You are on page 1of 15

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİ

 Azərbaycanda neft sənayesinin inkişaf tarixinə dair qısa arayış


 ARDNŞ-in tarixi
 ARDNŞ-in vəzifələri və fəaliyyətinin predmeti
 ARDNŞ-nin birgə beynəlxalq layihələri
 ARDNŞ-in strukturu
 ARDNŞ-in ünvanı

Azərbaycanda neft sənayesinin inkişaf tarixinə dair qısa arayış

Bütün dünyada neft səltənəti kimi tanınan Azərbaycanda “qara qızıl” qədim zamanlardan çıxarılmağa
başlanmışdır. Tarixçılərin araşdırmaları nəticəsində məlum olub ki, hələ bizim eradan əvvəl VII-VI əsrlərdə
Abşeron yarımadasında neft çıxarılırmış. Azərbaycanın təbii neft qazını isə dünyada ilk dəfə olaraq 1836-cı
ildə akademik Q.İ. Qessi elmi surətdə təhlil etmiş və onun tərkibini müəyyən etmişdir. Professor K.V.
Kostrin isə öz əsərlərində göstərir ki, dünyada yaşayış və təsərrüfat işləri üçün təbii qazdan ilk dəfə
azərbaycanlılar istifadə etmişlər. Tarixi sənədlərə istinadən mexaniki üsulla dünyada ilk neft quyusu 1847-
ci ildə Bibiheybətdə qazılmışdır. Sübut olunmuşdur ki, dənizdə də ilk neft quyusu XVIII əsrdə Abşeron
yarımadasında – dənizdən 19 metr aralıda qazılmışdır. Sonralar Xəzər dənizinin qalxması nəticəsində
həmin neft kəhrizləri suyun altında qalmışdır. Azərbaycan dünyada təkcə ilk neft-qaz hasilatçısı kimi deyil,
həm də ilk neftayırma müəssisələrinə malik bir ölkə kimi də tanınır. 1859-cu ildə Bakıda Dubinin
qardaşlarının ilk iri neftayırma zavodları istifadəyə verilir. Hasil və emal olunan neft və neft məhsullarının
dünya bazarlarına çıxarılması üçün 1897-ci ildə Bakıdan Batuma birbaşa neft kəməri çəkilir. Aşağıda
Azərbaycanın neft sənayesi tarixində baş vermiş ən mühüm hadisələr qeyd olunmuşdur:

1844-cü ildə F.N. Semyonovun səyi ilə qazma üsulu ilə Bakı mədənlərində dünyada ilk dərin quyu qazılıb.
Bu hadisə əllə qazmanın sonu olub.

1872-1873-cü illərdə, ABŞ-dan 15 il əvvəl quyu nasosundan istifadə edilib.

1877-ci ildə neft məhsullarının daşınması üçün ilk metal korpuslu “Zoroastr” (“Zərdüşt”) tankeri istifadəyə
verilib.

1884-cü ildə ilk dəfə vurma üsulu ilə qazmadan istifadə olunub. Bu, sonralar “Bakı üsulu” adı ilə
məşhurlaşıb.

1899-1901-ci illərdə Azərbaycanda neft hasilatı 11,5 milyon tona çatıb və Azərbaycan neft hasilatı
sahəsində dünya liderinə çevrilib. (Bu zaman ABŞ-da ildə cəmi 9,1 milyon ton neft hasil olunurdu).

1905-ci ildə Balaxanıda dünya neft sənayesi tarixində ilk dəfə olaraq kompressor istismarı tətbiq
edilmişdir.

1916-cı ildə Ramanada ilk dəfə qazlift texnologiyasından istifadə olunmuşdur.

1941-ci ildə dünyada ilk dəfə olaraq Bayılda 2000 metr dərinlikdə “Ağa Nematulla turbin üsulu” ilə maili
quyu qazılıb istifadəyə verilib.
1949-cu ildə əfsanəvi “Neft daşları” yatağı kəşf olundu. Bu hadisə dənizdə neft hasilatının inkişafının
əsasını qoydu.

1971-ci ildə Azərbaycanda milyardıncı ton neft çıxarıldı.

1994-cü ildə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının
dərinlikdə yerləşən hissəsinin birgə işlənməsinə dair tarixə “Əsrin müqaviləsi” adı ilə daxil olmuş saziş
imzalandı. Bununla da Azərbaycanın neft sənayesi tarixində yeni eranın başlanğıcı qoyuldu.

ARDNŞ-in tarixi

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) dünyada tanınmış neft şirkətlərindən biridir.
Respublikanın neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft
sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək
məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 200 saylı 13. 09. 1992-ci il Fərmanı ilə ''Azərineft''
Dövlət Konserninin və ''Azərnefkimya'' İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 328 saylı 26 fevral 1993-cü il tarixli
Sərəncamı ilə ARDNŞ-in yeni idarəetmə strukturu təsdiq edilmişdir.

Ümumiyyətlə, ayrı-ayrı vaxtlarda Azərbaycanın neft sənayesini özündə əhatə edən “Azərneft” birləşdirdiyi
və idarə etdiyi müəssisələrin xüsusiyyətindən asılı olaraq İttifaq əhəmiyyətli trest və ya birlik kimi müxtəlif
ittifaq və respublika təşkilatlarına (Azərbaycan SSR Xalq Komissarları Soveti, SSRİ Ali Xalq Təsərrüfatı
Şurası, SSRİ Ağır Sənaye Nazirliyi, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası) tabe olmuş və ''Azərneftkomitə'',
''Azərneftkombinat'' (sonralar ''Azərneft'', ''Azərneftzavodlar'' və ''Azərneftmaşınqayırma'' Birliklərinə
ayrılmış), ''Azərneftçıxarma'' Birliyi və s. adlar daşımışdır. Müxtəlif dövrlərdə “Azərneft”in əsasında
Azərbaycan SSR Neft Sənayesi Nazirliyi (1954-1959), Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi (1965-
1970) yaradılmışdır. 1970-ci ilin avqustunda ''Azərneft'' adı yenidən təşkilata qaytarılmışdır. “Azərneft”
Azərbaycanın neft sənayesinə rəhbərliyi həyata keçirmək, dağıdılmış neft təsərrüfatını bərpa etmək, neft
və neft məhsulları istehsalını artırmaq üçün yaradılmış bir təşkilat olmuşdur.

ARDNŞ yarandığı vaxtdan onun strukturunda bir sıra dəyişikliklər edilmişdir. Belə ki, Azərbaycan
Respublikası Prezidentinin 10 yanvar 1994-cü il tarixli ARDNŞ-nin strukturunun təkmilləşdirilməsi haqqında
50 saylı Sərəncamına əsasən Dövlət Neft Şirkətinin strukturunda Dənizdə və Quruda Neft və Qazçıxarma
İstehsalat Birlikləri yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin ARDNŞ-nin strukturunun
təkmilləşdirilməsi haqqında 24 yanvar 2003-cü il tarixli 844 saylı Fərmanına əsasən ARDNŞ-nin
Nizamnaməsi və onun strukturu təsdiq edilmiş, 18 sentyabr 2004-cü il tarixli 127 nömrəli və 22 dekabr
2005-ci il tarixli 340 nömrəli Fərmanları ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətinin
təkmilləşdirilməsi məqsədilə Şirkətin Nizamnaməsində və idarəetmə strukturunda əlavə və dəyişikliklər
edilmişdir.

