You are on page 1of 16

1.

Ali məktəb psixologiyasının predmeti və psixoloji elmlər sistemində


yeri.
Psxilogiyanın predmeti hələ Aristotel dövründə açıqlansa da, o uzun müddət fəsəfənin
tərkibində inkişaf etmişdir. Mədəniyyət və elm tarixində psixologiya tarixində psixologiya
paradiqması XVII əsrdə səslənmişdir. Alman alimi Xristian Volf 1732-ci il də “Emprik psixologiya”
1734-cü ildə isə “Rasional psixologiya” dərsliklərinin nəşri psixologiya tarixində özünün
leksikoloji kəşfi ilə əlamətdar hadisə idi. XIX əsrin axırları- XX əsrin əvvəlləri “Ali məktəb
psixologiyası”, rəsmi tarixi başlayır. “Ali məktəb psixologiyasının predmeti nə təşkil edir? Əsrin
fundamental elmlərindən biri kimi hansı problemləri öyrənir? Ali məktəb psixologiyası
biliklərin, bacarıq və vərdişlərin ali məktəbdə mənimsənilməsi qanunauyğunluqlarını öyrənir, bu
proseslərdə fərdi fərqlərin, tələbələrdə, yaradıcı aktiv təfəkkürün xüsusiyyətlərini, onların
psixikasındakı dəyişikliklərin, yəni psixoloji yeniliklərin formalaşmasının qanunauyğunluqlarını
tədqiq edir. XIX əsrdə psixologiya sürətlə inkişaf etmiş, müxtəlif nəzəriyyələr, müxtəlif məktəblər
və təbii olaraq müxtəlif fənnlər əmələ gəlmişdir. Konkret fəaliyyət sahələrini əhatə edən psixoloji
fənnlər sırasına “ Ali məktəb psixologiyası” da əlavə olunmuşdur.

2. Amerika psixologiyasında G.Lefransuanın verdiyi tərif və Ali


məktəb XXI əsrdə missiyası
O, bu tərifi belə açıqlayır: Ali məktəb psixologiyas, ali məktəbdə təlim prosesini, tələbənin
inkişafını və motivasiyasını, sosial təlimi, şəxsiyyət xarakterisyikalarını, intizamı vəauditoriyanın
idarə olunmasının başqa aspektlərini, tələbələrin inkişafının ölçülməsini və qiymətləndirilməsini
öyrənir. Bu gün, XX I əsrdə ali məktəb psixologiyasının tezaurası öünəməxsus psixopedaqoji
triada şəklində- təlim psixologiyası(1), inkişafın psixologiyası(2), tərbiyənin psixologiyası(3) ilə
qaynaqlanır. Bu psixopedaqojitriadanın nəzəri-metodoloji qaynaqları müasir psixologiyanın
uğurlarına söykənir. Ali məktəb psixologiyası” yaş və pedaqoji psixologiya ilə bilavasitə bağlıdır.
Bu məsələ metodoloji baxımda son dərəcə əhəmiyyətlidir. Hər yaş dövrünün o cümlədən yetkin
gənclik düvrünün özünəməxsus psixoloji-pedaqoji paradiqmaları vardır. Ali məktəb
psixologiyası ali təhsil illərində tələbə şəxsiyyətində baş verən psixi dəyişikliyin
qanunauyğunluqlarını tədqiq edir, təlim və tərbiyə işi təşkilinin formalaşmasının, təlim
prosesində onun fəallığının psixoloji qanunauyğunluqlarını öyrənir.
3. Azərbaycanda ali məktəb psixologiyasının yaranması və inkişafı
Azərbaycanda, hələ Azərbaycan Demokratik Respublikasının vaxtında- 1919-cu ildə, Bakı Dövlət
Universiteti yaradılmışdı. Universitetdə yaradılan kafedralardan biri də psixologiya kafedrası idi.
Kafedraya görkəmli alim A.O. Makovelski rəhbərlik edirdi. O, M.Məhərrəmov, M.Abbasov,
M.Hacıyev, İ.Seyidov və b. elmi rəhbəri olmuşdur. Azərbaycanda ali məktəb psixologiyasının
yaranması və inkişafında B.B.Komarovskinin,F.Ə.İbrahimbəyovun,Ə.K.Zəkuyevin, ,
Z.M.Mehdizadə, R.İ.Əliyevin xidmətlərini qeyd etmək lazımdır. 1933-cü ildə V.İ.Lenin adına APİ-
nin nəzdində aspirantura şöbəsi açılır. Bu şöbənin yaradılmasıyla psixologiya üzrə kadr
hazırlığında bir dönüş yaratdı. Ümümiyyətlə qeyd etmək lazımdır ki, SSPİ miqyasında gedın
proseslər eynilə Azərbaycanda da baş verirdi. Prof. B.Əliyev, prof. S.Seyidov, prof. R.Əliyev
Azərbaycan psixologiya elminin, o cümlədən “Ali məktəb psixologiyasının” inkişafında əsaslı
təsir göstərmişlər. Bütün bunlar isə tələbələrdə milli şüurun, milli özünüdərkin formalaşmasına
əsaslı təsir göstərmişdir.

4. Nəzəriyyə. Eksperiment. Praktika. Elmi-texniki tərəqqi dövrünün səciyyəvi


xüsusiyyətlərindən biri kimi.

Elmi-texniki tərəqqi dövrünün səciyyəvi xüsusiyyətlərindən biri ondan ibarətdir ki, elm
cəmiyyətin nəinki sosial, həm də iqtisadi həyatına nüfuz edir, bilavasitə məhsuldar qüvvəyə
çevrilir, xalq təsərrüfatının inkişafında mühüm rol oynayır.

