You are on page 1of 4

SİLLABUS

İstehsalın iqtisadiyyatı və menecmenti

Azərbaycan Texniki Universiteti Ph.D st Gülər A.Əliyeva


Komputer mühəndisliyi (SABAH Qrupları) e-mail/ c.guler_85@hotmail.com
2019/2020 tədris ili / Payız semestri
Dərs saatları: III/IV gün
Ofis saatları: IV gün
ECTS 4

Giriş və Əsas Anlayışlar


Kursun əsas məqsədi (ideyası) tələbələrdə iqtisadiyyat və iqtisadiyyatın önəmli tsikllərindən olan istehsal
proseslərinin təşkili və menecmenti ilə əlaqədar zəruri nəzəri və eləcə də praktiki bacarıqların
formalaşdırılmasından ibarətdir. Bütövlükdə istehsal prosesinin alt tsikllərini təhlil etməklə onların
praktiki mahiyyətini izah etməyə və tələbələr tərəfindən müvafiq situasiyalara adekvat təhlillərin
aparılmasında istifadə edilməsinə çalışır. Kursun tədrisi tələbələrdə istehsal proseslərin dizaynı, istehsal
konsepsiyasının təhlili, tənqidi və qiymətləndirilməsi kimi yanaşmalara fokuslanmışdır.
Kursun məcburi xarakter daşıyan fənn (İstehsalın iqtisadiyyatı və menecmenti) kimi Azərbaycan Texniki
Universitetinin Sabah qrupları Komputer mühəndisliyi üzrə tədrisi nəzərdə tutulmuşdur.

Məqsəd və Nəticələr

Akademik Məqsəd
Kursun akademik məqsədi, tələbələrdə istehsal prosesinin planlaması və menecmenti ilə əlaqədar
(menecment konteksində) bilik və bacarıqların genişləndirilməsi eləcə də dərinləşdirilməsindən ibarət
olub, bu sahədə müvafiq ədəbiyyatların (ayrı-ayrı informasiya resusrlarının) təhlili, müqayisəsi və iş
alqoritminin qurulmasına hesablanmışdır.

Tədrisin Nəticələri

Kursun sonunda tələbələr aşağıdakı bacarıqlara yiyələnəcəklər:

- iqtisadiyyat dilini öyrənmək və iqtisadçı kimi düşünmək;


- istehsal proseslərini təsvir etmək və faktları meyarlarından ayırmaq;
- istehsal prosesinin alt mərhələlərini fərqləndirmək və inteqrativ bağlılığını etmək;
- istehsal prosesinin SWOT və PEST analizlərini reallaşdırmaq
- istehsal prosesinin nəticələrini qarşılaşdıraraq qiymətləndirmək və s.

Tədris Metodologiyası
Kursun nəzəri və praktiki materiallardan ibarət olduğunu nəzərə alsaq, tədrisinin də bilavasitə mühazirə,
diskusiya və tematik araşdırma metodlarına əsaslanması hədəflənmişdir. Kursun tədrisi tələbələrin
müvafiq şərhi, sual və yanaşmalarına fokuslanmaqla dərs prosesinin dinamikliyini təmin etmiş olacaqdır.
Dərslər həftə ərzində iki dəfə olmaqla keçiriləcək. Birmənalı şəkildə qeyd etməkliyik ki, hər bir iştirakçı
auditoriyaya gələrkən müzakirə ediləcək mövzu ilə ilkin tanış olmalı, həmçinin müvafiq şərh və suallarla
gəlməlidir.

Qiymətləndirmə

Kurs üzrə qiymətləndirmə aşağıdakı komponentlərdən ibarətdir:


1. Davamiyyət maksimum 10 (on) bal - Tələbələrin (təhsilalanların) kursda iştirakı mütləq xarakter
daşıyır. Əks halda müəllim (təhsilverən) bilgiləndirilməlidir. Ümumilikdə 30% (otuz faiz)
davamiyyətsizlik (üzürsüz səbəbdən) qeyri müfəffəqiyyətlilik kimi qiymətləndirilir. Tələbə
müəllim (təhsilverən) maksimum 5 (beş) dəqiqə sonra auditoriyaya daxil ola bilər. Əks halda
davamiyyətsizlik kimi qiymətləndiriləcəkdir.
2. Quiz (5 (beş) sual əsasında yazılı) Semestr ərzində 2 (iki) dəfə – hər biri 10 (on) bal olmaqla
maksimum 20 bal.
3. Esse (maksimal həcmi 500-550 söz civarında) semestr əzrzində 1 (bir) dəfə - maksimum 10 (on)
bal. Analitik xarakter kəsb etməklə mövzu və real konteks müəllimlə (təhsilverənlə)
razılaşdırılmalıdır.
4. Qrup təqdimatlarına görə 1 (bir) dəfə - maksimum 10 bal

Qiymətləndirmə ilə əlaqədar müvafiq tarixlər müəllim (təhsilverən) tərəfindən periodik olaraq ən geci 1
(bir) həftə öncədən elan ediləcəkdir.

