You are on page 1of 253

AZƏRBAYCAN RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ

SƏNAYEDƏ İŞLƏRİN TƏHLÜKƏSİZ GÖRÜLMƏSİ VƏ


DAĞ_MƏDƏN NƏZARƏTİ DÖVLƏT AGENTLİYİ

AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏYİN MÜHAFİZƏSİ VƏ


TƏHLÜKƏSİZLİK
TEXNİKASI ELMİ_TƏDQİQAT İNSTİTUTU /AZDƏMTTETİ/

Neft, qaz və neft kimya sənayesində


Yanğın təhlükəsizliyi Qaydaları

birinci redaksiya

B A K I – 2011
Bölmə I

1.1.Giriş

1.1.1. Bu Qaydaların tələblərinin yerinə yetirilməsi Azərbaycan Respublikası


Dövlət Neft Şirkətinin neft, qaz və neft kimya sənayesinin bütün müəssisə və
təşkilatları üçün məcburidir.
1.1.2. Bu Qaydaların tələblərinə Dövlət Neft Şirkətinin fəaliyyətdə olan
obyektlərinin istismarında, təmirində və yenidən qurulmasında riayət olunmalıdır.
1.1.3.Meşəlik sahələrində yerləşən neft və qaz sənayesi müəssisələrində bu
Qaydalardan əlavə AR DİN Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi tərəfindən
1.1.4 aprel 2003-cü il tarixində təsdiq olunmuş “Azərbaycan Respublikası
meşələrində yanğın təhlükəsizliyi Qaydaları”nın tələblərinə riayət edilməlidir.
1.1.5. Tikinti-quraşdırma işlərinin aparılmasında “Tikinti-quraşdırma işlərində
yanğın təhlükəsizliyi Qaydaları”nın tələblərinə riayət olunmalıdır.
1.1.6. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəssisə
və təşkilatlar yanğından icbari sığorta olunmalıdırlar.
1.1.7.Yanğın təhlükəsizliyi sahəsində xidmətlərin və işlərin görülməsi
fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatlar xüsusi razılıq (lisenziya)
almalıdırlar.

1.2 Ümumi müddəalar

1.2.1 Yanğın təhlükəsizliyinə Dövlət nəzarəti. “Yanğın təhlükəsizliyi


haqqında” Azərbaycan Respublikası qanunundan əsas müddəalar

1.2.1.1 Bu qaydalar Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul


tarixli 619 №-li Fərmanı ilə qüvvəyə minmiş Azərbaycan Respublikası «Yanğın
Təhlükəsizliyi haqqında Qanun»un maddələrinin tələblərini rəhbər tutaraq tərtib
edilmişdir.
1.2.1.2 Yanğın təhlükəsizliyi-təşkilati, iqtisadi, sosial, elmi-texniki, tərbiyə və
təbliğat tədbirlərinin elə bir kompleksidir ki, bu xalq təsərrüfatı sahələrinin və
obyektlərinin, binaların, qurğuların, ərazi vahidlərinin, şəhərlərin, rayonların və
digər yaşayış məntəqələrinin təhlükəsiz fəaliyyətinin, yanğınların törənməsi və
yayılması imkanlarının aradan qaldırılmasını, onların son dərəcə sürətlə aşkar və
ləğv olunmasını, insanların həyatının və sağlamlığının mühafizəsini təmin etməli,
yanğınların təhlükəli amillərinin insanlara və ətraf mühitə təsirini aradan
qaldırmalı, maddi və mənəvi sərvətləri yanğından məhv olmaqdan qorumalıdır.

1.3 Yanğın təhlükəsizliyinin təmin olunmasına idarə və müəssisə nəzarət.


Cavabdeh şəxslərin vəzifələri və məsuliyyəti

1.3.1 ARDNŞ-nin bütün müəssisələrində yanğın təhlükəsizliyinə və


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından

2
Mühafizə Xidmətləri tərəfindən verilən təklif və göstərişlərin yerinə yetirilməsinə
bilavasitə həmin müəssisələrin rəhbərləri cavabdehdir.
1.3.2 Ayrı-ayrı obyektlərdə (sexlərdə, laboratoriyalarda, anbarlarda,
emalatxanalarda və digər istehsalat sahələrində) yanğın təhlükəsizliyinə həmin
obyektlərin rəhbərləri və ya onları əvəz edən şəxslər cavabdehdir.
Hər bir obyektdə görünən yerlərdə yanğın təhlükəsizliyinə məsul şəxslərin
vəzifəsi, adı, atasının adı və soyadı yazılmış lövhələr asılmalıdır.
1.3.3 Bu Qaydaların tələblərini pozan təqsirkar şəxslər, həmin pozuntuların
xarakterindən və nəticələrindən aslı olaraq mövcud qanunvericiliyə əsasən
intizam, inzibati və cinayət məsuliyyəti daşıyır.
1.3.4 Birlik, müəssisə və təşkilatların rəhbərləri aşağıdakı işləri təmin
etməlidirlər:
- tabeliyində olan bütün mühəndis-texniki işçilər (MTİ), fəhlələr və
qulluqçular tərəfindən bu Qaydaların tələblərinin yerinə yetirilməsini;
- «Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu»nun
tələblərinin, habelə Nazirlər Kabinetinin, şəhər və rayon İcra Hakimiyyətlərinin
müəssisələrinə dair yanğın təhlükəsizliyi məsələləri üzrə qəbul etdikləri qərar və
sərəncamların yerinə yetirilməsinin təşkilini;
- idarə tabeli yaşayış məntəqələrində, müəssisələrdə, idarələrdə və
təşkilatlarda yanğınların qarşısının alınması və söndürülməsinin təşkili,
tədbirlərinin həyata keçirilməsi məqsədilə fəhlələr, qulluqçular, mühəndis-texniki
işçilər sırasından könüllü yanğından mühafizə dəstələrinin (KYMD) və yanğın-
texniki komissiyanın (YTK) yaradılmasını;
- istehsalat, inzibatı, anbar təyinatlı və yardımçı binalarda yanğına qarşı
ciddi rejimin (qayda, üsul) təşkilini, siqaret çəkilən yerlərin təchizini, odlu işlərin
aparılmasında ciddi nizam-intizamın təminini, iş saatı qurtardıqdan sonra otaqların
yoxlanılması və bağlanılması qaydalarını, bütün fəhlə və xidməti heyət tərəfindən
bu qaydaların yerinə yetirilməsinin mütəmadi yoxlanmasını;
- obyektin yanğın təhlükəsizliyinin vəziyyətini, obyektin Yanğın
Hissəsinin (Bölməsinin) və KYMD-nin döyüş hazırlıqlarının vaxtaşırı
yoxlanılmasını;
- obyektin yanğına qarşı vəziyyətinin analizi əsasında yanğın
təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəldilmiş əmrlərin verilməsini, bu
qaydaların tələblərini pozan şəxslər haqqında konkret ölçülərin görülməsini;
- yanğına qarşı tədbirlərin yerinə yetirilməsi və yanğınsondürmə
vasitələrinin alınması üçün lazımi vəsaitin ayrılmasını;
- vaxtaşırı, rübdə bir dəfədən az olmayaraq, yanğın-texniki komissiyanın
sədrinin müəssisədə yanğın təhlükəsizliyinin vəziyyətinin yaxşılaşdırılması üzrə
görülən işlər, bu vəziyyət və gələcəkdə nəzərdə tutulmuş tədbirlər haqqında
çıxışının dinlənilməsini;
- texniki vasitələrlə təchiz olnmuş siniflərdə (kabinetlərdə) yanğın texniki
minimum üzrə dərslərin keçirilməsinin təşkil edilməsini.
1.3.5 Dövlət Neft Şirkətinin tabeliyində olan neft, qaz və kimya sənaye
müəssisələrində «Sənaye müəssisələrində və digər obyektlərdə könüllü yanğından

3
mühafizə dəstələrii haqqında Əsasnamə»yə (Əlavə 2) uyğun olaraq könüllü
yanğından mühafizə dəstələri təşkil edilməlidir.
Könüllü yanğından mühafizə dəstələrinin şəxsi heyətinin nümunəvi
hazırlıq proqramı Əlavə 3-də verilmişdir.
1.3.6 Yanğın–texniki komissiya öz fəaliyyətində bu Qaydalar və «Sənaye
müəssisələrində yanğın-texniki komissiya haqqında Əsasnamə”ni rəhbər
tutmalıdır. (Əlavə1).
1.3.7 İstehsalat, sex, qurğu, laboratoriya, anbar və digər yanğın
təhlükəsizliyinə cavabdeh struktur bölmələrin rəhbərləri:
- istehsalatın texnoloji proseslərini bilməli və yanğın təhlükəsizliyi
Qaydalarına əməl etməli;
- xidməti heyətin yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrinə
nəzarət etməli;
- obyektin rəhbərinin və ya baş mühəndisinin yazılı icazəsi olmadan və
yanğın təhlükəsizliyi xidməti ilə razılaşdırmadan odlu işlərin aparılmasına icazə
verməməli;
- binalara, tikililərə, su mənbələrinə gedən keçidlərin, istehsalat
obyektlərinə gedən yolların, həmçinin binalarda keçidlərin, pilləkan qəfəsələrinin,
yanğın avadanlıqlarına girişlərin hər hansı bir əşyalarla tutulmasına yol verməməli;
- yanğınsöndürmə vasitə və cihazların sazlığını və işə hazırlığını hər gün
yoxlamalı, yanğınsöndürmə avadanlıqlarının təyinatını və onlardan istifadə etmə
qaydalarını bilməli;
- yanğın təhlükəsizliyi qaydalarının pozulmasını və yanğın
avadanlıqlarında nasazlıq aşkar edərkən, dərhal müəssisənin mühafizə xidmətinə
xəbər verməli və nöqsanların aradan qaldırılması üçün tədbirlər görməli;
- yanğın baş verərsə və ya qəza nəticəsində, eləcə də digər səbəblərdən
təhlükəli vəziyyət yaranarsa, dərhal yanğınsöndürmə və qəza xilasetmə dəstəsini
çağırmalı, eyni zamanda əldə olan güvvə və vasitələrdən istifadə edərək yanğının
və ya qəzanın ləğv edilməsinə və insanların köçürülməsinə başlamalıdır.
1.3.8 Müəssisə və təşkilatlarda çalışan hər bir işçi müəyyən edilmiş yanğın
təhlükəsizliyi qaydalarına ciddi əməl etməli və yanğına səbəb ola biləcək
hərəkətlərə yol verməməlidir.
1.3.9 Hər bir işçi yanğın təhlükəsizliyi qaydalarının pozulmasına və ya
yanğınsöndürmə avadanlıqlarının düzgün istifadə edilməsi hallarına rast gələrsə,
dərhal bu barədə obyektdə yanğın təhlükəsizliyi üzrə məsul şəxsə məlumat
verməlidir.
1.3.10 Ayrı-ayrı obyektlərin və qurğuların tikintisi, təmiri və yenidən
qurulması ilə bağlı işlərin yerinə yetirilməsi müqavilə əsasında digər bir təşkilata
və ya şəxsə tapşırıldıqda yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsi üzrə
məsuliyyəti həmin təşkilatın rəhbəri daşıyır. Yanğın təhlükəsizliyinin bütün
tələblərinin yerinə yetirilməsinə görə ümumi məsuliyyət isə müəssisə rəhbərlərinin
üzərinə düşür.

4
1.4 Yanğın təhlükəsizliyinin təmini üzrə işlərin təşkili

1.4.1 Müəssisə rəhbərləri bu Qaydaların əsasında, istehsalat xüsusiyyətləri


nəzərə alınmaqla, ümummüəssisə və hər bir sex, qurğu, laboratoriya və s.
obyektkər üçün yanğın təhlükəsizliyi üzrə təlimatlar hazırlamalı, onları yerli
yanğın təhlükəsizliyi xidməti ilə razılaşdırmalı və təsdiq etməlidir.
1.4.2 Ü mummüəssisə üzrə hazırlanmış təlimatlarda yanğın təhlükəsizliyinin
əsas tələbləri müyyənləşdirilməli və aşağıdakılar nəzərdə tutulmalıdır:
- ərazinin saxlanma xüsuyyəti, o cümlədən, yollar, yanğına qarşı aralıq
məsafələr, binalara, su mənbələrinə və digər obyektlərə keçid yolları;
- maddə və materialların saxlanılması qaydaları;
- nəqliyyat vasitələrinin müəssisə ərazisinə buraxılması və onların hərəkət
qaydaları;
- birdəfəlik və müvəqqəti işlər yerinə yetirən şəxslərin obyektin ərazisinə
buraxılması qaydaları;
- obyektdə siqaret çəkmək üçün xüsusi yerlərin ayrılması;
- yanğınsöndürmə və yanğın rabitə siqnalizasiya vasitələrinin saxlanılması
qaydaları;
- yanğından mühafizə xidmətinin çağırılması qaydaları.
1.4.3 Obyektlər üçün yanğın təhlükəsizliyi üzrə təlimatlarda yanğından
mühafizə tədbirləri müəyyən edilərkən aşağıdakılar nəzərə alınmalıdır:
- istehsalatın yanğın təhlükəsizliyi üzrə kateqoriyası;
- ayrı –ayrı istehsal prosesləri üçün xüsusi tədbirlər;
- sexlərdə, emalatxanalarda, anbarlarda yanğın və partlayış törədə bilən
maddələrin saxlanılması qaydaları və normaları;
- partlayış-yanğın təhlükəli ayrı-ayrı maddəlarin saxlanılması və nəqlinin
xüsusiyyərləri;
- yanğın söndürmə sistemlərinin və vasitələrinin işə yararlılığının
yoxlanılması qaydaları;
- xüsusi yanğınsöndürmə vasitələrinin və qurğularının zəruri hallarda işə
salma qaydaları;
- nəzarət ölçü cihazlarında (qazanalizatorlar, səviyyəölçənlər, manometrlər,
termometrlər) texnoloji parametrlərin qəza, partlayış və yanğın təhlükəliliyi
baxımından buraxıla bilən hədd göstəriciləri;
- odlu işlərin aparılması üçün xüsusi yerlərin ayrılması;
- silgi materiallarının yığılması, saxlanılması və binadan xaric edilməsi;
- xüsusi geyimlərin saxlanılması;
-ayrı-ayrı aparat və avadanlıqların təmirə hazırlanması və təmirdən sonra
işə salınması zamanı yanğından mühafizə qaydaları;
- yanğın baş verərkən sex, emalatxana və digər obyektlərin işçilərinin
vəzifələri (yanğından mühafizə xidmətinin çağırılması, texnoloji avadanlıqların
dayandırılması, ventilyasiya və elektrik cihazlarının söndürülməsi,
yanğınsöndürmə vasitələrinin tətbiqi,
təhlükəsizlik texnikası qaydalarına riayyət edilməklə insanların və maddi
sərvətlərin köçürülməsi və s.).
5
- obyektin xüsusiyyətindən asılı olaraq təlimata digər tədbirlər də daxil
edilə bilər.
1.4.4 Müəssisədə işlənib hazırlanmış təlimatlara aşağıdakı qaydada yenidən
baxılmalıdır:
- üç ildə bir dəfədən az olmayaraq;
- texnoloji proses və iş şəraiti dəyişdikdə;
-təlimatın qüvvədə olduğu obyektdə qəza, partlayış, yanğın baş vərərdikdə;
- təlimatın əsasını təşkil edən sənədlər dəyişdikdə.

1.5 Fəhlə və mühəndis-texniki işçilərin yanğın təhlükəsizliyi


məsələləri üzrə öyrədilməsi və təlimatlandırılması

1.5.1 Müəssisənin rəhbərliyi tərəfindən verilən əmrlə təlimatlandırılmanın


vaxtı və qaydası təyin olunur. Bu əmrə əsasən müəssisələrdə bütün fəhlə, qulluqçu
və MTİ-ləri ilə yanğın təhlükəsizliyi üzrə ilkin və təkrar təlimat keçirilməli, onlarla
yanğın texniki minimumu üzrə məşğələlər aparılmalıdır.
1.5.2 Müəssisə rəhbəri əmrlə təyin edir:
-yanğınsöndürmə və yanğın siqnalizasiya qurğularının istismarı və
saxlanılması üzrə cavabdeh şəxsi;
-yanğın-texniki minimum proqramı üzrə işçilərin təlim keçəcək sex və ya
peşələrin siyahısını;
-yanğına qarşı təlimatlandırmanı və yanğın-texniki minimum üzrə
məşğələləri aparacaq işçilərin siyahısını;
-yanğına qarşı təlimatlandırmanı və yanğın-texniki minimum üzrə
məşğələlərin keçirilmə yerlərini;
-yanğına qarşı təlimatlandırılmış və yanğın-texniki minimum proqramı
üzrə öyrədilmiş şəxslərin qeydiyyatının aparılma qaydasını;
1.5.3 Müəssisəyə işə qəbul edilən bütün işçilər, həmçinin təcrübə keçmək
və ya müvəqqəti işə qəbul edilmiş bütün şəxslər yanğın təhlükəsizliyi üzrə ilkin
təlimat keçməlidirlər. Təlimatlandırma Əlavə 5-də göstərilən forma üzrə
rəsmiləşdirilməlidir.
1.5.4 Yanğın təhlükəsizliyi üzrə ilkin təlimatlandırma bu məqsədlə xüsusi
otaqlarda keçirilməli, təlimatlandırılan işçilər aşağıdakı məsələlərlə tanış
olmalıdırlar:
- ümumi təhlükələrin və yanğınların baş vermə səbəbləri ilə;
- müəssisənin ərazisində və obyektlərində həyata keçiriləcək yanğından
mühafizə tədbirlərilə;
- müəssisədə olan yanğınsöndürmə vasitələrinin istifadə qaydaları ilə;
- yanğın baş verən hallarda hansı əməli hərəkətlərin həyata keçirilməsi ilə.
1.5.5 İlkin təlimatlandırmanı müəssisənin yanğın təhlükəsizliyi xidməti
keçirməlidir.
1.5.6 İşçilər yanğın təhlükəsizliyi üzrə təlimatlandırılarkən və onlara
məşğələlər aparılarkən elmi-texniki vasitələrdən, kompüter öyrətmə
proqramlarından, video-filmlərdən geniş istifadə edilməlidir.

6
1.5.7 İş yerlərində ilkin təlimat, işçilər texnoloji proseslə tanış olduqdan sonra
aparılmalıdır. İlkin təlimat sexin, qurğunun, şöbənin, laboratoriyanın, emalatxanın
rəisi (rəis müavini) tərəfindən aparılmalı və Əlavə 6-da göstərilən forma üzrə
rəsmiləşdirilməlidir.
1.5.8 Təlimatlandırmanın sonunda təlimatlandırılan şəxsin bilikləri yoxlanıl-
malıdır. Bilikləri qeyri-kafi qiymətləndirilən şəxslər təkrar təlimatlandırılmalı və
yenidən imtahan verməlidirlər. Yenidən imtahan verənə qədər həmin şəxslər
sərbəst işə buraxılmamalıdır. Əgər təkrar imtahan zamanı işçinin bilikləri qeyri-
kafi qiymətlənldirilsə, həmin şəxsin bu işdə işləməsinə icazə verilmir.
1.5.9 İş yerlərində təkrar təlimatlandırmanı obyektin yanğın təhlükəsizliyinə
cavabdeh şəxs aparmalıdır. İşçilər bir obyektdən digərinə keçirildikdə həmin
obyektin yanğın təhlükəsizliyi xüsusiyyətləri nəzərə alınmaqla onlar təkrar
təlimatlandırılmalıdırlar.
1.5.10 Yüksək yanğın təhlükəli sahələrdə işləyən fəhlə, qulluqçu və MTİ-lərin
yanğın təhlükəsizliyi üzrə biliklərini təkmilləşdirmək, istehsalatın texnolojı
prosesinin xüsusiyyətindən aslı olaraq, yanğın təhlükəsizliyi qaydalarını öyrətmək,
mövcud yanğınsöndürmə vasitələri ilə tanış etmək və yanğın zamanı əməli hərəkət
qaydalarını öyrətmək məqsədi ilə onlarla yanğın-texniki minimum (YTM)
məşğələləri keçirilməlidir (Əlavə 4) .
Yanğın-texniki minimum proqramı üzrə məşğələlər bilavasitə sexlərdə,
qurğularda, istehsalat sahələrində, lobaratoriyalarda və s. yerlərdə aparılmalıdır.
Məşğələlər ixtisas kateqoriyaları üzrə qruplarla (elektrik qazqaynaqçıları,
elektriklər, yanacaq anbarları təsərrüfatının fəhlələri və s.) ildə bir dəfədən az
olmayaraq keçirilməlidir.
Məşğələlərin proqramı və keçirilmə qaydası müəssisənin yanğın
təhlükəsizliyi ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidmətləri
tərəfindən birlikdə işlənib hazirlanmalıdır.
1.5.11 Yanğın-texniki minimum üzrə məşğələlərin təşkil edilməsi və
keçirilməsi yanğın-texniki minimum proqramına əsasən aparılmalıdır.
1.5.12 YTM proqramı üzrə məşğələlər keçirildikdən sonra işçilərin bilikləri
yoxlanılmalıdır. İmtahanın keçirilməsi müvafiq sənədlərlə rəsmiləşdirilməlidir.

1.6 Yanğın zamanı insanların təhlükəsizliyinin təmini

1.6.1 İstehsalat, inzibati, ictimai və digər təyinatlı bina və otaqlarda yanğın


baş verərkən insanların təhlükəsiz köçürülməsi təmin olunmalıdır.
1.6.2 Yanğın zamanı insanların təhlükəsizliyinin təmin edilməsi üçün
aşağıdakı tədbirlər həyata keçirilməlidir:
- bina və otaqların konstruktiv-planlı həlli insanların tez köçürülmə
imkanlarının həyata keçirilməsini, yanğının yayılmasının qarşısının alınmasını
təmin etməlidir;
- insanların köçürülmə yollarındakı divar və tavanların bəzədilməsində
yanar materialların, həmçinin yanmanı səthi ilə yayan və boğucu qazlar ifraz edən
materiallardan istifadə edilməməlidir;
7
- yanğın və qəza hallarında insanların müvəffəqiyyətlə köçürülməsinə
imkan verən xüsusi avadanlıqlar daima saz vəziyyətdə saxlanılmalıdır (təcili
xəbərdarlıq sistemi, qəza vəziyyətində işıqlandırma, təhlükəsizlik işarələri);
- yanğın baş verərkən yanğın təhlükəsizliyinin əsas tələblərilə və fərdi
ehtiyyat tədbirləri ilə, həmçinin otaqlardan insanların köçürülmə planı ilə bütün
işçi heyət tanış olmalıdır;
- tüstüdən mühafizə sisteminə daxil olan pilləkən qəfəsələrinin, dəhliz və
tamburların germetikliyini təmin edən qurğular saz vəziyyətdə saxlanılmalıdır;
- köçürülmə yolları (dəhlizlər, pilləkən qəfəsələri, vestibüllər) gecə vaxtı
normativ tələblərə uyğun işıqlandırılmalıdır;
- təmir işləri, elektrik cihaz və qurğularının, isitmə sistemlərinin istismarı
zamanı texniki təzhlükəsizlik tələblərinə ciddi riayət olunmasına müəssisənin
rəhbərliyi tərəfindən müntəzəm nəzarətin yaradılması.

8
Bölmə II

2. Yanğın təhlükəsizliyinin əsas tələbləri

2.1. Ərazilərə, istehsalat və inzibati binalara, otaqlara və avadanlıqlara


olan yanğın təhlükəsizliyi tələbləri

2.1.1 Müəssisələrin və obyektlərin əraziləri, istehsalat otaqları və


avadanlıqları daim təmiz və qaydasında saxlanılmalıdır.
2.1.2 İstehsalat ərazisinin, otaqların və avadanlıqların asan alışan və yanar
maddələrlə (AAM və YM), zibil və istehsalat qalıqları ilə çirklənməsinə yol
verilməməlidir. İstehsalat qalıqları, zibil, quru ot yığılmalı və yanğın cəhətdən
təhlükəsiz yerlərdə yandırılaraq məhv edilməlidir. AAM və YM tökülərək torpağa
hopmuş yerlər təmizlənməli, həmin yerlərə quru qum və ya torpaq tökülməlidir.
2.1.3 Müəssisələrin ərazisində, açıq anbar və çuxurlarda AAM və YM
saxlanılmasına yol verilməməlidir.
2.1.4 Müəssisələrin ərazisində yerləşən partlayış-yanğın təhlükəli obyektlərin
və tikililərin ətrafında radiusu 5m-dən az olmayan zonada otlar vaxtaşırı biçilməli
və yanğından təhlükəsiz yerlərə daşınmalıdır. Həmin zonada yanar materialların
saxlanılması qadağandır.
2.1.5 Partlayış-yanğın təhlükəli obyektlərin önündə yanğınsöndürmə
vasitələrinin yerini göstərən lövhələr asılmalıdır.
2.1.6 Keçidlərin və yolların bir hissəsinin bağlanmasına (məsələn, yolun
təmiri məqsədi ilə) və kənar yolların düzəldilməsinə, aparılacaq işin yeri,
xüsusiyyəti və icra müdddəti göstərilməklə müəssisə rəhbərinin və Fövqəladə
Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti ilə razılaşdırılmış icazəsindən
sonra yol verilir.
2.1.7 Yollar qazılarkən, eni 3.5m az olmayan keçidlər saxlanılmalı, xəndəklər
üzərində körpülər quraşdırılmalıdır. Keçidlərin saxlanılması mümkün olmayan
hallarda yanğın maşınlarının hərəkəti üçün eni 3.5m-dən az olmayan dolayı yollar
çəkilməlidir.
Bu hallarda istifadə olunan hərəkət işarələri müvafiq normativ-texniki
sənədlərin tələblərinə uyğun olmalıdır.
2.1.8 Müəssisədə, yanğından təhlükəsizliyi xidməti ilə razılaşdırılmış, siqaret
çəkmək üçün xüsusi yerlər ayrılmalıdır. Bu yerlərdə zibil urnaları, su ilə
doldurulmuş tutumlar və “Siqaret çəkmək üçün yer” yazılan lövhə asılmalıdır.
2.1.9 Partlayış təhlükəli otaqlardakı telefon aparatları və onlara qoşulan
xəbərverici qurğular, həmin otaqlarda əmələ gələ bilən partlayış təhlükəli
qarışıqların kateqoriya və qrupuna uyğun partlayışdan mühafizəli quruluşda
olmalıdır.
Hər telefon aparatının yanında yanğından mühafizə xdmətinin telefon
nömrəsi yazılmış lövhə asılmalıdır.
2.1.10 Müəssisələrin ərazisində tonqalların qalanması, quru otların və
yanacaq-sürtgü materiallarının yandırılması qadağandır.

9
2.1.11 Partlayış-yanğın təhlükəli müəssisələrin və qurğuların (çənlər parkı və
s.) ərazisinə girişə yalnız xüsusi buraxılış vərəqəsi ilə icazə verilir. Avtonəqliyyat,
traktor və digər aqreqatlar qığılcımsöndürən və yanğınsöndürmə vasitələri ilə
təchiz olunmalıdır.
2.1.12 Partlayış-yanğın təhlükəli maddələri nəql edən boru xətlərinin məişət,
yardımçı, inzibati-təsərrüfat otaqlarından, paylayıcı qurğular, nəzarət-ölçü cihazları
və ventilyasiya kameraları olan otaqlardan çəkilməsi qadağandır.
2.1.13 Yanacaq doldurma məntəqələrinin, akkumlyator otaqlarının, yanacaq-
sürtgü materialları anbarlarının, nasosxanaların, və digər partlayış-yanğın
təhlükəli istehsalat obyektlərinin məşəl, kibrit, şam, kerosinli fənarlar, tonqal və
digər açıq alov mənbələri ilə işıqlandırılması qadağandır.
2.1.14 Hər bir müəssisədə istehsalat sexlərinin, ayrı-ayrı otaqların, qurğuların
və anbarların partlatış-yanğın və yanğın təhlükəsizliyi üzrə kateqoriyalarını
müəyyən edən siyahı tərtib olunmalıdır.
2.1.15 Nasaz avadanlıqlarda istehsalat əməliyyatlarının aparılması,
qurğularda yanar qazların, buxarların qatılığını, təzyiqini, temperaturunu və digər
texnoloji parametrlərini ölçən NÖC-nın söndürülməsi qadağandır.
2.1.16 İstismar zamanı səthlərinin temperaturu 450C-dən yüksək olan boru
xətlərinin və avadanlıqların, onlarla işçi heyyətin təmasda ola biləcək sahəsində
çəpəri və ya yanmayan istilik izolyasiyası olmalıdır.
2.1.17 Təzyiq altında işləyən avadanlıqlarda təmir işlərinin aparılması, nasos
və kompressorların işlək vəziyyətində kipgəclərinin doldurulması və sıxılması
qadağandır.
Boru xətlərində və aqreqatlarda (nasoslarda, kompressorlarda), onları
sistemdəki digər aparat və boru xətlərindən siyirtmə və tıxacların vasitəsi ilə
ayırmamış və sistemdəki təzyiqi endirməmiş, flanslarının sıxılması qadağandır.
2.1.18 Avadanlıqların, xüsusi ilə flans birləşmələrinin və kipgəclərin
germetikliyinə nəzarət olunmalıdır. Məhsulun sızması yerləri aşkar olduqda,
nasazlığın aradan qaldırılması üzrə tədbirlər görülməlidir.
2.1.19 Donmuş aparatlar, armaturlar, boru xətləri, siyirtmələr yalnız buxar və
ya isti su ilə qizdırılmalıdır. Bu məqsəd üçün lehim lampasından və yaxud açıq
alovdan istifadə etmək qadağandır.
2.1.20 İstehsalat bina və tikililəri arasındakı məsafələr qüvvədə olan tikinti
normalarının tələblərinə cavab verməlidir.
2.1.21 Partlayış-yanğın təhlükəli qazların (qaz-hava qarışıqlarının, partlayış
təhlükəli tozların və s.) yığılması etimal olunan otaqları digər otaqlardan ayırmaq
üçün divarda transmissiya valları quraşdırılmalıdır, partlayış-yanğın təhlükəli qaz
qarışıqlarının qonşu otaqlara yayılmasının qarşısını alımaq üçün isə boru xətlərində
kipləşdrici qurğular (kipgəc, və s.) nəzərdə tutulmalıdır.
2.1.22 Yağlanmış, benzin, kerosin və digər yanar mayelərə bulaşmış silgi
materialları qapağı kip örtülən metal qutularda yığılıb saxlanılmalıdır. İş başa
çatdıqdan sonra (və ya növbə təhvil verilməzdən əvvəl) qutular yanğından
təhlükəsiz yerlərə aparılmalıdır. İstifadəyə yarasız silgi materialları obyektin
müdirinin və ya sex rəisinin göstərişi ilə, müəssisənin yanğın təhlükəsizliyi xidməti
ilə razılaşdırılaraq, xüsusi ayrılmış yerlərdə yandırılmalıdır.
10
2.1.23 Girişlər, çıxışlar, dəhlizlər, tamburlar, stasionar yanğın pilləkənləri,
binaların damındakı yanmayan çəpərlər, pilləkən qəfəsələri, çardaqlar həmişə saz
və təmiz vəziyyətdə saxlanılmalı, artıq əşyalarla qalaqlanmamalıdır.
Ç ardaqlar və dam pəncərələri bağlı saxlanılmalıdır. Pilləkən qəfəsələrində
müxtəlif əşyaların yığılıb saxlanılması, qaz xətlərinin, tez alışan və yanar mayelər
nəql edən boru xətlərinin çəkilməsi, həmçinin insanların hərəkətinə mane olan
avadanlığın quraşdırılması qadağandır.
2.1.24 Təxliyyə yollarının qapıları binadan çıxışa doğru istiqamətdə sərbəst
açılmalıdır. Yanğın baş verərdikdə istehsalat və inzibati binalarda olan insanların
təhlükəsiz təxliyyəsi təmin edilməlidir.
2.1.25 İstehsalat və inzibati binaların zirzəmilərində və kürsülü
mərtəbələrində partlayıcı maddələrin, təzyiq altında olan (dolu) qaz balonlarının,
selluloidin, kinoplyonkaların və digər yüksək yanğın təhlükəli maddələrin
saxlanılması qadağandır.
2.1.26 Hər bir istehsalat binasının və otaqlarının təxliyyə çıxışlarının kon-
struksiyası, planlaşdırılması və sayı qüvvədə olan tikinti norma və qaydaların
tələblərinə cavab verilməlidir.
2.1.27 İstehsalat obyektlərinin taxta konstruksiyaları odadavamlı tərkibli
materiallarla işlənilməlidir. Bu proses vaxtaşırı aparılmalıdır.
2.1.28 Yanğına qarşı divarlarda və örtüklərdə olan aralıqlardan alovun
yayılmasının və məhsulların yanmasının qarşısını almaq üçün qoruyucu qurğular
quraşdırılmalıdır (yanğına qarşı qapılar, su pərdəsi, qapaqlar, sipərlər, şiferlər,
tüstüyə qarşı qurğular).
2.1.29 Yanğına qarşı sədd müxtəlif kommunikasiya xətləri ilə kəsişdiyi
yerlərdə əmələ gələn aralıqları yanmayan materialla kip tutmaq lazımdır.
2.1.30 Yerli nəzarət orqanları və FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti
ilə razılaşdırılmış və müəssisə rəhbəri tərəfindən təsdiq edilmiş müvafiq lahiyə
olmadığı halda, istehsalat və xidməti otaqların yenidən planlaşdırılması
qadağandır. Yenidən planlaşdırma zamanı tikinti konstruksiyalarının
odadavamlılıq həddlərinin aşağı salınmasına və insanların köçürülmə şəraitinin
pisləşməsinə yol verilməməlidir. 1, 2, və 3-cü dərəcəli odadavamlı binalarda yanar
materiallardan antresollar, arakəsmələr, məişət yerləri, anbarların quraşdırılması
qadağandır.
2.1.31 AAM, YM və qazlardan istifadə olunan sexlərdə və laboratoriyalarda,
onların iş yerlərinə mərkəzləşdirilmiş qaydada daşınması və paylanması təşkil
edilməlidir. Bütün hallarda AAM və YM daşınması zamanı xüsusi konstruksiyaya
malik təhlükəsiz qablardan (taralardan) istifadə edilməlidir.
Sex anbarlarında AAM və YM, boyaların, həlledicilərin bir yerdə
saxlanılması üçün yol verilə bilən maksimum miqdarları normaylara uyğun təyin
edilməlidir.
İş yerlərində saxlanılan materialların (istifadəyə hazır şəkildə olan) miqdarı
növbə təlabatından artıq olmamalı, onlar saxlanılan qablar kip bağlanmalıdır.
Boyalar, laklar və həlledicilər saxlanılan obyekt anbarlarına olan tələblər
qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməlidir.

11
2.1.32 Partlayış-yanğın təhlükəli obyektlər yanğın təhlükəsizliyi işarələri və
plakatları ilə təchiz olunmalıdır.
2.1.33 İstehsalat otaqları və avadanlıqlar vaxtaşırı tozdan və digər yanar
materiallardan təmizlənməlidir. Təmizlənmə müddəti texnoloji reqlamentə və ya
sex təlimatına əsasən təyin olunmalıdır. İntensiv sürətdə toz halında olan
maddələrin yığıldığı yerlərdə yanğın təhlükəliliyi gösətəriciləri müəyyən
olunmalıdır.
2.1.34 İşçilərin xüsusi geyimləri vaxtında yuyulmalı və təmir edilməlidir.
Müəssisənin müdriyyəti tərəfidən hər bir sex (istehsalat əməliyyatı) üçün
çirklənmiş xüsusi geyimlərin təmizi (yenisi) ilə əvəz olunması müvafiq qaydada
həyata keçirilməlidir.
2.2 İşçi zonanın hava mühitinə nəzarətin təşkili

2.2.1 Partlayış təhlükəli buxar və qazların yığılması ehtimalı olan istehsalat


otaqlarının, xarici qurğular yerləşən ərazilərin hava mühitinə daimi nəzarət təşkil
olunmalıdır.
2.2.2 İşçi zonaların hava mühitinə nəzarət neft sənayesi müəssisələrində hava
mühitinə nəzarətin aparılmasına dair sahə təlimatlarına əsasən təşkil olunmalıdır.
2.2.3 İstehsalat otaqlarının və xarici qurğular yerləşən işçi zonaların hava
mühitinə nazərət etmək üçün qəza ventilyasiya sisteminə bloklanmış avtomatik
siqnalizasiya sistemləri nəzərdə tutulmalıdır.
Siqnalizasiya sistemləri işıq və səs xəbərvericiləri ilə təchiz olunmalıdır. İşçi
zonanın hava mühitində neft buxarlarının və qaz-hava qarışıqlarının miqdarı yol
verilən həddən yüksək olduqda siqnalizasiya sistemi işə düşməlidir.
Qeyd: stasionar siqnalizasiya sistemi ilə yanaşı səyyar siqnalizatorların
istifadəsinə icazə verilir.
2.2.4 İşıq və səs siqnalizasiyası xidməti heyətin iş yerlərinə, mərkəzi və
yaxud yerli idarəetmə məntəqələrinə verilməlidir.
2.2.5 Partlayış təhlükəli otaqlarda, zonalarda quraşdırılan xəbərvericilər,
siqnalizasiya qurğuları otaqlarda və xarici qurğular yerləşən zonalarda yarana
biləcək partlayış təhlükəli qarışıqların qrupuna və kateqoriyasına uyğun olmalıdır.
2.2.6 Buxar və qazların partlayış həddinə qədər (aşağı partlayış həddini)
qatılığını təyin edən stasionar siqnalizasiya vasitələrinin quraşdırılması neft
sənayesi müəssisələrinin istehsalat otaqlarında stasionar qaz analizatorlarının və
siqnalizatorların quraşdırılma tələblərinə uyğun aparılmalıdır.
2.2.7 Stasionar avtomatik siqnalizatorlar olmadıqda işçi zonanın hava
mühitinə nəzarət müəyyən olunmuş cədvəl üzrə daşınan yarımavtomat
siqnalizasiya cihazları ilə, ekspress-analiz üsulu ilə və yaxud fiziki-kimyəvi üsulla
həyata keçirilməlidir.
Partlayış təhlükəli qazların, buxarların, tozların yığılma ehtimalı olan
yerlərdən hava nümunəsinin götürülməsi sexin nümayəndəsinin iştirakı ilə həyata
keçirilməlidir.
2.2.8 İşçi zonaların hava mühitinə vaxtaşırı nəzarəti müəssisənin, sexin
sənaye-sanitariya və ya kimyəvi laboratoriyası, həmçinin qaz-qəza xilasetmə
xidməti və ya xüsusi yaradılmış qruplar tərəfindən aparılmalıdır.
12
Ayrı-ayrı hallarda istehsalat zərurəti ilə bağlı, işçi zonanın hava mühitinə
nəzarəti aparmaq üçün obyektin xidməti heyəti cəlb oluna bilər. Bu şəxslər mobil
(daşınan) siqnalizatorlarla işləmə və hava nümunəsinin götürülməsi qaydalarını
bilməli, ixtisasartırma-tarif komisiyyası tərəfindən verilmiş vəsiqələri olmalıdır.

2.3 Kanalizasiya və təmizləmə qurğularına olan yanğın təhlükəsizliyi


tələbləri

2.3.1 Müəssisənin istehsalat kanalizasiya şəbəkələri qapalı formada


quraşdırılmalıdır. Kanalizasiya şəbəkəsi yanmayan materiallardan hazırlanmalı,
boru və qurğuların kimyəvi aqresiv çirkab suların təsiri nəticəsində korroziyadan
muhafizəsi nəzərdə tutulmalıdır. Kanalizasiya baxış quyuları qapaqla bağlı
vəziyyətdə saxlanılmalı və 10 sm qalınlığı olan qum təbəqəsi ilə örtülməlidir.
2.3.2 Kanalizasiya şəbəkələrinin hidravlik sürgülərinin nasaz vəziyyətdə
istismarıa qadağandır.
2.3.3 Tərkibində neft və neft məhsulları olan çirkab sular kanalizasiya
şəbəkəsinə verilməzdən əvvəl təmizlənməlidir. Sənaye kanalizasiya şəbəkəsinin və
neft tutucularının istismarına oraya axıdılan çirkab sular neft və neft
məhsullarından təmizlənməmiş icazə verilmir.
2.3.4 İstismarda olan nefttutucu qurğular fasiləsiz işləməli və müntəzəm
olaraq texniki baxış keçirilməlidir.
2.3.5 Neft tutucuları yanmayan materiallardan hazırlanmalıdır. Açıq neft
tutucularının ətrafında yanmayan materialdan hazırlanmış, hündürlüyü 1 m-dən az
olmayan çəpərlər quraşdırılmalıdır.
2.3.6 İstehsalat obyektlərinin ərazisində qaz kəmərlərindən 15m-ə qədər
məsafədə və ondan hər iki tərəfdə yerləşən kanalizasiya qurğuları və yeraltı
tikililərin havasının qazlılıq səviyyəsi ildə 3 dəfədən az olmayaraq, qaz kəmərinin
istismara verildiyi birinci il isə ayda 1 dəfədən az olmayaraq yoxlanılmalıdır.
Qazlılığın səviyyəsi normadan yüksək olduqda və yaxud qaz sızması aşkar
olunduqda, qaz kəmərləri dərhal bağlanılmalı, yoxlanılmalı və sızmanın ləğv
edilməsi üçün lazımi tədbirlər görülməlidir, qaz kəmərinin xətti istiqamətində
yuxarıda göstərilən məsafədə yerləşən bütün digər yeraltı tikililərin və binaların
havasının qazlılıq səviyyəsi yoxlanılmalıdır.
Qazlılıq səviyyəsi qazanalizatorla yoxlanılmalı, baxışın nəticələri hava
mühitinə nəzarət jurnalına jurnala yazılmalıdır (Əlavə 7).

2.4 Nəzarət və avtomatika vasitələri

2.4.1 Nəzarət və avtomatika vasitələrinin quraşdırılması və istismarı «Pravila


texniçeskoy gkspluataüii glektroustanovok potrebiteley» və «Pravila texniki
bezopasnosti pri gkspluataüii elektroustanovok potrebiteley» qaydalarının
tələblərinə cavab verməlidir.
2.4.2 Texnoloji proseslərin avtomatik nəzarət, idarəetmə və tənzimləmə
qurğularının istismarı zamanı aşağıdakılara əməl olunmalıdır:
13
- texnoloji avadanlıqların avtomatika vasitələri və sistemləri ilə tam təhciz
olunmasına;
- avtomatika vasitələrinin sınağının (cihazların növü, onların mühafizə və
quraşdırılma üsulları) təhlükəlilyi sinfinə, partlayış təhlükəli qarışıqların qrup və
kateqoriyasına uyğun seçilməsinə;
- yanğınların aşkar edilməsı, lokallaşdırılması və söndürülməsi sistemlərinin
mövcudluğuna;
- istismar prosesində işin etibarlılığı və müntəzəmliliyinin təmin
edilməsinə;
- nəzarət-ölçü və avtomatika cihazları (NÖC vəA) yerləşən otaqların yanğın
təhlükəsizliyi tələblərinə cavab verməsinə;
- avtomatika sistemlərinin istismarı prosesində yanğına qarşı tələblərə
riayət olunmasına;
2.4.3 Layihəyə və texnoloji reqlamentə uyğun olaraq, istehsalat qurğuları
lazımi nəzarət-ölçü, avtomatik mühafizə vasitələri ilə, partlayış-yanğın
təhlükəsinin yaranmasını əks etdirən parametrlərin (temperatur, təzyiq, mayenin
səviyyəsi və s.) tənzimlənməsi sistemləri ilə təmin olunmalıdır.
2.4.4 Partlayış-yanğın təhlükəli otaqlarda və xarici qurğularda elektirik
dövrəli avtomatik cihazların tətbiqinə o halda icazə verilir ki, onlar partlayış
təhlükəli və mədən elektrik avadanlıqlarının hazırlanması Qaydalarının tələblərinə
uyğun olsun, bu cihazların qeyd olunan otaqlarda və xarici qurğularda yarana bilən
partlayış təhlükəli qarışıqların qrup və kateqoriyasına uyğun olan partlayışdan
mühafizə markalanması (nişanı) olsun.
2.4.5 Bütün nəzarət-ölçü, avtomatika və tənzimləmə cihazları növbə rəisinin
icazəsi ilə, yanğın təhlükəsizliyi tələblərinə riayət etməklə, sınaqdan keçirilməli və
tənzimlənməlidir.
2.4.6 Partlayış-yanğın təhlükəli sexlərdə NÖC və A cihazlarının təmiri
zamanı açıq oddan (lehimləmə, qaynaq və s.) istifadə etmək və yüksək temperatur
şəraitində təmir işlərini aparmaq qadağandır.
2.4.7 Avadanlıqlarda quraşdırılan cihazlarda parametrlərin buraxıla bilən
məhdudiyyət göstəriciləri, bu cihazların təmirini həyata keçirən müəssisənin və ya
dövlət nəzarətçisinin plombu və ya möhürü olmalıdır.
NÖC və A vasitələri olmadıqda və ya nasaz olduqda avadanlıqların,
aparatların və boru kəmərlərinin istismarı qadağandır.
2.4.8 Avtomatikanın yerli şitləri otağın yanğın təhlükəliliyi sinifinə uyğun
hazırlanmış şkaflarda quraşdırılmalıdır. Şkaflar qıfılla bağlanmalı, açar isə
avtomatika vasitələrinə xidmət edən işçilərdə olmalıdır.

14
2.5 Anbarlara, qazanxanalara və köməkçi binalara (otaqlara) olan
yanğın
təhlükəsizliyi tələbləri.

2.5.1 Kimyəvi maddələr anbarı

2.5.1.1 Kimyəvi maddələr saxlanılan anbarların xidməti heyəti kimyəvi


maddələrin və reaktivlərin saxlanılması üzrə təhlükəsizlik qaydalarını bilməlidir.
2.5.1.2 Kimyəvi maddələr xüsusiyyətlərinə görə (yanğın təhlükəli, zəhərli,
kimyəvi aktiv və s.) yerləşdirilməli və yerləhşdirilmə planı işlənib hazırlanmalıdır.
2.5.1.3 Təhlükəsizlik baxımından eyni fiziki-kimyəvi xassəli və yanğın
təhlükəli kimyəvi maddələr bir yerdə saxlanılmalıdır (Əlavə 8).
Bunun üçün anbarlar biri birindən yanmayan divarlarla (yanğınaqarşı
arakəsmələrlə) ayrılmış otaqlara bölünməlidir.
2.5.1.4 Kimyəvi maddələr saxlanılan anbarlarda kimyəvi maddələrin
saxlanılması ilə əlaqədar olmayan işlərin aparılması qadağandır.
2.5.1.5 Güclü təsir edici zəhərli maddələrin (GTZM) saxlanılmasına bü növ
maddələrin saxlanılmasına dair xüsusi qaydalara riayət etməklə icazə verilir.
2.5.1.6 Kimyəvi maddəllərlə bağlı işlər ehtiyyatla, səliqəli və onların
qablaşdırılma taraları zədələnmədən aparılmalıdır. Kimyəvi maddə olan hər bir
qabın, tutumun üzərində kimyəvi maddənin adı göstərilən yazısı (birkası)
olmalıdır.
2.5.1.7 Hava, su, yanar maddələrlə təmasından öz-özünə alışma qabiliyyəti
olan və yaxud partlayış təhlükəli qarışıq əmələ gətirən kimyəvi maddələr yuxarıda
qeyd olunan maddələrlə bir yerdə saxlanılmamalı, yüksək temperaturun təsiri və
mexaniki zədələnmə ehtimalı olmayan xüsusi şəraitdə saxlanılmalıdırlar.
Güclü təsiredici xüsusiyyətləri olan oksidləşdirici maddələr (maqnezium-
xlorat, hidrogen peroksid və s.) digər kimyəvi maddələrdən ayrı saxlanılmalıdır.
2.5.1.8 Kimyəvi maddələrin çəkilməsi xüsusi çəki otaqlarında aparılmalıdır.
Dağılmış və ətrafa səpələnmiş maddələr təcili olaraq yığışdırılmalı və
zərəsizləşdirilməlidir. Qablaşdırma materialları xüsusi otaqda saxlanılmalıdır.
2.5.1.9 Yanğın zamanı yüksək temperatur təsirindən ərimə xüsusiyyəti olan
kimyəvi maddələr saxlanılan otaqlarda əriyən kimyəvi maddələrin sərbəst
axmasına qarşı tədbirlər görülməlidir: otaqlarda panduslar, bortlar nəzərdə
tutulmalıdır.
2.5.1.10 Kimyəvi maddələr saxlanılan qablar, tutumlar, çəlləklər açıq
meydançalarda, qrup halında və hər bir qrupda 100 ədəddən çox olmamaq şərti ilə
yerləşdirilməli və qruplar arasındakı məsafə 1 m-dən az olmamalıdır. Hər qrupda
eyni növ (eyni xassəli) kimyəvi maddələr saxlanılmalı və qruplar müvafiq yazılarla
işarələnməlidir. Meydançalar hamarlanmalı və çəpərlənməlidir. Açıq medançada
saxlanılan kimyəvi maddələrlə dolu tutumlar günəş şüalarından qorunmalıdır.
2.5.1.11 Azot və sulfat turşuları üzvi mənşəli maddə və materiallarla
təmasdan qorunmalıdır.

15
2.5.1.12 Turşular saxlanılan yerlər nişanlanmalıdır. Təsadüfən dağılmış
turşunun zərərsizləşdirilməsi (neytrallaşdırılması) üçün əhəng və yaxud soda
məhlulu saxlanılmalıdır.
2.5.1.13 Yükləmə-boşaltma işləri başa çatdıqdan sonra avtonəqliyyat
vasitələrinin kimyəvi materiallar anbarların ərazisində sazxlanması qadağandır

2.5.2 Asan alışan, yanar maye və yanar qaz anbarları

2.5.2.1 Anbarların quruluşu qüvvədə olan norma və qaydaların tələblərinə


cavab verməlidir.
2.5.2.2 AAM və YM açıq anbarları istehsalat sexləri və yaşayış
məntəqələrinə nisbətən aşağı səviyyəli meydançalarda yerləşdirilməlidir.
Meydançaların qəza zamanı mayenin axmasının qarşısını alan çəpərləri (bəndi)
olmalıdır.
2.5.2.3 Anbar otaqlarının daxili taxta konstruksiyaları odadavamlı tərkiblə
işlənməlidir.
2.5.2.4 Anbar otaqlarında ümumi elektrik açarı anbar otağının xaricində,
yanmayan divarda, divarları yanar materialdan olan anbarlarda isə ayrıca dirəkdə
quraşdırılmış şkafda yerləşdirilməlidir.
2.5.2.5 Qablaşdırılmış neft məhsulları saxlanılan anbarda çəlləklər
zədəənməməli, tıxacları yuxarı vəziyyətdə ehtiyyatla yığılmalıdır. Anbarda
bilavasitə neft məhsulları ilə doldurma işlərinin aparılması, qablaşdırma materialı
və taraların saxlanılması qadağandır.
2.5.2.6 Boşaltma və doldurma boru xətlərinə və dayaqlarına mütəmadi baxış
keçirilməli və ehtiyat təmir işləri aparılmalıdır. Boşaltma-doldurma qurğularında
aşkar olunan sızma dərhal aradan qaldırılmalıdır. Əgər bu mümkün deyilsə,
boşaltma qurğusunun nasaz hissəsi bağlanmalıdır.
2.5.2.7 AAM və YM daşıyan avtosisiternlər etibarlı yerləbirləşmə ilə təchiz
olunmalı, işlənmiş qaz atqı boruları isə radiator altına çıxarılmalı və
qığılcımsöndürənlə təchiz olunmalıdır.
2.5.2.8 Yanar qaz balonları saxlanılan anbarlar yünğül örtüklü, bir mərtəbəli
olmalıdır.Atmosfer çöküntülərindən və günəş şüalarından qorunmaqla balonlar
açıq meydançalarda saxlanıla bilər.
2.5.2.9 Qrup balon qurğularını mühafizəedici örtükləri olan binalardan ayrıca
yerlərdə yerləşdirmək olar. Balonlar bağlanan şkaflarda yerləşdirilməli və ayrıca
mühafizə olunan örtükləri olmalıdır.
2.5.2.10 Sıxılmış maye qaz balonlarının saxlanılması “Təzyiq altında işləyən
tutumların (qabların) quruluşu və təhlükəsiz istismarı qaydalar” nın tələblərinə
cavab verməlidir. Balonların üzərini içərisindəki mövcud qaza əsasən
rənglənməlidir.
2.5.2.11 Yanar qaz balonları digər oksigen, sıxılmış hava, xlor və s.
balonlardan ayrıca olaraq saxlanılmalıdır.
2.5.2.12 Partlayış təhlükəli stansiya otaqlarında sıxılmış qaz balonları və
yanar qaz balonları saxlanılan otaqda hava-qaz qarışığının partlayış həddini

16
bildirən siqnalizasiya cihazı quraşdırılmalıdır. Siqnalizasiya cihazı olmadıqda,
otağın hava nümunəsinin analizi aparılmalıdır.
2.5.2.13 Balonları anbarlara yığarkən, balonların bir-birinə dəyməsinə, balon
başlığının düşməsinə və balonun yerə yıxılmasına yol verilməməlidir.
2.5.2.14 Yanar qaz balonları saxlanılan anbarlara dabanında dəmir nalı olan
ayaqqabı ilə daxil olmaq qadağandır.
2.5.2.15 Anbarda hava-qaz qarışığının partlayış təhlükəli həddə çatmaması
üçün yanar qaz balonları saxlanılan anbarlarının otaqları ventilyasiya sistemi ilə
təchiz olunmalıdır. Ventilyasiya sistemi olmayan anbarların istismarı qadağandır.
2.5.2.16 Yanar qaz balonları saxlanılan anbarlarının qızdırılmasına yanlnız
su, aşağı təzyiqli buxar və yaxud hava qızdırıcı sistemlərlə icazə verilir.
2.5.2.17 Balon saxlanılan anbarların pəncərəsindən ğünəş şüalarının bir başa
balonlara təsir etməsininn qarşısını almaq üçün pəncərə şüşələri ağ boya ilə
rənglənməli və yaxud ğünəş şüalarına qarşı qoruyucu vasitələr quraşdırılmalıdır.
2.5.2.18 Balon saxlanılan anbarlarında tez alışan və partlayış təhlükəli
materialların, eləcədə digər qazla doldurulmuş balonların saxlanılması qadağandır.
2.5.2.19 Anbarda saxlanılan balonlardan 10metr radiusda asan alışan
materialların saxlanılması, eləcədə açıq odla işlərin yerinə yetirilməsi qəti
qadağandır.
2.5.2.20 Oturacağı olan dolu yanar qaz balonları şaquli vəziyyətdə
saxlanılmalıdır. Balonların aşmasının qarşısını almaq üçün onlar xüsusi qəfəsli
qutularda yerləşdirilməli və ya çəpərlənməlidir.
2.5.2.21 Oturacağı olmayan balonlar üfqi vəziyyətdə, ağacdan hazırlanmış
çərçivədə saxlanılmalıdır. Balonlar sıra ilə düzülməli, sıraların hündürlüyü 1.5 m-
dən hündür olmamalıdır. Balonların ventilləri bir istiqamətdə qoruyucu qapaqla
bağlanmalıdır.
2.5.2.22 Oksigen balonlarının saxlanılmasında və daşınmasında piylərin və
yağa bulaşmış avadanlığın balonların üzərinə düşməsinə və toxunmasına icazə
verilmir. Əl ilə ventildən tutub oksigen balonunu çevirmək qəti qadağandır.

2.5.3 Materiallar anbarı

2.5.3.1 Anbarda müxtəlif material və məmulatlar, yanğının söndürülməsində


istifadə olunan yanğınsöndürmə vasitələrindən (su, köpük, karbon qazı) asılı olaraq
və materialların eyni yanma xüsusiyyətinə görə seçilib yığılmalı və digər maddə və
materiallardan (azot və sulfat turşusu, digər üzvi maddələrdən və
karbohidrogenlərdən) ayrı saxlanılmalıdır (Əlavə 8).
2.5.3.1.2 Anbar otaqlarında ümumi elektrik açarı anbar otağının xaricində
yanmayan divarda, yanar divarlı anbarlarda isə ayrıca dirəkdə quraşdırılmış şkafda
yerləşdirilməlidir.
2.5.3.1.3 Otaqların isidilməsində mərkəzi su və hava istilik cıhazlarından
istifadə edilməlidir. Materiallar anbarda qaz piltələrinin, məişət elektrik qızdırıcı
cihazların və sobaların quraşdırılması qadağandır.

17
2.5.3.1.4 Yüklərin və yükləyici mexanizmlərin anbarların rampalarında
saxlanılmasına yol verilmir. Rampaya boşadılmış materiallar işin sonuna qədər
anbardan yığışdırılmalıdır.
2.5.3.1.5 Anbarın rəflərində saxlanılan materiallar sıra ilə yığılmalıdır. Anbar
qapısının qarşısında eni qapı eninə bərabər, 1 m-dən az olmayan keçidlər nəzərdə
tutulmalıdır. Rəflər yanmayan materialdan hazırlanmalıdır.
2.5.3.1.6 Materialların anbarlara yığılması və boşaldılması zamanı istifadə
olunan mexanizimlər və elektrik yükləyicilərin kabelləri saz vəziyyətdə olmalıdır.
2.5.3.1.7 Anbar müdiri ( anbardar) işin sonunda anbar otaqlarına baxış
keçirməli, yanğın təhlükəsinin olmamasına əmin olduqdan sonra elektrik
şəbəkəsini söndürməli və anbarı bağlamalıdır.
2.5.3.1.8 İstehsalat və yardımçı binaların, anbarların zirzəmilərində boyaların,
rənglərin, kalsium karbidin, dolu qaz balonlarının, AAM, YM və digər partlayış-
yanğın təhlükəli maddələrin və materialların saxlanılması qadağandır.
2.5.3.1.9 Materiallar anbarlarının otaqlarında elektrokar, avtoyükləyici və
digər daxili yanma mühərrikli texnikanın saxlanılması qadağandır.

2.5.4 Ç ənlər və çən parkları

2.5.4.1 Ç ənlər və çənlər parkının istismarı və təmiri qüvvədə olan müvafiq


rəhbər sənədldərin tələblərinə uyğun aparılmalıdır. Ç ənlər parkı layihəyə uyğun
xüsusi ayrılmış ərazidə yerləşdirilməlidir.
2.5.4.2 Ç ən parkları stasionar və avtomatik yanğınsöndürmə qurğuları ilə
təchiz olunmalıdır.
2Neft məhsulları saxlanılan çənləri günəş şüalarından qorumaq üçün açıq
rəngli boyalarla rəngləmək lazımdır.
2.5.4.3 Ç ən parkları ərazisinə avtonəqliyyat vasitələrinin daxil olmasına yalnız təmir
işlərinin görülməsi zamanı icazə verilir. Hər bir halda təmir işlərinin görülməsi üçün icazə-
buraxılış vərəqəsi baş mühəndis tərəfindən verilməlidir.
2.5.4.4 Sutkanın qaranlıq və gecə vaxtı çən parkları yerləşən ərazi, parkların
xaricində quraşdırılmış çıraqlar və ya projektorlar vasitəsilə işıqlandırılmalıdır. Ç ən
parkının içərisində partlayış mühafizəli nəzarət və avtomatika qurğuları, siyirtmələrin
elektrik intiqalları və yerli işıqlandırma cizahları istisna olmaqla digər elektrik
avadanlıqlarının quraşdırılması və elektrik kabel xəttlərinin çəkilməsi qadağandır. Hava
elektrik ötürücü xəttləri çən parkından 100m-dən az olmayan məsafədən keçməlidir.
2.5.4.5 Ç ən parkında çənlər arasında boru xətləri elə quraşdırılmalıdır ki, qəza
zamanı məhsulun çəndən çənə vurulması imkanı olsun.
2.5.4.6 Neft və neft məhsulları çənin daxilindəki maye qalığı səviyyəsindən aşağıya
vurulmalı və beləliklə neftin sıçramasına və güclü qarışmasına yol verilməməlidir.
Doldurucu boru ilə çənin dibi arasında məsafə 200 mm-ə qədər olmalıdır.
Boş çən neft məhsulları ilə doldurulan zaman səviyyə doldurucu borunun ucuna
çatana qədər, mayenin vurulma sürəti 1m/san-dən çox olmamalıdır.
2.5.4.7 Ç ən parklarının işçiləri istismar əməliyyatlarında və eləcə də qəza, yanğın
baş verdikdə cəld və səhvə yol vermədən lazımi açıb-bağlama işlərini yeinə yetirmək üçün
boru kəmərlərinin yerləşməsini və bütün siyirtmələrin təyinatını bil
18
məlidir. Ç ənlərə xidmət edən operatorların otağında boru kəmərlərinin və siyirtmələrin
yerləşmə texnoloji sxemi asılmalıdır.
2.5.4.8 Ç ənlərin istismarı vaxtı tənəffüs klapanlarının alışmanın qarşısını alan od
kəsicilərinin saz vəziyyətdə olmasına daima nəzarət edilməlidir. Odkəsicilərinin
vəziyyətinə ayda 1 dəfədən az olmayaraq, havanın temperaturu 0° C-dən yuxarı olduqda
isə ayda iki dəfədən az olmayaraq baxış keçirilməlidir. Baxışların nəticələri xüsusi jurnala
yazılmalıdır.
2.5.4.9 Qızdırılmış və ya isti hava şəraitində uzun müddət saxlanılan nefti çənə
vurarkən, doldurma səviyyəsi neftin istilik genişlənməsi qiyməti nəzərə alınmaqla
müəyyən edilməlidir. Ç əndə soyuq neft məhsulunun həcmi çənin həcminin 95%-dən,
mayeləşdirilmiş qazın isə 83%-dən artıq olmamalıdır.
2.5.4.10 Səviyyə ölçüldükdən, nümunə götürüldükdən sonra çənin damına tökülmüş
neft təcili olaraq təmizlənməli, çənin damı isə tam silinməlidir. Damın üzərində silgi
materiallarının və müxtəlif əşyaların saxlanılması qadağandır.
2.5.4.11 Ç ənlərdə neftin qızdırılmasına (müəyyən olunmuş hədlərdə) qızdırıcının
üzəri maye ilə 0,5m az olmayaraq örtüldükdə yol verilir.
2.5.4.12 Qatı neftin çənlərdə qızdırılmasına yalnız buxarla və su qızdırıcıları
vasitəsilə xidməti heyətin daimi nəzarəti altında icazə verilir.
2.5.4.13 Hər bir çənin və çən qrupunun çıxış xəttində, eləcədə də neft tutucusundan
qabaqda və ondan sonra neft kanalizasiyası xəttində hidravlik sürgü qoyulmalıdır.
2.5.4.14 İstismarda olan çənin qaynaq tikişlərində, gövdəsində və ya dibində çat
əmələ gələrsə çən təcili olaraq boşaldılmalı və təmizlənməlidir. Neftlə dolu çənlərdə
çatların qaynaq edilməsinə və döyəclənməsinə yol verilmir.
2.5.4.15 Ç ənə baxışın keçirilməsi, nümunənin götürülməsi və mayenin səviyyəsinin
ölçülməsi zamanı qığılcım əmələ gətirməyən alət və tərtibatlardan istifadə edilməlidir.
2.5.4.16 Tərkibində kükürd birləşmələri olan neft saxlanılan çənlərdə öz-özünə
alışan pirofor birləşmələrinin təsirindən partlayış və yanğınların baş verə bilməsinin
qarşısını almaq üçün müvafiq təlimatın tələblərinə əməl olunmalıdır.
2.5.4.17 Neft çənlərinin ətrafındakı bəndlər daima saz vəziyyətdə saxlanılmalı və
qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə cavab verməlidir.

2.5.5 Asan alışan mayelərin (AAM) və yanar mayelərin (YM)


vurulması üçün nasosxanalar

2.5.5.1 Neftvurma nasos stansiyalarının istimsmarı qüvvədə olan qayda və


normaların tələblərinə əsasən aparılmalıdır.
2.5.5.2 Nasosxanalar aşağıdakı tələblərə cavab verməlidir:
- qarşı-qarşıya yerləşmiş azı iki çıxışı olmalıdır;
- pəncərə və qapılar xaricə açılmalıdır;
- sorucu ventilyasiya sistemi olmalıdır;
- döşəmələr odadavamlı materialdan olmalı və təmiz saxlanılmalıdır.
2.5.5.3 Nasosxanada açıq oddan istifadə etmək qadağandır.
2.5.5.4 Nasoslar arasındakı keçidlərdə və nasosxanaların çıxışında hər hansı
əşyaların və materialların saxlanılması qadağandır.
2.5.5.5 Nasosxana aşağıdakılarla təchiz edilməlidir:
19
- avtomatik qaz siqnalizatoru ilə bloklanmış qəza ventilyasiyası ilə;
- hava axını yaradan sorucu ventilyasiya sistemi ilə;
- stasionar və daşınan yükqaldırıcı qurğularla;
- avtomatik yanğınsöndürmə sistemi ilə.
2.5.5.6 Nasos stansiyalarındakı bütün ventilyasiya qurğularının saz və
fasiləsiz işləməsi təmin olunmalıdır.
2.5.5.7 İş prosesində müntəzəm olaraq nasos və boru kəmərlərinin
hermetikliyinə, sürtülən hissələrin yağlanmasına, habelə nasosların yastıqlarının,
kipgəclərinin temperaturuna, yanğınsöndürmə qurğularına və siqnalizasiyasına
nəzarət edilməlidir.
Kipgəclərdə və boru kəmərlərinin birləşmələrində aşkar edilmiş sızmalar
dərhal aradan qaldırılmalıdır.
2.5.5.8 Sürtgü materiallarının axmasına, sıçramasına və nasosların altında
yığılmasına yol verilməməlidir. Nasos stansiyalarının döşəmələri təmiz
saxlanılmalı və müntəzəm olaraq yanğın təhlükəsiz yuyucu vasitələrlə
təmizlənməli və su ilə yuyulmalıdır.
2.5.5.9 Neft məhsullarının vurulmasında istifadə olunan nasosların üfürülmə
kranı məhsulun hidravlik sürgüdən keçərək istehsalat kanalizasiyasına və ya xüsusi
tutuma axıdılması üçün borucuqla təchiz olunmalıdır.
2.5.5.10 İş qurtardıqdan sonra nasosun qəbuledici və atqı borularındakı və
çənlərdəki siyirtmələr bağlanmalı, nasosxanaya baxış keçirilməli, tökülmüş neft
yığılmalı, bütün qurğular və işıq söndürülməlidir.
2.5.5.11 Elektrik enerjisinin verilməsi qəflətən dayandıqda nasosların
mühərrikləri dərhal elektrik qida mənbəyindən açılmalı, sonra nasosların giriş
xətlərindəki siyirtmələr bağlanmalıdır.
2.5.5.12 Nasos aqreqatları və boru xətləri işləyən zaman, onları təmir etmək
qadağandır.
Elektrik avadanlıqlarının, aparatların, elektrik şəbəkəsinin təmirinə və elektrik
lampalarının dəyişdirilməsinə yalnız elektrik şəbəkəsini cərəyandan açdıqdan və
nasosxana otaqlarının havasını dəyişdirdikdən sonra icazə verilir.
2.5.5.13 Neft vuran nasosun elektrik intiqalının qəza vəziyyəti üçün nəzərdə
tutulan məsafədən idarə olunan söndürmə sistemi olmalıdır.
2.5.5.14 Elektrik mühərrikləri və onları işəsalma elektrik qurğuları
partlayışdan mühafizəli olmalıdır.

2.5.5 İsitmə və ventilyasiya sistemi.


İsitmə

2.5.6.1 İsitmə qurğularının texniki vəziyyətinə, istismarına, vaxtı-vaxtında


təmirinə üzrə məsuliyyəti müəssisənin baş energetiki (baş mexaniki), müəssisənin
ayrı-ayri obyektlərində isə həmin obyektlərin rəhbərləri daşıyır.
2.5.6.2 Bloklu qurğular dəstinə daxil olan elektrik qızdırıcı cihazlardan başqa
digər elektrik qızdırıcı cihazların istismarı, obyektin baş energetikinin yazılı icazəsi
və FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılması olmadan
qadağandır.
20
2.5.6.3 İsitmə cihazlarının quraşdırılmasına, obyekt rəhbərinin müəssisənin
yanğından mühafizə xidməti ilə yazılı razılaşdırılmasından, yanğın təhlükəsizliyi
üzrə məsul şəxslərin təyin edilməsindən və yanğından mühafizə xidmətinin təklif
etdiyi bütün tədbirlərin yerinə yetirilməsindən sonra yol verilir.
PUG-85 sənədinin tələblərinə cavab verməyən müvəqqəti elektrik
xətlərinin çəkilməsi, standarta uyğun olmayan qoruyucuların və zavod istehsalı
olmayan elektrik qızdırıcı cihazların istifadəsi qadağandır.
2.5.6.4 Binanın yanar konstruksiyalarından yanğına qarşı ara məsafəsi
saxlanılmayan soba, qazanxana və digər qızdırıcı cihazların istismarına yol
verilmir.
2.5.6.4 Avtomatika ilə təchiz olunmayan isidici sobaların və digər qızdırıcı
cihazların istismarı zamanı onları nəzarətsiz qoymaq qadağandır.
2.5.6.5 Hava qızdırıcıları və isidici cihazlar, baxış və təmizlənmə zamanı
onlara sərbəst yanaşmanı təmin edən qaydada yerləşdirilməlidirlər.
Ç oxlu miqdarda yanar tozlar ayrılan istehsalat otaqlarında qızdırıcı
cihazların rahat təmizlənməsi üçün onların hamar səthləri olmalıdır.
2.5.6.6 Ç ardaqlardan keçən tüstü boruları və tüstü kanallı divarlar
suvaqlanmalı və ağardılmalıdır.
2.5.6.7 Bərk yanacaqla işləyən qazanxana qurğusunun tüstü boruları
qığılcımsöndürənlə təhciz olunmalı və tüstü boruları ayda 3 dəfədən az olmayaraq
hisdən təmizlənməlidir.
2.5.6.8 Sobalar və tüstü boruları isitmə dövrü başlamazdan əvvəl və bütün
isitmə dövründə aşağıdakı qaydada hisdən təmizlənməlidir:
- isidici sobalar 2 ayda 1 dəfədən az olmayaraq;
- mətbəx plitələri və su qızdırıcıları ayda 1 dəfədən az olmayaraq;
-uzun müddətli isidən xüsusi sobalar (yeməkxanalarda, quruducularda və
s.) ayda 2 dəfədən az olmayaraq.
Nasaz sobaların və tüstü borularının istismarı qadağandır.
2.5.6.9 İstehsalat və inzibati otaqlarda sobaların işə salınması müəssisənin
əmri ilə təyin olunmuş, təlimatlandırılmış şəxs tərəfindən aparılmalıdır.
2.5.6.7 Sexlərdə, laboratoriyalarda və digər otaqlarda sobaların işə salınması
müəssisə üzrə əmrlə təyin olunmuş şəxs tərəfindən aparılmalıdır.
2.5.6.8 Sobalı isidicilərin istismarı zamanı aşağıdakılar qadağandır:
-sobaların odluqlarının qarşısında yanacağın saxlanılması;
-sobaların alışdırılmasında benzin, kerosin, dizel yanacağı və digər TAM,
YM- in istifadəsi;
-sobaların üstünə odunun, paltarların və digər tez alışan əşya və
materialların qoyulması və qurudulması;
-sobanın qalanması üçün nəzərdə tutulmayan kömür, koks və ya qazdan
istifadəsi;
-uzunluğu odluğun uzunluğundan böyük olan odun parçalarının istifadəsi;
-ventilyasiya və qaz kanallarından sobalarda baca kimi istifadəsi.
2.5.6.9 Sobaların qarşısındakı yanar şkafların üzərinə polad lövhə və ya
ölçüsü 70x50 sm olan asbest parçası vurulmalıdır.

21
2.5.6.10 Sobaların qarşısında yığılan külün, şlakın və kömürün tikililərin
ətrafına tökülməsinə icazə verilmir, onlar bu məqsəd üçün xüsusi ayrılmış yerlərə
atılmalıdır.
2.5.6.11 Yanacaq (öz-özünə yana qabiliyyətinə malik kömür və torf) xüsusi
otaqlarda və yaxud tikililərdən 8 m-dən az olmayan məsafədə, xüsusi ayrılmış
meydançalarda saxlanılmalıdır.

Ventilyasiya

2.5.6.12 AAM və YM-lə işləyən aparat və kommunikasiyalar yerləşən bağlı


otaqların hava mühitində yanar və partlayış təhlükəli qazların yığılması etimal
olduqda ventilyasiya sisteminın normal işi təmin olunmalıdır.
2.5.6.13 A, B, B istehsalat kateqoriyalı binaların, otaqların və ictimai binaların
otaqlarında texnoloji havalandırma sistemləri istisna olmaqla, hava qızdırıcısının,
hava kondensasiya və ventilyasiya sistemlərinin işinin avtomatik dayandırılması
nəzərdə tutulmalıdır.
2.5.6.14 Ventilyasiya sisteminin texniki vəziyyətinə, saz vəziyyətdə
saxlanılmaslna, istismarı zamanı yanğın təhlükəsizliyi tələblərinə riayət
olunmasına görə məsuliyyəti müəssisənin baş mexaniki (baş energetiki) və ya
müəssisə rəhbərinin əmri ilə təyin olunmuş şəxs daşıyır.
2.5.6.15 Obyektin və sexin ventilyasiya qurğularının istismar qaydaları və
yanğına qarşı iş rejimi işçi təlimatlara əsasən təyin olunmalıdır. Bu təlimatlarda
(istehsalat şəraitinə uyğun) yanğın təhlükəsizliyi tədbirləri, hava borularının,
süzgəclərin, odkəsici klapanların və digər avadanlıqların təmizləmə müddəti,
yanğın və qəza zamanı xidməti heyətin hərəkət qaydaları öz əksini tapmalıdır.
2.5.6.16 Ventilyasiya sisteminin su süzgəclərinin, quru süzgəclərin, tozsoru-
cularının və digər qurğularının nasazlığı səbəbəindən partlayış və yanğın baş verə
bilən otaqlarda texnoloji avadanlığın işləməsinə icazə verilmir.
2.5.6.17 Ventilyasiya sistemindən partlayış-yanğın təhlükəli maddələri kənar-
laşdıran (metal və ya bərk əşyaların ventilyatorlara düşməməsi üçün) sorucu
qurğular qoruyucu torla və ya maqnit tutucularla təchiz olunmalıdır.
2.5.6.18 Yanar və partlayış təhlükəli maddələr olan istehsalat otaqlarında
sorucu qurğuların metal hava vurucuları, boru xətləri, süzgəcləri və digər
avadanlıqları yerlə birləşdirilməlidir.
2.5.6.19 Hava mühitində asan alışan və ya partlayış təhlükəli maddələrin
(qazlar, buxarlar, tozlar) yığılması etimalı olan otaqlarda ventilyatorun,
tənzimləyicilərin və ventilyasiya sisteminin digər qurğularının konstruksiyası
qığılcım verməyən materialdan hazırlanmalıdır.
2.5.6.20 Partlayış-yanğın təhlükəli otaqlarda quraşdırılan ventilyasiya
sistemləri yanğın və qəzanın hadisələri üçün nəzərdə tutulan məsafədən idarə
olunan işə salma və dayandırma qurğuları ilə təchiz olunmalıdır.
2.5.6.21 Nasaz ventilyasiya sistemi olan avadanlıqları işə salmaq qadağandır.
2.5.6.22 Ventilyasiya kameralarında avadanlıqların və materialların
saxlanılması qadağandır. Ventilyasiya kameraları bağlı saxlanılmalıdır, oraya
kənar şəxslərin daxil olması qadağandır.
22
2.5.6.23 Partlayış təhlükəli maddələr və yaxud yanğın təhlükəli toz nəql edən
sorucu sistemlərin hava xətlərinə və pnevmatik daşıyıcı borularına mütamadi baxış
keçirilməli, içərisi təmizlənməli və daxilində baş verə biləcək yanğınların
söndürülməsi üçün onlar baxış pəncərələri ilə təchiz olunmalıdır.
Baxış pəncərələri bir-birindən 1,5 metrdən çox olmayan məsafədə,
divarlardan keçən boru xəttində, döngələrdə və üçlüklərdə yerləşdirilməlidir.
2.5.6.24 Yanğına qarşı sədlərin kəsişdiyi yerlərdə hava axınları avtomatik
odkəsici qurğularla (qapaq, şiber, klapan) təchiz olunmalıdır.
2.5.6.25 Avtomatik odkəsici qurğuların istismarı zamanı aşağıdakılar nəzərə
alınmalıdır:
- texniki vəziyyətinin həftədə 1dəfədən az olmayaraq yoxlanılması;
- siyirtmə intiqalının həssas elementlərinin (tez əriyən elementlər) yanar
tozdan vaxtında təmizlənməsi.
2.5.6.26 Ventilyasiya sistemlərində bütün təmir işləri obyektin rəhbərinin
yazılı icazəsi ilə aparılmalıdır.

2.5.7 Qazanxana qurğuları

2.5.7.1 Qazanxana qurğularına xidmət etmək üçün yaşı 18-dən az olmayan,


tibbi müayinədən keçmiş, müvafiq qaydada təsdiq olunmuş proqram əsasında təlim
kursu keçmiş və qazanxana qurğularının təhlükəsiz istismarı üzrə təlimat-
landırılmış, bilikləri yoxlanılmış (sınaq imtahanı vermiş), müəssisənin və ya
təşkilatın ixtisaslaşdırma komissiyası tərəfindən vəsiqə almış şəxslər buraxılırlar.
Bu şəxslərin bilikləri ildə 1dəfədən az olmayaraq müəssisə rəhbərliyi
tərəfindən təkrar yoxlanılmalıdır.
2.5.7.2 Qazanxanaya xidmət edən işçiyə (maşinistə, qazançıya və s.) növbə
vaxtı kənar işlərlə məşğul olmaq, avtomatlaşdırılmış qazanxanalarda isə qazanları
nəzarətsiz qoymaq qadağandır.
2.5.7.3 Qazanlar, yanacaq nəql edən boru xətləri və qazanxana avadanlıqları
saz vəziyyətdə saxlanılmalıdır.
2.5.7.4 Ayrıca tikilmiş qazanxana otaqlarında mazut üçün həcmi 5m3-dən
çox və yüngül neft yanacağı üçün həcmi 1m3-dən çox olmayan bağlı çənlərin
quraşdırılmasına icazə verilir.
2.5.7.5 Qazanxana otaqlarında qadağandır:
- qazanxana qurğularının xidməti ilə bağlı olmayan işlərin görülməsi, kənar
şəxslərin qazanxanaya daxil olması və qazanların istismarını kənar şəxslərə
tapşırılması;
- qazanxana otaqlarında AAM və YM-in saxlanılması;
- qazanların və buxar xətlərinin üzərində yanar materialların, meşə
materiallarının qurudulması, həmçinin qazanlarda və onların üstündə taxta
körpücüklərin quraşdırılması;
- yanacaq sistemində maye və ya qaz yanacağının sızmasına yol verilməsi;
- forsunkalar və ya qaz odluqları söndükdə yanacağın verilməsi;
- yanğın zamanı yanacağı qəza tutumuna ötürən qurğusu olmayan
çənlərinin istifadəsi;
23
- qızdırıcı cihazların və isidici boru kəmərlərinin üstünə xüsusi geyimlərin,
yağa bulaşmış parçaların qoyulması.
2.5.7.6 Qazanın odluğunun eyni vaxtda qaz və neft qarışığı ilə, həmçinin
qabaqcadan sudan və bərk qatışıqlardan təmizlənməmiş yanacaqla istismarı
qadağandır.
2.5.7.7 Qazanları işə salmazdan əvvəl xidməti heyət qazan avadanlıqlarının
istismara hazır olmasını, həmçinin işə salma qurğularının və yanacağın verilməsi
üçün boru xətlərinin sazlığını yoxlamalıdır.
2.5.7.8 Yanacağın, onun buxarlarının alışma temperaturundan yüksək
temperatura qədər qızdırılması qadağandır.
2.5.7.9 Ç əndə yanacağın səviyyəsi nasosun qəbuledici qol borusunun
yerləşdiyi səviyyədən 100 mm-dən az olduqda, havanın odluğa daxil olaraq
partlayış təhlükəli qarışıq yaratmaması üçün çəndəki yanacaqdan istifadə etmək
qadağandır.
2.5.7.10 Maye yanacağın yandırılması zamanı forsunkalardan axan
yanacağın qazanxanın döşəməsinə tökülmədən ötürülməsinə nəzarət olunmalıdır.
2.5.7.11 Rezin şlanqlardan yanacaq xətti kimi istifadə etmək qadağandır.
2.5.7.12 Yanacaqın qazanlara verilməsini dayandırmaq üçün maye yanacaq
xəttində ən azı iki bağlayıcı ventil (biri yanacaq bakının yanında, digəri
forsunkanın yanında) quraşdırılmalıdır.
2.5.7.13 Qaz xəttinin zədələnməsi, birləşmə yerlərində kipliyin pozulması və
ya qazanxana otağında qaz sızması baş verərsə, qaz xəttinin zədələnmiş sahəsi qaz
daxıl olan tərəfdən sürgülərlə bağlanmalıdır.
Kipliyin pozulması nəticəsində qaz xəttindən sızan qazın yayıldığı zonada
görülən işlər dərhal dayandırılmalı və qazın alovlanmasına səbəb ola bilən
mənbələr ləğv olunmalıdır. Qazın sızmasının ləğvi üzrə tədbirlər görüldükdən
sonra qazanxana otağının havası dəyişdirilməlidir.

2.6 Yanğına qarşı su təchizatı

2.6.1 Yanğin avadanlıqlarına qoşulmuş su şəbəkəsi tələb olunan təzyiqi və


yanğının söndürülməsi üçün hesablanmış su sərfini təmin etməlidir. Xətdə suyun
təzyiqi kifayət qədər olmadıqda nasos-gücləndiricilər quraşdırılmalıdır. Yanğın
hidrantları və ya kranları yerləşən sahələrin su xəttində suyun müvəqqəti
kəsilməsinə və şəbəkədə təzyiqin tələb olunan normadan aşağı salınmasına yalnız
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verildikdən sonra yol
verilir.
2.6.2 Müəssisənin ərazisində və ya yaxınlığında təbii su mənbələri (çay, göl,
nohur) olduqda, onlara yanğın avtomobillərin rahat girişi (yaxınlaşması) üçün
yollar və körpülər tikilməlidir.
2.6.3 Yanğın su çənlərinə, su hovuzlarına, su xətti şəbəkələrinə və hidrantlara,
sprinkli, nasoslu qurğulara, onların daimi hazır və saz vəziyyətdə olması üçün
mütəmadi texniki nəzarət təşkil olunmalıdır.
2.6.4 Su hovuzlarına, çənlərə, hidrantlara gedən yollar boş olmalıdır. Yanğın
hidrantları yerləşən yerdə, üzərində “YH” (yanğın hidrantı) yazısı olan, hidranta
24
qədər olan məsafə(m), boru xətlərinin daxili diametri (mm) qeyd olunan işıq
lövhələri asılmalıdır.
Yanğın su hovuzu yerləşən yerdə üzərində “YSH” (yanğın su hovuzu) yazısı
olan, su ehtiyatının miqdarı (m3), su hovuzu sahələrində saxlanılan yanğın
avtomobillərinin sayı işıq göstərilən işıq lövhələri asılmalıdır.
2.6.5 Lyukların, quyuların, qaldırıcı yanğın hidrantlarının qapağı çirkdən, qış
aylarında isə buzdan və qardan təmizlənməli, dirəklərdən su boşaldılmalıdır. Qış
aylarında yanğın hidrantlarının donmaması üçün onlar müvafiq vasitələrlə
isidilməlidir.
2.6.6 Yanğın hidrantlarına və yanğın kranlarına hər 6 aydan bir texniki
xidmət göstərilməli, iş vəziyyəti yoxlanılmalı və yoxlamanın nəticələri xüsusi
jurnalda qeyd olunmalıdır.
2.6.7 Yanğın nasos stansiyalarında müəssisənin yanğına qarşı su təchizatının,
sprinkler və drençer qurğularının sxemləri və onların istismar təlimatları görünən
yerlərdə asılmalıdır. Siyirtmələrin və yanğın nasos-gücləndiricilərin təyinatını
göstərən lövhələr nəzərdə tutulmalıdır.
2.6.8 Müəssisənin su nasos stansiyasının bütün nasosları daima saz
vəziyyətdə saxlanılmalı və istifadəyə hazir olmalıdır, on gündə bir dəfədən az
olmayaraq tələb olunan təzyiqə yoxlanılmalı və bu barədə xüsusi jurnalda qeyd
aparılmalıdır.
2.6.9 Yanğınaqarşı daxili su xətlərinin yanğın kranları, yanğın şlanqları və
lülələri otaqlarda quraşdırılmış divar şkaflarında saxlanılmalı, şkaflar
möhürlənməlidir. Yanğın şlanqları quru olmalı, səliqəli bükülməli, yanğın kranına
və yaxud lüləsinə birləşdirilmiş vəziyyətdə saxlanılmalıdır. Yanğın kranı şkafının
qapısında “YK” (yanğın kranı) işarəsi, yanğın kranının sıra nömrəsi və yanğın
xidmətinin telefon nömrəsi yazılmalı.

2.7 Elektrotexniki qurğular

2.7.1 Partlayış təhlükəli zonaların elektrik avadanlıqları, statik və


atmosfer elektriklənmədən mühafizə. Binaların və xarici qurğuların
elektrik avadanlıqları

2.7.1.1 Müəssisələrin, binaların və qurğuların elektrik avadanlıqları, elektrik


şəbəkələri və işıqlandırılması «Pravila ustroystva gletroustanovok»(PUG)
sənədinin tələblərinə uyğun quraşdırılmalı, onların istismarı isə «Pravila
texniçeskoy gkspluataüii gletroustanovok potrebiteley» və «Pravila texniki
bezopasnosti pri gkspluataüii glektroustanovok potrebiteley» Qaydalarının
tələblərinə uyğun aparılmalıdır.
2.7.1.2 Yanar materialdan hazırlanmış dam örtüklərinin, talvarların, taxta-
şalban qalaqlarının, lifli materiallar, torf, odun və yanar materiallar saxlanılan
anbarlarlın üzərindən elektrik ötürücü xətlərinin çəkilməsinə icazə verilmir.
2.7.1.3 Kabel estakadalarının bütün konstruktiv elementləri (dayaqlar,
döşəmələr, hasarlar və s.) yanmayan materialdan olmalıdır.

25
2.7.1.4 Neft və qaz-boru kəmərləri ilə kəsişən kabel xətləri arasındakı məsafə
0.5 m-dən az olmamalıdır.
2.7.1.5 Elektrik avadanlıqlarının vəziyyətinə cavabdeh şəxslər (baş energetik,
elektrik sexinin rəisi, idarənin və ya sexin rəhbərləri tərəfindən əmrlə təyin edilmiş
müvafiq ixtisaslı mühəndis-texniki işçi və s.) borcludurlar:
- elektrik avadanlıqlarına, aparatlarına və elektrik şəbəkələrinə vaxtlı-vaxtında
profilaktik yoxlamaların, planlı-qabaqlayıcı təmirin təşkilinə və keçirilməsinə, eyni
zamanda yanğın və alışmaların baş verməsinə səbəb ola bilən nasazlıqların aradan
qaldırılmasına;
- vaxtaşırı qəza ventilyasiyasının (avtomatika) sınağının aparılmasına, qaz
analizatorların ( siqnalvericilər) sazlığını yoxlamağa;
- sistematik olaraq qısa qapanmalardan, həddindən artıq elektrik
yüklənmədən, daxili və atmosfer gərginliyinin həddindən artıq artmasından
qoruyan aparat və qurğuların vəziyyətinə nəzarət etməyə;
- elektrik qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi məsələləri üzrə
heyətin öyrədilməsi və təlimatlandırılması sistemini təşkil etməyə;
- elektrik qurğularının alışması və bunun nəticəsində əmələ gələn yanğınların
araşdırılmasında və bu halların qarşısını almaq tədbirlərinin işlənib
hazırlanmasında iştirak etməyə.
2.7.1.6 Naqil və kabellərin birləşdirilməsi, uclaşdırılması və şaxələndirilməsi
yanğın baxımından təhlükəli olan keçid müqavimətinin qarşısını almaq məqsədilə
sıxılma, qaynaq, qalay və xüsusi sıxac vasitəsilə aparılmalıdır.
2.7.1.7 Müəssisənin mütəxəsisləri kabel və naqillərin izolyasiyasını,
birləşmələrin etibarlılığını, qoruyucu yerləbirləşdirməni, elektrik mühərriklərinin
iş rejimini həm xarici baxış keçirmə, həm də cihazların köməyi ilə yoxlamalıdırlar.
Naqillərin izolyasiyasının müqaviməti « Pravila texniçeskoy gkspluataüii
glektroustanavok potrebiteley» və «Pravila texniki bezopasnosti pri gkspluataüii
glektroustonovok potrebiteley» Qaydalarında göstərilmiş müddətdə ölçülməlidir.
2.7.1.8 Müxtəlif təyinatlı naqillər normal və qəza rejimlərində qızmanın
buraxıla bilən həddinə olan tələbləri təmin etməlidir.
2.7.1.9 Elektrik qurğularının istismarı zamanı qadağandır:
- izolyasiyası zədələnmiş və istismar prosesi zamanı qoruyucu elektrik
izolyasiya xüsusiyyətlərini itirmiş kabel və naqillərdən istifadə etmək;
- odadavamlı altlığı olmayan elektrik qızdırıcı cihazlardan istifadə etmək,
həmçinin onları şəbəkəyə qoşulmuş halda nəzarətsiz qoymaq;
- otağın qızdırılması üçün standarta uyğun gəlməyən (qeyri zavod istehsalı
olan) qızdırıcı elektrik sobalarından və ya bu məqsədlər üçün közərmiş
lampalardan istifadə etmək;
- ucları izolə olunmamış elektrik kabel və naqilləri gərginlik altında saxlamaq;
-zədələnmiş razetkalardan, şaxələndirici və birləşdirici korobkalardan,
açarlardan və digər elektrik məmulatlarından istifadə etmək;
- iş prosesində səthinin temperaturu ətraf mühitin temperaturundan 40oC-dən
çox olan elektrik mühərriklərini və digər elektrik avadanlıqlarını istismar (əgər bu
elektrik avadanlıqlarına başqa tələblər qoyulmayıbsa) etmək.

26
2.7.1.10 Bütün elektrik qurğuları qısa qapanma cərəyanından və digər anomal
rejimlərdən (alışmaya və yanğına gətirib çıxaran) qoruyucu aparatlarla müfafizə
olunmalıdır. Qoruyucuların əriyən taxmaları üzərində nominal cərəyanı
göstərilməklə kalibirlənməlidir (möhür qoruyucunu istehsal edən zavod və ya
elektrotexniki labarotoriya tərəfindən vurulmalıdır).
2.7.1.11 Bütün elektrik mühərrikləri, idarəetmə, işə salıcı-tənzimləyici,
nəzarət-ölçü və qoruyucu aparatlar və eyni zamanda bütün köməkçi elektrotexniki
avadanlıq və naqillər icrasına görə ətraf mühit şəraitinə, “PUG” qaydalarına uyğun
olmalıdır.
2.7.1.12 İzolyasiyasız naqillərin partlayış təhlükəli otaqlarda (binalarda)
istifadəsi qadağandır.
2.7.1.13 İçərisində yanar maye, yanar və ya partlayış təhlükəli qazlar olan
texnoloji boru kəmərlərindən, həmçinin korroziyaya qarşı sərt örtüklə izolə edilmiş
boru kəmərlərindən, yerləbirləşdiricilər və yerləbirləşdirici ötürücülər kimi istifadə
olunması qadağandır.
2.7.1.14 Partlayış-yanğın təhlükəli otaqlarda və xarici qurğuların partlayış
təhlükəli zonalarında qadağandır:
- qoruyucu yerləbirləşdiricisi, qapaqlarının, işə salma qurğusunun
blokirovkası nasaz və örtüyünün partlayışdan mühafizə ünsiyyəti pozulmuş
elektrik qurğularının işə salınması;
- partlayışdan mühafizəli icralı elektrik avadanlıqlarının cərəyan keçirən
hissələri gərginlik altında olan zaman gövdənin örtüyünün açılması;
- qısa qapanmadan avtomatik açılmış elektrik qurğularının açılmanın
səbəbi aşkar və ləğv edilmədən işə salınması;
- istifadə edilməyən elektrik şəbəkəsinin gərginlik altında saxlanılması;
- qısa qapanma cərəyanlarından və izafi yüklənmədən qorunmayan elektrik
qurğularının işə salınması;
- partlayışdan mühafizəsi olan elektik avadanlıqlarının naqil və kabelləri
nominal parametrlərdən artıq yüklənməsi;
-qığılcımdan mühafizəli icralı cihazların dəstinə daxil olmayan
cihazların, digər aparat və dövrələrin bu cihazın qida mənbələrinə qoşulması;
- elektrik avadanlıqlarının qoruyucularının (istilik elementləri, ayırıcılar və
s.) digər növ və ya həmin elektrik avadanlığının hesablanmamış qoruyucularla
əvəz edilməsi.
2.7.1.15 Partlayış təhlükəli zonalarda (otaqlar və ya xarici qurğularda) yalnız
partlayışdan qorunma səviyyəsi partlayış təhlükəli zonanın sinfinə uyğun, ondan
yüksək, partlayışdan mühafizənin növü isə partlayış təhlükəli qatışığın kateqoriya
və qrupuna uyğun olan, partlayışdan mühafizəli elektrik avadanlıqlarının
istifadəsinə icazə verilir.
2.7.1.16 Xaricdə istehsal olunan, istismarda olan partlayışdan mühafizəli
elektrik avadanlıqlarının partlayış təhlükəli zona və mühitdə quraşdırılması
mümkünlüyü haqqında sınayıcı təşkilatın qərarı olmalıdır.
2.7.1.17 Öz qüvvələri hesabına və ya qeyri-ixtisaslaşdırılmış təşkilatlar
tərəfindən hazırlanmış və partlayışdan mühafizə nişanı və ya Dövlət Nəzarət

27
təşkilatının yazılı icazəsi olmayan elektrik avadanlıqlarının istismara buraxılması
qadağandır.
2.7.1.18 Konstruksiyasında nəzərdə tutulmuş örtük detalları, o cümlədən,
bərkidiciləri çıxarılmış partlayışdan mühafizəli elektrik avadanlıqlarının istismarı
qadağandır.
2.7.1.19 Partlayışdan mühafizəsi olan elektrik avadanlıqlarının
konstruksiyalarında hər hansı bir dəyişikliyin edilməsi qadağandır.

2. 8 Elektrik işıqlandırılması

2.8.1 Elekrtik işıqlandırma qurğuları BCH 34-91 və digər qüvvədə olan


norma və qaydaların uyğun bölmələrinin tələblərinə cavab verməlidir.
2.8.2 Qurğularda (binalarda və xaricdə) işçi işıqlandırılmanın kəsilməsi və
bununla əlaqədar avadanlıq və mexanizmlərin normal xidmətinin pozulması
nəticəsində partlayış və ya yanğın ehtimalına qarşı qəza işıqlandırma qurğusu
nəzərdə tutulmalıdır.
2.8.3 Qəza işıqlandırma çıraqlarının işçi işıqlandırma çırağından
fərqləndirilməsi üçün xüsusi işarələri (və ya rəngi) olmalıdır.
2.8.4 Növbətçi elektrotexniki heyətdə müəssisədə istifadə olunan əriyə bilən
kalibrləşmiş taxmaların, bütün növ çıraq və lampaların ehtiyat komplekti olmalıdır.
Növbətçi və əməli təmir heyyəti qəza işıqlandırılmasının mövcudluğundan asılı
olmayaraq mobil elektrik çıraqları ilə təchiz olunmalıdır.
2.8.5 Partlayışdan mühafizəli əl çıraqlarının gərginliyi 12 V-dan çox
olmamalıdır.Onlar avtonom mənbədən və ya gövdəsi və sarğının 12 V gərginlikli
çıxışının biri yerlə birləşdirilən iki sarıqlı transformatordan qidalandırılmalıdır.
2.8.6 Mobil çıraqların şüşə qapağı metal tor ilə mühafizə olunmalıdır.
2.8.7 Konstruksiyasında nəzərdə tutulmuş qalpağı, şüşəsi və toru olmayan
stasionar və əl çıraqlarının istifadəsi qadağandır.
2.8.8 İşıqlandırma şəbəkəsi elə quraşdırılmalıdır ki, çıraqlar binanın yanan
materiallardan hazırlanmış konstruksiyaları ilə təmasda olmasın.
2.8.9 Metal örtüklü borulu naqillərdən, metal gövdəli izolyasiya
borucuqlarından, həmçinin paylayıcı işıqlandırma şəbəkələr qrupunda naqilin
qurğuşun örtüyündən yerlə birləşdirici kimi istifadə edilməsi qadağandır.
2.8.10 Partlayış təhlükəli binalar və xarici qurğuların (maşın zalları,
kompressor stansiyaları, neft nasosxanaları, qazpaylayıcı batareyaları, çən parkları)
elektrik işıqlandırılması partlayışdan mühafizəli çıraqlarla yeürinə yetirilməlidir.
2.8.11 Kipgəci olmayan çıraqlar rütubətli və partlayış-yanğın təhlükəli
otaqlarda quraşdırıldıqda, çıraqların girişləri doldurucu kütlə ilə doldurulmalıdır.
2.8.12 İşıqlandırıcı armaturların dəyişdirilməsi, başqa yerə keçirilməsi və ya
yeni çıraqların quraşdırılması zamanı, işıqlandırıcı armaturlardan və ya
patronlardan çıxan naqillər onların birləşdiyi yerdən başlayaraq izolə edilməlidir.
Naqillər çırağa giriş yerində dartılmaya və ya sürtünməyə, patronların
kontaktları isə mexaniki təsirə məruz qalmamalıdır.
2.8.13 Bütün hallarda çıraqların armaturlarının etibarlı birləşdirilməsi təmin
olunmalıdır. Asma armaturlar onlar üçün xüsusi müəyyən olunmuş qarmaqlardan
28
asılmalı və ya yiv birləşmələrinin köməyi ilə polad boruya bərkidilməlidir.
İşıqlandırıcı armaturların naqillərdən asılmasına yol verilmir.
Armaturların bərkidildiyi kronşteyn və ya boruların içərisində naqillərin
birləşdirilməsi qadağandır.
Armaturlar tavana sıx quraşdırıldıqda (plafon) izolə materialları ilə rozetkaya
bərkidilməlidir.
2.8.14 Yanğın təhlükəli anbar otaqlarında yalnız şüşə qalpaq ilə təchiz
olunmuş mühafizə çıraqların quraşdırılmasına və istismarına yol verilir.
Paylaşdırıcı şitlər və elektrik açarları anbar otaqlarının xaricində
quraşdırılmalıdır.
2.8.15 Partlayış təhlükəli binalarda və xarici qurğularda təmir və baxış zamanı
yerli işıqlandırma məqsədi ilə yalnız partlayışdan mühafizə səviyyəsi partlayış
təhlükəli zonanın sinfinə, mühafizə növü isə partlayış təhlükəli qarışığın qrup və
kateqoriyasına uyğun gələn, gərginliyi 12 V-dan yüksək olmayan partlayışdan
mühafizəli çıraqlardan istifadə edilməlidir.
Partlayışdan qorunmayan mənbələrdən (trasformatorlardan,
akkumlyatorlardan və s.) qidalanma zamanı, bu mənbələr partlayış təhlükəli
zonanın hüdudundan kənarda yerləşdirilməlidir.
2.8.16 Partlayışdan qorunma nişanı, plombu və ya konstruksiyasında nəzərdə
tutulmuş bir sıra detalları olmayan partlayışdan mühafizəli çıraqların partlayış
təhlükəli otaqlarda istismarı qadağandır.
2.8.17 Partlayışdan mühafizəli əl çıraqları sənədləşdirilməklə (şəxsi imza
atmaqla) saz halda və ancaq iş yerinə yetirilmə müddətinə istifadəyə verilir.
İşin sonunda təmizlənməli və müvafiq qaydada sənədləşdirilməklə
qaytarılmalıdır.
2.8.18 Partlayışdan mühafizəli çıraqların daxilində quraşdırılmış qidalanma
mənbələrinin (akkumlyatorların, batareyaların) lampalarının dəyişdirilməsi ancaq
elektrik sexinin rəisi və ya baş energetikin sərəncamı ilə bu çıraqlara xidmət edən
şəxs tərəfindən aparılmalıdır.
Yuxarıda göstərilən bütün əməliyyatlar, həmçinin çıraqlar bütün
akkumlyatorların yüklənməsi partlayışdan təhlükəsiz yerdə quraşdırılmalıdır.

2.9 İldırımdan və statik elektrikləşmədən mühafizə

2.9.1 Obyektdə istehsalat qurğu və avadanlıqlarının statik elektrikləşmədən


qorunması qüvvədə olan norma və qaydalara əsasən aparılmalıdır.
2.9.1 Müəssisədə ildırımdan və statik elektrikləşmədən mühafizə qurğularının
vəziyyətinə cavabdehlik müəssisənin baş energetikinə və ya elektrik təsərrüfatına
cavabdeh şəxsə həvalə edilir.
2.9.3 İldırımın təkrar təsirindən və statik elektrikləşmənin boşalmasından
mühafizə olunmaq üçün bütün metal aparatlar, çənlər, qazqolderlər, qaz kəmərləri,
neft kəmərləri, boşaltma-doldurma qurğuları, içərisində AAM və YM olan
qurğular, binaların daxili və xaricində yerləşməsindən asılı olmayaraq yerlə
birləşdirilməlidir.

29
2.9.4 Heyətin sənaye tezlikli elektrik cərəyanı zədələnməsindən və ya
ildırımdan mühafizə üçün nəzərdə tutulmuş yerlə birləşdirici qurğulardan statik
elektrikləşmənin ötürülməsi üçün istifadə edilə bilər.
2.9.5 Yalnız statik elektriləşmə yüklərinin ötürülməsi üçün nəzərdə tutulmuş
yerləbirləşdirici qurğuların müqaviməti 100 OM-dan çox olmamalıdır.
2.9.6 Ayrılıqda quraşdırılmış tutum, aparat və aqreqatların fərdi
yerləbirləşdiricisi olmalı və ya onlar ayrı-ayrılıqda aparatın yaxınlığından keçən
ümumi yerəbirləşdirmə xəttinə qoşulmalıdır.
Bir neçə yerləbirləşdiricinin aparat, aqreqat və boru kəmərlərinin yerləbir-
ləşdirmə xəttinə ardıcıl qoşulması qadağandır.
2.9.7 AAM və YM doldurub-boşaltma əməliyyatı altında olan avtosisternlər,
vaqon-sisternlər, həmçinin yanacaq daşıyan gəmilər doldurma-boşaltma
əməliyyatından əvvəl və əməliyyat zamanı yerəbirləşdirici qurğusuna qoşulmalıdır.
Yerləbirləşdirici keçirici (naqil) kimi en kəsiyi 16 mm2 -dən az olmayan elastik
(çox damarlı) mis məftildən istifadə edilməlidir.
Keçiricilər avtosisternlərin və vaqon-sisternlərin gövdələrinə bolt vasitəsi ilə
etibarlı birləşdirilməlidir. Yerləbirləşdirici pozularsa qüsur aradan qaldırılana qədər
doldurma-boşaltma əməliyyatı dayandırılmalıdır.
2.9.8 Mühafizə qurğularına baxış və onların cari təmiri texnoloji
avadanlıqlara baxış və təmirlə eyni zamanda aparılmalıdır.
Avadanlıqların yerlə birləşməsi xüsusi cihazlarla, ildə bir dəfədən az
olmayaraq, hər təmirdən sonra yoxlanılmalıdır.
2.9.9 İstehsalat binalarda və xarici qurğularda, estakadalarda və s.
yerləşdirilmiş avadanlıq və boru kəmərləri bütün uzunluqları boyunca arası
kəsilməyən zəncirvarı şəkildə yerləbirləşdirici qurğuya qoşulmalıdır.
2.9.10 AAM və YM çənlərə, sisternlərə və taralara sərbəst axan şırnaqla
doldurulması qəti qadağandır.
Tutumlara mayenin vurulması və doldurulması yalnız tutumdakı mayenin
səviyyəsinin altına verilməklə yerinə yetirilməlidir.
2.9.11 Tufan vaxtı qəti qadağandır:
- qazötürən borulardan istehsalat tullantılarının atmosferə buraxılması;
- istehsalat və məişət otaqlarının, pəncərə və qapılarının açıq saxlanılması.
2.9.12 Birbaşa ildırım vurmasından və statik yüklənmədən çənlərin etibarlı
qorunması məqsədilə onların ildırım ötürücülərinin və yerləbirləşdirici
qurğularının sazlığı OM müqavimətinin ölçülməsi ilə, ildə bir dəfədən az
olmayaraq, yay aylarında suxurların quru halında yoxlanılmalıdır.
2.9.13 Yeraltı qurğuların azan cərəyan nəticəsində əmələ gələn korroziyadan
qorunması məqsədilə mövcud olan izolyasiya örtüyü və tətbiq edilən elektrik
mühafizəsi üsullarından başqa (drenajlar, katod stansiyaları və izoləedici flanslar)
elektrik qurğularında sistematik olaraq profilaktik tədbirlər aparılmalıdır
(izolyasiyanın müqavimətini norma səviyyəsində saxlamaq, əks naqil kimi
torpaqdan istifadə etməmək).

