You are on page 1of 75

Giriş

1) Paylayıcı qurğuların kommutasiya aparatları. Bu aparatlar elektrik


dövrələrinin açılması və bağlanması üçün tətbiq olunurlar. Bu qrupa açarlar,
aralayıcılar, ayırıcılar, qısa qapayıcılar, aiddir. Bu qrup aparatları fərqləndirən əsas
cəhət onların çox təsadüfü hallarda işləməsidir, amma elə hallar da ola bilər ki, bu
aparatlar çox tez-tez açılıb-bağlansınlar (məsələn, elektrik sobalarının açarları).
2) Mühafizə aparatları. Bu aparatlar elektrik dövrələrini qeyri-normal iş rejimindən
qorumaq üçün istifadə olunur. Bunlara yüksək və alçaq gərginlik qoruyucuları,
müxtəlif relelər və s. aiddir.
3) Məhdudlaşdırıcı aparatlar. Bu aparatlar qısa qapanma cərəyanlarını (reaktorlar)
və ifrat gərginlikləri (boşaldıcılar) məhdudlaşdırmaq üçün tətbiq edilir. Elektrik
sistemlərində qısa qapanmalar və ifrat gərginliklər təsadüfü hallarda baş verdiyindən
bu aparatlar artıq yüklənmələrə çox az məruz qalırlar.
4) İşəsalma-tənzimləmə aparatları. Bu aparatlar elektrik maşınlarının işə salınması,
fırlanma tezliyinin, gərginliyinin və cərəyanının tənzimi üçün tətbiq olunur. Bu qrup
aparatlara kontrollerlər, kontaktorlar, maqnit işəsalıcıları, müqavimətlər, reostatlar və
s. aiddir. Bu qrup aparatların xarakterik xüsusiyyətləri onların tez-tez açılıb-
bağlanmalara (bəzi intiqal mexanizimlərində saatda 1500 dəfə) məruz qalmasıdır.
5) Nəzarətedici aparatlar. Bu aparatların əsas vəzifəsi elektrik və qeyri-elektrik
parametrlərin verilmiş qiymətlərinə nəzarət etməkdir. Bu qrup aparatlara müxtəlif
növ relelər və vericilər aiddir. Relelərdə giriş kəmiyyətinin (nəzarət olunan kə-
miyyətin) səlis dəyişməsi zamanı çıxış kəmiyyəti sıçrayışla dəyişir. Çıxış kəmiyyəti
isə avtomatika sisteminə təsir göstərir. Vericilər isə səlis dəyişən giriş kəmiyyətini
hər hansı bir elektrik kəmiyyətinə (çıxış kəmiyyətinə) çevirir. Vericilər həm elektrik,
həm də qeyri-elektrik kəmiyyətlərinə nəzarət edə bilərlər.
6) Ölçü aparatları. Bu aparatlar mühafizə və ölçü dövrəsinin avadanlıqlarını əsas
dövrənin yüksək gərginliyindən təcrid etmək üçün tətbiq olunur. Onlar ölçülən
1
kəmiyyəti ölçmə üçün əlverişli olan standart qiymətə qədər dəyişdirirlər. Bu qrup
aparatlara ölçü transformatorları, gərginlik bölüşdürücüləri aiddir.
7) Tənzimləyici aparatlar. Bu aparatlar müxtəlif parametrlərin əvvəlcədən müəyyən
olunmuş qanunuyğunluqla tənzim olunması üçün tətbiq olunurlar. Tənzimləyici
aparatlardan gərginliyin, cərəyanın, temperaturun, təzyiqin, fırlanma tezliyinin veril-
miş səviyyədə saxlanması üçün istifadə olunur.

2
Elektrik aparatları təyinatlarına görə iki qrupa bölünürlər: idarəetmə aparatları
və paylayıcı qurğuların alçaq və yüksək gərginlik elektrik aparatları. İdarəetmə
aparatları elektrik avadanlıqlarını, maşın və mexanizmlərin parametrlərini
tənzimləmək, bir fiziki kəmiyyətdən başqa fiziki kəmiyyətə çevirmək, parametrləri
ölçmək və onlara nəzarət etmək, avadanlıqları işə qoşmaq və işdən açmaq, mühafizə
etmək və işlərində müəyyən fasilələr yaratmaq üçün istifadə olunurlar.
İdarəetmə aparatlarına aiddir:
-kontrollerlər
-kontaktorlar
-maqnit işəburaxıcıları
-relelər
-vericilər və çeviricilər
-sabitləşdiricilər və tənzimləyicilər
-muftalar.
Yuxarıda qeyd olunan idarəetmə aparatları kontaktlı və kontaktsız qruplara
ayrılırlar. Kontaktsız elektrik idarəetmə aparatları əsasən maqnit və yarımkeçirici
elementlər əsasında qurulurlar və nisbətən kiçik kommutasiya güclərinə layihə
olunurlar. Kontaktlı idarəetmə aparatları etibarsızlıqlarına görə nöqsanelı olsalar da
böyük kommutasiya gücünə malikdirlər və hazırda elektrik yarımstansiyalarında
istismardadırlar.
Avtomatikanın idarəetmə sistemlərində relelər, vericilər, çeviricilər,
sabitləşdiricilər, tənzimləyicilər, kontaktorlar geniş istifadə olunurlar.
İdarəetmə aparatlarının tətbiqi ilə bağlı bir neçə sxemə baxaq.
G.1. Asinxron mühərrikin mühafizə sxemi.
Şəkil G.1.-də qısa qapalı rotorlu asinxron mühərrikin mühafizə və idarə sxemi
göstərilmişdir və burada bəzi idarə aparatlarından da istifadə olunmuşdur. Mühərrikin
işə salınması və dayanması kontaktor vasitəsilə aparılır və əsas kontaktlar LK işarə
olunub, elektromaqnit intiqal isə - K işarə olunmuşdur. İdarə düyməsi KY komanda
3
aparatlarının müxtəlif növlərindən biridir, idarə dövrələrində cərəyanın komutasiyası
üçün tətbiq olunur. Mühərrikin işə salınması Ps düyməsinin basılması ilə aparılır.
Onda kontaktorun dartıcı sarğacı K gərginlik altında olur. Elektromaqnit sarğacı K
ilə yaranan elektromaqnit qüvvənin təsirilə kontaktor qoşulur və onun əsas qapanan
kontaktları LK vasitəsilə gərginlik ( və cərəyan ) mühərrikə verilir. Mühərrik
hərəkətə başlayır. Operator Ps

BH

Tr

ZL KL
A
BK1

P P P
Ps Sp
K LK LK LK KY
BK2

PT PT PT PT

AM

Şəkil G.1. Asinxron mühərrikin mühafizə və idarə sxemi .

düyməsini buraxdıqda onun kontaktları açılaraq sarğac K gərginlik altında qalır,


çünki Ps düyməsi qapayıcı köməkçi kontaktlarla BK 2 şuntlanmışdır və onlar
kontaktorun hərəkət edən hissəsi ilə birləşmiş və o işlədikdə qapanırlar. Kontaktorun
açılması üçün Cp düyməsini basmaq lazımdır, bu da cərəyan dövrəsini K sarğacı ilə
qırır. Qaytarıcı yay təsiri altında kontaktor açılır. Blok kontaktlar BK 2 kontaktorun
4
hərəkət edən sistemi ilə əlaqəli olaraq, açılırlar, və Sp düyməsi ilkin vəziyyətə
qayıtdıqda cərəyan dövrəsi K sarğacı ilə qırılmış olur.
Mühərrikin dövrəsində mühafizə aparatlarının iki növu quraşdırılmışdır -
qoruyucular P və istilik releləri PT. Qoruyucular qısa qapanmada dövrəni açırlar.
İfrat cərəyanları axdıqda qoruyucunun səlis metal əlavələri yanırlar və yaranan
elektrik qövsü sönür. İstilik releləri yüklənmiş dövrələrdə cərəyanlar axdıqda
işləməyə başlayırlar.Bu cərəyan istilik relelərin xüsusi bimetal elementlərini qızdırır,
və onlar deformasiya olaraq PT-in açılan kontaktlarını açırlar. Cərəyan dövrəsi
kontaktorun sarğac K vasitəsilə qırılır və əsas kontaktlar mühərriki şəbəkədən açırlar.
PT kontaktları özünəqaytarma zamanı qapalı şəraitdə kontaktor qoşulmayacaq ,
çünki sarğac dövrəsi blok kontaktlarla BK2 qırılmış qalacaq.
Avtomatik hava açarı (avtomat) A - mühafizə elektrik aparatıdır, qəza
rejimlərində elektrik dövrəsini avtomatik ayırır. Bu avtomat maksimal cərəyan
mühafizəsinə malikdir: qısa qapanma cərəyanından mühafizə "I >" və gərginlik
düşgüsündən mühafizə " U < ". Adətən aparat tək obyekti mühafizə etmir, bir sıra
paralel qoşulan aparatları mühafizə edir. O digər mühafizə aparatları ilə selektiv
olaraq işləməlidir. Belə ki, mühərrikin ucluqlarında qısa qapanma olduqda,
qoruyucular P işləməli və dövrəni açmalıdırlar. Əgər hansı bir səbəbdən bu
qoruyucular işləməsə və vaxtında dövrəni qısa qapanma cərəyanı ilə açmasalar ,
onda avtomat A işləməlidir. Selektiv mühafizənin təmini üçün zamana görə
selektivliyin pilləsi yaranır : verilən cərəyanda avtomatın A işləmə müddəti
qoruyucunun P işləmə müddətindən çox olmalıdır. Avtomatlar çox böyük
cərəyanların açılmasına hesablanırlar.
Bloklanmış kontaktlar BK1 avtomatın A hərəkət edən sistemi ilə möhkəm
birləşdirilmişdir. Onlar avtomatın siqnalizasiya vəziyyəti üçün tətbiq olunmuşdur.
Açılmış vəziyyətdə avtomatın kontaktları yaşıl lampanın ZL dövrəsini qapayırlar,
qoşulmuş vəziyyətdə qapayıcı kontaktlar qırmızı lampanın dövrəsini KL qoşurlar.
İstilik relesi mühərriki yük cərəyanlarından mühafizə edirlər və elementin
qızma temperaturuna təsir göstərirlər. O çox vaxt işəburaxıcıya quraşdırılır - sabit və
dəyişən cərəyan mühərriklərin qoşulması, açılması və mühafizəsi üçün olan aparatdır.
5
Mövzu 3.Kontaktsız elektrik aparatları əsasında asinxron mühərrikin idarə
olunması
Şək. G.2-də yarımkeçirici cihazlarda quraşdırılmış kontaktsız elektrik aparatı
vasitəsilə üçfazlı asinxron mühərrikin idarə sxemi göstərilmişdir. Mühərrikin stator
dövrəsinin hər bir fazasına paralel idarə olunmayan diod D və tiristor T
qoşulmuşdur. Diodlar D cərəyanı bir istiqamətdə keçirirlər. İdarə diodları (tiristorlar)
T idarə blokundan BU idarə elektrodlarına siqnal verilməyəndə cərəyan keçirmirlər.
Belə siqnal mövcud olduqda tiristorlar açılırlar və diodlara D analoji olaraq bir
istiqamətdə cərəyan keçirirlər, digər istiqamətdə isə - yox. Beləliklə , idarə siqnalları
tiristor xanalarında DT olduqda hər fazadan cərəyan axır və mühərrik işləyir. Əgər
idarə siqnalları idarə blokundan BU çıxarılıb və tiristorlar qapalıdır, onda qarşılıqlı
qoşulmuş diodlar D fazalarda cərəyan keçirməyəcək və mühərrik dayanacaq.
Qoruyucular P mühərriki ifrat cərəyanlardan mühafizə edirlər .
Şəkil G.3-də kontaktsız aparatın tətbiq sxemindən biri göstərilmişdir. Birfazlı
mühərrik M qoşulur və maqnit işəburaxıcı MİB vasitəsilə şəbəkədən açılır. Bu
gücləndiriciyə induktiv elektrik müqaviməti kimi baxmaq olar, və onun qiyməti
maqnit vəziyyətindən asılıdır. Bu vəziyyət idarə dolağından W id axan idarə
cərəyanından iid asılıdır. Iid =0 olduqda yük dolağının Wy induktiv müqaviməti
mühərrikin stator dolağının M müqavimətindən çox azdır. Bu halda mühərrik işləyir.
iid > 0 olduqda MİB dolaqlarının Wy müqavimətləri mühərrikin dolağının
müqavimətindən çoxdur, yük cərəyanı iy isə sıfıra kimi azalır və mühərrik dayanır.
Yarımkeçirici düzləndiriciləri D1 və D2 özü doyma ilə maqnit gücləndiricisinin
qurulmasına imkan yaradır və əks əlaqəli xüsusi dolaqların tətbiqi olmadan optimal
xarakteristikalara nail olmaq olur.

6
P

AM

T D
BU

Şəkil G.2. Tiristor aparatının köməyi ilə üçfazlı asinxron


mühərrikin idarə sxemi

D1 D2
M

iy
Wy Wy

MİB
Wid
iid

Uid

Şəkil G.3 Maqnit güçləndiriçisinin köməyi ilə birfazlı


mühərrikin idarə sxemi.

7
Mövzu 3. Rele mühafizəsində istifadə olunan aparatlar

Şəkil G.4-də rele mühafizəsi sxemi verilmişdir. Normal iş rejimində açar B


qoşulmuşdur. Lakin qısa qapanma baş verərsə, onda bu mühafizə sxemində aparatlar
qeyri normal rejimi müəyyənləşdirib və qısa qapanma cərəyanın avtomatik açılmasını
aparırlar. Aparatların iş ardıcıllığı belədir. Qısa qapanma cərəyanında cərəyan
transformatorun TpT ikinci tərəf dolağında axan cərəyan çox böyük olur, və cərəyan
relesi sarğacının vasitəsilə qapanır. Bu cərəyanın təsiri altında rele işləyir və onun
kontaktları qapanır. Operativ gərginlik mənbəyi "+" relenin PT qapanmış kontaktları
vasitəsilə zaman relesinin PB sarğacına verilir. O operativ gərginliyin tam təsiri
altında olur, çünki onun "-" sarğacın digər ucuna birləşir. Zaman relesi işləməyə
başlayır və kontaktların qapanmasından əvvəl müəyyən zaman gecikməsini yaradır,
bu da sxemin müəyyən şərtərinə görə tələb oluna bilər. Zaman relesinin
kontaktlarının qapanması aralıq relesinin RP işləməsinə gətirir, və o da öz
növbəsində öz kontaktları ilə bir neçə avtonom siqnalları verir. Alt kontaktlar dövrəni
açarın B açılma sarğacına OK qapayırlar, o da o dəqiqə açılır və qısa qapanma
cərəyanı ilə güc dövrəsini qırır. Relenin RP digər kontaktından səs və ya işıq
siqnalının dövrəsi qapanır.
Şəbəkə gərginliyi yüksək həddlərdən də çox dəyişdikdə açarın B açılması
analoji şəkildə baş verir. Gərginlik relesi PH dolağına , müəyyən nisbətdə
transformalaşmış gərginlik transormatoru vasitəsilə TpH , gərginlik verilir . Nəzarət
olunan şəbəkədə gərginlik müəyyən səviyyəyə çatdıqda rele PH işləyir və RP relesinə
siqnal ötürür. Bu də açarın B açılmasına gətirir.
Cərəyan relesi PT və gərginlik relesi PH ölçmə funksiyaları icra edirlər.
Nəzarət olunan faktor (cərəyan , gərginlik) müəyyən qiymətə çatdıqda, onlar
işləyirlər. Bəzən cərəyan və gərginlik transformatorlarını müstəqil elektrik
aparatlarına şamil etmək olar. Lakin onlar əlavə qurğu kimi hesab olunurlar, və
onlara qoşulan bütün elektrik aparatlarının konstruksiya və iş şəraitlərinin
asanlaşdırılmasına imkan verirlər, bu halda PT və PH releləri. Cərəyan

8
transformatorun xarakter parametri – cərəyan transformasiya əmsalıdır K Tp.
Məsələn,

Şəkil G.4. Rele mühafizəsi sxemindəki aparatlar

ikinci tərəf TpT dolaqda KTp=1000/5 olduqda, cərəyan relesi PT 5A bərabərdir və


birinci tərəf dolaqda 1000A cərəyan axır. Belə mütənasib əmsalı cərəyanın digər
qiymətlərində də qalır. Cərəyan transformatorunun tətbtqinə görə rele cərəyanı PT az
cəyanlara hesablana bilər, və onun dövrələri yüksək gərginlik tərəf ilə halvanik açıla
bilər. Belə halda cərəyan relesi PT çrx yüngül və həssas olur. Analoji olaraq,
deyilənləri gərginlik relesinə TpH də şamil etmək olar.O da PH rele dolağına verilən
gərginliyi azaldır və yüksək gərginlik tərəf ilə halvanik açılmanı təmin edir.

