You are on page 1of 3

SƏRBƏST İŞ № 3

ALBAN-FEODAL DÖVLƏTİ

Azərbaycanın şimalında Albaniya dövləti yaranmışdır. Azərbaycanın şimalı,


gələcək Albaniya ərazisi barədə erkən yazılı qaynaqlarda məlumat yoxdur.
Düşünmək olar ki, e. ə. II minilliyin sonu-I minilliyin əvvəlində burada erkən tayfa
birləşmələri yaranırdı. Gələcək Albaniyanın qərb və cənub-qərb vilayətlərinin
siyasi vəziyyəti barədə Urartu mixi qaynaqları az da olsa təsəvvür yaradırlar.
Urartu hökmdarlarının (e. ə. VIII əsr) hərbi yürüşləri Göyçə gölü hövzəsinə çatırdı.
Yürüşlərin birində Göyçə gölünün şərqində, qismən müasir Azərbaycanın
ərazisində yerləşən bir neçə "ölkə" işğal edilmişdi. Ola bilsin ki, bu vilayətlərdə
xırda vilayət başçıları hakim imişlər.
E. ə. VII əsrin əvvəlində kimmer, skit və sakların Azərbaycanda
məskunlaşması onların gələcək Albaniya ərazisində xırda dövlət təşkilatlarının
formalaşmasına təkan verdi, Əhəmənilərin hakimiyyəti illərində Albaniyadakı
etnoslar bu hakimiyyəti nominal da olsa tanıyırdılar, mərkəzə xərac verirdilər,
müharibə zamanı Əhəməni ordusunu hərbi dəstələrlə təchiz edirdilər. Qavqamela
döyüşündə albanlar, sakasinlər, kaspilər Əhəməni şahı III Daranın tərəfində
döyüşürdülər. Güman etmək olar ki, Albaniyada artıq ordu yaradılmışdı və
dövlətin vahid mərkəzdə birləşdirilməsinə başlanmışdı. Bəzi mülahizələrə görə,
guya albanlar Qavqamela döyüşündə müstəqil yox, muzdlu sifətilə Midiya
ordusunun tərkibində çıxış edirdilər. Lakin qaynaqlar göstərir ki, albanlar
midiyalılarla birlikdə deyil, şah III Daranın dövrəsində mövqe tutmuşdular.
Deməli, albanların döyüşkən keyfiyyətləri və cəsurluğu əhəmənilərə məlum imiş.
Pompey VI Mitridatın ardınca hərəkət edərək, albanların ölkəsinə gəlib
çatdı. Tit Livi yazırdı : "Mitridatı izləyən Qney Pompey ən ucqar və naməlum
xalqlara-iberlərə və albanlara rast gəldi. Onlar yolu kəsdilər, lakin o, döyüşdə
qələbə çaldı". Plutarx isə xəbər verir ki, "albanlar əvvəlcə Pompeyin onların
ərazisindən keçməsinə razılıq verdilər. Lakin qış Roma ordusunu yaxalayanda və
romalılar Saturnali bayramını qeyd edən zaman albanlar 40 mindən az olmayan
ordu ilə Kür çayını keçdilər və onlara hücum etdilər."
Bu zaman alban hökmdarı Oroys idi. Ondan əvvəlki alban hökmdarlarının
adları məlum deyildir. Düşünmək olar ki, Oroys Qafqaz xalqları ilə həmrəylik
naminə romalıların VI Mitridata qarşı hərəkətinə maneçilik törətmək istəmişdi,
həm də Albaniyanı romalıların işğal etməsi təhlükəsi yarana bilərdi. Oroysun
bayram günü Roma ordusuna hücumu təsadüfi deyildi. O, romalıların tətbiq etdiyi
gözlənilməz və qəfil hücum taktikasını onlara qarşı işlədirdi. Lakin Oroysun
közlənilməz həmləsi pis təşkil olunmuşdu.
