofasial tərkibi və kollektorluq xüsusiyyətləri
cənub-şərq istiqamətdə yaxşılaşır. CQ Qobustanın Əzani-
Qlıc antiklinalının cənub-şərq periklinalında (Qlıc sahəsin-
də) qazılmış axtarış quyularının məlumatlarına görə, burada
qalın Pliosen qatı altında açılmış Sarmat çöküntülərinin
kəsilişində böyük bucaq altında yatan və görünən qalınlığı
65-75 m olan qumlu-gilli horizontlar ayrılır. Burada qumlu
layların görünən qalınlığı 10-12 m-ə çatır, və onlardan
sənaye əhəmiyyətli qaz və neft axımları alınmışdır.
Müəyyən edilmişdir ki, CQ Qobustanın en istiqamətli
Paleogen-Miosen qalxım zonaları (Gicəkiaxtarma-Süley-
manaxtarma, Sündü-Çeyildağ, Girdə-Güngörməz-Umbakı
və Şəkixan-Ərzani-Qlıc) qanunauyğun surətdə cənub-şərq
istiqamətdə, Ceyrankeçməz depressiyasına doğru dərinliyə
gömülür və burada onların müxtəlif dərəcədə aşınmış
səthləri qalın (3,5 km-ə qədər) Pliosen qatı ilə örtülmüşlər.
237
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Pliosen çöküntüləri litofasial xüsusiyyətlərinə görə altda


yatan Miosen çöküntülərindəki neft yataqları üçün qeyri-
keçirici örtük rolu oynaya bilər.
Şamaxı-Qobustan NQR-nin Paleogen-Miosen çöküntü-
lərində karbohidrogenlərin əmələgəlməsi və onların yığılıb
saxlanılması üçün münasib paleotektonik və geokimyəvi
şərait cənub-şərq istiqamətdə - Orta Xəzər çökəkliyinə doğru
yaxşılaşır. Bundan başqa Oliqosen-Miosen çöküntülərinin
kəsilişində iştirak edən məhsuldar horizontların kollektorluq
xassələri də həmin istiqamətdə yaxşılaşır, neft-qazlılıq
mərhələsi artır, qazla doyma əmsalı çoxalır [61, 62].
Qeyd edilən faktlar onu deməyə əsas verir ki, Ceyran-
keçməz depressiyasında və qonşu ərazilərdə Üst Maykop,
Çokrak və Sarmat çöküntüləri daha yaxşı süzmə xassələrinə
və həcm tutumuna malik olacaqdır. Bu çöküntülərin yüksək
perspektivliyini sübut edən bir sıra amillər vardır. Birinci
amil, regionda palçıq vulkanlarının geniş yayılmasıdır.
Dəvəlidağ, Kənizədağ, Duvannı (Ceyrankeçməz depres-
siyası), Daşgil (Ələt zonası), Xərə-Zirə (Bakı arxipelaqı
palçıq vulkanlarının püskürdüyü bərk məhsulların arasında
Maykop və Çokrak yaşlı neft hopmuş və qaz iyi verən
qumdaşılarına rast gəlinir. Qumdaşılarının tərkibində kvars
mineralının miqdarı 45-90% arasında dəyişir.
İkinci amil, singenetik neftli-qazlı Miosen-Paleosen
çöküntülərinin Ceyrankeçməz depressiyası və qonşu zona-
larda dərin axtarış quyularında açılması və onlarda Oliqosen-
Miosen çöküntüləri ilə əlaqədar sənaye əhəmiyyətli neft-qaz
axımlarının alınmasıdır.
238
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Ceyrankeçməz depressiyasının qərb bortunda (Çeyil-


dağ-Rəhim-Qlıc) və cənub hissəsində (Duvannı) qazılmış
axtarış quyuları çöküntü kompleksini Üst Maykopun
tavanına, mərkəzində (Ütəlgi, Kənizədağ) Sarmata, Bakı
arxipelaqında (Səngəçal dəniz)-Çokraka, Ələt zonasının
Daşmərdan sahəsində Eosenə, Solaxayda Üst Maykopa,
Daşgildə isə Üst Miosenə qədər açmışlar.
Ceyrankeçməz depressiyasında Oliqosen-Miosen çö-
küntülərinin neft-qazlılığı barədə əhəmiyyətli nəticə Du-
vannı, Qərbi Duvannı, Ütəlgi və Qlıc sahələrində qazılmış
quyularda alınmışdır.
Əgər CQ Qobustanda əsas neftli-qazlı horizontlar Üst
Maykop və Çokrakla əlaqədardırsa, depressiyanın qərb bor-
tunda yerləşən Qlıc sahəsində, MQ çöküntüləri altında
quyularla açılmış Sarmatın kəsilişində qumdaşı, qum və gil
laylarının növbələşməsindən ibarət qumlu-gilli horizontlar
iştirak edir. Mənimsəmə prosesində həmin horizontlardan
gündəlik debitləri 50-70 min m3 qaz və 2,5-10 t neft
alınmışdır.
Depressiyanın mərkəzində yerləşən Ütəlgi sahəsində
Məhsuldar qata qazılmış 7 və 8 saylı axtarış quyularında,
300-370 m-ə qədər açılmış Sarmat çöküntülərində intensiv
neft və qaz təzahürləri qeyd olunmuşdur.
Duvannı qalxımının tağ hissəsində qazılmış 70 saylı
axtarış quyusunda 2975-2920 m intervalında (Miosenin
səthindən 782-727 m aşağıda) qalınlığı 55 m olan qumlu-
gilli dəstənin (CQ Qobustanda Çokrakın I horizontuna
uyğun gəlir) aşağısında 2970-2964 m dərinlikdə yatan 6 m-

239
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

lik qumdaşı layından güclü fontan vurmuşdur. Quyunun


məhsuldarlığı 50 m3/gün kondensat, 250 min m3/gün qaz
olmuşdur. Qərbi Duvannıda 75 saylı axtarış quyusu 2890-
2878 m dərinlikdə Çokrakdan güclü qaz fontanı vurmuş-
dur. Quyunun itkin debiti 1,0 milyon m3/gün olmuşdur.
Ceyrankeçməz depressiyasının Paleogen-Miosen çökün-
tülərinin neft-qazlılığını yüksək qiymətləndirən amillərdən
biri də burada struktur-tektonik şəraitin əlverişli olmasıdır.
Yuxarıda qeyd edildiyi kimi, Şamaxı-Qobustan NQR-in
Paleogen-Miosen çöküntülərinin regional planda Cənubi-
Xəzər çökəkliyinə doğru meyl etməsi şəraitində
karbohidrogenlərin ilkin lateral miqrasiyası, yüksək təzyiq və
temperatur zonasından şimal-qərbə, layların regional qalxımı
istiqamətinə yönəlmişdir. Belə şəraitdə miqrasiya edən
karbohidrogenlərin əsas kütləsi neftqazəmələgəlmə zonası
yaxınlığında yerləşən tələlərdə toplanır. Bu baxımdan,
Ceyrankeçməz depressiyasının kəsilişində yüksək həcm
tutumuna və süzmə qabiliyyətinə malik kollektor layların
iştirak etdiyi, Qafqaz istiqamətli Paleogen-Miosen qalxımları
əlverişli yer tuturlar və onlar neft-qaz yataqları aşkar etmək
üçün mühüm obyektlərdir.
Yuxarıda qeyd edilən faktlar onu deməyə əsas verir ki,
Ceyrankeçməz depressiyası, qalınlığı 3,5 km-ə çatan
Paleogen-Miosen çöküntülərində neft-qaz yataqları aşkar
etmək üçün, Respublikamızın ən perspektivli ərazisidir.
Depressiyanın Duvannı, Kənizədağ, Toraqay, Ütəlgi və
Ş.Çeyilaxtarma qalxımlarının perspektivliyi daha yüksək
qiymətləndirilir. Həmin qalxımların quruluşunda iştirak

240
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

edən Üst Maykop, Çokrak və Sarmat çöküntülərində tekto-


nik ekranlaşmış və litoloji-stratiqrafık tip tələlərin, eyni za-
manda onlarla əlaqədar karbohidrogen yataqlarının mövcud
olması üçün elmi əsaslar vardır. Qeyd edilən qalxımların
depressiyanın mərkəzinə yönələn qanadları və cənub-şərq
periklinalları perspektivli obyektlərdir. Bundan başqa, dep-
ressiyanın Oliqosen-Miosen çöküntülərinin regional pazlaş-
dığı şimal bortu (Kaftaran-Qarğabazar zonası) stratiqrafık
tip yataqların axtarışı üçün praktiki əhəmiyyət daşıyır.
Abşeron yarımadasının Mezokaynozoy kəsilişində
Paleogen-Miosen çöküntüləri regional yayılmış əsas neftli-
qazlı çöküntü kompleksindən biri hesab olunur. Yarıma-
danın bir sıra sahələrində qazma və sınaq işləri zamanı, bu
çöküntülərin müxtəlif intervalları ilə bağlı olan intensiv neft-
qaz təzahürləri qeydə alınmış və karbohidrogen yataqları
açılmışdır.
Yarımadada böyük qalınlığa (2,5-3,5 km) malik olan və
geniş yayılmış bu çöküntülər sənaye əhəmiyyətli neft və qaz
yataqlarının əmələgəlməsi üçün lazımı geoloji-geokimyəvi
şəraitə malikdir. Bu çöküntü kompleksinin yüksək
perspektivli olmasını onun kəsilişində sənaye əhəmiyyətli
neft və qaz axımı alınmış horizontların olması təsdiq edir.
Belə neft-qaz axımları Miosen çöküntülərinin müxtəlif inter-
vallarından Qərbi Abşeronun Qaradağ, Şübanı, Sulutəpə,
Binəqədi, Masazır və b. sahələrində alınmışdır.
Paleogen-Miosen çöküntülərinin regional neftli-qazlı
olmasını göstərən amillərdən biri bu çöküntülərdə yüksək

241
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

miqdarda üzvü maddələrin (ÜM) olmasıdır. Aparılmış geo-


kimyəvi tədqiqatlar göstərir ki, Paleogen-Miosen çöküntü-
lərinin gillərində ÜM-in miqdarı çox vaxt 3-4%-ə çatır,
bəzən isə, 4%-dən artıq olur. Bu çöküntülərin müxtəlif
horizontlarında ÜM-in orta qiyməti 0,1 %-dan 1,0%-ə qədər
və daha çox olur. Belə ki, Qərbi Abşeronun Maykop
çöküntülərində üzvi karbonun (Cüzv) miqdarı 1,17 (Çaxnaq-
lar) - 1,55% (Şorbulaq) arasında dəyişir, orta qiymət 1,33%
təşkil edir. Çöküntülərdə bitumların yüksək miqdarına görə
Çokrak, Konk, Karaqan horizontları və Sarmat, Meotis
mərtəbələri fərqlənirlər. Sarmat mərtəbəsində üzvi C-nin
miqdarı 1,18%-ə çatır [61, 62].
Paleogen-Miosen çöküntülərində ÜM-in yüksək miq-
darda olması bu çöküntülərin yüksək neft-qaz generasiya
etmə xüsusiyyətlərinə və əlverişli şəraitdə yataq əmələgətir-
mə imkanlarına malik olmasını göstərir.
Aparılmış axtarış-kəşfiyyat işlərinin nəticələri göstərir
ki, Paleogen-Miosen çöküntülərinin tərkibində gillərin miq-
darı üstünlük təşkil edir. Kəsilişdə gilli materialların miqdarı
bəzən 95%-dən artıq olur, müxtəlif horizontlarda isə bu
miqdar 97%-ə çatır. Kəsilişdə iştirak edən və az qalınlığa
malik olan qumlu-alevritli təbəqələr kifayət qədər lazımı
məsafədə izlənilmirlər. Bir sahədə kəsilişin hər hansı bir
hissəsində ayrılan qumlu-alevritli dəstə qonşu sahədə eyni
intervalda qeyd olunmur. Onların qalınlıqları isə bəzən eyni
sahədə kəskin dəyişir və sıfıra qədər azalır.
Deyilənlərdən göründüyü kimi, Paleogen-Miosen
çöküntüləri kəsilişində qumlu-alevritli təbəqələr kəsilişin çox
242
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

az bir hissəsini təşkil edir və onlar regional izlənilmirlər.


Bütövlükdə Paleogen-Miosen kompleksi qalın plastiki gilli
süxurlar kimi səciyyələnirlər. Bu çöküntülərin xarakterik
cəhətlərindən biri, onlarda karbohidrogenlərin tutumlu
tələlərinin olmaması və karbohidrogenlərin toplanaraq böyük
yataqlar əmələ gətirməsi üçün, formasiya daxili yaxşı miqra-
siya kanallarının olmamasıdır. Bu səbəbdən də, Paleogen-
Miosen çöküntülərində generasiya olunan karbohidrogenlər
məhdud yığımlar əmələ gətirirlər. Bununla belə, Paleogen-
Miosen çöküntülərinin rezervuarlarında lokal karbohidrogen
yığımları ilə yanaşı, eyni zamanda sənaye əhəmiyyətli yataq-
ların da əmələgəlməsi mümkündür. Belə yataqlara misal
Cənub-Qərbi Qobustanda yerləşən Umbakı yatağını göstər-
mək olar. Bu tip yataqlar məhdud ərazidə əlverişli miqrasiya
prosesinin getdiyi və sənaye əhəmiyyətli neft və qazın akku-
mulyasiyası üçün yaxşı kollektor xüsusiyyətlərinə malik olan
qumlu-alevritli horizontlarla əlaqədar olurlar. Qeyd olunan-
lara əsaslanaraq deyə bilərik ki, Paleogen-Miosen çöküntüləri
kəsilişində qeyd olunan qumlu-alevritli horizontların məhdud
sahədə yayılmalarına və kəsilişin 5%-dən az hissəsini təşkil
etmələrinə baxmayaraq, neft və qazın toplanması və yataq-
ların əmələgəlməsi üçün əlverişli kollektor hesab olunurlar.
Abşeron yarımadasında, xüsusən onun qərb hissəsində,
Paleogen-Miosen rezervuarları məhdud sahədə yayıldıqla-
rından flyüidlərin toplanması üçün əlverişli sahələri burada
geniş yayılmış qeyri-antiklinal tələlərlə əlaqələndirmək olar.
Belə yataqlar litoloji amillərlə əlaqədar olub, gilli qatın

243
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

qumlu-alevritli materiallarla zəngin hissələrində əmələ gəl-


dikləri üçün strukturların tağa yaxın hissələrində antiklinal-
ların qanadlarında və onları ayıran sinklinallarda yerləşirlər.
Lokal neft və qaz yığımları eyni zamanda süxurların tektonik
parçalanma zonalarında və eləcə də gilli süxurların şistləş-
məsi ilə əlaqədar çatların yarandığı zonalarda da əmələ gəlir-
lər. Belə zonalarda Pliosen çöküntüləri ilə örtülmüş olan sü-
xurlar yüksək təzyiq altında karbohidrogenlərlə dolduqdan
sonra, onlarda lokal karbohidrogen yığımları əmələ gəlir.
Yuxanda deyilənləri ümumiləşdirərək belə nəticələrə
gəlmək olar ki, Abşeron yarımadasında Paleogen-Miosen
çöküntülərinin perspektivliyini əsasən onların kəsilişində ge-
niş yayılmış qumlu-alevritli laylarla əlaqədar litolojı-stra-
tiqrafik tələlər və Pliosen çöküntüləri ilə örtülmüş süxurların
tektonik parçalanma zonaları ilə əlaqələndirmək olar.
Qərbi Abşeronun cənub və mərkəzi hissələrində Paleo-
gen-Miosen çöküntüləri böyük qalınlıqlara (2000 m-ə qədər)
malikdirlər. Rayonun şimal hissəsində Paleogen-Miosen
çöküntüləri yer səthinə çıxırlar və onlar az qalınlıqla
səciyyələnirlər. Bəzi yerlərdə isə onlar eroziyaya məruz
qalmışlar. Bu səbəblərə görə Qərbi Abşeronun şimal his-
səsində Paleogen-Miosen çöküntüləri az maraq doğururlar.
Beləliklə, Abşeron yarımadasında Paleogen-Miosen
çöküntüləri üzrə axtarış-kəşfiyyat işlərinin perspektivliyi,
əsasən, Cənub-Qərbi, Mərkəzi və Şərqi Abşeronda struktur
və litoloji-stratiqrafik tip tələlərlə bağlı ola bilər. Bu çökün-
tülərdə əsas axtarış kriterilərindən biri də, kəsilişin müxtəlif
stratiqrafik səviyyələrinə uyğun gələn, böyük amplitudlu
244
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

