You are on page 1of 280

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT NEFT AKADEMİYASI

H.M.HÜSEYNOV, A.Q.ABBASOV

NEFT-QAZ YATAQLARININ AXTARIŞI


VƏ KƏŞFİYYATI

DƏRSLİK

Azərbaycan Respublikası
Ali Təhsil Nazirliyi
tərəfindən təsdiq edilmişdir.

BAKI - 2006
UDK 551.81

H.M.Hüseynov, A.Q.Abbasov
Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı (İkinci nəşri). Ali
məktəblər üçün dərslik. Bakı: Azərbaycan Dövlət Neft
Akademiyasının nəşri, 2006, 327 səh.
Şəkil 114, cədvəl 75, ədəbiyyat 12

Dərslikdə neft-qaz axtarışı işlərinin nəzəri əsasları, sistemli


təhlil üzrə neftli-qazlı ərazilərin təsnifatı, öyrənilməsi, neftlilik-
qazlılığın proqnozlaşdırılması üçün meyarların izahı şərh edilir.
Burada axtarış-kəşfiyyat işlərinin etap və mərhələliyi, hər etap
və mərhələdə tətbiq olunan üsullar, ayrı-ayrı genetik yataqların
axtarış və kəşfiyyatının xüsusiyyətləri kimi vacib məsələlərə
geniş yer verilir.
Azərbayjan Dövlət Neft Akademiyasının geoloji-kəşfiyyat
fakültəsinin tələbələri üçün nəzərdə tutulmuşdur. Ondan həmçi-
nin neft-mədən və mühəndis-iqtisad fakültəsinin tələbələri də
istifadə edə bilərlər. Kitab neft geoloji-kəşfiyyat fakültəsinin
magistrləri və eləcə də neft sənayesində çalışan mühəndis-geo-
loqlar üçün faydalıdır.

Dərsliyə rəy verənlər:


Ş.A.Pənahi, geologiya-mineralogiya elmləri doktoru, prof.
İ.S.Quliyev, geologiya-mineralogiya elmləri doktoru, prof.

İxtisas redaktorü, geologiya-mineralogiya elmləri doktoru,


professor H.M.Hüseynov
GİRİŞ

Lap qədim zamanlardan insanlar neft və karbohidrogen


qazına olan tələbatlarını ödəmək üçün onları aşkara çıxarıb, isti-
fadə edilməsi yollarını öyrənməyə can atmışlar. Uzaq keçmiş-
mizdə neft təbabətdə, tikinti işlərində, işıq mənbəyi kimi məişət-
də geniş işlədilmişdir. Bizim eradan əvvəl VI-IV əsrlərdə
Azərbaycanda neft və qaz mədənlərinin olması haqqında məlu-
mat vardır. Abşeron yarımadasında neftin istehsal olunması haq-
qında daha geniş tapixi məlumat X əsrə təsadüf edir. O zamanlar
neft Balaxanı kəndində çox dayaz quyulardan əl ilə çıxarılırmış.
Eramızın X əsrində yaşamış ərəb coğrafiyaşünası A.Məsu-
di Bakı neft mədənləri haqqında bir sıra qeydlər etmişdir. Onun
məlumatına görə o zaman Bakıda iki mədən olmuşdur. Bunların
birindən ağ (çox guman ki, Suraxanı neft yatağından),
digərindən isə qara rəngli neft (Balaxanı sahəsi) hasil edilirmiş.
Abşeron yarımadasındakı neft mədənləri haqqında ərəb coğrafi-
yaşünası İbu İshən (X əsrdə) və məşhur venesiyalı səyyah Mar-
ko Polo (XIII əsrdə) bir sıra məraqlı məlumatlar qeyd etmişlər.
Bakı nefti haqqında ilk ətraflı məlumatı 1683-cü ildə İranda
İsveç müvəkkilinin katibi Y.Kempfer vermişdir. Onun qeydləri-
nə görə Bakının ağ nefti yaxşı müalicə vəsaiti imiş. O, yazırdı
ki, Bakı ətrafından çıxarılan neft Şamaxıya, Özbəyə, Çərkəzə,
Dağıstana və başqa ölkələrə daşınarmış.
Sənaye əhəmiyyətli neft hasil edilməsi məqsədilə Abşeron
yarımadasında ilk quyular 1846-ci ildə qazılmışdır (Bibi-Heybət
sahəsi). 1873- cü ildə Balaxanıda 29 m dərinliyində qazılmış
quyudan dörd ay fasiləsiz olaraq güjlü neft fantanı vurmuşdur.
1873-cü ildən Balaxanı və Bibi-Heybət sahələrindəki qu-
yulardan neftin əsas sənaye istismarına başlandı. Bu da ərazinin
neftlilik və qazlılığının regional yayılması haqqında elmi müla-
hizə yaranmasına səbəb oldu. O zaman H.Abix Abşeronda neft
axtarışı işləri ilə məşğul olmuşdur. O, Qafqazın Cənub-Şərq qur-
taracağında xeyli neft və qaz çıxışlarının varlığını qeyd etmişdir.
1903-cü ildən başlayaraq D.V.Qolubyatnikov Abşeron ya-
rımadasının neft yataqlarında geniş tədqiqat işləri aparmışdı. O,
Abşeron yarımadasının stratiqrafik bölgüsünü dəqiq tərtib etmiş,
onların əmələgəlmə və yatım şəraitlərini aydınlaşdırmışdı.
Azərbaycanda neft sənayesinin inkişafı sahəsində
İ.M.Qubkin xeyli iş görmüşdür. O 1913-cü ildə Abşeron yarıma-
dasının şimal-qərb hissəsində, Qobustan və Küryanı düzən-
liyində geniş tədqiqat işləri aparmışdır.
XIX əsrin ikinci yarısına qədər planetimizdə neft çox az
istehsal olunurdu. 1859-cü ildə dünyada çıxarılan neftin ümumi
miqdarı 5000 t imiş. Bu rəqəm 1900-cü ildə 20 mln. t-a çatmış-
dır.
XX əsrin başlanğıcinda və xüsusilə ikinci yarısında neft və
karbohidrogen qazı istehsalı sürətlə inkişaf etmişdi. Təkcə bunu
qeyd etmək kifayətdir ki, 1950-ci ildə planetimizdə 520 mln. t
neft istehsal edilmişdir. Hazırda dünya üzrə neftin illik hasilatı
3,15 mlrd. tondur.
Karbohidrogen qazı 1920-ci ildən sənaye miqyasında is-
tehsal olunur. Hazırda illik qaz hasilatı 2,0 trln. m3 -dur.
Neft və təbii karbohidrogen qazının XX əsrin əvvəlindən
indiyə qədər istehsal miqdarını xarakterizə edən rəqəmləri də
bilmək maraqlıdır (cədvəl 1).
Son məlumatlara görə dünyada kəşf olunmuş ehtiyyat
130-135 mlrd. ton (neft) və 113-130 trl. m3 (qaz) olmuşdur.

Cədvəl 1.1.

1901-1980- O cümlədən son 30 İllik


Mineral xammal
ci illər ildə (1970-1999) səviyyə
Neft, mlrd. t 60,7 90 3,15
Karbohidrogen
27,1 48 2,06
qazı, trln. m3
BİRİNCİ BÖLMƏ
NEFT SƏNAYESİNİN İNKİŞAFI

I FƏSİL. NEFTLİLİK-QAZLILIĞIN PROQNOZ-


LAŞDIRILMASININ NƏZƏRİ ƏSASLARI
HAQQINDA FİKİRLƏRİN TƏKAMÜLÜ

XIX əsrin birinci yarısında neftlilik-qazlılıq haqqında ye-


ganə meyar, onların yerüstü çıxışları idi. Neft və qazın istismarı
yerüstü çıxışlar olan sahələrdə aparılırdı. XIX əsrin ikinci yarısı,
XX əsrin əvvəllərində neft və qazın sürətlə inkişafı yeni yataq-
ların ax-tarışını tələb edirdi.
Neft və qaz istehsalının ilk illərində neft və qazın mağara
tipli boşluqlarda toplanması fikri irəli sürülürdü. Sonra yataqla-
rın çatlar və qırılmalarla əlaqədar olduğu fikri meydana gəldi.
Geoloji məlumatların tədricən toplanması və təhlili göstərdi ki,
neft və qaz yataqları məsaməli süxurlarda toplanır və antiklinal
qırışıqlıqlarla əlaqədar olur. Bu fikri Q.Abix (1847) və Sterri
Xant (1861) irəli sürmüşlər. Neft və qazın antiklinal strukturlarla
əlaqədar olması fikri V.İ.Muşketov, A.M.Konşin, Q.P.Mixay-
lovski, N.İ.Andrusov, D.V.Qolubyatnikov (Rusiya), H.Ro-cers,
H.Uayt (ABŞ), T.Xant (Kanada), H.Hefer, L.Mrazek (Avropa)
və başqalarının diqqət mərkəzində olmuşdur.
Antiklinal nəzəriyyə neft və qazın axtarış və kəşfiyyatı
işində böyük rol oynamış və yeni yataqların (Rusiyada və başqa
ölkə-lərdə) açılmasına səbəb olmuşdur.
Antiklinal nəzəriyyənin sürətli inkişafı neft və qazın mən-
əyi haqqında fikrin meydana gəlməsinə təkan vermişdir. Neft və
qazın mənşəyi haqqında hazırda iki nəzəriyyə sürətlə bir-biinin
əksinə olaraq inkişaf edir (biogen və abiogen nəzəriyələr).
Neft və qaz geologiyasının inkişafında İ.M.Qubkinin və
onun Azərbaycan respublikasında yaratdığı məktəbin böyük xid-
mətləri olmuşdur. Bu məktəb neftin üzvi yolla əmələgəlməsi
nəzəriyyəsini müdafiə edir və inkişaf etdirir.
Sübut edilmişdir ki, neft-qazəmələgəlmə və neft-qaztop-
lanma vahid proses olub, ayrı-ayrı pillələrdən ibarətdir. Bu pillə-
lər təbii-tarixi proseslər olub, bir-birilə sıx əlaqədardır. Həmin
proseslər yer qabığında litogenez və tektogenezin ümumi in-
kişafı ilə əlaqədardır.
Neftqazəmələgəlmə və neftqaztoplanma prosesində aşağı-
dakı mərhələlər ayrılır:
· neft-qazəmələgətirici üzvi birləşmələrin toplanması, bas-
dırılması və neft sıralı karbohidrogenlərə çevrilməsi;
· əmələ gəlmiş karbohidrogenlərin neft-qazəmələgətirici
suxurlardan kollektor suxurlara keçməsi və sonrakı miqrasiyası;
· uyğun struktur və litoloji şəraitlər olduqda karbohidro-
genlərin akkumulyasiyası;
· karbohidrogen yığımlarının müxtəlif təsir qüvvələri nəti-
cəsində dağılması, yaxud yenidən dağılaraq paylanması və yığıl-
ması.
Müasir nəzəriyyəyə görə karbohidrogenlər bitki və heyvan
qalıqlarından əmələ gəlmişdir. Məlumdur ki, üzvi birləşmələr
suxurlarda səpələnmiş halda yayılır. Çöküntülərdə saxlanılan
üzvi birləşmələrin dəyişməsi iki mərhələdə baş verir. Birinci
mərhələdə üzvi birləşmələr anaerob (oksigensiz) mühitdə, sulu
şəraitdə dəyişməyə məruz qalır. Üzvi birləşmələrin bu mər-
hələdə (diagenezdə) dəyişməsinin başlıca təkanverici qüvvəsi
mikroorqanizimlərdir (anaerob bakteriyalardır). Biokimyəvi
dəyişmə mərhələsinin ardınca üzvi birləşmələrin uzun müddətli
dəyişməsi başlanır. Bu mərhələ termokatalik mərhələsi adlanır,
onun başlıca təkanverici qüvvələri temperatur, təzyiq və
katalitik proseslər hesab edilir. Əlbəttə, bu mərhələdə vaxtın da
böyük rolu vardır.
Neft kaustobiolitlər sırasına daxildir. Deməli, neftlə kömür
genetik cəhətdən oxşar üzvi birləşmələrin müxtəlif şərait və
mühitdə əmələ gəlməsinin nəticəsidir. Bu baxımdan kömürlü fa-
siyanın tədricən neftli fasiya ilə əvəz olunması labuddur (konti-
nental, yarımkontinental şəraitlərin dəniz şəraiti ilə əvəz olun-
ması). Bu qanunauyğunluğa əsasən İ.M.Qubkin Qərbi Sibirdə
mezozoy qrupunun çöküntülərində zəngin neft və qaz yığımları-
nın varlığı haqqında hələ o zaman düzgün fikir söyləmişdir
(Ural qırışıqlıq sisteminin şərq yamacinda geniş intişar tapmış
mezozoy yaşlı kömürlü fasiyanın şərqə getdikcə neftli fasiyaya
keçməsi ilə əlaqədar olaraq).
Neft-qazəmələgəlmə və neft-qaztoplanma regional və döv-
ri proseslərdir. Neft və qaz yataqlarının formalaşması miqrasiya
prosesi nəticəsində baş verir. Miqrasiya iki mərhələdə baş verir.
Birinci mərhələdə səpələnmiş halda neft-qazəmələgətirici qatda
yerləşən neft muxtəlif təsir qüvvələrinin köməyilə sıxışdırılaraq
öz yerlərini tərk edir, qonşu kollektor laylara keçir. İkinci
mərhələdə isə fluidin miqrasiyası başlanır. Bu miqrasiya üfüqi
və şaquli olur. Əsas təsiredici quvvələr- tektonik və hidro-
dinamik proseslərdir. Miqrasiyanın növündən asılı olaraq birinci
və ikinci yataq növü ayrılır. Neft-qazəmələgətirici qatdan çıxan
və qonşu kollektor laylarda hərəkət edən karbohidrogenlərin
əmələ gətirdiyi yıqımlar birinci və ya singenetik yataqlar ad-
lanır. Çünki neft-qazəmələgətirici qatla neft-qaz yataqları eyni
stratiqrafik vahid daxilində yaranır.
Epigenetik yataqlar karbohidrokenlərin əmələ gəldiyi stra-
tiqrafik vahidlərdə deyil, onlardan xeyli cavan yaşlı stratiqrafik
qatlardakı yığımıdır. Bela yataqlar əksər hallarda şaquli və üfüqi
miqrasiyaların qarşılıqlı əlaqələri nəticəsində yaranır. Bu tip ya-
taqlar epgenetik yataqlar adlanır.
Antiklinal nəzəriyyə sonralar struktur nəzəriyyə adlandı-
rılmışdır. Çünki neft və qaz yataqları təkcə antiklinallarda deyil,
həmçinin monoklinal və sinklinal qırışıq formalarında da müəy-
yən edilmişdir. Beləliklə Klapp tərəfindən verilmiş yataqların
təsnifatı daha da genişləndirilmişdir. Bu yataqların təsnifatına
həmçinin litoloji tip yataqların növləri də daxil edilmişdir. Bu
tip yataqların növləri ilk dəfə İ.M.Qubkin tərəfindən (1910-
1911) Şimali Qafqazda öyrənilmişdir.
Hər hansı bir ərazinin neftlilik qazlılıq perspektivliyini el-
mi cəhətdən düzgün qiymətləndirmək üçün onun geologiyasını
kompleks tədqiqatlar əsasında və qarşılıqlı əlaqəli sürətdə öyrən-
mək lazımdır. Kompleks tədqiqatlara aşağıdakılar daxildir:
· ərazinin tektonikası, onun zaman və məkan daxilində də-
yişməsi;
· ərazinin geoloji quruluşunda iştirak edən çöküntülərin
stratiqrafiya və litologiyası;
· ərazidə iştirak edən çöküntülərin paleocoğrafi toplanma
şəraitləri, onların zaman və məkan daxilində dəyişməsi;
· ərazinin hidrogeoloji, hidrokimyəvi şəraitləri və s.
Həmçinin, hər hancı bir ərazinin neftlilik-qazlılıq perspek-
tivliyini düzgün qiymətləndirmək üçün bu geoloji göstəricilər
regional və tarixi-geoloji planda öyrənilməlidir.
Neft geologiyası tarixində neftəmələgətirici laydəstə nə-
zəriyyəsi də böyük əhəmiyyət kəsb edir. Bu nəticəyə çöküntü-
lərdə üzvi birləş mələri öyrəndikdən sonra gəlinmişdir.
Bu dövürlərdə neftin biokimyası da öyrənilmişdir. Məlum-
dur ki, karbon birləşmələri kaustobiolitlərin, o cümlədən neftin
geokimyasının əsasını təşkil edir. Karbon birləşmələri biosferdə
də başlıca rol oynayır. Yer qabığında neft-qaz yataqlarının
əmələ gəlməsində biogen karbohidrogenlər mühüm yer tutur.
Təbiətdə abiogen mənşəli karbohidrogenlər də rast gəlinir.
Lakin neftin tərkibindəki azotlu, oksigenli birləşmələr biogen
mənşəlidir.
Neft sənayesinin inkişafı neft geologiyası elmi qarşısında
mühüm vəzifələr qoymuşdur. Bununla əlaqədar olaraq neftin
mənşəyi, formalaşması, onun yığımlarının geoloji və geokimyə-
vi şəraitləri geniş tədqiq olunur. Göstərilən tədqiqatlar aşağıdakı
istiqamətlərdə aparılır:
· neft-qazəmələgətirici çöküntülərin əmələ gəlməsinin
geoloji və geokimyəvi şəraitləri;
· üzvi birləşmələrin neft sıralı karbohidrogenlərə çevrilmə-
sinin geoloji və geokimyəvi şəraitləri;
· karbohidrogenlərin neft-qazəmələgətirici süxurlardan
kollektorlara miqrasiya olunma prosesi;
· kollektor suxurların xarakteristikası;
· neft və karbohidrogen qazlarının miqrasiyası;
· müxtəlif genetik kateqoriya və qrupa daxil olan neft və
qaz yığımlarının yerləşməsi və formalaşması qanunauyğunluq-
ları.
XX əsrin ikinci yarısında ayrı-ayrı ölkələrdə müxtəlif
miqyasda və istiqamətlərdə aparılan geoloji tədqiqat işləri neft-
qazəmələgətirici lay dəstələrinin quruluşunun və əmələgəlmə
şəraitlərinin öyrənilməsinə sərf olunmuşdur. Bu tədqiqatların nə-
ticəsində neft-qazəmələgətirici lay dəstlərinin litoloji tərkibi, fa-
sial toplanma şəraitləri və onların diaqnostik göstəriciləri haq-
qında əvvəl movcud olan fikirlər dəqiqləşdirildi və genişləndiril-
di. Neft-qazəmələgətirici qat dəniz, yarımdəniz şəraitində oksi-
gensiz mühitdə əmələ gəlir.
1970-ci illərdə eksperimental laboratoriya tədqiqatı nəticə-
sində müəyyən edildi ki, (Xocayev, Əmirxanov və b.-1978) üzvi
birləşmələrin həll olmayan hissələrindən spektrometrin kömə-
yilə neft alınması mümkündür. Aparılan eksperment göstərmiş-
dir ki, bu neft irsi xarakter daşıyıb, üzvi qalıqların diagenezdə və
katagenezin başlanğıcinda dəyişməsindən əmələ gəlmişdir.
Beləliklə, üzvi birləşmələrin bu vaxta kimi məlum olmayan
xüsusiyyəti müəyyən edilmişdir. Yəni üzvi birləşmələr neftəmə-
ləgəlmənin başlanğıc mərhələsində əmələ gəlmiş neft və qazı öz
mikro və daha kiçik məsamələrinə yığaraq saxlamaq qa-
biliyyətinə malikdir. Bu məhsul üzvi birləşmənin özünəməxsus
məhsulu hesab edilir. Toplanmış üzvi birləşmələrdən litogenezin
hansı mərhələsində neft əmələ gəlir sualını tədqiqatçılar
müxtəlif cür izah edirlər. Bir qrup tədqiqatçılar (Qubkin,
Bakirov, Brod, Yeremenko, Mehdiyev, Qocayev və b.) neftəmə-
ləgəlmənin diagenez mərhələsində başlayıb katagenezdə davam
etdiyini söyləyirlər. Başqa qrup tədqiqatçılar isə neftin ancaq
katagenezdə əmələ gəldiyini (Vassoyeviç, Sokolov, Dobryansk
və b.) sübut edirlər.
Neftəmələgətirici lay dəstlərindən hansı dərinlikdə neft
əmələ gəlir sualı da müxtəlif cür izah edilir. Belə ki, bir qrup
tədqiqatçılar bu dərinliyi 1,2-1,5 km, digər qrup- 2,0 km, üçüncü
qrup isə 2,5 km götürür.
Hər şeydən əvvəl qeyd edək ki, bu dərinlik üzvi birləşmə-
lərin təbiətindən, yerləşdiyi suxurların litoloji tərkibindən, geo-
termik qradiyentdən, geoloji vaxtdan və yerləşdiyi suxurların
üzvi birləş-mələrə göstərdiyi təzyiqdən asılıdır.
Qeyd etmək lazımdır ki, neftəmələgəlmə digər göstərici-
lərlə yanaşı regional paleotektonik hərəkətlərlə də sıx əlaqədar-
dır.
II FƏSİL. NEFT- QAZLILIVIN PROQNOZLAŞDIRIL-
MASININ SİSTEMLİ TƏHLİLİ

Faydalı qazıntı yataqlarının axtarışı sahəsində neft və qaz


yataqlarının axtarışı və kəşfiyyatı mühüm yer tutur. Axtarış və
kəşfiyyat işlərinin nəticələri və iqtisadi effektivliyi həmin işlərin
elmi nöqteyi-nəzərdən necə qiymətləndirilməsindən çox asılıdır.
Axtarış-kəşfiyyat işləri təcürbəsindən məlumdur ki, neftlilik-
qazlılıq baxımından perspektivliyi duzgün qiymətləndirilməyən
ərazilərdə uzun müddət axtariş və kəşfiyyat işləri aparılmışdır,
bəzən elə də olur ki, zəif perspektivli sahələr elmi cəhətdən
yüksək qiymətləndirilir (kompleks əlamətlər nəzərə alın-
madığından) və nəticədə axtarış-kəşfiyyat işləri heç bir fayda
vermir.
Deməli, həp hansı bir regionda axtarış və kəşfiyyat işləri
aparmazdan əvvəl həmin ərazinin neftlilik-qazlılıq əlamətlərini
nəzərə alan bütün meyarlara əsasən düzgün elmi-nəzəri müha-
kimə yürüdülməlidir. Bu baxımdan Qərbi Sibirdə aparılan ilk
axtarış-kəşfiyyat işlərini qeyd etmək yerinə düşərdi. Bu nəhəng
ərazidə axtarış və kəşfiyyat işləri hələ Böyük Vətən müharibə-
sindən əvvəl başlasa da ilk qaz yatağı 1953-cü ildə (Beryozov),
neft yatağı isə 1959-cü ildə (Şaim) müəyyən edilmişdir. Görün-
düyü kimi, elmi-nəzəri hazırlığın lazımi səviyyədə olmaması
üzündən axtarış və kəşfiyyat işləri yzun müddət ləngimişdir.
Odur ki, neft və qazlılıq perspektivliyi elmi cəhətdən düzgün
əsaslandırılmış ərazilərdə axtarış-kəşfiyyat işləri iqtisadi cəhət-
dən effektli olur. Bu baxımdan hazırda yeni metodoloji tədqiqat-
lar müəyyən edilmişdir ki, onlar geoloji materialların analiz və
sintez edilməsinə imkan yaradır. Belə üsullardan biri geoloji
obyektlərin sistemli təhlilidir. Sistemli təhlil geoloji obyektlərin
təbiətini, quruluşunu və təkamül inkişafını, müxtəlif faydalı qa-
zıntıların yerləşmə qanunauyğunluqlarını izah edən yüksək ef-
fektli vasitədir. Sistemli təhlilin başlıca prinsipləri aşağıdakılar-
dır:
· öyrənilən təbii-tarixi sistemin vahidliyi, sistemin struk-
turluğu, yəni müəyyən məkan və zamanda sistem əmələgətirən
elementlərin qarşılıqlı əlaqə və münasibətlərinin öyrənilməsi,
· sistemə daxil olan sisteməmələgətirən obyektlərin gene-
tik əlaqəliliyi,
· sistemə daxil olan sisteməmələgətirən obyektlərin ierar-
xiya asılılığı,
· dinamizm, yəni sisteməmələgətirən obyektlərin ümumi
inkişafı.
Neft-qazlılığı sistemli təhlilin köməyilə proqnozlaşdırar-
kən neft-qazəmələgəlmə və neft-qaztoplanmaya vahid bir hadi-
sənin muxtəlif tərəfləri kimi baxılmalıdır.
Neft-qazəmələgəlmə və neft-qaztoplanmanın qanunauy-
qunluqlarını sistemli təhlil əsasında öyrənən ilk tədqiqatçılar
İ.M.Qubkin və V.İ.Vernadski olmuşlar.
Heftlilik-qazlılığı proqnozlaşdırarkən sistemli təhlilin nə-
zəri əsasını karbohidrogenlərin mənşəyi haqqındakı nəzəriyyələr
təşkil edir. Neftlilik-qazlılığı qiymətləndirərkən sistemli təhlil
əsasında aşağıdakı məsələlər izah edilir:
· mürəkkəb neftli-qazlı regionun geoloji sisteminin vahid-
liyi, strukturluğu və ierarxiya asılılığı,
· tədqiq olunan ərazidə litogenezin böyük tsikllərinə uy-
ğun gələn paleohövzələrin ayrılması,
· tədqiq olunan ərazinin kəsilişində struktur mərtəbələrin
ayrılması və onların quruluşunun öyrənilməsi,
· ayrılmış struktur mərtəbələrdə geostruktur elementlərin
ayrılması,
· müəyyən məkan və zamanda geostruktur elementlərin
struktur və genetik əlaqəsinin izah edilməsi,
· ərazilərdə regional neftlilik-qazlılığı muşayiət edən
struktur elementlərin, litoloji və stratiqrafik obyektlərin ayrılma-
sı,
· tədqiq edilən ərazidə neftli-qazlı formasiyaların ayrılma-
sı,
· neftli-qazlı formasiyalarda regional neftli-qazlı komp-
lekslərin müəyyən edilməsi,
· tədqiq olunan ərazinin inkişafını əks etdirən geoloji-tari-
xi modelin tərtib edilməsi,
· geoloji-tarixi model əsasında geoloji rayonlaşdırmanın
aparılması,
· tədqiq olunan ərazinin proqnoz və perspektiv neft, qaz və
qaz-kondensat ehtiyatlarının qiymətləndirilməsi.

2.1. SİSTEMLİ TƏHLİLİN GEOLOJİ NƏZƏRİ ƏSASLARI

Sistemli təhlili tətbiq etməklə neftlilik-qazlılığı qiymət-


ləndirərkən aşağıdvkı geoloji nəzəri əsasları bilmək lazımdır:
1. Neft-qazəmələgəlmə və neft-qaztoplanma litogenez və
tektogenezlə genetik əlaqədərdir.
2. Neft-qazəmələgəlmə və neft-qaztoplanma litogenezin
çöküntütoplanma tsikli ilə sıx əlaqədar olub, regional və dövri
xarakterlidir.
3. Neft-qazəmələgalmə regional neftli-qazlı kompleksləri
olan geoloji fopmasiyalarda baş verir və inkişaf edir.
4. Yer qabığında karbohidrogenlərin əmələ gəlməsi miq-
rasiya nəticəsində baş verir. Karbohidrogenlər neftqaz-əmələ-
gətirici qatdan kollektor süxurlar qatına doğru miqrasiya edir və
burada toplanaraq yataq əmələ gətirir.
5. Formalaşmış karbohidrogenlər yığımı müəyyən paleo-
geoloji şəraitdə dağılmaya məruz qalır. Bu zaman yataqdan çı-
xan karbohidrogenlər ya tam dağılır, ya da yenidən miqrasiya
yolynda əlverişli tələ olduqda, yataq əmələ gətirir.
6. Litosferdə gedən neft-qazəmələgəlmə və neft-qaztop-
lanma prosesi vahid bir hadisə olub, muxtəlif pillələrə və mər-
hələlərə malikdir.
2.2.NEFTLİLİK-QAZLILIĞIN PROQNOZLAŞ-
DIRILMASINDA SİSTEMLİ TƏHLİLİN
METODOLOJİ ƏSASLARI
Sistemli təhlilin metodoloji əsaslarını dialektik materializ-
min qanunları təşkil edir. Bu qanunlara görə:
1. Karbohidrogenlər yerin təkində hərəkət edən materi-
yanın geoloji forması olub, litogenez və tektogenezlə qarşılıqlı
inkişaf edərək qanunauyğun şəkildə bir keyfiyyət formasından
başqa keyfiyyət formasına keçir.
2. Karbohidrogenlərin əmələ kəlməsi, inkişafı və eləcə də
uyğun şəraitdə dağılması vahid, mürəkkəb quruluşlu təbii sis-
temin tərkibində davam edir.
3. Vahid neft-qaz meqasistmi litosferdə özünün geoloji
tarixi dövründə movcud olur, kəmiyyət və keyfiyyət dəyişiklik-
lərinə məruz qalır.
4. Karbohidrogenlərin müxtəlif mərhələlərdə kəmiyyət və
keyfiyyət dəyişikliklərinə məruz qalması fasiləsiz-fasiləli
xarakter daşıyır.
A.A.Bakirov bu prosesdə altı mərhələ ayırır:
· müəyyən fasial və geokimyəvi şəraitdə üzvi birləşmələ-
rin toplanması,
· basdırılmış üzvi birləşmələrin neft sıralı karbohidrogen-
lərə çevrilməsi,
· karbohidrogenlərin neft-qazəmələgətirici qatdan kollek-
tor süxurlara miqrasiyası,
· uyğun şəraitdə struktur, litoloji və stratiqrafik tələlərdə
karbohidrogenlərin formalaşması,
· formalaşmış yataqların konservasiyası,
· yataqların dağılması və ya yenidən əməl gəlməsi.
Yuxarıda qeyd edilən mərhələlər müəyyən şəraitdə daxili
və xarici enerji mənbələrinin qarşılıqlı əlaqələri nəticəsində baş
verir. Xarici enerji mənbələrinə geostatik təzyiq, tektonik hərə-
kətlərin təsir qüvvəsi, qravitasiya qüvvəsi, yerin istilik axını,
hidrodinamiki qüvvələr, kapilyar qüvvələr və s. Əlbəttə, topla-
nan üzvi birləş-mələrin generasiyası, miqrasiyası, akkumulyasi-
yası, eləcə də dağılması təkcə xarici enerji mənbələri ilə əlaqə-
dar deyildir. Bu vahid prosesin inkişafına həmçinin daxili enerji
qüvvələri də təsir edir. Bu qüvvələrə mikroorqanizm və ferment-
lərin təsir qüvvəsi, katalitik təsir, üzvi birləşmələrin və kar-
bohidrogenlərin daxili kimyəvi enerjisi, radioaktiv mineralların
təsiri, suxurların kristallaşması zamanı əmələ gələn enerjilər,
karbohidrogenləri suxurlardan sıxışdırıb çıxaran molekular,
kapillyar qüvvələr, karbohidrogenlərin genişlənməsi zamanı
əmələ gələn elastiklik qüvvəsi və s. daxildir.

2.3. NEFTLİ-QAZLI GEOLOJİ MEQASİSTEM

Təbiətdə rast gələn bütün karbohidrogen yığımları bir-


birilə qarşılıqlı əlaqədədir. Məsələn, fərdi yataqlar yataqların
əsas elementi olduğu kimi, yataq zonanın, zona vilayətin, vilayət
əyalətin tərkib hissəsi hesab edilir. Neftli-qazlı obyektlərin cahə
və kəsiliş uzrə inkişafı, formalaşması və Yerləşməsi qanuna-
uyğunluğunu başa düşmək və bu əsasda axtarış-kəşfiyyat işlə-
rinin optimal istiqamətini müəyyən etmək üçün onların hər
birinə vahid təbii-tarixi sistem kimi baxılmalıdır. Vahid təbii-ta-
rixi sistemlərin məcmuna isə neftli-qazlı geoloji meqasistem de-
yilir. Neftli-qazlı geoloji meqasistemə, regional neftli-qazlı
kompleksləri olan formasiyaların, istər regional, istərsə də lokal
neftlilik-qazlılığın formalaşmasına nəzarət edən geostruktur və
başqa elementlərin vahid genetik qarşılıqlı əlaqəsi kimi baxılır.
Neftli-qazlı geoloji meqasisteminin başlıca sisteməmələ-
gətirici elementləri (şəkil 2.1) aşağıdakılardır:
1. Neftli-qazlı formasiyalar sistemi. Zaman və məkana gö-
rə qarşılıqlı əlaqədə olan suxurların assosiyasından ibarət olub,
neft-qazəmələgəlmə və neft-qaztoplanma proseslərinin inkişafı
üçün meyardır. Neftli-qazlı formasiyalar sistemində regional
neftli-qazlı komplekslər inkişaf edir.
2. İepapxiya prinsipi üzrə yerləşən müxtəlif ölçülü geo-
struktur elementlərin, eləcə də litoloji və stratiqrafik obyektlərin
sistemi.
3. Regional neftli-qazlı ərazilərdə karbohidrogen yığımları
sistemi.
Нефтли-г азлыэеолоъи
мег асистем
Системляр

Нефтли-г азлыформасийалар Э еоструктур, литолоъивя Нефтли-г азлыйыьымлар


стратиг рафик обйектляр

Şəkil 2.1. Neftli-qazlı geoloji meqasistemin sxemi.

Hər bir neftli-qazlı geoloji meqasistemi təşkil edən sis-


teməmələgətirici elementlər özləri də mürəkkəb sistem olub,
müxtəlif qarşılıqlı, əlaqəli obyektlər yığımından ibarətdir.

NEFTLİ-QAZLI FORMASİYALAR SİSTEMİ

"Formasiya" sözünü geoloji ədəbiyyatda alman geoloqu


A.Verner işlətmişdir. Əvvəllər formasiya adı altında tərkibcə və
kəsilişjə uyğun olan suxurlar kompleksi başa düşülurdü. Sonra-
lar "formasiya" termini geniş işləməyə başlandı, bəzi tədqiqatçı-
lar "fasiya" və "formasiya" terminləri arasında fərq qoymurlar.
Halbuki fasiya, başlıca olaraq paleocoğrafi, paleogeomorfoloji
məfhumdur. formasiya isə tektonik məfhum olub, müəyyən
regional strukturlarla əlaqədardır. Formasiya geotektonik rejim-
dən asılı olaraq platforma, keçid və geosinklinal tip olur.
İqlim şəraitinə, spesifik tərkib xüsusiyyətinə, rənginə görə
də formasiyalar müxtəlif olur. Quruluş xaraktenə görə fliş, mo-
lass formasiyaları ayrılır. Belə formasiyalar geosinklinal rejimdə
əmələ gəlir.
Formasiya müəyyən zaman və məkan daxilində inkişaf
edən paleocoğrafi və paleotektonik əmələgəlmə şəraitlərinə görə
bir-biri ilə genetik əlaqədə olan iri bircinsli litoloji tərkibli geo-
loji vahidlərə deyilir.
Fasiya eyni stratiqrafik, intervalda olan, lakin fiziki-coğra-
fi əmələgəlmə şəraitlərinə və tərkiblərinə görə bir-birindən ay-
rılan çöküntü kompleksinə deyilir.
Fasiya və formasiyalar da neftli-qazlı fasiya və neftli-qazlı
formasiyaya ayrılır. Neftli-qazlı formasiya dedikdə müəyyən
zaman və məkanda inkişaf edən, paleotektonik və fasiyal əmələ-
gəlmə şəraitlərinə görə genetik əlaqədə olan, uyğun şəraitdə
neft-qazəmələgəlmə və neft-qaztoplama prosesi gedə bilən sü-
xurlar assosiasiyası başa düşülür.

NEFTLİ-QAZLI FORMASİYALARIN TİPLƏRİ

Tektonik rejimə görə neftli-qazlı formasiyalar (NQF) üç


qrupa ayrılır: platforma, geosinklinal və keçid tipli. Hər tip özü
də subformasiyalara ayrılır. Subformasiya formasiya daxilində
litoloji, tektonik, həmçinin karbohidrogenin toplanma xarakteri-
nə görə müəyyən edilir. Məsələn, qədim platformalarda müəy-
yən geoloji intervallarda daimi çökməyə məruz qalan sinekliz-
lərdə böyük qalınlıqda çöküntü toplanır ki, onları da subformasi-
yalar adlandırmaq olar. Subformasiyalarda enmə və qalxma
hadisələrinin növbələşməsi müşahidə olunur.
Neftli-qazlı formasiyalar paleocoğrafi şəraitlərinə görə də-
niz, yarımdəniz, kontinental və s. kimi tiplərə ayrılır.
Litoloji xüsusiyyətlərinə görə NQF terrigen, karbonat, kar-
bonatlı-terrigen, rifogen, karbonatlı-hallogen, terrigenli-kömür,
fliş və molass olur. (cədvəl 2.1).
Neftli-qazlı formasiyalarda litoloji komplekslər ayrılır ki,
onlar da yayılma miqyasına görə regional, subregional, zonal və
lokal olur. Ən çox diqqəti cəlb edəni regional neftli-qazlı komp-
lekslərdir (RNQK).
Regional neftli-qazlı kompleksləri xarakterizə edən başlıca
əlamətlər bunlardır:
· çöküntülərin və onlarla qarışıq olan üzvi birləşmələrin
sulu şəraitdə, anaerob mühitdə, dibi çökmə xarakterli inkişafda
olan hövzələrdə toplanması.
· bu interval kəsilişdə lay sularının aktiv hərəkətinin olma-
ması,
· müsbət tektonik fazanın baş verməməsi,
· kəsilişdə kollektor süxurların iştirak etməsi,
· kəsilişdə ekran süxurların olması,
· kəsilişdə neft-qazəmələgətirici qatın iştirakı.
Regional neftli-qazlı komplekslərə misal olaraq Volqa-
Ural neftli-qazlı ərazisində- Devon sisteminin Civet, Frans mər-
təbələrinin terrigen və Famen mərtəbəsinin karbonatlı süxurlar
kompleksini, Skif və Turan Epipaleozoy platformalarında orta
Yura və Tabaşir sisteminin Neokom, Apt-Alb mərtəbələrinin
terrigen və üst Yuranın karbonat komplekslərini, Qərbi- Sibirdə-
orta və üst Yura, alt və üst Təbaşir sistemlərinin terrigen
komplekslərini, Cənubi Xəzər hövzəsində erkən Pliosen yaşlı
terrigen kompleksini, Şimali Qafqazda- Miosen-Oliqosen komp-
lekslərini, Yaxın və Orta Şərqdə- Hənifə, Ərəb, Əsməri karbonat
və Zubeyr, Bur-han, Vara kimi terrigen lay dəstələrini və s.
göstərmək olar.
Regional neftli-qazlı kompleks üç sisteməmələgətirici
komplekslərdən ibarətdir: neft-qazəmələgətirici, kollektor və
neft-qazmühafizəedici. Təbiətdə bəzən bu qatlardan biri digər
ikisini əvəz edir, ya da iki sisteməmələgətirici elementdən ibarət
olur. Məsələn, üst Yura yaşlı Bajenov lay dəstəsi (Qərbi Sibir)
neftəmələgətirici və kollektor rolunu oynayır. Bu baxımdan
Cənubi Xəzər hövzəsindəki erkən Pliosen yaşlı RNQK təd-
qiqatçıların fikrinə görə iki cür izah edilir: birinci- orta Pliosenin
kəsilişindəki gil qatları həm neft-qaz-əmələgətirici, həm də
mühafizəedici rolu oynayır; ikinci- kəsilişdəki gil qatı ancaq
mühafizə qatı rolunu oynayır, neft-qaz yataqları isə kompleksdə
epigenik xarakterli hesab edilir.
Neft-qazəmələgətirici suxurlar (qatlar). Dəniz və quru
mənşəli üzvi birləşmələrlə zəngin olan, subakval şəraitdə topla-
nan, sənaye əhəmiyyətli karbohidrogenlər generasiya edən su-
xurlar neft-qazəmələgətirici qat adlanır. Təcrübə göstərir ki, ən
çox üzvi birləşmələr gil, alevrit və bəzi karbonat süxurlarında
toplanıb saxlanılır (cədvəl 2.2).
Cədvəl 2.2

Miqdarı, %
Süxur
Cüz Karbohidrogen
1 2 3
Gil 0,90 0,02
Alevrit 0,45 0,01
Qumdaşı 0,20 0,005
Əhəngdaşı 0,20 0,012
Duz, sulfat 0,10 0,003

Üzvi birləşmələrin neft-qazəmələgətirici süxurlarda faizlə


miqdarı J.Xanta görə 0,5-5 %, K.D.Mak Oliffeyə görə isə 0,1-13
% olur. Ümumiyyətlə, Cüz-nün orta qiyməti gillərdə 2 %, kar-
bonat süxurlarında 0,6 %-dir. Sonuncularda ən aşağı qiymət 0,3
% olur.
Üzvi birləşmələrdə bitumun (karbohidrogenlərin- CH)
miqdarı 0,1- 0,2 %-dən artıq olmur. Bu cəhətdən neft-qazəmələ-
gətirici suxurlar üç qrupa ayrılır: ən yaxşı (CH-ın miqdarı 150-
500 mq/kq), orta (CH- 50-150 mq/kq) və pis (CH- 10-50
mq/kq).
Neft-qazəmələgətirici birləşmələrlə zəngin olan gil süxur-
ları təbiətdə yayılan çökmə suxurların 50 %-dən çoxunu təşkil
edir. Gil süxurları müxtəlif mineral tərkibli olur. Onlarda gil
minerallarından başqa kvars, çöl şpatları, üzvi birləşmələr də iş-
tirak edir. Məsələn, bentonit gillərinin 85 %-i montmorillionit,
10 %-i kvars, 5 %-i isə çöl şpatlarından ibarətdir.
Çöküntütoplanmanın ilk anlarında gil birləşmələri 90 %
sudan, 8-9 % mineral birləşmələrdən ibarət olur. Hövzə dibinin
sonradan enməsi ilə əlaqədar olaraq gil çöküntülərində sıxlaşma
gedir və onlarda suyun faizlə miqdarı azalmağa başlayır. Gil sü-
xurlarının sıxlaşmasına müxtəlif amillər təsir edir: mineraloji
tərkibi, mineral hissəciklərin ölçüsü, çöküntülərin ümumi qalın-
lığı və s. Sıxlaşma o vaxt intensiv gedir ki, gil çöküntülərini təş-
kil edən mineral hissəciklərin ölçüləri daha xırda olsun. Əlbəttə,
gil süxurlarının sıxlaşmasına geodinamik amil də böyük təsir
göstərir. Məsələn, eyni dərinlikdə, eyni mineraloji xüsusiyyətə
malik olan gil qatı tektonik aktiv zonada daha çox sıxlaşmaya
məruz qalır. Gil çöküntülərində sıxlaşma iki cür gedir: bərabər
və qeyri-bərabər. Bərabər sıxlaşmada susuzlaşma ilə geostatik
təzyiqin artması uyğun gedir. Belə halda gil qatındakı təzyiq
hidrostatik təzyiqə bərabər olur. Qeyri-bərabər sıxlaşmada isə
susuzlaşma geostatik təzyiqə uyğun gəlmir. Susuzlaşma tam get-
mir. Ona görə də gil hissəcikləri arasında olan qalıq su artan
geostatik təzyiqi öz üzərinə götürür. Sıxlaşma zəifləyir. Əmələ
gələn təzyiq isə artaraq anomal təzyiqə yaxınlaşır. Buna gilin
sıxlaşma bilməməsi halı kimi baxılır. Əmələ gələn təzyiqə isə
anomal yüksək təzyiq (AYT) deyilir.
Laboratoriya tədqiqatları göstərir ki, 400-600 m dərinlikdə
gil çöküntülərində olan sərbəst suların hamısı sıxlaşma nəti-
cəsində azad olur. Mineral hissəciklər arasında olan bağlı sular
isə yüksək təzyiqdə azad edilir. Əgər gil qatı böyük qalınlıqda
olursa, onun susuzlaşması çox pis gedir (qeyri-bərabər sıxlaş-
ma). Bu vaxt sıxlaş-ma əvvəlcə məsaməli qatlarda getdiyindən
gil təbəqəsində susuzlaşma ləngiyir. Bəzən isə gil qatında başqa
iri dənəli qatışıqlar da olur (kvars, çöl şpatları və s.). Onlar gil
qatının tez susuzlaşmasının qarşısını alır. Neft-qazəmələgətirici
qat karbonat suxurları üçün də xasdır. Belə qata əhəngdaşı,
dolomit və təbaşir süxurlarında rast gəlmək olar.
Karbonat çöküntülərinin sıxlaşması gillərə nisbətən başqa
cür gedir. Onlar 1,5 m dərinlikdə artıq susuzlaşmış olur. Karbo-
nat çöküntülərində əsasən avtoxton üzvi birləşmələri toplanır.
Onların tərkib göstəriciləri belədir: C- 85 %, H- 11, 0-16 %,
H/C- 1, 6 %.
Neft-qazəmələgətirici gil qatı müxtəlif tektonik xüsusiy-
yətləri ilə seçilən sedimentasiya hövzələrində geniş yayılmışdır.
Adətən, enmə prosesinə məruz qalan sedimentasiya hövzə-
lərində üzvi birləşmələrlə zəngin olan bir, bəzən isə iki-üç neft-
qazəmələgətirici qat formalaşır. Yaş cəhətdən də neft-qazəmələ-
gətirici qat geniş stratikrafik diapozonu (Proterozoy-Neogen)
əhatə edir. Üzvi birləşmələrin miqdarına görə neft-qazəmələ-
gətirici qat bir neçə tipə ayrılır (cədvəl 2. 3a).
Üzvi birləşmələrin miqdarına çöküntütoplanmanın sürəti
də təsir göstərir. Burada çöküntütoplanma ilə Cüz- nün toplanma
sürətləri arasında düz mütənasib əlaqə müşahidə edilir.
N.B.Vassoyeviç və başqalarına görə: kiçik sürətdə (2-6
mm/min il) Cüz-nün miqdarı 0,01 %-dən az, orta sürətdə (20-160
mm/min il) 0,1-2 %, yüksək sürətdə (660-1400 mm/min il) 11-
18 % olur. Deməli, çöküntütoplanmanın sürəti artdıqca çöküntü-
lərdə Cüz- nün saxlanma dərəcəsi də artır. Üzvi birləşmələrin
saxlanmasına, həmçinin çöküntülərin litoloji tipi də təsir göstərir
(cədvəl 2.3b). Müxtəlif tip çöküntülərdə üzvi birləşmələrin
miqdarı müxtəlifdir. Məsələn, duz qatlarında bir neçə q/m3 ol
duğu halda yanar şistlərdə 6 kq/m3-ə çatır. Cüz-nün klark miqdarı
0,4 kq /m3 (cədvəl 2.3b).
Subakval şəraitdə toplanan çöküntülərdə çoxlu miqdar su,
mineral hissəciklər, üzvi birləşmələr, canlı orqanizmlər saxlanı-
lır. Çöküntütoplanma ilə yanaşı hövzə dibinin enməsi də davam
edərsə çöküntülərdə yığılan üzvi material müxtəlif bioloji və
kimyəvi çevrilmələrə məruz qalır. Çevrilməyə başlanğıcda sub-
akval şərait, mikroorqanizmlərin fəaliyyəti və temperatur təsir
göstərir. Çevrilmə məhsulları qaz, maye və bərk halda olur.
Çökmə qatının kəsilişində bir neçə genetik zona ayrılır:
biokimyəvi, katalitik, termokatalitik və termik. Bu zonaların sər-
hədləri dərinliyə getdikcə geotermik qradiyentdən və süxurların
katalitik xüsusiyyətindən asılı olaraq dəyişir.
Üzvi birləşmələrin şaquli kəsiliş üzrə çökmə qatında də-
yişmə sxemi müxtəlif tədqiqatçılar tərəfindən müxtəlif cür veril-
mişdir (cədvəl 2.4).
Cədvəl 2.4.

N.B.Vassoyeviç
V.A.Sokolovun J.Xantın
və V.A.Uspenski-
Litoge- sxemi sxemi
nin sxemi.
nez
Biokimyavi Qazəmələ- Diagenetik qaz-
qazəmələgəlmə gəlmə əmələgəlmə
Diage-
1-2 km
nez
Protoka- Katagenetik qaz-
2-3 km + 50 oC
tagenez əmələgəlmə- 0,5 *
Mezoka- Əsas neftəmələ- Neftəmələgəl-
Katagenez
tagenez gəlmə- 4 km mə- 1*
Apoka- Qazəmələgəl- Qazkondensat-
+ 200 oC
tagenez mə- 5-6 km əmələgəlmə- 1,3 *
Meta- Metamor- Qazəmələgəlmə-
7-9 km
morfizm fizm 2*
* Vitrinitin yağda parlaqlıq dərəcəsi, %

Yer qabığının ümumiləşdirilmiş geoloji-geofiziki kəsilişi


B.A.Sokolov tərəfindən verilmişdir (cədvəl 2.5).
Diagenez (protokategenez) üzvi birləşmələrin çöküntülər-
də parçalanmasının başlanğıc prosesi adlanır. Burada nəinki üz-
vi maddələr dəyişməyə məruz qalır, hətta onların yerləşdiyi çö-
küntülər də süxurəmələgəlmə istiqamətində dəyişir.
Diagenezin aşağı intervalı 50 0C temperatura uyğun gələn
dərinlikdən keçir. Onun başlanğıc mərhələsində oksidləşmə şə-
raitində çöküntülərdə çoxlu miqdar su olduğundan biokimyəvi
proses-lər daha intensiv gedir. Bu zaman üzvi birləşmələr anae-
rob şəraitdə çox az parçalanır. Belə şəraitdə gedən az-çox parça-
lanma isə bakteriyaların Cüz-nün oksidləşmə komponentlərindən
(molekulyar oksigen əvəzinə) sulu karbondan istifadə etmələri
hesabına baş verir. Üzvi birləşmədə olan sellüloz da bak-
teriyaların iştirakı ilə parçalanır. Parçalanma məhsulları metan,
karbon qazı, azot, kükürd kimi qazvari birləşmələrdən ibarətdir.
Əlbəttə, metan qazı daha çox olur.
Metanın homoloqları isə olduqca azdır.
Cədvəl 2.5.

Qatla- Seysmik
ların dalğala- Sıxlıq Layların xarakteris- Cüz- nün genera-
nöm- rın sürəti, q/sm3 tikası siya zonası
rəsi km/saat
Çökmə hövzələrin kəsilişi
Biokimyəvi
Yumşaq çöküntülər
1 1,8-2,2 2,0 qazəmələgəlmə,
qazhidrat
Zəif konsolidasiya Üst neft-qaz-
2 2,2-2,8 2,2
olunmuş çöküntülər əmələgəlmə
Konsolidasiya olun- Əsas neftəmə-
3 2,8-4,5 2,4
muş süxurlar ləgəlmə
4,5-5,0 Yüksək konsolidasiya
Termal qazəmə-
4 2,6 olunmuş süxurlar və ya
ləgəlmə
ikinci okean qatı
Bünörə
Maqmatik-metamor-
5 5,0-5,8 2,7
fik qat
6 5,8-7,2 2,7-3,0 Bazalt qatı
7 7,2-8,2 3,0-3,4 Mantiya

Diagenez prosesində bakteriyaların aktivliyi müxtəlif tər-


kibli neft-qazəmələgətirici qatlarda müxtəlifdir. Məsələn, hesab-
lamalar göstərmişdir ki, bakteriyalar karbonat süxurlarındakı
üzvi birləşmələri 1,5 m dərinlikdən parçalamağa başlayır. Gil
suxurların-da isə onların aktivliyi daha dərindən başlanır. Metan
qazının bioloji və termokatalitik yolla əmələ gəlməsi onun izo-
top tərkibi ilə təyin olunur. Biogen metan yataqları terrigen su-
xurlarda (kontinental mənşəli) daha çox rast gəlir. Üzvi birləş-
mələrin həlledicilərdə emalı nəticəsində həll olan və olmayan
maddələr alınır. Həll olan birləşmələr bitum qrupuna aid edilir.
Üzvi birləşmələrin diagenezdə dəyişməsindən gerogen əmələ
gəlir.
Ümumiyyətlə, J.Xanta görə diagenez prosesində 9 % ma-
ye karbohidrogenlər əmələ gəlir.
Katagenez üzvi birləşmələrin diagenez prosesindən sonra
düşdüyü mərhələdir. Katagenez mərhələsi 60-200 oC arasında
gedir. Aşağı həddin qiyməti bəzən tədqiqatçılara görə 300-350
o
C-yə çatır. Təzyiq isə bu mərhələdə 30-100 MPa arasında dəyi-
şir. Katagenez prosesinin başlanma dərinliyi geotermik qradi-
yentdən asılıdır. Platforma vilayətlərində geotermik qradiyent 2-
5 oC/100 m olur. Giosinklinal vilayətlərində, xüsusilə tektonik
aktiv rayonlarında, bu rəqəmlər daha böyük olur. Cənubi Xəzər
hövzəsində geotermik qradiyent 2,1 oC/100 m hesablanmışdır.
Katagenez prosesində üzvi birləşmələr böyük dəyişikliyə
məruz qalır. Kerogenin struktur quruluşunda dəyişiklik baş ve-
rir, karbohidrogen birləşmələri əmələ gəlir. Neft sıralı karbo-
hidrogenlər əsasən kerogenin termokatalitik krekinqində genera-
siya olunur. Katagenez prosesində vitrinitin parlaqlıq dərəcəsi
0,5-2,0 % dəyişir. Hazırda maye neftin əksər hissəsi 60-150 oC
temperatur intervalında 1,5-4,0 km dərinlikdə əmələ gəlir. Gene-
rasiya olunan neftin miqdarı və tərkibi kerogenin tipindən, tem-
peratur və vaxtın ona təsirindən asılıdır. Katagenez mərhə-
ləsində maye neftlə yanaşı qaz halında karbohidrogenlər də ge-
nerasiya edilir.
Metamorfizm (apokatagenez) mərhələsi daha yüksək
temperaturla xarakterizə olunur. Üzvi birləşmələrdəki vitrinitin
parlaqlıq dərəcəsi 2,5-4 % olur. Bu mərhələdə əsasən quru me-
tan qazı əmələ gəlir. Üzvi birləşmələrin son məhsulu quru metan
qazı ilə yanaşı əmələ gələn qrafitdir.
Neft-qaz saxlayan qat (kollektor süxurlar). Kollektor sü-
xurların öyrənilməsi, onlarda neft, qaz və suyun (flüidlərin) hə-
rəkət etməsi prosesinin izahı neft-qaz geologiyasının əsas mə-
sələlərindən birini təşkil edir.
Kollektor süxur nədir? Bu elə süxurdur ki, neft və qazı
özündə saxlayır və işlənmə vaxtı verə bilir.
Kollektor süxurları öyrənərkən onların mineraloji tərkiblə-
rini və disperslik dərəcələrini bilmək vacibdir. Kollektor sü-
xurların tərkibi ilkin (birinci) və törəmə (ikinci) minerallardan
ibarət olur. Çökmə süxurların mineralları iki qrupa bölünür: au-
tigen (çöküntü toplanan yerdə əmələ gələn) və allotigen (xaric-
dən gətirilən). Bu minerallar qrupu çöküntütoplanmanın fiziki-
kimyəvi şəraitini, formalaşma və diagenez proseslərini müəyyən
dərəcədə özlərində əks etdirir (Teodoroviç, 1958).
Allotigen minerallar autigenə nisbətən mühitin fiziki-kim-
yəvi dəyişməsinə daha çox davamlıdır. Çünki bu mineralların
əsasını kvars və silisli qırıntılar təşkil edir.
Neft və qaz kollektorları olan qum, alevrit süxurlarının xü-
susiyyətlərini izah edərkən onların qranulometrik tərkiblərini
öyrənmək lazımdır. Süxurları təşkil edən qranulometrik ele-
mentlərin mineraloji tərkibi onların sıxlıqlarına görə dolayı üsul-
la təyin edilə bilər. Yəni sıxlığı çox olan süxurların ağır mi-
nerallardan təşkil olunduğu güman edilir.
Qranulometrik tədqiqatların nəticələri cədvəl və qrafiklər
şəklində göstərilir. Həmin qrafiklərə tsikloqram, histoqram, ku-
mulyativ, yaxud inteqral əyriləri və üçbucaq daxildir.
Qranulometrik tədqiqat nəticəsində aşağıdakı qranulomet-
rik əmsallar bu və ya digər çökmə süxurun xüsusiyyətlərini xa-
rakterizə edir: dənəciklərin orta diametri (median), çeşidlənmə
və asimmetriya.
Dənəciklərin orta diametri (Md) dedikdə Traska görə 50
%- ə uyğun dənəciklərin ölçüsü nəzərdə tutulur (şəkil.2.2).
Şəkil 2.2. Kumulyativ (inteqral) əyri: Q1- birinci
kvartil; Q 3-ikinci kvartil; Md- median diametr

Çeşidlənmə (müxtəlif cinslilik) əmsalı A.A.Xaninə görə


75 %-ə uyğun gələn dənəciklərin diametrinin 25 %-inə olan nis-
bəti ilə ölçülür. Çeşidlənmə əmsalı: Sч = Q3 Q1 , bəzən
LogQ3 - LogQ1
LogQч = düsturundan da istifadə edilir. Çeşid-
2
lənmə əmsalı suxurların kollektorluq dərəcəsini tənzim edir. Bu
əmsal çöküntülərin toplanma şəraitindən asılıdır (Cədvəl 2.6).

Cədvəl 2.6

Qumların çeşidlən- Çeşidlənmə əmsalı


mə dərəcəsi Sч = Q3 Q1
Yaxşı 1,0-2,5
Orta 2,5-4,5
Pis 4,5
L.B.Ruxinə (1937) görə sahilə yaxın yerləşən qumlar də-
nizin abraziya fəaliyyətinə daha çox məruz qaldıqlarından yaxşı
çeşidlənir.
Asimmetriya əmsalı isə orta diametrə görə dənəciklərin
ölçülərinin simmetrik yerləşməsini göstərir. Asimmetriya əmsalı
Sa =
Q1 × Q 3 (Traska görə), bəzən isə S = Q 1 × Q 3
(Md )3 a
(Md )3
(V.Krumbeyn və L.Klossa görə) ifadələrindən istifadə olunaraq
hesablanır.
Kollektor süxurların əsas xüsusiyyətləri. Neft və qaz tə-
bii şəraitdə terrigen və karbonat süxurlarda toplanır. Yüksək
təzyiq və temperatur şəraitində əmlələ gələn süxurlar (maqmatik
və metamorfik) karbohidrogenlər üçün kollektor rolunu oynaya
bilməz. Lakin nadir hallarda miqrasiya nəticəsində neft və qaz
maqmatik və metamorfik süxurlarda da yataq salır. Belə yataqlar
planetimizdə çox azdır. Məsələn Qərbi Sibirdəki Şaim neft
yatağı qranit bünövrənin aşınmış səthində, Muradxanlı yatağı
(Azərbaycan) Tabaşir yaşlı vulkanogen süxurlarda toplanmışdır.
ABŞ-da Teaxas (Litton-Spirinqs yatağı məsaməli və çatlı
serpentinitlərdə, Panxendel yatağı yuyulmuş qranitdə), Kanada-
da Atabaska yatağı, Meksikada Ferbo, Liviyada Aucella və s.
yataqlar da belə tipli yataqlardır.
Ümumiyyətlə, qeyd edək ki, planetimizdə çıxarılan neft və
qazın 99 %-i çökmə mənşəli süxurlarda rast gəlir. Əmələgəlmə
şəraitlərinə və petroqrafik tərkiblərinə görə çökmə mənşəli
kollektor süxurlar üç böyük qrupa bölünür:
1. Terrigen (qum, qumdaşı, alevrit).
2. Karbonat (əhəngdaşı, dolomit)
3. Qarışıq (terrigen-karbonat)
Tiplərinə görə kollektorlar iki qrupa ayrılır: qranulyar və
çatlı. Qranulyar kollektorlara qranulyar məsaməliliyə və dənə-
lərarası keçiriciliyə malik olan qumlu-alevrolitli süxurlar daxil-
dir. Oolitli və kristallik dənəvər strukturlu əhəngdaşı və dolomit
süxurları da qranulyar kollektor tipinə aid edilir. Digər qrup
karbonat süxurları çatlı kollektor tipinə aiddir. Çatlı kollektorla-
ra həmçinin çatlı qumdaşlar, gilli şistlər və kristallik süxurlar da-
xildir.
Məsaməlik. Çökmə mənşəli kollektor süxurlar mexaniki
və kimyəvi yolla toplanan bərk materiallardan, yaxud bitki və
heyvan qalıqlarının yığımından ibarətdir. Təbii qaz və neft isə
çökmə mənşəli həmin süxurların boşluqlarında yataq salır.
Neftin yer altında toplanması haqqında əvvəllər heç bir el-
mi əsası olmayan səhv təsəvvürlər movcud idi. Həqiqətə uyğun
olmayan bu təsəvvürlərə görə neft yer altında böyük və geniş
boşluqları doldurmaqla yeraltı göllər və ya axan çaylar əmələ
gətirir.
1878-ci ildə rus alimiləri S.O. Qulişənbərov neftin yeraltı
mağaralarda (boşluqlarda) toplanması fikrini, H.Abix, N.V.So-
kolov və b. isə neftin çat və qırılmalarla əla qədər olduğunu söy-
ləmişlər.
Çökmə süxurların kollektor olmaları üçün onların boşluq-
ları olmalıdır. Boşluqların ölçüləri çox müxtəlif olur. Boşluqlar
təkcə ölçülərinə və dənəcik konfiqurasiyasına görə deyil, həmçi-
nin onların çatlarına, laylanma müstəvilərinə və boşluqdakı se-
ment materiallarına əsasən təyin olunur.
Süxurların məsaməliyi həm sedimentasiya, həm də kimyə-
vi həllolma prosesləri nəticəsində əmələ gəlir. Əksər karbonat
süxurlarında məsaməlik kalsitə karbon qazı (CO2) ilə zəngin
olan lay suları təsirindən yaranır. Belə süxurların məsamə boşlu-
ğu kanalciq və yarıqlardan ibarətdir.
Çökmə süxurlarla əlaqədar olan məsamələr bir-birləri ilə
birləşmiş (əlaqəli) və ya əlaqəsiz olur.
Məsaməlik əmsalı süxurun boşluqları həcminin onun ümu-
mi həcminə olan nisbətinə deyilir. Qırıntı süxurların məsaməlik
qiyməti dənəciklərin forma və ölçüsündən, sıxlıqdan və
sementləşmə dərəcəsindən asılı olaraq dəyişir.
Azərbaycan neft yataqları üçün məsaməlik 18-25 %, Stav-
ropol üçün 30-40 %, Volqarad üçün 20-27 % və s. hesablanmış-
dır. Karbonat süxurları üçün məsaməlik isə 3-30 % arasında də-
yişir. Gil süxurunun ümumi məsaməliyi 40-50 % və daha çox
olur. Məsələn, Azovyanı sahədə Sarmat gillərinin məsaməliyi 53
%- dir. (A.A. Xanin, 1963).
Məsamələr bir-birilə birləşərək kanal və borucuqlar əmələ
gətirir ki, bunlar da diametrlərinin ölçülərinə görə adi kapillyar,
kapillyar və subkapillyar olur.
Adi kapillyar boşluqların ölçüsü 0,508 mm, kapillyarın ki
0,508-0,0002 mm, subkapillyarınkı isə Ð 0,0002 mm olur.
Məsamə boşluğu bir neçə həndəsi xüsusiyyətlərlə xarakte-
rizə olunur:
· Ümumi məsaməlik,
· Əlaqəli (effektiv və ya faydalı) məsaməlik,
· Məsamələri birləşdirən borucuqların daxili xüsusi səthi,
· Məsamə yollarının əyriliyi.
Süxurun ümumi həcmi: Vц = Vd + Vb ifadəsindən təyin olu-
nur. Burada Vd -mineral dənəciklərin həcmi, Vb - süxurda olan
boşluqların həcmidir.
Deməli, ümumi məsaməlik suxurda olan boşluqların həc-
minə deyilir. Əlaqəli məsaməlik isə ümumi məsaməliyin elə his-
səsidir ki, orada boşluqlar bir-biri ilə əlaqədə olur.
Ümumi məsaməlik əmsalı.
m c = c × 100 % , burada mc - əlaqəli
V V
m ц = b × 100 % ;
Vo Vo
məsaməlik, Vc -əlaqəli məsamələrin həcmidir.
Bəzən xarici ölkə tədqiqatçıları əlaqəli məsaməliyi faydalı
və ya effektiv məsaməlik də adlandırırlar.
Ümumi məsaməlik Melçer (1921) üsulu ilə təyin olunur.
Bu üsulla ümumi məsaməliyi təyin etmək üçün süxurun sıxlığı
(d ) və həcmi çəkisi (d h ) təyin olunur:
d -dh
mц = × 100 %
d
Çökmə süxurlardakı məsamələr genezislərinə (mənşələri-
nə) görə ilk və sonradan törəyən məsamələrə ayrılır. İlk məsa-
mələr suxur əmələ gəldiyi (sedimentasiya) zaman onun daxilin-
də yaranan boşluqlar qrupuna deyilir. Məsaməliliyə- 1) süxur
dənəcikləri arasındakı boşluqları, 2) laylanma səthləri arasındakı
boşluqları, 3) bəzi püskürmə süxurlarının daxilində əmələ gələn
boşluqları aid etmək olar.
Sonradan törəyən məsamələr isə diagenez və s. proseslər
nə-tijəsində süxurlarda sonradan əmələ gəlir. Sonradan törəyən
məsamələr aşağıdakı kimi təsnif edilir:
· həllolma nəticəsində törəyən (suların həlledici təsiri nə-
zərdə tutulur) məsamələr,
· süxurların yerüstü aşınması nəticəsində əmələgələn boş-
luq və çatlar,
· süxurların həcminin kiçilməsi zamanı əmələ gələn çatlar
və boşluqlar,
· kristallaşma nəticəsində əmələ gələn çat və boşluqlar,
· tektonik səbəblər nəticəsində yaranan çat və boşluqlar.
Çökmə mənşəli süxurların məsaməliyinə süxuru təşkil
edən dənəciklərin ölçü və forması, dənəciklərin düzülüşü və çe-
şidlənməsi, süxurların sementlənmə dərəcəsi, süxur dənəciklə-
rinin sıxlaşması, süxurun həcminin kiçilməsi, süxurların yenidən
kristallaşması, tektonik hadisələrin təsiri, aşınma proseslərinin
təsiri və s. kimi amillər təsir edir. Bu amillərin bəzilərini şərh
edək.
1. Dənəciklərin ölçüsünün məsaməliyə təsiri Bu asıllığı
kvars, ortoklaz və muskovit dənələrindən hazırlanmış ayrı-ayrı
fraksiyalarda izah etmişlər (cədvəl 2.7).
Cədvəldən göründüyü kimi, kvars və ortoklez dənəciklə-
rindən təşkil olunmuş süxurların məsaməliyi onların dənəciklə-
rinin diametri kiçildikjə artır. Muskovitdən təşkil olunmuş frak-
siyada isə əksinə, dənələrin diametri kiçildikdə məsaməlik aza-
lır. Deməli, süxurların qranulometrik tərkibləri ilə məsaməliklər
arasında müəyyən asılılıq müşahidə edilir.
Müxəlif ölçülü dənəciklərdən təşkil olunmuş süxurların
məsaməliyi, eyni ölçülü dənəciklərdən təşkil olunmuş süxurların
məsaməliyindən az olur. Çünki birincilərdə kiçik ölçülü dənə-
ciklər böyük ölçülü dənəciklər arasındakı boşluqları dolduraraq
onların boşluq həcmini azaldır. Məsələn, qumlu süxurların
tərkibində gil fraksiyalarının miqdarı artdıqca onların məsamə-
liyi azalır.
İzahatdan görünür ki, çökmə süxurların eynicinslilik əm-
salının qiyməti azaldıqja məsaməlik əmsalının qiyməti artır. La-
kin təbii şəraitdə bu xüsusiyyət dəyişməz qalmır; çünki çökmə
mənşəli süxurların məsaməliyinə, dənələrin ölçüsündən başqa,
forma və düzülüşü də əsaslı təsir göstərir.
Cədvəl 2.7

Fraksiya- Kvars Ortoklaz Muskovit


laların məsaməlik, %
diametri, Sıxlaş- Sıxlaş- Sıxlaş- Sıxlaş- Sıxlaş- Sıxlaş-
mm mamış mış mamış mış mamış mış
2,0-1,0 47,63 37,90 47,5 45,48 86,9 80,46
1,0-0,5 47,10 40,61 51,98 47,88 85,18 75,20
0,5-0,25 47,00 41,09 54,76 49,18 87,71 66,30
0,25-0,10 52,47 44,82 58,46 61,62 82,74 68,98
0,1-0,05 54,60 45,31 61,22 52,72 82,98 65,32
0,05-0,01 55,99 45,68 62,53 - - -

2.Dənəciklərin formasının məsaməliyə təsiri. Süxurları


təşkil edən mineral dənəciklərin forması boşluqların yaranma-
sında mühüm əhəmiyyətə malikdir. Bununla belə, dənəciklərin
formasının öyrənilməsi paleocoğrafi məsələlərin həll olunmasın-
da mühüm rol oynayır. Dənəciklər formalarına görə üç qrupa
bölünür: yuvarlaq, yarımyuvarlaq və bucaqlı.
Dənəciklərin yuvarlaqlıq dərəcəsi onların ölçüsündən,
mineraloji tərkibindən, aparılma şəraitindən, aparıldığı məsafə-
dən, onun müddətindən və s. asılıdır. Dənəciklərin ölçüləri bö-
yük olduqda yuvarlıqları da yaxşı, əks halda isə pis olur. Bu,
Azərbayjanda Abşeron neftli-qazlı rayonunda məhsuldar qat
(Pliosen) qumlarının öyrənilməsindən məlum olmuşdu.
Qeyd etdiyimiz kimi, dənəciklərin yuvarlıqlığına süxurla-
rın mineral tərkibləri də təsir göstərir. Davamlı mineral dənəcik-
lər yaxşı yuvarlanmaya, az davamlı mineral tərkibə malik olan
dənəciklər isə pis yuvarlanmaya malikdir.
Yuvarlaqlanma dərəcəsinə həmçinin dənəciklərin çökdük-
ləri və yığıldıqları mühit, onların yerdəyişmə şəraiti də təsir
göstərir. Sulu mühitdə yuvarlaqlanma suyun hərəkət sürətindən
asılıdır.
3.Dənəciklərin düzülüşünün məsaməliyə təsiri. Çökmə
süxurun əmələ gəlməsi prosesində dənəciklər bir-birlərinə nisbə-
tən eyni vəziyyətdə düzülür. Belə ki, onların əmələ gəldikləri
şəraitdən asılı olaraq dənəciklər az və çox sıxlaşmış olur.
Sıxlaşma zamanı dənəciklər bir-birlərinə daha yaxın olur.
Ümumiyyətlə, təbiətdə rast gələn müxtəlif formalı və öl-
çülü dənəcikləri olan çökmə süxurlar qeyri-müntəzəm düzülür.
4.Dənəciklərin sıxlaşmasının məsaməliyə təsiri, dənə-
ciklər təzyiqdən (dərinlikdən) asılı olaraq sıxlaşır ki, bu, süxurun
məsaməliyinə təsir edir. Sıxlaşma artdıqca məsaməlik azalır
(cədvəl 2.8). Cədvəldən göründüyü kimi, ayrı-ayrı fraksiyadan
ibarət olan qum dənəciklərinə göstərilən təzyiq artdıqca onların
məsaməliyi azalır. Kəsiliş üzrə dərinlik artdıqca geostatik təzyiq
də artır. Bu da süxurların sıxlaşmasına səbəb olur ki, nəticədə
məsaməlik azalır. Qeyd edək ki, müəyyən dərinliyə qədər məsa-
məlik çox azalır. Lakin sonra dərinliyin artmasına baxmayaraq
suxurların sıxlaşması o qədər də böyük intervalda dəyişmir
(şəkil 2.3).
Şəkildən görünür ki, 2000 m dərinliyə qədər qumlu-alevrit
və gil süxurlarında məsaməliyin azalması intensiv gedir. Sonra
isə azalma çox cüzi olur.

