You are on page 1of 7

Ay

Vikipediya, azad ensiklopediya

Jump to navigationJump to search

Bu adın digər istifadə formaları üçün bax: Ay (dəqiqləşdirmə).

Ay Moon symbol decrescent.svg

Full Moon Luc Viatour.jpg

Orbital xarakteristikası

Afelisi 405400 km

(404000–406700 km)

Perigelisi 362600 km

(356400–370400 km)

Böyük yarımoxu

384399 km

(0.00257 AV)[1]

Orbitinin ekssentrisiteti 0.0549

Siderik fırlanma dövrü

27.321661 gün

(27 gün 7 saat 43.19 dəqiqə 11.5 saniyə)[1]

Sinodik fırlanma dövrü

29.530589 gün

(29 gün 12 saat 44 dəqiqə 2.9 saniyə)

Orbital sürəti

1.022 km/san

Əyilməsi 5.145° (ekliptikə)[2]

Nəyin peykidir Yer[3]

Fiziki xarakteristikaları

Ölçüləri3.474,13 km (0,273 Yer)

Orta radiusu

1737.1 km (0.273 Yer)[1][4][5]

Ekvator radiusu

1738.1 km (0.273 Yer)[4]


Qütb radiusu

1736.0 km (0.273 Yer)[4]

Qütb sıxılması 0.0012[4]

Böyük dairəsinin çevrəsi 10921 km (ekvator)

Səthinin sahəsi

3.793×107 km2 (0.074 Yer)

Həcmi 2.1958×1010 km3 (0.020 Yer)[4]

Kütləsi 7.342×1022 kq (0.012300 Yer)[1][4]

Orta sıxlığı

3.344 g/sm3 (0.606 Yer)[1][4]

Sərbəstdüşmə təcili

1,622 m/s2 (0,1654 g)[4]

İkinci kosmik sürəti

2,38 km/san

Oxunun maililiyi

6.687°[2]

Albedo 0.136[6]

Atmosfer təzyiqi

10−7 Pa (1 pikobar) (gündüz)[7]

10−10 Pa (1 femtobar) (gecə)[7]

Ay — Yerin yeganə daimi təbii peykidir. Ay insanların Yerdən kənarda ayaq basdığı yeganə
kosmik cismdir. Ay Günəş sistemində yerləşən peyklər arasında ölçüsünə görə beşinci,
ətrafında döndüyü planetin ölçülərinə nəzərən isə birincidir. Ay sıxlığına görə Günəş sistemində
sıxlığı məlum olan peyklər arasında İodan sonra ikincidir.

Ayın təqribən 4,5 milyard il bundan əvvəl formalaşdığı ehtimal olunur. Ayın formalaşması ilə
bağlı bir sıra fərziyyələr olsa da, ən geniş yayılmış fərziyyəyə görə Yer təqribən Mars
böyüklüyündə olan Teya adlı planetlə toqquşmuş və toqquşma nəticəsində boşluğa saçılan
maddələr Yerin cazibə qüvvəsi ətrafında hərəkət edərək tədricən Ayı formalaşdırmışdır.

Ay Yerlə sinxronizə olunmuş şəkildə hərəkət edir. Bu səbəbdən də Yerdən baxan müşahidəçi
Ayın həmişə eyni tərəfini görür. Ayın Yerdən görünən tərəfində maqma ilə örtülmüş tutqun Ay
dənizləri, qədim parlaq kristal yaylaqları və zərbə kraterləri vardır. Ay
Günəşdən sonra Yerdən görünən ən parlaq ikinci kosmik cismdir. Yerdən parlaq ağ rəngdə
görünməsinə baxmayaraq Ayın səthi əslində tutqundur. Ayın Günəş işıqlarını əks etdirməsi
sadəcə aşınmış asfaltın göstəricisindən bir az çoxdur. Göydə qabarıq şəkildə görünməsi və
fazalarının nizamlı şəkildə təkrarlanması səbəbindən Ay qədim dövrlərdən bəri mədəniyyətlərə
önəmli şəkildə təsir göstərmiş, müxtəlif xalqların təqvimində, incəsənətində və mifologiyasında
mühüm yer tutmuşdur.

Ayın cazibə qüvvəsinin təsirindən Yerdə qabarma və çəkilmə hadisəsi baş verir və günün
uzunluğu cüzi də olsa artır. Ay ölçülərinə görə Günəşdən çox kiçik olsa da, Yerlə müqayisədə
hər iki cismin uzaqlıq fərqi səbəbindən Günəş tutulması adlanan Ay diskinin Günəş diskini tam
örtməsi hadisəsi baş verir. Ay tədricən Yerdən uzaqlaşdığı üçün uzaq gələcəkdə Yerdən
görünən ölçüsü kiçiləcək və tam Günəş tutulması baş verməyəcəkdir.