30
BÖLMƏ III

Quruda neft-qazçıxarma obyektlərində texnoloji proseslərə yanğın


təhlükəsizliyi tələbləri.
3.1 Neft və qaz quyularının qazılması.

3.1.1 Ümumi tələblər

3.1.1.1 Quyuların qazılması zamanı «Edinıe texniçeskie pravila vedeniə rabot


pri stroitelğstve skvajin na neftənıx, qazovıx mestorojdeniəx» və “Neft qazçıxarma
sənayesində təhlükəsizlik Qaydaları”nın tələblərinə riayət olunmalıdır.
3.1.1.2 Qazma qurğuları üçün ayrılmış meydança radiusu 50m az olmamaqla
planlaşdırıl malı, yerüstü və yeraltı boru xətləri və kabellərdən azad edilməli,
agaclardan və otlardan təmizlənməlidir. Qazma meydançasının ətrafında yanğın
texnikalarının yerləşdirilmə sahəsinin eni 12m az olmamalıdır. Bu sahə ilə
quyuağzı arasındakı məsafə 15m çox olmamalıdır.
3.1.1.3 Daxili yanma mühərrikli qazma nasosları vışka ətraflı daxmada və ya
çətin yanan materialdan tikilmiş ayrıca otaqlarda quraşdırıla bilər.
3.1.1.4 Daxili yanma mühərrikləri yerləşdirilən otaqlarda yanacaq və silgi
materiallarının saxlanılması qadağandır.
3.1.1.5 Daxili yanma mühərriklərinin yanacaq çənləri ilə binaların xarici
divarları və buruq tikililəri arasındakı məsafə 40m-dən az olmamalıdır. Yanacaq
xəttində iki bağlayıcı qurğu olmalıdır: biri yanacaq çəninin yanında, digəri isə maşın
zalının xarici divarından 5m məsafədə quraşdırılmalıdır.
Qeyd: Ayrıca otaqda yerləşdirilmiş daxili yanma mühərrikinin həmin otağın
içərisində həcmi 200 litrə qədər olan yanacaq tutumunun quraşdırılmasına icazə
verilir.
3.1.1.6 Atqı xəttinin otağın divarından, döşəməsindən və ya tavanından keçən
yerlərində odadavamlılıq həddi 0,75 saatdan az olmayan materiallardan
hazırlanmış germetikləşdirici qurğular quraşdırlımalıdır.
3.1.1.7 Transformatorlar (yarımstansiyalar) elə yerləşdirilməlidir ki, onların
altında qazma məhlulunun və ya leysan sularının qalması mümkün olmasın.
3.1.1.8 Buruğa neft vannaları üçün gətirilən neft qapağı kip bağlanan
tutumlarda olmalıdır.
3.1.1.9 Nefti tutumlara və quyulara vurmaq üçün istifadə edilən boru xətləri
yerlə birləşdirilməlidir.
3.1.1.10 Neftvurma aqreqatları quyu ağzında, küləkdöyən tərəfdə
yerləşdirilməlidir.
3.1.1.11 Qaz ötürücü atqı xətti quyu ağzından 60m-dən az olmayan məsafədə,
külək tutmayan tərəfdə məşəl qurğusu ilə təchiz olunmalıdır.
3.1.1.12 Məşəl qurğusu 15m radiusu olan sahədə kollardan, otdan və digər
bitkilərdən təmizlənməlidir. Sahə 30m radiusda hasarlanmalı və xəbərdaredici
işarələrlə təchiz olunmalıdır.
3.1.1.13 Məşəl qurğusunda qazın yandırılması məsafədən fitil vasitəsi ilə
həyata keçirilməlidir.
31
3.1.1.14 Növbətçi briqadalar üçün yaşayış, məişət və inzibati vaqon-evlər
vışkanın hündürlüyündən 10m-dən çox, quyu ağzından isə 60m-dən az olmayan
məsafədə yerləşdirilməlidir.

Karbohidrogen əsaslı əhənq-bitum məhlulu (ƏBM) ilə qazma

3.1.1.15 Quyu ağzı meydança mailiyi şlam anbarına tərəf yönəldilmiş navalça
ilə təchiz olunmalıdır. Navalçanın üstü yanmayan materialla örtülməlidir.
3.1.1.16 ƏBM (əhənq-bitum məhlulu) tutumlarının tənəffüs klapanlarının atqı
xətləri vışkayanı tikililərin xaricinə çıxarılmalıdır.
3.1.1.17 Növbədə üç dəfədən az olmayaraq rotorun yanından və
nasosxanadan hava nümunəsi qazanalizator vasitəsilə götürülməlidir.
3.1.1.18 Qazma zamanı quyudan çıxan məhlulun temperaturu mütəmadi
olaraq ölçülməlidir.
3.1.1.19 Növbə dəyişəndə qazma sahəsi ƏBM məhsullarından
təmizlənməlidir.

Qazaoxşar maddələrdən istifadə edilməklə qazma

3.1.1.20 Qazma zamanı qazaoxşar maddələrdən istifadə edtikdə işçi


meydançaya mayenin, şlamın, tozun və qazın daxil olmaması üçün quyu ağzını
hermetikləşdirən qurğunun bütün hissələri saz vəziyyətdə saxlanılmalıdır.
3.1.1.21 Quyu ağzı birləşmələrin atqı xətləri küləyin istiqamətindən asılı
olaraq bir xətt üzrə yerləşdirilməlidir.
3.1.1.22 Qazaoxşar maddələrdən istifadə etməklə qazma və qaz laylarının
açılması prosesində istifadə olunan atqı xətlərinin uzunluğu 100m-dən az
olmamalıdır.
3.1.1.23 Qazma kəmərinə lay qazlarının daxil olmasının qarşısını almaq üçün
kəmərin alt hissəsində əks klapan quraşdırılmalıdır.
3.1.1.24 Qazma aləti hər dəfə quyuya endirilməzdən əvvəl qazma boru
kəmərindəki əks klapanın sazlığı yoxlanılmalıdır.
3.1.1.25 Preventorların germetikliyi və sazlığı alətin hər endirmə-qaldırma
əməliyyatından əvvəl və növbədə 1dəfədən az olmayaraq yoxlanılmalı, yoxlamanın
nəticələri növbə jurnalında qeyd edilməlidir.
3.1.1.26 Qazma prosesindən əvvəl quyu ağzını germetikləşdirən qurğu,
qazaoxşar agenti quyuya vurmaqla, üfürülməklə germetikliyə yoxlanılmalıdır.
Kipləşdirici hissələrdə aşkar edilən nasazlıqlar dərhal aradan qaldırılmalıdır.
3.1.1.27 Qazaoxşar maddələrin tətbiqi ilə aparılan qazma zamanı qaz
təzahürü baş versə, buruğun işçi meydançasından və mümkün qaz təzahürü yerindən
hava nümunəsi götürülməli və qazanalizatorla fasiləsiz olaraq analiz aparılmalıdır.
Qazma zamanı quyudan çıxan havanın da qaz analizi aparılmalıdır.
3.1.1.28 Buruğun işçi meydançasında qaz-hava qarışığının aşağı partlayış
qatılıq həddi 20% təşkil etdikdə, qazma işləri dayandırılmalı, sızma yerləri aşkar
edilib ləğv olunmalıdır.

32
3.1.1.29 Havanın üfürülməsilə aparılan qazma zamanı açılmış laydan çıxan
qazın həcmi miqdarı qarışıqda 3%-dən çox olarsa, qaz məşələ yönəldilməlidir.
3.1.1.30 Havanın üfürülməsi üsulu ilə aparılan qazma zamanı havanın
tərkibində oksigenin miqdarı 5%-dən çox olduqda məhsuldar layların elektroburla
açılması qadağandır.
3.1.1.31 Kompressorların yanında və buruğun girişində “Siqaret çəkmək
qadağandır!” , “Ehtiyatlı ol!” sözləri yazılmış plakatlar asılmalıdır.

Quyu-lay sistemində differensial təzyiqin


tənzimlənməsi ilə quyuların qazılması

3.1.1.32 Quyu-lay sistemində differensial təzyiqin tənzimlənməsi üsulu ilə


quyuların qazılması işlər xüsusi hazırlıqlı, bu işlərin təhlükəsiz görülməsi üzrə əlavə
məşğələlər və təlimatlar keçmiş, yanğın zamanı hərəkət qaydalarını bilən, quyu-lay
sistemi üzrə əlavə avadanlıqlara xidmət etməyi bacaran qazma briqadası tərəfindən
aparılmalıdır.
3.1.1.33 Anomal yüksək təzyiqli laylar (AYTL) açılmazdan əvvəl qazma
məhlulunun və maye tullantılarının kənarlaşdırılması üçün drenaj quyuları
quraşdırılmalıdır.
3.1.1.34 Qazın yığılması mümkün olan yerlərdə işçi zonasının havasına
nəzarət edilməli, buruqlar stasionar xəbərverici qurğularla və ya mobil
qazanalizatorlarla təchiz edilməlidir.
3.1.1.35 Məhsuldar layın açılmasından əvvəl və layda qazma işləri aparılan
zaman iş aparılan zonanın havasına növbədə 1 dəfədən, qaz təzahürü vaxtı isə 2
saatda 1 dəfədən az olmayaraq nəzarət edilməlidir.
3.1.1.36 Ç irklənmiş qazma məhlulunun yığılması üçün buruqdan 40m
məsafədə əlavə bağlı tutum quraşdırılmalıdır.
3.1.1.37 Qazma məhlununun hər dövründən sonra separator və ştuserlər
yoxlanılmalı, şlam və çirkdən su ilə təmizlənməlidir.
3.1.1.38 Quyu ağzında və digər qaz yığılması mümkün olan yerlərdə hava
mühitində neft qazlarının miqdarı normadan yüksək olduqda (havada qazın qatılığı
partlayıştəhlükəli qatılıq həddinin 20% -dən çox olduqda) qazma işlərinin aparılması
qadağandır.
3.1.1.39 Lay flüidlərinin quyuya axını aşkar edildikdə, qazma prosesi və
qazma məhlulunun dövranı dayandırılmalı, quyunun ağzı germetikləşdirilməli və
quyunun vəziyyəti yoxlanılmalıdır.
AYTL sahələrində birinci üç quyunun qazılması açıq qaz və neft fontanlarının
ləğvi üzrə hərbiləşdirilmiş dəstənin nümayəndəsinin nəzarəti altında aparılmalıdır.
3.1.1.40 Buruqda həcmi 20 m3 yanğına qarşı olan və buruğun su təchizatı ilə
birləşdirilmiş tutum yerləşdirilməlidir.

33
3.2 Mədən-geofiziki işləri

3.2.1 Ümumi tələblər

3.2.1.1 Mədən-geofiziki işləri qüvvədə olan «Edinıe pravila bezopasnosti pri


vzrıvnıx rabotax» «Osnovnıe sanitarnıe pravila rabot s radioaktivnımi vehestvami i
druqimi istoçnikami poniziruöhix izluçeniy OSP-80», «Pravila bezopasnosti pri
transportirovanii radioaktivnıx vehestv» i «Normı radioaktivnoy bezopasnosti i
NRB-80» sənədlərin tələblərinə müvafiq aparılmalıdır.
3.2.1.2 Mədən-geofiziki işləri sifarişçinin nümayəndəsinin iştirakı ilə
partiyanın (dəstənin) rəisinin rəhbərliyi altında aparılmalıdır.
Qeyd: Partiya rəisi olmadıqda müəssisə üzrə əmrlə və ya sərəncamla məsul
şəxs təyin edilməlidir.
3.2.1.3 Quyunun mədən-geofiziki işlərinə hazırlığı müəyyən olunmuş aktla
rəsmiləşdirilir, sifarişçinin məsul nümayəndəsi və geofizika partiyasının rəhbəri
tərəfindən imzalanır. Quyunun hazırlıq aktı geofizika partiyasının rəisinə təqdim
edildikdən sonra işə başlamağa icazə verilir.
3.2.1.4 Geofizika partiyasında yanğın təhlükəsizliyinə üzrə cavabdeh şəxs
partiyanın rəisi hesab edilir.
3.2.1.5 Mədən-geofizika işlərində gərginliyi 380V-dan yüksək olan elektrik
şəbəkəsindən istifadə etmək qadağandır.
3.2.1.6 Tufan zamanı qaz təzahürlü quyularda mədən-geofizika işlərinin
aparılması qadağandır.
3.2.1.7 Mədən-geofizika avadanlıqlarının elektrik güc və ya işıqlandırma
şəbəkəsinə qoşulması üçün buruqda yerləbirləşmə kontaktlı ştepsel razetkası
quraşdırılmalıdır.
3.2.1.8 Neft və qaz təzahürü mümkün olan quyularda və yaxud qaz
təzahürünə görə ağzı kipləşdirilmiş quyularda karotaj qaldırıcıları və laboratoriya
küləkdöyən tərəfdə yerləşdirilməlidir.
3.2.1.9 İşçi meydançada quraşdırıldıqdan laboratoriya və karotaj qaldırıcısının
metal gövdələri yerlə birləşdirilməlidir.
3.2.1.10 Geofizika aparatları dəstinə daxil olan elektrotexniki qurğuların
istismarı bu Qaydanın “Elektrotexniki qurğular” bölməsinin tələblərinə uyğun
aparılmalıdır.
3.2.1.11 İşin sonunda bütün elektrik qida mənbələri söndürülməlidir.
3.2.1.12 Karotaj və qazkarotaj stansiyalarında primus, qalay lampalarından və
digər açıq odla işləyən qurğulardan isifadə etmək qadağandır.
3.2.1.13 İş yerlərinin qızdırılması və işıqlandırılması üçün yalnız karotaj,
qazkarotaj stansiya, laboratoriyanın layihələrində nəzərdə tutulmuş qızdırıcı
cihazdan istifadə edilməlidir.
3.2.1.14 Karotaj stansiya avtomobillərinin qaz-atqı boruları
qığılcımsöndürənlərlə təchiz olunmalıdır.
3.2.1.15 Karotaj və digər stansiya və laboratoriyalar avtomobillərin istismarı
üzrə təlimata əsasən, lazımi yanğınsöndürmə vasitələri ilə təchiz olunmalıdır.

34
3.2.1.16 Fəaliyyətdə olan neft quyularında mədən-geofizika işlərinin
aparılması zamanı quyu ağzı armaturların, siyirtmələrin, boruların, flans və digər
detal və avadanlıqların qızdırılması üçün açıq alovdan istifadə etmək qadağandır.
3.2.1.17 Blok-balansın diyircəyi, ötürücü xətti və digər avadanlıqları
donduqda onların qızdırılması üçün yalnız buxar və ya isti su ilə icazə verilir.
3.2.1.18 Qaz karotaj işləri vaxtı cihazda yüksək qaz göstəricisi qeyd olunarsa,
növbətçi operator dərhal qazma briqadasına qaz tullanışının mümkünlüyü barədə
xəbər verməli, tullanış baş verdikdə isə stansiyanın təhlükəsiz yerə köçürülməsini
təşkil etməlidir.

Quyularda geofiziki tədqiqatlar (QGT)

3.2.1.19 Quyu ağzında izafı təzyiqlə işləyən quyularda geofiziki tədqiqatlar


öz-özünə kipləşdirici kipkəci olan lubrikator vasitəsilə aparılmalıdır.
Lubrikator quyunun istismarı zamanı quyu ağzında maksimal göslənilən
təzyiqdən az olmayan təzyiqdə aparılmalıdır.
3.2.1.20 Qazma quyularında qazma bucurğadı və intiqalı nasaz vəziyyətdə
olduqda bu quyularda geofiziki tədqiqatların aparılması qadağandır.
3.2.1.21 Radiaktiv maddələrin partlayış təhlükəli, yanar və digər materiallarla
bir yerdə (müvəqqəti olaraq) saxlanılması qadağandır.

Borulu lay sınayıcıları ilə işlər

3.2.1.22 Layların borulu sınayıcılarla sınağı işi, geofizika idarəsinin baş


mühəndisi, qazma işləri və ya neftqazçıxarma idarəsinin baş mühəndisi tərəfindən
razılaşdırılmış, qazma işləri və ya neftqazçıxarma idarəsinin baş mühəndisi və baş
geoloqu tərəfindən təsdiqlənmiş plan üzrə aparılmalıdır.
3.2.1.23 Quyunun sınaq işlərinə hazırlığı sınaq planına uyğun, müvafiq aktla
sənədləşdirilməlidir.
3.2.1.24 Quyunun sınağı zamanı qazma avadanlıqlarının təmiri, həmçinin
elektrik qaynağı və digər odlu işlərin aparılması qadağandır.
3.2.1.25 Quyudan intensiv neft axını və qaz tullanışı etimalı olan buruqda
qaz-xilasetmə və yanğın xidməti dəstələri çağırılmalı və preventor xətlərinin birinə
qoşulmuş sementləyici aqreqat olmalıdır.
3.2.1.26 Debit ölçülən zaman lay flüidinin yığılması üçün quyu ağzından
100m-dən az olmayan məsafədə xüsusi anbar və ya tutum quraşdırılmalıdır.
3.2.1.27 Sınaq nümunələrinin daşınması zamanı onların dağılmasına və
yanğının baş verməsinə yol verilməməlidir.

3.3 Neft və qaz quyularının istismarı. Quyuların mənimsənilməsi

3.3.1.1 İstismar kəmərinin perforasiyasına qədər fontan quyusunun quyu ağzı


avadanlığı və quyu kommunikasiyaları quyu məhsulunun qəbuluna hazır olmalıdır.
Neftin ümumi anbara və tutuculara açıq qanovla axıdılmasına yol verilməməlidir.

35
3.3.1.2 Quyuda kəmərin partlayış üsulu ilə deşmə əməliyyatı barədə FHN-nin
yanğın təhlükəsizliyi xidmətlərinə yazılı şəkildə məlumat verilməli, əməliyyat
qazma və ya neftqazçıxarma idarəsinin geoloqunun iştirakı ilə aparılmalıdır.
3.3.1.3 Fontan armaturlarının işçi təzyiqi quyunun istismarı zamanı quyu
ağzında gözlənilən maksimal təzyiqə uyğun olmalıdır.
3.3.1.4 Fontan armaturu, armaturların təchizat normasına müvafiq olaraq,
araqat və sancaqların tam komplekti vasitəsi ilə yığılmalıdır. Armaturların
quraşdırılması müvafiq sənədlərə uyğun rəsmiləşdirilməli və neftqazçıxarma
müəssisəsinin baş mühəndisi tərəfindən təsdiq edilməlidir.
3.31.5 Fontan quyusunun mənimsənilməsi prosesində nasos-kompressor
borularının endirilməsinə və qaldırılmasına yalnız quyu ağzında gözlənilən
maksimal təzyiqə uyğun icazə verilir. Əgər quyu uzun müddətə saxlanılıbsa quyu
ağzı germetikləşdirilməlidir.
3.3.1.6 Quyunun mənimsənilməsi səyyar kompressorun köməyi ilə aparılırsa,
o quyu ağzından 25m-dən az olmayan məsafədə, küləyin üstünlük təşkil edən
istiqamətində quraşdırılmalıdır.
3.3.1.7 Fontan quyusunun svablanma üsulu ilə mənimsənilməsindən əvvəl:
- aqreqatla idarəetmə pultunda işləyən işçinin qorunması məqsədi ilə
qurulmuş talvarın yanar konstruksiyaları odadavamlı tərkiblə işlənilməli;
- yuxarı siyirtmənin istiqamətləndirici qıfı qığılcım verməyən materialdan
olmalı;
- səyyar qaldırıcı bucurqad quyu ağzından 25m-dən az olmayan məsafədə
quraşdırılmalıdır.
3.3.1.8 Fontanın əlamətləri müşahidə olunduqda, svab dərhal quyudan
çıxarılmalıdır.
33.1.9 Fontan quyularının mənimsənilməsi zamanı məcburi dayanma və ya
fasilə olduqda, fontan armaturunun mərkəzi və yan siyirtmələri bağlanmalıdır.
3.3.1.10 Quyuya sıxılmış havanın vurulması və yaxud mayenin hava ilə
aerasiyası vasitəsilə quyudan axının əmələ gətirilməsi prosesində fasiləyə yol
verilməməlidir.
3.3.1.11 AYTL quyularının mənimsənilməsi işlərini aparan müəssisədə neft-
qaz təzahürü və açıq fontanların qarşısının alınması üzrə daimi fəaliyyət göstərən
komissiya yaradılmalıdır.
3.3.1.12 AYTL quyularının mənimsənilməsi zamanı buruqda yanğınsöndürmə
maşını növbə çəkməlidir.
3.3.1.13 Quyular səyyar qurğularla mənimsənildikdə, bu qurğular quyu
azından 25m-dən az olmayan məsafədə yerləşdirilməlidir.
3.3.1.14 Quyuların tüstü qazları ilə mənimsənilməsi prosesidə tüstü qazlarının
tərkibində sərbəst oksigenin olması fasiləsiz olaraq yoxlanılmalıdır.
3.3.1.15 Quyuların köpüklə mənimsənilməsində oddan təhlükəsiz və zərərsiz
səthi aktiv maddələrin (SAM) sulu məhlulundan istifadə edilməlidir.
3.3.1.16 Quyuların mənimsənilməsi günün qaranlıq vaxtı aparılarsa, iş yerləri
müvafiq normalara uyğun isıqlandırılmalıdır.
Quyunun ağzında quraşdırılmış çıraqlar partlayışdan mühafizəli olmalıdır.

36
Quyuların fontan və kompressor üsulu ilə istismarı

3.3.1.17 İstismara verilən quyunun müvafiq standartlara uyğun armaturlarla


təchiz olunmuş germetik quyu ağzı olmalıdır.
3.3.1.18 Quyudan kompressor xəttinə neft və qazın düşməsinin qarşısını
almaq üçün quyunun yanında qaz-hava paylaşdırıcı batareyadan gələn xətdə əks
klapanlar quraşdırılmalıdır.
3.3.1.19 Səyyar kompressorların daxili yanma mühərriklərinin işlənmiş qaz
atqı boruları səsboğan və qığılcımsöndürənlə təchiz edilməlidir.
3.3.1.20 Qaz və hava kollektorlarının qaz-hava paylayıcı butkasında ucu
butkadan 10m-dən az olmayan məsafəyə çıxarılmış boru xətti nəzərdə tutulmalıdır.
3.3.1.21 Qaz paylayıcı batareyalar otağının xaricində “Qaz oddan
təhlükəlidir” sözləri yazılmış plakat asılmalıdır.

Kompressor stansiyaları

3.3.1.22 Kompressor stansiyalarnın istismarı istehsalçı zavodun təlimatının,


«Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydaları»nın tələblərinə uyğun
aparılmalıdır.
3.3.1.23 Hər sıxılma pilləsindən sonra yağdan təmizlənməmiş sıxılmış qazla
və ya hava ilə kompressorun işləməsinə yol verilməməlidir. Kompressor işləyən
zaman yığılmış yağ yağayrıcıdan müntəzəm olaraq boşaldılmalıdır.
3.3.1.24 Standart atmosfer şəraitində (təzyiq 0,1MPa və temperatur 200C)
qazkompressorun sorucu xəttinə daxil olan qaz-hava qarışığının tərkibində
oksigenin həcmi hissəsi 10%, 5 MPa təzyiqə qədər sıxıldıqda 7% , 10 MPa təzyiqə
qədər sıxıldıqda-6%, 20 MPa qədər-5% və 35MPa təzyiqə qədər sıxıldıqda 3%-
dən artıq olmamalıdır.Qaz-hava qatışığının tərkibində oksigenin miqdarına nəzarət,
hər yeni quyu qoşulduqda və ya açıldıqda, onların iş rejimləri dəyişdikdə, lakin
yerli təlimatda göstərilən müddətdən az olmayaraq aparılmalıdır.
3.3.1.25 Qaz kompressorlarının qəbul və atqı boru xətlərinin təmirindən sonra
onlar müvafiq tikinti normalarına uyğun metodika üzrə işçi agentlə germetikliyə
yoxlanmalıdır.
Qaz sızması aşkar edilərsə, kompressor dayandırılmalı və qüsurlar aradan
qaldırılmalıdır.
3.3.1.26 Qaz kompressor stansiyasında kompressor qurğusu ilə əlaqəsi
olmayan aparat və avadanlıqların yerləşdirilməsinə icazə verilmir.
3.3.1.27 Ehtiyyatda olan kompressorların qəbul və vurma xətləri bağlı
vəziyyətdə saxlanılmalıdır.
3.3.1.28 Hava kompressorları üçün hava binanın xaricindən götürülməlidir.
Yanar buxar və qazların yığılması etimal olunan yerlərdən havanın götürülməsinə
icazə verilmir. Kompressora yanar buxar və qazın daxil olması aşkar edilərsə,
kompressorun işi dərhal dayandırılmalıdır.
3.3.1.29 Partlayış təhlükəli qazların bir yerdə yığılmasının qarşısını almaq
üçün kompressor stansiyası ərazisində zirzəmilərin, kanal və çuxurların

37
yerləşdirilməsinə icazə verilməməlidir. Əgər bu qurğuların olması vacibdirsə, onlar
ventilyasiya sistemi ilə təchiz olunmalıdır.
3.3.1.30 Kompressor yerləşən otaqda yanğın baş verdikdə, yanan hissələrin
açılması üzrə tədbirlər görülməli və həmin yerə qazın verilməsi dayandırılmalıdır.
Metal konstruksiyaların, boru xətlərinin dağılmasının qarşısını almaq üçün
onlar su axını ilə soyudulmalıdır.

Quyuların ştanqlı quyu nasosları ilə istismarı

3.3.1.31 Quyuların ağzı, tədqiqat işlərinin aparılmasına və boruarxası


boşluqdan qazın götürülməsinə imkan verən kipləşdirici quyu ağzı armaturla təchiz
edilməlidir.
3.3.1.32 Mancanaq dəzgahı işləyən zaman onun ötürücü kəmərinin yerində
fırlanmaması üçün dartılmasına nəzarət edilməlidir.
3.3.1.33 Elektrik avadanlıqlarının yerləbirləşdiricisi kimi quyunun
konduktorundan istifadə edilməlidir. Konduktorla mancanaq dəzgahının çərçivəsi
ən azı iki nöqtədə qaynaqlanmalıdır. Hər keçiricinin en kəsiyinin sahəsi 48mm2-
dən az olmamalıdır. Yerləbirləşdirmə ötürücüləri və onların qaynaq yerləri baxış
üçün rahat olmalıdır.
Yerləbirləşdirmə ötürücüsü kimi müxtəlif forması olan (dairəvi, künclü və s.)
profilli polad materiallardan istifadə edilməlidir. Bu məqsədlə polad burazdan
istifadəsinə yol verilmir.

Quyuların dalma və yivli elektrik nasos qurğuları ilə istismarı

3.3.1.34 Dalma mərkəzdənqaçma elektrik açarlarının elektrik avadanlıqlarını


quraşdırmaq üçün budka yanmayan materialdan olmalıdır. Odadavamlı
məhlulla hopdurulmuş taxta konstruksiyalı budkaların istifadəsinə icazə verilir.
3.3.1.35 İstənilən gərginlikli elektrik ötürücü xətlərin altında idarəetmə
stansiyalarının və avtotransformatorların yerləşdirilməsi qadağandır.
3.3.1.36 Kabel barabanının eleltrik intiqalının quyu ağzında yerləşdirilmiş
düyməli idarəetmə qurğusu partlayışdan mühafizəli olmalıdır.

Quyuların sınağı və tədqiqi

3.3.1.37 Sınaq vaxtı quyuların yaxınlığından keçən və quyuya gedən bütün


yollarda, 250m-dən az olmayan məsafədə, küləyin gücündən və istiqamətindən
asılı olaraq postlar qurulmalı, açıq alovdan istifadəni qadağan edən xəbərdaredici
nişanlar quraşdırılmalıdır.
3.3.1.38 Quyuların üfürülməsi və ölçmə işləri aparılan zaman qazma
qurğusunun və quyuların yaxınlığında olan avtomobillərin, tarktorların
mühərrikləri və qazanların odluğu söndürülməlidir.
3.3.1.39 Exolotun şlanqlı kabeli elektrik şəbəkəsinə bilavasitə ştepselli
birləşmə vasitəsilə qoşulmalıdır.
38
3.3.1.40 Exolotun qeydedici qurğusu yerlə birləşdirilməlidir. Yerləbirləşdirmə
ötürücüsü kimi en kəsiyi 1,5mm2-dən az olmayan, yerləbirləşdirici qurğuya
birləşdirilmiş kabelin ayrıca elastik mis naqilindən istifadə edilməlidir.

3.4 Neftin çıxarılmasının intensivləşdirmə üsulları

3.4.1 Ümumi tələblər

3.4.1.1 Termoinjektor vasitəsilə quyudibi zonanın işlənməsi üçün bütün


partlayış işləri, həmçinin laydaxili yanma üsulu ilə layın işlənməsi «Edinıe pravila
bezopasnosti pri provedenii vzrıvnıx rabot» qaydalarının tələblərinə uyğun
aparılmalıdır.
3.4.1.2 Kimyəvi reagentlər saxlanılan yerlər çəpərlənməli, qırmızı bayraqlarla
nişanlanmalı və təhlükəsizlik nişanları ilə təchiz olunmalıdır.
3.4.1.3 Tutumlarda, aqreqat və avtosisternlərdə qalmış neft, maye və kimyəvi
reagentlərin qalığı sənaye kanalizasiyasına axıdılmalıdır.

Qazın yüksək təzyiq altında vurulması

3.4.1.4 Quyuağzı avadanlıqların germetikliy pozulduqda basqı quyusu maye


ilə doldurulmalı və avadanlıq dəyişdirilməlidir.
3.4.1.5 Qaz vurulan obyektlərdə qazkompressor stansiyalarının istismarı
əməyin təhlükəsizliyi üzrə müvafiq sahə təlimatının tələblərinə uyğun
aparılmalıdır.
3.4.1.6 Seperatorların bufer tutumlarının üfürülməsi avtomatlaşdırılmalıdır.
Məşəldə qazı yandıran qurğu məsafədən idarə edilməlidir.
3.4.1.7 Məşəlin ətraf ərazisi 50m-dən az olmayan radiusda hasarlanmalıdır.
Əraziyə girişdə «Kənar şəxslərə giriş qadağandır» sözləri yazılmış plakat
asılmalıdır.
3.4.1.8 Hasarlanmış məşəl ətrafı sahədə quyuların, çuxurların və digər
oyuqların qazılması qadağandır.

Quyuların quyudibi zonasının isti buxarla işlənməsi

3.4.1.9 Odluqda yanma tam başa çatmamış, yanacağın qalığı tam


təmizlənməmiş, təzyiq atmosfer təzyiqinə endirilməyənə qədər buxar generator
qurğusunu nəzarətsiz qoymaq qadağandır.
3.4.1.10 Buxar generator qurğuunun yerli işıqlandırılması üçün gərginliyi 12V
-dan çox olmayan partlayışdan mühafizəli daşınma çıraqlardan istifadə edilməlidir.
3.4.1.12 Qazanların odluqlarında və qaz yollarında qoruyucu klapanlar
quraşdırılmalıdır. Onlar odluğun və qaz yollarınınyuxarı hissəsində
quraşdırılmalıdırlar.
39
3.4.1.13 Avtomatlaşdırılmış suqızdırıcı qazanın işinə daima nəzarət
olunmalıdır.

Quyuların quyudibi zonasının qaynar neftlə işlənməsi

3.4.1.14 Neftin qızdırılmsı üçün sobanın odluğuna qazı ötürən boru xətləri
«Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları»nın tələblərinə uyğun quraşdırıl-
malıdır.
3.4.1.15 Neft qızdırıcı soba qaynar neft tutumundan 25m-dən, quyu ağzından
isə, 10m-dən az olmayan məsafədə külək tutmayan tərəfdə yerləşdirilməlidir.
3.4.1.16 Yanacaq boru xəttində təzyiqtənzimləyici qurğunun, odluqda
quraşdırılan qoruyucu klapanın, həmçinin kondensatın NÖÇ-na və odluğa
düşməsinin qarşısını alan qurğunun quraşdırılması nəzərdə tutulmalıdır.
3.4.1.17 Sobanın odluğunu yandırmazdan əvvəl ilanvari boruların neftlə dolu
olmasına əmin olmaq lazımdır.
3.4.1.18 Neft tutumlu arabanı (xizəyi) daşıyan traktorun işlənmiş qaz atqı
borusu qığılcımsöndürənlə təchiz olunmalıdır.
3.4.1.19 Qaynar neft tutumlu araba (xizək) quyunun ağzından 10m-dən az
olmayan məsafədə külək tutmayan, tərəfdə yerləşdirilməlidir.
3.4.1.20 Nefti quyuya vurmazdan əvvəl nasosdan quyuya qədər olan sökülüb-
yığılan vurma xətti gözlənilən maksimal təzyiqin 1,5 mislinə təzyiqə sınaqdan
keçirilməlidir.

Quyuların quyudibi zonasının qaz kondensatı ilə işlənməsi

3.4.1.21 Quyuların işlənilməsi üçün yalnız qazsızlaşdırılmış (təmizlənmiş


propan və butandan) kondensatdan istifadə edilməlidir.
3.4.1.22 Avtosisternlər doldurulub-boşaldılmazdan əvvəl yerləbirləşdirici
qurğuya qoşulmalıdır.
3.4.1.23 Qaz kondensantı daşıyan avtosisternin üzərində “Oddan təhlükəlidir”
sözləri yazılmalıdır. Qazkondensatın yalnız germetik bağlanan lyuku və boşaltma
ştuseri olan avtosisternlərdə daşınmasına icazə verilir.
3.4.1.24 Qazkondensatla dolu avtosisternlərin yaşayış məntələri ərazisində,
açıq alov olan yerlərdə dayanacağı, həmçinin avtosisternin yanında və kabinasında
siqaret çəkmək qadağandır.
3.4.1.25 Avtosisternlərin qazkondensatla doldurulub-boşaldılmasına və
qazkondensatla quyunun işlənməsi əməliyyatının aparılmasına yalnız günün işıqlı
vaxtı icazə verilir.
3.4.1.26 Avtosisternlərə qazkondensatın doldurulması-boşaldılması rezin
şlanqlar vasitəsi ilə aparılmalıdır. Şlanqların hər iki ucunda aqreqatların ştuserinə
kip birləşən tərtibatı olmalıdır.
3.4.1.27 Avtosistern və nasos aqreqatları quyu ətrafında müvafiq texniki
şərtlərin tələblərinə uyğun yerləşdirilməlidir.
3.4.1.26 Quyuların qazkondensatla işlənilməsi zaman qazkondensatın
avtosisterndən bunkerə və aqreqata vurulması qadağandır.
40
3.4.1.27 Quyunun qazkondensatla işlənilməsi başa çatdıqdan sonra aqreqatın
manifold xətti və quyunun armaturu su ilə yuyulmalıdır.
Quyunun armaturunda sürğü bağlandıqdan və təzyiq atmosfer təzyiqinə
qədər endirildikdən sonra manifoldun ayrılmasına icazə verilir.

Quyuların quyudibi zonasının termoinjektorla işlənməsi

3.4.1.28 Dozalaşdırıcı nasosun yanacaq bakı olan xizəyində quraşdırılmış


elektrik avadanlıqları partlayışdan mühafizəli olmalıdır.
3.4.1.29 Elektrik avadanlıqları olan kompressorlar quyu ağzından 10m-dən,
daxili yanma mühərrikli (DYM) kompressorlar isə 25m-dən az olmayan məsafədə
quraşdırılmalıdır.
3.4.1.30 Yanacaq tutumu işlənmiş qaz atqı xəttindən əks tərəfdə və quyu
ağzından 10m-dən az olmayan məsafədə quraşdırılmalıdır.
3.4.1.31 Partlayıcı maddənin partladıcı qurğuya daxil edilməsi onun
lubrikatora endirilməsindən qabaq aparılmalıdır.
3.4.1.31 Partlayıcı qurğunun balonunun etiltərkibli benzinlə doldurulması
qadağandır.
3.4.1.32 Partladıcı qurğu lubrikatora mərkəzi siyirtmənin bağlı vəziyyətində
yerləşdirilməlidir.

Quyuların quyudibi zonalarının quyudibi elektrik qızdırıcıları ilə


işlənilməsi

3.4.1.33 Kabelin eletrik qızdırıcısının başlığına girəcək qovşağı, həmçinin


klemma boşluğu tam germetikləşdirilməlidir.
3.4.1.34 Kabelin elektrik qızdırıcıları ilə klemma birləşməsinin konstruksiyası
elə olmalıdır ki, kabel şaxəsinin ucluğunun qırılması istisna olsun.
3.4.1.35 Kabel yüksək temperatura davamlı, bütün uzunluğu boyu bütöv
olmalıdır.
3.4.1.36 Quyuya salınmazdan əvvəl kabelin vəziyyəti yoxlanılmalıdır. Əgər
onun şaxələrindən biri qırılmış olsa, kabelin quyuya salınmasına icazə verilmir.

Quyuların quyudibi zonasının azotlu qızdırılmış karbohidrogen


mayelərlə işlənilməsi

3.4.1.37 Qızdırıcı qurğu quyu ağzından və azotlu karbohidrogen mayesi


vuran aqreqatlardan, həmçinin bu mayeni daşıyan avtosisternlərdən 25m-dən az
olmayan məsafədə yerləşdirilməlidir.
3.4.1.38 Qızdırıcı qurğu, ondan sonra quraşdırılmış avadanlıq və onların
birləşmələri və quyu ağzı avadanlıqlar isti məhsulun temperaturundan ən azı 500 C
yuxarı temperatura davamlı olmalıdır.

41
3.4.1.39 Azot və qızdırıcı qurğuların karbohidrogen mayesini vurmaq üçün
basqı xətləri qoruyucu və əks klapanlarla təchiz olunmalıdır.
3.4.1.40 Karbohidrogen mayesi saxlanılan tutumun yanında yanğın postu
qurulmalıdır.
3.4.1.41 Azotlu karbohidrogen mayesi ilə iş aparılan zaman quyuya verilən
isti məhsulun təzyiqinə və temperaturuna mütəmadi nəzarət edilməlidir. Təzyiq və
temperatur layihədə göstərilən qiymətdən çox olmamalıdır.
3.4.1.42 Quyunun azotlu karbohidrogen mayesi ilə işlənilməsindən sonra hava
quyunun hava ilə mənimsənilməsi qadağandır.

Layın hidravlik yarılması

3.4.1.43 Qış aylarında donmuş manifoldun açıq odla qızdırılması


qadağandır.
3.4.1.44 Elektrik güc qurğusunun yanacaq bakları yanğından və
zədələnmədən təhlükəsiz yerdə yerləşdirilməlidir.
3.4.1.45 Yanar maddələr daşıyan avtosisternlərin üzərində “Oddan
təhlükəlidir” sözləri yazılmalı və onlar karbon qazlı odsöndürənlə, keçə (ölçüsü
2x2) və bellə təchiz edilməlidir.

Laydaxili yanma

3.4.1.46 Laydaxili yanma (LDY) işləri bu işlər üzrə müəssisənin səlahiyyətli


nümayəndəsinin və müəssisə üzrə əmrlə təyin edilmiş cavabdeh şəxsin iştirakı ilə,
müvafiq qaydada təsdiqlənmiş layihəyə əsasən aparılmalıdır.
3.4.1.47 LDY aparılan sahə “Ehtiyatlı olun! Lay yandırılır” sözləri yazılmış
xəbərdaredici plakatlarla təchiz edilməlidir.
3.4.1.48 Laydaxili yanma işləri aparılan sahədə basqı, müşahidə və istismar
quyularının quyuağzı avadanlıqlarının germetik bağlanması təmin edilməlidir.
3.4.1.49 Yanmanı yaratmaq üçün havadan istifadə edtikdə, havanı quyuya
vurmazdan əvvəl quyuağzı armaturun üstü və elektrik qızdırıcısının ətrafında
yerləşən quyudaxili avadanlıqlar neftdən təmizlənməlidir.
3.4.1.50 Sıxılmış havanın sınaq üçün vurulması zamanı istismar quyularından
çıxan qaz qatışığının tərkibinə daima nəzarət edilməlidir. Quyudan çıxan qaz
qatışığının tərkibində oksigenin miqdarı 10%-dən çox olmamalıdır. Əks halda
quyunun istismarı dayandırılmalı və quyu müşahidə rejiminə keçirilməlidir.
3.4.1.51 Laydaxili yanmanın təsiri altında olan obyektlər (quyular, ölçü
qurğuları) təzyiq və temperatura məsafədən nəzarət vasitələri ilə təchiz edilməlidir.
3.4.1.52 Yanmanı başlamaq üçün istifadə olunan elektrik qızdırıcıları zavod
istehsalı olmalı, işçi parametrlərə və bu Qaydanın müvafiq tələblərinə cavab
verilməlidir.
3.4.1.53 Quyuya havanın vurulması, elektrik qızdırıcıların işə salınmasından
əvvəl başlanmalıdır.
Elektrik qızdırıcısına gərginlik avtomatik verilməlidir.

42
3.4.1.54 Yanmanı yaratmaq üçün havanın vurulması prosesində fasilə etməyə
icazə verilmir.
3.4.1.55 Basqı quyusunun yanında nəzarət quyusunun perforasiyasına yol
verilmir.
3.4.1.56 İstismar quyularının quyudibi temperaturu 1500C-dən çox
olmamalıdır.Bu temperaturda istismar quyusunun dibi fasiləsiz olaraq su və ya
digər reagentlə soyudulmalıdır. Əgər soyudulma müsbət nəticə verməzsə, quyu
bağlanmalı (boğulmalı) və soyutma davam etdirilməlidir.

3.5 Neftin və qazin yığılması, hazıırlanması,


saxlanması və nəqli

3.5.1 Ümumi tələblər

3.5.1.1 Aparatlarda, tutumlarda və boru kəmərlərində quraşdirilmış qoruyucu,


tənzimləyici və bağlayici armaturların sazlığı istismara buraxılmazdan əvvəl,
təsdiq olunmuş cədvələ əsasən, vaxtaşırı MTİ rəhbərliyi altında yoxlanılmalıdır.
Yoxlamanın nəticələri növbə jurnalında qeyd olunmalıdır.
3.5.1.2 Yanğın təhlükəli mayelərin səviyyə ölçənləri yanğın baxımından
təhlükəsiz olmalıdır. Ölçü şüşələri 0,6 MPa çoz olmayan izafi təzyiq altında
işləyən aparat və tutumlarda o zaman istifadə oluna bilər ki, şüşələr mexaniki
zərbədən qorunsun, birləşdirici borucuqları avtomatik bağlayan klapanları və
şüşədə buraxıla bilən səviyyəni göstərən qırmızı xətt olsun.
3.5.1.3 Avadanlıqların istilik izolyasiyası yanmayan materialdan olmalıdır.
İstilik izolyasiyasının yanğın təhlükəli mayelərlə hopmuş hissəsi məhsulun
sızmasına səbəb olan zədələnmiş sahəsinin bərpasından sonra dərhal
dəyişdirilməlidir.
3.5.1.4 Rektifikasiya kolonlarının, istidəyişdiricilərinin və digər aparatların
gövdəsində neft və neft məhsullarının sızması aşkar edildikdə, həmin
məhsullarının alovlanmasının qarşısını almaq üçün sızan yerlərə dərhal su buxarı
verilməlidir.

Separatorlar

3.5.1.5 0,7 MPa izafi təzyiq altında işləyən separatorların və digər aparatların
işə salınması və istismarı «Pravila ustoroystva i bezopasnoy gkspluataüii sosudov,
rabotaöhix pod davleniem» qaydalarının tələblərinə uyğun aparılmalıdır.
3.5.1.6 Erilift quyularının separatorlarından çıxan qaz-hava qatışığı hava
tərkibinə görə yoxlanılmalıdır. Qaz-hava qatışığında havanın həcm hissəsi 70%-
dən çox olmamalıdır.
3.5.1.7 Separatorlarda mayenin yığılıb kompressorun qəbul borusuna
düşməsinin qarşısı alınmalıdır.

43
3.5.1.8 Separatorlar sıviyyəölçən və nefti avtomatik bo.aldan qurğu ilə təchiz
olunmalıdır.
3.5.1.9 Separatorların lyuklarının açılmasına yuxarıdan başlamaq lazımdır.

Ç ən və çənlər parkı

3.5.1.10 Ç ən və çənlər parkının istismatı və təmiri işləri qüvvədə olan


müvafiq sənədlərin və “Neft anbarlarının istismarı vaxtı partlayış və yanğın
təhlükəsizliyi” təlimatının tələblərinə uyğun aparılmalıdır.
3.5.1.11 Ç ənlərim bəndləri və hasarları saz vəziyyətdə saxlanılmalı və
qüvvədə olan norma və qaydaların tələblərinə uyğun olmalıdır.
3.5.1.12 Mexanikləşdirilmiş yanğınsöndürmə vasitələrinin çənlər parkı
ərazizisinə keçməsi üçün torpaq səddinin üzərindən müəssisənin rəhbərliyinin
icazəsi ilə yerli yanğın təhlükəsizliyi xidməti ilə razılaşdırılmaqla keçidlər
quraşdırılmalıdır.
3.5.1.13 Bənd daxilində və onun üzərində boruların çəkilməsi və təmir
işlərinin aparılması üçün qazılan xəndəklər iş başa çatdıqdan dərhal sonra
doldurulmalı və bənd bərpa edilməlidir.
3.5.1.14 Ç ənlər parkında boru kəmərləri kommunikasiyaları elə
quraşdırılmalıdır ki, qəza zamanı neftin bir çəndən digər çənə vurulması mümkün
olsun.
3.5.1.15 Ç ənə maye doldurulan zaman onun sıçramasına və ya gur şırnaqla
tökülməsinə yol verilməməmlidir. Doldurma borusunun ucu ilə çənin dibi
arasındakı məsafə 0,2 m-dən artıq olmamlıdır.
Boş çənləri doldurarkən yükləmə borusunun (məhsul vuran borunun) ucu
maye ilə örtülənə qədər vurulan məhsulun sürəti 1m/san-dən artıq olmamalıdır.
3.5.1.16 Qış fəslində çənlər parkındakı yollar, pilləkənlər və yollar, eləcədə
çənlərin damı qardan təmizlənməlidir.
3.5.1.17 Günəş şüalarının təsirindən qorunmaq üçün çənlər açıq boya ilə
rənglənməlidir.
3.5.1.18 İstismar əməliyyatlarında, həmçinin qəza və ya yanğın zamanı lazım
olan dəyişmələri tez və səhvsiz etmək üçün çənlər parkının işçıləri iş yerlərində
asılmış boru kəmərlərinin yerləşmə sxemlərini və bütün siyirtmələrin təyinatını
bilməlidirlər.
3.5.1.19 Qızdırılması və yaxud yay vaxtı uzun müddət saxlanılması lazım olan
neft və neft məhsulları çənlərə doldurularkən, onların miqdarı, qızmadan mayelərin
həçminin genişlənməsi nəzərə alınmalıdır. Çəndə soyuq neft məhsuluun həcmi
tutumun həcminin 95%-dən, mayeləşdirilmiş qazın isə-3%-dən artıq olmamalıdır.
3.5.1.20 Səviyyə ölçülən və nümunə götürülən zaman çənin damı dağılan
neftdən dərhal təmizlənməlidir, çənin damında silgi materiallarının, hər hansı
əşyaların saxlanılması qadağandır.
3.5.1.21 Ç ənlərdə özlü (qatı) neftlərin qızdırılması işçi heyətin nəzarəti altında
yalnız buxar və yaxud su ilanvari qızdırıcılarla aparılmalıdır.

44
3.5.1.22 Ç ənlərdə neftin qızdırılmasına (müəyyən olunmuşhallarda)
qızdırıcının üzərində mayenin səviyyəsinin 50 sm-dən az olmadığı halda yol
verilir.
3.5.1.23 Ç ənlərin istismarı prosesində tənəffüs klapanları və odkəsicilərin
sazlığına müntəzəm nəzarə olunmalıdır. Havanın müsbət temperaturlarında
odkəsicilərin vəziyyəti ayda iki dəfədən az olmayaraq yoxlanılmalıdır.
3.5.1.24 Ç ənlərə baxış, nümunə götürülən və ya mayenin səviyyəsi ölçülən
zaman zərbədən qığılcım verməyən tərtibatlardan istifadə edilməlidir.
3.5.1.25 Hər bir çən və çənlər qrupunun (bənd xaricində) çıxış xəttində
nefttutucularından əvvəl və sonra hidravlik sürgü quraşdırılmalıdır.
3.5.1.26 Fəaliyyətdə olan çənin tikişlərində, gövdəsində və yaxud dibində çat
əmələ gələrsə çən dərhal boşaldılmalı və təmizlənməlidir.
Dolu çənlərdə qaynaq və pərçimlənmə işlərinin aparılması qadağandır.

Neftvurma nasos stansiyaları

3.5.1.27 Nasos stansiyalarının istismarı qüvvədə olan norma və qaydaların


tələblərinə əsasən aparılmalıdır.
3.5.1.28 İş vaxtı nasos və boru kəmərlərinin germetikliyinə, nasosun sürtünən
hissələrinin yağlanmasına, həmçinin yastıq və kipkəclərinin temperaturuna daima
nəzarət edilməlidir. Nasosun kipkəclərindən və boru kəmərlərinin birləşmələrindən
sızma aşkar edilərsə, nasazlıq dərhal aradan qaldırılmalıdır.
Sürtgü yağlarının axmasına,sıçramasına və onların nasosların altına yığıl-
masına yol verilməməlidir.
Nasosxananın döşəmələri təmiz saxlanılmalı və müntəzəm olaraq
yağsızlaşdırıcı qatılmış su ilə və ya KYV-2 tipli köpükləndirici yuyucu vasitə ilə
yuyulmalıdır.
3.5.1.29 Siyirtmə qovşaqlarının yerləşdiyi yerlərdə mayenin hidravlik
sürgüdən keçərək sənaye kanalizasiyasına axıdılması üçün qanov quraşdırılmalıdır.
Əgər mayenin sənaye kanalizasiyasına axıdılması mümkün deyilsə və onda
qapalı quyu quraçdırılmalı, sonra isə nasos vasitəsi ilə orada yığılmış maye lazım
olan yerə vurulmalıdır.
3.5.1.30 Nasoslar üfürülərkən atılan məhsul binadan kənara çıxarılmalı, maye
məhsullar boru ilə xüsusi qablara axıdılnalı, qazlar isə məşəl sisteminə və ya şama
verilməlidir.
3.5.1.31 İş qurtardıqdan sonra nasosun qəbuledici və atqı boru xətlərindəki və
çənlərin yanındakı siyirtmələr bağlanmalı, sahə nəzərdən keçirilməli, tökülmüş
neft yığılmalı, bütün qurğular və işıqlandırma mənbəyi söndürülməlidir.
3.5.1.32 Nasos stansiyalarının binalarında istismar olunan ventilyasiya
qurğularının saz və fasiləsiz işləməsi təmin olunmalıdır.
3.5.1.33 Ventilyasiya sisteminin nasaz və ya söndürülmüş vəziyyətində
nasosların işə salınmasına icazə verilmir.

45
Hava kompressor stansiyaları

3.5.1.34 Porşenli kompressorların klapan qutuları və hava klapanları yağ


qalıqlarından və yanıqdan müntəzəm olaraq təmizlənməlidir.
3.5.1.35 Kompressor silindrlərinin, qəbul və atqı boru xətlərinin və
separatorların təmizlənməsi zamanı yığılmış şöküntülərə su çilənməli və
kompressorlardan aralı yanğın cəhətdən təhlükəsiz yerə aparılmalıdır.
3.5.1.36 Kompressorun sürtünən hissələri müntəzəm olaraq yağlanmalədər.
3.5.1.37 Kompressor avadanlıqlarının yağ qalıqlarından və yanıqdan
təmizlənməsi müvafiq qrafik üzrə aparılmalıdır.

Məşəl sistemi

3.5.1.38 Məşəlin yandırılması məsafədən aparılmalıdır.


3.5.1.39 Fəaliyyətdə olan bütün məşəllər növbətçi odluqla və alovun məşəl
qaz xəttinə keçməsinin qarşısını alan qurğu ilə təmin edilməlidir.
3.5.1.40 Məşəl ətrafı ərazisi 50m-dən az olmayan radiusda çəpərlənməli və
xəbərdaredici plakatlarla təchiz olunmaldır.
3.5.1.41 Məşəl sistemi ərazisində quyu, çala və digər çökək yerlər
olmamalıdır.
3.5.1.42 Məşəl borusuna girişdən əvvəl qaz kəmərləri nəzərdən keşirilməli və
odkəsicilər, hidravlik sürgülər və s. quraşdırılmalıdır.
3.5.1.43 Məşəl borusunun magistral xəttində, məşəldən 50m məsafədə ümumi
separator quraşdırılmalıdır. Separatorda su buxarı ilə qızdırmaq üçün ilanvari boru,
ağır çöküntüləri xaric etmək üçün qurğu olmalıdır. Məşəl boru kəməri separatora
tərəf mailli olmalıdır.
3.5.1.44 Ü mumi məşəl sisteminə aşağıda qeyd olunan məhsulların atılması
qadağandır:
-avadanlığı üfürdükdən sonra tərkibində yanar qazın qatılığı aşağı alışma
həddinin 50% -dən az olan təsirsiz qazın;
-aparatlardan və boru xətlərindən sıxışdırılmış havanın, həmçinin təmiz
təsirsiz qazın;
-parçalnmaya, oksidləşməyə, polimerləşməyə, istilik ayrılmasına meylli olan
və məşəl qaz xəttinin fəaliyyətini məhdudlaşdıra bilən məhsulların.

Elektrik dehidratorları

3.5.1.45 Elektrik avadanlöqlarında qəza və yanğın baş verərsə, həmçinin qəza


və yanğının qarşısını almaq lazım gələrsə, elektrik dehidratorlar müvafiq açarlar
vasitəsilə elektrik şəbəkəsindən açılmalı və yalnız bundan sonra qəza və yanğının
ləğvi işlərinə başlanılmalıdır.Yanğın karbon qazı və tozlu odsöndürülənlərlə
söndürülməlidir.
3.5.1.46 Elektrik dehidratorları işləyən zaman elektrodların qapanması və ya
neftin kanalizasiyaya axıdılması hallarının baş verməməsi üçün faza ayrıcı səviyyə
(neft-su) verilən həddə saxlanılmalıdır. Elektrik dehidratorlar, verilən xammalın
46
səviyyəsinin azalması hallarına qarşı gərginliyi avtomatik aşağı salan cihazla təchiz
olunmalıdır.
3.5.1.47 Elektrik dehidratorlarda suyun drenajı avtomatik və qapalı üsulla
həyata keçirilməlidir.

İstilikdəyişdiricilər

3.5.1.48 İstilikdəyişdiricilərin altındakı meydançanın, tökülmüş neftin


hidravlik sürgüdən keçərək sənaye kanalizasiyasına ötürən qanova axını olmalıdır.
Meydança neftin yuyulması üçün tərtibatlarla təmin edilməlidir.
3.5.1.49 İstilikdəyişdiricilərin temperaturun təsirindən zədələnməməsi üçün
onların qızdırılması və soyudulması səlis (rəvan) aparılmalıdır.
3.5.1.50 Boru və boruarası sahədən yanar mayelərin boşaldılmasına yalnız
istilikdəyişdiricilərin soyudulmasından sonra icazə verilir.
3.5.1.51 Kondensatorların, soyuducuların və istilikdəyişdiricilərin səthindən
ərpin təmizlənməsi müəyyən olunmuş vaxtda aparılmalıdır.
3.5.1.52 İstilikdəyişdiricilər və qızdırıcılar həlledicilərlə təmizləndikdən
sonra onlar su ilə təmiz yuyulmalı və havası dəyişdirilməlidir.
3.5.1.53 Təzyiq altında işləyən aparatların daxilində quraşdırılmış buxar
qızdırıcılardan istifadə edərkən, daxil olan buxar və ötürücü kondensat xətlərində
qızdırıcının sıradan çıxması nəticəsində qazanxanaya qaz sızmasının qarşısını
almaq üçün qurğular nəzərdə tutulmalıdır. Daxili qızdırıcıları istilik şəbəkəsindən
ayırmaq üçün aparatlardakı təzyiqə hesablanmış bağlayıcı armatur olmalıdır.
3.5.1.54 Borucuqların kip olmayan birləşmələrindən neft və neft
məhsullarının sızması baş verdikə, ventilyatorun qoruyucu hissələri sıradan
çıxdıqda və ventilyatorda titrəyiş olduqda hava ilə soyudulan aparatların istismarı
qadağan edilir.
3.5.1.44 Hava ilə soyudulan aparatlar yanğın halları üçün nəzərdə tutulan
əməliyyat otağında quraşdırılan məsafədən idarəetmə qurğusu ilə təchiz
olunmalıdır.

Odla qızdırılan qurğular


(borulu sobalar, bloklu qızdırıcılar)

3.5.1.45 Forsunkaların qarşısındakı meydançanın sənaye kanalizasiyasına


birləşən qanova tərəf mailiyi olan bərk örtüyü olmalıdır.
Meydançaya tökülən maye yanacağın yuyulması üçün su dayağı olmalıdır.
3.5.1.46 Sobanın işə salınmasına icazə sobanın istismarına cavabdeh şəxs
tərəfindən verilməlidir.
3.5.1.47 Odluqlara qaz verən sistem «Qaz təsərrüfatında təhlükəsizlik
Qaydaları»nın tələblərinə uyğun sınaqdan keşirilməlidir.
3.5.1.48 Asan alışan maddə hopdurulmuş məşəl ilə odluqların yandırılması
qadağandır. Yandırmaq üçün istifadə edilən məşəl quru qum ilə dolu yanmayan
yeşikdə və ya vedrədə söndürülməlidir.

47
3.5.1.49 Yanacaq boru xəttində bütün forsunkalara yanacağın verlməsini və
eyni vaxtda kəsilməsini təmin edən siyirtmə (forsunkaların üç tərəfindən radiusu
10m-dən az olmayan məsafədə), odluğun yanması üçün lazım olan təzyiqə
tənzimlənmiş reduktor qurğusu, həmçinin kondensatın avtomatika sisteminə, NÖC
və A odluğa düşməsinin qarşısını alan kondensat tutumu quraşdırılmalıdır.
Avtomatik qurğuların qəza siqnalizasiyası əməliyyat otağına verilməlidir
(çıxarılmalıdır).
3.5.1.50 Qurğu işləmədiyi halda, yanacaq qaz xətti sobadan ayrılmalı və
tıxac qoyulmalıdır. Sobanın qaz xətti bağlanan zaman odluqların siyirtmələri
etibarlı bağlanmamış üfürmə şamlarının açılmasına yol verilmir.
Ü fürücü şamda olan siyirtmələr tam aşılmalıdır.
3.5.1.51 Sobaların stasionar buxarla söndürmə sistemi həmişə saz halda
olmalıdır. Buxarla söndürmə sistemi nasaz olan sobaların istismarına icazə
verilmir. Yanğınsöndürmə kollektoru qırmızı rənglə rənglənməli və ona rahat
yaxınlaşma təmin edilməlidir.
3.5.1.52 Odluğu qabaqcadan buxarla üfürülmədən sobanın yandırılması
qadağandır. Soba qovşaqlarının üfürülmə şamları yanğın təlükəsizliyi xidməti ilə
razılaşdırılmaqla təhlükəsiz yerə çıxarılmalıdır.
Forsunkalara gedən qaz xətləri qazı məşəl xəttinə ötürən xətlə təchiz
olunmalıdır.
3.5.1.53 Mümkün qəza və yanğın halları üçün neftin boşaldılmasını təmin
edən qurğu saz vəziyyətdə saxlanılmalıdır. Qəza boşaltma boru xəttinin
siyirtmələrinin fərqləndirici nişanları, onlara yaxınlaşma yolları isə boş olmalıdır.
Qəza boşaldılması yalnız sex, qurğu rəisinin və ya qəzanın (yanğının) ləğvi
üzrə cavabdeh şəxsin göstərişi əsasında aparılmalıdır. Qəza zamanı boşaltma
əməliyyatının aparılmasının ardıcıllığı obyekt üzrə təlimatda nəzərdə tutulmalıdır.
3.5.1.54 Sobadan isti maye boşaldılmazdan əvvəl qəza tutumları sudan və
məhsuldan təmizlənməlidir. Maye boşaldılmazdan əvvəl qəza tutumuna
qabaqcadan kondensatdan ayrılmış su buxarı verilməlidir.
Yanğınsöndürmə vasitələri məsafədən işə salınmalıdır.
3.5.1.55 Sobanın forsunkaları önündə, returbent kamerasında yanğın baş
verdikdə, tüstü borusunda və bacanın sobadan tüstü borusuna qədər olan hissəsində
qurum (duda) yanarsa, buxarla söndürmə xətti ilə buxar verilməli və yanğin
təhlükəsizliyi xidməti çağırılmalıdır.
3.5.1.56 Borulu sobaların istismarı zamanı onların borusunun vəziyyətinə
(yanmasının qarşısını almaq üçün) nəzarət edilməlidir. Borularında qabarma və
zədə olan, həmçinin buraxıla bilən dağılma həddini keçmiş borulu sobaların
istismarı qadağandır.
3.5.1.57 Soba qızdırıcısı, maye və qaz yanacağının forsunkalara verilməsinin
kəsilməsi və təzyiqin normadan aşağı düşməsi hallarını xəbərdar edən avtomatik
siqnalizasiya sistemi ilə təchiz edilməlidir.
3.5.1.58 Sobada alovun sönməsini xəbərdar edən sinalizasiya vasitəsi,
forsunkalar sönəndə yanacağın verilməsini kəsən avtomatik qurğu, temperatur
xəbərdaredici siqnalizasiya qurğusu quraşdırılmalıdır.

48
Boru kəmərləri (neft və qaz kəmərləri)

3.5.1.59 Tutumları aparatlarla, qurğularla və tikililərlə birləşdirən boru


kəmərlərinin hər xətti üçün üzərində xüsusi qeydiyyatı və bağlayici armaturlarının
sira sayları göstərilən texnoloji sxem tərtib olunmalıdır.
Xidməti heyət siyirtmələrin yerləşmə sxemini və təyinatını, həmçinin boru
kəmərlərinin xidməti üzrə təlimatı bilməli, onları qəza və yanğın vaxtı səhvsiz və
tez başqa istiqamətə keşirməyi bacarmalıdır.
Müəssisənin baş mühəndisinin təsdiqlədiyi yeni sxem olmadan, işlək boru
xətlərinin yerləşmə sxemində dəyişiklik aparılması qadağandır.
3.5.1.60 Neft və qaz kəmərlərinin üfürülməsi, möhkəmliyə və germetikliyə
sınağı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi tədbirləri nəzərə alınmaqla
həyata keçirilməlidir.
3.5.1.61 Qaz kəmərlərinin qazla üfürülməsi və sınağı zamanı əhatəyə alınmış
sahədə mühərriki işləyən avtomobil və traktorların olması, açıq alovdan istifadə
edilməsi və siqaretin çəkilməsi qadağandır.
3.5.1.62 Dəmir və avtomobil yolları yaxınlığındakı qaz kəməri zədələndikdə,
qəza sahəsi dərhal əhatəyə alınmalı, xəbərdaredici işarələr qoyulmalı, burada
nəqliyyatın hərəkəti dayandırılmalı və qəzanı aradan qaldırmaq üçün tədbirlər
görülməlidir.
Bu haqda dəmir yol xidmətinə dərhal xəbər verilməlidir.
3.5.1.63 Boru kəmərlərinin siyirtmələri, ventilləri, kranları və digər bağlayıcı
qurğuları saz vəziyyətdə olmalı və əlçatan yerdə quraşdırılmalıdır ki, boru
xətlərinin ayrı-ayrı sahələrinə daxil olan neft və qazın tam kəsilməsini təmin edə
bilsin. Boru kəmərlərinin bağlayıcı qurğularında hər cür nasazlıq dərhal aradan
qaldırılmalıdır.
3.5.1.64 Qaz kəmərləri birləşmələri yalnız qaynaq yolu ilə aparılmalıdır. Yivli
flans birləşmələrinə yalnız kəsici qurğu, kondensatorlar, NÖC və digər
armaturların quraşdırıldığı yerlərdə icazə verilir.
Neft və neft məhsulları boru kəmərlərinin birləşməsi qaynaq, mufta və maye
keçirməyən araqatlı flansların tətbiqi ilə olmalıdır.
3.5.1.65 Flans birləşmələrinin araqatları yüksək temperaturda dağılmayan və
deformasiyaya uğramayan materiallardan hazırlanmalıdır.
3.5.1.66 Neft və qaz kəmərlərində əmələ gələn tıxacların təmizlənməsində,
borunun gövdəsinə sürtünmə və ya zərbə nəticəsində qığılcım yarada bilən polad
çubuqlardan və digər tərtibatlardan istifadə edilməsi qadağandər.
3.5.1.67 Quruda quraşdırılmış bağlayıcı qurğulara baxış keçirildikdən və ya
onlardan istifadə edildikdən sonra quyunun qapağı dərhal bağlanmalıdır. Borulara
baxış üçün açılmış qanovlar baxışdan sonra dərhal örtülməlidir.
3.5.1.68 Siyirtmə, kran və ventillər səlis açılıb-bağlanmalıdır.
Siyirtmələrin açılıb bağlanmasında qığılcım verən ling, boru və digər
alətlərdən istifadə etmək qadağandır.
3.5.1.69 Vakuum qazyığıcı şəbəkənin daxilində partlayış təhlükəli qatışığının
əmələ gəlməsinin qarşısını almaq üçün vacuum qazyığıcısındakı havanın tərkibinə

49
nəzarət edilməli, bağlayıcı qurğular bağlanmalı, quyunun vacuum kollektorunun
şaxələri açıldıqda və ya söküldükdə qaz kəmərində qapayıcılar qoyulmalıdır.
3.5.1.70 Bandaj quraşdırılmış neft və qaz kəmərlərinin istismarı qadağandır.
3.5.1.71 Ç ənlər parkının bəndlərinin içinə daxil olmazdan əvvəl bütün boru
kəmərlərində bağlayıcı armaturların olmasına baxmayaraq, tutumları obyektin
daxili şəbəkəsindən ayırmaq üçün çənlərin yanında siyirtmələr qoyulmalıdır.
3.5.1.72 Məhsulun qəza zamanı boşaldılması üçün istifadə edilən boru
kəmərlərinin vəziyyəti hər dəfə qurğu işə salınmazdan əvvəl və iş prosesində
vaxtaşırı yoxlanılmalıdır.

Qazın aşağı temperaturlu separasiyası (ATS)

3.5.1.73 Quyudan gələn yerüstü atqı xəttində (şleyfdə) uyğun hesablanmış


kompensatorlar quraşdırılmalıdır.
3.5.1.73 ATS qurğularının çıxışındakı kollektorlarda (qaz və kondensator
yığma) baypasla təchiz olunmuş əks klapan quraşdırılmalıdır.
3.5.1.73 Separatorlardan kondensat çəninə gedən xətdə əks klapan
quraşdırılmalıdır.
3.5.1.73 Ç ənlərə yığılması üçün kondensatın boru kəmərlərinə vurulması
zamanı atqı qazının təzyiqi artırılmamalıdır.

Qrup şəklində yerləşən quyuların qazılması və istismarı


zamanı yanğın təhlükəsizliyi tələbləri

3.5.1.74 Quyuların və qazma avadanlıqlarının (texniki qurğuların) meydan-


çalarında yerləşdirilməsi, rayonun spesifik xüsusiyyətləri nəzərə alınmaqla
Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi
ilə(bundan sonra Agentlik) razılaşdırılmış quraşdırma sxemı üzrə aparılmalıdır.
Qrup şəkilində yerləşən quyu meydançalarında quyuların sayı, quyuların
toplanmış sərbəst debiti 5000 t/sut-dan çox olmayan və qaz amili 200 m3/saat-dan
çox olmayan obyektlərin sayından asılı olaraq yatağın işlənməsi layihəsinə əsasən,
16-dan çox olmamaq şərti ilə götürülür.
Quyuların meydançada yerləşdirilməsi quyu ağzı məsafələr 15m-dən az
olmayaraq götürülməklə tək-tək və ya 2-4 quyu yerləşdirilən qrup şəkilində həyata
keçirilir.
Meydançanın qabarit ölçüləri qrupda olan quyuların sayından və mümkün
qəza vəziyyətinin (yanğın, fontan) ləğvində istifadə olunan xüsusi texnikanın,
mühəndis tikililərinin və kommunukasiyalarının və s. yerlşdirilməsindən asılı
olaraq seçilir.
3.5.1.75 Neftqazçıxarma idarələrində (NQÇİ) mümkün qəzaların ləğvi
məqsədilə quyuların hər bir qrup meydançaları üçün SİTG və DMND Agentliyi
ilə, Açıq neft və qaz fontanlarının qarşısının alınması və ləğvi üzrə
hərbiləşdirilmiş xidmətlə razılaşdırılmış plan tərtib olunmalıdır.

50
Ayda bir dəfədən az olmayaraq qazma işləri və neftqazçıxarma idarələrində
quyu qrupu meydançasında mümkün qəzalarnın ləğvi ilə əlaqəli şəxslərlə təlim
dərsləri keçirilməlidir.
3.5.1.76 Qazma işləri qurtarmış hər bir quyu (və ya quyu cütlüyü)
yarımstasionar sulama qurğusu ilə təchiz olunmalı və o meydançanın su təminatı
sisteminə qoşulmalıdır.
3.5.1.77 Birləşdirilmiş quyu qrupları meydançalarında eyni zamanda qazma,
mənimsəmə və quyunun istismarı üzrə müxtəlif müəssisələrin bir neçə struktur
bölmələri tərəfindən görülən işlərə ümumi rəhbərlik birgə verilmiş əmrlə NQÇİ-
nin MTİ-dən təyin olunur.
3.5.1.78 Qazma, vışkaquraşdırma və mənimsəmə briqadaları quyu qrupları
yerləşən meydançada işləyən zaman mərkəzi dispetçer məntəqəsi ilə iki tərəfli
radio və ya telefin əlaqəsi yaratmalıdırlar, həmçinin ilkin yanğısöndürmə vasitələri
iə təmin olunmalıdırlar.
3.5.1.79 Qyuların qrup şəkilində yerləşdiyi meydançada qazma və istismar
işləri zamanı bütün nəqliyyat vasitələrinin meydançada hərəkəti işin rəhbəri
tərəfindən müəyyən edilməli və təsdiqlənməlidir.
Qəza hallarında nəqliyyat vasitələri üçün köçürülmə yolları nəzərdə
tutulmalıdır.
3.5.1.80 Quyuda fontan vuran bütün işlər, o cümlədən quyuların istismarı,
qəza ləğv edilənə qədər dayandırılmalıdır.
3.5.1.81 İşçi meydançanın işıqlandırılması BCH-82 sənədinin tələblərinə
uyğun yerinə yetirilməlidir.
3.5.1.82 Yanacaq və yağ anbarları quyu ağzından, texnoloji qurğulardan və
elektrik stansiyasından 40m-dən az olmayan məsafədə yerləşdirilməlidir.
3.5.1.83 Transformatorla quyu ağzı (qazma və istismar) arası məsafə 40m-dən
az olmamalıdır.
3.5.1.84 Gərginliyi 6 kV-a qədər bağlı paylayıcı qurğular qazma qurğusu
ağzından 10m-dən az olmayan məsafədə yerləşdirilməlidir.
3.5.1.85 Quyuların qazılması və istismarı eyni vaxtda aparılan qrup quyu
meydançasında plana əsasən bir növbədə işlək quyuların kommunikasiyasına və
quyu ağzına baxış keçirilməli, bu barədə xüsusi jurnalda müvafiq qeydlər
aparılmalıdır.
Əgər istismarda olan quyuda neft və qaz sızması aşkar edilərsə, bu quyuya
xidmət edən heyət sızmanı aradan qaldırmaq üçün lazımi tədbirlər görməlidir.
3.5.1.86 Quyunun mənimsənilməsi zamanı quyuağzı armaturda və ya
kommunikasiyalarda neft və qazın sızması aşkar edilərsə, iş dərhal dayandırılmalı
və axının qarşısını almaq üçün lazımi tədbirlər görülməlidir.

3.6 Kükürdlü neft yataqlarına olan əlavə tələblər

3.6.1 İstismar prosesində daxilində pirofor çöküntülər əmələ gələ bilən


avadanlıqların siyahısı tərtib olunmalı, baş mühəndis tərəfindən, yerli yanğın
təhlükəsizliyi xidməti ilə razılaşdırıldıqdan sonra təsdiq edilməlidir.

51
Yeni istehsal sahələri işə salındıqda, texnoloji rejim və proses
dəyişdirildikdə siyahı korrektə edilməlidir.
3.6.3 Avadanlıqların istismarı zamanı pirofor çöküntülərin əmələ gəlməsinə
vaxtaşırı nəzarət edilməli və sistematik olaraq avadanlıq çöküntülərdən
təmizlənməlidir.
3.6.4 Avadanlıqların daxili səthini pirofor çöküntülərdən təmizləyən zaman
qığılcım verməyən materialdan hazırlanmış alətlərdən istifadə edilməlidir
3.6.5 Avadanlıqların divarında və dibində yaranmış pirofor çöküntülərin
təmizlənməsi nəm halda aparılmalıdır və bunun üçün güclü su axını ilə
isladılmalıdır.
3.6.6 Avadanlıqlardan çıxarılan çirk və çöküntü yanar qaz və buxarların
yığıla bilən yerlərdən aralı, təhlükəsiz yerdə quraşdırılmış tutumda suyun altında
və ya nəm halda saxlanılmalıdır.
3.6.7 Avadanlıqlar təmizlənəndən sonra pirofor çöküntülər nəm halda
obyektin ərazisindən çıxarılaraq, xüsusi ayrılmış yerə aparılmalı, yanğın
təhlükəsizliyi xidməti və yerli ekologiya xidməti ilə razılaşdırılmış yerdə
basdırılmalıdır.
3.6.8 Metal çənlərdə saxlanılan kükürdlü neftlərin nümunəsinin götürülməsi
və sınaq işlərinin aparılmasında təhlükəsizlik tədbirlərinin həyata keçirilməsində
«İnstruküiə po predotvraheniö vzrıvov i pojarov ot samovozqoraniə pirofornıx
otlojeniy pri dobıçe i transporte sernistıx neftey i qazov» sənədinin tələblərinə
riayət olunmalıdır.
Ç əndən pirofor çöküntülərin nümunəsini baş mühəndisin və yaxud obyektin
rəhbərinin icazəsi ilə, müəssisənin yanğın təhlükəsizliyi xidmətinin
nümayəndəsinin iştirakı ilə, xüsusi hazırlığı olan şəxs götürməlidir.
3.6.9 Ç ənlər təmirdən və pirofor çöküntülərdən təmizlənməzdən əvvəl (çən
neftdən boşaldıqdan sonra) qaz boşluğu su buxarı ilə doldurulmalıdır. Buxarla
üfürülmə (bu halda aşağı lyuk bağlı, yuxarı və ölçü lyukları isə açıq olmalıdır) 24
saat davam etməlidir.
Əgər buxarla üfürülmə prosesində dozalaşdırıcı qurğu varsa, pirofor
çöküntülərin tədricən oksidləşməsi üçün çənə az miqdarda hava verilməlidir (hava-
buxar qarışığında oksigenin miqdarı 6% hesablanmaqla). Dozalaşdırıcı qurğunun
olmadığı halda çənlərin buxarla üfürülməsi qurtardıqdan sonra çən yuxarı
səviyyəyə qədər su ilə doldurulmalıdır. Çən doldurulduqdan sonra pirofor
çöküntülərin tədricən oksidləşməsi üçün suyun səviyyəsi 0.5-1 m/saat sürətlə aşağı
salınmalıdır.
3.6.10 İşçi mühitdə hidrogen sulfid, merkaptanlar, elementar kükürd və digər
kükürdlü birləşmələr olan avadanlıq və boru kəmərləri germetikləşdirilməzdən
əvvəl oradan yanar və partlayış təhlükəli komponentlər tamamilə xaric edilməlidir.
3.6.11 Təmir işləri aparılan zaman hava mühitində yığılan hidrogen sulfidin
sovrulub çıxarılması üçün partlayışdan mühafizəli ventilyasiya aqreqatı vasitəsilə
hündürlüyü 5 m-dən az olmayan dayağa ötürülməlidir.
Ventiyasiya aqreqatı quyu ağzından 12m aralı küləkdöyən tərəfdə
quraşdırılmalıdır.

52
3.6.12 Avadanlıqlar və qaz kəmərləri boşaldılan zaman atmosferə buraxılan
qaz yelçəkən şamlarda yandırılmalıdır. Qazın məşələ ötürülməsi yerləri, hava
şəraiti, küləyin istiqaməti və yaşayış məntəqələrinə olan məsafə nəzərə alınmaqla
yerli ekologiya xidməti ilə razılaşdırılmalıdır.
Məşəldə qazın yandırılmasına xüsusi təyin edilmiş işçinin daimi nəzarəti
altında yanğın təhlükəsizliyi tələblərinə riayət edilməklə aparılmalıdır.

3.7 Təmir quraşdırma işlərinə olan yanğın təhlükəsizliyi tələbləri

3.7.1 Neft və qaz quyularının əsaslı və cari (yeraltı) təmiri

3.7.1.1 Quyudan çıxan qaz quyu ağzından 25 m-dən az olmayan məsafəyə


ötürülməli və qaz ötürülən tərəfdə adamlar, açıq od, işləyən mühərriklər,
avtonəqliyyat vasitəsi olmamalıdır. Qaz ötürülən xətt bərkidilməlidir.
3.7.1.2 Boru və ştanqların burulub açılması və bərkidilməsi üçün aparatlara
elektrik enerjisinin verılməsi üçün nasaz kabellərdən istifadə etmək qadağandır.
3.7.1.3 Boru və ştanqların endirilib qaldırılması üçün elevator quyu ağzına
səlis və zərbəsiz yerləşdirilməlidir ki, qığılcımın əmələ gəlməsin.
3.7.1.4 Boruların qaldırılıb-endirilməsi zamanı uzun müddətli fasilə yarnarsa,
quyunun ağzı germetik bağlanmalıdır. Qaz-neft təzahürü baş verə biləcək
quyularda tullanışa qarşı avadanlıq quraşdırılmalıdır.
3.7.1.5 Neftlə dolu boru qaldırıldıqda neftin dağılmasının və sıçramasının
qarşısını alan tərtibat quraşdırılmalıdır.
3.7.1.6 Qum tıxaclarının su ilə yuyulması zamanı yuyucu maye sənaye
kanalizasiyasına və ya tutuma ötürülməlidir.
3.7.1.7 Neft qaz təzahürü təhlükəsi olan quyularda qum tıxaclarınım
yuyulması zamanı tullanışa qarşı siyirtmə və ya germetikləşdirici qurğu
quraşdirilmalıdır.
3.7.1.8 Yuyulma, tıxacların təmizlənməsi və ya svablama iələri aparılan
quyunun işçi meydançasını yumaq üçün ventil və ştanqla təchiz olunmuş su xətti
çəkilməlidir.
3.7.1.9 Quyunun dibi təmizlənən zaman qığılcım əmələ gəlməməsi üçün
burazın (kanatın) quyu ağzına sürtünməsinə yol verilməməlidir. Bunun qarşısını
almaq üçüm quyu ağzı mis qıfla təchiz olunmalıdır.
3.7.1.10 Qum tixaclarının jelonka ilə təmizlənməsi zamanı iş sahəsi metal
qarmaqla, qaytarıcı yastıqlı yeşiklə, qanovla və su xətti ştanqı ilə təmin
olunmalıdır. Jelonkanın bilavasitə işçi meydançasının döşəməsinə boşaldılması
qadağandır.
3.7.1.11 Quyularda neft-qaz təzahürü mövcuddursa, sementləmə işinə
başlamaq qadağandır.
3.7.1.12 Qaldırıcı traktor quyu ağzından 25 m-dən az olmayan məsafədə və
səyyar aqreqatlar küləyin istiamətində quraşdırılmalıdır. Qaldırıcı traktorun və
səyyar aqreqatın yanacaq və sürtkü materialları ilə çirklənmiş ərazidə
yerləşdirilməsi qadağandır.

53
3.7.1.13 Yuyucu aqreqat su xəttinin və ya su ilə dolu çənin yanında elə
yerləşdirilməlidir ki, aqreqatın kabinası quyu ağzı tərəfə yönəldilməsin.
3.7.1.14 Qaldırıcıya yanacaq doldurulan zaman mühərrik söndürülməlidir.
Yanacaqla doldurulma qızmış hissələr soyuduqdan sonra aparılmalıdır.
3.7.1.15 Quyu ağzı armaturlar quyu boğulduqdan və təzyiq atmosfer təzyiqinə
qədər endirildikdən sonra sökülməlidir.

3.7.2 Odlu işlər

3.7.2.1 Odlu işlər “Neft sənayesinin partlayış, partlayış-yanğın və yanğın


təhlükəli obyektlərində qaynaq və digər odlu işlərin aparılma qaydaları üzrə
nümunəvi təlimat”ın tələblərinə uyğun aparılmalıdır.
3.7.2.2 Hər bir müəssisədə qüvvədə olan qaydalara və təlimatlara əsasən,
istehsalatın xüsusiyyətini və yerli şəraiti nəzərə almaqla odlu işlərin təhlükəsiz
təşkili üçün müəssisə daxili təlimat işlənib hazırlanmalıdır. Təlimat yanğın
təhlükəsizliyi xidməti ilə razılaşdırılmalı və müəssisənin baş mühəndisi tərəfindən
təsdiq edilməlidir.
3.7.2.3 İstehsalat avadınlarını quraşdırılması və təmirində, elekrtik qaynaq və
digər odlu işlərin aparılması zamanı yanğın təhlükəsizliyini təmin edən tədbirlərə
görə cavabdehlik ərazisi və ya otaqlarında bu işlər aparılan müəssisələrni, sex,
laboratoriya və emalatxanaların və s. rəhbərlərinin üzərinə düşür. Partlayış-yanğın
və yanğın təhlükəli obyektlərdə odlu işlərin aparılması xüsusi icazə ilə həyata
keçirilir. İcazənin forması Əlavə 10-da verilir.
3.7.2.4 İstehsalat prosesi dayandırılmadan sexlər rekonstruksiya edildikdə və
avadanlıqlar dəyişdirildikdə, müəssisənin rəhbərliyi tərəfindən həmin müddət üçün
yanğçn təhlükəsizliyinin gücləndirilməsi üzrə plan işlənib hazırlanmalıdır.
3.7.2.5 Təmir-quraşdırma işləri qurtardıqdan sonra otaqlarda oksigen və yanar
qaz balonlarının saxlanılması qadağandır. Belə balonlar onların daimi saxlanılma
yerlərinə göndərilməlidir.
3.7.2.6 Odlu işlərin icraçıları xüsusi peşə hazırlığı keçmiş, imtahan vermiş və
müvafiq ixtisas vəsiqəsi almış və talon (Əlavə 12) almış şəxslər buraxılırlar.
3.7.2.7 Odlu işlər yanar konstruksiyaların yaxınlığında aparılarsa, onlar
yanmayan materiallarla (dəmir lövhələr, asbest və s.) mühafizə olunmalıdır.
3.7.2.8 Partlayış-yanğın və yanğın təhlükəli istehsalat sahələrində işlər yalnız
gündüz vaxtı aparılmalıdır (qəza halları istisna olmaqla). Partlayış-yanğın və
yanğın təhlükəli istehsalat sahələrində qəza zamanı odlu işlərin aparılmasına icazə
Əlavə 11-də verilmiş forma üzrə tərtib olunur

Elektrik qövs və qaz qaynaq işləri

3.7.2.9 İşə başlamazdan əvvəl odlu işlərin aparılmasına cavabdeh şəxs


qaynaqçı ilə birlikdə qaynaq transformatoruna, kabellərə, elektrod tutucusuna,
yerləbirləşdirmə naqillərinə və iş yerinə baxış keçirilməli, yanar materialların, ətraf
mühitdə qazlılığın olmamasına və müvafiq işıqlandırmanın mövcudlğuna əmin
olmalıdır. Bundan əlavə, əmin olmaq lazımdır ki, odlu işlərin aparılması
54
nəticəsində qonşu otaqlarda (arakəsmələrin arxasında və s.) yanğının baş verməsi
ehtimalı yoxdur.
3.7.2.10 Elektrik naqillərinin və qaynaq avadanlıqlarının yanmasının qarşısını
almaq üçün məftillərin en kəsiyi cərəyanın gücünə, izolyasiyası isə işçi
gərginliyinə müvafiq seçilməlidir.
3.7.2.11 Elektrik qaynaq aqreqatı və transformator, onların kommunikasiya
aparatları yanar qaz, buxarın olmadığı və neft məhsulları ilə bulaşmayan yerlərdə
yerləşdirilməli, 10m radiusda yanar materiallardan təmizlənməlidir.
3.7.2.12 Elektrik qaynaq işləri zamanı əks ötürücü kimi metal
konstruksiyalardan, texnoloji aparatların gövdələrindən və boru kəmərlərindən
istifadə etmək qadağandır. Bu məqsədlə elektrod tutucusu üçün tətbiq olunan
naqilə uyğun kabel seçilməlidir.
3.7.2.13 Elektrik qaynaq aparatları, transformatorları və qaynaq ediləcək
konstruksiyalar qaynaq zamanı yerlə birləşdirilməlidirlər. Yerləbirləşdirmə qaynaq
işinə başlamazdan əvvəl yerinə yetirilməlidir.
3.7.2.14 İzolyasıyasız və ya nasaz izolyasiyası olan, burulmaqla birləşdirilmiş
naqillərdən, kustar elektrik qoruyuculardan istifadə etmək qadağandır. Qaynaq
naqillərinin birləşdirilməsi üçün preslənmədən, qaynaqdan, lehimləmədən və
xüsusi sıxacdan istifadə edilməlidir.
3.7.2.15 Qaynaq prosesində elektrodlar dəyişdirilərkən onların qalıqları
qaynaq işi aparılan yerlərdə qoyulmuş xüsusi metal yeşiklərə yığılmalıdır.
3.7.2.16 Elektrik kabellərinin və qaz şlanqlarının birgə çəkilməsi və onların
eyni səviyyədə kəsişməsi qadağandır.
3.7.2.17 Elektrik qaynaq və qazla kəsmə işləri şaquli sahələrdə yerinə yetirilən
odlu işlər aparılan yer qaynaq və ya kəsmə nöqtəsinin hündürlüyündən asılı olaraq
cədvəldə göstərilən radius daxilində yanar maddə və materiallardan
təmizlənməlidir.
Cədvəl 1

Qaynaq və Qığılcımların dağılma radiusu,m


kəsmə nöqtəsinin Qaynaq zamanı Kəsmə zamanı
maksimal
hündürlüyü, m
0 4 6
2 6 8
5 8 10
7 10 12
10 12 14

3.7.2.18 Qaz qaynağı işləri zamanı oksigen balonlarının, şlanqların, odluğun,


həmçinin asetilen generatorunun üzərinə yağ, neft və neft məhsullarının
dağılmasının qarşısını alan tədbirlər görülmılidir.
3.7.2.19 Oksigen balonlarından 10 m-ə qədər məsafədə açıq alovdan istifadə
etmək və yanacaq-sürtgü materialları saxlamaq qadağandır.

55
3.7.2.20 Məhsuldarlığı 5m3/saat qədər olan stasionar asetilen generator
qurğuları yerləşdirilən otaqlarda xüsusi aralıq anbarlar olmadıqda, barabanlarda
200 kq-a qədər kalsium karbidin saxlanılmasına və bu halda yalnız bir barabanın
açıq vəziyyətdə olmasına icazə verilir.
3.7.2.21 Müvəqqəti qaynaq işlərinin aparılması üçün səyyar asetilen
generatorları yanğın və partlayış təhlükəsi olmayan yerlərdə yerləşdirilməlidir.
İstehsalat otaqlarında generatorlar yalnız otaqların havası dəyişdirilmək şərti ilə
yerləşdirilə bilər. Səyyar asetilen generatoru qaynaq işi aparılan yerdən, açıq alov
mənbəyindən və bərk qızmış əşyalardan 10m-dən az olmayan məsafədə
yerləşdirilməli və çəpərlənməlidir.
3.7.2.22 Qaz qaynağı aparılan yerdə 2 ədəddən çox oksigen balonunun
saxlanılması qadağandır. Boş və oksigenlə dolu balonlar odlu işlər aparılan
müvəqqəti yerdən iş başa çatdıqdan sonra oradan çıxarılmalıdır.
3.7.2.23 Asetilen generatoru kalsium karbid ilə doldurulduqdan sonra, odluğu
yandırmamışdan əvvəl qazqolder və şlanqdakı hava qazla sıxışdırılıb
çıxarılmalıdır.
3.7.2.24 Nasaz və ya su ilə doldurulmamış hidravlik sürgülü asetilen
generatorları ilə qaynaq işlərinin aparılması qadağandır.
3.7.2.25 Qaz qaynaq işləri aparılmazdan əvvəl şlanqların sazlığı və onların
odluğa bərkidilməsi yoxlanılmalıdır. Qaz sızması olan şlanqlardan istifadə etmək,
həmçinin asetilen şlanqını oksigen şlanqı ilə əvəz etmək qadağandır.
Qaz qaynağı işləri zamanı qaz şlanqları yüksək temperaturun təsirindən və
mexaniki zədələnmədən qorunmalıdır.
3.7.2.26 Qaynaq işləri zamanı odluğun bərk qızmasına yol verilməməlidir.
Bərk qızma hallarında vaxtaşırı iş dayandırılmalı, odluq su ilə soyudulmalıdır.
3.7.2.27 Asetilen generatorundan işlənmiş kalsium kabrid yanğın
təhlükəsizliyi xidməti ilə razılaşdırılmış, xüsusi ayrılmış meydançalarda lil çalasına
(quyusuna) boşaldılmalıdır. Lil çalası 10m radiusda yerlədirilməlidir.
3.7.2.28 Qaz qaynağı zamanı qadağandır:
- nasaz aparat və şlanqlarla qaynaq işinin aparılması, donmuş generatorun və
onun hissələrinin, redukrotların, ventillərin, boru xətlərinin və qaynaq qurğusunun
digər detallarının açıq alov və ya bərk qızmış əşya ilə qızdırılması. Qızdırılma
qaynar su və ya buxar ilə aparılmalıdıdr;
- qaz balonunun içində qalan qaz tamamilə çıxarılmadan və balon
üfürülmədən ventillərin təmir edilməsi, balonlardakı qaz otaqdan kənarda və açıq
alovdan uzaq yerdə boşaldılmalıdır;
- asetilen generatorundan, oksigen balonlarından, şlanqlardan, qaz xətlərindən
və lil çalalarından 10m-dən yaxın məsafədə siqaret şəkmək və açıq alovdan istifadə
etmək;
- sıxılmış və mayeləşdirilmiş qaz balonlarının üstü açıq halda, günəş şüaları
altında saxlanılması;
- qaynaq işləri qurtardıqdan sonra asetilen generetorunun kalsium karbid
qalığından və lildən təmizləməmiş, rotor, yeşiklər və generatorun digər hissələri
yuyulmamış halda saxlanılması;
- oksigen şlanqlarının generatora tərəf üfürülməsi;
56
-asetilen generatorunun işləyən qazanxana və isti sexlərdə, həmçinin
kompressorların hava vurucularının və ventilyatorların hava sorucusunun
yaxınlığında yerləşdirilməsi.

Elektrik aparatları ilə kəsmə və səthi təmizləmə işləri

3.7.2.29 Elektrik aparatları ilə (laqunda və s.) kəsmə və səthi təmizləmə işləri
görülən yerlər 10m radiusda asan alışan və yanar maddələrdən təmizlənməlidir.
3.7.2.30 Elektrik aparatları yerlə birləşdirilməlidir.
3.7.2.31 Elektrik aparatlarının elektrik qida mənbələri ilə birləşdiriciləri
təsadüfən açılması istisna edilməlidir.
3.7.2.32 Qısa müddətli işin dayandırılması müddətində və yaxud fasilə zamanı
elektrik aparatları elektrik şəbəkəsindən açılmalıdırlar.
3.7.2.33 Elektrik kəsmə və səthi təmizləmə aparatları ilə işləyərkən
qığılcımın təsirindən mühafizə olunmaq üçün işçılər xüsusi fərdi mühafizə
vasitələri ilə təchiz olunmalıdır.
3.7.2.34 Odlu işlər qurtardıqdan sonra ehtimal olunan alovlanmanın qarşısını
almaq üçün işlərin aparıldığı və yaxınlıqda olan otaqlar və sahələr yoxlanılmalı və
tələb olunarsa 1 saat ərzində nəzarətdə saxlanılmalıdır.

57
BÖLMƏ IV

Magistral neft kəmərlərində yanğın təhlükəsizliyi qaydaları

4.1 Qaydaların tətbiq sahəsi

4.1.1 Bu Qaydalar magistral neft kəmərlərində və onların obyektlərində


istismar və təmir zamanı əsas yanğın təhlükəsizliyi tələbləri müəyyənləşdirir.
4.1.2 Bu Qaydaların tələblərinin yerinə yetirilməsi Azərbaycan Respub-
likasının ərazisində neft, neft məhsulları və geniş fraksiyalı yüngül karbohidro-
genlərin nəqli ilə məşğul olan, yenidən qurulan, konservasiyada saxlanılan ma-
gistral neft kəmərləri və onların obyektlərində iş görən podratçı təşkilatlar üçün
məcburidir.

4.2 Magistral neft kəmərləri obyektlərinin yanğından mühafizəsinin


təşkili

4.2.1 Müəssisə rəhbərlərinin borcudur:


-qüvvədə olan qanunların, rəbər orqanların qətnamə və sərəncamlarını, FHN-
nin Dövlət Yanğından Mühafizə və Yanğın Nəzarəti Xidmətlərinin göstərişlərinin
yerinə yetirilməsini təmin etmək;
-müəssisənin nəzdində olan obyektlərin işçilərinə bu Qaydaların tələblərinin
yerinə yetirilməsini təşkil etmək;
-fəhlələrin, mühəndis-texniki işçilərin və qulluqçuların yanğın təhlükəsizliyi
məsələləri üzrə öyrədilməsini və təlimatlandırılmasını təşkil etmək;
-yanğınaqarşı tədbirlərin yerinə yetirilməsi və yanğınsöndürmə vasitələrinin
alınması üçün lazımi vəsaitin ayrılmasını təmin etmək;
-obyektin yanğın təhlükəsizliyi məsələlərini müəyyən olunmuş qaydada həll
etmək;
-müəssisədə yanğın-texniki komissiya yaratmaq və onun işini təşkil etmək;
-müəssisənin ərazisində baş verən yanğınların səbəbini və şəraitini
araşdırmaq, yanğın təhlükəsizliyi qaydalarını pozan şəxslərin aşkar olunmasında
FHN-nin Dövlət Yanğından Mühafizə və Yanğın Nəzarəti Xidmətlərinin
əməkdaşlarına köməklik göstərmək, qüvvədə olan Qaydaların tələblərinin
pozulmasında təqsirkar bilinən şəxslərə qarşı tədbirlər görmək;
-vaxtaşırı, lakin rübdə bir dəfədən az olmayaraq müəssisənin yanğın
təhlükəsizliyi baxımından vəziyyəti və bu sahədə görülmüş işlər barədə yanğın-
texniki komissiyanın sədrinin məlumatını dinləmək;
-hər bir konkret obyekt üzrə yanğın təhlükəsizliyinə, yanğınaqarşı
avadanlıqların olmasına, saxlanılmasına, sazlığına və istismarına, qəza və yanğın
siqnalizasiya vasitələrinə, stasionar yanğınsöndürmə qurğularına müəssisə üzrə
əmrlə cavabdeh şəxsi təyin etmək;
-yanğınsöndürmə vasitələrinin və yanğınaqarşı tədbirlərin, obyektlərin yanğın
və yanğından mühafizə siqnalizasiya vasitələri ilə komplektləşdirilməsinin illik və

58
perspektiv planının Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdıraraq işlənilməsini
və yerinə yetirilməsini təmin etmək;
-təsdiq olunmuş cədvələ əsasən yanğınsöndürmə vasitələrinin və yanğın
avtomatikasının profilaktik xidmətini , təmirin və sınağını təşkil etmək;
-obyektdə yanğınaqarşı vasitələrin sazlığını, obyektin yanğın dəstəsini və
könüllü yanğından mühafizə dəstəsinin döyüş hazırlığını vaxtaşırı yoxlamaq;
-obyektlərin yanğından mühafizə planlarının işlənib hazırlanmasını təmin,
yerinə yetirilməsi üçün planlı məşqlərin və təlimlərin aparılmasını təşkil etmək..
4.2.2 Hər bir müəssisədə və müəssisənin tabeliyində olan obyektlərdə,
müəssisə və yaxud müəssisədən kənar yanğın təhlükəsizliyi xidmətinin olmasından
asılı olmayaraq, Azərbaycan Respublikası Yanğın Təhlükəsizliyi haqqında
Qanunun 11-ci maadəsinə əsasən fəhlə, mühəndis-texniki işçilərdən və
qulluqçulardan ibarət könüllü yanğından mühafizə dəstədəri (KYMD) təşkil
edilməlidir.
-KYMD-nin fəaliyyəti «Sənaye müəssisələrində və digər obyektlərdə könüllü
yanğından mühafizə dəstələri haqqında Əsasnamə»nin (Əlavə2) və bu Qaydaların
tələblərinə uyğun həyata keçirilməlidir.
-KYMD-nin şəxsi heyyətinin məşğələlərinin təxmini proqrammı Əlavə 4-də
verilir.
4.2.3 Hər bir müəssisədə yanğın-profilaktika işlərinin aparılması və buna
nəzarəti həyata keçirən yanğın-texniki komissiya (YTK) yaradılmalıdır.
Komissiya aşağıdakı tərkibdə:
Baş mühəndis(sədr), yanğından mühafizə dəstəsminin və ya KYMD-nin rəisi,
texnoloq, energetik, mexanik, təhlükəsizlik texnikası üzrə mühəndis və digər
mütəxəssilər müəssisənin əmri ilə, həmçinin digər ictimai təşkilatların
nümayəndələrindən yaradılmalıdır.
YTK öz fəaliyyətində «Sənaye müəssisələrində yanğın-texniki komissiya
haqqında Əsasnaməni» və bu Qaydaları rəhbər tutmalıdır (Əlavə 1).
4.2.4 Struktur bölmələrin rəhbərlərinin borcudur:
İstehsalatın texnoloji proseslərinin aparılmasında yanğın təhlükəsizliyi
qaydalarını bilməli, və bu qaydaların yerinə yetirilməsini təmin etməlidir;
istehsalat və inzibati binalarda, xidməti otaqlarda və obyektin ərazisində
yanğına qarşı ciddi rejim yaratmalıdır;
hər bir bina və istehsalat sahəsində yanğın təhlükəsizliyi üzrə cavabdeh şəxs
təyin etməli. Yanğın təhlükəsizliyinə cavabdeh şəxsin adı lövhədə yazılmalı və
görünən yerdə asılmalıdır;
xidməti heyyətin yanğın təhlükəsizliyinə ciddi riayət etməsinə nəzarət etməli;
yanğın-partlayış təhlükəli obyektlərdə, müəyyən olunmuş qaydada tərtib
edilmiş icazə olmadıqda odlu işlərin görülməsinə yol verməməli;
yanğınsöndürmə, siqnalizasiya, rabitə vasitələrinin saz və həmişə istifadəyə
hazır vəziyyətdə olmasını təmin etməli;
iş yerlərini təhlükəsizlik texnikası təlimatları və plakatlarla təmin etməli;
qəza və digər yanğın təhlükəli vəziyyət yarandıqda dərhal yanğından
mühafizə xidmətini və KYMD-nin çağırılmasını, mövcud qüvvə və vəsaitlərin
köməyi ilə insanların köçürülməsini və qəzanın ləğvinin təşkil etməlidir.
59
4.2.5 Müəssisə rəhbərliyi bu və digər qüvvədə olan Qaydaların tələblərinə
əsasən yerli yanğından mühafizə xidməti ilə razılaşdırmaqla müəssisə və onun hər
bir obyekti (sexi) üçün yanğın təhlükəsizliyi təlimatları işləyib hazırlamalı və
təsdiq etməlidir.
Təlimatlar istehsalat təlimi sistemi, yanğınaqarşı təlimatlandırma və yanğın-
texniki minimumu üzrə məşğələlər zamanı öyrədilməli, görünən yerdə asılmalıdır.
4.2.6 Müəssisənin hər bir işçisi yanğın təhlükəsizliyi üzrə təsdiq olunmuş
qaydaları, təlimatları bilməli, tələblərini yerinə yetirməli, təhkim olduğu yerin və
sahənin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamalıdır.
4.2.7 İşçi yanğınaqarşı rejimin pozulduğunu, avadanlıqların sıradan çıxmasını
və yanğınaqarşı vasitələrin komplektləşdirilməsinin pozulmasını aşkar etdikdə öz
vəzifə borcuna uyğun olaraq dərhal məsul şəxsə məlumat verməlidir.
4.2.8 Magistral neft kəmərlərinin hər bir obyektində yanğınların və qəzaların
ləğvi üzrə operativ plan işlənib hazırlanmalı, obyektin xidməti heyyəti ilə təlim
məşqləri keçirilməlidir.
4.2.9 İnsanların çoxluq təşkil etdiyi yerlərdə obyektin rəhbərliyi tərəfindən
təsdiq olunmuş və obyektin yanğın təhlükəsizliyi xidməti ilə razılaşdırılmış
təxliyyə planı olmalıdır və görünən yerdə asılmalıdır. Rübdə bir dəfədən az
olmayaraq insanların təxliyə planı üzrə məşqləri keçirilməlidir.

4.3 Əsas İstehsalat Obyektləri

4.3.1 Xətti hissə

4.3.1.1 Magistral neft kəmərlərinin xətti boyu və döngələrində, bir km-dən bir,
hündürlüyü 1,5-2m olan göstərici nişanlar qoyulmalıdır. Neft kəmərinin yollarla
kəsişən yerlərində üzərində mühafizə zonasının eni, “Neft kəməri. Oddan
təhlükəlidir!” sözləri yazılmış xəbərdaredici plakatlar qoyulmalıdır.
4.3.1.2 Magistral neft kəmərlərinin dəmiryol və bütün kateqoriyalı avtomobil
yolları ilə kəsişdiyi yerlərdə, mühafizə olunan zonada nəqliyyat vasitələrinin
dayanacağını qadağan edən müvafiq yol nişanı, eləcədə istismarçı təşkilatın adı və
telefon nömrəsi yazılan lövhə quraşdırılmalıdır.
4.3.1.3 Xəttə nəzarət edən işçilər, neft kəmərlərinin istismarı üzrə xidməti
heyət neft kəmərinin zonasında məhsul sızmasını və ya qazlılıq səviyyəsinin
yüksək olduğunu aşkar etdikdə, dərhal bu barədə rasiya ilə və yaxındakı rabitə
məntəqəsindən neftvurma stansiyasının operatoruna xəbər verməli, məhsul
sızması yerlərində təhlükəsizlik nişanları qoymalıdır.
Neftin yaşayış məntəqələri ərazisinə, dəmir yol və avtomobil yollarına
dağıldığı hallarda neft xəttinə nəzarət edən işçi partlayış, yanğın və bədbəxt
hadisəyə qarşı ilkin təxirəsalınmaz tədbirlər görməlidir.
4.3.1.4 Neftin dağılmasına qarşı mühafizə qurğuları (bəndlər, xəndəklər) saz
vəziyyətdə saxlanılmalı, vaxtında təmir olunmalı, qalıq məhsuldan və lildən
təmizlənməlidir.
4.3.1.5 Magistral neft kəmərlərinin sahələrinə xidmət edən qəza və bərpaedici
dəstənin(QBD) xətti heyətində hər bir sahənin neft kəmərləri idarəsinin
60
müdiriyyəti tərəfindən təsdiq olunmuş və yerli hakimiyyət orqanı ilə razılaşdırılmış
qəzanın ləğvi planı (QLP) olmalıdır.
4.3.1.6 Magistral neft kəmərlərindəki bağlayıcı armaturların açılıb-bağlanma
göstəriciləri olmalıdır, kənar şəxslərin yaxınlaşmaması üçün mühafizə qurğuları
(hasarı) quraşdırılmalıdır. Magistral neft kəmərlərinin su hövzələrindən keçən
akvatoriyasında neft aşkar edildikdə, neft kəmərinin dispetçer xidməti bu barədə
dərhal su hövzələri idarəsinə məlumat verməlidir.
4.3.1.7 Avtomobil və dəmir yol yaxınlığında qəza baş verdikdə və yaxud
nəqliyyat qəzalarının baş verməsi mümkün olan yerlərdə, bu ərazidə hərəkətin
dayandırılması səlahiyyəti olan dispetçer xidməti və müəssisə ilk növbədə xəbərdar
edilməli, həmçinin qatar və nəqliyyat vasitələri sürücülərinə yolun yaxınlığında
məhsulun dağılması və yaxud yüksək qazlılıq zonasının yaranması barədə məlumat
verilməlidir. Müvafiq tələblər QLP-də öz əksini tapmalıdır.
4.3.1.8 Xətti hissənin qurğu və avadanlıqları, həmçinin onların hasarları saz
vəziyyətdə saxlanılmalı, hasarların ətrafındakı ot və bitkilər mütəmadi olaraq
biçilməlidir.