Cədvəl 2.8.

Dənələrin Təzyiqdən Təzyiq altında məsaməliin dəyiş-


ölçüsü, əvvəlki məsi, MPa
mm məsaməlik 51 103 154 205 256
0,500 41,1 3,92 3,89 3,84 3,79 3,61
0,208 50,8 4,44 4,28 4,14 4,00 3,89
0,175 48,1 4,49 4,43 4,34 4,29 4,25
0,147 48,1 4,48 4,42 4,33 4,31 4,30
0,104 51,5 4,80 4,65 4,58 4,54 4,46
0,088 52,1 4,71 4,59 4,56 4,52 4,45
0,074 54,8 4,82 4,78 4,70 4,60 4,59

Şəkil.2.3.Miosen çöküntülərində məsaməliyin


dərinlikdən asılı olaraq dəyişməsi (Saxalin,
K.M.Obmorışyevə görə, 1965)

5.Dənəciklərin sementləşməsinin məsaməliyə təsiri.


Çökmə süxur dənəciklərinin arasındakı boşluqlar sementləyici
materiallarla bəzən təmamilə, bəzən isə qismən dolur. Həmin
sementləyici materiallar süxurların əmələ gəlməsi prosesində,
çox hallarda isə onların əmələ gəlməsindən sonra yaranır. Belə
süxurlarda hərəkət edən sular bir sıra sementləyici maddələri
(karbonat, gips, silisium, dəmir oksidi və s.) çökdürür. Sement-
ləyici maddənin miqdarı boşluqlarda artdıqca məsaməliyin həc-
mi azalır.
Karbonat suxurları məsaməliklərinin müxtəlifliyinə görə
fərqlənir. Quyu məlumatlarına görə 150-300 m dərinlikdə
əhəngdaşının az sıxlaşdığı qeydə alınmışdır.
Ümumiyyətlə, əksər tədqiqatlar diagenez prosesində
əhəngdaşı süxurlarının məsaməlik həcminin əsaslı dəyişdiyini
göstərir. Üzvi qalıqlardan əmələ gələn kobud karbonat süxurla-
rının ilk məsaməliyi klastik süxurların məsaməliyinə uyğun gə-
lir. Lakin sonradan karbonatların yüksək kristallaşması və dəyiş-
məsi nəticəsində onlarda məsamələr də dəyişir. Bu yolla kövrək
əhəngdaşı bərk karbonat süxuruna çevrilir.
Dolomitləşmə nəticəsində karbonat süxurlarının məsamə-
liyi artır.
Karbonat süxurlarında məsaməlik həm qranulyar (terrigen
suxurlarda olduğu kimi), həm də çatlı formada olduğu qeyd
edilmişdir. Karbonat süxurlarında qranulyar məsaməlik terrigen
süxurlardakından heç də fərqlənmir. Ona görə də çatlı məsamə-
liyi izah edək. Çatlı kollektorlar özlərinə məxsus məsaməliyə
malikdir. Çatlar mikro- və makroçatlara bölünür. Mikroçatların
açıqlığı 0,01-0,1 mm, makroçatlarınkı isə 0,1 mm-dən böyük
olur. Bu adi gözlə yaxşı seçilir.
Karbonat süxurlarında qranulyar və çat məsaməliklərindən
əlavə boşluqlar da müşahidə edilir.
Çatlılığın tədqiqi göstərir ki, onlar ən çox çöküntü toplan-
mada baş verən fasilə nəticəsində əmələ gəlir. Çünki uyğunsuz-
luq səthində həm fiziki (eroziya), həm də kimyəvi (həllolma
nəticəsində) aşınmalar daha çox baş verir. Bu cür çatlı süxurları
həmişə qeyri-uyğun olaraq daha cavan süxurlar əhatə edir.
Məsələn, İranda zəngin neft ehtiyatına malik olan Əsməri
əhəngdaşılarında müşahidə edilən çatlılıq eroziya prosesi nəticə-
sində yaranmışdır. Belə çatlı kollektorlara misal Uralqarşısı
neftli-qazlı vilayətindəki rif əhəngdaşılarını da göstərmək olar.
Çatlı kollektorlara onların litoloji amilləri böyük təsir gös-
tərir. Çatlılığın xarakteri və intensivliyi həmin süxurların qarışıq
tərkibindən, struktur və tekstur xüsusiyyətlərindən asılıdır.
Metamorfizm çatlılığı artırır. Ən çox çatlılıq dolomitləş-
miş əhəngdaşında, əhəngdaşında, dolomitdə, argillitdə, qumlu-
alevritli süxurlarda və s. də təsadüf edilir.
Litoloji-petroqrafik tədqiqat, çatlılığa proqressiv meta-
morfizm prosesinin müsbət təsir göstərdiyini təsdiq etmişdir.
Qeyd etdiyimizdən əlavə, tektonik çatlılıq da vardır.
Tektonik çatları qeyri-tektonik çatlardan fərqləndirən əla-
mətlər aşağıdakılardır:
· karbonat süxurlarının uzanma və yatma istiqamətlərində
çatların düz xətt şəklində yönəlməsi,
· çatların bir-birinə paralel olması,
· çatların həndəsi şəbəkə əmələ gətirmələri və onların ele-
mentləri.
Ümumiyyətlə, çatlılığı öyrənmək üçün onların yatım ele-
mentlərinə görə xüsusi diaqram qurulur ki, bu da yatağın işlən-
məsində böyük rol oynayır. Yəni çatlılığın intensivliyini öyrən-
məklə süni üsulların təsiretmə yerini müəyyənləşdirmək müm-
kün olur.
Keçiricilik. Kollektor süxurları xarakterizə edən ikinci
əsas amil onların keçiriciliyidir. Keçiricilik neftli layların neft-
vermə qabiliyyətini müəyyənləşdirir. Süxurlarda təbii şəraitdə
müəyyən təzyiq altında maye və qazın hərəkət etməsi xassəsi
keçiricilik adlanır. Keçiricilik məsamə boşluqlarının strukturu
ilə sıx əlaqədardır. Deməli, keçiriciliyin təyin olunması, məsa-
məliyi daha dərindən öyrənməyə imkan verir. Neft, qaz və su-
yun (flüidlərin) məsamələr üzrə hərəkət etməsi prosesinin öyrə-
nilməsi neft-qazın istismarı və işlən-məsində böyük əhəmiyyətə
malikdir.
Keçiriciliyin xarakteristikası fransız mühəndisi A.Darsi
tərəfindən verildiyindən Darsi qanunu adlanır. Darsi qanununa
görə Q = FK (P1 - P2 ) , burada Q -sərf olunan maye sm2/san,
Lm
F -məsaməli süxurun en kəsiyi sahəsi sm3, P1 , P2 - yoxlanılan
suxurun əvvəlində və axırında yaranan təzyiqlər fərqi, atm və ya
MPa, L -yoxlanılan suxur nümünəsinin uzunluğu, sm, m -
mayenin özlülüyü, sp, K -keçiricilik əmsalıdır.
Keçiricilik əmsalı Darsi (D) və ya milli Darsi (mD) ilə
ölçülür. Hazırda mkm2 və m2-da işlədilir. Keçiricilik əmsalı
qranulyar süxurlar üçün yuxarıdakı düstürdan belə təyin olunur:
QmL
K =
F (P1 - P 2 )
Çatlı süxurların keçiricilik əmsalı isə K = 8510 b 3 m 2
ifadəsindən təyin olunur. Burada b- çatların en kəsimi, m- məsa-
məlikdir.
Süxurların keçiriciliyi ilə məsaməliyi arasında ancaq key-
fiyyət əlaqəsi vardır. Lakin qeyd edək ki, hər cür yaxşı məsaməli
süxur keçirici olmaya bilər. Belə ki, gilli süxurların bəzən
ümumi məsaməliyi yüksək (50-52 %) olduğu halda, keçiriciliyi
yox dərəcəsindədir. Onların keçiriciliyi milli darsilərlə deyil,
mikronlarla ölçülür. Əksinə, bir çox qumdaşılar, eləcə də əhəng-
daşılar nisbətən kiçik (8-15 %) məsaməlilik əmsalına malik
olduqları halda, müəyyən keçiri-ciliklə səciyyələnirlər. Daha
doğrusu belə süxurlar neftvermə qabiliyyətinə və yüksək məh-
suldarlığa malik ola bilər. Kollektorların ümumi məsaməliyi ilə
keçiriciliyi arasında düz asılılığın olmamasını aşağıdakı misalda
aydın görə bilərik.
Xəzər dənizi neft yataqlarının birindən iki neftli təbəqədən
(qum təbəqəsindən) süxur nümunələri götürülmüş və labora-
toriyada tədqiq edilərək belə bir nəticə əldə edilmişdir. Birinci
təbəqədən götürülən qum süxurunun ümumi məsaməliyi 20 %
və keçiriciliyi 93 (mD), ikinci təbəqədə isə qum süxurunun
ümumi məsaməliyi 12,5 % olduğu halda keçiriciliyi 410 mD
olmuşdur. Bu iki təbəqənin qum süxurlarının kollektorluq xüsu-
siyyətlərindən aydın olur ki, birinci qumlu təbəqənin ümumi mə-
saməliyi ikinciyə nisbətən xeyli çox olmasına baxmayaraq,
onların bir-birilə əlaqəsi, demək olar ki, çox azdır. Əksinə, ikinci
qumlu təbəqədəki boşluqlar nisbətən az, lakin bir-birilə əlaqəli
olduqlarından məsamə boşluqları vasitəsilə mayenin hərəkəti və
keçirmə qabiliyyəti yüksəkdir. Ona görə də ikinci təbəqə
birinciyə nisbətən daha məhsuldar olmalıdır.
Ümumiyyətlə, suxurların əlaqəli məsaməliyi çox olduqca
ke-çiricilikləri də yüksək olur. Eyni böyüklükdə olan dənəciklə-
rin yaratdığı məsamələrin həcmindən və dənəciklərin düzülü-
şündən asılı olaraq süxurun keçiriciliyi də yüksək olacaqdır.
Süxurun keçiricilik qabiliyyətləri ilə qranulometrik tərkib-
ləri arasında müəyyən asılılıq vardır. Müəyyən edilmişdir ki,
məsaməlik sabit olmaqla, dənəciklərin diametri artdıqca, onların
keçiriciliyi də artır.
Süxurun keçiricilik qabiliyyətinə onun sementlənmə dərə-
cəsi də təsir edir. Süxurların dənəciklərinin sonradan sementlən-
məsi, keçiriciliyi tamamilə ləğv etməsə də əvvəlki keçiricilik
qabiliyyətini xeyli azaldır.
Süxurların daxilindəki məsamələrin formaları, borucuqla-
rın və kanalciqların daxili quruluşu keçiriciliyə əsaslı təsir edir.
Məsamə kanalciqlarının forma və strukturları isə dənəciklərin
yuvarlaqlıq dərəcəsindən və mineraloji tərkiblərindən də asılıdır.
Neft və qaz yataqlarının geoloji quruluşlarında iştirak edən
məsaməli suxurların keçiricilik qabiliyyəti sabit qalmayıb, şaquli
istiqamətdə məsaməlikdən asılı olaraq dəyişir. Məsaməliyin
böyük qiymətlərinə (effektiv məsaməlik nəzərdə tutulur)
keçiriciliyin də böyük qiymətləri uyğun gəlir. Dərinlik artdıqca
məsaməlik azaldığından ona uyğun olaraq keçiriciliyin də qiy-
məti azalır.
Keçiricilik mütləq, effektiv və nisbi olur. Süxurun mütləq
keçiriciliyi eynicinsli homogen maye və ya qazı özündən keçir-
məsi qabiliyyətinə deyilir. Bu zaman maye və qazın axması düz-
xətli hərəkət qanununa tabe olmalıdır.
Süxurun effektiv keçiriciliyi, onun hər hansı bir maye və
qaz, yaxud bunların qarışığını eyni zamanda keçirməsinə deyilir.
Nisbi keçiricilik isə süxurun effektiv keçiriciliyinin mütləq
keçiriciliyə nisbəti ilə ölçülür. Süxurun məsamə və boşluqlarının
nisbətən böyük olmasına baxmayaraq, əgər onlar bir-biri ilə
əlaqədar deyildirsə, belə süxurlar pis keçiriciliyə malikdir.
Keçiricilik sistemi özünün həndəsi forması ilə təyin olu-
nur. Keçirici boşluqlar düzxətli və radial olur. Süxurların keçiri-
cilik sistemi (qranulyar kollektorların) onların dənəciklərinin
median diametrindən və çeşidlənmə əmsalından asılıdır.
Kollektor süxurların təsnifatı. Kollektorların birinci təsni-
fatını P.P Avdusin və M.A. Svetkova (1943) irəli sürmüşdür.
Onlar süxurların struktur parametrlərini, yəni boşluqların forma
və ölçüsünü əsas götürmüşlər.
P.P.Avdusin və M.A.Svetkova kollektor suxurları struktur
parametrlərinə görə beş sinfə ayırırlar (cədvəl 2.9).
Cədvəl 2.9.

Məsamə- Keçirici-
Sinif Kollektorların xüsusiyyəti
lik, % lik, darsi
Böyük həcmli məsaməlik və
A 20 1,0
çox yaxşı keçiricilik
Böyük həcmli məsaməlik və
V 15-20 1,0-0,1
yaxşı keçiricilik
Orta həcmli məsaməlik və
S 10-15 0,1-0,01
orta keçiricilik
0,01- Orta həcmli məsaməlik və
D 10-5
0,001 zəif keçiricilik
Kiçik həcmli məsaməlik və
E 5 0,001
zəif keçiricilik
F.A.Trebin keçiricilik və əlaqəli məsaməliyi öyrənərkən
Av-dusin və Svetkovanın təsnifatını müqayisə etməklə (onun
obyekti Abşeron, Qobustan və Aşağı Küryanı neftli-qazlı vila-
yətlərinin kollektorları olmuşdur) kollektorları üç sinfə ayırır. A-
yüksək keçiriciliyə (300-500 mD və daha yüksək) və yüksək
məsaməliyə malik kollektorlar, B- orta keçiriciliyə (50-350 mD)
və orta məsaməliyə (10-15 %) malik kollektorlar, V-çox az
keçiriciliyə (0-50 mD) və daha az məsaməliyə (0-10 %) malik
kollektorlar.
A.A.Xaninin qumlu-alevritli kollektorların təsnifatı (1956,
1965) 2.10 cədvəlində verilmişdir.
A.Q. Əliyev və H.Ə. Əhmədovun keçiricilik və effektiv
məsaməliyə görə verdikləri təsnifat 2.11 cədvəlində verilmişdir.
Zəif (pis) keçirici qat (örtüklər). Son vaxtlar zəif keçirici
süxurların (örtüklərin) öyrənilməsinə böyük fikir verilir, çünki
bu cür süxurlar neft və qazın yataqda paylanmasını tənzimləyir.
Neft və qazı pis keçirən suxurlar müxtəlifdir: gil süxurları,
evoparit süxurlar, karbonat süxurların bəzi növləri, şistlər.
Gil süxurları qırıntı süxurlarla kimyəvi süxurlar arasında
keçid təşkil edir. Belə süxurlar kimyəvi yolla əmələ gəlməyib,
süxurların kimyəvi aşınması nəticəsində yaranır.
Gil süxurlarına dənəciklərinin ölçüsü 0,01 mm- dən kiçik
olan hissəciklər daxildir. Gil polidispers və polimineral süxurlar-
dan ibarət olub, əsasən gil minerallarından təşkil olunmuşdur.
Gillərin təsnifatı onların mineral tərkiblərinə görə verilir.
Gil suxurlarına aşağıdakı komponentlər daxildir:
1. Gil mineralları- kaolinit, montmorillonit, xlorit, vermi-
kulit, qalluzit, illit və qarışıq əmələgəlmələr,
2. Kvarsın, çöl şpatının və ağır fraksiyalı mineralların qı-
rıntı dənəcikləri (hissəcikləri).
3. Singenez proseslə əlaqədar olaraq gil süxurları ilə eyni
zamanda əmələ gələn, lakin gil qrupu minerallarına daxil olma-
yan minerallar.
Cədvəl 2.10

Faydalı mə- Keçri-


Sinif

Süxurlar (qranulomet- Kollek torla-


saməlik əm- cilik,
rik fraksiyalarına görə) rın xarakteri
salı, % mD
1 2 3 4 5
Qumdaşı, orta dənəli 16,5
Çox
Qumdaşı, xırda dənəli 20 1000
I yüksək
Alevrolit, iri dənəli 23,5
Alevrolit,xırda dənəli 29
Qumdaşı, orta dənəli 15-16,5
Qumdaşı, xırda dənəli 18-20 500-
II Yüksək
Alevrolit, iri dənəli 21,5-23,5 1000
Alevrolit,xırda dənəli 26,6-29
Qumdaşı, orta dənəli 11-15
Qumdaşı, xırda dənəli 14-18 100-
III 500
Orta
Alevrolit, iri dənəli 16,8-21,5
Alevrolit, xırda dənəli 20,5-26,5
Qumdaşı, orta dənəli 5,8-11
Qumdaşı, xırda dənəli 8-14 10-
IV Zəif
Alevrolit, iri dənəli 10-16,5 100
Alevrolit, xırda dənəli 12-20,5
Qumdaşı, orta dənəli 0,5-5,8
Qumdaşı, xırda dənəli 2-8
V 1-10 Alçaq
Alevrolit, iri dənəli 3,3-10
Alevrolit, xırda dənəli 3,6-12
Qumdaşı, orta dənəli 0,5
Sənaye əhə-
Qumdaşı, xırda dənəli 2,0
VI 1 miyyəti olma-
Alevrolit, iri dənəli 3,3
yan
Alevrolit, xırda dənəli 3,6

Cədvəl.2.11.

Si- Keçirici- Keçiriciliyin Effektiv Məsamə- Kollekto-


nif lik, mD xarakteri məsamə- liyin xa- run quru-
lik rakteri luşu
I 1000 Yüksək keçricilik 15 Böyük A
II 500-1000 Yaxşı keçricilik
III 100-500 Orta keçricilik 5-15 Orta V
IV 10-100 Zəif keçricilik
V 10 Pis keçricilik 5 Az S

Qeyd etdiklərimizdən başqa gildə üzvi birləşmələr, kimyə-


vi yolla əmələ gələn duzlar, üzvi qalıqlar da iştirak edir.
Gil süxurlarının xüsusiyyətləri onları təşkil edən mineral-
ların xarakteri ilə izah edilir.
Gil mineralları amorf və kristallik formada olur. Amorf
minerallar gil süxurlarında əsas rol oynayır. Kristalik minerallar
özləri bir neçə qrupa ayrılır: kaolinit, montmorillonit, illit, xlorit
və s. Xlorit qrupu gil minerallarına az təsadüf edilir.
Gil minerallarının tərkibi və quruluşu haqqında ətraflı mə-
lumat almaq üçün kompleks tədqiqatlardan istifadə etmək lazım-
dır. Kompleks tədqiqata rentgenostruktur, elektromikroskop,
termik, və s. üsullar daxildir.
Evoparit süxurlar kimyəvi çökmə suxur olub, natrium, ka-
lium, maqnezium və kalsiumun halogen və sulfat birləşmələri
nəticə-sində əmələ gəlir və suda asan həll olur. Zəif keçirici
süxurlara pelitomorf əhəng daşını və şistləri də misal göstərmək
olar.
Neft və qazı özündə saxlayan kollektor süxurlar fasiləsiz
təbəqə əmələ gətirmir. Onlar keçirici olmayan (duzlar) və pis
keçirici (gillər) süxurlarla növbələşir. Bu cür növbələşmə ilə
xarakterizə olunan süxurlar kompleksini neftli-qazlı lay dəstəsi
və ya məhsuldar qat adlandırırlar. Göründüyü kimi pis keçirici
süxurların mənşəyi, əmələgəlmə şəraitləri və digər xüsusiyyət-
lərinin öyrənilməsinin böyük nəzəri və praktiki əhəmiyyəti var-
dır. Çünki neft-qaz geologiyasının bəzi məsələləri (formalaşma,
sıxlaşma, paylanma) bu problemlərin öyrənilməsi ilə izah oluna
bilər.
Zəif keçirici və keçirici olmayan süxurların kollektorları
ört-məsi və sahə üzrə paylanması iki amillə tənzim olunur:
· gil və evoparit süxurların ekran və qoruyucu rolu,
· gil və evoparit süxurların sahə üzrə yayılması.
Örtük süxurlarının ekran rolu onların litoloji-mineraloji
tərkiblərindən, onlarda iştirak edən qumlu-alevritli süxurların
miqdarından çox asılıdır. Gil süxurlarının tərkibində qum və
alevrit süxurları çox olduqca onların ekran fəaliyyəti azalır, ya-
xud da onların mineraloji tərkibi montmorillonitdən ibarət olar-
sa, ekran qabiliyyəti artır; çünki montmorillonit qrupu gilləri şiş-
mə qabiliyyətinə malikdir. Məsələn, 1 m3 montmorillonit islan-
dıqda öz həcmini 20 dəfə artırır.
Litoloji tərkiblərinə görə örtüklər bircinsli və müxtəlifcins-
li olur. Bircinsli örtüklərə gillər, duzlar və karbonat süxurları aid
edilir. Bu süxurlar özləri də mineraloji tərkiblərinə görə
aşağıdakı kimi qruplaşır:
· gil-montmorillonit, kaolinit və illit,
· duzlar-anhidrid, gips və daş duz,
· karbonat-əhəngdaşı (politomorf) və dolomit.
Müxtəlifcinsli örtüklər də iki yerə ayrılır: qarışıq və layla-
nan. Qarışıq ekranlar müxtəlif litoloji tərkibə malik olur, lakin
laylanma müşahidə edilmir. Bu cür örtüklər qarışıqlıq əmsalı ilə
xarakterizə olunur. П г = å V г , yəni qarışıqların həcmi cəminin
V ек
örtüyün müəyyən həcminə nisbətinə qarışıqlıq əmsalı deyilir.
Qarışıqlıq əmsalının qiyməti artdıqca örtüyün ekran rolu azalır,
əks təqdirdə isə artır.
Laylanan örtüklər isə adından məlum olduğu kimi, müx-
təlif litoloji tərkibli layciqlara ayrılır və laylanma əmsalı ilə sə-
ciyyələnir. П Л = å Н 1 , yəni keçirici layciqların qalınlıqları
Н
cəminin (å H1) ümumi örtüyün qalınlığına (H) nisbəti ilə təyin
olunur. Onun kiçik qiymətində ( П Л = 0 , 4 ) örtüyün ekran rolu
artır, böyük qiymətində isə azalır.
Neft və qazın kollektor süxurlarda saxlanılmasında zəif
keçirici süxurların sahə üzrə yayılmasının, eləcə də qalınlığının
çox olmasıın da böyük əhəmiyyəti vardır. Sahə üzrə yayılma
dərəcəsindən asılı olaraq örtüklər lokal, zonal, subregional və re-
gional olur.
Deməli, neft və qazın kollektor süxurlarda saxlanılması,
örtüklərin litoloji və mineraloji tərkiblərindən, bircinslilik dərə-
cəsindən, fiziki xassələrindən, qalınlıqlarından və laylanma xas-
sələrindən asııdır. Ekran süxurların ümumi təsnifatı 2.12-
cədvəlində verilmişdir.
Cədvəl.2.12.
Təsnifat A. Sahə üzrə yayılmasına görə
Sinif Yayılma
I. Regional Neftliqazlı əyalətləri əhatə edir.
II. Subregional Neftliqazlı vilayətləri əhatə edir.
III. Zonal Neftliqazlı zona və rayonları əhatə edir.
IY. Lokal Neftliqazlı yataqları əhatə edir.
B. Neftliqazlı mərtəbələrə görə
I.Mərtəbələr Belə örtüklər neftli-qazlı lay dəstələrini bir-bi-
arası rindən ayırır və ötürür.
II.Mərtəbəüstü Neftli-qazlı layı üstdən (tavandan) qoruyur.
III.Mərtəbədaxili Neftli-qazlı horizontu (təbəqəni) mərtəbələrə
daxili ayırır.
V. Litoloji tərkibə görə
Bircinsli Bir litoloji tərkibindən iba-
Gil
rətdir.
Qarışıq
Qumlu-gilli Müxtəlf litoloji tərkibə ma-
Müxtəlifcinsli
Gilli-karbonat lik olub, ayrı-ayrı layciqlara
Qırıntılı ayrılmır
Hallogenli və s.
Gil qrupu suxurlarının dərinliyi və sıxlığı artdıqca onların
keçiriciliyi azalır. Belə ki, sıxlığı 2,20 q/sm3 olan gil 5,10-3 mD
keçiriciliklə xarakterizə olunur. Sıxlığı 2,30 q/sm3- də keçiricilik
8,10-4 mD, 2,40 q/sm3- də 3,10-4 mD və s. olur.
Beləliklə, qeyd etmək lazımdır ki, gil süxurlarının ekran
roluna ümumi geoloji amillərdən əlavə həmin süxurların süzmə
xüsusiyyətini xarakterizə edən məsaməlik, keçiricilik, qazın ke-
çə bilmə təzyiqi və s. parametrlər də təsir edir. Ekran qabiliy-
yətinə görə örtüklərin təsnifatı 2.13 cədvəlində verilmişdir
(E.Bakirova görə).
Cədvəl 2.13.
Qrup Ekran qabi- Qaza görə mütləq Qaza görə təz-
liyyəti keçiricilik, mD yiq, MPa
A Çox yüksək 10-6 12,0
V yyyüksək
Yüksək 10-5 8,0
S Orta 10-4 5,5
D Zəif 10-3 3,3
E Çox zəif 10-2 0,5

Böyük dərinliklərdə kollektor və ekran süxurlarının


xüsusiyyətləri. Böyük dərinlik dedikdə dərin sedimentasiya
hövzələrində çökmə qatının 6 km- indən kristallik bünövrəyə
qədər olan interval qalınlığı nəzərdə tutulur (məsələn, Cənubi
Xəzər hövzəsində bu qalınlıq 18-25 km- ə çatır). Bu qalınlıq
yaxşı öyrənilməmiş və onun neftlilik-qazlılığı haqqında tədqi-
qatlar ancaq dolayı üsullarla aparılmışdır.
Onu demək kifayətdir ki, hələlik tam öyrənilmiş orta də-
rinlik 4,5-5 km-i əhatə edir. İndi isə qarşıya böyük dərinliklərdə
movcud ola biləjək neft və qazı müəyyən etmək məsələsi qoyul-
muşdur. Böyük dərinlik dedikdə hər şeydən əvvəl bu dərinlikdə
rast gələ biləcək tələlərin tipləri və onlarda yerləşən neft, qaz və
suyun fiziki-kimyəvi xüsusiyyətləri nəzərdə tutulur.
Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı təcrubəsi,
eləcə də bu sahədə elm və texnikanın əldə etdiyi nailiyyətlər
göstərir ki, dərinliyə getdikcə qravitasiya nəzəriyyəsi öz əhəmiy-
yətini itirir. Təbiətdə maili neft-su konturlu yataqların rast gəl-
məsi dediyimizi izah etməyə sübutdur. Əlbəttə, yatağın belə və-
ziyyətə düşməsinə, bəzən sinklinala da keçməsinə təsir edən
başlıca qüvvə lay sularının təsir qüvvəsidir. Deməli, lokal proq-
nozda axtarış-kəşfiyyat işləri yalnız qalxım üzrə deyil, yatım
üzrə də aparılır. Böyük dərinliklərdə sinklinal formalarda yata-
ğın axtarılmasına daha çox fikir verilməlidir.
Aparılan eksperiment tədqiqatlar və dərin qazma məlumat-
ları (7544) göstərir ki, böyük dərinliklərdə, yüksək termobarik
şəraitdə (300-3500C), maye karbohidrogenlər rast gələ bilər. Bu
da 8-14 km dərinlik deməkdir. Bu dərinlikdə su-neft-süxur
sistemi necə olacaqdır? Gəlin bu sistemə baxaq. Böyük dərinlik-
də su-karbohidrogen sistemi özünü çox mürəkkəb aparır. Çoxlu
eksperimentlər göstərmişdir ki,160-1800C temperaturda
karbohidrogenlərin suda həll olması güclənir və 280-3500C -də
isə qarşılıqlı həllolma başlanır və nəticədə su-neft məhlulu yara-
nır. Böyük dərinliyə düşən süxur isə daha çox dəyişikliyə məruz
qalır. Litogenez prosesində karbonat və silikat mineralları bir
neçə dəfə regenerasiyaya məruz qalır. Bu da kollektor sü-
xurlarının mürəkkəbləşməsinə səbəb olur. Belə dəyişmə nəticə-
sində kollektor suxurlar hətta öz məsamələrini itirərək ekran
süxurlarına çevrilə bilir. Əksinə, əvvəlki mühafizə süxurları isə
kollektorluq xüsusiyyəti alır. Alimlərin fikirincə kollektorların
əmələ gəlməsi üçün yaxşı şərait 2-3 km hesab edilir. Lakin belə
şərait daha dərin qatlarda da ola bilər (AYT-in yaranması və lay
sularının yüksək temperaturda ətraf süxurlara təsiri və s.). hazır-
da böyük dərinliyə qazılan quyuların məlumatları bir daha təsdiq
edir ki, belə dərinliklərdə məsaməli süxurlar movcuddur.
Böyük dərinliklərdə karbohidrogenləri saxlaya biləcək
ekran süxurları iki qrupa bölünür. Birinci qrupa daxil olan ekran
süxurlarında karbohidrogenlərin hərəkət edə bilməsi üçün məsa-
məliyi yaradan dənəciklərin ölçüsü kifayət qədər deyildir (mə-
sələn, duzlar, sıx əhəngdaşılar, bəzi qumdaşılar). İkinci qrupa
daxil olan ekran süxurlarında məsaməlik CH- in hərəkət etməsi
üçün qənaətbəxşdir, lakin lay suları ilə dolu olduğunda və böyük
kapillyar təzyiq əmələ gətirdiyindən qeyrikeçirici hesab olunur
(gil). Belə ekran süxurlar bir daha dərinliyə düşdükdə birinci
qrupa daxil olanlar plastikləşir və onların ekran xüsusiyyəti artır.
İkinci qrup süxurlar isə belə dərinliyə düşdükdə sıxlaşır,
məsaməliklərini itirir və birinci qrupunun analoquna çevrilir.
Bəzən isə daxili kapillyar qüvvələr hesabına ikinci qrup süxurlar
sıxlaşmır və öz əvvəlki məsaməliyini qoruyub saxlayır.
Ümumiyyətlə, süxurlarda (kollektor və ekran) böyük də-
rinlikdə baş verən əsas dəyişikliklər geostatik təzyiq, kinematik
qüvvələr, temperatur, lay suları ilə süxurların qarşılıqlı əlaqəsi,
süxurların mineraloji tərkibi kimi əlamətlərin təsiri altında gedir.
Sonuncuya kvars qumdaşlarını misal göstərmək olar. Onlar
sıxılmaya daha davamlı olur. Cavan çökəkliklərdəki rezervuar-
larda qumların orta məsaməliyi diagenez prosesindən sonra 37-
42 % olur. Kollektor süxurların sıxlaşma sürətinin qradiyenti 4,6
% /1000 m hesablanmışdır (cavan geosinklinal çökəkliklərdə).
Terrigen kollektorların qədim çökəkliklərdə dəyişməsi
müxtəlif dərinlikdə müxtəlif cür olan katogenez prosesi ilə əla-
qədardır. Ona görə də süxurların məsaməliyi ilə dərinlik arasın-
dakı asılılıq qradiyentini bütün hövzələr üçün təyin etmək müm-
kün deyildir.
Terrigen süxurlardan fərqli olaraq karbonat süxurları dia-
genez prosesinin sonunda, katogenezin əvvəlində çox da böyük
olmayan dərinlikdə çatlılıq hadisəsinə məruz qalır. Ona görə də
çökmə qatın üst hissəsində həm məsaməli, həmdə çatlı karbonat
kollektorlarına rast gəlirik.
Deməli, çökmə qatında kollektor süxurlar iki qrupa ayrılır:
üst və alt. Üst qrupa aid olan kollektorlar RK1-MK4 intervalında
intişar etmişdir. Bu dərinlik intervalında məsaməli terrigen və
karbonat kollektor süxurlar daha çox yayılmışdır. Alt qrupa
daxil olan kollektorlar isə MK5-AK4 intervalına uyğun gələn
dərinlikdə rast gəlir. Əsasən çatlı terrigen və karbonat kollektor-
ları müşahidə edilir. Bu qruplar arasındakı sərhəd tədricidir.
Böyük dərinlikdə olan ekran suxurları zəif öyrənilmişdir.
Onlar haqqında ancaq nəzəri fikirlər söyləmək olar.
Cənubi Xəzər hövzəsi cavan olub, böyük qalınlıqlı çökmə
qatı ilə xarakterizə olunur. Bu hövzədə 5 km- dən çox dərinliyə
100- dən artıq quyu qazılmışdır. Onlardan 60- dan çoxu 5,5 km,
14- ü isə 6 km- dən artıq dərinliyə qazılmışdır. Qazılmış 56 qu-
yuda 5 km- dək, 25-ində 5,5 km- dən və ikisində 6 km- dən çox
dərinliklərdə sənaye əhəmiyyətli karbohidrogenlər alınmışdır.
Qazma məlumatları göstərir ki, böyük dərinliklərdə kol-
lektor və ekran suxurları Cənubi Xəzər hövzəsində də əsaslı də-
yişikliyə məruz qalmışdır. Lakin bununla belə lokal və zonal
sahələrdə onlar neftlilik-qazlılıq cəhətdən diqqəti cəlb edə bilər.
Neft-qaz yataqlarının stratikrafik, geostruktur paylan-
ması və şaquli zonalığı. Neft və qazın axtarışı və kəşfiyyatı təc-
rubəsi göstərir ki, neft və qaz yığımları Kembridən başlamış
Dördüncü dövr də daxil olmaqla bütün stratikrafik bölgülərdə
rast gəlir. Bəzi rayonlarda (ABŞ, Afrika və Avstraliya) hətta
Kembriyəqədər çöküntülərdə də zəif bitumluluq müşahidə edilir.
Çıxarılan və kəşf olunan neft ehtiyatının ümumi balansının
99,9 %- i çökmə süxurlarla əlaqədardır. Maqmatik və meta-
morfik süxurların payına isə ümumi neft ehtiyatının çox cüzi
hissəsi düşür. Planetimizdə çıxarıla bilən neft və qaz ehtiyatının
stratikrafik kəsiliş və geostruktur elementlər üzrə paylanması
2,14 və 2,15 cədvəllərində verilmişdir.
Ümumiyyətlə qaz ehtiyatı dərinlik üzrə belə paylanmışdır:

· 1,0 km dərinliyə kimi- 9,6 %


· 1,0-3,0 km dərinliyə kimi- 87,7 %
· 3,0 km-dən artıq dərinlikdə- 2,7 %.
Cədvəl 2.14.
Ehtiyat, %
Stratiqrafik bölgü
neft qaz
Kaynozoy: Neogen-Paleogen 25,4 11,3
Tabaşir 39,2 45,5
Mezozoy: Yura 28,5 4,0
Trias 0,1 12,9
Üst Perm
Karbon 3,7 25,8
Paleozoy: Devon
Alt Silur
Ordovik 3,1 0,5
Kembri

Cədvəl 2.15.
Struktur elementlər Ehtiyat, %
neft qaz
Platforma 74 82,7
Çökəkliklər 43 26,5
Tağ qalxımları və meqavallar 31 56,2
Qırışıqlı və keçid ərazilər 26 17,3
Dağqarşısı çökəkliklər 17 9
Dağarası çökəkliklər 8,5 8,3

Göründüyü kimi, ayrı-ayrı geoloji zamanlarda iri stratiqra-


fik vahidlər üzrə neft və qaz qeyri-bərabər paylamışdır. Hər bir
neftli-qazlı əyalət, özünün regional neftli-qazlı stratiqrafik va-
hidləri ilə xarakterizə olunur. Bu regional neftli-qazlı stratiqrafik
komplekslərlə yanaşı əyalətdə elə regional komplekslər rast gəlir
ki, yaxşı kollektor süxurları olduğuna baxmayaraq, onlarda
karbohidrogen yığımları müşahidə edilmir.
Bundan başqa, əksər neftli-qazlı əyalətlərdə neft və qazın
dərinlik üzrə yerdəyişməsində zonallıq qeyd olunur. Karbohid-
rogenlərin şaquli kəsiliş üzrə yerdəyişməsindəki zonallığı ilk
dəfə V.A. Sokolov müəyyən etmişdir. O, çökmə qatında biri di-
gərinə keçən dörd zona ayırmışdır. Dərinlik üzrə bu zonalar ge-
otermik qradiyentdən asılı olaraq yerləşir. V.A.Sokolova görə
neft yığımları 5-6 km dərinliyə kimi rast gələ bilər, böyük dərin-
likdə isə ancaq karbohidrogen qazlarının yığımı toplanacaqdır.
İ.V.Vısotski neft və qazın paylanmasında şaquli zonalığı
litogenezdə temperatur və təzyiqlə xarakterizə olunan genetik
zonalara ayırmışdır (cədvəl 2.16).
Cədvəl 2.16
Genetik Dərinlik, Temperatur, Yataqların (yığımların)
o
zonalar km C tərkibi
Metan, suda həll olmuş
Biokimyavi 0,3 10-20
halda
Metan qazı
Termokatali

Yağlı karbohidrogen qazı


0,3-2,0 20-70
Neftli qaz
Qazlı neft
tik

5,0-7,0 180-250 Neft


Kondensatlı-qazlı neft
Neftli-qazlı kondensat
Kondensatlı qaz
Qaz papaqlı kondensat
Termik 7,0-10,0 250-374
Metan qazı

Timan-Peçora sineklizində neft və qazın şaquli zona üzrə


paylanması belə təsvir edilir:
· birinci zona (1350-1500 m, bəzən 1900 m) təmiz qaz (az
miqdarda ağır neft);
· ikinci zona (4000-4500, bəzən 6000 m) yüngül neft;
· üçüncü zona (5500-6000 m, bəzən daha dərin) konden-
satlı qaz;
· dördüncü zona (6000 m-dən dərin) təmiz, quru metan
qazı.
Faktik materialların təhlili göstərir ki, əksər neftli-qazlı
əyalətlərdə şaquli kəsiliş üzrə neft və qazın paylanmasında fəza
zonallığı müşahidə edilir:
· 700-800 m dərinliyə kimi qaz yığımları,
· 700-5000 m (bəzən 7000 m) dərinliyə kimi neft, qaz və
kondensat yığımları.
Ümumiyyətlə, neft və qazın şaquli fəza zonallığı dərinlik,
litoloji, stratiqrafik və geostruktur olur.

GEOSTRUKTUR, LİTOLOJİ VƏ STRATİQRAFİK


OBYEKTLƏR SİSTEMİ

Geostruktur, litoloji və stratiqrafik obyektlər litosferdə


neft və qaz yığımlarını tənzim edir. Bu sistemə daxil olan ob-
yektləri öyrənməzdən əvvəl geotektonik rayonlaşdırmanı izah
edək.
Əksər hallarda geotektonik rayonlaşdırma müasir struktur
planda statik vəziyyətdə, daha doğrusu morfoloji prinsip üzrə
aparılır. Lakin qeyd etmək lazımdır ki, belə rayonlaşdırma əsaslı
dəyişikliyə məruz qalır. Məlumdur ki, hər bir geoloji əyalət
tektogenezin iri inkişaf mərhələsin də bir-birlərindən fərqlənən
iri geostruktur elementlərə ayrılır. Hər bir yeni mərhələdə struk-
tur elementlərin sahə üzrə planları dəyişməyə məruz qalır.
Bununla bərabər hər bir növbəti tektonik mərhələ əvvəlki tekto-
nik mərhələ əsasında inkişaf edir və sonrakı inkişaf prosesində
yeni keyfiyyətli yeni struktur plan əmələ gəlir. Tektonik hə-
rəkətlərin müəyyən zaman və məkanda dəyişməsi yeni paleoco-
ğrafi və fasial şəraitlərin yaranmasına səbəb olur ki, bu da çö-
küntütoplanmanın, daha doğrusu, uyğun regional neft-qazəmə-
ləgəlmə və neftqaztoplanma şəraitlərinin inkişaf etməsinə səbəb
olur. Deməli, bir neftli-qazlı əyalət daxilində iri geostruktur
elementlərdə yerləşən ayrı-ayrı struktur mərtəbələrdəki çökün-
tülər və inkişaf edən neft-qaztoplanma şəraitləri bir-birlərinə uy-
ğun gəlməyə bilər. Ona görə də elmi cəhətdən əsaslandırılmış
neftlilik-qazlılıq perspektivliyini proqnozlaşdırmaq üçün tək
ayrı-ayrı iri tektonik elementlərin müasir vəziyyətini deyil, eyni
zamanda onların retrospektiv xüsusiyyətini də bilmək vacibdir.
Beləliklə, iri struktur elementlərdə neftlilik-qazlılıqı düz-
gün proqnozlaşdırmaq üçün geotektonik rayonlaşdırma, yuxarı-
da qeyd etdiyimiz kimi, morfoloji cəhətdən deyil, genetik əsasda
aparılmalıdır.
İri geostruktur elementlərə aşağıdakılar aid edilir.
Platformalarda:
Q a l x a n l a r- iri massiv qalxımlara deyilir. Bunlar bir
neçə dövrdə qalxma xarakterli tektonik hərəkətlərin təcəssümü-
dür. Dediklərimizə Ukrayna və Voronej massivlərini, Anabar,
Aldan, Kanada, Ərəbistan, Hindistan və s. qalxanlarını misal
göstərmək olar.
P l i t ə l ə r- iri çökək sahələrə deyilir. Belə sahələr böyük
dərinliklərə enir və platforma xarakterli çökmə qatı ilə örtülür.
Məsələn, Şərqi Rusiya, Skif, Turan, Qərbi Sibir, və s.
A n t e k l i z l ə r- platformalarda qalxım sahələrinə deyi-
lir. Onlara qalxan və plitələrdə rast gəlinir, az çöküntü örtüyünə
malikdir. Müsbət şaquli tektonik hərəkətlər nəticəsində əmələ
gəlir. Məsələn, Voronej, Volqa-Ural, Qızılqum, və s.
S i n e k l i z l ə r- platformada iri çökək sahələrə deyilir.
Çökmə qatının böyük qalınlığa malik olması ilə səciyyələnir. Ən
çox plitalarda rast gəlinir. Məsələn, Moskva, Amudərya, Tun-
quz, Paris, və s.
T a ğ l ı q a l x ı m l a r- platformalarda geniş yayılmış
antiklinal tip qalxımlardır. Tağlı qalxımlarda çöküntü qatının qa-
lınlığı az olur. Çökmə qatında uyğunsuzluqlar müşahidə edilir.
Belorus, Tatar, Stavropol, Qaraqum, Surqut, Vasquyan və s. mi-
sal göstərmək olar. Tağlı qalxımlar iri inkişaf edən və sonradan
əmələ gələn növlərə ayrılır.
D a x i l i p l a t f o r m a ç ö k ə k l i k l ə r i iri
sinklinal tip geostruktur elementlərdir. Bu cür elementlər uzun
müddətli enməyə məruz qalır. Əksər hallarda çökmə strukturun
tam kəsilişi platformadaxili çökəklərdə rast gəlinir. Çökmə
struktur böyük qalınlığa malikdir. Nadir hallarda uyğunsuzluqlar
müşahidə edilir. Daxili platforma çökəkliklərinə misal Orta
Rusiya, Millekes Abdulin-Fadayev, Murqab, Yuqansk Terek-
Xəzər və s. Göstərmək olar.
M e q a v a l l a r- valabənzər iri xətti müsbət strukturlara
deyilir. Belə struktur formalar zəngin neft-qaz yığımlarının ol-
ması ilə səciyyələnir. Meqavallara Karpinski, Manqışlak, Jərjo,
Mərkəzi Ustyurt və s. misal göstərmək olar.
A v l a k o g e n l ə r- qraben tipli xətti uzanmış
çökəkliklərə deyilir. Bir neçə yüz kilometrlərlə uzanır: Ensizdir
(bir neçə on kilometr), məsələn, Dnepr-Don, Reyn, və s. Çox
guman ki, avlokogenlər paleoriftlərin yerində əmələ gəlir. Avlo-
kogenlərdə çökmə suxur qatının qalınlığı xeyli çox olur. Bu da
qrabenin uzun müddət enməsi ilə müəyyən edilir.
K ə n a r ç u x u r l a r- kənar çuxurlar daxili platforma
çökəkliklərindən xeyli fərqlənir. Əsas fərq kənar çuxurların
xeyli mütəhərrik olması, böyük amplitudalı və böyük sürətlə en-
mə xarakterli tektonik hərəkətlərin baş verməsi və nəhayət,
çökmə süxurların çox böyük qalınlıqda qeydə alınmasıdır. Kə-
nar çuxurlar izometrik xarakterdə olur. Burada qırışıqlı bünövrə
yerləşir. Bəzən qırışıqlı bünövrə ilə çökmə qatı arasında aralıq
qatı da ayrılır. Kənar çuxurlara Xəzərətrafı və Meksikaətrafı me-
qasineklizlərini misal göstərmək olar.
R e g i o n a l m o n o k l i n a l l a r- platformalarda ki-
çik bucaq altında yatan laylar əmələ gətirir. Regional monokli-
nallar, sonradan fleksura, struktur burun və struktur terras kimi
dəyişik-liklərə məruz qalır.
V a l l a r- nisbətən ensiz olub, antiklinal quruluşla xarak-
terizə olunur. Onların üzərində bir neçə lokal antiklinal qırışıqlar
ayrılır. Valların ölçüləri 300-350 km (uzunluğu) və 30-40 km
(eni) olur. Göstərilən geostruktur elementlərdən başqa platfor-
malarda rif zonaları, düz ştokları zonaları, qırılma ətrafı zonalar
kimi struktur elementlər də müşahidə edilir.
Beləliklə, yuxarıda qeyd etdiyimiz kimi, platformalar çox-
lu və müxtəlif ölçülü geostruktur elementlərdən ibarətdir. Bu
elementlər arasında ierarxiya asılılığı nəzərə çarpır (şəkil 2.4).

Şəkil 2.4. Platforma tip geostruktur elementlər.

Q ı r ı ş ı q l ı və k e ç i d ə r a z i l ə r:
Q ı r ı ş ı q l ı s i s t e m l ə r geoloji əmələgəlmə tarixi
və inkişafı eyni, yaxud oxşar olan iri qırışıqlı ərazilərin assosi-
asiyasına deyilir. Məsələn, Ural, Qafqaz, Karpat, Alp və s. Bu
sistemlər yaşlarına görə diferensiasiya olunur. Onları əhatə edən
ərazilər yüksək mütəhərrikliyi, intensiv enmələri (başlanğıcda),
güclü qırışıq əmələgəlmələri və qırılma prosesləri ilə
səciyyələnir.
M e q a n t i k l i n o r i u m l a r iri, uzunsov formada
olur. Elementin mərkəz hissəsində yer səthinə qədim yaşlı sü-
xürlar qalxır. Çöküntü kompleksinin qalınlığı nisbətən azdır.
Böyük və kiçik Qaf-qaz, Kopetdaq və s. meqantiklinoriumlarda
əmələ gələn formasiyalar qonşu elementlərdən fərqlənir. Onlar
yüz (uzunluğu) və on (eni) kilometrlərlə ölçülür. Ayrı-ayrı stra-
tiqrafik vahidlər kəsilişdə iştirak etmir. Buda elementin qalxma
tendensiyalı olması ilə izah edilir. Meqantiklinoriumlar irsi və
inversion olur.
M e q a s i n k l i n o r i u m l a r iri, uzunsov formada
olur. Elementin mərkəz hissəsində yer səthinə nisbətən cavan
yaşlı süxurlar çıxır. Çöküntü kompleksinin qalınlığı on kilometr-
lərlə ölçülür. Bəzən burada inkişaf edən formasiyalar qonşu ele-
mentlərdəkindən xeyli fərqlənir. Stratiqrafik vahidlər kəsilişdə
tam iştirak edir. Meqasinklinoriumlar irsi və sonradan formala-
şan (inversion) olur. Meqasinklinoriumlara misal Kür-Riyon çö-
kəkliyini göstərmək olar.
Meqasinklinoriumlar və dağarası çökəkliklər geoloji əmə-
ləgəlmə tarixinə və inkişaflarına görə eynidir, sonuncular geo-
morfoloji cəhətdən, meqasinklinoriumlar isə genetik cəhətdən
ayrılır.
M i k r o p l i t ə , s e q m e n t və b l o k l a r iri plitə-
lərın müxtəlif ölçüdə qopmuş ayrı-ayrı hissələrinə deyilir. Mik-
roplitə iri plitələrdən ayrılmış və əvvəldən konsolidasiyalaşmış
platformaya bənzər parçadır. Subduksiya olunduqda enməyə
məruz qalır və çöküntü qatı toplanmağa başlayır. Çöküntü qatı-
nın qalınlığı müxtəlif olur. Məsələn, Şimali Qafqaz, Zaqafqaziya
mikroplitələrı. Seqment və bloklar dərinlik qırılmaları nəticə-
sində makro və ya mikroplitələrdan qopmuş konsolidasiyalan-
mış iri qeyri-bərabər parçalardır. Onlar dərinlik qırılmalarının
sonrakı inkişaf mərhələsindən asılı olaraq bir-birlərindən çökün-
tülərin toplanma intensivliyinə və xarakterinə görə fərqlənir.
Məsələn, Zaqafqaziya mikroplitasında əmələ gəlmiş Kür və
Cənubi Xəzər seqmentləri və onlarda da sonradan əmələ gəlmiş
ayrı-ayrı bloklar geodinamik və geotektonik şəraitdən asılı
olaraq müxtəlif cür inkişaf etmişdir. Cənubi Xəzər seqmenti
hersin və Alp tektogenezlərində enmə xarakterli olduğu halda,
Kür seqmenti yalnız Alp tektogenezində enmə xarakterli
olmuşdur. Ona görə də Cənubi Xəzər seqmentində çöküntü qatı-
nın qalınlığı təxminən 20-25 km olmuşdur. Kür çökəkliyində isə
bu rəqəm 15-18 km- dən artıq deyildir.
Əgər bu iki seqmentə bloklar nöqteyi-nəzərdən baxsaq:
onda yenə də qalınlıqlara görə müəyyən diferensiasiya müşahidə
olunacaqdır.
Çox güman ki, irsi və inversion geostruktur elementlərin
əsasını yuxarıda haqqında danışdığımız tektonik parçalar təşkil
edir. Daha doğrusu, müasir geostruktur elementlər həmin parça-
ların çöküntülərindəki inikasıdır.
A n t i k l i n o r i u m l a r- meqantiklinoriumun və
meqa-sinklinoriumun bir quruluşda inkişaf edən elementi olub,
yüz (uzunluğu) və on (eni) kilometrlərlə olan iri geostruktur ele-
mentlərdir.
S i n k l i n o r i u m l a r- sinklinal quruluşda inkişaf
edən, meqasinklinorium və meqaantiklinoriumların tərkib hissə-
si olan iri geostruktur elementlərdir. Sinklinoriumlar keçid zo-
nalarda dağqarşısı (ön) çökəklik adlanır.
Yuxarıda qeyd etdiyimiz kimi, geostruktur elementlərdən
əlavə qırışıqlı və keçid ərazilərdə kənar tikiş zonaları, dərin qı-
rılmalarətrafı zonalar, meqantiklinallar (antiklinal zonalar), me-
qasinklinallar, rif zonaları və s. ayrılır (şəkil 2.5).
Yuxarıda haqqında danışdığımız geostruktur elementlər
ayrı-ayrı litoloji-stratiqrafik vahidlərdə və ya regional neftli-qaz-
lı komplekslərdə neftlilik-qazlılığın mümkünlüyü həmin geo-
struktur elementlərin hansı geotektonik istiqamətdə inkişafından
və rejimindən çox asılıdır. Ona görə də ayrılan geostruktur
elementlərin təkcə müasir (statik) vəziyyətini deyil, onların
geotektonik (geodinamik) inkişaf tarixini də bilmək vacibdir.
Şəkil 2.5. Qırışıqlıq və keçid tip geostruktur elementlər.

Litoloji və stratiqrafik obyektlər. Litoloji və stratiqrafik


obyektlərin əsas regional elementləri geostruktur elementlərə
analoji olaraq neftli-qazlı zonaların yerləşməsinə, lokal element-
lər isə neftli-qazlı zonalarda yataq və fərdi yataqların pay-
lanmasına nəzarət edir. Litoloji və stratiqrafik obyektlər sistemi
iki yerə ayrılır:

· regional elementlər yarımsistemi,


· lokal elementlər yarımsistemi.
Regional yarımsistem aşağıdakı elementlərdən ibarətdir:
Litoloji elementlər. Kollektorların qeyri-kollektorlarla
əvəz olunması və regional kollektorların pazlaşma zonaları. Bu
tip rezervuarlar əsasən platformalarda regional valabənzər və
tağlı qalxımların yamaclarında formalaşır. Bundan başqa, onlar
regional çökəkliklərin yanlarında və antiklinoriumların qanadla-
rında da əmələ gəlir. Göstərilən sahələrdə neftli-qazlı zonaların
formalaşmasının başlıca amilləri məhsuldar layların litoloji tər-
kiblərinin və fiziki xüsusiyyətlərinin dəyişməsi və qalxma üzrə
onların regional pazlaşmasıdır. Məsələn, Pembina (Kanada), Bo-
livar-Koastal (Venesuella) və s.
Belə regional rezervuarlar Rusiyanın bir sıra rayonlarında
da geniş rast gəlir. Bu cəhətdən aşağıdakı litoloji vahidlərin paz-
laşma zonaları böyük maraq doğurur:
· Terrigen Devon və Devonaqədər komplekslərin Tatar,
Perm, Orenburq və s. tağlı qalxımların yamacları (Şərqi Avropa
platforması),
· Tabaşir və Yura çöküntülərinin Stavropol, Prikumsk və
Adigey kimi tağlı qalxımların yamacları (Skif plitası),
· Tabaşir və Yura çöküntülərinin Qərbi-Sibir plitəsındə
tağlı qalxımların və meqavalların yamacları,
· Paleodənizlərin sahillərində əmələ gələn qum zonaları.
Litoloji elementin başqa bir növü də deltavari zonalardakı
qum əmələgəlmələri və paleoçayların axım yerləridir ki, onlarla
da neftli-qazlı zonalar əlaqədar olur. Şimali Qafqazın Maykop
rayonundakı yataqlar həmin tipdədir. Bu cür neftli-qazlı zonalar
ABŞ-da rast gəlinir.
Stratiqrafik elementlər. Bu elementlər ayrı-ayrı stratiqra-
fik komplekslərin yuyulmuş səthi üzərində nisbətən cavan yaşlı
süxurların qeyri-uyğun yatması ilə səciyyələnir. Sonuncular pis
keçirici xarakterdə olduqda ekran rolunu oynayır. Dediklərimizə
Şimali Amerika platformasında geniş yanılmış neftli-qazlı
zonaları misal göstərmək olar. (Mərkəzi Kanzas, Çottokva,
Miçiqan və s.).
Bu tip elementləri iki yarım tipə bölmək olar:
· platforma qalxımlarında və monoklinallarda regional
stratiqrafik uyğunsuzluqla əlaqədar olan;
· çökmə süxurlar içərisində qeyri uyğun inkişaf edən vul-
kanogen süxurlarla əlaqədar olan.
Birincilərə Sarir (Liviya), ikincilərə isə Santa-Mariya, Ba-
kuranao (Kuba) və Kürdəmir neftli-qazlı zonalarını misal göstər-
mək olar.
Litoloji stratiqrafik elementlər. Yer qabığında litoloji və
stratiqrafik elementlərin kombinasiyalarından ibarət olan neftli-
qazlı zonalara da rast gəlir. Buna litoloji stratiqrafik elementlər
deyilir. Belə elementlərin formalaşmasında həm litoloji, həm də
stratiqrafik amillər eyni dərəcədə təsir göstərir. Bu cür ele-
mentlərlə əlaqədar olan regional neftlilik-qazlılıq ayrı-ayrı lito-
loji-stratiqrafik komplekslərin pazlaşma zonalarında olur.
Litoloji stratiqrafik elementlər iki yarım tipə ayrılır:
· platformalarda qalxımların yamaclarında və çökəkliklə-
rin yanlarında regional pazlaşma və stratiqrafik kəsilmə ilə əla-
qədar olan;
· kristallik bünövrənin aşınmış qalxımlarında regional paz-
laşma ilə əlaqədar olan.
Birincilərə İs-Teksas və Pradıxo-Bey (ABŞ), ikincilərə isə
Şaim (Rusiya) neftli-qazlı zonalarını misal göstərmək olar. Li-
toloji-stratiqrafik elementlərin perspektivliyi ölkəmizdə çox
yüksək qiymətləndirilir.
Lokal yarımsistem. Lokal yarımsistem aşağıdakı ele-
mentlərdən ibarətdir:
1. Litoloji elementlər. Platforma sahələrində ən geniş ya-
yılmış litoloji elementlər kollektorların qalxma zonaları üzrə lo-
kal pazlaşması və keçirici süxurların qeyri-keçirici süxurlarla
əvəz olunmasıdır. Belə lokal zonalarda litoloji tip neft-qaz ya-
taqları və fərdi yataqları əmələ gəlir. Bu tip litoloji tələlər ən çox
ABŞ-da və Kanadada öyrənilmişdir. Rusiyanın ayrı-ayrı ra-
yonlarında (Volqa-Ural) belə yataqlar çox az müəyyən edilmiş-
dir. Litoloji elementlərin qaytanvarı, linzavari, yuvavari və baş-
qa tipləri də movcuddur ki, bunlarda da neft-qaz yataqları və fər-
di yataqlar movcuddur.
2. Stratiqrafik elementlər. Lokal stratiqrafik elementlər
içərisində neft-qaz yatağı və fərdi yatağı qeydə alınır. Onlar an-
tiklinallarda pazlaşma və kəsilmə tipli paleorelyef formalarında
rast gəlinir. Krasnodar ölkəsindəki Axtır-Buqundır və Azərbay-
jandakı Qazanbulaq yataqları bu tipdəndir. Qazanbulaq yatağı
Eosen yaşlı qumlarda eyni adlı qırışığın Cənub-şərq periklinalın-
da yerləşir. Bu hissədə yataq Eosen və Maykop çöküntüləri
arasında müşahidə edilən uyğunsuzluqda əmələ gəlmişdir. Bu
cür yataqlar ABŞ-da, Kanada da, Avstraliada daha geniş müşa-
hidə olunur.
3. Litoloji-stratiqrafik elementlərə kollektorların lokal
pazlaşmış və pis keçirici süxurlarla qeyri-uyğun örtülmüş sahə-
lər aid edilir. Məsələn, ABŞ-da Dehli yatağı bu tipə aiiddir.
Burada fərdi yataq monoklinalda olan Tabaşir yaşlı qumların
pazlaşması və Eosen yaşlı pis keçirici süxurlarla örtülməsi nəti-
cəsində əmələ gəlmişdir. Bundan başqa litoloji-dizyunktiv və
stratiqrafik-dizyunktiv ekranlarla əlaqədar olan yataqlara da rast
gəlinir. Belə elementlərdə neft və qaz yataqları kollektorların
pazlaşması və uyğunsuzluq səthləri ilə tektonik qırılmaların qa-
rışıqlı əlaqələri hesabına əmələ gəlir.

NEFT-QAZ YIĞIMLARI SİSTEMİ

Regional neftli-qazlı ərazilərin sahə üzrə yerləşməsinin


nəzəri əsasları. Dünyanın elə bir neftli-qazlı ərazisi yoxdur ki,
orada təkcə bir neft-qaz yatağı olsun. Neft-qaz yataqları, adətən,
qrup halında yerləşib, neftli-qazlı zonalar əmələ gətirir. Zonalar
isə öz növbəsində birləşərək yer qabığının daha iri geostruktur
kompleksi ilə əlaqədar olan formasiyalarda toplanır. Neft və
qazın belə böyük zona və iri geostruktur elementlərdə toplanma-
sı qanunauy-ğunluqlarının öyrənilməsinin çox böyük elmi və
pratiki əhəmiyyəti vardır.
Beləliklə, öyrəndiyimiz ərazinin neftlilik-qazlılıq cəhətdən
rayonlaşdırılması üçün yığımların müxtəlif genetik kateqo-
riyalarından və regional qrup halında rast gəlmələrindən istifadə
olunur.
Neftlilik-qazlılığın rayonlaşdırılma prinsipləri. Tekto-
nik quruluşun oxşarlıq dərəcəsinə, regional çökmə formasiya
kompleksinin eyni tərkibə malik olmasına görə tədqiq edilən
ərazinin sahələrə ayrılmasına geoloji rayonlaşdırma deyilir.
Geoloji rayonlaşdırmanın əsas vəzifələri aşağıdakılardır:
· neftli-qazlı ərazilərin genetik cəhətdən müxtəlif qrup və
kateqoriyaya ayrılması qanunauyğunluqlarının öyrənilməsi;
· ayrılmış ərazilərin neftlilik-qazlılıq perspektivliyinin iza-
hı.
Hələ keçən əsrdə D.İ.Mendeleyev neft-qaz yataqlarının
dağqarşısı və dağətəyi sahələrdə toplandığı fikrini irəli sürmüş-
dür. Neft-qazın dağətəyi zonalarda toplanmasını fransız alimi
Dolonye də qeyd etmişdir.
İ.M.Qubkin neft-qaz yığımlarının dağətəyi sahələrdə, tek-
tonik cəhətdən qırışıqlı zonalarda, həmçinin dağarası çökəklik-
lərdə yayıldığını göstərmişdir. İ.M.Qubkin neftli-qazlı əraziləri
əyalət, vilayət və rayonlara ayırmışdır. İ.M. Qubkin belə rayon-
laşdırmada geotektonik prinsipi əsas götürmüşdür. O, neft-qaz
yığımlarını üç əsas Kaledon, Hersin və Alp qırışıqlıq sistemləri
ilə əlaqələndimişdir. İ.M.Qubkinin neftli-qazlı ərazilərin rayon-
laşdırılması prinsipi və təsnifatı geniş yayılmış, əksər tədqiqatçı-
lar tərəfindən müdafiə edilmiş və edilir. Onun təsnifatına əsas-
lanaraq geoloqlar neft-qaz yığımlarının yayıldığı əraziləri
əyalətlərə və rayonlara ayırırlar.
İ.M.Qubkindən sonra neftli-qazlı ərazilərin rayonlaşdırıl-
ması prinsipləri A.A.Bakirov, İ.O.Brod, İ.V.Vısotski, N.A.Yere-
menko, A.Y. Krems, Q.Y.Ryabuxin, A.A.Trofimuk, N.Y.Us-
penskaya, V.Y.Xain, Ə.Ə.Əlizadə və b. tərəfindən öyrənilmiş-
dir. Hazırda bu tədqiqatçılardan bir qrupu İ.M.Qubkin tərəfindən
verilən bölgünü müdafiə edərək neftli-qazlı ərazidə neftli-qazlı
əyalət, vilayət, rayon və zona, digər qrupu isə neftli-qazlı hövzə-
lər ayırırlar.
Müxtəlif ərazilərin neftlilik-qazlılıq cəhətdən perspektivli-
yini və elmi səviyyədə proqnozunu təyin etmək üçün ümumi
qəbul olunmuş neftlilik-qazlılığın prinsipləri verilməlidir. Bu-
nunla belə, müxtəlif geoloji amillərlə xarakterizə olunan regio-
nal geoloji rayonlaşdırma, digər təbii proseslərin təsnifatında ol-
duğu kimi, müəyyən elmi və praktiki qanunauyğunluqlarla əla-
qələndirməlidir. Bu qanunauyğunluqlar qlobal əhəmiyyətə malik
olub, bütün konti-nentlərdəki ayrı-ayrı geoloji əyalət və vila-
yətlərə aid edilə bilər.
Əlbəttə, geoloji rayonlaşdırmanın ümumi prinsiplərini
işləyib hazırlamaq üçün təbiidir ki, qlobal əhəmiyyətli qanuna-
uyğunluqlardan (regional neftli-qazlı ərazilərin formalaşması və
yerləşməsi) istifadə olunmalıdır.
Yuxarıda qeyd etdiyimiz kimi, bir qrup geoloqlar geoloji
rayonlaşdırmada neftli-qazlı "hövzə" terminini əsas götürürlər.
Belə rayonlaşdırmanın tərəfdarları İ.O.Brod, N.B.Bassoyeviç,
İ.V.Vısotski, V.B.Olenin, A.A.Polster, B.A.Sokolovdur. Onlar
neftli-qazlı "hövzə" adı altında yer qabığının müasir strukturun-
da müşahidə edilən iri və uzun müddətli çökməyə məruz qalan
və çoxlu miqdarda neftli-qazlı zonalar daxil olan vilayətləri nə-
zərdə tuturlar. Lakin belə geoloji rayonlaşdırma ayrı-ayrı tədqi-
qatçıların tənqidinə səbəb olmuşdur. Regional neftli-qazlı ərazi-
lərdə neftli-qazlı hövzələrin ayrılması prinsipi A.A.Bakirov,
N.Y.Uspenskaya, A.Y.Krems və b. tərəfindən tənqid edilmişdir.
A.A.Bakirov iri neftli-qazlı ərazilərin hövzə əlamətinə gö-
rə seçilməsinin düzgün olmadığını elmi pratiki cəhətdən aşa-
ğıdakı kimi əsaslandırır.
1. "Hövzə" termini hərfi tərcüməyə görə "çökək", "mul-
da" deməkdir. Deməli, neftli-qazlı "Hövzə" dedikdə biz neft və
qazın ancaq çökək sahələrdə qrup halında yığıldığını nəzərdə
tuturuq. Lakin göstərmək lazımdır ki, neft və qaz yığımları iri
qalxımlarda da toplanır. Məsələn, platformalarda- antekliz, tağ
və meqavallarda, geosinklinal qırışıqlarda isə antiklinorium, iri
qalxımların periklinal sahələri buna misal ola bilər. Göstərilən
iri neftli-qazlı ərazilər ölçülərinə və neft-qaz yığımlarına görə
neftli-qazlı hövzələrdən çox-çox yüksəkdə durur. Məsələn, Şərqi
Avropa platformasında Tatar tağı; Skif Epihersin plitəsində
Stavropol tağı, Karpinski valı; Qərbi Sibir Epipaleozoy plitə-
sində Obətrafı; Şimali Amerika platforma-sında Çottokva Kan-
zas, Sinsinnat meqavalları; Yaxın Şərqdə Xanza meqavalı və s.
kimi zəngin və geniş regional neftli-qazlı əraziləri göstərmək
olar.
Geoloji rayonlaşdırmada hövzə prinsipinin əsas götürül-
məsi birtərəfli olub, yer qabığının iri müxtəlif tip geostruktur
elementlərində regional neftli-qazlı əraziləri genetik cəhətdən
əlaqələndirmək mümkün olmur. Ona görə də geoloji rayonlaş-
dırmaya təbiətdə rast gələn həm regional hövzələr, həm də re-
gional qalxımlarla əlaqədar olan bütün genetik regional neftli-
qazlı ərazilər daxil edilməlidir.
2. Yer qabığının müasir struktur quruluşunda müşahidə
edilən neftli-qazlı hövzələrin azlığı, onların formalaşma və sahə
üzrə yayılma şəraitləri həqiqətə uyğun gəlmir. İri neftli-qazlı
ərazilər tək yer qabığının uzun müddət çökmüş müasir struktur
vilayətlərində deyil, həm də paleohövzə vilayətlərində də yerləş-
mişdir. Paleoçökəkliklər, adətən, müasir struktur planda regional
qalxımı (inversiya prosesi nəticəsində) xarakterizə edir.
Yer qabığının müasir struktur quruluşuna əsasən neftli-
qazlı "hövzə" prinsipini əsas götürərkən həmin sahədə regional
neftli-qazlı ərazilərin yer qabığında paylanması və əmələ gəlmə-
sində paleotektonikanın həlledici rolu nəzərə alınmır. A.A.Baki-
rov (1959) Amerika və Yaxın Şərqin neftli-qazlı ərazilərinə həsr
etdiyi əsərində göstərir ki, istər qırışıq sistemində yerləşən iri
geostruktur elementlər, istərsə də platforma daxili çökəkliklər və
qalxımlar uzun geoloji tarixi ərazidə sabit qalmayıb əsaslı
dəyişikliyə uğrayır. Belə ki, hər yeni tektogenez əvvəlki üzərin-
də inkişaf edir və başlanğıc mərhələdə onun struktur quruluşunu
özündə əks etdirir. Ancaq sonrakı inkişaf prosesində tədricən
əvvəlki ilə sonrakı strukturlarda keyfiyyət dəyişikliyi baş verir
və nəhayət, bir-birindən fərqlənir. Yeni müsbət strukturların
üzərində çökəkliklər və əksinə- mənfi strukturlar üzərində
qalxımlar əmələ gəlir. Struktur planların bu cür dəyişməsi nə-
ticəsində çöküntülərin litofasiya, geokimyəvi toplanma və pa-
leohidroloji şəraitləri, həmçinin lay sularının regional dinamika-
sının istiqaməti də dəyişir.
İri geoloji əyalətlərdə ayrı-ayrı geoloji inkişaf mərhələsin-
də baş verən paleotektonik, paleocoğrafi və paleohidrogeoloji
dəyişikliklərlə sıx əlaqədar olaraq neft qazəmələgəlmə və neft-
qaztoplanma vilayətləri yaranır. Ona görə də regional neftli-
qazlı ərazilərin formalaşması və yerləşməsini, genetik əlaqə-
lərini tək müasir struktur plan ilə öyrənmək kifayət deyil, həm
də o ərazilərin paleohidroloji inkişaf şərtlərini dərindən və hər-
tərəfli tədqiq etmək lazımdır.
3. Geoloji rayonlaşdırmada "hövzə" prinsipinin əsas nöq-
sanlarından biri də geoloji quruluşuna və geotektonik inkişa-fına
görə müxtəlif olan neftli-qazlı hövzələri birləşdirməkdir. Məsə-
lən, geoloji quruluşuna, geoloji inkişaf tarixinə, eləcə də regio-
nal neft və qazın toplanma və formalaşma şəraitlərinə görə ta-
mamilə müxtəlif olan geniş ərazini əhatə edən Volqa-Ural əya-
ləti, Xəzəryanı və Uralqarşısı çökəklikləri "Şimali Xəzər höv-
zəsi" adı altında rayonlaşdırmaq düzgün deyildir. Belə rayonlaş-
dırma yeni (zəif öyrənilmiş neftli-qazlı əyalətlərdə) sahələrdə
neft-qazın axtarışı və kəşfiyyatı işlərini əsaslı ləngidə bilər. De-
məli, regional neftli-qazlı əraziləri rayonlaşdırarkən hökmən on-
ların paleotektonik, paleocoğrafi və paleohidrogeoloji inkişaf
şəraitlərini nəzərə alaraq, bərabər genetik cəhətdən yaxın olanla-
rı uyğun şəkildə geoloji əyalət və rayon daxilində birləşdirmək
lazımdır.
Ölkəmizdə əksər tədqiqatçılar geoloji rayonlaşdırmada
İ.M.Qubkinin geostruktur prinsipinə görə ayırdığı "neftli-qazlı
vilayət" və s. terminlərindən istifadə edirlər. Hazırda bu prinsip
əsasında neftlilik-qazlılıq perspektivliyi xəritəsi tərtib olunmuş-
dur.
Neftli-qazlı ərazilərin təsnifatı. Geoloji rayonlaşdırmanı
elmi cəhətdən əsaslandırmaq üçün regional neftli-qazlı ərazilərin
uyğun təsnifatını işləyib hazırlamaq vacib məsələlərdən biridir.
Müxtəlif regional neftli-qazlı ərazilərin təsnifatını verərkən
geoloji quruluşuna və əmələgəlmə şəraitlərinə görə bir-birinə
yaxın olanları ayrı-ayrı kateqoriyada, qrupda və sinifdə bir-
ləşdirmək lazımdır. Digər tərəfdən belə əraziləri kateqoriya,
qrup və siniflərə ayırarkən onların əmələgəlmə şəraiti və geoloji
quruluşuna görə hansı geostruktur elementə aid olmaları hök-
mən nəzərə alınmalıdır.
A.A.Bakirov (1959) tərəfindən regional neftli-qazlı ərazi-
lərin vahid təsnifatı işlənib hazırlanmışdır. Bu təsnifat bütün
dünya neft-qaz yığımlarında müşahidə edilən faktiki materialla-
ra əsasən tərtib edilmişdir. Həmin təsnifat Hindistanda (Dehli
şəhərində) 1964-cü ildə keçirilən XXI Beynəlxalq geoloji konq-
resdə təsdiq olunmuşdur. Təsnifatın əsasını tektonik prinsip
təşkil edir, yəni regional neftli-qazlı ərazilər ayrı-ayrı kateqo-
riyalara, qruplara ayrılarkən və hər hansı geostruktur elementə
(platforma, keçid və geosinklinal vilayətlər) daxil edilərkən
onların geoloji quruluşu və geoloji inkişaf tarixi əsas götürülür.
Ümumiyyətlə, İ.M.Qubkin tərəfindən müdafiə olunan və
genişləndirilən regional geoloji ərazilərin rayonlaşdırılması təs-
nifatının sxemi aşağıdakı kimidir (şəkil 2.6).
1. Neftli-qazlı qurşaqlar ancaq qırışıqlı ərazilərdə ayrı-
lır. Qırışıqlıq sistemlərində yerləşən əyalətlərin birliyinə qurşaq
deyilir. Aşağıdakı qırışıqlıq qurşaqlarını göstərmək olar; Paleo-
zoy qırışıqlı Appalaç, Ural neftli-qazlı qurşağı, Paleogen-Neo-
gen qırışıqlı Alp-Himalay, And, Kordilyer neftli-qazlı qurşağı.
2. Neftli-qazlı əyalət. Regional xarakterli əsas geotekto-
nik xüsusiyyətləri ümumi və oxşar, neftli-qazlı komplekslərinin
stratiqrafik vəziyyəti eyni olan neftli-qazlı vilayətlərin cəminə
əyalət deyilir. Vahid əyalətə daxil olan neftli-qazlı vilayətlər
tektonik quruluşlarının və çöküntütoplanma şəraitinin ümumiliyi
ilə səciyyələnir.