9
Mövzu 4 Xoll verici ilə qeyri elektrik kəmiyyətin təyini
Texnikada müxtəlif vericilər geniş yayılmışdır. Onlarda qeyri elektrik
kəmiyyətin dəyişməsi çıxış elektrik siqnalının dəyişməsinə səbəb olur. Xoll
vericisinin iş prinsipinə baxaq. Xoll effekti 1879-cu ildə müəyyən olunmuş, və
elektrik daşıyıcılarına maqnit sahəsi təsiri altında yaranır. Məlum olduğu kimi,
maqnit sahəsində B induksiyalı və  sürətli hərəkət edən elektrona Lorens qüvvəsi
təsir edir:
F= eBsin ,
burada e - elektron yükü , Kl,  -  və B vektorları arasındakı bucaq. Bu qüvvə
elektrik daşıyıcısının dəyişməsinə gətirib çıxarır. Nəticədə, plastinin 1 qıraqlarında
(şək. G.5, a) a və b nöqtələri arasında Xoll ehq-si , B yaranır:
1 iB iB
E x= sin α=K x sin α
ne Δ Δ ,

б)
а) v)
в)

Şəkil G.5. Xoll vericisi və onun tətbiq nümunələri


burada n- tutumda cərəyan daşıyıcıların konsentrasiyası, 1/m3 ;  - a və b nöqtələrini
birləşdirən xətt və B vektor istiqamətinin arasında olan bucaq, qrad. ;  - plastinin
qalınlığı, m.; Kx- Xoll sabiti , m/Kl.; B - induksiya , Tl; i - cərəyan, A.
Yarımkeçirici plastini detalla əlaqələndirdikdə, Xoll ehq-si dəyişdikdə, detal
çevriləndə dönmə bucağını müəyyənləşdirmək olar (şək.G.5,b ). Plastinin 1 yeri
dəyişdikdə Xoll ehq-si maqnit sahəsində dəyişir. Bu dəyişməyə görə yerdəyişmənin

10
qiyməti bilinir. Bu prinsiplə Xoll vericiləri işləyirlər və xətti mexaniki
yerdəyişmələrini ölçürlər (şək.G.5, v).
İmpuls tənzimləyiciləri və sabitləşdiriciləri
Tənzimləyicilərdə və sabitləşdiricilərdə maqnit gücləndiriciləri və doyma
drosselləri, əsasən, tənzim orqanları kimi istifadə olunurlar.
Şək.G.6-da doymuş maqnit gjücləndiricisinin sxemi göstərilmişdir. Bu drossel
düzləndirilmiş gərginlik tənzimləyicisində tənzim orqanı kimi istifadə olunur.
Tənzimləyici orqan üçfazlı DMG əsasında yerinə yetirilmişdir. Mənfi əks əlaqəyə
görə yüksək etibarlıdır. Nominal rejimdə əks əlaqə işləmir, qısa qapanma və artıq
yüklənmə olduqda əks əlaqə qoşulur. Nəticədə yüksüz işləmə rejiminə keçir,
beləki, yükdəki cərəyan çox az olur. Sxem sadə və sərfəlidir. İdarə cərəyanını
dəyişərək, yük gərginliyini tənzimləmək olar.
Şək.G.7-də doyma drosseli əsasında sabit cərəyan impuls sabitləşdiricinin
sxemi göstərilmişdir. Belə sabitləşdiricinin çıxış gərginliyi tənzimlənmir. Çıxış
gərginliyinin tənzimini təmin etmək üçün sxem T2 tiristorundakı idarəedici açarla
əlavə olunur. Açar doyma drosselində induksiyanın dəyişməsini təyin edir və bununla
çıxış gərginliyinin qiyməti təyin edilir.
Mövzu 5. Şaquli yerdəyişməni ölçən çevirici
Bu çeviricinin konstruktiv sxemi şəkil G.8-də verilmişdir. Onun iş prinsipi induksion
levitasiya effektinə əsaslanmışdır. Çevirici iki seksiyalı təsirlənmə dolaqlarından W1
-W1 və ikiseksiyalı ölçü dolağından W2 -W2 ibarətdir. Dolaqların seksiyalı
seksiyaları bir-biri ilə ardıcıl əks qoşulmuşdur. Ferromaqnit nüvənin aşağı və yüxarı
hissələrində yerləşdirilmişdir. Nüvənin orta çubuğunda dolaqlar arasında xarici
mexanizmlə əlaqədar olan aliminium ekran hərəkət edir. İşçi mexanizmin gedişi
X=0 olanda levitasiya ekranı (LE) təsirlənmə dolağının seksiyalarının yaratdığı
qüvvələrin Fe və Fe və LE-nin ağırlıq qüvvəsinin Pa qarşılıqlı təsirlərindən l1 və l2
məsafədə qərar tutur. Bu halda
λ 2
F e=F 'e−F ''e = ( I 1 W '1 ) ⋅(1−k 221 )
2
' ''
F e=F e + Pa
11
burada k21= W1/ W1;  - LE-nin hərəkət etdiyi çubuqlararası hava aralığının xüsusi
maqnit keçiriciliyidir. LE-nin ilkin vəziyyətinin (X=0) yuxarıdakı dolaqlara yaxın
olması üçün l1>>l2 təmin olunmalıdır. Bu məqsədlə W1 >>W1 qəbul olunur. X=0
olanda çeviricinin çıxışındakı gərginlik təqribən sıfra yaxındır
'' ' ' W '2 '' W '2'
U 2 =U 2 −U 2 =U 1 −U 1 ≈0
W '1 W '1'

еWиш
еWй
т
Ри

Wи Wиш Wй

е;
ф
Şəkil G.6 DMG əsasında tənzimləyiçi

Б1 Б2

+ -
+

Ей
-

Т2

+ Т1
(-) (+)
+ -
12
Вт

Рй
+

Е
Бш
- Вт
чф
-

Şəkil G.7 DD əsasında sabit çərəyan impuls sabitləşdiriçisi.

Burada U2 və U2 – ölçü seksiyalarında (W2 və W2) induksiyalanan gərginliklərdir.


Əgər nəzərə alsaq
2
'
U1 '' k 21
U 1= U 1 =U 1
1+ k 221 ; 1+ k 221

Onda
U1W '1'⋅W '2' W '1⋅W '2
U 2=
1+ k 221

W ¿1( −
W ¿1
=0
)
Çeviricinin hesablaması üçün əsas verilənlər aşağıdakılardır:
Çeviricinin çıxışındakı gərginlik U1=const olanda
'
W 2 ku X
U 2 =U 1 2' ⋅ 2

W 1 1+ k 21 l−W 0 X ( ¿ )
Burada
2
¿ 1−k 21
W 0= ;
1+k 221 ku=0,960,98
Təsirlənmə dolağındakı cərəyan
ku U 1
I1=
ω W 1 λ ( 1+ k 221 )( l−W 0 X )
¿
¿

LE-nına təsir edən qaldırıcı qüvvə


1
F e= λ(1−k 221 )( F '1 )2
2
13
Burada
2 Pa
'
F1 =I 1 W 1 =
'

√ λ (1−k 221 )
Pa =gγk 32 l cp 2 S 02
Əlavə 1-də çeviricinin hesablama metodikası verilmişdir.

Şəkil G.8. Differensial transformator tipli elektromaqnit çeviricinin prinsipial sxemi


İzolyasiyanın qalınlığına avtomatik nəzarət edən sistem.
İri qabaritli borunun səthinə istilik izolyasiyasının sarınma prosesinin
avtomatlaşdırılmasında istifadə olunan izolyasiyanın qalınlığına nəzarət edən
vericinin iş prinsipini nəzərdən keçirək (şəkil G.9.).
Verici Ş-şəkilli ferromaqnit nüvədən 1, dəyişən cərəyan dolağından 2 və
qısaqapanmış aliminium həlqədən 3 ibarətdir (şəkil G.9). Dolaqdan axan cərəyan I 1
maqnit sekli yaradır və nəticədə həlqədə cərəyan I2 induksiyalanır. Bu cərəyanların
qarşılıqlı təsirindən yaranan elektrodinamik
qüvvə
1
F e= ( I 1 W 1 )2 λ
2
həlqəni yuxarıya qaldırır və onun ağırlıq qüvvəsini P a=mg tam kompensasiya etdiyi
zaman dayanır, yəni Fe=Pa tarazlığı baş tutur. Qısa qapanmış həlqə dolaq arasındakı
məsafə h levitasiya koordinatı adlanır və aşağıdakı düsturla təyin olunur
kuU1 h1 h 2
h= − −
ωW 1 √ 2 P a λ 3 nλ 3

14
Burada U1, W1 və h1 – dolağa verilən qida gərginliyi, dolağın sarğılar sayı və dolağın
hündürlüyüdür; =2f – cərəyanın tezliyi, h2-həlqənin hündürlüyü, -işçi hava
aralığının xüsusi maqnit keçiriciliyi; n=/s –dolağın səpələnmə keçiriciliyini s
nəzərə alan əmsaldır.
Həlqəyə aşağı istiqamətdə qüvvə Px təsir etdikdə h məsafəsi azalar və dolağın
cərəyanı artar

1 2( Pa + P x )
I1=
W1 √ λ
Bu zaman Fe=Pa+Px qüvvələrin tarazlığı baş verir. I1 cərəyanına görə xarici qüvvənin
Px qiymətini təyin etmək olurp. Bu halda verici qüvvə çeviricisi funksiyasını yerinə
yetirir, beləki I1(Px) asılılığı mövcuddur.
Həlqəni qüvvə ötürücü qola əlaqələndirib izolyasiyanın səthinə toxunduranda
izolyasiyanın qalınlığı  artdıqca həlqə aşağı sürüşür və cərəyanın qiyməti artırp.
I1() asılılığına əsasən izolyasiyanın qalınlığı  təyin olunur.

Şəkil G.9. İzolyasiyanın qalınlığına sarınma prosesində avtomatik nəzarət edən


sistem (a) və induksion levitatoru əsasında differensial transformator
çeviricisinin prinsipial sxemi (b).

15
Verici borunun uzunluğu boyu avtomatik hərəkət etdirildiyindən izolyasiyanın
qalınlığı borunun istənilən uzunluğunda təyin olunur. İzolyasiyaya toxunan rolik oxu
boyu fırlana bilən olduğu üçün sürtünmə qüvvəsi minimuma endirilir. Rolik
ftorplastdan hazırlanır və səthi sürüşkən olur. Həlqənin aşağı sürüşmə qiyməti X
izolyasiyanın qalınlığına  bərabər olduğu üçün I1() və I1(X) asılılıqları eynidirlər.
Bu asılılıqlar xəttidirlər: I1k1iz. Burada k1əmsalı vericinin və qida mənbəyinin
parametrlərindən asılıdır və sabit kəmiyyətdir [14].
Şəkil G.9,b-də induksion levitatoru əsasında qurulmuş differensial
transformator çeviricisinin prinsipial sxemi verilmişdir. Çıxışdakı gərginliyin ölçü
dolağlarının 5-5 gərginlikləri U2 və U2 fərqi ilə təyin olur:
U 2 =U '2 −U '2' =k '12 U '1−k '12' U '1'

Burada U1 və U1 –təsirlənmə dolaqlarının 6-6 gərginlikləridir. Bu gərginliklər


levitasiya ekranı 7 aşağı-yuxarı hərəkət etdikdə dəyişirlər. Verilmiş çevirici
izolyasiyanın qalınlığını iz yaxud işçi mexanizmin gedişini X ölçmək üçün istifadə
edilir.

16
Mövzu 3 Avtomatik idarəetmə sistemləri haqqında əsas anlayışlar.
Verilmiş prosesi tələb olunan qaydada aparılmasına şəraitin yaradılmasına
idarəetmə deyilir. İdarəetmə müəyyən məqsədə çatmağa xidmət edir. Proseslərin
idarəolunmasında iştirak edən aqreqatlar, maşın və mexanizmlər, aparatlar və s.
qurğuların birliyi idarə etmə obyekti adlanır. İşçi personalın iştirakı olmadan
idarəetməyə avtomatik idarəetmə deyilir. İdarə olunan obyektin texniki qurğu
vasitəsil ilə idarə olunması zamanı bu qurğuya idarəedici qurğu deyilir. İdarə olunan
obyektlə idarəedici qurğu avtomatik idarəetmə sistemini (AİS) təşkil edir. İdarəetmə
sistemi vasitəsi ilə müxtəlif texnoloji sistemlərin, energetik sistemlərin və texniki
qurğuların parametrləri tələb olunan qiymətdə sabit saxlanılır, ya da müəyyən
qanunauyğunluqlarla idarə olunur. Şəkil 1.1-də ümumi halda AİS-nin blok sxemi
verilmişdir.
İcraedici qurğunun (şəkil 1.2. ) girişinə həm xaricdən təsir edən F(t) siqnalı həm də
giriş X(t) həm də Yə(t) siqnalları təsir edirlər. Bu qurğunun çıxışındakı siqnal U(t)
obyekti idarə edərək onun çıxışında tələb olunan Y(t) çıxış siqnalını yaradır.
İdarəedici qurğu (şəkil1.2.) həssas elementdən HE, hesablayıcı qurğu HQ və
icraedici qurğu İQ-dən ibarətdir. Həssas element və ölçü qurğusu girişə verilən
X(t), X1(t) və X2(t)
siqnallarını hiss etmək və ölçmək üçündür. Hesablayıcı qurğu HQ idarəedici
qurğunun İEQ müəyyən qaydada yaxud alqoritmlə işləməsini təmin edir. İcraedici
qurğu İQ birbaşa obyekti idarəetmək üçündür. Başqa sözlə onun vəziyyətini
hesablama qurğusunun formalaşdırdığı siqnala U2(t) uyğun idarəetməkdən
ibarətdir.
İdarəetmənin avtomatik tənzimləmə növünün əsas məqsədi prosesi xarakterizə
edən parametrləri sabit saxlamaq və ya müəyyən qanunla dəyişdirməkdən ibarətdir,

17
məsələn: cərəyan sabitləşdiricisi, gərginlik tənzimləyicisi və s. Hər hansı idarəetmə
prosesi informasiyanın işlənməsidir və bu informasiya ya tekst şəklində ya da rəqəm
qrafik şəklində verilir. İnformasiya elektrik, mexaniki və optik siqnallar formasında
əks olunurlar. Obyekti idarə edən idarəedici U(t) siqnalı obyektin çıxışında tələb
olunan Y(t) siqnalının müəyyən qanunla və dəqiqliklə dəyişməsini təmin edir.

X(t) Y(t) U(t)


İEQ İOO

Йя(т
)

Şəkil 1.1. AİS-nin blok sxemi. İEQ – idarəedici qurğu; İOO – idarə olunan obyekt;
F(t) - obyektə və İEQ-ya təsir edən xarici siqnal; X(t) – İEQ-ya təsir edən giriş
siqnalı; Y(t) və Yə(t) – çıxış və əksəlaqə siqnalları.

Х1(t)

Х(t) У1(t) У2(t) У(t)


HE HQ İQ

Х2(t)

İEQ

Şəkil 1.2. İdarəedici qurğunun blok sxemi; HE – həsas element; HQ – hesablayıcı


qurğu; İQ – icraedici qurğu

AİS-lər statik və astatik AİS-lərə bölünürlər. Statik AİS-in aşağıdakı


xüsusiyyətləri mövcuddur.