ARDNŞ-in vəzifələri və fəaliyyətinin predmeti

ARDNŞ respublikanın bütün ərazisində - quruda və dənizdə neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı,
hazırlanması və işlənməsi, neftin, qazın, qaz kondensatının hazırlanması, emalı və nəqli, həmçinin onlardan
alınan məhsulların daxili və xarici bazarlarda satışı, istehlakçıların müvafiq enerji daşıyıcılarına olan
tələbatının sabit və dayanıqlı ödənilməsi ilə məşğul olur. O, həmçinin, böyük həcmdə elmi-tədqiqat və
layihə işləri yerinə yetirir.
ARDNŞ-in fəaliyyəti neft və qaz sənayesinin vahid kompleks kimi səmərəli fəaliyyətinin və inkişafının təmin
edilməsindən, istehlakçıların enerji daşıyıcılarına olan tələbatının etibarlı ödənilməsindən ibarətdir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyəti haqqında www.socar.az internet saytında daim
yeniləşən məlumat və informasiyalarla tanış olmaq mümkündür.

Şirkət onun əsas vəzifələrini yerinə yetirmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı
fəaliyyət növlərini həyata keçirir:

- sahənin inkişafına dair uzunmüddətli proqnozların, məqsədli kompleks elmi texniki, iqtisadi və sosial
proqramların işlənib hazırlanmasını;

- istehsalın səmərəliliyinin yüksəldilməsini, enerjiyə və material ehtiyatlarına qənaət siyasətinin həyata


keçirilməsini, sahə müəssisələri arasında əlverişli istehsal-texnoloji və təsərrüfat əlaqələrinin
yaradılmasını;

- sahənin perspektiv inkişafının müəyyən edilməsində Şirkətlə müvafiq səlahiyyətli dövlət hakimiyyəti
orqanları arasında qarşılıqlı əlaqələrin təmin edilməsini;

- sahənin istehsal və sosial bazasının inkişafını, Şirkətin tərkibinə daxil olan müəssisələrin
modernləşdirilməsi, genişləndirilməsi, yenidən qurulması, onların yeni texnika və texnologiyalarla təchiz
edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada investisiya fəaliyyətini;

- müasir tikinti texnologiyasından və texniki vasitələrdən istifadə edilməklə geoloji-kəşfiyyat işlərinin


aparılmasını, yataqların istismarının səmərəliliyinin yüksəldilməsini, buruqların tikintisinin
sürətləndirilməsini, həmçinin, yerin təkindən istifadə edilməsi və ətraf mühitin mühafizəsi sahəsində
mövcud olan qanunvericiliyə riayət etməklə yataqların istismara hazırlanmasının keyfiyyətinin və sürətinin
artırılmasını;

- təsərrüfatçılıq üsullarının və formalarının təkmilləşdirilməsini, elmi nailiyyətlərin istehsalatda tətbiq


edilməsini;

- iqtisadi və istehsal-texniki proqramların həyata keçirilməsi üçün banklardan, o cümlədən xarici


banklardan və digər mənbələrdən kredit vəsaitlərinin cəlb olunmasını;

- kadr siyasətinin həyata keçirilməsini, respublikada və xaricdə kadrların hazırlanmasının və ixtisasının


artırılmasının təşkilini;

- sosial sahənin maddi bazasının möhkəmləndirilməsi hesabına müəssisə kollektivlərinin sosial inkişafı
üçün əlverişli imkanlar yaradılmasını;

- dövlət orqanları, xarici şirkətlər və sahibkarlarla qarşılıqlı əlaqəli fəaliyyət göstərilməsini;

- geofiziki, geoloji axtarış-kəşfiyyat işlərinin əsas istiqamətlərinin işlənib hazırlanmasını və müvafiq


qaydada təsdiqlənməsinin təmin edilməsini;

- yeni kəşf olunmuş yataqların işlənməyə verilməsi haqqında qərarların qəbul edilməsini, müəssisələr
tərəfindən istismar olunan yataqların təcrübə, sənaye-istismar layihələrinin, texnoloji sxemlərinin, neft,
qaz və qaz kondensatlı yataqların işlənməsi layihələrinin hazırlanmasını və müvafiq qaydada təsdiq
edilməsini;

- neft və qazçıxarma müəssisələrinin illik iş proqramlarının təsdiq edilməsini və bu proqramlara uyğun


olaraq onların illik büdcə vəsaitlərinin müəyyənləşdirilməsini;

- hasil edilmiş xam neftin və təbii qazın nəqlinin təşkil edilməsini və xidmətə görə nəql müəssisələrinə
müəyyən edilmiş nəql haqqının ödənilməsini;

- xam neftin və təbii qazın emalının təşkil edilməsini, neft və qaz emal müəssisələrinə Şirkət tərəfindən
göstərilən xidmətlərə görə müəyyən edilmiş emal xərclərinin ödənilməsini;

- xam neft, təbii qaz, neft və qaz məhsullarının satışının təşkil edilməsini və onların təchizat xərclərinin
müvafiq qaydada ödənilməsini;

- torpaqların rekultivasiyası və ətraf mühitin mühafizəsi üçün lazımi tədbirlərin görülməsini;

- qanunvericiliklə müəyyən edilmiş qaydada xarici iqtisadi əlaqələrin həyata keçirilməsini və s.

ARDNŞ-nin birgə beynəlxalq layihələri

ARDNŞ istər dənizdə, istərsə də quruda neftin və təbii qazın daha səmərəli hasil olunması məqsədilə
dünyanın bir çox şirkətləri ilə birgə layihələr həyata keçirir. Bu günə qədər ARDNŞ dünyanın 20-dən artıq
ölkəsinin 30-dan yuxarı şirkəti ilə Azərbaycanın neft və qaz yataqlarının birgə işlənməsinə dair 26 saziş
imzalamışdır. Öz mühümlüyünə, qlobal əhəmiyyətinə görə “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Bakı-Tbilisi-
Ceyhan və Cənubi Qafqaz qaz kəməri layihələri çox böyük önəm kəsb edir.

 Hazırda bütün dünyanın diqqət mərkəzində olan “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi layihələr məhz
dənizdə, Xəzərin Azərbaycan sektorunda həyata keçirilir. Sazişə əsasən, yataqların tammiqyaslı işlənməsi 3
faza (mərhələ) üzrə həyata keçirilir. Faza-1 layihəsi “Azəri” yatağının mərkəzi hissəsinin, Faza-2 layihəsi
“Azəri” yatağının qərb və şərq hissələrinin, Faza-3 layihəsi isə “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli”
yatağının dərinlikdə yerləşən hissəsinin tammiqyaslı işlənməsini əhatə edir.

“Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində hasil olunan neft dünya bazarlarına tarixə Heydər Əliyev adına
Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Kəməri kimi daxil olan boru vasitəsilə ixrac olunur. Bakıdan Türkiyənin
Ceyhan limanına çəkilən və uzunluğu 1770 km-ə qədər olan bu kəmər Xəzər dənizindən Aralıq dənizinə
qədər 3000 metr hündürlüyündə dağlardan, 1500 çay keçidindən və 7 seysmik zonadan keçir. Neftin nəql
surəti saniyədə 2 metrdir. Bu kəmərin çəkilməsi iqtisadi cəhətdən sərfəli olmaqla yanaşı, region üçün həm
də strateji əhəmiyyət kəsb edir. Azərbaycanın daxildəki və xaricdəki bədxahları müxtəlif bəhanələr
gətirərək, layihənin reallaşmasına mane olmağa çalışırdılar. Lakin bütün maneələrə baxmayaraq, kəmərin
tikintisi başa çatdı və 2006-cı ilin may ayının 28-də - Azərbaycanın Respublika günü ərəfəsində kəmərə
vurulmuş ilk neft Ceyhan limanına çıxarıldı. İyulun 4-də BTC kəməri ilə Səngəçal terminalından Ceyhana
qədər 1768 km məsafə qət etmiş Azərbaycan nefti ilə yüklənmiş ilk tanker Aralıq dənizinin Türkiyə
sahilindən yola salındı. Kəmərin təntənəli açılış mərasimi iyulun 13-də Türkiyənin Ceyhan limanında və
İstambul şəhərində, 98 ölkənin yüksək səviyyəli təmsilçilərinin iştirakı ilə keçirildi. Azərbaycan, Türkiyə və
Gürcüstan prezidentləri BTC-nin müstəsna əhəmiyyətinin rəmzi olaraq, kəmərin maketinə qızıldan sonluq
əlavə etdilər. Artıq bütün dünyanın diqqət mərkəzində olan BTC kəməri iqtisadi cəhətdən çox sərfəli
olduğundan bəzi dövlətlər bu kəmər vasitəsi ilə öz neftini nəql etmək niyyətindədirlər. Belə ki, artıq
Azərbaycanla Qazaxıstan arasında Qazaxıstan neftinin BTC vasitəsilə nəql olunmasına dair saziş
imzalanmışdır.

4 iyun 1996-cı il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Layihə İştirakçıları olan BP, Lukoil,
NİCO, Statoil, TPAO, TOTAL şirkətləri arasında dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından olan və
Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın
pay bölgüsü haqqında Saziş imzalanmışdır. “Şahdəniz” yatağının təbii qaz ehtiyatı 1 trilyon kubmetrdən
çox, kondensat ehtiyatı isə 300 milyon tondan çox qiymətləndirilir. Yatağın işlənməsinin 1-ci mərhələsi
çərçivəsində (“plato dövrü”ndə) ildə 8 milyard kubmetr təbii qaz hasilatı proqnozlaşdırılır. Hasil olunacaq
qazın müvafiq müqavilələr üzrə Türkiyəyə (ildə təqribən 6 milyard kubmetr), Gürcüstana (ildə 0.3 milyard
kubmetr) və Azərbaycana (ildə 1.5 milyard kubmetr) təchizatı nəzərdə tutulub. “Şahdəniz” yatağının tam
işlənməsi üzrə Faza-1 layihəsi çərçivəsində qazın satışının və marketinqinin idarə edilməsi məqsədilə
Norveçin “Statoyl” şirkətinin operatorluğu ilə Azərbaycan Qaz Təchizatı Şirkəti yaradılmışdır. Bu yataqdan
hasil olunacaq qaz ilk növbədə Azərbaycanın daxili tələbatının ödənilməsinə sərf ediləcək. Eyni zamanda
Faza-1 dövründə hasil olunacaq qazın Türkiyənin “Botaş” şirkətinə və Gürcüstanın Beynəlxalq Əməliyyat
Şirkətinə satılması haqqında sazişlər bağlanmışdır. Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan,
Azərbaycan-Türkiyə-Yunanıstan arasında bağlanmış sazişlər “Şahdəniz” qazının Avropaya nəqlinə imkan
yaradacaqdır. Yatağın işlənməsinin 2-ci mərhələsində isə proqnozlara görə, ildə təxminən 12 milyard
kubmetr təbii qaz hasil olunmalıdır. 2015-ci ilə kimi “Şahdəniz” yatağından ildə təqribən 20 milyard
kubmetr qazın hasilatı gözlənilir.

Dünyanın ən zəngin qaz-kondensat yataqlarından sayılan “Şahdəniz” yatağından hasilat 2006-cı ilin
dekabrında başlanmışdır. 2010-ci il aprel ayının 1-dək bu yataqdan 18,8 milyard kubmetr qaz hasil
edilmişdir. 2007-ci il fevral ayından etibarən Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil
olunan təbii qaz Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsi ilə Gürcüstana nəql olunmağa başlanıb. 2007-ci
il iyulun 3-də isə “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu
üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri
sisteminə daxil olmuşdur. Cənubi Qafqaz qaz boru kəmərinin ötürücülük qabiliyyəti ildə 20 milyard
kubmetr həcmində ölçülür. Azərbaycan ərazisində kəmərin uzunluğu 442 km, Gürcüstan ərazisində isə 248
km-dir. Diametri 42 düymdür. Kəmərin son çatdırılma nöqtəsi Gürcüstan-Türkiyə sərhəddində yerləşir.
Türkiyə ərazisində isə qaz kəmərinin uzunluğu 280 km təşkil edir. Kəmərin Gürcüstan–Türkiyə
sərhəddindən Ərzuruma qədər olan hissəsi BOTAŞ şirkətinin qaz kəmər sisteminin bir hissəsi hesab edilir.

BTƏ qaz kəməri təkcə Azərbaycanın deyil, Qazaxıstan və Türkmənistanın da maraq dairəsindədir. Belə ki,
bu ölkələr də gələcəkdə Cənubi Qafqaz boru kəməri ilə öz qazını nəql etməyi planlaşdırırlar. Bundan əlavə,
Yunanıstan ilə Türkiyə arasında imzalanmış sazişə əsasən, Ankaradan Komotiniyə qədər qaz boru
kəmərinin çəkilməsinə dair saziş imzalanmışdır. Bu isə “Şahdəniz” qazının Türkiyədən əlavə, Yunanıstana,
İtaliyaya, Balkan yarımadası dövlətlərinə və digər Avropa ölkələrinə nəql olunmasına zəmin yaradıb.

