You are on page 1of 7

Əczaçılıq texnologiyası

Mövzu-1

Əczaçılıq texnologiyası. məqsəd və vəzifələri, prespektivləri, inkişaf tarixi. Əczaçılıq texnologiyasında


istifadə olunan terminlər və anlayışlar. Dərman və köməkçi maddələr.

" Texnologiya"-termini yunanca "Techne"--incəsənət, bacarıq , "logos"--elim, təlim deməkdir.


Texnologiya - istesal proseslərinin texniki və təbii elmi qanunaüygunluqları haqqında elimdir.
Texnologiya, el - texniki naliyyətlərdən istifadə edərək, istesal proseslərinin yeni üsullarının
yaradılmasını ,mıvcud metodların təkminləşdirilməsini həyata keçirərək daha yüksək keyfiyətli və
effektli məhsul alımasına, məhsuldarlıgın yüksəlməsinə səbəb olur

Əczaçılıq texnologiyası --- Təbiət, tibb və əczaçılıq elmilərinin naliyyətlərindən istifadə edərək -güclü
terapevtik təsir gücünə malik , rasional dərman formalarının hazırllanmasını həyata keçirir.

Əczaçılıq texnologiyasının ən mühüm tədqiqat obyekti dərman formasıdır. D/F-sı dərman maddəsinin
terapevtik effektliyinin yüksəlməsində və stabilliyində çox mühüm rol oynayır.

D/F- nı lazımi texnoloyi tələblər səviyyəsində hazırlamadıqda dərman maddəsinin stabilliyi


pozulur, deqradasiyaya uğrayaraq özünün ilkin farmokoloji təsirini itirir. Əczaçılıq texnologiyası rasional
dərman foması hazırlanmasında selektiv yanaşma metodu işləyib hazırlamagı qarşıya əsas məqsəd
qoyur.

Biofarmasiyanın inkişafı ilə əlaqədar olaraq Əczaçılıq texnologiyası nəzəri cəhətdən dahada
təkminləşmiş və yeni məna kəsb etmişdir.Bununla əlaqədar -yeni dərman formalarının --- Selektiv təsir
göstərən D/F-nın, Nanokapsulların, Mikrokapsulların, Liposomların, Bərk dispers sistemlərin, Polimer
dərman formalarının, immobilizasiya olunmuş preparatların və.s. yaradılmasını həyata keçirir.

Ə. Texnologiyası əsas vəzifələri.

1) Yeni dərman formalarının və preparatlarının istesal üsullarının və texnoloji əsaslarının işlənib


hazırlanması.

2) Mövcud dərman preparatlarının istesalının təkmilləşdirilməsi.

3) İstesal prosesində köməkçi dərman vasitələrindən istifadəsi ,öyrənilməsi ,axtarışı.

4) Dərman formalarının stabiliyinin və onların yararlılıq müddətinin artırılması

5) Texnoloji prosesin effektliliyinin əsas göstəricisi.

1) Məhsulun hər vahidinə cəkilən xərclər.

2) Hazır məsulun çıxımı və keyfiyyəti.

3) Prosesin intensivliyi.

4) Məhsulun maya dəyərinin öyrənilməsi

5) Xəstələr tərəfindən qəbulu asan müalicəvi effekti maksimal olan dərman formalarının
yaradılması.

Dərman istesalında müəyyən texnoloji termin və anlayışlardan istifadə edilir.


Təsiredici maddə----- Bioloji Fəal Maddələr olub----orqanizmin funksiya və vəziyyətini dəyişə bilir
Profilaktik Diaqnostik və müalicəvi təsir Göstərir. və hazır dərman vasitəsi istesal etmək üçün istifadə
edir.

Köməkçi maddə----- Üzvi və Qeyri -üzvi təbiətli maddə olub, dərman formalarının hazırlanması və
istesalı prosesində onlara müvafiq xüsusiyyət vermək üçün tədbiq edilir.

Dərman Xammalı------Qablaşdırıcı material istisna olmaqla bütün ilkin materiallar, hazır məhsul
almaq üçün istesalata daxil olanlar və yarımfabrikatlar aiddir.