18
1) Sistemin müvazinəti tənzim olunan Y(t) parametrlərinin müxtəlif qiymətlərində
olur.
2) Tənzim olunan Y(t)-in hər bir qiymətinə tənzimləyici orqanın bir vəziyyəti uyğun
gəlir.
Astatik AİS-in xüsusiyyətləri:
1) Sistemin müvazinəti tənzim olunan Y(t) parametrinin ancaq bir qiymətinə
uyğundur. Bu qiymət Y(t) əvvəlcədən məlumdur, yəni verilir.
2) Tənzim olunan parametrin Y(t) qiymətinə tənzimləyici orqanın müxtəlif
vəziyyətlərində olur.
Statik tənzimləmədə tənzimləyici parametrin qiyməti birmənalı tənzimlənən
parametrin verilmiş qiymətindən fərqlənməsi ilə əlaqədardır. Buradan aydın olur ki,
tələb olunan tənzimləyici parametrin yaranması üçün tənzimlənən parametrin olması
vacibdir. Yüklərin müxtəlif qiymətləri üçün sistemin müvazinəti tənzim olunan
parametrin əvvəlcədən verilmiş diapazonundakı müxtəlif qiymətlərində olur.
Nümunə üçün şəkil 1.3,a-da statik tənzimləmə sisteminin sxemi verilmişdir.
Generatorun 3 tələb olunan təsirlənməsi gücləndiricinin 2 giriş siqnalının
dəyişməsinə əsaslanmışdır. Bu siqal öz növbəsində generatorun çıxışındakı
tənzimlənən gərginliyin Ug verilmiş qiymətindən Uq0 məlum U qədər fərqlənməsinə
müntənasibdir. Aydındır ki, generatora xarici təsir artdıqca U fərqi də artır (Şəkil
1.3,b).
Şəkil 1.4-də astatik sistemin sxemi verilmişdir. Bu sistemdə xarici təsirdən
(yükdən Iy) generatorun 5 çıxışındakı gərginlik Ug dəyişilir və onun verilmiş qiyməti
ilə Uver və faktiki qiyməti arasında U fərqi gücləndiricinin 2 girişinə verilir.
Bu fərq mühərrikin 3 lövbər dolağına verilir. Siqnalın U işarəsindən asılı
olaraq icraedici mühərrikin fırlanma istiqaməti dəyişilərək reostatın 1 dəstəyini
sürüşdürür (yuxarı yaxud aşağı). Nəticədə generatorun 5 təsirlənmə cərəyanı tələb
olunan istiqamətdə dəyişilir. Tələb olunan çıxışdakı gərginliyin Ug qiyməti alınan
qədər mühərrikin lövbəri fırlanır və generatorun təsirlənmə cərəyanını dəyişdirir.
Generatorun çıxışındakı gərginlik Ug=Uver olanda U=0 olur və mühərrik dayanır.

19
Ыт 3

ТД Г Уг

ин

У
к

ма

Уэ
У
2
ин

Ы
У
к

ма

Ы Ы

1
й

Увер

a) b)
Şəkil 1.3. Statik tənzimləmə. a – statik tənzimləmə sisteminin sxemi, 1-reostat; 2-
gücləndirici; 3- generator; b- sabit cərəyan generatorunun gərginliyinin statik
tənzimlənmə xarakteristikası;
ЫЫ
мак й

3 ТД
5
4 Г Уг
Ы
ми

н
Уэ

0
вер
У

Увер 2

1 У

a) b)

20
Şəkil 1.4. Astatik tənzimləmə. a – astatik tənzimləmə sisteminin sxemi, 1-reostat;
2-gücləndirici; 3- köməkçi mühərrik; 4 –tənzimləyici reostat; 5-generator; b-
tənzimləmə xarakteristikası.

Mövzu 4. Avtomatik idarəetmənin prinsipləri


Elektrik aparatlarının müxtəlif növləri müxtəlif avtomatik idarə sistemlərində
istifadə olunurlar. Onların iştirak etdikləri avtomatik idarəetmə sistemləri (AİS)
aşağıdakı prinsiplərə əsaslanmışdır:
1. Meyl etmə və yaxud əks əlaqə prinsipi
2. Təsirlənməyə (yaxud həyacanlanmaya) əsaslanmış idarəetmə prinsipi.
3. Kombinasiyalı prinsip
4. Adaptasiya prinsipi.
AİS-lərdə idarəedici siqnal müəyyən informasiyaya əsaslanmışdır. İdarəetmə
prinsipi həm işçi informasiyanın həm də onun keçdiyi dövrənin konfiqurasiyası yəni
strukturası ilə müəyyən olunur. AİS-lərin təyinatından asılı olaraq giriş siqnalının
xarakteri və dəyişmə intervalı müəyyən olunur. Odurki, belə AİS-lərində istifadə
olunan elektrik aparatları (EA) bu siqnala uyğun seçilirlər. Əsas etibarı ilə AİS-lərdə
aşağıdakı EA-nın növləri geniş istifadə olunurlar: elektromaqnitlər, relelər,
kontaktorlar, maqnit işəburaxıcıları, vericilər, açarlar, çevirgəclər, avtomatlar,
gücləndiricilər, sabitləşdiricilər, tənzimləyicilər və s. Bu aparatların həm kontaktlı
həm də kontaktsız növlərindən AİS-lərdə istifadə olunur. Bütün hallarda aparatların
xarakteristikaları AİS-lərdə iştirak edən başqa elementlərin xarakteristikaları ilə
uzlaşdırılır. Məsələn elektromaqnitlərin mexaniki və dartma xarakteristikaları,
relelərin və vericilərin giriş və çıxış siqnalları və s. Sxemdə iştirak edən işçi
mexanizmlərin giriş-çıxış xarakteristikaları ilə uzlaşdırılır.
Meyletmə prinsipi əsasında qurulan AİS-nin xarakterik cəhəti onlarda əks
əlaqənin olmasıdır (şəkil 1.5).
21
Əgər AİS-lərdə idarəetmə siqnalı U(t) idarə olunan kəmiyyətin X(t) haqqında
verilən informasiya əsasında əldə olunarsa onda idarə olunan kəmiyyətin tələb olunan
X0(t) qiyməti idarəetmə nəticəsində saxlanılır. Başqa sözlə X(t) idarə olunan qiymət
X0(t) nominal qiymətdən kənara çıxdıqda idarəedici U(t) siqnalı bu fərqi hiss edərək
onu minimuma endirir. Yəni AİS bu meyl etməyə həssas olaraq işləyir. Bu prinsipi
həyata keçirsək üçün idarəedici qurğuda X(t) və X0(t) qiymətlərinin fərqi müqayisə
nəticəsində nəzərdə tutulur.

Ф(т)
1 2
Х(т) Х(т) У(т) Й(т)
Й ИОО
3
Йя(т)

ИЕГ

Şəkil 1.5. Əks əlaqə prinsipinə dair sxem.


Şəkil 1.5-də işarə olunmuşdur: X(t) və Y(t) giriş və çıxış siqnalları; Y ə(t) – əks
əlaqə siqnalı; X(t)-siqnalların fərqi; F(t)-təsirlənmə siqnalı; U(t)-İO giriş siqnalı; 1-
müqayisə elementi; 2- qəbuledici qurğu; 3- idarə olunan obyekt; İEQ-idarəedici
qurğu.
İdarə olunan obyektin İOO-nin girişinə verilən siqnal U(t) idarəetmə
qurğusunun İEQ vasitəsi ilə formalaşır. Bu qurğu müqayisə elementindən 1 və
müqayisə elementinin çıxış siqnalından qidalanan qəbuledici qurğudan ibarətdir.
Müqayisə elementinin çıxışındakı siqnal X(t) iki siqnalın fərqindən ibarətdir
X(t)=X(t)-Yə(t)
Əks əlaqə siqnalı Yə(t) obyektin çıxışından müqayisə elementinə verilir.
Obyektin çıxışındakı siqnal Y(t)həmişə hər hansı Y0(t) siqnalı ilə müqayisə
olunur.
Y(t)=Y(t)-Y0(t)
Bu fərq Y(t) siqnalı ilə tənzim olunur. Beləki, obyektin girişinə verilən siqnal X(t)
artımı ilə təyin olunur. Odur ki,

22
U=f(X)
funksional asılılığı obyektin girişinə verilən siqnal kimi müəyyən olunur.
Təsirlənmə prinsipi (şəkil 1.6) çox vaxt kompensasiya prinsipi də adlanır. Bu
halda xarici F(t) təsiri bir neçə qurğu vasitəs ilə Y 1 və Y2 həyata keçirilir. Bu
qurğular idarəetmə bloku İEB təşeil edir. İEB-nun çıxışındakı siqnal U(t) həmin
sistemə daxil olan təsiredici F(t) və X(t) siqnallarından asılıdır.
Yəni
U(t)=f(F(t), X(t))
Burada işarə olunmuşdur: F(t) və X(t) idarəetmə blokuna (İEB) təsir edən
xarici siqnallardır. Xarici siqnal F(t) həm də idarə olunan obyektə (İOO) təsir edir.
İOO-in çıxışındakı siqnal Y(t) İEB-nun formalaşdırdığı çıxış siqnalı U(t) həmin
obyektə təsir edən xarici F(t) siqnalının kompensasiyası nəticəsində tələb olunan
qiyməti alır.
Proqramla idarə olunan AİS-in prinsipial sxemi şəkil 1.7-də verilmişdir.
Burada işarə olunmuşdur: İEQ- idarəetmə qurğusu; İOO-idarə olunan obyekt;
X(t) –idarəetmə qurğusunun girişinə verilən proqramlaşmış siqnal; U(t) – İEQ-nun
formalaşdırdığı və İOO-ə verilən təsiredici siqnal; Y(t)-İOO-dən alınan və tələb
olunan çıxış siqnalı.
Şəkil 1.8-dən göründüyü kimi kombinasiyalı idarəetmə prinsipi meyletmə və
təsirlənmə prinsiplərinin eyni vaxtda iştirakına əsaslanmışdır. Yüksək dəqiqlikli AİS-
lər bu prinsipə əsaslanmışlar.
Burada işarə olunmuşdur: MEE-müqayisə etmə elementi: Y 1və Y2- idarəetmə
blokunun qurğuları; İEB- idarəetmə bloku; İOO- idarə olunan obyekt: U(t) və F(t) –
obyektə təsir edən siqnal: Yəə(t) və X(t)- MEE-ə təsir edən əks əlaqə siqnalı.
İdarəedici və tənzimləyici siqnallar
Hər hansı bir idarəetmə prosesi informasiyanın siqnal şəklində ötürülməsindən
ibarətdir. AİS-lərin dinamiki proseslərinin təhlilində idarəedici və təsiredici siqnallar
adətən bir neçə tipik siqnallar kimi qəbul olunmuşdur (şəkil 1.9).

Й123
О

Şəkil 1.6. Təsirlənmə prinsipi

Х( ИЕ У( ИО Й(
т) Г т) О т)

Şəkil 1.7. Proqramla idarə olunma prinsipi

ИЕБ Й1
Ф(т)
МЕЕ
Й(т)
Й2 ИОО
Х(т) У(т)

Йяя(т)

Şəkil 1.8. Kombinasiyalı idarə olunma prinsipi

l. Pilləvari və ya vahid təsir edici siqna. Vahid təsir edici siqnalın


xarakteristikası şəkil 1.9, a-da verilmişdir. Bu siqnal üçün aşağıdakı ifadələr verilir:

g(t)=¿ {t <0 olduqda 0¿¿¿¿


Belə təsir edici siqnallar elektromaqnitlərdə lövbərin hərəkətə başlama anında,
elektrik mühərriklərinin bucaq sürətinin dəyişməsi zamanı, elektrik sistemlərində
yükün qəflətən itməsi və yaranması hallarında və s. baş verir.

24
2. İmpuls funksiyası . Belə bir təsir edici siqnal  elektromaqnitlərdə
lövbərin qəflətən mexaniki yükün təsirinə məruz qalması zamanı ıə yaxud elektrik
mühərrikinin valındakı mexanizmin momentinin qəflətən dəyişməsi zamanı baş verir.
Şəkil 1.9,b-də  funksiyasının qrafiki verilmişdir.
3. Sabit sürət və təcilə malik olan siqnal. Bu siqnalların qrafikləri şəkil 1.9,
v-də verilmişdir.
4. Eksponensial siqnal. Bu siqnalın qrafiki şəkil 1.9, q-də verilmişdir. Belə
siqnallar üçün yazmaq olar:
g=gq(1-e-t/T)
5. Harmonik siqnal. Belə siqnallar elektrotexnikada geniş istifadə olunur
(şəkil 1.9, d)
э
1

g(t)=gmsint
g(t)=gmçost
э(т)
т
0

a) b)
э
э
в=ъонст эг
т

а=ъонст

т
т
v) q)
э э

эм

т 25 т
-эм
d) e)

Şəkil 1.9. Siqnalların növləri və qrafikləri. a –vahid təsiredici siqnal; b) beta siqnalı;
v) sabit sürət və təcil siqnalları; q- eksponensial siqnal; d- harmonik siqnal; e -
pilləvari periodik siqnal

6. Pilləvari periodik siqal. Bu siqnallar həm AİS-lərdə həm də mexaniki


sistemlərdə geniş istifadə olunurlar.
7. Üstlü funksiya şəklində verilən siqnallar.
g(t)=ktn n=1,2,3…….
Ümumiyyətlə siqnallar determinantla və təsadüfü olurlar. Hər iki siqnal növü diskret
və analoq tiplərə ayrılırlar.
Keçid xarakteristikaları
AİS-lərin dinamiki xassələrini qiymətləndirmək üçün onun differensial
tənliklərini həll etmək və alınan nəticələri təhlil etmək lazımdır. Ancaq müxtəlif giriş
siqnalları üçün eyni differensial tənliklərin həlli müxtəlif olduğundan əvvəlcədən
giriş təsiredici siqnalın növünü düzgün seçmək lazımdır. Yəni siqnalın elə forması
seçilir ki, differensial tənliklərin həlli mürəkkəbləşməsin və bu AİS-in daha ağır iş
rejiminə uyğun gəlsin. Bu məqsədlə vahid pilləvari funksiya və vahid impuls (şəkil
1.9) funksiyasından istifadə olunur. Odur ki, AİS-lərin dinamiki xarakteristikalarını
qiymətləndirmək üçün keçid funksiyalarından istifadə olunur. Keçid funksiyası AİS-
in vahid sıçrayışavə impuls keçid funksiyasına olan reaksiyasını göstərir. Keçid və
impuls funksiyalarının differensial tənlikləri sıfır başlanğıc şərtləri üçün iki halda
istifadə olunurlar: giriş kəmiyyəti vahid sıçrayışdır və giriş kəmiyyəti vahid
impulsdur.
AİS-ləri tədqiq etmək məqsədi ilə onu təşkil edən elementlər dinamiki
xassələrinə görə bölünürlər. Nəticədə müxtəlif iş prinsipinə əsaslanmış elementlər
eyni tipli differensial tənliklərlə xarakterizə olunurlar. Belə elementlər elementar və
26
yaxud tipik dinamik manqalar adlanırlar. Tipik dinamik manqalar üçün differensial
tənliklər, keçid və tezlik xarakteristikaları geniş istifadə olunur.
Tezlik xarakteristikaları manqanın girişinə harmonik təsiredici siqnallar
verildikdə onun çıxışındakı məcburi rəqslərin qərarlaşmış halını təmin edir. Adətən
amplituda-tezlik və faza-tezlik xarakteristikalarından istifadə olunur. Amplitud-tezlik
xarakteristikalarının köməyi ilə qurğunun hansı rejimdə işləyə biləcəyi müəyyən
olunur.

Mövzu 5. Mayenin səviyyəsinə nəzarət edən AİS və onun funksional sxemi.