üstəgəlmələrlə bağlı tektonik amillərdir. Eyni zamanda neft-


qaz generasiya edici Paleogen-Miosen çöküntülərində müx-
təlif tipli tələlərin öyrənilməsi böyük əhəmiyyət kəsb edir.
Rayonda Paleogen-Miosen çöküntülərində axtarış-kəş-
fiyyat işlərinin perspektivliyi, ilk növbədə Miosenə qazılmış
və tək-tək quyularda neft və qaz fontanı alınmış Binəqədi,
Çaxnaqlar, Sulutəpə, Lökbatan, Qaradağ və s. sahələrlə
əlaqədardır. Suraxanı-Qaraçuxur-Hövsan-Türkan və Dübən-
di-Zirə zonalarında aparılmış seysmik kəşfiyyatın nəticələri-
nə görə MQ-dən altda yatan gömülmüş qalxımlar Miosen
çöküntü kompleksi üzrə axtarış obyektləri ola bilərlər.
Qeyd etmək lazımdır ki, Abşeron NQR-də Paleogen-
Miosen çöküntülərinin litofasiyasının regional miqyasda
dəyişmə xarakteri və onların neft-qazlılıq perspektivliyi haq-
qında əsaslı tam fikir söyləmək kifayət qədər çətindir. Çünki,
bu çöküntülər quyularla yalnız Abşeron yarımadasının
şimal, şimal-qərb, qərb hissələrində və qismən Abşeron və
Bakı arxipelaqlarının şimalında açılıblar. Göstərilən rayon-
larda Miosen çöküntüləri kəsilişinin yalnız Cənub-Qərbi
Abşeronun Lökbatan-Qaradağ zonasında qumlu material-
larla zəngin olduğu müəyyən olunub, qalan sahələrdə isə bu
çöküntülər gilli litofasiya ilə səciyyələnirlər.
Cənub-Qərbi Abşeronda Miosen çöküntüləri 1500-
1800 m qalınlıqlı qumlu-gilli litofasiyada yayılmışdır. Bu
çöküntülərin ən böyük qalınlığı (1600 m-ə qədər) Şorbulaq
və Qaradağ sahələrində açılmışdır. Lökbatan, Puta, Korgöz-
Qızıltəpə, Şonqar, Sarınca-Gülbaxt və digər sahələrdə isə
onların quyularla açılmış qalınlıqları 200-400 m-dən artıq
245
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

deyil. Bu sahələrdə aşkar olunmuş lokal neft yataqları əsasən


Diatom dəstəsinin linzavari qumları ilə əlaqədardır.
Abşeron yarımadasında Miosen çöküntülərində sənaye
əhəmiyyətli neft və qaz yataqları ancaq Qaradağ qalxımının
şimal qanadında aşkar edilib. Yarımadanın bu hissəsində orta
və üst Miosenin kəsilişi qonşu Qobustan rayonu sahələrinə
nisbətən daha çox qumlu olması ilə fərqlənir. Qaradağ sahə-
sindən cənub-şərqə tərəf Miosenin kəsilişi daha çox qumlaşır.
Mərkəzi Abşeronda isə Binəqədi-Sulutəpə-Çaxnaqlar
istiqamətində cənuba doğru orta və üst Miosenin kəsilişində
qumluluq nəzərə çarpacaq dərəcədə artır.
Faktlar Miosen çöküntüləri kəsilişində qumluluğun
şimaldan cənuba doğru artdığını təsdiq edir və yarımadada
Şorbulaq-Binəqədi-Kürdəxanı-Buzovna xəttindən cənubda
olan ərazinin Paleogen-Miosen çöküntülərinin qumlu-gilli
litofasiyada yayıldığını söyləməyə əsas verir [101, 102].
Abşeron neftli-qazlı rayonunda quyularla açılmış və
sınaq işləri aparılmış Miosen obyektləri müxtəlif intensiv-
likdə neft-qaz təzahürləri ilə müşahidə olunublar. Fatmayı
qırışığının şimal-qərb batımında Miosen çöküntülərinin üst
təbəqələrində qazma və sınaq işləri zamanı 22 və 24 saylı
quyularda zəif, 23 saylı quyuda isə güclü neft-qaz təzahürləri
müşahidə olunub. Qazma zamanı müxtəlif intervallarda
Miosen çöküntülərinin neft-qazlılığını daha çox səciyyələn-
dirən təzahürlər Digah, Binəqədi, Çaxnaqlar, Sulutəpə,
Çalayeri, Qaraheybət, Şabandağ, Güzdək, Sarınca-Gülbaxt,
Şorbulaq, Korgöz-Qızıltəpə, Qaradağ sahələrində qeydə
alınıb. Quyularda sınaq işləri zamanı isə Binəqədi, Masazır,
246
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Xırdalan, Qaraheybət, Güzdək, Korgöz-Qızıltəpə, Gülbaxt,


Qaradağ və başqa sahələrdə sənaye əhəmiyyətli neft və qaz
axımı alınıb. Göstərilən məlumatlar Abşeron yarımadasında
sənaye əhəmiyyətli yataqların axtarışı üçün Üst Miosen
(Diatom lay dəstəsi), Orta Miosen (Çokrak horizontu),
Oliqosen-Alt Miosen (Maykop lay dəstəsi) və Eosen
(Qovundağ lay dəstəsi) çöküntülərinin daha çox maraq
doğurduqlarını təsdiq edir.
Deyilənləri nəzərə almaqla, Abşeron NQR-da Miosen
çöküntüləri üzrə neft və qaz yataqlarının axtarış və kəşfiyyatı
perspektivliyini Qərbi Abşeronun sahələri və Abşeron
yarımadasının cənub sahil zonası ilə əlaqələndirmək olar.
Birinci halda Bibi-Heybət, Lökbatan, Qaradağ strukturları
və daha sonra Şonqardan keçərək şimal-qərbə doğru
Sarınca-Gülbaxt və Güzdək muldasının şimal və şimal-şərq
bortuna meylli olan Qaraheybət, Şabandağ və Atəşgah
sahələri, ikinci halda isə Qaradağ-dəniz, Lökbatan-dəniz,
Bibiheybət-dəniz və başqaları ilə təmsil olunan Cənubi
Abşeron gömülmüş qalxımı və bu qalxım boyu şərqə Zirə
sahəsinə qədər yerləşən qırışıqlar (Suraxanı, Qaraçuxur,
Hovsan, Türkan, Dübəndi və b.) nəzərdə tutulur. Lakin
nəzərə almaq lazımdır ki, Miosen kollektorlarında neft-qaz
yataqlarının yerləşməsində struktur amillərlə yanaşı, litoloji
amillər də əsas rol oynayırlar.
Abşeron NQR-də Eosen çöküntülərinin kəsilişi onun
şimal sahələrində (Binəqədi, Ziyilpiri, Qırməki, Kürdəxanı və
b.) gilli litofasiyada açılmış və qazma prosesində heç bir neft-
qaz təzahürləri qeyd olunmayıb. Kompleks araşdırmaların
247
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

nəticələrinə görə bu çöküntülərin neft-qazlılıq perspektivliyi


yarımadada yüksək qiymətləndirilmir.
Aşağı Kür çökəkliyi Mezo-Kaynozoy zamanında inten-
siv çökməyə (çökmə süxurların qalınlığı 20 km-ə qədərdir)
məruz qalaraq böyük qalınlığa malik çöküntü kompleksi
toplanmış və kəsilişdəki zəngin üzvi maddələrin karbohidro-
genlərə çevrilməsi üçün əlverişli geoloji şərait olmuşdur.
Çökəkliyin Şirvan və Muğan-Salyan sınklinallarında çox
güman ki, 6-8 km dərinliklərə gömülmüş Alt Pliosen-Paleo-
gen çöküntülərində əmələ gəlmiş karbohidrogenlər miqrasiya
edərək, mövcud struktur və litostratiqrafik tipli tələlərdə
toplana biliblər. Bu sinklinallarda böyük həcmdə çökmə
materialların toplanmasına və onların tərkibində olan üzvi
maddələrin karbohidrogenlərə çevrilməsinə əlverişli şəraitin
olması ehtimal olunur. Perspektivlik cəhətdən konsedimen-
tasion inkişafa malik mövcud lokal antiklinal qalxımların
gömülmüş hissələri ilə əlaqədar litoloji-stratiqrafik tələlər də
maraq doğururlar. Bununla yanaşı, Kürovdağ, Babazənən,
Mişovdağ, B. Hərami və K. Hərami kimi intensiv paleoinki-
şafa malik lokal qalxımların tağyanı hissələrində bu çöküntü-
lərdə yataqların mövcudluğu üçün əlverişli geoloji şəraitin
olması gözlənilir. Bu baxımdan lokal qalxımların depres-
siyanın ən dərin hissələrinə tərəf yönəlmiş qanadları və
periklinalları neft-qaz yığımları üçün daha əlverişli sayıla
bilər. Aşağı Kür çökəkliyinin şimal-şərq bortu - Ələt tektonik
zonasının cənub-qərb qanadı son zamanlar aparılmış seysmik
kəşfiyyat profillərinə görə dik yatımlı monoklinal quruluşa
malikdir. Bu istiqamətdə Paleogen-Miosen çöküntülərinin
248
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

pazlaşması qeyd olunur. Ona görə də qonşu Nəvahi depres-


siyasının dərin hissəsindən neft və qazın miqrasiyası nəticə-
sində göstərilən zonada qeyri-antiklinal tipli (tektonik ekran-
laşmış, litoloji-stratiqrafik tipli) yataqların əmələgəlməsi
mümkündür. Güman olunan yataqlar 6000-7000 m dərin-
liklərdə nəzərdə tutulur. Bu halda tələlərdə qaz-neft və qaz-
kondensat yataqlarına daha çox üstünlük verilir.
Paleogen-Miosen çöküntülərinin pazlaşma zonaları
seysmik kəşfiyyatın ÜDN üsulu ilə çökəkliyin cənub-qərb
bortunda da (Kürd-Sarxanbəyli-Şərqi Xəlfəli zonası) dəqiq-
ləşdirilmişdir. Paleogen-Miosen çöküntülərinin kəsilişinin
geoloji quruluşu və neft-qazlılığı haqqında tam təsəvvür
yaratmaq üçün bu zonada dəqiq seysmik kəşfiyyat işlərinin
aparılması məqsədəuyğun olardı.
Qeyd edildiyi kimi, Aşağı Kür çökəkliyinin cənub-qərb
bortunda Şorsulu və Orta Muğan sahələrində qazılmış
axtarış quyularında Pliosenin altında Miosen-Paleogenə aid
vulkanik-çökmə süxurlar açılmışdır. Tuflu qumdaşıları, por-
firitlər, tuffitlər və bazaltlardan ibarət bu süxurların keçirici-
liyi zəifdir. Lakin bəzən (1 saylı Orta Muğan quyusu) bu
göstəricilər yüksək (54-126 md) qiymətlərlə səciyyələnirlər.
Kompleks araşdırmaların nəticələrinə görə, belə fikir söylə-
mək olar ki, Muğan tektonik zonasından ona qonşu Muğan-
Salyan sinklinalına doğru Paleogen-Miosenin vulkanik və
tufogen süxurları böyük qalınlığa malik terrigen və karbonat
süxurlarla əvəz oluna bilər. Belə halda sinklinalın bort
hissələrində litoloji-stratiqrafik tipli karbohidrogen yığımla-
rının varlığı (5 km-dən dərinlikdə) ehtimal olunur.
249
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Yevlax-Ağcabədi çökəkliyi və Kür-Qabırrı çaylararası


sahədə Paleogen-Miosen çöküntüləri əsas neftli-qazlı kom-
plekslərdən biri sayılır. Yevlax-Ağcabədi çökəkliyində
Qazanbulaq, Dəliməmmədli, Naftalan, Tərtər, Acıdərə kimi
kiçik ölçülü neft yataqları uzun müddətli olmasalar da
müəyyən müddətdə istismarda olmuşlar. Bu yataqlarda
sənaye əhəmiyyətli neft əsasən Maykop seriyası və Eosenin
foraminifer layları ilə əlaqədardır.
70-ci illərdə bu regionlarda neft yataqları Muradxanlı
(Eosen, Maykop, Çokrak), Cəfərli (Eosen) və Tərsdəllər
(Eosen) sahələrində aşkar edilmişdir. Son illərdə aparılmış
tədqiqat işləri nəticəsində bu regionların və eləcə də ayrı-ayrı
zonaların quruluşu dəqiqləşdirilmişdir.
Paleosenin Danimarka əsrində Kür-Qabırrı çaylararası
rayonunda Qarayazı adlanan çökəkliyin mərkəzi hissəsində
gillər və mergellər, kənar hissələrində isə gillər və mergel-
lərlə yanaşı qumlar və qumdaşıları da çökürlər. Çökəkliyin
cənub-qərb bortunda yerləşən Məmmədtəpə sahəsində açıq-
boz rəngli qumlu gillərdən ibarət olan bu çöküntülərin
qalınlığı 150 m-ə çatır. Çökəkliyin mərkəzi hissəsində isə
gillər və mergellərdən ibarət olan Paleosen çöküntülərinin
qalınlıqlarının 300-400 m-ə qədər artması güman edilir.
Yevlax-Ağcabədi çökəkliyində Paleosen çöküntüləri az
qalınlığa malik mergel, əhəngli qumdaşı və əhəngdaşı layları
olan gillərdən ibarətdir. Qalınlıqları çökəkliyin mərkəzi
hissələrində 300-400 m-ə çatdığı güman edilir. Çökəkliyin
cənub-qərb bortunun cənub-şərq hissəsində yerləşən
Beyləqan sahəsində Paleogen çöküntüləri qalınlığı 190 m-ə
250
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

çatan gillərdən ibarətdir. Cənub-qərb istiqamətində Xaçın-


çay və Qarqarçay arasında pelitamorf, qumlu əhəngdaşıla-
rının, mergellərin üstünlük təşkil etdiyi kəsilişdə gillər və
gilli qumdaşıları az qalınlıqlı aralayları şəklində yayılmışlar.
Bu çöküntülərdən götürülmüş süxur nümunələrinin
tədqiqi göstərir ki, Kiçik Qafqazqarşısı çökəklikdə Paleosen
çöküntülərinin toplanması vaxtı neytral və ya zəif reduksiya-
edici şərait mövcud olmuşdur. Bunu çöküntülərdə olan üzvi
maddələrin 0,1-0,5% arasında dəyişilməsi və neytral
geokimyəvi şərait üçün səciyyəvi olan siderit, qlaukonit və
dəmir oksidi minerallarının, zəif reduksiyaedici şərait üçün
isə siderit, pirit və qlaukonit autigen mineralların mövcud
olması əsasında demək olar.
Paleosen çöküntüləri Kür-Qabırrı çaylararası rayonun
və Yevlax-Ağcabədi çökəkliyinin əksər strukturlarının kəsi-
lişində iştirak edirlər. Bu çöküntülərin daha çox karbonatlı
olduğu Gəncə neftli-qazlı rayonu ərazisində perspektivlik-
ləri, onlardan altda yatan Üst Tabaşirin karbonatlı çöküntü-
lərinin perspektivlikləri ilə eynidir. Danimarka-Paleosen çö-
küntüləri özləri müəyyən dərəcədə nefttörətmə qabiliyyətinə
malik olmaqla yanaşı, onlardan altda yatan Üst Tabaşirin
karbonatlı-çatlı süxurlarında kifayət qədər təcridedici gil
laylarının olmaması sayəsində Üst Tabaşirin karbonatlı-çatlı
süxurlarında mövcud olan neft-qaz yığımları vertikal
miqrasiya yolu ilə bu çöküntülərin çatlı mergelləri və
əhəngdaşılarında da toplana bilərlər. Naftalan sahəsində
qazılmış bir kəşfiyyat quyusunda Danimarka mərtəbəsinə və
Paleosenin alt hissəsinə aid olan sıx, çatlı mergellər və qumlu
251
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

əhəngdaşılarından 0,2-0,3 t/gün hasilatla neftin alınması


bunu təsdiq edir.
Şimal-qərb istiqamətində Paleosen yaşlı çöküntülər
gilləşir və onlar Alt Tabaşirin karbonatlı çöküntüləri üçün
izoləedici örtük rolunu oynayırlar.
Eosen dövrü Kür-Qabırrı çaylararasında çökmə tempi-
nin sürəti 60-80 m/mln. il-ə çatmaqla, burada müxtəlif lito-
loji tərkibə malik üç şöbə ilə təqdim olunmuş böyük
qalınlığa malik Eosen çöküntüləri toplanmışdır.
Alt Eosen Kür-Qabırrı çaylararası sahənin cənub
zolağında Paleosen çöküntüləri üzərinə uyğun yatmaqla,
əsasən gilli fasiyadan ibarətdir. Eosenin əvvəlində çaylar-
arası ərazinin ayrı-ayrı sahələrində qeyri-bərabər çökmə
prosesi gedir. Cənub hissədə Qıraq Kəsəməndən Xatınlıya
qədər uzanan dar bir çökəklik müşahidə olunur. Qıraq
Kəsəməndən cənuba Qazax-Dəllər-Dəliməmmədli rayonu-
nun Tovuz-Qazax ərazisi Eosen çöküntülərinin maksimal
qalınlıqları 600-800 m-ə çatan, ayrı-ayrı lokal çökəkliklərə
ayrılırlar. Şimal-qərb istiqamətlərində bu çöküntülərin qalın-
lıqlarının tədricən azalaraq 400-600 m-ə (Sacdağ, Dəmir-
təpə-Udabno) çatması qeyd olunur. Cənub-şərq istiqamətin-
də isə bu çöküntülərin qalınlıqları 100 m-dən artıq deyildir.
Qıraq Kəsəməndə bu çöküntülərin kəsilişində çox vaxt
qumdaşı laycıqlarına rast gəlinir. Onlar gillərlə növbələşir və
qalınlıqları 40-45 m-ə çatan lay dəstələri əmələ gətirirlər.
Şimal-qərb istiqamətlərində bu lay dəstələrinin qalınlıqları
azalır, cənub-şərq istiqamətində isə qumdaşı laycıqları yoxa
çıxırlar və kəsiliş əsasən gillərdən ibarət olur.
252
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb bortunda