Ayı öyrənmək üçün kosmosa buraxılan ilk kosmik gəmi, SSRİ-nin Luna proqramı çərçivəsində
1959-cu ildə Aya göndərilən Luna 1 kosmik gəmisidir. ABŞ tərəfindən Ayı öyrənmək üçün
Apollon proqramı çərçivəsində 1968-ci ildə Apollon 8 kosmik gəmisi Aya göndərilmişdir. 1969-
1972-ci illərdə Apollon proqramı çərçivəsində daha altı kosmik gəmi Aya göndərilmişdir. Aya
uğurlu eniş həyata keçirən ilk insanlı kosmik gəmi Apollon 11 olmuşdur. Bu missiyalar
nəticəsində Yerə Ay süxurlarından 380 kq nümunə gətirilmişdir. Bu nümunələr nəticəsində Ayın
mənşəyi, daxili strukturunun quruluşu və geoloji inkişafı haqqında mühüm məlumatlar əldə
olunmuşdur. 1972-ci ildə göndərilən Apollon 17 kosmik gəmisindən sonra Aya yalnız insansız
kosmik gəmilər göndərilmişdir....

Mündəricat

1 Etimologiyası

2 Formalaşması

3 Fiziki xarakteri

3.1 Daxili quruluşu

3.2 Səth geologiyası

3.2.1 Vulkanik xüsusiyyətləri

3.2.2 Zərbə kraterləri

3.2.3 Ay burulğanları

3.2.4 Suyun varlığı

3.3 Qravitasiya sahəsi

3.4 Maqnit sahəsi

3.5 Atmosferi
3.5.1 Toz

3.6 Fəsillər

4 Yerlə əlaqəsi

4.1 Orbit

4.2 Nisbi ölçüsü

4.3 Yerdən görünüşü

4.3.1 Ay fazaları

4.4 Qabarma və çəkilmə təsirləri

4.5 Ay və Günəş tutulmaları

4.5.1 Ay tutulması

4.5.2 Günəş tutulması

4.5.2.1 Tutulmanın növləri

5 Müşahidəsi və tədqiqatlar

5.1 Qədim dövrlər və Orta əsrlər

5.2 Kosmik gəmilər

5.2.1 XX əsrdə

5.2.1.1 SSRİ missiyaları

5.2.1.2 ABŞ missiyaları

5.2.2 1980-2000-ci illər

5.2.3 XXI əsrdə

6 Hüquqi statusu

7 Mədəniyyətə təsiri

7.1 Ay kultu

7.2 Ay təqvimi

7.3 Ay effekti

8 İstinadlar

9 Ədəbiyyat

10 Həmçinin bax

11 Xarici keçidlər

11.1 Kartoqrafik resurslar

11.2 Müşahidə
11.3 Əsas

Etimologiyası

Qədim türk dili

... Köl Tigin koyn yılka yiti yigirmike uçdı. Tokuzunç ay iti otuzka yoğ ertürtümüz. Barkın bedizin
bitigtaşın biçin yılka yitinç ay yiti otuzka kop alkdımız. ...

Azərbaycan dili

... Kültigin qoyun ilində (birinci ay) on yeddinci gündə öldü. Doqquzuncu ay iyirmi yeddinci
gündə yas mərasimi təşkil etdik. Türbəsini, rəsmini və daş kitabəsini meymun ilində yeddinci ay
iyirmi yeddinci gündə bitirdik. ...

Ay sözünün Orxon abidələrində işlənilməsinə örnək.[8]

Ay sözünün mənşəyi qədim türk dilinə qədər dayanır. Hal hazırda da türk dillərində peykin
adını bildirmək üçün Ay sözü işlədilir. Bu sözə Orxon abidələrində də rast gəlmək mümkündür.
[9] Yerin təbii peykini bildirmək üçün ingiliscə Moon sözündən istifadə olunur.[10][11] Bu söz
1380-ci illərdə Mone sözünün inkişaf etməsi nəticəsində Moone şəklində yazılmağa
başlanmışdı. Bu sözlər qədim ingiliscədə olan mōna sözündən qaynaqlanır ki, qədim ingiliscəyə
qədim germancadakı mǣnōn sözündən keçmişdir. German dillərinə daxil olan ölkələrdə Ayı
ifadə etmək üçün bu sözə yaxın yazılış formalarından istifadə olunur.[12] Bədii ədəbiyyatda və
elmi fantastika janrında Ayı ifadə etmək üçün ingiliscədə Luna sözündən də istifadə olunur.[13]