Dərman Vasitəsi.-----Xəstəliklərin Diaqnostikası.PROFİLAKTİKASI, MÜALİCƏSİ, HAMİLƏLİYİN


QARŞISININ ALINMASI, XƏSTƏLƏRİN REABİLİTASİYASI, iNSAN ORQANİZMİNİN VƏZİYYƏTİNİ VƏ FİZOLOJİ
FUNKSİYALARININ DƏYİŞDİRİLMƏSİ ÜÇÜN İSTİFADƏ EDİLƏN ,BİOLOJİ VƏ FARMOKOLOJİ FƏALLIGA
MALİK, TƏBİİ ,SİNTETİK, BİOTEXNOLOJİ MƏNŞƏLİ DƏRMAN MADDƏLƏRİ VƏ YA ONLARIN QARIŞIĞI O
CÜMLƏDƏN İMMUNOBİOLOYİ DƏRMAN PREPARATLARIDIR.

Patentləşmiş dərman vasitələri.-------Respublika patent qanunvericiliyi ilə mühafizə olunan istesal və


satış hüququ olan dər vasitələridir.

Orjinal dərman vasitəsi.-------Patentləşdirilmiş özünəməxsus adı ilə dövriyyə daxiledilmiş dərman


vasitəsidir. (Botkin poroşoku, Zelenin damcısı, Pavlov miksturası, Vişnevski linimenti)

Orjinal dərman vasitələrinin anoloqları.-------- ( generiklər ). Orjinal dərman vasitələrinin patent


hüquqlarının müddəti bitdikdən sonra digər istesalçılar tərəfindən həmin tərkibdə ,dozada və formada
istesal edilmiş dərman vasitəsidir.

Dərman maddəsi. ----İnsan orqanizminin vəziyyətini və fizoloji funksiyalarını dəyişə bilən və


dərman vasitələrin istesalında istifadə edilən , bioloji fəallıga malik olan təbii ,sintetik, biotexnoloji
mənşəli maddələrdir.

Dərman forması.----------Dərman preparatlarının təyinatından ,orqanizmə daxil etmə yollarından


asılı olaraq texnoloji əməlyatlara ugradılaraq müəyyən formaya salınmış ,müalicəvi effektə malik
,xəstələr tərəfindən qəbulu və dozalanması asan olan dərman vasitəsidir.

Dərman preparatı------Farmakoloji və kliniki sınaqlardan müvəffəqiyyətlə çıxan , Farmokoloji komitə


tərəfindən təsdiq olunan ,normativ sənədlərə cavab verən ,zavod şəraitində istesal edilərək satışa
buraxılan, və müalicəvi təsir göstərən dərman maddələridir.

Bütün dərman preparatları istesal üsuluna və -tərkibindən asılı olaraq aşagıdakı qruplara bölünür.

1) Qalen preparatları-- Dərman bitkilərinin müxtəlif hissələrindən-Ekstraksiya üsulu ilə alınır.Tər-də


bioloji fəal maddələrlə yanaşı tərkibində ballast maddələr də var.

2) Yeni-qalen preparatı ---Ballast maddələrdən maksimal təmizlənmiş xammaldakı təsir edici


maddənin natv vəziyyətini özündə saxlayan preparatlardır (Rutin,Flamin,Qlisiram,Strofantin K,
Adonizid. və .s.)

3) Orqanopreparatlar.------Heyvanların ayr-ayri orqan ,toxma, daxili sekresiya vəzlərindən ,


sirələrindən istesal olunur. Tərkiblərində--BFM--olan hormon ,ferment ,antikoaqulyant vəs maddələr
saxlayır.

4) Vitamin preparatı---- həm fərdi vitaminlərdən, həm də onların digər kompleksindən ibarətdir.
( Konsentrantlar, ekstraktlar, şərbətlər.)

5) Antibiotik preparatlar.------ Mikroorqanizm və bəzi köbələklərin həyat fəaliyyəti məhsullarıdır.


6) Vaksin------ Zəifləşdirilmiş və ya öldürülmüş mikroorqanizmlərdən ibarətdir. Epidemiologiya,
mikrobiologiya, virusologiya, və gigiyena inistutları tərəfindən hazırlanır.

7) Zərdab------İmmunlaşdırılmış qan plazmasından ibarətdir.

8) Kimyəvi preparatlar.----- Kimya sənayesində istesal olunan fərdi kimyəvi maddələr.

NaCl, Na2SO4 , AgNO3 NaHCO3, KMnO4.. Turşular,Qələvilər Duzlar və .s.