Şəkil 2.6. Tektonik prinsipə görə rayonlaşdırmanın sxemi

Oxşar və yaxın neftli-qazlı vilayətləri əyalət daxilində bir-


ləşdirərkən regional tektonik hərəkətlərin və çökmə formasi-
yaların oxşarlığını əks etdirən prinsiplər, eləcə də regional neft-
qazəmələgəlmə və toplanma şəraitləri nəzərdə tutulur. Geoloji
əyalətin səciyyəvi xüsusiyyəti orada olan litoloji stratiqrafik va-
hidlərin regional neftli-qazlı olmasıdır. Məsələn, Volqa-Ural
geoloji əyalətində Devon sisteminin Frans mərtəbəsi, Karbonun
Vize, Turne və s. mərtəbələri regional neftli-qazlıdır.
Neftli-qazlı əyalətləri ayırarkən yuxarıda qeyd etdikləri-
mizdən əlavə platforma sahələrində konsolidasiyalaşmış bünöv-
rənin, geosinklinallarda isə qırışıqlı bünövrənin yaşları da nə-
zərdə tutulur. Məsələn, Kembriyəqədər, Kaledon, Hersin, Me-
zozoy qırışıqlı bünövrələri, keçid zonalarında isə kənar çu-
xurlarla əlaqədar olan neftli-qazlı əyalətlər ayrılır.
3. Neftli-qazlı vilayət. Vahid struktur elementə daxil edi-
lən, geoloji quruluşu və geoloji inkişaf tarixi oxşar olan əraziyə
geoloji vilayət deyilir.
4. Neftli-qazlı rayonlar coğrafi və ya geostruktur xüsu-
siyətlərinə görə ayrılan bu və digər neftli-qazlı zonalara geoloji
rayon deyilir. Neftli-qazlı vilayətlərin bir hissəsi olub, bu və ya
digər assosiasiyalı neftli-qazlı zonaları özündə birləşdirir. Belə
geoloji rayonlar geostruktur və coğrafi elementlərinə görə ayrı-
lır. Məsələn, Bakı arxipelaqı neftli-qazlı rayonu tektonik cəhətcə
Aşağı Küryanı və Ceyrankeçməz çökəkliklərinin cənub-şərq
davamlarında yerləşir. Gəncə neftli-qazlı rayonu Yevlax-Ağca-
bədi çökəkliyinin cənub-qərbində yerləşib, coğrafi adına uyğun
olaraq adlandırılmışdır.
Neftli-qazlı zonalar. Təbiətdə neft-qaz yataqlarına qrup
halında rast gəlinir. Qrup halında olan neft-qaz yataqları neftli-
qazlı zona əmələ gətirir (şəkil 2.7). Neftli-qazlı zonaların təsni-
fatı 2.17 cədvəlində verilmişdir (A.A.Bakirova görə).
Şəkil 2.7. Neftli-qazlı zona (Qafqazqarşısı).

Cədvəl 2.17.
Sinif Qrup
1.Val qalxımları ilə əlaqədar olan
2.Antiklinal zonalarla əlaqədar olan
Struk tur

3.Regional tektonik qırışıqlarla əlaqədar olan


4.Duz və palçıq vulkanı tektonikası ilə əlaqədar olan
5. Regional çat zonaları ilə əlaqədar olan
1.Rifəmələgəlmələri ilə əlaqədar olan
2.Qalxım üzrə kollektorların regional pazlaşması ilə əlaqə-
Litoloji

dar olan
3.Paleoçay və paleodeltalarla əlaqədar olan
4.Paleodənizlərin sahil delta zonalarında intişar edən qum
törəmələri ilə əlaqədar olan
1.Regional kəsilmə sahəsində yaranan uyğunsuzluq zo-
Stratiq-

naları ilə əlaqədər olan


rafik

2.Qalxım üzrə stratiqrafik pazlaşma zonaları ilə əlaqədar


olan
SEDİMENTASİYA HÖVZƏLƏRİNİN
NEFTLİLİK-QAZLILIQ BAXIMINDAN
RAYONLAŞDIRILMASI PRİNSİPİ

Məlum olduğu kimi, neft-qazəmələgəlmə və neft-qaztop-


lanma litosferin geoloji inkişaf tarixində regional və dövri xa-
rakter daşıyıb, çöküntütoplanma mərhələləri ilə sıx bağlıdır.
Bu və ya digər geoloji əyalətdə iri geostruktur elementlər-
də regional neft-qazəmələgəlmə və neft-qaztoplanma proseslə-
rindəki mərhələlərin (tsikllərin) sayı ayrı-ayrı geoloji dovrlərə
uyğun gələn tektonik hərəkətlərin rejimi və istiqaməti ilə sıx əla-
qədardır.
Müxtəlif stratiqrafik bölgülərlə əlaqədar olan neftlilik-qaz-
lılığın sahə üzrə yerləşmə sərhədləri (arealı) bəzən uyğun, bəzən
isə qeyri-uyğun olur, yəni ərazi üzrə yerini dəyişmiş olur. Bu və
ya digər neftli-qazlı əyalətlərdə ayrı-ayrı stratikrafik
bölgülərdəki regional neftlilik-qazlılığın sahə üzrə yerləşmə
arealları aşağıdakılardan asılıdır:
· tədqiq olunan sedimentasiya hövzəsindəki iri tektonik
elementlərdə geoloji zamandan asılı olaraq baş verən ehtizazi
tektonik hərəkətlərin rejim və istiqamətindən;
· tədqiq olunan neftli-qazlı mərtəbələrdə təbii rezervuarlar-
la əlaqədar olan kollektor süxurların xüsusiyyətindən;
· regional neftli-qazlı kompleksləri əhatə edən örtük qatla-
rının quruluş və qalınlıqlarından.
Əgər bu və ya digər neftli-qazlı əyalətdəki iri tektonik ele-
mentlərdə, ayrı-ayrı geoloji zamanda baş verən tektonik hərəkət-
lərin rejimi, ümumi istiqamətləri bir-birinə yaxındırsa, həmin
elementlərdə iştirak edən neftli-qazlı komplekslərin sahə üzrə
sərhədləri uyğun və onların kollektor süxurları bir-birinə yaxın
olur. Əks təqdirdə isə dediyimizin əksi müşahidə edilir. Deməli,
ayrı-ayrı stratiqrafik komplekslərdə neftlilik-qazlılığın sahə üzrə
yayılma arealları paleotektonik rekonstruksiya ilə xarakterizə
olunur.
Dediklərimizi izah etmək üçün bir misal gətirək. Ərəbistan
platformasının şərq hissəsində Yura və Tabaşir sistemlərinin çö-
küntüləri ilə əlaqədar olan regional neftlilik-qazlılığın yayılma
areallarının münasibəti bu cəhətdən maraqlıdır. Ərəbistan
platformasının Yura və Tabaşir çöküntüləri qalınlıqlarının, eləcə
də onlarla əlaqədar olan regional neftlilik-qazlılığın təhlili
göstərir ki, Yura dövründə ən çox platformanın Cənub-şərq qur-
taracağı enməyə məruz qalmışdır. Ona görə də Yura çöküntüləri
ilə əlaqədar olan neftlilik-qazlılıq platformanın bu hissəsi ilə
bağlıdır. Tabaşir dövrünün başlanğıcinda tektonik hərəkətlərin
rejimi və istiqaməti dəyişikliyə məruz qaldığından, nisbətən
maksimum enmə platformanın Bərə-Küveyt sahəsinə, yəni Yura
dövrünə nisbətən bir qədər şimala keçmişdir. Ona görə də kar-
bohidrogenlərin yerləşmə arealları da bu istiqamətdə dəyişil-
mişdir.
Yuxarıda dediklərimizə əsasən belə nəticəyə gəlmək olar
ki, neft-qazlılığın düzgün rayonlaşdırılması üçün əvvəlcə ayrı-
ayrı geoloji tarixə görə, sedimentasiya hövzələrini rayonlaşdır-
maq lazımdır. Yəni çöküntütoplanma hövzəsinin ayrı-ayrı hissə-
lərinin paleotektonik, paleocoğrafi, paleogeotermik, litofasial və
paleohidrogeoloji şəraitləri təyin olunmalıdır.
Hövzənin müxtəlif hissələrində tədqiq olunan tsikldə pa-
leotektonik şəraiti izah etmək üçün aşağıdakı xüsusiyyətlərə gö-
rə vilayətlər ayırmaq lazımdır:
· tektonik hərəkətlərin rejiminə görə,
· enmənin amplitudasına görə (enmənin amplitudası çö-
küntülərin qalınlıqları ilə təyin olunur).
Paleocoğrafi və litofasial şəraitlərin izahı zamanı aşağıdakı
xüsusiyyətləri nəzərə almaqla vilayətləri ayırırlar:
· paleocoğrafiyasına görə (laqun, dəniz, kontinental və qı-
rışıq şəraitlərə görə)
· litoloji-fasial xüsusiyyətlərinə görə (terrigen dəniz, kar-
bonat dəniz, hemogen laqun tipli və s.).
Neft-qaz yığımları. Təbiətdə neft-qaz yığımlarının müxtə-
lif kateqoriya və tipləri rast gəlir. Neft-qaz yığımlarının tiplərinə
görə təsnifat haqqında müxtəlif tədqiqatlar aparılmışdır. Lakin
əksər tədqiqatlarda neft və qazın ancaq lokal təsnifatı ve-
rilmişdir. Yığımların regional təsnifatı haqqında isə çox az iş gö-
rülmüşdür. Karbohidrogen yığımlarının regional təsnifatı
İ.M.Qubkin, A.A.Bakirov, A.Q.Aleksin, İ.O.Brod, B.K.Babaza-
də, M.İ.Varentsov, N.Y.Uspenskaya, V.Y.Xain və b.-nın əsər-
lərində verilmişdir. Bununla belə bu günə kimi neft və qaz
yığımlarının vahid təsnifatı yoxdur.
Regional kateqoriyaya neftli-qazlı zonalar, rayonlar, vila-
yətlər, əyalətlər və qurşaqlar daxil edilir. Neftli-qazlı qurşaqlar,
əyalətlər, vilayətlər rayonlar və zonalar haqqında əvvəldə izahat
verilmişdir. Lokal kateqoriya isə neft-qaz yatağına və fərdi neft-
qaz yatağına ayrılır.
A.A. Bakirov neft və qaz yığımlarını aşağıdakı siniflərə
ayırır:
I. Struktur. Bu sinfə daxil olan karbohidrogen yığımlarını
ayırarkən struktur amil əsas götürülür. Karbohidrogen yığımları
üçün tələ rolunu müxtəlif mənşəli lokal antiklinal strukturlar,
həmçinin neft-qaz yığımı üçün ekran olan dizyunktiv qırılmalar-
la mürəkkəbləşən strukturlar oynayır.
II. Litoloji. Əsas rolu litoloji amil oynayır. Neft-qaz yığım-
ları üçün tələnin xarakteri çöküntütoplanma şəraiti, kollektor sü-
xurların quruluşu, süxurların fiziki xassələri, qalxma üzrə paz-
laşma və linzavari yatım ilə tənzim olunur.
III. Rifogen. Neft və qazın formalaşmasında əsas rolu rif-
əmələgəlmələri oynayır. Rif massivləri tələ kimi qəbul olunur.
Bəzən tədqiqatçılar rifin neft yığımlarını litoloji sinfə aid edirlər.
IV. Stratiqrafik. Bu sinfə aid edilən yığımlarda həlledici ro-
lu qeyri-uyğun olaraq zəif keçirici, daha cavan yaşlı törəmələrlə
örtülən kollektorlar oynayır. Yığım üçün tələni isə zəif keçirici
daha cavan yaşlı süxurlarla qeyri-uyğun örtülən kollektorlar
əmələ gətirir.
V. Qaraşıq. Bu tipə daxil olan karbohidrogen struktur, lito-
loji, stratiqrafik və s. amillərin qarışığı ilə xarakterizə olunur.
Neft-qaz yatağı. Vahid lokal sahədə yerləşən bir və ya bir
neçə fərdi yatağın cəminə neft-qaz yatağı deyilir. Neft və qazın
təbiətdə çoxlu miqdarda və müxtəlif növ lokal yığımları
movcuddur. Rus dilində işlədilən "mestorojdenie", indi isə
"mestoskoplenie" terminlərini Azərbaycan dilində yataq termini
ilə əvəz etmək məqsədəuyğundur. Təbiətdə rast gələn yataqların
bəzi tipləri haqqında qısa məlumat verdik (cədvəl 2.18).

STRUKTUR TİP YATAQLAR

a) Sadə quruluşda, qırılmaya məruz qalmayan yataqlar.


Bunlar antiklinal qırışıqlarda olub, sadə quruluşa malikdir.
Struktur mərtəbələr bir-birinə uyğun gəlir. Bu cür yataqlara
Manqışlaqdakı Jetıbəy və Uzen, Fərqanədəki Qazlı, Tumen vi-
layətindəki Üst Balık, ABŞ-da Santa De-Sprinqs və s. misal gös-
tərmək olar (şəkil 2.8).
b) struktur mərtəbələri uyğun olmayan antiklinal quruluş-
larla əlaqədar olan yataqlar. Bunlarda struktur mərtəbələr ya sa-
də sürüşdürülmüş şəkildə, ya da ayrı-ayrı quruluşa malik olur
(şəkil 2.9). Məsələn, Qaradağ yatağında Pliosen süxurlarının
struktur mərtəbəsi Miosenə görə Cənuba tərəf sürüşmüşdür. Sü-
rüşmə amplitudası 1,6 km-dir. İkinci misal Güzdək qalxımını
göstərmək olar. Burada üç struktur mərtəbə qeyd olunur: birinci
mərtəbəyə- Maykop seriyası daxil olan bütün çöküntü komplek-
si; ikinci- Sarmat mərtəbəsindən məhsuldar qata kimi bütün stra-
tiqrafik vahidlər və nəhayət, üçüncü mərtəbəyə- üst Pliosen
çöküntüləri daxildir. Birinci halda Güzdək sahəsi antiklinal,
ikincidə- struktur burun, üçüncüdə isə monoklinal forma kimi
müşahidə olunur;

Cədvəl 2.18
Sinif Yatağın qrup və yarımqrupları
1. Sadə quruluşlu antiklinal (qırılmaya məruz qalmayan struk-
turlarla əlaqədar).
2. Ayrı-ayrı stratiqrafik vahidlərə görə struktur planları uyğun
olmayan antiklinal strukturlarla əlaqədar:
a) struktur planları ayrı-ayrı litoloji-stratiqrafik vahidlərə görə
uyğun olmayan strukturlar;
b) ayrı-ayrı stratiqrafik mərtəbələrə görə struktur quruluşları
uyğun olmayan strukturlar.
3. Qırılma dislokasiyası ilə mürəkkəbləşən antiklinal strukturlar.
Struktur

4. Duz tektonikası ilə mürəkkəbləşən antiklinal strukturlarla


əlaqədar.
5. Diapirizm və palçıq vulkanları ilə mürəkkəbləşən antiklinal
strukturlar:
a) açıq palçıq vulkanı və diapirizm ilə əlaqədar;
b) gizli palçıq vulkanı və kriptodiapirizmlə əlaqədar.
6. Vulkan əmələgəlmələri ilə mürəkkəbləşən antiklinal struktur-
lar.
7. Monoklinal forma ilə əlaqədar
8. Sinklinal strukturlarla əlaqədar
Rifo- a) tək rif massivləri ilə əlaqədar
gen b) cüt rif massivləri ilə əlaqədar
1. Antiklinal strukturlarda stratiqrafik uyğunsuzluqlarla əlaqədar
Stratiqrafi
k

2. Monoklinallarda stratiqrafik uyğunsuzluqlarla əlaqədar


3. Stratiqrafik uyğunsuzluqlarla örtülən qədim paleorelyefin
səthində toplanan
Litolo-
Kəsilən kollektor süxurların keçiriciliyi pis olan cavan yaşlı sü-
ji-stra-
xurlarla stratiqrafik qeyri-uyğun örtülməsi nəticəsində toplanan
tiqrafik

v) qırılmalarla mürəkkəbləşən struktur yataqlar. Belə ya-


taqlar ən çox qırışıqlıq və keçid zonalarında rast gəlir, az hallar-
da isə platforma sahələrində də müşahidə olunur. Bu cür yataq-
lar laylı, bloklu, tektonik ekranlaşmış və s. olur. Belə yataqlar
Azərbaycan və Türkmənistanda daha geniş yayılmışdır (şəkil
2.10).
Şəkil 2.8. Uzen yatağının kəsilişi (V.Y.Aronson və
A.K Maxoninə görə: 1-qaz; 2-neft; 3-güman edilən neft
yatağı; 4-sulu qumdaşı; 5- kollektorlar; I-XIII-horizontlar

Qeyd etdiyimiz yataqlar bəzən üstəgəlmə tipli qırılmalarla


mürəkkəbləşmiş olur. Azərbaycanın Abşeron neftli-qazlı rayo-
nunda Pirallahı, Lökbətan yataqları buna ən yaxşı misaldır
q) duz günbəzi ilə mürəkkəbləşən yataqlar. Bu cür yataq-
ların əmələ gəlməsində əsas yeri duzların təsiri ilə yaranan
tektonik formalar tutur (şəkil 2.11).
Belə yataqlar ən çox (Dnepr-Donetskdə, Ural-Embada,
Ruminyada, ABŞ-da (Texas, Luiziana və Misisipi ştatlarında)
yayılmışdır.
Şəkil. 2.9. Strelnıy Ovraq və Jiqulyev
yataqlarının struktur xəritəsi.

Şəkil 2.10. Qaraçüxur neft yatağı


(B.Q.Babazadəyə görə).
Şəkil 2.11. Maxat yatağı (N.A.Kalininə görə, 1951)

ğ) diapirizmlə əlaqədar olan yataqlar. Belə yataqların əmə-


lə gəlməsində əsas rolu diapirizm və ya palçıq vulkanlrı oynayır.
Bu cür yataqlar Azərbaycanda, Qərbi Türkmənistanda, Taman
yarmadasında, Rumıniyada geniş yayılmışdır.
Palçıq vulkanizmi və diapirizmlə əlaqədar olan yataqlar da
iki yarımqrupa ayrılır: açıq yataqlar; gizli yataqlar.
Birinci yarımqrupa Lökbətan, Neft Daşları, Kürovdaq ya-
taqlarını (şəkil 2.12), ikinci yarımqrupa isə Bibi-Heybət yatağını
misal göstərmək olar (şəkil 2.13).
d) monoklinal və sinklinallarla əlaqədar olan yataqlar.

Şəkil 2.12. Lökbətan yatağı (V.Q.Babazadəyə görə)


Şəkil 2.13. Bibiheybət yatağı (B.Q.Babazadəyə görə)

LİTOLOJİ TİP YATAQLAR

a) qalxma üzrə yuxarı istiqamətdə kollektor süxurların qe-


yri-keçiriciliyə malik süxurlara keçməsi ilə əlaqədar olan yataq-
lar. Bu qrup yataqlar platforma çökəkliklərinin kənar hissələrin-
də, qırışıq sahələrdə isə dağarası çökəkliklərdə rast gəlinir. Lito-
loji yataqlara Kanadada, ABŞ-da və Venesuelada rast gəlmək
olar. Məsələn, Kanadanın Pembina yatağı buna misal ola bilər
(şəkil 2.14).
Azərbaycanda Abşeron neftli-qazlı rayonundakı Sulutəpə,
Hövsan yataqları da bu qəbildəndir. Sulutəpə yataqlarında Qır-
məkialtı və Qırməki lay dəstələri qalxma üzrə yuxarı istiqamət-
də zəif keçiriciliyə malik süxurlara (gillərə) keçərək sərbəst ya-
taq əmələ gətirmişdir.
b) qədim dənizlərin sahil hissələrində qum əmələgəlmələri
ilə əlaqədar olan yataqlar. Belə yataqlar ABŞ-da (Kanzas və
Oklaxma ştatlarında) vardır;
v) qədim çay deltaları ilə əlaqədar olan yataqlar. Bunlara
misal Maykop rayonunun qolvarı yatağını göstərmək olar. Bu
qrup yataqlar Timan-Peçora çökəkliyində və ABŞ-da qeyd olu-
nur;
q) linzavari kollektorlarla əlaqədar olan yataqlar. Bu ya-
taqları əmələ gətirən ayrı-ayrı fərdi yataq hər tərəfdən neft-qaz
keçirməyən süxurlarla əhatə olunur. Belə yataqlara «Yuva» şə-
killi yataqlar deyilir. Qərbi Abşeronda Güzdək sahəsindəki ya-
taq buna misal ola bilər. «Yuva» şəkilli yataqlar ABŞ-da mə-
lumdur (Vayominq ştatındakı Oseij yatağı);
ğ) rifəmələgəlmələri ilə əlaqədar olan yataqlar. Belə yataq-
lar bir riflə və bir neçə rif massivi ilə əlaqədar olan yataqlar
toplusudur. Bu yataqlar Uralqarşısı çökəklikdə, Meksikada geniş
yayılmışdır. Bu cür yataqlara Kanada və ABŞ-da rast gəlinir.

Şəkil 2.14. Pembina yatağı.


1-qum və qumdaşı; 2-gillər və gilli şist;
3-qum və gil; 4-əhəngdaşı; 5-neft

STRATİQRAFİK YATAQLAR

a) antiklinal qırışıqların yuyulmuş tağının pis keçirici sü-


xurlarla qeyri-uyğun örtülməsi ilə əlaqədar olan yataqlar;
b) monoklinal kollektor süxurların yuyulmuş hissəsinin pis
keçirici süxurlarla qeyri-uyğun örtülməsi nəticəsində əmələ
gələn yataqlar.

FƏRDİ NEFT-QAZ YATAĞI

Keçirici, məsaməli və çatlı kollektorlarda toplanan neft-


qazın hər hansı bir yığımına təbii fərdi neft-qaz yatağı deyilir.
Neft-qazın fərdi yataqları tələlərlə əlaqədardır. Odur ki,
həmin formaların aşkar edilməsi və öyrənilməsi əsas məsələlər-
dən biridir. Tələlərin formalaşmasında (xüsusilə struktur və
stratiqrafik) tektonik amil əsas rol oynayır. Tektonik amil nəinki
tələlərin əmələ gəlməsində, həmçinin çöküntü komplekslərinin
toplanmasında və kollektorın formalaşmasında xüsusi yer tütür.
Qeyd etmək lazımdır ki, bəzi tələlərin əmələ gəlməsində
tektonik amillərin rolu o qədər də həlledici deyildir. Belə tələlər
geoloji keçmişin çay dərələrində əmələ gəlir. Bu tip tələlərə
geoloji ədəbiyyatda ekzostruktur tələlər deyilir. Həmin tələlərlə
əlaqədar olan neft-qaz qolvari yataq əmələ gətirir. Tektonik
amillərin təsiri ilə əlaqədar olan tələlər isə endostruktur və ya
tektonik tələlər adlanır. Deməli, fərdi yataq müxtəlif genetik tip
tələlərin neft, qaz və su ilə dolmuş formasıdır.
Neft və qazın fərdi yatağı genetik, struktur və morfoloji
xüsusiyyətlərinə görə ayrılır. Struktur növlərinə görə neft və qaz
yataqlarının ilk təsnifatını F.Klapp (1910), sonra isə İ.M.Qubkin
vermişdir.
Fərdi yatağın struktur geoloji təsnifatını İ.V.Abramoviç
(1933) B.Vilson (1934) və İ.O.Brod (1935) işləyib hazırlanmış-
dır. Bu təsnifat tələlərin forma və konturuna görə verilir. Fərdi
yatağın genetik təsnifatı isə Ç.Sanders, Q.A.Xelkvist, K.S.Mas-
lov, M.F.Mirçink, N.Y.Uspenskaya, V.Y.Xain, N.B.Vassoyeviç,
A.A.Bakirov, V.Q.Babazadə, B.İ.Sultanov və b. tərəfindən
verilmişdir. Bu təsnifatlar içərisində A.A.Bakirovun təsnifatı
müxtəlif genetik tip fərdi yataqları daha ətraflı əhatə etmişdir.
Həmin təsnifata görə fərdi yataqlar struktur, rifogen, litoloji,
stratiqrafik, qarışıq siniflərə ayrılır.
İndi də neft və qazın lokal yığımlarının bəzilərinin qısa
izahını verək.
Struktur fərdi yataqlar antiklinal, sinklinal və monokli-
nal formalarda (qruplarda) olur. Birinci qrup tağlı, tektonik ek-
ranlaşmış və kontakətrafı kimi yarımqrupa ayrılır.
1.Tağlı fərdi yataqların aşağıdakı əsas formaları ayrılır
(şəkil 2.15):

Şəkil 2.15. Tağlı fərdi yataqlar:


a-sadə; b-az mürəkkəb; v-vulkanogen süxurlarla mürəkkəbləşən;
q-duz günbəzli; 1-neft kəsilişdə; 2-neft planda; 3-stratoizohips;
4- tektonik qırılma; 5-əhəngdaşı; 6-vulkanogen; 7-duz; 8-qum;
9-gil; 10-vulkanogen materiallar; 11- mergel.

· sadə quruluşlu antiklinal struktur formada rast gələn,


· tektonik qırılmalarla mürəkkəbləşən antiklinal struktur
formada rast gələn,
· diapirizm, palçıq vulkanları ilə mürəkkəbləşən struktur
formada rast gələn,
· duz günbəzi ilə əlaqədar olan struktur formada rast gə-
lən yataqlardan ibarət olur.
2. Tektonik ekranlaşmış fərdi yataqlar (şəkil 2.16):
a) qırılma pozulmaları ilə mürəkkəbləşən antiklinal struk-
tur formalarla əlaqədar olan: qırılıb-düşmə və qırılıb-qalxma tip;
b) diapirizm və palçıq vulkanları ilə mürəkkəbləşən antik-
linal formalarla əlaqədar olan;
v) duz günbəzləri ilə əlaqədar olan;
q) üstəgəlmə ilə əlaqədar olan.

Şəkil 2.16. Tektonik ekranlaşmış fərdi yataqlar:


a-faylı; b-əksfaylı; v-diapirizm və palçıq vulkanı
ilə mürəkkəbləşən; q-duz; d-üstəgəlməaltı

3. Kontaktətrafı fərdi yataq. Belə fərdi yataqlar duz gün-


bəzlərinin, diapir və palçıq vulkanlarının, eləcə də vulkanogen
(maqmatik) əmələgəlmələrin ətrafında yaranır. Onlar həmin
əmələgəlmələrə (duz günbəzi, diapir və vulkanogen) sıxılmış
vəziyyətdə olur. Bu xüsusiyyət- onları digər fərdi yataqlardan
fərqləndirir (şəkil 2.17).
Şəkil 2.17. Kontaktətrafı fərdi yataqlar:
a-duz diapirizmli; b-gil diapirizmli; v-maqmatik törəməli

Monoklinal forma ilə əlaqədar olan fərdi yataqlar. Mo-


noklinal fərdi yataqlara Quba-Xəzəryanı neftli-qazlı rayonunun
yığımlarını misal göstərmək olar. Burada 70-800 bucaq altında
monoklinal yatan Maykop yaşlı süxurlarda fərdi neft və qaz
yatağı rast gəlir (şəkil 2.18).

Şəkil 2.18. Monoklinal fərdi yataqlar: a- qırılma ilə


mürəkkəbləşən; b- fleksura ilə əlaqədar olan;
v- struktur burun (terras) ilə əlaqədar olan
Sinklinal strukturlarla əlaqədar olan fərdi yataq. Sink-
linal quruluşla əlaqədar olan fərdi neft və qaz yatağı çox sahələr-
də müşahidə olunur. Belə yığımlar ABŞ-da bir çox əyalətlərdə-
xüsusilə Appalaç neftli-qazlı əyalətində qeydə alınmışdır. Şimali
Qafqazda Juravski fərdi yatağı və s.
Litoloji fərdi yataqlar. Litoloji fərdi yataq özü də aşağı-
dakılara ayrılır:
Litoloji ekranlaşdırılmış yataq (şəkil 1.19).

Şəkil 2.19. Litoloji ekranlaşmış fərdi yataqlar:


a-qalxma üzrə kollektorların pazlaşması; b-kollektorların
pis keçirici süxurlarla əvəz olunması; v-asfaltlaşma

Litoloji məhdudlaşmış fərdi yataq (şəkil 1.20).


a) qədim çayların axım sahələri ilə əlaqədar olan qolvari
və qaytanabənzər formalı;
b) sahil zonalarda valabənzər formalı;
v) yuva şəklində. Belə fərdi yataq hər tərəfdən zəif keçirici
gil süxurları ilə əhatə olunur.
Stratiqrafik tip fərdi yataqlar. Bu yataqların lokal struk-
turlarla, monoklinalla, gizli qalxımla və kristallik süxurların qal-
xımları ilə əlaqədar olan tipləri vardır (şəkil 2.22).
Şəkil 2.20. Litoloji məhdudlaşmış fərdi yataqlar:
a-qolvarı; b-valabənzər; v-yuvaşəkilli

.
Şəkil 2.21. Stratiqrafik tip fərdi yataqlar:
a-lokal strukturlarla əlaqədar; b-monoklinalla əlaqədar
v-gizli qalxımla əlaqədar; q-kristallik süxurların qalxımları
ilə əlaqədar olan

Rif əmələgəlmələri ilə əlaqədar olan fərdi yataqlar:


1. Tək riflərlə əlaqədar formalı.
2. Qrup halında olan rifəmələgəlmələri ilə əlaqədar olan
formalı (şəkil 2.22).
Şəkil 2.22. Rif törəmələri ilə əlaqədar olan fərdi yataqlar:
a-tək rifli; b-çox rifli.
III FƏSİL. NEFTLİ-QAZLI ƏRAZİLƏRİN
QİYMƏTLƏNDİRİLMƏSİNİN NƏZƏRİ
ƏSASLARI VƏ BAŞLICA MEYARLARI

3.1. NEFTLİ-QAZLI ƏRAZİLƏRİN VƏ NEFT-QAZ


YIĞIMLARININ YERLƏŞMƏSİNDƏ BAŞLICA
QANUNAUYĞUNLUQLAR

Neft geologiyasının nəzəri və təjrübi əsasları nəticəsində


litosferdə neftli-qazlı ərazilərin və neft qaz yığımlarının paylan-
ması qanunauyğunluqları müəyyən edilmişdir:
1. Yer qabığında karbohidrogenlərin əmələ gəlməsi lito-
genezlə genetik əlaqədardır. Yəni karbohidrogen yataqlarının
99,9 %-i çökmə süxur qatında toplanır.
2. Karbohidrogenlərin əmələ gəlməsi üçün xammal hesab
edilən üzvi birləşmələr bir neçə mərhələdə (mərtəbədə) par-
çalanaraq aşağıdakı amillərin təsiri altında başa çatır. Başlanğıc
mərhələdə üzvi maddələr biokimyəvi proseslərin (mikroor-
qanizmlər və fermentlər) təsiri altında parçalanır, sonrakı mərhə-
lələrdə çöküntülərin enməyə məruz qalması təbii katalizatorların
iştirakı ilə temperatur və təzyiqin təsiri altında gedir.
3. Hər bir neftli-qazlı əyalətin kəsilişində regional neftli-
lik-qazlılıqla xarakterizə olunan bir neçə litoloji-stratiqrafik
kompleks qeyd olunur. Bu regional neftli-qazlı komplekslərdə
neft-qaz əmələgətirici və neftli-qazlı lay dəstələri, eləcə də pis
keçirici örtük süxurlar ayrılır.
Neft-qazəmələgəlmə və neft-qaztoplanma prosesləri bir tə-
rəfdən regional, digər tərəfdən isə dövri xarakterdə olub, litoge-
nezin tsikilləri ilə sıx əlaqədardır. Neft-qazəmələgəlmə və neft-
qaztoplanmanın regional və dövri xarakterdə olması isə neftli-
qazlı əyalətlərin çökmə süxur kəsilişində bir neçə sərbəst
regional neftli-qazlı komplekslərin yaranmasına səbəb olur.
4. Hər bir neftli-qazlı vilayətdə regional neft-qazəmələ-
gəlmə və neft-qaztoplanma tsiklərinin sayı yer qabığında baş ve-
rən tektonik hərəkətlərin mənfi qiymətində uyğun paleocoğrafi
və geokimyəvi şəraitdə neft-qazəmələgətirən komplekslər əmələ
gəlir.
Tektonik hərəkətlərin müsbət aktiv qiymətlərində flüidlə-
rin miqrasiyası və formalaşması baş verir, neft-qazı özündə sax-
laya bilən komplekslər yaranır. Bəzən intensiv qalxma nəticəsin-
də əvvəl formalaşmış neft və qaz yataqları dağılmaya məruz
qalır (yəni həmin neft və qaz yataqları kimyəvi denudasiyaya,
yeraltı suların axım zonasına və s. proseslərə məruz qalır).
5. Regional neftli-qazlı komplekslərə terrigen və karbonat
tip süxurlar daxildir. Bu tip süxurlar dəniz, laqun və nadir hallar-
da kontinental mənşəli olur. Regional neftli-qazlı komplekslər
diaqnostik cəhətdən eyni olub, subakval şəraitdə, uyğun anaerob
geokimyəvi mühitdə, sedimentasiya hövzələrinin enmə fonunda
əmələ gəlir.
6. Regional neftli-qazlı komplekslərdə neft və qazın top-
lanması və yayılma arealı aşağıdakı xüsusiyyətlərlə səciyyələ-
nən ərazilərlə əlaqədardır:
- çökmə fonunda subakval şəraitdə və anaerob geokimyəvi
mühitdə çöküntü toplanan ərazilərdə müəyyən geoloji vaxtda
üzvi maddələrin parçalanması, karbohidrogenlərin əmələ gəlmə-
si və miqrasiyası üçün uyğun termodinamik şəraiti olan,
- enmə mərhələsindən sonra qalxmaya və yeraltı suların
aktiv inkişaf edən hərəkətlərinə məruz qalmayan,
- neft və qaz yığımlarının saxlanması və mühafizə olun-
ması üçün pis keçirici (örtük) süxurlar inkişaf edən,
- müxtəlif tip neftli-qazlı zonaların formalaşması üçün
yaxşı geostruktur və litoloji şəraitləri olan ərazilər.
7. Regional neftli-qazlı komplekslərin məhsuldarlığı
(neftlilik-qazlılığı) digər mühüm şəraitlərlə yanaşı, həm də sedi-
mentasiya hövzəsinin enmə amplitudasından (tədqiq olunan
geoloji vaxtda) asılıdır.
Bəzən bir neftli-qazlı əyalətdə, eyni paleocoğrafi və paleo-
geokimyəvi şəraitdə toplanan bu və ya digər litoloji-stratiqrafik
komplekslər neftlilik-qazlılıq cəhətdən bir vilayətdə məhsuldar,
digərində isə qeyri-məhsuldar olur. Əlbəttə bu hər şeydən əvvəl
həmin vilayətin daha çox enməyə məruz qalması ilə
əlaqələndirilməlidir ki, enmə (tədqiq olunan geoloji vaxtda) la-
zım olan amplitudaya çatır, həmin vilayətlərdə tədqiq olunan
litoloji-stratiqrafik bölmələr də neft və qaz yığımlarına malik
olur.
8. Müxtəlif stratiqrafik bölgülərin regional neftlilik-qazlı-
lıq arealı bəzən bir-birlərinə uyğun gəlir, bəzən isə ərazi cəhət-
dən sürüşmüş olur.
Bu və ya digər neftli-qazlı əyalətlərdə müxtəlif stratiqrafik
bölgülərlə əlaqədar olan regional neftlilik-qazlılığın sahəcə
yayılma arealı aşağıdakı şəraitlərdən asılıdır:
- tektonik hərəkətlərin rejimi və istiqamətindən;
- neftli-qazlı mərtəbələrin quruluşunda iştirak edən kol-
lektor süxurların fiziki xüsusiyyətlərindən və qalınlıqlarından;
- regional neftli-qazlı kompleksləri bir-birindən ayıran
örtük süxurların varlığından.
Ehtizazi tektonik hərəkətlərin rejim və istiqaməti yaxın
olan sahələrdə ayrı-ayrı stratiqrafik bölgülərlə əlaqədar olan re-
gional neftlilik-qazlılığın yayılma arealı da uyğun gəlir. Əks
təqdirdə isə ayrı-ayrı litoloji-stratiqrafik bölgülərdə toplanan re-
gional neftlilik-qazlılıq sahəjə uyğun gəlməyib sürüşmüş olur.
9. Yer qabığında karbohidrogen yığımları miqrasiya nə-
ticəsində əmələ gəlir.
10. Yer qabığında tək neft və qaz yığımlarına rast gəlin-
mir. Onlar həmişə qrup halında müşahidə olunur.
11. Neftli-qazlı vilayətlər platforma, keçid və qırışıqlı sa-
hələrlə: platforma vilayətlərində platforma daxili və kənar çö-
kəkliklərlə, tağlarla, xətti uzanmış meqavallarla və avlakogen-
lərlə, keçid və qırışıqlı vilayətlərdə dağqarşısı və dağarası çö-
kəkliklərlə əlaqədardır.
12. Şelf zonalarında neftli-qazlı ərazilərə: qırışıqlı qurşaq-
ların kontinental şelfləri-dağarası və dağqarşısı çökəklikləri və
s.; platforma vilayətlərinin kontinental şelfləri-platforma çökək-
likləri, qalxımları, meqavalları və avlakogenləri daxildir.
13. Hər bir neftli-qazlı vilayətdə neft və qaz yataqları ayrı-
ayrı neftli-qazlı zonalarda qruplaşır.
Aşağıdakı ərazilərlə əlaqədar olan neftli-qazlı zonalar ayrı-
lır:
· platforma vilayətlərində valabənzər qalxımlarla, keçid
və qırışıqlı vilayətlərdə isə antiklinoriumlarla əlaqədar olan;
· duz strukturları inkişaf edən rayonlarla əlaqədar olan;
· iri geostruktur elementlərin regional tektonik qırılma-
larla mürəkkəbləşən zonaları ilə əlaqədar olan;
· regional çatlılıq inkişaf edən zonalarla əlaqədar olan;
· rifəmələgəlmələri inkişaf edən zonalarla əlaqədar olan;
· litoloji-stratiqrafik komplekslərin regioanl pazlaşma
zonaları ilə əlaqədar olan;
· qədim dənizlərin sahillərində yerləşən qum vallarının
və qədim çayların axımlarında əmələ gələn iri dənəli çöküntü-
lərin yayılma zonaları ilə əlaqədar olan;
· regional-stratiqrafik uyğunsuzluqlar inkişaf edən zona-
larla əlaqədar olan.
14. Hər bir neftli-qazlı zonalarda lokal yataqlar formalaşır.
Həmin lokal yataqlar aşağıdakı sahələrlə əlaqədar olur: müxtəlif
mənşəli antiklinal strukturlarla; duz günbəzləri ilə; monokli-
nallarla, tektonik qırılmalarla, rifogen massivlərlə, layların qal-
xım üzrə kollektor süxurların pazlaşma və ya pis keçirici süxur-
larla əvəz olunması ilə; paleoçayların axımlarında toplanan qum
əmələgəlmələri ilə; paleodənizlərdə əmələ gələn valabənzər
quməmələgəlmələri ilə; gil qatlarında əmələ gələn yuvavarı
(linzavari) qumlarla; antiklinal strukturlarda rast gələn stratiqra-
fik uyğunsuzluq sahələri ilə; monoklinal strukturlarla rast gələn
stratiqrafik uyğunsuzluq sahələri ilə; paleorelyef qalxımlarının
stratiqrafik uyğunsuzluqla örtülən sahələri ilə; kollektorların
eroziya nəticəsində kəsilən və stratiqrafik uyğunsuzluqla örtülən
sahələri ilə.
15. Lokal neft və qaz yataqlarında bir neçə fərdi yataq tipi
iştirak edə bilər:
· struktur tip yataqda- tağlı, tektonik ekranlaşmış,
kontaktətrafı,
· litoloji tip yataqda- litoloji ekranlaşmış, litoloji məh-
dudlaşmış,
· stratiqrafik tip yataqda- stratiqrafik pazlaşma və
stratiqrafik kəsilmə.
16. Yer qabığında müəyən edilən neft və qaz yığımları
sahə üzrə qeyribərabər paylanmışdır. Onların əksər hissəsi bö-
yük ölçüdə rast gələn paleoçökəkliklərdə toplanmışdır. Bunlar
aşağıdakı xüsusiyyətləri ilə xarakterizə olunur:
· süxurların böyük qalınlıqlarında yığılması və subakval
şəraitdə, anaerob geokimyəvi mühitdə əmələ gəlmələri ilə;
· intensiv enməyə məruz qalmaları ilə;
· kəsilişdə (çökmə süxurlarda) böyük qalınlıqlı qum və
karbonat kollektorlarının iştirakı ilə;
· ölçülərinə görə iri struktur, litoloji və litoloji-struktur
və stratiqrafik tələlərin varlığı ilə;
· bağlı hidrogeoloji şəraitin olması ilə.
17. Ayrı-ayrı neftli-qazlı əyalətlərində neft və qaz yığım-
larının toplanmasında şaquli zonalılıq müşahidə edilir. Həmin
zonalılıq litoloji-stratiqrafik və geostruktur cəhətdən xarakterizə
olunur; neft və qaz yığımlarının yerləşməsi zonalılığı aşağıdakı
xüsusiyyətlərlə müəyyən edilir:
· üzvi birləşmələrin tərkibi;
· çöküntülərdə toplanan və basdırılan üzvi birləşmələrin
paleocoğrafi və paleogeokimyəvi şəraitləri;
· termodinamik şərait;
· əmələ gələn neft-qazın saxlanılma müddəti;
· sedimentasiya hövzəsinin paleotektonik şəraiti;
· pis keçirici örtük süxurların varlığı;
· miqrasiyanı yaradan şərait.
18. Formalaşan neft və qaz yığımları müəyyən geoloji və
hidrogeoloji şəraitin təsiri ilə pozulmaya məruz qalır. Onların
saxlanılması üçün başlıca vasitə müvafiq paleotektonik və pa-
leohidrogeoloji şəraitlərdir.

3.2. NEFT VƏ QAZLILIĞIN QİYMƏTLƏNDİRİLMƏSİNİN


ƏSAS MEYARLARI

Neft və qaz sənayesi inkişafının ilk illərində axtarış və


kəşfiyyat işləri yerüstü neft və qaz nişanələri olan sahələrdə
aparılırdı. Axtarış və kəşfiyyat işlərində nəzəri əsasları olan
meyarlar yox idi. İlk dəfə neft və qazın antiklinal strukturlarında
toplanması nəzəriyyəsi müəyyən edildi. Bir qədər sonra neft və
qazın qeyri-antiklinal formalı tələlərlə də əlaqədar olduğu izah
edildi. Hazırda neft və qaz yığımlarının axtarışı və kəşfiyyatı
işlərində elmi cəhətdən əsaslandırılmış nəzəri tə'limlərdən geniş
istifadə edilir. Yuxarıda göstərdiyimiz kimi, yer qabığında neft
və qaz yığımlarının əmələgəlmə prosesi müxtəlif pilləli olmuş
və aşağıdakı kompleks amillərlə xarakterizə edilmişdir:
· tədqiq olunan ərazidə inkişaf edən tektonik hərəkətlə-
rin rejimi;
· çöküntütoplanmanın paleocoğrafi, litoloji fasial və ey-
ni zamanda geokimyəvi şəraitləri;
· geotermodinamik şərait;
· neft və qaz yığımlarının hidrogeoloji və paleohidro-
geoloji şəraitləri;
· neft və qaz yığımlarının saxlanılma şəraiti.
Bu amillərə əsasən neft-qazlılığın qiymətləndirilməsinin
başlıca meyarları müəyyən olunur.
Hazırda neft-qazlılığın qiymətləndirilməsi üçün bu meyar-
lar movcuddur: 1) tektonik; 2) paleocoğrafi; 3) litoloji-fasial; 4)
geokimyəvi; 5) hidrogeoloji və paleohidrogeoloji; 6) hidrokim-
yəvi; 7) geotermik; 8) təbii neft və qaz çıxışları; 9) formalaşan
neft və qaz yığımlarının saxlanılması.
Tektonik meyarlar. Regional neftli-qazlı ərazilərin və zo-
naların formalaşmasında iştirak edən amillər içərisində tektonik
amil mühüm yer tutur. Tektonik amil özü də neft-qazəmələ-
gəlmə və neft-qaztoplanma proseslərini yaradan və inkişaf etdi-
rən paleotektonik amillərə, neft və qaz yığımlarının formalaşma-
sını müəyyən edən struktur amillərə, neft və qaz yığımlarının
saxlanılmasına nəzarət edən paleotektonik amillərə ayrılır. Neft-
qazəmələgəlmə və nefttoplanma proseslərini yaradan və inkişaf
etdirən paleotektonik amillər, neft-qazəmələgəlmə və neft-
qaztoplanma paleoçökəkliklərlə əlaqədar olan və böyük amp-
litudalı enməyə məruz qalan (enmə amplitudası elə qiymətə
malik olmalıdır ki, həmin qiymətdə neft-qazəmələgəlmə və miq-
rasiyanı yaradan geotermik şərait inkişaf etmiş olsun) sedimen-
tasiya hövzələrində inkişaf edir. Neft-qaz əmələgəlmə vilayət-
lərinin sahə üzrə yerləşdirilməsini qiymətləndirmək üçün hər bir
iri geoloji tarixdə baş verən regional tektonik hərəkətlərin
istiqamətini və rejimini müəyyən etmək lazımdır. A.A.Baki-
rovun göstərdiyi kimi paleoçökəkliklərin sahə üzrə yerləşməsi
ayrı-ayrı geoloji dövrlərdə sabit olmayıb, dəyişkəndir. İri struk-
turlara uyğun gələn paleoçöküntülərin sahə üzrə yerləşməsi
dəyişdikcə regional neft-qazəmələgəlmə sahəsi də onunla
əlaqədar olaraq dəyişəcəkdir. Belə yerdəyişmənin xarakteri isə
hər bir geoloji dövrə uyğun gələn regional tektonik hərəkətlərin
rejim və istiqamətləri ilə, daha doğrusu, paleotektonika ilə təyin
olunur.
Regional neft-qazəmələgəlmə sahələrinin geoloji inkişaf
tarixindən asılı olaraq dəyişməsini ancaq paleotektonik təhlil
nəticəsində müəyyən etmək olar.
Neft və qaz yığımlarının formalaşmasını müəyyən edən
struktur amillər aşağıdakılardır:
1. Neftli-qazlı vilayətlərə uyğun gələn regional geostruk-
tur elementlərin varlığı: a) platforma vilayətlərində tağ qalxımla-
rı, meqavallar, çökəkliklər, avlokogenlər; b) keçid və qırışıqlıq
vilayətlərində dağqarşısı və dağarası çökəkliklər.
2. Neftli-qazlı zonaların varlığı: a) platforma vilayətlərin-
də valabənzər qalxımlar; b) keçid və qırışıqlıq vilayətlərində an-
tiklinoriumlar, sinklinoriumlar, duz strukturları, regional qırıl-
malar, tektonik çatlığın geniş yayıldığı zonalar, rifəmələgəlmə-
ləri.
Neft və qaz yığımlarının yer qabığında saxlanılmasına
nəzarət edən paleotektonik amillər. Formalaşan neftli-qazlı
zonalar müəyyən paleogeoloji şəraitlərin inkişafı ilə əlaqədar
olaraq dağılmaya məruz qalır. Neft və qaz yığımlarının dağıl-
ması xüsusilə müsbət tektonik hərəkətlər intensiv inkişaf etdiyi
zaman baş verir. Çünki onlar infiltrasiya mərhələsinin sürətlə in-
kişaf etməsinə səbəb olur. Yeraltı suların infiltrasiyası mərhələsi
neft-qaz yığımlarını dağıdır. Göründüyü kimi yer qabığında neft
və qaz yığımlarının dağılıb- dağılmamasını izah etmək üçün
həmin sahədə ayrı-ayrı geoloji tarixdə baş vermiş tektonik
hərəkətlərin istiqamətini öyrənmək lazımdır. Bu məsələləri isə
ancaq paleotektonik təhlil nəticəsində izah etmək olar. Tektonik
meyar neft-qazlılığın qiymətləndirilməsində mühüm, bəlkə də
həlledici rol oynayır. Çünki digər meyarları da tektonik amil
yaradır. Bu amil neft-qazəmələgələmə və neft-qaztoplanma kimi
çox mürəkkəb bir prosesi tənzim edir və istiqamətləndirir.
Paleocoğrafi meyar. Məlum olduğu kimi, neft-qazəmələ-
gəlmə müəyyən paleocoğrafi şəraitdə baş verir. Regional neftli-
qazlı komplekslərin axtarışında paleocoğrafi şəraitin, yəni paleo-
dənizlərin ayrı-ayrı geoloji vaxtlarda sahil xətlərinin müəyyən
olunmasının böyük əhəmiyyəti vardır.
Regional neftli-qazlı komplekslər litoloji cəhətdən terrigen
və karbonat süxurlardan ibarət olur. Onlar müxtəlif fasial şərait-
lərdə (dəniz, laqun, sahil və hətta kontinental) toplanır. Regional
neftli-qazlı kompleksləri litoloji tərkib və fasial şəraitdən asılı
olaraq xarakterizə edən və birləşdirən cəhət onların subakval
şəraitdə, anaerob geokimyəvi mühitdə, dibi daima çökən
sedimentasiya hövzəsində əmələ gəlmələridir. Bəzi kontinental
mənşəli komplekslərə də rast gəlmək olur (məs: ÇXR-da Trias
yaşlı kontinental kompleks).
Neftli-qazlı zonaların bəzi genetik qrupları ilə, məsələn,
paleodənizlərin sahil zonalarında toplanan valabənzər qum əmə-
ləgəlmələri ilə və paleoçayların axım sahələrində rast gələn iri-
dənəli süxurlarla əlaqədar olan neftlilik-qazlılıq qiymətləndiri-
lərkən paleocoğrafi amil xüsusi rol oynayır.
Litoloji-fasial və geokimyəvi meyarlar. Litoloji-fasial və
geokimyəvi şəraitlərdə çökmə süxurların litoloji tərkibi və on-
larda toplanan, saxlanılan və dəyişdirilən fluid izah olunur. Ona
görə də tədqiq olunan bu və ya digər ərazinin neftlilik-qazlılıq
perspektivliyini qiymətləndirilərkən onun çökmə süxur kəsilişin-
də neft-qazəmələgətirən komplekslərini ayırmaq lazımdır.
Əksər tədqiqatçıların tədqiqinə görə neft-qazəmələgətirən
komplekslər aşağıdakı diaqnostik xüsusiyyətlərə malik olmalı-
dır:
· subakval şəraitdə və anaerob geokimyəvi mühitdə top-
lanmalı;
· üzvi maddələrin miqdarı çox olmalı (0,5 %- dən az ol-
mamaq şərti ilə, tərkibində isə sopropel və humuslu-sapropel
birləşmələri çox olmalıdır);
· üzvi birləşmələrin tərkibində neft sıralı karbohidrogen-
lərin (bitumiodlərin) miqdarı çox olmalıdır.
Litoloji-fasial şərtlərlə həmçinin təbii rezervuarların quru-
luşunda iştirak edən kollektor süxurlar, onları ayıran örtük sü-
xurların formalaşması, neft və qazın miqrasiyası və akkumulya-
siyası təyin olunur.
Hidrogeoloji və paleohidrogeoloji meyarlar. Neft-qazlı-
lığın qiymətləndirilməsində hidrogeoloji və paleohidrogeoloji
meyarlar da əsas rol oynayır.
Qeyd etmək lazımdır ki, çökmə süxurlarda rast gələn neft
və qaz orada olan lay suları ilə əlaqədardır. Lay suları neft və
qazın miqrasiyasında və toplanmasında da böyük rol oynayır.
Odur ki, neft və qaz yığımlarının formalaşma və saxlanması qa-
nunauyğunluqlarını izah etmək üçün hər şeydən əvvəl yeraltı
suların dinamikasını və onların kimyəvi tərkibini dəqiq öyrən-
mək lazımdır. Yeraltı suların həm müasir struktur planda, həm
də keçmiş geoloji dövrlərdə hərəkət istiqamətini bilmədən neft
və qaz yığımlarının formalaşma qanunauyğunluğunu öyrənmək
mümkün deyildir.
V.İ.Baturin haqlı olaraq yazırdı ki, hazırda müəyyən höv-
zənin neftlilik-qazlılıq perspektivliyini vermək üçün o hövzənin
təkcə paleocoğrafiyasını, paleotektonikasını və süxurlarının kol-
lektorluq xassələrini bilmək azdır; həmin hövzənin lay sularının
geoloji keçmişdə hərəkət istiqamətini də müəyyənləşdirmək
lazımdır.
Tədqiqatçılar göstərir ki, süxurlarda rast gələn lay suları
mənşələrinə görə endogen və ekzogen olur. Endogen sular sü-
xurlarda kimyəvi reaksiyalar nəticəsində əmələ gəlir, ekzogen
sular isə süxurlara onların sedimentasiya prosesi zamanı, eləcə
də yer səthindən onların filtrasiyası nəticəsinsində daxil olur.
Deməli, ekzogen sular özləri də sedimentasiya və infiltrasiya
sularına ayrılır.
Geoloji zamandan asılı olaraq sedimentasiya və infiltrasi-
ya suları bir-birini əvəz edir. Təbiətdə tektonik hərəkətlərin re-
jim və istiqamətindən asılı olaraq sedimentasiya hövzələrində bu
cür fasiləsiz dəyişmə gedir. Hövzə intensiv enməyə məruz qal-
dıqda çöküntütoplanma prosesi də intensiv gedir, geostatik
təzyiq (toplanan süxurların ağırlığı) artmağa başlayır, toplanan
çöküntülər sıxılır. Sıxılma nəticəsində sedimentasiya suları daha
çox sıxılmaya məruz qalır və pis keçirici süxurlardan yaxşı
keçirici (az sıxılan) süxurlara keçir. Oradan isə daha az təzyiq
olan sahələrə hərəkət edir. A.B.Vassoyeviç bu prosesi elizion
proses adlandırmışdır.
İnfiltrasiya nəticəsində suların yer səthindən keçirici sü-
xurlara daxil olması prosesinə isə infiltrasiya prosesi deyilir. De-
diklərimizdən görünür ki, çöküntütoplanma prosesi zamanı mey-
dana gələn digər tsikllərlə yanaşı hidrogeoloji tsikl də ayrılır.
Bütün bu tsikllər-litogenez, neft-qazəmələgəlmə, neft-qaztop-
lanma və yeraltı suların formalaşması bir-birilə genetik əlaqədar
olub, ümumi bir problemlə tektonik hərəkətlərin rejim və
istiqaməti ilə müəyyən olunur.
A.A.Kartsevə görə hidrogeoloji tsikl iki hissədən ibarətdir.
Birinci hissə sedimentasiya hövzəsinin enməsinə uyğun gəlir.
Hidrogeoloji tsiklin bu hissəsi elizion mərhələ adlanır. Elizion
mərhələdə sedimentasiya suları formalaşır. Tsiklin ikinci yarısı
isə hövzənin intensiv qalxmasına təsadüf edir. Bu hissədə
infiltrasiya suları daha çox fəaliyyət göstərir. Hidrogeoloji
tsiklin ikinci hissəsinə infiltrasion mərhələ deyilir.
Geoloji inkişaf prosesi ilə əlaqədar olaraq hidrogeoloji
tsikllər və onların mərhələri dəfələrdə təkrar olunur.
Hidrogeoloji tsiklin elizion mərhələsində əmələ gələn sulu
komplekslər elizion sistem, infiltrasion mərhələdə yaranan sulu
komplekslər isə infiltrasion sistem adlanır. Tədqiqatçılar gös-
tərirlər ki, karbohidrogenlərin neft-qaz əmələ gətirən qatlardan
kollektorlara ilkin miqrasiyası paleohidrogeoloji tarixin elizion
mərhələsi ilə əlaqədar olub, sedimentasiya sularının iştirakı ilə
gedir. Karbo-hidrogenlərin sonrakı miqrasiyasında da paleo-
hidrodinamik şərait böyük rol oynayır.
İnfiltrasion mərhələdə isə əvvəl formalaşan neft və qaz yı-
ğımları dağılmaya məruz qalır. Regional tektonik hərəkətlərin
rejimindən asılı olaraq bir hövzədə çöküntütoplanma nəticəsində
uzun müddət elizion hidrogeoloji mərhələ, digərində isə elizion
və infiltrasion hidrogeoloji mərhələlərin növbələşməsi müşahidə
edilə bilər. Elizion hidrogeoloji mərhələ uzun müddət davam
edən ərazilərdə regional neft-qazəmələgəlmə və neft-qaztoplan-
ma üçün paleohidrogeoloji şərait də yaxşı olur. Əksinə, infil-
trasion mərhələ inkişaf edən paleohidrogeoloji şəraitdə isə neft
və qaz yığımlarının dağılması prosesi baş verir. Ona görə də re-
gional neftli-qazlı ərazilərin və zonaların yayılmasını qiymətlən-
dirmək üçün həmin ərazilərin paleohidrogeoloji tarixini öyrən-
mək lazımdır.
Hidrogeoloji tədqiqatlara yeraltı sularda həll olan qazların,
onların yaratdığı təzyiqin, eləcə də suların tərkibinin öyrənilməsi
də daxildir. Yeraltı sularda həll olan qazlara metan və ağır
karbohidrogen qazları, karbon qazı (CO2), hidrogen-sulfid
(H2S), azot (N), oksigen (O2) və s. daxildir. Bu komponentlər
içərisində neft və qaz yataqlarının əsas göstəricisi karbohidro-
genlər, xüsusilə ağır karbohidrogenlər hesab olunur. Suda həll
olmuş karbohidrogen qazlarının içərisində karbon qazı, hidro-
gen-sulfid və azot iştirak edirsə, bu neft və qaz yataqlarının da-
ğılmasını sübut edir. Oksigenin iştirakı neftlilik-qazlılığı inkar
edir, suyun yer səthi ilə əlaqədar olduğunu göstərir.
Tədqiq olunan rayonu qazlılıq baxımından qiymətləndirər-
kən həmin rayonun yeraltı sularında həll olmuş qazların təzyiq
qiymətləri mühüm rol oynayır. Əgər yeraltı sularda həll olmuş
qazların yaratdığı təzyiq həmin suların hidrostatik təzyiqindən
çox olarsa, bu neftlilik-qazlılığın qiymətləndirilməsində müsbət
göstərici hesab olunur.
Hidrokimyəvi meyarlar. Neft və qazlılığın qiymətləndi-
rilməsində yeraltı suların hidrokimyəvi göstəriciləri də başlıca
rol oynayır. Hidrokimyəvi meyarlara aşağıdakılar daxilir:
· yüksək minerallaşma dərəcəsi;
· sulfat ionlarının olmaması və ya çox az olması;
· spesifik kimyəvi tərkib (CaCl2 və NaHCO3);
· mikroelementlərin (yod, brom, ammonium və s.) miq-
darının çox olması;
· üzvi birləşmələrin (fenol, naften turşusu və s.) olması
Geotermik meyar. Litosferdə neft-qazəmələgəlmə və
neft-qaztoplanma prosesinin yaranmasında və inkişafında geo-
termik amil xüsusi yer tutur. Neft-qaz əmələ gətirən qatlarda
toplanan üzvi birləşmələrdən karbohidrogenlərin əmələ gəlməsi
və kollektorlara miqrasiya olmasında sedimentasiya hövzəsi
digər amillərlə yanaşı paleotermik amililə də tənzim olunur. Ey-
ni bir hövzənin müxtəlif hissələri müxtəlif paleogeotermik
qradiyentlərlə xarakterizə olunur ki, bu da neft-qazəmələgəlmə
və neft-qaztoplanma prosesinə təsir edir. Sedimentasiya hövzəsi
zəif istilik axınına malikdirsə, orada neft-qazəmələgəlmə və il-
kin miqrasiyanın inkişafı prosesi də zəif gedir.
Neft və qaz çıxışları meyarları. Regional neftli-qazlı əra-
zilərin və zonaların qiymətləndirilməsində vacib meyarlardan
biri də neft və qaz çıxışlarıdır. Neft və qaz çıxışları təbii və süni
olur. Yer səthinə eroziya və tektonik qırılmalarla çıxan neft və
qaz çıxışları təbii, quyular və digər kəşfiyyat qazmalarında mü-
şahidə edilən çıxışlar isə süni adlanır. Təbii neft və qaz çıxışları
müxtəlif ölçü və formada olur.
Təbii neft-qaz çıxışları neft və qazın qiymətləndirilməsin-
də əsas meyarlardan biri olub, geoloji axtarış işlərinin kompleks
öyrənilməsində vacib elementlərdəndir. Təbii neft və qaz çıxış-
ları müxtəlif forma və miqyasda rast gəlir. Məsələn, qaz sadə
mikroçıxışlardan palçıq vulkanları püskürməsi şəklində, neft isə
süxurlarda səpələnmiş formadan asfalt gölləri şəklində rast gəlir.
Təbii neft və qaz çıxışları yerin dərin qatlarında kollektor
süxurların mövcüd olması, neft-qaz yataqlarının varlığı və yata-
ğın mühafizəsi haqqında fikir söyləməyə imkan verir.
Çıxışların öyrənilməsində əsas məsələlərdən biri həmin çı-
xışların geoloji təbiətinin aydınlaşdırılmasısıdır. Neft və qaz
çıxışları köklü süxur təbəqələri ilə əlaqədar olduğu zaman onla-
rın stratiqrafik vəziyyəti və yatım şəraitləri öyrənilir. Həmin çı-
xışlar gəlmə torpaq qatı ilə örtülü olduqda onların stratiqrafik
vəziyyətini aydınlaşdırmaq məqsədilə qazıma işlərindən istifadə
olunur.
Tektonik qırılma və qeyri-uyğun stratiqrafik kontaktlarla
əlaqədar olan neft və qaz çıxışlarının öyrənilməsi son dərəcə
çətin məsələlərdən biri hesab olunur. Bu məqsədlə geniş miq-
yasda qazıma işlərinin aparılması lazım gəlir.
Dəniz şəraitində neft və qaz çıxışları təbiətinin aydınlaşdı-
rılması məqsədilə həmin neft və qaz çıxışlarının su üzərində
özlərini necə aparmasından istifadə olunur. Əgər neft və qaz də-
niz dibində çıxan təbəqə ilə əlaqədardırsa, (əgər lay çıxmışsa), o
zaman çıxışın eni təbəqənin görünən qalınlığına yaxın olur.
Çıxış tektonik pozulmalarla əlaqədar olduqda, adətən o, ensiz
zolaq şəklində pozulmanın uzanması istiqamətində izlənir.
Bəzən dəniz suları üzərində ayrı-ayrı ləkələr şəklində qaz
çıxışları da qeyd olunur. Bu da dəniz dibində palçıq vulkanları-
nın varlığını göstərir.
Palçıq vulkanları. Palçıq vulkanları təbiətin ən maraqlı
hadisələrindən biridir. Palçıq vulkanlarını bəzən haqlı olaraq
təbii quyu adlandırırlar. Çünki onların kökü çox böyük dərinlik-
lərə gedir.
Ölkəmiz palçıq vulkanlarının ən geniş yayıldığı mühüm
regionalardan biridir. Bu vulkanlar ən çox qırışıq zonalarda, bir
qayda olaraq, böyük və cavan dağ silsilələrinin ətəklərində (ba-
tımında) rast gəlir. Belə vulkanlar Şərqi Azərbaycanda, Kerç və
Taman yarımadalarında, Qərbi Türkmənistanda, Dağıstanda,
Gürcüstanda və b. yerlərdə geniş yayılmışdır.
Xarici ölkələrdən İranda, İtaliyada, Birmada, Yeni Zellan-
diyada, Yava adasında, ABŞ-ın Cənubunda, Trinidadda, Vene-
suelada, Kolumbiyada və s. palçıq vulkanları yayılmışdır. Mor-
foloji xüsusiyyətlərinə görə palçıq vulkanları konusşəkilli yük-
sək təpəlikdən ibarətdir. Vulkan krateri konusun ən yüksək ye-
rində yerləşir. Əsasən gilli brekçiyalardan və ya qumlu gillərdən
ibarətdir. Bəzən palçıq vulkanlarının konuslarının yüksəkliyi
400 m-ə çatır. Abşeron yarmadasındakı Korgez və Qobustan-
dakı Touraqay, Kənizdağ palçıq vulkanları buna misal ola bilər.
Xırda vulkanlar sopka, daha xırdaları isə qrifon adlanır.
Konusu olmayan vulkanlara isə salza deyilir. Palçıq vulkanları-
nın genezisi haqqında bir neçə nəzəriyyə mövcüddur. Bir qrup
alim (A.Qumbolt, H.Abix, S.A.Kovalevski, E.Ş.Şıxəlibəyli və
s.) palçıq vulkanlarını öyrənməklə belə nəticəyə gəlmişlər ki,
onların kökü maqmatik vulkanlarla əlaqədardır. Digər qrup
alimlər isə (İ.M.Qubkin, A.D. Arxangelski, Ə.Ə.Yaqubov,
Ə.Ə.Əlizadə və b.) palçıq vulkanlarının neft yataqları ilə, diapi-
rizm ilə genetik əlaqədə olduqlarını göstərmişlər. Aparılan son
tədqiqatlar ikinci qrup alimlərin fikrinin doğru olduğunu sübut
edir.
Palçıq vulkanları qaz, su və vulkan brekçiyasını yer üzəri-
nə çıxarır. Brekçiyanın tərkibi axma qabiliyyətinə malik gil küt-
ləsindən ibarətdir. Püskürülmüş bərk məhsullar öyrənilməklə
vulkanın movcud olduğu sahənin kəsilişində iştirak edən çökün-
tü qatlarının stratiqrafiyası aydınlaşdırıla bilir.
Palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olan əsas
amillərdən biri neftli-qazlı dəstənin olmasıdır. Vulkanın püskür-
məsi hadisəsi neftli-qazlı dəstələrin varlığına parlaq sübutdur.
Onlar neft və qaz yataqlarının əmələ gəlməsi üçün geostruktur
elementlərin əsas göstəricilərindən biri sayılır. Palçıq vulkanla-
rının püskürmə hadisələri tektonik pozulmaların varlığına da sü-
butdur.
Deyilənlərdən göründüyü kimi, palçıq vulkanları neftli-
qazlı dəstələri, strukturları və tektonik pozulmaları aşkara çıxart-
maq üçün mühüm vasitələrdən biridir.
Azərbaycan palçıq vulkanlarının vətəni hesab edilir. Onun
ərazisində 300-dən çox palçıq vulkanı öyrənilmişdir. Həmin vul-
kanların öyrənilməsi işi ilə Azərbaycan Milli Elmlər Akademi-
yasının Geologiya İnstitutunda məşğul olurlar.
Azərbaycanda palçıq vulkanları geniş yayıldığını nəzərə
alaraq onun genezisi, əmələgəlmə məhsulları və ayrı-ayrı xarak-
terik palçıq vulkanları haqqında bir qədər ətraflı məlumat verək.
Palçıq vulkanlarının püskürmə məhsulları qaz, maye və
sülb (bərk) halında olur. Məlumdur ki, palçıq vulkanlarının püs-
kürməsi güclü qaz (karbohidrogen qazları) ayrılmaları ilə müşa-
yiət olunur. Buna görə də həmin karbohidrogen qazlarının öy-
rənilməsi palçıq vulkanlarının genezisi məsələsini həll etməyə
kömək edir. Qaz çıxışlarının həcmi zahiri görünüşcə çox müxtə-
lifdir. Laboratoriya tədqiqatına görə həmin qazların əksər his-
səsini CH4, çox az hissəsini isə digər qazlar təşkil edir. Kom-
ponent tərkibinə görə palçıq vulkanlarının qazları neftdə həll ol-
muş karbohidrogen qazlarından heç də fərqlənmir.
Maye halında yer səthinə gilli süxur qarışığı və neft çıxır.
Sülb halında isə islanmış iri gil gütlələri qalxır.
Yerüstü neft və qaz çıxışları hər hansı bir ərazinin geoloji
kəsilişində neftli-qazlı dəstələrin varlığını sübut edir.
Formalaşmış neft və qaz yığımlarının saxlanmasını
müəyyən edən meyarlar. Neftlilik-qazlılığın qiymətləndirilmə-
sində digər amillərlə yanaşı onu qoruyub saxlayan amilləri də
öyrənmək lazımdır. Sonuncu amillərə tektonik hərəkətlərin
qiymət və istiqaməti, neft və qaz yığımlarının sahə və geoloji
zamana görə dəyişmə xarakteri və s. daxildir. Göstərildiyi kimi,
karbohidrogenlərin intensiv dağılması şaquli ehtizazi tektonik
hərəkətlərin müsbət qiymətində baş verir. Çünki belə tektonik
hərəkətlər zamanı çoxlu dizyunktiv dislokasiyalar əmələ gəlir ki,
onlar da yeraltı suların intensiv hərəkət etməsinə şərait yaradır.
İntensiv hərəkət edən su, yığımların dağılmasına səbəb olur.
Tektonik hərəkətlərin qiymət və istiqamətindən asılı ola-
raq həm də əvvəl əmələ gəlmiş tələlər pozulur ki, bu da orada
yığılan neft və qazın başqa istiqamətində miqrasiya etməsinə sə-
bəb olur. Pozulmuş tələlərdən yığımların miqrasiyasına əsasən
suların hərəkəti təsir edir.
Şaquli-ehtizazi hərəkətlərin müsbət qiymətlərində neftli-
qazlı komplekslərlə əlaqədar olaraq yeraltı sular intensiv hərəkət
etməyə başlayır. Suların intensiv hərəkət zonasına düşən neft və
qaz yığımları mexaniki, kimyəvi və biokimyəvi təsir pro-
seslərinə məruz qalaraq dağılır.
Neft və qaz yığımlarının saxlanılması üçün ən yaxşı şərait
onların yerləşdiyi hövzələrdə enmənin inkişaf etməsidir. Enmə
inkişaf edən hövzələrdə toplanan çöküntülərin qalınlığı çox olur.
Onların kəsilişində isə neft və qaz yığımlarını saxlaya bilən
kollektor və pis keçirici (ötürücü) süxurlar iştirak edir. Həmin
hövzələrdə karbohidrogenlərin saxlanılması üçün hidrogeoloji
və geokimyəvi şəraitlər də uyğun inkişaf edir.
Beləliklə, neft və qaz yığımlarının saxlanılması üçün mən-
fi tektonik hərəkətlərin inkişafı, neftli-qazlı komplekslərdə
elizion hidrogeoloji mərhələnin mövcudluğu, kalsium-xlor və
natrium-hidrokarbonat tipli suların varlığı və kəsilişdə örtük sü-
xurlarının iştirakı kimi meyarları müsbət hesab etmək olar.
İKİNCİ BÖLMƏ
NEFT VƏ QAZ YIĞIMLARININ AXTARIŞI
VƏ KƏŞFİYYATI İŞLƏRİ

IY FƏSİL. NEFT VƏ QAZ YIĞIMLARININ


AXTARIŞ VƏ KƏŞFİYYAT ÜSULLARI

Neft və qaz yığımlarının axtarışında bir sıra üsullardan


istifadə edilir. Bu üsulların çoxu axtarışın bütün mərhələlərində
tətbiq olunur.
Ümumiyyətlə, neft və qaz yığımlarının axtarışında tətbiq
olunan üsullar bunlardır: geoloji axtarış, geofiziki axtarış, geo-
kimyəvi axtarış, hidrogeoloji, hidrokimyəvi və geotermik axta-
rış. Həmin üsullar konkret şəraitdən asılı olaraq ya müstəqil, ya
da kompleks tətbiq oluna bilər.

