You are on page 1of 12

Layihə

İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının


95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Büdcənin ümumi göstəriciləri

İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin gəlirləri 128 235 400,0 manat,
xərcləri 128 235 400,0 manat məbləğində təsdiq edilir.

Maddə 2. Gəlirlər

Müəyyən edilsin ki, 2020-ci ildə İşsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı
daxilolmalar hesabına formalaşır:

Məbləğ
Gəlirlərin mənbələri
(manatla)
İşsizlikdən sığorta üzrə sığorta haqları, cəmi 111 869 600,00
1.
o cümlədən:
1.1. büdcədən maliyyələşən təşkilatlar üzrə 17 834 800,0

17 834 800,0
1.2. büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə

1.3. qeyri-büdcə sektoru üzrə


76 200 000,00
2. Sair gəlirlər 30 000,00
2019-cu ilin sonuna işsizlikdən sığorta fondunun 16 335 800,0
3.
istifadə olunmamış vəsaiti

Maddə 3. Xərclər

Müəyyən edilsin ki, İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin xərcləri


aşağıdakı istiqamətlərdə həyata keçirilir:

1
Məbləğ
Xərclərin istiqamətləri
(manatla)
1. İşsizliyə görə sığorta ödənişləri 5 000 000,00
2. Peşə hazırlığı və əlavə təhsilin təşkili 5 000 000,00
3. Peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi 2 000 000,00
4. Əmək yarmarkalarının, əmək birjalarının təşkili 500 000,00
5. Haqqı ödənilən ictimai işlərin təşkili 2 000 000,00
6. Özünüməşğulluq tədbirlərinin təşkili 63 735 400,00
Sığortaolunanların əməkhaqqının müəyyən hissəsinin 3 000 000,00
7. müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə
birlikdə maliyyələşdirilməsi
8. Peşə standartlarının hazırlanması 2 000 000,00
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın 43 000 000,00
(qurumun) aparatının və onun yerli orqanlarının və müvafiq
9.
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) saxlanılması xərcləri
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə 1 000 000,00
çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunması
10.
üçün əlavə iş yerlərinin və ixtisaslaşdırılmış müəssisələrin
yaradılması və məqsədli proqramların həyata keçirilməsi
Qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə 1 000 000,00
11
tutulmuş digər aktiv məşğulluq tədbirləri

Maddə 4. Qalıqlardan istifadə

İlin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin
xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

Maddə 5. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, “_____” _____________ 2019-cu il

№ ______

2
“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan
Respublikasının Qanun layihəsinə dair
İZAHAT