Kursun Kontenti və Müzakirə Mövzuları

Mühazirə Mövzu Məqsəd və kontent (içərik, məzmun)


İqtisadçı bir alim kimi. İqtisadçı siyasi məsləhətçi kimi.
İqtisadiyyatın əsas İqtisadçılar arasında fikir ayrılıqlarının səbəbi nələrdən
I anlayışları və İqtisadçı ibarətdir? Qarşılıqlı fikir mübadiləsi.
Kimi Düşünmə Tərzi

Bazar və rəqabət. Tələb (təklif) əyrisi və onun qiymətlə


əlaqəliliyi təhlil ediləcək. Tələb (təklif) əyrisinin yerdəyişməsi
Tələb və Təklif təsvir ediləcək. Bazar tələbi (təklifi) və Fərdi tələb (təklif)
II Bazarın Hərəkətverici
kateqoriyaları fərqləndiriləcək. Tələb və təklif tarazlığı və
Qüvvələri Kimi
onun mümükün versiyaları müqayisəli şəkildə təhlil
ediləcəkdir.
Faydanın ölçülməsi (qiymətləndirilməsi) problem və seçim
İstehlakçı nəzəriyyəsi sıralamasındakı dalğalanmaların analizi. Azalan marjinal
III (davranışlarının) fayda qanununun analizi. Fərqsizlik əyriləri və onların
funksional təhlili
xarakteristikası. Kordinalist yanaşmanın şərhi. Ordinalist
yanaşmanın şərhi.
İstehsalçı nəzəriyyəsi İstehsal funksiyası. Xərclər analizi. Qısa və uzun müddətli
IV (davranışlarının) xərc əyriləri və onların təhlili.
funksional təhlili
İstehsal sistemi anlayışı, istehsal sistemlərinin
İstehsal və istehsal qruplaşdırılması. Modern istehsal sistemləri
V-VI menecmenti ilə bağlı Kompüter əsaslı dizayn (Computer Aided Design CAD)

2
əsas anlayışlar Kompüter əsaslı istehsal (Computer Aided Manufacturing
CAM)

İstehsal menecmenti anlayışı, istehsal menecmentinin tarixi


inkişaf mərhələləri. İstehsal menecmentinin məqsədləri.
İstehsal menecmentinin funksiyaları. Ön planlama funksiyası.
VII İstehsal menecmenti
Planlama funksiyası. Kontrol (nəzarət) funksiyası. İstehsal
menecmentinin digər firma funksiyaları ilə əlaqələrinin şərhi.
İstehsal menecmentinin vəzifələri. İstehsal menecmentinin
təşkili.
Produktivlik anlayışı. Produktivliyin mənfəətlliliyə təsiri.
VIII Produktivlik Produktivliyin ölçülməsi (dəyərləndirilməsi) Aşağı
(məhsuldarlıq) produktivliyin səbəbləri. Produktivliyin stimullaşdırılması
strategiyaları.
Məhsulun həyat dövrü. Əmtəə (məhsul) dizaynı anlayışı. Yeni
əmtəə( məhsul) strategiyaları. Yeni əmtəə formalaşdırma
IX-X Əmtəə (məhsul) mərhələləri.Əmtəə dizaynına təsir göstərən faktorlar. Dizayn
dizaynı
dəyişiklikləri. Yeni məhsulun uğurluluğuna təsir edən
faktorlar.
Tələbin proqnozlaşdırılmasının əhəmiyyəti. Tələbin
Tələbin proqnozlaşdırılmasının araşdılıması prosesi. Tələbin
XI proqnozla.dırılması proqnozlaşdırılmasının metodları.Tələbin
proqnozlaşdılımasında duyarlılıq. Tələbin proqnozlaşdırılması
metodunun seçimi.
Texnologiya anlayışı. Texnologiyanın səviyyələri.
Texnologiyanın seşimi Texnologiyanın menecmenti. Proses texnologiyasının seçimi.
XII-XIII (müəyyənləşdirilməsi) Texnoloji transfer.

Firmanın quruluş yerinin seçilməsi meyarları. Yer (mövqe)


İstehsal yerinin seçimində istifadə edilən dəyərləndirmə metodları. Binanın
XIV müəyyənləşdirilməsi tipi. Bölmələrin (departamentlərin) yerləşimi. Məhsul xəttinin
(menecmenti)
hazırlanması. Məhsula görə yerləşmə. İstehsal prosesinə görə
yerləşmə. Sabit yerləşmə. Qrup yerləşməsi.
Logistika menecmenti Logistikanın təşkili. Sifariş prosesi. Depolama (anbar)
XV Satınalmalar. Çatdırılma. Məhsulun şatdırılması prinsipləri və
faktorları. Daşıma vasitələrinin xarakteristikası.

Ədəbiyyat Siyahısı
1. N. Gregory Mankiw (2014) Principles of Economics, now in its 7th ed, Cengage Learning.
(Qreqory Mənkyu, “Ekonomiksin Əsasları”, Bakı: CBS Polygraphic Production, 2007
Azər.Tərcüməsi) dərsliyi və müəllimin təqdimatları nəzərdə tutlmuşdur.
2. Production Management: Making Shows Happen: A Practical Guide (Practical Guides (Crowood
Press)), Paperback – July 1, 2002
3. Gupta, Sushil Starr, Martin Kenneth “Production and Operations Management Systems”- CRC Press
(2014).pdf

3
4

You might also like