You are on page 1of 14

Layihə

Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının


müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası


Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Büdcənin ümumi göstəriciləri

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il


büdcəsinin gəlirləri 4 825 508 800,0 manat, xərcləri 4 825 508 800,0 manat məbləğində
təsdiq edilir.

Maddə 2. Gəlirlər

Müəyyən edilsin ki, 2020-ci ildə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

Məbləğ
Gəlirlərin mənbələri
(manatla)
1. Məcburi dövlət sosial sığorta haqları, cəmi 3 392 594 770,0
o cümlədən:
1.1. büdcədən maliyyələşən təşkilatlar üzrə 1 238 683 400,0
1.2. büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 168 911 370,0
1.3. qeyri-büdcə sektoru üzrə 1 985 000 000,0
o cümlədən:
sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 80 000 000,0
2. Sair gəlirlər, cəmi 6 000 000,0
o cümlədən:
sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə 2 000 000,0
daxilolmalar
3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın 1 426 914 030,0
(qurumun) büdcəsinin balanslaşdırılması məqsədilə dövlət
büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət
büdcəsindən ayrılan vəsait

1
Maddə 3. Xərclər
Müəyyən edilsin ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) 2020-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:
Məbləğ
Xərclərin istiqamətləri
(manatla)
1. Əhaliyə ödənişlər üzrə xərclər 4 684 678 800,0
1.1. əmək pensiyalarının ödənilməsi xərcləri 4 570 078 800,0
1.2. məcburi dövlət sosial sığorta haqları hesabına müavinət 114 600 000,0
xərcləri
1.2.1. əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 28 000 000,0
1.2.2. hamiləliyə və doğuşa görə 34 000 000,0
1.2.3. uşağın anadan olmasına görə 14 900 000,0
1.2.4. 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 14 500 000,0
1.2.5. dəfn üçün 23 200 000,0
2. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə 20 470 000,0
sığortaolunanların sanatoriya-kurort müalicəsi və
sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə xərclər
2.1. sanatoriya-kurort müalicəsi və istirahət üçün yollayışların 16 000 000,0
alınmasına
2.2. sığortaolunanların uşaqlarının sağlamlıq düşərgələrində 340 000,0
istirahətinin təşkilinə
2.3. sanatoriya-profilaktoriyalara yemək xərcləri, tibb xidməti və 210 000,0
ştatların saxlanılmasına
2.4. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının idman 2 600 000,0
cəmiyyətlərinə məxsus idman qurğularının qismən
saxlanılmasına (işçilərin əməkhaqqının ödənilməsi)
2.5. Həmkarlar İttifaqlarının texniki və əməyin hüquqi 1 320 000,0
müfəttişliyinin, etimadlı həkimlərin, sağlamlaşdırma işi ilə
məşğul olan təlimatçıların saxlanılmasına
3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın 33 900 000,0
(qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə
fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri, eləcə də
pensiya və müavinətlər üzrə bank əməliyyatlarının
aparılması və sair xidmət haqları xərcləri
4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın 84 800 000,0
(qurumun) aparatının və onun yerli orqanlarının
saxlanılması xərcləri
5. Beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri 60 000,0
5.1. Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzvlük haqqının 30 000,0
ödənilməsi xərcləri
5.2. Pensiya və Sosial Fondların Beynəlxalq Assosiasiyasına 30 000,0
üzvlük haqqının ödənilməsi xərcləri

2
6. Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq İnkişaf 1 600 000,0
Assosiasiyası arasında 2004-cü il 23 sentyabr tarixdə
imzalanmış “İnkişaf üçün Kredit Sazişi”nə əsasən “Pensiya
və sosial təminat” layihəsi üzrə kreditin qaytarılması xərcləri
Maddə 4. Qalıqlardan istifadə

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının


və yerli orqanlarının hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin
maliyyələşdirilməsinə yönəldilir.

Maddə 5. Büdcə təşkilatları üzrə sosial sığorta haqları üzrə daxilolmaların


tənzimlənməsi

Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş


məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesablarına tam məbləğdə daxil olmadıqda,
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) büdcəsinin
balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün
dövlət büdcəsindən ayrılan vəsaitin məbləği nəzərdə tutulmuş və faktiki hesablanmış
məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər artırılır, artıq daxil olduqda
isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları
arasındakı fərq qədər azaldılır.