AİS müxtəlif fiziki prinsiplərə əsaslanmış və qarışılıqlı əlaqədə olan texniki
qurğulardan təşkil olunur. Məsələn, elektrik, mexaniki, optik, akustik və s.
qurğuların qarşılıqlı əlaqələrindən və işindən ibarətdir. AİS-in işinin təhlilini,
hesabatını və işlənməsini asanlaşdırmaq üçün onları funksional sxemlər və qrafiklər
şəklində təsvir edirlər. Funksional sxemdə texniki qurğuların qarşılıqlı təsiri əks
olunurlar məsələn şəkil 1.10-da mayenin səviyyəsinə nəzarət edən AİS və funksional
sxemi verilmişdir. Mayenin səviyyəsinə H nəzarət edən AİS-lərdə müxtəlif elektrik
aparatları iştirak edirlər: elektromaqnit vericisi, gücləndiricisi, elektromaqnit relesi,
elektromaqnit klapanı. Tutaq ki, mayenin səviyyəsi H yaxud çıxış siqnalı Y(t) tələb
olunan H qiymətinə bərabərdir. Bu halda klapan bağlıdır, yəni onun tənzimləyici
orqanı aşağı vəziyyətdədir. Buna səbəb vericinin hərəkət edən hissəsi onun
dolaqları ilə simmetrik vəziyyətdədir, çıxışdakı gərginlik U2=0 və releyə verilən
gərginliyin UR relenin işləmə gərginliyindən çox kiçik olmasıdır. Relenin kontaktları
bu vəziyyətdə açıqdır və elektromaqnit klapanına gərginlik verilmir. Çəndəki
(obyektdəki) maye istifadə olunduqca mayenin səviyyəsi, aşağı enir və üzgəc (həssas
element) aşağı enməyə başlayır. Mayenin səviyyəsi H=H min olanda U2 vəUR
gərginlikləri relenin yenidən işləməsinə səbəb olur. Nəticədə elektromaqnit klapanına
gərginlik verili rvə onun klapanı yuxarı dartılır çənə axan maye axınının qarşısı açılır.
Sabit cərəyan generatorunun gərginliyini tənzimləyən statik və astatik AİS-lər

27
Statik avtomatik idarəetmə sistemlərində avtomatik tənzimləyicilər istifadə
olunurlar. Bu sistemlərdə çıxış parametri Y(t) qərarlaşmış qiyməti ilə tənzimləyicinin
işçi orqanının vəziyyəti arasında monoton yəni fasiləsiz əlaqə yaradılır. Statik
tənzimləyicilərdə qərarlaşmış rejimdə tənzimlənən parametrin qiyməti xarici
təsirlərdən (yükdən) asılıdır. Yük dəyişən olduqda tənzimləyici tənzimlənən
parametrin Y(t)-nin nominal qiymətini sabit saxlaya bilmir. Məsələn sabit cərəyan
generatorunun çıxışındakı gərginlik Ug nominal qiymətdən həmişə fərqlənir (şəkil
1.11). Gərginliyin mütləq statik xətası yüksüz fərqi ilə müəyyən olunur
Umin=U2 , Umin=U1 ,
Uy=Ug0 - Umin .

4) эцълян- 5) реле
3) дириъи
вериъи

~У1 У2 Э
УР

2) цзэяъ + -
У
Щ

Q 6)
Q
електромагнит
1) майе чяни клапаны
a)

У2 УР У
Г ЕР

вериъ 4 5
3
и
цзэяъ 2
1 6
Щ Г
ИОО ЕК

b)

Şəkil 1.10. Mayenin səviyyəsinə H nəzarət edən AİS (a) və onun funksional sxemi.
1-İOO –maye çəni; 2- Həssas element; 3- Ölçü qurğusu – verici; 4-Gərginlik

28
çeviricisi –gücləndirici; 5-Elektromaqnit çevirici – elektromaqnit relesi; 6-İcraedici
qurğu – elektromaqnit klapanı.

Statik AİS-lərdə tənzim olunan parametrin hər bir qiymətinə tənzimləyici


orqanın reostatın R yalnız bir vəziyyəti uyğun gəlir. Onun müvazinətini tənzimlənən
parametrin müxtəlif qiymətlərində təmin etmək olar. Elektromaqnitin iştirakı ilə sabit
cərəyan generatorunun çıxışındakı gərginliyin AİS-nin sxeminə baxaq. Burada
generatorun çıxışındakı gərginlik elektromaqnit dolağına verili rvə onun yaratdığı
elektromaqnit qüvvəsi lövbər vasitəsi ilə reostatın dəstəyini hərəkətə gətirir. Nəticədə
generatorun təsirlənmə dolağının cərəyanı dəyişir və çıxışdakı gərginlik U g
tənzimlənir. Burada elektromaqnit həssas element rolunu oynayır. Onun yayı verici
mexanizm kimi iştirak edərək cərəyanın qiymətini sistemə verir. Tənzimləyici
rolunda elektromaqnit, yay, mexaniki qol və reostat birlikdə təşkil edirlər.
Astatik AİS-lərdə astatik tənzimləyicilər istifadə olunurlar. Belə sistemlərdə
tənzim olunan parametrlərlə tənzimləyici oqranın vəziyyəti arasında əlaqə bir başa,
daimi əlaqə deyil. Yəni burada belə bir əlaqə yoxdur. Astatik tənzimləyicilərdə
tənzim olunan parametrin həqiqi qiyməti onun verilən qiymətinə bərabər olduqda tam
müvazinət yaranır. Astatik tənzimləyicilərdə İOO-ə təsir edən xarici qüvvədən
tənzimlənən parametr asılı deyil. Astatik AİS-lərdə: 1. tənzimləmə prosesinin
sonunda tənzimləyici orqan tənzimlənən parametrin bütün mümkün qiymətlərində
istənilən vəziyyətdə ola bilər; 2. Sistemin müvazinəti ancaq tənzimlənən parametrin
verilən qiymətinə bərabər olduqda mümkündür. Şəkil 1.12 və şəkil 1.13-də astatik
AİS-lərə məxsus olan sxemlər verilmişdir.
Generatorun çıxışındakı gərginlik proqramla idarəetmə və kompensasiya
prinsipləri ilə aparıla bilər.
Proqramla idarəetmə prinsipinə baxaq (şəkil 1.14).
Generatorun çıxışındakı gərginlik Ug yük cərəyanından Iy, yükdən Ry və
generatorun e.h.q.-dən E asılıdır:
Ug=E-IyRy=k1It-IyRy
Burada E=kiIt, It-təsirlənmə cərəyanı; k1 – əmsaldır.
29
Təsirlənmə cərəyanı
It=k2Ui
Beləliklə çıxışdakı gərginlik bir sıra parametrlərdən asılıdır:
Ug=k1k2Ui -IyRy
Yuxarıda vernilmiş ifadələrdən görünür ki, təsirlənmə cərəyanını It yaxud təsirlənmə
dolağına verilən gərginliyi Ui proqram əsasında dəyişməklə çıxışdakı gərginliyi
tənzim etmək mümkündür.

+
Ут ТД Ый Уэ
-
Уэ0
Уэ
Э Рй У2
Р Уэ 2
Фе У1
1

Уэ Ый

ФМ a) b)

Şəkil 1.11. Generatorun çıxışındakı gərginliyin tənzimi üçün statik AİS-nin sxemi
(a) və generatorun xarakteristikası (b) 1- tənzimləyici olmayandan; 2-tənzimləyici
olanda.
+ Ый
Ут ТД
Э Рй
-
Р

Уэ
+
+ У
У М Р
- -

Фе +
У
- э
ПМ 30
Şəkil 1.12. Elektromaqnit və mühərrikin iştirakı ilə astatik AİS-in sxemi (generatorun
çıxış gərginliyinin tənzimi)
+ -

М К

Г
щ
Şəkil 1.13. Mayenin səviyyəsinə nəzarət edən astatik AİS-in sxemi (mühərrikin
iştirakı ilə)
Gərginliyin kompensasiya prinsipi ilə tənzimi (şəkil 1.15) generatorun fırlanma
tezliyinin n mərkəzdənqaçma mexanizminin köməyi əsasında aparılmasından
ibarətdir. Mərkəzdənqaçma mexanizmi (MM) təsirlənmə dolağına qoşulmuş
reostatlar mexaniki əlaqələndirilir və reostatın R dəstəyini hərəkətə gətirir. Nəticədə
tezlik n azalanda təsirlənmə cərəyanı It reostatla R artırılır (və əksinə).

-
М Э Уэ Рй

+ Ый

Ыт

+ Уи -

Şəkil 1.14. Gərginliyin proqram əsasında tənzimi

Ый
- н, Рй

М Э Уэ Рй Уи
Э Уэ
+ 31

ММ
Уи
+ -

Şəkil 1.15. Generatorun çıxışındakı gərginliyin kompensasiya prinsipi əsasında


tənzimi.

Elektrik sobasının temperaturuna nəzarət edən AİS.


Elektrik sobalasının temperaturuna nəzarət edən AİS-in prinsipial sxemləri
şəkil 1.16-da verilmişdir. Bu sxemdə sobanın 1 qızdırıcısı avtotransformatordan 2
qidalanır. Ona verilən gərginlik avtotransformatorun dəstəyi 3 ilə tənzim olunur. Bu
məqsədlə dəstək 3 elektromaqnit lövbər ilə mexaniki birləşdirilmişdir.
Elektromaqnitin dolağına verilən gərginlik lövbərin vəziyyətini dəyişərək
avtotransformatorun dəstəyini hərəkətə gətirir və sobanın qızdırıcısına verilən
gərginliyi tələb olunan qaydada tənzimləyir. Sobanın temperaturu termocüt 7 vasitəsi
ilə ölçülür və elektron gücləndirici 8 ilə gücləndirilərək ölçü qurğusuna 6 verilir. Ölçü
qurğusu R1, R2 və R müqavimətlərindən təşkil olunmuşdur. Bu qurğunun girişinə U d
gərginliyi verilir. Ud gərginliyi ilə gücləndiricinin çıxışındakı gərginlik U g tam
müqavimətdə olanda R müqavimətindəki gərginlik qurğusu U sıfra bərabər olur
U=0. Sobadakı temperatur nominal qiymətindən fərqlənəndə gücləndiricinin
çıxışındakı Ug dəyişilərək dayaq gərginliyinə Ud nisbətən fərqlənir və R
müqavimətində U gərginlik düşgüsü yoxdur. Bu gərginlik elektromaqnitin
lövbərini hərəkətə gətirərək avtotransformatorun dəyişməsinin 3 vəziyyətini
dəyişdirir və qızdırıcıya verilən gərginlik nominal qiymətinə çatdırılır. Sobadakı
gərginlik tələb olunan qiymətini alır. Bu sxemdə elektromaqnitin yayı verici rolunu
yəni onun yaratdığı mexaniki gücə Pmex müqayisə elementinin girişinə təsir edən
32
siqnal rolunu oynayır. Müqayisə elementi burada lövbər təşkil edir. Lövbərə həm də
elektromaqnit qüvvəsi Fe təsir edir. Nəticədə
Fe-Pmex=F
qurğusu əmələ gəlir və lövbərə təsir edərək avtotransformatorun dəstəyini hərəkətə
gətirir. Beləliklə avtotransformatorun dəstəyi həssas element rolunu oynayır.
Avtotransformator isə icraedici qurğunun funksiyasını yerinə yetirir. Onun
çıxışındakı gərginlik Uq obyektin 1 (elektrik sobasına) işçi orqanına yəni qızdırıcısına
verilir. İdarə olunan obyekt 1 həm xarici mühitin temperaturunun təsirindən 0(t) və
həm də işçi orqanının yaratdığı temperaturun s(t)-nin təsirindən təsir altında olur.
Nəticədə elektrik sobasının çıxışındakı  iki temperaturanın təsiri ilə müəyyən
olunur. Başqa sözlə
 =s(t) - 0(t)
Sobadan temperatura haqqında alınan informasiya çevirici qurğuya yəni
elektron gücləndiricisinə 8 verilir. Göründüyü kimi bu informasiya termocütdən alınır
və gücləndirilir. Gücləndiricinin çıxışındakı Uq gərginliyi ölçü qurğusuna 6 verilir.
Ölçü qurğusundan alınan gərginlik U elektromaqniti qidalandırır və onun lövbəri
elektromaqnit qüvvəsi Fe yaradır.

2 ATR-R
1 8
3
~U 7
10 UT >
s

5 +
U
- U 6
4 +
9 R
PM
Ud R1 R2 Ug
-

a)

0(т)

2.АТР-Р
33 10.гыздыр
ПМ Ф Х (т)
ыъы с
вериъ ЩЕ ИЕГ ИО ИОО
и
йай 4 3.дястяк 1.соба
Фе
ЕЧ ЮГ2 ЧГ ЮГ1
5.Електромагни 6.Юлчц 8.эцъляндириъи7.термоъцт
т схеми

b)
Şəkil 1.16. Elektrik sobasının temperaturuna nəzarət edən
AİS-in sxemi (a) və funksional sxemi (b)

Detalların ölçülərinə nəzarət edən açıq və qapalı AİS-lər


Şəkil 1.17-də metal emal edən dəzgahlarda detalların hazırlanmasına nəzarət
edən açıq və qapalı avtomatik sistemlərin struktur sxemləri verilmişdir.
Ölçü cihazının çıxış ucu detalın təsirindən həssas elementi yerdəyişməyə (d)
məruz qalır. Burada d detalın diametridir. Həsas elementin çıxışında yerdəyişməyə
muntənasib olan gərginlik (U1) yaranır:
U1=k1d
k1 –həssas elementin ötürmə əmsalıdır (yaxud həssaslıqdır).
Böyük güclənmə əmsalına (k2) malik olan elektron gücləndiricisi 2 U1
siqnalını U2-yə qədər yüksəldir, yəni
U2=k2U1
U2 gərginliyi impuls çeviricisinin 3 iştirakı ilə addımlayıcı mühərrikin 3 indikatoruna
verilir, nəticədə hazırlanacaq detalın diametrinə d uyğun olaraq mühərrikin addımlar
sayı alınır
di=k3U2
k3 – impuls çeviricinin və addımlayıcı mühərrikin indikatorunun ötürmə əmsalıdır.
Sayğacın indikatorunda mikromillimetrlə ifadə olunan şkalada rəqəmlərlə
verilmiş di ölçüsünü almaq olur
34
di=k4di
k4 – sayğacın ötürmə əmsalıdır.
U1, U2 və di parametrlərini verilmiş riyazm ifadələrdən yox edək, onda
di=k1k2k3k4d
(di=k4di=k4k3U2= k4k3k2U1= k4k3k2k1d.)
Tutaq ki, k1=0,0001 B/mm; k2=10000; k3=1; k4=1, onda
di=1d
Tutaq ki, elektron gucləndiricisinin güclənmə əmsalı 10 % azalıb, onda k2=9000 və
di=0,9d
Onda diametrin ötürmə xətası
d−0,9 d 1−0,9
δ= ⋅100 %= ⋅100 %=10 %
d 1
Beləliklə açıq avtomatik sistemin xətası elektron gücləndiricisinin güclənmə
əmsalının 10% azalması nəticəsində 10% oldu. Bu böyük xətadır, odur qapalı
avtomatik nəzarət sistemlərindən istifadə olunar (şəkil 1.17,b).
Bu halda ölçmə xətası
=d-di
d-detalın diametri; di- addımlayıcı mühərrikin çıxışındakı detalın ölçüsüdür.
Bu sxem üçün
U1=k1; U2=k2U1; U3=k3U2; di=k4di
di
=d−d 'i
k1 k2 k3

Əgər nəzərə alsaq ki, di=k4di, onda


k1 k 2 k3 k 4
d i= d
1+k 1 k 2 k 3 .
Tutaq ki, k1=0,1 B/mm; k2=10000; k3=1 mm/B; k4=1.
Bu halda
di=0,99900099d.
Əgər k2-ni 9000-ə qədər azaltsaq, onda di=0,99889012d.

35
д У1 У2 ди ди
1 2 3 4

a)

д У1 У2 ди ди
1 2 3 4

b)
Şəkil 1.17 Metal emal edən dəzgahlarda detalın ölçüsünə nəzarət edən açıq (a) və
qapalı (b) AİS-lərinin struktur sxemləri.

