You are on page 1of 10

Layihə

Açıq məkanda reklam fəaliyyətinin tənzimlənməsi ilə


bağlı bir sıra məsələlər haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi


barədə” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 755-VQD nömrəli
Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may
tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanında dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli 1568
nömrəli Fərmanının 1.5-ci və 1.6-cı bəndlərinin icrasını təmin etmək məqsədi ilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Açıq məkanda reklam yerləşdirilməsinə verilən icazə”nin forması” təsdiq edilsin
(1 nömrəli əlavə).
2. “Açıq məkanda yerləşdirilən reklama dair texniki şərtlər pasportu”nun forması”
təsdiq edilsin (2 nömrəli əlavə).
3. “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin forması və
bağlanma Qaydası” təsdiq edilsin (3 nömrəli əlavə).
4. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə
uyğun olaraq, bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam
daşıyıcısının yerləşdirilməsi ilə bağlı həmin əmlakdan istifadəyə görə məbləğ:
4.1. reklam yayıcısının həmin reklam daşıyıcısında reklam yerləşdirilməsinə icazə
verilməsi üçün ödədiyi (ödəyəcəyi) dövlət rüsumu məbləğinin 10 faizi həcmində müəyyən
edilsin;
4.2. açıq məkanda reklam yerləşdirilməsinə verilmiş icazənin qüvvədə olma
müddəti ərzində bir dəfə ödənilir.
5. Bu Qərarın 1-3-cü hissələri ilə təsdiq edilən sənədlərdə və 4-cü hissəsində
dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772
nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci
bəndinə uyğun edilə bilər.
6. “Küçə reklamının yayımı və reklam tarifi zonalarının müəyyən edilməsi
Qaydaları”nın və “Küçə reklamı lövhəsinin yerləşdirilməsinə verilən icazə sənədinin
forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2008-ci il 23 aprel tarixli 92 nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008, N 4, maddə 312; 2009, N 6, maddə 491; 2016, N 9,
maddə 1560) ləğv edilsin.
7. “Açıq məkanda yerləşdirilən reklama dair texniki şərtlər pasportu”nun forması”nın
və “Nəqliyyat vasitələrində yerləşdirilən reklama dair texniki şərtlər pasportu”nun
forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-
cı il 2 mart tarixli 99 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016, N 3, maddə 617) aşağıdakı dəyişikliklər edilsin:
7.1. adından “Açıq məkanda yerləşdirilən reklama dair texniki şərtlər pasportu”nun
forması”nın və” sözləri çıxarılsın;
7.2. 1-ci hissə ləğv edilsin.

Azərbaycan Respublikasının Baş naziri


Artur Rasi-zadə
Bakı şəhəri, “__”________ 2017-ci il
№ ___
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2017-ci il ______ tarixli ____ nömrəli qərarı ilə
təsdiq edilmişdir

1 nömrəli əlavə

Açıq məkanda reklam yerləşdirilməsinə


İCAZƏ

Qeydiyyat nömrəsi _____ “___”__________20__ il

______________________________________________________________________
(icazə verən qurumun adı və ünvanı)

_____________________tarixli_______ nömrəli texniki şərtlər pasportuna uyğun olaraq

______________________________________________________________________
(reklam daşıyıcısının növü və yerləşdiyi ünvan)

reklam yerləşdirilməsinə icazə verir.

İcazə verilib ____________________________________________________________


(VÖEN; icazə verilən hüquqi şəxsin, xarici hüquqi şəxsin

______________________________________________________________________
filialının və nümayəndəliyinin adı və hüquqi ünvanı; fərdi sahibkarın soyadı, adı,

______________________________________________________________________
atasının adı, fəaliyyət ünvanı)

İcazənin müddəti “___” ________20__ il tarixdən “___” ________20__ il tarixədək

İstehsalı (satışı) lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələrə dair müvafiq


lisenziyanın, yaxud sertifikatın və ya digər icazənin verilmə tarixi, qeydiyyat nömrəsi,
müddəti _______________________________________________________________

______________________________________________________________________

İcazəni imzalayan məsul şəxs ______________________________________________


(soyadı, adı)
______________________________________________________________________
(vəzifəsi)

M.Y. __________________
(imza)

Qeyd: İcazə müqaviləsi bağlanılmadıqda, açıq məkanda reklam yerləşdirmək üçün


verilmiş icazə hüquqi nəticələr yaratmır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2017-ci il ________ tarixli ____ nömrəli qərarı ilə
təsdiq edilmişdir

