You are on page 1of 89

Neft qaz quyularının hasilatı üzrə opertorlara əyani dərs vəsaiti

NEFT-QAZ SƏNAYESİNİN İNKİŞAF MƏRHƏLƏLƏRİ


Neftin kəşf olunma tarixi və hasil edilmə xronologiyası
İndiyә qәdәr neftin kәşfi ilә bağlı kifayәt qәdәr fәrziyyәlәr irәli sürülsә dә, alimlәr
dәqiq tarix göstәrmәkdә hәlә dә çәtinlik çәkirlәr. Ona görә dә neftin nә vaxt kәşf
olunduğunu söylәmәk mümkün deyil. Amma mәlumdur ki, hәlә lap qәdim dövrlәrdәn
başlayaraq, dünyanun müxtәlif qitәlәrindә sonralar ‚neft‛ adlandırılacaq ‚qara maye‛dәn
bu vә digәr mәqsәdlәr üçün istifadә olunmuşdur.
Arxeoloqların fikirincә, neftdәn ilk dәfә eramızdan әvvәl (e.ә.) 6-cı minillikdә istifadә
olunmağa baslanmısdır. E.ә. 3-cü minillikdә Mesopotamiya vә Misirdә inşaat işlәrindә
asfaltdan su keçirmәyәn vә birlәşdirici maddә kimi istifadә edildiyi göstәrilir. O dövrdә
neft piltәli çıraqlarda yandırılmış, dәrman kimi işlәdilmiş, onun şora, kükürd vә qatranla
qarışığı hәrbi mәqsәdlә ‚yandırcı ox‛ hazırlanmasında istifadә edilmisdir.
Azәrbaycanda neftdәn qәdim zamanlardan istifadә olunmağa başlanmışdır. Ayrı-ayrı
vaxtlarda ölkәmizdә olmuş sәyyah, tarixçi vә coğrafiyaşünaslar öz әsәrlәrindә bu barәdә
yazmışlar. Bu alimlәrin çoxu kitablarında konkret neftin adını çәkmәsәlәr dә, keçmişdir.
O, Bakıda olarkәn burada insanların quyulardan tünd rәngli maye çıxardıqlarını vә ondan
mәişәtlәrindә istifadә etdiklәrini görmüşdür. XVI-XVII әsrlәrdә Azәrbaycanda olmuş
tarixçi, sәyyah vә tacirlәrin qeydlәrinә әsasәn belә nәticәyә gәlmәk olar ki, hәmin
dövrlәrdә Abşeronda 500-dәn artıq quyudan neft çıxarılmışdır.
1594-cü ildә Abşeronda (Balaxanı) usta Allahyar tәrәfindәn dәrinliyi 35 m olan ilk neft
quyusu qazılmışdır.
Alman sәyyahı Enqelbert Kempfer XVII әsrdә Azәrbaycan әrazisindә olmuş vә 1684-
cü ildә Avropa әdәbiyyatında ilk dәfә olaraq Bakı neft mәdәnlәrinin tәsvirini vermişdir.
XVII әsrin ortalarında Şimali Amerikanın Qәrbi Pensilvaniya bölgәsinә sәyahәt edәn
sәyyahlar yerli hinduların üzlәrini vә bәdәnlәrini ‚qara su ‚ ilә rәnglәdiklәrini müşahidә
ediblәr. Bu ‚su‛ dan düzәldilәn müalicә әhәmiyyәtli balzam üzün müddәt Avropa
ölkәlәrindә istifadә edilmişdir.
1733-cü ildә Rusiyanın İrandakı sәfirliyinin hәkimi İoann Lerkx Abşeronda әsrlәr boyu
neftin hasil edilmәsini tәsdiq etmişdir. 1798-ci ildә dәnizdә ilk dәfә Bibiheybәt körfәzindә
iki quyu qazılmışdır. 1847-1748-ci illәrdә F. N. Semyonovun tәşәbbüsü ilә Bibiheybәtdә
sәnaye üsulu ilә ilk dәrin quyu qazılmışdır. 1863-cü ildә Bakıda Cavad Mәlikov ilk kerosin
zavodunu tikmişdir. 1872-1873-cü illәrdә ilk dәfә olaraq Bibiheybәt vә sonra Balaxanı
yataqlarında mexaniki üsulla qazılmış quyulardan sәnaye әhәmiyyәtli neft alınmışdır.
1872-1873-ci illәrdә ilk dәfә Xәzәr dәnizindә taxta barjlardan istifadә edilmәklә neft nәql
olunmuşdur. 1878-ci idlә qızdırma üçün işlәnәn ağ neftin nәql edilmәsi üçün ilk metal
gövdәli ‚Zәrdüşt‛ adlı tankeri istifadәyә verilmişdir.. 1881-ci ildә dünyada ilk dәfә olaraq
Bakıda neft mәhsulları çәnlәrdә dәmir yolu ilә nәql edilmişdir. 1883-cüi ildә ilk dәfә
olaraq zәrbә-ştanq üsulu ilә quyu qazılmış vә bu üsul ‛Bakı üsulu‛ kimi mәhşurlaşmışdır.
1899-1901-cü illәrdә neft sәnayesi sürәtlә inkişaf etmiş, ildә 11,5 mln ton neft hasil
edilmişdir. Azәrbaycan bu göstәriciyә görә dünya liderinә çevrilmişdir. Hәmin dövrdә
ABŞ-da ildә yalnız 9,1 mln ton neft hasil edilmişdir. 1897-1907-ci illәrdә Bakı neftini
Avropaya çıxarmaq üçün 800 km-lik Bakı-Batumi neft kәmәri tikilmişdir. 1911-ci ildә
rotor qazma üsulu ilә ilk quyu Suraxanıda qazılmışdır. 1915-ci ildә ilk dәrinlik quyu
nasosları Ramana yatağında tәtbiq olunmuşdur. 1952-ci ildә neft yataqlarının işlәnmәsi
vә istismarı üçün küt quyuların qazılması vә başqa mütәrәqqi metodlar
işlәnmişdirAzәrbaycan torpağı qәdim zamanlardan bütün dünyada neft sәnayesinin
vәtәni vә uzun müddәt neft sәnayesinin yeganә mәrkәzi olmuşdur. V.İ.Lenin Bakıda
kapitalist sәnayesinin inkişafından bәhs edәrkәn yazmışdır:
«Neftin, demәk olar ki, hamısı Bakı quberniyasında hasil edilir, buna görә dә Bakı
şәhәri «әhәmiyyәtsiz» bir şәhәr ikәn dönüb Rusiyada 112 min әhalisi olan birinci
dәrәcәli sәnaye mәrkәzi olmuşdur» (V.İ.Lenin. Əsәrlәri, 4-cü nәşri, 8-ci cild, sәh. 479).
XVII әsrin axırlarında Bakı neft mәdәnlәrindә hәr gün 3500 kiloqramadәk neft
çıxarılırdı. O zamanlar neft әsasәn Bakıda hasil edildiyindәn, bu әslindә bütün dünyada
istehsal olunan neft idi.
İnsanların neftlә çox qәdim zamanlardan tanış olmasına baxmayaraq onu әsrlәr boyu
xam halda işlәtmişlәr. Neftdәn kerosin alınmasına isә ancaq XVIII әsrin әvvәlәrindә
tәsadüf edilir. Neftin yüngül vә şәffaf hissәyә-kerosinә ayrılması prosesinin dünyada ilk
dәfә Azәrbaycanda aparılması tarixi materiallarda göstәrilir, mәsәlәn, 1733-cü ildә
Bakıya gәlmiş vә Xәzәr dәnizilә sәyahәt etmiş akademik Lerxe öz yol qeydlәrindә yazır:
«Bakı yaxınlığındakı Balaxanıda әlli iki quyu var. Bunlardan neft çıxarılır. Neft tez
yanmır; o, tünd boz rәngdәdir. Bu nefti distillә etdikdә açıq-sarı rәng alır. Ağ neft bir
qәdәr tutqundur, lakin onu distillә etdikdә spirt kimi açıq olur vә tez alışıb yanır»
Buradan aydın görünür ki, Azәrbaycanda neft 1733-cü ildәn daha әvvәlәr distillә
edilmişdir. Demәli, tarixi materiallara görә neftin ilk emal edilmә vәtәni dә
Azәrbaycandır.
1777-ci ildә akademik S.Q.Qmelin (1745-1774) Bakıya sәfәri haqqında hesabatlarında
neftin quyu ilә hasil edilmә texnikasını tәfsilatı ilә tәsvir etmişdir. 1781-ci ildә Xәzәr
ekspedisiyasının rәisi, admiral M. Voynoviç Xәzәr dәnizinin coğrafi vә geoloji
xarakteristikalarını öyrәnәrәk Renos (indiki Jiloy) adası yaxınlığında neftin vә qazın
dәnizin dibindәn üzә çıxdığını aşkar etmişdir.
1803-cü ildә Bakı sakini Qasımbәyin Bibi-Heybәt buxtasında sahildәn 18-30 km
mәsafәdә qazdığı iki quyu vasitәsilә dәnizdәn neft hasil edilmişdir. 1872-ci ildә neft
istehsalı vә satışı üçün iltizam üsulu lәğv edilir; neftli sahәlәrin vә mәdәnlәrin xüsusi
şәxslәrә satışı üçün auksionlar tәşkil edilir; 1873-cü ildә Robert Nobel ilk dәfә Abşerona
gәlir; Sәnaye üsulu ilә kütlәvi surәtdә neft quyuları qazılır;
Hәştәrxan tacirlәri Artemyev qardaşları ilk dәfә qayıqlarla neftin Bakıdan Hәştәrxana
daşınmasını tәşkil edirlәr;
1878-ci ildә Bibi-Heybәtdә ilk neft fontanı vurur. 1883-cü ildә Bakı neft emalı
zavodlarından kerosinin ixracına başlandı vә 1885-ci ildә Rusiya bazarından Amerika
kerosini sıxışdırılıb çıxarıldı. Belәliklә, nisbәtәn kiçik zaman әrzindә çox yüksәk iqtisadi
artım olmuş, güclü sәnaye potensialı, neft hasilatı, onun emalı vә satılması üzrә çoxlu iri
vә kiçik cәmiyyәtlәr yaranmışdı. Bakı neft sәnayesinin yaranmasında xarici kapital,
birinci növbәdә fransız, sonralar isә ingilis kapitalı iştirak etmişdir.
Bakıda fransız kapitalının birinci nümayәndәsi 1883-cü ildә fәaliyyәtә başlayan
Rotşildlәrin «Paris evi» olmuşdur. 1898-ci ildәn Bakıya gәlәn ingilis kapitalının
nümayәndәsi Ceyms Vişau neft işi ilә mәşğul olmağa başlayır. Bakıya gәlәn Robert
Nobel Qara şәhәrdә fotogen («açıq rәngli neft») zavodu alır. 1876-cı ildә neft hasilatı vә
emalı üzrә «Nobel qardaşları» cәmiyyәti tәsis edilir, yeni neft emalı zavodu inşa edilir vә
oraya Balaxanı yatağından boru kәmәri çәkilir. Elәcә dә kiçik neft donanması yaradılır,
bir sıra şәhәrlәrdә neft saxlama anbarları tikilir.
1897-ci ildә ‚Oleum‛, ‚Born‛ vә ‚Keçmiş Tağıyev, Şibayev vә K‛ ingilis şirkәtlәri
yaradılır. 1898-ci ilә Rusiya neft istehsalı üzrә dünyada 1-ci yerә çıxır. Azәrbaycan
Rusiyanın ümumimperiya neft hasilatının 95%-ni verir.
1899 – 1901-ci illәrdә Abşeronda dünyada әn yüksәk neft hasilatı (ildә 11,5 milyon
ton), yaxud ümumdünya hasilatının 50-%-i әldә edilir. ABŞ-da ildә 9,1 milyon ton neft
hasil olunur.
1901-ci ildә Bibi-Heybәt buxtasının torpaqlanması haqqında qanun qәbul edilir vә 350
hektar sahә yalnız 20 ilә torpaqla örtülür.
Suraxanıda qaz hasil etmәk üçün ilk quyu qazılır. 1907-ci ildә dünyada әn uzun (833
km) Bakı- Batumi boru kәmәri işә salınır. Suraxanı sahәsindә qara neft quyusu fontan
vurur;
1911-ci ilә Suraxanıda ilk dәfә fırlanan qazma qurğusundan istifadә olunur.
1918-ci ildә «Near East» jurnalı yazırdı: «Bakı – dünyanın әn nәhәng neft mәrkәzidir.
Əgәr neft – kraliçadırsa, onda Bakı – onun taxtıdır».
Rusiya Sovet Federativ Sosialist Respublikasının Xalq Komissarları Sovetinin 1918-ci il
1 iyun fәrmanı ilә neft sәnayesi millilәşdirildi. 1918-ci il avqust ayının 1-dә Azәrbaycan
Demokratik Respublikası yaradıldıqdan sonra millilәşdirmә lәğv edildi.
Azәrbaycan neft sәnayesinin tarixindә 1920-1991-ci il illәr sahәnin inkişafında
yenidәn millilәşdirilmә dövrü hesab olunur. Bu dövrdә dәniz neft hasilatı başlanmış, yeni
neft yataqları – «Sahil limanı», «Darvin bankası», «Neft Daşları», «Qum adası»,
«Pirallahı» yataqları açılmışdır. Azәrbaycan müstәqillik qazanandan sonra neft
sәnayesinin tarixindә kulminasiya nöqtәsi 1994-cü il sentyabrın 20-dә imzalanmış
«Əsrin müqavilәsi» olmuşdur.
XIX әsrin II yarısında neft sәnayesinin inkişafı ilә әlaqәdar olaraq elmi-tәdqiqat
işlәrinin aparılmasına maraq artır. Belә tәdqiqatçıların biri mәşhur rus alimi
D.İ.Mendeleyev olmuşdur. Hәlә 1863-cü ildә alim Bakı neftinin öyrәnilmәsi ilә mәşğul
olmuş, 1878- 1880-ci illәrdә isә Bakıda olarkәn burada neft sәnayesinin inkişaf
sәviyyәsini yüksәk qiymәtlәndirmişdir: «Qafqazda neft sәnayesinin ABŞ- ın Pensilvaniya
ştatına nisbәtәn daha geniş miqyasda vә yüksәk sәviyyәdә inkişafı üçün çoxlu tutarlı
sәbәblәr vardır».
Xәzәr dәnizinin neft yataqlarının işlәnmәsi ilә mәşğul olan ilk geoloq alim
D.Qolubyatnikov olmuşdur. O, Azәrbaycanda elmi fәaliyyәtini 1903-cü ildә başlamışdır.
D.Qolubyatnikovun apardığı geoloji tәdqiqatlar 1907-ci ildә neft vә qaz yataqlarının
aşkar edilmәsinin müqayisәli mәnzәrәsini tәsvir etmәyә imkan vermişdir, bu zaman әn
qiymәtli tәklif Bibi- Heybәtdә neft yataqlarının işlәnmәsi idi. D.Qolubyatnikov 1924-cü
ildә «Abşeron yarımadasının tәkindә neft ehtiyatlarının hesablanması» әsәrini çap
etdirmişdir.Azәrbaycan neft geologiyasının inkişafında akademik İ.M. Qubkinin xidmәtlәri
olduqca dәyәrlidir.
1918-ci ildә ABŞ-da elmi tәcrübә mübadilәsindәn sonrә Bakıya qayıdan İ.M.Qubkin
Azәrbaycanın geoloji xidmәtin tәşkili vә inkişafı üçün xeyli işlәr görmüşdür. Onun
kömәyilә Azәrbaycanın demәk olar ki, bütün neftli-qazlı rayonları tәdqiq olunmuş, bu
rayonlarda geoloji-kәşfiyyat işlәri aparılmış vә konkret nәticәlәr әldә edilmişdir.
Azәrbaycan geoloqları İ.M.Qubkinin rәhbәrliyi ilә kәşfiyyat vә axtarış işlәrini
genişlәndirmiş, Qala, Lökbatan, Sulutәpә, Neftçala, Qaraçuxur, Zığ, Siyәzәn vә başqa
yeni neft yataqlarını kәş etmişlәr.
Neft geologiyasının bir sıra problemlәri-neftin mәnşәyi vә neft yataqlarının әmәlә
gәlmәsi, neftli- qazlı hövzәlәr, palçıq vulkanları vә sair problemlәr ilk dәfә İ.M.Qubkin
tәrәfindәn dәrindәn işlәnilmişdir. İM.Qubkin ilk dәfә olaraq Azәrbaycanın dәniz
sahәlәrindә zәngin neft vә qaz yataqlarının olması ehtimalını irәli sürmüşdür. Hәmin
sahәlәrdә sәmәrәli axtarış-kәşfiyyat işlәrinin aparılmasını mәslәhәt görmüşdür.
Akademik İ.Qubkin SSRİ EA-nın azәrbaycan filialının sәdri seçilmiş vә bu filialın
bazasında da 1945-ci ildә Azәrbaycan SSR Elmlәr Akademiyası yaradılmışdır.
Azәrbaycanda neft sәnayesinin millilәşdirilmәsi әrәfәsindә neftli horizontlar 6 sahәdә
(Balaxanı- Sabunçu-Ramana, Bibiheybәt, Binәqәdi, Xırdalan, Suraxanı vә Pirallahı
adasında) istismar edilirdi. 1930- cu illәrdә bir çox nüfuzlu alim, o cümlәdәn İ.M.Qubkin
belә hesab edirdi ki, palçıq vulkanları kraterinin әtrafında neft quyusu qazmaq olmaz.
Neftçi-geoloq B.Sultanov özünün zәngin istehsalat tәcrübәsi vә elmi düşüncәsi ilә sübut
edir ki, palçıq vulkanı ilә mürәkkәblәşmiş sahәlәrdә, vulkan kraterinin lap yaxınlığında
da kәşfiyyat quyusu qazmaq olar. Lökbatan vulkanı kraterinin yaxınlığında onun tәklifi
ilә qazılmış 45 nömrәli quyu 20 min tondan artıq gündәlik hasilatla fontan vuraraq
mәşhur Lökbatan yatağını açmışdır. Halbuki o zaman belә zonalarda kәşfiyyat quyuları
qazmaq tәhlükәli sayılır vә qәti qadağan edilirdi. Elә buna görә dә akademik İ.M.Qubkin
B.Sultanova haqq qazandıraraq yazmışdı: ‚…Palçıq vulkanları haqqındakı tәsәvvür bu
vaxtadәk başqa idi. Bu mәsәlәdә bir-birinә tamamilә әks baxışlar mövcud idi. Hәmin
mәsәlә barәdә bir sıra alimlәrin qılıncları dәfәlәrlә çarpazlaşmışdı. Palçıq vulkanizminin
neftliliklә sıx әlaqәsi haqqında geoloq Sultanovun mülahizәsi tәcrübәlәrlә (faktlarla),
xüsusәn Lökbatanın әtәyindәki fontanla özünü doğrultmuşdur.Ə.İ.Tağıyevin rәhbәrlik
etdiyi Eksperimental Turbin Qazıma Kontorunun (ETQK) işlәri sayәsindә dünya qazma
praktikasında ilk dәfә olaraq yüksәk dövriyyә ilә kürәvi baltalarla bәrk süxurların
qazılmasının sәmәrәsi sübuta yetirilmişdir. Belә baltaların tәtbiqi sonralar Şәrq neft
yataqlarının inkişafının yüksәk sürәtini tәmin etmişdir. Eyni zamanda turbin qazıma
üsulu üçün ilk növbәdә xüsusi üçkürәvi baltaların yaradılması zәruriliyi dә sübut
edilmişdir.
Neft, neft mәhsulları vә bir sıra yağların fiziki xüsusiyyәtlәrinin öyrәnilmәsi üzrә
Azәrbaycanda ilk tәdqiqatları V.P.Juze vә V.İ.Tixomirov aparmışlar. Azәrbaycanda әsaslı
fundamental tәdqiqatlar sahәsindә görkәmli alimlәr Ə.B.Süleymanov, A.A.Abaszadә,
Ə.C.Əmirov,S.A.Orucov, M.H.Ramazanzadә, B.Ə.Hacıyev, M.Seyid-Rza, X.B.Yusifzadә,
F.İ.Sәmәdov, Əhmәdov Z.M., T.M.Mәmmәdov vә başqalarının apardıqları elmi- tәdqiqat
işlәrini göstәrmәk olar.
1942-ci ildә görkәmli neft-kimyaçı alim, akademik Yusif Mәmmәdәliyevin rәhbәrliyi
altında xlor törәmә metan vә etanın sintez metodları işlәnib hazırlanmışdır. Yusif
Mәmmәdәliyev neft qazları әsasında aviasiya benzinlәri üçün çox qiymәtli yüksәk oktanlı
komponentlәrin alınması metodunu yaratmışdır. Görkәmli alimin rәhbәrliyi altında
Azәrbaycan alimlәri neft xammalından toluolun yeni sintez metodunu yaratmış vә tәtbiq
etmişlәr. Bu metod partlayıcı maddәlәrin alınması üçün toluolun miqdarını әhәmiyyәtli
dәrәcәdә artırmışdır ki, bu da SSRİ müdafiә sәnayesinin inkişafında çox böyük rol
oynamışdır. 1950-ci ilin әvvәllәrindәn başlayaraq akademik A.X.Mirzәcanzadә vә onun
elmi mәktәbi, akademiklәr M.T.Abasov, Q.N.Cәlilov, Ş.F.Mehdiyev, A.Ə.Əlizadә çox
böyük fundamental tәdqiqatlar aparmışlar.
Akademik A.X.Mirzәcanzadә özlü-plastik mayelәrin süzülmәsinin fenomenoloji
nәzәriyyәsinin işlәnilmәsi; neftin hasilatı vә nәqli proseslәrindә qeyri-nyüton sistemlәrinә
nәzarәt vә idarә edilmәsi mәsәlәlәrinin geniş dairәdә hәllinә yeni yanaşmalar; neft vә
qazın süzülmәsi zamanı başlanğıc tәzyiq qradiyentinin tәzahürlәrinin tәdqiqi; qaz-
kondensat sistemlәrinin süzülmәsi; qazıma işlәrinin nәzәriyyәsi vә tәcrübәsi mәsәlәlәri;
fiziki-kimyәvi mexanika; surәtlәrin tanınması nәzәriyyәsi; riyazi statistika vә tәcrübәnin
planlaşdırılması; oyun nәzәriyyәsi vә qәrar qәbul edilmәsi; avtomatik idarәetmә
nәzәriyyәsini vermişdir.. O, neft-qaz hasilatı proseslәrinә nәzarәt vә idarәetmәnin bir
sıra yeni üsullarının işlәnilmәsinә imkan verәn qeyri-xәtti vә qeyri-tarazlıqlı effektlәrin ilk
tәdqiqatçısı olmuşdur. Akademik A.X.Mirzәcanzadә vә onun elmi mәktәbinin apardığı
tәdqiqatlarda quyuların qazılması, işlәnmәsi vә istismarı, neftin nәqli vә s. sahәlәrdә
nәzәri vә tәcrübi problem mәsәlәlәrin hәlli öz әksini tapmışdır. Ona görә dә, Respublika
neft sәnayesindә böyük elmi potensialın yaranmasında görkәmli neftçi alim, akademik
A.X.Mirzәcanzadәnin son 50 il әrzindә ilk dәfә olaraq özlü-plastik mayelәrin
fenomenoloji nәzәriyyәsini işlәmiş vә ümumilәşdirilmiş Darsi qanununu kәşf etmişdir.
Akademik 1960- illәrdәn başldayaraq özlü-plastik anomal sistemlәrin neftqazçıxarma
sәnayesindә tәtbiqi problemlәri ilә mәşğul olmuş vә yüksәk nәticәyә nail olmuşdur.
Elәcә dә, ilk dәfә olaraq neft-qaz hasilatında qeyri-nyuton sistemlәrin özlü- elastik
xassәlәrinin mövcudluğunu sübut etmiş, hәmin neftlәrin çıxarılmasının nәzәri vә praktik
әsaslarını işlәmişdir. O, dünya neftçıxarma tәcrübәsindә qaz-kondensat yataqlarının
işlәnmәsinin nәzәri әsaslarına dair ilk monoqrafiyanın müәllifidir. Daha sonra
A.X.Mirzәcanzadә ilk dәfә olaraq tәzyiq qradiyentinin mövcudluğunu müәyyәn etmişdir.
Uzun illәrdir ki, neft-qaz çıxarmada texnoloji proseslәrin mexanikasının problemlәri ilә,
xüsusilә dә mürәkkәb şәraitdә quyuların işlәnmәsinin tәtbiqindә hidrodinamikanın tәtbiq
mәsәlәlәrini keçmiş Sovet İttifaqının ayrı-ayrı neft rayonlarında müvәffәqiyyәtlә hәyata
keçirmişdir. A.X.Mirzәcanzadәnin neft elmi vә nәzәriyyәsi keçmiş SSRİ-nin Qazaxıstan,
Turkmәnistan, Tatarıstan, Başqırdıstan, Tümen, Uzaq Sibir vә Volqaboyu neft
rayonlarında geniş tәtbiq olunaraq böyük iqtisadi sәmәrә vermiş vә bu iş davam
etmәkdәdir. Bir sıra xarici ölkәlәrdә, o cümlәdәn Vyetnam, Koreya, Kuba, Rumıniya,
Əlcәzair vә İraqda onun yaratdığı elmi potensial neft sәnayesinin inkişafına böyük tәkan
vermişdir. Dünya neft elminin inkişafına yüksәk töhfәlәr verәn Azad Mirzәcanzadә hәlә
1948-ci ildә ekologiya termini olmayan bir zamanda ekoloji problemlәrlә dәrindәn
mәşğul olmuş vә ilk dәfә mәdәn sularında D.İ.Mendeleyev cәdvәlindә olan elementlәrin
әksәriyyәtinin olduğunu söylәmişdir. Sonrakı elmi fәaliyyәtindә bunların elmi әsaslarını
yaradaraq ideyanı reallaşdırmışdır. O, ilk dәfә mәdәn sularında gilli mәhlulun
hazırlanmasının sәmәrәsini sübuta yetirmiş vә belәliklә dә tullantısız texnologiyanın
bünövrәsini qoymuşdur. Akademik ilk dәfә olaraq tәcrübәnin riyazi nәzәriyyәsini
qazmada, neft vә qaz yataqlarının işlәnmәsi vә istismarında vә nәqlindә hәyata
keçirmiş, neft-qaz yataqlarının sinergetik tәhlilini vermişdir. Neft vә qaz yataqlarının
işlәnmәsi, istismarı, qazıma, nәql, yığım vә digәr proseslәr staxostik (tәsadüfi) xarakterli
vә çoxamilli proseslәrdir. Bu proseslәrin sәmәrәsinin artırılmasında akademik Azad
Mirzәcanzadәnin müstәsna rolu olmuşdur. Belә ki, qumlu-gilli qarışıqlarda sәmәrәnin
alınması süzülmә qanununun dәyişilmәsinә gәtirib çıxarmışdır. Digәr tәrәfdәn, neft-
kerosinә asfalt-qatran әlavә etmәklә yeni keyfiyyәt әldә edilmişdir. Hәm dә görkәmli
pedaqoq olan akademik Azad Mirzәcanzadәnin yazdığı «Riyazi mozaika», «İxtisasa
giriş», «Neft fizikasının paradoksları», «Yaradıcılıq haqqında düşüncәlәr», «Tәhsilin
humanistlәşdirilmәsi haqqında etüdlәr», «XXI әsrә aparan yol», «Musiqili mozaika» vә
s.elmi-populyar әsәrlәri bu gün tәlәbәlәrin, neftçi vә digәr peşә mühәndislәrinin,
alimlәrin stolüstü kitablarıdır.
Azәrbaycanın, elәcә dә keçmiş Sovet İttifaqının neft sәnayesinin inkişafında
Azәrbaycan Elmi- Tәdqiqat vә Layihә Konstruktor Neft Maşınqayırması İnstitutunun
alimlәrinin dә böyük xidmәtlәri olmuşdur.
Kimya, neftkimya sәnayesi vә әtraf mühitin ekologiyası sahәlәrinin inkişafında
akademik S.F.Qarayevin çox mühüm xidmәtlәri olmuşdur. Qeyd odunan sahәlәrdә
akademikin çoxsaylı monoqrafiyaları, dәrslik vә dәrs vәsaitlәri Azәrbaycanda, yaxın vә
uzaq xarici ölkәlәrdә nәşr olunmuşdur. S.F.Qarayevin dәniz neft sәnayesinin inkişafı,
Xәzәr dәnizinin neftlә çirklәnmәsinin texnogen nәticәlәrinin aradan qaldırılması vә digәr
problem mәsәlәlәrin hәlli üçün çox mühüm rol oynayan dәyәrli elmi әsәrlәri vardır.
Onun aldığı kimyәvi reagent vә reaktivlәr, ixtira vә patentlәr, Respublikada vә xarici
ölkәlәrdә keçirilәn konfrans vә simpoziumlarda etdiyi çıxışlar yuxarıda qeyd olunan
sahәlәrin inkişafı üçün böyük töhfәdir. Azәrbaycan neft sәnayesi özünün mövcud olduğu
bütün dövr әrzindә maksimum neft istehsalı sәviyyәsinә nail olaraq 1941-ci ildә 23,5
milyon ton «qara qızıl» çıxarmışdır. Müharibә illәrindә neft hasilatı sutkada 330000
tona enmiş vә 1944-cü ildә tәxminәn 11500 ton tәşkil etmişdir ki, bu da 1932-ci ilin
hasilat sәviyyәsinә uyğundur.
1969-cu ildәn respublikanın xalq tәsәrrüfatının digәr sahәlәrindә olduğu kimi, neft
sәnayesinin inkişafında da yeni mәrhәlә başlandı. Nöqsanların aradan qaldırılmasına vә
sәnayenin ayrı-ayrı sahәlәrinin inkişaf sürәtinin xeyli artırılmasına yönәlmiş yeni tәdbirlәr
proqramı hazırlanıldı. Azәrbaycan KP MK-nın 1970-ci il dekabr plenumunda Mәrkәzi
Komitәnin birinci katibi Heydәr Əliyevin mәruzәsindә ötәn beşillikdә Respublikanın neft
sәnayesinin işinin dәrin tәhlili verilmiş, sәnayenin bu qabaqcıl sahәsindә uzunmüddәtli
geriliyin vә yaranmış gәrgin vәziyyәtin әsl sәbәblәri açılıb göstәrilmişdir.
Neft hasilatı sәnayesinin inkişafı üçün hәr il xeyli dәrәcәdә әsaslı vәsait qoyuluşu
hәyata keçirilsә dә bunların sәmәrәsi olmurdu. Tәkcә 1960-1970-ci illәrdә neft hasilatı
sәnayesinә әsaslı vәsait qoyuluşu Respublika sәnayesinә bütün әsaslı vәsait
qoyuluşunun tәxminәn 45 faizini tәşkil etmişdir. Sәkkizinci beşillikdә xüsusәn ağır
vәziyyәt yaranmışdı: altıncı beşilliklә müqayisәdә yeddinci beşillikdә neft hasilatı 18,8
milyon ton tәşkil etmişdi. Artımın bu qәdәr kәskin şәkildә aşağı düşmәsi onunla izah
olunurdu ki, 1966-cı ildәn sonra neft hasilatı ildәn-ilә azalmağa başlamışdı; 4 il әrzindә
artımın aşağı düşmәsi 1,5 milyon tondan çox olmuşdu. Heydәr Əliyevin mәruzәsindә
göstәrilmişdir ki, hasilatın sәviyyәsi, neft vә qaz ehtiyatlarının artımı, demәli neft
sәnayesinin inkişafı qazıma işlәrindәn birbaşa asılı vәziyyәtdә olmuşdur. Qeyd
olunmuşdur ki, 1966-1970-ci illәr әrzindә quyularün qazılması hәcmi 1 milyon metr
aşağı düşmüşdür. Qazıma işlәrinin başa çatdırıldığı 72 quyudan 84-ü vә ya 31 faizi
layihә sәviyyәsinә çatdırılmışdır. Qazımada tәqvim müddәtinin tәxminәn yarısı qәzaların
aradan qaldırılmasına vә tәşkilat xarakterli boşdayanmalara sәrf olunmuşdur. Bu isә
planların yerinә yetirilmәmәsinә sәbәb olurdu. 1971-ci ilin mart 11-dә neftçilәrin vә
sahәnin alimlәri qarşısında Respublika rәhbәri H.Əliyev çıxış edәrәk demişdir:
«Xәzәrdәnizneft» vә «Azәrneft» birliklәrinin mühәndis-texniki işçilәri, geoloqları vә
rәhbәrlәrindәn tәlәb olunur ki, geoloji kәşfiyyat vә qazıma işlәrinin, xüsusәn dә mezozoy
çöküntülәrindә bu işlәrin yaxşılaşdırılması yolu ilә köhnә sahәlәrdә neft hasilatının
sabitlәşdirilmәsi üçün tәxirәsalınmaz tәdbirlәr hәyata keçirsinlәr, gәlәcәkdә neft vә qaz
hasilatının artırılmasını tәmin etmәk üçün onların ehtiyatlarını artırsınlar. Bu zaman neft
vә qaz yataqlarının işlәnmәsinә xüsusi diqqәt yetirilmәlidir». 1994-cü il sentyabrın 20-
dә Azәri, Çıraq, Günәşli (dәrinsulu hissә) neft yataqlarının birgә işlәnmәsi vә hasilatın
pay bölgüsü üzrә beynәlxalq saziş imzalandı. 1997-ci ildә Bakı-Novorossiysk Şimal İxrac
Boru kәmәri, 1999-cü ildә isә Bakı-Supsa Qәrb İxrac Boru kәmәri istifadәyә verilmişdir.
Dünyada mövcud olan әn uzun «Dostluq» neft kәmәrinin uzunluğu 5327 km- dir. Bu
kәmәr vasitәsilә xam neft Rusiyadan Avropa ölkәlәrinә nәql olunur. ABŞ-da da böyük
magistral neft kәmәrlәri inşa olunmuşdur. Mәşhur Transalyaska neft kәmәri ilә Alyaska
ştatı әrazisindәn Sakit okean sahili boyunca ölkәnin qәrb ştatlarına neft nәql edilir.
Dünyanın Qәrb yarımkürәsindә әn uzun neft kәmәrlәrindәn biri olan bu boru vasitәsilә
ABŞ-ın xam neftә olan tәlәbatının bir hissәsi tәmin olunur. 2001-ci ilin 16 avqust
tarixindә Azәrbaycan Respublikasının Prezidenti Heydәr Əliyevin Fәrmanı ilә 20
sentyabr ‚Neftçilәr günü‛ Peşә bayramı tәsis olunmuşdur. 2006-ci il 28 may tarixindә ilk
neft Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kәmәri ilә Ceyhan limanına çatmışdır. 2007--ci
il 3 iyul tarixindә ‛Şahdәniz‛ yatağından hasil edilәn tәbii qaz Bakı- Tbilisi-Ərzurum
Cәnubi Qafqaz Boru Kәmәri ilә Türkiyәnin qaz sisteminә daxil olmuşdur.
Hazırda istismarda olan Bakı-Tbilisi-Ceyhan neft kәmәri (uzunluğu 1730 km, o
cümlәdәn Azәrbaycan sahәsi 465 km, Gürcüstan - 255 km, Türkiyә - 1010 km, diametri
48 düymә vә ya 1020 mm, maye buraxma qabiliyyәti ildә 60 milyon ton) Azәrbaycan
neftinin dünya bazarlarına çatdırılmasında mühüm rol oynayır.
«Əsrin müqavilәsi»nin onunsu ildönümünün haqqında Azәrbaycan Respublikasının
keçirilmәsi Prezidentinin sәrәncamında deyilmişdir:
Xalqımızın ümummilli lideri Heydәr Əliyevin rәhbәrliyi altında hazırlanmış, sonradan
isә beynәlxalq alәmdә yüksәk qiymәtlәndirilmiş vә haqlı olaraq ‚Əsrin müqavilәsi‛ adını
qazanmış bu Saziş qanun qüvvәsinә minәrәk Respublikamızın salnamәsinә qızıl hәrflәrlә
hәkk olundu vә Heydlәr Əliyevin neft strategiyasının şanlı sәhifәsini açdı.
Bu tarixi hadisә xalqımızın yaddaşında әbәdi yaşayacaq. Müstәqilliyini bәrqәrar edәn
Azәrbaycan Respublikası öz sәrvәtlәrinә tam sahib olduğunu dünyaya bir daha әyani
şәkildә bәyan etdi. Postsovet mәkanında yaranmış dövlәt ilk dәfә Qәrbin iri neft
şirkәtlәri ilә belә böyük miqyasda Saziş imzalamaqla, Xәzәr dәnizindә beynәlxalq
әmәkdaşlığın әsasını yaratdı. Bununla da Prezident Heydәr Əliyev o dövrün böhranlı
sosial-iqtisadi şәraitindә növbәti dәfә böyük siyasi cәsarәt, dönmәz iradә, dәqiq iqtisadi
hesablama vә dәrin müdriklik nümayiş etdirәrәk müstәqil Azәrbaycanın yeni neft
doktrinasını irәli sürdü.
Ötәn zaman kәsiyindә ‚Əsrin müqavilәsi‛Azәrbaycanın iqtisadi müstәqilliyinin tәmәl
daşına çevrilәrәk azad iqtisadi mexanizmlәrin tәtbiq edilmәsini vә respublikamızın dünya
iqtisadiyyatına dinamik inteqrasiyasını tәmin etdi, xarici investorların ölkәmizә axınını
sürәtlәndirdi vә Azәrbaycanda yeni neft-qaz kontraktlarının bağlanmasına güclü tәkan
verdi.
Neftin tərkibi
Neftin tәrkibindә müxtәlif kimyәvi maddәlәr vardır. Uzun illәr alimlәrin apardığı
kimyәvi analizlәrlә sübut olunmuşdur ki, neftin tәrkibinin 79,5 faizindәn 87,5 faizinә
qәdәri karbonlardan ibarәtdir. Bu xammalın tәrkibinin 11 -14,5 faizinә qәdәrini
hidrogen, 0,5 - 8 faizinә qәdәrini kükürd, oksigen vә azot tәşkil edir.
Neft digәr tәbii yanacaq növlәrindәn (daş kömür, yanar şistlәr vә sairәdәn) tәrkibindә
hidrogenin çoxluğu ilә fәrqlәnir.
Neft- karbohidrogenlәrin (karbon vә hidrogen atomları bir-biri ilә kimyәvi sürәtdә
birlәşәrәk neftin tәrkibindә olan müxtәlif maddәlәri әmәlә gәtirir; bu birlәşmәlәrә
karbohidrogenlәr deyilir) müxtәlif tәrkibli mürәkkәb qarışığıdır. Tәrkibin müxtәlifliyi
özünü yalnız bir neft rayonu vә bir neft yatağı daxilindә deyil, hәtta bir quyunun
mәhsulunda belә göstәrir. Dövrü sistemdәki elementlәrin yarısından çoxu neftin
tәrkibinә daxildir. Müxtәlif maddәlәrdәn fәrqli olaraq neftin vahid kimyәvi ifadәsini
yazmaq mümkün deyildir.
Xam neftlә birlikdә hasil edilәn tәbii qaz arasındakı fәrq-karbohidrogenlәrin
atomlarının ölçülәrinin müxtәlif olmasıdır. Yer sәthindә adi temperatur vә tәzyiq
şәraitindә molekulu bir, iki, üç vә ya dörd karbon atomuna malik olan istәnilәn
karbohidrogen qaz şәklindә mövcud olur. Əgәr karbohidrogenin molekulu beş vә daha
artıq karbon atomundan ibarәtdirsә, belә karbohidrogen maye halında mövcud olur.
Xam neft 5-dәn 60-a qәdәr karbon atomundan ibarәt müxtәlif uzunluqlu 100 növdәn
artıq karbohidrogenlәrin qarışığıdır. Bundan başqa neftin tәrkibindә az miqdarda
metallar da var. Bu metallar әsasәn vanadium, nikel, dәmir, alüminium, mis,
maqnezium, xrom, sink vә s-dir. Neftin tәrkibindә metalların xüsusi çәkisi 0,02-0,03 faiz
tәşkil edir. Bununla belә qeyd etmәk lazımdır ki, neftin kimyәvi tәrkibi hәlә tam
öyrәnilmәmişdir.
Neftin fiziki xüsusiyyətləri
Neftin bir çox fiziki xüsusiyyәtlәri vardır. Bunlar bәrkimә, qaynama, hәllolma,
buxarlanma, yandırıldıqda istilikvermә xüsusiyyәtlәridir. Mәsәlәn, neftin tәrkibindәki
karbohidrogenin miqdarı 50 faiz aşağı düşәndә, o, qır, asfalt vә s. kimi bәrk neft
qalıqlarına çevrilir. Əgәr neftin tәrkibindә parafin çoxdursa, o, +30 dәrәcә C-dә bәrkiyir.
Bu amil neftin nәqlini çәtinlәşdirir. Mәsәlәn, Qazaxıstanın Manqışlaq yatağının nefti bu
xüsusiyyәtә malikdir. Neftin fәrqli cәhәtlәrindәn biri dә yandıqda yüksәk istilikvermә
xüsusiyyәtinә malik olmasıdır. Bu göstәriciyә görә, neft bәzi partlayıcı maddәlәrdәn,
mәsәlәn barıt, nitroqliserin vә hәtta trotildәn dә üstündür. 1 kiloqram neftin tam
yanmasından 11 min kilokalori hәcmindә enerji ayrılır. Müqayisә üçün deyәk ki, 1 kub
metr qaz yandıqda tәxminәn 9 min kilokalori, 1 kiloqram daş kömür yandıqda isә 7 min
kilokalori enerji alınır. Çıxarıldığı hövzәdәn asılı olaraq neft rәngi vә qoxusuna görә
fәrqlәnir. Mәsәlәn, Azәrbaycan neftinin rәngi tünd yaşıl, Yaxın Şәrq nefti tünd şabalıdı,
Qazaxstanın Manqışlaq nefti tünd qara, Rusiyanın Sibir nefti sarımtıl-qara olur.
Balaxanı әraizisindә çıxarılan neft isә şәffafdır. Neftin qoxusuna gәlincә, bu xüsu s
iyyәt neftin tәrkibindә olan hidrogen sulfid, bitki, heyvan qalıqları vә digәr
maddәlәrlә әlaqәdardır. Bu maddәlәr neftә xüsusi qoxu verir.
Neft və qazın əmələ gəlməsi
Yüz illәr boyu insanlar bu sirli maddәnn tәrkibi haqqında çox düşünsәlәr dә, onun
mәnşәyi ilә bağlı konkret bir fikrә gәlә bilmәmişlәr. Neftin mәnşәyinin araşdırılması ilә
bağlı müxtәlif elm sahәlәrindә çalışan alimlәr uzun illәrdir ki, tәdqiqatlar aparırlar. Rus
alimi, akademik İ.M.Qubkin qeyd edirdi ki, neftin mәnşәyinin müәyyәn edilmәsi elmi-
texniki maraq kәsb etmәklә yanaşı, vacib tәcrübi әhәmiyyәtә dә malikdir, çünki bu,
neftin axtarış yerinin tәyin olunması vә onun әlverişli kәşfiyyatının tәşkil edilmәsinә
imkan verir.
Neftin mәnşәyi barәdә ilk elmi mülahizәlәr XIX әsrdәn söylәnmәyә başlanmışdır. O
dövrdә alimlәr arasında әsas fikir ayrılığı neftin hansı xammaldan yaranması ilә bağlı idi,
belә ki, alimlәrin bir qismi neftin heyvan, digәrlәri isә bitki qalıqlarından yarandığını iddia
edirdilәr. Bu mülahizәlәri sübut etmәk üçün müxtәlif dәlillәr gәtirilirdi.
Neftin üzvi mәnşәli olması haqqında ilk mülahizәlәri 1759-cu ildә mәşhur rus alimi
M.V.Lomonosov (yer qatı haqqında) elmi işindә söylәmişdir.Mәşhur alman alimi
Aleksandr Humbolt neftin qyri-üzvi mәnşәli olduğunu söylәmişdir.O,belә bir nәticәyә
Venesuellada maqmatik süxurlardan neftin Yer üzәrinә sızmasını müşahidә edәndәn
sonra gәlmişdi. A.Humboltun qәnaәtinә görә, neft Yerin dәrin qatlarında yüksәk tәzyiq
vә temperaturun sadә dağ süxurlarına tәsiri nәticәsindә әmәlә gәlir. O hәmçinin
müәyyәn etmişdi ki, hava vulkanları ilә palçıq vulkanları arasında әlaqә vardır. Sonralar
da tәsdiq olundu ki, palçıq vulkanları әsasәn neftli vә qazlı sahәlәrdә olur. Neftin qeyri-
üzvi mәnşәli olması haqda әn geniş yayılan D.İ.Mendeleyevin hipotezidir. O hesab edirdi
ki, su qırılmalar (çatlar vә yarıqlar) vasitәsilә Yerin dәrin qatlarına (nüvәsinә doğru)
nüfuz edәrәk metalların karbidlәri ilә qarşılıqlı tәsirdә olur. Nәticәdә әmәlәgәlәn vә neft
vә qazın komponentlәri olan karbohidrogen buxarları hәmin qırılmalarla yer qabığının
yuxarı hissәlәrinә qalxaraq kondensasiya edir vә çat, boşluq vә mәsamәlәrdә toplanaraq
neft yığımı әmәlә gәtirir. Bununla birlikdә Mendeleyev laboratoriya tәdqiqatları ilә suyun
metalların karbidlәri ilә qarşılıqlı tәsirdә olması zamanı karbohidrogenlәrin yaranma
mümkünlüyünü göstәrmişdir.
XIX әsrin ortalarında neftin kosmik mәnşәli olması ilә bağlı yeni bir fәrziyyә irәli
sürüldü. Bu fәrziyyә astronomiya vә fizika sahәlәrindә qazanılan elmi nailiyyәtlәrlә bağlı
idi;1859-cu ildә spektral tәhlil üsulunun әsası qoyulduqdan sonra alimlәr Yupiterin
atmosferindә karbon vә hidrogen birlәşmәlәrinin mövcudluğunu sübut etdilәr. 1866-cı
ildә fransız kimyaçısı M.Bertlo qeyri-üzvi maddәlәrdәn süni sintez yolu ilә müxtәlif
karbohidrogenlәr aldı. O, öz kәşfinә arxalanaraq bildirdi ki, neft Yerin dәrin qatlarında
mineral maddәlәrdәn әmәlә gәlib. 1877-1878-ci illәrdә digәr fransız kimyaçısı S.Kloyes
sulfat turşusu vә tәrkibindә 4% karbon olan çuqunla tәcrübәlәr apararaq hidrogen vә
xeyli miqdarda karbohidrogen әldә etdi. Sonralar alınmış karbohidrogenlәrin tәbii
karbohidrogenlәrdәn әhәmiyyәtli dәrәcәdә fәrqli olduğu sübut edildi. Mәhz fransız
alimlәrinin gәldiklәri nәticәlәr neftin qeyri-üzvi mәnşәli olması ehtimalını güclәndirdi.
Neftin üzvi qalıqlar әsasında yaranması nәzәriyyәsini irәli sürәnlәr dә müxtәlif
tәdqiqatlar aparırdılar.
1888-ci ildә alman alimlәri H.Hefer vә K.Enqler balıq yağını 400oC temperaturda
qızdıraraq karbohidrogenlәr, parafin vә sürtgü yağları aldılar. XIX әsrin әvvәllәrindә
digәr alman alimi H.Potenye neftin bitki qalıqlarından әmәlә gәlmәsi nәzәriyyәsini irәli
sürdü.
1919-cu ildә rus alimi, akademik N.D.Zelinski bu nәzәriyyә әsasında belә bir tәcrübә
aparır: Balxaş gölünün dibindәn götürülmüş bitki qalıqları ilә zәngin lili emal edәrәk
benzin, ağ neft, ağır yağlar, metal vә digәr qazlar alır.Bu tәcrübәlәr neftin üzvi mәnşәli
olması fikrini tәsdiq edir. Müasir tәsәvvürlәrә görә üzvi maddәlәrin neft vә qaza
çevrilmәsi proseslәrinin prinsipial sxemi aşağıdakı kimidir:
Çöküntü әmәlәgәlmә prosesi üzvi maddәlәrin çökmәsi ilә müşayiәt olunur. Üzvi
maddәlәr sәpәlәnmiş vә ya hәr hansı bir qatda toplanmış halda ola bilәr. İlkin üzvi
maddәlәr әvvәllәr güman edildiyi kimi yalnız gil çöküntülәrindә deyil, hәm dә qumlu,
alevrolitli vә karbonatlı süxurlarda da çökә bilәr. Üzvi maddәlәrin toplanması üçün әn
әlverişli şәrait dәniz hövzәlәrinin sahilyanı hissәlәrindә, körfәzlәrdә, göllәrdә vә
bataqlıqlarda yaranır. Üzvi maddәlәrin neft vә qaza çevrilmәsi prosesi bәrpaedici mühit
şәraitindә baş verir. Bәrpaedici mühit, tәrkibindә üzvi maddәlәr olan çöküntülәrin
toplandığı hövzәlәrdә yaranır. Çöküntülәr uzun müddәtli vә dayanıqlı çökmә şәraitindә
yer sәthindәn yuxarıdakı süxurların keçirici olmayan qatları ilә tam tәcrid olunur. Bundan
başqa, çöküntülәrin uzun müddәt çökmәsi vә qalın qata malik olması tәzyiq vә
temperaturun yüksәlmәsinә sәbәb olur, bu da üzvi maddәlәrin neft vә qaza çevrilmәsi
üçün vacib olan şәrtlәrdәn biridir. Üzvi maddәlәrin neft vә qaza çevrilmәsi prosesini
şәrtlәndirәn bir çox fiziki-kimyәvi amillәr hәlә mәlum deyil. Ancaq aşkar edilmiş neft
yataqlarının paylanması qanunauyğunluqları haqqında mövcud faktik mәlumatlar neftin
üzvi mәnşәli olmasını tәsdiqlәyir. Neft vә qaz yataqlarının 99,9%-i çökmә süxurlar ilә
әlaqәdardır. Eyni zamanda mәhsuldar komplekslәrlә tәmasda olan iri qalxanların
yayılma vilayәtlәrindә neft-qaz toplanma әlamәtlәri yoxdur. Hәm dә, neft vә digәr
kaustobiolitlәrin kimyәvi tәrkiblәri oxşardır vә çökmә süxurlarda çox böyük üzvi maddә
miqdarı aşkar edilmişdir, digәr tәrәfdәn, neftlәrin tәrkibindә karbon, hidrogen, azot,
kükürd vә başqa elementlәrin olması neftin bitki-heyvan qalıqlarından yarandığını
göstәrir. Bundan başqa, neftlәrin vә üzvi alәmin maddәlәrinin izotop tәrkiblәri dә
oxşardır.
Belәliklә, tәxminәn 150 ilә qәdәr müddәt әrzindә neftin mәnşәyi ilә bağlı iki nәzәriyyә
mövcuddur: neftin üzvi mәnşәli olması nәzәriyyәsini irәli sürәnlәr iddia edirlәr ki, neft vә
tәbii qaz bitki vә heyvan qalıqlarının Yerin dәrin qatlarında, çökmә süxurlarda
parçalanması nәticәsindә әmәlә gәlmişdir. Neftin qeyri-üzvi mәnşәli olmasını iddia
edәnlәr isә onun Yerin mantiyasında qeyri-üzvi üsulla әmәlә gәldiyini bildirirlәr.

