You are on page 1of 132

İSLAMDA EVLƏNMƏ VƏ AİLƏ HÜQUQU-1

MÜƏLLİF: ƏLİƏKBƏR BABAZADƏ

MÜTƏRCİM: M. ƏLİZADƏ
ÖN SÖZ

Yalnız fərdlərin həqiqətə malik olmasına inanan, cəmiyyəti sadəcə zehn və


xəyalın uydurması kimi təsəvvür edən fəlsəfi ideologiyanın əksinə olaraq
İslamda və onun hüquqi sistemində ailə cəmiyyəti özünəməxsus həqiqətə və
xüsusi hökmlərə malikdir. İslamın müxtəlif hüquq kitablarına nəzər saldıqda
bu həqiqətin müxtəlif yönləri aşkar surətdə görünür. Cəmiyyət müxtəlif
ailələrin birləşməsindən yaranır və bu iki təşkilatın hər birinin səadəti
digərindən asılıdır.

Əgər ailənin təməli möhkəm olarsa, cəmiyyətdə də birlik möhkəm olacaqdır.


Amma əgər ailənin təməli qeyri-sabit və süst olarsa, habelə, əgər ailə
münasibətləri yalnız cinsi istək və qərizələrin təmin olunması ilə
məhdudlaşarsa, ictimaiyyətin quruluşu qısa müddətdə sarsılaraq dağılar,
insanların icma halındakı yaşayışı sadəcə bir-birinin yanında yaşayan vəhşi
heyvan sürüləri kimi olacaqdır. 

Bu gün qərb dünyasının ən böyük problemlərindən biri ailə sisteminin


dağılmasını təhdid edən bəladır. 

Övladların ailə mühitindən qaçması, övladların öz valideynlərinin taleyindən


xəbərsiz qalması, qocalar evlərinin təsis edilməsi, ana gününün təyin
edilməsi (bu məqsədlə ki, bəlkə həmin gündə övladlar analarını arayıb-
axtaralar) və ... bütün bunlar qərb aləmində səslənən həyəcan siqnalıdır və
bu təhlükə dalğasının şərq aləminə tərəf genişlənməsi də gözlənilir.

Qadınların ailə mühitindən kənarlaşdırılması, müəssisələrdə qadınlar üçün iş


yerlərinin yaradılması, körpə və günahsız uşaqların uşaq bağçalarına və uşaq
əmizdirmə məntəqələrinə təhvil verilməsi, ata-ananın övladlar ilə cüzi şəkildə
ünsiyyətdə olması, gündəlik yeməklərin restoranlarda yeyilməsi və s. bütün
bunlar qərb aləminin qarşılaşdığı bəlanın–ailə siteminin dağılmasının
əlamətləridir. Sanki bu yolda qayıdış üçün maşınlı sənayedə ideoloqi
dəyişiklik yaratmaq, onun barəsində normal bir fikir irəli sürməkdən başqa
heç bir çıxış yolu yoxdur.

Övladların ailələrdən qaçması və nəhayət gündəlik qəzet və qurnallarda,


dünyanın kütləvi informasiya vasitələri ilə onların barəsində gəlib çatan
xəbərlər həddindən artıq dəhşətli və acınacaqlıdır. Təlim-tərbiyə işləri üzrə
mütəxəssislərin bu xəbərlərdən dəhşətə gəlməsi yerlidir. Amma onlar bu
kimi acınacaqlı halları görərkən heç vaxt heyrətlənməməlidirlər. Çünki qərbin
bu kimi həyat tərzinə səbəb maddiyyatın, heyvani ləzzətlərin yeganə hədəf
kimi seçilməsinin nəticələrindən başqa bir şey deyildir. Nə qədər ki, qərb
dünyası əxlaqi materializmin caynağında inləyir, öz mükafatlarını bu
ideologiyadan almalıdırlar. Amma əgər fitrətə qayıtsalar, öz insaniyyətlərini
tapsalar, insani və əxlaqi dəyərlərə qiymət qoysalar, yalnız bu halda öz
əvvəlki insani xüsusiyyətlərinə qayıda bilərlər.
İSLAMIN HƏRTƏRƏFLİLİYİ

İslam dininin möhkəm və haqq bir din olması dəlillərindən biri bu dinin
hərtərəfli olmasıdır ki, bəşərin maddi və mənəvi həyatına aid olan bütün
mövzularda nəzər vermiş, qiyamət gününə qədər proqram tökmüşdür. Əgər
bu din sadəcə bəşər tərəfindən vücuda gətirilən bir din olsaydı, heç vaxt
onun əhatə dairəsi bu qədər geniş olmazdı.

Biz əqidə, təfəkkür, əxlaq, ictimaiyyət, siyasət və s. kimi mövzuların


üstündən keçərək əziz oxucuların diqqətini İslamda ailə hüquq sisteminə cəlb
edirik. İslam, ailə hüquq münasibətlərinin tamamilə tapdalandığı bir dövrdə,
belə bir əzəmətli, əsrarəngiz və geniş bir proqramı təqdim etmişdir.
Əlinizdəki bu kitab da onun nümunələrindən biridir. Siz bu kitabda həmin
mövzu ilə əlaqədar olaraq 700 hədis və ayə ilə rastlaşacaqsınız ki, 5 bölmədə
və 58 fəsildə xülasə edilmişdir. Ayə və rəvayətlərin məzumununa diqqət
yetirmək bizi İslam dininin uzaqgörənlik və zənginlikləri ilə tanış edir, habelə
bu kimi məfhumların ümumiyyətlə açıqlanmadığı bir dövrdə İslamn hələ
müasir dövrdə də tərbiyə işləri üzrə mütəxəssilərin diqqət mərkəzində olan
məsələləri həmin dövrdə açıqlamasını görəcəyik.

Nümunə üçün "ailənin tənzim olunması və cəmiyyətin partlayışı” adlı


məsələni qeyd edirik: Bu gün bu məsələ tərbiyə, iqtisad, cəmiyyətşünaslıq
(sosiologiya) və s. kimi sahələrdə olan mütəxəssislərin diqqət mərkəzindədir.
Bu məsələ cəmiyyətdə iki nəzəriyyə şəklində irəli sürülür. Amma əgər 1400 il
bundan öncəyə nəzər salsaq, görəcəyik ki, İslam bu problemi qanuni və
gözəl şəkildə həll etmiş və iki nəzəriyyədən hər biri üçün xüsusi bir zamana
qail olmuşdur. Belə olmasaydı, əbədi və xatəmiyyət dini ola bilməzdi.

O din əbədi və həmişəlik ola bilər ki, bütün növ mədəniyyətlərlə, tərəqqilərlə
uyğunlaşa bilsin. Bu da yalnız o halda mümkün ola bilər ki, zehn və əqlin
tərəfdarı olsun, xammalı proqram tökənlərin ixtiyarında qoysun. İnsan
nəslinin artırılması və ya fəlakətə uğraması kimi məsələlər onun aydın və
konkret nümunələrdən biridir ki, İslam dini onun mahiyətini bəyan etmiş,
onun libasını cəmiyyətdə müəyyən planları tökənlərin ixtiyarında qoymuşdur,
Bpu barədə 177-180-cı hədislərə müraciət edə bilərsiniz.
ÖRNƏK AXTARIŞI

Nəhayət "örnək axtarışı” məsələsinə qayıdırıq ki, bu, bütün insanların,


xüsusilə də cavanların fitrətində yatmışdır. Oğlan və ya qız olmasından asılı
olmayaraq bütün cavanlar özləri üçün nümunə axtarırlar ki, öz həyatlarını
ona uyğunlaşdırsınlar, onun izinə düşsünlər. Maddi həyat elə bir örnəklər
göstərir ki, ona fəsada sürükləyən şər qüvvədən başqa bir şey ad qoymaq
olmaz. Bu örnəklər insan yaranışının, fitrətinin ziddinə olduğuna görə səadət
gətirən olmayıb, əksinə həyatı puçluğa, fənaya və uçuruma sürükləyir.

Bu kitabda gözəl həyat üçün elə nümunələr, örnəklər bəyan olunmuşdur ki,
onlar bəşər üçün səadət gətirə, ailə həyatına hərarət, istilik və ləzzət bəxş
edə bilər. O, qadının qulağına həmişə bu cümlələri təlqin edir ki:

"Qiyamət günü qadının, ərinin razılığını kəsb etməkdən başqa daha yaxşı
şəfaətçisi ola bilməz.”

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) özü özünün təkrar


tövsiyələrindən əlavə, həyatının son anlarında cəmiyyət kişilərinə xitabən
buyurur:

"Amandır, Allahdan qafil olmayın, qadınları unutmayın, qadınlar barəsində


yaxşılıq edin! Onların hüquqlarını təmin edin, zülm etməyin. Onlar sizin
evlərinizdə yaşayırlar və sizin öhdənizdədir. İlahi əhd-peymanla onları
özünüz üçün həyat yoldaşı seçmisiniz. İndi o əhdi-peymanı yadınızdan
çıxartmayın.”

İndi bu qiymətli və yolgöstərən kitabı onun hörmətli müəllifi Əliəkbər Babayi


cənablarına təbrik deyir, Allahdan onun cəmiyyətə zəruri olan bu kimi
məsələləri davam etdirməsində nailiyyətlər diləyirik. Allahdan arzu edirik ki,
bu gün cəmiyyətin zəruri məsələlərini ardıcıl təhqiq etməkdə onu müvəffəq
etsin. O, həmin kitabı könüloxşayan tərzdə, əsrin ruhu ilə uyğun olaraq
yazmış və elm axtaranların ixtiyarında qoymuşdur.

Qum, "İmam Sadiq” müəssisəsi, Cəfər Sübhani, 12 zil-həccə, 1409-cu il.


(1989)
MÜQƏDDİMƏ

Ailə zahiri nəzərdən cəmiyyətin ən kiçik qurumudur, amma əhəmiyyət


baxımından cəmiyyətin əsas sütunlarından birini təşkil edir. Həqiqətdə isə
çox böyük və əzəmətlidir. Əgər ailə mühtindəki mədəniyyət, agahlıq və
vəfadarlıq istənilən səviyyədə, səmərəli olsa, təbiidir ki, ölkə, şəhər və dünya
miqyasında olan böyük cəmiyyətlərdə də kamal və nailiyyətlər istiqamətində
müsbət addımlar atılacaq, irəliləyişlər olacaqdır. Çünki böyük bəşər cəmiyyəti
elə həmin kiçik ailə cəmiyyətindən təşkil olunmuşdur və bu iki cəkiyyət bir-
biri ilə qarşılıqlı və sıx əlaqədədir. 

Müqəddəs İslam dini ailələrin islah olunmasına yüksək dərəcədə əhəmiyyət


vermiş, bu işin icrasında ailənin hər bir üzvünün vəzifəsini təfsilatı ilə bəyan
etmiş, həmin proqramlara əməl olunub diqqət yetiriləcəyi təqdirdə onların
səadət və müvəffəqiyyətlərinə zəmanət vermişdir.

Bütün təşkilatlar və bəşər cəmiyyətləri xüsusi qanuna, inzibata ehtiyaclı


olduğu və qeyd olunanlar mövcud olmadan müvəffəqiyyət əldə edilə
bilmədiyi kimi, ictimaiyyətin bir zərif və həssas qurumu olan ailə də şübhəsiz
ki, məxsus inzibata və qanunlara malikdir. Bu mühit o halda sağlam və
müvəffəq olacaqdır ki, həmin qayda-qanunları özündə tətbiq etsin və onları
dəqiq şəkildə icra etsin.

Müqəddəs ailə ocağında ata və ana ailə üzvləri arasında son dərəcədə
ehtirama, hörmətə layiqdirlər, övladlar onlara tabe olmalıdırlar, heç vaxt şəri
üzürlü səbəb olmadan onların əmrlərindən boyun qaçırmamalıdırlar. Çünki
Quranda və rəvayətlərdə bu barədə təkidli göstərişlərdən əlavə, övladlara yol
göstərilməsi və onlara qayğıkeşlik nəzərindən də bu məsələ böyük
əhəmiyyət kəsb edir. Nəzərə alaq ki, valideynlər bir ömür övladların sonsuz
məşəqqətlərinə, çətinliklərinə sinə gərib bütün varlıqları ilə, eşq-əlaqə ilə
həmişə onların xoşbəxt olub kamala çatmaları arzusunda olmuşlar. Buna
görə də onlara təşəkkür və qədirdanlıq cəhətindən də hörmətə layiq
görülmələri zəruridir. Bunun müqabilində ata və ana da öz övladları
qarşısında böyük məsuliyyət daşıyırlar və bu böyük ilahi vəzifəyə diqqət
yetirib əməl etmələri vacibdir. Əks halda, ilahi ədalət məhkəməsində sorğu-
suala tutulacaqlar.

Valideynlərin hüquqlarını Qurani kərimdə tovhidə dəlalət edən ayələrdən


sonra gəlməsinin səbəbi budur ki, gərək valideynlər ilahi əmanət olan
övladın tərbiyəsi qarşısında məsuliyyət hiss edərək öz vəzifələrini lazımınca,
yaxşı şəkildə yerinə yetirsinlər. Fərdlər özləri üçün həyat yoldaşı seçməkdə,
nütfənin bağlanması zamanı, övladların maddi və mənəvi tərbiyələri,
müxtəlif və həssas anlarda və yönlərdə övladların hüquqlarını nəzərə almalı,
cəmiyyətə sağlam, işgüzar və ürəyiyanan fərdlərin təhvil verilməsində öz
vəzifələrini gözəl şəkildə yerinə yetirməlidirlər.

Həmçinin ailə mühitində ər və arvad bir-birinə nisbətən qarşılıqlı hüquq və


vəzifələrini yerinə yetirməli, məsuliyyətli olmalı, tam səfa və səmimiyyətlə
yaşamalıdırlar. İslamın bu barədəki xüsusi göstərişlərini icra etməklə ailədə
məhəbbət tellərini möhkəmlətməli, hər növ inhiraf və azğınçılıqlardan
çəkinməli, şirin səmərələri vücuda gətirməlidirlər. Çünki ailənin mühüm
səmərəsi olan övlad öz valideynlərinin əxlaq və tərbiyələrini özləri üçün
örnək və nümunə götürürlər. Buna görə də ər və arvadın ailənin ən mühüm
məsələlərinin birindən qafil olmaları peşmançılığa, ziyana səbəb olacaqdır və
ailənin, ailə üzvlərinin təkamül yolundakı inkişaflarına maneə törədir.

Bu kitabda hər bir ailənin İslamın zəngin mənbələrindən istifadə edərək


müvəffəqiyyətə nail olmalarının rəmzi göstərilmiş, ailə üzvlərinin hər birinin–
istər ata-ana, istərsə də övladların hər birinin hüquq və vəzifələri
xatırladılmış, ər və arvadın bir-biri ilə qarşılıqlı münasibət keyfəyyəti,
qarşılıqlı hüquqları bəyan edilmişdir. Bu kitab 5 hissədə və 58 fəsildən
ibarətdir. Burada təqribən 700 ayə və hədisdən İslamın möhkəm və mötəbər
mənbələrindən istifadə edilmiş və onların ərəbcə mətnləri dərc edilmişdir.
Demək olar ki, bu ayə və hədislərin bərəkətinə bu kitab "ailənin əsas
qanunu” sayıla bilər. Belə ki, ailənin bütün hörmətli üzvləri ona müraciət edib
ondakı Qurani kərim ayəsi və hədisləri nümunə götürməklə ailə və ailə
mühitinə aid olan bütün ixtilaflı məsələləri aradan qaldıraraq səfa-
səmimiyyətdə yaşaya bilərlər. 

Ailə hüququ və ailə əxlaqı barəsində böyük təhqiqatçı alimlərin yazdıqları


kitabların mövcud olmasına və o kitablarda insan cəmiyyətlərində istifadə
edilməsinə baxmayaraq, bu kitabın özünə məxsus xüsusiyyətlərindən biri də
budur ki, ailə üzvlərinin bütün hüquqlarını özündə əks etdirərək, cavan nəslin
müqəddəratını həll edən evlənmək məsələsində ayə və hədisə istinad etmiş,
onu əsla unutmamışdır. Biz səy etmişik ki bu bəhslərdə şəxsi nəzərlərimizi
qəbul etdirmək deyil, Qurani kərim ayələrindən məsum İmamların dəyərli
kəlamlarından və böyük İslam alimlərinin qiymətli sözlərindən ilham alaq və
öz söhbətlərimizdə ixtisara riayət edək ki, əziz oxucular bu kitabı oxumaqla
ailə hüquqlarını və evlənmə məsələsini əsil islami mənbələrdən əldə edə
bilsinlər.

Sosiologiya (cəmiyyətşünaslıq) nöqteyi-nəzərindən elmi tənqidlər cəmiyyətin


inkişafında ən mühüm amillərdən sayılır. Buna görə də ümidvarıq ki, əziz
təhqiqatçılar və oxucular bu kitabın hamısını oxuduqdan sonra (çünki kitabın
bütün mətləbləri bir-biri ilə əlaqədardır) səhvlərlə qarşılaşdıqda qənaətbəxş
dəlil-sübut üzündən bizə xatırlatsınlar ki, imkan daxilində sonrakı çaplarda
bu səhvlər aradan qaldırılsın.

Allah taala bu islami kitabın təlif edilməsində mənə yardım etdiyinə görə
Onun əzəmətli dərgahına həmd edir, ustadımız Həzrət Ayətullah Cəfər
Sübhaninin məni həvəsləndirib yol göstərməsində, habelə bu kitabın çap
işlərini səhmana salmasında çəkdiyi zəhmətlər müqabilində təşəkkür edir,
Allahdan sair kitablarımın da çap olunmasında müvəffəqiyyət diləyirəm.
Qum Elmiyyə Hövzəsi, bəhmən, 1365 (fevral, 1986), Əliəkbər
Babazadə
 
BİRİNCİ HİSSƏ
BİRİNCİ FƏSİL
VALİDEYN HÜQUQLARI

Qurani kərim buyurur:

pərəstiş etməyin, ata və ananıza yaxşılıq edin. Hər vaxt sənin


valideynlərindən biri və ya hər ikisi sənin yanında qocalıq yaşlarına çatsalar,
(onlara ən kiçik təhqiri belə rəva görmə və) onlara "uf” demə, onlara gözəl
və ədəbli sözlər de, təvazö, nəvaziş qanadlarını onların üstünə sal və de:
Pərvərdigara, necə ki onlar məni körpə yaşlarında tərbiyə etmişlər, onlara Öz
lütfünü şamil et.”[1]

Bir şəxsin başqasının ona etdiyi xidmətlər müqabilində lazımi və münasib


rəftar etməsinin zəruriliyi məsələsində şəkk yeri yoxdur. Bu iş də hər bir
sağlam ruhiyyəli insanın atifəsindən nəşət tapır. Bu məsələ o qədər aşkar və
ümumidir ki, təkcə insanlarda deyil, həm də sair varlıqlarda–heyvanlar və
bitkilərdə də ehsan sahiblərinin etdiyi yaxşılıqlar müqabilində təşəkkür etmək
qərizəsi görünməkdədir. Məsələn, heyvanlar insanlar üçün yun və süd
verməklə, nəsil artırmaqla, minik kimi, əkin işlərində istifadə olunmaqla və s.
kimi işlərdə insana yardım etməklə öz sahiblərinin qarşısında təşəkkür izhar
edirlər. Həmçinin bitkilər də bağbanın çəkdiyi zəhmətlər müqabilində
müxtəlif, gözəl və rəngarəng mənzərələri, könüloxşayan kölgələri, havanı
saflaşdırmaları, cürbəcür çeşidli meyvələr vermələri və s. ilə öz xidmətçiləri
qarşısında bir növ təşəkkür edirlər.

Deməli, əgər bu varlıqlar ixtiyarsız və təbii olaraq cəmiyyətin ixtiyarında olub


öz xidmətçilərinə qarşı təşəkkür edirlərsə, onda varlıq aləminin ən şərəflisi
olan insan ona qarşı edilən müxtəlif lütflər, məhəbbətlər və bəxşişlər
müqabilində bu məsələyə etinasız qalacaqmı? Camaatın etdiyi müxtəlif
xidmətlər və nəvazişlər müqabilində etinasız olmaq əqlin, insaniyyət yolunun
əksinə deyilmi? Həmçinin, bir şəxsə edilən lütf və ehtiramları görməməzliyə
vurmaq aqil insanların adətinin əksinə deyildirmi? Deməli əgər xidmətlər və
məhəbbətlər qarşısında edilən təşəkkür bir insani vəzifədirsə, onda ata-
ananın çəkdiyi zəhmətlər, fədakarlıqlar müqabilində səy etmək, haqqını
tapdalamamaq, valideynlərin üzücü zəhmətlərinə əməli təşəkkür etmək
lazımdır. Çünki ata və ana insan üçün hamıdan artıq xidmət etmişlər, yalnız
onlar öz övladlarının səadət və rifahını özlərinin şəxsi səadət və rifahlarından
ön plana çəkmiş, öz mənfəətlərini övladlarının tərbiyəsi və kamala çatması
yolunda sərf etmişlər.

Müqəddəs İslam dini bu insani vəzifənin əhəmiyyətini təkidləndirərək


valideynə ehtiram barəsində lazımi göstərişləri verir və ata-anaya ikram edib
nəvaziş göstərməyi təkidli bir vacib əməl kimi vəsf edilir və bu məsələyə o
qədər əzəmətlə yanaşır ki, onu tovhid və allahpərəstlik məsələsi ilə yanaşı
qeyd edir. Bu tövsiyə Qurani məciddə 5 yerdə qeyd edilmişdir: "Bəqərə”
surəsi, ayə 83, "Nisa” surəsi, ayə 36, "Ənam” surəsi, ayə 151, "İsra” surəsi,
ayə 23, "Loğman” surəsi, ayə 14.

Böyük şiə alimlərindən olan və dəyərli "Əl-mizan” təfsirinin müəllifi mərhum


Əllamə Məhəmmədhüseyn Təbatəbai buyurur: "Valideynin əmr və
göstərişlərinə tabe olmaq və onlara yaxşılıq, ehsan etmək tovhiddən sonra
vacib əməllərin ən mühümlərindən sayılmış, onların hüquqlarında nöqsanlı
hallara yol verilməsi Allaha şərik qoşmaq günahından sonra ən böyük günah
sayılır.”[2]

Həmçinin dahi şiə alimi, "Məcməül-bəyan” təfsirinin müəllifi Mərhum Təbərsi


buyurur: "Ata və ana qocalığın təsiri nəticəsində elə bir yerə çata bilərlər ki,
uşaq kimi qorunub saxlanmağa, sərpərəstliyə daha çox ehtiyac duya bilərlər
və özləri müstəqil şəkildə hərəkət edə, yaxud özlərini paklaya bilməzlər. Bu
ayədə valideynə məhəbbət göstərib sözlərinə itaət etməyin qocalıq vaxtında
tövsiyə olunmasının səbəbi budur ki, bu yaş dövründə qeyd olunanlara daha
çox ehtiyac duyulur, əgər belə olmasaydı, ata-anaya təzim və ehtiram etmək
onsuz da bütün yaş dövrlərində vacib və lazımdır.”[3]

Bu bəyanla aydın olur ki, ata-anaya ehtiram qoyub nəvaziş göstərmək bütün
zamanlarda insani və dini bir vəzifə olmaqla vacibatın ən mühüm
qismlərindən sayılır. Amma onların yaşları ötdüyü bir zamanda bu vəzifə
daha həssas və ciddiləşir. Bu münasibətlə əlaqədar qeyd olunan ayədə bu
barədə söhbət olunur. Çünki onlar bütün dövrlərdə bizim ata-anamızdır və
bizim vəzifəmiz budur ki, həmişə onlara təşəkkür edək, valideynlik
duyğularını, atifələrini cəmiyyətdə canlı saxlayaq. İmam Sadiq
(əleyhissalam)-dan nəql olunan bir hədisdə buyurulur ki, bir nəfər övlad
sahibi olmaq barəsində çox etinasız idi və övladı olmasına ikrah hissi ilə
yanaşırdı. Bir il həcc mövsümündə "Ərəfə” vüqufunda gördü ki, bir cavan ah-
nalə ilə ağlayıb öz valideyni barəsində dua edir. Bu əməl ona o qədər təsir
göstərdi ki, birdən-birə övlad arzusuna düşdü.[4]

Bəli, övladların müsbət və qurucu hərəkətləri axirət savabından, valideynə


qarşı təşəkkür və qədirdanlıqdan əlavə, bu dünyada da ata-analıq
duyğularını, vəzifələrini yerinə yetirmək hisslərini başqalarında da dirçəldir.
Deməli cavan nəsil və cəmiyyətin bütün əziz övladları öz ata-analarına təzim
və ehtiram etməyə səy göstərməlidirlər. Biz indi möhtərəm oxucuların
diqqətini bu barədə olan hədislərə cəlb edirik.
HƏCC VƏ CİHADDAN DAHA ÜSTÜN OLAN ƏMƏL

Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur:

"Ata-anasının üzünə məxsus məhəbbətlə baxan saleh övladın hər bir


baxışına Allah taala bir qəbul olunmuş həcc mərhəmət edər.” Peyğəmbərin
səhabələri bu böyük müqdəni eşidəndə Həzrətdən soruşdular: Ya Rəsuləllah,
əgər bir şəxs bir gün ərzində valideynin üzünə bu cür baxsa, yenə də bu
qədər savab və mükafat yazılır? Həzrət buyurdu ki, bəli, Allah taalanın şəni
bundan çox-çox yüksəkdir, (heç vaxt bu savabı azaltmaz.)”[5]

Mənsur ibni Hazim İmam Sadiq (əleyhissalam)-dan mühüm bir sual


soruşdu: 

"Ey böyük rəhbər, ən yaxşı əməl nədir?” Həzrət cavabında buyurdu: "Üç
şeydir: 1) namazı fəzilətli vaxtında qılmaq; 2) ata-anaya yaxşılıq edib onlarla
xoş rəftar olmaq; 3) Allahın razılığı üçün Onun yolunda düşmənlərlə cihad
etmək.”[6]

Altıncı İmamımızdan nəql olunan bu hədisdə buyurulur ki, bir kişi Peyğəmbər
(səlləllahu əleyhi və alih)-in yanına gəlib dedi: Ey Allahın Peyğəmbəri, sidq-
qəlbdən cihad üçün hazıram. Həzrət buyurdu: Allah taala yolunda din
düşmənləri ilə cihad et, əgər şəhadət şərbətini içsən, Allahın hüzurunda diri
olacaq və Onun ruzilərindən bəhrələnəcəksən. Sənin əcr və savabın Allahın
öhdəsinədir. Əgər sağ-salamat qayıtsan, sənin bütün günahların sanki yeni
doğulmuş uşaq kimi bağışlanacaq. 

Sonra cavan dedi: Ya Rəsuləllah, amma mənim qoca ata-anam vardır ki,
mənimlə çox ünsiyyət bağlamışlar, mənim onların yanlarında olmamağımdan
çox narahat olurlar. Bu halda mənim vəzifəm nədir? Həzrət buyurdu: Ata-
ananın yanında, onlarla birlikdə qal. And olsun canım əlində olan Allaha, bir
gecə-gündüz ata-anaya xidmət etmək Allah yolunda din düşmənləri ilə bir il
cihad etməkdən daha fəzilətlidir.[7]

Bu hədislər valideynə ehtiram qoymağın, onlara təzim göstərməyin


əzəmətini göstərir və bizə başa salır ki, onlara yaxşılıq etmək İslam dinində
ən gözəl və ən üstün əməllərdəndir və onun mükafatı Allah taala evinin
ziyarəti, Quran və din yolunda edilən cihaddan daha üstündür. Elə bir cihad
ki, Müqəddəs İslam dininin genişlənməsi və təbliğ olunması səbəbidir, onun
vasitəsi ilə din düşmənləri məğlubiyyətə uğradılır, müsəlman ölkələrində
əmin-amanlıq bərqərar edir, onun sayəsində Allahın razılığı əldə olunur,
behiştin qapıları İslam mücahidlərinin üzünə açılır, amma yenə də bu işlər
valideynlərə xidmət etməyin savabına çatmır. Hətta əgər ata-ana müsəlman
olmasalar da belə.

İmam Musa ibni Cəfər (əleyhissalam) buyurur: "Bir nəfər Peyğəmbərin


hüzuruna gəlib Həzrətdən övladların valideyn qarşısındakı hüquq və borcları
haqqında soruşdu. Həzrət buyurdu:

"Övladın ata-ana qarşısındakı hüquq və borclarından biri də budur ki, övlad


onu öz adı ilə çağırmasın, onlardan qabaq yol getməsin, onlardan qabaq
oturmasın, elə işlər görməsin ki, camaat onların barəsində nalayiq sözlər
danışıb onlara qarşı bədnam olsunlar.”[8]

Bu Peyğəmbər hədisində valideynin övlad üzərində olan hüquqlarından


bəzilərinə işarə edilmiş, onlarla rəftar tərzini xatırlatmış və buyurmuşdur ki,
övladlar gərək öz ata-analarına əzəmət gözü ilə baxsınlar, həyatın bütün
mərhələlərində onların şəxsiyyətlərini alçaldıb təhqir edən işlər görməsinlər,
oturmaq, durmaq, yol getməkdə, çağırmaqda və nəhayət həyatın bütün
işlərində valideynə ehtiram məsələsinə riayət etsinlər. Həmçinin sair
camaatla da elə insani məhəbbətlə davranmalı, elə qəlbi səfa-səmimiyyətlə
rəftar etməlidir ki, hamı onun ata-anasının təlim-tərbiyə üsulunu tərifləsin,
onların barəsində bədgümanlıq etməsinlər, pis mühakimə yürüdüb nalayiq
sözlər danışmasınlar.

Həzrət İmam Sadiq (əleyhissalam) həssas bir rəvayətdə cəddindən belə


rəvayət edir:

"Bir kəs Allahın Rəsulundan, ona mövizə etməsini istədi. Həzrət buyurdu:
Əsla Allaha şərik qoşma; hətta əgər səni odda yandıraraq işgəncə versələr,
sənin imanında azacıq da olsa, şəkk olmamalıdır. Həmçinin ata-anan
barəsində isə... bacardığın qədər onlara itaət et, onların barəsində yaxşılıq
etməkdə səhlənkarlıq etmə; istər diri olsunlar, istərsə də vəfat etmiş
olsunlar. Əgər məxsus hallarda əhli-əyal və mal-dövlətindən əl çəkməyini
istəsələr, o əmri icra et ki, bu iş iman əlamətidir.”[9]

Mərhum Əllamə Məclisi bu hədisi nəql etdikdən sonra onu müfəssəl şəkildə
təhlil etmiş, buyurmuşdur ki, əgər ata-ana müəyyən vaxtlarda ağlabatan
dəlillər üzündən övladına öz aravadını boşamasını və mal-dövlətini
bağışlamasını istəsələr, gərək itaət etsin.
AĞIR BİR VƏZİFƏ

Bu hədisin valideynlərə itaət və onların barəsində yaxşılıq etməyin


əhəmiyyətinin yüksək dərəcədə olmasını çatdırmasına baxmayaraq, onun
barəsində tam bəhs və təhqiqat aparmadan mühakimə yürütmək olmaz.
Necə ki, Əllamə Məclisinin özü də buyurur ki, bu hədisin zahirinin vacibə
dəlalət etməsinə baxmayaraq, (xüsusilə o yerdə ki, onlara itaət edilməsməsi
onların qəm-qüsəyyə batmalarına, narahat olmalarına səbəb olacaq,) bu
qəbildən olan əmrlərə əməl etmək üzücü və ürəksıxıcı vəzifələrdəndir,
çətinliyə səbəb olur.
Biz üçüncü fəsildə valideynin ixtiyarlarının həddi-hüdudu barəsində söhbət
edəcəyik. "ərək əziz oxucular həmin fəsli diqqətlə oxusunlar. Amma burada
da müxtəsər şəkildə qeyd edirik ki, ata-ananın hüquqlarının həddi-hüdudu
başqalarının mal-dövlətinin, hüquqlarının aradan getməsinə, tapdalanmasına
gətirib çıxarmamalı, onların verdiyi əmr və göstərişlər əql və şəriət
meyarlarına uyğun olmalı, kin yaradan və nadürüst ehsaslardan, cahiliyyət
kinəçiliyindən uzaq olmalıdır, onlar qeyri-məqul fərmanlar verməklə
övladlarının mənafeylərini xətərə salmamalıdırlar. Bildiyimiz kimi, 14 məsum
(əleyhimussalam)-dan nəql olunmuş çoxlu hədisdə harama, başqalarının
hüquqlarının tapdalanmasına gətirib çıxaran hallarda ata-ananın əmrlərinə
itaət etmək qadağan edilmişdir. Qeyd olunan hədis əgər xüsusi bir cəhətə
malik olmasa, xaricdə özünə çoxlu konkret nümunə tapmır və yalnız o
yerlərə şamil olur ki, fəqət övladların məsləhətləri əsas tutulsun və
valideynin hüquqları ilə təzad təşkil etsin. Digər tərəfdən, valideynin və
övladların hüquqları qarşılıqlıdır. Əgər valideynin göstərişləri övladları bəzi
xoşagəlməz şeylərə düçar edərsə, bu cür fərman və əmrlərin qarşısını alaraq
öz övladlarının aq-valideyn olmalarına səbəb olmamalı, onları mal-dövlət və
sərvətdən məhrum etməməli, onların ailələrinin dağılmasına səbəb
olmamalıdır. Həmişə əql və camaatın ümumi rəyi əsasında, Müqəddəs İslam
şəriətinə uyğun əməl etməli, öz övladlarının ailələrində kin-küdurət
yaratmamalıdırlar. (Övladların hüquqları barəsində 8-ci fəsildə bəhs
ediləcəkdir.)

İmam Səccad (əleyhissalam) bir hədisdə valideynin hüquqlarının bir qisminə,


onların övladlarının şəxsiyyətinin formalaşmasında ifa etdiyi rola işarə edərək
buyurur:

İmam (əleyhissalam) bu hədisdə övladların valideynə qarşı qürur və


təkəbbürlərini sındırır, onları ayıldır, onların diqqətini bu böyük ilahi nemətə
yönəldir, valideynin vücud izlərini cavanlar və övladlar üçün canlandırır.

Qüdrətli cavanlar təbii olaraq heç də yerdən göyərməmiş, əksinə, analar öz


canlarının şirəsi ilə müxtəlif dövrlərdə: istər hamiləlik, istər südvermə və
istərsə də yeniyetməlik çağlarında bütün vücudlarını övladın böyüyüb boya-
başa çatmasına fəda etmişlər. Ürəyi yanar atalar da gündəlik problemlərlə
çarpışaraq həyatın məsuliyyətli və ağır yükünü çiyninə almışlar ki,
övladlarının səadətli gələcəyini təmin etsinlər, onların həyatında olan
çətinlikləri aradan qaldırsınlar. İndi diqqətinizi Rəsuli Əkrəm (səlləllahu əleyhi
və alih)dən özü-dən nəql olunan bir hekayəyə cəlb edirik:

Bir nəfər öz anasını çiyninə alaraq onu təvaf etdirirdi. Peyğəmbəri görən kimi
ona ərz etdi: "Ya Rəsuləllah, bu işlə anamın qarşısında olan borcumu yerinə
yetirmiş olurammı?” Həzrət buyurdu: "Yox! Bu iş onun nalələrindən hətta
birinin belə yerini verməz.”[11]

Bəli, əgər insan düzgün fikirləşsə, qalın qəflət və qürur pərdələrini kənara
atsa, özünün zəif və bacarıqsız olduğu uşaqlıq çağlarını yadına salsa, həmin
günlərdə ata-anasının canfəşanlığını, üzücü zəhmətləri, əzab-əziyyətlərini
yadına salsa, əbəs yerə öz valideynlərinin haqqını tapdalamaz, onların
qəlblərini sındırmaz, ata-anasının ona qarşı etdiyi lütflər qarşısında mehr-
məhəbbətlə, sevinc və təvazö ilə qədirdanlıq edər, bütün hallarda onların
əmr və göstərişlərinə itaət edər. Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib
(əleyhissalam) buyurur: "Valideynin övlad üzərində olan haqqı budur ki,
övlad Allahın məsiyətinə gətirib çıxaran işlərdən başqa, bütün hallarda
valideynə itaət etsin.”[12]

Həzrət bu qısa və mənalı kəlamda bütün övladları ataların qarşısında, onların


əmrlərinə itaət etməyin həddi-hüdudunu müəyyən edərək buyurur ki, Allaha
qarşı itaətsizliyə və günaha gətirib çıxaran hallar istisna olmaqla yerdə qalan
bütün hallarda ataya itaət etmək vacibdir.

Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Allahın razılığı valideynin razılığı ilə, qəzəbi valideynin qəzəbi ilədir.”[13]

Yəni valideynin övladdan razı olması Allahın razılığına səbəb olur. Həmçinin,
Allahın bir kəsə qəzəb etməsi həmin şəxsin ata-anasının ona qarşı qəzəbli
olmasına bağlıdır. Əgər bir kəs öz valideynin razılığını əldə edə bilsə, şəkksiz,
Allah da ondan razı olacaqdır. Əgər ata-ana övladdan narazı olsalar,
Aləmlərin Rəbbi də o öivladdan narazı olacaqdır. Heç vaxt bir kəsə, ata-
ananın razılığı olmadan Allahın razılığını əldə etmək müyəssər ola bilməz.
Deməli, yaxşı olar ki, "İsra” surəsinin 24-cü ayəsinin hökmünə müvafiq
olaraq öz balalarını qol-qanadının altına yığıb xas bir mehribançılıqla,
nəvazişlə, ülfətlə onlara dən və su verən, onları hər bir təhlükədən qoruyan
mehriban toyuq kimi ata-ananın qarşısında mülayim və təvazökar olaq,
onların qiymətli və təqdirəlayiq xidmətlərinə təşəkkür edək, ki, bununla da
vəfadarlıq, övlad istəmək ruhunu cəmiyyətdə canlı saxlayaq, dirçəldək
İslamın valideynə hörmət göstərmək barəsindəki qurucu üslublarını,
ayinlərini möhkəmlədək, Allah taala lanın bütün müsəlmanlara vacib etdiyi
islami qayda-qanunlara tabe olmaq ruhiyyəsini əməli olaraq həyata keçirək.

Bunlardan da əlavə, hər bir müsəlmanın son arzusu Allahın razılığını


qazanmaqdır. Bu da ata-ananın razılığını əldə etməyə bağlıdır. Deməli
onların razılığını əldə etməkdə azacıq da olsa, qəflətə yol verməməliyik. Bu
halda özümüzü haq tanıyan bir insan kimi qurmuş, haqq tanımaq yönünü
özümüzdə saxlamış oluruq və bunun da sayəsində cəmiyyətə, insanlara və
bizə xidmət edən sair şəxslərə xidmət edək, müttəhid, mehriban və
həmahəng bir cəmiyyət quraq.

Xudavəndi-Mütəal dünyada olan bütün övladlara tovfiq versin ki, öz ata-


analarının nəvazişləri, lütfləri və mehribançılıqları qarşısında nankorluq
etməsinlər, onların tel kimi nazik olan könüllərini, incə duyğularını
yaralamasınlar, vadideynin ən böyük arzularından biri olan övladın qüdrətli
olduğu bir vaxtda ata-anasını yaddan çıxartmasınlar, ananın onların yolunda
çəkdiyi ah-nalələri (istər doğum, istərsə də hamiləlik vaxtlarında) həmçinin
atanın övladın ehtiyaclarını təmin etməsi yolunnda çəkdiyi zəhmətləri, qəm-
qüssəni təcəssüm etdirsinlər.

İKİNCİ FƏSİL
NASALEH ATA-ANA İLƏ NƏ ETMƏLİ?

Adətən, layiqli və saleh övladlar elə layiqli və saleh ata-anaların şirin


səmərəsindən bir nişanədir. Şəkk yoxdur ki, irsiyyət amili və ailə mühitinin
təsiri cəmiyyətdə olan övladların şəxsiyyətinin, əxlaqının formalaşmasında ən
mühüm amil hesab olunur. Buna əsasən, əgər övladlar və ailənin sair üzvləri
pak, dindar, fədakar olub vəzifələrini tanısalar və islami mədəniyyətdən
lazımi qədər bəhrələnsələr, sözsüz onların adət-ənənələrinin, ədəb və
şəxsiyyətlərinin formalaşmasında son dərəcə mühüm rol oynayan ata-analar
özü də saleh fərdlərdən olub qeyd olunan səciyyəvi xüsusiyyətlərə malik
olacaqlar.

Belə olan halda səliqələrin müxtəlifliyi, mədəniyyətlərin arasındakı təfavütlər


məzhəb və ya əqidə fərqləri ya ümumiyyətlə olmayacaqdır, ya da son dərəcə
əhəmiyyətsiz, az olacaqdır. Lakin cəmiyyətin min illərlə əldə etdiyi təcrübələr
və bu işin həqiqəti göstərir ki, bu qanun hər bir yerdə yeknəsəq deyildir.
Məlum və ya qeyri-məlum amillər bəzən cəmiyyətdə və ailədə fikri, mədəni,
əqidə və dini ixtilafların yaranmasına səbəb olur. İndi ailələr, övldalar və
valideynlər arasında bu kimi ixtilaflar qarşıya çıxanda nə etməliyik? Bu halda
övladların haqqı varmı ki, öz ata-anaları ilə bəhs edib dalaşsınlar, onların
haqqları varmı ki, özlərinin xam nəzəriyyə və fikirlərini öz valideynlərinə
qəbul etdirib beləliklə də qızmar və səfalı ailə mühitini yanar cəhənnəmə
döndərsinlər? Yoxsa məntiqsiz olaraq ata-ananın yersiz istəklərini qəbul edib
kor-koranə onlara tabe olmaq lazımdır? Sağlam əql bu sualın cavabında
deyir ki, əqlən ailənin qızğın ailə ocağında hər növ dava-dalaş, çarpışma,
ixtilaf və hərc-mərc, haqsızlıq məhkum olunmuşdur və bu kimi amillər ailənin
nurlu çıraqlarını söndürür. Digər tərəfdən də övladların valideynin işlərinə
dəxalət etməsi camaat arasında mövcud olan qanunların, adətlərin əleyhinə
getməsi ata-ananın yüksək şəxsiyyətinin təhqir edilməsidir və atanın ailədə
öhdəsinə aldığı məsuliyyətlərlə, ananın idarəçiliyi ilə uyğun gəlmir. Deməli
valideynlərlə övladlar arasında ixtilaflar büruz etdikdə, çarə və çıxış yolu ailə
qanunlarına müraciət etməkdir. Çünki bu qanunlardan xəbərdar olmadan
mühakimə yürütmək fəsada, pozğunluğa gətirib çıxarar və öz ardınca da
gözlənilməz və xoşagəlməz hadisələri gətirər.

Şübhəsiz İslam bütün fərdi və ictimai məsələlərdə, bütün müşküllərdə və


problemlərdə çıxış yolu qoymuşdur. Buna əsasən bizim vəzifəmiz budur ki,
bu hallarda da Qurana və Peyğəmbər sünnətinə müraciət edək, şəxsi səliqə
və nəzəriyyələri qəbul etdirməkdən çəkinək. Qurani kərim buyurur:

"Ey iman gətirənlər, Allahdan və Onun Rəusulundan qabağa keçməyin. Allah


taala qarşısında təqvalı olun. Həqiqətən Allah taala eşidən və biləndir.”[14]
Bu ayə İslam dininə imanlı olan şəxsləri İlahinin və Onun Rəsulunun
göstərişlərinə tabe olmağa çağırmış, hər növ şəxsi mühakimə yürütməkdən,
şəxsi səliqə və nəzərləri kiməsə qəbul etdirməkdən, Qurani kərim və
sünnətin həyatverici qanun və göstərişləri ilə müxalifət etməkdən çəkindirir.
Deməli, burada bizim vəzifəmiz budur ki, 14 məsum (əleyhimussalam)-ın
vəhy mənbəyindən qaynaqlanan hədis və rəvayətlərini özümüzə nümunə
götürərək müşküllərimizi məhz həmin yolla həll edək. İmam Sadiq
(əleyhissalam) buyurur:

"Bir kəs, hətta ata-anası ona zülm etmiş olsalar belə onlara qəzəb nəzərləri
ilə baxsa, Allah-taala onun heç bir namazını qəbul etməz”[15]

Bu hədis övladın bütün bəhanə yollarını bağlayıb buyurur ki, heç bir halda
ata-anaya zülm etmək olmaz, hətta onlara qəzəbli, mürüvvətə zidd olan
baxışlarla baxmaq da məhkum edilmişdir. Ola bilsin ki, ata-ana elmsizlik
ucbatından və ya qəzəb alovunun şölələnməsi nəticəsində öz övladına qarşı
cəfa edərək düzgün olmayan zülm yolunu seçərək beləliklə də onların incə
qəlblərini incitmiş olsunlar. Lakin belə hallarda övladlar təmkinli olsun, ədəb
və insaniyyət yolunu əldən verməsinlər ki, həm nəfs ilə cihad edərək savab
qazansınlar, həm də ona qarşı zülm etmiş ata-ananın səhvlərini onlara başa
salsınlar, onları düz yola qaytarsınlar. İmam Sadiq (əleyhissalam) övladlarına
əzab-əziyyət verən, onlara qarşı kobud rəftar edən nasaleh ata-ana ilə rəftar
tərzi barədə buyurur:

"Qurandakı "fəla təqul ləhuma uffin” yəni əgər sənə zəcr versələr də uf
demə; və "onlardan küsmə”, yəni əgər səni vursalar da onlardan küsmə,
"Onlara kərim söz de”. Kərim söz bundan ibatrətdir ki, onlara "Allah taala sizi
bağışlasın” deyəsən. Sənin dediyin kərim söz budur.”[16]

"Biharül-ənvar”ın müəllifi mərhum Əllamə Məclisinin atası Məhəmməd Təqi


Məclisi buyurur: "Əgər valideynlər müəyyən narahatlıq səbəbi ilə övladı
tənbih etmək istəsələr, yaxşı olar ki, yaralanma xətəri gözlənilən hallar
müstəsna olan başqa hallarda, övlad onlara təslim olsun.”

Bu hədislərdən övladların vəzifələri aydınlaşır. Belə ki, onlar valideynlərinin


kobud rəftarları, bəd əxlaqları qarşısında qeyri-münasib əks reaksiya
göstərərək bu yolla da ata-analarını daha da narahat və qəmgin edə
bilməzlər. Əgər valideynin övladı vurması, danlaması və cəzalandırması
qarşısında "of” deməsi caiz deyildirsə, onda sair yaramaz əməl və hərəkətlər
ağlasığmaz və qeyri-qanuni əməllər də şübhəsiz yolverilməz və qadağandır.
Əlbəttə, övladlar valideynin qəzəbi soyuduqdan sonra onlara danlaq və
təhqir olmamaq şərtilə müəyyən qədər nəsihət edib yol göstərərək onların
xoşakəlməz hərəkətlərini xatırlada bilərlər. Ümumiyyətlə valideynə itaət
etmək o yerlərdə vacib və zəruridir ki, İslam qanunlarının əksinə göstəriş
verməsinlər; əks halda onların əmrlərindən imtina etmək lazımdır.

Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

"Allah taala qarşısında itaətsizliyə və üsyankarlığa (günaha) səbəb olan halda


heç bir kəsin əmrinə itaət etmək caiz deyildir.”[17]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) o Həzrətə beyət edib müsəlman olan
bir kişiyə buyurur:

"Atalarınızın sizə əmr etdiyi şeylərdə onlara itaət edin, amma onların Allah
taala məsiyətinə gətirib çıxardan əmrlərinə itaət etməyin.”[18]

Bu iki hədis aşkar şəkildə bəyan edir ki, dini göstəriş və hökmlər qarşısında
itaətsizliyə səbəb olan heç bir kəsə itaət etmək caiz deyildir. Buna görə də
hərgah ata və ana şəriətin əksinə olan bir göstəriş versələr, bu halda onlara
itaət edə bilmərik; lakin valideynin xilaf və xoşagəlməz işlərini övladların sair
yerlərdə də itaətsizlik etmələri üçün bəhanə gətirmək olmaz. Çünki onlara
hər bir halda yaxşılıq etmək vacibdir. İmam Sadiq (əleyhissalam) buyurur:

"Üç şey var ki, onları yerinə yetirməkdə heç bir bəhanəyə yol verilmir: 1-
Əmanəti öz sahibinə qaytarmaq, istər sahibi yaxşı adam olsun, istərsə də pis
adam; 2-Əhd-peymana vəfadar qalmaq, istər əhd bağladığın adam yaxşı
əməl sahibi olsun, istərsə də pis əməl sahibi; 3-Valideynə ehsan və yaxşılıq
etmək, istər onlar əməlisaleh olsunlar, istərsə də olmasınlar.”[19]

Bu hədisə azacıq diqqət yetirməklə başa düşmək olar ki, ata-ana ilə yaxşı
rəftar etmək vacib və onlarla pis rəftar etmək isə heç bir vəchlə caiz deyildir.
İmam (əleyhissalam) buyurur ki, "onlara ehtiram etmək vacibdir, hətta fasiq
və qeyri-saleh olsalar belə.”

Xatırlatmaq lazımdır ki, ata-anaya qarşı xoşrəftar olmaq məsiyət və günaha


gətirib çıxaran hallar onlara itaət etməməklə tamamilə başqa-başqa
şeylərdir, yəni əgər onlar İlahinin göstərişlərinin əksinə əmr versələr, həmin
halda onlara itaət etmək olmaz, lakin onların məhəbbət və ehtiramları da
unudulmamalıdır. Allah taala bu məsələyə toxunaraq buyurur:

"Əgər ata və anan sənin, Mənə qarşı şərik qoşmağına səy etsələr (həqiqət
yolundan azdırmağa çalışsalar), onlara itaət etmə, amma dünyada onlarla
yaxşı, gözəl rəftar et.”[20]

Bəli, ata və ana əzizdir, onlara hər zaman ehtiram göstərmək zəruridir.
Cavan övladlar heç bir bəhanə üzündən onlara ehtiramsızlıq edə bilməzlər,
istər onlar fasiq, istər yollarını azmış və istərsə də kafir olsunlar.
İmamlarımızın yaxın səhabələrindən biri olan Cabir Cofi deyir: Bir nəfər
İmam Sadiq (əleyhissalam)-dan soruşdu:

Ey Peyğəmbərin övladı, mənim ata və anam haqq şiə məzhəbində deyillər və


bu məzhəbin müxalif- lərindəndirlər. Mənim onlarla rəftarım necə olmalıdır?
İmam (əleyhissalam) buyurdu: Bizim şiə və ardıcıllarımıza necə yaxşılıq və
hörmət edirsənsə, eləcə də bizimlə müxalif olan ata-anana qarşı yaxşılıq və
ehtiram göstər. 

Bu günkü dünyamızda təşkilat və partiyalar, böyük və kiçik qruplar,


hökumətlər və diktator reqimlər öz ardıcıllarını təəssübçülüyə dəvət edirlər,
öz müxaliflərini, düşmənlərini məhv edirlər, öz ardıcıllarını müxaliflərinin
əleyhinə, onları məhv etmək üçün təhrik edirlər. Belə bir halda Cəfəri
məzhəbinini başçısı İmam Sadiq (əleyhissalam) əmr edir ki, bizim düşmənlər
və müxaliflərimizlə eynilə şiələrimiz və dostlarımıza qarşı etdiyiniz rəftar kimi
rəftar edin. Bugünkü dünyamızda hansı məktəb və ya qrupun
mədəniyyətində var ki, öz müxaliflərinə qarşı ədalətlə rəftar etməyi tövsiyə
etsin? Hətta öz düşmənlərinin varlığına da dözsünlər? "örəsən sair qrup və
partiyalar içərisində yaradılan terrorlar, iğtişaşlar, sui-qəsdlər, hücumlar,
qoşun yeritmələr, qarışıqlıq və s. bu müddəanın şahidi deyildirmi?

Necə də gözəldir bizim tərbiyəvi və insan quran məktəbimiz ki, onların


rəhbərləri məsum şəxslər olub dərin dünyagörüşü, vəsfəsığmaz ürək genişliyi
ilə bu yolun yolçularını səadətit şah yoluna hidayət etmiş, öz ardıcıllarını
layiqli və səbirli insanlar kimi tərbiyə etmişlər.
HƏTTA ŞİRK HALINDA DA VALİDEYNƏ EHTİRAM

İmam Riza (əleyhissalam) buyurur:

"Valideynə yaxşılıq etmək, hətta onlar müşrik olsalar belə, vacibdir. Amma
Xaliqə qarşı günaha səbəb olan əmrlərində itaət etmək olmaz.”[21]

İmamın bu buyuruğunda bütün bəhanə yolları bağlanır. Həzrət hətta ata-


ananın müşrik fərz edildiyi halda belə öz əmrini buyurmuşdur. Yəni sadəcə
cüzi məsələlər səbəbilə övladların ata-anaya ehtiramdan qaçması caiz
deyildir, hətta ata-ana kafir və ya müşrik olsalar belə, övladlar
valideynlərinin hüququnu tapdalayıb onlara qarşı ehtiramsızlıq edə bilməzlər.
Bu məsələ İslamın danılmaz və inkarolunmaz məsələlərindən biridir. İndi
sizin diqqətinizi bir ibrətamiz hekayəyə cəlb edirik:

Zəkəriyya adlı bir şəxs əvvəllər məsihi dinində idi, sonralar İslam haqqında
çoxlu mütaliələr edib axtarışlar apardıqdan sonra ilahi tovhid nuru qəlbinə
saçmış və o, İslam dinini qəbul etmişdir. O deyir: Müsəlman olduqdan sonra
Allah Evini ziyarət etmək məqsədi ilə Beytullahil-Hərama yola düşdüm.
Məkkeyi-Müəzzəməyə çatdıqdan sonra İmam Sadiq (əleyhissalam)-ın orada
olduğundan agah olub o Həzrəti ziyarət etmək, mənəvi qida almaq, Ali-
Mühəmmədin elm xəzinəsindən güllər dərmək üçün mübarək hüzuruna
getdim. Necə müsəlman olduğumu şərh etdikdən sonra soruşdum: Ey
Peyğəmbərin övladı, sənə fəda olum, mənim ata-anam nəsranidirlər, anam
həddindən artıq qocalıb əldən düşmüşdür. Mən onlarla bir yerdə, bir süfrədə
yemək yeyə bilərəmmi? Onlarla bir yerdə yaşamağın eybi varmı? Həzrət
soruşdu: Ata-anan donuz ətindən istifadə edirlərmi? Mən dedim: Yox, hətta
ona yaxın da düşmürlər. Həzrət buyurdu: Əgər belədirsə, sənin onlarla
birlikdə yaşayıb onlarla bir süfrədə yemək yeməyinin heç bir maneəsi
yoxdur. Ey Zəkəriyya, anandan çox muğayat ol, nə qədər bacarsan, ona
mehribançılıq və nəvaziş et. Mənim səninlə görüşümü bir kəsə demə. Mina
dağına gedəndə bir daha mənim yanıma gələrsən.

Mən Minada onun hüzuruna getdim. "ördüm ki, camaat onu dövrəyə almış,
müəllimlərindən sual soruşan şagirdlər kimi hər kəs bir məsələ soruşurdu.
Mən onu ziyarət etdikdən sonra vətənimə qayıtdım. O Həzrətin tövsiyələrinə
müvafiq olaraq əldən düşmüş qoca anama nəvaziş etdim, ona öz əlimlə su
içirdib yemək yedirtdim, paltarlarını yudum və onun bədəninə əziyyət verən
bit-birəni təmizlədim. Anam mənim bu işlərimdən təəccüblənib bir gün
məndən soruşdu: "Oğlum, sən müsəlmançılığı qəbul etmədiyin, məsihi
olduğun vaxtlarda mənə qarşı bu qədər hörmət və nəvaziş etmirdin. Amma
müsəlman olduqdan sonra sənin rəftarın tamamilə dəyişmişdir. Bu
dəyişikliyin səbəbi nədir?” Mən dedim: "Anacan, Peyğəmbərin nəvəsi İmam
Sadiq (əleyhissalam) mənə bu cür öyrətmişdir.” Anam dedi: "O, hökmən
Peyğəmbərdir ki, sənə bu cür göstəriş vermişdir!” Mən dedim: "Yox ana, o
Peyğəmbər deyil, onun nəvəsidir.” Anam dedi: "Zəkəriyya, o hökmən
peyğəmbərdir, çünki bu yalnız peyğəmbərlərin göstərişlərindən ola bilər.”
Mən dedim: "Anacan, İslam Peyğəmbərindən sonra heç bir peyğəmbər
gəlməyəcəkdir. Bu, o Peyğəmbərin nəvəsidir.” Anam dedi: "Oğul, sənin dinin
ən yaxşı dindir, onu mənə öyrət, mən də müsəlman olum.”