4.3.2 Tunellərdə boru kəmərləri

4.3.2.1 Tunellərdə təmir-sazlama işlərinin aparılmasına yalnız müəssisə


rəhbərinin lazımi təhlükəsizlik tədbirlərini nəzərə alan yazılı icazəsi olmalıdır.
4.3.2.2 Texnoloji tunellər istehsalat-yağış kanalizasiyası, yanğından mühafizə
siqnalizasiya sistemi və hava mühitində qazlılıq səviyyəsinə nəzarət vasitələri ilə
təchiz olunmalıdır.
4.3.2.3 Tuneldə bütün təmir işləri yanğın təhlükəsizliyi tələblərinə riayət
etlməklə partlayış-yanğın təhlükəli istehsalatlara aid bu Qaydaların 4.4 bölməsinə
uyğun olaraq aparılmalıdır.
4.3.2.4 Tuneldə istifadə olunan əsas və köməkçi elektrik avadanlıqları,
nəzarət ölçü cihazları, avtomatika vasitələri, rabitə sistemləri, işıqlandırma
cihazları partlayış təhlükəli qarışıqların qrup və kateqoriyalarına müvafiq
partlayışdan mühafizəli olmalıdır.
4.3.2.5 Obyektin rəhbərliyi tuneldəki neft kəmərlərinin vəziyyətinə sistematik
nəzarəti, hər il boruların divarlarının vəziyyətini, onların yeyilmə dərəcəsinin
yoxlanılmasını, boru kəmərlərinin vaxtaşırı sınaqdan keçirilməsini təşkil etməlidir.
4.3.2.6 Texnoloji tunellərdə mümkün qəza və yanğınların ləğvi planı hər il
müəssisənin yanğın təhlükəsizliyi xidməti nümayəndələri cəlb edilməklə yenidən
işlənilməlidir.
4.3.27 Tuneldə təmir və odlu işlər aparılan zaman həmin yerlər
yanğınsöndürmə vasitələri və daimi ventilyasiya ilə təmin olunmalıdır. Bu işlərlə
əlaqəsi olmayan fəhlələr tuneldən çıxarılmalıdır.
4.3.28 Tuneldə işlər görülən zaman oraya yalnız gündəlik tələbata uyğun olan
materiallar lazımi miqdarda gətirilməlidir.
4.3.2.9 İşin sonunda və ya məcburi fasilə yarandıqda tunel tikinti
materiallarından, alət və ləvazimatlardan azad olunmalı, qapı boşluqları
bağlanmalıdır.
61
4.3.3 Neftvurma nasos stansiyaları

4.3.3.1 Nasosxanaların döşəməsi, kranları, çuxurları və qanovları təmiz


saxlanmalı və müntəzəm olaraq su ilə yuyulmalıdır.
4.3.3.2 Nasos stansiyasının partlayışyanğın təhlükəli otaqlarında
yerləşdirilmiş elektrik avadanlığı və elektrik qurğularının partlayışdan mühafizəsi
pozulan hallarda onların istismarı qadağandır.
4.3.3.3 Ayırıcı arakəsmələr, o cümlədən onun döşəmə səviyyəsindən aşağıda
yerləşən hissəsi və valların boru xətlərinin, kabellərin arakəsmədan keçdiyi yerlər
ssaz və germetik olmalıdır. Onların sazlığı və germetikliyinə həmişə nəzarət
olunmalı, nasaz olduqda isə nasosxananın istismarına icazə verilmir.
4.3.3.4 İstehsalat kanalizasiya sistemi vaxtaşırı, hidrosürğülərin sazlığı və
onlarda suyun səviyyəsi isə gündəlik yoxlanılmalıdır.
4.3.3.5 Nasos stansiyaları mobil, akkumlyatorlu, partlayışdan mühafizəli
çıraqlarla təchiz olunmalıdır.
4.3.3.6 Nasos stansiyalarında və manifold otaqlarında yerləşən texnoloji boru
kəmərlərinin və nasosların boşaldılması üçün onlar drenaj qurğuları ilə təchiz
olunmalıdır.
4.3.3.7 Neftvurma nasos aqreqatlarının mühərrikləri, nasosxananın xaricində,
qapı yaxınlığında, həmçinin hər bir aqreqatın yanında quraşdırılmış dublikat
elektrik açarı ilə təchiz olunmalıdır.
4.3.3.8 Nasosxanalarda işlər ancaq qığılcım verməyən alətlərlə, işlək sorucu
ventilyasiya altında aparılmalıdır.
4.3.3.9 Nasosxanalar telefon rabitəsi və xəbərdaredici səs siqnalizasiyası ilə
təchiz olunmalıdır.
4.3.3.10 Manifold otaqlarında, təmizləmə qovşaqlarında, quyularda təmir
işləri aparılarkən, onlar sistematik olaraq mazutdan və çirkdən təmizlənməlidir,
buxar və qazların partlayış təhlükəli qatılığının olmadığı yoxlanılmalıdır.
4.3.3.11 Nasosxanalarda sürtğü materialları gündəlik tələbatdan çox olmayan
miqdarda, kip bağlanan xüsusi qablarda saxlanılmalıdır.
4.3.3.12 Nasosxanalarda yanğın təhlükəli mayelərin saxlamaq, keçidləri
tutmaq, nasosların qızmış hissələrinin və boru kəmərlərinin üstünə əşyalar
qoymaq qadağandır.

4.3.4 Ç ənlər parkı

4.3.4.1 Ç ənlər parkında istehsalat kanalizasiya şəbəkəsində xüsusi


quyularda quraşdırılan, çənlərin torpaq bəndlərindən kənara çıxarılan, məsafədən
idarə olunan və qapaqlarla təchiz olunan hidravlik cəftələr olmalıdır. Xlopuşkanın
normal vəziyyəti-bağlıdır. Hər bir çən və çənlər qrupunun çıxış xəttində, həmçinin
neft kanalizasiyası xəttində neft tutucularından əvvəl və sonra hidravlik sürgü
quraşdırılmalıdır.
4.3.4.2 Ç ənlərin bəndləri, onların üstündə quraşdırılan keçidlər, pilləkənlər,
bəndlərə mexanikləşdirilmiş yanğınsöndürmə vasitələri üçün girişlər saz
62
vəziyyətdə saxlanmalıdır. Həftədə bir dəfədən az olmayaraq xlopuşkanın sazlığı
yoxlanılmalı və bu barədə jurnalda qeyd olunmalıdır.
Ç ənlər parkın ərazisi müxtəlif yanar maye və materiallardan, zibildən, quru ot
və yarpaqlardan müntəzəm olaraq təmizlənməlidir. Parkın ərazisində yanar
materialların yığılıb saxlanması qadağandır.
4.3.4.3 Hər bir çən üçün onun nömrəsi, təyinatı, doldurmanın maksimal
səviyyəsi, minimal qalıq, doldurma-boşaltma sürəti göstərilməklə texnoloji xəritə
və operativ yanğınınsöndürmə planı tərtib olunmalıdır tərtib olunmalıdır. Çənin
sıra nömrəsi onun gövdəsində yazılmalıdır.
Günəş şüalarının təsirindən qorumaq üçün çənlər açıq rənğlə boyanmalıdır.
4.3.4.4 Ç ənlərin və onların avadanlıqlarının germetikliyinə obyektin
rəhbərliyi tərəfindən daimi nəzarət olunmalıdır. Aşkar olunmuş nasazlıqlar dərhal
aradan qaldırılmalıdır.
4.3.4.5 Ç əndə qızdırıcı ilanvari borular olduqda, oraya buxar, qızdırıcı təzyiqi
tədricən normal işçi səviyyəsinə çatdırmaqla, ilanvari borunun içərisindən
kondensat təmizləndikdən sonra verilməlidir.
4.3.4.6 Neft saxlanılan çənlər donmayan tənəffüs klapanları ilə təchiz
olunmalıdır. Tənəffüs klapanları pasportlarına uyğun tənzimlənməlidir.
4.3.4.7 Tənəffüs armaturlarına, odkəsicilərə və hidravlik klapanlara baxış
zamanı onların sazlığı yoxlanılmalı, çirkdən, qış fəslində isə buzdan təmizlənməli,
klapanlardakı mayenin səviyyəsi yoxlanmalıdır.
4.3.4.8 Qoruyucu hidravlik klapanlar yalnız çətin buxarlanan və donmayan
maye ilə doldurulmalıdır. Mayenin səviyyəsinə 10 gündə bir dəfədən az
olmamaqla və hər atdıqdan sonra nəzarət edilməlidir.
Odkəsicilər ilin isti fəslində ayda bir dəfədən, şaxtalı havada isə ayda iki
dəfədən az olmayaraq yoxlanılmalıdır.
4.3.4.9 Ölçü lyukunun qapağının altına, lyukun bağlanması zamanı qığılcımın
əmələ gəlməsinə qarşı alyuminum, qurğuşun yaxud polimerdən hazırlanmış araqatı
qoyulmalıdır.
Neftin səviyyəsi ölçülən və nümunə götürülən çənin ölçü lyukunun ağzı, ölçü
lentinin sürtünməsi nəticəsində qığılcım verməyən materialdan hazırlanmış halqa
ilə mühafizə olunmalıdır. Ölçü lentinin lotu və nümunə götürən cihaz zərbədən
qığılcım verməyən materialdan hazırlanmalıdır.
4.3.4.10 Neft nümunəsi götürüldükdə onun dağılmasına yol verilməməli,
dama təsadüfən dağılmış neft dərhal təmizlənməlidir. Ç ənin damında əski parçaları
və digər əşyaların saxlanılması qadağandır.
4.3.4.11 Ç ənlərin təmizlənməsi yanğın-partlayış təhlükəsi olmayan mexanik-
ləşdirilmiş üsullarla aparılmalıdır. Əl ilə təmizləmə zamanı qığılcım verməyən
alətlərdən istifadə edilməlidir.
4.3.4.12 Neftlə dolu çənlərə baxış və onlara xidmət edən heyətin (nümunənin
götürülməsi və səviyyənin ölçməsi əməliyyatları aparan zaman) qeyri sintetik
materialdan hazırlanmış xüsusi geyimi, polad altlığı və mismarı olmayan xüsusi
ayaqqabıları olmalıdır.

63
4.3.4.13 Doldurma buraxıla bilən səviyyədən artıq olduqda və ya məhsul
dolub daşdıqda, neftin axını dərhal digər çənlərə yönəldilməli, dağılmış neft dərhal
yığışdırılmalıdır.
4.3.4.14 Fəaliyyətdə olan çənin tikişlərində, gövdəsində və ya dibində çat
əmələ gələrsə, çən dərhal boşaldılmalı və təmizlənməlidir. Dolu çənlərdə qaynaq
və ya pərçimləmə işlərinin aparılması qadağandır.
4.3.4.15 Yüksəkkükürdlü və kükürdlü neft saxlanılan çənlərin istismarı
zamanı, onların daxili səthinin pirofor çöküntülərdən təmizlənməsi müəssisənin
baş mühəndisi tərəfindən təsdiqlənmiş xüsusi cədvəl üzrə aparılmalıdır.
4.3.4.16 Yüksəkkükürdlü və kükürdlü neft saxlanılan çənlərdə olan pirofor
çöküntülərin öz-özünə alışmasının qarşısını almaq üçün, pirofor çöküntülərin
olmasına vaxtaşırı nəzarət olunmalıdır. Nümunənin götürülməsi və onların öz-
özünə alışma aktivliyinin sınağı ilə bağlı işlər, kükürdlü neft və qazların
çıxarılması və nəqli zamanı pirofor çöküntülərin öz-özünə alışmasına qarşı
təhlükəsizliek tədbirləri qüvvədə olan sənədlərə uyğun həyata keçirilməlidir.
4.3.4.17 İldırımötürücülərinin və yerləbirləşdirmə qurğularının sazlığına yay
fəslində, quru hava şəraitində, ildə bir dəfədən az olmayaraq və müvafiq sənədlər
tərtib etməklə nəzarət olunmalıdır.
4.3.4.18 Ç ənlər parkının ərazisində, görünən yerlərdə müəyyən olunmuş
yanğınaqarşı rejimə riayət olunma qaydaları əks olunan plakatlar nəzərdə
tutulmalıdır.
4.3.4.19 Ç ənlər parkının ərazisində mühafizə xidmətinin təşkili üzrə təlimatda
nəzərdə tutulan xüsusi hallar istisna olunmaqla, odlu silahdan istifadə etmək qəti
qadağandır.

4.3.5 Dəmiryol doldurma-boşaltma estakadaları, körpü və pirslər

4.3.5.1 Neftin açıq şəkildə boşaldılmasına, həmçinin nasaz boşaltma


qurğularından istifadə edilməsinə yol verilmir.
4.3.5.2 Doldurma-boşaltma əməliyyatlarından əvvəl dirəklərin, şlanqların,
kipkəclərin, siyirtmələrin germetikliyi yoxlanılmalıdır.
4.3.5.3 Neftlə doldurulmaq üçün pirsə yan almış gəmiyə, dəniz (çay)
nəqliyyatına, sahil qurğuları və yanğın təhlükəsizliyi xidmətinin nümayəndələrinin
iştirakı ilə, yanğın təhlükəsizliyi tələbləri nəzərə alınmaqla, doldurma-boşaltma
əməliyyatına hazırlığına baxış keçirilməlidir.
4.3.5.4 Neftin dəmiryol estakadalarının kollektorlarından çənlərə vurulması
ilə neftin dəmiryol vaqon-sisternlərindən boşaldılması eyni zamanda aparılmalıdır.
4.3.5.5 Doldurma-boşaltma qurğuları quraşdırılmış dəmiryol xətləri ilə
teplovozların hərəkəti qadağandır. Teplovozların hərəkətinə dolayı çəkilmiş
dəmiryol xətləri üzrə icazə verilir. Estakadanın xəttində neftin boşaltma əməliyyatı
zamanı estakadanın qonşu (paralel) xəttinə sisternin verilməsi qadağandır.
Dəmiryol sisterni estakadanın paralel xəttinə birinci xətdə əməliyyat
başlamazdan əvvəl verilməlidir.

64
Xətlərdə doldurma-boşaltma əməliyyatlarının aparılmasına yalnız teplovoz
məhdudlaşdırıcı sütunlardan 100 m-dən az olmayan təhlükəsiz məsafəyə
çəkildikdən sonra icazə verilir.
4.3.5.6 Aşağı boşaltma qurğusunun germetikliyini təmin etmək üçün
hidrosürgülərdəki bağlayıcı maye sütununun hündürlüyü 100mm-dən az
olmamalıdır.
4.3.5.7 Vaqon-sisternlərin doldurma-boşaltma əməliyyatları üçün estakadaya
verilmə sürəti 5 km/saat-dan yüksək olmamalıdır.
4.3.5.8 Neftin vaqon-sisternlərə və neftdaşıyan gəmilərə doldurulması
zamanı mayenin sıçramaması üçün şlanqın və ya borunun ucu sisternin dibinə
qədər endirilməlidir.Şlanqın ucu qığılcım verməyən materialdan hazırlanmalıdır.
4.3.5.9 Neftin nasaz vaqon-sisternlərə doldurulmasına icazə verilmir. Esta-
kadada sisternlərin təmirinə icazə verilmir.
4.3.5.10 Dəmiryol vaqon-sisternlərinə neftin doldurulması başa çatdıqda
şlanq və dirəklər neftin qalığından təmizlənməlidir. Doldurma dirəklərinin
şlanqları sızma tutucusu sisteminin xüsusi qıflarına qoyulmalıdır.
Neft vaqon-sisternə doldurulduqdan və onun səviyyəsi ölçüldükdən sonra
vaqon-sisternin lyukunun qapağı araqatı ilə kip bağlanmalıdır. Qapağ ehtiyatla,
zərbəsiz bağlanmalıdır.
4.3.5.11 Sisterndə, cihazlarda və boru xətlərində qatılaşmış və ya donmuş
neft qalığını yalnız buxar və ya isti su ilə qızdırılmasına icazə verilir. Qızdırılma
zamanı neftin temperaturu 900C-dən aşağı olmamalı, qızdırıcının səthinin
temperaturu isə neftin öz-özünə alışma temperaturundan 500C-dən aşağı
olmamalıdır.
4.3.5.12 Doldurma sürəti yol verilən sürətdən yüksək olmamalıdır. Boru
xətlərinin diametri 200mm-ə qədər olduqda neftin dirəkdəki axınının maksimal
sürəti 1,2 m/san-dən yüksək olmamalıdır.
4.3.5.13 Tufan zamanı doldurma-boşaltma əməliyyatlarının aparılması
qadağandır.
4.3.5.14 Doldurma-boşaltma əməliyyatı başa çatdıqdan və sisternlər
estakadadan çıxarıldıqdan sonra dağılmış neft təmizlənməlidir. Estakadanı
dağılmış neftdən təmizləmədən növbəti qatarın verilməsi qadağandır.
4.3.5.15 Dəmiryol sisternlərinin dayandırılması üçün metal başmaqlardan
istifadə etmək qadağandır. Bu məqsədlə zərbədən qığılcım əmələ gətirməyən
materialdan hazırlanmış altlıqlardan istifadə edilməlidir.
4.3.5.16 Dəmir yollarındakı keçidlər yanğın avtomobillərinin keçməsi üçün
boş olmalı və relslərin başlıqları səviyyəsində bütöv döşəmə ilə örtülməlidir.
Keçidlərdən lokomotivsiz vaqon-sisternlərin və platformaların dayanacağı kimi
istifadə etmək qadağandır.
4.3.5.17 Dəmiryol estakadalarının, körpü (pirs) və neftdaşıyan gəminin
xidməti heyəti doldurma-boşaltma əməliyyatlarının gedişinə və avadanlığın
vəziyyətinə daimi nəzarət etməlidir.
4.3.5.18 Neftin doldurulması-boşaldılması zamanı körpü (pirs) yaxınlığında
lazımi yanğınsöndürmə vasitələri ilə təchiz edilmiş növbətçi gəmi dayanmalıdır.

65
4.3.5.19 Doldurma-boşaltma əməliyyatları zamanı estakadada, gəmidə,
körpüdə təmir işlərinin aparılması qadağandır. Müstəsna hallarda, yanğın
təhlükəsizliyi xidməti ilə razılaşdırılmaqla və yanğın təhlükəsizliyini təmin edən
bütün tədbirlərə riayət etməklə, açıq oddan istifadə etməmək şərti ilə, gəminin
təmiri üzrə müəyyən işlərin aparılmasına icazə verilir.
4.3.5.20 Obyektin rəhbəri, yanğın təhlükəsizliyi xidməti və dəniz limanı
idarəsi ilə razılaşdıraraq, körpülərdə operativ yanğınsöndürmə planı işləyib
hazırlamalıdır.
4.3.5.21 Neftdaşıyan gəmidə, estakadada yanğın baş verdikdə, neftin
doldurulması-boşaldılması üzrə bütün əməliyyatlar dərhal dayandırılmalı, yanğın
barədə yanğın təhlükəsizliyi xidmətinə xəbər verilməli və qəzanın ləğvi planına
uyğun yanğının söndürülməsinə başlanmalıdır.
4.3.5.22 Dəmiryol boşaltma-doldurma estakadasının ərazisinin yol verilən
səviyyədən artıq qazlanması zamanı vaqon-sisternlərin estakadaya verilməsi və
çıxarılması qadağandır.
4.3.5.23 Doldurma-boşaltma estakadalarının, körpü və pirslərin yanğın
təhlükəsizliyi xidməti və neftvurma nasos stansiyası ilə etibarlı selektor və telefon
rabitəsi olmalıdır.
4.3.5.24 Doldurma dirəkləri, boru xətləri, dəmiryol sisternləri,
estakadaların metal konstruksiyaları yerlə birləşdirilməlidir. Yerləbirləşdirmə hər
ay yoxlanılmalıdır.
4.3.5.25 Estakadanın texnoloji boru xətləri doldurma-boşaltma qurğu-
larından 30m-dən az olmayan məsafədə yerləşdirilmiş, əl ilə və məsafədən idarə
olunan siyirtmələrlə təchiz olunmalıdır.
4.3.5.26 Doldurma-boşaltma sahələrinə gedən yollarda, girişlərdə, dolayı
yollarda üzərində “Dayan! Giriş qadağandır!”, «Doldurma-boşaltma əməliyyatı
gedir!” sözləri yazılmış plakatlar asılmalıdır.
4.3.5.27 Estakadanın ərazisində partlayış təhlükəli qarışıqların qrup və
kateqoriyasına uyğun olmayan partlayışdan mühafizəli avadanlıqdan istifadə etmək
qadağandır. Boşaltma-doldurma əməliyyatı zamanı yerli işıqlandırma üçün
partlayış mühafizəli çıraqlardan istifadə edilməlidir.
4.3.5.28 Estakadalarda stasionar köpüklə söndürmə və dairəvi su kəməri
şəbəkələri ilə, bir-birindən 20m məsafədə yerləşdirilmiş səyyar köpük generatorları
ilə köpüyün verilməsi üçün magistral məhlul kəmərində birləşdirici başlıqlı
dirəklər və lüləli lafet sistemi ilə təchiz edilməmiş yeni tikilmiş və ya
rekonstruksiya olunmuş estakadaların istismarı qadağandır.
4.3.5.29 Doldurma-boşaltma körpüləri və pirsləri yanmayan materialdan
hazırlanmalı və onların eni yanğın avtomobillərinin girişini təmin etməlidir.
4.3.5.30 Neft vurmaq üçün şlanqlar boru kəmərinə qoşulmazdan əvvəl neft
daşıyan gəmi yerlə birləşdirilməlidir. Doldurma-boşaltma əməliyyatı tamamlandıq-
dan, körpünün şlanqları boru kəmərindən və gəmidan ayrıldıqdan sonra, yerləbir-
ləşdirmə açılmalıdır.
4.3.5.31 Neftin doldurma-boşaltma əməliyyatı zamanı qadağandır:
-odlu işlərin aparılması, siqaretin çəkilməsi, açıq qızdırıcı cihazların işə
salınması;
66
- nasaz elektrik işıqlandırıcı cihazların istifadəsi;
- 700 C-dən artıq qızdırılmış neftin doldurulub-boşaldılması.
4.3.5.32 Doldurma-boşaltma körpüləri (pirsləri) və digər sahil qurğuları
köpüklü yanğınsöndürmə vasitələri və yanğın siqnalizasiyasi ilə təchiz
olunmalıdır.

4.3.6. Neftin qızdırılması üçün borulu sobalar

4.3.6.1 Sobada alov söndüekdə forsunkalara yanacağın verilməsini


avtomatik dayandıran qurğu ilə bloklayıcı qurğusu olan siqnalizasiya sistemi
olmalıdır. Sobanın forsunkasına yanacağı verən boru xətlərində forsunkadan əvvəl
təzyiqin yol verilən həddən aşağı düşməsi vaxtı yanacağın verilməsini avtomatik
dayandıran qəza klapanları quraşdırılmalıdır.
4.3.6.2 Soba işləyən zaman, onun ilanvari borularına, boru asmalarına və
sobanın hörgüsünə vizual nəzarət olunmalıdır.
4.3.6.3 Borulu sobanın qəza boşaltma sistemi saz vəziyyətdə saxlanılmalı,
neftin dövr etməsi dayandıqda, borularda yanıq yerlər aşkar edildikdə və digər
qəza hallarında ilanvari boru neftdən azad olmalı və bunun üçün işə salınmalıdır.
Qızdırılmış neft qəza tutumuna boşaldılan zaman neftin öz-özünə alışmaması üçün
tutuma su buxarı verilməlidir.
4.3.6.4 Soba işləyən zaman returbent kameraları germetik bağlanmalıdır.
4.3.6.5 Sobanın borularında yanıq və qabarma əmələ gəldikdə, asması və
hörüyü deformasiya olduqda onu istismar etmək qadağandır.
4.3.6.6 Soba yerləşən meydançada neftin qəza tullanışı baş verdikdə soba
dərhal söndürülməli, oraya su buxarı verilməli, yanar mayenin dağılmasına qarşı
tədbirlər görülməli və qəzanın ləqvi planına uyğun tədbirlər görülməlidir.
4.3.6.7 Sobanın qaz, buxar və ya köpüklə söndürmə sistemlərində nasazlıq
aşkar edildikdə onu istismar etmək qadağandır.
4.3.6.8 Sobanın yanma və returbent kameraları qaz və yaxud buxarla
söndürmə sistemi ilə təchiz olunmalıdır. Buxar və qazla söndürmə boru xətlərinin
ventilləri sobadan 10m-dən az olmayan məsafədə, rahat və təhlükəsiz yerdə
quraşdırılmalıdır.
4.3.6.9 Forsunkaların qarşısındakı meydança bərk örtüklü olmalı və
istehsalat kanaliyazasiyası ilə hidravlik cəftələrlə birləşdirilən lotoka tərəf maili
olmalıdır.
4.3.6.10 Dağılmış maye yanacağın yuyulması üçün su dayağı nəzərdə
tutulmalıdır.
4.3.6.11 Sobaların yandırılmasına yalnız onların istismarına cavabdeh şəxs
icazə verməlidir.

67
4.3.7 Geniş Fraksiyalı Yüngül Karbohidrogenlərin (GFYK) nəqli

4.3.7.1 Geniş fraksiyalı yüngül karbohidrogenlərin (GFYK) və qeyri-sabit


kondensat üçün magistral məhsul kəmərləri bu Qaydaların 4.3.1 bölməsinin
tələblərinə cavab verməlidir.
4.3.7.2 Magistral məhsul kəmərləri xətləri üzrə nəqliyyatın hərəkətini
qadağan edən nişanlar aşağıda göstərilən yerlərdə qoyulmalıdır:
-məhsul kəmərinin və kabel rabitə xətlərinin çaylardan keçdiyi yerdən
100m-dən yaxın olmayan məsafədə;
-məhsul kəmərinin bütün sinif atomobil yolları ilə kəsişdiyi yerdən 300m-
dən az olmayan məsafədə;
-məhsul kəmərinin kənd arası və digər torpaq yollarla kəsişdiyi yerlərdən
100m-dən az olmayan məsafədə;
4.3.7.3 Magistral neft kəmərlərinə səthi (vizual) baxışdan əlavə, vaxtaşırı
məhsul kəmərlərinin izolyasiya örtüyü və boruların vəziyyəti defektoskopiya
üsulları ilə, həmçinin vertolyotlarla istilik vizual və lazer cihazları vasitəsi ilə
yoxlanılmalıdır.
4.3.7.4 Məhsul kəmərləri qəza vəziyyətində olduqda və ya sızma aşkar
edildikdə istismarına icazə verilmir.
4.3.7.5 Boru kəmərləri və bütün texnoloji avadanlıqlar GFYK
doldurulmazdan əvvəl və hər təmirdən sonra təsirsiz qazla üfürülməlidir. Ü fürülmə
üfürülən qazın tərkibində oksigenin minimal partlayış təhlükəli miqdarının 5%-ə
çatana qədər davam etdirilməlidir.
4.3.7.6 Ç ənlərdən, boru kəmərlərindən və digər texnoloji avadanlıqlardan
GFYK boşaldılan zaman, məhsul tam sıxışdırılıb çıxarılana qədər onlar təsirsiz
qazla və ya su buxarı ilə üfürülməlidir.
4.3.7.7 Məhsul kəmərlərinin istismarı, onların məhsul və ya su ilə
doldurulması zamanı, nasos stansiyası ilə üfürülmə qovşağı və ondan qabaqda
yerləşən xətti armatura şəbəkələrinin növbə heyəti arasında telefon və ya radio
rabitəsi yaradılmalıdır.
4.3.7.8 Məhsul kəmərinin üfürülməsi zamanı, üfürülmə borucuğundan 300
m-dən, üfürücü şəbəkə və anbardan isə 100 m-dən az olmayan məsafədə
xəbərdaredici nişanlar qoyulmalı, adamların və nəqliyyatın daxil olduğu daha
təhlükəli yerlərdə isə üfürülmə müddəti ərzində gözətçi postlar qoyulmalıdır.
4.3.7.9 Təmir işlərinin aparılması üçün məhsul kəmərinin həmin sahəsi
məhsulu təbii qaz və ya su ilə sıxışdıraraq növbəti sahəyə vurmaqla əvvəlcədən
boşaldılmalıdır.
4.3.7.10 Məhsul kəmərindən məhsulu boşaltdıqdan sonra, təbii qaz və ya su
qalığının sıxışdırılıb çıxarılması üçün sıxılmış havadan istifadə edilməsinə yol
verilir. Bu halda təbii qazın sıxışdırılmasına su tıxaclı mexaniki ayrıcılardan
istifadə etməklə, üfürülmə sürəti 3 m/san olmaqla həyata keçirilməlidir.
4.3.7.11 Məhsul su ilə sıxışdırılıb çıxarıldıqdan sonra boru kəməri mexaniki
ayırıcılardan istifadə etməklə əsaslı təmizlənməli, su kəsilənə qədər və üfürülən
sahənin axırından çıxan havanın tərkibində karbohidrogen buxarlarının miqdarı, bu

68
mühitdə alovun yayılmasının aşağı qatılıq həddinin 5%-nə çatana qədər səyyar
kompressordan sıxılmış hava ilə üfürülməlidir.

4.3.8 GFYK saxlanılan çənlər parkı

4.3.8.1 GFYK saxlanılan çənlərin istismarı prosesində onların divarlarının,


bağlayıcı, qoruyucu və ölçü qurğularının, istilik izolyasiyasının və qoruyucu
rənginin vəziyyətinə nəzarət edilməlidir. Aşkar edilmiş nasazlıqlar dərhal aradan
qaldırılmalıdır.
4.3.8.2 Manometrləri, ötürücü boruları, qoruyucu klapanları nasaz çən və
sisternlərin istismarı qadağandır.
4.3.8.3 Soyuq hava şəraitində karbohidrogen qazları saxlanılan tutumlarda
yığılan su sistematik olaraq boşaldılmalıdır. Su boşaldılan zaman su ilə bərabər
GFYK-in axıdılmasına yol verilməməlidir.
4.3.8.4 GFYK-in çən və sisternlərinin hasarlarının vəziyyətinə nəzarət
edilməli, mühafizə hasarlarının və divarlarının zədələnməsinə yol verilməməli,
zədələnən yerlər vaxtında bərpa edilməli, hasarlar arası keçidlər saz vəziyyətdə
saxlanılmalıdır.
4.3.8.5 Baxış müddəti keçmiş, damğası vurulmamış və lazımi rənglə
rənglənməmiş çən, sistern və digər tutumlara GFYK-in doldurulması qadağandır.
4.3.8.6 Tutumlara GFYK-in şırnaqla doldurulmasına yol verilmir. Doldurulma
maye səviyyəsinin altından aparılmalıdır.
4.3.8.7 Ç ənlər GFYK ilə texnoloji reqlamentdə göstərilən səviyyəyə qədər
doldurulmalıdır. Tutumlarda səviyyəni göstərən qurğu daima saz vəziyyətdə
olmalıdır. Yerində quraşdırılan və məsafədən idarə olunan səviyyəölçəni nasaz
olan tutumların istismarı qadağandır.
4.3.8.8 Doldurma boru xəttində əks klapanların mövcudluğuna və sazlığına
nəzarət edilməli, onların yoxlanılması və sınaqdan keçirilməsi vaxtlı-vaxtında
aparılmalıdır.
4.3.8.9 GFYK saxlanılan çənlər parkı müvafiq normalara uyğun yanğından
mühafizə sistemləri ilə təmin edilməlidir. Ç ənlərin soyudulma və yanğından
mühafizə sistemləri müvafiq təlimatlarda nəzərdə tutulan müddətlərdə yoxlanılmalı
və sınaqdan keçirilməlidir.
4.3.8.10 GFYK saxlanılan çənlər parkında yanğın baş verərsə, ilk növbədə
qəza baş vermiş çən sistemdən ayrılmalı, yanğın yerinə məhsulun axması
dayandırılmalı, işıq və istilik şüalanmasına məruz qalmış avadanlıq və tikililər su
ilə intensiv soyudulmalıdır. Sonraki işlər qəzanın ləğvi planına uyğun
aparılmalıdır.

4.3.9 GFYK nasos stansiyalarına əlavə tələblər

4.3.9.1 GFYK nasoslarının üfürücü drenaj qurğusu və üfürmə kranlarının


çıxışı yalnız qapalı xətlə nasosxananın xaricində quraşdırılmış yığım tutumuna
birləşdirilməlidir. Yanar qazlar və karbohidrogen buxarları tutumdan məşələ

69
verilməlidir. Ü fürmə və drenaj məhsulunun nasosxanaya sızmasına yol verilməmə-
lidir.
4.3.9.2 Nasoslar dərhal aşağıda göstərilən qəza hallarında dayandırılmalıdır:
- məhsul sızması baş verərdikdə;
-aqreqatda titrəyiş və səs əmələ gəldikdə;
- yastıqlarda və ya kipgəc birləşmələrində temperatur 60 0 C-dən yüksək
olduqda;
- ventilyasiya sistemində nasazlıq aşkar edildikdə;
- nasosun vurğu xəttində təzyiq qəflətən 5%-dən aşağı endikdə;
- elektrik mühərriklərinin soyutma sistemində havanın təzyiqi aşağı
endikdə.

4.4 Əsas istehsal obyektlərinin, avadanlıqlarının cari və əsaslı təmiri,


sınağı zamanı yanğın təhlükəsizliyi tələbləri

4.4.1 Partlayış və yanğın təhlükəsi olmayan texnoloji avadanlıqlarda


müvəqqəti odlu işlərin aparılması ilə bağlı təmir işlərinin aparılmasına o zaman yol
verilə blər ki, bu işlərin aparılması üçün daimi yer mövcud deyil. Yanğın
təhlükəsizliyi tədbirləri görülməmiş bu işlərin aparılması qadağandır.
4.4.2 Odlu (qaz təhlükəli) işlərin təhlükəsiz görülməsinə dair nümunəvi
Təlimata və bu Qaydalara əsasən hər bir müəssisədə istehsalatın xüsusuiyəti və
yerli şərait nəzərə alınmaqla qaynaq və digər odlu işlərin təhlükəsiz görülməsinə
dair Təlimat işəlnib hazırlanmalıdır.
4.4.3 Partlayış-yanğın təhlükəli neft kəmərləri obyektlərində müvəqqəti
təmirə hazırlıq işləri, təmir və odlu işlər müəssisənin təmir briqadası və yaxud
FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət
Agentliyinin müvafiq iş növü üzrə lisenziyası olan ixtisaslaşdırılmış podratçı
təşkilatların təmir briqadaları tərəfindən aparılmalıdır.
4.4.4 Odlu işlərin görülməsinə (elektrik qaynaqçısı, qaz qaynaqçısı, qaz
kəsici, lehimləyici və s.) xüsusi ixtisas hazırlığı keçmiş , biliyi yoxlanılmış, ixtisas
vəsiqəsinə malik və yanğın təhlükəsizliyi üzrə talonu olan şəxslər buraxılırlar.
4.4.5 Odlu və təmir işlərinin görülməsi zamanı yanğın təhlükəsizliyinin təmin
edilməsi üzrə cavabdehliyi ərazilərində və otaqlarında bu işlər yerinə yetirilən
müəssisələrin, sexlərin, laboratoriyaların, emalatxanaların, anbarların və istehsalat
sahələrinin rəhbərləri daşıyır. Bu halda boru kəmərləri obyektlərində təmir və odlu
işlərin aparılmasına hazırlıq üçün müəssisənin əmri ilə məsul şəxs (boru kəməri
obyektinin istismar heyyətinin MTİ-lərindən, o cümlədən işlər podratçı təşkilat
tərəfindən aparıldığı halda) təyin edilir.
4.4.6 Odlu işlər aparılan yerlər daimi və müvəqqəti yerlərə bölünür.
Odlu işlər aparılan daimi yerlər obyektin layihəsinə və pasportuna əsasən
təchiz edilməlidir. Odlu işləri aparılması üçün təyin olunmuş daimi yerlərdə və
yaxud sahələrdə görüləcək odlu işlərin siyahısı, yanğın təhlükəsizli üzrə təlimat,
normaya uyğun ilkin yanğınsöndürmə vasitələri olmalıdır.

70
4.4.7 İşləyən texnoloji avadanlıqlarda odlu işlərin aparılması zamanı yanğının
baş verməsinin qarşısını almaq məqsədi ilə əgər bu işlərin daimi yerdə aparılması
mümkün olmadığı halda, müvəqəti quraşdırılmış yerlərdə aparılmasına icazə
verilir.
Təmir və odlu işlərin aparılmasına hazırlıq zamanı bu işlərin görülməsinə
məsul şəxs işin həcmini, təhlükəli zonanı, avadanlıqların siyahısını müəyyən edir,
icazə –buraxılış vərəqəsini rəsmiləşdirir (Əlavə 10).
İcazə-buraxılış vərəqəsində təhlükəsizlik tədbirləri, icraçı briqadanın tərkibi,
briqada üzvlərinin təlimatlandırılması və barədə imzaları olmalıdır.
İcazə-buraxılış vərəqəsi yanğın təhlükəsizliyi xidməti ilə razılaşdırılmalıdır.
4.4.8 İcazə-buraxılış vərəqəsi iki nüsxədə tərtib olunmalıdır, bir nüsxəsi işin
rəhbərinə verilməli, digəri isə bir il ərzində obyektdə saxlanılmalıdır. İcazə-
buraxılış vərəqəsində hər hansı dəyişiklik etmək, düzəliş aparmaq qadağandır.
4.4.9 İcazə-buraxılış vərəqəsində göstərilən təhlükəsizlik tədbirləri bu
qaydaların 4.4.2 bəndinə müvafiq olmalıdır.
4.4.10 İş icraçısı işçi zonanın hüdudlarında yanğın təhlükəsizliyi tədbirlərinin
yerinə yetirilməsini yoxlamalıdır.
İcazə-buraxılış vərəqəsində nəzərdə tutulmuş bütün tədbirlər yerinə
yetirildikdən sonra odlu işlərin başlanmasına icazə verilir. Nəzərdə tutulmayan
işlərin aparılmasına və iş yerinin dəyişdirilməsinə cazə verilmir.
İşin növü və yeri dəyişdirilən hallarda yeni İcazə-buraxılış vərəqəsi tərtib
olunmalıdır.
4.4.11 İcazə-buraxılış vərəqəsində iş növbəsinin və növbələr arası fasilələrin
vaxtı və müddəti İcazə-buraxılış vərəqəsini verən şəxsin və iş icraçısının imzaları
ilə təsdiq olunmalı və sənədləşdirilməlidir.
4.4.12 İş görülən zaman yanğın təhlükəsizliyi qaydalarının pozulması aşkar
olduqda obyektin rəhbərliyi və yaxud yanğın təhlükəsizliyi xidməti işi, o cümlədən
podratçı təşkilat gördüyü işi dayandırmalı, qaydanı pozan işçini və yaxud bütün
briqadanı işdən kənarlaşdırmalıdır.
4.4.13 Müəssisədə iş görən podratçı təşkilatın rəhbərliyi tabeliyində olan işçi
heyətin yanğın təhlükəsizliyi qaydalarına riayət etməsinə və qaydaları pozmasına
görə məsuliyyət daşıyırlar.
4.4.14 Podratçı təşkilatın işçilərinin işlərin təhlükəsiz görülməsinənə dair
təlimatlandırıması və öyrədilməsi həmin təşkilatın rəhbərliyinə həvalə edilir.
4.4.15 Ç ənlərin, dəmiryol doldurma-boşaltma estakadalarının, boru kəmər-
lərinin və digər avadanlıqların təmizlənməsi və rəmiri ilə (o cümlədən, odlu işlərin
aparılması ilə) məşğul olan işçilər üçün vəzifə təlimatları, texniki təhlükəsizlik və
yanğın təhlükəsizliyi təlimatları işlənib hazırlanmalı, təmir işlərinin qeydiyyat
jurnalı tərtib edilməlidir. Bu jurnalda qazlılıq səviyyəsidə qeyd olunmalıdır.
4.4.16 Obyektin təmir və odlu işlər aparılan partlayış-yanğın təhlükəli yerləri
etibarlı rabitə vasitələri ilə təchiz edilməlidir.

71
4.5 Partlaış-yanğın təhlükəli otaqlarda odlu işlərin görülməsi

4.5.1 Partlaış-yanğın təhlükəli otaqlarda odlu işlərin görülməsindən əvvəl


aşağıdakı tədbirlər yerinə yetirilməlidir.
- neftvurma əməliyyatları dayandırılmalı və avadanlıqda işçi təzyiq
minimuma qədər endirilməli;
- çirkab su qanovları, boru kəmərləri, neft qəbul quyuları hidravlik sürgülərlə
birləşdiyi yerə qədər neft qalığından təmizlənməli və su ilə yuyulmalıdır;
- buxarların çıxma ehtimal olunan yerlər, yəni ventilyasiya sistemi
quraşdırılan yerlərin aralıqları, otağın divar və arakəsmələrində olan dəliklər və s.
hermetik şəkildə tutulmalıdır;
- əgər karbohidrogenlərin qatılığı 0,3 q/m3 –dan çox olduqda onun mənbəyi
aşkar və ləğv edilməli, otağın havası dəyişdirilməli və analizin aparılması üçün
hava nümunəsi götürülməlidir.

Cədvəl 1

Yanar materiallardan təmizlənməli zonanın minimal radiusu

Döşəmə səviyyəsinldən və yaxud bitişik 10


ərazidən qaynaq nöqtəsinə qədər -dan
yu
hündürlük, m xarı

Zonın radiusu, m 0 1 2 3 14

4.5.2 Cədvəldə göstərilən radiuslarda yanar materialdan olan döşəmələr,


konstruksiyalar qığılcımın düşməsindən mühafizə olunmaq üçün asbest parça ilə,
metal vərəqlə, köpüklə və digər yanmayan materiallarla örtülməlidir, lazım
gəldikdə isə üzərinə su çilənməlidir.
4.5.3 Binaların konstruksiyaları, otaqların döşəmə və arakəsmələri partlayış
təhlükəli maddələrdən təmizlənməlidir. Otaqların, avadanlıqların, kanalizasiya
sisteminin təmizlənməsi zamanı yanar buxar-hava qarışığının və yanma
mənbəyinin əmələ gəlməsinə yol verilməməlidir.
4.5.4 AAM və YM buxar və qazların yığılması ehtimalı olan otaqların havası
odlu işlərin aparılmasından əvvəl ventilyasiya qurğuları ilə dəyişdirilməlidir. Odlu
işlərin aparılmasına yalnız qapılar, pəncərələr və lyuklar açıq vəziyyətdə,
ventilyasiya sistemi işə salınmaqla və qaz analizinin aparılmasından sonra icazə
verilir. Bitişik otaqlar hermetik bağlanmalıdır. Odlu işlərin aparılmasına yalnız
hava mühitində yanar qazların (maddələrin) olmaması və yaxud sanitar normalara
müvafiq buraxıla bilən qatılıq həddindən yuxarı olmamaq şərti ilə icazə verilir.

72
Cədvəl 2

Yanar maye və qazların yol verilə bilən qatılıq qiymətləri

Maddə Yol verilə bilən qatılıq qiyməti, mq/m3

Neft, benzin, kerosin 300


Karbohidrogenlərlə kükürdlü 3
birləşmələr
Metil spirti (metanol) 5
Gtil spirti 1000
Xlor 0,1

4.5.5 Otaqda quraşdırılan texnoloji avadanlıqlarda odlu işlərin aparılması


lazım olduqda avadanlıqların işi və həmin sahəyə neftin verimi dayandırılmalı,
siyirtmələr bağlanmalı, lazım olan yerlərdə tıxacla bağlanmalı (odlu işlərin
aparılması zamanı istifadə olunacaq kommunikasiyalardan başqa) və yanğından
təhlükəsiz vəziyyətin yaradılması üzrə texnoloji əməliyyatları eyni zamanda qaz
analizininin aparılması ilə həyata keçirməli (təmizləmə, buxara vermə,
ventilyasiya, sorbsiya, fleqmatizasiya, yanar maddələrin yanma mənbələrindən
köpüklü vasitələrlə izolə edilməsi və s.).
4.5.6 Avadanlıqların təmizlənməsi hava mühitində partlayış təhlükəli
qatılıqların olmaması şəraitində (qabaqçadan qazsızlaşdırma və yaxud fleqmati-
zasiya əməliyyatları aparmaqla) və elektrik təhlükəsizliyi (qığılcımın əmələ
gəlməsindən mühafizə) texnoloji rejimində aparılmalıdır.
4.5.7 Avadanlıqların və tutumların daxilində odlu işlərin aparılmasına yalnız
orada yanar buxar və qazların olmaması və yaxud yol verilə bilən miqdarda olması
şərti ilə icazə verilir.
4.5.8 İstehsalat otaqlarında və təhlükəli zonalarda bilavasitə odlu işlər aparılan
yerdə buxar və qazların yol verilən qatılıq həddi normadan yüksək olduqda işlər
dərhal dayandırılmalıdır. Qazlılıq səviyyəsi normaya qədər endirildikdən və
səbəbəlri ləğv olunduqdan sonra odlu işlərə yenidən başlamaq olar.

4.6 Magistral neft kəmərlərində təmir işlərinə olan yanğın təhlükəsizliyi


tələbləri

4.6.1 Magistral neft kəmərlərinin xətti hissəsində təmir işləri yerinə


yetirilərkən «Maqistral neft kəmərlərində texniki təhlükəsizlik Qaydaları»nın
(Bakı, 2010) tələblərinə riayət olunmalıdır.
4.6.2 Neft kəmərlərində zədə və yaxud neft sızması aşkar edildikdə ilk
növbədə işçilərin mümkün yanğın və partlayışdan mühafizəsi təşkil olunmalı,
neftin axıb ətrafa yayılmasına qarşı tədbirlər görülməlidir. Bəndlərin
quraşdırılması çökək yerdən, yaşayış məntəqələri, su hövzələri, yollar, meşəlik
tərəfdən başlanmalıdır.

73
Torpaq neft yığım anbarı təmir çalasından 100m-dən az olmayan məsafədə
yerləşməlidir (havanın temperaturu 100 C-dən aşağı olduqda bu məsafəni 50 m-ə
qədər azaldılmasına icazə verilir)
4.6.3 Neftin torpaq neft yığım anbarından axmasının qarşısını almaq üçün neft
oraya anbarın bəndinin ağzından 50 sm aşağı səviyəyə qədər doldurulmalıdır.
Nefti torpaq yığım anbarına şırnaqla, yuxarıdan aşağı doldurmaq qadağandır.
4.6.4 Neft yığım anbarının ətrafı boyu, küləkdöyən istiqamətdə neft
buxarlarının qatılığı saatda 1 dəfə ölçülməlidir. Təmir olunan sahəyə tərəf buxar-
qaz buludu yayıldıqda işlər dərhal dayandırılmalı və torpaq neft yığım anbarında
neftin buxarlanmasına qarşı tədbirlər görülməlidir (neftin səthi köpük təbəqəsi ilə,
neftin buxarlanmasını çətinləşdirən emulsiya ilə örtülməli; neft başqa, təmir işləri
aparılan yerdən uzaqda yerləşən neft yığım anbarına vurulmalıdır) və yaxud həmin
sahədə neft buxarlarının seyrəldilməsi üzrə tədbirlər görülməlidir.
4.6.5 Qəza zamanı istifadə olunan avtomobillər, maşınlar, mexanizmlər, rabitə
vasitələri, həmçinin iş zamanı istifadə olunmayan texniki vasitələr torpaq neft
yığım anbarından, neft dağılan və yaxud təmir olunan sahədən 100 m-dən az
olmayan məsafədə, küləkdöyən tərəfdə saxlanılmalıdır.
Neftdən azad olunmuş, lakin izafi təzyiq altında olan neft buxarları ilə dolu
olan neft kəmərinin bir hissəsinin kəsilməsi zamanı işçi çaladan, iş başlayandan
boruların ucları germetikləşdirilənə qədər, neft buxarlarının ləğv edilməsi üzrə
tədbirlər görülməlidir.
4.6.6 Odlu işlərin aparılması yalnız icazə-buraxılış vərəqəsinə əsasən yerinə
yetirilməlidir. Neft kəmərlərində quraşdırılan germetikləşdirici avadanlıqlar təmir
olunan sahənin germetikliyi tam təmin etməlidir.
Neft kəmərinin təmir olunan hissəsinin germetikləşdirilməsindən sonra işçi
çala və neft kəmərinin səthi neft qalığından və yanar materiallardan təmizlən-
məlidir. Odlu işlərə başlamazdan əvvəl neft buxarlarının qatılığı ölçülməlidir. İşçi
çalada qazların qatılığı yol verilə bilən həddən (0,3 q/m3) yüksək olduqda çalanın
havası təbii yolla və yaxud daşınma sərinkeşlərlə dəyişdirilməlidir.
4.6.7 İşləməyən (təmir olunan) boru kəmərlərində qaynaq işlərinin
aparılmasına o zaman icazə verilir ki, işçi çaladan götürülən hava nümunəsində
yanar qaz və buxarların qatılığı normadan yüksək olmasın, boru kəmərlərində
(kipləşdirici avadanlıqların arasında) və çalada neftin və onun bərk qalıqlarının
olmamasına əmin olduqda və odlu işlər aparılan yerdə yanar qaz və buxarların
daxil olma etimalı mümkün olmadıqda.
4.6.8 Yanğın təhlükəsizliyinin təmin olunması üçün boru kəmərlərinin
qabaqçadan təmizlənməsi ilə yanaşı, digər üsullardan da, SİTG və DMND
Agentliyinin orqanları ilə razılaşdırılmış təlimatların tələblərinə riayət edilməsi
şərti ilə istifadəsinə icazə verilir: hava-mexaniki köpüklərdən (mexaniki qaz
köpükləri), fleqmatizasiya xassəli qazlardan (azot, arqon, aerozol tərkiblər və s.).
4.6.9 Borunun divarı ilə kipləşdirici qurğu arasında neftin sızması və yaxud
işçi zonanın havasında neft buxarları aşkar olduqda odlu işlər dərhal
dayandırılmalı, mexanizmlər tıxaclanmalı, elektrik qurğularında gərginlik
kəsilməli, bütün işlər dayandırılmalı işçilər təzhlükəli zonadan çıxarılmalıdırlar.

74
Qazlanma zonası küləyin istiqaməti göstərilməklə təhlükəsizlik nişanları ilə əhatə
olunmalı və qazlanmanın aradan ləğv olunması üzrə tədbirlər görülməlidir.
4.6.10 Yalnız neft sızmasının və qazlanmanın səbəbləri aradan qaldırıldıqdan
sonra işlər davam etdirilə bilər. Bu zaman havada neft buxarlarının miqdarı
normadan yüksək olmamalıdır.
4.6.11 Səyyar elektrik stansiyaların gövdəsi yerlə birləşdirilməlidir. Yerlə
birləşdirmə qurğusunun müqaviməti 25 Om-dan yüksək olmamalıdır.

4.7 Ç ənlərin təmizlənməsi və təmiri

4.7.1 Ç ənlərdə təmir işlərinə başlamazdan əvvəl onların təmizlənməsi və qaz


fəzasının deqazasiyası (fleqmatizasiyası) yerinə yetirilməli, müvafiq təlimatların
tələblərinə riayət etməklə yanma mənbəyi yanar maddələrdən izolə edilməlidir.
4.7.3 Ç ənlərin daxilində və üstündə odlu işlərin aparılması zamanı çənin qaz
fəzasında karbohidrogenlərin qatılığı yol verilən qatılığı (0,3 q3 /m) qədər
endirilməlidir.
4.7.3 Ç ənlərin təmizlənməsi üzrə işlərə daxil edilməlidir:
-təmir və təmizləmə işləri ilə məşğul olan briqadaların hazırlğı və təlimat-
landırılması;
- işlərin təşkili layihəsinin (İTL) işlənib hazırlanması;
- cavabdeh şəxslərin təyin edilməsi;
- neftin boşaldılması, təmir olunan xəttin tıxaclarla bağlanması, neftlə yuma,
qalıq neftin təmizlənməsi əməliyyatları;
- çənin deqazasiyası və yaxud fleqmatizasiyası (üfürülmə, buxara vermə)
- təsirsiz qazla, su ilə doldurulması, təmizləmənməsi;
- çənin təmir və ya odlu işlərin hazır olmasına yoxlamanın aparılması;
- neft buxarlarının qatılığının ölçülməsi;
- yanğın təhlükəsizliyi vəziyyətinin qiymətləndirilməsi.
4.7.4 Ç ənlərin təmizlənməsindən əvvəl, çən hələ fəaliyyyətdə olan zaman
orada parafinli çöküntülər neftlə yuyulmalıdır.
4.7.5 Neft qalıqlarının təmizlənməsi və deqazasiya əməliyyatları zamanı
təhlükəsizliyi təmin etmək üçün aşağıdakı tədbirlər görülməlidir:
- hər çən üzrə buxara verilmə, yuma, fleqmatizasiya sxemi tərtib olunmalı,
sxemdə su buxarının, təsirsiz qazın, neftin, texniki yuyucu vasitələrin, suyun
verilmə üsulları və yerləri göstərilməli, eləcədə yuyulduqdan sonra çirkli
məhlulların və qaz tullantılarının xaric etmə yolları və yerləri göstərilməlidir;
- çənin buxara verilmə (üfürülmə), yuma, fleqmatizasiya proseslərinin rejimi
(davamiyyəti, təzyiq, verilmə məhsuldarlığı, temperatur və s.) təyin edilməlidir;
- cavabdeh şəxslər bu rejim barədə məlumatlandırılmalı, iş icraçıları buxara
verilmə, üfürülmə, yuma və fleqmatizasiya qaydaları üzrə təlimatlandırılmalıdırlar;
-qabaqcadan iş prosesində lazım olan material və avadanlıqlar hazırlanmalıdır.
4.7.6 Təsirsiz qaz, hava və ya buxar çənlərə verilməsi elastik şalanqlarla və
yaxud boru kəmərinin çıxarılıb-quraşdırıla bilən hissələrindən, bu hissələrin hər bir
tərəfindən bağlayıcı armaturların quraşdırılması nəzərə alınmaqla həyata
keçirilməlidir.

75
4.7.7 Ç ənin buxara verilməsi zamanı onun daxilində temperatur 780C-dən
aşağı olmamalıdır. Ç ənin qaz fəzasında neft buxarlarının qatılığı 350 q/m3 yuxarı
və yaxud yol verilən yuxarı həddən (2,1 q/m3) aşağı qiymətdə saxlanıldıqda
temperaturun 50-700 C-yə qədər düşməsinə yol verilir.
4.7.8 Ç ənin buxara verilməsi zamanı su buxarının temperaturu neftin öz-
özünə alışma temperaturunun 80%-dən yüksək olmamalıdır.
4.7.9 Ç ənlərin və texnoloji avadanlıqların məcburi ventilyasiyası partlayışdan
mühafizəli ventilyatorlarla yerinə yetirilməlidir. Ç ənin təbii üsulla ventilyasiyası
qaz fəzasında buxarın qatılığı 2q/m3-dan çox olduqda çənin yuxarı lyuklarından,
deflektor quraşdırmaqla həyata keçirilməlidir.
4.7.10 Təbii ventilyasiya yaratmaq üçün çənin birinci yarusunda giriş
lyukunun açılmasına çəndə neft buxarlarının qatılığının buraxılan yuxarı həddi
QBYH (qatılığın buraxılan yuxarı həddi) 2,1 q/m 3 –dən yuxarı olmadığı halda
icazə verilir.
Küləyin sürəti 1m/san-dən az olduqda lyukların açılması və çənin deqazasiya-
sının aparılması (təbii və məcburi ventilyasiyası) qadağandır.
4.7.11 Ç ənlərin neftlə, su ilə və müvafiq yuyucu vasitələrlə təmizlənməsində
RD "İnstruküiə po pojarovzrıvobezopasnoy texnoloqii oçistki neftənıx
rezervuarov" sənədinin tələbləri rəhbər tutulmalıdır.
4.7.12 Məcburi ventilyasiya zamanı neft buxarları çəndən atmosferə çənin
damında, işıq lyuklarında quraşdırılan, hündürlüyü 2 m-dən az olmayan qaz
boruları vasitəsi ilə atılmalıdır. Qaz borularının diametri lyukların diametrinə
uyğun olmalıdır.
4.7.13 Ç ənlərin üfürülməsi zamanı oradan atılan buxar-hava qarışığının
absorberlərə və digər neft buxarları tutan aparatlara yönəldilməsi məqsə-
dəuyğundur.
4.7.14 Əks klapan olmadığı halda ventilyatorun işinin dayandırılması zamanı
hava borusunda tıxac quraşdırılmalıdır.
4.7.15 Deqazasiya prosesi başa çatdıqdan sonra buxar-hava qarışığının qatılığı
partlayışdan mühafizəli qazanalizatorlarla ölçülməlidir. Analiz üçün buxar-hava
qarışığının nümunəsi çənin aşağı hissəsindən, divardan 2m məsafədən və çənin
dibindən 0,1 m yuxarıdan götürülməlidir.
Ü zən qapaqlı çənlrədən analiz üçün hava nümunəsi qapağın alt və üst
fəzasından, çənin divarından 2 m məsafədən və dibindən 0,1 m yuxarıdan
götürülməlidir, bununla yanaşı hava nümunəsi üzən qapaq quraşdırılan qutudan da
götürülməlidir.
4.7.16 Pirofor çöküntülərdən təmizlənməzdən əvvəl çənlər buxarla ilə
doldurulmalıdır. Buxara verildikdən sonra çənlər ağzına qədər su ilə doldurul-
malıdır. Pirofor çöküntülərin oksidləşməsi reaksiyası tədricən keçməsi üçün suyun
səviyyəsi yavaş-yavaş, 0,5-1,0 m/saatda artıq olmayan sürətlə azaldılmalıdır. Ç ənin
su ilə doldurulması mümkün olmadığı hallarda, pirofor çöküntülərin təmizlənməsi
zamanı çənin daxili səthi su ilə isladılmalıdır ki, təmizləmə işlərinin axırına qədər
çöküntülər nəm vəziyyətdə olsun.

76
4.7.17 Ç ənin təmizlənməsi zamanı yığılmış pirofor çöküntülər daima nəm
vəziyyətdə saxlanılmalı və müəssisənin ərazisindən kənara, yerli hakimiyyət
orqanları ilə və yanğından mühafizə xidməti ilə razılaşdırılmış yerə aparılmalıdır.
Ç ənlərin təmizlənməsində və avadanlıqların quraşdırılmasında istifadə olunan
alətlər qığılcım əmələ gətirməyən materiallardan olmalıdır. Tətbiq olunan elektrik
avadanlıqları PUG-nin tələblərinə uyğun olaraq partlayışdan mühafizəli
olmalıdırlar.
4.7.18 Təmizlənmiş çənlərdə odlu işlərin aparılmasından əvvəl aşağıdakı
tədbirlər görülməlidir:
- təmir olunacaq çənlə yaxınlıqda yerləşən çənlərə neftin doldurulması-
boşaldılması əməliyyatları dayandırılmalı və təmir işləri başa çatana qədər
aparılmamalıdır;
- qonşu çənlərin damında quraşdırılan avadanlıqlar maksimal dərəcədə
hermetikləşdirilməlidir;
- qoruyucu hidravlik klapanlarda yağın səviyyəsi yoxlanılmalı, lazım gəldikdə
əlavə olunmalıdır;
- təmir olunan çənin yaxınlığında (40 m-dən yaxın məsafədə) yerləşən
çənlərin və boru kəmərlərinin siyirtmələri, su kranları, kanalizasiya nohurları və
siyirtmələrin qovşaqları keçə parça ilə örtülməlidir, isti hava şəraitində isə su ilə
isladılmalıdır;
- elektrik qaynaq işləri aparılan yerlər qığılcımın hər tərəfə uçmasının
qarşısını almaq üçün asbest, metal və digər yanmayan, ölçüsü 1x2m olan
lövhələrlə hasarlanmalıdır.
4.7.19 Odlu işlərə bahşlamazdan əvvəl, hər fasilədən sonra və iş aparılan
zaman vaxtaşırı olaraq (2 saatda 1 dəfə) çənin daxilində və çənin bəndində hava
mühitinin analizi aparılmalıdır.
4.7.20 Küləyin istiqaməti fəaliyyətdə olan çənlərdən təmir olunan çənə tərəf
olduqda, külək əsən tərəfdən hər 2 saatdan bir hava nümunəsi götürülməli və neft
buxarının qatılığı ölçülməlidir. Hava nümunəsində neft buxarlarının qatılığı
normadan yüksək olduqda odlu işlər dərhal dayandırılmalıdır.
4.7.21 Ç ənlərin təmizlənməsi və odlu işlərin aparılması zamanı çənin bəndinin
yanında yanğın texnikası quraşdırılmalıdır: su və köpükəmələgətirici maddə
ehtiyatı olan avtosistern, ilkin yanğınsöndürmə vasitələri (odsöndürənlər, bel,
koşma, qum ehtiyyatı), yanğından mühafizə xidmətinin əməkdaşlarından növbə
yaradılmalıdır.

4.8 Doldurma-boşaltma estakadalarının və körpülərin təmiri

4.8.1 Odlu işlər aparılan yerlərin yaxınlığındakı metal konstruksiya


meydançaları, binaların konstruktiv elementləri bu qaydaların «Yanar
materiallardan təmizlənməli zonanın minimal radiusu»nda Cədvəl 1 verilən
qiymətlərə uyğun təmizlənməlidir.
4.8.2 Təmir işlərinə başlamazdan əvvəl bütün doldurma-boşaltma
əməliyyatları dayandırılmalı, dəmiryol estakadalarının ərazisindən vaqon-sisternlər
çıxarılmalı, neftdaşıyan gəmi pirsdən uzaqlaşdırılmalıdır.
77
4.8.3 Doldurma-boşaltma estakadaları, dəmir yolları, doldurma dirəkləri, boru
kəmərlərinin səthi, boşaltma kollektorları, sənaye kanalizasiyasının qanovları
mazutdan və dağılmış neft qalığından odlu işlərin aparıldığı yerdən 20 m radiusda
təmizlənməli və su ilə (su ilə köpükəmələgətirici məhlullarla və yaxud texniki
yuyucu vasitələrlə) yuyulmalıdır. AAM, YM və digər neft məhsulları dağılan
yerlərin üzərinə təmizləndikdən sonra quru qum tökülməli və yaxud həmin yerlər
köpük təbəqəsi ilə örtülməlidir.
4.8.4 Odlu işlər aparılan yerdən 20 metrə qədər məsafədə yerləşən baxış və
boşaltma quyularının, qanovlardan çıxışların, sənaye kanalizasiya sisteminin
hidravlik sürgülərinin və boş tutumların havası dəyişdirilməli və germetik-
ləşdirilməlidir (qapaqla kip bağlanmalı, üzərinə 10 sm-dən az olmayan qalınlıqda
qum və yaxud torpaq tökülməlidir).
4.8.5 Təmizlənməsi çətin olan yerlər köpüklə doldurulmalı və yaxud
yanmayan materiallarla izolə olunmalıdırlar.
4.8.6 Neft və digər yanar maddələrə bulaşmış səyyar qanovlar və rezin
şlanqlar odlu işlər aparıldığı yerdən 20m-dən az olmayan məsafəyə aparılmalıdır.

4.9 Qəzaların və yanğınların ləğvi

4.9.1 Magistral nef kəmərlərinin bütün yanğın-partlayış təhlükəli obyektləri


(sexləri) üçün, eləcədə ümummüəssisə üzrə mümkün qəzaların ləğvi planı (QLP),
yanğınların söndürülməsi planı (YSP) və çevik əməliyyat planı (Ç ƏP) işlənib
hazırlanmalıdır.
4.9.2 Bu planlar müəssisənin baş mühəndisi tərəfindən təsdiqlənir və
fövqəladə hallar üzrə obyektin komissiyası ilə razılaşdırılır.
4.9.3 Planda obyektin bölmələrinin və istehsalat sahələrinin məsul şəxslərinin
baş vermiş hadisə barədə xəbərdar edilməsi qaydası, qəza və yanğın baş vermiş
yerdə zəruri quvvə və vəsaitin toplanılması və bir yerdə cəmləşdirilməsi, ilkin
qazxilasetmə işlərinin və yanğının söndürülməsinin təşkili üzrə, həmçinin,
kənardan cəlb olunmuş bölmələrlə birgə fəaliyyətin təşkili üzrə hərəkətlərinin izahı
öz əksini tapmalıdır.
4.9.4 Müəssisədə QLP və YSP-nın həyata keçirilməsi mexanizmi işlənib
hazırlanmalı, qəza rejiminin elan edilməsi hüququ olan, planların vaxtında və tam
yerinə yetirilməsinə məsuliyyət daşıyan vəzifəli şəxslərin siyahısı müəyyən
edilməlidir.
4.9.5 QLP və YSP vaxtında korrektə olunmalı, hər il nəzərdə tutulan qüvvə
və vəsaitləri cəlb etməklə sınaqdan keçirilməlidir.
4.9.6 Qəza zamanı partlayış və yaxud yanğın baş verdikdə obyektin (sexin)
rəhbəri və ya digər məsul şəxs obyektin (sexin) qəza rejiminə keçirilməsini və Ç ƏP
üzrə işə başlamanı elan edir və bu barədə müəssisə rəhbərinə məlumat verir.
Qəza zamanı mövcud qüvvə və vəsaitlərdən istifadə etməklə aşağıdakı
tədbirlər görülməlidir:
- zərərcəkənə ilk tibbi yardım göstərilməli; yanğın və ya qəzanın ləğvi ilə
məşğul olmayan bütün işçi heyyət təhlükəli yerlərdən təxliyyə olunmalı; qəza və

78
yaxud yanğın ləğv olunana qədər həmin sahələrə yalnız sex rəhbərinin və ya
qəzanın ləğvi üzrə işlərə rəhbərlik edən şəxsin icazəsi ilə daxil olmaq;
- yanğınsöndürmə, qazxilasetmə dəstələri, ilk tibbi yardım çağırılmalı,
yanğınsöndürmə vasitələri hazır vəziyyətə gətirilməlidir;
- qəza və yanğın baş verdiyi yerlərdə və onlarla qonşu sahələrdə odlu və bütün
digər işlər dayandırılmalıdır;
- mühafizə vasitələrindən və təhlükəsiz alətlərdən istifadə etməklə qəzaların
və yanğınların lokkallaşdırılması və ləğvi ilə bağlı bütün tədbirlər görülməli;
- QLP və YSP-na uyğun olaraq istehsalat avadanlıqlarının işi dayandırılmalı
və yaxud onlar qəzanın ləğvini təmin edən iş rejiminə keçirilməlidir;
- qəza zonasında yerləşən apparat və avadanlıqlar mümkün qədər AAM, YM
və GFYK azad olunmalı və orada təzyiq mümkün qədər endirilməlidir;
- qəza ventilyasiya sistemləri işə salınmalı, otağın təbii havalandırılması
gücləndirilməlidir;
- qəza baş verdiyi zonanın qaz təhlükəli sahələrində və qonşu sahələrdə qəza
xidmətinin nəqliyyat vasitələrindən başqa bütün növ nqliyyat vasitələrinin hərəkəti
qadağan edilməlidir;
- lazım gəldikdə əlavə qüvvə və vəsait toplanmalı;
- yanğının söndürülməsində iştirak edən adamların yanmaqdan, tüstüdən
zəhərlənmədən və boğulmaqdan, yanan məhsul tullanışından, konstruksiyaların
dağılmasından, elektrik zərbəsindən mühafizəsi təşkil edilməlidir;
- yanğının söndürülməsi ilə yanaşı yüksək temperatur təsirindən binaların
konstruksiaylarının, çənlərin və texnoloji aparatların soyudulması təşkil
olunmalıdır;
- lazım gəldikdə neftin dağılmasın qarşı və yanan çəndən boşaldıması üçün
bəndlərin quraşdırılması təşkil olunmalıdır.
Qəza və yanğınların ləğvi üzrə digər tədbirlər hər konkret hal üçün, yaranmış
vəziyyətdən asılı olaraq, yanğın təhlükəsizliyi tələblərinə riayət etməklə, qəzanın
ləğvi işlərinin rəhbəri tərəfindən müəyyən olunur.
4.9.7 Qəzanın ləğvi üzrə rəhbər müəssisənin əmri ilə, qəzanın miqyasından
asılı olaraq, müəssisə və ya obyektin rəhbər işçiləri sırasından təyin olunur.
4.9.8 Qəzanın ləğvi üzrə rəhbər qərargah yaratmalı, Ç ƏP-na uyğun qüvvə və
vəsaitlərin cəlb olunmasını təşkil etməli, qəza zamanı zərərçəkənlər barədə,
qəzanın ləğvi üzrə görülən işlər barədə, qəzanın nəticələri(partlayış, yanğın,
zəhərlənmə) haqqında müəssisə, obyekt(sex) rəislərini məlumatlandırmalı və
qarşılarına konkret vəzifələr qoymalıdır.
Cəlb olunmuş bölmə rəhbərləri oqnların bölmələrinə həvalə olunmuş işlərin
məsul icraçılarıdır.
4.9.9 Obyektdə işə fəaliyyəti üçün normal şərait yarandıqdan sonra qəza
vəziyyəti ləğv oluna bilər.
4.9.10 Obektdə baş vermiş hər bir qəza və ya yanğın hadisəsi üzrə təhqiqat
aparılmalı, baş vermə səbəbləri araşdırılmalı, profilaktik tədbirlərin işlənib
hazırlanması üçün komissiya yaradılmalıdır. Komissiyanın işinin nəticələri
aktlaşdırılmalı və bu akt üzrə müəssisə rəhbəri müvafiq qərar qəbul etməlidir.

79
BÖLMƏ V

Dəniz neft-qaz-mədən obyektlərinin tikintisi və istismarı


zamanı yanğın təhlükəsizliyi tələbləri

5.1 Ümumi tələblər

5.1.1 Dəniz neft-qaz sənayesi obyektlərinin tikintisi zamanı tikinti təşkilatı,


işə başlamamışdan əvvəl ehtimal olunan yanğınların qarşısının alınması üzrə
təlimat işləyib hazırlanmalıdır.
Tikinti, yenidən qurma, genişlənmə işləri fəaliyyətdə olan obyektin ərazində
aparılırsa, həmin təlimat obyektin rəhbərliyi ilə razılaşdırılmalıdır.
5.1.2 Obyektin tikintisi və yenidən qurulmasından əvvəl, tikinti
meydançasında layihəyə uyğun olaraq, mövcud və yeni tikilən binaların və ya yeni
tikilən binalarla müvəqqəti bina və tikililərin arasındakı yanğına qarşı ara məsafədə
olan bütün bina və qurğular sökülməlidir.
5.1.3 Bina və tikililərin yenidən qurulması, sökülməsi, başqa yerə aparılması
və artırılması ilə əlaqədar onları bütün kommunikasiyalardan ayırmaq lazımdır (o
cümlədən elektrik, qaz, su və s. xətlərdən).
5.1.4 Bütün tikilən bina və tikililərin, o cümlədən, müvəqqəti tikililərin, giriş
yollarının boş olması təmin olunmalıdır. Tikilən binalara yollar əsas tikinti
işlərinin baslanmasına qədər çəkilməlidir.
Yanğın avadanlığının və inventarının, rabitə vasitələrinin ətrafının və onlara
gedən yolların, keçidlərin qalaqlanması qadağandır.
5.1.5 Tikintinin köməkçi obyektləri (müvəqqəti məişət otaqları, anbarlar,
elektrik-qaz qaynaq emalatxanaları və s.) yanğın təhlükəsizliyi tələblərini nəzərə
almaqla işlənilmiş və təsdiq olunmuş baş plana uyğun yerləşdirilməlidir.
5.1.6 Tikinti meydançasını və tikilən binanı (tikililəri) həmişə təmiz saxlamaq
lazımdır. Tullantılar (meşə materiallarının qırıntısı, ovuntusu və s.) hər gün iş
yerlərindən və tikinti ərazisindən yığışdırılaraq xüsusi ayrılmış yerlərə yığılmalıdır.
5.1.7 Tikinti ərazisində siqaret çəkməyə yalnız xüsusi ayrılmış və yanğın söndürmə
vasitələri, zibil qutuları, qum yeşikləri və içərisi su ilə dolu çəlləklərlə təmin olunmuş
yerlərdə icazə verilir. Burada qüvvədə olan QOST -a uyğun olaraq müvafiq təhlükəsizlik
nişanı olmalıdır.
5.1.8 Yanan material və yanar mayelər saxlanılan və onlarla iş görülən tikinti
sahələrində və otaqlarda, görünən yerlərdə müvafiq yanğın təhlükəsizliyi plakatları
asılmalıdır.

5.2 Ərazi və ekstakadaların saxlanılması

5.2.1 Quyuların qazılması, neft və qazın çıxarılması (o cümlədən neft və qazın


yığılması, hazırlanması, saxlanılması qurğuları, neft və qazın nəqli və s.) ilə
məşğul olan istehsalat obyektlərinin ərazisi binalar, qurğular, həmçinin istehsalat,
köməkçi və inzibati-təsərrüfat otaqları və avadanlıqları daima təmiz və lazımi qaydada
saxlanılmalıdır.
80
İstehsalatın yanar qalıqları (tullantıları) təmizlənrnəli və yanğın cəhətdən təhlükəsiz
yerdə yandırılaraq məhv edilməlidir. Dəniz neftqazmədən (DNQM) obyektlərində asan
alışan maddələr və yanar maddələrin (AAM və YM) dağıldığı yerlərə qum tökülməlidir.
5.2.2 İdarənin bütün bina və qurğularına azad (maneəsiz) yanaşma imkanı
yaradılmalıdır. Bina və qurğular arasında olan yanğına qarşı yarıqlarda material, avadanlıq
və alətlərin saxlanılması və eyni zamanda avtonəqliyyat vasitələrinin dayanacağının təşkili
qadağandır.
5.2.3 Estakadaları saz vəziyyətdə saxlamaq lazımdır. Estakadaların üstündən boru
kəmərlərinin keçdiyi yerlərdə keçidin qabaritləri göstərilməklə yol işarəsi quraşdırılmalı və
gecə vaxtı işıqlandırılmalıdır.
5.2.4 Estakadanın aparıcı konstruksiyaları və elementləri metal və ya dəmir-
betondan hazırlanmalıdır. Estakadaların və ona bitişik özüllərin işlək yolunun döşəməsi
əsasən asfalt örtüklü dəmir betondan olmalıdır.
5.2.5 Estakadanın işlək yolunun eni azı 3,4m, piyadalar üçün səkinin eni – 0,75m
olmalıdır. Estakadalarda hər 150-300m-dən bir eni 6m, uzunluğu azı 30m olan yolayrıcı
meydançalar olmalıdır, estakadanın işlək yolu iki tərəfdən də çarxı dəf edən tirlərlə
çəpərlənməlidir.
5.2.6 Boru kəmərlərini və digər kommunikasiyaları zədələyə bilən böyük qabaritli
avadanlığın estakadaların üzəri ilə daşınması qadağandır. Estakadanın işlək yolunda
nəqliyyat vasitələrinin dayanması qadağandır.
5.2.7 Vışkanın dartıcıları estakadanın işlək yolunun azı 5m hündürlüyündən
keçməlidir.
5.2.8 Estakadayanı özüllərin bir birindən azı 100m məsafədə tikilməsinə icazə verilir.
5.2.9 Yanan materialların partlayış təhlükəli zonada yığılması (saxlanılması)
qadağandır.
5.2.10 Keçidlərin və yolun hissələrinin (estakadaların) bağlanması (yolun təmiri və
başqa məqsədlər üçün) və kənar yolların düzəldilməsi, aparılacaq işin yeri, xüsusiyyəti
və müddəti göstərilməklə, müəssisə rəhbərinin icazəsi və Dövlət Yanğın Nəzarəti
Xidmətinin yerli bölmələrinin razılığı əsasında aparılmalıdır.
5.2.11 Müəssisələrin (obyektlərin, sexlərin, sahələrin və s) ərazisində siqaret çəkmək
üçün xüsusi yerlərin ayrılmasına icazə verilir (Dövlət Yanğın Nəzarəti Xidmətinin yerli
bölmələri ilə razılaşdıraraq). Onlar siqaret qalıqları üçün qutu (urna) və içərisində su olan
tuturnlarla təchiz edilməlidir. Həmin yerdə üzərində "Siqaret çəkmək üçün yer" yazılan
lövhə asılmalıdır.
5.2.12 Avtonəqliyyat və traktor texnikası, müəssisələrin partlayış-yanğın təhlükəli
sahələrinə (qaz kompressoru stansiyası, çən parkı və s.) yalnız xüsusi buraxılış vərəqəsi ilə
daxil ola bilər. Avtonəqliyyat, traktor və digər aqreqatlar qığılcımsöndürənlə və
yanğınsöndürmə vasitələri ilə təchiz olunmalıdır.
5.2.13 Hər bir müəssisədə istehsalat sexlərinin, ayrı-ayrı otaqların, qurğuların və
anbarların partlayış, partlayış-yanğın və yanğın təhlükəliliyinə görə istehsalat
kateqoriyalarını göstərməklə siyahı tərtib olunmalıdır.
5.2.14 Müəssisənin ərazisində qüvvədə olan QOST-a uyğun müvafiq təhlükəsizlik
işarələri quraşdırılmalıdır.

81
5.2.15 Dəniz neft-qaz-mədən obyektlərində tutumda səviyyəni ölçmək, işıqlandırma
və qızdırmaq məqsədi ilə məşəl, kibrit, şam, kerosin fənərləri, tonqal və digər açıq alov
mənbələrindən istifadə etmək qadağandır.
Donmuş armatura, aparaliar, boru kəmərləri yalnız isti su, buxar vasitəsi ilə
qızdırılmalıdır.
5.3 Mədən - geofiziki işlərinə olan tələblər

5.3.1 Mədən - geofiziki işləri qüvvədə olan partlayış işlərinin təhlükəsiz


aparılmasının Vahid Qaydalarına və əməyin mühafizəsi üzrə rəhbər - normativ sənədlərə
riayət edilməklə aparılmalıdır.
5.3.2 Quyunun mədən - geofiziki işlərinə hazırlığı sifarişçinin məsul
nümayəndələri və geofiziki partiyanın (dəstənin) rəisi tərəfindən tərtib edilmiş aktla
qanuniləşdirilir (rəsmiləşdirilir).
Quyunun hazırlıq aktı geofiziki partiyanın (dəstənin) rəisinə təqdim edildikdən sonra
işə başlanılmalıdır.
5.3.3 Geofiziki partiya (dəstənin) üzrə yanğın təhlükəsizliyi qaydalarına riayət
edilməsinə cavabdeh şəxs partiyanın rəisidir.
5.3.4 Mədən - geofiziki işlərində gərginliyi 380 V-dan çox olan elektrik şəbəkəsindən
istifadə edilməsi qadağandır.
5.3.5 İldırım çaxan zaman və eyni zamanda qaz təzahürü və udma baş verən
quyularda mədən-geofiziki işlərinin aparılması qadağandır.
5.3.6 Mədən - geofiziki işlərin aparılmasından əvvəl mütləq elektrik avadanlığının
izolyasiyasının, qazma qurğusunun və ya quyunun qoruyucu yerləbirləşdirici qurğusunun
sazlığı yoxlanılmalıdır. Quyunun və qida mənbəyinin (geofiziki cərəyan qəbuledicilər
birləşmiş) yerləbirləşdirmə qurğuları arasında mütləq etibarlı polad əlaqə olmalıdır.
5.3.7 Mədən - geofiziki avadanlığını güc və ya işıqlandırma şəbəkəsinə qoşmaq üçün
quyunun yanında daimi yerləbirləşdirici kontaktı olan ştepsel razetkası olmalıdır (açıq
yerdə quraşdırılmağa yararlı icrada).
5.3.8 İşçi meydançada quraşdırıldıqdan sonra quyuda işlər tam qurtarana qədər
karotaj qaldırıcısı və laboratoriya yerləbirləşdirilməlidir. Yerləbirləşdirmə, karotaj
qaldırıcısından və laboratoriyadan ayrı-ayrılıqda gələn yerləbirləşdirici naqilləri quyunun
yerləbirləşdirmə qurğusuna bərkidilməklə həyata keçirilməlidir.
5.3.9 İşlər qurtardıqdan sonra bütün elektrik qida mənbələri mütləq söndürülməlidir.
5.3.10 Karotaj və qaz karotaj stansiyalarının kuzasında primus, kirəqaz, lehimləyici
lampa və digər buna oxşar cihazların istifadə olunması qadağandır.
5.3.11 Karotaj və qaz karotaj stansiyalarında, laboratoriyada iş yerinin işıqlandırılması
və qızdırılması üçün layihə ilə nəzərdə tutulmuş cihaz və qurğulardan istifadə edilməlidir.
5.3.12 Karotaj, qaz karotaj və digər stansiyalarda, laboratoriyalarda yanğın təhlükəli
mayelərin açıq tutumlarda saxlanılması qadağandır. Laboratoriya analizləri üçün istifadə
olunan yanğın təhlükəli mayelər (bir növbəlik tələbat həcmində) kip tıxacları olan
tutumlarda saxlanılmalıdır.
5.3.13 Karotaj stansiyası avtomobillərinin işlənmiş qazlarının borusu qığılcım
söndürənlə təchiz olunmalıdır.

82
5.3.14 Karotaj və digər stansiyalar və laboratoriyalar avtomobilin (stansiyaların
quraşdırıldığı) istismarı təlimatına müvafiq bütün yanğın söndürmə vasitələri ilə təchiz
olunmalıdırlar.
5.3.15 İstismarda olan neft və qaz quyularında, mədən – geofiziki işləri
aparılan zaman, açıq oddan istifadə olunması qadağandır (siyirtmələrin, boruların,
flans birləşmələrinin və quyu ağzı armaturların və geofiziki avadanlığın digər
detallarının qızdırılması zamanı).
5.3.16 Atqı xətti, blok-balansın diyircəyi və digər avdanlıqlar donduqda,
onlar ancaq isti su və ya buxar ilə qızdırılmalıdır (sonuncuların lazımi ehtiyatı
qazma qurğusunda olmalıdır).
5.3.17 Qaz karotajı zamanı cihazların böyük qaz göstəricisində, növbətçi
operator qazıma briqadasını dərhal gözlənilən qaz tullanışı haqqında
məlumatlandırmalı və əgər tullanış baş verərsə stansiyanın təhlükəsiz yerə
aparılması üçün ölçü götürməlidir.

5.4 Atma - partlayış işləri (APİ) və quyunun sınanması

5.4.1 Quyularda atma-partlayış işləri (APİ) mütləq yanğınsöndürən gəminin (


avtomobilin) növbətçiliyinin təmin olunması ilə aprılmalıdır.
5.4.2 Quyunun perforasiyasından əvvəl, DDÖ-də olan bütün quyu ağızlarının
germetikliyi yoxlanılmalıdır. Aşkar olunmuş bütün nasazlıqlar ləğv olunmalıdır.
5.4.3 APİ aparılan zaman DDÖ-nün (Ü QQ) meydançasında partlayıcı
materialların (PM) səyyar konteynerlərdə müvəqqəti saxlanılmasına icazə verilir.
Meydança PM-la dolu konteynerlərin qəza vaxtı dənizə atılması üçün xüsusi
avadanlıqla təchiz olunmalıdır. Konteynerlər günəş şüalarından və atmosfer
yağıntılarından qorunmalıdır.
5.4.4 Doldurulmuş atma cihazları və PM saxlanılan yer çəpərlənməlidir.
Ç əpərdə təhlükəsizlik nişanı asılmalıdır.
5.4.5 Küt (çoxsaylı) quyuları olan DDÖ və Ü QQ-da APİ -nin keçirilməsi üçün
hazırlıq işləri təsdiqlənmiş plan üzrə elə aparılmalıdır ki, perforatorun və
torpedin (partlayıcının) quyuya buraxılması və perforatordan ilk atma və ya
torpedin partladılması günün işıqlı vaxtına təsadüf etsin. Yalnız iş yerlərini və
təhlükəli zonanı 50 Ik az olmayaraq işıqlandırılması təmin olunarsa və Dövlət
Yanğından Mühafizə Xidməti və hərbiləşdirilmiş hissə (NN) ilə razılaşdırıldıqdan
sonra işlərin qaranlıq düşdükdə davam etdirilməsinə icazə verilir.
5.4.6 APİ-dən əvvəl karotaj laboratoriyasının və karotaj qaldırıcısının
gövdələri DDÖ-nün yerləbirləşdirmə konturu ilə birləşdirilməlidir.
5.4.7 APİ-dən əvvəl aşağıdakıları yerinə yetirmək lazımdır:
1 APİ-nin başlanmasını və kənar şəxslərin təhlükəli zonada qalmasının
qadağan olduğunu səs ucaldan rabitə vasitəsi ilə elan etmək;
2 Odlu və yükləmə - boşaltma işlərini dayandırmaq;
3 Katod qoruyucusunu ayırmaq;
4 DDÖ-nün (Ü QQ) yanğınsöndürmə vasitələrini hazır vəziyyətə gətirmək,
yanğınsöndürmə gəmisi (katerin) və avtomobilinin iştirakını təmin etmək.

83
5.4.8 APİ zamanı partlayıcı vasitələr (PV) quraşdırılmalı, atma cihazları və
torpedləri quyuya dənizin dibindən 50m aşağı dərinliyə qədər endirilmə müddətində
təhlükəli zonada yerləşən estakadalardakı nəqliyyatın və insanların hərəkəti
dayandırılmalıdır.
5.4.9 DDÖ-də (Ü QQ), gəmidə qəza vəziyyəti yaranarsa (partlayış, yanğın),
dərhal PM və radioaktiv maddələr (RM) xilasedici və ya növbətçi gəmiyə
yüklənməsi mümkün deyilsə, DDÖ-nün (Ü QQ) rəisinin (kapitanın) icazəsi ilə PM
və RM dənizə atılmalıdır. Sonradan PM və RM batırıldığı yer, onların kütləsi,
qablaşdırılması, növləri dəqiq göstərilməklə akt tərtib olunmalı və polis
orqanlarına və donanmanın hidroqrafik xidmətinə xəbər verilməlidir. RM haqqında
əlavə olaraq "İZOTOP" xüsusiləşdirilmiş kombinatına da məlumat verilməlidir.
5.4.10 APİ zamanı atma-partlayış aparatlarında bloklayıcı qurğudan istifada
etdikdə, elektrik qurğularının qoşulmuş vəziyyətdə saxlanılmasına icazə verilir.
5.4.11 Quyu ağzında izafi təzyiqi olan quyularda geofiziki tədqiqatları (QGT),
özükipləşən kipgəci olan lubrikatordan istif'adə etməklə aparmaq lazımdır.
Lubrikator quyu ağzında gözlənilən maksimal təzyiqdən az olmayan təzyiqlə
sınanmalıdır.
5.4.12 Anomal yüksək lay təzyiqli (AYLT) və həmçinin intensiv neft və qaz
gəlimi (axını) gözlənilən quyularda quyu məhsulunun pakerləşdirilməsi və layların
tədqiqi sutkanın işıqlı vaxtı aparılmalıdır.
5.4.13 Quyunun sınanması dövründə DDÖ-nün (Ü QQ) yanında həmişə
yanğınsöndürən gəmi olmalı, estakadayanı özüldə isə yanğınsöndürən avtomobil
dayanmalıdır (növbə çəkməlidir). Əgər DDÖ-də (Ü QQ) olan quyuda intensiv neft
və qaz axını (təzahürü) gözlənilərsə, mütləq fontan əleyhinə və Dövlət Yanğından
Mühafizə Xidmətlərinin bölmələri həmin yerdə növbə çəkməlidir.
5.4.14 Sınanmadan əvvəl aşağıdakılara əməl etmək lazımdır:
- yanğınsöndürmə və xilasetmə vasitələrinin hazırlığı yoxlanılmalıdır;
- quyu məhsulunun yandırılma qurğusu mövcuddursa, həmin qurğunun oxu və
boru xətləri sistemi yoxlanılmalıdır;
- odluğun yandırma və DDÖ-nün (Ü QQ) gövdəsinin suvarma (su pərdəsi)
sistemləri yoxlanılmalıdır.
5.4.15 Yandırma bloku mövcuddursa, sınanma prosesinin əvvəlində, odluq
blokunun yanında, DDÖ-nün (Ü QQ) gövdəsinin suvarma (su pərdəsi) sistemi işə
salınmalı və odluğun növbətçi məşəli yandırılmalıdır.
5.4.16 Quyunun sınanma məhsulları DDÖ-nün (Ü QQ) küləkdöyməz tərəfində
yerləşmiş yandırma qurğusuna (odluqlar bloku) verilməlidir.
5.4.17 Quyu məhsullarının yandırma blokunun odluqlarının məhsuldarlığı,
sınanan quyudan gözlənilən məhsulun miqdarına uyğun gəlməlidir. Odluqların
sayı 2-dən az olmamalıdır.
5.4.18 Özüldə yandırma bloku olmadıqda, sınanan quyunun məhsulları boru
xəttinə və ya xüsusi tutuma ötürülməli sonradan sahilə aparılmalıdır.

84
5..5 Neft və qaz quyularının qazılması

5.5.1 Quyular qazılarkən, "Neft, qaz, qazkondensat yataqlarında quyuların tikintisi


işlərinin aparılmasının vahid texniki Qaydaları"nda və "Dəniz neft, qaz yataqlarının
kəşfiyyatı və istismarında təhlükəsizlik Qaydaları»nda nəzərdə tutulmuş tələblərə riayət
olunmalıdır.
5.5.2 Maşın bölmələrinin yerləşdiyi otaqlar (qazma bucurqadlarının intiqalları,
qazma nasosu, sementləyici kompleks, əsas və qəza dizel-generatorları və s. yerləşdiyi
otaqlar) yanmayan materiallardan hazırlanmalıdır.
5.5.3 Daxili yanma mühərriklərinin (DYM) yanacaq tutumları otaqlardan xaricdə və
günəş şüalarının təsirindən, istilik radiasiyası və kənar əşyaların düşməsindən qorunan
yerdə yerləşdirilməli və su şırnağı ilə (oroşeniye) təchiz edilməlidir.
Yanacaq kəməri tez sökülüb-yığılan polad borulardan hazırlanmalıdır. Kəmərin iki
bağlayıcı qurğusu olmalıdır. Bağlayıcı qurğunun biri yanacaq tutumunun yanında, digəri
isə maşın bölməsinin xarici divarından 5m məsafədə olmalıdır.
5.5.4 Maşın bölməsinin daxilində, DYM-nin sərfi üçün, həcmi 200 litrdən çox
olmayan yanacaq çəlləyinin yerləşdirilməsinə icazə verilir.
5.5.5 DYM-nin işlənmiş qazlarının boruları (qaz buraxıcı kollektor) qığılcım-yağ
tutanla təchiz edilməlidir.
5.5.6 İşlənmiş qazların boruları divar, döşəmə və tavanlardan keçdiyi yerlərdə
germetikləşdirici qurğular quraşdırılmalıdır. Germetikləşdirici qurğular yanmayan
materialdan hazırlanmalı və onların oda davamlılığı hüdudu 0,75 saatdan az olmamalıdır.
5.5.7 DYM-nin qazburaxıcı kollektorlarının (flans birləşmələri də daxil olmaqla)
istilik izolyasiyası, saz (nöqsansız) yağkeçirməyən polad örtükdən və yaxud davamlılığı az
olan tərkiblə örtulmüş asbest parçadan olmalıdır. İstər soyudulan, istərsə də soyudulmayan
qazburaxıcı kollektorların səthinin hərarəti 3330K (600C) çox olmamalıdır.
5.5.8 Maşın otaqlarının (zalının) ventilyasiyası həmişə saz (işlək) vəziyyətdə
olmalıdır.
5.5.9 Maşın otaqları təmiz saxlanılmalıdır. Yanar mayelərin qəliblərdə və döşəmənin
altında yığılmasına yol verilməməlidir.
5.5.10 Deqazatorun çıxışı olmalıdır və həmin çıxışdan qaz, quyunun sınanma
məhsulunun yandırıldığı qurğuya və ya qaz ötürücü boruya verilməlidir.
5.5.11 Estakadayanı özüldə yerləşən quyunu sementləyərkən, aqreqatları elə
yerləşdirmək lazımdır ki, onlar estakadada nəqliyyatın hərəkətinə mane olmasınlar.
5.5.12 Qazıma qüllələrinin ayaqlarının suvarma sistemi işlək vəziyyətdə olmalıdır.
5.5.13 Neftin quyuya vurulmasında istifadə olunan sementləyici aqreqatlar quyu
ağzında küləkdöyən tərəfdə yerləşdirilməlidir. İşlərə başlamazdan əvvəl neft üçün nəzərdə
tutulmuş germetik bağlanan tutum hazır olmalıdır və aqreqatların DYM-nin
qığılcımsöndürücülərinin saz vəziyyətdə olması yoxlanılmalıdır.
5.5.14 Neft vannasından sonra işlənmiş qazma məhlulu neftin qalığı xüsusi tutumlara
yığılmalı, Dövlət Yanğından Mühafizə Xidməti və ətraf mühitin qorunmasına cavabdeh
olan orqan ilə razılaşdırılmış yerə aparılmalıdır.
5.5.15 Qazıma qurğusunun sirkulyasiya (dövran) sistemi aşağıdakıları təmin
etməlidir:
- qazıma məhlulunun qəbuledici tutumlarda səviyyəsinə nəzarəti;
85
- quyudan çıxan qazma məhlulunda qazın mövcudluğuna nəzarəti;
-qazıma məhlulundan qazın ayrılmasını (məhlulda qazın olmasının ilk əlamətlərində).
5.5.16 Quyu ağzı preventor qurğusu ilə təchiz olunmalıdır. Preventorun işçi təzyiqi,
fontan zamanı quyu ağzını sxem üzrə bağlayarkən, gözlənilən təzyiqə müvafiq olmalıdır.
Sxem müvafiq qaydada razılaşdırılmalı və təsdiq edilməlidir. Sxemin bir nüsxəsi ona daxil
olan bütün elementlərin faktiki parametrləri, tullanışa qarşı qurğunun və onun quraşdırılma
elementlərinin pasportları DDÖ-də (Ü QQ) , digəri isə DDÖ-nü (Ü QQ) istismar edən
müəssisədə olmalıdır.
5.5.17 Anomal yüksək lay təzyiqi (AYLT) olan ərazilərdə kəşfiyyat və axtarış
quyuları qazılan zaman obyektdə stasionar qaz karotajı stansiyası yoxdursa, o DDÖ-də
(Ü QQ) məhsuldar layın açılmasına 200m qaldıqda quraşdırılmalıdır. Bu fakt GTN-da
(geoloji texniki naryadda) qeyd olunmalıdır.
5.5.18 Qaz-neft-su təzahürünün ilkin əlamətlərində quyu ağzını germetikləşdirmək
və quyunu boğmaq (basmaq) üçün tədbirlər görmək lazımdır. Tədbirləri "Quyuların qaz-
neft-.su təzahürü zamanı boğulması metodikası" na müvafiq aparmaq lazımdır.
DDÖ -nüin (UQQ, QG) rəisi və ya onu əvəz edən şəxs baş vermiş hadisə barəsində
Dəniz Qazma İşləri İdarəsinin (DQİİ) rəhbərliyinə xəbər verməlidir. Özüqalxan üzən
qazma qurğusunda ÖQQ (YÜ QQ, QG) əmələ gələ biləcək pilpilənin (qrifonun) daimi
müşahidəsi təşkil olunmalıdır.
Ü QQ-nin yerləşdiyi ərazidə pilpilə əmələ gələrsə və Ü QQ üçün təhlükə yaranarsa,
Ü QQ-nun rəisi dərhal Ü QQ-nu qazıma yerindən uzaqlaşdırılması üçün ölçü götürməlidir.

5.6 Neft və qaz quyularının istismarı

5.6.1 Quyuların mənimsənilməsi, quyuların fontan və kompressor


üsulu ilə istismarı, kompressor stansiyaları

Quyuların mənimsənilməsi

5.6.1.1 AYLT olan yataqlarda və küt (çoxsaylı) quyuları olan DDÖ-də fontan
quyusu, idarə üzrə əmrlə təyin edilmiş komissiya "Quyunun istismara buraxılması
akt"ına qol çəkdikdən və NQÇİ-nin baş mühəndisi tərəfindən təsdiq edildikdən
sonra, istismara buraxılmalıdır. Komissiyanın işində FHN SİTG və DMND
Agentliyinin, hərbiləşdirilmiş hissənin (HH) və Dövlət Yanğından Mühafizə
Xidmətinin nümayəndələri iştirak etməlidirlər.
5.6.1.2 Özüldə (DDÖ, Ü QQ) quyu ağzının qurulması (bağlanma) sxemi və
texniki şərtləri HH ilə razılaşdırılmalı və NQÇİ-nin baş mühəndisi tərəfindən
təsdiq edilməlidir.
5.6.1.3 İstismar kəməri perforasiya olunana qədər fontan quyusunun quyu
ağzı qurulması və onun kommunikasiyaları quyu məhsullarının qəbuluna hazır
olmalıdır.
5.6.1.4 Fontan armaturası onun texniki şərtlərinə uyğun olaraq, sancaqların
ara qatlarla tam komplektliyi halında yığılmalıdır.
5.6.1.5 Fontan armaturasının işçi təzyiqi, istismar zamanı quyu ağzında
ehtimal olunan (gözlənilən) maksimal təzyiqə müvafiq olmalıdır.
86
5.6.1.6 Fontan quyusunun mənimsənilməsi prosesində, quyunun yanında işçi
təzyiqə (quyu ağzında gözlənilən maksimal təzyiqə müvafiq) hesablanmış keçirici
çarxı və borucuğu olan siyirtmənin olduğu halda, nasos kompressor borularını
endirib qaldırmağa icazə verilir. Quyuda neft qaz təzahürü zamanı və
eyni zamanda gecə boruların endirilməsi və ya qaldırılması vaxtı
işıqlar qəza nəticəsində söndürüldükdə dərhal quyu ağzında göstərilən siyirtmə
quraşdırılmalı və işlər dayandırılmalıdır. İşdə uzun zaman fasilə yaranmışsa quyu
ağzı germetikləşdirilməlidir.
5.6.1.7 Quyu mənimsənilərkən səyyar hava kompressoru quyu ağzından azı
25m məsafədə yerləşdirilməlidir.
5.6.1.8 DDÖ-də (obyektlərdə) hazırlıq işləri yerinə yetirildikdən sonra fontan
quyularının mənimsənilməsinə icazə verilir (hazırlıq işlərinə: DYM-nin qığılcım
söndürənlərinin işıqlandırılma vəziyyəti, mənimsənilən quyunu boğmaq üçün
nasosların qoşulması və DDÖ-də qazıma məhlulu ehtiyatının
yaradılması və s. daxildir.)
5.6.1.9 Quyuların svablamaqla, fontan quyularının isə jelonka ilə
dartaylamaqla mənimsənilməsi qadağandır.
5.6.1.10 Quyuların tüstü qazları ilə mənimsənilməsi prosesində, daimi olaraq
tərkibdəki (sərbəst) oksigenin həcmi payı yoxlanılmalıdır. Belə ki, generatorun
odluğuna daxil olan havanı tənzim etməklə oksigenin həcmi payının 5% çox
olmaması təmin olunmalıdır.
5.6.1.11 Quyular köpüklə mənimsənilərkən səthi-aktiv maddələrin (SAM) od
təhlükəsiz və zəhərsiz sulu məhlullarından istifadə olunmalıdır.
5.6.1.12 Quyular gecə vaxtı mənimsənilərkən iş yerləri qəbul olunmuş
normalara müvafiq olaraq işıqlandırılmalıdır.
Quyu ağzında quraşdırılmış çıraqlar partlayış mühafizəli icrada olmalıdır.
5.6.1.13 Fontan quyularının mənimsənilməsi prosesində məcburi dayanma və
fasilələrdə, fontan armaturasının siyirtmələri istismar təlimatına müvafiq olaraq
bağlı olmalıdır.
5.6.1.14 Axının gəlməsi üçün sıxılmış havanın vurulması və ya mayenin hava
ilə aerasiyası proseslərində fasilələrə yol verilməməlidir. Quyunun sıxılmış hava
vurmaqla mənimsənilməsi prosesində qəza nəticəsində fasilə yaranmışsa, kəmər
arxası fəzada təzyiq atmosfer təzyiqinə qədər endirilməli və ora təsirsiz qaz və ya
köpük vurulmalıdır. Neft gəlmi (axını) əldə olunduqdan sonra quyudan aerasiya
olumnuş bütün maye çıxmayınca atqı xəttinin bağlanması qadağandır.

Quyuların fontan və kompressor üsulu ilə istismarı

5.6.1.15 DDÖ-də olan fontan quyusu quyudaxili kəsici klapanla və kəsici siyirtməli
məsafədən idarə olunan fontan armaturu ilə təchiz edilməlidir.
5.6.1.16 Quyudaxili kəsici klapanların və kəsici siyirtmələrin iş qabiliyyəti qrafik
üzrə bu avadanlıqların TŞ-nə müvafiq yoxlanılmalı və bu haqda müvafiq jurnalda qeydlər
aparılmalıdır.
5.6.1.17 Fontan üsulu ilə istismar edilən quyudakı kəmərarxası və kəmərarası təzyiqə
nəzarət edilməli və bu kəmiyyətlər növbə jurnalında qeyd edilməlidir.
87
5.6.1.18 Quyudan gələn neft və qazın kompressora düşməsinin qarşısını almaq üçün
qaz və hava paylayıcı blokdan (QHPB) gələn xəttlərin üzərində, quyu yaxınlığında, əks
klapanlar quraşdırılmalıdır.
QHPB yerləşən otağın xaricində "Qaz-od təhlükəli" təhlükəsizlik nişanı asılmalıdır.
5.6.1.19 QHPB-nin qaz və ya hava kollektorlarında xüsusi tutuma
istiqamətləndirilmiş boru xəttləri nəzərdə tutulmalıdır.