Alt Eosen çöküntüləri gilli litofasiyada yayılmış və qalın-
lıqları 100-200 m-dir. Cənub-şərq istiqamətində bu çökün-
tülər tədricən terrigen-karbonatlı fasiyaya (gil, mergel,
qumdaşılarının növbələşməsi) keçir. Bəzən tuf, tuflu qum-
daşı, tuflu çınqıl araqatlarına da rast gəlinir. Belə litofasi-
yaya malik Alt Eosen çöküntüləri çökəkliyin cənub-şərq və
mərkəzi hissələrində (Sovetlər, Ağcabədi, Zərdab, Murad-
xanlı, Cəfərli) quyularla açılmışdır. Qalınlıq 100-400 m
arasında dəyişir. Əmirarx-Zərdab-Muradxanlı-Mil zona-
sında Orta Eosenin tuflardan, tuflu qumdaşılarından, tuflu
alevritlərdən, mergel və argillitlərdən ibarət olan, qalınlıq-
ları 400 m-ə çatan çöküntüləri toplanmışdır.
Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb bortunda aş-
kar edilmiş çoxsaylı lokal qalxımlar əksər hallarda konsedi-
mentasion inkişafda olmuşlar. Burada Orta Eosen çöküntü-
ləri tufogen və mergelli-gilli fasiyada yayılmışlar.
Kür-Qabırrı çaylararası rayonun cənub zolağında Orta
Eosen çöküntüləri tufogen-terrigen fasiyada yayılmışlar.
Qalınlıq 100-200 m arasında dəyişir.
Xatınlı sahəsindən başlayaraq cənub-şərq istiqamətində
Orta Eosenin tufogen-terrigen fasiyası tədricən terrigen-
karbonatlı fasiya ilə əvəz olunur. Qalınlıqların analizi
göstərir ki, şimal-qərb hissədə (Sacdağ, Dəmirtəpə-Udabno)
qalınlıq 200-300 m olduğu halda, cənub-şərq istiqamətində-
Tərsdəllərə doğru qalınlıq 40-100 m-ə kimi azalır. Böyük
Palantökən istiqamətində isə Orta Eosen çöküntülərinin
qalınlığı 250-300 m-ə kimi artır.
253
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Üst Eosen vaxtı Kür-Qabırrı çaylararası rayonunun kə-


silişi əsasən bərk karbonatlı qumdaşı laylarına malik
gillərdən ibarətdir. Qumdaşı laylarının qalınlığı 1,0-1,5 m
təşkil edir.
Ən çox qumluluğa malik Üst Eosen çöküntüləri Qazax
çökəkliyinin mərkəzi hissəsində müşahidə olunur. Qıraq
Kəsəmən sahəsində 26 saylı quyuda kəsilişin qumluluğu
30%-ə çatır (qalınlıq-331 m). Çaylararası sahənin çox
hissəsində Üst Eosen çöküntüləri gillərdən ibarət olub, gilli
Maykop çöküntüləri ilə örtülmüşlər. Bu sahələrdə həmin
çöküntülər yaxşı örtük rolunu oynaya bilərlər.
Kür-Qabırrı çaylararası rayonundan cənub-şərq istiqa-
mətində Üst Eosen çöküntülərinin qalınlıqlarının azalması
(Dəliməmmədli-150 m) ilə yanaşı gilliliyin artması da
müşahidə olunur. Burada Üst Eosenin dabanında qalınlığı
30-40 m-ə çatan qumlu horizont (III Qazanbulaq) yatır. Daha
cənub-şərq istiqamətində hərəkət etdikcə Üst Eosen
çöküntülərinin qalınlıqlarının 500-600 m-ə kimi artması
(Borsunlu, Tər-Tər, Sovetlər) və eyni zamanda qumlu -
alevritli layların çoxalması müşahidə olunur.
Eosen çöküntüləri Kiçik Qafqazqarşısı çökəkliyin əksər
rayonlarında zəif reduksiyaedici geokimyəvi şəraitdə çök-
müşlər. Bunu çöküntülərin tərkibində üzvi maddələrin (Cüzv)
0,5%-ə qədər olması və autigen minerallarda siderit, pirit və
qloukonitin mövcudluğu təsdiq edir. Daha çox gilliliyi ilə
fərqlənən Alt Eosen çöküntüləri karbohidrogenlərin əmələ
gəlməsi üçün daha əlverişli sayılır. Bu hal ən çox Kür-Qabırrı
çaylararası rayonun şimal-qərb hissəsinə aiddir. Orta Eosen
254
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

çöküntülərinin bu rayonda vulkanogen-çökmə və tufogen


fasiyada olması, onların nefttörədici olmaqlarından daha çox
karbohidrogenlərin toplanması üçün kollektorlar olduğunu
göstərir. Orta Eosen çöküntüləri göstərilən fasiyada cənub-
şərq istiqamətində İncəçay və Tərtər çayları arası sahəyə
qədər davam edir. Bu çayların arasında yerləşən Şimali
Naftalan sahəsində Orta Eosen çöküntülərinin əsasını
mergelli-tuflu çöküntülər təşkil edir. Zəif keçiriciliyə malik
olan bu çöküntülərin kollektorluq xüsusiyyətləri əsasən
onların çatlı olmaları ilə əlaqədardır.
Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb bortunun
cənub-şərq hissəsində yerləşən Ağcabədi, Beyləqan sahələ-
rində Orta Eosenin kəsilişində gillər, mergellər və tufogen
çöküntülərlə yanaşı, karbonatlı qumdaşıları da iştirak edirlər
ki, bunlar da Orta Eosen laylarının kollektor xüsusiyyətlə-
rinin yüksəlməsinə səbəb olur. Bunu Ağgöl sahəsində qazıl-
mış 1 saylı axtarış quyusunda 3593-3640 m intervalında
tufqumdaşılarından 200 m3/gün hasilatla su axınının alınma-
sı sübut edir.
Üst Eosen çöküntüləri tədqiq etdiyimiz Kür-Qabırrı
çaylararası NQR-də və Yevlax-Ağcabədi çökəkliyində əsa-
sən gilli fasiyada olduqları üçün, onlar Orta Eosenin məsa-
məli-çatlı kollektorları üçün əsasən izoləedici örtük rolunu
oynayırlar. Lakin Qazax körfəzində Üst Eosen kəsilişinin alt
hissəsində qumluluğun 30%-ə çatması, Yevlax-Ağcabədi
çökəkliyinin şimal-qərb hissəsinin kəsilişin alt hissəsində
yerləşən və qalınlığı 30-40 m-ə çatan qumlu horizontun
olması (III-Qazanbulaq horizontu) bu çöküntülərin də neftli-

255
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

qazlı obyektlər kimi müəyyən perspektivliyə malik


olduğunu göstərir. Bunu Qazanbulaq və Dəliməmmədli
strukturlarının cənub-şərq periklinallarında lokal yayılma
sahələrinə malik olan III Qazanbulaq horizontunun sənaye
əhəmiyyətli neftliliyi sübut edir. Qazanbulaq sahəsində
stratiqrafik tipli neft yatağına malik olan III Qazanbulaq
horizontundan başlanğıc hasilatı 50 t/günə qədər olan neft
axınları alınmışdır.
Orta Eosenin böyük qalınlığa (400-500 m-dən çox)
malik olan mergelli-tufogen çöküntüləri Kür-Qabırrı çaylar-
arası NQR-in və Yevlax-Ağcabədi çökəkliyinin əsas neftli-
qazlı obyektidir. Bu çöküntülər Yevlax-Ağcabədi çökək-
liyinin şimal-şərq bortunda pazlaşırlar. Muradxanlı struk-
turunun cənub-qərb qanadında və cənub-şərq periklinalında,
litostratiqrafik və tektonik ekranlaşma tipli neft yataqları
aşkar edilmiş və hal-hazırda işlənmədədir.
Muradxanlı yatağından cənub-şərqdə yerləşən kiçik
ölçülü Cəfərli antiklinalının tağ hissəsində Orta Eosenin
mergelli-tufogen çöküntülərindən 120 t/gün hasilatla neft
alınmış və yataq sənaye işlənməsinə verilmişdir. Zərdab
sahəsində qazılmış 3 saylı axtarış quyusunda lay sınayıcısı ilə
350-400 m3/gün hasilatla qısa müddətli neft axını alınmış,
lakin sonra güclü su axınının olması ilə əlaqədar, quyunu
normal vəziyyətdə sınaqdan keçirmək mümkün olmayıbdır.
Zərdab-Şıxbağı sahəsindən şimal-qərbdə yerləşən Əmirarx
sahəsində də Orta Eosenin daban hissəsində yerləşən mergel
laylarından 2 saylı quyuda 5087-5092 m intervalından lay
sınayıcısı vasitəsi ilə 20 t/gün hasilatla neft axını alınmışdır.

256
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Deyilənlərdən belə bir nəticəyə gəlmək olur ki, Yevlax-


Ağcabədi çökəkliyində Orta Eosenin mergelli-tufogen
çöküntüləri regional neft-qazlılığa malikdirlər. Çökəkliyin
bortlarında və sentriklinal hissələrində Orta Eosen çöküntü-
lərinin pazlaşma zonalarında əmələ gələn stratiqrafik və
litoloji ekranlaşmış tələlər neft-qaz yataqlarının axtarışı
üçün perspektivli obyektlər ola bilərlər.
Kür-Qabırrı çaylararası NQR ərazisində Orta Eosen
çöküntülərinin sənaye əhəmiyyətli neftliliyi yalnız Tərsdəllər
sahəsində müəyyən edilmişdir. Tərsdəllər strukturunun
şimal-şərq qanadının tağa yaxın hissəsində qazılmış 1 saylı
axtarış quyusunda 2882-2865 m dərinlikdə yatan Orta Eose-
nin mergelli-tufogen çöküntülərindən 250-300 m3/gün hasi-
latla neft alınmışdır. Sonradan qazılmış 4 saylı quyuda bu
obyektdən 160 m3/gün, 8 saylı quyuda 35-40 m3/gün və 9
saylı quyuda isə 20 m3/gün hasilatla neftin alınması strukturun
şimal-şərq qanadının tağa yaxın hissəsində litoloji və tektonik
ekranlaşmış kiçik ölçülü neft yatağının olmasını göstərir. Bu
sahədə qazılmış quyuların əksəriyyəti texniki səbəbdən ləğv
edilib, bəzilərində sınaq işləri aparılmayıb, digərlərində isə
sənaye əhəmiyyətli neft axınının olmaması, onların
qazıldıqları sahələrin struktur-tektonik vəziyyətləri ilə yanaşı,
Orta Eosen çöküntülərinin litofasial xüsusiyyətləri, ən əsası
isə onların kollektor xüsusiyyətlərinin neftin, qazın yığılıb
saxlanılması üçün kifayət dərəcədə yüksək olmaması ilə
əlaqədardır. Süxurların kollektorluq xüsusiyyətlərinin pisləş-
məsi isə layların qalınlıqlarının azalması istiqamətində baş
verir. Orta Eosen çöküntülərinin qalınlıqlarının 50 m-dən az
257
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

olduqları sahələrdə, əhəmiyyətli dərəcədə gilləşməsi baş verir.


Bu regional qanunauyğunluq yalnız Kiçik Qafqazdan Qabırrı-
Acınohur çökəkliyinə axan paleoçayların vadilərində pozulur.
Belə paleoçayların dərələrindən biri Keyrük-Keylan sahəsin-
də qazılmış 1 saylı axtarış quyusu rayonunda seysmik kəşfiy-
yat materialları əsasında müəyyən edilmişdir. Bu çay dərəsini
seysmik kəşfiyyat materialları əsasında 1,5 km məsafədə izlə-
mək mümkün olmuşdur [Ş.S.Köçərli, F.M.Hacıyev]. Keyrük-
Keylan sahəsində qazılmış 1 saylı quyuda Orta Eosenin
tufogen çöküntülərindən üzərində neft pərdələri olan 150
m3/gün lay suyunun alınması, belə vadilərdə Orta Eosenin
neftli çöküntülərinin kollektor xüsusiyyətlərinin kifayət qədər
yüksək olduğunu göstərməklə yanaşı, bu vadilərin Kiçik Qaf-
qazqarşısı çökəkliyin cənub-qərb qanadında neftlilik baxımın-
dan perspektivli obyektlər kimi baxılmasına əsas verir [43].
Kür-Qabırrı çaylararası neftli-qazlı rayonunun şimal-
şərq hissəsində Orta Eosen çöküntülərinin qalınlıqlarının
artması ilə yanaşı, onların kollektorluq xüsusiyyətləri yaxşı-
laşmaqla neftlilik perspektivlilikləri də artır. Bunu bəzi
sahələrdə qazılmış quyuların məlumatları təsdiq edirlər.
Bunlardan Gürzündağ sahəsində qazılmış 3 saylı axtarış
quyusunda 4259-4330 m intervalında Eosen çöküntülə-
rindən 25-100 t/gün hasilatla neft axını alınmışdır. Böyük
Palantökən sahəsində qazılmış 2 saylı quyuda sınaq zamanı
Orta Eosen çöküntülərinə aid olan 5114-5117 m intervalın-
dan 12 m3/gün neft axını alınmışdır.
Qərbi Gürzündağ sahəsində qazılmış quyularda Orta
Eosen çöküntülərindən alınan neftin və suyun kiçik həcmdə
258
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

olması, tufogen çöküntülərin kollektor xüsusiyyətlərinin


hövzənin dərin yerlərində də ciddi dəyişikliklərə məruz
qaldığını deməyə əsas verir.
Kür-Qabırrı çaylararası NQR-in şimal-qərb hissəsində
yerləşən Məmmədtəpə, Sacdağ və Dəmirtəpə-Udabno sahə-
lərində də Orta Eosen çöküntülərindən alınan maye axınları-
nın 0,5 m3/gün-dən 140-150 m3/gün arasında dəyişilməsi, bu
çöküntülərin filtrasiya xüsusiyyətlərinin həm sahə, həm də
kəsiliş üzrə dəyişdiyini göstərir.
Kür-Qabırrı çaylararası rayonunda Maykop çöküntüləri
əsasən gilli litofasiyada yayılmaqla, bəzi hallarda kəsilişdə
qumdaşı, mergel, vulkan külü laycıqlarına da rast gəlinir
(Qıraq Kəsəmən-Tovuz-Qazax-Xuluflu). Bu laycıqların sayı
və qalınlıqları bəzi sahələrdə artır (Qıraq Kəsəmən, Xuluflu,
Tərsdəllər, B.Palantökən). Qumlu lay dəstələrinin qalınlığı
adətən 1-3 m, bəzi hallarda isə 5-6 m olur. Qeyd etmək
lazımdır ki, Maykop çöküntülərinin bütün kəsilişi boyu
aşağıdan yuxarı qumlu materialların tədricən gillə əvəz
olunması müşahidə olunur.
Paleogen-Miosen çöküntüləri kəsilişində ikinci neftli-
qazlı stratiqratik obyekt sayılan Maykop lay dəstəsi çökün-
tülərinin bazis horizontu olan Xadum horizontunun çökün-
tüləri bir sıra hallarda bazal konqlomeratları ilə Eosen-Üst
Tabaşir çöküntüləri üzərinə bucaq və azimut uyğunsuz-
luqları ilə qeyri-uyğun şəkildə yatırlar. Əsasən qumlu-gilli
çöküntülərdən ibarət olan Xadum horizontunun çöküntüləri
içərisində Gəncəçay, Kürəkçay, Tərtər, Qarqar çaylarının

259
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

vadilərində konqlomerat xarakterli qabadənəli terrigen çö-


küntülərdən təşkil olunmuş layların və linzaların varlığı, bu
çöküntülərin eyni adlı qədim çayların vadilərində formalaş-
dığını göstərir. Maksimal qalınlıqları 25,6 m-ə çatan
(Xarxaput kəsilişində) bu konqlomeratlar çökmə, maqmatik
və metamorfik süxur qırıntılarından təşkil olunmuşlar.
Kiçik Qafqazqarşısı çökəkliyin cənub-qərb bortunda
Maykop lay dəstəsi çöküntülərinin litoloji tərkibinin layların
uzanması istiqamətində tez-tez dəyişməsi və burada mövcud
olan qumlu horizontların yayılma sahələrinin müxtəlifliyi, bu
qumlu horizontların paylanmasında yuxarıda adları çəkilən
paleoçayların böyük rol oynadığını göstərir.
Az qalınlıqlı qum və alevrit layları çökəkliyin cənub-
qərb bortunun mərkəzi hissəsində yerləşən Dəliməmmədli,
Qazanbulaq, Tərtər, Qızıl Hacılı sahələrinin kəsilişlərində
daha çox yayılmış və I-II Qazanbulaq, I-VI Naftalan neftli-
qazlı horizontlarını, Naftalan strukturunun qərb qanadında
isə A, B, C, D, E liter horizontlarını təşkil edirlər. Sonuncu
horizontlar Kiçik Qafqazqarşısı çökəkliyin Acıdərə və Zeyvə
sahələrində İncəçay horizontları adlanırlar. Göstərilən
sahələrdə Maykop lay dəstəsinin ümumi qalınlığı 2200 m-ə
çatır. Cənub-şərq istiqamətində Maykop çöküntülərinin
əhəmiyyətli dərəcədə gilləşməsi və qalınlıqlarının Beyləqan
sahəsində 1000 m-ə qədər azalması müşahidə olunur.
Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq bortunda
Maykop çöküntüləri əsas etibarilə gillərdən ibarət olub,
Eosen çöküntüləri üzərinə uyğun yatırlar. Eosen çöküntü-
lərinə nisbətən daha geniş yayılmaya malik olması sayəsində
260
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Muradxanlı qalxımının tağ hissəsində və çökəkliyin şimal-


şərq bortunun paleostruktur baxımdan daha yüksək hissələ-
rində Tabaşir çöküntüləri üzərinə yatırlar. Burada Maykop
lay dəstəsinin yalnız alt və qismən də üst hissələrində az
qalınlıqlı alevrit laycıqları mövcuddurlar ki, bunların da zəif
yuyulma sahəsi olan Qaracalı-Saatlı qalxımlar zonasından
gətirildiyi şübhə doğurmur.
Kür-Qabırrı çaylararası rayonu ərazisində, Yevlax-
Ağcabədi çökəkliyinin cənub-qərb bortunda olduğu kimi,
qum və alevrit materiallarının paylanmasında Kiçik Qafqaz-
dan Orta Kür çökəkliyinə axan paleoçaylarla yanaşı, dəniz
sahili axınlarının da mühüm rolu olmuşdur. Tərsdəllər
struktur çıxıntısının şimal-şərq qanadında Maykop lay dəs-
təsində mövcud olan qumlu horizontların və ayrı-ayrı qum
laylarının strukturun tağına doğru tamamilə gilləşməsi, bu
qumların dəniz axınları ilə şimal-qərb istiqamətindən gətiril-
diyini göstərir. Hövzəyə qumların nəqli isə başlanğıcını
Şəmkir, Allahverdi qalxımlarından, Bolnisi və Acari-Trialet
tektonik zonalarından götürmüş olan Şəmkirçay, Zəyəmçay,
Ağstafaçay və Xramçay kimi qədim çaylarla olmuşdur.
Kür-Qabırrı çaylararası rayonunda çöküntütoplanma-
nın sürəti Yevlax-Ağcabədi rayonundakına nisbətən 2 dəfə
az olmuşdur. Çaylararası rayonun Ağtəpə-Böyük Palantö-
kən sahəsində 1 mln. ildə 146 m çöküntü toplandığı halda,
Yevlax-Ağcabədi çökəkliyində bu rəqəm 290 m olmuşdur.
Bunun nəticəsində Maykop çöküntülərinin maksimal qalın-
lıqları Kür-Qabırrı çaylararası rayonunda 2000 m, Yevlax-
Ağcabədi çökəkliyində 3000 m-ə çatmışdır.