Mən İslam dininin hökmlərini, qayda-qanunlarını anama öyrətdim, o da


İslam dinini qəbul etdi. Zöhr, əsr, məğrib və işa namazlarını qıldı, sonra halı
qarışmağa başladı. Bir az sonra mənə dedi: "Din hökmlərini mənim üçün
yenidən təkrar et!” Mən də onları bir-bir təkrar etdim, anam da iqrar etdi və
Allahın adı dilində ikən vəfat etdi.”[22]
İSLAM, YAXUD ƏMƏL DİNİ

Bu ibrətamiz hekayət bizim müddəamızın canlı şahidi olmaqla yanaşı, məlum


edir ki, ata-ana hərçənd etiqadi və dini cəhətdən düzgün yolda olmasalar
belə, onların hüququna riayət edilməli, övladlar tam sədaqətlə, bacardıqları
qədər onlara xidmət edilməlidir. Onlara yaxşılıq və ehsanı heç vaxt
əsirgəməməlidirlər. Bu məsələ ictimai nöqteyi-nəzərdən də çox diqqətə
layiqdir. Əsas etibarı ilə İslam dini qəlbi etiqadlarla əməlin qarışığından
ibarətdir və əməlsiz heç vaxt istənilən nəticəni əldə etmək olmaz. Qurani
məciddə adətən imandan söz açan ayələrdə yaxşı əməl, səy göstərmək,
çalışmaq məsələsi ortaya çəkilmişdir. Deməli, əməlsiz imanın lazımi nəticəsi,
faydası yoxdur.

Zəkəriyyanın anası məsihiyyət dinini buraxıb müsəlman olursa və İslam


dinini dünya dinlərinin ən yaxşısı hesab edirsə, ömrünün son anlarında tam
razılıqla İslamın həqiqətlərindən agah olursa, bunun səbəbi yalnız insani
duyğular, atifələr və Zəkəriyyanın İslam dininin göstərişlərinə uyğun əməl
etməsi olmuşdur. Əgər İslam dininin haqq din olduğunu, onun hökm və
təlimlərinin həyatbəxş olduğunu deyiriksə, bu o haldadır ki, müsəlmanlar
onun göstərişlərinə əməl etsinlər. Çünki əməlsiz bunların heç bir təsiri
olmayacaqdır.

İslam tarixi şəhadət verir ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-in və
əimmeyi-hudanın (Məsum İmamların) gözəl əxlaqi səciyyələri nəticəsində,
agahlıq üzündən İslamı qəbul edən şəxslər Peyğəmbəri Əkrəmin
möcüzələrini və İmamların kəramətlərini görərək İslamı qəbul edənlərdən
qat-qat etiqadlı olmuşlar. Qurani kərim aşkar şəkildə Peyğəmbərə xitab
edərək buyurur: "Rəsuli Əkrəmin gözəl və mülayim rəftarı səbəb olmuşdur
ki, başqaları İslama üz gətirsinlər. Əgər o Həzrət bədəxlaq olub kobud rəftar
etsəydi, hökmən onun ətrafından dağılışardılar.”[23]

Yaxşı olar ki, bütün müsəlmanlar İslamın üstün və ali dərəcəli göstərişlərini
öz həyatlarında əməli olaraq həyata keçirib onun müsbət nəticə və təsirlərini
müşahidə etsinlər. Hamı qardaş kimi, bir bədənin müxtəlif üzvləri kimi
qarşılıqlı insani rəftar əsasında bir-birinin yanında səfa-səmimiyyətlə
yaşasınlar. Bu məhəbbət və nəvaziş bütün qohum-əqrəba və ailədə, xüsusilə
ata-ananın barəsində daha çox tövsiyə olunmuşdur və buna əməl olunması
daha dəyərli nəticələr verəcək. İslamın həyatverici göstərişlərinə əməl etmək
arzusu ilə.
ÜÇÜNCÜ FƏSİL
VALİDEYNLƏRİNİN İXTİYARLARININ HƏDDİ-HÜDUDU

Ailənin qarşılıqlı səfa-səmimiyyətdə yaşamasına səbəb olan ən mühüm


amillərdən biri ailə qayda-qanunları və məsələlərindən tam agah olmaqdır.
Ailənin bütün üzvləri İslamın ailə barəsində olan qanun və meyarlarını
öyrənərək öz həyatlarına tətbiq etməlidirlər. Ailə üzvləri nə qədər ki özlərinin
qarşılıqlı əlaqə, vəzifələrini, ailə qanunlarını bilmirlər və həyatlarında onlara
əməl etmirlər, heç vaxt həqiqi səadətə çatmayacaqlar, hərc-mərclik,
inzibatsızlıq və s. kimi mənfi hallar axırda ailənin dağılmasına səbəb
olacaqlar. Atanın ailədə başçılıq, ananın isə idarəçilik məqamını gözləməyən
ailələrdə şübhəsiz heç vaxt aramlıqdan əsər-əlamət görünməyəcəkdir.

İslam məktəbi ailənin daha yaxşı və səfa-səmimiyyətdə yaşaması, qızğın


məhəbbət telləri ilə bir-birinə bağlanması üçün xüsusi qaydalar bəyan etmiş,
onun hər bir üzvünün vəzifələrini tam və kamil surətdə aydınlaşdırmışdır ki,
onların səadətinə zəmanət verməsi üçün bunlara riayət etmələri zəruridir.

Böyük şiə alimlərindən olan, çoxlu dəyərli kitabların müəllifi və kitabları hal-
hazırda elm hövzələrində istifadə olunan mərhum Şəhid Sani buyurur:
Övladların cihadda, İslam düşmənləri ilə müharibədə iştirak etmələrində ata-
ananın razılığı vacib və ilzami olduğu kimi, mübah və ya müstəhəb
olmasından asılı olmayaraq sair səfərlərdə də vacibdir. Həmçinin kifai[24]
vaciblərdə də eyni qayda ilədir, bu şərtlə ki, başqaları onu yerinə yetirsin.
Övladların bu kimi işlərdə iştirak etmələri valideynin icazəsi ilə olmalıdır.
Həmçinin elm kəsb etmək üçün edilən səfərlərdə də eyni qayda ilə; belə ki,
əgər vacib və zəruri elmlərdən olmazsa, həmin elmləri öyrənməyə getmək
üçün ata-ananın razılığını əldə etmək lazımdır.[25]

Müasir təqlid-mərcələri də buyururlar: "Vacib olmayan səfər, əgər ata-ananın


əziyyətə düşmələrinə səbəb olarsa, haramdır. İnsan belə səfərlərdə namazı
tamam qılmalı, (əgər Mübarək Ramazan ayı olarsa) oruclarını
tutmalıdır.”[26]

Mərhum Şəhidi Əvvəl dəyərli "Qəvaid” kitabının 212-ci səhifəsində buyurur:


"Valideynlərin hüquq və ixtiyarlarının ən mühümləri aşağıdakılardan
ibarətdir:
1-Övladların müstəhəb və mübah səfərləri onların icazələri olmadan caiz
deyildir;

2-Onlara tabe olmaq övladlara hər bir işdə, hətta (vacib olub-olmaması)
şübhəli olduqda belə vacibdir. Çünki belə hallarda ehtiyat etmək müstəhəb,
valideynə itaət etmək isə vacibdir;

3-Əgər valideyn namazın fəzilətli vaxtlarında övladından bir şey istəsə, övlad
namazı təxirə salaraq onun əmrinə itaət etməlidir. Çünki, namazı ilk vaxtda
qılmaq müstəhəbb, valideynə itaət etmək isə vacibdir və vacib isə hər bir
müstəhəb işdən müqəddəmdir;

4-Əgər övladın camaat namazında iştirak etməsi, bu namazın bütün qeyd


olunan savabları ilə belə, valideynin narazılığına səbəb olarsa, övlad namazı
camaatla qılmamalıdır;

5-Valideynin öz övladını cihaddan saxlamağa haqqı vardır; (Amma əgər


İmam (əleyhissalam) şəxsən özü övladı cihada əmr edərsə və ya İslam və
müsəlmanların cəbhəsi zəif olarsa, bu halda övlada mane ola bilməzlər.)

6-:ifai vaciblərdə əgər başqaları o işi yerinə yetirərsə, valideynin haqqı vardır
ki, öz övladını həmin işdən saxlasın.

7-Əgər övlad müstəhəb namaz qılarkən valideyn onu çağırarsa, övlad


namazı pozub ona cavab verməlidir;

8-Övlad valideynə hər növ əzab-əziyyət verməkdən, hətta cüzi miqdarda


olsa belə, uzaq olmalı, başqalarının da valideynə yetirə biləcəyi əzab-
əziyyətin qarşısını almalıdır;

9-Valideynin icazəsi olmadan övladın müstəhəb oruc tutması caiz deyildir;

10-Valideynin icazəsi olmadan övladın nəzir, əhd, and və s. kimi işləri yerinə
yetirməsi caiz deyildir;

Əgər övladlar, istər qız olsun, istərsə də oğlan, aqil və həddi-büluğa, fikri
(təfəkkür) cəhətindən müəyyən kamal həddinə çatmış olsalar, habelə,
onların şəxsi mülkiyyətində müəyyən qədər mal-dövlət olarsa, bu halda
həmin mal-dövlətdə hər növ ixtiyar və təsərrüf övladın özünə aiddir. Ata-
ananı isə bu ixtiyarları onun əlindən almağa haqqı yoxdur. İmam Baqir
(əleyhissalam) buyurur:

"Əgər qadın öz işlərinin sahibi olarsa, al-ver edə, Allah taala yolunda qul
azad edə bilər.”[28]

Yəni azad və bir kəsin qulu olmayan bir qadın al-ver edə bilər, əgər özünün
qulu olmuş olarsa, onu Allah taala yolunda azad edə bilər. 
Bu mövzu Qurani məciddə də aşkar şəkildə qeyd olunmuşdur. Quran buyurur
ki, qadın və ya kişi olmalarından asılı olmayaraq bütün insanlar qeyd olunan
şərtlər daxilində öz mal-dövlətlərində təsərrüf (istifadə) etməkdə tam ixtiyar
sahibidirlər, heç kəs bu maliyyə hüququnu onlardan ala bilməz. Qurani kərim
buyurur:

"Kişilər və qadınlar hər biri özlərinin iş və qazanclarının sahibi,


malikidirlər.”[29]

Mülahizə etdiyiniz kimi bu ayə aşkar şəkildə bütün qadın və kişilərin


hüququnu, maliyyə və təfəkkür cəhətindən müstəqil olmalarını möhtərəm
sayır. Bu məsələ bütün din başçılarının fikir birliyində olduğu məsələlər
sırasındadır və heç kəs onunla müxalifət etməmişdir. Bu barədə çoxlu
rəvayətlər vardır ki, elm və ədəb əhlinə məxfi deyildir. Deməli valideynlər
övladların qız və ya oğlan olmalarından asılı olmayaraq mali, ticarət və s.
kimi məsələlərində yalnız yolgöstərmə haqqına malikdir, amma onların
ixtiyarlarını məhdudlaşdıra bilməzlər.

Amma evlənmə məsələsinə gəldikdə isə, qeyd etməliyik ki, bu məsələdə


valideynlərin ixtiyarlarının həddi-hüdudu bəhs olunmuşdur ki, xülasəsini
qeyd edirik:

Oğlan uşaqları evlənmə məsələsində qanuni şəraitə malik olduqda islami və


əqli cəhətdən təkamülə çatdıqdan sonra özləri həyat yoldaşı seçməkdə
müstəqil surətdə qərara gələ bilərlər, valideynlər isə yalnız bir məşvərətçi
kimi olub öz şəxsi nəzərini oğluna qəbul etdirmək haqqına malik deyildir.
Böyük alimlər və fəqihlər də məhz bu əsasda fətva vermişlər, İslam hədisləri
də bunu təkidləndirir.

Məhəmməd ibni Müslüm İmam Baqir (əleyhissalam)-dan soruşdu: Oğlunun


xəbəri olmadan bir ana bir qızı onun əqdinə keçirmişdir. Bunun hökmü nədir?
Həzrət buyurdu: Bu iş oğlunun rəyinə bağlıdır; istəsə qəbul edər, istəməsə
qəbul etməz. Əgər oğlan qəbul etməsə, qızın mehriyyəsini ana özü
verməlidir.[30]

Bu sualın oxşarını (ata-ananın oğulun kiminlə evlənməsində dəxalət


etməmələri barəsindədir) İbni Əbi Yəfur İmam Sadiq (əleyhissalam)-dan
soruşmuşdur:

"Mən bir qızla evlənmək istəyirəm, ata-anam isə başqa bir qızı mənə almaq
istəyirlər. İmam (əleyhissalam) buyurdu: Öz istədiyin qızla evlən və ata-
ananın istədiyini boşla.”[31]

Başqa bir hədisdə İmam Sadiq (əleyhissalam) buyurur: 

"Əgər bir kişi öz oğlunu evləndirsə, bu iş oğluna həvalə edilir: istəsə qəbul
edə bilər, istəməsə rədd edə bilər.”
Deməli, diqqət yetirmək lazımdır ki, ata və ya ana, yaxud onların hər ikisinin
öz oğlunu evlənməyə məcbur etməyə, öz nəzərlərini ona qəbul etdirməyə
haqları yoxdur. Amma əxlaqi nəzərdən bütün övladlar ata-ananın
təcrübələrindən istifadə edərək bütün işlərdə, xüsusilə evlənmə
məsələlərində onlarla məsləhətləşməyə borcludurlar və valideynlərin
məsləhət görmədiyi bir qızla evlənməməlidirlər. Çünki, valideynlik
hüququndan əlavə, təcrübə, əql və təfəkkür baxımından da onlar övladdan
yüksək səviyyədədirlər. İslam dini də bizi bütün işlərdə məşvərət etməyə
sövq etmişdir.
QIZLARIN ƏRƏ "GETMƏSİNDƏ İSƏ...

Amma qızların ərə getməsi məsələsinə gəldikdə isə, analar bu haqda


ümumiyyətlə ixtiyar sahibi deyillər və qızlarını kiməsə ərə getməyə məcbur
etməyə və onların evlənmə işinə dəxalət etməyə haqları yoxdur. Analar
əxlaqi cəhətdən öz övladlarına yol göstərə bilərlər, lakin bu yol göstərmə
iltizami olmamalıdır.

Atalar isə bir dəfə evlənib sonradan ikinci dəfə ərə getmək istəyən qızlarının
evlənmə məsələsində ilzami dəxalət edə bilməzlər və bu qəbildən olan
qızların həyat yoldaşı seçmək barədə azadlıq və ixtiyarlarını onlardan ala
bilməzlər. Bu qəbildən olan qızların haqqı vardır ki, öz taleyini həll etməkdə
şəxsən qərara gəlsinlər. Amma məşvərət və yolgöstərmə İslamda həmişə
bəyənilmişdir və bu məsələdə də heç bir ixtilaf, fikir ayrılığı yoxdur və bütün
fəqihlər məhz bu əsasda fətva vermişlər.

Əgər qızlar birinci dəfə olaraq ailə qururlarsa, (yəni bakirədirlərsə,) bu halda
atalarının onların ərə getmə işinə dəxlalət etməsi barəsində fətva və rəvayət
nəzərindən müxtəliflik nəzərə çarpır. Hər kəs də bu mövzu barəsində öz
mərcəyi-təqlidinə tabe olmalıdır. Biz də lazım görürük ki, bu məsələni
rəvayət baxımından araşdıraq. Bəzi rəvayətlər atanın bakirə qızının
evlənməsində icazəsini lazım və vacib bilərək xatırladılır ki, onun icazəsi
olmadan evlənməsi səhih deyildir. İmam Sadiq (əleyhissalam) buyurur:

"Atası olan bakirə qız atasının izni olmadan ərə gedə bilməz.”[32]

Həzrət başqa bir hədisdə buyurur:

"Atası olan bakirə qızlar atalarının icazəsi olmadan ərə gedə bilməzlər.”[33]

Zürarə İmam Baqir (əleyhissalam)-dan belə bir hədis nəql edir:

"Nikahı atadan başqası poza bilməz.”[34]

Yəni, ata qızının icazəsi olmadan nikahı poza bilər və başqası bu ixtiyara
malik deyildir.

Bundan əlavə başqa hədislər də vardır ki, bu hədisi qüvvətləndirir, qızların


ərə getməsində atanın icazəsini şərt bilirlər ki, ixtisara riayət edilsin deyə, biz
elə qeyd olunanlarla kifayətlənirik. Bunu da qeyd etməyi lazım bilirəm ki,
əgər ataların icazəsi qızların nikah əqdinin düzgün olmasında şərt olsa da,
şəkksiz ki, tam ixtiyar onların əlində deyil, əksinə onların evlənməsində əsas
məsələ özlərinin razılığı və hazırlığıdır. İstisnasız olaraq heç bir ata qızının
razılığı olmadan onu ərə verə bilməz və azadlıq prinsipi, habelə islami
rəvayətlər də bunu təsdiq edir.
PEYĞƏMBƏR (s) QIZINDAN İCAZƏ ALIR!

Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib Zəhra (əleyhiməssalam) ilə


evlənmək üçün Həzrət Peyğəmbərin hüzuruna gəlib ürəyinin istəyini açıqladı.
İmkan aləminin qütb nöqtəsi, aləm insanlarını ən yaxşısı Həzrət Peyğəmbər
(səlləllahu əleyhi və alih) buyurdu: Ya Əli, başqaları da Zəhranın elçiliyinə
gəlmişdilər. Mən onların sözlərini qızıma çatdırdım, amma o, razı olmadı və
narazılıq əlaməti olaraq üzünü (yana) çevirdi. İndi sənin elçiliyini ona
çatdırıram.

Sonra Həzrət öz qızının yanına gəlib buyurdu:

"Qızım, Əli sənə elçi gəlib. Bu barədə nə deyirsən?”

Bu dəfə Həzrət Zəhra əvvəlki dəfələrin əksinə olaraq üzünü çevirmədi və


sükutu ilə razılığını bildirdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) təkbir
deyən halda onun razılığını Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)-
a çatdırdı.

Diqqət yetirmək lazımdır ki, hətta Peyğəmbər də qızı Zəhranın barəsində


birbaşa, onun icazəsi olmadan qərara gəlmir, əksinə, evlənmə məsələsində
qızının razılığını lazım və zəruri bilir. Bu əməl ilə bütün insanlara azadlıq dərsi
verib öyrədir ki, qızlar həyat yoldaşı seçməkdə ixtiyar sahibi və azaddırlar.

Davud ibni Sərhan deyir: İmam Sadiq (əleyhissalam)-dan qızların ərə


getməsi və onların ailə qurmaq istədikdə Həzrət buyurdu: 

"Atanın vəzifəsi budur ki, ərə getmə məsələsini qızına təklif etsin. Əgər
müxalifət etməsə, sükutu razılıq əlaməti hesab olunur. Əgər ərə getməyə
razı olmasa, atası onu məcbur edə bilməz. Əgər qızı "mən nəzərdə tutduğum
şəxslə ailə qurmaq istəyirəm” deyərsə, hökmən onun istəyi ilə razılaşmalıdır.
[35]

Bu hədisdə Əbdürrəhman adlı bir şəxs İmam Musa ibni Cəfər (əleyhissalam)-
dan, qızını öz qardaşı oğluna vermək barədə məsləhətləşir. İmam
(əleyhissalam) buyurur: "Eybi yoxdur, amma bu iş qızının razılığı ilə
olmalıdır. Çünki o, həmin oğlanla birlikdə yaşayacaqdır.”[36]

İmam (əleyhissalam) bu hədisdə qızların təfəkkürdə, yol seçməkdə düşüncə


azadlığının səbəbini bəyan edir. O da həyatın müştərək, iki tərəfin razılığı
əsasında olmasıdır ki, bu məsələ qızlarla əlaqədardır. Onların həyat
yoldaşları öz istədikləri şəxslər olmalıdır ki, birlikdə səfa-səmimiyyət
içərisində xoşbəxt yaşaya bilsinlər. Quranın təbiri ilə desək, "batini və daxili
aramlıq səbəbi” ola bilsin.
Bu barədə çoxlu hədislər vardır ki, qızın razılığını evlənmənin əsas
şərtlərindən biri kimi hesab edir və buyurur ki, onun razılığını əldə etmədən
oxunan kəbin batil, belə evlənmədən doğulan uşaqlar qeyri-qanuni
olacaqdırlar. Buna əsasən, ata-anaların borcudur ki, öz övladlarını bu cür
həssas işlərdə azad qoysunlar, onların fikirlərini məhdudlaşdırmasınlar, eyni
zamanda onları özlərinin yol göstərmələrindən məhrum etməsinlər, işlərin
gələcəyini onların gözləri önündə təcəssüm etdirsinlər. Amma son qərarı
qızların özləri seçməlidirlər.
BU FƏSLİN NƏTİCƏSİ

Qızların ərə getməkdə şəxsən qərara gəlməsindən, azad və ixtiyar sahibi


olmasını göstərən bu hədis və rəvayətlərə diqqət yetirib onların ərə
getməsində atanın icazəsinin şərt olduğunu nəzərə alaraq belə nəticə almaq
olar ki, qızlar təcrübəsiz, son dərəcə incə və ülvi duyğulara malik olduqlarına,
atifəli, ehsaslı olduqlarına görə başlarında nəfsani istək fitnələri olan və hələ
tanınmayan kişilərin tələsinə düşməkdən tamamilə amanda qala bilməzlər.
Yalançı, aldadıcı eşq-məhəbbət onları dərhal məftun edib onların həqiqi
mənafe və səadətlərini puç edə bilər. Minlərlə sadə və sadiq insanların bu
kimi məsələlərdə bədbəxtliyə düçar olmaları, inhirafa yuvarlanıb sərgərdan
qalmaları qeyd olunanları sübut edir. Deməli fərz olunan bu cür hallarda
cəmiyyətdə yaşayan və həyatın acılığını-şirinliyini dadmış ataların dolğun
təcrübələrindən istifadə etmək lazımdır. Çünki onlar ağıllı tədbirlərlə bu
hiylələri tanıyıb ifşa etməklə zərərsizləşdirə, pak və iffətli qızlarının
səadətlərinə tam zəmanət verə bilərlər. Müqəddəs İslam dinində qızların ərə
getməsi məsələsində atanın icazəsi məhz bu əsas üzrə olub ehtimal verilən
zərərlərin qarşısını almaq üçündür. Əgər ataların qızlarının mənafe və
məsləhətini nəzərə almamasını göstərə bilən dəlil və əlamətlər varsa, habelə
qızların özlərinə yaraşan münasib fərdlər tərəfindən elçiliyə gələcəyi halda
ataların müxalifət etməsi gözlənilsə, bu halda atanın icazəsi şəriət nöqteyi-
nəzərindən etibarsız sayılır və oların vilayət haqqı–ixtiyar sahibi olmaq haqqı
qüvvədən düşür. Çünki, atanın vilayət və icazəsi öz qızının mənafe və
məsləhətinin qorunması üçündür. Əgər ata bu ixtiyardan sui-istifadə edərsə,
onun bu haqqı ləğv olunur. İndi isə İmam Sadiq (əleyhissalam)-dan nəql
olunan bir hədisi sizin diqqətinizə çatdırırıq:

"Əgər ata öz bakirə qızının ərə getməsi ilə razılaşmasa, bu halda qızın özü
evlənmək məsələsində istədiyi qərara gələ bilər.”[37]

Elə bu əsasda böyük şiə alimləri istər keçmişdə, istərsə də indiki zamanda
fətva verərək qeyd olunan halda atanın vilayətini ləğv olunmuş hesab edirlər.
Böyük şiə alimlərindən olan Mərhum Seyyid Məhəmməd Kazim Yəzdi
buyurur:

Əgər qızın atası və ya (atası mövcud olmadığı təqdirdə) qəyyumu qızın


özünə layiq və münasib olan oğlana ərə getməsinin qarşısını alsalar və qız da
həmin evlənməyə razı olsa, bu halda atanın icazəsi etibarlı sayılmır.”[38]

Bildiyimiz kimi müasir təqlid mərcələri "Ürvətül-vüsqa” kitabına çoxlu


haşiyələr vurmuşlar. Onların hamısı qeyd olunan fətva ilə müvafiq olmaqla
bu barədə başqa bir nəzər verməmişlər. Həmçinin şiə aləminin böyük
alimlərindən olan mərhum Ayətullah Əbülqasim Xoyi buyurur:

"Qızın atası və ya vəlisi şərən və ürfən həmin qıza münasib olan bir kəsə ərə
getməsinə mane olsalar, (qızı ona verməkdən imtina etsələr və razı
olmasalar,) bu halda onun icazəsi vacib deyil və vilayət haqqı aradan
gedir.”[39]

Deməli atanın vilayəti və icazəsi qızının mənafeyi və məsləhətinə müvafiq


olmalıdır. Hər yerdə bu mənafeyin əksinə hərəkət edərsə, bu haqq qüvvədən
düşür. Tarixdən və nəql edilmiş rəvayətlərdən məlum olur ki, İslamdan
qabaqkı nikahlar şüğar nikahı idi. Belə ki, atalar qızlarını mehriyyəsiz, sadəcə
cinsi ləzzət almaq üçün bir-biri ilə dəyişirdilər. İslam dini də bu qanunu
qadağan etmişdir. İmam Sadiq (əleyhissalam) buyurur:

"Həzrət Peyğəmbər şüğar evlənməsini qadağan etmişdir. O belə idi ki, iki kişi
öz qızlarını mehriyyəsiz olaraq bir-birinə verirdilər.”[40]

Aydındır ki, bu sayaq sövdələşmə zülm əsasında olub qızların xoşbəxtliyi


ataların xeyirinə və mehriyyəsiz olaraq özlərinin şeytani vəsvəsələrinə,
həvəslərinə qurban edirdilər. Amma İslam dini onu haram və qadağan
edərək mehriyyəni əqdin əsas rüknlərindən biri kimi şərt etmişdir.

Bu fəslin axırında qeyd edirik ki, ata-anaya itaət etmək hər yerdə və hər bir
halda lazım və vacibdir, İslam göstərişlərinin və övladların mənafeylərinin
əksinə olan yerlərdən başqa. Bu halda itaət etmək səhih deyildir, yerdə
qalan hallarda isə bilmək lazımdır ki, onlar ən alicənab və ən sevimli
şəxslərdir, övladlar onlara təşəkkür etmək məqsədi ilə onların zəhmətlərinin
müqabilində mehriban və itaətkar olmalı, onların razılıqlarını cəlb etməli,
gördükləri hər bir işdə ata-ananın razılıqlarını cəlb etməyə səy etməlidirlər.

Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Əgər sizlərdən birinin evinin qapısı yanında cihad olsa, ata-ananın icazəsi
olmadan cihada getməməlidir.”[41]

Bu hədisdən aydın olur ki, övladlar bütün işlərində valideynin icazəsi ilə
hərəkət etməlidirlər.

İmam Baqir (ə) buyurur: Bəni İsrail tayfasında Cüreyh adlı bir abid öz
sovmiəsində (məbədində) Allaha ibadət edirdi. Bir ‘ün anası onun yanına ‘əlib
onu namaz üstə ikən səslədi, lakin oğlu namaz üstə olduğundan, cavab
vermədi. Bu hadisə 3 dəfə təkrar oldu. Anası oğlunun bu işindən çox narahat
olub ona qarğış etdi. Bu qarğış nəticəsində ertəsi ‘ün bir əxlaqsız, fahişə
qadın sovmiənin yanına ‘əlib onu fəsada, zinaya dəvət etdi. Lakin çox
müqəddəs və təqvalı şəxs olan Cüreyh bu işə razı olmadı və onu sovmiədən
qovdu. O alçaq fitrətli qadından, onun əvvəldəki zina işləri səbəbi ilə bir uşaq
dünyaya əlmişdi. Qadın iddia etdi ki, bu uşaq Cüreyhdəndir. Camaat bunu
eşidərək onun üstünə töküldülər. Sovmiəni dağıtdılar. Xəbər padşaha çatdı.
Cüreyhin ‘ünahsız olmasına baxmayaraq, ona edam hökmü kəsildi. Anası bu
xəbəri eşitdikdə dərindən təəssüfləndi, başına-’özünə vurmağa başladı.
Cüreyh ona dedi: Anacan, narahat olma, bu bəla sənin mənə etdiyin qarğış
nəticəsində ‘əlmişdir. Tamaşaya yığılan camaat bu söhbəti eşitdikdə
təəccübləndilər. Qərara alındı ki, Cüreyh öz dedikləri üçün şahid ‘ətirsin. O,
əllərini Allahın dər’ahına qaldırıb Ondan imdad dilədi, sonra o uşağa xitab
edərək dedi ki, Allahın izni ilə atasının kim olduğunu desin. Bu vaxt uşaq ilahi
möcüzə ilə dil açdı, camaatın içində bir çobanı ‘östərib dedi ki, mənim atam
budur. Camaat da Cüreyhdən üzr istədilər, onun sovmiəsini düzəldib sonra
qızıl-’ümüşlə zinətləndirdilər. Cüreyh and içdi ki, heç vaxt anasından
ayrılmayacaq. Hədisin ardında ‘əlmişdir ki, Cüreyh abid, pərhizkar və təqvalı
olmasına baxmayaraq ə’ər fəqih və alim olsaydı, anası onu çağıranda namazı
pozaraq anasına cavab verərdi. }ünki müstəhəb namazı pozmaq məkruh,
anaya cavab vermək isə vacibdir.

DÖRDÜNCÜ FƏSİL
ATA-ANAYA YAXŞILIQ ETMƏYİN "ÖZƏL SƏMƏRƏLƏRİ

Dini göstərişlər öz ardıcıllarının mənafeyini təmin etmək əsasında


möhkəmlənmişdir və onlara riayət edilməsi insanın dünya və axirət
səadətinə zəmanət verir. Dini proqramlar ürəyi yanan bir həkimin yazdığı
nüsxə (resept) kimidir ki, xəstəliklərin qarşısını almaq və ya onları aradan
qaldırmaq üçün istifadə edilir; onlara əməl edilməsi də, hətta əgər dərmanlar
acı, insanın təbiətinə uyğun gəlməsə də belə, xəstənin öz xeyrinədir.

Valideynlərə yaxşılıq etmək, insanı onlarla qarşı xoş rəftar və münasibəti,


ata-ananın fədakarlıqları müqabilində qədirdanlıq etmək, tovhidin və
müqəddəs İslam dininin başlıca məsələlərindəndir. Qurani kərim və sünnətdə
Allah, Onun Peyğəmbəri və Məsum İmamlar (əleyhissalam) təkidlə tövsiyə
etmişlər. Ona əməl edənlərə dünya və axirətdə iki qat artıq savab vədəsi
verilmişdir. Əvvəldəki hədislərdə qeyd etdiyimiz kimi Allahın razılığı
valideynin razılığına və qəzəbi valideynin qəzəbinə bağlıdır. Sözü gedən
məsələ barəsində ən mühüm təkidlərdən biridir.

Məsumların hədislərindən məlum olur ki, valideynlərə ehsan və yaxşılıq


etmək axirət savabı və ilahi razılığı qazanmaqdan əlavə, sair nəticələri də
vardır ki, çox əhəmiyyətli və dəyərli nəticələri öz ardınca gətirir ki, biz bu
fəsildə onların bir qisminə işarə edirik.

1-Cəhənnəm odundan uzaqlıq və Allaha yaxınlıq

Peyğəmbəri Əkrəm valideynlərə qarşı yaxşılıq etmək, pis rəftardan uzaq


olmaq barəsində buyurur:

"Əgər başında behişt sevdası varsa, ata-anaya yaxşılıq et; əgər cəhənnəm
oduna nifrət edir və oraya girmək istəmirsənsə, valideynə əzab-əziyyət
verməkdən uzaq ol.”[42]

Başqa sözlə desək, ata-anaya qarşı yaxşı əməl sahibi ol ki, cənnətə daxil
olasan. Əgər onlara nifrət etsən, bil ki, cəhənnəm əhlisən. Bütün övladlar öz
yolunu seçməkdə azaddırlar: valideynə yaxşılıq edənlər cənnətdə, onlara
pislik edib əzab-əziyyət verənlər isə cəhənnəm uçurumundadırlar.

İbrahim ibni Şüeyb adlı bir səhabə deyir: Mən İmam Sadiq (əleyhissalam)-a
ərz etdim: "Mənim atam o qədər qocalıb ki, ayaqyoluna gedəndə və başqa
işlərdə biz əlimizlə onu bir yerdən başqa yerə aparırıq.” İmam buyurdu: "Ey
İbrahim, əgər (sair ailə üzvləriniz deyil) sən özün şəxsən bu işləri öhdənə
alsan və ona öz əlinlə yemək yedizdirsən, daha yaxşı olar. Çünki bu kimi
işlər cəhənnəm odundan uzaq olmağa səbəb olar.”[43]

Bu hədisdən məlum olur ki, İbrahimin atası o qədər qocalıb əldən düşmüşdü
ki, İbrahim ona sair ailə üzvləri ilə birlikdə kömək edirdi. İmam da ona
buyurur ki, mümkün qədər sən özün atanın xidmətində olsan, sənin
xeyrinədir. Çünki ata-anaya yaxşılıq etmək cəhənnəm odundan uzaq olmağa
səbəb olar.

İmam Sadiq (əleyhissalam) buyurur:

"Həzrət Musa (əleyhissalam) Allah taala ilə münacat edəndə, nübüvvət


nəzərləri ilə Allahın ərşində qərar tutan bir kişini gördü. Allahdan istədi ki, o
kişinin bu yüksək məqama çatmasının səbəbini buyursun. Səs gəldi ki:
"Musa, bu bir kəsdir ki, ata-anasına yaxşılıq etmiş, camaat arasında söz
gəzdirməkdən uzaq olmuşdur.”[44]

Bu hədislərdə azacıq təfəkkür etməklə mə.lum olur ki, Allah taala ata-ananın
itaətində olan əməlisaleh övladlara xüsusi diqqət yetirir və Öz lütfünü onlara
şamil edərək dərgahına yaxınlaşdırır, ata-anaya edilən xidmət təşəkkürü
cəhənnəm odundan qoruyan bir qalxan, onun dərdli bəlalarından qurtuluş
vasitəsi hesab edir, bu layiqli övladlara o qədər böyük və əbədi məqam
bağışlayır ki, hətta Həzrət Musa kimi böyük bir peyğəmbərin təəccübünə
səbəb olur. Bəli, valideynlərə ehtiram və xidmət etmək o qədər mühüm bir
məsələdir ki, Allah ona əməl edənlərə behişt vədəsi verir; və əksinə, bu
barədə səhlənkarlıq, süstlük, nankorluq etməyi peşmançılıq, cəhənnəm
oduna mübtəla olmaq səbəbi bilir. Elə bu səbəbdən İmam Sadiq
(əleyhissalam) ürək yanğısı ilə İbrahim ibni Şüeybə tövsiyə edir ki, bacardığı
qədər atasına kömək etməkdə evin o biri övladlarından qabağa keçsin və bu
xidməti şəxsən öz öhdəsinə alsın, çünki bu əməl insanı cəhənnəm odundan
uzaq olmasına səbəb olur.

2-Valideynə yaxşılıq ölüm anlarını, canverməni asanlaşdırar.


Valideynə yaxşılıq etməyin müsbət nəticələrindən biri də canvermənin asan
olmasıdır. Hamının vəhşət etdiyi, göz yaşları axıtdığı qorxunc ölüm anları
təkcə insanın özü üçün deyil həm də o mənzərəni müşahidə edən bir şəxs
üçün vahiməli, qorxuludur. Hər vaxt belə bir mənzərəni təsəvvür etdikdə
qəm-qüssə izləri insanın üzündə aşkar olur. Müqəddəs İslam dinində bu anlar
çox həssas və şiddətli tərzdə vəsf olunmuşdur. Tövsiyə olunmuşdur ki, yaxşı
əməl sahiblərini, təqvalıları can verən şəxsin başı üstünə gətirin ki, onun
üçün dua etsin. Habelə cənabətli, napak adamların onun yanına gəlməsinin
qarşısını alın və bacardığınız qədər Qurani kərim ayələri, xüsusilə "Yasin”,
"Saffat” surələrini oxuyun.

Mövla Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) Rəsuli Əkrəm


(səlləllahu əleyhi və alih)-dən, o Həzrət də Cəbraildən ölüm anlarının necəliyi
haqda belə nəql edir:

"Evdə, yataqda təbii ölüm min qılınc zərbəsindən çətindir.”[45]

Hansı ağıllı və imanlı insanı tapmaq olar ki, belə bir günün fikrində olmasın?
Hansı bir mömini tapmaq olar ki, öz gözəl əməlləri ilə bu çətin anları
asanlaşdırmağa çalışmasın? Hansı imanlı bir şəxsi tapmaq olar ki, bu
anlardakı fikri xoşbəxtlik və səadət olmasın. Mövla Əmirəl-möminin Əli ibni
Əbutalib (əleyhissalam)-ın mübarək qədəmlərinin, onun Əzrailə dostcasına
etdiyi tövsiyələrinin intizarında olmasın? Əgər belə məqul və ağlasığan arzu
siz əziz oxucular üçün bəyənilirsə və ömrünüzün axır anlarında Həzrət Əzrail
(əleyhissalam)-ın sizi ilə dostcasına və tam təvazökarlıqla qəbzi-ruh etməsini
(canınızı almasını) istəyirsinizsə, ata-ananın xidmətində olub onlara hər növ
əzab-əziyyət yetirməkdən çəkinin. Çünki islami rəvayətlər göstərir ki, ata-
anaya xidmət edənlər ölüm anlarında tam rahatlıqla rastlaşacaqlar. 

İmam Sadiq (əleyhissalam) buyurur:

"Hər kəs Allahın onun ölüm anlarını (canverməsini) asan etməsini istəyirsə,
sileyi-rəhim etsin (qohumlarla əlaqə saxlasın) və ata-anasına yaxşılıq
etsin.”[46]

Burada daha yaxşı olar ki, şiə alimləri və mərcəyi-təqlidlərindən birinin öz


anası ilə etdiyi xoş rəftarı əziz oxucular üçün bəyan edək. Mərhum Şeyx
Mürtəza Ənsari çoxlu elmiyyə hövzəsi və tələbəsi olmasına, müsəlmanların
mərcəyi-təqlidi kimi ağır və məsuliyyətli bir işi öhdəsinə almasına
baxmayaraq bir gün onun tələbələri görür ki, öz qoca anasını çiyninə alıb
hamama aparır. Onun tələbələri bu mənzərəni gördükdə çox təsirlənirlər və
bu işi onlara həvalə etməsini istəyirlər. Amma o ilahi şəxsiyyət bu təklifi
qəbul etməyib buyurur: "Bu mənim anamdır və ona xidmət etmək mənim
borcumdur. Siz də gedib öz analarınız ilə bu cür rəftar edin, onların razılığını
əldə edin.”

Böyük bir din aliminin öz anası ilə bu cür gözəl rəftar etdiyini, qul kimi öz
anasının qarşısında təvazökarlıq etdiyini, onu dalına alıb hamama apardığını,
gecələr gecə namazı qılmaq üçün anasını oyatdığını, isti su hazır etdiyini və
bütün dərs problemlərini, camaatın bütün işlərini yerinə yetirdiyini, ata-
anasının bir ömür namazını qıldığını gördükdə, aydındır ki, biz də belə böyük
şəxsiyyətlərdən valideynlərə xidmət etməkdə insaniyyət dərsi almalı, ata-
anamızı özümüzdən razı salmalıyıq.
DİLİ TUTULMUŞ CAVAN

İmam Sadiq (əleyhissalam) buyurur:

"Can üstə olan bir cavanın dili tutulmuşdu və danışa bilmirdi. Peyğəmbər bu
səhnəni gördükdə anasını soraqlaşdı. Onun yanında dayanmış bir qadın
deyir: "Onun anası mənəm. Həzrət buyurdu: Sən bu cavandan razısanmı?”
Ərz elədi: "Ya Rəsuləllah, mən altı ildir ki, onunla danışmıram. O, nankor bir
övladdır.” Həzrət o qadından istədi ki, oğlundan razı olsun. Dedi: "Ey
Peyğəmbər, sənin razılığın xatirinə ondan razı olub təqsirindən keçdim.” Bu
halda cavanın dili açıldı və Peyğəmbərlə danışmağa başladı, canvermənin
çətinliklərini bəyan etdi.

İndi o hədisin bir hissəsini qeyd edirik. İmam Sadiq (əleyhissalam) buyurur:

"Peyğəmbəri Əkrəm bu cavanın başı üstünə gəldi və şəhadət kəlmələrini


təlqin edəndə onun danışmağa qüdrəti yox idi.”[47]

Bu hədisdən və məsumların sair kəlamlarından gözəl şəkildə məlum olur ki,


valideynin övladlardan razı olmalarının çoxlu gözəl əsərləri o cümlədən,
canvermə halında Allahın qəhrindən, Əzrailin qəzəbindən və ölümün şiddətli
anlarından nicat tapır. Habelə, ata-ananı qüssəli etmək dünya və axirətdə,
xüsusilə canvermə halında giriftarçılıqlara səbəb olur.

Mütəal Allahdan istəyirəm ki, bizim hamımızı dinin göstərişlərinə itaət


etməkdə müvəffəq etsin, bizi valideynlərimizə daha artıq xidmət etməkdə,
onların razılıqlarını daha çox əldə etməkdə, hər növ üsyankarlığın qarşısını
almaqda bizə kömək etsin.

3-Valideynə yaxşılıq etmək–günahların bağışlanma səbəbidir

Valideynə yaxşılıq etməyin çox bərəkətli və səmərəli faydalarından biri


günahların bağışlanmasıdır. O günahlar ki, bəndə ilə Pərvərdigari-aləmin
arasında qalın bir hicab, pərdədir. Bu pərdə duaların qəbul olunmasının
qarşısını alır, insanı ilahi dərgahdan, əla mələkut aləmindən zillət, alçaqlıq
diyarına çəkir. Bu halda onun insaniyyəti xətərə düşür, Allah taala
bəndələrinə xidmətçi əvəzinə murdar və şeytani bir ünsürə çevrilir.

Agah və ayıq insanlar gec-tez günahlarını və sapmalarını cübran etmək


fikrinə düşürlər ki, bu böyük fəlakətdən nicat tapsın, öz həqiqi varlığını məhv
etməsin, ilahi ədalət məhkəməsində mühakiməyə çəkilməsin, axirət
əzablarına düçar etməsin. Valideynlə yaxşı rəftar edib onlara ehsan etmək
günahların, xətaların bağışlanmasının ən mühüm amillərindən biridir. İlahi
insanlar bu təsirli amildən qafil olmamalı, ona səhlənkarlıqla
yanaşmamalıdırlar. Çünki gözəl əməllər, (Quranın təbiri ilə desək, həsənələr)
günahları məhv edib aradan aparır. Valideynin haqqında ehsan, onların
çəkdiyi zəhmətlər müqabilində təşəkkür etmək həsənələrin ən gözəl
nümunələri hesab olunur. Bundan əlavə, məsumların kəlamlarında aşkar
şəkildə bəyan olunmuşdur ki, ata-anaya kömək etmək insanın günahlarını
aradan aparır. Çoxlu hədislər bu həqiqəti açıqlayır. 

İmam Sadiq (əleyhissalam) buyurur:

Bir nəfər Peyğəmbərin hüzuruna gəlib dedi: "Allah taala mənə bir qız verdi.
Onu böyüdüb, kamala, həddi-büluğa çatdırandan sonra gözəl paltarlar
geyindirib bəzədim, sonra onu bir quyunun yanına gətirib quyuya salıb
öldürdüm. Ondan eşitdiyim son kəlmə "Ah, atacan!” naləsi oldu. Bu kəbirə
günahın kəffarəsi (cəriməsi) nədir? Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)
buyurdu: Anan sağdırmı? Dedi: Yox. Həzrət soruşdu: Xalan sağdırmı? Dedi:
Bəli. Həzrət buyurdu: "et, xalana yaxşılıq et, o sənin anan yerindədir. Sənin
günahların bağışlanar.”[48]

Yuxarıdakı hədisdə Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur ki, ana


əvəzində xalaya xidmət etmək onun günahlarını aradan aparar və bu növ
günahların kəffarəsi olar. Bu qurucu və yaradıcı amildən əsla qafil
olmamalıyıq. Necə ki, İmam Səccad (əleyhissalam)-dan gəlmiş başqa bir
hədisdə Peyğəmbər (səlləllahu əleyhi və alih) valideynə xidmət etməyi bütün
günahların bağışlanması səbəbini bildirir.

Bir nəfər Peyğəmbərin hüzuruna gəlib ərz etdi:

"Ya Rəsuləllah, elə bir günah yoxdur ki, onu görməyim. Mənim üçün bir yol,
tövbə qapısı varmı ki, bu günahları aradan aparım? Həzrət soruşdu: Ata-
anan sağdırmı? Dedi: Atam sağdır. Həzrət buyurdu: "et, atana yaxşılıq et. O
kişi gedərkən Həzrət buyurdu: Kaş onun anası sağ olaydı![50]

Bu hədisdən aydın olur ki, ata-anaya yaxşılıq etmək bütün günahları


bağışladır. Çünki o kişi Peyğəmbərə ərz edir ki, bütün günah işləri
görmüşəm. Rəsuli Əkrəm də günahların kəffarəsi kimi atasına xidmət
etməsini tövsiyə edir. Amma ana, atadan qabaq övladın zəhmətlərini
çəkdiyinə görə anaya xidmət etmək günahların daha tez və asan
bağışlanmasına səbəb olur. 

4-Valideynə yaxşılıq etmək ruzinin bol, ömrün uzun olmasına səbəb olur

Valideynə yaxşılıq etməyin əməli təsirlərindən biri ruzinin bol, ömrün uzun
olmasıdır. Valideynin razılığı və onların duaları nəticəsində axirət mükafatı və
səadətindən əlavə, əməli saleh və yaxşı əməl sahibi olan övladlar da bu
dünyada müvəffəqiyyət qazanaraq səadətə çatır, öz ömür və mallarından
bəhrələnirlər. Bunun nəticəsində də özlərindən sonra yüzlərlə xeyir-bərəkət
nümunələri qoya bilərlər. İndi bu barədə olan bəzi rəvayətlərə işarə edirik.
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Hər kəs ömrünün uzun, ruzisinin bol olmasını istəyirsə, ata-anasına yaxşılıq
etsin. Çünki, valideynə yaxşılıq və xidmət etmək Allaha ibadət etmək Ona
tabe olmaqdır.”[51]

"ördüyünüz kimi, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) bu dəyərli


kəlamında ata-anaya yaxşılıq və ehsan etməyi ruzinin artması və uzun ömür
amili kimi təqdim edir.

Həzrət İmam Baqir (əleyhissalam) buyurur:

"Riyasız və gizli ehsan Allahın qəzəb odunu söndürür, sileyi-rəhim və


valideynə məhəbbət göstərmək övladların ömrünü uzadır.”[52]

Burada Həzrət valideynə hörmət və ehtiramı ömrün uzanmasının mühüm


amillərindən biri kimi göstərmişdir.

"Cəfəri” məzhəbinin böyük rəhbəri İmam Sadiq (əleyhissalam) buyurur:

"Hər kəs canvermə anlarının çətinliklərini asanlaşdırmaq istəsə, valideynə


yaxşılıq və sileyi-rəhimi (qohum-əqrəba ilə əlaqələri davam etdirmək)
unutmasın. Əgər bu işləri yerinə yetirsə, Allah-taala canvermənin
çətinliklərini asanlaşdırar və belə bir şəxs həyatında heç vaxt fəqir
olmaz.”[53]

Həzrət bu hədisdə valideynə hörmət və məhəbbət etməyi canvermə anlarını


asanlaşdıran bir amil və yoxsulluq sıxıntısından, bədbəxtlikdən azad olma
səbəbi bilir. Burada münasib görürük ki, iki ibrətamiz Qurani kərim və bir
tarixi hadisəni əziz oxuculara təqdim edək:

1. Zalım Abbasi xəlifələrindən olan Mütəvəkkil İslam tarixində ən ağır


cinayətlər törədən və ən çox qan tökən zalım bir padşah idi. O, Peyğəmbər
Əhli-beytinə qarşı ən kinli adamlardan biri idi. O, dəfələrlə İmam Hüseyn
(əleyhissalam)-ın şərif qəbrini dağıtmış, o Həzrətin ziyarətinə gələnlərə qarşı
hörmətsizlik etmişdi. O, tarix cinayətkarı Həccac ibni Yusif kimi "Kaş Hüseyn
ibni Əlinin qətlində iştirak edəydim!”-deyə arzu edirdi. Mütəvəkkil Əhli-beytə
qarşı kin-küdurət saxlamaqda, hörmətsizlikdə o həddə çatmışdı ki, öz təlxəyi
Übadət ibni Məxnəsi vadar edirdi ki, birinci İmam Həzrət Əmirəl-möminin Əli
ibni Əbutalib (əleyhissalam)-ın yüksək məqamını təhqir edib alçaltsın,
Mütəvəkkil və onun ətrafında olanları güldürsün. Onun oğlu Müntəsir isə
Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)-ın şiələrindən, onu
sevənlərdən idi. O, atasının Əhli-beytə qarşı bəslədiyi kin və ədavətdən və
onun həyasızcasına etdiyi hərəkətlərdən ruhən vicdan əzabı çəkir, qəlbində
atasına qarşı kin bəsləyirdi. Onu öldürmək barəsində ustadı Əbu Übeydə ilə
məşvərət etdi. Ustadı dedi: Atan bir nasibi, Əhli-beyt düşmənlərindəndir.
Onu öldürmək İslam nöqteyi-nəzərindən vacibdir. Amma bunu da bilməlisən
ki, atasını öldürən şəxsin ömrü qısalır. Müntəsir bu barədə qəti qərara gəldi
və öz dinini atalıq təəssübündən qabağa saldı, öz dini vəzifəsini, hətta atası
barəsində belə icra etdi. O, Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib
(əleyhissalam)-ın yüksək məqamına qarşı edilən hörmətsizliklərin intiqamını
atasından və onun təlxəyindən, habelə, ətrafındakılardan aldı. Onların hamısı
şərab içərək sərxoş halda ikən, hamısını qılıncdan keçirdi, amma Mütəvəkkil
kimi cinayətkarı öldürən bu imanlı şəxs atasının ölümündən sonra 6 aydan
artıq yaşamadı. Mərhum Şeyx Abbas Qumi "Fatimeyi Zəhra (əleyha salam)-a
hörmətsizlik edənlər” adlı başlıqda yazmışdır ki., o imanlı şəxs öz atasını
öldürdükdən yeddi ay sonra dünyadan getmişdir. (Amma nəzərə çarpır ki, bu
qəbildən olan həyasızlıqlar daha çox idi və müxtəlif məclislərdə Həzrət Əli və
Fatimeyi Zəhra (əleyha salam)-ın yüksək məqamlarına qarşı rəva görülürdü.

2. Xudavəndi-aləm "Bəqərə” surəsinin 67-ci ayəsindən başlayaraq buna


oxşar bir hadisəni bəyan etmişdir və Əllamə Məclisi də "Biharül-ənvar”ın 74-
cü cildinin 68-ci səhifəsində "Üyunü-əxbarir-Rza” kitabının 2-ci cildinin 13-cü
səhifəsindən nəqlən İmam Riza (əleyhissalam)-dan nəql edir. Hadisənin
xülasəsi belədir: Bəni-israil tayfasında varlı bir şəxs var idi ki, öz əmisi
oğlundan (başqa bir rəvayətə görə isə qardaşı oğlundan) başqa heç bir varisi
yox idi. O da ona çatacaq irsi tez əldə etmək üçün o kişini öldürdü.[54]
Sonradan özü şikayətçi kimi Həzrət Musanın yanına gəlib əmisinin qatilini
tapmasını istədi. Allah taala Musaya əmr etdi ki, Bəni-İsrail məxsus bir inəyi
kəssinlər, bir üzvünü öldürülənin bədəninə vursunlar, o da dirilib öz qatilini
tanıtdırsın. Belə bir məxsus əlamətlərə malik olan inək yalnız bir nəfər layiqli
oğlanda var idi ki, atasına çox gözəl ehsanlar və yaxşılıqlar etmişdi. Həmin
oğlan çox gəlirli bir al-veri danışıb, amma pulunu vermək üçün pul sandığının
yanına getdi, amma gördü ki, atası yatmış, sandığın açarını da başının altına
qoymuşdur. Oğlan ədəbli və mərifətli bir insan olduğundan, atasını oyatmadı,
onun rahatlığını dünyanın fani mənfəətindən üstün hesab etdi. Atası yuxudan
oyandıqda məsələdən agah oldu və oğluna təşəkkür ünvanı ilə o inəyi oğluna
bağışladı. Allah taala da bu gözəl əməlin dünyəvi əvəzi kimi Bəni-İsrailə əmr
etdi ki, həmin inəyi alsınlar və əvəzində həmin inəyin dərisi tutan qədər qızıl
versinlər. Bu, Quranın "Bəqərə” surəsində təfsilatı ilə gəldiyindən, həmin
surə "Bəqərə” (yəni inək) adlandırılmışdır.[55]

Bu iki hekayəyə diqqət yetirməklə nəticə almaq olar ki, Mütəvəkkilin oğlu
Müntəsir heç də dinin, Allahın buyurduğunun əleyhinə bir iş görməmiş, heç
bir xilaf işə mürtəkib olmamışdır. Çünki Əhli-beyt düşmənlərinin (nasibilərin)
İslamda heç bir dəyəri yoxdur, hətta ata olsa belə, imkan daxilində onu
cəhənnəmə vasil etmək vacibdir, xüsusilə cinayətlərinin sayı-hesabı olmayan
Mütəvəkkil kimi bir məlunu. Lakin o, Müntəsirin atası və atalıq haqqına malik
olduğuna görə, bu əməlin vəzi (təbii) təsiri o qədər sürətlidir ki, cavan
Müntəsir atasını öldürdükdən qısa müddət sonra dünyadan gedir.

Belə olan halda, övladların öz dindar və ürəyiyanar valideynləri qarşısındakı


vəzifələri aydın olur. Mütəvəkkil kimi fəsadçı və murdar bir atanın qətlə
yetirilməsi cavan oğluna öz təsirini göstərirsə və onun vaxtsız ölümü ilə
nəticələnirsə, şübhəsiz əməlisaleh ata-anaya qarşı hər növ səhlənkarlıq və
təhqir dözülməzdir və ziyanı da daha ağır olacaqdır.

Bunun da müqabilində valideynə təzim və tərəhhüm göstərmək, əmr və


göstərişlərinə tabe olmaq dini bir vəzifə olmasından və Allahın da bu işin
müqabilində mükafat verməsindən də əlavə qiymətli ömrün uzanmasında,
mal-dövlətin artmasında böyük təsiri vardır. Belə ki, bu əməl Bəni İsrail
tayfasından olan bir əməlisaleh övladın öz atasına hörməti səbəbi ilə Allah
taala Öz lütfünü ona şamil etdi, o qədər mal-dövləti ona nəsib etdi.

Əlbəttə, bu növ mükafatlar və bəzi halda cəzalar müəyyən və konkret


şəxslərə məxsus deyil. Belə ki, hər kəs hər hansı yolda və ya qrupda hərəkət
etsə, axırda onların hədəfinə çatacaqdır. Buna əsasən, möhtərəm övladlar
səy etməlidirlər ki, həmişə öz valideynlərinə xidmət etsin, onların zəhmətə,
əzab-əziyyətə düşmələrinə səbəb olan hər əməldən uzaq olsunlar, ata-ana
barəsində hər hansı fədakarlığı əsirgəməsinlər ki, axirət mükafatı və Allahın
razılığını cəlb etməkdən əlavə, bərəkətli ömür və bol mal-dövlətdən də
faydalansınlar.

BEŞİNCİ FƏSİL
ANA ATADAN İRƏLİDİRMİ?

Bu fəsildə bizim məqsədimiz valideynlərin övlad üzərindəki hüquqlarının


təfavütü barəsindədir ki, görəsən onların hüquqları bərabər və eyni
səviyyədədirmi, yoxsa ananın hüquqları atanın hüquqlarından üstündür?

Bu sualın cavabında qeyd etmək lazımdır ki, hüquq və vəzifələr qarşılıqlı və


eyni ölçüdədir. Heç kəs "mənim hüququm var, amma xidmət etməyə vəzifəli
deyiləm”, deyə iddia edə bilməz, həmçinin, bir kəs xidmət etməyə vəzifəli
olub hüququ olmadığını iddia edə bilməz. Buna əsasən, ata-ananın övladın
yolunda çəkdikləri sonsuz əzab-əziyyətlərini, zəhmətlərini və öhdəsinə
aldıqları ağır məsuliyyətlərini ayrı-ayrılıqda nəzərə almaq, onları bir-biri ilə
müqayisə edib hansısa mühakiməni yürütmək olmaz.