Kompressor stansiyaları

5.6.1.20 Kompressorlar, onları istehsal edən zavodun təlimatına "Neft və qazçıxarma


sənayesində təhlükəsizlik Qaydaları"na, "Hava və qaz kəmərlərinin, stasionar kompressor
qurğularının təhlükəsiz istismarı və quraşdırılması Qaydaları"na, "Partlayış təhlükəli və
zəhərli qazlarla işləyən porşenli kompressorların təhlükəsiz istismarı və quraşdırılması
Qaydaları"na müvafiq istismar edilməlidir.
5.6.1.21 Kompressorun hər bir sıxma pilləsindən sonra sıxılmış qaz və ya hava
yağdan təmizlənməlidir. Əks halda kompressorun işləməsi qadağandır. Kompressor
işləyərkən yağayırıcıda yığılmış mayenin müntəzəm olaraq boşaldılması təmin edilməlidir.
5.6.1.22 Standart şəraitdə (0,lMPa və 20°C) qaz kompressorlarına daxil olan
sorulmuş qaz-hava qarışığında oksigenin həcmi payı 10% artıq, 5 MPa təzyiqdə-7%,
10MPa qədər - 6%, 20MPa qədər - 5% və 35 MPa qədər - 3 % -dən artıq olmamalıdır.
Hər dəfə yeni bir quyu qoşulduqda və ya açıldıqda, onların iş rejimi dəyişildikdə, yerli
təlimatlarda qəbul olunmuş vaxtdan gec olmayaraq, oksigenin miqdarına və qaz-hava
qarışığına nəzarət olunmalıdır.
5.6.1.23 Hər dəfə təmirdən sonra qaz kompressorlarının qəbul və atqı boru xətlərinin
germetikliyi yoxlanılmalıdır.
Qaz sızması aşkar edildikdə kompressor saxlanılmalı və nasazlıqlar aradan
qaldırılmalıdır.
5.6.1.24 Qaz kompressoru stansiyalarında, işıqlandırma qurğularının təmiri və ya
enerjinin qəza nəticəsində söndürülməsi zamanı, yalnız partlayış mühafizəli akkumulyator
çıraqlarının istifadə edilməsinə icazə verilir.
5.6.1.25 Pillələr arası qoruyucu klapanlarsız çoxpilləli kompressorların (10 QKNAM
tipli) istismarı qadağandır.
5.6.1.26 Qaz kompressoru stansiyalarında, kompressorla qurğularının işi ilə əlaqəsi
olmayan aparat və avadanlıqların yerləşdirilməsi qadağandır.
5.6.1.27 Ehtiyatda olan qaz kompressorları qaz qəbuletmə və qazvurma
kəmərlərindən ayrılmalıdır.
5.6.1.28 Hava kompressorlarına hava binanın xaricindən vurulmalıdır. Havanın
yanar buxar və qazların ayrıldığı yerlərdən götürülməsi qadağandır. Yanar buxar və
qazların kompressora daxil olması aşkar edilərsə, onu dərhal dayandırmaq lazımdır.
5.6.1.29 Stansiyalardakı qaz - kompressor qurğuları və onların kommunikasiyaları
yağ çöküntülərindən yanğın partlayış təhlükəsiz yuyucu maddələr (köpükləndirici yuyucu
vasitə «Təmiz», TŞ AZ 1334660-001-2006) vasitəsilə təmizlənməlidir.
5.6.1.30 Kompressor stansiyasının ərazisində, partlayış təhlükəli qazların lokal
yığılmasının qarşısını almaq məqsədilə, zirzəmilərin, kanalların və s. yerləşdirilməsi
qadağandır.
88
5.6.1.31 Kompressor stansiyasında yanğın baş verərsə yanan sahənin ayrılması üçün
(ümumi sistemdən) tədbirlər görülməli və qazın qəza yerinə daxil olmasının qarşısı
alınmalıdır. Həmçinin metal konstruksiyaların, boru kəmərlərinin və aparatların
dağılmasının qarşısını almaq məqsədilə tədbirlər görülməlidir. Onlar su şırnağı ilə
soyudulmalıdır.
5.6.2 Quyuların ştanqlı quyu nasosları, dalma və
vintli elektrik nasosları ilə istismarı , quyuların sınanması və tədqiqi

Quyuların ştanqlı quyu nasosları, dalma və


vintli elektrik nasosları ilə istismarı

5.6.2.1 Quyu ağzı, boruarxası fəzadan qazın götürülməsini təmin edən, germetik
armatura ilə təchiz edilməlidir. Əgər qaz boruarxası fəzadan götürülmürsə, o quyudan azı
25m kənara ötürülməlidir.
5.6.2.2 Mancanaq dəzgahı işləyən zaman ötürücü qayışların sürüşərək bir yerdə
fırlanmasının qarşısını almaq məqsədi ilə onların gərilməsinə nəzarət edilməlidir.
5.6.2.3 Dalma elektrik nasoslarının elektrik avadanlığının quraşdırıldığı otaq
yanmayan materialdan olmalıdır.
5.6.2.4 Dalma elektrik nasosları işləyən zaman idarəetmə stansiyasının qapısının və
transformatorun baxış pəncərəsinin açılmasına icazə verilmir.
5.6.2.5 Dalma elektrik nasosları ilə təchiz edilmiş quyulara xidmət etdikdə, işləyən
qurğunun elektrik kabelinə toxunmaq qadağandır.

Quyuların sınanması və tədqiqi

5.6.2.6 Quyuların sınağından əvvəl yanğınsöndürmə və xilasetmə texnikasının


sazlığını, yandırma şamının sazlığını, yandırma şamının boruları və onların birləşmələrini,
gövdənin su ilə təchizatını, separatorların alışdırma sistemlərinin birləşmələrini yoxlamaq
lazımdır.
5.6.2.7 Estakadalarda sınaqlar zamanı, quyulardan 250m aralı məsafədə postlar
(növbətçi) qoyulmalı və maşınların keçməsini, açıq oddan istifadə olunmasını və siqaret
çəkməyi qadağan edən nişanlar quraşdırılmalıdır.
5.6.2.8 Quyunun üfurülməsi və ölçmələr zamanı, qazıma qurğusunun və quyunun
yanında yerləşən avtomobil və traktorların mühərrikləri söndürülməlidir.
5.6.2.9 Quyuların sınanması müddətində meydançanın yanında daima yanğın
gəmisi növbə çəkməlidir.
5.6.2.10 Quraşdırılan məşəlin sayı ikidən az olmamalı və onların sərfi quyudan
gözlənilən məhsulun miqdarına uyğun gəlməlidir.
5.6.2.11 Exolotun şlanqlı kabeli quyunun idarəetmə stansiyasına və ya elektrik
şəbəkəsinə ştepsellə birləşdirilməlidir.
5.6.2.12 Exolotun qeydedicisi (registratoru) yerləbirləşdirilməlidir.
Yerləbirləşdirici naqil kiml en kəsiyi l,5mm2 az olmayan əyilgən mis kabelin
ayrıca damarı istifadə olunmalı və yerləbirləşdirmə qurğusuna bərkidilməlidir.

89
5.7 DDÖ-də quyuların eyni zamanda qazılması,
istismarı və təmiri

5.7.1 DDÖ-də (estakadayanı özüldə) eyni zamanda iki qazıma qurğusu ilə
quyularının qazılmasına icazə verilir:
- istismar quyuları qazılana qədər iki kəşfiyyat quyusunun qazılmasına;
- qazılacaq istismar quyularının məhsuldar horizontunun xarakteristikasını
(xüsusiyyətini) dəqiqləşdirmək məqsədi ilə eyni zamanda istismar və kəşfiyyat
quyularının qazılmasına.
Qeyd: birinci quyuya konduktor buraxdıqdan və quyu ağzının
preventorla təchiz etdikdən sonra, ikinci qazma qurğusu ilə quyu
qazmağa icazə verilir.
5.7.2 DDÖ-də (estakadayanı özüldə) eyni zamanda quyular həm qazılır və
həm də istismar olunursa, aşağıdakı tələblər yerinə yetirilməlidir:
- fontan quyuları quyudaxili ayrıcı -klapan və məsafədən idarə olunan elektro-
pnevmointiqallı quyuağzı siyirtmələrlə təchiz olunmalıdır;
- estakadada yerləşən neft və qaz kəmərləri, xətti ayırıcı klapanlarla təchiz
olunmalıdırlar. Xətti ayrıcı klapanlar arasında məsafə 3 km-ə qədər olmalıdır.
5.7.3 Quyuların hər birinin ayrılıqda istismara buraxılmasına icazə verilir (hər
bir quyunun qazılması başa çatdıqdan sonra):
- qazılan və istismar olunan quyuların quyu ağızları DDÖ-ün (özülün) yuxarı
tiklisinin (ÖYT) hündürlük üzrə müxtəlif yaruslarında yerləşdirilmişsə;
- qazılan və istismar olunan quyuların quyu ağızları ÖYT eyni yarusunda yerləşmişsə
hökmən qazılan və istismar olunan quyular arasında məsafə 8m az olmamalıdır.
5.7.4 Küt halında qazılan quyuların axırıncısı (kütdə quyular qrupu) qazıldıqdan
sonra qaz faktoru 200m3/m3 çox olmayan neft quyularının küt halda (kütdə quyular
qrupunun-qruplar arasında məsafə 8m olarsa) işə salınmasına (istismara verilməsinə) icazə
verilir.
5.7.5 Özüldə eyni zamanda bir qrupa daxil olan quyuda təmir işləri aparılırsa, digər
qrupa daxil olan quyunun qazılmasına icazə verilir.
5.7.6 Küt quyuların birinin mənimsənilməsi zamanı, digər qazılan quyuda işlər
dayandırılmalı və quyu lüləsində mürəkkəbləşmənin qarşısının alınması üçün tədbirlər
görülməlidir. Eyni zamanda hər hansı bir quyuda cari və əsaslı təmir işlərinin aparılması
dayandırılmalıdır.
5.7.7 Qazılan quyuların birində neft, qaz, su təzahürü baş verərsə 5.1.17 bəndinə
müvafiq olaraq ölçülər götürülməlidir. Digər qazıma qurğusunda bütün işlər quyu lüləsində
mürəkkəbləşmələrə qarşı ölçülər götürüldükdən sonra dayandırılmalıdır. Quyuların eyni
zamanda qazılması, cari (əsaslı) təmiri və istismarı zamanı baş vermiş hadisə barəsində
DDÖ-nün istismar xidmətinə məlumat vermək lazımdır ki, onlar ehtiyac (zərurət)
yarandıqda istismar olunan quyularda neft hasilatının dayandırılması üçün lazımi tədbirlər
görsünlər. Bununla yanaşı bu haqda məlumat quyuların cari (əsaslı) təmiri briqadasına da
verilməlidir.
Mürəkkəbləşmə barəsində DDÖ-nü istismar edən idarənin rəhbərliyi və HH xəbərdar
edilməlidir.

90
5.8 Neft və qazın yığılması, hazırlanması,
saxlanılması və nəqli, doldurma körpüləri

Üumi tələblər

5.8.1 Neft və qazın yığılması, hazırlanması, saxlanılması və nəqli obyektləri


aşağıdakılarla təchiz olunmalıdır:
- bağlı otaqlarda qazın partlayışa qədər olan qatılığının 20% nizamlanmış
siqnalizatorlarla;
- avtomatik və ya stasionar yanğınsöndürmə qurğuları ilə;
- yanğın siqnalizasiyasının xəbərediciləri ilə;
-separatorlarda, durulducu hovuzlarda və çənlərdə mayenin səviyyəsinə və
təzyiqə nəzarət üçün avtomatik sistemlər ilə;
- xətti kəsici qurğular sistemi və ya digər avtomatlaşdırılmış və ya məsafədən
idarə olunan bağlayıcı armaturla.
5.8.2 Aparatlarda, tutumlarda və boru kəmərlərində quraşdırılmış qoruyucu
klapanların, tənzimləyici və bağlayıcı armaturaların sazlığı, onların istismara
buraxılmasından əvvəl və eyni zamanda dövri olaraq təsdiq olunmuş qrafikə
əsasən MTİ-nin rəhbərliyi altında yoxlanılmalıdır. Yoxlamaların nəticələri növbə
jurnalına qeyd edilməlidir.
5.8.3 Yanğın təhlükəli mayelərin səviyyəölçənləri yanğın cəhətdən təhlükəsiz
icrada olmalıdır. Izafi təzyiqi 0,6 MPa qədər olan aparat və çənlərdə (şaquli çənlər
istisna olmaqla) şüşə səviyyə ölçənlərdən istifadə oluna bilər. O şərtlə ki, şüşə
səviyyəölçənlər mexaniki zədələnmələrdən qorunmuş olsun və zədələnmə baş
verdikdə birləşdirici borucuqları avtomatik surətdə bağlayan klapanlarla və şüşə
üzərində maye səviyyəsinin buraxıla bilən həddini göstərən qırmızı xəttlə təchiz
olunsun.
5.8.4 Avadanlıqların istilik izolyasiyası yanmayan materialdan olmalıdır.
5.8.5 Texnoloji avadanlıqlardakı qoruyucu klapanlardan çıxan tullantı xüsusi
tutuma ötürülməlidir.
5.8.6 Quyularda və kommunikasiyalarda üfürülmə, boşaltma və vurulma
əməliyyatı üfürülmə bloku vasitəsi ilə yerinə yetirilməlidir. Üfürülmüş qaz
qazötürücüyə istiqamətləndirilməlidir.

Ç ənlər və çən parkları

5.8.7 Dəniz neft - qaz mədən qurğularında çən parkları layihəyə müvafiq
xüsusi ayrılmış ərazidə yerləşdirilməlidir.
Ç ən parkları stasionar və ya avtomatik yanğınsöndürmə qurğuları ilə təchiz
olunmalıdır.
5.8.8 Neft məhsulları saxlanılan çənləri günəş şüalarının təsirindən qorumaq
üçün müvafiq (açıq) boyaqlarla rəngləmək lazımdır.
5.8.9 Küt quyuları olan DDÖ-də hasil olunmuş neftin çənlərdə saxlanılması
qadağandır. Hasil olunmuş neft texnoloji özülə, mərkəzi yığma məntəqəsinə nəql
edilməli və ya xüsusi ayrılmış özüllərdə yerləşən çənlərdə saxlanılmalıdır. DDÖ-də
91
ümumi həcmi 200m3 çox olmayan bufer tutumların (çənlərin) quraşdırılmasına
icazə verilir.
5.8.10 DNQMQ-kı neft - qaz yığma və saxlama məntəqələrinin döşəmələri
yanmayan materialdan hazırlanmalıdır.
5.8.11 Ç ənlər "Pravila gkspluataüii metalliçeskix rezervuarov dlə nefti i
nefteproduktov" Qaydalarına və onların təmiri üzrə normativ sənədə uyğun istismar
olunmalıdır.
5.8.12 Ç ən parkları ərazisinə avtonəqliyyat vasitələrinin daxil olmasına yalnız təmir
işlərinin görülməsi zamanı icazə verilir. Hər bir halda təmir işlərinin görülməsi üçün
icazənaməni baş mühəndis verməlidir.
5.8.13 Qaranlıq və gecə vaxtı çən parkları yerləşən ərazi, parkların xaricində
quraşdırılmış çıraqlar və ya projektorlar vasitəsilə işıqlandırılmalıdır. Ç ən parkının
içərisində partlayış mühafizəli nəzarət və avtomatika qurğuları, siyirtmələrin elektrik
intiqalları və yerli işıqlandırma cizahları istisna olmaqla digər elektrik avadanlıqlarının
quraşdırılması və elektrik kabel xəttlərinin çəkilməsi qadağandır. Hava elektrik ötürücü
xəttləri çən parkından 100m-dən az olmayan məsafədən keçməlidir.
5.8.14 Ç ən parkında çənlər arasında boru xəttləri elə quraşdırılmalıdır ki, qəza
nəticəsində hər hansı bir çəndə olan məhsulun birindən digərinə vurulması təmin edilmiş
olsun.
5.8.15 Neft və neft məhsulları çənin daxilindəki maye qalığı səviyyəsindən aşağıya
vurulmalı və beləliklə neftin sıçramasına və güclü qarışmasına yol verilməməlidir.
Doldurucu boru ilə çənin dibi arasında məsafə 200mm qədər olmalıdır.
Boş çən neft məhsulları ilə doldurulan zaman, səviyyə doldurucu borunun ucuna
çatana qədər, mayenin vurulma sürəti 1m/san çox olmamalıdır.
5.8.16 Ç ən parklarının işçiləri istismar əməliyyatlarında və eləcə də qəza, yaxud
yanğın baş verdikdə cəld və səhvə yol vermədən lazımi açıb-bağlama işlərini yeinə
yetirmək üçün boru kəmərlərinin yerləşməsini və bütün siyirtmələrin təyinatını bil-
məlidirlər.
Ç ənlərə xidmət edən operatorların növbətçi otağında boru kəmərlərinin və
siyirtmələrin yerləşməsinin texnoloji sxemi asılmalıdır.
5.8.17 Ç ənlərin istismarı vaxtı tənəffüs klapanlarının və alışmanın qarşısını alan od
kəsicilərinin saz vəziyyətdə olmasına daima nəzarət edilməlidir. Od kəsicilərinin
vəziyyətinə ayda bir dəfədən az olmayaraq, havanın hərarəti 0° C-dən yuxan olduqda isə
ayda iki dəfədən az olmayaraq baxış keçirilməlidir. Baxışların nəticələri xüsusi jurnala
yazılmalıdır.
5.8.18 Qızdırılacaq və yaxud yay vaxtı uzun müddət saxlanılacaq nefti çənə
vurarkən, doldurma səviyyəsini mayenin genişlənməsini nəzərə almaqla müəyyən
edilməlidir (çənin hündürlüyünün 95% artıq olmamaqla).
5.8.19 Səviyyə ölçüldükdən və yaxud nümunə götürüldükdən sonra çənin damına
tökülmüş neft qalıqları təcili olaraq yığışdırılmalı, çənin damı isə tam silinməlidir. Damın
üzərində silgi materiallarının və ya hər hansı bir əşyanın saxlanılması qadağandır.
5.8.20 Ç ənlərdə neftin qızdırılmasına (müəyyən olunmuş hədlərdə) qızdırıcının
üzəri maye ilə 0,5m az olmayaraq örtüldükdə yol verilir.
5.8.21 Qatı neftlərin çənlərdə qızdırılmasına yalnız ilanvari buxar və su qızdırıcıları
vasitəsilə (xidməti heyətin daimi nəzarəti altında) icazə verilir.
92
5.8.22 Hər bir çənin və çən qrupunun çıxış xəttində, eləcədə də neft tutucusundan
(lovuşka) qabaqda və ondan sonra neft kanalizasiyası xəttində hidravlik sürgü (zatvor)
qoyulmalıdır.
5.8.23 İstismarda olan çənin qaynaq tikişlərində və yaxud gövdəsində və ya dibində
çat əmələ gələrsə çən təcili olaraq boşaldılmalı və təmizlənməlidir. Neftlə dolu çənlərdə
çatların qaynaq edilməsinə və döyəclənməsinə yol verilmir.
5.8.24 Ç ənə baxış keçirərkən, nümunə götürərkən və yaxud maye səviyyəsini
ölçərkən qığılcım əmələ gətirməyən alət və tərtibatlardan istifadə edilməlidir.
5.8.25 Tərkibində kükürd qazı və kükürd birləşmələri olan neft saxlanılan çənlərdə
öz-özünə alışan pirafor birləşmələrinin təsirindən partlayış və yanğınların baş verə
bilməsinin qarşısını almaq üçün müvafiq təlimatın tələblərinə əməl olunmalıdır.
5.8.26 Quru sahəsində yerləşən neft çənlərinin ətrafındakı bəndlər daima saz
vəziyyətdə saxlanılmalı və qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə cavab
verməlidir.
Məşəl qurğusu

5.8.27 Ü fürülmə prosesində quyulardan, təzyiq altında işləyən tutumlardan və atqı


xəttlərindən ayrılan qaz istifadə olunmalıdır. Qazı istifadə etmək mümkün deyilsə o, məşəl
sisteminə ötürülməlidir.
5.8.28 Məşəl verilən qazın dəfələrlə və məsafədən yandırılmasını təmin edən
yandırma qurğusu (fitil) ilə təchiz edilməlidir.
5.8.29 Yandırma qurğusu küləkdən qorunmalıdır.
5.8.30 Məşəl qurğusu özülün dayaq blokuna bərkidilməlidir.
5.8.31 Qaz xəttlərinin məşəl borusuna girişində (baxış keçirilməyə və təmir
edilməyə imkan verən) od kəsicilər yerləşdirilməlidir.
5.8.32 Məşəl qurğusunun konstruksiyası, quyuların ardıcıl olaraq istismara
buraxılması ilə əlaqədar qazın miqdarının artmasını nəzərə almaqla sabit yanmanı təmin
etməlidir.
5.8.33 Qazı separatorda kondensatdan ayırdıqdan sonra məşəl qurğusuna ötürmək
lazımdır.
5.8.34 Qazın məşələ verilməsindən əvvəl məşəl boru xətti buxar və ya təsirsiz qazla
üfürülməlidir.
5.8.35 Avadanlığın üfürülməsində istifadə olunmuş təsirsiz qazda yanar qazların
qatılığı alovlanmanın aşağı həddinin 50% çox olarsa onun ümumi məşəl sisteminə
ötürülməsi qadağandır.
Boru kəmərlərindən və aparatlardan sıxışdırılmış havanın ümumi məşəl sisteminə
ötürülməsi qadağandır.

AAM və YM vurulması üçün nasosxanalar

5.8.36 Nasosxanalar aşağıdakı tələblərə cavab verməlidir:


- qarşı-qarşıya yerləşmiş azı iki çıxışı olmalıdır;
- pəncərə, qapılar xaricə (açıq havaya) açılmalıdır;
- sorucu ventilyasiya sistemi olmalıdır;
- döşəmələr odadavamlı materialdan olmalı və təmiz saxlanılmalıdır.
93
5.8.37 Nasosxanada açıq oddan istifadə etmək qadağandır.
5.8.38 Nasoslar arasındakı keçidlərdə və nasosxananın çıxışlarında hər hansı
əşyaların və materialların saxlanılması qadağandır.
5.8.39 Nasosxana aşağıdakılarla təchiz edilməlidir:
- avtomatik qaz siqnalizatoru ilə bloklanmış qəza ventilyasiyası ilə;
- hava axını yaradan - sorucu ventilyasiya sistemi ilə;
- stasionar və daşınan yükqaldıran qurğularla;
- avtomatik yanğınsöndürmə sistemi ilə.
5.8.40 Nasos stansiyalarındakı bütün ventilyasiya qurğularının saz və fasiləsiz
işləməsi təmin olunmalıdır.
5.8.41 İş prosesində müntəzəm olaraq nasos və boru kəmərlərinin germetikliyinə,
sürtülən hissələrin yağlanmasına, habelə nasosların yastıqlarının, kipgəclərinin
temperaturuna və yanğınsöndürmə qurğularına və siqnalizasiyasına nəzarət
edilməlidir.
Kipgəclərdə və boru kəmərlərinin birləşmələrində aşkar edilmiş sızmalar dərhal
aradan qaldırılmalıdır.
5.8.42 Sürtgü materiallarının axmasına, sıçramasına və nasosların altında
yığılmasına yol verilməməlidir. Nasos stansiyalarının döşəmələri təmiz saxlanılmalı və
müntəzəm olaraq yanğın təhlükəsiz yuyucu vasitələrlə (Texniki yuyucu vasitə «Təmiz»,
TŞ AZ 1334660-001-2006) təmizlənməli və su ilə yuyulmalıdır.
5.8.43 Neft məhsullarının vurulmasında istifadə olunan nasosların üfürülmə kranı
məhsulun hidravlik sürgüdən keçərək istehsalat kanalizasiyasına və ya xüsusi tutuma
axıdılması üçün borucuqla təchiz edilməlidir.
5.8.44 İş qurtardıqda nasosun qəbuledici və atqı borularındakı və çənlərdəki
siyirtmələr bağlanmalı, nasosxana nəzərdən keçirilməli, tökülmüş neft yığılmalı, bütün
qurğular və işıq söndürülməlidir.
5.8.45 Elektrik enerjisinin verilməsi qəfildən dayandırıldıqda dərhal nasosların
mühərrikləri qida xəttlərindən açılmalı və bundan sonra nasosların giriş xəttlərindəki
siyirtmələr bağlanmalıdır.
5.8.46 Nasos aqreqatları və boru xəttləri işləyərkən, onları təmir etmək
qadağandır.
Elektrik avadanlıqlarının, elektrik aparatların, elektrik şəbəkəsinin təmirinə və
elektrik lampalarının dəyişdirilməsinə yalnız elektrik şəbəkəsini cərəyandan
açdıqdan və nasosxananın (otağın) havasını dəyişdikdən sonra icazə verilir.
5.8.47 Neft vuran nasosun elektrik intiqalının məsafədən idarə olunan qəza
halı üçün söndürmə sistemi olmalıdır.
5.8.48 Elektrik mühərrikləri və onları işə salan elektrik qurğuları partlayış
mühafizəli olmalıdır.
Doldurma körpüləri

5.8.49 Doldurma körpülərində AYƏMS (avtomatik yanğın əleyhinə mühafizə


sistemi) quraşdırılmalıdır.
5.8.50 AYƏMS doldurma körpülərinin mərkəzi dispetçer postundan idarə
olunmalıdır.

94
5.8.51 Doldurma körpülərinin AYƏMS-i aşağıdakı məqsədlər üçün nəzərdə
tutulub:
- yanğın mənbəyini aşkar etmək;
- yanğın mənbəyi barədə xəbər vermək;
- yanğın mənbəyini hava - mexaniki köpük vasitəsilə avtomatik söndürmək;
- su pərdəsinin yaradılması, doldurma körpülərinin metal konstruksiyalarının
soyudulması və açıq havada yerləşən bina və qurğularda yanğının söndürülməsi
üçün suyun verilməsini təmin etmək.
5.8.52 AYƏMS-in tərkib hissəsi aşağıdakılardan ibarətdir:
- yanğın aşkar edən və bu barədə xəbər verən sistemlər (avtomatik yanğın
siqnalizasiyası);
- nasos stansiyası (dəniz suyunun akvatoriyadan götürülüb vurulması üçün);
- nasos stansiyalarını idarə etmək üçün avtomatik, məsafədən idarə olunan və
yerli sistemlər;
- köpükəmələgətirici saxlanılan çənlər;
- hidrantlarla birlikdə boru kəmərləri şəbəkəsi;
- yanğını söndürmək üçün texnoloji meydançada quraşdırılmış stasionar
köpük generatorları və köpük kəmərələri sistemi;
- doldurma körpüsünün su pərdəsi xəttləri.
5.8.53 Yanğını söndürmək üçün əsas vasitə kimi orta artımlı (80-100) hava
mexaniki köpük nəzərdə tutulmalıdır.
5.8.54 AYƏMS texnoloji meydançada və ya tankerdə söndürülmə üçün
tələb olunan maksimal sərf üzrə, hesablanmış yanğının söndürülməsini təmin
etməlidir.
5.8.55 Doldurma körpüsünün texnoloji meydançasında perimetr üzrə
bərabər olaraq QPS tipli stasionar köpük generatorları quraşdırılmalıdır.
5.8.56 Yanğını izolə etmək qabiliyyətinə malik olan minimal köpük
təbəqəsinin yaradılması üçün texnoloji meydançanın bortlarının hündürlüyü azı
0,4m olmalıdır.
5.8.57 Yanğına qarşı su kəməri eyni zamanda metal konstruksiyaların
suvarılmasını, kompleksin tikililərinin söndürülməsini və su pərdəsinə suyun verilməsini
təmin etməlidir.
5.8.58 Boru kəmərinin bağlayıcı armaturası (siyirtmələr, klapanlar) hidrantlar,
daraqlar və digər yanğınsöndürmə avadanlığı germetikliyin I sinfi üzrə müvafiq QOST-a
uyğun yerinə yetirilməlidir.
5.8.59 Yanğın hidrantları və ya paylayıcı daraqlar texnoloji meydançanın
bortundan 40m çox olmayan məsafədə quraşdırılmalıdır.
5.8.60 Hər bir texnoloji meydançada yanğınsöndürmə avadanlığı ilə
komplektləşdirilmiş yanğınsöndürmə postu nəzərdə tutulmalıdır.
5.8.61 Texnoloji meydançada azı 2 yanğın hidrantı və ya paylayıcı daraq
quraşdırılmalıdır.
5.8.62 Doldurma körpüsü kompleksində yanğınsöndürmə avtomobilləri üçün eni
4,5m olan keçid və onların dönməsi məqsədilə ölçüsü 12x12m olan xüsusi meydança
quraşdırılmalıdır.

95
5.8.63 Qəza nəticəsində neft məhsullarının texnoloji meydançaya tökülməsinin
(axıdılmasının) və həmçinin şlanq vasitələrinin tankerin qəbul qol borularından (patrubok)
ayrılmasının qarşısını almaq məqsədilə texnoloji boru kəmərləri və stenderlər tez bağlanan
klapanlarla və hidravlik zərbədən qoruyan qurğularla təchiz olunmalıdır.
5.8.64 AYƏMS-in vahid yanğın siqnalizasiya, avtomatika, bloklama və telefon
əlaqəsi sistemi olmalıdır. O, özündə neft bazasının, doldurma körpüsü kompleksinin
(texnoloji meydança və körpüyə yan almış tanker) yanğına qarşı mühafizə sistemini
birləşdirməlidir.
5.8.65 Doldurma qurğularının yerləşdiyi körpü meydançaları tökülmüş mayenin
maneəsiz hidravlik sürgüdən keçməklə xüsusi tutuma axıdılmasını təmin etməlidir. Xüsusi
tulumlar mayenin çıxarılması üçün nasosla təmin edilməlidir.
Su kəməri olan yerlərdə tökülmüş mayenin əvvəlcə yanmayan yuyucu vasitə ilə sonra
isə su ilə yuyulması təmin olunmalıdır.
5.8.66 Doldurmadan əvvəl bütün ventillərin, siyirtmələrin düzgün açılması,
eyni zamanda bütün doldurma-tökmə qurğularının saz olması, şlanq və ya
teleskopik boru birləşmələrinin kipliyi yoxlanılmalıdır. Doldurma qurğularında
aşkar edilmiş sızma dərhal aradan qaldırılmalıdır.
5.8.67 Dəniz neftyığma məntəqəsinə yan almış neft daşıyan gəmiyə yanğın
təhlükəsizliyi baxımından doldurma-boşaltma əməliyyatının mümkünlüyünü təyin
etmək üçün dəniz nəqliyyatı, körpü təsərrüfatının və Dövlət Nəzarəti Xidmətinin
nümayəndələri baxış keçirməlidir.
5.8.69 Neft daşıyan gəmi neftin vurulması üçün nəzərdə tutulan şlanqları
boru kəmərləri ilə birləşməsindən əvvəl, yerləbirləşdirilməlidir. Yerləbirləşdirmə
qurğusu yalnız doldurma və boşalma əməliyyatı qurtardıqdan, boru kəmərlərini
gəmi və körpü şlanqlarından ayırdıqdan sonra açılmalıdır.
5.8.70 Gəminin boru kəmərlərini körpünün doldurma-boşaltma qurğuları ilə
birləşdirən şlanqların uzunluğu, gəminin yanalma körpüsündə yerdəyişməsini
təmin etməlidir. Şlanqlar yumşaq kəndirlərin (stropların) və ya taxtadan (ağacdan)
düzəldilmiş dayaqların (dirəklərin) köməyi ilə etibarlı surətdə işçi vəziyyətdə
saxlanılmalıdır.
5.8.71 Körpünün və neft daşıyan gəminin xidməti heyəti doldurma-boşaltma
işlərinin gedişinə və avadanlığın vəziyyətinə daima nəzarət etməlidir. Neftin sızma
(axma) yerlərini dərhal aradan qaldırmalıdır. Əgər sızmanın (axma) qarşısını almaq
mümkün deyilsə, onda doldurma - boşaltma əməliyyatı, nasazlıq aradan qaldırılana
kimi dayandırılmalıdır.
5.8.72 Gəmilərin körpüdə dayandığı vaxt, neftin doldurma-boşaltma
əməliyyatları ilə əlaqəsi olmayan digər gəmi və qayıqların körpüyə yan alması
qadağandır.
5.8.73 Gəmidə doldurma-boşaltma əməliyyatı vaxtı təmir işlərinin görülməsi
qadağandır. Müstəsna hallarda Dövlət Nəzarəti Xidməti ilə razılaşdırıldıqdan və
yanğın təhlükəsizliyini təmin edən bütün tədbirlər yerinə yetirildikdən sonra gəmi
təmiri üzrə ayrı-ayrı işlərin görülməsinə icazə verilə bilər.
5.8.74 Neft daşıyan gəmilərdən neft məhsullarının və məhsulaltı suyun hövzəyə
vurulması qadağandır.
5.8.75 Şimşək çaxan zaman doldurma-boşaltma işlərinin aparılması qadağandır.
96
5.8.76 Doldurma-boşaltma əməliyyatında istifadə olunan alətlər zərbədən qığılcım
yaratmayan metaldan hazırlanmalıdır.
5.8.77 Donmuş boru kəmərlərinin açıq odla qızdırılması qəti qadağandır. Lazım
gələrsə körpü buxar xətti ilə təmin olunmalıdır.
5.8.78 Körpülərin işıqlandırılması stasionar partlayış mühafizəli olmalıdır.
5.8.79 Doldurma əməliyyatı zamanı yerli işıqlandırma üçün partlayış mühafizə
icralı akkumulyator fənərlərindən istifadə olunmalıdır.

5.9 Neft və qaz quyularının cari və əsaslı təmiri

5.9.1 Qaz qazötürücü dayağa (xəttə) ötürülməlidir.


5.9.2 Boru və ştanqları burub bağlayan və açan aparatlara elektrik enerjisinin
verilməsi üçün nasaz kabeldən istifadə etmək qadağandır.
5.9.3 Boruları qaldırma- endirmə zamanı işdə uzun fasilələr yaranarsa, quyu ağzı
etibarlı surətdə germetiklənməlidir. Qaz, neft, su təzahürü gözlənilən quyularda tullanışa
qarşı avadanlıq olmalıdır.
5.9.4 İçərisində neft olan boruları qaldıran zaman, neftin tökülməsinin və
sıçramasının qarşısını almaq üçün xüsusi tərtibatdan istifadə olunmalıdır.
5.9.5 Qum tıxacını su ilə yuyarkən, istifadə olunmuş maye tutuma axıdılmalıdır.
Qum tıxaclarının neftlə yuyulması qapalı dövrə ilə aparılmalıdır.
5.9.6 Qaz, neft, su təzahürü gözlənilən quyularda, qum tıxacını təmizləyən zaman
yuma borularında tullanışa qarşı siyirtmə və ya quyu ağzında germetikləşdirici qurğu
qoyulmalıdır.
5.9.7 Tıxacın yuyulması, təmizlənməsi və ya pistonla dartma (svabirovanie) işləri
aparılan quyuya işçi meydançanın yuyulması üçün (ventili və şlanqı olan) su xətti
çəkilməlidir.
5.9.8 Quyu dibini təmizləyən zaman qığılcımın əmələ gəlməsinin qarşısını
almaq məqsədi ilə kanatın quyu ağzına sürtünməsinə yol verilməməlidir. Bunun
qarşısını almaq üçün quyu ağzı mis qıfla təchiz olunmalıdır.
5.9.9 Fontan quyularında, neft-qaz təzahürü mümkün olan quyularda, eləcə də
məhsulunun tərkibində kükürd qazı olan quyularda qum tıxacını jelonka ilə
təmizləmək qadağandır.
5.9.10 Jelonkanı işçi meydançaya boşaltmaq qadağandır.
5.9.11 Quyuda neft-qaz təzahürü mövcuddursa sementlmə işlərinə başlamaq
qadağandır.
5.9.12 Qaldırıcı-traktor quyu ağzından azı 25m məsafədə yerləşdirilməlidir.
5.9.13 Yuma aqreqatı yanğın kranın yanında yerləşdirilməlidir. Aqreqatın
kabinası quyu ağzına tərəf istiqamətləndirilməlidir.
5.9.14 Qaldırıcı-traktorun yanacaq doldurmazdan əvvəl mühərriki
söndürülməli və qızmış hissələri soyudulmalıdır.
5.9.15 Quyunu boğduqdan və ondakı təzyiqi atmosfer təzyiqinə qədər
endirdikdən sonra quyu ağzı armaturu sökülməlidir.

97
5.10 Boru kəmərlərinin çəkilməsi, texnoloji boru
kəmərləri, texnoloji aparat və qurğular

Boru kəmərlərinin çəkilməsi

5.10.1 Qaz və kondensat kəmərləri istisna olmaqla, boru kəmərlərinin estekadanın


əsas yol hissəsinin məhəccərinin (çəpərinin) yanında və arxasında çəkilməsinə icazə verilir.
Qaz və kondensat kəmərləri isə yalnız estakada məhəccərinin (çəpərinin) arxasından
çəkilməlidir.
5.10.2 Boru kəmərlərinin estakada məhəccərinin (çəpərinin) arxasından iki yarus
çəkilməsinə icazə verilir. Boru kəmərlərinin yuxarı və aşağı yarusları arasında məsafə 1m-
dən az olmamalıdır. Yuxarı yarusdakı boru kəmərlərinin dayaqlarının aşağıdakı boru
kəmərlərinin üzərinə qoyulması qadağandır.
5.10.3 Qaz və neft kəmərlərinin kəsişdiyi yerdə, qaz kəmərləri neft kəmərlərinin
üstündən kecməlidir.
5.10.4 Qaz kəmərlərinin, estakadanın və estakadayanı meydançanın altından keçməsi
halları istisna olmaqla, estakadanın döşəməsindən aşağı səviyyədə yerləşdirilməsi
qadağandır.
5.10.5 Boru kəmərlərinin estakadanın üstündən keçdiyi yerlərdə onların yoldan olan
hündürlüyü 4,5m az olmamalıdır.
5.10.6 Qaz kəmərlərinin, estakadayanı meydançaların yalnız altından polad
borulardan ibarət patronda və patronun bir tərəfində hündürlüyü 5m az olmayan şamdan
ibarət, keçidinə icazə verilir.
5.10.7 Boru kəmərləri trası hava elektrik ötürücü xətləri (EÖX) olan ərazidən keçirsə,
tras EÖX dayaqlarından 10m üstəgəl dayağın hündürlüyü qədər olan məsafədən
keçməlidir.
5.10.8 İstismar dirəkləri (boruları) DDÖ-ün qırağında gəmilərin yan aldığı zonadan
aralı yerləşdirilməlidir. Dirəkləri özülün altına yönəltmək və yaşayış blokundan 15m-dən
az məsafədə yerləşdirmək qadağandır. Dirəklər (borular) arasında məsafə 0,5m-dən
az olmamalıdır. Dirəklərin özülə bərkidilən yerlərində ara qat qeyri metal
təbəqədən olmalıdır.
Texnoloji boru kəmərləri

5.10.9 Quyu ağzından texnoloji qurğulara çəkilən borular bir yarusda


yerləşdirilməli və işçi təzyiqin 1,5mislinə hesablanmalıdır. Boru kəmərinin
başlanğıcında və sonunda kəmərin üzərində rənglə quyunun nömrəsi yazılmalı və
oxla axının istiqaməti göstərilməlidir. Boru kəmərləri etibarlı bərkidilməli və
müvafiq rənglərə boyanmalıdır.
5.10.10 Boruların diametri 200mm-dən çox olduqda boru kəmərləri arasında
minimal məsafə 0,2m-dən az olmamalıdır. Boru kəmərləri ilə döşəmə arasında
minimal məsafə 0,2m-dən az olmamalıdır.
5.10.11 Qaz, asan alışan və yanar maye boru kəmərləri su kəmərlərindən
yuxarıda yerləşdirilməlidir.
5.10.12 Tutumları aparat, avadanlıq və digər qurğularla , birləşdirən boru
kəmərlərinin texnoloji sxemləri tərtib olunmalıdır. Texnoloji sxemlərdə hər bir
98
boru kəmərinin öz işarəsi olmalı və hər bir bağlayıcı armaturanın sıra sayı
göstərilməlidir.
Işçi heyət bütün siyirtmələrin yerləşdirilməsi sxemini və onların təyinatı və
həmçinin boru kəmərlərinə xidmət üzrə təlimatı bilməlidirlər.
5.10.13 Baş mühəndisin xəbəri olmadan və onun tərəfindən yeni sxem təsdiq
edilmədən, müəssisələrdə fəaliyyətdə olan boru kəmərlərinin yerləşdirilmə sxeminin
dəyişdirilməsi qadağandır.
5.10.14 Neft və qaz kəmərlərinin möhkəmliyinin və germetikliyinin üfürülmə və
sınanma yolu ilə yoxlanılması təlimata müvafiq aparılmalıdır və həmin təlimatda yerli
şərait nəzərə alınmaqla lazımi texniki və yanğın təhlükəsizliyi tədbirləri nəzərdə
tutulmalıdır.
5.10.15 Boru kəmərlərində quraşdırılmış siyirtmələr, ventillər, kranlar və digər
bağlayıcı qurğular həmişə saz vəziyyətdə olmalı və hər an onlara asanlıqla yanaşmaq təmin
olunmalıdır.
5.10.16 Qaz kəmərlərinin yalnız qaynaq vasitəsilə birləşdirilməsinə icazə verilir.
Flans birləşmələrinə bağlayıcı qurğuların, nəzarət ölçü cihazlarının və digər aparatların
quraşdırıldığı yerlərdə icazə verilir. Neft və neft məhsulları kəmərlərinin isə qaynaq,
keçiriciliyi olmayan kipləşdiricili mufta və flans vasitəsilə birləşdirilməsinə icazə verilir.
5.10.17 Flans birləşmələrinin ara qatı yüksək temperaturlarda dağılmayan və
deformasiyaya uğramayan materiallardan hazırlanmalıdır.
5.10.18 Boru kəmərlərində əmələ gələn tıxacların polad çubuqlar və digər qığılcım
yarada bilən tərtibatlar vasitəsilə təmizlənməsi qadağandır.
5.10.19 Siyirtmələr, kranlar və ventillər səlis (plavno) açılıb-bağlanmalıdır.
Siyirtmələri açmaq və bağlamaq üçün ling, polad çubuq və digər qığılcım yarada bilən
tərtibatlardan istifadə etmək qadağandır.
5.10.20 Boru kəməri zədələndikdə (partladıqda) qəza zonası dərhal dövrəyə alınmalı,
xəbərdaredici işarələr qoyulmalı, nəqliyyatın hərəkəti dayandırılmalı və qəzanın ləğv
edilməsi üzrə tədbirlər görülməlidir.

Texnoloji aparat və qurğular

5.10.21 0,07 MPa və daha yüksək izafi təzyiqlə işləyən separatorlar və digər
texnoloji aparatlar "Pravila ustroystva i bezopasnoy gkspluataüii sosudov,
rabotaöhix pod davleniem" Qaydalarına müvafiq istismara buraxılmalı və istismar
olunmalıdırlar.
5.10.22 Erlift quyularının separatorlarından çıxan qaz-hava qarışığında
havanın miqdarı yoxlanılmalıdır. Qaz-hava qarışığında havanın həcmi payı 70% -
dən çox olmamalıdır.
5.10.23 Texnoloji aparat və qurğuların istismarı zamanı daimi olaraq onların
flans birləşmələrinin və kipgəc sıxlaşmalarının germetikliyinə nəzarət edilməlidir.
Sızma yerləri aşkar edildikdə, onların ləğvi üzrə tədbirlər görülməlidir.
5.10.24 Təmirə və təmizlənməyə ehtiyacı olan texnoloji aparat və qurğular
söndürülməli, məhsulu boşaldılmalı, istismarda olan aparatlardan, avadanlıqlardan
və boru kəmərlərindən təcrid olunmalı, buxara verilməli və ya təsirsiz qazla
üfürülməlidir. Lyukların açılmasını yuxardan başlamaq lazımdır.
99
5.11 Qəzaların və yanğınların ləğv edilməsi

5.11.1 Hər bir partlayış və yanğın təhlükəli obyekt (DNQMQ, DDÖ, DÖ,
Ü QQ, ÖQQ) üçün baş verə biləcək qəzaların operativ ləğvi planları işlənib
hazırlanmalıdır.
5.11.2 Açıq fontan və tullanış zamanı lazımdır;
- açıq qaz və neft fontanlarının yaranmasının qarşısının alınması və ləğvi üzrə
hərbiləşdirilmiş dəstəni və yanğınsöndürən gəmiləri çağırmaq;
- yanğınsöndürmə vasitələrini işə hazırlamaq;
- quyuda fontanın (tullanış) ləğvi ilə əlaqədar görülən tədbirlərdən başqa, açıq
oddan istifadə olunmaqla görülən işləri və digər təhlükəli işləri (avadanlıqların
təmzlənməsi, təmiri, mənimsənilməsi və istismarı) dayandırmaq;
- qəza işlərində iştirak etməyən bütün fəhlə və MTİ təhlükəli zonadan
çıxarılmalıdır. Qəza yerinə adamların buraxılmasına yalnız qəzanın ləğvi işlərinə
cavabdeh olan rəhbər icazə verməlidir;
- qoruyucu vasitələr və qığılcım təhlükəsiz alətlərdən istifadə olunmaqla
qəzanın məhdudlaşdırılması və ləğvi tədbirlərini görmək;
- imkan daxilində qəza zonasında yerləşən aparat və tutumlardan AAM və
YM çıxararaq uzaqlaşdırmaq, texnoloji aparatlarda təzyiqi aşağı endirmək;
- qəza obyektinin alovlanmasının və ehtimal olunan yanğının qarşısını almaq
məqsədi ilə fasiləsiz su təchizatının təmin olunması tədbirlərini görmək;
- DDÖ-də (DÖ) küt quyular varsa, quyudaxili ayırıcı (kəsici) klapanların idarə
etmə sistemini işə salmaqla, onların bağlanmasını təmin etmək;
- imkan daxilində lay flüidlərinin töküldüyü (axdığı) yerin su ilə
təmizlənməsini təşkil etmək.
Qəza yerlərində və qonşu (həmsərhəd) sahələrdə yanğınsöndürmə və qəza
xidmətlərindən başqa, bütün növ nəqliyyatın hərəkəti (keçməsi), gəmilərin keçməsi
qadağan olunmalı, yanğın təhlükəsizliyi tədbirlərinə riayət etməklə qəza
ventilyasiyası işə salınmalı və qazlanmış otaqların havası təmizlənməlidir.
5.11.3 Qəzanın nəticələri aradan qaldırıldıqdan, qəza yerindəki avadanlığın
texniki vəziyyəti və kommunikasiyalar diqqətlə yoxlanıldıqdan, yanar qaz və
buxarların partlayış təhlükəli qatılığının yoxluğuna əmin olduqdan sonra, qəza
vəziyyətini ləğv etmək olar.
5.11.4 Yanğın təhlükəsizliyi xidmətinin bölməsi qəza yerinə gəldikdə, qəzanın
ləğvi üzrə işlərə rəhbərlik edən şəxs həmin bölmənin rəisinə qısa məlumat verir:
- zərərçəkmişlər barədə;
- qəzanın nəticəsi kimi ehtimal olunan partlayış, yanğın, zəhərlənmələr
barədə;
- qəzanın baş verdiyi yer, ölçüləri, xarakteri və onun ləğvi üçün görülmüş
tədbirlər barəsində;
yanğınsöndürənlər tərəfindən baş verə biləcək yanğının, partlayışın qabağını
almaq üçün lazımi tədbirlərin görülməsi və qəzanın ləğv edilməsi üçün görüləcək
işlər barəsində.

100
5.11.5 Qəza yerinə gəlib çıxmış yanğın təhlükəsizliyi xidməti bölmələrinin
rəisi aşağıdakılara əməl etməlidir:
- qəzanın ləğvi üzrə işlərə rəhbərlik edən şəxsdən 9.1.4 bəndində sadalanmış
məsələlər barəsində məlumat almalı;
- insanları təhlükə gözləyirsə, onların qorunması və xilas edilməsi üçün lazımi
tədbirlər görməli, təhlükəli zonada qalmış insanların sayı haqqında məlumatların
düzgünlüyünü yoxlamalı, qəzanın ləğvi üzrə işlərə rəhbərlik edən şəxslə
razılaşdırılmış şəkildə əlavə olaraq, qəza yerlərini araşdırmalı;
- qəza nəticəsində yarana biləcək yanğının vaxtında ləğv edilməsi üçün güc və
vasitələri hazırlamalı;
- qəzanın ləğvi üzrə işlərin görülməsi zamanı yanğına qarşı rejimin əməl
olunmasına nəzarət etməli;
- qəzanın ləğvi üzrə işlərə rəhbərlik edən şəxslə razılaşdırılmış tədbirlərin
(yanğının qarşısının alınması və söndürülməsi) yerinə yetirilməsini təmin
etməlidir.
5.11.6 Qəza ləğv edilən dövrdə yanğın baş vermişsə, onda yanğının
söndürülməsinə rəhbərliyi bilavasitə yanğın təhlükəsizliyi xidmətinin bölmə rəisi
həyata keçirməlidir. Bu vaxt o, qəzanın ləğvi üzrə işlərə rəhbərlik edən şəxslə
həmişə əlaqədə olmalı və onu sistematik olaraq yanğının söndürülməsi işinin
gedişi barəsində məlumatlandırmalıdır.
5.11.7 Qəzaların ləğvi zamanı müəssisənin (obyektin) texniki heyətinin,
yanğın təhlükəsizliyi xidmətinin, açıq qaz və neft fontanlarının ləğvi və
xəbərdarlığı üzrə hərbiləşdirilmiş hissənin birgə fəaliyyət qaydası aşağıdakı
normativ texniki sənədlərlə müəyyən edilir: RD 51-44-81 "Opranizaüiə i
bezopasnoe vedenie rabot pri likvidaüii otkrıtıx qazovıx i neftənıx fontanov na
kontinentalğnom şelğfe» və "Boevoy ustav pojarnoy oxranı» (1985).

5.12 DDÖ-də (DÖ, ÜQQ) yanğının söndürülməsi

5.12.1 DDÖ (DÖ, Ü QQ) heyətinin yanğınla mübarizəsi yanğının


söndürülməsinin operativ planına.müvafiq həyata keçirilir və özündə aşağıdakı
əsas fəaliyyəti cəmləşdirir:
- yanğın yerinin aşkar edilməsi və ölçülərinin təyini;
- yanğının yayılmasının məhdudlaşdırılması;
- yanğın zamanı ehtimal olunan partlayışların qarşısının alınması;
- yanğının və onun nəticələrinin ləğv edilməsi.
5.12.2 Yanğınla mübarizənin həyacan siqnalını eşitdikdə (qəbul etdikdə) qəza
partiyalarının (qrupların) rəisləri borcludur:
- yanğının baş verdiyi əraziyə (rayona) gəlməli, DDÖ (DÖ, Ü QQ)
rəhbərliyinə partiyanın (qrupun) yanğınla mübarizəyə hazır olduğunu məruzə
etməli;
- yanğının yerini və ölçülərini müəyyən etməli;
- yanğının söndürülməsi üçün lazımi sayda qüvvə və vasitələri ayırmalı və
onların fəaliyyətini təyin etməli;
alovun bürüdüyü otaqlardan və tüstülənmiş ərazilərdən zərərçəkənlərin
101
çıxarılmasını və onlara ilkin tibbi yardımın göstərilməsini təşkil etməli;
- qəza baş vermiş otaqlarla həmsərhəd (qonşu) olan otaqların və şöbələrin
yoxlanılmasını təşkil etməli, lazım gəldikdə ara divarların soyudulmasını təmin
etməli;
- aparılan kəşfiyyatın nəticələri və qəza partiyasının fəaliyyəti barəsində DDÖ
(DÖ, Ü QQ) rəhbərliyini məlumatlandırmalı və ehtiyac duyulduqda, yanğının ləğv
edilməsi üçün əlavə qüvvə və vasitələr tələb etməlidir.
5.12.3 Tüstülənmiş və yanan otaqlara göndərilən şəxslər yanğınsöndürən
ləvazimatı, qoruyucu tros və kəmərlə, eyni zamanda izoləedici nəfəsalma aparatı
ilə təchiz olunmalıdırlar.
Tüstülənmiş və yanan otaqlarda filtrli nəfəsalma cihazlarının istifadə olunması
qadağandır.
5.12.4 İsanların otaqlardan təhlükəsiz keçidini təmin etmək və eyni zamanda
yanar (yana bilən) materialların buxarlarının yayıldığı otaqların soyudulması üçün,
yanğınsöndürmə püskürdücü - lülələr tətbiq olunmalıdır.
5.12.5 Yanğını söndürən zaman, tüstü ilə mübarizə üçün tədbirlər görmək
lazımdır. Bu məqsədlə daşınan tüstü sorandan, əgər mümkündürsə, stasionar
sorucu ventilyatorlardan istifadə etmək lazımdır. Yanğını həcmi üsulla
söndürdükdə, otaqların ventilyasiya olunması qadağandır.
5.12.6 Həcmi yanğınsöndürmə vasitələrinin tətbiqindən sonra təkrar
alovlanmanın qarşısını almaq məqsədi ilə həmin sahənin (otağın) ventilyasiyasını
yanğın söndürüləndən 30 dəqiqə sonra həyata keçirmək lazımdır. Ventilyasiya,
qazların və iyin tam çıxarılmasına qədər, azı 30 dəqiqə aparılmalıdır.
5.12.7 Yanğının həcmi yanğınsöndürmə vasitələri ilə söndürüldüyü
ventilyasiya olunmamış otaqlara, bütün ehtiyat qaydalarına riayət olunmaqla,
izoləedici nəfəsalma aparatlarından, qoruyucu troslardan, daşınan partlayışa qarşı
təhlükəsiz icralı akumlyator fənərindən istifadə etməklə və qabaqcadan otaqda
temperaturun 60°C yuxarı olmadığına əmin olduqdan sonra daxil olmağa icazə
verilir.
5.12.8 Yanğını söndürərkən aşağıdakılara əməl olunmalıdır:
- yanar maddələrin yanğın mənbəyinə daxil olmasının qarşısını almaq;
- yanğın mənbəyini havadan təcrid etmək;
- yanar maddələri, onların qazlarının alışma temperaturundan aşağı
temperatura qədər soyutmaq.
5.12.9 Dövlət yanğın təhlükəsizliyi xidmətinin gəlməsinə qədər yanğının
söndürülməsi üzrə ümumi rəhbərliyi obyektin rəisi həyata keçirməlidir. O,
insanların həyatına təhlükə yarandığı halda, dərhal mövcud olan güc və
vasitələrdən istifadə etməklə, onların xilasi və təxliyyəsini təşkil etməyə borcludur.
Yanğının söndürülməsi işinə rəhbərlik edən şəxs borcludur:
- lazım gələrsə, stasionar yanğınsöndürmə vasitələrini işə salmağa;
- yanğının söndürülməsində iştirak edən insanların ehtimal olunan
zəhərlənmələrdən, yanıqlardan, elektrik cərəyanı ilə zədələnmələrdən qorunmasını
təmin etməyə;
- yanğını söndürməklə bərabər texnoloji avadanlıqları və tikinti
konstruksiyalarını yüksək temperaturların təsirindən su ilə soyutmağa;
102
- yanğını söndürərkən təhlükəsizlik texnikası tələblərinə riayət etməyə.
5.12.10 Dövlət yanğın təhlükəsizliyi xidməti gəidikdən sonra, onların gəlişinə
qədər yanğının söndürülməsinə rəhbərlik edən obyektin rəisi borcludur;
-Dövlət yanğın təhlükəsizliyi xidmətinin rəisinə (zabitinə) yanan obyektin
xüsusiyyətləri və yanğının söndürülməsinin gedişi barədə məlumat verməyə;
-yanğınsöndürən bölmələrin (elektrik enerjisi və digər təhlükəli amillərin
təsirindən) təhlükəsiz işləməsini təmin etməyə.
Qəza yerinə gəlmiş yanğınsöndürmə bölmələrinin rəisi (zabiti) yanğının
şəraitindən asılı olaraq, qərargah yaratmalıdır. Qərargahın tərkibinə idarənin
(obyektin) məsul işçiləri -baş mühəndis, baş mexanik, obyektin rəhbəri və
yaranmış vəziyyətdən asılı olaraq digərləri cəlb olunmalıdır.
5.12.11 Yanğınsöndürmə qərargahına daxil olan idarənin nümayəndələri
aşağıdakıları yerinə yetirməlidirlər:
- yanan obyektin xüsusiyyətləri, texnologiyaları, yüksək temperaturun
təhlükəli zonada yerləşən texnoloji avadanlıqlara, məhsullara, aparatlara, tutumlara
təsirinin təhlükəsi barəsində məsləhətlər verməli;
- yanğının söndürülməsinə rəhbərlik edənin göstərişinə uyğun olaraq
kommunikasiyaların açılması və başqa səmtə döndərilməsi üzrə işləri həyata
keçirməli;
- yanğının söndürülməsi işlərinin yerinə yetirilməsi ilə əlaqədar işçi (fəhlə)
qüvvəsi və MTİ ilə təmin etməli;
- yanğının yayılmasının qarşısının alınması və söndürülməsi işlərinin yerinə
yetirilməsi üçün avtonəqliyyat və texnika ilə təmin etməli;
- yanğın söndürən ayrı-ayrı şəxslərin və xidmətlərin fəaliyyətinə düzəliş
verməli.
5.12.12 Müdiriyyət obyektdə baş vermiş hər bir yanğın hadisəsinin
yaranmasına və yayılmasına şərait yaratmış bütün səbəbləri aydınlaşdırmalı və
lazımi profilaktiki tədbirləri həyata keçirməlidir.

5.13 Yaşayış və xidməti otaqlarda yanğının söndürülməsi

5.13.1 Yaşayış və xidməti otaqlarda yanğının söndürülməsi üçün əsasən su


söndürmə sistemlərindən (dağınıq və yığcam su şırnağı verən yanğınsöndürmə
lülələri, sprinklerlər və s.), lazım gəldikdə isə köpüklə söndürmədən istifadə
olunmalıdır. İnsanların olmadığı otaqlarda yanğının karbon qazı ilə
söndürülməsinə icazə verilir. Yaşayış və xidməti otaqlarda insanların olduğu
dövrdə (zamanda) qazla, buxarla, məhlulla söndürmədən istifadə olunması
qadağandır.
5.13.2 Yaşayış və xidməti otaqlarda yanğın zamanı alovun güclənməsinin və
yayılmasının qarşısını almaq məqsədi ilə qapıları bağlı saxlamaq tövsiyə olunur.
Yanğınsöndürmə lülələri isə illüminatorlardan və ya qapılarda arakəsmələrdə
açılmış xüsusi (deşik) yarıqlardan verilməlidir.
5.13.3 Ağacdan və digər yanan materiallardan düzəldilmiş əşyalar olan
otaqlarda yanğın baş vermişsə, yanğınsöndürmə vasitələrinin tətbiq edilməsi ilə

103
eyni zamanda həmin əşyalar sökülüb çıxarılmalıdır. Alovun gizli yayılmasına
səbəb olan dekorativ və izoləedici örtüklər sökülməlidir.

5.14 Anbarlarda, fənər və rəngsaz otaqlarında yanğının söndürülməsi

5.14.1 Bu otaqlarda yanğının baş verdiyini müəyyən etdikdə hər şeydən əvvəl
qapılar kip (möhkəm) bağlamaq və ventilyasiya borularını tıxaclarla qapamaq
lazımdır.
5.14.2 Yanğının söndürülməsi üçün köpük odsöndürənlə-rindon, neft
məhsullarının axıb getməsinin (yayılmasının) qarşısını almaq üçün isə qumdan
istifadə olunmalıdır. DDÖ (DÖ, Ü QQ) konstruksiyasının və arakəsmələrinin
soyudulması üçün dağınıq su şırnağı həm anbarın içərisinə, həm də qonşu otaqlara
verilməlidir.
5.14.3 Alovlanmış (yanmış) mayelər bidonlarda saxlanılırsa onların ağzını
azbest örtük, brezent və ya digər kip toxunmuş parça ilə örtmək lazımdır.
Bidonların və çəlləklərin (xüsusi ilə boş olan) partlamasının qarşısını almaq məsədi
ilə onları su şırnağı ilə soyutmaq lazımdır.
5.14.4 Əgər fənər, rəngsaz və şkiper anbarları buxar və karbon qazlı söndürmə
sistemi ilə təchiz edilmişsə, onda yanğın zamanı qapılar və ventilyasiya boruları
kip bağlanmalı və bu qurğu işə salınmalıdır. Bu halda karbon qazı yanğın tam
söndürülənə kimi verilməlidir.

5.15 Açıq göyərtədə (yaruslarda) və üst tikililərdə yanğının söndürülməsi

5.15.1 Ü st tikilidə yanğını söndürmək üçün əsas vasitə kimi, su və orta artımlı
mexaniki-hava köpüyü istifadə olunur.
5.15.2 Ü st tikilidə yanğın baş verdikdə, onun söndürülməsi ilə bərabər
xilasedici şlyubkalar (alovlanmanın qarşısını almaq məqsədi ilə) dərhal
endirilməlidir.
5.15.3 Kənar göyərtələrdə yanğının söndürülməsi üçün köpük
odsöndürənlərdən və ya sudan istifadə olunmalıdır. Yanar materialları dərhal
sökmək və aşağıda yerləşən otaqların vəziyyətini əsaslı surətdə yoxlamaq lazımdır.
5.15.4 Yanğının üst tikililərdə və açıq göyərtələrdə söndürülməsi üçğn:
- yanğın mənbəyinə çoxlu sayda su şırnağı verilməlidir (imkan daxilində
küləkdöyən tərəfdən);
- yanğın mənbəyinin yaxınlığında yerləşən isti (qızmış) konstruksiyalar və
materiallar su ilə soyudulmalıdır;
- yanan otaqlarla qonşu (birləşik) olan bölmələrə nəzarət edilməlidir.

5.16 Maşın-qazanxana otaqlarında yanğının söndürülməsi

5.16.1 Qazanxanada yanğının söndürülməsinin ən effektli üsulu yanğın


mənbəyinə gələn havanın qarşısının alınmasıdır.
5.16.2 Yanğının söndürülməsi üçün aşağıdakılar tətbiq olunmalıdır:
- karbon qazlı və kimyəvi köpük odsöndürənlər, stasionar və daşınan köpük
104
generatorlarından verilən köpük (əgər onlar gəmidə quraşdırılmışsa);
- püsgürdücüdən verilən su;
- gəmidə karbon qazlı yanğınsöndürmə sistemi mövcuddursa, qazanxana
karbon qazı ilə doldurulmalıdır;
- buxarla söndürmə;
- qum.
Maşın - qazanxana otaqlarında yanğının effeklli söndürülməsi üçün bütün
yarıqlar (deşiklər) bağlanmalıdır.
Maşın otaqlarında yanğını söndürərkən ən eftekli vasitə kimi karbon qazından
və orta artımlı (100:1) köpükdən və eyni zamanda dağınıq su və halloid
karbohidrogen əsaslı tərkiblərdən istifadə olunmalıdır. Yanğının qarşısının
alınması (məhdudlaşdırılması) və tüstünün çıxardılması üçün yüksək artımlı
köpükdən (1000:1) istifadə etmək tövsiyə olunur.
5.16.3 Əgər mövcud yanğınsöndürmə vasitələri ilə yanğını söndürmək
mümkün deyilsə, onda dərhal qazanların fəaliyyəti (işi) dayandırılmalı, növbənin
şəxsi heyəti təxliyə olunmalı, qazanxana germetikləşdirilməli, ora karbon qazı
buraxılmalı, (verilməli), qonşu arakəsmələrin rəng örtüyünün alovlanmasının
qarşısını almaq üçün su şırnağı verilməlidir.
5.16.4 Qazanxanaların germetikləşdirilməsi və karbon qazının (buxarın) oraya
buraxılması, yanğının söndürülməsinin ən axırıncı (son) tədbirləridir. Qazanxana,
yanğın söndürüldükdən, xarici səthləri soyudulduqdan və oradan karbon qazının
qalıqları tam təmizləndikdən (deqazasiya) sonra, açılmalıdır.

5.17 Elektrik avadanlığında yanğının söndürülməsi

5.17.1 Yanğının söndürülməsindən əvvəl gərginlik altında olan elektrik


avadanığı dərhal dövrədən açılmalıdır. Əgər avadanlığı dövrədən dərhal açmaq
mümkün deyilsə, yanğının söndürülməsi üçün karbon qazlı odsöndürənlərdən,
quru qumdan və azbest örtükdən istifadə olunmalıdır. Digər odsöndürən vasitələrin
tətbiqi qadağandır.
5.17.2 Gərginlik altında olan yanan elektrik avadanlıqlanının söndürülməsində
iştirak edən şəxslər saz və yoxlanılmış fərdi izoləedici elektrik qoruyucu
vasitələrdə işləməlidirlər (dielektrik əlcəklər, uzunboğaz çəkmələr). Bu zaman
avadanlığın cərəyan altında olan hissələrinin odsöndürənin gövdəsinə və ya
genişlənən borucuğuna toxunmasına yol vermək olmaz.
5.17.3 Yanan elektrik avadanlığı elektrik dövrəsindən açılmışsa, onu istənilən
odsöndürən vasitələrlə söndürmək mümkündür. Elektrik avadanlığının xarab
olmasının qarşısını almaq məqsədi ilə imkan daxilində karbon qazlı
odsöndürənlərin, onlar olmadığı halda isə mexaniki-hava köpüyünün istifadə
olunması tövsiyə olunur. Mexaniki-hava köpüyü və şirin su elektrik avadan-
lığının izoiyasiyanın müqavimətini aşağı saldığına görə, onların tətbiqindən sonra
elektrik avadanlığı qurudulmalıdır.
Dəniz suyunun və kimyəvi köpüyün istifadəsi elektrik avadanlığını uzun
müddətə sıradan çıxara bilər.

105
5.18 Yanacaq doldurulan şöbələrdə, tanklarda, tutumlarda
yanğının söndürülməsi

5.18.1 Tanka (tutuma) neft məhsulları doldurularkən yanğın baş verdikdə,


aşağıdakılara əməl olunmalıdır:
- dərhal doldurma əməliyyatı dayandırılmalı, boru kəmərlərinin klapanları
bağlanmalı və şlanqlar ayrılmalıdır; tank germetikləşdirilməlidir;
- stasionar yanğınsöndürmə qurğusu işə salınmalıdır; DDÖ-də (DÖ, Ü QQ)
yanğın mənbəyinə yaxın olan otaqların və şöbələrin arakəsmələrinə nəzarət
gücləndirilməlidir;
- yanğın mənbəyinin yaxınlığında yerləşən göyərtə (yaruslar), arakəsmələr və
digər konstruksiyalar və neftin, neft məhsullarının, qazın saxlanıldığı digər
tankların ərazisi dəniz suyu ilə soyudulmalıdır.
5.18.2 Yanar qaz və buxarların partlamasının qarşısını almaq üçün
aşağıdakılara əməl olunmalıdır:
- qaz və buxarların digər otaqlara yayılmasının qarşısını almaq üçün tədbirlər
görülməlidir;
- Ü QQ (DDÖ, DÖ) rəisinin icazəsi ilə yanar qaz və buxarların yüğıldığı
əraziyə elektrik enerjisinin verilməsi dayandırılmalıdır;
- yanar qarışıqların partlayış təhlükəli qatılığının ləğv edilməsi üçün bütün
mümkün tədbirlər görülməlidir (süni ventilyasiya, təsirsiz qazlarla qarışığın
yaradılması, soyutma və s.).
5.18.3 Tankda (tutumda), göyərtədə, suda yanan neft məhsullarının
söndürülməsi üçün, effektli vasitə kimi, orta artımlı (100:1) mexaniki-hava
köpüyündən istifadə olunmalıdır.
Yanğının söndürülməsinin effektliyi üçün DDÖ-ün (DÖ, Ü QQ) göyərtəsinin,
bortlarının və digər konstruksiyalarının su ilə soyudulmasının böyük əhəmiyyəti
vardır.

5.19 Suyun üzərində yanan neft örtüyünün söndürülməsi

5.19.1 Neft örtüyü (yanacaq) suyun üzərində yandığı zaman, yayıldığı


ərazinin ölçülərindən asılı olaraq, alovun hündürlüyü 1 m-dən 6 m-ə qədər ola
bilər. Külək və axının təsiri altında örtük daima hərəkət edir (öz yerini dəyişir).
Küləyin sürəti 3,4- 12,4 m/s (3-6 bal) olduqda örtük 0,13- 0,27 m/s sürətlə hərəkət
edə bilər. Dalğanın hündürlüyü 0,75m qədər olanda neft örtüyünün bütün kütləsi
yanır, ancaq dalğanın hündürlüyü 2m qədər olanda örtük su ilə emulsiya əmələ
gətirir və yanmır.
5.19.2 Qəza nəticəsində dənizə tökülmüş neftin alovlanmasının qarşısını
almaq məqsədi ilə yanğınsöndürən lülələrdən verilən su şırnağı və gəmilərin daimi
manevr etməsi ilə neft örtüyünün uzaqlaşdırılmasını və su ilə emulsiya əmələ
gətirməsini təmin etmək tövsiyə olunur.
5.19.3 Ü QQ (DÖ, DDÖ) bortunun yanında neft örtüyü yanan zaman
aşağıdakılara əməl olunmalıdır:

106
- Ü QQ (QG) mümkün qədər küləyin və axının əksi istiqamətində təhlükəli
ərazidən uzaqlaşdırılmalıdır;
- yanğınsöndürən lülələrdən verilən fasiləsiz su şırnağı vasitəsi ilə yanan neft
örtüyy DDÖ-dən (Ü QQ, QG) uzaqlaşdırılmalıdır;
- təhlükə yaranmış yerlərində dəniz suyunun səthini yanğınsöndürən köpüklə
örtmək;
- gəminin təhlükə yaranmış yerlərində gövdəni su şırnağı ilə
soyutmaq.

107
BÖLMƏ VI

Gəmilərdə yanğın təhlükəsizliyi qaydaları

6.1 Ümumi müddəalar

6.1.1. Bu Qaydaların tələbləri «Xəzərdənizneftdonanma»-nın tabeliyində olan


bütün növ gəmilərin istismarı, təmiri zamanı yerinə yetirilməlidir.
6.1.2 Bu qaydaların bir nüsxəsi hər bir gəmi bortunda olmalıdır.
6.1.3 Gəmilərdə yanğın təhlükəsizliyinin təmin olunması zamanı gəmi heyəti
beynəlxalq müqavilələri və sazişləri, Azərbaycan Respublikasının nəqliyyat
sahəsində, gəmilərin yanğın təhlükəsizliyi sahəsində qəbul olunmuş hüquqi və
texniki aktları və bu qaydaları rəhbər tutmalıdır.
6.1.4 Gəmi sahibləri, gəmi kapitanları bu qaydaların müddəalarının
öyrənilməsini təşkil etməli və orada nəzərdə tutulan tələblərin, tədbirlərin yerinə
yetirilməsini təmin etməlidir.
6.1.5 Gəmi heyətinin bütün üzvləri, eyni zamanda gəminin fəaliyyəti ilə
əlaqədar olaraq orada işləyən digər şəxslər, yanğın təhlükəsizliyi qaydalarını
bilməli və onun tələblərini yerinə yetirməli, yanğınla mübarizənin praktiki
biliklərinə yiyələnməli, yanğın baş verərsə gəminin həyəcan siqnalının cədvəlinə
müvafiq hərəkət etməlidir.
Gəmilərdə olan sərnişinlər yanğına qarşı rejimlə tanış olmalı və yanğın
təhlükəsizliyi tələblərinə riayət etməlidirlər.
6.1.6 Gəmi üzrə yanğınsöndürmə planının tərkibində yanğınlarla və gəminin
dayanıqlığı üçün mübarizənin təşkili məqsədi ilə ekipaj üzvlərindən qəza
dəstələrinin (qruplarının) yaradılması nəzərdə tutulmalıdır. Qəza dəstələrinin
(qruplarının) sayı və onların üzvlərinin sayca tərkibi gəmi ekipajının sayından və
təyinatından asılı olaraq müəyyən edilməlidir.
6.1.7 Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq gəmini istismar edən gəmi
sahibi yanğın təhlükəsizliyinin təmin edilməsinə cavabdehdir.
6.1.8 Gəmidə yanğına qarşı rejimin tələblərinin yerinə yetirilməsi üzrə işlərin
təşkilini, istismar və təmir zamanı (odlu işlərin görülməsi, partlayış yanğın
təhlükəli yüklərin vurulması və boşaldılması və s.) texnoloji prosesləri həyata
keçirərkən yanğın təhlükəsizliyi tədbirlərinin yerinə yetirilməsini gəmi sahibi,
gəmi təmiri müəssisəsi, limanın müvafiq xidmətləri həyata keçirməlidir. Müvafiq
xidmət olmadığı halda həmin funksiyaları mühəndis – texniki xidmətdən təyin
olunmuş, yanğına qarşı xüsusi hazırlıq keçmiş şəxslər həyata keçirməlidir.
6.1.9 Bütün yanğın halları, onların səbəbləri, yanğınların ləğv edilməsi və
insanların xilası üzrə görülən tədbirlər barəsində gəmi kapitanı hövzənin dispetçer
xidmətinə və gəmi sahibinə xəbər verməlidir.

108
6.2 Gəminin yanğına qarşı qorunma sisteminin yaradılması
üçün görülən təşkilatçılıq tədbirləri, yanğınsöndürmə rejimi,
həyəcan siqnalizasiya sistemi
6.2.1 Bu Qaydaların 6.1.4 bəndinə müvafiq olaraq gəmi sahibi ekipaj
üzvlərinin yanğına qarşı hazırlığını təmin etməlidir. Hazırlığa aşağıdakılar daxildir:
- bütün gəmilərin rəhbər və sıravi heyətinə, qəbul olunmuş proqramlar üzrə,
yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsi;
- normativ aktların tələblərinə uyğun olaraq, gəmilərin rəhbər və sıravi
heyətinə sağ qalma üsullarının və qəza hallarında (o cümlədən yanğınla
mübarizədə) davranışlarının (hərəkətlərinin) trenajor gəmidə və yaxud sahildəki
mərkəzdə öyrədilməsi;
- qəza dəstələrinin (qruplarının) üzvlərinin yanğın söndürənlərin
ləvazimatlarında işləmək qaydalarının öyrədilməsi;
- ekipaj üzvlərinin yanğın təhlükəsizliyi tədbirləri üzrə təlimatlandırılması
(giriş, ilkin (iş yerində), təkrar, növbədənkənar);
- yanğınla mübarizə məqsədi ilə ümumi gəmi üzrə təlimlərin keçirilməsi.
6.2.2 Rəhbər heyətin yanğın təhlükəsizliyi məsələri üzrə bilikləri qəbul
olunmuş müddətlərdə yollanılmalıdır.
6.2.3 Bütün işə qəbul olunan ekipaj üzvləri, gəmiyə birbaşa iş yerinə
getməzdən əvvəl yanğına qarşı giriş təlimatı almalıdır.
Gəmiyə gəldikdən sonra ekipaj üzvü bilavasitə iş yerində ilkin yanğına qarşı
təlimatlandırılır. Belə bir təlimatlanma gəmi cədvəli üzrə vəzifələr dəyişilərkən də
aparılmalıdır. Hər təqvim ilinin əvvəlində ekipaj üzvlərinin hamısı yanğına qarşı
təkrar təlimat almalıdır.
Yanğın təhlükəsizliyi qaydalarının tələbləri pozulduğu halda növbədənkənar
təlimatlanma aparılmalıdır.
6.2.4 Ekipaj üzvlərinin gəmidə izoləedici nəfəsalma aparatlarında işləməsinə,
heyət təlim keçdikdən sonra, kapitanın yazılı sərəncamı əsasında icazə verilir.
6.2.5 Partlayış, yanğın təhlükəli yüklərin daşınmasını həyata keçirən
gəmilərdə ekipaj üzvləri, təhlükəli yüklərin daşınması üzrə normativ aktların
tələblərinə cavab verən, qəbul olunmuş proqramlar üzrə əlavə yanğına qarşı
hazırlıq keçməlidir.
6.2.6 Gəmilərdə yanğınla mübarizə üzrə praktiki fəaliyyəti məşq etmək
məqsədi ilə hər ay, sərnişin daşıyan gəmilərdə ayda iki dəfə, ekipaj üzvlərinin 25%
dəyişildikdə isə gəmi ilk reysə çıxmazdan əvvəl, təlimlər keçirilməlidir.
Yanğınla mübarizə üzrə təlimlər, gəmi kapitanı tərəfindən təsdiq edilmiş
yanğınsöndürmə planının variantlarının birinə müvafiq, aparılmalıdır.
6.2.7 Bu Qaydaların 6.2.1 bəndinə müvafiq olaraq hazırlıq keçməyən
(öyrədilməyən) şəxslər gəmidə işə buraxılmır.
6.2.8 Hər bir gəminin sükan otağında (rubka), maşın şöbəsində, yaşayış
otaqlarının dəhlizlərində, göyərtədə yaxşı görünən yerlərdə aşağıda sadalananların
yerləşmə planları bərkidilməlidir:
- odadavamlı və oddan qoruyucu konstruksiyaların;
- idarəetmə postlarının;

109
- stasionar yanğınsöndürmə sistemləri (onların işini idarə edən cihaz və
armaturlar da daxil olmaqla) ilə qorunan otaqların;
- yanğın kranlarının;
- yanğın təchizatının;
- müxtəlif şöbələrə, göyərtələrə və s. təxliyyə yolları, dəhlizlər, qapılar
göstərilməklə giriş vasitələrinin;
- ventilyasiya sistemlərinin (ventilyasiya sistemlərinin mərkəzi idarəetmə
postu, hər bir zonaya xidmət edən ventilyatorlar və hava axınının qarşısını alan
qapayıcıvlar da göstərilməklə);
- yanacaq sistemlərinin boru kəmərlərini məsafədən idarə olunan bağlayıcı
yerlərinin.
Yuxarıda adı qeyd edilən planların əvəzinə bu məlumatlar kitabça şəkilində
verilə bilər. Bu kitabçalar gəminin rəhbər heyətinin hər birində, onun bir nüsxəsi
isə sükan otağında (rubka) qəza qovluğunda olmalıdır.
Xarici ölkələrə üzən gəmilərdə plan və kitabçalarda olan məlumatlar ingilis
dilində də olmalıdır.
6.2.9 Planların ikinci dəsti və ya kitabçanın bir nüsxəsi daima üst tikilinin
xaricində su damcılarından qorunan, qırmızı rəngə boyanmış, xüsusi işarə ilə
göstərilmiş qutuda (penalda) saxlanılmalıdır.
Qutunun (penalın) yerləşdiyi yer, ölçüləri 400 x 300mm olan, qırmızı
haşiyənin içərisində ağ fonda yanan gəmi silueti çəkilmiş, işarə ilə göstərilməlidir.
Qutu (penal) asan açılmalı, qəza-xilasetmə, yanğın gəmilərinin ekipajları üçün
asan yanaşma imkanına malik olan, yaxşı işıqlandırılan və imkan daxilində qəza
işıqlandırması olan yerlərdə yerləşdirilməlidir.
6.2.10 Uzunluğu 25m-dən artıq olan gəmilər üçün nümunəvi yanğınsöndürmə
planlarını gəmi sahibləri işləyib hazırlamalıdır.
Yuxarıda göstərilən gəminin rəhbər heyəti, nümunəvi plana əsaslanaraq, öz
gəmilərinin xüsusiyyətlərini nəzərə almaqla, sonda gəmi kapitanı tərəfindən təsdiq
edilən yanğınsöndürmə planı işləməlidir.
6.2.11 Yanğınsöndürmə qurğularından istifadə qaydaları haqqında təlimatlar
qurğuların idarəetmə postları yerləşən otaqlarda asılmalı, onların surətləri isə sükan
otağında (rubka) qəza qovluğunda saxlanılmalıdır.
6.2.12 Yanğına qarşı bağlayıcıların (qapayıcıların), yanğınsöndürmə
sistemlərinin boru kəmərlərinin, yanğına qarşı təchizatın və onun saxlandığı yerin
markası (damğası) olmalıdır.
6.2.13 Bütün gəmi otaqları, qəza çıxışları, yanğına qarşı bağlayıcılar
(qapayıcılar), yanğınsöndürmə sistemləri, yanğın siqnalizasiyası, yanğına qarşı
avadanlıqların əşyaları, inventarların məsafədən saxlama (dayandırma) intiqalları,
yanacaq (yağ) nasosları və separatorlar, yanacaq və yağ sistemlərinin tez qapayıcı
klapanları, ventilyasiya klapanlarının qapayıcı qurğuları kapitanın sərəncamı ilə
ekipaj üzvlərinə təhkim edilir. Ekipaj üzvləri təhkim olunduqları obyektlərdə
yanğına qarşı rejimin saxlanılmasını və həmin obyektlərin sazlığını qəbul edilmiş
müddətlərdə yoxlamalıdır.
6.2.14 Bütün otaqların qapılarının iki dəst açarı olmalıdır. Birinci dəst açarlar
saxlanılmalıdır:
110
- yanğınsöndürmə stansiyalarının, rumpel və ehtiyat çıxışlarının açarları, bu
otaqlara girişlərdə və bilavasitə ehtiyat çıxışlarının yaxınlığında yerləşdirilmiş
xüsusi qutularda;
- maddi sərvətlər saxlanılan otaqların açarları, otaqların müdirlərində;
- ekipaj olan kayutların açarları – ekipaj üzvlərinin özlərində;
- sərnişin olan kayutların açarları – bu məqsəd üçün düzəldilmiş otaqlarda,
xüsusi lövhədə;
Bütün otaqların açarlarının ikinci dəsti, ekipaj üzvlərinin kayutlarının açarları
istisna olmaqla, gəmi kapitanı tərəfindən müəyyən edilmiş otaqda, xüsusi lövhədə
saxlanılmalıdır. Lövhə açarla bağlanmalı, möhürlənməli, lövhənin açarı otağın
açarı ilə birlikdə növbə (vaxta) rəisində olmalıdır. Ekipaj üzvləri olan kayutların
açarlarının ikinci dəsti birinci şturmanın kayutundakı lövhədə saxlanılmalıdır. Bu
lövhənin açarı birinci şturmanda və ya növbə (vaxta) rəisində olmalıdır.
6.2.15 Gəmidə, yalnız xüsusi ayrılmış yerlərdə siqaret çəkməyə icazə verilir.
Siqaret çəkmək üçün yerlər içərisi su ilə dolu metal qutular və «siqaret çəkmək
üçün yer» yazısı olan lövhəciklə, yaşayış və sərnişin otaqları isə külqabılarla təchiz
olunmalıdır.
6.2.16 Gəmilərdə yanğının yaranmasının qarşısını almaq məqsədi ilə
aşağıdakılar qadağandır:
- asan alışan və yanar mayeləri, silgi materiallarını açıq və yana bilən tarada,
öz-özünə alışa bilən yağ, benzin, ağ neft, lak, həlledicilər hopmuş materialları tay
və bağlamalarda qalaqlanmış halda, boyaları, lakları, həllediciləri və digər asan
alışan mayeləri – rəngsaz anbarlarının xaricində, eyni zamanda kəpitkə, əski və
digər lifli materiallarla birlikdə saxlamaq;
- paltarları, yanar əşyaları və materialları qızdırıcı və məişət elektrik
cihazlarının yanında saxlamaq və qurutmaq;
- daxili trapların altında yanar materialların saxlanılması üçün anbar
düzəltmək;
- keçidləri, əsas və ehtiyat çıxışları, yanğınsöndürmə vasitələrinə yanaşma
yollarını tutmaq (qalaqlamaq), keçidlərdə əlavə avadanlıqlar yerləşdirmək və
quraşdırmaq, təmir zamanı isə keçidlərdə yanar qaz, maye və oksigen şlanqlarını
və boru xətlərini yerləşdirmək;
- bu məqsəd üçün nəzərdə tutulmayan yerlərdə siqaret çəkmək;
- açıq oddan istifadə etmək (məşəl, şam və s.);
- ştatdan kənar elektrik qızdırıcı cihazlarından istifadə etmək.
6.2.17 Gəmi otaqlarında (sükan otağında (rubka), maşın şöbəsində, idarəetmə
postlarında, yaşayış və xidməti otaqların dəhlizlərində və s.) yaxşı işıqlandırılan,
gözə çarpan yerlərdə təxliyyə (evakuasiya) yollarının sxemi yerləşdirilməlidir.
Belə sxemlərdən başqa, yaşayış və xidməti otaqların dəhlizlərində qaranlıqda
işıqlanan boya ilə çəkilmiş, insanların təxliyyə yollarını göstərən ox işarələri
olmalıdır.
6.2.18 Qəza çıxışlarında, qəza zamanı istifadə olunan mənbədən
işıqlandırılan, üzərində «Qəza çıxışı» sözləri yazılmış tablo quraşdırılmalıdır.

111
6.2.19 Gəmidə sutkanın istənilən vaxtı bütün bağlanan otaqlara giriş təmin
olunmalıdır. Bağlı otaqda, içəri tərəfdən, açar kiliddən çıxarılmalıdır. Təxliyə
yollarında yerləşən qapırların kilidlənməsi qadağandır.
6.2.20 Gəmidə insanlar (ekipaj üzvləri, sərnişinlər, gəmi təmiri müəssisəsinin
işçi heyəti) olan zaman təxliyə yolları daima işıqlandırılmalıdır.
6.2.21 Sərnişin daşıyan gəmilərdə həyəcan siqnalının cədvəlinə, sərnişinlərin
konkret otaqlardan təxliyəsinə cavabdeh olan ekipaj üzvlərinin vəzifələri daxil
edilir.
6.2.22 Yanğını və onun ilk əlamətlərini (tüstü, yanıq iyi) aşkar edən ekipaj
üzvlərindən hər biri:
Yaxında olan xəbərverici və ya istənilən digər üsullarla bu barədə növbə
(vaxta) rəisinə xəbər verməli, alov bürümüş otağa hava axınının daxil olmasına yol
verməməklə yanğın mənbəyini germetikləşdirməli və dərhal mövcud yanğın
söndürmə vasitələri ilə yanğını söndürməyə başlamalı;
- yanğının aşkar olunduğu yerə gələn gəminin rəhbər heyətinə mövcud
vəziyyəti məruzə etməli və bundan sonra onların göstərişləri əsasında fəaliyyət
göstərməli.
6.2.23 Növbə (vaxta) rəisi yanğın haqqında siqnalı qəbul etdikdən və ya
məruzəni dinlədikdən sonra dərhal gəmi üzrə həyəcan siqnalını verir. Bununla eyni
zamanda radiotranslyasiya şəbəkəsi vasitəsi ilə (və ya digər üsulla) yanğının aşkar
olunduğu yeri elan edir. Əgər yanğının baş verdiyi yer dəqiq məlum deyilsə, onda
növbə rəisi yanğın (və ya onun ilkin əlamətləri) haqqında məlumatın daxil olduğu
sahə barədə elan verir.
6.2.24 Yanğın baş verən zaman kapitan dərhal qəzalı və qonşu otaqlardan
insanların təxliyə (evakuasiya) olunması, yanğın mənbəyinin kəşfiyyatı və onun
ləğv olunması istiqamətində tədbirlər görməlidir.
Hadisə gəmi limanında, körpüyə yan almış vəziyyətdə olan zaman baş
vermişsə, kapitan (növbə (vaxta) rəisi) bilavasitə özü və ya limanın dispetçeri
vasitəsi ilə yanğın barəsində limanın (sahənin) Dövlət Yanğın Mühafizə
Xidmətinin bölməsinə (hissəsinə) məlumat verməlidir.
Hadisə gəmi açıq dənizdə üzən zaman baş vermişsə, kapitan yanğın barəsində
hövzə idarəetmə orqanlarına, gəmi sahibinə, onlara yaxın olan limanın dispetçerinə
məlumat verməli, lazım gələrsə özü və ya dispetçer vasitəsi ilə yaxında üzən
gəmilərdən kömək istəməlidir.
6.2.25 Gəmidə yanğının söndürülməsinin təşkili, yanğının inkişafı nəzərə
alınmaqla, yanğınsöndürmə planına müvafiq olaraq həyata keçirilməlidir.
6.2.26 Kapitan, gəmidə yanğınla mübarizənin təxirəsalınmaz tədbiri kimi,
aşağıdakıları həyata keçirməlidir:
- insanların həyatı (təxliyə yolları) üçün təhlükəli olan və ya təhlükə yarana
biləcək, partlayış təhlükəsi olan, alovun yayılma intensivliyinin çoxalması ehtimalı
olan otaqlarda və istiqamətlərdə, stasionar suvarma, suçiləyici və su pərdələri
sistemlərini işə salmalı, digər stasionar yanğınsöndürmə və yanğına qarşı vasitələri
hazır vəziyyətə gətirməli;
- dərhal yanğın mənbəyini germetikləşdirməli, qəza baş vermiş şöbənin
ventilyasiyasının işini saxlamalı, alov və tüstünün yayılmasının qarşısını almağa
112
imkan verən digər tədbirləri görməli, bütün fəaliyyəti yanğın mənbəyinin
lokallaşdırılması və ləğvi istiqamətində cəmləşdirməli;
- yanğın olan zonaya elektrik enerjisinin verilməsini dayandırmalı;
- maddi sərvətlərin, yüklərin yanğından mühafizəsi üzrə tədbirlər görməli;
- yanğının ləğvi və gəminin dayanıqlığı uğrunda mübarizə tədbirləri ilə
əlaqəsi olmayan bütün işləri dayandırmalı;
- yanğının söndürülməsində iştirak edən insanların, yanğının təhlükəli
faktorlarından (konstruksiyaların qırılıb düşən hissələrindən, yanma məhsullarının,
tüstünün toksiki təsirindən və s.), elektrik cərəyanının vurduğu zədələrdən, tətbiq
olunan yanğınsöndürmə vasitələrinin (xladonlar, karbon qazı, buxar və s.)
əlverişsiz təsirindən, mühafizəsini və təhlükəsizliyini təmin etməli. Buxarın,
təsirsiz (inert) qazların, karbon qazının, xladonların həcmi söndürmə zamanı
verilməsindən və eyni zamanda şöbələrdə, otaqlarda işıqlandırmanın
söndürülməsindən əvvəl, orada insanların qalmadığına əmin olmalı;
- yanğın söndürüləndən sonra, onun yaranması səbəblərini müəyyən etmək
üçün tədbirlər görməli.
6.2.27 Sərnişinlərin xilas edilməsinə (təhlükəli zonadan təxliyə olunmasına)
təxirə salınmaz tədbir kimi baxılmalı və bu iş yanğınla mübarizə üzrə əsas
fəaliyyətlə eyni zamanda təşkil olunmalıdır.
İnsanların və gəminin məhvinə gətirib çıxara bilən vəziyyət yarandığı halda,
eyni zamanda insanları xilas etmək və həm də yanğının söndürülməsi üçün güc və
vasitələr çatışmadığı halda, qəza dəstələrinin (qruplarının) bütün şəxsi heyəti
insanları xilas etməklə məşğul olmalıdır.
6.3 Gəminin yanğına qarşı müdafiəsinin konstruktiv elementlərinin ,
yanğınsöndürmə sisteminin və yanğın xəbərdaretmə vasitələrinin,
yanğınsöndürmə avadanlığının və təminatının daima hazır vəziyyətdə
saxlanılması
6.3.1 Hər bir gəmi yanğına qarşı müdafiənin (mühafizənin) konstruktiv
elementləri, yanğınsöndürmə və yanğın xəbərdaretmə (siqnalizasiya) vasitələri,
eyni zamanda yanğına qarşı avadanlıq və təminatla təchiz olunmalıdır.
6.3.2. Gəmiqayırma (layihələndirmə) sənədlərində nəzərdə tutulmuş və
yanğınla mübarizə üzrə təlim və məşqlər aparıldığı hallardan başqa, yanğına qarşı
sistemlərin, avadanlıqların və əmlakın birbaşa təyinatı üzrə istifadə edilməməsi yol
verilməzdir.
6.3.3 Yanğınaqarşı təminata daxil olan avadanlıqların və yanğınsöndürmə
sistemlərinin, onları istehsal edən müəssisələrin istismar təlimatlarında göstərilmiş
müddətlərə uyğun, təhkim olunduğu ekipaj üzvləri tərəfindən, gündəlik və dövri
olaraq varlığı və istifadəyə hazırlığı yoxlanılmalıdır.
Yanğınsöndürmə qurğularında təzyiq və yanğınsöndürmə maddəsinin kütləsi,
spesifikasiya göstəricilərindən 10% və ya daha çox aşağıdırsa, həmin qurğular
yenidən doldurulmalıdır.
6.3.4 Komanda heyəti dövri olaraq baxışlar keçirərkən, gəminin yanğına qarşı
vəziyyətini, yanğınsöndürmə vasitələrinin, o cümlədən izoləedici nəfəsalma
aparatlarının sazlığını yoxlamalıdır. Yoxlamaların nəticələri, aşkar olunmuş
113
qüsurları aradan qaldırmağa cavabdeh olan şəxslər də göstərilməklə, gəmi
jurnalında qeyd edilməlidir.
6.3.5 Su yanğınsöndürmə sistemi, bu sistemin texniki sənədlərinə uyğun
olaraq, dərhal fəaliyyət göstərmək üçün hazır vəziyyətdə saxlanılmalıdır. Bu sistem
havanın temperaturu 00C aşağı olduqda belə açıq göyərtədə yerləşdirilmiş yanğın
kranlarına suyun verilməsini təmin etməlidir.
6.3.6 Yanğın kranları yükləmə əməliyyatları zamanı və gəminin gündəlik
istismarı şəraitində hər hansı zədələnmələrdən qorunmalı, onlara sərbəst
(maneəsiz) yanaşma imkanı olmalı, onların quraşdırıldığı dolabların və digər
yerlərin üzərində yaxşı seçilən rənglə «YK» (yanğın kranı) yazısı olmalıdır.
6.3.7 Yanğınsöndürmə şlanqları daima lülələrə, sərnişin gəmilərində isə həm
də yanğın kranlarına birləşdirilmiş vəziyyətdə olmalıdır. Yanğınsöndürmə şlanqları
çarxa (makaraya) dolanmış halda saxlanılmalıdır.
Yanğın şlanqları hər iki tərəfdən (uclardan), birləşdirici başlıqlardan
(qaykalardan) 1m aralı məsafədə markalanmalıdır (damğalanmalıdır). Markanın
üzərində gəminin adı, nömrəsi, şlanqın istismara verildiyi il yazılmalıdır.
Şlanqlara dövri olaraq baxış keçirilməli və onlar hər il sınanılmalıdır.
Şlanqlar, gəmi yanğın nasosunun yanğınsöndürmə sistemində yaratmağa qadir
olduğu maksimal hidravlik təzyiqlə sınanılmalıdır.
6.3.8 Köpüklə söndürmə sistemində istifadə üçün, gəmiyə verilmiş
köpükəmələgətiricinin keyfiyyətini təsdiq edən sənəd (sertifikat) olmalıdır.
Köpükəmələgətiricini alaraq, gəmidə müvafiq tutuma tökdükdən sonra, onun
keyfiyyətini yoxlamaq üçün laboratoriyaya göndərmək və arayış almaq lazımdır.
Gələcəkdə köpükəmələgətiricinin keyfiyyəti ildə bir dəfədən gec olmayaraq
yoxlanılmalıdır. Zəmanətli saxlama müddəti olan köpükəmələgətirici, bu müddət
bitdikdən sonra və ya gəmidə onun saxlanılma şəraiti pozulduqda yoxlanılmalıdır.
Bir köpükəmələgətirici digəri ilə əvəz edilməsi, eyni zamanda gəmi tutumunda
olan köpükəmələgətirici ehtiyatının fərqli (başqa) köpükəmələgətirici ilə
tamamlanmasına, yalnız bu köpükəmələgətiricilərin bir-biri ilə uyğunlaşma (yola
getmə) xüsusiyyətləri nəzərə alınmaqla icazə verilir.
Köpükəmələgətirən ehtiyatı saxlanılan sahədə (yanğınsöndürmə
0
stansiyasında), havanın temperaturu 0 C aşağı olmamalıdır. Köpükəmələgətiricinin
miqdarı bu tip gəmi üçün qəbul edilmiş normaya uyğun olmalıdır.
Dozatorlar və ya qarışdırıcılar, istər maşın şöbəsində, istərsə də göyərtədə
köpüyün verilmə yerində, dərəcələnməli və həmişə saz vəziyyətdə olmalıdır.
Hava-köpük lülələri və ya köpük generatorları hazır qarışıq verilən kranların
yaxınlığında yerləşdirilməlidir.
Qarışıq (çay – dəniz) tipli neftdaşıyan gəmilərin yük anbarları yerləşən
zonasında, baş göyərtədə, köpük generatorları üçün uzunluğu 4m olan borular
yerləşdirilməlidir.
6.3.9 Karbon qazlı söndürmə sistemlərində balonların klapanlarını açan
qurğular və ya klapanların idarəetmə intiqalı (ötürücüsü) plomblanmalıdır
(möhürlənməlidir). Stansiyaların içərisində havanın temperaturu 400C artıq
olmamalıdır. Ayda bir dəfə sistem sıxılmış hava ilə üfürülməlidir.

114
Karbon qazlı söndürmə sisteminin istismar təlimatına uyğun olaraq,
odsöndürücü tərkiblə dolu tutumların kütləsi çəkilməklə, akt tərtib olunur.
6.3.10 Həcmi maye söndürmə sisteminin doldurulmasını, xüsusi sahil
bölmələri, doldurma haqqında akt və odsöndürücü tərkibin keyfiyyətini təsdiq edən
sənəd verməklə həyata keçirirlər.
Sistemə xidməti həyata keçirərkən onun istismarı üzrə təlimatıni rəhbər
tutmaq lazımdır.
6.3.11 Stasionar həcmi maye yanğınsöndürmə sistemi ilə təchiz olunmuş
gəmilərdə, ekipaja sistemlə işləmə üsulları, odsöndürücü tərkibin toksiki
xüsusiyyətləri və təhlükəsizlik tədbirləri barəsində məşğələlər keçirilməlidir.
Yalnız cavabdeh şəxsin iştirakı ilə və əlavə olaraq təhlükəsizlik tədbirləri haqqında
təlimatlandırıldıqdan sonra, stansiya olan otağa daxil olmağa və orada işləməyə
icazə verilir.
6.3.12 Həcmi yanğınsöndürmə stansiyası yerləşən otaqda, yaxşı görünən
yerdə işə salma qurğuları və qorunan otaqlar göstərilməklə, eyni zamanda sistemi
işə salmaq üçün qısa təlimat da olan yanğınsöndürmə sisteminin sxemi olmalıdır.
6.3.13 Yanğınsöndürmə təminatına daxil olan avadanlıqlara, vasitələrə asan,
sərbəst yanaşma imkanı olmalı və onlar dərhal istifadə etmək üçün hazır
vəziyyətdə saxlanılmalıdır.
Yanğınsöndürmə təminatına daxil olan avadanlıqlar, vasitələr sıradan
çıxdıqda yeniləri ilə əvəz olunmalı və ya işlək (saz) vəziyyətə gətirilməlidir.
9.3.14 Karbon qazlı odsöndürənlər saxlanılan otaqların temperaturu 550C,
tozlu odsöndürənlər saxlanılan otaqların temperaturu 350C yuxarı olmamalıdır.
Köpüklü odsöndürənlər 00C aşağı olmayan temperaturda saxlanılmalıdır.
Onların daha aşağı temperatur şəraitində saxlanılması üçün sulu məhlula
(köpükəmələgətiriciyə) antifriz əlavə etmək lazımdır.
Doldurulmuş maddənin yararlılıq (saxlama) müddəti bitdikdə, yoxlamaların
nəticəsi qeyri-qənaətbəxş olduqda, odsöndürənin yaxınlığında sızma nəticəsində
xarakterik qoxu gəlirsə, bağlayıcı ventil, püsgürdücü nasazdırsa, odsöndürücünün
gövdəsində dərin sıyrıntı, əzik olduğu halda dəyişdirilməlidir.
Karbon qazlı odsöndürənlərin yoxlama çəkilmələrini, doldurulmuş maddənin
kütləsini və odsöndürənlərin yararlılığını təyin etmək məqsədi ilə aparılan işlər,
onların pasportuna uyğun həyata keçirir və aktlaşdırırlar.
6.3.15 Hər bir kimyəvi köpüklü odsöndürənin dəstəyinə (qulpuna) birka
asılmalıdır, orada odsöndürənin doldurulma tarixi və onu dolduranın soyadı
göstərilməlidir.
Hər bir hava-köpük və tozlu odsöndürənin istehsalçı – zavod tərəfindən
verilmiş formulyarı (pasportu) olmalıdır. orada aparılmış yoxlamalar barəsində
qeydlər edilməlidir.
6.3.16 Hər bir gəmi, normalara uyğun qumla dolu qutular və çalovşəkilli
bellərlə, sərbəst (maneəsiz) yanaşma imkanı olan metal lövhələrdə yerləşdirilmiş
yanğın alətləri dəsti (yanğın baltası, ling, dəstəli qarmaq) ilə, açıq göyərtələrdə
tutacaqlardan asılmış vəziyyətdə, qırmızı rəngə boyanmış və üzərində «Yanğın»
sözü yazılmış, kifayət qədər uzunluqda ip (linğ) bağlanan vedrələrlə, eyni zamanda
alovu söndürmək üçün örtüklərlə təchiz olunmalıdır.
115
6.3.17 Yanğınsöndürmə ləvazimatları dəsti istifadəyə hazır vəziyyətdə, xüsusi
quru, qızdırılan, üst tikilidə yerləşən, bir qayda olaraq açıq göyərtədən ayrıca girişi
olan otaqda saxlanılmalıdır.
Yanmış kostyumlar dəyişdirilməli və ya təlimlərdə istifadə olunmalıdır.
İzoləedici nəfəsalma aparatları, içərisi amortizasiyalı materialla üzlənmiş
yuvaları (oyuqları) olan, xüsusi qutularda və ya stellajlarda, şaquli vəziyyətdə
saxlanılmalıdır.
6.3.18 Suyun sahildən vurulmasında istifadə olunan beynəlxalq formalı
(nümunəli) birləşmə, qırmızı rəngə boyanmış, üzərində «Beynəlxalq formalı
(nümunəli) birləşmə» yazıları olan xüsusi qutuda, qəza dəstəsinin təminatı ilə
birlikdə, sərbəst (maneəsiz) yanaşma imkanı olan yerdə saxlanılmalıdır.
6.3.19 Yanğın xəbərdaretmə (siqnalizasiya) vasitələrinin işinin yoxlanılması,
gəminin elektrik avadanlığının texniki istismar tələbləri və normalarına müvafiq
həyata keçirilməlidir.
Yanğın xəbərvericilərinə, yanğın amilinin təsiri istehsalçı – zavodun
təlimatına uyğun yoxlanılmalıdır.
Yanğın xəbərvericilərinin yoxlanılması üçün açıq alov mənbələrindən istifadə
etmək yol verilməzdir.
6.3.20 Təmir zamanı nasaz xəbərvericilər çıxarılmışsa, onda onların yerinə
yeni xəbərvericilər quraşdırılmalıdır.
Təmir qurtardıqdan və yanğın xəbərdaretmə (siqnalizasiya) sistemi
sazlandıqdan sonra, sınaqlar zamanı, elektrik enerjisi ilə təchiz etmə kəsildikdə,
ventilyator nasaz olduqda (yanğının tüstü-siqnal sistemi ilə aşkarlanması halında)
və digər hallarda, səs və optik siqnalların işləməsi yoxlanılmalıdır.
6.3.21 Qaz yanğınsöndürmə sisteminin işə salınmasını xəbərdar edən
siqnalizasiyanın yoxlanılmasını, bu sistemin profilaktiki baxışları ilə birlikdə, ayda
bir dəfədən gec olmayaraq həyata keçirmək lazımdır.
6.3.22 Yanğın və xəbərdaretmə siqnalizasiyası daima işlək (qoşulmuş)
vəziyyətdə olmalıdır. Bu sistemlərin qida mənbələrindən açılması və ya onların
qida mənbələrinin dəyişdirilməsi yalnız gəmi kapitanının yazılı ərizəsi əsasında
həyata keçirilməlidir.
Yanğın xəbərdaretmə stansiyasının işə salınmış (qoşulmuş) vəziyyətdə
olmasını, növbə rəisi, növbəni qəbul edərkən yoxlamalıdır.
6.4 Gəminin doka çıxarılması və təmirə hazırlanması üçün yanğına
qarşı hazırlıq tədbirləri
6.4.1 Gəmi sahibi ilə təmir müəssisəsi arasında, gəminin təmirə
verilməsindən əvvəl müqavilə bağlanmalıdır. Müqavilədə aşağıdakıların nəzərə
alınması tövsiyyə olunur:
- gəminin təmir edən müəssisənin müdriyyətinin cavabdehliyinə verilməsi
üzrə sənədləşmə qaydaları;
- gəmi sahibi tərəfindən, gəminin yanğından təhlükəsiz vəziyyətə gətirilməsi
üçün, icraedicilər və yerinə yetirilmə müddəti göstərilməklə, görüləcək lazımi
hazırlıq işlərinin siyahısı;
- rəhbər heyət üzvlərindən cavabdeh olan şəxslərin göstərilməsi;
116
- gəmidə yanğınla mübarizə üçün saxlanılmış yanğınsöndürmə vasitələri,
onların qorunması və dərhal istifadə üçün hazır olmasına cavabdehlik;
- gəmidə olan elektrik avadanlığının təmir dövründə istifadə qaydası;
- qüvvədə olan texnoloji təlimatlara uyğun olaraq, təmizləmə işlərinin
aparılması qaydası və eyni zamanda göstərilən işlərin aparılmasına tərəflərin
məsuliyyəti.
6.4.2 Gəminin yanğından təhlükəsiz vəziyyətə gətirilməsi üçün hazırlıq
işlərinin siyahısında aşağıdakılar nəzərdə tutulur:
- gəminin anbarlarının, novlarının, göyərtəsinin partlayış, yanğıntəhlükəli
yüklərin qalıqlarından, yanacaq sızmalarından (axmalarından), zibildən
təmizlənməsi, neft məhsulları ilə çirklənmiş suların təhvil verilməsi;
- texnoloji təlimat üzrə təmir ilə əlaqədar olaraq neftdaşıyan gəmilərin yük
tanklarının, onların yük və təmizləyici boru xətlərinin, kofferdamlarının,
nasosxanalarının və digər otaqlarının yanğın təhlükəsizliyini təmin etmək məqsədi
ilə təmizlənməsi və deqazasiyası;
-soyuducu qurğuların və onların boru xətlərinin yerləşdiyi yerlərdə odlu
işlərin görülməsi nəzərdə tutulursa, onların partlayıştəhlükəli soyuducu
reagentlərinin boşaldılması;
- pirotexniki vasitələrin gəmidən uzaqlaşdırılması (aparılması);
- gəmidə olan yanar və sürtgü materiallarının yerləşmə sxeminin tərtib
edilməsi.
Yanacaq sistemlərinin və yük tanklarının təmizlənməsi və deqazasiyası faktı,
orada olan mühitin təsirsiz (inert) olması, hava mühitinin kimyəvi analizinin
nəticələri əsasında, kimya laboratoriyasının arayışı ilə təsdiq olunmalıdır.
Gəminin gövdəsinin içərisində sərbəst (maneəsiz) yanaşma imkanı olan,
qorunmayan və təsirsiz (inert) qaz, su ilə doldurulmayan sistemlərin xarici
səthlərinə çevrə boyunca fərqli boya ilə xətt çəkmək və «Yanacaq» sözü yazmaqla
markalamaq lazımdır. Gəmi qısa müddətə doka qoyulduqda, bu sisternlərin
yerləşdiyi yerlər gəminin xarici gövdəsi boyunca fərqli boya ilə xəttlənməli və
markalanmalıdır.
Gəmilər təmir üçün doka çıxarılmazdan əvvəl, onların bütün sisternləri
təmizlənməli və deqazasiya olunmalıdır.
6.4.3 Doka çıxarılmazdan əvvəl gəmidə təmirə hazırlıq üçün 9.4.2. bəndində
göstərilən bütün tədbirlər görülməlidir.
Gəminin rəhbər heyəti dokun müdiriyyəti ilə birlikdə, dokun və gəminin
yanğınaqarşı vasitələrinin istifadə edilməsini nəzərdə tutan yanğınla mübarizənin
müvəqqəti cədvəlini tərtib etməlidir.
Gəmi doka çıxarılmazdan əvvəl, onun mühərriklərinin, qızdırıcı qazan və
kambuzunun işi dayandırılmalıdır.
6.4.4 Təmirdən əvvəl, təmir olunacaq gəmilərdə elektrik şəbəkələrinin və
elektrik avadanlığının yanğından təhlükəsiz istismarını təmin etməyə cavabdeh
olan şəxslər təyin edilməlidir.
6.4.5 Dokun müdiriyyəti təmir olunacaq gəmi ilə etibarlı telefon və ya radio
əlaqəni və eyni zamanda gəmilərə yanğın maşınlarının sərbəst (maneəsiz)
yanaşmasını təmin etməlidir.
117
BÖLMƏ VII

Neft emalı müəssisələrində texnoloji qurğuların, avadanlıqların və əsas


aparatların istismarı və xidmət edilməsi zamanı yanğın təhlükəsizliyi
qaydaları

7.1 Ümumi tələblər

7.1.1 Avadanlıqlara və borulara neft və neft məhsulları verilməzdən əvvəl


onlar təsirsiz qazla və ya buxarla üfürülmə üsulu ilə havadan azad olmalıdır.
7.1.2 İşə salınmazdan əvvəl qurğununun aparatları və boruları hermetikliyə
yoxlanılmalıdır. Qurğunun işə salınması və dayandırılması istehsalat reqlamentinə
uyğun aparılmalıdır.
7.1.3 Yanğınsöndürmə sistemi nasaz vəziyyətdə olan qurğunun işə salınması
və istismarı qadağandır.
7.1.4 Aparatlarda təzyiq və temperatur rejiminin dəyişdirilməsi səlis
aparılmalı, dəyişmə sürəti isə reqlamentə əsasən müəyyənləşdirilməlidir.
7.1.5 Aparatların (kolonların, tutumların) alt hissəsindən su boşaldılmamış
olduqda orada temperaturun 1000 C–dən yuxarı qalxmasına yol verilməməlidir.
7.1.6 Qurğu işləyən zaman onun ventillərini, siyirtmələrini və digər bağlayıcı
qurğularını lomla və digər alətlərlə açmaq qadağanadır.
7.1.7 Absorberlərin, buxarlandırıcı qurğuların, rektifikasiya kolonlarının
gövdəsində və digər aparatlarda sızma aşkar edildikdə, sızma yerinə dərhal
buxar verilməli, aparatın işi dayandırılmalı və sızma ləğv edilməlidir.
7.1.8 Aparatlar işə salınan zaman onların içində olan havanın sıxışdırılıb
məşəl boru kəmərinə ötürülməsi qadağandır.
7.1.9 Apparatlardan və boru kəmərlərindən maye qaz, asan alışan və yanar
mayelər bağlı sistemlərə (tutumlara) drenaj olunmalıdır (axadılmalıdır).
7.1.10 Aparatlarda təmir işləri aparılan zaman onların daxilində olan asan
alışan maye buxarları və partlayış təhlükəli qazlar yalnız bağlı tutumlara və yaxıd
məşəl sisteminə atılmalıdır.
7.1.11 Aparatların istilik izolyasiyasının üzərinə neft məhsullarının hopmasına
yol verilməməlidir. İstilik izolyasiyasının vəziyyətinə daim nəzarət aparılmalıdır,
neft məhsulları hopmuş hissələri dəyişdirilməlidir.
7.1.12 Boru kəmərləri, avadanlıqlar, aparatlar işləyən zaman salniklərin, flans
və digər birləşmələrin kipləşdirilməsi orada təzyiqi atmosfer təzyiqinə qədər
endirmədən qadağandır.
7.1.13 İldırım çaxan zaman apparat və tutumların boşaldılması, sisternlərın və
çəlləklərin doldurulması, həmçinn çənlərin, aparatların ölçü lyuklarının qapaqlarını
açıq saxlamaq qadağandır.
7.1.14 İstilik boru kəmərlərinin və qızdırıcı cihazların səthi mütəmadi olaraq
tozdan və giğər çöküntülərdən təmizlənməlidir.