5. Psixologiyada aparılan tətbiqi tədqiqatlarının istiqamətləri


Bu baxmdan başqa elm sahələrində olduğu kimi, psixologiyada da, tətbiqi tədqiqatlar xüsusi
əhəmiyyət kəsb edir. Psixologiyada tətbiqi tədqiqatlar əsasən iki istiqamətdə aparılır. Birinci
istiqamət üçün başlıca cəhət ondan ibarətdir ki, tətbiqi problemlər fundamental tədqiqatlar
əsasında müəyyən olunur və ya fundamental nəticələri bilavasitə praktikaya tətbiq edilir. Tətbiqi
tedqiqatların inkişafında ikinci istiqamət də mühüm yer tutur: bu istiqamət daxilində tətbiqi
tedqiqatlat bilavasitə fundamental tədqiqarların əsasında meydana çıxır. Bu zaman
iqtisadiyyatın və mədəniyyətin müxtəlif sahələri tətbiqi psixoloji tədqiqatları maliyyələşdirir və
bununla da elmin inkişafı üçün əlverişli şərait yaradırlar. Təbiətşünaslıq (xüsusilə fizika,
riyaziyyat, kimya, biologiya və s.) və texniki elmlər sahəsində tətbiqi tədqiqatların əhəmiyyəti,
birinci növbədə, onların iqtisadi səmərəsi ilə müəyyən olunur. Iqtisadi səmərə psixoloji
tədqiqatlar sahəsində də mühüm göstərici hesab edilir.

6. Ali məktəb təcrübəsində psixoloji tədqiqatlar müxtəlif variasiyalarda tətbiq olunur.

Ali məktəb təcrübəsində psixoloji tədqiqatlar müxtəlif variasiyalarda tətbiq olunur. Onlardan
aşağıdakılar xüsusilə əlamətdardır:

 Dövrün görkəmli psixoloqları təkcə psixooji laboratoriyalarda deyil, həm də bilavasitə


məktəblərdə müəllimlərlə əməkdaşlıq şəraitində aktual problemləri eksperimental
ölçülərlə tədqiq edir və məktəbin özündə təcrübəyə tətbiq edirlər. Rus alimlərindən
A.A.Davidov və D.B.Elkonin və ya A.V.Zaporojes məktəbinin və b. təcrübəsi bu sahədə
maraqlı nümunədir. San Piajenin fundamental tədqiqatları ilə özlərinin tətbiq effektləri
ilə seçilir:
 Qabaqcil müəllimlər yeni pedaqoji təfəkkür konsepsiyasının uğurlarını təcrübədə ilk
növbədə, öz təcrübələrində məharətlə tətbiq edir və məktəbdə yeni pedaqoji təfəkkür
konsepsiyasının gerçəkləşməsində həlledici rol oynayırlar.
 -Məktəblərdə psixoloji xidmət də əsrin abu-havası ilə elə kökdə formalaşıb və müəyyən
fəzadlarla olsa da vüsətlə inkişaf edir.

7. Ali məktəb psixologiyasının metodologiyası


Psixoloji tedqiqatın metodları dedikdə, bu elmin öz premetini, mövzusunu tedqiq etmək
üçün istifadə etdiyi yol və vasitələrin məcmusu nəzərdə tutulur. Hər bir elm sahəsində
olduğu kimi psixologiyanın da tədqiqat metodları onun metodologiyası ilə bağlıdır.
Metodologiya nədir? Müasir elmdə metodologiya terminin üç mənada işlənir. Bunlar
aşaöıdakılardan ibarətdir:

1. Ümumi metodologiya

2. Xüsusi metodlogiya

3. Metodologiya – konkret metodik priyomların məcmusu kimi

1)Ümumi metodologiya dedikdə tədqiqatçının istinad etdiyi ümumi fəlsəfi yanaşma, ümumi
idrak üsulu nəzərdə tutulur. Fəlsəfi fikrin önəmli bir sahəsi təhsilin fəsləfəsi kimi formalaşıb.
Təhsilin fəlsəfəsi ali məktəb psixologiyasının inkişafı üçün son dərəcə önəmlidir. Bir tərəfdən
ali məktəb psixologiyasının nəzəri- metodoloji məsələləri, digər tərəfdən onun konkret
tədqiqatları təhsilin fəlsəfi paradiqmaları ilə açıqlanır.
2) Xüsusi metodlogiya dedikdə müvafiq elm sahəsində, bizim misalımızda, ali məktəb
psixologiyasında tətbiq olunan metodoloji prinsiplərin məcmusu nəzərdə tutulur.

8. Ali məktəb psixologiyasının prinsipləri


Klassik psixologiyanın prinsiplərindən fərqli olaraq ali məktəb psixologiyasının prinsipləri
fundamental prinsiplərə əsaslanır:

1. Determinizim prinsipi

2. Şüur və fəaliyyətin vəhdəti prinsipi

3. Psixikanın fəaliyyətin inkişafı prinsipi

Determinizm (lat. müəyyən etmək deməkdir)- ictimai və təbii hadisələrin səbəbi haqqında
təlimdir. Determinizm prinsipinə görə psixoloji hadisələr maddi həyat vasitələri, istehsal
üsulunun inkişaf qanunları ilə, ictimai münasibətlərlə, sosial həyat tərzi ilə müəyyən olunur və
onların dəyişilməsi ilə də dəyişilir. Ümumi psixologiyada şüur və fəaliyyətin vəhdəti, psixikanın
fəaliyyətdə inkişafı prinsipləri geniş tətbiq olunur. Psixika inkişafın məhsulu və fəaliyyətin
nəticəsi kimi nəzərdən keçirildikdə, düzgün başa düşülə bilər. Şüur və fəaliyyətin vəhdəti,
psixikanın fəaliyyətdə inkişafı prinsipləri digər prinsiplərlə birlikdə psixologiyanın tədqiqat
strategiyasını müəyyən edir.

9.Psixoloji tədqiqat metodikasında şərti olaraq bölünən mərhələlər

Konkret psixoloji tədqiqat metodikasında, şərti olaraq, dörd mərhələni fərqləndirmək olar:

Birinci mərhələ hazırlıq mərhələsidir. Bu mərhələdə ilkin məlumat toplanır; onların əsasında
tədqiqatın emprik, məntiqi və nəzəri vəzifələri həll edilir. Bu zaman tədqiqatın nəzəri
problemlərinin işlənilməsinə xüsusi diqqət yetirilməlidir.