4.1. GEOLOJİ ÜSULLAR

Neft və qaz yığımlarının axtarışında tətbiq olunan geoloji


üsulların əsası hələ neftçıxarma sənayesinin inkişafının ilk dövr-
lərində qoyulmuşdur. Geoloji axtarış üsulları axtarış və kəş-
fiyyat işlərinin, demək olar ki, bütün etap və mərhələlərində
tətbiq edilir. Bu üsulların tətbiqi nəticəsində böyük və elementar
strukturların stratiqrafiyası, litofasiyası, paleotektonikası, paleo-
coğrafiyası və digər məsələlər həll oluna bilər.
Geoloji üsulların nəzəri əsasları XIX əsrin əvvəllərində
D.V.Qolubyatnikov tərəfindən qoyulmuşdur. O, Abşeron yarma-
dasında həmin dövrdə qazılmış quyuların kəsilişini öyrənməklə
neft və qaz yataqlarının axtarışında məlum stratiqrafik va-
hidlərin əmələ gəltirdikləri antiklinal qırışıqların aşkar edilmə-
sinin rolu haqqında mühüm fikir söyləmişdir.
1908-1916-ci illərdə Maykop rayonunda tədqiqat işləri
aparan İ.M.Qubkin orada yeni stratiqrafik və litoloji tip yataqlar
aşkar etmişdir.
D.V.Qolubyatnikov və İ.M.Qubkinə qədər müxtəlif sahə-
lərin neft və qaz yataqlarına ayrı-ayrılıqda, bir-birilə heç bir əla-
qəsi olmayan hadisə kimi baxılırdı. 1917-ci ildə İ.M.Qubkin
neftli sahələrin yer qabığında paylanmasının təsadüfi deyil, mü-
əyyən regional neftli-qazlı zonalar içərisində yerləşməsi fikrini
irəli sürmüşdü.
Əvvəllər geoloji üsullar ayrı-ayrı sahələrin geoloji qurulu-
şunun əsas cəhətlərini öyrənmək məqsədilə tətbiq olunurdu. Be-
lə axtarış işlərinə kiçik miqyaslı geoloji planlaşdırmanı misal
göstərmək olar. Geoloji xəritəalmadan məqsəd miqyasdan asılı
olmayaraq yer qabığının geoloji quruluşunun öyrənilməsi və
qrafiki şəkildə təsvir edilməsidir.
Geoloji planalma nəticəsində ayrı-ayrı sahələrin stratiqra-
fiyası, tektonikası, faydalı qazıntıları və s. öyrənilir.
Geoloji xəritəalma özü üç növə ayrılır (cədvəl 4.1):
1. Marşurutlu geoloji xəritəalma.
2. Regional geoloji xəritəalma.
3. Mükəmməl geoloji xəritəalma.
1:1000000 və 1: 500000 miqyaslarında kompleks geoloji
xəritəalma marşrutlu axtarış mərhələlərində tətbiq olunur. Bu
cür geoloji planalma qarşısında ərazinin geoloji quruluşunun
əsas cəhətlərinin səthi öyrənilməsi və bunun əsasında perspektiv
sahələri müəyyənləşdirilməsi məsələləri qoyulur.
Regional neft-qaz axtarışı işləri 1:100000 və 1:200000
miqyasında aparılır. Belə xəritəalmalar əsasında ən perspektivli
zona və rayonlar müəyyən olunur ki, bunlar da sonradan mü-
kəmməl xəritəalmaya verilir. Mükəmməl xəritəalma axtarış eta-
pında tətbiq olunur. Bu cür geoloji xəritələr 1:50000, 1:25000,
1:10000 miqyasında tərtib edilir.
Mükəmməl axtarışda alətli geoloji xəritəalmadan geniş is-
tifadə edilir. Bu cür xəritəalma əsasən yer qabığının yaxşı açıq-
lığa malik sahələrində tətbiq olunur. Belə xəritəalma ayrı-ayrı
sahələrin tektonikasını və başqa geoloji xüsusiyyətlərini dəqiq
öyrənməkdə son dərəcə əhəmiyyətli yer tutur. Gəlmə torpaq qatı
ilə örtülmüş sahələrdə geoloji xəritəalma qazma işləri ilə mü-
şayət olunur. Bəzi hallarda mükəmməl xəritəalmada struktur
qazmadan istifadə edilir. Burada geoloji xəritəalma ilə yanaşı
struktur xəritələr də düzəldilir. Belə xəritəalma geoloji-struktur
xəritəalma adlanır.
Geoloji struktur xəritəalma zəif dislokasiya olunmuş, geo-
loji quruluşunda asanlıqla "markir" horizontlar ayrılması müm-
kün olan sahələrdə geniş tətbiq olunur.
Son illər neft-qaz axtarışı işlərində geomorfoloji tədqiqat-
lar geniş tətbiq olunur. Bu üsulla ayrı-ayrı rayonlarda lokal
strukturların öyrənilməsi mümkün olmuşdur.
Geomorfoloji tədqiqat üsulu qədim qırışıqlı strukturların
müasir relyefdə öz əksini tapması prinsipinə əsaslanır.
Bu cəhətdən də qeyd etdiyimiz üsul müasir hərəkətlərin
tö'rətdikləri hadisələri, struktur elementlərin aşkara çıxarılması
və qədim strukturların müasir dövrdəki tektonik aktivliyinin
öyrənilməsi işində böyük əhəmiyyət kəsb edir.
Geomorfoloji planalma əsas etibarilə geotektonik aktiv,
gəlmə torpaq qatı ilə örtülü sahələrdə istifadə olunur. Bu tədqi-
qat işləri köməkçi mahiyyət daşıyaraq axtarış etapında seysmik,
qravimetrik və elektrik üsulları ilə kompleks aparılır. Dəniz dibi-
nin tektonikasını da bu üsulla öyrənirlər.

4.2. GEOFİZİKİ ÜSULLAR

Geofiziki üsullar neft-qaz yataqlarının axtarışı və kəşfiy-


yatında istifadə olunan əsas üsullardandir. Geofiziki üsullarla iri
ərazilərin geostruktur xüsusiyyətləri izah olunur. Həmin iri əra-
zilərdə müxtəlif dərəcəli tektonik elementlər ayrılır və quruluş-
ları dəqiq öyrənilir. Bu üsullar süxurların və onların içərisində
yerləşən faydalı qazıntıların fiziki xassələrinin müxtəlif cəhət-
lərinin öyrənilməsinə əsaslanır (məsələn, bərklik, sərtlik, maq-
nitlik, elektrikkeçirmə, radioaktivlik və s.).
Aşağıdakı geofiziki axtarış üsulları hazırda neft-qaz axtarışı və
kəşfiyyatı işlərində geniş tətbiq olunur:
1. Maqnitometrik
2. Qravimetrik
3. Elektrometrik
4. Seysmik
5. Radiometrik
Həll etdikləri geoloji məsələlərin xüsusiyyətindən asılı
olaraq geofiziki üsullar iki qrupa ayrılır:
a) regional geoloji tədqiqatlarda istifadə edilən,
b) mükəmməl geoloji tədqiqatlarda istifadə edilən.
Regional geoloji tədqiqatlarda aşağıdakı geofiziki üsullar
geniş tətbiq edilir:
1. Maqnitometrik və qravimetrik tədqiqatlar.
2. Elektrometrik tədqiqatlar: TJ, TPU, TZU, VEZ və s.
3. Seysmik tədqiqatlar: DSZ, SDƏÜ.
Mükəmməl axtarışda elə geofiziki tədqiqat üsullarından is-
tifadə edilir ki, onların vasitəsilə neft və qaz yığımlarının top-
lanması üçün əlverişli tələlər müəyyənləşdirilir.
Belə tədqiqatlara: 1) Seysmik üsullardan ÜDNÜ, DİTÜ,
DƏÜ, 2) Elektrometrik üsullardan VEZ və 3) Bəzi rayonlarda
yüksək dəqiqliyi ilə fərqlənən qravimetrik üsullar daxildir.
Maqnitometrik üsul. Maqnitometrik üsul, müxtəlif maq-
nitlilik dərəcəsi ilə fərqlənən süxurlarda yaranan maqnit sahəsi-
nin öyrənilməsinə əsaslanır. Məlum olduğu kimi, müxtəlif maq-
nitlilik xüsusiyyətinə və yatım formasına malik olan süxurlar
müxtəlif anomaliyalı maqnit sahəsi yaradır. Maqnitometrik
üsulun başlıca vəzifəsi isə həmin müxtəlif anomaliyalı maqnit
sahəsini öyrənməkdən ibarətdir. Maqnit sahəsinin gərginliyi
qamma ilə ölçülür. Bu üsulla aşağıdakı geoloji məsələlər öyrəni-
lir:
§ Platforma vilayətlərində çökmə örtüyünün qalınlığı və
kristallik bünövrəsinin dərinliyi.
§ Dərinlik qırılmaları.
§ Maqnit mineralların yataqları.
§ Ayrı-ayrı rayonlarda lokal strukturlar, duz günbəzləri.
§ Su ilə, eləcə də gəlmə torpaqla örtülü sahələrin regional
tektonikası.
Qeyd edildiyi kimi, platformalarda maqnitometrik tədqiqat
üsulu regional geoloji məsələləri öyrənmək məqsədi ilə tətbiq
edilir. Qədim platformalarda (kratonlarda) maqnit sahəsi
platformanın relyefi və kristallik bünövrənin tərkibi ilə xarakte-
rizə olunur. Bu da həmin sahələrdə iri qalxımları, çökəklikləri
ayırmağa imkan verir. Maqnit sahəsinə bünövrənin müxtəlif
petroqrafik tərkibə malik olması da təsir göstərir ki, bunun da
əsasında intruziv süxurların turş və əsas olması müəyyən edilir.
İri qırılmaların (dərinlik qırılmaları) müəyyən olunması,
qırılma sahələrinin müxtəlif maqnit sahəsinə malik olması ilə
təyin olunur.
Hazırda axtarışda aeromaqnit planalma işləri geniş tətbiq
olunur. Bu tədqiqat üsulu dəniz sahələrində (Xəzər, Azov, Aral
və Oxot dənizlərində) daha yaxşı nəticə verir.
Platforma rayonlarında əlverişli geoloji şəraitdə maqnito-
metrik üsul ayrı-ayrı qalxımların öyrənilməsində də tətbiq oluna
bilər. Platformaların kənar çökəklikləri qeyri-maqnit xassəli (ho-
mogen çöküntülər) süxurlarla zəngin olduqları üçün maqnito-
metrik tədqiqatda minimum anomaliya ilə müşayət olunur. Əgər
həmin çökəkliklər dərin qırılmalarla parçalanmışsa maqni-
tometrik üsulla onların maqnitliliyi həm maksimum, həm də mi-
nimum anomaliyalarla göstəriləjəkdir. Çünki qalxan blok int-
ruzif süxurlarla, enən blok isə qeyri-maqnit xassəli çökmə sü-
xurlarla xarakterizə olunur. Ona görə də qalxan blok maksimum,
enən blok minimum anomaliya ilə səciyyəvidir.
Duz günbəzləri maqnitometrik üsullarla yaxşı öyrənilir.
Dnepr-Don çökəkliyində bu üsul yaxşı nəticə vermişdir. Belə ki,
duz günbəzləri ətrafı zonada Dnepr-Don çökəkliyində yüksək
maqnitliyə malik olan diabaz qırıntıları ilə zəngindir. Ona görə
də onlar maksimum anomaliya ilə xarakterizə olunur. Amma
duz künbəzləri amaqnitlik xassəsinə malikdir.
Geoloji quruluşunda maqnitli süxurlar iştirak edən lokal
strukturlar da maqnitometrik tədqiqatlarla öyrənilə bilər. Əksər
hallarda bu üsul digər geofiziki üsullarla (xüsusilə qravimetrik
üsul ilə) birlikdə tətbiq olunur. Bəzən maqnit planaalması geo-
loji planaalma ilə birgə də aparılır.
Maqnitometrik üsulun üstünlüyü ondan ibarətdir ki, onun-
la qısa vaxtda geniş sahələri tədqiq etmək mümkündür.
Qravimetrik üsul. Bu üsul yer qabığının təbii ağırlıq qüv-
vəsinin öyrənilməsinə əsaslanır. Süxurların təbii ağırlıq qüvvəsi
isə onların sıxlıqları hesabına yaranır. Müxtəlif tip (qrup) süxur-
lar müxtəlif sıxlığa malikdir. Ağırlıq qüvvəsi qravimetrlə ölçü-
lür. Ölçü vahidi qaldır. Adətən, təcrübədə milli qal (mql) işlədi-
lir.
Ağırlıq sahəsi dərinliyin tektonikasını əks etdirir. Əksər
sahələrdə müsbət iri strukturlar ağırlıq qüvvəsinin maksimum
qiymətinə, mənfi iri strukturlar isə minimum qiymətinə uyğun
gəlir.
Qeyd etmək lazımdır ki, bəzi rayonlarda yuxarıda göstər-
diyimizin əksi müşahidə olunur. Bu da süxurların petroqrafik
tərkibi və bünövrənin dərinlik quruluşunun ağırlıq qüvvəsinin
xarakterinə təsiri ilə müəyyən olunur. Məsələn, turş tip maqma-
tik süxurlar əsasi tip süxurlara nisbətən kiçik qiymətli anoma-
liyalar verir. Çünki sonuncular daha böyük sıxlığa malikdir. Ona
görə də bəzi rayonlarda ağırlıq qüvvəsinin minimum və
maksimum qiymətlərinə uyğun gələn struktur formalaşır. Belə
rayonlarda qravimetrik tədqiqat işlərinin nəticələri əlavə məlu-
matlarla (quyu və seysmik məlumatlarla) yoxlanılmalıdır.
Qravimetrik tədqiqat üsulu neft-qaz axtarışı işlərinin həm
regional, həm də mükəmməl mərhələlərində tətbiq edilir.
1. Neftlilik-qazlılıq baxımından perspektivli olan regio-
nal ərazilərin geoloji quruluşunun tədqiqi.
2. Qırışıqlı bünövrə quruluşunun geotektonik rayonlaşdı-
rılması və iri struktur elementlərinin tədqiqi.
3. Platforma vilayətlərində çökmə qatın quruluşunda işti-
rak edən iri strukturların izahı.
4. Rifəmələgəlmələri və duz günbəzləri ilə əlaqədar olan
strukturların tədqiqi.
5. Regional qırılmaların müəyyən edilməsi.
Son vaxtlar bəzi rayonlarda yüksək dəqiqlikli qravimetrlə-
rin tətbiqi ilə lokal strukturlar da öyrənilmiş və axtarış qazması-
na hazırlanmışdır.
Qravimetrik tədqiqat işləri hazırda dəniz və okeanlarda ge-
niş tətbiq edilir. Dəniz və okeanlarda dərinlik qravimetrindən is-
tifadə olunur.
Müxtəlif tektonik quruluşa malik rayonlarda qravimetrik
tədqiqat işlərinin geoloji effektivliyi müxtəlif olur. Platforma sa-
hələrində fleksura quruluşlu strukturlar inkişaf edən zonalarda
qravimetrik üsul yaxşı nəticələr verir. Çünki belə zonalar bü-
növrənin qırılma sahələrinə uyğun gəlir. Kənar çuxurlarda dağ-
arası və dağqarşısı çökəkliklərdə bünövrə dərində yerləşdiyin-
dən ümumi fonda ağırlıq qüvvəsinin minimum qiyməti ilə xa-
rakterizə olunur.
Qırışıqlı və keçid vilayətlərdə lokal strukturlar platforma
sahələrində inkişaf edən lokal qırışıqlara nisbətən qravimetrik
tədqiqatda daha yaxşı əks olunur.
Qırışıqlı və keçid vilayətlərdə intişar edən qalxım zonaları,
ayrı-ayrı lokal strukturlar ağırlıq qüvvəsinin maksimum qiy-
mətinə uyğun gəlir. Məsələn, respublikamızın ərazisində yerlə-
şən Gəncə və Kürdəmir rayonlarında qravimetrik tədqiqatla bir
neçə müsbət lokal strukturlar öyrənilmişdir (Mirbəşir, Dəliməm-
mədli, Muradxanlı və s.). Bu cür uyğun tədqiqat işləri Qroznı və
Qərbi Türkmənistan neftli-qazlı ərazilərində də aparılmış və
müsbət nəticə alınmışdır. Qeyd etmək lazımdır ki, bəzən lokal
müsbət strukturlar ağırlıq qüvvəsinin minimum qiymətinə uyğun
gəlir. Lokal strukturların qanadlarında yerləşən layların yatımı
500 -dən çox olarsa onlar qravimetrik tədqiqatlarda ağırlıq
qüvvəsinin maksimum qiyməti ilə göstərilə bilər. Bu səbəbdən
də qırışıqlı və keçid vilayətlərdə inkişaf edən lokal strukturlar
daha yaxşı tədqiq olunur (qanadların yatım bucaqları böyük
olduğu üçün).
Göstərildiyi kimi Azərbaycanın ərazisində qravimetrik ax-
tarış üsulu geniş tətbiq olunmuş və müsbət nəticələr əldə edil-
mişdir. Qravimetrik üsul göstərmişdir ki, Kürdəmir-Saatlı
qalxımı zonasında qırışıqlı bünövrə yer səthinə yaxın yerləşir.
Duz strukturlarının axtarışında da qravimetrik üsulun tətbiqi
xüsusilə effektli hesab olunur. Duz günbəzləri ağırlıq qüvvəsinin
minimum qiymətinə uyğun gəlir və duz günbəzlərinin ölçü-
sündən, dərində yerləşməsindən, qalınlığından və litologiyasın-
dan asılıdır. Rif massivləri də bu üsulla yaxşı öyrənilir və
maksium qiymətlə göstərilir.
Qravimetrik planalma sahə, marşrutlar üzrə aparılır. Re-
gional qravimetrik planaalmada müşahidə nöqtələri tektonik ele-
mentlərin uzanmasına perpendikulyar keçirilən profil xətləri
üzərində bərabər məsafələrdə verilir. Bu halda orta hesabla 4-10
km2 sahədə bir müşahidə nöqtəsi seçilir. Bu axtarış üsulu digər
geofiziki üsullarla (xüsusilə maqnitometrik və elektrometrik)
birlikdə tətbiq olunduqda daha yaxşı nəticələr verir.
Elektrometrik üsullar. Elektrometrik tədqiqat üsulları sa-
bit və dəyişən jərayan mənbələri ilə yer qabığında yaranan təbii
və süni elektromaqnit sahələrinin ölçülməsinə əsaslanır. Bu
üsullardan həm regional, həm də axtarış etaplarında istifadə
edilir. Regional tədqiqatlarda elektrometrik üsullardan istifadə
edərək tədqiq olunan rayonun ümumi geoloji quruluşu və ayrı-
ayrı iri struktur elementləri öyrənilir. Bu məqsədlə aşağıdakı
elektrometrik üsullardan istifadə edilir: TPÜ, TZÜ, VEZ və
DEZÜ.
Elektrometrik axtarış üsullarından ən çox mükəmməl neft-
qaz axtarışı işlərində istifadə olunur. Bu məqsədlə elektrometrik
üsulların köməyilə aşağıdakı məsələlər izah edilir.
§ gəlmə torpaq qatı ilə örtülü sahələrdə və dənizlərdə
(200 m- ə qədər dərinlikdə) planalma işləri aparılır;
§ valabənzər və lokal strukturlar öyrənilir;
§ ayrı-ayrı lokal strukturlarla əlaqədar olan tektonik po-
zulma öyrənilir.
Axtarış etapında TPÜ, VEZ və s. üsullar tətbiq olunur.
TC (tellurik cərayan) üsulu tədqiq olunan ərazidə tekto-
nik rayonlaşdırma işləri apardıqda müvəffəqiyyətlə tətbiq olu-
nur. Bu üsul həm də struktur xəritəalmada və lokal strukturların
axtarışında istifadə edilir. Lokal strukturlar tellurik cərayan sa-
həsi gərginliyinin yüksək qiyməti ilə xarakterizə olunur. TC üsu-
lu axtarış etapında o vaxt yaxşı nəticə verir ki, seçilmiş dayaq
(reper) horizontunun relyefi yüksək amplitudalı və litoloji
kəsilişi yaxşı seçilmiş olsun.
TC üsulu son zamanlar platforma və qırışıqlı vilayətlərin
bünövrə quruluşlarını öyrənmək məqsədilə də tətbiq olunur
(şəkil 4.1).

Şəkil 4.1. Qərbi Sibirdə TC və seysmik kəşfiyyatın


məlumatları müqayisə edilərkən (Y.S.Kopelyevə görə);
1-TC sahəsi; 2- dayaq elektrik horizontu; 3- bü-
növrə DSZÜ əsasən.

Elektrik zondlanma və profilləmə üsulları süni yaradılmış


elektrik sahəsinin öyrənilməsinə əsaslanır. Elektrik sahəsi sabit
jərəyanın köməyilə yaradılır.
Şaquli elektrik zondlama onun geoloji kəsilişini dayaq
elektrik horizontunun dərinliyini izah edir. Bu üsul qırışıqlıq zəif
inkişaf edən (qanadları kiçik yatıma malik) və dayaq elektrik
horizontu olan rayonlarda yaxşı nəticələr verir. VEZ üsulunun
tətbiqi ilə Rus platformasında, Orta Asiyada, Sibirdə, Ural çö-
kəkliyində (rifləri öyrənərkən) yüksək effektlik əldə edilmişdir
(şəkil 4.2).

Şəkil 4.2. VEZ üsuluna əsasən struktur xəritə

Elektrik profilləmə üsulu əksinə dik yatıma malik olan və


çoxlu qırılmalarla mürəkkəbləşən ərazilərdə tətbiq olunmur.
Onun köməyilə sahə üzrə süxurlarda xüsusi müqavimətin (ölçü
vahidi omm- dir) dəyişməsi tədqiq olunur və nəticədə bərabər
xüsusi müqavimətlər xəritəsinə əsasən rayonun geoloji quruluşu
(müəyyən dərinliyə görə) öyrənilir.
Elektroprofillərdə və ya bərabər xüsusi müqavimət xəri-
tələrində antiklinal qırışıqlar olan sahələrdə xüsusi müqavimət
çox olur. Bu həmin qırışığın tağında yüksək müqavimətli süxur-
lar yerləşən halda baş verir. Əksər qırışığın tağı kiçik müqavi-
mətli süxurlarla örtülmüşsə, dediyimizin əksi müşahidə oluna-
caqdır. Bu üsuludan həm qırışıqlı, həm də platforma rayonların-
da istifadə edilir. Dəniz dibinin quruluşunu öyrənmək məqsədilə
son vaxtlar elektroprofilləmə üsulundan geniş istifadə olunur.
Bu üsulla 1,5-2 km dərinlikdə yerləşən strukturlar öyrənilir.
Seysmik üsullar. Bu üsul bütün məlum geofiziki üsulların
hamısından effektli sayılır. Bu, müxtəlif süxur komplekslərində
süni partlayış nəticəsində yaranan seysmik dalğaların yayılma
sürətinə və onların qeydə alınmasına əsaslanır.
Seysmik tədqiqat üsullarının bir neçə modifikasiyası tətbiq
olunur:
§ Dalğaların əksolunma üsulu (DƏÜ)
§ Sınan dalğaların əksolunma üsulu (SDƏÜ)
§ Dərinlik seysmik zondlanma üsulu (DSZÜ)
§ Ümumi dərinlik nöqtələri üsulu (ÜDNÜ)
§ Düzləndirici-istiqamətləndirici qəbul üsulu (DİQÜ)
Seysmik üsullardan regional və axtarış etaplarında istifadə
edilir. Regional axtarışda seysmik üsulların qarşısında yer qabı-
ğının iri struktur formalarının öyrənilməsi məsələsi qoyulur. Re-
gional seysmik tədqiqatla regional qalxımlar və onların quru-
luşu, tədqiq olunan ərazilərdə yerdəyişən qırılmalar, regional
stratiqrafik uyğunsuzluqlar, regional litoloji (zona və rayonları
əhatə edən) pazlaşmalar, iri tektonik elementlərdə ayrı-ayrı stra-
tiqrafik kəsilmələrə görə struktur planların uyğun gəlib-gəlmə-
məsi və s. öyrənilir; mükəmməl axtarış işlərində seysmik təd-
qiqat aparılmaqla ayrı-ayrı lokal strukturlar, onların ölçü və
formaları öyrənilir, lokal strukturların geoloji quruluşları dəqiq-
ləşdirilir, lokal qırışıqların ayrı-ayrı stratiqrafik bölgülərə görə
struktur planları və stratiqrafik uyğunluqları izah edilir, qırışıq-
ların formalaşma şəraiti; neftlilik-qazlılığa görə perspektivlik
dərəcəsi izah edilir, lokal strukturlar axtarış qazmasına hazırla-
nır.
Seysmik tədqiqat böyük həcmdə işlərin aparılmasını tələb
edir. Məsələn 15-20 km2 sahəsi olan strukturu öyrənmək üçün
seysmik profillərin uzunluğu 900-1000 km-ə qədər çatdırılmalı-
dır. Seysmik işlərin nəticəsi profillər və bir sıra şərti götürülmüş
horizontlara görə tərtib olunmuş struktur xəritələr vasitəsilə
göstərilir. Seysmik müşahidələr qırışıqların uzanmasına perpen-
dikulyar və paralel istiqamətlər üzrə aparılır.
Mükəmməl seysmik axtarış işləri zamanı profillər arasın-
dakı məsafə, adətən, 1 km- dən az götürülür. Uzununa keçən
profillər strukturun ən hündür hissəsində verilir. Həmin profil-
lərin verilməsində məqsəd eninə profillərin əlaqələndirilməsidir.
Bu isə bizcə profil məlumatlarına görə struktur xəritənin tərtib
edilməsinə imkan yaradır.
Regional axtarışda seysmik üsullar qravimetrik və maqni-
tometrik tədqiqatlarla birlikdə tətbiq edilir. Seysmik tədqiqat
müxtəlif geoloji şəraitdə tətbiq oluna bilər. Sınan dalğaların əks
olunması üsulu (DƏÜ) lokal strukturların 6000-7000 m dərinlik-
də izlənməsinə imkan verir. Qanadların meyli 5-60 olan qırışıq-
lar bu üsul ilə daha yaxşı öyrənilir. Dərinlik zondlanma zamanı
həmin üsul yer qabığının 30-40 km dərinliklərinin izahında xü-
susi əhəmiyyət kəsb edir.
Seysmik axtarış üsulları müxtəlif geoloji regionlarda müx-
təlif nəticələr verir. Məsələn, qədim platforma vilayətlərində
(Rus və Şərqi Sibir) bu tədqiqat üsulu hündürlüyü 30-50 m olan
lokal strukturları müəyyən edə bilər.
Cavan platformalar (Turan, Qərbi Sibir və s.) mürəkkəb
qırışdırılmış bünövrədən, qalınlığı 2,5 km- dən çox olan çökmə
örtüyündən ibarətdir. Bu tip platformalarda seysmik üsullar
(DƏÜ və s.) yaxşı nəticə verir.
Geosinklinal və keçid vilayətlərində də seysmik axtarış
üsulları geniş tətbiq edilir. 1951-ci ildən Azərbaycanın ərazisin-
də bu üsullardan istifadə edilir. Hazırda seysmik tədqiqatının
verdiyi məlumatlar əsasında respublikamızın ərazisinin xeyli
hissəsinin 4-6 km dərinlik quruluşunu xarakterizə edən struktur
sxemlər tərtib olunmuşdur. Seysmik axtarışın verdiyi məlumat-
lara görə böyük dərinlikdə yerləşən strukturlarda aşkar edilmiş-
dir.
Seysmik tədqiqat üsulları duz tektonikası intişar edən neft-
li-qazlı vilayətlərdə də (Dnepr-Don və Xəzərqarşısı çökəkliklər)
yaxşı nəticə verir. Seysmoloji cəhətdən mürəkkəb olan ayrı-ayrı
rayonlarda DİQÜ xüsusilə yaxşı nəticə verir (şəkil 4.3).

Şəkil 4.3. DİQÜ ilə geoloji məlumatların öyrənilməsi


( (V.V.Znamenskiyə görə) a-profil DƏÜ ilə; b-profil
DİQÜ ilə.
Seysmik üsullar dəniz və okeanlarda da geniş tətbiq olu-
nur. Seysmik üsulların tətbiqi ilə Cənubi Xəzər çökəkliyində
çoxlu lokal qırışıqlar müəyyən edilmişdir (məsələn, Abşeron və
Bakı arxipelaqının əksər strukturları). Lakin bu strukturların tağ
hissələri tektonik qırılmalarla mürəkkəbləşdiyindən "qeyri-mü-
əyyən" zona formasında göstərilir. Deməli, seysmik tədqiqat
üsulları tektonik qırılmaların çox intişar etdiyi ərazilərdə yaxşı
nəticə vermir. Bununla əlaqədar olaraq belə ərazilərdə kompleks
geofiziki tədqiqatlar aparılır.
Radiometrik üsul. Radioaktiv element yataqlarının axta-
rışı məqsədini daşıyan radiometrik üsullar çoxdan tətbiq olun-
mağa başlanmışdır. Son zamanlar bu üsuldan neft və qaz axtarışı
işlərində də istifadə olunur. Radiometrik üsul süxurların təbii
radioaktivliyinin (qamma-aktivliyinin) öyrənilməsinə əsaslanır.
Radioaktiv üsul vasitəsilə süxurların qamma-aktivliyi bilavasitə
çöl şəraitində marşrutlar üzrə öyrənilir.
Konkret geoloji şəraitdən asılı olaraq, radiometrik tədqiqat
işləri neftli-qazlı strukturların aşkar edilməsində əksər hallarda
müsbət nəticə verir. Məsələn, radiometrik axtarış üsulunun tətbi-
qi sahəsində Başqırdıstanda bir sıra antiklinal zonalar aşkar edil-
mişdir ki, bunların da bəzisi neftlilik-qazlılıq baxımından
müsbət qiymətləndirilmişdir.
Radiometrik planlaşdırılma digər geofiziki üsullardan ujuz
başa gəlir və qarşıya qoyulan məsələlərin qısa bir zamanda həl-
lini təmin edir.

4.3. NEFT VƏ QAZ YATAQLARININ BİRBAŞA


AXTARIŞINDA GEOFİZİKİ ÜSULLARIN ROLU

Son illər geofiziki üsullar neft və qazın birbaşa axtarışında


geniş istifadə edilir. Daha doğrusu yer səthindən geofiziki üsul-
lar vasitəsilə neft və qaz yığımları konturlaşdırılır (axtarış quyu-
ları qazılmadan). Buna yataq tip anomaliya (YTA) deyilir.
Bu məqsədlə aşağıdakı geofiziki üsullar tətbiq edilir:
1. Seysmik
2. Qravimetrik
3. Radiometrik
4. Elektrometrik
5. Maqnitometrik
1. Seysmik üsullar. Seysmik üsulların neft və qazın bir-
başa axtarışında tətbiqi iki axtarış əlamətinə əsaslanır.
Birinci əlamət- qaz-neft, qaz-su və neft-su kontaktlarının
geoloji-stratiqrafik sərhədlərinin əks olunması; ikinci- dalğaların
udulma əmsalı qiymətinin neft və qaz yataqları sahəsində
çoxalmasıdır (şəkil 4.4).

Şəkil 4.4. Seysmik üsulla Muxanov yatağında neft-su


kontaktının ayrılması: a-geoloji kəsiliş; b-seysmik kə-
siliş. Süxurlar: 1-terrigen; 2-karbonatlı gil; 3-əhəng-
daşı; 4-kristallik; 5-neftlilik.

Neft-su və qaz-su kontaktları əksolunma sərhədləri adla-


nır. Əksolunma sərhədləri müasir seysmik üsullarla yaxşı izləni-
lir. Əksolunma sərhədlərini izləməklə neft və qaz yataqlarını,
onların konturlarını təyin etmək olar. Neft və qazın birbaşa axta-
rışı məqsədilə Kuybışev vilayətinin Muxanov yatağında (Rusiya
Federasiyası) DƏÜ-nun tətbiqi ilə Devon, Karbon və Perm yaşlı
komplekslərdə neft-su kontaktları müəyyən edilmişdir. Qeyd
edilən neft-su kontaktları kəşfiyyat qazmasının məlumatları ilə
uyğun gəlmişdir.
Bəzi yataqlarda neft-qazın birbaşa axtarışında DİQÜ-nün
tətbiqi də müsbət nəticə vermişdir. Qeyd etdiyimiz seysmik ax-
tarış üsulu neftli laylar kiçik qalınlıqlı və litoloji cəhətdən müx-
təlif cinsli olduqda, daha çox dərinlikdə yerləşdikdə az effektli
olur.
İkinci əlamət- seysmik dalğaların neft və qaz yayılan sahə-
lərdə kiçik sürətlə yayılması və şiddətli udulma qabiliyyətinə
malik olmasıdır. Ona görə də qırışıqlı strukturların neft və qaz
yerləşən tağ hissəsi "keçəl zona" formasında göstərilir.
2. Qravimetrik üsul. Neft və qaz yığımlarının axtarışın-
da qravimetrik üsul da tətbiq edilir. Bu üsul neft və qaz yataqla-
rını müəyyən edərkən eyni layda yerləşən neft, qaz və suyun,
onların əhatə etdikləri süxurların sıxlıq dərəcəsi fərqinə əsasla-
nır. Bu fərq kollektorların fiziki xüsusiyyətlərindən qaz, neft və
suyun sıxlıqlarından (qaz, neft və suyun sıxlıqları orta hesabla
0,8 q/sm3 və 1 q/sm3- dir) asılıdır. Qeyd edilən əlamətlər qaz,
neft və su yerləşən sahələrdə bir-birindən az fərqlənən lokal mi-
nimumlar əmələ gətirir ki, onlar da yüksək dəqiqliklə qravimet-
rik planalmalarda müəyyən edilir. Lakin bu cür hesabatlar bir
qədər təxminidir. Belə planalmalar neftli-qazlı layların qalınlığı
böyük olan yataqlarda aparılır. Əgər neftlilik və qazlılıqla
əlaqədar olan qalınlıqlar 300-500 m olub, dərinlikləri 3000 m-
dən çox olmazsa, yüksək dəqiqlikdə aparılan qravimetrik axtarış
müsbət nəticə verir.
Qaz yataqlarında 1,5 - 2,5, neft-qaz və neft yataqlarında
isə 1,5 mql olan lokal minimumlar müasir qravimetrlərlə yaxşı
müəyyən edilir.
Neft və qaz yığımlarının qravimetrik üsullarla birbaşa ax-
tarışı keçmiş SSRİ-nin regionlarında tətbiq edilmişdir. Əksər
halda neft və qaz yataqları maksimum fonda kiçik minimumla
göstərilmişdir.
3. Elektrometrik üsullar. Bu üsullar da neft və qaz yı-
ğımlarının birbaşa axtarışında tətbiq olunan geofiziki tətqiqatlar
sırasına aiddir. Elektrometrik üsullar neft və qaz yataqlarının
birbaşa tətqiqində neftli-qazlı kollektorlarla onların yerləşdiyi
ətraf süxurların elektrik xüsusiyyətləri fərqinə əsaslanır. Əksər
neft və qaz yataqlarında müəyyən edilmişdi ki, qazlı kollektor-
ların elektrik keçirmə qabiliyyəti sulu kollektorlardan 10 dəfə,
neftli kollektorlardan isə 3 dəfə azdır. Ona görə də neft və qaz
yataqlarının üzərində şaquli zondlanma əyriləri fərz olunan
xüsusi müqavimətin lokal maksimum qiyməti ilə xarakterizə
olunur. Elektrometrik üsullardan da neft və qazın birbaşa axtarı-
şında ölçülərinə görə iri, (neftli-qazlı horizontların qalınlığı 100
m-dən çox), yatma dərinliyi 2 km- dən artıq olmayan və ümumi
fonda geoelektrik kəsilişi kiçik müqavimətlə səciyyələnən ra-
yonlarda istifadə edilir.
4. Radiometrik üsullar. Neft və qazın birbaşa axtarışın-
da tətbiq olunan radiometrik tədqiqatlar yer üzərindən və ya təy-
yarədən aparılır. Aparılan tədqiqatların nəticəsi göstərir ki, əksər
neftli-qazlı rayonlarda neft və qaz yataqları qamma planalma
xəritəsində kontura nisbətən daha kiçik qamma-aktivlik qiyməti
ilə xarakterizə olunur.
Neft və qaz yataqlarının qamma-aktivliyin kiçik qiymətinə
malik olması iki cəhətdən izah olunur. Bir qrup tədqiqatçılar
qamma-şüalanmanın aktivliyini karbohidrogenlərlə, digər qrup
isə yatağı örtən süxurların litoloji xüsusiyyətləri ilə əlaqələndi-
rirlər.
Radiometrik tədqiqatlarda qaz-su və neft-su konturları da-
ha yaxşı izlənilir. Bu da sulu zonada qamma-şüalanmanın çox
olması sularda uran birləşmələri çox olan duzların iştirakı ilə
izah edilir. Planda təbii qamma-aktivliyin qiyməti kontur xari-
cində, neft və qaz yatağı yerləşən sahəyə nisbətən 15-25 % çox
olur. Toplanan materiallar göstərir ki, neft və qaz yataqları üzə-
rində radioaktiv anomaliyaların az olması təkcə neftlilik-qazlı-
lıqla deyil, həm də relyefin morfoloji-stratiqrafik şəraiti, torpa-
ğın duzluluq dərəcəsi, qrunt suları, litoloji xüsusiyyət, süxurların
yaşca dəyişilməsi, bitki örtüyünün xarakteri ilə müəyyən olunur.
5. Maqnitometrik üsul birbaşa axtarışda yeni istiqamət
hesab olunur. Son zamanlar ABŞ-da aparılan teromaqnit tədqi-
qat demək olar ki, bütün neft və qaz yataqlarının üzərində ma-
qnit anomaliyasının olduğunu göstərmişdir. Bu anomaliya kar-
bohidrogen yataqları üzərində epigenetik (törəmə) maqnetit qru-
pu minerallarının əmələ gəlməsi hesabına qeydə alınmışdır.
Törəmə maqnetit qrupu mineralları karbohidrogen və digər qaz-
ların üst laylara miqrasiyası və kimyəvi reaksiyası nəticəsində
əmələ gəlməsi güman edilir. Maqnit kəşfiyyat üsulu ilə müəyyən
edilmiş bu tip anomaliyalar, özlərindən aşağıda yerləşən stra-
tiqrafik vahidlərdə neft və qaz yataqlarının varlığını göstərir.
Qeyd olunan tədqiqat üsulları ilə yanaşı neft və qazın bir-
başa axtarışında polyarizasiya və radio dalğaları üsulları da tət-
biq olunur. Polyarizasiya üsulu neft və qaz yataqları sahəsində
sulfidli mineralların anomal yayılmasına, radio-dalğalar üsulu
isə neft, su və qaz-neft kontaktların radio-dalğalarında əks olun-
masına əsaslanır.

4.4. GEOKİMYƏVİ ÜSULLAR

Geokimyəvi üsulların əsasını geokimyəvi meyarlar (neft-


qazlılığın əsas göstəriciləri və əlamətləri) təşkil edir. Bu üsullar
yataqlardan miqrasiya edən karbohidrogenlərin birbaşa müəyyən
olunmasına əsaslanır. Karbohidrogenlərin müəyyən edərkən
geokimyəvi üsullar onların fiziki-kimyəvi xassələrini, süxur-
larda, bitki və heyvanat aləmində, yeraltı sularda və torpaqda
əmələ gətirdikləri dəyişiklikləri də öyrənir. Karbohidrogenlər
neft və qaz yataqları üzərində miqrasiya nəticəsində (qırılmalar,
çatlar və məsaməli süxurlarla) sərbəst sularda həll olmuş şəkildə
geokimyəvi sahələr əmələ gətirir ki, buna geokimyəvi
anomaliya deyilir. Belə geokimyəvi anomaliyalara karbohidro-
gen qazları, neft izləri, süxurlarda, torpaqda və lay sularında rast
gələn neft sıralı bitumoidlər daxildir. Belə anomaliyalarda kar-
bohidrogenlərin konsentrasiyası onların fon qiymətlərindən çox
olur.
Neft və qaz yataqlarının axtarışında geokimyəvi tədqiqat-
lar aşağıdakı istiqamətlərdə aparılır:
1. Yer səthində neft-qaz əlaməti görünməyən neftli-qazlı
laylarda (qazma quyuları vasitəsilə),
2. Yeraltı sularda,
3. Neft və qaz yataqlarını örtən çökmə qatlarında.
Hazırda neft və qaz axtarışı işlərində aşağıdakı geokimyə-
vi tədqiqat üsulları tətbiq edilir:
1. Qaz planalması.
2. Bitum-lüminesstent planalması
3. Bakteriya planalması
4. Oksidləşmə-reduksiya potensialı
5. Qaz karotajı.
Yuxarıda qeyd olunan tədqiqat üsulları tətbiq olunma xü-
susiyyətlərindən asılı olaraq iki yerə ayrılır:
1) Yer səthindən aparılan geokimyəvi üsullar (qaz, bitum
və bakterial planalmalar). Bu tədqiqat üsullarından mükəmməl
və regional axtarış işlərində istifadə edilir.
2) Qazma quyularında aparılan geokimyəvi üsullar (qaz-
karataj, qaz-kern və bitum-karotaj planalması). Quyularda aparı-
lan geokimyəvi üsullar geoloji regionlarda qazılan struktur, da-
yaq, parametrik, axtarış qazma quyuları ilə əlaqədar olur. Dərin-
lik geokimyəvi tədqiqatları seçilmiş dayaq horizontundan götü-
rülən süxur və su nümunələri üzərində aparılır. Belə tədqiqat-
ların aparılma təcrübəsi göstərir ki, 100-500 m dərinlikdə yerlə-
şən qaz, neft və su layları üçün ekran rolunu oynayan pis keçiri-
ci (örtük) süxurlarda geokimyəvi sahə (anomaliya) daha yaxşı
müşahidə edilir.
Geokimyəvi tədqiqatlar geoloji və geofiziki üsullarla bir-
likdə tətbiq olunduqda daha effektli olur.
Qaz planalması. Bu üsul ilk dəfə 1929-1930-cu illərdə
V.A.Sokolov tərəfindən irəli sürülmüşdür. Onun sərbəst qaz
planalması, suda həll olunmuş qaza əsasən planalma və süxur-
larda olan qaza görə planalma kimi növləri movcuddur.
Qaz planaalması həm geoloji cəhətdən zəif öyrənilmiş,
həm də neft və qazlılığı sübut olunmuş vilayətlərdə aparılır. Zəif
öyrənilmiş vilayətlərdə qaz planaalması regional xarakter
daşıyır.
Qaz planaalması sərbəst qaz və ya neftlə birlikdə olan qaz
yataqlarından yuxarıda yerləşən çökmə süxur qatlarına və su
laylarına miqrasiya edən karbohidrogen qazlarının yayılmasını
və tərkiblərinin öyrənilməsinə əsaslanır.
Bəzən sərbəst qaz çatlar və qırılmalarla birbaşa yer səthinə
çıxır. Yer səthinə çıxan belə karbohidrogen qazlarını tədqiq
etmək çətinlik törətmir. Belə sahədə qaz planalmasının aparıl-
ması asan olur. Yəni qaz çıxışlarından götürülən nümünələr şüşə
qablara yığılıb laboratoriyaya göndərilir. Burada yüngül və ağır
karbohidrogenlərin miqdarı təyin edilir. Tədqiq olunan ərazidə
yerüstü çıxışlar müşahidə edilmədikdə planalma məqsədilə 1-4
m dərinlikdə (qaz fonu yüksək olan ərazilərdə isə 6-10 m)
qazma işləri aparılır. Həmin qazmalardan xüsusi cihazlarla
vakuum üsulu ilə qarışıq hava nümünəsi götürülür və şüşə qab-
lara doldurularaq laboratoriyaya göndərilir.
Qaz planalması metan və onun homoloqları kimi (etan,
propan, butan, pentan və s.) karbohidrogenlərin təyin olunması
əsasında aparılır. Xüsusilə əsas göstərici ağır karbohidrogen
qazlarının konsentrasiyası hesab olunur. Adətən, bunların miq-
darı 10-5-10-2 % arasında dəyişir. 1940-1950-ci illərdə karbohid-
rogen qazlarının mikrokonsentrasiyası qaz-xromotoqrafiya ciha-
zı ilə təyin olunurdu. Hazırda isə xüsusi xromotoqrafik qaz ana-
lizatorlarından istifadə edilir. Yüngül karbohidrogen qazlarının
(metanın) konsentrasiyasının fon qiyməti 10-4 % (V.A.Sokolova
görə), ağır karbohidrogen qazlarının (C2-C4) fon qiyməti isə 10-
8
%- dən artıq olmur.
Bəzən planalma nəticəsində qeyd olunan qaz anomaliya-
larının minimum qiyməti neft-qaz yataqları üzərində, maksimum
qiyməti isə yataqların kənarlarında müşahidə edilir. Bu cür
uyğunsuzluğun qeyd olunması müxtəlif səbəblərlə (süxurların
litoloji tərkibləri və keçiricikləri, çat və tektonik qırılmaların
yayılma şəraitləri, suların hərəkəti, ayrı-ayrı komplekslərə görə
tağların asimmetrikliyi və s.) izah olunur.
Qaz planalmasının nəticələri müxtəlif geoloji şəraitdən
asılıdır. Platforma sahələrində bu geokimyəvi üsulun tətbiqi bir
o qədər də yaxşı nəticə vermir. Bunun səbəbini onunla izah
edirlər ki, əvvəla platforma tipli strukturlar zəif inkişaf etmişdir
və düzgün həndəsi formada deyildir; ikincisi geosinklinal vila-
yətlərə nisbətən burada qırılma pozulmaları az yayılmışdır;
üçüncüsü isə pis keçirici (örtük) süxurlar böyük qalınlıqlı və li-
toloji tərkibcə eyni cinsli olduqlarından qazın miqrasiyasının
qarşısını yaxşı alır.
Geosinklinal sahələrdə qaz anomaliyaları özünü daha yax-
şı göstərir (xüsusilə qırılmalar üzərində).
Qaz planalması üsulunun tətbiqi nəticəsində Azərbaycan,
Qərbi Türkmənistan, Saxalin, Qərbi Kuban (RF) və s. sahələrdə
yaxşı nəticələr alınmışdır.
Qaz planaalması üsulu ilə Abşeron, Gəncə və Quba-Xə-
zəryanı neftli-qazlı rayonlarında diqqətəlayiq nəticələr əldə edil-
mişdir. Mərdəkan, Türkan və Zirə sahələrində zəngin neft və qaz
yataqları bu üsulla müəyyən edilmişdir. Həmin sahələrdə dürüst
məlumatların alınması bu yataqları örtən süxurların xeyli
məsaməli olması ilə əlaqədardır.
Kür çökəkliyinin Kürovdağ, Qarabağlı sahələrinin neftli-
lik-qazlılığı haqqında qaz planalmasının verdiyi müsbət nəticə-
lər, sonradan qazılan quyularla təsdiq olunmuşdur.
Süxurlarda olan qaza görə planalma qaz-kern planalması
adlanır. Belə planalma da neft və qaz yataqlarını örtən süxurlar-
da aparılır. Bunun üçün həmin sahələrdə geoloji şəraitdən asılı
olaraq 3-20 m dərinlikdə dayaz quyular qazılır. Bu quyulardan
götürülən kern nümünəsində vakuum yolu ilə qaz ayrılır və ana-
liz edilir. Həmin üsul həm platfora, həm də geosinklinal vilayət-
lərdə tətbiq edilir. Qaz-kern planalması Rus platformasında
(Saratov rayonunda) Türkmənistanda, müvəffəqiyyətlə sınaqdan
çıxmışdır.
Bitum-lüminesstent planalması. Bu üsul torpaqda, sü-
xurlarda (kernlərdə) bitumların miqdar və tərkiblərini spektrlərin
rənginə və lüminessensiyanın intensivliyinə görə təyin edir.
Bunun üçün günəş və lampa lümineskoplarından istifadə olunur.
Tədqiqat qaranlıq otaq şəraitində aparılır. Süxur nümunəsində
səpinti bitum olduqda onların üzərinə bir neçə damci həlledici
əlavə edərək ultrabənövşəyi şüalar saldıqda (bitumun miqdarı
0,05 %-dən artıq olduqda) parıldamağa başlayır.
Bitumlar çökmə süxurlarda sərbəst və əlaqəli formalarda
rast gəlir. Çökmə süxurlarda olan sərbəst bitumlar birbaşa üzvi
həlledicilərlə müəyyən olunur. Əlaqəli bitumlar isə turşu ilə iş-
ləndikdən sonra aşkar edilir.
Müxtəlif fraksiyalı bitumlar rənglərinə görə bir-birindən
fərqlənir. Məsələn, lüminesstent təhlildə yağlar mavi, qatranlar
sarı, asfaltenlər isə mixəyi rəngdə olur.
Üzvi birləşmələrdə olan bitumların miqdarı həlledicilərdə,
bitumların tərkibi isə lüminesstent təhlil vasitəsilə təyin olunur.
Süxurlarda bitumların miqdarı onların parıltılarının intensivliyi
ilə ölçülür. Bitumun miqdarı çox olduqca parıltı da daha intensiv
olacaqdır. Süxurlarda bitumun miqdarı 0,1 %-dən çox olarsa,
onlar əsasən neftliliyin dolayı nişanəsi kimi qəbul olunur.
Bakteriya planalması. Bu üsul neft və qaz yataqlarının
üzərində geokimyəvi anomaliyanı qeyd edir. Qeyd olunan geo-
kimyəvi anomaliya karbohidrogen qazları ilə qidalanan bakteri-
yalar hesabına yaranır. Karbohidrogenlərin sırasından asılı ola-
raq müxtəlif növ bakteriyalar (məsələn, metan, etan, propan və
s. qrup bakteriyalar) movcuddur.
Təmiz qaz yataqları üzərində metan bakteriyaları, qaz-neft
yataqları üzərində isə metan-etan-propan bakteriyaları müşahidə
edilir.
Bakteriyalar qrupunu müəyyən etmək üçün torpaq, süxur
(kanal, şurf xəritəalma quyuları vasitəsilə, xəritəalma quyuları 1-
2 m dərinlikdə, gəlmə torpaq qatı çox olan ərazilərdə isə 3-4 m
dərinlikdə qazılır), bulaq və artezian quyularından su nümünə-
ləri götürülür. Götürülən nümünələr hermetik bağlanaraq la-
boratoriyalara göndərilir. Həmin nümünələrdə bakteriyaların
varlığını müəyyən etmək üçün iki: manometrik və plastik üsul-
lardan istifadə edilir.
Birinci üsul ilə bakteriyaları müəyyən edərkən müəyyən
miqdar süxur (torpaq) nümünəsi xüsusi cihazda qaz qarışığı ilə
(40 % metan və ya etan, 60 % hava) qarışdırılır. Qarışıq cihazda
sabit temperaturda (300C) 30 gün saxlanır. Hər beş gündən bir
cihazda olan manometrin qiyməti qeyd edilir. Əgər istifadə
etdiyimiz torpaq və ya süxur nümünəsində bakteriyalar (metan
və ya etan bakteriyaları) varsa onlar metan və ya etan qazını təd-
ricən yeyəcəklər. Bu da qazın azalmasına, eləcədə manometrdə
təzyiqin aşağı düşməsinə səbəb olacaqdır.
İkinci üsül ilə bakteriyaları təyin edərkən süxur (torpaq)
nümünəsi toz halına salınıb plastik lövhələr arasında (hər iki
plastik lövhə arasında 0,1 q nümünə olmaq şərtilə) yerləşdirilir.
Plastik lövhələr eksikatorda yuxarıda qeyd edilən qaz qarışığın-
da 20-30 gün sabit temperaturda (300C) saxlanır. Süxur (torpaq)
nümünəsi içərisində metan qrupu bakteriyaları olduqda lövhələr
üzərində sarımtılqəhvəyi ləkə, propan bakteriyaları olduqda ağ
ləkə müşahidə edilir. Bakteriyaların miqdarı isə ləkələrin qalın-
lığından asılıdır. Şəkil 4.5- də bakteriya planalması göstərilmiş-
dir.
Oksidləşmə-reduksiya potensialı (ORP) üsulu. ORP
göstəricisi neft və qaz yataqlarından miqrasiya edən karbohid-
rogenlərin təsiri nəticəsində geokimyəvi mühitin dəyişməsini
xarakterizə edir. Həmin dəyişmənin xarakterini öyrənməyə əsas-
lanan bu üsulu ilk dəfə V.E.Levenson işləyib hazırlanmışdır. Bu
üsulun mahiyyəti təbii mühitdə (torpaq, süxur, su) hidrogen
elektronları arasındakı potensialın ölçülməsindən ibarətdir.
Potensial isə oksidləşmə-reduksiya mühitini xarakterizə edir.
Onun qiyməti oksidləşmə mühitində böyük, reduksiyaedici
mühitdə isə kiçik olur.
Şəkil 4.5. Neft yataqları üzərində karbohidrogenlərin
(qazın) miqdarı (V.Sokolova görə, 1963)

Geokimyəvi fasiyalar rh və Eh ilə xarakterizə olunur.


Məlumdur ki, oksidləşən maddələr reduksiya olunan maddələrə
nisbətən mənfi elektronlarla səciyyələnir. Ona görə də Eh poten-
sialı çöküntütoplanma vaxtı oksidləşmə və reduksiyaedici pro-
seslərin intensivliyini xarakterizə edir. Yəni mühit çox ok-
sidləşəndə Eh potensialının qiyməti böyük, əksinə olduqda isə
kiçik olur. Deməli, karbohidrogenlərin əmələ gəldiyi mühit re-
duksiyaedici mühit olduğundan Eh- ın qiyməti çox kiçik olacaq-
dır. Eh potensialı xüsusi cihazların köməyilə təyin olunur, və
milli voltla ölçülür.
Qaz karotajı üsulu. Qaz karotajı üsulu ilə ilk tədqiqat
1933-cü ildə V.A.Sokolov tərəfindən aparılmışdır. Qaz karotajı-
nın qarşısında aşağıdakı vəzifələr qoyulur:
a) qazma zamanı məhsuldar intervallardan ayrılan karbo-
hidrogenlərin qeydə alınması;
b) məhsuldar intervallarda neftlilik-qazlılığın təyini.
Qaz karotajı üsulu üç variantda tətbiq olunur: 1) gil məh-
luluna görə; 2) şlama görə; 3) kern materiallarına görə.
Gil məhlulununa görə qaz karotajı qazma zamanı məhsul-
dar laylardan neft və qazın gil məhluluna keçməsinə əsaslanır.
Gil məhlulu ilə yer səthinə qaldırılan qaz gil məhlulu üzə-
rində üzən deqazatora yığılır və oradan da qaz-karotaj stansi-
yasında yerləşən analizatora verilir. Analizatorda qazın miqdarı
və tərkibi təyin olunur. Beləliklə də, qaz-karotaj stansiyaları
vasitəsilə qazılan axtarış və kəşfiyyat quyularına nəzarət edilir.
Kern və şlama görə qaz-karotaj üsulları isə onların (kern
və şlamların) laboratoriya şəraitində tədqiqinə əsaslanır. Qazma
vaxtı götürülən kern və şlam qablara qoyularaq kip (hermetik)
bağlanıb laboratoriyaya göndərilir. Nümünələrin laboratoriya
tədqiqindən sonra neftlilik-qazlılığa görə əyrilər düzəldilir.
Neft və qaz yığımlarının axtarış və kəşfiyyatındakı əhə-
miyyətinə və qazılan axtarış-kəşfiyyat quyuları üzərindəki nəza-
rətinə görə ən effektli variant gil məhluluna görə aparılan qaz
karotajıdır.

4.5. HİDROGEOLOJİ VƏ HİDROKİMYƏVİ


ÜSULLAR

Bu tədqiqat üsullarından neft və qaz yataqlarının axtarışı


və kəşfiyyatında geniş istifadə edilir. Müasir hidrogeoloji höv-
zələrin əsas göstəricilərini: lay sularının hidrokimyəvi tərkibləri-
nin dəyişməsi qanunauyğunluqlarını, hidrodinamikasını, hidro-
statik təzyiqini, qazın həllolma dərəcəsini, geotermik xüsusiy-
yətlərini və s. göstərməklə tədqiq olunan ərazinin neftlilik-
qazlılığı qiymətləndirilir və eləcə də axtarış-kəşfiyyat üçün ən
perspektivli sahələr ayrıla bilir. Hidrokimyəvi tədqiqatlar sulu
horizontları açan müxtəlif quyulardan su nümünəsi götürülmə-
sinə və təhlilinə əsaslanır. Sulu layların aşağıdakı xüsusiyyətləri
öyrənilir:
1) sulu hövzələrin hidrodinamik şəraiti;
2) suyun kimyəvi tərkibi (duzların miqdarı, üzvi birləşmə-
lər), suyun həllolmuş qazla doyması və onun tərkibi;
3) geotermik şəraiti;
4) paleohidrogeoloji şəraiti.
Sulu laylarının hidrodinamik şəraitini müəyyən etmək
üçün onların müxtəlif quyularda statik (pyezometrik) səviyyələ-
rini və ya lay təzyiqlərini təyin edir, ayrı-ayrı hidrohorizontlar
və komplekslər üzrə hidroizopyez xəritələri qururlar. Hidroizo-
pyez xəritələrinə görə isə lay sularının hərəkət istiqaməti müəy-
yən olunur. Lay sularının hərəkəti yataqların sürüşməsinə (yer-
dəyişməsinə), qaz-su, neft-su konturlarının əyilməsinə səbəb
olur.
Konturların meyllənmə qiyməti pyezometrik səviyyənin
müxtəliflik dərəcəsindən, neft və qazın sıxlıqlarından asılıdır.
Yataqların saxlanması üçün tələlərdə qanadların yatım bucağı
qaz-su, neft-su konturlarının meyl bucağından böyük olmalıdır.
Cədvəl 4.2.- də A.A.Kartsevə görə hidravlik meyldən aslı olaraq
qaz və neft yataqlarının yerləşdiyi tələnin minimum yatım
bucağı verilmişdir.
Cədvəl 4.2
Hidravlik Layların yatım bucağı
meyl Qaz yataqları üçün Neft yataqları üçün
o I II
0,0001 0 00 18 0o01I30II
o I
0,001 0 03 0o15I
0,01 0o30I 2o30I
>0,01 6o 30o

Hidroizopyez xəritələrindən strukturların qırılma zonaları-


nın, litoloji ekranların və s. axtarışında istifadə edilir. Hidrokim-
yavi tədqiqatlar lay sularının kimyavi tərkibinə əsasən aparılır.
Lay sularını xarakterizə etmək üçün aşağıdakı xəritələri qurur-
lar: ümumi minerallaşma, suların tipi, genetik əmsallar- Cl/Br,
Na/Cl, sularda həll olan ion və duzların miqdarı (kalsium, maq-
nezium, yod, brom, ftor, radium, sulfatlar və s.), sularda həll
olan qazların (metan və onun homoloqları, karbon qazı, kükürd
qazı, helium, arqon) tərkib və miqdarı, üzvi birləşmələr (fenol,
ammonium, naften birləşmələri, yağlar, üzvi karbon, üzvi azot)
və s.
Neft və qaz yataqlarının suları cod və qələvi olur. Cod su-
ların kimyavi tərkibi NaCl, CaCl2, MgCl2- dən ibarətdir. Jodlu
sular çox minerallaşmış olur. Kimyavi tərkibi NaHCO3,
Ca(HCO3)2- dən ibarət olan lay suları qələvi sulara aid edilir və
az minerallaşma dərəcəsinə malik olur.
Neft və qaz yataqları ilə əlaqədar olan lay suları əsasən
kalsium-xlor və natrium-hidrokarbonat tip olur.
Kalsium-xlor tipli sular çox minerallaşmış olub (300 q/l)
tərkibində anionlardan Cl- ionu, kationlardan isə Na+ və Ca++
ionları daha çox, sulfat və bikarbonatlar isə az olur.
Natrium-hidrokarbonat tip sular həm neftli-qazlı vilayət-
lərdə, həm də neft və qaz rast gəlməyən vilayətlərdə müşahidə
olunur. Lakin qeyd etmək lazımdır ki, sonuncularda natrium-
hidrokarbonatla yanaşı natrium- sulfat (Na2SO4) birləşmələri də
iştirak edir. Belə birləşmələr neft və qaz yataqlarının sularında
heç olmur, ya da çox az miqdarda iştirak edir. Natrium-sulfatlı
sular neftlilik-qazlılığın mənfi göstəricisidir. Lakin nadir
hallarda yüksək xloridliyi ilə fərqlənən bu sular oksidləşmiş
nefti müşayiət edir (bəzən sulfatın miqdarı 10-20 mq. ekvivalen-
tə çatır).
Neft və qaz yataqlarının varlılığının qiymətləndirilməsi
üçün həmin yataqların sularında rast gələn nadir və mikroele-
mentlərin (yod, brom, stronsium, ftor, radium, uran və s.) öy-
rənilməsinin böyük əhəmiyyəti vardır. Lay sularında rast gələn
üzvi birləşmələrdən neftlilik-qazlılığın müsbət göstəricisi kimi
istifadə edilir.
Neft və qazlılığın əsas göstəricilərindən biri də lay sula-
rında həll olan qazlar və onların təzyiqidir. (suyun qazla doyma
təzyiqi). Qeyd olunduğu kimi, suda həll olmuş qazlara metan və
onun homoloqları, karbon qazı, hidrogen-sulfit, azot, oksigen və
s. daxildir. Göstərilən qaz komponentləri içərisində neft və qaz
yataqlarını xarakterizə edən əsas göstərici karbohidrogen qaz-
ları, xüsusilə ağır karbohidrogen qazlarıdır.
Lay sularında həll olmuş qazın sıxlığı da neft və qaz ax-
tarışı baxımından maraqlıdır. Suda həll olmuş qazın sıxlığı de-
dikdə suyun qazla doymuş təzyiqinin onun hidrostatik təzyiqin-
dən artıq olması başa düşülür. Belə halda isə qaz sudan ayrılaraq
uyğun şəraitdə yataq əmələ gətirir. Həll olmuş karbohidrogen
qazları içərisində ağır homoloqların iştirakı neftlilik-qazlılıq
üçün müsbət göstərici hesab olunur.
Tədqiq olunan ərazinin neftlilik-qazlılıq perspektivliyini
qiymətləndirilərkən tədqiqatlar da mühüm rol oynayır. Paleohid-
rogeoloji tədqiqat nəticəsində rayonun hidrogeoloji tarixi, yeraltı
suların əmələgəlmə şəraiti və onların formalaşması izah edilir.
Bunun əsasında isə neft və qaz yığımlarının formalaşma və
dağılma şəraitləri öyrənilir.
Paleohidrogeoloji tədqiqatın əsasında öyrəndiyimiz rayon-
da hidrogeoloji tsiklər və mərhələlər ayrılır. Əvvəl qeyd et-
diyimiz kimi hər tsikl iki mərhələdən ibarətdir. Lakin tədqiq edi-
lən ərazidə mərhələlər bir neçə dəfə təkrar oluna bilər. Tsiklin
birinci mərhələsi ərazinin tektonik enməsinə, ikinci mərhələsi
isə qalxmasına uyğun gəlir. Birinci mərhələdə sedimentasiya
suları, ikinci mərhələdə infltrasiya suları intişar tapmışdır. Neft
və qaz yığımlarının formalaşması və saxlanılması üçün ən
əlverişli paleohidrogeoloji şərait sedimentasiya sularının uzun
müddət intişar etdiyi mərhələ (birinci) hesab olunur. İnfltrasiya
sularının hakim olduğu paleohidrogeoloji şərait isə neft və qaz
yataqlarını dağıdır.

4.6. GEOTERMİK ÜSULLAR

Geotermik tədqiqatlar müxtəlif məsələləri həll etmək məq-


sədilə aparılır. Həmin məsələlərə yer qabığının termik rejimi,
karbohidrogenlərin miqrasiya şəraiti, yeraltı suların forma-
laşmasının öyrənilməsi və s. daxildir. Bu tədqiqatlar geoloji ax-
tarış işlərinin həm regional, həm də mükəmməl mərhələlərində
aparılır.
Geotermik göstəricilərin neft və qaz yataqlarının saxlanıl-
masına təsiri məsələsi hələ dəqiq öyrənilməmişdir. Geotermik
şərait qaz yataqlarının saxlanılmasına böyük təsir edir. Müşahi-
dələr göstərir ki, 100-1200- dən yüksək temperaturda metanın
suda həllolma qabiliyyəti yüksəkdir. Bu da qaz yatağının dağıl-
ması ilə nəticələnir.
Geotermiyadan struktur xəritəalmada istifadə edərkən su
laylarının yer səthinə çıxan və qırılma zonalarında əmələ gətir-
dikləri anomaliyalara əsaslanır. Bu cür anomaliyalar qırışıqəmə-
ləgəlmə və palçıq vulkanizmi nəticəsində də yaranır.
Termometriya müşahidələri quyularda elektrokarotaj işləri
görülən zaman aparılır. Alınan məlumatlar əsasında elektroter-
mik xəritə və profillər qurulur. Xəritə, profillər əsasında tədqiq
olunan rayonun temperatur rejimi öyrənilir. Mükəmməl geo-
termik xəritələrə görə strukturlar konturlaşdırılır. Strukturların
konturlarını bu üsulla müəyyən edərkən qırışıqların tağ hissə-
sində temperaturun sıxlığı (miqdarı) və geotermik qradiyentin
qiymətinin böyük olması əsas götürülür. Bu qırışıqların tağ his-
sələrində qırılmaların çoxluğu, qırışıqəmələgəlmənin intensivli-
yi, diapirizm və palçıq vulkanlarının intişarı ilə əlaqələndirilir.
Geotermik tədqiqatlar digər üsullarla kompleks tədqiq
olunduqda daha effektli olur.