Bəzi dillərdə Ayın adını ifadə etmək üçün də işlənən Luna sözü latın mənşəlidir. Ayla bağlı bəzi
terminləri ifadə etmək üçün işlədilən sözlərdən biri də Selena sözüdür. Selena sözünün işlənmə
yerlərinə misal olaraq Selenoqrafiya (Ay xəritəçiliyi) və Selenafobiya (Aydan qorxu) sözlərini
göstərmək olar.[14] Selena sözü qədim yunanca Ay mənasında işlənən Selene (yun. Σελήνη)
sözündən qaynaqlanır. Selena yunan mifologiyasında Ay ilahəsi hesab olunurdu.[15]

Ayın görünüşü

Ayın Yerdən görünən üzü

Ayın Yerdən görünməyən üzü

Ayın şimal qütbü


Ayın cənub qütbü

Formalaşması

Şəkil:Evolution of the Moon.ogv

Ay səthinin formalaşmasını göstərən video.

Müxtəlif yanaşmalara görə Ay Günəş sisteminin formalaşmasından 30-50 milyon il sonra,


bundan təqribən 4,527 ± 0,010 milyard il əvvəl formalaşmışdır.[16] Rik Karlson apardığı
tədqiqatlar nəticəsində Ayın 4,4-4,45 milyard il aralığında nisbətən daha az yaşa sahib
olduğunu qeyd etmişdir.[17][18] Ayın formalaşması ilə bağlı bir sıra fərziyyələr vardır. Bölünmə
fərziyyəsinə görə Ay mərkəzəqaçma təcili nəticəsində Yer qabığından qoparaq ayrılmışdır.[19]
Belə olduğu halda Yerin başlanğıc sürətinin çox böyük göstəriciyə sahib olması lazımdır. Əgər
bölünmə fərziyyəsi düzgün olarsa, Yerin ekvator müstəvisi ekliptikin müstəvisinə uyğun olmalı
idi, ancaq bu belə deyil.[20] Ayın Yerin cazibə qüvvəsi tərəfindən sonradan tutulması
fərziyyəsinə görə Ay fərqli yerdə meydana gəlmişdir və Yerin yaxınlığından keçərkən onun
cazibə qüvvəsi tərəfindən tutulmuşdur.[21] Buna baxmayaraq aparılan tədqiqatlar nəticəsində
bu fərziyyənin doğru olması üçün tələb olunan şərtlərin ödənmədiyi məlum olmuşdur.[20]
Birlikdə formalaşma fərziyyəsinə görə isə Yer və Ay Günəş sistemi formalaşarkən molekulyar
buluddan eyni vaxtda və yerdə formalaşmışdır. Buna baxmayaraq aparılan tədqiqatlar
nəticəsində Ayda metal maddələrinin həddən artıq az olması səbəbindən Yer və Ayın birlikdə
formalaşması fərziyyəsinin doğru olması ehtimalı azdır.[20] Bu fərziyyələrin əsas çatışmazlığı
Yer və Aydakı çox yüksək impuls momentini asanlıqla izah edə bilməmələridir.[22]

Ayın formalaşmasının ilkin dövrlərində mövcud olduğuna inanılan antik rift vadilərinin təmsili
görünüşü.

Hal hazırda Ayın formalaşması ilə bağlı ən geniş yayılmış fərziyyə Böyük toqquşma fərziyyəsidir.
Bu fərziyyəyə görə Yer formalaşmasının ilkin dövrlərində təqribən Mars böyüklüyündə olan
Teya planeti ilə toqquşmuşdur. Bu toqquşma nəticəsində Teya planeti parçalanmış, Yerin qabıq
və mantiyasından bir hissə qoparaq Yer ətrafı orbitə saçılmışdır. Vaxt keçdikcə Yer ətrafı orbitə
saçılan maddələr Yerin cazibə qüvvəsinin təsiri ilə birləşərək Ayı meydana gətirmişdir.[23][24]