Neft və qazın iqtisadiyyatda rolu


Ölkәnin iqtisadiyyatında böyük rol oynayan neft vә qaz tәbii ehtiyatlar içәrisindә әn
böyük enerji daşıyıcısı olduğundan energetikada sәmәrәli vә aparıcı rola malikdir.
Demәk olar ki, avtomobil, tәyyarә, gәmi vә qatarların hamısı neft mәhsulları ilә işlәyir.
Neftdәn alınan maye oksigenli kerosin yüksәk enerji tutumlu olduğundan raket
texnikası üçün yanacaq kimi istifadә edilir.
Neftin yanacaq kimi qiymәti onun enerji xüsusiyyәtlәri, fiziki halı, saxlanması vә nәqli
zamanı sabit olması vә az toksikliyi ilә müәyyәn edilir. Neft xammal kimi dә kimya
sәnayesi üçün yüksәk qiymәtlidir. Hazırda neftkimya sәnayesindә sintetik material vә
mәmulatların istehsalı әsasәn neft vә tәbii qazın emalından alınır (sintetik kauçuk, üzvi
sintezin әsas mәhsulları, qurum, rezin, azbest vә s.). Qaz-yüksәk kalorili yanacaq olub,
kimya sәnayesi üçün әla xammaldır. O, bәzәn koksu әvәz edir, ondan metalәritmәdә
texnoloji komponent kimi istifadә olunur, sement, elektrik enerjisi istehsalında vә
mәişәtdә geniş tәtbiqә malikdir.
Yataqlarının işlәnmәsi vә istismarında neft vә qazın mәsamәli süxurlarda
toplanmasının öyrәnilmәsi, yataqların növlәri vә formalarının müәyyәn edilmәsi
mәsәlәlәrinin aydınlaşdırılması üçün geologiya elmindәn bәzi mәlumatları bilmәk
vacibdir.

QUYULARIN İSTİSMARA HAZIRLANMASI


İstismar quyularının konstruksiyası
İstismar quyularının diametri әsasәn 6-8II, dәrinlik vә debit az olduqda isә 4-5II olur.
Quyuların dәrinliyi, açılacaq neftli layların hansı dәrinlikdә yerlәşmәsindәn asılı olur vә
bәzәn 4000-5000 m-ә çatır.
Layının müvәffәqiyyәtlә açılması vә mәnimsәnilmәsindә qazılıb tamamlanmış quyu
konstruksiyasının vә qoruyucu kәmәrin seçilmәsinin çox böyük әhәmiyyәti vardır.
Uçmaların olmaması üçün quyunun divarları poladqoruyucu kәmәrlәrlә bәrkidilir.
Dәrinlik, gözlәnilәn lay tәzyiqi, aralıq suları vә başqa amillәrdәn asılı olaraq quyuya bir,
iki vә daha çox kәmәr endirilir. Kәnar suların kәmәrlәrarası boşluqlardan neft laylarına
keçmәsinin qarşısını etibarlı surәtdә almaq üçün kәmәrlәrarası boşluq sementlәnir. Biri
digәrinin üstündә yerlәşәn neftli layları eyni zamanda istismar etmәk üçün gövdәsinin
diametri böyük olan quyu qazılır vә buna 4; 5 vә ya 6II diametrli 2-3 kәmәr endirilәrәk
hәr bir lay ayrılıqda istismar edilir. Qeyd etmәk lazımdır ki, quyunun tәyinatından
(kәşfiyyat, istismar, neft vә ya qaz, injeksiya, qiymәtlәndirmә, müşahidә quyuları vә s)
asılı olaraq onun konstruksiyası da dәyişir. Şәkil - dә antiklinal strukturda quyuların
yerlәşmәsi sxemi vә quyuların yerlәşmә yerlәrindәn asılı olaraq işlәnmә şәraiti tәsvir
edilmişdir. 1 saylı quyunun dibi sulu zonada olduğundan neft vermәyәcәkdir. 2 saylı
quyunu çox dәrinlәşdirmәk olmaz, çünki bu zaman onun dibi sulu zonaya daxil olur.
Strukturda әn yaxşı vәziyyәtdә 3 saylı quyudur. Layın dabanında su olmadığı üçün layı
bütün qalınlığı boyunca açmaq vә hәtta quyunu bir neçә metr aşağıya da dәrinlәşdirmәk
olar. Qeyri-mәhsuldar layda olan belә dәrinlәşdirilәn hissә zumpf adlanır. Burada quyu
gövdәsindәn dağılıb tökülәn süxur vә laydan gәlәn qum toplanır. Neftin laydan
quyudibinә axını ağırlıq qüvvәsinin tәsiri ilә baş verdikdә zumpfun olması xüsusilә
arzulanan haldır. Qaz papağına düşәn 4 saylı quyu layın qazsızlaşmaması üçün
bağlanılmalı vә istismar edilmәmәlidir. Bu quyunu neftli hissәyә dә qazmaq olar, bu
zaman quyunun dibi elә yerlәşdirilmәli vә avadanlıqla tәchiz olunmalıdır ki, axıb gәlәn
neft, qaz papağı olan hissәdәn qazı özü ilә aparmasın.
Qoruyucu kәmәrlәrin diametrlәrinin endirilmә dәrinliklәrinin, sement materialının
qalxma hündürlüyünün, hәr bir kәmәrin endirilmәsi üçün qazma aparılan baltaların
diametrinin göstәrilmәsilә yerlәşmәsi quyunun konstruksiyası adlanır. Quyunun
konstruksiyası vә istismar kәmәri seçilәn zaman aşağıdakı tәlәblәr ödәnilmәlidir:
a) lay açıldıqdan sonra kәnar suların axmasına yol vermәdәn, quyu etibarlı
mәnimsәnilmәli vә planda nәzәrdә tutulan neft-qaz hasilatı tәmin edilmәlidir;
b) istismar kәmәrinin diametri elә seçilmәlidir ki, neft vә qazın müәyyәn edilmiş
miqdarda çıxarılmasını, nәzәrdә tutulmuş üsul ilә istismar edilmәsini, yeraltı avadanlığın
layihә edilәn xarici ölçülәrinә uyğun gәlmәsini tәmin etsin;
Şəkil 1.Quyuların strukyurda yerləşməsi
c) quyunun gövdәsi kifayәt qәdәr möhkәmlәndirilsin vә bu zaman metal, sement vә
s. materiallar az sәrf edilsin;
ç) bütün dövr әrzindә quyunun istismar edilmәsi (mәnimsәnilmәsi, işә salınması,
normal işlәmәsi, tәmir işlәrinin aparılması) mümkün olsun;
d) yatağın geoloji kәsilişi nәzәrә alınmaqla qazlı- sulu vә uçulan araqatlar aralıq
kәmәrlәrlә örtülsün;
e) quyu bir horizontdan o birinә qaytarıldıqda, qaytarılan horizontda quyunu
dәrinlәşdirmәk mümkün olsun. İstismar quyusunun konstruksiyası-qazıma prosesinin
uğurla aparılması üçün quyuya endirilmiş vә semetlәnmiş boru kәmәrlәrinin sayı ilә
tәyin edilir. Quyuya aşağıdakı kәmәrlәr endirilir.

Quyunun konstruksiyası.
1.100-200 metr dәrinliyә qәdәr endirilmiş yönәldici vә ya istiqamәtlәndirici boru
kәmәrlәri. Yönәldici (L 1)-quyu ağzından endirildiyi dәrinliyә qәdәr sementlәnir
vә yuxarı intervalların etibarlı bәrkidilmәsi vә quyu ağzının yuyulub uçmasının qarşısının
alınması üçün endirilir;
2.200-1150 metr dәrinliyә qәdәr endirilәn konduktor (L2)-kәsilişin yuxarı hissәsi
möhkәm olmayan intervllarının möhkәmlәndirilmәsi, yuxarı sulu horizontların
çirklәnmәdәn tәcrid edilmәsi vә elәcә dә quyu ağzında tullanışa qarşı vә quyuağzı
avadanlığın qoyulması üçündür;
• Sulu horizontların şәrti yatım dәrinliyinә endirilәn aralıq, texniki vә su bağlama
kәmәrlәri (L 3). Aralıq kәmәr mәhsuldar layın açılmasını asanlaşdırmaqla, uçulma,
kәnar suların daxil olması, alәtlәrin tutulması vә s. halların aradan qaldırılmasına imkan
verir;
4.Axrınıcı endirilın boru kәmәri-istismar kәmәridir (L4) horizontların
möhkәmlәndirilmәsini vә ayrılmasını, onların geoloji kәsilişdә olan digәr horizontlardan
tәcrid edilmәsini, mayenin qaldırılması vә laya zәruri işçi agentinin vurulması üçün onda
avadanlığın yerlәşdirilmәsini tәmin edir. İstismar kәmәri, kәmәr vә kәmәrarxası
avadanlıqla (paker, başmaq, әks klapan, mәrkәzlәşdirici vә s) tәchiz edilir. İstismar
kәmәrinin borularının diametri, tәtbiq olunan avadanlığın tip ölçülәrindәn asılı olaraq
seçilir. Yalnız yönәldici, konduktor vә istismar kәmәrindәn ibarәt olan quyu
konstruksiyası- birkәmәrli (әsasәn dayaz quyular üçün), yönәldici, konduktor, bir aralıq
kәmәri vә istismar kәmәrindәn ibarәt quyu konstruksiyası-ikikәmәrli, yönәldici,
konduktor, iki arılq kәmәri vә istismar kәmәrindәn ibarәt (dәrin quyularda) olan quyu
konstruksiyası-çox kәmәrli adlanır. Birkәmәrli konstruksiya iqtisadi cәhәtdәn әn
әlverişlidir. Seçilmiş quyu konstruksiyasından asılı olmayaraq sementlәnmә elә hesabla
aparılır ki, sementi lazımi hündürlüyә qaldırmaq, kәnar suların qarşısını etibarlı surәtdә
almaq vә mürәkkәblәşmә halları baş vermәdәn layı açmaq mümkün olsun.
Quyuların istismara hazırlanması–qazma baltası ilә mәhsuldar layın tavanının açılması
anından quyunun texnoloji iş rejiminә çıxarılmasına qәdәr aparılan işlәr kompleksidir. Bu
işlәr kompleksinә mәhsuldar layın açılması, qoruyucu kәmәrin endirilib sementlәnmәsi,
quyunun ağzı vә dibinin avadanlıqla tәchiz edilmәsi, perforasiya vә quyuların
mәnimsәnilmәsi daxildir. Quyuların istismara hazırlanması (quyuların tamamlanması)
üsulunun seçilmәsi bir sıra geoloji, texniki, texnoloji vә iqtisadi amillәrlә müәyyәn edilir.
Qazma prosesinin dağ-geoloji şәraitlәrinin mürәkkәblik dәrәcәsi üzrә tәsnifatına görә
quyular aşağıdakı qruplara bölünür:
1. Mürәkkәb olmayan normal dağ-geoloji şәraitlәrdә qazılan şaquli istismar quyuları;
• Normal dağ-geoloji şәraitlәrdә qazılan maili istiqamәtlәnmiş istismar quyuları;

Mürәkkәb dağ-geoloji şәraitlәrdә (anomal yüksәk lay tәzyiqi zonaları, mәhsuldar
layların müxtәlifliyi vә s.) qazılan şaquli istiqamәtlәnmiş istismar quyuları;
• Şaquli kәşfiyyat quyuları;
• Mürәkkәb dağ-geoloji şәraitlәrdә qazılan maili istiqamәtlәnmiş vә üfüqi quyular;
• Maili istiqamәtlәnmiş vә üfüqi kәşfiyyat
• Axtarış quyuları;
• Çox dәrin dayaq quyuları
FONTAN İSTİSMAR ÜSULU HAQQINDA ÜMUMİ MƏLUMAT
Neft yataqlarının işlәnmә prosesinin әn mәhsuldar dövrü quyuların fontan üsulu ilә
istismarıdır. Neft yataqları mәhz bu dövrdә әn böyük lay enerjisinә malik olur. Quyuların
fontan vurması әsasәn yeni açılmış yataqlarda baş verir. Bu zaman layın enerji ehtiyatı
böyük olur, yәni quyu dibindә olan tәzyiq maye sütununun hidrostatik tәzyiqi, quyu
ağzında әks tәzyiq vә mayenin hәrәkәti ilә bağlı olan sürtünmә qüvvәsinin dәf
edilmәsinә sәrf olunan tәzyiqi üstәlәyir. İstәnilәn fontan quyusunun işlәmәsi üçün
ümumi mütlәq şәrt aşağıdakı bәrabәrlik kimi olar:
Pq.d.=Ph+Psür+Pq.a
Burada- Pq.d.quyudibi tәzyiqi;Ph- maye sütununun hidrostatik tәzyiqi;Pq.a. -
quyuağzında әks

tәzyiq; Psür- sürtünmә zamanı yaranan tәzyiq

itkisidir
.

Fontan istismar üsulunda mayenin iki tәbii enerji mәnbәyi vardır:


1.Layın hidrostatik tәzyiqi;
2.Lay qazlarının potensial enerjisi.
Fontan istismar üsulunda hidrostatik lay tәzyiqi vә lay qazlarının potensial enerjisi
mühüm әhәmiyyәt kәsb edir. Mәlumdur ki, lay daxilindә neftlә birlikdә böyük hәcmdә
karbohidrogen mәnşәli qazlar vardır. Bu qazlar müxtәlif termobarik şәraitdә olur. Qazlar
neftdә ya tamamilә, ya da qismәn hәll olmuş vә ya sıxılmış sәrbәst halda olur. Hәr iki
halda bu qazlar böyük potensial eneriyә malik olduğu üçün mühüm әhәmiyyәt kәsb
edir. Yuxarıda deyilәnlәrә әsasәn quyularda iki növ fontanvurmanı fәrqlәndirmәk olar:
1.Qaz qabarcığı olmayan artezian fontanvurması; neftçıxarmada artezian
fontanvurmasına az hallarda rast gәlinir, çünki çox hallarda maye quyu dibindәn quyu
ağzına hәrәkәt etdikcә nasos-kompressor borularında yaranan tәzyiq doyma tәzyiqindәn
aşağı düşür. Bu zaman neftdәn qaz ayrılması baş verir. Artezian fontanvurma neftdә hәll
olmuş qazların tamamilә olmaması vә quyudibi tәzyiqinin qazsız maye sütununun
hidrostatik tәzyiqindәn çox olduğu halda mümkündür.
2.Fontan vurma şәraitini yüngüllәşdirәn qaz qabarcıqları olan mayenin fontan
vurması: bu, әn geniş yayılmış fontanvurma üsuludur.

Fontan quyusunun avadanlığı.

Neft yataqlarının işlәnmәsi vә quyuların istismarı şәraitlәrinin müxtәlif olması, fontan


quyularının avadanlığına kifayәt qәdәr sәrt tәlәblәr qoyur. Avadanlığa qoyulan sәrt
tәlәblәr yerin tәkinin, әtraf mühitin, tәhlükәsizlik texnikası vә işlәyәn heyәtin hәyat
fәaliyyәtinin tәmin edilmәsi uçun zәrururi olan qanunlar ilә şәrtlәnir. Fontan quyularının
avadanlığı aşağıdakı elementlәrdәn ibarәtdir: kәmәr başlığı, fontan armaturu vә
manifold.
Fontan vә qazlift quyularını mәnimsәmәk vә istismara buraxmaq üçün ona bir vә ya
iki çәrgәli NKB endirilir, kәmәr başlığında isә fontan armaturu quraşdırılır. Fontan
armaturu-nasos-kompresor borularının asılması, quyu mәhsulunun yer sәthinә
yönәldilmәsi, nasos-kompressor boruları ilә istismar kәmәri arasındakı fәzanının
hermetiklәşdirilmәsi, elәcә dә quyunun iş rejiminә nәzarәt edilmәsi vә tәnzimlәnmәsi
üçün nәzәrdә tutulur. Fontan armaturu aşağıdakı әmәliyyatların aparılmasına imkan
verir:
a) fontan vә kompressor (qazlift) quyularının mәnimsәnilmәsi vә istismara
buraxılması üzrә işlәrin aparılmasına;
b) sıxılmış qaz (hava), maye vә onların qarışığının quyuya vurulmasına;
c) quyunun mәhsulunun kollektor, separator vә neft yığım mәntәqәlәrinә
istiqamәtlәndirilmәsinә;
ç) quyudan hasil edilәn mәhsulun tәnzimlәnmәsinә;
d) quyudibi, quyuağzı, halqavari vә boruarxası tәzyiqlәrin ölçülmәsinә;
e) müxtәlif tәdqiqat vә geoloji-texniki tәdbirlәrin (qaldırıcı borunun parafin, duz vә s.
tәmizlәnmәsi) aparılmasına;
ә) su vә ya gil mәhlulu ilә quyunu boğmaq vә ya müәyyәn olunmuş vaxta qәdәr
bağlanılmasına.
Boru başlığı vә fontan yolkasından ibarәt olan fontan armaturu qarşılıqlı polad dәyişilә
bilәn üç ağızlı, dörd ağızlı, qol borusundan vә bağlayıcı qurğudan (siyirtmә vә
kranlardan) yığılır.
Boru başlığı, aşağı flәnslә kәmәr başlığının yuxarı flәnsınә bağlanır vә qaldırıcı
(fontan) borularının asılması, boruarxası fәzanın hermetikliyi (istismar kәmәri vә fontan
boruları arasında), hәmçinin bu fәzadan quyunu mәnimsәmәk üçün su, neft, qazın
(sıxılmış havanın) vurulması vә boruları qaldırmadan onu qum tıxacından yumaq vә
başqa әmәliyyatlar üçün nәzәrdә tutulur.
Fontan yolkası-boru başlığının üzәrindә quraşdırılan fontan armaturunun yuxarı
hissәsidir, quyunun mәhsulunun çıxış xәttinә istiqamәtlәndirilmәsi, maye vә qaz
hasilatının tәnzimlәnmәsi, müxtәlif tәdqiqat işlәrinin aparılması, quyu mәhsulunun bir
atqı xәttindәn o biri atqı xәttinә keçirilmәsi, ştuserlәrin yoxlanılması vә dәyişilmәsi, işçi
manifoldda vә çıxış xәttindә tәmir işlәrinin aparılmasını, zәruri halda fontan vuran
quyunun tәzyiq altında bağlanılması üçün nәzәrdә tutulur. İstismar xarakteristikasına
görә (hasilat, tәzyiq, temperatur, qaz amili vә s.) fontan quyuları müxtәlif olur. Buna
görә müxtәlif iş şәraitinә hesablanmış fontan armaturları buraxılır. Fontan armaturları
konstruktiv vә möhkәmlik әlamәtlәrinә görә fәrqlәnir:
- işçi tәzyiqinә görә -7- 105 MPa; - gövdә boyu keçid kәsiyinin ölçülәrinә görә -50 – 100
mm; - fontan yolkasının konstruksiyasına görә – dörd boğazlı vә üç boğazlı quyuya
buraxılan boru cәrgәlәrinin sayına görә – bir cәrgәli vә iki cәrgәli; - bağlayıcı qurğuların
növünә görә (siyirtmә vә yә kranla); - armaturun elementlәrinin birlәşmә növünә görә -
flanslı vә yivli.
Fontan vuran neft və qaz quyularında quraşdırılan armaturların tipik sxemləri
Üç boğazlı : a – Piş= 7; 14; 21 MPa; b– Piş= 14; 21; 35 MPa;
Dörd boğazlı: c – Piş= 14; 21; 35 MPa; ç– Piş= 50; 70; 105 MPa;

1- manometr; 2- üçgedişli kran; 3-manometr altında bufer flansı; 4-siyirtmә; 5-üç


boğaz; 6-bağlayıcı qurğu, ştrixlә göstәrilmiş bağlayıcı qurğu-quyunu bağlamadan
dәrinlik parametrlәrinin ölçülmәsi işlәrinin aparılması üçün qoyulur; 7-boru başlığının
keçiricisi, 8-istismar kәmәrinin flansı (14 MPa dәr armaturlar üçün çarpaz (dörd boğaz)
flqәanslar tәtbiq edilir) ; 9 – boru kәmәri; 10 –yolkanın çarpazı (dörd boğazı).
Fontan armaturları 7; 14; 21; 35; 70 vә 105 MPa işçi tәzyiq üçün buraxılır; 7; 14; 21 vә
35 MPa armaturları ikiqat, 70 vә 105 MPa armaturları isә 1,5 dәfә işçi tәzyiqdәn artıq
tәzyiqdә sınaqdan keçirilir.
Adi fontan quyuları üçün әsasәn 7-35 MPa işçi tәzyiqli armaturlar, dәrin vә qeyri-adi
(anomal) yüksәk tәzyiqli daha dәrin quyular üçün isә 35 -105 MPa işçi tәzyiqli
armaturlar tәtbiq edilir.
Fontan vuran neft vә qaz quyuları üçün armaturların tipik sxemlәri şәkildә
göstәrilmişdir. Onlar iki tәrtibatda hazırlanır: üçboğaz vә çarpaz (dörd boğaz) tipli.
Armatura әvәzedici yan bağlayıcı qurğuların ( siyirtmә, kranlar vә s.) әlavә edilmәsinә
icazә verilir. İki cәrgә NKB-nin asılması üçün bütün sxemlәrdә çarpaz (9) vә keçirici (11)
flans arasında quraşdırılan üçboğaz vә bağlayıcı avadanlıqlardan tәşkil edilmiş әlavә
qurğu ilә boru başlığının yerinә yetirilmәsinә icazә verilir.
14 MPa işçi tәzyiqә hesablanmış üç boğaz tipli yığılmış (kәmәr başlıqsız) fontan
armaturu şәkil 6.14- dә göstәrilmişdir. O boru başlığı vә 50 mm şәrti diametrli (faktiki
diametr 52 mm–dir) keçid gövdәli fontan yolkasından tәrtib edilmişdir. Armatur iki
cәrgәli lift borularının asılması üçün nәzәrdә tutulub: birinci cәrgәnin diametri - 114
mm, ikinci cәrgәnin diametri - 73 mm.
Boru başlığı kәmәr başlığının yuxarı flansına (1) quraşdırılan çarpazdan (2), üç boğaz
(3) vә ikinci cәrgәnin qaldırıcı borularının asıldığı quyu ağzı keçid sarğacından (4) tәrtib
edilib. Çarpazın iki yan ayırması var: onlardan birinә keçid diametri 52 mm olan iki
siyirtmә (ardıcıl) o birinә isә keçid diametri 52 mm olan bir siyirtmә bağlanılır. Qaydaya
әsasәn sol ayırma boruarxası tәzyiqә nәzarәt üçün, sağ ayırma isә müxtәlif әmәliyyatlar
(quyudibi zonaya tәsiretmә, yuma vә s.) üçün nәzәrdә tutulur. Üç boğaz (3), 114 mm
yivli nippelin kömәkliyi ilә birinci cәrgәnin borusunun asılması üçün nәzәrdә tutulur.
Adәtәn bu ayırmadan (quyunun işә salınmasında vә ya qazlift istismarında sıxılmış qazın
(havanın) vurulmasında aerasiya işi yerinә yetirilir.
Fontan yolkası mәrkәzi siyirtmә (7), iki әdәd üçboğaz (8), bufer siyirtmәsi vә atqı xәtti
(çıxış) siyirtmәlәrindәn tәrtib edilir. Üç boğaz tipli armaturda çıxış (atqı) xәtti adәtәn iki
olur. Qaydaya әsasәn quyunun istismarında yuxarı atqı xәtti istifadә olunur, aşağı atqı
xәtti isә ehtiyatda qalır. Ştuserlәrin yoxlanması, dәyişdirilmәsi vә tәmir işlәrinin yerinә
yetirilmәsi zamanı quyu mәhsulu ehtiyat atqı xәttinә yönәldilir.

İki cərgəli qaldırıcı üçün üçboğaz tipli fontan armaturu


1-kəmər başlığının flansı; 2 –çarpaz (dördboğaz); 3- üçboğaz; 4-sarğac; 5- manometr ; 6 –
birinci cərgə; 7 – siyirtmə; 8 –üçboğaz; 9 – bufer qısa borusu; 10 – ikinci cərgə.
Quyu tәzyiqi yüksәk vә mәhsulun tәrkibi çox qumlu olduqda atqı xәttindә iki cüt
siyirtmә quraşdırılır. Ştuserin yoxlanılması zamanı ikinci siyirtmә bağlanılır vә bu sıradan
çıxdıqdan sonra birincidәn istifadә edilir. Quyunun istismarı prosesindә mәrkәzi siyirtmә
hәmişә tam açıq olmalıdır. Bu siyirtmә qәza hallarında mayeni boruarxası vә halqavari
fәzadan istiqamәtlәndirdikdә bağlanılır. Çıxışlararası gövdә vә bufer siyirtmәlәri dә tam
açıq olmalıdır. Yuxarı atqı xәttindә tәmir işlәri aparıldıqda (mәsәlәn, siyirtmәlәr yararsız
olduqda) çıxışlararası gövdәdәki siyirtmә bağlanır. Bufer ( quyuağzı) tәzyiqinә nәzәrәt
etmәk üçün nәzәrdә tutulan siyirtmә müxtәlif dәrinlik cihazlardan, parafini nmexaniki
tәmizlәmә üçün әrsin istifadә edildikdә vә başqa işlәr yerinә yetirildikdә bağlanılır. Bufer
qısa borusu (9) fontan şırnağının zәrbәsini qәbul etmәk vә yüngüllәşdirmәk işinә xidmәt
edir.
İki cәrgәli lift üçün çarpaz tipli fontan armaturu şәkil - dә göstәrilmişdir. Bir cәrgәli
liftdә onlardan biri ya aşağı çarpaz, ya da üç boğaz kәnarlaşdırılır. Bu şәkildәn
göründüyü kimi yan ayırmalar müxtәlif istiqamәtlәrә çıxarılır, ştuserlәr isә siyirtmәlәrdәn
sonra aşağı ayırmada quraşdırılır. Çarpaz tipli armaturların mühüm üstünlüyü alçaq
olmasındadır ki, bu da ona xidmәti asanlaşdırır. Buna baxmayaraq onun da xüsusi
çatışmazlığı var: çarpaz sıradan çıxdıqda quyunu boğmaq lazım gәlir vә ya mәrkәzi
siyirtmә bağlanılır. Mәhsulunda böyük miqdarda qum olan quyunun istismarında belә
armaturdan istifadә etmәk mәslәhәt görülmür. Maşınqayırma zavodlarında bağlayıcı
kranlar ilә birlikdә paz siyirtmәli fontan armaturları buraxılır. Belә kranlar siyirtmәlәrdәn
әvvәl bir sıra üstünlüklәr tәşkil edir: onlardan keçәn mayenin axını demәk olar
istiqamәtini dәyişmir, bu da hidravlik itkilәrin azalması üçün olduqca lazımdır; kranların
qabarit ölçülәri vә kütlәsi siyirtmәinin qabarit ölçülәri vә kütlәsindәn әhәmiyyәtli kiçikdir,
bu da bütün armaturların qabarit ölçülәrinin vә kütlәsinin azalmasına sәbәb olur;
siyirtmәyә nisbәtәn tıxacın dәstәyini 1/4 dövr döndәrmәklә kranların açılması vә
bağlanması әhәmiyyәtli dәrәcәdә tez yerinә yetirilir. Əgәr quyunun istismar prosesindә
bir cәrgәli liftdәn istifadә edilәcәksә, onda ya çarpaz (2), ya da üçboğaz (3) tәtbiq edilir
(fontan quyuları üçün)

İki cərgəli qaldırıcı üçün dördboğaz tipli fontan armaturu.


Manifoldlar. Manifold, quyu mәhsulunu ölçmә qurğusuna öturәn boru kәmәri ilә
fontan armaturunun bağlanması üçün nәzәrdә tutulub. Yerli şәraitlәrdәn vә itismar
texnologiyalarından asılı olaraq belә bağlamaların müxtәlif sxemlәri tәtbiq edilir. Buna
görә dә bu sxemlәr standartlaşdırılmayıb, lakin onların düyünlәri zavod istehsalı olan
hissәlәrdәn yığılır. Xaçvari fontan armaturunun (şәkil 6.16) manifoldunun әn sadә sxemi
boruarası fәzaların çıxışlarının bağlanmasını nәzәrdә tutmur vә quyunu trap vә ölçmә
qurğusu ilә birlәşdirәn yalnız bir atqı xәttinin olmasını fәrz edir. Bәzi hallarda parafinin
intensiv çöküntüsü zamanı iki atqı xәtti vә iki atqı xәttinin istәnilәn birindәn işin
aparılmasına yol verәn manifoldun olmasını nәzәrdә tuturlar.
Şәkildә zavod yığımlı standartlaşdırılmış düyünlәr göstәrilir. Onlar dördbucaqlılarla
әhatә edilib vә nömrәlәnib (№1, №2, №3). Sxem iki tәnzimlәnәn ştutser, maye vә qaz
nümunәsi götürülmәsi üçün iki ventil, mәhsulun fakelә yaxud yer anbarına atılması üçün
bağlayıcı qurğu (3),üçboğaz (3), xaçvari borular (5), qoruyucu klapan (6), flans
birlәşmәlәrini (7) nәzәrdә tutur. Manifoldun әsas düyunlәri fontan armaturunun
düyünlәri vә hissәlәri ilә unifikasiya olunmuşlar. Manifoldların uclarında 80 mm diametrli
boruların birlәşmәsi üçün flanslar vardır. Manifoldun işarәsinә sxemin nömrәsi, şәrti
keçid diametri vә işçi tәzyiq daxildir, mәsәlәn, 1MAT-60 x 125. Atqı şleyfi armaturun
manifoldunu neft-qaz yığımı mәdәn sisteminin qrup ölçmә qurğusu (QÖQ) ilә birlәşdirir,
burada quyuların debiti avtomatik şәkildә ölçülür. Qrup ölçmә qurğusuna debitlәri növbә
ilә müәyyәn proqram üzrә ölçülәn quyuların qrupuna (24-ә qәdәr) qoşulur.
Xaçvari fontan armaturunun bağlanma sxemi
Hava (qazlift) manifoldu- fontan-kompressor quyusunu aerasiya üsulu ilә
mәnimsәmәk üçün nәzәrdә tutulur. O, 1-5 MPa tәzyiqә hesablanmış 73 mm- lik polad
ventillәrdәn (1 – 5) vә 73 mm-lik NKB-nin kiçik hissәlәrindәn yığılır. Hava manifoldu
fontan armaturunun çarpazına vә üç boğazına qoşularaq quraşdırılır. Sıxılmış qaz (hava)
9 xәtti üzrә sәyyar kompressor vә ya stasionar qazhavapaylayıcı batareyadan, neft vә
ya su 10 xәtti üzrә aqreqatdan verilir. Ventillәr:1-hava tәnzimlәyicisi, 2-hava ötürәn işçi,
4-maye tәnzimlәyicisi, 5- mayeni ötürәn işçi, 3- qarışdırıcı adlanır.

Hava (qazlift) manifoldu


Arzuolunmaz hadisәnin- fontan armaturu hissәlәrinin donmasının qarşısının alınması
üçün (hidratlar әmәlә gәlәnә qәdәr), hәmçinin şırnaqlarında qum olan quyularda
ştuserlәrin yeyilmәsinin azalması mәqsәdilә pillәli ştuserlәr tәtbiq edilir, yәni çıxışda bir-
birinin ardınca, oymaqlarındakı deşiklәri tәdricәn artan iki-üç ştutser yerlәşdirilir.
Belәliklә, ümumi tәzyiq düşgüsü bir neçә ştuserә paylanır, onların hәr birindә düşgü
azalır, bununla әlaqәdar olaraq qarışığın hәrәkәt sürәti azalır, bu isә ştuserlәrin
oymaqlarının yeyilmәsinin azalmasına gәtirir vә boruları vә armaturu kәskin
soyumaqdan qoruyur. Ştuserlәrin sonuncusu (әn kiçiyi) işçi ştuserdir.
Çoxpilləli ştuserlər
Quyuağzı ştuser, mәrkәzindә iki tәrәfi açıq deşikli silindrik dәmir parçası (qәlib),
bәzәn isә sadәcә ortasında deşiyi olan disk (şәkil 6.19) ola bilәr. Deşiklәr 3-dәn 15 mm-
ә qәdәr, bәzәn isә quyu rejimindәn asılı olaraq daha artıq diametrli ola bilirlәr. Ştuserlәri
1 bilavasitә siyirtmәdәn sonra, onunla xüsusi ştutser kәsik borusunun (2) flansı (3)
arasında, yan çıxışlarda (atqı xәtlәrindә) quraşdırılır vә boltlarla sıxılır.

Ştuserlər: a – diskli; b – oymaqlı.


Ştuserdәn çıxarkәn genişlәnәn vә özü ilә adәtәn qum daşıyan şırnaq zәrbәlәri
ştuserdәn tәqribәn 0,3 m mәsafәdә borunu tez yeyilmәyә mәruz qoyurlar. Bununla
әlaqәdar olaraq ştutser arxasında bütöv boru әvәzinә 1-1,2 m uzunluqlu, qalın divarlı
kәsik boru qoyulur, bu isә kәsik borunun dәyişdirilmәsini asanlaşdırır vә onun dәyәrini
azaldır. Kәsik borunu 100 yaxud 150 mm diametrli qazıma borusundan hazırlayırlar. Hәr
iki ücda olan flanslar kәsik borunu dәyişdirilmәsi üzrә işi asanlaşdırır. Suraxanı tipli әn
sadә sәthi ştuser bir tәrәfindә flansı vә ortasında iki tәrfli açıq deşiyi olan bütöv yumru
polad qәlibdir. Bu qәlib ştutser oymağı adlandırılır, iki flans arasında sıxılır. Ştuserin
çatışmazlıqları: keçid deşiyinin qum ilә yeyildiyi zaman ştutser oymağının atılma zәrurәti,
hәmçinin ştuser oymağının dәyişdirilmәsi müddәtinin böyük olması.
Tәtbiq edilәn quyuağzı ştuserlәrin çoxsaylı konstruksiyalarından әn geniş yayılmışına
baxaq. O, daxilinә dәyişdirilәn ştuser oymağı 2, onun da daxilinә diametri 3-21 mm olan
yüksәk davamlı termiki poladdan hazırlanmış içlik 3 taxılan ştuser gövdәsindәn 1 tәşkil
edilir. Onların tez dağılmasının qarşısını almaq üçün belә vtulkaları keramik, pobedit,
dolamit vә termokorunddan hazırlayırlar. Ştuser gövdәsi oymaq ilә birlikdә ştuser qısa
borusuna 2 taxılır .

Ştuser 1-gövdə, 2-oymaq, 3 - içlik.


Fontan quyularının istismarı prosesindә neftin çıxarılmasına sәrf olunan xüsusi enerji
neftin quyu dibindәn agzına kimi qaldırılmasına sәrf edilәn enerjidәn fәrqlidir. Çünki
quyu aqzına qaldırılmış neftin özü dә müәyyәn miqdarda enerjiyә malik olur vә bu
enerjisinin tәrkibindә hәm tәzyiq enerjisi (quyuagzı),hәm dә hәll olmuş qaz enerjisi
iştirak edir. Hәmin enerji bilavasitә neftin quyudan xaric edilmәsindә iştirak etmәdiyinә
(faydalı işә çevrilmәdiyinә) görә itirilmiş hesab edilmәlidir.
Fontan quyularının istismar ızamanı neftin çıxarılmasında hәll olmuş qazların
enerjisindәn istifadә edilmәsi neft yataqlarının işlәnmә göstәricilәrini әsaslı surәtdә
artırmağa imkan verir.