Şəkksiz ata və ana hər ikisi övladlarının xoşbəxtliyini, əbədi səadətini istəyir,
onların həmişə rifahda, səadətdə olmalarını arzulayırlar. Əksərən övladların
mənafe və hüquqlarını özlərininkindən qabağa salırlar. Buna görə də özlərini
bu yolda fəda etməyə hazırlayırlar. Bu cəhətdən görürük ki, Allah taala
Qurani kərim ayələrində; məsum rəhbərlərimiz öz kəlamlarında valideynə
ehtiram təbiri gətirir və onlardan birini digərindən üstün etmirlər. Bununla
əlaqədar olaraq sünnü alimləri inanırlar ki, ata-anaya ehtiram hər ikisinə
eyni səviyyədə lazım və vacibdir.

Böyük şiə alimləri arasında bu məsələ təfsilatı ilə araşdırılmışdır. İsmətli və


pak Əhli-beytin yol göstərmələrində, ananın təbii olaraq üzücü zəhmətləri və
əzab-əziyyətləri səbəbi ilə onun hüququnu əxlaqi və atifə cəhətindən atadan
irəli, üstün hesab etmişlər. Çünki ananın övladı böyüdüb boya-başa
çatdırmaqdakı, tərbiyə etməkdəki çəkdiyi sonsuz və üzücü zəhmətlər atanın
çəkdiyi əziyyətlərdən artıq olduğuna görə, təbiidir ki, onun da hüququ artıq
olacaqdır.

Doğrudur ki, ata övladın sağlamlığını, yeməklə, mənzillə, geyimlə təmin


olunmasını və sair ehtiyaclarını təmin edir və vəzifəlidir ki, onların təlim-
tərbiyəsində bacardığı qədər səy göstərsin. Amma 9 aylıq hamiləlik, habelə
uşağın doğuş və südvermə mərhələlərindəki ağır zəhmətləri görən məhz
anadır. Hətta bu mərhələdə müxtəlif əzab-əziyyətlərə qatlaşıqdan sonra
gecələri oyaq qalaraq öz əziz və mehriban balasını nəvaziş edir, bacarıqsız və
zəif olduğu vaxtlarda onu qoruyub saxlayır, onu təmizləyir. Buna əsasən, işin
axırında valideynlərin hansının övlad yolunda çəkdiyi zəhmətləri daha çox
olsa, onun hüququ digərindən daha üstün və çox olacaqdır. İndi isə bir neçə
rəvayət və hədisi nəql edirik: 

İmam Sadiq (əleyhissalam) buyurur:

"Bir nəfər Peyğəmbərin hüzuruna gəlib dedi: Ey Peyğəmbər, kimə yaxşılıq


edim? Peyğəmbər buyurdu: Anana. Bu sual-cavab 3 dəfə eynilə təkrar
olundu və dördüncü dəfə Peyğəmbər buyurdu: Anana.”[56]

Mülahizə etdiyiniz kimi, bu hədisdə Peyğəmbər 3 dəfə anasına hörmət


etməyi tövsiyə etdikdən sonra yalnız dördüncü dəfədə atasına yaxşılıq
etməyi tövsiyə edir. Bundan əlavə, hədisdəki "sümmə” ÀÔÂÒÓ kəlməsi ərəb
dilində dərəcə etibarı ilə sonrakı mərhələdə yerləşdiyini göstərir. Bu hədisdən
ananın övlad üzərindəki hüququnun atanın övlad üzərindəki hüququndan irəli
olması məlum olur. İmam Baqir (əleyhissalam) buyurur: 

"Həzrət Musa Allahla münacat edərkən Ondan mövizə etməsini istədi. Allah
taala ona üç dəfə anası barəsində, dördüncü dəfə isə atası barəsində tövsiyə
etdi.”[57]

Bu iki hədisdən ananın hüququnun atanın hüququndan müqəddəm (irəli)


olmasını anlayırıq. Bundan əlavə, 41-ci hədisdə qeyd olunduğu kimi, Həzrət
Peyğəmbər o şəxsin günahlarının bağışlanması üçün buyurur: "Kaş onun
anası sağ olaydı!” ki, bu xəta və günahlarının daha tez bağışlanmasına səbəb
olardı. Hansı ki, atasına da yaxşılıq etmək günahlarının bağışlanması səbəbi
kimi təqdim olunub.

Sünnülərin böyük alimlərindən biri olan Müslüm yazır:

Bir nəfər Peyğəmbərdən soruşdu: "Hansı kəs müsahib (həmsöhbət) olmağa


daha layiqlidir?” Həzrət buyurdu: "Anan.” Bu sual-cavab 3 dəfə eynilə təkrar
olundu, yalnız dördüncü dəfə Həzrət buyurdu ki, atan.[58]

Bu hədislərdən nəticə alırıq ki, ananın hüquqları əxlaq, atifə və insani rəftar
tərzi baxımından atanın hüquqlarından irəlidir. 
ANA HƏMİŞƏ İRƏLİDİRMİ?

Düzdür ki, ananın övlad barəsində qatlaşdığı zəhmətlər ataya nisbətən təbii
olaraq artıqdır və övladların müxtəlif üzücü, ağır zəhmətlərinə, əzab-
əziyyətlərinə, xüsusilə hamiləlik və doğuş zamanı dözmək analar üçün son
dərəcədə çətindir. Amma atalar təbiət və xilqət cəhətindən daha çox
təfəkkür və təəqqül məziyyətlərinə malik olduğundan, onların hərəkətləri,
mühakimə yürütməsi ehsasatlardan (emosiyalardan) uzaq olduğuna görə,
övladların xeyir və mənfəətlərini anadan daha yaxşı dərk edirlər, onu
xatırladırlar. Müqəddəs İslam şəriətində ata övladların qəyyumu hesab
olunaraq onların üzərində vilayət və ixtiyar sahibidir. Amma ana belə bir
imtiyazdan, azacıq vilayət və ixtiyar sahibi olmaqdan məhrum olmuşdur. Bu
cəhətdən İmam Baqir (əleyhissalam)-dan nəql olunan hədisdə atanın hüququ
ən yüksək bir hüquq kimi təqdim edilir:

Bir nəfər Peyğəmbərin hüzuruna gəlib soruşdu

"Kişilər üzərində haqqa malik olmaq cəhətdən kimin hüququ daha artıqdır?
Həzrət buyurdu: Atanın haqqı bütün haqlardan daha üstündür.” O qadın
yenə soruşdu: "Qadınlar üzərində haqqa malik olmaq cəhətində kimin haqqı
daha üstündür?” Həzrət buyurdu: "Onun ərinin haqqı.”[59]

Diqqət yetirin ki, bu hədisdə atanın hüququ hüquqların ən yüksək və üstünü


kimi hesab olunmuşdur. Həmçinin, qızlar, nə qədər ki, ərə getməyiblər,
atanın onlar üzərindəki haqqı bütün haqlardan yüksəkdir, amma ərə
getdikdən sonra ərinin haqqı daha irəlidir. Rəsuli Əkrəmin qadının kişi
qarşısında olan vəzifə və borclarının bütün vəzifə və borclardan irəli saldığı
bu hədis o vaxt məna tapır ki, qızlar ərə getmiş olsunlar. Əks halda isə atalıq
haqqı irəlidir. 25-ci hədisdə qeyd olunduğu kimi, əgər qızın ərə getməsi ona
münasib olmayıb mənafeyinin, məsləhətinin əksinə olarsa, ata nikah əqdini
poza bilər. Ondan başqa heç kəsin, hətta anasının belə bir haqqı yoxdur. Bu
hədisdə 5-ci İmam ən böyük hüquq və vilayət haqqının ataya məxsus
olduğunu qeyd etmişdir, halbuki, ananın belə hüququ və ixtiyarı yoxdur.
Başqa bir hədisdə Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)
atanın şəxsiyyətini qoruyub məqamını hifz etmək barədə buyurur:
"Övladların vəzifələrindən biri də budur ki, ata onların yanına gəldikdə
ehtiram əlaməti olaraq öz yerindən qalxsın, hətta hökmdar olsa belə.”[60]

Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)-ın bu sözündən ata


şəxsiyyətinin təzimlə yad edilməsi və ehtiram qoyulması onun hüququnun
ananın hüququndan bu cəhətdən üstün olmasını çatdırır. Həmçinin, Rəsuli
Əkrəm (səlləllahu əleyhi və alih) də atanın hüquqlarını elə bu hədisin oxşarı
olan bir hədisdə bəyan edərək övladlara əmr edir ki, heç vaxt ondan qabaq
yol getməsinlər, ondan qabaq oturmasınlar, həmişə danışığında atanın
şəxsiyyətini nəzərə alsınlar.[61]

Qeyd olunan hədis və rəvayətlərdən başa düşmək olur ki, ananın övlad
yolunda çəkdiyi zəhmətlər, göstərdiyi fədakarlıqlar son dərəcədə ağırdır. Öz
canının şirəsi ilə övladını böyüdüb boya-başa çatdıran, onun şəxsiyyətini
formalaşdıran və cəmiyyətə layiqli, ürəyiyanan bir fərd təqdim edən məhz
anadır. Çünki ana elə bir varlıqdır ki, onda övlada qarşı ülvi hisslər,
məhəbbət, mehribanlıq daha artıqdır. Buna əssasən, o atadan daha artıq
atifəyə, məhəbbətə, əxlaqa və insaniyyətə ehtiyaclıdır. Bu cəhətdən
övladların borcu budur ki, atalarına qarşı olan hisslərə nisbətən anaya qarşı
eşq, məhəbbət, ülvi və atifi hisslərdə daha artıq səy göstərsinlər ki, onun
qəlbi sınmasın.
Digər tərəfdən də atanın övlad üzərində vilayət ixtiyarına malik olduğuna,
övladın mənafe və məsləhətlərində xas bir görüş və tədbirlə, müsbət və
təsirli rol oynadığına, övladların səadətinə zəmanət verdiyinə, bu səadətə
daha yaxın və münasib yolları ayırd edə bildiklərinə görə, məhz bu səbəbə
görə atanın hüququ ananın hüquqlarından irəlidir.

Hər halda əməlisaleh və dərrakəli övladlar o qədər ağıllı hərəkət və rəftar


etməlidirlər ki, ata-ananın heç birinin qəlbini sındırmasınlar, onları özlərindən
həmişə razı salsınlar, ailənin bütün üzvləri qarşıya çıxan bütün problem və
müşküllərlə yanaşı, elə səfa-səmimiyyətlə yaşasınlar ki, sanki bir bədənin
müxtəlif üzvləridir və onların bir-birindən ayrılması qeyri-mümkündür.
İnşallah!
ALTINCI FƏSİL
KİMLƏR ATA-ANA HÖKMÜNDƏDİR?

Əvvəlki fəsillərdə valideynin hüquqları barəsində söhbət olundu. Bu bəhsdə


də kimlərin ata-ananın səviyyəsində olduğunu bilmək istəyirik, təki onların
da qarşısında olan vəzifələrimiz barəsində səhlənkarlıq və etinasızlıq
etməyək.

Müqəddəs İslam şəriətində həqiqi atadan əlavə, müəllim və qaynata da "ata”


kimi təbir olunmuşdur. Həmçinin bu müqəddəs din insana uşaqlıqda süd
verən dayələrə, uşaqların təlim-tərbiyəsini öhdəsinə alan müəllimlərə, habelə
ana hökmündə olan xalaya ana gözü ilə baxır və onlara ehtiram qoyulmasını
tövsiyə edir. Peyğəmbər buyurur:

"Ata üçdür: 1-İnsanın təvəllüdünə səbəb olan həqiqi ata; 2-Qızını insana ərə
verən qayınata; 3-İnsana təlim-tərbiyəni, elm əldə etmək yolunu öyrədən
müəllim.”[62]

Diqqət yetirdiyiniz etdiyiniz kimi İslam Peyğəmbəri qayınata və müəllimi ata


kimi tanıtdırmış və həqiqi atanı da həmin ibarə ilə qeyd etmişdir. Bu ibarə
onların danılmaz haqları və əzəmətləri nişanəsidir. Bizim cəmiyyətlərdə
onlara ehtiram qoyulmasına sn dərəcə səy göstərilməli, canla-başla onların
ehtiramı saxlanılmalıdır.

Uzun illər boyu qızının təlim-tərbiyə, qorunub-saxlanma məsuliyyətini


öhdəsinə alan, bütün problemlərlə yanaşı onu böyüdüb gözəl əxlaqi
səciyyələri aşılayan ər saxlamağın yollarını, övlad tərbiyəsini ona öyrədən və
bu vəsflərlə belə öz qızını sənin əqdinə keçirən, onun qəmlərində səninlə
həmdəm, işlərində yoldaş edən qayınata şəkksiz sənin ailəndə və həyatında
şərik və təsirlidir. Buna görə də bütün kürəkənlərin vəzifələri budur ki
qayınata və qayınanasına həqiqi ata və ana gözü ilə baxsınlar, onların
qədəmlərini əzizləsinlər, son dərəcə məhəbbət, atifə göstərsin və qız
böyüdüb saxlamaq ruhiyyəsinin onlarda canlandırsınlar.[63]
MÜƏLLİM, YAXUD PEYĞƏMBƏRLƏRİN YOLUNU "EDƏNLƏR

İslam dinində müəllimə və tərbiyəçiyə yüksək məqam verilmişdir. Onlar


yüzlərlə, minlərlə insanın təlim-tərbiyə məsuliyyətini öhdəsinə almış, onları
hər növ əqidə azğınlıqlarından qoruyub-saxlamış, insaniyyət və kamal yolunu
onlara tanıtdırmışlar. Bu cəhətdən cəmiyyətdə bu pak və fədakar insanlar
son dərəcə təqdirə və ehtirama layiq görülməlidir. Çünki onların tutduğu yol
və hədəf müqəddəs peyğəmbərlərin tutuduğu yoldur. Məhz bu səbəbdən
Rəsuli Əkrəm özünü və Həzrət Əlini bu ümmətin mənəvi atası kimi tanıtdırır.
Çünki onlar bu ümmətin müəllimi və tərbiyəçisidirlər. 

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Mən və Əli bu ümmətin atasıyıq. Bizim bu ümmət üzərində olan haqqımız


onların həqiqi atalarına qarşı olan hüquqlarından artıqdır. Çünki onlar bizə
itaət etsələr, biz onları cəhənnəm odundan (xilas edib) behiştə və səadətə
doğru hidayət edərik.”[64]

Bu hədis müəllimin və islami bir mübəlliğin məqamının atanın məqamından


üstün olduğunu göstərir. Çünki Həzrətin "bizim haqqımız onların haqqından
irəlidir”-kəlamının səbəbini belə bəyan edir ki, biz onları ayıldaraq düz yola
hidayət edirik. Bunun mənası budur ki, hər kəs bu məsuliyyəti öhdəsinə
alarsa, onun məqamı həqiqi atanın məqamından üstün və layiqlidir. Dəqiq
desək, bu, səbəbi bəyan olunmuş hədisdir.

Bəli, ata və analar övladların maddi ehtiyaclarının təmin olunmasında,


onların qorunub-saxlanmasında özlərini məsuliyyətli bilirlər və bu yolda
yalnız hərəkət edirlər, amma onların mənəvi ehtiyaclarına nisbətən az diqqət
yetirirlər. Amma Rəsuli Əkərm (səlləllahu əleyhi və alih) və Əmirəl-möminin
Əli ibni Əbutalib (əleyhissalam), onların pak və məsum övladları, habelə
onların yolunu gedənlər, müqəddəs dini hədəfərlə insanlara yol göstərib
onların təlim-tərbiyəsini öhdəsinə alan müəllimlər daha böyük haqqa malik
olmuş və indi də olmaqdadırlar. Çünki onlar şam kimi yanaraq başqalarına
nur verirlər; özləri müxtəlif maddi və mənəvi, ruhi və cismi çətinlikləri canla-
başla qəbul edərək başqalarını inhirafdan, azğınlıqdan, bədbəxtlikdən çıxarıb,
səadətin şah yoluna, nicat yoluna çəkirlər, dini məsələləri, dini və insani
həqiqətləri onlara öyrədirlər. Buna əsasən, bizim islami müəllimlərə,
təbliğatçılara və hamıdan da artıq öz ata-anamızdan daha üstün olan
Peyğəmbər və Məsum İmamlara ehtiram etməyə borcluyuq. Burada bir
hekayəni sizə təqdim etməyi münasib görürük.

Müsəlmanlarla kafirlər arasında bağlanan "Hüdeybiyyə” sülh müqaviləsindən


sonra bu müqavilə Qüreyş kafirləri tərəfindən pozuldu və bunun əvəzini
çıxmaq məqsədi ilə Əbu Süfyanı üzr istəmək üçün Peyğəmbərin yanına
göndərdilər. Onun (Əbu Süfyanın) qızı Peyğəmbərin arvadlarından biri
olduğuna görə o, qərara aldı ki, öz qızının evinə getsin. O, öz qızının evinə
daxil olanda Rəsuli Əkrəmin döşəyi açıq idi. Həmin döşəyin üstündə oturmaq
istəyəndə, Ümmü Həbibə öz kafir atası–Əbu Süfyanın onun üstündə
oturmasına mane oldu. Əbu Süfyan bərk narahat olub dedi: "Qızım, bu
döşəyi mənə layiq görmədin, yoxsa məni bu döşəyə layiq görmədin?” Qızı
dedi: "Ata, bu döşək Peyğəmbərə məxsusdur, sən isə kafirsən. Mən kafir bir
şəxsin bu döşəyin üstündə oturmasına razı ola bilmərəm.”[65]
Diqqət yetirilməlidir ki, bu qız həmin atanın qucağında böyüyüb boya-başa
çatmışdır və onun atalıq haqqı vardır. Ata-övlad münasibətləri və məhəbbəti
də inkar olunası deyildir. Amma tovhid məktəbində, Rəsuli Əkrəmin evində
İslam dini təlim-tərbiyəsi bütün atalıq tellərini, ata-övlad məhəbbətini kənara
qoyur. O, təkcə öz mürəbbi və müəllimini öz atasından üstün tutmur, həm
də onun Peyğəmbərin döşəyinin üstündə oturmasına mane olur.

Bu hədislərə və tarixi hadisələr (biz qısa olsun deyə, bunlarla kifayətlənirik)


İslam əsasında əməl edən dindar müəllimlərin ehtiramının son dərəcə yüksək
olduğunu bayan edir. Biz onlara hörmət göstərilməsində bacardığımız qədər
çalışmalıyıq. Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur
ki, "müəllimə ehtiram əlaməti olaraq öz yerindən qalxıb ona təzim et!”[66]
ANANIN ƏVƏZEDİCİSİ

İslam hədislərində xala və süd anası ana hökmündədir və onlara xidmət,


hörmət və təzim etmək təkid edilmişdir. Cavanlıq dövrlərində ağır cinayət və
xətalar etmiş bir cavana Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) günahlarının
kəffarəsi kimi xalasına xidmət etməyi tövsiyə edir, buyurur ki, xalan sənin
anan yerindədir.”[67]

Həmçinin, insana süd verən qadın və dayə İslam dinində həqiqi ana
hökmündədir. Tövsiyə olunmuşdur ki, bu qadınlardan süd əmən bütün
övladlar ona ana gözü ilə baxsınlar ona ehtiram qoymaqla onun mehr-
məhəbbətlə dolu zəhmətlərini unutmasınlar və onun əvəzini çıxmağa
çalışsınlar. Elə analar ki, öz canlarının şirəsini süd şəklində onlara
əmizdirmiş, onların böyüyüb boya-başa çatmasında, təlim-tərbiyəsində
çalışmışlar.

Tarixdə qeyd olunur ki, Əbu Ləhəbin Süveydə adlı bir kənizi var idi. O,
Peyğəmbərə yalnız 4 ay müddətində süd vermişdi, amma Rəsuli Əkrəm
bununla belə onun zəhmətlərini hədərə verməyib, unutmur, daim ona qarşı
yaxşılıq və hörmət edir, onun ardınca gedərək ona hörmət edirdi. Həzrət
onun vəfatından xəbərdar olanda dərindən kədərlənərək ona qarşı göstərdiyi
analıq məhəbbətlərini xatırladı. Həmçinin Peyğəmbər, onun süd anası
Həlimeyi Sədiyyəyə o qədər ehtiram edir ki, başqalarını təəccübə gətirirdi.
Yalnız bir dəfə Həlimə öz ağır maddi vəziyyətindən şikayət etdi və Həzrət
Xədicənin istəyi ilə Peyğəmbər ona 40 baş qoyun və dəvə verdi.[68]

Bəli, insana süd verən analar insanın həqiqi anası hökmündədir, onlara
ehtiram göstərilməsi lazım və vacibdir. Əziz oxuculardan istəyimiz budur ki,
əlavə hədislər oxumaq olmaq üçün fiqhi kitablara, o cümlədən "Vəsailüş-şiə”
kitabının 14-cü cildinin 280-cı səhifəsinə müraciət etsinlər. 

YEDDİNCİ FƏSİL
NƏ ÜÇÜN ÖVLADLAR ÖZ VALİDEYNLƏRİ İLƏ MÜXALİFƏT EDİRLƏR?

Ailə–məhəbbət səfa-səmimiyyət ocağıdır. Elə bir ocaq ki, ailə üzvləri evdən
xaricdə olan fəaliyyət, iş-güc, təhsil, tədris və s. kimi işlərdə yaranan
narahatlıqları, yorğunluqları bu ailədə insani və islami rəftarlar ilə aradan
qaldırır, yenidən lazımi qüvvə və ruh yüksəkliyi ilə müxtəlif fərdi və ictimai
fəaliyyətlərə başlayaraq təkamül və inkişaf yolunda öz vəzifələrini yerinə
yetirirlər. Əgər ailələrin talelərindən, onların yaşayış tərzindən az-çox
soraqlaşsaq və lazımi məlumatlar əldə etsək, görəcəyik ki, hər bir ailə
özünəməxsus ixtilaf odunda yanır və özlərinin nəzərində lazımi, ideal həyat
tərzinə malik deyillər. Çox ailələr vardır ki, küskünlüklə, ədavətlə yaşayaraq
həyatı cəhənnəm həyatına çevirirlər. Elə övladlar vardır ki, ailə ocağında
daim öz valideynləri ilə müxalifət edirlər, uzun-uzadı çarpışmalardan,
mübahisələrdən sonra ailəni tərk edir və başqa şəhərlərə, ölkələrə köçüb
gedir, beləliklə də əcnəbilərin yanında yaşamağı öz valideynlərinin yanında
yaşamaqdan üstün bilirlər. Bu cür övladlardan ibarət bir qrup öz ailə və
valideynlərindən bezərək sanki heyvani yaşayışı səadətli yaşayışdan, vəhşilik
və mübahisəni aram həyatdan, səfa-səmimiyyətdən üstün heyab edərək ata-
ananın qəlblərini narahat edir, incidirlər. 

Bu fəsildə lazım görürük ki, övladlarla ata-analar arasında yaranan ixtilafları


qısa şəkildə araşdırıb onların köklərini tapaq, daha sonra bu amillərlə
mübarizə yollarını, ideal, səfa-səmimiyyətlə dolu olan həyata, kamala
çatmaq yollarını əziz oxuculara təqdim edək. Çünki fəsad və ixtilafın amilləri
ilə mübarizə aparmaq onun nəticələri ilə mübarizə aparmaqdan qat-qat
asandır.

1-Ata-anaların övladlar ilə nadürüst davranışları

Ata-anaların öz övladları ilə doğru-düzgün rəftarları onların təlim-tərbiyə və


təkamülündə əsaslı rol oynayır. Övladların təbii istəklərinə diqqət yetirilməsi,
atanın övladına qarşı mehr-məhəbbəti, övladlara verilən əhd-peyman,
əmanətdarlıq və düzgünlük, bütün bunlar övladların ruhi yönlərində daha çox
təsirlidir.

Müqəddəs islam dini övladların hüquqları və onalarla rəftar tərzi haqqında


çoxlu şeylər tövsiyə etmişdir ki, onlara əməl edilməsi hər bir ailənin
səadətinə zəmanət verir. Din göstəriş verir ki, valideyn də öz övladına
ehtiram qoysun, övladların uşaqlıq dövründə onlarla oynasın, pis və nalayiq
sözlər danışmaqdan çəkinsin. Öz uşaqları ilə elə sıx ünsiyyətdə ünsiyyətdə
olmalıdır ki, onların özləri ata-anaya aşiq olsun; valideynlər öz övladları ilə
qədər mehr-məhəbbətlə rəftar etməlidirlər ki, saleh insanlar kimi
böyüsünlər.

İmam Sadiq (əleyhissalam) cəddi Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən


belə nəql etmişdir:

"Allahın rəhməti o övladlara olsun ki, yaxşılıq etməkdə ataları onlara kömək
etsin. Allahın rəhməti o valideynlərə olsun ki, övladları onlara qarşı yaxşı
işlər görməyə kömək etsinlər.”[71]

Yəni ata və oğul bir-biri ilə o qədər mehriban və səmimi olmalıdırlar ki, heç
vaxt bir-birinin barəsində rəva görülməyən, İslamın ziddinə olan rəftara və
əmələ yol verməsinlər. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) Əmirəl-
möminin Əli ibni Əbutalib (əleyhissalam)-a, ata-anaların öz övladları ilə
müxtəlif rəftarları barəsində buyurur:

"Ya Əli, Allah lənət etsin o valideynlərə ki, (öz övladlarını elə tərbiyə edir,
onlarla elə rəftar edirlər ki,) övladlarını ağ olmağa vadar edirlər, onların
övladları naxələf və bədəməl olurlar; Allahın rəhməti o valideynlərə olsun ki,
öz övladları ilə gözəl rəftar edir, onları saleh insanlar kimi yetirirlər.”[72]

Övladların hüquqları adlı müxtəlif fəsillərdə çoxlu rəvayət və hədis qeyd


olunmuşdur ki, gələcəkdə nəzərində çatdırılacaqdır.

2-Valideynlərin bir-biri ilə ixtilafı

Ər-arvadın bir-biri ilə qarşılıqlı rəftarı övladların təfəkkürünün


formalaşmasında çox təsir qoyur, onların hərəkət tərzini təyin edir. Çünki
ailə mühiti ilk və ən təsirli mühitdir ki, övladlar orada göz açır, ata-ananın
adətini, rəftarını götürür, həyatda, öz davranışlarında onlara təqlid edirlər.
Adətən, uşaqlar uşaqlığın ilk çağlarında öyrəndikləri, ələ gətirdikləri şeylər
mehvərində hərəkət edirlər. Bu cəhətdən İslam dini ailə ocağında müxtəlif
şərtlər qoymuşdur ki, bu şərtlərin pozulması övladların inhirafa
yuvarlanmalarına səbəb olacaqdır.

Ata və ananın bir-biri ilə müxalifət etməsi övladın pak ruhunu incidərək
onları ailə mühitinə etinasız, rəğbətsiz edir, onların isti ailə ocağından
qaçmasına səbəb olur, ata-anaya qarşı bədbin olmalarına gətirib çıxarır. Ata-
ana bir-biri ilə nə qədər çox müxalifətdə, dava-dalaşda olub, Allah eləlməmiş
nalayiq sözlər danışsalar, bəzən kötəkləyib, söyüş söysələr, həmin qədər də
uşaqları üsyankar olmağa, bəd əməllər görməyə cürətli edəcək, övladların
valideynə qarşı hörmətsiz yanaşıb kobud rəftar etməsinə səbəb olacaq və
onların üsyankar olmalarını aşkar edəcəkdir. Övlad öz valideyninə qarşı
kobud rəftar etməyə cürət taparsa, onun naxələf bir övlad olması qəti bir
məsələdir. İmam Həsən Əskəri (əleyhissalam) buyurur:

"Övladın uşaqlıqda ataya qarşı etdiyi kobudluq və hörmətsizlik böyüyəndə


onun üzünə durmasına səbəb olur.”[73]

Ümumiyyətlə əgər uşaqlar ata-ananın düzgün olmayan rəftarları səbəbi ilə


hörmətsizlik etməyə cürət tapırlarsa, ata-ananın ehtiram dairəsi və
müqəddəsliyi pozulur. Bu cəhətdən məlum olur ki, evdə ailə hüquqlarının icra
olunması, qanunların qorunması, ailə üzvlərinin hətta qadınların ailə
başçısına (ataya) qarşı son dərəcə ehtiramı müəyyən qədər də olsa, ailədəki
nizam-intizamı qoruyacaq. Çünki əgər qadınlar öz ərlərinə ehtiram qoyub
şəxsiyyətlərini təhqir etməsələr, ərin himayə və məhəbbətindən
faydalanmaqdan əlavə, əməldə də öz uşaqlarını ataya qarşı ehtiram
qoymağa, onun şəxsiyyətini qorumağa sövq edəcək. Belə olan halda çox az
ailələrdə narazılıq yarana bilər.

İmam Sadiq (əleyhissalam)-dan nəql olunub ki, Rəsuli Əkrəm (səlləllahu


əleyhi və alih) belə buyurmuşdur:
"Əgər hər hansı bir insanın (Allahdan) başqası qarşısında səcdə etmək caiz
olsaydı, əmr edərdim ki, qadınlar ərlərinin müqabilində səcdə etsinlər.”[74]

Bu hədis qadının öz ərinə itaət etməsinin nə dərəcədə vacib olmasını çatdırır


və göstərir ki, gərək o, ərinin müqabilində hər cür inadkarlıqdan və
uzundillilikdən çəkinsin, ailədə ərinin ehtiramını və əzəmətini pozmasın.
Həmçinin İslam dini övladlara əmr edib buyurur ki, öz ata-ananızın
müqabilində təvazökarlıq edin, onlara qarşı heç bir ehtiramı əsirgəməyin.
Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) bu barədə buyurur:

Əvvəldə izah etdiyimiz kimi, bu hədis bizə anladır ki, atanın bir yerə daxil
olduğu zaman ona ehtiram əlaməti olaraq həmişə ayağa qalxaq.[75] Başqa
şəxslərə ehtiram əlaməti olaraq onların ayağına durmaq haqqında çoxlu
rəvayətlərdə nəql olunmasına baxmayaraq, atalıq məqamına hörmətlə
yanaşmaq, onun şəxsiyyətinə təzim etmək üçün Mövla Əmirəl-möminin Əli
ibni Əbutalib (əleyhissalam)-ın nəzərində bu iş lazımdır. Onu görməməzliyə
vurmaq, ataya ehtiram göstərməmək Allah taala tərəfindən layiqli cəzaya
səbəb olar. Burada bir hekayəni diqqətinizə çatdırırıq.

Həzrət Yusif (əleyhissalam) böyük ilahi peyğəmbərlərdəndir ki, onun adına


Quranda bir surə nazil olmuşdur. O Həzrət Allahın dərgahına o qədər yaxındır
ki, müxtəlif yerlərdə ilahi lütfə layiq görülmüşdür.

O, qüdrətə, səltənət məqamına çatdıqda, Misrin qıtlıq baş vermiş əhalisinə və


ətraf məntəqələrdə olan insanları həlak olmaqdan qurtardı. Atası Həzrət
Yəqub (əleyhissalam) yola düşdü ki, itmiş və müsibətlər görmüş oğlu ilə
görüşsün. Yusif (əleyhissalam) bu xəbəri eşidəndə atasına ehtiram əlaməti
olaraq şəhərdən kənara çıxdı, atasının görüşünə tələsdi. Bir-birinə çatanda
Yusif (əleyhissalam) ata minmişdi, amma özünün malik olduğu siyasi
mövqeyi əldən verməmək üçün atdan yerə enmədi ataya qarşı ehtiramı
kamal həddinə çatdırmadı. Bu zaman Cəbrəil nazil olub bu tərki-övlanı[76]
məzəmmət etdi. Yusifə dedi:

"Allah buyurur ki, nə üçün Bizim saleh bəndəmiz–atan Yəqubun müqabilində


atdan yerə enmədin? Öz əlini aç! Həzrət Yusif əlini açanda barmaqlarının
arasından bir nur xaric oldu. Yusif onun nə olduğunu soruşduqda, Cəbrəil
dedi ki, bu peyğəmbərlik nurudur ki, sənin nəslindən xaric oldu. Sənin
övladlarından heç biri peyğəmbər olmayacaqdır, çünki atan qarşısında atdan
yerə enmədin.

Mərhum Kuleyni də həmin məzmunda bir hədisi İmam Sadiq (əleyhissalam)-


dan nəql etmişdir.[77]

Şübhəsiz, ilahi peyğəmbərlər məsum olmuş, heç bir günaha bulaşmamışlar,


yalnız bəzi hallarda onların bəzilərindən tərki-övla müşahidə edilmişdir. Bu
tarixi hədisdən aydın olur ki, valideynin xüsusilə atanın hüquqları qarşısında
azacıq belə etinasızlıq və hörmətsizlik öz ardınca uyğun cəzanı gətirir.
Agah və dindar cavanlardan xahiş edirik ki, ailələrdə hər hansı narazılıq və
qarışıqlıq yaratmaqdan çəkinməklə valideynin ehtiramını qorusunlar və
onlara xidmət və hörmət etməkdə heç nəyi əsirgəməsinlər.

3. Valideynin öz valideyni ilə rəftarı

Övladlar ailədə öz valideynlərinin sanki güzgüdəki inikasıdır. Onların rəftar və


danışıqlarına, əməllərinə daim diqqət yetirirlər. Övladın valideyninin öz ata-
anası (övladın baba və nənəsi) ilə etdiyi yaramaz, nalayiq və xoşagəlməz
rəftarı övladlarda mənfi təsir qoyacaq, övladların da onların özlərinə qarşı
xoşagəlməz reaksiya vermələrinə şərait yaradacaqdır. Əksinə, əgər ata-ana
öz valideynlərinin hüquqlarına riayət edərək onlara ehtiram qoysalar, onlara
xidmət etməkdə səhlənkarlıq və etinasızlıq etməsələr, övladlarının həssas
nəzərləri müqabilində öz valideynləri ilə yaxşı və gözəl tərzdə rəftar etsələr,
şübhəsiz ki, onların övladları da bu gözəl yolu özlərinə nümunə götürüb öz
ata-analarının hüquqlarına ehtiram qoyacaqlar.

İmam Sadiq (əleyhissalam) buyurur:

"Öz ata və babalarınıza yaxşılıq edin və onlara qarşı xoş rəftar olun ki, sizin
övladlarınız da sizə qarşı yaxşı rəftar etsinlər.”[78]

Mövla Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

"Hər kəs öz ata-anasına yaxşılıq etsə, övladı da ona yaxşılıq edər.”[79]

Belə bir sual yarana bilər ki, hamının valideyni hali-həyatda deyil ki,
nəvələrin diqqət-mərkəzində olsunlar, öz valideynlərinin babalarına qarşı
rəftarlarını görüb ibrət götürsünlər. Bu sualın cavabı aydındır: Məgər ata-
anaya yaxşılıq və ehsan onların həyatda olduqları vaxtlara aiddirmi? Əksinə,
ata-ananın vəfatından sonra da onların barəsində ehsan işləri davam
etməlidir. Bu iş Müqəddəs İslam şəriətində çoxlu tövsiyə edilərək ən yaxşı
əməllərdən sayılır.

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: 

"Qiyamət günü yaxşı şəxslərin ağası, sərvəri o kəsdir ki, öz valideynlərinə,


onların vəfatından sonra da ehsan etmiş olsun və onları unutmasın.”[80]

İmam Baqir (əleyhissalam) buyurur: 

"Camaatdan bəziləri valideynlərinin həyatda olduğu zaman onlara yaxşılıq


edir, amma ata-anaları vəfat etdikdən sonra onları unudurlar: onların
borclarını vermir, onların barəsində istiğfar etmirlər. Allah bu cür övladları
aq-valideyn hesab edir.”[81]

Deməli bu hədislər ata-ananın vəfatından sonra onların barəsində edilən


ehsan və yaxşılığı daha çox tövsiyə edir, övladların onların qarşısında, hətta
onlar vəfat etdikdən sonra belə, vəzifələrini daha məsuliyyətli edir. Övlad
valideynlərini yad edərək onların barəsində ehsan və yaxşılıq etməklə öz
övladını özünə qarşı daha mehriban edə bilər. Hətta İmam Baqir
(əleyhissalam)-dan nəql olunan başqa bir hədisdə atanın zəhmətlərinin əvəzi
onun vəfatından sonra borclarını qaytarmaq kimi bəyan olunmuşdur.

İmam (əleyhissalam)-dan soruşurlar ki:

"Övlad atanın zəhmət və xidmətləri qarşısında öz borcunu yerinə yetirə


bilərmi? Həzrət buyurur ki, yalnız iki əməllə bu borcu ödəyə bilər: 1-Əgər ata
kiminə qulu olmuş olarsa, övlad onu alıb azad etsin; 2-Atanın borclarını
ödəsin.[82]

Qeyd olunmalıdır ki, atanın borclarının ödənilməsi təkcə onun hali-həyatda


olduğu dövrlər ilə məhdudlaşmır, əksinə əvvəldəki hədisin göstərdiyi kimi
ilahi rəhmətə qovuşduqdan–vəfat etdikdən sonra da mümkündür.

Nəticə alırıq ki, ailədə valideynin öz valideyninə yaxşılıq etməsi (həm


həyatda olduğu vaxtlarda, həm də vəfat etdikdən sonra) övladlar üçün son
dərəcədə təsirli olub atifələri, ülvi duyğuları cəlb etməkdə, onlarda ehsan
etmə xüsusiyyətini oyatmaqda daha təsirlidir.

4-Mühitə hakim olan mədəniyyət

Ailəyə hakim olan mədəniyyəti, dini məsələlərə etiqadı və dostların övladlar


üzərində qoyduğu təsiri unutmamalıyıq. Dindar ailədə doğulan, islami
qanunlar əsasında böyüyüb boya-başa çatan, valideynin hüququna riayət
edən, onlara qarşı yaxşılıq etmək adət-ənənələri, ehsan və ədəb qaydaları
vəhy mənbəyindən təlqin edilən ailələrdə doğulan övladlar şəkksiz, heç bir
problem, çətinlik olmadan öz valideynlərinə canla-başla xidmət edir. O, bu
cür fədakarlıqları dini göstərişlərdən ilham alır, həm də bunu kamalın,
tərəqqinin amili kimi bilir, ata-ananın asayişini, səadətini, razılığını özündən
irəli bilirlər. Bunun müqabilində dindar olmayan, dini əsaslara etiqad
bəsləməyən şəxslər tamamilə mühitin təsiri altına düşərək öz pak fitrətlərini
insan sifətində olan şeytanların mənfur niyyətlərinə hədəf edirlər,
valideynlərin üzücü, ağır fədakarlıqları qarşısında təşəkkür ruhiyyəsi onların
təfəkküründə heç bir məna və məfhum daşımır. Bu cür insanlar əsl
insaniyyətdən uzaqlaşmışlar, öz ata-anaları ilə anormal tərzdə rəftar edib
onlara əzab-əziyyət verirlər, tam daşürəkliliklə onların zəifliyinə və qocalığına
rəhm etmirlər, ev mühitini, ailəni ata-anaları üçün ürəksıxıcı və dar bir
zindana çevirir, dözülməz bir şəraitə gətirib çıxarırlar.

Din rəhbərlərimiz bizi sağlam olmayan mədəniyyətlərə uymaqdan,


insaniyyətdən uzaq olan insanlarla dostluq etməkdən çəkindirmiş, onlarla
ünsiyyətdə olmağı ziyanlı hesab etmişlər. Əli (əleyhissalam) bu qəbildən olan
insanların vurduğu ziyan və zərərləri belə bəyan edir:

"Nasaleh və nalayiq adamlarla yoldaşlıqdan çəkinin, çünki onlarla yoldaşlıq


fəsada səbəb olar, onlarla eyni xasiyyətdə olmağa gətirib çıxarar.”[83]
Rəsuli Əkrəm(səlləllahu əleyhi və alih) buyurur: 

"(Mühitin və dostların təsiri o qədər çoxdur ki,) adətən insanlar dost və


yoldaşlarının dininə tərəf cəzb olunurlar.”[84]

Bu hədisdən məlum olur ki, əgər bizim övladlarımız, misal üçün, şərabxor,
narkoman, əyyaş, inhirafa yuvarlanmış, terrorist, qatil və s. kimi rəzil
sifətlərdə olan şəxslərlə yoldaşlıq edərlərsə, şübhəsiz, onların fikirlərinin
təsiri altına düşəcək. Buna görə də islami hədislərdə qeyd olunur ki, bir şəxsi
tanımaq üçün onun ən yaxın dostlarını tanımaq və o şəxsin hansı adamlarla
ünsiyyətdə olduğunu, kimlərlə oturub-durduğunu bilmək kifayətdir.[85]

Ola bilsin ki, bir övlad dindar bir ailədə böyüsün, amma ata-ananın azacıq
qəfləti üzündən başqa şəxslər onların dini rolunu zərərsizləşdirsin. Çünki
müəllim, tərbiyəçi, ictimai mühit, oynamaq, müxtəlif yoldaşlar, televiziya
kino filmləri, ölkə səviyyəsində aparılan təbliğatlar... bütün bunlar övladların
tərbiyəsində əsaslı rol oynayır, bəzən bu amillər o qədər güclü olur ki, hətta
irsiyyət qanunu, ailə mühiti və valideynin düzgün tərbiyə metodlarının da
təsirini aradan aparır. Həzrət Əmirəl-möminin Əli (əleyhissalam) buyurur:

"Camaat (təqlid etməkdə, itaətdə, xasiyyət götürməkdə) öz ata-babalarından


daha çox öz padşahlarına oxşayırlar.”[86]

Bildiyimiz kimi, uşaqlar mahnıya, şüara, teatra, filmə, dastana uşaq veriliş və
proqramlarına daha çox həvəs göstərirlər və elə bu proqramların möhtəvası
və quruluşu bir ölkənin mədəniyyətinin göstəricisidir. Uşaqlar və
yeniyetmələr cəmiyyəti fikir, düşüncə, adət-ənənə nəzərindən qururlar. Bu
proqramlar nə qədər qurucu olsalar, bir o qədər övladlarda, yeniyetmələrdə
müsbət təsirə malik olacaqdır. Habelə, bu proqramların qeyri-münasib
olması narkotik maddələrə adət etməkdən daha zərərlidir. Buna görə də arzu
edirik ki, inhirafçılıq, üsyançılıq, hicabsızlıq, iffətsizlik, şeytani sifətlər və sair
rəzil xüsusiyyətlər cəmiyyətimizdən tamamilə yığışdırılıb yeni islami
proqramlarının icrasına versin. Bu fəslin axırında təbərrük kimi Qurani
məciddən bir ayəni sözümüzə şahid gətiririk:

"Ey iman gətirənlər, öz nəfsinizdən muğayat olun (onu nəzarət altında


saxlayın), o qədər müqavimətli və pak olun ki, başqalarının şər və inhirafları
sizdə təsir qoymasın–siz hidayət olduğunuz zaman.”[87]

Bu ayə təqlidçiliyin, kiminsə mədəniyyətini qəbul etməyin və hər növ yanlış


təsirləri məhkum edərək buyurur ki, müsəlman milləti o qədər ayıq və
sağlam olmalıdır ki, İslamın əleyhinə yönəldilən xain və zəhərli təbliğatlar və
hiylələr azacıq da belə onların ruhiyyəsində təsir qoymasın.

İKİNCİ HİSSƏ
SƏKKİZİNCİ FƏSİL
ÖVLADLARIN HÜQUQLARI

"Oradan Zəkəriyya İlahinin lütflərini və Onun (ardı-arası kəsilməz)


nemətlərini Məryəmin yanında müşahidə etdikdə öz Pərvərdigarını çağırıb ərz
etdi: "Pərvərdigara, Öz lütfündən mənə saleh və pakizə bir övlad mərhəmət
et. Həqiqətən Sən, duaları eşidənsən.”[88]

Hər agah və aqil insanın ən dəyərli arzu və istəklərindən biri layiqli və


əməlisaleh övlada sahib olmaqdır. Övladın varlığı o qədər şirindir ki, ailə
ocaqlarına xas səfa-səmimiyyət, aramlıq bəxş edir, ailə münasibətlərindəki
məhəbbət tellərini möhkəmlədir. Hər bir ata və ana övladının doğulması ilə
özlərini səadətli və xoşbəxt hesab edirlər. Övladlar nə qədər kamala, daha
artıq ləyaqətliliyə malik olarsa, valideynin daha artıq razılıq və xoşhallığına
səbəb olar.

İmam Sadiq (əleyhissalam) buyurur:

"İnsanın xoşbəxtlik əlamətlərindən biri də onun əməlisaleh övladı


olmasıdır.”[89]

İmam Riza (əleyhissalam) buyurur:

"Hər zaman Allah taala Öz bəndəsinə xeyir əta etmək istəsə, o bəndənin
canişinini (övladını) ona göstərməyincə onu bu dünyadan aparmaz.”[90]

Bu iki hədisdən məlum olur ki, saleh övladın varlığı ata və ana üçün xeyir-
bərəkət və səadət mənbəyidir. Şəkksiz bütün valideynlər istəyirlər ki,
övladları gözəl və ədəbli olsun ki, onları görməklə sevincləri artsın öz
arzularına çatsınlar. Qeyd olunan ayədən göründüyü kimi, böyük ilahi
peyğəmbərlərdən biri olan Həzrət Zəkəriyya Allahdan əməlisaleh övlad, pak
zürriyyə əta etməsini dua edir. Bu arzuya çatıb ədəbli və saleh övlada malik
olmaq müəyyən qədər insanın özünə, ata-anasına bağlıdır. Çünki ata və ana
övladın hüquqlarına riayət etməklə, bu barədə olan dini göstərişlərə əməl
etməklə öz arzularına çatıb övlad tərbiyəsi kimi ağır bir məsuliyyəti öhdəsinə
ala bilərlər. Elə bir məsuliyyət ki, ilahi övliyalar və məsumlar
(əleyhimussalam) onu lazımınca yerinə yetirməkdə son dərəcə vəhşət hissi
keçirmiş və Allahdan imdad diləmişlər. Bu həssas vəzifənin icrasında yol
verilə bilən ən kiçik qüsur və qəflət valideynlərin peşmançılığına, övladların
yollarını azmalarına səbəb olur. Belə ki, İmam Səccad (əleyhissalam)
övladların tərbiyəsindəki məsuliyyət barəsində belə dua edir:

"Pərvərdigara, övladlarımı tərbiyə edib ədəbləndirməkdə mənə yardım


et!”[91]

İmam Səccad (əleyhissalam) məsum olduğundan, uşağın bütün tərbiyə


qaydalarına, sirlərinə tamamilə agahdır, amma bu məsuliyyətin əzəmətinə
diqqət yetirməklə Allahdan yardım diləyir və öz ardıcıllarına həyat dərsi verir.

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:


"Övladın və valideynin hüquqları qarşılıqlıdır. Valideyn övladın tərbiyəsində
nə qədər məsuliyyət daşıyırlarsa, onların övladları da öz valideynləri
qarşısında həmin qədər məsuliyyətlidirlər.”[92]

Deməli, göründüyü kimi, övladın hüququ valideynin hüququ kimi, çox ağırdır,
ata-analar ağır bir məsuliyyətli işi öhdələrinə almış olurlar. İndi İslam
nəzərindən övladların hüquqlarını araşdırır və qeyd edirik ki, İslamın
(övladların tərbiyə üslub və keyfiyyətində) ali dəyərli təlimlərinə tabe olmaq
ailələrin səadətinə, xoşbəxtliyinə səbəb olar, onları öz hədəflərinə çatmaqda
nailiyyətlərə çatdırar. 
ÖVLADLARIN MADDİ HÜQUQLARI

Ailədə atanın vəzifəsi budur ki, nə qədər ki, övladlar uşaqlıq yaşlarındadırlar
və işləyib qazanc əldə etməyə qüdrətləri yoxdur, onların maddi ehtiyaclarını
(yemək, geyim, məskən, səhiyyə və s. kimi) təmin etsinlər. Övlad cavanlıq
və böyük yaşlarında da əgər ata imkanlı və sərvətli olarsa, övladı isə
yoxsulluqda yaşasa, ataya vacibdir ki, imkanı çatan qədər övladın
ehtiyaclarını təmin etsin.

Bu islami hökm və qanunda ata və ana öz övladlarının hüquqları qarşısında


eyni dərəcədə məsuliyyət daşıyırlar. Yəni ana da gərək ata kimi şəxsi mal-
dövlətə, maddi imkanlara malik olduğu surətdə övladlarının ehtiyaclarını
təmin etsin. Amma ata bu ehtiyacları təmin etməkdə anadan irəlidir.

Bu məsələ İslam nəzərindən tam aşkar olan mövzulardan biridir. İslami


rəvayətlər bu əsasda hökm, alimlər və fəqihlər də buna uyğun fətvalar
vermişlər. Məsələn, İmam Sadiq (əleyhissalam) buyurur:

"Beş dəstənin xərcləri insana vacibdir və onların xərclərini islami vergilərin


hesabına yazmaq olmaz: ata, ana, övlad, qul və həyat yoldaşı.”[93]

Yəni övladların və valideynlərin hüquq və xərclərinin təmin olunması


qarşılıqlıdır, onlardan hər biri fəqir olsa, digərinə vacibdir ki, imkanı çatan
qədər onların ehtiyaclarını təmin etsin. İstər ata və ana olsun, istərsə də
onların böyük yaşlı övladları. Əgər əziz oxucular bu barədə əlavə məlumat
almaq istəsələr, "Nəfəqətul-ovlad vəl-əqarib” kitabına və sair fiqhi kitablara
baxa bilərlər. Həmçinin, bizim böyük fəqih və mərcəyi-təqlidlərimiz müxtəlif
zamanlarda bu məsələ barəsində bəhs edərək öz nəzərlərini bildirmişlər.
"Cəvahirül-kəlam” kitabının müəllifi buyurur:

"Bütün fəqihlərin nəzərinə görə ata ana və övladların xərcləri insana vacibdir.
Həmçinin qız və oğlan nəvələrinin xərcləri də vacib və lazımdır.”[94]

Dahi şiə alimi mərhum Şəhid Sani (kitablar hal-hazırda elmiyyə hövzələrində
tədris olunur) yazır:

"Ata-ananın və onların ata-anasının xərcləri, həmçinin oğul və qız övladın və


onların da övladlarının xərcləri insana vacibdir. Hətta bu şəxslər fasid və kafir
olsalar belə.”[95]

Deməli, övladların xərcləri islami rəvayət və sünnəat nəzərindən, habelə,


böyük fəqihlərin fətvalarına əsasən (bu, onların fikir birliyində olduqları
məsələdir) valideyn üçün vacibdir. Ata və ana bu barədə səhlənkarlıq, qəflət
və etinasızlıq edə bilməzlər. Hətta bəzi hədislərdən məlum olur ki, valideyn
gərək övladların iqtisadi inkişafı üçün şəraiti, hətta özünün vəfatından sonra
da nəzərdə tutsunlar, öz övladlarını işə və təhsilə, elmə o qədər vadar
etsinlər ki, həyatda fəqirliyə, yoxsulluğa düçar olmasınlar. Həmçinin öz mal-
dövlətlərini övladları üçün qoyub getsinlər. Valideyn öz övladlarının
yoxsulluğa, bədbəxtliyə səbəb olan yersiz bəxşiş və hədiyyələrdən çəkinməli,
Allahın və Onun Rəsulunun qəzəbinə səbəb olmamalıdırlar.

Mədineyi-münəvvərədə Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-in


səhabələrindən biri savab qazanmaq, Allah dərgahına yaxınlaşmaq üçün öz
mal-dövlətini yoxsullara, fəqir-füqəraya bağışladı. Nəticədə vəfatından sonra
kiçik (səğir) övladları yoxsulluq ucbatından dilənməyə başladılar. Həzrət bu
hadisədən xəbərdar olduqda bərk narahat olub səhabələrdən soruşdu: "O
kişini harada dəfn etmisiniz?” "Onu müsəlmanların qəbiristanlığında dəfn
etmişik”, deyə cavab verdilər. Həzrət buyurdu:

"Əgər əvvəldən xəbərdar olsaydım, qoymazdım ki, onu müsəlmlanların


qəbiristanlığında dəfn edəsiniz. Çünki o, öz övladlarının hüquqlarını nəzərə
almamışdır, nəticədə onlar fəqirliyə düçar olmuşlar.”[96]

Bu hədis bəyan edir ki, Peyğəmbərin o ənsardan olan kişinin hərəkətlərindən


narahat olmasının səbəbi bu idi ki, mal-dövlətini fəqirlərə verərək
övladlarının gələcəyini nəzərə almamış, bu barədə məsuliyyət hiss
etməmişdir.

"Sənin bədbəxtliyinə bais olan sənə vurduğu zərər başqalarına çatdırdığın


mənfəətindən çox olan ehsan caiz deyildir.”[97]

Bəli, əgər bir kəs öz mal-dövlətini, həyatının dayağı olduğu halda başqalarına
versə və özünü və övladlarını nəzərə almasa, şəkksiz heç də yaxşı iş
görməmişdir, nəticədə Allah dərgahında övladlarının hüquqlarını zay edib
taladığına görə haqq-hesaba çəkiləcəkdir. Necə ki, Rəsuli Əkrəm (səlləllahu
əleyhi və alih) o kişinin bu sayaq əməllərindən özünün son dərəcə
narahatlığını və qəzəbini bildirdi.
ÖVLADLARIN ƏXLAQİ VƏ MƏNƏVİ HÜQUQLARI

Övladların hüquqlarından bəhs edən bu bölmədə onların həyatından müxtəlif


məsələlərini-istər təvəllüdlərindən əvvəl, istərsə də sonrakı dövrlərdə-
araşdıracağıq. Övlad və onun əxlaqı, tərbiyəsi atanın varlığına bağlıdır.
Çünki, atanın sperması (nütfə) ilə ananın yumurta hüceyrəsinin
birləşməsindən ana bətnində rüşeym əmələ gəlir. Bu birləşmənin vasitəsi ilə
valideynin bütün xasiyyətləri, əxlaq və ruhiyyələri xas bir şərait daxilində
övlada nəql olunur. Buna əsasən, ata-ananın ruhi və əxlaqi sağlamlığı, əxlaqi
səciyyələri, bəzən rəzil nəfsani sifətləri də hər ikisindən birlikdə övlada
keçərək onda təsir qoyacaqdır. Qeyd olunan cəhətlərə əsasən, fərdlər özünə
həyat yoldaşı seçməkdə kifayət qədər diqqətli olmalı, ən layiqli şəxslərlə
evlənməlidirlər.

Məhəmməd ibni Müslüm deyir: İmam Baqir (əleyhissalam)-ın səhabələrindən


biri ondan soruşdu ki, əgər bir kişinin dəli, amma gözəl bir qadından xoşu
gəlsə, onunla evlənə bilərmi? Həzrət buyurdu: "Yox, amma əgər onun dəli
kənizi olarsa, onunla cinsi əlaqəyə girə bilər, bu şərtlə ki, ondan uşaq
dünyaya gəlməsinə yol verməsin.”[98]

İmam Sadiq (əleyhissalam) buyurur:

"Hər kəs öz qızını şərab içənə ərə versə, sanki onunla qohumluq əlaqələrini
kəsmişdir.”[99]

Əmirəl-möminin Əli (əleyhissalam) buyurur: 

"Axmaq və qanmaz qadınlarla evlənməkdən uzaq olun! Çünki onunla


yaşamaq bəla, ondan əmələ gələn övladlar isə zaydır.”[100]

Bu hədis Məsumların (əleyhimussalam) yol göstərmələrinin bariz bir


nümunəsidir və həyat yoldaşının övladdakı təsirinin nə dərəcədə olmasını
göstərir. Övladının xoşbəxt, səadətli olmasını arzu edənlər həyat yoldaşı
seçməkdə azacıq da belə səhlənkarlığa, səhvə yol verməməlidirlər. Çünki,
valideynin bütün əxlaqi və ruhi səciyyələri, o cümlədən xarici quruluşu və
görünüşü, cismi xüsusiyyətləri uşağa təsir qoyur, batini xüsusiyyətlər də
uşağın şəxsiyyətini formalaşdırır. Məsum İmtamlar dəli, axmaq, şərab içən
və s. kimi xüsusiyyətlərə malik olan şəxslərin övladlardakı acınacaqlı və
iyrənc təsirlərini nəzər alaraq bu qəbildən olan şəxslərlə ailə qurmağı nəhy
etmişlər. Burada oxucuların diqqətini həyat yoldaşının övladdakı təsirini
göstərən iki tarixi hadisəyə cəlb edirik.

1. "Nəhcül-bəlağə”nin 11-ci xütbəsində buyurulur: "Cəməl müharibəsində


Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) bayrağı oğlu Məhəmməd
Hənəfiyyəyə verib tövsiyə etdi ki, səbirli olub müqavimət göstərsin. Əmirəl-
möminin Əli ibni Əbutalib (əleyhissalam)-ın o şücaətli oğlu Bəsrə qoşununa
hücum etdi, lakin qarşıdan yağış kimi yağdırılan oxlardan qorxub geri
qayıtdı. Bu zaman Həzrət özü irəli gəlib qılıncının qundağı ilə oğlunun
kürəyinə vuraraq buyurdu:

"Sənin damarlarından (genlərindən-red.) biri ana tərəfdən sənə irs


keçmişdir. Çünki atan heç vaxt özündə qorxaqlığa yol verməmişdir.”

2. Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) Fatimeyi Zəhra (əleyha


salam)ın şəhadətindən sonra evlənmək istədikdə qardaşı Əqilə buyurdu:
"Sənin ərəb qəbilələri haqqında kifayət qədər məlumatın vardır. Mənim
evlənməyim üçün elə bir qadın seç ki, ata-babaları qəhrəman və şücaətli
nəsildən olmuş olsun.” Əqil bir qədər fikrə daldıqdan sonra Fatimə Ümmül
Bənini o Həzrət üçün seçdi, elçilik etdi.

O qadından şücaətli və dözümlü övladlar, o cümlədən, Həzrət Əbülfəzl


(əleyhissalam) kimi övlad dünyaya gəldi. O, Kərbəlada İmam Hüseyn
(əleyhissalam)-ın bayraqdarı idi və onun öz qardaşının yolunda göstərdiyi
şücaətlər dillər əzbəri olmuşdur.[101]

Bu iki dəyərli tarixi hadisədən nəticə alaraq başa düşürük ki, Həzrət Əmirəl-
möminin Əli ibni Əbutalib (əleyhissalam) ananın batini, ruhi xüsusiyyətlərinin
övladlarda təsirini izhar edir. Məhəmməd Hənəfiyyənin qorxub geri
qayıtmasının səbəbini anasında bilir. Çünki Həzrət Əmirəl-möminin Əli ibni
Əbutalib (əleyhissalam) İslam düşmənləri ilə müharibənin müxtəlif
mərhələlərində, hətta "Nəhcül-bəlağə”nin 45-ci məktubunda yazdığı kimi,
bütün ərəblərlə müharibə etsəydi belə, heç vaxt qorxmaz və geri qayıtmazdı.

O Həzrət Ümmül Bənini özünə həyat yoldaşı seçməsindən məlum olur ki,
valideynin bütün xüsusiyyətləri övladın formalaşmasında əsaslı rol oynayır.
Belə olmayaydı o Həzrət, Ümmül Bəninin batini və ruhi xüsusiyyətlərini
nəzərə almazdı.

İslam hədislərində anaların övladlardakı təsiri daha çox diqqət mərkəzində


olunub təkidləndirilmişdir. Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)
buyurur:

"Övlad əxlaq, dəyanət və təbiət nəzərindən ananın yaratdığıdır və onun


əxlaqını özünə götürür.”[102]

Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Diqqətli olun ki, öz nütfənizi harada yerləşdirdiyinizi biləsiniz. Çünki


valideynin əxlalaqı (irsiyyət qanununa uyğun olaraq) övlada nəql
olunur.”[103]

Bu hədisin oxşarı mötəbər sünnü kitablarında da gəlmişdir. O cümlədən,


Həzrətdən belə nəql olunmuşdur:

"Camaat yerin altında olan qiymətli mədənlər kimidir, ata-ananın əxlaqi


xüsusiyyətləri övladlarda zahir olur. Düzgün olmayan tərbiyə də pis damarlar
(genlər-red.) kimi təsirlidir.”[104]

Bu fəslin axırında nəticə alırıq ki, ata-ananın bütün əxlaqi xüsusiyyətləri


övladda təsir qoyur və övladların ilkin hüquqları həyat yoldaşı seçməkdən
başlanır.

Övladın sair hüquqları sonrakı fəsillərdə ardıcıl olaraq diqqətinizə


çatdırılacaqdır.
DOQQUZUNCU FƏSİL
ANANIN QİDALANMASI VƏ NÜTFƏNİN BAĞLANMASI ZAMANI

Övladların valideynləri üzərində olan hüquqlarından biri də budur ki, anaların


hamiləlik dövrlərində qidalanmanın keyfiyyəti və növü münasib olsun.
Həmçinin, övladın nütfəsi bağlanan zaman ata-ananın ruhi və cismi
vəziyyətləri şəri və elmi nəzərdən münasib olmalıdır. Çünki, bütün bu amillər
uşağın əxlaqi və cismi xüsusiyyətlərinin formalaşmasında təsirlidir. Onları
nəzərə almamaq, şübhəsiz, valideynin peşmançılığına, uşağın ziyanına səbəb
olacaqdır. Müxtəlif növ qidaların öz növbəsində müxtəlif növ təsiri vardır.
Meyvələrin və qidaların hər biri insanda müəyyən xüsusiyyətlər vücuda
gətirir. Xüsusilə, onların təsirini anaların hamiləlik dövrlərində unutmaq
olmaz. Çünki onların qidalandıqları yemək növləri və meyvələr rüşeymin
cismi və ruhi kamalında, hətta zahiri surətində də son dərəcə təsirlidir.

Bu gün qadınların hamiləlik dövrlərində qidanın uşaqlarda təsirini heç kəs


inkar edə bilməz. Uşaqların nöqsanlı və əlil yaranmasının səbəblərindən biri
də qidanın keyfiyyətsiz olması, vitaminlərin çatışmaması hesab olunur ki,
ata-analardan bəziləri bilərəkdən və ya bilməməzlik ucbatından bu dövrlərdə
onu nəzərə almır, əhəmiyyət vermir. Bu da uşağın bədbəxt olmasına səbəb
olur və öz ardınca da acınacaqlı halları gətirir.

Müqəddəs İslam dini bütün mərhələlərdə öz ardıcıllarına yol göstərdiyi kimi,


bu həssas dövrdə də ata və analara xitab edərək övladların ruhi və cismi
sağlamlıqları üçün lazımi göstərişlər verir ki, onları sizə təqdim edirik. Heç də
səbəbsiz deyildir ki, Allah taala Həzrət Məryəm üçün hamiləliyin məxsus
dövründə qurumuş ağacı meyvəli edir və ona əmr edir ki:

"Ey Məryəm, hamiləlik dövründə, doğuş ağrıları səni tutanda, ağacın


budağını tərpət, sənin üçün təzə behişt xurmaları tökülsün.”[105]

Bu ayədə quru xurma ağacının yaşıllaşdırılıb meyvə verməsi bizə göstərir ki,
rütəb (şirəli xurma) hamilə qadınlar üçün ən münasib qidadır. Əgər hamilə
qadın üçün ondan da yaxşı qida olsaydı, Həkim və Mehriban Allah onu
Məryəm üçün yetirərdi. Xoşbəxtlikdən Qurandan alınan bu nəticə məsum
imamların rəvayətləri ilə tam müvafiqdir. Belə ki, Əmirəl-möminin Əli ibni
Əbutalib (əleyhissalam) buyurur:

"Hamilə qadın üçün təzə yetişmiş xurma və rütəbdən daha yaxşı qida
yoxdur.”[106]

İmam Sadiq (əleyhissalam) buyurur:

"Əgər qidalar arasında rütəbdən daha da yaxşı, ləzzətli və münasib bir təam
olsaydı, Həkim Allah onu Həzrət Məryəmə əta edərdi.”[107]

Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Hamilə qadınlar üçün, xüsusilə doğum ərəfəsində ən yaxşı qida xurma və


rütəbdir. Çünki Allah taala Öz əzəmət və cəlalına and içərək buyurmuşdur ki,
əgər qadınlar bu dövrdə rütəbdən istifadə etsələr, onların övladları istər qız
olsun, istərsə də oğlan, səbirli olacaqlar. Əgər rütəb tapa bilməsələr, Mədinə
xurması və ya adi xurmalardan istifadə etsinlər.”[108]

Bu hədislər xurmanı hamilə qadınlar üçün ən yaxşı və ən münasib qida kimi


göstərməklə onun rolunu və təsirini qüvvətləndirir.

"Qidaların sirləri” kitabının müəllifi yazır: "Xurma isti ölkələrin ən yaxşı


qidalarından biridir. Xurma yemək həzm sistemində olan nasazlıqları aradan
qaldırır, eyni zamanda qüvvətli və faydalı bir yemək olub, uşaqların
qidalanması üçün çox faydalıdır.”

Xurmadan əlavə, sair yeməklər, meyvə və göyərtilər, xüsusilə sulu meyvələr


qadınların hamiləlik dövrlərində lazımdır. Uşaq üçün çatışmamazlıqlar aradan
qaldırılmalı, müxtəlif vitaminlər tədarük görülməlidir. Bu işlər uşağın xarici
formasında, gözəlliyində, dərisinin yumşaq olmasında da təsirlidir. Həzrət
İmam Sadiq (əleyhissalam) bir gözəl oğlan uşağını görüb buyurdu: 

"Çox güman ki, bu uşağın atası cinsi əlaqədə olduğu gecə heyva
yemişdir.”[109]

Sonra İmam (əleyhissalam) göstəriş verir ki, bu meyvəni öz hamilə


qadınlarınıza yedirdin övladlarınız gözəl olsun. Beləliklə Məsum İmam
qidaların övladdakı təsirini qüvvətləndirir və onun hamilə qadınlara münasib
təsir göstərdiyini buyurur.

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) qadınlar üçün başqa bir qidanın
təsirini də qeyd edib buyurur ki,

"Öz qadınlarınıza hamiləlik dövründə kündür (bitki adıdır) yedirdin. Çünki


əgər uşaq ana bətnində onunla qidalansa, əqli kamilləşər. Əgər oğlan uşağı
olarsa, şücaətli, qız olarsa, öz ərindən tam bəhrələnər.[110]

Qeyd olunmalıdır ki, kündür və bəzi meyvələrin nütfənin bağlandığı ilk


həftələrdə yeyilməsi qadağan edilmişdir.

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"”Gəlinin (gəlin gəldiyi) ilk həftələrdə kündür, sirkə, keşniş, turş alma
yeməsinin qarşısını alın.”[111]

Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)-dan bu işin səbəbi haqda


soruşdular, Həzrət buyurdu: "Çünki bu günlərdə kündür qadının bətninin
sərinləşməsinə, sirkə heyz qanından paklanmamasına, keşniş doğuşun çətin
olmasına, turş alma heyz qanının vaxtından əvvəl kəsilməsinə və xəstəliyə
səbəb olur.”

Bu hədislərdən və alimlərin sözlərindən məlum olur ki, qidaların növləri;


(köhnə, haram, xoşagələn və ya mübah (haram olmayan)) övladlarda gözəl,
səfalı, ürəkaçan surtlərin, yaxud qəmli, namünasib, müxtəlif növ şadlıq və ya
nigaranlıq, iztirablar, ananın istirahəti, müsbət və mənfi rəftarlar və nəhayət
ananın bütün əxlaqi və ruhi xüsusiyyətləri övladın formalaşmasında təsirli
olacaqdır. Buna əsasən övladların ata-ananın boynunda olan haqqı tələb edir
ki, qadınlar bu həssas vaxtlarda çox ehtiyatlı olsunlar, kifayət qədər münasib
yeməklər yesinlər, fikri və ruhi həyəcan və təşvişlərdən, qeyri-münasib
dərmanlar, narkotik maddələr qəbul etməkdən çəkinsinlər.

Ananın qidalanmasından əlavə, atanın da əxlaqi və cismi xüsusiyyətləri,


övladın nütfəsinin bağlandığı zaman, onun saatı və vaxtı münasib olmalıdır.
Buna görə də qısa şəkildə qeyd edirik ki, valideyn nütfə bağlanmazdan əvvəl
zaman və məkan nəzərindən münasib fürsətlərdə və müxtəlif hallarda bu
işlərin şərtlərini nəzərə almalı, dolu qarınla, gecənin əvvəlində, şeytani
xəyallarla, başqa qadınlar haqqında fikirləşdiyi halda həyat yoldaşı ilə
yaxınlıq etməsin. Lazımdır ki, kişi hər qəməri ayın əvvəli, ortası və axırında,
habelə 24-cü fəsildə qeyd olunacağı kimi, bəzi günlərdə həyat yoldaşı ilə
yaxınlıq etməkdən çəkinsin. Nümunə olaraq iki hədisi qeyd edirik:

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) ümumi və ictimai bir dərs kimi Həzrət
Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)-a buyurur: 

"Ya Əli, ayın əvvəl, orta və axırında həyat yoldaşınla əsla yaxınlıq etmə,
çünki bu vaxtlarda yaranan övladlar dəli və əsəbi olurlar.”[112]

Həzrət başqa bir hədisdə buyurur:

"Fitr və Qurban bayramı gecələrində öz həyat yoldaşınla yaxınlıq etmə, çünki


bu gecələrdə övladın nütfəsi bağlansa, adətən əlil doğulacaq, 4 və ya 6
barmaqlı olacaqdır.”[113]

"Zifaf mərasimi” fəslində bu məsələ araşdırıldığı üçün daha artıq izahata


ehtiyac duymuruq.
ONUNCU FƏSİL
SÜD VERMƏ VƏ ONUN TƏSİRLƏRİ

Valideynlərin övladların hüququnu yerinə yetirməkdə ən mühüm


vəzifələrindən biri də onlara süd vermələr və bu işin şərtlərinə riayət
etmələridir. Ana südü körpə üçün ən münasib və kamil qida sayılır, körpənin
sümüklərinin möhkəmlənməsinə səbəb olur, doğuşdan sonra onun üçün ən
faydalı və ən münasib qida hesab olunur. Bu cəhətdən də müqəddəs İslam
şəriətində bu məsələ təkidləndirilmişdir.

Uşaq təvəllüddən sonra bir müddət ana südü ilə qidalanmalıdır ki, öz
ehtiyaclarını təmin etsin və bu, onun həyatının zəruri məsələlərindəndir.
Əgər atanın maddi imkan cəhətindən dayə tutmağa, süd verən qadını
muzdla işə götürməyə imkanı olmasa, habelə başqa bir şəxs də uşağa pulsuz
süd verməsə, bu halda analara vacibdir ki, onlara süd verərək zəruri
tələblərini ödəsinlər.[114]
Şəkk yoxdur ki, şəriət nəzərindən ata uşağın anasını adi şəraitlərdə ona süd
verməyə məcbur edə bilməz və ananın haqqı vardır ki, bu iş üçün muzd
alsın. Allah taala "Təlaq” surəsinin 6-cı ayəsində buyurur: 

"Əgər sizin qadınlarınız övladlarınıza süd versələr, onların muzdunu verin.”

Qurandan əlavə, hədislərdə də gəlmişdir ki, insan azad və bir kəsin qulu
olmayan arvadını onun öz uşağına süd verməyə məcbur edə bilməz.

İmam Sadiq (əleyhissalam) ananın öz övladına süd verərkən ərindən muzd


alması, həmçinin, atanın uşağın anasını bu işə məcbur edib edə bilməyəcəyi
barədə buyurur:

"Atanın azad (qul olmayan) qadını (öz arvadı, uşağın anası) bu işə məcbur
etməyə haqqı yoxdur, amma əgər kənizi olarsa, onu bu işə məcbur edə
bilər.”[115]

Deməli, adi halda ananın haqqı vardır ki, uşağına süd verməkdən imtina
etsin və ya bu iş üçün ərindən muzd alsın. Amma atanın bu işə imkanı
çatmazsa və sair zərurət haalarında anaya vacibdir ki, bu məsuliyyəti
öhdəsinə alsın. Çünki ananın südü körpə üçün ən faydalı və ən münasib qida
sayılır.

Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

"Heç bir süd uşaq üçün ana südündən münasib və bərəkətli deyildir.”[116]
SÜDVERMƏNİN MÜDDƏTİ

Övladlara südvermənin müddətinə gəldikdə isə, Qurani məcid və islami


rəvayətlər bu məsələni həll etmişlər. "Bəqərə” surəsinin 233-cü ayəsində
buyurulur:

"Analar gərək övladlarına iki il tamam süd versinlər. Əlbəttə bu hökm o


analar üçündür ki, südvermə müddətini təkmil etmək istəsinlər.”

Ayənin məzmununa diqqət yetirsək görərik ki, bu müddət vacibi deyildir.


Süd vermənin tam və kamil müddəti o qədərdir və anaların haqqı vardır ki,
uşaqların vəziyyətinə, onların sağlamlıqlarına diqqət yetirərək bu müddəti
azaltsınlar.

Mərhum Təbərsi Abdullah ibni Abbasdan belə nəql edir: "24 ay südvermə o
uşaqlara məxsusdur ki, 6 aylıq dünyaya gəlmişlər. Buna əsasən, 7 aylıq
doğulan uşaq 23 ay, 8 aylıq doğulan uşaq 22 ay, 9 aylıq doğulan uşaqlar isə
21 ay süd əmməlidir.”[117]

Belə nəzərə çarpır ki, bu nəzəriyyə "Əhqaf” surəsinin 15-ci ayəsinin "Bəqərə”
surəsinin 233-cü ayəsinə əlavə edilməsindən əldə edilmişdir. Çünki "Əhqaf”
surəsinin 15-ci ayəsində hamiləlik və südvermə müddəti 30 ay, "Bəqərə”
surəsinin 233-cü ayəsində isə kamil südvermə müddəti iki il qeyd
olunmuşdur. 

Həmişə qarşıya çıxan çətinlikləri həll edən İslam hədislərinə diqqət yetirdikdə
görürük ki, əksər hədislərdə 21 ay tövsiyə olunmuşdur. Ondan az isə
südəmər körpələrin haqqında edilən zülm kimi qeyd olunmuşdur.

İmam Sadiq (əleyhissalam)-dan nəql olunur ki,

"süd verməkdə vacib hədd 21 aydır. Hər kəs 21 aydan az versə, övlada
nöqsan yetirmişdir. Əgər südvermə müddətini tamamlamaq istəsə, bilsin ki,
bu müddət iki il tamamdır.[118]

Həzrət yenə buyurur: 

"Südvermə müddəti 21 aydır, hər kəs onu azaltsa, bu iş uşağın barəsində


edilən zülmdür.”[119]
SÜDÜN ÖVLADLARDAKI TƏSİRİ

Qeyd olunduğu kimi, imkan daxilində ananın özü övladına süd verməlidir.
Çünki onun südü övladı üçün ən münasib bir qidadır. Əgər onun özünün
hazırlığı olmasa və ya hazırlığı olduğu təqdirdə süd vermək istəməzsə, İslam
dini südverən qadınlar üçün bəzi keyfiyyətlər və şərtlər nəzərdə tutmuşdur
ki, onlara riayət edilməsi lazımdır. Çünki dayə və mürəbbinin bütün
xüsusiyyətləri, hətta batini və zahiri xüsusiyyətləri övlada təsir göstərir.

İslam buyurur ki, siz müsəlmanların uşaqlarına süd verən qadın müsəlman,
aqil, agah və ismət və paklıq Əhli-beytini sevənlərdən olmalı, bütün gözəl
sifətlərə malik, rəzilə sifətlərdən uzaq olmalıdır. Hətta İslam rəvayətlərində
gəlmişdir ki, "zərurət halında əhli-kitab qadınlarının sizin övladlarınıza verdiyi
süd Əhli-beyt düşmənləri olan nasibi qadınların verdiyi süddən qat-qat
yaxşıdır.”

İndi isə uşaqlara süd verilməsinin təsirləri barəsində bir neçə hədisi əziz
oxucuların nəzərlərinə çatdırırıq:

Əmirəl-möminin Əli (əleyhissalam) buyurur:

"Həyat yoldaşı seçməkdə nə qədər diqqət edirsənsə, övladına süd vermək


üçün dayə təyin etməkdə də bir o qədər diqqət et. Çünki süd insan təbiətini
dəyişdirə bilir.”[120]

Həzrət yenə buyurur:

"Baxın görün sizin övladlarınıza kim süd verir; Çünki sizin övladınız süd ilə
inkişaf edib kamala çatır. Süd verən şəxsin əxlaqi xüsusiyyətləri onda
təsirlidir.”[121]

İmam Baqir (əleyhissalam) buyurur:


"Məbada axmaq və qanmaz qadını övladlarınıza dayə götürəsiniz; Çünki
südün təsiri var və südəmər uşaqlar süd verən qadının əxlaqi xüsusiyyətləri
ilə ünsiyyətdə olur və bu işlər onda son dərəcə təsir qoyur.”[122]

Həzrət başqa bir hədisdə göstəriş verir ki:

"Öz südəmər uşaqlarınızı gülərüz və gözəl üzlü dayələrə verin. Məbada bəd
qiyafə, eybəcər qadınları dayəliyə götürəsiniz! Çünki uşağa süd verən
qadınların qiyafələri, zahiri fomaları da sizin övladlarınızda təsirlidir.”[123]

O Həzrət yenə buyurur:

"Zərurət halında yəhudi və məsihi qadınlarının sizin övladlarınıza süd


verməsi, Əhli-beyt düşmənləri olan nasibi qadınların süd verməsindən daha
yaxşıdır.”[124]

Qeyd olunan bu hədislər südün uşağın müxtəlif yönlərində təsirli olmasını


təkidləndirir və sübut edir ki, südəmərlik dövrü çox həssas bir dövrdür, süd
verən qadının dindarlığı, əxlaqı, təqvası və hətta onun eybəcər və ya gözəl
olması südəmər körpədə təsir qoyur, ananın batini və zahiri xüsusiyyətləri
südvermə nəticəsində uşağa nəql olunur. Məhz bu səbəbdən də Rəsuli
Əkrəm (səlləllahu əleyhi və alih) südəmər çağlarında Məkkə qadınlarının
döşündən süd əmmirdi. Çünki Məkkə qadınları besətdən əvvəlki dövrlərdə
kişilər kimi, xurmadan şərab çəkib içirdilər. Məlum olduğu kimi, şərab içən
qadınlar aludə, südvermək üçün qeyri-münasibdirlər və bu da övladın
ruhiyyəsində xoşagəlməz təsirlər qoyacaq, onun əməli təsirləri zahir
olacaqdır.

Həmçinin Musa (əleyhissalam)-ın doğluduğu dövrə də nəzər saldıqda görürük


ki, o Həzrət də uşaqlıq çağlarında Firon tayfasından olan qadınların döşündən
süd əmmədi. Qurani Kərim "Qəsəs” surəsində bu hadisəni təfsilatı ilə
buyurmuşdur.

Burada südvermənin təsirləri barəsində iki qısa hadisəni əziz oxucular üçün
nəql edirik.

1-Şeyx Mürtəza Ənsari barəsində yazırlar ki, o alicənab alim üsulda öz


istidlali və dəyərli kitablarını qələmə aldığı vaxt ictihad məqamına çatır.
Şeyxin yaxın adamları və müridləri onun anasına təbrik deyərək sevinirdilər.
O böyük alimin anası onların cavabında deyirdi ki, əgər mənim oğlum
çəkdiyim zəhmətlər sayəsində nəinki ictihad, hətta nübüvvət məqamına
çatsaydı belə, əsla təəccüb etməzdim. Camaat bu mənalı sözdən daha da
təəccüblənib əlavə izahat verməsini istədilər. O buyurdu ki, sizin mənim
çəkdiyim zəhmətləri eşitməyə taqətiniz olmaz, amma nümunə olaraq
deyirəm ki, oğlumun bütün südəmərlik dövründə bir dəfə də olsun belə, ona
dəstəmazsız süd verməmişəm.[125]

Deməli, İslam tarixində və ümumiyyətlə dünya tarixində yaxşı isanlar heç də


səbəbsiz yerə yaxşı olmamışlar. Ata və ana bütün ömrü boyu övladının
keşiyində duraraq onun qayğısını çəkir, səy edir ki, övladı ləyaqətli olsun.

2. Buxtun-nəsərin tarixi. O, bütün yer üzünə hökmranlıq edən 4 nəfərdən


biridir ki, evləri, şəhərləri viran etmiş, hətta Beytül-müqəddəsə hücum
edərək orada olan əsərləri məhv edib aradan aparmışdır. O, 187 il padşahlıq
edərək pak və günahsız insanların qanlarını nahaq yerə axıtmış, təkcə yəhudi
xalqından 70 min nəfəri qətlə yetirmişdi. Yazırlar ki, o, məcus dinində olan
qaniçən bir adam idi. Çünki elə bir itdən süd əmmişdi ki, o itin adı Buxt,
sahibinin adı isə Nəsər idi, məhz bu səbəbdən həmin şəxsə Buxtun-nəsər adı
verilmişdi.[126]

Bu ayə, rəvayət və tarixi hadisələrə diqqət yetirməklə başa düşürük ki,


valideynin körpənin südəmər çağlarındakı məsuliyyəti çox ağırdır. Çünki
ananın və ya dayənin südü övladda öz təsirini qoyur.
ON BİRİNCİ FƏSİL
UŞAĞA AD QOYMA

Övlad üçün yaxşı və münasib ad seçmək ata üçün dini bir vəzifə və övladın
hüquqlarından biridir. Övladların adları valideynin bu adlara, habelə adların
sahibinə olan eşq və məhəbbətinin göstəricisi, meyarıdır. Övlada ad qoyma
ata və anaların malik olduğu təfəkkür tərzinin göstəricisidir ki, bununla da
onlar öz fikri hədəf və yollarını göstərirlər. Ata və ana övlada ad seçməkdə
müəyyən cəhətləri nəzərə almalıdırlar ki, övlad böyüyəndən sonra
cəmiyyətdə həqarət hissi keçirməsin, təhqir və bəzi hallarda məsxərə
olunmuş hesab etməsin. Özünün və təfəkkürünün müstəqilliyini möhtərəm
sayaraq yad mədəniyyətlərin, fikirlərin və təbliğatların təsiri altına
düşməsinlər, əzizlərini yoldan azmışların, azğınların və üsyankarların adları
ilə adlandırmasınlar, çünki bu özü də pozğunçuluğun, zülmün və uduzmağın
nişanəsidir. Çox hallarda cavanlar müəyyən yetkinlik həddinə çatdıqdan
sonra adlarını dəyişir və ya həqiqi olmayan başqa bir ad götürür, yaxud
başqalarının vurduğu tənələr müqabilində ağır ruhi əzab çəkirlər. Şübhəsiz
ata və ana bütün bunların müqabilində cavabdehdirlər. Bu cəhətdən İslam
dini bütün ata-analara göstəriş verir ki, hətta övlad dünyaya gəlməmişdən
əvvəl belə onun üçün gözəl bir ad seçsinlər. Onlardan ən yaxşısı insanı Allaha
bəndəçilik məqamına yaxınlaşdıran Abdullah, Əbdürrəhim, Əbdürrəhman
kimi mübarək adlardır, bunlardan sonra peyğəbərlərin, ilahi övliyaların və
imamların adlarıdır. Bunların da arasında Həzrət Peyğəmbərin, Həzrət Əlinin
və Fatimeyi Zəhranın adları sair adlardan irəlidə gedir. Hətta bəzən xüsusi
bir şəraitdə siyasi nəzərdən ad qoyma başqa bir məna kəsb edir və o böyük
şəxsiyyətlərin ardıcılları vəzifəli olurlar ki, hökmən belə adları seçsinlər. Belə
ki, Həzrət İmam Hüseyn (əleyhissalam) məhz bu cəhətdən oğlanlarının
hamısının adını Əli qoymuşdu. İndi isə sizin diqqətinizi bu barədə olan bir
hədisə yönəldirik. Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)
buyurur:

İmam Həsən (əleyhissalam) buyurur:


"Atanın övlada ilk hədiyyəsi və bəxşişi budur ki, ona yaxşı ad qoysun.”[128] 

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Övladlarınızın hüquqlarından bəziləri budur:

1-Ən gözəl ad qoymaq, 2-Yazı yazmağı öyrətmək, 3-Həddi-büluğa çatdıqda


onları evləndirmək.”[129]

O Həzrət yenə buyurur:

"Hər kəsin 4 oğlu olsa və onlardan heç birinə mənim adımı qoymasa, mənə
cəfa etmişdir.”[130]

Əmirəl-möminin Əli (əleyhissalam) buyurur:

"Övladın ata üzərində olan haqqı budur ki, atası ona gözəl ad qoysun, gözəl
ədəbləndirsin və ona Qurani öyrətsin.”[131]

Həzrət Baqir (əleyhissalam) buyurur:

"Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) kişilərin və şəhərlərin çirkin və pis


adlarını dəyişib onlara gözəl adlar qoyurdu.”[132]

Bir gün Ümmü Sələmənin (ana tərəfdən bir olan) qardaşı övladının adını
Vəlid qoydu. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu:

"Öz fironlarınızın mənfur adlarını dirçəldirsinizmi?!” Sonra Həzrət onun adını


dəyişib Abdullah qoyub buyurudu: "Bu camaatın Vəlidi gələcəkdir ki, onun bu
ümmətə qarşı rəva gördüyü şər və zülmü Fironun öz qövmünə etdiyi
zülmdən çox olacaqdır.” (Həzrətin məqsədi Müaviyənin nəvəsi, Yezidin oğlu
Vəlid idi.)[133]

İmam Baqir, Rəsuli Əkrəm və Əli ibni Əbutalib (əleyhimussalam)-ın mübarək


adlarının təsiri barəsində buyurur:

"Həqiqətn, hər vaxt şeytan bu adları eşidirsə, qurğuşun əriyən kimi əriyib
suya dönür.”[134]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Özünüz üçün gözəl və münasib adlar seçin, çünki qiyamət günü həmin
adlarla çağırılacaqsınız.”[135]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) bu mübarək adların əzizlənməsi


barəsində buyurur:
"Hərgah övladınıza mənim adımı qoysanız, ona ehtiram göstərin, yerini dar
etməyin və üzünüzü ona turşutmayın.”[136]

İmam Sadiq (əleyhissalam) buyurur: 

"Biz öz oğlanlarımızın adını yeddi günə qədər Mühəmməd qoyuruq, yeddinci


gündən sonra istəsək dəyişərik, istəməsək elə həmin adda saxlayarıq.”[137]

İmam Hüseyn (əleyhissalam) buyurur:

"Əgər mənim yüz oğlum olsa, çox istərdim ki, hamısının adını Əli
qoyum.”[138]

Qeyd olunan bu şərif hədislər məsum imamların adqoymanın müxtəlif


zəminələrindəki göstərişləridir ki, öz ardıcıllarına tövsiyə etmişlər və bu yolla
düşmənlərinin qeyri-səhih təbliğatları və mədəniyyətləri ilə mübarizə yollarını
bizə öyrətmişlər. Məsələn, İmam Hüseyn (əleyhissalam) elə bir dövrdə
yaşayırdı ki, Bəni-üməyyə xəlifələri o pak xanədana (Əhli-beytə) və onların
şiələrinə qarşı kəskin təbliğat hücumuna başlamış, seyyidlərin əsərlərini
məhv etmək üçün əlbir olmuşdular.

Məsələn, İmam Hüseyn (əleyhissalam) elə bir dövrdə yaşayırdı ki, Bəni-
üməyyə xəlifələri Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) və
onun şiələrinə qarşı amansız hücuma keçib, o Həzrətə məxsus olan əsərləri
aradan aparırdılar. İmam Hüseyn (əleyhissalam) hətta oğlanlarına Əli adı
qoymaqla əməvilərin qarşısında mübarizəyə qalxmışdı.

Hədislərdə gəlmişdir ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) kişilərin və


şəhərlərin pis adlarını dəyişərək öz ardıcıllarına yad mədəniyyətlərdən
uzaqlaşmaq dərsini verirdi. Bu hərəkətlərin siyasi yönləri əksər hallarda onun
şəxsi və fərdi yönündən artıq olmuşdur.

Ümidvarıq ki, bizim müsəlman ümmətimiz azad fikirli olub öz övladlarına


düzgün və gözəl adlar seçməklə İslam məktəbini bu barədə də qoruyub
saxlasınlar.

ON İKİNCİ FƏSİL
1-Uşağın təvəllüdünün yeddinci günündə qonaqlıq məclisi

Müqəddəs İslam şəriətində övladın təvəllüdü üçün məxsus qayda-qanunlar


və mərasim müəyyən olunmuş, ata-ananın həmin göstərişlərə əməl etmələri
tövsiyə edilmişdir. Mütəal Allah bir kəsə bir övlad əta edirsə, gərək o şəxs bu
ilahi nemətin şükrünü yerinə yetirmək məqsədi ilə Allaha həmd edib
möminləri, qonşuları və qohum-əqrəbanı qonaqlığa dəvət etsin. Bu əməl
başqalarının barəsində edilən yaxşılıq və ehsandan əlavə, həm də camaat
arasında qarşılıqlı məhəbbət, ehtiram və səfa-səmimiyyət yaradır, uşağın
şəxsiyyətinin dəyərini yüksəldərək onu ata-anasına qarşı daha da
mehribanlaşdırır. Çünki o, böyüyərək valideyninin onun barəsində etdiyi
ehsan və yaxşılıqdan xəbərdar olandan sonra son dərəcə xoşhal nəticədə
onlara təşəkkür edəcəkdir. Məhz bu səbəbdən hədislərdə gəlmişdir ki, beş
yerdə bu cür ehsan vermək müstəhəbdir ki, onlardan biri də övladın dünyaya
gəldiyi zamandır.[139]
2-Körpəyə qüsl vermək

İslam dininin təkid etdiyi əməllərdən biri də təmizlik, paklıq, səhiyyə


qanunlarına riayət etməkdir. Buna görə də öz ardıcıllarına müxtəlif
münasibətlərlə əlaqədar olaraq müstəhəb və ya vacib qüsslləri tövsiyə
etmişdir. İslam dini bizə göstəriş verir ki, körpənin paklığı üçün ona qüsl
verin. Belə ki, İmam Sadiq (əleyhissalam) buyurur:

"Təzə doğulmuş uşağa qüsl vermək vacibdir.”[140]

Əlbəttə, rəvayətlərdə bu əməlin "vacib” kimi təbir olunması onun çox təkidli
bir müstəhəb olduğunu bəyan etmək üçündür. Bu qəbildən olan rəvayətlər
daha çoxdur və bu məsələnin əhəmiyyətini göstərir. İslam aləminin böyük
alim və fəqihləri məhz bu əsasda fətva verərərk təzə doğulmuş körpəyə qüsl
verilməsini təkid etmişlər. O cümlədən, mərhum Mühəqqiq "Şəraye”
kitabında, Mərhum Şəhidi Sani "Şərhi-lümə” kitabında habelə "Cəvahirül-
kəlam”-ın müəllifi öz kitabında təzə doğulmuş uşağa qüsl verilməsinin
müstəhəb olmasına dair fətva vermişlər.[141]

Hazırkı əsrimizin mərcəyi-təqlidləri də öz "Tovzihul-məsail” kitabının


"müstəhəb qüsüllər” bölməsində həmin məsələni təkidlə qeyd etmişlər. Buna
əsasən, valideynin övladın sağlamlığını qorumaq qarşısındakı vəzifələrindən
biri də körpənin təvəllüdündən sonra ona qüsl verməsidir.
3-Qulağına azan və iqamə demək

Hər bir millətin və ya tayfanın özünə məxsus adət-ənənələri vardır ki,


müəyyən vaxtlarda və ya günlərdə olan hadisələrlə əlaqədar keçirirlər.
Dünya xalqlarından bəziləri həssas anlarda şüar xarakteri daşıyan kilsə
zənglərini səsləndirirlər. İslam dini göstəriş verir ki, namaz vaxtında, habelə
körpə doğulandan sonra onun təvəllüdünün yeddinci günü sağ qulağına
azan, sol qulağına isə iqamə deyilsin.

Düzdür ki, körpə bu günlərdə heç bir şey başa düşmür, azan və iqaməni dərk
etmir. Amma bu dini göstəriş heç də hikmətsiz olmayıb özünəməxsus
hikməti bəyan edir. Çünki ananın ahəngdar, vəznli, qafiyəli nəğmələri övlad
üçün ən münasib və təsirli nəğmələrdən olub ona aramlıq bəxş etdiyi kimi,
azan və iqamənin də körpənin qulağına deyilməsi şəkksiz ki, təsirsiz
olmayacaqdır. Bundan əlavə, bu əməlin başqalarında da tərbiyəvi əsər
qoyması unudulmamalıdır. Çünki onun gözəl və mənalı cümlələri
təkallahçılığa, heç bir günaha və sapmağa məruz qalmayan məsum
rəhbərləri özünə nümunə götürməyi və yaxşı, qurucu işlərə təşviq etmək
məsələsini başqalarında da icad edir.

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Hər kəsin övladı dünyaya gəlsə, onun sağ qulağına azanı, sol qulağına isə
iqaməni deməlidir. Bu əməl şeytanı uşaqdan uzaqlaşdırır.”[142]

Bəli, həqiqətən din və iman əhli olan, Allaha pərəstiş edən, Həzrət
Peyğəmbər və Əlinin bayrağı altında olan bir şəxsə şeytanın yaxınlaşmağa
icazəsi yoxdur.
4-İmam Hüseyn əleyhissalamın türbətini yedizdirmək

Bütün insan cəmiyyətlərində fədakarlığa, təşəkkürə, qədirdanlığa təşviq


gözəl əməllərdən biridir. İtkin düşən əsgərlərin qəbirlərini ziyarət etmək,
onların məzarları üstünə gül dəstələri qoyaraq milli və dini qəhrəmanları yad
etmək beynəlxalq bir məsələ kimi qəbul olunmuşdur. Hamı bilir ki, imam
Hüseyn (əleyhissalam) məsum və fədakar bir imamdır ki, Allah və Onun
Peyğəmbərinin əmrinə əsasən, var-yoxunu ixlasla, din və millətin islahı və
mövcud əyintilərin qarşısını almaq öz dövrünün zalım hakimi Müaviyənin
oğlu Yezid ilə mübarizəyə sərf etdi və Allahın razılığını qazandı, bu yolda
özünü, övladlarını və dostlarını qurban verərək şəhadət yolunu seçdi.

O Həzrətin şiələri və onu sevən müsəlman millətləri bütün varlıqları ilə İmam
Hüseyn əleyhissalamın, yolunda şəhid olduğu müqəddəs hədəfinə tabe
olaraq öz rəftar və əməlləri ilə belə bir fədakar və məsum rəhbərə bir növ
təşəkkür edirlər. Müxtəlif hallarda İmam Hüseyn (əleyhissalam)-ın pak və əl
dəyməmiş türbətindən təbərrük kimi istifadə edir və beləliklə də öz
övladlarına azadlıq və azadlıq sevərlik ruhunu aşılayırlar. Bəli, İmam Hüseyn
məktəbində o Həzrətin türbəti müqəddəs sayılır, şəfa tapmaq üçün ondan
istifadə edilir və təzə doğulan uşağa da ondan cüzi miqdarda yedirdilir. İmam
Baqir (əleyhissalam) buyurur:

"Sizin körpələr doğulduqdan sonra ona Fərat çayının suyundan içirdin və


İmam Hüseyn (əleyhissalam)-ın pak türbətindən yedirdin. Əgər onları tapa
bilməsəniz, yağış suyundan istifadə edin.”[143]

Əlbəttə, bu barədə əlavə rəvayətlər və əlavə mətləblər vardır ki, müxtəsər


olsun deyə, onları burada gətirməyir və qeyd edirik ki, əgər onları tapa
bilməsək, rəvayətlərə əsasən, adi xurmadan istifadə etməliyik.
5-:örpənin saçını qırxmaq

Bura qədər valideynin öz uşaqlarının təvəllüdünün yeddinci gününə qədər


təşkil etməli olduqları mərasimi qısa şəkildə bəyan etdik. İndi isə uşağın
təvəllüdünün yeddinci günündə olan başqa hüquqları qeyd edirik. İmam
Musa ibni Cəfər (əleyhissalam) buyurur:

"Valideynin öz övladının təvəllüdünün yeddinci günü münasibəti ilə olan


vəzifələrindən biri budur ki, onun başının tüklərini qırxsın və onun ağırlığı
qədərində qızıl və ya gümüş fəqirlərə sədəqə versin. Əgər bu da mümkün
olmasa, nə qədər gücü çatsa, o qədər sədəqə versin.”[144]

Aydındır ki, bu kimi əməllər yoxsullara, fəqirlərə kömək olunmasına səbəb


olar və onların ehtiyaclarını müəyyən qədər aradan qaldırar. Bundan əlavə,
bu İslam qanunu uşağın şəxsiyyətini ata-anasının yanında daha da əziz edir
və bu cür övladlar böyüyəndən sonra valideynin onun barəsində etdiyi
yaxşılıqlardan agah olaraq özləri də qarşılıqlı olaraq onlara yaxşılıq etməklə
onların zəhmətlərinin əvəzini çıxır. Həm də bu əməl özü də bir sədəqədir və
bəlaları dəf edir.
6-Sünnət etmək

Müqəddəs İslam dini oğlanların təvəllüdünün yeddinci günündə sünnət


edilməsini tövsiyə etmişdir. Bu əməlin səbəbi övladın paklanması və inkişaf
etməsi kimi qeyd olunmuşdur. İslami rəvayətlərdə qeyd olunur ki, İbrahim
(əleyhissalam)a bu sünnəti İshaqın barəsində yerinə yetirmək əmr
olunmuşdu və o da öz oğlunu sünnət etmişdi. Bu iş İshaqın övladlarında da
əməli olaraq həyata keçirildi.

Başqa bir rəvayətdə İmam Sadiq (əleyhissalam) buyurur ki, həkim və elmli
Allah bu islami sünnətə göstəriş vermişdir. Bir neçə şeyin insan bədənindən
qırılıb ayrılması, o cümlədən uşağın göbəyinin kəsilməsi, müxtəlif yaş
dövrlərində dırnaqlarının tutulması, üz, bığ və başının tükünün normal hala
salınması və s. lazımdır. Buna əsasən, ilahi təqdirdə heç bir nöqsan yoxdur
və biz öz vəzifəmizə əməl etməyə borcluyuq.[145]

Əgər uşaq 7 günlüyündə və ondan sonrakı günlərdə sünnət olunmasa, onun


özünə vacibdir ki, həddi-büluğa çatandan sonra sünnət əməlini yerinə
yetirsin.

Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

"Hər bir kişiyə vacibdir ki, müsəlman olduqdan sonra özünü sünnət eləsin,
hətta 70 yaşında olsa belə.”[146]

Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) başqa bir hədisdə buyurur:

"Öz övladlarınızı təvəllüdün yeddinci günündə sünnət edin. Soyuqdan və


istidən qorxmayın, çünki bu iş bədənin paklığına səbəb olur.”[147]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: 

"Öz övladlarınızı təvəllüdün yeddinci günündə sünnət edin. Bu iş onların


bədənlərinin paklanmasına və inkişaf etməsinə səbəb olur. Sünnət
olunmamış şəxsin bovlu ilə bir yer nəcis olarsa, 40 gün nəcisliyində
qalır.”[148]
7-Əqiqə və qurbanlıq

Uşağın təvəllüdünün yeddinci gününün mərasimlərindən biri də qurbanlıq


(qoyun) kəsilməsidir. Bu islami sünnət də təkidli müstəhəb əməl olmasına
baxmayaraq, övladın sağlam olmasında əsaslı rol oynayır və hətta
rəvayətlərdə "vacib” təbiri ilə qeyd olunmuşdur ki, bu da həmin əməlin
əhəmiyyətini çatdırır. İndi isə bir neçə hədisə diqqət yetirin:

Həzrət İmam Sadiq (əleyhissalam) buyurur:

"Övlad üçün qurbanlıq kəsmək vacibdir.”[149]

Başqa bir rəvayətdə Əbu Bəsir İmam Sadiq (əleyhissalam)-dan soruşur ki,
övlad üçün əqiqə kəsmək vacibdirmi? İmam (əleyhissalam) buyurur: "Bəli,
vacibdir.”

Əlbəttə bu barədə həmin məzmunda olan hədislər həddindən artıq çoxdur.


Hətta qeyd olunmuşdur ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) özü öz
mübarək əli ilə Həsən (əleyhissalam) üçün qurbanlıq kəsib övladını dua etdi.
[150]

İmam Sadiq (əleyhissalam) buyurur:

"Hər bir körpənin sağlamlığı kəsiləcək qurbanlığın girovundadır.”[151]

İmam Sadiq (əleyhissalam) yenə buyurur:

"Bütün (yaşlı) insanların sağlamlığı fitrənin, bütün uşaqların sağlamlığı isə


əqiqənin (qurbanlığın) girovundadır.”[152]

Ömər ibni Yezid deyir: Həzrət İmam Sadiq (əleyhissalam)-ın hüzuruna gəlib
ərz etdim: "Yəbnə Rəsulillah, mən bilmirəm ki, ata-anam mənim üçün əqiqə
qurbanlıq kəsiblər, ya yox. Mənim vəzifəm nədir?” Həzrət buyurdu: "”et, bir
qurbanlıq kəs.”

Ravi deyir: "Mən gəlib qoca yaşlarımda olmağıma baxmayaraq, özüm üçün
bir qoyun qurbanlıq kəsdim.”[153]

Məsum rəhbərlər bizə tövsiyə etmişlər ki, körpə üçün, onun təvəllüdünün
yeddinci günündə bir qurbanlıq kəsin. Əgər həmin gün mümkün olmasa,
ömrünüzün axırına qədər hər vaxt mümkün olsa, bu işi yerinə yetirin,
heyvanın sümüklərini sındırmayın, sadəcə onu bəndlərdən ayırın və
möminlərdən aşağısı on nəfər evinizə dəvət edib qurbanlıq ətini onlara
yedirdin. Körpənin ailə üzvlərinin, xüsusilə anasının həmin ətdən yeməsi
məkruhdur.
8-Qulaqların deşilməsi

:örpə qız uşaqlarının qulaqlarının deşilməsi bizim aramızda da adətdir və


islami sünnətlərdən biri kimi Peyğəmbərin və sair məsumların tərəfindən
tövsiyə olunmuşdur. İslam nəzərindən oğlan və ya qız olmasından asılı
olmayaraq hər ikisinin qulağı deşilməlidir. Lakin bizim dövrümüzdə bu
sünnətə yalnız qızların barəsində əməl olunur və oğlanlara şamil edilmir. 
"Cəvahirül-kəlam” kitabının 31-ci cildinin 261-ci səhifəsində buyurulur: "Bu
islami sünnət həm qızlarda, həm də oğlanlarda icra edilməlidir. Həzrət
Peyğəmbər (səlləllahu əleyhi və alih) öz əziz qızı Fatimə (ə.s)-a göstəriş
verdi ki, Həsən və Hüseynin qulaqlarını deşsin.”[154]

İmam Sadiq (əleyhissalam) buyurur:

"Oğlanların da qulaqlarının deşilməsi Peyğəmbərin sünnətindəndir.”[155]

Bu fəslin sonunda qeyd etməyi lazım bilirik ki, İslam dinində müəyyən
göstərişlər var ki, onların hikməti bizim üçün tam şəkildə məlum deyildir.
Çünki bu hökmlərin verildiyi dövrlərdə camaat məsum rəhbərlərin elmindən
lazımi qədər dəqiq şəkildə istifadə etməmiş, müxtəlif yersiz və lazımsız
suallarla onların şərif vaxtlarını tutmuşlar.

Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) özünün ən yaxın


səhabələrindən biri olan Kumeylə xitabən buyurur:

"Ey Kumeyl, həqiqətən, mənim sinəm elmlə doludur. Əgər münasib şagirdlər
tapsaydım...”[156]

Amma əfsuslar olsun ki, bu cür şagirdlər tapılmadı. Digər tərəfdən də Rəsuli
Əkrəm (səlləllahu əleyhi və alih) və Əmirəl-möminin Əli ibni Əbutalib
(əleyhissalam)-ın yaşadıqları dövrdə müharibə və s.-dən irəli gələn saysız-
hesabsız çətinliklər və problemlər, habelə, sair imamların elm qapılarının
(zalim hökmdarların vasitəsilə) bağlanması səbəb olmuşdur ki, elm qapıları
əksər hallarda bağlı qalsın, islami məsələlər və onların hikmətləri
açıqlanmasın. Həmçinin, əgər hər bir dinin əsli elm, əql və məntiq əsasında
olsa, onun təfərrüatında çox da tədqiqat və təhqiq etmirlər. Bundan əlavə
nəzərə alınmalıdır ki, İslam dininin hətta fürui məsələlərində belə əql, elm və
məntiqlə ziddiyyət təşkil edən bir məsələ tapmaq olmaz. Amma İslam
şəriətində bəzi hökmlərin dərk olunmasında bəşər elmi, əqli acizdir. Başqa
sözlə desək, İslamda mövcud olan hökmlər bəşər elminin fövqündədir,
amma ümumiyyətlə elm ilə müxalif, zidd deyildir. Buna əsasən, əgər
övladların hüquqları, uşaqların təvəllüd mərasimi və ya sair məsələlərdə
əqlimizin dərk etmək qüdrəti olmayan müəyyən hökmlərlə rastlaşsaq, onun
həqiqətində şəkkə yol verməməli, bütün dini göstərişlərin ictimaiyyətin
mənafeyini əks etdirməsinə inanmalıyıq.
ON ÜÇÜNCÜ FƏSİL
ÖVLADLARA EHTİRAM

Hər bir insanın batini istəklərindən bir də ona qarşı məhəbbət və özünü
sevməkdir. Habelə o, istəyir ki, başqaları da ona hörmət etsinlər, ehtiram
nəzərləri ilə ona baxsınlar. Bu istək bütün insanlarda təbii və fitri şəkildə
mövcuddur və şəxsi mənfəətlərin cəlb olunması səbəbidir. Əgər bu
xüsusiyyətə lazımınca riayət edilməzsə, çox hallarda fərdi başqaları
tərəfindən istismar olunmasına gətirib çıxaracaqdır. Bu səbəbdən də İslam
dini bizə göstəriş verir: Bir-birinizlə qardaşlıq münasibətində olun, bir-birinizə
məhəbbət nəzərləri ilə baxın. Çünki bu cür rəftar cəmiyyətdə yaxşı rəftarın,
qarşılıqlı ehtiramın yaranmasına səbəb olacaqdır.

Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) öz oğlu Məhəmməd


Hənəfiyyəyə vəsiyyətində buyurur ki:

"Başqalarının sənə yaxşılıq etmələrini istədiyin kimi, sən də bütün insanlara


yaxşılıq et.”[157]

Yenə o Həzrətdən rəvayət olunub ki:

"Bütün insanlarla yaxşı danış ki, onlardan yaxşı cavab eşidəsən.”[158]

Bu hədislərdən göründüyü kimi, Həzrətin bu göstəriş müəyyən bir qrupa


məxsus olmayıb əksinə, böyük və ya kiçik, müsəlman və ya qeyri-
müsəlman, qohum və ya yad, ata və ya oğul və s. olmasından asılı
olmayaraq bütün insanlara xitab edir və Həzrət bu vəzifəni hamı üçün
müəyyənləşdirir.

Bəli, övladlar da istəyirlər ki, öz valideynləri yanında sevilsinlər, valideynləri


onlara şəxsiyyət verib ehtiram gözü ilə baxsınlar. Bu cəhətdən də bizim
məsum rəhbərlərimiz həm öz övladlarını, həm də başqalarının övladlarını
sevir, onlara ehtiram qoyur və öz ardıcıllarına da tövsiyə edirdilər ki,
övladlarınızı sevib əzizləyin, onlara qarşı təvazökar olun, hətta müəyyən
hallarda onlarla oynayın, beləliklə də onların özlərinə və ailələrinə qarşı
məhəbbətlərini cəlb edə bilin, onları fəsad bataqlığına düşmələri azğın,
əxlaqsız dostlara qoşulmalarının qarşısını alın. Çünki, uşaqlar məhəbbətə,
səfa-səmimiyyətə çox ehtiyac duyur və öz mənəvi ehtiyaclarını mümkün olan
hər yolla təmin etmək istəyirlər. Əgər bəzən təcrübəli, ürəyi yanan və
mehriban ata və ana bu təbii ehtiyacları təmin edə bilməsələr, şübhəsiz
övladlar azğınların, satqınların və yaramazların arxasınca gedərək onların
aldadıcı məhəbbət və əxlaqlarına uyacaqlar. Rəsuli Əkərm (səlləllahu əleyhi
və alih) buyurur:

"Hər kəsin uşağı olsa, onunla uşaq kimi rəftar etsin. Bu yolla uşağı daha
yaxşı tərbiyə edə bilər.”[159]

Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

"Hər kəsin uşağı olsa, gərək onunla uşaq kimi oynasın.”[160]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Uşaq birinci 7 yaşına qədər ağa, ikinci 7 ildə (14 yaşa qədər) xidmətçi,
üçüncü 7 ildə (21yaşınadək) isə ailənin vəziridir.”

Yəni övladlar həyatın ilk çağlarında zəif və bacarıqsız olduqlarına görə ağa
kimi ehtirama layiq görülməli, nəvaziş görməlidirlər. İkinci dövrdə işlətməklə,
qayda-qanunları və iş üslubunu öyrətməklə onları böyütmək, üçüncü yeddi
ildə isə topladığı təcrübə sayəsində onların şəxsiyyət və təfəkkürünə
həddindən artıq ehtiram qoymaq, onlara ailənin vəziri kimi baxmaq,
müəyyən hallarda onların fikir və təkliflərindən istifadə etmək lazımdır.

Ənəs ibni Malik öz həyatını Peyğəmbərin hüzurunda keçirənlərdən idi. O


deyir:

Peyğəmbər hər vaxt uşaqlarla qarşılaşsaydı, onlara salam verər,


şəxsiyyətlərinə ehtiram qoyar, bununla da cəmiyyətdə uşaqlara ehtiram
məsələlərini öz ardıcıllarına göstərərdi.[161]

Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur:

"Öz övladlarınıza ikram edin (əzizləyin) və onların ədəblərini


gözəlləşdirin.”[162]

İmam Sadiq (əleyhissalam) buyurur:

"Həqiqətən Allah taala bir bəndəsinə, onun öz övladına məhəbbəti xatirinə


rəhm edir.”[163]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) Həsən və Hüseynin üzündən öpəndə,


Əbra ibni Haris dedi: "Mənim on dənə övladım vardır, amma onların heç
birinin üzündən öpməmişəm.” Həzrət buyurdu: "Hər kəs rəhm etməsə, ona
rəhm olunmaz.”[164]

İmam Sadiq (əleyhissalam) buyurur:

"Bir kişi Peyğəmbərin yanına gəlib dedi: "Mən indiyə qədər heç bir uşağın
üzündən öpməmişəm.” Elə ki, Peyğəmbərin yanından getdi, Həzrət buyurdu:
"Bu adam mənim nəzərimdə cəhənnəm əhlidir.”[165]

İmam Sadiq (əleyhissalam) buyurur:

"Hər kəs öz övladını öpsə, Allah onun üçün bir həsənə yazar. Hər kəs
övladını sevindirsə, Allah da onu qiyamət günü sevindirər.”[166]

İndi isə əziz oxucuların diqqətini aşağıdakı mühüm hekayələrə cəlb edirik:

1-Bir gün Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) Mədineyi-Münəvvərədə bir


dəstə adamla namaz qılırdı. Yəhudilərdən biri də onlara diqqət edirdi. (Həzrət
Həsən və Hüseyn (əleyhiməssalam) uşaq vaxtı Peyğəmbər səcdəyə gedəndə
hər vaxt onun dalına minir və ayaqlarını yellədirdi. Həzrət səcdədən
qalxanda, onu əli ilə götürüb yerə qoyardı.) Bütün səcdələrdə bu hadisə
təkrar oldu. Namazdan sonra həmin yəhudi Həzrətə yaxınlaşıb dedi: "Ya
Mühəmməd, siz öz uşaqlarınızla elə rəftar edirsiniz ki, biz əsla o cür rəftar
etmərik.” Həzrət buyurdu: "Əgər siz də Allaha və Onun Peyğəmbərinə iman
gətirsəydiniz, öz övladlarınızla belə rəftar edər, onlarla mehriban olardınız.”
Həzrətin öz nəvəsinə göstərdiyi mehribançılıq və nəvaziş o yəhudinin iman
gətirməsinə səbəb oldu.[167]

2-Həzrət İmam Sadiq (əleyhissalam) nəql edir ki, bir gün əziz babası zöhr
namazını qılarkən öz gündəlik adətinin əksinə olaraq axırıncı iki rəkətini
sürətlə qılıb qurtardı. Səhabələr namazdan sonra Həzrətin hüzuruna gəlib
soruşdular: "Ya Rəsuləllah, namaz əsnasında nə baş vermişdi ki, siz bu cür
etdiniz?” Həzrət buyurdu: "Məgər nə oldu ki?!” Dedilər: "Siz namazı çox
sürətlə qıldınız.” Həzrət buyurudu: "Məgər o kişinin uşağının ağlamaq səsini
eşitmədinizmi?”[168]

"örəsən insaniyyət nümumnələri olan məsum rəhbərlərin uşağa ehtiram


göstərmək barəsindəki rəftarlarından ibrət dərsi almamalıyıqmı?

ÖVLADLAR ARASINDA ƏDALƏTƏ RİAYƏT ETMƏK

Ata və ana öz övladları arasında heç bir səbəb olmadan fərq qoymamalı,
onların arasında həsəd və kin icad etməməlidirlər. Bütün övladların haqqı
vardır ki, valideynlərin məhəbbət, ehtiram, nəvaziş və lütfündən
faydalansınlar. Bu ilahi qanundan kənara çıxmaq valideyn üçün ağır
məsuliyyət gətirir, övladlar arasında ədavətə, düşmənçiliyə səbəb olur.