261
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Çöküntütoplanma prosesi Maykop dənizinin başqa


sahələrində olduğu kimi, karbohidrogenlərin əmələ gəlməsi
üçün əlverişli olan reduksiyaedici geokimyəvi şəraitdə
olmuşdur. Maykop çöküntülərində yarozitli gillərin, siderit
konkresiyalarının, piritin olması və üzvi maddələrin (Cüzv.)
0,5-1% arasında dəyişməsi bunu təsdiq edir. Belə bir geo-
kimyəvi şəraitdə əmələ gələn Maykop lay dəstəsi çöküntü-
ləri singenetik neftli-qazlı çöküntülərdirlər. Bu çöküntülərin
neft-qazlılıq perspektivlikləri isə onların kollektor xassələ-
rindən və kollektor layların paleo və müasir struktur-tektonik
xüsusiyyətlərindən asılıdır.
Kiçik Qafqazqarşısı çökəkliyin cənub-qərb bortunda
nisbətən yüksək kollektorluq xüsusiyyətləri ilə fərqlənən
Maykop lay dəstəsinin qumlu-alevritli horizontları rayonun
əsas neftli-qazlı obyektləridirlər. Alt Maykop yarımdəstə-
sinə aid olan qumlu horizontlarda Naftalan (I-Mergelli və
III-VI Naftalan horizontları), Qazanbulaq (I və II Qazan-
bulaq horizontları), Acıdərə (Qaraçinar və Qaraçinarüstü
horizontları), Tərtər (IV, V və VI Tərtər horizontları)
sahələrində kiçik ehtiyatlı neft yataqları kəşf edilib istis-
mara verilmişdir. Bu yataqlarda qazılmış kəşfiyyat və
istismar quyularının ilkin hasilatları 2-3 t/gün, nadir hallar-
da isə 20-30 t/günə və hətta 50 t/günə çatmışdır.
Quyuların hasilatlarının kiçik olması layların neftlə do-
yumluluğunun aşağı olması ilə deyil, onların keçiricilikləri-
nin az olması ilə əlaqədardır. Belə ki, Maykop lay dəstəsinin
neftli obyektlərinin 85%-i kiçik, 15%-i isə orta məsaməliyə

262
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

malikdirlər. Qazanbulaq, Acıdərə, Naftalan, Tərtər neft ya-


taqları müəyyən müddət istismar olunduqdan sonra quyula-
rın debiti əhəmiyyətli dərəcədə azalmış və yataqların işlədil-
məsi iqtisadi cəhətdən səmərəli olmadıqları üçün konserva-
siyaya qoyulmuşlar.
Maykop lay dəstəsinin qumlu horizontlarından Dəli-
məmmədli, Borsunlu, Qızıl Hacılı, Şirvanlı, Beyləqan və b.
sahələrdə qazılmış quyularda da qısa müddətli, lakin sənaye
əhəmiyyətli neft axınları alınmışdır.
Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq bortunda da-
ha çox gilliliyə malik olan Maykop lay dəstəsi çöküntüləri
daha az neftlidirlər. Az-çox qənaətbəxş nəticələr Zərdab-
Şıxbağı və Muradxanlı sahələrində qazılmış axtarış-kəşfi-
yyat quyularında alınmışdır. Muradxanlı qalxımının cənub-
qərb qanadının tağyanı sahəsində qazılmış 27 saylı quyuda
Maykop lay dəstəsinin üst hissəsində yerləşən gilli-alevritli
çöküntülərdən 4,2 m3/gün hasilatla neft alınmışdır. Zərdab-
Şıxbağı sahəsində isə neftlilik kəsilişin alt hissəsində yerlə-
şən az qalınlıqlı (10-15 m) gilli-qumlu-alevritli “reper” hori-
zontundan 3 saylı axtarış quyusunda sınaq işləri zamanı
alınmış 50 t/gün hasilatlı neftlə təsdiq olunmuşdur. Lakin,
qısa müddətli istismardan sonra quyudibinə gələn süxur
qırıntıları tıxac əmələ gətirmiş və quyu geoloji səbəbdən ləğv
edilmişdir. Belə bir vəziyyət gündəlik hasilatı 35-40 t-a çatan
17 saylı quyuda da baş vermişdir.
Yazılanlardan göründüyü kimi, Yevlax-Ağcabədi çö-
kəkliyinin şimal-şərq bortunda Maykop lay dəstəsinin
“reper” horizontunun neftliliyi artıq şübhə doğurmur. Bu
263
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

horizont Zərdab-Şıxbağı sahəsindən başqa, Muradxanlı


sahəsində də geniş yayılmışdır. Onun qalınlığı artaraq bura-
da 30-35 m-ə çatır və bu horizontun çöküntüləri əlverişli
struktur-tektonik şəraitdə neftli-qazlı ola bilərlər.
Kür-Qabırrı çaylararası rayonunda qazılmış axtarış-
kəşfiyyat quyularında Maykop lay dəstəsində neft-qaz axın-
ları alınmamışdır. Yalnız Kür çayı vadisində yerləşən Qaf-
landərə sahəsində qazılmış 33 saylı quyuda sənaye əhəmiy-
yətli qaz axını alınmışdır ki, bunun da struktur çıxıntının
şimal qanadında mövcud olan kiçik qumlu linza ilə əlaqədar
olduğu müəyyən edilmişdir. Lakin qeyd etmək lazımdır ki,
Maykop çöküntüləri Gürcüstan Respublikasına aid olan
hissəsində əsas neftli obyektdir və burada İori-Mart-Kobi və
Satsxenisi kimi neft yataqları mövcuddur. Bu fakt özlüyündə
Maykop lay dəstəsi çöküntülərinin neft-qazlılıq perspektiv-
liyini Kür-Qabırrı çaylararası rayonun şimal-şərqində yer-
ləşən Çatma antiklinoriumunun mərkəzi və şərq hissələrində
neftin-qazın yığılıb saxlanılması üçün əlverişli struktur-
tektonik şəraitə malik olan antiklinal qalxımları ilə əlaqələn-
dirməyə imkan verir.
Orta Kür çökəkliyində perspektivli komplekslərdən biri
də orta və üst Miosen çöküntüləridir. Bu çöküntülər Kür-
Qabırrı çaylararası rayonunda və Yevlax-Ağcabədi çökəkli-
yində geniş ərazidə yayılmışlar, lakin onların yayılma sahəsi
Maykop lay dəstəsi çöküntülərinin yayılma sahəsindən bir
qədər azdır.
Kür-Qabırrı çaylararası rayonunda Tarxan horizontu
sərbəst stratiqrafik vahid kimi ayrılmır və Çokrak horizontu
264
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

ilə birlikdə baxılır. Burada Çokrak horizontu nazik mergel


laycıqlarına malik tünd-boz, təbəqəli gil qatından ibarətdir.
Horizontun maksimum qalınlığı rayonun şimal-şərq hissəsi-
ndə-Sacdağ sahəsində müşahidə olunur (200-250 m).
Kür-Qabırrı çaylararası rayonda və Yevlax-Ağcabədi
çökəkliyində orta-üst Miosen çöküntülərinin toplanmaları-
nın geokimyəvi şəraitləri çox zəif öyrənilmişdir. Bu rayon-
larda Çokrak çöküntülərində üzvi maddələrin (Cüzv.) miqdarı
0,32-dən 0,64%-ə qədər dəyişir ki, bu da onların neytral, zəif
reduksiyaedici və bəzi sahələrdə reduksiyaedici geokimyəvi
şəraitlərdə çökdüklərini göstərir.
Gəncə rayonunda Tarxan-Çokrak çöküntüləri Maykop
çöküntüləri üzərinə uyğun yatır və litoloji tərkibinə görə,
Kür-Qabırrı çaylararası rayonundakı çöküntülərdən ayrıl-
mırlar. Yalnız kəsilişdə qalınlıqları 1 m-ə qədər çatan zəif
dənəli qumdaşı və az qalınlıqlı mergel qatlarının olması ilə
xarakterizə olunurlar. Qalınlıq 200 m-dir.
Karaqan-Konk çöküntüləri Yevlax-Ağcabədi çökək-
liyinin şimal-şərq bortunda Mil-Muğan gömülmüş qalxımlar
zonası istiqamətində genişlənməsi ilə səciyyələnir. Karaqan-
Konk çöküntüləri altda yatan çöküntülərin üzərinə uyğun
yatırlar (hövzənin borta yaxın sahələri istisna olmaqla). Bu
çöküntülər nisbətən dərin gömülmüş sahələrdə gilli-mergelli
litofasiyadan təşkil olunmuşlar, qalan ərazidə isə əsasən
hövzənin cənub kənarı boyu, konqlomeratlardan,
qumlardan, əhəngdaşılarından ibarətdir. Karaqan-Konk çö-
küntülərinin qalınlıqları 50-300 m arasında dəyişir.

265
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Yevlax-Ağcabədi çökəkliyində (Bərdə, Ağcabədi,


Sovetlər) Karaqan-Konk çöküntülərin qalınlıqları 90-115 m
olmaqla, gilli fasiyada yayılmışlar. Muradxanlı sahəsində bu
çöküntülər, qalınlıqları 2-3 m-ə çatan mergel, əhəngdaşı,
dolomit və qumdaşı laylarına malik boz, tünd-boz rəngli
gillərdən ibarətdir. Carlı və Sor-Sor sahələrində bu
çöküntülərin qalınlıqlarının bir qədər azalması və kəsilişdə
karbonatlı layların seyrəkləşməsi müşahidə olunur.
Karaqan-Konk çöküntülərində Cüzv-nin miqdarı Yevlax-
Ağcabədi çökəkliyinin cənub-qərb bortunun cənub-şərq his-
səsində yerləşən sahələrində və Kür-Qabırrı çaylararası
rayonda müvafiq olaraq 0,87 % və 0,49 %-ə çatır. Humus
maddələr isə Çokrak horizontu çöküntüləri kimi, Karaqan-
Konk çöküntülərində də yox dərəcəsindədir.
Sarmat çöküntüləri Kür-Qabırrı çaylararası rayonda
Konk layları üzərinə uyğun yatırlar. Sarmat əsrində çökün-
tülərin toplanma sürəti 60 m/mln.il-ə bərabərdir. Bunun nəti-
cəsi olaraq Kür-Qabırrı çaylararası rayonda hər üç yarım-
mərtəbəsi ilə təmsil olunan böyük qalınlığa malik Sarmat
çöküntüləri toplanmışdır.
Alt Sarmat çöküntüləri Məmmədtəpə-Quşquna sahələ-
rində əsasən boz, qonuru-boz rəngli bərk qumlu gillərdən və
konqlomerat, mergel laycıqlarına malik kövrək qumdaşı-
larından ibarətdir. Qalınlıq 150-160 m-ə bərabərdir. Maksi-
mal gömülmə zonasında (Ağtəpə, Molladağ, Sacdağ, Ar-
mudlu və s.) Alt Sarmat çöküntüləri dərin dəniz fasiyasında
təmsil olunur və əsasən mergel laycıqlarına malik tünd-boz,
boz, qonuru rəngli gillərdən ibarətdir. Sacdağ sahəsində Alt
266
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Sarmat çöküntülərinin kəsilişində qumluluq artmaqla qum


laycıqlarına da rast gəlinir. Udabno sahəsində qalınlıqları
390 m-ə çatan bu çöküntülər, konqlomerat laylarına malik
gil və alevritlərdən ibarətdir.
Yevlax-Ağcabədi çökəkliyində Alt Sarmatın qalınlığı
200-250 m-ə çatır (Duzdağ, Şirvanlı, Bərdə, Beyləqan).
Çöküntülər dayaz dəniz-kontinental fasiyada çökmüş, əsa-
sən qumdaşı və alevrolit laycıqlarına malik boz, qonuru-boz
gillərdən ibarətdir.
Orta Sarmatda çöküntütoplanma prosesi daha intensiv
olmuşdur. Alt Sarmatda qalınlıqlar 300-350 m olduğu halda,
Orta Sarmatda bu rəqəm 800-900 m-ə çatmışdır.
Kür-Qabırrı çaylararası rayonda (Ağtəpə, Eldaroyuğu,
Palantökən) Orta Sarmat vaxtı dərin dəniz fasiyası çöküntü-
ləri çökmüşdür. Qalınlıqları 600-800 m-ə çatan bu çökün-
tülər mergel və qumdaşı laycıqları ilə zəngin boz rəngli,
bərk, şistvari gillərdən ibarətdir. Kəsilişin yuxarı hissəsində
qumdaşı laycıqlarının artması müşahidə olunur.
Qərbdə Sacdağ, Armudlu, Udabno, Məmmədtəpə sahə-
lərində də Orta Sarmat dəniz fasiyasında yayılmışdır.
Armudlu, Göytəpə, Molladağ strukturlarının cənub qa-
nadlarında, eləcə də Alaçıq yüksəkliyinin yamacında qalın-
lığı 800 m-ə çatan Orta Sarmat çöküntüləri dayaz dəniz
fasiyasında təmsil olunmuşlar.
Sarmat çöküntülərində üzvi maddələrin (Cüzv) miqdarı,
Kür-Qabırrı çaylararası rayonunda qumlarda 0,2%, gillərdə
0,036% təşkil edir. Yevlax-Ağcabədi çökəkliyinin cənub-
qərb bortunda bu rəqəm 0,24-0,43% arasında dəyişir. Kəsiliş

267
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

üzrə üzvi maddələrin miqdarının aşağıdan yuxarıya doğru


azaldığı müşahidə olunur. Bu isə çöküntütoplanma pro-
sesində zəif reduksiyaedici və neytral geokimyəvi şəraitin
tədricən üstünlük təşkil etdiyini göstərir.
Yevlax-Ağcabədi çökəkliyinin Sovetlər, Ağcabədi,
Şirvanlı, Bərdə, Duzdağ sahələrində, ümumi qalınlıqları
400-500 m-ə çatan Orta Sarmat çöküntüləri qumdaşı, qum
və alevrit laycıqlarına malik qumlu gillərdən ibarətdirlər.
Çökəkliyin mərkəzi hissəsindən bortlarına doğru qumlulu-
ğun artması müşahidə olunur.
Üst Sarmat çöküntülərinin ən çox qalınlığı (800 m)
Eldaroyuğu, Ağtəpə və s. sahələrdə qeydə alınmışdır. Bura-
da Üst Sarmat çöküntüləri Rostov, Hersin və Eldar horizont-
larına ayrılırlar. Bu horizontların qalınlıqları müvafiq olaraq
110-300 m, 250-460 m və 80-300 m arasında dəyişir.
Yevlax-Ağcabədi çökəkliyində ən intensiv çökmə
prosesi Ağcabədi və Bərdə çökəkliklərində getmişdir. Bura-
da əsasən gilli litofasiyada yayılmış Üst Sarmat çöküntü-
lərinin qalınlığı 600 m-ə qədər çatır. Kəsilişdə bəzi hallarda
qumdaşı və mergel laycıqlarına da rast gəlinir.
Bu rayonların ərazisində orta və üst Miosen çöküntü-
lərindən hələ ki, sənaye əhəmiyyətli karbohidrogen yataqları
aşkar edilməmişdir.
Meotis əsrində dəniz hövzəsi Kür-Qabırrı çaylararası
rayonun ərazisini və Kiçik Qafqazın şimal-şərq ətəklərini
tamamilə tərk edir və göstərilən ərazilər dağətəyi düzənliyə
çevrilirlər. Bu düzənlikdə Meotis, Pont və Məhsuldar qat
vaxtı toplanan qabadənəli kontinental çöküntülər Şirak lay
dəstəsini təşkil edirlər.
268
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Kür-Qabırrı çaylararası rayonun şimal-şərqində, Qare-


Kaxeti neftli-qazlı rayonun şərq hissəsində yerləşən Mirzani,
Patara-Şiraki, Qaribani, Noria-Satsxenisi neft yataqlarında
orta-üst Miosen çöküntülərində və eləcə də Şirak lay dəstəsi
çöküntülərində litoloji tipli yataqlar istismar olunurlar. Bu
yataqlarda neftli layların qalınlıqları 1-3 m-dən 5-10 m-ə
qədər dəyişir. Çöküntülərin ümumi məsaməliyi orta hesabla
20%, effektiv məsaməliyi isə 7,2% olan neftli obyektlərdən
işləyən quyuların ilkin orta hasilatı 3-8 t/gün, tək-tək hallarda
isə 10-15 t/gün olmuşdur.
Kür-Qabırrı çaylararası rayonda orta və üst Miosen
çöküntüləri ilə əlaqədar olan çoxsaylı neft-qaz çıxışları
Çatma antiklinoriumunun şimal hissəsini təşkil edən Alaçıq-
Eldaroyuğu antiklinal zonasında qeydə alınmışdır. Bu
zonanın şimal-qərbində neft-qaz çıxışları Alt Sarmat, cənub-
şərqində isə Üst Sarmatın qumlu horizontları ilə
əlaqədardırlar. Bu çıxışların bir qismi palçıq vulkanları,
digərləri tektonik qırılmalar və kollektor süxurların yerüstü
çıxışları ilə əlaqədardırlar.
Tülkütəpə sahəsində neftli layların sayı 17-yə qədərdir.
Neftli kollektor layların qalınlıqları isə 3 m-dən 25 m
arasında dəyişir. Ağtəpə, Eldaroyuğu və Palantökən sahə-
lərində qazılmış struktur-axtarış quyularında neft-qaz əla-
mətlərinə yalnız üstəgəlmə zonasında qazılmış quyularda
rast gəlinmişdir. Çatma antiklinoriumundan cənubda yəni,
Ceyrançöl zonasında istər yer üstündə, istərsə də qazılmış
quyularda orta-üst Miosen çöküntüləri ilə əlaqədar olan neft-
qaz nişanələrinə rast gəlinməyib.