Fontan quyusunun quyuağzı avadanlığı

Fontan quyusunun mәhsulu armaturun yan çıxıntılarından keçәrәk atqı xәttinә vә


oradan da qaz separatoruna yönәldilir.
Fontan quyusunun mәhsulunun qaz separatoruna yönәldilmәsi üçün vә lazım gәldikdә
qaldırıcı borulara su vә ya gilli mәhlulun vurulması vә elәcә dә quyuların
mәnimsәnilmәsi vә ya mәnimsәnilmәdә neft vә ya qaz(hava) vurulması ilә pozulmuş
rejimin bәrpası üçün, quyu ağzında neft xәtti vә qaz-hava kәmәri ilә tәchiz olunmuş
xüsusi quyuağzı sarğısı quraşdırılır. Quyuağzı sarğısı işçi (İşçi monifold) vә kömәkçi kimi
iki hissәdәn ibarәtdir. Armaturun iş sarğısı ştuser borucuğunun axırıncı filansından qaz
separatoruna gedәn atqı xәttinin biricinci flansına qәdәr boru kәmәrlәri, üçboğazlar vә
siyirtmәlәrin hissәlәrindәn ibarәtdir. Armaturun işçi sarğısı quyu mәhsulunun qaz
separatoruna nәqli vә zәrurәt olduqda, su vә gilli mәhlulun qaldırıcı borulara vurulması
üçün nәzәrdә tutulmuşdur. Armaturun kömәkçi sarğısı isә sıxılmış hava vә qazın, neftin,
eyni zamanda qaz vә neftin vurulması, xüsusi hallarda isә boruarxası fәzadan çıxan
quyu mәhsulunun nәqli üçün istifadә olunur.
Şәkil–dә ikiicәrgәli qaldırıcı üçün üçboğaz tipli fontan armaturunun nümunәvi sarği
sxemi, şәkil -dә isә eyni ilә ikicәrgәli qaldırıcı üçün dördboğaz tipli nümunәvi sarğı sxemi
göstәrilmişdir. Bircәrgәli fontan borularının endirilmәsi halında A üçboğazı vә ondan
çıxan sarğı quraşdırılmır. Quyu ağzında böyük tәzyiq olduğu hallarda polad siyirtmәlәr,
üçboğazlar vә dördboğazlar tәtbiq edilir. Borucuqlar nasos-kompressor borularından vә
ya yüksәk tәzyiqli neft kәmәrlәrindәn hazırlanır. Aşağı tәzyiqli fontan quyusunda işçi
sarğı üçün qәnaәt mәqsәdilә adi neft kәmәrlәri boruları istifadә edilir, siyirtmә, üçboğaz
vә dördboğaz isә çuqundan hazırlanır.
Quyuların mәnimsәnilmәsi prosesindә quyuya vurulan qaz vә ya havanın istiqamәtinin
dәyişdirilmәsi vә ya neft vә qazın eyni zamanda vurulması, neftin bir istiqamәtdә, qazın
isә digәr istiqamәtdә vurulması lazım gәlir. Belә ötürmәlәrin yerinә yetirilimәsi üçün atqı
xәtti, hava vә ya qaz vermә xәtti vә boruarxası fәzadan çıxan xәtlәr bir-biri ilә
birlәşdirilir.

ikicərgəli qaldırıcı üçün üçboğaz tipli fontan


armaturunun nümunəvi sarğı sxemi

ikicərgəli qaldırıcı üçün fontan dördboğaz tipli fontan armaturunun nümunəvi sarğı sxemi

LAYIN HİDROSTATİK BASQISININ TƏSİRİ ALTINDA FONTAN VURMA


Layın hidrostatik basqısının tәsiri altında fontanvurma, yәni artezian fontanvurması
zamanı neftin tәrkibindә qaz olmur vә ya hәll olmuş şәkildә olur. Bu zaman quyuağzı
tәzyiqi doyma tәzyiqindәn yüksәk olduğu üçün layda vә quyu gövdәsindә qaz ayrılması
baş vermir. Qazın ayrılması yalnız quyudan kәnarda, yәni atqı xәttindә baş verir. Belә
vәziyyәt yalnız yatağın ilkin işlәnmә mәrhәlәsindә, tәbii su basqılı rejimdә işlәnәn
yataqlarda, yәni lay tәzyiqi çox yüksәk vә ya süni surәtdә saxlanıldıqda mümkündür. Bu
zaman aşağıdakı şәrtlәr ödәnilmәlidir:
Play>Pq; Pq.d.>Pd; Pq.a>Pd
Artezian fontanvurmanın sxemi aşağıdakı şәkildә verilmişdir
Artezian fontanvurmanın sxemi 1. Qaldırıcı borular 2-istismar kəməri
Artezian fontanvurması prosesi şaquli boruda qalxan bircinsli mayenin hәrәkәt
prosesindәn fәrqlәnmir. Hidrostatik basqı hesabına fontanvurmada quyunun
qәrarlaşmış rejimdә istismarı zamanı quyudibi tәzyiqi, hәrәkәt zamanı yaranan
sürtünmә itkilәri, quyu ağzı tәzyiqi vә maye sütununun hidrostatik tәzyiqi ilә
tarazlaşır:
Pq.d=Psür+Pq.a+ρmgH
düsturda H-quyunun şaquli ox boyunca quyuağzı vә quyudibi arasında olan mәsafә
(adәtәn mәhsuldar layın perforasiya olunan intervalının ortasına kimi götürülür); g-
sәrbәstdüşmә tәcilidir. Maili quyularda
H=L
Burada L-maili quyunun oxu boyunca quyunun ağzından dibinә qәdәr olan mәsafә,
-quyunun әyriliyinin orta zenit bucağı vә ya quyunun oxunun şaquldan sapma
bucağıdır.
Bәzәn qalxan maye axınının sürәtinin az olması vә suyun çökmәsi nәticәsindә
quyunun gövdәsi boyu sulaşma eyni olmur. Mәsәlәn, quyunun dibi ilә nasos-
kompressor borularına qәdәr olan intervalda maye qoruyucu kәmәr ilә az sürәtlә
qalxdığı üçün sulaşma böyük ola bilәr. Belә hallarda quyunun bütün hesablanma
dәrinliyini müvafiq intervallara bölmәk lazımdır. Tәzyiqlәrin ümumi balansında
hidrostatik tәzyiq 95-98% tәşkil etdiyi üçün onun müәyyәn edilmәsindә buraxılan xәta
hesablamanın bütün nәticәlәrinә tәsir edir.Quyuağzı tәzyiq –Pq.a.quynun qrup ölçü
qurğusundan mәsafәsi, bu qurğudakı tәzyiq vә fontan quyusunun debitinin
tәnzimlәnmәsi üçün atqı xәttinә qoyulan ştuserin ölçüsündәn asılıdır. Quyuağzı tәzyiq
çox böyük olmur (bir neçә atmosfer), bәzәn isә 1 atm-ә qәdәr aşağı düşür. Müasir geniş
yayılan birborulu hermetik neft yığım sistemlәrindә quyuağzı tәzyiqi böyük olur-bәzәn
bir neçә meqapaskala (MPa) çatır.
Hidrostatik basqının tәsirilә fontan vuran quyunun maksimal debiti Pq.a=0 halında
olacaqdir. Onda quyudibi tәzyiqi aşağıdakı kimi olur:
Pq.d.=Psür+ρmgH
Pq.d.<Psür+ρmgH halında quyu hidrostatik basqı hesabına fontan vurmayacaqdır.
Sürtünmәnin dәf olunmasına sәrf olunan tәzyiq itkisini hesabladıqda nasos-
kompressor borularının diametrinin Psür -ә әhәmiyyәtli dәrәcәdә tәsir etdiyini nәzәrә
almaq lazımdır. Əgәr boruların daxili sәthi epoksid qatranı, şüşә ilә örtüldükdә vә ya
boruların divarında parafin çökdükdә NKB-nin diametri 10% azalarsa, sürtünmәyә sәrf
olunan tәzyiq itkisi 1,61 dәfә artar.
Fontan quyularında maye әsasәn quyuya endirilmiş 38, 50, 75 vә 100 mm diametrli
borularla, çox az hallarda isә qoruyucu kәmәrlә qaldırılır. Ancaq hidrostatik basqı
hesabına fontanvurmada hidravlik müqavimәtlәrin azaldılması üçün mayenin
qoruyucu kәmәr ilә qaldırılması daha yaxşıdır. Quyuağzı tәzyiqi (Pq.a) neft yığma
şәraitindәn asılı olaraq qәbul edilir vә quyu mәhsulunun quyu ağzından yığım
mәntәqәsinә qәdәr hәrәkәtini tәmin edir vә quyuağzı avadanlığı vә yığım sistemindә
hidravlik müqavimәtlәrin dәf edilmәsi üçün sәrf olunan tәzyiq itkilәrinin qiymәtindәn
asılıdır.

Qaz enerjisinin hesabına fontanvurma

Qaz enerjisinin hesabına fontanvurma әn geniş yayılmış fontan vurmadır, belә


fontanvurma qazlift fontanvurması da adlanır. Artezian fontanvurmasında qaldırıcı
boruda qazsız mayenin hәrәkәt etmәsi üçün mayenin hidrostatik tәzyiqi dәf edilmәli vә
bunun üçün lay tәzyiqi kifayәt qәdәr çox olmalıdır. Qaz enerjisinin hesabına
fontanvurmada isә qaldırıcı borularda qaz ayrıldığı üçün qaz-maye qarışığının sıxlığı az
vә demәli hidrostatik tәzyiq dә az olur. Ona görә dә quyuların belә şәraitdә
fontanvurması üçün daha kiçik quyudibi tәzyiqi tәlәb olunur. Qazlift fontanvurmasında
iki hal mümkündür.
Birinci halda aşağıdakı şәrtlәr ödәnilmәlidir:

Pq.d.>Pd Pq.d.< Pd
Qaz ayrılması qaldırıcı borularda baş verәn qazlift fontanvurmasının sxemi aşağıdakı
şәkildә verilmişdir.
Bu zaman istismar prosesi quyudibi tәzyiqinin doyma tәzyiqindәn böyük, quyuağzı
tәzyiqinin isә doyma tәzyiqindәn kiçik olduğu şәraitdә aparılır. Bu zaman layda qaz
ayrılması baş vermir, qaz yalnız lift borularında ayrılır.
Qazlift fontanvurmasının digәr variantında lay vә quyuağzı tәzyiqlәri doyma
tәzyiqindәn kiçik olur, yәni hәll olmuş qaz hәm lay daxilindә, hәm dә quyu gövdәsindә
ayrılır. Neftin quyudibindәn yer sәthinә çıxarılması layın tәzyiq enerjisi vә ayrılmış qazın
enerjisi hesabına baş verir. Qazın müәyyәn bir hissәsi layda ayrıldığı üçün layda iki fazalı
axın yaranır.

Quyuda qaz ayrılması ilə müşahidə edilən fontanvurmanın sxemi


1 – qaldırıcı borular; 2 – istismar kəməri
Qazın әsas hissәsi isә maye axını ilә aparılır vә nasos-kompressor borularına daxil olur.

Qaz ayrılması, layda baş verən fontanvurmanın sxemi


1 – qaldırıcı borular; 2 – istismar kəməri
Bu zaman qazın bir hissәsi boruarxası fәzaya daxil olur. Burada qaz nisbәtәn
hәrәkәtsiz mayenin üzәrinә çıxır. Buna barbotaj deyilir. Boruarxası fәzaya qaz yığılan
zaman mayenin sәviyyәsi aşağı düşür vә nasos-kompressor borularının başmağına
çatır.Müәyyәn müddәtdәn sonra sabitlәşmә baş verir vә boruarxası fәzada tәzyiq doyma
tәzyiqindәn kiçik olduqda (Pb.a<Pd) sәviyyә hәmişә nasos-kompressor borularının
başmağında olur. Boruarxası fәzada tәzyiq bir qayda olaraq yüksәk olub, demәk olar ki,
başmaqda vә quyu dibindә olan tәzyiqә bәrabәr olur. Boruarxası fәzada (yiv
birlәşmәlәrindә, qoruyucu kәmәrlәrdә vә başqa hissәlәrdә) qeyri-hermetiklik nәticәsindә
qaz sızmaları olduqda sәviyyә nasos-kompressor borularının başmağından yuxarıda
olacaqdır. Maye sәrfi vә özlülüyü nә qәdәr kiçik, nasos-kompressor borularının
başmağında qaz sәrfi vә borularla istismar kәmәri arasındakı mәsafә nә qәdәr böyük
olarsa, boruarxası fәzaya o qәdәr çox qaz ayrılması baş verir.

Quyuların fontanvurmasının əsasları

Quyuların fontanvurması yalnız o halda mümkündür ki, laydan quyudibinә maye ilә
gәtirilәn enerji, fontan qaldırıcısının optimal rejimdә, yәni maksimal f.i.ә. rejimindә
işlәdiyi şәraitdә quyudibinә daxil olan mayenin yer sәthinә çıxarılması üçün lazım olan
enerjiyә bәrabәr vә ya ondan çox olsun.
Quyuların istismarı zamanı laydan maye ilә qaz, yaxud tәkcә qaz çıxarılır. Laydakı
neftdә adәtәn müәyyәn miqdar qaz hәll olur ki, bu da istәr layda, istәrsә dә quyuda
neftin hәrәkәti zaman tәzyiqin düşmәsi nәticәsindә qismәn neftdәn ayrılır. Hәmin qaz
tәzyiq altında olduğundan müәyyәn enerjiyә malik olur. Laydan quyuya içәrisindә qaz
hәll olmuş neft ilә yanaşı sәrbәst qaz da gәlir; bu, şübhәsiz quyudibi tәzyiqinin qazın
neftdә tam hәllolma tәzyiqindәn az olduğu hala aiddir. Sәrbәst qaz da tәzyiq altında
olduğundan müәyyәn enerjiyә malikdir.
Qazın enerjisi bir sıra hallarda neftin quyudan yerin sәthinә çıxarılması, yәni quyunun
fontan vurması üçün istifadә olunur.
Layda vә quyuda qazlı mayenin hәrәkәt qanunlarının fәrqli olduğuna baxmayaraq,
qәrarlaşmış axında hәr iki hәrәkәt tәnliyndә mayenin vә qazın sәrfi eyni vә quyudibi
tәzyiqi qaldırıcının başmağındakı tәzyiqә bәrabәr olmalıdır (qaldırıcının quyudibinәdәk
endirildiyi nәzәrdә tutulur). «Lay- qaldırıcı» hidrodinamik sisteminin bir üzvünün işindә
dәyişiklik olan kimi, bu dәyişiklik o biri üzvün dә işinә tәsir göstәrir vә bu tәsir,
qәrarlaşmış axın әmәlә gәlәnәdәk davam edәcәkdir.
Quyunun fontanvurma ehtimalının çox olması üçün elә şәrait yaratmaq lazımdır ki,
qazın sәrfinin qiymәti kiçik olsun. Bu isә qalıdrıcının optimal rejimdә vә daha çox dalma
dәrinliyindә işlәdiyi vaxt mümkündür. Qaldıcının optimal rejimi-boruların lazımi
diametrdә olması; әn çox dalma dәrinliyi isә boruların quyudibinәdәk endirilmәsi ilә әldә
edilir.
Neftlә birlikdә su verәn quyularda qaz amili adәtәn neftә nәzәrәn hesablanılır, yәni
qaz amilini tapmaq üçün quyudan çıxan gündәlik qaz hasilatı gündәlik neft hasilatına
bölünür.
Fontanvurma zamanı neftdәn qazın ayrılması nәticәsindә neft vә mayenin xüsusi
çәkisi azalacaqdır.

Fontan qaldırıcısıının hesablanması və işinin


səmərəsinin yüksəldilməsi

Fontan qaldırıcısının hesablanması-onun diametri, uzunluğu vә mәhsuldarlıgının,


elәcә dә dәrinlik üzrә tәzyiqin dәyişmәsinin müәyyәn edilmәsidir.
Çoxsaylı tәdqiqatlar göstәrir ki, qaldırıcının uzunluğu boyunca temperaturun
dәyişmәsinin qazın ayrılmasına vә sürtünmәyә tәsirini nәzәrә almamaq olar. Ağır
neftlәrin fontanvurması halı istisnalıq tәşkil edir.
Neftin sıxılığı ilә nisbәtdә qazın sıxlığı çox az olduğundan qazın xüsusi çәkisi üçün
ifadәni aşağıdakı kimi yazmaq olar:

γq =γn (1+ φ)

Burada φ-verilmiş en kәsik sahәsindә sәrbәst qazın hәcm qatılığı; γ - neftin xüsusi
çәkisidir.
Qeyd etmәk lazımdır ki, suneft qarışığı olan quyuda hidrostatik tәzyiqin
hesablanmasında, mәsәlәn, quyuağzı tәzyiqinә әsasәn quyudibitәzyiqinin
hesablanmasında yalniz su vә ya qazın hәcm qatılıqları deyil, hәm dә axının hansı
strukturunun olması vacibdir. Belә ki, aşağı hәrәkәt edәn axında eninә miqrasiya olduğu
üçün, su quyu divarı boyunca toplana bilәr vә bunun nәticәsindә isә quyudibi tәzyiqi en
kәsik sahәsi üzrә qarışığın orta sıxlığı ilә müәyyәn edilmәyәcәkdir.Digәr misal kimi, qum
tәzahğrü olan quyularda tәzyiqin hesablanmasını göstәrmәk olar. Quyu dayandırıldıqda
qum onun aşağı hissәsinә çökür. Bu, hidrostatik tәzyiqin azalmasına gәtirib çıxara bilәr,
çünki, quyuda yuxarıda yerlәşәn maye sütunundan yaranan yükün bir hissәsini çökmüş
qum hissәciklәri sğxur skeleti kimi öz üzәrinә götürәcәkdir.
Fontan borularında qaz-maye qarışığı hәrәkәt etdikdә sürtünmәyә sәrf olunan tәzyiq
itkisi, bircinsli mayenin hәrәkәti zamanı yaranan tәzyiq itkisindәn çoxdur. Buna
baxmayaraq, әdәdi qiymәtlәndirmәlәr göstәrir ki, borularda neft-qaz qarışığının hәrәkәti
zamanı sürtünmәyә sәrf olunan tәzyiq itkisi, qaldırıcının uzunluğu boyu (başmaq ilә
quyuağzı mәsafә) ümumi tәzyiq düşgüsünün bir neçә faizini tәşkil edir. Ona görә dә bu
itkilәri nәzәrә almamaq olar.
Fazaların sürüşmәsi vә sürtünmә itkilәrinin nәzәrә alınmadığı halda qardırıcı-ideal
qaldırıcı adlanır. Fazaların sürüşmәsinin nәzәrә alınmaması vә ya sıfra bәrabәr olması
maye vә qazın eyni sürәtlә hәrәkәt etmәsi demәkdir. Eyni zamanda qeyd etmәk lazımdır
ki, sürtünmә itkilәrinin kiçik olmasına baxmayaraq, bәzi hallarda onun nәzәrә alınması
vacibdir. Mәsәlәn, laya olan depressiyanın müәyyәn edilmәsindә bu amil hökmәn nәzәrә
alınmalıdır, çünki laya olan depressiyanın özünün qiymәti adәtәn 1-2 MPa-dan çox
olmur. Quyudibi tәzyiqinin müәyyәn edilmәsindә dә bu itkilәr nәzәrә alınmalıdır.
Mәsәlәn, texnoloji şәraitә görә quyudibi tәzyiqi doyma tәzyiqindәn az olduqda
sürtünmәyә sәrf olunan tәzyiq itkilәrinin nәzәrә alınmaması, quyudibi әtrafı sahәdә
axının faza vәziyyәtinin dәyişmәsinә gәtirib çıxara bilәr.
Fazaların sürüşmәsi sıfırdan fәrqli, sürtünmә itkilәrinin isә sıfra bәrabәr olduğu halda
qaldırıcı yarımideal qaldırıcı adlanır. Fazaların sürüşmәsi vә sürtünmә itkilәrinin sıfırdan
fәrqli olduğu halda qaldırıcı real qaldırıcı adlanır. Fontan quyusunun gövdәsindә maye
qalxan zaman fazaların qismәn ayrılması, borunun divarında «qaz yastığının» әmәlә
gәlmәsi müşahidә olunur. Buna Seqre-Zilberberq effekti dә deyilir. Bu hadisәnin sәbәbi
aşağıdakı kimidir:
Borunun radiusu üzrә qarışığın sürәtinin qeyri-bәrabәr profilә malik olması ona gәtirib
çıxarır ki, profilin müxtәlif nöqtәlәrindә qaz qabarcığının sürәti müxtәlif olur. Qaz
qabarcığı mayeyә nisbәtәn sürәtlә hәrәkәt etdiyi üçün, borunun divarına tәrәf yönәlmiş
sәthdә sürәt, borunun mәrkәzindә yerlәşәn hissәdә olan sürәtdәn böyük olur. Ona görә
dә borunun oxundan divarına tәrәf istiqamәtlәnәn tәzyiq düşgüsü әmәlә gәlir.
Yaranan tәzyiq düşgüsünün tәsiri altında qaz qabarcıqlarının miqrasiyası baş verir vә
nәticәdә borunun divarında qaz qabarcıqları toplanaraq divaryanı qaz tәbәqәsi әmәlә
gәtirir ki, bu tәbәqә dә sürtünmә itkilәrini kәskin aşağı salır. Qeyd olunan effekt göstәrir
ki, fontan qaldırıcısının işinin sәmәrәsinә axının hidrodinamik xüsusiyyәtlәri әhәmiyyәtli
dәrәcәdә tәsir edir. Ona görә dә axının hidrodinamik xarakteristikalarını dәyişmәklә
fontan qaldırıcısının parametrlәrini tәnzimlәmәk olar. Qaz qabarcığının mayeyә nisbәtәn
sürәti nә qәdәr kiçik olarsa, quyunun lazım olan debitinin tәmin edilmәsi vә fontan
qaldırıcısının daha sәmәrәli işlәmәsi mәqsәdilә quyudibinә olan әks tәzyiqin azalması
üçün daha az qaz tәlәb olunur. Hәqiqәtәn dә quyudibinә olan әks tәzyiq qarışığın xüsusi
çәkisi ilә müәyyәn olunur.
Qaldırıcının iş sәmәrәsinin yüksәldilmәsi üsullarından biri maye axınının burulması
(fırlanması) ola bilәr. Mәlumdur ki, bütün digәr şәraitlәr eyni olduqda, fırlanan mayedә
qaz qabarcığının mayedәn keçәrәk üzәçıxma sürәti, qaz qabarcığının sükunәtdә olan
mayedәn keçәrәk üzәçıxma sürәtindәn azdır. Mәsәlәn, qaz qabarcığının şaquli ox
әtrafında 30 dәq- 1 sürәti ilә fırlanan su tәbәqәsini keçәrәk üzәçıxma sürәti, qaz
qabarcığının sükunәtdә olan su tәbәqәsindәn keçәrәk üzәçıxma sürәtindәn 15 dәfә
kiçikdir. Bu o demәkdir ki, dәyişilmәyәn özlülükdә mayenin fırlandırılması müqavimәtin
15 dәfә artmasına sәbәb olur. Fırlanmanın bucaq sürәtini dәyişmәklә qaz qabarcığının
nisbi üzәçıxma sürәtini vә demәli, fontan (hәm dә qazlift) qaldırıcısının işini tәnzimlәmәk
olar.
Fontan quyusunun gövdәsindә qaz-maye qarışığının hәrәkәtinin hesablanma üsulları,
qazın neftdәn ayrılması prosesinin termodinamik tarazlıq şәraitlәrindә baş vermәsi
ehtimalına әsaslanır. Əslindә isә quyu gövdәsindә qazın ayrılması prosesi qeyri-tarazlıqlı
şәraitdә baş verir. Fontan qaldırıcısının işinә qazın ayrılmasının qeyri-tarazlıqlı olmasının
әhәmiyyәtli dәrәcәdә tәsiri vardır.
Fontan qaldırıcısında qaz-maye qarışığının qaldırılması zamanı fazalarınn çevrilmәsindә
baş verәn proseslәrin mürәkkәbliyini nәzәrә almaq vacibdir. Quyunun aşağı hissәsindә
qaz qabarcıqlarının ölçülәri kiçik olduğu üçün demәk olar ki, kontakt qaz ayrılması baş
verir vә bu zaman hәrәkәtin nisbi sürәtlәri kiçik olur, quyunun yuxarı hissәsindә isә
diferensial qaz ayrılması yaranır. Bundan başqa quyu gövdәsi boyu hәrәkәt edәn maye
hәcmindә tәzyiqin azalma tempi dәyişir. Qaldırıcıda faza çevrilmәlәri prosesinә
çoxkomponentli karbohidrogen sisteminin tәrkibi әhәmiyyәtli dәrәcәdә tәsir edә bilәr.
Qaz fazasının tәrkibinin dәyişmәsi tarazlıq halında әlavә sapmalara sәbәb ola bilәr.
Qazın neftdәn ayrılması prosesinә bütün amillәrin birgә tәsirinin nәzәrә alınması çox
mürәkkәbdir vә tәcrübi tәdqiqatlarda çoxsaylı xüsusi tәcrübәlәrin aparılması vacibdir.
Karbohidrogen qarışığının faza çevrilmәlәrinin hesablanması zamanı termodinamik
tarazlıq şәraitinin yerinә yetirilmәsi fәrz edilir, yәni, xarici şәraitin dәyişmә sürәti,
müvafiq relaksasiya müddәti ilә müәyyәn olunan fazalararası mübadilә sürәtlәrindәn
әhәmiyyәtli dәrәcәdә azdır. Əslindә isә aparılmış tәcrübi tәdqiqatların nәticәsinә görә,
neft, qaz vә kondensat hasili vә nәqlinin bir sıra texnoloji proseslәrindә mәhz qeyri-
tarazlıqlı şәrait reallaşır.Tarazlıqlı faza çevrilmәlәri proseslәrindә neftdә hәll olmuş qazın
miqdarı sabit temperatur halında yalnız tәzyiqdәn asılıdır, yәni tәzyiq tәdricәn azaldıqca,
hәll olmuş qazın miqdarı dәyişir. Tәzyiqin tәdricәn, yәni yavaş-yavaş azalması deyildikdә
onun elә dәyişmә xarakteri başa düşülür ki, bu zaman dp/dt=0 olur. Əgәr belә şәrait
olmursa, onda hәll olmuş qazın miqdarı yalnız tәzyiqin qiymәtindәn deyil, hәm dә
tәzyiqin dәyişmә xarakterindәn asılıdır. Qeyri-tarazlıqlı faza çevrilmәlәri mәsәlәlәrinin
hәlli, termodinamik tarazlıq şәraiti üçün çevrilmәlәrdә olduğundan çox çәtindir. Bu hәr
şeydәn әvvәl real sistemlәrin mürәkkәb tәrkibi vә çoxlu sayda parametrlәrin
kinetikasının hesablanılması zәrurәtinә görәdir. Qeyri-tarazlıqlı faza çevrilmәlәri üçün
identifikasiyanın adaptasiya üsullarının tәtbiqini nәzәrdәn keçirәk. Bu, zaman real
karbohidrogen sistemlәri mayenin qazda hәll olması nәzәrә alınmadan binar model ilә
modellәşәcәkdir.
Yüksәk özlülüyә malik neftin qaldırılmasında fontan qaldırıcısının әsas hesabat
xüsusiyyәtlәrini nәzәrdәn keçirәk. Belә neftlәr yüksәk özlülükdәn başqa, kiçik ilkin qaz
amilinә malik olurlar. Bu, ona gәtirib çıxarır ki, qaldırıcıda sürtünmә itkilәri, quyudibi vә
quyuağzı tәzyiqlәri arasında olan ümumi tәzyiq düşgüsü ilә müqayisә edilә bilәr. Neft
quyu gövdәsi boyunca qalxdıqca onun temperaturu azalır, neftin özlülüyü vә әlavә
hidravlik müqavimәtlәr artır. Ona görә dә fontan qaldırıcısını hesablayan zaman
borularının uzunluğu üzrә temperaturun dәyişmәsini nәzәrә almaq lazımdır. Bu, fontan
borularında qarışığın hәrәkәti vә әtraf mühit ilә istilik mübadilәsi tәnliklәrinin birgә hәlli
ilә әldә olunur. Yüksәk özlülüyә vә kiçik qaz amilinә malik neftin qaldırılması zamanı
fontan qaldırıcısının digәr xüsusiyyәti, qazın neftә nәzәrәn sürüşmәsinin demәk olar ki,
olmaması vә qaz qabarcıqlarının axında koaqulyasiyasının çox az olmasıdır. Bunun
nәticәsindә qaldırıcının aşağı hissәsindә yaranan kvazihomogen axın strukturu bütün
uzunluq boyu saxlanılır. Ona görә dә bütün hesabatlar, belә qarışığın parametrlәrinә
ekvivalent olan bircinsli maye üçün aparılır. Real şәraitlәrdә fontan vә qazlift
qaldırıcısının işi, baxılan sxemdә nәzәrdә tutulmayan bir sıra amillәrә görә
mürәkkәblәşir. Mәsәlәn, en kәsiyindә qazın bәrabәr paylanması qәbul edilir. Ancaq,
şaquli maye axınında qaz qabarcıqlarının hәrәkәti zamanı kәsik üzrә qazın
qabarcıqlarının konsentrasiyasının yenidәn paylanmasına gәtirәn miqrasiya baş verir.
Qaldırıcının istismar xüsusiyyәtlәrinә onun qeyri-dayanıqlı rejimlәrdә işlәmәsinin
mümkünlüyünü aid etmәk olar. Bu zaman parametrlәr sabit qalmayaraq zamandan asılı
tәkrarlanan kifayәt qәdәr güclü dәyişikliklәrә mәruz qalır. Parametrlәrin müvәqqәti
rәqslәrinin sәbәblәri müxtәlif ola bilәr: mәsәlәn, neft vә qazın quyu gövdәsindә vaxtaşırı
toplanması. Avtorәqslәrin yaranmasını әks etdirәn şәffaf model kimi «tantal qabını»
göstәrmәk olar.
«Tantal qabı»nın sxemi.
Tutaq ki, A borucuğu vasitәsilә qaba su daxil olur, bu zaman suyun sәviyyәsi qabda
qalxır. Suyun sәviyyәsi H hündürlüyünә çatdıqda, B borucuğu ilә qabdan axmağa
başlayır. Sifon effektinә görә bu proses suyun sәthinin h sәviyyәsinә düşmәsinә qәdәr
davam edir. Bundan sonra suyun qabdan axması dayanır vә sәviyyә yenidәn artmağa
başlayır. Belәliklә, suyun qaba fasilәsiz daxil olması ilә onun sәviyyәsi vaxtaşırı dәyişir.
Tantal qabında maye sәviyyәsinin rәqslәrinin periodu yalnız sistemin özünün
parametrlәri ilә müәyyәn edilir vә qabın dolması vә boşalması zaman müddәtlәrinin
cәminә bәrabәrdir. Çıxış borusunun diametri kifayәt qәdәr böyükdürsә, suyun boşalma
müddәti çox az olur vә rәqslәrin periodu tәxmini olaraq aşağıdakı düstur ilә müәyyәn
edilir:

Burada D - qabın diametri; Q - A borucuğu ilә daxil olan suyun sәrfi; H vә h - borunun
parametrlәridir.
Fontan vә qazlift qaldırıcısının işinin daha keyfiyyәtli tәhlili üçün lay vә quyunun
müştәrәk işlәrini aşağıdakı modeldә nәzәrdәn keçirәk. Qeyri -mәhdud ölçülü A
rezervuarında p sabit tәzyiqi altında birfazalı maye yerlәşir. A rezervuarından maye Qm
sәrfi ilә B rezervuarına daxil olur, burada tәzyiq p(t)< p1_ dir. Bu halda qaz mayedәn
ayrılır. B rezervuarı V hәcminә malikdir.

Quyu və layın birgə İş sxemi


B rezervuarından maye vә qaz azad ( boş) fәzaya daxil olur.
Belәliklә,A rezervuarı-lay modelini,B rezervuarı quyunu әks etdirir.

Fontan quyusunun iş rejiminin müəyyən edilməsi və tənzimlənməsi

Yuxarıda qeyd edildiyi kimi quyuların optimal rejimlә tәbii fontanvurması, layın tәbii
enerjisi hesabına olduğu üçün daha sәmәrәlidir. Neft yatağının lay tәzyiqinin saxlanması
ilә işlәnmәsi şәraitindә süni surәtdә fontanvurma üstünlük tәşkil edir. Bu halda enerjinin
maksimal istifadәsi, nәinki arzu edilәndir,hәtta çox zәruridir-bu da lay tәzyiqinin
saxlanması (LTS) sisteminin çatışmazlıqları ilә, birinci növbәdә kiçik faydalı iş әmsalı ilә
bağlıdır.
Fontan quyusunun texnoloji iş rejiminin müәyyәn edilmәsi deyildikdә, fontan
qaldırıcısının işinin parametrlәrinin elә qiymәtlәrinin seçilmәsi başa düşülür ki, bu zaman
seçilmiş parametrlәr axın tәnliyinә – Q=K(PL-Pq.d.)n әsasәn uyğun quyudibi tәzyiqindә
yer sәthindә nәzәrdә tutulmuş debitin alınmasını tәmin etsin. Quyuya axın nöqteyi-
nәzәrindәn nәzәrdә tutulmuş debit hasilat norması hesab olunur. Hasilat norması,
yatağın rasional istismar şәrtlәrilә yolverilәn (yerin tәkinin mühafizәsi nәzәrә alınmaqla)
vә quyunun mәhsuldar xarakteristikası ilә tәmin edilәn maksimal debitdir. Mәhsulun yer
sәthinә qaldırılması nöqteyi-nәzәrindәn yatağın rasional işlәnmәsi vә qaldırıcının rasional
istifadәsi tәlәblәrinin yerinә yetirilmәsi halında quyudan alınan nәzәrdә tutulmuş
maksimal debit, neft hasilatının texniki norması vә ya optimal debit adlanır. Nәzәrdә
tutulmuş debitin vә ya quyudibi tәzyiqinin qiymәti işlәnmә layihәsi ilә müәyyәn edilir vә
yatağın sonradan öyrәnilmәsi vә işlәnmә şәraitinin dәyişmәsilә dәqiqlәşdirilir. Quyuların
texnoloji iş rejimlәri indikator diaqramı vә tәnzimlәyici әyrilәrin qurulması ilә müәyyәn
edilir.
Çıxarılan mayenin miqdarından asılı olaraq bütün quyular mәhdud vә qeyri-mәhdud
hasilatlı iki qrupa bölünür. Quyuların hasilatını geoloji-texnoloji vә texniki amillәr
mәhdudlaşdırır. Geoloji-texnoloji amillәrә mәhsuldar layın suxurlarının möhkәmlik
dәrәcәsini (layın dağılması vә qumun çıxarılması); daban suyunun vә layın yüksәk
hissәsindә qazın mövcudluğu sәbәbindәn su vә qaz konuslarının әmәlә gәlmә
mümkünlüyünü; laydan qazın neftdәn ayrılması vә bu zaman neft vermәnin azalmasına
yol vermәmәk mәqsәdilә şәrtinin tәmin edilmәsinin zәruriliyini; qaz basqısı vә hәll olmuş
qaz rejimlәrindә bütövlükdә lay üzrә çıxarılan suyun hәcminin mәhdudlaşdırılması vә
orta qaz amilinin azaldılmasını; su-neft vә qaz-neft konturlarının bәrabәr hәrәkәtinin
tәmin edilmәsi su vә qazın neftli hissәyә daxil olmasının qarşısının alınmasının
vacibliyini aid etmәk olar. Texniki amillәrә isә qoruyucu kәmәrin möhkәmliyinin az
olması vә quyudibi tәzyiqinin әhәmiyyәtli dәrәcәdә azaldılması halında onun әzilmәsi
(әyilmәsi); istismar avadanlığının (separatorlar, neftin hazırlanması qurğuları) gücünün,
yәni buraxma qabiliyyәtinin mәhdud olması vә s. aiddir.
Fontan istismarında aşağıdakı meyarlar da nәzәrә alınmalıdır
1.Fontanvurmanın minimal quyudibi tәzyiqi; 2.Minimum qaz amili; 3.Pulsasiyanın
(döyünmәlәrin) baş verә bilәcәyi rejimin yaranmasına yol verilmәmәsi (pulsasiya
hadisәsi fontanvurmanın dayanmasına vә qumun çökmәsi üçün şәraitin yaxşılaşmasına
sәbәb ola bilәr). Pulsasiya hadisәsi boruarxası fәzada qazın toplanması vә bu qazın
boruların başmağındakı tәzyiqin doyma tәzyiqindәn kiçik olması şәraitindә nasos-
kompressor borularına daxil olması nәticәsindә baş verә bilәr. Pulsasiyanı azaltmaq vә
ya lәğv etmәk üçün başmaqdan 30-40 m mәsafәdә NKB-nin muftasında diametri bir
neçә millimetr olan işçi deşiklәr yaratmaq, deşiklәrin әvәzinә qazlift klapanları qoymaq,
NKB-nin başmağını qıf vә ya 0,1-0,2 MPa tәzyiq düşgüsü yaradan quyudibi ştuseri ilә
tәchiz etmәk, quyunu optimal iş rejimindәn maksimal iş rejiminә keçirmәk vә ya
boruarxası fәzanı pakerin kömәyi ilә tәcrid etmәk lazımdır. Bәzәn vә ya qrafik asılılığı
qurulur vә Pq.d =minimum vә ya Q=maksimum rejimi seçilir. Belәliklә, geoloji-
texnoloji vә texniki amillәr quyunun hasilatını şәrtlәndirәn quyudibi tәzyiqinin qiymәtini
mәhdudlaşdırır. Bәzәn quyularda qeyri-mәhdud debit tәyin edilә bilәr, ancaq quyuların
fontanvurma halında belә şәrait demәk olar ki, olmur; belә ki, quyudibi tәzyiqi,
fontanvurmanın minimal quyudibi tәzyiqindәn kiçik ola bilmәz.
Fontan quyusunun iş rejimi müәyyәn edilәn zaman qaldırıcının işi ilә layın işinin әlaqәli
olduğu göstәrilmәlidir. Bu nöqteyi-nәzәrdәn qazlı mayenin quyuda hәrәkәtini ifadә edәn
düsturların layın işi ilә әlaqәlәndirilmәsi xüsusilә vacibdir. Əslindә quyu ilә lay bir
hidrodinamik sistem tәşkil edir vә qaldırıcının başmağında tәzyiqin dәyişmәsi quyudibi
tәzyiqinin dәyişmәsinә, bu da öz növbәsindә laydan quyuya gәlәn maye vә qaz
hasilatının dәyişmәsinә sәbәb olur. Demәli, qaz-maye qarışığının quyuda vә layda
hәrәkәtinә ayrılıqda deyil, birlikdә, bir hidrodinamik sistem kimi baxmaq lazımdır.
Fәrz edәk ki, uzunluğu L=1000 m vә diametri d=2,5’’ olan fontan qaldırıcısı süzgәcin
yuxarı dәliyinәdәk endirilmişdir, yәni Pq.d=Pbaş. Mayenin xüsusi çәkisini vahid götürüb,
quyuağzında Pq.a.=0,2 MPa qәbul etsәk müxtәlif dib (başmaq) tәzyiqlәri (Pq.d=3,0-5,0
MPa) üçün Qm=ƒ(Qq) әyrilәrini qura bilәrik. Quyunun tәdqiqi nәticәsindә Qm=ƒ1(pq.d),
Qq=ƒ2(pq.d) asılılığı alınır ki, bu iki asılılıqdan Qm=ψ(Qq) asılılığını qurarıq: son asılılıq
şәkil-dә 1 әyrisi ilә ifadә olunmuşdur. Qm vә Qq-nin hәr bir qiymәtinә müәyyәn bir dib
tәzyiqi uyğun gәlir. Şәrtlәrә görә quyudibi tәzyiqi başmaq tәzyiqinә bәrabәrdir. Bu halda
qaldırıcının başmağında tәzyiqin 4,0 MPa olduğu әyriyә baxaq. Bu әyri 1 әyrisini, maye
vә qazın müәyyәn gündәlik hasilatını әks etdirәn elә bir nöqtәdә kәsir ki, hәmin nöqtәdә
dib tәzyiqi 5,15 MPa-dır. Fontan borularının başmağı suzgәcin yuxarı dәliyi sәviyyәsindә
olduğundan p- baş vә pq.d eyni olmalıdır. Qrafikә görә isә pbaş=4,0 MPa, pq.d=5,15
MPa-dır. Demәli, qaldırıcı pq.d, pq.a, L vә d-nin qәbul etdiyimiz qiymәtlәrindә işlәyә
bilmәz. Qrafik yolla tapmaq olar ki, qaldırıcının işini göstәrәn әyrilәrdәn yalnız birinin 1
әyrisi ilә kәsişdiyi nöqtәdә pbaş=pq.d şәrti yerinә yetirilir. Hәmin әyri pbaş=4,93 MPa
tәzyiqinә müvafiq olan әyridir (bu әyri şәkildә qırıq xәtlәrlә göstәrilmişdir).

Lay ilə qaldırıcının birğə işi

Göründüyü kimi, pq.a, L vә d-nin qәbul etdiyimiz qiymәtlәrindә quyudibi tәzyiqinin 4,93
MPa tәzyiqinә bәrabәr olduğu vaxt quyu fontan vuracaqdır. Demәli, qaldırıcı ilә layın
birgә işi dedikdә qaz-maye qarışığının qaldırıcıda vә layda hәrәkәtini ifadә edәn
tәnliklәrin birlikdә hәll edilmәsi nәzәrdә tutulur.
Fontan quyusunun iş rejiminin seçilmәsi vә tәnzimlәnmәsi quyu dibinә gәlәn enerjinin
tәlәb olunan enerjidәn nә qәdәr artıq olmasından asılıdır. Əgәr enerji artığı çoxdursa,
onda mәsәlә, quyu dibindәki enerjinin bütünlüklә quyuda sәrf olunmasına yol
vermәmәkdәn, әgәr enerji artığı azdırsa, onda mәsәlә, quyudibindәki enerjidәn
qaldırıcıda mümkün qәdәr tam istifadә etmәkdәn ibarәtdir. Fontan vurmanın ilk
dövründә laydan gәlәn mayenin enerjisi qaz amilinin minimum qiymәtindә belә onu yer
üstünә çıxarmağa tәlәb olunan enerjidәn xeyli çox olur. Əgәr hәmin enerji artığı
qaldırıcıda sәrf edilәrsә maye qarışığının sürәti elә bir dәrәcәyә çatar ki, sürtünmә
itkisinә sәrf olunan әlavә enerji hәmin enerji artığını uda bilmәz. Sürәti vә quyunun
hasilatını çoxaltmaq yolu ilә dә artırmaq olar ki, bu zaman da alınmış hasilat quyunun
yol verilәn hasilatını keçәr vә quyunun iş rejimi pozulmuş olar. Quyunun iş rejimini
pozmamaq vә müәyyәn edilmiş hasilatı almaq üçün laydan quyudibinә gәlәn enerjinin
qaldırıcıda sәrf olunmasını tәnzimlәmәk lazımdır. Müәyyәn vaxtdan sonra enerji artığı
azalır vә elә bir an gәlib çatır ki, laydan daxil olan enerjinin hamısı mayenin
qaldırılmasına sәrf olunur. Bu zamana kimi quyuağzında әks tәzyiq minimuma, tәxminәn
0,1 MPa tәzyiqinә endirilir vә enerji artıqlığı sıfra bәrabәr olur. Bundan sonra mayenin
qaldırılması üçün lay enerjisi kifayәt etmir vә yer sәthindәn әlavә enerji verilmәsi, yәni
fontan istismar üsulundan mexaniklәşdirilmiş istismar üsuluna keçmәk lazım gәlir.
Qaldırıcıda enerjinin işlәdilmәsi, ya quyuağzında әks tәzyiq yaratmaqla, ya da
qaldırıcının başmağında tәzyiq düşgüsünә sәbәb olmaqla tәnzimlәnә bilәr.
Quyuağzındakı әks tәzyiqi vә ya başmaqdakı tәzyiq düşgüsünü dәyişdirmәklә
quyudibinә düşәn tәzyiq vә bunun nәticәsindә laydan gәlәn maye vә qazın miqdarı
tәnzimlәnmiş olur. Quyuağzında vә ya başmaqda tәzyiq düşgüsü atqı xәttindә, yaxud
başmaqda ştuser adlanan diafraqma qoymaqla әldә edilir. Difraqmanın maye keçәn
kәsiyini dәyişmәklә onun әmәlә gәtirdiyi tәzyiq düşgüsü dә dәyişir vә bu da quyunun iş
rejiminә tәsir edir. Ştuserin diametrini dәyişmәklә quyuda hidrodinamik tәdqiqat işlәri
aparılır (ştuserin diametrini elә dәyişmәk lazımdır ki, yeni rejimdә hasilat ondan
әvvәlkindәn tәqribәn 20%-ә qәdәr fәrqlәnmiş olsun).
Quyuların texnoloji rejimini tәyin edәrkәn mühüm kәmiyyәt kimi qaz amilinin qiymәti,
yaxud suyun, ya da qumun faizi götürülür. Odur ki, quyunun texnoloji rejimini tәyin
edәrkәn bu mәsәlәlәr kompleks şәkildә nәzәrdәn keçirilmәlidir. Burada qaz amili, su vә
qumun minimal olması ilә yanaşı, gündәlik neft hasilatının miqdarına da xüsusilә fikir
verilir.
Qeyd edildiyi kimi, quyuların optimal debitlә fontan vurması tәbii enerji hesabına baş
verdiyindәn, daha üstün hesab edilir. Lay tәzyiqinin saxlanması (LTS) ilә neft
yataqlarının işlәnilmәsindә süni fontan vurmaya daha çox üstünlük verilir. Bu halda
enerjidәn maksimal istifadә birinci dәrәcәli mәsәlәdir, bu isә LTS sisteminin
çatışmazlıqları vә birinci növbәdә, aşağı faydalı iş әmsalı ilә әlaqәdardır. Fontan vuran
quyunun optimal iş rejiminin müәyyәn edilmәsi mәqsәdilә onun bir neçә qәrarlaşmış
rejimlәrdә işi zamanı tәdqiqat aparılır; mәlumatın bir hissәsi indikator diaqramının
qurulması üçün istifadә edilir. Fontan quyularının avadanlıqları dәrin hidrodinamik
tәdqiqatların bütün növlәrini, o cümlәdәn sistemin istәnilәn növ standart fontan
armaturunda quraşdırılan ştuserin keçid diametrinin dәyişmәsi ilә tәnzimlәnәn müxtәlif
iş rejimlәrindә dәrinlik nümunәlәrinin götürülmәsini asanlıqla yerinә yetirmәyә imkan
verir.
Bu halda ölçülәn parametrlәr aşağıdakılardır:
- quyunun debiti - Q, (/sut, t/sut);
- quyudibi (lay) tәzyiqi - Pquyudibi (Play), MPa;
- ştuserin diametri - dşt., mm;
- quyuağzında tәzyiq - Pquyuağzı, MPa;
- boruarxası fәzada tәzyiq - Pboruarxası, MPa;
- qaz amili - G0, (/t);
- mәhsulun sulaşması B, (%);
- mәhsulda mexaniki qarışıqların (qumun) miqdarı M, (kq/ vә ya kq/t);
- parafinin (qatran, asfalten) miqdarı, P ( kq/t);
- neftin vә suyun sıxlığı, neftin vә suyun özlülüyü vә s.
Bundan әlavә, tәdqiqat prosesindә quyunun hәr bir iş rejimindә tәzyiq vә temperaturun
quyunun uzunluğu boyu paylanma әyrilәri, axın profillәri qeyd edilir, müxtәlif
dәrinliklәrdәn mәhsul nümunәlәri götürülür.
Fontan quyusunun müәyyәn edilmiş rejiminә nәzarәt-onun debitinә, hәmçinin
quyuağzı vә boruarxası tәzyiqlәrin qiymәtlәrinә görә hәyata keçirilir. Quyunun
uzunmüddәtli işi prosesindә hәm layın drenaj olunan hәcmindә axının süzülmә şәklinin
dәyişmәsi ilә, hәm dә quyunun özündә quraşdırılan avadanlıqda baş verәn pozuntular
ilә әlaqәdar müәyyәn dәyişikliklәrin baş vermә ehtimalı qanunauyğundur. Optimal
rejimin yaradılması üçün quyuağzı ştuserin diametrini dәyişmәklә tәdqiqat işlәri aparılır.
Hәr dәfә ştuserin yeni diamertinә uyğun neft vә qaz hasilatı ölçülür, qaz amili müәyyәn
edilir vә onların dәyişmә qrafiki qurulur .

Ştuserin diametri

Optimal rejimdə ştuserin diametrinin seçilməsi.