ARDNŞ-in strukturu

I. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İdarəetmə Strukturu

1. Rəhbərlik
- Prezident
- Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezident
- İqtisadi məsələlər üzrə vitse-prezident
- Vitse-prezident-emal üzrə
- Vitse-prezident-sərmayələr və marketinq üzrə vitse prezident
- Vitse-prezident
- Sosial məsələlər üzrə vitse-prezident
- Ekologiya üzrə vitse-prezident
- Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezident
- Vitse-prezident – strateji inkişaf üzrə
- Vitse-prezident – neftin, qazın hasilatı və nəqli üzrə
- Vitse-prezident
2. Şirkətin aparatı

II. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibinə daxil olan müəssisələr:

1. "Azneft" İstehsalat Birliyi;


2. “Azəriqaz” İstehsalat Birliyi;
3. “Azərikimya” İstehsalat Birliyi;
4. Geofizika və Geologiya İdarəsi;
5. Neft Kəmərləri İdarəsi;
6. Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi;
7. Sərmayələr İdarəsi;
8. "Azərneftyağ" Neft Emalı Zavodu;
9. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu;
10. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu.
11. Təhlükəsizlik İdarəsi
12. Sosial İnkişaf İdarəsi
13. Ekologiya İdarəsi 
14. Qaz İxrac İdarəsi 
15. İnformasiya Texnologiyaları və Rabitə İdarəsi 
16. Xəzər Dəniz Neft Donanması 
17. “Neftqaztikinti“ Tresti 
18. Kompleks Qazma İşləri Tresti 
19. “Neftqazelmitədqiqatlayihə“ İnstitutu;
20. Qaz Emalı Zavodu;
21. Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsi;
22. “Azərbaycan Neft Təsərrüfatı” jurnalının redaksiyası.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti


Vikipediya, açıq ensiklopediya
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
Növü Dövlət şirkəti

Yaranma tarixi 13 sentyabr 1992

Baş qərargahı  Azərbaycan, Bakı

Rəhbərlik Rövnəq Abdullayev (prezident)


Xoşbəxt Yusifzadə (birinci vitse-
prezident)
Süleyman Qasımov (vitse-prezident)
Elşad Nəsirov (vitse-prezident)
David Məmmədov (vitse-prezident)
Mikayıl İsmayılov (vitse-prezident)
Bədəl Bədəlov (vitse-prezident)
Xalik Məmmədov (vitse-prezident)
Rəhman Qurbanov (vitse-prezident)
Rəfiqə Hüseynzadə (vitse-prezident)
Tofiq Qəhrəmanov (vitse-prezident)
Bəhram Hüseynov (vitse-prezident)
Yaşar Lətifov (vitse-prezident)

İşçiləri 66 234 nəfər (2013) [1]

Gəliri 20 milyard ABŞ Dolları

İstiqaməti Neft və Təbii qaz


Məhsulu Neft və neft məhsulları

Saytı http://www.socar.az

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ, ingiliscə: SOCAR) — dünyanın ən böyük


milli neft şirkətlərindən biridir. Neftin çıxarılması, daşınması, emalı və istehlakında olduğu üçün inteqrasiya
olunmuş şirkətdir.
Azərbaycan Respublikasının neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək,
neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin
etmək məqsədi ilə Azərbaycan respublika prezidentinin 13.09.1992-ci il Fərmanı ilə Azərineft Dövlət
Konserninin və Azərnefkimya İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
yaradılmışdır. Ümumiyyətlə, ayrı-ayrı vaxtlarda Azərbaycanda neft sənayesini özündə birləşdirən Azərneft
birləşdirdiyi və idarə etdiyi müəssisələrin xüsusiyyətindən asılı olaraq İttifaq əhəmiyyətli trest və ya birlik
kimi müxtəlif ittifaq və respublika təşkilatlarına (Azərbaycan SSR Xalq Komissarları Soveti, SSRİ Ali Xalq
Təsərrüfatı Şurası, SSRİ Ağır Sənaye Nazirliyi, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası) tabe olmuş və
"Azərneftkomitə", "Azərneftkombinat" (sonralar "Azərneft", "Azərneftzavodlar" və
"Azərneftmaşınqayırma" birliklərinə ayrılmış), "Azərneftçıxarma" Birliyi adlanmışdır. [2] Şirkətin nəzdində iki
neftayırma zavodu, bir neçə beynəlxalq neft-qaz boru kəməri və bir neçə mühəndislik şirkəti var. Hal-
hazırda ARDNŞ kapital həcminə görə dünyanın 68-ci ən böyük şirkətidir. [3]

Mündəricat
  [gizlə] 

 1Tarixi
 2Şirkətin funksiyası
 3Fəaliyyət
 4Şirkətin inzibati binası
 5Rəhbərlik
 6Layihələri
 7Xarici ölkələrdəki fəaliyyəti
o 7.1SOCAR Energy Georgia MMC
 8Törəmə şirkətləri
 9Strukturu
 10Birgə Müəssisələr
 11Şəffaflıq
 12Xarici keçidlər
 13İstinadlar
 14Həmçinin bax

Tarixi[redaktə | əsas redaktə]
Azərneftin əsasında Azərbaycan SSR Neft Sənayesi Nazirliyi (1954-1959), Azərbaycan SSR Neftçıxarma
Sənayesi Nazirliyi (1965-1970) yaradılmışdır. 1970-ci ilin avqustunda yenidən "Azərneft" adlandırılmışdır.
Azərneft Azərbaycanın neft sənayesinə rəhbərliyi həyata keçirmək, dağıdılmış neft təsərrüfatını bərpa
etmək, neft və neft məhzulları istehsalını artırmaq üçün yaradılmış bir təşkilatdır. ARDNŞ 1992-ci il
sentyabrın 13-də Azərbaycan Respublikasının keçmiş prezidenti Əbülfəz Elçibəyin fərmanı əsasında
qurulmuşdur. Fərmana əsasən iki dövlət müəssisəsi, "Azərneft" və "Azərneftkimya" Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti kimi birləşdirilib. ARDNŞ yarandığı vaxtdan onun strukturunda bir sıra
dəyişikliklər edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1994-cü il tarixli ARDNŞ-nin
strukturunun təkmilləşdirilməsi haqqında 50 saylı Sərəncamına əsasən Dövlət Neft Şirkətinin strukturunda
Dənizdə və Quruda Neft və Qazçıxarma İstehsalat Birlikləri yaradılmışdır. Azərbaycan Respublikası
Prezidentinin ARDNŞ-nin strukturunun təkmilləşdirilməsi haqqında 24 yanvar 2003-cü il tarixli 844 saylı
Fərmanına əsasən isə Dənizdə və Quruda Neft və Qazçıxarma İstehsalat Birlikləri birləşdirilərək "Azneft"
İstehsalat Birliyi yaradılmışdır.

Şirkətin funksiyası[redaktə | əsas redaktə]