Gücləndiricinin güclənmə əmsalının 10% azaldılması nəticəsində nisbi xəta


0, 99900099−0 , 99889012
δ= ⋅100 %=0 , 01%
0 , 99900099 .
Baxdığımız halda qapalı AİS-in ölçmə dəqiqliyi 1000 dəfə artdı (açıq AİS-ə
nisbətən).
Solenoid elektromaqnitlərin iştirakı ilə qurulmuş açıq, qapalı və kombinasiyalı
avtomatik tənzimlənmə sistemlərinin müqayisəsi.
Hər üç sistem verilmiş siqnalın distansiondan ötürülməsi üçündür. Açıq
sistemdə (şəkil 1.18, a) reostatın dəstəyinin 1 X qədər yerdəyişməsi nəticəsində
elektron gücləndiricisinin 2 girişində U1 gərginliyi yaranır. Gücləndirilmiş gərginlik
U1 generatorun təsirlənmə dolağında 3 cərəyan i t yaradır. Generator 4 elektrik
mühərriki 5 ilə fırlanma hərəkətinə gətirilir və cərəyanı iq qiymətinə çatdırır.
Generatorun 4 gərginliyi U solenoid elektromaqnitinin 6 dolağına verilir, nəticədə
elektromaqnitin lovbəri yuxarıya dartılır və elektromaqnit qüvvəsi Fe yayın mexaniki
qüvvəsinə PM bərabər olanda müvazinətdə qalır. Reostatın 7 dəstəyi X 2 qədər yerini
dəyişir. Bu yerdəyişməni ya xətkeşlə 8 ölçmək olar ya da çıxışdakı U 2 gərginliyi
ölçməklə müəyyən etmək olar. Ölçmələr nəticəsində X2=f(U2) asılılığı qurulur.
Göründüyü kimi açıq sistemin dəqiqliyi onun elementlərinin stabilliyi ilə təyin
olunur və X2=f(U2) asılılığının düzgün müəyyən olunmasından asılıdır. Tutaq ki,
baxılan sistem X2 və X1 siqnalları arasında xətti asılılığı təmin edir:
X2=krkgückgenks, (1.1)
36
burada kr, kgüc, kgen, ks –reostatın, gücləndiricinin, generatorun və solenoidin
güclənmə əmsalıdır.
Əgər kr=0,001 V/sm; kgüc=1000 V/sm; kgen=1,0 V/sm və ks=1,0 V/sm olarsa
X2=1,0X1 (1.2)
alınar.
Tutaq ki, elektron gücləndiricisinin istismarında güclənmə əmsalı k güc 10 %
azalmış və 900 olmuşdur. Onda
X2=0,9X1 (1.3)
alınır. Deməli sistemin X1 gedişinin ötürülmə dəqiqliyi 10% azalmışdır. Odur ki, açıq
sistem yüksək dəqiqliyə malik deyil.
Qapalı sistemdə (şəkil 1.18, b) siqnal çıxışdakı reostatdan 7 elektron
gücləndiricisinin 2 girişinə verili rvə nəticədə gücləndiricinin girişindəki gərginlik
Ugir. və Uçıx. gərginliklərinin fərqi kimi təyin olunur
Ug=Ugir. - Uçıx. (1.4)
Onda (1.1) və (1.4) düsturlarına əsasən yazmaq olar
k r k güc k gen k s
X 2= ⋅X
1+k 2 k güc k gen k s 1 (1.5)
Burada k2 – əks əlaqədə iştirak edən reostatın 7 güclənmə əmsalıdır. Tutaq ki,
k2=0,01 V/sm və kr=0,011 V/sm, kgüc=1000 V/sm, onda
X2=1,0X1 (1.6)
Əgər kgüc=900 olarsa, onda kr və k2 – əmsallarının əvvəlki qiymətində
X2=0,99X1 (1.7)
alınar. Deməli, qapalı tənzimlənmə sistemində xəta 1% alınır. Qapalı avtomatik
tənzimlənmə sistemləri idarə etmə qurğularının parametrlərinin dəyişməsinə daha
həssasdırlar. Qapalı sistemlərin girişinə sinusoidal siqnal verildikdə onların dinamiki
xətası təyin olunur:
X=X1-X2
Dinamiki xətanı azaltmaq üçün kombinasiyalı avtomatik tənzimlənmə sistemindən
istifadə edilir (şəkil 1.18, v). Reduktor 9 və taxogenerator 10 açıq sistemi təşkil edir,
qapalı qurğular isə qapalı sistemi yaradırlar. Taxogenerator 10 və onunla bağlı olan
37
korreksiyaedici dövrə çıxış siqnalının X2 fazaca geri qalmasını kompensasiya edir.
Bu halda X0.

a)

b)

v)
Şəkil 1.18. Açıq (a), qapalı (b) və kombinasiyalı (v) avtomatik
tənzimlənmə sistemlərinin solenoid elektromaqnitin
iştirakı ilə işləmə prinsiplərinin sxemləri.

38
Mövzu 6. Relelərin tətbiqi sahələri, təyinatları və növləri
Relelər avtomatikada, elektrik intiqalında, elektrik sistem və şəbəkələrində
geniş istifadə olunur. Onlar avtomatik idarəetmədə məntiqi və ölçmə, elektrik
intiqalında və sistemlərində avadanlıqları mühafizə və idarə etmək funksiyalarını
yerinə yetirirlər. İş rinsiplərinə görə relelər kontaktlı və kontaktsız qruplarına
ayrılırlar. Kontaktlı relelərdə çıxış siqnalı kontaktlarının açılıb və bağlı olmasından
asılı olaraq 0 və maksimum qiymət alır. Kontaktsız relelərdə isə bu siqnal relenin
çıxış dövrəsinin elektrik müqavimətinin 0 və maksimum qiymətinin alınmasından
asılıdır. Releləri elektrik və qeyri-elektrik tipli relelərə də ayrılırlar. Elektrik
relelərinə elektromaqnit cərəyan və gərginlik releləri, induksion və istilik releləri,
yarımkeçirici relelər, tutum və rezistor relelər, maqnitoelektrik relelər, qeyri-elektrik
kəmiyyət releləri və s. aiddir. Məsələn: hidravlik, kimyəvi, pnevmatik, optik və s.
aiddir. Elektromaqnit releləri daha geniş yayılmışdır. Məsələn, elektromaqnit cərəyan
və gərginlik releləri, hermetik kontaktlı cərəyan və gərginlik releləri, polyarizə
olunmuş və zaman releləri demək olar ki, elektrik sistemləri və şəbəkələrində,
rabitədə, avtomatikada və ölçmə texnikasında mühüm yer tuturlar. Beləki, bu
relelərin çıxış gücü nisbətən böyükdür, çıxışlarının sayı çoxdur, kifayət qədər
həssaslığa malikdirlər və əsas parametrləri asanlıqla tənzim olunurlar (işləmə müddəti
və cərəyanı və s.).
Elektromaqnit relelər maksimal və mininmal cərəyan (və ya gərginlik)
relelərinə bölünürlər.
Maksimal relelər giriş siqnalının artmasına, minimal relelər isə giriş siqnalının
azalmasına həssas olurlar. Birinci halda rele işə düşür, ikinci halda isə o açılır.
39
Zaman, göstəriş və aralıq releləri köməkçi relelər adlanırlar. Zaman releləri
işlədicilərin işə qoşulmasında və işdən açılmasında fasilə yaratmaq üçündür. Göstəriş
releləri mühafizənin təsirini siqnal şəklində, yaxud əyani göstərmək üçün işlədilir.
Aralıq releləri əsas relenin təsirini açarların açılmasına ötürmək üçündür, yaxud
müxtəlif elementlər arasında qarşılıqlı əlaqə yaratmaq vəzifələrini daşıyırlar. Bu
relelər çox vaxt dolayı yolla təsir edən relelər də adlanırlar. Elektromaqnit aralıq
relelərinin çıxış dövrələri çoxdur və eyni vaxtda bir neçə dövrəni açıb bağlaya
bilirlər.
Əsas relelər birbaşa açarın intiqalına təsir edərək açarı açmaq və ya bağlamaq
üçün işlədilir. Bu relelər birinci və ikinci relelərə ayrılırlar. Birinci relelərin dolaqları
birbaşa mühafizə olunan dövrəyə qoşulur. İkinci relelərin dolaqları isə ölçü
transformatorlarının ikinci dolaqlarına qoşulurlar.
Bütün relelərdə qəbuledici orqan rolunu dolaqlar yerinə yetirir, icraedici
orqanın rolunu isə hərəkət edən hissə görür.
Şəkil 2.1-də cərəyan relesinin sxemdəki təsviri verilmişdir. Burada C- cərəyan
deməkdir. Relenin bir normal açıq və bir normal bağlı kontaktı göstərilmişdir.
Gərginlik relesi G ilə işarə olunmuşdur.
Birinci və ikinci cərəyan relesinin mənbəyə qoşulma sxemləri şəkil 2.2-də
verilmişdir. İkinci cərəyan və gərginlik relelərinin müsbət cəhətləri onların yüksək
gərginlikdən izolyasiya olmaları və mühafizə olunan avadanlıqlardan uzaqda
yerləşmələridir. Bu da onların istismarını asanlaşdırır. Onlar 5 və ya 1A nominal
cərəyana, 100V nominal gərginliyə hazırlanırlar.
Birinci relelərin üstünlükləri onların ölçü transformatorları tələb etməməsi ilə
bağlıdır. Onlar elektrik mühərriklərində kiçik güclü transformatorlarda və 3-6-10kv-
luq şəbəkələrdə tətbiq olunurlar.
Gərginlik relesinin qoşulma sxemi şəkil 2.3-də verilmişdir. O gərginlik
transformatorlarunun çıxışına qoşulur.
1

2
C 3
R
40
4
Şəkil 2.1. Cərəyan relesinin sxemdəki təsviri

A A

C CT
R
C
R

Şəkil 2.2. Birinci (a) və ikinci (b) cərəyan relelərin qoşulma sxemləri

GT
GR

Şəkil 2.3. Gərginlik relesinin qoşulma sxemi

Relelərin parametrləri
Relelər aşağıdakı parametrlərlə xarakterizə olunurlar:
1. Nominal cərəyan. Relenin pasportunda verilmiş cərəyanın qiymətinə onun
nominal cərəyanı deyilir.

41
2. Tərpənmə cərəyanı. Relenin əməliyyat aparması üçün lazım olan cərəyanın ən
kiçik qiymətinə tərpənmə cərəyanı deyilir. Çox vaxt cərəyan işləmə cərəyanı Iiş
adlanır.
3. Qaytarma əmsalı. Rele əməliyyat apardıqdan sonra ~onu öz başlanğıc
vəziyyətinə qaytarmaq üçün, relenin dolağından axan cərəyanı azaltmaq lazımdır.
Rele kontaktlarının öz başlanğıc vəziyyətinə qaytarılması üçün lazım olan
cərəyanın ən böyük qiymətinə qaytarma cərəyanı Iq deyilir (yaxud açılma cərəyanı
Ia).
Qaytarma cərəyanının tərpənmə cərəyanına olan nisbətinə qaytarma əmsalı
deylilir.
Iq Ia
k q= =
IT I is
Minimal gərginlik relelərindən başqa, bütün relelərdə qaytarma əmsalı
vahiddən kiçik olur. Maksimal relelər üçün kq=0,75 ¿ 0,95, minimal relelər üçün
isə kq=1,3 ¿ 1,05.
4. Relenin xarakteristikasının növləri. Relenin təsirlənmə müddətinin cərəyandan
asılılığına onun xarakteristikası deyilir. Maksimal cərəyan releləri aşağıda göstərilən
dörd xarakteristikaya malikdir:
a) ani təsirlənən; b) asılı olan; v) asılı olmayan; c) məhdud asılı olan.
5. Relenin xüsusi müddəti. Ani təsirlənmə xarakteristikasına malik olan relelər
əslində ani təsir göstərmir. Onların təsir müddəti nisbətən kiçikdir; həmin bu kiçik
müddətə relenin xüsusi müddəti deyilir.
Saz relenin xüsusi müddəti 0,05 san –dən artıq olmur.
6. Ətalət qaçışı. Qəza şəraitinin yoxa çıxmasına baxmayaraq, relenin hərəkət edən
hissələrinin öz ətalətlərinə görə əvvəlki istiqamətlərində hərəkət etməkdə davam
etmələrinə relenin ətalət qaçışı deylilir. Bunun nəticəsində relenin kontaktları bağlana
bilər. Relenin ətalət qaçışını mümkün qədər minimal qiymətə gətirmək lazımdır.
Ətalət qaçışı saniyələrlə ölçülür. Hazırda relelərdə bu müddət relelərin işləmə prinsipi
və növündən asılı olaraq t=0,0 ¿ 0,3 san hədlərində dəyişir.

42
7. Relenin qayıtma müddəti. Qəza rejimi qurtardıqdan sonra relenin bütün hərəkətli
orqanlarının öz başlanğıc vəziyyətinə qayıtması üçün lazım olan müddətə relenin
qayıtma müddəti deyilir. Ani təsirlənən relelərdə qayıtma müddəti 0,1 san-dən artıq
olmamalıdır.
8. Tələb olunan güc. Releni bəsləmək üçün müəyyən qədər güc tələb olunur.
Adətən tələb olunan gücün qiyməti volt-amperlərlə (relenin dolağından axan
cərəyanla dolaqda əmələ gələn gərginlik düşgüsünün vurma hasili ilə) ifadə olunur.
Rele dolağının tələb etdiyi güc onun cərəyan və ya gərginliyinin nominal
qiymətlərində verilir.
Dolağın induktivliyini nəzərə aldıqda isə tələb olunan güc vatt (vt) vahidində
verilir.
İkinci tərəf cərəyan relelərində adətən tələb olunan güc onun nominal
cərəyanına nəzərən 0,1 va-a qədər olur.
İkinci tərəf gərginlik relelərində isə tələb olunan güc onun nominal gərginliyinə
nəzərən 1,5 ¿ 3,0 va-a qədər olur.
9. Termiki dayanıqlıq. Qəza zamanı mühafizə olunan sistemdə qoyulmuş relelərin
cərəyan dolağından olduqca böyük qısa qapanma cərəyanı axa bilər ki, bunun da
nəticəsində relenin dolağı öz izolyasiyası üçün qorxulu hal əmələ gələnə qədər qıza
bilər. Beləliklə, dolağın termiki dayanıqlığı, onun izolyasiyasının zədələnməyə
davam gətirə biləcəyi cərəyanla xarakterizə olunur.
Dolağın termiki dayanıqlığını xarakterizə etmək üçün, adətən cərəyanın iki
qiyməti verilir: 1) uzun müddət buraxılan cərəyan; 2) bir saniyə ərzində buraxılan
cərəyan.
Nominal cərəyanı 5 A-ə qədər hesablanmış relelərin dolaqları, qısa qapanma
cərəyanlarının 400-500 A-ə bərabər olan bir saniyəlik qiymətinə davam gətirə bilir.
Bir saniyəlik cərəyanın qiymətinə nəzərən hər hansı bir cərəyan üçün buraxılan
müddət, aşağıdakı düsturdan təyin olunur:
2
I 1 san
t= 2
It

burada: I1 san – bir saniyədə buraxılan cərəyanın qiyməti;


43
It – buraxılan müddət üçün təyin olunan cərəyan;
t – It – cərəyanın keçməsi üçün buraxılan müddətdir.
10.Kontaktların gücü. Kontaktların uzun müddət açılıb bağlanma qabiliyyətinə
malik olması üçün lazım olan gücə, kontaktların gücü deyilir.
Kontaktları bağlayan güc buraxıla bilən qiymətdən artıq olmamalıdır.
Kontaktların gücü kafi dərəcədə deyilsə, aralıq relelərindən istifadə etmək lazımdır.
11.Relenin dəqiqliyi. Relenin dəqiqliyi dedikdə, aşağıdakı iki dəqiqliyi nəzərə almaq
lazımdır:
a) şkalanın dəqiqliyi;
b) hərəkətin dəqiqliyi.
Bütün relelər üzərində cərəyanın, gərginliyin və gücün tərpənmə qiymətiləri,
habelə dözmə müddətləri qeyd olunmuş şkala ilə təchiz olunmuşdur.
Relenin şkalasının dəqiqliyi, şkala üzərində göstərilən qiymətlərlə, cərəyanın
gərginliyin, gücün və sairənin həqiqi qiymətləri arasındakı fərqlə təyin edilir.
Maksimal cərəyan releləri üçün qoyulmuş tərpənmə cərəyanı qiymətinin

dəqiqliyi ±0,1÷0,5 san qədərdir.