269
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Deyilənlərdən belə bir nəticəyə gəlmək olur ki, istər


Maykop lay dəstəsinin, istərsə də orta-üst Miosen çöküntü-
lərinin neft-qazlılığı Çatma və Kaxetiya antiklinoriumları
arasında yerləşən depressiya ilə əlaqədardır. Burada böyük
qalınlığa malik olan Oliqosen-Alt Miosen (2000-2500 m),
orta-üst Miosen (3200-3800 m) çöküntülərindən çökəkliyin
mərkəzi hissəsində generasiya olunmuş karbohidrogenlər,
burada yerləşən antiklinal strukturları doldurmaqla yanaşı,
miqrasiya edərək çökəkliyin cənub bortundakı Çatma
antiklinoriumunun şimal hissəsində yerləşən antiklinal
qalxımlara da yığılmışlar. Bu cəhətdən Çatma antiklinoriu-
munun şimal qanadlarında tektonik və litoloji ekranlaşmış
yataqların qorunub saxlanılması üçün daha münasib struk-
tur-tektonik şərait mövcuddur.
Gəncə neftli-qazlı rayonunda Miosen çöküntüləri çox
böyük yuyulmaya məruz qalmışlar. Belə ki, Gəncə, Goran-
boy, Bərdə, Ağcabədi və Beyləqandan keçən xətdən cənub-
da və cənub-qərbdə Maykop lay dəstəsinin əhəmiyyətli dərə-
cədə yuyulmuş səthi üzərinə Ağcagil mərtəbəsi çöküntüləri
qeyri-uyğun yatırlar.
Duzdağ, Gödəkboz, Bərdə, Şirvanlı, Ağcabədi,
Beyləqan sahələrində axtarış-kəşfiyyat və struktur-axtarış
quyuları ilə açılmış orta-üst Miosen çöküntüləri kəsilişi az
qalınlıqlı, qum, alevrit, bəzən də əhəngdaşıları və qabadənəli
qumdaşıları olan gillər və mergellərdən ibarətdir.
Torton mərtəbəsi (Tarxan, Çokrak, Karaqan, Konk
horizontları) çöküntülərinin ümumi qalınlığı 550 m-ə çatır.

270
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Bu çöküntülər ilə əlaqədar olan neft-qazlılıq əlamətləri


Duzdağ sahəsində qazılmış quyularda qeydə alınmışdır.
Sarmat mərtəbəsinin çöküntüləri Şirvanlı, Bərdə,
Duzdağ sahələrində yaşımtıl-boz rəngli gillərin, müxtəlif
rəngli qumdaşı araqatları ilə növbələşməsindən ibarətdir.
Bərdə sahəsində qazılmış 1, 2, 3 saylı quyularda az qalınlıqlı,
qumlu lay dəstəsindən götürülmüş süxur nümunələrində və
qazma prosesində gilli məhlul üzərində neft-qaz əlamətləri
müşahidə olunmuşdur. Bozdağ sahəsində qazılmış
quyularda Sarmat mərtəbəsi çöküntülərində qumdaşıların
neftliliyi, gillərin çatlarında neft əlamətləri müşahidə olunur.
Bu zonada Orta Sarmat çöküntüləri kəsilişində qalınlıqları
80-90 m-ə çatan iki qumlu horizont mövcuddur. Bu qumlu
horizontlardan 6 saylı quyuda qazla birlikdə 75-150 m3/gün
su axınının alınması, qumdaşı laylarının kollektorluq
xassələrinin kifayət qədər yüksək olduğunu göstərir. Bu isə
göstərilən qumlu horizontların Yevlax-Ağcabədi çökək-
liyinin struktur-tektonik cəhətdən daha münasib olduğu
sahələrdə neftli-qazlı ola biləcəyini göstərir.
Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq bortunda orta
və üst Miosenin Çokrak horizontu, Sarmat və Meotis
mərtəbələri çöküntülərindən təşkil olunmuşlar. Qum, alevrit
və mergel aratəbəqələrinə malik olan tünd-boz rəngli gillər-
dən ibarət olan bu çöküntülərin ümumi qalınlıqları 250-500
m arasında dəyişilir. Burada neftlilik baxımından Çokrak
horizontunun qumdaşı və mergellərdən ibarət olan az qalın-
lıqlı layları daha çox əhəmiyyət kəsb edir. Bunu Muradxanlı
qalxımının tağ hissəsində qazılmış 18 saylı kəşfiyyat
271
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

quyusunda 2834-2787 m intervalından perforasiyadan sonra


4 mm ştuserlə 100-110 m3/gün hasilatla sənaye əhəmiyyətli
neftin alınması təsdiq edir. Litofasial xüsusiyyətlərinin sabit-
liyi ilə fərqlənən Çokrak çöküntüləri Muradxanlı və onun
qonşuluğunda yerləşən qalxımların tağ hissələrində qazılmış
quyularda da neftli ola bilərlər. Çokrak çöküntülərinin
regional neftli-qazlı bir obyekt olması heç kəsdə şübhə
doğurmur, lakin Kiçik Qafqazqarşısı çökəkliyin cənub-qərb
bortunun batım hissələrində və Yevlax-Ağcabədi çökəkliyi-
nin şimal-şərq bortunda bu çöküntülərin qalınlıqlarının 100-
200 m arasında dəyişməsi və kəsilişdə qumdaşı və mergel
araqatlarının az qalınlıqlı olması, onları mühüm neftli-qazlı
obyektlər kimi qiymətləndirməyə imkan vermir.
Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Kür-
Qabırrı çaylararası rayonda və Yevlax-Ağcabədi çökəkliyin-
də neft-qazlılıq Paleogen-Miosen kompleksi kəsilişində əsas
etibarı ilə Eosen, Maykop, qismən də Çokrak və Sarmat
çöküntüləri ilə əlaqədardır. Göstərilən çöküntülərin
karbohidrogenlərin əmələ gəlməsi üçün əlverişli sayılan
reduksiyaedici, zəif reduksiyaedici və neytral geokimyəvi
şəraitdə toplandıqları göstərilmişdir. Bu çöküntülərin neft-
qazlılıq potensiallarını qiymətləndirmək üçün paleocoğrafi
və geokimyəvi cəhətdən əlverişli şəraitdə toplanmış çökün-
tülərin neftin, qazın generasiyası üçün lazım olan paleotek-
tonik və termodinamik şəraiti araşdırılmışdır. Çöküntülərin
neft-qazlılıq potensialını təyin etmək üçün yaranmış termo-
dinamik şəraitdən asılı olaraq üzvi maddələrin katagen
dəyişkənliyi müəyyən edilmişdir. Neftin əsas generasiyası
272
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

vitrinitin əks etdirici qabiliyyətinin (Ro) 0,6-1,15, karbo-


hidrogenlərin maksimum generasiya temperaturunun 435-
465oC və ümumi istilik impulsu (Σ τ) 60-260 intervallarında
baş verir. Ümumi istilik impulsu Σ τ =70-85 arasında olanda
neft generasiyasının əsas fazası, 170-210 arasında olduqda
isə karbohidrogenlərin maksimum miqrasiyası başlanır və Σ
τ= 380-400 olduqda proses başa çatır. İstilik impulsları daha
yüksək Σ τ =550-650 olduqda isə qaz karbohidrogenlərinin
generasiyası baş verir.
Kür-Qabırrı çaylararası rayonda Paleogen-Miosen çö-
küntülərində neftin və qazın generasiya prosesləri göstərilən
meyarlar əsasında bir sıra kəşfiyyat sahələrində öyrənilmiş-
dir. Gürzündağ, Qərbi Gürzündağ, Tərsdəllər, Molladağ,
Ağdərə, Böyük Palantökən sahələrində Orta Eosen çöküntü-
lərində Tmax 400-446°C, R°-0,51-0,70 arasında Üst Eosen
çöküntülərində isə, Tmax 425-453°C, R°-0,43-0,78 arasında,
ümumi istilik impulsunun τ =60-80 arasında dəyişməsi gös-
tərilən sahələrdə orta və üst Eosen çöküntülərinin neftin əsas
generasiya zonalarında yerləşdiyini göstərir. Adları çəkilən
parametrlərin qiymətlərinin şimal-şərq istiqamətində mütə-
madi olaraq artması, əsas neftəmələgəlmə prosesinin Kür-
Qabırrı çaylararası rayonun şimal-şərq hissəsində, yəni
Eosen çöküntülərinin böyük dərinliklərə gömüldükləri və
daha çox qalınlıqlara malik olduqları sahələrdə daha tez baş-
ladığını göstərir. Çöküntü toplanmanın sürətindən asılı ola-
raq, bu proses müxtəlif sahələrdə, müxtəlif geoloji dövrlərdə
başlanmış və sona çatmışdır. Məsələn, Gürzündağ sahəsində
Alt Eosen çöküntüləri Üst Pliosen dövründə (Σ τ =80), Orta
273
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Eosen çöküntüləri isə Antropogen dövründə (Σ τ =65) əsas


neftəmələgəlmə zonasına (ƏNZ) daxil olmuşlar. Tərsdəllər
sahəsində isə Alt Eosen çöküntüləri ümumi istilik impulsu-
nun Σ τ =115 olduğu üçün daha tez, yəni Orta Pliosendə
başlanmışdır. Məmmədtəpə sahəsində isə ümumi istilik
impulsu çox az (Σ τ=30) olduğu üçün Eosen çöküntüləri əsas
neftəmələgəlmə zonasına daxil ola bilməyiblər.
Maykop lay dəstəsi çöküntülərinin neftəmələgətirmə
xüsusiyyətləri Kür-Qabırrı çaylararası rayonun yalnız Tərs-
dəllər, Ağtəpə və Böyük Palantökən sahələrində öyrənil-
mişlər. Bu sahələrdə vitrinitin əksetdirmə qabiliyyətinin 0,4-
0,45 arasında, maksimal generasiya temperaturalarının 419-
425°C arasında olması, Maykop çöküntülərinin göstərilən
sahələrdə neftin generasiyasının əsas fazasına hələ də daxil
olmadığını göstərir. Maykop və Miosen çöküntülərinin Kür-
Qabırrı çaylararası rayonu ərazisində neftli olmaması, bu
çöküntülərin əsas neftəmələgəlmə zonasına daxil olmadıq-
ları ilə izah oluna bilər. Çatma antiklinoriumunun şimal-şərq
qanadında Maykop və Miosen çöküntülərində qeyd edilən
neftlilik əlamətləri isə, şimal-şərqdə Gürcüstan Respublikası
ərazisində yerləşən Mirzaani çökəkliyində göstərilən çökün-
tülərin əsas neftəmələgəlmə zonasında yerləşdiyini və gene-
rasiya olunan karbohidrogenlərin Çatma zonası istiqamətinə
miqrasiya etdiyini göstərir.
Yevlax-Ağcabədi çökəkliyində üzvi karbonun (Cüzv)
miqdarının Paleosen çöküntülərində 0,06-0,25%, Eosen çö-
küntülərində 0,14-1,42%, Maykop çöküntülərində 0,16-

274
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

1,53%, Miosen çöküntülərində 0,18-1,37% arasında dəyiş-


məsi, Paleosen çöküntüləri istisna olmaqla, bu çöküntülər
üzvi maddələrin zənginliyinə görə bir-birinə yaxın olmuşlar.
Bu maddələrin faizlə miqdarının eyni yaşlı çöküntülərdə
əhəmiyyətli dərəcədə dəyişməsi, çöküntütoplanma prosesi-
nin hövzənin müxtəlif sahələrində paleocoğrafi şəraitinin
dəyişkənliyi ilə əlaqədardır.
Yevlax-Ağcabədi çökəkliyi daxilində ümumi istilik
impulsunun Σ τ-nin Eosen çöküntüləri üzrə 70-110 arasında,
Maykop çöküntüləri üzrə 30-80 arasında dəyişilməsi, bu
çöküntülərin əsas neftəmələgəlmə zonasında olduqlarını
göstərir. Eosen çöküntüləri üzrə ümumi istilik impulsunun
100-dən atıq olduğu Naftalan, Tərtər, Şirvanlı, Güllücə,
Zərdab sahələrində və çökəkliyin daha çox gömülmüş
mərkəzi hissələrində karbohidrogenlərin generasiyası daha
erkən başlanmış və daha intensiv şəkildə getmişdir.
Maykop çöküntülərində ümumi istilik impulsunun
Eosen çöküntülərinə nisbətən az olması, bu çöküntü kom-
pleksinin neftəmələgətirmə potensialının az olmasına gətirib
çıxarır. Belə ki, Σ τ-nin yalnız 70-80 vahidi arasında yerləşən
ərazidə Maykop lay dəstəsi çöküntüləri əsas neftəmələgəlmə
zonasında olmuşdur. Bu zona çökəkliyin mərkəzi hissəsini,
onun cənub-qərb bortunda yerləşən Naftalan, Tərtər,
Güllücə, Ağcabədi, Ağgöl sahələrini, şimal-şərq bortunda
isə Zərdab, Muradxanlı sahələrini əhatə edir.
Generasiya olunmuş karbohidrogenlər çökəkliyin mər-
kəzi hissələrindən kənar hissələrinə doğru miqrasiya etmiş-

275
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

lər. Bu miqrasiya istiqamətində yerləşən antiklinal struktur-


lar, Paleogen-Miosen vaxtı konsedimentasion inkişafda
olduqlarından, karbohidrogenlərin toplanması üçün struktur
tələlər olmuşlar. Struktur tələlərdən başqa Orta Eosenin
kollektorlarının pazlaşma zonalarında mövcud litostra-
tiqrafik tələlərdə də karbohidrogen yataqlarının yaranması
üçün əlverişli litostratiqrafik və struktur-tektonik şərait
mövcud olmuşdur. Çökəkliyin şimal-şərq bortunda Maykop
lay dəstəsi çöküntülərinin əsas etibarilə gilli fasiyada olma-
ları, bu nefttörədici ana süxurları, perspektivli bir obyekt
kimi qiymətləndirməyə imkan vermir. Muradxanlı-Zərdab
zonasında Maykopun alt hissəsində olan az qalınlıqlı alevrit
laylarının neftliliyi nisbətən geniş bir sahəni əhatə etsə də,
böyük potensiala malik deyildir.
Çökəkliyin cənub-qərb bortunda Kiçik Qafqazın yu-
yulma zonalarından gətirilən qumlu çöküntülər hesabına
Maykop lay dəstəsi kəsilişində kollektor laylarının sayı və
qalınlıqları xeyli artır. Burada Paleotərtər, Paleokürəkçay,
Paleoqarqarçay və bir sıra kiçik çayların delta zonalarında
yayılmış qumları Qazanbulaq, Acıdərə, Tərtər, Naftalan
sahələrində sənaye əhəmiyyətli neft yataqları əmələ gətir-
mişlər. Bu neft yataqlarında Maykop lay dəstəsinin neftli
horizontlarının kollektor xüsusiyyətlərinin yüksək olmaması
üzündən yataqların əksəriyyəti hal-hazırda konservasi-
yadadırlar. Göstərilən neft yataqlarında, eləcə də onların
qonşuluğunda olan kəşfiyyat sahələrində Maykop lay dəstəsi
çöküntülərinin qumluluğu strukturların şimal-şərq qanadla-
rında daha yüksək dərəcədədir. Bu hal isə şimal-qərbdən
276
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

cənub-şərqə istiqamətlənmiş dəniz axınlarının fəaliyyəti ilə


izah oluna bilər. Cənub-şərq istiqamətində dəniz dibi
axınların zəifləməsi, eləcə də Kiçik Qafqazdan axan çayların
fəaliyyətinin çökəkliyin cənub-qərb bortunun cənub-şərq
hissəsində zəifləməsi nəticəsində Maykop lay dəstəsi
çöküntülərinin qumluluq dərəcəsi və onunla əlaqədar olaraq
neftlilik perspektivliyi azalır.
Acınohur neftli-qazlı rayonun Paleogen-Miosen çökün-
tülərinin perspektivliyini əsaslandırmaq üçün, bu rayon
ərazisində aparılan geoloji-geofiziki işlər nəticəsində alınan
məlumatlar kifayət deyildir. Məlum olduğu kimi, Acınohur
çökəkliyində böyük qalınlığa malik olan Dördüncü dövr və
Pliosen çöküntüləri toplanmışdır. Daha qədim çöküntülər isə
yalnız, çökəkliyin cənub-şərqində Girdiman çayının sağ
sahilində yer səthinə çıxırlar. Paleogen-Miosen çöküntüləri
bu rayonda parametrik quyularla da öyrənilməmişdir. Belə
olan halda, Acınohur çökəkliyində Paleogen-Miosen çökün-
tülərinin neft-qazlılıq perspektivliyini, rayonun geoloji
quruluşunu qonşuluqda yerləşən Kür-Qabırrı və Qabırrı-
Alazan çaylararası rayonların geoloji quruluşları ilə müqa-
yisə yolu ilə qiymətləndirmək olar.
Məlum olduğu kimi, Acınohur neftli-qazlı rayonu geo-
tektonik cəhətdən Böyük Qafqazın cənub yamacından Kür
çökəkliyinin şimal bortuna keçid zonasında yerləşir. Alazan
çayının meridional istiqamətində olan aşağı axınından şimal-
qərbdə Acınohur çökəkliyi Şərqi Gürcüstanın Mirzaani
çökəkliyi ilə əlaqələnir. Mirzaani çökəkliyi şimal-şərqdən