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Övladlarınızın arasında ədalətə riayət edin. Necə ki, lütf və yaxşılıq


barəsində onların sizin aranızda ədalətə riayət etməsini istəyirsiniz.”[170]

Həzrət Əmirəl-möminin Əli (əleyhissalam) buyurur:

"Rəsuli Əkrəm gördü ki, bir kişi oğlanlarından birini öpdü, digərini isə
öpmədi. Həzrət bu hadisədən qəzəbləndi və buyurdu: Belə etmə! Bu ayrı
seçkilik salmağınla onların arasında düşmənçilik toxumu səpirsən.”[171]

Əlbəttə, hər bir övladın gördüyü yaxşı işlər qarşısında təşəkkür edərək onları
bu kimi işlərə həvəsləndirmək lazımdır. Amma heç bir səbəb olmadan birini
digərindən üstün saymaq, məhəbbətdə onların arasında fərq qoymaq olmaz.
QIZ İRƏLİDİR, YOXSA OĞLAN?

Əvvəldə qeyd olundu ki, cahiliyyət dövründə ərəblər öz qızlarını öldürürdülər.


Qıza sahib olmaq rüsvayçılıq sayılırdı. Amma İslam dini bu cəfəngiyat və
vəhşiliyin puç ömrünü sona çatdırıb valideynlərə tövsiyə etdi ki, qızlarına
ehtiram qoymaqda çalışsınlar, oğlanları qızlardan üstün hesab etməsinlər.
Hətta bəzi hallarda lazımdır ki, qızlara oğlanlardan daha artıq məhəbbət
göstərsinlər. Çünki qızların ülvi hissləri, duyğuları yüksək səviyyədə olduğu
üçün oğlanlardan daha çox nəvazişə, məhəbbətə ehtiyac duyurlar. Bəzi
hallarda isə çox tez inciyir, həssas olurlar. Bu cəhətdən də İslam dini onlara
məhəbbət və nəvaziş etməyi tövsiyə edir.

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:


"Övladlarınızın ən yaxşısı qızlarınızdır.”[172]

Bu hədisdə Həzrət qızları övladların ən yaxşısı kimi təqdim edərək onlara


məhəbbət və nəvaziş edilməsini tövsiyə edir.

İmam Sadiq (əleyhissalam) buyurur:

"Qızlar həsənə, oğlanlar isə nemətdirlər. Həsənələrə savab verilir, amma


nemətdən sual olunur.”[173]

Yəni qızlar həsənə, oğlanlar nemət hökmündədir. Allah əcri və mükafatı


həsənələr müqabilində verir. Amma nemətdən sorğu-sual ediləcəkdir.

Bu hədis göstərir ki, qızlara oğlanlardan çox məhəbbət və nəvaziş edilməsinə


tövsiyə olunmuşdur və bu iş daha artıq savaba səbəb olacaqdır.

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Hər vaxt evə müəyyən töhfə və meyvə gətirsəniz, əvvəlcə qızlara və


qadınlara verin. Çünki hər kəs bir qızı sevindirsə, sanki İsmail peyğəmbərin
övladlarından olan bir qulu azad etmişdir.”[174]

Bu fəsildən nəticə alırıq ki, övladlara məhəbbət göstərilməli və onların


arasında fərq qoyulmamalıdır. Bəzi hallarda məhəbbət göstərilməkdə qızlar
oğlanlardan irəli salınmalıdır. İndi burada iki hədis qeyd etməklə bəhsi sona
çatdırırıq. İmam Sadiq (əleyhissalam) buyurur:

"İnsanın öz övladına yaxşılıq etməsi öz atasına yaxşılıq etməsidir.”[175]

Əliyyibni Hüseyn (əleyhissalam)-a yeni doğulan övladları barəsində müqdə


veriləndə, onun oğlan və ya qız olması barəsində əsla soruşmaz, ilk sualı bu
olardı ki:

"Sağlamdırmı?” Əgər sağlam olması barədə xəbər versəydilər, deyərdi:


"Həmd və şükür olsun Allaha ki, məndən eybli övlad yaratmadı.”[176]

Bu hədis övladlar arasında fərq və imtiyaz qoyulmamasını çatdırmaqdan


əlavə bəyan edir ki, qız və oğlan arasında fərq yoxdur və habelə uşağın təbii
və xilqət cəhətindən sağlam olmasını əsas məsələ kimi bəyan edir.

ON DÖRDÜNCÜ FƏSİL
DİNİ TƏLİM-TƏRBİYƏ

Övladların dini təlim-tərbiyəsi ataların övlad qarşısında olan vacib


borclarından və övladın ata üzərindəki hüququ sayılır. Əgər valideyn, yaxud
uşağı qəyyumu bu böyük və ilahi vəzifəni yerinə yetirsələr, özlərinin və
övladlarının səadətini təmin edər, üstəlik cəmiyyətin xoşbəxtliyi və islahı
yolunda çox müsbət və təsirli addım atmış olar. Çünki ölkə daxilində və ya
dünya səviyyəsində olan cəmiyyətlər məhz bu cavan sinifdən təşkil
olunmuşdur.

Sağlam ailə və dini tərbiyədən məhrum olan övladlar əksər hallarda sair
insanlara əziyyət verən ünsür, cəmiyyətdə bir növ mikrob sayılır və xüsusilə
cavan, pak nəsilləri fəsada, pozğunçuluğu çəkirlər. Hətta demək olar ki, bu
kimi şəxslərin vurduğu ziyan və xəsarətləri heç vaxt bərpa oluna bilməz.
Buna əsasən, dindar və Allaha inanan cavanlar gərək bu kimi şəxslərlə
ünsiyyətdə olmaqdan çəkinsinlər. Çünki həqiqətdə bu kimi insanların törədə
biləcəyi xətərlər kütləvi qırğın silahlarından da təhlükəlidir. Çünki Allahdan
xəbərsiz olan bu şəxslər insanların bədən və canlarına rəhm etməməklə
yanaşı, üstəlik insanlıq şərafəti, əxlaqi fəzilətlər və camaatın heysiyyəti bu
kimi divsifət insanların vasitəsi ilə uçuruma doğru sürüklənir. 

Hansı ata-ana öz övladını istəməz? "örəsən narkotik maddələrə adət etmək


ərəfəsində, uçurumunda olan bir övlad insanlıq dəyərlərindən bəhrələnirmi?
Əlinə silah alaraq insanların evlərində, cəmiyyətdə əmin-amanlığı pozan bir
cavanı insan saymaq olarmı? Beynində yüzlərlə şeytani, fitnəçi fikirlər olan,
ailələrin, camaatın namusunu fəsada çəkən fərdlərin insanlıq şərafəti varmı?
Burunlarına dindarlıq iyi dəyməyən, azacıq əqidəvi agahlığı olmayan, heç bir
qorxusu olmadan böyük şəxsiyyətlərə qarşı sui-qəsd edənlərə insan demək
olarmı?

Deməli əxlaqi süqut, mənəvi uçurum tələləri qarşısında müqavimət


göstərərək diqqətli olmaq lazımdır. Hörmətli valideynlərin övladların düzgün
dini təlim-tərbiyəsi yolundakı məsuliyyətləri çox ağırdır və tam layiqli şəkildə
bu vəzifəni yerinə yetirməlidirlər. İndi isə sizin diqqətinizi bu məsələ ilə
əlaqədar bir neçə hədisə yönəldirik. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)
buyurur:

"Axirəzzamanda dünyaya gələn övladlara ataları tərəfindən vay olsun! Çünki


ataları onlara, vacibatdan heç nə öyrətməzlər.”[177]

Soruşdular ki, ya Rəsuləllah, o atalar kafir və ya müşrik olarlarmı? Həzrət


buyurdu: "Yox, onların ataları mömindirlər, amma öz övladlarına dini
məsələləri öyrətmirlər. Əgər övladların özləri bu məsələləri öyrənmək
istəsələr, ataları bu işə mane olub qabağını alar. Mən o (atalar)-dan bizaram,
onlar da məndən uzaqdırlar.”

İmam Sadiq (əleyhissalam) buyurur:

"Qoy övladın yeddi yaşına qədər oynasın, ikinci yeddi ildə onu yaxşı-yaxşı
tərbiyə et, üçüncü yeddi ildə övladından uzaqlaşma.”[178]

Bu hədisin oxşarı əvvəldə də qeyd olunmuşdu. Bu göstərir ki, ibtidai


dövrlərdə övladın təlim-tərbiyəsində onlarla həmahəng olub onlarla
oynamaqla müyəssər ola bilər. Sonra onların təlim-tərbiyələri yolunda ciddi
səy göstərilməlidir. Və bu dövrdə həssas olan şey övladların həddi-büluğa
çatmaları məsələləridir ki, düşmənlər bu mərhələdə pak övladları tələyə salıb
yoldan azdırırlar. Ata-analar övladlara bu yaş çağlarında daha artıq nəzarət
etməlidirlər. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Öladlarınıza hörmət edin və ədəblərinizi gözəlləşdirin.”[179]

Həzrət bu hədisdə göstəriş verir ki, valideyn övlada qarşı məhəbbət və


nəvaziş etməklə yanaşı, özü də əməldə, rəftarda, sair yönlərdə ədəbli olmalı,
öz yaxşılıqlarını əməli olaraq həyata keçirməklə övladlarını
tərbiyələndirməlidirlər. Çünki layiqli övladlar yalnız İslam qanunlarına riayət
edən layiqli valideynlər olduqda mümkündür. Əmirəl-möminin Əli ibni
Əbutalib (əleyhissalam) buyurur:

"Yalan–istər ciddi olsun, istərsə də zarafatyana, caiz deyildir. Həmçinin caiz


deyil ki, sizlərdən biri öz övladına vədə verib onu yerinə yetirməsin.”[180]

Şəkksiz zarafat üzündən olan yalanlar böyük və ciddi yalanlara cürət


tapmağa səbəb olur və bu, böyük yalanların müqəddiməsidir. Məhz buna
görə də caiz deyildir. Bu cür yalanlar və vədəyə xilaf çıxmalar, xüsusilə
övladlara qarşı, onların təlim-tərbiyəsində mənfi təsir qoyaraq azğınlığa
düçar olmasına səbəb olur, onların pak fitrətlərini sarsıldır, bu da övladın
tərbiyəsində xəyanət hesab olunur. 

Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

"Həqiqətən insanlar gözəl ədəbə, qızıl və gümüşə olan ehtiyaclarından daha


çox ehtiyaclıdırlar.”[181]

Həzrət başqa bir hədisdə övladların ədəbli tərbiyə olunması barədə buyurur:

"Atanın övlada etdiyi ən yaxşı bəxşiş, düzgün tərbiyəsidir və heç nə ona çata
bilməz.”[182]

Bundan əvvəlki hədisin yalnız tərbiyənin səhih bir ictimai yönünü təcəssüm
etdirməsinə baxmayaraq onun kamil nümunəsi cavanlar və yeniyetmələrdir.
Bu hədisdə də Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)
övladların ata tərəfindən gözəl tərbiyəsini ən gözəl hədiyyə və bəxşiş kimi
təqdim edir. 

İmam Sadiq (əleyhissalam) xatırladır ki:

"Nə qədər ki, müxaliflər və əcnəbilər övladlarınızı yollarından azdırmayıb,


onlara islami məsələləri öyrədin.”[183]

Tarixdə var ki, bir nəfər öz övladı ilə Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-
in hüzuruna gəlib ərz etdi: "Ey Peyğəmbər, bu övladımın qarşısında olan
borcum nədən ibarətdir?” Həzrət buyurdu:
"Ona gözəl ad qoyub yaxşı ədəb verəsən, onun üçün yaxşı həyat yoldaşı
seçəsən.”[184]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) yenə buyurur:

"Uşaqları sevin və onlara rəhm edin. Onlara bir şey vədə versəniz, öz
vədənizə əməl edin.”[185]

Bu hədislərdən belə nəticə alırıq ki, övladların düzgün tərbiyəsi ictimaiyyətin


ən zəruri ehtiyaclarından biridir. Əgər bu məsələyə diqqət yetirilməzsə,
ictimaiyyətin, ailənin və fərdin həqiqəti, şərafəti təhlükə ilə qarşılaşacaq.
Valideynlər bu barədə ağır məsuliyyətləri vardır, azacıq diqqətsizlik,
səhlənkarlıq və ya etinasızlıq onların əziz sərmayələrini məhv edib puça
çıxara bilər.
NECƏ TƏRBİYƏ EDƏK?

Bu sualın cavabı çox çətin və eyni zamanda müfəssəldir. İslam alimləri, uşaq
təlim-tərbiyə və psixologiyası ilə məşğul olan alim və mütəxəssislər çoxlu
elmi seminarlar, iclaslar təşkil etməklə bu barədə müxtəlif kitablar yazsınlar,
ata-analara yol göstərsin və onlara ciddi kömək etsinlər. 

Qısa şəkildə qeyd edirik ki, ata-ananın, habelə bütün ailə üzvlərinin bir-birləri
ilə qarşılıqla rabitəsi, ətraf mühitdəki yoldaşlar, televiziya proqramları,
dastanlar, kinolar, hökumətin özünəməxsus mədəniyyəti (məktəblərdə və
sair mədəniyyət mərkəzlərində) və s. bütün bunlar uşağın təlim-tərbiyəsində
böyük rol oynayır. Ailəyə, ata-anaya aid olan məsələ budur ki, onlar
çalışsınlar ki, öz övladları ilə insani və islami ədəblə rəftar etsinlər, özləri
ədəb və təqva nümunəsi olub dinin insan yetişdirən hökmlərinə əməl
etsinlər, ailədə bütün rəzil sifətlərdən, o cümlədən, söyüş, qeybət,
bədgümanlıq, sui-zənn, yersiz mübahisə və dava-dalaş, yalan danışmaq,
vəfasızlıq və s. kimi pis xüsusiyyətlərdən uzaq olsunlar. İlk ədəb qaydalarını,
İslamın əsaslarını və ictimai məsələləri öyrətməkdə son dərəcə çalısınlar,
mümkün qədər ailədə uşaq üçün müxtəlif növ oyuncaqlar və idman vəsaiti
hazırlasınlar, uşağın dost-tanışlarını yaxından tanıyıb onlara nəzarət etsinlər,
öz övladlarını şücaətli tərbiyə etsinlər, qorxu yaradan sözlərdən, zəlillik
əlamətləri olan əməllərdən uzaq olsunlar. İndi isə bu barədə bir neçə hədis
qeyd edirik. İmam Zeynül-abidin (əleyhissalam) buyurur:

"Övladın sənin boynunda olan haqqı budur ki, bilməlisən ki, o, səndən əmələ
gəlmişdir, onların yaxşı və pis işləri sizə aid edilir, nəhayət tövhid və sair
İslam təlimlərinin onlara öyrədilməsindən sual olunacaqsınız.”[186]

Bu hədisdən göründüyü kimi, övladın ədəbli tərbiyə olunması, tövhid və


islami qayda-qanunların onlara öyrədilməsi diqət mərkəzində durur.

İmam Riza (əleyhissalam) buyurur:

"Övladlarınızı yeddi yaşında namaz qılmağa vadar edin.”[187]


Əmirəl-möminin Əli (əleyhissalam) buyurur:

"Övladlarınıza namazı öyrədin və səkkiz yaşına çatdıqda onları namaz


qılmağa vadar edin.”[188]

Qeyd olunmalıdır ki, övladın tərbiyə yollarından biri də islami hökmləri onlara
aşılamaq və onların yerinə yetirilməsinə nəzarət etməkdir. Bu hədislərdəki
yaş fərqlərinin səbəbi (yeddi və ya səkkiz) övladların əqli və mənəvi inkişaf
səviyyələri ilə əlaqədardır.
ÖVLADLARIN YATAQ YERLƏRİNİ AYRI SALMAQ

Övladın tərbiyə işlərindən biri də budur ki, müəyyən məsələləri dərk etdiyi
yaş dövrlərində onların yataqlarını ayırsınlar və heç vaxt iki cavan uşağı bir
yerdə yatırtmasınlar, onların cinsi ehtiras cəhətdən hər növ təhrik
olunmasının qarşısını alsınlar.

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Övladlarınız yeddi yaşına çatarkən onların yataqlarını bir-birindən


ayırın.”[189]

Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) bu hədisdə göstəriş verir ki,


bütün övladlarınızın yataqlarını on yaşında ikən bir-birindən ayırın və onları
ayrı-ayrı yerlərdə yatızdırın. İstər oğlan olsun, istərsə də qız.[190]

Yəni əgər onların hər ikisi oğlan, hər ikisi qız və ya biri oğlan və biri qız olsa
da belə, yataq yerlərini ayırın. Həzrət başqa bir hədisdə buyurur:

"Öz övladlarınızı yeddi yaşında ikən namaz qılmağa əmr edin və doqquz
yaşına çatdıqda namazı tərk edərlərsə, onları vurun, on yaşına çatdıqda isə
yataq yerlərini ayrı salın.”[191]

Bu hədislərdən məlum olur ki, valideynlər gərək uşaqların dini yönlərini


diqqət mərkəzində saxlayıb onların fikri cəhətdən inhirafa düşmələrinin
qarşısını alsınlar, əgər bu məsələlərin məxsus yaş dövrlərində icra olunması
başqa yollarla mümkün olmazsa, müəyyən qədər ciddi osun və zor
işlətsinlər.
TƏRBİYƏ VƏ... TƏNBİH?

Bildiyimiz kimi, İslam dinində kobud rəftara, döyməklə tənbih etməyə, dava-
dalaşa və hər növ zor işlətməyə o halda icazə verilir ki, sair tərbiyə yolları
bütünlüklə bağlanmış olsun, nəsihət, yol göstərmə, təşviq və rəğbətləndirmə
və ya bəzi hallarda təhdidlə hədəfə çatmaq mümkün olmasın. Başqa sözlə
desək, İslamda əsl qayda səfa-səmimiyyət, qarşılıqlı anlaşma, məhəbbət,
insaniyyət və s.dir. Belə ki, Quranın 114 surəsindən yalnız biri–”Tövbə”
surəsi istisna olaraq qalan 113 surənin "Bismillahir-rəhmanir-rəhim” ilə nazil
olması cəmiyyətdə insani duyğuların, səfa-səmimiyyətin və mehribançılığın,
rəhmət və mərhəmətin əsl şərt olmasını göstərir. Məsumların həyatları
haqda mütaliə etdikdə, qeyd olunan sözləri daha da təkidləndirdiyini görərik.
Bu ilahi qanun və ictimai qayda dünyanın bütün həyati mərhələlərində, ölkə
daxilində, ailədə və sair yerlərdə cərəyan etməklə, həmin mərhələlərə hakim
kəsilir. Buna əsasən, övladların tərbiyəsində məhəbbət, nəvaziş, təşviq,
nəsihət və yolgöstərmə və s. kimi insani duyğular qorxutma, təhqir etmə,
kobud rəftar və bəzi hallarda döymək və s.-dən irəlidir və əvvəlki yollarla
uşağı tərbiyə etmək lazımdır. Əgər bunlar səhih tərzdə tətbiq edilib əməli
olaraq həyata keçirilsə və insan ciddiyyət göstərmədən istədiyi nəticəni əldə
etməyəcəyini bilsə, bu halda müəyyən şərtlər daxilində ardıcıl olaraq
küsməyə və məhdud tənbihlərə əl atmaq olar ki, bu da gərək həddindən
artıq əzab-əziyyətə gətirib çıxartmasın.

Bir şəxsin bədəməl və ədəbsiz övladı var idi. O, çarə tapmaq üçün Həzrət
Musa ibni Cəfər (əleyhissalam)-ın hüzuruna gəlib öz vəzifəsini soruşdu.
Həzrət buyurudu:

"Məbada uşağı vurasan! Onu tənbih etmək üçün bir müddət ondan küs,
amma bu küsmək uzun olmamalıdır.”[192]

"öründüyü kimi, övladla küsməyə müəyyən şərt daxilində icazə verilir. 159-
cu hədisdə də qeyd olunduğu kimi, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)
uşağı, doqquz yaşından sonra namazı tərk edərsə, onu məxsus şərtlər
daxilində məhdud surətdə vurmağı bir yol kimi təqdim edir. Başqa bir
hədisdə Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) övladları, hətta
yetimləri də məhdud şəkildə vurmaqla tərbiyə etməyi, caiz bilir. Həzrət
buyurur:

Yəni islami cəmiyyətdə ailə başçısını itirmiş bir övladın tərbiyəsi də


unudulmamalı, öz başına buraxılmamalıdır. Əksinə, siz yetim bir cavanın
tərbiyəsində müsbət tədbirlər görüb onu, öz övladlarınız qarşısında hiss
etdiyiniz məsuliyyət qədərində tərbiyə edə bilərsiniz, öz uşağınızın
vurulmasına gətirib çıxaran səbəblər yetim şəxsdə mövcud olduqda o yetimi
ədəbləndirin.

Bu məsələ o qədər aşkardır ki, mərcəyi-təqlidlər məhz bu əsasda fətva


verərək buyurumuşlar ki, əgər uşaq böyük günahlardan birini görərsə, onun
qəyyumu və ya müəllimi (qəyumunun icazəsi ilə) ədəblənənə və diyənin
vacib olmayacağı həddə qədər onu vura bilər. Əlbəttə, bu barədə başqa
rəvayətlər də vardır ki, ixtisara riayət etmək üçün onları qeyd etmirik. Şəriət
kitablarının "Hüdud” bölməsində kəbirə günahlara mürtəkib olan uşaqların
tərbiyələndirilməsi xüsusunda müəyyən cəza tədbirləri nəzərdə tutulub ki,
əlavə məlumat almaq üçün bu mövzuda sair hədis və fiqhi kitablara baxa
bilərsiniz. 
UŞAĞIN ŞÜCAƏTLİ TƏRBİYƏ EDİLMƏSİ

Bütün insanların, xüsusilə, uşaqların və yeniyetmələrin tərbiyəvi yönlərindən


biri də cihada, başqa sözlə desək, müharibə və döyüşkənliyə olan meylinə
diqqət yertirilməsidir. Uşaqların bu təbii istəkləri düzgün şəkildə
istiqamətləndirilməzsə, ona lazımi qədər əhəmiyyət verilməzsə, cavanlarda
çoxlu sapmalara, əxlaqsızlıqlara səbəb olacaq, övladlarımızı qansız
terrorçuların, canilərin ağuşuna sövq etdirəcəklər. Bu gün terrorçu
qruplaşmalar valideynlərin və sair cavabdeh şəxslərin bu barədə diqqətsizliyi
və məsuliyyətsiz yanaşması nəticəsində cavanların bu xüsusiyyətindən sui-
istifadə edərək layiqli və əziz cavanlarımızı öz tərəflərinə cəzb edərək,
yalançı, aldadıcı şəxsiyyət verərək, yaxud bir silah hədiyyə edərək onları
əbədi olaraq özlərinə cəzb edir və öz mənfur niyyətlərini yerinə yetirmək
yolunda onlardan sui-istifadə edirlər. Bu məsələ müasir dövrdə o qədər aydın
və aşkardır ki, onu sübut etmək üçün şahid gətirməyə ehtiyac duymuruq.
Məhz bu cəhətdən də bizim məsum rəhbərlərimiz öz övladlarının müxtəlif
yönlərdəki tərbiyələrindən əlavə, qeyd olunan təbii ehtiyacını da unutmayıb
müxtəlif döyüş texnikasını, taktikasını onlara öyrətmişlər, beləliklə öz
övladlarını şücaətli, qorxmaz, cəsur yetişdirmişlər. Bu mühüm işi də öz
ardıcıllarına tövsiyə etmişlər.

Tarixdə qeyd olunur ki, bir gün Həzrət Riza (əleyhissalam)-ın oğlu Cavad
(əleyhissalam) sair uşaqlarla birlikdə küçədə oynayırdı. Abbasi xəlifələrindən
olan Məmun Ərrəşid öz əyan-əşrafları ilə birlikdə uzaqdan göründükdə Cavad
(əleyhissalam)-dan başqa uşaqların hamısı qaçmağa üz qoydular. Amma
İmam Riza (əleyhissalam)-ın şücaətli oğlu tam vüqarla öz yerində dayandı.
Məmun gəlib çatanda təəccüblə soruşdu: "Nə üçün başqa uşaqlar kimi
qaçmadın?” Öz yeniyetmə çağlarını yaşayan bu əziz imam övladı cavab
verdi: "Ey Məmun, yol çox da dar deyildi ki, bir tərəfə çəkiləm; və bir xəta
da etməmişdim ki, səndən qorxub qaçam.” Bu uşağın məntiqi cavabı xəlifəni
o qədər heyrətləndirdi ki, cavab verməkdən aciz qaldı və axırda soruşdu ki,
sən kimsən? Həzrət buyurdu ki, mən Əli ibni Musa-Rzanın oğlu
Mühəmmədəm.”[193]

İmamlarımız istər məsum, istərsə də qeyri-məsum övladlarını şücaətli,


qorxmaz tərbiyə etmişlər. Həzrət Əbülfəzl Abbas, Məhəmməd Hənəfiyyə və
s. kimi şəxslər qeyd etdiyimiz nümunələrdəndir. Fiqhin müxtəlif bablarında
üzgüçülük, at minmə, atıcılıq övladlar üçün dini bir vəzifə, bu işləri onlara
öyrətmək isə ataların vəzifə sayılır.

Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

"Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurmuşdur ki, öz övladlarınıza


üzgüçülüyü və atıcılığı öyrədin.”[194]

Bu hədisdə Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) göstəriş verir ki,


övladlara hərbi hazırlığı, döyüş məsələlərini öyrətmək və onları bu zəminədə
kamala çatdırmaq valideynlərin borcudur. Hətta başqa bir hədisdə bu məsələ
tərbiyə və oyunların ən yaxşısı kimi qeyd olunmuşdur:

"Allah yanında ən yaxşı oyun ata minmək və atıcılıqdır.”[195]


ATICILIĞIN CİHADDAKI ROLU

Bildiyiniz kimi, Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih) müharibələrdə


əsgərlərin yaş məsələsinə diqqət yetirir, adətən, yaşı ötmüş kişilərə, qadın
və uşaqlara cihadda iştirak etməyə icazə vermirdi. Müqəddəs İslam dini də
bu qəbildən olan şəxsləri cihada getməməkdə üzürlü hesab etmişdir. "Ühüd”
müharibəsində Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih) müharibə
şərtlərinə malik olmayan şəxslərin cihadda iştirak etməmələrini üzürlü
sayırdı. Amma iki yeniyetmə cavana mahir ox atan olduqlarına görə
müharibədə iştirak etməyə icazə verdi. O iki nəfər öz vəzifələrini layiqli
şəkildə yerinə yetirdiklərinə görə Həzrətin tərəfindən təqdir və təşəkkürə
layiq görüldülər, hansı ki, hələ həddi-büluğa çatmamışdılar.[196]

Allah taala bütün valideynlərə islami dünyagörüşü və ona əməl etmək


qüdrəti mərhəmət etsin ki, övladların islami tərbiyəsində səhlənkarlıq
etməsinlər və bu mühüm işə əhəmiyyət versinlər.
ON BEŞİNCİ FƏSİL
ƏMƏLİSALEH ÖVLADIN FAYDALARI

Övladların hüquqları və valideynlərin onlara qarşı məhəbbət göstərmələrinin


ilahi bir vəzifə olması, bütün ata-anaların bu vəzifəni layiqli surətdə yerinə
yetirməyə borclu olmalarından əlavə fitri cəhətdən də bütün valideynlər öz
övladlarının layiqli və sağlam olmalarını istəyir, öz övladlarını ədəbli
görməklə xoşhal olur, sevinir, fərəhlənir, onların varlığını öz xoşbəxtlikləri
hesab edirlər. Əksər hallarda öz övladları ilə o qədər mehriban və gözəl
rəftar edirlər ki, hətta öz varlıqlarını belə xətərə salırlar. 

Bir müddət bundan əvvəl Fransada baş verən yanğın hadisəsində bir leylək
öz balalarını xilas edə bilmədiyi üçün son anlara qədər balalarının yanından
uçub getmədi və yanıb külə döndü. Həmçinin, 1875-ci ildə alman-fransız
müharibəsində almanların atdıqları top mərmisi fransızların sursat anbarına
dəydi, amma top mərmisinin partlaması yumurtalarının üstündə yatan ana
göyərçini yerindən tərpədə bilmədi.[197]

Ata-analar fitri və dini göstərişlər əsasında müxtəlif hallarda övladlarının


çoxlu müşküllərinə dözürlər. Allah da bu fədakarlıqların və zəhmətlərin
müqabilində onlara dünya və axirət xeyri əta edir.
ÖVLADIN DÜNYADAKI XEYRİ

Qurani məciddən və Məsum rəhbərlərin kəlamlarından məlum olur ki,


övladlar dünyada valideynlərin xoşbəxt və xatirlərinin aram olma səbəbi
olmaqla yanaşı, onların qüdrətli qolları, zinətləri və aramlıq səbəbi sayılır.
İndi sizin diqqətinizi bu dəlillərin bir qisminə yönəldirik. Allah taala buyurur:

"Mal-dövlət və övlad dünya həyatının zinətləridir.”[198]

Yəni bu dünyada insanların həyatının zinəti və sərmayəsi iki şey əsasındadır:


mal-dövlət və övlad. Bu ayənin övlad və mal-dövlət üçün yaranan qüruru
sındırmaq üçün nazil olmasına baxmayaraq, bu həqiqəti də qəbul edir ki,
onlar dünya zinətləridir. İmam Səccad (əleyhissalam) buyurur:

"İnsanın səadətlərindən, xoşbəxtliyindən biri budur ki, özünə kömək edəcək


bir övladı olsun.”[199]
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Dünyanın zinəti üç şeydir: mal-dövlət, övlad və qadın.”[200]

İmam Sadiq (əleyhissalam) övladın və həyat yoldaşının ruzinin artmasında


olan rolu barədə buyurur:

"Övlad və həyat yoldaşı (zövcə) ruzinin artması səbəbidir.”[201]

İmam Həsən Əsgəri (əleyhissalam) buyurur:

"Övlad necə də gözəl köməkçi, arxadır! Həqiqətən zəlil o kəsdir ki, onun
övladı olmasın.”[202]

İmam Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

Diqqət yetirdiyiniz kimi, övladların dünyadakı rolları həddindən artıq çoxdur


və övladı olmayan insan acı, zillətli həyatla qarşılaşır. Tarix boyu dünyanın
müxtəlif xalqları qüdrət və səltənət əldə etmək, azadlıq və heysiyyətlərini
müdafiə etmək üçün həmişə övlada ehtiyac duymuşlar və indinin özündə də
bu ehtiyac duyulmaqdadır. Amma bu ilahi nemətlərdən mənfi istiqamətdə
istifadə edilməməli, qürur və təkəbbür onları insaniyyətdən
uzaqlaşdırmamalı, başqalarının hüquqlarına təcavüz etmələrinə səbəb
olmamalıdır.

ÖVLADLARIN AXİRƏT FAYDALARI

Övladların dünyəvi fayda və səmərələrindən əlavə, onların gözəl tərbiyə


olunmasının axirət dünyasında da çoxlu fayda və mükafatları vardır. Sizin
diqqətinizi onlara cəlb edirik. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)
buyurur:

"İnsan öldükdən sonra onun əməl dəftəri bağlanır, yalnız üç yolla ona savab
və fayda çatır: 1-ümumxalq mənfəəti üçün bir şey düzəldən və ardıcıl
sədəqə qoyub gedən; 2-cəmiyyət üçün faydalı şagird yetişdirib lazımlı
kitablar yazan alim; 3-insanın özündən sonra qoyub getdiyi və onlar üçün
ehsan edən əməlisaleh övlad.”[204]

O Həzrət yenə buyurur:

"Hər kəs üç qızının və ya üç bacısının zəhmət və xərclərini öhdəsinə alarsa,


cənnət ona vacib olar.” Bir şəxs Həzrətdən soruşdu: Ya Rəsuləllah, bir şəxs
iki qızın və ya iki bacının zəhmətlərini, xərclərini öhdəsinə alarsa, onda necə?
Həzrət buyurdu: "O da cənnətə daxil olar.”[205]

Həzrət başqa rəvayətdə buyurur: 

"İsəbni Məryəm (əleyhissalam) bir qəbrin yanından keçərkən bəsirət gözü ilə
müşahidə etdi ki, o qəbrin sahibinə əzab verilir. Amma sonrakı il həmin
yerdən keçəndə, gördü ki, artıq o qəbrin sahibinə əzab verilmir. Həzrət, Allah
ilə münacat etdikdə bu işin səbəbini soruşdu. Xitab gəldi ki, ey İsa, o qəbir
sahibinin övladı böyüyüb bir yolu təmir etdi və yetimə sığınacaq verdi. Mən o
övladın yaxşı əməlləri xatirinə qəbir sahibindən əzabı götürdüm.”[206]

Peyğəmbərimiz buyurur:

"O zaman ki, bir ana bir övlada hamilə oldu, o, canı və malı ilə Allah yolunda
cihad edən, gündüzləri oruc tutan, gecələri namaz qılan bir şəxs kimidir. Elə
ki, doğdu, onun mükafatı o qədər çoxdur ki, heç kəs onun qədərini bilmir. O
ananın övladına verdiyi hər bir qurtum südün dəyəri Həzrət İsmailin
övladlarından bir qulu Allah yolunda azad etmiş kimidir və südvermə dövrü
qurtarandan sonra bütün günahlardan paklanar.”[207]

Bu hədislərdən Allah taala valideynin övlad yolunda çəkdiyi zəhmətlər


müqabilində nə qədər də böyük və gözəl vədələr verməsi məlum olur! Behişt
onların zəhmətlərinin dəyəri kimi qiymətləndirilir, belə bir şəxsin günahları
bağışlanır, şəhidlərin və ibadət edənlərin savabı ona verilir.

Əlbəttə, bütün bu rəvayətlər və vədələr səhihdir, lakin onlar bəzi əlavə


şərtlər də vardır. O cümlədən, valideynin bu mühüm və məsuliyyətli işdə öz
vəzifəsini layiqincə ifa etməsi və səhlənkarlığa yol verməməsi şərtdir. Belə ki,
sadəcə övlad sahibi olmaq və onu doğmaq qeyd olunan mükafatlara səbəb
olmayacaq əksinə, onun düzgün tərbiyə edilməsi, məsuliyyət hissinə malik
olan xidmətçi və ürəyiyanan bir insanın cəmiyyətə təhvil verilməsi qeyd
olunan mükafatlara, dərəcələrin yüksəlməsinə səbəb olacaqdır. İnsana
əziyyət verən canlılar da öz nəsillərini artırırlar, amma əsas məsələ layiqli
insan tərbiyə edib yetişdirməkdir.
DOĞUMUN QARŞISINI ALMAQ CAİZDİRMİ?

Şəkk yoxdur ki, evlənməyin ən mühüm və şirin səmərələrindən biri övladdır.


Buna görə də müqəddəs İslam dinində evlənməyin təkid olunduğu və
istənilən qadınlar məhz çox doğan qadınlardır və bunların müqabilində
doğmayan qadınlarla evlənmək məkruh sayılmışdır. Bundan əlavə, İslam
dinində çox övlada sahib olmaq bəyənilən iş və Məsum Rəhbərlərimizin çox
təkid etdikləri məsələlərdəndir.

İmam Baqir (əleyhissalam) buyurur:

"Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurmuşdur: Bakirə və çox doğan


(nəsildən olan) qadınlarla evlənin. "özəl, amma doğmayan (nəsildən olan)
qadınlarla evlənməkdən çəkinin, çünki, mən qiyamət günü ümmətimin
çoxluğu ilə iftixar edəcəyəm.”[208]

İmam Sadiq (əleyhissalam) buyurur:

"Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurmuşdur: Mən qiyamət günü öz


ardıcıllarımın sair peyğəmbərlərin ardıcıllarından çox olması ilə iftixar
edəcəyəm, hətta siqt olunmuş (ana bətnindən düşmüş) uşaqlarla belə. Çünki
siqt olunmuş uşaqlar behiştin kənarında dayanacaq, Allahın icazəsi ilə öz ata-
analarını behiştə daxil edəcəklər.”[209]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Evlənin (öz nəslinizi artırın), çünki mən qiyamət günü öz ardıcıllarımın


çoxluğu ilə iftixar edəcəyəm.”[210]

Bu zəminədə çoxlu rəvayətlər də vardır. Qurani məcidin "Ali-İmran” surəsinin


38-ci ayəsində Həzrət Zəkəriyya (əleyhissalam) Allahdan övlad istəyir.
Həzrət İbrahim (əleyhissalam) övlad sahibi olmaq barədə gələn vəhyi
eşidərkən sevinir, xoşhal olur ki, Allah ona İsmaili əta etmişdir.

Amma bəzən valideyn övladlarının çox olması nəticəsində çoxlu əzab-


əziyyətlərə düçar olur, onları lazımınca idarə edə, əxlaqi, dini, mədəni
tərbiyələrini düzgün şəkildə yerinə yetirə bilmir. Bəzən həkimin müayinəsi ilə
nəsil artırmaq bəzi analar üçün çox ziyanlı olur. Bu hallarda belə bir sual
yaranır ki, uşağın qabağını almaq qanunsuzdurmu? Bu sualın cavabında
diqqətinizi bəzi rəvayətlərə və təqlid mərcələrinin bu hədisə əsasən verdikləri
nəzərlərini sizə təqdim edirik. Həzrət Əli (əleyhissalam) buyurur:

"Ailənin və övladın az olması iki əldən biri, yaxud iki asan işdən biridir.”[211]
(Yəni ailə üzvlərinin sayı nə qədər az olsa, onlara lazım olan xərclər və
valideynlərin çəkdiyi zəhmətlər də bir o qədər az və asan olacaqdır.)

Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) başqa yerdə


buyurur:

"Üç şey ən böyük bəlalardandır: Övladların çoxluğu, borcun çoxluğu və


xəstəliyin uzun sürməsi.”[212]

Bu iki hədisdə övladın, əhali-əyalın azlığı rahatlıq, onların çoxluğu isə böyük
bəlalardan hesab olunur. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) müfəssəl bir
hədisdə övladların təsirləri barəsində buyurur: "Övladların ölümü qəm-
qüssəyə, çoxlu giriftarçılığa səbəb olur.”[213]

Təcrübədə də kasıb və fəqir ailələrin nə qədər problemlərlə qarşılaşdıqlarını


görürük. Onlar daimi əzab-əziyyətdə inləyirlər. Mən bunu heç vaxt unuda
bilmərəm: Övlad dağı görmüş analardan biri deyirdi ki, iki ekiz qız
doğduqdan sonra onları bir məscidə qoymuş və səbəbini də ərinin yoxsul
olması kimi bildirmişdir. Bütün sahələrdə gündəlik ağır xərclər, övladların toy
məclislərinin müqəddimati işlərinin hazırlanması, onların sağlamlıqlarına
diqqət yetirilməsi, mənəvi cəhətdən qorunub saxlanmaları və təlim-
tərbiyələri, həyatda mövcud olan bütün inhiraflara qarşı müqavimət
göstərmək və s. həqiqətən, çoxuşaqlı ailələrdə çətin olub bəzi hallarda
valideynləri səbirsizliyə, bacarıqsızlığa və ya bəzən əsəb sisteminin
pozulmasına gətirib çıxarır. Bu cəhətdən çoxlu rəvayətlərdə bu müəmma həll
edilmiş, bu müsibətlərin qarşısını almaq üçün məsum rəhbərlər və mərcəyi-
təqlidlər tərəfindən məninin çölə tökülməsinə dair icazə verilmiş, müəyyən
şərtlər daxilində nütfə bağlanmasının qarşısını almaq maneəsiz sayılmışdır.
Məhəmməd ibni Müslüm deyir:

İmam Baqir (əleyhissalam)-dan soruşdum ki, kişi öz azad arvadının hamilə


olmasının qarşısını ala bilərmi? Həzrət buyurdu: "Bu onun ixtiyarındadır:
istər hamilə etsin, istərsə də çölə töksün.”[214]

Məhəmməd ibni Müslüm deyir: İmam Cəfər Sadiq (əleyhissalam)-dan


hamiləliyin qarşısını almaq barədə soruşdum, buyurdu: "Bu, kişinin öz
ixtiyarındadır. Onu hər yerdə istəsə, məsrəf edə bilər.”

Bu barədə əlavə rəvayətlər də vardır ki, məninin bətnə tökülməsinin qarşısını


almağı caiz bilir və bunun da müqablində başqa rəvayətlər bu əməli məkruh
hesab edir. Amma qeyd olunan hallarda, o cümlədən, çoxlu övlad müəyyən
çətinliklərə, ata-ananın xəstə və ya səbirsiz, ananın bədəxlaq olmasına, əsəb
sisteminin pozulmasına gətirib çıxaran hallarda şəkksiz ki, caizdir. Əgər
hamiləlik anaya hər hansı xəsarət dəyməsinə və ya Allah eləməmiş, nütfə
bətndə bağlanandan sonra və ya qadın ərinin icazəsi olmadan bu işi görərsə,
haramdır. Bizim keçmişdə və hal-hazırdakı böyük alimlərimiz məhz bu
əsasada fətva vermişlər.[215] 
KÜRƏKƏNİN HÜQUQLARI

49-cu hədisdə qeyd etdik ki, kürəkənlərin vəzifəsi budur ki, qayınata və
qayınanasına özünün doğma ata-anası kimi baxsın. Bildiyimiz kimi, hər yerdə
hüquq və vəzifələr qarşılıqlıdır. Belə ki, əgər kürəkənin vəzifəsi qayınana və
qayınatasına hörmət edib onlarla öz doğma ata-anası kimi rəftar etməlidirsə,
bunun müqabilində də onun qayınata və qayınanasının vəzifəsi budur ki, öz
kürəkənlərinə qarşı öz övladı kimi məhəbbətlə, səfa-səmimiyyətlə rəftar
etsinlər. Qurani kərim və sünnətin göstərişlərinə əsasən, bizim vəzifəmiz
budur ki, həyatın bütün məsələlərində məsum rəhbərlərin insaniyyət
təcəssümü olan əməl və rəftarlarını özümüzə nümunə götürək, onlara tabe
olaq, beləliklə də öz kürəkənlərimizlə o şəxsiyyətlər özlərinin ikinci dərəcəli
övladları ilə etdikləri kimi rəftar edək.

Rəsuli Əkrəm Həzrət Əli və Fatimənin (əleyhiməssalam) zifaf gecəsi sona


çatdıqdan sonra əlində bir kasa süd təzə bəylə gəlinin otağına getdi. Əvvəlcə
qızına xitabən buyurdu: "Atan sənə qurban, bu süddən meyl et!” Sonra Əli
(əleyhissalam)-a buyurdu: "Ey mənim əziz kürəkənim, bu süddən meyl et,
mən sənə fəda olum!”[216]

İmam Sadiq (əleyhissalam)-dan nəql olunan bir hədisdə oxuyuruq ki, Rəsuli
Əkrəm Həzrət Əli və Fatimə (əlaeyhimussalam)-ın zifaf gecəsində onların
otağına gəldi, buyurdu: 

"Elə bir iş görməyin ki, mən sizin dalınıza sorağınıza gəlim.” Elə ki qayıtmaq
istədi, mübarək ayaqlarını onların yatağına salaraq onları sevindirdi.[217]

İmam Sadiq (əleyhissalam) buyurur:


"Cəddim İmam Səccad (əleyhissalam)-ın adəti belə idi ki, bacısının və ya
qızının əri o Həzrətin evinə gələndə, onların pişvazına çıxar, öz əbasını
ehtiram əlaməti olaraq kürəkəninin ayaqları altına salır, onu əbanın üstündə
oturdurdu. Sonra buyurardı: Mərhəba o kəsə ki, xərcləri mənim öhdəmdən
götürdü və öz həyat yoldaşı ilə mənim namusumu qorudu.”[218]

Bu hədislərdə çoxlu ibrətamiz məsələlər vardır ki, onların şərhi sözün


uzanmasına səbəb olar. Amma xülasə şəkildə demək olar ki, bu hadisələrdən
əsrlərin keçməsinə baxmayaraq, hər kəsin mədəniyyət, tərəqqi iddia etdiyi
hazırkı dövrümüzdə də bu insani əməllərin hətta ilk mərhələsinə çatmamışıq.
Belə ki, Peyğəmbər kimi böyük bir şəxsiyyət öz kürəkəninə yemək gətirir,
onunla zarafat edir, "sənə qurban olum” deyir, onların müqəddəs eşqlərini,
məhəbbətlərini artırır, bir-birinə qarşı daha da mehribanlaşdırır. İmam
Səccad (əleyhissalam) kimi bir imam öz kürəkənini qarşılayır, əbasını onun
ayaqları altına salır və kürəkənin onun öz bacı və ya qızından bəhrələnməsi
müqabilindəki rolunu təqdirəlayiq bilir.

ÜÇÜNCÜ HİSSƏ
ON ALTINCI FƏSİL
EVLƏNMƏ YAXUD MÜQƏDDƏS BİR èEYVƏND

Allah taala buyurur:

"Həyat yoldaşı olmayan kişi və qadınları, həmçinin layiqli kənizlərinizi və


əməlisaleh qullarınızı evləndirin. Əgər fəqir və yoxsul olsalar, Allah Öz lütf və
mərhəməti ilə onları zəngin edəcəkdir. Allah vüsət bağışlayan və
biliklidir.”[219]

Bütün qızlar və oğlanlar həyatın xüsusi dövrlərində evlənməyə ehtiyac


duyurlar. Bu, insanın təbii qərizələrindəndir ki, öz daxilindən və bir kəsin
təlimi olmadan vücda gəlir. Cinsi qərizəni söndürmək üçün üç mümkün
variant təsəvvür edilə bilər:

1-Narkotik maddələr qəbul etməklə cinsi qərizənin qarşısını almaq;

2-Fahişəlik və zinakarlıq işlərinə aludə olmaq, qeyri-qanuni yollardan istifadə


etmək;

3-İlahi sünnətə–evlənməyə əməl edib ailə təşkil etmək.

Aqil və mütərəqqi fikirli agah insanlar birinci yolu yararsız olduğunu hökm
edir və inanırlar ki, bu fərzdə insanların varlığı fənaya doğru sürüklənir, bu
ilahi əmanəti məhv edirlər. Çünki bu güclü qərizə həyatda eşqin, səfa-
səmimiyyətin mühüm və qüdrətli hərəkətinin əsas başlanğıcıdır. Şəkksiz
ikinci yolun da törətdiyi fəsadlar birincidən heç də az deyildir. Çünki bunda
fərdin mənəviyyatının, şəxsiyyətinin məhv edilməsindən əlavə, çoxlu ictimai
və islami zərərləri də öz ardınca gətirəcəkdir. Bu yolun ardınca düşmək
ictimaiyyətin fəsada sürüklənməsinə, əmin-amanlığın aradan getməsinə və
ailələrin fəsada çəkilməsinə, əxlaq pozğunluğuna səbəb olur. Əql, məntiq və
insaniyyət şərafəti bu fərz ilə müxalifdir. Çünki bu yolun yolçuları həmişə
fəsada düçar olur onlarda insaniyyət, azadlıq ruhiyyəsi ölür. Amma son
dərəcə təəssüflə qeyd etmək lazımdır ki, çoxlu insanlar bu təhlükəli yolu
getməkdədirlər. Qərb dövlətlərində baş alıb gedən qeyrətsizlik, həyasızlıq,
iffətsizlik kimi ictimai eybəcərliklər elə bir həddə çatmışdır ki, ər və
kürəkənlər iftixar edirlər ki, onların həyat yoldaşları və məşuqələri öz nəfsani
istəklərinə, ehtiraslarına tabe olan yüzlərlə kişinin qeyri-qanuni istəklərindən
faydalanırlar. Bu üzdəniraq "inkişaf etmiş” ölkələrdə ictimai fəsad və
namussuzluq o qədər acınacaqlı hala gəlib çatmışdır ki, hətta ailələrin
məhəbbət telləri tamamilə qırılmışdır, kişilər bir-biri ilə livat əməlinə
başlayırlar! Bu cəmiyyətlər arasında hər min nəfərdən hətta biri belə zina,
fəsad və əyyaşlıqdan amanda deyillər.

Bir müddət bundan əvvəl dünya xalqlarının qanını əsrlər boyu zəli kimi soran
istismarçı və müstəmləkəçi İngiltərə dövlətində livatın rəsmi və qanuni bir iş
olmasına icazə verən layihə bu ölkənin parlamentinə təqdim edilmiş, sonra
Böyük Britaniyanın milli məclisi və lordlar palatası bu heyvani layihəni təsdiq
etmiş, bu ölkədə eyni cinsdən olan fərdlərin bir-biri ilə (qadının qadın ilə,
kişinin kişi ilə) evlənməsini rəsmi şəkildə qanuniləşdirmişdir.[220]

Amerika da İngiltərənin getdiyi yolla gedərək eyni cinsdən olan iki fərdin
"ailə qurması”nı azad etmişdir.

İngilis dilində nəşr edilən "Qardin” qəzeti yazır: "Nyu Yorkun Ali
Məhkəməsinin rəyinə əsasən, eyni cinsdən olan fərdlərin evlənməsi azaddır.”
Londondan verilən xəbərlərə görə məhkəmə bu barədə həyasızcasına elan
etmişdir: "Bundan sonra Amerikada qadınla kişinin bir-biri ilə evlənərək ailə
qurması heç də yeganə ailə quruluşu hesab olunmur, həmçinin eyni cinsdən
olan iki fərdin bir-biri ilə evlənərək "ailə” qumasına da icazə verilir.

Bu, Amerikanın sırf maddi və fəsada uğramış cəmiyyətidir ki, bir-biri ilə cinsi
əlaqədə olan eyni cinsli fərdlər rəsmi şəkildə bir-biri ilə yaşayırlar, ailə
hüquqlarından faydalanırlar.

"ördüyünüz kimi əvəldə qeyd etdiyimiz bu fərz də çox təhlükəli bir yol olub
insaniyyət nəzərindən cəmiyyəti süquta uğradır.
EVLƏNMƏYİN FƏZİLƏTİ

Üçüncü yol təbbii, qanuni və əqlin qəbul etdiyi bir yoldur. Allah taala Qurani
məciddə, Məsum rəhbərlərimiz hədislərdə insanları bu şərəfli işə
rəğbətləndirmiş, bu mühüm işi müqəddəs və səmərəli bir vacib kimi təqdim
etmişlər. İndi diqqətinizi bu barədə olan bəzi hədislərə cəlb edirik:

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"İslamda elə bir bina qurulmamışdır ki, Allahın dərgahında evlənmədən daha
sevimli olsun.”[221]
İmam Sadiq (əleyhissalam) buyurur:

"Dünya və axirətdə heç bir ləzzət evlənmədən daha ləzzətli ola bilməz.”[222]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Allah dərgahında nikah səbəbi ilə abad olan evdən daha sevimli bir şey
yoxdur.”[223]

İmam Sadiq (əleyhissalam) buyurur:

"Bir kişi atamın yanına gəldi. Atam ondan soruşdu: Arvadın varmı? Dedi:
Yox. Atam buyurudu: Mən heç vaxt razı olmaram ki, dünya və onda olanları
mənə versinlər, amma bir gecəni arvadım yanımda olmadan keçirəm.” Sonra
Həzrət buyrudu: "Evli adamın qıldığı iki rəkət namaz subay adamın bütün
gecə etdiyi ibadətdən, gündüzü tutduğu orucdan fəzilətlidir.”[224]

İmam Sadiq (əleyhissalam) buyurur:

"Cəddim Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: hər kəs evlənsə,
dininin yarısını qorumuşdur.”[225]

Bu hədislər göstərir ki, evlənmə ilahi bir sünnət, ibadətlərin ən sevimlisidir,


bu müqəddəs işə başlamaqla həyatın əsl ləzzətini dərk etmək, beləliklə
zinadan, şorgözlülükdən, günahdan amanda qalmaq, şəxsi, ictimai və dini
inhirafdan, şeytani həvəslərə süqut etməkdən saxlamaq olar.
EVLƏNMƏMƏYİN CƏZASI

Evlənmə öz-özlüyündə həddindən artıq təkid olunmuş müstəhəb bir əməldir.


Amma əgər bir kəs ailə qurmamaq səbəbi ilə günaha və ya məşəqqətə
düşərsə, bu halda evlənməsi vacibdir ki, özünü harama düşməkdən və cinsi
narahatlıqlardan qurtarsın.[226]

Məsum rəhbərlərin kəlamlarında da bu müqəddəs iş bir ilahi və Peyğəmbər


sünnəti kimi təqdim edilmiş, bu işi tərk edənlər dünyada ən pis adamlar
hesab olunmuşlar. Belə şəxsləri şeytanın qardaşı və dostları hesab etmişlər.

Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur:

"Sizin ən pisləriniz (ömür boyu) subay qalanlarınızdır və subaylar şeytanların


qardaşlarıdır.”[227]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Nikah mənim sünnətimdəndir. Hər kəs mənim sünnətimdən üz döndərsə (və


evlənməsə) məndən deyildir.”[228]

Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur:


"Evli bir şəxsin qıldığı iki rəkət namaz bir gecəni və gündüzü namaz qılan
şəxsin namazından fəzilətlidir.”[229]

İmam Baqir (əleyhissalam) buyurur:

"Rəsuli Əkrəm buyurmuşdur: Hər kəs maddi məsələlərdən və həyat


xərclərindən qorxub evlənməsə deməli, Allah və Onun vədəsi barədə sui-
zənn etmişdir.”[230]

Çünki "Nur” surəsinin 32-ci ayəsində Allah taala buyurur ki, evlənin, əgər
yoxsul olsanız, Allah Öz fəzl və rəhmətindən sizi ehtiyacsız edəcək.

Bu hədislərdən məlum olur ki, evlənməyən şəxslər bədbin və kinli adamlar


şeytanın dostlarıdır. Belə şəxslər müxtəlif günahlara mürtəkib olurlar.
Evlənmə həddinə çatan subay şəxslər, şəksiz ki, şeytanın tələsinə, fəsada və
günaha düşür, icitimai cəhətdən də qeyri-adi adam hesab olunurlar. Bu cür
şəxslər ruhi xəstəliklərə, pərişanlıqlara, həyəcanlara düçar olur, fəqirlikdə və
bədbəxtlikdə yaşayırlar. Belə adamların işləməyə hövsələləri yoxdur, həyatın
şadlığı, inkişaf və təkamül arzuları onlarda məhv olmuşdur. Halbuki, ailə
qurmuş şəxslər əhl-əyal sahibi olduqlarına görə lazımi qədər fəaliyyət edir,
səy göstərir və öz yorğunluqlarını ailədəki səfa-səmimiyyətlə, mehr-
məhəbbətlə çıxırlar, işə və fəaliyyətə yenidən başlayırlar. Buna görə də ailəli
şəxslərin həyatı subayların həyat tərzindən həmişə üstün olmuşdur.
EVLƏNMƏDƏ ƏSAS MƏQSƏD

Evlənmə barəsində qeyd etdiyimiz hədislər İslam ardıcıllarını ailə qurmağa


ciddi şəkildə rəğbətləndirir, bu işi tərk etməkdən çəkindirir, onun həm bu
dünyadakı, həm də axirətdəki mənfəətlərini xatırladır. Demək olar ki,
evlənməyin əsas məqsədlərindən biri saleh və ləyaqətli övlada malik
olmaqdır. Bütün təbii ləzzətlər, axirət mükafatı, ər-arvad arasında ünsiyyət
və mehr-məhəbbət övlad dünyaya gətirib onun tərbiyəsini öhdəyə almaq və
bu yoldakı əzab-əziyyətə dözmək üzərində qurulmuşdur. Buna görə də
İslami rəvayətlər kişilərin çox doğan nəsildən olan arvadlarla evlənməsini
təşviq etmiş, çox doğmayan nəsildən olan qadınlarla evlənməkdən
çəkindirmişdir. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Bakirə və çox doğan (nəsildən olan) qızlarla evlənin, amma gözəl, lakin az
doğan (nəsildən olan) qızlarla evlənməyin. Çünki mən, qiyamət günü öz
ardıcıllarımın çoxluğu ilə iftixar edəcəyəm.”[231]

Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

"Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurmuşdur: "Hər kəs mənim


sünnətimə tabe olmaq istəyirsə, (bilməlidir ki,) həqiqətən evlənmə (nikah)
mənim sünnətimdəndir. Övlad istəyin (tələb edin), çünki mən, sabah
(qiyamət günü) sizinlə ümmətimin başqa ümmətlərdən çox olması ilə iftixar
edəcəyəm.”[232]
Deməli, evlənməyin əsl məqsədi övlad dünyaya gətirib saleh insan nəslini
artırmaqdır. Bu, müqəddəs İslam şəriətinin çox tövsiyə etdiyi və bəyənilən
işlərindəndir. İslam ardıcılları səy etməlidirlər ki, üzücü və ağır xərclər
olmadan, sadə şəkildə bu işi cəmmiyyətdə bərqərar etsinlər, bu müqəddəs
işə mane olan qeyri-İslami qayda-qanunları tərk etsinlər və ona məsuliyyət
hissi ilə yanaşsınlar. İslami göstərişlərə müvafiq olaraq ata-anaya vacibdir ki,
mümkün olan kimi övladının evlənməsinə səy göstərsinlər, əks halda, əgər
bu işə etinasız yanaşarlarsa, öz övladlarının günahlarında şərik olacaqlar.
Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur:

"Hər kəs övladını imkanı olan surətdə evləndirməsə və o da günah eləsə,


övladın etdiyi həmin günahda şərikdir.”[233]

Allah bütün hörmətli valideynlərə, övladlarını bu müqəddəs işə təşviq


etməkdə müvəffəq etsin!
ON YEDDİNCİ FƏSİL
EVLƏNMƏNİN DÜNYƏVİ VƏ AXİRƏT FAYDALARI

Evlənmə ilahi qanun və peyğəmbər sünnəti, habelə dini vəzifə olmaqla


yanaşı, onun şirin səmərələri də vardır. Ailə qurmuş bir insan, Məsum
rəhbərlərin, habelə Pərvərdigari Aləmin göstərişlərinə əməl etməklə eyni
zamanda evlənmə ilə özünü səadətə xoşbəxtliyə çatdırır, fərdilik
sərhədlərindən ictimaiyyətə, məsuliyyətli bir ocağa doğru qədəm götürür.
Çünki subay bir insanın cəmiyyətdə bir o qədər də etibarı yoxdur, insanların,
cəmiyyətin dərdini lazımınca dərk edib başa düşmür. Bu kimi şəxslər adətən,
kinli, insanlara və ictimaiyyətə qarşı bədbin insanlar olub işə, ictimai
fəaliyyətə olan hövsələlərini də tədricən itirirlər. O qədər pərişan və soğlun
olurlar ki, sübhlər yatağından qalxa bilmir, başqalarının həyat şəraitini və
imkanlarına şəkk edir, bəzi vaxtlar lazımi təqva sahibi olmamaqla yanaşı,
təhlükəli işlərə də əl atır.