Bu şәkildә qaz amilinin minimal qiymәtinә uyğun neft vә qaz hasilatları quyunun
optimal rejimdә hasilatları hesab olunur.
Bir sıra hallarda, qazlı maye axınını trap adlandırılan qurğuya yönәltmәklә quyu ağzında
әks tәzyiq yaradılır. Trapda qaz neftdәn ayrılır vә bununla yanaşı müәyyәn qәdәr yüksәk
tәzyiq saxlanılır. Belәliklә, fontan qaldırıcısının işi sxematik olaraq aşağıdakı kimidir:
Fontan boruları quyuya süzgәcәdәk endirilir, axının yalnız mәrkәzi borularla hәrәkәt
etmәsi üçün, quyunun üstündә boruarxası fәza bağlanılır. Laydan neftlә birlikdә sәrbәst
qaz gәlәrsә, qaz boru arxasına da keçir-orada yığılıb çoxalır vә tәzyiq get-gedә artmağa
başlayır. Boru arxasında әvvәlcәdәn maye vardırsa, qaz hәmin mayeni fontan
borularının başmağından qaldırıcının içәrisinә sıxışdırır. Bu proses boru arxasındakı maye
tamamilә qaldırıcıya sıxışdırılana qәdәr davam edir. Bundan sonra laydan gәlәn qaz
bütünlüklә qaldırıcıya yönәlir. Demәli, laydan neftlә birlikdә sәrbәst qaz gәlәn zaman
quyuağzında boru arxasından qaz buraxılmasza, quyuda axın qәrarlaşdıqda boruarxası
fәza bütünlüklә qazla dolacaq vә bu zaman hәmin fәzada quyu üstünә tәzyiq (daha
doğrusu qazın çәkisini nәzәrә almasaq) tәqribәn qaldırıcının başmağındakı tәzyiqә
bәrabәr olacaqdır. Bu tәzyiqin qiymәti bәzәn yüksәk olduğundan bir sıra hallarda quyu
üstündә qoyulmuş fontan armaturuna duşәn qüvvәni azaltmaq mәqsәdi ilә boru
arxasındakı qaz vaxtaşırı buraxılır.
Fontan quyusunun danışdığımız qaydada işlәmәsi sxematik olaraq şәkil - dә
göstәrilmişdir.
Quyu dibinə sərbəst qaz gələn zaman fontan
quyusunun iş sxemi
Bu halda başmaq tәzyiqini aşağıdakı ifadәdәn tapmaq olar:

Burada pb.a – quyu ağzında boruarxası tәzyiq, atm ilә; e-natural loqarifmin әsası; γq -
qazın havaya nәzәrәn nisbi çәkisidir.
Quyudibi tәzyiqinin qazın neftdә doyma tәzyiqindәn yüksәk olduğu halı, yәni laydan
quyuya tәkcә mayenin daxil olduğu halı nәzәrdәn keçirәk. Bu halda qazın boruarxası
fәzaya keçmәsi üçün şәrait olmadığından, orada yalnız maye yığılacaqdır. Maye
sütununun yüksәkliyi isә boruarxası fәzanın yuxarı hissәsindәki qazın tәzyiqindәn asılı
olacaqdır.

Dib təzyiqi qazın neftdə tam həll olması təzyiqindən yüksək olan zaman fontan quyusunun
işləməsi sxemi.

Fontan quyusunu tәnzim etmә üsullarını muqayisә edәk.


Əvvәlcә quyu ağzında tәzyiq vә başmaqda müqavimәt yaratmaq yolu ilә tәnzimlәnmәni
araşdıraq. Bunların hәr ikisi layın işinin tәnzimlәnmәsinә eyni dәrәcәdә imkan verir.
Lakin quyunun işi dedikdә tәkçә layın deyil, qaldırıcının da işini nәzәrә almaq lazımdır.
Fontanı quyudibi ştuserlә tәnzim etdikdә lift daha sәlist işlәyir, döyüntülәr çox az olur.
Döyüntülәr adәtәn boruarxası fәzada tәzyiqin vaxtaşırı düşmәsi nәticәsindә baş verir:
boruarxası fәzanın hәcmi böyük olduqda, hәmçinin quyu zәif fontan vurduqda
boruarxası fәzada tәzyiqi bәrpa etmәk üçün daha çox vaxt lazımdır vә döyüntülәr daha
şiddәtli olur.
Quyudibi ştuserin qoyulması qazın boruarxası fәzadan qaldırıcıya birdәn-birә şiddәtlә
keçmәsinә maneçilik törәdir, elә buna görә döyüntülәrin hәm sayı, hәm dә şiddәti
azalır. Quyudibi ştuserinin bundan başqa da üstünlüklәri vardır: ştuser quyuağzında
deyil, quyudibindә qoyulduqda fontan armaturu nisbәtәn az tәzyiq altında işlәmәli olur;
qaz amili böyük vә tәzyiq yüksәk olduqda quyuağzı ştuserindә temperatur şiddәtlә enir,
bәzәn sıfırdan da aşağı düşür vә bunun nәticәsindә fontan armaturunun hissәlәri,
siyirtmәlәr donur. Bu cür quyularda ştuseri quyudibindә yerlәşdirәrkәn orada
temperatur yüksәk olduğundan ştuserdә temperaturun şiddәtlә düşmәsi donmaya
sәbәb olmur.
Saydığımız üstünlüklәrә baxmayaraq quyudibi ştuserinin çatışmayan cәhәtlәri dә
vardır. Mәsәlә burasındadır ki, fontan quyusunu tәnzim etmәkdәn mәqsәd quyunu
optimal rejimdә işlәtmәkdәn ibarәtdir; zaman keçdikcә lay enerjisi, o cümlәdәn lay
tәzyiqi dәyişdiyindәn qaldırıcının iş şәraitini dә dәyişmәk, yәni quyuağzındakı tәzyiqi,
yaxud quyudibindәki yerli muqavimәti dәyişmәk (azaltmaq) lazım gәlir. Quyudibi
ştuserinin maye keçәn dәliyini dәyişmәk isә çox mürәkkәb әmәliyyatdır.
Qeyd edildiyi kimi quyuağzında әks tәzyiq ştuserlә vә ya trap vasitәsilә yaradılır. Əgәr
quyu müntәzәm işlәyirsә, әks tәzyiqin bu iki üsuldan hansı vasitә ilә yaradıldığının heç
bir fәrqi yoxdur. Enerjidәn istifadә edilmәsi nöqteyi-nәzәrindәn üstünlük trapdadır, buna
görә fontan quyusundakı enerji artığından istifadә etmәk mümkün olan yerlәrdә quyu
ağzında әks tәzyiqi trap ilә yaratmaq lazımdır. Lakin tәkçә trapla tәnzimlәmә hәmişә
müyәssәr olmur, belә ki, bәzi hallarda quyuağzı tәzyiq trapın işlәk tәzyiqindәn yüksәk
olur ki, belә hallarda atqı xәttindә tәzyiqi ştuser vasitәsilә müәyyәn hәddә qәdәr
azaltmaq lazım gәlir. Bundan başqa, bәzәn eyni bir trapa iki quyu işlәyir vә buferdәki
tәzyiqi yüksәk olan quyunun atqı xәttindәki tәzyiqi ikinci quyunun tәzyiqinәdәk azaltmaq
lazımdır.
Qazın trapdan göndәrilmәsi zamanı enerjinin saxlanması nöqteyi-nәzәrindәn, tәzyiqin
yığım mәntәqәsindәki tәzyiqә qәdәr trapda, yaxud ştuserdә endirilmәsinin heç bir fәrqi
yoxdur. Əmәli nöqteyi-nәzәrdәn trapda tәzyiqi sabit saxlayıb, qaldırıcının işini ştuserlә
tәnzim etmәk daha münasibdir. Demәli, fontan quyusunun işini trapda tәzyiqi müәyyәn
qiymәtdә saxlamaqla vә yerüstü ştuserin diametrini dәyişmәklә tәnzimlәmәk lazımdır.
Mümkün olan yerdә birinci üsuldan (trapdan) istifadә edilmәli, ikinci üsul (ştuser)
yardımçı vasitә kimi tәtbiq edilmәlidir. Əgәr quyu dibinә gәlәn mayenin enerji artığı çox
deyilsә, fontanvurma müddәtini uzatmaq üçün maye enerjisindәn bütünlüklә istifadә
edilmәlidir. Bu mәqsәdlә quyuya elә ölçüdә fontan qaldırıcısı endirmәk lazımdır ki,
fontanvurmanın axırındakı şәraitdә daha sәmәrәli işlәsin.
Nefti qaldırmaq üçün lay enerjisindәn sәmәrәli istifadә etmәk mәsәlәsindә fontan
qaldırıcısı üçün lazımi rejimin tәyin edilmәsi mühüm rol oynayır. Qaldırıcının normal
işlәmәsi üçün quyuya gәlәn neft vә qaz fasilәsiz olaraq qaldırıcıya keçmәlidir. Bu vә ya
digәr komponentin qaldırıcıya fasilә ilә daxil olması qaldırıcının normal rejimini pozur vә
sәmәrәli işlәmәsini azaldır. Bundan başqa, qumlu quyularda qaldırıcının normal
işlәmәsinin pozulması qum tıxacı yaranmasına gәtirib çıxarır.
Aşağı vә yuxarı ucları açıq olan boru kәmәrindәn vә yuxarısı bağlı olan boruarxası
fәzadan ibarәt fontan qaldırıcıları neft vә qazın qaldırıcıya fasilәsiz surәtdә daxil olmasını
tәmin edә bilmir, çünki belә bir quruluşa malik olan qaldırıcının başmağında tәzyiq
dәyişir, bunun nәticәsindә boru arxasındakı qaz qaldırıcıya keçib birdәn-birә
quyuağzından xeyli maye atılmasına sәbәb olur. Bu isә başmaqda tәzyiqin daha çox
düşmәsinә vә boru arxasından qaldırıcıya daha çox qaz keçib hәmin qazın faydalı iş
görmәdәn mayenin içәrisi ilә sürüşәrәk yer üstünә çıxmasına sәbәb olur. Belә bir
şiddәtli tullanışdan sonra quyu bir qәdәr dayanmalı olur, çünki laydan gәlәn qazın
bütünlüklә qaldırıcıya keçmәsi üçün әvvәlcә boru arxasında lazımi tәzyiq yaranmalıdır-
әvvәlcә orada bir müddәt qaz toplanmalıdır. Quyunun mәhsuldarlığı çox olduqca
quyunun dayanması (quyuda lazımi qәdәr qaz vә mayenin toplanması) az sürür vә
quyu, müntәzәm işlәyir; quyunun mәhsuldarlığı az olsa, dayanmalar (qaz vә mayenin
quyuda toplanması) uzun sürür, quyu döyüntülәrlә, vaxtaşırı işlәyir. Belәliklә, boruarxası
fәza qaldırıcı ilә әlaqәdar olduğundan, daha doğrusu orada qaz vaxtaşarı toplanıb
yenidәn qaldırıcıya keçdiyindәn qaldırıcının işinә mәnfi tәsir göstәrir.
Boruarxası fәzanın mәnfi tәsirini aradan qaldırmaq üçün sıxılmış qaz boruarxası
fәzadan qaldırıcıya ya tamamilә buraxılmamalı, ya da qazın şiddәtlә keçmәsinin qarşısı
alınmalıdır. Deyilәnlәri nәzәrә alaraq, başmağının quruluşu dәyişdirilmiş qaldırıcılar
tәtbiq etmәk lazım gәlir. Qaldırıcı borunun başmağında sәrbәst qaz olmadıqda
boruarxası fәza qaldırıcıdan tәcrid olunacaq vә xüsusi quruluşlu qaldırıcılar tәtbiq
etmәyә dә ehtiyac olmayacaqdır.
Quyudibi ştuserlәrin dәyişdirilmәsi çәtin olduğundan maye hasilatını tәnzim etmәk
üçün onlardan istifadә etmәk mәslәhәt deyil, lakin döyüntülәri azaltmaq üçün quyudibi
ştuseri tәtbiq edilir. Quyudibi ştuserini bu mәqsәdlә işlәtdikdә onu elә seçmәk lazımdır
ki, bütün fontanvurma müddәtindә, onun quyudibindә saxlanılması mümkün olsun.
Quyudibi ştuseri tәzyiq düşgüsünün tәqribәn 2 atm-ә qәdәr olması hesabi ilә seçilir.
Mәdәn tәcrübәsi göstәrmişdir ki, belә bir tәzyiq düşgüsü ilә işlәyәn quyudibi ştuseri
döyüntülәri kifayәt qәdәr azaldır. Demәli, belә bir ştuser heç dә fontan vurmanı tәnzim
etmәk üçün deyil, yalnız döyüntülәri azaltmaq mәqsәdi ilә qoyulur.
Döyüntülәri azaltmaq üçün әn yaxşı vasitә qazla dolmuş boruarxası fәzanı qaldırıcıdan
ayırmaqdır ( bu üsul akademik A.P. Krılov tәrәfindәn tәklif edilmişdir). Nümunә üçün
şәkil -dә qaldırıcının sxemi göstәrilmişdir. Laydan neftlә birlikdә gәlәn sәrbәst qaz qıfın
kömәyilә birbaşa qaldırıcıya yönәldilir, buna görә dә qıflı başmaq qazın quyuya daxil
olduğu yerdәn yuxarıda, yәni süzgәcin üst dәliyindәn yuxarıda durmalıdır. Qazın
boruarxası fәzaya keçmәsi üçün qıfın ölçüsü istismar kәmәrindәn cuzi kiçik olmalıdır.
Belә olduqda boruarxası fәzada dinamik sәviyyәyәdәk olan maye sütunu lap az
qazlaşar.

Fontan quyularınin istismarındakı mürəkkəbləşmələr və bunların aradan


qaldırılması

Fontan quyusunun işindә yaranan mürәkkәblәşmәlәrә aşağıdakılar aiddir:


-quyu dibindә vә qaldırıcı borularda qum tıxacının yaranması;
-quyu dibi ilә nasos-kompressor boruları arasında qumun toplanması;
-quyudibi әtrafı sahәdә, qaldırıcıda vә atqı xәttindә asfalten, qatran vә parafin
çöküntülәrinin әmәlә gәlmәsi;
-sistemin müxtәlif elementlәrindә duzun çökmәsi;
- fontan quyusunun işindә pulsasiyanın yaranması;
-quyuağzı avadanlığının zәdәlәnmәsi nәticәsindә vә ya qrifonların yaranması hesabına
açıq (tәnzimlәnmәyәn) fontan halının yaranması.
Quyuların normal işinin pozulmasını bufer vә boruarxası tәzyiqlәrin dәyişmәsi, elәcә
dә neft debiti, su vә qumun miqdarının dәyişmәsi ilә bilmәk mümkündür.
Fontan üsulu ilә istismar zamanı debit tam kәsilә vә ya azala bilәr.
Fontan quyularında debitin kәsilmәsini aşağıdakı әlamәtlәrә görә bilmәk olar:
a) birinci cәrgә boruların quyruğunda tıxac әmәlә gәldikdә bufer tәzyiqi sıfra qәdәr
düşür, halqavari fәzada tәzyiq azalır, boruarxası fәzada isә tәzyiq yüksәlir (borular
ikiçәrgәli olduqda);
b) ikinci cәrgә borular tutulduqda, bufer tәzyiqi sıfra qәdәr düşür, halqavari vә
boruarxası fәzalarda tәzyiq yüksәlir.
c) kәmәrdә tıxac әmәlә gәldikdә, bufer tәzyiqi sıfra qәdәr düşür vә boruarxası tәzyiq
azalır;
ç) ştuser, trap vә ya atqı xәtti çirklә tutulduqda, bufer vә halqavari fәzalarda (borular
ikicәrgәli olduqda), ya da boruarxası fәzada (borular bircәrgәli olduqda) tәzyiq yüksәlir.
Fontan quyularının debitinin azalmasını isә aşağıdakı әlamәtlәrә görә müәyyәn etmәk
mümkündür:
a) fontan quyusunun rejimi dәyişdikdә, kәmәrdә vә ya kәmәrarxasında tıxac әmәlә
gәldikdә, bufer vә boruarxası fәzada tәzyiqlәr azalır vә qaz amili çoxalır;
b) fontan borularında tıxac әmәlә gәldikdә vә ya qaldırıcı borular parafinlә tutulduqda,
bufer tәzyiqi azalır, boruarxası fәzada isә tәzyiq yüksәlir;
c) ştuser qum hissәciklәri vә ya sementlә qismәn tutulduqda, bufer tәzyiqi yüksәlir vә
ştuserdәn sonra maye şırnağının sәsi artır.
Əgәr boruarxası tәzyiqin düşmәsi qum tıxacının әmәlә gәlmәsi ilә әlaqәdardırsa, onda
quyunu dayandırmadan qum tıxacının tәmizlәnmәsi üsullarını tәtbiq etmәk lazımdır.
Şübhәsiz ki, bu üsullar quyuda mayenin sürәtini artırmaqla әlaqәdar olmalıdır; sürәti
artırmaq üçün maye hasilatı artırılmalı; bunun üçün isә quyudibinә tәzyiq azaldılmalıdır;
son halda bufer tәzyiqini azaltmaq lazım gәlir. Əgәr quyuağzı tәzyiqini aşağı salmaq
lazımi nәticә vermәsә, onda fontan zәiflәyәn zaman quyuda tәzyiqi artırman üçün
quyunu bağlamaq lazımdır. Bu zaman tәzyiq artarsa, demәli, qum tıxacı layı quyudan
ayırmamışdır. Belә ki, quyunu açanda o, şiddәtlә fontan vurmalıdır. Bu halda axın, tıxacı
әmәlә gәtirәn qumu quyuağzına ata bilәr. Bu üsul da kömәk etmәzsә, onda quyudibi
tәzyiqini azaltmaq üçün bufer tәzyiqini aşağı salmaqla yanaşı, halqavarı fәzadan hava vә
ya qaz vurmaq lazım gәlir. Hava yol taparaq quyuağzından çıxanda eyni zamanda boru
arxasına neft vurmaq da yaxşı nәticә verir.
Bütün bu işlәri görәrkәn, neftin vә suyun, mәsәlәn, quyu dibindәn yer üstünә axması
üçün xeyli vaxt lazım gәldiyini yaddan çıxartmaq olmaz (dәrin quyularda bü vaxt
saatlarla ölçülür). Bütün bu üsullar müsbәt nәticә vermәzsә, qum tıxacını tәmizlәmәk,
yaxud yumaq lazımdır. Axında qumun faizi artanda, onu azaltmaq üçün tәdbirlәr
görülmәlidir. Belә ki, quyuda tıxac yaranması vә hәm dә layda böyük boşluq-kaha әmәlә
gәlmәsi nöqteyi-nәzәrindәn qumun çox gәlmәsi tәhlükәlidir (son halda quyunun dibi
uçub kәmәri әzә bilәr).
Quyudibi zonada vә qaldırıcı borularda qum tıxacının yaranması problemi mayenin
kövrәk, zәif sementlәnmiş kollektorlardan süzülmәsi vә ya quuydibi tәzyiqinin hәddәn
artıq çox azaldılması (hәtta yaxşı sementlәnmiş terrigen kollektorlar olduqda) zamanı
baş verir. Qum tıxacının әmәlә gәlmәsinin sәbәbi hidrodinamika nöqteyi-nәzәrindәn
quyu mәhsulunun «quyudibi – qaldırıcının başmağı» intervalında qalxma sürәtinin az
olmasıdır. Qalxma sürәti kifayәt qәdәr olmadıqda (yәni qum dәnәciklәrinin çökmә sürәti
qalxma sürәtindәn çox olduqda) quyuәtrafı zonadan daxil olan qum dәnәciklәri çökәrәk
quyunun dibindә qum tıxacı yaradır. Zaman keçdicә tıxacın ölçülәri vә sıxlığı artır vә bu
da quyunun debitinin azalmasına vә kәsilmәsinә sәbәb olur.
ADNA-nın «Neft yataqlarının işlәnmәsi vә istismarı» kafedrasında qum tıxacının әmәlә
gәlmәsinin yeni mexanizmi işlәnilib hazırlanmışdır. Qum әmәlә gәlmәsi nәticәsindә baş
verәn mürәkkәblәşmәlәr vә quyuların istismarında texniki-iqtisadi göstәricilәrә dәyәn
ziyan әhәmiyyәtli dәrәcәdәdir. Avadanlığın aşılanması çox miqdarda neft itkilәri, tәmir
arası müddәtin az olması vә bununla әlaqәdәr xeyli miqdarda әmәk vә material sәrfi
quyuların istismarı prosesindә qum әmәlә gәlmәnin qarşısının alınması üçün yeni
sәmәrәli tәdbirlәrin işlәnmәsini labüdlәşdirir. Bundan başqa, hәr hansı tәdbirin nәticәsi
onun aparılmasının әsaslandırılmasından asılıdır. Buna görә dә qum әmәlә gәlmәnin
qarşısının alınması mәsәlәlәrinin hәllindә bu prosesi şәrtlәndirәn amillәrin tәyin edilmәsi
vacibdir.
Qum әmәlә gәlmә mexanizmi vә bu prosesә nәzarәt edilmәsi metodlarının
öyrәnilmәsi üzrә aparılmış bir çox tәdqiqat işlәrinin tәhlili aşağıdakı nәticәlәrә gәlmәyә
әsas vermişdir:
-qum әmәlә gәlmәnin әn geniş qәbul olunan sәbәblәrindәn biri, quyudibi zonada
yaradılan depresiyanın (ΔP) kritik qiymәtdәn yuxarı olmasıdır. Qum әmәlә gәlmәsinin
intensivliyi hәmçinin bir sıra başqa fiziki-geoloji vә texnoloji sәbәblәrlә dә әlaqәdardır ki,
bunlardan әn әsası çıxarılan mәhsulun fiziki xassәlәri vә tәrkibidir.
-qum әmәlә gәlmәsinә nәzarәt edilmәsininin tәklif edilәn üsulları әsasәn laylarda orta
kritik parametrlәrin qiymәtlәrinin hәdlәrinin aşılmaması mәqsәdilә onların tәyin
edilmәsinә әsaslanır.
Buna baxmayaraq bәzi elmi әsәrlәrdә belә fikir söylәnilir ki, yaranan depressiyanın
kritik qiymәtdәn çox olması bütün hallarda qum әmәlә gәlmәnin әsas sәbәbi olmur.
Belә ki, bәzi müәlliflәr Azәrbaycanda QLD-nin, süzülmә sürәti 0,0385 m/s vә depressiya
0,9 MPa olduqda yuyulub aparılmağa mәruz qalmasını qәbul etmәklә yanaşı qeyd edirlәr
ki, quyuların istismar tәcrübәsinә görә laydan quyudibinә süzülmәnin (depressiyanın)
kiçik sürәtlәrindә dә qum әmәlә gәlmәsi baş verir.
Yuxarıda qeyd olunanlar quyularda quyudibi zonanın dağılmasına tәsir edәn әsas
amillәrin tәyin edilmәsi istiqamәtindә tәdqiqat işlәrinin aparılmasını әsaslandırdır.
Quyudibiı zonada tәzyiq qradiyentinin (bizә belә gәlir ki, bu parametr ΔP-
depressiyadan daha çox informativdir) kritik hәddәn çox olması amilinin әhәmiyyәtinin
qiymәtlәndirilmәsi göstәrir ki,quyularda quyuәtrafı zonanın dağılması L ΔP hәqiqi tәzyiq
gradiyentinin kritik qiymәtindәn aşağı hallarda baş verir.Bu quyular üzrә çıxarılan
mәhsulun sulaşmasının tәhlili göstәrir ki, sulaşma amilinin qum әmәlә gәlmәsinә tәsirini
birmәnalı söylәmәk olmaz. Belә ki, tәdqiqatlar göstәrir ki, quyularda quyudibi zonanın
dağılma prosesi quyu mәhsulunda suyun olmadığı halda baş verir. Qum әmәlә
gәlmә mexanizminin dәqiqlәşdirilmәsi üçün mәsamәli mühitin «yorğunluqdan»
dağılması hipotezı irәli sürülmüşdür. Bu proses metalların dağılmasında müşahidә edilir.
Bu halda quyudibi zonanın dağılması çox güman ki, ona tәzyiq qradiyentinin müәyyәn
bir qiymәtinin deyil, qradiyentin daha kiçik qiymәtlәrinin dәfәlәrlә tәsirindәn baş verir.
Bu fәrziyyәnin yoxlanılması üçün debitlәrin rәqslәrinin qiymәtlәndirilmәsi nöqteyi-
nәzәrindәn qumlu vә qum tәzahürü olmayan quyuların istismar mәlumatlarının
mәsamәli mühitin yorğunluqdan dağılmaya mәruz qalmasını müәyyәn edәn müqayisәli
tәhlil aparılmışdır. Hasilatın rәqslәrinin tezlik xarakteristikalarının tәhlili üçün spektral
tәhlil aparatından istifadә edilmişdir. Qeyd olunan aparatla hasilatın ölçülәrinә görә
spektral sıxlıq hesablanmış vә onların tezliklәrә görә paylanması tәhlil edilmişdir.
Hasilatın dinamikasında yüksәk tezlikli vә kiçik amplitudlu rәqslәrin olması quyudibiәtrafı
zonada dağ süxurlarının silkәlәnmәsi effektini yaradır ki, bu da öz növbәsindә
yorğunluqdan dağıdılmaya vә laydan qumun çıxarılmasına gәtirib çıxarır.Belәliklә,
debitlәrin rәqslәrinin tezlik xarakteristikalarının tәhlili vә aparılmış hesabatlardan aydın
olur ki, quyudibiәtrafı zonanın dağılma sәbәblәrindәn biri böhran hәddә qәdәr olan
diapazonda tәzyiq qradiyentinin tez-tez baş verәn rәqslәridir. Belә rәqslәr, o cümlәdәn
kompressor quyuları işçi aqentin sәrfi artdıqda Q=Q(V) tәnzimlәnmә әyrisinin sağ
hissәsindә işlәdikdә baş verir. Quyunun qәrarlaşmış rejiminin qayanıqlığının itmәsi vә
onun parametrlәrinin (işçi tәzyiq, hasilat) sönmәyәn rәqslәrinin yaranması quyudibiәtrafı
tәzyiqin döyüntüsünә vә demәli quyudibi zonada tәzyiq qradiyentinin tez-tez baş verәn
rәqslәrinә gәtirib çıxarır. Fontan üsulu ilә istismarda әn qorxulu mürәkkәblәşmә açıq
fontan vurmadır. Quyu avadanlığının düzgün qoyulmaması vә quyu işlәyәn zaman ona
nәzarәt edilmәmәsi vә armaturda kip olmayan birlәşmәlәrin olması zamanı oradan
maye-qaz qarışığının bir hissәsi sızır. Bu yer get-gedә böyüyür vә qızır. Nәticәdә açıq
fontan vә yanğın baş verә bilir. Bunun qarşısını almaq üçün yerüstü avadanlıq
ikiqat(bәzәn birdәfә yarım) sınaq tәzyiqinә yoxlanılır. Sonra isә fontan quyusu işә salınır.
Açıq fontanın qarşısını almaq üçün klapanlı ayırıcılardan istifadә olunur. Belә ayırıcılar
fontan borularının müәyyәn dәrinliklәrindә yerlәşdirilir. Elә ayırıcılar da vardır ki, onlar
istismar kәmәrindә yerlәşdirilir. Lazım gәldikdә quyunun hәm fontan boruları hәm dә
boruarxası fәza yer sәthindәn verilәn siqnal ilә bağlanır. Bundan başqa sadә klapanlı
ayırıcılar da vardır ki, onlar yerüstü avadanlıqda(atqı xәttindә) korroziya vә ya mexaniki
zәdәlәnmәlәr nәticәsindә borular dağıldıqda maye-qaz axını xaricә axan zaman quyunu
bağlayır.
Ciddi qәzalardan biri dә qrifonların yaranmasıdır. Qrifon-quyu divarları vә sement daşı
arasında hermetikliyin itmәsi halında yaranır.Bu zaman lay mәhsulu yer sәthinә bu kanal
vasitәsilә çıxaraq çox hallarda yer sәthindә yanğınla müşahidә olunur vә bu da quyunun
özünün itirilmәsinә gәtirib çıxara bilәr.
Fontan quyularında baş verәn mürәkkәblәşmәlәrdәn biri isitismar zamanı quyu dibindә
suyun yığılmasıdır. Suyun yığılmasının sәbәbi quyu gövdәsindә maye qaz qarışığının
sürәtinin aşağı olmasıdır. Su yığılmasının qarşısını almaq üçün fontan boruları quyunun
dibinә qәdәr endirilir vә mayenin quyudibindәn qalxma sürәti artır. Quyularda suyun
yığılmasını boru arxası vә borular arasında olan tәzyiqin fәrqi aşağı düşmәsilә bilinir.
Fontan quyusunun pulsasiya ilә işlәmәsi dә müәyyәn çәtinliklәr törәdir. Bunu belә
izah etmәk olar: әgәr fontan borularının qurtaracağı quyuda tәzyiqin doyma tәzyiqindәn
aşağı olan hissәsindәdirsә mayedәn ayrılan qazın bir hissәsi boru arxasına yığılır. Bu
qazın tәzyiqi artdıqda boru arxasından fontan borularına daxil olur. Bu halda quyudibi
tәzyiqi aşağı düşür vә belәliklә quyunun ahәngdar işi pozulur. Bu hadisә tez-tez tәkrar
olunduqda döyüntülәrin intensivliyi dә artır. Quyudibi tәzyiqin aşağı düşmәsi nәticәsindә
qazın neftdәn ayrılması da artır. Pulsasiya ilә mübarizә etmәk üçün bir neçә üsul vardır:
1.Fontan borularını o sahәyә qәdәr buraxmaq lazımdır ki, bu sahәdә tәzyiq neftin
doyma tәzyiqindәn çox olsun.
2.Boruarxası fәzadan qazın müәyyәn hissәsi çıxarılır.
3.Quyulara paker qoyulur, bu zaman quyuya gәlәn qaz-maye qarışığı fontan borularına
daxil olur.
4.Fontan borularının ucuna qıf qoyulur.
5.Fontan borularının başmağından 30-40 m yuxarıda klapan qoyulur. Boru arxasında
tәzyiq artdıqca klapan açılır vә qaz fontan borularına daxil olur.
Quyunun normal işinin pozulmasını yer sәthindә quyu ağzı(bufer) vә boru arxası
tәzyiqlәrin dәyişmәsi, elәcә dә neft hasilatının, suyun faizinin dәyişmәsilә müәyyәn
etmәk olar. Əgәr boruarxası tәzyiq tәdricәn artırsa, eyni zamanda quyuağzı tәzyiq aşağı
düşürsә bu zaman quyunun mәhsuladrlığının azalması fontan borularının tutulması ilә
әlaqәlәndirilir. Mәhsuldarlığın aşağı düşmәsinә quyu gövdәsindә parafinin çökmәsi dә
sәbәb ola bilәr. Hәm boruarxası vә hәm dә bufer tәzyiqlәri artırsa vә eyni zamanda
hasilat azalırsa, bunu ya parafinin әmәlә gәlmәsi, ya da atqı xәttindәki ştuserin
tutulması ilә әlaqәlәndirmәk olar. Əgәr ştuser tutulmuşdursa, onun dәyişilmәsi üçün
mәhsul ikinci atqı xәttinә keçirilir vә ştuser dәyişdirilir.
Boruarxası tәzyiqin әhәmiyyәtli dәrәcәdә aşağı düşmәsinә sәbәb quyu dibindә qum
tıxacının әmәlә gәlmәsi vә ya mәhsulun tәrkibindә suyun çoxalması ola bilәr. Suyun
gәlmәsi baş verirsә quyu ağzında tәzyiqi artırmaq yolu ilә quyudibindә tәzyiqi artırmaq
lazımdır. Eyni zamanda suyun axıb gәlmә mәnbәyi araşdırılmalıdır. Əgәr boruarxası
fәzada tәzyiqin aşağı düşmәsi qum tıxacının әmәlә gәlmәsilә әlaqәdardırsә bu zaman
quyu dayandırılır vә qum tıxacı müxtәlif üsullarla tәmizlәnir. Qum tıxacının
tәmizlәnmәsinin bütün üsulları qalxan mayenin sürәtinin artırılması ilә әlaqәdardır.
Sürәtin artırılması quyunun hasilatının artması vә quyudibi tәzyiqinin azalmasına sәbәb
olur. Quyudibi tәzyiqini azaltmaq üçün isә quyu ağzında olan tәzyiqi azaltmaq lazımdır.
Əgәr bu da nәticә vermәsә fontan quyusunu bağlamaq lazımdır. Bu zaman tәzyiq
artarsa qum tıxacı layı qumdan ayırmamışdır, yәni bu zaman quyu fontan vurmağa
başlayacaqdır. Fontan qumu kәnara atacaqdır. Bundan başqa quyudibi tәzyiqni
azaltmaqla bәrabәr halqavari fәzaya hava vә ya qaz da vurmaq olar. Axında qumun faizi
artarsa bunun azaldılması üçün tәdbirlәr görülmәlidir. Görülәn belә tәdbirlәrdәn
professor Ə.B.Süleymanovun tәklif etdiyi boruarxası fәzaya mayenin daxil edilmәsi
üsuludur.
Fontan quyularında baş verәn әngәllәrdәn-parafinli quyulardan neftlәrin çıxarılması
zamanı istәr qaldırıcı borularda vә hәm dә yerüstü avadanlıqlarda parafinin çökmәsini,
neftin su ilә birlikdә hәrәkәti zamanı emulsiyalı qarışığın yaranmasını, qumun neftdә vә
ya neft-su qarışığında hәrәkәti zamanı qum tıxacının әmәlә gәlmәsini vә s. göstәrmәk
olar.
Parafinin neft-mәdәn avadanlığında zükmәsi neft yataqlarının istismarı zamanı baş
verәn әngәlliklәrdәn әn әsası hesab edlir. Parafin çöküntülәri quyuların
xüsusiyyәtlәrindәn asılı olaraq, neftin çıxarılmasında vә nәql edilmәsindә mәdәn
avadanlığının müxtәlif hissәlәrindә müşahidә olunur. Belә ki, qaldırıcı borularda,
ştanqlarda, nasos qurğusu qovşaqlarında, quyuağzı avadanlığında, atqı xәtlәrindә,
kollektorlarda, ölçü qurğularında vә s. çökәn parafin hissәciklәri hasilatın azalmasına
sәbәb olur. Qaldırıcı borularda parafinçökmә dәrinliyi quyunun hasilatından, lay
suyunun, qazın miqdarından vә s. amillәrdәn asılı olaraq böyük hüdudda dәyişir vә
zaman keçdikcә parafinçökmә başlanğıcı daha dәrinlәrә enir.Hal-hazırda parafinçökmә
dәrinliyi bir qisim quyularda 800 metrә çatır. Qeyd etmәk lazımdır ki, qaldırıcı
borularda vә atqı xәtlәrindә çökәn parafin boruların daxili en kәsik sahәsini kiçildib,
hidravlik müqavimәtlәrin vә buna müvafiq balansir başlığına düşәn yükün artmasına
sәbәb olur. Bu isә ştanqların işini çәtinlәşdirir, әlavә yeraltı tәmirlәrә gәtirib
çıxarır.Hidravlik müqavimәtlәrin artması qaldırıcı borularda vә atqı xәtlәrindә tәzyiqin
yüksәlmәsinә, nasos qovşaqlarında, boru birlәşmәlәrindә isә sızmaların artmasına
gәtirib çıxarır.Bu sızmalar isә bilavasitә hasilatın azalmasına sәbәb olur.
Uzun illәr boyu neft mәdәnlәrindә, neft-mәdәn avadanlığında parafin çökmәsinә qarşı
tәtbiq edilәn mәlum mübarizә üsullarını aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Mexaniki üsul.
2. Fiziki üsul.
3. Kimyəvi üsul.
Bu üsulları qısa şәkildә nәzәrdәn keçirәk.
1.Mexaniki üsul. Mexaniki üsulda çökmüş parafin hissәciklәri xüsusi әrsinlәr vasitәsilә
qaşınıb tәmizlәnir vә kәnar edilir. Bu üsul neftin hasil olunmasından tutmuş nәqlinә vә
saxlanılmasınadәk öz tәtbiqini tapmışdır. Neft quyularının dәrinlik nasosu ilә istismarında
müxtәlif konfiqurasiyalı sabit vә dәyişәn en kәsikli, lövhәşәkilli, fırlanaraq qalxan formalı
vә spiralvari әrsinlәr tәtbiq edilmişdir.
Manifoldun, atqı xәtlәrinin vә kollektorların deparafinizasiyasında diskli-sürünәn әrsinlәr,
bizşәkilli әrsinlәr vә bir çox tәkmillәşdirilmiş әrsinlәr, rezin şarlar vә digәrlәrindәn istifadә
edilir. Bu konfiqurasiyalar atqı xәttinә daxil edilәrәk, axının tәzyiqi altında yerlәrini
dәyişir vә bunun müqabilindә boru kәmәrinin daxili sәthinә çökmüş parafin kristallarını
qaşıyaraq tәmizlәyir. Atqı xәtlәrinin daxili sәthindә parafinin qaşınıb tәmizlәnmәsi
mәqsәdilә parafinli zonanın qarşısındakı axına daxil edilmiş iti tilli, iri dәnәli duzlardan da
istifadә edilmişdir.
Tәtbiq edilmiş hidrodinamik vibratorlar, ultrasәsli deparafinizatorlar vә vә qaldırıcı
liftlәrin vibratorları parafinә qarşı mübarizәdә mexaniki üsulların müxtәlif növlәri hesab
edilir. Onlar qaz-hava mühitindә, yaxud qaldırıcı liftdә müәyyәn hüduddan kәnara
çıxmayan zәrbәli vә ya dalğalı, dinamik yüklü yüksәk dağıdıcı qüvvәnin yaranmasına
әsaslanır.
Neft-mәdәn avadanlığının mexaniki üsullarla tәmizlәnmәsinin müsbәt cәhәtlәri ilә
yanaşı, mәnfi cәhәtlәri dә vardır. (Ərsinlәrin çıxması, qırılması vә pәrçimlәnmәsi,
mexaniki üsulların tәtbiq texnologiyasının çәtinliyi, dәrinlik nasosları ilә istismarda
parafinin ştanq vә әrsinlәrdә çökmәsi, tәmizlәyici qurğuların profilaktikası, sistematik
olaraq nәzarәt yoxlamalarının vacibliyi vә s.).
Neft-mәdәn avadanlığında parafinçökmәyә qarşı polad boruların lak boya, şüşә vә
s.ilә örtülmәsi texnologiyası da işlәnmişdir. Parafinә qarşı mübarizә zamanı müxtәlif
qoruyucu örtüklәrdәn istifadә edilmәsi texnologiyası parafinlә nasos-kompressor
borularının sәthi arasında adgeziya qüvvәsinin azalmasına әsalanır. Burada parafin
çöküntülәrinin lәğv edilmәsi birinci növbәdә boru sәthinin, qoruyucu örtük qatı vasitәsilә
kәlә-kötürlüyün azalması, ikinci növbәdә isә örtük materialı ilә parafin hissәciklәri
arasında molekulyar әlaqәnin zәif olmasıyla әlaqәdardır. Adgeziya qüvvәsinin zәiflәmәsi
hәrәkәt edәn axının tәyin edilmiş sürәti ilә parafin çöküntülәrinin qopardılmasına imkan
yaradır. Boru sәthinin laklanması, emallanması ilә neft-mәdәn avadanlığında
parafinçökmәyә qarşı mübarizә- parafinin xassәsi, örtüyün materialı, axının hәrәkәt
sürәti vә quyunun hasilatından asılıdır.
Boruların şüşә emal ilә ürtğlmәsinin çatışmayan cәhәtlәri nәqletmә prosesi vә qaldırma-
endirmә әmәliyyatları zamanı örtükdә mikroyarıqların әmәlә gәlmәsi ilә izah olunur.
Bununla belә, boruların, qoruyucu örtüklәrin tәtbiq zonası hәm dә onunla sәrhәdlәnir ki,
dәrinlik nasosu quyularında ürtğklәr ştanq kәmәrinin qaldırıcı borulara sğrtğnmәsi
nәticәsindә dağılır.
2.Fiziki üsul. Neft sәnayesinin inkişafının ilk mәrhәlәsindәn hazırki dövrә qәdәr
quyuların istismarı vә neftin nәqli zamanı parafin çöküntülәrinin fiziki üsullarla, o
cümlәdәn istilik üsulları ilә aradan qaldırılması mühüm üsullardan biri sayılır.
İstilik üsullarının yüksәk sәmәrәliliyi temperatur amili ilә bağlıdır ki, bu da parafinin
erkәn vaxtda parafinin neftdәn ayrılmasına әsaslanır.
İstilik üsulları ilә parafinin tәmizlәnmә, o cümlәdәn qızdırılmış neftin, suyun, neft
mәhsullarının, kondensatın, hәlledicilәrin vurulması, sәyyar buxar generatoru vasitәsilә
buxar vurulması, elektrik qızdırıcılarının tәtbiqi vasitәsilә hәyata keçirilir.
Neft yataqlarının mәnimsәnilmәsindә quyudibi zonanın vә yerüstü quyu avadanlıqlarının
parafindәn tәmizlәnmәsi üçün quyuağzı elektrik qızdırıcılarından istifadә üsulu tәtbiq
edilmişdir.
Son vaxtlar elektrotexnika sәnayesinin inkişafı ilә әlaqәdar olaraq, boru şәkilli elektrik
qızdırıcı elementlәri әsasında yeraltı vә yerüstü elektrik qızdırıcılar vә digәr cihazlar
yaradılmış vә onların tәtbiq texnologiyası işlәnib hazırlanmışdır.
Bu üsulun yüksәk sәmәrәliliyi ilә yanaşı çatışmayan cәhәtlәri onların birdәfәlik, mәhdud
tәsirә malik olması, külli miqdarda istilik vә elektrik enerjisi sәrfi ilә әlaqәdardır.
3. Kimyəvi üsul. Bәzi çatışmazlıqlarına baxmayaraq, müәyyәn edilmişdir ki,
parafinçökmәyә qarşı aparılan üsulların әn sәmәrәlisi kimyәvi üsuldur. Azәrbaycanda
bәzi yataqların neftlәrinin tәrkibindә parafin vә qatran birlәşmәsinin miqdarı yüksәk
olduğundan quyu ağzına yaxınlaşdıqca neftin temperaturunun düşmәsi vә lay tәzyiqinin
azalması hesabına lift borularında asfalten, qatran vә parafin (AQP) cökmәlәri yığılır vә
quyuların mәhsuldarlığının aşağı düşmәsinә sәbәb olur. Bu texnoloji çәtinliklәri aradan
qaldırmaq üçün quyuların lift boruları vaxtaşırı isti neft, kondensat vә ya qızmış su
buxarı vasitәsilә tәmizlәnir. Lakin bu üsullar tam tәmizlәnmәni tәmin etmir vә hәyata
keçirilmәsi texnoloji cәhәtdәn çox mürәkkәb olub, yanğın tәhlükәsi törәdir. Ona görә dә
lift borularında yığılan AQP çöküntülәrini tәmizlәmәk üçün texnoloji prosesi
asanlaşdırmaq vә yanğın tәhlükәsizliyini tәmin etmәk mәqsәdilә, solvent әsasında A-95
reagenti yaradılmış vә tәklifedilmişdir. A-95 reagenti aromatik karbohidrogenlәr
qarışığından ibarәt olub, parafin-qatran birlәşmәsinә münasibәtdә yüksәk hәlledicilik
qabiliyyәtinә malikdir, qızdırılma tәlәb etmir vә işlәnmә zamanı boru sәthindә qoruyucu
tәbәqә әmәlә gәtirir.
«Bulla-dәniz» NQÇİ-nin quyularında Amerika firması «Petrolayt» -ın hazırladığı XT-48
reagenti istifadә olunur. Bu zaman boruların divarlarının sәthi hidrofillәşir vә axında
parafinin kristallaşma mәrkәzlәrinin sayı artır. Bu reagentin boru divarlarında
adsorbsiyası nәticәsindә nazik hidrofil tәbәqә әmәlә gәlir, hәm dә adsorbsiya parafin
kristallarında baş verir, bu da kristalların artmasını formalaşdırır vә bununla da parafinin
neftdә disperslәşmәsini yüksәldir.«XT-48» reagentindәn başqa «solvo», «visko-958»
douvell hәlledicilәri, parabolt reagentlәri dә tәklif edilir.
Quyuların adi turşu ilә işlәnmәsi zamanı, turşu müqavimәtin az olduğu yollarla laya
daxil olur. Belә yollar, ya әvvәlki turşu ilә işlәnilmә nәticәsindә açılan kanallar, ya da
mәhdud şәkildә tәbii drenaj kanallarıdır. Layın turşu ilә az işlәnilmiş vә ya turşunun
tәsirinә mәruz qalmayan hissәlәri qalmış olur. Müәyyәn edilmişdir ki, dolomitlәr soyüq
turşuda çox pis hәll olur. İstismar zamanı bәzәn quyuların divarlarında vә quyudibi
zonanın mәsamәli kanallarında parafin, asfalten vә qatran çöküntülәri әmәlә gәlir. Belә
hallarda parafin, asfalten vә qatran çöküntülәri quyu divarının diametrini azaldır, quyu
dibinә çökәrәk mәsamәli kanalları tutur, mayenin süzülmәsini çәtinlәşdirir vә quyuların
mәhsuldarlığını azaldır. Parafin, asfalten vә qatran çöküntülәrini әridәrәk quyudan kәnar
etmәk üçün bir sıra üsullar vardır: turşunun yer sәthindә qızdırılaraq quyudibinә
vurulması, buxar, isti su vә neftin vurulması, quyudibi zonanın müxtәlif qızdırıcılar
vasitәsilә qızdırılması. Müәyyәn edilmişdir ki, isti turşu, karbonatlı süxurlara adi
temperaturlu (200 C) turşudan 4-5 dәfә sürәtlә tәsir edir. Hәtta dolomitlәr dә isti
turşuda daha çox әriyir. İsti turşu quyu gövdәsinin sәthini parafin, asfalten vә qatran
çöküntülәrindәn daha tez tәmizlәyir. Adi temperaturlu turşudan fәrqli olaraq 80-1000 C-
yә qәdәr qızmış turşu, fiziki amil kimi istilik tәsiri vә bu tәsir nәticәsindә kimyәvi
aqressivlik göstәrir. Bu üsulların istifadәsi böyük vәsait, zaman vә yüksәk mәhsuldarlıqlı
bahalı avadanlıq tәlәb edir. Turşunun yer sәthindә qızdırılaraq vurulması zamanı çox
miqdarda turşu tәlәb olunmaqla bәrabәr, isti turşu hәtta inhibitorla vurulduqda belә
çәn, nasos vә boruların dәmirlәrini әridir vә layda hidrat formasında dәmir ayrıla bilir.
Buxar vurulduqda isә suyun xüsusi hazırlanması, quyularda temperatur gәrginliklәri ilә
әlaqәdar mürәkkәblәşmә vә qazaların qarşısının alınması üçün xüsusi işlәrin görülmәsi
zәruridir. Quyudibi zonanın elektrik qızdırıcıları ilә qızdırılması zamanı yüksәk temperatur
yalnız quyudibindә vә layın çox az hissәsindә әldә edilir vә layın uzaq zonaları qızdırılma
ilә әhatә olunmur. Bundan әlavә bu tәdbirlәrin aparılması әlavә endirilmә-qaldırılma
әmәliyyatlarının aparılmasını tәlәb edir.
Quyudan parafin, asfalten vә qatranın kәnar edilmәsi üçün әhәmiyyәtili üsul
quyudibinә kimyәvi reagentlәrin yaratdığı istilik vasitәsilә tәsirdir.
Quyuların termoturşu üsulu ilә işlәnilmәsi kombinәedilmiş prosesdir. Prosesin birinci
fazasında quyudibinin termokimyәvi işlәnilmәsi, ikinci fazasında isә fasilәsiz olaraq adi
turşu işlәnilmәsi aparılır. Qızmış turşu quyudibindә ağır çöküntülәri әridәrәk süxurlara
turşu mәhlulunun daha asan çatmasına vә layın aktiv işlәnilmәsinә sәbәb olur. Xlorid
turşusu ilә reaksiya nәticәsindә böyük miqdarda istilik ayrılan kimyәvi maddәlәr çoxdur.
Ancaq onların heç dә hamısı aşağıdakı zәruri olan tәlәblәri ödәmir:
1.Reaksiya nәticәsindә ayrılan istilik turşunun 80-1000 C-yә qәdәr qızması üçün kifayәt
etmәlidir;
2.Reaksiya mәhsulları suda yaxşı hәll olunmalı vә soyuyan zaman neftin hәrәkәt yolunu
tutan çöküntülәr düşmәmәlidir;
3.Reagent defisit olmamalı vә nisbәtәn ucuz başa gәlmәlidir.
Kimyәvi üsul zamanı neft-mәdәn avadanlığında parafinçökmәnin lәğv edilmәsi üçün
parafinlәşmә zonasına müxtәlif kimyәvi reagentlәr vurulur. Fontan, kompressor vә
dәrinlik nasos quyularının qaldırıcı avadanlıqlarında parafinçökmәnin lәğv edilmәsi,
boruarxası fәzaya vә ya mәrkәzi fәzaya kimyәvi reagentlәrin müәyyәn dozalarla
vurulması hesabına hәyata keçirilir.
Hәlledici kimi trixloretilen, benzol, etilbenzol, butilbenzol, dioksan, toluol, qazolin,
benzin, reaktiv vә dizel yanacaqlar, o cümlәdәn bir neçә yüngül xam neftlәr tәklif
edilmişdir.Müxtәlif yataqlarda neft-mәdәn avadanlıqlarında parafinçökmәsinә qarşı әn
yaxşı nәticәlәr benzin, qazolin, benzol qrupu hәlledicilәrinin tәtbiqindәn alınmışdır.
Hәlledicilәrlә parafin çöküntülәrinin әridilmәsi onların sıxlığının azalmasına sәbәb olur.
Çox vaxt hәlledicilәr tәmiz halda deyil, qarışıq halda, kompozisiya şәklindә tәtbiq olunur
ki, bu da onların hәlletmә vә dispersiya xüsusiyyәtlәrini yaxşılaşdırır.
Neft-mәdәn avadanlıqlarında parafinçökmәsinә qarşı mübarizә mәqsәdilә tәtbiq edilәn
hәlledicilәrin müsbәt cәhәtlәri ilә yanaşı çatışmayan cәhәtlәri dә var. Böyük hәcmdә
hәlledicidәn istifadә edilmәsi vә onun uzaq mәsafәyә nәqlinin çәtinliyi, hәlledicilәrin
zәhәrlәmә qabiliyyәti, neftin distillәsi zamanı alınmış benzinin keyfiyyәt vә
xüsusiyyәtlәrinin dәyişmәsi, tәsirin birdәfәlik olması vә s.hәlledicilәrin çatışmayan
cәhәtlәridir. Elә bu baxımdan qatran-parafin çöküntülәrinin lәğv edilmәsi mәqsәdilә
depresator, inhibitor, sәthi aktiv maddәlәrvә modifikatorlardan istifadә edilmәsi
mәqsәdәuyğun sayılır.
Depresatorlar parafin hissәciklәrinin bir-biri ilә birlәşmәsinin qarşısını alaraq onların
mökәm karkas yaratmasına mane olur vә nәticәdә onları birlәçmәzdәn әvvәl dağıdır.
Sәthi aktiv maddәlәrin quyudibi zonasına vurulması mәsamәli mühitin sәthindә
adsorbsiya olunaraq, onu seçilmiş islatma inversiyasına gәtirir. Belәliklә, işlәnmәdәn
sonra süxurun hidrofil sәthi hidrofob olur. Sәthi aktiv maddә kimi, yüksәk molekullu
naften turşusu, inhibitorlar vә alkilfenoksiletilenqlikol istifadә edilir.
Yüksәk parafinli neftlәrә müxtәlif aşqarların vә sәthi aktiv maddәlәrin vurulması
özlülüyü aşağı salır, parafin kristallarının boru kәmәrlәrindә, magistral xәtlәrdә vә hәtta
onların nәqli zamanı dәmiryol çәnlәrindә çökmәsini azaldır. Möhkәm parafin kristallarının
әmәlә gәlmәsi neftvermәnin azalmasına sәbәb olur. Aşqarlardan istifadә edilmәsi
parafinli neftlәrdә kristallaşma prosesini dәyişir. Bu parafin kristallarının yapışqanlığının
azalması, formalarının dәyişmәsi vә dispersiya dәrәcәsinin artması ilә әldә edilir.
Bununla belә, aşqarlar da hәlledicilәr kimi birdәfәlik tәsirә malikdirlәr vә bunların da bir
çox çatışmayan cәhәtlәri vardır. Bir zox reagentlәr bir mәlum parafin fraksiyasında
müsbәt sәmәrә verirsә, başqa fraksiyada ya az sәmәrәli, ya da tәsirsiz olur. Yәni, tәkcә
bir reagent bütün parafin karbohidrogenlәri üçün universal hesab edilә bilmәz.
Respublikamızda vә xaricdә parafinçökmәsinә qarşı sәthi-aktiv maddәlәrdәn geniş
istifadә olunmasına baxmayaraq hәlә dә onların neft quyularında tәsiri lazımi sәviyyәdә
öyrәnilmәmişdir. Hazırda neft sәnayesinin bütün sahәlәrindә-qazmada, neftçıxarmada,
neftin nәqlindә, hazırlanmasında vә emalında kimyәvi reagentlәrin tәtbiqinin әsas üstün
cәhәtlәri aşağıdakılardır:
1.Cüzi dozalarla (0,005-0,025%) bu vә ya digәr texnoloji çәtinliyin qarşısının alınması;
2.Vurulan yerdәn neft emalı mәntәqәsinә kimi reagentin tәsirinin itmәmәsi;
3.Nәql olunma vә saxlanılma rahatlığı;
4.Tәtbiq texnologiyasının rahatlığı;
5.Neftin keyfiyyәtinә, emal prosesinә vә әtraf mühitә mәnfi tәsir göstәrmәmәsi;
6.Texnoloji proseslәrin avtomatlaşdırılmasına zәmin yaradılması.
Hazırda inhibitorların әldә edilmә zәtinliyi üzündәn parafin çöküntülәri ilә mübarizә
yalnız az sәmәrәli (mәhdud tәsir hüdudlu) istilik üsulları ilә aparılır. Parafin çökmәsinә
tәsir edәn әsas vә ikinci dәrәcәli amillәr aşkar edilmişdir. Bu amillәrә temperatur rejimi,
hәrәkәt edәn qaz-neft qarışığının hasilat vә tәzyiqi, parafinin fiziki-kimyәvi
xüsusiyyәtlәri, parafinin vә sәthin qarşılıqlı әlaqәsi-adgeziya qüvvәsi, axının hәrәkәt
rejimi, borunun diametri vә kәlә-kötürlüyü, neftdә suyun, qazın vә mexaniki qarışıqların
iştirakı aiddir.