1. İşsizlikdən sığorta fondunun gəlirləri


İşsizlikdən Sığorta Fondunun (bundan sonra - Fond) 2020-ci il üçün büdcə layihəsi
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə, “Dövlət
büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət
üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 12 iyul tarixli 93 nömrəli Qərarına
və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
hazırlanmışdır. Fondun 2020-ci il üçün büdcə layihəsi növbəti il üçün ölkənin iqtisadi və
sosial inkişafı, demoqrafik vəziyyət və əmək ehtiyatları üzrə proqnozlara əsaslanmışdır.
Son üç il və cari ilin keçmiş dövrünü əhatə edən ölkənin əsas iqtisadi və sosial
göstəriciləri (ümumi daxili məhsul, əhalinin gəlirləri və xərcləri, adambaşına düşən orta
aylıq əməkhaqqı, məşğulluq və demoqrafiya göstəriciləri, əmək ehtiyatları, iqtisadiyyatda
məşğul olan əhali, işsiz və işaxtaranlar üzrə mövcud vəziyyət və s.), habelə ölkənin orta
müddətli iqtisadi və sosial inkişaf proqnozları, növbəti il üçün büdcədən maliyyələşən
təşkilatlar üzrə əmək haqqı və digər aidiyyəti göstəricilərin proqnozları barədə məlumatlar
Fondun 2020-ci il büdcəsinin layihəsini formalaşdıracaq əsas iqtisadi istiqamətləri müəyyən
etmişdir.
Bununla yanaşı, ölkə üzrə məşğulluq göstəriciləri (əmək qabiliyyətli yaşda olan
əhalinin sayı, iqtisadi fəal əhali, əmək ehtiyatları, sahələr üzrə iqtisadiyyatda məşğul
olanlar, muzdla işləyənlər, sərbəst məşğul olanlar, işsizlər və s.) qiymətləndirilmiş və ilkin
proqnozlar tərtib olunmuşdur. Bu göstəricilərin Fondun büdcə gəlirlərinin formalaşmasına
təsiri səviyyəsinin proqnozları müəyyən edilmişdir.
Ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun rəqabətqabiliyyətli işçi qüvvəsinin
yaradılması və əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə Azərbaycan Respublikası
Prezidenti tərəfindən “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq
Strategiyası” təsdiq edilmişdir. Bu Strategiyanın 2030-cu ilə kimi əsas prioritetlərini aktiv
məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi, işçi qüvvəsinin bacarıqlarının
inkişaf etdirilməsi, əmək bazarının monitorinqi və təkmil proqnozlaşdırılması sisteminin
qurulması, eləcə də məşğulluq orqanlarının yeni xidmət modelinin yaradılması təşkil edir.
3
Bundan başqa, “Məşğulluq haqqında” Qanun qəbul edilmiş və burada yeni məşğulluq
tədbirləri müəyyən edilmişdir:
ü özünüməşğulluq;
ü peşə hazırlığı və peşəyönümünə dair məsləhət xidmətləri;
ü əmək haqlarının birgə maliyyələşdirilməsi;
ü işsizlikdən sığorta, ictimai işlər və sosial müəssisə;
ü vakansiya bankı;
ü məşğul şəxslərin reyestri.
Eyni zamanda, “Məşğulluq haqqında” Qanundan irəli gələn 15 qayda təsdiq olunmuş
və strateji məşğulluq sahələrinin və kadr tələbatının müəyyən edilməsi məqsədi ilə Əmək
Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya yaradılmışdır.
Cari ilin ilk 9 ayında əvvəlki ilin müvafiq dövrünə nisbətən 43% artmaqla 64 min nəfər
işlə təmin olunmuş və bu dövrdə 112 min nəfər işsiz kimi qeydiyyata alınmışdır. Dövlət
Başçısının təşəbbüsü ilə qurulmuş DOST İŞ Mərkəzi tərəfindən 38 min ictimai iş yeri
yaradılmış və cari iin ilk 9 ayında 45 min şəxsin müvəqqəti məşğulluğu təmin edilmişdir ki,
bu da əvvəlki ilə nisbətən 16,7 min iş yeri və ya 79% artımdır. Bu dövrdə iri dövlət
şirkətlərində 26 min ictimai iş yeri yaradılmış, müvafiq olaraq ötən illə müqayisədə yeni iş
yeri 40% artaraq 7,4 min nəfər təşkil etmişdir.
Xidmətlərin elektronlaşması çərçivəsində “Məşğulluq alt sistemi”nin Vakansiyalar
Bankı istifadəyə verilmiş və cari ilin 1 oktyabr tarixinə sistemdə 14 min vakansiya və 1500
işəgötürən mövcuddur. Bu çərçivədə cari ilin oktyabr ayında “Məşğulluq alt sistemi”
vasitəsilə işsiz və işaxtaranların online qeydiyyatı, elektron arayışlar, işəgötürənlər
tərəfindən hesabatların online verilməsi, məşğul şəxslərin reyestri, qeyri-formal məşğulluğa
nəzarət sistemi, E-əmək birjası vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulmuşdur.
Məşğulluq xidmətləri sahəsində idarəetmənin təkmilləşdirilməsi üzrə DOST
mərkəzlərində məşğulluq bölmələri və struktur islahatları çərçivəsində ərazi məşğulluq
mərkəzlərinin yaradılmasına başlanılmışdır.
İşsizlikdən sığorta Fondunun 2020-ci il üçün gəlirləri 128,2 mln. manat
proqnozlaşdırılır ki, bu da 2019-cu ilin gözlənilən proqnozuna nisbətən 29,8 mln. manat və
ya 30,2 faiz çoxdur.
“İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 12 iyul 2019-cu il tarixli

4
Azərbaycan Respublikasının Qanununa əsasən 2018-ci il büdcəsinin icrası nəticəsində
yaranmış 15 milyon manat qalıq vəsait cari ildə Fondun gəlirlərinə daxil edilmişdir.
2020-ci ildə işsizlikdən sığorta haqları üzrə yığımlar 111,9 mln. manat
proqnozlaşdırılır ki, bu da ümumi gəlirlərin 87,2 faizini təşkil etməklə əvvəlki ilə nisbətən
28,5 mln. manat və ya 34,1 faiz çoxdur.

