You are on page 1of 1

Sual 72 : Françayzinq –françayzer və françayzi arasında təsis edilən şəffaf münasibətlər sistemidir, bu

razılaşma nəticəsində qarşılıqlı maraqların təmin edilməsi məqsədi ilə françayzerin bilikləri, imici, uğuru,
istehsal metodları və marketinqi françayziyə ötürülür. Françayzinq – bir kompaniya tərəfindən digər bir
kompaniyaya biznesin idarə edilməsi ilə bağlı ideyanın, biliklərin, brenddən istifadə hüququnun, biznesin
idarə edilməsi metodikasının, marketinq və reklam strategiyasının, həmçinin lazımı xüsusi avadanlıqların
verilməsidir, bunun müqabilində alıcı kompaniya mütəmadi olaraq ödənişlər həyata keçirir.
Françayzinqdə biznesin təşkili üsulu kimi lisenziar yəni françayzer lizensiyaçıya yəni françayzi öz firma
malları və xidmətlərini satmağa izini asanlıqla vermir. Françayzer həmçinin təcrübədən keçmiş işin
aparılma üsusulu təqdim etməli, françayzi biznesinin təşkilində texniki və konsultativ yardım göstərməli,
eləcə də gələcəkdə onu dəstəkləməlidir. Françayzi françayzerə mütləq şəkildə ilkin ödəniş etməlidir,
gələcəkdə mütəmadi ödəmələri yerinə yetirməli və marketinq/reklam üçün rüsum verməlidir. İki tərəfin
qarşılıqlı işbirliyinə və öz qüvvələrini uğurlu biznes naminə birləşdirmələrinə baxmayaraq, françayzer və
françayzi hüquqi şəkildə müstəqildirlər. Françayzinqin başlıca üstünlükləri –bankrot risklərinin azlığıdır.
Həqiqətən də franşiza almaqla pul qazanmaq üçün işlənib-hazırlanmış bir mexanizm alırsınız, bu
mexanizm artıq sınaqdan çıxarılmış və ortaya çıxa biləcək bütün problemlər müəyyən edilmişdir.
Həmçinin françayzinq müqaviləsi sizə hansısa mənada rəqabət qurtarmağa icazə verir və sizin kredit
vasitələrinə çıxış yolunuzu asanlaşdırır, çünki bu vəsaiti götürmək üçün sizdə françayzerin zəmanət
məktubu ola bilər. Françayzerin xeyri isə odur ki, o, öz xidmət və məhsullarının təqdim olunduğu
şəbəkənin coğrafiyasını genişləndirir, bundan əlavə o, öz biznesi üçün həmin bölgənin regional
xüsusiyyətləri haqqında informasiya əldə edir, eləcə də françayzinin etdiyi mütəmadi ödənişlər, həmçinin
də brendin daha geniş ərazidə tanınması. Françayzer üçün başlıca vadaredici səbəb adətən kapital
çatışmazlığı və ya özünü riskdən qoruyaraq borc almaqdır.

You might also like