118
7.2 Texnoloji sobalar

7.2.1 Sobanı yandırmazdan əvvəl işləməyən forsunkalara gedən borular


tıxacla bağlanmalıdır.
7.2.2 Yanma kamerası əvvəlcədən buxarla üfürülməmiş sobanın
forsunkalarını yandırmaq qadağandır. Ü fürmə prosesi, tüstü bacasından buxarın
çıxmasından sonra, 15 dəqiqədən az olmayan müddətdə aparılmalıdır.
7.2.3 Məşəli neft və asan alışan maddələrlə (benzin, ağ neft) hopdurmaq
qadağandır. Bu məqsədlə dizel yanacağından, yağdan istifadə etmək lazımdır. Bu
məhsullar bağlı tarada saxlanılmalıdır. Yanan məşəli quru qum olan qutuda
söndürmək lazımdır.
7.2.4 Forsunkanı yandıran zaman, forsunkanın nəfəsliyinin yan tərəfində
dayanaraq oraya yandırılmış məşəli yaxınlaşdırmaq, buxar və havanın daxil
olmasını təmin etmək sonra isə forsunkanın yanındakı yanacaq boru kəmərinin
üzərindəki ventili yavaş-yavaş açmaq lazımdır.
7.2.5 Qaz yanacağı ilə işləyən sobaların forsunkalarını yandırmazdan əvvəl
aşağıdakı tədbirlər görülməlidir:
- bütün forsunkaların üzərindəki işçi və nəzarət ventillərinin kip bağlanmasını
yoxlamaq;
- işlək vəziyyətdə olmayan forsunkaların tıxacla bağlı olduğunun yoxlamaq;
- yanacaq xəttindən kondensatı boşaltmaq;
- yanacaq xəttini şam və ya məşəl xətti istiqamətinə qazla üfürmək.
Əgər qaz hər hansı səbəbdən yanmırsa və ya forsunkalar sönürsə, işçi ventil
bağlanmalı, odluq buxarla üfürülməli, forsunkalara gedən qaz borusu isə şama
(məşəl xəttinə) doğru qazla üfürülməli, sonra forsunka yenidən yandırılmalıdır.
7.2.6 Forsunkaya qazla bərabər kondensat düşdükdə qaz ventili dərhal
bağlanmalı, xəttən kondensatı boşaltmalı və forsunkalar təkrar yandırılmalıdır.
7.2.7 Sobaların quraşdırılmasından və ya təmirindən sonra sarğı boru
kəmərləri və odluqlar buxarla və ya təsirsiz qazla üfürülməlidir.
7.2.8 Odluqları yandırmazdan əvvəl kollektordakı qazın təzyiqinin normaya
uyğunluğuna əmin olmaq lazımdır.
7.2.9 Panelli odluqları yandırdıqda yandırılmış məşəl baxış nəfəsliyindən
daxil edilməli, odluqların birinin qarşısında yerləşdirilməli, sonra qaz ventili
açılmalı və baxış nəfəsliyindən odluğun yanması yoxlanılmalıdır. Sonra odluqların
yandırılması «sonrakı (növbəti) qarşıdakından» prinsipi ilə aparılmalıdır.
7.2.10 Sobaya verilən yanacağın təzyiqi avtomatik təzyiq tənzimləyici
vasitəsi ilə müəyyən olunmuş səviyyədə saxlanılmalıdır. Eyni zamanda təzyiqin
müəyyən olunmuş rejimdən kənara çıxması barədə xidməti heyyəti xəbərdar edən
işıq və səs siqnalizasiyası nəzərdə tutulmalıdır.
7.2.11 Odluqların təzyiq altında yandırılması elektrik alışqanla həyata
keirilməlidir.
7.2.12 Odluqların təzyiq altında yandırılması odluğa verilən havanın
miqdarını azaldaraq həyata keçirilməlidir. Artıq hava hava borusu vasitəsi ilə
atmosferə tullanmalıdır.

119
7.2.13 Sobalar işləyən zaman bütün odluqlar eyni səviyyədə yüklənməli,
məşəl isə ilanvari borulara toxunmamalıdır.
7.2.14 Maye və qaz yanacağı boru kəmərlərində bütün odluqlara gedən boru
kəmərlərinin eyni vaxtda bağlamaq imkanı verən siyirtmə quraşdırılmalıdır.
Siyirtmə sobadan 5 m-dən az olmamayan məsafədə olmalıdır.
7.2.15 Keçidi (dvoyniki) nasaz vəziyyətdə olan borulu sobaların istismarı
qadağandır. Keçidin tıxaclarını kipləşdirmək üçün boltları bərkidən zaman
borulardakı təzyiq atmosfer təzyiqinə qədər endirilməlidir. Soba işləyən zaman
boltları bərkitmək qadağandır.
7.2.16 İlanvari borularda yanıq yerlər aşkar olduqda, eləcədə sobanın
keçidində məhsul alışdıqda, buxarlasöndürmə xətti ilə keçidlərə buxar verilməli və
sobanın işi dayandırmalıdır.
7.2.17 Soba işləyən zaman keçidlərin qutularının qapılarını açıq saxlamaq
qadağandır.
7.2.18 Soba işləyən zaman boruların, asma boruların, sobanın hörgüsünə
daimi nəzarət aparılmalıdır.Nasazlıq aşkar olunduqda sobanı işlətmək qadağandır.
7.2.19 İlanvari borularda yanıq yerlər əmələ gəldikdə sobaya məhsulun
verilməsi dayandırılmalı, odluqlar və ya forsunkalar söndürülməli və odluğa buxar
verilməlidir.
7.2.20 Ü zərində yanıq yerlər əmələ gəlmiş ilanvari borular buxarla və yaxud
təsirsiz qazla üfürülməlidir. Yanığın yerindən asılı olaraq üfürülmə məhsulun
istiqaməti və yaxud əks istiqaməti üzrə aparılmalıdır ki, odluğa mümkün qədər az
miqdarda məhsul verilsin.
7.2.21 Sobanın işinin məcburi dayandırılması və yaxud qəza zamanı ilanvari
borunun üfürülməsi üçün nəzərdə tutulan buxar və ya təsirsiz qaz borularında əks
klapanlar və iki ədəd bağlayıcı siyirtmələr quraşdırılmalıdır. Siyirtmələr arasında
onların kipliyinə nəzarət etmək və buxar kondensatının buraxılması üçün üfürmə
(produvoçnıy) kranı nəzərdə tutulmalıdır. İlanvari borunun üfürülməsi üçün
nəzərdə tutulan boru kəməri daima isdilmiş vəziyyətdə olmalı və kondensatdan
azad olmalıdır.
7.2.22 Sobanın işi təmir işləri üçün dayandırıldıqda yanacaq boruları
boğulmalıdır.
7.2.23 Keçidlərin tıxaclarını açmazdan əvvəl ilanvari boruya buxarın
verilməsi dayandırılmalı, qəza xətlərində isə siyirtmələr bağlanmalıdır. Sobanın
ilanvari borularında məhsulun olmadığını yoxladıqdan sonra qəza boru kəməri
boğulmalıdır(bağlanmalıdır).
7.2.24 Yeni layihələndirilən və ya yenidən qurulan sobalar buxar mühafizə
sistemi ilə təchiz olunmalıdır. Buxarla mühafizə aşağıdakı sistemlərdən ibarətdir:
a) buxar və qaz tullantı təhlükəsi olan texnoloji avadanlıqla soba arasındakı
məsafə 100 m-dən çox olmadıqda xarici buxar pərdəsindən;
b) sobada yanğının lokallaşdırılması və returbend kameralarında yanğının
ləğv edilməsi üçün, həmçinin sobada partlayışın qarşısını almaq, sobanın qəza
dayandırılması və yaxud odluqda alovun qəflətən sönməsi zamanı nəzərdə tutulan
daxili buxarlasöndürmə sistemi;

120
c) sobanın borularında yanığın əmələ gəlməsi səbəbindən məhsulun oradan
boşaldılması üçün nəzərdə tutan qəza təxliyyəsi;
d) maye məhsulun və yaxud yanacağın bayıra qəza-tullanışı nəticəsində
alışmanın ləğvi üçün nəzərdə tutulan xarici yanğınsöndürmə.

7.3 İstilikdəyişdirici aparatlar

7.3.1 İstilikdəyişdirici aparatların, xüsusən, temperatur kompensatoru


olmayan və ortüklü borulu aparatların, qızdırılması (işə salınan zaman) və
soyudulması (işini dayandıran zaman) səlis şəkildə aparılmalıdır ki, temperatur
dəyişməsi səbəbindən hermetikliyi pozulmasın.
7.3.2 Soyuducu agentin kondensator-soyuduculara verilməsinə nəzarət
olunmalıdır. Soyuducu agentin verilməsi azaldıqda aparatların istehsal gücünün
azaldılması və yaxud tam dayandırılması üçün tədbirlər görülməlidir.
7.3.3 İstidəyişdiricilərin, soyuducuların, kondensatorların səthi mütəmadi
olaraq çirkdən və ərpdən təmizlənməlidir.
7.3.4 Barometrik kondensatordan yanar buxar və qazların bayıra çıxmasının
və yaxud havanın sorulmasının qarşısını almaq üçün barometrik kondensatorun
qəbuledici kamerasında mayenin səviyyəsinin aşağı düşməsinə yol verilməməlidir.
Barometrik borunun və kondensatorun gövdəsinin vəziyyətinə
kondensatordan çıxan kondensata çevrilməmiş məhsulların tərkibində oksigenin
olmasına sistematik analiz aparmaqla nəzarət olunmalıdır. Əgər oksigenin miqdarı
müəyyən olunmuş miqdardan artıqdırsa, dərhal hermetikliyin pozulduğu yerlər
aşkar olunmalı və nasazlıq aradan qaldırılmalıdır.
7.3.5 Su soyuducularından çıxan suyun nümunəsi götürülməli və mütəmadi
olaraq yanar maddələrin olmasına analizi aparılmalıdır. Analizin aparılmasının
vaxtaşırlığı sex təlimatları ilə müəyyən edilməlidir.
7.3.6 İstilikdəyişdiricilərin borularından və boruarası fəzasından yanar
maddələrin boşaldılmasına yalnız onun soyudulmasından sonra yol verilir.
7.3.7 Parafinli və yaxud özlü neft məhsulları soyudulan soyuducunun ilanvari
borusu yüngül neft məhsulu ilə (məsələn, solyar distillyatı ilə) yuyulduqdan və
buxara verildikdən sonra açıla bilər.
7.3.8 İstilikdəyişdiriciləri və isidici cihazları həlledicilərlə yuduqdan sonra
aparatlar su ilə yuyulmalı və yaxud buxara verilməlidirlər.
7.3.9 Hava ilə soyuducu aparatların borularından kipliyin pozulması
nəticəsində neft məhsullarının sızması baş verdikdə, ventilyatorun çəpərləyici
hissələrində nasazlıq olduqda, ventilyatorda titrəyiş əmələ gəldikdə bu aparatların
istismarı qadağandır.
7.3.10 Hava ilə soyuducu aparatlar yanğın baş verməsi halları üçün aparatın
işini dayandıran və operator otağından məsafədən idarə olunan cihazla təchiz
olunmalıdır.

121
7.4 Kolon tipli aparatlar

7.4.1 Rektifikasiya kolonlarının rejimə salınması texnoloji reqlamentdə


göstərilən ardıcıllıqla həyata keçirilməlidir.
7.4.2 Operator otağında yerləşən lövhənin üzərindəki nəzarət-ölçü cihazlarının
göstəriciləri kolonların üzərində quraşdırılan təkrar ölçü əməliyyatları aparan
cihazlarla mütəmadi olaraq yoxlanılmalıdır.
7.4.3 Qaynar buxarla distilə prosesi aparıldıqda buxar rektifikasiya kolonuna
kolon kifayət qədər qızdırıldıqdan və kondensat buxar kəmərlərindən
boşaldıldıqdan sonra verilməlidir. Rektifikasiya kolonunun buxar xətti üzərində
quraşdırılan əks klapan saz vəziyyətdə saxlanılmalıdır.
7.4.4 Suyu qabaqçadan boşaldmamış kolonun suvarma tutumundan
suvarılması qadağandır.
7.4.5 Kolonlarda mayenin səviyyəsini ölçmək üçün ölçü şüşələrindən istifadə
etmək qadağandır. Kolonda mayenin səviyəsini ölçən vasitələr yanğın baxımından
təhlükəsiz olmalıdır.
7.4.6 Polimerləşən mayelərin təkrar distilə edilməsi zamanı kolonda polimerin
əmələ gəlməsinə və çökməsinə qarşı tədbirlər görülməli və mütəmadi olaraq
çöküntülər təmizlənməlidir. Kolonların təmizlənməsi qaydası və vaxtaşırlığı
texnoloji reqlamentdə və yaxud sex təlimatında göstərilməlidir.
7.4.7 Koksun və digər öz-özünə alışan məhsul qalıqlarının alışmasının
qarşısını almaq üçün rektifikasiya kolonunun aşağı qapağını (lyukunu) açmazdan
əvvəl apparata buxar verilməli və buxar mənbəyinə birləşdirilmiş şlanq hazır
vəziyyətdə saxlanılmalıdır.

7.5 Dövri və fasiləsiz işləyən reaktorlar

7.5.1 Reaktorda izafi təzyiqin yaranmasının qarşısını almaq üçün reaktordan


çıxan buxar-qaz qarışığının kondensasiya olunması prosesinə nəzarət olunmalıdır.
Kondensasiya prosesi pozulduqda dərhal reaktorun qəza dayandırılması üzrə
tədbirlər görülməlidir.
7.5.2 Bacadan (stoək) reaktora və tozlu katalizatorla işləyən regenerator
qurğularına havanın daxil olmaması üçün bu qurğularda katalizatorun səviyyəsinin
müəyyən olunmuş səviyyədən aşağı düşməsinə yol verilməməlidir.
7.5.3 Tərkibində öz-özünə alışan polimerləşmə və parçalanma məhsulları olan
işlənmiş katalizator və ya təmas kütləsi reaktordan boşaldılmalı, hermetik
bunkerlərdə nəql edilərək reqenerasiyaya və yaxud ləğv olunmağa
göndərilməlidir.
7.5.4 Reaktorun və onun işi ilə bağlı aparatların işinin müvəqqəti
dayandırılması zamanı sistemin soyudulması ilə əlaqədar oraya havanın daxil
olması təhlükəsi yarandıqda, aparatlara təsirsiz qaz verilməlidir.
7.5.5 Futerlənmiş və yaxud qalın divarlı reaktorların işə salınması (işinin
dayandırılması) zamanı kəskin temperatur dəyişikliyinin qarşısını almaq üçün
reaktorun divarlarının temperaturunu tədricən qaldırmaq lazımdır.

122
7.5.6 Maye halında olan maddələrin fasiləsiz qarışdırılması prosesi ilə bağlı
reaktorlarda temperaturun və təzyiqin müəyyən dərəcədə qalxmasının qarşısını
almaq üçün qarışdırıcı qurğunun (meşalka) işinə nəzarət olunmalıdır. Qarışdırıcı
qurğu işləməyən zaman oraya maddənin yüklənməsinə icazə verilmir. Qarışdırıcı
qurğunun (meşalka) dövretmə sürəti azaldıqda və yaxud işi tam dayandıqda
avtomatik siqnal səsi verilməlidir.
7.5.7 Qarışdırıcı qurğulu reaktorları işə salmazdan əvvəl kipkəclərin
bərkitmə sistemi yoxlanılmalı, hidravlik bərkitmə (qidravliçeskoe uplotneniəe)
sistemi olduqda isə mayenin normal dövranı təmin olunmalıdır.

7.6 Yanar tərkibli sistemləri ayırmaq üçün aparatlar


(durulducular, süzgəclər, sentrafuqalar)

7.6.1 Yanan tərkibli sistemləri və emulsiyaları ayırmaq üçün təyin olunan


durulducular minimal və maksimal yol verilə bilən maye səviyyəsinin qiyməti
qeyd olunan səviyəolçənlə təchiz olunmalıdır.
7.6.2 Durulducuların istismarına nəfəsalma sisteminin saz vəziyyətdə olması
şərti ilə yol verilir. Qapaqları (lyukları) açıq vəziyyətdə olan aparatların işə
salınmasına icazə verilməməlidir.
7.6.3 Kanalizasiyaya atılan drenaj sularının tərkibində neft və neft məhsulları
olmamalıdır. Durulducudan drenaj suyu bağlı üsulla axıdılmalıdır.
7.6.4 Yanar tərkibli suspenziyaların ayrılması üçün istifadə olunan
sentrifuqaların qapaqları ötürücü ilə elə birləşdirilməlidir ki, qapaq açıq vəziyyətdə
olduqda barabanın işə düşməsi mümkün olmasın.
7.6.5 Sentrifuqa işləyən zaman onun normadan artıq yüklənməsinə yol
verilməməlidir. Sentrifuqanın podşipniklərinin gövdəsinin qızdırılma temperaturu
müəyyən olunmuş normadan artıq olmamalıdır.
İş qurtardıqdan sonra sentrifuqa yuyulmalı, buxara verilməli və bayır tərəfdən
təmizlənməlidir.
7.6.6 Havanın sorulmasının qarşısını almaq üçün yanar qazların təmizlənməsi
üçün istifadə olunan elektrik süzgəclər kiçik izafi təzyiqlə işləməlidirlər. Hər bir
halda qazın tərkibində oksigenin miqdarı müəyyən edilməli və təlimatda qeyd
olunmalıdır.
Qazın tərkibində oksigenin miqdarı artdıqda süzgəcin işi dayandırılmalı,
səbəbi araşdırılmalı və aradan qaldırılmalıdır.
7.6.7 Elektrik süzgəclərinə daxil olan qazların temperaturu 200-2500 C- dən
yüksək olmamalıdır. Bu temperatur qiymətinin təmin edilməsi üçün qazlar elektrik
süzgəclərinə daxil olmazdan əvvəl nəmləndirmə üsulu ilə soyudulmalıdırlar.

7.7 ELOU qurğuları (elektroduzsuzlaşdırma qurğuları)

7.7.1 Elektrik dehidratorunu neftlə doldurandan sonra, gərginliyi verməzdən


əvvəl orada yığılmış qazlar və buxarlar qaz-hava borusu ilə bağlı sistemə
atılmalıdır.

123
7.7.2 Elektrik avadanlıqları, elektrik naqilləri və kabellər PUG-nin (Pravila
ustroystva glektroustanovok) tələblərinə cavab verməli və saz vəziyyətdə
saxlanılmalıdır.
7.7.3 Keçid izolyatorları, armaturlar, borular saz vəziyyətdə saxlanılmalıdır.
7.7.4 Elektrik dehidratorunun yuxarı hissəsindəki boru kəmərlərinin və flans
birləşmələrinin vəziyyətinə texnoloji heyyət tərəfindən nəzarət olunmalıdır.
Elektrik dehidratorun yuxarı hissəsində və yüksək gərginlik olan hissələrində
məhsul sızması aşkar olduqda, elektrik enerjisinin verimi dayandırılmalıdır.
7.7.5 Elektrik dehidratorlar aparatda neftin səviyəsinin düşməsi zamanı
gərginliyi kəsən qurğu ilə təchiz edilməlidir.
Elektrik dehidratorun iş rejimi pozulduqda o, digər işləyən qurğulardan
ayrılmalıdır.
7.7.6 Elektrik avadanlığında yanğın baş verdikdə dərhal gərginlik
kəsilməlidir.
7.7.7 Elektrik dehidratorundan drenaj suyun boşaldılması avtomatlaşdırılmalı
və bağlı üsulla aparılmalıdır.

7.8 AVT qurğuları (atmosfer-vakuum qurğuları)

7.8.1 Nefti AVT qurğusuna verən zaman bütün komunikasiyalara baxış


keçirilməlidir. Drenaj xətləri bağlı vəziyyətdə olmalıdır.
7.8.2 Nefti çənlərdən qurğuya verməzdən əvvəl çəni duruldurmuş sudan azad
etmək lazımdır. Neftin tərkibində suyun miqdarı müəyyən olunmuş normadan
yüksək olduqda onun qurğuya verilməsi qadağandır.
7.8.3 Qaynar neft dövranı suyun sistemdən tam çıxarılmasına qədər davam
etdirilməlidir.
7.8.4 İşə salınmazdan əvvəl vakuum kolonu buxarla qızdırılmalıdır. Xam
neftlə vakuum kolonunu işə salmaq qadağandar. Onun işə buraxılması üçün
mazutdan istifadə edilməlidir.
7.8.5 Vakuum kolonunun və onunla bağlı aparatların hermetikliyini vakuum-
ejektordan və yaxud vakuum-nasosdan çıxan kondensata çevrilməmiş məhsulların
tərkibində oksigenin miqdarına nəzarət etmə üsulu ilə yoxlanılmalıdır.
7.8.6 Kondensata çevrilməmiş qazların tərkibində oksigenin miqdarı artıqda
kolona verilən buxarın məsrəfi artırılmalı və hermetikliyin pozulması yerləri aşkar
olunmalıdır.
7.8.7 Qurğu dayandırıldıqdan sonra atmosfer kolonlarının yuxarı hissəsi,
kolonda temperatur tam düşənə qədər, dövri olaraq suvarılmalıdır.

7.9 Qaz fraksiyalaşdırıcı qurğular (QFQ)

7.9.1 Aparatlardan boşaldılan qazlar tutumdan məşəl sisteminə və yaxud


zavodun qazyığım şəbəkəsinə verilməlidir.

124
7.9.2 Hidravlik zərbənin, həmçinin pirofor birləşmələrin yaranmasının
qarşısını almaq üçün kükürddən təmizlənmək üçün verilən qazın tərkibində
kondensat olmamalıdır.
7.9.3 Qəza halları üçün nəzərdə tutulan məhsulun aparatdan çıxış xətləri
məsafədən idarə olunan bağlayıcı qurğularla təchiz olunmalıdır.
7.9.4 Aparatdan qaz nümunəsi qazın maksimal təzyiqinə nəzərdə tutulan
nümunəgötürən cihazla götürülməlidir. Nasaz və yoxlama müddəti keçmiş
nümunəgötürəndən istifadə etmək qadağandır.
7.9.5 Qazmühərrikli kompressorların atqı (tüstü) boruları qığılcımboğanla
təchiz olunmalıdır. Atqı (tüstü) boruları və səsboğanlar mütəmadi olaraq baxışdan
keçirilməli və buxarla hisdən təmizlənməlidir.
7.9.6 Kompressorun silindrlərinin, qəbul və çıxış boru kəmərlərinin,
separatorların təmizləyən zaman oradan çıxan çöküntülərin üzərinə dərhal su
tökməli və təhlükəsiz yerə aparılmalıdır.

7.10 Katalitik krekinq qurğuları

7.10.1 Reaktoru istismar edən zaman buxarların təzyiqinin yol verilən həddən
yuxarı qalxmamasına nəzarət edilməlidir. Bu məqsədlə reaktor siqnallı xəbərverici
qurğu ilə təchiz edilməlidir.
7.10.2 Reaktorda təzyiqin 0,7 atm-dən yuxarı artmaması üçün oraya
xammalla birlikdə suyun düşməsinə yol verilməməlidir.
7.10.3 Bağlayıcı armaturların və boru kəmərlərinin hermetikliyinin
pozulmaması üçün yuxarı baypasla (xammal nasosu)-soba-kolon-xammal nasosu
üzrə sirkulyasiya 200°S-dən yüksək olmayan temperatur şəraitində aparılmalıdır.
7.10.4 Reaktorun yükləmə bunkerində katalizatorun səviyyəsinin normadan
aşağı düşməsinə yol verilməməlidir. Yükləmə bunkerinə neft buxarları daxil
olduqda oraya dərhal buxar və yaxud təsirsiz qaz verilməlidir.
7.10.5 Neft məhsullarının katalizatorla birlikdə regeneratora düşməsinin
qarşısını almaq üçün reaktorun aşağı hissəsinə quru buxar verilməlidir.
7.10.6 Regeneratorun ilanvari boruları ilə suyun dövranını sistemdəki
katalizatorun temperaturuna bərabər temperaturda başlamalı, bu temperatur
reqenerasiyanın birinci zonasındakı temperaturdan yüksək olmamalıdır.
7.10.7 Regeneratorun ilanvari borularına suyu verməzdən əvvəl ilanvari
borulardan suyun çıxışında quraşdırılan siyirtmənin açılıb-bağlanması
yoxlanılmalıdır. İlanvari boruya suyu verərkən siyirtməni asta açmaq lazımdır.
7.10.8 Regenerator işləyən zaman ilanvari boruya verilən suyun kəsilməsinə
yol verilməməlidir.
7.10.9 Regenarsiya qaz xətlərində partlayış təhlükəli qarışığın əmələ
gəlməsinin qarısını almaq üçün regenerasiya qazlarının tərkibinə daimi avtomatik
nəzarət aparılmalıdır. Yanar qazların miqdarı normadan yüksək olmamalıdır.
7.10.10 Reaktorun basqı və yükləmə bunkerlərində katalizatorun yığılıb
qalması nəticəsində tıxacların əmələ gəlməsinə yol verilməməlidir.
7.10.11 Pnevmatik nəqliyyat vasitələrinə və regeneratora havaverən
maşınların işinə nəzarət edilməlidir. Katalizatorun dövr etməsi üçün verilən
125
havanın arasının kəsilməməsi məqsədi ilə ehtiyyat havaverən maşınlarının
avtomatik işə düşməsi təmin edilməlidir.

7.11 Hidrotəmizləmə və katalitik riforminq qurğuları

7.11.1 Tərkibində hidrogen olan qazların sistemə verilməsindən əvvəl sistem


təsirsiz qazla üfürülməlidir ki, orada hava ilə hidrogenin partlayış təhlükəli qarışığı
əmələ gəlməsin.
7.11.2 Ü st mühafizə örtüyü zədələnmiş, həmçinin xarici divarlarının
temperaturu yol verilə bilən həddən yüksək olan reaktorların işə salınması
qadağandır.
7.11.3 Reaktorların xarici divarlarının temperaturunun süni surətdə
endirilməsi qadağandır. Reaktorun xarici divarlarının temperauruna nəzarət etmək
və həddindən artıq qızmasının qarşısını üçün onların üzərində səthi termoparalar
quraşdırılmalıdır.
7.11.4 Tərkibində hidrogen olan qazların sızmasına yol verilməməlidir.
Aparatlarda və boru kəmərlərində sızma və yaxud germetikliyin pozulması aşkar
edildikdə qurğunun işi dərhal dayandırılmalıdır.
7.11.5 Xammal nasoslarından qazların tullanılması zamanı hidrogen tərkibli
qazların çıxmasının qarşısını almaq üçün, qazların əks istiqamətdə, yəni reaktordan
xammal çənlərinə qayıtmasının qarşısını alan qurğu nəzərdə tutulmalıdır.
7.11.6 Kompressordan çıxan hidrogen tərkibli qazların atılma şamlarının
üstündə odkəsicilər quraşdırılmalıdır.
7.11.7 Katalizator reaktora yükləndikdən sonra boru kəmərləri və aparatlar
sisteminin germetikliyi təsirsiz qazla üfürülmə üsulu ilə yoxlanılmalıdır.
7.11.8 Katalizatorun regenerasiyasından əvvəl sistem təsirsiz qazla üfürülərək
dövr edən qazdan təmizlənməlidir.
7.11.9 Hidravlik zərbənin baş verməməsi üçün sirkulyasiya kompressorlarının
qəbul separatorlarında kondensatın yığılmasına yol verilməməlidir.
7.11.10 Katalizatorun regenerasiyası zamanı reaktorun girişində və çıxışında
qazın tərkibində oksigenin, karbon qazının və karbon oksidin olmasına analiz
aparılmalıdır.
7.11.12 Katalizatorun reaktordan boşaldılmasına yalnız onun tam
regenerasiyasından, 500C-yə qədər soyudulmasından və təsirsiz qazla
üfürülməsindən sonra icazə verilir.

7.12 Maye propanla qudronun asfaltsızlaşdırılması qurğuları

7.12.1 Tutuma maye propan doldurulduqda orada mayenin səviyyəsinin


normadan artıq olmamasına nəzarət edilməlidir.
7.12.2 Boru kəmərlərinin birləşmələrindən propanın sızmasına yol
verilməməlidir. Propan vuran nasosların hissələrinin germetikliyi (torüovıe
uplotneniə) maye qaz mühitində işləmək üçün nəzərdə tutulmalıdır.

126
7.12.3 Propan vuran nasosu işə salmazdan əvvəl (propan sisterndən
boşaldılan zaman) sisternin düzgün quraşdırılması, şlanqın və qaztutucu xəttin
düzgün birləşdirilməsi yoxlanılmalıdır.
Boşaltma şlanqı saz vəziyyətdə olmalı, möhkəmliyə yoxlanılmalı və yerlə
birləşdirilməlidir.
7.12.4 Nəzarət qoruyucu klapanlar işə düşən zaman axıdılan propan bağlı
sistemə yönəldilməlidir.
7.12.5 Apparat yerləşən sahənin atmosferinə maye propanın qəza nəticəsində
tullanışı baş verdikdə soba dərhal söndürülməli, tullanan propan yanma kamerasına
və buxar pərdəsinə verilməlidir.

7.13 Tədrici kokslaşma qurğuları

7.13.1 Koks kameralarını neft məhsullarından təmizləmək və kameranın


yuxarı hissəsindən koks kütləsini su ilə 900 C-yə qədər soyutmaq üçün kameranın
ağzının qapaqları yalnız su buxarı ilə üfürüldükdən sonra açılmalıdır.
7.13.2 Kameraların işçi meydançalarında qazlılıq aşkar olduqda koksun
qazılmasına (qarışdırılmasına) icazə verilmir.
7.13.3 Koks kamerlarının lyuklarından neft məhsullarının sızmasına yol
verilməməlidir.
7.13.4 Kameradan boşaldılan koksu koks meydançasından fasiləsiz olaraq
təmizləmək lazımdır.

7.14 Piroliz qurğuları

7.14.1 Piroliz qurğusunun işə salınmasına yalnız hidravlik sürgü neft


məhsulu ilə normal səviyyəyə qədər doldurulduqdan sonra icazə verilir.
7.14.2 Distilyat buxarlarının ilanvari piroliz borularına verməzdən əvvəl
koksun yandırılması üçün verilən hava borusu bağlanmalıdır.
7.14.3 İlanvari piroliz borularına və reaksiya kamerasına havanın verilməsinə
oradan məhsulun buxarla üfürülmə üsulu ilə təmizlənməsindən sonra icazə verilir.
7.14.4 Tüstü klapanı bağlı vəziyyətdə olduqda hava yollarındakı siyirtmələri
açmaq, reaksiya kamerasına və yaxud ilanvari piroliz borularına hava buraxmaq
qadağandır.
7.14.5 Tüstü klapanının kipliyinin pozulması nəticəsində buxarların reaksiya
kamerasından havaya atılması baş verdikdə reaksiya kamerasına xammal
buxarlarının verilməsi dayandırılmalı və nasazlığın aradan qaldırılması üzrə
tədbirlər görülməlidir.
7.14.6 Reaksiya kamerasından sonra yerləşən qol boruda tıxac
quraşdırılmadan ilanvari piroliz borularından koksun basılması (vıjiq) qadağandır.
7.14.7 Piroliz məhsullarının droselləşdirilməsi (qazın təzyiqinin və
işlənməsinin tənzimlənməsi) bağlı sistemdə aparılmalıdır.

127
7.15 Bitum istehsalı qurğuları

7.15.1 Bitum qurğularının istimarı zamanı aşağıdakı tələblərə ciddi nəzarət


olunmalıdır:
- boşaltma kranlarının, sobanın ilanvari birləşmələrinin və oksidləşdirici
kublara (tutumlara) gedən hava boru kəmərlərinin germetikliyinə;
- kublardan sorucu boruya qədər olan qaz boru kəmərlərinin keçiricilik
qabiliyyətinə;
- oksidləşdirici kublarda temperatura və məhsulun səviyyəsinə;
- buxar fazasının tərkibində oksigenin miqdarına;
- oksidləşdirici kublara daxil olan havanın təzyiqinə.
7.15.2 Paylayıcı kublarda bitumun oksidləşdirlməsi prosesini davam
etdirmək qadağandır.
7.15.3 Qoruyucu klapanların və partlayıcı lövhələrin, boru kəmərlərinin, şlem
borularının və sobanın ilanvari borularının koksla tutulmasına yol verilməməlidir.
7.15.4 Aparatların və boru kəmərlərinin üfürülməsi su buxarı və ya təsirsiz
qazla həyata keçirilməlidir. Paylayıcı kublarda bitum yalnız təsirsiz qazla
qarışdırılmalıdır.
7.15.5 Sobadan çıxan qudronun temperaturu onun öz-özünə alışma
temperaturundan aşağı olmalıdır.
7.15.6 Bitumun fasiləsiz oksidləşdirilməsi aparatında xammalın qarışdırıcı
qurğuya daimi verilməsi təmin olunmalıdır, qarışdırıcı qurğuya verilən
resirkulyatın və havanın məsrəfi oraya verilən xammalın miqdarından asılı olaraq
tənzimlənməli, separatordan və qovucu kolonlardan çıxan qazın tərkibində
oksigenin miqdarına nəzarət aparılmalıdır.
7.15.7 Oksidləşdirici kublarda izafi istiliyin aradan qaldırılması üçün
ventilyasiya pəncərəli açılmalı və kublara havanın verilməsi azaldılmalıdır.
7.15.8 Reaktordan çıxan havanın temperaturu artıqda, reaktorun ilanvari
borularının hava ilə üfürülməsi intensivləşməlidir.
7.15.9 Bitum daşıyan avtomobillərin və dəmiryol bunkerlərinin metal
hissələri statik elektrik cərəyanını yığılmasına qarşı yerlə birləşdirilməlidir.
7.15.10 Dövri işləyən və paylayıcı kublardan hazır bitum aşağıdakı
temperaturda boşaldılmalıdır:
a) dəmiryol bunkerlərinə- bitumun temperaturu 1500 C-dən yüksək olmadıqda;
b) beşqatlı kraft kisələrə-- temperatur 2000 C-dən yüksək olmadıqda;
c) çalalara, bitumdaşıyan avtomaşınlara-temperatur 2000C-dən yüksək
olmadıqda;
d) A və B markalı yüksək ərimə xüsusiyyətli bitumun (rubraksın) çalalara
boşaldılması- temperatur 2700 C-dən yüksək olmadıqda;

Yağların parafinsizləşdirilməsi və parafinin alınması qurğuları,


yağların kontakt üsulu ilə təmizlənməsi qurğuları, yağların
furfurolla selektiv təmizləmə qurğuları.

7.16 Yağların parafinsizləşdirilməsi və parafinin alınması qurğuları


128
7.16.1 Vakuumun azaldılması zamanı, süzgəcin maye ilə normal doldurulması
şəraitində vakuum xəttindəki siyirtmələrin vəziyyəti və vakuum-nasosların işi
yoxlanılmalıdır.
7.16.2 Vakuum-süzgəcin korpusunun içindəki yuyucu və üfürücü kollektorlar,
həmçinin çöküntü təmizləyən bıçaqlar qığılcım əmələ gətirməyən materiallardan
hazırlanmalıdır.
7.16.3 Vakuum-süzgəcin ortüyünün altına havanın girməməsi üçün orada
təsirsiz qaz izafi təzyiqdə saxlanılmalıdır.
7.16.4 Dövr edən təsirsiz qazın tərkibində oksigenin həcmi miqdarı 6%-dən
çox olmamalıdır .
7.16.5 Qabaqçadan qaynar yumadan sonra qalan məhsullardan təmizləməmiş
və təsirsiz qazla üfürülməmiş vakuum-süzgəci açmaq qadağandır.

7.17 Yağların kontakt üsulu ilə təmizlənməsi qurğuları

7.17.1 Süzgəcin qızdırılması qaynar məhsulun tədricən verilməsi üsulu ilə,


bərabər şəkildə aparılmalıdır.
7.17.2 Press-süzgəci təmizləmək üçün açmazdan əvvəl onun bütün diskləri
üfürülməlidir.
7.17.3 Press-süzgəcin üfürülməsinə onun texnoloji reqlamentdə nəzərdə
tutulan temperatura qədər soyudulmasından sonra icazə verilir.
7.17.4 Süzgəcin diskləri yalnız taxta bellə təmizlənməlidir.
7.17.5 Kanalizasiya novlarının təmizliyinə nəzarət olunmalıdır, kanalizasiya
sistemləri sistematik olaraq isti su ilə yuyulmalıdır ki, orada neft məhsulları
yığılmasın.
7.17.6 Press-süzgəclər işləyən zaman süzgəc parçalarının zədələnməsi
nəticəsində axan mayenin yığılması üçün süzgəcin altında qabların quraşdırılması
nəzərdə tutulmalıdır.
7.17.7 Süzgəclər olan otaqlarda çıxarılmış diskləri, yağlanmış taxta kəpəyi və
filtr kağızı saxlamaq qadağandır.

7.18 Yağların fenolla selektiv təmizləmə qurğuları

7.18.1 Yağların selektiv həlləedicilərlə (fenol, furfurol, aseton və s.)


təmizləmə qurğularında hər bir avtomatik təzyiq tənzimləyicisi olmayan
aparatda iki qoruyucu klapan quraşdırılmalıdır: nəzarət və işçi klapanlar.
Klapanlardan çıxan tullantılar nəzarət klapanından soyudulduqdan sonra
bağlı sistemə, işçi klapandan isə tutumdan sonra atmosferə atılır.
7.18.2 Fenolun və digər selektiv həlledicilərin qalıqları aparatlardan, boru
kəmərlərindən, nasoslardan təmizlənməli və bağlı drenaj sistemi ilə xüsusi
tutuma verilməlidir, onların sənaye kanalizasiyasına axıdalması qadağandır.

129
BÖLMƏ VIII

Qaz emalında yanğın təhlükəsizlik tələbləri

8.1 Qazın tənzimlənməsi, qızdırılması və qurudulması


üçün texnoloji qurğular

8.1.1 Ümumi tələblər

8.1.1.1 Hər bir istehsal prosesi üçün Dövlət Neft Şirkəti tərəfindən qəbul
olunan qaydaya uyğun olaraq, razılaşdırılmış və təsdiq edilmiş texnoloji reqlament
işlənib hazırlanmalıdır. Texnoloji reqlamentdə əks olunan texniki təhlükəsizlik
qaydaları cari qaydalara, normativ sənədlərə və əsasnamələrə uyğun olmalıdır.
8.1.1.2 Texnoloji qurğunun xidmət heyəti qurğunun sxemini, bütün
aparatların, boru kəmərlərinin, armaturun, NÖC və A təyinatının bilməlidir.
8.1.1.3 Qurğunun işlədiyi müddətdə texnoloji prosesi bütün
parametrlərinə(təzyiqə, vakuuma, temperatura, məhsulun səviyyəsinə və s.) nəzarət
təmin edilməlidir.
8.1.1.4 Əməliyyat otağındakı lövhənin üzərində yerləşdirilmiş NÖC və A
vasitələrinin göstəriciləri vaxtaşırı bilavasitə aparatların üzərində qoyulmuş
dublikat cihazlarla müqayisə edilərək, yoxlanmalıdır.
8.1.1.5 Şkalası olmayan cihazlar ilk dəfə yerində nəzarət cihazları ilə
yoxlanılır.
8.1.1.6 Qurğuların istismarı, işə buraxılması və dayandırılmasına dair
zavodun baş mühəndisi tərəfindən təsdiq edilmiş təlimatlar əsasında parametrlərin
sürətinin dəyişdirilməsi müəyyən edilməlidir.
8.1.1.7 Aparatlarda, tutumlarda, kompressorlarda və digər avadanlıqda
qoruyucu qapayıcılarda ayırma (açma), tənzimləmə qurğuları və NÖ və A cihzları
nasaz olduqda onların istismarı qadağandır.
8.1.1.8 Xidmət heyəti NÖ və A cihazlarının, avadanlığın, apratların saz
vəziyyətdə olmasına ciddi nəzarət etməlidir.
8.1.1.9 Aparatlarda (rektifikasiya kolonlarında, buxarlandırıcılarda, istilik
dəyişdiricilərində, kondensatorlarda və s.), avadanlıqlarda, boru kəmərlərində və
armaturlarda sızma aşkar edilərsə, sızan məhsulun alışmasının qarşısını almaq
üçün dərhal sızma yerinə buxar verilməli, aparat açılmalı və qurğu
dayandırılmalıdır.
8.1.1.10 Əgər sahədə qazlaşma baş verərsə yaxınlıqdakı qurğuların xidmət
heyəti mümkün olan təhlükə haqqında xəbərdar edilməli, sahə çəpərlənməli və
qazlaşma yaradan mənbəyin ləğv edilməsi tədbirləri yerinə yetirilməlidir.
8.1.1.11 Yanğınsöndürən sistemlər və partlayış təhlükəli qatılıqları (PTQ)
təyin edən cihazlar nasaz olarsa, onların iş qabiliyyəti dərhal bərpa edilməli, təmir
işləri aparılan zaman isə qurğunun təhlükəsiz işini təmin etmək tədbirləri
görülməlidir.
8.1.1.12 Təzyiq altında olan aparatlarda, boru kəmərlərində kipkəclərin
sıxılması, bolt və sancaqların zərbələrlə bərkidilməsi qadağandır.
130
8.1.1.13 Texnoloji aparatlarda lyuklərin qapaqlarında rəzə qoyulmalı və
tutacaqlarla təchiz edilməlidir. Rəzə qoymaq mümkün deyilsə, onda qapaqlara
(qaldırıcı mexanizmlərin qarmağı ilə tutmaq üçün)qulp qaynaq etmək lazımdır.
8.1.1.14 İstilik nasoslarını qidalandıran aparatlarda və tutumlarda məhsulun
səviyyəsi aşağı (qəza vəziyyəti) olduqda işləməyə icazə verilmir.
8.1.1.15 İstilik nasoslarını əvvəlcədən qızdırmadan işə salmaq, kipcək və
digər hissələrin soyutma sistemi nasaz olduqda istismar etmək qadağandır.
8.1.1.16 Ehtiyat istilik nasoslarını işə salmamışdan əvvəl, qaynar məhsulu
tədricən vurmaqla onları qızdırmaq lazımdır.
8.1.1.17 Qazın, xammalın, buxarın, elektrik enerjisinin, havanın verilməsi
dayanarsa, kommunikasiya xətlərində və aparatlarda kəsilmə (qırılma) baş verərsə,
sobanın spiral borusunun yanması, həmçinin yaxınlıqda yerləşən qurğuda qəza baş
verərsə, “Qəzaların ləğv edilməsi” planına əsasən qurğu dərhal dayandırılmalıdır.
8.1.118 Aparatlardan və tutumlardan su bağlı sistemlərə drenaj edilməlidir.
8.1.1.19 Yoxlama və təmir işləri yerinə yetirərkən drenaj qıfının altında olan
bağlayıcıdan suyu əl ilə drenaj edən zaman nəzarətçi olmalı və iş əleyhqazda
yerinə yetirilməlidir.
8.1.1.20 Qurğulardan qəza tutumuna gedən qəza boru kəmərləri tutuma tərəf
daimi maili, mümkün qədər düzxətli, dirsəklərin və dönmələrin sayı minimal
olmalıdır.
8.1.1.21 Bütün boru xətti boyu bağlayıcı armaturlar qoyulmalıdır.
8.1.1.22 Qəza tutumuna buxar verməzdən əvvəl ora isti məhsulları vurmaq
qadağandır. Qəza boru kəməri buxarla üfürülməlidir.
8.1.1.23 Qəza çəni dövri olaraq məhsuldan təmizlənməlidir.
8.1.1.24 İsti məhsullardan nümunə yalnız mahsul əvvəlcədən soyudulduqdan
sonra təmiz və quru qapağı olan metal qabda götürülür. Nümunəni əlcəksiz və
qoruyucu eynəksiz götürmək qadağandır.
8.1.1.25 Maye qazlardan və karbohidrogen kondensatından nümunələr
aparatdakı məhsulun maksimal təzyiqinə hesablanmış nümunəgötürənlərlə
götürülməlidir. İynəli ventilləri nasaz olan və yoxlanma müddəti keçmiş
nümunəgötürənlərdən istifadə etmək qadağandır. Ventillərin hermetikliyi ən azı 6
aydan bir yoxlanmalıdır.
8.1.1.26 Sahə rəisi və mexaniki nümunəgötürənlərin təhlükəsiz saxlanmasına,
istismarına və vaxtında sınaqdan keçirilməsinə cavabdehdir.
8.1.1.27 Aparatların və tutumların baxma şüşələri istiyədavamlı şüşədən
hazırlanmalı və örtüyü olmalıdır.
8.1.1.28 Kondensatorlardan, soyuduculardan çıxan suyun tərkibində
soyudulan məhsul hissələri olmalı, əks halda aparat dərhal söndürülməlidir.
8.1.1.29 Bütün avadanlıqların, aparatların və əsas bağlayıcı quruluşların
texnoloji sxemə uyğun, aydın yazılmış nömrələri olmalıdır. Sxemdə layihəyə
əsasən əsas yeraltı və yerüstü boru kəmərləri göstərilməlidir.
Yalnız baş layihələndirici ilə razılaşdırıldıqdan sonra texnoloji sxemdə hər
hansı bir dəyişikliyin edilməsinə yol verilir.

131
8.1.1.30 Hər il sex (qurğu) rəisi texnoloji sxemin faktiki vəziyyətinə
uyğunluğunu yoxlayır. Sxemdəki xidmət heyətinin əməliyyat otağında,
kompressorxanada və digər yerlərdə asılmalıdır.
8.1.1.31 Aparatlar, tutumlar və boru kəmərləri boşaldılarkən qazı qazyığıcı
şəbəkəyə və ya məşəl boru kəmərinə istiqamətləndirməli, qalıq isə şama tərəf
sıxışdırılmalıdır.
8.1.1.32 Sistemdəki hava təsirsiz qazla və ya neft qazı ilə şama tərəf
sıxışdırılır. Üfürmənin sonu çıxan qazın analizinə əsasən müəyyən edilir
(oksigenin həcm miqdarı 1%-dən çox olmamalıdır).
8.1.1.33 Qurğu cavabdeh mütəxəssislərin rəhbərliyi altında işə
buraxılmalıdır.
8.1.1.34 Aparatlardan, tutumlardan havanın ümumzavod məşəl boru kəmərinə
tərəf sıxışdırılması qadağandır.
8.1.1.35 Xidmət heyəti qurğunun işə buraxılmasından əvvəl qurğuda suyun,
buxarın, təsirsiz qazın, elektrik enerjisinin olmasına əmin olmalıdır.
8.1.1.36 Qurğunu işə buraxarkən və onu istismar edərkən texnoloji
reqlamentin tələblərinə riayət olunmalıdır.
8.1.1.37 Qurğuya buxarı qəbul etməmişdən qabaq buxar xətlərində olan bütün
drenajları açmaq, sistemi qızdırmaq üçün isə buxar verilən xətdəki siyirtməni
tədricən açmaq lazımdır.
8.1.1.38 Bir neçə buxar xətti olan buxar xəttinə buxar qəbul edərkən, əvvəlcə
buxar magistral xəttə qəbul edilməli, sonra isə buradan ayrı-ayrı xətlərə
yönəldilməlidir.
8.1.1.39 Forsunkalara verilən qazvari yanacağın təzyiqinin yolverilən həddən
aşağı düşməsini və ya verilən maye yanacağının kəsilməsini bildirmək üçün borulu
qızdırıcı sobalar avtomat siqnallaşdırıcı ilə təchiz edilməlidir. Sobanın
forsunkalarına verilən qazvari yanacağın boru kəmərlərində forsunkalar qarşısında
təzyiqi yolverilən həddən aşağı düşdükdə avtomatik bağlanan bağlayıcı qapayıcı
quraşdırılır.
8.1.1.40 Soba işləyərkən spiralvarı borulara, asılqanlara və sobanın hörgüsünə
vizual nəzarət təmin edilməlidir.
8.1.1.41 Borulardan qabarmalar, hörgü və ya asılqanlarda deformasiya
olduqda işləmək qadağandır.
8.1.1.42 Borular yanarsa “Qəzaların ləğv edilməsi” planına əsasən sobanın
istismarı dərhal dayandırılmalıdır.
8.1.1.43 Soba işləyən zaman dirsəklərin kamera qapılarını açıq saxlamaq
qadağandır.
8.1.1.44 Dirsəklərində məhsul sızması olan borulu sobaların istismarı
qadağandır. Tıxacları kipləşdirməkdən ötrü yalnız borulardakı təzyiqi atmosfer
təzyiqinə qədər azaltdıqdan, spiralı məhsuldan çıxartdıqdan sonra sıxıcı boltların
bərkidilməsinə icazə verilir.
8.1.1.45 Soba ocağında yanma rejiminin normal olması üçün bütün
forsunkalar bərabər yüklənməli, məşəlin uzunluğu isə eyni ölçüdə olmalıdır.
8.1.1.46 Forsunkaların yanmasına nəzarət edərkən qoruyucu eynəklərdən
istifadə etmək və soba gözlüyünə yandan baxmaq lazımdır.
132
8.1.1.47 Verilən yanacaq qazının daxil olduğu boru kəmərinin sobaya giriş
yerində bağlayıcı qapayıcı qoyulmalıdır, əməliyyat otağındakı lövhənin üzərində
isə yanacaq qazın verilməsini siqnalla bildirən quruluş qoyulmalıdır.
8.1.1.48 Sobanın forsunkalarını və ya odluqlarını yandırmamışdan əvvəl
aşağıdakı tələblər yerinə yetirilməlidir:
- təmir işlərinin başa çatmasına vəsobanın daxilində və xaricində materialların,
tullantıların və alətlərin olmaması;
- soba daxilində adamların olmaması;
- giriş lüklərini, qapaqları, partlayış pəncərələri bağlanmalı;
- məhsul və yanacaq xətlərində bağlayıcı siyirtmələrin olmaması;
- sobanın spiralı üzrə məhsulun sirkulyasiyası tənzimlənməli;
- sobanın yanma kamerasını tüstü borusundan buxar görünəndən ən azı 15 dəq
sonra buxarla üfürməli, yanacaq qazının boru kəmərini hava qalıq-larından şama
tərəf üfürməli;
8.1.1.49 obanın forsunkalarını yalnız məşəldən və ya fitildən istifadə etməklə
yandırmağa icazə verilir.
8.1.1.50 Maye yanacaqla işləyən forsunkaları yandırarkən forsunkanı yandan
qurmaq, yanan məşəli əvvəlcə ona yaxınlaşdırmaq, hava və buxarın daxil olması
üçün ventili açmaq və yalnız bundan sonra forsunkanın yanındakı yanacaq boru
kəmərində quraşdırılmış ventili tədricən açmaq olar.
8.1.1.51 əşəldə hopdurucu kimi tezalışan mayelərdən (benzin, liqroin) istifadə
etmək qadağandır.
8.1.1.52 Yanan məşəli quru yeşiklərdə söndürmək lazımdır.
8.1.1.53 Forsunkaya qazla birlikdə kondensat düşərsə, sobaya qaz verən ventil
dərhal bağlanmalı və kondensat axıdılmalıdır.
8.1.1.54 Maye yanacağın və qazın təzyiqi yanacaq boru kəmərində avtomatik
tənzimlənməlidir.
8.1.1.55 Əgər qaz yanmasa və ya yanma kəsilərsə, forsunkanın ventilini
bağlamaq, ocağı buxarla forsunkalara gələn qaz xəttinin isə şama tərəf qazla
üfürmək, sonra isə forsunkanı təkrar yandırmaq lazımdır.
8.1.1.56 Bacanın sobadan tüstü borusuna qədər olan hissəsində sorma dövri
olaraq yoxlanılmalıdır.
8.1.1.57 Qəza və ya dayanma hallarında sobanın spiralını üfürmək, qaz və ya
buxar kəmərində əksklapanlar və iki-iki bağlayıcı siyirtmə quraşdırılmalıdır.
Siyirtmənin kipliyinə nəzarət üçün və buxar kondensatını axıtmaq üçün siyirtmələr
arasında nümunə kranı qoymaq vacibdir. Spiralı buxarla üfürmək üçün boru
kəməri daim qızdırılmış və kondensatdan boşadılmış vəziyyətdə olmalıdır.
8.1.1.58 Sobanın yanma kameraları və dirsəklərin qutuları buxarsöndürən
sistemlə təchiz edilməlidir. Buxarsöndürmə boru kəmərinin ventili yandığdan
təhlükəsiz və yaxınlaşmaq üçün rahat yerdə və sobadan ən azı 10m məsafədə
yerləşdirilməlidir.
8.1.1.59 Bütün işləməyən forsunkalara gələn qaz boru xətləri bağlanmalıdır.
8.1.1.60 Panelli odluqları yandırmamışdan əvvəl kollektordakı qazın
təzyiqinin verilmiş normaya uyğunluğuna əmin olmaq lazımdır.

133
8.1.1.61 Sobanı yandırarkən baxış pəncərəsindən yandırılmış fitili odluqların
birinin qarşısında yerləşdirmək və qaz xəttindəki ventili açmaq lazımdır.
Odluqlar “sonrakı əvvəlkindən”prinsipi ilə yanır.
8.1.1.62 Panelli odluq blokunu 2 nəfər yandırmalıdır.
8.1.1.63 Sobanı istismar edərkən odluqların bölüşdürücü kameralarının xarici
divarlarının temperaturuna nəzarət olmalı, temperatur kəskin artdıqda odluq
söndürülməlidir.
8.1.1.64 Parıltı olarsa odluq söndürülməli və ucluq təmizlənməlidir.

8.2 Qazın nəqlində istifadə edilən texnoloji boru kəmərləri

8.2.1 Təmir işələrinə başlamazdan qabaq neft məhsulları kəməri məhsuldan


azad edilməlidir.
8.2.2 Təmir ediləcək neft məhsulları kəməri hissəsi başqa kəmərləri və
aparatlardan siyitrtmələr və bağlayıcılarla ayrılmalıdır.
8.2.3 Flans birləşmələrini açarkən borunun içərisindəki məhsulu axıtmaq
üçün ilk növbədə aşağı hissədən boltları açmaq lazımdır.
8.2.4 Qaynaqla təmir işləri aparılacaq neft məhsulları kəməri qabaqcadan
məhsuldan azad edilməli, su buxarı ilə üfürülməli və başqa boru kəmərlərindən,
çənlərdən və aparatlardan bağlayıcılar vasitəsilə ayrılmalıdır.
8.2.5 Neft məhsulları nəql edən kəmərlərdə qaynaqla götürülən işlər
“Partlayıştəhlükəli obyektlərdə qaynaqla görülən işlərin təhlükəsiz aparılmasının
təşkili” üzrə təlimata müvafiq yerinə yetirilməlidir.
8.2.6 Qaz çıxması ehtimalı olan təmir işlərini görərkən iş yeri hasara alınmalı,
onun yanında isə xəbərdaredici lövhə və ya nişan asılmalıdır.
8.2.7 Yeraltı qaz kəmərlərinə baxış və ya təmir üçün qazılmış xəndək açıq və
iş görmək üçün geniş olmalıdır.
8.2.8 Qazla dolu qaz kəmərlərində təmir işləri vaxtı quyularda, pis
ventilyasiya olunan yarğanlarda və başqa oxşar yerlərdə bu qaydaların tələblərinə
əsasən yerinə yetirilməlidir.
8.2.9 Müəssisə ərazisindən çəkilmiş yanar və mayeləşdirilmiş yanar qazlar,
tezalışan və yanar məhsullar nəql edən texnoloji boru kəmərləri yanmayan yerüstü
dayaqlar və estakadalar üzərindən çəkilməlidir. I yarus yüksəkliyində estakada
kalonunun odadavamlılıq həddi 1 saatdan az olmamalıdır.
8.2.10 Yanar və mayeləşdirilmiş yanar qazların, tezalışan və yanar
mayelərin nəqli üçün tətbiq edilən boruların şüşədən və digər kövrək
materiallardan, həmçinin yanan və çətinyanan materiallardan (flüor, polietilen,
vinilplast və s.) hazırlanmasına icazə verilmir.
8.2.11 Müəssisə ərazisinin xaricində dəmiryol relsləri ilə avtomobil yolları ilə
yerüstü kəsişən texnoloji boru kəmərlərinin altından qoruyucu metal novlar
quraşdırılmalıdır.
8.2.12 Zavod daxilində dəmiryol xətləri, avtomobil yolları ilə yeraltı kəsişən
texnoloji boru kəmərləri diametri öz diametrindən 100-200 mm böyük olan polad
futlyardan yerləşdirilməlidir. Futlyarların ucları qatranlı kəndirlə kipləşdirilməli,
134
üstünə bitum tökülməli, avtomobil yolunun hərəkət hissəsinin kənarından və ya
dəmiryolun kənar relsindən hər ili tərəfə 2m çıxarılmalıdır.
8.2.13 Texnoloji qurğunun (sexin) sexlərarası boru kəmərləri ilə birləşdirilən
boru kəmərləri ayırıcı (kəsici) quruluşla təmin edilməlidir.
8.2.14 Yanar və maye qazlar, tezalışan və yanar məhsullar nəql edən texnoloji
boru kəmərlərinin müəssisə ərazisi daxilində ayırıcı (kəsici) quruluşu olmalıdır.
8.2.15 Flanslı birləşmələr üçün aralıq material kimi, nəql edilən mühitə
davamlı və iş prosesinin parametrlərinə cavab verən materiallar tətbiq etmək
lazımdır.
8.2.16 Yanar məhsullar nəql edilən sexlərarası texnoloji boru kəmərlərinin
altında avadanlığın quraşdırılmasına icazə verilmir. Boru kəmərlərindən mayeləri
drenaj etmək üçün tutumları və onların nasoslarını estakada ölçülərindən kənarda
yerləşdirmək lazımdır.
8.2.17 Texnoloji boru kəmərlərinin dağılmaqdan mühafizə edilən, yanmayan
istilik izoləsi olmalıdır.
8.2.18 Yanar və maye yanar qazları, tezalışan və yanar məhsulları, oksigen və
aqressiv (yeyici) mühitləri, buxar istilikdaşıyıcılarını və digər məhsulları nəql edən
çoxyaruslu boru kəmərlərini eyni yerdən çəkərkən aşağıdakı tələblərə riayət
olunmalıdır:
a) aqressiv mühitlərin nəqli üçün boru kəmərlərini estakadanın aşağı
yarusunda çəkmək;
b) asetilen xətləri digər boru kəmərlərinə nisbətən yuxarı yarusun kənarından
çəkilməlidir.
c) oksigen xətlərini yağ və oksigenlə qarşılıqlı əlaqəsi zamanı partlayış verə
bilən məhsullar nəql edilən xətlərlə eyni yerdən çəkərkən onları estakada
yarusunun əks tərəflərində yerləşdirmək lazımdır.
Oksigen boru kəməri ilə digər boru kəmərləri arasındakı işıq zolağı 0,25m az
olmamalıdır.
ç) maye yanar qazlar nəql edilən izolə edilməmiş boru kəmərlərini və
qızğın mühiti nəql edən boru kəmərlərini estakada yarusunun bir-birinə əks
tərəflərdə yerləşdirmək lazımdır.
Qeyd: Qaynaq işlərini yerinə yetirmək üçün estakadada müvəqqəti
asetilen xətlərinin çəkilməsi qadağandır.

8.3 Əmtəə-xammal parkları, yanar və tez alışan


mayelər üçün nasosxana

8.3.1 Ç ənlərin istismarı “Metal çənlərin təlimata uyğun təmiri və texniki


istismarı qaydaları”-nın tələblərinə əsasən aparılmalıdır.
8.3.2 Anbarlarda, ayrıca quraşdırılmış çənlərdə yanğın təhlükəsizliyi
tələblərinə və normalarına əsasən ilkin və stasionar yanğınsöndürmə vasitələri ilə
təchiz edilməlidir. Ayrıca yerləşdirilmiş çənlərdə və anbarın ərazisində
yerləşdirilmiş bütün çənlərdə nəzərdə tutulmuş yerlərdə quraşdırılan
yanğındansöndürmə vasitələri saz vəziyyətdə olmalıdır.

135
8.3.3 Anbarların daxilində əsas çənlərdən əlavə, tezalışan və yanar məhsulları
qəza vaxtı sistemdən boşaltmaq üçün çənlər quraşdırmağa icazə verilir.bu çənlərin
sayı və həcmi sistemdən boşaldılmış məhsulun miqdarına əsasən hesablanır və çən
parkındakı çənlərin ümumi həcminə daxil edilir.
8.3.4 Ç ənlərin ərazilərinin və meydançalarının bəndləri təmiz
saxlanılmalıdır.Təcili olaraq tökülmüş neft məhsulları və quru otlar ərazidən
təmizlənməlidir.
8.3.5 Ç ən parklarının ərazisinin bəndlərinə traktor və avtomobillərin təmir ilə
əlaqədar olaraq buraxılması yalnız müəssisənin baş mühəndisinin və ya müavinin
icazəsi olduğu halda aparılmalıdır.
8.3.6 Xəndəkdəki boru kəmərlərinin təmiri və yaxud boru kəmərlərinin
çəkilməsindən sonra xəndək bəndləri torpaqla örtülməli və əvvəlki vəziyyətə
salınmalıdır.
8.3.7 Ç ən parkının ərazisi və ayrıca yerləşdirilmiş çənlər sutkanın qaranlıq
vaxtlarında projektorlarla işıqlandırılmalıdır.
Açıq anbar xəndəklərində elektrik avadanlıqlarının və elektrik kabel xətlərinin
quraşdırılmasına icazə verilmir. Yerli işıqlandırma qurğuları, avtomatik nəzarət
cihazları partlayışdan təhlükəsiz icrada olmalıdırlar.
8.3.8 Ç ənlərin günəş şüalarından qızmasının qarşısını almaq üçün açıq rənglə
rənglənməlidir.Müvafiq rayonlarda çən daxili məhsulun 450 S-dən yuxarı
qızmasının qarşısını almaq üçün əlavə olaraq təhlükəsizlik tədbirləri görülməlidir.
Ç ən istilik keçirməyən izolyasiya və yaxud soyudulmaq üçün su şırnağı ilə təchiz
olunmalıdır.
8.3.9 Parkın ərazisində yerləşən çənlərin damı qış aylarında daimi olaraq
qardan təmizlənməli, həmçinin çən parkının ərazisi, yollar və yanğın keçidləri
qardan təmizlənməlidir.
8.3.10 Ç ən parkında kommunikasiya boru kəmərləri elə quraşdırılmalıdır ki,
qəza zamanı məhsulu bir çəndən digərinə sorub vurmaq mümkün olsun.
8.3.11 Gecə vaxtlarında çəndə məhsulun səviyyəsinin ölçülməsi və ondan
nümunə götürülməsi işlərinin aparılmasına yalnız partlayışdan mühafizəli
fənərlərdən istifadə edilməsinə icazə verilir.
8.3.12 Ç ən tutmlarının drenaj üsulu ilə təmizlənməsi aparılarkən məhsul
sızmasının olmaması üçün çirkli suların olmamasına diqqət vermək lazımdır.
8.3.13 Ayrıca dayanmış xətdən tutuma məhsulun doldurulması qadağandır.
Ç öküntüsü olmayan tutumların doldurulması zamanı (texniki müayinədən və
yaxud təmizlənmədən) yanğın təhlükəli qatışığın alınmaması üçün müvafiq
tədbirlər görülməlidir: təsirsiz qazla və su buxarı ilə üfürülməli və prosesə diqqətlə
nəzarət edilməlidir.
8.3.14 Ç ənə və tutumlara mayeləşdirilmiş karbohidrogen qazlarının (MKHQ)
təlimata uyğun hesabatla yolverilən həddən artıq doldurulması qadağandır.
Ç əndə, tutumda mayeləşdirilmiş karbohidrogen qazlarının (MKHQ)
səviyyəsinə nəzarət etmək üçün əməliyyat (operator) otağındakı lövhənin üzərində
avtomatik məsafədən ölçmə cihazları quraşdırılmalıdır.

136
8.3.15 Səviyyəyə vizual nəzarət etmək üçün tutumlarda ölçü şüşələri
quraşdırılmağa icazə verilir. Ölçü şüşələrini qoruyucu qapaqla qorumaq vacibdir.
Şüşədə tutumun dolma həddi qırmızı xətlə göstərilməlidir.
8.3.16 Tikişlərdə, əsas metalda eləcədə avadanlıqda və armaturda sızma
aşkar edilərsə, məhsul dərhal boşaldılmalı və çən təmirə hazırlanmalıdır.
8.3.17 Pirofor birləşmələrin əmələ gəlməsi nəticəsində yanğın və partlayış
təhlükəli hadisələrin qarşısını almaq üçün “ Tutumlarda neft məhsullarının
istismarında prifor çöküntülərin əmələ gəlməsi ilə mübarizə təlimatı”-nın
tələblərinə müfaviq olaraq tədbirlər görülməlidir.
8.3.18 Nasosxananın avadanlığı, döşəməsi, xəndəkləri daim təmiz
saxlanmalıdır. Döşəmələri, xəndəkləri yuduqdan sonra tərkibində turşu, əsas və
zəhərləyici birləşmələr olan tullantı suları maqistral şəbəkəyə və sənaye
kanalizasiyalarına axıtmazdan əvvəl zərərsizləşdirilməlidir.
8.3.19 Nasosxanaların və boru kəmərlərinin divarları rənglənməlidir. Boru
kəmərlərində məhsulun axın istiqaməti, avadanlıqlarda texnoloji sxemə müvafiq
işarələr, mühərrikdə isə rotorun fırlanma istiqaməti göstərilməlidir.
8.3.20 Sürtkü materiallarını nasosxanalarda gündəlik tələbata uyğun
miqdarda saxlanılmalıdır. Ayrı-ayrı hallarda yağ yığan kranla təchiz olunmuş kip
tutumlarda yağ ehtiyatlarının saxlanması yanğından mühafizə orqanlarının icazəsi
müəyyən müddətə uzadıla bilər.
8.3.21 Nasosxanalar avadanlıqların müəyyən ağır hissələrini qaldırmaq üçün
yükqaldırıcı qurğularla təchiz olunmalıdır.
8.3.22 Nasosların arasındakı keçidləri materiallarla, avadanlıqlarla və ya hər
hansı ləvazimatlarla doldurmağa icazə verilmir.
8.3.23 Nasosxana binalarında nasoslar və boru kəmərləri elə
yerləşdirilməlidirki, onlara xidmət, təmir və baxış asan yerinə yetirilsin.
8.3.24 Nasosxanaların istismarı zamanı nasosların və boru kəmərlərinin
kipliyi üçün onlara ardıcıl nəzarət qoyulmalıdır.
8.3.25 Nasosların armaturları nasosun pasportunda göstərilən şərti təzyiqə
uyğun seçilməlidir.
8.3.26 İşləyən nasosdan ehtiyat nasosuna keçərkən müvafiq siyirtmələr
düzgün açılmalı və nasos işə buraxılmağa hazır olmalıdır.
8.3.27 Sorucu və sıxıcı kollektorlardan ehtiyat nasoslarını açmaq üçün
siyitrmələrdən istifadə etmək lazımdır.Bu məqsədlə tıxaclar quraşdırmaq
qadağandır.
8.3.28 Ehtiyat nasos işə buraxılış üçün həmişə hazır olmalıdır.
8.329 Nasos işləyən zaman onu təmir etməyə icazə verilmir.
8.3.30 Nasos işləyə-işləyə onun hərəkətdə olan hissələrinin yağlama
prosesinin təhlükəsiz aparılması üçün xüsusi qurğu quraşdırılmalıdır.
8.3.31 Nasosun istismarı zamanı onun çıxışındakı təzyiqi göstərən
manometrin normal işləməsini təmin etmək lazımdır. Manometrsiz və ya nasaz
manometrlə işləmək qadağamndır.
8.3.32 Mərkəzdənqaçma nasosunun mühərrikə qoşulma muftasında qoruyucu
örtük (çəpər) olmadıqda nasosu işə salmaq və istismar etmək qadağandır.

137
8.3.33 Nasosların diyircəkli yastıqları sürtkü yağları ilə lazımınca yağlanmış
olmalıdır. Diyircəkli yastığın qızması yolverilməzdir.
8.3.34 Nasos dayandırıldıqda kipkəclərin soyudulması üçün verilən su,
kipkəcin boşluqlarından nasosun kamerasına düşməsi üçün kəsilməlidir.
8.3.35 Qabaqcadan kondensatı bayıra buraxmadan və buxar silindrlərini
qızdırmadan buxar nasoslarını işə salmaq qadağandır. Bu halda nasosun atqı boru
xəttində siyirtmə açıq olmalıdır.
8.3.36 Maye qazların, tezalışan maddələrin və zəhərli mayelərin vurulması
üçün məhsul buraxılmadan kipkəcsiz və membranlı nasoslardan istifadə edil məsi
məsləhət görülür.
8.3.37 Kimyəvi turşuları vuran nasosların sazlığına nəzarət olunmalıdır.
8.3.38 Turşuvuran nasos işləyərkən kipkəclərin və başqa birləşmələrin
möhkəmliyini izləmək, sızma hallarında nasosu saxlamaq və sızmanı ləğv etmək
lazımdır.
8.3.39 Turşuvuran nasoslardakı bütün işlər (təmizləmə, yuma, nasoslardakı
kipkəclərin və turşu xətlərindəki siyirtmələrin dəyişdirilməsi) nasosun işi
dayandırıldıqdan və sistem turşudan azad edildikdən sonra görülə bilər.
8.3.40 Tezalışan və tezyanan mayelərin hava ilə basma üsulu ilə nəql edilməsi
qadağandır.
8.3.41 Hər mərkəzdənqaçma nasosunun çıxış boru kəmərində əksklapan
quraşdırılmalıdır.
8.3.42 Ehtiyat nasosu daim hazır vəziyyətdə olmalıdır.
8.3.43 Tezalışan və tezyanan məhsulları vuran nasosların gövdələri, onlarla
bir çərçivədə olan elektrik mühərrikinin yerləbirləşmiş olmasına baxmayaraq,
yerlə birləşdirilməlidir.
8.4 Doldurma-boşaltma qurğuları və estakadası

8.4.1 Boşaltma-doldurma əməliyyatları “Qaz təsərrüfatında mühafizə zonaları


və təhlükəsizlik tədbirləri Qaydaları” na və digər texniki-normativ sənədlərin
tələblərinə tiayət etməklə yerinə yetirilməlidir.
8.4.2 Dəmir yol sisternləri boşaldılma və doldurulmağa dartınma, itələmə
olmadan ehtiyyatla verilməlidir.
8.4.3 Doldurulma-boşaldmaya verilən dəmiryol sisterinlərinə mütləq ehtiyyat
2 ədəd boş yaxud yanğın törətməyən vaqon qoşulmalıdır.
8.4.4 Təkərlərinə xüsusi başmaqlar bərkidilməyən boşaltma-doldurma
qurğusuna dəmiryol sisternlərinin buraxılması qadağandır. Bu məqsədlə xüsusi
qığılcım verməyən metaldan və yaxud taxtadan hazırlanmış başmaqlardan istifadə
edilməlidir.
8.4.5 Dəmiryol sisterinlərinin birləşdirilməsi və ayrılması boşaltma-doldurma
məntəqəsindən kənarda aparılmalıdır.
8.4.6 Boşaltma-doldurma estaqadalarının hər iki tərəfində, ayrıca olaraq
nəzarət siqnal dayaqları boşaltma-doldurma vaqonunun dörddən bir hissəsi (1/4
hissə) məsafəsində quraşdırılmalıdır.
Doldurma əməliyyatına başlayarkən lokomotivin əraziyə daxil olması
qadağandır.
138
8.4.7 Dəmiryol sisternlərindən boşaltma-doldurma əməliyyatlarına
başlamazdan əvvəl lokomotiv estakadanın ərazisindən azı 100 metr
uzaqlaşdırılmalıdır.
8.4.8 Yanacaq olan sisternlərə rezin-parçadan hazırlanmış boruların və digər
cihazların quraşdırılması zamanı lyukların qapaqlarını zərbəsiz bağlanmalıdır.
Boşaltma-doldurma əməliyyatı vaxtı xüsusi, qığılcım verməyən metaldan
hazırlanmış alətlərdən istifadə olunmalıdır.
8.4.9 Sıxılmış hidrogen-sulfid qazının boşaldılması və doldurulması QOST-un
tələblərinə uyğun olaraq rezin əlcəklərdən istifadəsinə icazə verilir. Stasionar
borulu qurğularda rezin əlcəklərin istifadəsi qadağandır.
8.4.10 Boşaltma-doldurma əməliyyatı zamanı çənlərin tam doldurulması
qadağandır.
8.4.11 Estaqadaların sarğılarında sızma aşkar olduqda təcili tədbirlər
görülməlidir, əks halda işlər dərhal dayandırılmalıdır.
8.4.12 Boşaltma-doldurma çənlərinin təmir işlərinin estakadanın ərazisində
aparilması qadağandır.
8.4.13 Tezalışan isti məhsullardan və sıxılmış yanar qazlardan boşaltma-
doldurma qurğuları müəyyən məsafədə yerləşdirilməlidir.
8.4.14 Məhsulların boşaldılması doldurulması əməliyyatları aparılmadığı
vaxtlarda çənlərin estakadalarda borular vasitəsi ilə birləşdirilmiş halda saxlanması
qadağandır.
8.4.15 Doldurma-boşaltma qurğularının bilavasitə yerləşdiyi yerlərdə
dəmiryol xətti ilə lokomotivin hərəkəti qadağandır.
8.4.16 Dəmiryol estakadasının 100 metr radiusunda odlu işlərin aparılması
vaxtı doldurma-boşaltma əməliyyatının aparılması qadağandır.
8.4.17 Estakada mütləq buxar dayaqları ilə təchiz olunmalıdır. Açıq alovdan
istifadə etməklə donmuş boruların qızdırılması qadağandır.
8.4.18 Doldurulan-boşaldılan dəmiryol estakadasını normaya uyğun ilkin
yanğınsöndürmə vasitələri ilə təchiz olunmalıdır.
8.4.19 Dəmiryol çənləri və metal konustruksiyalı estakadaları lafet lüləli,
suyun çilənməsi üçün qurğu quraşdırılmalıdır.
8.4.20 Doldurma-boşaltma estakadasının açılıb-bağlanan körpüsü, gizli
boltlarla bərkidilmiş ağac yastıqlarından ibarət olmalıdır.
8.4.21 Estakadanın işıqlandırılmasında partlayışdan mühafizəli çıraqlardan
istifadə edilməlidir.
8.4.22 Sutkanın qaranlıq vaxtı yerli işıqlandırma ilə bərabər doldurma-
boşaltma əməliyyatları zamanı partlayışdan mühafizəli daşınan fənərlərdən
(çıraqdan) istifadə edilməlidir.

8.5 Qaz kompressor stansiyaları, sıxılmış qazların qəbulu,


nəqli və boşaldılması, avtosisternlərin və balonların sıxılmış
qazla doldurulması zamanı yanğın təhlükəsizliyi tələbləri

8.5.1 Kompressor binası telefonla təmin olunmalıdır.

139
8.5.2 Kompressorların yerləşdirilməsi, onların arasındakı və binaların
divarları arasındakı məsafə normaya uyğun olmalıdır
8.5.3 Kompressor binasında və ya onun yaxınlığında qaz yığılması yığıldıqda,
“ləğvetmə planına” əsaslanaraq xidmət heyətinin təhlükəsizliyi təmin olunmalıdır.
8.5.4 Kipkəclərdən, silindr ştoklarından və fənərlərdən ayrılan zərərli
maddələri yığmaq üçün yerli sorucular quraşdırılmalıdır.
8.5.5 Flans birləşmələri üçün nəql edilən məhsullara və iş prosesinin
göstəricilərinə davamlı olan kipkəc materiallardan istifadə etmək lazımdır.
8.5.6 Kompressorların rahat və təhlükəsiz xidməti üçün lazım gəldikdə bu
Qaydalara müvafiq meydançalarla və nərdivanlarla təchiz olunmalıdır.
8.5.7 Kompressorun sənədindəki göstəricilərə uyğun gəlməyən işçi
məhsulları çəkib-vurmağa icazə verilir.
8.5.8 Kompressor binasında ventilyasiya qurğusunun sazlığı və fasiləsiz
işləməsi təmin olunmalıdır.Nasaz ventilyasiya ilə və ventilyasiyası işə salınmadan
kompressorun işə saılmasına icazə verilmir.
8.5.9 Kompressor binasında yükqaldırıcı mexanizmlər olmalıdır.
8.5.10 Kompressor qurğuları temperatura, təzyiqə və qüvvədə olan normalara
uyğun başqa parametrlərə nəzarət etmək üçün məsafədən idarə edilən cihazlarla
təchiz edilməlidir.
8.5.11 Ehtiyat kompressorları qəbul və vurma xətlərindən açıq olmalıdır.
8.5.12 Kompressorlar işləyən zaman silindrlərin və mexanizmlərin düzgün
yağlanması qaydalarına nəzarət edilməli, yağların dağılmasına və
səpələnməməsinə yol verilməməlidir.
8.5.13 Hər bir sıxılma pilləsindən sonra sıxılmış qaz və ya hava yağdan
təmizlənməsə, kompressorun işləməsinə icazə verilmir.
8.5.14 Kompressorun qəbulundakı separatorda mayenin səviyyəsini izləmək
və kompressora keçməməsi üçün vaxtlı-vaxtında suyu kənara axıtmaq lazımdır.
Mayenin separatorda səviyyəyə nəzarət etmək üçün səviyyə həddindən aşağıda
kompressoru saxlamaq üçün səs və işıq siqnalvericisi və bloklama nəzərdə
tutulmalıdır.
8.5.15 Partlayış təhlükəli yanar qazların yığılması ehtimalı olan kompressor
binalarında, texnoloji və konstruksiya cəhətdən kompressorla əlaqəsi olmayan
aparatların və avadanlıqların yerləşdirilməsi qadağandır.
8.5.16 Kompressor işləyərkən hər bir sıxılma pilləsinə görə qazın təzyiqinə
nəzarət edilməlidir ki, təzyiq qəbul olunan normadan artıq olmasın.
Kompressorda təzyiqə nəzarət etmək üçün o, manometr və avtomatik təzyiq
tənzimləyicisi ilə təchiz olunmalıdır.
8.5.17 Kompressorların bütün birləşmələrinin və onların qaz kəmərlərinin
kipliyini normada müəyyən edilmiş qaydada yoxlamaq lazımdır. Qaz buxarlanması
yaranarsa, kompressor dayandırılmalı, nöqsan araşdırılmalıdır. Kompressor işləyən
vaxt qaz sızmasını ləğv etməyə icazə verilmir.
8.5.18 «Ü fürülmə» ilə təchiz olunmuş elektrik mühərriklərindən istifadə
edərkən, təmirdən çıxmış kompressoru işə salmazdan əvvəl elektrik mühərrikinin
üfürülməsi üçün daxil olan havanın müəyyən olunmuş təzyiqdən aşağı təzyiqdə

140
kompressorun elektrik mühərrikinin işə salınmasının “qadağan” edən və
dayandırılmasını həyata keçirən bloklayıcının sazlığı yoxlanılmalıdır.
8.5.19 Kompressorun qəbul xəttində qazın temperaturunun onun kondensasiya
temperaturuna qədər aşağı düşməsinə yol verilməməlidir.
8.5.20 Mayeləşdirilmiş qazların dəmir yolu sisternləri ilə daşınması «Pravila
ustroystva i bezopasnoy gkspluataüii sosudov, rabotaöhix pod davleniem»
sənədinin tələblərinə cavab verməlidir.
8.5.21 Doldurma-boşaltma əməliyyatı sutkanın işıqlı vaxtı aparılmalıdır. Bu
əməliyyatların qaranlıq vaxtı aparılmasına yalnız xüsusi hallarda, normalara uyğun
işıqlandırılma olduqda icazə verilir.
8.5.22 QDS-in ərazisinə daxil olan lokomotivin tüstü borusunda
qığılcımsöndürən quraşdırılmalıdır. Dəmir yolu sisternlərinin manevri üçün
istifadə olunan elektrodrezdina və elektrobucurqadların mühərrikləri və elektirik
avadanlıqları, motodrezinaların tüstü çıxan boruları isə qığılcımsöndürən tərtibatla
təchiz olunmalıdır.
8.5.23 Dəmir yolu sisternlərindən mayeləşdirilmiş qazların boşaldılmasına
başlamazdan əvvəl lokomotiv QDS-in ərazisindən ən azı 20 metr
uzaqıaşdırılmalıdır.
8.5.24 Qazı boşaltmağa başlamazdan əvvəl dəmir yolu sisternlərinin təkərləri
dəmir yolu relsində xüsusi taxta və yaxud qığılcım törətməyən metal başmaklarla
bərkidilməlidir. Sisternlərin qadağan olunmuş keçidlərində 100 metr məsafədə
bütün odlu işlərin aparılması qadağandır, həmçinin sisternlərin doldurma-boşaltma
üçün təyin olunmuş rezin-parça qolları yerlə birləşdirilməlidir. Yalnız doldurma-
boşaltma əməliyyatı qurtardıqdan, sisternlərin ventillərinin ştuserlərinə tıxaclar
qoyulduqdan sonra sisternləri yerləbirləşdirmə qurğularından açmaq olar.
8.5.25 Mayeləşdirilmiş qazları sisterndən çənlərə boşaldılması
əməliyyatından əvvəl siyirtmələrin açıq və ya bağlı olması diqqətlə
yoxlanılmalıdır. Siyirtmələrin boşaltma boru kəmərini nəzarətsiz qoymaq qəti
qadağandır. Boru kəmərləri ilə mayeləşdirilmiş qazların nəql edilməsi üçün xüsusi
hazırlanmış nasoslar və kompressorlar işlədilməli və fraksiyaların vurulması üçün
yararlı olmalıdır.
8.5.26 Sistern ilə estakadanın boşaltma-doldurma qurğusunun işçi təzyiqi 1,6
Mpa olan və zavod istehsalı olan rezin-parça qollarla birləşdirilməlidir. Rezin-
parça qollar QOST 18698-79 tələblərinə uyğun olmalıdır.
8.5.27 Təzyiq altında olan rezin-parça qolların dartılması qadağandır. Rezin-
parça qolların ayrılmasına sisternin dayandırılmasından sonra icazə verilir. Rezin-
parça qolların çıxması və yaxud dağılması zamanı təcili olaraq sisternin ventilini
bağlamaq və boşaltma kommunikasiya qurğusunu, nasos-kompressor avadanlığını
bağlamaq və nasazlığın aradan qaldırılması üzrə tədbirlər görülməlidir.
8.5.28 Rezin-parça qollarda qalmış qalıq qazı təmizləmək üçün texnoloji
borular sisteminə və yaxud atqı şamına tərəf yönəltmək lazımdır.
8.5.29 Mayeləşdirilmiş qazları nəql edən sisternlərin yaxınlığında yanğın baş
verdikdə təcili olaraq sisternlər təhlükəsiz yerə çıxarılmalıdır. Sisterni təhlükəsiz
yerə çıxarmaq mümkün olmadıqda o, su şırnağı ilə soyudulmalıjdır.

141
8.5.30 QDS-in doldurma-boşaltma estaqadasında drençer tipli stasionar
çiləyici qurğu olmalıdır. Doldurma-boşaltma eskadasında stasionar lafet dirək
çiləyicisindən istifadə etmək olar.
8.5.31 QDS-dən «Pravila ustroystva i bezopasnoy gkspluataüii sosudov,
rabotaöhix pod davleniem» sənədinin tələblərinə cavab verən xüsusi hazırlanmış
balon və avtosisternlərə mayeləşdirilmiş qazlar doldurulmamalıdır.
8.5.32 Mayeləşdirilmiş qazları daşımaq üçün nəzərdə tutulan avtosisternlər
istismardan əvvəl FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən
Nəzarəti Dövlət Agentliyindən qeydiyyatdan keçməlidir.
8.5.33 Bağlı doldurma otaqlarında hava-sorucu ventilyasiya sistemi işlədiyi
halda balonları mayeləşdirilmiş qazlarla doldurulmasına icazə verilir.
8.5.34 Avtosisternlərin və yaxud balonların həddinən artıq doldurukması
qadağandır. Balonlardan qaz bu məqsəd üçün nəzərdə tutulan xüsusi tutumlara
boşaldılır, avtosistenlərdən isə QDS-in saxlama bazasının digər dolmamış
çənlərinə boşaldılır. Buxarlanmayan qazları açıq qablara yaxud istehsalat
kanalizasiyasına boşaltmaq qadağandır. Artıq qazın havaya buraxılması
qadağandır.
8.5.35 Bütün doldurulmuş balonların ventilləri və yivli birləşmələri
germetikliyə yoxlanılmalıdır. Əgər balon qazla doludursa yaxud
qazsızlaşdırılmayıbsa balonda təmir işi aparmaq qadağandır. Ventil germetikliyə
yoxlanıldıqdan sonra balonun boğazlığına qoruyucu qapaq taxılmalıdır.
8.5.36 Balonların və ventillərin təmiri yalnız QDS-in təmir sexlərində
(emalatxanalarda) aparılmalıdır. Balonlar təmir bölməsinə isti su ilə yuyulmuş
halda, yaxud buxara verildikdən (qazsızlaşdırıldıqdan) sonra gətirilməlidir.
Balonun buxara verilməsi və isti su ilə yuyulmasının tarixi və nömrəsi xüsusi
jurnalda qeyd edilməlidir.
8.5.37 Doldurma şöbəsində dolu balonların yığılması və saxlanması qəti
qadağandır. Doldurulmuş balonların yığılmasına və saxlanılmasına yanmayan
materialdan hazırlanmış xüsusi ayrılmış meydançaların olması şərti ilə icazə
verilir.
8.5.38 Balondoldurma şöbəsində yanğınların söndürülməsi avtomatik
yanğınsöndürmə sistemi ilə təchiz olunmalıdır.
8.5.39 Mayeləşdirilmiş qazların avtosisternlərlə daşınması “Təhlükəli yüklərin
avtomobil nəqliyyatı ilə daşınması Qaygaları”-nın tələblərinə cavab verməlidir.
8.5.40 Avtosisternlərin mayeləşdirilmiş qazlarla doldurulması zamanı
mayenin səviyyəsinə diqqətlə nəzarət edilməlidir. Avtosisternin normadan artıq
doldurulması qadağandır. Avtosisterndən qazı boşaldan zaman rezin-parça
qollardan qalıq qazların tam çıxarılması yoxlanılmalıdır, qazların buxar və maye
fazaları boşaltma kolonkalarından boru sisteminə yaxud üfürülmə şamına doğru
yönəldilməlidir.
8.5.41 Doldurma qurtardıqdan sonra sisternin ventilinin stuserinə tıxac və
plomb qoyulmalıdır. Avtosisternin mühərriki dayandıqdan sonra boşaltma
ştuserindən tıxac çıxarılmalıdır, boşaltma rezin-parça qollar və ştuserə qoyulmuş
tıxac ayrıldıqdan sonra mühərrik işə salınmalıdır. (əməliyyatlardan sonra 10
dəqiqədən tez olmamaq şərti ilə)
142
8.5.42 Avtosisternlərin mühərriki doldurma və su çilənməsi vaxtı
işləməməlidir. Mayeləşdirilmiş qazları vurmaq üçün nasos avadanlığı olan
avtomobilin mühərrikini xüsusi hallarda işə salmaq olar. Avtosisternlərin tüstü
çıxan borusunda qığılcımsöndürən mühərrikindən tüstüçıxaran borulu maşının
qabaq tərəfinə keçirilməlidir, radiatordan əvvəl keçirilmiş tüstüçıxaran maşınların
istifadə edilməsi qadağandır.
8.5.43 Avtosisternin sürücüsü sisterndəki qazın təzyiqinə manometrə nəzarət
etməlidir. Əgər sisterndə qazın təzyiqi 1,6 Mpa-dan (16kqq/sm2) artıq olarsa
sisternin soyudulması üçün tədbirlər görülməlidir. (sisterni günəş şüalarından
qorumaq üçün üstü örtülməli, yaxud soyuq su ilə çilənməlidir).
Mayeləşdirilmiş qazla dolu sisternləri açıq alov olan yerlərdə saxlamaq,
avtosisternlərin yanında və kabinədə siqaret çəkmək qadağandır. Avtosisternlərin
yaxınlığında yanğın baş verdikdə onlar təhlükəsiz yerə çıxarılmalı, bu mümkün
olmadıqda sistern su ilə soyudulmalıdır.

8.6 Ç ən və çənlər parkı, mayeləşdirilmiş qaz tutumlarının


saxlanılmasına tələblər

8.6.1 Mayeləşdirilmiş qazları saxlamaq üçün tutumlar yerüstü


quraşdırılmalıdır. Havanın temperaturu tutumun texniki göstəricilərindən aşağı
olduğu halda, tutumlardan binalara və tikilələrə qədər olan məsafələrin tikinti
normalarının və qaydalarının tələblərinə uyğun olmadığı halda, QDS-nın
genişləndirlməsi və yenidən qurulması zamanı tutumların yeraltı quraşdırılmasına
icazə verilir.
8.6.2 Mayeləşdirilmiş qazları saxlamaq üçün quraşdırılmış yerüstü tutumlar
atmosfer temperaturunun 350C-dən yuxarı qalxma ehtimalı olmasını nəzərə alaraq,
tutumların günəş şüasından qızmasının qarşısını almaq üçün tutumlar xüsusi
qaydada mühafizə olunmalıdır (su ilə soyudulmalı, tutumları açıq rənglə
rənglənməlidir və s).
8.6.3 Park ərazisində texnoloji kommunikasiyalar elə yerləşdirilməlidir ki,
qəza zamanı tutumdan drenajı bağlı vəziyyətdə olan diğər tutuma mayeləşdirilmiş
qazları sorub vurmaq mümkün olsun.
8.6.4 Tutumda (çəndə) buxar təzyiqi onun üçün hesabatla müəyyən edilmiş
həddən yuxarı olduğu halda, təcili olaraq mayeləşdirilmiş qazı diğər tutuma (çənə)
sorub vurmaq lazımdır. Tutumda (çəndə) təzyiqin aşağı düşməsi məqsədi ilə qazın
atmosferə buraxılması qadağandır.
8.6.5 Yerüstü tutumların maye qazlarla doldurulması tutumların həndəsi
həcminin 85%-dən, yeraltı tutumlar üçün isə 90%-dən artıq olmamalıdır.
8.6.6 Tutumlar (çənlər) doldurulmazdan əvvəl təsirsiz qazla (azotla və ya
karbon qazı ilə) yaxud mayeləşdirilmiş qaz buxarı ilə üfürülməlidir. Ü fürmənin
sona çatması şamdan çıxan qaz-hava qarışığının oksigen tərkibi ilə təyin
edilir.Qarışıqda oksigenin miqdarı (həcmə görə) 1% dən artıq olmadıqda üfürmə
başa çatmış hesab edilir.
8.6.7 Tutumdan mayeləşdirilmiş qazı təmizləmək üçün tutum su buxarı və
yaxud təsirsiz qazla üfürülməlidir. Ü fürülmənin sona çatması götürülən analizin
143
nəticəsindən asılıdır. Sınaq üçün götürülən havada qazın miqdarı, qazın
alışmasının aşağı həddinin 20% hissəsindən artıq olmamalıdır. Mayeləşdirilmiş
qaz buxarı ilə tutum üfürüldükdən sonra, tutuma havanın verilməsi qəti
qadağandır.
8.6.8 Hər çən parkında, çənlərin yerləşdirilməsi texnoloji sxemi tərtib
edilməlidir. Texnoloji sxemə uyğun olaraq çənlər nömrələnməli, bütün texnoloji
borular və armaturlar təyin edilmiş nömrələrlə nömrələnməli, tutumun həcminin
maksimum dolma həddi texnoloji sxemdə göstərilməlidir.
8.6.9 Mayeləşdirilmiş qazlar üçün çənlər mayenin səviyyəsini ölçən
göstəricilərlə, manometrlərlə və qoruyucu klapanlarla təchiz olunmalıdır. Yerüstü
çənlər bundan əlavə donmayan drenaj klapanları ilə təchiz olunmalıdır.
8.6.10 Hər bir çəndə iki qoruyucu-buraxıcı klapan quraşdırılmalıdır. Onlardan
qabaqda iki klapandan birini açmağa imkan verən üç hərəkətli xüsusi kran
qoyulmalıdır.
Hər bir qoruyucu-bağlayıcı klapanların şamlara çıxışı olmalıdır. Qoruyucu-
bağlayıcı klapanların üfürülmə şamında açıcı qurğular quraşdırmaq qadağandır.
8.6.11 Yeraltı çənlərin açıcı qurğuları, qoruyucu klapanlar və nəzarət-ölçü
cihazları yerin səviyyəsindən yuxarıda yerləşdirilməlidir.
8.6.12 Açıcı və tənzimləyici qurğular üçün quraşdırılacaq mayeləşdirilmiş qaz
boruları yalnız polad borularla çəkilməlidir.
8.6.13 Mayeləşdirilmiş qaz saxlanılan çənlər parkında bütün texnoloji
borular mütləq bəndlərdə yerləşdirilməlidir və maqistral tutumlara boruların
birləşmə xətləri qısa məsafədə olmalıdır.
8.6.14 Klapanın və tənzimləyici ventilin bağlayıcı qurğu kimi istifadəsi
qadağandır.
8.6.15 Qəza zamanı qazı açıb buraxılması lazım gəldikdə, quraşdırılan
qoruyucu qurğu məsafədən idarəetmə qurğusu ilə təchiz edilməlidir və təhlükəsiz
yerdə yerləşdirilməlidir.
8.6.16 Texnoloji boruların donmuş sahələrini qızdırmaq üçün, bağlayıcı qurğu
və buxar quraşdırılan-sökülən borularla həmin sahənin hər iki tərəfinə quraşdırılan
bağlayıcı qurğular vasitəsi ilə verilməlidir. Buxarlandırma və üfürülmə
qurtardıqdan sonra həmin sahədə borular sökülməli və bağlayıcı qurğuya quyruqlu
tıxac qoyulmalıdır.
8.6.17 Mayeləşdirilmiş qazlarla doldurulmuş balonlar anbarlarda
yerləşdirdikdə, onların ümumi həcmi, 100 m3-dən artıq olmamalıdır .
8.6.18 Mayeləşdirilmiş qazlarla doldurulmuş balonlar yerləşən bağlı anbar
otaqlarının temperaturu 350C-dən yuxarı olmamalıdır. Otaqda temperatur 350C-dən
yuxarı qalxdıqda anbar otağı iki tərəfli hava axını ilə soyudulmalıdır.
8.6.19 QDS-in ərazisində balonların konteynerlərlə daşınması zamanı qaldırıcı
maşınlara qığılcımsöndürən avadanlıq quraşdırılmalıdır, yaxud elektrokardan
istifadə edilməlidir. Bağlı anbar otaqlarında işlərin aparılması partlayış təhlükəli
olduğu üçün elektrokardan istifadə edilməlidir.
8.6.20 Balonların daşınması və saxlanılması zamanı onların yerə atılmasına və
zədələnməsinə yol verilməməlidir. Balonun maşından çıxarılması zamanı balonun
kalpakı yuxarı vəziyyətdə olmalıdır.
144
8.6.21 Balonlar bir qayda olaraq “qəfəs” tipli avtomaşınlarda, yaxud
balonların düşməsi və bir-birinə dəyməsi ehtimalı olmayan xüsusi kuzalı
avtomobillərdə daşınmalıdır. Adi kuzalı avtomaşınlarda balonları xüsusi
qurğulardan istifadə etməklə daşımaq olar Belə qurğu olaraq yuvalı taxta
buruslardan, rezin yaxud kəndir halqalardan istifadə edilə bilər.
8.6.22 Mayeləşdirilmiş qazları daşımaq üçün nəzərdə tutulan maşınlar
(avtosisternlər və balon daşıyan maşınlar) mühərrikdən tüstüçıxaran borusu
maşının qabaq tərəfinə keçirilməli və çıxardılan qığılcımsöndürən tərtibatı
olmalıdır, həmin tərtibat maşın QDS-in; AQDS-in; QDM-in həyətinə girdikdə
maşının tüstüçıxaran borusuna quraşdırılmalıdır. Balonların doldurulması və
boşaldılması zamanı maşının mühərriki söndürülməlidir.
8.6.23 Avtosistern və ya mayeləşdirilmiş qaz balonlarını daşıyan
avtomaşınlar, mayeləşdirilmiş qazların maşınlara xidmət heyyəti bazasına aiddirsə
iş vaxtı qurtardıqdan sonra QDS-in həyətində xüsusi nəzərdə tutulmuş qarajda
saxlanılmalıdır.
QDS-in həyətinə avtomaşınların daxil olması, sisternlərin boşaldılması və
balonların yüklənməsi yalnız rahat iş yerləri olan boşaltma dayaqları və yükləmə
rampaları olmalıdır. Belə avtomaşınlar üçün QDS-in həyətində çəpərlənmiş açıq
dayanacaqlar olmalıdır.
8.6.24 Mayeləşdirilmiş qazların qəbulu, saxlanması və doldurulması
əməliyyatları müəssisə tərəfindən işlənib hazırlanmış təlimatların tələblərinə əməl
etməklə yerinə yetirilməlidir.
8.6.25 Qazqolderə daxil ilan yanar qazın tərkibində havanın miqdarı analiz
edilməlidir. Əgər qazın tərkibində havanın miqdarı buraxıla bilən həddən artıq
olarsa o zaman qazqolderi mənbədən ayırmalı, qazın tərkibində havanın artmasının
səbəbi aydınlaşdırılmalı və tədbirlər nəticəsində aradan qaldırılmalıdır.
8.6.26 Su hövzəsində baş vermiş qəza nəticəsində qazqolderə daxil olan qazı
dayandırmaq, qazqolderdə qaz sərfiyyatının artmaması üçün qaz digər boş
qazqolderə ötürülməlidir.
8.6.27 Qazqolderin kipliyində və yaxud digər nöqsanlar aşkar edildiyi zaman
qazqolderi mənbədən ayırmalı və tədbirlər nəticəsində nöqsanlar aradan
qaldırılmalı, qazqolderin düzgün işləməsi tam bərpa edilməlidir.
8.6.28 Əyləc sisteminin işlək hissələrinin əyilməsi, yeyilməsi səbəbindən
donma baş verərsə qazqolderin gövdəsini qızdırmaq üçün su buxarından istifadə
edilməlidir. Qazqolder parkı və ayrıca dayanmış qazqolderlər ilkin
yanğınsöndürmə vasitələri ilə təchiz edilməlidir. SNiP-in tələblərinə müvafiq
olaraq tezalışan və isti maye taralarını binalarda və açıq meydançalarda
saxlanılmasına icazə verilir.
8.6.29 Qəza zamanı bəndə axan mayenin sahəsi mütləq çəpərlənməlidir.
8.6.30 Açıq anbar sahələri təmiz saxlanılmalıdır. Dağılmış maye təcili olaraq
yığışdırılmalı, həmin yerə quru qum tökülməlidir.
8.6.31 Bir bənddə 6-dan artıq olmamaqla çəlləklər sırasına icazə verilir. Hər
bir sıranın uzunluğu 25 m, eni isə 15 m-dən çox olmamalıdır.Sıralar arasındakı
məsafə ən azı 5 m, diğər meydançalarda yerləşdirilən qonşu sıralar arasındakı

145
məsafə 15 m olmalıdır. Hər bir sırada 2 yaruslu çəllək nəzərdə tutulmalıdır. Hər bir
sıraların bir-biri arasındakı gediş yolu ən azı 1 m məsafədə olmalıdır.
8.6.32 Ç əlləklərin bir-birinə zərblə dəyməməsi üçün astaca yığılmalıdır.
8.6.33 Nöqsanlar aşkar edildikdə və yaxud çəlləyin tıxacı olmadqda, belə
çəlləklərin saxlanılması qadağandır.
8.6.34 Ç əllək tarasında metal tıxacların açılması və ya bağlanması zamanı
qığılcım törətməyən xüsusi açarlardan istifadə edilməlidir. Tıxacın açılmasında
qığılcım törədən çəkiclərdən, zərb alətlərindən və s. istifadəsi qadağandır.
8.6.35 Açıq meydançalarda çəlləklərin saxlanılması normaların tələblərinə
cavab verən yanğınsöndürmə vasitələri ilə təchiz olunmalıdır.
8.6.36 Yanar qaz balonları saxlanılan anbarlar yünğül örtüklü bir mərtəbəli
olmalıdır. Atmosfer çöküntülərindən və günəş şüalarından qorunmaqla balonları
açıq meydançalarda saxlamaq olar.
8.6.37 Qrup balon qurğularını qoruyucu örtükləri olmalı və binalardan
kənarda yerləşdirilməli. Balonlar bağlanan şkaflarda yerləşdirilməli və ayrıca
mühafizə olunan örtükləri olmalıdır.
8.6.38 Sıxılmış maye-qaz balonlarının saxlanılması «Pravila ustroystva i
bezopasnoy gkspluataüii sosudov rabotaöhix pod davleniem» sənədinin tələblərinə
cavab verməlidir. Balonlar içərisindəki qazın növünə uyğun rənglənməlidir.
8.6.39 Yanar qaz balonları digər oksigen, sıxılmış hava, xlor və s.
balonlardan ayrı saxlanılmalıdır.
8.6.40 Partlayış təhlükəli stansiya otaqlarında, sıxılmış qaz və yanar qaz
balonları saxlanılan otaqda hava-qaz qatılığının partlayış həddini bildirən
siqnalizasiya cihazı quraşdırılmalıdır. Siqnalizasiya cihazı olmadığı halda, otağın
havasından hava-qaz qatılığının analizi ğötürülməlidir.
8.6.41 Yanar qaz balonları saxlanılan anbarlara dabanında dəmir nalı olan
ayaqqabı ilə girmək qadağandır.
8.6.42 Hava-qaz qatılığının partlayış həddinin təhlükəsiz miqdarda saxlamaq
üçün yanar qaz balonları saxlanılan anbar otaqları ventilyasiya sistemi ilə təchiz
olunmalıdır. Ventilyasiya sistemi olmayan anbarların istismarı qadağandır.
8.6.43 Yanar qaz balonları saxlanılan anbarlarını yanlnız su, aşağı təzyiqli
buxar və hava qızdırıcı sistemləri ilə qızdırılmasına icazə verilir.
8.6.44 Balon saxlanılan anbarların pəncərəsindən ğünəş şüalarının bir başa
balonlara təsir etməsinin qarşısını almaq üçün pəncərə şüşələri ağ boya ilə
rənglənməli yaxud ğünəş şüalarından qoruyucu vasitələr quraşdırılmalıdır.
8.6.45 Balon anbarlarında tez alışan, partlayış təhlükəli maddələrin və
qazla dolu balonların saxlanılması qadağandır.
8.6.46 Anbarlarda saxlanılan balonların 10 metr radiusunda hər hansı bir tez
alışan maddələrin saxlanılması və eləcədə açıq odla işlərin yerinə yetirilməsi qəti
qadağandır.
8.6.47 Oturacağı olan dolu yanar qaz balonları şaquli vəziyyətdə
saxlanılmalıdır.
8.6.48 Balonların aşmasının qarşısını almaq üçün xüsusi olaraq yuvaları,
qəfəsləri olan avadanlıq quraşdırılmalı və yaxud balondar çəpərləməlidir.

