You are on page 1of 3

Övlad sahibi olmamağın çətinliyi

İnsanlar var ki, onların ən böyük sıxıntısı Allahu Təalanın onlara övlad bəxş etməməsidir.
Belə ki, siz ailə qurursunuz. 1 il, 2 il, 5 il, 10 il. Hələdə övladınız olmur.
İnanın ki, Allahu Təalanın buna bir səbəbi var.
Allahu Təalanın səbəbi sizin düşünə biləcəyinizdən də önəmli və böyükdür.
O sizi üstün qılmışdır.
Necə?
Düşünün ki, övladınız var və böyüyüb tamamən sizə yük olur.
Düşünün ki, övladınız içki düşkünüdür, evdəki bütün əşyalarınızı oğurlayıb satır öz dərmanlarını
almaq üçün.
Və gün gəlir siz deyirsiz ki, Allahım, kaş bu övlada sahib olmayaydım.
Və Allahu Təala söyləyir ki, sizi kifayət qədər çox sevirik, və bu çətinlikləri çəkmənizi istəmirik.
Düşünün ki, övladınız var. Kiçik yaşlarında yük maşınının altında qalır və ölür. Allah qorusun.
Bu bəzi insanların başına gəlib.
Övladlarınızın başına gələ biləcək bu fəlakətləri düşünün.
Allahu Təala bunları yalnız və yalnız o insanlara nəsib edir ki, onların bu imtahana dözə biləcək
gücü var.
Və Allahu Təala Bəqərə 286 da buyurur.
Allah heç kimsəyə gücünün yetmədiyini yükləməz.
Budur sizin limitiniz.
Bilirik ki, siz bu çətinliklərlə üzləşəcəkdiniz.
Buna görə də həmin anda sizə övlad bəxş etmədik.
Bu sizin üçün bir xeyirdir.
Və siz artıq narahat olmağa başlayırsınız.
Mən artıq 48-50 yaşındayam, hələ də övladım yoxdur.
Yoldaşımla yalnızam. O öldüyü zaman necə olacaq. Mən yalnız qalacam.
Heç kim qayğıma qalmayacaq.
İnsanlar məni barmaqla göstərəcəklər.
Mən o xalanı tanıyıram. Onun övladı yoxdur, yoldaşı da vəfat edib...
Bu gərəksiz stress sizi bürüyür.
Allah səni yaratdı və Onun sənə dair planı var.
Bu planın nə olduğunu Allahu Təala bilir. Bu işdə Ona təvəkkül et.
Sənin əlində olan hər şansı dəyərləndirə bilərsən.
Bəzi insanlar deyə bilər ki, mən təqaüdə çıxdıqdan sonra yaşaya biləcəyim gözəl və qədim bir
ev almaq istəyirəm.
Yaxşı, bunda heç bir qəbahət yoxdur. Əgər bu sənin planındırsa, və onu gerçəkləşdirmək üçün
elə bugündən işləməyə başlayırsanda, bunda bir problem yoxdur. O zamana kimi ki, bu məqsəd
üzərinə özünü hədər etməyəsən.
Vəya bəziləri düşünə bilər ki, mən ciddi dəyişikliklər edəcəm. O insanla danışacam, onu
dəyişdirməyə çalışacam.
Vəya həyatıma girən hər kəsə yardım edəcəm.
Mən gerçək çətinliklərdən danışıram.
Bu önəmlidir, amma depressiyaya, çökməyə səbəb olmamalıdır.
Bu hədəflərin gerçəkləşmədiyi təqdirdə depressiyaya düşməyəcək qədər Allahu Təalaya
təşəkkül etmək lazımdır.
Bundan dolayı depressiyadayam. Allah bilir, onun sənin üçün planı var. Narahat olma.
Allahın planında bir miqdar çətinliklər və əziyətlər ola bilər, amma O bunun qarşılığında sənə
Firdevs cənnətlərini sunmaq istəyir.
Kəhf surəsinə diqqət edərsəniz, Cənabı Allah orada Musa aleyhissalam ilə Xızır aleyhissalam
haqda bəhs edir.
Onlar gənc bir adam görürlər. Xızır aleyhissalam gəlir və onu öldürür.
Musa aleyhissalam təəccüb edir və soruşur. Bu insanı necə öldürə bilərsen?
Oğlana gəldikdə, onun ata-anası mö´min kimsələr idi. (Mən onun alnına baxıb gördüm ki, həddi-
büluğa yetişəndə kafir olacaq) buna görə də biz (onun böyüyəndə) ata-anasını da (öz
arxasınca) azğınlığa və küfrə sürükləməsindən qorxduq.Beləcə istədik ki, Rəbləri onun yerinə
onlara ondan daha təmiz və daha mərhəmətlisini versin. (Kəhf, 80-81)
Xızır aleyhissalam Musa aleyhissalama həmin gənc haqda belə deyir.
Bu gənc böyüdükdə tamamiylə imansız və valideynlərinə qarşı asi olacaq və valideynlərinin
həyatına bir yük və çətinlik olacaq.
Və beləcə Allahu təala həmin imanlı valideynlərə bundan daha yaxşısını nəsib etmək istədi.
Və budur Allahu təalanın planı.
Mən əsla Allahu Təalanın bu hadisəni nə üçün Quranda anlatdığını haqqıyla anlaya bilmərəm.
Amma anladığım bir neçə dərsi sizinlə paylaşacam.
Mənə görə, bu hadisədən öyrənə biləcəyimiz ən önəmli dərslərdən biri də budur. Allahu Təala
sahib olduğumuz övlad haqda gələcəkdə yaşayacağımız hər hansı ağır bir hadisədən
xəbərdardır və bilir ki biz bu nəticəyə əsla səbr edib dözə bilmərik. Bu halda övladımız haqda
xatirələrimizin məhz elə gözəl olduğu bir zamanda onu bizdən alması Allahu təalanın bizə olan
mərhəmətindəndir.
Siz buna bir lütuf kimi baxmırsınız. Amma bu gerçəkdən bir lütufdur.
Yaxşı, kim qaranti edə bilər ki, bu övlad böyüyüb pis övlad olacaq? Heç kim, kimsə qaranti edə
bilməz, amma Allahu Təala onu sizdən alıbsa, O bunu ən gözəl zamanda edib.
Səbr et, və Firdevs cənnətlərinə qovuş.
Ailə üzvlərindən əngəlli olan vardır. Onun qayğısını çək və bu sənin cənnətindir.
Lakin bu imtahanlardan yan keçmək istəyirsinizsə, o zaman itirəcəksiniz.
Məsələn, xəstə övladı olan bir ailə övladını uşaqlar evinə verir. Bu imtahandan sadəcə
qurtulmaq istəyir.
Mən gedirəm. Artıq bu planın içində olmayacam. Çünki övladım xəstədir.
Allahu Təala buyurur ki, Mən sənə cənnəti qazanma fürsəti verirəm, sadəcə bu körpəyə
baxmaqla.
Sən isə bu fürsətdən imtina edirsən, və onu bir başqasına verirsən.
Və Allahu Təala əgər səni belə bir çətinliklə imtahan edirsə, O sadəcə axirətin üçün mükafat
hazırlamır, bu dünyada da onun bərəkətini görürsən.
Işlərin daha yaxş gedir.
Övladına baxmaqda çətinlik çəkə bilərsən amma bu xanım ilə yoldaşını bir birinə daha çox
yaxınlaşdırır. Hansıki öncə bu qədər yaxın deyildiniz.

You might also like