ARDNŞ respublikanın bütün ərazisində, o cümlədən quru və dəniz ərazilərində neft və qaz yataqlarının
axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın, qaz kondensatının hazırlanması, emalı və nəqli, həmçinin
onlardan alınan məhsulların daxili və xarici bazarlarda satışı ilə məşğul olur. O, həmçinin, böyük həcmdə
elmi-tədqiqat və layihə işləri yerinə yetirir. Hazırda Azərbaycanda neftlə zəngin 57 yataq mövcuddur ki,
bunun da 18-i Xəzər dənizinin Azərbaycan sektorunda, qalanı isə qurudadır. Ümumiyyətlə, Xəzər hövzəsi
30 milyard tona yaxın neft, 18-20 trilyon kub metr həcmində qaz ehtiyatına malikdir ki, bu da dünyanın
karbohidrogen resurslarının 15%-ni təşkil edir. Xəzər hövzəsinin Azərbaycana aid bölgəsində isə 3-5
milyard ton neft, 5 trilyon kub metr həcmində qaz ehtiyatı mövcuddur. Azərbaycanda neft
hasilatının 2005-ci ildən başlayaraq sürətlə artacağı gözlənilir. Proqnozlara görə, Azəri-Çıraq-Günəşli
layihəsi üzrə neft hasilatının ən yüksək səviyyəsi 2010-cu ildə olub. Belə ki, həmin il neft hasilatı 54,9
milyon tona çatdırılib. Şahdəniz layihəsi üzrə isə 2010-cu ildə 2,1 milyon ton kondensat hasil olunacaq.
Hazırda ARDNŞ-də 58.945 nəfər, o cümlədən 50 nəfəri elmlər doktoru, 392 nəfəri elmlər namizədi elmi
dərəcəsinə malik olan 17.500 mühəndis, texnik və mütəxəssis çalışır. ARDNŞ respublikanın neft və neft
məhzullarına olan tələbatını ödəmək, daxili tələbdən artıq hissəni isə ixrac etmək imkanına malikdir. Bunu
təmin etmək üçün ARDNŞ müvafiq istehsal güclərinə, inkişaf etmiş xidmət sektoruna, böyük elmi və
texniki potensiala malikdir. ARDNŞ həm quru, həm də dəniz neft yataqlarının kəşfiyyatı, işlənməsi və
abadlaşdırılması ilə bağlı bütün məsələləri həll etmək qabiliyyətinə malik yüksək ixtisaslı mühəndis, texnik
və fəhlə kadrlara malikdir.
2012-ci il yanvarın 27-də dünyanın aparıcı maliyyə nəşrlərində və internet saytlarında ARDNŞ-
nin Avrobond buraxmaq niyyətində olduğu barədə açıqlama verilmişdir. Avrobondların yerləşdirilməsi və
tədavülü Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının hüdudlarından kənarda həyata
keçirilməklə, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Listinq Orqanının (UK Listing Authority)
və London Fond Birjasının (London Stock Exchange) listinqinə daxil ediləcək. Buraxılışın hüquqi rejimi ABŞ-
ın 1933-cü il tarixli “Qiymətli kağızlar” haqqında qanununun “Regulation S” hissəsinə uyğundur. Bu işlərin
həyata keçirilməsində Birgə Baş İdarəçilər (Joint Lead Managers) qismində Citi Group Global Markets
Limited, Deutsche Bank AG (London filialı) və The Royal Bank of Scotland Plc., Birgə İdarəçilər (Co-
Managers) qismində Nomura International Plc. və Société Générale S.A., İnvestorların təmsilçisi (Trustee)
qismində Deutsche Trustee Company Limited, Əsas Ödəniş və Köçürmə Agenti (Principal Paying and
Transfer Agent) qismində isə Deutsche Bank AG (London filialı) çıxış edirlər. Avrobondların buraxılması ilə
bağlı müvafiq qaydalara əsasən, dünyanın aparıcı reytinq şirkətləri buraxılacaq qiymətli kağıza reytinq
dərəcəsi şamil etməlidir. Artıq Fitch Ratings və Moody’s şirkətləri tərəfindən ARDNŞ Avrobondlarına
müvafiq olaraq BBB-(exp) və Ba1 reytinq dərəcələri şamil olunmuşdur. [4]

Fəaliyyət[redaktə | əsas redaktə]
ARDNŞ-nin fəaliyyəti əsas olaraq 6 sahəyə bölünmüşdür. Bunlar:

 Neft-qaz yataqlarının kəşfiyyatı


 Neft-qaz hasilatı
 Neftin və təbii qazın emalı
 Neft kimyası
 Enerjidaşıyıcıların nəqli
 Xidmətlər
ARDNŞ-yə tabe olan Azərneftyağ Neft Emalı Zavodu yanacaq və yağların istehsalı üzrə ixtisaslaşmışdır.
Burada neftin emalı nəticəsində benzin, kerosin, dizel distillatları, mühərrik, sənaye, turbin, transformator,
digər müxtəlif yağlar və bitum istehsal olunur. Son 2 ildə burada istehsal olunmuş bütün yanacaq
distillatları təkrar emal üçün Heydər Əliyev adına BNEZ-ə nəql olunur. 2010-cu ildə zavodda 215,2 min ton
ilkin emal benzini, 174,9 min ton kerosin, 599,8 min ton dizel distillatları, 1,3 min ton mühərrik yağı, 27,6
min ton sənaye yağı, 7,9 min ton turbin yağları, 14,1 min ton transformator yağı, 36,2 min ton digər yağlar
və 241,4 min ton bitum istehsal olunmuşdur. Heydər Əliyev adına BNEZ-də xam neftin emalı yanacaqların
üstün istehsal sxemi ilə aparilir. Azərbaycan neftinin 24 çeşidindən 21-i Heydər Əliyev adına Bakı Neft
Emalı Zavodunda emal olunur ki, bunlardan da öz növbəsində 15 adda neft məhzulu, o cümlədən
avtomobil benzinləri, aviasiya kerosini, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur. Zavod
respublikanın neft məhzullarına olan tələbatını tam ödəyir. Bundan əlavə, istehsal olunan neft
məhzullarının 45%-i xarici ölkələrə ixrac edilir. Qaz Emalı Zavodu Azərbaycan Respublikası Prezidentinin
Sərəncamına uyğun olaraq ARDNŞ-in strukturuna aid edilmişdir. Qaz Emalı Zavodunda "Azneft" İB-də hasil
olunmuş təbii və səmt qazları emal edilir. Zavodun istehsal olunmuş məhzullarına təmizlənmiş qaz, maye
qaz və qaz benzini aiddir. 2010-cu ildə müəssisədə 4,030 milyard m³ təmizlənmiş qaz, 24,8 min ton maye
və 26,7 min ton qaz benzini istehsal olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin "Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin
təkmilləşdirilməsi haqqında" 2 aprel 2010-cu il tarixli Sərəncamına əsasən, "Azərikimya" Dövlət Şirkəti
ARDNŞ-nin tabeçiliyinə verilmişdir. "Azərikimya" İB-nin strukturuna "Etilen-Polietilen" zavodu, "Səthi Aktiv
Maddələr" zavodu, "Üzvi Sintez" zavodu, "Mexaniki Təmir" zavodu, "Kimyalayihə" institutu, Təmir-Tikinti
idarəsi, Nəqliyyat və Xüsusi Texnika idarəsi, Anbar Təsərrüfatı daxildir. "Azərikimya" İB-in istehsal olunmuş
məhzullara – propilen, polietilen, butilen-butadien fraksiyası, propilen oksidi, propilen qlikol, izopropil
spirti, pirokondensat, maye xlor və qələvi aiddir.

Şirkətin inzibati binası[redaktə | əsas redaktə]


Dövlət Neft Şirkətinin aparatının yerləşdiyi bina Bakı şəhərindəki qədim tikililər arasında öz əzəməti və
gözəlliyi ilə diqqəti xüsusi olaraq cəlb edir. Ş.S. Fətullayevin "XIX əsrin sonu – XX əsrin əvvəllərində
Azərbaycanda memarlıq və şəhərsalma" adlı kitabında bu binanın inşası ilə bağlı deyilir: "Bağça küçəsi
Azneft meydanından başlayaraq şəhərin mərkəzi hissəsini tamamlayırdı. Tikililər bu
meydandan Bayıla tərəf uzanırdı. Meydan getdikcə öz memarlıq simasını dəyişməyə başlayırdı. Bu
dəyişikliklər meydanın əsas hissələrindən biri olan Kakarev sahəsi adlandırılan ərazidə 1890-cı illərin
əvvəllərində Tiflis memarı P. Şternin layihəsi əsasında üçmərtəbəli bina inşa edilməsindən sonra daha da
sürətləndi.