4.7. QUYULARIN NOMENKLATURASI

Geoloji xəritəalmada aparılan qazma işləri. Belə qazma


işləri regional və axtarış etaplarında tətbiq olunur. Geoloji
xəritəalmada xəritəalma qazmasının aşağıdakı növlərindən isti-
fadə edilir:
1. Sadə təmizləmələr-qazmalar
2. Şaquli qazmalar-şurf, quyu,
3. Ufüqi qazmalar-xəndəklər
4. Mexaniki yolla və əl ilə qazılan dayaz quyular- xəritə-
alma quyuları.
Xəritəalma qazması zamanı aşağıdakı məsələlər həll edilir:
· layların yatım elementləri təyin edilir;
· istinad horizontları izlənir, kəsiliş tərtib olunur;
· geoloji tədqiqat aparılır;
· stratiqrafik kəsiliş öyrənilir;
· tektonik pozulmalar izlənilir;
· neftli təbəqələr öyrənilir.
Qeyd etmək lazımdır ki, həmin məsələlərin həlli məqsədi-
lə konkret geoloji şəraitdən asılı olaraq bu və ya digər xəritə-
alma qazması növü seçilir.
Sadə təmizləmələr (qazmalar). Adətən, köklü süxurlar,
qalınlığı 20 sm və az olan ellüvial örtüklə basdırılmış sahələrdə
aparılır. Belə təmizləmələrin xüsusi formaları yoxdur və onlar-
dan miqyasından asılı olmayaraq geoloji planalma işlərində isti-
fadə olunur. Sadə təmizləmələr vasitəsilə xəritəalma qazmaları
qarşısında qoyulan bütün məsələləri həll etmək mümkündür.
Şurf, en kəsiyi düzbucaqlı və kvadrat şəkildə olan şaquli
qazmalara deyilir. Dairəvi şurflar quyu adlanır. Dərinliyindən
asılı olaraq en kəsiklərinin ölçüləri müxtəlif götürülür. Dayaz
şurfların en kəsiyi 1 x 0,8 m, dərin şurflarınkı isə 1,5 x1,0 m
olur. Dairəvi şurf və ya quyuların diametri 0,75-1,0 metrə
çatdırılır.
Geoloji xəritəalma məqsədilə qazılan şurfların dərinliyi 5-
12 m-dən çox olmur.
Kəsiliş çıxarmaq məqsədilə qazılan şurflar, adətən, təbəqə-
lərin uzanmasına perpendikulyar aparılan profil xətləri üzrə
yerləşdirilir. Profil xətləri arasındakı məsafə geoloji planalmanın
miqyasından asılıdır. Əgər xəritəalmanın miqyası 1:10000-dirsə,
məsafə 1-2 km, 1:50000- dirsə 5 km götürülür.
Şurfların sayı geoloji planaalmanın miqyasından və stra-
tiqrafik sərhədlərin sayından asılı olaraq götürülür. Əksər hallar-
da gəlmə torpaq qatının qalınlığı haqqında lazımi məlumat al-
maq üçün sınaq şurfları qazılır.
Gəlmə torpaq qatının qalınlığı 4 m-ə qədər və layların
yatım bucaqları 400-dən az olan sahələrdə şurflardan istifadə
edərək kəsiliş çıxarmaq və profil tərtib etmək olar. Belə sahələr-
də kəsiliş oxşar təbəqələrdən təşkil olunarsa, yəni litoloji reper-
lər seçmək mümkün deyildirsə, o zaman şurflardan istifadə
edilməsi müsbət nəticə vermir.
Fərz edək ki, kəsilişdə asanlıqla litoloji reperlər ayırmaq
mümkündür. Kəsiliş çıxarmaq məqsədilə qazılan hər sonrakı
şurf, əvvəlki şurfun açdığı eyni adlı təbəqələrdən birini hökmən
kəsməlidir (şəkil.4.6.).

Şəkil 4.6. Şurfların yerləşdirilməsi.

Şurflar arasındakı məsafə aşağıdakı düstura görə təyin olu-


nur:
B = (H - H 1 ) tg a , burada H- şurfun dərinliyi; H1- gəlmə
torpaq qatının qalınlığı, a- layın yatım bucağıdır.
Şurfların sayı isə belə təyin olunur:
L L
m= = , burada L- profil xəttinin uzun-
l (H - H 1 ) tg a
luğu, l- isə şurflar arası məsafədur.
Şəkildən göründüyü kimi şurfların məlumatlarına əsasən
həm litoloji kəsiliş, həm də geoloji profil tərtib etmək mümkün-
dür. Bu məqsədlə hər bir şurf topoqrafik əsas üzərinə köçürülür,
onların altitudaları təyin edilir, layların litoloji təsviri verilir,
stratiqrafik sərhədlər müəyyən edilir və təbəqələrin yatım
elementləri ölçülür.
Xəndəklər üfüqi xəritəalma qazması növüdür. Xəndəklər
əsasən torpaq qatının qalınlığı 2 m- dən az və layların yatım bu-
caqları 400-dən böyük olan sahələrdə qazılır. Xəndəklərdən geo-
loji kəsiliş çıxarmaq məqsədilə istifadə olunur. Nadir hallarda
kontaktları və yatım şəraitini aydınlaşdırmaq məqsədilə də
xəndəklər qazılır. Xəndəklərin dib hissəsinin eni 0,5-0,6 m, üst
hissəsinin eni isə bir qədər çox (0,75-1 m) götürülür.
Xəndəklər layların uzanmasına perpendikulyar istiqamətdə
qazılır. Xəndək qazılmazdan əvvəl, gəlmə torpaq qatının qa-
lınlığını və süxurların yatım şəraitini aydınlaşdırmaq məqsədilə
sınaq şurfları qazılması lazım gəlir. Həmin şurfların məlumatla-
rına əsaslanaraq xəndəklərin istiqaməti təyin edilir. Xəndəklər
qazılacaq istiqamətdə maneələr (bataqlıq, qalın torpaq qatı və s.)
olarsa, onda xəndəklərin istiqamətini dəyişmək lazımdır. İki
xəndəyi bir-birilə əlaqələndirmək məqsədilə onların hər ikisində
eyni kontaktın tutulması vacibdir.
Xəndəklər topoqrafik əsas üzərinə köçürülür. Xəndəklər-
dən kəsiliş çıxarılaraq hər təbəqənin mükəmməl litoloji təsviri
verilir, görünən qalınlığı ölçülür və yatım bucaqları təyin edilir.
Sonra t = L × Cosa düsturundan istifadə edərək hər təbəqənin
normal qalınlığı təyin olunur.
Xəritəalma quyuları. Neftli-qazlı sahələrin geoloji xəritə-
sinin tərtibi prosesində xəritəalma quyularından geniş istifadə
olunur. Belə quyular iki üsul ilə qazılır: 1) əl ilə və ya mexaniki
qazma yolla; 2) sutuncuqlu qazma.
Əl ilə qazma üsulu mükəmməl geoloji planaalma zamanı
və gəlmə torpaq qatının qalınlığının 50 m- dən az olduğu rayon-
larda tətbiq olunur və çox asan başa gəlir. Hazırda geoloji plan-
alma zamanı quyular əl ilə deyil, yüngül aqreqatlarla qazılır. Bu
aqreqatlarla quyuları 100 m dərinliyə qədər qazmaq mümkün-
dür. Yüngül aqreqatlarla quyular layların uzanmasına perpendi-
kulyar istiqamətdə keçirilən profillər üzrə qazılır. Quyular ara-
sındakı məsafə layların yatım şəraitindən asılı olaraq təyin edilir.
Sutuncuqlu qazma həm regional, həm də axtarış mərhələ-
sində tətbiq olunur. Sütuncuqlu qazma zamanı süxurlar quyunun
ancaq divarı boyunca parçalanır, mərkəzdə isə parçalanmadan
sütunjuqlu borunun içərisinə yığılır. Bu cür süxur nümünələrinə
kern deyilir. Xəritəalma quyularının hər iki növü süxurların gəl-
mə torpaq qatı ilə örtülü olduğu sahələrinin geoloji xəritələrini
tərtib etmək məqsədilə tətbiq olunur. Bu növ quyuların məlu-
matlarından istifadə edərək geoloji kəsiliş tərtib edilir. Sadə geo-
loji quruluşlu sahələrdə 1:50000 miqyasında mükəmməl geoloji
planalma zamanı hər kvadrat kilometrə 0,5, mürəkkəb quruluşlu
sahələrdə isə 1-2 quyu düşür. 1:50000 miqyasında geoloji
xəritəalma zamanı profillər arasındakı məsafə 100 m, quyular
arasındakı məsafə təbəqələrin yatım bucaqlarından asılıdır.
Yatım bucağı nə qədər böyük olarsa quyular arasındakı məsafə
bir o qədər kiçik götürülür. Profil üzərindəki quyular arasındakı
məsafə belə təyin edilir:
L = (H - H1 ) × Ctga , burada H-quyuların dərinliyi; H1- gəlmə
torpaq qatının qalınlığı; a- yatım bucağıdır.
Quyuların dərinliyini artırmaq hesabına onların arasındakı
məsafəni artırmaq olur. Quyulardan istifadə edərək həmçinin
yatım elementlərini də təyin etmək mümkündür.

QAZMA QUYULARI

Xəritəalma qazmasından başqa axtarış-kəşfiyyat işlərində


aşağıdakı qazma quyularından da istifadə edilir.
1.Struktur qazma quyuları. Axtarış etapında neft və qaz
toplanması üçün ən əlverişli strukturların dərinlik vəziyyətini
dəqiqləşdirmək məqsədilə struktur qazma işləri aparılır.
Struktur quyulardan alınan məlumatlardan istifadə edərək
geoloji profillər, struktur xəritələr, paleocoğrafi xəritələr, qalın-
lıqlar xəritəsi və bir sıra başqa geoloji xəritələr tərtib edilir. Bir
sıra hallarda struktur qazma quyuları ilə nisbətən dayazda yatan
neft və qaz yatağını öyrənmək mümkündür. Bu məqsədlə qazı-
lan quyular struktur axtarış quyuları adlanır. Struktur qazma qu-
yuları, bir qayda olaraq, mükəmməl geoloji planalma və ya də-
qiq geofiziki axtarış işləri aparıldıqdan sonra lahiyələndirilir.
Struktur qazma aşağıdakı şəraitlərdə tətbiq edilir:
1. Gəlmə torpaq qatı qalın olduqda.
2. Çökmə kompleksləri qeyri-uyğun yatdıqda.
3. Tektonik pozulmalarla parçalanmış mükəmməl quru-
luşlu sahələrdə və s.
Qeyd etmək lazımdır ki, struktur qazma texnikası fasiləsiz
olaraq tərəqqi etməkdədir. Əvvələr struktur quyuları 100-300 m
dərinliyə qazılırdı. Mükəmməl qazma dəzgahlarının meydana
gəlməsi ilə əlaqədar olaraq dərinlik 500 m- ə, indi isə 1800-2000
m- ə çatdırılmışdır. Struktur quyuları dərinliyinə görə axtarış
quyularına yaxındır. Belə quyulardan neftlilik-qazlılıqla əla-
qədar bir sıra məsələləri öyrənmək məqsədilə istifadə etmək
olar. İlk dəfə Azərbaycanda dərin struktur quyusu Kürsəngə
sahəsində qazılmışdır. Onün dərinliyi 1012 m olmuşdur. Son 50
il ərzində Azərbaycanda struktur qazma ilə 250-dən çox struktur
öyrənilmişdir.
Azərbaycanda aparılan neft-qaz axtarışı işləri təcrübəsi
göstərir ki, strukturları axtarış qazmasına hazırlamaqda struktur
qazma işlərinin böyük əhəmiyyəti vardır. Struktur axtarış quyu-
larının yerləşdirilmə sistemi konkret geoloji şəraitdən asılı ola-
raq seçilir.
Lokal strukturların tektonikasını dəqiqləşdirmək məqsədi-
lə struktur quyular profil sistemi üzrə yerləşdirilir. Profillər
strukturların uzanmasına perpendikulyar istiqamətdə keçirilir.
Bu sistemin üstünlüyü ondan ibarətdir ki, quyuların kəsilişlə-
rindən istifadə edərək dəqiq geoloji profillər tərtib etmək olur.
Bu isə qırışığın quruluşunda iştirak edən çöküntülərin yatım
şəraiti, onların qalınlığı və litofasial dəyişməsi haqqında dəqiq
məlumatın əldə edilməsinə imkan yaradır.
Hər hansı bir qırışığın tektonikası haqqında düzgün məlu-
mat əldə etmək üçün struktur quyu profillərinin sayı üçdən az
olmamalıdır. Profillər arasındakı məsafə 5-6 km götürülür. Ən
əvvəl I-I profil üzərindəki struktur quyular, sonra isə iki kənar
II-II və III-III profil xətləri üzərindəkilər qazılır. (şəkil 4.7).

Şəkil 4.7. Struktur quyuların profil sistemi ilə


yerləşdirilməsi və qazılması.

Həmin profil xətləri üzərində yerləşdirilən quyuların geo-


loji məlumatlarını əlaqələndirmək mümkün olmadıqda IV-IV və
V-V profilləri üzrə əlavə struktur quyuları qazmaq lazım gəlir.
Profillər üzrə qazılmış struktur quyuların aralarındakı mə-
safə elə götürülməlidir ki, ardıcil sürətdə litoloji-stratiqrafik kə-
siliş alınması mümkün olsun. Deməli, quyular arasındakı məsafə
layların yatım bucaqlardan, qırışıqların qanadlarının uzunluğun-
dan, pozulmanın xarakterindən və quyuların sayından asılıdır.
Nisbətən sakit quruluşa malik qırışıqları öyrənərkən hər profil
xətti üzərində üç struktur quyusunun qazılması kifayətdir.
Həmin quyuların biri qırışığın uzun oxu boyu keçən profil üzrə,
qalanları isə qa-nadlarda qazılır. Təbəqələr dik yatdıqda və tek-
tonik pozulmalar çox olduqda profilər üzərində struktur quyu-
ların sayı 5-ə çatdırılır. Qeyd etmək lazımdır ki, bu quyuların
hamısı eyni zamanda deyil ardıcil qazılmalıdır. Struktur quyuları
arasındakı məsafə 100-150 m-dən az olmamalıdır.
Günbəzvari qırışıqların öyrənilməsi üçün struktur quyuları
üçbucaq şəbəkəsi üzrə yerləşdirmək lazımdır. Həmin üçbucaq-
ların tərəflərinin ölçüləri öyrənilən qırışığın enindən asılı olaraq
onun yarısına bərabər götürülür.
2. İstinad quyuları. Bu quyuların qazılmasından məqsəd
az tədqiq olunmuş geniş sahələrdə, qədim sedimentasiya hövzə-
lərinin stratiqrafiyasını, paleocoğrafi xüsusiyyətlərini, litofasi-
yaların paylanması qanunauyğunluqlarını öyrənməkdir.
İstinad quyuları geniş ərazilərin geoloji quruluşunu müntə-
zəm sürətdə öyrənmək və axtarış-kəşfiyyat işlərini istiqamətlən-
dirmək üçün faktiki məlumat toplamaq məqsədilə qazılır. Qaz-
manın bu növü zəif öyrənilmiş ərazilərin böyük dərinliklərində
yatan çöküntü komplekslərinin neftlilik-qazlılığını müəyyən et-
məkdə xüsusi əhəmiyyət kəsb edir. Texnikanın hazırkı inkişaf
səviyyəsində istinad quyularını 15000 m dərinliyə qədər qazmaq
mümkün olmuşdur (məsələn, Saatlıda və Kola yarmadasında
qazılan quyular).
İstinad quyuları qazılan ərazidə geofiziki axtarış üsulları-
nın tətbiq olunması çox səmərəlidir. Çünki bu halda geofiziki
tədqiqat işlərindən alınan nəticələr yüksək keyfiyyətli olur və
təhlili heç bir çətinlik törətmir. İstinad quyularının yerləri regio-
nal geoloji və geofiziki axtarış üsullarının tətbiqindən alınacaq
məlumatlar əsasında, geoloji quruluşundan asılı olaraq müəyyən
edilir. Onların dərinliyi platforma sahələri üçün bünövrənin
dərinliyinə, geosinklinal sahələri üçün isə əvvəlcə müəyyən
olunmuş bazis horizontunun dərinliyinə görə təyin edilir. Bazis
horizontunun dərinliyi haqqında məlumat olmadığı zaman
istinad quyuları texnikanın imkan verdiyi dərinliyə qədər qazılır.
İstinad quyularının qazılması üçün geniş stratiqrafik diapa-
zona malik neftli-qazlı hövzələr ən əlverişli hesab olunur. Kür-
Rion, Cənubi-Xəzər çökəklikləri kimi cavan qırışıqlıq sahələrin-
də istinad quyularının qazılması üçün ən əlverişli zonalar onların
mərkəz hissələri sayılır. İstinad quyularının qazılması prosesində
müntəzəm olaraq süxur, qaz, neft, su nümünələri götürülür,
kəsiliş geofiziki və geokimyəvi üsullarla öyrənilir. Həmçinin
açılmış neftli-qazlı horizontlar sınaqdan keçirilir.
3. Parametrik quyular. Parametrik qazma quyuları vasi-
təsilə neftli-qazlı zonaların dərinlik quruluşu, neftlilik-qazlılığın
qiymətləndirilməsi, daha perspektivli rayonların müəyyən edil-
məsi kimi çox vacib məsələlər həll edilir. Bu quyuların kömə-
yilə həmçinin kəsilişin geofiziki parametrləri dəqiq öyrənilir
(ona görə də belə dərin qazma quyuları parametrik quyular adla-
nır). Geofiziki parametrlərin öyrənilməsi isə geofiziki tədqiqat-
ların nəticələrinin kəmiyyət və keyfiyyətcə müqayisə olunma-
sına imkan verir. Son zamanlar parametrik quyular yeni sahə-
lərdə və qədim yataqlarda dərinlik quruluşunun xüsusiyyətlərini
öyrənmək məqsədilə geniş tətbiq edilir.
Parametrik quyular lokal qırışıqlarda da qazılır. Neftli-
qazlı zonalarda parametrik quyular profillər üzrə layihələndirilir.
Parametrik quyulardan qazma zamanı böyük həcmdə kern,
şlam götürülür. Bu quyularda geofiziki və geokimyəvi təd-
qiqatlar aparılmalıdır.
4. Axtarış quyuları. Belə quyular kompleks tədqiqatlar
(geoloji, geofiziki, geokimyəvi və s.) nəticəsində hazırlanış lokal
qırışıqlarda neftlilik-qazlılığı müəyyən etmək məqsədilə qazılır.
Axtarış quyuları neftlilik-qazlılığı əvvəllər müəyyən edilmiş
yataqlarda da qazılır. Məlum yataqlarda axtarış quyularının
qazılmasından məqsəd həmin yataqlardan aşağıda və yuxarıda
yerləşən yeni fərdi yataqların müəyyən edilməsidir.
Məlum təlimata görə sahədən sənaye əhəmiyyətli neft və
qaz alınana qədər qazılan quyular axtarış quyuları adlanır. Axta-
rış quyularının kəsilişi ətraflı tədqiq olunmalıdır. Ona görə də
geoloji-texniki tapşırığa görə qazma zamanı bütün kəsiliş boyu
kern və şlam götürülməli, geofiziki tədqiqatlar tam yerinə yeti-
rilməlidir.
5. Kəşfiyyat quyuları. Kəşfiyyat quyuları neftlilik-qazlılı-
ğı axtarış quyuları vasitəsilə müəyyən edilmiş sahələrdə yatağın
sənaye əhəmiyyətliliyini qiymətləndirmək məqsədilə qazılır.
Kəşfiyyat quyularının məlumatlarına görə işlənilmənin sistemi
tərtib olunur. Quyular qazılarkən məhsuldar laylardan süxur
nümünəsi götürülür. Quyu gövdəsi geofiziki üsullarla tədqiq
olunur. Kəşfiyyat layihə dərinliyinə qazıdıqdan sonra məhsuldar
laylar sınanır.

4.8. AEROGEOLOJİ VƏ KOSMİK TƏDQİQATLAR

Bu tədqiqatların köməyilə xalq təsərrüfatının müxtəlif mə-


sələlərini həll etmək olur Bunlar: aeroşəkil, aeroxəritəalma,
aerovizual müşahidələr, həmçinin son vaxtlar geniş tətbiq edilən
kosmik üsullardır.
Aeroüsullar. Geomorfoloji tədqiqatlarda geniş istifadə
olunur. Onlar torpaq qatının, bitki örtüyünün, su resurslarının
öyrənilməsinə imkan yaradır, geoloji xəritəalma işlərini asan-
laşdırır və onların keyfiyyətli və dəqiq olmasına kömək edir.
Aeroüsulların köməyilə qurunun və sualtı relyeflərin mor-
fologiyası öyrənilir. Bunun üçün aeroşəkillər, aerovizual müşa-
hidələr və s. deşifrlənir.
Kosmik üsullar. Aeroüsullarla birlikdə bir çox geoloji
məsələlərin öyrənilməsinə kömək edir. Kosmik üsullar aeroüsul-
lara nisbətən regional xarakter daşıyır və qlobal məsələlərin
həllində mühüm rol oynayır.
Kosmik və aeroüsulların neft-qaz yataqlarının axtarışında
əhəmiyyəti və rolu çox böyükdür. Bu üsulların tətbiqi nəticəsin-
də alınan materialların deşifrlənməsində başlıca məqsəd struktur
formaların müəyyən olunmasıdır. Çünki struktur formalar neft-
qaz yığımlarının başlıca mənbəidir. Struktur formalara
dizyunktivlərlə mürəkkəbləşən və mürəkkəbləşməyən antiklinal
qırışıqlar, duz günbəzləri və palçıq vulkanları ilə mürəkkəbləşən
qalxımlar, monoklinallar, rif masivləri və s. daxildir. Məlumdur
ki, neft-qaz yataqları həmin struktur formalarla əlaqədar olur.
Ona görə də neftlilik-qazlılıq cəhətdən struktur formalar böyük
əhəmiyyət kəsb edir. Bu baxımdan lokal qalxımları geofiziki,
geoloji və qazma işlərindən əvvəl öyrənilən ərazidə müəyyən
etmək üçün aeroüsullardan istifadə olunmalıdır. Müəyyən
edilmişdir ki, planetimizin müasir relyefi müasir tektonik
hərəkətlər nəticəsində formalaşmışdır. Ona görə də aeroüsullar-
da əks olunan landşaft lokal qalxımların paylanmasını dəqiq
verə bilər. Müasir qalxmaya məruz qalan lokal qalxımlar üzərin-
də radial dairəvi və ellips formalar əks olunur. Hidroqrafik
şəbəkələrə və geomorfoloji əlamətlərə görə aeroüsullarla müasir
dövrdə öz inkişafında müsbət tektonik hərəkətlərin elementlərini
əks etdirən lokal qalxımlar müəyyən edilir. Məsələn, Qərbi Sibir
Epihersin platformasında geomorfoloji əlamətlərə görə
aeroüsullarla neftlilik-qazlılıq cəhətdən müsbət qiymətləndirilən
çoxlu qalxımlar müəyyən edilmişdir.
Duz tektonikası inkişaf edən ərazilərdə torpağın və bitkilə-
rin xarakteri onların müəyyən edilməsinə kömək göstərir.
Məsələn, duz günbəzləri intişar edən qalxımlarda bitki örtüyü
qeyd olunmur. Qalxımın mərkəzində duz inkişaf edən zonada
aeroşəkilin tonu açıq rəngdə olur.
Palçıq vulkanları aeroplanalmada yaxşı seçilir. Aeroüsul-
larla həmçinin sualtı strukturların öyrənilməsi də mümkündür.
Bu üsullarla Xəzər, Qara və Azov dənizlərində xeyli qırışıqlar
müəyyən edilmişdir.
Aeroplanalmadan neft-qazın birbaşa müəyyən edilməsində
də istifadə edilir. Neft ləkələri (təbii ləkələr) aeroşəkillərdə tünd
tonda qeydə alınır. Qaz çıxışlarının yerləri ağ ləkələr fonunda
göstərilir.
Aeroşəkillərdə tektonik qırılmalar da əks olunur. Tektonik
qırılmalar aeroşəkillərdə struktur-geoloji, geomorfoloji və hid-
roqrafik əlamətlərə görə müəyyən olunur. Struktur-geoloji əla-
mət qırılmaya nəzərən blokların sürüşməsinə əsaslanır. Burada
tektonik qırılmanın qanadlarında layların əyimi və müxtəlifliyi
onun varlığını sübut edir.
Geomorfoloji və hidroqrafik əlamətlərə isə relyef qalxım
sistemlərinin xəttliyi, göl, bataqlıq, terrasların olması, çay vad-
ilərinin yerdəyişməsi və s. daxildir. Bu əlamətlərin köməyilə
tektonik qırılmaları deşifrləmək olar.
Neftli-qazlı strukturların müəyyən olunmasında geotekto-
nik məlumatların da böyük rolu vardır.
Neft-qaz axtarışında kosmik tədqiqatlar böyük əhəmiyyət
kəsb edir. Kosmik tədqiqatlar peyklər, kosmik gəmilər və kos-
mik orbital stansiyalar vasitəsilə yerinə yetirilir. Bu tədqiqatlar
nəticəsində alınan materiallar əsasında müəyyən edilən müxtəlif
miqyaslı qırışıqlar müəyyən olunur, tektonik qırılmalar ayrılır və
onların yaşı göstərilir.
Kosmik tədqiqatların köməyilə geoloji xəritələr tərtib olu-
nur. Bu xəritələrin kondisiyası adi üsullarla tərtib edilən geoloji
xəritələrdən heç nə ilə fərqlənmir. Kosmik üsullarla geo-
morfoloji tədqiqatlar da aparılır. Bu tədqiqatlar faydalı qazın-
tıların axtarışına yönəldilmişdir. Onların başlıca vəzifəsi rel-
yefdə anomal formaları müəyyən etməkdir. 4.8. şəklində Xəzər-
yanı çökəkliyin kosmik, geoloji və geofiziki tədqiqatlar əsasında
tektonik sxemi verilmişdir.
Şəkil 4.8. Xəzəryanı meqaçökəkliyin və qonşu rayonların
kosmik və geoloji-geofiziki məlumatlara görə tektonik sxemi:
Tektonik qırılmalar: 1-böyük amplitudalı; 2-uzununa və eninə
keçən regional qırılmalar; 3-kosmik məlumatlara görə verilən iri
anomaliyalar: (1-Cənubi Aral; 2-Baskunçaq; 3-Həştərxan; 4-
Qərbi Xəzəryanı; 5-Buzaçı); 4-perspektiv rayonlar və struktur-
lar. Qırışıqlıq sistemləri: 5-hersin; 6-Kimmeriy; 7-Alp. Dairədə
rum rəqəmi və hərflər: A-Xəzəryanı çökəklik; B-Şimali Xəzər
meqabloku; V-Qaraqum-Sarıqamış çökəkliklər sistemi: 1-Vol-
qoqrad-Bayqanin lineamenti; 2-Həştərxan-Saratov lineamenti;
3-Utta-Qultuq linamenti. İri geostruktur elementləri: D-Donbas;
Q-Umetov-Lişeyev çökəkliyi; E-Karpinski valı; J-Şimali Üst-
yurt sineklizi, Ş-Manıç çökəkliyi; İ-Mərkəzi Manqışlaq; K-
Mərkəzi Üstyurt qalxımı; L-Cənubi Manqışlaq; M-Qaraboğaz
tağı; N-Prikum valı; O-Terek-Xəzər çökəkliyi; P-Qərbi-Qafqaz;
R-Uralın cənub batımı (A.N.Şardanova görə 1983).
4.9. AXTARIŞ VƏ KƏŞFİYYAT İŞLƏRİNDƏ RİYAZİ
ÜSULLARDAN VƏ EHT- dən İSTİFADƏ OLUNMASI

Hazırda neft-qaz yığımlarının kəmiyyətjə proqnozlaşdırıl-


masında riyazi üsullardan, fiziki-riyazi modellərdən və EHT-
dən geniş miqyasda istifadə edilir. Qeyd etmək lazımdır ki,
geoloq neftlilik-qazlılığı proqnozlaşdırarkən EHT- dən istifadə
etməyi bajarmalıdır.
Son zamanlar axtarış-kəşfiyyat işlərinin çətinləşməsi ten-
densiyası gedir. Bunun səbəbi neftli-qazlı komplekslərin axta-
rışının daha dərində yatan çökmə süxurlarla əlaqədar olmasıdır
(Cənubi Xəzər, Xəzəryanı, Qərbi Kuban və s.). Təbiidir ki, bu
da axtarış və kəşfiyyat işlərinə qoyulan maddi vəsait, material və
əmək ehtiyatları həcminin artmasına səbəb olur. Daha doğrusu
faktiki geoloji məlumatların alınmasına sərf olunan xərcin
artması ilə nəticələnir. Ona görə də hazırda alınan geoloji
məlumatları EHT-dən, riyazi üsullardan istifadə etmədən tədqiq
etmək olmaz. Bu üsullarla tədqiq çox qısa vaxta başa çatır.
EHT-dən istifadə etmək üçün birinci növbədə tədqiqat ob-
yekti seçilməlidir. Məsələn, geoloji əyalət daxilində az öyrə-
nilmiş neftli-qazlı vilayət varsa, onda tədqiqat obyekti kimi hə-
min vilayət götürülür. Obyektin "xarici" fonu isə neftli-qazlı
əyalət olacaqdır.
Seçilən obyekt sistem olub, sisteməmələgətirici ilə əlaqə-
dar olan bir neçə yarımsistemə ayrılır. Sistem əvvəlcə diaqram
və blok-diaqram şəklində göstərilir. Sonra isə riyazi model qu-
rulur. Riyazi modelə alqoritm və onun həllolma proqramı da-
xildir. Geoloji-riyazi sistem 4.9. şəklindəki sxemdə verilmişdir.
Şəkil 4.9. Geoloji-riyazi sistem.

Axtarış və kəşfiyyat işlərinin idarə olunması sistemli təh-


lilin, riyazi üsulların və EHT-nin əsasında qurulmalıdır. Çünki
bunlarsız nə böyük həcmdə alınan geoloji məlumatların təhlilini,
nə də neft və qazın axtarışında istehsalat məsələlərini tez bir
zamanda həll etmək mümkün deyildir.
EHT- dən istifadə üç istiqamətdə inkişaf edir:
· axtarış-kəşfiyyat proseslərinin idarə edilməsi və effektli
tədqiqat aparılması üçün informasiya sistemlərinin yaradılması,
yaxud informasiyaların planalması və təhlilinin avtomatlaşdır-
ması;
· geoloji quruluşu, neftlilik-qazlılığı və qaz yığımlarını öy-
rənmək məqsədilə elmi və təcrübi məsələlərin həll olunması;
· axtarış-kəşfiyyat proseslərinin operativ idarə olunması.
Neft-qaz geologiyası ilə əlaqədar olan məsələləri həll et-
mək, axtarış-kəşfiyyat işlərinin təşkili və idarə olunması üçün
xüsusi avtomatlaşdırılmış təşkilat sistemi olmalıdır. Belə bir
məlumat sisteminin yaradılmasında başlıca məqsəd toplanan
məlumatların keyfiyyətli, alınan nəticələrin isə həqiqətə yaxın
olmasıdır.
Müasir informasiya sistemlərinin inkişafı iki istiqamətdə
gedir:
1) müxtəlif tip məlumat bazalarının yaradılması;
2) lazımi informasiyaları almaq üçün yeni üsulların işlə-
nib hazırlanması.
İnformasiyaların toplanması və ondan istifadə olunması
prosesi aşağıdakı elementlərdən ibarətdir:
İnformasiyanın toplanması:
1. İnformasiyanın qəbulu: a) seçilmə; b) toplanma
2. İnformasiyanın işlənməsi; a) təsnif edilmə, b) indeks-
ləşdirmə və ümümləşdirmə, v) katoloqlaşdırma.
3. İnformasiyanın saxlanılması; a) informasiyanın saxlan-
ma vəsaiti, b) informasiyanın təşkili.
İnformasiyadan istifadə:
1. İnformasiyanın işlənilməsi: a) informasiya problemləri-
nin təyini, b) informasiya mənbələrinin eyniləşdirilməsi, v) axta-
rış informasiyanın startı, q) informasiyanın selektiv seçilməsi.
2. İnformasiyanın qəbulu: a) informasiyanın verilməsi, b)
informasiyanın sənədləşdirilməsi.
İnformasiya sistemi elmi və istehsalat məsələlərini həll et-
mək üçün paket proqram və yarımproqrama malikdir. Proqram
sistemi ilə aşağıdakı geoloji məsələlər həll edilir:
· xəritəalma üsulu ilə geoloji parametrlərin proqnozlaşdı-
rılması;
· alınmış seçmə məlumatların statistik xarakteristikalarının
hesabı;
· geoloji parametrlərin asılılıq qrafiklərinin qurulması;
· karbohidrogen yataqların proqnozlaşdırılması.
Geoloji-kəşfiyyat prosesinin hər bir etap və mərhələsi üzrə
yeni paket proqram hazırlanmalıdır.
Hazırda regional etap üzrə hazırlanmış paket proqramlar
əsasında çöküntütoplanmanın xarakteri, ayrı-ayrı komplekslərin
litoloji tərkiblərinin dəyişməsinin proqnozlaşdırılması, neft-qaz
əmələgətirici qatın proqnozlaşdırılması, regional geoloji profil-
lərin, ayrı-ayrı sənədlər üzrə struktur xəritələrin qurulması, aero-
kosmik məlumatların deşifrlənməsi, neftli-qazlı zonaların proq-
nozlaşdırılması və s. öyrənilir.
Axtarış etapında böyük həcmli informasiya əsasında regio-
nal etapda baxılan məsələlər daha dəqiq həll olunur. Bu etapda
həmçinin geofiziki və geokimyəvi üsulların məlumatlarına
əsasən yeni proqram hazırlanmış, seysmik materialların maşında
işlənilməsi tətbiq edilmişdir.
Kəşfiyyat etapında isə EHT-nin köməyilə geoloji vahidlə-
rin (məhsuldar qatın) müxtəlif modeli qurulur. Kəşfiyyat qu-
yularının səmərəli yerləşmə sistemi layihələndirilir, geoloji- mə-
dən parametrlərinin və süxurların fiziki xüsusiyyətlərinin də-
yişməsi proqnozlaşdırılır, süxurların korelyasiyası verilir, neft-
qaz ehtiyatı hesablanır.
İ.S.Cəfərov və N.M.Cəfərova tərəfindən hazırlanmış geo-
xəritə avtomatik sistemi yataqların axtarışı mərhələsində geniş
tətbiq olunur. Bu avtomatik sistem aşağıdakı proqramı özündə
birləşdirir: səkkizinci dərəcəli polinominal trend səthlərinin
qurulması və trend səthləri xəritələrinin çap olunması; Fure iki
sıralı trend səthlərinin təsviri; öyrənilən ərazinin ayrı-ayrı kiçik
sahələri üçün trend səthlərinin qurulması; üçüncü dərəcəli
dördölçülü trendlə istənilən kəsiliş üzrə profilin qurulması və s.
Geoxəritə sistemindən istifadə edərək lazımlı geoloji xəritələr
qurulur. Belə xəritələrə qalınlıqların, qumluluğun dəyişmə qanu-
nauyğunluğu, lokal strukturların forma və ölçüləri, litoloji-
stratiqrafik vahidləri və s. daxildir (şəkil 4.10, 4.11).

Şəkil 4.10. Yevlax-Ağcabedi çökəkliyində Ağcaqıl


çöküntülərinin dördüncü dərəcəli trend üzrə
qalınlıqlar xəritəsi ( İ.S.Cəfərova görə).

Şəkil 4.11. Hamamdaq qalxımında (Cənubi Xəzər çökəkliyi)


məhsuldar qatın (alt Plosen) YII horizontunun qumluluq xəritəsi
(İ.S.Cəfərova görə).
Y. FƏSİL. AXTARIŞ-KƏŞFİYYAT İŞLƏRİNİN
ETAP VƏ MƏRHƏLƏLİYİ

5.1. REGİONAL ETAP

Regional neft-qaz axtarışı işləri heç bir geoloji tədqiqat


aparılmayan, yaxud geoloji quruluşu və neftlilik-qazlılığı çox az
öyrənilən rayon və vilayətlərdə aparılır. Bu etapda başlıca
obyekt neftli-qazlı hövzələr və neftli-qazlı zonalardır. Təlimata
görə axtarış və kəşfiyyat işləri 5.1. cədvəlindəki etap və mərhə-
lələrə bölünür.
Cədvəl 5.1.

Etap Mərhələ Yarımmərhələ


1.Neft-qazlılığın proqnozlaşdırıl-
Regional

ması.
2. Neftli-qazlı zonaların qiymət-
ləndirilməsi.
1.Neftli-qazlı obyektlərin müəy- a) obyektlərin müəy-
yən olunması və axtarış qazması- yən olunması;
Axtarış

na hazırlanması. b) obyektlərin axtarış


qazmasına hazırlan-
ması.
2. Yataqların axtarışı
1. Yataq və fərdi yataqların qiy-
Kəşfiyyat

mətləndirilməsi
2. Yataq və fərdi yataqların işlə-
nilməyə hazırlanması

Regional neft-qaz axtarışı işlərində aşağıdakı məsələlərə


xüsusi diqqət yetirilir:
· tədqiq olunan ərazinin çökmə örtüyünün geoloji qurulu-
şunun, stratiqrafiq komplekslərinin, onların litoloji-fasial xüsu-
siyyətlərinin və qalınlıqlarının dəyişməsi;
· tədqiq olunan ərazinin ümumi geoloji quruluşu və inkişaf
tarixi;
· ərazinin geotektonik rayonlaşdırılmasının aparılması,
müxtəlif dərəcəli struktur elementelərin və struktur mərtəbələrin
ayrılması;
· tədqiq olunan ərazinin neft-qazəmələgəlmə və neft-qaz-
toplama şəraitləri, regional neftli-qazlı kompleksləri, örtük (pis
keçirici süxurlar) və kollektor süxurları;
· neftlilik-qazlılığın perspektivliliyinin qiymətləndirilməsi
və resursların proqnozlaşdırılması (D1 və D2);
· axtarış etapı üçün ən perspektivli rayon və zonaların ay-
rılması.
Regional axtarışda kompleks tədqiqat işləri aparılır. Hə-
min işlərə geoloji, geofiziki, geokimyavi, hidrogeoloji, qazma və
həmçinin elmi tədqiqatlar daxildir.
Geoloji tədqiqatlar regional (1:1000000, 1:500000,
1:200000) miqyaslarda geoloji və struktur, geomorfoloji xəritə
almalardan ibarətdir. Bu işlər tədqiq olunan ərazinin ümumi
geoloji quruluşunun və çökmə örtüyünün stratiqrafiyasının öyrə-
nilməsinə imkan yaradır. Adətən, belə geoloji xəritəalma işləri
geokimyavi və hidrogeoloji tədqiqatlarla müşayət olunur. Re-
gional geokimyavi tədqiqatlar neft-qaz çıxışlarının və süxurların
bitumluluq xüsusiyyətlərinin öyrənilməsinə yönəldilir. Bu təd-
qiqatların aparılmasında məqsəd sedmentasiya hövzəsinin geo-
kimyavi şəraitini tədqiq etmək üçün neft-qaz törədən lay dəs-
tələrini ayırmaqdır.
Hidrogeoloji tədqiqatlar isə ərazidə rast gələn su çıxışları
üzərində aparılır. Hidrogeoloji tədqiqatlar zamanı suların mine-
rallaşma dərəcəsi və tipi, rast gələn mikroelementlər, üzvi bir-
ləşmələr, həll olmuş qazlar, onların tərkibləri, həmçinin lay su-
larının hərəkət istiqamətləri öyrənilir. Yuxarıda qeyd olunan bü-
tün məlumatlar ərazinin neftlilik-qazlılıq perspektivliyini qiy-
mətləndirir.
Regional neft-qaz axtarışı işlərində geofiziki tədqiqatlar
xüsusi yer tutur. Tədqiqat zamanı aşağıdakı məsələlər diqqətlə
öyrənilir:
· bünövrənin struktur quruluşu və dərinliyi;
· bünövrə ilə çökmə süxur örtüyünün qarışılıqlı əlaqəsi;
· tektonik qırılmalar;
· iri litoloji-stratiqrafik komplekslər.
Bu məsələlərin həlli üçün tədqiq olunan ərazidə maqnito-
metrik, qravimetrik, elektrometrik, seysmik tədqiqatlar aparılır.
Qeyd edilən geofiziki tədqiqatlar içərisində seysmik üsul
bu etapda xüsusilə yaxşı nəticə verir. Bünövrə quruluşunun öy-
rənilməsində SDƏÜ, çökmə örtüyünün tədqiqində isə DƏZÜ və
ÜDNÜ bu cəhətdən diqqətəlayiqdir. Regional axtarış işlərində
seysmik tədqiqatlar əsasən seysmik profilləmə yolu ilə aparılır.
Ayrı-ayrı hallarda isə seysmik zondlanma işləri tətbiq edilir.
Neftli-qazlı ərazilərin regional öyrənilməsi işlərində elekt-
rometrik üsulların tətbiqi də müvəffəqiyyətli sayılmalıdır.
Bünövrə quruluşu dərində yerləşməyən (2-3 km olan) rayonlar-
da çökmə örtüyünün ümumi qalınlığını litoloji-fasial kompleks-
ləri və onların tektonik xüsusiyyətlərini VEZ, TJ və digər elek-
trometrik üsullarla öyrənmək olur.
Regional etapda geofiziki üsullar kompleks tətbiq edildik-
də, eləcə də onların məlumatları dayaq və ya parametrik quyu-
ların materialları ilə müqayisəli şəkildə öyrənildikdə geofiziki
üsulların nəticələrinin keyfiyyəti artır.
Köhnə neftli-qazlı rayonlarda çökmə örtüyünün məlum
olmayan alt hissəsi SDƏÜ, ÜDNÜ və DNQÜ ilə öyrənilir. Bu
etapın mərhələlərində əsasən dayaq və parametrik quyular qa-
zılır. Məlum olduğu kimi dayaq quyuları neftlilik-qazlılığı mə-
lum olmayan və yeni tədqiq olunan ərazilərdə çökmə örtüyünün
kəsilişini öyrənmək məqsədilə qazılır. Bəzən dayaq quyuları ilə
neft-qaz yığımları və digər faydalı qazıntılar müəyyən edilir. Pa-
rametrik quyular isə geoloji və geofiziki cəhətdən zəif öyrə-
nilmiş rayonlarda qazılır. Parametrik quyular tədqiq olunan ra-
yonun geoloji quruluşunu, çökmə örtüyü süxurlarının geofiziki
xüsusiyyətlərini və neftlilik-qazlılıq perspektivliyinin qiymətlən-
dirilməsini öyrənmək məqsədilə qazılır. Son vaxtlar belə qu-
yulardan köhnə neftli-qazlı sahələrin öyrənilməyən alt hissəsini
tətqiq etmək məqsədilə də istifadə edilmişdir. Parametrik quyu-
ların yeri regional geofiziki və geokimyəvi tədqiqatlar nəticəsin-
də müəyyən edilir.
Regional axtarış mərhələlərində tədqiq olunan vilayətlərdə
bəzən geofiziki tədqiqatların nəticələri effektli olmur. Ona görə
də, belə ərazilər tektonik qırılmalarla mürəkkəbləşdiyindən
profillər üzrə struktur quyularının qazılması məsləhət götürülür.
Struktur quyularının məlumatlarına görə bir neçə dayaq
horizontu seçilir və onlara əsasən iri struktur elementlərin tek-
tonik quruluşu öyrənilir. Bu işlər ən çox axtarış etapında aparılır.
Regional neft-qaz axtarışı işlərinin son nəticəsi elmi tədqi-
qatların aparılması ilə müəyyən edilir. Daha doğrusu müxtəlif
tədqiqat üsullarına görə toplanan məlumatlar elmi cəhətdən təd-
qiq olunur. Tədqiqata kompleks işlər: stratiqrafik kəsilişin
bölgüsu, litoloji-fasial və paleocoğrafi xüsusiyyətlər, stratiqrafik
uyğunsuzluqları, struktur mərtəbələri, kəsilişlərin müqayisəsi,
struktur elementlərin tektonik quruluşu və paleotektonik inkişafı
və s. öyrənilməsi daxildir.
Məlumdur ki, hər hansı bir ərazidə tədqiqata onun çökmə
örtüyündə iştirak edən stratiqrafik kəsilişlərin öyrənilməsi ilə
başlanır. Düzgün stratiqrafik bölgüyə malik olmayan sahələrdə
aparılan axtarış işlərinin nəticəsi də düzgün olmayajaqdır. Ona
görə də stratiqrafik kəsilişlərin düzgün tədqiqi vacibdir. Litoloji-
fasial və paleocoğrafi tədqiqatlar əsasında ərazinin çökmə ör-
tüyü kəsilişinin litoloji tərkibi, paleocoğrafi şəraiti öyrənilir.
Dediklərimizdən əlavə, kəsilişdə iştirak edən çökmə süxurların
kollektorluq və örtük qabiliyyətləri də izah edilir.
Tektonik və paleotektonik tədqiqatlar əsasında isə tektonik
rayonlaşdırma, ayrı-ayrı struktur elementlərin geoloji inkişafının
xüsusiyyətələri və s. məsələlər tədqiq edilir.
Yuxarıda qeyd edilən kompleks tədqiqatlar əsasında ərazi-
nin (vilayətin) neftlilik-qazlılığa görə perspektivlik xəritəsi tərtib
olunur, regional neftli-qazlı komplekslər müəyyən edilir və
axtarış etapı üçün perspektivlilik dərəcəsinə görə daha yüksək
qiymətləndirilən zona və rayonlar ayrılır.

5.2. AXTARIŞ ETAPI

Axtarış etapında görüləcək işlər regional tədqiqatlar nəti-


cəsində ayrılan və neftlilik-qazlılıq perspektivliyi baxımından
yüksək qiymətləndirilən rayonlarda aparılır. Neft-qaz axtarışı
işləri həll edilən məsələlərin xarakterindən asılı olaraq iki mər-
hələyə ayrılır: obyektlərin müəyyən olunması və axtarış qazma-
sına hazırlanması və yataqlrın axtarışı.
Axtarışın birinci yarısında başlıca məqsəd- neftlilik-qazlı-
lıq baxımından perspektivli lokal qırışıqları müəyyən etmək və
axtarış qazmasına hazırlamaqdır. Bu mərhələdə aparılan geoloji-
geofiziki tədqiqatlar zamanı aşağıdakı məsələlər həll edilir:
· tədqiq olunan rayon və sahələrin geoloji quruluşunun
və geoloji inkişaf tarixinin mükəmməl öyrənilməsi;
· tədqiq olunan rayon və sahələrin neftlilik-qazlılıq pers-
pektivliyinin qiymətləndirilməsi və S3 kateqoriyasına görə
perspektiv resursun hesablanması.
Bu mərhələdə aparılan axtarış işlərinin effektivliyi, əvvəl-
cə regional neft-qaz axtarışında aparılan tədqiqatların nəticə-
lərindən çox asılıdır. Əgər regional neft-qaz axtarışında struktur
elementlərin geoloji quruluşu, süxurların litoloji-fasial tərkibi,
tədqiq olunan ərazinin geoloji inkişaf tarixi haqqında düzgün
məlumat əldə edilməmişsə, bu, mükəmməl axtarış işlərinin də
yanlış istiqamətlənməsinə səbəb olur. Bəzən hansı regional
struktur elementə daxil olduğu məlum olmayan sahələrdə mü-
kəmməl axtarış işləri aparılır. Əlbəttə, bu da axtarış işlərinin
xeyli uzanmasına səbəb olur. Axtarış etapı işlərinin birinci ya-
rısında aşağıdakı kompleks tədqiqatlar aparılır: geoloji, geofi-
ziki, geokimyəvi, hidrogeoloji, eləcə də qazma işləri. Tədqiqat
işlərinin növü, miqyası, ardıcillığı öyrənilən rayon və sahələrin
geoloji şəraitindən, öyrənilmə dərəcəsindən və tətbiq olunan
üsulların iqtisadi cəhətdən əlverişli olmasından asılıdır.
Geoloji və struktur-geoloji xəritəalmalar 1:200000,
1:100000, 1:50000 miqyaslarında aparılır. Belə xəritəalmadan
məqsəd ayrı-ayrı rayon, sahə və strukturların geoloji quruluşu-
nun öyrənilməsi və onların sonrakı mükəmməl tədqiqatlara
(geofiziki, qazma işlərinə) hazırlanmasıdır.
Qeyd olunan xəritəalma alətlidir. Əgər tədqiq olunan sahə-
lər dördüncü dövr çöküntüləri ilə örtülmüşsə xəritəalma işləri
xəritəalma qazmaları ilə (xəritəalma quyuları, şurflar, xəndəklər
və s.) müşayiət olunur. Geoloji və struktur-geoloji xəri-
təalmalardan əlavə, həmin sahələrdə struktur-geomorfoloji təd-
qiqatlar da aparılır.
Axtarış etapının birinci yarısında aparılan geofiziki tədqi-
qatlar aşağıdakı geoloji məsələləri həll etməlidir:
· müxtəlif struktur mərtəbələrlə əlaqədar olan lokal qal-
xımların axtarışı;
· stratiqrafik uyğunsuzluqların axtarışı və izlənilməsi;
· tektonik qırılmaların izlənilməsi;
· kollektor süxurların öyrənilməsi, pazlaşma zonalarının
izlənilməsi;
· lokal qalxımların quruluşlarının dəqiqləşdirilməsi və qaz-
maya hazırlanması.
Bu məsələlər kompleks geofiziki üsullarla öyrənilir. Əl-
bəttə, bu işdə başlıca rolu seysmik kəşfiyyat oynayır. Lakin, bu-
nunla belə ayrı-ayrı məsələləri izah edərkən digər geofiziki üsul-
ların da köməyindən istifadə edilir.
Son vaxtlar bütün neftli-qazlı vilayətlərdə əksər strukturlar
geofiziki tədqiqatlarla birbaşa dərinlik qazmasına hazırlanır.
Geofiziki tədqiqatlar gizli (basdırılmış) strukturlar geniş yayılan
rayonlarda, eləcə də struktur planları uyğun gəlməyən sahələrdə
xüsusilə yaxşı nəticə verir. Axtarış işlərində DƏÜ, ÜDNÜ və
DİQÜ kimi geofiziki tədqiqatlar geniş tətbiq edilir. Bu məqsədlə
1:100000-dən 1:25000-dək miqyaslarda sahə üzrə tədqiqatlar
aparılır. Mükəmməl neft-qaz axtarışı işlərində müxtəlif
modifikasiyada elektrometrik üsullar da edilir. Onlar 1:200000-
dən 1:25000- dək miqyaslarda aparılır. Ayrı-ayrı vilayətlərdən
valabənzər qalxımların, lokal strukturların, rif massivlərinin və
duz günbəzlərinin müəyyən olunmasında qravimetrik üsullar
yaxşı nəticə verir.
Tədqiq olunan rayonların neftlilik-qazlılıq perspektivliyini
qiymətləndirərkən geokimyəvi, hidrogeoloji, hidrokimyəvi, və
geotermik tədqiqatlardan da istifadə edilir.
Axtarış etapında ən çox qaz planalması üsulu, sərbəst qaz
və qaz-kern geokimyəvi üsulu tətbiq edilir. Axtarış etapının bi-
rinci yarısında struktur və ayrı-ayrı hallarda isə parametrik qu-
yuların qazılması məsləhət görülür.
Neftli-qazlı vilayətlərdə (xüsusilə geofiziki üsul effektli
olmadıqda) lokal strukturları axtarış qazmasına hazırlamaq üçün
çoxlu miqdar struktur quyularının qazılması tələb olunur. Struk-
tur quyular öyrənilən sahənin geoloji quruluşundan asılı olaraq
müxtəlif dərinliyə və müxtəlif dayaq horizontuna qazılır. Bəzi
sahələrdə isə struktur qazma və geofiziki üsullar kompleks
tətbiq olunur ki, bu da sahənin axtarış qazmasına tez hazırlan-
masına böyük köməklik edir və struktur quyularının qazılma sa-
yını xeyli azaldır.
Adətən, parametrik quyular regional tədqiqatlar zamanı
qazılır. Lakin bəzən geoloji quruluşca mürəkkəb olan rayonlarda
geofiziki üsulları (xüsusilə seysmik kəşfiyyat) tətbiq etmək məq-
sədi ilə həmin rayonlarda parametrik quyuların qazılması
məsləhət görülür.
Mükəmməl neft-qaz axtarışı işlərinin nəticələrini müəyyən
etmək, ilkin materialları nizamlamaq üçün elmi tədqiqatların da
aparılması vacibdir. Belə tədqiqatlar nəticəsində struktur, struk-
tur-geoloji, geofiziki xəritələr və profillər qurulur, stratiqrafik
kəsiliş və müqayisə (korrelyasiya) sxemləri dəqiqləşdirilir. Əgər
ilkin məlumatlar kifayət edirsə paleogeoloji, paleotektonik və
paleocoğrafi xəritələr də tərtib edilir.
Qurulan və yenidən dəqiqləşdirilən xəritə və sxemlər əsa-
sında tədqiq etdiyimz rayon üçün neftlilik-qazlılığın perspek-
tivliyi xəritəsi qurulur və birinci növbəli (neftlilik-qazlılığa görə)
sahələr ayrılaraq sonrakı işlərə hazırlanır.
Axtarış etapının ikinci mərhələsində başlıca məqsəd ayrı-
lan birinci növbəli sahələrdə neft-qaz yataqlarını və ya neftlilik-
qazlılığı aşkar edilən yataqlarda isə yeni neft-qaz fərdi yatağını
müəyyən etməkdir. Bu mərhələdə aşağıdakı məsələlər həll olu-
nur:
· tədqiq olunan sahənin geoloji quruluşunun öyrənilməsi;
· tədqiq olunan sahənin kəsilişində məhsuldar (neftli-qazlı)
və perspektivli təbəqələrin ayrılması;
· yataq və fərdi yatağın geoloji-iqtisadi qiymətləndirilməsi
və ehtiyatının hesablanması üçün məlumatların əldə edilməsi (S2
və S1 kateqoriyalarına görə).
Bu məsələlər axtarışın birinci yarısında seçilən strukturlar-
da yerləşdirilən axtarış quyularının qazılması və sınanması
nəticəsində həll edilir. Birinci axtarış quyusunu strukturun ən
yüksək hissəsində yerləşdirmək (hiksometrik cəhətcə) və texni-
kanın imkan verdiyi dərinliyə qədər qazmaq məsləhət görülür.
Quyu qazılarkən kern və şlam nümünələri götürülməli, komp-
leks mədən-geofizikası tədqiqatları aparılmalıdır. Qazma zamanı
xüsusi sınaq cihazları ilə perspektivli sayılan horizontlar
sınanmalıdır.
Axtarış qazması prosesində ayrılan məhsuldar horizontlar-
da geokimyəvi (qaz və bitum karotajı), sulu horizontlarda isə
hidrogeoloji tədqiqatlar aparılmalıdır. Hidrogeoloji tədqiqatlara
suların minerallaşması, tipi, hasilatı, statik səviyyəsi, temperatu-
ru, həll olmuş qazın tərkibi və doyma təzyiqi və s. daxildir.
Axtarış-qazma quyularının məlumatları vaxtında işlənil-
məli və onların əsasında sahənin stratiqrafik kəsilişi, müqayisə
sxemi, struktur xəritəsi, profilləri, kollektorluq xüsusiyyətləri,
məhsuldar horizontların qalınlıqları və digər qrafik materiallar
dəqiq tərtib edilməli və yoxlanılmalıdır. Mükəmməl neft-qaz
axtarışı işlərinin ikinci yarısı tədqiq olunan sahənin (lokal struk-
turun) S1 və S2 kateqoriyasına görə ehtiyatın hesablanması ilə
başa çatır.
Axtarış qazması, yəni yatağın axtarışı axtarışın digər mər-
hələsindən fərqli olaraq qısa müddət içərisində aparılır. Neft və
qaz yataqları növlərinin müxtəlifliyi səbəbindən axtarış quyuları
sahənin konkret geoloji quruluşundan və yatağın formasından
asılı olaraq layihələndirilir. Müxtəlif tip neft və qaz yataqlarının
axtarışı ilə əlaqədar olaraq toplanan faktiki materiallar axtarış
quyularının layihələndirilməsinin əsas məsələlərini həll etməyə
imkan verir.
Quyuların layihələndirilməsində yatağın əlaqədar olduğu
tələlərin əmələgəlmə tarixi və fluidin miqrasiya istiqamətinin
öyrənilməsinin çox böyük əhəmiyyəti vardır.
Axtarış quyularını qazmaya hazırladıqda sahənin qurulu-
şunda iştirak edən neftli-qazlı horizontların sayının nəzərə alın-
ması əsas məsələlərdən biridir. Belə ki, ilk növbədə axtarış qu-
yuları geoloji quruluşunda nisbətən daha çox neftli-qazlı hori-
zontlar iştirak edən strukturlar üzərində qazılmalıdır. Axtarış qu-
yuları sənaye əhəmiyyətli neftli-qazlı yatağın varlığını müəyyən
etdikdən sonra kəşfiyyat qazması fəaliyyətinə başlayır. Təcrübə
göstərir ki, bəzən sahələri tez bir zamanda işləməyə hazırlamaq
məqsədilə axtarış quyularının qazılması mərhələsinin
qurtarmasını gözləmədən kəşfiyyat qazmasına başlanır. Ona
görə də, belə hallarda axtarış və kəşfiyyat işləri qarışıq aparılır
və bunlar arasında sərhəd qoyulmur.
Hələ 1940-ci ilədək axtarış quyularının yerləşdirilməsində
antiklinal nəzəriyyə rəhbər tutulurdu. Odur ki, axtarış quyuları
strukturların tağinda və tağətrafı hissələrində qoyulurdu. Sonra-
lar yeni yataq tiplərinin (litoloji və stratiqrafik) açılması ilə əla-
qədar olaraq quyuların yerləşdirilməsi metodikasında müəyyən
dəyişikliklər edilmişdir.
LOKAL STRUKTURLARIN AXTARIŞINDA TƏTBİQ
OLUNAN ÜSULLARIN KONKRET GEOLOJİ ŞƏRAİTDƏN
ASILI OLARAQ ARDICİL SEÇİLMƏSİ

Bu və ya digər tədqiqat üsulunun seçilməsi konkret geoloji


şəraitdən, həm də tədqiq olunan sahənin öyrənilmə dərəcəsindən
asılıdır. Belə ki, zəif öyrənilən və örtülü sahələrin geoloji
quruluşu geofiziki üsulların tətbiqi ilə öyrənilir. Ayrı-ayrı lokal
strukturların quruluşlarını dəqiqləşdirmək üçün seysmik kəş-
fiyyat üsullarından və struktur quyuların məlumatlarından
istifadə olunur. Çökmə süxurların yer səthinə çıxdığı sahələrdə
çöküntü komplekslərinin struktur planları arasında uyğunsuzluq
olmadıqda axtarış məqsədilə geoloji xəritəalma üsullarından isti-
fadə olunur. Neft-qaz əmələgətirən və neftli-qazlı dəstələrin aş-
kar edilməsi məqsədilə geoloji və geofiziki üsullar tətbiq edilir.
Tektonika ilə əlaqədar olan məsələlər həm geoloji, həm də
geofiziki üsullar vasitəsilə öyrənilir.
Axtarış qazması və ya yataqların axtarışı mərhələsində
qarşıya qoyulan məsələləri həll etmək üçün axtarış qazmasından
istifadə olunur. Bu mərhələdə həmçinin neft və qazlılığın bir-
başa təyinində istifadə olunan geofiziki üsullar da tətbiq edilir.

AXTARIŞ-QAZMA QUYULARININ
BAŞLICA VƏZİFƏLƏRİ

Geoloji və geofiziki işlərin nəticəsində müəyyən sahənin


perspektivliyi müsbət həll edilərsə və həmin sahədə axtarış qaz-
masının zəruriliyi kifayət qədər əsaslandırılmış olarsa, onda
həmin sahədə neft-qaz yatağının varlığı axtarış quyuları ilə
müəyyən edilir. Dərin axtarış quyularının qazılmasından məqsəd
neft-qaz yatağını aşkar etmək, yataq tapılmadıqda isə onu
əsaslandırmaqdan ibarətdir.
Axtarışın birinci mərhələsindən fərqli olaraq son mərhələsi
qarşısında duran məsələnin həlli üçün üsulun seçilməsi heç bir
çətinlik törətmir. Ona görə ki, yataqların müəyyən edilməsi
ancaq quyular vasitəsilə mümkündür. Hazırda bunu əvəz edən
ikinci bir üsul yoxdur.
Axtarış qazması qarşısında qoyulan vəzifələrin ən çətin və
ən məsuliyyətlisi quyuların yerlərinin təyini və bunların yerləş-
dirilmə sisteminin seçilməsidir. Aydındır ki, bu çətinlik müxtəlif
tip yataqların movcud olması səbəbindən irəli gəlir.
Axtarış quyularının yerləşdirilməsi qırışığın formasının
həndəsi düzgünlüyündən çox asılıdır. Yalnız bu düzgünlük sax-
landığı halda biz axtarış quyusu üçün nöqtəni kifayət qədər də-
qiqliklə seçə bilərik. Lakin qeyd etməliyik ki, yer səthindən də-
rinə getdikcə layların yataqdakı həndəsi düzgünlüyü pozulur.
Beləliklə, nisbətən dayaz yataqların axtarışında (1000-2000 m-ə
qədər) yer səthindəki müşahidələrin və struktur qazmanın ver-
diyi məlumatlar üzrə tərtib edilmiş struktur xəritə və profillər
axtarış quyuları üçün nöqtələri kifayət qədər dəqiqliklə seçməyə
imkan verir.
Əksər hallarda dərində yatmış struktur formalar haqqın-
dakı təxmini məlumatlarla kifayətlənməli oluruq. Bu da axtarı-
şın əsas prinsipini müəyyən etməyə imkan verir. Həmin prinsip
ondan ibarətdir ki, axtarış quyularını tək-tək deyil, profil xətti
boyunca qruplarla yerləşdirmək lazımdır. Çalışmaq lazımdır ki
həmin xətt boyu yerləşən axtarış quyuları sahənin dərinliklə-
rində neft-qaz yataqlarının yerləşdiyi tələlərin ən çox qalxmış
hissələrini əhatə etsin və dərində yatan dəstələrin tağı onları
örtən dəstələrə nisbətən öz yerini dəyişmiş olsa da quyulardan
heç olmasa biri bu hissəyə düşsün. Axtarış quyularının bu cür
yerləşdirilməsi perpendikulyar profillər üsulu adlanır.
Quyuların belə yerləşdirilməsinin zəruriliyi ondan ibarət-
dir ki, qırışıqdakı yataqlar tağ hissədən aşağıda yerləşdikdə də
onu müəyyən edə bilir. Profil xətti üzrə qazılmış axtarış quyuları
kəsilişlərinin ümumiləşdirilməsi bu xətt üzrə geoloji profil
düzəltməyə və quyuların necə yerləşdiyi haqqında mülahizə yü-
rütməyə imkan verir.
Zəif ifadə olunmuş braxiantiklinal qırışıqlarda (platforma-
larda) layların litoloji tərkibinin dəyişməsi neft və qaz paylan-
masına xeyli təsir edə bildiyinə görə axtarış quyularını bir profil
üzrə deyil, iki və ya daha çox profil üzrə qazmaq əlverişlidir,
profil xətləri şüa üsulu ilə yerləşdirilməlidir.
Neft və qaz toplana bildiyi hər bir tələ tipi üçün xarakterik
istinad xətti seçilir. Bu xətt tələnin uzunu boyunca və onun neft-
qaz toplanması baxımından ən perspektivli sayılan hissələrinin
seçilməsi üçün əsas olur. Antiklinal qırışığın tağ hissəsinə tabe
olan yataqlar üçün axtarış qazmasında istinad xətti qırışığın tağ
xəttindən ibarət olur. Yataqların digər tipləri üçün istinad xətləri
həmin yataqların xüsusiyyətlərinə uyğun olaraq seçilir.
Axtarış qazmasının yerləşdiyi profil xətləri isə istinad xət-
tinə perpendikulyar yerləşdirilir.
Gizli yataqların axtarışında sahənin quruluşunu yalnız yer
səthindən tədqiqat aparmaqla öyrənmək kifayət deyil. Belə axta-
rışda dərində yatan gizli neftli-qazlı dəstənin struktur quruluşu,
onun qalınlığının və litoloji tərkibinin dəyişməsi və s. Haqqında
mühakimə yürütmək üçün geofiziki kəşfiyyat üsullarının,
parametrik və dərin struktur qazmasının verdiyi məlumatlardan
da istifadə edilməlidir.
Yer səthində neft və qaz təzahürləri olan elə sahələr rast
gəlir ki, onların dərinliklərində ehtimal ki, neftli-qazlı dəstə ya-
tır, lakin məlumat olmadığından dəstənin yatım şəraitləri haq-
qında mülahizə yürütmək mümükün olmur. Belə halda köməyə
geofiziki kəşfiyyat üsulları və böyük dərinlikli struktur qazması
gəlir.
Müəyyən sahənin geoloji quruluşu kifayət qədər tam öyrə-
nilərsə, axtarış quyularının sayı minimuma çatdırıla bilər. Mə-
sələn, yer səthində aparılan geoloji tədqiqat nəticəsində antik-
linal quruluşun olduğu və neftli-qazlı dəstənin yer səthində üzə
çıxan laylara uyğun yatdığını müəyyən etmişiksə, axtarış qu-
yularının minimal sayı ilə kifayətlənmək olar. Qanadları çox
yastı olmayan və böyük qırılmalarla mürəkkəbləşməyən qırışı-
ğın tağ hissəsində neftli dəstənin bütün qalınlığından keçən bir
quyu qazmaq nəzəri olaraq tamamilə kifayətdir. Əgər bu dəstə
çox qalın, qırışıq isə çəp yatarsa, dəstənin yuxarı hissəsini tağda
açan quyu, onun aşağı hissəsini tağ zonasında açmaq üçün ikinci
axtarış quyusu qazmaq lazım gələcəkdir.
Yadda saxlamaq lazımdır ki, neftli-qazlı laylara rast gəl-
məyən quyuları lazımsız saymaq olmaz. Əgər quyu müəyyən
məqsədlə qazılmışsa və bu məqsəd yerinə yetirilməmişdirsə, di-
gər tərəfdən onun qırışığa görə vəziyyəti məlumdursa belə quyu
yatağı açmasa da onun məlumatlarından istifadə edilməlidir.
Əgər quyu korkorana qazılmışdırsa, yaxud onun kəsilişini həmin
sahə üçün düzəldilmiş normal kəsilişlə müqayisə etmək və
paralelləşdirmək mümkün olmursa, belə quyu lazımsız hesab
oluna bilər. Yaxud yatağın varlığı aydınlaşdırılana qədər məlum
sahədə eyni zamanda bir neçə quyu qazılmışdırsa, bunlardan bə-
ziləri heç bir yeni məlumat verməyib ancaq bir-iki lazımi qu-
yudan alınmış nəticələri təkrar etdiklərinə görə lazımsız hesab
olunur.
Axtarış quyularını birinci növbədə neftli-qazlı dəstənin da-
banına, sonra isə müasir qazma texnikasının imkan verdiyi də-
rinliyə qədər (platforma sahələrində kristallik bünövrəyə qədər)
qazımaq lazımdır. Əgər qırışıq tektonik qırılmalarla mürək-
kəbləşmişsə onda axtarış quyularının yerini və sayını müəyyən
etmək çox çətindir. Qırışıq tam öyrənilən halda (seysmik kəşfiy-
yat və struktur qazma ilə) çalışmaq lazımdır ki, birinci axtarış
quyuları qırışıqda miqrasiya istiqamətinə yönəldilmiş bloklarda
qazılsın. Müəyyən edilmiş qırışıqlar diapirizm (gil və duz gün-
bəzləri) və palçıq vulkanı ilə mürəkkəbləşmişsə, çalışmaq lazım-
dır ki, axtarış quyuları tağda deyil qanad və periklinal hissələrdə
qazılsın.
AXTARIŞ QUYULARININ LAYİHƏ
DƏRİNLİYİNİN TƏYİNİ VƏ ONLARIN
LAYİHƏ KƏSİLİŞLƏRİNİN TƏRTİBİ

İlk axtarış quyularının layihə dərinliklərinin təyin edilməsi


və kəsilişlərin tərtibi regional və mükəmməl geoloji planalmanın
məlumatlarına əsaslanır. Axtarış quyularının açacağı dəstənin
qalınlığı və litoloji tərkibi yerüstü çıxışlara əsasən və struktur
quyuların məlumatlarına görə tərtib olunmuş kəsilişlər üzrə
təyin edilir. Quyuların layihə kəsilişləri tərtib olunarkən
təbəqələrin normal kəsilişi üzrə həqiqi qalınlıqları götürülür və
quyunun lüləsi boyu bucaqlardan asılı olaraq həqiqi qalınlıqların
artması nəzərə alınır.
Əksər hallarda ancaq yer üzərinə çıxan çöküntü qatlarının
kəsilişini tərtib etmək mümkün olur, dərində yerləşən qatların
kəsilişi isə məlum olmur. Buna görə də ilk axtarış quyularının
layihə kəsilişlərini tərtib edərkən qonşu quyuların məlumatların-
dan istifadə edilir. Bundan başqa, seysmostratiqrafik məlumat-
lardan da istifadə etmək olar.
Axtarış quyuları qazılarkən istifadə edilən geoloji-texniki
tapşırıq (GTT) 5.2. cədvəlində verilmişdir.
İlk axtarış quyularının layihə dərinlikləri neftli-qazlı dəstə-
nin yatım dərinliyindən asılı olaraq təyin edilir. Məsələn, Azər-
baycanda neftlilik alt Pliossen yaşlı məhsuldar qatla əlaqədar
olduğu üçün axtarış quyuları Pont mərtəbəsi çöküntülərinə qədər
qazılır.
Lakin qeyd etmək lazımdır ki, bəzən neftli dəstələr o qədər
böyük dərinlikdə yatır ki, quyular vasitəsilə onların tam qalınlıq-
larını açmaq mümkün olmur. Belə hallarda axtarış quyuları
texnikanın imkan verdiyi dərinliyə qədər qazılır.
Cədvəl 5.2.
Qazma quyusu № Rayon Sahə
Tarix 1
Quyunun dərinliyi 2

Qazma
Sutkalıq metraj 3
Bir balta ilə qazılan metraj 4
Baltanın tipi, ölçüsü 5
Təmiz qazma, saat 6
Baltanın işlənmə dərəcəsi 7
işlənmə-
Baltanın

Baltanın davamlılığı 8
TEXNİKİ HİSSƏ

si

Qazma sürəti, m/saat 9


Gilli məhlulun götürülmə dərinliyi, m 10
Xüsusi Girişdə 11
Çəkisi Çıxışda
Özüllüyü Girişdə 12
Gilli məhlul

Çıxışda
Tempera- Girişdə 13
turu, oC Çıxışda
Qumun miqdarı, % 14
Təzyiq, MPa 15
Süzülmə, sm3/dəq 16
Reagentin əlavə olunması 17
Buraxılmışdır, m 18
Borular

Diametri, mm 19
Divarın qalınlığı, mm 20
Qeyd 21
Ölçülmə dərinliyi, m 22
Quyuların
əyilməsi

Bucaq, dərəcə 23
Azimut, dərəcə 24
GEOLOJİ

Ölçülmə üsulu 25
Qazma intervalı, m 26
Götürülmə dərinliyi, m 27
Qaldırılan kern, m 28
Kern

Çıxarılan, % 29
Qısa litoloji təsvir 30
Stratiqrafik bölgüsü 31
Cədvəl 5.2.- nin davamı
Yatım elementləri 32
Quyunun dərinliyi, m 33

Şlam
HİSSƏ Şlamın götürülməsi dərinliyi, m 34
Qısa litoloji təsvir 35
Qaz-neft-su Dərinlik, m 36
əlamətləri Məhsulun xarakteri 37
Hasilatı 38
Əlamətin qısa təsviri 39
Qeyd 40

Ümumiyyətlə, axtarış quyularını layihələndirərkən sxema-


tik də olsa əvvəlcədən həmin sahədə aparılan geoloji-geofiziki
məlumatlar əsasında tərtib olunmuş struktur xəritə və profil-
lərdən istifadə edilir.
Bazis axtarış horizontlarını kiçik dərinlikdə açmaq məqsə-
dilə ilk axtarış quyuları, adətən, tələnin ən hündür hissəsində
qazılır. Təbəqələrin dərinliyə getdikcə yatma bucaqlarının böyü-
məsini nəzərə alaraq quyuların dərinliyi bazis horizontunun
yatma dərinliyindən 10-15 % artıq götürülür. İlk növbədə axtarış
quyuları neftli-qazlı hövzələrin ərazisində yerləşən, ən hündür
vəziyyət tutuan antiklinal qırışıqların üzərində qazılır.
Quyuların layihə kəsilişləri tərtib olunarkən onların qazıl-
masının texniki şəraitləri öyrənilir və bunun əsasında geoloji-
texniki tapşırıq tərtib olunur. Geoloji-texniki tapşırıqda qazılan
axtarış quyusunun nömrəsi, layihə horizontu, quyunun litoloji
kəsilişi, gözlənilən neftli-qazlı və sulu intervallar qeyd olunur.
Bundan başqa, geoloji-texniki tapşırığın texniki bölməsində qu-
yunun konstruksiyası, qazma mühərriki və s. məlumatlar verilir.
Quyu geoloji-texniki tapşırığa uyğun qazılmalıdır. Geoloji-tex-
niki tapşırıq quyu qazmağa başlamazdan əvvəl geoloji-texniki
işçilər tərəfindən tərtib olunur. Geoloji-texniki tapşırıq qazma
briqadası üçün ən vacib sənəd hesab olunur.
Cədvəl 5.3.
Tədqiqat üsulları Quyular
Qazma dövründə parametrik istinad axtarış
1. Geoloji üsullar: + + +
Quyunun ümu- Quyunun Göstərilən
Kern götürülməsi mi dərinliyinin bütün kə- həcmdə
Şlam götürülməsi 15-25 %- qədər silişi boyu
Yan süxurqaldıranla Hər 2-3 m qazma intervalından bir
nümunə götürülməsi Göstərilən intervalda
2. Geofiziki üsullar:
Standart karotaj + + +
YKZ + + +
Radiometrik karotaj + + +
Kavernomer + + +
İnklinometr + + +
Mikrokarotaj + + +
Termokarotaj + + +
Fotokarotaj + + +
3.Geokimyavi üsullar:
Qaz karotaji + + +
Lüminessent-bitumino- + + +
loji karotaj + + +
Neft-qaz və su nümunə-
lərinin götürülməsi + + +
Laboratoriya tədqiqatı:
1.Petroqrafik tədqiqat:
a.Litoloji-petroqrafik + + +
b.Süxurların fiziki xüsu
siyyətləri + + +
2.Fauna tədqiqatı:
a.Fauna, floranın öyrə- + + +
nilməsi. + + +
b.Mikrofauna tədqiqatı
Quyuların tədqiqi: + + +
Yataqlar ilk axtarış quyusunun qazılmasından və sınaqdan
keçirilməsindən sonra qiymətləndirilir. Bu, hər bir təbəqənin
kollektorluq xüsusiyyətlərinin öyrənilməsinə, yatağın konturu
haqqında müəyyən mülahizə yürüdülməsinə və onun ehtiyatının
hesablanmasına imkan verir. İlk axtarış quyuları vasitəsilə,
həmçinin neftli-qazlı dəstənin xarakteri, yatım şəraiti, quyuların
qazılmasının texniki şərtləri, yatağın tektonikası və s. haqqında
əlavə məlumat almaq mümkün olur. Sadaladığımız məsələlər
yatağın sənaye baxımından qiymətləndirilməsini təmin edir.
Axtarış quyularından alınan məlumatlara görə gələcək
kəşfiyyat işlərinin və açılmış yatağın sənaye miqyaslı işlənilmə-
sinin məqsədəuyğunluğu barədə texniki-iqtisadi layihə tərtib
olunur. Ümumiyyətlə, qazılan müxtəlif növ quyularda 5.3 cəd-
vəlində verilən kompleks tədqiqatlar aparılır.