Ikinici mərhələdə tədqiqatın eksperimental mərhələsidir. Bu mərhələdə tədqiqatın konkret


metodikası reallaşdırılır. Yəni müxtəlif metodların tətbiqi ilə emprik faktlar toplanır.

Üçüncü mərhələdə tədqiqat materialları kəmiyyət baxımından təhlil olunur.

Dördüncü mərhələdə isə materiallar psixoloji nəzəriyyə əsasında şərh edilir, nəticə etibarilə
fərziyyənin düzgünlüyü və ya səhv olması aydınlaşdırılır, tədqiqatın nəticələri şərh
(interpretasiya) edilir.
10.Psixologiya elminin tədqiqat metodları

Psixologiya elminin tədqiqat metodları dörd qrupa bölünür:


Birinci qrup, metodlara müqayisəli, longityudal(uzunmüddətli) və kompleks metodlar daxildir.
Onlar təşkilati metodlar adlanır. Tədqiqat prosesi həmin metodların köməyi ilə təşkil edilir.

Ikinci qrup, ən geniş metodlar qrupu elmi materiallar, faktlar əldə etməyin emprik üsullarından
ibarətdir. Bu qrupa aşağıdakılar daxildir:

a. Müşahidə və özünümüşahidə

b. Eksperimental metodlar: laborator, təbii və s.

c. Psixodiaqnostik metodlar (testlər, anketlər, sosiometriya, intervyü və s)

d. Fəaliyyət məhsullarının təhlili və ya praksimetrik metodlar

e. Modelləşdirmə (riyazi, kibernetik və s.)

f. Bioqrafik metodlar (insanın həyat yoluna aid faktların təhlili)

Üçüncü qrup, faktların təhlili metodu;

a) Kəmiyyət (riyazi- statistik) təhlili

b) Keyfiyyət təhlili (material tiplərə, qruplara və variantlara bölünür, təhlil üçün nümunələr
seçilir)

Dördüncü qrup, interpretasiya (şərh) metodu. Onlar struktur və genetik metodların müxtəlif
varianrlarından ibarətdir. Bu metodların köməyi ilə öyrənilən psixi proses və ya xassənin
strukturu təhlil olunur və yaxud müəyyən bir yaş dövründə (tutaq ki, 3-10 yaş) inkişaf
xüsusiyyətləri aydınlaşdırılır.

11. Ali məktəb psixologiyasının tədqiqat metodları


Ali məktəb psixologiyasının tədqiqat metodları:

Müşahidə metodu

1. Müşahidə elmi cəhətdən mühüm problemin öyrənilməsinə yönəlməlidir.

2. Müşahidə mütəşəkkil və ardıcıl sürətdə təşkil edilməlidir.


3. Öyrənilən hadisə barədə daha ətraflı məlumat əldə etmək üçün həmin hadisə müxtəlif
şəraitdə nəzərdən keçirilməli, ona təsir edən bütün amillər ətraflı və dəqiq sürətdə
aydınlaşdırılmalıdır.

4. Elmi müşahidələrin nəticələri dəqiq sürətdə qeyd edilməli və lazım gəldikdə asanlıqla
bərpa olunmalıdır

Tədqiqat prosesində müşahidə metodundan müxtəlif formalarda istifadə etmək mümkündür.


Son zamanlar uzunmüddətli( bir il və daha çox) müşahidələrə daha çox əhəmiyyət verilirş 1975-
ci ildən sonra “iştiraklı müşahidə”dən də istifadə edilir.

Eksperiment metodu

Müasir elmi psixologiya eksperimental psixologiyadır və XXI əsrdə də eksperimental psixologiya


kimi də inkişaf edir.

Ekperiment (lat. eksperiment- sınaq , təcrübə deməkdir) hər hansı bir fərziyyənin yoxlamaq
məqsədi ilə müəyyən şəraitin yaradılması deməkdir .müəyyən bir fərziyyənin irəli sürülməsi və
yoxlanılması eksperimentin zəruri elementidir.

Eksperiment nəticəsində iki kəmiyyət yoxlanılır:

• Asılı olmayan kəmiyyətlər ( A- kəmiyyəti)

• Asılı kəmiyyətlər ( B- kəmiyyəti)

Eksperiment zamanı alim- psixoloq A kəmiyyətini (yəni iş şəraitini, iştirakçıların tərkibini,


hadisələrin ardıcıllığını və s.) dəyişir, bundan sonra isə B kəmiyyətində baş verən dəyişikliklər
müəyyən edilir. Beləliklə, eksperiment prosesində A və B kəmiyyətləri arasındakı asılılıq
öyrənilir.Eksperimentdə müxtəlif cihazlardan, texniki vasitələrdən, şəkil, mətn və s. istifadə
olunur. Belə eksperimentlər adətən laboratoriyalarda və ya xüsusi otaqlarda aparılır.Son
zamanlar təbii eksperimentdən ( Lazurski) də istifadə olunur ki, onu təbii şəraitdə, məs. adi
təlim şəraitində aparmaq olar.Ali məktəb psixologiyasında təbii eksperiment metodu üç meyar
əsasında qaynaqlanır: təhsil, inkişaf və tərbiyə.
12. Eksperiment metodu
Müasir elmi psixologiya eksperimental psixologiyadır və XXI əsrdə də eksperimental psixologiya
kimi də inkişaf edir.Ekperiment (lat. eksperiment- sınaq , təcrübə deməkdir) hər hansı bir
fərziyyənin yoxlamaq məqsədi ilə müəyyən şəraitin yaradılması deməkdir .müəyyən bir
fərziyyənin irəli sürülməsi və yoxlanılması eksperimentin zəruri elementidir.