ARDNŞ-nin yeni inzibati binasının layihəsi[5] (ing. SOCAR Tower)[6][7][8][9]


Binanın layihəsi 1893-cü il may ayının 25-də təsdiq olunur, ayın sonlarında isə binanın tikintisinə
başlanır. Fransa intibah üslubunda inşa edilən fasad sahilin qərb tərəfinə baxırdı. Üzü Azneft meydanına
tərəf tikilən və rahat mənzillərdən ibarət bina şəhərin layihələndirmə strukturunda çox mühüm əhəmiyyət
daşıyırdı. Binanın daxili dəhliz boyu yerləşdirilmiş otaqlarında şüşəbəndlər həyətə açılırdı".
İngilis dilində çıxan "Azərbaycan memarlığının inkişafı" jurnalında isə bu möhtəşəm tikili barədə digər
faktlar verilib. Məqalədə binanın tanınmış milyonçu Mir Tağı Babayevə məxsus olduğu bildirilir: "Tikilinin
sahibi Mir Tağı Babayevin ilkin peşəsi heç də neft sahəsi ilə bağlı deyildi. O, xalq musiqisinin,
xüsusilə muğamın vurğunu olan çox istedadlı və tanınmış xanəndə idi. Onun taleyi bir gecənin içində
dəyişir. Belə ki, həmin gün Mir Tağı tanınmış ailələrdən birinin toy məclicində oxumalı imiş. Onun sənətinin
pərəstişkarı olan bəyin qohumlarından biri xanəndəyə torpaq sahəsi hədiyyə edir. Bundan sonra Mir Tağı
Babayevin neft sahəsində karyerası başlanır. 1912-ci ildə o, neftlə zəngin 3 böyük sahə alır və neft
hasilatına başlayır. Onun 70 nəfər işçidən ibarət kontoru 18 buruqdan ildə 150000 barrel neft hasil edirdi.
Mir Tağı Babayev bu möhtəşəm binanı da neft gəlirləri hesabına alır. Azərbaycanda Sovet hakimiyyəti
qurulduqdan sonra bolşeviklər onun bütün mülklərini müsadirə edir. Mir Tağı Babayevin özü isə Fransaya
mühacirət etməli olur. Bəzi məlumatlara görə, o, Fransada ömrünün sonuna qədər müflis vəziyyətdə
yaşayır. Digər məlumatlara əsasən isə, hobbisi hələ lap əvvəllərdən zinət əşyalarını kolleksiya etmək olan
Mir Tağı özü ilə Fransaya gətirdiyi daş-qaşların satışından əldə etdiyi vəsait hesabına yaşayıb. Sovet
hakimiyyəti illərində bu bina "Azneft"in sərəncamına verilmiş, Azərbaycan müstəqillik əldə etdikdən (1991-
ci il) sonra isə burada Dövlət Neft Şirkətinin aparatı yerləşdirilmişdir. Son illərdə binada təmir-bərpa işləri
aparılmışdır".
2010-cu ilin oktyabr ayında Prezident İlham Əliyev şirkətin yeni inzibati binasının təməlqoyma
mərasimində iştirak etdi.
Bina 42 mərtəbədən ibarət olacaq (2- yeraltı, 40- yerüstü). Binanın hündürlüyü 200 metr olacaq və 5
hektar ərazini əhatə edəcək. Bina rixter cədvəli üzrə 9 ballıq zəlzələyə davamlı olacaq. Binanın layihəsi
Kanadadakı xüsusi beynəlxalq laboratoriyada saatda 190 kilometr külək sürətinə hesablanan virtual
şəraitdə sınaqdan keçirilib. Binanı Koreya Respublikasının "Heerim Architects & Planners Co. Ltd" şirkəti
layihələşdirib. İnşaat işləri ilə isə Heerim Architects & Planners Co. Ltd şirkəti məşqul olacaq. Binanın
ümumi dəyəri 235 milyon dollar təşkil edir. İnşaat işlərinin 32 aya başa çatması gözlənilir. Yeni inzibati
binada bir neçə konfrans zalı, qonaq otaqları, sosial-məişət obyektləri, yerüstü və yeraltı dayanacaqlar,
texniki sahələr və idman zalı fəaliyyət göstərəcək. ARDNŞ artıq Heydər Əliyev prospektində yeni binanın
inşası üçün yer alıb.[10][11]

Rəhbərlik[redaktə | əsas redaktə]
ARDNŞ-nin hal-hazırki rəhbəri Rövnəq Abdullayevdir. Geologiya, geofizika və yataqların işlənməsi üzrə
birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, İqtisadi məsələlər üzrə vitse-prezident Süleyman Qasımaov,
Emal üzrə vitse-prezidenti David Məmmədov, Sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Bədəlov, Kadr,
Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, Neftin, qazın hasilatı və nəqli
üzrə vitse-prezidenti [[Rəhman Qurbanov]], Strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov,
Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovdur.[12]

Layihələri[redaktə | əsas redaktə]

BTC neft kəməri


ARDNŞ istər dənizdə, istərsə də quruda neftin və təbii qazın daha səmərəli hasil olunması məqsədilə
dünyanın bir çox şirkətləri ilə birgə layihələr həyata keçirir. Bu günə qədər ARDNŞ dünyanın 20-dən artıq
ölkəsinin 30-dan yuxarı şirkəti ilə Azərbaycanın neft və qaz yataqlarının birgə işlənməsinə dair 26 saziş
imzalamışdır. Öz mühümlüyünə, qlobal əhəmiyyətinə görə "Azəri-Çıraq-Günəşli", "Şahdəniz", Bakı-Tbilisi-
Ceyhan və Cənubi Qafqaz qaz kəməri layihələri çox böyük önəm kəsb edir. Hazırda bütün dünyanın diqqət
mərkəzində olan "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" kimi layihələr məhz dənizdə, Xəzərin Azərbaycan
sektorunda həyata keçirilir. Sazişə əsasən, yataqların tammiqyaslı işlənməsi 3 faza (mərhələ) üzrə həyata
keçirilir. Faza-1 layihəsi "Azəri" yatağının mərkəzi hissəsinin, Faza-2 layihəsi "Azəri" yatağının qərb və şərq
hissələrinin, Faza-3 layihəsi isə "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən
hissəsinin tammiqyaslı işlənməsini əhatə edir.
"Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində hasil olunan neft dünya bazarlarına Bakı-Tbilisi-Ceyhan Əsas
İxrac Neft Kəməri vasitəsilə ixrac olunur. Bakıdan Türkiyənin Ceyhan limanına çəkilən və uzunluğu
1770 km-ə qədər olan bu kəmər Xəzər dənizindən Aralıq dənizinə qədər 3000 metr hündürlüyündə
dağlardan, 1500 çay keçidindən və 7 seysmik zonadan keçir. Neftin nəql surəti saniyədə 2 metrdir. Bu
kəmərin çəkilməsi iqtisadi cəhətdən sərfəli olmaqla yanaşı, region üçün həm də strateji əhəmiyyət kəsb
edir. Kəmərin tikintisi 2005-ci ildə başa çatdı və 2006-cı ilin may ayının 28-də, Azərbaycanın Respublika
günü ərəfəsində kəmərə vurulmuş ilk neft Ceyhan limanına çıxarıldı. Kəmərin tikintisi 3 milyard dollara
hesablansa da, tikinti real olaraq daha baha dəyərə, 4 milyard ABŞ dollarına başa gəlmişdir. [13] İyulun 4-də
BTC kəməri ilə Səngəçal terminalından Ceyhana qədər 1768 km məsafə qət etmiş Azərbaycan nefti ilə
yüklənmiş ilk tanker Aralıq dənizinin Türkiyə sahilindən yola salındı. Kəmərin təntənəli açılış mərasimi
iyulun 13-də Türkiyənin Ceyhan limanında və İstanbul şəhərində, 98 ölkənin yüksək səviyyəli
təmsilçilərinin iştirakı ilə keçirildi. Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri BTC-nin müstəsna
əhəmiyyətinin rəmzi olaraq, kəmərin maketinə qızıldan sonluq əlavə etdilər. BTC kəməri iqtisadi cəhətdən
çox sərfəli olduğundan bəzi dövlətlər bu kəmər vasitəsi ilə öz neftini nəql etmək niyyətindədirlər. Belə ki,
artıq Azərbaycanla Qazaxıstan arasında Qazaxıstan neftinin BTC vasitəsilə nəql olunmasına dair saziş
imzalanmışdır.