9) Kimya -əczaçılıq preparatları.--- Kimya-əczaçılıq sənayesi tərəfindən istesal edilir. Bura həm təbii
mənbələrdən həm də sintez yolu ilə alınan fərdi kimyəvi və mürəkkəb tərkibli maddələr aiddir.
Sulfanilamid preparat Bioloji Fəal maddələr----alkoloidlər, flavanoidlər ,Saponinlər Və.s

Köməkçi maddələr.

Dərman maddələrinin hazırlanmasında müxtəlif köməkçi maddələrdən istifadə olunur. Köməkçi


maddələr dərman formasının əsasını təçkil edən farmokoloji fəal maddələrlə fiziki, fiziki-kimyəvi əlaqəyə
girərək dərman maddəsinin stabilliyinə, təhlükəsizliyinə və effektliyinə təsir gıstərə bilir. Köməkçi
maddələr dər formasını koserviləşdirmək vəstabilləşdirmək, Dərman maddəsinin tez həll olub
sorulmasını təmin etmək, depo və retart tipli dərman preparatları hazırlamaq, dərman maddəsinin
seçici olaraq müəyyən orqan və toxmalarda toplanmasını təmin edilməsi və.s. məqsədlə istifadə edilir.
Köməkçi maddələr:

1) Formavericilər

2) Stablizatorlar

3) Solyublizatorlar

4) Prolanqatorlar

5) Korrigentlər

6) Konserviləşdiricilər..

Dərman formasında dərman maddəsini stabilləşdirmək üçün istifadə olunan stablizatorların 4 qrupu
vardı.

1) Turşu stablizatorlar. ( 0,1 N HCl )

2) Qələvi stablizatorlar ( 0,1 Na OH)

3) antioksidantlar---Askorbin turçusu.

4) Qarışıq stablizatorlar. ( 0.26 qr NaCl + 5ml 0.1 N HCl)

Koseviləşdiricilər kimyəvi qurluşundan asılı olaraq 5 qrupa bölünür.

1) Fenol və onun törəmələri .

2) Alifatik və aromatik spirtlər.

3) Civənin üzvi birləşmələri.


4) Karbon turşuları

5) Dördlü ammonium birləşmələri.

Dərman formalarını

Aqreqat vəziyyətinə görə dərman formaları 4 qrupa bölünür.

1) Bərk dərman formaları.---- Yığıntılar,Poroçoklar, Tabletlər, Drajelər, Qranullar, Kapsullar.


Mikrokapsullar.Mikrodrajelər.

2) Maye dərman formaları.----- Mikisturalar, Məhlullar, Emulsiyalar, Suspenziya, Cövhərlər və.s.

3) Yumuşaq dərman formaları.-------Məlhəmlər, plastırlar.Suppozitoriyalar, Gellər. Kremlər,

4)-- Qazabənzər dər. formaları--- Qazlar, Buxarlar, Aerozollar.

Yeridilmə üsuluna görə------Dərman formaları iki qrupa bölünür.

1)-- Enteral dər.Formaları----Mədə bağırsaq traktından

2) Par-enteral Mədə -bagırsaqdan kənar.

Enteral--- Peroral--- ( Poroşok, Tablet, Draje, Dənəcik, Mikustura, MƏhlul, Həbb)

Rektal---- İmalə və Şamlar.

Parenteral----- 1) Dəriyə və ya selikli qişaya sürtmək üçün( GÖZ,Burun,Qulaq)

2) İnhalyasiya

3) İnyeksiyalar.

111) -- Dərman maddəsinin dispersioloyi xüsusiyətinə görə təsnifat.

1) Sərbəst dispers sistemlər

2) Əlaqəli dispers sistemlər.

Sərbəst dispers sistemlər--- dispers faza hissəcikləri arasında sərbəst əlaqəyə əsaslanır. Hissəciklər
sərbəst olaraq istilik hərəkəti nəticəsində və ağırlıq qüvvəsinin təsiri bir-biri ilə arışır. Bu qrupa---
Məhlullar, Mikusturalar. emulsiyalar suspenziyalar Linimentlər, Sulu çıxarışlar.

Əlaqəli dispers sistemlər. Bərk cismin xırda hissəciklərindən ibarətdir. Buhissəciklər bir -birin
toxunaraq molekulyar əlaqədə olur. sıxılma yolu ilə alınır. Aiddir: Mikrokristalik ərintilər, Kakao yağı
,Gliserin şamı Və s aiddir.