Eksperiment nəticəsində iki kəmiyyət yoxlanılır:

• Asılı olmayan kəmiyyətlər ( A- kəmiyyəti)

• Asılı kəmiyyətlər ( B- kəmiyyəti)

Eksperiment zamanı alim- psixoloq A kəmiyyətini (yəni iş şəraitini, iştirakçıların tərkibini,


hadisələrin ardıcıllığını və s.) dəyişir, bundan sonra isə B kəmiyyətində baş verən dəyişikliklər
müəyyən edilir. Beləliklə, eksperiment prosesində A və B kəmiyyətləri arasındakı asılılıq
öyrənilir.Eksperimentdə müxtəlif cihazlardan, texniki vasitələrdən, şəkil, mətn və s. istifadə
olunur. Belə eksperimentlər adətən baboratoriyalarda və ya xüsusi otaqlarda aparılır.Son
zamanlar təbii eksperimentdən ( Lazurski) də istifadə olunur ki, onu təbii şəraitdə, məs. adi
təlim şəraitində aparmaq olar.Ali məktəb psixologiyasında təbii eksperiment metodu üç meyar
əsasında qaynaqlanır: təhsil, inkişaf və tərbiyə. Eksperimentin nəticələri xüsusi protokollarda
dəqiq təsbit olunur.

13.Ali məktəblərdə psixodinamikmetodlardan ən çox işlənən testləşmə


haqqında
Ali məktəblərdə psixodiqnostik metodlardan ən çox işlənəni testlərdir. Test- şəxsiyyətin
müəyyən keyfiyyətlərinin inkişaf səviyyəsini ölçməyə imkan verən tapşırıqlar sistemidir.

 Müvəffəqiyyət testi- konkret bilik, bacarıq və vərdişlərin səviyyəsini müəyyən edir.


 Intellekt testi- əqli potensialın üzə çıxarılması
 Kreativlik testi- yaradıcı qabiliyyəti öyrənən metod
 Şəxsiyyət testləri- fərdin şəxsi keyfiyyətlərinin müxtəlif cəhətləri öyrənir.
 Proyektiv testlər- şəxsiyyətin strukturu, təlabat və mənəvi dəyərlərə münasibətləri
öyrənir.
 Anket- sorğu aparılan şəxs haqqında ilkin informasiyanın toplanması
 Sosiometriya- qrup və kollektivdə psixoloji uyuşmanın öyrənilməsi
 Intervyü- əvvəlcədən hazırlanmış suallara verilən cavablar
 Söhbət- nitq ünsiyyəti ilə birbaşa psixoloji informasiyanın alınması
Ingilis alimi Halton fərdi fərqlər psixologiyasının banisi hesab olunur. Halton 1884-cü ildə
Londonda Beynəlxalq sağlamlıq sərgisində Antropoloji laboratoriya təşkil edir. Halton özünün
Antropoloji laboratoriyasında aparılan sınaqları əqli testlər adladırdı.

14.Ali məktəb psixologiyası yaş krizləri haqqında


Ali məktəb psixologiyası, inkişaf (yaş) psixologiyası ilə sıx bağlıdır. Inkişaf (yaş) psixologiyasının
fundamental parametrlıri vardır. Onların bəziləri ilə tanış olaq. Inkişaf fasiləsiz olaraq davam
etdiyinə görə bir yaş dövrünün və digərinin nə vaxt başlanmasını dəqiq müəyyənləşdirmək
çətindir. Fərdin inkişaf prosesi (ontogenez) iki mərhələdən ibarətdir. Rüşeymin ana bətnində
inkişafı dövrü- prenetal ontogenetik inkişafı, digər mərhələ isə uşağın anadan olduğu gündən,
ömrünün axırınadək olan müddətdir ki, ona- postnetal ontogenetik inkişaf deyilir.

Müasir psixologiyada yaş dövrlərini, yaş anlayışından fərqləndirmək lazımdır. Yaş insanın ömür
tarixini, inkişaf və yetişməsini, onun bioloji, psixoloji, sosioloji cəhətdən formalaşmasının ifadə
edən bir anlayışdır. Müasir psixoloji ədəbiyyatda yaşın dörd növü fərqləndirilir:

• Xronoloji, yəni pasport yaşı

• Bioloji və ya funksional yaş

• Sosial, yaxud vətəndaşlıq yaşı

• Psixoloji, yaxud psixi yaş

Xronoloji yaşla insan ömrü, aylara, illərə, mərhələlərə ayrılır.

Bioloji yaşın göstəricisi kimi bədənin böyüməsi, fizioloji amillərin cinsi yetişkənlik, sümük, əzələ
sisteminin, sinir sisteminin və s. fərqli yetişməsi bioloji yaşı səciyyələndirir.

Sosial yaş, insanın cəmiyyətdə tutduğu mövqeyə istinadən müəyyən olunur.

Psixoloji yaş, insanın fərdiyyətilə xarakterizə olunur. Insanın mənən cavanlaşması, yaxud
acınacaqlı keçmiş hesabına xeyli qocalması ola bilər.

Müasir, inkişaf (yaş) psixologiyasında yaş dövrləri aşağıdakı qaydada təsnif olunur.

15.Müasir, inkişaf (yaş) psixologiyasında yaş dövrləri


Müasir, inkişaf (yaş) psixologiyasında yaş dövrləri aşağıdakı qaydada təsnif olunur.