Məsələn, mürtəce qruplaşmaların havadarlarının bəziləri evlənib əhl-əyal


sahibi olduqdan sonra onlarda daxilən böyük mənəvi bir dəyişiklik yaranmış,
bütün təfəkkür tərzində, hisslərində dərindən dəyişiklik baş vermişdir, ailə
idarə etmək məsuliyyəti onları iş görməyə vadar etmişdir. Həmin şəxs ki,
subaylıq çağlarında sübh oyana bilmirdi, evlənib ailə qurduqdan sonra
yüksək əhval-ruhiyyə ilə, xatircəmliklə, həyata olan nikbinliklə öz
fəaliyyətlərini artırır, cəmiyyətin fəal bir fərdinə çevrilir, daha üstün bir həyatı
izləyir. Onun həyatı nə qədər inkişaf edirsə, qəlbindəki bədbinliklər, kinlər də
bir o qədər azalır və nəhayət tamamilə yox olub aradan gedir. Nəticədə
başqalarının nəzərində daha artıq etibar qazanır, ehtirama layiq görülür.
İnsanları sevmək hissi, xüsusilə ata-anaya qarşı ülvi məhəbbət telləri bu cür
şəxslərdə çiçəklənir, hərgah narahatedici və ya azdırıcı bir məsələ qarşısına
çıxarsa, müqəddəs ailə ocağına pənah aparır, öz dərdini aradan qaldırır,
sağlam ruhiyyə, aram əsəb sistemi ilə öz fəaliyyətinə başlayır. Buna əsasən,
öz qərizələrini məhv etməyən, fahişəlik və cinsi inhiraflar bataqlığına
yuvarlanmayan bütün insanlar üçün evlənməyin zərurəti məlum və aşkardır.
Hətta ilahi peyğəmbərlər və Məsum imamlar da (əleyhissalam) bu qanundan
istisna deyillər. 
İmam Sadiq (əleyhissalam) buyurur:

"Ənsardan olan bir cavan oğlan Həzrət Peyğəmbərin hüzuruna gəlib


yoxsulluqdan şikayət etdi. Həzrət buyurdu ki, "get evlən.” Elə bu zaman
Həzrətin səhabələrindən biri o cavanı görüb dedi: "Mənim gözəl bir qızım var,
onu sənə ərə vermək istəyirəm.” O cavan oğlan da bu təklifi qəbul edib
Peyğəmbərin tövsiyəsinə əməl etdi. Allah taala da onun ruzisini qəribə
şəkildə artırdı. O cavan bu məsələni Həzrətə xəbər verdikdə, Həzrət sair
cavanlara xitabən buyurdu: "Hamınız evlənmək fikrində olun.”[234]

Saleh övlad tərbiyə etmək evlənmənin bu dünyadakı ən müsbət faydası


olmaqla yanaşı, mənəvi və axirət nəzərindən də bu əməl Allahın bəyəndiyi,
son dərəcə əhəmiyyət verdiyi məsələdir. Evlənmə insanı çoxlu günahlardan
saxlayaraq Allah dərgahına yaxınlaşmasına səbəb olur. Bu Peyğəmbər
sünnəti ibadətlərin savabını bir neçə qat artırır, özü də ilahi ibadət və
itaətlərdən hesab olunur.

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Hər kəs Allah dərgahında xeyir aqibətli olub kamil iman, pak qəlb ilə
dünyadan getmək istəyirsə, hökmən evlənməlidir.”[236]

Həzrət yenə buyurur:

"Evli şəxsin qıldığı iki rəkət namaz subay şəxsin qıldığı yetmiş rəkət
namazdan üstündür.”[237]

Həzrət yenə buyurur:

"Hər kəs evlənsə, dinin yarısını qoruyub saxlamış olur. Qalan yarısında da
təqvalı olub Allahdan qorxsun.”[238]

"Cəhənnəm əhlinin əksəriyyəti subaylardır.”[239]

Bu fəsildə qeyd olunan hədislərdən məlum olur ki, hər bir şəxsin fərdi və
ictimai şəxsiyyətinin formalaşması müəyyən qədər onun evlənməsi ilə
əlaqədardır və evlənmə olmadan çox az adam tapmaq olar ki, cəmiyyətdə
xoşagələn, istənilən və münasib şəxsiyyətə malik olsun, camaatın nəzərində
etimadlı sayılsın, öz imanını cinsi, fikri və atifi inhiraflar bəlasından,
iztirablardan, kin və həsəddən qoruyub saxalaya bilsin. Məsum rəhbərlər bu
məsələdə hamıdan irəlidə olmaqla öz ardıcıllarını bu ilahi sünnətə
rəğbətləndirmişlər. Çünki heç kəs həyat yoldaşı seçib evlənmədən ruhi
aramlıqda ola bilməz ta ki, ilahi mərifətdə lazımi qədər agahlığa malik olsun
və cinsi qərizənin amansız şölələrindən amanda qalsın. Buna görə də Allah
Qurani məciddə ruhun aram olmasını evlənməyin ən mühüm səmərələrindən
hesab edir:
"Allahın ayə və nişanələrindən biri də budur ki, sizin üçün sizin özünüzdən
olan həyat yoldaşları (zövcələr) qərar verdi ki, onlarla birlikdə aramlıqda,
asayişdə olasınız.”[240]

Bəli, ailə qurmaq insanların qəlbi və ruhi aramlığı, iztirablardan xilas olmaq
səbəbidir, habelə cəmiyyətin bütün yönlərindəki fəaliyyətinə, işgüzarlığına
sövq edir, günahdan amanda qalmağa, Allah dərgahına yaxınlaşmağa səbəb
olur.

ON SƏKKİZİNCİ FƏSİL
EVLƏNMƏDƏ VASİTƏÇİ OLMAĞIN FƏZİLƏTİ

İslam–qarşılıqlı kömək və məsuliyyət dinidir. Onun bütün ardıcılları bir-birinin


ətrafına yığışmış böyük bir ailə kimidir, elmi, ictimai, iqtisadi, səhiyyə və s.
kimi imkanlar qarşısında məsuliyyət daşıyırlar. Həzrət Peyğəmbərin
göstərişinə müvafiq olaraq bütün bu fərdlər bir bədənin müxtəlif üzvləri kimi
biri-biri ilə sıx əlaqədə olmalı, onların bir-biri ilə olan münasibətləri və
əlaqələri günəşin şüalarının günəş ilə olan əlaqələrindən daha möhkəm
olmalıdır.”[241]

Buna əsasən, bütün insanlar, hətta hakimiyyət orqanları insanların istər


evlənmədə, istərsə də sair işlərdəki müşküllərini həll etməkdə həmrəylik
hissi keçirməli, mümkün olan qədər həmkarlığı əsirgəməməlidirlər. Rəsuli
Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Hər kəs müsəlmanların barəsində fikirləşmədən sübh etsə, həqiqi müsəlman


deyil.”[242]

Bu və bu kimi onlarla hədis sadəcə quru təklif xarakteri daşıya bilərmi?!


"örəsən Peyğəmbər (səlləllahu əleyhi və alih) və sair Məsum imamlar bu
kəlamı buyuranda özləri ciddi deyildilərmi?! "örəsən onların bütün var-
qüvvəsi ilə camaata xidmət etməyə çağırdıqları yol bizim üçün ibrət dərsləri
deyilmi?!

İslami hədisləri və bu barədə olan kəlamları araşıdırmaqla məlum olur ki,


bütün imkanlı insanlar yoxsulların çətinliklərini aradan qaldırmaqda, o
cümlədən, subayların evlənmədə əsaslı rol oynamalıdır. Bu iş onlar üçün
çoxlu savablar gətirəcəkdir.

Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

"Ən yaxşı vasitəçilik iki nəfərin arasında vasitə olub onları evləndirməkdir, ta
ki, Allah taala onları bir yerə yığsın.”[243]

Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur:


"Hər kəs öz mal-dövləti ilə çalışıb bir subay şəxsi evləndirsə, Allah qiyamət
günü ona rəhmət nəzərləri ilə baxacaqdır.”[244]

Həzrət başqa bir hədisdə buyurur:

"Hər kəs iki nəfərin evlənməsinin müqəddimati işlərini hazırlasa, allah taala
onu behişt qadınları (hurul-eyn) ilə evləndirər. Onun bu yolda götürdüyü hər
bir qədəm, danışdığı hər bir kəlam müqabilində Allah ona bir ilin ibadətini
mərhəmət edər.”[245]

Bu hədsilər başqalarının evlənməsində göstərilən səylərin mükafatını


göstərir. Başqa hədislərdə var ki, bu kimi şəxslərin yerini "Firdovs” cənnətləri
olmasını, habelə peyğəmbərlər və onların canişinləri ilə bir yerdə olmağı
xatırladır. Bu mühüm işdə təfriqə salıb, ayrılmağa səbəb olanlar isə
lənətlənmişdir.

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Hər kəs ər-arvad arasında ayrılığa səbəb olarsa, Allahın dünya və axirətdəki
lənəti və qəzəbi ona olar.”[246]

Bəzi şəxslərin şər əməlləri və həvayi-nəfsi o qədər təhlükəlidir ki, təcrübəsiz


və qafil cavanları ayrılığa, ailələrin dağılmasına təhrik edir, cəhənnəm odunu
və Allahın qəzəb şölələrini özləri üçün hazırlayırlar. Bu div sifətli hiyləgər
insanlar bilməlidirlər ki, ən azacıq insani sifətlərə belə malik olmayıb, insan
cildində olan bir yırtıcıdır.

Burada yaxşı olar ki, yoxsullarla həmdəmlik, onların barəsində məsuliyyət


hissi barədə bir hadisəni qeyd edək. Həzrət İmam Musa ibni Cəfər
(əleyhissalam)-ın xüsusi şiələrindən biri olan Əliyyibni Yəqtin o Həzrətin
icazəsi ilə Harunər-rəşidin sarayında vəzir işləyirdi. İbrahim Cəmmal adlı bir
yoxsul şiə öz ehtiyaclarını təmin etmək üçün onun yanına gəldi. Amma çox
təəssüflə Əliyyibni Yəqtin onu lazımınca qarşılamadı. Həcc mövsümü
yaxınlaşanda, Əliyyibni Yəqtin Allah Evini ziyarət etmək üçün yola düşdü.
Əvvəlcə Bağdaddan Mədinəyə gedərək İmamın hüzuruna çatdı. Amma
Həzrət öz evinin qapısını onun üzünə açmadı. Əliyyibni Yəqtin küçədə heyran
və sərgərdan qaldı. O, Həzrətdən qapını nə üçün açmadığını soruşduqda
Həzrət cavab verdi ki,

"Allah sənin əməllərini, nə qədər ki, İbrahimi özündən razı salmamısan, heç
vaxt qəbul etməyəcəkdir.”[247]

Bu sözdən sonra Əliyyibni Yəqtin Mədinədən birbaşa İbrahimin qapısına gəlib


dedi: "”əl ayaqlarını mənim üzümə qoy, ta ki, bir daha belə bir səhvə yol
verməyim, yoxsulu və mərhumu öz evimdən əliboş, naümid qaytarmayım!”
İbrahim əvvəldə bu işə razı olmadı, nəhayət, Əliyyibni Yəqtinin israrı ilə
ayaqlarını onun üzünə qoydu. Əliyyibni Yəqtin həmişə deyərdi: "İlahi,
Pərvərdigara, Özün bu işə şahid ol!”
O, İbrahimin razılığını cəlb etdikdən sonra yenidən Mədinəyə yollandı. Məhz
bundan sonra İmam ona ehtiram etdi.

Bu məsələnin ümumi bir hadisə olub evlənmə məsələsinə dəxli olmamasına


baxmayaraq, eyni zamanda mühüm və əzəmətli bir ibrət dərsidir:
məsuliyyətli, iftixarlı və dindar bir şəxs fəqirin istəklərinə diqqət yeirməsə,
ehtiyaclarını aradan qaldırmasa, İmamın şiddətli tənələrinə məruz qalır,
Allah-taala da onun əməllərini qəbul eləmir. Əgər bu hədislərin ciddi yönləri
olmasaydı və sırf şəkildə əxlaqi yönlərə malik olsaydı, İmamın tərəfindən o
cür ruhi cəza, danlaq (və əməllərin qəbul olunmaması onun razılığını əldə
etmədən) nə məna daşıyardı?
YOXSULLARI EVLƏNDİRMƏKDƏ HÖKUMƏTİN VƏZİFƏSİ

İslam hökumətində hakimiyyət haqqı yalnız Peyğəmbərə və haqq imamlara


malik olduğundan, onların hali-həyatda olmadığı və ya qeybdə olduğu bir
vaxtda onların nümayəndələri arasında ən layiqli şəxs bu məsuliyyətli işi
qəbul etməlidir. Belə bir şəxs Allahın əmr və fərmanlarına müti olmalı, o
Məsum rəhbərlərin yolunu getməlidir. Cəmiyyətin hakiminə və rəhbərinə
vacibdir ki, öz ardıcıllarına, xüsusilə yoxsul və fəqirlərə qarşı ən mehriban və
ürəyiyanar olsunlar. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) dərin bir mənalı
hədisdə buyurur:

"İmamət və rəhbərlik işi ali-insani sifətlərə malik olub, camaata qarşı


mehriban ata kimi olan bir kəsdən başqası üçün caiz deyildir.”[248]

Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) xüsusi bir məktubda


Malik Əştərə yazır ki, "camaata qarşı öz övladlarına nəvazişlə yanaşan, qayğı
göstərən mehriban ata-ana kimi ol və onların müşküllərinə, çətinliklərinə
qarşı etinasızlıq etmə.”

Başqa bir məktubda cəmiyyətin rəhbərliyini öhdəsinə alan bir şəxsin


vəzifələri barədə belə buyurur: 

"Aya mənə sadəcə möminlərin əmiri desələr, amma mən camaatın


dərdlərinə, çətinliklərinə əlac eləməsəm, onlarla şərik olmasam, bu işlə qane
olarammı?”[249]

Bu hədislər və kəlamlar göstərir ki, camaatın rəhbəri gərək cəmiyyət


fərdlərinin çətinliklərini imkan daxilində aradan qaldırsın, qəmlərində onlarla
birgə, dərdlərində şərik olsun.

İndi isə evlənmə məsuliyyəti barəsində bir neçə hədisi diqqətinizə çatdırırıq.
İmam Sadiq (əleyhissalam) buyurur:

"İstimna əməlinə mürtəkib olan bir şəxsi Həzrət Əmirəl-möminin Əli ibni
Əbutalib (əleyhissalam)-ın hüzuruna gətirdilər. Həzrət onun barəsində İslami
cəzanı icra etdikdən sonra evlənmə xərclərini müsəlmanların beytül-
malından (ümumxalq büdcəsindən) verib onu evləndirdi.”[250]
Əgər bu və bu kimi hədislərə diqqətlə nəzər salsaq, görərik ki, bu ali insanlar
günahın amili ilə mübarizə apararaq onun kökünü kəsirdilər. Çünki istimnaya
əl atmaq həyat yoldaşı olmamasından irəli gəlir. Həyat yoldaşı olan bir şəxs
əxlaqi və cinsi inhiraflara, pozğunluqlara düçar olmaz. Əmirəl-möminin
(əleyhissalam) müsəlmanların ümumi büdcəsindən yoxsul bir cavanın
evlənməsinin müqəddiməsini hazırlayır ki, o əbədi olaraq bu günahdan
amanda qalsın. Əksər hallarda bu müqəddəs işlərlə subayları bu acı həyat
tərzindən xilas etmişdir. Belə ki, bir şəxs Həzrət Peyğəmbərin hüzuruna gəlib
ərz elədi: Mən ağır bir cinsi böhran, həyəcan keçirirəm. Mənim çarəm nədir?
Peyğəmbər (səlləllahu əleyhi və alih) ona yol göstərdi, onun ehtiyaclarını
təmin edə biləcək bir qadına tanıtdırdı və o kişini öz istəyinə çatdırdı.[251]

Bu hədisdə daha çox diqqət mərkəzində olan məsələ budur ki, o kişi cinsi
çətinliklərini və onun keyfiyyətini Rəsuli Əkrəmə açıqlayır. Bu hədis göstərir
ki, Peyğəmbər və müsəlmanların o həzrətdən sonrakı həqiqi rəhbərləri
çarəsizlərin və dərdi olanların dərdlərinə qarşı ata-anadan da çox can
yandırır. Çünki cavanlar belə şeyləri hətta öz valideynlərinə belə açıb deyə
bilmirlər. Bu mətləbin sonunda evlənmə barəsində olan bir İslami hekayəni
diqqətinizə çatdırırıq. Mədineyi-münəvvərədə yoxsul və fəqir müsəlmanların
evi-eşiyi olmadığına görə bir yerdə çadır qurub yaşayırdılar. Onlara "əshabi-
süffə” deyirdilər.[252] "Günlərin birində Rəsuli Əkrəm (səlləllahu əleyhi və
alih) onlara baş çəkmək üçün gəldi. Cüveybir adlı bir nəfər ilə rastlaşdı,
əhvalını soruşdu və sonra ona evlənməsini təklif edərək soruşdu: "Nə üçün
evlənmirsən? Əgər evlənsən, özünü cinsi narahatlıqlardan xilas edib dünya
və axirət xoşbəxtliyini qazanarsan.” Cüveybir ərz etdi: "Ya Rəsuləllah, axı
kim mənə gələr? Nə malım var, nə gözəlliyim və nə də layiqli ailəm.”

(Həzrət İmam Baqir (əleyhissalam)-ın buyurduğuna görə Cüveybir qısa


boylu, qara çehrəli, fəqir və çılpaq, çirkin qiyafəyə malik idi, nəsli də çox
xoşagələn deyildi.)

Peyğəmbər (səlləllahu əleyhi və alih) onu Ziyad ibni Vəlidin evinə göndərdi
ki, qızı Zülfa üçün elçilik etsin, onun rifahını və sadətini təmin etsin.[253]
İslam dünyaya və dünya xalqlarına əsl həyat dərsi verir ki, İslam hakimi və
məsuliyyətli şəxslər imkan daxilində yoxsul subayların fikrində olmalıdır.

Bu hədisdən aydın olur ki, Rəsuli Əkrəm və Məsum imamlarımız imkan


daxilində kasıbların, yoxsulların sığınacaq yeri olmuşdur, onların ardıcılları da
bu işi davam etdirməlidir. İran İslam Respublikasının Əsas Qanununda bu
barədə belə yazılır: "Ailə–İslam cəmiyyətini təşkil edən kiçik vahid olduğuna
görə, dörlət bütün qayda-qanunları, proqramları ailə təşkil edilməsinin
asanlaşdırılması, onun müqəddəsliyinin qorunması və İslam əxlaq
normalarına uyğun və ailə münasibətlərinin möhkəmləndirilməsi
istiqamətində olmalıdır.

Hakimiyyət sistemi yoxsulların ehtiyacını təmin edərək, onları evləndirməklə


ailələrin müqəddəsliyini, əxlaqi münasibətlərini möhkəmləndirməli, onları
qoruyub saxlamalıdır, İslamın zəngin mədəniyyətini bütün sahələrdə,
xüsusilə ailə mühitində icra etməklə, inhirafçıların və fasid, mənfur əhval-
ruhiyyəli şəxslərin hay-küylü təbliğatlarının qarşısını almalı, paklıq və təqvanı
bütün ölkə proqramlarında təbliğ etməlidir.”

Sabiq reqim dövründə fahişəlik, əyyaşlıq və sair əxlaqi eybəcərliklər


günbəgün artırdı, fitnə-fəsada aludə olan qadınlar ictimai bir əngəl kimi bu
ölkəni fəsada çəkmişdi. İşvəgərlik, fəsad, rəqqasəlik, iffətsizlik və sair üçün
təşkil olunan məclislər o qədər geniş yayılmışdı ki, bir fəsad əhli-xanəndə və
ya artist o günlərdə bir gecədə gördüyü bu mənfur əməllər müqabilində 25
min tümən alırdı.[254]

Hələ də bu inhirafçı fikirlərin tör-töküntüləri bizim əziz cavanlarımızın


qəlblərini yaralayır, ayıq vicdanları iztiraba salır. Ümidvarıq ki, İslam dövləti
İslam mədəniyyətini bütün yönlərdə və sahələrdə təkcə ölkə daxilində deyil,
həm də sair İslam ölkələrində icra edilməsinə çalışsın, ailənin müqəddəsliyini
qoruyub saxlasın, onların qəlblərini qəflət yuxusundan oyatsın.
ON DOQQUZUNCU FƏSİL
EVLƏNMƏYƏ ƏHƏMİYYƏT VERMƏK

Allah insanın ictimai və fərdi məsləhətlərinin həyata keçməsi üçün onun


daxilində bəzi qərizələr yaratmışdır. Bu qərizələrdən biri özünü sevməkdir ki,
onun vasitəsi ilə daha çox mənfəət kəsb etmək, ziyanları dəf edib qabağını
almaq fikrində olur. Maddi mənfəətlərin ayırd edilməsi aydın, hiss edilən və
asan olduğundan, adətən, insanlar onları cəzb etmək üçün hərislik göstərir,
bir-biri ilə rəqabətə girişir, mübarizə aparırlar. Amma mənəvi və axirət
mənfəətini ayırd etmək camaatın əksəriyyəti üçün aydın olmadığından, ona
qarşı çox da rəğbətli olmayıb bu məsələ barəsində müsbət reaksiya
göstərmirlər.

Müqəddəs İslam dini bu çatışmamazlığı və nöqsanı aradan qaldırmaq üçün


öz ardıcıllarına öz mənəvi və həqiqi səadətlərini, xoşbəxtliklərini xatırladır:

"Öz axirət işlərinizdə sürət götürün, layiqli əməllərinizlə Allahın bəxşiş və


rizasını əldə etməyə səy göstərin.”[255]

Başqa bir ayə:

"Allahın məğfirət və razılığını cəlb etmək üçün bir-birinizlə yarışın və yaxşı


əməllər görün.”[256]

Bu ayənin Allahın xeyirli və məğfirət gətirən işlərdə qeydsiz-şərtsiz sürət


etməyə səsləməsinə baxmayaraq təfsir və ədəb əhlinə heç də gizli deyildir
ki, onların ən ali və bariz nümunələrindən biri də evlənmədə–bu müqəddəs
işdə tələsməkdir. Əhli-beyt (əleyhimussalam)-ın kəlamları bizim bu
müddəamızı qüvvətləndirir və evlənmə işində tələsməyi tövsiyə edirlər.
İmam Sadiq (əleyhissalam) buyurur:

"Kişinin səadətlərindən bir də budur ki, öz qızını, heyz qanı görməmiş bəxt
evinə göndərsin (ərə versin).”[257]
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Kişinin xoşbəxtliklərindən, səadətlərindən biri də budur ki, qızını heyz qanı


görməmiş ərə versin.”[258]

Həzrət başqa bir hədisdə buyurur:

"Cəbrəil Allah tərəfindən mənə xəbər gətirdi ki, qızlar ağacın meyvələri
kimidir, əgər onlar vaxtında dərilməsələr, günəş şüası və küləklər onları
xarab edəcəkdir.”[259]

Qızlar da məhz belədir. Onlar ərsəyə çatanda, ərə verməkdən başqa bir çarə
yolu yoxdur. Əgər onların bu ehtiyaclarına lazımınca diqqət yetirilməzsə,
fəsada, əxlaqi pozğunluğa və inhirafa sürüklənəcəklər. Çünki onlarda da cinsi
qərizələr vardır.

İmam Sadiq (əleyhissalam) buyurur:

"Kişinin xoşbəxtliyinə üç şey səbəb ola bilər: 1-”eniş ev, 2-Layiqli və əməli
saleh həyat yoldaşı, 3-Qızının təbii ölümlə, yaxud ərə getməklə evindən
çıxması.”[260]

Bu hədis göstərir ki, qızlar nə qədər erkən ərə getsələr, onların xeyrinədir.
Çünki bu işin məsuliyyətinə diqqət yetirməklə görmək olar ki, onların
qorunub-saxlanması son dərəcədə çətindir və həmişə valideynin fikrini özünə
məşğul edir. Çox hallarda ola bilsin ki, qəm-qüssələrinə də səbəb olsun.
Digər tərəfdən də qızların vaxtında ərə getməmələri onların özlərini iztiraba
salır, narahat edir, gələcək taleləri barəsində şəkdə, tərəddüddə, əksər
hallarda iztirabda olurlar. Əgər Allah eləməmiş, lazımi təqva və agahlıqları
olmasa, həvayi-nəfsə tabe olan səyyadların tələsinə düşər, özünün və
ailəsinin heysiyyətini bada verər. Məhz bu səbəbdən İmam Sadiq
(əleyhissalam) buyurur ki, qızın təbii ölümü və ya bəxt evinə getməsi atasını
bu böyük məsuliyyətdən asudə edir.
VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ

Qeyd edilən rəvayətlərdə valideynə xəbərdarlıq edilir ki, qızlarının evlənməsi


məsələsinə səhlənkar yanaşmasınlar, onları bacardıqca tez ərə versinlər.
Əgər qızları həddi-büluğun ilk çağlarında, heyz qanı görməmiş ərə versələr,
bu halda bəzi suallar yaranır: o cümlədən, görəsən evdarlıq, ər saxlamaq və
evin daxilindəki işləri idarə etmək məsuliyyətinin öhdəsindən layiqincə gələ
biləcəklərmi? Və görəsən, həyat yoldaşlarının vəzifələrinə diqqət yetirməklə
onların bu ağır vəzifələrini yerinə yetirmək müqabilində cismi və ruhi
hazırlıqları varmı? Aya, ərin qohum-əqrəbaları ilə davranış tərzini
öyrənibdirmi? Təcrübə və ruhi tərbiyə cəhətindən elə bir mərhələyə
çatıbdırmı ki, ər evində yaranacaq çətinliklərə, çatışmamazlıqlara tab
gətirsin? Habelə, görəsən, onlar ərlərinin qarşılaşdığı çətinliklərdə onlara
köməkçi olub övladları gözəl tərbiyə etməyə hazırdırlarmı?
Qızların ərə getməsi məsələsində yaranan bu və bu kimi yüzlərlə sual diqqət
mərkəzində olmalı, qızlara ata evində tamamilə təlim verilməli, ərinin həyat
işlərini idarə etməkdə və evdarlıqda lazımi qədər hazırlamaq lazımdır ki,
Allah eləməmiş, onların evlənməsi valideynlərin əlavə problemlərinə gətirib
çıxartmasın. Əgər qızlar cismi və ruhi cəhətdən tam hazırlıqlı olmasalar,
onları ərə verməkdə tələsmək, şübhəsiz ki, zərərlidir və sonradan
peşmançılığa gətirib çıxardar. Qeyd olunan hədislər bir qanun kimi olub
həmişə və hər yerdə hamı üçün yeknəsəq deyil, əksinə, mövcud mühit,
şərait, mədəniyyət və şəxslərin inkişaf səviyyəsi, cismi və mədəni qüdrəti və
ailələrin məsuliyyətləri tamamilə fərqlidir. İndi isə sizin diqqətinizi iki
rəvayətə cəlb edirik ki, eyni bir məsələnin ayrı-ayrı dövrlərdə müxtəlif
hökmlərə malik olduğunu göstərir.

Bildiyimiz kimi, İslam şəriətində bəzi günahlar üçün müəyyən cəza tədbirləri
təyin edilmişdir. Əgər bir kəs bu işləri görərsə, onun barəsində hədd (cəza
tədbiri) icra olunur. Məsələn, subay olan bir şəxs, Allah eləməmiş, zina
edərsə, yüz şallaq zərbəsi vurulur, əgər evli olarsa, həm də həyat yoldaşı ilə
istədiyi vaxt yaxınlıq etmə imkanına malik olarsa, bu halda belə şəxsi, qadın
və ya kişi olmasından asılı olmayaraq, daş-qalaq edirlər. Bu dini hökm "Nur”
surəsinin 2-ci ayəsi ilə İslami hədislərin birgdə təfsirindən əldə edilir.[261]

İslamın ilk çağlarında zina əməlinə mürtəkib olan qadınlar evdə əbədi həbs
cəzasına, kişilər isə əbədi zindana məhkum edilirdilər. "Nisa” surəsin 15-ci
ayəsində buyurulur:

"Əgər qadınlarınız zina əməlinə mürtəkib olsalar, dörd nəfər adil kişi şahid
gətirin. Əgər onlar şəhadət versələr, o qadınları əcəlləri çatan vaxta qədər
erdə həbs edin, ta ki, Allah onlar üçün bir çıxış yolu qərar versin.”

Allah bu ayənin hökmünü başqa bir ayədə qüvvədən salaraq (nəsx edərək)
onun yerinə başqa bir hökm təyin etmişdir. Deməli, bu və buna oxşar
ayələrdən məlum olur ki, bəzi dini göstərişlər heç də həmişəlik olmayıb
müəyyən zaman keçdikdən sonra dəyişilir.

Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)-dan nəql olunan


rəvayətdən məlum olur ki, üzdə və başda ağaran tüklərə həna qoyub
rəngləmək Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-in dövründə, o Həzrətin
göstərişinə əsasən, müstəhəb bir əməl idi, hansı ki, Əmirəl-möminin Əli ibni
Əbutalib (əleyhissalam) ömrünün axırında mübarək saqqalının ağarmasına
baxmayaraq, həna qoymurdu. Bu işin səbəbləri barədə sual olunduqda,
buyurdu: "Peyğəmbərin göstərişi elə bir dövrə məxsus idi ki, müsəlmanların
sayı çox az idi, onların arasında qocalar da var idi. Həzrət düşmənin İslam
qoşununun qoca kişilərdən ibarət olduğunu təsəvvür etməməsi və bu yolla
da ruhiyyələrinin güclənməməsi üçün bu göstərişi vermişdi. Amma bu
günlərdə müsəlmanlar artaraq dünyanın çox yerinə yayılmışdır və həmin
hökmün icrasına ehtiyac duyulmur. Hər kəs istəsə o göstərişə əməl edə bilər,
istəməsə də əməl etməyə bilər.”[262]

Deməli, bu Qurani kərim hökmü və Peyğəmbər sünnətinə diqqət yetirməklə,


evlənmədə tələsməyə dəlalət edən hədislərin müəyyən şərtlərlə bağlı
olduğunu hökm etmək və belə nəticə almaq olar ki, hərgah müəyyən bir
şəxs üçün evlənmənin şərtləri hasil olarsa, yaxşı olar ki, evlənməkdə
tələssin. Şəkk yoxdur ki, bu şərtlərin mövcud olduğu zaman müəyyən
məsələlərin övlada öyrədilməsində ata-analar məsuliyyət daşıyırlar.
QADINLARIN CİNSİ QƏRİZƏLƏRİ

Bu fəsildə gələn hədislərə diqqət yetirməklə qızların ərə verilməsində


tələsməyin səbəbini və nə üçün qızlar barəsində bu qəbildən olan
rəvayətlərin oğlanlardan daha çox tövsiyə olunduğunu araşdırmaq istəyirik.
Aydındır ki, əgər müəyyən şərtlər daxilində evlənmə vacib bir əməl olmasa
da, şübhəsiz ki, təkidli İslami bir əməl, Peyğəmbərin göstərişi, yaxşı əməl
nümunələrindən sayılır. Buna görə də qızlar və oğlanlar ilk münasib fürsətdə
bu ilahi göstərişə əməl etməlidirlər. Amma qızlara gəldikdə isə, bilməlidirlər
ki, onlar gələcək nəsil üçün anadırlar və cəmiyyətin təzə nəsli onların
qucağında təlim-tərbiyə görəcəklər. Məhz bu qızlar gələcək övladlar üçün
iffətli və pak mürəbbidirlər. Buna əsasən, onların özləri cəmiyyətin yarısından
çoxunu təşkil etmələri ilə yanaşı, yumşaq və məhsuldar torpaq kimi millətin
övladlarını ruhi aramlıq və cismi qüdrətlə, habelə heç bir əxlaqi inhiraf
olmadan böyüdərək cəmiyyəti daha artıq təkamülə yetirməlidirlər. Daha
mühüm məsələ budur ki, qızların təbii cəhətdən oğlanlardan tez həddi-
büluğa çatdıqlarına və nəticədə bu onlarda cinsi qərizələrin və şəhvət
qüvvəsinin oğlanlardan daha tez baş qaldırdığına baxmayaraq, onların həya
və iffətləri möhkəm bir qıfıl kimi onların cinsi qərizələrini cilovlayır, ona
nəzarət edir. Belə olduqda onların evlənməsini sürətləndirmək həmişə iffətli
və həyalı olmalarına zəmin yaradır.

Həzrət Əmirəl-möminin Əli (əleyhissalam) buyurur:

"Allah şəhvət üçün on dərəcə yaratmış, onun doqquzunu qadınlarda, birini


isə kişilərdə qərar vermişdir.”[263]

İmam Sadiq (əleyhissalam) buyurur:

"Həqiqətən Allah taala bir qadın üçün on kişinin səbri qədər səbir əta
etmişdir. Amma əgər şəhvətləri təhrik olunarsa, şəhvətləri kişilərin
şəhvətindən on qat artıq olur.”[264]

Həzrət yenə buyurur:

"Qadınlar cinsi yaxınlıqdan ləzzət almaq baxımından 99 pay, kişilər isə yalnız
bir paydan bəhrələnmişlər. Amma Allah iffət və həya pərdəsini onların
üstünə atmışdır (onlara hakim etmişdir).”[265]

Bu hədislər qadınlarda cinsi qərizələrin kişilərdən üstün olduğunu göstərir və


bu qərizənin cilovlanması amilini də bəyan edir. O da qadınlarda həya və
iffətdir. Əgər Allah eləməmiş, qadın və qızların həyası, iffəti olmazsa, çoxlu
fəsada, rüsvayçılığa səbəb olacaq, onların mədəniyyətlərini süquta, inhirafa
çəkəcəkdir. Onun nümunəsi hal-hazırda qeyri-İslami və qərb ölkələrində
aydın surətdə müşahidə edilməkdədir.
İYİRMİNCİ FƏSİL
ƏXLAQ VƏ İMAN ƏSASINDA EVLƏNMƏ

Layiqli və əməlisaleh həyat yoldaşı Allahın əta etdiyi ən böyük nemətlərdən


biridir. Bu böyük nemət ailələrin səadəti və xoşbəxtliyi, müxtəlif sahələrdə
inkişaf, tərəqqi amili, qəlbin aramlığı, övladların və pak nəslin düzgün
tərbiyəsinə səbəbidir.

Dindar və agah şəxslərdən biri deyirdi ki, onun qızı evlənmə həddinə
çatmışdı, amma qızı üçün ər tapmaqda təlaş hissi keçirirdi. Buna görə də
Allahdan imdad diləmək üçün Məşhəd şəhərinə gedir və o müqəddəs
ziyarətgahda hacətini Allahdan istəyir. Qayıtdıqdan sonra dindar və ədəbli və
mərifətli bir şəxs qızının elçiliyinə gəlir və bu müqəddəs iş baş tutur. İmam
Riza (əleyhissalam)-ın şərif və bərəkətli qəbrinin kənarında edilən duanın
gözəl əsərini öz gözləri ilə müşahidə edir.

İslam hədisləri həyat yoldaşı seçməkdə bizə yol göstərərək onun gözəl
əxlaqını və dindarlığını evlənməyin əsas şərti hesab edir. İmam Sadiq
(əleyhissalam) buyurur:

"Sizlərdən biri evlənmək istəsə, iki rəkət namaz qılıb Allaha həmd etsin,
sonra Ondan istəsin ki, əmanətdar, iffətli, dindar, təvazökar və insanın
namusunu, sirlərini qoruyub saxlayan bir həyat yoldaşı qismət eləsin.”[266]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Hərgah sizin yanınıza dindarlığını və xasiyyətini bəyənib razı olduğunuz bir


şəxs elçiliyə gələrsə, qızınızı ona verin, əks halda, əgər bu işi etməsəniz, yer
üzündə fitnə-fəsad yayılacaqdır.”[267]

İmam Sadiq (əleyhissalam) buyurur:

"Bir kişi Peyğəmbərin yanına gəlib evlənmək barəsində ondan məşvərət


istədi. Həzrət buyurdu: Təqva və dəyanət əhli olan (dindar) bir kəslə
evlən.”[268]

Həzrət insanın özünə münasib həyat yoldaşı seçməsi barəsində buyurur: 

"Münasib həyat yoldaşı o kəsdir ki, iman nəticəsində həyalı olsun, həyat və
məişətini dolandıra bilsin.”[269]

Bu İslami rəvayətlər öz ardıcıllarına evlənmə məsələlərində yol göstərir, hər


növ tələbkarlıq etməkdən və özünü yüksək tutmaqdan uzaqlaşdırır. Çünki
onun nəticəsi fahişəliyin və fəsadın yayılmasıdır. Əgər bir kəs əxlaqlı və
İslama etiqadlı olub öz məişətini idarə edə bilsə, bu halda evlənmə üçün
layiqlidir.
ŞƏHVƏT VƏ MADDİYYAT ƏSASINDA OLAN EVLƏNMƏ
Həvayi-nəfs, məqam, şan-şöhrət, mal-dövlət və sair kimi sonu peşmançılıq
gətirən şeylər əsasında olan evlənmə qeyri-məntiqi və yersiz baş verdiyinə
görə, kiçik bir maneə ilə rastlaşanda, dağılmağa doğru gedir. Mal-dövlət
sahibi olan bir qadın əgər lazımi dəyanətə, təqvaya malik olmazsa, öz mal-
dövlətini ərinin üzünə çəkib ona vicdan əzabı verər, bu da kəskin ixtilafa,
bəzi hallarda isə ayrılığa səbəb olur. Həmçinin, gözəl bir qadının kifayət
qədər təqvası olmasa, insan sifətində olan fasid, pozğun və əyyaşların
tələsinə düşəcək və ərinin vicdanını narahat edəcəkdir. Amma dindar,
əxlaqlı, iffətli və təqvalı şəxslərlə evlənmənin nəticəsi səadət, xoşbəxtlik və
ruhi aramlıqdır, çünki belə qadınlar öz həyat yoldaşı ilə razılaşaraq işlərdə
ona kömək edir, övladlarını yaxşı tərbiyə edir, öz ərinin maaşına qane olub,
həyat xərclərində də qənaətcil olur. Əgər həyat yoldaşının gözəllik və s. kimi
xüsusiyyətlərində çatışmamazlığı olarsa, öz dindarlığı və əxlaqı ilə onu
görməməzliyə vurur. Buna görə də hədislərdə gəlmişdir ki, şəhvət və
maddiyyat əsasında olan evlənmənin axırı peşmançılıqdır.

İmam Sadiq (əleyhissalam) buyurur:

"Əgər bir kişi, bir qadınla, onun gözəlliyinə və mal-dövlətinə məftun olub
evlənərsə, ondan bəhrələnməz. Amma əgər evlənmə din və təqva əsasında
olarsa, Allah ona gözəllik və mal-dövlət əta edər. Çünki o, din və mənəvi
amillər sayəsində ərinin razılığını əldə edir.”[270]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Əgər bir kişi, bir qadının mal-dövlətinə tamah salaraq onunla evlənsə, Allah
o kişini o mal-dvlətə həvalə edər. Hər kəs bir qadının gözəlliyinə görə onunla
evlənərsə, o qadında xoşa gəlmədiyi şeyləri görər. Hər kəs bir qadınla, onun
dininə görə evlənərsə, Allah bütün bu şeyləri ona mərhəmət edər.”[271]

Burada maraqlı bir hadisəni təqdim edirik: Müqəddəs və pak insanlardan


birinə məna aləmində ilham olundu ki, sənin üç istəyin qəbul olunacaq.
Allahdan hər nə istəyirsən, istə. Bu dindar kişi həmişə öz arvadı ilə müştərək
və anlaşma şəraitində olduğuna görə, bu məsələni onunla müzakirə etdi.
Arvadı dedi ki, Allahdan istəsin ki, onu öz dövrün ən gözəl qadını etsin.
Təqvalı kişi bu istəyi Allahdan dilədi və duası da qəbul olundu: həyat yoldaşı
öz əsrinin ən gözəl qadınlarından oldu, amma qaçaq-quldurlar, əyyaşlar və
lotular o qadına tamah saldılar. Digər tərəfdən də o tutumsuz qadın öz
qüruruna arxalanıb özünü üstün saydı, qoca və fəqir ərini bəyənmədi, ona
əziyyət verməyə başladı. Əri onun bu əziyyətləri səbəbi ilə qarğış etdi,
nəticədə qadın məsx olub it sifətinə düşdü. Bu hadisəyə tamaşa edənlər o
arvadın uşaqlarını məsxərəyə qoyurdular. Onlar da ağlaya-ağlaya atalarının
yanına gəlib dedilər ki, Allahdan istəsin ki, analarını ilk vəziyyətinə qaytarsın.
O pak qəlbli kişi özünün üçüncü arzusunu izhar etdi və Allah onun arvadını
əvəlki vəziyyətinə qaytardı.[272]

Bu hadisədən belə anlamaq olur ki, var-dövlətli və gözəl insanlarla ailə


qurmaq əgər onlara İslami əxlaq, təqva və dindarlıq hakim olmazsa, şəksiz
sonu peşmançılıqla qurtaracaqdır.
HƏYAT YOLDAŞI SEÇMƏKDƏ EHTİYAT

İslam dini həyat yoldaşı seçməyə son dərəcə diqqət yetirmiş, öz ardıcıllarına
kifayət qədər bu məsələyə riayət etmələrini tövsiyə etmişdir. Evlənmədə
nikah əqdi iki tərəfli olduğuna və onu pozmağın çətin olduğuna görə demək
olar ki, bu əqd səbəbi ilə hər kəs özünü zəncirləyir, həmişəlik bəndə salır.
Diqqət yetirməlisiniz ki, həyat yoldaşı seçməklə hansı növ zəncirlə özünüzü
bağlayırsınız. Bu cəhətdən ər və arvad, onların ata və anaları bu həyati və
müqəddəratı həll edən işdə çox ayıq olmalı, dinsiz, təqvasız, xüsusilə şərab
içənlər ilə qız alıb verməsinlər. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)
buyurur:

"Qızın valideynləri bilməlidirlər ki, qızlarını ərə verməklə onları başqalarının


ixtiyarına keçirirlər. Deməli, diqqət yetirməlidirlər ki, öz övladlarını kimlərin
ixtiyarında qoyduqlarını bilsinlər.”[273]

İmam Sadiq (əleyhissalam) xatırladır ki, kişilər həyat yoldaşı seçməklə


həqiqətdə öz boyunlarına bir zəncir salırlar. Deməli, həyat yoldaşı seçməkdə
diqqət etməlidirlər.”[274]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Bataqlıq və üfunətli yerlərdə göyərən "yaşıl bitkilərdən” uzaq olun.”


Soruşdular ki, ya Rəsuləllah, yaşıl bitkilər nədir? Həzrət cavab verdi:
"Məqsədim o qadınlardır ki, zahiri nəzərdən gözəl olub amma pis ailələrdə
tərbiyə olunmuşlar. Onlar həyat yoldaşı olmaq üçün heç də münasib
deyillər.”[275]

Həzrət yenə buyurur:

"Əgər şərab içən şəxs xəstələnsə, onun əyadətinə (görüşünə) getməyin;


əgər sizə elçiliyə gəlsə, ona qız verməyin.”[276]

"ördüyünüz kimi, bu rəvayətlər bizə öyrədir ki, naxələf, alçaq sifət insanlarla
mümkün qədər qohum olmaqdan uzaq olaq, o şəxslərlə evlənməyin öz
övladlarımızdakı, habelə, ictimaiyyətdəki, ailədəki əxlaq və ədəblərinin zərərli
əsərlərini, təsirlərini nəzərə alaq, onun vahiməli, acınacaqlı aqibətinə düçar
olmayaq. Bu fəslin axırında layiqli qadınların təxminən bütün səciyyəvi
xüsusiyyətlərini və müsbət xasiyyətlərini ehtiva edən bir hədisi xatırladırıq.
Cabir ibni Əbdüllah Ənsari deyir: Bir gün səhabələrlə birlikdə Həzrət
Peyğəmbərin yanında oturmuşduq. Qadınların xüsusiyyətləri barəsində bəhs
edərkən Həzrət buyurudu: "Ümmətimin ən yaxşı qadınlarını sizə
tanıtdırımmı?” Ərz etdik ki, bəli, ya Rəsuləllah! Həzrət buyurdu:

"Ən yaxşı qadınlar onlardır ki, çox doğan (nəsildən) və mehriban, hicab və
iffətdə kamil olsunlar, öz ailələrində ehtirama layiq görülsünlər, əri qarşısında
təvazökar olsunlar. Onlar yalnız öz ərləri qarşısında bəzənərlər, amma
yadların, naməhrəmlərin nüfuz dairəsindən xaricdirlər. Öz ərlərinə itaət edər,
xəlvət vaxtlarda (ərləri onlarla yaxınlıq etmək istədikdə) özlərini onlara
təslim edər, ərinin istədiyi şeyi heç vaxt əsirgəməzlər. Allah belə qadınları
bütün möminlərə nəsib etsin!”[277]

İYİRMİ BİRİNCİ FƏSİL


LAYİQLİ HƏYAT YOLDAŞININ ZAHİRİ ƏLAMƏTLƏRİ

Evlənmənin əsas məqsədlərindən biri də cinsi ehtiyacların təmin olunması,


qadın və kişinin ruhi aramlığına, asayişinə nail olmaqdır. Qadın və kişi bir-
birinə qarşı nə qədər ideal olsalar və təqva, dindarlıqdan əlavə, zahiri
gözəlliklərə də malik olsalar, bir o qədər də bir-birinə sevimli, səmimi
olacaqlar. Buna əsasən, gözəllik, yaxşı idarəçilik, bacarıq, elmi kamallar və s.
bütün bunlar bu məsələdə təsirlidir. Məsum rəhbərlərimiz də bu barədə
müxtəlif kəlamlar söyləmişlər. Həzrət Əmirəl-möminin Əli (əleyhissalam)
buyurur:

"Buğdayı, iri gözlü, budları ətli (yoğun), boyları layiqli və normal həddə olan
(nə çox uzun, nə də çox qısa) qadınlarla evlənin. Əgər bu müqəddəs
peyvənddən peşman olsanız, mən onun mehriyyəsini verərəm.”[278]

Rəsuli Əkərm (səlləllahu əleyhi və alih) buyurur:

"Ümmətimin ən yaxşı və ən layiqli qadınları zahirdə gözəl, mehriyyəsi ən az


olan qadınlardır.”[279]

Həzrət başqa bir hədisdə buyurur:

"Müsəlman kişinin səadətlərindən, xoşbəxtliklərindən biri də budur ki, onun


gözəl və dindar həyat yoldaşı olsun.”[280]

Həzrət yenə buyurur:

"”gözləri mavi rəngli olan qızlarla evlənin, çünki onlar xeyir-bərəkət


səbəbidir.”[281]

Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

"”Gözəl surət–səadətin əvvəlidir.”[282]

Yəni hər kəsin bədən quruluşunun gözəl, normal olması onun ilk
xoşbəxtliklərindən sayılır.

İmam Riza (əleyhissalam) buyurur:

"Kişinin sadətlərindən biri budur ki, gözəl və dərisi ağ olan həyat yoldaşı
olsun.”[283]
Bu hədislərdə həyat yoldaşının bəyənilən zahiri sifətlərindən bəziləri bəyan
olunur və onlara riayət olunması xoşbəxtlik və bərəkət səbəbi bildirilir. Bu
xüsusiyyətlərə riayət edilməsi şəksiz, mehr-məhəbbətə, səfa-səmimiyyətə
səbəb olur, övladların hətta bəzi ruhi və zahiri yönlərində də əsaslı rol
oynayır.
HƏYAT YOLDAŞI SEÇMƏKDƏ DAHA ARTIQ TƏHQİQAT

Məsum rəhbərlərin həyat tarixi və mərcəyi-təqlidlərin fətvaları göstərir ki,


həyat yoldaşı seçərkən aparılan araşdırma nə qədər dərin olarsa və onun
zahiri və batini xüsusiyyətləri daha artıq diqqət mərkəzində olsa, bir o qədər
nəticəsi daha yaxşı və qənaətbəxş olacaqdır. (Əlbəttə, həddindən artıq
vasvaslıq etmək ziyanlı və xətərlidir.) Evlənmədən əvvəl qızın başına və
üzünə baxmaq İslam nəzərindən zəruri olmaqla yanaşı, bu barədə lazımi
tövsiyələr edilmiş, böyük şiə alimləri bu barədə fətva verərək onu icazəli,
hətta lazım və zəruri hesab etmişlər. (23-cü fəsildə qeyd olunacaq.)

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) və Məsum imamlar evlənmədən


qabaq bu məsələyə riayət etmiş, özləri diqqət yetirməkdən əlavə, bəzi
qadınları da onlar barəsində təhqiqat aparmaq üçün seçirdilər. Öz
ardıcıllarına da bu yolu getməyi tövsiyə etmişlər.

İmam Sadiq (əleyhissalam) buyurur:

"Hərgah sizlərdən biri evlənmək istəyərsə, evlənmək istədiyi qadının, üzü


barəsində soruşduğu kimi, saçları barəsində də soruşmalıdır. Çünki saç, iki
gözəllikdən biridir.”[284]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) bir qadınla evlənmək istədikdə, o


qadına baxa biləcək bir nəfəri təyin edir və ona buyururdu ki, o qadının
boynunu iyləsin; əgər boynunun iyi yaxşı olsa, deməli, o qadının özü də ətirli
və gözəl iylidir. Həmçinin, onun ayağının üstünə də baxsın; əgər ayaqlarının,
topuqlarının üstü ətli və böyük olsa, deməli, o qadın ürəyəyatan qadındır.
[285]

Hədislərdə bəzi qəbilələrin zahiri və batini xüsusiyyətləri bəyan edilmiş,


kişilərin ürəyinə yatan həyat yoldaşı İslamı qəbul etməkdən sonra ən böyük
nemət kimi təqdim edilmişdir. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)
buyurur:

"Allaha iman gətirib İslamı qəbul etdikdən sonra heç bir fayda və nemət əri
onu gördükdə xoşhal olan müsəlman həyat yoldaşının dəyərinə
çatmaz.”[286]

Bu hədislərdən aydın olur ki, zahiri gözəl sifətlər də batini sifətlər kimi, ərin
məhəbbətini cəlb etmək, səfa-səmimiyyət yaratmaq üçün əsas rol oynayır,
onlara riayət etmədən uzun və daimi həyat heç də ürəkaçan olmayacaqdır.
Məsumlar (əleyhissalam) insani kamal və təqva nümunəsi olmaqla bu
vəsfləri adətən mülahizə etmiş, öz ardıcıllarına da evlənmə məsələsində
həyat dərsi vermişlər. Biz müsəlmanlara vacibdir ki, bütün ehsasatlı
cavanları bu barədə və bu müqəddəs işdə ayıldaq, onları uzun müddət
yaxalarına keçə biləcək qəti peşmançılıq və məğlubiyyətdən qoruyaq.
HƏYAT YOLDAŞININ BACARIĞI VƏ FƏALİYYƏTİ

Həyat yoldaşının məişətin və ev idarəçiliyinin müxtəlif yönlərindəki məharət


və bacarıqları İslam dinində xüsusi yer tutmuş və bu xüsusiyyətlər onların
imtiyazları hesab edilmişdir. Qadının evin daxilindəki gözəl idarəçiliyi, kamal
və bacarıqları, texniki peşələri, iqtisadiyyatı, iaşəçilikdə və nəhayət uşaq
böyüdüb tərbiyə etmək bacarığına, qabiliyyətinə malik olması ərinin abır və
heysiyyətində, şəxsiyyət və məqamında çox təsirli olacaqdır. Əgər qadında
qeyd olunan bu xüsusiyyətlərin hər hansı birində müəyyən qədər nöqsanlar
irəli gələrsə, ola bilər ki, ərinin heysiyyəti ləkələnsin. Cavan qızlar
bilməlidirlər ki, onların ər evindəki müvəffəqiyyətlərindən biri onun ər
saxlamaqda və ev idarə etməkdəki bacarığına, kamalatına bağlıdır. Onlar ər
evində öz ata-ana və qohumları ilə birlikdə olmayacaq. Bu halda onların hər
növ zəifliyi onun xoşbəxtliyində və taleyində təsirli olacaqdır. Buna əsasən,
ər evində yerinə yetirməli olduqları vəzifələri evlənmədən öncə
öyrənməlidirlər. İmam Sadiq (əleyhissalam) buyurur:

"Sizin qadınlarınızın ən yaxşısı o qadınlardır ki, ətirli, pak olsunlar, ev


saxlamaqda, iaşəçilikdə məharətli olsunlar, qonaqları qarşılamaqda, fəqirlərə
ehsan eləməkdə və sair hallarda xoşhallıq hiss etsinlər, israf və yersiz
xərclərə yol verməsinlər. Əgər belə olarsa, bilsinlər ki, onlar Allahın yer
üzündəki işçiləridir və həyatda heç vaxt onlara peşmançılıq üz verməz.”[287]

Əsas etibarı ilə ailədə yaranan ixtilaflar müəyyən bir səbəb olmadan təsəvvür
oluna bilməz. Əgər arvad kişinin hüquqlarına riayət eləsə, övladın tərbiyə
işlərini yerinə yetirsə, ərinin abır-heysiyyətini məharətlə qoruyub yüksəltsə,
həyat yoldaşının qonaq və qohumlarını yaxşı qarşılasa, lazım olan yerlərdə
düzgün məsrəflərin qarşısını almasa, ərinin mal-dövlətini başqalarına təqdim
edərək əyyaşlıq, eyş-işrət yolunda sərf etməsə, şübhəsiz belə bir fərd həmişə
müvəffəq olar və heç vaxt peşmançılıq görməz.

Bu fəslin sonunda böyük din rəhbərlərinin həyat yoldaşının layiqli sifətləri


barəsində buyurduqları kəlamları qeyd edirik.

Böyük din xadimləri və fəqihlər o xüsusiyyətləri bəyan edərək buyurmuşlar


ki, həyat yoldaşı gərək aşağıdakı xüsusiyyətlərə malik olsun:

1-Onun ailəsi və ailə üzvləri dəyanətli, təqvalı və mədəniyyətli olsun;

2-Bakirə olsun (bu, daha çox təkid edilmişdir);

3-Daha çox doğan (nəsildən) olsun;

4-İffətli və həyalı olsun;

5-Ərinə qarşı məhəbbəti olsun.[288]


Əlbəttə, bunu da qeyd etməliyik ki, bu qeyd olunan və rəvayətlərdə gələn
xüsusiyyətlərin bəzisi evlənmədən əvvəl qeyri-mümkündür.

Axırda bu məsələni də qeyd edirik ki, həyat yoldaşının zahiri bəyənilən


xüsusiyyətləri o vaxt dəyərə və məziyyətə malik olur ki, lazımi təqva,
dəyanət və mənəvi kamalla birgə və rəzil sifətlərdən uzaq olsun. Əks halda,
bədənin normallığı, gözəlliyi və sair kimi sifətlər ərin çiynində ağır yükdən
başqa bir şey olmayacaqdır. Həzrət buyurur:

"Hər kəs bir qadınla onun (yalnız) gözəlliyinə görə evlənərsə, Allah taala o
qadının gözəlliyini kişinin boynunda bir yük edər.”[289]

Bəli, mənəvi gözəlliklər olmadan zahiri gözəlliklər insana dərd-bəla gətirər.