İşsizlikdən Sığorta Fondunun gəlirləri, mln.


manat

128.2
98.5
74.9

2018 2019 2020 proqnoz

Büdcədən maliyyələşən təşkilatlar və işləyənlər tərəfindən ödəniləcək


işsizlikdən sığorta haqları üzrə daxilolmaların proqnozu 35,7 mln. manat təşkil edir. Bu
məbləğ 2019-ci ilin gözlənilən proqnozuna nisbətən 9,5 mln.manat və ya 36,5 faiz çoxdur.
2020-ci ildə işsizlikdən sığorta haqları üzrə daxilolmaların proqnozunun 76,2 mln.
manatı və ya 68,1 faizi qeyri-büdcə sektorunun payına düşür ki, bu da 2019-cı ilin
gözlənilən İşsizlikdən sığorta fonduna daxilolmalar, min manat proqnoz
göstəricisinə nisbətən 18,9 mln. manat
və ya 33 faiz çoxdur. 76 200.0
İşsizlikdən sığorta
fondunun qalıq vəsaitinin 16,3
mln. manat və ya ümumi
gəlirlərin 12,7 35669,6 faizini təşkil
edəcəyi 30.0
proqnozlaşdırılır.

5
büdcədən maliyyələşən təşkilatlar üzrə
qeyri-büdcə sektoru üzrə
qanunvericiliyə zidd olmayan digər mənbələr
2. İşsizlikdən sığorta fondunun xərcləri

Fondun 2020-ci il üçün xərcləri 128,2 mln. manat proqnozlaşdırılır ki, bu da 2019-cu
ilin gözlənilən proqnoz göstəricisinə nisbətən 29,8 mln. manat və ya 30,2 faiz çoxdur.
“İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə” 12 iyul 2019-cu il tarixli Azərbaycan
Respublikasının Qanununa əsasən 2018-ci il büdcəsinin icrası nəticəsində yaranmış 15
milyon manat qalıq vəsaitin 14 milyon manatı özünüməşğulluq, 1 milyon manatı isə peşə
hazırlığı və əlavə təhsilin təşkili üçün nəzərdə tutulmuşdur.

İşsizlikdən Sığorta Fondunun xərcləri, mln. manat

128.2

98.5

54.5

2018 2019 2020 proqnoz

İşsizliyə görə sığorta ödənişləri 2020-ci ildə 5 milyon manat proqnozlaşdırılır və bu


ödənişlər 2019-cu ilin gözlənilən göstəricisinə nisbətən 6 milyon manat və ya 54.5 faiz az

6
proqnozlaşdırılmışdır. Bunun səbəbi Əmək Məcəlləsinin 70-ci maddəsinin a) (müəssisə
ləğv edildikdə) və b) hissələri (işçilərin sayı və ya ştatları ixtisar edildikdə), eləcə də “Dövlət
qulluğu haqqında” Qanunun 33.1.2-ci (dövlət orqanı ləğv edildikdə) və 33.1.3-cü (dövlət
qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə) maddələrinə əsasən əvvəlki illərdə
işsizlikdən sığorta ödənişləri üzrə aparılmış təhlillər əsasında müəyyənləşdirilmişdir.
Növbəti ildə ölkədə işsiz və işaxtaran vətəndaşlar üzrə rəqabətqabiliyyətli işçi
qüvvəsinin hazırlanması məqsədilə peşə hazırlığı və əlavə təhsil üçün proqnozlaşdırılan
xərclər 5 milyon manat və ya 2019-cu ilə gözlənilən xərclərə nisbətən 2,2 miyon manat və
ya 78,6 faiz çoxdur.
Ümumilikdə 2018-ci il idə 2,6 min nəfər işsiz və işaxtaran vətəndaş üçün peşə
hazırlığı təşkil edilmiş, 2019-cu ildə 4 min nəfərin, 2020-ci ildə isə 5 min nəfərin cəlb
olunması proqnozlaşdırılır.
“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.17-ci maddəsinə
əsasən işaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun olaraq təhsil
müəssisələrində ixtisasa (peşəyə) və (və ya) yeni ixtisasa (peşəyə) yiyələnmək üçün
yenidən hazırlıq, ixtisasartırma istiqamətlərində təhsil alması müəyyən edilmişdir. Növbəti il

2019-cu ilin ilk 9 ayında peşə işsiz və işaxtaran şəxslərin peşə hazırlığı və
təliminə cəlb olunanlar, nəfərlə əlavə təhsili Dövlət Məşğulluq Xidmətinin,

1418 Təhsil Nazirliyinin və özəl peşə təhsil


müəssisələrində təşkil olunması nəzərdə
tutulmuşdur.