Xəzərdə Dənizində Çıraq Neft Platforması


4 iyun 1996-cı il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Layihə İştirakçıları
olan BP, Lukoyl, NİCO, Statoil, TPAO, TOTAL şirkətləri arasında dünyanın ən iri qaz və qaz-kondensat
yataqlarından olan və Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı,
işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanmışdır. "Şahdəniz" yatağının təbii qaz ehtiyatı 1
trilyon kubmetrdən çox, kondensat ehtiyatı isə 300 milyon tondan çox qiymətləndirilir. Yatağın
işlənməsinin 1-ci mərhələsi çərçivəsində ("plato dövrü"ndə) ildə 8 milyard kubmetr təbii qaz hasilatı
proqnozlaşdırılır. Hasil olunacaq qazın müvafiq müqavilələr üzrə Türkiyəyə (ildə təqribən 6 milyard
kubmetr), Gürcüstana (ildə 0.3 milyard kubmetr) və Azərbaycana (ildə 1.5 milyard kubmetr) təchizatı
nəzərdə tutulub. "Şahdəniz" yatağının tam işlənməsi üzrə Faza-1 layihəsi çərçivəsində qazın satışının və
marketinqinin idarə edilməsi məqsədilə Norveçin "Statoyl" şirkətinin operatorluğu ilə Azərbaycan Qaz
Təchizatı Şirkəti yaradılmışdır. Bu yataqdan hasil olunacaq qaz ilk növbədə Azərbaycanın daxili tələbatının
ödənilməsinə sərf ediləcək. Eyni zamanda Faza-1 dövründə hasil olunacaq qazın Türkiyənin "Botaş"
şirkətinə və Gürcüstanın Beynəlxalq Əməliyyat Şirkətinə satılması haqqında sazişlər bağlanmışdır.
Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə-Yunanıstan arasında bağlanmış sazişlər
"Şahdəniz" qazının Avropaya nəqlinə imkan yaradacaqdır. Yatağın işlənməsinin 2-ci mərhələsində isə
proqnozlara görə, ildə təxminən 12 milyard kubmetr təbii qaz hasil olunmalıdır. 2015-ci ilə kimi "Şahdəniz"
yatağından ildə təqribən 20 milyard kubmetr qazın hasilatı gözlənilir. Dünyanın ən zəngin qaz-kondensat
yataqlarından sayılan "Şahdəniz" yatağından hasilat 2006-cı ilin dekabrında başlanmışdır. 2010-cu il aprel
ayının 1-dək bu yataqdan 18,8 milyard kubmetr qaz hasil edilmişdir. 2007-ci il mart ayından etibarən
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağından hasil olunan təbii qaz Bakı-Tbilisi-Ərzurum boru
kəməri vasitəsi ilə Gürcüstana nəql olunmağa başlanıb. 2007-ci il iyulun 3-də isə "Şahdəniz" qaz-kondensat
yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə
Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olmuşdur. Cənubi Qafqaz qaz
boru kəmərinin ötürücülük qabiliyyəti ildə 20 milyard kubmetr həcmində ölçülür. Azərbaycan ərazisində
kəmərin uzunluğu 442 km, Gürcüstan ərazisində isə 248 km-dir. Diametri 42 düymdür (105 sm). Kəmərin
son çatdırılma nöqtəsi Gürcüstan-Türkiyə sərhədində yerləşir. Türkiyə ərazisində isə qaz kəmərinin
uzunluğu 280 km təşkil edir. Kəmərin Gürcüstan–Türkiyə sərhədindən Ərzuruma qədər olan hissəsi BOTAŞ
şirkətinin qaz kəmər sisteminin bir hissəsi hesab edilir.
BTƏ qaz kəməri təkcə Azərbaycanın deyil, Qazaxıstan və Türkmənistanın da maraq dairəsindədir. Belə ki,
bu ölkələr də gələcəkdə Cənubi Qafqaz boru kəməri ilə öz qazını nəql etməyi planlaşdırırlar. Bundan
əlavə, Yunanıstan ilə Türkiyə arasında imzalanmış sazişə əsasən, Ankaradan Komotiniyə qədər qaz boru
kəmərinin çəkilməsinə dair saziş imzalanmışdır. Bu isə "Şahdəniz" qazının Türkiyədən əlavə,
Yunanıstana, İtaliyaya, Balkan yarımadası dövlətlərinə və digər Avropa ölkələrinə nəql olunmasına zəmin
yaradıb.

Xarici ölkələrdəki fəaliyyəti[redaktə | əsas redaktə]