AXTARIŞ QUYULARININ YERLƏŞDİRİLMƏ SİSTEMLƏRİ

Qeyd etdiyimiz kimi, axtarış quyuları müəyyən edilmiş və


hazırlanmış obyektlərdə qazılır. Obyektlərin həndəsi formaların-
dan asılı olaraq axtarış quyularının yerləşdirilməsi müəyyən
edilir. Aşağıdakı halları nəzərdən keçirək:
1. Müəyyən edilmiş antiklinal qırışıq braxiformalıdır,
tektonik qırılmaya məruz qalmayıb. Belə qırışıqlarda yatağı mü-
əyyən etmək üçün axtarış quyuları perpendikulyar profillər üsu-
lu ilə layihələndirilir (şəkil 5.1).
Qazma ardıcillığına gəldikdə qeyd etmək lazımdır ki, əv-
vəlcə tağ hissədə yerləşdirilən axtarış quyusu qazılmalıdır. Qu-
yunun yeri və layihə dərinliyi geoloji xidmət tərəfindən müəy-
yən edilməlidir. Əgər tağda yerləşdirilən axtarış quyusu layihə
dərinliyinə kimi qazılıb məhsul verərsə digər dörd axtarış quyu-
su qazılmaya da bilər. Əgər yatağı müəyyən etməyibsə, onda qa-
nadlarındakı axtarış quyuları eyni vaxtda qazılır. Bu quyular da
yatağın müəyyən etmirsə, periklinallarda layihələndirilən axtarış
quyuları qazılır. Nəticə müsbət olmadıqda qırışıqda axtarış işləri
ya tam dayandırılır, ya da o yenidən öyrənilmək üçün geofiziki
tədqiqata qaytarılır.

Şəkil 5.1. Axtarış quyularının perpendikulyar profillər


üsulu ilə yerləşdirilməsi (sadə qırışıqlarda)

2. Qırışıq braxiformadadır: kiçik amplitudlu qırılma ilə


mürəkkəbləşdirilmişdir. Bu tip qırışıqlarda da (obyektdə də) ax-
tarış quyuları perpendikulyar profil üsulu ilə layihələndirilir
(şəkil 5.2).

Şəkil 5.2. Axtarış quyularının perpendikulyar profil


üsul ilə yerləşdirilməsi (tağı mürəkkəbləşən).
3. Qırışıq (obyekt) tektonik qırılmalarla mürəkkəbləşmiş-
dir. Obyektdə çoxlu bloklar müşahidə edilir. Bu tip obyektlərdə
hər bir blok ayrı-ayrılıqda axtarış sahəsinə çevrilir. Blokların
sayı qədər axtarış quyuları layihələndirilir (şəkil 5.3).
Əgər qırılma fay tiplidirsə, əvvəlcə qırılıb qalxan qanad
axtarış qazmasına verilir: sonra qırılıb düşən qanad yoxlanılır.
Qırılma üstəgəlmə tipdirsə axtarış quyusu elə yerləşdirilir
ki, hər iki qanadın neftlilik və qazlılığını müəyyən etmiş olsun.

Şəkil 5.3. Axtarış quyularının yerləşdirilməsi

4. Obyekt (qırışıq) günbəzvaridir. Günbəzvari obyektlər-


də axtarış quyuları diaqonal profillər üzrə yerləşdirilir
(şəkil.5.4).

Şəkil 5.4. Axtarış quyularının layihə planı.

5. Obyekt (qırışıq) xəttidir. Xətti qırışıqlarda axtarış qu-


yuları uzun oxboyu yerləşdirilir (şəkil 5.5.)
Şəkil 5.5. Axtarış quyularının layihə planı.

6. Qırışıq (obyekt) diapirizm və palçıq vulkanı ilə mürək-


kəbləşdirilmişdir. Palçıq vulkanı obyektin nüvəsində yerləş-
mişdir. Belə tip qırışıqlarda axtarış quyuları radial profillər üzrə
yerləşdirilir (şəkil 5.6).

Şəkil 5.6. Axtarış quyularının radial profillər


üzrə yerləşdirilməsi.

7. Duz diapirizmi ilə mürəkkəbləşən qırışıqlarda axtarış


quyuları belə layihələndirilir:
· yataq duzüstü komplekslə əlaqədardırsa axtarış quyu-
ları birinci halda olduğu kimi layihələndirilir (şəkil 5.7.a);
· yataq duzətrafı kompleksdə yerləşirsə axtarış quyuları
kontaktətrafı sahələrdə layihələndirilir (şəkil 5.7.b);
· yataq duzaltı komplekslə əlaqədardırsa, axtarış quyuları
duz günbəzi üzərində yerləşdirilir (şəkil 5.7.v);
Şəkil 5.7. Axtarış quyularının yerləşdirilmə sistemləri.

8. Yataq litoloji pazlaşma zonası ilə əlaqədardırsa, əvvəl-


cə pazlaşma xətti müəyyən edilir. Sonra axtarış quyuları paz-
laşma xəttinə perpendikulyar keçirilmiş profillər üzrə yerləş-
dirilir (şəkil 5.8).

Şəkil 5.8. Axtarış quyularının layihələndirilməsi planı.

9. Qısa profillər üsulu. Bu üsul linzavari, qolvari yataqla-


rı müəyyən etmək üçün tətbiq edilir (şəkil 5.9).
Şəkil 5.9. Axtarış quyularının qısa profillər üzrə
yerləşdirilməsi.

10. Stratiqrafik tip yataqları müəyyən etmək üçün xüsusi


üsul yoxdur. Belə yataqlar əksər hallarda struktur və litoloji tip
yataqlara axtarış quyuları qazılarkən müəyyən edilir.
11. Rif sistemləri ilə əlaqədar olan yataqları müəyyən
etmək üçün quyular lülə üsulu ilə qazılır (şəkil 5.10).

Şəkil 5.10. Axtarış quyularının lülə üsulu ilə qazılması.


5.3. KƏŞFİYYAT ETAPI
Kəşfiyyat işlərinin başlıca vəzifəsi axtarış mərhələsində
müəyyən edilən neft və qaz yataqlarının sənaye əhəmiyyətlili-
yinin təyin edilməsi, sənaye kateqoriyalarına görə ehtiyatının
hesablanması və onların işlənilməyə hazırlanmasıdır. Axtarış
qazması ilə yataqların neft və qazlılığa görə sənaye əhəmiyyətli-
liyi müəyyən edildikdə və iqtisadi cəhətdən işlənilməsi məq-
sədəuyğun hesab edildikdə onlarda kəşfiyyat işləri aparılır. Kəş-
fiyyat etapında geoloji və geofiziki tədqiqatların başlıca vəzi-
fələri aşağıdakılardan ibarətdir:
· kəşf olunan neftli-qazlı horizontun quruluşunun və onun
daxil olduğu strukturun xüsusiyyətlərinin dəqiqləşdirilməsi;
· məhsuldar təbəqələrin litoloji tərkibinin və kollektorluq
qabiliyyətinin (məsaməlik, keçiricilik və s.) öyrənilməsi;
· məhsuldar təbəqələrin ümumi və effektiv qalınlıqlarının
dəqiqləşdirilməsi;
· hər bir yataqda başlanğıc (ilkin) lay təzyiqini və onun sı-
naq istismarından asılı olaraq dəyişməsinin öyrənilməsi;
· hər bir yatağın rejiminin, qaz amilinin, quyuların bir-biri-
nə təsirinin və s. öyrənilməsi;
· hər bir məhsuldar lay üçün neft-qaz və suyun fiziki-
kimyəvi xüsusiyyətlərinin dəqiq öyrənilməsi;
· hər bir yataq üçün quyuların hasilatlarının (sutkalıq)
təyin olunması:
· məhsuldar təbəqələrin hidrogeoloji xüsusiyyətlərinin öy-
rənilməsi:
· ayrı-ayrılıqda hər bir fərdi yatağın və bütünlüklə yatağın
neft və qaz ehtiyatının hesablanması.
Ümumiyyətlə, yataq aşkar edildikdən, neft və qazın miq-
darı, keyfiyyəti və yatım şəraiti haqqında müəyyən məlumat
əldə edildikdən sonra yataq işlənilməyə hazırlanır. İşlənilməyə
başlamazdan əvvəl yatağın əsas parametrləri müəyyən edilir və
buna əsasən işlənilmə sxemi tərtib olunur. Sahələrin işlənilməyə
hazırlanması (vaxtı qısaltmaq məqsədilə) bəzən axtarış quyu-
larının birində neft və qaz yatağı aşkar edildikdən sonra başlanır.
Qeyd etmək lazımdır ki, bu əksər hallarda müsbət nəticə vermir.

AYRI-AYRI YATAQLARIN KƏŞF OLUNMASI ÜÇÜN


QUYULARIN YERLƏŞDİRİLMƏ PRİNSİPLƏRİ

Kəşfiyyat quyularının səmərəli yerləşdirilməsi sisteminin


və onların yerləşdirilmə şəbəkəsinin, sıxlığının təyini kəşfiyyatın
əsas məsələlərindəndir. Geoloqlar yatağı sənaye işlənilməsinə
hazırlamaq üçün neft-su kontaktının iki və ya üç kəşfiyyat
quyusunda açılmasını kifayət hesab edirlər. Bu üsul sadə qurulu-
şlu yataqların kəşfiyyatında əlverişli sayılır. Mürəkkəb quruluşlu
yataqların kəşfiyyatında isə onların bütün sahə üzrə öyrənilməsi
tələb olunur.
İndiyə qədər kəşf edilmiş neft və qaz yataqları haqqında
toplanan faktiki materiallar bir sıra yeni üsulların işlənib hazır-
lanmasını təmin etmişdir. Həmin üsulların tətbiqi müxtəlif tip
yataqlar haqqında lazımi məlumat əldə edilməsinə imkan yara-
dır.
Kəşfiyyat quyuları neft və qaz yataqlarının işlənilmə siste-
minə uyğun olaraq layihələndirilir. Bu, yatağın işlənilməsi
prosesində kəşfiyyat quyularının istismar quyuları ilə eyni şəbə-
kə çərçivəsinə düşməsi üçün edilir. Kəşfiyyat quyularının yer-
ləşdirilməsinin aşağıdakı sistemləri movcuddur.
1. Lay tip rezervuarlarda kəşfiyyat quyuları müxtəlif sis-
temlərdə yerləşdirilir: addım, üçbucaq, dairəvi, üç şüa, profillər
və s.
2. Massiv rezervuarlara kəşfiyyat quyuları profil, üç şüa,
dairəvi və s. sistemlərlə qazılır.
3. Litoloji rezervuarlarda kəşfiyyat quyuları isə üçbucaq,
radial-profillər, sınıq xətli profillər, qısa profillər, pazvari və s.
sistemlərlə yerləşdirilir.
Yuxarıda qeyd etdiyimiz kəşfiyyat sistemlərinin bəzilərini
izah edək.
1. Addım sistemi. Bu sistemlə qazılan kəşfiyyat quyuları
fərdi yatağı ətraflı öyrənir və konturu təyin edir. Bu üsulun ma-
hiyyəti belədir: tutaq ki, qırışığın tağında axtarış quyusu qazıl-
mışdır. Quyu fərdi yatağı tam qalınlığında açmışdır. Ona görə də
bu quyuya nəzərən yerləşdirilən, sonra qazılacaq quyular ya-
tağın su-neft kontaktının vəziyyətini müəyyən edəjəkdir (şəkil
5.11).

Şəkil 5.11. Yatağın konturunun addım üsulu ilə


müəyyən edilməsi.

Kəşfiyyat quyularının yatağın yüksəklik göstəricisinə və


qanadların yatım bucağına, strukturun ölçülərinə, məhsuldar qa-
tın qalınlığına və tələlərin karbohidrogenlə dolma dərəcəsinə
əsasən yerləşdirərkən bir neçə hala baxaq.
a) tutaq ki, axtarış quyusu müəyyən etmişdir ki, məhsuldar
layın qalınlığı yatağın yüksəkliyindən artıqdır. Belə halda
yatağın yüksəkliyi:
< 1 (yüksəklik = Nyataq/ Nlay) olur (şəkil 5.12 a).
b) axtarış quyusu məhsuldar layı tam açsa da neft-su kon-
turunu müəyyən edə bilməmişdir (Nyataq = Nlay). Belə hesab
etmək olar ki, yatağın yüksəkliyi vahidə bərabərdir.
Bu vəziyyətdə addım üsulundan istifadə edərək kəşfiyyat
quyusunun yerini müəyyən etmək olar. Əgər bu kəşfiyyat quyu-
su (şəkil 5.12 b) neft-su konturunu açmışsa, yatağı qiymətlən-
dirmək mümkündür;
v) qazılan kəşfiyyat quyusu neft-su konturunu müəyyən
etməyibsə, bu o deməkdir ki, yatağın yüksəkliyi > 1 (yəni yata-
ğın yüksəkliyi = Nyataq/ Nlay >1) olur (şəkil 5.12 v). Belə halda
addım üsulu ilə yataqda neft-su konturunu təyin etmək üçün bir
neçə kəşfiyyat quyusu qazmaq lazım gələcəgdir.

Şəkil 5.12. Yatağın yüksəklik qiymətinə görə kəşf


olunması.

Çoxlu kiçik qalxımları olan iri strukturda qazılan axtarış


quyusu qalxımların birində neftlilik-qazlılığı müəyyən etmişdir.
Əgər qalxımlar hamısı eyni hipsometrik yüksəklikdədirsə (qal-
xımların yüksəkliyi böyük və kiçik də ola bilər) digər qalxımla-
rın da neftli-qazlı olması güman edilir. Belə olan halda neft-su
konturunu müəyyən etmək üçün kəşfiyyat quyusu iki qalxım
arasında layihələşdirilir və qazılır. Əgər neft-su konturu müəy-
yən olunmursa onda axtarış quyusu qazılan qalxımdan addım
sistemi ilə neft-su konturunu müəyyən edənədək kəşfiyyat quyu-
ları qazılır (şəkil 5.13 və 5.14).
Şəkil 5.13 Çox qalxımlı strukturlarda kəşfiyyat

Şəkil 5.14. Ayrı-ayrı qalxımların sərbəst addım


üsulu ilə kəşfiyyata verilməsi

2. Üç şüa kəşfiyyat sisteminin mahiyyətini 1200 bucaq


altında keçən şüa xətti üzrə kəşfiyyat quyularının yerləşdirilməsi
təşkil edir. Şüalarda kəşfiyyat quyuları arası məsafə məhsuldar
layın qalınlığından, qırışığın qanadlarının yatım bucağından asılı
olaraq addım üsulu ilə təyin olunur. Şüalar üzərində növbəti
kəşfiyyat quyusu kəsdirmə yüksəkliyi qiymətinə görə müəyyən
edilir (Dh). Dh= h/n; h- yatağın yüksəkliyi, n- şüa üzərindəki
quyuların sayıdır.
Əgər hər şüa üzərində iki-üç kəşfiyyat quyusu qazılıbsa və
neft-su konturunu müəyyən etməyibsə, onda şüa üçbucağı mü-
əyyən bucaq altında (tutaq ki 300) çevrilir, yeni şüalar istiqa-
mətində yeni kəşfiyyat quyuları yerləşdirilir. Beləliklə, kəşfiyyat
neft-su konturu tapılana qədər davam etdirilir (şəkil 5.15).

Şəkil 5.15. Kəşfiyyat quyularının radial və şüa


üsulu ilə yerləşdirilməsi (a və b)

3. Profillər sistemi. Bu sistem kəşfiyyat sahəsi braxi və


xətti qırışıq formasında olduqda tətbiq edilir. Birinci profil uzun
oxa perpendikulyar olaraq axtarış quyusundan keçir. Qırışığın
enindən asılı olaraq hər profil üzərində 3-4 kəşfiyyat quyusu
yerləşdirilir. Sonrakı profillər baza profilindən sağda və solda,
ona paralel periklinallara doğru davam etdirilir. Kəşfiyyat quyu-
ları arasındakı məsafə elə seçilməlidir ki, onlar planda şahmat
sxemi üzrə yerləşsin. Profillər arasındakı məsafə qırışığın mü-
rəkkəblik dərəcəsindən asılı olaraq müəyyən edilir, (4-4 km; 4-2
km; 2-2 km) (şəkil 5.16).
Şəkil 5.16. Kəşfiyyat quyularının yerləşdirilməsi.

4. Diaqonal profillər sistemi. Qırışıq en istiqamətində


mürəkkəbləşdikdə, tektonik qırılmalarla ayrı-ayrı bloklara par-
çalandıqda tətbiq edilir.
5. Kəşfiyyat quyuların dairəvi sistem üzrə yerləşdiril-
məsi massiv rezervuarları və ona yaxın olan formalı yataqları
qiymətləndirirərkən tətbiq edirlər.
6. Kəşfiyyat quyularının qısa profillər sistemi üzrə
yerləşdirilməsi üsulu qolvarı, litoloji dəyişgənliklə xarakterizə
olunan və s. kimi yataqları qiymətləndirərkən istifadə olunur.
7. Paz sistemi üsulu ilə litoloji (paleoçayların axımların-
da toplanmış) yataqların başlıca göstəricilərini təyin etmək
mümkündür (şəkil 5.17).
Bu sistemə görə axtarış quyusu qazılan sahədən keçən
profil üzrə iki kəşfiyyat quyusu qazılır. Sonra həmin quyuların
əmələ gətirdiyi bərabərtərəfli üçbucağın yeni əmələ gəlmiş tilin-
də növbəti kəşfiyyat quyusu qazılır. Sonuncu ilə bir profildə
yerləşən yeni iki kəşfiyyat quyusu yerləşdirilir və s. Bu qayda
ildə yataqda neft-su konturu izlənilir.
Şəkil 5.17. Kəşfiyyat quyularının paz üsulu ilə
yerləşdirilməsi.

8. Üçbucaq sistemi. Bu sistemlə kəşfiyyat sahəsi daha


ətraflı öyrənilir. Üçbucaq sistemində üçbucağın bir tilində qazıl-
mış axtarış quyusu yerləşirsə digər iki tilinə kəşfiyyat quyusu
layihələndirilir və qazılır. Bu qayda ilə kəşfiyyat sahəsi başdan-
başa tədqiq olunur. Bu sistemin əsas nöqsanı kəşfiyyat müddə-
tinin uzanması və çoxlu sayda quyuların qazılmasıdır.
9. V.P.Savçenko üsulu ilə kəşfiyyat quyularının yerləş-
dirilməsində məqsəd qaz və qaz-neft yığımları qiymətləndirilir.
Tutaq ki, birinci quyu qaz layını (şəkil 5.18), ikinci quyu isə lay
suyunu açmışdır. Hər iki quyuda həqiqi lay təzyiqi və eləcədə
qaz və suyun sıxlıqları təyin olunmuşdur. Onda aşağıdakı düs-
turdan istifadə edərək qaz-su konturunun vəziyyətini müəyyən
etmək olar:
gssu × Н q - su - 10 (Рsu - Рq ) , burada Р və Р - uyğun
Нq = su q
g su - g q
olaraq su və qazı açan quyulardakı lay təzyiqi; g su və g q - uy-
ğun olaraq su və qazın lay şəraitində sıxlıqları, Н qаz -su - lay
təzyiqi ölçülən nöqtələr arası yüksəklik; Н q - qazın hündürlü-
yüdür.

Şəkil 5.18. Savçenko üsulu ilə kəşfiyyat quyularının


yerləşdirilməsi.

KƏŞFİYYAT QUYULARININ OPTİMAL SAYI

Axtarış quyuları ilə aşkar edilmiş yatağı qiymətləndirərkən


kəşfiyyat quyularının optimal sayını müəyyən edəcək bir üsul
yoxdur. Lakin bununla belə quyuların sayı yatağın ümumi
ölçülərindən asılıdır. Yatağın sahəsi və həcmi böyük olduqca
kəşfiyyat quyularının sayı da çox olur. Kəşfiyyatı başa çatdırılan
yataqlarda quyuların sayı bir neçədən bir neçə ona qədər (60-70)
olur. Ən çox tətbiq edilən hal 10-20 quyudur. Massiv yataqlarda
kəşfiyyat quyularının sayı daha çox olur. Məsələn, Bozey
yatağına 35 kəşfiyyat quyusu qazılmışdır (22 quyu kontur
daxilində, 8 quyu kontur xəttində, 5 quyu kontur xaricində).
Massiv rezurvuarlar üçün müvəffəqiyyət əmsalı 0,5- dən 1-ə
qədərdir. Laylı rezurvuarlarda bu əmsal addım kəşfiyyat siste-
mindən asılıdır. (quyulararası məsafə 1-2 km).
Litoloji və stratiqrafik tip yataqlarda bu əmsal kiçik olur.
5.4. cədvəlində kəşfiyyat quyularıarası məsafə verilmişdir.
Cədvəl 5.4
Yatağın
Məsafə, km

Ehtiyat, mln t,
sahəsi, km2

mlrd. m3
Yataq

mürəkkəb
Məhsuldar

Mürəkkəb
qalınlığı

Çox
layın

Sadə
100 - - -
Nəhəng > 300
10-15 10-12 8-10 5-8
Çox 100 4 2,3 1,8
100-300
böyük 10-15 3,5-4,5 2,7-3,2 1,5-3,4
50-100 3 2,1 1,2
Böyük 30-100
8-12 2,2-3,2 1,8-2,5 0,8-1,5
10-50 2 1,5 1,0
Orta 10-30
5-14 1,5-2,5 1,2-1,7 0,6-1,3
10 1,5 1,5 1,0
Kiçik 10 qədər
3-5 1,2-1,7 1,2-1,7 0,5-1,5

NEFT VƏ QAZ YATAQLARI MÜƏYYƏN


OLUNMASINDA KƏŞFİYYAT SİSTEMİNİN
SEÇİLMƏSİ

Geosinklinal və platforma ərazilərində kəşf olunan çoxlu


miqdar neftli-qazlı strukturlar göstərir ki, onların quruluşunda
çoxlu neftli-qazlı laylar movcuddur. Təkcə onu demək kifayyət-
dir ki, Ural-Volqa (RF) neftli-qazlı əyalətində təkcə paleozoy
neftli-qazlı kompleksinin qalınlığı 2000-3500 m çatır. Geosink-
linal vilayətlərdə isə neftli-qazlı komplekslərin qalınlığı daha
böyükdür. Respublikamızın neftli-qazlı rayonlarında yerləşən
yataqlar çox fərdi yataqlı (təbəqəli) hesab olunur. Belə yataq-
larda (Bibi Heybət, Balaxanı-Sabunçu-Ramanı, Suraxanı, Neft
Daşları və s.). 50-qədər neftli-qazlı təbəqə yerləşir.
Odur ki, çox laylı (neftlilik-qazlılığa görə) sahələrdə kəş-
fiyyat iki sistemdə aparılır (şəkil 5.19.), yuxarıdan aşağı və ya
aşağıdan yuxarı.
Şəkil 5.19. Neft yığımlarını kəşf olunma sistemləri.
1. Yataqların yuxarıdan aşağı kəşf olunma sistemi. Bu
sistemdə yataqlarda ardıcil olaraq ayrı-ayrılıqda yuxarıdan aşağı
kəşfiyyat aparılır. Yuxarıdan aşağı kəşf olunma sxemindən gö-
rünür ki, birinci horizontun neftliliyi məlum olduqdan sonra,
ikinci mərhələdə qazılan kəşfiyyat quyuları həm birinci horizon-
tun konturunu müəyyən edir, həm də ikinci horizontun neftlilik-
qazlılığı haqqında məlumat əldə edir. Bu qayda ilə yuxarıdan
aşağıya doğru kəşfiyyat sahəsinin quruluşunda iştirak edən
bütün neftli-qazlı horizontlar kəşfiyyat quyuları ilə müəyyən
edilir və konturlaşdırılır. Yataqların yuxarıdan aşağı kəşf olun-
ma sistemi iqtisadi cəhətdən əlverişli olmayıb, çoxlu miqdar
kəşfiyyat quyularının qazılmasına səbəb olur.
2. Aşağıdan yuxarıya kəşfiyyat sistemi. Adından mə-
lum olduğu kimi bu sistemdə neftli-qazlı horizontlar aşağıdan
yuxarı öyrənilir. Bunun üçün tədqiq olunan sahə əvvəlcə axtarış
quyuları məlumatına görə kəşfiyyat mərtəbələrinə bölünür. Hər
kəşfiyyat mərtəbəsinin axırınci neftli-qazlı horizontu bazis
horizontu adlanır. Bazis horizontunun sayından asılı olaraq kəş-
fiyyat mərtəbələrinin sayı müəyyən edilir. Hər kəşfiyyat mərtə-
bəsində sərbəst kəşfiyyat aparılır. Bu sistemlə kəşfiyyat aparıl-
ması və sahənin işlənilməyə hazırlanması iqtisadi cəhətdən əlve-
rişlidir.
Kəşf olunan neftli-qazlı horizontların sənaye əhəmiyyətli-
liyi kern, elektrikkarotaj, mikrokarotaj, akustiqkarotaj, radiomet-
rikkarotaj və s. tədqiqatlara əsasən qiymətləndirilir.
Mərtəbələr üzrə kəşfiyyata misal Qala yatağını göstərmək
olar. Yatağın geoloji quruluşunda iştirak edən Pliosen yaşlı neft-
li-qazlı çöküntülərdə üç mərtəbə ayrılır: birinci mərtəbə üçün
bazis horizontu Y-YI təbəqə, ikinci üçün QÜQ, üçüncü üçün isə
QAD hesab olunur.
Kəşfiyyat mərtəbələrini seçərkən quyuların qazılma şəra-
itinə xüsusi fikir verilməlidir. Əgər kəsilişdə müəyyən stratiqra-
fik bölgü ilə əlaqədar neftli-qazlı kompleksin aşağı hissəsi yük-
sək anomal, yuxarı hissəsi isə hidrostatik təzyiqə yaxın təzyiqlə
xarakterizə olunursa əvvəlcə alt kompleksin kəşf olunması işlən-
məyə və verilməsi məqsədə uyğundur.
Aşağıdan yuxarı kəşfiyyat sisteminin müsbət cəhətlərin-
dən biri ondan ibarətdir ki, məhsuldar horizontları aşağıdan yu-
xarı ardıcil öyrənmək mümkün olur (quyuları aşağı horizontlar-
dan yuxarı horizontlara qaytarmaq yolu ilə). Əgər aşağı təbəqə-
lərə qazılan quyuların hasilatı çox yüksəkdirsə və üstdə yerləşən
horizontların kəşfiyyatına tez başlamaq lazımdırsa onda yeni
qrup kəşfiyyat quyuları ilə yuxarı layları öyrənmək daha məq-
sədə uyğun hesab edilir.
Aşağıdan yuxarı və ya yuxarıdan aşağı sistemlərlə kəşfiy-
yat mərtəbələrini öyrənərkən geoloji, texniki və iqtisadi amilləri
də nəzərə almaq lazımdır.
Təcrübədə aşağıdakı hallara rast gəlinə bilər.
1. Sahənin yüksək hasilatlı neftli-qazlı horizontları kəsili-
şin aşağı hissəsində yerləşir. Belə halda aşağıdan yuxarı kəşfiy-
yat sistemi daha effektivli hesab olunur.
2. Sahədə müxtəlif litoloji, stratiqrafik komplekslərə aid
olan bir neçə yüksək hasilatlı məhsuldar horizont müəyyən edi-
lmişdir. Belə halda kəşfiyyat sistemi məhsuldar horizontların
yatma dərinliyindən asılı olaraq seçilir. Əgər məhsuldar təbəqə-
lər çox dərində yerləşərsə, əvvəlcə yuxarı stratiqrafik kompleks-
ləri işlənilməyə hazırlamaq məqsədi ilə kəşfiyyat işləri aparılır
və sonra daha dərində yatan neftli-qazlı horizontlar ayrı mərtəbə
kimi kəşfiyyata verilir.
3. Yüksək ehtiyatlı və hasilatlı neftli-qazlı təbəqələr yu-
xarı litoloji-stratiqrafik komplekslərdə, az hasilatlı horizontlar
isə aşağı komplekslərdə yerləşir. Belə olan halda birinci növbə-
də yuxarı yüksək hasilatlı neftli-qazlı horizontları kəşf etmək
lazımdır.
Beləliklə, neftlilik-qazlılığı axtarış quyuları ilə öyrənilən
sahələrdə kəşfiyyat mərtəbələrinin ayrılması həm kəşfiyyatın tez
başa çatmasına, həm də kəşfiyyat quyularının sayının azalma-
sına səbəb olur.
KƏŞFİYYAT QUYULARININ LAYİHƏ
DƏRİNLİKLƏRİNİN TƏYİNİ

Kəşfiyyat quyularının layihə dərinliklərinin təyini çox


məsuliyyətli məsələlərdən biridir. Kəşfiyyat quyuları ayrı-ayrı
mərtəbələrə yataqların konturunu təyin etmək məqsədilə qazıldı-
ğı üçün onların layihə dərinliyi axtarış quyularının dərinliyindən
fərqlənir (əksər hallarda az olur). Kəşfiyyat quyularının layihə
dərinliyi əvvəl ki, geoloji tədqiqatlara əsasən qurulmuş sxematik
struktur xəritə və profillərə əsasən təyin edilir. Hansı mərtəbəyə
qazılmasından asılı olaraq kəşfiyyat quyularının layihə dərinliyi
tapılır.
Kəşfiyyat quyularının layihə göstərişlərini tərtib etmək
məqsədi ilə onların yerləşdirildikləri sahədə aparılmış bütün
geoloji və qazma işlərinin məlumatlarından istifadə edilir.
VI FƏSİL. AXTARIŞ VƏ KƏŞFİYYAT QUYULARINDA
QAZMA ZAMANI VƏ QAZMADAN SONRA APARILAN
TƏDQİQATLAR

6.1. QUYULARDA APARILAN KOMPLEKS


TƏDQİQATLAR VƏ GEOLOJİ SƏNƏDLƏR

Axtarış və kəşfiyyat etaplarında qazılan quyuların kəsib


keçdiyi laylar barəsində düzgün məlumat toplanmasının nəzəri
və təjrübi əhəmiyyətini təkcə geoloji xidmət işçiləri deyil, həm
də qazma briqadasının bütün heyəti aydın başa düşməlidir.
Qazılan sahənin stratiqrafiyası və tektonikası haqqında mümkün
qədər çox məlumat toplanmasının böyük əhəmiyyəti vardır. Bu,
ayrı-ayrı quyular üzərində aparılmış dəqiq geoloji nəzarət
nəticəsində alınmış məlumatları yekunlaşdırmaqla əldə edilə
bilər.
Əgər quyularda nəzarət zamanı xətaya yol verilərsə struk-
turun və ayrı-ayrı layların tektonikası barəsində alınan ümumi
təsəvvür xeyli çətinləşir. Quyunun keçdiyi süxur-qatı litoloji tər-
kiblərinə və fluidin miqdarına görə bir-birindən fərqlənən bir
çox laydan ibarət olur.
Axtarış və kəşfiyyat quyularının qazılması və sınanması
vaxtı kompleks geoloji, geofiziki və hidrogeoloji (hidrodinamik)
tədqiqatlar aparılır. Bu tədqiqatların aparılmasında məqsəd
kəsilişin neftlilik-qazlılıqlarının müəyyən edilməsi, neftli-qazlı
horizontların ehtiyatının hesablanması və onların işlənilməyə
hazırlanmasıdır. Bu məqsədlə qazılan quyularda aşağıdakı
kompleks işlər görülür:
1. Layların litoloji xarakteristikasını, ümumi və effektiv
qalınlıqlarını, kollektorların fiziki xüsusiyyətlərini və s. məsələ-
ləri həll etmək üçün sütunjuqlu baltlarla kern nümünələrinin
qaldırılması (qeyd etmək lazımdır ki, süxur nümünələri həmçi-
nin yan süxurqaldıran və şlam üsulları ilə də götürülür).
2. Kompleks geofiziki tədqiqat işlərinin aparılması:
· quyu kəsilişlərinin öyrənilməsi və korrelyasiya edilməsi,
kəsilişdə kollektor süxurların ayrılması, onların fiziki xüsusiy-
yətlərinə və neftlilik-qazlılığa görə qiymətləndirilməsi, ayrı-ayrı
stratiqrafik bölgülərin (xüsusilə neftli horizontların) qalınlıq-
larının və neft-qaz, neft-su, qaz-su, konturlarının müəyyənləşdi-
rilməsi üçün geofiziki tədqiqatlardan standart elektrik-karotaj və
yan karotaj zondlama (YKZ) üsulları geniş tətbiq edilir; quyu
kəsilişlərinin daha dəqiq öyrənilməsi məqsədilə mikrokarotaj,
induksion karotaj üsulları da əlverişli sayılır;
· layların litologiyasını, stratiqrafik bölgüsünü, kollektor-
luq xüsusiyyətlərinin qiymətləndirilməsini, neftlilik-qazlılığın və
onların konturlarının müəyyən edilməsini öyrənmək məqsədilə
radioaktiv tədqiqat (qamma, neytron-qamma, neytron-neytron)
üsulları geniş tətbiq edilir;
· quyuların şaquli qazılmasına (əgər quyu şaquli qazılarsa)
və onların müəyyən azimut istiqamətində yönəldilməsinə nəza-
rət etmək üçün inklinometr ölçü işləri aparılır;
· quyuların diametrlərinin ölçülməsi məqsədi ilə kaverno-
mer ölçü işlərinin aparılması. Kavernoqrammanın məlumatına
əsasən quyuların litoloji kəsilişi öyrənilir və eləcə də sementlə-
mə məqsədi ilə sementin miqdarı hesablanır.
· quyu divarlarının möhkəmləndirilməsi məqsədilə buraxı-
lan kəmərin sementləmə keyfiyyəti (kəmər arxasında sementin
qalxma yüksəkliyi) elektrotermometrlə tədqiq edilir.
3. Quyu kəsilişinin neftlilik-qazlılığın və məhsuldar təbə-
qələrinin qaz karotajı tədqiqatı ilə öyrənilməsi.
4. Quyularda mədən tədqiqatlarının aparılması (lay və qu-
yudibi təzyiqi, həcm əmsalı, qaz, neft və suyun fiziki xüsusiy-
yətləri, neft-qazın kimyəvi və fraksiya tərkibləri və s. məsə-
lələrin öyrənilməsi).
5. Sınaq istismarı nəticəsi ilə qaz, neft və suyun hasilatla-
rının təyin olunması.
6. Sınaq istismarı prosesində quyuların müxtəlif rejimlər-
də məhsuldarlıq əmsalının, lay təzyiqinin, qaz, neft və suyun
hasilatlarının aşağı düşmə sürətinin müəyyən edilməsi.
7. Kern məlumatlarına əsasən bir və ya bir neçə quyuda
(yatağın ölçüsündən asılı olarsa) neftlə doyma əmsalının təyin
olunması.
Qazma zamanı quyu üzərində geoloji nəzarət mühüm mə-
sələlərdən biridir. Burada başlıca vəzifə quyu kəsilişində neftli-
qazlı təbəqələrlə əlaqədar olan neft və qaz çıxışlarına nəzarət
edilməsidir. Quyu (istər axtarış, istərsə də kəşfiyyat) geoloji tex-
niki tapşırığa uyğun qazılmalıdır.

6.2. QUYU KƏSİLİŞLƏRİNİN KORRELYASİYASI

Korrelyasiya dedikdə quyu kəsilişlərinin müqayisəsi nə-


zərdə tutulur. Quyu kəsilişlərinin müqayisəsi nəticəsində layla-
rın yaş münasibətləri öyrənilir, markir horizontlar ayrılır, litoloji
tərkibin dəyişikliyi izah olunur və nəhayət, layların kontaktla-
rının xarakteri (uyğun və qeyri-uyğunluqlu) müəyyənləşdirilir.
Quyu kəsilişlərinin müqayisəsi məsul məsələlərdən biri sayılır.
Bunu qeyd etmək kifayətdir ki, əgər quyu kəsilişləri bir-birləri
ilə əlaqələndirilməzsə, onda heç bir muhüm geoloji məsələni
həll etmək olmaz. Kəsilişlərin korrelyasiyasında kiçik səhvə
belə yol vermək olmaz.
Kəsilişlərin korrelyasiyası miqyasına görə üç yerə ayrılır:
· lokal korrelyasiya- quyu kəsilişlərinin müqayisəsi bir
struktur daxilində aparılır;
· rayondaxili korrelyasiya- bir neftli-qazlı rayon (zona) da-
xilində yerləşən lokal strukturlarda qazılan quyu kəsilişləri üzrə
aparılır;
· regional korrelyasiya- iri neftli-qazlı regionlar daxilində
qazılan quyu kəsilişlərinin müqayisəsi üzrə müşayət olunur.
Lokal korrelyasiyanın aparılmasında başlıca məqsəd ayrı-
ayrı neftli-qazlı horizontların ehtiyatını hesablamaq və onları
işlənməyə hazırlamaqdır. Rayondaxili və regional korrelyasiya
tədqiq olunan regionun geoloji quruluşunun müəyyən edilməsi,
onun neftlilik-qazlılığının qiymətləndirilməsi və gələcək axtarış-
kəşfiyyat işlərinin istiqamətinin təyin edilməsi məqsədilə apa-
rılır.
Korrelyasiya ümumi və mükəmməl olur. Ümumi korrelya-
siyada daha iri stratiqrafik bölgülər (bir, yaxud bir neçə dayaq
horizontu olan və bütün sahə üzrə yaxşı seçilən) müqayisə olu-
nur. Mükəmməl (dəqiq) korrelyasiya isə ehtiyatı hesablanacaq
neftli-qazlı horizontların öyrənilməsi məqsədilə aparılır. Belə
korrelyasiya litoloji cəhətdən dəyişkən olan təbəqələri öyrənər-
kən xüsusi əhəmiyyət kəsb edir. Mükəmməl korrelyasiyanı lay-
ların tavanları üzrə aparmaq (əgər yuyulmaya məruz qalmayıb,
özündən sonra gələn təbəqələrdə normal örtülərsə) məsləhət gö-
rülür.
Mükəmməl korrelyasiya ayrı-ayrı təbəqələrin sahə üzrə
dəyişkənliyini, onlarla əlaqədar olan kollektorların pazlaşma zo-
nasını və s. məsələləri izah etməyə imkan verir. Korrelyasiyanın
birinci mərhələsində başlıca məqsəd litoloji və paleontoloji
xüsusiyyətlərinə görə seçilən layların və onların laylanma
səthlərini dəqiq xarakterizə etməkdir. Sonra isə qeyd olunan xü-
susiyyətlərdən hansının yerli (lokal), hansının regional xarak-
terdə olduğuna fikir verilməlidir. Layların belə xüsusiyyətlərinə
(lokal və regional korrelyasiyada istifadə oluna bilən) paleonto-
loji xarakteristika (rəhbər formalar), litoloji tərkib (kern materi-
allarına görə), geofiziki üsulların məlumatları süxurların kimyə-
vi tərkibi, süxurların bərklik dərəcəsinə əsaslanan mexaniki üsu-
lun məlumatları daxildir. Bu xüsusiyyətlərə əsaslanaraq aşa-
ğıdakı korrelyasiya üsullarını ayırmaq olar.
Palentoloji üsul: makrofauna kompleksinə görə; radiola-
rilərə görə; toxum və tozcuqlara görə.
Litoloji üsul: süxurların mikroskopik tədqiqinə görə; sü-
xurların qranulometrik xarakteristikasına görə; süxurların mine-
raloji tərkiblərinə görə; gillərin mineral tərkiblərinə görə; süxur-
larda toplanan konkresiya əmələgəlmələrinin xarakteri və mi-
neral tərkiblərinə görə.
Geofiziki üsul: quyularda aparılan elektrometriya məlu-
matlarına (rk və PS) görə; radiometriya məlumatlarına (QK,
NQK, NNK) görə; kavernometriya (quyu diametrinin ölçülməsi-
nə əsaslanır) məlumatlarına görə.
Geokimyəvi üsul: karbon elementi əmsalına görə; süxur-
ların karbonatlığına görə; kükürd və dəmir birləşmələrinin kom-
ponent tərkibinə görə; nadir elementlərə görə (Va, Co, Ni və s.);
Mexaniki üsul: Qazma sürətinə (mexaniki karotaja) görə.
Palentoloji korrelyasiya üsulları. Bu üsul kəsilişdə rast
gələn fauna və flora qalınlıqlarına əsaslanır. Paleontoloji tədqi-
qat üsulu dəniz tipli çöküntülərdə xüsusilə karbonat süxurlarında
daha effektli hesab olunur. Çünki karbonat çöküntülərində pa-
leontoloji qalıqlar daha geniş yayılmışdır. Karbonat kompleks-
lərini stratiqrafik bölgülərə ayırarkən mikrofauna qruplarından
da (foraminifer və ostrakod) istifadə edilir.
Kontinental mənşəli süxurlarda paleontoloji korrelyasiya
üsulu az effektli hesab olunur. Bu da həmin süxurlarda fauna və
flora qalıqlarının olmaması ilə əlaqələndirilir. Kontinental qat-
larda iştirak edən toxum və tozujuqlar hesabına korrelyasiya
aparılır.
Litoloji korrelyasiya üsulları. Litoloji korrelyasiya üsul-
ları içərisində ən sadəsi süxurların makroskopik tədqiqidir. Lito-
loji üsullardan ən əhəmiyyətlisi isə kəsilişlərin mineraloji tər-
kiblərə görə aparılan korrelyasiyadır. Bu üsul paleontoloji cəhət-
dən zəif xarakterizə olunan komplekslərdə xüsusilə yaxşı nəticə
verir.
Son illərdə müxtəlif tədqiqatçılar kəsilişlərin müqayisəsin-
də gil süxurlarının mineraloji tərkibindən istifadə etməyi də
məsləhət görürlər.
Geofiziki korrelyasiya üsulları. Quyu kəsilişlərinin öyrə-
nilməsində mədən geofizikası üsullarının böyük əhəmiyyəti
vardır. Ən geniş yayılan korrelyasiya üsulu elektrometriyadır.
Radiometriya və kavernometriya üsulları da əhəmiyyətli hesab
olunur. Bu üsullar qısa müddətdə quyu kəsilişlərini ayrı-ayrı
bölgülərə ayırır.
Mədən geofiziki üsullarının tətbiqi ilə alınan diaqramlar-
dan təkcə quyu kəsilişlərinin müqayisə edilməsində deyil, həm-
çinin bütün geoloji materialların (geoloji profillər, struktur xəri-
tələr, bərabər qalınlıq xəritələri, stratiqrafik bölgü və s.) tərtib
olunmasında istifadə edilir.
Elektrometriya məlumatlarına görə quyu kəsilişlərinin mü-
qayisəsi aşağıdakı ardıcillıqla aparılır. Əvvəlcə kəşfiyyat sa-
həsində qazılan birinci quyulara görə kəsiliş ayrı-ayrı litoloji
komplekslərə ayrılır. Sonra ayrı-ayrı litoloji komplekslərin yaşı
ya kəsilişin məlum olan qonşu sahələrlə müqayisəsi ilə, ya da
həmin kəşfiyyat sahəsində qazılan quyulardan götürülən kern
nümünələrinə görə təyin edilir. Bu cür korrelyasiya tək bir
struktur daxilində deyil, iri ərazilərdə də aparıla bilər. Məsələn,
Abşeron arxipelaqında yayılan məhsuldar qatla Qərbi Türkmə-
nistanın qırmızı qat kompleksləri kəsilişlərinin müqayisəsi de-
diklərimizə misal ola bilər. Korrelyasiya sxemini aydın başa
düşmək üçün 6.1. şəklinə diqqət yetirmək lazımdır.
Şəkildən göründüyü kimi bütün quyu kəsilişləri markir lay
üzrə (ikinci əhəngdaşı qatının başlanğıci) eyni səviyyəyə gətiril-
mişdir. Kəsilişlərin müqayisəsi göstərir ki, 731, 732 və 893 saylı
quyu kəsilişlərində qeyd olunan A qumlu layı 730, 733 və 889
saylı quyularda gil qatı ilə əvəz olunur; 732, 733 saylı quyu
kəsilişlərində ayrılan B qumlu layı isə 893 və 889 saylı
quyularda gilə keçir. Analoji halı digər qumlu təbəqələrdə də (B,
V, D) müşahidə etmək olar. Bu qumlu təbəqələr içərisində sahə
üzrə yaxşı izlənən Q horizontu hesab olunur. Karotaj
diaqramının müqayisəsinə əsasən korrelyasiya profilləri qurulur
(şəkil 6.2.).
Şəkil 6.2. Devon yaşlı məhsuldar qatın korrelyasiya
profili (Romaşkin yatağı). 1- qumdaşı; 2- əhəngdaşı;
3- gilli alevrolit; 4- gil; A-D, AP- məhsuldar laylar.

Müxtəlif tip süxurlar yerləşən intervallarda kavernoqramın


qiyməti də müxtəlif olacaqdır. Məsələn, qumlu süxurlar olan
intervallarda quyuların diametri baltanın diametrindən və ya
nominal diametrdən az, karbonat süxurlarında bərabər, gil və
argillitlərdə isə böyük olur. Bu quyu diametrlərinin belə müxtə-
lifliyi gilli məhlulun yuyuculuq qabiliyyəti və eləcədə süxurların
litoloji xüsusiyyəti ilə ölçülür.
Beləliklə, kavernoqram məlumatlardan istifadə edərək
quyu kəsilişləri litoloji cəhətdən öyrənilir və müqayisə olunur.
Bununla belə kavernoqramlardan istifadə edərək boru xaricində-
ki boşluqlar da hesablanır. Boşluqların hesablanmasında məqsəd
isə sementləmədə istifadə olunajaq sementin miqdarını təyin
etməkdir.
Geokimyəvi korrelyasiya üsulları. Bu korrelyasiya üsul-
ları mürəkkəb olub, əlavə tədqiqatlar aparılmasını tələb edir.
Geokimyəvi korrelyasiya üsulları süxurların kimyəvi tərkibləri-
nə, ayrı-ayrı elementlərə və ya onların oksid birləşmələrinə əsas-
lanır. Karbonat süxurlarda korrelyasiya üçün Ca və Mg ele-
mentləri əsas götürülür. Terrigen süxurlarda isə dəmir və kükürd
birləşmələrinin müxtəlif formaları, onların nisbətləri bu cə-
hətdən diqqəti cəlb edir. Kəsilişlərin korrelyasiyada nadir
elementlər, xüsusilə böyük əhəmiyyətə malikdir. Bütün kimyəvi
korrelyasiya üsulları qazma zamanı quyulardan kern nümünə-
lərinin götürülməsini tələb edir. Nümünə dayaq horizontlarda
hər 3-5 metrdən bir götürülməlidir. Geokimyəvi müqayisə üsul-
larında son zamanlar kern nümünəsi əvəzinə şlam nümünəsin-
dən istifadə edilir.
Mexaniki korrelyasiya üsulu. Bu üsul qazmanın sürətinə
və qazma vaxtı baltaların yeyilmə (işlənmə) dərəcəsinə əsasla-
nır. Qazma sürəti dedikdə 1 m qazma intervalına sərf olunan
vaxt nəzərdə tutulur və ona əsasən quyu kəsilişi üzrə diaqram
qurulur. Diaqram qurarkən vertikalda dərinlik, horizontlarda isə
vaxt göstərilir. Məlumdur ki, quyu kəsilişində iştirak edən sü-
xurlar müxtəlif qazılma dərəcəsinə (bərkliyə) malikdir. Ona görə
də onların hər qazılma metrinə sərf olunan vaxt da müxtəlif
olacaqdır. Bu qayda ilə qurulan diaqram digər karotaj diaqram-
ları ilə birlikdə müqayisə edilir. Baltanın yeyilmə (işlənmə) də-
rəcəsinə görə də quyu kəsilişi üzrə diaqram qurulur. Bu diaqram
qazma sürətinə görə qurulan diaqrama uyğun olur Məlumdur ki,
baltalar bərk süxurlarda- qumdaşı, əhəngdaşı və s. çox, yumşaq
süxurlarda- qum, gil, alevrit isə az yeyilir.
Beləliklə, mexaniki karotajla (diaqramla) quyu kəsilişində
bərk və yumşaq süxurlar ayrılır. Bu da elektrokarotaja müxtəlif
litoloji tərkibli süxurları müəyyən etməkdə köməklik göstərir.

6.3. AXTARIŞ VƏ KƏŞFİYYAT QUYULARI QAZILARKƏN


MƏHSULDAR TƏBƏQƏLƏRİN AÇILMA XÜSUSİYYƏTİ

Məlumdur ki, axtarış quyularının layihə kəsilişi kompleks


tədqiqatlar əsasında (geoloji, geofiziki, dayaq, parametrik, struk-
tur axtarış quyularının və s.) tərtib edilir. Ona görə də qazma za-
manı aparılajaq tədbirlər geoloji-texniki tapşırıqda (GTT) öz ək-
sini tapmalıdır. Yadda saxlamaq lazımdır ki, axtarış-kəşfiyyat
quyuları geoloji-texniki tapşırıqsız qazılmamalıdır. Buruqda
GTT əsas sənəddir. Qazma işlərinə başlamazdan əvvəl qazma
briqadalarının üzvləri bu sənədlə tanış olmalıdır. Neftli-qazlı
təbəqəni açmazdan əvvəl GTT-də göstərilən bütün tədbirlər
(gilli məhlulun işlənməsi, onun ağırlaşdırılması, priventrin
qoyulması və s.) görülməlidir. Əks halda məhsuldar təbəqəni aç-
maq olmaz. Qeyd edək ki, quyu gövdəsindəki hidrostatik təzyiq
lay təzyiqindən nə aşağı nə də yuxarı olmamalıdır. Çünki birinci
halda açıq fontan, ikinci halda isə gilli məhlulun udulması
müşahidə edilə bilər. Əgər GTT-də göstərilən parametrlər gilli
məhlul üçün lay təzyiqinə görə hidrostatik təzyiqi ödəmirsə
(yəni lay təzyiqindən çox azdırsa), onda geoloji xidmət işçilə-
rinin köməyi ilə təzyiq dəyişdirilməlidir. GTT-də qoyulan bütün
tələblərə əməl etdikdən sonra məhsuldar təbəqə qazılmalıdır.

6.4. NEFTLİ-QAZLI TƏBƏQƏLƏRİN SINANMASI

Tədqiq olunan sahədə qazılan quyuların sınanması axtarış


və kəşfiyyat işlərinin son mərhələsini təşkil edir.
Quyu kəsilişlərində müxtəlif üsullarla (geoloji, geofiziki
və s.) müəyyən edilən neftli-qazlı təbəqələrin açılması və sınan-
ması bəzən quyunun qazılma müddətindən uzun çəkir. Qazılmış
axtarış və kəşfiyyat quyularının açılma və sınanma müddətinin
uzanması axtarışın effektivliyini xeyli azaldır. Çünki digər
quyuların yerləşdirilməsi və qazılması sınaqda olan quyudan
asılı olur. Qazılmış quyunun açılma və sınanma müddətinin
uzanması müxtəlif səbəblərlə (quyu dibində sementin qalması,
istismar kəmərindəki nöqsanlar və s.) izah edilir. Bununla əlaqə-
dar olaraq bəzi ölkələrdə quyuların sınanması işi qazma prose-
sində aparılır. Bu üsul ABŞ-da, Rusiyada (Qərbi Sibirdə, Oren-
burq vilayətində, Stavropolda, Başqırdıstanda), Belarusda və
başqa yerlərdə müsbət nəticələr vermişdir. Bu sınaq üsulu
müxtəlif konstruksiyalı testerlərdən ibarətdir.
Sınaq üçün neftli-qazlı obyektlərin seçilməsi və əsaslandı-
rılması böyük əhəmiyyətə malikdir. Belə obyektlərin seçilməsin-
də başlıca məlumat mədən geofizikası materialları, sütuncuqlu
balta və yan süxurqaldıranla götürülən süxur nümünələri,
həmçinin qazma prosesində aparılan müxtəlif geoloji müşahidə-
lər hesab olunur.
Karbonatlı və çatlı süxurlarla əlaqədar olan neftli-qazlı ob-
yektlərin seçilmə problemi isə hələ tam həll olunmamışdır. Belə
süxurlarda obyektləri ayırmaq üçün Qroznı geofizikləri (RF)
yeni üsul təklif edirlər. Həmin üsul üst Tabaşir yaşlı karbonat
süxurlarda (Çeçin-İnquşda) yaxşı nəticə vermişdir. Üsulun
mahiyyəti quyularda aparılan elektrometriya, radiometriya və
kavernometriya tədqiqatlarının qarşılıqlı öyrənilməsindən
ibarətdir.
Quyu kəsilişlərinin keyfiyyətli öyrənilməsi bütün məhsul-
dar horizontların ayrılmasında həlledici rol oynayır. Bəzən işlən-
məyə daxil olan sahələrdə əlavə aparılan hərtərəfli və keyfiyyətli
tədqiqatların nəticəsində yeni neftli-qazlı horizontlar aşkar
edilir.
Neftli-qazlı obyektləri qiymətləndirmək üçün istifadə edi-
lən tədqiqatlar bəzən müxtəlif amillərin təsiri üzündən düzgün
məlumat vermir. Məsələn, Stavrapolda (RF) Ozaq-Suat sahəsi-
nin IX təbəqəsi (alt Tabaşir) geofiziki məlumatlara əsasən uzun
müddət sulu lay kimi qəbul edilmiş və sınanmaya verilməmişdir.
Çünki həmin təbəqənin anomal lay temperaturu və lay suyunun
yüksək minerallaşma dərəcəsi geofiziki məlumatların nə-
ticələrini dəyişmişdir. Müəyyən vaxtdan (dörd ildən) sonra IX
təbəqə sınanmış və yüksək məhsuldarlığa malik olduğu məlum
olmuşdur.
Analoji halı Abşeron arxipelaqındakı Darvin yatağında da
müşahidə etmək olar. Geofiziki məlumatlara görə yatağın Qır-
məki lay dəstəsinin neftlilik-qazlılığı müsbət qiymətləndirilmə-
mişdir. Lakin həmin lay dəstədən götürülən süxur nümünəsi
(yan süxurlarında) onun neftli olduğunu göstərmişdir. Qırməki
lay dəstəsi sınanarkən neft alınmışdır.
Sınanmanın vacib məsələlərindən biri neftli-qazlı təbəqə-
lərin açılmasıdır. Bu cəhətdən karbonat süxurları xüsusilə diq-
qəti cəlb edir. Neft sənayesi inkişafının ilk illərində kəşfiyyat
işləri əsasən terrigen kollektorlarla, yəni yaxşı çeşidlənmiş qum
və qumdaşı süxurları ilə əlaqədar idi.
Terrigen kollektorlar intişar edən sahələrdə quyular müəy-
yən edilmiş dərinliyə qədər gilli məhlulun köməyilə qazılır,
quyu divarı müxtəlif intervallarda müxtəlif ölçülü kəmərlərlə
örtürülür və sementlənir. Sonra sınaq işlərinə başlanır. Əgər ob-
yektlərin açılmasına kimi quyuda əlavə işlər aparmaq lazım
gəlmirsə, (quyu dibində qalan sementin qazılması və s.) onda
layların birbaşa açılmasına başlanır.
Quyu dibində neft və qaz axını yaratmaq üçün bir sıra
üsullardan istifadə edilir: 1) Süzgəc buraxma üsulu; 2) Perfora-
siya üsulu.
Bu üsullardan ən geniş istifadə olunan perforasiya üsulu-
dur, (süzgəc üsulu neft sənayesi inkişafının ilk illərində istifadə
olunmuşdur). Perforasiya seçilmiş ayrı-ayrı neftli-qazlı obyekt-
lərə uyğun gələn intervallarda aparılır. Bəzən bütün quyu lüləsi
üzrə perforasiya aparılır ki, bu da iqtisadi və texniki cəhətdən
səmərəsiz hesab edilir.
Perforasiya məqsədilə istifadə olunan cihazlardan ən əhə-
miyyətlisi kumulyativ perforatorlardır. Kumulyativ perforatorda
istismar borusunun müəyyən edilmiş intervalında deşiklər açılır.
Sonra neft və ya qaz axını yaratmaq üçün lay təzyiqi ilə quyu
lüləsində olan gil məhlulu sütununun ağırlığı (hidravlik təzyiq)
arasında depressiya yaradılır: yəni gil məhlulu sütununun təzyiqi
azaldılır. Bunun üçün gilli məhlul su ilə əvəz olunur. Bu məq-
sədlə kompressor borularından istifadə edilir. Kopressor bo-
rularını quyuya müəyyən edilmiş dərinliyə buraxaraq gilli
məhlulu su ilə əvəz edirlər. Beləliklə, quyudakı hidravlik təzyiq
o vaxta qədər aşağı salınır ki, neftli və ya qazlı təbəqə işlənməyə
başlayır. Yüksək təzyiqli təbəqələrin sınanması zamanı quyunun
ağzına xüsusi fontan armaturu qurulur.
Qeyd etdiyimiz kimi perforasiya üsulu yaxşı kollektorluq
xüsusiyyətinə malik olan təbəqələrdə effektli sayılır. Pis çeşid-
lənmiş və gilli-alevritli layciqlarla xarakterizə olunan kollektor-
larda isə belə perforatorlar yaxşı nəticə vermir (şəkil 6.3). Quyu
ilə lay arasında əlaqə yaradılmır. Bəzən isə kiçik qalınlıqlı gil və
alevrit qatları ilə ayrılan neftli-qazlı təbəqələr dərinliyin düzgün
hesablanmaması üzündən perforasiya intervalına düşməyib bağlı
qalır.

Şəkil 6.3. Məhsuldar təbəqələrin müxtəlif növ perforasiya


ilə açılması: a-gülləvari; b-torpedləmə; v-kumulyativ;
q- qum şırnağı ilə.

Son vaxtlar quyuların perforasiya olunmasında yeni üsul-


dan istifadə edilir. Bu üsul su ilə qum qarışığının uyğun interval-
da quyu divarına yüksək təzyiq altında yönəldilməsinə əsaslanır.
Qeyd etdiyimiz üsulla qısa vaxtda quyu divarında (kəmər və se-
mentdə) və layda deşik və kanallar açmaq mümkündür. Bu
perforasiya üsulunun aşağıdakı müsbət cəhətləri vardır:
· əmələ gətirdiyi kanalların çox uzun olması (1 m-dən ar-
tıq);
· sement daşında və kəmərdə defektlərin olmaması;
· perforasiyanın yüksək temperaturda aparılması;
· kəsilişdə nazik layciqlarla əlaqədar olan qalınlıqların ef-
fektli açılması.
Karbonat və çatlı süxurlarla əlaqədar olan məhsuldar lay-
ların açılması və işlənilməsinə xüsusi fikir verilməlidir. Belə qu-
yularda aşağıdakı konstruksiya tətbiq edilir.
Məhsuldar laya qədər quyu kəsilişi qoruyucu kəmərlə bağ-
lanır. Karbonat və çatlı süxurlardan ibarət olan məhsuldar laylar
ya açıq və ya da "quyruq" buraxılmaqla sınanır. Bu üsul İranın
neftli-qazlı yataqlarında (Əsməri əhəngdaşı yatağı) geniş tətbiq
edilir. Çox laylı yataqlarda bu üsul effektli sayılır.
Perforasiyadan sonra məhsuldar layları sınanmaq və məh-
sulu artırmaq məqsədilə hidravlik yarılma, torpedləmə, turşu
(duz turşusu) ilə işlənilmə kimi təsir üsullarından istifadə edilir.
Hidravlik yarılma üsulu. Bu üsulun mahiyyəti quyudibi
zonasında keçiriciliyi yüksəltmək üçün yeni çatlar şəbəkəsini
yaratmaqdır. Bunun üçün quyuya yüksək təzyiq altında (geosta-
tik təzyiqə yaxın) maye vurulur. Həmin quyudibi zonada yeni
yarıq və çatlar əmələ gətirir. Sonra əmələ gəlmiş yarıq və çatlar
yaxşı çeşidlənmiş qumla doldurulur ki, həmin çat və yarıqlar
bağlanmasın. Hidravlik yarılma üsulu pis keçiriciliyə malik olan
təbəqələrdə tətbiq edilir. Bu üsul ABŞ yataqlarında geniş tətbiq
olunur.
Torpedləmə üsulu. Torpedləmə üsulu pis keçiriciliyə ma-
lik olan məhsuldar təbəqələrdə quyu dibinə axın yaratmaq
məqsədilə tətbiq edilir. Torpedləmə nəticəsində quyudibi zonada
(məhsuldar laya uyğun intervalda) yeni çat və yarıqlar əmələ
gəlir ki, bu da quyu dibinə neft və qaz axınını xeyli artırır.
Quyu dibinin turşu ilə işlənilməsi. Bu üsul karbonat sü-
xurlarının ən çox yayıldığı rayonlarda tətbiq edilir. Turşu ilə iş-
lənilmə nəticəsində karbonat və çatlı süxurların keçiriciliyi xeyli
yüksəkdir və layın məhsuldarlığı artır (duz turşusu HCl sü-
xurlara təsir edərək onlarda yarıqlar əmələ gətirir).
Əgər karbonat süxurlarında əvvəlcədən çatlar movcud
olubsa duz turşusu təsirindən onlar daha da genişlənir və sü-
xurun keçiriciliyi həddindən artıq yüksəlir. Bu üsul Qroznı (RF)
yataqlarında üst Tabaşir yaşlı süxurlara qazılan quyularda yaxşı
nəticə vermişdir. Məsələn, turşu ilə işlənilmədən əvvəl quyuların
hasilatı 10-15 t/sütka idisə, işlənilmədən sonra bu rəqəm 100
t/sutkaya çatmışdır.
Quyu dibinin turşu ilə işlənilməsi üsulundan Belarusiyada
(Pripyat çökəkliyində), Rusiya federasiyasında (Komidə) və baş-
qa rayonlarda da geniş istifadə edilir.
Son zamanlar ABŞ-ın müxtəlif neftli-qazlı rayonlarında
layların kimyəvi işlənilməsi geniş yayılmışdır (duz turşusundan
əlavə). Belə işlənilmə nəticəsində laylarda gilli hissəciklər həll
edilir, səthi gərilmə əmsalı azaldılır və s.

6.5. XALİS QAZ YATAQLARININ AXTARIŞI VƏ


KƏŞFİYY ATININ BƏZİ XÜSUSİYYƏTLƏRİ

Qaz yataqlarının axtarışı ilə kəşfiyyatı metodikası neft ya-


taqlarının axtarışından heç də fərqlənmir. Bununla belə qaz ya-
taqları bəzi xüsusiyyətlərinə görə neft yataqlarından fərqlənir.
Buna görə də qaz yataqlarında axtarış və kəşfiyyat işləri neft ya-
taqlarında olduğundan bir qədər fərqli aparılır.
Qaz öz fiziki-kimyəvi və sərbəst hərəkətetmə xassələrinə
görə neftdən fərqləndiyi üçün onun axtarışı və kəşfiyyatı xeyli
asanlaşır. Qaz yüksək hərəkətetmə qabiliyyətinə malikdir. Odur
ki, onun əmələ gətirdiyi yatağın konturunun təyin edilməsinə
ehtiyac qalmır.
Təbii yanar qazlar müxtəlif qazların qarışığından ibarətdir.
Təbii qazın əksər hissəsini metan (CH4) qazı tutur. Metan qazın-
dan əlavə təbii qazlara etan (C2H6), propan (C3H8), butan
(C4H10) və s. karbohidrogen qazları daxildir. Karbohidrogen
qazlarından başqa təbii qaz yataqlarında kükürd, karbon, oksi-
gen, helium, azot və başqa qazlar da iştirak edir.
Təbii qaz yataqlarında sənaye əhəmiyyətli kükürd qazı yı-
ğımına rast gəlindikdə ondan kükürd mənbəyi kimi istifadə olu-
nur. Karbon qazı ilə zəngin olan qaz yataqlarına rast gəlinərsə,
onu neftvermə əmsalını artırmaq üçün neftli laylara vururlar.
Yer qabığında təbii yanar qazlar aşağıdakılardır. Sərbəst
qaz yatağı, qaz-kondensat yatağı, neft yatağında sərbəst qaz yı-
ğımı (qaz papağı) və, neftdə həllolmuş qaz şəklində.
Yuxarıda göstərilən yanar qazların rast gəlmə növlərindən
istifadə edərək neft və qaz yataqlarının təsnifatını vermək olar
(şəkil 6.4.).