682 Bu sahədə infrastrukturun yaradılması


davam etdirilir və Bakı və Göyçay peşə təhsil
212 mərkəzləri fəaliyyət göstərir, cari ilin sonuna
Gəncə Peşə Təhsil Mərkəzinin açılması,
eləcə də növbəti ildə daha 2 peşə təhsili
4/1/2019 7/1/2019 10/1/2019
müəssisəsinin tikintisinə başlanılması
nəzərdə tutulmuşdur.
Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 oktyabr tarixli
Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının
Məşğulluq Strategiyası”da nəzərdə tutulmuş “işlə təmin olunmaq üçün dövlət məşğulluq
xidməti orqanlarına müraciət etmiş vətəndaşların ən azı 20 faizini 2030-cu ilədək peşə

7
hazırlığına cəlb etmək” hədəfinə çatmaq əsas götürülmüşdür. Bu məqsədlə, 2018-ci il
büdcəsinin icrası nəticəsində yaranmış 15 milyon manat qalıq vəsaitin 1 milyon manatı
peşə hazırlığı və əlavə təhsilin təşkili üçün nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 iyun tarixli 266 nömrəli
Qərarı ilə “Peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsi Qaydası” təsdiq
edilmişdir. 2019-cu ilin sonuna 100 mindən çox vətəndaşın peşəyönümünə dair məsləhət
xidmətlərinin göstərilməsi planlaşdırılır. 2018-ci ildə orta məktəblər, peşə, orta ixtisas və
ali təhsil müəssisələrində 118 min nəfərə peşə yönümü məsləhəti xidmətləri göstərilmiş,
2019-cu ildə 130 min, 2020-ci ildə isə 150 min nəfərin bu xidmətlərdən yararlanması
planlaşdırılır.
Növbəti illərdə peşəyönümü məsləhət xidmətlərin göstərilməsinin keyfiyyəti
artırılacaq, peşəyönümünə cəlb olunanların əhatə dairəsi genişləndiriləcəkdir. 2020-ci ildə
peşəyönümü məsləhət xidmətlərin göstərilməsinə 2 milyon manat vəsaitin yönəldilməsi
nəzərdə tutulmuşdur ki, bu da 2019-cu ilə nisbətən 700 min manat və ya 53,8 faiz çoxdur.
Əmək yarmarkalarının əhatə dairəsinin genişləndirilməsi və təşkilinin
təkmilləşdirilməsi, iş klubları, “virtual müəssisələr” (təcrübə müəssisələri), “öz biznesinə
başla” və bu kimi tədbirlərinin əlaqələndirilməsi məqsədilə 2020-ci ildə ölkədə, xüsusilə də
regionlarda 100-ə yaxın müvafiq tədbirlərin təşkil olunması üçün 500 min manat vəsait
nəzərdə tutulmuşdur ki, bu da 2019-cu ilə gözlənilən xərclərdən 350 min manat və ya 3.3
dəfə çoxdur.
2019-cu ildə işsiz şəxslərin sosial müdafiəsi və müvəqqəti məşğulluğunun təmin
olunması məqsədilə həyata keçirilən ictimai işlərin təşkili və maliyyələşdirilməsinə dair

İctimai işlərə cəlb edilmiş yeni mexanizmin tətbiqinə başlanılmışdır.


şəxslər, nəfər (artan yekunla) Artıq dövlət büdcəsinin vəsaitləri
hesabına 38 mindən çox işsiz şəxs tam
şəffaf şəkildə Bakı şəhəri və regionlar
10/1/2019 44931
üzrə “DOST-İş Mərkəzi” MMC tərəfindən
işə qəbul olunaraq, ictimai işlərə
40385 yönəldilmişdir.
7/1/2019

2019-cu ilin 9 ayında ictimai işlərə


29404 cəlb edilmiş şəxslərin sayı 45 minə yaxın
4/1/2019
təşkil etmişdir.