ARDNŞ bir neçə şəhərdə öz nümayəndəliklərini açıb. Bu şəhərlər
arasına İstanbul, Tehran, Astana, Buxarest, Frankfurt, Cenevrə, London, Vyana, Tbilisi, Kiyev şəhərləri
aiddir.[14] Rumıniyada ARDNŞ neft-kimya emalı kompleksi tikməyi nəzərdə tutur. Bu zavodda istehsal
olunan məhzullar Avropa ölkələrinə göndəriləcək. ARDNŞ-nin Almaniya və Avstriyadakı
nümayəndəlikləri Nabukko layihəsinin reallaşdırılması istiqamətində Avropa şirkətləri ilə əməkdaşlıq
edirlər. İsveçrədə ARDNŞ-nin törəmə şirkəti olan SOCAR Trading SA 2008-ci ildə açılmışdır. Onun əsas
funksiyası Avropada Azərbaycan neftinin satışını təşkil etməkdir. Şirkətin maliyyə fondu 5 milyon İsveçrə
frankıdır.
2007-ci ildə Türkiyə hökuməti ölkədə ən böyük neftayırma zavodlarından biri olan Petkim zavodunu
özəlləşdirməyə çıxarıb. Tenderin qalibi ARDNŞ, Türkiyənin Turcas və Səudiyyə Ərəbistanının İnjas
şirkətlərinin qurduğu konsorsium olub. Müəssisənin özəlləşdirilməsinin dəyəri 1,6 milyard dollar olub.
Konsorsium 2015-ci ilə qədər zavodun yerləşdiyi ərazidə daha böyük gücə malik ikinci bir neftayırma
zavodu tikməyi və mövcud müəssisənin emal gücünü artırmağı planlaşdırır. Konsorsium bu məqsədlə 10
milyard dollar xərcləməyi nəzərdə tutur. [15]
Azərbaycan Dövlət Neft Şirkəti 2011-ci ilin sonunadək Ukraynada 17 yanacaqdoldurma məntəqəsi açmaq
niyyətindədir. 2015-ci ilə qədər isə şirkət Rumıniyada 300 yanacaqdoldurma məntəqəsi işə salacaq.[16]
16 noyabr 2011-ci ildə ARDNŞ Exxon Mobil şirkətinin İsveçrə filialı olan Esso Schweiz GmbH-ı satın alır.[17]
SOCAR Energy Georgia MMC[redaktə | əsas redaktə]
ARDNŞ-nin daha bir törəmə şirkəti olan SOCAR Energy Georgia MMC 2006-cı ildə qurulmuşdur. Şirkətin
bütün fəaliyyəti Gürcüstanda həyata keçirilir. SOCAR Energy Georgia MMC-nin əsas fəaliyyət sahəsi
Gürcüstanda neftin topdan və pərakəndə satışı, neft və neft məhzullarının, həmçinin mayeləşdirilmiş qazın
ölkəyə idxalı, neft terminalı və anbarlarının tikintisidir. Şirkət Gürcüstandakı neft satışının
72%, dizel satışının isə 61%-nə nəzarət edir, bundan başqa Kulevi neft terminalı da şirkətin ixtiyarındadır.
ARDNŞ Gürcüstana hər ay 20.000 ton neft məhzulu, həmçinin 15.000 ton benzin idxal edir. Şirkətin indiyə
kimi Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyanın həcmi 700 milyon ABŞ dollarıdır, [18] bundan başqa
ARDNŞ 3 il dalbadal (2008, 2009, 2010-cu illərdə) Gürcüstanda ən böyük həcmdə vergi ödəyən şirkət olub.
Təkcə 2010-cu ildə ARDNŞ Gürcüstan büdcəsinə 100 milyon ABŞ dolları miqdarında vergi ödəyib.
[19]
 Bundan başqa ARDNŞ Gürcüstanda bir neçə yanacaqdoldurma məntəqəsi də açıb. Hal-hazırda
Gürcüstanda ARDNŞ-ə məxsus yanacaqdoldurma məntəqələrinin sayı 60-a çatıb. [20] Həmçinin 2010-cu ildə
əldə edilən razılaşmaya əsasən SOCAR Energy Georgia şirkəti Gürcüstan Futbol Federasiyasının baş
sponsoru olmuşdur.[21]. 2013-cü ilin dekabr ayında ARDNŞ Gürcüstanda 114-cü yanacaqdoldurma
məntəqəsini istifadəyə verdi.
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİ

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan ərazisindəki neft və qaz yataqlarının
axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-
kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin
təbii qazla təchizatı ilə məşğul olur. SOCAR-ın tərkibində 3 istehsalat birliyi, 1 neft və 1 qaz emalı zavodu,
Dərin Özüllər Zavodu, 2 trest, 1 institut daxil olmaqla hüquqi şəxs statusuna malik 23, qeyri-hüquqi şəxs
statusuna malik 4 qurum fəaliyyət göstərir.

İlkin dövr

Azərbaycanın neft sənayesini özündə birləşdirən "Azərneft" ayrı-ayrı vaxtlarda tərkibindəki müəssisələrin
xüsusiyyətindən asılı olaraq, keçmiş İttifaq və respublika miqyaslı müxtəlif təşkilatlara (Azərbaycan SSR
Xalq Komissarları Soveti, SSRİ Ali Xalq Təsərrüfatı Şurası, SSRİ Ağır Sənaye Nazirliyi, Azərbaycan SSR Xalq
Təsərrüfatı Şurası) tabe olmuş və "Azərneftkomitə", "Azərneftkombinat" (sonralar "Azərneft",
"Azərneftzavodlar" və "Azərneftmaşınqayırma" birliklərinə ayrılmış), "Azərneftçıxarma" Birliyi və s.
adlandırılmışdır.

1954-70

1954-1959-cu illərdə "Azərneft"in bazasında Azərbaycan SSR Neft Sənayesi Nazirliyi, 1965-1970-ci illərdə
isə Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi yaradılmışdır. Qurum 1970-ci ilin avqustunda yenidən
"Azərneft" adlandırılmışdır.

1991

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, Azərbaycan Respublikası Prezidentinin
3 dekabr 1991-ci il tarixdə imzaladığı Fərmanla "Azərineft" Dövlət Konserni yaradılmışdır. Neft
sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə
strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikası Prezidentinin 13 sentyabr 1992-ci il tarixli Fərmanı ilə "Azərineft" Dövlət Konserni və
"Azərnefkimya" İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmışdır.

1994
ARDNŞ yarandığı vaxtdan onun strukturunda bir sıra dəyişikliklər edilmişdir. Azərbaycan Respublikası
Prezidentinin 10 yanvar 1994-cü il tarixli "ARDNŞ-nin strukturunun təkmilləşdirilməsi haqqında" 50 saylı
Sərəncamına əsasən Dövlət Neft Şirkətinin strukturunda Dənizdə və Quruda Neft və Qazçıxarma İstehsalat
Birlikləri yaradılmışdır.

2003

Azərbaycan Respublikası Prezidentinin "ARDNŞ-nin strukturunun təkmilləşdirilməsi haqqında" 24 yanvar


2003-cü il tarixli 844 saylı Fərmanına əsasən isə Dənizdə və Quruda Neft və Qazçıxarma İstehsalat Birlikləri
birləşdirilərək "Azneft" İstehsalat Birliyi yaradılmışdır.

Missiyamız və məramımız

Missiyamız
Azərbaycan Respublikasının yanacaq-enerji təhlükəsizliyini, neft-qaz və neft-kimya sənayesinin inkişafı
üzrə strateji maraqları təmin etmək, qabaqcıl və ekoloji təmiz texnologiyalardan istifadə edərək
Azərbaycanın elmi-texniki, iqtisadi və intellektual potensialının artırılmasına dəstək olmaq, regional və
beynəlxalq enerji layihələrində həlledici mövqe tutmaq, karbohidrogen ehtiyatlarının və emal
məhsullarının daxili və xarici bazarlarda satışından maksimal mənfəət əldə etməkdir.

Məramımız
əməliyyat effektivliyi, sosial və ekoloji məsuliyyəti qabaqcıl təcrübəyə uyğun, dünyanın şaquli inteqrasiya
olunmuş iri beynəlxalq neft-qaz şirkətinə çevrilməkdir.

You might also like