1. Çağalıq dövrü 1 yaşadək


2. Körpəlik dövrü 1-3 yaş

3. Məktəbəqədər yaş dövrü 3-6 yaş

4. Kiçik məktəb yaşı dövrü 6-10 yaş

5. Yeniyetməlik dövrü 10,11-14,15 yaş

6. Gənclik 15-25 yaş; erkən gənclik 15-17 yaş; yetkin 18-25 yaş

7. Yetkinlik yaşı: I dövr 25-35; II dövr 35-60

8. Yaşlı dövr 60-70 yaş

9. Qocalıq dövrü 75-90yaş

10. Uzunömürlülər 90 və daha çox yaş

16. Psixi inkişafın qanunauyğunluqları

1. Psixi inkişafın qeyri- bərabərliyi

2. Psixi inkişafın inteqrasiyası

3. Psixi inkişafın kompensasiyası

4. Interiorizasiya prosesi

5. Şəxsi konstruktlar (adamın dünya haqqında öz nöqteyi- nəzəri);

 (Amerika alimi C. Kellinin tedqiqatları)


 Erkən intellektual inkişaf =Akselerasiya=
 Urbanizasiya hadisəsi
 V.Bunakinin “Geterelokal kəbin” nəzəriyyəsi (ərazicə uzaqda yaşayan adamların kəbinə
girməsi)

17. Ənənəvi didaktik sistem pedaqoji fikir və məktəb tarixində mühüm bir
mərhələ
Ənənəvi didaktik sistem pedaqoji fikir və məktəb tarixində mühüm bir mərhələ sayılır. Bu
sistem böyük pedaqoqların- Y.A.Komenski, İ.F.Herbart və b. səyi ilə formalaşıb və XVII
yüzillikdə önəmli psixoloji konsepsiya olan assosiativ təlim nəzəriyyəsinə söykənib XVII-XIX
əsrlərdə ənənəvi didaktik sistemin inkişafında mühüm rol oynamışdır. XX əsr isə onun
inkişafında xüsusi bir mərhələ olmuşdur. 60-cı illərdən başlayaraq, elmi- texniki tərəqqi
şəraitində onun konseptual əhəmiyyətli “zəif nöqtələri” günü-gündən şəffaf
görünürdü.Görkəmli pedaqoqlar bu təzadla ziddiyyətləri görürdülər və ənənəvi didaktik sistemə
müxtəlif yollarla kosmetik bəzək- düzək verir, onu bu və ya digər səviyyədə moderləşdirməyə
çalışırdılar. L.V.Zankovun laboratoriyasında inkişaf ideyası məktəb işinin başlıca meyarı kimi
açıqlanmış, təlimin inkişafetdirici funksiyası psixopedaqoji yönümdə təhlil edilmişdir.
L.V.Zankovun sistemi, 50-60-ci illərdə təsirli rol oynaya bilmədi, çünki ənənəvi didaktik sistemin
özündə çatışmazlıqlar var idi. Həmin çatışmazlıqlar nədən ibarət idi? Əvvəla, sinif- dərs
sistemi öz- özlüyündə, dövrün böyük pedaqoji kəşfi idi. Əvvəlki illərdə olduğu kimi, müasir
şəraitdə də, onun əhəmiyyəti böyükdür. Bu gün, ənənəvi didaktik sistemin imkanlarının
tükənməsi öz- özlüyündə bilavasitə sinif- dərs sistemi ilə deyil, onun nəzəri- metodoloji əsasları
ilə bağlıdır.Ənənəvi didaktik sistemin 300 illik tarixi vardır. Bu dövrdə sistem inkişaf etsədə, ayrı-
ayrı dövrlərdə onun müəyyən paradiqmaları bu və ya digər dərəcədə modifikasoya olunmuş,
hətta bəzən təhrif edilmişdir. Müasir şəraitdə isə onun paradiqmaları daha artıq dövrün idealları
ilə səsləşmir. Insan amili, şəxsiyyət amili bu gün xüsusilə aktuallaşıb.

18. Müasir təhsil konsepsiyasında müəllim-tələbə münasibətləri


Müasir təhsil konsepsiyasında tələbə(şagird) pedaqoji prosesin məhz subyekti kimi
dəyərləndirilir. Eyni pedaqoji təfəkkür baxımında həm müəllim, həm də tələbə (şagird) pedaqoji
prosesin subyektləridirlər. Məsələnin belə qoyuluşu konseptual əhəmiyyətə malikdir və müasir
təhsil konsepsiyası ilk növbədə bu nöqtəyə görə, ənənəvi didaktik sistemdən köklü surətdə
fərqlənir. Ingilis alimi C.Lokk uşağın beynini obrazlı şəkildə ... “ağ lövhəyə” bənzədirdi. XIX əsrdə
bu təsəvvürlərin bir pedaqoji konsepsiya kimi formalaşmasında Robert Ouenin fəlsəfi görüşləri
də mühüm rol oynamışdır. Onun fikrincə, insanı şərait yaradır. “İnsan öz xarakterini müəyyən
etmir, ətraf mühitin təsiri ilə yaşayır”. Bu fikirlərin psixoloji və pedaqoji mənası aydın idi: insan
xarici şəraitin passiv məhsulu sayılırdı, onun nəinki biliklərinin , həm də xarakterinin ölçüləri bu
şəraitin təsiri altında formalaşdığını iddia edirdilər. Hətta utopist filosoflardan Cerami Bentam
uşaqları “nəm gilə” bənzədirdi. Onun fikrincə, uşaqlar “nəm gil” kimi heykəltəraşın əlində
formalaşırlar. Müəllimi də elə bu heykəltəraşa bənzədirdilər. Şagirdə, tələbəyə “ağ lövhə” və ya
“nəm gil” kimi baxırdılar. “Ağ lövhə” nəzəriyyəsinin əsasında , şərt ölçülərə söykənən intizam
anlamı əmələ gəlmişdir. Tələbə (şagird) qeydsiz- şərtsiz bu intizama tabe olmalı idi. Məktəbdə
avtoritor rəhbərlik üslubu əslində norma kimi dəyərləndirilirdi.