Maddə 6. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, “_____” _____________ 2019-cu il

№ ______

3
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il üçün büdcəsi layihəsi barədə
İZAHAT

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında


Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - Fond) 2020-ci il üçün büdcə layihəsi
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə,
“Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına
nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 12 iyul tarixli 93
nömrəli Qərarına, “Əmək pensiyaları haqında” Azərbaycan Respublikasının Qanununda
edilmiş bütün son dəyişikliklər nəzərə alınmaqla hazırlanmışdır. Fondun 2020-ci il üçün
büdcə layihəsi növbəti il üçün ölkənin iqtisadi və sosial inkişafı proqnozlarına,
demoqrafik proqnozlara əsaslanmışdır.
Son üç il və cari ilin keçmiş dövrünü əhatə edən ölkənin əsas iqtisadi və sosial
göstəriciləri (ümumi daxili məhsul, əhalinin gəlirləri və xərcləri, adambaşına düşən orta
aylıq əməkhaqqı, məşğulluq və demoqrafiya göstəriciləri, istehlak qiymətləri indeksi və
s.), habelə ölkənin orta müddətli iqtisadi və sosial inkişaf proqnozları, növbəti il üçün
büdcədən maliyyələşən təşkilatlar üzrə əmək haqqı və digər aidiyyəti göstəricilərin
proqnozları barədə məlumatlar Fondun 2020-ci il büdcəsinin layihəsini formalaşdıracaq
əsas iqtisadi istiqamətləri müəyyən etmişdir.
Qeyd edilən məlumatlar əsasında ölkənin demoqrafik vəziyyəti (əhalinin sayı, yaş
qrupları üzrə əhalinin sayı, iqtisadi fəal əhalinin sayı, cins və yaş qrupları üzrə doğum,
doğum ardıcıllığı, doğumun yaş əmsalları, doğum zamanı ananın orta yaşı, cins və yaş
qrupları üzrə ölüm, yaş qrupları üzrə ölüm əmsalı, təbii artım, ömür uzunluğu, ailələr,
uşaqların sayına görə ailələrin sayı, uşaqların sayına görə anaların sayı, əhalinin orta
yaşı və s.) qiymətləndirilmiş və ilkin proqnozlar tərtib edilmişdir. Daha sonra bu
göstəricilərin sığorta-pensiya sisteminə təsiri müəyyən edilmiş və sistemin
xüsusiyyətindən asılı olaraq, kateqoriyalar üzrə sistemə daxil olacaq şəxslərin,
sistemdən çıxacaq şəxslərin, pensiyaçıların sayının dəyişməsinin proqnozları tərtib
4
edilmişdir. Eyni zamanda, Fondun məlumat bazasında mövcud olan göstəricilər
əsasında pensiyaçıların sayının son illərdə dəyişməsinin əsas istiqamətlərinə “Əmək
pensiyaları haqqında” Qanunda son dəyişikliklərin təsiri təhlil edilmişdir.
Bununla yanaşı, ölkə üzrə məşğulluq göstəriciləri (əmək qabiliyyətli yaşda olan
əhalinin sayı, iqtisadi fəal əhali, əmək ehtiyatları, sahələr üzrə iqtisadiyyatda məşğul
olanlar, muzdla işləyənlər, sərbəst məşğul olanlar, işsizlər və s.) qiymətləndirilmiş və
ilkin proqnozlar tərtib olunmuşdur. Bu göstəricilərin Fondun büdcə gəlirlərinin
formalaşmasına təsiri səviyyəsinin proqnozları müəyyən edilmişdir.
FONDUN GƏLİRLƏRİ

Fondun 2020-ci il üçün gəlirləri 4825,51 mln. manat proqnozlaşdırılır ki, bu da


2019-ci ilin dürüstləşmiş proqnozuna nisbətən 697,41 mln. manat və ya 16,89 faiz
çoxdur.