277
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Kaxetiya-Daşyüz antiklinoriumu ilə Alazan-Əyriçay çökək-


liyindən, cənub-şərqdə isə Çatma-Göyçay antiklinoriumu ilə
Ceyrançöl çökəkliyindən ayrılır. Mirzaani çökəkliyində
Mirzaani, Patara-Şiraki, Qaribani neft yataqları istismar
olunurlar ki, bunlarda da əsas neftli horizontlar Şirak lay
dəstəsinə və Üst Sarmat yarımmərtəbəsinə aiddirlər.
Çökəkliyin cənub-qərb bortunda Çatma antiklinoriumunun
şimal-şərq qanadında Maykop lay dəstəsi və orta-üst Miosen
yaşlı çöküntülərlə əlaqədar olan çoxsaylı neft-qaz çıxışları
və Gürcüstan ərazisində yerləşən Çatma-Bayda rayonunda
16 saylı quyuda Sarmat mərtəbəsinin üst horizontlarından
alınan 200 t/gün hasilatlı neft axını Paleogen-Miosen
çöküntülərinin neft-qazlılıq perspektivliklərini göstərir.
Acınohur rayonunda Paleogen-Miosen çöküntüləri bö-
yük dərinliklərdə yatdıqları üçün, onlarla əlaqədar olan neft-
qazlılıq əlamətləri qeydə alınmayıb. Lakin, bu çöküntülərin
neft və qazın generasiyası üçün əlverişli paleotektonik və
paleocoğrafi şəraitdə əmələ gəlmələri və onların böyük
qalınlıqlı Pliosen-Antropogen çöküntü qatı ilə örtülmələri,
bu çöküntülərin perspektivli olduğunu deməyə imkan verir.
Bu imkan isə çökəkliyin şimal-qərb hissəsində və cənub-
qərb bortunda Paleogen-Miosen çöküntülərinin qumlu-gilli
litofasiyada yayıldığı sahələrdə daha çoxdur. Bu cəhətdən
Mingəçevir su anbarının şimalında yerləşən Qərbi, Mərkəzi
və Şərqi Qocəşən antiklinallarını göstərmək olar.
Saatlı-Lənkəran və Talışqarşısı (Cəlilabad) mümkün
NQR-lərində Paleogen-Miosen çöküntülərinin litofasial və
struktur-tektonik xüsusiyyətləri qazıma ilə kifayət qədər

278
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

yaxşı öyrənilmədiyindən bu çöküntülər üzrə neft-qazlılıq


perspektivliyi haqqında tam fikir söyləmək çətinlik yaradır.
Paleosen çöküntülərinin püskürmə materiallarından ibarət
olması, onların oksidləşdirici mühitdə toplanması, üzvi alə-
min çox kasıb olması, kollektorluq xassələrinin zəif olması
və başqa kriteriyalar göstərir ki, bu çöküntülərin perspektiv-
liyi çox zəifdir. Əsasən vulkanogen və tufogen süxurlardan
təşkil olunmuş Alt Eosen çöküntüləri bölgənin böyük bir
ərazisində perspektivsiz sayılır.
Orta Eosenin kəsilişi litoloji xüsusiyyətlərinə görə (əsa-
sən çökmə süxurlardan ibarətdir) Şərəfxanlı-Tumarxanlı-
Gərməli-Ağdaş tektonik zonasında neftli-qazlı ola bilərlər.
Orta Eosen süxurları kollektor xassələrinə görə (məsaməlik
10-25%, keçiricilik 10-12x10-15 m2) fərqlənirlər. Burada
qalınlığı 4000 m-ə çatan Eosen çöküntüləri əsasən vulkano-
gen, vulkanogen-çökmə süxurlardan təşkil olunmuşdur. Bu
çöküntülərin vulkanogen litofasiyası şimal-şərq istiqamətin-
də Talışönü zonada terrigen-tufogen litofasiya ilə əvəz olu-
nur. Araşdırmalar göstərir ki, bu zona neftqaztoplanma zo-
nası kimi perspektivli ola bilər. Şərəfxanlı-Ağdaş tektonik
zonasının lokal strukturlarının perspektivliyinin yüksək
olması güman edilir.
Saatlı-Lənkəran MNQR-in Uzuntəpə sahəsində qazıl-
mış 3 saylı axtarış quyusunda Eosenin kollektorlarından
(məsaməlik 10-30%, keçiricilik 112 md-ə qədər) neft-qaz
təzahürləri qeyd olunub. Seysmik materiallara görə bu çö-
küntülərlə əlaqədar litoloji-stratiqrafik tələlər mövcuddur.
Talışqarşısı (Cəlilabad) mümkün NQR-də Oliqosen-
Miosen (Maykop, Çokrak, Sarmat) çöküntülərinin neft-
279
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

qazlılıq perspektivliyi əsasən Talışqarşısı zonanın qalxımları


(Şərəfxanlı, Tumarxanlı, Gərməli, Cəlair, Boyxana, Ağdaş
və b.) ilə əlaqədardır.
Maykop burada əsasən gilli fasiyadan ibarətdir. Lakin
kəsilişdə qalın qumdaşı və alevrit laylarına da rast gəlinir.
Zonanın şimal-qərbində kəsilişin alt hissəsində gilli və
əhəngli qumdaşılarının qalınlığı 28 m-ə çatır.
Bu laylardan Ağdaş sahəsində 11 saylı dərin kəşfiyyat
quyusunda güclü neft-qaz fontanı qeydə alınmışdır. Mayko-
pun üst hissəsi (210 m qalınlıqda) Şərəfxanlı-Ağdaş zonasın-
da qazıma ilə öyrənilmişdir. Nəzərə alsaq ki, bu tektonik
zonada Maykopun açılmayan alt hissəsi müəyyən qalınlığa
malik qum, alevrit, qumdaşı, tuflu qumdaşılarından təşkil
olunmuşdur, onda bu çöküntülər Tumarxanlı, Ağdaş, Cəlair
və b. qalxımlarında perspektivli güman oluna bilərlər.
Uzuntəpə sahəsində qazıma prosesində Maykop lay
dəstəsinin kəsilişində olan qumdaşı və alevrit laylarından
zəif neft-qaz təzahürləri müşahidə olunmuşdur. Aparılan
tədqiqatlara əsasən deyə bilərik ki, Maykop rezervuarları
əlverişli geoloji şəraitlərdə neftli-qazlı ola bilərlər.
Çokrak horizontunun qalınlığı Talışqarşısı (Cəlilabad)
bölgəsinin Gərməli, Boyxana sahələrində 250-550 m olduğu
halda, şimal-şimal-şərqdə Saatlı-Lənkəran bölgəsinin
sahələrində (Uzuntəpə, Biləsuvar və b.) bu çöküntülər
kəsilişdə iştirak etmirlər. Əsasən gilli litofasiya ilə təmsil
olunan Çokrakın qumlu-alevritli kəsilişindən Cəlair sahəsin-
də təmiz neft fontanı (4 saylı quyu) qeyd olunmuşdur.

280
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Neft-qaz əlamətləri Miosenin Karaqan, Konk, Sarmat


çöküntülərində də müşahidə olunmuşdur. Lakin Oliqosen-
Miosenin qumlu-alevritli süxurlarının kollektor xassələri
yüksək göstəricilərə malik olmadığından onların neft və
qazla doyması da öz dəyişkənliyi ilə fərqlənir.
Belə nəticəyə gəlmək olar ki, Saatlı-Lənkəran və Talış-
qarşısı (Cəlilabad) mümkün NQR-lərində Oliqosen-Miosen
çöküntüləri əlverişli şəraitdə neftli-qazlı ola bilərlər. Bu
çöküntülər litoloji cəhətdən kəskin dəyişkənliyə məruz qal-
dıqlarından güman olunan neft-qaz yığımları əsasən litoloji-
stratiqrafik tip tələlərlə əlaqədar olmalıdır.
Naxçıvan MNQR-in Paleogen-Miosen çöküntülərinin
neft-qazlılıq perspektivliyi haqqında demək olar ki, bu çökün-
tülər əsasən vulkanogen süxurlardan təşkil olunduğundan
onun neft-qazlılıq potensialını yüksək qiymətləndirmək ol-
maz. Lakin burada Eosen rezervuarları əlverişli şəraitdə
neftli-qazlı ola bilərlər. Rayonun Böyükdüz və Nehrəm sahə-
lərində qazılmış quyularda Eosenin açılmış qalınlığı 900 m-ə
çatır. Kəsilişin alt hissəsi vulkanogen süxurlar, orta hissəsi
çökmə süxurlar (əsasən terrigen) və üst hissəsi isə tufogen-
çökmə süxurlardan təşkil olunmuşdur. Qazıma prosesində bu
çöküntülərdən neft-qaz təzahürləri qeyd olunmayıb. Lakin nə-
zərə alsaq ki, qonşu İran ərazisində bu çöküntülərdən sənaye
əhəmiyyətli neft-qaz axınları alınıb, onda bu çöküntüləri
(xüsusilə Orta Eosen) əlverişli geoloji-geokimyəvi şəraitə
malik sahələrdə axtarış obyektləri kimi qəbul etmək olar. Belə
sahələrdən biri Naxçıvan regional qırılmasından cənub-
qərbdə Əlincəçay-Naxçıvançay çaylararasındakı zona sayıla
281
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

bilər. Seysmik kəşfiyyat işləri nəticəsində Orta Eosenin


kəsilişində qalınlığı 100 m-ə çatan kollektorların pazlaşma
zonası (Çeşməbasar sahəsi) aşkar olunmuşdur. Bu litoloji-
stratiqrafik tipli tələlər karbohidrogenlərin akkumulyasiyası
üçün əlverişli hesab oluna bilərlər. Naxçıvan mümkün NQR-
in ərazisində yayılmış Oliqosen-Miosen çöküntüləri, əsasən,
tuflu brekçiyalar, tuflu konqlomeratlar, tuflu qumdaşılarından
ibarətdir. Ərazinin şimal-şərq və cənub-şərq hissələrində bu
çöküntülərin yer üzərinə çıxması və ya kəsilişdə iştirak etmə-
məsi bu çöküntülərdə neft-qazəmələgəlmə şəraitinin əlverişli
olmadığını göstərir. Burada qazılmış çoxsaylı struktur-axtarış
və kəşfiyyat quyularında bu çöküntülərdən neft-qaz təzahür-
ləri qeyd olunmayıb.
Beləliklə, yuxarıda aparılmış tədqiqat işlərinin nəticələ-
rinin və Azərbaycanın neftli-qazlı rayonlarında Kaynozoy
erasında çöküntütoplanmanın paleotektonik, paleocoğrafi və
paleostruktur şəraitlərinin kompleks şəkildə analizinə
əsaslanaraq, Paleogen-Miosen çöküntülərində neft-qaz ya-
taqlarının güman olunan əmələgəlmə və formalaşma sahələ-
rinin xəritələri tərtib olunmuşdur (şəkil 84, 85, 86, 87).

282
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Şəkil 84. Eosen çöküntülərinin KH yataqlarının güman


olunan əlverişli əmələgəlmə şəraiti və formalaşma
sahələri (B. Məhərrəmov, B. Aslanov).

283
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Şəkil 85. Maykop çöküntülərinin KH yataqlarının güman


olunan əlverişli əmələgəlmə şəraiti və formalaşma
sahələri (B. Məhərrəmov, B. Aslanov).

284
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Şəkil 86. Orta və üst Miosen çöküntülərinin KH yataqlarının


güman olunan əlverişli əmələgəlmə şəraiti və
formalaşma sahələri (B. Məhərrəmov, B. Aslanov).

285
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Şəkil 87. Məhsuldar qat çöküntülərinin KH yataqlarının


güman olunan əlverişli əmələgəlmə şəraiti və
formalaşma sahələri (B. Məhərrəmov, B. Aslanov).

286
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

NƏTİCƏ

Müəlliflər tərəfindən Azərbaycanın quru ərazisinin mü-


asir regional tektonik quruluşunun dəqiqləşdirilməsi əsasında
aparılmış neft-geoloji rayonlaşdırma, N.Y. Uspenskaya və
N.N. Tauson tərəfindən mütəhərrik qırışıqlıq ərazilərinin
neft-geoloji rayonlaşdırılması üçün təklif etdikləri “böyük-
dən kiçiyə doğru” sxemi üzrə aparılmış və respublika ərazi-
sində “neftli-qazlı əyalət”, “neftli-qazlı subəyalət”, “neftli-
qazlı vilayət” və “neftli-qazlı rayon” bölgüləri ayrılmışdır.
Azərbaycanın tektonik rayonlaşdırmasına əsaslanaraq
tərtib olunmuş yeni neft-geoloji rayonlaşdırmada Respubli-
kanın quru ərazisinin müasir struktur-tektonik xüsusiyyətləri
ilə yanaşı, bu ərazidə Mezozoy, Paleogen-Miosen və Pliosen
çöküntü komplekslərinin litofasial xüsusiyyətləri, onların
toplandıqları paleotektonik şəraitlər nəzər alınmaqla neftli-
qazlı və mümkün neftli-qazlı rayonlar ayrılmışdır.
1958, 1984, 1987, 1985, 2002, 2008-ci illərdə qurulmuş
Azərbaycanın quru ərazisinin neft-qaz rayonlaşdırma
xəritələrindən bu xəritənin fərqi mütəhərrik qırışıqlıq ərazi-
lərinin neft-geoloji rayonlaşdırılması üçün təklif edilən
böyükdən kiçiyə doğru iyerarxiyası üzrə aparılması və onun
struktur-tektonik rayonlaşdırma prinsipinə əsaslanması, eyni
zamanda neftli-qazlı rayonların sərhədlərinin tektonik
əsasda məlum dərinlik qırılmalarına uyğun götürülməsidir.
Xəritənin tərtib olunması zamanı əsas məqsədlərdən biri
onun maksimum məlumatla təmin olunmasıdır.
Təklif olunan iyerarxiya üzrə İndola-Kuban və Terek-
Xəzər çökəklikləri birgə Böyük Qafqazqarşısı neftli-qazlı
287
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

əyalətləri (NQƏ), Rion-Şərqi Qara dəniz və Kür-Cənubi


Xəzər çökəklikləri isə, Cənubi Qafqaz dağlararası neftli-
qazlı əyalətləri (NQƏ) kimi ayrılır. Bu NQƏ-lər daxilində
müvafiq olaraq Terek-Xəzər və Kür-Cənubi Xəzər neftli-
qazlı subəyalətləri (NQSƏ) ayrılır. Bundan əlavə adı çəkilən
subəyalətlər arasında CŞ Qafqaz NQSƏ ayrılmışdır.
Bu NQSƏ-lər daxilində 5 neftli-qazlı vilayət (NQV)
ayrılır ki, onlar da 8 neftli-qazlı rayona (NQR) və 6 mümkün
neftli-qazlı rayona (MNQR) bölünür (şəkil 2).
I. Şimali Abşeron NQV
II. Cənub-Şərqi Qafqaz NQV
III. Böyük Qafqazarxası NQV
IV. Kiçik Qafqaz-Talışqarşısı NQV
V. Arazyanı NQV

1 - Qusar-Dəvəçi NQR;
2 - Xızı NQR;
3 - Şamaxı-Qobustan NQR;
4 - Abşeron NQR;
5 - Aşağı Kür NQR;
6 - Kür və Qabırrı çaylararası NQR;
7 - Gəncə NQR;
8 - Muradxanlı NQR.
1 - Acınohur MNQR
2 - Kürdəmir-Saatlı MNQR
3 - Saatlı-Lənkəran MNQR
4 - Qazax-Dəllər-Dəliməmmədli MNQR
5 - Talışqarşısı (Cəlilabad) MNQR
6 - Naxçıvan MNQR
288
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Neftli-qazlı rayonlar üzrə aparılmış elmi-tədqiqat işləri


nəticəsində Mezozoy, Paleogen-Miosen, Pliosen çöküntü
kompleksləri kəsilişlərində əsas neftli-qazlı və perspektivli
obyektlər ayrılmış, bu obyektlərdə KH-in toplanması, qoru-
nub saxlanılması üçün əlverişli olan struktur və litostratiq-
rafik tip tələlərdə axtarış-kəşfiyyat işlərinin aparılması
tövsiyə olunmuşdur.
Azərbaycan ərazisində neftli-qazlı komplekslərin təd-
qiqi ayrı-ayrı hövzələr üzrə aparılmışdır. Qusar-Dəvəçi və
Xızı neftli-qazlı rayonlarında aparılan paleostruktur-fasial
analiz orta-üst Yura, alt-üst Tabaşir, Paleogen-Miosen və
Pliosen struktur mərtəbələrini ayırmağa imkan yaratmışdır.
Orta Yura çöküntüləri Qusar-Dəvəçi və Xızı neftli-qazlı
rayonlarında mövcud olan antiklinal strukturlarda, Tabaşir
çöküntüləri isə daha çox tektonik ekranlaşmış və
litostratiqrafik tələlərdə perspektivlidirlər. Paleogen-Miosen
çöküntülərində struktur və litoloji-stratiqrafik yataqların
axtarışı Qərbi Abşeronda, Mərkəzi və CŞ Qobustanda,
Yevlax-Ağcabədi və Qabırrı-Acınohur çökəkliklərində mü-
əyyən dərəcədə perspektivliyə malikdirlər.

289
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

ƏDƏBİYYAT

1. Abdullayev R.Ə. Qərbi Azərbaycanın Küryanı rayonunun


Mezozoy və Kaynozoy çöküntülərinin tektonikasına dair. ANT,
1970, № 5.
2. Абдуллаев Р.Н. Мезозойский вулканизм северо-восточной
части Малого Кавказа. Баку, Изд-во АН Азерб., 1963.
3. Абих Г.В. К геологии юго-восточного Кавказа. Результаты
моего путешествия в 1865 г. (Шахдаг). ЗКОИРГОкн.VIII,
1873.
4. Ахмедов Г.А. Геология и нефтегазоносность Гобустана.
Баку, Азнефтеиздат, 1957, 299 с.
5. Ахмедов Г.А., Салаев С.Г., Исмайлов К.А. Перспективы
поисков нефти и газа в мезозойских отложениях Юго-
Восточного Кавказа. Баку, Азернешр, 1961, 281 с.
6. Ахундов Ш.Х. Палеоструктурный анализ развития локаль-
ных структур междуречья Куры и Габырры. Материалы VII
научно-технической конференции молодых ученых и
специалистов по проблемам освоения нефтегазовых
месторождений. Баку, АзНИПИнефть, 1992.
7. Ахундов Ш.Х. перспективы нефтегазоносности верхне-
меловых и среднеэоценовых отложений НГР междуречья
Куры и Габырры. Neft və qaz sənayesi problemlərinə həsr
olunmuş gənc alim və aspirantların elmi-təcrübi konfransı. Bakı,
AzNSETLİ, 1995.
8. Ахундов Ш.Х. Выделение зон нефтегазоoбразования в
пределах междуречья Куры и Габырры. Азербайджанское
нефтяное хозяйство, 1998, №12.
9. Ахундов Ш.Х., Ганиев А.А. О связи нефтегазоносности
бассейна седиментации с темпами тектонических движений и
скоростями осадконакопления. Азербайджанское нефтяное
хозяйство, 2006, №10.