Kompressor istismar üsulunun nəzəri əsasları

Quyuların mexaniki istismar üsullarından әn sәmәrәlisi kompressor istismar üsuludur.


Yataqların işlәnmә prosesindә lay enerjisinin qiymәtinin tәdricәn azalması nәticәsindә
mayenin lay enerjisi hesabına yer sәthindәn çıxarılması mümkün olmur. Quyuların
fontan vurması kәsilir. Quyuların fontan vurmasını süni olaraq bәrpa etmәk üçün quyuya
kәnardan sıxılmış qaz (hava) verilir. Qaz vә ya hava kompressor adlanan xüsusi
mexanizmlәrdә sıxılır. Buna görә dә quyulardan mayenin hasil edilmәsi üsulu
kompressor istismar üsulu adlanır. Tәbii qazın istifadә edilmәsilә işlәyәn qurğular qazlift,
havanın tәtbiqi ilә işlәyәn qaldırıcı isә erlift adlanır. Qaz (hava) qaldırıcılarının işi fontan
qaldırıcısının işinә analojidir. Kompressor istismar üsulunda qaz (hava) nasos-
kompressor borularının başmağına verilir. Fontan istismar üsulunda isә qaz laydan daxil
olur. Kompressor quyularında çox halda sıxılmış qaz vurulduğu üçün әsasәn qazlift
istismar üsulundan bәhs olunacaqdır.
Fasilәsiz vә fasilәli (vaxtaşırı) qazlift istismar üsulları vardır. Vaxtaşırı isitismar
üsulunda sıxılmış qaz qaldırıcı borulara fasilәli verilir. Bu zaman mayenin qaldırıcı
borularda toplanması üçün quyu saxlanılır, maye toplanandan sonra isә yer sәthinә
qaldırılır. Qazlift istismar üsulunun aşağıdakı istismar üstünlüklәri vardır:
1. Quyu avadanlıqlarının konstruksiyası sadәdir; quyuya bir-birinә sürtünәn vә
sürtünmә nәticәsindә tez sıradan çıxan mexanizmlәr endirilmir.
2.Tәmirlәrarası müddәt böyük olub, bәzәn 1500-2000 günә çatır; çünki quyu
gövdәsindә daim hәrәkәt edәn mexanizmlәr (nasoslar) olmur. Qazlift klapanlarının
dәyişdirilmәsi borular qaldırılmadan kanat texnikasının kömәyilә mümkündür. Bundan
başqa, mürәkkәblәşmәlәrlә mübarizә mәqsәdilә vurulan işçi agent axınına müxtәlif
reagent vә әlavәlәrin, mәsәlәn deemulqator, korroziya vә parafin çökmәsinә qarşı
inhibitor, hәlledicilәr vә s. verilә bilәr.
3. Nәzarәt vә vaxtaşırı tәmir tәlәb edәn bütün avadanlıqlar yer sәthindә yerlәşdirilir,
xidmәt edilmәsi vә dәyişdirilmәsi(tәmiri) asandır.
4. İstismar әmsalı yüksәk olub, böyük diapazonda maye çıxarılması imkanı vardır.
5. Maili quyuların vә mәhsulunda çoxlu miqdarda su vә qum olan quyuların istismarı
mümkündür.
6. Quyuların debitlәrinin tәnzimlәnmәsi sadәdir.
7. Maye qaldırılması zamanı ayrılan qaz mayenin çıxarılmasına kömәk edir.
8. İstismar prosesindә boruarxası fәzaya maye vurulması yolu ilә qum әmәlәgәlmәsinin
qarşısının alınması mümkündür.
Qazlift istismar üsulunun yüksәk texniki-iqtisadi sәmәrәli olması ilә bәrabәr aşağıdakı
ciddi çatışmayan cәhәtlәri dә vardır:
1.Kompressor stansiyalarının vә qazpaylayıcı sistemin inşası üçün çoxlu miqdarda
kapital tәlәb olunur. Digәr istismar üsullarına nisbәtәn qazlift istismar üsulunda daha
çox enerji sәrf edilir. Mәsәlәn, qazlift istismar üsulunda 1 ton neftin çıxarılması üçün
nasos istismar üsuluna nisbәtәn tәxminәn 5 dәfә çox elektrik enerjisi sәrf olunur.
Quyuların debiti azaldıqca enerji sәrfi daha da çoxalır, ona görә dә azdebitli quyuların
qazlift üsulu ilә istismarı çox da sәrfәli deyil.
2 .Qazlift quyusunun faydalı iş әmsalı çox azdır. Bu әmsal kiçik dinamik sәviyyәsi olan
quyularda orta hesabla 5%-dәn artıq deyil.
3 .Əsasәn dә qum tıxacı yaranmasına meylli quyularda daha çox borulardan istifadә
edilir.
4.Kompressor stansiyasının xidmәti ücün nisbәtәn yüksәk istismar xәrclәri tәlәb olunur.
Qeyd olunan çatışmayan cәhәtlәrә görә qazlift istismar üsulu әsasәn yüksәk tәzyiqi
(dinamik sәviyyәsi) vә böyük mәhsuldarlıq әmsalı olan quyular yerlәşәn iri yataqlarda
tәtbiq olunur.
Erlift istismar üsulunun üstünlüyü ondan ibarәtdir ki, ucuz başa gәlmәsilә bәrabәr,
hava mәnbәyi mәhdud deyil. Ancaq havanın istifadә edilmәsi NKB -dә çox dayanıqlı
emulsiyanın әmәlә gәlmәsinә sәbәb olur. Belә emulsiyanın parçalanması üçün sәthi-
aktiv maddәlәr ilә xüsusi işlәnmә, qızdırılma vә ya çökdürülmә әmәliyyatların aparılması
tәlәb olunur. Separasiya zamanı sәthdә ayrılan qaz-hava qarışığı yanğın nöqteyi-
nәzәrindәn tәhlükәlidir. Çünki müәyyәn nisbәtlәrdә partlayıcı qarışıq әmәlә gәlir. Buna
görә dә separasiyadan sonra qaz-hava qarışığı atmosferә buraxılmalıdır. Mayenin
çıxarılması üçün karbohidrogen qazlarının istifadәsi zamanı yaranan emulsiya dayanıqlı
olmur vә tәmiz kondisiyalı neftin alınması üçün bahalı işlәnilmә aparılmadan adi
çökdürülmә nәticәsindә parçalanır. Bu, istifadә olunan karbohidrogen qazında oksigenin
olmaması vә ümumi karbohidrogen әsaslı qaz vә neftin kimyәvi cәhәtdәn yaxınlığı ilә
izah olunur. Havada olan oksigen oksidlәşmә proseslәrinә vә su qlobullarında dayanıqlı
qatların әmәlә gәlәrәk irilәşmәsinә vә onların sonradan çökdürülmәsinә sәbәb olur.
Nisbi partlayışa tәhlükәsizliyinә görә işlәnmiş qaz separasiyadan sonra qaz yığılma
sisteminә yığılır vә utillәşdirilir. Hәm dә qazlift quyusunun separasiya olunmuş qazı
nasos-kompressor borularında hәrәkәt zamanı intensiv qarışdırıldıqda benzin fraksiyası
ilә zәnginlәşir. Qaz-benzin zavodlarında belә qazın fiziki emalı zamanı qeyri- stabil
benzin vә digәr qiymәtli mәhsullar alınır. Neft isә stabillәşir. Bu zaman onun nәqli vә
saxlanılmasında buxarlanma azalır. Qaz-benzin zavodlarında qurudulmuş qaz mәdәn
kompressor stansiyalarında qabaqcadan sıxıldıqdan sonra qazlift quyularının işi üçün
istifadә olunur. Belәliklә, qazlift üsulu qazın istifadәsini yaxşılaşdırır vә erliftә nisbәtәn
yatağın daha sәmәrәli istismarına imkan verir.

Qazlift quyularının avadanlığı

Yer sәthindә qazlift quyusu fontan quyusunun armaturundan fәrqlәnmәyәn quyuağzı


armatur ilә tәchiz edilir. Bir sıra hallarda, düz vә tәrs qaz vurulmasını tәmin etmәyә
imkan verәn sadәlәşdirilmiş vә daha yüngül quyuağzı armaturdan istifadә edilir. Qaz
tәchizatı xәttindә qaz tәzyiqinin enib-qalxması (dәyişmәsi) müşahidә edildiyindәn, qazın
quyuya verilmәsi sabit işçi tәzyiq altında aparılmalı olduğundan, quyuağzında
tәnzimlәyici aparat quraşdırılır. Bu aparat, bir qayda olaraq, özündәn sonra sabit tәzyiqi
tәnzimlәyәn vә saxlayan membranlı icraedici mexanizmli tәzyiq tәnzimlәyicisi-klapan ilә
tәchiz olunur. Əgәr mәrkәzlәşdirilmiş qaz tәchizatı sistemindәn istifadә edilirsә, onda
tәnzimlәyici vә bağlayıcı armaturların hamısı, hәmçinin qaz sәrf ölçәnlәri xüsusi
qazpaylayıcı mәntәqәlәrdә (QPM) quraşdırılır. Mәrkәzlәşdirilmiş qaz tәchizatı
sistemindәn istifadә zamanı onun etibarlığı әhәmiyyәtli dәrәcәdә artır.
Qazlift quyuları avadanlıqlarının әn vacib elementi NKB kәmәrindә xüsusi ekssentrik
kameralarda (mandrellәrdә) yerlәşdirilәn qazlift klapanlarıdır. Qazlift klapanlarının
quraşdırılması vә mandrellәrdәn qaldırılması üçün quyuağzı lubrikatordan, 1,8-2,4 mm-ә
qәdәr diametrli polad mәftil üçün barabanlı hibravlik bucurqaddan, hәmçinin enmә
(çıxarıla bilәn) alәtindәn (ekstraktordan) ibarәt olan xüsusi kanat texnikası tәtbiq edilir.

Quyuağzı lubrikator qazlift armaturunun bufer siyirtmәsinin flansında quraşdırılan vә


әl intiqallı (3) preventordan (2), lubrikatorun özündәn (4), kipgәc qurğusundan (5),
yönәldici diyircәk çarxından (6), mәftildәn (kanatdan) (7), gәrici diyircәk çarxından ( 8)
vә mәftilin gәrilmәsini ölçәn alәtdәn( 9 )ibarәt olan konstruksiyadır. Preventor (2)
quyuda mәftil olduqda belә, onun bağlanmasına imkan verәn elastik kiplәşdirici
elementlәrә malikdir. Preventorda, yuxarı ucunda (8) gәrici diyircәk çarxından keçmәklә
(6) yönәldici diyircәk çarxı vasitәsilә lubrikatora daxil edilәn (7) mәftilini kiplәndirәn (5)
kipkәci yerlәşmiş (4) lubrikatoru bәrkidilmişdir. Gәrici çarx diyircәyi( 8), mәftilin gәrilmә
qüvvәsinin kabel ilә indikatora ötürülәn elektrik siqnalına çevrildiyi mәftilin (9)
gәrilmәsini ölçәn cihazı ilә mexaniki әlaqәdәdir. İndikator kanat texnikası ilә
әmәliyyatların aparıldığı zaman mәftilin gәrilmәsini fiksә edir.

Qazlift quyusunun lubrikatoru.


1- qazlift armaturunun bufer siyirtməsinin flansı; 2- preventor; 3- preventorun əl intiqalı; 4- lubrikator;
5- kipkəc; 6- diyircəkli çarx; 7- məftil; 8- gərici diyircəkli çarx; 9- məftilin (kanatın) gərilməsini ölçən
cihaz.

Ekssentrik kameralar (mandrellәr) qazlift klapanlaının yerlәşdirilmәsi üçün nәzәrdә


tutulmuşdur. Mandrellәrdә oturtma ciblәri vardır, burada üst sәthdәn mәftil ilә endirilәn
qazlift klapanları yuxarı vә aşağı elastik neftәdavamlı halqalarla kiplәşdirilir vә stoporlu
(mexanizmin hәrәkәt edәn hissәlәrini dayandırmaq vә bu vәziyyәtdә saxlamaq üçün
qurğu) yaylı rәzәlәrlә bağlanılır. Mandrellәrin xaricindә kiplәşdirici halqalar arasında
yerlәşmiş vә vurulan qazın klapana doğru istiqamәtlәndirilmәsinә xidmәt edәn deşiklәr
vardır. Ekssentrik kameralar elә yerlәşdirilmişdir ki, NKB-nın aralıq en kәsiyi vә onların
eyni mәrkәz üzrә yerlәşmәsi tәmin edilsin.
Ekstraktor-qazlift klapanını mandrelә salmağa vә çıxarmağa imkan verәn alәtdir.
Ekstraktorun istiqamәtlәndirilmәsi üçün, mandrelin yuxarı hissәsindә alәti oturma cibinә
yönәltmәyә imkan verәn xüsusi istiqamәtdәndirici oymaq qoyulmuşdur. Ekstraktorda
klapanı mandrelin oturma cibinә dәqiq salınmasına imkan verәn yaylı şarnir birlәşmәlәri
vardır. Ekstraktorun aşağı ucunda, cibdә yerlәşәn qazlift klapanının başlığını azad edәn
(tutan) tutucu yaylı qurğu vardır. Ekstraktor NKB boruları içәrisinә mәftil ilә endirilir.
Hidravlik bucurqad-klapanlı vә zolotnikli qurğular şәklindә hidroqurğu sisteminә,
bucurqadın idarә edilmә sisteminә, hәmçinin nәzarәt sisteminә (mәftilin gәrilmә
indikatoru vә dәrinlik göstәricisi) malikdir. Bucurqad ikisürәtli, dişli çarx nasosu isә yağ
ilә işlәyir, avtomobil mühәrriki intiqallıdır.

Neft mədənlərində kompressor təsərrüfatı

Kompressor istismarı üsulunda quyuya müәyyәn tәzyiqә qәdәr sıxılmış hava(qaz)


vurulur. İşçi angentin sıxılması porşenli kompressorlar ilә hәyata keçirilir. Kompressorun
iş prinsipi porşenli nasosun iş prinsipi ilә eynidir; sorucu vә vurucu klapanlara malik olan
silindrdә porşen irәli-geri hәrәkәt edәrәk havanı (qazı) sıxır vә kompressoru hava
paylayıcı batareyalara birlәşdirәn boruya ötürür. Sadә vә ikili tәsirә malik olan porşenli
kompessorlar tәtbiq olunur. Sadә tәsirә malik kompressorlarda havanın sıxılması
porşenin bir tәrәfi ilә (mәsәlәn, porşenin irәliyә hәrәkәti ilә ) hәyata keçirilir; ikiqat
tәsirli kompressorlarda isә hava porşenin hәr iki tәrәfi ilә sıxılır. Sıxılma pillәsinin sayına
görә kompressorlar birpillәli, vә ya çoxpillәli olur. Birpillәli kompressorlarda hava
silindrdә birbaşa son tәzyiqә qәdәr sıxılır. Çoxpillәli kompressorlarda sıxılma ardıcıl
olaraq bir neçә silindrdә (ikidәn dördә qәdәr) baş verir. Porşenin hәrәkәt istiqamәtindәn
asılı olaraq kompressorlar şaquli, horizontal vә ya maili olurlar. Kompressorların intiqalı
üçün elektrik vә ya qaz mühәrriklәri işlәdilir; sonuncu halda kompressor vә mühәrrik
vahid aqreqat şәklindә olur. Mәdәnlәrindә iki-üçpillәli ikiqat tәsirli kompressorlar geniş
yayılmışdır. Bu kompressorlar 3,5–5,0 MPa qәdәr tәzyiq yaradır, mәhsuldarlığı isә 13-20
/dәq-dir. Stasionar kompressorlardan başqa mәdәnlәrdә quyunun işә salınması üçün
yüksәk tәzyiqli hәrәkәt edәn kompressorlar da tәtbiq edilir. Bu kompressorlar 80 MPa
maksimal tәzyiqә vә 8 /dәq mәhsuldarlığa malikdir. Stasionar kompressorlar kompressor
stansiyası adlandırılan bağlı binalarda yerlәşdirilir. Kompressorların açıq havada işi
zamanı qәbuledici hava xidmәtlәri fәrdi olaraq kompressor binalarından kәnarda tәşkil
edilir. Tozün sorulmasının qarşısının alınması üçün qәbuledicilәrdә toz tәmizlәyicilәri vә
ya süzgәclәr qoyulur. Kompressorlar qazla işlәyәrkәn isә qәbuletmә prosesi yığıcı qaz
separatorlarından hәyata keçirilir ki, onlara mәdәnlәrdәn qaz kollektorları çәkilir. Bu cür
qәbuledici separatorlar qazdan nәm hissәciklәrini vә neft damcılarını tәmizlәmәk üçün
nәzәrdә tutulşmuşdur. Konstruksiyalarına görә onlar trapa bәnzәyir. Kompressorlar
batareyalara elә birlәşir ki,onlardan hәr birini aşağı, yaxud yüksәk tәzyiq xәttinә qoşmaq
müumkün olsun. Paylayıcı batareyalar ötürücü borular sistemi ilә mәdәn qaz paylaşdırıcı
qovşaqlarına bağlanmışdır ki, onlardan sıxılmış hava vә yaxud qazın quyulara verilmәsi
tәnzimlәnir.
Kompressor istismarında qazpaylama sxemi
1-kompressorlar; 2 və 3-qaz kəmərləri; 4-qaz paylayıcı budkalar; 5-quyular.

Kompressorların vә qaz mühәrriklәrinin silindrlәrinin soyudulması üçün su lazımdır.


Silindrlәrin köynәklәrini soyudaraq su qızır, odur ki, suyun tәkrar istifadәsi üçün bu
mәqsәdlә kompressor stansiyalarında su soyuducu qurğular yerlәşdirilir. Qaz paylayıcı
qovşaqlar xidmәt olunan quyuların mәrkәzindә yerlәşdirilir. Hәr bir belә qovşağa
kompressor stansiyasından iki-üç müxtәlif tәzyiqli xәtt çәkilir. Bu halda xәtlәrdәn biri
quyunun işә salınması (yüksәk tәzyiq xәtti), digәrlәri isә işçi xәtdir. İşәsalma xәttinin
diametri 50-75mm, işçilәrinki isә 100 mm olur. Paylayıcı qovşaqlardan ayrı-ayrı quyulara
xәtlәr çәkilir. Qaz sәrfindәn asılı olan bu quyuların diametri 35; 50; 60 mm olur.
Qazpaylacıyı qovşağın әsas elementi batareyadır-onun vasitәsilә işçi agent quyulara
verilir. Batareyalar bir- birindәn siyirtmәlәrlә ayrılan ayrı-ayrı seksiyalardan ibarәtdir.

Qazpaylayıcı batareyanın seksiyalarının sxemi.

Hәr seksiyada 4 vә yaxud 6 ayırmalar vardır. Şәkildәn göründüyü kimi hәr bir quyu
istәnilәn qaz xәttindәn (orta, aşağı vә yüksәk tәzyiqli) qidalana bilәr. Bu, uyğun
ventillәrin açılması vә ya bağlanması ilә әldә edilir. Batareyalardakı seksiyaların sayı 8-ә
çatır, uyğun olaraq, bir batareya 32-yә qәdәr quyuya xidmәt edir. İşçi agentin quyular
üzrә sәrfi sәrfölçәn qaz sayğaclarının göstәricilәri, әli ilә, yaxud avtomatik tәnzimlәnir.
Yuxarıda qeyd olunduğu kimi kompressor quyularının işçi agenti kimi hava, yaxud neft
qazı istifadә oluna bilәr. Havanın istifadә edilmәsi, neftin yüngül fraksiyalarının vә lay
qazının böyük itkilәri ilә bağlıdır ki, bu zaman hava atmosferә buraxılır. Bu ona görә
lazımdır ki, hava müәyyәn miqdarda qazla birlәşәrkәn (5-14% qaz qarışığı) partlayış
törәdәn qarışıq әmәlә gәlir ki, onun istifadә edilmәsi üçün tәkrar sıxılması partlayış
tәhlükәsi yaradır. Odur ki, işçi agenti kimi neftlә birlikdә çıxarılan neft qazından istifadә
edilmәsi daha mәqsәdәuyğundur.

Qazlift qaldırıcısının iş prinsipi

Yataq işlәndikcә quyuların istismar şәraiti pislәşir; mәhsul sulaşır, flüid sütununun
hidrostatik tәzyiqi artır, yüksәk özlülüklü emulsiya yaranır, quyunun gövdәsindә vә atqı
xәttindә sürtünmәyә sәrf olunan tәzyiq itkisi çoxalır, bu isә quyudibi vә quyuağzı
tәzyiqlәrinin artmasına sәbәb olur, effektiv qaz amili azalır, qazın tәlәb olunan xüsusi
sәrfi artır.
Boruarxası fәzaya kompressorlar vasitәsilә qaz verildikdә burada mayenin sәviyyәsi
aşağı düşür, nasos-kompressor borularında isә artır. Qazın verilmәsi nәticәsindә
mayenin sәviyyәsi başmağa çatdıqda qaz-maye qarışığı nasos-kompressor borularına
daxil olaraq maye ilә qarışır. Nәticәdә belә qaz-maye qarışığının sıxlığı laydan daxil olan
mayenin sıxlığından az olub, nasos-kompressor borularında mayenin sәviyyәsi isә qalxır.
Qaz nә qәdәrә çox verilәrsә, qarışığın sıxılığı da bir qәdәr az olar vә bu qarışıq da
yüksәk hündürlüyә qalxar. Sıxılmış qazın quyuya fasilәsiz verilmısi halında qaz-maye
qarışığı quyunun ağzına qәdәr qalxır.Qaz-qaz qarışığı quyudan kәnar edildikdәn sonra
laydan quyuya yeni maye miqdarı daxil olur. Qazlift quyusunun hasilatı-vurulan qazın
miqdarı, NKB-nin endirilmә dәrinliyi (dalma dәrinliyi), qaldırıcı borularının diametri,
mayenin özlülüyü vә s. amillәrdәn asılıdır.

Qadırıcıların növləri

Qazlift quyusunun konstruksiyası quyuda iki kanalın olmasını tәmin etmәlidir:


-yüksәk tәzyiqli qazın quyuya verilmәsi üçün kanal;
-qaz-maye qarışığının yer sәthinә qaldırılması üçün kanal.
Quyuya endirilәn boruların sayı, onların qarşılıqlı yerlәşmәsi, qazın verilmәsi vә qaz-
maye qarışığının çıxarılması istiqamәtindәn asılı olaraq qaldırıcıların bir neçә sistemi olur;
quyuya endirilәn boruların sayından asılı olaraq bir vә ikicәrgәli, işçi agentin quyuya
vurulma istiqamәtindәn asılı olaraq isә halqavari vә mәrkәzi sistemli qardırıcılar vardır.
Bircәrgәli qardırıcıda quyuya eyni diametrli bir cәrgә nasos-kompressor boruları (NKB)
endirilir. İşçi agent qoruyucu kәmәr ilә NKB arasında olan halqavari fәzadan vurulur,
qaz-maye qarışığı isә nasos-kompressor borularının daxili ilә qaldırılır vә ya әksinә,
sıxılmış qaz mәrkәzi borulardan vurulur vә maye kәmәrlә qaldırılır. Birinci halda qaldırıcı
halqavari, ikinci halda mәrkәzi sistemli adlanır. Bircәrgәli qaldırıcıda mayenin real
sәviyyәsi boruların başmağında olur. Bircәrgәli qaldırıcının
üstünlüyü, metal sәrfinin az olması, әsas çatışmayan cәhәti isә dәrin quyular istismara
verildiyi zaman çox yüksәk işәsalma tәzyiqi tәlәb olunduğundan bu quyuların
mәnimsәnilmәsi çәtinliyidir. Bundan başqa quyuağzı vә quyudibi tәzyiqlәri geniş
intervalda dәyişdiyi üçün döyüntülәr әmәlә gәlir. Bu isә layın dağılmasına vә qum
tıxacının yaranmasına sәbәb olur. Bundan başqa qalxan mayenin sürәti az olduğu üçün
qumun çökmәsinә şәrait yaranır. İkicırgәli qaldırıcıda quyuya konsentrik yerlәşәn iki sıra
boru kәmәri endirilir. Böyük diametrli borular birinci cәrgә, kiçik diametrli borular isı
ikinci cәrgә adlanır.
Halqavari sistemli ikicərgəli (a), bircərgəli (b) və cərgəyarım (c) qaldırıcılar
Burada da vurulan işçi agentin istiqamәtindәn asılı olaraq qaldırıcılar mәrkәzi vә
halqavari olur. İkicәrgәli qaldırıcının әn üstün cәhәti ondan ibarәtdir ki, boruarxası vә
halqavari fәzaların hәcmlәri az olduğu olduğu üçün quyuda döyüntülәr az olur. Bundan
başqa boruarxası fәzada yığılan maye sütunu da döyüntülәrin azalmasına vә quyunun
yaxşı işlәmәsinә sәbәb olur. Elәcә dә ikicәrgәli qaldırıcda işәsalma tәzyiqi az olur. Ən
böyük çatışmayan cәhәt isә metal sәrfi vә asıldığı yükә düşәn ağırlığın çox olmasıdır.
Cәrgәyarım qaldırıcıda isә üstün cәhәt, qumun çıxarılması üçün әlverişli şәraitin
(boruların diametri kiçik olduğu üçün qarışıq böyük sürәtlә hәrәkәt edir), borunun
tutulma imkanının vә metal sәrfinin az olmasıdır.

Qazlift quyusunun tədqiqatı və iş rejiminin təyin edilməsi

Qazlift quyusunun iş rejimi quyunun tәdqiqatı әsasında seçilir. Qәrarlaşmış rejimdә


aparılan tәdqiqatın mәqsәdi aşağıdakılardır:
1.Neft, su, qaz debitlәrinin vә qumun miqdarının işçi agentin sәrfindәn asılılığının
müәyyәn edilmәsi vә bunun әsasında qaldırıcının verilmiş konstruksiyasında optimal
rejiminin tәyin edilmәsi;
2.Quyunun optimal iş rejiminin alınması vә quyudibi zonada mütlәq keçiriciliyin
müәyyәn edilmәsi üçün maye debitinin quyudibi tәzyiqindәn asılılığının müәyyәn
edilmәsi;
3.Cari lay tәzyiqinin vә onun dinamikasının müәyyәn edilmәsi;
4.Qazlift klapanlarının işindә olan çatışmazlıqların aşkar edilmәsi;
5.Flüidlәrin quyuya axın profilinin öyrәnilmәsi
Hasil olunan mayenin miqdarı iki üsul ilә dәyişilir: quyu ağzında әks tәzyiqin
yaradılması vә vurulan işçi agentin sәrfinin dәyişmәsi ilә.
Quyudibi tәzyiqi özü yazan dәrinlik manometri vә ya dolayı vasitә ilә vurulan işçi
agentin tәzyiqinә әsasәn müәyyәn edilir. Əgәr quyudibi tәzyiqi dәrinlik manometri ilә
öçülürsә, bu zaman qazlift quyusunun tәdqiqatı fontan quyusunun tәdqiqatına analoji
olur, yәni, özü yazan dәrinlik manometri quyuya endirilәrәk quyunun iş rejimi dәyişdirilir
vә eyni zamanda maye debitlәri ölçülür. Dәrinlik manometri endirilmәdәn quyunun
tәdqiqatı iki üsul ilә aparılır:
1.Böyük mәhsuldarlıq әmsalı olan quyular üçün Maksimoviç üsulu tәtbiq edilir; bu
zaman quyunun tәdqiqatı işçi agentin sәrfinin sabit vә quyu ağzında әks tәzyiqin
dәyişdiyi halda aparılır;
2.Kiçik mәhsuldarlıq әmsalına malik olan quyularda isә tәdqiqat işlәri quyu ağzında әks
tәzyiqin sabit, vurulan işçi agentin sәrfinin dәyişdiyi halda aparılır. Bu üsul Azәrbaycan
Neft vә Qaz sәnayesi Elmi-tәdqiqat Layihә İnstitutunun (AzNQSDETLİ) tәklif etdiyi
üsuldur.

İşçi agentin sərfinin sabit olduğu və quyu ağzında əks təzyiqin dəyişdiyi
halda quyuların tədqiqatı. (Maksimoviç üsulu)

Bu üsulda әvvәlcә quyunun qaldırıcının maksimal debitinә uyğun olan iş rejimi


müәyyәn edilir. Bunun üçün quyuya müәyyәn miqdarda işçi agenti verilir. İşçi agentinin
miqdarı tәdqiqat zamanı bütün rejimlәrdә sabit qalır. Quyunun rejimi qәrarlaşdıqdan
sonra quyu ağzında işçi agent xәttinә qoyulmuş nümunәvi manometrlә işçi tәzyiq, sonra
isә maye vә qaz debitlәri ölçülür. Sonra maye hasilatının ikinci rejiminә keçirilir. Bunun
üçün atqı xәttindә siyirtmә bir qәdәr bağlanılır vә nәticәdә işçi agent verilәn xәtdә işçi
tәzyiq vә müvafiq olaraq quyudibi tәzyiqi artır, quyunun debiti isә azalır (25-30%-ә
qәdәr). Quyu yeni rejimdә rejim qәrarlaşana qәdәr işlәyir, bundan sonra onun debiti vә
işçi agentin tәzyiqi ölçülür. Adәtәn quyunun 4-5 müxtәlif hasilatlarda tәdqiqatı aparılır.
Axırıncı ölçü üçün atqı xәttindә siyirtmә demәk olar ki, tam bağlanılır vә ya o dәrәcәyә
qәdәr bağlanılır ki, bu zaman güclü pulsasiya (döyüntü) baş verir. Quyunun iş rejimi elә
dәyişdirilir ki, iki ardıcıl gәlәn rejimdә işçi tәzyiqinin dәyişmәsi 1-2 atm-dәn çox olmasın.
Quyu ağzında işçi tәzyiqlәrin mәlumatlarına әsasәn qaldırıcı boruların başmağında
onlara uyğun tәzyiqlәr vә quyudibi tәzyiqlәri hesablanılır, sonra isә debit vә quyudibi
tәzyiqi arasında asılılıq әyrisi, yәni indikator әyrisi qurulur. İşçi tәzyiqә әsasәn quyudibi
tәzyiqi belә hesablanılır:

Pq.d=Pi.a+Pa-Psür+Pm

Burada Pl.a-vurulan işçi agentin tәzyiqi; Pq-qaldırıcının başmağından quyu ağzına


qәdәr qaz sütununun tәzyiqi; Psür.- quyu ağzından başmağa qәdәr qazın hәrәkәtinә
sәrf olunan sürtünmә tәzyiqi; Pm-qaldırıcı boruların başmağından quyudibinә qәdәr
maye sütununun tәzyiqidir. İndikator әyrisi qurulduqdan sonra mәhsuldarlıq әmsalının
qiymәtlәri müәyyәn edilir, әgәr bu qiymәtlәr uyğun gәlәrsә onda hәmin kәmiyyәt
mәhsuldarlıq әmsalı kimi qәbul edilir. Qәrarlaşmış rejimdә tәdqiqat mәlumatları
olmadıqda quyunun iş rejiminin keyfiyyәt qiymәtlәndirilmәsini aşağıdakı kimi vermәk
olar.

Quyunun optimal rejim qrafiki


Burada M-genişlәnәn qazın tam gücünün, qm hәcm sәrfinә malik mayenin L
hündürlüyünә qaldırılması üçün zәruri olan gücünә olan nisbәti, a =qaldırıcıda orta
tәzyiq qradiyentidir.

M= a=a
boruların diametrindәn asılı olan kәmiyyәdir.
Sonra M koordinatlarında tәhlil edilәn quyuların mәlumatları qurulur. Əgәr nöqtәlәr
nәzәri әyrinin әtrafında olarsa, onda quyuların optimal texnoloji rejimdә işlәdiyini demәk
olar. Əgәr vurulan qazın miqdarı kifayәt deyilsә, bu zaman quyu qrupları üçün kompleks
optimallaşdırma mәsәlәsi meydana çıxır. Qazlift quyu qrupunun optimallaşdırılması
üsulunun mahiyyәti belәdir: qaz resursu tükәndikdәn sonra hәr bir quyu üzrә qaz sәrfi
eyni miqdarda azaldılır vә hәr bir quyunun neft debiti ölçülür vә debitin maksimal
azalması ilә quyuya verilәn qaz sәrfi artırılır. Quyuların tәdqiqatının әnәnәvi üsulları
nisbәtәn çoxlu hәcmdә cari mәlumatlar tәlәb edir. Başlanğıc informasiyaya qoyulmuş
ciddi mәhdudiyyәt göstәrilәn metodlarla tәdqiqat işlәrinin aparılmasını әhәmiyyәtli
dәrәcәdә azaldır. Çatışmayan geoloji-mәdәn mәlumatlarının bәrpası üçün әn geniş
yayılmış üsullardan biri sıra statistikasından istifadә edilmәsidir. Belә yanaşma mәlumat
çatışmazlıqı şәraitindә quyuların iş rejimi vә aparılmış tәdbirlәrin sәmәrәsinin
qiymәilәndirilmәsi üçün tәdqiqat әmәliyyatlarının aparılmasına şәrait yaradır. Sıra
statistikası nәzәriyyәsi nizamlanmış sırada müәyyәn edilmiş yerlәri (ranqlar) tutan
obyektlәrin xassәlәrini öyrәnir. Statistik metodlardan fәrqli olaraq, bu nәzәriyyә
yuxarıdakı tәlәblәr qoyulmayan mәlumatlarla әmәliyyatlar aparır. Seçimin elementinin
qiymәti ilә bu elementin nizamlanmadan sonra tutduğu yer arasında elә әlaqә olur ki,
bu әlaqә elementlәrin ranqları üzrә seçimin ranqlaşmasına, qiymәtlәndirmәyә vә nәticә
çıxarmağa imkan verir. Bu zaman elementlәrin parametrlәrini vә paylanma qanununu
bilmәk kifayәtdir. Sıra statistikasından neft yataqlarının işlәnmәsindә quyuların işi
barәdә tam olmayan mәlumatlardan istifadә etmәklә texnoloji proseslәrin proqnoz
edilmәsi mәsәlәlәrini hәll etmәk mümkündür.