Azərbaycan Respublikasının Əməl və Əhalinin Sosial


Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə
Fondunun gəlirləri
6000

5000

4825,51
4000
3928.1 4128,10
3752,22
3000

2000

1000

0
2018 2019 2019 dürüstləşmiş 2020

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların proqnozu

Fondun 2020-ci il üçün gəlirlərinin 70,31 faizinin məcburi dövlət sosial sığorta
haqları üzrə daxilolmaların hesabına təmin ediləcəyi proqnozlaşdırılır ki, bunun da

5
məbləği 3392,60 mln. manat olmaqla, 2019-cu ilin dürüstləşmiş proqnoz məbləği ilə
müqayisədə 22,50 faiz və ya 623,23 mln. manat çoxdur.

Məcburi dövlət sosial sığorta haqlarının dinamikası

4000 3392,60
2419,37 2769,37
2327,11
2000

0
Büdcədən maliyyələşən
2018 təşkilatlar
2019 tərəfindən 2019
ödəniləcək məcburi dövlət
DÜRÜSTLƏŞMIŞ 2020sosial
sığorta haqları üzrə daxilolmaların proqnozu 1407,60 mln. manat təşkil edir. Bu məbləğ
2019-ci ilin dürüstləşmiş proqnozuna nisbətən 313,06 mln.manat və ya 28,60 faiz çox
olmaqla məcburi dövlət sosial sığorta haqlarından gəlirin 41,50 faizini təşkil edir.

Büdcədən maliyyələşən təşkilatlar üzrə məcburi dövlət sosial sığorta


haqları

1600 1407.6
1400
1094.54
1200
1000 837.6
800
600
400
200
0
mln manatla
2018-ci il üzrə 837.6
2019-cu il üzrə 1094.54
2020-ci proqnoz 1407.6

2018-ci il üzrə 2019-cu il üzrə 2020-ci proqnoz

2020-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların proqnozunun
58,51 faizi və ya 1985,00 mln. manatı qeyri-büdcə sektorunun payına düşür ki, bu da
2019-cı ilin dürüstləşmiş proqnoz göstəricisinə nisbətən 18,52 faiz və ya 310,17 mln.
manat çoxdur.

6
2020-ci il üzrə qeyri-büdcə sektorunun payı

58,51%

Qeyri büdcə sektoru üzrə

2020-ci ildə qeyri-büdcə sektoru üzrə gəlirlər 2018-ci ilin faktiki göstəricisindən
495,49 mln. manat və ya 33,3 faiz çoxdur. Büdcədən maliyyələşən təşkilatlar üzrə
proqnozlaşdırılmış məcburi dövlət sosial sığorta haqları isə 570,00 mln. manat və ya
68,05 faiz çoxdur. Qeyri-büdcə sektoru üzrə gəlirlər minimum əmək haqqı artımları,
kölgə iqtisadiyyatının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərin nəticəsində
əmək ödənişlərinin leqallaşdırılması, ölkə üzrə qeyri-büdcə sahəsinin inkişaf aspektləri
və bu sahədə aparılan davamlı islahatların nəticələri hesablanmaqla
proqnozlaşdırılmışdır. Büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmaların artımı isə
dövlət orqanlarında qulluq keçən işçilərin əmək haqqı artımları nəzərdə tutulmaqla
hesablanmışdır.

Qeyri-büdcə sektorunun illər üzrə artım dinamikası


1985

1674.83

1497
2020-ci il büdcə proqnozu
1489.51
2019-cu ilin dürüstləşmiş büdcəsi

2019-cu ilin ilkin büdcəsi

2018-ci il

2018-ci il 2019-cu ilin ilkin büdcəsi 2019-cu ilin dürüstləşmiş büdcəsi 2020-ci il büdcə proqnozu

7
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən məcburi dövlət sosial
sığorta haqları üzrə daxilolmalar 80 mln. manat və ya 2019-ci ilin dürüstləşmiş
məbləğinə nisbətən 15,94 faiz yuxarı proqnozlaşdırılır.

