You are on page 1of 4

“FOR-EDU”

II BEYNƏLXALQ TƏHSİL VƏ KARYERA SƏRGİSİ

Sərgi tarixi: 01-02 aprel 2017-ci il.

Sərgi məkanı: Azərbaycan, Bakı şəhəri

Bilindiyi kimi, qloballaşan dünyada fərdlərin təməl biliklərə sahib olması və yaxşı karyer
planlaması edə bilməsi üçün təhsil ən əhəmiyyətli faktorlardan biridir. Bir cəmiyyətin sosial,
iqtisadi, mədəni dəyərləri onun təhsil səviyyəsini də göstərir. Bu baxımdan təhsil günümüzün ən
vacib ehtiyaclarından biridir. Hal – hazırda bütün ölkələrdə xaricdə təhsilə maraq olduqca rəğbət
görməkdədir. Hər nə qədər texnologiya çağında olsaqda abituriyentlər və tələbələr bəzən xaricdə
təhsil almaq istədikləri müəssisələr haqqında suallara cavab tapmaqda çətinlik çəkir. Bu
məqsədlə 01-02 Aprel 2017-ci il tarixlərində Zəfər Kurslarının təşkilatçılığı ilə “For-edu” II
BEYNƏLXALQ TƏHSİL VƏ KARYERA SƏRGİSİ (IECF) keçiriləcəkdir.

For-edu IECF sərgisi artıq 2 ildir ki fəaliyyət göstərməkdədir. İldən- ilə ziyarətçi və sərgi
iştirakçılarının sayı artmaqdadır. For-edu IECF sərgisi təhsil alanların, xaricdə təhsil almaq
istəyində olanların, təhsil ocaqlarının və eləcə də iş yerənlərin maraqlarını yüksək səviyyədə
təqdim edir. Daim yenilənən texnologiya və təhsil metodikasının nəticəsində təhsil programları
genişlənməkdədir. Sərgilənəcək xidmət sahələri abituriyentlərə, tələbələrə xaricdə təhsillə əlaqəli
məlumat toplamağı, yeni iş və karyera imkanı əldə etməyinə şərait yaradır. Sərgidə bakalavr,
magistr, doktorantura, rezidentura, ordinatura, PGC, MBA sahələri üzrə universitetlər ,yay
məktəbləri, kurslar, beynəlxalq məktəblər və s.müəssisələr iştirak edəcəkdir.

Sərginin əsas mövzu bəndləri:

 Xaricdə təhsil almaq.


 Yeni kadrlar yetişdirmək.
 Müasir təhsilin bütün professional tələbləri, professional hazırlıq.
 İnformativ, kommunikativ və müasir tədris texnologiyaları.
 Elektron olaraq məsafəli və interaktiv təhsil.
 Təqdimat texnologiyaları, səs və görüntü üçün avadanlıqlar.
 Bütün təbəqələrə uyğun təhsil müəsisələri üçün avadanlıq.
 Dərsliklər, dərs vəsaitləri, qurğular və məhsullar.
 Təhsil müəssisələri üçün tələb olunan məhsullar.
 Karyera, iş imkanı.

Səhifə | 1
Sərgi aşağıda qeyd olunmuş kateqoriyalar üzrə mütəxəssislər üçün nəzərdə tutulmuşdur:

 Xarici təhsil müəssisələrinin tələbə qəbulu şöbəsinin nümayəndələri.


 Təhsil müəssisələrinin ekspertləri, müəllimləri, pedaqoqları və tərbiyyəçiləri.
 Təhsil ocaqları, kursları və elmi mərkəzlərin avadanlıq təchizatı üzrə istehsalçı və
istehlakçılar.
 Mütəxəssislərin elektron qaydada öyrədilməsi.

İştirak edəcək nümayəndə heyəti və təqdim olunacaq xidmətlər

Sərgi iştirakçıları və heyəti sərgi zamanı aşağıda qeyd edilmiş xidmətlərlə təmin olunacaqlar:

 Təchiz olunmuş işçi səhələr (masa, stand, projektor)


 Təqdimatı nəzərdə tutulmuş xidmət sahələrinin təqdimatı və danışıqların aparılması üçün
təchiz olunmuş yerlər.
 Konfrans və seminarlarda iştirak edə bilmələri üçün heyətin qeydiyyatı.
 Sərginin rəsmi tədbirlərində iştirak etmə imkanı. (açılış və tanıtım tədbirləri)
 Sərgi zamanı yemək, çay və kofe təmini.
 Nümayəndə heyətinin mehmanxanalarda yerləşdirilməsi üçün yerlərin rezerv edilməsi.
 Heyət üçün fəaliyyət göstərəcək nəqliyyat xidməti. (gündəlik olaraq mehmanxana-sərgi
məkanı-mehmanxana)
 Qonaqlama zamanı heyətin şəhər gəzintisi üçün turlar .