19. Amerika psixlogiyasında 3 tərkibli müəllim modeli


Amerika psixologiyasında üç tərkibli müəllim modeli məşhurdur. Gi Lefransua onun təhlilində
Ferstenmaxer və Soltisin araşdırmalarına söykənir. Onlar müəllim portretində aşağıdakıları ayırd
edirlər.
• Təşkilatçılıq modeli

• Terapevtik model

• Liberal model

 Təşkilatçılıq modelində dərs incənət kimi dəyərləndirilir. Müəlliflərin qənaətinə görə,


dərsin səmərəli olması müəllimin sənətkarlıq səviyyəsi ilə şərtləşir.
 Terapevtik modeldə, tələbə (şagirdin) “xoşbəxt inkişafı” sağlamlıq ölçüləri ilə açıqlanır.
Bizim fikrimizcə, müəlliflər bu modelin şərhində humanistik psixologiyanın uğurlarından
faydalanmışlar. XXI əsrin təhsil konsepsiyasında da tələbə və şagirdlərin sağlamlığı
probleminə xüsusi diqqət yetirilir.
 Liberal modeldə müəllimin tələbə və şagirdləri öyrətməsi önəmli psixo- pedaqoji
problem kimi vurğulanır, bu məsələlər inkişaf kontekstində araşdırılır, tələbə və
şagirdlərdə “ strateji təfəkkürün” inkişafı məsələlərinə xüsusi diqqət yetirilir.
.

20.Tələbə təlim-tərbiyə prosesinin subyekti kimi


Şəxsiyyət anlayışı, subyekt anlamı yeni pedaqoji təfəkkür üçün konseptual anlamdır.

Şəxsiyyəyin tərifi: şəxsiyyət fərdi- psixi xassələrə malik olan , təbii və ictimai vəzifələri yerinə
yetirən, müəyyən ictimai-tarixi dövrdə yaşayan konkret insandır.

Tələbə (şagird) təlim- tərbiyə prosesində obyekt deyildir, o obyekt ola bilməz. Yeni pedaqoji
təfəkkür tələbəni, özünü təyin edən və özünü reallaşdıran şəxsiyyət kimi, təhsil prosesinin
subyekti kimi dəyərləndirir. Önəmli kommunikativ əsasda müəllimlə tələbə arasında əməkdaşlıq
münasibətləri əmələ gəlir və bərqərar olur , auditoriya məkanında iki subyekt- müəllim və
tələbə birgə fəaliyyət göstərirlər..

Tələbənin (şagirdin) obyekt deyil, subyekt olması- yeni pedaqoji təfəkkürün fundamental nəzəri-
eksperimental axtarışlara söykənir, İ.İ.Russo, Y.Korçaq, A.S.Makarenko, V.A.Suxomlinski, K.
Rocers, E.Bern və s. məşhur psixoloq və pedaqoqların tədqiqatlarına, qabaqcıl müəllimlərin iş
təcrübəsinə arxalanır.

21.Amerika psixoloqu C.Mid görə “Mən” in strukturunda “Mən-obraz” ları


Hələ əsrin əvvəllərində Amerika psixoloqu C.Mid “Mən”in strukturunda dörd “Mən- obraz”
müəyyənləşdirmişdi.
o Fiziki –mən. Cinsi identifikasiyanın əsasını təşkil edir. Onun formalaşması
“bədənin sxemi” haqqında təsəvvürlərin əmələ gəlməsi ilə bağlıdır.
o Real –mən. Indiki anda insan özünü necə təsəvvür edir? Özünün qabiliyyətlərini,
rollarını, statusunu necə qavrayır? O, əslində necə adamdır?
o Ideal –mən. Insan özünü necə görmək istəyir? Hansı keyfiyyətlərə yiyələnməyə
çalışır?
o Sosial –mən. Insan həmişə özünə başqalarının gözüylə baxır. Başqa adamlar onu
necə görürlər? O, özünü başqa adamlara necə göstərmək istəyir?

Psixoloji planda, real, ideal və sosial “Mən” birlikdə mövcuddur. Onlar bir- birlərini bir növ
tamamlayır və zəngiləşdirirlər.

22. Müasir müəllimin sosial-psixoloji portreti haqqında.


Psixoloji və pedaqoji ədəbiyyatda müəllimin sosial- psixoloji portreti aşağıdakı cizgilərlə təsvir
olunur:

 Müəllim hər bir tələbəyə (şagirdə) hörmətlə yanaşır, onun insani keyfiyyətlərinin
yüksək dəyərləndirir.
 Tələbənin taleyi ilə yaxından maraqlanır.
 Onların qabiliyyət və istedadına optimistcəsinə inanır.
 Tələbələrlə onların partnyoru kimi əməkdaşlıq edir.
 Onları stimullaşdırmaq yolu ilə daxili motivlər yaradır.
 Tələbələrin nöqsanlarına dözümlüdür.
 Ünsiyyət mədəniyyəti seçimlidir.

Təhsilin humanistləşdirilməsi müasir təhsil konsepsiyalarında əsas prinsiplərdən biri kimi irəli
sürülür. Yeni pedaqoji təfəkkür məktəb həyatının humanistləşdirilməsinə xüsusi əhəmiyyət verir
və onun başlıca problemlərini, ilk növbədə burada həll edir.

23.Müəllim-tələbə münasibətləri-L.S.Viqotski təsnifində


Uşağın bir şəxsiyyət kimi inkişafı həmişə onun başqa insanlarla qarşılıqlı münasibətlərinin
xarakteri ilə şərtlənir. Hələ vaxtilə L.S.Vıqotski bu mühüm cəhətə diqqəti cəlb etmiş və onu
uşağın mədəni inkişafının ümumi genetik qanunu kimi təhlil funksiya L.S.Vıqotski yazırdı: Uşağın
mədəni inkişafında hər bir funksiya özünü iki dəfə, iki planda - əvvəlcə sosial, sonra psixoloji
planda göstərir.L.S.Vıqotski ali psixi funksiyaların köklərini də onların əzəldən sosial funksiya
kimi meydana çıxması ilə izah edirdi. Onun fikrincə, bütün ali psixi funksiyalar, əvvəlcə
interpsixi(2 adamın) funksiya kimi əmələ gəlir, tədricən intrapsixi (bir adamın) funksiyası kimi
formalaşır. L.S.Vıqotski bu maraqlı qanunauyğunluğu uşaqlara diqqətin formalaşmasında ananın
rolu timsalında ətraflı izah etmişdir. Cenevrə inkişafında sosial münasibətlərin mühüm rol
oynadığını göstərir.Məktəbdə tələbələr(şagirdlər) müəllimin rolunu nə ilə müəyyən edirlər?
Müəllim, şübhəsiz ki, “hər şeyi” bilməlidir. Tələbə bu cəhəti yüksək qiymətləndirsələr də,
müəllimin bir insan kimi şəxsi keyfiyyətlərinə daha çox məna verirlər. Onların ümumi rəyinə
görə , müəllim xeyirxah, ədalətli, həssas olmalı, öz tələbə və şagirdlərini sevməlidir.