2 nömrəli əlavə

Açıq məkanda yerləşdirilən reklama dair


TEXNİKİ ŞƏRTLƏR PASPORTU

Qeydiyyat nömrəsi ______ “____” _____________ 20__ il

Reklam yayıcısı__________________________________________________________
(reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi)

Reklam daşıyıcısının:

növü __________________________________________________________________

ölçüsü_________________________________________________________________

tərəflərinin sayı__________________________________________________________

reklam səthinin sahəsi (kv.m.)_______________________________________________

ünvanı_________________________________________________________________

Qeyd__________________________________________________________________

Etibarlıdır “___”____________20___il tarixədək

Texniki şərtlər pasportunu verən qurumun adı və ünvanı__________________________

______________________________________________________________________

Texniki şərtlər pasportunu imzalayan məsul şəxs _______________________________


(soyadı, adı)
______________________________________________________________________
(vəzifəsi)

M.Y. __________________
(imza)

Qeyd: İcazə müqaviləsi bağlanılmadıqda, açıq məkanda yerləşdirilən reklama dair


verilmiş texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır.
Reklam daşıyıcısının yerləşdiriləcəyi ərazinin
rəngli fotosu (10x15 sm)

M.Y.

Reklam daşıyıcısının yerləşdiriləcəyi ərazinin


vəziyyət planı (10x15 sm)

M.Y.

________________________________________________________
________

(texniki şərtlər pasportunu verən qurum)

“___”__________20___il ________
_____________________________________
(imza) (məsul şəxsin soyadı, adı,
atasının
adı)
Reklam daşıyıcısının yerləşdiriləcəyi yerdə rəngli
fotomontaj (10x15 sm)

M.Y.

Reklam daşıyıcısının eskizi (qrafik təsviri və qabarit


ölçüləri) (10x15 sm)

M.Y.

_______________________________________________________________
(texniki şərtlər pasportunu verən qurum)

“___”__________20__il ___________ _________________________________


(imza) (məsul şəxsin soyadı, adı,
atasının adı)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2017-ci il________ tarixli ____ nömrəli qərarı ilə
təsdiq edilmişdir

3 nömrəli əlavə

Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin


forması və bağlanma Qaydası

1. Bu Qayda “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun (bundan


sonra – Qanun) 26.2-1-ci maddəsinə uyğun olaraq hazırlanmış və açıq məkanda
reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin (bundan sonra - icazə müqaviləsi)
bağlanması ilə bağlı məsələləri tənzimləyir.
2. Açıq məkanda reklam yerləşdirilməsinə icazə (bundan sonra - icazə) verilərkən
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-
Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (bundan sonra – müvafiq qurum)
və reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə
sahibi) arasında icazə müqaviləsi bağlanılır.
3. İcazə müqaviləsi bu Qaydanın əlavəsində göstərilmiş formada bağlanılır (əlavə
olunur).
4. Reklam yayıcısına verilmiş icazələrin başlama və başa çatma tarixləri eyni
olduğu halda bir icazə müqaviləsi bağlanıla bilər.
5. İcazə müqaviləsinin qüvvədə olma müddəti icazənin müddətindən artıq
olmamalıdır.
6. 2017-ci il avqustun 1-dək icazə almış və icazəsi qüvvədə olan reklam yayıcıları
müvafiq qurumla 2018-ci il yanvarın 1-dək icazə müqaviləsi bağlamalıdırlar. Müvafiq
qurum 2017-ci il avqustun 1-dək icazə almış və icazəsi qüvvədə olan reklam
yayıcılarına icazə müqaviləsinin bağlanılması zərurəti barədə bildiriş göndərir.
7. İcazə yenidən rəsmiləşdirildiyi halda icazə müqaviləsi yenidən bağlanılır.