146
8.6.49 Oturacağı olmayan balonlar üfqi vəziyyətdə, ağacdan hazırlanmış
çərçivədə saxlanılmalıdır. Balonları sıralara yığarkən sıraların hündürlüyü 1.5 m-
dən hündür olmamalıdır, Bütün ventillər birtərəfli istiqamətdə qoruyucu qapaqlar
vasitəsi ilə bağlanmalıdır.
8.6.50 Oksigen balonlarının saxlanılmasında və daşınmasında piylərin və yağa
bulaşmış avadanlığın balonların üzərinə düşməsinə və toxunmasına icazə verilmir.
Əl ilə ventildən tutaraq oksigen balonunun çevrilməsi qəti qadağandır.

8.7 Məşəl Təsərrüfatı

8.7.1 Qaz emalı zavodlarında qazların istifadə edilməsi və məşələ verilən qaz
tullantılarının azaldılması üçün xüsusi tədbirlər görülməlidir.
8.7.2 Məşələ daxil olan qaz, fasiləsiz olaraq yandırılmalıdır. Məşəl avtomatik
yandırma sistemi ilə təchiz edilməlidir.
8.7.3 Məşəlin yaxınlığındakı məşəl boru kəmərində texniki baxış və təmir
işlərini aparmaq üçün yanğın səddi quraşdırılmalıdır.
8.7.4 Kondensatı tutmaq üçün ümumzavod məşəl boru kəmərində separator
quraşdırılmalıdır.
8.7.5 Ayrı-ayrı texnoloji qurğuların məşəl boru kəmərlərində və lazım olarsa
ümumzavod məşəl boru kəmərində aralıq separatorlar quraşdırılmasına icazə
verilir.
8.7.6 Məşəl boru kəmərləri separator istiqamətində maili olmalıdır.
8.7.7 Məşəl separatorunda yığılan kondensat avtomatik çıxarılmalıdır.
8.7.8 Məşəli yandırmazdan əvvəl məşəl sistemindən tərkibində oksigenin
miqdarı 1%-dən çox olmayan havanı çıxarmaq üçün məşəl boru kəmərini buxarla,
təsirsiz qazla və ya karbohidrogen qazı ilə üfürmək lazımdır.
8.7.9 Məşəl boru kəmərlərinin istismarı prosesində havanın sorulmasına və
orada partlayış təhlükəli qarışıqların yığılmasına, həmçinin onların buzlu
tıxaclarla bağlanmasına imkan verilməməlidir.
8.7.10 Məşəl ətrafı ərazi 50 m-dən az olmayan radiusda çəpərlənməlidir. Bu
əraziyə daxil olmaq üçün xəbərdaredici yazı olmalıdır: “Kənar şəxslərə giriş
qadağandır”.
8.7.11 Məşəlin istismarına cavabdeh şəxsin icazəsi olmadan fəhlələrin məşəl
ərazisinə daxil olması qadağandır.
8.7.12 Məşəlin yandırılması əməliyyatını mühəndis-texnikin rəhbərliyi
altında 2 nəfər təcrübəli fəhlə yerinə yetirməlidir.
8.7.13 Məşəl ərazisində çəpərlənmiş sahələri yaxınlığında quyuların,
xəndəklərin və basqa dərinliklərin qurulması qadağandır.

147
BÖLMƏ IX

Avtomobil nəqliyyatı idarələrində yanğın təhlükəsizliyi qaydaları

9.1 Avtomobillərə olan yanğın təhlükəsizliyi tələbləri

9.1.1 Qarajlarda, talvar altında və xüsusi meydançalarda saxlanılan


avtomobillərin düzülüşü avtomobillərə xidmət üzrə müəssisələr üçün nəzərdə
tutulan normaların tələblərinə yyğun olmalıdır.
9.1.2 Avtomobillərinin sayı 25-dən çox olan avtonəqliyyat müəssisələrində
yanğın zamanı onların köçürülməsinə şərait yaratmaq üçün istehsalat rəhbəri
tərəfindən növbəsi və köçürülmə qaydası göstərilməklə avtomobillərin
düzülüşünün xüsusi planı işlənməli və təsdiq edilməlidir.
Planda sürücülərin istirahət və bayram günlərində növbətçiliyi nəzərə
alınmalı, həmçinin mühərikin işə salma açarının saxlanılma qaydası
göstərilməlidir.
Plan dispetçerdə və ya avtomobil təsərrüfatı növbətçisində olmalı, sürəti isə
qarajda saxlanılmalıdır.
9.1.3 25-dən çox avtomobil saxlanılan və ya 10- dan çox xidmət postu
nəzərdə tutulan avtomobillərə xidmət olunan yerlərin ən azı 2 darvazası olmalıdır.
9.1.4 Avtomobillərin düzüldüyü yerlər, 10 avtomobilə bir tros (ştanq) hesabı
ilə buksir trosları və ştanqlarla təmin olunmalıdır.
9.1.5 Avtoqarajın ehtiyat darvazasına yol həmişə boş olmalıdır.
9.1.6 Avtomobilləin təmir olunduğu yerlərdə və yardımçı otaqlarda bakları
yanacaqla və karterləri yağla dolu (qazla işləyən avtomobillərdə isə dolu qaz
balonu ilə) avtomobillərin təmirinə (1 saylı texniki xidmət üzrə işlər istisna
olmaqla) yol verilmir.
İşin sonunda təmir otaqları və baxış çuxurları yağlanmış silgi parçalarından və
müxtəlif mayelərdən təmizlənməlidir.
Hər iş növbəsinin sonunda baxış çuxurları üçün ayrılan yerlərdən zibil,
tullantı və s. yığışdırılmalıdır.
9.1.7 Akkumlyator bölməsinin (sahəsinin) yerləşdirilməsi üçün iki otaq
nəzərdə tutulmalıdır (təmir və yükləmə üçün).
Qeyd.Sayı 10-dan çox olmayan akkumlyatorların eyni vaxtda yüklənməsi
fərdi sorucu ventilyasiyalı xüsusi şkaflarda aparılarsa və ventilyasiya sistemi ilə
yükləmə qurğusu blokirovka olunmuşsa, yükləmə üçün ayrıca otaq nəzərdə
tutulmaya da bilər. Avtomobillərə xidmət üzrə müəssisələrdə akkumliyatorların
təmiri nəzərdə tutulmayıbsa, yükləmə üzrə xüsusi şkaf D kateqoriyalı otaqlarda və
ya sahəsi 200m2-dən böyük olmayan avtomobil təmiri və texniki xidmət postu olan
otaqlarda yerləşdirilə bilər.
9.1.8 Avtomobillər saxlanılan yerlərdə yol verilmir:
- müərriklərin açıq odla (tonqal, məşəl, lehim lampası) qızdırılmasına,
həmçinin texniki baxış, təmir və digər işlərin aparılması zamanı açıq alov
mənbələrinin istifadəsinə;
- mühərriklərin işlək vəziyyətdə saxlanılmasına;

148
- müvafiq ixtisası olmayan şəxslərə avtomobillərin texniki xidmətinin və
idarə olunmasının həvalə edilməsinə.
9.1.9 Avtomobillərin dayanacağı və təmiri üçün müəyyən olunan yerlərdə,
həmçinin talvarlar altındakı və açıq meydançalardakı avtomobil dayanacaqlarnda
qadağandır:
- normadan artıq avtomobillərin saxlanılması, onların düzülüş üsulunun
pozulması, avtomobillər arsında və avtomobillərlə binanın elementləri arasındakı
ara məsafənin azaldılması;
- avtomobilləri benzin baklarının ağzı açıq vəziyyətində, həmçinin yanacağın
sızması baş verərkən saxlanılması;
- avtomobillərdə baklarındakı yanacaq və balonlardakı qazların istisna
olunmaqla əlavə yanacağın (benzin, dizel yanacağı, qazla dolu balonlar)
saxlanılması;
- dayanacaq, xidmət və təmir yerlərində avtomobillərin yanacaqla
doldurulması;
- avtomobillərin yanacaqla doldurulmasına yalnız yanacaq doldurma
məntəqəsində icazə verilir;
- AAM və YM dolu taraların saxlanılması;
- keçidlərin və darvaza yollarının tutulması;
- avtomobillərin akkumlyatorlarının əlavə yüklənməsinin həyata
keçirilməsi.
9.1.10 Avtomobillərin yanmasının qarşısını almaq üçün aşğıdakı şərtlərə əməl
edilməlidir:
- mühərriki işlək vəziyyətində olan avtomobillərin yanacaq və yağla
doldurulmamasina;
- mühərrikdə və onun karterində neftlə qarışmış çirkin yığılmamasına;
- benzin xətti, karbirator və benzin bakı nasaz olan avtomobillərin
istismarına;
- qarajda yerləşdirilmiş avtomobillərin kuzovlarında AAM və YM
saxlanılmamasına.
9.1.11 AAM və partlayış təhlükəli yüklər daşıyan avtomobil-sisternlər
təmirdən qabaq təsirsiz qazla və ya buxarla üfürüldükdən sonra sisternin hava
mühitinin anlizi aparılmalı, həmçinin o yerlə birləşdirilməlidir.
9.1.12 Avtomobillərin təmiri zamanı baxış çuxurlarında işlədilən mobil
elektrik çıraqları 12 V gərginliyə hesablanmaqla partlayışdan mühafizəli olmalıdır.

9.2 Yanacaqdoldurma məntəqələrinə olan tələblər

9.2.1 Yanacaqdoldurma məntəqəsnin ərazisi planlaşdırılmalı, abadlaş-


dırılmalı, daima təmiz saxlanılmalı, sutkanın qaranlıq vaxtı işıqlandırılmalıdır.
9.2.2 Yanacaqdoldurma məntəqəsnin ərazisində ağac və kolların əkilməsinə
icazə verilməməlidir. Qazonlar vaxtaşırı biçilməlidir, biçilən ot ərazidən kənara
çıxarılmalıdır.
9.2.3 Yanacaqdoldurma məntəqəsnin bina və qurğuları arasında yollar və
keçidlər boş saxlanılmalı, qış aylarında qar və buzdan təmizlənməlidir. Su
149
mənbəyinə və ilkin yanğınsöndürmə vasitələri saxlanılan yerlərə giriş yolları boş
olmalıdır.
9.2.4 İstifadə olunmuş silgi materialları və neft məhsullarına bulaşmış qum
qapağı kip bağlanan yeşiklərdə saxlanılmalıdır. Bu yeşiklər zibil toplanılan yerdə
saxlanılmalı və üzərində müvafiq yazısı olmalıdır. Zibil, silgi materialları və qum
həftədə bir dəfədən az olmayaraq YDM-in ərazisindən çıxarılmalıdır.
9.2.5 YDM-in ərazisinin girişində avtonəqliyyatın hərəkət sxemi asılmalıdır.
Məntəqəyə girən və çıxan avtonəqliyyat vasitələrinin hərəkət marşrutları
kəsişməməlidir.
9.2.6 YDM-in ərazisində siqaret çəkmək qadağandır. Məntəqədə olan xidməti
binalarda, yaxşı görünən yerlərdə təxliyyə yollarıının sxemi asılmalıdır. Sxemdə
yanğınsöndürmə və yanğın siqnalizasiya vasitələrinin yerləri göstərilməlidir və
izahat yazıları olmalıdır.
9.2.7 İşçilərin xüsusi geyimləri yanmayan dolablarda, asılmış vəziyyətdə
saxlanılmalıdır.
9.2.8 YDM ildırımdan muhafizə sistemi ilə təchiz edilməlidir və onların
vəziyyətinə mütəmadi nəzarət aparılmalıdır. İldırımdan mühafizə sisteminin
yoxlamasının və onun yerləbirləşdirmə qurğusunun sınağının nəticələri ildırımdan
mühafizə sisteminin təmir işlərinin qeydiyyatı jurnalında yazılmalıdır.
9.2.9 YDM səyyar və əl odsürənləri ilə (hava-köpüklü) təchiz olunmalıdır.
Onların sayı YDM-in ərazisində dağılmış benzinin səthini köpüklə tam örtülməsini
nəzərə alınmaqla hesablanmalıdır. Bunula yanaşı, çənlərin armaturlarının, elektrik
idarəetmə pultların söndürülməsi üçün karbon qazlı və tozlu odsöndürənlər nəzərdə
tutulmalıdır.
9.2.10 YDM aşağıdakı hesabla ilkin yanğınsöndürmə vasitələri təchiz
edilməlidir:
- minik avtomobililləri üçün yanacaq doldurma meydançasında -1 ədəd hava-
köpüklü odsöndürən (həcmi 10 l) və 1 ədəd tozlu odsöndürənlə (həcmi 5 l);
-yük maşınları, avtobus və iriqabaritli tikinti texnikası üçün yanacaq doldurma
meydançasında-2 ədəd səyyar tozlu odsöndürən (hər birinin həcmi 50 l-dən az
olmayan) və 1 ədəd hava-köpüklü odsöndürən (həcmi 10 l).
9.2.11 Odsöndürənlər yerləşdiyi yerlər müvafiq işarələrlə göstərilməlidir.
9.2.12 Yanğının və yanğın təhlükəli vəziyyətin yaranması halları üçün
yanğının ləğvi və lokallaşdırılması planı işlənib hazırlanmalıdır. Planda mümkün
qəza və yanğınların ssenarisi, işçilərin hərəkət qaydaları, heyətin yanğın
təhlükəsizliyi xidməti ilə qarşılıqlı hərəkət qaydaları öz əksini tapmalıdır.
9.2.13 YDM-in istismarında aşağıdakılar qadağandır:
- nəqliyyat vasitəsinin mühərriki işlək vəziyyətdə yanacağın doldurulmasına;
- yeraltı yanacaq tutumlarının üstü ilə nəqliyyat vasitələrinin hərəkəti;
- tufanlı hava şəraitində, şimşək çaxan vaxt və digər təhlükəli atmosfer
şəraitində çənlərin yanacaqla doldurulması və yanacağın istehlakçıya verilməsi;
- işçi heyyətin xüsusi geyimi yanacağa bulaşmış olduqda və qığılcım əmələ
gətirə bilən ayaqqabıda işləmək;
- sərnişin daşıyan avtonəqliyyat vasitələrində sərnişinlər olan zaman yanacaq
doldurmaq;
150
- təhlükəli yük daşıyan avtonəqliyyat vasitələrinin təhlükəli yüklərlə
(partlayıcı maddələr, sıxılmış və mayeləşdirilmiş yanar qazlar, asan alışan mayelər
və s.) yüklənmiş olan zaman yanacaq doldurmaq;
- YDM-in ərazisinə qığılcımsöndürənlə təchiz olunmamış traktor və digər
xüsusi texnikanın girişi;
- bilavaitə YDM-in bina və avadanlıqları ilə bağlı olmayan təmir işlərinin
aparılması.
9.3 Akkumlyator sexlərinə olan tələblər

9.3.1 Akkumlyator sexləri digər istehsalat sexlərindən yanmayan divarlar və


ya arakəsmələrlə ayrılmalıdır.
9.3.2 Bir otaqda 10 ədəddən artıq akkumlyator doydurulursa, belə hallarda
onlar sovurulma ventilyasiyası olan xüsusi şkaflarda yerləşdirilməlidir.
Turşulu akkumlyatorlar belə sovurucu şkaflarda yerləşdirilərkən skafların
daxili hissələri turşuya davamlı boya ilə rənglənməlidir. Amma qələvi tərkibli
akkumlyatorlarln şkaflari daxildən bitumlu boya ilə rənglənməlidir.
Sovurucu şkaflar elektrik lehimləyici avadanlıqların işlədildiyi yerlərdən ən
azı 5 m araliq məsafədə quraşdırılmalıdir. Eyni zamanda belə hallarda digər odlu
alətlərin işlədilməsi qəti qadağandır.Doydurucu şit sovurucu şkaflardan əks
istiqamətlərdə yerləşdirilməlidir.
9.3.3 Akkumlyator doydurma otaqlarında elektrik avadanlıqları (
işıqlandırıcılar, çəngəl birləşmələri və s.) partlayışdan mühafizəli olmalıdır.
9.3.4 Akkumlyator otaqlarında elektrik naqilləri kip bərkidilməli və üzəri
turşuyadavamlı laklanmış rezinlə örtürülməlidir. Birləşdirici
başlıqlar(klemalar) mis və ya qalaylanmış olmalıdır. Akkumlyatorların doydurucu
qurğylarının qoşulması və ayrılması yalnız gərginliyin ayrılmasından sonra həyata
keçirilə bilər.
9.3.5 Akkumlyator doydurma otaqlarında turşulu və qələvili akkumlyatorlar
üçün ayrı-ayrılıqda ventilyasiya quraşdırılmalıdır. Belə ki, doydurulma otaqlarının
havası gün ərzində 8-10 dəfədən, saxlanılma otaqlarının havası isə 4-5 dəfədən az
olmayaraq dəyişdirilməlidir. Ventilyasiyanın binanın ümumi nəfəsliyinə qoşulması
qadağandır.
9.3.6Akkumlyator batareyalarının doydurulması üçün 5-dən az
qidalandırıcı(qurğu) olduqda belə otaqlarda yalnız təbii ventilyasiyanın olmasına
yol verilir. Belə təbii ventilyasiyanın gözlüklər otağın yuxarı hissələrində
olmalıdır.
9.3.7 Ventilyasiyanın dayandırılması ilə eyni vaxtda doydurucunun
gərginliyinin şəbəkədən ayrılması nəzərə alınmalıdır.
9.3.8 Akkumlyator doydurma otaqlarında akkumlyatorların təmiri, turşulu və
qəıəvili akkumlyatorların bir yerdə qurasdırıması və nasaz akkumlyatorların
doydurulması qadağandır.

151
9.4 Rənglənmə, yağsızlaşdırma və yuma sexləri,
sahələri və qurğularına olan tələblər

9.4.1 Məmulatların rənglənməsi, laklanması, nitro əsaslı örtüklərin çəkilməsi,


detalların yuyulması və yağsızlaşdırılması ayrıca otaqlarda və ya effektiv
yanğınsöndürmə vasitələri və köçürülmə yolları ilə təmin olunmuş xüsusi ayrılmış
istehsalat sahələrində aparılmalıdır.
9.4.2 Lak və boya hazırlığı, rənglənmə işləri aparılan otaqların döşəmələri
zərbədən qığılcım verməyən və yanmayan materialdan hazırlanmalıdır.
9.4.3 Rənglənmə avadanlığı hər gün növbənin axırında sorucu ventilyasiya
altında yanar çöküntülərdən təmizlənməlidir.
9.4.4 Lak və boya materiallarından, minalardan, həlledicilərdən, yuyucu və
yağsızlaşdırıcı mayelərdən, yalnız onların yanğın təhlükəsizlik xüsusiyyətlərini
təyin edən müvfiq analizlər aparıldıqdan və onların təhlükəsiz istifadə olunma
üsullarını işləyib hazırladıqdan sonra istifadə edilməlidir.
9.4.5 Məmulatlarin və detalların yuyulmasında, yağsızlaşdırılmasında bir
qayda olaraq, yanmayan tərkiblərdən, pastalardan, həlledicilərdən və
emulsiyalardan istifadə edilməlidir. Yanmayan tərkiblər məmulatın emalında
lazımi texnoloji təmizliyi təmin etmirsə, bu halda yanğın təhlükəsizliyi
tədbirləriinə ciddi riayət etməklə müvafiq yuyucu TAM və YM istifadəsinə icazə
verilir.
9.4.6 Rənglənmə sexlərində, rəng hazırlama bölmələrində, lak materialları
anbarında, TAM və YM tətbiq etməklə detalların yuyulma və yağsızlaşdırma
yerlərində açıq alov və qığılcım yaranması ilə (elektrikqazqaynaq, itilətmə və s.)
müşahidə olunan işlərin aparılmasına icazə verilmir.
9.4.7 Lak və boya materialları iş yerinə hazır şəkildə daxil olmalıdır. Müxtəlif
növ lak və rənglərin müqayisəli tutuşdurulması, həlledicilərin əlavə edilməsi və
qarışdırılması izolə edilmiş xüsusi otaqlarda və ya açıq meydançalarda
aparılmalıdır.
9.4.8 İçərisində lak və boya materialları olan taralar möhkəm bağlanılmalı,
istehsalat otaqlarından uzaqda xüsusi meydançalarda saxlanılmalıdır.
9.4.9 Rəngləmə işləri, detalların yuyulma və yağsızlaşdırılması, ancaq yerli
sorucuları olan rəngləmə şkaflarında, vanna, kamera və kabinələrdə sorucu
ventilyasiya altında aparılmalıdır.
9.4.10 Rəngləmə şkaflarının, kamera və kabinələrinin sorucu ventilyasiyasının
hidrofiltrsiz və ya yanar rəng və lak hissəciklərini tutan digər effektli qurğularsız
istismarına icazə verilmir.
9.4.11 Ventilyasiya sisteminin hava xətləri iki ayda bir dəfədən az olmayaraq
yanar materiallardan təmizlənməlidir. Sorucu hava xətlərində onların daxili
səthlərinin rahat təmizlənməsi üçün kip bağlanan lyuklar nəzərdə tutulmalıdır.
9.4.12 Elektrik sahəli rəngləmə kameralarında sorucu ventilyasiyanın işi
dayanarsa, elektrostatik sahə yaradan qurğuya gərginliyin verilməsi avtomatik
dayandırılmalıdır.

152
9.5 Yanar (tezalışan) yüklərin, sıxılmış və mayeləşdirilmiş qazların
nəqlində, yüklənməsində və boşaldılmasında xüsusi tələblər

9.5.1 Yanar (tezalışan) yüklərin nəqli

9.5.1.1 Yanar (tezalışan) yüklər-benzin, kerosin, liqroin, metanol, texniki


spirt, dixloretan və s. avtosisternlərdən və ya metal çəlləklərdə nəql edilir. Başqa
qablarda (şüşə qablarda, vedrələrdə və s.) yanar yükləri nəql etmək qadağandır.
9.5.1.2 Yanar yüklərin daşınması və saxlanılmasında istifadə olunan tutumlar
saz və germetik olmalıdır.
9.5.1.3 Bu məqsəd üçün istifadə olunan sisternlərin və tutumların üzərində
silinməyən açıq rənglə “Zəhərli maddə”, “Oddan təhlükəlidir” və yanar məhlullar
üçün qəbul olunmuş başqa xəbərdaredici işarələr yazılmalıdır.
9.5.1.4 Yanar yüklərin doldurulması və boşaldılması zamanı siqaret çəkmək
və oddan istifadə etmək qadağandır.
9.5.1.5 Partlayış təhlükəli, tezalışan və zəhərli yüklərin doldurulması və
boşaldılması işinə, həmin yüklərin xüsusiyyəti və təhlükəliliyi haqqında xüsusi
təlim keçmiş fəhlələr buraxılır.
9.5.1.6 Yanar və tezalışan maddə ilə dolu olan çəlləklərin doldurulması və
boşaldılması, sınanmış maili yığılan tirlər və ya başqa təhlükəsiz qurğular ilə
aparılmalıdır.
9.5.1.7 Ç əlləklərin bir-birinə dəyməməsi üçün, onların yığılması çox
ehtiyatlı aparılmalıdır.
9.5.1.8 Ç əlləkləri diyirlətmək üçün polad lingdən istifadə etmək qadağandır.
9.5.1.9 Yanar maddə ilə dolu olan çəlləklər kuzova aralıq qatı olan ramalara
və ya ağac pazla bərkitməklə tıxacı yuxarı yığılmalıdır. Benzin və ya başqa neft
məhsulları ilə dolu olan çəlləkləri avtomobildən yerə tullamaq qadağandır.
9.5.1.10 Ç əlləklərin nəqlində, saxlanılmasında və yüklənməsində onların
düşməməsi üçün xüsusi tədbirlər görülməlidir. Dolu çəlləklər saxlanılan və nəql
edilən zaman günəş şüalarından və yerli qızmadan qorunmalıdır.
9.5.1.11 Yanar yükləri daşımaq üçün təyin olunmuş avtomobildə yanğını
söndürmək üçün vasitələr və xəbərdarlıq siqnalı (qırmızı bayraq) olmalıdır.
9.5.1.12 Təhlükəli maddələr yükləmə-boşaltma və nəql olunma zamanı
zədələnmədən qoruyan və yükün təyinatına uyğun möhkəm taralarla daşınmalıdır.
9.5.1.13 Təhlükəli maddələrin daşınması nəzərdə tutulan taralar, ümumi
istifadə üçün olan avtomobil nəqliyyatlarında təhlükəli yüklərin saxlanması və
daşınması «Zəhərli, yanğın və partlayış təhlükəli yüklərin daşınmasında
təhlükəsizliyin təmini üzrə təlimat»ın tələblərinə cavab verməlidir.
9.5.1.14 Təhlükəli maddələrin növündən aslı olmayaraq taraların
plomblanması vacibdir.
9.5.1.15 Təhlükəli maddələr olan bütün yük yerlərində yükün təhlükəli
növünü (dərəcəsini), qablaşdırmanın yuxarı hissəsini, qablaşdırmada olan zərif
qabların sayını göstərən yarlıqlar olmalıdır.
9.5.1.16 Yanar yük çəlləklərinin nəqli zamanı kuzovda işçinin olması
qadağandır.
153
9.5.1.17 Yanar (tezalışan) yüklərin boşaldilması və doldurulması zamanı
avtosistern, yaxınlıqda olan yerləbirləşdirici qurğuya bənd edilməlidir, əgər o
yoxdursa, kənarda 0,5 m dərinliyində torpağa sancılmış yerləbirləşdirici ilə
bərkidilməlidir.
9.5.1.18 Avtosisterni yerləbirləşdirici qurğudan ayırmağa, yalnız doldurulma
və ya boşaldılma prosesi qurtardıqdan sonra icazə verilir.
9.5.1.19 Statik elektrikləşmədən qorunmaq üçün xüsusi təyinatlı
yerləbirləşdirici qurğunun müqavimətinin 100 Om-a qədər olmasına icazə verilir.
9.5.1.20 Boşaldıcı rezin şlanqlar, diametri 2 mm-dən az olmayan mis məftillə
sarınmalı, sarğının addımı 100 mm-dən çox olmamalı, məftilin bir ucu şlanqa,
digər ucu isə şlanqın ucluğuna bərkidilməlidir. Şlanqın ucluğu zərbədən qığılcım
yaratmayan metaldan olmalıdır.
9.5.1.21 Avtosisternlərə doldurma və boşaltma işləri müəyyən maddələr üçün
xüsusi tə'yin olunmuş nasoslardan, qüsursuz şlanqlardan və borulardan istifadə
etməklə yerinə yetirilməlidir.
9.5.1.22 Avtosisternlərin doldurma və boşaldılması yükgöndərən və yükalan
təşkilatın qüvvə və vəsaiti ilə yerinə yetirilir. Yükün avtomatikləşdirilmiş sistem
vasitəsi ilə boşaldılması istisna olmaqla, yükləmə-boşaltma işlərini aparmaq üçün
sürücülərdən istifadə etmək qadağandır.
9.5.1.23 Avtomobildə qurulmuş nasosun köməyi ilə yerinə yetirilən doldurma
və boşaltmanı istisna etməklə, təhlükəli yüklərin avtomobilə yüklənib və
boşaldılması yalnız avtomobilin mühhərriki sönmüş olduqda yerinə yetirilməlidir.
Belə halda sürücü nasos idarə olunan yerdə olmalıdır.
9.5.1.24 Qığılcımsöndürücü qurğu ilə təchiz olunmuş işlənmiş qazların borusu
(boğucu boru) avtosisternin mühərrikindən qabağa çıxarılmalıdır.
9.5.1.25 Yanar maddələr saxlanılan tutumların doldurulmasının həddi onların
həcminin 85 %-dən çox olmamalıdır.
9.5.1.26 Doldurma və ya boşaltma üçün saxlanılmış avtosisternin işə salınma
açarı söndürülməli və sürətlər qutusu neytral vəziyyətdə saxlanılmalı, çarxların
altına qabaqdan və arxadan dayaq qoyulmalıdır.
9.5.1.27 Avtosisternlərdə lyukun açılması və dirsəyin bərkidilməsi zamanı
işçilər külək əsən tərəfdə dayanmalıdırlar.
9.5.1.28 Avtosisterni doldurarkən, rezin şlanqın ucu sisternin dibinə qədər
salınmamalıdır (dibdən 200 mm məsafədən artıq olmamaq şərti ilə) .
9.5.1.29 Doldurma və boşaltma estakadası ərazisində avtosisternin təmiri
qadağandır.
9.5.1.30 Avtosistern doldurulduqdan sonra rezin şlanqın içərisindəki maye
tam boşaldılmalıdır və bu zaman yanar maddənin yerə tökülməsinə yol veril-
məməlidir.
9.5.1.31 Avtosisternin yaxınlığında yanğın baş verərsə onu təcili təhlükəsiz
yerə sürməli, bu mümkün olmadıqda sisterni su şırnağı ilə sulamaq lazımdır.
9.5.1.32 Ərzaq məhsullarının, yaxud çörək və yem olan yüklərin təhlükəli
maddələrlə birgə daşınması qadağandır.
9.5.1.33 Yolda, hərəkət zamanı avtomobildə texniki nasazlıq baş verərsə və
bu nasazlığı yerində aradan qaldırmaq mümkün olmadıqda, sürücü daşıdığı yükün
154
xüsusiyyəti barədə xəbərdarlıq etməklə texniki kömək çağırmalıdır, təhlükəli
maddələrin axması halları olduqda isə müşayiət edən şəxs bunu təcili aradan
qaldırmaq üçün tədbirlər görməlidir.
9.5.1.34 Görünmə şəraiti pis olan zanam təhlükəli yük daşıyan avtomobili
saxlamaq məcburiyətində qaldıqda, sürücü yol hərəkəti qaydalarında nəzərdə
tutulan 25-30 m arxada qəza dayanacağı işarəsi, yaxud fənərdən əlavə avtomobilin
qabaq və arxasında, arası 10 m məsafədən az olmayaraq narıncı rəgli 2 ədəd fənər
qoymalıdır.
9.5.1.35 Təhlükəli yüklərin yüklənməsi və boşaldılması ərazisində və
onların daşınması zaman papiros çəkmək yaxud oddan istifadə etmək qadağandır.

9.5.2. Sıxılmış və mayeləşdirilmiş qazların nəqli

9.5.2.1 Sıxılmış və mayeləşdirilimiş qazla dolu balonlar xüsusi olaraq


quraşdırılmış avtomobillərdə daşınmalıdır.
9.5.2.2 Qaz balonlarını nəqliyyat vasitələrinə qədər yalnız xüsusi əl
daşıyıcıları və ya arabalar vasitəsilə daşımaq lazımdır.
9.5.2.3 Sıxılmış və mayeləşdirilmiş qazlarla dolu balonların yüklənməsi,
boşaldılması və yerdəyişdirilməsi zamanı son dərəcə ehtiyyatlı olmaq lazımdır,
çünki bir yerə dəyərsə, düşərsə partlaya bilər.
9.5.2.4 Baş verə biləcək partlayışın qarşısını almaq üçün yanar qazla dolu
balonlar ilə birgə oksigen, asetilen, propan-butan və başqa balonlar bir yerə
yığılmamalıdır. Oksigen balonları yağ və piy olan qablarla bir yerdə olmamalıdır.
9.5.2.5 Balonların üstündə qazın adı yazılmalı, balonların ventillərinin yan
ştutserlərinə qoruyucu başlıqlar və tıxaclar qoyulmalıdır.
9.5.2.6 Sıxılmış qaz balonları daşınan avtomobillər balonların diametrinə
uyğun olan və çökəkləri keçə ilə örtülmüş olan xüsusi rəflərlə təchiz olunmalıdır.
Balonları onların qoruyucu başlıqları bir tərəfə olmaqla avtomobilin kuzovunun
eninə və bortların hündürlüyü hədlərinə qədər yığılmalıdır. Qoruyucu başlıqlar
axıra qədər burulub bağlanmalıdır.
9.5.2.7 Qaz balonlarını, saxlanılan yerdən yüklənən yerə qədər və ya
boşaldılan yerdən saxlanılan yerə qədər xüsusi əl arabalarında üfiqi vəziyyətdə
aparmaq lazımdırr. Əl arabasında balon ölçüsündə keçə çəkilmiş yuvalar olmalıdır.
Yanar qaz olan baolnları çiyində aparmaq qəti qadağandır.
9.5.2.8 Sıxılmış qaz balonlarını şaquli vəziyyətdə onların aralarına rezin
parçaları qoymaqla və avtomobilin kuzovuna ümumi şəkildə bağlamaqla daşımağa
yol verilir.
9.5.2.9 Oksigen və başqa sıxılmış və mayeləşdirilmiş qaz balonları xüsusi
avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələri ilə nəql olunmalıdır.
9.5.2.10 Oksigen balonunun saxlanması və naqili zamanı onun üstünü yağın
düşməsi və yağlı maddəyə bulaşmış avadanlığa əskiyə və s. toxunması istina
edilməlidir.
9.5.2.11 Oksigen balonlarını yanar qazlar və xlor balonları ilə, kalsium karbid
barabanları, piy, yağ, asan alışan və yanar maye tutumları ilə birgə daşımaq
qadağandır.
155
9.5.2.12 Oksigen balonuna kant çəkilən zaman ventildən əl tutmaq
qadağandır.
9.5.2.13 Avtomobili müşaiət edən yükləyicinin sıxılmış qaz balonlarını
daşımaq hüququ verən sənədləri olmalıdır. Balonları yükləyərkən və boşaldarkən
onları tullamaq və yaxud bir-birinə zərbə ilə dəyməsinə yol vermək olmaz.
9.5.2.14 Avtomobilin kuzovuna bir cərgədən artıq balonlar yığılarsa,onların
bir-birinə toxunmasının qarşısını almaq üçün xüsusi qoruyucu altlıqlardan
(çökəkli) istifadə etmək lazımdır.
9.5.2.15 İlin isti fəslində (aylarında) balonları günəş şüalarından qorumaq
üçün, onların üstünə brezent və ya başqa qoruyucu material örtmək lazımdır.

156
BÖLMƏ X

Kimya sənayesi müəssisələrinin istismarı zamanı


yanğın təhlükəsizliyi qaydaları

10.1 Laboratoriyalar və təcrübə qurğuları

10.1.1 Zavod və sex laboratoriyaları

10.1.1.1 Laboratoriya əməkdaşı kimyəvi maddə və materialın yanğın


təhlükəlilik dərəcəsini bilməli və təhlükəsizlik qaydalarına əməl etməlidir.
Laboratoriyada saxlanılan maddə və materiallar ciddi çeşidlənməlidir.
Qarşılıqlı kimyəvi təsirə məruz qalmaqla yanğın və partlayış əmələ gətirə biləcək
maddələrin birgə saxlanılması yolverilməzdir.
10.1.1.2 Laboratoriyada mebel və avadanlıqlar elə yerləşdirilməlidir ki,
insanların köçürülməsi zamanı maneçilik yaranmasın.Mebel və avadanlıqlar arası
keçidin eni 1 metrdən az olmamalıdır.
10. 1.1.3 Yanğın və partlayış təhlükəli maddələrlə iş üçün nəzərdə tutulan stol
və sorucu şkaf saz olmaqla, yanmaya davamlı örtüklə, turşu, qələvi və kimyəvi
aktiv maddələrin təsirinə dözümlü vasitələrlə təchiz olunmalıdır.
10.1.1.4 Asanalışan və yanar mayelər təlimata əsaslanan qab və tutumlarda
saxlanılmalıdır. Şüşə bankalar, kənarları və dibi azbest örtüklə təchiz edilmiş
xüsusi metal yeşiklərdə yerləşdirilməli və kip qapanan qapaqla bağlanmalıdır.
Qapağın iç tərəfində yanar yaxud asanalışan mayenin adı və saxlandığı otağa
uyğun mümkün ümumi saxlama müddəti haqqında dəqiq qeydiyyat aparılmalıdır
10.1.1.5 Hər iş otağında, eyni zamanda saxlanılan, ümumi ehtiyyat asanalışan
maye miqdarı gündəlik tələbatın miqdarından çox olmamalıdır.
10.1.1.6 50 ml-dən artıq asanalışan maye yerləşən şüşə qab yanacaq üçün
nəzərdə tutulan dəmir yeşikdə saxlanılır. Yanar mayeni polietilen və ya nazik
divarlı şüşə qabda saxlamaq qadağandır.
10.1.1.7 Şüşə qabda 0,5 l-dən çox asanalışan mayenin qızdırılması və
qovulması qadağandır. Həcmi 0,5 l ötən asanalışan maye ilə iş ancaq laboratoriya
müdrinin icazəsi ilə aparılmalıdır
10.1.1.8 Asanalışan maye yanacağın kanalizasiyaya axıdılması
qadağandır.İşlənmiş maye germitik(kip) bağlanan qablarda toplanır və işin
sonunda regenerasiya edilməsi və yaxud məhv olunması üçün laboratoriyadan
çıxarılır.
10.1.1.9 Laboratoriyada zahərli, yanğın və partlayış əmələgətirəbilən buxar və
qazların ayrılması ilə müşahidə olunan iş ancaq sorucu şkafda aparıla bilər. Lakin,
hərgah asanalışan maye yaxud maye yanacaqla aparılacaq təcrübəni sorucu
şkafdan kənarda aparmaq zərurəti yaranarsa(maye xromotoqrafla, nazik
rektifikasiya və s.) belə işin yerinə yetirilməsi üçün təlimat tərtib etmək lazımdır.
10.1.1.10 Sorucu şkafın partlayışdan qoruyucu ilə təchiz edilmiş elektrik
işıqlandırılması olmalıdır. Elektrik açarları qoruyucu şkafın çölündə
yerləşdirilməlidir.
157
10.1.1.11 Turşu, qələvi və digər zəhərli maddələrlə doldurulmuş şüşə qabların
daşınmasına ancaq kənarlarına və dibinə azbest döşənmiş xüsusi metal yaxud ağac
yeşiklərdə icazə verilir. Kükürd və azot turşuları üçün oddan qoruyucu tərkiblə
işlənmiş ağac yeşik, səbət və yonqar istifadə oluna bilər.
10.1.1.12 Qələvi metal doldurulmuş bankalar yalnız yan divarlarına və
dibinə azbest döşənmiş qapaqlı metal yeşiklərdə yerləşdirilir.
10.1.1.13 Növbə təlabatından artıq qələvi metalın laboratoriyada olması
qadağandır.
10.1.1.14 Sıxılmış qaz balonları hökmən laboratoriya binasının çölündə dəmir
şkafda saxlanılmalıdır .Havalandırılması üçün şkafın kəsikləri yaxud jalüzlü
reşotkası olmalıdır. Laboratoriya otağının bu qazla və oksigenlə təminatı
mərkəzləşdirilmiş qaydada hayata keçirilir.
10.1.1.15 Arxiv, foto və rentgen plyonka laboratoriyası binanın yuxarı
mərtəbəsində divar və tavanı oda davamlı olmaqla əsas binadan kənarda xüsusi
otaqda yerləşdirilir. Arxiv saxlanıcı filmstat yaxud şkaf kimi xüsusi avadanlıqla
təchiz edilməlidir. Laboratoriyada saxlanılan plyonkanın ümumi həcmi 50 kq-
keçməməlidir.
10.1.1.16 Rentgen qurğu otağında və forolaboratoriyada iş qurtardıqdan sonra
hazır plyonka saxlanılması üçün arxivə verilir.Kiçik həcmdə(10kq) plyonka iş
yerində odadavamlı şkafda saxlana bilər.
10.1.1.17 Sorucu ventilyasiya laboratoriyanın bütün otaqlarında iş gününün
başlanmasına 5 dəqiqə qalmış işə salınmalı və iş qurtardıqdan sonra
sondürülməlidir. Nasaz ventilyasiyalı laboratoriyada işləmək qadağandır.
10.1.1.18 Koridor və keçidlərdə habelə yanğın söndürmə vasitələrinə
yanaşmada bastırıq, laboratoriya avandanlıqlarının, pol və divarların benzin, neft
və digər asanalışan mayelərlə yuyulması, işlək elektrik qızdırıcıları və yanan
qarelka üzərinə təsadüf nəticəsində tökülmüş oddan təhlükəli mayenin
təmizlənməsi qadağandır.
10.1.1.19 Laboratoriya otağının bağlanması bütün pribor və aqreqatların
söndürülməsindən, maye yanacaq üçün ayrılmış xüsusi sahənin təmizlənməsi və
yanabiləcək tullantı və zibilin otaqdan çıxarılmasından sonra ola bilər.
10.1.1.20 Laboratoriya və arxiv otaqları laboratoriya tədqiqatına və arxivdə
saxlanan maddənin xarakterinə müvafiq yanğınsöndürmə vasitələri ilə təmin
edilməlidir. Bundan başqa, bir yanğın söndürən arxivə girişdə yerləşdirilməlidir.
Göstərilən otaqların girişində yanğın zamanı onun söndurülməsi qaydasını
məlumatlandıran xəbərdar edici plakat asılmalıdır.

10.1.2 Təcrübə qurğuları

10.1.2.1 Partlıyıcı və yanğın təhlükəli maddələr sintez və emal edən təcrübə


qurğuları (laboratoriya, stend və model qurğularından başqa) otağına tələb yanğın
və partlayış təhlükəli texnoloji proseslər sənayesi binalarına olan tələblərdir.
10.1.2.2 Qurğuda quraşdırılmış aparat və avandanlıqlar elmi işlər üzrə
direktor müavini, baş mühəndis yaxud yuxarı təşkilat rəhbəri tərəfindən
təsdiqlənmiş texniki sənədlərə uyğun olmalıdır.
158
10.1.2.3 Təcrübə qurğusu aparatının ölçüsü və orada yerləşən yanar maddənin
ölçüsü layihədə nəzərdə tutulan həddi keçməməlidir.
10.1.2.4 Kateqoriyasından asılı olmayaraq yeni qurğular: stend, model,
yarımzavod,təcrübə,sənaye(sex)- təcrübə qurgularında, sənaye müəssisələrinin
yanğın təhlükəsizliyi tələbləri yerinə yetirilməlidir.
10.1.2.5 Təcrübə qurğularında fəhlə və laborantlar tərəfindən texniki
təhlükəsizlik və yanğın təhlükəsizliyi tələbrinin yerinə yetirilməsinə mövzunun
rəhbəri məsuliyyət daşıyır.
10.1.2.6 Təcrübə qurğuları üçün istehsalat təlimatı, təhlükəsizlik texnikası və
yanğın təhlükəsizliyi təlimatı işlənməlidir.
10.1.2.7 Təcrübə qurğularında yüksək təziyiqli aparatlar metal şitlə əhatə
olunmalı yaxud çölə çıxışı olan izole olunmuş otaqda yerləşdirilməlidir.
10.1.2.8 Təcrübə qurğusu daima məsul şəxsin nəzarəti altında işlənməlidir.
Qurğunun nəzarətsiz işləməsi qadağandır.
10.1.2.9 Asan alışan və yanar mayenin, qazın, partlayıcı maddənin, kənar
əşyanın və ya materialın təcrübə qurğusunda saxlanılması, qurğunun fəaliyyəti ilə
əlaqəsi olmayan hər hansı kənər işin qurğuda görülməsi qadağandır.
10.1.2.10 Təcrübə qurğusu otağında texnoloji prosesin və istifadə olunan
maddənin xarakterinə müvafiq yanğınsöndürmə vasitələri olmalıdır.

10.2 Elektrik qurğuları, ildırımdan və statik elektrikləşmədən mühafizə


vasitələri

10.2.1 Partlayışyanğın təhlükəli zonalarda elektrik avadanlığı


(güc və işıqlandırma)

10.2.1.1 Elektrik qurğularının partlayışyanğın təhlükəsizliyini təmin etmək


üçün onların istismarı hazırki qaydaların və aşağıdakıların tələblərinə uyğun
gəlməlidir:
a) Istehlakçıların elektrik qurğularının texniki istismar Qaydaları və
Istehlakçıların elektrik qurğularının istismarı zamanı təhlükəsizlik texnikası
Qaydaları (PTG və PTB) və o cümlədən “Glektroustanovok vzrıvoopasnıx
proizvodstv” GIII-13 bölməsi;
b) Elektrik qurğularının qurulması Qaydaları (PUG);
c) Partlayışmühafizəli mədən avadanlığının istehsal Qaydaları (PİVRG);
ç) Partlayıştəhlükəli qurğuların elektrik avadanlığının quraşdırılması üzrə
Təlimat (otağın daxilində və xaricində);
d) Gərginliyi 1000 V-a qədər yanğıntəhlükəli qurğuların elektrik
avadanlığının quraşdırılması üzrə Təlimat;
e) Partlayış mühafizəli elektrik avadanlığının təmiri üzrə Təlimat;
10.2.1.2. Yanğın və partlayış təhlükəli zonalarda tipinə və istehsal sinfinə görə
həmin zonanın və ətraf mühitin xarakteristikasına uyğun olan elektrik
avadanlığının quraşdırılmasına və istismarına yol verilir.

159
Elektrik avadanlığının partlayıştəhlükəliliyi, həmçinin partlayıştəhlükəli kimi
səciyyələnən zona üzrə partlayıştəhlükəli qatışığın kateqoriyasına və qrupuna
uyğun gəlməlidir.
Partlayıştəhlükəli zonalarda Dövlət Nəzarət təşkilatının (müvafiq
qurumlarının) yazılı icazəsini almayan və bu sahədə xüsusiləşməyən təşkilatların
istehsal etdiyi və əldəqayırma elektrik avadanlığının istismarı qadağandır.
10.2.1.3 Neytralı izoləedilmiş 1000 V-a qədər gərginlikli elektrik qurğuları
olan bütün sinifli partlayıştəhlükəli zonalarda aşağıdakılar nəzərə alınmalıdır;
a) güc transformatorunun aşağı gərginlikli dolağının neytralında və ya
fazalarında quraşdırılmış deşilən qoruyucularının bütövlüyünə və şəbəkənin
izolyasiyasına daimi nəzarət; nəzarət quruluşu səs siqnalına qoşulmalıdır;
b) personal tərəfindən torpağa qısa qapanmanın tez təyin edilməsi quruluşu və
ya torpağa qısa qapanmanın sahələrini avtomatik açan mühafizə;
c) istismar prosesində vaxtaşırı, lakin ayda bir dəfədən az olmayaraq
izolyasiyaya nəzarət quruluşunun səs siqnalını və deşilmə qoruyucuların
bütövlüyünü yoxlamaq lazımdır. Deşilmə qoruyucuların vəziyyətini, həmçinin
onların deşilməsi ehtimalı olduqda da yoxlamaq lazımdır.
10.2.1.4 Neytralı birbaşa yerləbirləşdirilmiş 1000 V-a qədər gərginlikli
elektrik qurğularını istismara qəbul etdikdə, eləcə də istismar prosesində vaxtaşırı,
lakin 5 ildə bir dəfədən az olmayaraq, həmin elektrik qurğusuna aid olan hər bir
yığmanın, şkafın, hətta bütün kənar və güc elektrik qəbuledicilərinin (onların
ümumi sayının 10%-dən az olmayaraq) faza-sıfır dövrəsinin tam müqavimətini
ölçmək lazımdır.
Qısa qapanma cərəyanının qiyməti PUG-nin 7.3.152. bəndinin tələblərinə
uyğun olmalıdır. İstismarda olan elektrik qurğularında, hansılardakı, kabelin və ya
naqilin xüsusi üçüncü və ya dördüncü damarı yoxdur, faza-sıfır dövrəsinin
müqavimətini ən azı 2 ildə bir dəfə yoxlamaq lazımdır.
Plandan kənar ölçmələr şəbəkənin əsaslı təmiri və yenidənqurma zamanı
aparılır.
10.2.1.5 Kimya sənayesinin müəssisələrinin ümumi sənədlərindən başqa,
partlayıştəhlükəli zonalarda istismar edilən elektrik avadanlığının əsas texniki
sənədləri də olmalıdır.
10.2.1.6 Daşınma elektrik çıraqların və elektrikləşmiş alətlərin icrası PUG,
PTG və PTB-nin tələblərinə uyğun gəlməlidir.
10.2.1.7 Daşınma elektrik qəbuledicilərin yerləbirləşdirilməsi (sıfırlanması),
ümumi qabıqda yerləşən və yerləbirləşdirmə (sıfırlanma) dövrəsinə etibarlı
birləşən elastik naqillə yerinə yetirilməlidir. Bu məqsədlə elektrik qəbuledicilərin
işçi sıfır naqilinin istifadəsi qadağandır. 42V-dan (36V-dan) yüksək gərginlikli
elektrik alətinin gövdəsində yerləbirləşdirmə (sıfırlama) naqilini qoşmaq üçün “Y”
və ya “Yer” xüsusi nişanlı sıxac olmalıdır.
10.2.1.8 Gövdəsi yerləbirləşdirilən (sıfırlanan) daşınma elektrik
qəbuledicilərinin ştepsel rozetkaları yerləbirləşdirmə (sıfırlama) naqilinin
qoşulması üçün xüsusi kontaktla təchiz olunmalıdır. Ştepsel rozetkalarının
konstruksiyasıında yerləbirləşdirmə (sıfırlama) kontaktının əsas cərəyandaşıyıcı
kontakt kimi istifadəsi istisna edilsin.
160
12-42V gərginlikli ştepsel birləşmələri (rozetkalar və çəngəllər) öz
konstruksiyalarına görə 127-220 V gərginlikli ştepsel birləşmələrindən
fərqlənməlidir və 12-42V gərginlikli çəngəllərin 127-220 V rozetkalara qoşulması
istisna edilməlidir.
10.2.1.9 Partlayıştəhlükəli zonalarda qadağandır:
a) gərginlik altında olan şəbəkənin və elektrik avadanlığının təmiri və
təmizlənməsi;
b) yerləbirləşdirilməsi və mühafizə bloklanması nasaz olan elektrik
avadanlığının istismarı;
c) cərəyandaşıyıcı hissələri gərginlik altında olan partlayış mühafizəli elektrik
avadanlığının qabığının açılması;
ç) qısa qapanma nəticəsində dövrədən avtomatik açılan elektrik qurğularının,
açılma səbəbləri araşdırılmadan və aradan götürülmədən onların qoşulması;
d) qeyri-normal rejimlərdə mühafizə olunan dövrəni açan aparatlar olmadıqda
elektrik qurğularının qoşulması;
e) partlayışmühafizəli elektrik avadanlığının, naqillərin və kabellərin nominal
parametrlərindən artıq yüklənilməsi;
ə) qida mənbələrinə və qığılcım mühafizəli cihazlara başqa aparat və
dövrələrinqoşulması, hansılarkı, həmin cihazın dəstəsinə daxil deyil;
f) gərginlik altında olan çıraqların sıradan çıxmış elektrik lampalarının
dəyişdirilməsi;
g) elektrik avadanlığının mühafizəsini (istilik elementlərini, qoruyucularını və
dövrəaçanlarını) həmin avadanlıq üçün nəzərdə tutulmayan başqa növ mühafizə və
ya başqa parametrli mühafizə ilə əvəz etmək;
ğ) partlayışmühafizə növü “ifrat təzyiqli üfürmə” olan elektrik avadanlığının
quraşdırma və istismar təlimatında göstərilən təzyiq nominalından aşağı təzyiqlə
istismarı;
10.2.1.10 Partlayışmühafizəli elektrik avadalığının üzərindəki pasport
göstəricilərinin rənglənməsi qadağandır. Onların rəngi elektrik avadanlığının
rəngindən fərqlənməlidir. Bir qayda olaraq pasport göstəriciləri qırmızı rəngdə
olur. .
10.2.1.11 Elektrik avadanlığının daxili və xarici səthlərini, yerli şəraitdən asılı
olaraq, müntəzəm olaraq tozdan təmizləmək lazımdır. Təlimatda nəzərdə tutulubsa,
elektrik avadanlığının temperaturuna nəzarət lazımdır. Bu qovşaqların tempuraturu
istehsalçı zavodun təlimatında göstərilən qiymətlərdən çox olmamalıdır.
Texnoloji tozun ayrılması ilə müşahidə olunan müəssisələr üçün nəzərdə
tutulan və qüvvədə olan PİVRG-yə (müvfiq dövlət standartlarına) görə elektrik
avadanlığına olan tələblərə uyğun olaraq, üstünə toz və ya lif qona bilən səthlərin
temperaturu tozun və ya lifin közərmə temperaturundan 50ºC-dən az olmayaraq,
közərməyən (“netleöhix”) tozlar üçün hava ilə təmasdan özüalışan
partlayıştəhlükəli yanar toz qatışığının temperaturu isə 2/3-dən çox olmamalıdır.
10.2.1.12 Yanğın və partlayıştəhlükəli zonalarda elektrik maşınlarını tozdan
qorumaq üçün əlavə qoruyucu örtük kimi metal və ya taxta yeşiklərdən istifadə
etmək qadağandır.

161
10.2.1.13 Yanğıntəhlükəli zonalarda istənilən növ yanar material elektrik
avadanlığının normal qığılcımlı hissələrindən 1m-dən az olmayan məsafədə
yerləşdirilməlidir.
10.2.1.14 P II və P IIa lifli tozu olan yanğıntəhlükəli zonalarda quraşdırılan
elektrik avadanlığının xarici səthini və ventilyasiya çəpərini, intensiv tozlanmada
növbədə bir neçə dəfə, mülayim tozlanmada isə bir dəfə təmizləmək lazımdır.
Başqa növ tozları olan otaqlarda təmizlənmənin vaxtaşırılığı, sex daxili təlimata və
yerli şəraitə görə aparılmalıdır.
10.2.1.15 Bütün sinifli partlayışyanğıntəhlükəli zonalarda qabıqlarından və
örtüklərindən asılı olmayaraq, polietilen izolyasiyalı kabel və naqillərdən istifadə
etmək qadağandır.
10.2.1.16 Naqil və kabellərin bütün sinifli partlayışyanğıntəhlükəli zonalardan
tranzit çəkilməsi qadağandır. Anbar otaqlarından tranzit çəkilmə qadağandır.
10.2.1.17 Yanğıntəhlükəli anbar zonalarında (otaqlarında) istismar olunan
çıraqların konstruksiyası lampaların kolbalarının və balonlarının düşməsini istisna
etməlidir. Çıraqlar mühafizəli icrada olmalıdır. Lüminessent lampalı çıraqların
konstruksiyasında, işəsalma tənmizləyici aparatların və startyorların yanmayan
materiallardan hazırlanmış ayrıca boşluqda yerləşdirilməsi və lampaların,
startyorların düşməməsi nəzərə almalıdır.
Anbarların yanğıntəhlükəli zonalarında, yanan və ya çətin yanan
materiallardan hazırlanmış əksetdiricilərlə və səpələyicilərlə təchiz olunan
çıraqların istifadə olunması qadağandır.
10.2.2 Transformatorlar və yarımstansiyalar

10.2.2.1 Transformatorlar və yarımstansiyalar PUG-nin, PTG-nin, PTB-nin və


energetika obyektlərində yanğının təyini, və yanğına qarşı tədbirlərin
yanğınsöndürmə sistemlərinin layihələndirilməsi göstərişlərinin tələblərinə uyğun
gəlməlidir.
10.2.2.2 Yanğın təhlükəsizliyi və qəzalarda elektrik avadanlığının saz qalması
üçün yağyığılan qurğuları və yağaxıdıcıları tam qaydada-saz vəziyyətdə saxlamaq
lazımdır.
10.2.2.3 Yarımstansiyanın otaqlarına istehsalat zonalarından partlayıştəhlükəli
mühit daxil olmamalıdır.
Əgər yarımstansiya B1 sinifli zonada, eləcə də may-qaz və ya ağır yanar
qazlı zona yaxınlığında yerləşirsə, onda orada az miqdarda ifrat təzyiq və 1saat
ərzində 5qat hava dəyişmə təmin olunmalıdır.
10.2.2.4 Yağın məcburi sirkulyasiyası olmayan transformatorlarda yağın üst
qatının maksimal temperaturu 95ºC-dən, yağın temperaturu ətraf mühitin
temperaturundan isə 60ºC-dən çox olmamalıdır. Transformatorun üfürmə ilə
soyudulması sistemi, yağın temperaturundan asılı olmayaraq yüklənmə 100%-dən
çox və yüklənmədən asılı olmayaraq yağın temperaturu 55ºC-dən çox olduqda
qoşulmalıdır.
10.2.2.5 Transformator daxili zədələnmələr nəticəsində avtomatik açıldıqda
onun qoşulması ancaq açılma səbəbi aradan götürüldükdən sonra olmalıdır.

162
10.2.2.6 Transformatoru açmadan baxış keçirilməsi aşağıdakı müddətlərdə
olmalıdır;
-daimi növbə personalı olan qurğularda- sutkada 1dəfə;
-daimi növbə personalı olmayan qurğularda- ayda 1dəfə;
-transformator məntəqələrində- ən azı 6 ayda 1dəfə.
10.2.2.7 Aşağıdakıları aşkar etdikdə transformatoru istismar rejimindən
çıxarmaq lazımdır:
a) transformatorun daxilində güclü qeyri-müntəzəm səs-küy və çartıldamaq
olduqda;
b) transformatorun normal soyutma və yükləmə rejimində anormal və daim
artan qızmanı aşkar etdikdə;
c) genişləndiricidə yağ atmasında və ya çıxış borusunun diaqrafması
cırıldıqda.

10.2.3 Elektrik avadanlığının təftişi, planlı-qabaqlayıcı baxışı və təmiri

10.2.3.1 Elektrik avadanlığının təftişi, plan-qabaqlayıcı baxışı və təmiri PTG


və PTB qaydalarında və ya elektrik təsərrüfatına cavabdeh şəxsin təsdiq etdiyi
təlimatda təyin olunan müddətlərdə keçirilməlidir.
10.2.3.2 Partlayışmühafizəli elektrik avadanlığının istismarına, biliklərin təyin
olunmuş proqram üzrə yoxlanılmasından keçən şəxslər buraxılır.
10.2.3.3 Partlayışmühafizəli avadanlığın ümumi texniki sənədlərindən başqa,
fərdi pasportu da olmalıdır. Elektrik təsərrüfatına cavabdeh şəxs yerli şəraiti nəzərə
alaraq, istismar pasportunun (xəritəsinin) formasını tərtib etməlidir.
10.2.3.4 Partlayıştəhlükəli zonalarda quraşdırılan elektrik avadanlığına,
vaxtaşırı, lakin ayda 1dəfədən az olmayaraq elektrik təsərrüfatına cavabdeh şəxs
tərəfindən baxış keçirilməli və nəticələr operativ jurnala yazılmalıdır.
10.2.3.5 Partlayışmühafizəli elektrik avadanlığına və şəbəkələrə elektrotexniki
istismar personalı tərəfindən keçirilən baxışın müddətləri, yerli təlimatlara uyğun,
lakin həftədə 1dəfədən az olmamalıdır. Baxışın qaydası və tərkibi təlimatda
göstərilməlidir.
10.2.3.6 Partlayışmühafizəli elektrik avadanlığının profilaktik sınaqlarının
vaxtaşırılığı müəssisənin elektrik təsərrüfatına cavabdeh şəxs tərəfindən təyin
olunur. Normal icralı elektrik avadanlığı üçün sınaqların vaxtaşırılığı, yerli şəraiti
nəzərə almaqla, lakin PTG və PTB-nin tələblərindən gec olmayaraq az qəbul
olunur.
10.2.3.7 Yerləbirləşdirmə qurğusuna baxışın, yoxlamanın və müqavimətinin
ölçülməsinin müddətləri PTG və PTB qaydalarına uyğun aparılmalıdır.
10.2.3.8 Partlayıştəhlükəli zonalarda elektrik sınaqlarını yalnız müvafiq
partlayıştəhlükəli vasitələr üçün nəzərdə tutulan partlayışmühafizəli cihazlarla,
eləcə də nəzarət təşkilatının xüsusi icazəsi olan cihazlarla keçirilməsinə icazə
verilir. Partlayıştəhlükəli zonalarda partlayıştəhlükəli qatışıqlar olmadıqda və ya
onların tərkibi qoyulmuş normalar həddindədirsə, həmçinin odlu işlərin
163
görülməsinə yazılı icazə varsa, bilavasitə bu zonalarda normal icralı cihazlarla
sınaqların keçirilməsinə icazə verilir. Buxarların, qazların və tozların qatılığı
özüalışmanın aşağı həddindən 20%-dən çox artdıqda sınaqla əlaqədar bütün işlər
dərhal dayandırılmalıdır.
10.2.3.9 Elektrik avadanlığının planlı-qabaqlayıcı təmiri və profilaktik
sınaqları baş mühəndis və ya elektrik təsərrüfatına cavabdeh şəxs tərəfindən təsdiq
edilmiş qrafik üzrə aparılmalıdır.
10.2.3.10 Partlayışmühafizəli elektrik avadanlığının təmirinə, müvafiq
proqram üzrə eyni zamanda ümumi və PTB üzrə xüsusi biliklərinin yoxlanmasını
keçmiş və təmir etmək hüquqi almış şəxslər buraxılır.
10.2.3.12 Partlayışmühafizəli elektrik avadanlığının hər bir zədələnməsinə, bu
sahədə istismara cavabdeh şəxs akt tərtib etməli və ya fərdi istismar pasportuna
qeyd etməlidir.
10.2.3.13 Təmir olunan elektrik avadanlığının partlayışmühafizə
parametrlərinin dəyişdirilməsi qadağandır. Konstruksiyada nəzərə alınmış boltları
başqa tip boltlarla əvəz etmək qadağandır.
10.2.3.14 Partlayışmühafizəli elektrik avadanlığının təmiri qurtardıqdan sonra
istehsalçı- zavodun təlimatına uyğun partlayış mühafizənin parametrləri
ölçülməlidir, alınan məlumatlar və görülən işlərin həcmi elektrik avadanlığının
pasportuna (kartına) yazılmalıdır.

10.2.4 Azmış cərəyandan mühafizə

10.2.4.1 Texnoloji naqillərin, çənlərin, doldurub-boşaltma və başqa qurğuların


azmış cərəyandan mühafizə üçün cərəyanın torpağa sızmasının və həmin
qurğularda korroziyanın və qığılcım yaranma səbəblərinin azalması istiqamətində
tədbirlər keçirmək lazımdır.
10.2.4.2 Azmış cərəyanın yeraltı metal qurğulara təsirinin təhlükəliliyi
aşağıdakı əsaslara görə təyin olunur:
a) azmış cərəyanların torpaqda olması;
b) yeraltı qurğuların torpağa və digər azmış cərəyan mənbəsinə yaxın yerləşən
digər yeraltı qurğulara nisbətən olan potensialların həddi;
c) yeraltı qurğularda cərəyanın həddi və istiqaməti;
ç) qurğulardan torpağa axan cərəyanın səthi sıxlığı (zirehli kabellər üçün)
10.2.4.3 Elektrikləşdirilmiş və elektrikləşdirilməmiş dəmiryol xətlərinin
toxunma izolyasiyasının keyfiyyəti ayda 1dəfədən az olmayaraq yoxlanılmalıdır.
10.2.4.4 Obyektin ərazisində rels xətləri metal qurmalarla, dəmir-beton
konstruksiyaların armaturu və yerləbirləşdirilmə qurğuları ilə birləşməməlidirlər.
10.2.4.5 Polad boru kəmərlərini azmış cərəyandan mühafizə edən izolyasiya
qatını saz vəziyyətdə saxlamaq lazımdır.
10.2.4.6 Yeraltı qurmaları azmış cərəyanın korroziyasından mühafizə edən
izolyasiya qatından və tədbiq olunan elektrik mühafizə üsullarından (drenaj, katod
stansiyası, izoləedici flansla) başqa, elektrik qurğularında müntəzəm olaraq

164
profilaktik tədbirlər (izolyasiya müqavimətini normada saxlamaq, torpağı əks naqil
kimi istifadə etməmək və s.) keçirmək lazımdır.
10.2.4.7 Kompressor və bağlayıcı stansiyaların qurğularını, çənləri və şəhər
daxili kommunikasiyaları, magistral xətlərdən ayırmaq və boru kəmərlərində
cərəyanın həddini aşağı salmaq üçün tətbiq edilən izoləedici flanslar texniki
tələblərə uyğun gəlməli və saz vəziyyətdə saxlanılmalıdır.
10.2.4.8 Doldurub-boşaltma qurğuları istismara ancaq, kolonkaların
dəmiryolun hər iki xəttini 70 mm² mis naqillə və ya 100mm² polad naqillə
birləşdirmək şərti ilə buraxılır.
10.2.4.9 Boru kəmərinin ayrı-ayrı hissələrinin birləşmə yerlərini (boltların alt
hissəsini) təmizləmək lazımdır; əgər borunun flanslarının keçid müqaviməti 0.3
Om-dan çox deyilsə bu halda xüsusi atma tələb olunmur.
10.2.4.10 Elektrik qaynaq işlərində əks naqil kimi, ancaq torpaqdan izolyasiya
edilmiş xüsusi naqil istifadə edilməlidir. Bu halda torpağı əks naqil kimi istifadə
etmək qadağandır.

10.2.5 Statik elektrikləşmədən mühafizə

10.2.5.1 Statik elektrikləşmənin qığılcım boşalmaları ilə bağlı təhlükənin


qarşısını almaq üçün hazırkı qaydalarla yanaşı, kimya, neftkimya və neft emalı
sənayesi istehsalatlarında statik elektrikləşmədən mühafizə qaydalarının tələblərini
yerinə yetirmək lazımdır.
10.2.5.2 Statik elektrikləşmədən mühafizə tədbirləri PUG-yə görə B-1, B-1a,
B-1b, V-1q, B-II, B-IIa, II-1, II-II siniflərinə aid olan partlayış və yanğıntəhlükəli
zonalarda xüsusi həcmi elektrik müqaviməti 100000 Om/m³ və ya ondan çox olan
maddələrin emalı və nəqlində yerinə yetirilməlidir.
Elektrik keçirici avadanlıqla xüsusi müqaviməti 100000 Om/m³ -dan az
olan, tozlanmayan və sıçramayan maddələrin emalında və nəqlində statik
elektrikləşmədən mühafizə tədbirləri tələb olunmur.
10.2.5.3 B.10.2.5.2.-də göstərilən zonalarda işləməsi statik elektrikləşmə
yüklərinin və qığılcım boşalmalarının yaranması ilə müşahidə olunan, statik
elektrikləşmə yüklərinin yaranmasını fasiləsiz və tam neytrallaşmasını və ya onun
qığılcım yaratma təhlükəsinin istisnasını təmin edən mühafizə quruluşu olmayan
avadanlıq və quruluşlardan istifadə edilməsinə yol verilmir.
10.2.5.4 Avadanlığın, emal edilmiş maddələrin səthində, həmçinin insanın
bədənində təhlükəli qığılcım boşalmalarının yaranmasının qarşısını almaq üçün
aşağıdakıların olmasını və sazlığını yoxlamaq lazımdır:
a) avadanlığın və kommunikasiyaların yerləbirləşdirilməsi, həmçinin insan
bədəninin yerləbirləşdirmə ilə daim elektrik kontaktının təmin olunması;
b) xüsusi həcmi və səthi elektrik müqavimətlərinin azalmasına əsaslanan
yüklərin ayırma sistemi (havanın nisbi rütubətinin 65-70% artırılması, antistatik
aşqarların, səthi-aktiv maddələrin, elektrik keçirici rənglərin, lakların, rezinlərin və
s. tətbiqi);
c) radioizotop və digər neytrallaşdırıcıların tətbiqi ilə yüklərin neytrallaşdırma
sistemi.
165
10.2.5.5 Yaranan statik elektrikləşmə yüklərinin intensivliyi və qığılcım
boşalma təhlükəsini azaltmaq üçün lazımdır;
a) texnoloji cəhətdən mümkündürsə yanar qazları çökməmiş maye və bərk
zərrəciklərindən təmizləmək, mayeləri həll olmayan bərk qatışıqlarla çirklənmədən
təmizləmək;
b) istehsalat texnologiyası tələb olunmayan yerdə maddələrin sıçramasını,
xırdalanmasını və tozlanmasını istisna etmək;
c) materialların aparatlarda və magistrallarda hərəkət sürətinin layihədə
nəzərdə tutulan qiymətdən yüksək olmasına yol verməmək;
ç) mümkün olan yerdə yanar həllediciləri yanmayanlarla dəyişdirmək və ya
partlayıştəhlükəli qatışıqların yaranmasını istisna etmək;
10.2.5.6 Texnoloji avadanlığın metal və elektrik keçirici qeyri-metal hissələri
statik elektrikləşmədən mühafizə üçün başqa tədbirlərin tətbiqindən asılı
olmayaraq yerləbirləşdirilməlidir.
10.2.5.7 Sexdə, həmçinin xarici qurğularda, estakadalarda və kanallarda
yerləşən metal və elektrik keçirici qeyri-metal avadanlıqların, boru kəmərlərinin,
ventilyasiya qutularının və boru kəmərlərinin və aparatların termoizolyaedici
örtüklərinin bütün uzunluqları boyunca özlərinin arasında bütöv (arası kəsilməz)
elektrik dövrəsi olmalıdır hansı ki, sexin (bölmənin, qurğunun) hüdudlarında iki
nöqtədən az olmayaraq yerləbirləşdirmə konturuna birləşdirilməlidirlər.
10.2.5.8 Avtosisternlərin və maye daşıyan gəmilərdə çənlərin lyuklarının
açılması və onlara şlanqların daxil olması, yalnız yerləbirləşdirici naqillərin
yerləbirləşdirmə qurğusuna birləşdirilməsindən sonra görülməlidir.
Yerləbirləşdirici naqil əvvəlcə avtosisternin (və ya çənin) gövdəsinə, sonra isə
yerləbirləşdirmə qurğusuna birləşdirilir.
Avtosisternlərdən və maye daşıyan gəmilərdən yerləbirləşdirici naqilləri
birləşdirmək üçün kontakt quruluşları partlayıştəhlükəli zonalardan kənarda
quraşdırılmalıdır.
10.2.5.9 Mayeləri dəmiryolu sisternlərinə, avtosisternlərə, mayedaşıyan
gəmilərə və digər səyyar qablara və aparatlara tökmək üçün istifadə olunan metal
ucluqlu rezin (yaxud başqa elektrik keçirməyən materiallardan) şlanqlar diametri 2
mm-dən az olmayan mis məftillə sarınmalıdır (və ya en kəsiyi 4mm²-dən az
olmayan mis trosla) və dolaq addımı 100mm-dən çox olmamalıdır. Məftilin
(trosun) bir ucu məhsul borusunun yerləbirləşdirilmiş metal hissəsinə lehimlə (və
ya bolt ilə), o biri ucu isə şlanqın ucluğuna birləşdirilir. Şlanqın ucluqları mis və ya
başqa qığılcım verməyən metaldan hazırlanmalıdır.
10.2.5.10 Statik elektrikləşmədən mühafizə üçün yerləbirləşdirmə quruluşunu
bir qayda olaraq elektrik avadanlığı üçün nəzərdə tutulan yerləbirləşdirmə
quruluşuna birləşdirmək lazımdır.
10.2.5.11 Statik elektrikləşmədən mühafizə üçün yerləbirləşdirmə quruluşuna
baxış və elektrik müqavimətinin ölçülməsi sex qurğularının elektrik avadanlığının
yoxlanması ilə birgə PTG və PTB-yə uyğun aparılmalıdır.
10.2.5.12 Kimya, neftkimya və neft emalı sənayesi istehsalatları üçün statik
elektrikləşmədən mühafizə Qaydaları əsasında hər müəssisənin sex təlimatlarına

166
bu bölmələr əlavə edilməlidir: “Statik elektrikləşmədən mühafizə” və “Statik
elektrikləşmədən mühafizə qurğularının istismarı”.
10.2.5.13 Statik elektrikləşmədən mühafizə quruluşlarının sazlığının təmin
edilməsinə cavabdehlik sexdə sex rəisinə, zavodda (müəssisə, təşkilat) isə baş
energetikə həvalə olunur.

10.2.6 İldırımdan mühafizə

10.2.6.1 Binaların və qurğuların ildırımdan mühafizəsi üzrə tədbirlər,


təhlükəlilik dərəcəsindən və onların ildırımdan zədələnmə ehtimalından asılı olaraq
yerinə yetirilməlidir və hazırkı Qaydaların və “Ukazaniy po proektirovaniö i
ustroystvu molniezahitı zdaniy i soorujeniy” sənədinin tələblərinə uyğun
gəlməlidir.
10.2.6.2 Elektrik və elektromaqnit induksiyadan mühafizəyə tələblər, bir
qayda olaraq statik elektrikləşmədən mühafizə (bax həmçinin b.10.2.5.10)
tələblərinə uyğun gəlməlidir.
10.2.6.3 İldırımdan mühafizə qurğularının istismarında cari və qabaqlayıcı
təmirlərlə yanaşı, vaxtaşırı baxışlar (yoxlamalar), bu məqsədlər nəzərdə
tutulmalıdır;
a) cərəyandaşıyıcı elementlər arasında elektrik əlaqəsinin etibarlılığının
yoxlanması;
b) mexaniki zədələnmələrə görə dəyişdirilməsi və ya gücləndirilməsi tələb
olunan elementlərin aşkar olunması;
c) korroziya mühafizəsi və ya korroziyadan zədələnən elementlərin
gücləndirilməsi üzrə tədbirlərin görülməsi;
ç) ildırımdan mühafizə quruluşlarının bina və ya qurğuların (texnologiya
dəyişəndə, qurğu və binaların yenidənqurulmasında) dərəcəsinə uyğun gəlməsinin
yoxlanılması;
d) ildırımdan mühafizənin bütün yerləbirlədiricilərinin müqavimətinin 2 ildən
gec olmayaraq ölçülməsi (bu ölçmələr elektrik qurğusunun mühafizə
yerləbirləşdiricilərin müqavimətinin ölçülməsi ilə birlikdə aparılmalıdır ).
10.2.6.4 İldırımdan mühafizə qurğularının qabaqlayıcı təmirinin həcmi ildırım
mövsümünün əvvəlinə təyin olunmalıdır.
İldırımdan mühafizə qurğularının xırda cari təmirini ildırım mövsümündə,
əsaslı təmirini isə yalnız ilin ildırım olmayan vaxtında yerinə yetirmək olar.
10.2.6.5 Baş energetik (elektrik sexinin rəisi) obyektin konkret
xüsusiyyətlərini nəzərə alaraq, ildırımdan mühafizə qurğularının istismarı üzrə qısa
təlimat işləyib hazırlamalıdır.
10.2.6.6 İldırımdan mühafizə qurğularının təftişini keçirən şəxslər, aşkar
olunan nöqsanları göstərməklə baxış və yoxlama aktı tərtib etməlidirlər.
İldırımdan mühafizə qurğularının təftişinin, yerləbirləşdirmə qurğularının
yoxlama sınaqlarının, keçirilən təmirlərin və s. nəticələri sərbəst formalı xüsusi
jurnalda yazılmalıdır.
10.2.6.7 Şimşəkli (“qroza”) yağış vaxtı qadağandır:

167
a) istehsalat məhsullarını qazötürücü borular və havacıqlar (“vozduşniki”)
vasitəsi ilə atmosferə buraxmaq;
b) məişət və istehsalat otaqlarının pəncərələrini açıq saxlamaq;
c) istehsalat binalarının və qurğularının damlarında, astanalarında, etajerlərdə
olmaq;
ç) havacıqlar vasitəsi ilə atmosferə buraxmaqla aparatların yanar buxarlarını
və qazlarını təsirsiz qazla və ya buxarla üfürmək.

10.3 İstehsalat otaqlarında qaz mühitinə avtomatik nəzarət.

10.3.1 Partlayış təhlükəli qaz və buxar konsentrasiyaları əmələgətirə biləcək


maddə və material saxlanılan yaxud istehsal olunan anbarlarda və istehsalat
otaqlarında hava mühitinə avtomatik nəzarət edən qaz analizatorları
quraşdırılmalıdır. Seriyal buraxılmış qaz analizatorlarının olmadığı hallarda hava
mühitinin dövrü olaraq analiz edilməsi vacibdir.
10.3.2 İstehsalat otaqlarında partlayış təhlükəli qaz və buxar
konsentrasiyasını adı metodla aşkarlamaq mümkün olmadıqda avtomatik qurğu
tədbiq etmək tövsiyə olunur ki, yanar maddə konsentrasiyası qəbul olunmuş
həddən yüksək olduqda: qəza ventilyasiyasının qoşulmasını, texnoloji prosesin
xüsusiyyətindən asılı olan müvafiq aparatların söndürülməsini, qəza siyirtmələrinin
bağlanmasını, yanar məhsulların texnoloji aparat və sex kommunikasiyalarına
girişinin dayandırılmasını, texnoloji prosesin xüsusiyyətindən asılı olaraq
aparatlara kommunikasiyalara və istehsalat otaqlarına müvafiq neytral mühit
ötürülməsini təmin etsin.
10.3.3 Qaz analizatorları mexaniki titrəyişlərdən, elektromaqnit sahəsindən,
güclü külək axından və yerli qızdırıcılardan mühafizə olunmalıdır.
10.3.4 Qaz analizatorları və partlayış təhlükəli konsentrasiyaya qədər
siqnalizatorlar hava axının istiqaməti, buxar və qaz sıxlığı (temperatura görə
düzəlişlə) nəzərə alınmaqla layihədə nəzərdə tutulduğu kimi qaz ayrılması daha
çox ehtimal olunan mənbələrdə yerləşdirilməlidir. Hərgah layihə yoxdursa belə
avadanlıqların yerləşəcəyi yeri müəssisənin baş mühəndisi tərəfindən təşkil edilən
komissiya təyin edir.
10.3.5 Qaz analizatorun quraşdırıldığı yer elə seçilməlidir ki, avadanlığa
qulluq olunması və əyarlanması üçün ona yanaşma sərbəst olsun.
10.3.6 Qaz analizatorun partlayışdan mühafizə avadanlığının görünüşü və
səviyyəsi onun yerləşdiyi otağın ətraf mühitinin ümumi tərkib və xarakterinə,
zonanın partlayış təhlükəsizlik sinfinə, partlayış tərkibli qarışığın kateqoriya və
qrupuna uyğun olmalıdır.
10.3.7 Qaz analizatorun istismarı zamanı hər növbə dəyişdiyində
avandanlıqlara baxış keçirilməli və onların işləmə qabilyyəti yoxlanılmalıdır.
Nəzarət filtirinin vəziyyətinə baxılmalıdır və lazım gələrsə əsas işlək filtirin
sürgənc materialı dəyişdirilməlidir.Keramik filtiri təmizlləmək və üfürmək
lazımdır.

168
10.3.8 Qaz analizatorun qaz qarşığı ilə yoxlanılması zamanı qaz, reaksiya
məhsullarının udulmasını təmin edən filtirdən keçməklə( otağa yox) sorucu şkafa
yaxud atmosferə buraxılmalıdır.
10.3.9 Yardımcı qurğular və avtomatik qaz analizatorların istismarı zaman
avandanlıqların xüsiyyətlərini və istifadəsinin spesifikasiyasını əks etdirən
istehsalçı-zavodun təlimatının tələblərinə əməl etmək vacibdir.
10.3.10 Havadan nümunə götürmək üçün borucuq, diometri 100 mm-dən az
olmayan aşağı çevrilmiş qıfla təchiz olunmalıdır.
10.3.11 Nəzarət avandanlığının vaxtlı-vaxtında işədüşməsi üçün ötürüçünün
quraşdırıldığı yerlə nümunə götürən qurğunun yerləşdiyi yer arasında ən qısa
məsafə seçilməlidir.
10.3.12 Qaz analizatorun ötürüçüsü möhkəm özüldə yerləşdirilməklə titrəyiş
və silkələnmədən qorunmalıdır.
10.3.13 Mexaniki zədələnmə təhlükəsi yaxud otaqda kifayyət qədər tozlanma
yaranarsa ötürücü uyğun mühafizə icralı yerdə quraşdırılmalıdır.
10.3.14 Analizatorların ölçmə cihazları, avtomatik qaz analizatorları, sıxlıq
ölçənlər və digər onlara aid olan cihazlar partlayış təhlükəli, yanğınpartlayış
təhlükəli otaqlarda və açıq partlayış təhlükəli qurğularda quraşdırılarsa, onlar PUG
müvafiq tələblərinə uyğun havalanan dolablarda(şkaflarda) yerləşdirilməlidir.

10.4 Köməkçi sexlər

10.4.1 Ağac emalı sexi və emalatxana

10.4.1.1 Ağac emalı sexlərində və emalatxanalarında istehsalat


avadanlıqlarını, istilik cihazlarını və güc elektrik avadanlıqlarını ağac tozu
sıyrıntısı və digər yanar əşyalardan növbədə bir dəfədən tez olmayaraq, tikinti
konstruksiyaları və elektrik işiqlandırmalarını isə iki həftədə bir dəfədən tez
olmayaraq təmizləmək lazımdır.
10.4.1.2 Ağac tullantıları iş prosesində və sonunda toplandığı miqdardan asılı
olaraq sexdən çıxarılmalıdır. Tullantının yaxşı çıxarılması üçün ağac emalı
dəzgahının yerli effektiv təsirə malik sorucusu olmalıdır. Ventilyasiyanın
söndürülmüş vəziyyətində dəzgahın işləməsi qadağandır.
10.4.1.3 Siklonda toplanmış ağac tullantısını vaxtında təmizlənmək lazımdır.
Siklonun yüklənməsi və meydancanın çirklənməsi yolverrilməzdir.
10.4.1.4 Ağac emal istehsalında sexdə toplanmış tullantıdan qazanxanada
yanacaq kimi, utilizasiya edərək kimyəvi və başqa növ xammal kimi istifadə
etmək yaxud xüsusi ayrılmış yerə daşımaq olar. Sex ərazisində tullantının toplanıb
qalması qadağandır.
10.4.1.5 Ağac materialı ilə doldurulmuş çeşid anbarı otaqları, quruducu və
meydancalar sıyrıntı qırıntıları və başqa zibillərdən azad olmalıdır. Otaqların
buraxılan həddən artıq yüklənməsi yolverilməzdir.
10.4.1.6 Qızmanın qarşısını almaq məqsədi ilə dəzgahın, mühərrikin və
sairənin yağlanma müddətini pozmaq olmaz. Sex təlimatında yağlama müddəti
göstərilməlidir. Sürtgü yağının ağac tozuna və sıyrıntısına düşməsi yolverilməzdir.
169
Diyircəklərdə temperaturun 45-50 C-dən yüksək olduğu zaman dəzgahı
dayandıraraq qızmanın səbəbini və onun aradan qaldırılmasını təmin etmək
lazımdır.
10.4.1.7 Yapışdırıcını buxar və ya qapalı tipli elektroqızdırıcı cihazla
qızdırmaq lazımdır. Yapışdırıcı qaynadıcı izolə edilmiş otaqda yaxud onun üçün
ayrılmış təhlükəsiz yerdə yerləşdirilməlidir. Yüksək yanğın təhlükəli yapışdırıcı
sintetik qətrandır çünki onların həll olunması üçün yanar və asanalışan maye
işlədilir. Bu cür yapışdırıcılar yanmağa davamlı yaxud dəmir qutularda xüsusi
yerdə saxlanılır.
10.4.1.8 Hazır məhsulları anbara, yaxud emalatxanalardan kənarda bu
məqsədlə ayrılmış yerə, cıxarmaq lazımdır. Ağac material, yarımfabrikat və
məmulat ancaq onlar üçün ayrılmış yerdə yerləşdirilməlidir ki, yanğınsöndürmə
vasitələrinə maneəsiz yanaşmaq üçün keçidlər qalaqlanmasın.
10.4.1.9 Yanğın nəzərindən ən təhlükəli(qurudulma, cilalama, rəngləmə və s.)
proseslər işiqlandırıcı və ventilyasiya ilə təchiz edilmiş ayrıca otaqlarda, yaxud
xüsusiləşdirilmiş yerlərdə görülməlidir
10.4.1.10 İstehsalat otağında növbə normasından çox yanar materialın
saxlanması, iş vaxtı qurtardıqdan sonra yığışdırılmamış yağ, olif, lak, yapışdırıcı,
yanar material və s. əşyaların saxlanması qadağandır.
10.4.1.11 Quruducu bina(otaqa) yanar olmamalıdır. Qızdırıcı batareyaların
yerləşdirilməsi zamanı quruducu kameraların buxar boruları hamar səthə malik
olmalı və yuxarıdan setka ilə örtülməlidir. Dövrü olaraq həftədə bir dəfədən az
olmayaraq batareyaların yerləşdiyi yeri və kənarını qırıntı, zibil və s.təmizləmək
lazımdır.
10.4.1.12 Hər quruducu üçün materialla məhdud yüklənmə həddi və məhdud
temperatur iş rejimi təyin edilir. Texnoloji proses zamanı quruducunun
temperaturuna sistematik nəzarət lazımdır.
10.4.1.13 Quruducu, buxarla söndürmə vasitəsi və ya sulu drençer sistemı ilə
təchiz olunmalıdır.
10.4.1.14 İnfraqırmızı şua ilə rəngləmiş yaxud yapışdırılmış ağacı qurudarkən
quruducu kamera ümumi sex ventilyasiyası ilə əlagəsi olmayan sərbəst
ventilyasiya sistemi ilə təchiz olunmalıdır. Məmulatı fasiləsiz hərəkətlə qurudan
qızdırıcıda konveyrin qəfil dayanması zamanı qızdırıcı sistemin avtomatik
söndürülməsini təmin edən vasitə yaxud xəbərdaedici siqnalizasiya sistemi nəzərdə
tutulmalıdır.
10.4.1.15 Ağacın yüksək tezlikli cərəyanla qurudulması zamanı elektrodlar
ağaca sıxıcı vintlərlə kip sıxılmalıdır. Çırılmış və qaynaq olunmuş cındır setkaların
istifadəsi qadağandır. Ağacın nizamla yığılması zamanı nizamlanmanın eyni
növdən və təxminən eyni nəmliliyə malik ağacdan təşkil olunmasına nəzarət
edilməlidir. Quruducu kameranın qapısında elektrogeneratorla birləşdirilmiş
avtomatik bloklanma olmalıdır.
10.4.1.16 Ağacın petrolatumla qurudulması zamanı vanna izole edilmiş
otaqda yerləşdirilməlidir. Yanğın zamanı alovun yayılmasını məhdudlaşdırmaq
üçün vannanın saz vəziyyətdə olan açılan metal qapağı olmalıdır. Petrolatumun
köpüklənərək vannanın kənərına tökülməsinə yol vermək olmaz.
170
10.4.1.17 Ağacın qurudulması zamanı petrolatumun vannadan kənara
axmaması üçün aşağdakiları nəzərə almaq lazımdır:
10.4.1.18 Konteyneri ağacla doldurduqdan sonra vannada petrolatumun həcmi
vannanın yuxarı kənarından 0,5 m-dən az olmayaraq aşağı olmalıdır.
10.4.1.19 Qabaqcadan petrolatumu xüsusi baklarda qurutduqdan sonra
vannaya sərfolunacaq miqdarda əlavə etmək lazımdır.
10.4.1.20 Ağacın qurudulması prosesi zamanı petrolatumun temperaturunun
100° C aşağı düşməsi qadağandır.
10.4.1.21 Quruducunu istismara buraxarkən vannada petrolatumun bərk
səthini xırdalamaq lazımdır.
10.4.1.22 Vannada petrolatumun yanması zamanı yığcam halda yox çilənən
su şırnağından, su buxarından, mexaniki-hava yaxud kimyəvi köpükdən istifadə
olunur.
10.4.1.23 İş qurtardıqdan sonra yığışdırılmamış hazır məhsulun,
sıyrıntının, yonqarın, ağac tozunun, yağ, olif, lak və digər yanar mayenin,
materialaın və elektrik qurğuların cərayan altda saxlanması qadağandır.
10.4.1.24 İş vaxtı qurtardıqdan sonara sex rəisi(böyük usta) bütün sex
otaqlarını gəzərək yanğın təhlükəsi olmayacağına aid bütün tədbirlərin
görülməsinə əmin olduqdan sonra otaqları bağlaya bilər.
10.4.1.25 Ağac emalı sexlərındə və emalatxanalarında rəngləmə işi gedən
sahələrdə rəngsaz emalatxanalarına aid yanğın təhlükəsizliyi qaydaları tədbiq
olunur.

10.4.2 Boyama, laklama sexləri və emalatxanaları

10.4.2.1 Boyama, laklama sexləri və emalatxanalarında əllə boyama,


rəngləmə şkafları, vanna və kameralarda iş görülməsi ancaq yerli sorucu və vurucu
işlək ventilyasiya şəraitində aparılmalıdır.
10.4.2.2 Materialların boyanması, laklanması işi xüsusi kamerada
aparılmalıdır. Boyama kamerası, vanna, dolab və quruducu ümumi sex
ventilyasiyası ilə deyil müstəqil sorucu ventilyasiya sistemi ilə təchiz olunmalıdır.
Boyama kamerasının sorucu ventilyasiyası boya hissəciklərinin tutulması üçün su
suvarma qurğusu(hidrofiltr) yaxud başqa səmərəli qurğu ilə təchiz edilməlidir ki
hava vurma qurğusunun daxili səthi yanma çöküntüsü ilə çirklənməsin.
10.4.2.3 Elektrostatik sahəli boyama kameralarında sorucu ventilyasiyanın
söndürüldüyündə işçi cərəyan avtomatik kəsilməlidir.
10.4.2.4 Boyama laklama materialı iş yerinə hazır vəziyyətdə gətirilməlidir.
Boyanın və lakın qarışdırılması və tərkibinin hazırlanması xüsusi ayrılmış, izolə
olunmuş otaqda görülməlidir.
10.4.2.5 Lak, boya, həlledici gerimitik metal qabda yaxud fabrik
qablaşdırmasında, gündəlik təlabat miqdarında paylama-yığma sexində
saxlanılmalıdır. Ehtiyyat boyanı iş yerində saxlamaq qadağandır. İş yerində lak,
boya materialına təlabatın miqdarı yarım növbə təlabatından artıq olmamalıdır və
kip bağlanan qapaqlı saz çəllək yaxud bitonlarda yerləşdirilməlidir.

171
10.4.2.6 Məmulat və hissələrin yükləmə üsulu ilə boyanması üçün tutumu 0,5
m3 qədər olan vanna yan sorucu və kip bağlanan qapaqla təchiz olunmalıdır.
Tutumu 0,5 m3-dən çox olan boyama vannaları ventilyasiya ilə təchiz olunmuş
xüsusi kameralarda yerləşdirilməlidir. Qəza və yanğın başverdikdə mayenin
vannadan axması nəzərə alınmalıdır.
10.4.2.7 Boya qızdırıcı çəlləyi boyama kamerasının çölündə yerləşdirmək
lazımdır. Çəlləyin saz olmasını, mühafizə armaturlarını, boyama avandanlığını və
rezin boruları vaxtaşırı yoxlamaq lazımdır. Onların saz vəziyyətdə olmadığı
hallarda boyama işi aparmaq olmaz.
10.4.2.8 Avandanlığın metal hissələri, alətləri və boyanın tozlandırılması üçün
pulverizator yerlə etibarlı birləşdirilməlidir.
10.4.2.9 Hər növbə sonunda boyaçiləyiçiləri, boruları, doldurulan çəllək və
tutmları və digər(ventilyasiya şəraitində işləyən) boyama avadanlıqlarını lakboya
materiallarının qalıqlarından yuyub təmizləmək lazımdır. Boyama
avadanlıqlarının yuyulmasında yanar maye istifadə etmək olmaz.
10.4.2.10 İşin sonunda fırça, şetka, əsgi və pulverizatoru kip bağlanan
vedrə(yaxud bitonda) sorucu və ya ventilyasiyası olan metal şkafda saxlamaq
lazımdır.
10.4.2.11 Lak, boya və digər kimyəvi vasitələrə yeni növ həlledicilərin tədbiqi
ancaq texnoloji laboratoriyanın icazəsi ilə və ya texniki təhlükəsizlik və yanğın
təhlükəsizliyi şöbəsi ilə razılaşdırıldıqdan sonra mümkündür.
10.4.2.12 Pulverizator kamerası, vanna setkası və şkafın divarı o cümlədən
sorucu ventilyasıyanın hava girişı boya çirklənməsindən ayda iki dəfədən tez
olmayaraq təmizlənilməlidir. Xüsusi hallarda ventilyasiya borusunun təmizlənməsi
üçün onu söküb otaqdan çıxararaq xüsusi ayrılmış yerdə yandırmaq lazımdır.
Kameranın boya çöküntüsündən təmizlənməsini asanlaşdırmaq üçün kamera
divarına nazik qatda solidol, vazilen, tavota yaxud PS-40 tərkibi çəkmək olar. Səthi
nitroboyadan təmizləyərkən metal konstruksiyaya zərbə vurmaq olmaz. Sancaq
qığılcım verməyən yumşaq metaldan olmalıdır. Toplanmış boya tullantısı yanğın
təhlükəli olduğundan və bəzən onların öz-özünə yanabilən olması səbəbindən
sexdən hökmən çıxarılmalıdır.
10.4.2.13 Məmulat və hissələrin yağdan təmizlənməsi və yuylması üçün pasta,
həlledici və emulsiya kimi qeyri yanar tərkibdən habelə ultrasəs və digər yanğın
təhlükəsiz qurğu tədbiq edilir. Ancaq qeyriyanar tərkiblər texnologiyaya uyğun
təmizliyi təmin etmədiyi hallarda yanar və asanalışan mayelərdən yanğın
təhlükəsizliyi qaydalarına ciddi əməl olunmaqla istifadə edilə bilər.
10.4.2.14 Döşəməyə tökülmüş həlledici və lakboya materialını ağac kəpəyi, su
və digər tərkiblər vasitəsi ilə təcili olaraq təmizləmək lazımdır. Epoksid tərkibli
lakboya materialının təmizlənməsi üçün ilk olaraq kağız, asetonla işlədilmiş əsgi
yaxud etilseliloza tədbiq olunur və sonra tökülmüş yer sabunlu isti su ilə yuyulur.
Avadanlığın, divarın və döşəmənin yanar həlledici ilə yuyulması qadağandır.
10.4.2.15 Rəngsaz və laklama sexlərində qadağandır:
a) Yapışıdırıcının qaynadılması və boyanın qızdırılması üçün acıq alovdan
istifadə;
b) Şkaf və kameradan kənarda, nəzərdə tutulmayan yerdə boyama işi görmək;
172
c) Həddən çox hissələrin, boyancaq yaxud boyanmış hissələrin boyama
kamerası yanında yerləşməsi;
d) Söndürülmüş və yaxud nasaz ventilyasiya şəraitində boyama işi görmək;
e) Boyanmış materialı və boş taranı iş qurtardıqdan sonra sexdə anbara təhvil
vermədən saxlamaq.
10.4.2.16 Boyanmış hissələrin qurudulması zamanı qadağandır:hissələrin
quruducada saxlanması vaxtı və temeperatutrun qaldırılması reqlamentdə nəzərdə
tutulduğundan çox olması, temperaturun idarə olunması avtomatik həyata
keçirilməlidir; qurutmanı məmulatın üzərindəki artıq boyanın yaxud lakın axması
ilə aparmaq.
10.4.2.17 Termoradiyasiyalı və konveksiyon elektrikqızdırıcılı quruducu
kameraların termorequlyatorları ventilyasiya qurğusuna avtomatik blokirovka
olmalıdır.
10.4.2.18 Quruducu kameraların qızdırıcı avadanlıqları, onların üzərinə
boyanan məmulatdan damcı duşməsindən və lakboya plyonkasına toxunmadan
mühafizə olunmalıdır.
10.4.2.19 Lak və boya anbarında qadağandır:
a) Lakın, boyanın və həledcinin sutka təlabatından çox saxlanılması o
cümlədən açıq və nasaz taralarda;.
b) Nasaz ventilyasıya səraitində işin görülməsi;
c) Boya və lakın əsgi və digər lifli materialla birgə saxlanması;
d) Taranın açılması üçün qığılcım verəbiləcək alətdən istifadə. Boya və lakın
bir taradan digərin habelə yanı 5 sm-dən az olmayan metal altlıqlı işçi qaba
boşaldılması.
10.4.2.20 Boyama və qurutma kameraları normaya müvafiq ilkin
yanğınsöndürmə vasitələrinə malik olmalıdır. Statsionar yanğınsöndürmə
qurgularının artıq olduğu halda(şpinklerli, drenajlı və s.) onların vəziyyəti
sistematik yoxlanılmalıdır. Boya vannasının artıq olduğu halda köpük qurğusu
yaxud DVP-100, DVPU-250 yanğınsöndürəni quraşdırmaq məqsədə müvafiqdir.

10.4.3 Qazanxana

10.4.3.1 Qazanxana otağında yanar və asanalışan mayenin saxlanması


qadağandır.Qazanxanada maye yanacaq istifadə etdikdə yanacaq saxlanılan sərf
bakı qaydaya uyğun olaraq qazanxana otağından kənarda yerləşdirilir.Yanacağın
sərf bakı qazanxana otağında yerləşdirilibsə onun tutumu 0,5 m3-dan çox
olmamalıdır. Bu zaman o buxarqızdırıcının ekonomayzerin yaxud qazanın altında
yerləşdirilməməlidir. Bak bağlı olmalıdır və atmosferlə diametri 50 mm-dən az
olmayan boru ilə əlaqəli olmalıdır. Hər bir yanacaq bakı yanğın baxımından
təhlükəsiz səviyyə ölçənə(şüşə ölçənə icazə verilmir), yanacağı təhlükəsiz yerə
axıdan və dolduran boruya malik olmalıdır.
10.4.3.2 Qazan, yanacaq axıdılan borular və digər qazanxana avadannlıqları
saz vəziyyətdə və daimə xidmət personallarının nəzarəti altında olmalıdırlar.
Xidmət personalı, qazanı yandırmazdan öncə, qazanın onun avadanlıqlarının, ölçü-
nəzarət avadanlıqlarının və mühafizə vasitələrinin habelə yanacaq qurğularının
173
vəziyyətini, boruları və yanacağın verilməsinə xidmət edən armaturların işə yararlı
olmasını çox məsuliyyətlə yoxlamalıdır. Qaz axınındakı təbii sorucunun qapağını
10-15 dəqiqə açaraq artıq tüstü sorucunun mövcudluğunda onun 3-5 dəqiqə
qoşulması ilə qazanın yanmasını və qazanxananı ciddi yoxlamaq lazımdır.
10.4.3.3 Qazanxananın tüstü borusunu ayda üç dəfədən tez olmayaraq üfürmə
ilə hissdən təmizləmək lazımdır.
10.4.3.4 Qazanda yaxud onun yanında yanar material, paltar saxlamaq,
qurutmaq, qazanlar üstündə taxta körpü qoymaq qadağandır.
10.4.3.5 Odluqda partlayış təhlükəli hava qaz qarışığının əmələgəlməsindən
qacmaq məqsədi ilə qazanın işində fasilə zamanı odluqdan neft və qaz forsunkası
(hərgah forsunnkanın ayrılmasına konstruksiya imkan verirsə) çıxarılmalıdır.
10.4.3.6 Qazanı qazla isitdikdə xidmət personalı qaz xəttinin birləşmələri və
kranlarında sabun məhlulunun göməyi ilə gerimetikliyi yoxlamalıdır. Hərgah qaz
sızması müşahidə olunarsa dərhal qüsurun aradan götürülməsi üçün tədbir
görülməlidir.
10.4.3.7 Qazla işləyən qazanı yandırmazdan əvvəl otaq diqqətlə
yoxlanılmalıdır.
10.4.3.8 Qazanı alışdırmazdan əvvəl yanacağın miqdarına, hava çəkənə və
odluğa daxıl olan yanacağın, hava və buxarla qarışıq nisbətinin tələb olunan
təlimata uyğunluğuna diqqət yetirilməlidir. Qazanxananın eyni zamanda bir
odlurda neft və qaz qarışığı ilə işləməsi qadağandır.
10.4.3.9 Qazanxanada yanacaq məqsədi ilə ağac oxantısı yaxud sıyrıntısı
istifadə olunarsa o zaman bu şnek və ya boruxətti ilə qazanxanaya verilməlidir.
Sıyrıntı və oxantı ötürülən boru xətti qapaqla təchiz olunmalıdır. Qazanxanaya
oxantı və sıyrıntının əllə verilməsi qadağandır.
10.4.3.10 5Xidməti personal aşağıdakılar baş verdiyi halda qazanxananın işini
dayandırmalı və sex rəhbərliyinə məruzə etməlidir:
a) Yanacağın verilməsi yaxud üfürmənin kəsildiyində;
b) Qazanın hörgü hissəsində qüsur, habelə qazan divarının, yaxud karkasının
qızaraq qızardığı halda;
c) Qazanda təzyiqin verilmiş normadan artıq olması, cəkmənin azalması,
üfürmə və su verilməsinin gücləndirilməsinə baxmayaraq təzyiqin aramsız
yüksəldiyi halda;
d) Qazanın su ilə qidalandırılmasına baxmayaraq su səviyyəsinin aşağı
düşməsi habelə qidalandırma qurğusunun işləmədiyi halda;
e) Qaz xəttində, mazut xəttində, buxar xəttində, ölçü və göstərici
avadanlıqlarında yaxud qoruyucu klapanda qəza başverdiyində. Qaz xətti, mazut
xətti və onların armaturları təyin edilmiş müddətdə hökmən yoxlanılmalıdır.