290
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

10. Али-Заде А.А, Ахмедов Г.А., Ахмедов А.М. идр. Геология


нефтяных и газовых месторождений Азербайджана.
Москва, Недра, 1966, 392 с.
11. Али-Заде А.М., Ахмедов Г.А., Зейналов М.М. О перспек-
тивах нефтегазоносности мезозойских отложений Азербай-
джана. Изв. АН Азерб.ССР. Сер. наукоЗемле, 1967, № 3.
12. Али-Заде А.А., Ахмедов Г.А, Зейналов М.М,
Н.Т.Ахвердиев, М.А.Рзаев. Мезозойские отложения
Азербайджана и перспективыих нефтегазоносности.
Москва, Недра, 1972.
13. Али-Заде А.А., Рзаев М.А. и др. Геологическое строение и
нефтегазоносность месторождения Мурадханлы. Труды
АзНИПИнефть, 1974. Вопросы геологии нефтяных и
газовых месторождений Азерб-на, выпуск 31.
14. Али-Заде А.А., Ахмедов Г.А., Алиев Г.-М.А. Оценка
нефтепроизводящих свойств мезокайнозойских отложений
Азербайджана. Баку, Элм, 1975.
15. Али-Заде А.А., РзаевМ.А., АлиевГ.М., БойкоН. Геолого-
геохимические критерии перспектив нефтегазоносности
меловых отложений Кюрдамирской и Кировабадской НГО
Азербайджана. АНХ, 1975, № 8.
16. Али-Заде А.А., Салаев С.Г., Алиев А.И Научная оценка
перспектив нефтегазоносности Азерб-на и Южного Каспия
и направление поисково-разведочных работ. Баку, Элм,
1985.
17. Алиев А.И., Багир-Заде Ф.М., Буниат-Заде З.А. и др.
Месторождения нефти и газа перспективные структуры
Азерб. ССР. Баку, Элм, 1985.
18. Алиев А.Н., Рзаев М.А., Эфендиева С.Т. Анализ резуль-
татов и перспективные направления поисково-разведочных
работ на мезозойские отложения в Азербайджане. Тр.
АзНИПИнефть. Геологические основы поисков, разведки и

291
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

разработки нефтяных и газовых месторождений Азербай-


джана. Баку, 1996.
19. Алиев А.К., Юсифов Х.М. и др. О тектонических
особенностях и дальнейших перспективах нефтегазонос-
ности междуречья Куры и Иори.Тр. АзНИПИнефть. Геоло-
гия и разработка нефтяных и газовых месторождений
Азербайджана. Баку, 1988.
20. Алиев Г-М. А. К вопросу о геохимических условиях
накопления мезокайкозойских отложений Азербайджана и
их роли в процессах битумо-инефтегазообразования. Воп-
росы геологии нефтяных и газовых месторождений
Азербайджана, 1973.
21. Алиюлла Х., Бабаев Р.Г. Обустановлении мезозойской
рифогенной постройки в Среднекуринской депрессии.
АНХ, 1984, № 7.
22. Aslanov B.S., Məhərrəmov B.İ., Xuduzadə A.İ., Əbilhəsənova
L.C. Saatlı-Göyçay-Muğan zonasının gömülmüş strukturlarında
karbohilrogenlərin miqrasiya yollarının və formalaşma
sahələrinin təhlili. ANT, 2017, № 06, s. 13-19.
23. Азизбеков Ш.А. Геология и петрография северо-восточной
части Малого Кавказа. Баку, Изд-во АН Азерб. ССР, 1947.
24. Бабаев М.С., Сулейманов Г.А. Условия накопления отло-
жений неокома Хизинской тектонической зоны Прикаспий-
ско-Губинского нефтегазоносного района в связи с оценкой
перспектив нефтегазоносности. Azərbaycan Respublikası,
''Təhsil'' cəmiyyəti, ''Bilgi dərgisi'', 2004, № 3.
25. Бабаев Р.Г., Мустафаев С.С. Некоторые вопросы стратигра-
фии верхней юры и нижнего мела и условийа образования
рифовых известняков на северном склоне юго-восточного
окончания Большого Кавказа. Изв. АН Азерб. ССР,
сериянаукоЗемле, 1974, № 4.
26. Бабаев Н.И., Асланов Б.С. Новые данные о Мил-Муганской
моноклинали и преспективах ее нефтегазоносности. АНХ,
2003, № 3.

292
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

27. Бакиров А.А. Перспективы открытия крупных газовых


скоплений в мезозойских отложениях Азебайджана. АНХ,
1969, № 5.
28. Байрамов А.А. Тектоническое строение восточной части
Малого Кавказа (междурече Тертер и Аракс) Уч.зап.
Азгосуниверситета, 1962, № 5-6.
29. Богданович К.И. Система Дибрара на Юго-Восточном
Кавказе. Тр. Геол. ком. нов. Серия, вып. 25, 1906.
30. Əhmədov H.Ə., Salayev S.H., Bağırzadə F.M. Azərbaycan neft
və qaz yataqlarının geologiyası. Bakı, 1958, 595s.
31. Əliyev H-M.Ə., Əliyev Ad. Ə., Vəliyeva S.R. Yevlax-Ağcabədi
çökəkliyində Tabaşir və Paleogen çöküntülərinin neft-qaz
əmələgəlmə şəraiti. “Azərbaycan geoloqu” elmi bülleteni. Bakı,
2000, № 4.
32. Hacıyev F.M. Azərbaycanın Orta Kür çökəkliyinin geoloji
quruluşu və neft-qazlılığı. Bakı, 2003, 377 s.
33. Hacıyev F.M., Aslanov B.S., Ağa-zadə B.Q. Saatlı-Göyçay
qalxım zonasının şimal-qərb hissəsinin tektonik quruluşu və
neft-qazlılıq perspektivliyi., ANT, 1997, № 11-12.
34. Haqverdiyev N.T. Azərbaycanın Mezozoy çöküntülərinin neft-
qazlılıq perspektivliyi haqqında. Azərbaycan neft-qaz yataqları-
nın geologiyası, axtarış və kəşfiyyatı. Elmi əsərlər toplusu. Bakı,
1999.
35. Hüseynov Ə.N., Səlimov F.M. Şurabad sahəsində Mezozoy
çöküntülərinin neft-qazlılığı. ANT, 2002, № 10.
36. Хаин В.Е. Геотектоническое развитие юго-восточного
Кавказа. Баку, Азнефтеиздат, 1950, 224 с.
37. Хаин В.Е. Тектоника нефтегазоносных областей Юго-
Восточное погружение Большого Кавказа. Москва,
Гостоптехиздат, 1958.
38. Хаин В.Е., Шарданов А.Н. Геологическая история и строение
Куринской впадины. Баку, Изд-во АН Азерб., 1952.

293
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

39. Халилов А.Г. Нижнемеловые отложения Азербайджанской


части Малого Кавказа. Баку, Изд-во АН Азерб.ССР, 1959.
40. Карта месторождений нефти и газа и перспективных
структур Азербайджанской ССР. М., ГУГК, 1985.
41. Карта нефтегеологического районирования Азербайджан-
ской ССР. М., ГУГК, 1984.
42. Кастрюлин Н.С., Мамедов С.Б., Эфендиев А.А., Салимов
Ф.А. Перспективы нефтегазоносности палеоген-миоцено-
вых отложений Западного Абшерона и очередные задачи
поисково-разведочного бурения. АНХ, 1991, № 8.
43. Кочарли Ш.С., Гаджиев Ф.М., Кулиев Г.А. и др. Новый тип
ловушки нефти в северо-западном Азербайджане. Сер.
''Нефтегазовая геология и геофизика'' 1991, вып.8.
44. Klosterman M.J., Abrams M.A.(Exxon USA), Aleskerov
E.A., Abdullaev E.N., Huseinov A.N., Narimanov A.A.
(SOCAR, Azerbaijan)-Hydrocarbon systems of the Evlach-
Agdjabedi Depression. ''Azərbaycan Geoloqu'', 1997, №1.
45. Керимов И.А., Мамедов С.Б., Эфендиев Д.И., Рахманов Р.А.
Структурно-тектонические условия формирования зон
нефтегазонакопления в глубокозалегающих мезозойских
отложениях Евлах-Агджабединского прогиба. АНХ, 1989,
№ 4.
46. Гаджиев Р.М. Глубинное строение Азербайджана. Баку,
Азенешр, 1965.
47. Геология СССР. Т. 47. Азербайджанская ССР. М., Недра,
1972.
48. Губкин И.М. Избранные труды по геологии Азербайджана.
Баку, Изд-во АН Азерб., 1949.
49. Гурбанов А.М. О перспективах нефтегазоносности мело-
вых отложений ЮВ части мегаантиклинория Б.Кафказа.
АНХ, 1982, № 9.
50. Гусейнов А.Н. Некоторые итоги бурения на мезозойские
отложения в Азербайджанской ССР. АНХ, 1972, № 11.

294
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

51. Гусейнов А.Н., Ширинов Ф.А. Нефтегеологическое райони-


рование территории Азербайджана. АНХ, 1977, № 8.
52. Гусейнов А.Н. Поиски нефти в мезозойских отложениях
Азербайджана. АНХ,1978, № 2.
53. Гусейнов Б.Б., Салманов А.М., Магеррамов Б.И., и др.
Оценка перспектив сланцевых углеводородов отложений
майкопского комплекса Еевлах-Агджабединского прогиба,
Азербайджан. Научные труды НИПИ “Нефтегаз”, 2015, № 3.
54. Гусейнов Б.Б., Салманов А.М., Магеррамов Б.И. Оценка
перспективности сланцевых углеводородов майкопских
отложений междуречья Куры и Габырры. Научные труды,
НИПИ «нефтегаз», 2017, № 4, s. 4-15.
55. Гюльдуст М.А. Перспективы нефтегазоносности трещин-
ных и каверн–трещинно-поровых коллекторов в районах
Мурадханлы и Зардоб. АНХ, 1984, № 11.
56. Лопатин Н.В. Образование горючих ископаемых. Москва,
Недра, 1983, с.192.
57. Мамедов А.В. История геологического развития и палео-
география среднекуринской впадины в связи с нефтегазо-
носностью. Баку, Элм, 1977.
58. Мехтиев Ш.Ф. Проблемы генезиса нефти и формирования
нефтегазовых залежей. Баку, 1969.
59. Мехтиев Ш.Ф., Байрамов А.С. Геология и нефтегазоносность
Ленкоранской области. Баку, Изд-во АН Азерб., 1953.
60. Məhərrəmov B.İ. Aşağı Kür çökəkliyinin şimal-şərq və Şamaxı-
Qobustan rayonunun cənub-qərb hissələrində karbohidrogenlərin
əmələgəlmə və toplanma zonaları. ''Azərbaycanda neft
geofizikası son 30 ildə'', H.Ə.Əliyevin 80 illik yubileyinə həsr
olunmuş elmi-praktiki konfransın materialları. Bakı, 2003.
61. Məhərrəmov B.İ. Qərbi Abşeron və Şamaxı-Qobustan NQR-in
orta və üst Miosen qalxımlarının paleotektonik inkişafı və
onların neft-qazlılıq perspektivliyi. ANT, 2006, № 11.

295
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

62. Məhərrəmov B.İ. Qərbi Abşeron və Şamaxı-Qobustan NQR-in


Paleogen-Miosen çöküntülərinin neft-qazlılığının geoloji
əsasları. AzNQSDETLİ. Elmi əsərlər, 2008, № 10.
63. Məhərrəmov B.İ., Ağazadə B.Q. Kür və Qabırrı çaylararası rayonu
Kaynozoy kompleksi çöküntülərinin paleostruktur analizi və neft
qazlılığı. AzNQSDETLİ. Elmi əsərlər, 2009, №12.
64. Məhərrəmov B.İ., Abbasov.Q.A., Abdullayeva G.T. Kür və
Qabırrı çaylararası rayonun Paleogen-Alt Miosen çöküntülə-
rində qeyri-antiklinal tipli tələlərin paleotektonik şəraiti və
yayılma zonaları. “Azərbaycanda Geofizika Yenilikləri”, № 1-
2, 2017, s. 32-40.
65. Надиров С.Г., Даидбекова Э.А. К поискам и разведке
залежей нефти и газа в мезозойских отложениях
Азербайджана. Сб. трудов. Геология, поиски, разведка и
разработка газовых месторождений Азер-на. Баку, 1983.
66. Потапов И.И. Апшеронская нефтеносная область (геологи-
ческая характеристика). Баку, Изд-во АН Азерб.ССР, 1954.
67. Rəhimov A.S., Sadıxov Ə.C. Yevlax-Ağcabədi çökəkliyinin
cənub-qərb hissəsinin geoloji-geofiziki öyrənilmə vəziyyətinin
tənqidi təhlili. Azərbaycan neft-qaz yataqlarının geologiyası,
axtarış və kəşfiyyatı. Elmi əsərlər toplusu. Bakı, 1999.
68. Рустамов Р.И., Рзаев М.А. Геологические и геотермические
особенности перспективных нефтегазоносных горизонтов
Евлах-Агджабединского прогиба. АНХ, 1983, № 2.
69. Рзаев М.А., Сулейманов А.М., Каграманов К.С., Зейналов
Р.Л., Ганиев А.А. Характерные структурно-тектонические
особенности пл. Мурадханлы. Сб. трудов. Геология,
поиски, разведка и разработка нефтяных и газовых
месторождений Азербайджана. Баку, 1983.
70. Рзаев А.А., Керская Г.В. Мезозойские коллекторы нефти и
газа Иори – Аджиноурского прогиба. Сб. трудов. Геология,
поиски, разведка и разработка нефтяных и газовых
месторождений Азерб-на. Баку, 1983.
296
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

71. Рзаев М.А., Сулейманов А.М., Каграманов К.С., Зейналов Р.Л.


Особенности геологического строения и нефтегазоносности
Зардоб-Мурадханлинской тектонической зоны. “Геология,
разведка нефтяных и газовых месторождений Азербайджана и
исследования Саатлинской СГ-1”. Сб. науч. тр.
АзНИПИнефти, Баку, 1984.
72. Salayev N.S. Yeni geoloji-geofiziki məlumatlar əsasında
Yevlax-Ağcabədi çökəkliyinin Paleogen-Miosen və Üst Tabaşir
çöküntülərinin neft-qazlılıq perspektivliyinin qiymətlən-
dirilməsi. AzNSETLİ-nin 70 illik yubileyinə həsr olunmuş elmi-
praktik konfransındakı məruzələrin tezisləri. Bakı, 1998.
73. Салаев С.Г. Олигоцен-миоценовые отложения юго-восточ-
ного Кавказа и их нефтегазоносность. Баку, Изд-во АН
Азерб.ССР, 1961.
74. Салаев С.Г., Гусейнов Г.А., Соломонов Б.М. Геология и
нефтегазоносность Прикаспийской третичной монокли-
нали. Баку, Азернешр, 1964.
75. Салаев С.Г., Керимов И.А. и др. Оценка перспектив
нефтегазоносности мезозойских отложений Среднекурин-
ской впадины и Апшероно-Гобустанской области. Баку,
Элм, 1983. 184 с.
76. Salmanov Ə.M., Məhərrəmov B.İ., Hüseynov R.M. Qərbi
Abşeronun Oliqosen-Miosen palegeoloji tədqiqinə əsasən neft-
qazlılıq perspektivliyinin qiymətləndirilməsi. ANT , 2011, № 3.
77. Salmanov Ə.M., Məhərrəmov B.İ. Xəzəryanı-Quba neftli-qazlı
rayonun Kaynozoy kompleks çöküntülərinin paleostruktur
analizi və neft-qazlılığı. ANT, 2011, № 9.
78. Salmanov Ə.M., Məhərrəmov B.İ. Qabırrı-Acınohur hövzəsin-
də Mezozoy kompleksi çöküntülərinin neft-qazlılıq perspektiv-
liyinin geoloji əsaslandırılması. “Azərbaycan geoloqu” elmi
bülleteni, 2012, № 16.
79. Salmanov Ə.M., Məhərrəmov B.İ., Yusifov M.N. Azərbaycanın
Paleogen-Alt Miosen çöküntülərinin paleogeoloji tədqiqinə
297
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

əsasən neft-qazlılıq perspektivliyinin qiymətləndirilməsi. “Azər-


baycan geoloqu” elmi bülleteni, 2014, № 18.
80. Salmanov Ə.M., Süleymanov Ə.M, Məhərrəmov B.İ. Azər-
baycanın neftli-qazlı rayonlarının paleogeologiyası. Bakı,
“Mars Print” nəşriyyatı, 2015, 472 s.
81. Салманов А.М, Магеррамов Б.И, Гусейнов Р.М.
Обоснование направлений разведочных работ по олигоцен-
миоценовому комплексу западного Апшерона на основе
геолого-геофизических исследований. Каратажник, научно-
технических вестник, г.Твер РФ, выпуск 5, 2016, с3-17.
82. Салманов А.М, Магеррамов Б.И, Гусейнов Р.М, Халилов Э.
Ф. Уточнение тектонического строения миоценовых отло-
жений юго-западного Апшерона в свете новых данных.
Научные труды, НИПИ «нефтегаз», 2016, № 1, c 4-12.
83. Salmanov Ə.M., Məhərrəmov B.İ., Hüseynov R.M., Ağazadə
B.Q. Struktur-tektonik təhlil əsasında Qərbi Abşeronun
Oliqosen-Miosen çöküntülərinin neft-qazlılıq perspektivliklə-
rinin qiymətləndirilməsi. Azərbaycanda Geofizika yenilikləri.
№ 1-2. 2016, s. 23-27.
84. Salmanov Ə.M., Məhərrəmov B.İ., Hüseynov R.M. Qərbi
Abşeronda orta və üst Miosen çöküntüləri kompleksinin
kollektor xassələrinin tədqiqi. Azərbaycan Ali Texniki
məktəblərinin XƏBƏRLƏRİ. № 4. 2016, s. 7-16.
85. Салманов А.М, Магеррамов Б.И, Сулейманова В.М.,
Гусейнов Р.М. Анализ текущего состоянии разработки
миоценовых отложений месторождений Западного Апше-
рона. Каратажник, научно-технических вестник, г.Твер РФ,
выпуск 5, 2017, с. 15-27.
86. Салманов А.М, Магеррамов Б.И, Аббасов Г.А., Абдуллаева
Г.Т. О тектонических особенностях отдельных
структурных единиц междуречья Куры и Габырры. Масква.
Науки о земле, № 1. 2017, с. 4-12.