Dövlət büdcəsindən ayırmaların (transfertin) və sair gəlirlərin proqnozu

2020-ci ildə dövlət büdcəsindən ayırmaların (transfertin) proqnozu 1426,91 mln.


manat nəzərdə tutulur ki, bu 2019-cu ilin təsdiq olunmuş dürüstləşmiş proqnozundan
74,18 mln. manat və ya 5,48 faiz çoxdur. Bu göstərici maliyyələşmə qaydası “Əmək
pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə uyğun
olaraq müəyyən edilən pensiya xərclərinin dövlət öhdəliklərinə aid hissəsinin ümumi
məbləği dəqiqləşdirilənə qədər Fondun büdcəsinin balanslaşdırılması məqsədilə ayrılan
vəsait kimi qiymətləndirilir.
2020-ci il üçün ayrılan transfertin miqdarı Fondun gəlirlərinin 29,57 faizini təşkil
edir ki, bu da 2018-ci ilin (35,64 faiz) müvafiq göstəricisindən 6,07 faiz az, 2019-cu ilin
(32,77 faiz) təsdiqlənmiş büdcəsi üzrə müvafiq göstəricidən 3,2 faiz azdır. Müqayisə
üçün qeyd olunmalıdır ki, transfertin Fondun gəlirlərində xüsusi çəkisi 2018-ci ildə (35,6
faiz) 2017-ci ilə (38,1 faiz) nisbətdə 2,5 faiz azalmış, 2019-cu ildə (32,7 faiz) 2,9 faiz
azalmış, 2020-ci ildə (29,57) isə faiz 3,13 faiz azalmışdır. Həmçinin, Fondun
xərclərində tranfertin payı 2017-ci ilə nisbətdə 7,8 faiz, 2018-ci illə müqayisədə isə 6
faiz azalmışdır. 2018-ci il ilə müqayisədə əhaliyə ödənişlərin həcminin 1,08 milyard
manat artması müstəvisində transfertin həcmi cəmi 89,61 mln. manat artmışdır.
Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.)
üzrə daxilolmalar 6,0 mln. manat məbləğində proqnozlaşdırılır.

FONDUN XƏRCLƏRİ

Fondun 2020-ci il üçün xərcləri 4825,51 mln. manat proqnozlaşdırılır ki, bu da


2019-cu ilin dürüstləşmiş proqnoz göstəricisinə nisbətən 697,41 mln. manat və ya 16,89
faiz çoxdur. Növbəti il üçün Fondun balanslaşdırılmamış büdcəsi isə 5686,1 mln
manat və ya proqnozlaşdırılmış xərclərdən 860,6 mln manat çox hesablanmışdır.

8
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xərcləri

6000

5000 4825,5

4128.1
3928,10
4000 3757,70

3000

2000

1000

0
2018 2019 2019 dürüstləşmiş 2020 proqnoz

Əhaliyə ödənişlər

Növbəti ildə əhaliyə ödənişlər Fondun ümumi xərclərinin 97,08 faizi səviyyəsində
və ya 4684,68 mln. manat proqnozlaşdırılmışdır ki, bu da 2018-ci ilin faktiki
göstəricisinə nisbətdə 1,15 faiz çoxdur.
Növbəti ildə proqnozlaşdırılmış əhaliyə ödənişlərin 4570,08 mln manatı əmək
pensiyalarının və 114,6 mln manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına
verilən müavinətdən ibarətdir. Əhaliyə ödənişlərin 2020-ci il üçün nəzərdə tutulmuş
proqnozu 2019-cu ilin dürüstləşmiş proqnozuna nisbətən 664,24 mln. manat və ya
16,52 faiz çoxdur. Müqayisə üçün qeyd edilməlidir ki, 2020-ci ilin əmək pensiyalarının
ödənişi xərcləri əhaliyə ödənişlərin 97,55 faizini təşkil edir.
2020-ci ildə əmək pensiyalarının ödənişi (4570,08 mln. manat) xərclərinin
proqnozu 2019-cu ilin dürüstləşmiş proqnozuna nisbətən 16,63 faiz və ya 651,68 mln.
manat çox nəzərdə tutulmuşdur. 2020-ci ildə 4570,08 mln. manat məbləğində
proqnozlaşdırılan əmək pensiyalarının 2019-cu ilin yekunlarına görə nominal əmək