Qazlift quyularının optimal iş rejiminin müəyən edilməsi

Laydan çıxarılan neft vә qazın lay parametrlәrindәn vә quyuların istismar şәraitindәn


asılılığını müәyyәn etmәk üçün quyuların tәdqiqatı әsas şәrtlәrdәn biridir.Tәdqiqat
nәticәlәri, müәyyәn işlәnmәlәrdәn sonra quyular üçün әn әlverişli, rentabelli vә sәmәrәli
iş rejiminin seçilmәsinә imkan verir. Ən әlverişli rejimin seçilmәsi imkanı tәdqiqat
materiallarının hәcmi (sayı) vә dәqiq aparılması ilә müәyyәn edilir. Mәlum tәdqiqat
üsullarında quyuların müxtәlif rejimlәrdә istismarı zamanı onların iş parametrlәrinin qeyd
edilmәsi nәzәrdә tutulur. Lakin әksәr hallarda quyuların böyük miqyasda iş rejimlәrinin
dәyişilmәsi ilә istismar olunması mәqsәdәuyğun deyildir. Mәsәlәn, quyuların yuksәk
hasilatlı rejimlә istismar edilmәsi, qumun gәlmәsi, layın sulaşması, layda qazın çox
miqdarda ayrılması vә s. çәtinliklәrin yaranmasına sәbәb ola bilәr. Mәlum tәdqiqat
üsulları bir vә ya iki parametrin mәhdud bir neçә amildәn asılılığını öyrәnmәyә imkan
yaradır. Mәsәlәn, fontan quyusunun hasilatı ştutserin diametri, kompressor üsulu ilә
işlәyәn quyuların hasilatı sıxılmış işçi agentinin miqdarı, ştanqlı dәrinlik nasosunun
mәhsuldarlığı plunjerin gediş yolun, nasosun diametri vә mancanaq dәzgahının
yırğalanma sayından vә s. asılı olaraq öyrәnilir. Hasilatın tәdqiq olunan göstәricilәrdәn
asılılığını xarakterizә edәn bu amillәrә digәr parametrlәrin tәsiri nәzәrә alınmadığına
görә, quyularda optimal iş rejimlәrinin tәyin edilmәsi çәtinlik törәdir. Mәsәlәn, fontan vә
kompressor quyularının mәhsuldarlığı ştutserin diametri vә işçi agentinin sәrfindәn
başqa, qaldırıcının ölçülәri, boruların mayeyә batırılma dәrinliyi, işçi tәzyiqlәrindәn vә
s.asılıdır. İstismarın optimal variantının tәyin edilmәsi mәsәlәsi, yәni seçilmiş
optimallaşdırma variantı-quyu istismarının optimallaşdırılmış rejimi adlanır. Quyuların
optimal iş rejimlәrinin axtarılmasını vә tәyin edilmәsini sürәtlәndirәn vә sadәlәşdirәn
hidrodinamiki tәdqiqat üsullarından istifadә olunur. Bu üsullar aşağıdakı әsas prinsiplәri
tәmin etmәlidir:
1.Tәdqiqat intervalları sayının azaldılmasını (mәsәlәn,ştutserlәrin sayı,işçi agentinin
sәrfi, mancanaq dәzgahının yırğalanma sayı vә s.);
2.Əsas amillәrin eyni zamanda qiymәtlәrini vә onların dәyişdirilmәsi qaydasının tәyini;
3.Tәdqiqatın aparılma qaydalarını formalaşdırmaqla gәlәcәkdә aparılacaq axtarışlar
üçün әsaslı qәrarlar qәbul edilmәsinә imkan verәn riyazi aparatlardan istifadә
olunmasını.
Optimal rejimin qurulması üçün evolyusiya planlaşdırması üsulunda çox tәrtibli tәkrar
zamanı әhәmiyyәtli dәrәcәdә artan işçi parametlәrin kiçik dәyişmәlәrindәn istifadә
olunur. Kompressor quyularının iş rejimlәrinin optimal vәziyyәtә gәtirilmәsinә evolyusiya
planlaşdırması üsulunun tәtbiq edilmәsinә baxaq. Quyuların optimal vәziyyәtә gәtirilmәsi
tәdqiqat materiallarına әsasәn Q=Q(V) vә R0=R0(V) asılılıqlarının tәhlili nәticәsindә
hәyata keçirilir.
Burada Q-quyunun mayeyә görә hasilatı; V-sıxılmış işçi agentinin sәrfi; R0-sıxılmış işçi
agentinin xüsusi sәrfidir. Şәkil-dә Q=Q(V) vә R0=R0(V) asılılıqları verilmişdir. Quyunun
iş rejimi Qopt ilә Qmax arasındakı intervalda seçilir. Bu asılılıqları almaq üçün quyu 7-8
dәfә müxtәlif rejimlәrdә istismar olunur.

Q=Q(V) və R0=R0(V ) asılılıqları əyriləri:


1-sıfır rejimi; 2-optimal verim (Qopt ); 3-maksimal verim (Qmax.).

Belә kompressor quyusunun işini evolyusiya planlaşdırmasının tәtbiq edilmәsilә


optimallaşdıraq. Optimallaşdırmanın vәzifәsi, işçi agentinin sәrfi (V) ilә ştutserin diametri
(d) arasında sәmәrәli әlaqә yaratmaqla, quyunun maksimum neft hasilatı rejiminә nail
olmaqdır. Fәrz edәk ki, prosesi xarakterizә edәn amillәr- çıxarılan mayenin sәrfi (Q),
vurulan işçi agentinin sәrfi (V) vә ştutserin diametri (d)-dir.
Burada V vә d amillәrini dәyişdirmәklә funksiyanın maksimum qiymәtinin tapılması lazım
gәlir. Tәdqiqat aşağıdakı ardıcıllıqla gedir:
1.Əsas sәviyyәnin vә dәyişmә intervallarının seçilmәsi; әsas sәviyyә quyunun işlәyәn
rejimindәn (Vo, do) asılı olaraq seçilir. Mәsәlәn, quyu üçün V0=17550 m/sut, d0=4,5
mm-dir. V vә d üçün dәyişmә addımı aşağıdakı düsturlarla tapılır:

1=V2-V0=V0-V1; 2=d2-d1=d0-d1
Burada V1 vә d1-işçi agentni sәrfinin vә ştutserin diametrinin minimal qiymәtlәri; V2
vә d2-göstәrilәn parametrlәrin maksimum qiymәtlәridir.
2.Dәyişmә addımından asılı olaraq, hәr rejimә sıra ardıcillığı vermәklә tәdqiqatın
nәticәlәri protokol cәdvәldә göstәrilir. Mәsәlәn,hazırda işlәyәn rejim birinci hesab
olunur, ikinci rejim diametrin 0,5 mm artması, üçüncü rejim isә işçi agenti sәrfinin 1500
m /sut azalması ilә vә s. götürülür:

3.Tәdqiqatın sonrakı mәrhәlәsi, prosesi tәyin edәn amillәrә әsasәn quyunun orta maye
sәrfinin tapılmasıdır.
I rejim üçün Vo=17550 m /sut, do=4,5 mm götürülür.

Qazlift qaldırıcısının hesablanması

Qazlift qaldırıcısının hasilat imkanlarının sәmәrәli istifadә olunmasının әsas şәrtlәri,


qaldırıcının konstruksiyasının vә onun iş rejiminin düzgün muәyyәn edilmәsidir.
Quyuların qazlift üsulu ilә istismarında mayenin qaldırılması üçün yer sәthindәn әlavә
enerji verilir. Qazlift qaldırıcısının iş rejiminin seçilmәsindә çalışmaq lazımdır ki, verilәn
әlavә enerji minimal olmaqla bәrabәr, konkret quyu üçün maksimal vә ya yol verilәn
qәdәr maye çıxarılmasına imkan versin. Qazlift qaldırıcısı aşağıdakı tәlәblәrә cavab
vermәlidir:
-quyudan maye çıxarılması zamanı enerji sәrfi әn az olmalıdır;
-quyudan optimal hasilatın alınması tәmin edilmәlidir.
Quyudan müәyyәn miqdarda mayenin çıxarılması üçün aşağıdakı mәsәlәlәri hәll etmәk
lazımdır:
-qaldırıcının uzunluğu, qaldırıcı boruların endirilmә dәrinliyi müәyyәn edilmәli;
-qaldırıcı boruların әn sәrfәli diametri hesablanılmalı;
-vurulan işçi agentin әn sәrfәli miqdarı tapılmalı;
-işәsalma tәzyiqi müәyyәn edilmәli;
-vurulan işçi agent ilә çıxarılan maye arasında әn әlverişli nisbәt (işçi agentin әn az
xüsusi sәrfi) müәyyәnlәşdirilmәlidir.
Qaldırıcının tam hesabatının aparılması üçün hәr bir quyu üzrә aşağıdakı mәlumatlar
olmalıdır:
1.lay tәzyiqinin qiymәti vә layın mәhsuldarlıq әmsalı;
2.yol verilәn depressiya vә ya nәzәrdә tutulan yol verilәn debit;
3.quyunun dәrinliyi vә qoruyucu kәmәrin diametri;
4.çıxarılan mayenin xüsusi çәkisi;
5.qaz amili vә qazın neftdә hәllolma әmsalı (0,5 qәbul edilir);
6.qazpaylayıcı sistemdәki tәzyiq.
Qazlift istismarının layihәlәndirilmәsindә vurulan qazın işçi tәzyiqi (Pi), sәrfi (V), qazın
daxil edilmә dәrinliyi (L), yәni qaldırıcı boruların uzunluğu vә diametri (d) bir-birilә
әlaqәlәndirilmәlidir. Quyunun debiti (Q) vә quyudibi tәzyiqi (Pq.d.) işlәnmә layihәsindәn
mәlumdur. Atqı xәttindә tәzyiq (Pq.a) mәhsulun neftqazyığılma şәraitindәn müәyyәn
edilir.
Tәcrübi mәqsәdlәr üçün fontan vә qazlift quyularının iş parametrlәri rus akademiki
A.P.Krılovun tәklif etdiyi düsturlar vasitәsilә müәyyәn edilә bilәr. Bu düsturların alınması
üçün qazın özlülüyü havanın özlülüyünә bәrabәr, mayenin özlülüyü isә 5 MPa*s
götürülmüş, qazın Boyl-Mariott qanunu üzrә genişlәndiyi, tәzyiqin borunun uzunluğu
boyu düz xәtt tәnliyi üzrә dәyişdiyi vә hәrәkәt edәn qarışığın tıxaclı struktura malik
olduğu ehtimal edilir. Aparılan tәcrübәlәrin nәticәlәrini analitik işlәyәrәk A.P.Krılov sıfır,
optimal vә maksimal rejimlәr üçün hesabat düsturları tәklif etmişdir. Hesabat iki şәrait
üçün aparılmışdır:
1.Quyudan çıxarılan maye hasilatı mәhduddur. Bu zaman maye debiti (Qm), quyudibi
tәzyiqi (Pq.d.), çıxarılan qazın miqdarı (Qq) mәlum olur. Quyudan çıxarılan maye
hasilatını geoloji-texnoloji vә texniki amillәr mәhdudlaşdırır.
Geoloji-texnoloji amillәrә mәhsuldar layın süxurlarının dayanıqlıq (möhkәmlik)
dәrәcәsini (layın dağılması vә qumun çıxarılması), daban sularının vә yuxarı hissәdә
qazın olması (su vә qaz konuslarının әmәlә gәlmәsi ), Pq.d ≥ 0,75 Pd şәrtinin tәmin
olunmasının zәruriliyi (layda qazın neftdәn ayrılması zamanı neftvermәnin azalmasına
imkan verilmәmәsi), bütövlükdә lay üzrә çıxarılan suyun hәcminin
mәhdudlaşdırılmasının vә orta qaz amilinin azaldılmasının zәruriliyi (qazbasqılı vә hәll
olmuş qaz rejimlәrindә); su-neft vә qaz-neft konturlarının bәrabәr hәrәkәtinin vә su,
qazın neftli zonaya daxil olmasının qarşısının alınmasının zәruriliyi aiddir.
Texniki amillәr isә qoruyucu kifayәt qәdәr möhkәmliyinin olmaması vә quyudibi
tәzyiqinin әhәmiyyәtli dәrәcәdә azalması zamanı әyilmәsi, istismar avadanlığının
(separatorlar, neftin hazırlanması qurğuları) mәhdud gücü (buraxma qabiliyyәt) aiddir.
2.Quyudan çıxarılan maye hasilatı mәhdud deyil, yәni әlavә olaraq Q, Pq.d., Qq
kәmiyyәtlәrini müәyyәn etmәk lazımdır. Mayenin qeyri-mәhdud hasilatı, quyuların
mәnimsәnilmәsi mәqsәdilә sürәtlә çıxarma üsulunda çox sulaşmış (80%-dәn çox)
quyularda tәyin edilir. Ancaq bütün hallarda layın dağılmasına, qaz amili vә sulaşmanın
artmasına yol vermәk olmaz.

Maye hasilatı məhdud olduqda hesabatlar

Maye hasilatının mәhdud olması üçün quyu dibindә müәyyәn әks tәzyiq saxlamaq
lazımdır. Bu zaman axın tәnliyi
Q=R(PL-Pq.d)=KP
Qaldırıcı daha sәmәrәli, yәni әn kiçik xüsusi qaz sәrfindә işlәmәsi üçün, qaldırıcı
optimal hasilat rejimindә işlәmәlidir, bunun üçün qaldırıcının dalma dәrinliyi әn böyük
götürülmәlidir, yәni qaldırıcının uzunluğunu tәxminәn quyunun dәrinliyinә bәrabәr
götürmәk lazımdır:
L≈H
Quyular istismar edildikcә layda tәzyiq azaldığı üçün nisbi dalma dәrinliyi getdikcә
azalacaqdır. Debiti sabit sәviyyәdә saxlamaq üçün qaldırıcı maksimal hasilat rejiminә
keçirilmәlidir. Qaldırıcının maksimal rejimdә işlәmәsi üçün isә

L=2h; L=h0
yәni, qaldırıcının uzunluğu mayenin qalxma hündürlüyündәn iki dәfә böyük olmalıdır.
ho-quyu ağzından gәtirilmiş dinamik sәviyyәyәdәk mәsafә (buna gәtirilmiş dinamik
sәviyyә yüksәkliyi deyilir).
h-gәtirilmiş dinamik sәviyyәdәn qaldırıcının başmağına qәdәr olan mәsafә (buna
gәtirilmiş dinamik sәviyyә dәrinliyi deyilir).

h
götürülür.
Burada Pg - qaldırıcının başmağındakı tәzyiq; Pq.a.- quyuağzı tәzyiq; ᵖ-mayenin
sıxlığı; g-sәrbәstdüşmә tәcilidir.
Quyu ağzındakı tәzyiq atmosfer tәzyiqinә yaxın olduqda h, qaldırıcının dinamik
sәviyyәdәn mayeyә dalma dәrinliyidir
h =L-h
Belәliklә,

L≈H vә ya Pq.a≈Patm olduğundan h olar.


Çox hallarda qaldırıcının uzunluğunu düsturda olduğu kimi götürmәk mümkün olmur,
çünki maye sütununun gәtirilmiş dinamik yüksәkliyi, gәtirilmiş dinamik sәviyyәnin
dәrinliyindәn az olur vә ya quyuya vurulan işçi qazın tәzyiqi (Pişçi) kifayәt qәdәr olmur.
Qaldırıcının optimal nisbi dalma dәrinliyinә buraxılması zamanı işçi tәzyiq, tәxminәn
başmaq tәzyiqinә bәrabәr olur:

Pişçi=Pbaş=h
Mәdәnlәrdә vurulan qazın tәzyiqi çox hallarda tәxminәn 5 MPa olur. Demәli, optimal
uzunluqlu qaldırıcı yalnız dinamik sәviyyәsi 500 m-dәn vә dәrinliyi 1000 m-dәn az
olmayan quyularda mümkündür.
Quyu optimal rejimdә işlәyәn zaman qaldırıcının dinamik sәviyyә altına dalma dәrinliyi
artdıqca, vurulan qazın xüsusi sәrfi azalır, yәni qaldırıcının uzunluğu vurulan qazın işçi
tәzyiqindәn asılı olur:

L=H-Pg
Burada pg-tәrkibindә qaz olmayan mayenin nisbi sıxlığıdır. Əgәr mayenin tәrkibindә qaz
olarsa, qarışığın orta sıxlığı götürülür:
P=
p q.a vә pb qarışığın müvafiq olaraq quyu dibindә vә qaldırıcının başmağındakı sıxlıqlarıdır.
Pq.a=
Pb=
Burada Q- maye hasilatı; Qn- neft hasilatı; Q-neftә nisbәtәn qaz amili; - qazın hәll olma
әmsalı; d-quyunun vә ya hava vurulan 2-ci sıra boruların diametri; p - mayenin; pn -
neftin nisbi sıxlığıdır.
Qaldırıcının başmağındakı tәzyiq (Pb), qaz paylayıcı budkadan quyuya qәdәr vә quyuda
qazın hәrәkәtinә sәrf olunan itkilәr nәticәsindә işçi tәzyiqdәn (Pi) 0,3-0,4 MPa qәdәr az
olur. İşçi tәzyiq artdıqca qaldırıcının uzunluğu artır, Pb=Pq.d olduqda isә qaldırıcının
uzunluğu demәk olar ki, quyunun dәrinliyinә bәrabәr olur:

a-işçi klapandan süzgәcin yuxarı deşiklәrinә qәdәr olan mәsafәdir. Vurulan qazın
laydan quyuya maye axınına mane olmaması üçün işçi klapan süzgәcin yuxarı
deşiklәrindәn tәxminәn 20 m yuxarıda yerlәşdirilir. Qaldırıcının diametri A.P.Krılova
görә :

d =188(
Əgәr düstur ilә müәyyәn edilmiş diametr, standart diametrdәn fәrqlәnәrsә, bu
zaman qaldırıcının optimal debitdәn yuxarıda (Qopt ilә Qmax arasında) işlәmәsi
üçün standart üzrә әn yaxın kiçik diametr götürülür. Optimal debit nöqtәsindәn
aşağıda qaldırıcının işi döyüntülü (pulsasiya) olur. Qaldırıcı optimal rejimdә
işlәdikdә qazın xüsusi sәrfi aşağıdakı kimi tapılır:

Ropt=
Burada qaldırıcının quyunun dibinә qәdәr endirildiyi, yәni, L=H olduğu vә başmaq
tәzyiqinin quyudibi tәzyiqinә bәrabәr olduğu güman edilir. Bu düsturlarda qazın neftdә
hәll olması nәzәrә alınmamışdır. Qaz neftdә tәzyiqә mütәnasib hәll olur vә mayenin
qaldırılmasında qaz amilinin (Qo) yalnız müәyyәn hissәsi iştirak edir.
Pb vә Pq.a. tәzyiqlәri arasında 1 ton neftdә hәll olan qazın hәcmi

Q=
Burada - qazın neftdә hәllolma әmsalıdır; ≠ const, lakin hesablamalarda = const
qәbul edilir.
Mayenin qaldırılmasında laydan gәlәn qazın orta hesabla Q°n.q. qәdәri iştirak etmir, onda
mayenin qaldırılmasında iştirak edәn qazın sәrfi, yәni effektiv qaz sәrfi belә tapılır:

-
Qef=Q0+ Qn.q= Q0-
Neftlә birlikdә su olan quyularda qaz amili neftә nәzәrәn hesablanır, yәni qaz amili
gündәlik qaz hasilatının gündәlik neft hasilatına olan nisbәtidir. Mayenin ümumi
hasilatına düşәn qaz amili:

Qüm= Q0(1-)
nsu- suyun bütün mayeyә nisbәtәn faizlә miqdarıdır.
Quyu neftlә bәrabәr su verәndә hәr 1 ton qaldırılan mayedә hәll olan qazın orta miqdarı

Qn.q= Q0(1-)=

Bu halda effektiv qaz amili


Qüm= Q0-
ifadәsindәn tapılır. Müәyyәn olunan hasilatın miqdarını hәmişә optimal iş rejimindә
nasos-kompressor boruları ilә tәmin etmәk mümkün olmur. Aşağıdakı variantlar
mümkündür:
A.Nasos-kompressor borularının düsturu ilә hesablanılmış diametri (d1) ölçüsünә görә
istismar kәmәrinә uyğun gәlmir. Bu zaman quyuya әn böyük diametrli nasos-
kompressor boruları endirilir vә maksimal rejimdә buraxma qabiliyyәti müәyyәn edilir:

Qmax=
Əgәr qaldırıcının maksimal rejimdә buraxma qabiliyyәti müәyyәn olunan debitdәn
böyük vә ya ona bәrabәrdirsә, onda d1 diametri saxlanılır. Qmax≈Q olduqda maksimal
rejimdә qazın xüsusi sәrfi:
Rmax=
Sonra Ro vә vurulan qazın sәrfi aşağıdakı kimi tapılır:
V=R0Q
Qmax>Q olduqda quyu Qmax vә Qopt rejimlәri arasında olan rejimdә işlәyәcәkdir, ona
görә dә vurulan qazın sәrfini tapmaq üçün Q =f(V) әyrisi qurulur

Qopt < Q < Qmax olduqda qaz sərfinin qrafik təyini

Optimal vә maksimal rejim nöqtәlәrindә toxunan üzrә xarakteristik әyrinin yalnız bir
hissәsinin qurulması lazımdır.

Quyuların kompressorsuz qazlift üsulu ilə istismarı

Qazlift istismarı zamanı mayenin quyudan qaldırılması üçün işçi agenti


kompressorlarda lazımi tәzyiqә qәdәr sıxmaq lazımdır. Əgәr yataqda böyük lay tәzyiqli
neft layları varsa, onda bahalı kompressor stansiyalarının tikilmәdәn dә ötüşmәk olar.
Belә quyularda qaz separatorunun çıxışında ştutser quraşdarmaqla, qazın tәzyiqindәn,
digәr neft quyularında mayenin qaldırılması üçün istifadә etmәk olar.
Əgәr hәr hansı bir yataqda neft laylarından әlavә kifayәt qәdәr lay tәzyiqli qaz layları da
varsa, sıxılmış qazın enerjisindәn mayenin neft quyularından çıxarılması üçün istifadә
etmәk olar. Hәm bu, hәm dә digәr halda qaz, onun quyular üzrә paylanması üçün
qazpaylayıcı budkalara yönәldilir. Mahiyyәti qazın lay enerjisinin kompressorlardan
istifadә etmәdәn mayenin qaldırılması üçün istifadәsindәn ibarәt olan belә istismar üsulu
kompressorsuz qazlift üsulu adını alıb.
Kompressorsuz istismar üsulunun texnoloji sxemi aşağıdakı kimidir. Qaz quyusundan
qaz, separatorlarda qurudulduqdan sonra qızdırıcıya daxil olur, buradan quyulara
paylanması üçün qazpaylayıcı budkaya yönәldilir. Neft quyularının, hәmçinin
qazpaylayıcı budkaların avadanlığı adi kompressor istismarındakı avadanlıqdan heç nә ilә
fәrqlәnmir. Kompressorsuz qazlift istismar üsulu, fontan üsulundan başqa, digәr
üsullarla müqayisәdә daha ucuzdur. Çoxdan mәlum olmasına vә tәtbiqi üçün imkanlar
olduğuna baxmayaraq, qazın quyulara verimi zamanı qaz kәmәrlәrindәki kristal
hidratların әmәlә gәlmәsi sәbәbindәn gecikdirilirdi.

Quyudaxili qazlift.

Quyudaxili qazlift-neft yatağının istismarı üçün qazılmış quyunun kәsilişindә yerlәşәn


qaz layından işçi agentin (qazın) daxil olması şәraitindә aparılan stismar üsuludur.
Quyudaxili qazlift, qaz layının neft layından yuxarıda vә ya aşağıda yerlәşdiyi vә kifayәt
qәdәr enerjisinin (tәzyiq vә qaz ehtiyatı) olduğu halda hәyata keçirilir. Hәr iki lay
perforasiya vasitәsilә quyu ilә әlaqәlәndirilir. Quyudaxili qazliftin tәtbiqindә qazın
әvvәlcәdәn hazırlanması tәlәb olunmur. Neft vә qaz laylarının qarşılıqlı yerlәşmәsi
müxtәlif ola bilәr, qaz layında lay tәzyiqi (PL.q.), neft layında olan lay tәzyiqindәn
(PL.q.) çox vә ya az ola bilәr.
Çox vaxt layların paker vasitәsilә ayrılması vә neft vә ya qaz axınının qaldırıcı borulara
girişindә müәyyәn diametrli ştuserin kömәyilә mәhdutlaşdırılması zәrurәti meydana
çıxır. Bütün hallarda layların birgә işlәnmәsindә parametrlәrin hesablanma metodikaları
oxşardır.
Qaz layının neft layından yuxarıda yerlәşdiyi halda Pn.l.>Pq.l
Burada layların paker ilә ayrılmaması imkanı vardır.

Quyudaxili qazliftin sxemi.


1-qaz layı; 2-neft layı; 3-işçi klapan.
Belә sxem üzrә qaz papağı olan neft yatağına qazılmış quyu istismar edilә bilәr. Bu
zaman qaz
papağının qazının enerjisindәn neftin qaldırılmasında istifadә edilir. Qaldırıcı borular neft
layının süzgәcinin yuxarı deşiklәrinә qәdәr endirildiyi üçün
Pn.l.=Pq.l+pg hsüt
Burada hsüt – quyu işlәmәdiyi halda neft layının dibinin üstündә olan maye sütununun
hündürlüyüdür.
Neft vә qaz layları üçün axın tәnliklәri aşağıdakı kimidir.
Q=K(Pn.l.-Pq.d.n)

Burada Pq.d.n vә Pq.d.q – neft vә qaz laylarının dib tәzyiqlәri; q – qaz layının debiti; a,b -
sabit әmsallardır. Hesabatın sadә olması üçün neft layının dib tәzyiqinin doyma
tәzyiqindәn (Pd) çox olduğunu qәbul edәk. Neft layının dib tәzyiqi doyma tәzyiqindәn az
olduqda hesabat metodikası dәyişmir yalnız hesabat düsturları başqa formada olur.
Nasos- kompressor boruları kәmәrindә neft layından h mәsafәdә işçi klapan qoyulur.
Atqı xәttindә siyirtmә açıldıqdan sonra qaldırıcı borularda tәzyiq, borulararası fәzadakı
tәzyiqdәn kiçik olur vә belә hal neftin nasos-kompressor borularında qalxmasına vә
qazın boruarxası fәzadan işçi klapan vasitәsilә daxil olmasına sәbәb olur. Mayenin
qalxması zamanı, işçi klapanın qarşısında NKB-dә tәzyiq (Pb) artacaq, demәli qaz
layından daxil olan qazın sәrfi azalacaqdır. Quyu qәrarlaşmış rejimdә istismar edildikdә.
Ph-Pb=pg(h-hd)
olur, burada Ph-istismar kәmәri ilә NKB arasında halqavari fәzadakı tәzyiq, hd-quyu
işlәyәn zaman neft layının dibindәn quyunun borulararası fәzasında maye
sәviyyәsinәdәk olan mәsafәdir.

Qazlift quyularının işə salınması

Qazmadan alınan vә ya istismar zamanı dayanmış quyuların işә salınması tәlәb


olunur. Quyuların işә salınmasının mahiyyәti mayenin qaz vasitәsilә qaldırıcı boruların
başmağına qәdәr sıxışdırılması vә quyuağzına qaldırılaraq atqı xәttinә verilmәsindәn
ibarәtdir. Əgәr qaldırıcı ikicәrgәlidirsә, quyu işlәmәdiyi halda, yәni qaz vurulmamışdan
әvvәl bütün borularda mayenin sәviyyәsi eyni olur. Bu sәviyyәyә statik sәviyyә deyilir.
İşləməyən qazlift quyusunun sxemi
Qazmadan alınan yeni quyuda maye müәyyәn bir sәviyyәdә qәrarlaşır ki, bu sәviyyә
dә statik sәviyyәyә bәrabәr vә ya cox hallarda ondan artıq olur. İstismar zamanı hәr
hansı bir sәbәbә görә dayanan quyuda isә quyu gövdәsi qazsız su vә ya digәr maye ilә
dolu olduğu fәzaya qaz vurulduqda, maye aşağı basılacaq, qaldırıcıda vә borulararxası
fәzada sәviyyә yüksәlәcәkdir. Quyu dibinә düşәn tәzyiq, lay tәzyiqindәn cox olduqda
mayenin bir hissәsi laya keçәcәkdir (lay tәrәfindәn udulacaqdır). Laya keçәn mayenin
miqdarı, onun sıxışdırılması müddәti sıxışdırma sürәti vә quyunun mәhsuldarlıq
әmsalından asılıdır. Layın keçiriciliyi pis vә ya quyu dibindә lil çöküntülәri olduqda
sıxışdırılan mayenin hamısı qaldırıcı borulara keçәcәkdir. Maye sıxışdırıldıqdan vә bir
hissәsi laya keçdikdәn sonra, mayenin digәr hissәsi qaldırıcı boruda vә boruarxası
fәzada yığılacaqdır. Halqavari fәzada olan bütün maye qaldırıcı boruların başmağına
sıxışdırıldıqdan sonra qaldırıcı borularda vә boruarxası fәzada maye sәviyyәsi
qalxacaqdır. Qaz başmağa çatandan sonra yalnız qaldırıcı borulara daxil olacaq vә
oradakı mayeni qaldırmağa başlayacaqdır. Qaz-maye qarışığı (QMQ) quyuağzına
çatdıqda atqı xәttindәn axmağa başlayacaqdır. Maye sәviyyәsinin halqavari fәzada
qaldırıcı boruların başmağına çatdığı anda quyuya vurulan qazın maksimal tәzyiqi
işәsalma tәzyiqi (Piş) adlanır. İşәsalma tәzyiqi aşağıdakı düsturla hesablanır:

Pi.s=(h’+h)pg
h‘-qaldırıcının başmağının statik sәviyyәdәn aşağı endirildiyi dәrinlik; Δh-qaldırıcı boruda
mayenin statik sәviyyәdәn yuxarı qalxma hündürlüyü; Ρ - mayenin sıxlığıdır.
Maye atqı xәttinә atıldıqdan sonra başmaqda tәzyiq düşmәyә başlayır. Bu zaman boru
arxasındakı maye qaldırıcının başmağına axmağa başlayacaq vә qaz tәrәfindәn quyu
ağzına qaldırılacaqdır. Bunun nәticәsindә quyudibi tәzyiqi azalacaq (quyudibi tәzyiqi,
vurulan işçi agentin tәzyiqindәn, quyudibi vә qaldırıcı boruların başmağı arasındakı
sahәdә olan maye sütununun hidrostatik tәzyiqi qәdәr fәrqlәnir). Quyudibi tәzyiqi lay
tәzyiqindәn az olduqda, yәni depressiya yarandıqda laydan quyudibinә maye axını
başlayacaq vә qaz tәrәfindәn atqı xәttinә atılacaqdır. Bu, tәzyiqin düşmә әyrisinin
formasında öz әksini tapır; tәzyiq әvvәlcә çox tez düşür, sonra isә düşmә tempi zәiflәyir.
Elә bir an gәlib çatır ki,qaldırıcıya daxil olan bütün mayenin çıxarılması tәmin edilә
bilmir, nәticәdә qaldırıcının başmağı maye ilә tutulur. Bu ana tәzyiqin minimal qiymәti
uyğun gәlir. Qazın daxil olması davam etdiyi üçün, halqavari fәzada tәzyiq artır, maye
sәviyyәsi yenidәn qaldırıcının başmağına sıxışdırılır vә proses tәkrarlanır. Lay vә
qaldırıcının qarşılıqlı tәsiri nәticәsindә boruarxası fәzada müәyyәn bir maye sәviyyәsi
qәrarlaşır. Bu sәviyyәnin qiymәti quyudan çıxarılan mayenin miqdarından asılıdır.
Dinamik sәviyyәnin hündürlüyündәn asılı olaraq qaldırıcı boruların başmağında müәyyәn
bir tәzyiq yaranır. Qaldırıcının iş rejiminin qәrarlaşdığı halda vurulan qazın orta tәzyiqi
işçi tәzyiq (Pi) adlanır.

İşəsalma təzyiqinin müəyyən edilməsi

Şәkildәn göründüyü kimi, kompressor quyusu işә salındıqda, tәzyiq artır, maksimum
qiymәt aldıqdan sonra әvvәlcә kәskin, sonra isә tәdricәn düşür, yenidәn qalxır vә
müәyyәn sәviyyәdә qәrarlaşır. Lay qeyri-mәhsuldar olduqda vә qaldırıcı ilә lay arasında
hidrodinamik әlaqә mövcud olmadıqda tәzyiq, qazın sürtünmәsinә sәrf olunan tәzyiq
itkisinin qiymәtinә qәdәr azalardı. Şәkildә bu azalma punktir xәtlә göstәrilmişdir.
İşәsalma tәzyiqinin qiymәti qaldırıcının konstruksiyası, qaldırıcı vә hava borularının
endirilmә dәrinliyi, quyunun vә endirilmiş borularının diametri, işәsalmadan әvvәl maye
sәviyyәsinin vәziyyәti vә quyunun mәhsuldarlıq әmsalından asılıdır.
İkicәrgәli, halqavari sistemli qaldırıcı üçün işәsalma tәzyiqini müәyyәn edәk. Tutaq ki,
istismar kәmәrinin diametri D, qaldırıcı boruların diametri d1, hava borularının diametri
d2, qaldırıcı boruların başmağının statik sәviyyәdәn aşağı endirildiyi dәrinlik h‘-dir. Onda
h’=L-hst
L – qaldırıcının uzunluğudur.
İşәsalma tәzyiqinin düsturunu aşağıdakı kimi yazmaq olar:
Pi.s=hᵖgm
Burada m-boruların qalınlığı nәzәrә alınan vә ya nәzәrә alınmayan hallarda boruların
diametrlәrinin nisbәtilә müәyyәn edilәn әmsaldır.
İşәsalma tәzyiqi müәyyәn edildikdә boruların qalınlığının nәzәrә alınmaması bircәrgәli
qaldırıcıda 5%-dәn çox olmayan xәta verir. Lay tәrәfindәn udulma olmadıqda әn kiçik
işәsalma tәzyiqi mәrkәzi sistemli qaldırıcıda, bir qәdәr böyük-iki cәrgәli qaldırıcıda olur.
Mayenin lay tәrәfindәn udulması halında işәsalma tәzyiqi bütün hallarda az olacaqdır.
Ən böyük işәsalma tәzyiqi isә, bircәrgәli halqavari sistemli qaldırıcıda tәlәb olunur. Belә
qaldırıcı, qaldırıcı boruların başmağında statik sәviyyә (ρgh) ilә nisbәtdә işәsalma
tәzyiqinin әn çox artmasını tәmin edir. Bu qaldırıcının mәrkәzi sistemli qaldırıcıya
keçirilmәsi zamanı işәsalma tәzyiqi әhәmiyyәtli dәrәcәdә azalır. İkicәrgәli qaldırıcıda
işәsalma tәzyiqi әhәmiyyәtli dәrәcәdә artmır ( maksimum 30,8%) vә mәrkәzi sistemli
qaldırıcıya keçdikdә işәsalma tәzyiqi çox az( 12,61%) aşağı düşür.
Udulma әmsalı, udulma zamanı quyunun mәhsuldarlıq әmsalı, m kәmiyyәtinin
qiymәtilә müәyyәn olunan repressiya (Pq.d.-PL), işәsalma müddәti, mayenin özlülüyü
vә s. çoxsaylı amillәrdәn asılıdır. Ancaq, udulma әmsalı hәmişә faktik işәsalma tәzyiqinә
әsasәn real quyu üçün müәyyәn edilә bilәr. Eyni bir quyu üçün udulma әmsalı sabit
deyil vә quyunun işәsalma tempindәn asılıdır. İşәsalma nә qәdәr tez baş versә, udulma
әmsalı da bir o qәdәr vahidә yaxın qiymәt alar vә әksinә, sürәtli işәsalma zamanı, lay
әhәmiyyәtli miqdarda maye uda bilmir.

İşəsalma təzyiqinin azadılması üsulları


İşәsalma tәzyiqi işçi tәzyiqdәn böyük olduğundan quyuların işә salınması üçün,
mәnimsәnilmәyә analoji olaraq sәyyar kompressor vә ya әlavә qaz xәtti kimi yüksәk
tәzyiqli qaz mәnbәyinin olması zәruridir. Ancaq çox dәrin quyularda işәsalma tәzyiqi 30-
50 MPa–la çatdığı üçün vә yüksәk tәzyiqli kompressorun olmaması sәbәbindәn belә
tәzyiqin yaradılmasının çәtin olması vә yüksәk tәzyiqli qaz xәttinin çәkilmәsinә böyük
miqdarda xәrc tәlәb olunduğu üçün, işәsalma tәzyiqinin aşağı salınması әn optimal
variantdır.
Quyunun işәsalma tәzyiqinin çoxluğu, qaz ilә mayeni sıxışdıran zaman qaldırıcı
borudakı maye sütununun yüksәkliyi ilә izah olunur. Buna görә dә işәsalma tәzyiqinin
azadılması üsullarının hamısı sıxışdırılma zamanı qaldırıcı borularda olan mayenin bir
hissәsinin oradan çıxarılmasına әsaslanır. Hәmin maye ya yuxarıya- quyunun ağzından
atqı xәttinә, ya da aşağıya-quyudan laya sıxışdırılır.

Mayenin laya basılması üsulu

Bu üsuldan mәhsuldarlıq әmsalı çox olan quyularda uğurla istifadә olunur. Bu zaman
halqavari fәza kompressorun maksimal tәzyiqinәdәk qazla doldurulur vә qaz vurulan
xәtdәki siyirtmә bağlanaraq quyu tәzyiq (depressiya) altında saxlanılır. Depressiya
yaradılaraq quyu tәzyiq altında saxlandıqda quyunun dibinә düşәn tәzyiq lay tәzyiqindәn
çox olduğu üçün maye laya daxil olur. Quyu gövdәsindә mayenin sәviyyәsi azalır, qazın
tәzyiqi aşağı düşür. Sәviyyәnin azalması tәkrar işәsalmada quyu gövdәsindә qalan
mayenin sıxışdırılıb çıxarılmasına vә quyunun
istismara verilmәsinә imkan verir. Quyunun maksimal tәzyiq altında saxlanılması
müddәti layın udma qabiliyyәtindәn asılıdır. Layın udma qabiliyyәti nә qәdәr böyük
olarsa, bu muddәt bir o qәdәr az olar. Belә işәsalma üsulu kompressorun tәzyiqinin
qaldırıcı boruların başmağındakı statik tәzyiqә bәrabәr vә ya ondan çox olduğu hallarda
yararlıdır:Pk=≥hᵖg . Burada h statik sәviyyәdir.
Mayenin laya basılması prosesini sürәtlәndirmәk vә kompressorun tәlәb olunan tәzyiqini
azaltmaq üçün sonradan halqavari fәzada siyirtmәni bağlamaq vә qazı eyni zamanda
mәrkәzi vә boruarxası fәzalara vermәk lazımdır. Qaz mәrkәzi vә boruarxası fәzaya
verilәnә qәdәr bu fәzalarda sәviyyә artmış idi. Bu üsulla repressiyanı tәxminәn iki dәfә
artırmaq olar. Bәzәn quyuda bu prosesdәn sonra tәzyiqi azaltmaq (siyirtmәni açmaqla)
vә basılma prosesini tәkrar etmәk mәqsәdәuyğun hesab olunur.

Porşenləmə üsulu
Bu üsulun mahiyyәti ondan ibarәtdir ki, әvvәlcә porşen qaldırıcı borulara endirilәrәk
sәviyyә azaldılır. Sәviyyәnin azaldılması o vәziyyәtә qәdәr davam edir ki, bu zaman
borularda qalan maye sәviyyәsini sıxışdırmaq mümkün olsun. Bәzi hallarda әvvәlcә
sıxılmış qaz verilir vә qazın tәzyiqi maksimal hәddә çatdıqdan sonra qaz xәttindәki
siyirtmә bağlanılır vә porşendә sәviyyә azaldılır. Halqavari fәzada olan sıxılmış qaz
quyunun işәsalınma prosesini sürәtlәndirir. Porşenlәnmә zamanı qaldırıcı
mexanizmlәrdәn istifadә olunduğu üçün bu üsul әsasәn yeni quyuların işә salınmasında
tәtbiq olunur.

Qaldırıcı boruların tədricən endirilməsi üsulu

Bu üsulda qaldırıcı borular әvvәlcә stastik sәviyyәdәn aşağıya layihә dәrinliynә qәdәr
deyil, kompressorun mövcud tәzyiqi ilә quyunun işә salınması mümkün olan dәrinliyә
endirilir. Quyuya qaz verildikdә oradakı mayenin bir hissәsi bayıra atılacaq, sәviyyә aşağı
düşәcәkdir. Sonra quyunun ağzındakı armatur açılır, qaldırıcı borulara müәyyәn qәdәr
boru әlavә edilir vә armatur yenidәn qoyularaq quyuya qaz verilir vә belәlillә proses
yenidәn davam etdirilir. Boruların növbәti dәfә әlavә edilmәsi әvvәlki әlәvә edilmәdәn
50-30 % az olur, adәtәn borular hәr dәfә 30-50 metrә ölçü dә әlavә edilir. Boruların bir
neçә dәfәyә әlavә edilmәsi prosesi çox tez aparılmalıdır, әks halda hәmin müddәtdә
quyuda sәviyyә o qәdәr qalxa bilәr ki, boruları әlavә etdikdәn sonra qazın tәzyiqi
mayeni quyu ağzına qaldırıb atmağa kifayәt etmәz. Bu üsul mәhdud imkanlı vә çox
әmәk tәlәb edәn proses olub, çox kiçik mәhsuldarlığı olan quyularda aparıla bilәr (maye
sәviyyәsinin kifayәt qәdәr yavaş-yavaş qalxması üçün).

Quyuya eyni zamanda neft və qazın verilməsi üsulu

Lay perforasiya edildikdәn vә gilli mәhlul su ilә әvәz olunduqdan sonra quyu işә
düşmürsә, bu zaman aerasiya üsulundan istifadә olunur. Quyuların yolverilәn dalma
dәrinliyinin artırılması vә daha sәlis işә salınması üçün eyni zamanda neft vә qazın
vurulması, yәni aerasiya üsulu hәyata keçirilir. Layın müntәzәm bәrabәr drenaj olunması
vә quyudibinә daxil olan qumun miqdarının tәnzimlәnmәsi üçün quyudibinә düşәn
tәzyiqi tәdricәn, fasilәsiz vә kәskin olmayan depressiyalarla azaltmaq lazımdır. Quyuda
mayenin ağırlığının tәdricәn azaldılması üçün aerasiya üsulu daha yaxşı nәticә verir.
Üsulun mahiyyәti ondan ibarәtdir ki, borulararxası fәzada vә nasos-kompressor
borularında mayenin sıxlığının azaldılması üçün quyuya eyni zamanda su (neft) vә
sıxılmış hava (qaz) vurulur. Üsul quyuların mәnimsәnilmәsi bölmәsindә müfәssәl şәrh
edilmişdir.

Qazlift klapanları

Qazlift quyularının müasir istismar texnologiyası xüsusi konstruksiyalı dәrinlik


klapanlarının geniş istifadәsi ilә ayrılmaz surәtdә bağlıdır vә bu konstruksiyalar vasitәsilә
borularla halqavari (boruarxası) fәza arasında әlaqә qurulur vә ya dayandırılır vә qazın
nasos – kompressor borularına (NKB) daxil olması tәnzimlәnir. Qazlift klapanları
quyuların işәsalma tәzyiqini aşağı salmağa vә demәli qaldırıcı borulara vurulan qazın
daxiledilmә dәrinliyini azaltmağa, elәcә dә quyuların sәlis avtomatik işә salınmasını
tәmin etmәyә vә laya tәlәb olunan depressiya şәraitindә sabit işi tәmin etmәyә imkan
verir. Qazlift klapanlarının tәtbiqi laya düşәn depressiyanın artırılmasına vә bu da öz
növbәsindә quyudan götürülәn maye hәcminin yüksәlmәsinә sәbәb olur. Hal-hazırda
böyğk miqdarda mğxtәlif konstruksiyalı dәrinlik klapanları vardır. Klapanlar müxtәlif
әlamәtlәrә görә tәsnifata ayrılırlar.
1. Tәyinatlarına görә bğtun klapanlarını üç qrupa bölmәk olar:
1.1 Qazlift quyularının işә salınması vә mәnimsәnilmәsi ğçün işәsalma klapanları; 1.2
Qazlift quyularının fasilәsiz vә ya vaxtaşırı işi; qazın NKB-yә daxil edilmә yerinin pillәli
dәyişmәsi yolu ilә quyularda dәyişәn şәraitlәrdә onların optimal iş rejimlәrinin tәyin
edilmәsi üçün işçi klapanlar. Vaxtaşırı istismar zamanı klapan üstündә müәyyәn
yüksәklikdә olan maye toplandıqda bu klapanlardan NKB-yә qaz axını baş verir vә NKB-
dәn maye yer sәthinә atılandan sonra klapanlar qaz verilmәsini dayandırır;
1.3 Müәyyәn dәrinlikdә klapandan aşağıda halqavari (boruarxası) fәzada mayenin
sәviyyәsini saxlamaq ğçün sonuncu klapanlar; bu klapanlar özlәrindәn NKB-yә qazın
daha bәrabәr sәviyyәdә daxil olmasını tәmin edir vә pulsasiyanın qarşısını alır. Onlar
boru kәmәrlәrinin başmağının yaxınlığında quraşdırılır.
2. Konstruktiv yerinә yetirilmәsinә gürә qazlift klapanlarının tәsnifatı aşağıdakı kimidir:
2.1. Yaylı; 2.2. Silfonlu; 2.3. Kombinasiya edilmiş.
3. İş xarakterinә görә klapanların tәsnifatı:
3.1. Normal açıq; 3.2. Normal bağlı.
4. İşlәnmә tәzyiqinә görә klapanların tәsnifatı:
4.1 Halqavari (boruarxası) fәzada mövcud olan tәzyiqdәn; 4.2 NKB-dә mövcud olan
tәzyiqdәn işlәyәn klapanlar.
Klapanlarda elastik element qismindә ya yaydan,yaxud da müәyyәn sәviyyәyә kimi
qabaqcadan azotun vurulduğu silfon kamerasından istifadә edilir (silfon klapanları). Bu
klapanların elastik elementi sıxılmış azotdur. Hәm yayın, hәm dә silfonun istifadә edildiyi
kombinasiya edilmiş klapanlar da mövcuddur.
Tәsir prinsipinә görә әksәr klapanlar diferensialdır, yәni halqavari (boruarxası) fәzada vә
NKB-dә klapan sәviyyәsindә tәzyiq düşgüsündәn asılı olaraq açılır vә ya bağlanır.
Onlardan işәsalma vә işçi klapanlar kimi istifadә olunur. Yaylı klapan iş xarakterinә görә
diferensial tipli normal açıq klapan olub, NKB-nin xarici tәrәfinә bәrkidilir. O, әsas (1) vә
kümәkçi ştuserlәrә (2) malikdir. Sayı dәyişәn deşikdәn (3) qaz daxil olur. Pistonqolunun
(4) hәr iki ucunda iki klapan başlığı var vә gәrilmәsi qayka (6) ilә tәnzimlәnәn yaylar
pistonqolunu aşağı ştuserә (2) sıxılmış vәziyyәtdә saxlayır. Belәliklә,normal olaraq
klapan açıq olur.O açıq olduqda (3) deşiyi vә(1) ştuserindәn qaz NKB-ә daxil olur vә
orada mayeni qazlaşdırır. Nәticәdә NKB-dә tәzyiq (Pb) düşür, klapandakı tәzyiq (Pk) isә
sabit qalır. Bu zaman yayın dartılmasını dәf etmәyә vә klapanı bağlamağa çalışan güc
(Fy) yaranır.
Yaylı klapanların prinsipial sxemi

Quyuların qazliftin kömәkliyi ilә işә salınması zamanı quyuda sәviyyәnin aşagı
salınmasının әn sadә üsulu qoruyucu kәmәr ilә qaldırıcı borular arasındakı boruarxası
fәzaya (vә ya qaldırıcı boruların birinci vә ikinci cәrgәlәri arasındakı halqavari fәzaya)
tәzyiq altında saxılmış qaz vermәklә mayenin NKB-dәn kecmәklә sıxışdırılaraq
çıxarılmasıdır. Ancaq istehsalatda dәrin vә çox dәrin quyuların bu üsulla mәnimsәnilmәsi
üçün çox yüksәk tәzyiq tәlәb olunur. Bundan әlavә, quyudan mayenin atqı xәttinә
verilmәsi anında laya kәskin tәzyiqlәr fәrqinin yaradılması arzu olunmazdır; bu, quyudibi
zonanın süxurlarının dagılmasına, quyuağzı manifoldun güclü vibrasiyasına vә s. gәtirib
çıxara bilәr. Bu sәbәbdәn dә, neftçıxarmanın müasir praktikasında quyuda mayenin
sәviyyәsi bir neçә mәrhәlәdә, qaldırıcı boru kәmәrlәri boyunca yerlәşdirilmiş qazlift
klapanları vasitәsilә tәnzimlәnir. Klapanlar qazlift quyularının işәsalma tәzyiqlәrini aşağı
salmağa (vurulan qazın daxil olma dәrinliyi artırmağa) imkan verir, laya tәlәb olunan
depressiyalarda sәlis işә düşmәni vә sabit işlәmәni tәmin edir. Qazlift klapanlarının
tәtbiq edilmәsi nәticәsindә lazım olan hallarda laya depressiyanın artırılması әldә edilir
ki, bu da quyudan mayenin çıxarılmasının yüksәlmәsinә gәtirib çıxarır.