SƏRGİ İŞTİRAKÇISININ QEYDİYYAT MƏBLƏĞİ

Xarici şirkətlər:

1) Sərgi iştirakçısının qeydiyyat məbləği (2 nəfərlik)– 500 $ (Amerika dolları)


2) Standın məbləği - 2000$(Amerika dolları)

Yerli şirkətlər:

1) Sərgi iştirakçısının qeydiyyat məbləği (2 nəfərlik)– 500 Azn


2) Standın məbləği - 1000 Azn

Bu məbləğə daxildir:

 Təchiz olunmuş işçi səhələr (masa, stand, projektor)


 Sərgi çərçivəsində, təşkilatçı tərəfindən tərtib edilmiş konfranslarda və seminarlarda
iştirak etmə imkanı.
 Heyət üçün fəaliyyət göstərəcək nəqliyyat xidməti (gündəlik olaraq mehmanxana-sərgi
məkanı-mehmanxana)
 İşgüzar görüşlərin aparılması üçün iş sahəsində (stand) danışıqlar masasından istifadə
etmə imkanı.
 İştirakçıların sərgiyə giriş vəsiqələri ilə təmin olunması.
 For-edu IECF-nin təsisçisi ilə rəsmi görüşlər.

Səhifə | 2
 Sərginin rəsmi dərgisində məlumatlar yerləşdirmə imkanı.
 Sərginin keçirildiyi günlər ərzində yemək, çay və kofe ilə təmin olunması.
 Qonaqlama zamanı iştirakçıların kömək məqsədli məlumatlandırılması.
 10.000 nəfərə yaxın ziyarətçi

İştirakçıya təqdim olunan iş sahəsinə daxildir:

 Reklam panolarının asılması üçün panellər.


 Döşəmə üzəri örtük. (xalı, kilim və s.)
 Məlumat lövhəsi.
 Bant yazısı. (baner)
 2 ədəd oturacaq.
 Elektriklə təchiz olunmuş elektrik naqili.
 Tullantılar üçün qab.
 İş sahələrinin təmizlənməsi.

Əlavə ödəniş etməklə, iştirakçı arzuladığı digər sərgi ləvazimatlarını tələb edə bilər.

Eyni zamanda sərgidə qiyabi şəkildə iştirak da mümükündür.


Qiyabi iştirak üçün qeydiyyat məbləği – 500 $(Amerika dolları) təşkil edir.
 Məlumatların sərgiyə aid rəsmi dərgidə yerləşdirilməsi.
 Azərbaycandan olan iştirakçılar bölməsində məhsulların (kataloq, broşur və s.)
yerləşdirilməsi.
 Məlumat zonasında reklam çarxının yayımlanması.
 10.000 nəfərə yaxın ziyarətçi

İştirakçılara əlavə olaraq göstəriləcək xidmətlər:

 Sərgi günləri ərzində nəqliyyat xidmətləri. (mehmanxana – sərgi – mehmanxana, hava


limanından qarşılamaq və hava limanından yola salmaq)
 Nümayəndə heyətinin bələdçi ilə sərginin keçiriləcəyi şəhərin görməli və tarixi
məkanlarına ekskursiyaların təşkili.

TƏŞKİLAT VƏ İŞTİRAK ÜÇÜN QEYDİYYAT MƏRHƏLƏSİ

Bakı şəhərinə gəliş tarixi: 31 mart 2017-ci il.

Mehmanxanada yerləşdirilmə.

İştirakçı heyətinin Bakıdan yola salınması tarixi: 03 aprel 2017-ci il.

Sərgidə iştirak etmək üçün tələb olunanlar:

Səhifə | 3
 İştirak etmək üçün 05 mart 2017-ci il tarixinədək bildiriş və qeydiyyat ödənişi.(bildiriş
forması istəyə görə təqdim oluna bilər)
 Xarici pasportun surəti. (etibarlılıq tarixi, gəlmə gününə qədər ən azı 3 ay olmalıdır)
 JPG formatında 35x45 mm ölçüdə rəngli şəkil. (həcmi maksimum 40 KB)
 Eləcə dəhava limanında qarşılanma, mehmanxanada yerləşdirilmə və ekskursiya
proqramlarıkimi xidmətlərə görə bildiriş.

Daxil olan bildirişə əsasən, iştirakçıya müqavilə və göstəriləcək xidmətlərə görə hesab təqdim
olunacaqdır.

* İlkin qeydiyyat üçün nəzərdə tutulan məbləğ xarici şirkətlər üçün 500 Amerika dolları, yerli şirkətlər üçün isə 500
Azn heç bir halda geri qaytarılmır.

Ünvan: Azərbaycan , Bakı, Gənclik pr. 29

Tel: +994 (55) 788 99 89, +994 (50) 317 54 25,+994 (12) 480 46 33


http://www.for-edu.com

e-mail: for.edu.fair@gmail.com

“For-edu International Education&Career Fair-II” Koordinatoru

Bəxtiyar Nəsibov

Səhifə | 4

You might also like