Hərəkətin dəqiqliyi, müxtəlif işləmə hallarında və qoyulmuş eyni qiymətlər
üçün relenin hərəkətindəki xəta ilə xarakterizə olunur. Məsələn, rele, bir halda
cərəyanın 5 A qiymətində 2 san-dən, digər halda isə cərəyanın həmin qiymətində 2,5
san-dən sonra öz kontaktlarını qapayır.
Hərəkət xətasının böyüklüyü, relenin çirkli və mexaniki hissələrinin düzgün
olmamasından meydana gəlir.
Yuxarıda göstərilən parametrlər bütün mühafizə releləri üçün ümumidir.
Məsələn, vattmetr tipli relelərdə tərpənmə cərəyanı əvəzinə tərpənmə gücü işlədilir.
Bilavasitə və dolayı yolla təsir göstərən birinci və ikinci tərəf maksimal cərəyan
relelərinin iş prinsipi
Şəkil 2.4-də bilavasitə təsir göstərən birinci tərəf maksimal cərəyan relesinin
bir xətli prinsipal bağlanma sxemi verilmişdir.
Relenin qəbuledici orqanının dolağı (1) mühafizə dövrəsinə bilavasitə
bağlanmışdır.
44
Cərəyanın əvvəldən qoyulmuş qiymətinin artması ilə dəmir nüvə (2) sarğacın
(1) içərisinə cəzb olunur. Bu zaman ling (3) fırlanaraq hərəkət qolunu (4) aşağı çəkir.
Bu qol da öz növbəsində dilçəyi (5) azad edir ki, açar, yayın (6) təsiri altında açılır.
Bilavasitə təsir göstərən birinci tərəf releləri açarların açılması üçün operativ
cərəyan mənbəyi tələb etmir ki, bu da onların ən üstün cəhətlərindən biridir. Lakin bu
relelərin bir neçə mənfi cəhətləri vardır:
1. Açarlar açılan zaman rele mexanizmi ağır iş görməli olur;
2. Relenin dolağına qısa qapanma cərəyanlarının termiki və dinamiki təsiri
bilavasitə verilir. Buna görə də rele mexanizmi olduqca davamlı və ağır
olmalıdır. Bu isə relenin dəqiq və həssas olmasına imkan vermir;
3. İstismar zamanı dolağı daima mühafizə quruluşunun tam işçi gərginliyi altında
olur. Odur ki, rele yoxlanan zaman açarı açmaq lazım gəlir. Bu isə istismar
şəraitinə görə həmişə mümkün olmur.
Şəkil 2.5-də relelərin qoşulma sxemləri verilmişdir.
Şəkil 2.5, a və b-də bilavasitə və dolayı yolla təsir göstərən birinci tərəf
maksimal cərəyan relelərinin birxətli prinsipal bağlanma sxemləri göstərilmişdir.
Dolayı yolla təsir göstərən relenin qoşulma sxemində (şəkil 2.5, b) cərəyanın
əvvəldən qoyulmuş qiymətinin artması ilə dəmir nüvə (2) sarğacın (1) içərisinə cəzb
olunur. Hərəkətli (3) və hərəkətsiz kontaktlar (4) bağlanır ki, bununla da açan
sarğacıq (5) operativ cərəyan dövrəsi bağlanmış olur. Bu zaman operativ dövrədən
axan cərəyanın təsiri nəticəsində açar açılır.
Bu tipli rele mexanizmi açarın açılmasında o qədər də ağır iş görmədiyindən
onların dəqiqliyini və həssaslığını artırmış olur. Lakin bu relelər operativ cərəyan
mənbəyi tələb etdiyindən onların istehsalatda tətbiqinə çox nadir hallarda təsadüf
edilir.
Şəkil 2.5, v-də bilavasitə təsir göstərən ikinci tərəf maksimal cərəyan relesinin
birxətli prinsipal bağlanma sxemi göstərilmişdir.
Relenin dolağı cərəyan transformatorunun ikinci tərəfinə bağlanmışdır.
Yuxarıdakı sxemlərdə göstərildiyi kimi, burada da cərəyanın əvvəldən qoyulmuş

45
qiymətinin artması ilə dəmir nüvə (2) sarğacın (1) içərisinə cəzb olunur. Zərbə
endirici (3) dilçəyin (4) cəftəsinə zərbə endirir və beləliklə də açar açılır.
Rele ölçü transformatoru ilə dövrəyə bağlandıqda onun dolağından (birinci
tərəf relesinə nəzərən) az cərəyan keçir. Odur ki, bu relelər quruluşca olduqca yığcam
hazırlanır. Bundan əlavə bu tip relelər intiqalının cəftə mexanizminə bilavasitə təsir
etdiyindən, olduqca ağır iş görmüş olur. Buna görə də belə releləri yüksək həssaslıqlı
hazırlamaq mümkün olmur. Bu relelər dəqiq işləmələri ilə də fərqlənirlər.
Ы

Ы
дич

иш
ля-
и

1
2

5
3

Şəkil 2.4. Bilavasitə təsir göstərən relenin birinci tərəf maksimal cərəyan relesinin iş
prinsipinin sxemi
1-relenin dolağı; 2-dəmir nüvə; 3-ling; 4-fırlanan qol; 5-dilçəy

Bilavasitə təsir göstərən ikinci tərəf releləri açarların avtomatik əl


intiqallarından qoyulur.
Şəkil 2.5, c-də dolayı yolla təsir göstərən ikinci tərəf maksimal cərəyan
relesinin birxətli prinsipal bağlanma sxemi göstərilmişdir.
Burada cərəyanların əvvəldən qoyulmuş qiymətinin artması ilə əlaqədar olaraq
relenin (1) kontaktları, açan dolağın (2) operativ dövrəsini bağlayır, bununla da açar
açılır.
Hazırda dolayı yolla təsir göstərən ikinci tərəf relesinin tətbiqi geniş miqyasda
inkişaf etmişdir.
Bu relelərin aşağıda göstərilən müsbət cəhətləri vardır.
46
1. Relenin olduqca dəqiq və həssas hazırlamaq mümkündür, belə ki, o:
) operativ cərəyan dövrəsini idarə etmədiyindən olduqca kiçik iş görür;
b) ölçü cərəyan transformatoru ikinci tərəf dövrəsinə bağlandığından qısa
qapanma cərəyanlarının termiki və dinamiki təsirini olduqca az hiss edir.
2. Rele açardan ayrı qoyulduğundan istismar zamanı mühafizə edilən elementin
işini pozmadan onu iş zamanı yoxlamaq və tənzim etmək mümkündür.
Bu relelərin mənfi cəhəti, onların operativ cərəyan mənbələrinin olmasıdır.

ъяряйан
мянбяйиндян

оператив
ъяряйан
мянбяйиндян

ишлядиъийя

a) b)

аккуммлйатордан

v) c)

Şəkil 2.5 Relelərin qoşulma sxemləri

Mayenin səviyyəsinə nəzarət edən avtomatik tənzimləmə sistemində gərginlik


relesinin iş prinsipi.

47
Bu qurğu (şəkil 2.6) borudan axan maye axınının Q1 qarşısını bağlanyan və
açan elektromaqnit klapanından EK, klapanın elektrik dövrəsini açıb-bağlayan
elektromaqnit reledən ER, relenin dolağına gərginlik verən diferensial transformator
və vericidən DTV və verici ilə əlaqədə olan hərəkət üzgəcdən Ü ibarətdir. Mayenin
səviyyəsi H çox aşağı düşməklə vericinin çıxışındakı gərginlik U2 artır. Bu gərginlik
relenin dolağına verilir və gərginliyin qiyməti relenin işləmə gərginliyi qiymətinə
çatan anda işləyir. Rele öz kontaktlarını K qapayır. Nəticədə rele elektromaqnit
klapanın EK elektrik dövrəsini qapayaraq onun dolağına Ü k gərginliyi verir. Bu
zaman klapanın hərəkət edən hissəsi yuxarı qalxaraq borudakı mayenin çənə Ç
(rezervuara) axmasına səbəb olur. Mayenin səviyyəsi H qalxdıqca vericinin
çıxışındakı gərginlik azalır və gərginliyin U2 = Ua (açılma gərginliyi) qiymətində rele
açılır. Beləliklə elektromaqnit klapana gərginliyin verilməsi dayandırılır və klapanın
hərəkət edən hissəsi aşağı düşərək maye axınının qarşısını alır. Bu proses hər dəfə
mayenin səviyyəsi aşağı həddə düşəndə və çən maye ilə tam dolanda təkrar olur.

ER

DTV
K
~
~U2 ~U1

Uk

C
EK U
Uk
Q2 H

Q1

Şəkil 2.6. Mayenin səviyəsinə nəzarət edən avtomatik tənzimləmə sisteminin prinsipal sxemi
Ç – çən; Ü – üzgəc; DTV – differensial transformator verici; ER – elektromaqnit rele;
K – relenin kontaktları; EK – elektromaqnit klapanı; Q1 və Q2 – çənə daxil olan və
çəndən çıxan mayenin miqdarı

48
YARIMKEÇİRİCİLƏR ƏSASINDA KONTAKTSIZ
RELELƏR
Hal hazırda maqnit və tranzistor elementlər əsasında kontaktsız idarə sistemləri
mənimsənilmiş və onlar rele-kontakt sxemlərini əvəz etmişlər. Tiristorlar bazasında
kontaktsız aparatların tətbiqi avtomatik idarəetmə sistemlərin etibarlığını , uzun
ömürlüyünü artırır. Tiristorlar həmdə kontaktsız avtomatika və mühafizə sxemlərində
tətbiq edilirlər. Onlar çevirgəclərin, impuls vericilərin, güc gücləndiricilərin, güc
açarlarının, əsas elementləri P1 düzləndiricilərin, çevirgəclərin, invertorların və s.
funksiyalarını yerinə yetirə bilərlər. Elektrik tənzimləyici intiqallarda, gərginlik və
tezlik çeviricilərində kontaktsız sxemlərdə tiristorların tətbiqi daha perspektlidir.
İdarə sistemi və onun qiymətinin mürəkkəbliyinin artması, kontaktsız tiristor
elementlərin etibarlı işi ilə, qabaritliyi və kütləsinin azalmaları ilə əlaqədardır.
Elektrik intiqalı üçün kontaktsız işəburaxma, işəburaxması tənzim olunan,
mühafizə qurğularının yaradılması güclü yarımkeçirici texnikasının və xüsusən
gəmilərdəki cihazlarla əlaqədardır. Xarici xarakteristikalara görə yarımkeçirici
cihazları idarə olunan və idarə olunmayanlara bölmək olar.
İdarə olunmayanlara qermaniy və kremniy düzləndiricilərini şamil etmək olar, onlar
qeyri-xətti volt-amper xarakteristikasına malikdirlər. O gərginliyin polyarlığı
dəyişdikdə dəyişir. Adətən, onlar dəyişən cərəyan sabit cərəyana çevirilməsində
istifadə edilir.İdarə olunmayanlara həm də nəzarətedilən ventil və stabilitronlar şamil
olurlar, onların əks həddi gərginlikdə volt-amper xarakteristikasının əks bucağının

49
qırılması mövcuddur. Ona görə əks cərəyan ventil vasitəsilə geniş həddlərdə dəyişə
bilər. İdarə olunan ventillər hissə hissə və ya tam tənzimlənən qeyri xətti volt-amper
xarakteristikasına naildirlər. Tam idarə olunmayan ventillərə tiristorları, ventil-
çevirgəcləri, fototiristorları şamil etmək olar. Tiristorlar və ventil çevirgəclər qeyri-
simmetrik yalnız bir istiqamətdə yüksək keçiricilikli və simmetrik hər iki istiqamətdə
ola bilərlər. Tam idarə qüvvə cihazlara tiristor və tranzistorlarla bağlanan, elektrik
sahəsilə idarə olunan cihazları şamil etmək olar. Tiristorlar və ventil-çevirgəclər
qeyri-simmetrik yalnız bir istiqamətdə yüksək keçiricilikli və simmetrik hər iki
istiqamətdə ola bilərlər. Tam idarə olunan güc cihazlarına tiristor və tranzistorlarla
bağlanan və elektrik sahəsilə idarə olunan cihazları şamil etmək olar.
Güclü kremniy idarə olunmayan ventillərin, tiristorların, ventil çevirgəclərin
yaranması elektrik aparatqayırmasının keyfiyyətə görə daha yeni səviyyəyə
keçməsini, tezliyi, etibarlığı və elektrik qurğularının kütlə və qabaritlərin azalmasını
təmin edir.
Müasir işəburaxma, tənzimləmə və mühafizə idarə aparatları gəmi şəraitində
yüksək iş rejimini təmin etməli və lazım olan tezliyə, az kütləyə və kiçik qabaritlərə
malik olmalıdırlar. Bu tələblər daha tam yarımkeçirici cihazlarda, yerinə yetirilən
kontaktsız aparatların elektrik intiqallarının idarə sxemlərində tətbiqini tam qənaətbəx
hesab oluna bilər.
Kontakt aparatları ilə müqayisədə, yarımkeçirici cihazlarla yerinə yetirilən
aparatlar üçün aşağıdakı üstünlüklər xarakterikdir: ətalətsiz qoşulma və açılma;
yüksək tezlik, az güc, yüksək etibarlıq; böyük mexaniki və elektrik aşınma
dayanıqlığı; zərbə dayanıqlığı.
Yarımkeçirici kontaktsız qurğu və aparatların layihələndirilməsi zamanı
kontakt qurğularında olduğu kimi eyni prinsiplər istifadə olunur. Tiristor və kremniy
ventilləri mühərriklərin idarəsinin təmin olunmasına imkan verirlər.İdarə sxemlərin
elementləri kimi kremniy ventilləri, tiristorları, yarımkeçirici triodlar, doyma
drosseləri, transformatorları istifadə olunurlar.
Sabit və dəyişən cərəyan intiqallarla idarə olunan kontaktsız qurğular aşağıdakı
elementlərdən ibarətdir: güc tiristorları, işəburaxma kontaktsız aparatları, mühafizə
50
kontaktsız aparatları. Göstərilən elementlər kontaktsız işəburaxıcıların, avtomatik
çevirgəclərin yaranmasına imkan verirlər.
Sabit və dəyişən cərəyanda böyük güclü dövrənin komutasiya bloklarının
yaranmasında sabit cərəyan dövrələrində tiristorun məcburi qoşulması, dəyişən
cərəyanın hər yarımdalğasının əvvəlində-tiristorun açılmasını təmin etmək lazımdır.
Bu tələblər tiristorların qoşulma sxemləri və idarə sxemlərinin istifadəsi yolu ilə
yerinə yetirilirlər.
Kontaktsız işəburaxma aparatların blokunun yaranması üçün əsas kontaktsız
birfazlı yarımkeçirici komutasiya elementidir, məsələn, istilik relesi kimi. Həssas
elementi kimi bimetal element və ya termistor istifadə olunur.

Mövzu 11. Maksimal cərəyan mühafizəsinin


işəburaxma orqanları.

İdarəetmə sxemi tələb olunan zaman-cərəyan işləmə xarakteristikalarını və


mühafizə aparaturasının selektivliyini təmin etməlidir. Müxtəlif qəza hallarında
mühafizənin selektivliyi və həssaslığı əsasən işəburaxma orqanın parametr və
xüsusiyyətləri ilə təyin edilir və bu orqan müvafiq mühafizə kanalının zaman
elementinin işi ilə idarə edir. Bununla işəburaxma orqanları (yüklənmə giriş relesi və
qısa qapanma (q.q.) giriş relesi ) aşağıdakı tələblərə cavab verməlidirlər:
-ətraf mühit temperaturu dəyişdikdə işləmə müddəti stabil olmalıdır;
-qəza rejiminin növündən asılı olaraq, işləmə müddətinin asılılığı minimal olmalıdır;
- qaytarma əmsalı 1-ə yaxın olmalıdır;
- mühafizə qurğularının q.q.relesi işləmə müddətində və eləcədə qəza rejimindən
sonra cəld hərəkət etməlidir;
-q.q. relesi şəbəkədə komutasiya zamanı keçid proseslərə görə qeyri həssas olmalıdır.
Bundan başqa, xüsusiyyətinə görə cərəyanların iş diapazonunda giriş releləri
yüksək həssaslıq və minimal gücə malik olmalıdırlar. İşəburaxma orqanı, giriş
dövrəsi ilə işləmə müddəti verilən rele elementinin əsasında yerinə yetirilir.