9
haqqının artım tempinə (13,9%) uyğun indeksləşdirilməsi proqnozların tərtibi zamanı
nəzərə alınmışdır.
Növbəti ildə əmək pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan əlavə
651,7 mln manatın 475 mln manatını və ya 72,88 faizini növbəti il üzrə 13,9%
indeksləşmə əmsalının gətirdiyi maliyyə yükü, qalan hissəsini isə dövlət
qulluqçularının əmək haqqlarının artırılması, 200 manata çatdırılma ilə bağlı
formalaşan əlavə yük, ödənilməmiş məhkəmə xərclərinin ehtimal olunan yükü
təşkil edir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi


yanında Dövlət Sosial Müdafiə Fondunun xərcləri
(əhaliyə ödənişlər üzrə)
5000 4684,68
4500
4020,44
4000
3834.94
3604,84
3500
3000
2500
2000
1500
1000
500
0
2018 2019 2019 dürüstləşmiş 2020

Nəzərə alınmalıdır ki, əmək pensiyalarının nominal xərcləri üzrə 2018-ci ilin may-
dekabr aylarının faktiki göstəriciləri əsasında 25,6 mln manat, 2019-cu ilin 8 ayı üzrə isə
56,4 mln manat vəsaitə qənaət edilmişdir. Ümumilikdə bu əsasda 14 ay ərzində 82
milyon manatdan artıq vəsaitə qənaət edilmişdir.
Əmək pensiyalarının orta aylıq məbləği 2018-ci ildə 7,7%-lik, 2019-cu ildə isə
11,8%-lik artımla 2019-cu il üçün 250,8 manat təşkil etmişdir. 2020-ci il üçün əmək
pensiyalarının orta aylıq məbləği 293,3 manat proqnozlaşdırılır. Əmək pensiyalarıbnın
orta aylıq məbləği 2018-ci ilin əvvəlinə 208 manat təşkil etmişdir.

10
Orta aylıq pensiya məbləği
293.3
250.8
224.3
300
250
200
150
100
50
0
Məbləğ (manatla)

2018-ci il üzrə 2019-cu il üzrə 2020-ci il üzrə proqnoz

Cari ildə pensiyaların minimum məbləği 72% artmışdır. Pensiyaların orta aylıq
məbləği 2018-ci ildə (2017 ilə müqayisədə) 9,4%, 2019-cu ilin 8 ayı üzrə (müvafiq dövr
ilə müqayisədə) isə 5,8% artmışdır.
Qeyd olunmalıdır ki, minimum pensiya məbləğinin həcminə görə PPP üzrə
Azərbaycan Respublikası MDB ölkələri arasında birinci yerdə, orta aylıq pensiya
məbləğina görə isə 3-cü yerdədir.
Əlilliyin təyinatı sahəsində aparılmış islahatlar, şəffaflaşdırma işləri və ciddi nəzarət
tədbirləri nəticəsində 2018-ci ildə əlilliyə görə pensiya təyinatlarının sayı 2017-ci ilə
nisbətən 17454-dən 46.7% və ya 8166 nəfər azalaraq 9288, 2019-cu ilin 6 ayının
faktiki göstəricilərinə əsasən isə ötən ilin analoji dövrü ilə müqayisədə 57,7% və ya 2683
nəfər azalaraq 1961 təyinat təşkil etmiş, beləliklə 2018-ci ildə 14.4 mln manat, 2019-
cu ilin 6 ayı ərzində 20.8 mln manat olmaqla, cəmi 35,2 mln manata qənaət
edilmişdir (əlilliyə görə orta aylıq pensiya məbləği 193,65 manat təşkil edir).