8
Bu işlərin daha da genişləndirilməsi, işsiz və işaxtaranların haqqı ödənilən ictimai
işlərə yönəldilməsi məqsədilə Fondun vəsaiti hesabına cari ildə 500 nəfərin “DOST-İş”
Mərkəzi MMC vasitəsilə müvafiq işlərə cəlb olunması nəzərdə tutulur. 2020-ci ildə bu
istiqamətə 2 milyon manat vəsaitin yönəldilməsi planlaşdırılır ki, bu da 2019-cu ilə nisbətən
100 min manat və ya 5,3 faiz çoxdur.
2019-cu ildə əhalinin özünüməşğulluğunun təmin olunması məqsədilə 10 min
nəfərin təlimlərə cəlb olunması, növbəti ildə 11-12 min nəfərin proqram vasitəsilə öz
bizneslərinin qurulmasına dövlət dəstəyinin göstərilməsi nəzərdə tutulur. Hazırda bu
Proqrama müraciət edənlərin sayı 45 min nəfərdən çoxdur. Növbəti illərdə bu qəbildən olan
vətəndaşların sayının artacağı proqnozlaşdırılır.
Qeyd etmək lazımdır ki, 2016-2017-ci illər özünüməşğulluğa 1281 nəfər cəlb
olunduğu halda, 2018-ci il bu tədbirlərin əhatə dairəsi 6,2 dəfə genişləndirilərək 7267 nəfər
təşkil etmişdir ki, bu şəxslərdən ÜDSY alanlar 816, məcburi köçkünlər 1255, əlilliyi olanlar
913, şəhid ailəsi 158, gənclər 1026 və qadınlar 1309 nəfər təşkil etmişdir. Cari ilin ilk 9
ayında özünüməşğulluğa cəlb olunanların sayı 5692 nəfər təşkil etmişdir.
İşsiz şəxslərin özünüməşğulluğunun
Özünüməşğulluğa cəlb olunan
təmin edilməsi üzrə əməkdaşlıq
şəxslər, nəfər (artan yekunla)
çərçivəsində Heydər Əliyev Fondunun
“Regional İnkişaf” İB ilə birlikdə 250
ailəyə intensiv bağçılıq sahəsində kiçik
biznesə başlamaq imkanı yaradılmışdır.
5692 Özünüməşğulluğun təşkili
prosesində şəffaflığın təmin edilməsi
2575
məqsədilə aktivləri alan şəxslər haqqında
672
məlumatlar və video paylaşımlar elektron
I rüb II rüb III rüb
portal vasitəsilə ictimaiyyətə açıqlanır.
Bu prosesə nəzarət, eləcə də fərdi bizneslərin uğurunu təmin etmək məsədilə
təlimlər, əmlakların verilməsi, yeni biznes sahələrinin seçilməsi və birgə monitorinqlərin
aparılması üçün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi,
Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizli Agentliyinin regional bölmələri, habelə
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə
əməkdaşlıq edilir.

9
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 oktyabr tarixli 602 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının
Məşğulluq Strategiyası”nın əməkqabiliyyətli əhalinin dövlət büdcəsi vəsaiti hesabına sosial
yardımlardan və müavinətlərdən asılılığını azaltmaq məqsədilə passiv sosial müdafiədən
(ünvanli dövlət sosial yardimı) aktiv sosial müdafiəyə (əmək bazarına inteqrasiya) keçidi
təmin edən özünüməşğulluq və ailə təsərrüfatlarının yaradılmasına dəstək tədbirlərinin
əhatə dairəsinin genişləndirilməsi hədəfinə uyğun olaraq 2018-ci il büdcəsinin icrası
nəticəsində yaranmış 15 milyon manat qalıq vəsaitin 14 milyon manatı özünüməşğulluq
proqramının təşkili üçün nəzərdə tutulmuşdur.
Bu məqsədlə, əhalinin özünüməşğulluğunun təmin olunması üzrə xərclərin 2020-ci
ildə 2019-cu ildə nisbətən 7,7 milyon manat və ya 13,7 faiz artırılması proqnozlaşdırılır.

Özünüməşğulluq tədbirlərinin təşkili


xərcləri, mln. manat

2020 proqnoz 63.7

2019 56.0

2018 30.1

2019-cu ildə işəgötürənlərlə birlikdə işçilərin əməkhaqqının maliyyələşdirilməsi


xərclərinə 5 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulmuşdur. Sözügedən
proqramda işəgötürənlərin iştirakı üçün müəyyən olunan şərtlərin təcrübədə icrasının ağır
olması səbəbindən işəgötürənlər tərəfindən proqrama maraq göstərilməmişdir. Növbəti
illərdə bu aktiv məşğulluq tədbirinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə yeni
mexanizmlərin tətbiqi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi zəruridir və bu
istiqamətdə hazırda qanunvericiliyə müvafiq dəyişikliklər layihəsi hazırlanmış və büdcə
paketinə daxil edilmişdir. 2020-ci ildə bu məqsədlər üçün 3 milyon manat vəsait