51
Yüksək qaytarma əmsalı nominal rejimdə işlədicilərin şəbəkədən səhv olaraq,
açılmasının aradan götürülməsi üçün lazımdır, q.q. relesi isə-qısa qapanmada
şəbəkənin zərərləşməyən sahələrinin fasiləsiz elektrik təchizatı üçündür. Qısa
müddətli gərginlik azaldıqda asinxron mühərriklərin işəburaxma cərəyanı adi
işəburaxma cərəyanları ilə müqayisə oluna bilər. Ona görə selektiv açarın işəburaxma
orqanı, birinci zonanın açarı işlədikdə ilkin vəziyyətə qayıtmalıdır. Analoji rejimlər
avtomatik təkrar qoşulmalardan istifadə etdikdə yaranırlar.
Selektiv mühafizə sxemlərində açarların iş şərtləri, q.q. relenin
tezhərəkətliliyinə olan tələblərin artırılmasına səbəb olur. Minimal qaytarma
zamanını təmin etmək ən çətindir, selektiv şərtə görə 20-40ms.-dən çox olmamalıdır.
Radikal həlli yol- sxemdə qoşulmuş iki girişə görə zaman elementin idarə
olunmasıdır, belə ki işəburaxma siqnalların bir siqnalı impulslu olmalıdır (şəkil 3.1).
Şəbəkədə əsas işçi keçid prosesi asinxron mühərrikin işə buraxmasıdır. İş
prinsipinə görə giriş releləri iki tiplidirlər: statik və dinamik. Statik relelər daha sadə,
rele gücləndiricilər
əsasında yerinə yetirilir və geniş tətbiq olunurlar. Onların əsas nöqsanı az hassaslıqdır
ki, bu da rele tranzistorların doyma rejimlərində olmasına səbəb olur. Yüksək
qaytarma əmsalı olan statik relelər potensial giriş siqnalını tələb edir, bu da onların
yük relesi kimi tətbiqinə imkan verir. Dinamik relelər geniş funksional imkanlara
malikdirlər. Onlar impuls relelər və komparatorlar əsasında yerinə yetirilirlər və
yüksək həssaslığa malikdirlər. Dinamik relelərin qaytarma əmsalı praktiki olaraq 1-ə
bərabərdir. Dinamiki işəburaxma orqanları impuls relelər əsasında giriş impuls
siqnalından işə salınmaq üçün hesablanmışlar, odur, onlar mühafizələr üçün geniş
tətbiq olunurlar.
Yüklənmə giriş relelərini statik yüklənmə releləri kimi tranzistor triqqerlərin
sxem variantlarından istifadə etmək məqsədə uyğundur (şək.3.2).
Д Рй

У
Рн 52
Ч Р
КЧ
Şəkil 3.1. RÇ filtirli işəburaxma orqanının giriş dövrəsi


Т1 +У
к

Р2 +У
Т1 к

Т2
Р1

Т2 Р2
Р1

Şəkil 3.2. Artıqyüklənmə statik releləri.

Rele imkanlarının qiymətləndirilməsi üçün işləməyə tələb olunan maksimal giriş


cərəyanını təyin etmək lazımdır:
U k −U b R

Iiş.max
¿
R1 ( )
1+ 1
R2

Relenin işləmə gərginliyi Uiş :


Uiş=Uk - Ub + rIiş.max ,
burada r- giriş siqnal mənbəyinin daxili müqaviməti.
Tranzistorun gücləndirici əmsalı  dəyişdikdə relenin giriş cərəyanının
dəyişməsi əsas amillərdən biridir. Seriya ilə buraxılan aparatlar üçün ən yüksək
qiymətlərini Uiş.max və Uiş.min bilmək lazımdır:

53
r r
Uiş.max
=(U k −U b ) 1+
( +
R1 R 2
;
)
Uiş.min = Uk - Ub.
- dan asılı olmayaraq r0 -oduqda , Uiş.max = Uiş.min alınır.
Relenin qaytarma əmsalı aşağıdakı ifadədən təyin olunur:
U k−U b −R2 ( I b .is −I b. b )
k =1−
R2 R 2
( U k −U b ) ( 1+ +
R1 r )
−R2 I b .is
,

burada Ib.iş və Ib.b - uyğun olaraq işləmə və açılma anlarında tranzistorun giriş baza
cərəyanları. Belə ki, r0-da k=1 və  böyük olduqda:
1 1
Ib.iş  Ib.b. (Uk -Ub)
( +
R 1 R2 ),
r
onda k = 1 - R2 alınır.
Relenin qeyri dayanıqlı iş zonası istisna olmaqla (k1), işəburaxma orqanın
giriş dövrəsinin RC filtrinin kondensatorunun tutumu üçün:

C>
ωR (1−k ) .

Şək.3.3-də müxtəlif keçiricilikli tranzistorlardan ibarət olan dinamik relenin


sxemi göstərilmişdir. Sxemdə tranzistorların hər ikisi sabit cərəyana görə ümumi baza
ilə qoşulmuş və ilkin olaraq emitter rezistorları vasitəsilə R2, R5 aktiv rejimə
çıxarılmışlar. Relenin impuls müddəti R3,C3 RC-dövrəs ilə verilir və tranzistorların
emitterlərini birləşdirir. Generasiya momentinin idarə olunması üçün diod-tutum
körpüsü kimi düzəldilmiş işəburaxma qovşağından istifadə edilir (D1 və D2 diodları,
C1 və C2 kondensatorları).
Giriş siqnalı artdıqda D1 diodu açılır və C1,C2 kondensatorları, D1 diodu
vasitəsilə müsbət əks əlaqə konturu bərpa olunur. Ona görə impuls frontu formalaşır.
Tranzistor kollek-

54
torundakı T2 gərginlik T1 bazasındakı gərginlikdən çox olduqda müsbət əks əlaqə
konturu diod D2-la qapanır. İmpulsun yastı zirvəsinin formalaşdırılması tranzistorun
doymasında baş

Р2 +Ук

Т2
Уэ Ч2
Ч3
Д1 Д2
У
Т1 Р3
Ч1

Р1 Р5 Р4
0

a)
Р4

2Ые Ук
Р1
Р1

4Ые

Р3 Ч
Р3
У

b) v)

Şəkil 3.3 Rele güçləndiriçisi əsasında dinamik yük relesi (a) və həssaslığın (b) və
impuls müddətinin (v)
təyini ücün ekvivalent sxemlər.
verir, bu da R3 rezistor, T1 və T2 tranzistor və D2 diod vasitəsilə aparılır. Bu zaman
R1 rezistorda gərginlik praktiki olaraq

55
Uk–ya qədər artır. C1 və C2 kondensatorları az tutumludurlar. Beləliklə, C1 və C2
kondensatorlardakı gərginliyin bərpa zamanını C3 kondensatorundakı gərginliyin
bərpa zamanından az etmək olar. İşəburaxma qovşağını daxil etməklə tezlik,
amplituda və impuls müddəti giriş siqnalının dayaq siqnalından artma dərəcəsindən
asılı deyil.
Şək.3.4-də dinamik relenin modifikasiyası göstərilmişdir. İlkin vəziyyətdə D1
və D2 diodları bağlıdırlar. Bu zaman T tranzistoru da bağlıdır, müsbət əks əlaqə
konturları açıqdır. İmpuls müddətində tranzistor T bağlıdır və kollektora gərginlik
D3 diod vasitəsilə verilir. Dinamiki relenin artırılmış həssaslığına səbəb
tranzistorların ilkin vəziyyətdə aktiv rejimdə olmalarıdır.

Mövzu 12. Əməliyyat gücləndiricisi əsasında qısa qapanma relesi

Əməliyyat gücləndiricisi (ƏG) mikroelektronika səviyyəsində icra olunmuş


sabit cərəyan gücləndiricisidir. Daxili quruluşu mürəkkəb olsada onun istifadəsi üçün
xarici xarakteristikasını bilmək kifayət edir. ƏG-nin blok sxemi şəkil 3.5-də
verilmişdir. Bu sxemidə bir çıxış Uc , iki giriş Ug1 , Ug2 və iki qidalanma çıxışları (+Uq
və -Uq) var. Qida çıxışlarına ümumi qida şinə nəzərən müxtəlif polyarlı gərginliklər
(+Uq və -Uq) verilir. Giriş Ug2 «-» işarəlidir və invertirləyici adlanır. İnvertirləyici
giriş gərginliyinin polyarlığına əks çıxış gərginliyi yaradır. Giriş U g1 «+» işarəlidir və
qeyri invertirləyici adlanır, beləki, o gərginliyin işarəsini dəyişdirmir. Əgər hər iki
girişə eyni polyarlı gərginlik verilərsə onda onların təsiri kompensasiya olunur və
çıxışdakı potensial sıfra bərabər olar.
Hər iki girişə görə güclənmə çox böyük olur (bir neçə min dəfə). Ancaq belə
güclənmə birbaşa lazım olmur, lazımi stabil xarakteristikaların alınmasında istifadə
olunur.
İnvertirləyici gücləndiricinin əsas sxemlərindən biri şəkil 3.5-də verilmişdir.
Əks əlaqə müqaviməti Rə və «4» işarəli girişi torpaqlamaqla invertirləyici girişə əks
əlaqə verməklə güclənmə əmsalını sabitləşdirmək olur.
56
Güclənmə əmsalı
Uçıx.=KUgir.
burada Kq=Rə/R.
Siqnalların fərqini U=Ugir1-Ugir2 gücləndirmək lazım gələndə differensial
sxemdən istifadə olunur (şəkil, 3.5). Bu halda
Uçıx.=-KqU
burada Kq=R2/R1.

+U

Uk
D2 T

C1 T1 C3

R3
D1 D3
T2

C2

Шякил 3.4. Артыг йцклянмя динамик реле.

57

+Uq1 Rя
R
Uq2 + +
Uc Uq Uc
Uq1 -Uq1

Цмуми шин Цмуми шин

a) b)

R2

R1 _
Uq2
+
R1 Uc
R2
v)
Цмуми
Şəkil 3.5. Əməliyyat gücləndiricilərinin
шин struktur sxemləri (a, b və v) və qısa
qapanma relesi (q)
Şək.3.6-da əməliyyat gücləndiricisi (ƏG) bazasında yerinə yetirlmiş impuls
relesinin nümunəsi göstərilmişdir. İlkin vəziyyətdə ƏG çıxışındakı gərginlik
müsbətdir və çıxış tranzistoru açıqdır. Gərginlik artdıqda ƏG çıxış gərginliyi işarəsini
dəyişir və tranzistor bağlanır. Giriş impulslar arası tranzistor bağlanır, əgər zaman
sabiti elə seçilir ki, giriş impulsların maksimal təkrar periodunda kondensatorlardakı
gərginlik tranzistorlardakı gərginlikdən çox olsun. Mühafizələr üçün həmdə daha çox
sadə giriş relelərindən istifadə etmək məqsədə uyğundur; onlar statik triqqerlər
əsasında yerinə yetirilir. Lakin relenin giriş dövrəsini işəburaxma cərəyanların
aperiodik tərkibli mürəkkəbələrdən olan elementlərlə əlavə etmək lazımdır. Şək.3.7-
də belə sxemlərin bir variantı göstərilmişdir. Sxemin əsas elementi C
kondensatorudur. Yük dövrəsinin parametrləri elə olmalıdırlar ki, qısa qapanmada
işəburaxma orqanı işləmə zamanı xüsusi gecikməyə səbəb olmasın.
Zaman relesi.
Mühafizə aparatlarında zaman relesi (ZR) əsasən, mühafizə olunan şəbəkədə
artıq yüklənmədə və yaxud qısa qapanmalarda aparatların zaman fərqi ilə işləməsi
üçün (selektiv mühafizə sxemlərində) istifadə olunur. Bir dəqiqəyə kimi gecikməni
sadə kondensator relelərin köməyilə təmin etmək olar. Hal hazırda kondensator
zaman releləri üçün müəyyən olunmuşdur:
58
- ДЭ Т
+

Şəkil 3.6. Əməliyyat güçləndiriçisi əsasında qısa qapanma relesi.

Р1

КЧ Д

Р
Ч
Г

Şəkil 3.7. İşəburaxma giriş dövrəsi.

- artıq yüklənən kondensatorlu sxemlər yaxşı termostabilliyə malikdirlər;


- tutum əmsalı kondensatorun impuls yüklənməsilə artırıla bilər;
- bu əmsalın artırılması aralıq gücləndiricilərin daxili ilə və yaxud sıfır orqanı
həssaslığının artırılması ilə əmələ gələ bilər;
- bu əmsalın son hədd qiyməti hər ZR növü üçün xüsusi zaman sabiti ilə, verilən
termostabilliklə təyin olunur və RS konturun qida üsulundan asılı deyil.

59
Şək.3.8-də əks asılı işləmə xarakteristikalı ZR sxemi göstərilmişdir. Şək.3.8, a-
da rele şərti olaraq açarla göstərilmişdir. Zaman-cərəyan xarakteristikanın yaranması
üçün ardıcıl qoşulmuş kondensatordan C2 və C3 istifadə olunur. Kondensatorların
yüklənmə prosesinin idarəsi diod komutator vasitəsilə aparılır.
İlkin vəziyyətdə kondensatorlar C1 və C3 boş olurlar. Yüklənərkən, dinamiki
rele işləməyə başlayır, kondensator C1 praktiki olaraq U k kimi yüklənir, və rezistor
R2 vasitəsilə kondensator C2 yüklənir. Diod D3 bu zaman bağlanır, kondensator C3
rezistor R3 vasitəsilə yüklənir. Açar K qapandıqda, diod V2 bağlanır, diod D4 isə -
açılır. İnteqral sxemlər və əməliyyat gücləndiriciləri istifadə olunduqda, kombinə
olunmuş artırılmış dəqiqliklə və stabilliklə ZR sadələşdirilməsinə nail olmaq olar.
Şək.3.8, b-də belə zaman relesinin nümunəsi göstərilmişdir. RC -generatoru ƏG
bazasında inteqrator sxemi üzrə yerinə yetirilir. O, birkeçidli tranzistorda, tranzistor
analoqunda və ya digər əməliyyat gücləndiricisində yerinə yetirilə bilər. İnteqratorun
girişində zaman-cərəyan xarakteristikasının yaranması üçün diod funksional çevirici
quraşdırılır. RC generatoru gözləyici kimi yerinə yetirmək məqsədə uyğundur . Bu
halda hesablayıcının doldurulması üçün həll edici komanda ƏG çıxışından RC -
dövrəsilə verilir və RC-generator rejimi dəyişir.
Faza qırma və birfazlı qapanmalardan mühafizə relesi.
Elektrik mühərrikinin fazası qırıldıqda rotor cərəyanların artması baş verir, bu
da onun lokal qızmasına səbəb olur. Lakin stator cərəyanları isə bir o qədər də
artmırlar. Beləliklə, adi maksimal cərəyan mühafizəsi qeyri həssas olur. Buna görə
faza qırıldıqda elektrik mühərriklərin mühafizəsi cərəyan və ya gərginlik nəzarət
relesinin hər fazada quraşdırılması ilə yerinə yetirilir. Kontaktsız qurğularda
mühafizə hər fazada cərəyan nəzarət relesi ilə əlavə oluna bilər. Bu halda mühafizə
yüklənmə zonasında maksimal zaman saxlanılmasına bərabər dir və cərəyandan asılı
olmur. Yüklənmə zona cərəyanı çox olduqda zaman-cərəyan işləmə xarakteristikası
yüklənmə zonasındakı cərəyanların mühafizəsinə müvafiq olur.
Şək.3.9-da faz cərəyanların nəzarət relesinin sxemi göstərilmişdir. Normal
rejimdə C1-C4 kondensatorları KC1 və KC2 stabilitronların stabilləşdirilmiş
gərginliyinə kimi yüklənirlər. Fazaların birində cərəyan olmadıqda müvafiq
60
kondensator yüklənmir və uyğun sıfır orqan HO, stabilitron KC və kondensatorlar
arasında, yüklənmə zonasında zaman saxlanılması mühafizəsinə komanda verir. Belə
relenin nöqsanı odur ki , transformatorun ilkin cərəyanının bir yarımperiodu onun
tətbiqini tiristorlu dövrələrdə qeyri - effektiv edir. Bu nöqsan, transformatorun
ikiyarımperiodlu qoşulma sxemlərinin tətbiqi ilə aradan qaldırıla bilər.
Birfazlı qısa qapanma azvoltlu şəbəkədə xarakterli zədələnmələrdən biridir,
belə ki, bir çox hallarda birfazlı qısa qapanmacərəyanı fazlararsı qapanmalarda qəza
cərəyanından azdır. Xüsusən, bu hava xəttlərinə məxsusdur. Mövcud olan qaydalara
görə azvoltlu şəbəkə elə layihələndirilməlidir ki, birfazlı qısa qapanma cərəyanı
fiderin üçqat nominal cərəyanından az olmamamalıdır. Yalnız bu halda, fiderin
birfazlı qapanma cərəyanlarının mühafizəsini elektromaqnit ayırıcılarla olan
avtomatik açarlar vasitəsilə təmin etmək olar.