Klapanın açılma təzyiqinin qaldırıcı borulardakı təzyiqdən asılılığı.


Qazlift klapanları vasitəsilə səviyyənin azaldılması.

Tutaq ki, hәr bir klapanın silfon kamerasındakı tәzyiqi yuxarıda yerlәşdirilmiş klapanın
silfon kamerasındakı tәzyiqdәn Ps 0,1 MPa qәdәr kiçikdir. Quyu lay tәzyiqi ilә müәyyәn
edilәn statik sәviyyәyәdәk praktik olaraq maye ilә doludur. Quyuda mayenin
sәviyyәsinin azalması qoruyucu kәmәr ilә qaldırıcı borular arasındakı halqavari fәzaya
sıxılmış qazın verilmәsi anından başlayır. Sıxılmış qaz yuxarı klapanın açılması üçün lazım
olan maksimal tәzyiqә malik olmalıdır. Qrafikә әsasәn sıxılmış qazın bu tәzyiqindә
qaldırıcı borularda әks tәzyiq olmadıqda belә yuxarı qazlift klapanı açıq olacaqdır.
Nәzәrdәn keçirilәn halda, sıxılmış qaz halqavari fәzaya daxil olmağa başladığı anda
quyuda halqavari fәzada vә qaldırıcı borularda birinci qazlift klapanın qoyulduğu sәviyyә
ilә mayenin statik sәviyyәsi arasında xeyli miqdarda qazsız maye sütunu olur. Yuxarı
klapan, artıq qaz verilmәyә başladıqda açılacaq. Bu zaman maye borulara iki aşağı
klapandan da daxil olacaq, belә ki, onların azot ilә dolma tәzyiqi әn yuxarı klapandakı
tәzyiqdәn kiçik olur. Quyuda mayenin sәviyyәsinin 1 klapanından aşagı salındığı an
göstәrilmişdir. Bu klapanın qoyulduğu dәrinlik elә seçilmişdir ki, qazın klapana çatdığı
anda halqavari fәzada vә qaldırıcı borularda (klapanın qoyulduğu dәrinlikdә) olan
tәzyiqlәr arasındakı fәrq 0,3-0,4 MPa olsun ki, bu halda klapandan qaz keçsin. Bu zaman
qaldırıcı borulardakı maye sütunu tәdricәn qazlaşır vә quyu qazlı maye verir. 1
klapanındakı tәzyiqә әks olan qaldırıcı borulardakı tәzyiq azalır. Nәticәdә halqavari
fәzada mayenin sәviyyәsi aşağı düşür, belә ki, aşağı qazlift klapanları dәrinliyindә
halqavari fәzada vә qaldırıcı borularda tәzyiq praktik olaraq bәrabәrlәşir. 1 klapanındakı
tәzyiqә әks olan qaldırıcı borulardakı tәzyiq sabit bir qiymәtәdәk azalır vә boruarxası
fәzada mayenin sәviyyәsi uyğun sabit dәirinliyәdәk azalır. 2 klapanını (1klapanına
analoji olaraq) bu dәrinlikdәn yuxarıda elә yerlәşdirmәk lazımdır ki, ilkin DP tәzyiqlәr
fәrqindә qaz axını başlaya bilsin. Bundan sonra quyunun ağzında halqavari fәzaya tәzyiq
altında veilәn qaz qaldırıcı borulara iki klapandan daxil ola bilәr. Yer sәthindә qazın sәrfi
onun qaldırıcı borularda iki klapandan kesәn qaz sәrfindәn az olarsa, halqavari fәzada
tәzyiq azalır. Tәzyiqin qiymәti 1 klapanının silfon kamerasındakı Ps1 tәzyiqinә çatdıqda,
hәmin klapan bağlanır. Qaz, lift borularına yalnız 2 klapanından daxil olur. Quyuda
mayenin sәviyyәsi 3 qaz 3 klapanından qaldırıcı borulara daxil olan kimi, 3 klapanı
bağlanır. Bu zaman halqavari fәzada tәzyiq Ps2-dәk azalacaq. Quyu 3 klapanından daxil
olan sıxılmış qazın tәsirindәn fasilәsiz olaraq işlәyәcәk.
Qazlift klapanlarının açılıb-bağlandığı hala uyğun olan sıxılmış qazın halqavari fәzada
tәzyqi düzgün hesablandıqda qoyulmuş üç klapanın istәnilәn birindәn tәzyiq altında qazı
qaldırıcı borulara vermәklә quyunu istismar etmәk olar. Əgәr bu zaman qaz axını
sonrakı aşağı klapandan daxil olarsa, yuxarı klapan yenidәn açıla bilәr. Bunun qarşısını
almaq üçün istәnilәn klapandakı tәzyiqә әks olan qaldırıcı borulardakı maksimal tәzyiqi
hesablayarkәn, sıxılmış qazın qaldırıcı borulara növbәti aşağı klapandan daxil olduğu hal
götürülmәlidir. Əgәr qaldırıcı borulardakı vә qoruyucu kәmәrdәki tәzyiqlәr dәqiq
hesablanmışdırsa, klapanın silfon kamerasındakı tәzyiqi kalapanın açılma tәnliyinә
әsasәn hesablamaq olar.

Qazlift quyularının vaxtaşırı istismarı

Neft yataqları istismar edildikcә lay tәzyiqi aşağı düşmәyә başlayır. Quyuların debitini
müәyyәn sәviyyәdә saxlamaq vә qazliftin işinin sәmәrәsini artırmaq üçün quyudibi
tәzyiqini azaltmaq vә nasos-kompressor borularının başmağını quyunun dibinә qәdәr
endirmәk lazım gәlir. Bu isә öz növbәsindә qaldırıcının nisbi dalma dәrinliyinin (ε)
azalmasına vә qazın xüsusi sәrfinin әhәmiyyәtli dәrәcәdә artmasına sәbәb olur. ε=0
olduqda qazın xüsusi sәrfi sonsuzluğa yaxınlaşır. Qazın xüsusi sәrfinin azaldılması üçün
qaldırıcının nisbi dalma dәrinliyinin artırılması vacibdir. Qazlift qurğusunun işi nisbi dalma
dәrinliyi ε=0,5-0,6 olduqda daha sәmәrәlidir. Qazın xüsusi sәrfi çox olduqda quyuların
qazlift ilә istismarı enerji vә iqtisadi nöqteyi nәzәrindәn sәrfәli deyil. Belә hallarda
quyunu nasos istismarına, yaxud vaxtaşırı qazlift istismarı üsuluna keçirmәk lazımdır.
Quyuların dәrinlik nasosu istismarına keçirilmәsi hәmişә mümkün olmur, belә ki, kiçik
dinamik sәviyyәsi vә böyük lay qaz amili vә qumu çox olan quyuların nasos ilә istismarı
çәtin vә mәqsәdәuyğun deyil. Qazın xüsusi sәrfinin aşağı salınması üçün belә az debitli
alçaq dinamik sәviyyәsi olan quyuları vaxtaşırı qazlift üsulu ilә istismar etmәk lazımdır.
Vaxtaşırı istismarı aşağıdakı xarakteristikaları olan quyularda tәtbiq etmәk
mәqsәdәuyğundur:
Kiçik quyudibi tәzyiqi vә mәhsuldarlıq әmsalı olan; kiçik quyudibi tәzyiqi vә yüksәk
mәhsuldarlıq әmsalı olan; yüksәk quyudibi tәzyiqi vә kiçik mәhsuldarlıq әmsalı olan
quyularda.
Vaxtaşırı istismarda qaz quyulara fasilәsiz deyil, müәyyәn zaman müddәtindәn bir verilir.
Bu zaman mayenin statik sәviyyәsi dinamik sәviyyәdәn yuxarıda yerlәşdiyi üçün,
qaldırıcının mayeyә orta dalma dәrinliyi fasilәsiz qazliftә nisbәtәn çox ola bilәr-bu da
qazın xüsusi sәrfinin azalmasına sәbәb olur.

Vaxtaşırı qazliftdə quyu avadanlığının sxemi


a - mayenin toplanması; b - işəsalmanın başlanması

Vaxtaşırı istismarın göstәrilәn elementar sxemindә işçi agent qaldırıcı borularla


qoruyucu kәmәr arasındakı halqavari fәzaya (1) verilir vә mayeni qaldırıcı boruların (5)
başmağına sıxışdırır. Qazın quyuya verilmәsinә qәdәr mayenin sәviyyәsi (6) qaldırıcı
boruların başmağını örtür. Qazın vurulmasından sonra maye halqavari fәzadan qaldırıcı
borulara sıxışdırılır vә qismәn laya daxil olur .Qaz başmaqdan qaldırıcı borulara daxil
olduqdan sonra qazlaşdırılmış mayenin yer sәthinә sıxışdırılması başlayır. Qaldırıcı
borulara daxil olan maye yer sәthindә atqı xәttinә atıldıqdan sonra qazın verilmәsi
dayandırılır vә bu zaman laya düşәn әks tәzyiqin azaldılması üçün halqavari fәza atqı
xәtti ilә birlәşdirilir; qaldırıcı borularda vә halqavari fәzada tәzyiqlәr bәrabәrlәşir, quyuda
maye tәdricәn yığılır vә sonra halqavari fәzaya yenidәn işçi agent verilir vә tsikl tәkrar
olunur. Qazın halqavari fәzaya verilmәsi vә dayandırılması tәsiklinin idarә edilmәsi üçün
qaz verilmә xәttinә (3) üçgeşili kran (2) qoyulur. Kranın bağlı vәziyyәtindә halqavari
fәza atqı xәtti ilә (4) әlaqәlәndirilir. Kranın yeni vәziyyәtә keçmәsilә qazın halqavari
fәzaya verilmәsi tәmin edilir. İşçi agentin vurulmaları vә onlar arasındakı intervalların
müddәti hәr bir quyu üçün tәcrübә yolu ilә, quyunun diametri, onun dәrinliyi,
qaldırıcının konstruksiyası vә diametri, vurulan işçi agentin miqdarı vә mayenin quyuya
axma intensivliyindәn asılı olaraq müәyyәn edilir. Vaxtaşırı qazliftdә qaldırıcı borularda
maye sütunun toplanması ğçün quyu müәyyәn vaxt dayandıqdan sonra işә salınır. Bu
zaman quyuların hәyәcanlanması üçün tәtbiq olunan adi işәsalmadan fәrqli olaraq tsiklik
işәsalma, istismar olunan laya müәyyәn depressiya altında hәyata keçirilir. Mayenin
quyudan kәnar edilmәsi boru kәmәrinin nisbi dalmasının süni artırılması hesabına baş
verir. Bu effektin atqının nisbәtәn kiçik dövrü olan başlanğıc mәrhәlәsindә baş
vermәsinә baxmayaraq, fasilәsiz qazliftlә müqayisәdә xüsusi qaz sәrfi az, qurğunun
faydalı iş әmsalı çox olur. Eyni zamanda vaxtaşırı qazliftdә qaldırıcı boru kәmәrinin nisbi
dalmasının süni artırılması zamanı lazım olan işçi tәzyiq hәmin quyunun fasilәsiz
qazliftdә boru kәmәrinin daha kiçik nisbi dalması zamanı lazım olan işçi tәzyiqindәn
böyük olur. Lakin bu vaxtaşırı qazliftdә çatışmazlıq sayılmamalıdır. Çünki, bu işçi tәzyiq,
vaxtaşırı qazliftdә boru kәmәrinin nisbi dalması fasilәziz qazliftdәki nisbi dalmasına
bәrabәr olduqda lazım olan işçi tәzyiqdәn çox olmur. Boru kәmәrlәrinin nisbi dalmasının
süni artırılması zamanı mayenin dinamik sәviyyәsi artır, bu, depresiyanın azalması
halında quyudibi tәzyqin artmasına gәtirir. Ona görә dә әgәr quyunu fasilәsiz qazliftdәn
vaxtaşırı qazliftә keçirdikdә qaldırıcı boruların dәrinliyi dәyişmirsә, onda mayenin debiti
bir qәdәr azalır. Quyunun debitini artırmaq vә ya sabit saxlamaq üçün boruların dalma
dәrinliyini artırmaq lazımdır.
Əgәr fasilәsiz qazliftdә kәmәrin nisbi dalması maksimal enmә dәrinliyindә kiçikdirsә,
debitin artırılması vә ya sabit saxlanmasına nail olmaq üçün depresiyanı artırmaq vә ya
quyunu әvәzlәyici lift ilә istismar etmәk lazımdır. Bütün nüv vaxtaşırı qazliftin növlәrinin
sәmәrәli işlәmәsi üçün maye atqısının başlanğıc mәrhәlәsindә qaldırıcı boruya qazın
böyük hәcm sürәti ilә daxil olmasını tәmin etmәk lazımdır. Bu tәlәb ancaq mayenin
atılması üçün boruarxası fәzada toplanan sıxılmış qazdan istifadә edildikdә yerinә
yetirilir. Vaxtaşırı istismarda quyuların tsiklik işi nәticәsindә mayenin yığılma
dövrünün әvvәlindә quyudibindә tәzyiq vaxtaşırı olaraq minimal qiymәtdәn, yığılma
dövrünün sonunda, yәni mayenin atqı xәttinә verilmәsinin başlanğıcında maksimal
qiymәtә qәdәr dәyişir. Quyuda maye sәviyyәsi dә mayenin yığılma dövrünün әvvәlindә
әn kiçik qiymәtdәn, yığılma dövrünün sonunda maksimal qiymәtә qәdәr dәyişir.
Göstәrilәn sxemin aşağıdakı çatışmayan cәhәtlәri vardır:
1.Maye halqavari fәzadan qaldırıcıya sıxışdırılan zaman quyudibi tәzyiqi artaraq lay
tәzyiqindәn çox olur vә mayenin bir hissәsi laya keçir; keçiriciliyi yüksәk olan laylarda
laya keçәn mayenin miqdarı çox ola bilәr, bu isә qurğu üçün f.i.ә.-ni azaldır, ona görә
dә belә sxem üzrә quyuların vaxtaşırı istismarı yalnız kiçik keçiriciliyi olan laylarda tәtbiq
oluna bilәr;
2.İşçi agentin enerjisindәn tam istifadә edilmir, kran bağlandıqda, yәni qazın verilmәsi
dayandırıldıqda, qaz halqavari fәzadan atqı xәttilә trapa daxil olur vә nәticәdә qazın
xüsusi sәrfi artır.
Sadalanan çatışmazlıqlar dәyişmә kamerası olan periodik qaldırıcının tәtbiqi ilә qismәn
aradan qaldırılır.
Şәkil-dә әvәzetmә kameralı periodik qaldırıcının iş sxemi verilir. Belә qurğuları
hәmçinin әvәzetmә nasosları da adlandırırlar. Quyuya iki sıra boru endirirlәr. İkinci
sıranın aşağı hissәsindә әks klapanı olan xüsusi kamera quraşdırılır. Maye sıxışdırılıb
çıxarılarkәn, klapan bağlanır vә tәzyiq quyudibinә öturülmür. İşçi agentin qarşısının
alınması üçün quyuağzında elә bu cür üçgedişli kran yerlәşdirilir.

Əvəzetmə kameralı vaxtaşırı qaldırıcının iş sxemi.

Mayenin dәyişmә kamerası, hәmçinin hәlqәvi fәzadan sıxışdırılıb çıxarılması üçün işçi
agentin aşağıdakı hәcmini sәrf etmәk zәruridir.

Vtsikl=(Vhalq.+ Vkam.+Vq.b.)P
Vtsikl - atmosfer tәzyiqinә gәtirilәn tsikl әrzindә işçi agentin sәrfi, m3 ilә; Vhalq.- halqavari
fәzanın hәcmi, m3; Vkam - kameranın hәcmi, m3; Vq.b - qaldırıcı boruların hәcmi, m3; ,
quyuda mayenin atılması üçün zәruri olan tәzyiq, MPa ilә. İfadәnin sağ hissәsinin
hәcmlәrini aşağıdakı nisbәtlәrdәn tәyin etmәk olar:
Vhalq.=l1(fd-f1)
Burada
Vkam.= l2(fk-f1); Vq.b.=Lf
l1-boruların xarici sırasının uzunluğu, m; l2--kameranın uzunluğu, m; L= f1+ f2- qaldırıcı
boruların uzunluğu, m; fd-xarici boruların en kәsik sahәsi (daxili diametrә görә), m2; fl -
daxili boruların en kәsik sahәsi (xarici diametrә görә) m2; fk- daxili diametrә görә
kameranın en kәsik sahәsi, m2 ilә; f-qaldırıcı boruların en kәsik sahәsidir (daxili diametr
üzrә),
Mayenin quyudan yer sәthinә atılması üçün zәruri olan tәzyiq (p), aşağıdakı
fәrziyyәlәrә әsasәn tәyin edilir. Əgәr halqavari fәzadan, hәmçinin kamera vә qaldırıcı
borular arasındakı fәzadan bütün maye qaldırıcı borulara doğru sıxışdırılacaqsa vә
onların içi ilә qaldırılacaqsa, onda
P=hpg+psür
Burada h-qaldırıcı borulara sıxışdırılmış maye sütununun hündürlüyü, m ilә; psür - h
hündürlüklü maye sütununun qaldırıcı borularda hәrәkәti zamanı sürtünmә itkilәridir.
Mayenin atqı xәttinә atılması anında atqı indikatoru işә düşür vә işçi agentin kәsilmәsi
baş verir. Kamerada mayenin toplanması üçün kifayәt edәn bir müddәt keçdikdәn
sonra, zaman relesi işә düşür, işçi agent yenidәn әvәzetmә kamerasına daxil olur vә
tsikl tәkrar olunur. Tәsvir edilәn tipli dәyişmә nasosu 1 saat әrzindә 1-dәn 6-ya qәdәr
tsikl edә bilir. O, 1800 m-ә qәdәr enmә dәrinliyinә vә 80 t/sutka maksimal
mәhsuldarlığa hesablanmışdır. Əvәzetmә
nasosunda adi kompressor qaldırıcısı ilә müqayisәdә 2-4 dәfә az sıxılmış işçi agentdәn
istifadә edilir. Əvәzetmә qaldırıcısı tәtbiq edildikdә layın işi dayanmır vә quyudibindә
tәzyiq adi vaxtaşırı qazliftdә olduğundan daha az rәqs edir. Havanın verilmәsi yer
sәthindә vә ya quyudibindә әvәzetmә kamerası olan yerdә kәsilir. Havanın verilmәsi yer
sәthindә kәsildikdә, mayenin atqı xәttinә tullanışından sonra, halqavari fәzada vә
qaldırıcıda qalmış işçi agenti atmosferә buraxmaq lazım gәlir. Əks halda әvәzetmә
kamerasına maye daxil olmaz. İşçi agentin atmosferә buraxılması isә onun xüsusi sәrfi
artırılır. Buna görә dә işçi agent әvәzetmә kamerası yerlәşәn yerdә verilir vә kәsilir. Belә
әvәzetmә qaldırıcısının çatışmayan cәhәti iki cәrgә qaldırıcının endirilmәsilә әlaqәdar
izafi metal sәrfi vә işçi agent xәttindә xüsusi avtomat-kәsicinin qoyulmasıdır. Əvәzetmә
qaldırıcısı 1800 m-dәn dәrinliyә vә maksimum 50 t/sut mәhsuldarlığa hesablanmışdır.

Əvəzetmə kameralı vaxtaşırı nasos qurğusunun sxemi


1-boruların xarici sırası; 2-dəyişmə kamerası; 3- qəbuledici klapan; 4-süzgəc; 5-qaldırıcı borular; 6- qaz
separatoru; 7-qaz xətti; 8-ventil; 9- çıxış ventili.
Quyuların dərinlik nasosu ilə istismarı

Quyuların dәrinlik nasosu ilә istismarı mexaniklәşdirilmiş istismar üsuluna aiddir.


Dünya tәcrübәsindә quyuların әksәriyyәti bu üsul ilә istismar edilir. Hazırda quyuların
istismar fondunun 2/3 hissәsindәn çoxu dәrinlik nasosu ilә tәchiz edilmişdir vә bu üsul
hәlә uzun müddәt әn geniş yayılmış istismar üsulu olaraq qalacaqdır. Bunun әsas sәbәbi
üsulun nisbәtәn qәnaәtli, bütün qurğu konstruksiyasının sadә vә yüngül olması, nasosa
qulluq edilmәsinin sadәliyi, istismar rejiminin sabitliyi, quyulardan kifayәt qәdәr böyük
diapazonda (bir neçә yüz kiloqramdan 500 t/sut vә daha çox) debitin alınması vә 3000
m-dәk dәrinlikdәn neft çıxarma imkanının olması vә s.-dir. Dәrinlik nasosu istismar
üsulunun belә imkanlarının olması bahalı kompressor istismarına olan zәrurәti aradan
qadıra bilәr. Belә ki, quyuların dәrinlik istismar üsuluna әsasәn o zaman keçirilir ki, layın
tәbii enerjisi fontan vurma üçün kifayәt etmir, kompressor istismar üsulunda isә
çıxarılan hәr bir ton neftә sәrf olunan qaz sәrfi (qazın xüsusi sәrfi) hәdsiz çox olur. Ona
görә dә fontan istismarı üsulundan sonra, kompressor istismarına keçilmәdәn quyunu
birbaşa dәrinlik nasosu ilә istismar etmәk mümkündür.

Dərinlik nasos qurğularının təsnifatı

Neft hasilatı üçün istifadә edilәn dәrinilk nasos qurğuları aşağıdakı әsas әlamәtlәrә
görә müxtәlif növlәrә bölünür:
1.Bütün qurğu vә dәrinilk nasosu tәsir prinsipi vә konstruktiv xüsusiyyәtlәrinә görә
aşağıdakı növlәrә ayrılır:
-plunjerli (porşenli); mәrkәzdәnqaçma; vintli; şırnaqlı; vibrasiyalı (sәs); diafraqmalı;
rotor-porşenli vә s.
2. Nasosu hәrәkәtә gәtirmәk üçün yer sәthindәn enerji verilmә üsuluna görә;
-ştanqlı; ştanqsız.
Mühәrriki yer üzәrindә olub, nasosa ştanq kәmәri vasitәsilә hәrәkәt verәn qurğular
ştanqlı, bilavasitә mühәrriki dәrinlik nasosuna birlәşmiş qurğuları isә ştanqsız qurğular
adlanır.
Ştanqlı nasos qurğuları balansirli vә balansirsiz növlәrinә bölünür.
Ştanqlı nasos qurğuları istifadә olunan ötürmәyә görә aşağıdakı növlәrә bölünür:
-mexaniki; hidravlik; pnevmatik.
Ştanqsız nasos qurğuları istifadә olunan ötürmәnin növü vә yerlәşmәsinә görә
aşağıdakı növlәrә bölünür:
-elektirk; hidravlik; yer sәthindә yerlәşәn ötürmәli; quyuda yerlәşәn ötürmәli.
3.Dәrinlik nasos qurğuları tәyinatına görә aşağıdakı növlәrә ayrılır:
-kiçik debitli quyuların istismarı;
-orta debitli quyuların istismarı;
-yüksәk debitli quyuların istismarı;
-dayaz quyuların istismarı üçün;
-orta dәrinlikli quyuların istismarı;
-dәrin quyuların istismarı üçün.
4.Bir mühәrriklә bir neçә ştanqlı balansirli qurğunu hәrәkәtә gәtirәn qrup intiqallı
nasoslar.
Quyuların dәrinilk nasosu ilә istismarında avadanlıqla tәchiz edilmә zamanı
layihәlәndirilәn debit vә geoloji-texniki xarakteristikalardan asılı olaraq mancanaq
dәzgahı vasitәsilә hәrәkәtә gәtirilәn ştanqlı plunjerli nasoslar, ştanqsız dalma
mәrkәzdәnqaçma elektrik nasosları vә hidravlik intiqallı dalma porşenli nasoslardan
geniş istifadә olunur.

Dərinlik nasos qurğularının tətbiq sahələri

Neft hasilatının dünya praktikasında aşağıdakı dәrinlik nasos qurğuları geniş


yayılmışdır:
1. Ştanqlı quyu nasos qurğuları (ŞQNQ),
2.Mәrkәzdәnqaçma elektrik dalma nasosları (MEDN),
3.Hidravlik porşenli nasos qurğuları (HPNQ),
4.Vintli nasos vә elektrik intiqal qurğuları (VNEİQ).
5.Diafraqmalı nasos vә elektrik intiqallı qurğular (DNEİQ).
6.Şırnaqlı nasos qurğuları (ŞNQ).
Hasilat quyuları fonduna әsasәn әn geniş yayılan nasoslar- ŞQNQ, hasilat hәcminә
görә isә -MEDN-dır. Bu onunla әlaqәdardır ki, ŞQNQ aşağı vә orta debitli quyuların,
MEDN isә – orta- vә yüksәk debitli quyuların istismarı üçün nәzәrdә tutulmuşdur. Qalan
qurğular (HPNQ, VNEİQ, DNEİQ, ŞQNQ) hasilat quyuları fonduna vә neft hasilatına
әsasәn hәlә ki, ŞQNQ vә MEDN ilә rәqabәt aparmaq qabiliyyәtinә malik deyil vә
müәyyәn kateqoriyalı quyular üçün nәzәrdә tutulmuşdur. Quyuların aşağ, orta vә
yüksәk debitli kateqoriyalarına ayrılmasına diqqәt versәk qeyd edә bilәrik ki, quyuların
debit üzrә tәsnifatı әsasәn mayenin qalxma hündürlüyü ilә әlaqәdardır, belә ki, mayenin
qalxma hündürlüyü artdıqca, dәrinlik nasos qurğularının çoxunun mümkün verimi
sürәtlә azalır, bu o demәkdir ki, quyunun baxılan halda nasos qurğusunun mümkün
verimi ilә tәyin edilәn mümkün debiti dә azalır. Mayenin qalxma hündürlüyünün hәm
QŞNQ, hәm dә MEDN qurğusunun verimi arasındakı әlaqә hiperbola düsturu ilә ifadә
oluna bilәr:
Q=A/H
Q- qurğunun verimi, ; H-mayenin qalxma hündürlüyü, m; A- ; ölçü vahidi olan vә
praktik ehtimala әsasәn seçilәn sabit әdәdi kәmiyyәtdir. Verilәn asılılıq verim vә qalxma
hündürlüyünә әsasәn müәyyәn mәhdud hәdlәrdә istifadә edilә bilәr. ŞQNQ üçün belә
mәhdudiyyәtlәr, yerüstü intiqaldan plunjerә irәli-geri hәrәkәtini ötürәn ştanq kәmәrinin
faktik iş qabiliyyәti, MEDN üçün isә- Q-H xarakteristikaları ilә şәrtlәnir. Dәrinlik nasos
qurğuları üçün verim vә qalxma hündürlüyü müxtәlifdir. Buna görә dә müxtәlif dәrinlik
nasos qurğuları üçün aşağı vә yüksәk debitli quyular arasında sәrhәdlәrin qeyri-
birmәnalığının qarşısını almaq üçün ŞQNQ üçün baxılan quyu kateqoriyalarına ayrılmanı
aparaq. Deyilәnlәri rәzәrә alaraq asılılığı aşağıdakı hәdlәrdә istifadә edilә bilәr : verim
üzrә- Q≤100, qalxma hündürlüyü- üzrә isә H≤ 3000 m. ŞQNQ avadanlığı üçün A sabit
kәmiyyәtini 4×104 ; qәbul etmәk vә orta- vә yüksәk debitli quyular arasındakı sәrhәdi
tәyin etmәk olar:
Q=4×/H
İfadәdәn istifadә hüdudlarını nәzәrә alsaq, qaldırma hündürlüyündәn asılı olmayaraq
100 /sut verimi olan vә debitdәn asılı olmayaraq qaldırma hündürlüyü 3000 m olan
quyular yüksәk debitli quyu kateqoriyasına, qaldırma hündürlüyü 3000 m-dәn kiçik,
debiti 5,0 /sut-dan az olan quyular isә aşağı debitli quyulara aid edilә bilәr. Yüksәk vә
aşağı debitli quyular qrupuna düşmәyәn quyuları orta debitli quyu kateqoriyasına aid
etmәk lazımdır. Mayenin qaldırılması hündürlüyünә görә bütün quyular şәrti olaraq
aşağıdakıi kateqoriyalara ayrıla bilәr :
1.Dәrin olmayan-450 m-ә qәdәr qalxma hündürlüyünә
malik;
2.Orta dәrinlikli-mayeni qaldırma hündürlüyü 450-1350m-ә qәdәr;
3.Dәrin-qaldırma hündürlüyü 1350 m vә daha artıq.
Şәkil-dә debit vә qalxma hündürlüklәrinә әsasәn müxtәlif kateqoriyalı quyuların sahә vә
sәrhәdlәri verilmişdir.

Quyuların debit və qaldırma hündürlüyünə görə müxtəlif kateqoriyalarının sahə və sərhədləri.


1-aşağı və orta debitli quyular arasındakı sərhəd; 2-orta və yüksəkdebitli quyular arasındakı sərhəd; 3-
dərin və orta dərinlikli quyular arasındakı sərhəd; 4-dərin olmayan və orta dərinlikli quyular arasındakı
sərhəd.
ŞQNQ vә MEDN-nin tәtbiqinin uzunmuddәtli tәcrübәsi göstәrir ki, dәrinlik nasos
qurğularının tәtbiq sahәlәri kifayәt qәdәr әsaslandırılmış olub, iki prinsipial nәticә
çıxarmağa imkan verir:
1. Ştanqlı quyu nasosları qurğuları әsasәn, aşağı vә ortadebitli dәrin olmayan vә orta
dәrinlikli quyuların istismarı üçün nәzәrdә tutulmuşdur, lakin yüksәkdebitli vә dәrin
quyuların istismarı zamanı (müәyyәn sәrhәdlәrdә) rentabelli qala bilirlәr.
2.Mәrkәzdәnqaçma elektrik dalma nasosları qurğuları әsasәn müxtәlif dәrinlikli orta- vә
yüksәk debitli quyuların istismarı üçün nәzәrdә tulmuşdur.

Ştanqlı dərinlik nasosunun sxemi və iş prinsipi

Ştanqlı dәrinlik nasosu qurğusu yeraltı vә yerüstü avadanlıqdan ibarәtdir. Yeraltı


avadanlığa aşağıdakılar daxildir:
1.Dәrinlik nasosu; 2.Nasos boru vә ştanqları sistemi; 3.Silindrin aşağı hissәsindә
hәrәkәtsiz sorucu klapan vә porşenin (plunjer) yuxarı hissәsindә vurucu klapan; 4.
Nasosun sorma hissәsindә olan süzgәc, qaz vә qum lövbәrlәri, paker, quyruq vә s.
Yerüstü avadanlığa daxil olan hissәlәr:
Mancanaq dәzgahı (MD vә ya rus dilindә SK- «stanok-kaçalka». Mancanaq dәzgahı-
elektrik mühәrriki, çarxqolu, sürgüqolu, balansir, nasos borularını asmaq vә quyuağzını
kiplәşdirmәk üçün quyuağzı avadanlığı, nasos ştanqlarının mancanaq dәzgahının
balansirindәn asılması üçün elastik zәncirli vә ya kanat asqısı vә s.-dәn ibarәtdir.
Ştanqlı dәrinlik nasosunun iş prinsipi aşağıdakı kimidir : Dәrinlik nasosu birtәsirli adi
pistonlu (plunjerli) nasosdur. Quyuya endirilәn nasos boru kәmәrinin (9) aşağı hisәssinә
bәrkidilmiş silindrin (11) ucuna sorucu klapan (13) bağlanmışdır.

Ştanqlı dərinlik nasosunun sxemi

Silindrin içәrisindә yerlәşәn boruşәkilli plunjerin (12) yuxarı hissәsindә vurucu klapan
(10) olur. Hәr iki klapan yalnız yuxarı açılır. Plunjer nasos ştanq kәmәrindәn (2) asılmış
vә boruların yuxarı hissәsinә bağlanmış kipkәcdәn (3) keçәrәk balansir başlığına (4)
birlәşdirilmişdir. Balansir başlığı mancanaq dәzgahının reduktoru (7) vә çarxqolu,
sürgüqolu mexanizmi vasitәsilә elektrik mühәrrikindәn (8) irәli-geri hәrәkәtini nasos
ştanqlarına ötürür. Nasos ştanqları kәmәri isә plunjeri slindrin içәrisindә aşağı-yuxarı
hәrәkәt etmәyә mәcbur edir. Plunjer (12) yuxarı hәrәkәt edәrkәn onun altında seyrәlmә
yaranır vә sorucu klapan açılır vә quyudakı maye silindrә dolur. Bu zaman NKB-ni
dolduran maye sütununun tәsirindәn vurucu klapan bağlı olur. Plunjer aşağı hәrәkәt
edәrkәn, mayenin tәsirindәn sorucu klapan bağlanır, plunjerin altında olan maye sıxılır
vә vurucu klapan açılır, plunjerin altında olan maye vurucu klapandan keçib silindrin
yuxarı hissәsini doldurur. Plunjer yenә yuxarı hәrәkәt edәndә vurucu klapan bağlanır vә
plunjer silindrin yuxarı hissәsinә dolmuş mayeni porşen kimi gediş yoluna bәrabәr (0,6-6
m) qaldıraraq sıxışdırıb nasos borularına vurur. Belәliklә, plunjerin yuxarı hәrәkәtindә
eyni zamanda mayenin silindrin boşluğuna sorulması vә onun nasos-kompressor
boruları ilә hәrәkәti baş verir. Plunjerin aşağı hәrәkәtindә isә maye silindrin
boşluğundan nasos-kompressor borularına sıxışdırılır. Proses ardıcıl tәkrar olunur vә
maye qalxaraq quyuağzı kipkәcdәn (3) keçәrәk atqı xәttinә yönәlir.
Mancanaq dәzgahı başlığının aşağı-yuxarı hәrәkәt etmәsi üçün elektrik mühәrriki (8)
fırlanaraq reduktorun valına oturdulmuş çarxqolunu (14) da fırlandırır vә bu isә
sürgüqolunun (15) aşağı ucunu özü ilә çevrә üzrә aprarır. Bu zaman sürgüqolunun
balansirә oynaqla bağlanmış ucu isә yalnız aşağı – yuxarı hәrәkәt edә bilir vә onunla
bağlı olan balansiri vә balansir dә öz başlığını aşağı-yuxarı hәrәkәt etdirir.

Dərinlik nasosunun hasilatı

Nasosun fasilәsiz işindә vahid zamanda verdiyi maye miqdarı nasosun hasilatı adlanır.
Plunjer aşağı hәrәkәt edәrkәn ştanqlar nasosun silindrinin içәrisinә daxil olur, bu zaman
silindrdәn sıxışdırılan maye hәcmi
B1=fş×s
Plunjer yuxarı hərəkət etdikdə isə maye həcmi
V2=(F-fş)×S

Burada fş -ştanqların en kəsik sahəsi; F-plunjerin (silindrin) en kəsik sahəsi; S-pardaxlanmış


ştokun (pistonqolunun) plunjerin gediş yoluna bərabər olan gediş yoludur: S=Sp
Plunjerin bir dәfә aşağıya vә bir dә yuxarıya hәrәkәti, yәni plunjerin tam (qoşa) hәrәkәti
zamanı nasosun mәhsuldarlığı

B=B1+B2= fş×s+(F-fş)×Sp=F×Sp

Balansir dәqiqәdә n dәfә yırğalanarsa, plunjer dә n dәfә aşağıya vә yuxarıya hәrәkәt


edәr, bu zaman dәrinlik nasosunun bir dәqiqәdә verdiyi mәhsul aşağıdakı şәkildә olur:

Vgün=1440F Spn
Neftin yer sәthindә separasiyası vә soyudulmasından sonra nasosun hәqiqi
mәhsuldarlığı bir sıra sәbәblәrdәn nәzәri mәhsuldarlığından az olur (quyunun fontanla
işlәmәsi istisna haldır). Nasosun hәqiqi mәhsuldarlığının onun nәzәri mәhsuldarlığına
olan nisbәti, nasosun verim әmsalı adlanır:
α=
Onda nasosun həqiqi məhsuldarlığı:
Vgün=1440F Spn α
Nasosun verim әmsalı nasos qurğusunda maye itkilәrini göstәrir. Nasosun verim
әmsalı 0-1 arasında olur. Fontan tәzahürü olan quyularda α>1 ola bilәr. α = 0,6-0,8
olduqda nasosun işi normal hesab edilir.
Ştanqlı dәrinlik nasosunun mәhsuldarlığına daimi vә dәyişәn amillәr tәsir edir.
Nәticәdә silindrә dolan mayenin miqdarı nәzәri verimdәn az olur. Daimi amillәrә
aşağıdakıları aid etmәk olar:
-sorulan mayedә sәrbәst qazın olması;
-nasos ştanqları vә nasos boruları kәmәrinin elastik deformasiyası nәticәsindә plunjerin
hәqiqi gediş yolunun ştanqların asılma nöqtәsinin gedişinә nisbәtәn az olması (bu
sәbәbdәn dә bәzәn plunjerin gediş sayı balansirin yırğalanmalar sayına bәrabәr olmur);
-sorulan mayenin yer sәthindә soyuması vә separasiya qurğularnda qazsızlaşdırılması
nәticәsindә hәcminin azalması;
Zamandan asılı olaraq dәyişәn amillәr aşağıdakılardır:
-silindr ilә plunjer arasından mayenin axaraq plunjerin altına keçmәsi; bu axın, nasosun
aşılanma dәrәcәsi vә sorulan mayedәki abraziv qarışıqların miqdarından asılıdır;
-vurucu klapanın vaxtında vә möhkәm bağlanmaması nәticәsindә borulardakı mayenin
bir hissәsi plunjerin altına axır;
-sorucu klapanın vaxtında açılmaması vә plunjerin yüksәk sürәti nәticәsindә sorucu
klapandan kifayәt qәdәr maye keçә bilmir ;
-nasos-kompressor borularının mufta birlәşmәlәrindәn axının (kipliyin az olması
sәbәbindәn) baş vermәsi.
Bütün bunların nәticәsindә silindrә sorulmuş mayenin hәcmi, (V0), plunjerin yuxarı
hәrәkәti zamanı boşalmış hәcmdәn (V) az olur-bu nisbәtә dolma әmsalı deyilir:
βd=V0/V

Nasosun mәhsuldarlığına tәsir edәn dәyişәn amillәri hasilat yolu ilә müәyyәn etmәk
çәtindir (plunjer vә silindrin arasından axan maye istisna olmaqla). Nәticәdә quyuya
yeni endirilmiş nasosun verim әmsalı ilk dövrdә çox az aşağı düşür vә uzun müddәt
demәk olar ki, sabit qalır. Sonradan isә klapanların vә onların yәhәrlәrinin әhәmiyyәtli
dәrәcәdә yeyilmәsi vә plunjer ilә silindr arasında mәsafәnin artması nәticәsindә xeyli
azalır.
Belәliklә, nasosun yekun vermә әmsalını müxtәlif amillәrin tәsirini nәzәrә alan bir neçә
әmsalların hasili kimi göstәrmәk olar:
α = α 1 × α 2× α 3 × α 4
Burada α1 -sәrbәst qazın tәsirini nәzәrә alan; α2 - plunjerin gediş yolunun azalmasını
nәzәrә alan; α3 - nasosun işi zamanı baş verәn maye axınlarını nәzәrә alan; α4-yer
sәthinә qalxan maye hәcminin azalmasını nәzәrә alan әmsaldır.

Optimal verim əmsalı

Nasosun cari neftvermә әmsalının azalmasını parabola әyrisinin düsturu ilә göstәrmәk
olar:
α v.cari= αv[ ]
Burada αv -yeni vә ya tәmir olunmuş nasosun başlanğıc verim әmsalı; t-nasosun növbәti
tәmirdәn sonra işlәmә müddәti; T-verimin kәsilmәsinә qәdәr nasosun tam işlәmә
periodu (dövrü) (әgәr nasosun veriminin dayandırılmasına sәbәb plunjer cütünün
aşılanmasıdırsa, onda T nasosun tam mümkün işlәmәsidir); m -parabolanın dәrәcә
güstәricisi olub, adәtәn 2-ә bәrabәr götürülür.
Quyunun işini dövrlәrә bölmәk olar; bu dövrlәrdәn (td) hәr biri tәmirlәrarası müddәtlә
(tt.a), quyunun tәmir müddәtinin (t t ) cәminә bәrabәrdir .

Ştanqlı nasosun cari veriminin (Qc) dəyişməsi

Quyunun istismarının vә tәmirinin quyu- günlәrinә sәrf olunan mәsrәflәri nәzәrә


almaqla çıxarılan neftin minimal maya dәyәri meyarını qәbul etmәklә rus tәdqiqatçısı
A.N.Adonin tәmirlәrarası mğddәtin optimal davametmә müddәtini müәyyәn etmişdir:
tt.opt=
Burada βx.t -xәbәrdarlıqlı tәmirin dәyәri; Bi- quyunun istismarının quyu-günlәrinә sәrf
olunan istismar mәsrәflәridir; (Bi-ni çıxmaq şәrtilә). Onda düsturdan t-nin yerinә tt.opt
qoysaq, yeraltı xәbәrdarlıqlı tәmirdәn әvvәl olan optimal son verim әmsalını
taparıq. Əgәr cari verim әmsalı (αv cari) optimal verim әmsalına bәrabәr olarsa, bu
zaman quyunu dayandırmaq vә nasosu tәmir etmәk (dәyişdirmәk) vacibdir.
Tәhlillәr göstәrir ki, βx.t /(BiT)≤0,12 olduqda tәmirlәrarası müddәt әrzindә verimin
azalmasının buraxılabilәn dәrәcәsi 15-20%,
βx.t /(BiT)-in çox böyük qiymәtlәrindә isә 50%-ә yaxınlaşır.
Demәli, nasos quyularının istismarının iqtisadi sәmәrәsinin artırılmasına nasosun
tәmirinin keyfiyyәtini artırmaqla, quyunun cari istismarı vә tәmirinә olan xәrclәri
azaltmaqla, quyunun tәmir edilmә anının vaxtında tәyin edilmәsilә nail olmaq
mümkündür. Axırıncı halda debitin cari qiymәtlәri haqqında operativ mәlumatlara malik
olmaq vacibdir – bu da debitin avtomatik vasitәlәrlә ölçülmәsilә әldә edilir.

Dərinlik nasosunun işinə mənfi təsir göstərən amillər.