Dozalara görə: 1) Dozalanan :--- Tablet, Kapsul,Draje, İnyeksiya üçün məhlullar, Göz pərdələri.

2) Dozalanmayan -- Gel, Məlhəm, Şərbət, cövhər ,Ekstrakt emulsiya.

3) qarışıq tip--------------Plastr, poroşok.

Pasiyentlərin yaşından asılı olaraq.


1) Pediatrik dərman formaları ----14 yaşa qədər pasiyentlər.

Yeni dogulmuş və 1 yaqşa qədər uşaqlar üçün xüsusi qrup dər .formaları.

2) Orta yaşlı pasiyentlər üçün

3) Geriatik --60 Yaşdan yuxarı pasiyentlər üçün dər. forması.

Yeni doğulmuşlar9 ( 0 Yaşdan ---3 aya qədər ) istifadə olunan D/V - steril olmalıdır.

6 aya qədər uşaqlar üçün bir çox preparatlar Atrpin, Kodein , Papaverin , Aminazin , Diqoksin və s.
təyin edilmir

Əczaçılıq texnologiyasının inkişaf prespektivləri

Mikrobioloji və biotexnoloji metodların əczaçılıq texnologiyasında geniş tədbiqi yeni dərman


maddələrinin alınmasında mühüm əhəmiyyətə malikdir.

İmmoblizasiyaolunmuş fermentlərdən istifadə etməklə -- əlavə məhsullar almadan , Nəzərdə tutulan


BF -maddəni sintez etmək mümkündür. Məs. yarımsintetikpenisilinləri və sefalosporinləri almaq üçün
ikin məhsul kimi 6-aminpenisillin .turşusu lazımdır. Bunu əldə etmək üçün immoblizasiyaolunmuş
penisilinamidaza fermentindən istifadə etmək lazımdır.

Hormon preparatlarından Kartizol və Prednizalonu istesal etmək üçün immoblizasiya olunmuş


fermentlərdən istifadə olunur. Peyxşteyin " S" maddəsi --immoblizasiya olunmuş

11-betta-steroid- hidroksilaza fermenti vasitəsi ilə kortizola çevrilir. Kartizoldan isə--- immoblizasiya
olunmuş steroiddehidrogenaza fermenti vasitəsi ilə --prednizalon alınır.

Biotexnoloji metod ----Canlı hüceyrədən məqsədyönlü məhsulların əldə olunmasını həyata


keçirilməsində istifadə edilir.Biotexnologiya yeni elim sahəsi olub,gen mühəndisliyi metodundan istifadə
etməklə ------ İnsulin ,Boy hormonu , Kalsitonin, immunoqlobulinlər, a,b, Y, --interferonllar B12 , E, D
-vitaminlərinin sintezi həyata keçirilir.

Antitellərin və interferonların sintezini həyata keçirmək üçün--- hüccceyrə hibridlərinin alınmasını


həyata keçirmək lazımdır. Bunun üçün antitel hasil edən dalaq və şiş hüceyrələrini süni -qidalı mühitə
yerləşdirirlər. Nəticədə hüceyrələrin qovuşması zamanı yeni hüceyrə hibridi alınır. ki. buna hibridomalar
deyilir.Belə hücüyrələrdə ikifunksiya birləşir.--Dalaq hüceyrəsinə üyğun anticisim hasil etməsi və şiş
hüceyrəsinə üyğun süni mühitdə sürətlə artma qbilyətinə malik olması. Heyvanlara üyğun zülal maddəsi
və ya virus yeridilir.,

onların dalaq hüceyrəsi götürülür. üygun hiridomalar immun preparatlar alınır.

Son dövürdə lipidlərdən istifadə edərək yeni dərman formalarının ---- Liposomların alınması
həyata keçirilmişdir.

Liposomlar---mikroskopik qovucuqlar olub divarları ikitəbəqəli lipid membranlardan


ibarətdir. Liposomlardan --dərman maddələrini orqanizmə daşıyan xüsusi dərman forması kimi istifadə
olunması ən mühüm texnoloji və terapevtik əhəmiyyətə malikdir.