24. Müəllim-tələbə münasibətləri-K.Blaqa və M.Şebekin təsrifində


K.Blaqa və M.Şebekin müşahidələrinə görə şagird( tələbə) baresində pedaqoji kollektivdə
müəyyən bir rəyin yaranmasında, “müəllimlər otağındakı söhbətlərin də təsiri vardır”.“Müəllim-
tələbə(şagird)” münasibətlərində müəllimin rəhbərlik üslubu mühüm rol oynayır. Bu baxımdan
müəllimləri üç tipə avtoritor, demokratik və liberal tiplər ayırmaq olar.Bu məsələlər son
zamanlar sosial və pedaqoji psixologiyada geniş öyrənilmişdir.Psixoloqlar müxtəlif müəllimlərin
şagirdlərə münasibətlərini, xüsusiyyətlərini müqayisəli təhlil etmişlər. Onlar müxtəlif
eksperimental materiallar əsasında göstərirlər ki, müəllim şagirdi(tələbəni) necə qəbul edirsə,
onunla elə də rəftar edir. yəni pis və ya yaxşı şagird kimi formalaşması üçün şərait
yaradır(pedaqoji psixologiyada: Piqmalion effekti- 1968-ci ildə Amerika psixoloqları Rozental və
Cekobsonun “Piqmalion sinifdə” kitabının əks-sədası).K.Blaqa və M.Şebek müəllimin şagirdə
pozitiv(piqmalion effekti) effektlərin müəllim-tələbə(şagird) münasibətlərinin inkişafındakı
əzəmətli rolunu müəyyən etmişlər.

25.Təlim prosesində idrak fəaliyyətinin inkişafı və tərbiyəsi


Təlim prosesində tələbələrdə idrak proseslərinin inkişafı xüsusi əhəmiyyətə malikdir. Bu
baxımdan aşağıdakıları qeyd etmək olar:

 Təlim fəaliyyəti zamanı müxtəlif çətinlikdə olan tapşırıqlar hazırlanmış və onlardan


istifadə olunmuşdur. Bu zaman tələbələrin əlavə ədəbiyyat oxumasına diqqət
yetirilmişdir
 “Tədricən çətinləşən tapşırıqladan” istifadə olunmasına diqqətin yetirilməsi
 Tələbələrin sual verməsinə, bu və ya digər məsələ haqqında öz fikrini söyləməsinə, öz
təşəbbüsləri ilə ayrı-ayrı məsələlərin müzakirəsində iştirak etməsi
 Tələbələrin idrak fəaliyyətinin fəallaşdırılmasında “Müəllim- tələbə”, “tələbə- tələbə”
tipli münasibətlərin roluna əhəmiyyət verilməsi

Aparılan eksperimental- təcrübi işin nəticələri də göstərir ki, diferensial yanaşma və təlimin
fərdiləşdirilməsi şəraitində təkcə tələbənin idrak fəaliyyətinin aktivləşdirilməsi üçün deyil, təkcə
tələbələrin idrak fəaliyyətinin aktivləşdirilməsi üçün şərait yaranır. Həm də neqativ təsirlərin
neytrallaşdırılması üçün şərait yaranır.
26. Tələbələrdə idrak fəaliyyətinin fəallaşdırılmasında “Müəllim-tələbə”,
“Tələbə-tələbə” münasibətlərinin bəzi məqamları
Qeyd etdiyimiz kimi tələbələrdə idrak fəaliyyətinin fəallaşdırılmasında “Müəllim-tələbə”,
“Tələbə-tələbə” tipli münasibətlər mühüm əhəmiyyət daşıyır; onların bəzi məqamlarına diqqət
yetirək;

“Müəllim-tələbə” münasibətlərini şərtləndirən köklü vəsillər vardır. Onları qısaca


səciyyələndirək: Pedaqoji kollektivin həyatı yüksək mənəvi- psixoloji ovqatla seçilməlidir və
müəllimin mütəxəssis , alim- pedaqoq kimi inkişafında önəmli rol oynamalıdır. Müəllim pedaqoji
kollektivdə özünü alim- pedaqoq kimi dəyərləndirmədə, bir tərəfdən, dərs onun üçün ülviləşir,
şəxsi məna kəsb edir, auditoriya, onun üçün ilhamlı yaradıcılıq məkanına çevrilir, digər tərəfdən
müdrikləşir və tələbələrlə münasibətləri əməkdaşlıq kontekstində inkişaf edir.

“Tələbə- tələbə” münasibətləri də aktual problemdir. Hələ vaxtilə məşhur isveçrə psixoloqu
İ.Piaje göstərirdi ki, həmyaşıdlar mühitində uşaqlar bərabər hüquqludurlar. Onların öz
həmyaşıdları ilə əməkdaşlığı da bu kökdə əmələ gəlir və ... həmyaşıd gənclərin əməkdaşlığı
şəraitində tənqidi düşüncə və müstəqillik kimi keyfiyyətlər səmərəli inkişaf edir.“Tələbə- tələbə”
münasibətlərində “tələbələrin- səmimiliyi” nə qədər olsa da , çox vaxt situativ amillərin rolu
təzadlı və ziddiyyətli məqamlarla seçilir. Müəllim- şagird münasibətləri kimi, “tələbə- tələbə”
münasibətlərini də humanistləşdirmək, onlara bir-birinin davranış motivlərini açıqlamağı
öyrətmək, ünsiyyət mədəniyyəti aşılamaq tərbiyə işi sahəsində vəzifə kimi dəyərləndirilməlidir.