Döyüş başlandı. Oroys Metel və Kelerin dəstəsinə hücumu öz üzərinə
götürmüşdü. Lakin Pompey Kelerin köməyinə gəldi. Oroys döyüş təşəbbüsünü
əldən verdi və Kelerin zərbələrinə məruz qaldı. Digər alban dəstələri də
uğursuzluğa düçar oldular. Döyüşü uduzacağını başa düşən Oroys Kür çayını keçdi
və döyüş meydanından uzaqlaşdı. Beləliklə, e. ə. 66-cı ilin dekabr ayında romalılar
ilə döyüş albanların uğursuzluğu ilə başa çatdı, Pompeylə müqavilə bağlandı.
Döyüş meşədə başladı. Dəstənin bir hissəsinə hökmdarın qardaşı Kosis
başçılıq edirdi. Dion Kassi Pompeyin hərbi taktikası barədə yazırdı ki, o, öncə
süvariləri yerləşdirdi, piyadaları isə onların arxasında qalxanla dizi üstə oturdaraq,
səssiz-səmirsiz gözləməyi əmr etdi. Pompeyin məqsədi Oroysu tələyə salmaq idi.
Pompeyin hiyləsini başa düşməyən albanlar süvarilərə hücum etdilər. Süvarilər
qəsdən geriyə çəkilib, yan tərəflərə dağılışdılar.
Bospor padşahlığında tezliklə VI Mitridata qarşı üsyan qalxır. Üsyanın
başında onun oğlu Farnak dayanırdı. E.ə. 63-cü ildə Mitridat həlak oldu. Bospor
padşahlığı Roma hakimiyyəti altına keçdi.
M.M.Dyakonovun fikrincə, İran (Parfiya) Arşakiləri hakimiyətlərində olan
Zaqafqaziya ölkələri barəsində siyasətlərində sabit və eyni olmamışlar.
Tabeliklərində olan məmləkətlərin Arşakilər İranının mərkəzi hökumətindən
asılılığı ayrı-ayrı vaxtlarda müxtəlif məmləkətlərdə müxtəlif səviyyədə olmuşdur.
E.A.Krımski belə hesab edir ki, alban Arşakiləri "eran şah", yaxud "eran
şahin" titulunu daşıyırdılar və "eran şah" ifadəsi "aran şah" sözünün təhrifi ola
bilər. Bu isə "Aran hökmdarı", "alban hökmdarı" deməkdir, başqa sözlə,
Aranşahilər elə Arşakilərdir.
226-cı ildə İranda parfların (Arşaki sülaləsinin) hakimiyyətinə son qoyuldu.
Hakimiyyətə Sasanilər sülaləsi gəldi və Azərbaycan yeni siyasi mərhələyə qədəm
qoydu.
Sasanilərin tabeliklərində olan Zaqafqaziya xristian ölkələrinə-Albaniyaya
və İberiyaya qarşı yürütdükləri siyasət sabit deyildi və məlum olduğu kimi, tez-tez
dəyişirdi. Roma imperiyasında xristanlar təqibə məruz qaldıqları vaxt İran şahları
onlara havadar çıxır, onların simasında romalıların arxasında özlərinə müttəfiq
tapacaqlarını güman edirlər. Xristianlığın qələbəsi, Şərqi Roma imperiyasında,
Albaniyada və İberiyada onun dövlət dininə çevrilməsi ilə əlaqədar olaraq, İranın
xristianlara münasibəti də dəyişdi. Sasani şahları mömin xristianları təqib etməyə,
İranda və onların öz ölkələrində rəsmi kilsəyə qarşı mübarizə aparan müxtəlif
təriqətləri müdafiə etməyə başladılar. Roma imperiyası ilə eyni dinə etiqad edən,
İrana siyasi və dini düşmənçilik münasibəti bəsləyən ölkələr şimalda və qərbdə
möhkəmləndirilmiş təbii sərhədləri olmayan İran üçün daim təhlükə ola bilərdi.

You might also like