Şəkil 6.4. Neft və qaz yataqlarının təsnifatı sxemi:


a- ikitərəfli neft qalığı; b- birtərəfli neft qalığı; v- tam neft
qalığı; I- qaz yatağı; II-qaz-neft yatağı; III- qazkondensat
yatağı; IV-neft-qaz yatağı, V-qaz papaqlı neft yatağı.

Təsnifata fikir versək görərik ki, III və V qruplar arasında


elə bir fərq yoxdur. Həqiqətdə isə III qrupa görə yataq əsasən
qazdan, V qrupa görə isə neftdən ibarətdir. Deməli, hansı məf-
hum (qaz, neft və qaz-neft-kondensat) əvvəl işlənirsə, yatağın
əksər hissəsinin həmin maddədən ibarət olduğu aydın olur.
Qaz yataqları neft yataqlarına nisbətən az sayda axtarış
quyuları ilə müəyyən edilir. Qaz yataqlarının kəşfiyyatında yeni
metodika işlənilib hazırlanmışdır. Həmin metodikaya əsasən ilk
axtarış quyuları qaz yatağının ən hündür hissəsində qazılır. Ya-
taq müəyyən edildikdən sonra isə qazsu və ya qaz-neft konturu
müəyyən edilir.
Konturları müəyyən etmədən də yatağı işlənməyə vermək
olar. Lakin qaz yatağının ehtiyatını hesablamaq üçün qaz kon-
turunun müəyyən olunması vacibdir.
Ümumiyyətlə, qaz yataqlarını iki və ya bir profil üzərində
qazılmış quyuların məlumatları əsasında tam işlənməyə hazır-
lamaq mümkündür.
Neft qalıqlı yataqların kəşfiyyatında başlıca məqsəd neft
qalığının sənaye əhəmiyyətinin qiymətləndirilməsidir. Bunun
üçün qısa profillər üzrə kəşfiyyat quyuları qazılmalıdır. Bəzən
kəşfiyyat quyularını sınaq istismar quyuları əvəz edir. Əgər qa-
zılmış kəşfiyyat və ya istismar quyularının birindən neft alınar-
sa, bu o deməkdir ki, qaz yatağının altında neft qalığı vardır.

6.6. KƏŞFİYYAT QUYULARININ SINAQ İSTİSMARI

Axtarış və kəşfiyyat quyularının tədqiqində başlıca vəzifə


neftli-qazlı təbəqələrin sınaq vaxtı sənaye əhəmiyyətliyinin qiy-
mətləndirilməsi, eləcə də işlənilməsinin layihələndirilməsi üçün
lazım olan geoloji məlumatların alınmasıdır.
Axtarış və kəşfiyyat təcrübəsi göstərir ki, məhsuldar layın
neftlilik-qazlılıq baxımından sənaye əhəmiyyətliyinin qısa vaxt-
da qiymətləndirilməsi sonradan işlənmə zamanı bəzən təsdiq
olunmur. Dediklərinmizi Qaradağ yatağında miosen yaşlı süxur-
lara qazılan quyuların misalında görmək olar. Qazma zamanı
miosen çöküntülərinin üst hissəsində (Sarmat mərtəbəsində)
neftli-qazlı təbəqənin varlığı müəyyən edilmişdir. Sınaq dövrün-
də (qısa müddətli) ayrı-ayrı quyularda təbəqə yüksək təzyiqlə
işləmiş, sonradan isə özünü doğrultmamışdır. Analoji hal Qa-
zanbulaq sahəsinin Maykop çöküntülərində də müşahidə edil-
mişdir.
Yuxarıda dediklərimizdən aydın olduğu kimi ayrı-ayrı
kəşfiyyat quyularının qısa müddətdə sınanması yataq haqqında
yanlış təsəvvür yaradır. Ona görə də qazılan axtarış və kəşfiyyat
quyuları sınaq istismarı dövrünü keçməlidir. Sınaq istismarı
dövründə tək yatağın sənaye əhəmiyyətliliyi deyil, eləcə də kəsi-
lişdə yatağın yerləşmə şəraiti və başqa məsələlər də həll edilir.
Bəzən isə sınaq zamanı məhsuldar laydan mənfi nəticə alınır.
Məsələn, Suraxanı sahəsində Qırməkialtı lay dəstəsinə qazılan
iki kəşfiyyat quyusu sınanma vaxtı (Qırməkialtı lay dəstəsindən)
su vermişdir. Lakin müəyyən izolyasiya işləri aparıldıqdan sonra
həmin quyulardan güjlü neft fantanı alınmışdır. Quyuların
əvvəlcə su verməsi isə aralıq sularının olması ilə izah edilmişdir.
Beləliklə, məhsuldar təbəqələrin sənaye əhəmiyyətliliyinin
qiymətləndirilməsi iki mərhələdə aparılır:
· məhsuldar layların neftlilik-qazlılığını və onların təxmini
hasilatını müəyyən etmək üçün axtarış və kəşfiyyat quyularının
qısa müddətli iki-üç gün sınanması;
· sınaq istismarının bir neçə ay davam etdirilməsi.
Belə sınaq istismarının aparılmasından məqsəd hasilatın
düzgün təyin olunması, qaz amilinin dəyişkənliyi, aralıq və da-
ban sularının varlığı və s. kimi parametrləri müəyyən etməkdir.

6.7. NEFT VƏ QAZ EHTİYATLARININ HESABLANMASI

Neft-qazın resurs və ehtiyatlarının qiymətləndirilməsi ax-


tarış və kəşfiyyat işlərinin bütün etaplarında aparılır. Resurs və
ehtiyatın qiymətləndirilməsi dövri xarakter daşıyır və hər axta-
rış-kəşfiyyat işləri mərhələsinin sonunda ayrı-ayrı iri regionlar
(bəzən rayonlar) və sahələr üzrə aparılır.
Neftin, qazın resurs və ehtiyatlarının təsnifatı. Neft və
qazın geoloji ehtiyatları aşağıdakı kateqoriyalara bölünür:
· sənaye (və ya kəşf olunmuş) ehtiyat (A, B və S1 kateqori-
yaları);
· perspektiv ehtiyat (S2)
· perspektiv resurs (S3)
· proqnoz resurs (D)
A kateqoriyası sənaye əhəmiyyətli neft və qaz verən quyu-
larla konturlaşdırılmış və mükəmməl kəşf olunmuş sahələrin
ehtiyatına deyilir. Belə kateqoriyaya daxil olan sahələrə layların
yatım şəraiti, kollektor süxurların dəyişmə xarakteri, məhsuldar
layların neftlilik-qazlılığı, neft və qazın kəmiyyət və keyfiyyət
tərkibləri, eləcə də yatağın işlənmə parametrləri (layların rejimi,
quyuların məhsuldarlığı, təzyiq, kollektorların keçiriciliyi və s.)
kompleks tədqiqat işlərinə görə dəqiq öyrənilmiş olur. A
kateqoriyasına görə ehtiyat hesablanarkən istismar quyuları mə-
lumatlarındanda istifadə edilir.
B kateqoriyası neftlilik-qazlılığı müəyyən olunan sənaye
əhəmiyyətli göstəricilərə malik olan və ən azı üç (bir xətt üzə-
rində olmayan) quyudan sənaye əhəmiyyətli neft və qaz axını
alınan sahələrin ehtiyatına deyilir. B kateqoriyasına daxil olan
ehtiyatı hesablayarkən aşağıdakı göstəricilər məlum olmalıdır:
yatım şəraiti, kollektor süxurların dəyişmə xarakteri, məhsuldar
layların neftlilik-qazlılıq xüsusiyyətləri, neft və qazın tərkibi,
layların rejimi, təzyiq və s. Əlbəttə, bu göstəricilər az sayda qu-
yu məluatlarından istifadə edilərək təyin edildiyi üçün bir qədər
təxmini hesab olunur.
S1 kateqoriyasına ehtiyatı ya qonşu yataqların göstəricilə-
rinə, ya da ayrı-ayrı quyuların məlumatlarına görə təyin olunan
və ən azı bir quyuda sənaye əhəmiyyətli neft və qaz alınan sa-
hələr daxildir. Ehtiyatın hesablanma göstəriciləri geoloji axtarış
və geofiziki işlərin nəticələrinə əsasən təyin olunur. Bu gös-
təricilər bəzən qonşu sahələrin məlumatlarına əsaslanır.
S2 kateqoriyası perspektivli ehtiyata aid edilir. Bu kateqo-
riyaya neftli-qazlı vilayətlərdə (rayonlarda) yeni müəyyən olun-
muş strukturların ehtiyatı daxildir. Bu strukturların neft-qazlılığı
qazma vaxtı alınan təzahürlərə görə müəyyən olunmuşdur.
S3 kateqoriyasına. perspektivli resurslar aid edilir. S3 ka-
teqoriyası perspektivli vilayətlərdə (rayonlarda, zonalarda) mü-
əyyən edilmiş strukturların resurslarını əhatə edir. Strukturların
resursları neftlilik-qazlılığı müəyyən olunmuş qonşu zona və ra-
yonların strukturlarına görə hesablanır.
D kateqoriyasına neft və qazın proqnoz resursları daxil-
dir. Proqnoz resursa neftlilik-qazlılığı kompleks tədqiqatlarla
geoloji, geofiziki və geokimyəvi üsullarla təyin olunan ərazilər
daxil edilir. D kateqoriyasına görə resurs regional axtarış işlərinə
görə müəyyən edilir. D kateqoriyası D1 və D2 kateqoriyalarına
ayrılır.
D1 kateqoriyasına görə proqnoz resurs axtarış işləri nəticə-
sində neftlilik-qazlılığı güman olunan ərazilər üzrə hesablanır.
D2 kateqoriyası isə regional axtarış işləri aparılan geniş ərazilərə
görə hesablanır. Hər iki kateqoriyada resurs başqa rayonlarla
müqayisə əsasında müəyyən edilir.
Perspektiv və proqnoz neft və qaz resurslarının hesab-
lanması üsulları. Perspektiv və proqnoz neft və qaz resursları-
nın hesablanması tədqiq olunan ərazinin geoloji xüsusiyyətləri-
nin, inkişaf tarixinin öyrənilməsinə, eləcə də neftlilik-qazlılığı
haqqındakı məlumatlara əsaslanır.
Hazırda perspektiv və proqnoz resursların hesablanması
üçün aşağıdakı üsullar tətbiq edilir. Neft- həcm, vahid struktura
görə resursun qiymətləndirilməsi, vahid hektar (ha və ya km2)
sahəyə görə: həcm-genetik, həcm-statik və s. Bu üsulların bir
neç əsi ilə tanış olaq.
Həcm üsulu. Bu üsulla perspektivli və proqnoz resursları
və eləcə də A, B, S1, kateqoriyalarına görə sənaye ehtiyatını
hesablayarkən aşağıdakı düsturdan istifadə edilir:
Q = F × h × m × b n × g × q , burada Q- ehtiyat; F-neftlilik
sahəsi, m2; h- effektiv qalınlıq, m; m- məsaməlik əmsalı; bn-
neftlə doyma əmsalı; g- neftin sıxlığı (lay şəraitində); q - düzəliş
əmsalıdır.
Vahid struktura görə perspektiv və proqnoz resursun
hesablanma üsulu. Bu üsul tədqiq edilən ərazidə müəyyən olu-
nan strukturların sayına və vahid struktura düşən neft-qaz resur-
sunun orta qiymətinə əsaslanır.
Q pers = S × k × q , burada S-məhsuldar laya görə vahid struk-
turun sahəsi; k- tələnin doldurulma əmsalıdır. K = S m ,
q tam
burada qtam- vahid struktur üçün resursun orta sıxlığıdır.
Resursun orta sıxlığı strukturun bütün məhsuldar laylarına
görə hesablanan resursun onların ümumi sahələrinə olan nisbəti-
nə deyilir.
Q proq = n × q × k , burada Qproq- proqnoz resurs; n- ərazidə
müəyyən edilən strukturların sayı; q- vahid struktura düşən re-
sursun orta sıxlığı; k- neft və qazın strukturlarda açılma əmsalı.
n * , burada n* -neftlilik-qazlılığı müəyyən olunan strukturla-
K =
n
rın sayıdır.
Hektar üsulu. Bu üsulda öyrənilən ərazinin proqnoz re-
sursu vahid sahəyə düşən neft və qaza görə hesablanır. Düstura
görə Q = F × q × h , burada Q- proqnoz resurs; F- güman edilən
neftlilik sahəsi, m2; q- vahid sahəyə düşən neft və qazın resursu,
t/m2; h- neft və qazla doymuş effektiv qalınlıqdır, m.
Bu üsul ilə resurs əvvəlcə bir laya görə hesablanır. Sonra
isə ərazinin ümumi proqnoz resursu tapılır.
İndi də ehtiyatın yoxlama əmsalını tapaq. Yoxlama əmsalı
aşağıdakı düsturla tapılır: K yox = A + B + C 1
C2
Kyox əmsalı vahiddən böyük və kiçik ola bilər. Məsələn,
Şimali Qafqazda (RF) neft və qazın ehtiyatı hesablanan zaman
Kyox əmsalı vahiddən böyük olmuşdur (Kyox= 1,59). Bu, ehtiya-
tın S2-yə körə 1,59 dəfə az hesablandığını göstərir. Qərbi Si-
birdə Tazov yatağı üçün isə yoxlama əmsalı vahiddən kiçik
(Kyox = 0,5) alınmışdır. Bu isə ehtiyatın 0,5 dəfə artıq hesab-
landığını aşkar edir.
VII FƏSİL. MÜXTƏLİF GENETİK TİP NEFT VƏ QAZ
YIĞIMLARI AXTARIŞININ XÜSUSİYYƏTLƏRİ

7.1. STRUKTUR TİP NEFT VƏ QAZ YATAQLARININ


AXTARIŞI

Antiklinal qrupa daxil olan yataqlar. Platformalarda va-


labənzər qalxımlarla, qırışıqlı vilayətlərdə isə antiklinoriumlarla
əlaqədar olan neftli-qazlı zonaların axtarışı zamanı əvvəlcə geo-
fiziki üsullar (seysmik, qravimetrik, kəşfiyyat və s.) tətbiq olun-
malıdır. Geofiziki üsullarla konturlaşdırılan ayrı-ayrı lokal struk-
turların mürəkkəblik dərəcəsi təyin olunmalıdır. Sonra yuxarıda
verilən axtarış sistemlərinə müvafiq gələn üsulla tədqiq
olunmalıdır.
Məlum olduğu kimi valabənzər qalxımlar və antiklinori-
umlar, adətən, bloklu quruluşa malik olur. Ayrı-ayrı bloklarda
müxtəlif geoloji dövrlərdə tektonik hərəkətlərin istiqaməti və
amplitudası müxtəlif olur. Ona görə də axtarış zamanı valabən-
zər qalxımların və antiklinoriumların ayrı-ayrı bloklarda, xüsusi-
lə hipsometrik baxımdan daha yüksəkdə və aşağıda yerləşən
bloklarda, eyni vaxtda axtarış quyularının qazılması məsləhət
görülür.
Lokal strukturlarında kompleks tədqiqatlar aparılır. Bu
təqdiqatlara geofiziki üsullar (seysmik təşkilat, qravimetriya və
elektrometriya), struktur-geoloji xəritəalma, struktur qazma işlə-
ri daxildir. Həmin tədqiqatlar lokal strukturların quruluşunu də-
qiqləşdirir və onları dərin axtarış qazmasına hazırlayır.
Platforma sahələrində (məsələn, Şərqi Avropa platforma-
sının bəzi vilayətlərində) rast gəlinən basdırılmış qalxımlar geo-
fiziki üsullarla yaxşı müəyyən olunmadığından (bəzən yüksək
dəqiqlikli seysmik kəşfiyya işləri yaxşı nəticə verir), onlarla ya-
naşı profil sistemi üzrə struktur-axtarış qazma işləri də aparılır.
Gizli lokal qalxımların axtarışında ayrı-ayrı stratiqrafik komp-
lekslərin litofasial xüsusiyyətləri və qalınlıqların təhlili üsulu
geniş tətbiq edilir və yaxşı nəticə verir.
Lokal strukturların və qalxım zonalarının axtarışında elek-
trik kəşfiyyatının TJ (Qərbi Sibir, Üstyurt) və VEZ (Qərbi Sibir,
Qafqazqarşısı çökəklik və s.) üsulları müvəffəqiyyətlə tətbiq
olunur.
Struktur planları uyğun gəlməyən lokal qalxımların axtarı-
şında ayrı-ayrı stratiqrafik kompleksə görə tərtib olunmuş qalın-
lıqlar xəritəsindən və seysmik kəşfiyyat üsullarından istifadə
olunur.

7.1.1. TAĞLI, STRUKTUR TİP YATAQLARIN AXTARIŞI

Antiklinal qırışlarla əlaqədar olan tağlı yataqlar geniş ya-


yılmışdır. Belə yataqların aşağıdakı növləri vardır:
· tağı dəyişməyən (sürüşməyən) antiklinallarla əlaqədar
olan,
· tağı dəyişən (sürüşən) antiklinallarla əlaqədar olan,
· basdırılmış qırışıqlıqlarla əlaqədar olan,
· qanadları kiçik bucaq altında yatan qırışıqlarla əlaqədar
olan,
· tağı kiçik amplitudalı dizyunktiv qırılma və diapirizmlə
mürəkkəbləşən antiklinal qırışıqlarla əlaqədar olan.
Tağı, sadə və dəyişməyən antiklinal qırışıqlıqlarla əla-
qədar olan yataqların axtarışı. Tağı dəyişməyən antiklinal qı-
rışıqlarla əlaqədar olan yataqların forması həmin qırışıqların tağ-
larının formasına uyğun gəlir. Simmetrik qırışıqlarda axtarış qu-
yuları onların tağ xətti üzərinə düşməlidir. İstinad xətti qırışığın
tağ xətindən ibarət olur. Bu xətt düz qırışıqlarda qırışığın ox
xəttinə uyğun gəlir, çəp qırışıqlarda isə ondan aralanır. Əldə
olan məlumatlara əsasən planda tağ xəttinin vəziyyətini təyin
edir və sonra müvafiq üsulla axtarış quyuları layihələndirilir.
Axtarış quyuları arasındakı məsafəni təyin etdikdə iki
məsələni nəzərə almaq lazımdır. Birincisi bu məsafə istismar
quyuları arasındakı minimum məsafədən (150-250 m) az olma-
malı, ikincisi- layların profil üzrə iki qonşu quyudakı yatım də-
rinliklərinin fərqi yatağın ehtimal olunan hündürlüyündən çox
da fərqlənməməlidir. Sadə quruluşlu və tağı dəyişməyən qırışıq-
larda axtarış və kəşfiyyat quyuları arasındakı məsafə kilometr-
lərlə ölçülür.
Quyularının yerləşdirilmə xəttini keçirdikdə aşağıdakı mə-
sələnin də həlli tələb olunur. Bu xətti qırışığın tağ xəttinə per-
pendikulyar, yaxud hər hansı bir bucaq altında keçirmək olar.
Xətt üzərindəki axtarış quyuları müsbət nəticə vermədikdə
onları qırışığın uzunu boyunca keçən xətt üzərində qazmaq la-
zımdır.
Tağı dəyişən (sürüşən) antiklinallarla əlaqədar olan ya-
taqların axtarışı bir qədər çətin olur. Bu şəraitdə axtarış quyula-
rının yerini düzgün təyin etmək üçün neftli komplekslər üzrə qı-
rışıq tağının vəziyyəti təyin edilməlidir. Bunun üçün tağları sü-
rüşən struktur mərtəbələrin quruluşunun öyrənilməsi lazım gəlir.
Üst struktur mərtəbələrin quruluşunun öyrənilməsi çətinlik
törətmir. Bu məqsədlə neftli təbəqələrin əlaqədar olduğu struk-
tur mərtəbələri öyrənmək üçün dəqiq geoloji xəritəalma və seys-
mik kəşfiyyat üsulları tətbiq edilir. Son zamanlar struktur mər-
təbələrin uyğunsuzluq səthlərinin öyrənilməsində seysmik
kəşfiyyat daha böyük əhəmiyyət kəsb edir. Belə qırışıqları axta-
rış qazmasına hazırlayarkən elə etmək lazımdır ki, axtarış qu-
yularının yeri düzgün təyin olunsun. Ona görə də, əvvəlcədən
sürüşmənin vəziyyətini seysmik kəşfiyyat əsasında qurulmuş
profillərə görə müəyyən edirik. Sürüşmələr həm qırışığın uzun
oxu boyunca, həm də ona perpendikulyar istiqamətdə baş verə
bilər. Yerdəyişmələr bəzən böyük ölçüyə çatır. Kuban-Qara də-
niz (RF) neftli-qazlı ərazisində Üçüncü dövr çöküntülərində biri
digərindən təxminən bir kilometr məsafədə olan iki lay dəstənin
qırışıq üzrə tağlarının sürüşməsi 2,5 km-ə çatır (yerdəyişmə
uzun oxa perpendikulyar baş vermişdir). Qırışıqlarda belə
dəyişmə Abşeron neftli-qazlı vilayətində də özünü geniş bürüzə
verir. Belə sürüşmə Miosen və Pliosen arasında, eləcə də məh-
suldar qatın ayrı-ayrı lay dəstə və horizontları arasında, həmçi-
nin alt və üst Pliosen arasında geniş müşahidə edilir (Qala, Qa-
radağ və s. qırışıqlarda).
Basdırılmış antiklinal qırışıqların quruluşu haqqında tam
məlumat əldə etmək məqsədilə seysmik kəşfiyyat üsullarından
və struktur-axtarış qazmasından istifadə edilir. Əgər basdırılmış
antiklinal qırışıqlar (məsələn, Kürsəngə antiklinalı) çox dərində
yerləşirsə, onları müəyyən etmək üçün mükəmməl seysmik
üsullardan istifadə olunur.
Qanadları kiçik bucaq altında yatan zəif antiklinal qırı-
şıqlar platforma əyalətləri üçün səciyyəvidir və çox nadir hallar-
da geosinklinal vilayətlərdə rast gəlir.
Layların çox kiçik bucaq altında yatması ilə fərqlənən
struktur formalarda neft və qazın paylanmasında həm tektonik,
həm də litoloji amillərin təsiri aydın görünür: yatım bucaqları ki-
çik olduqca neftli-qazlı layın müxtəlif hissələrində kollektor
xassələrinin dəyişməsinin bu paylanmaya təsiri artır. Belə hal-
larda neft və qaz qırışıqlarda qravitasiya qanununa tabe olmadan
neftli-qazlı layın kollektor qabiliyyəti yaxşı olan sahələrində
toplanır. Məhz buna görə də, belə antiklinallarda axtarış quyula-
rını elə yerləşdirmək lazımdır ki, onlar mümkün qədər struktur
formanı tam əhatə etmiş olsun. Uzunluğu böyük olmayan
qırışqlarda axtarış quyularını çarpaz profil xətləri üzrə yerləşdir-
məklə buna nail olmaq mümkündür.
Daha kiçik yatımlı struktur formalarını nə xəritəalma, nə
də seysmik üsullar müəyyən edə bilmir. Belə qırışıqları izopaxit
xəritələrin müqayisəsi ilə müəyyən etmək olar (qalınlıqlar tağa
doğru azalajaqdır). Bu yol ilə qırışıq haqqında məlumat toplan-
dıqdan sonra axtarışın istiqaməti barədə fikir söyləmək olar. Ona
görə də zəif ifadə olunmuş qırışıqların axtarışında struktur
xəritələrlə bərabər qalınlıqların dəyişməsi xəritələrindən də isti-
fadə etmək lazımdır.
Neftli-qazlı lay dəstə yer səthinə çıxırsa, axtarış olduqca
sadələşir. Belə halda yer səthinə çıxan layların biri istinad xətti
olur və axtarış quyularının profil xətti layların uzanmasına per-
pendikulyar və ya çəp aparılır.
Əgər, neft və qaz yataqları tağı dəyişməyən və sadə quru-
luşlu antiklinallarla əlaqədar olarsa, onları bir və ya iki axtarış
quyusu ilə müəyyən etmək mümkündür. Belə qırışıqlarda axtarış
quyuları bir-birinə perpendikulyar olan profil xətləri üzrə yer-
ləşdirilir. Axtarış quyularından biri profil xətlərinin kəsişmə
nöqtəsində (qırışığın tağında), digər dörd axtarış quyusu isə qa-
nad və periklinallarda yerləşdirilir. Sadə quruluşlu antiklinallar-
dan fərqli olan digər tağlı yataqlarda isə neftli-qazlılığı müəyyən
etmək üçün daha çox axtarış quyularının qazılması tələb olunur.
Tektonik qırılmalarla mürəkkəbləşən tağlı yataqların
axtarışı. Tağlı yataqların əksəri tağ hissədə dizyunktiv qırılma-
larla mürəkkəbləşir. Belə yataqlara qırılmalarla parçalanmış ya-
taqlar deyilir. Bu cür qırılmaların əksəriyyəti yataqlar formala-
şandan sonra baş verir. Ona görə də, belə struktur formaların tağ
hissəsində su laylarına rast gəlinir. Neft və qaz yataqları isə
tağətrafı zonada, qanadlarda yerləşir.
Dizyunktiv qırılmalarla mürəkkəbləşən antiklinalların ta-
ğında birinci axtarış quyusu məhsul vermədikdə hökmən digər
axtarış quyuları tağətrafı zonalarda və ya qanadlarda qazılmalı-
dır. Dediklərimizə Pirallahı adasının şimalında yerləşən Darvin
qırışığını misal göstərə bilərik (şəkil 7.1.).
Şəkildən göründüyü kimi, qırışığın tağ hissəsi tektonik qı-
rılmalarla mürəkkəbləşdiyindən neft və qaz yataqları müşahidə
edilmir, yəni qırılmalar yatağın dağılmasına səbəb olmuşdur.
Lakin qırışığın cənub-qərb və şimal-şərq qanadlarında
zəngin neft və qaz yataqları qırməkialtı və Qırməki lay dəstələ-
rində saxlanılmışdır.
Şəkil 7.1. Darvin bankası qırışığından keçən geolo-
ci profil: 1-məhsuldar qat (üst hissə); 2- QÜG; 3- QÜQ;
4- QD; 5- QAD; 6- MQ-ın altında yatan çöküntülər.

7.1.2. TEKTONİK EKRANLAŞMIŞ STRUKTUR TİP


YATAQLARIN AXTARIŞI

Tektonik qırılmalar neft və qaz yataqlarının formalaşma-


sında əsas yer tutur. Əmələgəlmə mənşələrinə görə tektonik ek-
ranlaşan yataqlar bir-birindən fərqlənən iki qrupa ayrılır. Bir
halda tektonik qırılmalar qaz, neft və suyun miqrasiyasından əv-
vəl əmələ gələrək onların toplanması üçün ekran rolunu oynayır
və belə əmələ gələn yataqlar tektonik ekranlaşmış yataqlar
adlanır. Digər halda tektonik qırılmalar, əvvəl qeyd etdiyimiz ki-
mi, yataqların formalaşmasından sonra baş verir. Onlar hidro-
geoloji şəraitdən, tektonik qırılmaların amplitudasından və xa-
rakterindən asılı olaraq əvvəl əmələ gələn yataqların qorunub
saxlanmasında ekran rolunu o qədər də oynaya bilmir. Belə tek-
tonik pozulmalar neft və qaz yataqlarını ayrı-ayrı bloklara bölür,
və əksər hallarda yataqların dağılmasına səbəb olur. Qeyd etdi-
yimiz kimi iki qrup tektonik qırılmaların ayrılması axtarış və
kəşfiyyat işlərinin effektli aparılmasına səbəb olur. Buna görə də
həmin tektonik pozulmaların təbiəti, xarakterlərinin aydın-
laşdırılması, uzanma və yatma istiqamətlərinin təyini, stratitrafik
dərinliyə getdikcə onların amplitudalarının dəyişməsi kimi mə-
sələlərin həlli xüsusi əhəmiyyət kəsb edir. Deməli tektonik
yataqların axtarışında əsas məsələlərdən biri də neft və qazın
miqrasiyasının istiqamətini müəyyən etməkdir. Əgər bu iki mə-
sələ düzgün həll edilmiş olarsa, onda tədqiq olunan sahədə ax-
tarış və kəşfiyyat işlərinin aparılması və axtarış quyularının ye-
rinin seçilməsi çətinlik törətmir.
Tektonik ekranlaşmış yataqların axtarışında quyular həmin
qırılma xətlərinə perpendikulyar keçirilmiş profil xətləri üzrə
yerləşdirilir. Belə yataqlarda hər bir blok ayrıca axtarış sahəsinə
çevrilir. İlk axtarış quyusu neft və qazın miqrasiyasının
istiqamətinə yaxın olan blokda qazılır. Tektonik ekranlaşmış ya-
taqların xarakterik cəhətlərindən biri də onların (neft və qazın)
lay daxilində su vasitəsilə ekrana sıxışdırılmasıdır. Bu baxımdan
axtarış qarşısında qoyulan başlıca məsələlərdən biri də ekran-
laşma səthinin əmələ gətirdiyi tələnin formasını aydınlaşdırmaq-
dır. Bunun üçün layın əmələ gətirdiyi struktur formanı təyin
etmək lazımdır. Layın struktur forması isə geoloji xəritəalma,
struktur qazma və seysmik kəşfiyyatın məlumatları əsasında
öyrənilir. Tektonik qırılmalarla parçalanmış tələlərin üzərində
qazılacaq axtarış quyularının sayı həmin tələlərin öyrənilmə
dərəcəsindən asılıdır. Tektonik ekranlaşmış yataqlar təbiətdə
yayılmışdır. Belə yataqlar respublikamızın ərazisində xüsusilə
geniş intişar etmişdir (Abşeron yarımadasında, Abşeron və Bakı
arxepelaqlarında, Aşağı Küryanı düzənliyində və s.). Bu baxım-
dan Abşeron neftli-qazlı rayonunda yerləşən Sarıqayabaşı-Bahar
antiklinal zonası maraqlıdır. Bu zonaya daxil olan antiklinal
qırışıqların uzanması üzrə keçən uzununa tektonik qırılmalar ay-
rı-ayrı lokal strukturlarda neft və qaz yataqlarının formalaşması
üçün ekran rolunu oynayır. Məsələn, Qırməkialtı dəstəsinin Ba-
laxanı-Sabunçu-Ramana yatağında məhsuldarlıq şimal qanadla,
Suraxanı yatağında şimal-şərq qanadda, Qaraçuxurda isə şərq
qanadda yerləşir. Deməli, Qırməkialtı dəstədə yerləşən fərdi ya-
taq bu zona üçün tektonik ekranlaşmış yataq hesab olunur. Qır-
məkialtı dəstədən üstə yerləşən fərdi yataqlar isə qırışığın ta-
ğında simmetrik yerləşir. Onlar tektonik qırılmalarla mürəkkəb-
ləşsədə tektonik ekranlaşmış yataqlar qrupuna daxil deyildir.
Belə yataqlar, qeyd olunduğu kimi, tektonik parçalanmış ya-
taqlar olub, tağlı yataqlara aid edilir.
Tektonik ekranlaşmış yataqlar tək lokal strukturların qa-
nadlarında deyil, həmdə onların periklinal hissələrində yerləşə
bilər. Buna misal Mişovdaq (Aşağı Küryanı neftli-qazlı rayonu)
sahəsində məhsuldar qatın I horizontu ilə əlaqədar olan yatağı
göstərmək olar. Pereklinal hissədə yerləşən tektonik ekranlaşmış
yataqları həmçinin Neft daşları yatağında müşahidə etmək olar.
Üstəgəlmə tip qırılmalarla əlaqədar olan yataqlarda tektonik
ekranlaşmış qurupa aid edilir. Adətən, belə mürəkkəbləşmə-
lərdə, avtoxton qanad alloxton qanada nisbətən daha məhsuldar
(neftlilik-qazlılıq baxımından) olur. Çünki alloxton qanad ya yer
səthinə çıxır, ya da yuyulmaya məruz qalır ki, bu da yatağın po-
zulmasına səbəb olur (şəkil 7.2).

7.1.3. KONTAKTƏTRAFI STRUKTUR TİP


YATAQLARIN AXTARIŞI

Belə yataqlar duz günbəzləri, diapirizm, palçıq vulkanları,


maqmatik törəmələrlə əlaqədar olan qalxımlarda yerləşir. Kon-
taktətrafı yataqlar ancaq tağ ətrafı zonalarda yerləşir. Tağ hissə
isə neftlilik-qazlılıq baxımından qeyri məhsuldar hesab olunur.
Çünki belə qırışıqlarda nüvə, gil, evaporit və maqmatik süxur-
lardan ibarət olur. Odur ki, həmin yataqların axtarışında quyular
radial profillər üzrə yerləşdirilir. Çalışmaq lazımdır ki, quyular
tağ ətrafı zonada qazılsın. Bu da mümkün olmasa maili qazma-
dan istifadə etmək lazımdır.
Şəkil 7.2. Pirallahı qırışığından keçən geoloji profil:
1-üst məhsuldar qat; 2-1-ci fasilə; 3-qırmaki üstü; 4- qırməki;
5- qırməki altı; 6- pont; 7- tektonik qırılmalar; 8- neft yatağı;

Duz günbəzləri ilə əlaqədar olan yataqların axtarışı.


Duz günbəzləri ilə əlaqədar olan neft və qaz yataqlarının axtarı-
şında kompleks tədqiqatlardan- geoloji, geofiziki və qazma işlə-
rindən istifadə edilir. Əlbətdə belə struktur tip yataqların axtarı-
şında əsas yeri geofiziki axtarış üsulları (qravimetriya, seysmo-
metriya, və elektrometriya) tutur (şəkil 7.3.).

7.1.4. DİAPİRİZM VƏ PALÇIQ VULKANİZMİ İLƏ


MÜRƏKKƏBLƏŞƏN STRUKTURLA ƏLAQƏDAR
OLAN YATAQLARIN AXTARIŞI

Bu tip strukturlarla neft-qaz həm tağda, həm də qanadlarda


yerləşir. Qanadlarda yerləşən yataqlar kontakt ətrafı yataqlar
adlanır.
Palçıq vulkanları ilə pozulmuş strukturlar əvvəllər neftli-
qazlılıq baxımından perspektivsiz hesab olunurdu. Lakin ilk
Azərbaycanlı geoloq prof.B.İ.Sultanovun təkidi ilə 1931-ci ildə
Lökbatan qırışığında qazılan quyulardan böyük neft-qaz fontanı
alındıqdan sonra palçıq vulkanları ilə pozulmuş strukturlara diq-
qət artdı. Adı çəkilən strukturlarla əlaqədar olan yataqların axta-
rışı o qədər də çətinlik törətmir. Bu cür qırışıqlarda ən çətin
məsələlərdən biri qırılmaların və vulkan kraterinin yerinin təyin
edilməsidir. Bu məqsədlə hazırda seysmik kəşfiyyat və struktur
qazmasından geniş istifadə edilir.

Şəkil 7.3. Gülsarı yatağı: (Qərbi Qazağıstan) seysmik profillər-


də: a-Cənub-Şərq hissə; b-Mərkəzi hissə; 1- əks olunma sahələ-
ri;2-geoloji sərhədlər; 3-duz səthi; 4- hallogen çöküntülər; II,III,
V, VI, və s. seysmik dayaq horizontları.

Tağı palçıq vulkanları ilə pozulmuş strukturlar üzərində


axtarış quyuları tağa görə radial istiqamətlərdə verilmiş profil
xətləri üzrə yerləşdirilir. Profil xətlərinin sayı strukturun ölçülə-
rindən asılı olaraq təyin edilir. Hər bir profil xətti üzərində quyu-
ların sayı iki və ya üç olur.
Haqqında danışılan strukturların yayıldığı sahələrdə axta-
rış işləri bütün məlum materialların yekunlaşdırılması əsasında
görülür. Bu məqsədlə müxtəlif xəritə və profillər tərtib olunur.
Monoklinal qrupa daxil olan yataqlar. Belə yataqlar
struktur-litoloji, struktur-stratiqrafik olur. Onların bir xüsusi halı
da tektonik qırılmalarla mürəkkəbləşmələrdir. Odur ki, bu qrup-
da cəmləşdirilən qarışıq tip yataqların axtarışı litoloji və stratiq-
rafik tip yataqlarda olduğundan heç nə ilə fərqlənmir.
Sinklinal qrupa daxil olan yataqlar. Bu yataqlar təbiətdə
çox az rast gəlir (ABŞ-da Appalaç neftli-qazlı əyalətində). Belə
yataqlar qravitasiya nəzəriyyəsinə uyğun gəlmir. Bundan başqa,
sinklinallarda struktur-litoloji və tektonik budin tip yığımlara da
rast gəlmək olar. Belə yataqların axtarışı antiklinal qrupa daxil
olan yataqların axtarışından heç nə ilə fərqlənməməlidir. Buna
görə də axtarış quyuları kiçik profil üzrə sinklinalda
layihələndirilir. Əvvəlcə nüvədə yerləşdirilən axtarış quyusu
qazılır.

7.2. LİTOLOJİ TİP NEFT VƏ QAZ YATAQLARININ


AXTARIŞI

Litoloji tip neft və qaz yataqlarının (layın qalxımı üzrə li-


toloji pazlaşması, kollektorların pis keçirici süxurlarla əvəz
olunması, linzavarı, yuvavarı, qolvarı və s.) axtarışı və kəşfiyya-
tı digər tip yataqlara nisbətən çox çətindir. Belə yataqların
axtarışında vahid bir metodika yoxdur. Bu və ya başqa struktur
formalara görə litoloji yataq tiplərinin tutduğu vəziyyət təkcə
həmin strukturların tektonik xüsusiyyətlərindən deyil, həmçinin
kollektor süxurların litoloji xarakterinin dəyişməsindən asılıdır.
Odur ki, belə yataqların axtarışında tektonik məsələlərin uzanma
və yatma istiqaməti üzrə qalınlıqlarını və litofasial dəyişmə
qanunauyğunluqarını izləmək lazım gəlir. Buna görə də litoloji
tip yataqların axtarışı başqa tip yataqlardakından xeyli fərqli
olur və çoxlu axtarış quyularının qazılmasını tələb edir.
Litoloji tip yataqlarla əlaqədar olan tələlərin əmələ gəl-
məsi uyğun geoloji (dövrün, zamanın), paleocoğrafi, paleotekto-
nik və paleodənizlərin sahil xətlərinin yerləşmə xüsusiyyətlərin-
dən çox asılıdır. Bu baxımından həmin xüsusiyyətləri nəzərə
alan tədqiqatlar əsasında paleocoğrafi, paleotektonik və litoloji-
fasial xəritələr qurulur. Həmin xəritələr üzərində kollektor sü-
xurların yayılma sərhədləri göstərilir. Belə xəritələri qurarkən
geofiziki və geokimyəvi tədqiqatlardan, axtarış quyularının mə-
lumatlarından istifadə edilir. Bu cür xəritələrdə kollektor süxur-
ların təxmini yayılma zonaları öyrənildikdən sonra profil sistem-
ləri üzrə axtarış quyularının növbə ilə qazılmasına başlanılır.
Əgər birinci axtarış quyuları qazılarkən kollektor laylara rast
gəlinirsə növbəti axtarış quyuları neft və qazın formalaşması
üçün əlverişli ola bilən sahələrdə yerləşdirilir.
İri geostruktur elementlərin yamac və cinahlarında yerlə-
şən və qalxım üzrə pazlaşan regional neftli-qazlı kollektorlarla
əlaqədar olan neft-qaz yığımlarının axtarışında həmin kollektor-
ların pazlaşma zonasının (sıfır qalınlıq xəttinin) təyin edilməsi
vacib məsələlərdən biri hesab olunur. Bunun üçün bir-birindən
xeyli aralı profil xətləri üzrə yerləşən axtarış quyuları eyni vaxt-
da qazılır.
Axtarış quyuları şahmat sistemi üzrə yerləşdirilir. Quyu-
lararası məsafə kollektor layların qalınlıqlarının və litoloji-fasial
xüsusiyyətlərinin dəyişməsindən asılı olaraq müəyyən edilir.
Başlanğıc mərhələdə quyular arasındakı məsafə çox (5 km-ə ki-
mi) götürülür. Kollektorların pazlaşma zonası təxmini təyin
olunduqdan sonra axtarış quyularının sayı artırılır (quyulararası
məsafənin azaldılması hesabına). Bu o məqsədlə edilir ki, paz-
laşma zonasının sərhədləri dəqiq müəyyən olunsun. Kollektor
süxurların pazlaşma sərhədlərinin müəyyən olunması məqsədilə
qazılan axtarış quyuları eyni zamanda onların neftlilik-qazlılıq
xarakterini izah edir. Litoloji pazlaşma ilə əlaqədar olan ya-
taqların axtarışı zamanı quyular pazlaşma zonasının, kollektor-
ların sıfır qalınlıq sərhədinin uzanmasına perpendikulyar olan
profillər üzrə yerləşdirilir.
Litoloji pazlaşma dövrünə daxil olan neft-qaz yığımlarının
axtarışı zamanı müxtəlif geofiziki tədqiqatlardan istifadə olunur.
Bu tədqiqatlardan ən başlıcası ərazidə çöküntülərin litoloji-fasial
xüsusiyyətlərinin dəqiq öyrənilməsidir. Ayrı-ayrı stratiqrafik
komplekslərin xüsusiyyətlərini öyrənərkən kern və mədən-
geofizikası materiallarına əsaslanan quyu kəsilişlərin tədqiqat
məlumatlarından istifadə edilir. Bu tədqiqat materialları əsasında
litofasial və qalınlıq xəritələri tərtib olunur. Həmin xəritələrə
əsasən müxtəlif tip çöküntülərin paylanması, kollektorların
inkişaf zonası və onların pazlaşma mərhədləri öyrənilir. İri
komplekslər görə qurulan litofasial xəritə bir qədər təxmini olur.
Ona görə də, belə xəritələr ayrı-ayrı horizontlara, lay dəstələrə
və mərtəbələrə görə qurulur. Məlum olduğu kimi müxtəlif
litoloji-fasial xüsusiyyətə malik olan zonaların yayılması və
onlarda kollektor süxurların inkişafı tədqiq olunan ərazinin
tektonik quruluşunun xüsusiyyətindən və geoloji inkişafından
çox asılıdır. Adətən, kollektor süxurların pazlaşma zonalarının
sərhədləri iri struktur cinah və yamaclarda qeydə alınır. Lokal
strukturlarda isə kollektorların pazlaşması qanadlarda və perikli-
nallarda müşahidə edilir.
Litoloji pazlaşma növünə daxil olan yataqların axtarışında
paleocoğrafi tədqiqat xüsusilə böyük rol oynayır. Belə ki, paleo-
coğrafi tədqiqat hövzələrdə çöküntütoplanma şəraitlərini, onla-
rın inkişaf xüsusiyyətlərini, terrigen materialların gətirilmə
mənbələrini öyrənir. Paleodənizlərin sahil xətlərinin xarakterini,
onların vəziyyətini və s. məsələləri izah edir. Bu məsələlərin
kompleks öyrənilməsi regional litoloji tələlərin izah olunmasına
şərait yaradır. Regional litoloji tələlərin axtarışında pa-
leogeomorfoloji tədqiqatlar da əsas yer tutur. Regional litoloji
pazlaşma zonaları, adətən, iri relyef formaları ilə müşayiət olu-
nur və onların sərhədlərinə uyğun gəlir. Bu relyef formaları isə
geostruktur elementləri əks etdirir. Ayrı-ayrı litoloji tələlər isə
pazlaşma zonasının kiçik struktur elementləri ilə əlaqədar olur.
Ona görə də litoloji pazlaşma zonasında intişar edən tələləri mü-
əyyən etmək üçün paleogeomorfoloji tədqiqatlar əsasında uyğun
xəritələr tərtib olunur. Həmin xəritələrdən ən vacibi tədqiq
etdiyimiz paleorelyef səthini transqressiv örtən çöküntülərin
qalınlığını göstərən xəritədir.
Litoloji növ neft və qaz yataqlarını müəyyən edərkən pa-
leorelyefin xarakteri ilə kollektorların inkişafı arasındakı əlaqə-
nin öyrənilməsinin də böyük əhəmiyyəti vardır. Bu məqsədlə
izoxətlərlə göstərilən paleogeomorfoloji xəritələr üzərində kol-
lektorların qalınlıqlarının paylanmasını da qeyd etmək lazımdır.
Belə qarışıq xəritələrin qurulması hər bir geomorfoloji izoxəttə
uyğun gələn müxtəlif tip kollektorları müəyyən etməyə imkan
verir.
Yuxarıda qeyd olunan bütün məlumatlar müxtəlif litoloji
tip tələlərin varlığını izah etməyə köməklik edir. Məsələn, pa-
leodənizlərin sahillərinə paralel əmələ gələn "valvarı qum yı-
ğımları" dənizin transqressiyasının sıçrayışla inkişafı nəticəsində
yaranır. Dənizlərin inqressiyası zamanı relyefin alçaq zonala-
rında, kuest formalarının arasında "dərə qumları" toplanır. "Del-
tavarı qumlar" isə dənizlərin sahil xətlərinə perpendikulyar yığı-
lır və s.
Əksər neftli-qazlı rayonlarda geofiziki tədqiqatlar litoloji
tip tələlərin müəyyən olunmasında tam istifadə edilə bilmir. La-
kin bununla belə, dəqiq seysmik tədqiqatla litoloji-fasial də-
yişmə zonaları, eləcə də qalın qum qatlarının pazlaşma sərhədlə-
ri yaxşı müəyyən olunur. Seysmik kəşfiyyat və profillər üzrə
qazma işləri birlikdə tətbiq edildikdə daha yaxşı nəticə alınır.
Litoloji tip neft yığımlarına Qərbi Kuban (RF) çökəkliyi-
nin Cənub cinahında yerləşən Maykop rayonunun yataqları mi-
sal ola bilər. Bu yataqlar birləşərək neftli-qazlı zona əmələ gə-
tirir. Pazlaşmaya məruz qalan qumlu kollektorlar orta Maykop
zamanında Adıgey qalxımından şimal-qərb istiqamətdə davam
edən paleoaxımlar nəticəsində əmələ gəlmişdir. Qumlu zonala-
rın eni 15 km, uzunluğu isə 150 km-dir. Belə qum əmələgəlmə-
ləri ilə əlaqədar olan çoxlu neft yataqları zəncirvarı düzülüb dal-
ğavarı yerləşir. Bu cür yataqların konturları körfəz formasında
olur. Qumlu layların pazlaşması həm qalxım, həm də uzanma
istiqamətlərində baş verir. Lakin onların qalınlıqları dəyişmir
(pazlaşma zonalarında azalmır).
Körfəzvarı çoxlaylı yataqların ayrı-ayrılıqda tədqiq edil-
məsi məsləhət görülür. Bu məqsədlə qalınlıq xəritələrinin mü-
qayisəsi göstərir ki, ayrı-ayrı qum laylarının pazlaşma sərhədləri
bir-birlərinə uyğun gəlməyib, xeyli sürüşmüşdür. Sürüşmə
layların həm yatma, həm də uzanma istiqamətləri üzrə müşahidə
olunur (şəkil 7.4.).

Şəkil 7.4. Körfəzvarı fərdi yataqların pazlaşma zonaları.

Körfəzvarı yataqların axtarışında məhsuldar horizontların


tektonik quruluşundan əlavə onların xüsusiyyətlərini də öyrən-
mək lazımdır. Belə yataqların axtarış üsulunu izah edək. Əvvəl-
cə bütün qırışığı əhatə edən yatağın uzanmasına perpendikulyar
keçən profil sistemi üzrə axtarış quyuları qazılmış və neft yataq-
ları aşkar edilməmişdir. Lakin 3 saylı axtarış quyusunda qum
layları müşahidə edilmişdir ki, bu da axtarışın davam etdirilmə-
sinə əsas vermişdir. Sonradan profil sistemi üzrə uzanma istiqa-
məti boyunca axtarış quyuları qazılmış və körfəzvarı neft təbə-
qələri müəyyən edilmişdir (10, 7, 9 və 8). Bundan sonra yataq-
ların konturları kəşfiyyat quyuları ilə müəyyən edilmişdir. De-
məli, lokal strukturların qanad və periklinalları ilə əlaqədar olan
litoloji pazlaşma növ yataqların varlığını müəyyən etmək üçün
axtarış quyularını strukturların uzaq batımlarında yerləşdirmək
lazımdır. Əgər həmin axtarış quyuları kəsilişdə tağ hissədə rast
gəlməyən qumlu təbəqələri müəyyən edirsə ola bilsin ki, axtarış
quyuları pazlaşan qum təbəqələrində olan neft və qaz yataqlarını
açsın. Sonrakı quyular həmin qumlu laylarda yerləşən yataqları
aşkar etmək məqsədilə layihələndirilir.
İndi də litoloji məhdudlaşmış növ yataqların axtarışı meto-
dikası üzərində dayanaraq. Belə növ yataqların tipik nümünəsi
İ.M.Qubkinin 1911-ci ildə müəyyən etdiyi "qolvarı" yataqdır.
Bu cür yataqlar paleoçayların axım sahələrində və qolvarı, qay-
tanvarı formada uzanan qum layları ilə əlaqədar olur.
Qolvarı yataqların axtarışı daha çətindir. Çünki belə yataq-
ların yerləşdikləri sahələr onları örtən süxurlarda əks olunmur.
Odur ki, əksər hallarda qolvarı yataqlar təsadüfən aşkar edilir.
Buna görə də qazılan axtarış və digər növ quyularda kiçik qalın-
lıqlı qum laylarından təzahür edən neft və qaz izlərinə fikir
vermək lazımdır. Adətən, belə qum layları ilə əlaqədar olan neft
və qaz sonradan qolvarı yataqlara çevrilir.
Qolvarı yataqları tədqiq etmək üçün İ.M.Qubkin maili
struktur xəritə qurmaq və onun üzərində paleoçayın relyefini əks
etdirmək metodikasını təklif etmişdir. Qolvarı yataqların axtarı-
şında A.Y.Krems və S.T.Korotkov metodikasından da istifadə
edilir. Bu üsul üç quyu üsulu adlanır. Həmin quyular qısa profil
xətləri üzrə bir-birlərindən qısa məsafədə (məsafə qumlu
zonanın yayılma sahəsindən asılıdır) yerləşdirilir.
Barvarı (düyünvarı) yataqların (litoloji tip yataqlar) axtarı-
şında dəqiq paleocoğrafi tədqiqatlar böyük əhəmiyyətə malikdir.
Məlumdur ki, bu tədqiqatlar əsasında qədim dənizlərin sahil
xətləri izlənilir. Barvarı qum yığımları, adətən, dənizlərin sahil
zonalarında əmələ gəlir.
Litoloji tip yataqlar (xüsusilə litoloji pazlaşan) Azərbayca-
nın neftli-qazlı rayonda hələ zəif öyrənmişdir. Belə yataqların
öyrənilməsinə diqqəti artırmaq lazımdır. Onlar əsasən Pliosen,
Miosen və Maykop yaşlı komplekslərlə əlaqədar ola bilər.

7.3. RİF TÖRƏMƏLƏRİ İLƏ ƏLAQƏDAR OLAN


NEFT-QAZ YATAQLARININ AXTARIŞI

Qeyd olunduğu kimi, rif törəmələri litoloji tip yataqlar sin-


finə aiddir. Rif törəmələri ilə əlaqədar olan yataqların axtarı-
şında aşağıdakı məsələlərə əsas fikir verilməlidir:
· rif massivlərinin yerləşdikləri yerin, sahənin təyin olun-
ması,
· rif massivlərinin əmələ gəlməsi və formalaşmasının izah
olunması.
Axtarışda geniş tətbiq edilən müasir geofiziki üsullar rif
törəmələrinin yerləşdikləri yeri təxmini müəyyən edir. Ona görə
də onların yerləşdikləri sahələr kiçik diametrli struktur qazma
quyuları ilə daha dəqiq təyin olunur. Struktur qazma quyuları rif
massivlərinin tavanına kimi qazılır. Həmin quyular rif
törəmələrini örtən çökmə süxur qatlarının da neftlilik-qazlılığı
haqqında məlumat verir.
Rif törəmələrinin yerləşdikləri sahələr struktur qazma iş-
ləri ilə təyin olunduqdan sonra ilk axtarış quyularının qazılma
yerləri müəyyənləşdirilir. İlk axtarış quyusu rifin tağında qazılır.
Bu quyu rif massivinin neftlilik-qazlılıq xarakterini müəyyən
etməlidir.
Rif törəmələri onlarla massivlərdən ibarət olub, yüz kilo-
metrlərlə məsafəyə uzanır. Ona görə də rif massivi ayrı-ayrılıqda
tədqiq olunur. Eyni vaxtda bir neçə rif massivində axtarış qu-
yuları qazılır. Basdırılmış (gizli) rif massivləri intişar edən zona-
larda axtarış işlərinin aparılması və rif törəmələrinin müəyyən
olunması xüsusilə çətindir.
Riflər dənizin sahilyanı və dərinlik zonalarında əmələ gə-
lir. Onlar göbələkvarı, yastı və konusvarı olur. Rif massivlərinin
müəyyən olunması üçün kompleks tədqiqatlardan istifadə edilir.
Həmin kompleks tədqiqatlara əsaslanan geoloji və geofiziki
üsullar böyük rol oynayır. Bu baxımdan seysmik kəşfiyyatın
DƏÜ və DİQÜ xüsusilə diqqəti cəlb edir (şəkil 7.5.).
Riflər seysmik məlumatlarda müsbət strukturlar kimi veri-
lir. Rif massivləri intişar edən sahələrdə seysmik dalğaların
udulma əmsalının qiyməti artır.
Rif massivlərinin tədqiqində qravimetriya üsulundan da
geniş istifadə edilir. Belə ki, rif sistemləri qravimetrik məlumat-
larda kiçik sıxlıqla xarakterizə olunduqlarından əks (mənfi) ano-
maliya ilə, ətraf isə müsbət anomaliya ilə göstərilir. Elektromet-
riya tədqiqatlarında isə rif massivləri fərz olunan xüsusi müqa-
vimətin maksimum qiymətinə uyğun gələn anomaliya ilə mü-
şayiət olunur
Riflərin axtarışında son zamanlar quyu seysmik üsulu tər-
tib edilir. Bu üsulda müşahidə nöqtəsi riflərə qazılan quyularda
yerləşir. Həmin üsulla rif sistemlərinin yerləşdiyi sahələr daha
dəqiq tədqiq olunur. Ural qarşısı (RF) çökəklikdə rif massivləri-
ni müəyyən etmək üçün bu üsuldan istifadə edilmiş və nəticə də
qazılan əksər axtarış quyularının sayı xeyli azaldılmışdır. Şə-
kildən göründüyü kimi quyu seysmik üsulu rif sistemlərinin
günbəzlərini dəqiq müəyyən etmişdir. Bu üsul günbəzlərin bir
qədər şimalqərbdə yerləşdiyini göstərmişdir (DƏÜ və DİQÜ
məlumatlarından fərqli olaraq). Ural-qarşısı çökəklikdə rifləri
izah etmək üçün radiometrik tədqiqat işləri də aparılmışdır. Təd-
qiqat göstərmişdir ki, radioaktivliyin minimum qiymətinə
riflərin yerləşdiyi sahələr uyğun gəlir.
Şəkil 7.5. Rif massivinin seysmik məlumatlara görə
struktur xəritəsi (Kazlair sahəsi): 1-sınan dalğaların izo-
hipsləri; 2-neftlilik konturu; 3-rif massivi; 4-seysmik
materialda əks olunmayan zona; 5-seysmik materiallara
görə qalxım zonası.

Rif əmələgəlmələri intişar edən zonalarda tətbiq edilən


geofiziki üsulların nəticələri müsbət qiymətləndirilərsə, həmin
sahələr struktur-axtarış qazmasına təqdim olunur. Quyular, adə-
tən, riflərin uzanmasına perpendikulyar keçirilən profillər üzrə
qazılır. Quyulararası məsafə 1,2-1,5 km götürülür.
Bəzən bir-birinə yaxın olan rifləri ayrı-ayrı quyularla de-
yil, çoxlüləli bir quyu ilə tədqiq etmək üsulundan istifadə olu-
nur. Bu üsul Başqırdıstanın rif massivlərində tətbiq edilmişdir
(şəkil 7.6.).
Rif törəmələri ilə əlaqədar olan yataqlar Uralqarşısı və Ka-
ma-Kinel (RF) çökəkliklərində, Xəzəryanı (RF) sineklizdə,
Qərbi Özbəkistanda, Volqoqrad, Saratov, Kuybışev, Timan-Pe-
çora, Tatarıstan, Başqırdıstan və Rusiyanın digər neftli-qazlı əra-
zilərdə geniş yayılmışdır.

Şəkil 7.6. Rif massivlərində neft yatağının əyri quyularla


axtarışı sxemi: a- plan; b- profil.
7.4. STRATİQRAFİK TİP NEFT VƏ QAZ
YATAQLARININ AXTARIŞI

Təbiətdə ən çox rast gələn stratiqrafik tip yataqlar layların


denudasiya nəticəsində kəsilməsi və qeyri uyğun olaraq nisbətən
cavan yaşlı çöküntülərlə örtülməsi formasındadır.
Stratiqrafik tip tələlərin axtarışına, litoloji yataqlarda ol-
duğu kimi, bu vaxtda qədər toplanmış geofiziki materialların
təhlili ilə başlanılmalıdır. Bu baxımdan təbii çıxışların və quyu
kəsilişlərinin öyrənilməsi xüsusilə maraqlıdır. Əgər belə təhlil
nəticəsində öyrənilən rayonun kəilişində bucaq uyğunsuzluğu ilə
müşayiət olunan stratiqrafik fasilə müəyyən edilirsə, o neftlilik-
qazlılığın başlıca göstəricisi hesab edilir. Bu cür sahələr ən çox
tektonik hərəkətlərin intensiv inkişaf etdiyi rayonlarda müşayidə
edilir.
Bucaq uyğunsuzluğu ilə müşayiət olunan stratiqrafik fasi-
lələr platforma sahələrində ancaq quyu kəsilişlərinin mükəmməl
müqayisəsi nəticəsində müəyyən oluna bilər.
Stratiqrafik uyğunsuzluqlar quyu məlumatlarına- kern və
elektrokarataj diaqramlarının mükəmməl təhlilinə əsaslanır.
Stratiqrafik uyğunsuzluqlar zonalarının müəyyən olunması və
neftlilik-qazlılığın qiymətləndirilməsi üçün tektonik, paleotekto-
nik, litoloji paleocoğrafi və s. tədqiqatların aparılması vacibdir.
Məlumdur ki, stratiqrafik tip neft və qaz yığımları əksər
hallarda lokal və regional qalxımların yamaclarında müşahidə
olunur; Çünki ayrı-ayrı geoloji vaxtlarda qalxmaya məruz qal-
mış ərazilər və laylar yuyulmuş və sonrakı geoloji müddədə isə
enmə nəticəsində həmin sahələr cavan yaşlı pis keçirici çökün-
tülərlə örtülmüşdür. Digər tərəfdən qalxmaya məruz qalmış sa-
hələrdə ayrı-ayrı stratiqrafik vahidlər qalxma üzrə stratiqrafik
pazlaşmaya məruz qalmışdır.
Stratiqrafik tip tələləri müəyyən etmək üçün paleotekto-
nik, paleogeoloji, paleogeomorfoloji və transqressiv laylanma
xəritələrini qurmaq lazımdır. Stratiqrafik tip yataqların axtarışın-
da istifadə olunan kompleks tədqiqatda geofiziki üsullar xüsusi
yer tutur (xüsusilə seysmik kəşfiyyat). Seysmostratiqrafik
materiallar əsasında stratiqrafik pazlaşma və kəsilmə zonaları
müəyyən edilir (şəkil 7.7.).

Şəkil 7.7. Şərqi Kubanda (RF) seysmomateriallara görə Yura


çöküntülərinin stratiqrafik pazlaşma zonalarının müəyyən
olunması (V.Y.Xain və b. görə).

Bəzi hallarda bu tip yataqların axtarışında yüksək dəqiq-


likli qravimetrik üsulldan istifadə olunur. Radiometrik üsul da
müsbət nəticə verir.
Stratiqrafik tip yataqların axtarışında geokimyəvi üsullar-
dan da istifadə edilir.

7.5. ÇATLI SÜXURLARLA ƏLAQƏDAR OLAN NEFT


VƏ QAZ YATAQLARININ AXTARIŞI

Çatlı süxurlar müxtəlif mənşəli olur. Çatlılıq maqmatiq


metamorfik və çökmə süxurlarla əlaqədardır. Maqmatik və me-
tamorfik süxurlarda cüzi miqdar neft-qaz yığımları rast gəlir.
Belə yığımlar əksər hallarda eroziya qalxımları ilə əlaqədar
(Muradxanlı (Azərbaycan), Şaim (Rusiya), Ferbo (Meksika),
Aucella (Liviya) və s.) olur. Bu tip süxurlarda neft və qaz yığım-
ları çat qruplaşmaları ilə əlaqədardır. Tektonik aktivlik və at-
mosfer agentlərinin təsiri ilə çatlılıq olan sahələrdə neft-qaz
yığımı üçün şərait də yaxşı olur. Belə tələlərin öyrəiilməsi
kompleks tədqiqatlara əsaslanmalıdr (geofiziki, paleotektonik,
geokimyəvi və s.). Axtarış quyuları tektonik aktivlik və atmosfer
agentlərinin təsir qüvvələri çox olan sahələrdə qazılmalıdır.
Bəzən eroziya qalxımının formasından asılı olaraq axtarış quyu-
ları üçbucaq şəbəkəsi üzrə yerləşdirilir. Quyular arasındakı mə-
safə 500-700 m götürülə bilər.
Çökmə süxurlarda ən çox çatlılıq karbonat süxurlarında
rast gəlir. Məlum olduğu kimi karbonat süxurlarla əlaqədar olan
neft və qaz yataqları müxtəlif rayonlarda kəşf edilmişdir (Ural-
Volqa, Krım-Qafqaz (rusiya) və s. neftli-qazlı əyalətlərdə).
Karbonat süxurları ilə əlaqədar olan neft və qaz yataqlar-
ının axtarışı öz spesifik xüsusiyyəti ilə terrigen kollektorların ax-
tarışından fərqlənir. Bu karbonat kollektorlarının mürəkkəb qu-
ruluşa və müxtəlif cinsliliyə malik olması ilə izah olunur. Kar-
bonat süxurlarında dənəciklərarası məsamələrlə yanaşı çoxlu
miqdar çatlar, yarıqlar, boşluqlar rast gəlir. Onlar karbonat sü-
xurlarının kollektorluq qabiliyyətini sahə və kəsiliş üzrə dəyiş-
məsinə təsir edir. Belə süxurlarda neft və qaz yataqlarının
axtarışı zamanı başlıca vəzifə kollektorlar inkişaf edən interval-
ların müəyyən olunmasından, onların yayılma sahəsinin izahın-
dan və neftlə doyma dərəcəsinin təyinindən ibarətdir. Bunun
üçün karbonat süxur komplekslərinin dəqiq öyrəiilməsi tələb
olunur. Belə komplekslər müxtəlif tədqiqat üsulları ilə (xüsusilə
elektrik-kəşfiyyatla) öyrənilir. Karbonat süxurlarından ibarət
olan tələlərdə yerləşən neft və qaz yataqlarını müəyyənləşdir-
mək üçün axtarış quyularını birinci növbədə tektonik qırılmalar-
la mürəkkəbləşən sahələrə yaxın yerləşdirmək lazımdır. Çünki
həmin sahələrdə çat və yarıqlar daha çox inkişaf etmiş olur.
Əgər kollektorluq dənəciklərarası məsaməlikdən ibarət olursa,
onda axtarış quyuları aparılan müxtəlif tədqiqatların nəticələrinə
əsasən yerləşdirilir.
Ümumiyyətlə, karbonat süxurları ilə əlaqədar neft və qaz
yataqlarının axtarışı çoxlu və müxtəlif tədqiqatların aparılmasını
tələb edir. Əslində çatlılıq tektonik qırılmalarla sıx əlaqədar ol-
duğundan, axtarış quyuları tektonik qırılmalar inkişaf edən sahə-
lərdə (xüsusilə tektonik qırılmaların kəsişdiyi sahələrdə) kiçik
profillər üzrə yerləşdirilir.

7.6. DƏNİZ VƏ OKEANLARDA NEFT VƏ QAZ


YATAQLARININ AXTARIŞI

Son vaxtlar okean və dənizlərdə neft və qaz yataqlarının


axtarışı və kəşfiyyatına xüsusi fikir verilir. Bu da planetimizdə
neft və qaza olan ehtiyacdan irəli gəlir. İndi bir çox ölkələr dəniz
və okeanlarda yerləşən neft və qaz yataqlarının axtarışı, kəşfiy-
yatı və işlənilməsi ilə məşğul olur. Dəniz yataqları dünya neft
ehtiyatının beşdə birini təşkil edir. Hazırda 20 ölkə sualtı yataq-
lardan neft çıxarır. ABŞ-da dəniz neft və qaz yataqları Luizana
və Texas ştatlarının kontinental şelf sahəsində, qərb sahil
zonasında, Alyaska ştatının Kuk körfəzində (Prodxo-Bey) mü-
əyyən edilmişdir.
Son zamanlar böyük ehtiyata malik olan neft və qaz yataq-
ları Meksikanın dəniz akvatoriyasında kəşf edilmişdir. Vene-
suelanın ümumi neft ehtiyatının üçdə iki hissəsi Marakaib gö-
lündə kəşf olunan neft yataqlarının payına düşür. Hazırda böyük
neft və qaz ehtiyatlarına malik olan yataqlar Şimal dənizində
(Britaniya, Niderland, Norveç ərazilərində) açılmışdır.
Afrika qitəsinin qərb və şərq sahillərində (Hind və Atlan-
tik okeanlarında), Fars körfəzində, İndoneziyanın dəniz suların-
da (Yavan dənizi), Aralıq dənizində, Atlantik okeanının şərq sa-
hillərində, Latın Amerikasının qərb sahil zonalarında, Benqal
körfəzində, Avstraliya qitəsinin sahillərində (Hind okeanı),
ÇXR-in dəniz sularında və digər ərazilərdə də neft və qaz yataq-
ları kəşf edilmişdir.
Keçmiş SSRİ-nin ərazisində sualtı neft və qaz yataqları
Şimal Buzlu okeanında, Xəzər, Qara, Azov və Baltik dənizlərin-
də, Sakit okeanın kontinental şelf zonasında ya kəşf olunmuş, ya
da perspektivliyi axtarış işləri nəticəsində təsdiq edilmişdir.
Xəzər dənizi akvatoriyası daha ətraflı öyrənilmişdir. Onu demək
kifayətdir ki, indi Azərbaycan neftinin 70 %-indən çoxu dəniz
yataqlarından çıxarılır. Hazırda Xəzər dənizində həmçinin Da-
ğıstan, Türkmənistan, Qazaxıstan və Rusiya ərazilərində də neft
və qaz yataqları aşkar edilmişdir. Dəniz yataqlarının sayı ildən
ilə artır ki, bu da dənizdə neft və qaz ehtiyatının çox olduğunu
göstərir. İndi bütün okeanların şelf sahələrində neft və qaz
yataqları müəyyən edilmişdir.
Əgər əvvəllər dəniz suları altında yerləşən neft və qaz ya-
taqlarının proqnoz ehtiyatı 200 m izobata görə hesablanırdısa,
indi axtarış işləri texnikanın inkişafı ilə əlaqədar olaraq 300 m
və daha çox dərinlikdə olan sahələrin neft-qaz ehtiyatı öyrənilir.
Bu da sualtı yataqların axtarışı və kəşfiyyatı perspektivliyini
xeyli artırır.
Dənizdə aparılan axtarış və kəşfiyyat işləri öz spesifik xü-
susiyyətləri ilə fərqlənir. Ayrı-ayrı dəniz hövzələri rayonlarına
diqqət yetirsək görərik ki, dənizdibi relyefinin yüksək hissələri
denudasiya prosesləri nəticəsində yuyulmaya məruz qalır, alçaq
hissələrində isə yuyulma materialları toplanır (sualtı axın hesa-
bına). Deməli, denudasiya zonalarında köklü süxurlar açılır, al-
çaq sahələrdə isə əksinə, həmin süxurlar gəlmə materiallarla ör-
türülür. Odur ki, dəniz şəraitində ərazinin geoloji quruluşunu
tədqiq etmək üçün elə kompleks üsullar seçilməlidir ki, az məsa-
rif sərfilə yüksək nəticələr əldə etmək mümkün olsun.
Aşağıda dəniz şəraitində tərtib edilən üsullardan qısa mə-
lumat verək.
Geomorfoloji üsul. Bəzi neftli-qazlı rayonlarda qırışıqlar-
la relyef səthinin müqayisəsi göstərir ki, antiklinal strukturlar
müsbət relyefə uyğun gəlir. Bu qanunauyğunluq dəniz sahələ-
rinə də tətbiq edilmiş və bəzi rayonlarda müsbət nəticələr alın-
mışdır. Bunun üçün dəniz suyunun dərinlikləri ölçülür və izobat
xəritələri qurulur.
Kiçik qiymətli izobat əyriləri yüksək relyefi və eləcə də
müsbət antiklinal strukturu əks etdirir. Yeni tektonik elementlər
(lokal strukturlar) relyef səthində inikas olunur. Xəzər dənizində
aparılan tədqiqatlar dediklərimizi təsdiq edir. Ona görə də dəniz
dibində relyef əmələ gətirən başlıca amil tektonik hərəkətlərdir.
Çöküntülərin qalınlıqlarının təhlili göstərir ki, Pliosen və Post-
pliosen vaxtında Xəzər dənizi dibində əvvəllər formalaşan əksər
struktur elementlər öz inkişaflarını davam etdirmişdir. Bu da çö-
küntütoplanmaya öz təsirini göstərmişdir. Belə ki, müsbət struk-
turlar inkişaf edən sahələrdə çöküntülərin qalınlığı az, mənfi
strukturlarda isə çox olmuşdur. Çünki dənizin dərin sahələrində
hidrodinamik proseslərin təsiri az olduğundan akkumulyasiyası
yaxşı gedir, əksinə dayaz sahələrdə isə hidrodinamik proseslərin
təsiri çox olur, toplanan materialları yuyur və abraziya relyefini
əmələ gətirir. Beləliklə, mənfi strukturlar inkişaf edən zonalarda
dənizin dərinliyi çox, müsbət strukturlar yayılan zonalarda isə az
olur.
Abşeron yarmadasını əhatə edən dəniz suyunun dayaz
zonalarında köklü süxurlar müasir çöküntülərlə örtülmür (güjlü
axın nəticəsində həmişə yuyulmaya məruz qaldığından). Belə
sahələrdə vizual müşahidələrin və aerofoto planaalmasının apa-
rılması əhəmiyyətlidir. Abşeron arxipelaqında əksər sualtı qal-
xımlar (Qoşa daş, Abşeron bankası, Darvin bankası, Neft daşları
və s.) tam morfoloji təhlil əsasında (heç bir geoloji axtarış işləri
aparılmadan) müəyyən edilmişdir. Sonradan aparılan xəritəalma
qazması və seysmik axtarış işləri mülahizənin doğruluğunu təs-
diq etdi. Bakı arxipelaqında isə belə müsbət relyefli qalxımlarda
fəaliyyətdə olan palçıq vulkanlarının yerləşdiyi nəzərə çarpır.
Həmin qalxımlarda yerləşən alçaq vulkanları zəncirvarı və ya
kulisvarı formada düzülmüş olur. Palçıq vulkanlarının əksəriy-
yəti antiklinal qırışıqların tağında yerləşir. Palçıq vulkanları yer-
ləşən sahələrdə püskürmə materialları toplanaraq bəzən ada for-
masında su səthinə çıxır, bəzən isə palçıq vulkanlarının fəa-
liyyəti az intensiv olduğundan püskürmə materialı da az olur və
dənizin dibində qalxım formasında (banka) müşahidə edilir.
Cənubi Xəzər hövzəsində dənizin dərinlik vəziyyətini mü-
əyyən etmək üçün akustik karataj üsulundan (əksolunma) istifa-
də edilmişdir. O sahələrdə ki, köklü süxurlar dənizin dibinə çıxır
və müasir çöküntülərlə örtülmür, inkas əyrisi (səsin qayıtma
əyrisi) dəqiq və düzgün göstərilir. Əksinə, yastı və çökək
sahələrdə isə qeyd olunan əyri tam göstərilmir. Beləliklə, həmin
üsulun nəticələrindən istifadə edərək Cənubi Xəzər hövzəsinin
batimetrik sxemi tərtib edilmişdir. Bu sxem əsasında qurulan
profil ilə seysmik profilin müqayisəsi aşağıdakı şəkildə gös-
tərilmişdir (şəkil 7.8.).