Muxtəlif dərman maddələlini məsalən hormonları fermentləri antibiotikləri sitoctatikləri liposamlara


daxil edir və qan damarlarına yeridirlər. Liposomlar hüceyrəyə iki yolla ---endositoz və hüceyrə
membranına qovuşmaq yolu ilədaxil olur.
Liposomların səthinə müəyyən orqanların antigenlərinə üyğun anticisim molekulları fiksə
edilir. Bu zaman liposomlar lazım olan orqana düşür, və əlavə təsir olmadan yüksək müalicəvi effekt
göstərir.

Yeni terapevtik Sistemlərin yaradılması--- D/M -nin xəstə tərəfindən təhlükəsiz qəbul olunmasını,
düzgün dozalanmasını təmin edir. eyni zamanda onun qan plazmasındakı miqdarınıa üygun olaraq
paylaşmadırılmasını proqramlaşdıracaq. Gələcək terapevtik sistemlərdə dər/mad -nin yayılmasını təmin
etmək üçün özünizamlayıcı sistemlərdən istifadə ediləcəkdir. Sensor nizamlamanın əsas prinsipi
orqanizmin biokimyəvi prosesləri təşkil edir.

Ə/Texnologiyasında böyük prespektivlər skrinqlərin riyazi modelinin hazırlanması və yaradılmış


d/maddələrinin farmakotoksikolojitədqiqatları ilə əlaqədardı.Bu da öz növbəsində çox geniş həcmə
malik kompüter texnolgiyasınin istifadəsin zəruri edir.ss

D/M-nin farmakoterapevtik effektliyinə təsir göstərən amillər.

1) D/M-nin sadə kimyəvi modifikasiyası.

2) D/M -nin fiziki xassələri

3) Koməkçi maddələr, onların təbiəti və D/Formaların tərkibində miqdarı.

4) D/Formalarının növləri vəorqanizmə yeridilmə yolları.

5) D/M -ninistesal edilməsində istifadə edilən texnoloji əməlyatlar .üsullar və.s.

D/M -nin fiziki xassələri.

1) Xirdalanma-----Salisil turşusu və steroid təbiətli birləşmələr üçün aydınlaşmışdır.

Asetilsalisil turşusunun xırdalıq dərəcəsini 30 dəfə artırdıqda onun təsiri adi preparatdan 2-4 dəfə artıq
olur.

2) Polmorfizm-- D/M-nin fiziki xassəsinə aiddir. Eyni kimyəvi maddənin iki və daha cox kristallik
formaya malik olmasıdır.Asetil-salisil turşusunun 6 kristalik formaya malik olması haqda məlumat vardı.
Romb ,kub, Silindirik və.s. Amorf forma kristal formaya nisbətən daha tez sorulur və yüksək terapevtik
effekt göstərir. ( İnsulin--kistal və amorf forması) Ph-təsiri.

D/M -nin saxlanması zamanı köməkçi maddələrin təsiri ilə də baş verə bilər.

Texnoloji proseslər.

Subut olumuşdur ki, texnoloji proseslərin düzgün seçilməsi dərmanın bioloji effektliyinin artmasında
mühüm rol oynayır. Məs. Tablelərin istesalında pres təziqinin dügün müəyyən edilməsi , qranulasiya
əməlyatlarının reqlamentə üygunluğu və s. amillər farmokoterapevtik effektin meydana çıxmasında
əsaslırol oynayır.

Bioloyi mümkünlük.

Yoxlanılan dərman formasının tərkibindən sorulan dərman maddəsinin ,eyni dozada standart dərman
formasının tərkibindən sorulan dəman maddəsinin miqdarına olan nisbətinin faizlə ifadəsinə bioloji
mümkünlük deyilir.

BM == A/B.100%

BM-----Bioloji mümkünlük
A---yoxlanan D/F-nın tərkibindən sorulan d\m-nin miqdarı.

B---standart D/F-nın tərkibindən sorulan d/m-nin miqdarı.

Bioloji yarımparçalanma dövrü orqanizm tərəfindən adsobsiya olunmuş dərman maddəsinin 50%
-nin xaric olmasından ötürü sərf olunan vaxta deyilir.

BM- iki üsulla--- in vivo və in vitro təyin edilir.

1) Sidiklə ayrılan dərman maddəsinin miqdarına görə.

2) Bir dəfə qəbuldan sonra qanda olan miqdarına görə.

3) iki vədaha çox qəbuldan sonra qanda d\m -nin miqdarını təyin etməklə.

İn vitrum ---- Fırlanansəbət üsulu ilə təyinatdan istifadə edilir.

You might also like