10.4.4 Hava kompressoru qurğuları

10.4.4.1 Hava kompressoru qurğularının istismarı zamanı bu Qaydalarda


göstərilən tədbirlərdən əlavə stasioner kompressor qurğuları, hava xətləri və qaz
174
xətləri quraşdırılması və təhlükəsiz istismarı reglament Qaydaları tələbləri də
yerinə yetirilməlidir.
10.4.4.2 Kompressorlar otağında benzin, neft və digər asanalışan maddələrin
saxlanması habelə maşın hissələrinin benzin, neft və sairə ilə yuyulması
qadağandır. Hissələrin neftlə yuyulması kompressor otağından ayrıca xüsusi
ayrılmış yanmaya davamlı divarı olan otaqda yerinə yetirilə bilər.
10.4.4.3 Sıxılmış hava olan yerdə temperaturun yüksəlməsi və təzyiqin
qəbul olunmuş həddən yüksək olması yol verilməzdir. Kompressorda hər sıxılma
pilləsindən sonra havanın temperaturu texniki təlimatda qəbul olunmuş həddi
keçməməlidir. Nəzarət-ölçü avadanlıqlarının(termometr, manometr) yaxud
qoruyucu klapanların nasaz olduğu hallarda kompressorun işə buraxılması
qadağandır.
10.4.4.4 Hər bir kompressor soyutma suyu verilməsi dayandığı halda,
sıxılmış havada temperaturun verilmiş həddən yüksəldiyi halda səs və işiq
siqnalları ilə xəbərdar edici qəza mühafizəsi sistemi və yağlama mexanizmində yağ
təzyiqinin qəbul olunmuş həddən aşağı düşdüyündə kompressorun avtomatik
dayandırılmasını təmin edən sistemlə təchiz olunmalıdır.
10.4.4.5 Hava kompressorundan yanar buxar və qaz ayrılması mümkün olan
yerlərə habelə yanğın mənbəyi başverəbiləcək yerlərə hava hasarı çəkmək olmaz.
10.4.4.6 Avtomatik üfürmənin olmadığı halda nəm yağayrıcıya(aralıq və
sonuncu) əllə üvürməni, zavod təlimatında daha qısa üfürmə müddəti
göstərilməyibsə növbədə iki dəfə; sondakı soyuducunun və nəm yağayrıcının
olduğu halda növbədə bir dəfədən tez, olmadığı halda növbədə iki dəfədən tez
olmayaraq üfürülməlidir.
10.4.4.7 Doldurulmuş hava borusunu və havayığıcını vaxtaşırı sürtgü yağı və
onun parçalanma məhsullarından sistematik təmizləmək lazımdır. Borunun yuma
qaydası və müddəti sex təlimatında göstərilir.
10.4.4.8 Kompressorun titrəyişli hissələrini müntəzəm yağlamaq lazımdır
(mərkəzləşmiş yaxud yağqabının köməyi ilə). Yağlama zamanı sürtgü materialının
damcılaması və sıçrayışı yolverilməzdir.
10.4.4.9 Tökülmüş yağ, zibil və yanar tullantı dərhal yığışdırılmalıdır; işin
sonunda yağ qabını, əsgini qapaqlı metal qutuya yığaraq kompressor otağından
çıxarmaq lazımdır.
10.4.4.10 Kompressor otağında sutka təlabatından artıq olmayan yanar və
yağlama materialının hökmən metal dolabda saxlanması mümkündür.

10.4.5 Elektrik və qazqaynaq emalatxanası

10.4.5.1 Elektrikqazqaynaq emalatxanası ayrıca binada yaxud partlayış və


yanğın təhlükəsindən izola edilmişi yanmaya davamlı materialdan və yanmayan
döşəməyə malik təmir emalatxanası otağında yerləşdirilməlidir.
10.4.5.2 Elektrik qazqaynaq emalatxanası otağında ancaq təbii yaxud süni
ventilyasiya olduğu halda iş aparmaq olar.
10.4.5.3 Qaynaq məntəqəsi təmiz saxlanılmalıdır. Yanar material və yanar
tullantını qaynaq işinə başlamamazdan qabaq ərazıdən çıxarmaq lazımdır. Qaynaq
175
işində çalışan fəhlənin xüsusi geyimində və əlcəyində yağ, benzin, neft və s. izi
olmamalıdır.
10.4.5.4 Qaynaqcının iş yerində metal qığılcımı və sıçrantı uçuşunu
zərərsizləşdirmək üçün iş yerini yanmayan arakəsmə yaxud oddan mühafisə tərkibi
hopdurulmuş brezent pərdə ilə mühafizə etmək lazımdır.
10.4.5.5 Qaynaq emalatxanasında qazqaynaq yerlərinin sayı on yerdən çox
olmadıqda, hər iş yerində, hərəsindən bir ədəd olmaqla ehtiyyat-oksigen və
asetilen balonları saxlanıla bilər, belə ki ehtiyyat saxlanılan balonların
emalatxanadakı ümumi sayı beş oksigen və beş asetilen balonundan çox
olmamalıdır.
10.4.5.6 Qaynaq yerlərinin sayı on yerdən çox olarsa oksigen və asetilen
balonlarını izolə edilmiş, yanğınaqarşı divarla ayrılan və çölə çıxışı olan otaqda
yerləşdirilə bilər. Otaqda yerləşdirilən yanar qaz balonları istilik radiatorlarından
1m-dən yaxın olmayan məsafədə, açıq alovlu istilik mənbəyindən və qaynaq
odluğundan 5m məsafədə yerləşdirilməlidir.
10.4.5.7 Eyni otaqda oksigen və yanar qaz balonu, o çümlədən, karbitkalsı,
boya, yağ və piy saxlamaq qadağandır. İstifadə olunmuş balonlar saxlanc
yerlərindən çıxarılmalıdır.
10.4.5.8 Hər bir asetilen qazxətti postunda daima su ilə dolu olan hidrovlik
sürgü quraşdırılmalıdır. Su sürgüsünə su tökmək və onun səviyyəsini yoxlamağa
ancaq qazın verilməsi dayandırıldıqda icazə verilir. Qüsurlu və suyu olmayan
sürgü ilə işləmək qadağandır.
10.4.5.9 Bir hidrovlik sürgüdən eyni zamanda iki və daha çox qaynaqcının
işləməsi qadağandır.
10.4.5.10 Odluğun güclü qızmasından qaçmaq üçün, odluğun sonluğunu
söndürmək və tutum su ilə dövrü soyudulmalıdır.
10.4.5.11 Boruxətti, şlanq və paylayıcı qurğuda qazın sızmasını sabunlu suyun
köməyi ilə təyin edirlər. Bu məqsədlə oddan istifadə qadağandır.
10.4.5.12 Elektrik qaynaq avadanlığının elektrik xətti etibarlı izola
olunmalıdır, yüksək temperaturun təsirindən və mexaniki zədələnmədən mühafizə
olunmalıdır. Qaynaq aqreqatının xüsusi hissələri(transformatorlarda, diyircəklərdə,
şotkada, birləşdiricilərdə) temperatur həddi PUG tələbini keçməməlidir.
Elektroqaynaq qurğuşu iş zamanı daima yerləbirləşdirillmiş vəziyyətdə
olmalıdır.Bir aparatın yerə birləşdirməsindən digər aparat üçün istifadə etmək
qadağandır.
10.4.5.13 Asetilen generatordan alındıqda, generator izoləolunmuş,
yanmayan ona görə xüsusi avadanlıqlarla təchiz olunmuş otaqda quraşdırılır.
Asetilen generatoru ilə işə başlamaq ancaq onların sazlığı, hidrovlik sürgünun,
qoruyucu klapanların sazlığı, şlang və avadanlığın birləşmələrində kiplik
yoxlandıqdan sonra mümkündür. Asetilen generatoru və qazxəttini işin sonunda
asetilendən və karbit kalsi qalığından təmizləyib, diqqətlə yuyurlar.
10.4.5.14 Karbitkalsı quru və yaxşı havalanan otaqda saxlanılır. Karbit kalsi
ancaq gerimitik bağlı üzərində” Karbid” yazılmış qabda daşınır və saxlanılır.
İcərisində karbit olan qabın açılmasında qaynaq lampası o cümlədən qığılcım
verəbiləcək alət və avadanlığın tədbiqi qadağandır.
176
10.4.5.15 Elektroqazqaynaq emalatxanasında qadağandır:
a) Verilmiş qayda və normaya cavab verməyən və nasaz qaynaq aparatı ilə işə
başlamaq;
b) Avadanlıqlarda, cənlərdə, tutumlarda, asan alışan yanar maye və qaz
saxlanmış kiçik həcmli qablarda, buxar, və təsirsiz qaz vuraraq diqqətlə yuma
olmadan onlarda qaynaq və kəsmə işi görmək;
c) Boya tam qurumadan yeni boyanmış konstruksiya və birləşmələrdə qaynaq
işi aparmaq;
d) Qaynaq otağında paltar və digər kənar əşyaların saxlanması;
e) Balondan qazın tam axıdılması olmadan qaz balonunun ventilində təmir və
qazın otağa buraxılması;
f) Bitqi, mineral yağ və piyin o cümlədən o maddələrin hopdurulduğu paltar
və digər əşyanın oksigen balonuna, oksigen xəttinə və oksigen şlanqına
toxunmasına yolvermək;
g) Qaynaq qurğusunun asetilen generatorunu, onun hissələrini, reduktoru, qaz
balonunun ventilini, boru xəttini və başqa hissələrini açıq alovla əriyən predmetlə
qızdırmaq; Qızdırmaq ancaq qaynar su yaxud buxarla aparılır.
10.4.5.16 Qaz armaturunun kip olmayan yerindən, şlanqdan və s. yerlərdən
qazın alovlanması başverərsə təcili olaraq qazın axın xəttində sızmanın baş verdiyi
yerəqədər olan kranı yaxud ventili bağlamaq və yanan qazı söndürmək lazımdır.

10.4.6 Amonyak-soyuducu qurğuları

10.4.6.1 Maye soyuducu agentin kompressora düşməsi mümkün olmamalıdır.


10.4.6.2 Avadanlıqdan yağı onda həll olmuş soyuducu agenti sorduqdan sonra
yağ toplayıcı vasitəsi ilə boşaltmaq lazımdır. Yağtoplayıcıdan yağı icərisində su
olan qaba işləyən ventilyasiya şəraitində boşaldırlar.
10.4.6.3 Sexdə soyuducu istehlakcısı avadanlığında geridönən məhluldan
yaxud soyuducu agentdən, soyuducu sexdə isə istehsal olunan məhsulun istirak
etdiyi mayedən, buxarlandırıcda yaxud ayrıcıda sutkada birdəfədən tez olmayaraq
analiz aparılmalıdır.
10.4.6.4 Qaz fazasında, məhsulu soyudan qazda, habelə istehsal məhsulunda,
soyuducu agent buxarı iyisinin əmələ gəldiyində yaranmış qüsurun qarşısının
alınması üçün tədbir görülməsi məqsədi ilə istehsalat sexi xəbərdar edilməlidir.
Belə halda qüsurun aradan tam götürülməsinə qədər fasiləsiz analiz aparılmalıdır.
10.4.6.5 Kompressor və qazxəttinin gerimitik olmasına sistematik nəzarət
quraşdırılmalıdır. Kompressorda qazın sızması hiss edilərsə qusurun aradan
götürülməsinə qədər onu dayandırmaq lazımdır. Soyuducu agentin kompressorun
kipkəcindən(salnikindən) buraxması təsadüf edilərsə, həmən onun qarşısı
alınmalıdır.
10.4.6.6 Kompressorun titrəyən hissələrini müntəzəm yağlamaq lazımdır.
10.4.6.7 Sistemin doldurulmasını tezləşdirmək məqsədi ilə amonyak
balonunun qızdırılması qadağandır.
10.4.6.8 Kompressor otağında metal yeşikdə(dolabda) iki növbə təlabatından
çox olmayan həcmdə sürtgü yağının saxlanmasına icazə verilir.
177
10.4.6.9 Soyuducu agent (amonyak) balonu xüsusi nəzərdə tutulmuş anbarda
saxlanılmalıdır; Maşın şöbəsində onların saxlanılması qadağandır.
10.4.6.10 Amonyak-soyuducu qurğuşu otağında nazık su püskürtüsü alınması
mümkün olan püskürdücü gövdə olmalıdır.
10.4.6.11 Soyuducu qurğuda partlayış təhlükəli konsentrasiya
əmələgətirəbiləcək soyuducu buxarın hava ilə qarışığı təlimatın yuxarıda
göstərilən(məsələn, F-40, F-160, dixloretilen), tələblərini təmin etməlidir.

10.4.7 Enerji doldurma, elektrokar və avtoyukləmə

10.4.7.1 Qoruyucu və elektrik açarları bir qayda olaraq akkumuliyatorların


doldurma otağında quraşdırılmır. Cərəyan doldurulmasının qoşulması və
ayrılmasını buna görə ayrılmış xüsusi şəxs tərəfindən görülür.
10.4.7.2 Turşu ayrıca otaqda distillə suyu ilə birlikdə saxlana bilər.
10.4.7.3 Qığılcım və qızmadan qaçmaq üçün akkumliyator naqilinin
birləşmələri yararlı olmalıdır, yararsız, izolyasiyası zədələnmiş naqil təcili
dəyişdirilməlidir.
10.4.7.4 Doldurma və boşaltma şkafı otağı daima işləyən, müstəqil, havanı on
dəfələrlə dəyişən, sorucu ventilyasiya şəraitində istismar edilməlidir. Ventilyatorun
qanadları rəngli, turşu və qələvi-metalların təsirinə davamlı olmalıdır. Ventilyatoru
işə salmadan cərəyan doldurulmasına icazə verilmir. Doldurma tamamlandıqdan
sonra cərəyan dərhal söndürülməlidir.
10.4.7.5 Akkumliyator otağında akkuliyatorla yanaşı digər avadanlıqların
təmiri, bir otaqda qələvi və turşu akkumliyatorların quraşdırılması o cümlədən
nasaz elektrokara cərayan doldurulması qadağandır. Cərəyan doldurma otağında o
elektrokarlar yerləşdirilə bilər ki, onlar doldurula bilir. Eyni müddətdə otaqda neçə
elektrokarın yerləşdiriləbilməsi təlimatla müəyyənləşdirilir.
10.4.7.6 Elektrokar və avtoyükləyicilərin dayanacağı qarajda, talvar altında
yaxud xüsusi ayrılmış meydancada təşkil edilir. Elektrokar və avtoyuklyici
qarajdan çıxan zaman ciddi baxışdan keçirilməlidir. Bu zaman avtoyükləyicidə
benzin xəttinin, boğucunun, mühərrikin sürtkü sisteminin, hidrovlik sistemin,
elektrokarda isə elektrikavandanlığının saz vəziyyətdə olmasına diqqət yetirmək
lazımdır. Nasaz nəqliyyat işə buraxılmır.
10.4.7.7 Yanar və tez alışan qablaşdırmaların saz çalışan qığılcım söndürəni
olmayan,daxili yanma mühərrikləri ilə çalışan avtoyukləyicilərlə daşınmasına
icazə verilmir.
10.4.7.8 Elektrokarlar və avtoyukləyicilər elə yerləşdirilməlidir ki, giriş,
keçid və yanğın sondürmə vasitələrinə yanaşma sərbəst mümkün olsun. Otağın
gözəçarpan yerində elektrokar və avtoyükləyicilərin yerləşdirilmə sxemi olmalıdır.

10.4.8 Antikorroziya sexləri

10.4.8.1 Benzin, həlledicilər, yapışqanlar, laklar, boyalar gündəlik təlabat


normasını ötməyən miqdarda metal qablarda və ya xüsusi qablaşdırmalarda xüsusi
anbarda saxlanılmalıdır. Saxlanc miqdarını göstərən cədvəl anbardan asılmalıdır.
178
10.4.8.2 Antikorroziyon tərkiblər, xüsusi ilə tezalışan həlledici tərkibi olanlar,
izolə olunmuş, yanmayan otaqda hazırlanır.
10.4.8.3 Boya, lak, yapışqan və həlledicilər saxlanılan, hazırlanan və tədbiq
edilən, otaqlarda, otağın aşağı və yuxarı hissəsində giriş deşiyi olan sorucu
ventilyasiya quraşdırılmalıdır.
10.4.8.4 Metalın, yapışqandan, yağdan, boyadan, piydən və köhnə örtükdən
təmizlənməsini tezalışan həlledicilərlə deyil, yanmayan tərkiblə, təzyiqi 250-300
kpa(2,5-3 atm) olan iti su buxarı ilə təmizləmək lazımdır.
10.4.8.5 Köhnə örtüklərin, bəzən yağ və piyin təmizlənməsində istisna
hallarda baş mühəndisin icazəsi ilə odluqla yandırılması ilə görülür. Yanma bu
məqsədlə ayrılmış xüsusi yerdə aparılmalıdır.
10.4.8.6 Yapışqanın çəkilməsindən öncə saçaqlı işçi fırcanın metal elementi
olmamasına və təmiz olmasına baxılmalıdır. Yapışqan sürtülmüş metalı benzinin
tam buxarlamasına qədər şotka və digər qığılcım verə biləcək alətlə mühafizə
etmək olmaz.
10.4.8.7 Stol və inventarları mexaniki üsulla, sabun-soda və ya digər
yanmayan məhlullarla təmizləmək lazımdır.
10.4.8.8 Lak, yapışqan və digər yanar maye hopdurulmuş silmək üçün
materialı və əsgini kip qapanan qapaqlı dəmir qutuya qoyaraq növbə sonu
yığışdırmaq lazımdır.
10.4.8.9 Ən çox miqdarda rezin kley, rezin və bakelit lakı işlənən
yapışqançəkmə və bakelit emalatxanasında qadağandır:
a) Lak və yapışqanla işi yararsız və ya qoşulmamış ventilyasiya
şəraitində aparmaq;
b) Emalatxanada işin sonunda lak və ya yapışqan qutusu yaxud
işlənməmiş lak və yapışqan saxlamaq; onları anbara yığmaq lazımdır.
c) Xüsusi geyimi, lak qutusunu, yapışqan, fırça və əsgi materialını
dəzgah qutusunda saxlamaq;
d) Lakla yapışqanla yerlə birləşməsi olmayan, yaxud nasaz yerləbirləşmə
sistemi olan dəzgahlarda iş;
e) Otaqda bucakların itilənməsi və qığılcım verən ələtlərdən istifadə.
10.4.8.10 Antikorrozyon lak yaxud asanalışan həledici tərkiblə örtülmüş
məmulatın qurudulması zamanı ucucu həlledicidən hazırlanmış məmulatın
qurudulması təlimatını yerinə yetirmək lazımdır.
10.4.8.11 Lakla örtülmüş avadanlıqların və lak qablarının açıq alovla daxildən
işiqlandırılması partlayış səbəbindən qadağandır. Bu cürə işiqlandırma üçün
partlayış mühafizəli daşınan işiqlandırıcı, yaxud partlayış mühafizəli akkumliyator
fonarından istifadə olunur.
10.4.8.12 Lehimləmə işləri xüsusi ayrılmış sahədə aparılmalıdır.
10.4.8.13 Antikorroziya örtük sexi stasionar və səyyari kopüklə söndürən
qurğu və normaya uyğun ilkin sondürücü vasitə ilə təchiz olunmalıdır.

179
10.5 Təmir və odlu işlər

10.5.1 Açıq odun tədbiqi ilə əlaqəli təmir işlərinin təşkili

10.5.1.1 Açıq odla iş gördükdə məsuliyyət odla iş görülən ərazinin yaxud


otağın yerləşdiyi müəssisə, sex, laboratoriya, emalatxana, anbar, sahə, qurğu və
təsərrüfat rəhbərliyinin üzərin qoyulur.
10.5.1.2 Odla görülən işlərə açıq alovun tədbiqi, qığılcım əmələgətirən və
temperaturun material və ya konstruksiyanın alovlanmasına gətirib çıxardacaq
istehsalat əməliyyatları daxildir.
10.5.1.3 Odla görülən iş yerləri müvəqqəti və daima ola bilər. Daima yerlər,
xüsusi avadanlıqlar və yanğından mühafizə vasitələri ilə təchiz edilmiş
emalatxanalarda yaxud açıq meydanda ola bilər. Müvəqqəti odla görülən işlər
müəyyən otaqda yaxud müəssisə ərazisində avadanlıq təmiri və ya kommunikasiya
quraşdırılması yaxud tikinti konstruksiya məqsədi ilə ola bilər.
10.5.1.4 Kimya sənayesinin ərazisində və bütün otaqlarında odla görulən işlər
partlayış təhlükəli və partlayış-yanğın təhlükəli obyektlərdə odla işlərin təhlükəsiz
görülməsinin təşkili nümunəvi təlimatının tələblərinə, xalq təsərrüfatı
obyektlərində qaynaq və başqa odla görülən işlərin yanğın təhlükəsizliyi Qaydaları
və bu bölmənin qaydalarının tələblərinə uyğun aparılmalıdır.
10.5.1.5 Odla görülən işlərə xüsusi hazırlıq keçmiş, imtahan vermiş və ixtisas
vəsiqəsi almış şəxslər buraxılır.
10.5.1.6 Kimya sənayesi ərazisi və otaqlarında şəxslər odla işlərin
görülməsinə, hətta, qəza zamanında belə, xüsusi icazə yazıldıqdan sonra
buraxılırlar.
10.5.1.7 Odla işin görülməsinə sex rəisi(rəisin istehsalat üzrə muavini),
habelə bu işin yerinə yetirilməsinə hazırlığa və işin görülməsinə məsul olan şəxs
qol çəkir. Ancaq icazədə göstərilən hazırlıq işləri yerinə yetirildikdən sonra icazəni
müəssisənin baş mühəndisi (onun istehsalat üzrə müavini) yaxud istehsalat üzrə
rəis təsdiq edir. Yanğın təhlükəsizliyinin və odla işin görülməsi üçün ilkin
yanğınsöndürmə vasitələrinin təminatı baxımından icazə müəssisənin yanğın
nəzarəti ilə razılaşdırılır.
10.5.1.8 İcazəni bir iş növbəsinə və odla işin hər bir növünə ayrıca yazırlar.
Əgər iş tam yerinəyetirilməyibsə o, zaman icazə bir növbədən artıq olmayaraq
uzadılabilər.
10.5.1.9 Odla iş iki yerə bölünür: hazırlıq işləri və odla görüləsi işin yerinə
yetirilməsi.
10.5.1.10 Obyektdə odla işin görülməsinə hazırlıq üçün, işin təhlükəsiz yerinə
yetirilməsi məqsədi ilə ancaq bu sexin mühəndis-texniki işçilərindən obyektdə
partlayış təhlükəsi və partlayış yanğın təhlükəsi qaydalarını yaxşı bilən məsul şəxs
təyin edilir.
10.5.1.11 Odla işin görülməsinə məsul şəxs daima odla işin yerin yetirildiyi
yerdə olmalı, işin görülməsinə nəzarət etməli və işin görülməsi üçün icazə sənədi
yanında olmalıdır. İcraçılar odla işin təhlükəsiz görülməsi barədə
təlimatlandırılmalıdırlar. Odla işin yerinə yetirilməsinə ancaq icazədə göstərilən
180
hazırlıq tədbirləri yerinə yetirildikdən və odla işin görülməsinə məşul şəxsin
göstərişlərini yerin yetirdikdən sonra başlamaq olar. Növbə rəisi odla görülən işi,
təhvil-təslim jurnalında qeyd edir.
10.5.1.12 Sex rəisi odla işin hazırlanmasına və görülməsinə məsul şəxslə
birlikdə təhlükə zonasını dəqiq müəyyən etməli orada lazımı xəbərdar edici işarə
və qeydiyyat aparmalıdır. Qaynaq, kəsmək, qızdırılacaq və sairə yer təbaşir, boya,
birka yaxud digər tanıdıcı işarə ilə qeyd olunur.
10.5.1.13 Təmirdə və ya təmizləmədə olan bütün avadanlıq və
kommunikasiyalarda işin yerinə yetirilməsi müddətində daima “ Avadanlıq
təmirdədir” yaxud “ Boruxətti təmirdədir” xəbərdaredici plakatı asılmalıdır.
Xəbərdaredici plakatı ancaq sex rəisi və ya mexannikinin icazəsi ilə çıxartmaq
olar. Xəbərdaredici plakatı olan aqreqat, avadanlıq yaxud kommunikasiyanı işə
salmaq qadağandır.
10.5.1.14 Partlayış təhlükəli yerlərdə təmir apararkən partlayış mühafizəli
alətlər tədbiq edilir.
10.5.1.15 Odla görülən iş yerlərinin ətrafı yanar materiallardan, qaynaq
olunan nöqtənin, döşəmənin üstündən yaxud ona yaxın ərazinin səviyyəsindən asılı
olaraq 1 cədvəlində göstərilən radiusda təmizlənməlidir.
Cədvəl 1
Qaynaq Mühafizə olunmayan Qaynaq Mühafizə
nöqtəsinin yanar materiallara və onların nöqtəsinin olunmayan yanar
döşəmə səthlərinə qədər olan döşəmə materiallara və onların
səviyyəsindən maksimal məsafə, m səviyyəsindən səthlərinə qədər olan
hündürlüyü, m olan maksimal məsafə, m
Qaynaq Kəsmə hündürlüyü, Qaynaq Kəsm
zamanı zamanı m zamanı ə zamanı
0 5 7 7 11 13
2 7 9 10 13 15
5 9 11

10.5.1.16 Göstərilən radiusdan kənarda yerləşən yanar konstruksiyalar


qığılcım ekranı, azbest örtük, metal lövhə yaxud digər yanmayan materialla
mühafizə olunmalıdır. Yanar konstruksiyalar su ilə isladılmalıdır. Odla iş görən
zaman hamar döşəmə üzərinə qığılcım sıçramasından ehtiyatlanmaq üçün
döşəməyə nəm oxantı tökmək tövsiyyə olunur.
10.5.1.17 Odla iş görülən yer yanğınsöndürən vasitələrlə(yanğınsöndürən,
qutuda qum, lopatka və vedrə su ilə) təchiz edilməlidir.
10.5.1.18 Odla işin görülməsinə verilən icazədəki tələblərin və təhlükəsizlik
qaydalarının pozulduğu halda yanğın təhlükəsizliyi nümayəndəsinin, təhlükəsizlik
texnikası xidmətinin və qazxilasetmə xidmətinin birinci tələbində odla görülən işi
dayandırmaq lazımdır, qəza zamanı isə qəza haqqında məlumat daxil olan kimi
odla iş görmə dayandırılır.

181
10.5.1.19 Odla iş görən şəxs, yanma başladığı an yaxud yanma zamanı dərhal
yanğınsöndürən hissəni çağırmalı və yanmanın qarşısının alınması üçün əldə olan
ilkin yağın söndürmə vasitələrindən istifadə etməlidir.
10.5.1.20 Odla iş görüldükdən sonra sex rəisi yaxud onun müavini odla işin
görülməsinə məsuliyyətli şəxslə birlikdə iş yerini,(xüsusi ilə cədvəl 5.1-də
göstərilən radiusda) mümkün közərmə yerlərini, yanma və təhlükəsizlik qaydasının
pozulmasını yoxlamalıdır. Odla iş qurtardıqdan sonra 3-5 saat müddətində odla iş
görülən yer yoxlanılmalıdır. Odla iş görülməsinə icazə sənədi iş görülən sexin
rəisində saxlanılır.

10.5.2 Tutumların və qurğuların daxilində təmir işləri

10.5.2.1 İcərisində, hava ilə qarışığı partlayış təhlükəsi yarada biləcək yanar
maye buxarı və qaz olan yaxud yarana bilər tutum və qurğular(reaktorlarda,
çənlərdə, sisterinlərdə, quyularda, kollektorlarda və s.) daxilində açıq odla təmir
işləri, təmir işi görülən sexin mühəndis-texniki heyətinin rəhbərliyi altında aparılır.
10.5.2.2 Aparat daxilində açıq odla iş aparan icracı həmin aparatda olmuş
maddənin fiziki-kimyəvi, zəhərli, partlayış və yanğın təhlükəlilik xüsusiyyətlərini
və onunla işləməyin təhlükəsizlik qaydalarını bilməlidir.
10.5.2.3 Təmizləmə yaxud təmir məqsədi ilə aparata baxmaq üçün aparat
daxili təzyiqi atmosfer təzyiqinə qədər azaltmalı yaxud vakkumu söndürməli,
aparatdan istehsal məhsullarını çıxartmalı və aparatı bütün kommunikasiyalardan
qapayıcı vasitəsilə ayırmaq lazımdır. Növbə rəisinin jurnalında yaxud qurğunun
xüsusi jurnalında kommunikasiyalardan qapayıcının çıxarılması haqda qeydiyyat
aparılmalıdır. Aparatda olmuş məhsulun xüsusiyyətindən asılı olaraq aparatı,
təsirsiz qazla üfürmək, iti su buxarı ilə yumaq yaxud qaynar suda kaustik soda və
təmiz hava ilə üfürmək lazımdır. Bu zaman bütün deşiklər və bacalar maksimum
sayda açıq olmalıdır.
10.5.2.4 Hər aparatın üfürmə, buxar vermə və yayılmasının minimal vaxtı, o
cümlədən bu məqsədlə işlənən maye yaxud qazın adı texnoloji təlimatda göstərilir.
Bu əməliyyatın bitməsi hava mühitində laboratoriya analizinin aparılması ilə
müəyyənləşdirilir.
10.5.2.5 Bütün hazırlıq tədbirləri istismar personalları tərəfindən xüsusi
ayrılmış mühəndis-texniki işçilərin rəhbərliyi altında görülür hansı ki, onların
icazəsi olmadan aparat daxilində işin aparılması qadağandır. Zavodun xüsusi
təlimatında hazırlıq işlərinin görülməsinə məsul vəzifəli şəxslərin siyahısı
göstərilir.
10.5.2.6 Aparatı təmirə hazırladıqdan və dəqiqliklə yoxladıqdan sonra iki
nüsxədən ibarət baxış aktı tədbiq olunur. Aktda təmirə hazırlıq işi aparanın, aparatı
yoxlayan şəxsin soy adı və tutumdakı hava mühitinin analiz nəticələri göstərilir.
Aktın bir nüsxəsi işi yerinə yetirənə verilir digəri sexin içində saxlanılır.
10.5.2.7 Təmir olunan tutuma birləşən bütün əksər kommunikasiyalara
quyruqlu qapayıcı qoyulur. Qüsur cədvəlində qapayıcı qoyulan yerlər
göstərilməlidir. Kənardan maye və qazın daxil olmasının qarşısını almaq üçün
qapayıcılar araqatı ilə qoyulur.
182
10.5.2.8 Təmirə dayandırılan aparat ümumi sorucu sistemlə yerli sorucu
ventilyasiyaya, digər aparatlarla birgə birləşdirilibsə onda o, ayrılmalı yaxud
qapadılmalıdır. Təmir olunan aparat ayrıca statsioner yaxud müvəqqəti
ventilyasiya sistemi ilə ventilyasiya olunmalıdır.
10.5.2.9 Təmirdən qabaq və təmir işlərinin aparıldığı müddətdə otaqda və
aparat daxilində müntəzəm olaraq havada yanar maye buxarının və qaz iştirakı
analiz edilməlidir. İstisna hallarda(yüksək partlayış təhlükəli otaqda) aparat
quraşdırılan otaqda və ya aparat daxilində hava mühitinə nəzarət fasiləsiz
statsioner qaz analizatorlarının köməyi ilə aparılmalıdır.
10.5.2.10 Aparat daxilində və otaqda havanın tərkibində yanar maye
buxarının və qazın konsentrasiyası buraxılan sanitar norma həddindən çoxdursa
təmir işi təcili dayandırılır. Təmir işi qazlaşmanın səbəbi aşkarlandıqdan, qazın və
ya buxarın sızmasının qarşısı alındıqdan və normal hava mühiti yarandıqdan sonra
bərpa oluna bilər.
10.5.2.11 Tutum daxilində və təzyiq altında olan borularda odla işə Dağ
Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən verilmiş xüsusi vəsiqəsi olan
qaynaqçılar buraxılırlar.
10.5.3 İstehsalat otaqlarında təmir işləri.

10.5.3.1 Yanğın və partlayış təhlükəli sexlərdə açıq odla təmir işlərinə, bu


məqsədlə ayrılmış xüsusi yerlərdə bu işlərin görülməsi mümkün olmadığı, istisna
hallarda buraxılır. Qəza halları istisna olmaqla bu işlər partlayış yaxud yanğın
qorxusu yaratmırsa və texnoloji reqlamenti inkar etmirsə, ancaq o hallarda, gündüz
vaxtları, baş mühəndisin icazəsi ilə aparılır.
10.5.3.2 Fəaliyyətdə olan sexlərdə təmir işləri apararkən yanğın təhlükəli
qazlar və tozların sexin hava mühitində yayılmasına , yaxud yanar mayenin
tökülməməsinə qarşı tədbirlər görülməlidir. Sexdə odla iş aparılması müddətində
aparatın lyukunun və qapağının açılması ilə partlayış təhlükəli konsentrasiya
əmələgəlməsinə gətirib çıxardacaq məhsulun axıdılması, acıq lyukdən yüklənməsi,
habelə əməliyyat aparılması qadağandır.
10.5.3.3 Təmir işləri yerinə yetirilərkən aparatlarda, iş yerinə yetirilən
kommunikasiyalarda və təhlükəli zonalarda, xüsusi ilə odla iş görülən yerlərdə
hava mühitində vəziyyətə fasiləsiz nəzarət edilməlidir. Havada yanar buxar və qaz
konsentrasiyasının buraxılabilən hədd qatılığından(BHQ) yüksək olduğu halda
təmir işi dayandırılmalıdır.
10.5.3.4 Fəaliyyətdə olan sexdə təmir zamanı şəraitdən asılı olaraq hava
yaxud su pərdəsi, yerli ventilyasiya, daşınan ventilyasiya aqreqatı, təmiz hava
toplanmış təmir edilən avadanlıq sığacaq germetikləşdirilmiş müvəqqəti kabinə
istifadə olunmalıdır.
10.5.3.5 Qazqaynaq işlərində istifadə olunan asetilen generatoru qaydaya
uyğun olaraq istehsalat otağından kənarda yerləşdirilməlidir. Asetilen
generatorunun müvəqqəti odla iş görülən otaqda quraşdırılması otağın ölçüsü 300
m3-az olmadığı, yaxşı ventilyasiya olunduğu və asetilen generatorunun 4kq-dan
çox olmayan kalsium karbitlə yükləndiyi və generator fərdi su sürgüsü vasitəsi ilə
ikidən çox olmayan odluqla birləşdirildikdə mümkündür. Generatorun işlədiyi
183
müddətdə onun daxilində asetilenin təzyiqi, havanın sorulmasındam qaçmaq
baxımından atmosfer təzyiqindən yüksək olmalıdır.
10.5.3.6 Odla iş görülən otaqlarda aşağıdakı tədbirlərin görülməsi məcburdur:
oddan təhlükəli qaz və buxarların bu işlərin görüldüyü yerə sızmasını mümkünsüz
etmək; meydançanın, texnoloji avadanlıqların və tikinti konstrusiyalarının oddan
təhlükəli məhsullarla(toz, qətran və s.) çırklənməsindən təmizləmək; qığılcımın
çökək yerə, qanova habelə mərtəbə arası örtüyün oyuğuna və digər qurğuya
düşməsinə yolverməmək, hansı ki, orada yanar maye yaxud onların buxarı ola
bilər; pəncərənin, nəfəsliyin açılması ilə təbii havalandırmanı və otağın
havalandırma sistemini gücləndirmək.
10.5.4 Açıq meydançalarda təmir işləri

10.5.4.1 Açıq meydançalarda açıq odun tətbiqi ilə aparılan təmir işləri
zamanı oddan təhlükəli qazın və yanar maye buxarın işin aparıldığı yerə daxil
olma imkanı tamami ilə yox edilməlidir; Odla işin yerinə yetirildiyi meydançadan
və qaynaq aqreqatının yerləşdiyi yerdən 15m məsafəyə ərazi zibillərdən və yanar
mayelərdən təmizlənməlidir; Yanar mayenin töküldüyü yerə quru qum və ya 5 sm-
dən az olmayan qalınlıqda torpaq tökülməlidir; Odla işin görüldüyü yerdən 5m
radiusdan yaxında quru ot olmamalıdır.
10.5.4.2 Ağac tikinti materialları üstündə və ağac körpü konstruksiyalarının
altında odla iş görüldükdə qığılcımdan mühafizə məqsədi ilə bu materialların üstü
dəmir lövhə və ya asbestlə örtülməlidir. Bundan əlavə qığıcımların horizontal
dayanmayan ağac konstruksiyalarada düşməməsinə qarşı ölçü götürülməlidir. Bu
ağac materiallar tikinti zibillərindən diqqətlə təmizlənməlidir. Bundan əlavə tikinti
işləri zamanı yanğın təhlükəsizliyi tələblərinə müvafiq digər tədbirlərdə
görülməlidir.
10.5.4.3 Yanar konstruksiyalı bina və qurğulardan 5m-dən az məsafədə odla iş
görüldükdə, həmin obyektlər qığılcım düşməsindən dəmir lövhə və ya azbestlə
mühafizə olunmalıdır.
10.5.4.5 Müəssisə ərazisində açıq odun tədbiqi ilə təmir işlərinin aparılması
zamanı məsafə aşağıda göstərildiyindən yaxın olmamalıdır: doldurma və boşaltma
istehsal əməliyyatında doldurma boşaltma estakadasından 100 m-dən; bu istehsal
əməliyyatı olmadıqda 50 m-dən; asanalışan maye saxlanılan çəndən, çən
parkından, qazkompressorundan, fəaliyyətdə olan aparatlardan, qazqolderlərindən
40 m-dən ; yanar maddələrin mümkün sızmalarından, siyirtmələr, birləşmələrdən,
kanalizasiya quyuları və navalçalarında 20 m-dən. Göstərilən məsafədən yaxın
olan kanalizasiya quyu və navalçaların qapağının üstü 5 sm qalınlığında torpaqla
örtülməlidir.
10.5.4.6 Quyu və xəndəklərdə təmir işini başlamazdan qabaq orada(havanın
analizi yolu ilə) aşanalışan yanar maye, yanar qaz və buxarın olmamasına əmin
olunmalıdır.
10.5.4.7 Yanar maye və qaz transportirovkası(daşınması) üçün boru
kəlmərləri təmirdən əvvəl aparatlardan, çənlərdən, nasos və kompressor
stansiyalarından və siyirtmə birləşmələrindən ayrılmalı, yanar maye və qazlardan
boşaldılmalı, su və buxarla yuyulmalıdır.
184
10.5.4.8 Bəzi hallarda boru kəmərini ayrı-ayrı sahələrdən yaxud aparatdan
ayırmaq mümkün olmadıqda, onda təmir olunan yerdə boru kəmərinin hər iki
tərəfindən 1m-qədər uzunluqda gil tıxacla qapamaq lazımdır. Gil tıxacla qapama
işi təmir işini aparan məsul şəxsin nəzarəti altda aparılmalıdır. Odla təmir işi
qurtartıqdan sonra gil tıxacı su vasitəsi ilə çıxarılır.
10.5.4.9 Təmir gedən ərazidə yanğın təhlükəli məhsulun qurğudan havaya
yaxud drenaj kanalizasiyasına buraxılması baş veribsə təmir işini təcili
dayandırmaq lazımdır.
10.5.4.10 Təmir gedən müəssisə ərazisində materiallarla qalaqlayaraq yolu,
keçidi, binanın girişini, yanğın hidrantı və sututumuna habelə yanğınsöndürmə
vasitələrinə, yanğın kranı və rabitə vasitələrinə yaxınlaşmanı tutmaq olmaz; yanğın
nəzarətinin icazəsi olmadan yanğın söndürmə vasitələrinin(yanğınsöndürən, qum
qutusu, vedrə, lopatka və s.) habelə plakat və yanğın xəbərdaredici yazıları
çıxarmaq, yığışdırmaq yaxud yerini dəyişmək olmaz.
10.5.4.11 Qaz sızması mümkün olan yerlərdə siqaret çəkmək, polad alətlərlə
işləmək, metal məmulatların biri-birinə yaxud daş üzərinə zərbə ilə dəyməsi metal
hissələrin alətlərin üzərinə atılması qığılcım əmələ gəlməsi baxımından
qadağandır.
10.5.5 Odlu işlərin aparıldığı daimi yerlər
10.5.5.1 Odla aparılan daimi iş yerləri ola bilər:
a) obyektin ümumi istehsalat meydançasından yaxud ərazisindən
arakəsmələrlə ayrılmış xüsusi meydançalar. Meydança üçün yerin seçilməsinə bu
qaydaların 10.5.4.4 bəndində nəzərdə tutulan müvəqqəti odla işlərin aparılması
üçün yanğına qarşı aralar gözlənilməlidir. Meydançada “ Qaynaq meydançası”
nişanı asılmalıdır və orada odla iş aparılmasına cavabdeh şəxs göstərilməlidir;
b) yanmayan materialdan hazırlanmış hər iş yerinin sahəsi 4x2 m olan
mexaniki və təmir sexində(emalatxanada) yerləşən xüsusi kabinə;
c) qaynaq işləri üçün avadanlıqla təchiz olunmuş otaq.
10.5.5.2 Odla işlərin aparıldığı daimi meydança və otaq, tərkibinə texniki
təhlükəsizlik işləri üzrə nümayəndə, yanğın mühafizəsi, qazxilasetmə xidməti, sex
yaxud sahə rəisi daxil olan və müəssisənin baş mühəndisinin rəhbərliyi etdiyi
komissiya tərəfindən müəyyənləşdirilir.
10.5.5.3 Odla işlərin aparıldığı daimi yerlər müəssisə rəhbərinin əmri ilə elan
olunur. Həmin əmrlədə müəssisənin mühəndis-texniki işçilərindən işlərin
təhlükəsiz aparılmasına cavabdeh şəxs təyin edilir.
10.5.5.4 Yanğınəlehinə müvafıq normada təchiz olunmuş xüsusi meydança və
emalatxanalarda aparılan daima odla görülən işlər təsdiq edilmiş təlimata uyğun
yerinə yetirilir.
10.5.5.5 Hər bir odla işlərin aparıldığı daimi yerlər ilkin yanğınsöndürmə
vasitələri və yanğın təhlükəsizliyi təlimatı ilə təchiz edilməlidir.
10.5.5.6 Sexin və qurğunun yaxınlığında qəza vəziyyəti yarandığında dərhal
odla aparılan iş dayandırılmalıdır.

185
10.5.6 Aparat və sexin təmirdən sonra işə salınması

10.5.6.1 Təmir işi qurtardıqdan sonra təmir olunan aparatın yerini, yaxud
sexi, materialların qalıq tullantılarından, zibildən, taxtabəndlərdən, qaldırıcı
vasitələrdən və s. təmizləmək, statsionar yanğın söndürən və siqnolizasiya
qurğularının sazlığını yoxlamaq lazımdır.
10.5.6.2 Sex yaxud aparat təmirdən sonra istismara müəssisənin baş
mühəndisin yaxud istehsalat rəisinin bu haqda tərtib etdiyi akt əsasında qəbul
edilir. Təmirdən sonra, aparatın qoşulması yaxud sexin işə salınması sex rəisinin
və onun muavinin yazılı sərəncamı əsasında aparılır.
10.5.6.3 Təcrübə və tənzimləməyə başladıqda mövcud texnoloji təlimatları,
yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası təlimatlarını iş yerindən asmaq
lazımdır.

10.6 Yanğınların və qəzaların qarşısının alınması zamanı idarənin


texniki işçilərinin, yanğın mühafizə və qazxilasetmə xidmətinin birgə
hərəkəti

10.6.1 Qəzaların qarşısının alınması

10.6.1.1 Hər qaz-partlayış və yanğın təhlükəli istehsalat, sex, qurğu, lazım


gəldikdə bütünlükdə müəssisə üçün, müəssisələrdə qəzaların qarşısının alınması
plan Təlimatına uyğun, qəzaların qarşısının alınması planı işlənib hazırlanmalıdır.
10.6.1.2 Partlayış yaxud yanğın qorxulu qəzalara aid olan qəzalar, aparat və
ya kommunikasiyalarda yanar maye yaxud qazın kəsilməsi halları habelə havada
yanar buxar və qazın miqdarının 20 % və daha çox alışmaya yaxın konsentrasiya
həddinə çatması ilə müşahidə olunan qəza halları aiddir.
10.6.1.3 Yanğın törənməsinə gətirib çıxarmayan qəzaların qarşısının
alınmasına rəhbərliyi baş mühəndis yaxud müəssisənin direktoru etməlidir.
10.6.1.4 Qəzanın qarşısının alınmasına, rəhbərin qəza yerinə yetişməsinə
qədər dispetçer, müəssisə üzrə növbətçi, sex rəisi yaxud növbə rəisi rəhbərlik edir.
10.6.1.5 Qəzanın qarşısının alınması işinə rəhbər qəzanın qarşısının düzgün
alınması işinə, qəza rejiminə nəzarətin vaxtında həyata keçirilməsinə, yanğın
təhlükəsinə qarışı tədbirin görülməsinə cavabdehdir. O, hətta qəzanın qarşısının
alınmasında iştirak edən işçilərin təhlükəsizliyinə məsuliyyət daşıyır.
10.6.1.6 Partlayış yaxud yanğın qorxulu qəza baş verən hallarda, qurğu, sex
rəisi yaxud digər cavabdeh işçi sexdə, habelə zərurət yarandıqda bütün müəssisədə
qəza vəziyyəti elan etməli, bu barədə dispetçerə və müəssisə rəhbərliyinə məruzə
etməlidir.
Bu halda vacibdir:
a) qəzada zərərçəkmişlərə ilkin yardım göstərmək; qəza işi ilə əlaqəsi
olmayan fəhlə və mühəndis-texniki işçiləri otaqdan sexdən yaxud qurğunun
təhlükəli zonasından kənara çıxarmaq; qəza yerinə giriş qəzanın tam aradan
götürülməsinə qədər ancaq qurğu, sex rəisinin yaxud dispetçerin icazəsi ilə həyata
keçirilir;
186
b) təcili yanğınsöndürən hissəni, qazxilasetmə xidməti və tibbi xidməti
cağırmaq və yanğınsöndürmə vasitələrini hazır vəziyyətə gətirmək;
c) qəza yerində və ona bitşik otaqlarda odun tədbiqi ilə əlaqəli bütün işləri,
qəzanın qarşısının alınması ilə əlaqəsi olmayan, təhlükəli işləri(təmir, təmizləmə,
avadanlıqların söküllüb yığılması, aparatların boşaldılması və s.) dayandırmaq;
10.6.1.7 Qəza vəziyyəti, ancaq qəza yerində bütün avadanlıqların texniki
vəziyyətinin tam araşdırılması, kommunikasiyalarda və qəza yeri ilə əlaqədar
yerlərdə partlayış təhlükəli və insan orqanizması üçün təhlükəli istehsalat
məhsulları konsentrasiyalarının yoxluğu təkrar analiz olunaraq yoxlandıqdan sonra
ləğv ola bilər.
10.6.1.8 Qəza yerinə yanğın mühafizə heyəti gəldiyində qəzanın qarşısının
alınması işinə rəhbər yanğın heyətinin rəisinə məruzə edir:
a) qəza nəticəsində xəsarət alanlar;
b) qəzanın yeri, ölçüsü və xarakteri;
c) görülmüş tədbirlər və qazanın qarşısının alınması yerində olan insanların
sayı;
d) qəza sonunda başverəbiləcək(partlayış, yanğın, zəhərlənmə və s.) nəticələr;
e) yanğın mühafizəsinin vacib köməyi.
10.6.1.9 Qəzanın qarşısının alınması işinə rəhbər, lazım gəldikdə qəzanın
qarşısının alınması üçün yanğınsöndürmə işində birbaşa iştirak etməyən, hadisə
yerinə gələn, yanğınsöndürmə bölməsinin şəxsi heyətini yanğın söndürmə işinə
cəlb edə bilər.
10.6.1.10 Qəza yerinə gələn yanğınsöndürmə bölməsinin böyük, rəisinin
vəzifə borcudur:
a) qəzanın qarşısının alınması işinə rəhbərdən 6.1.8 bənddindəki suallarla
əlaqədar məlumat olmaq;
b) mühafizə vasitələrinin və təhlükəsiz alətlərin tədbiqi ilə qəzanın lokalizə və
ləğv edilməsinə qarşı tədbir görmək;
c) qəza vəziyyətinə işlənib hazırlanmış təlimata uyğun istehsalat avadanığının
işini dayandırmalı, yaxud onu qəzanı lokalizasiya və qarşısını alabiləcək vəziyyətə
gətirməyi təmin etməli;
d) qəza rejimi zonasında yerləşən aparatlardan asan alışan və yanar mayeləri
mümkün olduğu qədər cıxarmaq və mümkünsə aparatda təzyiqi aşağı salmaq;
e) lazım gələrsə qəza ventilyasiyasını işə salmaq və otağın güclü təbii
havalandırmasını təşkil etmək;
f) qəza yerində qazlanmış ərazi və qonşu sahədə, qəzanın nəticəsinin tamam
aradan qaldırılmasına qədər, qəza xidməti nəqliyyat vasitələrindən başqa, bütün
nəqliyyat vasitələrinin hərəkətini qadağan etmək;
g) qəza olan və ona birləşmiş otaqlarda qurğu və sexlərdə profilaktiki nəzarəti
gücləndirmək.
Digər hər bir xüsusi hallarda qəzanın qarşısının alınması tədbirlərini, yaranmış
şəraitdən təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi tədbiri baxımından
qəzanın qarşısının alınması işini rəhbər müəyyənləşdirir.

187
h) insanların xilas olunması üçün lazımı tədbirlər görmək, sexdə qalan
insanların sayı haqda məlumatı dəqiqləşdirmək, qəzanın qarşısının alınması işi
üzrə məsul rəhbərin razılığı ilə qəza yerinə əlavə baxış keçirtmək;
i) qəza nəticəsində baş verəbiləcək yanğının qarşısının alınması üçün güc və
vasitələri hazırlamaq;
j) yanğın baş berəbiləcəyi mümkün xəbərdaredici tədbirləri izləmək.

10.6.2 Yanğınların qarşısının alınması

10.6.2.1 Müəssisənin fəhlə və qulluqçuları, yanğın, tüstülənmə və digər


yanğına səbəb ola biləcək əlamət gördükdə vəzifə borcudur:
a) Təcili, telefon yaxud yanğınxəbərdar edici vasitəsi ilə yanğınsöndürmə
hissəsini çağırmaq;
b) Baş operatoru, sexin növbə rəisini, yanğın yerinə çağırmaq;
c) Yanğının yayılmasının və qarşısının alınması haqda tədbirlər görmək.
10.6.2.2 Yanğın yerinə gələn, yanğınsöndürmə hissəsinin çağırılmasından
əmin olan baş operatorun və sexin növbə rəisinin vəzifə borcudur:
a) Təcili müəssisə rəhbərliyini məlumatlandırmaq, yanğının qarşısının
alınması ilə məşğul olmayan fəhlə və mühəndis texniki işçiləri otaqdan, sexdən və
təhlükəli zonadan kənara çıxarmaq;
b) Yanğınsöndürmə hissəsinin qarşılanmasını təşkil etmək onlara yanğın
mənbəyinə yaxınlaşmanın qısa yolunu tapmağa və oraya söndürücü vasitənin
tuşlanmasına kömək göstərmək;
c) Lazım gəldikdə, texnoloji reqlamentə görə mümkünsə, elektrik cərəyanını
söndürmək, nəqledici qurğunu, aqreqatı, aparatı dayandırmaq, xammal, qaz buxar
və su kommunikasiyalarını bağlamaq, qəza otağı və ona bitişik otaqlarda
ventilyasiya sistemini dayandırmaq və yanğının yayılmasının qarşısını ala biləcək
digər tədbirləri görmək;
d) Yanğının qarşısının alınması işindən başqa bütün digər işləri dayandırmaq;
e) Yanğının qarşısının alınması işində, yanğın söndürmə rəhbərinin və ştabın
göstərişi ilə iştirak etmək.
10.6.2.3 Yanğınsöndürmə bölməsi gələnəqədər, yanğının söndürülməsinə
ümumi rəhbərliyi sex rəisi, onun müavini, növbə rəisi yaxud baş operator edir.
Sadalanan şəxslərin vəzifə borcudur:
a) İnsanların həyatı təhlükkəsi varsa bütün güc və vasitələrdən istifadə edərək,
onların oradan xilas etmək;
b) Yanğının söndürülməsi işinə rəhbər, yanan obyektin spesifik
xüsusiyyətlərini bilmək üçün sexin, müəssisənin, qurğunun, laboratoriyanın
mühəndis-texniki heyəti ilə sıx əlaqədə olmağa;
c) Lazım gəldikdə statsionar yanğın söndürmə vasitəsindən istifadə etməyə;
d) Yanğın söndürmə işində iştirak edən insanların yanmasından,
zəhərlənməsindən, elektrik cərəyanı vurmasından, konstruksiya dağıntısı altında
qalmasından mühafizəsinin təşkilinə;

188
c) Temperaturun yuksək olmasından qorxulu olan bina və texnoloji aparatların
konstruktiv elementlərini yanğının söndürülməsi ilə yanaşı soyudulmasının
təşkilinə.
10.6.2.4 Yanğınsöndürmə bölməsinin böyük rəisi yanğın yerinə çatdıqda,
yanğının söndürülməsinə rəhbərlik edənin vəzifə borcudur;
a) Yanğınsöndürmə bölməsinin böyük rəisini yanğının söndürülməsinin
gedişatı haqda məlumatlandırmaq;
b) Yanğın yerinə gəlmiş yanğınsöndürmə bölməsinin, elektrik enerjisi,
kimyəvi maddələr və zəhərli qazlardan təhlükəsizliyinin mühafizəsi;
c) Partlayış qorxusu olarsa bu haqda yanğınsöndürmə bölməsi rəisini
məlumatlandırmaq və növbə personallarını təhlükəli zonadan uzaqlaşdırmaq.
10.6.2.5 Yanğın yerinə gələn yanğınsöndürmə rəhbərinin birinci növbədə
fəaliyyəti insanların təhlükəsizliyi və evakyasiyasina yönəldilməlidir. Yanğının
şəraitindən və yanğının söndürülməsi işində iştirak edən heyətin sayından asılı
olaraq yanğın söndürmə rəhbəri yanğın söndürmə operativ ştabı təşkil edir və onun
yerləşdiyi yeri müəyyənləşdirir. Ştabın tərkibinə müəssisə administrasiyasının
nümayəndələrindən-baş mühəndis, baş texnoloq, təhlükəsizlik texnikası şöbəsinin
rəisi, qəzxilasetmə xidmətinin rəisi və yaranmış şəraitdən asılı olaraq digər məsul
şəxslər daxil edilməlidirlər. Yanğın söndürmə ştabında müəssisə nümayəndələrinə
həvalə olunur:
a) Yanğın söndürmə rəhbərinə, istehsalatın texnoloji prosesi, yanan obyektin
spesfik xüsusiyyətləri, habelə yanma məhsullarının və yanğının yüksək
temperatorunun aparat və materiallara təsirinin təhlükəliliyi barədə suallar haqda
məsləhətlər vermək;
b) Yanğının söndürülməsi və əmlakın evakuasiya olunması işinin yerinə
yetirilməsi üçün lazımı fəhlə kontingenti ilə təmin etmək;
c) Yanğının söndürülməsi və ətrafa yayılmaması üçün gərəkli ola bilən
vasitələrin daşınması üçün nəqliyyat vasitəsi ilə təmin etmək.
d) Yanğın söndürmə rəhbərinin göstərisinə əsasən kommunikasiyaların işinin
dayandırılması yaxud qoşulmasını təmin etmək.
e) Yanğının söndürülməsi işi ilə əlaqədar xidmətin və ayrılıqda şəxsin
fəaliyyətini korrektə etmək.

10.6.3 Qəza və yanğından sonra işin yenidən nizama salınması

10.6.3.1 Yanğının, qəzanın qarşısını aldıqdan sonra müəssisənin direktoru


təmir-bərpa işlərinin həcmini, texnoloji avadanlıqların istifadəyə yararlığını
müəyyənləşdirmək üçün habelə istehsalatın işə salınması üçün icazənin verilməsi
və lazımı sənədlərin qeydiyyatını aparmaq üçün komissiya təşkil edir.
Komissiyanın tərkibinə yanğın mühafizəsinin nümayəndəsi cəlb olunur.
10.6.3.2 İstehsalatın təhlükəsiz bərpa edilməsi üçün müəssisədə qəzanın
qarşısının alınması planına müvafiq komissiya binanın, avadanlığın,
boruxətlərinin, ventilyasiyaları, güc və işiqlandırma elektrik avadanlıqlarını
istehsalatın və yanğın təhlükəsizliyi tələblərinə tam uyğunluğunu yoxlamaq
baxımından müayyinə aparır. Müayyinə havada partlayış təhlükəli
189
konsentrasiyanın laboratoriyada analizi ilə müşahidə olunmalıdır. Müayinənin
nəticələri və müəssisənin işə salınması komissiya tərəfindən aktlaşdırılır.
10.6.3.3 Müəssisənin işə salınması texnoloji reqlamentə və yanğın
təhlükəsizliyini təmin edən təlimata uyğun həyata keçirilir.

10.6.4 Yanğının səbəbinin araşdırılması

10.6.4.1 Kimya sənayesi müəssisələrində yanğın və qəzaların baş vermə


səbəbi araşdırılmalıdır ki, onların başverməməsi üçün qabaqlayıcı tədbir görülsün
və bu kimi yanğın və qazalar müvəffəqiyyətlə aradan qaldırılsın.
10.6.4.2 Yanğının başvermə səbəbi və onun nəticələrinin araşdırılmasını
müəssisə yaxud birlik rəhbərliyi tərəfindən təyin edilən komissiya
müəyyənləşdirir. Komissiyanın tərkibi aparıcı mütəxəssislər, praktiki təcrübəsi
olan fəhlələr, alimlər, Dövlət yanğın nəzarəti, təhkükəsizlik texnikası və Dağ
Mədən Nəzarəti Dövlət Agentliyi nümayəndələrindən ibarət təşkil edilir.
10.6.4.3 Yanğının araşdırılması nəticəsində komissiya yanan obyektin
xarakteristikasını əks etdirən akt tərtib edir; Aktda yanğını törədən, səbəb; yanğını
əmələgətirən, şərait; onun nəticələri; bu kimi hadisəlin baş verməməsi tədbirləri öz
əksini tapır. Araşdırma aktına əlavə olunur: Yanğının baş verdiyi yerin sxemi,
fotoşəkili; şahidlərin dindirilməsi və məsul şəxslərin izahatı, laboratoriya
tədqiqatının nəticələri və digər yanğını və onun törənmə səbəbini xarak terizə edən
sənədlər. Lazım gələn digər hallarda aktda araşdırma zamanı əldə edilən ekspert
rəyi əlavə olunur. Yanğının səbəbi və şəraiti habelə komissiya tərəfindən işlənilən
tədbir nazırlik, birlik yaxud müəssisə tərəfindən əmrlə elan edilir.
10.6.4.4 Bədbəxt hadisə ilə nəticələnməyən qəzalar SİTG və Dağ-Mədən
Nəzarəti Dövlət Agentliyi tərəfindən təsdiq edilmiş, qəzaların araşdırılması
qaydaları haqda Təlimata müvafiq qaydada araşdırılır.

10.6.5 Yanğın mühafizə və qazxilasetmə xidmətinin birgə təlimi

10.6.5.1 Yanğın mühafizə və qazxilasetmə xidmətinin birgə təlimi, şəxsi


heyətin məşqi, bölmələrin qarşılıqlı fəaliyyətinin işlənməsi, habelə insanların xilas
edilməsində və qəzanın qarşısının alınmasında, işin dəqiq yerinə yetirilməsinə
hazırlığın yoxlanması məqsədi ilə aparılır.
10.6.5.2 Təlim, baş mühəndisin təsdiq etdiyi qrafikə müvafiq, rübdə bir-iki
dəfədən tez olmayaraq aparılır.
10.6.5.3 Birgə təlim planı, qəzanın qarşısının alınmasının bir pozisiyası planı
əsasında yanğın hissəsinin rəisi və qaşxilasetmə xidmətinin komandiri tərəfindən
hazırlanır. Belə planı müəssisənin baş mühəndisi təsdiqləyir.
10.6.5.4 Təlim planı hazırlanarkən, təlimin texnoloji rejimin pozulmasına,
qurğu və ya sexin normal fəaliyyətinə fasilə yaranmamasına, otağın partlayış
yaxud yanğın təhlükəli qazlaşmasına gətirib çıxarmaması üçün müəssisənin
xarakteri və texnologiyası nəzərə alınmalıdır.
10.6.5.5 Təlim qurtardıqdan sonra təlim rəhbəri, təlimdə iştirak edən şəxslə
birlikdə təlimin nəticələrini təhlil edir və yekunlaşdırır.
190
10.6.5.6 Göstərilən təlimdən əlavə, yanğın mühafizə və qazxilasetmə xidməti
şəxsi heyəti obyektdə keçirilən qəzanın aradan qaldırılması xüsusi planına uyğun
təlimdədə iştirak edir.
10.7 Yanğınların söndürülməsi və qəzaların aradan qaldırılması
zamanı təhlükəsizlik tədbirləri

10.7.1 Qəzaların aradan qaldırılması və yanğının söndürülməsi zamanı


xüsusiləşdirilmiş hissənin şəxsi heyətində, sexin və qurğunun xidməti personalında
zədələnmə ilə nəticələnən: zəhərlənmə və boğulma, yanıq, kimyəvi və mexaniki
zədələnmə, elektrik cərəyanının vurması və s. kimi hadisələr baş verə bilər. Dəridə
cızılma, yara və s. insanın kimyəvi zədələnmə təhlükəsini gücləndirir.
10.7.2 Sexin, qurğunun, anbarın işçiləri yanğın və qəza baş verdiyində sexdə
olan ilkin tibbi yardım vasitələrindən, yanğın söndürmə vasitələrindən, habelə
nəfəs orqanının mühafizəsi avadanlıqlarından istifadə etməyi bacarmalı və vəzifə
borclarını bilməlidir.
10.7.3 Texniki təhlükəsizlik qaydalarına nəzarətə cavabdehdirlər:
a) qəzanın aradan qaldırılmasında-qəzanın aradan qaldırılması işinə rəhbər;
b) yanğının söndürülməsində-yanğın söndürmə rəhbəri və mühüm sahənin
rəisi.
10.7.4 Yanğının söndürülməsi yaxud qəzanın qarşısının alınması
rəhbərlərinin vəzifəsidir:
a) Zərərçəkmişlərin xilas edilməsi tədbirini görmək, qəzanın qarşısının
alınması və yanğının söndürülməsi işində iştirak etməyən insanları təhlükəli
yerdən uzaqlaşdırmaq;
b) Yüksək təzyiq altında olan qurğunun təhlükəli həddə qədər qızmasının
qarşısını almaq və bu qurğuda təzyiqin təhlükəsiz həddə qədər aşağı düşməsini
təmin etmək, yanar məhsulları qəza tutumuna yığmaq;
c) Qəza və yanğın zonasında yerləşən yanğın və partlayış təhlükəli maddə və
materialların xarakteristikasını habelə onların köpüklü sü vasitələri ilə qarşılıqlı
təsirini dəqiqləşdirmək;
d) Qəzanın qarşısının alınması və yanğının söndürülməsində çalışan işçilərə,
mühafizə üsulunu göstərmək, lazım gəldikdə şəxsi heyəti, bu obyektdə tədbiq
olunabilən mühafizə kostyumları və izolə olunmuş oksigen balonları ilə təchiz
etmək;
e) Təhlükəli zonada, şəxsi heyətin, qəza və yanğın texnikasının lazım
olduğundan çox toplanmasına və hərəkətinə yol verməmək;
f) Təzyiq altında olan şüşə aparatların sayı və yerləşdiyi yeri aydınlaşdırmaq
və onların saxlanması və mühafizəsi tədbirlərini görmək;
g) Qonşu tikinti, qurğu və aparatlara nəzarəti təşkil etmək;
h) Ehtiyyat güc və vasitələri nəzərə almaq, onları zədələnməsi mümkün
olmayan zonada yerləşdirmək;
i) Tibbi yardım məntəqəsini təşkil etmək.
10.7.5 Qəzanın qarşısının alınması və yanğının söndürülməsi işi və kəşfi
atmosferdən nəfəs almanı yararsızlaşdırıqda, nəfəsalma izoləolunmuş, şlanqlı
yaxud başqa xüsusi oksigen əleyhiqazları ilə aparılır. Qəza və yanğının nəticəsi
191
zəhərli maddələrin ayrılması və ya əmələgəlməsi ilə müşahidə olunursa belə sex,
qurğu və anbarın xidmət heyəti orqanın mühafizəsinə uyğun markada ehtiyyat qəza
əleyhiqazları ilə təchiz edilməlidir.
10.7.6 Otaqda, dəridən zəhərlənmə verən, kimyəvi yanıq və donma
əmələgətirən, zərərli maddələrin iştiraki ilə işləyən şəxsin nəfəs yolları, gözləri və
sifətinin açıq səthi möhkəm mühafizə olunmalıdır.
10.7.7 Otaqda güclü təsirə malik zəhərli maddələrin iştirak etdiyi qəza işi,
hökmən xüsusi geyimdə, rezin əlcəklə, izoləedilmiş əleyiqazla və hökmən sexin,
laboratoriyanın yaxud qurğunun mühandis texniki heyətinin nəzarəti altında
aparılmalıdır.
10.7.8 Şəxsi heyətin izoləedilmiş şlanqlı oksigen əlehiqazlarının
geyinməsinə komandanı hissənin(bölmənin) komandiri verir. Əlehiqazı təmiz
havada, mümkün qədər qazlaşmış atmosfer zonasına yaxın yerdə geyirlər. Təmiz
havaya çıxana kimi və komandirin əmirinə qədər, əlehiqazın müştiyini ağızdan
çıxartmaq və maskanı çıxartmaq qadağandır.
10.7.9 Nəfəs almaq üçün yararsız atmosferdə əlehiqazla işləyərkən
aşağıdakılara əməletməyə borcludurlar:
a) Sırada bir-birinin arxasınca getmək, öndə və arxada gedəni tanımalı,
hərəkət qaydasına və hərbir kəsin vəziyyətinə nəzarət etməli;
b) Elə yerləşməli və hərəkət etməli ki, yoldaşlarını görəsən və hiss edəsən;
hərəkət zamanı yolu yadda saxla və ən öndə gedənlə əlaqəni saxla; bununla belə
qarşınızdakı və arxanızdakı ilə də əlaqə saxlanılmalıdır;
c) Ç alaya, lyuka, texnoloji oyuq və digər deşiyə düşməmək məqsədi ilə öndə
gedən, lomla döşəməyə, yerə xəbərdaredici toxunuşla hərəkət etməlidir.
10.7.10 Obyektdə yanğının qarşısının alınması və ya yanğının söndürülməsi
zamanı qaz təhlükəli mühitin alınmaması məqsədi ilə sistematik olaraq müxtəlif
yerlərdən havadan analiz üçün nümunələr götürülməlidir.
10.7.11 Kimya müəssisələrində, anbarlarda və laboratoriyalarda yanğının
qarşısının alnması və ya yanğının söndürülməsi zamanı, nəinki insanların kimyəvi
zədələnməsinə hətta adi yanğın söndürmə vasitələrindən istifadəsinə və tədbiqinə
çətinlik törədə bilən spesifik xüsusiyyətli maddələrin mövcudluğu diqqətdə
olmalıdır. Buna görə yanğının söndürülməsinə rəhbər qərar qəbul edərkən,
qurğunun, laboratoriyanın texnoloji personalının bilik və praktiki təcrübəsindən
istifadə etməlidir.
10.7.12 Avtomatik qazla söndürmə qurğusu, xidməti personalı xəbərdar
edici səs siqnalı və işıqlandırıcı signalizasiya ilə təchiz olunmalıdır ki,
yanğınsöndürən maddənin otağa verilməsi məlum olsun. Yanğınsöndürən
maddənin verilməsi zamanı bütün insanlar qorunan otaqdan evakuasiya
olunmalıdır. Yanğınsöndürən tərkiblə doldurulmuş otaqda qəzanın qarşısının
alınamsı işinə müdaxilə ancaq izolə olunmuş oksigen əlehiqazından istifadə ilə
mümkündür.
10.7.13 Ərazi yaxud otağın qazlaşmadan qorunması və ya yanğının
söndürülməsi zamanı partlayışdan qaçmaq üçün qaz aqreqatı və qaz
kommunikasiyalarında yaranmış deşiyi bağlamadan hazırlıqsız məşəlin alovunu
söndürmək olmaz.
192
10.7.14 Yanğının söndürülməsi ilə yanaşı eyni vaxtda su şırnağı vasitəsi ilə
binanın, mərtəbələrin, texnolji aparat və boru xəttlərinin yanğının yüksək
temperaturunun təsirindən təhlükəli olan konstruktiv elementlərini soyutmaq
lazımdır.
10.7.15 Zərərli, zəhərli və yanar mayelərin, o cümlədən, alovlanabilən maddə
və materialların axmasının məhdudlaşdırılması və qarşısısnın alınması üçün bütün
vasitələrdən istifadə etmək lazımdır.
10.7.16 Bölmənin şəxsi heyətinin yüksəklikdə işlədiyi zaman yıxılmadan
etibarlı siğortalanmalıdır. Bunun üçün, karabinli qoruyucu kəmər və qoruyucu
kəndirdən istifadə olunmalıdır.
10.7.17 Bölmənin şəxsi heyətini şua enerjisinin yanğınından qorumaq üçün
təbii örtükdən(istiliyi əks istiqamətləndirən kostyum, şit, ekran) istifadə etmək və
işçiləri su şırnağı ilə sərinləşdirmək lazımdır.
10.7.18 Binanın, tikilinin və aparatın sökülməsi zamanı uçqundan qorunmaq
məqsədi ilə yük daşıyıcı konstruksiyanın zəifləməsi, istilikdaşıyıçı və qaz
magistralarının habelə elektrik şəbəkə və elektrik qurğularının zədələnməsi
yolverilməzdir.
10.7.19 Qəzanın qarşısının alınması və yanğının söndürülmısi zamanı, işin
rəhbəri, şəxsi heyətin, konstruksiyaların üzərində işləyənlərin ağırlığına uçabilən
konstruksiyalarda, yaxud uçması mümkün olabilən kosntruksiya və aparatların
zonasında yerləşməsinə diqqət yetirməlidir.
10.7.20 Avadanlıq və materialın yüksəklikdən atılması, konstruksiya və
aparatların açılması zamanı aşağıda göstərilənlərə əməl olunmalıdır:
a) Tullantının atılması üçün nəzərdə tutulan sahəni insanlardan, istehsalat və
yanğın avadanlıqlarından azad etmək;
b) Bədbəxt hadisələrdən xəbərdaretmə məntəqəsi qurmaq;
c) Materialların, elektrik naqilləri, eyvanlar, istehsalat qurğuları və digər
avadanlıqların üstünə atılması yolverilməzdir;
d) Aşağıdakı insanları “ Qorun” xəbərdaredici siqnalı ilə xəbərdar etmək və
ancaq onların orada olmadığı halda atmaq olar.
10.7.21 Bina konstruksiyası yaxud qurğunun dağılması zamanı(məsələn,
divarın, borunun, kalonun və s. ucması) həmin yeri çəpərə almaq və yaxınlıqdakı
insanları məlumatlandırmaq lazımdır.
10.7.22 Nə zaman avadanlığın güclü partlayışla partlamaq qorxusu yaranarsa,
qaz dalğasının yaxud yanğıntəhlükəli mayenin yaxın məsafəyə axması təhlükəsi
yaranarsa, qəzanın qarşısının alınması və yanğının söndürülməsi nə məsul rəhbər
qəzanın və yanğının söndürülməsi ilə çalışan şəxsləri, qonşu qurğuda çalışanları,
qaz dalğası istiqmətindəki qurğuda yaxud mayenin axması təhlükəsi olan sahədə
işləyənləri evakuasiya etməli və onların mühafizəsi tədbirini görməlidir. Təhlükə
gözlənilən rayon mühasirə olunmalıdır.
10.7.23 Yanğın texnikasını, partlayış dalğasının vurma təhlükəsi olmayan,
zəhərləyici buxar və qazın yayılma təhlükəsi olmayan, yanar mayenin axması
təhlükəsi olmayan, təhlükəsiz ərazidə yerləşdirmək lazımdır.
10.7.24 Yanğını söndürən zaman elektrik cərəyanı altında olan naqil və
qurğulara su şırınağını tutmaq olmaz. Gərginliyi 200v-dan yüksək olan elektrik
193
şəbəkələrini, təhlükəsizlik qaydalarına əməl etməklə, bölmənin şəxsi heyəti və
yanğın mühafizəsi qoşabilər, 220v-dan yuxarı gərginliyə malik elektrik
şəbəkələrini elektrik qurğusuna yaxud elektrik şəbəkəsinə xidmət edən şəxs
qoşabilər.
10.7.25 Qəza və yanğın yerində zərərçəkənlərə ilk tibbi yardım göstərmək
üçün aptek qutusu olmalıdır. Aptek qutusunda, istehsalatın xarakterinə uyğun ilkin
yardım vasitələrindən başqa: naşatır spirti, bor turşusu, natrium bikarbonat(içmək
üçün soda) yod, hidrogen peroksid, kalium permonqanat, sintomitsin emulsiyası,
sterilizə salfetkası, pambıq, bint, və s. olmalıdır.
10.7.26 Texniki yanğın zamanı zədələnmiş sahəni 3-5%-li kalium
permonqanat məhlulu ilə( yaxud navokainlə) yumaq və sintomitsin emulsiyası
çəkmək və sarımaq lazımdır. Turşu ilə yanan zədələnmiş sahəni böyük həcmdə su
ilə sonra 5%-li soda ilə yuyub sarıq qoymaq lazımdır. Qələvi ilə yanan zədələnmiş
sahəni böyük həcmdə su ilə yumaq, 2%-li bor turşusu ilə neytrallaşdıraraq, sarıq
qoymaq lazımdır. Gözdə termiki yanıq başverərsə onu su ilə, gözə turşu düşərsə
onu-3%-li soda məhlulu ilə, qələvi düşərsə-3%-li bor turşusunun məhlulu ilə
yumaq lazımdır.
10.7.27 Yanğının söndürülməsi yaxud qəzanın qarşısının alınmasında
atmosferdə zəhərli və zərərli qaz və buxarla işləyən habelə həmin təsirə malik
maye və bərk maddə ilə işləyən şəxsi heyət tibbi müayinədən keçməli və lazım
gələrsə(həkimin rəyi ilə) profilaktiki mualicə olunmalıdır.
10.7.28 Zəhərli və zərərli maddələr olan müəssisə və sex ərazisində, qəza
yaxud yanğın hadisəsinə görə, ehtiyyat neytrallaşdırıcı vasitələr olmalıdır.

10.8 Yanğın elektrik və yanğın-qorunma siqnalizasiya sistemləri

10.8.1 Avtomatik elektrik yanğın siqnalizasiya sistemləri avadanlıqları ilə


sahəsi 100m2 və çox olan, partlayış, partlayış-yanğın və yanğın təhlükəli,
təhlükəsizlik kateqoriyasına görə A, B və C aid olan istehsalat və anbar otaqları
təchiz oluna bilər, amma bir şərtlə ki, bu istehsalat və anbar otaqlarında avtomatik
yanğınsöndürmə vasitələri, habelə sutka ərzində daima insan gediş-gəlişi olmasın.
10.8.2 Elektrik yanğın siqnalizasiya sistemlərini mühafizə olunan otaqların
xüsusiyyətlərinə, yanğın təhlükəli maddələrin xarakteri və miqdarına, müəssisənin
texnoloji prosesinin xüsusiyyətinə, Dövlət Yanğın Nəzarəti Xidmətinin
təqdimatına müvafiq seçirlər.
10.8.3 Avtomatik maksimal təsirli istilik yanğın xəbərediciləri, yanğının baş
verməsi ilə yüksək temperaturun əmələgəlməsi müşahidə olunan otaqda
yerləşdirilir. Onların, işədüşmə temperaturu istiliyin ətraf mühitin istiliyindən 20°
C yüksək olduğu halda baş verir.
10.8.4 Avtomatik istilik yanğın xəbərediciləri yanma nəticəsində böyük
miqdarda tüstünün əmələ gəlməsi ilə müşahidə oluna bilən otaqlarda quraşdırılır.
Avtomatik yanğın xəbəredicinin bərkidilməsi üçün ən üstün yer qorunan otağın
tabanının mərkəzi sayılır.

194
10.8.5 Asan uçan və iyli maddə saxlayan, turşu yaxud qələvi buxarı olan, lak,
boya və s. habelə texnoloji tüstülu otaqda tüstülu xəbəredici quraşdırmaq məsləhət
görülmür.
10.8.6 Avtomatik işiq yanğın xəbərediciləri yanmanın açıq alovla müşayyət
olunduğu otaqlarda quraşdırılır.
10.8.7 Hündür stellajları yaxud konstruksiyalı taban örtükləri olan, tabanın
səthindən 60 sm qabağa çıxan otaqlarda xəbərdarediciləri hər bir şöbədə və ya
arakəsmədə quraşdırmaq lazımdır. Bu zaman bir xəbəredicinin nəzarətində olan
sahə bu şərait üçün qəbul edilmiş normalara uyğun olmalıdır.
10.8.8 Avtomatik yanğın xəbəredicinin etibarlı və uzun müddətli işlənməsi
üçün onların pasportda göstərilən tədbiq şəraiti, mühafizə olunan otağın
mikroklimatının parametrlərinə uyğun olmalıdır.
10.8.9 Əllə çalışan yanğın xəbərediciləri istər otağın daxilində, istərsədə
xaricində evakuasiya yollarında, keçidlərdə, koridorlarda, nərdivan qəfəsələrində
və s. quraşdırırlar. Onların quraşdırıldığı yer kifayət qədər işiqlandırılmalı və
sərbəst yanaşmanı təmin etməlidir.
10.8.10 Yanğın siqnalizasiyasının qəbul məntəqəsinin, səs və optiki daşınan
siqnalı və yanğın söndürmə hissəsi ilə birbaşa rabitə əlaqəsi olmalıdır.
10.8.11 Elektrik yanğın siqnalizasiya sistemi istismarının təşkilinə və texniki
cəhətdən saxlanmasına obyektin(müəssisənin) rəhbəri cavabdehdir.
10.8.12 Elektrik yanğın siqnalizasiya sisteminə profilaktiki xidmət, sistemə
xarici baxışdan və aşkar edilmiş nasaz yerlərin düzəldilmısindən, nəzarət-
tənzimləmə işi, texniki baxış və sistemin vəziyyətini yoxlamaqdan ibarətdir.
10.8.13 Elektrik yanğın siqnalizasiya qurğusu yaxud sisteminə xarici baxış
zamanı yoxlamaq lazımdır:
a) Aparatın konstruksiya daşıyıcı gövdəsinin etibarlı bərkidilməsini, onların
mexaniki davamlılığını və mühafizə boyasının vəziyyətini;
b) Qəbul məntəqəsinin paneli üstündə yürləşən idarəetmə dəstəyinin
bərkidilməsinin mexaniki davamlılığını;
c) Kabel fişinin sazlığını və onun qəbul məntəqəsi kolodkasına
birləşdirilməsinin etibarlılığını;
d) Gərginlik qidalandırma mənbəinin, qəbul məntəqəsi pasport göstəriciləri ilə
uyğunluğunu;
e) Xəbəredicinin sazlıqı və bərkidilməsinin möhkəmliliyini, onların
korpusunda(gövdəsində) kənar boyanın olmamasını; həssas elementlərə havanın
girişi üçün çıxıntıların təmizliyiyini yaxud mühafizə şüşəsinin şəfaflıq dərəcəsini;
f) Paylayıcı və şaxələnmə qutusunun sazlığını və bərkidilməsinin
möhkəmliyini;
g) Qutuda montaj naqillərinin vəziyyətini, qaynaq(qalay) yaxud sıxıcı vasitəsi
ilə birləşdirmələri;
h) Xətti şəbəkəninin qoşma elementlərində, hisin, paslanmanın, çirklənmə və
digər qüsurun olmamasını;
i) Qəbul məntəqəsində və qidalanma blokunda nəzarət ölçü avadanlıqlarının
işəyararlılığını;

195
j) Nəzarət ölçü avadanlıqları təmir vasitələri komplektinin sayı və köməkçi
avadanlıqların vəziyyətini, istismar sənədlərinin düzgün doldurulmasını.
10.8.14 Nəzarət-tənzimləmə işini yerinə yetirərkən lazımdır:
a) Şua şleyfində müqaviməti ölçmək, yerlə birləşmənin və xətt qurğunun
izolyasiyasını yoxlamaq;
b) Elektrik yanğın siqnolizasiya qurğusunun əmələgələn istilik mənbəyinin,
tüstünün və işiğın xəbərediciyə çoxsaylı təsirinidən işləmə qabilyətini yoxlamaq,
birdəfə işləyən xəbəredicisi olan qurğunun yoxlanması üçün süni xarabetmə
yaratmaqla və sonradan həmin xətti bərpa etməklə aparılır.
c) Yoxlama nəticəsində aşkarlanan xarab elementi saz elementə dəyişmək.
10.8.15 Elektrik yanğın siqnalizasiya qurğularında vəziyyətə texniki baxış və
yoxlama işi aşağıda göstərilən reqlamentə uyğun aparılır:
İşin adı Dövrülük
Xarici vəziyyətin yoxlanması Gündəlik
Quruğunun işinin xəbəredicidən yoxlanması Gündəlik
Qurğunun işinin ayrılmaya və qısa qapanmaya Gündəlik
yoxlanması Gündəlik
Qəbuledici aparatı mühafizə örtüyünü açmadan Gündəlik
təmizləmək
Statsionar və şua nəzarət-ölçü avadanlıqlarının Hər ay
işəyararlılığının Hər ay
yoxlanması Hər ay
Qəbul məntəqəsinə baxış və profilaktiki iş
Şuada gərginliyin yoxlanması Hər il
Həyacan çıxardan siqnalların vəziyyətinin (səs verənlər, Hər il
rənglər, işiq siqnalları) yoxlanması Hər 3 ildə bir
Şua sleyfinin müqavimətinin ölçülməsi dəfə
Yerlə birləşmənin müqavimətinin ölçülməsi
Qurğunun elektrik dövrəsində izolyasiya müqavimətinin
ölçülməsi

10.8.16 Mühafizə-yanğın siqnalizasiyası sistemində yanğın xəbəredicinin işi


sutka boyu fasiləsiz təmin edilməlidir.

BÖLMƏ XI

Yanğınsöndürmə qurğuları, rabitə və siqnalizasiya vasitələri

11.1 Stasionar yanğınsöndürmə qurğuları

11.1.1 Neft sənayesi müəssisələri (obyektləri) göstərilən cədvəl üzrə stasionar


(avtomatik və qeyri avtomatik) yanğınsöndürmə vasitələri ilə təchiz olunmalıdır.
Əlavə 19

196
Obyektin mühafizəsi üçün yanğınsöndürmə qurğularının növü (avtomatik və
qeyri avtomatik) obyektin rəhbərliyi tərəfindən layihə təşkilatına layihələndirmək
üçün verdiyi texniki tapşırıqda müəyyən edilir.
11.1.2 Stasionar yanğınsöndürmə qurğularının texniki vəziyyətinə nəzarət
etmək üçün əmrlə müəssisənin (obyektin) texniki heyətindən məsul şəxs, qurğuya
gün (sutka) ərzində xidmət etmək üçün isə xüsusi hazırlıq keçmiş fəhlə briqadası
təyin edilməlidir. Stasionar yanğınsöndürmə qurğularına cavabdeh şəxs sistematik
olaraq (həftədə bir dəfədən az olmayaraq) qurğunun vəziyyətini, briqada üzvlərinin
öz vəzifə borclarını bilmələrini, baxışın keçirilmə tarixi və nəticələri qeyd olunan
jurnalın düzgün tərtib olunmasını yoxlamalıdr.
11.1.3 Qurğuya xidmət edən briqada növbə ərzində odsöndürücü maddə
ehtiyatının saxlanılmasına, işə salma qurğularının, boru xəttində və qidalanma
şəbəkəsində təzyiqə, bağlayıcı armaturun vəziyyətinə, başlıqların və suvarma
qurğularının, yanğın xəbərvericilərinin vəziyyətinə və paylaşdırıcı boru xətləri
şəbəkəsinə nəzarət etməlidir.
11.1.4 İldə 1dəfədən az olmayaraq bütün avtomatik yanğınsöndürmə
sistemlərinin işi yoxlanılmalı və yoxlanmanın nəticələri jurnalda qeyd edilməlidir.
11.1.5 Yanğınsöndürmə qurğularının bütün aparat və boru xətləri 3 ildə bir
dəfədən az olmayaraq möhkəmliyə və germetikliyə yoxlanılması üçün hidravlik
sınaqdan keçirilməli, boru xətləri çirkdən və pasdan təmizlənməli, aşkar olunan
nasazlıqlar aradan qaldırılmalıdır. Yanğınsöndürmə vasitələrinin yoxlanması və
sınağı obyektin yanğın təhlükəsizliyi xidməti işçiləri ilə birlikdə, əmrlə təyin
olunmuş məsul şəxs tərəfindən aparılmalıdır. Yoxlamanın və sınağın nəticələri
aktla rəsmiləşdirilməlidir.
11.1.6 Mühafizə olunan obyektin işçi heyəti obyektdəki avtomatik
yanğınsöndürmə qurğularının iş prinsipi ilə tanış olmalı və təhlükəsizlik qaydaları
üzrə təlimatlandırılmalıdırlar.
11.1.7 Qış dövründə yanğınsöndürmə qurğularına baxış zamanı istilik
izolyasiyasının və qurğunun hissələrinin donmasının qarşısını alan qızdırıcı
qurğuların vəziyyətinə xüsusi nəzarət edilməlidir.
11.1.8 Stasionar yanğnsöndürmə qurğuları ilə təchiz olunan obyektlərdə
qurğunun istismarı texniki şərtlərin tələblərinə cavab verilməlidir.
11.1.9 Yanğın boru xətlərindəki bağlayıcı armaturlar yanğından təhlükəsiz
yerdə yerləşdirilməlidir.
11.1.10 Köpükləsöndürmə qurğularının köpükəmələgətirici maddəsinin
keyfiyyəti yarım ildə bir dəfədən az olmayaraq yoxlanlmalıdır.
11.1.12 Köpükəmələgətirici maddələr saxlanılan çən və tutumlara xidmət və
onların təmiri nefr və neft məhsulları çənlərinə və tutumlarına şamil edilən yanğşn
təhlükəsizliyi tələblərinə müvafiq həyata keçirilməlidir.

11.2 Səyyar yanğınsöndürmə qurğuları

11.2.1 Ç ənlər parkında, neftin yığılması, hazırlanması və nəqli obyektlərində


səyyar qurğuların və köpükləsöndürmə vasitələrinin dayaq məntəqəsi
yaradılmalıdır bu halda obyektin 150ha qədər sahəsi üçün bir dayaq məntəqəsi
197
nəzərdə tutulmalıdır. Dayaq məntəqələri obyektdə stasionar yanğınsöndürmə
sistemlərinin olmasından asılı olmayaraq yaradılmalıdır.
Sahəsi 150ha-dan çox olmayan sahədə iki və artıq obyekt yerləşdikdə bir
dayaq məntəqəsi yaradıla bilər.
11.2.2 Səyyar köpükləsöndürmə qurğularının sayı obyekt üzrə bir yanğına
zamanı tələb olunan odsöndürücü vasitənin maksimal sərfinə görə təyin edilir.
11.2.3 Köpükləsöndürmə qurğularına və vasitələrinə aşağıdakılar aiddir:
köpük yaradan qurğular, orta artımlı köpük generatorları, hava-köpük lülələri,
orta artımlı köpük generatorlu, köpükqaldırıcılar;köpükəmələgətirici maddələr.
11.2.4 Ayda bir dəfədən az olmayaraq hava lülələrinə, orta artımlı köpük
generatorlarına, köpükqaldırıcılara baxış keçirilməlidir. Baxış zamanı qurğu və
aparatların bütövlükdə və onun ayrı-ayrı hissələrinin vəziyyət yoxlanılaraq,
aparatlar təmizlənməli, sürtünən hisələr yağlanmalıdır.
11.2.5 Səyyar qurğuların və yanğınsöndürmə vasitələrinin alınması və təmiri
üzrə cavabdehlik müəssisə rəhbəri daşıyır.

11.3 İlkin yanğınsöndürmə vasitələri

11.3.1 Neft sənayesinin müəssisələri (obyektləri) ilkin yanğınsöndürmə


vasitələri ilə təmin olunmalıdırlar. Ilkin yanğınsöndürmə vasitələri ilə təchizat
normaları Əlavə 14-də verilir.
Normada göstərilməyən bina və açıq qurğuların ilkin yanğınsöndürmə
vasitələri ilə təchiz edilməsi, onlara yanğın təhlükəsizliyi baxımından anoloji olan
obyektlərə uyğun götürülməlidir.
11.3.2 Hər bir obyekt və otaq üçün ilkin yanğınsöndürmə vasitələrinin tələb
olunan sayı hesablanmalıdır. Əlavə 15
Əgər bir binada yanğın təhlükəliliyi baxımından müxtəlif istehsalat prosesləri
aparılan, yanğından mühafizə divarları ilə biri-birindən ayrılmayan bir neçə otaqlar
varsa, onlar ən təhlükəli istehsalat prosesi üçün təyin olunan norma üzrə yanğın
inventarları ilə təchiz olunmalıdır.
11.3.3 Obyektdə yanğın inventarının və avadanlıqlarının siyahısı və istifadə
qaydaları olmalıdır.
11.3.4 İlkin yanğınsöndürmə vasitələri obyektin ərazisində (binadan, otaqdan
kənarda), atmosfer yağıntılarından qorunmaq üçün günlük altında, xüsusi yanğın
məntəqələrində quraşdırılmalıdır.
11.3.5 İlkin yanğınsöndürmə məntəqəsi bir qrup obyektə xidmət üçün
nəzərdə tutulmalı, yanğın təhlükəsizliyi xidməti ilə razılaşdırılaraq
yerləşdirilməlidir. Məntəqədən ən uzaq obyektə qədər məsafə 100m-dən, yanğın
təhlükəli obyektə qədər isə 50 m-dən çox olmamalıdır.
11.3.6 Quyularda, kompressor stansiyalarında, nasosxanalarda, sexlərdə,
emalatxanalarda, laboratoriyalarda odsöndürənlərin və digər yanğınsöndürmə
vasitələrinin sazlığına, işə hazır vəziyyətdə saxlanılmasına yanğın təhlükəsizliyinə
cavabdeh şəxs gündəlik nəzarəti həyata keçirməlidir.
11.3.7 Yanğın texnikasının yanğının söndürülməsindən başqa digər
məqsədlərlə istifadəsi qadağandır.
198
11.3.8 Qəza və təbii fəlakət zamanı yanğın texnikasından FHN-nin Dövlət
Yanğın Təhlükəsizliyi Xidmətlərinin icazəsi ilə istifadə edilməlidir.
Yanğınsöndürmə vasitələrinin yararsız hala düşməsində və yaxud
itirilməsində təqsirkar bilinən şəxslər qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.
11.3.9 Yararsız vəziyyətə düşən yanğınsöndürmə vasitələrinin və
avadanlıqlarının hesabdan silinməsi ümumi əsaslar üzrə aparılmalıdır.
11.3.10 Odsöndürənlərin, yeşiklərin, su çənlərinin, vedrələrin, inventar üçün
şit və şkafların, bel və balta saplarının, keçə üçün futlyarların rənglənməsi müvafiq
QOST-un tələblərinə uyğun aparılmalıdır.
11.3.11 Obyektdə olan səyyar (daşınan) odsöndürənlərin yeri göstərici
lövhələrlə qeyd edilməlidir. Lövhə döşəmədən 2-2,5m hündürlükdə, yaxşı görünən
yerdə asılmalıdır.
11.3.12 Doldurulmuş köpüklü odsöndürənlərin köpükəmələgətirici
maddəsinin yararlığı ildə bir dəfə yoxlanılmalıdır. Köpükəmələgətirici maddənin
yararlığının yoxlanılması və odsöndürənlərin yenidən doldurulması «İnstruküiə po
zapravke, perezapravke i gkspluataüii pennıx oqnetuşiteley» təlimatının tələblərinə
uyğun həyata keçirilməlidir.
11.3.13 Köpüklü odsöndürənlərin gövdəsinin möhkəmliyə hidravlik sınağı
yenidən doldurmaqla aşağıdakı müddətdə aparılmalıdır:
25% odsöndürənlər istismara veriləndən bir il sonra;
50% odsöndürənlər istismara veriləndən iki il sonra aparılır. Sonrakı istismar
müddəti üçün odsöndürənlərin hamısı (100%) ildə bir dəfə hidravlik sınaqlan
keçirilir.
Qoruyuculu odsöndürənlər 0,2 MPa, qoruyucusu olmayan odsöndürənlər isə -
2,5 MPa təzyiqə qədər sınaqdan keçirilməlidir.
11.3.14 Qış aylarında köpüklü odsöndürənlərin saxlanılması və təhlükəsiz
istismarını təmin etmək üçün onlar donma temperaturunu aşağı salan etilenqlikol
və digər mayelər qatmaqla hazırlanmış köpükəmələgətirənlə doldurulmalıdır.
11.3.15 Temperatur mənfi 1oC aşağı olduqda odsöndürənlər qızdırılan
otaqlara keçirilməli və orada: “Odsöndürənlər buradadır” sözləri yazılmış lövhə
asılmalıdır. Bu yazı odsöndürənlərin yay vaxtı saxlandığı yerlərdə də asılmalıdır.
11.3.16 Karbonqazlı odsöndürənlərin dolu olması 3 aydan bir yoxlanılmalıdır.
11.3.17 İstismara verilən hər odsöndürənə sıra nömrəsi qoyulmalı, bu nömrə
ağ rənglə odsöndürənin gövdəsinə yazılmalı və qeydiyyat vərəqəsində qeyd
olunmalıdırur.
11.3.18 Qeydiyyat vərəqəsində istehsal ili və ya sınaqdan keçirilmə tarixi
göstərilməyən odsöndürənlər doldurulmazdan əvvəl mütləq hidravlik sınaqdan
keçirilməlidir. Hidravlik sınaqdan çıxmayan odsöndürənlər istismara yararsız
sayılır.
11.3.19 Bağlı otaqlarda yanğın karbon qazlı odsöndürənlərlə söndürüldükdən
dərhal sonra, boğulma və zəhərlənmənin baş verməməsi üçün otaqların havası
dəyişdirilməlidir. Yadda saxlamaq lazımdır ki, karbon qazının qara bənzər kütləsi
insan bədəni ilə təmasda olan yerində donma halı yaranır.
11.3.20 Asbest parçaları və keçə dəmir qapaqlı futlyarda saxlanılmalı və 3
aydan bir günə verilib tozdan təmizlənməlidir.
199
11.3.21 Qum üçün yeşiklər 0,5; 1,0 və 3m3 həcmdə hazırlanmalı, kip bağlanan
qapağı olmalı, kürəklə təchiz olunmalı, qırmızı boya ilə rənglənməli və üzərində ağ
boya ilə “Yanğın söndürmək üçün” sözləri yazılmalıdır. Qum yeşiyə
doldurulmazdan əvvəl ələnməli və qurudulmalıdır.
Yeşiyin quruluşu qumun rahat çıxarılmasını və oraya yağıntıların
düşməməsini təmin etməlidir.
Binadan xaricdə qoyulan yeşiklər dayaq üstündə quraşdırılmalı, qapağının
üzərinə isə tol, ruberoid və s. su keçirməyən material vurulmalıdır.
11.3.22 Su saxlanılan çəlləklərin tutumu 0,2m3 az olmalı və onlar vedrə ilə
təchiz olunmalıdır.

11.4 Yanğın rabitəsi və siqnalizasiya vasitələri

11.4.1 Neft sənayesi müəssisələri (obyektləri) Əlavə 20-də göstərilən siyahiya


əsasən avtomatik yanğın siqnalizasiyası ilə təchiz olunmalıdır.
11.4.2 Hər bir rabitə aparatının yanında siqnalın verilməsi və yanğın
hissəsinin çağırılması qaydalarını göstərən lövhə asılmalıdır. Nasaz və ya açılmış
xəbərvericinin, telefon aparatlarının və s. yanında “İşləmir” sözü yazılmış lövhə
olmalıdır.
11.4.3 Müəssisədə (obyektdə) yanğın avtomatika qurğularının qəbuledici
stansiyalarına yanğın haqqında siqnal daxil olduqda, obyektin növbətçi xidməti
heyətinin hərəkət qaydaları üzrə Təlimat işlənib hazırlanmalıdır (Əlavə 21).
11.4.4 Yanğın rabitə və siqnalizasiya vasitələrinin vəziyyətinə nəzarəti
obyektin rəhbəri tərəfindən təyin edilmiş mühəndis-texniki işçi həyata keçirir.
Yanğn rabitə vasitələri ayda bir dəfədən az olmayaraq məsul şəxs tərəfindən
yoxlanılmalıdır.
11.4.5 Bütün yanğın rabitə vasitələrinə (telefonlara, xəbəredicilərə və s.)
sərbəst yaxınlaşma imkanı olmalıdır.

200
BÖLMƏ XII

Qəza və yanğınların ləğv edilməsi

12.1 Qəzaların ləğv edilməsi

12.1.1 Neft sənayesini bütün partlayış və yanğın təhlükəli obyektlərində baş


verə biləcək qəzaların ləğvi planı işlənib hazırlanmalıdır.
12.1.2 Qəza vaxtı:
- Qəza yerinə yanğın hissəsi çağırılmalı, təcili tibbi yardıma və SİTG və
DMND Agentliyinin müfəttişliyinə xəbər verilməlidir;
- quyuda tullanış və açıq fontan vurma halları olarsa, açıq qaz və neft
fontanlarının qarşısının alınması vı lığvi üzrə hərbiləşdirilmiə dəstə çağırılmalıdır;
- yanğınsöndürmə vasitələri hazır vəziyyətə gətirilməlidir;
-qəza yerində və ona bitişik sahələrdə aşıq odla görülən və digər təhlükəli işlər
(qazlanmıç və yanar maye tökülən sahələrdə, olan və ya ola bilən avadanlıqların
təmizlənməsi və istismarı) qəzaların ləövi ilə baölı tədbirlər istisna olmaqla
dayandırılmalıdır;
-qəza işləri ilə məşğul olmayan bütün fəhlələr və MTİ təhlükəli zonadan
çıxarılmalıdır;
-şəxslərin qəza yernə buraxılması ancaq qəzanın ləğvi üzrə cavabdeh rəhbərin
icazəsi ilə olmalıdır;
-mühafizə vasitələri və qığılcım verməyən alətlərdən istifadı etməklə qəzanın
ləğvi üzrə cavabdeh rəhbərin icazəsi ilə olmalıdır;
-qəza rejimli zonada yerləşən tutum və aparatlar imkan daxilində AAM və
YM azad olunmalı, texnoloji aparatlarda təzyiq aşaöı salınmalıdır;
-qəza obyektinin alovlanmadan qorunması və baş verən yanöının
söndürülməsi məqsədilə fasiləsiz su təchizatınln təmini üşün tədbirlər görülməlidir;
-qəza yerinə və ona bitişik sahəyə yanöın təhlükəsizliyitıdbirlərinə riayət
etməklə yanöın və qəza xidmətlərindən başqa bütün nğv nəqliyyatın daxil olması
qadağan edilməlidir;
-qəza ventilyasiyası işə salınmalı və qazlanmış otağın havası əsaslı surətdə
dəyişdirilməlidir.
12.1.3 Qəza vəziyyəti qəza ləğv edildikdən, qəza yerində avadanlıq və
kommunikasiyasının texnoloji vəziyyəti diqqətlə yoxlanıldıqdan, yanar qaz və
buxarların partlayış təhlükəli qatılığının olmadıöına əmin olmaq üçün analiz
aparıldıqdan sonra aradan götürülə bilər (ləğv oluna bilər).
12.1.4 Qəza yerinə yanğın təhlükəsizliyi xidməti gəldikdə qəzanın ləğvi üzrə
rəhbər yanğın dəstəsinin başçısına qısa məlumat verməlidir:
-qəza vaxtı zərəçəkmişlər barədə;
-qəza nəticəsi olaraq partlayışın, yanğının, zəhərlənmənin baş verə biləcəyi
barədə;
- yanğın və partlayışın qarşısının alınması və qəzanın ləğvi üzrə yanğın
təhlükəsizliyi xidmətinin hərəkətləri barədə.

201
12.1.5 Qəza yerinə gələn yanğın təhlükəsizliyi xidmətinin baş rəisinin vəzifə
borcudur:
-qəzanın ləğvi işləri üzrə rəhbərdən 12.1.4. bəndində göstərilmiş məsələlər
barədə məlumat almaq;
- əgər insanları təhlükə gözləyirsə, onların xilas edilməsi və qorunması üçün
tədbir görmək, təhlükəli zonada qalmış insanların sayı haqqında məlumatın
düzgünlüyünü yoxlamaq, qəzanın ləğvi işləri üzrə rəhbərin razılığı ilə qəza yerini
əlavə olaraq araşdırmaq;
-qəza nəticəsində mümkün yanğının vaxtında dəf olunması üçün qüvvə və
vəsaiti hazırlamaq;
-qəzanın ləğvi üzrə iş aparılan zaman yanğına qarşı rejimə riayət olunması və
söndürülməsi işlərinə dair razılaşdırılmış hərəkətlərin yanğın təhlükəsizliyi
xidməti tərəfindən yerinə yetirilməsini təmin etmək.
12.1.6 Əgər qəzanın ləğvi zamanı yanğın baş verərəsə, yanğınsöndürmə üzrə
rəhbərliyi bilavasitə yanğın təhlükəsizliyi xidməti bölməsinin rəisi yerinə yetirilir.
Bu halda o, qəzanın ləğvi işləri üzrə rəhbərliklə daim əlaqə saxlamalı və sistematik
olaraq, yanğının söndürülməsinin gedişi haqqında ona məlumat verməlidir.