Real şәraitdә nasos qurğusunun istismar göstәricilәrinin kiçik olması, әsasәn ştanqlı
nasosun silindrinin maye ilә dolmasıyla izah edilir. Silindrin maye ilә dolma dәrәcәsinә
әn çox tәsir edәn mәhsulun tәrkibindә qazın olmasıdır. Nasosun normal işi, onun
dinamik sәviyyәdәn müәyyәn qәdәr aşağı endirilmәsi ilә tәmin olunur. Bu zaman
nasosun qәbulunda olan mayedә sәrbәst (müstәqil qabarcıqlar şәklindә ) vә hәll olmuş
şәkildә qaz olur. Layda tәzyiq doyma tәzyiqindәn aşağı olduqda maye fazadan sәrbәst
qaz ayrılır vә quyudibi zonaya iki fazalı axın daxil olur. Maye vә qaz fazalarının nisbәti,
doyma tәzyiqi vә quyuların istismarı prosesindә saxlanılan dinamik sәviyyәdәn, yәni
quyudibi tәzyiqindәn asılıdır. Əgәr quyu dibinә birfazalı axın (neft) daxil olarsa, quyudibi
tәzyiqinin doyma tәzyiqindәn az olması saxlanılan şәraitdә dә maye fazasından qazın
ayrılması mümkündür.

3.Mәlumdur ki, mayenin quyu dibindәn yer sәthinә qaldırılması zamanı neftdә olan qaz
müәyyәn iş görür. Ancaq nasosun qәbulunda çox miqdarda qazın olması nasosun
mәhsuldarlığını azaldır, bәzәn isә verimin kәsilmәsinә sәbәb olur. Yuxarıda qeyd edildiyi
kimi, sorulan mayedә olan qazın tәsiri nasosun silindrinin dolma әmsalı ilә müәyyәn
edilir. Dolma әmsalı-nasosa daxil olan maye hәcminin (Vm), bütün qarışığın hәcminә
(Vqar.) olan nisbәtinә bәrabәrdir. Vqar.-qarışığın hәcmi isә maye hәcmi ilә sәrbәst qazın
hәcmindәn ibarәtdir:
η1=
=R
Plunjer yuxarı hәrәkәt edәrkәn nasosun silindrinә qaz- maye qarışığı daxil olur vә
plunjerin altındakı hәcm artdıqca, sәrbәst qazın genişlәnmәsi vә hәll olmuş qazın
ayrılması baş verir. Qazın tәsiri altında nasosun dolma әmsalının azalması ona görә baş
verir ki, qaz silindrin bir hissәsini tutur vә plunjer aşağı hәrәkәt edәn zaman sıxılır,
yuxarı hәrәkәt edәn zaman isә genişlәnir-bu, nasosun işinin sәmәrәsini azaldır.
Dolma әmsalı, qarışığın tәrkibindә qazın vә zәrәrli fәzanın azalması liә vә elәcә dә
gediş yolunun artması ilә artır.
Nasosun zәrәrli fәzası-plunjer әn aşağı vәziyyәtdә olan zaman sorma vә vurma
klapanlarının arasındakı hәcmdir.
Yuxarıda yazılan düstur nasosun zәrәrli hәcmini vә qazlı mayenin sorulması zamanı
dolma әmsalına olan tәsirini nәzәrә alır.
Plunjer aşağı hәrәkәt edәn zaman, onun altındakı qaz maye qarışığı plungerin üstündә
kifayәt qәdәr böyük olan tәzyiqә qәdәr sıxılır. Qaz mayedә, o cümlәdәn dә zәrәrli
hәcmdә olan maye sıxılır. Plunjerin sonradan yuxarı hәrәkәti zamanı onun altında olan
tәzyiq nasosun qәbulunda olan tәzyiqә qәdәr azalır. Hәll olmuş qaz ayrılır vә tәzyiq
nasosun qәbulunda olan tәzyiqә düşәnә qәdәr sorucu klapanın açılmasını lәngidir.
Bunun nәticәsindә plunjerinin altına az miqdarda qaz maye qarışığı daxil olur.
Nasosun dolma әmsalı düsturunda nasosun zәrәrli fazasının tәsirini nәzәrә almaq üçün
hesabat aparaq. Plunjer yuxarı hәrәkәt edәn zaman nasosun silindirinә neft vә qaz
qarışığı daxil olur. Yuxarıda bu nisbәti R ilә işarә etmişik:
R=
Plunjer әn yuxarı nöqtәdә olarkәn nasosun silindrinә dolan neft- qaz qarışığı iki
hәcmdәn ibarәtdir:

V=Vy+Vz
Burada V-plunjerin altındakı ümumi hәcm; Vy-plunjer yuxarı nöqtәdә olduqda boşalan
hәcm; Vz-plunjer әn aşağı vәziyyәtdә olduqda, sorucu klapanla vurucu klapan arasında
olan hәcm, yәni zәrәrli hәcmdir. Onda

V=Vy+Vz= Vqaz+Vm vә Vqaz=RVm


Olduğu üçün Vy+Vz= Vm+ RVm= Vm(1+R)
Buradan isә Vm(Vy+Vz)/ (1+R)
Düsturdan görünür ki, plunjerin altındakı mayenin hәcmi, silindrә yeni dolmuş neftin
hәcmi ilә zәrәrli hәcmdә qalan mayenin hәcminә bәrabәrdir. Əgәr ümumi Vm
hәcmindәn zәrәrli hәcmdә qalan mayenin hәcmini (Vz) çıxsaq, qalan neft, plunjerin
növbәti gedişindә nasosa daxil olan maye hәcmini verir:
Vm’=Vm- Vz=(Vy+Vz)/(1+R)- Vz
Onda nasosun dolma әmsalı
η '=
=K ilә әvәz etsәk
η'=
Düsturdan görünür ki, nasosun dolma әmsalını artırmaq üçün K- nı azaltmaq lazımdır.
Bu o demәkdir ki, zәrәrli hәcm nә qәdәr az vә plunjerin gediş yolu nә qәdәr çox olarsa
dolma әmsalı da bir o qәdәr çox olar. Əgәr mayenin içәrisindә qaz olmazsa
R==0
Əgәr mayenin içәrisindә qazın miqdarı hәddәn çox olarsa, qaz sorucu vә vurucu
klapanlar arasındakı mәsafәdә sıxılıb genişlәnir vә sorucu klapanı açılmağa qoymur, yәni
nasos neft vurmur. Belә halın baş vermәsi üçün h1=0 olmalıdır, yәni
η1= yәni 1-KR=0; R>1/K
alınır.
Buradan görünür ki, zәrәrli hәcm ( Vz ), plunjerin qalxması ilә boşalan hәcmә( Vy )
bәrabәr olarsa, nasos maye vurma qabiliyyәtini itirir. Yәni, nasosa dolan qazın miqdarıni
imkan daxilindә maksimum azaltmaq lazımdır. Belәliklә, nasosun işi zamanı qazın zәrәrli
tәsiri ilә mübarizә aparmaq üçün aşağıdakı tәdbirlәrin görülmәsi vacibdir:
1. Zәrәrli fәzanın hәcmini vurucu klapanı plunjerinin aşağı hissәsindә yerlәşdimәklә, yәni
plunjerun әn aşağı vәziyyәdә olduğu halda sorucu vә vurucu klapanların maksimal
yaxınlaşması ilә azaltmaq;
2.Plunjerin gediş yolunu artırmaq;
3.Nasosun dalma dәriliyini artırmaq. Bu zaman dalma tәzyiqi artır vә bununla әlaqәdar
olaraq vahid neft hәcmindә nasosa daxil olan sәrbәst qazın mütlәq hәcmi miqdarı azalır,
yәni R azalır;
4.Nasosun qәbulunda xüsusi qaz lövbәrlәrinin tәtbiqi; qaz lövbәrlәri nasosdan sәrbәst
qazı qısmәn quyuya yönәldir, bu zaman da Vqaz azalır.

Dərinlik nasosunun işinə qumun təsiri

Quyuların istismarında qumla mübarizә mәsәlәsi әn әsas problemlәrdәn biridir.


Laydan neftlә birlikdә daxil olan qum quyu dibindә tıxac yaradır, silindirin nasosunda
plunjerin pәrçimlәnmәsinә, nasosun hissәlәrinә vә qaldırıcı boruların vaxtından qabaq
sürtülüb yeyilmәsinә mancanaq dәzgahının müvazinәt dәrcәsinin pozulmasına, hidravlik
müqavimәtin artmasına vә.s.sәbәb olur. Nasosun sürtünәn hissәlәrinә neftlә birlikdә
daxil olan kiçik qum xüsusilә dağıdıcı tәsir göstәrir; plunjer vә silindr arasında olan ara
boşluğuna düşәn qum dәnәciklәri nasosun daha tez sıradan çıxmasına sәbәb olur. Qum
dәnәciklәri hәtta nasos-kompressor borularının çox az qeyri-hermetikliyi halında yiv
birlәşmәlәrindә mayenin axın kanallarını tez yeyir, ştanq muftalarını vә nasos-
kompressor borularının daxili sәthini (xüsusilә dә maili quyularda) güclü aşılayır.
Quyunun hәtta qısamüddәtli (10-20 dәqiqә) dayanması zamanı pulunjerin nasosda, çox
qum çöküntülәri olduqda isә ştanqların borularda pәrçimlәnmәsi mümkündür. Qumun
abraziv tәsiri nәticәsindә mayenin geriyә axması nasosun verimini azaldır. Quyunun
debitinin azalması vә qum tıxacının әmәlә gәlmәsi nasosun dәyişdirilmәsi vә tıxacın
yuyulması üçün vaxtından әvvәl tәmirin aparılmasına gәtirib çıxarır. Mayenin tәrkibindә
qumun miqdarı 1 q/l olduqda belә quyular ‚qumlu‛ quyular kateqoriyasına aid edilir.
Qum ilә mübarizә üsullarını aşağıdakı istiqamәtlәrә bölmәk olar:
1.Qumun laydan quyuya daxil olmasına imkan vermәmәk; bunun üçün quyu dibinә
müxtәlif konstruksiyalı xüsusi süzgәclәr qoyulmalı vә ya quyudibi zona
möhkәmlәndirilmәlidir.
2.Quyudan alınan maye hasilatının tәnzimlәnmәsi (azaldılması); bunun nәticәsindә
quyu dibinә qumun daxil olmasının qarşısı alınır vә ya qum daxilolma azalır.
3.Quyuya daxil olmuş bütün qumun(vә ya çox hissәsinin) yer sәthinә çıxarılmasının
tәmin edilmәsi; tәdqiqatçılar göstәrmişlәr ki, qumun yer sәthinә çıxarılması şәrti
aşağıdakı kimi olar:
≥2-2,5
Burada Vm-mayenin qalxma sürәti, yәni maye sәrfinin boruların en kәsik sahәsinә
olan nisbәti; әgәr sәrbәst qaz olarsa maye vә qaz sәrflәrinin cәmi götürülür;
Vs.ç.-qum hissәciyinin sәrbәst çökmә sürәti; hissәciyin diametri kimi, bütün qum
hәcminin 20%- nә qәdәrini tәşkil edәn әn böyük fraksiyanın orta diametrini götürmәk
lazımdır.
4.Nasosun aşağı sonluğuna nasos-kompressor borularında quyruqların birlәşdirilmәsi;
quyruqların tәtbiqi, quyu dayandıqda quyu dibindә әmәlә gәlәn tıxacın hündürlüyünü
azaldır.
5.Xüsusi nasosların tәtbiqi.
Hazırda abrazivliyә davamlı vә sürtünәn plunjer- silindrin mühafizәsi üçün yeni
kostruksiyalı nasoslar buraxılır. Yüksәk abrazivliyә davamlı nasosların plunjeri bәrk
xәlitәlәrdәn hazırlanır vә ya xromlu azotlaşdırılmış oymaq (sürtünmәni azaltmaq üçün)
tәtbiq edilir. Eyni zamanda plunjer vә silindr arasında az mәsafә olan, plunjerin
daxilindә separator olan, plunjer-silindr cütlüyünün hidromüdafiәsi tәmin edilәn (özlü-
plastik sıxlaşdırma, ferromayelәrin tәtbiqi), dairәvi qanovlu (ara) plunjeri olan, maqnitli
plunjeri olan), içi boş ştanqların tәtbiqi vә s.nasoslardan istifadә olunur. Bundan әlavә,
ştanq kәmәrindә qum çöküntüsünün әmәlә gәlmәsinin qarşısını almaq üçün qaşıyıcı-
fırlandırıcılar tәtbiq edilir. Qaşıyıcı-fırlandırıcı xarici sәthindә maye buraxmaq üçün
spiralvari deşikli qanov olan qәlibdir ; qaşıyıcının diametri nasos-kompressor borularının
daxili diametrindәn kiçik olur. Ştanqlar hәrәkәt edәrkәn şırnağın fırlanması yaranır vә bu
da nasos üzәrindә qumun çökmәsinә mane olur. Nasos dayanan zaman mayedә olan
qum nasosun plunjerinin üstündә deyil, qaşıyıcı-fırlandırıcının yuxarı hissәsinә çökür.
Qaşıyıcı-fırlandırıcılardan NKB-dә parafin çökmәsinә qarşı vә maili quyularda ştanqların
yeyilmәsinә qarşı mübarizә mәqsәdilә dә istifadә olunur.
6.Nasosun qәbulunda qumun miqdarının azaldılması üçün müxtәlif qoruyucu
vasitәlәrin, süzgәclәrin, qum lövbәrlәrinin vә separatorların tәtbiqi.
Qumun separasiyası üçün әn yaxşı nәticәni qum lövbәrlәri verir. Qum lövbәrlәri vә
süzgәclәr nasosun qәbulunda qoyulur. Qum lövbәrlәrinin işi qravitasiya prinsipinә
әsaslanır. Düz vә әks tәsirli qum lövbәrlәrindә maye hәrәkәt istiqamәtini 180°C dәyişir,
qum ağırlıq qüvvәsinin tәsiri altında ayrılır vә qum ‚cibinә‛ çökür. Qum “cibi” dolduqdan
sonra lövbәr yer sәthinә qaldırılır vә tәmizlәnir.
Düz(a),əks(b) qum lövbərlərinin və qaz-qum(c) lövbərinin prinsipial sxemi.
Qum lövbәrlәrinin işinin sәmәrәli olması üçün әsas şәrt qumun çökmә sürәtinin qalxan
maye axınının sürәtindәn kiçik olmasıdır. Tәdqiqatlar göstәrir ki, әks tәsirli qum lövbәri,
düz tәsirliyә nisbәtәn daha sәmәrәlidir. Çünki, әks tәsirli lövbәrdә istifadә olunan taxma
borucuğu qumlu maye axınının enmә sürәtini artırır. Mәhsulu maye, qaz vә qumdan
ibarәt olan quyularda qaz-qum lövbәrlәrindәn istifadә olunur. Qaz-qum lövbәri eyni
zamanda iki lövbәrin funksiyasını-qaz vә qum lövbәrlәrinin işini yerinә yetirir. Nasosun
qәbulunda quma qarşı qoyulan süzgәclәr, nasosa orta vә iri dәnәli (0,01 mm-dәn
böyük) qum hissәciklәrinin daxil olmasının qarşısını alır. Süzgәclәrin bir çox deşikli,
mәftilli, kapron, çınqıllı, yarıqlı, metalkeramik, sement-qum-duz, qum-plastik, yaylı vә
digәr növlәri vardır. Bu süzgәclәr çox tez çirklәndiyi üçün geniş tәtbiq edilmir. Süzgәclәri
qumun çökmәsi üçün ‚cibli‛gövdәyә yerlәşdirmәk (bu zaman quyu dibindә tıxac yaranmır
vә çirklәnmә sürәti azalır ) vә ya qum lövbәri ilә birlikdә tәtbiq etmәk lazımdır. Qumun
xarekterindәn asılı olaraq nasosun qәbulunda aşağıdakı avadanlıqlar qoyulur:
-qum vә qazın az olduğu hal-süzgәc;
-qumun az, qazın çox olduğu hal-qaz lövbәri;
-qumun çox, qazın az olduğu hal-qum lövbәri;
-qum çox, qaz çox olduğu hal- qaz-qum lövbәri.
Qum tәzahürlü quyuların normal işini tәmin etmәk üçün elә şәrait yaratmaq lazımdır
ki, nasos asılı vәziyyәtdә olan qum dәnәlәri qatından yuxarıda olsun. Bu qat
psevdomayelәşәn qat adlanır. Qumun mayedә asılı vәziyyәtdә olması
(psevdomayelәşmә) mayenin müәyyәn sәrfi vә onun xassәlәri ilә әldә edilir. Bu zaman
qum asılı vәziyyәtdә olur, lakin onun hissәciklәrinin çıxarılması baş verir. İkifazalı
mayedә (neft+su) vә fazaların sәrhәddindә kiçik sәthi gәrginlik şәraitindә (hissәciklәrin
birlәşmәsi olmur), kәmәrdә psevdomayelәşmә üçün maye qarışığının daha çox sürәti
tәlәb olunur, yәni psevdomayelәşmә prosesi daha çox maye debitlәrindә baş verir. Əgәr
laydan quyuya qum daxil olarsa, tәdbir görmәk lazımdır ki, quyu dibindәn quyu ağzına
qәdәr olan mәsafәdә nasosun sorduğu maye axınının sürәti yalnız bütün qum
fraksiyasının çıxarılması üçün deyil, hәm dә qumun axında sәrf qatılığı ilә müqayisәdә
hәcmi qatılığının әhәmiyyәtli artımının qarşısının alınması üçün kifayәt etsin. Sәrf
qatılığı-qumun sәrfinin qarışığın sәrfinә olan nisbәtidir. Qalxan axında qumun hәcm
qatılığı hәmişә onun sәrf qatılığından böyükdür. Demәli, elә etmәk lazımdır ki, qumun
hәcm qatılığı onun hәrәkәt yolunda sәrf qatılığından az fәrqlәnsin. Qumun yüksәk hәcm
qatılığı yeraltı avadanlığın abraziv aşılanmasını artırır vә mancanaq dәzgahı dayanarsa
qum quyu dibindә vә borularda böyük miqdarda çökür vә qum tıxacı yaranır, nasos vә
ştanqlar tutulur. Qumun böyük sәrf qatılıqlarında vә quyunun kiçik debitlәrindә lazım
olan sürәti almaq mümkün deyil. Belә hallarda professor Ə.B.Süleymanovun tәklif etdiyi
boruarxası fәzaya mayenin әlavә edilmәsi üsulu sәmәrәlidir. Bu zaman әlavә edilәn
mayedә qum olmamalıdır. Özlü neftin әlavә edilmәsi daha yaxşı nәticә verir. Bәzәn isә
lay suyu da (digәr vasitәlәr olmadıqda) әlavә edilir.

Maye əlavə edilməsi sxemi


1. atqı boru kəməri; 2.qazın çıxış xətti; 3.maye əlavə edilməsi üçün boru; 4. dozator nasosu;
5. tutumdan gələn boru.

Ştanqlı dərinlik nasosunun işinə qazın təsiri

Sәrbәst qazın zәrәrli tәsirinә qarşı bir çox mübarizә üsulları vardır. Əsas mübarizә
üsulu-nasosa daxil olan mayelәrdә qazın miqdqrının azaldılmasıdır.
Nasosun dinamik sәviyydәn dalma dәrinliyinin artırılması zamanı nasosun qәbulunda
tәzyiq (Pqәb.) artır vә bunun nәticәsindә sıxılma hesabına sәrbәst qazın hәcmi azalır vә
nefdә daha çox qaz hәll olu. Əgәr nasosun qәbulunda tәzyiq (Pqәb), neftin qazla doyma
tәzyiqindәn (Pd) çox olarsa, bu dәrinlikdә ümumiyyәtlә sәrbәst qaz olmur, yәni qazın
zәrәrli tәsiri kәsilir. Nasosun normal işi zamanı dalma dәrinliyi 20-50 m (Pqәb.=0.15–0.4
Mpa ) tәşkil edir, olduğu halda isә dalma dәrinliyi әgәr mümkündürsә 230- 350 m- ә
çatdırılır, bu da doyma tәzyiqinin 30% -nә (Pqәb=2–3 MPa) uyğun gәlir. Ancaq bunun
üçün әlavә avadanlıq (ştanqlar, borular, böyük yükqaldırma qabiliyyәtinә malik
mancanaq dәzgahları) tәlәb olunur vә hәm dә nasosun etibarlıq dәrәcәsi azalır. Ona
görә dә mayenin nasosun qәbuluna daxil olmasından әvvәl qazın mayedәn ayrılması (
separasiya ) vә onun boruarxası fәzaya, oradan isә atqı xәttinә verilmәsi hәyata keçrilir.
Ekoloji cәhәtdәn qazın atmosferә verilmәsi mәslәhәt deyil. Separasiya nәticәsindә qazın
tәbii enerjisinin bir hissәsi itәrәk mayenin qaldırılmasında istifadә olunmur. Qazın
separasiyasını, separasiya әmsalı xarakterizә edir. Separasiya әmsalı boru arxasına
gedәn sәrbәst qazın hәcminin, nasosun qәbulundakı termodinamik şәraitdә olan bütün
sәrbәst qazın hәcminә olan nisbәtidir. Qazın separasiyasını nasosun qәbulunda qoyulan
qaz lövbәrlәri (qaz separatorları) adlanan mühafizә qurğusunun kömәyilә yaxşılaşdırmaq
olar.

Birgövdəli ( a ), ikigövdəli ( b ), birnimçəli ( c ), zont növlü ( ç) qaz lövbərlərinin sxemi.

Qaz lövbәrlәrinin işi müxtәlif prinsiplәrә әsaslanmışdır. Mәsәlәn; aşağı yönәlmiş maye
axınında qaz qabarcıqlarının üzә çıxması hesabına ayrılması, axının fırlanmasında
sentrifuqa vasitәsilә tәrkib hissәlәrinә ayrılma prinsipindәn istifadә, yay asılqanlarında
boşqabların vibrasiyasının istifadәsi vә s.
Bir gövdәli lövbәrdә qaz maye axınının istiqamәtinin 1800 dәişmәsi zamanı qaz
qabarcıqları arximed qüvvәsinin tәsirindәn üzәrәk maye sәviyyәsinә qalxır vә qismәn
boruarxası fәzaya keçir, qazı azalmış maye isә (2) deşiyindәn mәrkәzi borucuğuna (4),
oradan isә nasosun qәbuluna daxil olur. Qaz qabarcığı isә әlavә hәrәkәt edәn maye
axını ilә aşağı aparılır. Aşağı hәrәkәt edәn mayenin sürәti quyunun debiti vә gövdә (3)
ilә qәbul borucuğunun arasında olan halqavari fәzanın en kәsik sahәsindәn asılıdır:
V=
Burada Q- nasosun qәbulunda qaz- maye qarışığının hәcmi sәrfi, F-f isә qaz lövbәrinin
gövdәsi ilә mәrkәzi borucuğunun arasında olan en kәsik sahәsidir.
Qaz qabarcığının maye sәviyyәsinә qalxma sürәti (Vq) Stoks düsturuna görә
qabarcığın diametri (d), maye vә qazın sıxlıqlarının (pm , pq) fәrqi vә mayenin
özlülüyündәn asılıdır:
Vq=
Qaz lövbәrinin sәmәrәli işlәmәsi üçün Vq>V olmalıdır. Əks halda qaz qabarcıqları
maye axını ilә nasosa daxil olacaqdır. Qaz qabarcıqlarının sürәtinә (Vq) tәsir etmәk
imkanı olmadığı üçün V-ni dәyişmәk lazımdır. V-nin azaldılması üçün axını iki vә daha
çox paralel axınlara bölmәk lazımdır. Bu isә iki, üç daha çox gövdәli lövbәrlәrdә hәyata
keçirilir. Lövbәrin hәr bir seksiyasına ümumi sәrfin yalnız bir hissәsi daxil olur. Bu o
demәkdir ki, axının aşağı hәrәkәt etmә sürәti (V1) lövbәrin gövdәsindә az olacaqdır.
Qaz löbәrindә qazın neftdәn ayrılmasının sәmәrәsi qaz qabarcıqlarının mayenin üzәrinә
qalxma sürәtlәrinin nisbәtindәn vә maye-qaz qarışığının lövbәrin gövdәsindә ümumi
sürәtindәn asılıdır. Qaz qabarcıqlarının maye üzәrinә qalxma sürәti onların diametri vә
özlülüyündәn asılıdır. Özlülük nә qәdәr çox olarsa, qarışığın eyni bir hәrәkәt sürәtindә
maye vasitәsi ilә daha böyük ölçülü qaz qabarcıları aparılacaqdır. Nasosun verilmiş
mәhsuldarlığında qarışığın lövbәrin gövdәsindә hәrәkәt sürәti gövdәnin en kәsik
sahәsindәn asılıdır. Demәli, bütün hallarda, mayenin hәrәkәt sürәti nә qәdәr kiçik (yәni
lövbәrin en kәsik sahәsi nә qәdәr böyük) olarsa, separasiyanın sәmәrәsi dә bir o qәdәr
çox olar. Lakin lövbәrin gövdәsinin diametri demәk olar ki, qoruyucu kәmәrin diametri
ilә mәhdudlaşır, ona görә dә mayenin lövbәrin gövdәsindә hәrәkәt sürәti hәmişә qazın
neftdәn tam ayrılması şәrtini ödәmir. Çıxarılan neft hava ilә tәmasda olmur, buna görә
onun çox qiymәtli yüngül hissәlәri uçub getmir ki, bu da neft çıxarılmasının qapalı
üsuludur.

Nasos hissələrinin quraşdırılması səviyyəsinin quyudakı şəraitlə


uyğunsuzluğu

Plunjerin oymaqlara quraşdırılması dәrәcәsi nasosun işlәmә şәraiti ilә, yәni quyunun
dәrinliyi, sıxlığı, özlülüyü vә çıxarılan mayenin temperaturu ilә müәyyәn edilir. Bu
şәrtlәrdәn asılı olaraq, plunjer-silindr cütünün konstruksiyası vә boşluqda mayenin
hәrәkәt rejimi, plunjer vә silindr arasındakı boşluqdan mayenin sızmasından asılıdır.
Plunjerin yuxarı gedişindә mәruz qaldığı yüksәk tәzyiq plunjerin xarici sәthinin işçi
silindrin daxili sәthinә dәqiq quraşdırılmasını tәlәb edir. Belә ki, plunjerә olan tәzyiq
artdığından plunjerlә silindr arasındakı boşluqdan mayenin sızması çoxalır vә bu da
plunjer altında boşalmış hәcmin bir hissәsini tutaraq quyudan gәlәn maye ilә silindrin
normal dolmasına mane olur. Lakin plunjer vә silindr arasındakı boşluğun hәddәn çox
azaldılması hәr zaman mәslәhәt görülә bilmәz, belә ki, nasosun hissәlәrinin hәddәn
artıq tarım quraşdırılması silindrdә sürtünmәdәn yaranan müqavimәtin artmasına şәrait
yaradaraq plunjerin tutulmasına vә qәzaya gәtirib çıxara bilәr. Böyük dәrinliklәrdә
nasosun işi yüksәk temperaturlarla bağlıdır, belә ki, bu temperaturların tәsiri altında
dәrinlik nasosunun metal hissәlәri hәcmcә genişlәnir. Çuqun oymağına malik nasosda
plunjerin hazırlandığı poladın temperaturdan genişlәnmә әmsalı silindrin çuqun
oymaqlarının genişlәnmә әmsalından böyükdür, ona görә dә plunjerlә silindr arasındakı
zavoddan buraxılma boşluğu daralır vә әlverişsiz şәraitlәrdә plunjer silindrdә ilişә bilәr
ki, bu da ştanqda qırılma yaratmaq qabiliyyәtinә malikdir. Ona gürә dә plunjerin
oymaqlara quraşdırılma sәviyyәsi nasosun quyuda işlәmә şәraitinә tam uyğunlaşmalıdır.
Quraşdırılma sәviyyәsinin seçilmәsi çıxarılan neftin keyfiyyәtindәn asılıdır.
Yağlı neftlәrin tәrkibindә plunjer vә oymaqlar arasındakı sürtünmәni azaldan yağlayıcı
maddәlәr vardır. Ona görә dә belә neftlәrin çıxarılması üçün daha kip quraşdırılmış
nasoslardan istifadә etmәk lazımdır. Böyük tәrkibdә benzin fraksiyası olan yüngül
neftlәrdә plunjer vә oymaqlar arasındakı sürtünmә әsaslı sürәtdә artır. Bu cür neftlәrin
çıxarılması üçün zәif quraşdırılmış plunjerli nasoslardan istifadә edilir.
Bu amillәri vә quyuda olan digәr şәraitlәri nәzәrә alaraq plunjerin silindrә quraşdırılma
sәviyyәsi mәsәlәsini hәr bir halda hәll etmәk lazımdır. Ancaq plunjerin sәthi silindrә nә
qәdәr mükәmmәl geydirilsә belә, maye sğtununun yğksәk tәzyiqi plunjer vә silindr
arasındakı halqavari boşluğa tәsir edәrәk mayenin bir hissәsini silindrin aşağı hissәsinә
sızmasına mәcbur edәcәk. Bu halda plunjerin nazik divarları deformasiyaya mәruz
qalacaq, yәni sıxılacaq vә bununla boşluğu böyüdәcәk ki, bu da maye keçmәsinә şәrait
yaradacaq. Bu hadisә atqı klapanının silindrin aşağı hissәsinә yerdәyişdirilmәsi ilә aradan
qaldırılır. Bütün şәraitlәrdә nasosun klapanları dәqiq quraşdırılmalıdır.

Dərinlik nasosunun hissələrinin aşınması

Zaman keçdikcә plunjerin, silindrin vә klapanların işçi sәthlәri yeyilir, plunjerin


әtrafında maye sızması artdığı üçün plunjer quraşdırılmasının hermetikliyi vә nasosun
mәhsuldarlığı xeyli aşağı düşür. Normal yeyilmә şәraitindә hәlqәvi boşluq müntәzәm vә
tәdricәn artır, bununla әlaqәdar olaraq nasosun dolma әmsalı onun tәmirarası adi işi
zamanı daxili sızmalardan bәzәn hәtta 2 dәfә azalır. Belә şәraitlәrdә oymaqların
yeyilmәsindәn asılı olaraq bir qәdәr böyük diametrli yeni plunjerlәrdәn istifadә etmәk
olar. Yeyilmiş plunjerlәri isә kiçik ölçülü silindrlәrdә tәkrar istifadә etmәk mәslәhәt
görülür. Bununla әlaqәdar olaraq әsas ölçülәrdәn başqa plunjerlәrin ilkin ölçülәrinin
diametri üzrә tәmir ölçülәri hazırlanır. Plunjerlәrin tәmir ölçülәri bir-birindәn
diametrlәrinin ölçüsünә görә onlarca mkm qәdәr fәrqlәnir. Bu köhnә nasosa daha sıx
geydirilmә seçmәyә vә yenidәn nasosu işә salmağa imkan yaradır.
Demәk olar ki, әsasәn әyilmiş quyularda bir-birinә sürtünәn hissәlәrin yeyilmәsi onların
bütün sәthi boyu hәmişә bir ölçüdә olmur; bu adәtәn nasosun mәhsuldarlığının
düşmәsinin sürәtlәnmәsinә gәtirib çıxarır. Sürtünәn hissәlәrin bütün sәthi boyu
aşınmanın daha bәrabәr paylanmasını xüsusi istiqamәtlәndiricilәrin vә ya ştanq
kәmәrlәrini döndәrmәk üçün ştanqfırladıcı qurğuların tәtbiqi ilә әldә etmәk olar. Bu
ştanqfırladıcıların kömәyilә plunjer hәr gedişindә bir qәdәr bucaq altında dönür ki,
bununla da aşınmanın bәrabәrlәşmәsinә nail olunur. Tәdqiqatlar nәticәsindә müәyyәn
edilmişdir ki, digәr bәrabәr şәrtlәrdә klapanların kip olmaması sәbәbindәn sızan
mayenin miqdarı qalxmanın hündürlüyünün kökaltı ifadәsi ilә mütәnasib olaraq artır.
Tәbii ki, bu klapanların aşınmasının sürәtlәnmәsinә sәbәb olacaqdır. Quyuda qumun
olması bu aşınmanın intensivliyini tәxminәn sızmanın sürәtinin kubuna mütәnasib olaraq
artırır. Bu o demәkdir ki, mәsәlәn,nasosun as;lma dәrinliyi 2 dәfә artırıldıqda klapanların
aşınma intensivliyi 2,8 dәfә artır.Ona görә dә böyük dәrinliklәk üçün klapanlar xüsusi
yüksәk keyfiyyәtlә hazırlanmalı vә quraşdırılmalıdır, elәcә dә klapanların işindә
etibarlılığı tәmin etmәk üçün onların sayının ikiqat artırılması faydalı olardı. Zaman
keçdikcә nasosun normal aşınması baş verir vә quyunun müәyyәn olunmuş optimal
debiti aşağı düşür. Adәtәn debiti bәrpa etmәk üçün nasosu dәyişirlәr. Bәzi kateqoriya
quyular üçün optimal debit yırğalanmaların vә gediş uzunluğunun dәfәlәrlә artırılması ilә
bәrpa olunur. Bu artma nasosun aşınma dәrәcәsindәn asılı olaraq tәdricәn baş verir.

Mayenin həcm kiçilməsinin təsiri

Nasosun qәbulunda mövcud olan tәzyiq vә temperatur şәraitindә ştanqlı quyu


nasosundan müәyyәn hәcmdә neft vә su keçir. Mәhsul rezervuar parkına daxil olduğu
zaman qazsızlaşır (qaz ayrılır) vә soyuyur. Nәticәdә mayenin xüsusi hәcmi azalır. Bu,
neft vә su üçün hәcm әmsalları – bn, bsu ilә nәzәrә alınır.
Hәcm әmsalları – dәyişәn kәmiyyәt olub, temperatur, tәzyiq vә hәll olmuş qazın
miqdarından asılı olaraq dәyişir. Mәdәn vә elmi-tәdqiqiat laboratoriyalarında bn vә bsu
kәmiyyәtlәri tәcrübi olaraq müәyyәn edilir vә cәdvәl, yaxud qrafiklәr şәklindә tәsvir
edilir. Qәbul şәraitindәn standart şәtaitә keçdikdә mәhsulun hәcminin azalması
nәticәsindә ştanqlı quyu nasosunun veriminin itmәsini xarakterizә edәn әmsalı aşağıdakı
kimi müәyyәn etmәk olar:

ηi
Burada Qn vә Qsu – standart şәraitdә neft vә suyun debitlәridir.
Mәhsulun hәcm sulaşması:
Buradan ηi

n=0 olduqda, yәni mәhsulda su olmadıqda

ηi vә n=1,yәni mәhsul yalnız tәmiz sudan ibarәt olduqda


ηi
Nasosun qәbulunda tәzyiq Pq=1,5-3,0 MPa, temperatur tq=30-400 C olduqda bn=1,1-
1,15 vә bsu=1,15 -1,025 olur.
n=0,3 (30%), bn=1,15 vә bsu=1,02 real qiymәtlәri qәbul edәrәk (6.168) düsturuna
әsasәn ηi=0,9 alırıq, yәni yalnız neft vә suyun hәcm kiçilmәlәri hesabına ştanqlı quyu
nasosunun verimi 10% azalır.
Susuz mәhsul üçün deyilәn şәraitdә ηi=0,87 olur, yәni verimin azalması 13% tәşkil edir.

Ştanqlı nasos qurğusunun istismar əmsalı və təmirarası iş müddəti


Ştanqlı nasos qurğusunun istismar әmsalı:
ηi
Burada , , - müvafiq olaraq, tәqvim, quyunun vә avadaqlığın yeraltı vә cari tәmirinin
gözlәnilmәsi vә aparılması ilә әlaqәdar olan dayanma vaxtı, quyunun yeraltı tәmirinin
aparılması ilә әlaqәdar olmayan tәşkilati dayanma müddәti, saat ilә ölçülür.
- hər bir yataq üçün faktiki verilənlər üzrə, yaxud normativlər üzrə, Ttəmir isə quyuların yeraltı
təmiri sayına əsasən və hər birinin davam etmə müddətinə müvafiq olaraq təyin edilə bilər.

Nasos qurğusunun yeraltı hissәsinin әsas qәza növlәrinә ştanq dәstәsi ilә qәzalar
(kәsilmәlәr, dönmәlәr), nasosun vә onun ayrı-ayrı elementlәrinin (plunjer, klapan)
sıradan çıxması aiddir. İmtinaların I qrupu yeraltı avadanlığın şәzalırının ümummi sayının
25-40%-ni tәşkil edir; nasosun dәyişdirilmәsinә vә klapanların yuyulmasına tәqribәn,
müvafiq olaraq, 30 vә 20% düşür. Hazırda istismar rejimi parametrlәrindәn (debit,
mәhsulun sulaşması; quyu nasosunun endirilmә dәrinliyi, çıxarma surәti kimi) yalnız
ştanqlarla şәzaların tezliyi, asılıdır, dtigәr qәza növlәrinin tezliyi isә adı çәkilәn amillәrdәn
asılı deyil. Buna görә dә il әrzindә yeraltı tәmirlәrin ümumi sayı,
Ntәmir=γ+ηdigәr
Burada γ - il әrzindә, ştanqlı dәstә ilә qәzaların aradan qalıdırlması ilә әlaqәdar
tәmirlәrin ehtimal edilәn tezliyi; ηdigәr digәr - il әrzindә digәr yeraltı tәmir işlәrinin
sayıdır. ηdigәr avadanlığın istismarının faktiki verilәnlәrinә әsasәn tәyin edilir, yaxud
normativlәr üzrә hesablanır. Ştanq materialının yorğunluğu sәbәbindәn qәzaların
ehtimal edilәn tezliyinin qiymәtlәndirilmәsi üçün müxtәlif düsturlardan istifadә edilir.
Ondardan biri A.S.Virnovski tәrәfindәn tәklif edilmişdir.
Dərinlik nasosunun iş parametrlərinin müəyyən edilməsi

Dәrinlik nasos istismarı tәcrübәsindә verilәn Q (t/sutka ilә) miqdarlı mayenin L (m ilә)
dәrinliyindәn vurma rejiminin müәyyәn edilmәsi Fpl, S, n –in әn sәmәrәli asılılığının
(ştanq kәmәrlәrinin vә mancanaq dәzgahının möhkәmlik şәrtini ödәyәn) müәyyәn
edilmәsi ilә ümumilәşdirilir. Vurulmalı olan mayenin debiti sәviyyәnin buraxılabilәn
depressiyası vә mәhsuldarlıq әmsalı vә ya xüsusi debit ilә (t/ay /ay sutkada) tәyin
olunur. Quyularda maksimal buraxılabilәn sәviyyә düşgüsü vә ya fasilәsiz istismarın
mümkün olduğu sәviyyә depressiyası tәdqiqatın mәlumatlarına әsasәn vә uyğun olaraq
hәr lay vә onun hissәlәrinin istismarının geoloji-texnoloji şәrtlәrinә әsasәn müәyyәn
olunur. Bu zaman әsasәn quyudibi zonanın vәziyyәtinә, kontur vә daban sularının
yerlәşmә yaxınlığına diqqәt yetirmәk lazımdır. Nasosun mәhsuldarlığı yalnız bu
depressiya sәrhәddindә layihәlәndirilmәlidir. Vurma rejiminin düzgün layihәlәndirilmәsi
halında dәrinlik nasosunun faktik mәhsuldarlığı verilmiş dinamik sәviyyәdә maye vә
layın debitinә tam uyğun gәlmәli vә
Vgün=1440Fspna düsturuna әsasәn tәyin olunmalıdır.
Kipgәc pistonqolunun gedişinin 0.6 m-dәn 3 m-ә dәk uzunluğunda vә gedişlәrin
dәqiqәdә 6-dan 15-ә qәdәr miqdarında olan standart plunjerli nasosların şәrti nәzәri
sutkalıq mәhsuldarlığı kifayәt qәdәr böyük sәrhәddә dәyişir.

Fpl, S, n parametrlәrinin әn yaxşı kombinasiyasının seçilmәsindә quyu üçün


quraşdırılan bütün nasos avadanlığının (nasos, ştanqlar, mancanaq dәzgahı) işlәmә
şәrtini nәzәrә almaq lazımdır. Dәrinlik nasosunun işlәmә parametrlәrinin müәyyәn
edilmәsindә verilәn nәzәri mәhsuldarlığı tәmin etmәk üçün mümkün az diametrli
nasosdan istifadәyә çalışmaq lazımdır. Bu yüklәnmәlәrin azalmasına, quyuda daha
yüngül avadanlığın quraşdırılmasına vә enerji sәrfinin azalmasına sәbәb olur.
Plunjerin verilәn Fpl en kәsik sahәsi ilә Sn ifadәsi tapılır vә ardıcıl olaraq S-ә müxtәlif
qiymәtlәr vermәklә minimal dinamik yüklәnmәlәrin alındığı son variant n tәyin edilir.
Normal şәraitdә (böyük miqdarda qazın olmaması, nasosun az aşınması, onun
mәhsuldarlığı ilә axının uyğunluğu) α vermә әmsalının qiymәtini cәdvәldә verilәn
sәrhәdlәrdә seçmәk olar.
Dərinlik nasosu ilə işləyən quyuların optimal iş rejimlərinin
seçilməsi.
Dәrinlik nasosu ilә işlәyәn quyularda optimal iş rejiminin vәzifәsi dinamiki sәviyyәnin
vәziyyәti, nasosun diametri, mancanaq dәzgahı vә plunjerin gediş yolu arasında
sәmәrәli uyğunluq yaratmaqdan vә quyunu, ümumi mәhsulda neftin miqdarının
maksimum olması rejiminә çıxarmaqdan ibarәtdir. Bu halda rejimin
optimallaşdırılmasının effektivliyini qiymәtlәndirmәk üçün istәr maye hasilatı, istәrsә dә
quyunun tәmirarası müddәti kriteriyaları götürülә bilәr. Çox hallarda vәzifә, plunjerin
gediş yolu (S) ilә yırğalanma sayı (n) arasındakı әlverişili nisbәtdә maksimum neft
hasilatının, yәni analitik ifadәsi mәlum olmayan Qn=Qn (S,n) funksiyasının maksimum
qiymәtinin tapılmasından ibarәt olur. Mәdәnlәrdә neft hasilatını tәnzim edәrkәn әsas
gediş yolunun vә yırğalanma sayının dәyişdirilmәsindәn istifadә olunur. Bu parametrlәrin
hәr bir qiymәtindә maye hasilatı ölçülür. Alınmış nәticәlәrin müqayisәsindәn maksimum
neft hasilatına uyğun olan S vә n tәyin edilir. Bu üsul ilә dәrinlik nasos quyularının
tәdqiqatı parametrlәri vә tәtbiq olunan avadanlığın minimum dәyişmәsi vasitәsilә
optimal iş rejiminin tәyin edilmәsini tәlәb edir.
Tәdqiqat intervallarının mәhdudlaşdırılmasının vacibliyi kiçik sәrflәrdә neft itkisinin,
böyük sәrflәrdә isә, istismar çәtinliklәrinin yaranmasının qarşısını almaqla әlaqәdardır.
İstismar şәraitinin pislәşmәsi - qum gәlmәsi, mәhsulun sulaşması, quyu dibindә qazın
ayrılması vә s. ilә әlaqәdar ola bilәr. Evalyusiya yolu ilә planlaşdırma vasitәsilә dәrinlik
nasos quyularının iş rejimlәrinin tәyin edilmәsinin mümkünlüyünü vә bu üsulun
üstünlüklәrini nәzәrdәn keçirәk. Tәdqiqat aşağıdakı ardıcıllıqla aparılır:
1.Tәnzim olunan әsas parametrlәrin sәviyyә vә dәyişmә intervallarının seçilmәsi.
Adәtәn idarә olunan parametrlәrin sәviyyәsi kimi quyunun faktik iş rejimi parametrlәri
(S0,n) götürülür. Dәyişmәnin addımı quyunun texnoloji imkanına görә seçilir(S,n).
Parametrlәrin tәdqiqatında yuxarı vә aşağı intervallarındakı qiymәtlәri belәdir:
S+1=S0+S n+1=n0+n
S-1=S0-S n-1=n0-n
«Azәrneft» istehsalat birliyi «Balaxanıneft» NQÇİ-nin 1736 nömrәli quyusu üçün iş
rejiminin tәyin edilmәsinә baxaq. Quyunun faktiki iş rejimi parametrlәri belәdir:
S= 600 mm;
n =10 dövr/dәq;
Qn =2,6 t/sut. vә Qm = 11,7 t/sut.

Parametrlәrin (S vә n) dәyişmә intervalları DS = ±150 mm; Dn =±1 dövr/dәq. olur.


2.Tәdqiqatın I fazasının protokol- cәdvәli düzәldilir
3.Aşağıdakı ardıcıllıqla tәdqiqat aparılır:
I rejim S0 =600 mm, n0 =10 dövr/ dәq.;
II rejim S1 =450 mm, n1 =9 dövr/ dәq.;
III rejim S+1 =750 mm, n-1 = 9 dövr/ dәq.;
IV rejim S- 1 = 450 mm, n-1 = 11 dövr/ dәq.;
V rejim S+1 =750 mm, n+1 = 11 dövr/ dәq.
Rejimin dәyişmәsi istәnilәn qaydada ola bilәr, lakin hәr bir rejim qonşu rejimdәn 1-ci
bәnddә göstәrilәn dәyişmә addımı qәdәr fәrqlәnmәlidir. Baxılan quyu üçün ixtiyari
olaraq, aşağıdakı göstәrilmiş tәdqiqat ardıcıllığı götürülür

You might also like