______________
Açıq məkanda reklam yerləşdirilməsinə
dair icazə müqaviləsinin forması və
bağlanma Qaydasına
ƏLAVƏ

Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə


MÜQAVİLƏSİ

Qeydiyyat nömrəsi ____ Tarixi “____”_________20__ il

Bu müqavilə “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa və


qüvvədə olan müvafiq qanunvericiliyə əsaslanaraq, bir tərəfdən ___________________
________________________________ şəxsində öz nizamnaməsi əsasında fəaliyyət
(vəzifəsi, soyadı, adı və atasının adı)
göstərən ______________________________________________________________
(qurumun adı)
(bundan sonra “İcazə verən qurum” adlandırılacaq), digər tərəfdən
______________________________________şəxsində_________________________
(soyadı, adı və atasının adı)
əsasında fəaliyyət göstərən ___________________________________ (bundan sonra
“Reklam yayıcısı” adlandırılacaq) arasında aşağıdakı şərtlərlə imzalanmışdır:

1. MÜQAVİLƏNİN PREDMETİ

Reklam yayıcısı açıq məkanda reklam yerləşdirilməsinə verilmiş


________________ tarixli ____________ nömrəli icazə (icazələr) əsasında bu
Müqavilədə göstərilmiş şərtlərlə reklam yayımını həyata keçirir, İcazə verən qurum isə
bununla bağlı müvafiq tənzimləməni və nəzarəti həyata keçirir.

2. TƏRƏFLƏRİN ÖHDƏLİKLƏRİ

2.1. Reklam yayıcısının öhdəlikləri:


2.1.1. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər
qanunvericilik aktlarının, verilmiş icazənin və texniki şərtlər pasportunun tələblərinə
uyğun reklam yayımını həyata keçirmək;
2.1.2. reklam yayımını həyata keçirdiyi müddət ərzində reklam daşıyıcısını
gündəlik nəzarətdən keçirmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il
12 dekabr tarixli 499 nömrəli qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki
Tələblər”in yerinə yetirilməsini təmin etmək, habelə yaranmış uyğunsuzluqların, bu
barədə bildiyi və ya bilməli olduğu andan, dərhal aradan qaldırması üçün tədbirlər
görmək;
2.1.3. İcazə verən qurumun qanunvericiliyə əsasən verdiyi qərarlarını,
göstərişlərini və tələblərini yerinə yetirmək;
2.1.4. bu Müqavilədə göstərilmiş ödənişləri vaxtında və tam şəkildə ödəmək;
2.1.5. reklam yerləşdirilməsinə icazə verilmiş reklam daşıyıcısında icazənin
qüvvədə olduğu müddətdə digər reklamın yerləşdirilməsini İcazə verən qurumla
razılaşdırmaq;
2.1.6. reklam yayımını icazənin müddətinin bitməsindən sonra da davam etdirmək
istədikdə, icazənin müddətinin bitməsinə ən azı 30 gün qalmış icazənin müddətinin
uzadılmaqla yenidən rəsmiləşdirilməsi üçün İcazə verən quruma müvafiq qaydada
müraciət etmək;
2.1.7. reklam yayımının dayandırılacağı (o cümlədən icazə müddətinin
uzadılmaması səbəbindən) gün barədə İcazə verən quruma həmin tarixdən 5 gün əvvəl
yazılı məlumat vermək;
2.1.8. qanunvericiliklə və bu Müqavilə ilə müəyyən edilmiş digər öhdəlikləri yerinə
yetirmək.
2.2. İcazə verən qurumun öhdəlikləri:
2.2.1. açıq məkanda reklam yerləşdirilməsi ilə bağlı reklam yayıcısının
müraciətlərinə müvafiq qaydada baxmaq;
2.2.2. müvafiq qaydada icazənin, onun dublikatının verilməsi, icazənin yenidən
rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ləğvi üçün tədbirlər görmək;
2.2.3. reklamın bu Müqavilənin 2.1.1-ci yarımbəndinə uyğun yayımlanmasını
yoxlamaq üçün nəzarət tədbirlərini həyata keçirmək;
2.2.4. reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti
yarandıqda, həmin yoxlamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların
tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan
Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirmək;
2.2.5. reklam yayıcısının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta
əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə
uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat
vermək;
2.2.6. qanunvericiliklə və bu Müqavilə ilə müəyyən edilmiş digər öhdəlikləri yerinə
yetirmək.