11
Əlilliyə görə pensiya təyinatı alanların sayının dinamikası
17454
20000
9288
15000 8727
4644
10000 1961

5000
0
İllər üzrə İlin 6 ayı üzrə
2017-ci il üzrə 2018-ci il üzrə 2019-cu il üzrə

2019-cu ilin 1 yanvar tarixindən yaşa görə, 1 mart tarixindən isə əlilliyə görə
əmək pensiyalarının avtomatik olaraq proaktiv qaydada təyin olunmasına başlanılmışdır.
Ötən dövr ərzində yaşa görə 13305, əlilliyə görə isə 817 olmaqla, ümumilikdə 14122
nəfərə pensiya elektron qaydada təyin olunmuşdur. Elektron pensiya təyinatı yaşa görə
pensiya təyinatının 81 fazini, təyinatına başlanılmasından etibarən əlilliyə görə elektron
pensiya təyinatının isə 95 faizini əhatə edir.
2018-ci ildə görülmüş tədbirlər nəticəsində Fond üçün əlavə maliyyə yükü
yaradan məhkəmə qərarlarının sayı 10216-dan 1841-ə, 2019-cu ildə isə 373-ə
enməklə 96.4% azalmışdır. Analoji olaraq, məhkəmə qərarları əsasında Fond üçün
yaranan əlavə maliyyə yükü 2018-ci ildə 2017-ci ilə nisbətən 39,0 mln. manat
azalaraq 11,6 mln. manat, 2019-cu ildə isə 8,4 mln. manat azalaraq 3,1 mln. manat
təşkil etmişdir.
2019-cu ildə Fond tərəfindən dürüstləşmə aparılaraq, dövlət büdcəsinə 150,0
mln. manat vəsait qaytarılmışdır.

Məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər


2020-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin
proqnozu 114,6 mln. manat məbləğində nəzərdə tutulur ki, bu da 2019-cı ilin
dürüstləşmiş proqnozuna nisbətən 12,31 faiz və ya 12,56 mln. manat çoxdur.

12
2020-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına
maliyyələşdiriləcək müavinətlərin nəzərdə tutulan strukturu, mln. manatla

əmək qabiliyyətinin
müvəqqəti itirilməsinə görə
hamiləliyə və doğuma görə

23,20
uşağın anadan olmasına görə
28,0

3 yaşına çatanadək uşaqlara 14,50


qulluqla əlaqədar
14,90 34,0
dəfn üçün

Digər ödənişlər
2020-ci ildə digər ödənişlər üzrə 140,83 mln. manat nəzərdə tutulur ki, bu da 2019-
cu ilin dürüstləşmiş proqnozuna nisbətən 30,81 faiz və ya 33,17 mln. manat çoxdur.
Növbəti ildə əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tadeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin
fəaliyyətinin müştərək maliyyələşdirilməsi, habelə pensiya və müavinətlərin əhaliyə
çatdırılması və bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 33,9 mln.
manat proqnozlaşdırılır.
Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin
həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə
maliyyələşdiriləcək xərclər 20,47 mln. manat məbləğində nəzərdə tutulur. Fondun
aparatının və onun yerli orqanlarının saxlanılması xərclərinin proqnozu 2020-ci il üçün
84,80 mln. manat məbləğində proqnozlaşdırılır.
2020-ci ildə beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri üçün 60,0
min manat məbləğində vəsait büdcədə nəzərdə tutulmuşdur.
13
Fondun ümumi xərcləri və transfertin illər üzrə
müqayisəsi
5000 4825.51
3928.1 4128.1
4000 3752,22 3757.69
3000

2000 1,303.00 1337.3 1502.73 1352.73 1426.91

1000

0
FONDUN XƏRCLƏRI TRANSFERT
Fondun xərcləri Transfert
2017-ci il 3486.79 1,303.00
2018-ci il 3757.69 1337.3
2019-cu ilin ilkin büdcəsi üzrə 3928.1 1502.73
2019-cu ilin dürüstləşmiş büdcəsi üzrə 4128.1 1352.73
2020-ci il proqnoz 4825.51 1426.91

2017-ci il 2018-ci il 2019-cu ilin ilkin büdcəsi üzrə 2019-cu ilin dürüstləşmiş büdcəsi üzrə 2020-ci il proqnoz

Fondun xərclərinin 2019-cu ilə nisbətən növbəti il üzrə 16,9 faiz və ya 697,4 mln
manat çox proqnozlaşdırılmasına baxmayaraq, dövlət büdcəsindən cəmi 5,48 faiz artıq
vəsait ayrılmışdır.

14

You might also like