61
У
У
й
Р5 к
К Р3
П
Р2 У

Д1 Ч2
Д2

Р1 Ч1 Ч3

a)

Ч4

b)
Şəkil 3.8. Zaman relesi (C4 - hesablayıcı)

Ч1 Ч2 Ч3 КЧ1

Ч4
ЩО

КЧ2

Шякил 3.9. Фаз чяряйанларын нязарят релеси

62
63
Bu tələb çox vaxt qida transformatorların gücünün artırılmasına, naqillərin en
kəsiyinin artırılmasına gətirib çıxarır. Buna baxmayaraq bu tədbirlər arzulanan effekti
həmişə vermirlər və birfazlı qısa qapanma cərəyanları mühafizə olunan fiderin
nominal cərəyanından çox olmurlar. Effektiv tədbirlərdən biri, avtomatik açarlarda
quraşdırılan xüsusi mühafizənin tətbiqidir. Şək.3.10, a -da birfazlı qapanmalardan
mühafizə qurğularının sxemi göstərilmişdir.
Cərəyan transformatorları ölçü rezistoruna R1 ikiyarımperiodlu düzləndiricilər
vasitəsilə (D1-D8) yüklənmişlər. D7 və D8 diodları cərəyan transformatorun TTO
birinci tərəf dolağı vasitəsilə (cərəyan transformatorların sıfır naqilinə qoşulur) sıfır
ardıcıllı olan cərəyan yolunun yaranması üçündür. Dəyişən rezistordakı RO siqnal
birfazlı qısa qapanma cərəyanının işləmə qiymətinin tənzimi üçündür. Siqnal
rezistordan RO relenin girişinə PTO və kondensatorun C1 yükünə daxil olur.
C1, C4 kondensatorları və D9 diodu tormozlanma dövrəsini təşkil edirlər.
Birfazlı qısa qapanma yarandıqda PTO relesi işə buraxılır. R1 və RO rezistorların
parametrləri ilə seçilir ki, müəyyən birfazlı qısa qapanma cərəyanlarında RO-dakı
gərginlik amplitudası R1 rezistordakı gərginlik amplitudasından çox olmasın. Bu
halda C1 kondensatordakı gərginlik C4 kondensatordakı gərginlikdən çoxdur, diod
D9 açıqdır və cərəyan relesinin çıxışından impuls diod D9, C2,C3 kondensatorlar
vasitəsilə relenin girişinə verilir. Əməliyyat gücləndiricilər bazasında birfazlı qısa
qapanmaların mühafizə sxemi şək.3.10,b -də göstərilmişdir.
İlkin vəziyyətdə çıxışdakı gərginlik (hər iki ƏG-də) mənfi işarəlidir. Sıfır
ardıcıllı cərəyan və ya qeyribalans cərəyanı əmələ gəldikdə giriş ƏG çeviriləcək , C1
kondensatorun yüklənilməsinə imkan verir. Birfazlı qapanma cərəyanları 2 I nom-dan
az olduqda mühafizənin selektivliyi pozulur. Buna səbəb kondensatorların yüklənmə
zamanlarının çox olmasıdır. Bu halda selektivliyin təmini üçün giriş ƏG
inteqrallayıcı C2 kondensatorla təchiz olmalıdır. Bu da relenin işlənilməsində
gecikməni yaradır, hansı ki birfazlı qapanma cərəyanından əks asılıdır.

Mövzu 13. Rele

64
Şək.3.11-də reledə həssas element R , maqnitrezistor tunel diodla BT (ventil)
paralel qoşulmuşdur və nəzarət olunan cərəyanın yaxınlığındadır. Yüksək cərəyanda
diodun düz çevirilməsi baş verir (nöqtə 1-2) və R az olduqda - əksinə (nöqtə 3-4).
Şək.3.12 -də kontaktsız relenin sxemi göstərilmişdir.
Sxem tranzistor əsasında birkaskadlı gücləndiricidən və rezis torlardakı gərginlik
bölücüsündən ibarətdir. Maqnitrezistor tərpənməz nüvəli elektromaqnittin aralığında
yerləşir. Müqavimət az olduqda tranzistorlar bağlayır (rele işlənir). Müqavimət
artdıqda rele qoşulur. EM dolağı yükə paralel qoşulduqda rele özünəbloklama
rejiminə keçir. Çıxış parametrləri: 24V, 300 mA; sargacın qida gərginliyi 24V,
buraxıla bilən qoşulma tezliyi tezliyi 3 kHs.
Maqnityarımkeçirici cihazlar əsasında elektrik aparatları sadəlik, texnolojilik
və yüksək etibarlıqlarına görə fərqlənirlər. Komutatorlar kiçik qabaritə və çəkiyə
malikdirlər, qırılmırlar. Maqnityarımkeçirici cihazların əsas çatışmamazlığı onların
parametrlərinin ətraf mühitin temperaturundan asılı olmasıdır. Maqnit -yarımkeçirici
cihazların element bazası genişlənir: optomaqnitdiod tədqiq olunmuşdur (işığa və
maqnit sahəsinə görə yüksək həssaslığa malikdir), maqnittranzistor yaranmışdır (çox
böyük maqnit həssaslığa malikdir). Maqnityarımkeçirici cihazların əsasında yaranan
elektrik aparatlarının gələcəkdə geniş tətbiqi şübhə doğurmur. Maqnitrezistor,
maqnittranzistor, sabit cərəyan vericiləri, kontaktsız elektrik aparatların yaranması,
tədqiqi və avtomatik sistemlərdə tətbiqi buna misaldır.
Kontaktsız komutasiya elektrik aparatlarında, idarə və tənzimləyici aparatlarda
perspektiv istiqamətlərdən biri olan
tranzistor inteqral sxemlərilə birgə Xoll vericilərinin tətbiqi buna misaldır. Onlar
texnoloji prosesi tam bitmiş komutasiya modulunun yaranmasına imkan verir.

65
Д1 Д3 Д5 Д7

Р1
В
ПТО
ТТ0
Ч1
Д2 Д4 Д6 Д8 Ч4

Р0
Ч2 Ч3

Ч2
- +
+ -
Ч1

Шякил 3.10. Бирфазлы гапанмалардан мцщафизя гурьулары.

- Р
-

ЕЧМ Р БТ Уъых

+
+
a)
и
ЕЧМ/Р

2
1
2

2
1

ЕЧМ у

b)

Şəkil 3.11. Maqnit rezistorlu və tunel diodlu rele elementi.


1- Rm1 ücün rele elementi və maqnitrezistorun Volt-Amper xarakteristikası
2 -Rm2< Rm1 ücün rele elementi və maqnitrezistorun Volt-Amper xarakteristikası
3
Р1

Рй
Р2

Ун

ей Р

Şəkil 3.12. Maqnitrezistorlu və lövbəri hərəkət edən elektromaqnitli kontaktsız rele

Aralıq relesi.
Şək.3.13-də verilmiş sxem icra aparatların idarə dövrələrinin komutasiya
qurğuları kimi geniş istifadə olunurlar (işəburaxıcılar, kontaktorlar, elektromaqnitlər,
muftalar və s.). Nümunə kimi UVB-11 tipli kontaktsız aralıq releləri çıxış qurğularını
göstərə bilərik. Onlar məntiq qurğuların komanda çıxış siqnallarının gücləndirilməsi
və dəyişən - sabit cərəyan yük dövrələrin komutasiyası üçün istifadə olunur.
Şək.3.14-də UVB-11-19-372 gücləndiricinin sxemi göstərilmiş və dəyişən
cərəyan dövrələrin komutasiyası üçün təyin olunmuşdur. Komutasiya elementi
kimi TC2-25 tipli VS simistoru istifadə olunur, hansı ki R varistoru ilə şuntlanır və
ifrat gərginliklərdən mühafizə edir. Simistorun qoşulması onun idarə elektrodunun
güc çıxışlarının biri ilə birləşdirilməsi ilə aparılır (herkon rele K kontaktının
köməyilə). Bu rele eyni zamanda giriş və çıxış dövrələrin halvanik açılmasını aparır.
Kontakt K açıq olduqda özü-özünə yük cərəyanının sıfırdan, ilk dəfə keçməsi anında
yük simistorun açılması baş verir. Sxemin digər elementlərdən məntiqi siqnallarla
idarə olunması üçün K511Lİ1 tipli inteqral sxemlərdə uyğunlaşdırıcı kaskad
baxılmışdır, onun da çıxışı herkon relenin K dolağına qoşulmuşdur.

4
Sabit cərəyan yük dövrələrin komutasiyası üçün təyin olunan gücləndiricilərdə
belə komutasiya tiristorla aparılır, və o da məcburi komutasiya sxemi köməyilə
açılır.
Optoelektron cihazları əsasında relelər
Optoelektron cihazları müxtəlif tip elektrik aparatlarında tətbiq olunur.
Elektrik aparatlarında optronikanın geniş tətbiqi optron cihazların giriş və
çıxışları arasındakı elektrik (qalvanik) əlaqənin tam aradan qaldırılması ilə izah edilir.
Məsələn, optoelektron cihazlar yüksəkgərginlikli açarlarda idarəedici
siqnalların alçaq gərginlik tərəfdən yüksək gərginlik tərəfə ötürülməsi üçün istifadə
olunur.
Kontaktsız komutasiya aparatlarında (kontaktorlar, relelər, işəburaxıcılar)
optronların tətbiqi, sxemlərin sadə həlli, aparatın etibarlığı, maneyəyə yüksək
dayanıqlığı ilə fərqlənir və avtomatikanın mürəkkəb sistemlərində inteqral
mikrosxemlər və mikroprosessorlarla aparatların birləşməsinə imkan verir.

К1 К2

Б1 Б2

Б3

К3

Şəkil 3.13. Transformatorlar paralel işlədikdə YA qoşulma sxemi.

5
a)

Şəkil 3.14. UVB-11-19-3721gücləndiricisi: a- şərti işarə; b- funksional sxem.

Optron əsasında dəyişən cərəyan kontaktsız relelərin idarə dövrəsindəki tipik


sxemləri şək.3.15-də göstərilmişdir.
Relenin giriş və çıxışı (şək.3.15) optoelektron tranzistorla bölünüb.
Optoelektron tranzistorlar digər optronlardan daha tez-tez istifadə olunurlar, çünki
onlar yüksək cərəyan ötürücü əmsala, kifayət qədər tezliyə və sxem "çevikliyi"nə
malikdirlər.
Relenin güc hissəsi, sabit cərəyan diaqonalında bir tiristorlu T3 körpü sxemi ilə,
yerinə yetirilmişdir. Tf fototranzistorlardan siqnallar T1 tranzistoru ilə
güclənirlər.Giriş siqnalı (Eu) olmadıqda optronun fototranzistoru Tf bağlı, T1
tranzistoru isə açıq olur; T3 tiristorunun idarəedici keçidi cərəyansızlaşır və o bağlı
olur ; rele şəbəkədən açılır. Giriş siqnalı (Eu) olduqda isə Tf açılır və T1 bağlanır: T3
anoddan gərginlik verilir və tiristor açılır, rele qoşulur. Qısa impulslarla qida
gərginliyinin hər yarımmüddətinin əvvəlində tiristor açılır, və bu da tiristorun
qoşulma müddətilə məhdudlaşır.Əgər qida gərginliyi verilən səviyyədən çox olsa,
onda T2 tranzistore açılır, idarəedici gərginliyin verilməsi T3 kəsilir-rele şəbəkədən
açılır. Maniələrdən müdafiə üçün relenin girişindəki süzgəclərin PC qoşulması təklif
olunur.
Şəkil 3.16-də göstərilən sxem azcərəyanlı relelərdə və idarə sxemi kimi
çoxcərəyanlı relelərdə istifadə olunur. Komutasiya zamanı yüksək gərginliklərdən

6
müdafiə üçün güc tiristorları adətən PC -dövrəsilə şuntlanırlar. Relenin parametrləri:
yük cərəyanı - 10-40A, işləmə cərəyanı -20A, işləmə müddəti - 1 mks.

а Рн
а

+
б
Ей
Тф
- е1

а б

Р1
+
Р2 Р1 Р1
ей ей

Şəkil 3.15 Kontaktsız optron rele

7
Зй Зй

а
а
а б Т
а б
Тч Т
б
б

Şəkil 3.16 Kontaktsız güç releləri.

T2 tranzistoruna gərginlik B stabilitronu ilə verilir. Güc relesinin sxemi


(şək.3.17) tranzistorların T1 və Tf tiristorun T3 idarəedici elektrodu ilə ardıcıl
qoşulması ilə fərqlənir. Giriş cərəyanının məhdudlaşdırılması üçün giriş gərginliyinin
dəyişməsinin geniş diapazonunda, məhdudlaşdırıcı qeyri-xətti müqavimət kimi -
tranzistor qoşulur. Relenin parametrləri : qida gərginliyi -240 V, nominal cərəyan - 3-
25A, tiristorda maksimal gərginlik düşgüsü- 1.85V. Üç Amperli relenin qabaritləri :
38x25x16 mm. və 25 Amperli - 57x44x22 mm. yarımkeçirici relelərin
çatışmamazlıqlardan biri - komutasiya dövrələrin sayının artması çətinliyidir . Bu
səbəbdən optron hibrid relelərin yaranma tendensiyası daha aktiv hesab
8
olunur.Tiristor optron əsasında idarəedici dövrələrdə relelər seriya şəklində buraxılır.
Onların idarə sxemi sadədəir.İdarə gərginliyi - 30V ; müqavimət -10 10 Om;
temperaturun işçi diapazonu - 30-1800C.
Şək.3.18-də rele giriş siqnalının gücləndiricisi və işıq induksiyası (tranzistor T 1
və işıq diodu Bs) fərqlənir. Diod optronlar yüksək tezliyə, kiçik cərəyan ötürücü
əmsalına malikdirlər və ona görə adətən fotosiqnalın aralıq gücləndiricisindən istifadə
olunur.

а
+ а +
Б1
Т1
Е
Т2
й Т3
М
о - Тф
л
Т
Б2 Т2
ч
б
б
-
Зй

Т3

Т1
Т2
+

Ей

Şəkil 3.17 Tranzistorlu optron əsasında kontaktsız rele

9
+ а
Тф
Ей

Т
-
б

+ а

Ей опт Тф

Т2

Бч Т1

- б

Şəkil 3.18. Tiristorlu optron əsasında kontaktsız rele

Yarımkeçirici relelər elektromexaniki relelərlə müqayisə-də təqribən 5 dəfə


ölçüdən kiçikdirlər və böyük xidmət müddətinə malikdirlər. Təbii ki, idarə
dövrəsində rezistor optron əsasında kontaktsız komutatorların ifasında imkan var.
İdarə sxemi bu halda xeyli sadələşir .

10
Lakin rezistor optronları inersiyalıdırlar və belə komutatorun işləmə müddəti
təqribən 5 ms-ə kimi artır (şək.3.19).

эири Т
ш
2
4

3.19 Diodlu optron əsasında dəyişən çərəyan relesinin


blok-sxemi

11
12

You might also like