3.TƏRƏFLƏRİN HÜQUQLARI

3.1. Reklam yayıcısının hüquqları:


3.1.1. bu Müqavilənin 2.1.7-ci yarımbəndində müəyyən edilmiş qaydada İcazə
verən qurumu məlumatlandırmaqla reklam yayımını dayandırmaq;
3.1.2. bayramların, beynəlxalq və dövlət əhəmiyyətli tədbirlərin keçirilməsi ilə
əlaqədar razılaşdırılmış müddətlərdə reklam daşıyıcısında müvafiq mövzularda
plakatların (yazıların) yerləşdirilməsini və yayımını təşkil etmək (həmin vaxt reklam
daşıyıcısı kommersiya məqsədləri üçün istifadə olunmur);
3.1.3. qanunvericiliklə və bu Müqavilə ilə müəyyən edilmiş digər hüquqları həyata
keçirmək.
3.2. İcazə verən qurumun hüquqları:
3.2.1. bu Müqavilənin 2.2.3-cü yarımbəndinə uyğun olaraq keçirilən nəzarət
tədbirləri çərçivəsində müvafiq qərarlar qəbul etmək, yazılı göstərişlər vermək,
yoxlamalar aparmaq və digər zəruri tədbirlər görmək;
3.2.2. qanunvericiliklə və bu Müqavilə ilə müəyyən edilmiş digər hüquqları həyata
keçirmək.
4. ÖDƏNİŞLƏR

4.1. Reklam yayımına görə haqq müvafiq qaydada hesablanar və onun məbləği bu
Müqavilənin Əlavəsində göstərilir. Reklam yayımına görə aylıq haqq müvafiq ayın
bitməsindən sonra 3 iş günündən gec olmayaraq reklam yayıcısı tərəfindən İcazə verən
quruma ödənilir.
4.2. Reklam daşıyıcısının söküldüyü, icazənin dayandırıldığı və ya ləğv edildiyi,
həmçinin reklam yayımının reklam yayıcısının öz təşəbbüsü ilə dayandırıldığı hallarda
ödənilmiş reklam yayımına görə haqq geri qaytarılmır.
4.3. Reklam yayıcısı bu Müqavilənin 3.1.2-ci yarımbəndinə uyğun olaraq
yerləşdirməni və yayımı təşkil etdikdə, reklam yayımına görə haqqın müvafiq
yerləşdirmənin (yayımın) müddətinə düşən hissəsi ödənilmir.
4.4. Reklam daşıyıcısı bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda yerləşdiyi
təqdirdə həmin əmlakın istifadəsinə dair bələdiyyə ilə İcazə verən qurum arasında
Reklam yayıcısının müraciəti əsasında bağlanılmış müqavilədən irəli gələn, müvafiq
qaydada hesablanmış və bu Müqavilənin Əlavəsində göstərilmiş məbləği Reklam
yayıcısı İcazə verən quruma birdəfəlik ödəyir.
4.5. Bu Müqavilənin 4.1-ci və 4.4-cü bəndlərində göstərilmiş ödənişlər nağdsız
qaydada həyata keçirilir.

5. MÜQAVİLƏNİN MÜDDƏTİ

5.1. Müqavilənin qüvvədə olma müddəti icazənin müddətindən artıq olmamalıdır.


5.2. Müqavilə “___”_________ 20____ il tarixədək etibarlıdır.
5.3. Müqaviləyə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və bu Müqavilədə
qeyd olunan hallarda və qaydada vaxtından əvvəl xitam verilə bilər.
5.4. İcazə yenidən rəsmiləşdirildiyi halda Müqavilə yenidən bağlanılır.

6. YEKUN MÜDDƏALAR

6.1. Bu Müqavilə eyni hüquqi qüvvəyə malik olan iki nüsxədə tərtib edilmişdir.
Onların bir nüsxəsi Reklam yayıcısında, digəri isə İcazə verən qurumda saxlanılır.
6.2. Tərəflər qanunvericilikdə və bu Müqavilədə nəzərdə tutulmuş öhdəliklərinin
yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qanunla nəzərdə
tutulmuş qaydada məsuliyyət daşıyırlar.
6.3. Tərəflər arasında əmələ gələn bütün mübahisələr danışıqlar və razılaşma yolu
ilə, bu nəticə vermədikdə inzibati və məhkəmə qaydasında həll edilir.

İCAZƏ VERƏN QURUM REKLAM YAYICISI

Ünvan: __________________________ Ünvan: __________________________


Telefon: _________________________ Telefon: _________________________
VÖEN: __________________________ VÖEN: __________________________

___________ ____________________ ___________ ____________________


(imza) (soyadı, adı, atasının adı) (imza) (soyadı, adı, atasının adı)

M.Y. “___”_________ 20____ il M.Y. “___”_________ 20____ il

You might also like