298
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

87. Salmanov Ə.M., Məhərrəmov B.İ., Abbasov Q.A. Kür və Qabırrı


çaylararası sahədə Eosen çöküntülərinin litofasial xüsusiyyətləri və
kollektor xassələri. ANT, № 11. 2017, s. 12-19.
88. Соломонов Б.М., Каграманов К.С., Сулейманов А.М.,
Зейналов Р.Л., Рагимов А.С. Геологическое строение и
перспективы нефтегазоносности эоцен-верхнемеловых
отложений новых площадей Евлах-Агджабединского
прогиба. Тр. АзНИПИнефть. Геологические основы поис-
ков, разведки и разработки нефтяных и газовых место-
рождений Азербайджана. Баку, 1986.
89. Сулейманов А.М. Условия формирования и перспективы
поисков неантиклинальных залежей нефти в эоценовых
отложениях СВ борта Евлах-Агджабединской впадины.
АНХ, 1985, № 10.
90. Сулейманов А.М. Палеогеологические условия перспектив
поисков стратиграфических залежей нефти в мезозойских
отложениях Азербайджана. ''Нефтегазоносность мезозойс-
ких отложений Кавказа''. Махачкала, 1986.
91. Сулейманов А.М. Характерные особенности струк-
турно-тектонического развития Гусаро-Дивичинского НГР
в связи с поисками неантиклинальных залежей углеводоро-
дов. АНХ. 1994, № 9-10.
92. Süleymanov Ə.M. Kür və Qabırrı çaylararası NQR-də qeyri-
antiklinal tipli tələlərin proqnozlaşdırılmasının regional geoloji
əsasları və onlarda neft-qaz yataqlarının əmələ gəlməsinin əsas
xüsusiyyətləri. AzNQSDETLİ-nin elmi əsərlər toplusu. Bakı,
1997.
93. Süleymanov Ə.M., Hacıyev F.M., Rüstəmov R.İ. və b. Kür və
Qabırrı çaylararası NQR-də qeyri-antiklinal tipli yataqların
aşkar edilməsi üçün aparılması lazım olan geoloji və geofiziki
işlər. Az NQSDETLİ-nin elmi əsərlər toplusu. Bakı, 1997.
94. Сулейманов А.М. Перспктивы поисков литолого-стратиг-
рафических залежей углеводородов в Кусаро-Дивичинском

299
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

районе Азербайджана. Геология, минерально-сырьевые и


топливно-сырьевые и топливно-энергетические ресурсы
Дагестана (сб. статей), Махачкала, 1997, вып. 46.
95. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ. Ləngəbiz-
Gürcüvan monoklinalı və Kəlaməddin-Hərami antiklinal
zonasının neft-qazlılıq perspektivliyi. Azərbaycan neft-qaz
yataqlarının geologiyası axtarış və kəşfiyyatı. AzNQSDETLİ-
nin elmi əsərlər toplusu, Bakı, 1999.
96. Сулейманов А.М., Магеррамов Б.И. Геотектонические
положения и основные тектонические особенности Ленге-
биз-Алятской зоны поднятий в связи о оценкой перспектив
нефтегазоносности. АНХ, 2000, № 4.
97. Сулейманов А.М. Литолого-стратиграфические предпо-
сылки поисков неантиклинальных залежей нефти в мезо-
зойских отложениях Куринского межгорного прогиба.
Геолог Азербайджана. Науч. бюллетень, 2000, № 4.
98. Сулейманов А.М. Палеогеолого-географичесие условия
формирования неантиклинальных ловушек в Азербай-
джане. “Azərbaycan geoloqu” Elmi bülleteni, 2003,№ 8.
99. Сулейманов А.М., Ахундов Ш.Х. Структурно-тектони-
ческое и палеогеографическое развитие мел-палеогенового
комплекса отложений междуречья Куры и Габырры в связи
с поисками неантиклинальных залежей углеводородов.
АНХ, 2003, №11.
100. Сулейманов А.М., Зейналов Р.Л., Магеррамов Б.И.
Перспективы поисков новых нефтегазовых залежей в
северо-восточной прибортовой части Нижнекуринской
впадины. АНХ, 1997, № 4.
101. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ., Qəniyev
Ə.A. Qərbi Abşeronda Paleogen-Miosen çöküntülərinin neft-
qazlılıq perspektivliyi və axtarış-kəşfiyyat işlərinin əsas
istiqamətləri. AzNQSDETLİ-nin elmi əsərlər toplusu. Bakı,
2004, № 2.

300
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

102. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ. Qərbi


Abşeronda Paleogen-Miosen çöküntü kompleksinin regional və
lokal tektonik xüsusiyyətləri. AzNQSDETLİ-nin elmi əsərlər
toplusu. Bakı, 2004, № 3.
103. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ.
Azərbaycanın Yura yaşlı çöküntü hövzələrinin paleotektonik,
paleocoğrafi şəraiti və Yura çöküntülərinin neft-qazlılıq
perspektivlikləri. AzNQSDETLİ-nin Elmi əsərlər toplusu,
Bakı, 2005, № 4.
104. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ. Kür
dağlararası çökəkliyinin Mezozoy kompleksi çöküntülərinin
paleostruktur analizi və neft-qazlılığı. AzNQSDETLİ-nin elmi
əsərlər toplusu. Bakı, 2005, № 5.
105. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ. Kür-
Qabırrı çaylararası rayonunun Paleogen-Alt Miosen çöküntülə-
rinin neft-qazlılıq perspektivliyinin paleotektonik və paleocoğ-
rafi əsasları. ANT, 2006, № 4.
106. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ. Kür
dağlararası çökəkliyin Tabaşir çöküntülərinin neft-qazlılıq
perspektivliyinin paleocoğrafi və paleotektonik əsasları.
AzNQSDETLİ-nin elmi əsərlər toplusu, Bakı, 2006, №6.
107. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ. Yevlax-
Ağcabədi çökəkliyinin Paleogen-Miosen çöküntülərinin neft-
qazlılıq perspektivliyinin paleostruktur əsasları.
AzNQSDETLİ-nin elmi əsərlər toplusu, Bakı, 2006, № 6.
108. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ. Süleymanov
Q.Ə. Xəzəryanı-Quba NQR-də Paleogen-Miosen çöküntülərinin
neft-qazlılığının paleotektonik və paleocoğrafi əsasları.
AzNQSDETLİ-nin elmi əsərlər toplusu, Bakı, 2006, №7.
109. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ. Yevlax-
Ağcabədi çökəkliyinin Paleogen-Alt Miosen çöküntülərinin
neft-qazlılıq perspektivliyinin geoloji əsaslandırılması. Azər-
baycan geoloqu. Elmi bülleteni, 2006, № 11.
301
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

110. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ. Xəzəryanı-


Quba NQR-in Mezozoy çöküntülərinin neft-qazlılıq
perspektivliyinin paleotektonik və paleocoğrafi əsasları. ANT,
2010, № 3.
111. Ширинов Ф.А., Баженов Ю.П. Геологическое строение
предгорий южного склона Большого Кавказа. Азернешр,
1962.
112. Ширинов Ф.А. Перспективы нефтегазоносности Аджино-
урской области и план дальнейших геологических работ.
АзНИПИнефть. Тем. сб. научных трудов. Вопросы геологии
и разведки нефтяных и газовых залежей мезокайнозойских
отложений Азербайджанана. Баку, 1975.
113. Успенская Н.Ю., Таусон Н.Н. Нефтегазоносные провинции
и области зарубежных стран. М., Недра, 1972.
114. Вассоевич Н.Б. Новые данные по стратиграфии мезозоя
Юго-Восточного Кавказа. Сов. геол., 1940, № 10.
115. Вебер В.В. Зона южного склона в нагорном Азербайджане.
Тр. НГРИ, нов. С ерия, вып. 1, 1939.
116. Юсифов М.Г., Ахундов Ш.Х. Прогнозирование тектони-
чески-экранированных залежей углеводородов в Средне-
куринской депрессии. АНХ, 2013, №4.
117. Юсифов Х.М., Рзаев М.А., Сулейманов А.М. К вопросу
нефтегеологического районирования территории Азербай-
джана по мезозойскому нефтегазоносному комплексу.
АНХ, 1993, № 9.
118. Юсифов Х.М., Алиев А.К. и др. К вопросу осадконакоп-
ления и характера нефтегазоносности мезокайнозойских
бассейнов Среднекуринской впадины. АНХ, 1996, № 8.
119. Юсифов Х.М., Рзаев М.А., Рустамов Р.И., Сулейманов
А.М., Зейналов Р.Л. К вопросу нефтегеологического
районирования территории Азербайджана по мезозойскому
нефтегазоносному комплексу. АНХ, 1993, № 4.

302
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

120. Yusifov X.M., Rzayev A.Ə. Dərin Mezokaynozoy çökün-


tülərinin öyrənilmə vəziyyətinə dair. ANT, 1996, № 8.
121. Yusifov X.M., Məmmədov S.B., Rəhmanov R.R. Naxçıvan MR
ərazisinin Mezokaynozoy çöküntülərinin neft-qazlılıq
perspektivliyi. ANT, 2002,№ 9.
122. Yusifov X.M., Məmmədov S.B., Əfəndiyev A.A., və b. Qərbi
Azərbaycanın Eosen çöküntülərində qeyri-antiklinal tipli tələ-
lərin yayılma zonaları və onların neft-qazlılıq perspektivliyi.
AzNQSDETLİ-nin elmi əsərlər toplusu, Bakı, 2004, № 2.
123. Зейналов М.М. Верхнемеловые отложения Азербайджана и
перспективы их нефтегазоносности. Баку, Азгосиздат, 1969.
124. Zeynalov R.L., Məhərrəmov B.İ., Süleymanov Q.Ə. Xəzəryanı-
Quba vilayətinin cənub-şərqində Alt Tabaşir çöküntü
hövzələrinin paleocoğrafi, paleotektonik şəraiti və neft-
qazlılılığı. ANT, 2006, №7.
125. Цимельзон И.О., Амирасланов Т.С. Тектоника палеоген-
мезозойского комплекса отложений междуречья Куры и
Иори. АНХ, 1977, № 1.

303
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

MÜNDƏRİCAT

Giriş ......................................................................... 5
I fəsil. Neft-qazgeoloji rayonlaşdırmanın əsas
prinsipləri ..................................................... 7
II fəsil. Neftli-qazlı və mümkün neftlı-qazlı
rayonlar ......................................................... 24
Neftli-qazlı rayonlar ..................................... 24
Qusar-Dəvəçi neftli-qazlı rayonu.................... 24
Xızı neftli-qazlı rayonu................................... 32
Şamaxı-Qobustan neftli-qazlı rayonu............. 40
Abşeron neftli-qazlı rayonu............................. 52
Aşağı Kür neftli-qazlı rayonu.......................... 67
Muradxanlı neftli-qazlı rayonu....................... 76
Gəncə neftli-qazlı rayonu ............................... 84
Kür və Qabırrı çaylararası neftli-qazlı
rayonu.............................................................. 90
Mümkün neftli-qazlı rayonlar .................... 96
Acınohur mümkün neftli-qazlı rayonu............ 96
Kürdəmir-Saatlı-Lənkəran mümkün
neftli-qazlı rayonu........................................... 103
Qazax-Dəllər-Dəliməmmədli mümkün
neftli-qazlı rayonu........................................... 110
Talışqarşısı (Cəlilabad) mümkün
neftli-qazlı rayonu........................................... 118
Naxçıvan mümkün neftli-qazlı rayonu............ 121
III fəsil. Azərbaycanın regional neftli-qazlı
çöküntüləri..................................................... 129
Mezozoy çöküntüləri..................................... 130
Yura çöküntüləri..............................................130
Tabaşir çöküntüləri..........................................132

304
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Kaynozoy çöküntüləri................................... 159


Paleogen kompleksi çöküntüləri .................... 159
Neogen kompleksi çöküntüləri ...................... 177
V fəsil. Axtarış-kəşfiyyat işlərinin səmərəli
istiqamətləri................................................... 200
Nəticə ........................................................................... 287
Ədəbiyyat...................................................................... 290

305
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

İXTİSAR OLUNMUŞ SÖZLƏR

NQH - Neftli-qazlı hövzə


NQƏ - Neftli-qazlı əyalət
NQSƏ - Neftli-qazlı subəyalət
NQV - Neftli-qazlı vilayət
NQR - Neftli-qazlı rayon
NQZ - Neftli-qazlı zona
ÜDNÜ - Ümumi dərinlik nöqtəsi üsulu
DSZ - Dərinlik seysmik zondlama
MQ - Məhsuldar Qat
QÜQ - Qırməkiüstü qumlu
QÜG - Qırməkiüstü gilli
QD - Qırməki lay dəstəsi
QA - Qırməkialtı dəstə
QaD - Qala lay dəstəsi
Cüzv - Üzvi maddələrin miqdarı
Ro - Vitrinitin əksetdirmə qabiliyyəti
ƏNZ - Əsas neftəmələgəlmə zonası

306
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Консультанты: Багир Али оглы Багиров


Заслуженный деятель науки,
Азербайджанской республики,
член-корреспондент НАНА, доктор
геолого-минерологических наук,
профессор
Рашид Лятиф огды Зейналов
кандидат геолого-минерологических наук
Редактор: Вагиф Гадир оглы Гадиров
доктор наук о земле
Техническй
редактор: Элвин Физули оглы Халилов

Бахрам Бахлул оглы Гусейнов


ГНКАР, Вице-президент по геологии и геофизике
Ахмед Маис оглы Салманов
доктор геолого-минерологических наук
Бакир Исмайыл оглы Магеррамов
кандидат геолого-минерологических наук
НЕФТЕГАЗОГЕОЛОГИЧЕСКОЕ РАЙОНИРОВАНИЕ
ТЕРРИТОРИИ СУШИ АЗЕРБАЙДЖАНА

В монографии, основанной на палеотектонических,


структурно-тектонических исследованиях, было уточнено
современное региональное тектоническое строение струк-
тур суши Азербайджана. Были выполнены работы по нефте-
газогеологическому районированию, основанные на прин-
ципах иерархии от крупного до малого, нефтегазогеологи-
ческого зонирования.
Монография рекомендована для использования
специалистами, работающими в научно-исследовательских
институтах, студентами и аспирантами, высших учебных
заведений, занимающихся поиском, разведкой и разработкой
месторождений нефти и газа.

307
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Adviser: Bagir A.Bagirov


Honored scientist of Azerbaijan
Republic, Corresponding member of ANAS,
Doctor of Geological-Mineralogical Sciences,
Proffessor
Rashid L. Zeynalov
PhD in Geological-Mineralogical Sciences

Scientific editor: Vagif G. Gadirov


Doctor of Earth Sciences

Technical editor: Elvin F. Xalilov

Bahram B. Huseynov
SOCAR, Vice President for Geology and Geophysics

Ahmad M. Salmanov
Doctor of Geological-Mineralogical Sciences

Bakir I. Maharramov
PhD in Geological-Mineralogical Sciences

OIL-GAS-GEOLOGICAL ZONATION OF
AZERBAIJAN ONSHORE AREA

There is in the book based on the paleotectonic,


structural-tectonic studies the modern regional tectonic structure
of the Azerbaijan onshore area has been detalised. The oil-gas
zonation implemented on the principle of hierarchy “from huge
to small” have been conducted.
The book is recommended for specialists who work in
scientific-research institutes, students and PhD engaged students
in exploration and development of oil-gas fields.

308
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

Hüseynov Bəhram Bəhlul oğlu.


“Azərbaycan Dövlət Neft
Şirkəti”nin
“Geologiya və geofizika məsələləri”
üzrə vitse-prezidenti

Salmanov Əhməd Mayis oğlu.


Yer elmləri doktoru,
“Azərbaycan Dövlət Neft
Şirkəti”nin
“Neftqazelmitədqiqatlayihə”
İnstitutunda “Geologiya və yataqların
işlənməsi” üzrə direktorun müavini.

Məhərrəmov Bakir İsmayıl oğlu.


Geologiya-mineralogiya elmləri
namizədi,
“Azərbaycan Dövlət Neft
Şirkəti”nin
“Neftqazelmitədqiqatlayihə”
İnstitutunda "Axtarış-kəşfiyyat işlərinin
təhlili və quyuların qazılma şəraitinin
əsaslandırılması" laboratoriyasının müdiri

309
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Texniki redaktor: Valeh Əsgərov


Korrektor: Elvin Xəlilov
Bilqeyis Ağazadə
Kompüter dizayneri: Rövşən Hüseynov,
Qasım Abbasov
Operator: Etibar İsmayılov

Bəhram Bəhlul oğlu Hüseynov


ARDNŞ-nin “Geologiya və geofizika məsələləri”
üzrə vitse-prezidenti
Əhməd Mayis oğlu Salmanov
Yer elmləri doktoru, professor
Bakir İsmayıl oğlu Məhərrəmov
geologiya-mineralogiya elmləri namizədi
AZƏRBAYCANIN QURU ƏRAZİSİNDƏ
NEFT-QAZ-GEOLOJİ RAYONLAŞDIRMA
(monoqrafiya)

Çapa imzalanıb: 05.04.2019


Həcmi: 19,38ç.v.
Tiraj – 200 nüsxə
“Mars Print” nəşriyyatı
2019
310
B.Hüseynov, Ə.Salmanov, B.Məhərrəmov

311

You might also like