İYİRMİ İKİNCİ FƏSİL
EVLƏNMƏNİN MANEƏLƏRİ

İslam dinində evlənmə üçün təkidli göstərişlər verilməsinə, bu müqəddəs işin


təbii və cahanşümul bir iş olduğuna, habelə cavanların məxsus yaş həddinə
çatdıqdan sonra evlənməkdən başqa bir çıxış yolu olmadığına baxmayaraq,
eyni zamanda görürük ki, bu ilahi peyvəndin yollarında bəzi maneələr
qarşıya çıxır, bu xeyir işin baş tutmasına mane olur, nəticədə əziz cavanlar
cinsi qərizənin böhranlı dövrlərində, adətən, evlənmə mərasiminə hətta yaxın
düşməyə belə macal tapa bilmirlər. Bizim nəzərimizə görə bütün bu amillər
içərisində dörd mühüm amil evlənməyə daha çox maneəçilik törədə bilər:

1-Ağır xərclər

Mövhumatçı, yanlış adət-ənənələrə sadiq qalmaq, evlənmə xərclərini


artırmaq, yersiz təvəqqelər və sair kimi işlər evlənmə mərasiminin cəmiyyət
səviyyəsində icra olunmasına mane olan amillərdəndir. Bu işdə yersiz
arzuları yerinə yetirmək, onu həddindən artıq eyş-işrət və üzücü xərclərlə
təşkil etmək, təbiidir ki, evlənmə məsələsini qeyri-mümkün edir və ya
aşağısı ağır vəziyyətə gətirib çıxarır.

Belə olduqda son dərəcədə təəssüflə qeyd etmək lazımdır ki, cəmiyyətə
nümunə olmalı olan bəzi böyük mürəbbilərin özü də qohum-əqrəbanın,
cəmiyyətin təsiri altına düşərək bəzi hallarda özlərini o qədər məftun edirlər
ki, hətta haram işlərə də düçar olurlar. Buna görə də şəriətdə qadağan
olunmuş bəzi hallarda israfa yol verməkdən əlavə, öz kürəkənləri üçün qızıl
əşyalar qızıl üzük, qızıl saat və s. alırlar, halbuki, İslamda kişilərin qızılla
zinətlənmələri haramdır. Yaxşı olar ki, bu böyük insanlar öz ailə və
cəmiyyətlərinə İslami boya, rəng versinlər, Peyğəmbərin və Məsumların
sünnətinə tabe olsunlar və Allah eləməmiş, müxtəlif amillərin, o cümlədən,
cəmiyyətə və bəzi ailələrə hakim kəsilən yanlış adət-ənənələrin təsiri altına
düşməsinlər. 

Allah taala "Əhzab” surəsinin 21-ci ayəsində buyurur:


"Həqiqətən siz müsəlmanlar üçün Allahın Rəsulunda gözəl nümunələr vardır.”
Ey müsəlmanlar, ictimai və şəri məsələlərin bütün yönlərində bacardığınız
qədər Rəsuli Əkrəmə tabe olub onun həyatını, davranış və xüsusiyyətlərini
özünüzə nümunə götürün, o Həzrətin bu müqəddəs işi necə də sadə tərzdə
əməli olaraq yerinə yetirdiyinə diqqət yetirin. İmam Baqir (əleyhissalam)
buyurur:

"Bir qadın Peyğəmbərin hüzuruna gəlib dedi: Ya Rəsuləllah, məni ərə ver.
Həzrət səhabələrə buyurdu: Kim bu qadınla evlənər? Bu zaman bir kişi ayağa
qalxıb dedi: Mən evlənərəm, ya Rəsuləllah. Həzrət buyurdu: Onun
mehriyyəsi kimi nə verərsən? Dedi: Mənim heç nəyim yoxdur. Həzrət
buyurdu: Qurandan bir şey bilirsənmi? Dedi: Bəli. Buyurdu: Mehriyyə olaraq
Qurandan bir az ona öyrət.[290]

Bu hədis hətta qadının bakirə olmadığı halda belə mehriyyə və evlənməyin


sadəliyini bəyan edir.

İmam Sadiq (əleyhissalam) buyurur:

"Bir şəxs atamın hüzuruna gəldi, onun sözlərindən məlum oldu ki,
evlənməmişdir. Sonra atam ona 7 dinar verib dedi: "et bu pullarla evlən və
öz həyatını qoru.”[291]

Məlum olur ki, 7 dinarla evlənmək çox sadə bir evlənmə üsuludur. 

Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) fəqir bir qadından


soruşdu:

"Sənin qəyyumun varmı?” O qadın qardaşlarına işarə edib deyir: "Bunlar


mənim qəyyumumdur.” Həzrət onun qardaşlarına buyurdu: "Mənim sizinlə
bacınızın arasındakı sözümü qəbul edərsinizmi?” Dedilər: "Bəli. Həzrət bir
cavanı göstərərək buyurdu: Allahı və bu məclisdə olanları şahid tuturam ki,
bu qadını 400 dirhəm müqabilində bu oğlana ərə verdim. Onun mehriyyəsini
də özüm verəcəyəm.”[292]

Bu hədis İslam hökumətinin rəhbərinin kasıbların evlənməsi müqabilindəki


məsuliyyət daşıması və evlənmə işinin sadəliyini bəyan edir. Elə İslam
hədislərinin hamısı evlənmənin müqəddimati işlərinin asan və sadəliyini
göstərir. Biz müsəlmanların həyatının nümunələri olan İslam rəhbərləri
özlərinin və qohumlarının evlənmə məsələsində həddindən artıq xərclərə,
israfçılığa əsla yol verməmişlər. Onların həyat tarixlərinin hamısı bizim
müddəamızı isbat edir. 

Toy mərasiminə mömin müsəlmanları dəvət etməyin müstəhəb və İslamın


göstəriş verdiyi əməllər sırasında olmasına baxmayaraq, bu mərasim
həddindən artıq üzücü xərclərlə, şöhrət xatirinə olmamalıdır. Bu gün
evlənmə xərcləri o qədər çoxalmışdır ki, çox az cavanlar cürət edib belə
xərcləri qəbul edə bilərlər. Evlənməyin və onun müqəddimati işlərinin
hazırlanmasının hamıya aid olan ümumi bir məsələ olmasına, habelə lazımi
şərtlərə malik olub evlənməyə ehtiyaclı olan kişi və qadınların, oğlan və
qızların bu ilahi və Peyğəmbər sünnətinə əməl etməyə borclu olduqlarına
baxmayaraq, hazırkı əsrdə həyatın və təşkil edilən mərasimlərin vəziyyətləri,
mehriyyələrin ağır, cehizlərin çox baha olması və s. kimi işlər bu məsələni
cavanların əksəriyyəti üçün qeyri-mümkün etmişdir. O cavanlar ki, təhsilini
təzəcə qurtarıb işə başlamış, heç bir ehtiyatı, mal-dövləti yoxdur. Bu halda
bu qədər xərclərin qarşısında nə etməlidir?. "örəsən, kasıb və zəhmətkeş
ailələrdən olan cavanların mövcud ictimai məhrumiyyətləri ilə yanaşı, ailə
qurmayıb subay qalacaqlarmı? Sərpərəsti, başçısı olmayan yetim cavanların
bu cür üzücü və adət şəklinə düşmüş ağır evlənmə xərcləri ilə belə evlənib
ailə qurmağa gücləri çatarmı?

"görəsən, evlənmənin, toy mərasiminin müqəddimati işlərinin üzücü


xərclərini təmin etmək üçün qarətə, oğurluğa və sair qanunsuz və yaramaz
işlərə əl atmaq düzgündürmü? Əgər evlənmək fitri, təbii və şəri bir
məsələdirsə, təbiidir ki, onun müqəddimati işləri də şəri və məqul əsasda
olmalıdır. Bu müqəddimati işlər elə tənzim olunmalıdır ki, hamı üçün
müyəssər olsun. Halbuki hal-hazırda ölkəmizdə mövcud olan adət-ənənələr,
evlənməyin xərclərinin yuxarı qaldırılması evlənməyi camaatın əksəriyyəti
üçün təbii şəkildə və çətinliyə düşmədən qeyri-mümkün etmişdir. Bu
əməllərin ən böyük günahı o kəslərin boynuna düşür ki, Məsum rəhbərlərin
getdiyi yolla getməmiş, özlərinin həvayi-nəfslərinə tabe olaraq onları adət
kimi cəmiyyətə qəbul etdirmişlər ki, bu ilahi sünnətin ya ümumiyyətlə baş
tutmamasına, ya da azalmasına səbəb olmuşlar. Ümidvarıq ki, İslam
Respublikası Hökuməti, xüsusilə kütləvi informasiya vasitələri bu ağır və
məsuliyyətli işə diqqət yetirməklə bu barədə əsaslı tədrbirlər görsünlər,
lazımi təbliğatlarla camaata yanlış və səhv adətlərin törətdiyi qorxulu və
acınacaqlı nəticələri başa salsınlar.

2-Üstünlük tələb etmək

"Bütün möminlər və İslam əhli bir-biri ilə bərabərdirlər, bir-biri ilə evlənə
bilərlər.”[293]

İmam Zeynül-abidin (əleyhissalam) fəqir qadınlar və kənizlərlə evlənirdi.


Əbdülməlik Mərvan kimilər də ona etiraz edib irad tuturdular. Həzrət
cavabında buyurdu:

"Biz Rəsuli Əkrəmə tabe olmalıyıq. Belə ki, o, əmisi qızı Zeynəbi qulamı
Zeydə ərə verdi. Özü də Səfiyyə adlı bir kənizlə evləndi. (O, Hüyy ibni
Əxtəbin qızı idi və "Xeybər” müharibəsində əsir düşmüşdü).[294]

İmam Sadiq (əleyhissalam) buyurur: 

"Rəsuli Əkrəm cahiliyyət dövrünün yanlış sünnət və adətlərini pozmaq üçün


maddi cəhətdən yoxsul və zənci bir kişi olan Miqdad ibni Əsvədi Zübeyr ibni
Əbdül Müttəlib kimi böyük şəxsiyyətin qızı olan Zəbağə ilə evləndirdi ki,
camaat o Həzrətin bu kimi işlərini özlərinə nümunə götürüb bilsinlər ki, Allah
dərgahında ən şərafətli şəxs əyan-əşraflar deyil, məhz ən təqvalı
şəxslərdir.”[295]

Bu barədə çoxlu rəvayətlər də vardır ki, müxtəsər olsun deyə, onları qeyd
etmirik. Bunu demək kifayətdir ki, cahiliyyət adət-ənənələrinə deyil, İslam
dininin göstərişlərinə və Məsum rəhbərlərə tabe olmaq lazımdır. Əks halda,
evlənmə məsələsi tamamilə aradan qaldırılar, ictimai inhiraf və eybəcərliklər
artar.

3-Qanunsuz sui-istifadələr

Fahişəliyin yayılması, cinsi inhiraflar, qanunsuz istifadələr evlənməyə mane


olan amillər sırasındadır. Qadın və kişilər müəyyən səbəblər üzündən cinsi
cəhətdən təhrik olunub bir-birinə ehtirasların cazibəli eşqini bağlayanda,
təbiidir ki, fəsada, inhirafa doğru irəliləyirlər. Onun təhlükəli amillərini bir
tərəfdən əxlaqsız kinolarda, çılpaq və utandırıcı şəkillərdə, düşmənlərin geniş
miqyaslı zəhərli təbliğatlarında, qeyri-münasib, insanlığa yaraşmayan,
azdırıcı kitab və qurnallarda, müxtəlif kef məclislərində kişi və qadınların
qarışıq əlaqələrində, digər tərəfdən isə isalami təbliğatların lazımi səviyyədə
aparılmamasında, münasib və cazibədar sığınacaqların olmamasında, həyatın
və evlənmənin həddindən artıq xərclərində, işsizlik və iqtisadi böhranlarda
axtarmaq lazımdır.

Əgər idarə rəhbərləri, məsuliyyətli işçilər, dindar və nüfuzlu şəxsiyyətlər


ölkənin və cavanların islahı yolunda müsbət addımlar atsalar, gərək fəsadın
kökünü kəsilmək, məişət və evlənmə xərclərini asanlaşdırmaq, müəyyən iş
yerləri açmaq üçün, habelə, düşmənlərin əqidə baxımından müsəlmanları
istila altına almaları ilə mübarizə yolunda təsirli və əməli addımlar atsınlar.
İndi isə müddəamızın isbatı üçün bəzi hədisləri qeyd edirik:

Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) "Nəhcül-bəlağə”nin 31-ci


məktubunda oğluna xitabən buyurur:

"Əgər bacarsan, öz qadınlarını (qızlarını) elə saxla ki, səndən başqasını


tanımasınlar.”

Həzrət yenə buyurur:

"Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) bir cənazənin dəfn mərasimində


iştirak edirdi. Birdən gördü ki, bir qadın da kişilərlə birlikdə bu mərasimdə
iştirak edir. Həzrət o qədər dayandı ki, o qadını qaytardılar, yalnız bundan
sonra öz yoluna davam etdi.”[296]

Həm sünnü, həm də şiə mühəddisləri tərəfindən nəql olunan, çoxlu


kitablarda da qeyd olunan bu hədis göstərir ki, qadınların kişilərlə bir yerdə
olması cəmiyyətdə cinsi pozğunluqlara və fəsada gətirib çıxarda bilər. Məhz
bu cəhətdən qadınları cümə, camaat, fitr və qurban bayram namazlarında və
sair İslami mərasimlərdə iştirak etmələrinin qarşısını alır.[297]
Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

"Bütün şər işlərin başı iffətsizlik və həyasızlıqdır.”[298]

Bu cəhətdən Həzrət bu kimi məsələlərə diqqət yetirməyi daha artıq tövsiyə


edirdi.

Həzrət yenə buyurur:

"Küçə-bazarda və fitnə-fəsada səbəb olan yerlərdə yersiz oturmaqdan


çəkinin, çünki şeytan sizi belə yerlərdə inhirafa, xilafi-şərə vadar edir və
fitnələr, əxlaqa zidd əməllər də məhz bu yerlərdən başlanır.”[299]

Allah-taala buyurur:

"Elmin (yəqinin) olmayan şeylərə tabe olma. Həqiqətən, qulaq, göz və


qəlbdən sual olunacaqdır.”[300]

Yəni əcnəbilərin zəhərli təbliğatları və onların təhrikləri müqabilində


dözümlülük göstərib elm olmadan heç kəsə və heç nəyə tabe olmaq olmaz.
Çünki qulaqlar, gözlər və qəlblər qiyamət günü istintaqa çəkiləcəklər, bütün
görməlilər, eşitməlilər, mədəniyyət və təfəkkür məsuliyyət gətirəndir.

İslami rəvayətlərdən və Qurani kərim ayələrindən alınan bu dəlillərə diqqət


yetirməklə əziz cavanlar kərək çox ayıq və huşyar olsunlar, qərblilərin və
onlara uyanların zəhərli təbliğatlarının təsiri altına düşməsinlər,
fikirləşmədən, kor-koranə onlara təqlid etməsinlər. Əks halda, əxlaqi
inhiraflara və fəsada düçar olacaqlar. Hansı ki, qərblilərin özləri bu bəlaya
düçar olmuşlar, onların arasında ailə şərəfi və ailə heysiyyətinin heç bir
məna və məfhumu yoxdur.

Onların arasında zinakarlıq, livat və onlarla əyyaşlıq nümunələri rəvac


verilmiş və hamısı da özünə qanuni şəkil almışdır. Bu gün qərb ölkələrində
on milyonlarla insan təhlükəli SèİD xəstəliyinə yoluxmuşdur ki, bu da qeyri-
təbii cinsi əlaqələrdən, livatdan irəli gəlir. Həmçinin, bu xəstəlik günbəgün
yayılmaqdadır. Bu kimi üzdəniraq mütərəqqi ölkələrdə qadınlar və qızlar ailə
mühiti baxımından heç cür əmin-amanlıqda deyillər. Hətta bu ölkələrin
məhkəmə orqanları və polis işçiləri şikayət edən qadınlara belə təcavüz
edirlər. Qadınlar iş yerlərində, idarələrdə və hətta şəxsi tibb məntəqələrində
də təcavüzə məruz qalırlar. İş o yerə çatmışdır ki, bu ölkələrdə kişilərin öz
məhrəmləri ilə zina və livat etmələri adi hala çevrilmiş, qanuniləşdirilmişdir.

"örəsən qərbin bu cür əxlaqi pozğunlufları, fahişəliklər və sair işlərinə təqlid


olunmalıdırmı? Ayıq olmalı və dinimizi, şərafət və heysiyyətimizi
satmamalıyıq, qərbin və onların ölkə daxilindəki casuslarından və şeytani
planlarından qafil olmamalıyıq. Onlar müsəlman İran xalqı qarşısında bütün
sahələrdə məğlub olduqlarına görə, cinsi inhiraflardan, əxlaqi azğınlıqlardan,
narkotik maddələrdən və s.-dən istifadə edərək bizimlə, xüsusilə
cavanlarımızla mübarizə meydanına gəlmişlər və onları da bu istiqamətə
sürükləmək istəyirlər.

İndi də Qurani kərimdən bir hadisəni diqqətinizə çatdırırıq. Peyğəmbərin


zamanında münafiqlərin başçısı olan Əbdullah ibni Übeyy özünün altı kənizini
fahişəlik və zina əməlini yaymağa məcbur edirdi ki, bu yolla mömin cavanları
haqq yoldan azdırıb İslama zərbə vursunlar. Nəhayət Allah taala "Nur”
surəsinin 34-cü ayəsini nazil etməklə, onu ifşa edib bu hiyləgər planın
qarşısını aldı.[301]

Biz bu gün qərb və qərbsayağı olan kafir və münafiqlərin müqabilində


müqavimət göstərməməliyikmi?

4-Valideynin etinasızlığı

İslamın həyatverici göstərişlərindən biri də məşvərət və fikir mübadiləsidir.


Bu həyati iş insanların müxtəlif ictimai, siyasi, hərbi və sair kimi sahələrdə
zərərə düşməsinin qarşısını alır, kamala çatmaq və tərəqqi yolunu onun
sahibinin üzünə açır. Buna görə də gördüyümüz kimi, müvəffəqiyyətlərə
çatmaq, nailiyyətlər əldə etmək, icitmai müşkülləri həll edib zərərlərin
qarşısını almaq üçün dünya səviyyəsində, ölkə və idarə daxilində nəzər sahibi
olan fərdlər bir yerə yığışıb fikir mübadiləsinə başlayırlar. BMT və sair
beynəlxalq konfranslar, hərbi və dövlət şuraları və s. bu qəbildəndir. Allah
taala müxtəlif Qurani kərim ayələrində, o cümlədən, "Ali-İmran” surəsinin
159-cu və "Şura” surəsinin 39-cu ayələrində bu məsələyə işarə edir. Rəsuli
Əkrəm (səlləllahu əleyhi və alih) və Əmirəl-möminin Əli ibni Əbutalib
(əleyhissalam) İslam hökumətinin rəhbəri, Məsum və bütün günahlardan pak
olmaqla yanaşı, mühüm işlərdə öz ardıcılları ilə məşvərət edirdilər. Bu
barədə bir hədis qeyd etməklə kifayətlənirik. Həzrət Əmirəl-möminin Əli ibni
Əbutalib (əleyhissalam) buyurur:

"Hər kəsin qüruru olsa və başqalarının fikirlərinə diqqət yetirməsə


(diktatorluq etsə), həlak olar. Amma camaatla məşvərət edən bir şəxs
onların nəzər və fikirlərindən, əqllərindən bəhrələnər.”[302]

Deməli, əziz cavanlar bilməlidirlər ki, evlənmə məsələsi onların şəxsiyyət və


təfəkkürünün formalaşmasında son dərəcədə təsirlidir və bu məsələ
qarşısında etinasızlıq etməməlidirlər. Belə hallarda gərək vadideynin gözəl
təcrübələrindən, dəyərli fikirlərindən istifadə etsinlər, bununla müxtəlif
zərərlərin qarşısını almaqdan əlavə, valideynin şəxsiyyəti qarşısında, ondan
məşvərət və nəzər istəməklə təşəkkür etsinlər. Hətta bu məsələni agah dost
və qohumlardan gizlətməməliyik. Müqəddəs İslam dini mühüm ictimai və s.
kimi işlərdə məşvərətə dəvət etməkdən əlavə, qızlarının evlənmə
məsələsində ata-ananın icazələrini və nəzərlərini şərt bilir, onların razılığı
olmadan oxunan əqdi batil hesab edir.[303]

Ata və analar övlad yolunda həddindən artıq zəhmətlərə, əzab-əziyyətlərə


qatlaşmışlar, buna görə də övladlar bu məsələ barəsində o qədər təvazökar
olmalıdırlar ki, onların valideynləri öz zəhmətlərini unudaraq övlad eşqini
özlərində yenidən dirçəltsinlər. Amma əgər valideyn övladların daxilində
alışan oddan qafil olarsa və ya onların cinsi qərizələrinin alovlanan şölələrini
görməməzliyə vurarsa, habelə, onların evlənmə məsələsi ilə vaxtında
razılaşmazsa və bu müqəddəs işin müqəddimati işlərini hazırlamaqda
etinasız yanaşarsa, bu halda onların icazəsi və nəzəri şəriət və adət
nəzərindən qüvvədən düşür. Cavanlar belə hallarda şəxsən öz evlənmələri
barədə qərara gəlməlidirlər. Çünki bu məsələdə hər növ təxir çoxlu
rüsvayçılıqlara, giriftarlığa, günaha və əxlaqi və cinsi pozğunluqlara səbəb
olacaqdır. Ata-analar da bu işlərin günahında övladlar ilə şərik olacaqlar.
[304]

Elə ata-analar var ki, öz övladlarının cinsi qərizələrinə əsla əhəmiyyət vermir,
onların evlənməyə olan ehtiyaclarını nəzərə almır, övladların bu azrzunu
bildirdikləri surətdə də ciddi tənələrə, danlağa məruz qalırlar, sanki, onların
nəzərinə görə cinsi qərizələrin dərmanı etinasızlıq və danlaqdan ibarətdir. Bu
cür valideynlər özlərinin cavanlıq çağlarını yada salmalıdırlar ki, bu qərizə ilə
necə çarpışmışlar. İndi bilməlidirlər ki, onların cavan övladları da həmin
çarpışmadadır.

İndi isə bu məsələ ilə əlaqədar bir hadisəyə diqqət yetirin. Həzrət Əmirəl-
möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur: Peyğəmbəri Əkrəm
(səlləllahu əleyhi və alih) bir neçə nəfəri hərbi ezamiyyətə göndərmişdi.
Onlardan birini sərkərdə təyin etmiş və əmr etmişdi ki, ona itaət etsinlər.
Sonra onların arasında ixtilaf yarandı, sərkərdə onlara dedi: Məgər
Peyğəmbər mənə tabe olmağınızı əmr etməmişdimi? Dedilər: Bəli, belədir.
Sərkərdə dedi: Sizə əmr edirəm ki, odun yığıb yandırın və hamınız oda girib
yanın. Onlar oda girmək istəyəndə biri dedi: Biz İslamı qəbul etməklə oddan
qaçmışıq. Bir az dayanın, Peyğəmbərdən vəzifəmizin nə olduğunu soruşub
öyrənək. Onlar Həzrətin hüzuruna gəlib məsələni bəyan etdilər. Həzrət
buyurdu:

"Əgər siz oda girib yansaydınız, əbədi olaraq oddan (cəhənnəm odundan)
xilas ola bilməyəcəkdiniz. Bunu bilin ki, bir kəsə itaət etmək Allah qarşısında
üsyankarlığa, itaətsizliyə səbəb olmamalıdır. İtaət yalnız yaxşı
işlərdədir.”[305]

Bu hədisin valideynə itaət etmək barəsində olmadığına baxmayaraq, ümumi


bir qanunu çatdırıb buyurur ki, əgər sizlərdən biri əql və şəriətə zidd olan bir
hökm verərsə, ona tabe olmaq, itaət etmək olmaz. Hətta əgər əmr verən
şəxslər valideyn və ya Peyğəmbərin şəxsən seçdiyi adamlar olsa da belə.
Deməli, əgər valideyn övladların evlənməsinin qarşısını alsa, bu halda onların
nəzər və iczazələri möhtərəm sayılmır.[306]

İYİRMİ ÜÇÜNCÜ FƏSİL


EVLƏNMƏDƏN ƏVVƏL QADINA BAXMAQ

Naməhrəm şəxslərə ləzzət və şəhvət nəzəri ilə baxmaq insanın Allah


eləməmiş, daha böyük günaha–zinaya mürtəkib olmasına, iman, şərəf və
heysiyyətinin aradan getməsinə, Allahın qəzəb oduna–cəhənnəm oduna
düçar olmasına səbəb olur. Əgər böyük günahlara batmasa da belə, bu işin
ağır mənfi təsiri–iztirab və nigarançılıq, ailə və həyat yoldaşına qarşı
ümidsizlik kimi təsirləri öz ardınca gətirir. Buna görə də günah və onun
cəzası nəzərindən belə bir iş zinaya bərabər hesab edilmişdir. Bəzi
rəvayətlərdə onu gözün zinası adlandırdırlar.[307]

Amma bu məsələnin (naməhrəmə baxmaq) həyat yoldaşı seçməkdə heç də


maneəsi yoxdur, üstəlik zəruri məsələlərdəndir. Çünki ər və arvad ailə
mühitində tam səfa-səmimiyyətlə, mehr-məhəbbətlə ömürlərinin axırına kimi
yaşamalıdırlar. Bu məhəbbət və səfa-səmimiyyət heç vaxt azalmamalıdır,
ailədən kənarda olan acı hadisələr ailə mühitində şirinliklərə çevrilməlidir. Bu
məqul arzu o vaxt təsəvvür olunub xaricdə gerçəkləşə bilər ki, evlənmə tam
agahlıqla, xüsusi görüşlə baş vermiş olsun və ər və arvad evlənməkdən
qabaq bir-birinin zahiri və batini xüsusiyyətlərindən kifayət qədər agah
olsunlar. Bundan əlavə, evlənmədən qabaq baxış ərin sonradan yarana
biləcək müəyyən bəhanələrinin, habelə evlənmənin nurlu şüalarının
azalmasının qarşısını alır. Bu cəhətdən İslam dini öz ardıcıllarına göstəriş
verir ki, bu işi yerinə yetirsinlər.

Bir şəxs İmam Sadiq (əleyhissalam)-dan soruşdu: Kişi bir qadınla evlənmək
istəyirsə, o qadının zinət yerlərinə baxa bilərmi? İmam (əleyhissalam)
buyurdu: 

"Əgər ləzzət məqsədi ilə baxmazsa, onda bu əməlin eybi yoxdur.”[308]

İmam Sadiq (əleyhissalam) buyurur:

"Evlənmək istəyən bir kişi evlənmədən əvvəl qadının zinət yerlərinə baxa
bilər.”[309]

Həsən Sirri deyir: İmam Sadiq (əleyhissalam)-a ərz etdim ki, kişi bir qadınla
evlənmək istəyirsə, onun sifətinə və qiyafəsinə baxıb, bu barədə dəqiq
axtarış apara bilərmi? Onun üzünə və arxasına baxa bilərmi? İmam
(əleyhissalam) buyurdu: "Əgər onunla evlənmək məqsədi varsa, bu işləri
edə bilər.”[310]

Məhəmməd ibni Müslüm İmam Baqir (əleyhissalam)-dan soruşur ki, əgər bir
kəs bir qadınla evlənmək istəyirsə, onun əndamına baxa bilərmi? Həzrət
buyurdu: "Bəli, çünki evlənmə məsələsi çox da sadə və dəyərsiz bir iş
deyildir, əksinə, bu iş ilə (ər və arvad) bir ömür müştərək olan həyata
başlayırlar və bu barədə müəyyən məbləğdə pul sərf olunur.”[311]

Bu mətləbin oxşarını Yunis ibni Yəqubun İmam Sadiq (əleyhissalam)-dan


nəql etdiyi rəvayətdə görmək olar. O deyir: Həzrət buyurdu ki, kişi evlənmək
istədiyi qadına hətta nazik paltarda baxıb kifayət qədər diqqətlə axtarış
apara bilər ki, sonradan müəyyən narahatlıqlar, anlaşılmazlıqlar irəli
gəlməsin. Çünki evlənmə işi mühüm bir məsələdir.”[312]
Bu rəvayətlərin hamısı göstərir ki, iki şərt daxilində olan baxışlar nəinki caiz
deyil, həm də zəruri və lazımdır. Çünki bu cür diqqətlər həyat yoldaşının öz
xeyrinədir, çünki əri agahlıq üzündən onunla evlənir, müəyyən müddət
keçdikdən, cinsi qərizələr qismən təmin olunduqdan sonra və ya ixtilaflar
yarandıqda o, artıq bəhanə gətirə bilməz və həyat yoldaşının özünün
sevmədiyi bir adam olduğunu iddia edə bilməz. O iki şərt aşağıdakılardan
ibarətdir:

1-:işi bu əməli şəhvət üzündən etməməlidir; amma mümkündür ki, qadına


tamaşa etdiyi vaxtda şəhvət hasil olsun.

2-Bu baxışlar başqa qərəzlər, həvayi-nəfsə tabeçilik və başqa məqsədlər


üçün deyil, yalnız evlənmə məqsədi ilə olmalıdır.
FİQHİ NƏZƏRDƏN BAXMAQ

Evlənmədən əvvəl qadına baxmaq və onun barəsində kifayət qədər axtarış


aparmaq təkcə rəvayətlər baxımından caiz deyil, həm də mərcəyi-təqlidlər
də müxtəlif dövrlərdə bu məsələni diqqət mərkəzində saxlayaraq onun zəruri
və icazə verilən bir iş olmasına dair fətva vermişlər. Amma onun həddi-
hüdudu barəsində daha artıq bəhs və araşdırma aparmaq lazımdır. Böyük şiə
alimlərindən olan və "Cəvahirül-kəlam” kitabının müəllifi yazır:

"Kişinin evlənmək istədiyi qadının üzünə və əllərinə baxması zəruri və bütün


müsəlman firqələri arasında danılmaz bir məsələdir, heç kəs bu məsələ ilə
müxalifət etməmişdir. Hətta qadın və ya qızın özünün bu işi görməyə icazəsi
olmasa belə, caizdir.”[313]

"Ürvətül-vüsqa” kitabında deyilir:

"Evlənmək istəyən bir kişi (evlənmək istədiyi) qadının üzünə, əllərinə, saçına
və zinət yerlərinə baxa bilər. Ümumiyyətlə ovrəteynindən başqa onun bütün
əzalarına baxması caiz və qanunidir.”[314]

Hal-hazırdakı bütün mərcəyi-təqlidlər bu fətva ilə müvafiqdirlər, müxalifət


edən yalnız mərhum Ayətullahül-üzma "Gülpayiqani olmuşdur. O cənab da
qadının əl və üzündən başqa yerlərinə baxmaqda ehtiyat edilməsini
buyurmuşdur. İmam Xomeyni (r.ə) isə buyurur:

"Əgər kişi bir qadınla evlənmək istəsə, yaxud bu evlənmənin baş tutacağını
ehtimal versə, şəhvət nəzəri olmadan qadının ovrəteynindən başqa bütün
əzalarına baxa bilər. Hətta əgər baxandan sonra ləzzət hasil olarsa belə.
Amma müstəhəbdir ki, üzünə, əllərinə, saçına və zinət yerlərinə baxsın,
başqa yerlərinə isə baxmaqdan çəkinsin.”[315]

Deməli, Məsum rəhbərlərin sözlərinə və mərcəyi-təqlidlərin nəzərlərinə


əsasən, bu əməl caizdir.
İYİRMİ DÖRDÜNCÜ FƏSİL
ZİFAF MƏRASİMİ
Toy gecəsi bütün təzə bəy və gəlinlər üçün şirin bir xatirə olub, ömürlərinin
çox həssas anlarından sayılır. Bir-birini sevən iki gəncin müştərək həyatı elə
həmin andan etibarən başlanır, hər növ ayrılıq və yadlıq aradan qalxır, səfa-
səmimiyyətə, vüsala çatırlar. Bəy və gəlinin bu gecədəki bütün hərəkət,
rəftar və təfəkkür tərzləri ömürlərinin axırına qədər unudulmazdır. Buna görə
müqəddəs İslam şəriəti bu gecə üçün müəyyən qayda-qanunlar və
mərasimlər bəyan etmişdir ki, onlara riayət edilməsi, şübhəsiz ki, cavan ər-
arvadın ruhiyyəsində, onların gələcək övladlarının tərbiyəsində və müştərək
həyatlarında çox təsirli olacaqdır. Onların bəzilərini bəyan edirik:

1-İslam dini öz ardıcıllarına göstəriş verir ki, zifaf mərasimini gecə yerinə
yetirsinlər və bunu bilsinlər ki, bu iş gecə yerinə yetirilməsi onların halı ilə
daha münasibdir. Həzrət İmam Musa ibni Cəfər (əleyhissalam) buyurur:

"İslamın qanunu və Allahın sünnəti bu əsasda olmuşdur ki, zifaf gecə ikən
yerinə yetirilsin. Çünki gecə qəlblərin aram olması səbəbidir, qadınlar da
kişilər üçün xatirin aram olması səbəbidir.”[316]

İmam Sadiq (əleyhissalam) buyurur:

"Zifafı gecə ikən yerinə yetirin, onun qonaqlığını isə gündüz edin, hətta əqdin
də gecə oxunması müstəhəbdir.”[317]

2-Zifaf gecəsində yerinə yetirilməli olan ikinci mərasim təkbir (Allahu əkbər)
deməkdir.

Həzrət Əli və Fatimə (əleyhiməssalam)-ın zifaf gecəsi belə olmuşdu: Həzrət


Fatimə (əleyha salam) gəlin gələrkən qatıra minmişdi, Salman onun yüyənini
çəkirdi. Peyğəmbər isə onların ardınca hərəkət edirdi.

Birdən Cəbrəil və Mikail hər biri yetmiş min mələklə Həzrət Fatiməni
müşayiət etmək üçün yer üzünə nazil olub təkbir deməyə başladılar.
Peyğəmbər də onlar kimi təkbir deməyə başladı və bu İslami sünnət həmin
vaxtdan etibarən adətə çevrildi.[318]

Deməli, bu gecədəki İslami şüarlar əl çalmaq, "ura” demək deyil, "Allahu


əkbər” deməkdən ibarətdir.

3-İki rəkət zifaf namazı qılıb bu gecəyə aid olan duaları oxumaq barədə çoxlu
tövsiyə olunmuşdur. ”əlin bəxt evinə gətirilib onun ixtiyarına qoyulduğu
zaman İlahinin dərgahına təşəkkür, şükür əlaməti olaraq hər ikisi əvvəlcədən
dəstəmaz alaraq pak-pakizə halda iki rəkət namaz qılırlar, sonra özlərinin
gələcək övladları barəsində məxsus dualar oxuyaraq Allahın lütfünü özlərinə
cəlb edirlər.

İmam Sadiq (əleyhissalam) bir hədisdə zifafın müəyyən qaydaları barəsində


belə buyurur:
"Elə ki, gəlini ərini evinə gətirdilər, bəy gəlini gətirən qadınlara deyir ki,
gəlinə deyin dəstəmaz alsın. Sonra ikisi birlikdə iki rəkət namaz qılsınlar,
namazı qurtarandan sonra üzü qibləyə dayanıb əllərini Allah dərgahına
qaldıraraq belə dua eləsinlər ki: "İlahi, Sənə Həmd edir, Peyğəmbər və onun
Əhli-beytinə salavat göndəririk. Pərvərdigara, bizi bir-birimizə mehriban
elə!”[319]

Sonra bəy öz əlini gəlinin alnına qoyub yenə dua oxumağa başlayır, daha
sonra gəlinin ayaqqabısını və corablarını çıxardıb onun ayaqlarını yuyur,
suyunu isə otaqdan çölə atır. Rəvayətlərə əsasən, bu kimi işlər evin içində
yarana biləcək hər növ fəqirliyi və bəlanı çölə atır, İlahi rəhmət və bərəkəti
nazil edir. Söz yoxdur ki, Allahın adı və dini göstərişlərlə həyatını başlayan
hər bir ailə mehr-məhəbbət, səfa-səmimiyyətlə yaşayacaq, həyatları elə bu
cür davam edəcək, ilahi lütflərlə və özlərinin səy və çalışmaları ilə hər növ
çatışmamazlıqları aradan qaldıracaq, xeyir-bərəkəti özlərinə cəlb edəcəklər.

4-Xəlvət

Müqəddəs İslam dinində xəlvət (yaxınlıq) üçün müəyyən qaydalar və


hökmlər müfəssəl surətdə bəyan edilmişdir. Biz onlardan bir qismini qeyd
edirik. Qadın və kişi tam aramlıq, xatircəmlik və cismi hazırlıqla hamının,
hətta müməyyiz uşaqların gözündən uzaqda bu proqramlara diqqət yetirərək
həmin mərasimi yerinə yetirməlidirlər. Bu işə başlamazdan əvvəl şirin
söhbətlər, məhəbbət və zarafat etdikdən, şəri mazaqlaşmadan sonra Allahın
adı ilə işə başlasınlar və bu əməlin yerinə yetirilməsində əsla tələsməsinlər.
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Hərgah sizlərdən biri cima (yaxınlıq) etmək istəsə, quşların bir-biri ilə cima
etməsi kimi eləməsin və lazımi müqəddimələri hazırlayaraq
tələsməsin.”[320]

İmam Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

"Hərgah sizlərdən biri öz zövcəsi ilə yaxınlıq etmək istəsə, onu


tələsdirməməlidir. Çünki qadınların cinsi ehtiyacları tələsməklə təmin
olunmur.”[321]

Qadınların vücudlarına hakim kəsilən təbiətlərinə, həya və iffətlərinə diqqət


yetirsək, məlum olar ki, onlar cinsi cəhətdən kişilərdən gec təhrik olunur və
gec də doyurlar. İmam Sadiq (əleyhissalam) buyurur:

"Sizlərdən biri öz əyalı ilə yaxınlıq etmək istəyərsə, Allahı yad eləsin, çünki
hər kəs cimaya başlayanda Allahın adını zikr eləməsə və ondan övlad
dünyaya gəlsə, (o övlad) şeytanla şərik olacaqdır. Bu əməli onun Biz Əhli-
beytə məhəbbət və ya ədavət bəsləməsi ilə bilmək olar.”[322]

(Yəni əgər Əhli-beyti sevənlərdəndirsə, şeytan onlarla şərik deyil, yox əgər
Əhli-beytə qarşı kin, düşmənçilik bəsləyirsə, şeytanla şərikdir.)
YAXINLIQ ÜÇÜN MÜNASİB "GÜNLƏR
Həftənin bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı və xüsusilə də cümə
gecələri[323] yaxınlıq etmək müstəhəbdir və gərək bu əməl ruhi və cismi
hazırlıqla, tam istirahətlə və gecənin axır vaxtlarında yerinə yetirilsin.

"Gündüzlərdə yaxınlıq, adətən, ziyanlı olub şərən də məkruh sayılır. Amma


cümə axşamı günü günortadan sonra, habelə cümə günü günortadan sonra
bu iş tövsiyə edilmişdir. Amma qəməri ayların əvvəlində, ortasında və
axırında məkruhdur. "Bəqərə” surəsinin 187-ci ayəsinin hökmünə əsasən,
yalnız Mübarək Ramazan ayının ilk gecəsi müstəhəbdir. Habelə qadın və ya
kişi cinsi cəhətdən təhrik olunarsa və cinsi yaxınlığa ehtiyac duyarsa, hətta
gündüzlərdə də belə məkruh deyil, əksinə lazım və müstəhəbdir. İndi isə
sizin diqqətinizi həyat yoldaşı ilə yaxınlıq etməyin savabını, fəzilətini göstərən
hədislərə cəbl edirik.

Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Hərgah bir kişi öz qadını ilə yaxınlıq etmək istəyərsə, iki mələk onları araya
alar. Sanki iki qılıncı qınından çıxardıb Allah yolunda cihada başlayıblar. Bu
işə məşğul olarkən, payızda ağacların yarpaqları tökülən kimi günahları da
tökülür. Cənabət quslu alanda bütün sapma və xətalar bağışlanır.”[324]

Osman ibni Məzunun həyat yoldaşı bir gün Rəsuli Əkrəmin yanına gəlib dedi:
Ərim gündüzlər oruc tutur, gecələr namaz qılır və mənə heç vaxt diqqət
yetirmir. Həzrət bu sözü eşidən kimi o qədər narahat oldu ki, hətta
ayaqqabılarını geymədi, onları əlinə alaraq Osmanın yanına gedib buyurdu:

Rəvayətlərin məzmununa görə bəzi günlərdə həyat yoldaşı ilə yaxınlıq


məkruh və qeyri-münasibdir ki, qısa şəkildə onları qeyd edirik.

1-Mübarək Ramazan ayının birinci gecəsi istisna olmaqla, qalan qəməri


ayların birinci, orta və axırıncı gecələri məkrhdur.

2-”ünortadan sonra yaxınlıq etmək məkruhdur, amma iki gün–cümə axşamı


və cümə günü günortadan sonra müstəhəbdir.

3-Üç gündən artıq olmayan səfərlərdə, səfərə çıxmamışdan əvvəlki gecə,


həmçinin, tox (qarnı dolu) halda, xüsusilə gecənin əvvəlində yaxınlıq etmək
münasib deyildir.

4-Ay əqrəb bürcündə olanda, ayın axır gecələri, həmçinin qurban və fitr
bayramının gecələri, habelə, şənbə, bazar, çərşənbə gecələri cima etmək
məkruhdur.

5-:içik uşaqların yanında və ya başqalarının onların səsini eşidə və ya görə


biləcəkləri yerdə yaxınlıq etmək məkruhdur.

6-Üstünə pərdə örtmədən, çılpaq halda, habelə möhtəlim olduqdan sonra,


yaxud damın üstündə yaxınlıq etmək qeyri-münasibdir.

7-Ayaq üstə, namazın azanı ilə iqaməsi arasında, habelə, sübh azanı ilə
günəşin çıxdığı vaxt arasında yaxınlıq etmək məkruhdur.

8-”ünəşin və ayın tutulduğu gün və ya gecələrdə, qara və qırmızı küləklər


əsən günlərdə yaxınlıq etmək məkruhdur.

9-Hamilə qadınla dəstəmazsız halda, meyvə ağacının altında, günəşin


qürubuna yaxın vaxtlarda cima etmək məkruhdur.

10-Cima halında qadının və kişinin bir-birinin övrətlərinə baxmaları


məkruhdur. Əgər hər ikisi ovrətini bir parça ilə təmizləmiş olsalar bu iş
peşmançılığa səbəb olacaqdır. (Hər birinin ayrıca parçası olmalıdır.)

11-Üzü və ya arxası qibləyə, habelə günəşin müqabilində cima etmək


məkruhdur. Əgər səfərdə su tapılmazsa, qadağandır.

12-Cima halında Qurani kərim oxumaq, əcənəbi (naməhrəm) qadınların


həvəsi ilə öz həyat yoldaşı ilə yaxınlıq etmək peşmançılıq gətirər və bu iş
məkruhdur.

13-”Bismillah” demədən, habelə aləti yumadan təkrar cima etmək şəri


cəhətdən namünasibdir.

Bunlar mötəbər şiə kitablarında qeyd olunan hədislərin məzmunudur ki,


onlarda bu əməllərin fəlsəfəsi və səbəbi qismən bəyan olunmuşdur. Amma
biz ixtisar olsun deyə, bu rəvayətlərin özlərini gətirməyi lazım görmədik.
[326] 

5-Zifaf qonaqlığı

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) Həzrət Əli və Fatimənin toy


mərasimində bəy və gəlinin tərəfindən bir neçə mömini dəvət edərək
münasib yemək hazırladı. Yemək yeyiləndən və qonaqlar dağıldıqdan sonra
Həzrət öz qızını və kürəkənini çağırıb onların hər birinə öz mövqeyini bəyan
etdi. Sonra Həzrət Fatimənin əlini Həzrət Əlinin əlinə qoyaraq buyurdu:
"Əlidən başqa Fatimə üçün layiqli bir həyat yoldaşı yoxdur.”[327]

Həzrət bu əməli ilə Zəhranın Əliyə tabe və təslim olmasını bəyan etdi və
göstərdi ki, qadın gərək ərinə itaət etsin, əli öz ərinin əlində olsun. Zifaf
barəsində olan bəhsi iki hədislə sona çatdırırıq. Rəsuli Əkrəm (səlləllahu
əleyhi və alih) Ümmü Həbibə (Amənə) ilə evlənəndə Nəcaşini öz tərəfindən
vəkil edərək ona buyurdu ki, möminlər üçün qonaqlıq tədarükü görsün və
İslami sünnətə əməl etsin. Nəcaşi bu əmrə itaət edərək dedi:

"Möminlərin evlənmə məsələsindəki dini ayinlərindən biri qonaqlıq


verməkdir.”[328]
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Möminlərə ehsan və qonaqlıq vermək 5 yerdə sünnətdir: 1-toyda, 2-övlad


dünyaya gələndə, 3-sünnət toyunda, 4-ev alanda, 5-Həcdən
qayıdanda.”[329]

İYİRMİ BEŞİNCİ FƏSİL


ÇOXARVADLILIQ
Təbii olaraq ər-arvad arasında cinsi cəhətdən müəyyən fərqlər mövcuddur. O
cümlədən, qadınların aylıq adətlərə (heyzə) və hamiləlik dövrlərində
müəyyən çətinliklərə giriftar olmalarıdır. Bundan əlavə, qadınlar az
yaşlarında, erkən evlənməyə ehtiyac duyurlar, onların cinsi qərizələri yaş
cəhətindən daha tez baş qaldırır. Təbiidir ki, onların ömürlərinin çox hissəsi
keçəndən sonra cinsi hazırlığı əldən verirlər. Həmçinin, kişilər ağır
məsuliyyətli, pərişan və yorucu işlər nəticəsində adətən fani dünyanı
qadınlardan tez tərk edirlər. Buna görə də, adətən, qadınların ömrü
kişilərdən artıq olur. Əksər hallarda qadınlar öz ərlərini itirdikdən sonra çox
yaşayırlar. Müəyyən hadisələr, müharibələr nəticəsində kişilərin varlığı
qadınlardan daha tez təhlükə ilə qarşılaşır, minlərlə kişinin həlak olmasına və
onların əhl-əyalının başsız qalmalarına səbəb olur. Bu amillər evlənmə
dövrlərində qadınların sayının kişilərdən artıq olmasına səbəb olur. Bununla
yanaşı, bəzi statistik hesablamalara görə, qadınlar kişilərdən çox doğulur. Bu
və ictimaiyyətin mənafeyi əsasında qurulan onlarla sair məsələlər tələb edir
ki, xüsusi şərait daxilində birdən çox arvad almağa icazə verilsin, beləliklə,
başsız qalan ailələr əxlaq pozğunluqlarına, inhiraflara, məhrumiyyətlərə
düçar olmasınlar, ruhi-psixi xəstəliklərə tutulmasınlar, bəşər cəmiyyətini
puçluğa, fənaya doğru sürüklənməsinlər. Bu gün bu cür inhiraf və
pozğunluqların nümunələrini qərb ölkələrində daha çox görmək olur. Onlar
son dərəcədə təhlükəli cinsi və ruhi xəstəliklərə tutulurlar. Çünki cinsi qərizə
yalnız özünün təbii yolu olan evlənmə ilə təmin olunmalıdır, sair yollar isə
təhlükəli və qeyri-qanunidir və heç vaxt onları təlatümlü dəryanın sahilinə
çatdıra bilməz. Evlənməyə ehtiyaclı olan, amma həyat yoldaşı seçməyən
qadınlar və qızlar hətta sair təbii ehtiyacları təmin olunsa belə, tam abır-
həya, iffət və ruhi aramlıqla yaşaya bilməzlər. Çünki insanın təbii ehtiyacları
məqul və təbii yolla təmin edilməlidir. Bu işin də çıxış yolu yalnız təbii və
qanuni evlənməkdir. ”örəsən, fərz olunan halda həyat yoldaşından və
sərpərəstdən məhrum olan qadın və qızların ruhi sığınacaqları varmı və öz
ehtiyaclarını təbii surətdə təmin edə bilərlərmi? "örəsən, evlənmə yolunda
mövcud maneələrlə yanaşı qadınlar ərə gedib abırlı həyat sürməli deyillərmi?
"örəsən, dinsiz ölkələrdə iffətsizliyin, fahişəliyin yayılması çoxarvadlılığa olan
ehtiyacdan xəbər vermirmi? İslam dini bu təbii ehtiyaca diqqət yetirərək
yalnız xüsusi şəraitlərdə çoxarvadlılığa icazə vermiş və insanlara bu barədə
məqul və təbii yolu göstərmişdir. Tarix özü də göstərir ki, çoxarvadlılıq
məsələsi İslamdan qabaqkı cəmiyyətlərdə də mövcud olmuşdur. "Əl-mizan”
təfsirində mərhum Əllamə Təbatəbai buyurur:
"Çoxarvadlılıq dünya səviyyəsində olan bir qanun olmuş və qədim dünya
ölkələrində: Misir, Hindistan, Çin, İran, Roma, Yunanıstan və s. kimi
ölkələrdə yayılmış azad bir iş idi. Hətta bəzi xalqların da arasında
çoxarvadlılıq mövcud olmuşdur. Belə ki, bir kişi 10, 20 və ya daha artıq
qadınla evlənə bilərdi. Hətta bəzi hallarda İslam dinini qəbul edən
bütpərəstlərin 10-a qədər arvadı olurdu. Deməli, çoxarvadlılıq heç də İslamın
icad etdiyi bir iş olmamış, əksinə İslam dini onu normal və məhdud hala
salmışdır.[330]
QƏDİM İRANDA ÇOXARVADLILIQ

İranda da İslamdan əvvəl bir neçə arvad almaq adi və çox yayılan işlərdən
idi. Belə ki, Səid Nəfisi adlı bir təhqiqatçı yazır:

Sasanilərin nəsli kəsiləndən əməvilərin nəsli kəsilən vaxta qədər kişinin ala
biləcəyi arvadların sayı heç də məhdud deyildi. Qədim Yunanıstanda bir
kişinin evində bəzən bir neçə yüz arvadı olurdu.[331]

Bundan əlavə, qeyd olunan faktlar adi şəxslərin barəsində idi. Amma əyan-
əşrafa, siyasətçilərə, böyük nüfuza malik olan şəxsiyyətlərə gəldikdə isə,
onların özünün xüsusi hərəmsəraları var idi. Belə ki, sasani padşahlarından
biri olan Xosrov Pərviz barəsində yazırlar ki, onun 3000 arvadı və 2000
rəqqasə kənizi varmış.[332]

Qədim İranda çoxarvadlılıq öz həddini aşaraq, hər vicdanlı şəxsin qəlbini


ağrıdırdı. Çünki cürbəcür evlənmələrdən əlavə, hətta zahirdə öz irsiyyətlərini
qoruyub saxlamağı bəhanə edərək öz məhrəmləri ilə də evlənirdilər.[333]

Məlum olur ki, İslamdan qabaq çoxarvadlılıqda müəyyən bir hədd-hüdudun


olmaması, hərəmsəra təşkil etmək dünyanın müxtəlif yerlərində adi bir iş
sayılırdı. Amma İslam dini insanların ehtiyaclarını nəzərə alaraq onu
məhdudlaşdırmış və ağlasığan dərəcədə icazə vermişdir. Qurani kərim
buyurur:

"Pak qadınlarla evlənin, iki, üç və ya dörd arvad alın. Əgər (onların arasında)
ədalətə riayət edə bilməyəcəyinizdən qorxsanız, onda birinə qənaət
edin.”[334]

Bu ayə çoxarvadlılığın caiz olmasını şərh edən bir qanundur və müəyyən


şərtlərə malikdir. Nə qədər ki, o şərtlər mövcud deyil, icra mərhələsinə
çatmır. Yəni o şəxs birdən artıq arvad ala bilər ki, cismi və maddi
imkanlardan əlavə, mehr-məhəbbət, əxlaq, məişət, ailənin idarə olunması və
sair cəhətlərdən də ədalətli və agah bir insan olub ailə hüququnun müxtəlif
məsələlərində ayrı-seçkiliyə yol verməsin. Əks halda birdən artıq arvad ala
bilməz. Buna əsasən, bu qanunun camaatın əksəriyyəti üçün icra olunması
qeyri-mümkündür və yalnız bu şərtlərə malik olan kişilərə müstəhəbdir. Bu
ilahi sünnət də gərək pak niyyətlə, ictimai ehtiyacları təmin etmək məqsədi
ilə həyata keçirsin, Allahın Peyğəmbərini və imamlarımızı özlərinə nümunə
götürsün.
"Cəvahirül-kəlam” kitabında buyurulur:

"Əgər çoxarvadlılığa cismi baxımdan ehtiyac duyularsa, şəksiz ki,


müstəhəbdir. Amma əgər şəxsi ehtiyac duyulmazsa, ictimai ehtiyacları təmin
etmək üçün də bu əməl müstəhəbdir. Çünki Məsum rəhbərlər məhz bu
məqsədlə çox arvad almışlar. Bəzi rəvayətlər də bu məsələni təkidləndirir.
Biz ixtisara riayət etmək üçün aşağıdakı hədis mənbələrinə baxmağınızı təklif
edirik:

"Vəsailüş-şiə”, 14-cü cild, səh.110; "Rovzətul-müttəqin”, 8-ci cild, səh.384.

Burada bir hekayəni qeyd edirik ki, qadınların öz ərlərinin çox arvadlılığına
dözməmələrini göstərir.

Peyğəmbər (səlləllahu əleyhi və alih) öz səhabələri ilə bir yerdə oturub


söhbət edirdilər ki, birdən çılpaq bir qadın qaça-qaça o Həzrətin yanına gəlib
dedi: "Ya Rəsuləllah, mən zina etmişəm, məni daş-qalaq et!” Bu vaxt bir kişi
də onun ardınca gəlib onu paltara bükdü. Rəsuli Əkrəm soruşdu: "Ey kişi, nə
hadisə baş vermişdir?” Kişi dedi: "Ya Rəsuləllah, bu mənim arvadımdır, mən
evdə kənizimlə yaxınlıq edirdim, o bu səhnəni gördükdə dözə bilmədi və
gördüyünüz bu xoşagəlməz hərəkəti etdi.” Həzrət buyurdu: "Onu nəzarət
altında saxla, çünki o, çox qeyrətli və namuslu qadındır, amma
dözümsüzdür; həqiqətləri görməyə taqət gətirmir. Qeyrəti onun aşkar
məsələni dərk etməsinə mane olmuşdur.”[335]

Başqa bir hədisdə İmam Sadiq (əleyhissalam)-dan qadınların ərlərinin başqa


bir arvad aldıqları zaman narahat olmalarının səbəbi barəsində soruşdular,
Həzrət buyurdu: "Bu narahatlığın səbəbi qadınların öz həyat yoldaşlarına
qarşı olan məhəbbətin şiddətindəndir.”[336]

Bu hədislərdən məlum olur ki, kişinin çox arvad alması qadınlar üçün
dözülməz bir məsələdir, buna görə də bəzi hallarda kobud və ağılsız hərəkət
edirlər.

Dinsiz cəmiyyətlərdə də bu ilahi qanunun əleyhinə kəskin nəzəriyyələr izhar


edilmişdir. Məşhur fransız tarixçisi Qustav Le Bon deyir:

"Avropada şərq adət-ənənələrindən heç biri çoxarvadlılıq kimi pis


tanıtdırılmamış və avropanın nəzəri heç bir məsələ barəsində bu qədər xəta
etməmişdir.”[337]

Bəli, İslamın müxalifləri–qərblilər və qərbə məftun olanlar cəmiyyətin və


insanların mənafeyi, məsləhəti naminə olan bu ilahi qanuna irad tuturlar,
amma öz cəmiyyətlərində baş alıb gedən fahişəlik, cinsi və əxlaqi inhiraflara,
pozğunluqlara göz yumurlar, dul qadınları, ərə getməyən qızları unudaraq
onlara tövsiyə edirlər ki, başqa kişiləri tələyə salmaqla, fahişəlik etməklə öz
cinsi ehtiyaclarını təmin etsinlər.[338]

Bu məşhur tarixçi başqa bir yerdə yazır:


"Doğrusu, mən təəccüb edirəm və başa düşə bilmirəm ki, şərqdə mövcud
olan məhdud çoxarvadlılıq qərbin məkrli çoxarvadlılığından nəyi çatışmır.
Mən deyirəm ki, birinci–şərqdəki çoxarvadlılıq ikincidən–qərbdəki
çoxarvadlılıqdan daha layiqlidir.”[339]

Müsəlman cəmiyyətlərinin agah və oyaq vicdanlı şəxsləri qəflət yuxusundan


ayıltmalı, çoxarvadlılığı haram və ya qeyri-qanuni hesab edən cəmiyyətlərdə
araşdırma aparıb görməlidirlər ki, bu qruplar necə də qara günlərə,
rüsvayçılıqlara düçar olmuşlar. Avropa və ümumiyyətlə qərb dünyasında
oğlan və qızlara, qadın və kişilərə cinsi qərizəni təmin etmək yolunda
həddindən artıq ifrat azadlıqlar vermişlər; bir-biri ilə öpüşmək, qucaqlaşmaq,
bir yerdə rəqs etmək, çılpaq halda suda çimmək, bir-birinin qarşısında çılpaq
gəzmək və s. üzrdəniraq mütərəqqi qərb dünyasının ən sadə və adi
işlərindən biridir. Əgər Avropada və Amerikada qadın və kişinin bir-biri ilə
əlaqəsi İslamdakı kimi qanuni şəkildə qadağan olsaydı, onlar yenəmi
çoxarvadlılıqdan təəccüb edərdilər? Sanki İslam dinindən gileylənirlər ki, nə
üçün onlara qanuni məhdudiyyət vermiş və açıq-saçıq olmalarına icazə
verməmişdir![340]

Hazırkı İngiltərə dövlətində hər növ fahişəlik və əyyaşlıq, eyni cinsdən olan
fərdlərin–qadının qadınla, kişinin kişi ilə cinsi əlaqədə olması adi və dövlət
tərəfindən rəsmiləşdirilmiş bir qanun olmasına baxmayaraq, iki milyon qadın
kişilərdən artıqdır. Bunlar da (onların nəzərinə görə) ya dul qalmalı, ya da
əxlaqi pozğunluqlara, fahişəliyə əl atmalıdırlar.