27.Ali məktəbdə pedaqoji ünsiyyətin xüsusiyyətləri


Pedaqoji fəaliyyətin müvəffəqiyyətlə həyata keçirilməsində pedaqoji ünsiyyətin rolu olduqca
böyükdür. Pedaqoji ünsiyyət müəllimin tələbə və şagirdlərlə təlim və tərbiyə prosesində həyata
keçirdiyi neşə ünsiyyətidir. Bu cür ünsiyyət hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşması
üçün şərait yaradılmasına yönəlmiş olur, kollektivdə səmərəli psixoloji iqlim yaratmağa imkan
verir.Pedaqoji ünsiyyət, ümumiyyətlə ünsiyyətin bütün xüsusiyyətlərini özündə əks etdirir.
Sosial –psixoloji ədəbiyyatda ünsiyyətin bir- biri iə bağlı olan üç cəhəti qeyd olunur: I
informasiya mübadiləsi və ya kommunikativ cəhət; II ünsiyyətdə olan fərdlər arasında qarşılıqlı
təsir prosesi- və ya interaktiv cəhət; III ünsiyyət prosesində insanların bir-birini qavraması və
anlanması- perseptiv cəhət.Ünsiyyətin bu cəhətlərinin hamısı pedaqojı ünsiyyət prosesinə də
aid olub, pedaqoji fəaliyyətin səmərəliliyini təmin edir.
28. Ünsiyyət bir fəaliyyət kimi nəzərdən keçirdikdə onun aşağıdakı
komponentləri
Müasir psixologiyada ünsiyyət və fəaliyyətin qırılmaz vəhdət təşkil etdiyi göstərilir. Ünsiyyət bir
fəaliyyət kimi nəzərdən keçirdikdə onun aşağıdakı komponentləri aşkara çıxır:

I. Ünsiyyətin məqsədi

II. Ünsiyyətin məzmunu

III. Ünsiyyətin motivləri

IV. Ünsiyyətin vasitələri

V. Ünsiyyət aktında olan normativlik

Qeyd edək ki, rəhbərlik üslubuna görə müəllimlər: Avtoritor, liberal və demokratik olurlar.

Demokratik rəhbərlik üslubuna malik müəllimlərin dərslərində tələbələr özlərini necə aparırlar?

a) Tələbələr müəllimlərlə və öz aralarında dərslə bağlı azad fikir mübadiləsi aparılar

b) Dərsə diqqətlə qulaq asırlar

c) Daha çox düşünür, götür- qoy edirlər; məslələrin mahiyyətini aydınlaşdırmağa çalışırlar

d) Auditoriyada həmişə özünəməxsus yaradıcılıq ovqatı əmələ gəlir

e) Auditoriyada tələbələr öz fikirlərini, qənaətlərini açıq deməyi və prinsipial mövqe


tutmağı öyrənirlər.

29. Humanistik psixolgiyanın meyarları


Humanistik psixolgiyanın meyarları: empatiya, səmimilik və etimad-müəllimlərin tələbələrlə
qarşılıqlı münasibətlər üçbucağında götürsək və onları A, B, C ilə işarə etsək- A) empatiya
B)səmimilik C) etimad sahəsi kimi mənalandırsaq, onun mərkəzində tələbənin özünü
yerləşdirməliyik.K.Rocers- empatiya anlayışına xüsusi diqqət yetirirdi. (Empatiya- başqa adamın
psixi halətinə, dərdini başa düşmək və ona şərik olmaq). Insanlar bir-birlərini düzgün
anlamayanda onların arasında bir qayda olaraq müxtəlif konfliklər əmələ gəlir.Səmimilik –
anlayışının da öz ölçüləri vardır. Bu ölçülər hər hansı formada olursa- olsun pozulanda insan
münasibətləri öz-özünə saxtalaşır. Səmimilik insanın bir şəxsiyyət kimi inteqrativ keyfiyyətidir.
Müəllim səmimi olanda tələbələr də səmimi olur. Öz fikir və duyğularını açıq vurğulayırlar.
Müəllim səmimi olmayanda tələbələr öz ürəklərindən keçənləri ona demirlər, bir sözlə
səmimilik göstərmirlər.Müəllim – tələbə münasibətlərinin humanistləşdirilməsində etimad –
inam ölçülərinin də rolu böyükdür. Bu ölçülərin iki qütbü vardır: Bir tərəfdən müəllim hər bir
tələbənin imkanlarına və qabiliyyətlərinə inanmalı, onların üzə çıxarılması üçün psixoloji
cəhətdən əlverişli şərait yaratmalıdır. Digər tərəfdən tələbələr müəllimə inanmalıdırlar.

30. Demokratik rəhbərlik üslubunu təhlil edəndə Deyl Karneginin məsləhət


gördüyü ünsiyyət qaydaları
Bəzi müəlliflər demokratik rəhbərlik üslubunu təhlil edəndə onların diqqətini bir maraqlı cəhət
cəlb etmişdir: bu üslubun stereotiplərilə Deyl Karneginin məsləhət gördüyü ünsiyyət qaydaları
arasında oxşarlıq çoxdur. Bu qaydaların bəziləri ilə tanış olaq:

- Mübahisədə qələbə qazanmağın yeganə yolu ondan yayınmaqdı;

- Əgər haqsızsınızsa, bunu tezcə və qətiyyətlə etiraf edin;

- Elə başdan mehribanlıq mövqeyində durun;

- Başqalarının fikir və istəklərinə səmimi canıyananlıqla yanaşın;

- Müsahibinizin tərifindən və onun layiqli cəhətlərini səmimi etirafdan başlayın;

- Başqalarının səhvlərini birbaşa yox, dolayısı ilə göstərin;

- Əvvəlcə öz səhvlərinizdən danışın, yalnız bundan sonra münasibətinizi tənqid edin;

- Müsahibinizə nəsə əmr vermək əvəzinə suallar verin;

- Qiymət verəndə səmimi və tərifləmədə səxavətli olun;

-- Həvəsləndirməyə əl atın.

You might also like