10
proqnozlaşdırılmışdır ki, bu da 2019-cu ilə nisbətən 2 milyon və ya 40 faiz az vəsaitin
nəzərdə tutulmasıdır.
Azərbaycanda əmək ehtiyatlarının keyfiyyətinin yüksəldilməsi, əmək bazarının və
davamlı inkişaf edən iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması, bütövlükdə əmək
bazarında işçi qüvvəsinin istifadəsində səmərəliliyin artırılması sahəsində məsələlərin həlli
beynəlxalq və milli əmək bazarının tələblərinə cavab verən peşə və ixtisas (kvalifikasiya)
standartlarının, onların əsasında isə təlim, təhsil və tədris proqramlarının hazırlanması və
tətbiqi vasitəsilə həyata keçirilir. Səriştələr əsasında hazırlanmış peşə standartlarının tətbiqi
milli işçi qüvvəsinin rəqabətqabiliyyətliliyinin artırılması və onun beynəlxalq əmək bazarına
inteqrasiyası üçün əsas alətdir. Bununla bağlı, 2020-ci ilə peşə standartlarının sayının 600-
ə çatdırılması hədəflənir. Bu baxımdan, növbəti ildə peşə standartlarının hazırlanması
məqsədilə 2019-cu ildə nəzərdə tutulmuş 1 milyon vəsaitdən 2 dəfə çox və ya 2 milyon
manat yönəldilməsi planlaşdırılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin
aparatının və yerli orqanlarının, Naxçıvan MR Məşğulluq orqanları, DOST Agentliyi, yeni
yaradılmış Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın
saxlanma xərcləri üçün 2019-cu ilin gözləniləninə nisbətən 2,2 dəfə və ya 23,7 milyon
manat çox vəsait nəzərdə tutulmuşdur. Belə ki, 2020-ci ildə Dövlət Məşğulluq Xidmətinin
aparatının və yerli orqanlarının fəaliyyətinin təşkili üçün 32 milyon manat, DOST
Agentliyinin fəaliyyətinin təşkili üçün 10 milyon manat, yeni yaradılmış Milli Observatoriya
üçün 1 milyon manat vəsait planlaşdırılır.
Fondun xərc istiqamətlərinə “İşsizlikdən sığorta haqqında” Azərbaycan
Respublikasının Qanunun 19.0.2.7-ci maddəsinə əsasən yeni maddə “sosial müdafiəyə
xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun
təmin olunması üçün əlavə iş yerlərinin və ixtisaslaşdırılmış müəssisələrin
yaradılması və məqsədli proqramların həyata keçirilməsi” maddəsi daxil edilmişdir.
Təcrübə göstərir ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən
vətəndaşların məşğulluğunun təmin edilməsi üçün fərdi yanaşma tələb olunur. Bu
məqsədlə, həssas əhali qruplarının müvafiq proqramlarla əhatə olunması üçün 2020-ci ilin
büdcəsində 1 milyon manat vəsait nəzərdə tutlmuşdur.
Vətəndaşların qanunla nəzərdə tutulan əmək hüquqlarının yerinə yetirilməsi
məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır. Bununla bağlı,

11
qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv
tədbirlərin həyata keçirilməsi tələb olunur. Bu sahədə zəruri işlərin davam etdirilməsi,
digər aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi məqsədilə maarifləndirmə işlərinin
aparılması, işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsinə yönəldilmiş tədbirlərin təşkili
(dəyirmi masalar, tanıtım tədbirlərinin təşkili), qeyri-formal məşğulluğun aradan qaldırılması
üçün tədbirlərin görülməsi (çap materialları, reklam çarxları, baner və.s) məqsədilə
məşğulluq proqramları və layihələrin, o cümlədən START-UP-ların və digər tədbirlərin
həyata keçirilməsi üçün (məs: işsizlər üçün müxtəlif istiqamələr üzrə müsabiqə tələb olunan
iş yerlərinə (dövlət qulluğu, təhsil, səhiyyə, iri dövlət şirkətləri, bank və maliyyə sektoru
və.s) hazırlıq kurslarının təşkili) 2020-ci ilin büdcəsində 1 milyon manat xərc istiqaməti
planlaşdırılır.

12

You might also like