İkinci dünya müharibəsində çoxlu kişilər həlak oldu və nəticədə


çoxarvadlılığa, xüsusilə Almaniyada daha çox ehtiyac duyuldu. Almaniyanın
mütəfəkkirləri bu məsələ barəsində nəzərlərini dəyişib İslamda olan
çoxarvadlılıq qanununu "Əl-əzhər” universitetindən istədilər. Lakin kilsə
xadimlərinin ciddi müqaviməti nəticəsində onun icrasını dayandırdılar,
nəticəsi də hal-hazırda Almaniyanı və müharibədə iştirak edən bütün qərb
ölkələrini əhatə edən və hamını dəhşətə gətirən fahişəlik və açıq-saçıqlıq
oldu.[341]

"örəsən dünya müsəlmanları və imanlı qadınlar İslam ölkələrinin qərbin


düşdüyü fəsad bataqlığına sürüklənməsini istəyirlərmi? "örəsən bu qədər
cinsi pozuntuların və vəhşətin hakim kəsildiyi cəmiyyətlərə təqlid etmək
istəyirlərmi? Ümumiyyətlə, görəsən çoxarvadlılığın qadağan olunmasının
zina, livat və müxtəlif ruhi və cismi xəstəliklərə düçar olmaqdan başqa bir
ağır nəticəsi ola bilərmi? ”örəsən ərli arvadların özləri ərsiz olsaydılar, onda
bu ictimai ədalətsizliyə dözə bilərdilərmi? Buna görə də Əmirəl-möminin Əli
ibni Əbutalib (əleyhissalam) buyurur:

"Qadının qeyrətlilik göstərməsi və ərinin çoxarvadlılığına qarşı çıxması onun


dinsizliyinin, etiqadsızlığının nəticəsidir.”[342]

Çünki qadınlardakı bu xüsusiyyət ilahi göstərişləri nəzərə almamaq, Qurani


kərimin ayələrini, İslami rəvayətləri inkar etmək və ərsiz qadınların
ictimaiyyətdəki hüquqlarını nəzərə almamaq deməkdir. Çünki onların da
haqqı vardır ki, təbii yolla ərə gedib başqarı kimi ərin atifə, mehr-
məhəbbətindən faydalansınlar.

İmam Sadiq (əleyhissalam) bir rəvayətdə qadının kamil imanını, onun ərinin
ikinci arvad almasına dözməsi kimi təqdim edir. Belə ki, bir nəfər o Həzrətin
yanına gəlib öz arvadını çox təriflədi və ondan razı olduğunu söylədi.

Həzrət buyurdu ki, arvadı ikinci arvad almaq məsələsi ilə yoxlamaq lazımdır.
Əgər imtahandan yaxşı çıxsa, tərifə layiqdir. O kişi öz arvadını qəribə bir
tərzdə yoxladı, amma onun atifələrində və pak imanında zərrə qədər
dəyişiklik müşahidə etmədi. Bu hadisəni İmama dedi. İmam buyurdu:

"Sənin arvadın, dediyin kimi, tərifə layiqdir.”[343]

Bəli, elə qadınlar var ki, öz təbii istəklərini iman və insafların müqabilində
fəda edirlər.
İSLAMDA İFRAT EVLƏNMƏLƏR

İslamda çoxarvadlılığa müəyyən şərtlər daxilində icazə verilməsinə, habelə,


Məsum imamlarımızın onlara əməl etmələrinə və öz ardıcıllarını da bu
müqəddəs əmələ sövq etmələrinə baxmayaraq, bu əməl ictimaiyyətin
məsləhəti əsasında, nəsil artırmaq, məhrum və ehtiyaclı fərdlərin
ehtiyaclarının təmin olunması üçün qanuni olmuşdur. Buna əsasən, bu ilahi
işdə şəhvətpərəstlik və heyvani məqsədlər ümumiyyətlə əsl məqsəd deyil.
Məsuliyyət hissi olmadan, həyat yoldaşı və övladlarının hüquqlarını nəzərə
almadan, onların arasında İslami ədalətə riayət etmədən çox arvad alan bir
şəxs həmçinin, bir neçə arvad alıb onları idarə etməyə imkanı olmayan bir
şəxs şəri nəzərdən məsul sayılır və İslami göstərişlərin əksinə hərəkət
etmişdir. Həzərt Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

"Hər kəs şəhvətpərəst olsa, çoxlu evlənsə, onun rüsvayçılıqları artacaq və


biabır olacaq.”[344]

İmam Sadiq (əleyhissalam) buyurur:

"Həqiqi mömin o kəsdir ki, nəfsani şəhvətlərə təslim olmasın və qarınqululuq


onu rüsvay etməsin.”[345]

Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

"Hər kəs qəzəb və şəhvəti qarşısında məğlub olarsa, insan deyil və


heyvanlardan sayılır.”[346]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Hər kəs–istər qadın olsun, istərsə də kişi, müxtəlif həyat yoldaşları görüb
onlardan kam (ləzzət) almaq məqsədi ilə həddindən artıq evlənmə fikrində
olsa, Allahın lənətinə və qəzəbinə düçar olar.”[347]
Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

"Hər kəs öz şəhvətinə daha çox təslim olsa, qadınlardan daha çox kam alsa,
əql və idrak qüvvəsini əldən verər.”[348]

İmam Sadiq (əleyhissalam) buyurur:

"Hər kəs kifayət qədər cinsi qüdrətə malik olmadan çoxlu arvad alsa və
nəticədə onları razı sala bilməsə, bu halda onlardan biri xilafi-şərə (zinaya)
mürtəkib olsa, qadından əlavə, kişi özü də bu günahda onunla
şərikdir.”[349]

İmam Baqir (əleyhissalam) Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-dən belə


nəql etmişdir:

"Hər kəs cinsi nəzərdən imkansız, qüdrətsiz olduğu halda bir neçə arvad alsa
və onlardan biri xilafi-şərə mürtəkib olsa (əyri yola getsə) əri də o günah
işdə məsuliyyət daşıyır.”[350]

Bu hədislərdən nəticə alırıq ki, çoxarvadlılığın müəyyən şərtlər daxilində


evlənməyin əsl məsələsi kimi müstəhəb olmasına baxmayaraq, bu məsələ
ictimai məsləhətlər əsasında baş verməli, hər növ şeytani və şəhvətpərəstlik
hədəflərindən uzaq olmalıdır. Bu kimi işləri görən şəxslər əxlaqi cəhətdən
ədalətli, maddi və cismi imkan baxımından qüdrətli, onların idarə
olunmasında adil və insaflı olmalıdır, əks halda bu iş caiz deyildir, üstəlik
Allah dərgahında şiddətli cəzalanmaya səbəb olacaqdır.

Yazırlar ki, İsfahanın ariflərindən biri dindarlardan birinə qonaq olur. Cinsi
cəhətdən narahatlıqda olduğunu ev sahibinə açıb deyir. Ev sahibi də onun
üçün başqa bir arvad tapa bilmədiyindən, öz qızını onun əqdinə keçirir. Qızın
cavan olduğuna görə o ilahi şəxs ona yaxın düşmür və soruşur: Nə üçün
indiyə qədər ərə getməmisən? Qız cavab verir ki, mən bir oğlanı sevirdim,
amma atam ona ərə getməyimə razı olmadı. O, məni sevmədiyim, razı
olmadığım bir şəxsə ərə vermək istəyir. O ilahi şəxs qızdan istəyir ki, öz
istədiyi oğlanın kim olduğunu ona desin. Qız da o oğlanın adını deyir. O
böyük arif qızın sevdiyi oğlanı çağırıb qızı onun əqdinə keçirir və hər ikisini
bəy otağına göndərir. Ev sahibi tam təəccübdə və heyrətdə donub qalır. O
şəxsin cinsi qüdrətinin sanki olmadığını güman edib belə bir qızı əldən
buraxdığına son dərəcədə təəccüblənir və məsələnin nə yerdə olduğunu
ondan soruşur. Elm və mərifət sahibi olan arif deyir: "Mən şəhvətimin və
cinsi qərizəmin ixtiyarında deyiləm; cinsi qərizə və şəhvətim mənim
ixtiyarımdadır. Mən həqiqi məsləhətin əleyhinə heç vaxt bir iş görmərəm. Öz
şəhvətimi qane etmək üçün cavan bir qızı bədbəxt edə bilmərəm.”
İYİRMİ ALTINCI FƏSİL
MÜVƏQQƏTİ EVLƏNMƏ

Camaatın böyük bir qismi maddi imkanların olmadığından və sair çətinliklər


ucbatından daimi evlənə bilmirlər. Həmçinin, uzun müddətli səfərlərdə kişilər
öz qadınlarından məhrum olurlar, mühüm ictimai və ailə məsələlərini yerinə
yetirməkdə təsirli bir iş görə bilmirlər. Digər tərəfdən, qadınların xəstəlikləri,
aylıq adətləri və hamiləliyin müxtəlif dövrlərində və sair günlərdə kişiləri
onlarla yaxınlıq etməkdən məhrum edirlər. Həmçinin, cavanların təhsil
müddətinin uzun, maddi imkanlar cəhətindən fəqir olmalarına,
təkmilləşdirmə kursları üçün xarici ölkələrə getmələrinə, daimi evlənmənin
ağır və üzücü problemlərinə diqqət yetirməklə cavan tələbələr daha artıq
müşkülə düçar olurlar, daimi evlənmək onlara müyəssər olmur. Həmçinin
övlad sahibi olan dul qadınlar adətən cəmiyyətdə ikinci dəfə ərə getmək
imkanına malik deyildirlər və ya daimi nikah onlar üçün daha artıq problem
yaradır. Belə olan halda bu kimi insanlar cəmiyyətdə öz cinsi qərizələri ilə
necə mübarizə etməlidirlər və özlərini bu cinsi qərizənin üzücü narahatlıqları,
yaratdığı ağır həyəcanlarından necə xilas etməlidirlər? "örəsən fərz olunan
bu hallarda cinsi qərizələri öldürən dərmanları qəbul etmələri caizdirmi?
"örəsən İslam dinində qadağan olunan tərki-dünyalıq bu mürəkkəb problemi
həll edibdirmi? "örəsən bu hallarda fahişəlik, iffətsizlik və sair kimi ailələrin
heysiyyətlərini korlayan və ya təhdid edən mənfur işlərə qurşanmaq əql və
məntiqə sığırmı? Əgər bu yollar əql və şəriətə uyğun deyildirsə, sosioloqlar
bu barədə hansı çıxış yolunu təklif edirlər?

Bu enişli-yoxuşlu və xətərli yollardan nicat tapmaq üçün Rassel qərb


ölkələrində qadınlara hal-hazırda mövcud olan fahişəliyi və kişiləri tora
salmaq yollarını təklif edir. Bir qrup da az olmalarına baxmayaraq, tərki-
dünyalıq yolunu seçmişlər. Amma İslam bizə buyurur ki, təbii ehtiyaclar elə
təbii və qanuni yolla təmin edilməlidir. Bu qəbildən olan problemlərin həllini
müvəqqəti evlənməkdə görür. Allah Taala mütənin qanuni bir iş olmasını bir
ayədə belə bəyan edir:

"Sizə vacibdir ki, mütə (siyğə və ya müvəqqəti evlənmə) etdiyiniz qadınların


mehriyyəsini verəsiniz.”[351]

İmam Baqir (əleyhissalam) buyurur:

"Allah Taala mütəni Öz kitabında və Peyğəmbərin sünnətinə müvafiq olaraq


halal etmişdir və bu, qiyamət gününə qədər olan bir hökmdür.”[352]

İmam Sadiq (əleyhissalam) buyurur:

"Bizim rəcətimizi inkar edənlər və bizim halal bildiyimiz mütəni halal


bilməyənlər bizdən deyildir.”[353]

Həzrət başqa bir hədisdə buyurur:

"Allah insanı məst edən hər bir şeyi möminlərə haram etmiş və onun
əvəzində mütəni (müvəqqəti evlənməni) onlara halal və qanuni
etmişdir.”[354]

O Həzrət başqa bir hədisdə belə buyurur:


"Mütə hökmü Quranda nazil olmuşdur, Rəsuli Əkrəmin sünnəti də məhz bu
əsasda cərəyan etmişdir.”[355]

İmam Baqir (əleyhissalam) buyurur:

"Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) bu ilahi sünnəti icra etmək üçün
şəxsən azad bir qadınla siyğə etdi. Arvadlarından biri bu işdən xəbərdar
olduqda tam insafsızlıq edərək o Həzrətə nalayiq bir söz dedi. Həzrət
cavabında buyurdu: "Bu qadın mənim üçün mütə və halaldır.”[356]
MÜTƏ BARƏSİNDƏ SÜNNÜLƏRİN NƏZƏRİ

Qeyd olunan hədislərin yüzlərlə oxşarı sünnülərin mötəbər kitablarında


mövcuddur. Nazil olan Qurani kərim ayələri də müvəqqəti evlənmənin şəri,
qanuni, danılmaz və İslamın zəruri hökmlərindən biri olmasını bəyan
etmişdir. Heç bir müsəlman bu məsələni inkar edə bilməz.

Sünnülərin hədis kitablarında, xüsusilə də ən mötəbər kitablarından sayılan


"Sihahi-sittə”də (altı ən səhih kitab) deyilir: "Mütə (müvəqqəti evlənmə)
İlahinin hökmündə, Rəsuli Əkrəmin sünnətində qanuni şəriət hökmü olmuş,
Peyğəmbərin və Əbubəkrin dövründə ona əməl edilmişdir. Amma ikinci xəlifə
Ömər onu qadağan etmişdir. Mərhum Əllamə Əmini bu hadisəni sünnü
kitablarına istinadən araşdırdıqdan sonra bu barədə olan sünnü hədislərini
nəql etmişdir. O cümlədən, "Əl-qədirin” 6-cı cildinin 198-ci səhifəsində yazır:

"ünlərindən birində hənəfiyyə məzhəbinin başçısı Əbu Hənifə İmam Sadiq


(əleyhissalam)-ın hüzuruna gəlib ondan mütənin halal olub-olmaması
barəsində belə soruşdu:

"De görək, qadınları mütə etmək düz işdirmi? Həzrət son dərəcə təəccüblə
buyurdu: "Sübhanəllah! Məgər sən Allahın kitabını–”Nisa” surəsinin 24-cü
ayəsini oxumamısanmı?” Sonra Həzrət özü o ayəni tilavət etdi.

Əbu Hənifə dedi: "Allaha and olsun, sanki bu ayəni bu vaxta qədər
görməmişdim!”[358]
ÖMƏRİN OĞLU MÜVƏQQƏTİ EVLƏNMƏNİN TƏRƏFDARIDIR!

Sünnülərin altı məşhur sihahından biri olan "Sihahi-Termezi”də deyilir:

"Şam əhlindən bir nəfər Ömərin oğlu Əbdüllahdan təməttö həcci və


müvəqqəti evlənməni göstərən bir hədis barəsində soruşub dedi ki, sizin bu
barədəki nəzəriniz nədir?

Xəlifənin oğlu çəkinmədən dedi: "Mən bunları halal bilirəm!” Şamlı kişi dedi:
"Məgər atan Ömər bu işləri haram etməmişdirmi?” Əbdüllah ibni Ömər dedi:
"Nə olsun ki, atam bu işləri qadağan etmişsə də, Allahın Peyğəmbəri ona
icazə vermişdir. Mən Rəsuli Əkrəmin müqəddəs sünnətini buraxıb atamın
sözlərini qəbul edərəmmi? (Sonra qəzəblənərək dedi:) Dur burdan rədd
ol!”[359]
MÜTƏNİ İNKAR EDƏNLƏRİN ÖZLƏRİ MÜTƏDƏN YARANMIŞLAR!

Müslüm öz "Səhih” kitabında nəql edir ki, Əbdüllah ibni Abbas müvəqqəti
evlənmə məsələsini ciddi şəkildə təbliğ edirdi. Bunun da müqabilində
Əbdüllah ibni Zübeyr bu məsələ ilə kəskin müxalifət edir və onu qadağan
edirdi. Bu cəhətdən də onlar hər vaxt görüşsəydilər, bir-birinə istehza
edərdilər.[360]

"günlərin birində Əbdüllah ibni Zübeyr Məkkədə çıxış edirdi. Birdən Əbdüllah
ibni Abbas məscidə daxil oldu. İbni Zübeyr onu görən kimi qəzəblənib dedi:
Sizə tərəf gələn bu kişi kordur, Allah onun qəlbini də gözü kimi kor eləsin!
(Əbdüllah ibni Abbasın gözləri ömrünün axırlarında tutulmuşdu.) Çünki o,
möminlərin anası Ümmül-möminin (Ayişəyə) lənət yağdırır və bir növ zina
sayılan müvəqqəti evlənməyi halal hesab edir.

O, bu sözləri eşidəndə qulamı İkrimənin köməyi ilə Əbdüllah ibni Zübeyrin


yanına gəlib dedi: Ey Əbdüllah, bu ilahi qanuna və Peyğəmbər sünnətinə
Rəsuli Əkrəmin dövründə əməl edilirdi və bu hökmü qüvvədən sala biləcək
heç bir ayə nazil olmamışdır. Mənim sözümün dəlili Zəhhakın oğlunun (yəni
Ömərin) sözüdür. O deyirdi: "Mütə nikahı və mütə həcci Rəsuli Əkrəmin
dövründə halal idi, mən onları haram edirəm. Hər kəs bu işləri görsə, onu
cəzalandıracaq, işgəncə verəcəyəm.” Ey Zübeyrin oğlu, biz Ömərin bu
məsələ və onun halal olması barəsindəki sözünü qəbul edirik, amma onun
haram etməsini və qoyduğu bidəti qəbul etmirik. Bunu da bilməlisən ki,
sənin özün elə müvəqqəti evlənmədən əmələ gəlmisən. Əgər inanmırsansa,
evə gedəndə anandan soruş, de ki, "Ovsəcənin əbası” nə məsələdir.

İbni Abbas bunu deyib yola düşdü. İbni Zübeyr də çox qəzəbli halda anasının
yanına gəlib bu sözün nə məsələ olmasını soruşdu. Anası dedi: Bəli, düzdür.
Bir gün sənin atan Peyğəmbərin yanında idi və arvadı olmadığından
gileylənirdi. Rəsuli Əkrəm Ovsəcənin ona verdiyi iki əbadan birini atana
verdi. Sonra atan onun müqabilində mənimlə müvəqqəti evləndi və bu
müvəqqəti evlənməyin də səmərəsi sən oldun. Məgər sənə deməmişəm ki,
Haşim övladları ilə mübahisə etmə? Sən heç vaxt sözdə onlara qələbə çala
bilməzsən.[361]
MÜTƏNİN HARAM EDİLMƏSİ

Sünnülərin hədis və fiqh kitablarının araşdırılması mütənin qanuni bir iş


olmasını göstərir. Rəsuli Əkrəmin səhabələri ona əməl edirdilər. Bundan
əlavə, ikinci xəlifə Ömərin dedikləri bu məsələnin Rəsuli Əkrəmin dövründə
halal olmasını göstərir. Çünki onun özü deyirmiş ki, "bu iş Rəsuli Əkrəmin
dövründə halal idi və mən onu haram (qadağan) edirəm, hər kəs bu işi
görsə, cəzalandırılacaqdır. Belə ki, "Səhihi-Müslüm” kitabında gəlmişdir ki,
Ömər minbərdə xitabə söyləyərkən demişdi:

"Üç şey Rəsuli Əkrəmin dövründə halal idi və mən onları haram edirəm və
hər kəs bu işləri görsə, onu cəzalandıracağam: 1-qadınların siyğə edilməsi,
2-təməttö həcci və 3-azan və iqamədə "həyyə əla xəyril əməl” demək.”[362]
Ömərin bu sözü təkcə burada deyil, həm də müxtəlif yerlərdə və camaatı
qorxutmaq, təhdid etmək üçün təkrar bəyan edildiyindən, müxtəlif
mənbələrdə və müxtəlif sözlərlə, amma eyni məzmunda gəlmişdir. Məsələn,

"Ay camaat, iki mütə Rəsuli Əkrəmin dövründə halal idi ki, mən onları haram
edib bu işi görənləri də cəzalandıracağam: 1-təməttö həcci; 2-mütə.”[363]

"Cəvahirül-kəlam” kitabının müəllifi Ömərin bu sözünü nəql etdikdən sonra


sünnülərin bu məsələ qarşısında sırf müdafiə xarakteri daşıyan yozmalarını,
Ömərə bəraət qazandırmalarını araşdıraraq deyir: "Onlar güman edirlər ki,
Allahın Peyğəmbəri bu ilahi sünnəti şəriət kimi qanuniləşdirəndə öz ictihadına
əməl etmişdir.[364] Ömərin də bir müctehid kimi onunla müxalifət etməsi
caizdir. İkinci xəlifə Ömər müctehid olduğuna görə məhz həmin əsasda
onunla müxalifət etmiş və onu haram hesab etmişdir. Buna əsasən, Ömərin
bu işi görməyə ixtiyarı var idi.”

Sünnülər bundan əlavə, müxtəlif yerlərdə, hətta Xalid ibni Vəlidin Malik ibni
Nüveyrənin qanuni arvadı ilə zina əməlinə mürtəkib olmasını həmin şəxslərin
ictihadı ilə əlaqələndirərək tam həyasızlıqla ona bəraət qazandırırlar. Şəkk
yoxdur ki, onlar xəta yolunu getmişlər. Çünki bu növ ictihadlar Allah hökmü
qarşısında edilən ictihaddır və heç kəsə belə bir haqq verilməmişdir. Heç
kəsin haqqı yoxdur ki, bu puç və boş ictihadlarla Allahın qanunu və
Peyğəmbərin sünnəti ilə müxalifət etsin. Qurani məciddə bu cür istidlalları
batil edən çoxlu ayələr nazil olmuşdur. O cümlədən, "Nəcm” surəsinin 3-4-cü
ayələri, "Nisa” surəsinin 61-65-66-cı ayələri, "Əhzab” surəsinin 36-cı ayəsini,
"Həşr” surəsinin 7-ci ayəsini və s. göstərmək olar. Buna əsasən, hər hansı
bir şeyi şəriət kimi qanuniləşdirməkdə nəinki xüləfayi-raşidinin, hətta Rəsuli
Əkrəmin də (Qurani Kərimin hökmünə əsasən) Allah qanunlarını yazmaqda
ilahi fərmanlardan boyun qaçırmağa və birbaşa özündən qanun çıxarmağa
haqqı yoxdur.[365]

Bu ayədə hökmlərin dəyişdirilməsinin hətta Rəsuli Əkrəmin tərəfindən olarsa


da belə, ilahi əzaba, axirət cəzasına səbəb olmasını göstərir.

Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) sünnülərin nəzərində dörd


xəlifədən dördüncüsü kimi tanınmışdır və ona itaət etməyin vacib olduğunu
qəbul edirlər. O Həzrət, Ömərin mütəni qadağan etməsinin zərərləri
barəsində buyurur:

"Əgər Ömər mütəni qadağan etməsəydi, şərafətsiz, alçaq və bədbəxt


insanlardan başqa bir kəs zina etməzdi.”[366]

Bu hədis mütənin qadağan edilməsi kimi bir bidətin zərərlərini bəyan


etməkdən əlavə, ikinci xəlifənin bu barədə xəta etdiyini aydınlaşdırır.
MÜTƏNİN QADAĞAN EDİLMƏSİNDƏ QƏRƏZLƏR

İkinci xəlifə Ömərin mütəni haram etməsinin nə kimi məqsəd daşıdığını


yazaraq qeyd etmişlər ki, onlardan birini nəql edirik. Mərhum Şeyx Abbas
Qummi Müfəzzəl ibni Ömərdən, ikinci xəlifə vasitəsi ilə mütənin haram
edilməsinin səbəbi barəsində belə nəql etmişdir: Bir gün Ömər bacısının
evinə daxil oldu və icazəsiz onun istirahət otağına girdi. "gözləmədiyi halda
bacısının qucağında bir körpə gördü. Bacısı ona süd verirdi. (Ömərin bacısı o
vaxta qədər ərə getməmişdi.) Ömər təəccüblənib soruşdu: Bu uşaq kimindir?
Bacısı dedi: Mən bir kişi ilə müvəqqəti evlənmişəm, bu uşaq da o ərimdəndir.
Ömər son dərəcə qəzəbli halda uşağı əlinə alıb məscidə getdi, camaatı bir
yerə toplayıb minbərdə oturduqdan sonra gördüyü hadisəni camaata söylədi
və sonra bu Peyğəmbər sünnətini qadağan etdi.[367]

2-Bəziləri isə belə yozumlar irəli sürürlər ki, ikinci xəlifə uzun müddət
müsəlmanlara xəlifə olmuşdur. O, sümükləri İslam qanunları, İslam təlim-
tərbiyələri ilə və İslam mühitində bərkiyən şəxslərin təzə müsəlmanlarla
qaynayıb-qarışmaması üçün, habelə, təzə fəth olunan ölkələrdə ictimai və
fərdi tərbiyədə yarana biləcək problemlərin qarşısını almaq məqsədi ilə
mütəni müvəqqəti olaraq haram edərək bir müddət müsəlmanların bu əməli
görməsinin qarşısını almışdı. Bu fərmanın məqsədi siyasi bir məsləhət kimi
qeyd olunmuşdur. Bu cəhətdən möminlər də bir müddət Ömərin fərmanına
dözdülər. Əgər belə olmasaydı, xəlifə heç vaxt deyə bilməzdi ki, mən
Peyğəmbərin halal etdiyi mütəni haram edirəm. Amma zamanın keçməsi və
cahiliyyət təəssübləri nəticəsində bu siyasi və müvəqqəti qadağan əbədi
harama və bidətə çevrildi.”[368]

Qeyd edək ki, ikinci xəlifə bu kimi çoxlu məsələlərdə çox kobud və yaramaz
hərəkət edərək Peyğəmbərin özü ilə də mübahisə edirdi. O cümlədən, "həyyə
əla xəyril-əməl” cümləsinin azan və iqamədən çıxarılmasını tələb edir və
deyirdi ki, bu işi gör ki, müsəlmanlar cihada namazdan çox əhəmiyyət
versinlər. Amma Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurdu ki, bu
cümlələr Allahın tərəfindəndir və mənim onları dəyişdirməyə haqqım
yoxdur.”[369]
MÜTƏNİN FƏZİLƏTİ

Bu fəslin sonunda müvəqqəti evlənməyə Allahın verdiyi əhəmiyyət və savabı


qeyd edirik. İmam Sadiq (əleyhissalam) buyurur:

"Hər kəs ilahi sünnət olan mütəyə əməl edib sonra qusl eddərsə, Allah taala
o qusuldan axan suyun hər damcısına 70 mələk yaradar. O mələklər o şəxs
üçün qiyamətə qədər istiğfar edib bu işi inkar edənləri də qiyamətə qədər
lənətləyər.”[370]

Bəşir ibni Həmzə deyir: Bir qadın öz əmioğlusuna xəbər göndərib ona bildirdi
ki: sən bilirsən ki, mənim çoxlu mal-dövlətim var və elçiliyimə çoxlu adamlar
gəlir. Amma mən onlara mənfi cavab verirəm. İndi Allahın və Peyğəmbərin
qanununa itaət etmək və bidətçilərlə müxalifət etmək üçün səninlə
müvəqqəti evlənməyə razıyam. O şəxs İmam Baqir (əleyhissalam) ilə bu
barədə məşvərət etdi, Həzrət buyurdu: 

"Bu işi gör, Allah bu evlənmə səbəbilə sizə rəhmət göndərər.”[371]


Əlbəttə, qeyd edək ki, müvəqqəti evlənmə əsla şəhvətpərəstlik əsasında
olmamalı və daimi arvadın haqqı tapdalanmamalıdır. Bu əməl həmişə və hər
bir halda rəva görülən bir iş olmayıb, əksinə, ilahi fərmanlara itaət etmək,
bidətləri sındırmaq və məhrumlara ehsan etmək məqsədi ilə yerinə
yetirilməlidir. İslami rəvayətlər şəhvətpərəstliyi və mütəni bu məqsədlə
görənləri hər yerdə, hətta həyat yoldaşının yanında belə məzəmmət etmişdir

[1]"İsra” surəsi, ayə:23-24

[2]"əl-mizan” təfsiri, 13-cü cild, səh.83

[3]"Məcməül-bəyan” təfsiri, 6-cı cild, səh.409

[4]"Fürui-kafi”, səh3-5

[5]"Biharul-ənvar”, 72-ci cild, səh.80

[6]"Vəsailüş-şiə”, 15-ci cild, səh.205

[7]"Üsuli-kafi”, 2-ci cild, səh.16

[8]"Rovzətül-müttəqin”, 9-cu cild, səh.419

[9]"Biharul-ənvar”, 74-cü cild, səh.34

[10]"Töhəfül-üqul”, səh.189

[11]"Təfsiri-nümunə, 12-ci cild, səh.80

[12]"Nəhcül-bəlağə”, səh.391

[13]"Biharul-ənvar”, 74-cü cild, səh.8

[14]"Hücürat” surəsi, ayə:1

[15]"Səfinətül-bihar”, 2-ci cild, səh.678

[16]"Rovzətül-müttəqin”, 13-cü cild, səh.192

[17]"Səfinətül-bihar”, 2-ci cild, səh.286

[18]"Biharul-ənvar”, 68-ci cild, səh.281

[19]"Biharul-ənvar”, 75-ci cild, səh.92

[20]"Loğman” surəsi, ayə: 15


[21]"Biharul-ənvar”, 74-cü cild, səh.72

[22]"Rovzətül-müttəqin”, 9-cu cild, səh.417

[23]"Ali-İmran” surəsi, ayə:159

[24]İnsanların bir hissəsinin yerinə yetirməsi ilə di’ərlərinin boynundan ‘ötürülən vacibi əmələ
deyilir.

[25]"Biharul-ənvar”dan nəqlən, 74-cü cild, səh.354

[26]"Tovzihül-məsail”, məsələ: 1314

[27]"Biharul-ənvar”, 74-cü cild, səh.37 və 75

[28]"Vəsailüş-şiə”, 14-cü cild, səh.215

[29]"Nisa” surəsi, ayə: 215

[30]"Fürui-kafi”, 5-ci cild, səh.401

[31]"Səfinə”, 3-cü cild, səh.486

[32]"Vəsailş-şiə”, 14-cü cild, səh.202

[33]"Fürui-kafi”, 5-ci cild, səh.393

[34]"Vəsailüş-şiə”, 14-cü cild, səh.205

[35]"Rovzətül-müttəqin”, 5-ci cild, səh.393

[36]"Vəsailüş-şiə”, 14-cü cild, səh.214

[37]"Biharul-ənvar”, 103-cü cild, səh.308. Bu hədis "Vəsailüş-şiə”nin 14-cü


cildinin 214-cü səhifəsində də ‘əlmişdir.

[38]"Ürvətül-vüsqa”, 654

[39]"Minhacus-salihin”, 2-ci cild, səh.279

[40]"Fürui-kafi”, 5-ci cild, səh.308

[41]"Kənzül-ümmal”, 4-cü cild, səh.356

[42]"Səfinətül-bihar”, 2-ci cild, səh.687

[43]"Üsuli-kafi”, 2-ci cild, səh.162

[44]"Biharul-ənvar”, 74-cild, səh.65

[45]"Səfinətül-bihar”, 2-ci cild, səh.553


[46]"Biharul-ənvar”, 74-cü cild, səh.81

[47]"Biharul-ənvar”, 74-cü cild, səh.75

[48]"Üsuli-kafi”, 2-ci cild, səh.162

[49]"Füruği-əbədiyyət”, 1-ci cild, səh.29

[50]"Biharul-ənvar”, 74-cü cild, səh.82

[51]"Biharul-ənvar”, 74-cü cild, səh.85

[52]"Biharul-ənvar”, 74-cü cild, səh.82

[53]"Səfinətül-bihar”, 2-ci cild, səh.687

[54]Başqa bir rəvayətə əsasən, bu qətlin səbəbi eşq ilə əlaqədardır. }ünki qatil öldürülən şəxsin qızını sevirdi, lakin
atası razılıq vermirdi. Buna ‘örə də qızın atasını öldürməyi qərara aldı.

[55]"Təfsiri-nümunə”, 2-ci cild, səh.215

[56]"Rovzətül-müttəqin”, 9-cu cild, səh.416

[57]"Biharul-ənvar”, 74-cü cild, səh.67

[58]"Biharul-ənvar”, 74-cü cild, səh.416

[59]"Vəsailüş-şiə”, 14-cü cild, səh.112

[60]"Qürərül-hikəm”, səh.114

[61]"Üsuli-kafi”, 2-ci cild, səh.158

[62]Bu hədis azacıq təfavütlə "İsna əşəriyyə” kitabının 81-ci səhifəsində də


qeyd olunmuşdur.

[63]"Bəqərə” surəsinin 132-ci ayəsində İsmail Yəqubun atası kimi təqdim


olunur, halbuki, onun əmisidir. Bir hədisdə də böyük qardaş ata kimi hesab
olunur. "Kənzül-ümmal”, 16-cı cild, səh.466

[64]"Səfinətül-bihar”, 2-ci cild, səh.688

[65]"Kamil”, 2-ci cild, səh.241

[66]"Qürərül-hikəm”, səh.114

[67]"Səfinətül-bihar”, 7-ci cild, səh.687

[68]"Səfinətül-bihar”, 1-ci cild, səh.300

[69]"Üsuli-kafi”, 3-cü cild, səh.161

[70]"Füruği-əbədiyyət”, 2-ci cild, səh.767

[71]"Biharul-ənvar”, 74-cü cild, səh.65

[72]"Məanil-əxbar”, səh.443
[73]"Töhəfül-üqul”, səh.261

[74]"Vəsailüş-şiə”, 14-cü cild, səh.115

[75]"Qürərül-hikəm”, səh.114

[76]"Məcməül-bəyan”, 5-ci cild, səh.264 Tərki-övla dedikdə, yəni daha üstün


bir işi tərk etmək

[77]"Kafi”, 2-ci cild, səh.311

[78]"Töhəfül-üqul”

[79]"Qürərül-hikəm”, səh.717

[80]"Səfinətül-bihar”, 2-ci cild, səh.687

[81]"Üsuli-kafi”, 2-ci cild, səh.163

[82]"Üsuli-kafi”, 2-ci cild, səh.163

[83]"Nəhcül-bəlağə”, 69-cu məktub

[84]"Vəsailüş-şiə”, 8-ci cild, səh.430

[85]"Səfinətül-bihar”, 2-ci cild, səh.27

[86]"Töhəfül-üqul”, səh.144

[87]"Maidə” surəsi, ayə:105

[88]"Ali-İmran” surəsi, ayə:38

[89]"Vəsailüş-şiə”, 15-ci cild, səh.97

[90]"Səfinətül-bihar”, 2-ci cild, səh.684

[91]"Səhifeyi-Səccadiyyə”, səh.170

[92]"Biharul-ənvar”, 23-cü cild, səh.113 (köhnə çap)

[93]"Vəsailüş-şiə”, 15-ci cild, səh.237

[94]"Cəvahirül-kəlam”, 31-ci cild, səh.366

[95]"Şərhi-lümə”, 2-ci cild, səh.123

[96]"Sifinətül-bihar”, 2-ci cild, səh.659

[97]"Vəsailüş-şiə”, 11-ci cild, səh.544

[98]"Fürui-kafi”, 5-ci cild, səh.354

[99]"Vəsailüş-şiə”, 14-cü cild, səh.53

[100]"Fürui-kafi”, 5-ci cild, səh.354


[101]"Müntəhəl-amal”, 1-ci cild, səh.187

[102]"Qürərül-hikəm”, səh.76

[103]"Kudək”, səh.64

[104]"Kənzül-ümmal”, 3-cü cild, səh.442

[105]"Məryəm” surəsi, ayə 25

[106]"Tühəfül-üqul”, səh.83

[107]"Vəsailüş-şiə”, 15-ci cild, səh.135

[108]"Fürui-kafi”, 6-cı cild, səh.24

[110]"Rovzətül-müttəqin”, 8-ci cild, səh.630

[111]"Camiül-əxbar”, 6-cı cild, səh.121

[112]"Tühəfül-üqul”, səh.10

[113]"Vəsailüş-şiə”, 14-cü cild, səh.187

[114]"Cəvahirül-kəlam”, 31-ci cild, səh.372

[115]"Vəsailüş-şiə”, 15-ci cild, səh.175

[116]"Rovzətül-müttəqin”, 8-ci cild, səh.556

[117]"Məcməül-bəyan”, 2-ci cild, səh.334

[118]"Vəsailüş-şiə”, 15-ci cild, səh.177

[119]"Şərhi-mən la yəhzür”, 8-ci cild, səh.554

[120]"Vəsailüş-şiə”, 15-ci cild, səh.188

[121]"Fürui-kafi”, 6-cı cild, səh.44

[122]"Vəsailüş-şiə”, 15-ci cild, səh.188

[123]"Fürui-kafi”, 6-cı cild, səh.44

[124]"Vəsailüş-şiə”, 15-ci cild, səh.186

[125]Bu barədə əlavə məlumat almaq üçün "Şeyx Mürtəza ənsarinin


şəxsiyyəti” kitabına baxa bilərsiniz.

[126]"Səfinətül-bihar”, 1-ci cild, səh.60

[127]"Cəvahirül-kəlam”, 31-ci cild, səh.255


[128]"Vəsailüş-şiə”, 15-i cild, səh.122

[129]"Biharul-ənvar”, 74-cü cild, səh.80

[130]"Fürui-kafi”, 6-cı cild, səh.19

[131]"Nəhcül-bəlağə”, səh.1374.

[132]"Qürbül-əsnad”, səh.45

[133]"Səfinətül-bihar”, 2-ci cild, səh.688

[134]"Vəsailüş-şiə”, 15-ci cild, səh.126

[135]"Şərhi mən la yəhzuruhul-fəqih”, 8-ci cild, səh.626

[136]"Üyunul-əxbar”, səh.198

[137]"Vəsailüş-şiə”, 15-ci cild, səh.125

[138]"Fürui-kafi”, 6-cı cild, səh.15

[139]"Fürui-kafi”, 6-cı cild, səh.281; "Vəsailüş-şiə”, 14-cü cild, səh.65

[140]"Vəsailüş-şiə”, 2-ci cild, səh.37

[141]"Cəvahirül-kəlam”, 31-ci cild, səh.251 "Şərhi-lümə”, 2-ci cild, səh.116

[142]"Vəsailüş-şiə”, 15-ci cild, səh.136

[143]"Fürui-kafi”, 6-cı cild, səh.24

[144]"Vəsailüş-şiə”, 5-ci cild, səh.42

[145]"Vəsailüş-şiə”, 15-ci cild, səh.162, 163

[146]"Fürui-kafi”, 6-cı cild, səh.37

[147]"Töhəfül-üqul”, səh.82

[148]"Vəsailüş-şiə”, 15-ci cild, səh.161

[149]"Vəsailüş-şiə”, 15-ci cild, səh.144

[150]"Fürui-kafi”, 6-cı cild, səh.25 və 32

[151]"Vəsail”, 15-ci cild, səh.144

[152]"Şərhi-mən la yəhzür”, 8-ci cild. səh.604

[153]"Şərhi-lümə”, 2-ci cild, səh.118

[154]"Vəsail”, 15-ci cild, səh.160

[155]"Rovzətül-müttəqin”, 8-ci cild, səh.618

[156]"Nəhcül-bəlağə”, səh.1156

[157]"Vəsailüş-şiə”, 8-ci cild, səh.541


[158]"Qürərül-hikəm”, səh.139

[159]"Rovzətül-müttəqin”, 8-ci cild, səh.599

[160]"Vəsailüş-şiə”, 15-ci cild, səh.203

[161]"Müstədrəkül-vəsail”, 2-ci cild, səh.96

[162]"Məkarimül-əxlaq”, səh.115

[163]"Fürui-kafi”, 6-cı cild, səh.50

[164]"Vəsailüş-şiə”, 15-ci cild, səh.203

[165]"Rovzətül-müttəqin”, səh.593

[166]"Fürui-kafi”, 2-ci cild, səh.49

[167]"Biharul-ənvar”, (qədim çap), 10-cu cild, səh.83

[168]"Viəsailüş-şiə”, 15-ci cild, səh.198

[169]"Məkarimül-əxlaq”, səh.25

[170]"Səfinətül-bihar”, 2-ci cild, səh.684

[171]"Biharul-ənvar”, 74-cü cild, səh.84

[172]"Səfinətül-bihar”, 2-ci cild, səh.684

[173]"Töhəfül-üqul”, səh.285

[174]"Səfinətül-bihar”, 2-ci cild, səh.683

[175]"Vəsailüş-şiə”, 15-ci cild, səh.202

[176]"Şərhi-mən la yəhzür”, 8-ci cild, səh.595

[177]"Camiül-əxbar”, səh.144

[178]"Şərhi mən-layəhzur”, 8-ci cild, səh.643

[179]"Biharul-ənvar”, (qədim çap), 23-cü cild, səh.114

[180]"Vəsailüş-şiə”, 8-ci cild, səh.577

[181]"Qürərül-hikəm”, səh.242

[182]"Müstədrəkül-vəsail”, 2-ci cild, 625

[183]"Rovzətül-müttəqin”, 8-ci cild, səh.651

[184]"Rovzətül-müttəqin”, 8-ci cild, səh.598

[185]"Fürui-kafi”, 6-cı cild, səh.49

[186]"Töhəfül-üqul”, səh.189

[187]"Vəsailüş-şiə”, 5-ci cild, səh.182

[188]"Töhəfül-üqul”, səh.76

[189]"Səfinətül-bihar”, 2-ci cild, səh.686

[190]"Vəsailüş-şiə”, 15-ci cild, səh.182

[191]"Biharul-ənvar”, 88-ci cild, səh.134

[192]"Biharul-ənvar”, qədim çap. 23-cü cild, səh.114

[193]"Müntəhəl-amal”, 2-ci cild, səh.327

[194]"Fürui-kafi”, 6-cı cild, səh.47


[195]"Kənzül-ümmal”, 4-cü cild, səh.344

[196]"Füruği-əbədiyyət”, 2-ci cild, səh.454

[197]"Hüquqi zən dər islam və avropa”, səh.107

[198]"Kəhf” surəsi, ayə:46

[199]"Vəsailüş-şiə”, 15-ci cild, səh.96

[200]"İsna əşəriyyə”, səh.81

[201]"Fürui-kafi”, 5-ci cild, səh.230

[202]"Vəsailüş-şiə”, 15-ci cild, səh.99

[203]"Qürərül-hikəm”, səh.763

[204]"İsna əşəriyyə” səh.87

[205]"Vəsailüş-şiə”, 15-ci cild, səh.105

[206]"Səfinətül-bihar”, 2-ci cild, səh.730

[207]"Vəsailüş-şiə”, 15-ci cild, səh.175

[208]"Rovzətül-müttəqin”, 8-ci cild, səh.110

[209]"Fürui-kafi”, 5-ci cildv, səh.334

[210]"Vəsailüş-şiə”, 15-ci cild, səh.96

[211]"Nəhcül-bəlağə”, 135-ci hikmət

[212]"Qürərül-hikəm”, səh.365

[213]"Səfinətül-bihar”, 2-ci cild, səh.684

[214]"Vəsailüş-şiə”, 14-cü ciad, səh.106

[215]əlavə məlumat almaq istəyənlər aşağıdakı kitablara baxa bilərlər: "Ürvətül-vüsqa”, səh.628, 6-cı məsələ.

[216]"Biharul-ənvar”, 42-ci cild, səh.117

[217]"Fürui-kafi”, 5-ci cild, səh.537

[218]"Vəsailüş-şiə”, 14-cü cild, səh.42

[219]"Nur” surəsi, ayə:32

[220]"əl-mizan” təfsiri, 4-cü cild, səh.197-198; "Nizami-hüquqi zən”, səh.183

[221]"Vəsailüş-şiə”. 14-cü cild, səh.3

[222]"Rovzətül-müttəqin” 8-ci cild, səh.88

[223]"Fürui-kafi”, 5-ci cild, səh328

[224]"Səfinətül-bihar”, 2-ci cild, səh.183

[225]"Vəsailüş-şiə”, 14-cü cild, səh.5

[226]"Tovzihul-məsail”, 2452-ci məsələ

[227]"Camiül-əxbar”, səh.115

[228]"Ürvətül-vüsqa”, səh.622

[229]"Vəsailüş-şiə”, 14-cü cild, səh.7

[230]"Fürui-kafi”, 5-ci cild, səh.331

[231]"Fürui-kafi”, 5-ci cild, səh.333


[232]"Vəsailüş-şiə”, 14-cü cild, səh.3

[233]"Məcmül-bəyan” təfsiri, 7-ci cild, səh.140

[234]"Şərhi mən la yəhzür”, 8-ci cild, səh.84

[235]"Səfinətül-bihar”, səh.561

[236]"Vəsailüş-şiə”, 14-cü cild, səh.6

[237]"Cəvahirül-kəlam”, 29-cu cild, səh.12

[238]"Fürui-kafi”, 5-ci cild, səh.329

[239]"Rovzətül-müttəqin”, 8-ci cild, səh.86

[240]"Rum” surəsi, ayə:21

[241]"Üsuli-kafi, 2-ci cild, səh.166

[242]"Üsuli-kafi”, 2-ci cild, səh.163

[243]"Rovzətull-müttəqin”, 8-ci cild, səh.111

[244]"Vəsailüş-şiə”, 14-cü cild, səh.26

[245]"Biharul-ənvar”, 103-cü cild, səh.221

[246]"Cəvahirül-kəlam”, 29-cu cilz, səh.13

[247]"Səfinətül-bihar”, 2-ci cild, səh.152

[248]"Üsuli-kafi”, 1-ci cild, səh.407

[249]"Nəhcül-bəlağə”, 45-ci məktub

[250]"Vəsailüş-şiə”, 18-ci cild, səh.574

[251]"Vəsailüş-şiə”, 14-cü cild, səh.38

[252]Qurani Kərim onları "Bəqərə” surəsinin 273-cü ayəsində mədh etmişdir.

[253]"Rovzətul-müttəqin”, 8-ci cild, səh.17 və 122

[254]O vaxtın pulu ilə bu çox böyük məbləğ idi.

[255]"Ali-imran” surəsi, ayə:137

[256]"Hədid” surəsi, ayə:21

[257]"Fürui-kafi”, 5-ci cild, səh.306

[258]"Vəsailüş-şiə”, 14-cü cild, səh.153

[259]"Şərhi mən la yəhzür”, 8-ci cild, səh.112

[260]"Vəsailüş-şiə”, 14-cü cild, səh.27

[261]"Vəsailüş-şiə”, 18-ci ci cild, səh.346

[262]"Vəsailüş-şiə”, 1-ci cild, səh.403

[263]"Vəsailüş-şiə”, 14-cü cild, səh.40

[264]"Fürui-kafi”, 5-ci cild, , səh.338

[265]"Vəsailüş-şiə”, 14-cü cild, səh.40

[266]"Cəvahirül-kəlam”, 49-cu cild, səh.39

[267]"Vəsailüş-şiə”, 14-cü cild, səh.52

[268]"Fürui-kafi”, 5-ci cild, səh.332


[269]"Biharul-ənvar, 103-cü cild, səh.372

[270]"Rovzətül-müttəqin”, səh.814

[271]"Cəvahirul-kəlam”, 29-cu cild, səh.39

[272]"Səfinətül-bihar”, 1-ci cild, səh.376

[273]"Vəsailüş-şiə, 14-cü cild, səh.52

[274]"Məanil-əxbar”, səh.47

[275]"Səfinətul-bihar, 2-ci cild, səh.586

[276]"Vəsailüş-şiə”, 14-cü cild, səh.53

[277]"Biharul-ənvar”, 103-cü cild, səh.235

[278]"Vəsailüş-şiə”, 14-cü cild, səh.35

[279]"Rovzətul-müqttəqin”, 8-ci cild, səh.95

[280]"Biharul-ənvar 103-cü cild, səh.217

[281]"Fürui-kafi”, 5-ci cild, səh.335

[282]"Qürərül-hikəm”, səh.376

[283]"Vəsailüş-şiə 14-cü cild, səh.36

[284]"Vəsailüş-şiə”, 14-cü cild, səh.37

[285]"Rovzətul-müttəqin”, 8-ci cild, səh.100

[286]"Vəsailüş-şiə”, 14-cü cild, səh.23

[287]"Fürui-kafi”, 5-ci cild, səh.325

[288]"Cəvahirül-kəlam”, 29-cu cild, səh.36; "Ürvətül-vüsqa”, səh.623

[289]"Vəsailüş-şiə”, 14-cü cild, səh.32

[290]"Vəsailüş-şiə”, 14-cü cild, səh.195

[291]"Biharul-ənvar”, 103-cü cild, səh.217

[292]"Vəsailüş-şiə 14-cü cild, səh.196

[293]"Vəsailüş-şiə”, 14-cü cild, səh.49

[294]"Vəsailüş-şiə”, 14-cü cild, səh.50 (Zeynəblə Zeydin evlənməsi barəsində ətraflı məlumat almaq üçün "əhzab”
surəsinin 30-cu ayəsinin təfsirinə baxa bələrsiniz.)

[295]"Şərhi-mən la yəhzür”, 8-ci cild, səh.125

[296]"Cameül-üsul”, 11-ci cild, səh.420; "Səfinətül-bihar”, 2-ci cild, səh.587

[297]"Vəsailüş-şiə”. 14-cü cild, səh.162

[298]"Qürərül-hikəm”, səh.411

[299]"Nəhcül-bəlağə”, 69-cu məktub

[300]"İsra” sursəsi, 36

[301]"Məcməül-bəyan” təfsiri, 7-ci cild, səh.140-141

[302]"Nəhcül-bəlağə”, 152-ci hikmət

[303]"Rovzətul-müttəqin”, 8-ci cild, səh.833; "Tovzihul-məsail”, 2385-ci məsələ.

[304]"Məcməül-bəyan” təfsiri, 7-ci cild, səh.140

[305]"Kənzül-ümmal”, 5-ci cild, səh.791


[306]əlavə məlumat almaq istəyənlər 3-cü fəslin valideynlərin hüquqlarının həddi-hüdudu bölməsinə baxa bilərlər.

[307]"Vəsailüş-şiə”, 14-cü cild, səh.138

[308]"Fürui-kafi”, 5-ci cild, səh.565

[309]"Qurbul-əsnad”, səh.74

[310]"Vəsailüş-şiə”, 14-cü cild, səh.59

[311]"Rovzətul-müttəqin”, 8-ci cild, səh.238

[312]"Vəsailüş-şiə”, 14-cü cild, səh.61

[313]"Cəvahirül-kəlam”, 29-cu cild, səh.63

[314]"Ürvətül-vüsqa”, müstəhəbbati nikah babı, 26-cı məsələ

[315]"Təhrirül-vəsilə”, 2-ci cild, səh.245

[316]"Vəsailüş-şiə”, 14-cü cild, səh.62

[317]"Fürui-kafi”, 5-ci cild, səh.366

[318]"Vəsailüş-şiə”, 14-cü cild, səh.63

[319]"Cəvahirül-kəlam”, 29-cu cild, səh.43 (Beyrut çapı)

[320]"Şərhi mən la yəhzür”, 8-ci cild, səh.201

[321]"Vəsailüş-şiə”, 14-cü cild, səh.83

[322]"Rovzətul-müttəqin”, 8-ci cild, səh.222

[324]"Vəsailüş-şiə”, 14-cü cild, səh.76

[325]"Fürui-kafi”, 5-ci cild, səh.594

[326]Maraqlananlar aşağıdakı mənbələrə müraciət edə bilərlər: "Vəsailüş-


şiə”, 14-cü cild, səh.89-dan sonrakı hədislər; "Rovzətul-müttəqin”, 8-ci cild,
səh.195; "Təhrirül-vəsilə” (İmam Xomeyni), 2-ci cild, səh.239; "Ürvətül-
vüsqa”, səh.624; "Cəvahirül-kəlam”, 29-cu cild, səh.54; "Biharul-ənvar”,
103-cü cild, səh.291

[327]"Füruği əbədiyyət, 2-ci cild, səh.434

[328]"Cəvtahirül--kəlam”, 19-cu cild, səh.46

[329]"Vəsailüş-şiə”, 14-cü cild, səh.65


[330]"Təfsiri-nümunə”,8-ci cild, səh.257 ("əl-mizan” təfsirindən nəqlən)

[331]"Nizami-hüquqi zən” kitabından nəqlən, səh.341

[332]"Füruği-əbədiyyət”, 1-ci cild, səh.48

[333]"Hüquqi zən dər islam və urupa”, səh.52

[334]"Nisa” surəsi, ayə:3

[335]"Şiəərhi-mən la yəhzür”, 8-ci cild, səh.384

[336]"Vəsailüş-şiə”,14-cü cild, səh.111

[337]"Tarixi-təməddünha”, səh.507-dən nəqlən

[338]"Nizami-hüquqizən”dən (səh.381) nəqlən

[339]"Təfsiri-nümunə”, 3-cü cild, səh.260

[340]"İki məqalə”, səh.18

[341]"Təfsiri-nümunə”, 3-cü cild, səh.259

[342]"Nəhcül-bəlağə”, səh.1144

[343]"Rovzətül-müttəqin”, 8-ci cild, səh.385

[344]"Qürərül-hikəm”, səh.708

[345]"Töhəfül-üqul”, səh.266

[346]"Qürər və dürər”, səh.680

[347]"Vəsailüş-şiə”, 15-ci cild, səh.267

[348]"Qürərül-hikəm”, səh.629

[349]"Vəsailüş-şiə”, 14-cü cild, səh.100

[350]"Müstədrəkül-vəsail”, 2-ci cild, səh.559

[351]"Nisa” surəsi, ayə:24 İstəmtətum kəlməsi mütə kəlməsindən alınmışdır. Mütərcimdən.

[352]"Vəsailüş-şiə”, 14-cü cild, səh.437

[353]"Biharul-ənvar”, 103-cü cild, səh.320

[354]"Müstədrəkül-vəsail”, 2-ci cild, səh.588

[355]"Rovzətul-müttəqin”, 8-ci cild, səh.467

[356]"Vəsailüş-şiə”, 14-cü cild, səh.440

[357]"Cameül-üsul”, 12-ci cild, səh.135

[358]"əl-mizan” təfsiri, 4-cü cild, səh.308

[359]"Təfsiri-nümunə”, 3-cü cild, səh.338-dən nəqlən

[360]"Şərhi mən la yəhzür”, 8-ci cild, səh.457

[361]"Müstədrəkül-vəsail”, 2-ci cild, səh.587

[362]"Səhihi-Müslüm”, 3-cü cild, səh.38, mütə babı; "Şərhimən la yəhzür, 2-ci cild, səh.227

[363]"Cəvahirül-kəlam”, 30-cu cild, səh.133

[364]Nəuzu billah, onlar Həzrət Peyğəmbəri ilahi bir peyğəmbər deyil, sadəcə bir müctehid kimi fərz edirlər.

[365]"Yunis” surəsi, ayə:15

[366]"əl-mizan” təfsiri, 4-cü cild, səh.313


[367]"Səfinətül-bihar, 2-ci cild, səh.522

[368]"Nizami hüquqi zən”, 48-ci səhifədən nəqlən.

[369]"Rovzətul-müttəqin”, 2-ci cild, səh.227

[370]"Səfinətül-bihar, 2-ci cild, səh.521

[371]"Fürui-kafi”, 5-ci cild, səh.452

You might also like