12.2 Yanğının ləğv edilməsi

12.2.1 Yanğın baş verərəkən müəssisənin hər bir fəhlə və qulluqçusunun


borcudur:
-dərhal yanğın dəstəsini çağırmaq;
- yanğın baş verən yerə obyektin rəhbərini çağırmaq;
- ilkin və stasionar yanğınsöndürmə vasitələri ilə yanğının ləğvi üzrə
təddbirlər görmək.
10.2.2 Yanğın baş verən yerə gələn obyektin rəhbəri yanğın dəstəsinin
çağırılmasına əmin olduqdan sonra aşağıdakılara əməl etməyə borcludur:
-yanğın haqqında dərhal müəssisə rəhbərliyinə xəbər vermək;
- yanğın dəstəsnini qarşılanmasını təşkil etməklə yanğın mənbəyinə
yaxınlaşmaq üçün ən qısa yolun seçilməsində və yanğınsöndürmə vasitələrininişə
salınmasında kömək etməyə;
-lazım gələrsə, elektrik enerjisini kəsməyə, aqreqatları dayandırmağa və
yanğının yayılmasının qarşısını ala bilən digər tədbirləri yerinə yetirməyə;
-obyektin yanğın təhlükəli zonasında yanğınınləğvi ilə əlaqədar işlərdən başqa
bütün digər işləri dayandırmağa.
12.2.3 Yanğın dəstəsi gələnə qədər yanğının söndürülməsi üzrə ümumi
rəhbərliyi obyektin rəhbəri həyata keçirir, əgər insanların həyatına təhlükə yaransa,
obyektin rəhbəri əldə olan qüvvə və vasitələrdən istifadə edərək onların
qorunmasını və köçürülməsini təşkil etməlidir.
Yanğının söndürülməsi işlərinə rəhbərlik edən şəxsin borcudur:
- lazım gələrsə, stasionar yanğınsöndürmə vasitələrini işə salmaq;
- yanğının söndürülməsində iştirak edən şəxslərin ala biləcəkləri elektrik
zədələnmələrindən, zəhərlənmədən və yanmadan qorunmalarını təmin etmək;

202
- yanğının söndürülməsi ilə yanaşı texnoloji avadanlıqları və tikinti
konstruksiyalarını, yüksək temperatun təsirindən qorunmaq üçün tədbirlər görmək;
-yanğının söndürülməsi zamanı təhlükəsizlik texnikasına əməl etmək.
12.2.4 Yanğın dəstəsi gələnə qədər yanğının söndürülməsinə rəhbərlik edən
obyekt rəhbərinin borcudur:
-yanan obyektin xüsusiyyətləri, texnologiyası, texnoloji avadanlıqlara yüksək
temperaturun təhlükəli təsiri, təhlükəli zonada olan aparat və tutumlardakı
məhsullar və s. haqqında məlumat vermək;
- yanğınsöndürmə rəhbərinin göstərişinə əsasən kommunikasiyaların
kəsilməsi və dəyişdirilməsi üzrə işləri təmin etmək;
-yanğının söndürülməsi ilə bağlı işlərin yerinə yetiriləsində fəhlə və MTİ-in
qüvvəsindən istifadə edilməsini təmin etmək;
-yanğının söndürülməsi və yayılmasının qarşısının alınması üzrə işlrin yerinə
yetirilməsi üçün avtonəqliyyat və texnika ilə təmin etmək;
-yanğının söndürülməsi işləri ilə məşgul olan xidmət və ayrı-ayrı şəxslərin
hərəkətlərini tənzimləmək.
12.2.6 Müdriyyət obyektdə baş vermiş hər bir yanğının baş verməsi və
yayılması səbəblərini və şəraiti araşdırmalı, lazımi profilaktik tədbirlər həyata
keşirməlidir.

13. Sertifikatlaşdırma

Sertifikatlaşdırma Azərbaycan Respublikası Nazirlər Kabinetnin 1993-cü il,


01 iyul tarixli, 343 saylı Qərarına əlavə olunan «Yanğın təhlükəsizliyi sahəsində
məcburi qaydada sertifikatlaşdırılan məhsulun və xidmətlərin siyahısı» üzrə
aparılmalıdır.Əlavə 17

14. Yanğın təhlükəsizliyi sahəsində işlərin görülməsi


və xidmətlərin göstərilməsi üçün razılıq

Obyektlərdə yanğın təhlükəsizliyi sahəsində işlərin görülməsi və xidmətlərin


göstərilməsi FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətindən alınmış razılıq
əsasında həyata keçirilir.

203
Əlavə 1

Sənaye müəssisələrində yanğın-texniki komissiyalar haqqında

ƏSASNAMƏ

Ümumi qaydalar

1. Sənaye müəssisələrinin fəhlə heyyəti, mühəndis-texniki işçiləri və


qulluqçuları tərəfindən yanğına qarşı profilaktiki tədbirlərin həyata keçirilməsində
iştirakı və fəal mübarizənin aparılması məqsədilə müəssisədə yanğın-texniki
komissiyalar təşkil edilir.
2. Yanğın-texniki komissiya müəssisənin işçilərindən təşkil edilir.
Komissiya müəssisə rəhbərliyinin əmri ilə aşağıdakı tərkibdə yaranır:
Baş mühəndis (Sədr), yanğın təhlükəsizliyi xidmətinin rəisi, mühəndis-
texniki işçilərdən-energetik, texnoloq, mexanik, təhlükəsizlik texnikası üzrə
mütəxəssis və müəssisə rəhbərliyinin təyin etdiyi digər şəxslər. Komissiyanın
tərkibinə müəssisənin həmkarlar təşkilatının da nümayəndələri daxil edilir.
3. Yanğın-texniki komissiya öz praktiki işində FHN-nin Dövlət Yanğın
Nəzarəti Xidməti ilə mütəmadi əlaqə saxlamalıdır.

Yanğın-texniki komissiyanın əsas vəzifələri və iş qaydaları

4. Yanğın-texniki komissiyanın əsas vəzifələri:


- istehsalatda aparılan texnoloji proseslərdə, aqreqatların, qurğuların,
laboratoriyaların, emelatxanaların, anbarların, bazaların və s. işində yanğın,
partlayış və ya qəzaya səbəb ola biləcək nöqsanların və nasazlıqların aradan
qaldırılması üzrə müvafiq tədbirlər işləyib hazırlamaq;
- istehsalat sexlərində, anbarlarda, inzibati və yaşayış binalarında yanğına
qarşı rejimin və yanğın profilaktikasına dair işlərin təşkilində və yernə
yetirilməsində yanğından mühafizə dəstələrinin fəaliyyətinə nəzarət etmək;
- yanğın təhlükəsizliyi sahəsində ixtiraların və səmərəli işlərin həyata
keçirilməsi;
- fəhlə, qulluqçu və mühəndis-texniki işçilər arasında yanğına qarşı qayda və
rejimə əməl edilməsi məsələləri üzrə kütləvi-izahat işlərini aparmaq.
5. Yanğın-texniki komissiyasının borcudur:
- müəssisənin yanğın təhlükəliliyi dərəcəsindən asılı olaraq, istehsalat
proseslərində, aqreqatlarda, laboratoriyalarda, elektrik təsərrüfatında, isitmə və
ventilyasiya sistemlərində və s. yanğın təhlükəsizliyi baxımından nöqsanların
aradan qaldırılması üzrə müvafiq tədbirlər nəzərdə tutmaq və onların yerinə
yetirmə vaxtını müəyyən etmək;
- fəhlə, qulluqçu və mühəndis-texniki işçilərlə yanğına qarşı mövzular üzrə
mühazirələr və məşğələlər aparmaq;
- istehsalat tullantıları vı yerli həmkarlar təşkilatında müəssisənin yanğına
qarşı vəziyyətinin müzakirəsini təşkil etmək;
204
- müəssisənin sexlərində, anbarlarında, laboratoriyalarında və digər
obyektlərində yanğın təhlükəsizliyinin təmini üzrə qayda və təlimatların işlənib
hazırlanmasında aktiv iştirak etmək;
- müəssisədə yanğından mühafizə üzrə mütəxəssislərin, elmi işçilərin və
fəhlələrin iştirakı ilə ümummüəssisə və onun ayrı-ayrı sahələrində, yanğın
təhlükəsizliyi məsələləri üzrə yanğın-texniki konfranslar keçirmək;
- müəssisənin sexlərində, anbarlarında, yaşayış binalarında yanğına qarşı
vəziyyətin və KYMD-nin hazırlığının texniki yoxlamasını keçirmək, həmçinin
FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən müəyyən edilmiş yanğına
qarşı tədbirlərin yerinə yetirilməsini yoxlamaq.
- yerli şəraitdən asılı olaraq, müəssisənin rəhbərliyi yanğın-teniki komissiyaya
yanğın təhlükəsizliyinin təmini üzrə digər tədbirlərin aparılmasını tapşırmaq.
6. Mühüm istehsalat müəssisələrində ümumobyekt yanğın-texniki
komissiysından başqa sexlər üzrə yanğın-texniki komissiya hər bir sexin yanğın-
texniki komissiyasının işinə nəzarət və rəhbərlik edir, müəssisənin yanğına qarşı
hazırlığının vəziyyətinin yaxşılaşdırılması və texnoloji proseslərin daha yüksək
təhlükəli sahələrində yanğının qarşısının alınması üçün tədbirlər işləyib hazırlayır.
7. Yanğın-texniki komissiyanın yanğına qarşı verdiyi bütün tədbirlər akt
şəklində tərtib olunur və müəssisənin rəhbərliyi tərəfindən təsdiq edilir, müəyyən
edilmiş müddətdə yerinə yetirilir.
FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti yazılı sərəncamında göstərilmiş
tədbirlərin ləğv edilməsinə və ya dəyişdirilməsinə yanğın-texniki komissiyanın
hüququ yoxdur. Komissiyanın mühafizəsinə əsasən bu tədbirlərin dəyişdirilməsi
və ya ləğv edilməsi zərurəti yarandıqda, bu FHN-nin Dövlət Yanğın Nəzarəti
Xidməti ilə razılaşdırılmalıdır.

205
Əlavə 2

Sənaye müəssisələrində və digər obyektlərdə könüllü


yanğından mühafizə dəstələri haqqında

ƏSASNAMƏ

1. Ümumi qayadalar

1.1 Sənaye müəssisələrinin, tikintilərin, bazaların, anbarların və digər


obyektlərin yanğından mühafizə tədbirlərinin keçirilməsi məqsədilə fəhlələrdən,
mühəndis-texniki işçilərdən və qulluqçulardan ibarət könüllü yanğından mühafizə
dəstələri yaradılır.
1.2 İdarə tabeli yanğın təhlükəsizliyi xidmətinin mövcudluğundan asılı
olmayaraq obyektlərdə könüllü yanğından mühafizə dəstələri yaradılır.
1.3 Könüllü yanğından mühafizə dəstələrinin təşkili, onların fəaliyyətinə
rəhbərlik edilməsi və fəhlələr, qulluqçular, mühəndis-texniki işçilər arasında
kütləvi-izahat işlərinin aparılması obyektlərin rəhbərlərinə həvalə olunur.
1.4 Könüllü yanğından mühafizə dəstələri obyektlərin miqyasından,
quruluşundan və xüsusiyyətindən asılı olaraq, ümumobyekt və ya sexlər üzrə
yaradılır.
Könüllü yanğından mühafizə dəstələrinin rəisləri obyektin (sexin) rəhbərinə
tabedir və öz vəzifələrini idarətabeli yanğın təhlükəsizliyi xidməti rəisinin
rəhbərliyi altında yerinə yetirir.
1.5 Könüllü yanğından mühafizə dəstələrinin rəisləri, onların müavinləri və
bölmə rəisləri obyektin (sexin) rəhbərliyi tərəfindən təyin edilir.

2. Könüllü yanğından mühafizə dəstələrinin vəzifələri


2.1 Könüllü yanğından mühafizə dəstəsinə həvalə edilir:
- obyektdə (sexdə) yanğına qarşı rejimə riayət olunmasına və yerinə
yetirilməsinə nəzarət etmək;
- obyektdə (sexdə) yanğına qarşı rejimə əməl olunmasının vacibliyi haqqında
fəhlələr və qulluqçular arasında izahat işlərinin aparılması;
- ilkin yanğınsöndürmə vasitələrinin vəziyyətinə və istifadəyə hazırlığına
nəzarət etmək;
- yanğın baş verərkən yanğın dəstələrini çağırılması və obyektdəki (sexdə)
yanğından mühafizə vasitələri ilə baş verən yanğının söndürülməsi üçün
təxirəsalınmaz tədbirlərin görülməsi.
2.2 Zəruri hallarda, könüllü yanğından mühafizə dəstəsinin üzvləri yağın
avtomobillərini, motopompaların, digər səyyar və stasionar yanğından mühafizə
vasitələrinin döyüş hesabı tərkibində iştirak edə bilər, sexlərdə və digər
obyektlərdə növbə çəkə bilər.

206
3. Könüllü yanğından mühafizə dəstələrinin təşkili qaydaları və işi

3.1 Könüllü yanğından mühafizə dəstəsinin say tərkibi obyektin (sexin)


rəhbəri tərəfindən müəyyən edilir.
3.2 Könüllü yanğından mühafizə dəstələri könüllü olaraq, obyektin (sexin)
fəhlələri, mühəndis-texniki işçiləri və qulluqçularından, yaşı 18-dən az olmayan
şəxslərdən təşkil edilir.
3.3 Könüllü yanğından mühafizə dəstəsinə qəbul olunanların və sonradan
heyətin tərkibinin dəyişdirilməsi obyekt (sex) üzrə əmrlə elan edilir.
3.4 Könüllü yanğından mühafizə dəstəsinn üzvləri aşağıdakı səbəblərə görə
dəstədən kənar edilir:
-yanğına qarşı rejimi pozduqda;
- dəstə rəisinin göstərişinə əməl etmədikdə;
- öz arzusu ilə;
- işdən azad edildikdə.
3.5 Könüllü yanğından mühafizə dəstəsi elə komplekləşdirilməlidir ki,
dəstədə hər sexdən və növbədən üzv olsun.
3.6 Könüllü yanğından mühafizə dəstəsinin üzvlərinin döyüş hesabı tərkibində
hərəkət cədvəli sexdə, görünən yerdə asılmalıdır.
3.7 Könüllü yanğından mühafizə dəstəsinin məşğələləri obyektin (sexin)
rəhbərliyi tərəfindən təsdiq edilmiş cədvəl üzrə, qeyri iş vaxtı, ayda 4 saatdan çox
olmayaraq keçirilməlidir.
3.8 Könüllü yanğından mühafizə dəstəsinin üzvlərinin qeyri iş vaxtı
yanğından mühafizə üzrə növbəyə cəlb edilməsi qaydaları Nazirlik və ya idarə
tərəfindən müəyyən olunur.

4. Könüllü yanğından mühafizə dəstəsinin rəisinin vəzifə borcu

4.1 Könüllü yanğından mühafizə dəstəsinin rəisinin borcudur:


- obyektdə yanğına qarşı rejimə riayət olunmasına nəzarət etmək;
- obyektdə (sexdə) yanğına qarşı ilkin yanğınsöndürmə vasitələrinin işə
hazırlığına nəzarət etmək və bu vasitələrin digər məqsədlər üçün istifadə
edilməsinə yol verməmək;
- yanğın təhlükəsizliyi tələbləri üzrə fəhlə və qulluqşular arasında izahat işləri
aparmaq;
- könüllü yanğından mühafizə dəstəsinin şəxsi heyəti ilə məşğələlər keçirmək
(ayrı-ayrı hallarda məşğələ keçirmək üçün obyektin yanğın təhlükəsizliyi xidməti
cəlb edilə bilər);
- könüllü yanğından mühafizə dəstəsinin bölmə rəislərinin işinə rəhbərlik
etmək və sexlərin komanda heyətinin işə hazırlığını yoxlamaq;
- yanğın bölməsi gələnə qədər obyektdə (sexdə) yanğının söndürülməsinə
rəhbərlik etmək;
- yanğına qarşı rejimin pozulması haqqında obyektin (sexin) rəhbərinə
məlumat vermək.

207
4.2 Könüllü yanğından mühafizə dəstəsinin rəisi obyektdə (sexdə) olmadıqda,
onun bütün vəzifə borclarını müavinləri yerinə yetirirlər.

5. Könüllü yanğından mühafizə dəstəsinin bölmə rəisinin vəzifələri

5.1 Könüllü yanğından mühafizə dəstəsinin bölmə rəisinin borcudur:


- öz növbəsində sexdə yanğına qarşı rejimə əməl olunmasına və bütün
yanğından mühafizə vasitələrinin işə hazırlığına nəzarət etmək;
- növbənin sonunda sexin yanğına qarşı vəziyyətini yoxlamaq, aşkar edilmiş
nöqsanları aradan qaldırmaq üçün tədbirlər görmək və sexin yanğından mühafizə
vasitələrini (sex bir neçə növbədə işləyərsə) işə başlayan könüllü yanğından
mühafizə dəstəsinin bölmə rəisinə təhvil vermək;
- işə başlayan zaman döyüş hesabı cədvəlinə əsasən könüllü yanğından
mühafizə dəstəsinin bölmə üzvlərinin qeydiyyatını aparmaq;
- könüllü yanğından mühafizə dəstəsinin bölmə üzvlərinin məşğələlərdə
iştirakını təmin etmək;
- bölmədə könüllü yanğından mühafizə dəstəsi üzvlərinin öz vəzifələri üzrə
biliklərini yoxlamaq;
- yanğın baş verərkən, yanğın komandası və ya könüllü yanğından mühafizə
dəstəsinin rəisi gələnə qədər yanğının söndürülməsinə rəhbərlik etmək.

6. Könüllü yanğından mühafizə dəstəsi üzvlərinin vəzifələri

6.1 Könüllü yanğından mühafizə dəstəsinin üzvlərinin borcudur:


- sexdə və iş yerində yanğına qarşı rejimi bilmək, rejimə əməl etmək və işçilər
tərəfindən əməl olunmasını tələb etmək;
- döyüş hesabı cədvəli üzrə öz vəzifə borclarını bilmək və yanğın baş
verərkən, onun söndürülməsində fəal iştitak etmək;
- sexdə olan ilkin yanğnsöndürmə vasitələrinin işə hazırlığına nəzarət etmək,
aşkara olunmuş nasazlıq barədə bölmənin könüllü yanğından mühafizə dəstəsinin
rəisinə məlumat vermək və imkan daxilində bu nasazlıqları aradan qaldırmaq;
- dəstə üzvlərinə həvalə edilmiş vəzifələri, dəstə (bölmə) rəisinin
sərəncamlarını yerinə yetirmək və cədvəl üzrə məşğələlərdə iştirak etməklə öz
yanğın-texniki biliklərini artırmaq.

208
Əlavə 3

Dəniz neft - qaz - mədən obyektlərində könüllü yanğından


mühafizə dəstələrinin şəxsi heyətinin təxmini hazırlıq

PROQRAMI

Könüllü yanğından mühafizə dəstəsinin (KYMD) şəxsi heyətinin hazırlıq


proqramı təxminən 24 saata hesablanmışdır. KYMD-nin üzvləri ilə dərslərin
aparılması, KYMD-nin rəisindən başqa obyektin (sexin) rəhbərləri tərəfindən
xüsusi olaraq seçilmiş, mühəndis-texniki heyətdən olan şəxslərə həvalə edilir.
KYMD-nin şəxsi heyətinin hazırlığı üzrə dərslərdə aşağıdakı mövzuların
öyrənilməsi tövsiyyə olunur:
Mövzu 1 (2 s) «Könüllü yanğından mühafizə dəstələrinin xidmətinin təşkili».
Nazirlik və idarələrin sənayə müəssisələrində və başqa obyektlərində KYMD
haqqında təsdiq olunmuş əsasnamə. Neft sənayesində KYMD-nin təşkili üzrə əmr
və sərəncamlar.
Mövzu 2 (8 s) «Obyektdə (sexdə) yanğına qarşı rejimə əməl edilmə qaydaları;
obyektdə (sexdə) yanğının əmələ gəlməsinin mümkün səbəbləri və xəbərdar etmə
tədbirləri».
İstehsalatın texnoloji prosesinin yanğın təhlükəsi və qısa xarakteristikası, o
cümlədən DDÖ-də (Ü QQ) yanğının əmələ gəlmə və yayılma şəraiti.
Neft və reagentlərin (neft məhsullarının və kimyəvi maddələrin) yanğın
təhlükəsi. İstehsalatın yanğın təhlükəli sahələri. Aqreqatların, qazıma
qurğularının, istismar quyularının iş rejimləri.
Dəniz şəraitinin, yatağın qrup halında işlənməsinin, eyni zamanda quyuların
qazılması və neftin çıxarılmasının DDÖ-də qəzanın yaranması və yanğının
yayılması şəraitinə təsiri.
Qaz və neft kəmərləri, çənlər, ventilyasiya qurğuları, aparatlar və başqa
istehsalat avadanlıqları.
Qazılan quyuların tullanışa qarşı və istismar olunan quyuların fontana
qarşı avadanlıqlarının qəzaların, partlayışların və yanğınların xəbərdar
edilməsində əhəmiyyəti. Qaynaq və odlu işlərin yanğın təhlükəsi və bu işlərdə
yanğın təhlükəsizliyi tədbirləri.
Elektrik avadanlıqlarının və elektrik işıqlandırılmasının yanğın təhlükəsi.
Elektrik xətlərinin və elektrik qurğularının qısa qapanmalarının və həddən
artıq yüklənməsinin yanğın təhlükəsi. Onların saxlanılmasına və istismarına olan
yanğın-profilaktiki tələblər. Obyektdə (sexdə) yanğına qarşı rejim, keçidlərə,
çıxışlara, körpülərin meydançaların girişlərinə və xilasetmə qayıqlarına minmə
yerlərinə, iş yerlərinin saxlanılmasına olan tələblər.
Od təhlükəli maddə və materialların saxlanması və istifadəsi qaydaları.
Obyektdə, DDÖ-də (Ü QQ) yanğına qarşı rejimi müəyyən edən əmr,
sərancam, təlimatlar və qəbul olunmuş yanğın qaydalarının yerinə yetirilməsi üçün
xəbərdaredici yazı və plakatlar. Yanğına qarşı rejim pozulan zaman rejim
profilaktikasının aparılmasında KYMD üzvlərinin işi. Yanğınların xəbərdar

209
edilməsində Dövlət Yanğın Nəzarəti Xidmətinin yerli (ərazi üzrə) bölməsi ilə
qarşılıqlı iş. Yanğınların, qaz təzahürlərinin və açıq fontanların əmələ gəlməsi
səbəbləri haqqında ümumi məlumatlar.
Yanğına qarşı rejimin pozulması nəticəsində əmələ gələn alovlanma və
yanğın halları.
DDÖ-də (Ü QQ) açıq fontan, yanğın zamanı təxliyyənin yolları və üsulları.
Mövzu 3 (6 s). «Obyektin qorunması üçün istifadə olunan yanğınsöndürmə
texnikası».
Odsöndürənlər, əl yanğınsöndürmə alət və inventarı, qumla dolu qutular, su
ilə dolu çəlləklər.
Odsöndürənin (köpük, karbon qazlı, tozvari və s.) quruluşu, doldurulan
maddənin tərkibi, işləmə prinsipi haqqında anlayış.
Yanğın kranının quruluşu haqqında anlayış. Kran avadanlıqları,
yanğınsöndürmə şlanqları və onların ləvazimatları, eyni zamanda əl və lafet
lülələri haqqında əsas məlumat. Obyektdə (sexdə) odsöndürənlərin, yanğın
siqnalizasiyasının, tefefonların yerləşdirilməsi. Onların işə salınma qaydası. İşləmə
qaydası. Nasazlıqlar və onların aradan qaldırılması. Qulluq etmə, saxlanılması.
Avtomatik və stasionar yanğınsöndürmə vasitələri-karbon qazlı, köpük, su
(drençer, sprinkler) qurğuları, onların quruluşları, iş prinsipləri, işə salınma
qaydası, sazlığına nəzarət etmə. DDÖ-də (Ü QQ) olan yanğın texniki silahla
KYMD üzvlərinin praktiki işi.
Mövzu 4 (4 s). «Döyüş hesabı cədvəli üzrə KYMD üzvlərinin vəzifələri».
Döyüş hesabı cədvəli: KYMD üzvləri arasında və qəza partiyasının
(qrupunun) tərkibində döyüş hesabı cədvəli üzrə vəzifələrin bölünməsi. Əl və lafet
lülələrilə, odsöndürənlərlə və insanların xilası üzrə işləyən KYMD üzvlərinin
vəzifələri; yanğınsöndürənlərin çağırlması və qarşılanması işinə təyin edilən
KYMD- üzvlərinin vəzifələri; yanğın baş verdiyi halda yanğınsöndürmə
bölmələrinin çağırılma üsulları.
DDÖ-nin (Ü QQ) obyektində KYMD-nin döyüş hesabının yanğınsöndürmə
vasitələri ilə birlikdə açılması.
Döyüş hesabına əsasən KYMD üzvlərinin vəzifələrinin işlənilməsinin
praktiki təlimi.
Mövzu 5 (4 s). «Yanğının söndürülməsinin əsas qaydaları».
Yanğın və yanğın taktikası haqqında ümumi məlumat. Yanar maddələrin
alovlanması üçün şərait. Alovun dayandırılması üsulları. Obyektdə, DDÖ-də
(Ü QQ) dənizin səthində yanğın zamanı alovun yayılmasının mümkün yolları
haqqında anlayış.
Yanğınların söndürülməsinin, açıq neft qaz fontanlarının alovlanma halının
xəbərdar edilməsinin, insanların xilas edilməsinin, konstruksiyalarının açılmasının
və sökülməsinin əsas qaydaları. Konkret döyüş şəraitində yanğın-texniki
məsələlərin və epizodların həlli üzrə praktiki məşğələlər.

210
Əlavə 4

Dəniz neft qaz mədən obyektlərində fəhlə, qulluqçu


və MTİ ilə yanğın-texniki minimumu üzrə
keçiriləcək məşğələlərin təxmini

PROQRAMI

Yanğın texniki minimum proqramı üzrə məşğələlər 20-22 saata


hesablanmışdır. Onlar hər il bilavasitə obyektdə keçirilməlidir.
Yanğın texniki minimumun keçirilməsinə müəssisənin mütəxəssislərini və
Dövlət Yanğın Nəzarəti Xidmətinin yerli (ərazi üzrə) bölməsi ştatda olan işçilərini
cəlb etmək lazımdır.
Yanğın texniki minimum məşğələlərdə aşağıdakı mövzular üzrə dərslər
keçirilməlidir:
Mövzu 1 (4-6 s). «Obyektdə yanğın təhlükəsizliyi tədbirləri».
Dəniz neft qaz obyektlərində texnoloji prosesin qısa xarakteristikası və
yanğın təhlükəsi.
Qaz, neft və reagentlərin yanğın təhlükəsi: neft və neft məhsulları
buxarlarının öz-özünə alışma və alışma temperaturu, qazın, neft və neft
məhsulları buxarlarının hava ilə qatışığının partlayış təhlükəli qatılığının əmələ
gəlməsi.
Yanğınların əsas əmələ gəlmə səbəbləri barəsində ümumi anlayış: neft və
qaz təzahürlərinin, açıq fontanların əmələ gəlməsi; istehsalat avadanlığının,
aparatların, çənlərin və boru kəmərlərinin nasazlığı və zədələnməsi; elektrik
avadanlıqlarının, elektrik işıqlandırılmasının nasazlığı və onların istismarı
qaydalarının pozulması; isitmə və qızdırıcı cihazların nasaz olması və istismar
qaydalarının pozulması; təmir işləri zamanı polad alətlərin toxunmasından əmələ
gələn qığılcım; odla ehtiyatsız davranma və rejim qaydalarının pozulması; qaynaq
və od təhlükəli işlərin aparılması; kükürdlü neft qalıqlarının, reagentlərin, yağa
batmış silgi materiallarının, xüsusi geyimlərin və s. öz-özünə alovlanması; statik
elektriklənmənin boşalmaları; ildırımın, təkrar təzahüri.
Dəniz şəraitinin, neft və qazın küt quyular vasitəsilə çıxarılmasının, eyni zamanda
qazıma işlərinin aparılmasının və quyuların istismarının yanğının əmələ gəlməsinə və
yayılmasına təsiri.
İşçi meydançalarının, estakadaların, özülün yuxarı tikilisinin təxliyyə yollarının,
ventilyasiya və kanalizasiya sistemlərinin, qaz analizatorlarının, yanğının
söndürülməsində istifadə olunan su təchizatı mənbələrinin saxlanılması qaydaları.
İstehsalatın texnoloji proseslərinin və yanğına qarşı qaydaların pozulduğunu
aşkar etdikdə, müəssisədə və ya DDÖ-də (Ü QQ) qəza rejimini elan etdikdə MTİ,
fəhlələr və qulluqçuların hərəkəti.
Yanğın təhlükəsizliyi məsələləri üzrə təlimat və əmrlər.
KYMD-nin, qəza partiyalarının və qrupların təşkili və işinin aparılması qaydası.
Mövzu 2 (6-7 s). «İş yerində yanğın təhlükəsizliyi tədbirləri».

211
Qazıma, neft və qazın çıxarılması, nəqli proseslərində yanğın təhlükəsizliyi
tədbirləri və bu zaman istifadə olunan avadanlıq, aqreqat və qurğular. Qazın, neft və
qazın çıxarılması və nəqli proseslərində rejim pozulmalarının qarşısını alınmasında
xidməti heyətin hərəkəti. Qazıma aqreqatlarının və qurğularının neft və qazın
istismarının, nəqlinin iş rejimi pozulduqda, neft və neft məhsulları kipgəclərdən,
aparat və boru kəmərlərinin birləşdiyi yerlərdən sızdıqda xidməti heyətin hərəkətləri.
Yanğın, neft qaz təzahürü, açıq fontan, qəzalar və partlayış təhlükəsi zamanı
xidməti heyətin hərəkətləri: istehsalat qurğu, aqreqat və boru kəmərlərinin işə salma
və dayandırma qaydaları, cərəyan altında olan qurğuları dövrədən açmaq, qəza
xidmətinin çağırılması və s.
Tullanışa və fontana qarşı qurğuların istifadə edilməsi qaydaları.
Dəniz Neft və Qazçıxarma obyektlərində və təlimatlandırılan şəxsin iş
yerində yanğına qarşı rejim.
MTİ, qulluqçular və fəhlələr üçün qoyulmuş (qəbul edilmiş) yanğın
təhlükəsizliyi qayda və təlimatları.
Yanğının qarşısını almaq məqsədi ilə işin əvvəlində, işin gedişi zamanı və iş
qurtardıqdan sonra yanğın təhlükəsizliyi tədbirləri.
Mövzu 3 (1 s). «Dövlət Yanğından Mühafizə Xidmətinin yerli (ərazi üzrə)
bölmələrinin çağrılması və xidməti heyətin təxliyyəsinin təşkili».
Obyektdə (sexdə) olan rabitə və siqnalizasiya vasitələri, telefon
aparatlarının, xəbəredicilərin, yanğın elektrik siqnalizasiyasının, yanğın
həyacanının səs siqnal vasitəsi ilə verilməsini təmin edən apartların yerləşdiyi
yerlər. Bu vasitələrdən yanğın baş verdiyi halda istifadə edilmə qaydaları, telefon
(radiostansiya) vasitəsilə xəbər vermək qaydaları.
DDÖ-dən (Ü QQ) xidməti heyətin təxliyyəsinin üsul və yolları.
Açıq fontan və yanğın zamanı DDÖ-dən (Ü QQ) təxliyyənin təşkili.
Mövzu 4 (4 s) «Yanğın texnikası və fərdi mühafizə vasitələri».
Yanğısöndürmə vasitələri haqqında ümumi anlayış (su, hava-mexaniki
köpük, köpükəmələgçtirici, odsöndürən toz, karbon qazı, xladonlar, buxar və s.).
Obyektdə olan yanğınsöndürmə texnikasının adı, təyinatı və yerləşdiyi yer
(odsöndürənlər, daxili yanğın kranları, şlanqlar, əl və lafet lülələri, içərisində su
olan çəlləklər, qumla dolu qutular, bellər, linglər, baltalar, azbest parçalar).
Sprinkler və drençer avadanlığı haqqında ümumi anlayış.
Avtomatik və stasionar yanğınsöndürmə qurğuları.
Hava-köpük yanğınsöndürmə vasitələri və cihazları köpük qatışdırıcı, hava-
köpük lülələri, çənlərin üstündəki stasionar köpük kameraları.
Yay və qış mövsümündə obyektdə olan yanğın texnikasının saxlanılması
qaydası.
Yanğını söndürmək məqsədilə odsöndürən vasitələrdən, yanğın alət,
inventar və avadanlığından istifadə edilməsi qaydaları.
Mövzu 5 (4 s). «Yanğın və qəza zamanı hərəkətlər (fəaliyyət).
Neft və qaz təzahürlərini, açıq fontanları, neft və neft məhsullarının
tökülməsi nəticəsində qəzaları, binaların tüstülənməsini, alovlanma və yanğını
aşkar edən MTİ, qulluqçu və fəhlələrin hərəkətləri.

212
Yanğın haqqında yanğın təhlükəsizliyi xidmətinə, fontana qarşı və digər
qəza xidmətlərinə xəbər verilmə qaydası. Yanğınsöndürmə gəmilərinin
(avtomobillərin) qarşılanmasının təşkili.
Lazım gələrsə texnoloji avadanlıqların, komunikasiyaların, elektrik
qurğularının, ventilyasiyanın dayandırılması, siyirtmələrin bağlanması, qonşu
tikililərin və qurğuların qorunmasının təşkili. Obyektdə olan yanğınsöndürmə
vasitələri ilə yanğının söndürülməsi, stasionar yanğınsöndürmə sistemlərinin işə
salınma qaydası, insanların, maddi dəyərlərin köçürülməsi. Açıq fontan və yanğın
zamanı xidməti heyətin DDÖ-dən (Ü QQ) təxliyyəsi qaydaları. MTİ, qulluqçu və
fəhlələrin Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələrinin gəlməsindən
sonra hərəkəti. (şlanq xətlərinin çəkilməsinə, yanğınsöndürmə vasitələrinin
gətirilməsinə və ya daşınmasına, siyirtmələrin açılıb-bağlanmasına, neft və neft
məhsullarının bir yerdən başqa yerə vurulmasına köməklik göstərmək və
yanğının söndürülməsinə rəhbərlik edən, cavabdeh şəxsin digər sərəncamlarını
yerinə yetirmək).
Qeyd: Yanğın-texniki minimumun mövzularını öyrənərkən bu və ya başqa
obyektlərdə baş vermiş yanğınların ən səciyyəvi xüsusiyyətlərindən danışmaq
lazımdır. Materialların yaxşı mənimsənilməsi üçün yaxşı olardı ki, müxtəlif təlim
eksponatlarından, fotoşəkillərdən, video materiallardan, partlayış və yanğın
təhlükəli obyektlərin ayrı-ayrı qovşaqlarının maket və plakatlarından istifadə
edilsin.
1 və 2 saylı mövzuları öyrənərkən hazırki Qaydaların və obyektin texnoloji
reqlamenti üçün təlimatın müvafiq bölmələri öyrənilməlidir. Fəhlə və
qulluqçuları bir sexdən başqasına keçirdikdə yanğın-texniki minimumun 2, 4 və
5 saylı mövzuları təkrar öyrənilməlidir.

213
Təlimatlanmanın
tarixi

Təlimatlandırılan
şəxsin adı, soyadı

Təlimatlandırılan,
şəxsin sənəti, vəzifəsi

Təlimatlandırılan,
şəxsin göndərildiyi
istehsalat bölməsinin adı

Təlimatı keçənin adı,


soyadı, vəzifəsi
alınma gurnalı»nın forması
«Yanğına qarşı giriş təlimatlarının qeydə

Təlimatı keçənin
İmzalar

Təlimatlandırıla
n şəxsin

214
Əlavə 5
Təlimatlanmanın tarixi

Təlimatlandırılan
şəxsin adı, soyadı

Təlimatlandırılan,
şəxsin sənəti, vəzifəsi

Təlimatlanma:
İş yerində ilkin, təkrar,
plandan kənar, cari

Təlimatın nömrəsi
və ya onun adı
ÜQQ briqadasının adı)

Təlimatı keçənin adı,


soyadı, vəzifəsi
gurnalının» forması (sexin, sahənin, DDÖ,

Təlimatı keçən
şəxsin
«İş yerində yanğına qarşı təlimatlandırılmanın qeydə alınma

İmzalar

Təlimatlandırılan

215
Əlavə 6

şəxsin
Nümunənin götürülmə vaxtı
və tarixi

1 2
Nümunə götürülən yer

Nümunənin götürülmə üsulu və


cihazın adı və nömrəsi

3
Zəhərlivə partlayıştəhlükəli
qazın adı

4
Buraxılabilən həddləri
(BBH,qr/m3)

5
Cihazın göstəriciləri

Analitik nəzarət üzrəbuxarların


7 miqdarı,mq/m3,həcmi hissə%

Analiz aparan laborantın


8
Hava mühitinə nəzarət jurnalının forması

İş yerinin çirklənməsinin səbəbi


9
0

qarşıalma tədbirləri
1
1

qeyd

216
Əlavə 7

1
Əlavə 8

Kimyəvi maddə və materialların bir yerdə saxlanılma qaydaları

Qrupa daxil olan maddələrin aşağıdakı


Q Maddələr qrupların bir yerdə saxlanılmasına yol
rup verilmir
I Partlayıcı qatışıqlar əmələ
gətirə bilən maddələr:
Kalium nitrat,
Kalsium nitrat, IIa, IIv, IIc, III, IVa, Ivv, V, VI
Natrium nitrat,
Kalium perxlorat
Bertole duzu və s.
I Sıxılmış və
I mayeləşdirilmiş qazlar:
a) Yanar və partlayış
təhlükəli qazlar:
asetilen, hidrogen, metan,
blau qaz, ammonyak I, IIc, III, IVa, IVv, V, VI
hidrogen sulfid, xlormetil,
etilen oksidi butilen, butan,
propan və s.
v) Təsirsiz və yanmayan
qazlar:
arqon, helium, neon, azot,
karbon qazı, kükürd anhidridi III, IV a, IV v, V, VI
və s.
c) Yanmaya kömək edən
qazlar:
oksigen və hava sıxılmış
və maye halında I, II a, III, IV a, IV v, V, VI

217
I Suyun və havanın
II təsirindən öz-özünə alışan və
yanan maddələr:
a) Kalium, natrium,
kalsium, kalsium karbid,
fosforlu kalsium, fosforlu
natrium, sink tozu, natrium I, II a, II v, II c, IV a, IV v, V, VI
peroksid, barium peroksid,
alüminium tozu və pudrası,
Reney tipli nikel katalizatoru
və b., ağ və ya sarı fosfor
v) Trietil alüminium, die- I, II a, II v, II c, III a, IV a, IV v, V, VI
tilalüminium xlorid, üçizobuti-
lalüminium və s.
I Asan alışan və yanar
V maddələr:
a) Mayelər-benzin, benzol,
kükürdlü karbon, aseton, I, II a, II v, II c, III, IV v, V, VI
skipidar, toluol, ksilol,
amilasetat, yüngül xam neftlər,
liqroin, kerosin, spirtlər, dietil
efiri, üzvü yağlar. I, II a, II c, III, IV a, V, VI
v) Bərk maddələr-seluloid,
qırmızı fosfor, naftalin.
V Alovlanmaya səbəb olan
maddələr: brom, azot və sulfat I, II a, II c, III, IV a, V, VI
turşuları, xrom anhidridi.
V Asanalışan maddələr:
I Pambıq, saman, cut, I, II a, II v, II c, III, IV a, IV v, V
penka, kükürd, torf, kömür,
bitki və heyvan hisi

Qeyd: Yuxarıdakı cədvəldə adları göstərilməyən yanğın və partlayış təhlükəli


maddələrin bir yerdə saxlanılma zərurəti yaranarsa, belə hallar onların yanğın və
partlayış təhlükəliliyi dərəcəsi təyin edildikdən və FHN-nin Dövlət Yanğın
Nəzarəti Xidməti ilə razılaşdıqdan sonra həll edilə bilər.

218
Əlavə 9
Anbarlarda (açıq meydançalarda) yanğınsöndürmə
vasitələri
Anbarın adı Odsöndürən vasitələr
Zəhərli maddələr X-l, X-4
Permanqanatlar X-I, X-4
Umumi kimya məhsulları 0-2
Quru boyalar Bütün K
Quru qələvilər X-l, X-4
Hava ilə partlayış təhlükəli
Bütün K
qatışıq əmələ gətirən quru maddələr
Kükürd S-2, K-2, Q-l, Q-2
Alüminium tozu X-l, X-3
Kalium və natrium selitrası X-l, X-4, 0-3
Amonium selitrası Su
Ozüalışan maddələr S-1
Asanalışan və yanar mayelər K-1, K-2, O-1
(o cümlədən zəhərli)
Nitroməhsullar K-l, K-2, 0-1
Kalsium karbid X-1, İ-1
Maye qələvilər S-l, S-2
Sulfat və azot turşuları Q-2, İ-l, İ-2
Balonlarda saxlanılan Qızarkən partlayış təhlükəsi yaranır, su
yanmayan qazlar ilə intensiv surətdə soyudulur.
İ-1, İ-2, Q-l, Q-2; su ilə intensiv
Balonlarda saxlanılan yanar qazlar
soyudulur.
Rezin məhsulları və təkərlər K
Asbest məhsulları S, K
Dam örtüyü və hidroizolyasiya
K
rulonu və plitka materialları
Meşə materialları S
Parça və tikiş materialları, S, K
ayaqqabılar
Naqillər və kabel məhsulları K
Elektrotexniki məhsullar, cihazlar
S, K
və avadanlıqlar
Maşınqayırma avadanlığı S, K

219
Anbarlarda (açıq meydançalarda) yanğınsöndürmə
vasitələri

S – su ilə söndürmə:
S – 1 –yığcam su;
S – 2 –dağınıq su.
Q – qazla söndürmə:
Q – 1 –karbon qazlı;
Q – 2 –azot və başqa inert (təsirsiz) qazlar.
İ – izoləedici yardımçı vasitələr:
İ – 1 –qum, soda, təbaşir, talk, qrafit və s.
İ – 2 –asbest örtük, brezent və s.
O – od söndürənlər:
O – 1 –köpüklü;
O – 2 –karbon qazlı;
O – 3 –tozlu.
K – köpüklə söndürmə:
K – 1 –kimyəvi köpük;
K – 2 –orta artımlı hava-mexaniki köpük.
X – xüsusi ödsöndürən vasitələr:
X – 1 –toz tərkibli;
X – 2 –ammonium-fosfat duzlarının su məhlulları;
X – 3 –qələvi metalların xloridlərinin qatışığı;
X – 4 –kombinasiya edilmiş tərkiblər.

220
Əlavə 10

Təsdiq edirəm:

Baş mühəndis

________201__il

Partlayış-yanğın və yanğın təhlükəli obyektlərdə


odlu işlərin aparılmasına

İCAZƏ

1. Sex, obyekt, qurğu, sahə _______________________________________


______________________________________________________________
2. İş yeri _______________________________________________________
(aparat, kommunikasiya və s.)
3. İşin məzmunu ________________________________________________
4. Odlu işlərə hazırlığa cavabdeh şəxs _______________________________
_____________________________________________________________
(vəzifəsi, soyadı, adı, atasının adı)
5. Odlu işlərin aparılmasına cavabdeh şəxs___________________________
___________________________________________________________
(vəzifəsi, soyadı, adı, atasının adı)
6. Hazırlıq tədbirlərinin adı, ardıcıllığı və odlu işləri yerinə yetirərkən
təhlükəsizlik tədbirləri:
hazırlıq işlərində
______________________________________________________________
_________________________________________________________________
odlu işlər aparılarkən____________________________________________
__________________________________________________________________
7. Obeyktin, sexin, sahənin, xidmətin rəisi
(müavini)________________________________________________________
(imza)

221
8. Briqadanın tərkibi və təlimat keçmələri haqqında qeyd
Sıra Soyadı, adı, Vəzifəsi Təlimatlandırılanla Təlimatçını
sayı atasının adı rın imzası n imzası

9. Hava analizinin nəticələri ______________________________________


(tarix,vaxt, nümunə götürülən yer, qazın miqdarı)
10. 6 bəndində nəzərdə tutulmuş tədbirlər yerinə yetirilmişdir_____________
_____________________________________________________________
(tarix, hazırlıq işlərinə cavabdeh şəxsin imzası)
11. İş yeri odlu işlərin aparılmasına hazırdır
____________________________________________________________
(tarix, odlu işlərin aparılmasına cavabdeh şəxsin imzası)

12. Odlu işlərin aparılmasına icazə verilir ____________________________


(tarix, obyekt, sex, sahə, xidmət rəisinin (müavini) imzası)
saat ______dən saat __________dək
13. Razılaşdırılıb:-Yanğın təhlükəsizliyi xidmətinin nümayəndəsi

_________________________________________________________________
(tarix, imzası)

14. İcazənin müddəti _______201__ ilə dək uzadılmışdır.

saat _____dən saat _________dək

Odlu işlərə hazırlıq


görülməsinə cavabdeh şəxs, _____________________
(imza)
Odlu işlərin aparılmasına
cavabdeh şəxs, _____________________
(imza)

Obyekt, sex, sahə, xidmət rəisi (müavini)


___________________
(imza)

222
Əlavə 11

Partlayış-yanğın və yanğın təhlükəli obyektlərdə


qəza zamanı odlu işlərin aparılmasına

İCAZƏ

1. Sex, obyekt, qurğu, sahə __________________________________


2. İş yeri _____________________________________________________
(aparat, kommunikasiya və s.)
3. İşin məzmunu ___________________________________________
4. Odlu işlərə hazırlığa cavabdeh şəxs ____________________________
____________________________________________________________
(vəzifəsi, soyadı, adı, atasının adı)

5. Odlu işlərin aparılmasına cavabdeh şəxs ___________________________


(vəzifəsi, soyadı, adı, atasının adı)
6. Hazırlıq tədbirlərinin adı, ardıcıllığı və odlu işləri yerinə yetirərkən
təhlükəsizlik tədbirləri:
hazırlıq işlərində _____________________________________
odlu işlər aparılarkən ________________________________________
7. İcazə verən şəxsin vəzifəsi _____________________________
(imza)

8. Təmir dəstəsinin tərkibi və təlimat keçmələri haqqında qeyd


S Soyadı, adı, Vəzifəsi Təlimat- Təlimatçıın
ıra atasının adı landırılanların imzası
sayı imzası

223
9. Hava analizinin nəticələri _______________________________________
______________________________________________________________
(tarix,vaxt, nümunə götürülən yer, qazın miqdarı)
10. 6 bəndində nəzərdə tutulmuş tədbirlər yerinə yetirilmişdir_____________
______________________________________________________________
(tarix, hazırlıq işlərinə cavabdeh şəxsin imzası)
11. İş yeri odlu işlərin aparılmasına hazırdır _________________________
______________________________________________________________
(tarix,vaxt, nümunə götürülən yer, qazın miqdarı)
12. Odlu işlərin aparılmasına icazə verirəm__________________________
_____________________________________________________________
(tarix, sex rəisinin (müavinin) imzası)
saat ______dən saat __________dək
13. Baş mühəndis xəbərdar edilmişdir: ______________________________
(tarix, imzası)
14. Yanğın təhlükəsizliyi xidməti xəbərdar edilmişdir __________________
(tarix, imzası)

15. İcazənin müddəti ____________201__ ilə dək uzadılmışdır.

saat _____dən saat _________dək

Odlu işlərə hazırlıq


görülməsinə cavabdeh şəxs, _____________________
(imza)
Odlu işlərin aparılmasına
cavabdeh şəxs, _____________________
(imza)
Obyekt, sex, sahə, xidmət
rəisi (müavini) _____________________
(imza)

224
Əlavə 12

_____Saylı ixtisas vəsiqəsinə yanğın təhlükəsizliyi üzrə

TALON

(ixtisas vəsiqəsi ilə etibarlıdır)

225
______________________________________________________________
_____(soyadı, adı, atasının adı)
yanğın texniki minimum proqramı və xalq təsərrüfatının obyektlərində qaynaq
və digər odlu işlərin aparılmasında yanğın təhlükəsizliyi tələblərinin
mənimsənilməsi üzrə zaçot verib.
Talon verilən tarixdən bir il müddətinə qüvvədədir.
Obyekt rəhbərliyinin nümayəndəsi
_______________________________________
______________________________________________________________
_____(obyektin adı)
imza
Yanğın təhlükəsizliyi xidmətinin nümayəndəsi
_____________________201__ il.
imza

Talon _____________________________201__ ilə kimi uzadılıb.


Obyekt rəhbərliyinin nümayəndəsi

imza

Yanğınsöndürməorqanının (hissənin) nümayəndəsi


_____________________201__ il.
imza

Talon _____________________________201__ ilə kimi uzadılıb.


Obyekt rəhbərliyinin nümayəndəsi

imza

Yanğın təhlükəsizliyi xidmətinin nümayəndəsi


_____________________201__ il.
imza
Odlu işlərin aparılması zamanı yanğın təhlükəsizliyinin pozulması haqqında
qeydlər

yanğın təhlükəsizliyi qaydalarının yerinə yetirilməsini yoxlayan şəxsin imzası)

226
Əlavə 13

Partlayış təhlükəli maddələrin buraxıla bilən qatılığı

Sıra №-si Həcmi pay,


Maddələrin adları mq/l
%
1 Ammonyak 0,75 5,3
2 Benzol 0,07 2,25
3 Həlledici-benzin 0,04 1,63
4 Butan 0,09 2,25
5 Kerosin 0,07 3,70
6 Metan 0,25 1,65
7 Neft (20-2000C arasındakı 0,07 2,10
fraksiya)
8 H-pentan 0,07 2,05
9 Propan 0,11 1,90
10 Metil-spirti (metanol) 0,30 4,60
11 Etil spirti 0,13 3,40
12 Etilenqlikol 0,17 4,70
13 Etan 0,15 1,80
14 Etilen 0,15 1,70

227
Əlavə 14

Neft sənayesi obyektlərində ilkin yanğınsöndürmə vasitələrinin


NORMALARI
Od Qum dolu yeşiklər,

ya brezent parçalar
2x2 ölçülü keçə və
söndürənlər həcmi, m3

Yanğın vedrə ləri


Qum daşıyan

Qarmaqlar
xərəklər

Baltalar
Linglər
Kar bon qazlı

Bellər
Köpüklü

və tozlu
0,5 1,0 3,0

1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Bir qazma quyusu 6 - 4 1* - 4 - 2 2 2 4 -
Estakada meydan-
çasında istismar
quyusu:
10 2 - - 1 1* 2 - 2 2 2 2 -
10-24 4 - - 2 1* 4 - 4 4 4 4 -
Ayrıca dəniz özü-
lündə bir istismar
quyusu 2 - - 1 - 2 - 2 2 2 2 -
Sahəsi 50 ra qədər
neft nasosxanası 2 1 3 - - 3 - - - 2 2
Barabanlarda sax-
lanılan kalsium-
karbid anbarının
10 barabanı - 2 1 - 1 - - - - -
Partlayıcı maddələr
anbarının 100 m2
sahəsi 1 - - 1 1* 2 - - - - 1
Metanol anbarının
100 m2 sahəsi 1 1 - - - - - - - 1
Taralarda saxlanı-
lan yanar maye an-
barının 75 m2 sa-
həsi 1 - - - 1* 2 - - - - - -
Bərk yanar mate-
riallar anbarının
50m2 sahəsi 2 _ _ - 2 _
Yanmayan mate-
riallar anbarının
100m2sahəsi 1 - - - -
Ç lingər və xarrat
emalatxanasının
100 m2 sahəsi 2 - 1 - - 1 - - - - - -

228
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Dəmirçi qaynaq se-
xinin 100 m2 sahəsi 2 - 1 - - 1 - - - - 1 -
Laboratoriyanın
50 m2 sahəsi 1 1 - 1 - - - - - 1
Arabulatoriya və
tibb məntəqəsinin
100 m2 sahəsi 1 - - - - - - -
NÖC-nın operator
otağının 100 ra2 sahəsi - 2 - 1 - - - - - -
Qazanxanalar
(2 odluqlu):
bərk yanacaqla
işləyən - - - - - - - - - - -
Maye yanacaqla
işləyən 2 - - 1 - 1 - - - - -
Qaz yanacaqla
işləyən 1 - 1 - - - - - - -
Bir paylayıcı ben-
zin və yağ kalonkası 1 - 2 1 2 - - - - - 1
Dörd benzin və yağ
kalonkaları 6 - 4 - - 4 - - - - 2 2
Odlu borulu
sobalar:
neftin qızdırılması
üçün bir soba 2 - - 1 2 - - - - - 1
qazın qızdırılması
üçün bir soba 1 - - - - - - - - - 1
Bir ədəd rektifika-
siya kalonu 2 - - 1 - 2 - - - - - 1
Bir ədəd istilik
dəyişdiricisi 1 - _ 1 - 2 - - - - - 1
Neft məhsullarının

taralarda (çəllək-
lədə) saxlandığı
sahəsi 100 m2 olan
açıq estakada
nıeydançası 2 - 2 - - - 2 - - - 2 1
Tikinti materialları

və avadanlığının
saxlanıldığı sahəsi
100 m2 olan açıq
estakada meydan-
çası 3 - - 2 - 4 - - 2 4 -

229
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
50 m qədər dəmir-
yol boşaltma-dol-
durma estakadası:
birtərəfli 2 - - 1 1* 2 - 1 - 2 2 1
ikitərəfli 4 - - 2 1* 4 - 2 - 4 4 2
Bir üzən nasos
stansiyası 4 - 1 1 1* 3 - 1 1 1 2 2
Qaz-hava paylaşdı-
rıcı budkalar 2 2 - 1 - 2 - - -
Qaz kompressorxa-
nada üç kompres-
sor 2 2 - 1 2 - 1 - - - 1
Qapalı transforma-
tor yarımstansiya-
larının və bölüşdü-
rücü qurğuların
50 m2 sahəsi - - 1 - 2 1 - -
Qapalı və açıq
transformator ya-
rımstansiyalarında
quraşdırılmış yağ
dolu aparatın 5 m2
sahəsinə 2 - - 1 2 - - - 1
Dizel qurğusunun
bir mühərriki 2 1 - 1 - 1 - - - 1
Turşu anbarının
200 m2 sahəsi 1 - - 1 - 2 - - - - - -
Qaraj və açıq avto-
mobil dayanacağı-
nın 100 m2 sahəsi 1 - 2 - - 1 - - - - - -
Bir su nasoso
stansiyası 1 1 - - - - - - - - - -
İnzibati, ictimai və
yaşayış binalarının
hər 50 m2 sahəsi 1 - - - - - - - - - - -
Yanğın məntəqələ-
rinin (şitlərinin)
5000 m2 sahəsi 2 - - 1 - 4 - 1 1 1 1 1
Ç ənlər parkının
bölmələri:
iki rezervuarlı 2 - - 1 - 2 - - - - 2 2
dörd rezervuarlı 4 - - - 1* 2 2 - - - 2 4

* Mərkəzi yanğınsöndürmə şitində.

230
Əlavə 15
İlkin yanğınsöndürmə vasitələrinin zəruri miqdarının təyini

1. İlkin yanğınsöndürmə vasitələrinin növü və miqdarının təyini zamanı yanar


maddələrin yanğın təhlükəliliyi və fiziki-kimyəvi xüsusiyyətləri, onların
odsöndürücü maddələrlə qarşılıqlı təsiri, istehsalat binalarının, xarici qurğuların
avadanlıq, qurğu və tikililərin sahələri nəzərə alınmalıdır.
2. Texniki avadanlığın odsöndürücülərlə komplektləşdirilməsi, bu avadanlığa
texniki şərtlərə (pasport) və ya yanğın təhlükəsizliyi qaydalarına müvafiq şəkildə
aparılmalıdır.
3. Xaricdə istehsal ounmuş avadanlıqların odsöndürücülərlə
komplektləşdirilməsi, onların ölkəyə gətirilməsi müqaviləsinə müvafiq şəkildə
həyata keçirilir.
4. Odsöndürücülərin seçilməsi və zəruri sayının hesablanması onların
odsöndürmə xüsusiyyətlərindən, söndürmə sahəsinin ölçülərindən, İSO№3941-77
sənədinə müvafiq obyekt və ya binadakı yanar maddə və materialların yanğın
sinfindən asılı olaraq aparılır.
A sinfi - əsasən üzvi mənşəli və yanması közərmə ilə müşahidə edilən bərk
maddələrin (ağac, tekstil, kağız və s.) yanması ilə yanğın.
B sinfi - yanar may elərin və ya əriyən bərk maddələrin yanması ilə yanğın.
C sinfi - qaz yanğınları.
D sinfi - metal və onların ərintilərinin yanğınları.
E sinfi - elektrik qurğularının yanması ilə yanğınlar.
Odsöndürücünün tipinin seçilməsi (səyyar və ya əl ilə) mümkün yanma
mənbələrinin ölçülərindən asılı olaraq seçilir.
5. Müvafiq temperatur həddlərində istifadə edilən odsöndürücülərin
seçilməsində iqlim şəraiti nəzərə alınmalıdır.
6. Kombinəli yanğın mənbələrinin ləğvi üçün universal odsöndürücü
seçilməlidir.
7. Müxtəlif kateqoriyalı otaqların sahə ölçülərindən asılı olaraq,
odsöndürənlərin saya bir və iki cədvəllərinə əsasən müəyyən edilir.
8. İctimai bina və tikililərin hər mərtəbəsində ən azı iki əl odsöndürücüləri
yerləşdirilməlidir.
9. Sahəsi 100 m2-dən az olan D kateqoriyalı otaqlar odsöndürücülərlə təchiz
olunmaya bilər.
10. Yanğın təhlükəliliyi üzrə eyni kateqoriyalı bir neçə kiçik otaqların
odsöndürücülərlə təchiz edilməsi bu otaqların ümumi sahələrinə uyğun, bu
Əlavənin 14 bəndinə, 1 və 2 saylı cədvəllərə müvafiq surətdə yerinə yetirilir.
11. Müəssisədən doldurma üçün göndərilən odsöndürücülər müvafiq sayda
doluları ilə əvəz edilməlidirlər.
12. Elektron - hesablama maşınları, telefon stansiyaları, muzey və arxiv
binaları üçün odsöndürücülərin seçilməsində odsöndürücü maddələrlə həmin
otaqlardakı avadanlıq, məlumat, mal-materiallarla qarşılıqlı əlaqəsinin spesifik

231
xüusiyyətləri nəzərə alınmalıdır. Bu otaqlar, odsöndürücü maddələrin buraxıla
bilən hədd miqdarı nəzərə alınmaqla, qazlı odsöndürücülərlə təchiz olunmalıdırlar.
13. Stasionar avtomatik yanğınsöndürmə qurğuları quraşdırılmış otaqlar zəruri
hesablanmış qiymətin 50% miqdarında ilkin yanğınsöndürməvasitələri ilə təchiz
olunmalıdırlar.
14. Mümkün yanğın mənbələrindən odsöndürücülərin yerləşdiyi yerə qədər
məsafə ictimai bina və tikililərdən 20 m, A, B, V kateqoriyalı otaqlarda 30 m, Q
kateqoriyalı otaqlarda 40 m, D kateqoriyalı otaqlarda isə 70 m çox olmamalıdır.
Hər bir obyektdə ilkin yanğınsöndürmə vasitələrinin alınması, saxlanılması,
təmiri və işə hazırlığına cavabdeh şəxs təyin edilməlidir.
İlkin yanğınsöndürmə vasitələrinin obyektdə mövcudluğu və vəziyyətləri
xüsusi jurnalda qeyd edilməlidir. Obyektdəki hər bir odsöndürücünün gövdəsində
ağ boya ilə sıra nömrəsi göstərilməli, ona xüsusi pasport tərtib olunmalıdır.
15. Qış fəslində (havanın mənfi temperaturlarında) odsöndürücülər isidilən
otaqlarda saxlanılmalıdırlar.
16. İlkin yanğınsöndürmə vasitələrinin dəhliz və keçidlərdə yerləşdirilmə
qaydası insanların təhlükəsiz köçürülməsinə mane olmamalıdır. Onlar binadan
çıxışa yaxın yerdə, 1,5 m çox olmayan hündürlükdə yerləşdirilməlidirlər.
17. Yanğına qarşı daxili su xətti avtomatik sistemləri ilə təchiz olunmamış
istehsalat və anbar otaqlarında, ərazisində yanğına qarşı xarici su xətti olmayan
müəssisələrdə və ya xarici texnoloji qurğuları və binaları xarici yanğın su
mənbələrindən 100 m artıq məsafədə yerləşən müəssisələrdə ilkin
yanğınsmöndürmə vasitələri, yanğın alət və inventarların yerləşdirilməsi üçün
yanğın şitləri quraşdırılmalıdır. Yanğın şitləri cədvəl 4 müvafiq şəkildə ilkin
yanğınsöndürmə vasitələri, yanğın alət və inventarları ilə komplektləşdirilməlidir.
18. Şitin yanındakı su tutumu 200 litrdən az olmamalı, vedrələrlə
komplektləşdirilməlidir.
19. Şit yanında qum yeşikləri əsasən asan alışan və yanar mayelərin dağılma
ehtimalı olan otaqlarda və açıq meydançalarda qoyulur. A, B, V kateqoriyalı
otaqlar və texnoloji xarici qurğuların hər 500 m2 üçün və D, Q kateqoriyaları üçün
isə hər 1000 m2 sahəyə 0,5 m3 qum ehtiyatı nəzərdə tutulmalıdır.

232
Cədvəl 1

Otaqların əl odsöndürücüləri ilə təchiz edilmə normaları


Mühafizə Yanğının Tozlu odsöndürücülər tutumu, Tutumu 2 (3) litr Karbon qazlı odsöndü-

olan köpük
Tutumu 10 l
olunan sinfi litr olan xlodan rücülər, litr
Otaqların

odsondü-
kateqori-

sahə, odsöndürücüləri
m2
yaları

2 5 10 2 5 (8)

rücü
ABB 200 A 2+ - 2+ 1+
- - -
(yanar B 4+ - 2+ 1+
4+ - -
qazlar və C - - 2+ 1+
4+ - -
mayelər) D - - 2+ 1+ - - -
(E) - - 2+ 1+ - - 2++
B 400 A 2++ 4+ 2++ 2+ - - 2+
D - - 2+ 1++ - - -
(E) - - 2++ 1+ 2+ 4+ 2++
Q 800 B 2+ - 2++ 1+ - - -
C - 4+ 4++ 1+ - - -
Q, D 1800 A 2+ 4+ 2++ 1+ - - -
D - - 2+ 1++ - - -
(E) - 2+ 2++ 1+ 2+ 4+ 2++
İctimai 800 A 4+ 8+ 4++ 2+ - - 2+
binalar (E) - - 4++- 2+ 4+- 4+- 2++-
Binaların (otaqların) səyyar odsöndürücüləri ilə təchiz edilmə normaları

Mühafizə Yanğın sinfi Tutumu 100 litr Karbon qazlı odsöndü-


olunan olan hava- Tutumu 100 litr Tutumu 100 litr rücülər, litr
sahə, köpük odsonü- olan kombinəli
olan toz odsöndürücülər
kateqoriyası

m2 rücülər odsöndürücülər
Otaqların

(köpük, toz)

ABB 500 A 1++ 1++ 1++ - 3+


(yanar B 2+ 1++ 1++ - 3+
qazlar və C - 1+ 1++ - 3+
mayelər) D - - 1++ - -

(E) - - 1+ 2+ 1++

1++
B (yanar 800 A 1++ 1++ 4+ 2+-
+
qaz və B 2 1++ 1++ -
3+
matelərdən C - 1+ 1++ -
3+
1++ - -
başqa), Q D - -
(E) - - 1+ 1+ 1+

234
Cədvəl 3
Yanğın şitlərinin alət və avadanlıqlarla (inventar) komplektləşdirilmə normaları

İlkin
Sıra sayı

Yanğın sinfindən və yanğın lövhəsinin növün-


yanğınsöndürməvasitələri, dən asılı olaraq komplektləşmənin norması
alət və avadanlıqların adları
YŞ-A YŞ-B YŞ-E YŞ-KT SYŞ
1 Odsöndürənlər:
Tutumu 10 litrə qədər hava-köpük 2+ 2+ - 2+ 2+
Tozla:
Tutumu 10 litr 1++ 1++ 1++ 1++ 1++
Tutumu 5 litr 2+ 2+ 2+ 2+ 2+
Karbon qazlı
Tutumu 5 litr - - 2+ - -
2 Ling 1 1 1 1
3 Qarmaq 1 1
4 Ağac dəstəli qarmaq 1
5 Vedrə 2 1 2 1
Elektrik xətlərini kəsmək üçün
6 komplekt, qayçı, dielektrik, 1
uzunboğaz çəkmə və rezin xalça
Cod yun parça və ya keçə
7 (yanmayan materialdan örtük), 1 1 1 1
asbest parçası
8 Bel 1 1 1 1
9 Kürək 1 1 1 1
10 Yaba 1
11 Avadanlığın daşınması üçün araba 1
12 Su tutumu:
0,2 m3 1 1
0,02 m3 1
13 Qum ilə dolu yeşik 1 1
14 Əl nasosu 1
Uzunluğu 5 m olan Du-18-20
15 1
şlanq
16 1,4x2 m ölçüdə qoruyucu ekran 6
17 Ekranları asmaq üçün dayaq 6

Qeyd: 1. Müxtəlif sinifli yanğınların söndürülməsi üçün tozlu odsöndürücülər müvafiq şəkildə:
A sinfi üçün - ABC (E) tozu; B, C və (E) sinifləri üçün BC(E) və ya ABC(E) tozları; D sinfi
üçün D tozu ilə doldurulmalıdır.
2. "++" işarəsi - məsləhət görülən odsöndürücülər.
"+" işarəsi - məsləhət görülən odsöndürücülər olmadıqda və müvafiq əsaslandırma ilə.
"-" işarəsi - bu obyektdə bu odsöndürücülərin istifadəsinə icazə verilmir.
Əlavə 17
Yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada
sertifikatlaşdırılan məhsul və xidmətlərin
SİYAHISI

Məhsulun qrupu Məhsulun növü


1 2
1. Yanğın avtomobilləri Yanğın avtosisterni, yanğın avtonasosu, yanğın nasos-şlanqlı
avtomobili, yanğın-qəza xilasedici avtomobili, yanğın avtomobilləri
(köpüklü söndürmə, tozlu söndürmə, qazla söndürmə, impulslu söndürmə,
cəld reaksiya vermə, qaz-su qatışığı ilə söndürmə, kombinə üsulu ilə
söndürmə), yanğın avtonərdivanı, yanğın avtoqaldırıcı, qazdan-tüstüdən
müdafiə yanğın avtomobili, tüstü qovan yanğın avtomobili, sudan müdafiə
yanğın avtomobili, yanğın avtonasos stansiyası, şlanq yanğın avtomobili,
rabitə və işıqlandırma yanğın avtomobili, aerodrom xidməti yanğın avtomo-
bili, ştat yanğın avtomobili, yanğın avtolaboratoriyası, texniki xidmət yanğın
avtomobili, yanğın gəmisi, yanğın uçuş aparatları (təyyarələr, vertolyotlar),
yanğın tüstü sorucular (qoşqulu, daşınan), yanğın motopompası (qoşqulu,
daşınan), yanğın qoşqusu, yanğın nasosu.

Yanğın hidrantı, yanğın dirəkləri, yanğın şlanq altlığı, yanğın şlanqı


2. Yanğın avadanlığı (təzyiqli, sorucu), şlanq ötürücüsü, su yığıcı, şlanq ayırıcı, yanğın kolonkası,
sorucu yanğın süzgəci, yanğın lüləsi (əl lüləsi, lafetli, su üçün, köpük üçün,
toz üçün), yanğın hidroelevatoru, yanğın köpük qarışdırıcı, şlanq kaseti,
şlanq barabanı, şlanq dirsəyi, birləşdirici başlıqların açarı, şlanq dolayan
qurğular, yanğın şlanqlarına xidmət xətləri, yanğın birləşdirici başlıqlar,
şlanq tutucuları, şlanq körpücükləri, şlanq sıxıcıları, yanğın qarmaqları,
yanğın çəngəli, yanğın baltası, yanğın lingi, su və köpük əmələgətirici üçün
boçkalar, qum qabı, yanğın lövhələri, asbest parçası, yanğın dirəklərinin
şkafları, yanğın şitləri, qum üçün yeşiklər.

Siyirtmə yanğın nərdivanı, hücum nərdivanı, ağac nərdivanı,


3. Yanğın xilasedici qur- söykədilən yanğın nərdivanı, xilasedici şlanq, tullanmaq üçün nəzərdə
ğular tutulan xilasedici matros və xilasedici kətan, xilasedici kəndir, öz-özünə
xilasetmə vəsaitləri.

Yanğın dəbilqəsi, yanğın kəməri, yanğın karabini, istiliyi dəf edən


4. Yanğın söndürənlərin yanğın kostyumu, yanğınsöndürənin döyüş geyimi, yanğınsöndürənlər üçün
şəxsi müdafiə vasitələri təcridedici əleyhqazlar və respiratorlar.

Su ilə yanğınsöndürmə qurğusu, sprinklerli yanğınsöndürmə qurğusu,


5. Yanğınsöndürmə qur- drençerli yanğınsöndürmə qurğusu, karbon qazlı yanğınsöndürmə qurğusu,
ğuları (avtomatik, əllə azotlu yanğınsöndürmə qurğusu, aerozollu yanğınsöndürmə qurğusu, buxarla
idarə olunan, həcmli və yanğınsöndürmə qurğusu, xladonlu yanğınsöndürmə qurğusu, köpüklü
səthi yanğın söndürmə yanğınsöndürmə qurğusu, qazla yanğınsöndürmə qurğusu.
modullu)
Su odsöndürücülü, hava-köpük qatışıqlı odsöndürücü, kimyəvi köpüklü
odsöndürücü, tozlu odsöndürücü, xladonlu odsöndürücü, karbon qazın
6. Odsöndürənlər (daşı- odsöndürücü.

236
nan, hərəkətli)

1 2
7. Yanğın xəbərverici Əl ilə idarə olunan xəbərverici, avtomat yanğın xəbərvericilər (istiliyə
qurğular qarşı, alova qarşı, tüstüyə qarşı, radioizotoplu, optik), yanğın qəbuledici
nəzarətli cihaz, yanğın xəbərvericilər.

8. Odsöndürücü vəsaitlər Odsöndürücü tozlar, odsöndürücü qazlar və qaz tərkibli


odsöndürücülər, köpük əmələgətiricilər.
9. Maddə, material və
məhsullar Döşəmələr üçün xalçalar və xalça məmulatları, döşəmə ayaqaltıları,
linolium, penoplen, plastik məhsul növləri, lak və boyalar, yapışqan,
şpaklovka, asma tavanların materialları, istilik təcridedici materiallar,
bəzəmə və hörgü tikinti materialları, yanğına qarşı divarların oyuqlarında
yerləşdirilmiş tikinti konstruksiyaları və məmulatları (qapılar, pəncərələr,
darvazalar, lyuklar, qapaqlar), elektrik qurğuları və cihazları, kabel məhsulu,
qaz cihazları və qurğuları, sauna üçün qurğular, sauna üçün tikinti komplekti.

10. Yaşayış evləri Fərdi, şəxsi, idarə tabeli, dövlət.

11. İctimai bina və qur- Mehmanxana, metal, kepkinq, yataqxana, idarə, konstruktor və layihə
ğular təşkilatları, binaları, ofis, bank, sığorta, arxiv, kitabxana, muzey və sərgi,
istirahət mər kəzləri və konsert zalları, teatrlar, kinoteatrlar, filarmoniya,
klub, stadion, açıq və örtülü idman zalları, körpələr evi və uşaq bağçaları,
məktəblər və məktəb-internatlar, məktəbdən kənar müəssisələr, professional
- texniki məktəblər, mütəxəssislərin hazırlığı, təkrar hazırlığı və
kvalifikasiyaların artırılması üzrə tədris
müəssisələri, institutlar, universitetlər, laboratoriya binaları, məişət
xidməti binaları, topdan və pərakəndə satış müəssisələri binaları, restoranlar,
kafeteriya, barlar, stasionarlı ambulator-poliklinika müalicə binaları, aptek,
süd mətbəxi, müalicə vannaları, sanatoriyalar, sanatoriya-profilaktoriyalar,
istirahət sağlamlıq müəssisələri, sağlamlıq kompleksləri, bütün növ nəqliyyat
üçün vağzallar, sərnişinlərə xidmət göstərən kontor və nəqliyyat agentlikləri,
kassa pavilyonları, milli adət və ənənələrin yerinə yetirilməsi üçün binalar,
dəfn büroları, mənzil-istismar, yanğın depo və çox funksiyalı binalar.

İstehsalat binaları, sənaye müəssisələrinin qurğuları, administrativ-


12. Sənaye müəssisələri məişət binaları, avtomobillərin saxlanılması və xidməti üzrə, yük və minik
avtomobillərinin saxlanılması üzrə açıq və örtülü dayanacaqlar, hidrotexniki
qurğular, elktrik stansiyaları, quru və dəniz neft-qazçıxarma obyektləri,
dəmir yolları, avtomobil yolları, dəmir və avtomobil yolları tunelli,
metropolitenlər, magistral boru kəmərləri, şəhər və yaşayış məntəqələrinin
ərazisindən keçən boru kəmərləri, aerodromlar, sənaye nəqliyyatı, qazanxana
qurğuları, istilik xətləri, anbarlar, saxlama anbarları, soyuducular, neftin, neft
məhsullarının və sıxılmış qazın yeraltı saxlanma anbarları, yanğın depoları
və s.

Kənd təsərrüfatı məhsullarının saxlanması, istehsalı üzrə bina, qurğu və


13. Kənd təsərrüfatı otaqlar, istixanalar, maldarlıq, quşçuluq, heyvandarlıq bina və otaqları,
müəssisələri anbarlar, soyuducular.

237
Əlavə 16

I. Binaların və açıq fəzada yerləşdirilən qurğuların ümumiləşdirilmiş təsnifatı

sənayesində təhlükəsizlik
quruluşu qaydaları PUG-
partlayışyanğın təhlükəsi

qarışığın kateqoriyası və
təhlükəli zonaların sinfi

təhlükəli zonaların sinfi


qaydaları üzrə partlayış

Mühitin qısa səciyyəsi


Elektrik qurğularının

Dövlət standartı üzrə


təhlükəli və yanğın
2004 üzrə partlayış

QOST 12.1.011.78

partlayış təhlükəli
ONTP 24-86 üzrə

Neftqazçıxarma
Qeyd
Binaların, tikilinin qurğunun adı

kateqoriyası

qrupu
1 2 3 4 5 6 7 8

1.1 Qazma məhlulu üçün A B-1 II-T3 Neft və neft Qapalı bina
texnoloji qurğular yerləşdirilmiş qazları
qapalı binalar.
1.2 Şaxtaların, kanalların və A B-1 II-T3 Yanar qazlar Qapalı həcmlər
bunlara oxşar başqa
konstruksiyaların B-Ia zonasına
aid edilə bilən daxili həcmləri,
ancaq ki, bu həcmlərdə qazların,
seyrəkləşməsi çətindir
1.3 Asan alışan mayeləri nəql A B-1 IIA-T2 Asan alışan Qapalı bina
etmək üçün yük şlanqlarının mayelərin
saxlandığı qapalı binalar buxarları
1.4 Rəngsazlıq və rəngpüskürmə A B-Ia IIa-T3 Asan alışan Qapalı bina
binaları rəngsazlıq
mayeləri və
onların
buxarları

1 2 3 4 5 6 7 8
1.5 İçərisində qapalı texnoloji A B-Ia II-A-T3 Neft və neft Qapalı bina
qurğular, avadanlıq, aparatlar, qazları, asan
boru kəmərləri, qazma məhlulu və alışan mayelər
asan alışan mayelər üçün və başqa
tənzimləyici və açıb-bağlayan yanar qazlar
qurğuların qovşaqları
yerləşdirilən qapalı binalar
1.6 Qazılan quyunun ağzından hər - B-Iq 0 Neft və neft Açıq fəza
tərəfə 3 m uzanan fəza (ayrıca qazları
dayanmış yaşayış bloku olan
dəniz neft-qaz mədən tikinti üçün)
1.7 Açıq texnoloji qurğuların - B-Iq IIA-T3 Neft və neft Açıq fəza
avadanlığın, aparatların, gil qazları, asan
məhlulu üçün yaxud asan alışan alışan mayelər
mayelər üçün açıb bağlayan
qurğuların ətarfında hər tərəfə 5 m
məsafə ilə məhdudlaşan açıq
fəzalar

239
1.8 Qapalı texnoloji qurğuların, - B-Iq 0 IIA-T3 Neft və neft Açıq fəza
avadanlığın, aparatların, qazma qazları, asan
məhlulu, asan alışan mayelər alışan mayelər
üçün açıb-bağlayan qyrğuların
qovşaqları ətrafında, həm də
fontan armaturası ətrafında hər
tərəfə 3 m məsafə ilə
məhdudlaşan açıq fəzalar

1 2 3 4 5 6 7 8
1.9 Texnoloji qurğular, - B-Iq Neft və neft Açıq fəza
avadanlıqlar, aparatlar, qazma qazları, asan
məhlulu və asan alışan mayelər alışan mayelər
üçün açb-bağlayan qurğuların
qovşaqları yerləşdirilmiş
yarımqapalı fəzalar, məhəccər
hədlərində
1.10 Qazma burğunun işçi - B-Iq 0 Neft və neft Açıq fəza
meydançasının döşəməsi altındakı buxarları
yarım qapalı fəzalar, məhəccər
hədlərində
1.11 Fontan armaturasının - B-Iq 0 Neft və neft Açıq fəza
yerləşdiyi yarım qapalı fəza, qazları
məhəccər hədlərində
1.12 Asan alışan mayeləri nəql - B-Iq Neft və neft Açıq fəza
etmək üçün yük şlanqlarının qazları
saxlandığı yarım qapalı fəzalar
1.13 Binaların B-1 və B-Ia - B-Iq Yanar qazlar Açıq fəza
240
zonalarından sorucu və alışan
ventilyasiyanın çıxışı deşikləri mayelərin
ətrafında hər tərəfə 3 m məsafə ilə buxarları
məhdudlaşan açıq fəzalar
1.14 Binaların B-I B-Ia - B-Iq Yanar qazlar Açıq fəza
zonalarının istənilən çıxışlarının və alışan
(qapılar, pəncərələr) ətrafındakı mayelərin
hər tərəfə 1,5 m məsafə ilə buxarları
məhdudlaşan məsafə və yaxud
məhəccər hədlərində açıq və
yarım qapalı fəzalar

241
Əlavə 19

Stasionar (avtomatik və qeyri-avtomatik) yanğınsöndürmə qurğularla


təchiz olunmalı, neft sənayesi bina və tikililərin siyahısı

1. Avtomatik yanğınsöndürmə qurğuları ilə təchiz olunmalıdır:


1.1 Həcmi 5000m3 olan yerüstü neft və neft məhsulları çənləri.
1.2 Magistral neft kəmərlərinin çən parklarının, neft və neft məhsulları anbarlarının
məhsul nasos stansiyalarının nasosları və siyirtmələr qovşağının, təmizlənməmiş neft və
neft məhsulları ilə) istehsalat çirkab sularının və tutulmuş neft və neft məhsullarının
vurulması üçün kanalizasiya nasos stansiyalarının quraşdırıldıqları sahəsi 300m2 olan
istehsalat binaları.
1.3 Magistral neft kəmərlərinin məhsuldarlığı 1200m3 /saat və çox olan
nasosxanalar.
1.4 Qaz emalı zavodunun nəzdində maye qaz və qeyri sabit qaz benzini saxlanılan
çənlər parkı.
1.5 AAM, YM və mayeləşdirilmiş qazlar üçün həcmi 500m3 olan və ondan çox
nasosxanalar və qaz turbini mühərrikli kompressorların maşın zalı.
1.6 Neft və qazın mərkəzi yığma mənrəqəsinin texnoloji qurğusunun tərkibinə
daxil olan odlu qızdırıcılar.

2. Qeyri-avtomatik yanğınsöndürmə qurğuları ilə:


2.1 Həcmi 5000m3 və ondan çox yeraltı şənlər.
2.2 I və II kateqoriyalıanbarların dəmir yol və avtomobil sistemləri üçün doldurub-
boşaltma qurğuları.

Qeyd: Yanğınsöndürmə vasitələrinin (su, köpük, qaz və ya toz şəkilli) seçilməsi


texnoloji tələblər və texniki-iqtisadi əsaslandırmaya əsasən aparılır.

4
Əlavə 20

Avtomatik yanğın siqnalizasiyası ilə təchiz olunmalı


neft sənayesi bina və tikililərin siyahısı

1. Qaz emalı zavodlarının həcmi 500m3 olan AAM vı YM nasosxanaları,


məhsuldarlığı 1200m3/saat qədər olan neft və qazın mərkəzi yığılma məntəqəsində
yerləşən nasosxanalar.
2. Qaz emalı zavodlarının yağregenerasiya qurğuları, qazın təzyiqinin azaldılması
və ölçü məntəqəsi binaları.
3. Neft, AAM, YM və yanar qazların analizi laboratoriyaları.
4. AAM, YM və yanar qazların sahəsi 500m2 qədər qapalı anbarları.
5. Sahəsi 100m2 –dən 500m2 qədər olan rəngləmə otaqları.
6. Qazmotokompressorlu kompressor sttansiyalarının maşın zalları.

5
Əlavə 21

Avtomatik yanğın qurğusunun qəbul stansiyasına


yanğın haqqında siqnal daxil olarkən növbətçi xidməti
heyətinin hərəkət qaydaları üzrə nümunəvi təlimat

1. Stansiyadan “Həyəcan” və ya “Yanğın” siqnalı alan növbətçinin borcudur:


1.1 Siqnal vermiş yanğın xəbərvericisinin yerini müəyyənləşdirmək.
1.2 Dərhal “01” nömrəsi ilə yanğın təhlükəsizliyi xidmətinə zəng edərək, obyektin
ünvanını, öz soyadını, nə yandığını xəbər vermək.
1.3 Şəxsən və ya növbətçi vasitəsilə yanğın xəbərcisinin işləməsinin səbəbini
yerində aydınlaşdırmaq (yanğın, yanlış işləmə, enerjinin kəsilməsi və s.).
2. Yanğın zamanı:
2.1 İnsanlara yanğın haqqında xəbər vermək üşün mərkəzləşmiş xəbərvermə
sistemi işə salmaq (xüsusi hallarda).
2.2 Könüllü yanğından mühafizə dəstəsinin üzvləri üçüntəhlükə siqnalı elan etmək,
yanğın təhlükəsizliyi xidmətinə və obyektin rəhbərliyinə vəziyyət haqqında məlumat
vermək.
2.3 Yanan otaqlardan, alovun və tüstünün təsirindən bilavasitə insanlara təhlükə
yaranan qonşu otaqlaedan insanların köçürülməsini təmin etmək.
2.4 Yanan otaqlardan əmlak vəə maddi sərvətlərin köçürülməsini təşkil etmək.
2.5 Müvafiq otaqların ventilyasiya sisteminin söndürülməsi, köçürülmə yollarının
qəza işıqlandırılmasının işə salınması məqsədilə müvafiq tədbirlər görmək üçün yanğın
haqqında obyektin mühəndis xidmətinə xəbər vermək.
2.6 Yanğın mühafizə sistemi avadanlıqlarının (gücləndirici-nasoslar, pilləkən
qəfəsindən və s.) işə düşüb-düşmədiklərini müəyyənləşdirmək, zəruri hallarda onları işə
salmaq üçün ölçü götürmək.
3. Cihazın əsassız işə düşdüyü hallarda səhv xəbərverici quraşdırılmış binanın
yanğın mühafizəsi üçün əlavə tədbirlər görülməli və bu barədə sistemə, texniki göstərən
təşkilata xəbər verilməlidir.
4. Daxil olmuş siqnallar və görülmüş tədbirlər haqqında xüsusi jurnalında qeyd
aparılmalıdır.

6
İXTİSARLAR

MTİ - mühəndis-texniki işçilər


KYMD - könüllü yanğından mühafizə dəstəsi
YTM - yanğın-texniki minimum
AAM - asan alışan maye
YM - yanar maye
NÖC və A - nəzarət ölşü cihazları və avtomatika
ABBH - aşağı buraxıla bilən hədd
PTQ - partlayış təhlükəli qatışıq
EHM - elektrik hesablanma maşımları
Ç ZM - çoxtəsirli zəhərli maddə
YVX - yüksək voltlu xətt
YH - yanğın hidrantı
DYM - daxili yanma mühərrikləri
YK - yanğın kranları
ƏBM - əhəng-bitum məhlulu
SAM - səthi aktiv maddə
AYTL - anomal yüksək təzyiqli lay
TY - təbəqəarası yanma
ATS - aşağı temperaturlu separasiya
ƏMML - ətraf mühitin mühafizəsi laboratoriyası
HQXD - hərbiləşdirilmiş qazdan xilasetmə dəstəsi
KQXD - könüllü qazdan xilasetmə dəstəsi
KƏG - köpük əmələ gətiricilər
QGT - quyularda geoloji tıdqiqatlar
TŞ - texniki şərt
LDY - lay daxili yanma
PAQH - partlayışın aşağı qatılıq həddi
PBBQH - partlayışın buraxıla bilən qatılıq həddi

7
MÜNDƏRICAT
Səh.
B ö l m ə 1.
1.1 Giriş ……………………………………………………………………… 4
1.2 Ü mumi müddəalar……………………………………………………….... 4
1.2.1 Yanğın təhlükəsizliyinə Dövlət nəzarəti. “Yanğın təhlükəsizliyi
4
haqqında” Azərbaycan Respublikası qanunundan əsas müddəalar…………
1.3 Yanğın təhlükəsizliyinin təmin olunmasına idarə və müəssisə nəzarət.
4
Cavabdeh şəxslərin vəzifələri və məsuliyyəti……………………………………
1.4 Yanğın təhlükəsizliyinin təmini üzrə işlərin təşkili……………………… 6
1.5 Fəhlə və mühəndis-texniki işçilərin yanğın təhlükəsizliyi
məsələləri üzrə öyrədilməsi və təlimatlandırılması…………………………… 8
1.6 Yanğın zamanı insanların təhlükəsizliyinin təmini………………………… 9
B ö l m ə II.
2. Yanğın təhlükəsizliyinin əsas tələbləri……………………………………….. 11
2.1. Ərazilərə, istehsalat və inzibati binalara,
otaqlara və avadanlıqlara olan yanğın təhlükəsizliyi tələbləri ………………. 14
2.2 İşçi zonanın hava mühitinə nəzarətin təşkili………………….. 14
2.3 Kanalizasiya və təmizləmə qurğularına olan
yanğın təhlükəsizliyi tələbləri………………………………………….. 15
2.4 Nəzarət və avtomatika vasitələri………………………………………….... 15
2.5 Anbarlara, qazanxanalara və köməkçi binalara (otaqlara) olan
yanğın təhlükəsizliyi tələbləri………………………………………………….... 16
2.5.1 Kimyəvi maddələr anbarı…………………………………………….. 16
2.5.2 Asan alışan, yanar maye və yanar qaz anbarları…………………………. 17
2.5.3 Materiallar anbarı………………………………………………………….. 19
2.5.4 Ç ənlər və çən parkları…………………………………………………….. 19
2.5.5 Asan alışan mayelərin (AAM) və yanar mayelərin (YM)
vurulması üçün nasosxanalar……………………………………………………. 21
İsitmə və ventilyasiya sistemi…………………………………………………… 22
İsitmə…………………………………………………………………………..... 22
Ventilyasiya……………………………………………………………………... 23
2.5.7 Qazanxana qurğuları……………………………………………………… 24
2.6 Yanğına qarşı su təchizatı…………………………………………... 25
2.7 Elektrotexniki qurğular………………………………………………… 26
2.7.1 Partlayış təhlükəli zonaların elektrik avadanlıqları, statik və
atmosfer elektriklənmədən mühafizə. Binaların və xarici
qurğuların elektrik avadanlıqları………………………………………………… 26
8
2. 8 Elektrik işıqlandırılması……………………………………………………. 29
2.9 İldırımdan və statik elektrikləşmədən mühafizə………………………….... 30
B ö l m ə III. Quruda neft-qazçıxarma obyektlərində texnoloji proseslərə
yanğın təhlükəsizliyi tələbləri
3.1 Neft və qaz quyularının qazılması…………………………………………... 32
3.1.1 Ü mumi tələblər……………………………………………………………. 32
Karbohidrogen əsaslı əhənq-bitum məhlulu (ƏBM) ilə qazma…………………. 33
Qazaoxşar maddələrdən istifadə edilməklə qazma……………………………… 33
Quyu-lay sistemində differensial təzyiqin tənzimlənməsi
ilə quyuların qazılması…………………………………………………………... 34
3.2 Mədən-geofiziki işləri……………………………………………………….. 34
3.2.1 Ü mumi tələblər………………………………………………………......... 34
Quyularda geofiziki tədqiqatlar (QGT)…………………………………………. 36
Borulu lay sınayıcıları ilə işlər…………………………………………………... 36
3.3 Neft və qaz quyularının istismarı. Quyuların mənimsənilməsi…………...... 36
Quyuların fontan və kompressor üsulu ilə istismarı…………………………….. 37
Kompressor stansiyaları…………………………………………………………. 38
Quyuların ştanqlı quyu nasosları ilə istismarı………………………………... 39
Quyuların dalma və yivli elektrik nasos qurğuları ilə istismarı……………... 39
Quyuların sınağı və tədqiqi……………………………………………………. 39
3.4 Neftin çıxarılmasının intensivləşdirmə üsulları…………………………... 40
3.4.1 Ü mumi tələblər…………………………………………………………… 40
Qazın yüksək təzyiq altında vurulması………………………………………. 40
Quyuların quyudibi zonasının isti buxarla işlənməsi……………………….. 40
Quyuların quyudibi zonasının qaynar neftlə işlənməsi……………………… 40
Quyuların quyudibi zonasının qaz kondensatı ilə işlənməsi………………… 41
Quyuların quyudibi zonasının termoinjektorla işlənməsi…………………... 42
Quyuların quyudibi zonasının quyudibi elektrik qızdırıcıları ilə işlənilməsi…… 42
Quyuların quyudibi zonasının azotlu qızdırılmış
karbohidrogen mayelərlə işlənilməsi…………………………………………. 42
Layın hidravlik yarılması……………………………………………………… 43
Laydaxili yanma……………………………………………………………….. 43
3.5 Neftin və qazin yığılması, hazıırlanması, saxlanması və nəqli…………. 44
3.5.1 Ü mumi tələblər………………………………………………………….. 44
Separatorlar…………………………………………………………………….. 44
9
Ç ən və çənlər parkı…………………………………………………………….. 44
Neftvurma nasos stansiyaları………………………………………………..... 46
Hava kompressor stansiyaları………………………………………………… 46
Məşəl sistemi………………………………………………………………….... 46
Elektrik dehidratorları…………………………………………………………. 47
İstilikdəyişdiricilər……………………………………………………………… 47
Odla qızdırılan qurğular (borulu sobalar, bloklu qızdırıcılar)……………… 48
Boru kəmərləri (neft və qaz kəmərləri)……………………………………….. 49
Qazın aşağı temperaturlu separasiyası (ATS)………………………………... 50
Qrup şəklində yerləşən quyuların qazılması və istismarı
zamanı yanğın təhlükəsizliyi tələbləri………………………………………. 51
3.6 Kükürdlü neft yataqlarına olan əlavə tələblər……………………………. 52
3.7 Təmir quraşdırma işlərinə olan yanğın təhlükəsizliyi tələbləri…………. 53
3.7.1 Neft və qaz quyularının əsaslı və cari (yeraltı) təmiri…………………. 53
3.7.2 Odlu işlər…………………………………………………………………. 54
Elektrik qövs və qaz qaynaq işləri…………………………………………….. 55
Elektrik aparatları ilə kəsmə və səthi təmizləmə işləri……………………….. 57
B ö l m ə IV. Magistral neft kəmərlərində yanğın təhlükəsizliyi qaydaları
4.1 Qaydaların tətbiq sahəsi……………………………………………… 59
4.2 Magistral neft kəmərləri obyektlərinin yanğından
mühafizəsinin təşkili………………………………………………………........ 59
4.3 Əsas İstehsalat Obyektləri…………………………………………………. 61
4.3.1 Xətti hissə………………………………………………………………… 61
4.3.2 Tunellərdə boru kəmərləri………………………………………………. 62
4.3.3 Neftvurma nasos stansiyaları…………………………………………... 62
4.3.4 Ç ənlər parkı……………………………………………………………… 63
4.3.5 Dəmiryol doldurma-boşaltma estakadaları, körpü və pirslər…………. 65
4.3.6. Neftin qızdırılması üçün borulu sobalar……………………………….. 68
4.3.7 Geniş Fraksiyalı Yüngül Karbohidrogenlərin (GFYK) nəqli………… 68
4.3.8 GFYK saxlanılan çənlər parkı………………………………………….. 69
4.3.9 GFYK nasos stansiyalarına əlavə tələblər…………………………….. 70
4.4 Əsas istehsal obyektlərinin, avadanlıqlarının cari və əsaslı
təmiri, sınağı zamanı yanğın təhlükəsizliyi tələbləri…………………………. 71
4.5 Partlaış-yanğın təhlükəli otaqlarda odlu işlərin görülməsi…………….... 72

10
4.6 Magistral neft kəmərlərində təmir işlərinə
olan yanğın təhlükəsizliyi tələbləri……………………………………. 74
4.7 Ç ənlərin təmizlənməsi və təmiri……………………………………… 75
4.8 Doldurma-boşaltma estakadalarının və körpülərin təmiri……… 78
4.9 Qəzaların və yanğınların ləğvi………………………………………….. 78
B ö l m ə V. Dəniz neft-qaz-mədən obyektlərinin tikintisi və istismarı
zamanı yanğın təhlükəsizliyi tələbləri
5.1 Ü mumi tələblər…………………………………………………………... 81
5.2 Ərazi və ekstakadaların saxlanılması…………………………………... 81
5.3 Mədən - geofiziki işlərinə olan tələblər………………………………………. 83
5.4 Atma - partlayış işləri (APİ) və quyunun sınanması……………………... 84
5..5 Neft və qaz quyularının qazılması………………………………………… 85
5.6 Neft və qaz quyularının istismarı………………………………………….. 87
5.6.1 Quyuların mənimsənilməsi, quyuların fontan və kompressor
üsulu ilə istismarı, kompressor stansiyaları………………………………… 87
Quyuların mənimsənilməsi………………………………………………. 87
Quyuların fontan və kompressor üsulu ilə istismarı……………………… 88
Kompressor stansiyaları………………………………………………………… 88
5.6.2 Quyuların ştanqlı quyu nasosları, dalma və vintli elektrik
nasosları ilə istismarı , quyuların sınanması və tədqiqi………………… 89
Quyuların ştanqlı quyu nasosları, dalma və vintli
elektrik nasosları ilə istismarı………………………………………………… 89
Quyuların sınanması və tədqiqi………………………………………………… 90
5.7 DDÖ-də quyuların eyni zamanda
90
qazılması, istismarı və təmiri………………………………………………….
5.8 Neft və qazın yığılması, hazırlanması, saxlanılması
və nəqli, doldurma körpüləri…… 91
Ü umi tələblər…………………………………………………………………… 91
Ç ənlər və çən parkları……………………………………………………… 92
Məşəl qurğusu…………………………………………………………………….. 93
AAM və YM vurulması üçün nasosxanalar……………………………………… 94
Doldurma körpüləri………………………………………………………………... 95
5.9 Neft və qaz quyularının cari və əsaslı təmiri……………………………… 97
5.10 Boru kəmərlərinin çəkilməsi, texnoloji boru kəmərləri,
texnoloji aparat və qurğular…………………………………………………….. 98
Boru kəmərlərinin çəkilməsi…………………………………………………….. 98
Texnoloji boru kəmərləri………………………………………………………. 98

11
Texnoloji aparat və qurğular………………………………………………………. 98
5.11 Qəzaların və yanğınların ləğv edilməsi………………………………. 100
5.12 DDÖ-də (DÖ, Ü QQ) yanğının söndürülməsi……………………… 101
5.13 Yaşayış və xidməti otaqlarda yanğının söndürülməsi………… 103
5.14 Anbarlarda, fənər və rəngsaz otaqlarında yanğının söndürülməsi……. 103
5.15 Açıq göyərtədə (yaruslarda) və üst tikililərdə yanğının söndürülməsi…. 104
5.16 Maşın-qazanxana otaqlarında yanğının söndürülməsi…………… 104
5.17 Elektrik avadanlığında yanğının söndürülməsi……………………… 105
5.18 Yanacaq doldurulan şöbələrdə, tanklarda, tutumlarda
yanğının söndürülməsi……… 105
5.19 Suyun üzərində yanan neft örtüyünün söndürülməsi…………………... 106
B ö l m ə VI. Gəmilərdə yanğın təhlükəsizliyi qaydaları
6.1 Ü mumi müddəalar………………………………………………………… 107
6.2 Gəminin yanğına qarşı qorunma sisteminin yaradılması
üçün görülən təşkilatçılıq tədbirləri, yanğınsöndürmə
rejimi, həyəcan siqnalizasiya sistemi………………………………… 107
6.3 Gəminin yanğına qarşı müdafiəsinin konstruktiv
elementlərinin, yanğınsöndürmə sisteminin və yanğın
xəbərdaretmə vasitələrinin, yanğınsöndürmə avadanlığının
və təminatının daima hazır vəziyyətdə saxlanılması………………… 112
6.4 Gəminin doka çıxarılması və təmirə hazırlanması üçün
yanğına qarşı hazırlıq tədbirləri……………………………………… 115
B ö l m ə VII. Neft emalı müəssisələrində texnoloji qurğuların,
avadanlıqların və əsas aparatların istismarı və xidmət
edilməsi zamanı yanğın təhlükəsizliyi qaydaları
7.1 Ü mumi ələblər…………………………………………………………….. 117
7.2 Texnoloji sobalar……………………………………………………… 117
7.3 İstilikdəyişdirici aparatlar………………………………………… 119
7.4 Kolon tipli aparatlar………………………………………………… 120
7.5 Dövri və fasiləsiz işləyən reaktorlar……………………………… 121
7.6 Yanar tərkibli sistemləri ayırmaq üçün aparatlar
121
(durulducular, süzgəclər, sentrafuqalar)………………………………….…..
7.7 ELOU qurğuları (elektroduzsuzlaşdırma qurğuları)………………….… 122
7.8 AVT qurğuları (atmosfer-vakuum qurğuları)………………………..….. 123
7.9 Qaz fraksiyalaşdırıcı qurğular (QFQ)…………………………………….. 123
7.10 Katalitik krekinq qurğuları………………………………………………. 123
7.11 Hidrotəmizləmə və katalitik riforminq qurğuları………………………. 124

12
7.12 Maye propanla qudronun asfaltsızlaşdırılması qurğuları…………..…. 125
7.13 Tədrici kokslaşma qurğuları………….………………………………….. 125
7.14 Piroliz qurğuları……………………………………………………… 126
7.15 Bitum istehsalı qurğuları………………………………………………… 126
Yağların parafinsizləşdirilməsi və parafinin alınması
qurğuları, yağların kontakt üsulu ilə təmizlənməsi
qurğuları, yağların furfurolla selektiv təmizləmə qurğuları…………………. 127
7.16 Yağların parafinsizləşdirilməsi və parafinin alınması qurğuları……….. 127
7.17 Yağların kontakt üsulu ilə təmizlənməsi qurğuları……………………... 127
7.18 Yağların fenolla selektiv təmizləmə qurğuları…………………………... 128
B ö l m ə VIII. Qaz emalında yanğın təhlükəsizlik tələbləri
8.1 Qazın tənzimlənməsi, qızdırılması və qurudulması
üçün texnoloji qurğular……………………………………………………….... 129
8.1.1 Ü mumi tələblər…………………………………………………………. 129
8.2 Qazın nəqlində istifadə edilən texnoloji boru kəmərləri………………... 133
8.3 Əmtəə-xammal parkları, yanar və tez alışan
mayelər üçün nasosxana……………………………………………………….. 134
8.4 Doldurma-boşaltma qurğuları və estakadası…………………………….. 137
8.5 Qaz kompressor stansiyaları, sıxılmış qazların qəbulu,
nəqli və boşaldılması, avtosisternlərin və balonların sıxılmış
qazla doldurulması zamanı yanğın təhlükəsizliyi tələbləri………………….. 138
8.6 Ç ən və çən parkları, mayeləşdirilmiş qaz tutumları
saxlanılmasına tələblər………………………………………………………… 141
8.7 Məşəl Təsərrüfatı…………………………………………………………... 145
B ö l m ə IX. Avtomobil nəqliyyatı idarələrində yanğın təhlükəsizliyi
qaydaları
9.1 Avtomobillərə olan yanğın təhlükəsizliyi tələbləri……………………….. 147
9.2 Yanacaqdoldurma məntəqələrinə olan tələblər……………………… 148
9.3 Akkumlyator sexlərinə olan tələblər……………………………………... 150
9.4 Rənglənmə, yağsızlaşdırma və yuma sexləri,
150
sahələri və qurğularına olan tələblər…………………………………………
9.5 Yanar (tezalışan) yüklərin, sıxılmış və mayeləşdirilmiş
151
qazların nəqlində, yüklənməsində və boşaldılmasında xüsusi tələblər
9.5.1 Yanar (tezalışan) yüklərin nəqli………………………………………… 151
9.5.2 Sıxılmış və mayeləşdirilmiş qazların nəqli………..…………………….. 153
B ö l m ə X. Kimya sənayesi müəssisələrinin istismarı zamanı yanğın
təhlükəsizliyi qaydaları
10.1 Laboratoriyalar və təcrübə qurğuları……………………………………… 155
10.1.1 Zavod və sex laboratoriyaları……………………………………………. 155
13
10.1.2 Təcrübə qurğuları………………………………………………………… 156
10.2 Elektrik qurğuları, ildırımdan və statik
157
elektrikləşmədən mühafizə vasitələri……………………………………………
10.2.1 Partlayışyanğın təhlükəli zonalarda elektrik
avadanlığı (güc və işıqlandırma)………………………………………………... 157
10.2.2 Transformatorlar və yarımstansiyalar……………………………………. 160
10.2.3 Elektrik avadanlığının təftişi, planlı-qabaqlayıcı baxışı və təmiri………. 161
10.2.4 Azmış cərəyandan mühafizə…………………………………………….. 162
10.2.5 Statik elektrikləşmədən mühafizə……………………………………….. 162
10.2.6 İldırımdan mühafizə……………………………………………………… 164
10.3 İstehsalat otaqlarında qaz mühitinə avtomatik nəzarət…………………….. 165
10.4 Köməkçi sexlər…………………………………………………………… 166
10.4.1 Ağac emalı sexi və emalatxana………………………………………….. 166
10.4.2 Boyama, laklama sexləri və emalatxanaları……………………………... 168
10.4.3 Qazanxana……………………………………………………………….. 170
10.4.4 Hava kompressoru qurğuları……………………………………………. 172
10.4.5 Elektrik və qazqaynaq emalatxanası……………………………………... 172
10.4.6 Amonyak-soyuducu qurğuları…………………………………………… 174
10.4.7 Enerji doldurma, elektrokar və avtoyukləmə……………………………. 175
10.4.8 Antikorroziya sexləri……………………………………………………. 175
10.5 Təmir və odlu işlər………………………………………………………… 176
10.5.1 Açıq odun tədbiqi ilə əlaqəli təmir işlərinin təşkili……………………... 176
10.5.2 Tutumların və qurğuların daxilində təmir işləri………………………….. 178
10.5.3 İstehsalat otaqlarında təmir işləri………………………………………... 180
10.5.4 Açıq meydançalarda təmir işləri………………………………………… 180
10.5.5 Odlu işlərin aparıldığı daimi yerlər……………………………………… 181
10.5.6 Aparat və sexin təmirdən sonra işə salınması……………………………. 182
10.6 Yanğınların və qəzaların qarşısının alınması zamanı
idarənin texniki işçilərinin, yanğın mühafizə və qazxilasetmə
xidmətinin birgə hərəkəti……………………………………………………….. 182
10.6.1 Qəzaların qarşısının alınması……………………………………………. 182
10.6.2 Yanğınların qarşısının alınması………………………………………….. 184
10.6.3 Qəza və yanğından sonra işin yenidən nizama salınması……………….. 186
10.6.4 Yanğının səbəbinin araşdırılması………………………………………... 186
10.6.5 Yanğın mühafizə və qazxilasetmə xidmətinin birgə təlimi……………... 186

14
10.7 Yanğınların söndürülməsi və qəzaların aradan
qaldırılması zamanı təhlükəsizlik tədbirləri…………………………………….. 187
10.8 Yanğın elektrik və yanğın-qorunma siqnalizasiya sistemləri……………... 190
B ö l m ə XI. Yanğınsöndürmə qurğuları, rabitə və siqnalizasiya vasitələri
11.1 Stasionar yanğınsöndürmə qurğuları………………………………………. 193
11.2 Səyyar yanğınsöndürmə qurğuları………………………………………… 194
11.3 İlkin yanğınsöndürmə vasitələri…………………………………………... 194
11.4 Yanğın rabitəsi və siqnalizasiya vasitələri……………………………… 196
B ö l m ə XII. Qəza və yanğınların ləğv edilməsi
12.1 Qəzaların ləğv edilməsi……………………………………………………. 197
12.2 Yanğının ləğv edilməsi…………………………………………………….. 198
13.Sertifikatlaşdırma………………………………………………… 199
14.Yanğın təhlükəsizliyi sahəsində işlərin görülməsi və xidmətlərin
göstərilməsi üçün razılıq…………………………… 199
Ə l a v ə l ə r………………………………………………………………… 200
İ x t i s a r l a r……………………………………………………………… 242

15

You might also like