Şəkil 7.8. Cənubi Xəzər hövzəsində seysmik profillə relef


dibinin müqayisəsi: a- dibin relyefi; b-seysmik profil

Geoloji üsullar. Geoloji üsulların mahiyyəti geoloji xəri-


tələr tərtib edilməsindən ibarətdir. Dəniz şəraitində bu üsul bir-
birindən fərqlənən üç növə ayrılır:
· su səthinə çıxan ərazilərdə (adalarda) geoloji xəritəalma;
· aerofoto üsulunun köməyilə dəniz dibinin geoloji planal-
ması;
· açıq dəniz sahələrində xəritəalma qazması yolu ilə geo-
loji xəritəalma.
Su səthinə çıxan ərazilərdə geoloji xəritəalma. Belə
ərazilərə adalar daxil edilir. Adalarda geoloji xəritəalma quruda
aparılan xəritəalmadan heç nə ilə fərqlənmir. Lakin daha dəqiq
tədqiqat işlərinin görülməsi (yatım elementlərinin təyini, stratiq-
rafiyasının, dislokasiyasının xarakteri, süxur nümünələrinin gö-
türülməsi, faunanın yığılması və s.) tələb olunur. Məsələn, Neft
daşları adasında su səthinə çıxan qara rəngli qum daşlarının
yatım elementlərinin dəqiq ölçülməsi nəticəsində antiklinal
qırışığın varlığı müəyyən edilmişdir. Adalarda geoloji xəritəal-
ma zamanı palçıq vulkanları materiallarının (bu, xüsusilə Bakı
arxipelaqı rayonuna aid edilir) tədqiqinə xüsusi fikir verilməli-
dir. Palçıq vulkanları təbii quyudur, onun püskürdüyü material-
ları diqqətlə öyrənmək lazımdır. Bakı arxipelaqı adalarından
toplanan qum daşlarının tədqiqi göstərmişdir ki, onlar mineraloji
tərkibcə (80 % kvars) Abşeron yarmadasındakı məhsuldar qat
süxurlarına oxşayır.
Aerofoto üsulunun köməyilə dəniz dibinin geoloji plan-
alınması. Bu üsulun tətbiqi köklü süxurlar dəniz dibinə çıxan və
müasir çöküntülərlə örtülməyən sahələrdə yaxşı nəticə verir
(xüsusilə litoloji cəhətdən yaxşı ayrılan süxurlarda) Aerofo-
tolarda müşahidə edilən qırışmalar tam təfsilatı ilə göstərilir.
Bunlardan əlavə, aerofoto materiallarında kiçik konuslu sualtı
sönmüş və fəaliyyət də olan palçıq vulkanları, neft və qaz çıxış-
ları və s. də qeyd olunur. Fəaliyyətdə olan palçıq vulkanları su-
yun bulanıq olmasına və neft-qaz qabarciqlarına görə ayrılır.
Alınan aeromaterialların deşifrlənməsi həmin sahələrdə ki-
çik dərinlikli quyuların qazılması və süxur nümünələrinin gö-
türülməsi ilə müşayiət olunur. Bu üsulun effektivliyi dənizin də-
rinlik qiymətindən, suyun şəffaflıq dərəcəsindən və s. asılıdır.
Açıq dəniz sahələrində xəritəalma qazması yolu ilə geo-
loji xəritəalma. Xəritəalma qazması dənizdə aparılan geoloji
axtarış işlərinin vacib elementlərindən biridir. Bu üsulun
köməyilə gəlmə torpaq qatı altında yerləşən süxurları öyrənmək-
lə geoloji xəritə tərtib olunur. Xəritəalma qazmasına əsasən bir
strukturda və strukturlar qrupunda markir horizontlar izlənilir.
Ümumiyyətlə, xəritəalma qazması nəticəsində sahələrin
(strukturların) geoloji quruluşu öyrənilir (şəkil 7. 9.).

Şəkil 7.9. Çilov adası - Xali. Geoloji xəritə: 1- Abşeron


mərtəbəsi; 2- Ağjaqıl mərtəbəsi; 3- məhsuldar
qat; 4- Pont mərtəbəsi; 5- Diatom layları.
Son zamanlar dənizlərdə aparılan xəritəalma qazması işlə-
rinin texnikası xeyli təkminləşdirilmişdir (elektrik və turbin qa-
zıma boruları ilə qazıma).
Geofiziki üsullar. Dəniz şəraitində geofiziki üsullar geniş
tətbiq olunur. Dəniz sahələrinin ümumi geoloji quruluşunu öyrə-
nərkən qravimetrik üsullardan istifadə edilir. Bu üsul əsasən
dənizdə aparılan regional axtarış işlərində istifadə edilir.
Dəniz şəraitində ən geniş tətbiq olunan üsul seysmik kəş-
fiyyatdır. Dayaz dəniz zonalarında seysmik kəşfiyyat digər üsul-
larla (geoloji) birlikdə aparılır. Dərin dəniz sahələrində isə
seysmik kəşfiyyat yeganə üsul hesab olunur. Seysmik kəşfiyyat
üsulu Xəzər və Azov dənizlərində, Qara dənizdə, Oxot dənizin-
də və digər dənizlərində tətbiq olunur.
Dənizlərdə axtarış və kəşfiyyat qazmasından danışarkən
qeyd etmək lazımdır ki, qazma texnikasının inkişafı dəniz şərait-
ində yeni qazma konstruksiyalarının yaradılmasına səbəb olur.
Bu konstruksiyalara aşağıdakılar daxildir:
· dənizin dibi ilə əlaqədar olan metal özüllər (əsaslar) və
ya süni adalar;
· dənizin dibi ilə əlaqədar olan və özü qalxan qazma plat-
forması;
· üzən qazma qurğusu (süni ada).
Dənizdə aparılan axtarış və kəşfiyyat qazmasında əksər
hallarda stasionar süni metal adalardan istifadə edilir. Məlum
olduğu kimi, bu süni adalar çox baha başa gəlir. Qazılan quyuda
müsbət nəticə alınmadıqda, həmin metal özüllərdən ikinci dəfə
istifadə oluna bilmir. Bununla əlaqədar olaraq dəniz şəraitində
maili qazmadan geniş istifadə edilir. İndi maili qazma hesabına
2 km-ə qədər məsafə müxtəlif istiqamətlərdə (şaquli lüləyə görə)
fəth olunur. Bu məqsədlə özüllərin yeri dəqiq təyin olunma-
malıdır. Onlar elə qurulmalıdır ki, hər özüldən ən azı üç quyu
strukturun müxtəlif sahələrinə qazıla bilsin (şəkil 7.10).
Şəkil 7.10. Dəniz yataqlarında kəşfiyyatın sxemi: a-quyuların
planda yerləşməsi sxemi; b-kəsilişdə quyuların yerləşməsi.

Əgər axtarış quyusu neftlilik konturundan xaricə düşürsə,


ya ikinci lülə yenidən neftlilik sahəsinə istiqamətləndirilir, ya da
özüldən ikinci quyu qazılmağa başlanır.
Bəzən tədqiq olunan sahə sahilə yaxın yerləşdiyindən qu-
yu sahillə ya dəmir estakada ilə, ya da damba ilə birləşdirilir.
Belə dəmir estakada Azərbaycanda Qum adası ilə açıq dəniz sa-
həsində, damba isə Qaradağın Cənub qanadında axtarış və kəş-
fiyyat quyularının qazılması üçün düzəldilmişdir. Açıq dənizdə
süni metal adalar dənizin 300 m və daha çox dərinliyinə kimi
qurulur. Dəniz şəraitində aparılan axtarış və kəşfiyyat işlərinin
təcrübəsi göstərir ki, süni metal adaların qurulması iqtisadi ba-
xımdan əhəmiyyətli deyildir. Ona görə də son vaxtlar üzən qaz-
ma (nəhəng gəmilərdən) platformalardan istifadə edilir. Belə
platformalarda qazma quyusu üçün bütün şərait yaradılmışdır.
Platformalarda hətta vertalyotun enməsi üçün də sahə düzəldil-
mişdir. Hazırda Xəzər hövzəsində belə nəhəng gəmilərdən (Xə-
zər, Şelf, Bakı, Dədə Qorqud, H.Əliyev və s.) geniş istifadə
olunur.
YIII. FƏSİL. GEOLOJİ QRAFİKLƏRİN TƏRTİBİ
PRİNSİPLƏRİ

Hər hansı bir ərazinin neftlilik-qazlılıq perspektivliyinin


elmi əsaslarla qiymətləndirilməsi üçün hərtərəfli tədqiqat aparıl-
ması tələb edilir. Bu tədqiqatlara ərazinin geoloji quruluşu,
geoloji inkişaf tarixi, paleotektonikası, paleogeologiyası, paleo-
coğrafiyası və s. məsələləri daxildir. Bu məsələləri öyrənmək
məqsədilə müxtəlif geoloji qrafiklər qurulur.
Litoloji-stratiqrafik kəsiliş. Litoloji-stratiqrafik kəsilişlər
axtarış-kəşfiyyat işlərinin bütün etaplarında tərtib edilir. Qarşıya
qoyulan məqsəddən və ərazinin ölçülərindən asılı olaraq normal
və orta normal litoloji-stratiqrafik kəsiliş tərtib olunur. Normal
kəsilişlər xəritəalma və quyu məlumatlarının qarşılıqlı müqa-
yisəsi nəticəsində düzəldilir. Belə kəsilişi qurarkən paleontoloji
və mədən geofizikası tədqiqatlarına əsaslanırlar.
Litoloji-stratiqrafik kəsilişin sol tərəfində çöküntülərin
stratiqrafik yaşı göstərilir: qrup, sistem, şöbə, mərtəbə, horizont
(lay dəstə) və s. Sağ tərəfdə isə qalınlıqlar, elektrokaratac əyrisi,
stratiqrafik vahidlərin litoloji təsviri, fauna qalıqları verilir. Əgər
laboratoriya tədqiqatına əsasən süxurların bitumluluğu müəyyən
edilmişsə o da normal kəsilişdə uyğun intervalda göstərilir.
Normal kəsiliş də neftli-qazlı horizontlar, neft və qaz təzahürləri
olan intervallar da əks olunur. Orta normsal kəsiliş regional və
axtarış etaplarında tərtib edilir. Bu kəsiliş geoloji-geofiziki
məlumatlar əsasında yaradılır. Orta normal kəsilişdə standart
elektrokarotaj diaqramının xarakteristikası sağ tərəfdə göstərilir.
Geoloji (stratiqrafik) xəritə. Axtarış və kəşfiyyat işləri-
nin bütün etaplarında geoloji xəritədən əsas qrafiki sənəd kimi
istifadə olunur. Ancaq axtarış-kəşfiyyat işlərinin dəqiqliyindən
asılı olaraq geoloji xəritələr müxtəlif miqyaslarda tərtib edilir.
Hazırda geoloji xəritələri tərtib edərkən geofiziki və aerogeoloji
məlumatlardan geniş istifadə edilir.
Dördüncü dövr çöküntülərinin qalınlığı böyük olan rayon-
larda geoloji xəritə bu çöküntüləri nəzərə almamaqla (götürmək-
lə) tərtib edilir.
Geoloji və geoloji-geofiziki profillər. Bu cür qrafiklər şa-
quli kəsilişdə verilir. Tərtib olunmasından məqsəd süxurların li-
toloji tərkiblərini, onların yatım şəraitlərini, neft və qaz yığımla-
rının xarakterini, tektonik qırılmaların izlənilməsini öyrənmək-
dir. Regional etapda regional geoloji profillər qurulur. Regional
profillərin əsasını geoloji xəritəalma və geofiziki tədqiqatlar
təşkil edir. Mükəmməl axtarış və kəşfiyyat işlərində geoloji və
geoloji-geofiziki profillər qazma quyuları məlumatlarına görə
qurulduğundan daha dəqiq hesab edilir. Dəqiq profillər layların
uzanmasına perpendikulyar qurulan profillərdir. Bununla belə
uzununa və diaqonal istiqamətlər üzrə də profillər qurulur.
Geoloji-geofiziki profillər də dəqiq sayılır. Çünki belə profillər
kompleks tədqiqatlar əsasında qurulur.
Geofiziki xəritələr. Çöl geofiziki tədqiqat işləri axtarış-
kəşfiyyat işlərinin bütün etaplarında aparılır. Bundan başlıca
məqsəd həmin üsulların köməyilə konkret ərazinin geoloji quru-
luşunu öyrənməkdir. Geoloji quruluş dedikdə bünövrə və bü-
növrə örtüyünün struktur qırışıqları, onların qarşılıqlı əlaqələri
başa düşülür.
Axtarış və kəşfiyyat etapında asılı olaraq müxtəlif miqyas-
larda müxtəlif geofiziki üsullardan istifadə edilir və uyğun
olaraq müxtəlif xəritə və qrafiklər tərtib olunur. Qravimetrik xə-
ritələrdə yerin qravitasiya sahəsinin xarakteri və dəyişməsi əks
olunur. Ağırlıq qüvvəsi anomaliyalarına görə yerin dərinlik
quruluşu, bünövrə səthi və tərkibi, çökmə süxur kompleksi öyrə-
nilir. Bu qrafiklərdən tektonik rayonlaşdırmada (regional etapda)
istifadə olunur. Maqnitometrik xəritələrdə əsasən maqmatik və
metamorfik kütlələr əks olunur. Maqnitometrik qrafiklərin
köməyilə yalnız tektonik rayonlaşdırma deyil, həmçinin bü-
növrənin dərinliyi də hesablanır.
Seysmik və elektrometrik xəritələr əsasında əsasən çökmə
süxur qatının strukturları öyrənilir.
Struktur xəritələr və onların qurulma üsulları. Məlum-
dur ki, struktur xəritələrin qurulması üçün üç üsuldan istifadə
edilir: üçbucaq; profil və oxşarlıq. Hər üç üsulla struktur xəri-
tələrin tərtib olunması struktur geologiyası kursunda ətraflı izah
edildiyindən geniş izahata ehtiyac yoxdur.
Üfüqi kəsim xəritəsi. Platforma sahələrində tərtib olun-
muş geoloji xəritələrdə qırışıqlar ya əks olunmur, ya da çox zəif
əks olunur. Bunun səbəbi qırışıqların qanadlarının kiçik bucaq
atlında yatması, süxurların zəif qırışıqlığa məruz qalması və
strukturların az amplitudaya malik olmasıdır. Zəif inkişaf etmiş
qırışıqlara relyefin xarakteri də təsir göstərir. Belə şəraitlərdə
qazma ilə yaxşı əhatə olunmuş sahələr üçün üfüqi kəsim xəritəsi
tərtib edilir ki, bunun vasitəsilə ayrı-ayrı zəif inkişaf etmiş lokal
və basdırılmış qırışıqları müəyyən etmək mümükündür.
Üfüqi kəsim xəritəsini qurmaq üçün əvvəlcə üfüqi kəsili-
şin səviyyəsi müəyyən olunur. Bu səviyyə elə seçilməlidir ki, o,
ərazinin geoloji quruluşunu dəqiq əks etdirə bilsin (məs, dəniz
səviyyəsi 100, 200 m və s.). Sonra bütün quyularda seçilmiş
səviyyə tapılır. Səviyyənin tapılması paleontoloji tədqiqatlara və
quyu kəsilişlərinin müqayisəsinə əsaslanır. Bu üsulla səviyyəyə
uyğun gələn süxurların stratiqrafik yaşı izah olunur və planda
uyğun olaraq quyuların yanında qeyd edilir. Beləliklə, planda
geoloji sərhədlər tapılır və üfüqi kəsim xəritəsi qurulur.
Struktur planları uyğun gəlməyən geoloji rayonlarda bir
neçə səviyyə üzrə üfüqi kəsim xəritəsi tərtib edilir. Bu xəritələr
geoloji xəritələrdən relyefin təsirini olmaması ilə fərqlənir.
Tektonik xəritələr. Neft və qazın axtarışı və kəşfiyyatın-
da geoloji rayonlaşdırma apararkən tektonik xəritələrin böyük
əhəmiyyəti vardır. Tektonik xəritələr müxtəlif miqyaslarda tərtib
edilir. Belə xəritələri tərtib edərkən toplanmış bütün geoloji-
geofiziki materiallardan və qazma məlumatlarından istifadə
olunmalıdır. Tektonik xəritələrdə tədqiq olunan ərazidəki bütün
geostruktur elementlər göstərilməlidir.
Geomorfoloji xəritələr. Son vaxtlar müasir tektonik hə-
rəkətləri nəzərə ala bilən qrafiklərin tərtibi böyük əhəmiyyət
kəsb edir. Bəzi rayonlarda lokal strukturları müəyyən olunma-
sında bu xəritələrdən geniş istifadə olunur. Geomorfoloji xəritə-
ləri tərtib etmək üçün geomorfoloji müşahidə və xəritəalma
aparılmalıdır. Bu cür xəritələr Qərbi Sibirdə (RF) müasir tekto-
nikanı özündə əks etdirən lokal strukturları müəyyən etməkdə
xüsusi ilə yaxşı nəticə vermişdir.
Kollektor xəritələri. Neftli-qazlı komplekslər (istər regio-
nal, istərsədə lokal) öz daxillərində bir neçə məhsuldar hori-
zontları birləşdirir. Belə məhsuldar horizontları yaxşı öyrənmək
məqsədilə onlar üçün ayrı-ayrılıqda kollektor xəritələri qurulur.
Kollektor xəritələri litoloji xəritələrin bir növü olub, kollektor
xüsusiyyətini dəyişməsini və kollektorların qalınlığını müəyyən
edir. Bu xəritələrin qurulması ilə litoloji tip yataqlarda kollektor-
ların qalxma üzrə pazlaşması və qalınlığı dəyişmədən gilləşməsi
xüsusilə dəqiq müəyyən olunur.
Paleogeoloji xəritələr. Paleogeoloji xəritələr geoloji quru-
luşu çox mürəkkəb olan rayonlarda tətbiq edilir. Çöküntütoplan-
mada fasilə baş verən rayonlarda belə xəritələr qurula bilər.
Paleogeoloji xəritələr öyrənilən rayonun müəyyən geoloji
etapında geoloji quruluşunu öyrənir. Paleogeoloji xəritələr xəri-
təalma və qazma məlumatlarıqna əsasən tərtib edilir. Belə xəri-
tələr geofiziki (xüsusilə seysmik) materiallar əsasında da qurula
bilər. Paleogeoloji xətləri qurarkən əvvəlcə quyu kəsilişlərinə və
geofiziki materiallara (seysmostratiqrafiya üsulu ilə) əsasən
rayonda çöküntütoplanmada baş vermiş fasilələr müəyyən edilir.
Sonra həmin fasilə səthlərinə görə paleogeoloji xəritələr qurulur.
Hansı fasilə səthinə görə paleogeoloji xəritələr qurularsa, o
səthdən yuxarıda yerləşən çöküntü kompleksi xəyalən atılır və
səthdən aşağıda müşahidə edilən (quyu kəsilişi və seysmik
məlumatlara görə) müxtəlif yaşlı stratiqrafik vahidlər ayrılır.
Beləliklə, geoloji xəritəalma üsulu ilə və quyu məlumatlarına
görə paleogeoloji sxem (xəritə) tərtib edilir.
Paleotektonik xəritələr. İstər regional, istərsə də lokal
ərazilərin geoloji inkişaf tarixini öyrənmək üçün hazırda qalın-
lıqların təhlili üsulundan geniş istifadə olunur (bu məqsədlə qa-
lınlıq xəritələri qurulur). Qalınlıqların təhlili üsulunun əsasını
çöküntütoplanmanın intensivliyi və onu doğuran tektonik hərə-
kətlər təşkil edir. Çökmə qatın qalınlığı çöküntütoplanmanın sü-
rətini göstərir.
Verilmiş ərazinin geoloji inkişafı haqqında dəqiq məlumat
almaq üçün çökmə qatın qalınlığından əlavə onun litofasial də-
yişkənliyini də öyrənmək lazımdır. Çünki litofasial dəyişkənlik
çöküntütoplanmanın fiziki-coğrafi və geomorfoloji şəraitindən
asılıdır.
Ayrı-ayrı stratiqrafik vahidlərin qalınlığı müəyyən olunar-
kən quyu kəsilişlərindən və onların korrelyasiyasından istifadə
olunur. Qalınlığın sahə üzrə dəyişməsinin başlıca səbəbləri tek-
tonik hərəkətlər və çöküntü qatının qeyribərabər yuyulması və
sıxlaşmasıdır. Miqyasdan asılı olaraq qalınlıq xəritələri regional
və mükəmməl olur.
Belə xəritələri qurarkən quyular və ya xəritəalma məlu-
matlarına görə ayrı-ayrı stratiqrafik vahidlərin həqiqi qalınlıqları
tapılır və quyu, yaxud çıxış nöqtələri (seysmik nöqtələr) qeyd
olunur. Sonra interpolyasiya üsulu ilə izopaxit xəritələri qurulur
(kiçik yatım bucağına- 1o-yə kimi) malik olan layların həqiqi qa-
lınlığı hesablanmır. Onların şaquli qalınlığından istifadə edilir.
Xəritələrin dəqiqliyinə quyu gövdəsinin çox əyilməsi, çökün-
tülərin sıxlaşma dərəcəsi, fasial xüsusiyyətləri təsir edir.
Paleotektonik (paleostruktur) profillər. Paleotektonik
profilin əsasını eyniləşdirmə prinsipi tutur. Bazis səthlərinin ey-
niləşdirilməsi dedikdə, onların üfuqi səth vəziyyətinə gətirilməsi
nəzərdə tutulur. Üfüqi səthlərə görə isə paleoprofillər və
paleostruktur xəritələr qurulur. Lakin onu qeyd etmək lazımdır
ki, eyniləşdirilmiş üfüqi səth (xətt) çox şərtidir; çünki çöküntü-
toplanma heç də həmişə üfüqi şəraitdə getmir. Çöküntütoplan-
maya maili uzanmış paleorelyeflər çox təsir göstərir. Belə səhv-
lərdən qaçmaq üçün böyük intervallardan (meqatsikllərdən) isti-
fadə olunmalıdır. Ona görə də paleoprofilləri qurmazdan əvvəl
quyu kəsilişləri üzrə korrelyasiya sxemləri tərtib olunmalı, qa-
lınlıqların anomal dəyişməsi (çox kiçik və çox böyük) izah edil-
məli və sonra eyniləşdirmə səthləri seçilməlidir.
Paleoprofillər neft-qaz axtarışı işlərində geniş tətbiq edilir.
O çox sadə geoloji sənəddir. Bu sənədin köməyilə müxtəlif
geoloji vaxtlarda öyrənilən ərazinin geoloji quruluşunda baş ve-
rən dəyişiklikləri öyrənmək olar.
Paleotektonik profillər aşağıdakı prinsip üzrə qurulur:
Lap əvvəl seçilmiş ən qədim üfüqi səthə görə həqiqi qa-
lınlığı əks etdirən qalınlıq profili, sonra isə seçilmiş üfüqi səthlər
(xətlər) aşağıdan yuxarı- hər dəfə özündən əvvəlki səthə qədər
olan intervalın həqiqi qalınlığını əlavə etməklə, tərtib edilir.
Paleoprofil, verilmiş xətt üzrə ərazinin statik vəziyyətini (müasir
vəziyyətini) göstərən profil kəsilişi qurmaqla tamamlanır (şəkil
8.1).

Şəkil 8.1. Profil və paleoprofil

Paleotektonik profillər yuxarıdan aşağı prinsipi üzrə də


qurula bilər. Bunun üçün əvvəlcə verilmiş istiqamət üzrə profil,
sonra seçilmiş səthlərə (hər dəfə yuxarıdan aşağı eyniləşdirilmiş
səthlərin birini azaltmaqla) görə paleotektonik profillər qurulur.
Paleostruktur xəritələr. Paleostruktur xəritələr (təhlil)
qalınlıqların dəyişməsinə əsaslanır. Qalınlıqların dəyişməsi de-
dikdə tektonik hərəkətlərin rejimi (qiymət və istiqaməti) nəzərdə
tutulur. Deməli, qalınlıqlar tektonik hərəkətlərin funksiyasıdır.
Məlumdur ki, neft-qaz yataqlarının axtarışı və kəşfiyyatın-
da ərazinin geoloji inkişaf tarixinin və müxtəlif dərəcəli struktur
elementlərinin öyrənilməsinin böyük əhəmiyyəti vardır.
Paleostruktur təhlil üçün material quyu və geofiziki məlu-
matlar hesab olunur. Paleostruktur təhlil əsasında paleostruktur
xəritələr və izopaxit üçbucağı qurulur.
Paleostruktur xəritələr əsasında tədqiq olunan ərazinin (re-
gional və lokal strukturun) ayrı-ayrı stratiqrafik səthlər üzrə for-
malaşma tarixi bərpa olunur. Struktur təhlilin ən sadə növü
qalınlıq xəritələridir. Əvvəl qeyd etdiyimiz kimi paleostruktur
xəritələrin əsasını seçilmiş səthlərin eyniləşdirilməsi və üfüqi
vəziyyətə gətirilməsi təşkil edir. Tutaq ki, beş səth (A, B, V, Q
və D) ayrılmışdır (şəkil 8.2). Stratiqrafik yaş cəhətcə ən qədimi
A və ən cavanı D səthidir. Bu səthlərə görə paleostruktur xəri-
tələr aşağıdakı kimi tutulur.

A A+B A+B+ A+B+ A+B+ A-nın daba-


V V+Q V+Q+ nına görə
D
paleostruktur xəritə

Şəkil 8.2. Paleostruktur xəritə.

Birinci paleostruktur xəritə A stratiqrafik səthin sonuna


(və ya B- stratiqrafik səthin əvvəlinə) görə qurulur. Yəni qurul-
muş xəritə A səthinə qədər hesablanmış həqiqi qalınlığın veril-
miş ərazidə dəyişməsini göstərəcəkdir.
İkinci paleostruktur xəritə B səthinin sonuna və ya V sət-
hinin əvvəlinə görə tərtib olunur. Bu paleostruktur xəritə iki sət-
hin həqiqi qalınlıqları cəminin həmin ərazidə dəyişməsinin
təjəssümüdür. Bu qayda ilə hər dəfə növbəti səthə qədər hesab-
lanmış həqiqi qalınlıq üstə gəlməklə növbəti üçüncü, dördüncü
və s. paleostruktur xəritələr qurulur. Lap axırda A səthinə görə
müasir struktur xəritə qurulur. Stratiqrafik səthlər seçilərkən
onların fasilə səthlərinə uyğun gəlməsindən uzaqlaşmaq
lazımdır. Çünki fasilə dövründə nivelirləmə nə qədər intensiv ol-
sa da yenə də səth girintili-çıxıntılı olur. Ona görə də onu üfüqi
götürmək olmaz. Bu baxımdan fasilə səthləri ilə qonşuluqda
olan və yaxşı səciyyələnən "rener" horizontlarının üfüqi səth ki-
mi qəbul olunması daha məqsədəuyğundur.
İzopaxit üçbucağı adətən, lokal, bəzən isə regional struk-
tur formaların formalaşma təhlilini vermək məqsədilə qurulur.
İzopaxt üçbucağı eyni vaxtda seçilmiş müxtəlif səthlərə görə
struktur formaların təhlilinə imkan verir. Eyni zamanda seçilmiş
müxtəlif səthlərin müasir struktur vəziyyətləri də izopaxit üçbu-
cağında göstərilir.
İzopaxit üçbucağı özündə kompleks paleostruktur və
struktur xəritələri birləşdirir. Seçilmiş stratiqrafik səthlərə görə
olan xəritələrin sayı (m) aşağıdakı düsturla təyin olunur:
m=
(1 + n ) × n , burada n- seçilmiş səthlərin sayıdır.
2
Tutaq ki, dörd stratiqrafik səth (A, B, V, Q) üzrə verilmiş
lokal sahənin formalaşma vəziyyətini müəyyən etmək lazımdır.
Bunun üçün yuxarıda qeyd etdiyimiz kimi həqiqi qalınlıqlar
prinsipindən istifadə olunur. İzopaxit üçbucağının əvvəlində
(üfüqi kvadratda) A səthinə görə paleostruktur və struktur xəritə
tərtib edilir (şəkil 8.3). Bu qayda ilə B səthinə və digərinə görə
paleostruktur və struktur xəritələr qurulur.
Yuxarıda qeyd etdiyimiz xəritə və sxemlərdən əlavə neft-
qaz axtarışı və kəşfiyyat işində litofasial, litoloji, paleocoğrafi,
paleohidrogeoloji və hidrogeoloji, perspektivlik və s. xəritələri
də tərtib olunur.
Perspektivlik xəritələri. Perspektivlik xəritələri ayrı-ayrı
litoloji-stratiqrafik komplekslərə görə və ümumiləşdirilmiş, ya-
xud ərazi üzrə qurulur.
Perspektivlik (proqnoz) xəritələri geoloji, geofiziki, geo-
kimyəvi, hidrogeoloji və başqa tədqiqatların ümumiləşdirilmiş
nəticələrinin sintezidir. Perspektivlik xəritələri paleohövzənin
geoloji quruluşunda iştirak edən ayrı-ayrı litoloji-stratiqrafik
komplekslərə görə tərtib edildikdə hər bir litoloji-stratiqrafik
kompleksin paleotektonik, çöküntütoplanma, paleocoğrafi, lito-
fasial, paleohidrogeoloji, hidrokimyəvi, geokimyəvi və s. şərait-
ləri dəqiq öyrənilməlidir. Bu şəraitlərin öyrənilməsi nəticəsində
neftlilikqazlılığa görə litoloji-stratiqrafik komplekslərin pers-
pektivlik dərəcəsi də təyin edilir. Perspektivlik dərəcəsinə görə
aşağıdakı qruplar ayrılır: yüksək perspektivli, perspektivli, pers-
pektivliyi dəqiq təyin olunmayan, azperspektivli və perspektiv-
siz.
Ümumiləşdirilmiş proqnoz (perspektiv) xəritələri ərazinin
ümumi perspektivlik dərəcəsini əks etdirir. Ümumiləşdirilmiş
proqnoz xəritələri ayrı-ayrı litoloji-stratiqrafik komplekslərin
perspektivlik xəritələrinə əsasən tərtib edilir.
IX FƏSİL. SUALLARA CAVAB TAPIN
1-Cİ VARİANT

1. Neftin mənşəyi haqqında hansı nəzəriyyələri bilirsiniz?


2. Duz günbəzləri ilə mürəkkəbləşən ərazilərdə neftli-qazlı
komplekslər harada yerləşə bilər?
3. Aşağıdakı düsturla hansı geoloji məsələ həll olunur:
т = (1 + n ) × n / 2
4.Əgər geotermik şərait məlumdursa ( G = 5o C / 100 м )
neftəmələgəlmə hansı dərinlikdən başlanar? Baş neftəmələgəlmə
zonası nədir?
5. İki nöqtədə kordinatları X1=100 m, Y1=100 m, X2=1750
m və Y2=2100 m olan nöqtələrdən keçən profilə aşağıdakı
nöqtələri layihələndirməli və profil kəsilişi qurmalı: Geoloji
profildə hansı struktur alınmışdır?

Nöqtə Kordinatı, m Yatma azimutu, Meyl bucağı,


X Y dərəcə dərəcə
1 1000 1375 75 <20
2 530 645 35 <10
3 450 870 22 <15

6. Neftlilik-qazlılığın pronozlaşdırılmasında sistemli təhli-


lin geoloji nəzəri əsası hansılardır?
7. Bir milyard tona qədər neft ehtiyatı olan çoxlaylı bir ya-
taq hansı kateqoriyaya (ehtiyata görə) daxildir və onun forma-
laşma müddəti nə qədərdir (əgər yatağa daxil olan neftin sürəti
25 t / ildirsə?)
8. Litololji tip yataq (və ya fərdi yataq) nədir, onun axtarışı
və kəşfiyyatı necə aparılır?
9. Aşağıda verilmiş geoloji profildə (mərkəzdə tektonik qı-
rılmanın varlığı güman olunur) struktur quyularını elə layihələn-
dirmək lazımdır ki, (onların orta layihə dərinliyi 1000 m-dir)
həm neftli-qazlı D horizontunu açsın, həm də tektonik qırılma-
nın varlığını təyin etsin (şəkil 9.1) ?

Şəkil 9.1. Geoloji profil.

2- Cİ VARİANT

1. Üzvi birləşmələrin tərkibi necədir və neft sıralı karbo-


hidrogenlər onun hansı növündən alınır?
2. Palçıq vulkanı ilə gil diapirizminin qarışıqlı əlaqəsi. Pal-
çıq vulkanının axtarış və kəşfiyyat rolu.
3. Aşağıdakı düsturla hansı geoloji məsələ həll olunur?
(
H = в × Sin 90o - a , )
4. Əgər geotermik şərait məlumdursa (K.Q.=2,50C/100)
neft və qazəmələgəlmə hansı dərinlikdən başlanar?
5. Üfüqi qazma ilə 11,5-28,2 m intervalda qeyd olunmuş
layın yatım bucağı 150-dir. Onun həqiqi qalınlığını təyin edin.
6. Regional neftli-qazlı kompleks nədir və o hansı sistemin
başlıca elementi hesab olunur?
7. Əgər neftin axım sürəti 12 t/ildirsə, təxmini kəşf olun-
muş ehtiyatı 0,5 mlrd.t. olan çoxlaylı yataq neçə ilə formalaşa
bilər ?
8. Sadə antiklinal qırışıqlarda axtarış və kəşfiyyat quyuları
necə yerləşdirilir?
9. Verilmiş tapşırığa uyğun olaraq (şəkil 9.2) geoloji xəri-
təni oxuyun, geoloji profil tərtib edin və axtarış quyularının yeri-
ni müəyyənləşdirin. Stratiqrafik layların qalınlıqları: N- 800 m,
-1200 m, D3-1850 m, D2-750 m, D1-2000 m, S-4000 m.

Şəkil 9.2. Geoloji xəritə.

3- CÜ VARİANT

1. Neft-qaz əmələgətirici qat nədir? Sü birləşmənin ano-


mal, klark və fon həndləri nədir?
2. Təbii rezervuar, tələ, fərdi yataq və yataq nədir, onla-
rın genetik tipləri?
3. Aşağıdakı düsturla hansı geoloji məsələlər həll edilir:

Пг =
å Vг və П =
å Н 1
Л
V Н
4. Bakı arxipelaqında 6,0 km dərinlikdə temperatur 110
0
C- dir. Geotermik qradiyenti təyin edin və burada hansı də-
rinlikdən neft generasiya olunacaqdır? Neftəmələgəlmənin baş
zonası hansı dərinlikdən başlanacaqdır?
5. Profil xətti üfüqi olub 270 ilə 90-dən keçir. Geoloji
profil qurun. Profildə hansı qırışıq forması alınmışdır?
Nöqtə Nöqtələrarası Yatım bucağı,
məsafə, m dərəcə
1 0 25, qərbə
2 230 30, qərbə
3 650 34, qərbə
4 1000 40, qərbə
5 1240 4,5, qərbə

6. Yer qabığında müşahidə edilən müxtəlif səviyyəli geo-


struktur elementlər və onlar arasındakı ierarxiya asıllığı?
7. Yenicə formalaşmış qaz yatağının ehtiyatı 25 mlrd.
3
m - dir. Bu diffuziya nəticəsində neçə ilə dağıla bilər? Diffuziya
olunan sahə 1000 km2 və diffuziya edilən qazın miqdarı 0,5 mln.
m3/ildir.
8. Kəşfiyyat quyuları nə vaxt şüa üsulu ilə yerləşdirilir?

Şəkil 9.3. Struktur xəritə.

9. Struktur qazma ilə neftli horizont müəyyən edilmişdir.


Həmin neftli horizontun tavanına görə struktur xəritə qurulmuş-
dur. Relyef üfüqi olub 120 m-dir. Profil tərtib etməli və dəniz
səviyyəsini göstərməli (şəkil 9.3), axtarış və kəşfiyyat quyularını
layihələndirin. Neft yatağının hündürlüyü 50 m-dir. Neftli layın
qalınlığı 80 m- dir. Addım üsulu ilə kəşfiyyat quyularını necə
yerləşdirmək olar?
4-CÜ VARİANT

1. Neftli-qazlı qat nədir? Onların müxtəlif cəhətli təsni-


fatı. A.A.Xainin təsnifatını söyləyin.
2. Neftli-qazlı hövzələrin təsnifatı.
3. Aşağıdakı düsturla hansı geoloji məsələ həll olunur:
Hг =
( )
γ су × Щг - су - 10 Псу - Пг
γ су - γ г
4. Cənubi Xəzər hövzəsində hansı dərinlikdə neft və qaz
yataqlarına rast gəlmək olar? Əgər rast gələrsə bunu hansı göstə-
ricilər sübut edir?
5. Cədvəldə verilmiş məlumatlara əsasən üfüqi xətt üzrə
profil tərtib edin. Profildə 5-ci nöqtədə tektonik qırılma qeydə
alınır. Qırılmanın sürüşmə səthi 800 qərbədir. Tektonik qırılma-
nın amplitudalarını müəyyənləşdirməli.

Nöqtə Nöqtələrarası Yatım bucağı, dərəcə


məsafə (qərbə) m
1 0 20, şərqə
2 180 60, şərq
3 320 15, şərq
4 480 12, qərb
5 540 80, qərb, tektonik qırılma
6 600 40, qərb
7 720 20, qərb

6. Litoloji və stratiqrafik tələlərin (rezervuarların) xarak-


terik növləri hansılardır?
7. Struktur tip rezervuarlarda karbohidrogenlərin forma-
laşma sxemi necədir?
8. Kəşfiyyat quyularının "addım" üsulu ilə yerləşdirilmə-
si.
9. 9.4. şəklində neftli horizontun tağına görə struktur xə-
ritə verilmişdir. Tağa qazılmış axtarış quyusundan neft alınmış-
dır. Kəşfiyyat quyularını profil sistemi ilə yerləşdirin. Yatağın
hündürluyü 150 m-dir. Stratiqrafik kəsiliş üzrə aşağı getdikcə
struktur planlar cənuba doğru yerlərini dəyişir.

Şəkil 9.4. Struktur xəritə.

5-Cİ VARİANT

1. Abiogen nəzəriyyə nədir? Onun müasir dövrdə təqlid-


çiləri kimlərdir?
2. Neftli-qazlı vilayət və onun əsas tipləri.
3. Aşağıdakı düsturla hansı geoloji məsələ həll olunur?

Lk = L ×
(R - 1 )× H 1
H
4. Xəzəryanı meqaçökəklikdə hansı neftli-qazlı komp-
lekslər vardır? Hövzədə neftəmələgəlmə hansı dərinlikdən baş-
lanır?
5. Cədvəldəki məlumatlardan istifadə edərək üfüqi xətt
üzrə geoloji profil tərtib etməli. Alınan struktur formanı izah et-
məli.
6. Meqasistem nədir? Meqasistemin struktur quruluşu
necədir?
7. Yataqların formalaşması fluidin miqrasiyası nəticəsin-
də baş verir. Fluidin hərəkət miqyası, hərəkət sürəti və hərəkət
müddəti haqqında nə demək olar?
8. Fərdi yataqlarda yüksəklik göstəricisinə görə quyuların
yerləşdirilməsi sistemi necədir?
9. Struktur qazma məlumatlarına görə təxmini tərtib edil-
miş 9.5 şəklində göstərilən geoloji profildə axtarış quyularının
yerini və sayını müəyyən etməli.

Şəkil 9.5. Geoloji profil (kəsilişdə Q, A, V, S, D


layları vardır).

Nöqtə Nöqtələrarası mə-


Yatım bucağı, dərəcə
safə (şərqə), m
6 0 32, qərb
7 169 26, qərb
8 320 21, qərb
9 400 18, qərb
10 480 15, qərb
11 560 12, şərq
12 640 8, şərq
13 800 12, şərqə

6-Cİ VARİANT

1. Ekran süxurları, onların E.A.Bakirov təsnifatı.


2. Neftli-qazlı rayon, onun əsas tipləri.
3. Aşağıdakı düsturla hansı geoloji məsələni həll etmək
olar:
Н ×g
Р=
10
4. Yevlax-Ağcabədi çökəkliyinin əsas geostruktur ele-
mentləri və neftli-qazlı kompleksləri.
5. Aşağıdakı cədvəldən istifadə edərək üfüqi xətt üzrə
(qərbdən şərqə) geoloji profil qurmalı. Alınan qırışığın element-
lərini təyin etməli.
6.
Nöqtə Nöqtələrarası Yatım bucağı, dərəcə
məsafə, m
1 0 45, qərb
2 130 15, qərb
3 280 20, şərq
4 450 10, qərb
5 800 60, qərb
6 1600 10, qərb

6. Neftli-qazlı formasiya sistemi nədir? Onun struktur qu-


ruluşu necədir?
7. Fərdi yataq və yatağın formalaşma vaxtı hansı üsullar-
la hesablana bilər?
8. Kritik gərginlik üsulu ilə kəşfiyyat quyularının yerləş-
dirilməsi sistemi.
9. Struktur xəritə (şəkil 9.6.) və struktur qazma quyuları
məlumatlarına görə tektonik qırılmalar verilmişdir. Yatağın hün-
dürlüyü alloxton və avtoxton qanadda eyni olub, 200 m-dir. Bir
neçə profil üzrə struktur quyular qazılmışdır. Orta xətt üzrə
profil qurmalı. Axtarış və kəşfiyyat quyularının yerini müəyyən-
ləşdirməli.

Şəkil 9.6. Struktur xəritə:


1-struktur quyular; 2-stratoizohips (dayaq layının tavanına
görə); 3-xəritəalma nəticəsində qeyd olunan tektonik qırılma; 4-
struktur qazma nəticəsində müəyyən edilən tektonik qırılma.

7-Cİ VARİANT

1. Neft və qazın proqnozlaşdırılmasında sistemli təhlilin


metodoloji əsasları.
2. Neftli-qazlı zonalar, onların əsas tipləri.
3. Aşağıdakı düsturla hansı geoloji məsələni həll etmək
olunur? Qн = F × h × m × b н × g × q
4. Cənubi Xəzər çökəkliyinin geoloji quruluşu, əsas geo-
struktur elementləri və əsas neftli-qazlı kompleksləri.
5. A və B nöqtələrində yer üzərinə çıxan layın (A nöqtə-
sində tavan, B nöqtəsində daban) normal (həqiqi) qalınlığını
təyin etməli. A və B nöqtələri arasındakı məsafə üfüqi xətt üzrə
15,8 m-dir. A nöqtəsində layın yatımı Şm.Ş 160, yatım bucağı
560, B nöqtəsində layın yatımı Şm.Ş 240, yatım bucağı 700, AB
xəttinin uzanma azimutu Şm.Ş 400-dir.

Şəkil 9.7. Struktur xəritə və geoloji profil.


1-struktur quyular; 2-relyef əyrisi; 3-neftli
təbəqənin izohipsləri (S); 4-S layının çıxışı

6. Fərdi yatağı və yatağın formalaşma müddətini təyin et-


mək üçün hansı göstəricilər məlum olmalıdır?
7. Formasiya və neftli-qazlı formasiya nədir? Hansı neft-
li-qazlı formasiyaları tanıyırsınız?
8. Paz üsulu ilə kəşfiyyat quyularının yerləşdirilməsi sis-
temi.
9. Şəkil 9.7.-də struktur quyusunun şimalında S layı yer səthinə
çıxır. Kəşfiyyat quyuları ilə (layihə dərinliyi 1000 m) monoklinal
yatmış S layınını öyrənin. Gözlənilən fərdi yataq lay tiplidir. Şimal
istiqamətində pazlaşır. Bir saylı struktur quyusu neftli S layını
açmışdır (şəkil 9.7).

8-Cİ VARİANT

1. Sistemli təhlil nədir? Neftlilik-qazlılığın proqnozlaşdı-


rılmasında sistemli təhlilin rolu.
2. Neft-qaz yataqları. Onun başlıca tipləri.
3. Aşağıdakı düsturla hansı geoloji məsələni həll etmək
olunur? Qпрог = n × q × k
4. Qərbi Sibir plitası, onun geoloji quruluşu, əsas geo-
struktur elementləri və neftli-qazlı kompleksləri.
5. Bir-birindən 26,2 m məsafədə uzanmaya perpendikul-
yar yerləşən iki şurfda açılmış lay dəstənin həqiqi qalınlığını tə-
yin etməli. Relyef layların yatımının əksinədir, meyl bucağı 100-
dir. Lay dəstənin orta yatım bucağı 480-dir.
6. Litogenezin əsas fazaları hansılardır?
7. Ölçüləri (10 km x4 km x 0,02 km) məlum olan tələni
neftlə doldurmaq üçün neçə il lazımdır (miqrasiyanın sürəti 12
t/il olduqda)
8. Perpendikulyar (XAÇ) üsul ilə quyularının yerləşdi-
rilməsi sistemi.
9. Fərdi qaz yatağı 1 və 3 saylı quyularla açılmışdır. 2
saylı quyu kontur xaricinə düşmüşdür. 5 saylı quyuda qazlı lay
qeydə alınmışdır. Ona görə də alınmış məlumatları təhlil edib
sahəni yenidən kəşfiyyata qaytarmaq lazımdır (şəkil 9.8).
Şəkil 9.8. Struktur
xəritə (qazlı layın
tavanına görə):
1-izohipslər; 2-
qazlı layı
mürəkkəbləşdirən
tektonik qırılma.

9-CU VARİANT

1. Neft və qazın stratiqrafik paylanması.


2. Fərdi neft və qaz yataqlarının müasir təsnifatı
(A.A.Bakirova görə).
3. Aşağıdakı düsturla hansı geoloji məsələ həll olunur?
K jox =
A + B + C1
C2
( ) (
K jox > 1 və ya K jox < 1 )
4. Volqa-Ural (RF) neftli-qazlı əyalətinin geoloji qurulu-
şu, əsas geostruktur elementləri və neftli-qazlı kompleksləri.
5. V və S nöqtələrində yer üzünə çıxan layın həqiqi qa-
lınlığını təyin etməli. V nöqtəsinin amplitudası 156,2 m, S nöq-
təsinin ki isə 132,2 m-dir. VS məsafəsi planda 25,4 m, VS- nin
uzanma azimutu CŞ 1000 (2800), V və S nöqtələrində yatma azi-
mutu CQ 2200, yatım bucağı 450-dir.
6. Neftəmələgəlmə litogenezin hansı mərhələsində baş
verir?
7. Ölçüləri (25 km x 10 km x 50 m) məlum olan tələni
neftlə doldurmaq üçün neçə il lazımdır (miqrasiyanın sürəti 30
t/il olduqda).
8. Şəkildə markir horizontun tavanına görə struktur xəritə
verilmişdir. Həqiqi qalınlıq üzrə markir laydan 350 m aşağıda
neftli lay açılmışdır. Qazma zamanı 2, 4, 6 saylı quyular neft
vermişdir (neftli layın qalınlığı uyğun olaraq 1,2 m, 0,2 m, və
0,8 m- dir.), 1 saylı quyu su vermişdir (qal. 3,4 m); 3 və 5 saylı
quyular neftli layın pazlaşma zonasına düşmüşdür. Yəni kəşfiy-
yat quyuları layihələndirməklə neftli layı konturlaşdırmalı (şəkil
9.9).

Şəkil 9.9. Struktur xəritə: 1-Markir horizontun yerüstü


çıxışı; 2-stratoizohips (markir layın tavanına görə).

10-CU VARİANT

1. Neft və qazın struktur paylanması qanunauyğunluğu.


2. Axtarış və kəşfiyyat işlərində riyazi üsullardan və
EHT-dən istifadə olunması.
3. Aşağıdakı düsturla hansı geoloji məsələni həll etmək
mümkündür?
Q ×N ×L
K =
F × (P б - P сан )
4. Cənubi Xəzər meqaçökəkliyinin geoloji quruluşu, geo-
struktur elementləri və əsas neftli-qazlı kompleksləri.
5. Aşağıdakı məlumatlardan istifadə edərək verilmiş da-
yaq horizontunun səthinə görə struktur xəritə qurun. Kəsmə
yüksəkliyi 50 m- dir (şəkil 9.10.a).

Şəkil
9.10.a Nöqtələrin yeri, planda.

Nöqtə Dayaq horizontun səthi, m


1 124
2 106
3 26
4 80
5 190
6 174
7 115
8 186
9 200
10 120
11 211
12 206

6. Qırışıqların morfoloji və genetik təsnifatları.


7. Ölçüləri (30 km x 10 km x 100 m) məlum olan tələnin
neftlə dolması neçə ilə başa çatar (neftin miqrasiya sürəti 20 t/il
olduqda)?
8. Tektonik qırılmalarla mürəkkəbləşən lokal antiklinal
qırışıqlarda axtarış quyularının sayı və yerləşmə sistemi necə
təyin edilir?
9. Litoloji yatağın tavanına görə struktur xəritə qurulmuş-
dur. Qazılmış quyu məlumatlarından istifadə edərək neftli layın
pazlaşma sərhədini və yatağın neftlilik konturunu təyin edin
(şəkil 9.10.b).

Şəkil 9.10.b. Struktur xəritə: 1-stratoizohips; 2-quyu.

Quyu Qalınlıq, m Qeyd


1 0,0 -
2 0,65 kontakt neft-qaz
3 1,60 su
4 1,40 neft
5 0,0 -
6 0,40 neft
7 1,20 su
8 0,0 -
9 0,40 neft
10 0,0 -
11 0,25 kontakt neft-qaz
12 0,0 -

11-Cİ VARİANT

1. Axtarış və kəşfiyyat işləri hansı etaplarda aparılır?


2. Geoloji üsula aid olan geoloji xəritəalma (1:500000 və
1:200000 miqyaslarında) hansı etapda tətbiq edilir?
3. K = 85 × 10 × m × b düsturu ilə hansı geoloji mə-
3 2
sələ həll olunur?
4. Qərbi Abşeronun Gülbəxt-Sarınca, Şonqar və Bozdağ
sahələrində struktur quyular qazılmışdır. Bu quyular Pont mərtə-
bəsinin çöküntülərini və onun altında yatan Miosen yaşlı süxur-
ları açmışdır. Həmin quyuların yerləşməsi şəkil 9.11-də ve-
rilmişdir. Struktur quyuların mütləq qiymətləri Pont mərtəbəsi-
nin dabanına qədər hesablanmışdır (cədvələ bax). Bu məlumat-
lardan istifadə edərək aşağıdakı məsələləri həll etməli:

Şəkil 9.11. Qutuların planda yeri:


1-Pont mərtəbəsini açan quyular;
2- Pont mərtəbəsinin yerüstü çıxışları.

5. Pont mərtəbəsinin dabanına görə struktur xəritə tərtib


etməli.
6. Pont mərtəbəsinin dabanından 130 m aşağıda Sarmat
mərtəbəsi çöküntülərinin yuxarı hissəsində 50 m qalınlığında
neftli-qazlı horizont qeyd olunur. Həmin neftli-qazlı horizontun
profilini tərtib etməli.
7. Struktur xəritə və profilə görə struktur quruluşu və ora-
da rast gələnəcək tələlərin tipi və növünün təsvirini verməli.
8. Axtarış quyularının yerləşdirilməsi sistemi, onların sa-
yı və layihə dərinliklərini təyin etməli.
9. Neftin hərəkət sürəti ildə 120 t olduqda müəyyən etdi-
yiniz tələ neçə müddətə dola bilər?

Quyu Dərinlik Quyu Dərinlik


sayı qiymətləri, m sayı qiymətləri, m
3 600 13 1770
5 900 14 1500
7 2000 48 800
8 1300 84 1800
9 1650 129 1550
10 1700 171 2300

12-Cİ VARİANT

1. Regional axtarış etapında hansı geoloji məsələlər həll


edilir?
2. Geomorfoloji axtarış üsulu nədir və o hansı şəraitdə
tətbiq olunur?
3. Bu zəngirvarı sxem tərkibinə görə hansı nefti xarak-
terizə edir?

4. Aşağı Küryanı neftli-qazlı rayonunda əsas neftəmələ-


gətirici təbəqə hansı yaşlıdır və o hansı dərinlikdə neft generasi-
ya edə bilər?
Öyrənəcəyimiz Balaxanı-Sabuncu-Ramana yatağı mərkəzi
Abşeronda yerləşir. 9.12 şəklində yataqda qazılan quyuların
nömrələri və onların açdığı K istinad layının tavanına görə he-
sablanmış mütləq qiymətləri verilmişdir.
5. K istinad layının tavanına görə struktur xəritə tərtib et-
məli. Miosen yaşlı süxurlarla K istinad layı arasında qalınlığı
100 m olan digər bir lay, ondan 250 m aşağıda isə Miosenin ta-
vanı müşahidə olunur. Miosen çöküntülərinin ümumi qalınlığı
600 m-ə bərabərdir. Miosen çöküntülərinin tavanından 200 m
aşağıda qalınlığı 35 m, ondan 150 m aşağıda isə qalınlığı 25 m
olan iki neftli-qazlı horizont qeyd olunur (şəkil 9.12).
6. Verilmiş məlumatlara görə bir neçə profil qurmalı.
7. Struktur xəritə və profillərə görə qırışığın ölçüsünü, tə-
lənin tipini və növünü təsvir etməli.
8. Axtarış quyularının məqsəd və vəzifələrini, onların sa-
yını, layihə dərinliklərini və yerləşdirilməsi sistemini əsaslan-
dırmalı.
9. Müəyyən edilmiş tələnin neftlə dolması üçün nə qədər
müddət lazımdır (neftin hərəkət sürətini 500 ton/il olduqda)?

Şəkil 9.12. Quyuların planda yeri.

13-CÜ VARİANT

1. Neft-qaz axtarışı hansı geoloji məsələlərə baxılır?


2. Struktur-geoloji xəritəalma tədqiqata hansı şəraitdə tət-
biq edilir?
3. Doymamış karbohidrogenlərdən ibarət olan neft hansı
sxemlə xarakterizə olunur?
4. Planda göstərildiyi kimi struktur quyular qazılmışdır.
Struktur quyuların məlumatları aşağıdakı cədvəldə göstərilmiş-
dir. Struktur quyular alt Başqırd yarımmərtəbəsini açmışdır. Cədvəldə
verilmiş qiymətlər Başqırd arımmərtəbəsinin tavanına görə he-
sablanmışdır.
5. Struktur xəritə qurmalı (alt Başqırd yarımmərtəbəsinin
tavanına görə (şəkil 9.13).
Alt Başqırd yarımmərtəbəsinin qalınlığı 280 m-dir. Ondan
425 m aşağıda isə qalınlığı 120 m olan Vizey mərtəbəsi yerləşir.
Bu mərtəbə neftli-qazlıdır.

Şəkil 9.13. Quyular planda.

6. Verilmiş istiqamət üzrə profil tərtib etməli.


7. Struktur xəritə və profillərə görə struktur formanın təs-
virini verməli və tələlərin tipi haqqında yazmalı.
8. Axtarış quyularının yerləşdirilməsi sistemini, layihə
dərinliklərini və sayını təyin etməli.
9. Müəyyən edilmiş tələnin neft və qazla dolması neçə
müddətə başa gələr (axının orta sürəti 800 t/il olduqda)?

Quyuların Quyuların
№si altituası mütləq №si altituası mütləq
dərinliyi, m dərinliyi, m
1 80 1140 9 50 1202
2 65 1188 10 45 1241
3 60 1238 11 40 1312
4 48 1308 12 38 1228
5 58 1198 13 62 1236
6 50 1298 14 51 1271
7 43 1280 15 60 1200
8 50 1205

14-CÜ VARİANT

1. Neft-qaz kəşfiyyat etapında hansı geoloji məsələlərə


baxılır?
2. Qaz planaalması nədir və o hansı şəraitdə yaxşı nəticə
verir?
3. Qrup tərkibinə görə neftlər hansı tiplərə ayrılır?
4. Xəzəryanı hövzədə neft-qaz əmələgətirici təbəqələr
hansıdır və onlar dərinlikdə neft generasiya edə bilər? 9.14 şə-
klindən göründüyü kimi, Qızıl-təpə, Puta-Quşxana və Lökbatan
sahəsində xeyli quyu qazılmışdır. Bu quyular əsasən məhsuldar
qat və onun alt hissəsini açmışdı. Aşağıdakı cədvəldə həmin
sahədə qazılmış quyular və onların Pont mərtəbəsinin dabanına
qədər hesablanmış mütləq qiymətləri verilmişdir.
Verilmiş məlumatlardan istifadə edərək aşağıdakı məsələ-
ləri həll etməli:
§ Pont mərtəbəsinin dabanına görə verilmiş sahə üçün
struktur xəritə qurmalı. Struktur formanı və tələnin tipini izah
etməli (şəkil 9.14).
§ Pont mərtəbəsinin dabanına görə verilmiş sahə üçün
struktur xəritə qurmalı. Struktur formanı və tələnin tipini izah
etməli (şəkil 9.14).
Şəkil 9.14. Quyuların planda yeri.

Quyular Quyular
№-si Dərinlik qiyməti, m №-si Dərinlik qiyməti, m
116 2000 83 2000
70 1820 316 1830
214 2600 616 2000
187 2430 750 2200
127 1615 849 2440
221 1350 1022 3200
539 2200 1500 3500
191 3400 846 2500
216 3700 1620 4000
185 4050 1700 3640
1640 3600 840 2700
57 1800

15-Cİ VARİANT

1. Tektonik ekranlaşmış tip yataqların axtarış və kəşfiy-


yatı necə aparılır?
2. Hidrogeoloji və paleohidrogeoloji tədqiqatlarla neftli-
lik-qazlılığın hansı meyarları öyrənilir?
3. Aşağıdakı düsturla hansı geoloji məsələ həll olunur:
b × L
m =
S
4. Acinohur neftli-qazlı rayonunun güman olunan neftli-
qazlı kompleksləri və onların formalaşma şəraitləri.
Quyular B layının tavanını açmışdır (şəkil 9.15).

Şəkil 9.15.
Quyuların planda yeri.

5. B layının tavanına görə struktur xəritə tərtib etməli.


Qırışığın formasını və tələnin tipini izah etməli.
6. B layından 450 m aşağıda S neftli layı yerləşir. Onun
qalınlığı 500 m-dir (Devon sistemi). Geoloji profil tərtib etməli.
7. Tələnin tipini və növünü təyin etməli.
8. Kəşfiyyat quyularının yerləşdirilməsi, lahiyə dərinliyi-
ni və sayını təyin etməli. Sxemdə quyuların yeri, cədvəldə isə
onların qiymətləri göstərilmişdir.
9. Müəyyən edilmiş tələ hansı vaxta dola bilər (neftin
axım sürəti 2000 t/ il olduqda)?
Quyuların Quyuların
№-si altitudası, dərinliyi, №-si altitudası, dərinliyi,
m m m m
1 25 1500 8 18 1488
2 20 1460 9 30 1440
3 30 1510 10 15 1535
4 25 1535 11 32 1392
5 40 1410 12 28 1518
6 30 1530 13 30 1600
7 35 1395

16-Cİ VARİANT

1. Duz və gil günbəzləri ilə mürəkkəbləşən yataqların ax-


tarışı və kəşfiyyatı necə aparılır ?
2. Neft və qaz yataqlarının dağılma şəraitləri hansılardır?
åh
3. Paylanma = bu düsturla hansı geoloji məsələ
H
həll olunur?
4. 9.16 şəklində 11 struktur quyu göstərilmişdir. Quyu-
nun yanında (planda) onların hesablanmış mütləq qiymətləri
yazılmışdır. Struktur quyular S istinad layının tavanına qədər
qazılmışdır.
5. S layının tavanına görə struktur xəritə qurmalı.
6. Sahədə gözlənilən tələnin növünü, tipini izah etməli.
7. S istinad layının normal qalınlığı 150 m- dir. S istinad
layının dabanında qalınlığı 30 m olan gil qatı, ondan aşağıda isə
qalınlığı 180 m olan neftli-qazlı təbəqə yerləşir. Bu məlumatlar-
dan istifadə edərək geoloji profil tərtib etməli.
8. Axtarış quyularının yerləşdirilməsini, layihə dərinlik-
lərini və sayını təyin etməli.
9. Müəyyən etdiyimiz tələnin neftlə doyması üçün nə qə-
dər vaxt lazımdır (axın sürəti ildə 1750 ton olduqda) ?
Şəkil 9.16. Quyuların planda yeri.

17-Cİ VARİANT

1. Asılı və kontaktətrafı neft-qaz yataqlarının axtarış və


kəşfiyyat necə aparılır.?
2. Paleotektonik meyarla neft və qazın proqnozlaşdırıl-
masında hansı geoloji məsələlər öyrənilir?
3. Qaz yataqlarının ehtiyatını hesabladıqda hansı düstur-
dan istifadə edilir?
4. 9.17-ci şəklində verilmiş quyular Abşeron neftli-qazlı
rayonunda yerləşən Qaradağ yatağında qazılmışdır. Bu quyular
müxtəlif stratiqrafik vahidləri açmışdır. Planda göstərilən quyu-
lar mütləq qiymətə gətirilmişdir. Həmin qiymətlər cədvəldə ve-
rilmişdir.
Cədvəldən və plandakı quyu nöqtələrindən istifadə edərək
aşağıdakıları qurmalı.
Şəkil 9.17. Quyuların planda yeri.

Quyu, Mütləq qiyməti, Quyu, Mütləq qiyməti,


№ si m № si m
3 1400 116 1400
93 2600 119 1400
97 2230 174 2100
99 1900 213 2230
103 1600 214 1450
106 1400 292 1450
107 1510 300 3140
109 1480 303 3150

5. Qaradağ yatağı üçün Pont mərtəbəsinin dabanına görə


struktur xəritə qurmalı.
6. Pont mərtəbəsi, Miosen çöküntülərinin yuyulmuş səthi
ilə kontakta gəlir. Kontaktdan 150 m aşağı Sarmat mərtəbəsində
qalınlığı 80 m olan neftli-qazlı horizont qeyd olunur. Həmin
horizont üçün profil qurmalı.
7. Struktur xəritəni qurmaq üçün struktur quyuların mini-
mum sayını tapmalı.
8. Axtarış quyularının yerləşdirilməsi sistemini, layihə,
dərinliklərini və sayını müəyyən etməli.
9. Müəyyən edilmiş tələnin neftlə dolması üçün nə qədər
vaxt lazımdır (neftin axın sürəti ildə 250 t olduqda)?

18-Cİ VARİANT

1. Litoloji ekranlaşmış və məhdudlaşmış yataqların axta-


rış və kəşfiyyatı necə aparılır?
2. Parametrik quyuların məqsəd və vəzifələri nədir? On-
ların qırışıqlarda necə yerləşdirilir?
3. Terrigen kollektorların keçiricilik əmsalı hansı düstur-
la hesablanır? Düsturu yaz və orada iştirak edən kəmiyyətlərin
fiziki mənasını izah et?
4. Verilmiş sahədə 11 quyu qazılmışdır. Bu quyular kar-
bon yaşlı K neftli-qazlı layından neft verir. Quyuların nömrəsi
və dərinlik qiymətləri (mütləq qiymətlər) 9.18 şəklində göstə-
rilmişdir.
5. Quyular K layının dabanını açmışdır. Mədən sahəsində
kəşfiyyatı davam etdirmək məqsədilə həmin sahədə axtarış işləri
aparılmış və K layından aşağıda da yeni neftli lay müəyyən
olunmuşdur. Bu neftli lay K layından 80 m aşağıda yerləşir.
Onun qalınlığı 140 m-ə qədərdir.
6. K layının dabanına görə struktur xəritə tərtib etməli və
onun izahını verməli.
7. Verilmiş struktur xəritədən istifadə edərək bir neçə
profil qurmalı.
8. Xəritə və profillərdə tələnin tipini təyin etməli.
9. Kəşfiyyat quyularının yerləşdirilməsi sistemini, onla-
rın sayını və layihə dərinliklərini təyin etməli.
10. Müəyyən edilmiş tələni doldurmaq üçün neçə müddət
lazımdır (Vneft=30 t/il olduqda)?
Şəkil 9.18. Quyuların planda yeri.

19-CU VARİANT

1. Stratiqrafik tip yataqların axtarış və kəşfiyyatı necə


aparılır?
2. Stratiqrafik quyuların vəzifəsi nədir? Belə quyular han-
sı sistem üzrə yerləşdirilir?
3. Karbonat tip kollektorların məsaməliyi hansı düsturla
hesablanır. Düsturu yazmalı və orada iştirak edən kəmiyyətlərin
fiziki mənasını izah etməli.
4. Qərbi Türkmənistan neftli-qazlı rayonunun əsas neftli-
qazlı kompleksləri hansılardır?
Seçilmiş sahədə 11 quyu A neftli-qazlı layının dabanını aç-
mışdır. A layı tabaşir yaşlıdır. Bu laydan neft və qaz alınır (şəkil
9.19). Mədən sahəsində kəşfiyyatı davam etdirmək məqsədilə
həmin laydan aşağıda yatan çöküntülərdə axtarış işləri davam
etdirilmiş və neftlilik-qazlılıq bir neçə axtarış quyusundan mü-
əyyən edilmişdir.
5. Sxemdə verilmiş məlumatlardan istifadə edərək A layı-
nın dabanına görə struktur xəritə tərtib etməli və onun izahını
verməli.
6. A layından 200 m aşağıda daha bir neftli-qazlı lay yer-
ləşir. Layın qalınlığı 145 m-dir. Profillər qurmalı.
7. Tələnin tipini təyin etməli.
8. Kəşfiyyat quyularının yerləşdirilmə sistemini, onların
sayını və layihə dərinliklərini təyin etməli (əlavə məlumatlar
yuxarıda verilmiş vilayətə aid geoloji ədəbiyyatdan götürülməli-
dir).
9. Müəyyən edilmiş tələni hansı geoloji müddətə doldur-
maq olar (Vneft = 180 t/il olduqda)?

Şəkil 9.19. Quyuların planda yeri.

20-Cİ VARİANT

1. Sinklinal tip yataqlar (fərdi yataqlar) varmı? Onlar necə


əmələ gəlir? Belə yataqlar hansı ölkələrdə müəyyən edilmişdir.
Bunlarda axtarış və kəşfiyyat işləri necə aparıla bilər?
2. Axtarış quyularının vəzifəsi və yerləşmə sistemi necə-
dir?
3. S ac = Q 3 × Q 1 Md 2
düsturda Md- hansı
kəmiyyəti göstərir?
4. Verilmiş sahədə 27 struktur quyu qazılmışdır. Quyular
K kontaktını açmışdır (şəkil 9.20). Quyuların məlumatları aşağı-
dakı cədvəldə verilmişdir.

Şəkil 9.20. Quyuların planda yeri.

5. Struktur xəritə tərtib etməli (verilmiş kontakta görə).


6. K kontaktından tavanı 800 m və dabanı 1400 m aşağıda
yerləşən neftli-qazlı laydəstə üçün profil tərtib etməli. Yatağın
tipini və formasını təyin etməli.
7. Struktur xəritəni tərtib etmək üçün qazılan struktur qu-
yuların minimum sayını və dərinliyini hesablanmalı.
8. Axtarış quyularının yerləşdirilmə sistemini, sayını və
dərinliyini təyin etməli. (Suraxanı yatağının stratiqrafik kəsili-
şindən istifadə etməli).
9. Tələnin təxmini tipini müəyyənləşdirməli və həcmini
hesablamalı.
Kontaktın

Kontaktın

Kontaktın
dərinliyi,

dərinliyi,

dərinliyi,
Altituda,

Altituda,

Altituda,
Quyu

Quyu

Quyu
№-si

№-si

№-si
m

m
1 100 300 10 20 400 19 60 420
2 120 300 11 10 280 20 110 370
3 110 320 12 10 410 21 80 300
4 80 350 13 20 410 22 180 410
5 50 280 14 10 310 23 140 370
6 30 330 15 30 320 24 110 340
7 40 370 16 40 400 25 180 360
8 10 280 17 40 320 26 160 390
9 20 370 18 40 320 27 200 350
X FƏSİL. LABORATORİYA İŞLƏRİ

PALEOTEKTONİK (PALEOSTRUKTUR), PALEOGEOLOJİ


XƏRİTƏLƏRİN, PALEOTEKTONİK PROFİLLƏRİN
QURULMASI VƏ ONLARIN ANALİZİ

1. Paleotektonik xəritə və profillərin qurulması.

Prof.Quseyn Maqerram oqlı Quseynov, doüent Abbas Kasum


oqlı Abbasov poisk i razvedka neftənıx i qazovıx mestorojdeniy (2- oe
izdanie). Uçebnik. Na azerbaydjanskom əzıke. Baku: izd. AQNA,
327 s.

Ministerstvo obrazovaniə Azerbaydjanskoy Respubliki

Azerbaydjanskaə Qosudarstvennaə Neftənaə Akademiə

Prof.Quseyn Maqerram oqlı Quseynov,


doüent Abbas Kasum oqlı Abbasov

POİSK İ RAZVEDKA NEFTƏNIX İ QAZOVIX


MESTOROJDENİY
U ç e b n i k.

Baku- 2006

You might also like