Böyük toqquşma fərziyyəsi mükəmməl olmasa da, Ayın formalaşması ilə bağlı məsələləri ən
yaxşı şəkildə izah edir. Böyük toqquşma nəzəriyyəsi Bill Hertman, Rocer Filips və Cef Teylor
tərəfindən ortaya atılmışdır.[25] Ayın formalaşması fərziyyəsində olduğu kimi böyük
toqquşmaların Günəş sisteminin formalaşmasının ilkin dövrlərində digər Günəş sistemi
planetlərinə də təsir etdiyi düşünülür. Bu toqquşmanın kompüterdə hazırlanmış simulyasiya
modelləri həm Yer, həm də Ayın çox yüksək impuls momentini və Ayın nüvəsinin kiçikliyini izah
edə bilir. Bu simulyasiya modelləri Ayın əsasən parçalanan Teyanın qalıqlarından meydana
gəldiyini göstərir.[26] Buna baxmayaraq aparılan son tədqiqatlar nəticəsində Ayın
formalaşmasında daha çox Yerdən qopan hissələrin iştirak etməsi aşkarlanmışdır.[27][28][29]
[30] Meteoritlərin tədqiq olunması nəticəsində məlum olmuşdur ki, daxili Günəş sisteminin
digər kosmik cismlərindən olan Mars və Vestanın Yerdən fərqli Oksigen və Volfram izotop
tərkibləri vardır. Buna baxmayaraq Yer və Ayın izotop tərkibləri təqribən eynidir. Mübahisəli
olmasına baxmayaraq,[31] baş vermiş böyük toqquşmadan sonra Yer və Ay arasındakı
buxarlanmış şəkildə olan materialların qarışması nəticəsində hər iki kosmik cismdə də oxşar
izotop tərkiblərinin formalaşdığı ehtimal olunur.[32]

Apollon 17 missiyası çərçivəsində Yerə gətirilən Ay daşı.

Həm böyük toqquşma, həmdə toqquşmadan sonra ayrılan maddələrin Yerin orbitində
toplanması nəticəsində çox böyük miqdarda enerji ortaya çıxdığı üçün Ayın formalaşmasının
ilkin dövrlərində ərimiş formada olduğu düşünülür.[33][34] O dövrdə mövcud olmuş olan Ayın
səthinə Maqma okeanı adı verilmişdir. Ayın maqma okeanının dərinliyinin 500 kilometrdən
Ayın radiusuna (1737 km) qədər ola biləcəyi təxmin edilir.[33] Maqma okeanı soyuduqca
qismən kristallaşdı və qatlara ayrılaraq geokimyəvi baxımdan ayrı olan Ay mantiyası və qabığını
formalaşdırdı. Mantiyanın olivin, klinopiroksen və ortopiroksen minerallarının çökməsi
nəticəsində meydana gəldiyi düşünülür. Maqma okeanının kristallaşmasının ¾-ü
tamamlandıqdan sonra aşağı sıxlığı səbəbindən anortit mineralı çökməyərək səthə çıxmış və
Ayın qabığını formalaşdırmışdır.[35]

Böyük toqquşma fərziyyəsi Ayın formalaşması ilə bağlı bir sıra suallara cavab versə də, hələ də
bu fərziyyə ilə izah oluna bilməyən bəzi çətinliklər vardır.[36] 2001-ci ildə Vaşinqton Karnegi
İnstitutunda bir qrup alim Aydan gətirilmiş qayaların ən dəqiq izotop ölçmələrini həyata keçirdi.
Onların apardığı tədqiqatlar təəccüblə qarşılandı.[37] Apollon proqramı çərçivəsində Yerə
gətirilən qayalardakı izotop təkribləri Yerdəki qayaların izotop tərkibləri ilə eynilik təşkil edirdi.
Günəş sisteminin digər kosmik cismlərində isə bu göstəricilər Yerdəkindən fərqlidir. Bu
nəticələrin təəccüblə qarşılanmasının səbəbi Ayı formalaşdıran maddələrin çoxunun Yerlə
toqquşan Teyanın qalıqlarından ibarət olmasının düşünülməsi idi. 2007-ci ildə tədqiqatçılar
Teya və Yerin izotop tərkiblərinin eyni olması ehtimalının 1%-dən daha az olduğunu açıqladı.
[38] 2012-ci ildə dərc olunan Aydan gətirilən Titan nümunələrindəki izotopların tədqiqinin
nəticələri göstərdi ki, Ayı formalaşdıran maddələrin tərkibi Yerlə eynidir. Bu da Ayın Yerdən ayrı
şəkildə formalaşması və Teyanın qalıqlarından meydana gəlməsi yanaşmaları ilə ziddiyyət
yaradır.[39]

You might also like